Ayətullah əl-üzma Hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani

point

Kitabın adı.......................Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənablarının həyatına qısa baxış

Tərcümə etdi.........Hacı Tərlan Seyfullayev

Naşir.................................Fəqihe-Əhli-beyt

Çap növbəsi......................................Birinci

Tiraj..................................................3000

Tarix.................................................2012

səh: 1

point

Ayətullah əl-üzma Hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani

cənablarının həyatına

qısa baxış

Tərcümə etdi: Hacı Tərlan Seyfullayev

بسم الله الرحمن الرحیم

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

səh: 2

səh: 3

Müasir dövrdə şiə fiqhinin görkəmli mərcəi-təqlidlərindən biri də Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənablarıdır.

Bu kitabça onun tələbələrinin birinin vasitəsi ilə qələmə alınmışdır. Kitabça alimin şəxsi, ictimai,elmi həyatından və onun xidmətlərindən bəhs edir.

Ümüd edirik ki, kitabça Əhli-beyt məktəbinin ardıcıllarının, bu məktəbi sevənlərin və islam elmlərini himayə edən şəxslərin diqqətini cəlb etsin.

səh: 4

Ön söz

Tarix bizə göstərir ki, böyük şəxsiyyətlər həməşə insanların hidayətləri üçün çalışıblar və bu yolda heç bir şeyi əsirgəməyiblər. Hətta tamam ömrlərini bu yola sərf ediblər. Bu hidayət qafiləsinin başında peyğəmbərlər və onların vəsiləri dayanırlar. Əgər tarixə baxsaq görərik ki, onlar insanların hidayətində həməşə birinci olublar. Onlar bəşəriyyəti düşnməyə və imana dəvət ediblər.

Dini alimlər onların ardıcıllarıdırlar. İlahi peyğəmbərlər və onların vəsiləri kimi, bəşəriyyətin hidayəti yolunda və fəsad, dinsizlik və cəhllə mübarizəyə qalxırlar. Hidayət çırağını əllərinə alıb həyatın yenişli- yoxuşlu yolarını və onun qaranılqarını bəşəriyyət üçün işıqlandırırlar.

Həqiqətən onlar, əl-üləmau vərəsətul-ənbiya(1),

əl-füqəhau ümənaur-rəsul(2)

və əl-mominunə əl-füqəhau husunul-islam-ın(3)

aşkar nümunələridirlər.

Onlar peyğəmbərlərin yollarını davam etdirmədə bütün güclərindən istifadə edirlər və bu yolun çətinliklərindən qorxmurlar.

səh: 5


1- Alimlər Peyğəmbərlərin vərəsələridirlər.
2- Fəqihlər Peyğmbərlərin əminləridirlər.
3- Fəqihlər İslam dininin qalasıdırlar.

Həmd və səna olsun o, Allaha ki, onlar (alimlər) həməşə nur saçdılar, nur saçırlar, nur saçacaq və hidayət edəcəklər. Həmd və səna olsun o, Allaha ki, onların birinin ömürünün başa çatması ilə digərini onun məqamına çatdırır. Ən məsuliyyətli olan vəzifəni (halal və haram hökmlərini) insanlara çatdırmaq vəzifəsini onun öhdəsinə qoyur. Allah-taala müqəddəs kitabımız Qurani-kərimdə buyurur:

مَا نَنسَخْ مِنْ آیَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَیْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَیَ کُلِّ شَیْءٍ قَدِیرٌ

Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!(1)

Qum və Nəcəfi-əşrəf elmi hövzələrinin böyük mərcəi-təqlidlərinin qəmli və kədərli vəfatlarından sonra indi onları əvəz edən alimlərin və fəqihlərin şahidiyik. Bu alimlərdən biri də Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənablarıdır.

səh: 6


1- Bəqərə surəsi, ayə 106.

Alimlərin fəzilətləri haqda bir neçə ayə və hədis

إِنَّمَا یَخْشَی اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء

Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar).(1)

یَرْفَعِ اللَّهُ الَّذِینَ آمَنُوا مِنکُمْ وَالَّذِینَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ

Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!”–deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!(2)

قُلْ هَلْ یَسْتَوِی الَّذِینَ یَعْلَمُونَ وَالَّذِینَ لَا یَعْلَمُونَ إِنَّمَا یَتَذَکَّرُ أُوْلُوا الْأَلْبَابِ

De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın

səh: 7


1- Fatir surəsi, ayə 28.
2- Mücadilə surəsi, ayə 11.

ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (1)

Əziz islam peyğəmbəri həzrət Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm) və onun məsum Əhli-beytindən (ələyhimus-səlam) bu barədə çoxlu hədis və rəvayətlər nəql olunub. Burada o hədislərdən bir neçəsinə işarə etməklə kifayətlənirik.

عن ابی عبد الله الصادق علیه السلام قال: قال رسول الله (ص) و فضل العالم علی العابد کفضل القمر علی سائر النجوم لیلةالبدر، و ان العلماء ورثة الانبیاء

Həzrət Mühəmməd peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:

Alimin abiddən üstünlüyü on dörd gecəlik ayın ulduzdan üstünlüyü kimidir və onlar peyğəmbərlərin varisləridirlər.(2)

عن ابی جعفر الباقر علیه السلام قال: عالم ینتفع بعلمه افضل من سبعین عابد.

İmam Mühəmməd Baqir (ələyhis-səlam) buyurub:

səh: 8


1- Zumər surəsi, ayə 9.
2- Üsuli-kafi, cild 1, “Elm öyrənməyin və alimin savabı” bölməsi.

Öz elmi ilə fayda verən alim yetmiş abiddən üstündür.(1)

عن ابی عبد الله الصادق علیه السلام قال: اذا اراد الله بعبد خیرا فقهه فی الدین.

İmam Sadiq (ələyhis-səlam) buyurub: Allah-taala bir bəndənin xeyrini istəyərsə onu dində fəqih və alim edər.(2)

Ailəsi və əsl nəcabəti

Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənablarının atası Ayətullah hacı seyid Səccad Ələvi Gorgai (Allah ona rəhmət etsin) Gorgan və Dəşt məntəqəsinin eləcədə Mazandaran bölgəsinin görkəmli alimi idi. O, qəməri tarixi ilə 1322-ci ildə Gorganın Ələng kəndində seyid Qasim ağanın evində dünyaya göz açdı. Seyid Qasim ağa həməşə zikr edən, dindar və mömin insan idi. O, altımış beş yaşına çatmışdı amma oğul övladı yoxu idi. Nəhayət altımış beş yaşında çoxlu dualar və zikirlərin vasitəsi ilə Allah-taala ona oğul övladı verdi və bir neçə ildən

səh: 9


1- Üsuli-kafi, cild 1, “Elmin fəziləti” bölməsi.
2- Üsuli-kafi, cild 1, “Elmin fəziləti” bölməsi.

sonra seyid Qasim ağa dünyasını dəyişdi. O, yetkinlik yaşında ikən anasını itirdi. Sonra Ayətullah hacı molla Mühəmməd Haşim Kəbir Kordkuyi (Allah ona rəhmət etsin) onun sərpərəsliyini öhdəsinə götürdü. Müqəddimə dərslərini, ədəbiyyat və bir neçə dini elimləri ondan öyrəndi. 1344-cü ildə müqəddəs Məşhəd şəhərinə köçdü orada Ayətullah mirzə Məhdi İsfəhani, molla Haşim Xorasani, Fazil Bəstami, birinci ədib Nişaburidən ali səth dərslərini öyrəndi. Qəməri tarixi ilə 1347-ci ildə Qum elmi hövzəsinə hicrət etdi. Ayətullah əl-üzma hacı şeyx Əbdul-Kərim Hairi Yəzdi, hacı şeyx Məhəmmədəli Hairi Qumi, hacı mirzə Mühəmməd Feyzi Qumi, hacı şeyx Əbul-Qasim Qumi, mirzə Mühəmməd Əli Şahabadi və mirzə Mühəmməd Sabiti Həmədanidən (Allah onlara rəhmət etsin) fiqh, üsul, fəlsəfə və kəlam dərslərini öyrəndi. Qəməri tarixi ilə 1353-cü ildə ustadı Ayətullah Hairi Yəzdinin məsləhəti ilə Nəcəfi-əşrəf şəhərinə getdi. Orada Ayətullah seyid Əbul-Həsən İsfəhani, şeyx Mühəmməd Kazim Şirazi, mühəqqiq İsfəhani və ağa Ziya İraqinin dərslərindən bəhrələndi. Ayətullah seyid Əbul-Həsən İsfəhani ona çox əhəmiyyət verər və hörmət edərdi. O, ali səth dərslərini orada tədris

