Qadın

Kitab haqqında

(İslam İnqilabının Böyük Rəhbəri Cənab Ayətullah Xameneinin çıxışlarından seçmələr)

Kitаbın аdı:...............................................Qadın

Tәrtib еdәn:............Əmirhüseyn Banki Purfərd

Nәşr еdәn:...................................Üfüqe-fərda

Çаp tаriхi:..................................................2013

Çаp növbәsi:...........................................Birinci

Tirаj:..........................................................3000

səh:1

Birinci fəsil: İslamda qadının məqamı və rolu

Qadının insani məqamı

səh:2

Qadın və kişinin İslam tərzinə qayıdışı

Əvvəldə öz İslam etiqadımı bəyan etməyi lazım bilirəm. Biz düşünürük ki, kişi və qadın özlərinin layiqli ictimai məqamlarını əldə etmək istəyirlərsə, gərək islami kimliyə malik qadın və kişiyə çevrilsinlər.

Doğrudur, qadına qarşı tarixi zülm kişidən çox olmuşdur. Lakin bir çox cəmiyyətlərdə kişilər də çox zülmə məruz qalmışlar; əlbəttə, qadın cinsi tərəfindən yox, müstəmləkə quruluşları, zorla yeridilən mədəniyyətlər və bütün insaniyyətə qarşı icra olunan əzici üsullar tərəfindən. Buna əsasən, demək olar ki, kişi də qadın kimi tarix boyu özünün həqiqi insani şəxsiyyətinin əsas hissəsini əldən vermiş və özünə özgələşmişdir. Kişi də özünün əsl kimliyinə qaytarılmalıdır. Bu qaydaya əsasən, belə nəzərə çarpır ki, həm qadın və həm kişi İslam kimliyi olan kişi və qadın formasına qayıtmalıdırlar.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

İslamın qadın haqqında dəyərləndirməsi

Fatimeyi-Zəhranın (s) doğum günü xatirəsi İslamın baxışında və İslam quruluşu sayəsində müsəlman qadının kimliyinə və qadınların uca dəyərinə diqqət yetirilməsi üçün müsəlman qadınlara faydalı bir fürsətdir...

İslam həm mənəviyyat, düşüncə və insani dəyərlər meydanında, həm siyasi fəaliyyətdə, həm də hamısından üstünü, ailə sahəsində qadına zülm edən cahiliyyətin qarşısında dayandı. Qadın və kişi zəruri olaraq ailə adlı kiçik bir cəmiyyət təşkil edirlər. Əgər cəmiyyətdə düzgün dəyərləndirmə olmasa, qadına zülm olunan birinci yer ailənin daxili olacaq. İslam hər üç meydanda dəyərləndirmə aparmışdır.

Ölkənin müsəlman qadın və qızları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

İslamın qadınlara aid yanlış ənənələrlə mübarizəsi

İslam özündən öncədən qalmış ənənələrlə iki növ rəftar etmişdir: bəzi yanlış ənənələri ümumiyyətlə qadağan edib sıradan çıxarmışdır; yanlış ənənə olduğuna görə. Məsələn, ərəblər İslamdan öncə öz qızlarını saxlamırdılar, yaxud qeyri-müsəlman xalqların çoxu qadın cinsini təhqir edirdilər. İslam bu ənənəni ümumiyyətlə məhv etdi, çünki kökündən yanlış idi.

Lakin İslam bəzi ənənələri məhv etməmişdir, onun formasını saxlayıb, ruhunu və məzmununu dəyişdirmişdir. Məsələn, həcc mərasiminin bir çox əməlləri belədir.

İmam Rizanın (ə) məqbərəsində çıxışdan; 21 mart, 1998

Keyhan qəzeti

Qadın və kişinin yaradılışında Allahın hikməti

Əgər bəşər cəmiyyətləri qadın və kişinin bəşər təbiətindəki yerini düzgün tanısa və onu icra etsələr, kamil ilahi quruluş həyata keçəcək; bu quruluşda hər bir varlıq öz varlığının faydasını lazım olduğu kimi bəxş edəcək, heç kəsə zülm olunmayacaq, heç bir istedad

səh:3

tələf olmayacaq, bəşəriyyət qadın və kişinin düzgün həmkarlığının və birləşməsinin xeyrindən çox faydalar götürəcək.

İlahi quruluşda qadın və yaxud kişinin özünü digərindən daha vacib, daha zəruri və daha faydalı bilməsinə haqqı çatmır. Bu baxışda hamı bir səviyyədədir. Həyatda qadın və kişinin vahid rolu, bəşər həyatı sistemində varlıq aləmini təkmilləşdirmək məqsədi ilə iş görməyə əsaslanacaq. Bu mühüm məsələ qadın və kişinin yaradılışında ilahi hikmət baxışıdır.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadın və kişinin yaradılış həqiqətləri

İslamın qadın barəsində fikri qadın və kişinin yaradılış həqiqətlərinə və insan təkamülü zirvəsinə çatmaq üçün onların ehtiyaclarına əsaslanır. Şübhə yoxdur ki, İslamın fikrini dəqiq öyrənməklə və ona düzgün əməl etməklə bir çox problemlər həll olunacaq. Amma əfsus ki, bəzi insanlar əcnəbi ənənələrə, adətlərə və əcnəbi mədəniyyətlərin hədiyyələrinə daha çox əhəmiyyət verir, yanlış və səhv yol da davam etdirilir. Buna əsasən, qadının özünün həqiqi məqamında dura bilməsindən ötrü çox çalışmaq, fəaliyyət göstərmək və təbliğat aparmaq lazımdır.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

İslam hökmləri sayəsində qadınların uca məqamı

İslam uca məqamı qadının zəruri mövqeyi bilmiş, ona sarı hərəkət etməyi lazım saymış, dəyər verməklə, qanunlarla və hökmlərlə yolunu açmışdır. Qərb mədəniyyəti və onun təməli olan baxış qadına həmin məqamı bəxş etsə də (əlbəttə, maddi baxış, mənəvi mənzərələrin genişliyinə malik deyil), onun şəxsiyyətini ləzzətlərdən, şəhvətlərdən və dəyərsiz məşğuliyyətlərdən ayırmaq gücündə deyil. O bunun əsasında cəmiyyətlər və ideologiyalar haqqında mühakimə yürüdür.

“İmam Xomeyninin(r) baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989

Qadına qarşı real baxışla ideal nöqtəyə sarı hərəkət

İslamın qadına, kişiyə və bütün yaranmışlara real, fitrətə, təbiətə və həqiqi ehtiyaclara söykənən baxışı vardır. Yəni heç kəsdən imkanından və ona veriləndən artıq bir şey gözləmir. Ümumiyyətlə İslamın qaydası budur: həqiqi və məntiqli bir gözləntisi var. Cümə gecələrinin duasında deyilir ki, Allah-Taalanın hər bir kəsə bəxş etdiyi və verdiyi imkanlar - ilahi hüququ yerinə yetirmək üçün kifayət həddindədir.(1) Ümumiyyətlə hər bir kəsin reallıqlarını öyrənmək ondan gözlənilənlə münasibdir.

Deməli, İslam insani və qeyri-insani ehtiyaclara və istəklərə diqqət yetirib hökm vermişdir. Amma bu o demək deyil ki, insanlar üçün heç bir ideal yoxdur. Biz təbiət zindanının dustağı və əsiriyik, onun qanunları çərçivəsində hərəkət edirik. Bizim hərəkət etdiyimiz bu çərçivədə bizim qarşımıza bir məqsəd qoyub deməyiblərmi buna sarı hərəkət etməlisiniz?!

səh:4


1- [1] “Bihar əl-ənvar”, c. 87, səh. 277

İslamda amalçılıq, zirvələrə və ideallara doğru hərəkət qəti və zəruri bir məsələdir. Qadın kişi kimi və digər varlıqlar kimi bu istiqamətdə hərəkət etməlidir. Bu, hərəkətin kəskin və tamamilə şəxsi və dəyərsiz təmayüllərinə uyğun gəlmir. Əlbəttə, İslam quruluşunda onların kökünü kəsmək lazımdır. İslam cəmiyyətində cahil cəmiyyətlərdə inkişaf etdirilən israfçılığa və dəbdəbəçiliyə təmayülün kökü kəsilməlidir. Yaxud ən azı orta səviyyədə olmalı, onda ifratçılıq görünməməlidir. Lakin təəssüf ki, indi xalqın bəzi təbəqələrində yenə də bu tendensiya müşahidə olunur. Bu işlər İslamdan, mənəviyyatdan və həqiqətdən uzaq cəmiyyətlərin işidir. Bu səhvdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Müsəlman qadınının fitrətə qayıdışı

Siz görün müsəlman qadın öz fitrətinə və əsl mahiyyətinə qayıtdıqda necə möhtəşəm möcüzə baş verir! Bu, Allahın lütfü ilə bizim İslam inqilabımızda və quruluşumuzda müşahidə olunub və bu gün də müşahidə olunur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslamın qadın barəsindəki düşüncələrinin parlaqlığı

Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam düşüncələri, o cümlədən qadına aid olanlar dünyada parlayır. Ümidvarıq ki, Allah-Taala bizə uğur bəxş etsin və biz bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, harada olsanız, bacardığınız qədər özünüzün imanınızı və İslam bilgilərinizi inkişaf etdirin, dərinləşdirin, öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətini təmin edəcək.

Tehran, Təbriz və İsfahan qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınlarda insani və mənəvi cövhərin canlandırılmasının və inkişafının zəruriliyi

Bizim ölkəmizin əlli milyon əhalisi arasında müxtəlif yaşlarda bu ölkəyə fayda yetirə bilən otuz, yaxud otuz beş milyon insan varsa, təbii ki, bu otuz beş milyonun yarısı qadınlardır. Məgər bunların varlığındakı ilahi xəzinələri görməzdən gələ bilərikmi?! Bunların arasında alim də olmalıdır, lakin elm bütün əzəmətinə rəğmən, Allah-Taalanın qadına verdiyi mənəvi şəxsiyyətin qarşısında bir şey deyil.

Siz elmin yüksək səviyyəsində olan, lakin insan məsələlərində və bəşər münasibətlərində iki cinsiyyətdən biri olaraq pozğunluğa düçar olmuş bir qadını təsəvvür edin. Siz elə bilirsiniz bunun dəyəri var? Düzdür, alim olan qadın müəyyən mənada bu pozğunluqlara daha az düçar olur. Savadsızlığın zərərlərindən biri budur ki, qadınları pozğunluğa daha çox çəkir. Lakin pozğunluq həddi məhdud bir hədd deyil. Hətta yüksək elmi səviyyədə olan bir xanımda da əziz insani gövhərin qədri bilinməyə (o gövhər kişidə də əzizdir, qadın və kişi özlərində canlandırmaq üçün çalışıb elm və hikmət öyrənirlər), diqqətdən və hörmətdən kənarda qala bilər. Bunun nə dəyəri var?! Qadında və kişidə olan insani gövhər inkişaf etdirilməlidir. Bu bir dəyər məsələsidir. Bizim cəmiyyətimizdə İslamın dəyər məsələləri dirçəldilməlidir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

səh:5

Qadının məqamı barəsində yanlış təsəvvür və düşüncələr

Nə üçün bəşəriyyət qadın və kişi məsələsində həmişə yanlış düşünüb bunun qarşısında dayanmaq istəyir? Peyğəmbərlərin (ə) təlimlərindən başqa, bəşərin bütün təsəvvürlərində, təhlillərində və təfəkkürlərində qadın və kişiyə səhv mövqe tanınmışdır. Hətta qədim dünyanın Roma, yaxud İran mədəniyyətləri kimi çox yüksək mədəniyyətlərində də qadın haqqında təsəvvür yanlış olmuşdur. Mən bunun xırdalıqlarını açmaq istəmirəm, yəqin ki, özünüz bilirsiniz və baxa da bilərsiniz.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadının müxtəlif sahələrdə xüsusiyyətləri

Bizim inqilabçı cəmiyyətimizdə qadının məqamı kişidən çox olmasa da az deyil. Bu prinsipə əsasən, qadının müxtəlif sahələrdə, o cümlədən elm öyrənməkdə, cihad etməkdə, kişi ilə münasibətlərdə və analıq rolunda olan xüsusiyyətləri araşdırılmalıdır. Bütün bunlarda Həzrət Zəhranın (s) həyatı bir nümunədir.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

İslam mədəniyyətində qadının uca məqamının dünyaya çatdırılması

İnsan bütün dünyada xalqın mövcud təsəvvürləri ilə tanış olanda bu məqamı dərk edir ki, İslam mədəniyyəti bütün sahələrdə, xüsusən də qadın məsələsi kimi sahələrdə dünya üçün tanınmaz qalmışdır. İslamın bəşəriyyət üçün daşıdığı mesaj və missiya – yəni insanın ucalması, təkamülə çatması, inkişaf etməsi, onun dünya həyatı və dünyanın inkişafı üçün faydalı olması - qadının və kişinin uca insan məqamını müəyyən surətdə təyin etmişdir. Qərb dünyası bunu hələ yaxşı başa düşmür. Düzdür, insanlar əleyhinə təxribat hazırlayan beynəlxalq təxribat mərkəzləri bütün düzgün məfhumları, o cümlədən qadın həyatı məfhumunu və İslamın qadın barəsindəki fikrini təhrif etmişlər. İndi bunlarla işimiz yoxdur. Belə qərəzli və çirkin əllərdən əlavə, çoxları İslamın qadına necə uca məqam nəzərdə tutması haqda hələ yaxşı məlumatlı deyillər. Bunu dünyaya göstərmək, İslamın bu sahədəki mütərəqqi və inkişaf etmiş mədəniyyətinə həvəs yaratmaq üçün ən yaxşı yol İslamın görkəmli qadınlarının şəxsiyyətini tanıtdırmaqdır. Çünki onların şəxsiyyətinin və həyatının özü İslamın qadın barəsindəki təfəkkürünü göstərir. Tarix boyu dünyanın bütün görkəmli qadınlarının başında Peyğəmbərin qızı olan Fatimeyi-Zəhra (s) durur. Buna görə, əgər biz bu barədə işləyib araşdırmaq istəsək, çox işlər lazımdır.

Tehranın cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Şəhid Mütəhhəri və müsəlman qadın

Şəhid Mütəhhəri müsəlman qadının insani şəxsiyyətinin ona qaytarılması hərəkatının bayraqdarı idi.

Təlim və Tərbiyə Naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

Qadın və kişi arasında bərabərlik və fərq

Yaradılışda qadının zərifliyi

səh:6

İlahi yaradılışa əsasən, qadın öz quruluşuna görə kişiyə nisbətən daha zərifdir. Buna görə qanunsuz, yaxud ağıl və məntiq hakimiyyətinin zəif olduğu bir mühitdə fiziki baxımdan daha qüvvəli və möhkəm olan zəif olanı zülm altında saxlayıb istismar edəcək. Təəssüf ki, bəşər həyatının əvvəlindən bu vəziyyət qarşıya çıxmışdır. Bu gün dünyada qadın və kişi münasibətlərində bu acınacaqlı vəziyyət müşahidə olunur.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadın və kişinin müştərək və özəl məsuliyyətləri

Qadın və kişinin müştərək və həmçinin özəl vəzifə və məsuliyyətləri vardır. Onlar diqqətlə öyrənilməli və təbliğ edilməlidir. Qadın öz həyat yoldaşı üzərində bir yük deyil. Qadın Qərb və qeyri-islami örnəklərə uyğun şəkildə tanıtdırılmamalıdır.

