Kitаbın аdı:......................................Qədir-Xum
Müәllif:................................Əli-Əzğər Rizvani
Tәrcümә еdәn:............................Maqsud Sayıl
Nәşr еdәn:......Müqәddәs Cәmkәrаn mәscidi
Çаp növbәsi:............................................Birinci
Çаp tаriхi:.....................................................2006
Tirаj:.............................................................5000
səh:1
səh:2
Bəzilərinin fikrincə, hazırda Qədir məsələsi və hәzrәt Əlinin (ə) imamlığı haqqında danışmaq (o dövrlə uzun müddət fasilə düşməsini nəzərə alaraq) faydasız və ziyanlıdır. Çünki haqqında söhbət etmək istədiyimiz tarixi hadisənin baş verdiyi zamandan əsrlər keçir. İndi Peyğəmbərdən (s) sonra onun canişininin kim olduğunu və hazırda bu məsuliyyətin kimin üzərinə düşdüyünü bilməyimiz nəyə lazımdır? Əli (ə), yoxsa Əbu Bəkr? Bu və ya digər suallar bizim əsrimizdə səmərəsiz olmaqla yanaşı, bir çox hallarda fitnə və kin-küdurətlərin yaranmasında başlıca amil rolunu ifa edir. Başqa sözlə desək, hazırkı dövrdə məzhəblərin vəhdətinə son dərəcə ehtiyac duyulduğu bir halda, bu növ ayrıseçkiliyə səbəb olan məsələlər hansı əsasla müzakirə olunur?
Bu bəhslərimizdə Allahın yardımı ilə, İmamət məsələsinin əsrimizdə nə kimi əhəmiyyət kəsb etdiyi haqqında söhbət açmaq istəyirik.
İrad tutanın “vəhdət” sözünə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, öncə bu sözün həqiqi anlamını aydınlaşdırmağı zəruri hesab edirik.
Burada iki mühüm termin bir-biri ilə yanaşı nəzərə alınmalı və heç biri digərinə qurban verilməməlidir; biri müsəlmanların vəhdəti, birliyi, digəri isə İslam dininin bir din olaraq qorunması.
Şübhəsiz ki, bu əsl dini qoruyub saxlamaq və onu təbliğ etmək hər bir müsəlmanın vəzifəsidir. Elə buna görə də bu məsələdə hamı məsuliyyət daşıyır.
səh:3
Müsəlmanlar, İslam və müsəlmanları məhv etmək istəyən düşmənlər qarşısında birləşərək İslam və müsəlmanların varlığını qorumalıdırlar.
Lakin bu heç də məsələnin digər tərəfini unudaraq, İslamın danılmaz həqiqətlərini bəyan etməkdən boyun qaçırmalı olduqları demək deyil. Biz heç bir zaman vəhdət məsələsini başlıca məqsəd kimi önə çəkərək, şəriət həqiqətlərini əsassız şəkildə ona qurban verməməliyik. Əksinə, İslamın müsəlmanlar arasında birliyə diqqət yetirməsi dinin toxunulmazlığı və təhlükəsizliyi istiqamətindədir. Belə olan halda necə ola bilər ki, “vəhdət” məsələsi bir çoxları üçün daha əhəmiyyətli mövzuya çevrilir. Belə ki, din və məzhəbin bir sıra danılmaz reallıqlarına göz yumaraq məsələni yersiz və məntiqsiz şəkildə izah etməyə çalışırlar.
Tarix və Peyğəmbərin keçdiyi həyat yolu bu məsələnin ən gözəl şahidi və təsdiqləyicisidir. İslam Peyğəmbəri (s) bilirdi ki, Bəni-Üməyyə Əli (ə) və Bəni- Haşimlə bir araya gəlməyəcək və bir çoxları İmam Əlinin (ə) vilayətinə boyun əyməyəcək və onun imamlığını qəbul etməyəcəklər. Bununla yanaşı bu məsələ Peyğəmbərin (s) həqiqəti çatdırmaq fikrindən dönməsinə və hәzrәt Əlinin (ə) imamət və vilayətini bəyan etməməsinə səbəb olmadı. O, özünün 23 il peyğəmbərlik dövrü boyunca, hər yerdə mümkün olduğu qədər hәzrәt Əlinin (ə) vilayət və imamətini xalqa çatdırdı. Halbuki, Peyğəmbər (s) öz vəfatından sonra bu məsələ ilə bağlı ixtilaf düşəcəyini və bu ixtilafın İmam Zamanın (ə) zühuruna qədər davam edəcəyini bilirdi. Ancaq bütün bunlara baxmayaraq, həqiqəti deməkdən boyun qaçırmadı.
səh:4
Bəli, Peyğəmbər (s) İmam Əlinin (ə) imamlığı barəsində qiyamət gününə qədər fikir ayrılığının davam edəşəyini tam yəqinliklə bilir, lakin yenə də hәzrәt Əlinin (ə) vilayətini bu cür təkidlə vurğulayır. Belə ki, hətta Qədir günü ürəklərdən hər növ şübhəni silmək məqsədi ilə o həzrətin әlini yuxarı qaldırır və bununla onun vilayətinə hədsiz önəm verdiyini xalqa çatdırmaq istəyir.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, həqiqəti xalqa çatdırmaq başlıca prinsip kimi götürülür və heç bir şəraitdə, hətta onu bəyan etmək müsəlmanlar arasında ixtilafa səbəb olacaqsa belə, ona göz yummaq olmaz. Ancaq bu heç də o demək deyil ki, müsəlmanlar bir-birinin canına düşərək özlərini məhv etsinlər. Əksinə, müştərək düşmənlərini unutmamaq şərtilə, öz müddəalarını bəyan etməklə qarşılıqlı anlaşma yolu ila bir-birlərini doğru və haqq sözü qəbul etməyə dəvət etsinlər. İmam Hüseynin (ə) qiyamı da müddəamızın düzgünlüyünü bir daha təsdiqləyir. Çünki, o həzrət (ə) onun bu hərəkatının müsəlmanların arasında çaxnaşmaya səbəb olmasını bilməsi ilə yanaşı, eyni zamanda heç vaxt müsəlmanların birliyinə xatir, “əl-əmru bil-məruf vən-nəhy ənil-munkər” (fəzilətə dəvət edib qəbahətlərdən çəkindirmək) kimi əhəmiyyətli prinsipdən əl çəkmədi. İmam Əlinin (ə) rəftarı və həyat tərzi də öz növbəsində bu məsələyə misal göstərilə bilər. Çünki, bəzilərinin fikrincə, İmam (ə) Təlhə, Zübeyr və Müaviyəyə yersiz üstünlük verməklə, Cəməl və Siffeyn döyüşünün qarşısını ala və bununla da minlərlə müsəlmanın ölümünə səbəb olan qalmaqala son qoya bilərdi.
səh:5
Lakin o həzrət (ə) İslam Peyğəmbərinin (s) haqq-ədalət və İslam şəriətinin qorunması məqsədi ilə həqiqətlərə göz yuma bilərdi.
Deməli, “vəhdət” – və ya birlik - anlayışının düzgün mənası öz əsas əqidələrini qorumaq şərtilə ortaq düşmən qarşısında eyni mövqedən çıxış etmək deməkdir. Bu isə bizi sırf elmi və təssübkeşlikdən uzaq diskussiyalara sövq edir. Çünki əslində bütün bunlar İslam şəriətinin qorunması məqsədini daşıyır.
Məhz bu səbəbdən İmam Əli (ə) Siffeyn döyüşünün qızğın yerində namazın vaxtını soruşur. O həzrətdən (ə) təəccüblə: “İndi müharibənin qızğın anında namazın yeridirmi?” – deyə soruşduqda buyurur: Biz namazı (xalq arasında) bərpa etmək üçün savaşmırıqmı? Buna görə də heç bir zaman məqsəd vasitələrə qurban verilməməlidir.
Misirin əl-Əzhər universitetinin rektor müavini və Məzhəblərarası danışıq komitəsinin sədri, Şeyx Məhəmməd Aşur tam məntiqi bir fikir irəli sürərək deyir:
“İslam məzhəblərinin yaxınlaşması, ortaq mövqeyə gəlməsi, bir məzhəbdən üz çevirib digər məzhəbə tapınmaq və bütün məzhəbləri vahid məzhəb altında birləşdirmək demək deyil. Bu məzhəblərarası barışıq ideyasını yanlış səmtə istiqamətləndirməkdir. Məzhəblərin ümumi razılığa gəlməsi elmi müzakirələr əsasında olmalıdır. Xurafatla mübarizəyə yalnız bu yolla - elm silahı ilə qalxmaq olar. Eləcə də hər bir məzhəbin elm adamları elmi diskussiyalar zamanı öz biliklərini qarşıya qoymalı, bununla da tam sağlam, şəffaf bir
səh:6
ortamda bilik və düzgün seçimə əsaslanaraq nəticə çıxarmalıdırlar(1).
Hər bir məzhəbin müştərək cəhətlərə diqqət yetirməsi, daha çox həmkarlığa zəmin yaradacaq, müştərək olmayan cəhətlərə diqqət yetirməsi isə haqqı üzə çıxarmaq və digərlərinin görüşlərini bəyan etmək üçün elmi tədqiqat işlərində daha çox səy göstərmələrinə səbəb olacaqdır. “Əhli-beyt (ə) vilayətinə tapınmaq” şüarına qapılaraq, Allah və Peyğəmbərə (s) şəhadət verməyin fiqhi nəticələrini inkar etməyin düzgün olmadığı kimi, “İslamda məzhəblərarası vəhdət” şüarı və təəssübdən uzaq olmaq adı ilə imanın şərtlərində müştərək olmayan cəhətlərə və onların nəticələrinə göz yummaq da düzgün deyildir.
Təəssübdən qaçmaq həqiqətlərə göz yummaq demək deyil. Onun mə`nası tədqiqat və elmi müzakirələrdə, elmə müvafiq ideoloji əsasların əsasını qoymaqdır. Bu nəzəri sistemin nəticəsində isə müxtəlif məzhəblərin bir-biri ilə rəftarı sağlam və normal səmtə doğru yönələcəkdir.