səh: 10

etməyə başladı. Onun şagirdlərindən bir neçəsinin adını burada qeyd edirik. Ayətullah əl-üzma hacı şeyx Əli Mühəmməd Burucerdinin oğlanları şeyx Mühəmməd İbrahim və şəhid şeyx Mürtəza Burucerdi. Hacı şeyx Abbas Quminin oğlanları hacı mirzə Əli Muhəddiszadə və hacı mirzə Möhsin Muhəddiszadə. Bunlardan əlavə mərhum şəhid Nəvvab Səfəvini qeyd etmək olar. On iki il Nəcəfi-əşrəfdə yaşadıqdan sonra Gorgan camaatı Ayətullah seyid Əbul-Həsən İsfəhanidən Ayətullah seyid Səccad Qorqani cənablarını İrana yollamasını xahiş etdilər. Ayətullah seyid Səccad Qorqani cənabları qəməri tarixi ilə 1365-ci ildə İrana yollandı və Qum şəhərində məskunlaşdıqdan sonra Qum elmi hövzəsində fiqh və üsul elmlərinin ali səth dərslərinin tədrisinə başladı. Mərhum Ayətullah hacı Şəhab Əşraqi onun tələbələrindən olubdur.

Bir müddətdən sonra Gorganın dindar və mömin camaatı Ayətullah əl-üzma Burucerdidən Ayətullah seyid Səccd Qorqani cənablarını Gorgana göndərməsini xahiş edirlər. Qəməri tarixi ilə 1366-cı ildə Ayətullah seyid Səccad Qorqani cənabları Gorgana qayıtdı Came məscidində imam camaat və dinin təbliğinə, İmadiyyə

səh: 11

mədrəsəsində isə dini elimlərin tədrisinə məşğul oldu. Oradakı şagirdlərindən mərhum Mühəmməd Təqi Daneşpejuh, Tahiri Qorqani, Cənnati Şahrudinin adlarını qeyd etmək olar. Ayətullah seyid Səccad Qorqani cənabları o, məntəqədə iki yüzə yaxın hüseyniyyə, məscid və imamzadələrin hərəmlərini təsis və təmir etmişdir. Dörd dövrə müqəddəs kitabımız Quranı-kərimi kamil şəkildə təfsir etmişdir.

Ayətullah seyid Səccad Qorqani cənabları imkansız şəxslərə xidmət və kömək etməkdə və onların problemlərini həll etməkdə çox çalışardı. Onun gözəl əxlaq, təqva və elminə görə həmçinin gözəl moizə və söhbətlərinə görə o məntəqənin şiə və sünni camaatının arasında böyük hörəmətə sahib idi. Ayətullah seyid Səccad Qorqani qəməri tarixi ilə 1407-ci ildə dünyasını dəyişdi.(1)

Onun övladları: Ayətullah əl-üzma seyid Ələvi Qorqani, Höccətül-islam hacı seyid Mühəmməd Həsən, Höccətül-islam hacı seyid Mühəmməd Hüseyn Ələvidir.

səh: 12


1- Asarul-hoccəh, cild 2, səh 342; Gəncineye daneşməndan, cild 6, səh 413-415; Ayineye daneşvəran, səh 272; Məscid jurnalı, nömrə 35, səh 82-87.

Yeznələri: Ayətullah hacı seyid Həbibullah Tahiri Qorqani və hacı seyid Həsən Sibt Əhmədi.

Anası: Mərhum şeyx Əliəsğər Muəyyiduş-şəriənin qızıdır.

Burada qısada olsa Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənablarının qaynatası haqqında da məlumat vermək istəyirik. Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənablarının qaynatası mərhum Höccətul-islam vəl-müslimin hacı şeyx Məhəmmədəli Ənsari Qumi (qəməri tarixi ilə 1328-ci ildə dünyaya göz açmış 1405-ci ildə dünyasını dəyişmişdir). O, Qum şəhərində məşhur ədəbiyyatçı olubdur. O, Nəhcül-bəlağə kitabına şərh yazıb və Əhli-beyt (ələyhimus-səlam) şairi olmuşdur. O, Əhli-beyt haqqında (ələyhimus-səlam) müxtəlif kitablar yazmışdır.