Bilal məscidində televiziya və radio verilişləri şirkətinin müdirləri və işçiləri ilə görüşdə çıxışdan; 1 avqust, 1996

Keyhan qəzeti

İnsani dəyərlərin əldə edilməsində qadın və kişi arasında fərqin olmaması

Hər bir insanın yaradılışında məqsəd ümumbəşəri yaradılışda olan məqsəddir: yəni insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Buna görə də, qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə Fatimeyi-Zəhra (s) və sonra tarixin digər böyük qadınlarıdır. Yəni Fatimeyi-Zəhra (s) bəşəriyyətin zirvəsindədir və ondan yuxarı heç kim yoxdur. Bildiyimiz kimi, bu xanım bir müsəlman qadın olaraq özünü bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq olmamalıdır. Bəlkə də məhz buna görə Allah-Talala Qurani-Kərimdə yaxşı və pis insanlara misal çəkmək istədikdə onlardan hər ikisinə qadınlardan nümunə göstərir; birinə Fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşını misal çəkir: Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar üçün isə Nuhun və Lutun həyat yoldaşlarını misal göstərir. Burada sual oluna bilər ki, misal vurduqda nə üçün həm kişi və həm qadın nümunələr göstərilmir. Quranın hər bir yerində iman gətirən insanlara misal çəkildikdə, yaxud kafirlərə misal göstərildikdə hər iki misal qadındandır. Bu onun üçün deyil ki, biz bəşər tarixi boyunca qadının məqamına qarşı yanlış və təəssüf ki, davamlı təsəvvürlərə İslamın dililə cavab verək? İslam tarix boyu qadın haqqında mövcud olan bu qeyri-obyektiv anlayış tərzinin, yanlış təsəvvür və üslubların qarşısını almaq istəyir.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Mənəviyyat və bilgi dəyərlərində qadın və kişinin bərabərliyi

İslamın baxışında qadın bilgi, düşüncə, fikir və Allaha yaxınlıq baxımından kişi kimidir. Qadınla heç zaman ifrat-təfritçilik əsasında və onun məqamından uzaq rəftar etmək olmaz. Qadın və kişi müştərək və özəl vəzifələrə və məsuliyyətlərə malikdirlər. Bunlar diqqətlə öyrənilməli və təbliğ edilməlidir.

Televiziya və radio işçilərilə görüşdə çıxışdan; 1 avqust, 1996

Keyhan qəzeti

səh:7

İnsani dəyərlərdə bərabərlik, özəl vəzifələrdə fərq

İslam dini qadın və kişi arasında insani dəyərlər baxımından bərabərliyi qəbul edir, amma özəl vəzifələr baxımından yox. İslam qadına onun özünə məxsus rol tanıyır. Bu rol əsla kişinin rolundan kiçik deyil. Diqqət yetirmək lazımdır ki, qadının fizioloji və psixoloji quruluşu onu xüsusi vəzifələr üçün yararlı edir. Qadın və kişi bu vəzifələrin sərhədləri vasitəsi ilə bir-birindən ayrılırlar.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1990

Fizioloji quruluşda fərq, bu fərqin iş və fəaliyyətdə təzahürü

Tamamilə aydın bir məqama diqqət yetirmək lazımdır. O da qadının fizioloji quruluşu ilə kişinin fizioloji quruluşu arasındakı fərqdir. Bu fərq əbəs deyil. Allah-Taala hikmətlidir. O bunların hər ikisini yaratmış və bu fərqi qoymuşdur. Əlbəttə, dedik ki, ictimai, siyasi, mədəni, insani və İslam sahələrində heç bir fərq yoxdur. Lakin iş mərhələsində bir-biri ilə fərqlənirlər. Misal üçün, kişilər bənnalıq edirlər. Qadın və kişi hüquqlarının bərabər olması, qadına hörmətsizlik edilməməsi üçün biz deməliyik ki, qadınlar da gedib bənnalıq etsinlər?! Bu iş ümumiyyətlə qadın üçün münasib deyil. Mən Hindistanda bir mənzərə gördüm. Bunu xatırlayanda həmişə narahat oluram. İnqilabdan sonra Hindistanın Banqalor şəhərində yaşayan bir dostumuzun evində qonaq idik. Bir gün günortadan sonra gəzintiyə çıxmaq istədim. Gördüm ki, bunların evinin arxasında təxminən əlli yaşlı bir qadın əlinə bir külüng götürüb daşları sındırır. Əvvəlcə anlamadım, soruşdum ki, o nə üçün belə edir? Dedilər ki, fəhlədir, işləyir. Elə isti havada tosqun bir qadın belə çətin bir işi görürdü. Bu mənzərəni görəndə çox naharat oldum. Dedim nə üçün bu işi görür? Dedi ki, əgər bunu etməsə, acından ölər. Soruşdum ki, nə qədər pul alır? Dedilər ki, səksən rupi. Bu qadına xidmətdirmi?! Bəzən məcbur olur və çarəsizlik üzündən işləyir. Bunun eybi yoxdur. Amma indi qadınlar üçün proqram hazırlamaq istəyiriksə, bu xidmətdirmi deyək ki, gərək qadınlar da ağır işlər görsünlər?! Nə lüzumu var ki, öz fizioloji vəziyyətləri ilə münasib olmayan işləri görsünlər?!

Qadının rolu barəsində “Günün qadını jurnalı ilə müsahibədən; 4 mart, 1988

İslamda qadın və kişi hüquqları arasında ədalətə riayət etmək

İslamda irəli sürülən məsələ ədalətdən ibarətdir; yəni bütün insanlar, o cümlədən qadın və kişi cinsi arasında mütləq ədalətə riayət etmək.

Hüquqda bərabərlik məsələsi irəli sürülür. Lakin bəzi yerlərdə qadının hökmləri kişinin hökmlərindən fərqlənə bilər. Necə ki, qadının təbiəti bəzi xüsusiyyətlərdə kişinin təbiətindən fərqlidir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

İlahi atributları əldə etməkdə eynilik

Allah İslam ümmətinin ardıcılları üçün on xüsusiyyət sayır. Birincisi İslamdır, yəni Allahın qarşısında təslimçilik. Sonuncusu zikr və Allahı yad etməkdir. Bunların heç birində qadınla kişi arasında fərq qoyulmur. Ayədə belə deyilir: Müsəlman kişilər və müsəlman qadınlar, imanlı kişilər və imanlı qadınlar, sadiq kişilər və sadiq qadınlar...

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

səh:8

Qadın və kişinin mənəvi dəyərlər meydanında bərabərliyi

İmandan, İslamdan, dözümlülükdən, sədaqətdən, insan, İslam və mənəviyyat dəyərlərini əldə etmək yolunda çalışmaqdan söz düşdükdə buyurur: “Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq qadınlar, dözümlü kişilər və dözümlü qadınlar...“(1) Bu ayədə mənəvi dəyərlər üçün on xüsusiyyət sayılır: İslam, iman, mütilik, sədaqət, dözümlülük, Allahdan qorxmaq və digər məsələlər. Qadın və kişi bu meydanda çiyin-çiyinə hərəkət edir və irəliləyirlər. Hər ikisini deyir. İslam bu ayələrdə cahil cəmiyyətlərdə həmişə kişilərin və hətta qadınların vasitəsi ilə pərəstiş olunan kişi hökmranlığı bütünü sındırır. Siyasi və ictimai məsələlərdə qadının beyət etməsini lazımi və aktual bir iş kimi təqdim edir.

Ölkənin müsəlman qız və qadınları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Elmi və ictimai nailiyyətlərdə eyni rolun ifa edilməsi

Biz düşünürük ki, qadınlar hər bir sağlam insan cəmiyyətində öz payları qədərincə elmi, ictimai və quruculuq nailiyyətlərində və bu dünyanın idarəsində öz səylərini öhdələrinə götürməyə, bu yarışa qatılmağa qadirdirlər. Bunun üçün onlara imkan yaradılmalıdır. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Fiziki qüvvə - kişilərin qadınlar üzərində hegemonluq qaynağı

Qadın bəzən zehni baxımdan kişidən güclü olsa, yaxud təfəkkür, elm, hissiyyat və digər baxımdan kişi ilə fərqlənməsə də, normalda qadının bədəni kişidən daha zəifdir.

Kişilər boylarının hündür, səslərinin yoğun, bədənlərinin güclü və sümüklərinin iri olmasına görə sümükləri xırda, səsləri incə, boyları qısa və bədənləri zəif olan qadınlara hegemonluq etmişlər. Bu bir həqiqətdir. Mənim fikrimcə siz də məsələnin kökünə varsanız, bu qənaətə gələcəksiniz. Hegemonluqların qaynağı budur.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Özəl sahələrə rəğmən, qadın və kişinin müştərək məsuliyyətləri

İlahi və İslami baxışa əsasən, qadın və kişinin hər birinin, öz həyatının xüsusi çərçivəsində əməl etməli olduğu əsaslı vəzifələr vardır. Amma eyni zamanda hər ikisi geniş bir sahədə müştərək, uyğun və öz bacarıqlarından istifadə etməklə bəzi məsuliyyətləri yerinə yetirirlər.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimlərindən olan qadınlarla görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadının rol və vəzifələri

Qadının rolu – cəmiyyətin islahı və uca insanlar yetişdirmək

Qadına uca insan gözü ilə baxsanız, onun təkamülünün, hüququnun və azadlığının nə olduğu bəlli olar. Qadına uca insanlar yetişdirən və cəmiyyəti islah edə bilən amil kimi

səh:9


1- [2] Əhzab, 35

baxsanız, onun kim olduğunu və azadlığının necə olduğunu bilərsiniz. Qadına ailənin əsas elementi kimi baxın. Ailə kişi və qadından təşkil olunsa da, onu qurmaqda onların hər ikisi təsirli olsa da, lakin ailə mühitinin asayişi və evdə olan dinclik və aramlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxsınlar. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.

Ölkə xanımları ilə görüşdəki çıxışdan; 15 dekabr, 1992

Qadının ictimai həyat məcmusunda xüsusi rolu

İslam həyatın idarəsində və ictimai həyat məcmusunda fizioloji və pisixoloji quruluşuna əsasən, qadın üçün xüsusi bir rol müəyyən etmişdir; elə bir rol ki, kişinin rolundan nə az miqdarlı, nə də az əhəmiyyətlidir.

Qadın və kişi İslam və insan dəyərlərində və İslam cəmiyyətində bir insanın ümumi vəzifələrində həmişə yanaşı və eyni olmuşlar. Yalnız xüsusi vəzifələrdə onların yaranış xüsusiyyətlərinə əsasən fərqlər mövcuddur. Əgər qadın bu vəzifələri bilsə, ona olunan təbii zülmü aradan qaldıra biləcək.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1990

Risalət qəzeti

Ailənin mənəvi yüksəlişində qadının rolu

Qadının dəyəri budur ki, öz həyat çevrəsini özü üçün, kişi üçün və övladlar üçün bir cənnətə, bir məktəbə, bir təhlükəsiz yerə, mənəvi bilgilərə və mənəvi məqamlara yüksəliş yerinə çevirə bilsin. Vəzifəsi tələb etdikdə ölkənin taleyinə təsir göstərsin, cəmiyyətin taleyində rol oynasın. Belə olan halda qadının rolu qeyd olunduğu kimi yalnız əlli faiz deyil, kəmiyyət rolu deyil, keyfiyyət roludur. Həm onun özü rol oynayır, həm də Allah-Taalanın qadın vücudunda qoyduğu cazibəlikdən istifadə etməklə öz övladını və həyat yoldaşını ideal yola sövq etdirir və irəliləyir. Buna əsasən, bu zaman qadının rolu daha böyük olur.

Hörmüzqan qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

Üç baxışdan - mənəvi təkamül, ictimai və ailə fəaliyyətləri baxımından qadının rolu

Qadın məsələsinə üç baxımdan yanaşmaq olar. Birinci baxış mənəvi və nəfsi təkamül yolunda bir insan olaraq qadının roludur. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur. Quranda Allah “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur” - deyə buyuranda Fironun qadını o zamankı insanlar arasında bənzəri olmayan, yaxud az olan üstün bir mömin kimi möminlərə misal göstərilir. İkinci baxış ictimai, siyasi, elmi və iqtisadi fəaliyyətlər sahəsindədir. İslama görə qadının elmi, iqtisadi və siyasi fəaliyyətlər yolu tamamilə açıqdır. Əgər kimsə qadını elmi işdən, iqtisadi, ictimai və siyasi faəliyyətdən məhrum etmək istəsə, Allah hökmünün əksinə danışmışdır. Əlbəttə, qadın fizioloji baxımdan kişidən incə olduğuna görə bəzi zərurətlər mövcuddur. Üçüncü baxış qadına bir ailə üzvü olaraq olan baxışdır. Bu hamısından əhəmiyyətlidir. İslamda kişiyə icazə verilməmişdir ki, qadına hegemonluq etsin və onu nəyəsə məcbur etsin.