İslam dini müsəlmanlar arasında birliyə olduqca əhəmiyyət verir. Qurani-kərim buyurur:
وَاذْکُرُواْ نِعْمَة اللّهِ عَلَیْکُمْ إِذْ کُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَیْنَ قُلُوبِکُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا
Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam
səh:7
ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz.(1)
وَلَا تَکُونُوا کَالَّذِینَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمْ الْبَیِّنَاتُ وَ أُوْلَئِکَ لَهُمْ عَذَابٌ عَظِیمٌ
(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.(2)
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَیْنَ أَخَوَیْکُمْ
Həqiqətən, mö’minlər (dində) qardaşdırlar.(3)
إِنَّ الَّذِینَ فَرَّقُواْ دِینَهُمْ وَکَانُواْ شِیَعًا لَّسْتَ مِنْهُمْ فِی شَیْءٍ
(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!(4)
وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِیعاً وَلَا تَفَرَّقُوا
Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!(5)
وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِیحُکُمْ
Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz(6).
səh:8
ِانَّ هَذِهِ أُمَّتُکُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّکُمْ فَاعْبُدُونِ
(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!(1)
Doğrudur, Qurani-kərim çoxsaylı ayələrdə ümumdini vəhdət məsələsini dönə-dönə vurğulayır. Lakin unutmamalıyıq ki, birlik üçün hər hansı bir meyar lazımdır. Başqa sözlə desək, birlik və vəhdətə çatmaq üçün ümumi bir yol lazımdır. Heç bir meyar olmadan vəhdətdən danışmaq səmərəsizdir. Vəhdət yalnız “Qurani-samit” oxu ətrafında fırlana bilməz. Çünki, Əli (ə) demişkən: Quran (ayələri) müxtəlif batini və zahiri mənalara malikdir. Belə ki, onun sözlərini müxtəlif mənalara yozmaq olar. Elə buna görə də Qur`ani-kərim, səmavi kitab barəsində “İmam”(2) (rəhbər) ifadəsini işlətməklə yanaşı həzrət İbrahimi (ə) nitq qabiliyyətli imam kimi təqdim edir:
وَإِذِ ابْتَلَی إِبْرَاهِیمَ رَبُّهُ بِکَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّی جَاعِلُکَ لِلنَّاسِ إِمَامًا
səh:9
(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm, - dedi.(1)
Buradan məlum olur ki, nitq qabiliyyətinə malik olmayan (samit) səmavi kitablar yetərli deyillər. Deməli, natiq və danışan imama ehtiyac duyulur. Hansı ki, mübahisəli anlarda haqq-ədalət carçısı, başqa sözlə, dini birliyin mərkəzi oxu rolunu oynayır.
Bu, yuxarıda qeyd olunan “İ`tisam” ayəsindən(2) də asanlıqla aydınlaşır. Çünki, ayədə müsəlmanların ilahi ipdən yapışmaları əmr olunur. Bu isə o deməkdir ki, sizi qəti surətdə Allaha çatdıran şəxs, mə`sum və haqq imamdan başqa bir kəs deyildir. Dini vəhdətdə ən mühüm meyar və ölçü budur ki, müsəlmanların ətrafında toplaşdıqları həqiqət, səlahiyyətli bilik sahiblərinin elmi araşdırma və müzakirələri yolu ilə aydınlaşmalıdır.
Vəhdətin son məqsədi həqiqətlərdən uzaqlaşmaq deyil, əslində vəhdət özü həqiqətə doğru gedən yoldur. “İ`tisam” ayəsi İslam məzhəbləri arasında birliyin meyarını təyin etməklə, son dərəcə əhəmiyyətli bir sirrin üstünü açır. Belə ki, müxtəlif məzhəblər arasında mövcud olacaq bu birlik, Allah ipindən yapışmadan müyəssər olmur. İlahi ipdən yapışmaqla islam ümməti pərakəndəlikdən və bədbəxtlik bataqlığına düşməkdən, eləcə də məhvedici fitnələrdən yaxa qurtarır.
Ayədə “vəhdət” mərkəzini bildirən “həbl” (ip, kəndir) sözünün olması, diqqəti özünə cəlb edir.
səh:10
Sözsüz ki, bu kəndirin iki tərəfi vardır: biri ümmət, o biri isə uca yaradandır. Bu ip yerlə göy, insanla qeyb aləmi arasında vasitədir. Deməli, vəhdət və birlik çərçivəsinin bu qütbü qeyb və “mələkut” aləminə birləşik olmalı, bununla da müşahidə dünyası ilə qeyb aləmi (dünya və axirət) arasında əlaqə zəncirinə çevrilməlidir. Nəticə etibarı ilə deyə bilərik ki, vəhdət gəmisi, heyvani istəklər körpüsündə yan almamalı, həqiqət və reallıq limanında lövbər salmalıdır. Bir sözlə, heyvani istəklər dairəsində toplaşmaq deyil, haqq və həqiqət ətrafında müttəfiq olmaq nəzərdə tutulur.
Buna əsasən demək olar ki, “həqiqət” xalqın istəyinə heç bir bağlantısı olmayan, müstəqil reallıqdır. Həqiqəti taparaq kütləvi surətdə ondan yapışmaq xalqın öz öhdəsinədir. Yəni xalq həqiqəti qavradıqdan sonra, özlərini ona uyğunlaşdıraraq bir araya gəlməlidir. Demək, “həqiqət” xalq ittifaqının məhsulu deyil. Belə ki, ümmətin hər hansı bir məsələdə yekdil olmasından haqq, onların bir məsələdən üz çevirmələrindən isə batil doğulmur. Necə ki, İmam Hüseyn (ə) müsəlmanların birliyini yararaq Yəzidin əleyhinə qiyam etdi. O həzrət özü bu barədə belə buyurur:(1)
انما خرجت لطلب الاصلاح فی امة جدی ارید ان آمر بالمعروف و انهی عن المنکر
“Mən babamın ümmətinin islahı yolunda qiyam etdim. Mənim məqsədim insanları doğru səmtə çəkərək, pis yoldan uzaqlaşdırmaqdır. Əgər həqiqət, ümmətin müttəfiqliyi ilə ölçülürsə, burada
səh:11
artıq islaha ehtiyac duyulmur. İslah və doğru yola yönəldərək pisliklərdən çəkindirmək həqiqətin öz mahiyyətinin xalq toplusundan kəsb olunmaması müddəasını sübut etmək üçün ən güclü dəlildir. Əslində xalq özünü həqiqətə təqdim etməli və onunla müvafiq şəkildə uzlaşmalıdır. “İ’tisam” ayəsinin şərhində gələn hədisələrə müraciət etməklə görürük ki, Allahın ipi, insanı tam arxayınlıqla uca tanrıya çatdıran məsum imamlardır.
İbn Həcər Heytəmi bu ayəni, Əhli-beyt (ə) haqqında nazil olmuş ayələr sırasında gətirmişdir.(1) Habelə “Səqəleyn” hədisini bu ayənin (“İ’tisam” ayəsi) izahedicisi adlandırmaq olar. Çünki, o hədisdə Allahın rəsulu (s) möminləri Quran və Əhli- beyt adlı iki qiymətli gövhər ətrafında toplaşmağa çağırır. Bununla isə, onların həqiqət səmtinə yönəlib, azğınlıqdan yaxa qurtarmasını bəyan edir.
Əbu Cəfər Təbəri “İ’tisam” ayəsini təfsir edərkən belə deyir: “İ’tisam” dedikdə bir şeydən yapışaraq əl götürməmək nəzərdə tutulur, çünki ip elə bir şeydir ki, insanı məqsədə çatdırır.(2)
Başqa bir tərəfdən bu hədisin bir sıra yazılarında “İ’tisam” sözü işlənmişdir. Nümunə olaraq İbn Əbu Şeybənin Peyğəmbərdən “Səqəleyn” hədisini nəql etməsini göstərmək olar. Burada göstərilir ki, Peyğəmbər (s) belə buyurdu:(3)
səh:12
انی ترکت فیکم ما لن تضلو ان اعتصمتم به کتاب الله و عترتی...
Elə bu səbəbdən təfsir və hədis alimləri “Səqəleyn” hədisini “İtisam” ayəsinin izahında gətirirlər.
Hakim Həskani birbaş İslam Peyğəmbərindən (s) belə nəql edir:
من احب ان یرکب سفینه النجات و یتمسک بالعروه الوثقی و یعتصم بحبل الله المتین فلیوال علیا ولیاتم بالهدات من ولده.
“Nicat tapmış gəmiyə minmək, sarsılmaz kəndirdən yapışmaq və Allahın ipindən əl götürməməyi istəyən şəxs, Əlinin (ə) vilayətini qəbul edib, onun hidayətçi övladlarının ardıcılı olmalıdır.”[i]
Yekun olaraq deyə bilərik ki, ayə və onun izahında gəlmiş hədislər şəffaf şəkildə göstərir ki, Əhli-beyt, İslam xalqlarını öz ətrafına toplayan mərkəzi nöqtə, imamət və vilayətə dair müzakirə isə, əslində Quran və hədislərin təkidlə vurğuladığı vəhdətin mərkəzi oxu və meyarından söhbət etməkdir.
Hakim Neyşaburi, İbn Abbas vasitəsi ilə Peyğəmbərdən (s) belə nəql edir: (1)
“Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimi ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir.
səh:13
Əgər ərəb qəbilələrindən bir qrup onlarla qarşı-qarşıya durarsa, öz aralarında fikir ayrılığı düşər və şeytan dəstəsinin bir üzvünə çevrilərlər”. Həmçinin Əbuzərin barəsində belə nəql edir ki, o, Kəbənin kənarında dayanaraq əlləri ilə Kəbənin qapısından tutub belə dedi: Ey camaat məni tanıyanlar tanıyır, kimsə məni tanımırsa, mən Əbuzərəm. Allah Rəsulundan (s) eşitdim ki, buyurdu:
“Mənim Әhli- beytim, Nuhun gəmisi kimidir, ona minən nicat tapar və hər kəs ondan üz döndərsə, (dənizdə) qərq olar”.(1) Sonra isə hər iki hədisi səhih hesablayır.