Ayətullah hacı şeyx Mürtəza, hacı şeyx Əhməd və hacı şeyx Məhmud Ənsari mərhum Höccətul-islam vəl-müslimin hacı şeyx Məhəmmədəli Ənsari Quminin qardaşlarıdırlar. Onlar Qum və Nəcəf elmi hövzəsinin görkəmli xətib və alimlərindən olublar.

səh: 13

Təvəllüdü

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları qəməri tarixi ilə 1359-cu, şəmsi tarixi ilə isə 1318-ci ildə həzrəti Fatimənin (səlamullahi ələyha) dünyaya gəldiyi gündə Nəcəfi-əşrəf şəhərində elm, fəzilət və təqva ailəsində dünyaya göz açmışdır.

Bu uşağın dünyaya gəlməsi atasının sevincinə səbəb oldu. Çünki bu uşaq dünyaya gələnə qədər onun bir neçə oğlu dünyaya gəlmişdi və uşaqlıq çağlarında dünyalarını dəyişmişdilər. Elə buna (oğlanlarının dünyalarını dəyişdiyinə) görə o, həzrəti Əliyə (ələyhis-səlam) təvəssül edib və ondan alim və saleh əməl sahibi olan övlad istəyir.

Düzgün yuxu

Ayətullah hacı seyid Səccad Ələvi (Allah ona rəhmət etsin) bir gecə yuxuda həzrət Əlinin (ələyhis-səlam) hüzuruna gedir. Həzrət Əli (ələyhis-səlam) tezliklə onun oğlunun dünyaya gələcəyini ona müjdə verir və ona deyir oğlunun adını Əli qoyarsan.

səh: 14

Uşaq dünyaya gələndən sonra atası savaba riayət etmək üçün onun adını Mühəmməd və həzrət Əliyə (ələyhis-səlam) verdiyi sözə görə Əli qoyur.

Atası dəfələrlə ona deyərdi Məhəmmədəli! Sən digər qardaşlarından fərqlənəcəksən, gələcəkdə böyük məqamlara yüksələcəksən. Çünki mən səni həzrət Əliyə (ələyhis-səlam) təvəssül etməklə Allahdan almışam.

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları ata-anasının yanında boya-boşa çatdı. Yazmaq, oxumaq və bir çox dini məsələləri öz atasından öyrəndi.

Təhsil dövrü

Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənabları qəməri tarixi ilə 1365-ci ildə yeddi yaşındaykən atası ilə İrana qayıtdı. Atasından Quran qiraəti, Nəsəb şünasi, Hesab, Gülüstan və bunlardan sonra ərəb qıramatikasını öyrəndi. O, əvvəl ədəbiyyat, Muğni, Mutəvvəl və Lumə kitabının bir hissəsini atasından dərs aldı. Qəməri tarixi ilə 1374-cü ildə on altı yaşındaykən atası və şəhərlərindən bir dəstə camaatla Ətəbətu-

səh: 15

aliat, Beytullahil-həram, Beytul-müqəddəs və Şamat ziyarətlərinə gedir. Ayətullah əl-üzma seyid Ələvi Qorqani yol boyu ziyarətçilər üçün şəri hökmlərini deyir və onlar üçün kitab oxuyardı. Həcc səfərindən qayıdarkən Nəcəfi-əşrəf şəhərində qalıb orada təhsilini davam etdirmək fikrinə düşür. Mərhum Ayətullah əl-üzma Həkim (Allah ona rəhmət etsin) Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənablarının atası ilə görüşməyə gələndə onun məqsədini başa düşür. O, Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənablarının atasına deyir: Əgər o, Qum elmi hövzəsində təhsilə məşğul olsa daha yaxşıdır. Çünki Qum elmi hövzəsinin iki üstünlüyü var. Tədris etmək və minbərə getmək fənləri. Hər kim o hövzədə təhsil alsa hər ikisinə yiyələnəcək. O, dərs oxuyacaq, dərs verəcək və təbliğ edəcək.