Kişi üçün ailədə məhdud hüquqlar müəyyən olunmuşdur. Bunlar məsləhət və hikmət əsasındadır. Bu kimə deyilsə və izah olunsa, qadına da məsləhət əsasında hüquq verildiyini deyəcək. Qadının və kişinin hər birinin özünəməxsus təbiəti, əxlaqı, ruhiyyəsi

səh:10

və instinkti vardır. Əgər kişinin və qadının bu xüsusi keyfiyyətlərindən düzgün istifadə olunsa, kişi və qadın ailədə kamil, uyğun və münasib cütlüyü təşkil edəcəklər. Əgər kişi həddini aşsa, tarazlıq pozulacaq. Əgər qadın da həddini aşsa, yenə də tarazlıq pozulacaq. İslam ailədə iki cinsiyyəti bir qapının iki layı və bir mağazada iki şərik kimi etmişdir. Əgər bir yerdə yaşayan bu iki cinsiyyət İslamın təyin etdiyi hədd və meyarlarla yaşasalar, ailə davamlı, mehriban və faydalı bir ailə olacaq. Əhəmiyyətli məqam budur ki, qeyd etdiyimiz kimi, bu iki ünsür və iki varlıq ailədə öz xüsusiyyətləri ilə bir-birinə uyğundurlar. Şübhəsiz ki, biri fiziki baxımdan daha incə, biri isə daha güclü və qüvvətlidir. Əgər qanun qadını müdafiə etməsə, kişi ona zülm edə bilər.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının işinin onun xarakter və duyğuları ilə uyğunluğu

Qadının ən əsas işi onun qadınlıq xarakteri ilə, Allahın onun vücudunda qoyduğu hiss və duyğularla uyğun olan işdir. Onların duyğuları ilə maraqlanmaq və Allah-Taalanın qadının bütün vücudunda qoyduğu məhəbbəti təmin etmək əhəmiyyətli məsələdir. Əlbəttə, işləmək də bəzi qadınlar üçün qaçılmaz və bəziləri üçün lazım ola bilər. Hər halda, işləmək qadın üçün halal və icazəli bir işdir. Lakin İslam qadının dəyərini zəruri olaraq onda bilmir.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

səh:11

İkinci fəsil: Qadın və örnək

Örnəyin zəruriliyi

Örnəyin qadın təkamülündə təsiri

Dünyanın bugünkü qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb (ə) və Fatimeyi-Zəhra (s) olsa, işi düzgün anlamaqdan, mövqeləri dərk etməkdə sayıqlıqdan, Allahın insanların öhdəsinə qoyduğu böyük vəzifəni yerinə yetirmək üçün fədakarlıq göstərməklə və hər şeyindən keçməklə birgə olsa da, ən yaxşı işləri seçməkdən ibarət olacaq. Örnəyi Fatimeyi-Zəhra (s), yaxud Zeynəbi-Kübra (ə) olan müsəlman qadın belədir. Əgər qadın dəbdəbəçilik, eyş-işrət, ötəri həvəslər, köksüz və təməlsiz duyğulara təslim olmaq fikrində olsa, o yolu gedə bilməz. Hörümçək toru kimi yolçu bir insanın ayağına dolaşan bu bağlılıqları gərək özündən uzaqlaşdırıb, o yolu gedə bilsin. İranlı qadının inqilab və müharibə dövründə bu işi gördüyü kimi, bütün inqilab dövründə də bu işi görməsi gözlənilir. Bu yolda iranlı qadının örnəyi - haqqında danışılan örnəkdir. Zeynəb (ə) örnəkdir. Zeynəb (ə) elm və bilgidən uzaq bir qadın deyildi. Ən yüksək elmlər, ən uca və təmiz bilgilər onun əlində idi.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Örnək təqdim etmək - əcnəbi mədəniyyətin təsirinə maneə

Bizim cəmiyyətimizdə mühüm çatışmazlıqlardan biri müsəlman qadının örnəyinin müəyyən olunmaması olmuşdur. Bu çatışmazlıq səbəbindən əcnəbi mədəniyyətlər bizim cəmiyyətimizdə uzun müddət meydan sulamışdır.

Həzrət Zəhranın (s) doğum gününün ildönümündə Dövlət Şurası ilə iclasda çıxışdan; 2 mart, 1986

Aydın örnəyin olmaması əcnəbi mədəniyyətlərə təmayülün amili kimi

Dünyanın sənaye ölkələri Əfqanıstan, Misir, İraq, ərəb və qeyri-ərəb olan digər müsəlman ölkələrinin keçmiş təcrübələrinə əsasən, İslamı əsas təhlükə hesab etdilər. Mədəni, iqtisadi və ictimai istismarçılıqla cəmiyyətin qadınlarını tarixi bir sınaqla üz-üzə qoydular. O, qadının hicabına əl uzatmaq və onlarda iffət mədəniyyətini dəyişdirmək idi. Bu mərhələdə gördük ki, müsəlman qadın namaz qılırdı, oruc tuturdu, ziyarətə gedirdi, amma hicabsız idi. Çünki müsəlman qadının və Quranın nəzərdə tutduğu qadının aydın örnəyini müəyyən etməmişdilər.

Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam örnəyi əsasında yetişdirilməsi

Əgər İslam cəmiyyəti qadınları İslam örnəyində yetişdirə bilsə, yəni Zəhra (s) örnəyində, Zeynəb (ə) örnəyində, dünyanı və tarixi öz təsiri altına sala biləcək əzəmətli qadınlar örnəyində yetişdirə bilsə, o zaman qadın özünün həqiqi uca məqamına nail olacaq.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:12

Örnək seçməyin və ona oxşamağın üsulu

Sual: Tələbə bir qız kimi Həzrət Zəhranın (s) həyatını necə örnək götürə bilərəm?

Cavab: Yaxşı sualdır. Əvvəla sizə deməliyəm ki, örnəyi kimsə bizə göstərməməlidir. Zorla sırınan bu örnək yaxşı örnək olmaz. Örnəyi özümüz tapmalıyıq. Yəni baxıb görək gözümüzün qarşısında olan simaların hansını daha çox bəyənirik. Təbiidir ki, bizim örnəyimiz bu olacaq.

Məncə müsəlman cavan üçün, xüsusən imamlarımızın, Peyğəmbər ailəsinin və ilkin İslam dövrü müsəlmanlarının həyatı ilə tanış olan müsəlman üçün örnək və model tapmaq çətin olmaz. Belə örnəklər az deyil. İndi sizin özünüz xoşbəxtlikdən, həzrət Zəhranın (s) adını çəkdiniz. Mən Fatimeyi-Zəhranın (s) müqəddəs vücudu barəsində bir neçə cümlə demək istəyirəm. Bu, başqa imamlar və böyüklər haqqında da düşünmək üçün sizə ipucu olar bilər. Elm, sənaye və texnologiyanın inkişafı dövründə, böyük aləmdə, maddi sivilizasiyalar dünyasında və bütün bu yeniliklər əsrində yaşayan siz xanımlar, məsələn 1400 il bundan əvvəl yaşamış örnəyinizdən nə götürə bilərsiniz? Onun hansı sahədə sizin bugünkü vəziyyətinizə bənzədiyini düşünürsünüz ki, ondan yol öyrənəsiniz. Fərz edin, istəyirsiniz biləsiniz ki, o universitetə necə gedib, yaxud məsələn, dünyanın siyasi məsələləri haqqında necə düşünüb. Təbii ki, bunlar deyil. Hər bir insanın şəxsiyyətində təməl xüsusiyyətlər vardır. Onları müəyyən etmək və nümunəni onlarda axtarmaq lazımdır. Məsələn, müxtəlif hadisələrlə rastlaşdıqda insan necə davranmalıdır? Bu məsələlər bəzən metro, qatar, reaktiv təyyarə və kompüter olan dövrə aiddir, bəzən də bunların mövcud olmadığı bir dövrə aiddir. Lakin hadisələr həmişə insanı əhatə edir. İnsan bu məsələlərlə bağlı iki növ mövqe sərgiləyə bilər: biri məsuliyyətli, biri isə laqeyd. Məsuliyyətli yanaşmanın da müxtəlif növləri var: hansı ruhiyyə ilə, gələcəyə hansı növ baxışla? İnsan ona nümunə ola biləcəyini düşündüyü insanda bu əsas xətləri tapmalı və öz həyatında icra etməlidir.

Gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Örnək qadınlar

Fatimə (s) - bütün müsəlman və qeyri-müsəlman kişi və qadınların örnəyi

Çox qısa ömür sürmüş və gənc olan bu nümunə qadın bütün qeyrətli və mömin kişi və qadınlar, müsəlmanlar və hətta o həzrətin məqamı ilə tanış olan qeyri-müsəlmanların hamısı üçün örnəkdir. Biz o həzrətin həyatından dərs götürməliyik.

Nəzarət Şurasının işçiləri ilə görüşdə çıxışdan; 13 dekabr, 1989

Fatimeyi-Zəhra (s) və Zeynəbi-Kübra (ə) – müsəlman qadınların örnəyi

Fatimeyi-Zəhra (s) müsəlman qadınlar üçün ən gözəl nümunədir. Dini mütəfəkkirlər, natiqlər və alimlər öz çıxşları və qələmləri ilə yaradılışın bu böyük xanımının şəxsiyyətinin müxtəlif cəhətlərini daha yaxşı və daha artıq təsvir etməlidirlər. Həzrət Fatimənin (s) qızı həzrət Zeynəbi-Kübra (ə) da başqa bir örnəkdir. O, yeni cəhətlərdə Peyğəmbər xanədanında üstün bir qadın rolunu ən gözəl şəkildə ifa etmişdir. O həzrətin Kərbəla hadisəsindən öncə Mədinədəki şəxsiyyəti çox görkəmli, məşhur və nümunə idi. O, elmi, mənəvi, əxlaqi, təqva, iffət və paklıq baxımından müsəlman qadınlar üçün nümunə seçilməyə və dərs götürülməyə layiqdir.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

səh:13

Zeynəbin (ə) əzəməti

Zeynəbi-Kübra (ə) böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin (ə) qızı, yaxud Hüseyn ibn Əlinin (ə) və Həsən ibn Əlinin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra (ə) kimi birisi hanı?

Zeynəbi-Kübranın (ə) dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan əzəmətli insani və İslami mövqeyinə və hərəkətinə görədir. Onun işi, onun qərarı, onun hərəkət tərzi ona belə əzəmət bəxş etdi. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, əzəmət əldə edər. Bu əzəmətin əsas hissəsi odur ki, əvvəla mövqeyi tanıdı. Həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarının mövqeyini, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələrin mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun bir seçim etdi. Bu seçimlər Zeynəbi (ə) Zeynəb etdi.

Kərbəlaya hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının fəqihlik, şücaət, rəislik və ağalıq iddiasında olan bəzi məşhur simaları çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Amma Zeynəbi-Kübra (ə) çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. Belə deyil ki, bunun çətin yol olduğunu bilməsin. O, digərlərindən daha yaxşı hiss edirdi. O, bir qadın idi; məmuriyyətindən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu.

Ən güclü insanların nə etməli olduqlarını dərk edə bilmədikləri böhranlı saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın bir nur olub parladı. Zeynəb (ə) elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərlər.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Vəzifələri yerinə yetirməkdə həzrət Zeynəbdən (ə) öyrənmək

Müsəlman qadın bir qadının görə biləcəyi bütün mühüm vəzifələri yerinə yetirmək üçün həzrət Zeynəbdən (ə) öyrənməlidir. Bir qadının ən böyük xüsusiyyətləri olan paklıq və təqva, həyatda əsl dəyərlərə hər bir şeydən artıq əhəmiyyətli yanaşmaq, elmə və bilgiyə diqqət yetirmək, siyasi fəaliyyətlər göstərmək, insanlara yardım etmək, evi və ailəni keyfiyyətli etmək Zeynəbi-Kübranın (ə) xüsusiyyətlərindən sayılır. Müsəlman qadın ailənin içindən cəmiyyətin içinə, elmi və siyasi məsələlərə, əxlaqi dəyərlərə, eləcə də böyük inqilabçı mənliklər göstərməyə qədər o həzrətin həyatından dərs götürə bilər.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

Zeynəbi-Kübranın (ə) zalım sultanla rəftarı

Baxın, Fatimeyi-Zəhranın (s) qızı olan bu Zeynəbi-Kübra (ə) öz dövrünün ən iqtidarlı sultanlarına - özü o zalım və qaniçən sultanın əlində əsir olduğu zaman - deyir ki, nə edə bilirsən et, sən bizi tarix səhnəsindən çıxarıb yolumuzu məhv edə bilməyəcəksən və bəşəriyyət bu yolu gedəcək. Əgər maddi iqtidar bacarsaydı, bu işi görərdi. Onlar da görərdilər.

səh:14

Keşikçilər Korpusunun məsul şəxsləri və komandanları ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Zeynəbi-Kübradan (ə) dərs öyrənmək

Ümidvaram ki, Aşuranın böyük və həmişəyaşar qəhrəmanlığının əsas hissəsinin aid olduğu həzrət Zeynəbi-Kübranın (ə) pak ruhu cəmiyyətin təkcə qadınları arasında yox, bütün üzvləri arasında canlı, hazır və dərs öyrədən olsun.

Feldşer və müharibə əlilləri ilə görüşdə çıxışdan; 10 sentyabr, 1997

Keyhan qəzeti

Aşura hadisəsinin əbədi qalmasında həzrət Zeynəbin (ə) rolu

Bizim qadınlarımız bilsinlər ki, onların bu sayıqlığı, məlumatlılığı, dözümlülüyü həzrət Zeynəbin (ə) İslam baxışından qaynaqlanırdı. O, Kərbəla hadisəsini tarixdə belə böyük və əbədi saxlaya bildi, bu hadisənin əzəmətli mənəvi və tarixi nəticələrini həmişəlik edə bildi.

Həzrət Zeynəb (ə) cəmiyyətinin mərkəzi ofisinin üzvləri ilə görüşdə çıxışdan; 17 fevral, 1988

Ettelaat qəzeti

Səkineyi-Kübra - elm və bilgi məşəli

İmamın qızı, Zeynəbin qardaşı qızı və şagirdi olan Səkineyi-Kübra - adını Kərbəlada eşitdiyiniz bu xanım bu günə qədər bütün İslam tarixində ərəb bilgisinin məşəllərindən biridir. Tədqiqatçı və kitab adamı olanlar baxa bilərlər. Hətta Zeynəbi, Zeynəbin (ə) atasını və Səkinənin atasını qəbul etməyən şəxslər də etiraf edirlər ki, Səkinə bir elm və bilgi məşəlidir.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Qurani-Kərimdə örnək qadınlar

Allah-Taala burada iki qadını, təkcə qadınların yox, bütün görkəmli və mömin insanların iki nümunəsi kimi xatırladır. Yəni insaniyyət və mənəvi təkamül səhnəsində Allah-Taala görkəmli nümunə göstərmək istədikdə, peyğəmbərlərdən, böyük insanlardan, elmi və dini şəxsiyyətlərdən danışmır, iki qadından danışır. Onların biri Fironun həyat yoldaşıdır. O biri qadın isə İsanın anası və İmranın qızı Məryəmdir (ə).

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Quranda qadının yaxşı və pis nümunəsinin təqdimi

Qadın və kişi məsələsi barəsində vəhyin sözü mühüm məsələləri ehtiva edir. Görək vəhy bu barədə nə deyir. Vəhy təkcə moizə etməklə kifayətlənməmiş, nümunə də göstərmişdir. Allah-Taala mömin insanlar üçün tarixi bir misal göstərmək istədikdə buyurur: “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur”.(1) Allah Fironun qadınını misal vurur. Halbuki həzrət Musanın (ə) zamanında iman yolunda çalışıb fədakarlıq göstərən çox insanlar vardı. Amma Allah Fironun həyat yoldaşının adını çəkir. Bu nədən irəli gəlir? Allah-Taala qadınların tərəfini tutmaq istəmişdir? Yoxsa məsələ

səh:15


1- [3] Təhrim, 11

başqa bir şeydir? Məsələ budur: bu qadın mənəvi hərəkət zirvəsində elə bir yerə çatıb ki, yalnız onu misal vurmaq olar, başqasını yox. Fironun həyat yoldaşı mövzusu tarixi baxımdan Fatimeyi-Zəhra (s) və Məryəm-Kübra (ə) dövründən öncəyə aiddir. O nə peyğəmbərdir, nə peyğəmbər övladı, nə peyğəmbərin həyat yoldaşı, nə də hansısa bir peyğəmbərin ailə üzvü. Lakin Fironun xanımının mənəvi tərbiyəsi, inkişafı və nailiyyəti elə bir həddə çatır ki, Allah-Taala Quranda onu möminlərə nümunə təqdim edir. Əlbəttə, onun qarşı tərəfi, yəni fəsadlı bir qadın nümunəsi də ortaya qoyulur. Allah ən pis insanların nümunəsini göstərmək üçün buyurur: “Və Allah kafir olanlar üçün Lutun xanımını misal vurur”(1).