İmamət və rəhbərlik məsələsi, İslam ümməti arasında fikir ayrılığına səbəb olan ən mühüm problemdir. Bu barədə Şəhristani yazır: İslam xalqları arasında meydana gələn ən böyük parçalanma, imamət məsələsi ətrafında yaranmış ixtilafdır.(2) Çünki, əvvəldə qeyd edildiyi kimi, müsəlmanların birliyi istiqamətində çalışmaq hər bir müsəlmanın vəzifəsidir. Lakin bu o demək deyil ki, hər növ təəssübkeşlikdən uzaq olan sırf elmi müzakirələrdən əl çəkək. Çünki belə müzakirələr müsəlman qruplarının birləşməsində həlledici rol oynayır. Müsəlman firqələrindən hər biri, digər firqənin düzgün əqidəsini bildikdə, eləcə də aydın olduqda ki, onun da əqidəsi əql, Quran və sünnəyə söykənir, bir-birinə qarşı qarşılıqlı kin-küdurət və düşmənçiliklərdən çəkinərlər. Çünki, onların böyük bir hissəsi buna görədir ki, müsəlmanlar bir-
səh:14
birlərinin əqidələrini ya bilmir, yaxud da məntiqsiz hesab edirlər. Əgər şiə “bəda”ya etiqadına görə kafirlikdə, ya “təqiyyə”yə görə münafiqlikdə suçlu sayılırsa, buna görədir ki, bu etiqad və əməlin həqiqətindən xəbərdar deyillər. Bunun da bir hissəsi bizim öz əqidəmizi düzgün şəkildə başqalarına çatdırmaqda səhlənkarlığımıza görədir. İmamət məsələsi də bu konsepsiyadan kənarda deyildir. Əhli- sünnənin, şiələrin imamət və onun şərtləri haqqında əqidəsini (Ğuluv) (dində küfrlə nəticələnən ifrata varmaq) sayması, məhz elmi və düzgün formada onu tanıtdırmamağımıza görədir. Düzgün addım ataraq yaxşı əməl etməyimiz isə, müəyyən dərəcədə uğurla nəticələnmiş və islam vəhdətinə zəmin yaratmışdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirək:
1- Öz dövründə Misirin əl-Əzhər univeristetinin rektoru olmuş Şeyx Mahmud Şəltut, Şiə fiqhi və Əhli-beytin (ə) dini rəhbərliyinə dair uzun sürən mütaliədən sonra, Cəfəri şiəsinin mötəbər olmasına inanaraq, bu məzhəbin doğruluğuna dair məşhur fətvasında deyir: “Digər məzhəblər kimi 12 imam şiəsi adı altında tanınmış Cəfəri məzhəbinin ardıcılı olmaq, şəriət baxımından düzgün hesab olunur. Elə bu cəhətdən, yaxşı olar ki, müsəlmanlar onu yaxından tanıyaraq müəyyən məzhəbə qarşı yersiz təəssübkеşlikdən uzaq olsunlar.(1)
2- Әl-Əzhərin şeyxi, elmlər doktoru Muhəmməd Qəhham da Şəltutun fətvasına yazdığı rəydə onun nəzərini təsdiqləyərək deyir: “Şeyx Mahmud
səh:15
Şəltutun əxlaqı, elmi, məlumatının genişliyi, ərəb dili, Quran və Üsul elmindən faydalanması məni heyrətə gətirir. O, şiə məzhəbinə mənsub olmağın düzgünlüyünə fətva vermişdir. Bu fətvanın elmi əsasa söykənməsinə heç bir şübhə etmirəm. Mən özüm də bu fikirdəyəm.(1)
Habelə deyir: “Allah Şeyx Şəltuta rəhmət eləsin! O bu zərif mənaya diqqət yetirərək, öz aydın və şücaətli fətvasını verməklə əbədiyyətə qovuşdu. O, şiə məzhəbinə əməl etməyin doğruluğuna fətva verdi, belə ki, bu məzhəb fiqhi və islami məzhəb olub tam varlığı ilə kitab, sünnə və dəlilə söykənmişdir...(2)
3- Şeyx Muhəmməd Qəzali deyir: “Mən hesab edirəm ki, böyük ustad Şeyx Mahmud Şəltutun fətvası müsəlmanlar arasında yaxınlıq yaratmasında uzun bir yolu qət etmişdir... Onun bu işi əslində, şərqşünasların zehinlərində gəzdirdiyi boş xülyalarına rədd cavabı idi. Onlar belə düşünürdülər ki, müsəlmanlar arasında mövcud küdurət və fikir ayrılıqları sonda İslam xalqlarını vahid qüvvə altında birləşməzdən əvvəl, kökündən silkələyərək, süquta uğradacaqdır. Ancaq mənim fikrimcə, bu fətva yolun başlanğıcı və işin əvvəlidir”.(3)
4- Qahirə məscidlərinin müdiri, Əbdurrəhman Həccar belə deyir: ”Biz də öz növbəmizdə Şeyx Şəltutun fətvasına hörmətlə yanaşaraq, ona uyğun tərzdə fətva veririk. Biz xalqın, yalnız dörd məzhəblə məhdudlaşdıran monopolist əqidədən uzaqlaşmasını istəyirik. Şeyx Şəltut ictihad
səh:16
səviyyəsinə çatmış imamdır. Onun rəyi düzgün və həqiqətlə eynidir. Sair məzhəb başçılarının da müctəhid olduqları halda, niyə öz düşüncə və fətvalarımızda müəyyən məzhəblərlə kifayətlənirik.(1)
5- Şeyx Şəltutun və Əbu Zöhrənin müəllimi, Ustad Əhməd bəy deyir: ”İmamiyyə şiələri hamılıqla müsəlmandırlar, onlar Allaha, onun elçisinə, Qurana və Peyğəmbərin gətirdiklərinə iman bəsləyirlər. Onların arasında qədim və müasir dövrə mənsub müxtəlif elm və fənlərdə böyük fəqihlər və alimlər gözə çarpır. Onlar, dərin təfəkkür və geniş məlumat sahibidirlər. Müxtəlif sahələrdə yüz minlərlə kitab yazmışlar. Mən onların böyük hissəsindən xəbərdaram.”(2)
6- Şeyx Muhəmməd Əbu Zöhrə isə yazır: “Şiələrin İslam firqəsi hesab olunmasında şübhə yoxdur... Dedikləri sözdə Quran və ya Peyğəmbərə (s) mənsub hədislərə istinad edirlər. Onlar sünni qonşuları (qardaşları) ilə dost olub, hər növ qarşılıqlı nifrətdən uzaqdırlar.”(3)
7- İordanıyanın müftilərindən biri, Ustad Mahmud Sərtavi də belə deyir: Mən öz əməlisaleh sələflərimin dediyi sözü təkrar edərək deyirəm: İmamiyyə şiələri bizim dini qardaşlarımızdır. Bizim onların, onların isə bizim boynumuzda qardaşlıq haqqı vardır”.(4)
8- Ustad Əbdül-fəttah Əbdül-məqsud isə deyir: “Mənim fikrimcə, şiə İslam dinini tam mənada özündə əks etdirən yeganə məzhəbdir. İslam
səh:17
haqqında məlumat əldə etmək istəyən hər bir şəxs şiənin əqidə və əməllərinə diqqət yetirməlidir. Tarix göstərir ki, şiə, İslam əqidəsinin müdafiəsi yolunda çoxlu zəhmətlərə qatlaşmışdır.”(1)
9- Qahirə Filologiya İnstitutunun ərəb qrammatikası müəllimi, elmlər doktoru Hanid Hənəfi Davud deyir: ”Buradan düşüncəli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, şiəlik azğın və süfyanilərin dediklərinin tam əksinə olaraq, sırf nəqli məzhəb, ya xurafat və cəfəngiyyatla dolu, yaxud da Əbdullah ibn Səbaya, habelə tarixdə ona oxşar digər qeyri-real şəxsiyyətlərə mənsub deyildir. Əslində şiəlik bizim yeni elmi metodumuzda onların zənn etdiklərinin əksinədir. Şiəlik, əqli və nəqli məsələlərə lazımi diqqəti yetirməkdə birinci yeri tutur. Bu məzhəb İslam məzhəbləri arasında xüsusi tərzlə fərqlənərək öz bacarığı sayəsində əlçatmaz üfüqləri özündə göstərən bir yol seçmişdir. Əgər şiənin əqli və nəqli məsələləri bir yerə toplamaq məziyyəti olmasaydı, heç vaxt ictihadda yenilik özülünə çatmaz, eləcə də İslam şəriətinin əsaslarına müvafiq və ona zidd olmayan şəkildə, özünü zaman və məkanla uyğunlaşdırmağı bacarmazdı.”(2)
O həmçinin, Əbdullah ibn Səba kitabına yazdığı rəydə deyir: “İslam tarixindən 13 əsr keçməsinə baxmayaraq, biz hələ də alimlər tərəfindən şiə əleyhinə yağdırılan, daxili duyğular və nəfsi istəklərdən qaynaqlanan fətvaların şahidiyik. Bu yanlış üsul İslam firqələri arasında irimiqyaslı parçalanmaya səbəb olmuşdur. Bu keçiddən elm və İslam alimləri şiələrin nümunəvi nəzər, onların
səh:18
zövq nəticəsindən məhrum qaldıqları kimi, bu firqənin böyük şəxsiyyətlərinin əsərlərindən də kənarda qalmışlar. Demək olar ki, bu keçiddən elm və bilik sahiblərinə dəymiş zərər, cəfəngiyyat vasitəsi ilə şiəliyə vurulmuş ziyandan daha artıqdır. Bu xurafatlar, əslində şiəliyin hüdudlarından çox-çox uzaqdır. Təkcə bunu demək kifayətdir ki, şiə fiqhinin banisi olan İmam Sadiq (ə) (təvəllüdü: 148 h.) eyni zamanda Əbu Hənifə Nöman ibn Sabit (t.150 h.) və Əbu Əbdullah Malik ibn Ənəs (t.179 h.) kimi iki sünni imamın ustadıdır. Elə bu səbəbdəndir ki, Əbu Hənifə deyir: "Əgər o iki il olmasaydı, Nöman həlak olmuşdu". Onun iki ildə məqsədi Cəfər ibn Muhəmmədin dəryаlаrcа оlаn elmindən faydalandığı dövrdür. Malik ibn Ənəs deyir: "Mən Cəfər ibn Muhəmməddən üstün bir fəqih görmədim”.(1)
10- Hələbin nüfuzlu alimlərindən biri Doktor Əbdurrəhman Kiyali Əllamə Əminiyə yazdığı məktubda deyir: “İslam dünyasında daima buna bənzər tədqiqat işlərinə ehtiyac duyulur... Niyə Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların arasında fikir ayrılığı yarandı? Nəticədə Bəni-Haşim öz hüquqlarından məhrum oldular. Habelə müsəlmanların tənəzzül və parçalanma səbəblərini araşdırmaq lazımdır. Görəsən nə səbəbə hazırkı vəziyyətə düçar oldular? Görəsən müsəlmanların əldən verdiklərini qədim tarixə baxıb ona etimad etməklə, qaytarmaq olarmı?(2)
11- Әl-Əzhər univeristetinin İslam fəlsəfəsi müəllimi olan Ustad Əbülvəfa Günəyni Təftazani deyir: “Keçmişdə və hazırda dünyanın dörd bir
səh:19
tərəfində şiə əleyhinə nəqli dəlillərlə uzlaşmayan müzakirələr olunur. Xalq isə onun nə dərəcədə doğru olub-olmamasını sormadan əl-ələ verərək şiəni ittiham edirlər. Onların şiə qaynaqlarından xəbərsiz olmaları, şiə barəsində insafsız mövqe tutmalarının əsas səbəblərindən biridir. Onlar bu barədə yalnız şiə düşmənlərinin kitablarına istinad etmişlər.(1)
Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər Əhli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir neçəsi barədə söhbət açmaq istəyirik:
O, hicri 1314-cü ildə Əntaki şəhərinin Ənsu kəndində anadan olmuşdur. Öncə Şafei məzhəbinə mənsub idi. Qardaşı ilə birlikdə təhsil almaq məqsədi ilə Misirə yola düşmüş və orada ilkin mərhələləri bitirdikdən sonra əl-Əzhər universitetinin Şeyx Müstəfa Məğazi, Mahmud Əbu Taha, Şeyx Rəhim və digər görkəmli şəxsiyyətlərindən bəhrələnərək yüksək elmi dərəcə
səh:20
qazanmışdır. Vətənə qayıdarkən əl-Əzhər universitetinin elm adamları bu iki qardaşa Misirdə qalıb tədrislə məşğul olmaq təklif edirlərsə də, onlar bunu qəbul etməyib öz doğma el-obalarına dönürlər. Çox da uzun sürməyən araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq məzhəb olduğunu anlayır və hər iki qardaş bu məzhəbi seçirlər.