O, Ayətullah əl-üzma Həkimin (Allah ona rəhmət etsin) məsləhətinə görə Qum elmi hövzəsinə yollanır və böyük ustadların hüzurunda təhsilə məşğul olur. Onlardan Ayətullah Mucahidi Təbrizi, Ayətullah Sultani Təbatəbai və Ayətullah Sutudə Ərakini (Allah onlara rəhmət etsin) qeyd etmək olar. Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənabları onların hüzurunda dörd il təhsilə

səh: 16

məşğul oldu. (Bu az bir zaman onu çatdırır ki, o böyük istedada malikdir).

Ustadları

Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənabları o dövrün görkəmli və tanınmış fəqihlərinin dərslərində iştirak edirdi. Burada onlardan bəzilərinə işarə edirik.

1-Ayətullah əl-üzma Burucerdi (Allah ona rəhmət etsin). Üç il onun “Fiqh” dərsində iştirak etmişdir.

2-Ayətullah əl-üzma imam Xumeyni (Allah ona rəhmət etsin). Səkkiz il onun “Üsul” dərsində iştirak etmişdir.

3-Ayətullah seyid Mühəmməd mühəqqiq Əhmədabadi (Allah ona rəhmət etsin). On iki il onun “Fiqh və Üsul” dərslərində iştirak etmişdir.

4-Ayətullah əl-üzma seyid Mühəmmədrza Musəvi Golpayqani (Allah ona rəhmət etsin).

5-Ayətullah hacı şeyx Abbasəli Şahrudi (Allah ona rəhmət etsin).

6-Ayətullah hacı şeyx Məhəmmədəli Əraki (Allah ona rəhmət etsin).

səh: 17

7-Ayətullah hacı Mürtəza Hairi Yəzdi (Allah ona rəhmət etsin). On beş il onun “Fiqh” dərsində iştirak etmişdir.

Həmçinin yay mövsümündə Qum elmi hövzəsi tətil olan vaxt Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları yeddi il Nəcəfui-əşrəf şəhərinə gedir və Ətəbati-aliatın ziyarətindən əlavə Nəcəfi-əşrəf şəhərində olan görkəmli alimlərin dərsində iştirak edirdi. Onlardan bir neçəsinin adını burada qeyd edirik.

Ayətullah əl-üzma imam Xumeyni, Ayətullah əl-üzma Xoi, Ayətullah əl-üzma Şahrudi və Ayətullah əl-üzma mirəzə Baqir Zəncanini (Allah onlara rəhmət etsin).

Tədrisi

Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənabları mübarək və bərəkətli ömrünü təlif, tədris və dinin təbliği yolunda keçirir. O, tələbəliyinin ilk illərindən ədəbiyyat və səth dərslərinin tədrisinə məşğul olub. Şəmsi tarixi ilə 1334-cü ildə dəfələrlə Süyuti, Muğni, Mutəvvəl, Şərhi Şəmsiyyə və Şərhi Nizam kitablarını tədris emişdir. On altı

səh: 18

yaşında ikən “Kəşful-ğaşiyə ən vəchil haşiyə” adlı kitabı yazmışdır.

Qəməri tarixi ilə 1382-ci ildən səth (Məalim, Qəvanin, şərhi Lumə və Şərh Təcrid) və ali səth dərslərinin ( Rəsail, Məkasib, Kifayə və şərhi Mənzumə) tədrisinə başlamışdır. O, bəzi günlər dörd dərs tədris edərdi. Onun dərsləri Qum elmi hövzəsində seçilmiş dərslərdən idi. Qum elmi hövzənin tarixçilərindən biri otuz il bundan qabaq şəmsi tarixi ilə 1350-ci ildə onun haqqında belə yazıb:

Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənabları elmi hövzənin ali səthinin dərslərini tədris edən ustadlardandır. O, elm, təqva və fəzilətlərlə bəzənib.(1)

Ayətullah əl-üzma hacı seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani cənabları qəməri tarixi ilə 1405-ci ildə bir dəstə tələbələrin istək və xaişi ilə fiqh elminin dərsi xaricini Əbul-Qasim Nəcmuddin Cəfər mühəqqiq Hillinin “Şəraeyi-islam” adlı kitabının əsasənda başladı. Təharət, zəkat kitablarını tamamlayıb hal-hazırda səlat kitabını tədris

səh: 19


1- Gəncineyi danişməndan, cild 2, səh 206, Şərif Razi; Əxtərane tabnak, cild 2, səh 196, Məhəllati.