Nuhun və Lutun dövründə çox kafir və pis insanlar vardı, amma Quran onları misal çəkmir. Nuhun və Lutun xanımını nümunə kimi göstərir. Qadın cinsiyyətinin zirvələrinə və uçurumlarına qarşı Allahın bu diqqəti nədən irəli gəlir? Bəlkə də Allah dünyanın o zamankı xalqının yanlış baxışına (təəssüf ki, bu gün də həmin baxış müəyyən həddə qalmışdır), öz qızlarını torpağa gömən Ərəbistan xalqının rəftarına, həmçinin o günün böyük imperatorluqları olan Roma və İran kimi imperiya xalqlarının rəftarına işarə vurmaq istəyir. Siz onların baxışını və qadınlarla rəftarını bilirsiniz. Avropanın bugünkü mədəniyyətinin bünövrəsi Roma imperiyasının mədəniyyəti və sivilizasiyasıdır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Bintül-Hüdanın əzəməti

Mənim bacılarım! Mənim qızlarım! Müsəlman ölkələrin qadınları! Bilin ki, hər hansı bir zamanda, hər hansı bir kiçik mühitdə, hər hansı bir ailədə qadın bu tərbiyə ilə yetişə bilsə, həmin əzəməti əldə edəcək. Bu, erkən İslam çağına məxsus deyil, hətta qorxu və nəzarət dövründə, hətta küfr hakimiyyəti dövründə də bu mümkündür. Əgər bir ailə öz qızını düzgün tərbiyə edə bilsə, bu qız böyük bir insan olacaq. İranda da, xaricdə də nümunələrimiz var. Bizim bu dövrümüzdə Şəhid Sədrin bacısı xanım Bintül-Hüda adlı gənc, şücaətli, alim, mütəfəkkir və məharətli bir qadın tarixi öz təsiri altına ala bildi, məzlum İraqda mühüm rol ifa etdi. Düzdür, şəhidliyə də qovuşdu. Bintül-Hüda kimi bir qadının əzəməti şücaətli və böyük kişilərin heç birindən az deyil. Onun hərəkəti bir qadın hərəkəti idi. O qadının hərəkəti mərdanə və kişicəsinə bir hərəkətdir. Amma hər iki hərəkət təkamül hərəkətidir, bu insanın şəxsiyyətinin əzəmətindən və mahiyyətinin parlaqlığından xəbər verir. Belə qadınlar tərbiyə edib yetişdirmək lazımdır.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Pis örnəklər

Qərb modeli: qadın kişinin ləzzət vasitəsi

Avropanın bugünkü qərb modeli onların qədim Roma və Yunan modelinin törəməsidir. O gün də belə idi: qadın kişinin göstərişi və ləzzəti üçün vasitə idi. Hər bir şey bunun şüası altında idi. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

səh:16


1- [4] Təhrim, 10

Pis örnəklər göstərməklə insaniyyətə xəyanət

İctimai və iqtisadi yenilik yaratmaq adı ilə, inkişaf və sivilizasiya niqabı altında özlərinin pis və mənfur modellərini dünya qadınlarına məcburən verən şəxslər nəinki təkcə qadınlara, hətta insana və insaniyyətə xəyanət edirlər. Yalandan qadın azadlığı şüarı verən çirkin insanlar onu istehlakçılıq mədəniyyətinin əsiri, pis və dağıdıcı mədəniyyətin istehlakçısı etmək istəyirlər ki, belə anaların süst və zəif övladlarını və yetirmələrini iradəsiz alət kimi asanlıqla istismar edə bilsinlər. Bizim xalqımız bir zaman müstəmləkəçiliyin əlaltılarının hökmranlığı səbəbindən bu təxribatdan amanda deyildi. İndi Allaha həmd olsun ki, inqilabın və şəhidlərin pak qanlarının sayəsində ayılmış, böyük və kiçik şeytanların hiylələrini bir-bir zərərsizləşdirmişlər.

Kövsər seminarına müraciətdən; 9 fevral, 1988

Qadınların zehni boşluqları Qərb örnəklərinin yayılmasına şərait yaradan amil kimi

Peyğəmbər (s) qızının şəxsiyyətinin qadın örnəyi kimi təqdim olunması bu gün bizim inqilabçı cəmiyyətimizə ona görə mühümdür ki, son yarım əsrdə xalqda, xüsusən də qadınlar arasında yaranan zehni boşluqlar pis niyyətli insanlar üçün münasib fürsət yaratdı. Onlar nəzərdə tutduqları modelləri zehni və real formasında cəmiyyətə çıxardılar. Müsəlman ölkələrin bütün qadınları kimi iranlı qadını da Qərbin sənaye mədəniyyətinin örnəklərinə doğru sövq etdilər.

Bu pis təxribatın icrasında birbaşa amil Rza xan və onun köməkçiləri olsa da, dünyanın, müsəlman xalqların ən böyük oyanış amili olan İslamla xüsusi barışmaz düşmənçiliyi olan hakim siyasətlərinin gizli əllərini bu qəmli və əsarətli səhnənin arxasında müşahidə etməmək sadəlövhlük olar. Ondan sonra onillər boyunca İranın mədəni qurumları bütün gücləri və qüvvələri ilə cəmiyyəti qadın üçün nəzərdə tutduqları məqsədlərə sarı sövq etdirən hər bir şeylə doldurmaq üçün vasitə oldular.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İranlı qadın - qadınların hicabda və ictimai hərəkətlərdə örnəyi

Bu gün iranlı qadın üçüncü dünya ölkələrinin və xüsusən də İslam ölkələrinin qadınları üçün bir örnək formasına düşmüşdür. Yəni sizin hicabınız digər ölkələrdə nümunə bir hicab kimi tanınmışdır. Müsəlman qadın fəryad çəkmək və İslam şüarları verməyi bilmirdi, ona adət etməmişdi. Hətta əgər bir məclisdə deyilsəydi ki, salavat çəkin, salavat çəkənlər yalnız kişilər olurdu. Qadınlar ümumiyyətlə salavat çəkmirdilər. Amma indi siz görürsünüz ki, böyük İslam toplantılarında - həm öz ölkəmizdə, həm də digər yerlərdə qadınların səsi bəzən kişilərin səsini üstələyir. Yəni qadınlar hiss etmirlər ki, yalnız onlar şüar verməlidirlər. Onlar cəmiyyəti idarə edirlər. Bu xüsusiyyəti yaradan iranlı qadındır. İranlı qadın həm özünü düzəltdi, həm də örnək təqdim etdi.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1985

səh:17

Dünya qadınlarının örnəyi

Bugünkü dünyada iranlı müsəlman qadınların öhdəsinə əzəmətli bir missiya düşür. Onlar dünya qadınlarının örnəyi kimi özlərinin üstün sözlərini bəşərin müxtəlif meydanlarında dünya xalqlarının qulağına çatdırmalıdırlar.

Qum şəhərinin tələbə və mədəniyyət mənsubu olan xanımları ilə görüşdə çıxışdan; 9 dekabr, 1995

Keyhan qəzeti

İran qadınlarının hərəkətinin xüsusiyyətləri

Bu gün dünya sizi xatırlayacaq. İranlı qadının başladığı hərəkəti əldən verməyin. Bu hərəkətin dünyaya yeni sözü var, bu, yeni doğuşdur. Onun xüsusiyyəti qadının şəxsiyyət duymasıdır; tarixi idarə edən olmasını duyması və cəmiyyətdə həlledici rol ifa edə bilməsini hiss etməsidir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İranlı qadını örnək bilməyin artan dalğası

Müsəlman qadın üçün İslam inqilabının sayəsində vücuda gələn yeni doğuşu - maddi və Qərb mədəniyyətlərinin əksinə olaraq, İslamın daha təravətli və daha təmiz olmasını istədiyi yeni gülün açmasını doğrudan da təbrik etmək lazımdır. Bu gün iranlı qadın digər ölkələrin müsəlman qadınlarının nümunəsi və örnəyidir. Bugünkü İslam ölkələrinin çoxunda - istər ərəb ölkələrində, istər müsəlman olan qeyri-ərəb ölkələrində universitet qızları, tələbələr, xüsusən də gənc qızlar arasında iranlı qadının kimliyinə sarı dalğa yaranmışdır, misal üçün, hicabı, yaxud İslam elmlərinin əhatəliyini iranlı qadından öyrənirlər. Bu, hökumətlər tərəfindən müqavimətlərlə üzləşmişdir. Bir yerdə tələbə qızlara İslam elmlərini öyrənməyi qadağan etmişlər, başqa bir yerdə iranlı qadınlara xas hicabı yasaqlamışlar. Eyni zamanda, İslam ölkələrinin müsəlman qadınları arasında iranlı qadını örnək bilmək dalğası artmışdır. Bu, işin əvvəlidir. Amma onların çoxu iranlı qadını hələ yaxşı tanımırlar. Bu qədər bilirlər ki, iranlı qadın inqilab meydanlarında iştirak etmiş, mitinqlərdə şüar vermiş, kişilərini və övladlarını həvəsləndirmiş və özü də hər yerdə hazır olmuşdur. Amma dünya ölkələrinin müsəlman qadınlarının hələ o istedadlardan, bizim xalqımızın haqlı olaraq şəhid yetişdirmək adlandırdığı fədakarlıqlardan xəbəri yoxdur. Əlbəttə, bu da bilinəcək. Bizim qadınlarımızın mücahidlik və böyüklük parıltısı o qədər çoxdur ki, gizli qalmayacaq.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

İranlı müsəlman qadının mənəvi gözəlliyi

Siz inqilabçı nəsil bu gün heç nəyin bahasına icazə verməməlisiniz ki, İslam Respublikasında qadının əldə etdiyi dərəcə və müsəlman qadın üçün bütün dünyada qazanılan ad-san düşmənlərin təxribatı nəticəsində sarsılsın. Bu gün Misirdən, Əlcəzairdən və İraqdan tutmuş İslam dünyasının şərq regionundakı ölkələrə qədər müsəlman ölkələrin qadınlarının hamısı iranlı qadına bir örnək kimi baxırlar. İranlı qadın bu gün cəmiyyətə və qadına aid məsələlərə diqqət yetirənlərin gözündə xüsusi gözəllik kəsb etmişdir. Mədəni məsuliyyətləri öhdəsinə götürən sizlər bu mənəvi gözəlliyin sarsılmasına imkan verməməlisiniz.

səh:18

Ölkənin mədəniyyət mənsubu olan qadınların nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Keyhan qəzeti

Müqavimətdə və ailəni qorumaqda nümunə

Mən dözümlülükdə, müqavimətdə, evi və ailəni qorumaqda nümunə olduqlarına görə müharibə əlillərinin, həmçinin əsirlərin, əsirlikdən azad olmuşların və İslam döyüşçülərinin həyat yoldaşlarının əzəməti və fədakarlığı qarşısında, eləcə də öz övladlarını və həyat yoldaşlarını hazırlayıb şəhidlik meydanına göndərən fədakar xanımların və anaların qarşısında təzim göstərirəm.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

səh:19

Alim qadınların və aydın baxışlı məmurların gözəl örnəyi həyata keçirmək səyi

Əgər biz bu gün qadınlarımızın yeni İslam cəmiyyətində əldə etdiklərini İranın alim və fədakar qadınlarının, işi icraçı, qanunverici və məhkəmə hakimiyyətlərində olan ölkə məmurlarının aydın baxışı ilə təkmilləşdirə bilsək, dünya qadınları onu özləri üçün gözəl örnək seçə bilərlər.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Üçüncü fəsil: Fatimeyi-Zəhranın (s) həyatı və şəxsiyyəti

Təvəllüddən şəhidliyə qədərki həyat hadisələri

Həzrət Zəhranın (s) təvəllüdü

Məşhur nəzərə əsasən, Peyğəmbərin (s) böyük qızının təvəllüdü besətin (peyğəmbərliyin) beşinci ilində baş vermişdir. Bu hesabla, şəhid olduğu zaman həzrət Fatimeyi-Zəhranın (s) 18 yaşı olmuşdur. Bəziləri də deyiblər ki, bu həzrətin anadan olması besətin ikinci, yaxud birinci ilində olmuşdur. Bu nəzərə əsasən, bu həzrətin yaşı ən çox iyirmi iki, yaxud iyirmi üç olmuşdur. Siz müxtəlif cəhətlərdən onun üçün mümkün olan bütün məhdudiyyətlərlə (xüsusən də məhdudiyyətlərin çox olduğu bir dövrdə) bir qadını nəzərə alın. O zaman görün ki, bu şərafətli xanım o şəraitdə və bu qısa ömür boyunca necə əzəmət göstərmişdir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Yeniyetməlik dövrü, nicat mələyi və atasının həmdəmi

Peyğəmbərin (s) ağır mübarizələrinin qızğın çağında Məkkədə doğulan və Əbu Talib dərəsində atasının həmdəmi olan qız təxminən yeddi-səkkiz, yaxud bir, iki, üç (tarixi məlumatların ixtilafına əsasən bir qədər az, yaxud bir qədər çox) yaşı olan bir qız idi. Amma eyni zamanda həmin çətin şəraitə dözdü. Xədicənin dünyadan köçdüyü, Əbu Talibin dünyadan köçdüyü və Peyğəmbərin (s) yalqız və həmdəmsiz qaldığı, hamının da ona sığındığı bir şəraitdə onun üzündən qəm qübarını silən şəxs kim idi? Bir zaman Xədicə vardı, indi isə yoxdur; Əbu Talib vardı, indi isə yoxdur. Belə çətin şəraitdə Əbu Talib dərəsinin üç illik aclığında, susuzluğunda, isti və soyuğunda (bu dövr Peyğəmbərin (s) həyatının çətin dövrlərindəndir) bir dərədə azsaylı müsəlmanların hamısı ilə birgə icbari sürgün vəziyyətində yaşayırdılar. Bu şəraitdə bu qız Peyğəmbər (s) üçün nicat mələyi kimi, öz atasına bir ana kimi, o böyük insan üçün böyük bir şəfqət bacısı kimi çətinliklərə dözdü, Peyğəmbərin (s) həmdəmi oldu, yükü çiyninə aldı, Allahına ibadət etdi, öz imanını gücləndirdi, özünü düzəltdi, öz qəlbinə sarı ilahi bilgi və nur yolunu açdı. Bir insanı təkamülə çatdıran amillər buradadır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

“Atasının anası” ləqəbi - Fatimənin (s) atasına qarşı məsuliyyət hissinin göstəricisi

Cənab Əbu Talibin bir dərəsi vardı. Dedilər oraya gedək. İndi siz təsəvvür edin, şanlı Məkkədə isti günlərdə gecələr olduqca soyuq olur; yəni dözülməsi mümkün olmayan vəziyyət. Bunlar üç il biyabanlarda yaşadılar, Allah bilir nə qədər aclıq çəkdilər, nə qədər çətinlik gördülər, nə qədər qəm-qüssə gördülər. Peyğəmbərin (s) çətin dövrlərindən biri orada olanda idi. Bu dövrdə Peyğəmbərimizin məsuliyyəti təkcə bir cəmiyyəti idarə etmək mənasında olan rəhbərlik deyildi. O, çətinliyə düşmüş bu insanların yanında öz işini müdafiə etməyi bacarmalı idi. Bildiyiniz kimi, vəziyyət yaxşı olanda bir rəhbərin ətrafına yığışan insanlar da vəziyyətdən razı olurlar. Deyirlər Allah atasına rəhmət etsin ki, bizi belə yaxşı vəziyyətə çıxarıb. Amma çətinlik görəndə hamı tərəddüdə düşüb deyir ki, o bizi gətirdi, biz bu vəziyyətə düşmək istəmirdik.

səh:20

Əlbəttə, güclü imanlılar dayanırlar. Hər halda, bütün çətinliklər Peyğəmbərin çiyninə düşmüşdü. Bu əsnada, çox çətin ruhi vəziyyətində onun arxası və ümidi olan cənab Əbu Talib və həmçinin Peyğəmbərə ən böyük ruhi kömək göstərən Xədiceyi-kübra bir həftənin içində dünyadan köçdülər. Çox qəribə bir hadisə idi. Yəni Peyğəmbər tək-tənha qaldı. İndiyədək bir işçi qrupun başçısı olsaydınız bir toplumun məsuliyyətinin nə demək olduğunu bilərdiniz. Belə bir şəraitdə insan doğrudan da çarəsiz qalır. Bu şəraitdə Fatimeyi-Zəhranın (s) rolunu görün. İnsan tarixə baxdıqda bu məqamları tapmalıdır. Lakin təəssüf ki, belə məsələlər üçün fəsil ayırmırlar.