Şeyx Məhəmməd “Limaza ixtərtu məzhəbə Əhlil-beyt (ə)” adlı kitabında yazır: “Tam əminəm ki, Allah məni hidayət edərək mənim taleyimə haqq məzhəbin ardıcılı olmağı yazdı. Bu isə Əhli-beyt (ə) məzhəbi, Allah rəsulunun (s) nəvəsinin, İmam Cəfər ibn Məhəmməd Sadiqin məzhəbidir”.
O, Əhli-beyt (ə) məzhəbini qəbul etməsində mühüm rol oynayan səbəbləri qeyd edərək deyir:
1. Hər şeydən əvvəl, Şiə məzhəbinin ehkamlarına əməl etməyin yetərli olduğunu və mükəlləflərin buna əməl etməklə öz vəzifələrini həyata keçirdiklərini gördüm. Keçmişdə və hal-hazırda bir çox əhli-sünnə alimi də bunun doğruluğuna fətva vermişlər.
2. Güclü dəlillər, inandırıcı sübutlar və gündüz, parlaq günəşin saçdığı kimi açıq-aşkar sübutlar vasitəsi ilə Əhli-beyt (ə) məzhəbinin haqq olduğu isbat edildi. Bu, elə bir məzhəbdir ki, şiələr onu Əhli-beytdən (ə), onlar da Allahın rəsulundan (s), o isə Cəbrayıldan və nəhayət, o da Allahdan əxz etmişdir.
3. Vəhy onların öz evində nazil oldu və onlar evdə nə baş verdiyini başqalarından daha yaxşı bilirlər. Elə buna görə də normal düşünən hər bir şəxs, Əhli- beytin (ə) sözünü qoyub, digərlərinin fikirlərinin arxasınca getməz.
səh:21
4. Qurani-kərimdə bir çox ayələr bizi onların vilayət və dini rəhbərliklərini qəbul etməyə çağırır.
5. İslam peyğəmbərindən (s) nəql olunmuş bir çox hədislər də bizi Əhli-beyt (s) məzhəbinə mənsub olmağa dəvət edir. Mən bunların əksəriyyətini “əş-Şiə və hucəcuhum fit-təşəyyo” kitabında qeyd etmişəm.(1)
O, Seyid Şərəfüddin Amilinin əl-Müraciat kitabını oxuduqdan və orada qeyd olunanlar haqqında tədqiqat apardıqdan sonra məzhəbini dəyişərək şiə olan Şeyx Məhəmməd Əminin qardaşıdır. O da Fi təriqi ilət-təşəyyo (Şiəliyə doğru getdiyim yol) adlı kitabının ön sözündə yazır: Mənim şiə olmağımın (başlıca) səbəbi Peyğəmbərdən (s) nəql olunan, bütün İslam məzhəblərinin yekdilliklə qəbul etdiyi hədisdir. Hədisdə deyilir: Mənim Əhli-beytim Nuhun (ə) gəmisinə bənzəyir. Hansı ki, ona tapınan nicat tapdı. Ondan üz çevirən isə qərq oldu. Düşündüm ki, Əhli-beytə (ə) tabe olub, dini hökmlərimi onlardan əxz edərəmsə, nicat taparam. Onlardan üz çevirib dini hökmlərimi başqalarından əxz edərəmsə, yolunu azmışlardan olaram.
Digər hissəsində yazır: Cəfəri məzhəbinə tapınmaqla qəlbim, daxili aləmim aramlaşdı. Fikrimcə, əslində Peyğəmbərin (s) əhli-beytinə (Allahın salamı onlara olsun!) mənsub olan bu məzhəbi, Əhli-beytin (ə) vilayətini qəbul etməklə Allah-tәalanın əzabından nicat tapacağam. Çünki, nicat yalnız onların vilayətindədir.
səh:22
O, Tunisdə dünyaya göz açmışdır. Uşaqlıq illərini doğma vətənində keçirdikdən sonra müxtəlif elm adamlarından, görkəmli alimlərdən faydalanmaq məqsədi ilə ərəb ölkələrinə səfər etdi. Misirdə əl-Əzhər universitetinin müəllim və tələbə kollektivi ona orada qalmasını və əl-Əzhər universitetində tədrislə məşğul olmasını təklif etdilər. Lakin o, bu təklifi qəbul etməyib İraqa doğru yollanaraq öz səfərini davam etdirir. Burada çox saylı şiə alimləri ilə diskussiyalar, fikir mübadilələri aparır və nəticədə şiə məzhəbini qəbul edir. O, hal-hazırda beynәlxaq arenada şiə məzhəbinin təbliğatçısı kimi tanınır və bu məzhəbin müdafiəsi üçün bir neçə kitab da yazmışdır.
O, Necə hidayət oldum kitabının bir hissəsində yazır: Şiələr tutduqları yolda möhkəm, səbirli və haqqa tapınandırlar... Mən, bütün elm adamlarının şiə alimləri ilə diskussiyaya girməsini, mübahisəli məsələləri müzakirə etməsini zəruri hesab edirəm. Tam əminəm ki, bu diskussiyadan yalnız onların məzhəbini – Şiə məzhəbini qəbul edərək, könül gözləri açılaraq çıxacaqlar. Bəli, mən öz sabiq məzhəbimi əvəz edəcək məzhəbi tanıdım və məni bu məzhəbə hidayət edən Allaha sonsuz minnətdarlığımı bildirirəm. Təbii ki, onun hidayət və lütfü olmasaydı mən bu məzhəbə doğru hidayət olmazdım.
Həmd və səna məni Naciyə (nicat tapan) məzhəbə doğru hidayət edən Tanrıya məxsusdur. Bu, uzun müddət böyük məhrumiyyətlərə, əziyyətlərə qatlanaraq ardınca gəzdiyim məzhəbdir. Mənim hәzrәt Əlinin (ə) və Əhli-beytin (ə) vilayətinə tapınan insanların heç bir zaman
səh:23
qırılmayacaq ipdən yapışdıqlarına zərrə qədər də şübhəm yoxdur. Bu mövzuda çox saylı hədislər mövcuddur. Hansı ki, müsəlmanlar bu hədisləri yekdilliklə qəbul edirlər. Bundan başqa ağıl da təkbaşına haqq sorağında olanların bələdçisidir. Bəli, Allaha şükür olsun ki, haqqı tapdım. Möminlərin ağası hәzrәt Əliyə (ə) etiqad bəsləməkdə Allahın elçisi Məhəmmədə (s) iqtida etdim. Bundan başqa behişt cavanlarının iki ağası, bu ümmətin içində iki dəstə gül olan İmam Əbu Məhəmməd Həsən (ə) və İmam Əbu Əbdullah Hüseyn (ə), peyğəmbərliyin təcəssümü həzrət Mustafanın (s) ürək parası olan, imamlar anası, risalət qaynağı, Tanrının onun qəzəbi ilə qəzəbləndiyi, örnək qadın həzrət Fatiməni (ə) tanımaqda Peyğəmbərə (s) tapındım.
İmam Malikin yerinə, bütün imamların müəllimi, təlimatçısı olan İmam Cəfər Sadiqi (ə) və İmam Hüseynin (ə) nəslindən olan digər doqquz məsum imamı seçdim.
O, Elm şəhərinin qapısı hədisini qeyd etdikdən sonra yazır: Nə üçün dini və dünyəvi məsələlərdə Əliyə (ə) təqlid etmirsiniz? Əgər onun Peyğəmbər (s) elminin qapısı olduğunu qəbul edirsinizsə, nə üçün Peyğəmbər (s) elminin qapısını birmənalı şəkildə qəbul etmir, Əbu Hənifəyə, Malikə, Şafeiyə, Əhməd ibn Hənbələ və İbn Teymiyyəyə təqlid edirsiniz? Hansı ki, sizin təqlid etdikləriniz heç bir zaman elmdə, əməldə, fəzilət və şərəfdə Əliyə (ə) çata bilməzlər.
Sözünün bu yerində üzünü Əhli-sünnə məzhəbi mənsublarına tutaraq deyir: “Ey mənim yaxınlarım! Sizi, müzakirə masası arxasına əyləşməyə, haqqı araşdırmağa, təəssübdən əl çəkməyə dəvət edirəm.
səh:24
Biz, Bəni-Üməyyə və Abbasilərin qurbanlarıyıq. Biz, qara tarixin qurbanlarıyıq. Biz, ata-babalarımızın bizim üçün miras qoyub getdiyi dar, qapalı düşüncə tərzinin qurbanlarıyıq. Onun Şiə məzhəbini müdafiə məqsədi ilə qələmə aldığı əsərlərə aşağıdakıları misal göstərmək olar:
Necə hidayət oldum, Doğrularla birgə, Bilənlərdən soruşun, Şiələr əsl Peyğəmbər (s) yolunu gedənlərdirlər, “Allahdan qorxun! və s.
O, iraqlıdır. İrana gələrək uzun müddət tədqiqat apardıqdan sonra Allahın lütfü ilə məzhəbini dəyişərək Şiə məzhəbini qəbul etdi. O, kitabının bir hissəsində yazır: Mən, etiraf edirəm ki, Allahın mərhəməti üzərimdə olmasaydı, yəqin ki, nəfsim inad edərək məni yerə vuracaqdı. Aldanmağa az qalmışdım. Hətta bir dəfə başıma gəldi. Lakin Allah mənə kömək etdi və ağlım başıma gəldi. Gəmiyə minərək nicat tapdım və büllur kimi saf sudan içməyə başladım. İndi səninlə həmin güllərin bahar fəslində üzərimə saldıqları kölgəlikdən danışıram.
Dostlarım mənim bu vəziyyətimdən xəbərdar olub məni tənha qoydular. Onlar məndən üz döndərərək mənə zülm etdilər. Bir gün onların ən biliklisi olan bir dostum mənə dedi: “Sən nə etdiyini bilirsən?” Dedim: Bəli, Məhəmməd Baqirin (ə), Zeynül-Abidinin (ə), behişt cavanlarının ağasının (ə), möminlərin ağasının (ə), dünya qadınlarının xanımı və Allahın son şərafətli elçisinin (ə) övladı olan İmam Cəfər Sadiqin (ə) məzhəbini qəbul etmişəm.
- Nə üçün bizi tərk etdin? Bilirsən ki, camaat bizim haqqımızda nələr deyirlər?
- Mən onlara yalnız Peyğəmbərin (s) sözünü deyərəm.
səh:25
- Nə deyərsən?
- Deyərəm ki, Peyğəmbər (s) buyurmuşdur:
“Mən sizin aranızda bəzi şeyləri qoyub gedirəm. Hansı, ki, siz məndən sonra onlara tapınaraq yolunuzu azmazsınız. Onlar Allahın kitabı və itrətim - əhli-beytimdirlər”. Digər bir kəlamında isə Əhli-beyt (ə) haqqında buyurur: “Mənim Əhl-beytim nicat gəmisidir. Onlara tapınan bir kəs nicat tapar”.