edir. Eyni zamanda Üsul elminin dərsi xaricini Kifayətul-üsul kitabının əsasənda başlamışdı. Bu kitabın dərsi xaricini bir dövrə kamil şəkildə tədris edib. Bu kitabın dərsi xaricini bir dövrə tədris etmək on beş il vaxt tutub. Hal-hazırda ikinci dövrəni tədris edir. Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları qırx illik tədrisi dövründə saysız alimlər yetişdirib. Onun tələbələrindən bir çoxu hal-hazırda müxtəlif şəhərlərdə və müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. Onun tələbələrindən bəziləri hövzədə, universitetlərdə tədris edirlər. Bəziləri imam camaat, qazi və milli məclisdə fəaliyyət göstərirlər.

Dini təbliğləri

Müqəddəs kitabımız Qurani-kərim fəqihlərin və dini alimlərin vəzifələrindən birini də insanları Allahın əzabından qorxudub və Allah-taalanın dinini onlara çatdırmağı bildirir.

فَلَوْلاَ نَفَرَ مِن کُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّیَتَفَقَّهُواْ فِی الدِّینِ وَلِیُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُونَ

Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına

səh: 20

öyrətmək üçün) qalsın ki, camaatı qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!(1)

Bu ayə bütün alimlərin vəzifəsini təyin edib. Bu vəzifə də insanların öhdələrində onan təkliflərini onlara öyrətməkdir.

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları öz vəzifəsinə əməl etmək üçün tələbəliyinin ilk dövrlərindən dini təbliğ etməyə başlamışdır. Uzun illər Ramazan, Məhərrəm və Səfər aylarında öz gözəl söhbətləri ilə Əhli-beyt (ələyhimus-səlam) aşiqlərini feyziyab edirdi. Hətta mərcəiyyət məqamına çatandan sonra da bu vəzifəsinə əml edir.

Qeyd etdiyimiz aylardan başqa vaxtlarda mərcəiyyət məqamına çatmazdan qabaq on səkkiz il ardıcıl isti və soyuq havalarda, yayda və qışda dördüncü və beşinci günlər Tehran şəhərinə gedər və Fatimiyyə məscidində tədris edərdi. O zamanlar Fatimiyyə məscidində xeyriyyə fondunu və məscidin heyyətini təsis etdi. O zamanlar universitet müllimləri və tələbələri üçün

səh: 21


1- Tövbə surəsi, ayə122.

Şərhi Mənzumə, Şərh Təcrid və əqaid dərslərini tədris edirdi.

Tədris üslubu

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları fəqihlərin nəzərlərini, fiqhə aid olan hədisləri, bir-birlərinə zid olan rəvayətləri həll etməkdə və hədisin ravilərini araşdırmaqda xüsusi bir istedada malikdir. O, Mirzaye Quminin “Ğənaimul-əyyəm”, Molla İsmail Əqili Nurinin “Vəsilətul-məad”, Ayətullah Xansarinin “Camiul-mədarik” kitablarına və digər kitablara müraciət edir sonra bunların nəzərlərinin arasından bir nəzəri seçir (və ya özü yeni bir nəzər irəli sürür). Onun seçdiyi nəzər bəzən digər fəqihlərin nəzərləri ilə üst-üstə düşür bəzi vaxtlar isə digər fəqihlərin nəzərlərindən fərqli olur. O, həməşə dərsin əvvəlində tədris etdiyi yerdə hazır olur və tətil günlərini çıxmaq şərti ilə heç vaxt dərslərini tətil etmir. Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları hər üçüncü günlər həzrət Peyğəmbərin hədislərindən birini şərh edir. Əgər üçüncü gün buraxılış olarsa həmin hədisi ikinci gün şərh edir. O, bu işi ilə istəyir tədris etdiyi hədislərin

səh: 22

arasında fasilə olmasın. Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları bu yolla indiyə qədər həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) həzrət Əmirəl-mömininə (ələyhis-səlam), Əbuzər Ğəffari və Abdullah ibni Məsuda (Allah onlara rəhmət etsin) etdiyi vəsiyyətlərini şərh etmişdir. Hal-hazırda həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) Əbuzər Ğəffariyə (Allah ona rəhmət etsin) etdiyi vəsiyyətlərinin şərhi Ənvari əxlaqi “Rəhe tuşeye parsayan” adı ilə çap olunmuşdur.