Fatimeyi-Zəhra (s) Peyğəmbərə bir ana, müşavir və təbib kimi olub və burada ona “ümmü əbiha”, yəni atasının anası demişlər. Bu, o zamana aiddir, yəni altı-yeddi yaşlı bir qızın belə olduğu bir dövrə. Əlbəttə, ərəb mühitlərində və isti yerlərdə qızlar fiziki və ruhi cəhətdən daha tez inkişaf edirlər. Məsələn, bizim indiki 10-12 yaşlı qızlarımızın inkişafı qədər. Bu, məsuliyyət hissidir. Bu, bir cavan üçün örnək ola bilməzmi: böhran zamanı tez məsuliyyət hiss edib, fəaliyyətə başlamaq, vücudunda olan əzəmətli potensialı xərcləmək, yaşı misal üçün, 50-i ötmüş və təqribən qocalmış atasının üzündən qəm-kədər qübarını silmək.

Gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Ən çətin qüssələrdə ən böyük insanların dayağı

Bu həzrət uşaq çağında, bütün yolların müsəlmanlara və İslam Peyğəmbərinin (s) müqəddəs varlığına bağlandığı Əbu Talib dərəsində - nə yaşayış imkanları, nə rifah imkanları, nə dinclik olan, daim düşmənlərin hücumu fikri, daim pis xəbərlər, uşaqların aclıqdan ucalan ağlaşması - o quru dərədə mövcud olan müxtəlif narahatçılıqlar içərisində bu qədər müsəlman ailəsi üç il orada qalmağa məcbur oldular. Nə qədər çətinlik çəkdilər və bütün bu çətinliklər də kiçikdən böyüyə qədər bütün insanların hər birindən başlayıb İslam Peyğəmbərinin (s) çiyninə otururdu; çünki rəhbər idi; çünki hamı ona arxalanmışdı. Bütün dərdləri onun yanına gətirirdilər, o bütün təzyiqləri hiss edirdi. Allah yoluna dəvətdən, Allah yolunda dözümlülükdən qaynaqlanan bu çətinliklər, qəm-qüssələr, təzyiq və narahatlıqlar dolu belə bir vəziyyətdə cənab Əbu Talib dünyadan köçür. Qısa bir müddətdən sonra cənab Xədicə-Kübra da Allahın razılığına və görüşünə qovuşur. Peyğəmbər (s) yalqız qalır. O zaman bu bir neçə yaşlı - beş, altı, yeddi, yaxud on yaşlı qız Peyğəmbərin (s) bütün əzəməti ilə arxalandığı yeganə şəxsdir. O, özünün böyük atasına bir ana kimi qulluq edir. Bu məsələ - Fatimənin “atasının anası” ləqəbi məsələsi buraya aiddir.

Bu əzəmətə baxın, azyaşlı bir qız uşağı ən çətin qüssələr dövründə ən böyük insanın fəryadına çatır. Zarafat deyil. Buna görədir ki, gənclik dövründə, 15, 16 və 18 yaşına, nəhayət qısa ömrünün sonuna qədər bu qədər mənəvi məqamları sınaqdan keçirir, bu qədər böyük iş görür, şiəlik və İslam tarixində bu qədər təsir qoyur və parlaq bir günəşə çevrilir. Nə qədər ki, dünya durur, pak Zəhranın (s) işıqlı günəşi parlayacaq. Bütün bu təsirlər bir gəncin həyatından, yaşayışından və xüsusiyyətlərindən qaynaqlanmışdır.

Keşikçilər Korpusunun komandanları və məsul şəxsləri ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Qısa gənclik dövründə uca mənəvi məqamlar və fəxrlər qazanmaq

Bu günlər bir rəvayətə əsasən, həzrət Siddiqeyi-Tahirə Fatimə-Mərziyyənin (ə) şəhadət günlərinə təsadüf edir. Əgər diqqətlə baxılsa, bu münasibətlər dərslə doludur. Biz bəzən öz

səh:21

cari hadisələrimizin bu münasibətlərlə tətbiqi üzərində təkid göstərib dayanırıq (Baxmayaraq ki, qabaqcadan düşünülmüş bir şey deyil, təsadüfi bir işdir. İndi sizin bu toplantınız bu günlərə təsadüf edir). Bu ondan ötrüdür ki, bizim tariximiz İslamın ilk iki yüz əlli illik hadisələri sayəsində dərs və ibrətlə doludur. Əgər ibrət və dərs alan gözlə baxılsa, o böyüklərin getdiyi Allah yolu ilə hərəkət etmək istəyən insan üçün maarif, ruhiyyə və dərsdən tükənməz bir xəzinədir.

Həzrət Siddiqeyi-Tahirənin (ə) barəsində çox əhəmiyyətli məqamlar mövcuddur. Lakin siz mömin və inqilabçı gənclərin vəziyyəti ilə uyğun olan məqam budur ki, o uca insanın, bəşər tarixinin o misilsiz qadınının, dünya qadınlarının sərvərinin bütün bu böyük işləri, nailiyyətləri, uca mənəvi və əlçatmaz məqamları, eləcə də o dözümlülüklər, müqavimətlər, mövqeyi tanımaq, bu zamanlarda onun dediyi dəyərli sözlərin hamısı - bütün bu böyük hadisələr o həzrətin qısa gənclik dövründə baş vermişdir. Biz bu məsələni bir zaman bir mərsiyə mövzusu kimi irəli sürürük və deyirik ki, bu həzrətin yaşı az olmuşdur, yaxud gənc olmuşdur. Bu rövzə və mərsiyənin mövzusu olur. Bir zaman da bunu düşünməli və çox dərsləri ehtiva edən bir məsələ bilirik, ona bu gözlə baxırıq. O zaman bunun xüsusi əhəmiyyəti olur.

Bir insan özünün qısa həyatı dövründə, uşaqlığının başlanğıcından şəhadət dövrünə qədər (məşhurdur ki, o həzrətin on səkkiz yaşı olmuşdur, bəziləri də iyirmi iki və iyirmi dörd yaşa qədər demişlər) bu qısa müddətdə bütün bu bilgiləri, bütün bu uca mənəvi məqamları necə əldə etmişdir? Bu bir fövqəladə və fövqəlbəşər tərbiyədən xəbər verir.

Keşikçilər Korpusunun komandanları və məsul şəxsləri ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Peyğəmbərin (s) vəfatından sonrakı mübarizələr

Şübhə yoxdur ki, Peyğəmbərin (s) vəfatından sonra başda Fatimeyi-Zəhranın (s) durduğu bir toplum səy göstərmişdir. Həmin ilk günlərdə ev hadisəsində və evin qapısının odlanması macərasında yaralanmış, sonra yenə də bu mübarizəni davam etdirmiş, məscidə getmiş, çıxış etmiş və o zamankı müsəlmanların fikir və baxışlarına təsir göstərmişdir. Peyğəmbərin (s) qızı, on səkkiz yaşlı gənc bir qız məscidin içində mühacir və ənsardan olan müsəlmanların izdihamı qarşısında hər bir kəlməsi yazılan, bizim tariximizdə və sənədlərimizdə mövcud olan möhtəşəm nitqi söyləmişdir.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Vilayəti müdafiədə həzrət Zəhranın (s) xütbəsi

Peyğəmbərin vəfatından sonra məscidə gəlməsi və o xütbəni oxuması da çox əzəmətli hadisədir. Bizlər bədahətən nitq söyləyənlər olduğumuz üçün bu sözlərin nə qədər əzəmətli olduğunu anlayırıq. 18 yaşlı, 20 yaşlı, ən çoxu 24 yaşlı bir qadın, bütün müsibətlərinə və çətinliklərinə rəğmən, məscidə gəlir və izdiham qarşısında hicabla çıxış edir. Əlbəttə, o həzrətin yaşı dəqiq məlum deyil. Çünki doğulduğu il barəsində fikir ayrılıqları mövcuddur. Bu çıxışın bütün sözləri tarixdə qeyd olunmuşdur.

Gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

səh:22

Həqiqəti müdafiə yolunda şəhadət

Peyğəmbərin (s) pak qızı Fatimeyi-Zəhranın (s) vəfatı günləri münasibəti ilə bu toplumun çox salam və rəhmətini bu məsum, mücahid və şəhid xanımın pak torpağına hədiyyə edirik.

Allahın bu layiqli və seçilmiş bəndəsi, aləmlərin Rəbbi tərəfindən imtahan olundu. O özünün on səkkiz illik bütün qısa həyatı dövründə mömin və fədakar bir insan nümunəsini hamıya göstərdi, tarixin mühakiməsinə təqdim etdi, həqiqəti müdafiə yolunda, müsəlman xalqın beyinlərinin aydınlaşdırılması yolunda öz canını əldən verdi. Allahın salamı və rəhməti onun pak torpağına olsun!

Cümə namazı xütbəsindən; 28 mart, 1980

Ailə məsələləri

Fatimənin (s) yoxsul vəziyyətdə ailə qurması

Hicrətdən sonrakı dövrdə və həddi-büluğ dövrünün əvvəllərində Fatimeyi-Zəhra (s) Əli ibn Əbu Taliblə (ə) ailə qurur. Fatimənin (s) mehri də bəllidir. Fatimənin (s) cehizi də bəllidir. Bəlkə də sizin hamınız bilirsiniz ki, İslam dünyasının birinci şəxsinin qızı, atası xalqın hakimi olan Fatimeyi-Zəhra (s) necə sadəliklə və yoxsul şəkildə öz nikahını təşkil etdi.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimeyi-Zəhra (s) - həyat yoldaşı

Bəzən insan elə bilir həyat yoldaşı odur ki, qadın evdə və mətbəxdə xörək bişirsin, otağı təmizləsin, döşəkləri səliqəyə salsın və qədimdə olduğu kimi, döşəkcəni qoyub kişinin idarədən, yaxud dükandan gəlməsini gözləsin. Həyat yoldaşı olmaq təkcə bunlar deyil. Siz baxın, görün Fatimeyi-Zəhra (s) necə həyat yoldaşı olub. Peyğəmbərin (s) Mədinədə olduğu 10 ilin təxminən 9-da həzrət Zəhra və həzrət Əmirəlmöminin (ə) ailə qurmuşdular. Bu 9 ildə kiçikli-böyüklü təqribən 60 müharibə baş vermişdir. Həzrət Əli (ə) onların əksəriyyətində iştirak edib. İndi siz baxın, bu xanım evdə oturub, əri isə daim cəbhədədir. Əgər cəbhəyə getməsə, işlər axsayar. Döyüş məsələləri ona sıx bağlıdır. Məişət baxımından da vəziyyətləri yaxşı deyil. Eşitdiyimiz kimi, “onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”(1), yəni doğrudan da çox kasıb şəkildə yaşayırdılar. Halbuki o, həm də rəhbərin qızıdır, Peyğəmbərin (s) qızıdır. Bu baxımdan da bir növ məsuliyyət hiss edir. Görün belə bir ərə kömək göstərmək üçün xanımın necə güclü ruhiyyəsi olmalıdır. O, ərinin ürəyini ailə nigarançılığından və həyatın problemlərindən arxayın etməlidir, ona ürək-dirək verməlidir, onun uşaqlarını gözəl şəkildə tərbiyə etməlidir. Siz deyə bilərsiniz ki, İmam Həsən və İmam Hüseyn (ə) imam idilər. Axı Zeynəb imam deyildi. Fatimeyi-Zəhra (s) onu bu 9 ildə tərbiyə edib. Çünki o həzrət Peyğəmbərdən (s) sonra çox yaşamayıb. Belə evdar, belə həyat yoldaşı olub və bununla tarixin unudulmaz ailəsinin həyatında mərkəzə çevrildi. Məgər bunlar bir cavan qız üçün, bir evdar xanım üçün nümunə ola bilməzmi? Bunlar çox mühümdür.

Gənc həftəsi münasibətilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

səh:23


1- [5] İnsan, 8,9

Ailə işlərini görmək, xalqın və müsəlmanların müraciəti üçün mərkəz

Fatimeyi-Zəhranın (s) həyatı bütün cəhətlərdə bir insanın işi, çalışması, ruhi təkamülü və ucalmasıdır. Onun gənc həyat yoldaşı həmişə cəbhədə və müharibə meydanlarındadır. Cəmiyyətin və yaşayışın problemləri Fatimeyi-Zəhranı (s) xalqın və müsəlmanların müraciəti üçün bir mərkəzə çevirir. Peyğəmbərin (s) işləri düzəldən qızı bu şəraitdə həyatı tam başucalığı ilə idarə edir. Həsən (ə), Hüseyn (ə) və Zeynəb (ə) kimi övladlar tərbiyə edir, Əli (ə) kimi bir həyat yoldaşını saxlayır, Peyğəmbər (s) kimi bir atanın razılığını cəlb edir. Fəthlərin və qənimətlərin başladığı dövrdə də Peyğəmbərin (s) qızı dünya ləzzətlərindən, bərbəzəkdən, dəbdəbəçilikdən, gənc qızların və qadınların ürəklərinin yönəldiyi məsələlərdən bir zərrəsini də özünə yaxın buraxmır.