Saib Əbdül-Həmid Əhli-beyti (ə) və Şiə məzhəbini müdafiə məqsədi ilə bir çox kitablar yazmışdır. Bu kimi kitablara aşağıdakıları misal göstərmək olar: “Mənhəcu fil-intimam əl-məzhəbi”, “İbn Teymiyyə, həyatuhu, əqaiduhu”, “Tarixül-İslam əs-səqafi vəs-siyasi”.
Saleh əl-Virdani də davamlı mütaliə və araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq olduğunu başa düşmüş və Əhli-sünnə məzhəbini tərk edərək Şiə məzhəbinə tapınmışdır. O, heç bir qorxu hissi keçirmədən aşkar şəkildə şiə olduğunu etiraf və Misir xalqını bu məzhəbə qoşulmağa dəvət etdi.
O, “əl-Xudə`, rihləti minəs-sünnəti iləş-Şiə” kitabında yazır: “Əhli-sünnə məzhəbinə mənsub olduğum müddətdə insanları, mənim məzhəbimin ardıcıllarını rasionalizimə dəvət edir və ağıla üstünlük verilməsi prinsipini önə çəkirdim. Lakin öz xalqımın arasında nüfuz qazana bilmədim. Belə ki, hər tərəfdən özümə qarşı ittihamlar, haqqımda şayiələr eşitdim. Mən çox yaxşı bilirəm ki, ağıla lazımi yer verilməsi sabiq nəslin fikir və düşüncələrinə qərq olmaq deməkdir. Nəticədə insan həqiqəti aydınlaşdıracağı mümkün olmayan
səh:26
şəxsiyyətə malik olacaq. Аğıl vә tәdbir yоlunu sеçmәk, ağıla verilən üstünlük mənim Şiəliyə və Əhli-beytə (ə) təmayülümün və bu məzhəbi seçməyimin başlıca səbəbidir”(1).
O, tarix və hədis elmlərində tədqiqatlar apararaq Şiə məzhəbinin haqq olduğunu anladı və öz məzhəbindən uzaqlaşaraq Şiə məzhəbini qəbul etdi. O, kitabını “Binuri Fatimə ihtədəytu (Fatimənin nuru ilə hidayət oldum) adlandırmasının səbəbini belə açıqlayır: “Hər bir insan öz daxilində onu haqqa doğru hidayət edən bir nurun mövcudluğunu hiss edir. Lakin nəfsin meyli, istəkləri və gümana, hissə qapılmaq o nurun üstünü örtür. Elə buna görə də insanın xəbərdarlığa ehtiyacı var. Fatimə (ə) yuxarıda söhbət açdığım nurun əsası, özülüdür. Mən bu nuru daim öz daxilimdə hiss edirəm...”(2).
O, səhabələrin ədaləti nəzəriyyəsi haqqında yazır: “Səhabələrin ədalət nəzəriyyəsi Əhli-sünnə məzhəbinin Əhli-beytin (ə) məsumluğu qarşısında quraşdırdığı nəzəriyyədir. Bu iki nəzəriyyə arasında böyük və aydın bir fərq vardır. Əhli-beytin məsumluğu Quranın irəli sürdüyü bir həqiqətdir. Hansı ki, Peyğəmbər (s) də təkidlə bunun üzərində dayanmış və real həyatda da öz əksini tapmışdır. Lakin səhabənin ədaləti nəzəriyyəsi Qurana qarşıdır. Hansı ki, Peyğəmbər (s) də açıqca buna qarşı çıxmış və onun əksini buyurmuşdur. Bu səhabələrin özünün Peyğəmbər (s) dönəmində və
səh:27
ondan sonra ortaya atdıqları bidətlərin təkrarlanmasıdır”(1).
O, kitabın digər hissəsində yazır: “Mən öz daxilimdə elə bir şey hiss edirəm ki, onu vəsf etmək iqtidarında deyiləm. Lakin hiss etdiklərimi sözlərlə belə ifadə edə bilərəm. Mən Əhli-beytin (ə) vilayətinə tapındığım üçün hər gün Allaha daha çox yaxınlaşdığımı hiss edirəm. Onların kəlamları, buyurduqları haqda fikirləşdikdə din haqqında biliyim, elmim daha da dərinləşir, çoxalır. Mənim qənaətimə görə əgər Şiə məzhəbi olmasaydı həqiqi İsalmdan xəbər-ətər qalmazdı. Mən Əhli-beytin (ə) buyurduqlarına əməl etdikdə, o tapşırıqları öz davranışıma tətbiq etdikdə, imanın ləzzətini, yəqinin həzzini duyuram. Əhli-beyt (ə) yolu ilə günümüzə qədər gəlib çatan və heç bir məzhəbdə tapılmayan dua və münacatları oxuduqda münacatın, Pərvərdigarımla raz-niyazın həzzini duyuram”(2).
O, Misirin görkəmli və məşhur şəxsiyyətlərindəndir. Uzun illərdir vəkil kimi fəaliyyət göstərir. Bir fiqhi məsələ üzərində müqayisəli tədqiqat apararkən Şiə alimlərinin əsaslarının digər məzhəblərə nisbətdə daha güclü və yetərli olduğunu görür. Həmin məsələ onun ürəyində Şiəlik qığılcımlarını işıqlandırır. Belə ki, maraqlı bir hadisə onun müqəddəratını tamamilə dəyişir və o, Şiə olmaq iftixarına nail olur. Ərəbistana gələn iranlı hacılar özləri ilə birgə təqribən iyirmi bağlamadan çox etiqadi kitab
səh:28
gətirirmişlər. Bütün kitablar dövlət məmurları tərəfindən müsadirə olunur. Şah dönəmində İranın Ərəbistandakı səlahiyyətli səfiri bu məsələni Ərəbistan kralı ilə müzakirə edir. Kral öz növbəsində Ərəbistan daxili işlər nazirinə məsələyə ciddi baxılmasını tapşırır. Daxili işlər naziri bütün kitablara baxış keçirilməsini və təhlükəsiz olduğu təqdirdə sahibinə qaytarılması haqqında əmr verir. Bu hadisələrin baş verdiyi zaman Dəmirdaş Hicazdaymış. Ondan, saxlanılan kitablara baxış keçirməsini və sonda öz qanuni fikrini açıqlamasını xahiş edirlər. O, bu kitabları oxuyarkən Şiə məzhəbinin haqq olduğunu anlayır və həmin vaxtdan başlayaraq Əhli-beyt (ə) yoluna qədəm qoyur(1).
O, “əl-Əhzər” universitetinin sabiq müəllimidir. Davamlı araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq olduğunu anlamışdır. O, İrana səfər edərkən “Əhvaz” əhalisi ilə görüş zamanı deyir: “İmam Hüseynə (ə) olan eşqim, malik olduğum bütün nüfuz və karyeramdan əl çəkməyimə səbəb oldu”.
Sözlərinin digər bir hissəsində deyir:
“Əgər məndən İmam Hüseyni (ə) şərqdə, yoxsa qərbdə axtarmaq lazım olduğunu soruşsalar, mən: “İmam Hüseyni (ə) mənim qəlbimin ənginliklərində axtarın” - deyə cavab verərəm. Allah-tәala mənə İmam Hüseyni (ə) tanımağı nəsib etmişdir... 50 ildir ki, Əliyə (ə) bağlanmışam və uzun illərdir ki, Əlinin (ə) vilayəti ətrafında təvaf etdiyimi görürəm”.(2)
səh:29
O, uzun müddət tədqiqat apardıqdan sonra Şiə məzhəbinin haqq olduğunu anlamış və Əhli-beytə (ə) iqtida etmişdir. O, müsahibələrindən birində deyir: ...Mütaliə etdiyim ən mühüm kitablardan biri əl-Müraciat kitabıdır. Bu kitab mənim imanımı artırmadı, yalnız məlumatımı artırdı. Məni Əhli-beytin (ə) vilayətinə doğru hidayət edən yeganə hadisə aşağıdakı hadisə olmuşdur. Bir gün qohumlarımdan birinin mağazasının qarşısındakı səkidə əyləşmişdim. Görkəmcə kiçik bir mağaza idi. Mağaza sahibi nəvələrindən birinə onu bir neçə dəqiqəlik əvəz etməsini tapşırdı. Özü isə Əsr namazını qılmağa getdi. Müşahidə etdiyim bu hadisə məni düşünməyə vadar etdi və mən fikrə daldım. Necə ola bilər ki, adi bir insan namaz qılmaq üçün belə kiçik mağazasını başsız qoymadığı və onu əvəz etmək üçün, əmlakını qorumaq məqsədi ilə kimi isə təyin etdiyi bir halda Peyğəmbər (s) böyük bir ümməti başsız, heç bir canişin təyin etmədən qoyub gedir? And olsun Allaha, bu həqiqət deyildir!
Ondan: Livanda qürbətdə yaşadığınız bir halda yalqızlıq, qorxu hiss etmirsinizmi?- deyə soruşduqda dedi: Mənim tənhalığıma səbəb olacaq şeylər və onun acı nəticələrinin olduqca çox və sarsıdıcı olmasına baxmayaraq, mənə heç bir təsir göstərə bilməmişdir və mən heç bir zaman tənhalığımı hiss etməmişəm. Çünki qəlbimdə Əlinin (ə) kəlamına yer vermişəm. O, həzrət buyurmuşdur:
səh:30
لا تستوحشوا من الحق لقلة املهHeç bir zaman haqq yoldan tərəfdarlarının az olduğu üçün qorxmayın(1).
Onun digər müsahibələrində söylədiklərindən:
İnsanlar öz-özlərinə Əhli-beytin (ə) dininə gələcəklər. Çünki bu fitrətə müvafiqdir. Amma nə etməli, bu din hökumətlərin çəkmələri altında qalaraq tapdanır.
Kəbənin ətrafına toplanaraq təvaf edən hər bir şəxs, bilərəkdən və ya bilməyərəkdən, Zərurət (Cəbr), Azadlıq (İxtiyar) və ya əl-Əmru bəynəl-əmrəyn əqidəsində olmasından asılı olmayaraq, əslində vilayət ətrafında təvaf edir. Çünki Kəbə təzahürdür, orada döğulan insan isə gövhər (substansiya). Təzahürün ətrafında fırlanan, təvaf edən şəxs, əslində gövhərin ətrafında təvaf edir.
O, Vilayətin sübuta ehtiyacı varmı? sualına cavab olaraq deyir: Bizim etiqadımıza görə hər bir şeyin sübuta ehtiyacı var. Lakin vilayət tezisinin sübuta, dəlilə ehtiyacı yoxdur və dəlil özü ona möhtacdır.
O, İsrail dustaqxanalarında dustaq həyatı keçirdiyi zaman qaranlıq zindan guşələrində Livan şiələri ilə davamlı mübahisələr nəticəsində Şiə məzhəbinin haqq olduğunu anladı. Şiə məzhəbini, Əhli-beyt (ə) məktəbini qəbul etdikdən sonra fələstinlilər arasında onun aşkar və mübariz təbliğatçılarından birinə çevrildi.
İndi isə onun müsahibələrinin bəzi hissələrinə nəzər salaq:
səh:31
Fələstinin qayıdışı Məhəmməd (s) və Əliyədir (ə).