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları dərs əsnasında tələbələrinin bütün suallarına kamil şəkildə səbrlə qulaq asır sonra isə onları cavablandırır. Fəal və çalışqan tələbələrini həməşə öz diqqət mərkəzində saxlayır və hörmətlə onlara yanaşır.

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları “Fiqh və Üsul” dərslərinin əsnasında tarix, təfsir, rical və digər mövzulara aid olan mətləbləri kamil şəkildə tələbələr üçün şərh edir. Bu da onun yüksək elmə malik olmasını göstərir.

səh: 23

Mərcəiyyəti (Elmi məqamı)

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları Qum elmi hövzəsində elm, təqva və fəqihliydə məşhur şəxsiyyətlərdən biridir. Digər Mərcəi-təqlid müçtəhidlərin dövründə çoxları ümüdlərini ona bağlamışdılar. Mərcəi-təqlid müçtəhidlər dünyalarını dəyişəndən sonra (Allah onlara rəhmət etsin) mömin və dindar şəxslər xüsusi ilə də Mazandaran və Gilan camaatı ondan “İzahlı şəriət hökmləri” adlı kitab istəyirlər. O, qəməri tarixi ilə 1412-ci ildə öz şəri fətvalarını müsəlmanların ixtiyarında qoydu. Onun “İzahlı şəriət hökmləri” adlı kitabı Ərəb və Ordu dillərinə tərcümə olunub. Hal-hazırda İran və xarici ölkələrdə onun çoxlu müqəllidləri vardır. Qum elmi hövzəsinin tələbələrinin aylıq təqaüdlərinin bir hissəsi Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları tərəfindən ödənilir.

səh: 24

Əsərləri

Əziz ustadımız Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları Fiqh və Üsul elminin tədrisindən (yüzlərlə dərslik kasetləri hal-hazırda möcuddur), təbliğ və islam dinini yaymaqdan, tələbə yetişdirməkdən əlavə Fiqh, Üsul, Hədis və Rical elimlərində kitablar yazmışdır. Burada onlardan bir neçəsinin adını qeyd edirik.

Çap olunmuş əsərləri

1-Tozihul-məsail.(1) Ordu dilinə də tərcümə olunub.

2-Əvcibətul-məsail və ya Pasox be cədidtərin isteftaat.(2)

3-Mənasike həcc.(3)

4-Minhacus-salehin.(4) Ərəb dilindədir.

5-Minhacul-nasikin(5)

6-Nurul huda. Ürvətül-vüsqaya təliqə yazıb.

7-Əl-mənazirul-nazirə fi əhkamil-itrətil-tahirə.

səh: 25


1- İzahlı şəriət hökmləri.
2- Yeni suallara cavablar.
3- Həcc əməllərinin izahı.
4- İzahlı şəriə hökmləridir, ərəb dilində yazılıb.
5- Həcc əməllərinin izahı, ərəb dilində yazılıb.

8-Təliqə bər Təhrirul-vəsilə.(1)

9-Golçini əz ənvare əxlaqi.(2)

10-Rəhe tuşeye parsayan, əxlaqe ənvari.(3)

11-Tohid əz didgahe elm.(4)

Çap olunmamış əsərləri

1-Əl-mənazirul-nazirə, geniş şəkildə təharət, səlat və zəkat kitablarının şərhi.

2-Ləalil-üsul. On ciliddən ibarətdir. Ləfz bölməsindən başlayır istishab bölməsinə qədər.

3-Zubdətul-ləali. Yuxarıda qeyd etdiyimiz kitabın xülasəsidir.

4-Əl-qəvaidul-fiqhiyyə. (Ziman, La zərər, Təqiyyə, Ədalət, Məysur və Əsalətus-sihhə qaydaları bəhs edilir).

5-Risale dər furue elme icmali.

6-Risale dər təadol və təracih.

7-Risale dər ictihad və təqlid.