Universitet mənsubu olan ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Peyğəmbərin (s) özünün gənc qızına xüsusi hörməti

Peyğəmbərin (s) öz qızı olan bu gənc xanıma qəribə hörməti bu həzrətin əzəmətli şəxsiyyətinin dərinliyini göstərir. Rəvayətlərdə göstərilmişdir ki, İslam Peyğəmbəri hər bir səfərə getmək istəyəndə əvvəl həzrət Fatimə (s) ilə vidalaşırdı. Səfərdən qayıtdıqdan sonra görüşdüyü birinci şəxs də həzrət Fatimə (s) olurdu. Allahın elçisi gənc bir xanım olan qızına xüsusi hörmət göstərirdi. Bu, görənlərin nəzərində qeyri-adi bir iş sayılırdı.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Ərə tabe olmaq

Əmirəlmöminin (ə) bir dəfə Fatimeyi-Zəhra (s) barəsində buyurdu ki, bu qadın evlilik dövründə məni bir dəfə də qəzəbləndirmədi, bir dəfə də mənim əmrimdən boyun qaçırmadı. Fatimeyi-Zəhra (s) o əzəmətinə rəğmən, ev daxilində bir həyat yoldaşıdır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Övlad tərbiyəsində daha çox təsir

Sözügedən zəhmətli ailədə Fatimeyi-Zəhra (s) övlad sahibi olur və bu övladları ən gözəl şəkildə tərbiyə edir. Belə düşünmək olar ki, yaşadığı dövr boyunca Fatimeyi-Zəhranın (s) bu iki oğul və iki qız üzərində tərbiyəsinin təsiri Əmirəlmömininin (ə) tərbiyəsinin təsirindən çox olmuşdur. Çünki o həmişə uşaqlarla bir yerdə, Əmirəlmöminin (ə) isə səfərdə və hansısa işdə olurdu.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Bənzərsiz ana

Bu xanımın analıq cəhəti bənzərsiz və nümunədir. İki məsum və iki böyük insan olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi iki oğulun tərbiyəsi ananın şəxsiyyətindən ayrı ola bilməz. Qızı barəsində, misal üçün, həzrət Zeynəbin (ə) şəxsiyyətinin əzəmətini anasından götürə bilərik. İranlı qadının şəxsiyyəti belə olmalıdır. Dünyanın bütün müsəlmanları belə dəyərlərə sarı hərəkət etməlidirlər.

səh:24

Xanımlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

İctimai və siyasi cəhətlər

Siyasi və ictimai sahələrdə mübariz və görkəmli qadınların nümunəsi

Siyasi, ictimai və cihad sahələrində həzrət Zəhranın (s) şəxsiyyəti üstün və qabarıq bir şəxsiyyətdir. Belə ki, dünyanın bütün görkəmli siyasi, mübariz və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu. Bütün uşaqlıq dövrünü unudulmaz, qlobal və əzəmətli bir mübarizə halında olan bir atanın ağuşunda keçirdi. Bu xanım uşaqlıq dövründə Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbu Talib dərəsinə aparıldı, Məkkə mübarizəsi dövrünün acılığını, çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Sonra Mədinəyə hicrət etdikdə bütün həyatı Allah yolunda cihad olan bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (s) ilə Əmirəlmömininin (ə) on bir ilə yaxın müştərək həyatında bir dövr olmadı ki, bu ər Allah yolunda cihada qalxmasın, döyüşə getməsin, bu böyük və fədakar xanım bir mücahid insana, əsgərə və müharibə meydanının daimi sərdarına ləyaqətli yoldaşlıq etməsin.

Bu, Fatimeyi-Zəhranın (s) çox əzəmətli, fövqəladə və həqiqətən bənzərsiz olan və şübhəsiz, bəşər zehnində istər bu gün, istər gələcəkdə parlaq və müstəsna bir nöqtə olan cihad həyatıdır.

İsfahan, Qum, Qəzvin və Kürd şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Fatimeyi-Zəhranın (s) siyasi və ictimai hadisələrdə iştirakı

Fatimeyi-Zəhranın (s) istər uşaqlıq dövründə, istər Peyğəmbərin Mədinəyə hicrətindən sonra Mədinə daxilində fəaliyyətinin, bütün siyasi və ictimai hadisələrin mərkəzi olan atasının ogünkü ümumi hadisələrinin hamısında iştirak etməsinin özü İslam quruluşunda qadının rolunu göstərir. Əlbəttə, Fatimeyi-Zəhra (s) bu məsələlərin zirvəsindədir. Erkən İslam çağında digər görkəmli qadınlar da olmuşdur. Onlar elmlə, ağılla, müxtəlif hadisələrdə iştirak etməklə, hətta döyüş meydanlarına getməklə, fiziki qüvvəsi olan bəziləri müharibənin rəşadət meydanında qılınc vurmaqla fəaliyyət göstərirdilər. Əlbəttə, İslam bunu qadınlar üçün vacib etməyib və onların boynundan götürmüşdür; çünki onların fiziki xüsusiyyətləri, eləcə də duyğuları ilə uyğun deyil.

Ölkənin müsəlman qadın və qızları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

İslamı, imaməti və vilayəti müdafiə

O həzrətin müxtəlif meydanlarda - İslamı müdafiədə, imaməti və vilayəti müdafiədə, Peyğəmbəri müdafiədə, İslamın ən böyük sərdarını, yəni həyat yoldaşı olan Əmirəlmöminini (ə) saxlamaqda olan cihadı nümunə bir cihaddır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

səh:25

Mübariz qız və vəfalı həyat yoldaşı

Həzrət Fatimə (s) Məkkənin mübariz qızlarından biri idi. Sonra peyğəmbər qızı olaraq onun digər qadınlarla, tabeliyində olanlarla, hətta öz xadimi ilə rəftarı ibrətamizdir. Evdar bir qadın olması cəhətindən, ailə qurmuş və həyat yoldaşı həmişə silahlı əsgər olan gənc qız olaraq görürük ki, o hətta bir dəfə də bu vəziyyətdən narahat və nigaran olmamışdır. Onun həyat yoldaşı həmişə silahlı əsgərlərdən biri olmuş, təxminən otuz döyüşdə iştirak etmiş, bu yolda yaralanmış və ölümün yaxınlığına qədər irəliləmişdir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Siyasi və ictimai işlərdə iştirak etmək

Fatimeyi-Zəhranın (s) Peyğəmbərin vəfatından sonra Mədinə məscidində söylədiyi nitq Əllamə Məclisinin sözünə əsasən, elə bir nitqdir ki, səlis və gözəl natiqlər və alimlər oturub bu çıxışın sözlərini və təbirlərini izah etməlidirlər; yəni bu qədər məzmunludur. Üslub gözəlliyi baxımından Fatimeyi-Zəhranın (s) bu sözü Nəhcül-bəlağənin sözləri kimi dəyərli, Əmirəlmömininin (ə) sözləri həddindədir. Fatimeyi-Zəhra (s) gedir Mədinə məscidində xalqın qarşısında dayanır və bədahətən danışır. O ən yaxşı və ən gözəl təbirlərlə, ən seçilmiş mənalarla bəlkə də bir saat söhbət etmişdir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Daimi mübarizə və həzrət Əlinin (ə) xəlifəliyini müdafiə

Həzrət Zəhra (s) Peyğəmbərin vəfatından sonra həzrət Əlinin (ə) xəlifəliyi üçün çalışan qrupun başında dururdu. O, bu yolda məsciddə mühacir və ənsardan olan müsəlmanların izdihamı qarşısında çıxış etdi. O, həyatın müxtəlif sahələrində daimi bir mübariz idi.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Haqq müdafiəçisi və xalqın beynini aydınlaşdıran

O (Fatimeyi-Zəhra (s)) Allah tərəfindən imtahan olundu. Allahın bu saleh və seçilmiş bəndəsi özünün on səkkiz illik bütün qısa həyatı dövründə mömin və fədakar bir insan nümunəsidir. O, həqiqəti müdafiə və müsəlman xalqın beyinlərinin aydınlaşdırılması yolunda öz canını əldən verdi.

Tehranın cümə namazı xütbəsindən; 28 mart, 1980

Fatimeyi-Zəhranın (s) haqq yolunda şəhidliyi

Bizim şəhidlərimiz də İslamın böyük xanımı kimi parlaq haqq yolunda şəhadətə qovuşdular. Bu haqqı gizlətmək və örtmək üçün dövrün bütün vasitə və alətlərindən istifadə olunurdu.

Allahın dəyişilməz qanunu həzrət Zəhranın (s) gizli xəyallar pərdəsi arxasında qalmasına qoymadı. O qanlı parlaq ulduz zamanın ötməsi ilə işıqlı bir günəşə çevrildi. Bu gün onun adı və məzlumluğunun xatirəsi bütün gizlinlik hasarlarını aşmış, ürəklərin və canların dərinliyinə çatmışdır. Bu parlaqlıq və artım davam edəcək: Biz sənə kövsər əta etdik... Bizim əziz şəhidlərimizin adı və xatirəsi də qadınların sərvəri kimi zamanın ötməsi ilə daha nurlu və daha təsirli olacaq.

səh:26

Fədakarların və şəhidlərin anım günü münasibəti ilə çıxışdan; 26 oktyabr, 1998

Keyhan qəzeti

Fatimeyi-Zəhranın (s) üstünlükləri

Fatimə - ən üstün qadın

Mən əvvəldə bəşər tarixinin böyük xanımının və bütün insaniyyət ömründə tanınmış ən üstün qadın olan həzrət Zəhranın (s) doğum gününün ildönümü münasibəti ilə siz qadınları, ölkəmizin bütün qadınlarını, müsəlman qadınları və bütün İslam ümmətini təbrik edirəm. Allah inşallah bizə uğur bəxş etsin, o həzrət üçün və onun pak ailəsi üçün yaxşı ardıcıllar ola bilək. O həzrətin övladları bizim imamlarımız və rəhbərlərimizdirlər. İnşallah biz o həzrət üçün yaxşı ardıcıllar olaq.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Fatimeyi-Zəhranın (s) elmi cəhəti

Bütün müsəlman qadınların və şəxsiyyətlərin dərs götürməli olduğu ən uca və ən yaxşı nümunə qadın Fatimeyi-Zəhradır (s). Elmi baxımdan bu əzəmətli şəxsiyyət bilgili insandır, məlumatsız və avam adam deyil. Elə bir şəxsdir ki, Peyğəmbər (s) məscidində Peyğəmbərin (s) bütün böyük səhabələrinin qarşısına çıxıb nitq söylədikdə, bu çıxış şagirdlərin qəlbini özünə cəzb edən böyük bir müəllimin dərsi kimi, məscidə toplaşanları cəzb etdi. Ustadlar, hədisşünaslar, uzun illər Peyğəmbərdən (s) dərs öyrənən şəxslər əzəməti indi də qalan, Peyğəmbərin (s) özünün və Nəhcül-bəlağənin sözləri kimi və İslam maarifi ilə dolu olan bu xütbədən istifadə edib bəhrələndilər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Əxlaqi gözəlliklərin tərənnümü

Fatimənin (s) məqamına hörmət - imana, təqvaya, elmə, əxlaqa, şücaətə, fədakarlığa, cihada, şəhadətə, bir sözlə, atasının kamilləşdirmək üçün göndərildiyi əxlaqi gözəlliklərə hörmətdir. Əziz Peyğəmbər (s) Fatiməni (s) öz tənparəsi kimi təqdim etməklə bütün dünyaya öyrədir ki, insan ucalığının və İslam əxlaqının böyük gözəlliyini bu müqəddəs simada axtarsınlar. Dünyanın anaları bu parlaq günəşdən bir şüa götürsünlər və insanların həyatını isidib aydınlaşdırsınlar.

Kövsər seminarına müraciətdən; 9 fevral, 1988

Allah yolunda çalışmaq və mücahidlik

Özünün qısa və bərəkətli ömrünü Allah yolunda çalışmaqla və mücahidliklə keçirdi. Gənc yaşlarında bütün bəşər tarixinin ən üstün qadını oldu. Bu yalnız Allah üçün çalışmağın, mücahidliyin, dünya ləzzətlərinə göz yummağın və haqqı tanımağın sayəsində mümkün oldu. Bütün gücü ilə onun ardınca getdi.

Tehranın cümə namazı xütbəsindən; 1 yanvar, 1988

İslam Cümhuriyyəti qəzeti

Fatimeyi-Zəhranın (s) ibadəti

İbadət mehrabında o, saatlarla Allahla raz-niyaz edirdi. Onun ibadəti bizim üçün təsəvvüredilməz və dərkolunmazdır.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

səh:27

İslam Cümhuriyyəti qəzeti

İslam dünyasının abidlərindən və zahidlərindən biri olan Həsən Bəsri Fatimeyi-Zəhra (s) barəsində deyir: “Peyğəmbərin (s) qızı o qədər ibadət edir və ibadət mehrabında dururdu ki, ayaqları şişirdi”.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Gecə vaxtı başqalarını dua etmək

İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. Mənim anam gecədən səhərə qədər ibadət, dua və münacat etdi.

İmam Həsən (ə) deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınları dua etdi, xalqı dua etdi, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz”. Bu yüksək ruhiyyədir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Səxavət və yoxsullara yardım

Bu onun yoxsullara yardımıdır. Peyğəmbər (s) yoxsul bir qocanı Əmirəlmömininin (ə) evinə göndərib deyir ki, get istəyini onlardan al. Fatimeyi-Zəhra (s) Həsən və Hüseyni (ə) bir dərinin üzərində yatızdırırdı. Evində ondan öz övladlarının yatağı kimi istifadə edirdi. Ondan başqa bir şeyi yox idi. Götürüb onu bu yoxsula verir və deyir ki, bunu apar sat və pulundan istifadə et. Bu, Fatimeyi-Zəhranın (s) hərtərəfli şəxsiyyətidir. Bu örnəkdir. Müsəlman qadının örnəyi budur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimənin (s) həyat sahələrinin Peyğəmbər (s) tərəfindən təsdiq və tərif olunması

Peyğəmbərin (s) əziz qızının həyatına diqqət yetirməyin xüsusi əhəmiyyəti vardır. Təkcə buna görə ki, o, nəinki erkən İslam çağının digər görkəmli qadınlarından üstün şəxsiyyətə malik olmuşdur, hətta bu uca məqamlı şəxsiyyətin həyatının müxtəlif sahələrinə diqqət göstərməklə aydın olur ki, bu böyük xanımın həyatında baş verən hər bir məsələ əziz Peyğəmbər (s) tərəfindən tərif və təsdiq olunmuşdur. Müsəlman qadının örnəyini tapmaq məsələsində həzrət Zəhranın (s) şəxsiyyəti xüsusi əhəmiyyətə malikdir.