Mən dünyanın azadlığı uğrunda mübarizə aparan inqilabçıları dünya azadlıqsevərlərinin öndəri İmam Hüseynə (ə) iqtida etməyə dəvət edirəm.
Mənim Peyğəmbərin (s) Əhli-beytinin (ə) məzlumluğuna ürəyim yanır. Mənim fikrimcə, Əli (ə) həqiqətən, məzlum idi. Fələstində işğalçılıq, təcavüz artdıqca o həzrətin məzlumluğu haqqında olan fikir daha da ənginləşir.
Mənim şiə məzhəbi haqqında məlumatsızlığım əhli-sünnə məzhəbinə sədaqətimə səbəb olmuşdur. Ümid edirəm ki, mən, Necə hidayət oldum kitabını oxuyuram deyən son şəxs olmayım. Mənim Şiə məzhəbini qəbul etməyimin bizi əhatə edən siyasi proseslərə heç bir aidiyyatı yoxdur. Mən digər müsəlmanlarla yanaşı Livanın cənubunda aparılan mübarizələrin qələbə ilə nəticələnən uğurlarından dolayı iftixar hissi keçirirəm. Bütün bu nailiyyətlərin başında Hizbullah təşkilatının dayanmasına baxmayaraq, mənim Şiə məzhəbinə dönüşümdə əsaslı amil siyasi gedişat olmamışdır. Mənim Əhli-beyt (ə) əqidəsini qavramam daha çox qəlbimin daxili dönüşü nəticəsində olmuşdur. Əhli-beyt (ə) yolu haqq yoludur. Hansı ki, mən indi ona tapınmışam.
Mənim Şiə məzhəbinə dönüşüm siyasi deyil, əqidə ilə bağlıdır.
Tezliklə Fələstində Şiə məzhəbinin təbliği ilə məşğul olacağam. Allahdan bu müqəddəs işimdə mənə yar olmasını diləyirəm.
Əhli-beytdən (ə) olan sonuncu imam həzrət Qaimin (əc.) gözlə görünməyən yardımları Fələstin əhalisinin hərəkətə gəlməsinə, daimi mübarizəsinə
səh:32
səbəb olmuşdur. Biz onun yardımları nəticəsində qazanılan qələbələri gözümüz önündə müşahidə edir və o həzrətin (əc.) zühur etməsinə ümid edirik. Mən onunla batini əlaqə yaradır, problemlərimi onunla bölüşürəm və ondan bu çətin məqamda bizə diqqət yetirməsini istəyirəm.
Mən dünya azadələrini, xüsusilə fərqli məzhəblərə mənsub olanlara tövsiyə edirəm ki, İmam Hüseyni (ə) və onun zülm əleyhinə qiyamını örnək olaraq qəbul etsin və heç bir zaman böyük şeytan Amerikanın və İslam dünyasında inkişaf etməkdə olan xərçəng şişinin törətdikləri zülm və cinayətlərə biganə qalmasınlar.
Mən çıxış üçün dəvət olunduğum, Fələstində (minlərlə insanın iştirakı ilə) təşkil olunan konfrans və iclaslarda bütün sözlərimi Peyğəmbərin (s) Əhli-beytinin (ə) həyat tərzi üzərində qururam. Bu çıxışlar Fələstin cəmiyyətinin Əhli-beytlə (ə) bağlı fikirlərində böyük dönüş yaratmışdır. Mən bu metodumu davam etdirəcəyəm ki, Fələstin xalqı onların qədrini bilsin və onların yolu ilə gedərək Allahın izni ilə qələbə çalsın....
Allahın iradəsi və bir çox mömin qardaşlarımın həmkarlığı ilə tez bir zamanda Fələstində Əhli-beyt (ə) məzhəbini təbliğ edərək önə çəkəcəyəm. Ümidvaram ki, bu, İmam Mehdinin (əc.) zühuruna bir növ zəmin yaradacaqdır.
Misirin əl-Əzhər universitetinin elmi heyətinin sədri Şiə məzhəbini təbliğ və müdafiə etdiyinə görə acıqca ona hücum etdikdə belə cavab verdi: Mən yalnız bunu deyirəm: “İlahi! Mənim xalqımı hidayət et! Onlar başa düşmürlər...!” Sonra deyir: O, mənim Şiə məzhəbi haqqındakı məlumatsızlığımın Şiə olmağıma səbəb olduğunu
səh:33
dedikdə dedim: “Əslində bu məlumatsızlığım hələ də Əhli-sünnə məzhəbində qalmağıma səbəb olmuşdu. Lakin indi Şiə məzhəbinin haqq olduğunu etiraf edirəm”(1).
O da Şiəlik haqqında davamlı araşdırmalar nəticəsində Şiə məzhəbini qəbul etdi və müxtəlif vasitələrlə Şiəliyin haqq olduğunu sübut etməyə, Şiəliyi təbliğ etməyə başladı. O, bu yolda olmazın əziyyətlərə qatlaşdı. Ondan alınan bir müsahibədə deyir: Mənim fikrimcə Şiəlik eynilə İslam, İslam da eynilə Şiəlikdir.(2) Onun da Şiə məzhəbini müdafiə məqsədi ilə yazdığı əsərləri mövcuddur. Belə əsərlərindən Əzmiətul-xilafət vəl-imamət və asaruhal-müasir kitabının adını çəkmək olar.
Qeyd etmək lazımdır ki, Şiə məzhəbinin haqq olması bir çox Əhli-sünnə və başqa dinlərin ardıcıllarının Şiəliyi qəbul etməsinə səbəb olmuşdur.
Burada qeyd olunanlar yalnız bir neçə nümunə idi.
İmamət məsələsindən danışdıqda iki cəhətə diqqət yetirmək lazımdır; tarixi və dini cəhətlər. İmamət məsələsinin tarixi baxımdan vaxtı keçsə də dini baxımdan öz əhəmiyyətini itrməmiş və itirməyəcəkdir. İmamətdən söhbət olunduqda, təbii ki, dini mərcəimiz kimidir! və ya Dinimizi
səh:34
kimdən öyrənməli, əxz etməliyik? sualları haqqında düşünməyə bilmərik. Biz Peyğəmbərin (s) həqiqi sünnəsini kimlər daha yaxşı bilir? Dinimizi, İslam maarifini Əbül-Həsən Əşəridənmi, İbn Teymiyyədənmi öyrənməliyik? Fiqhimizi, dini-hüquqi məsələlərimizi Əhli-sünnət və vəhhabilərin dediyi kimi dörd məşhur məzhəbin öndərlərindənmi, yoxsa Peyğəmbərin (s) əhli-beyti olan məsum kimsələrdənmi öyrənməliyik?
Ayə və rəvayətlərdən məlum olduğuna və Şiə etiqadına görə hər bir müsəlmanın, İslamın erkən çağlarından günümüzə qədər uzun zaman keçdiyini, müxtəlif fikir ayrılığının yarandığını nəzərə alaraq Peyğəmbərin (s) sünnəsini, din maarifini daha etibarlı yollarla əldə etməsi zəruridir. Elə buna görə də Əlini (ə) Peyğəmbərdən (s) sonra xəlifəlik məqamına təyin olunması siyasi-ictimai rəhbərliyin formalaşması ilə yanaşı həm də dini idealın, müsəlmanların dini-hüquqi problemlərini aradan qaldıracaq bir qüvvənin mövcudluğu zərurəti idi. Təbii ki, bu kimi problemlər Peyğəmbərin (s) vəfatından sonra nəinki azalmır, əksinə şiddətlənirdi. Əli (ə) bunu nəzərə alaraq xalqa müraciətləri zamanı Peyğəmbərin (s) Əhli-beytini (ə) belə vəsf edirdi:
1.Ey camaat! Hara gedirsiniz? Nə üçün haqdan yayınırsınız? Haqq bayraqları dalğalanmaqdadır, onun nişanələri tam aydınlığı ilə görünməkdədir. Hidayət çıraqları yolunuza işıq saldığı bir vaxtda yolunu azmışlar kimi hara gedirsiniz? Peyğəmbərin (s) Əhli-beyti (ə) aranızda olduğu bir zaman nə üçün haqqı batildən seçə bilmirsiniz? Onlar haqq bələdçiləri, din öndərləri və dоğru danışanlardırlar.
səh:35
2. "Camaat! Peyğəmbərinizin (s) Əhli-beytinə (ə) nəzər salın. Qədəmlərinizi onların ayaq basdığı yerə qoyun. Onlar sizi hidayət yolundan sapındırmaz, fəlakətə doğru sürükləməzlər. Onlar sükut etdikdə sükut edin, qiyam etdikdə qiyam edin. Onlardan önə keçməyin ki, yolunuzu azarsınız, onlardan geri qalmayın ki, məhv olarsınız".
3. Camat! Biz Əhli-beyt (ə) Peyğəmbərin (s) əynindəki köynəyinə bənzəyirik. Biz onun (s) əsl tərafdarları, vəhy maarifinin xəzinədarları və bu maarifə yiyələnmək üçün giriş qapılarıyıq. Qapı olmasa heç bir kimsə evə daxil ola bilməyəcək. Evə qapıdan daxil olmayan kimsə isə oğru adlanır.
4. Quranın dərin biliyinə yiyələnənlərin biz deyil, onlar olduğunu güman edənlər haradadırlar? Onlar bu iddialarını, yalan və zülm olaraq bizə rəva qıldılar. Allah-tәala biz Əhli-beyti (ə) ucaltdı və onları xar etdi, bizə əta etdi, onları isə məhrum etdi. Bizə öz nemətlərini bəxş etdi, onları isə bu nemətdən məhrum etdi. (Hidayət olmaq istəyənlər) hidayət yolunu bizim vasitəmizlə keçdilər. Kor qəlblər bizim vasitəmizlə işıqlığa çıxdılar.
5. Həqiqətən, mən sizin aranızda qaranlıq gecədə işıq saçan çırağa bənzəyirəm. Belə ki, ona doğru gələn, işığından bəhrələnir.
6. Onlar - Əhli-beyt elmin canlanması, savadsızlığın, nadanlığın isə aradan qaldırılması rəmzidirlər. Onların helmi elmlərindən, zahirləri batinlərindən, sükut etmələri məntiqlərindən xəbər verir. Onlar əsla Allahın dininə qarşı çıxmazlar. Onların dində fikir ayrılıqları yoxdur.
səh:36
Mövcud dinlərin imtiyazlarından biri budur ki, insanlara yüksək, ülvi hədəfləri və bu hədəflərə çatmağın yollarını göstərməklə yanaşı müəyyən örnək və ülgülər də tanıtdırırlar. Həmin dinə sitayiş edən insanlar dinin göstərdiyi örnəkləri, onların keçdiyi həyat yolunu nəzərə alıb ülvi məqsədlərə daha tez çatırlar. Çünki psixoloqların fikrincə kamil bir örnəklə həqiqətə doğru gedən yolu daha tez qət etmək olar.