8-Təqrirate dərse fiqhe Ayətullah əl-üzma Burucerdi (təharət və qəza bəhsləri).

səh: 26


1- Təhrirul-vəsiləyə təliqə yazıbdır.
2- Üçüncü günlər tədris etdiyi əxlaq dərslərindən seçilmiş mövzulardır.
3- Həzrət Peyğəmbərin (s) Əbuzərə etdiyi vəsiyyətlərin şərhidir.
4- Tohid haqda etdiyi söhbətlər.

9-Təqrirate Ayətullah Mühəqqiq Damad (səlat və həcc bəhsləri).

10-Təqrirate dərse fiqhe Ayətullh hacı şeyx Abbasəli Şahrudi (təharət kitabı).

11-Təqrirate dərse fiqhe Ayətullah Əraki (cümə namazının bəhsləri).

12-Təqrirate dərse fiqhe Ayətullah hacı Mürtəza Hairi (təharət və xüms kitabları).

13-Təqrirate dərse üsule Ayətullah əl-üzma imam Xumeyni. (Müqəddimeyi vacib bəhsindən başlayır qət və zənn bəhsinin sonuna qədər).

14-Təqrirate dərse üsule Ayətullah Muhəqqiq Damad. (Üsul elmini kamil şəkildə təqrir etmişdir).

15-Təliqə bər vəsilətun-nicat.

16-Təliqə bər minhacus-salehin.

17-Kəşful-ğaşiyə ən vəchil-haşiyə. (Molla Abdullahın Muşkilate haşiye adlı kitabını şərh etmişdir. Bu, əziz ustadımızın ilk əsəridir).

18-Nurul-bəyan fi təfsiril-Quran.

19-Təbəqatul-rical.

20-Rəhe tuşeye parsayan, ənvare əxlaqi. (Həzrət peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) Əmirəl-mömininə (ələyhis-səlam) və Abdullah ibni Məsuda etdiyi vəsiyyətlərin şərhi).

səh: 27

İctimai xidmətləri

Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları umumi camaatın istifadəsi üçün bir neçə xeyriyyə mərkəzinin bünövrəsini qoymuşdur. Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənabları imkansız şəxslərə xidmət və kömək etməkdə çox çalışır. O, beytul-malın müəyyən bir miqdarını müxtəlif yerlərdə məscid, hüseyniyyə, tib məntəqələri və xeyriyyə fondları üçün binalar tikməyə sərf edir. Gorganın Came məscidini təmir edib. Gorgan və onun ətraf kəndlərində bir neçə məscid təsis və təmir edib. Məscide Əzəm adlı bir məscid tikib.(1) Ələng kəndində Ayətullah hacı seyid Səccad Ələvinin adına bir polikilinika açıb. Semnan şəhərinin mərkəzində Seyyidüş-şühəda hüseyniyyəsini tikib. Tehranın hifdəh şəhrivəre cənubi məntəqəsində xeyriyyə fondu açmışdır.

səh: 28


1- Bu misilsiz olan böyük məscid şəmsi tarixi ilə 1350-ci ildə təsis olunmuşdur.

Həmçinin Ayətullah əl-üzma seyid Ələvi Qorqani cənablarının dəftərxanası Qum və Məşhəd şəhərlərində fəaliyyət göstərir. Əimmeye-ətharın təvəllüdü, vəfatı eləcədə hər həftənin dördüncü günləri şiə məzhəbinin təbliği, genişlənməsi və həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-beytinin (ələyhumus-səlam) tanınmaları üçün məclislər keçirilir. Bu məclislərdə görkəmli alimlər moizə edirlər.

Sonda Allah-taaladan bu böyük fəqih və alim üçün can sağlığı və xeyriyyə işlərinin davam etdirilməsində tofiqatını artırmasını diləyirik.

Aminə rəbbəl-aləmin

səh: 29

Mündəricat

Ön söz. 5

Alimlərin fəzilətləri haqda bir neçə ayə və hədis. 7

Ailəsi və əsl nəcabəti 9

Təvəllüdü. 14

Düzgün yuxu. 14

Təhsil dövrü. 15

Ustadları 17

Tədrisi 18

Dini təbliğləri 20

Tədris üslubu. 22

Mərcəiyyəti (Elmi məqamı) 24

Əsərləri 25

Çap olunmuş əsərləri 25

Çap olunmamış əsərləri 26

İctimai xidmətləri 28

Mündəricat 30

səh: 30

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109