Fatimeyi-Zəhranın (s) doğum gününün ildönümündə Dövlət Şurasının iclasında çıxışdan; 2 mart, 1986

Fatimeyi-Zəhranın (s) mənəvi əzəməti

Kamil insan nümunəsi

Allaha həmd olsun ki, ölkəmizin seçilmiş qadınlarının fikir istiqamətinin gələcəyi ümidverici və sevindirici olan bir səmtə yönəldiyini gördüm. Buna sevinirəm. Mən də qarşılıqlı olaraq tarix boyunca və bütün nəsillərin qadınlarına örnək, kamil və ilahi bir insan nümunəsi olan həzrət Zəhranın (s) doğum günü münasibəti ilə siz əziz bacıları,

səh:28

ölkəmizin bütün qadınlarını, bütün müsəlman qadınları və bütün dünya müsəlmanlarını təbrik edirəm.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Möhtəşəm əzəmət

İnsan həzrət Zəhra (s) barəsində nə qədər artıq fikirləşsə, o həzrətin həyatında nə qədər artıq düşünsə, daha çox təəccübə düçar olacaq. İnsanın təəccübü təkcə bundan ötrü deyil ki, bir insan gənclik yaşlarında necə belə mənəvi və maddi kamal dərəcəsinə nail ola bilər (əlbəttə, bunun özü də heyrətamiz bir məsələdir). Daha çox ona görə ki, İslam necə qəribə qüdrətlə öz uca tərbiyəsini elə bir həddə çatdıra bilmişdir ki, gənc bir qadın elə çətin şəraitdə bu ali məqama ucala bilsin. Həm bu varlığın və bu insanın uca əzəməti təəccüblü və heyrətamizdir, həm də bu uca məqamlı və əzəmətli varlığı yaratmış ideologiyanın əzəməti.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Bəşər beyninin və bilgilərinin açılmayan tapmacası

Bu hara, bizim zehnimizdən olduqca əzəmətli olan həqiqətlər hara? Peyğəmbərin (s) qızı doğrudan da bəşər beyninin və bəşər bilgilərinin açılmayan tapmacasıdır. Bütün insanları bir tərəfə qoyun, övliyaları da başqa bir tərəfə. Övliyaların sayı az olsa da, çəkiləri bütün bəşəriyyətdən ağır gələcək.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Vəsfolunmaz şəxsiyyət

Əlbəttə, mən o həzrətin (Fatimeyi-Zəhranın (s)) mənəvi, ruhi və ilahi cəhətləri haqda danışa bilmərəm. Mən bu məsələləri dərk etməyə kiçiyəm. Hətta əgər kimsə onu dərk edə bilsə də, layiq olduğu şəkildə təsvir edə bilməz.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Mənəvi məqam qazanmaqda Fatimənin (s) əməllərinin təsiri

Bu mənəvi məsələlər çox həddə əməli fəzilətlərlə, həzrət Fatimənin (s) çalışmasından qaynaqlanan məsələlərlə əlaqədardır. Bu məqamı müftə vermirlər, dəlilsiz də bağışlamırlar. Mənəvi fəzilətlər kəsb etməkdə insanın əməli böyük həddə təsirlidir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 2002

İslam Cümhuriyyəti qəzeti

Mələklərlə həmsöhbət olmaq

İmam Sadiqdən (ə) rəvayət olunmuşdur ki, Fatimə (s) mühəddəsə idi. Yəni mələklər onun yanına enər və onunla ünsiyyət qurub danışardılar. Bu barədə çox hədislər mövcuddur. Onun mühəddəsə olması şiəyə məxsus deyil. Şiə və sünni inanır ki, İslam dövründə mələklərin danışdığı, yaxud danışmasının mümkün olduğu şəxslər olmuşdur. Bizim rəvayətlərimizdə belə şəxsin real nümunəsi Fatimeyi-Zəhradır (s). İmam Sadiqin (ə) bu rəvayətində bəyan olunmuşdur ki, Allahın mələkləri Fatimeyi-Zəhranın (s) yanına gəlib onunla danışır, Allahın ayələrini onun üçün oxuyurdular. Quranda Məryəm (ə) üçün deyilən “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin

səh:29

(bütün dünyanın) qadınlarından üstün tutmuşdur“(1) təbirlərini mələklər Fatimeyi-Zəhraya (s) müraciətlə deyirdilər. Deyirdilər ki, ey Fatimə, Allah səni seçmiş, səni pak və dünya qadınlarından üstün etmişdir. Sonra İmam Sadiq (ə) həmin rəvayətdə buyurur: Mələklərin o həzrətlə söhbət etdiyi və bu təbirlərləri işlətdiyi bir gecə Fatimeyi-Zəhra (s) onlara buyurdu ki, Allah-Taalanın dünya qadınlarından üstün bildiyi xanım Məryəm deyil? Mələklər cavabda Fatimeyi-Zəhraya (s) dedilər ki, Məryəm öz dövrünün qadınlarından seçilmişdi. Sən isə əvvəldən axıra qədər bütün dövrlərdəki qadınlardan seçilmişsən. Bu necə uca bir məqamdır! Bizim kimi adi bir insan bu əzəməti və dərəcəni hətta öz zehnində də düzgün təsəvvür edə bilməz.

İranın müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Fatimiyyə səhifəsi - bütün mənəvi elmləri ehtiva edən

İmam Sadiqdən (ə) və bəzi imamlardan nəql olunmuşdur ki, insana aid olan bütün mənəvi elmlər Fatimə səhifəsi kitabında mövcuddur. Bu məqam onun mənəviyyatı, mərifəti və elmidir; bütün cəhətlərdə çoxcəhətli bir varlıq.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

Fatimə müshəfi – bəşərin gələcək hadisələrini ehtiva edən kitab

Əmirəlmöminindən (ə) nəql olunmuş digər bir hədisdə göstərilmişdir ki, Fatimeyi-Zəhra (s) ona deyir: Mələklər gəlib mənimlə danışır və mənə bəzi sözlər deyirlər. Əmirəlmöminin (ə) deyir: “Mələyin səsini eşidəndə mənə de, sənin eşitdiyini yazım”. Mələklərin Fatimeyi-Zəhraya (s) dediyini Əmirəlmöminin (ə) yazdı. Bu, imamların əlində olan bir kitab halına düşdü. Bu kitabın adı Fatimənin müshəfi, yaxud Fatimə səhifəsidir.

Çoxsaylı hədislərdə göstərilir ki, imamlar özlərinin müxtəlif məsələləri üçün Fatimə müshəfinə müraciət edirdilər. Sonra imam buyurur ki, bu kitabda hökmlər, halal və haram məsələləri yoxdur. Amma gələcək dövrlərdə bəşərin bütün cari hadisələri bu kitabda mövcuddur. Bu necə üstün bir elmdir? Bu necə bənzərsiz mərifət və hikmətdir ki, Allah-Taala gənc yaşında bir qadına bəxş edir? Bu, həzrət Zəhranın (s) mənəvi məqamıdır. Bu mənəvi məsələlər çox həddə əməli fəzilətlərlə əlaqədardır, həzrət Fatimənin (s) çalışmasından qaynaqlanan məsələlərlə əlaqədardır. Bu məqamı müftə vermirlər, dəlilsiz də bağışlamırlar. Mənəvi fəzilətlər kəsb etməkdə insanın əməli böyük həddə təsirlidir.

İranın müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Cəbrayılın Fatimənin (s) yanına enməsi

Sənədli rəvayətlər aydın şəkildə göstərir ki, Siddiqeyi-Tahirə (ə) çox uca məqam və dərəcələrə yüksəlmişdi. Belə ki, Allahın ən əzəmətli və ən yaxın mələyi olan Cəbrayıl Əmin təsəlli vermək üçün o həzrətin yanına enirdi. Bu, İslam məntiqində və İslam meyarında bir insanın dəyərindən, əzəmətindən və zirvəsindən danışan bir həqiqətdir.

Həzrət Zəhra (s) zəhmət və mücahidliklə əzəmətin zirvəsinə ucaldı. O qədər irəlilədi ki, Allah-Taala onu razı salmaq üçün Cəbrayıl Əmini onun yanına göndərdi.

Zəhranın (s) doğum gününün ildönümündə məddahlıq mərasimində çıxışdan; 5 dekabr 1993.

səh:30


1- [6] Ali-İmran, 42

Gənclik yaşlarında ali və irfani məqamlar

Həzrət Zəhranın (s) o hikmətə, nitqə, siyasi və ictimai qüvvəyə, gələcəyə baxışa, həmçinin öz dövrünün ən böyük məsələlərinə qarşı tədbir qüvvəsinə malik olan varlığı göstərir ki, müsəlman bir qadın gənclik yaşlarında da ali, mənəvi və irfani məqamlara ucala bilər.

Ölkənin mütəxəssis qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Zəhra (s) - nübuvvətin və vilayətin xülasəsi

Həzrət Fatimeyi-Zəhra (s) nübuvvət və vilayətin xülasəsi və elə uca şəxsiyyətə sahibdir ki, insanlar onun əzəmətini və genişliyini dərk etməyə acizdirlər. O həzrətin məqamı və dərəcəsi elə bir həddə idi ki, hətta onunla səmimi əlaqəsi olmayan şəxslər də ona mədh söyləmişlər.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

İnsani paklığın zirvəsində olan gənc qız

Belə bir dünyada əziz Peyğəmbər (s) elə bir qız tərbiyə edir ki, bu qız Allahın Peyğəmbərinin (s) onun əlini öpməsinə layiq olur. Peyğəmbərin (s) Fatimeyi-Zəhranın (s) əlini öpməsini duyğusal bir mənada izah etmək əsla düzgün deyil. Əgər biz onun qızı olduğundan və onu sevdiyindən əlini öpdüyünü xəyal etsək, bu çox səhv və çox kiçik bir məsələ olar. Məgər belə bir dəyərli şəxsiyyət, özü də ədalətli və hikmətli olan, Allah vəhyinə və ilhamına arxalanan insan əyilib qızının əlini öpər? Xeyr, bu başqa bir məsələ, başqa bir mənadır. Bu onu göstərir ki, bu gənc qadın, dünyadan köçərkən on səkkizdən iyirmi beşə qədər (on səkkiz də deyiblər, iyirmi beş də deyiblər) yaşı olan bu xanım insani paklığın zirvəsində durmuş və qeyri-adi bir şəxs olmuşdur. Bu, İslamın qadına baxışıdır. Bunu araşdırın. Həm mədəniyyətə, ictimai məsələlərə və baxışlara aid olan araşdırmalarda (qadınların mədəni-ictimai şurasının üzvü olan bu xanımlar, bu iş üçün məsul şəxslərdirlər), həm də siz alim qadınların maraqlandığı elmi tərbiyələrdə bunu araşdırın.

Qadınların mədəni-ictimai şurasının üzvləri, tibbi mütəxəssislər və məsul şəxslərlə görüşdə çıxışdan; 25 dekabr, 1991

Bəşər beyninin açılmamış tapmacası

Peyğəmbərin (s) qızı doğrudan da bəşər beyninin və bəşər bilgilərinin açılmayan tapmacasıdır. Bütün insanları bir tərəfə qoyun, övliyaları da başqa bir tərəfə. Övliyaların sayı az olsa da, çəkiləri bütün bəşəriyyətdən ağır gələcək. Əgər ağırlığın və əzəmətin meyarını dünya həqiqətindən məlumatlı olmaq və Allaha - yəni bütün varlıqların mənbəyinə yaxınlıq bilsək, Allah övliyalarının biri bütün qeyri–övliyalardan və övliyaları çıxmaq şərti ilə bütün varlıqdan daha əzəmətli, daha ağır və daha böyükdür.

Övliyaların və Allahın saleh bəndələrinin sırasına baxdıqda elə zirvələr görürsünüz ki, o zirvələrin məna dünyasının digər böyük insanlarına nisbəti təsəvvürolunmaz və çox əzəmətli nisbətdir, fərq aydın fərqdir. Nübüvvət tarixində haraya göz diksəniz, bu zirvələr hər tərəfdən onları görəcəyiniz şəxslərdirlər: ulul-əzm peyğəmbərlər, bu qəbildən və bu həddə olan böyüklər. Onları yad etmək bizim üçün və mənim kimilər üçün dilin vərdişidir. Mənim kimilərin ürəyi, ruhu və canı bu mənəviyyatları dərk etməyəcək qədər çox kiçik, xırda və aşağıdır. Eləcə uzaqdan zehinlərində bir təsəvvür var və onu dilə gətirirlər. Bu

səh:31

təsəvvür də onların öz sözlərindəndir. Lakin bu əzəmətlərin məcmusunda və bu böyüklərin arasında bir neçə çox nadir nümunə vardır. Onlar mədh etmək və danışmaq həddindən yüksəkdirlər. Bunların biri Fatimeyi-Zəhradır (s). Onu yalnız Peyğəmbər (s) və Əmirəlmömininlə (ə) müqayisə etmək olar.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Hərcəhətli örnək

Fatimənin (s) sözləri və hərəkətləri - işıqlı nümunə

Varlığın tənəzzülü məqamında ruhani əzəmətlərinin fiziki reallıqlara qovuşduğu yerdə bu bəşər qəlibləri o mənəviyyatları və ruhları daşıyır. O zaman bunların dilindən çıxan hər bir söz, hər bir işarə və hər bir hərəkət geridə olan bizlər üçün işıqlı bir nümunə olur. Bu bizim Fatimeyi-Zəhranın (s) bu dünyada hansı zirvədə və hansı əzəmətdə olduğunu, məna və ruhani aləmində hansı zirvədə olacağını bilməyimiz üçün kifayət deyil. Düzdür, bunu bilmək bizim üçün bir bilgidir. Əgər kimsə aydın bilgiyə nail olsa (o da əməldən qeyri bir yolla əldə olunmur), çox qiymətlidir. O mənəviyyatların xalis, aydın və səlis bilgisi hamıya nəsib olmur. Allahın böyük övliyaları onun bir hissəsini dərk edib görə bilirlər. Bizim dərk edib anladığımız miqdarı bizim üçün hərəkət və əməl nümunəsi olmalıdır. Şiələr bu məqamı unutmamalıdırlar. Əlbəttə, bütün müsəlmanlar bunda şərikdirlər. Lakin bəlkə də belə bir bilgi Əhli-beytə ardıcıl olmayanda az olar, nəinki heç olmaz. Ardıcıl olmayan bəzi şəxslər də Əhli-beytə (ə) mərifət məqamında çox öndədirlər. Amma bu miqdarı adətən və ümumi olaraq Əhli-beyt məktəbinin mənsublarına məxsusdur.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Tarixin ən böyük qadını

Fatimeyi-Zəhranın (s) həyatının örnək cəhətləri

Şəhid ailələri ilə görüşdə çıxışdan; 2 fevral, 1987

İslam Cümhuriyyəti qəzeti

İslam Fatiməni (s) - o dəyərli və üstün ruhani varlığını qadının nümunəsi və örnəyi kimi təqdim edir. Bu onun zahiri yaşayışı, cihad və mübarizə həyatı, elmi natiqliyi, fədakarlığı, evdarlığı, analığı, yoldaşlığı, mühacirəti, bütün siyasi, hərbi və inqilabi meydanlarda iştirak etməsi və böyük kişiləri qarşısında təvazökarlığa vadar edən hərtərəfli üstünlükləridir, bu da mənəvi məqamı, rükusu, səcdəsi, ibadət mehrabı, duası, səhifəsi, münacatı, ruhani mahiyyəti, parlaqlığı, Əmirəlmöminin (ə) və Peyğəmbərlə (s) bərabər və eyni mənəvi cəhətidir. Qadın budur. İslamın yaratmaq istədiyi qadın örnəyi budur.