Allah-tәala həzrət Peyğəmbərin (s) müsəlmanlar üçün ən yaxşı ülgü olduğunu buyurur:
Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!(1)
Qeyd etmək lazımdır ki, Peyğəmbərdən (s) sonra qarşıya elə problemlər çıxdı ki, Peyğəmbər (s) dövründə müsəlmanlar elə problemlərlə qarşılaşmamışdılar. Elə buna görə də Peyğəmbəri (s) örnək olaraq önə çəkmək mümkün deyildi. Belə məsələlərdən biri İmam Hüseynin (ə) dövründə qarşıya çıxdı. Belə ki, İslama zidd olan lakin İslam adından çıxış edən Yezid adlı bir şəxs İslam ümmətinin rəhbərliyini ələ keçirdi. Həmin dövrdən qiyamətə qədər, insanlara ən gözəl ülgü nümayiş etdirən İmam Hüseyn (ə) oldu. Bu örnək yalnız Şiə məzhəbinə mənsub olanlara, Əhli-beyt (ə) ardıcıllarına məxsusdur. Əhli sünnə isə bu növ örnəkdən məhrumdur.
səh:37
Peyğəmbərdən (s) sonrakı imamət və xilafət mövzusu bir cəhətdən tarixi olmasına baxmayaraq, İslamın erkən çağlarının tarixi olması etibarı ilə böyük əhəmiyyətə malikdir. Peyğəmbərdən (s) sonra imamət məsələsi əslində imamın imamət üçün layiqli olmasının və Allah tərəfindən təyin olunmasının zərurəti məsələsidir. Daha dəqiq desək, burada söhbət Peyğəmbərdən (s) sonra bəşəriyyət üçün kimin örnək olmasından gedir. Örnək Əli (ə) kimi bir şəxsiyyət olmalıdırmı ki, bütün insani keyfiyyətləri özündə əks etdirmişdir? Hansı ki, şücaət, ədalət, səxavət, ibadət, zahidlik, təqva, fəzilət və digər əxlaqi sərvətlərə yiyələnmək baxımından bənzəri yox idi. Yoxsa döyüşlərdə heç bir rolu olmayanlarmı örnək olmalıydı? İslam ümmətinin İslamın erkən çağlarında yaşamış qabaqcılları arasında elə bir ideal örnəyə ehtiyacı var ki, onlar üçün qiyamət gününə qədər təhrikedici bir qüvvə olsun. Belә ki, bu ümmətin hər bir nümayəndəsi məlum örnəyin ictimai mövqeyini, fəzilətlərini, əxlaqi keyfiyyətlərini oxumaqla haqqa daha yaxın olsunlar.
Mahatma Qandi Hindistanda istemar əleyhinə mübarizə örnəyi kimi məşhur deyilmi? Fədakar kəndli hələ uşaq yaşlarından fədakar ruhda tərbiyə olunmaları üçün uşaq kitablarında fədakarlıq simvolu kimi verilməmişdirmi? İslam düşmənlərinin müsəlman örnəklərini müstəmləkəyə çevirərək maddi və mənəvi dəyərlərini qarət etdikləri bir dönəmdə nə üçün müsəlmanlar qəflət yuxusundan oyanmadılar. Allah-tәala Qurani-kərimdə: Allah heç vaxt kafirlər üçün mö’minlərin əleyhinə olan bir yol qərar verməz! – deyə buyurmamışdırmı? İslam Peyğəmbəri (s) İslam bütün
səh:38
dinlərdən üstündür və ondan üstün din yoxdur - deyə buyurmamışdırmı? Nə üçün müsəlmanlar müstəmləkəçilərə xidmət göstərməkdə, hətta digər müsəlman ölkələrinin əleyhinə olsa belə bir-biri ilə yarışırlar? Nə üçün hər hansı bir İslam dövləti müstəmləkəçilərə gözəl xidmət, yaxud digər müsəlman dövlətini işğal etdiyinə görə işğalçıya fəxri nişan verməlidir? Biz nə üçün qəflət yuxusuna getmişik? Nə üçün Tacikistan milləti iki yüz min şəhid, iki milyon köçgün verməsinə baxmayaraq zəfər qazana bilmədi? Halbuki, İran xalqı daha az şəhid verərək 2500 illik monarx şah hakimiyyətini devirdi. Buna səbəb yalnız Əli (ə) və İmam Hüseyn (ə) kimi örnək və idealların mövcudluğudur. Hansı millət və ya ölkə inqilabının ilk anlarında müstəmləkəçilər tərəfindən zоrlа qәbul etdirilmiş müharibəni səkkiz il müddətində qələbə ilə sona vura bilər? Buna səbəb İmam Hüseyn (ə) və Əhli-beyt (ə) kimi idealların mövcudluğu deyilmi? Buna səbəb Əbül-Fəzl əl-Abbas kimi örnəyin mövcudluğu deyilmi? Bi iddia mənim kimi şiə olan bir şəxsə aid deyil. Bu, bir çox İslam dövlətlərinin xalqının süstlüyündən, durğun fəaliyyətindən narahat olan siyasi, inqilabi simaların iddialarıdır. Çox təəssüflər olsun ki, Fələstin faciəsi ilə bağlı bir çox müsəlman dövlətlərinin susduğunun şahidiyik. Hətta kiçik bir yürüş, etiraz aksiyası şəklində belə öz etiraz səslərini qaldırmırlar. Hansı ki , bu onların öz mənafelərini də təmin edir. Çünki İsrailin tamahından bütün müsəlman dövlətləri keçir. Onlar, sanki dinləri bir olan Fələstin xalqının başına heç bir iş gəlməyibmiş kimi etinasızcasına məsələnin üstündən keçirlər. Onlar başını qar altına
səh:39
salıb ovçunu görməyərək düşmən yoxdur, deyən quşa bənzəyirlər. Hansı ki, başları öz eyş-işrətlərinə qarışmışdır. Lakin bir gün başlarını qaldıraraq düşmənin onlara hakim kəsildiyinin şahidi olacaqlar. Lakin on iki imamçı Şiə müsəlmanlar isə özləri müstəmləkəçilərə, İslam düşmənlərinə qələbə çalaraq Fələstin, Əfqanıstan, Çeçenistan, İraq, Azərbaycan (Qarabağ), Bosniya və s. müsəlmanların qələbəsinə bütün mümkün yollarla yardım göstərirlər. İslam ümmətinin qayğısını çəkir və qlobal, ümumdini bir qələbə üçün əllərindən gələni edirlər. Bu yolda böyük məhrumiyyətlərə məruz qalmalarına baxmayaraq, mübarizələrini iftixarla davam etdirirlər. Bütün bunlara səbəb Şiə məzhəbinin onlara örnək olacaq, tarix boyu böyük həyati dərslər, ibrətlər qoyub getmiş idealların mövcudluğudur. Şiə məzhəbinin Əli (ə) kimi ideal bir örnəyi var. Hansı ki, buyurur: Əgər insan yəhudu qadının ayağından xalxal (zinət üçün ayağa taxılan dəmir halqa) oğurlandığına görə ölərsə, haqlıdır. Bu məzhəbin Hüseyn ibn Əli (ə) kimi ideal örnəyi var. Hansı ki, buyurur: Nə zülm et, nə də zülmə tabe ol! və ya buyurur: Zillət bizdən uzaqdır! Hansı ki, buyurur: Şanlı ölüm köləcəsinə yaşamaqdan yaxşıdır Hansı ki, yeri gəldikdə Əmr be məruf və Nəhy əz münkər uğrunda candan belə keçmək lazım olduğu qənaətindədir.
Dövrümüzdə İmamət mövzusu haqqında danışmaq həmin ideallardan, örnəklərdən danışmaq deməkdir. Burada örnək deyildikdə bütün sahələrə aid edilməlidir; İbadət, ailə, ictimai və fərdi öhdəliklər və s. İnsanların gələcəyini formalaşdıran həmin örnəklərdir. Uşaq yaşlarından başlayaraq Zillət bizdən uzaqdır şüarı yazılmış parçaları
səh:40
alnına bağlayan, İmam Hüseynin (ə) əza mərasimində iştirak edən, onu öz idealı sanan kimsə heç bir zaman, ömrünün ixtiyar çağlarında belə zülmə tabe olmaz. Necə ki, idealı, örnəyi olan İmam Hüseyn (ə) zülmə boyun əymədi. İnsan hər an ülgünü, idealı gözü önündə canlandıraraq ona hər cəhətcə yaxınlaşmaq, onun kimi olmaq istəyir. Ona yaxınlaşmaq Allaha yaxınlaşmağa yol açır. Elə buna görə də örnəklərin seçimində olduqca dəqiq olmaq lazımdır. Onlar ömür boyu xətaya yol verməyən, qəbahətdən kənar olan kimsələr olmalıdırlar. İnsan üçün yaxşını pisdən, haqqı batildən, fəziləti qəbahətdən ayıran imamdır. İmamət xəttinə qoşulmaqla insan iki yoldan birindən ayrılır. Əgər mən Hüseyn ibn Əlinin (ə) ardıcılı olaramsa, heç bir zaman fasiq, zalım bir hakimə beyət əli uzatmaram. Lakin Abdullah ibn Ömər kimi birinin ardıcılı olaramsa, tarixin ən məşhur qan içəni olan Həccac ibn Yusif Səqəfinin ayağı ilə belə beyət edərəm. Necə ki, Əhməd ibn Hənbəl Abdullah ibn Öməri nümunə götürərək Mütəvəkkilə beyət etdi. Deməli, meyar və şüarları araşdıran İmamət müddəasıdır. İmaət və Qədir məsələləri tarixi və faydasız, əhəmiyyətsiz məsələlər deyil. Bu, İslam ümməti, habelə bəşəriyyət üçün həyati məsələlərdəndir. İmamət insan ruhu ilə sıx əlaqəli bir mövzudur. İmamət insanın dünya və axirəti ilə sıx bağlı olan, bir sözlə insan həyatının bütün sahələrində təsirli olan məsələdir.
Bizim hər birimiz öz məzhəbimizi tutarlı sübutlar və yetərli tədqiqatlar nəticəsindəmi qəbul etmişik? Yoxsa bütün bunlar bizə irsi olaraq gəlib çatmışdır?
səh:41
Valideynlərimiz bu məzhəbdə olduqları üçün bu məzhəbə tapınmışıq? İmamət hər birimizin sübutlu şəkildə qəbul etdiyimiz etiqadi prinsiplərdən deyilmi? Mənim bu məzhəbi qəbul etməmə hansı amillər səbəb olmuşdur? Bu amillər Quranamı, səhih hədislərəmi, yoxsa heç bir əsası olmayan milli təəssübəmi söykənir? Mənim məzhəbimin digər məzhəblərdən üstün olmasına səbəb nədir? Etiqad bəslədiyim inancların məsuliyyətini daşımırammı? Bütün bunlar hər bir insanı düşündürə biləcək ilkin suallardır. Təbii ki, bunlara cavab tapmaq lazımdır. Bu sualların cavabı məhz İmamət məsələsindən keçir. Çünki bütün məzhəblər İmamət ətrafında hərəkət edirlər.
Təqlid - fiqhi məsələlərdə cahilin alimdən təqlid etməsi kimi - bir çox yerlərdə bəyənilən olmasına baxmayaraq, bəzi yerlərdə düzgün hesab edilmir və əqli və dini baxımdan məzəmmət olunmuşdur. Məsələn, cahilin cahildən təqlid etməsi, alimin öz tədqiqatlarının nəticəsinin əksinə olsa belə digər alimdən təqlid etməsi və s. Elə buna görə də Qurani-kərim buyurur:
Onlara: Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin! - deyildiyi zaman: Atalarımızın getdiyi yol bizə yetər, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!(1)
(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri (varlıları) sadəcə olaraq: Biz
səh:42
atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik! - dedilər(1).
Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik! - deyəcəklər. Onlar deyəcəklər: Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lə’nətə (əzaba) düçar elə!(2)
Peyğəmbər (s) buyurmuşdur: Xalq yaxşı iş görərsə, biz də görəcəyik, xalq zülm edəcəksə, biz də edəcəyik - deyən ümmətlərdən olmayın! Amma daim hazır olun ki, xalq yaxşı iş gördükdə siz də görün! Pis iş gördükdə isə görməyin.(3)
Peyğəmbər (s) buyurmuşdur: Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onların bir firqəsi Behiştə, digər yetmiş firqəsi isə Cəhənnəmə gedəcəkdir. Xiristianlar yetmiş iki firqəyə bölündülər. Onların bir firqəsi Behiştə, digər yetmiş bir firqəsi isə Cəhənnəmə gedəcəkdir. And olsun Məhəmmədin (s) canı ixtiyarında olana! Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların bir firqəsi Behiştə, digər yetmiş iki firqəsi isə Cəhənnəmə gedəcəkdir.(4)
Bildiyimiz kimi başlıca fikir ayrılığı İmamət məsələsi ilə bağlıdır. İslam ümmətində əsas
səh:43
ixtilafların yaranması bu məsələdən başlamışdır. Deməli, Naciyə (nicat tapacaq) firqəni aydınlaşdırmaq üçün İslam cəmiyyətində imamət və rəhbərlik haqqında ətraflı bəhs edilməlidir.
Yaşadığımız dövrdə bir çoxları “Qədir” hadisəsini dirçəltməklə onun amallarını İslam cəmiyyətində həyata keçirmək istəyirlər. İndi bu mövzunu – “Qədir” hadisəsinin amallarını, insanlara müraciətini dəqiq və konkret şəkildə tədqiq etməyin vaxtıdır. “Qədir” hadisəsi bizə nə demək istəyir? Onun qarşıya qoyduğu məsələlər, verdiyi mesajlar yalnız Peyğəmbər (s) dövrünəmi aiddir? Yoxsa Qiyamət gününədək icrası mümkün və zəruridir? İndi isə “Qədir” hadisəsinin və onun keçirilən mərasimlər yolu ilə anılmasının hansı məqamları ehtiva etdiyinə nəzər salaq:
1. Hər bir peyğəmbərdən sonra onun xəttində olan, onun yolunu davam etdirən, məqsəd və məramlarını açıqlayan məsum bir şəxsin mövcudluğuna ehtiyac var. Həmin şəxsin heç olmazsa şəriəti bir küll şəklində qorumalı, dinin keşiyində durmalıdır. Peyğəmbər (s) də özündən sonra canişin olaraq belə bir şəxs təyin etmişdir. Hаl-hazırda isə bu şəxs həzrət Məhdidir (əc.).
2. Peyğəmbərlərin canişinləri Allah tərəfindən təyin edilməli, Peyğəmbər tərəfindən isə ümmətə tanıtdırılmalıdır. Necə ki, Peyğəmbərin (s) canişini, onun öz vasitəsilə (Allah tərəfindən) təyin edildi. Çünki “İmamət” məqamı ilahi bir məqamdır. Hər bir imam bu məqama Allah tərəfindən təyin edilməlidir.
səh:44
3. “Qədir” hadisəsində nəzərə çarpan məqamlardan biri də rəhbərlik, rəhbərin səciyyəvi keyfiyyətləri məsələsidir. İslam cəmiyyətində hər bir fərd Peyğəmbərin (s) canişinliyi vəzifəsini öz üzərinə götürə bilməz. Rəhbər Əli (ə) kimi Peyğəmbər (s) xəttində olan, onun göstərişlərinə əməl edən bir şəxs olmalıdır. Əks təqdirdə xalq ona beyət etməməlidir. Nəticə etibarı ilə “Qədir” məsələsi İslamın siyasi məsələləri ilə bilavasitə əlaqəlidir.
Yəməndə, artıq IV əsrin ortalarından başlayaraq hər il “Qədir-Xum” günü münasibəti ilə şadlıq mərasimləri keçirilir. Həmin hadisəni xatırladan səhnəciklər tamaşaya qoyulur. Və insanlar məlum hadisəni xatırlayır və İslam cəmiyyətində rəhbərliyin əhəmiyyətini anlayırlar. Əlbəttə son illərdə hakim dairələr bu kimi mərasimlərin müsəlmanlar üçün müsbət nəticə verəcəyini sezmiş və qarşısını almağa çalışmışlar. Belə ki, hər il belə mərasimlərin keçirilməsində israrlı olan bir çox insanlar canlarını əldən verirlər. Lakin buna baxmayaraq, xalq öz qərarında israrlıdır və bu, məlum “Qədir” olayının İslam cəmiyyətinə göstərdiyi müsbət təsirlərdən doğur.
4. “Qədir” olayının daim bizə ünvanlanan bir müraciəti də Peyğəmbərdən (s) sonra İslam cəmiyyətinə rəhbərlik edəcək şəxslərin Əli (ə) və məsum imamlar olmasıdır. Biz onların hakimiyyəti altında olmalı və onlara yaxınlaşmaqla onlardan bəhrələnməliyik.
5. “Qədir” hadisəsi və bu münasibətlə təşkil olunan mərasimlər Şiəlik simvoludur. Əslində “Qədir” hadisəsi daim haqqı – Əlinin (ə) və
səh:45
övladlarının öz haqlarından məhrum olmalarını təsdiq etmək və qələbəyə nail olmaq deməkdir.
6. “Qədir” hadisəsi bizə daim haqqı, həqiqəti deməkdə israrlı olmağa səsləyir. Çünki Peyğəmbər (s), vəfatından sonra onun sözlərinə əməl olunmayacağını bilməsinə baxmayaraq, öz sözünü dedi və insanların bəhanə yolunu bağladı. O, haqqı söyləmək uğrunda heç bir fürsəti qaçırmadı, hətta son Həcc mərasiminidə, “Qədir-Xum”da belə haqqı deməkdən çəkinmədi.
7. “Qədir” hadisəsi Əhli-beytin (ə) dini “Mərcə” olması mesajını verir. Peyğəmbər (s) “Səqəleyn” hədisini məhz həmin ərəfələrdə buyurmuş və insanları məsum Əhli-beytə (ə) tapınmağa səsləmişdir.
8. “Qədir” olayına görə, bir çox mühüm anlarda daha əhəmiyyətli məsələlərə görə mühüm məsələlərin üstündən keçmək lazımdır. Əli (ə) Allah tərəfindən, Peyğəmbərin (s) vasitəsi ilə İslam cəmiyyətinin rəhbəri təyin olunmasına baxmayaraq, öz haqqı uğrunda savaşa girməyi, qan tökməyi ümumilikdə dinin xeyrinə tamamlanmayacağını görüb susdu və yalnız çıxışlarında öz haqqının əlindən alınmasına toxunmaqla kifayətləndi. Təbii ki, Əli (ə) məsələni başqa şəkildə həll etməyə çalışsaydı İslam ümməti üçün ümumdini bir problem yaranacaqdı. Bu, “Qədir” hadisəsinin müsəlmanlara verdiyi ən boyük dərsdir.
9. Dinin təkmilləşməsi və nemətin tamamlanması haqqın insanlara çatdırılması ilə gerçəkləşir. Hansı ki, “İkmal” ayəsində bu məsələyə açıqca toxunulmuşdur.
10. Haqqı üzə çıxarmaq üçün hər hansı bir məxfi addım atmaq lazım deyil. Necə ki, Peyğəmbər (s)
səh:46
son Həcc mərasimi zamanı ziyarətə gələnlər dağılışmadan öz sözünü açıq şəkildə elan etdi.
11. Peyğəmbərin (s) canişinliyi, İslam ümmətinin rəhbərliyi məsələsi daim ön planda olmuşdur. Necə ki, Peyğəmbər (s) Mədinədə təhlükəli xəstəlik yayılmasına baxmayaraq, öz səfərini təxirə salmadı və səfər zamanı rəhbərlik məsələsini müsəlmanların diqqətinə çatdırdı.
12. Düzgün rəhbərlik mövzusu İslamın başlıca məsələlərindəndir. Elə buna görə də Quran bu haqda buyurur:
وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ
“Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan”.
səh:47
1- VƏHDƏT NƏDİR? ... 3
2- HAQQ İMAM ƏTRAFINDA BİRLƏŞMƏ ....................... 7
3- ELMİ MÜBAHİSƏLƏR VƏHDƏTƏ ZƏMİN YARADIR ... 14
a) Haqqa meyl ... 15
b) HaqqI e`tiraf etmək ........................................................... 20
1.ƏLLAMƏ ŞEYX MƏHƏMMƏD MƏR`İ ƏMİR ƏNTAKİ ............................................................................................... 20
2. ƏLLAMƏ ŞEYX ƏHMƏD ƏMİN ƏNTAKİ ................... 22
3. DOKTOR MƏHƏMMƏD TİCANİ SƏMAVİ ................. 23
4. MÜASİR YAZIÇI SAİB ƏBDÜL-HƏMİD ..................... 25
5. USTAD SALEH Əl-VİRDANİ ......................................... 26
6. USTAD MÖTƏSİM SEYİD ƏHMƏD SUDANİ ............. 27
7. MƏŞHUR VƏKİL DƏMİRDAŞ MİSİRLİ....................... 28
8. ƏLLAMƏ DOKTOR MƏHƏMMƏDHƏSƏN ŞƏHATƏ 29
9. FƏLƏSTİNLİ ALİM ŞEYX MƏHƏMMƏD ƏBDÜL-Al 30
10. FƏLƏSTİNLİ MÜBARİZ LİDER MƏHƏMMƏD ŞƏHADƏ ... 31
11. FƏLƏSTİNLİ HƏKİM ƏSƏD VƏHİD QASİM ............ 34
4. DİNİ İDEALIN (MƏRCƏ`NİN) MÜƏYYƏNLƏŞDİRİLMƏSİ ... 34
5. "QƏDİR" MƏSƏLƏSİNİN İNSAN HƏYATINDA ROLU ... 37
6. SÜBUTLU MƏZHƏB SEÇİMİ ........................................ 41
MƏZƏMMƏTLİ TƏQLİD ................................................... 42
7. "NACİYƏ" (NİCAT TAPACAQ) FİRQƏNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ .... 43
QƏDİR HADİSƏSİNİN İNSANLARA MÜRACİƏTİ ........ 44
səh:48