İsfahan, Qum, Tehran və Kürd şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Əzəmət və komplekslik baxımından Fatimənin (s) şəxsiyyətinin yeganəliyi

Fatimənin (s) şəxsiyyəti digər böyüklərə bənzəmir. Tək və yeganə bir şəxsiyyətdir. Yəni siz başqa heç bir şəxsiyyəti tapa bilməzsiniz ki, həzrət Zəhra (s) kimi bir müsəlmanın həqiqi və hərtərəfli kimliyini özündə canlandırsın.

səh:32

Biz digər üstün qadınlar da tapa bilərik. Amma əvvəla nə əzəmət və üstünlük baxımından Zəhraya (s) çatırlar, nə də onların həyatının hərtərəfli olması baxımından. Bəli, biz həzrət Zeynəbi (ə) tanıyırıq. Amma Zeynəbi (ə) Kərbəlada tanıyırsınız, Məkkədən çıxdığı zaman tanıyırsınız, Şamda tanıyırsınız. Amma onun həyat yoldaşı Abdullah Cəfərlə xüsusi həyatını da bilirsinizmi? Halbuki bu bir qadının həyatının mühüm sahələrindən biridir. Müsəlman bir qadın evi bəzəmək və ailəni idarə etmək cəhəti olmadan kamil bir qadın və kamil bir müsəlman ola bilməz. Ümumiyyətlə məsələnin incəliyi bundadır. Qadın barəsində məsələnin incəliyi budur ki, onda bəzi xislət və xüsusiyyətlər var, onların hamısı təkamül istiqamətində inkişaf etməlidir və bu, müsəlman insandan başqasında mümkün deyil.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

Risalət qəzeti

Fatimənin (s) uca məqamı

Biz bugünkü müsəlmanlar üçün həzrət Zəhranın (s) məqamı Peyğəmbər ailəsinin görkəmli şəxsiyyətlərindən başqa birisinin məqamından daha irəlidir. Bu, əlavə bir xüsusiyyətə malikdir. O da budur ki, bu böyük və əziz xanım bütün pis təlimlərə, qadını əxlaq bataqlığına yuvarlatmaq istəyən bütün siyasətlərə rəğmən, həzrət Zəhranın (s) davamçısı olmaq - yəni dindar, pak-pakizə, şücaətli, mübariz, vəfalı olmaq, eyni zamanda həyatın çətin meydanlarında bütün vücudu ilə çalışmaq istəyən iranlı qadın üçün bir örnəkdir. Fatimeyi-Zəhra (s) belə əziz və böyük varlıqdır.

Cümə namazı xütbəsindən; 1 fevral, 1985

Keyhan qəzeti

Uca bir insanın üstünlüklərini toplayan

Bu böyük qızda (Fatimeyi-Zəhrada) örnək olaraq mərifət, elm, ibadət, zahidlik, evdarlıq, cihad, şəhadət, uca və məsum bir insanın bütün xüsusiyyətləri mövcuddur.

Biz fəxr edirik ki, o həzrətin davamçısıyıq. Fəxr edirik ki, Fatimeyi-Zəhranı (ə) özümüzə nümunə və örnək seçmişik. Qadınlar, gənc qızlar və inqilabçı nəsil çalışıb özlərini bacardıqları qədər Fatimeyi-Zəhranın (s) bizim üçün müsəlman qadından yaratdığı təsvirə yaxınlaşdırsınlar.

Cümə namazı xütbəsindən; 2 fevral, 1985

Keyhan qəzeti

Müsəlman qadının həyat örnəyi

Həzrət Fatimeyi-Zəhranın (s) həyatı bir müsəlman qadının həyat örnəyidir. Çünki Peyğəmbər (s) qızının sadə yaşaması, qənaətcilliyi və istehlakçılıq ruhiyyəsinin olmaması bizim bugünkü cəmiyyətimizin qadınları üçün ən yaxşı nümunə ola bilər. Hərzət Fatimə (ə) İslam düşüncə və maarifi baxımından İslam təfəkkürünün öncüllərindən biridir. O öz övladları üçün bir müəllim və atası üçün bir şagird idi. O öz övladlarını İslam mühitində İslam təfəkkürləri ilə tərbiyə etdi. Onun evinin ab-havası İslam mənəviyyatı ilə qarışmışdı.

Bu dəyərli və möhtərəm şəxsiyyət lazımi yerlərdə, hətta xalqın toplantısında iştirak edirdi. Xalq üçün çıxış edərək məsələləri öz baxışından izah edirdi. O mübariz, fəal, məlumatlı və alim, eyni zamanda evdar və gözləntisi az olan bir qadın idi. O, dünyanın müsəlman qadınları üçün bir örnəkdir. Çünki onun uca düşüncəsi, övlad tərbiyəsi, meydanda hərtərəfli iştirakı, digərləri üçün danışması yaxşı dərs sayıla bilər. Onun ailə

səh:33

həyatındakı qənaətcilliyi yaxşı dərs ola bilər. Qadınlar zahidlikdə, təqvada, ibadətdə, şücaətdə, imanlı övlad tərbiyəsində, evdarlıqda, həyat mühitini səmimi etməkdə həzrətə Fatiməni (s) örnək seçə bilərlər.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Şəxsi, ictimai və ailə həyatında Fatimənin (s) davamçılığı

Müsəlman qadınlar özlərinin şəxsi, ictimai və ailə həyatlarında ağıllılıq, alimlik və bilgi cəhətindən Fatimeyi-Zəhranın (s) yaşayışını nümunə və örnək seçməlidirlər, ibadət, mücahidlik, böyük ictimai qərarlarda iştirak etmək, evdarlıq, həyat yoldaşılıq və saleh övladlar tərbiyəsi cəhətindən həzrət Zəhranın (s) ardıcılı olmalıdırlar. Çünki İslamın bu böyük xanımının həyatı göstərir ki, müsəlman qadın siyasət səhnəsinə, iş və fəaliyyət meydanına girmək və cəmiyyətdə fəal rol ifa etmək üçün təhsillə, ibadətlə, evliliklə və övlad tərbiyəsi ilə yanaşı Fatimeyi-Zəhranın (s) ardıcılı olub, Allahın böyük Peyğəmbərinin (ə) əziz qızını özünə örnək götürə bilər.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Fatimə (s) - bütün dünyanın bugünkü qadınının örnəyi

Bu gün dünyada qadın toplumu boşluq içindədir. Tarixin azğınları onun əlini tutub aldatmaq üçün tərifli sözlər deyirlər. Siz məddahlar həzrət Zəhranın (s) həyatının cəhətlərini xatırlatmalısınız.

Biz həzrət Fatimənin (s) mənəvi fəzilətləri və insani keyfiyyətləri barəsində illərlə söhbət etmişik, amma bugünkü qadına canlı örnək göstərmək və insani şəxsiyyətinin dünyanı idarə edə biləcək quruculuq cəhətlərinə az diqqət yetirmişik. Bu gün bu boşluğu doldurmalıyıq. Çünki həzrət Zəhranın (s) həyatı təkcə ölkəmizin müsəlman və inqilabçı qadınları üçün yox, hətta bütün dünya qadınları üçün örnək ola bilər.

Dünya xalqı həzrət Zəhranın (s) sözünü bilməlidirlər və bu inqilab həzrət Zəhranın (s) sayəsində dünyaya ixrac edilə bilər.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 3 mart, 1986

Keyhan qəzeti

Fatimənin (s) şəxsiyyəti – qadının ən gözəl və ən cazibəli təsviri

Bu gün əzəmətli İslam inqilabının böyük faydalarından olan müsəlman qadının oyanışı, bu əzəmətli inqilabın bütün səhnələrində iranlı qadının fəal iştirakı və qadınlar arasında artan fikir inkişafı sayəsində bu xəyanətkar mədəniyyətin dağıdıcı seli qarşısında uca sədd vücuda gəlmişdir. Lakin bu səddin möhkəmliyi üçün müsəlman qadın örnəyini təqdim etməyə ciddi ehtiyac var. Həzrət Zəhranın (s) müsəlman qadının dəyərlərinin məcmusu olan şəxsiyyəti bütün qadınların, xüsusən də müsəlman qadınların baxışında qadının ən gözəl və ən cazibəli təsvirini yarada bilər.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

səh:34

Fatimənin (s) yolu - İran qadınlarının yolu

Bizim ölkəmizin qadınları Fatimeyi-Zəhranın (s) həyatı, onun bilgisi, mübarizələri və hikmətamiz sözləri ilə tanış olaraq öz qarşılarında bir yol seçmiş, yolda hərəkət də etmişlər və daha artıq irəliləməlidirlər.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

Elm, təqva, cihad və fədakarlığın birləşməsi

İslamın qadının şəxsiyyəti barəsində çox şərəfli, uca və dəyərli sözü vardır. Yaxşı olar ki, bu konfrans Fatimeyi-Zəhranın (s) şəxsiyyətini elm, təqva, cihad, zahidlik və fədakarlıq məcmusu kimi bütün dünyaya təqdim etsin və o müsəlman qadının örnəyi olsun.

Qadın və İslam inqilabları beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadının insani dəyərlərinin zirvəsi

Qadın günü elə bir gün olmalıdır ki, bizim cəmiyyətimizin qadınları Fatimənin (s) uca şəxsiyyətindən örnək götürsünlər. Biz Zəhranın (s) doğum gününü Qadın günü elan etmişiksə, mənası budur ki, qadının insani dəyərlərinin, qadın həyatının uca məqsədi elə bir zirvədir ki, onun başında Zəhra (s) dayanır.

Biz qadını elə dəyərlərə, istedadlara və gözəlliklərə malik bilirik ki, əgər potensialdan aktuala çevrilsə, Fatimə (ə) kimi olacaq. Nə yaxşı olar ki, o həzrətin həyatı müxtəlif cəhətlərdən müsəlman qadınların, xüsusən də iranlı qadınların toplumlarında araşdırılsın, mütaliə olunsun.

Cümə namazı xütbəsindən; 27 yanvar, 1989

Risalət qəzeti

Ən gözəl, ən uca və ən müqəddəs örnək

Belə bir günün Qadın günü kimi seçilməsinin mənası - müsəlman qadınlar, hətta bütün dünyanın qadınları üçün ən gözəl, ən uca və ən müqəddəs örnəyin seçilməsi deməkdir.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

İslam ümmətinə Fatimə (s) kimi ali örnəyin verilməsində ilahi höccət

Müsəlmanlar arasında və İslam mədəniyyətində belə əzəmətli bir qadın yoxdur. Allah-Taala ən böyük və ən uca qadını digər xalqların və qabaqkı ümmətlərin arasından seçə bilərdi, eybi də olmazdı. Bu iş mümkün idi. Amma bunu İslam ümmətindən seçmişdir. Bu da bizim üçün höccət və bir xatırlatmadır. Bu ali və uca örnəyi göz önündə tutub izləmək olar. İnşallah siz əziz xanımlar müvəffəq olasınız! Bu mühüm yolu qüdrətlə və möhkəm şəkildə qət edəsiniz! Allah sizə də uğur bəxş etsin!

Qadınların mədəni-ictimasi şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

İslamın dünyada yayılmasında Fatimənin (s) mövqeyi

Peyğəmbərin (s) kövsəri

səh:35

Allah-Taala Qurani-Kərimdə buyurur: “Bismillahir–Rəhmanir-Rəhim! (Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Buna görə Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur!“

Peyğəmbərin (s) düşməni onu yalqız və tükənən güman edirdi. Çünki əziz Peyğəmbərin (s) oğul övladı yox idi. İslam düşmənləri fikirləşirdilər ki, Peyğəmbər dünyadan köçəndən sonra onun yerini tutacaq bir kəs yoxdur. Sevinirdilər ki, Peyğəmbərin (s) nəsli davam etməyəcək. Allah-Taala Peyğəmbərə (s) buyurdu ki, biz sənə kövsər əta etdik. Yəni biz sənə elə bir şey əta etdik ki, artandır, günbəgün böyüməkdə və genişlənməkdədir. O şey əgər Qurandırsa, əgər İslamdırsa, əgər Peyğəmbərin bərəkətli qızı, yəni həzrət Siddiqeyi-Tahirədirsə (ə), doğrudan da artan və inkişaf edən idi. Peyğəmbərin (s) düşməninin, Peyğəmbərin (s) məhv olması üçün vasitə bildiyinin özü Peyğəmbərin artmasına və böyüməsinə vasitə oldu. Fatimənin (s) övladları İslam dünyasını doldurdular. Həqiqi imamlar İslam bayrağını ucaltdılar. Böyük şəhidlər, İslam tarixinin Peyğəmbərin nəslindən və Fatimənin (s) övladları olan məşhur şəxsləri dünyanı İslamın ad-sanı ilə doldurdular.

Cümə namazından; 14 noyabr 1980.

Həzrət Zəhra (s) – Kövsər sözünün təvili

Şərafətli ayədə göstərilən Kövsər təbiri həzrət Zəhraya (s) təvil olunmuşdur. Sözün həqiqi mənasında hər bir tərəfdən baxsaq, bu həzrət kövsərdir. Kövsər - yəni dayanmadan artan, həmişə artmaqda olan böyük xeyir. Sizin özünüz o kövsərin şaxələrisiniz. O sözü və o mənəviyyatı hər hansı bir tərzdə irəliyə aparan və yayan hər bir şəxs o kövsərdəndir, yəni xalqın başına və üzünə süzülməkdə və nazil olmaqda olan həmin kövsərin damcılarıdırlar. Bu kövsər bu günə qədər davam etmiş, yenə də davam edəcəkdir.

Gənc həftəsi münasibəti ilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Fatimənin (s) yolu ilə İslamın qalması

Həzrət Fatimeyi-Zəhranın (s) doğulması ilə İslam davam etdi. İslamın nüfuzu həzrət Fatimənin (s) tarixdə mövcud olması və Zəhranın övladlarının yolu ilə yaşadı. İslamın əsas davamı Fatimənin (s) yolu ilədir.

Həzrət Fatimeyi-Zəhranın (s) doğum gününün ildönümü münasibəti ilə Qum və Tehran məddahlarının toplantısında çıxışdan; 9 fevral, 1988

Bəşəriyyətin Fatimeyi-Zəhraya (s) borclu olması

Fatimeyi-Zəhranın (s) lütfləri insaniyyət qarşısında məhdud bir çevrə sayılan kiçik toplumda məhdudlaşmır. Əgər həqiqəti görən və məntiqli bir gözlə baxsaq, bəşəriyyət bütünlüklə Fatimeyi-Zəhraya (s) borcludur. Bu əbəs söz deyil, həqiqətdir. Necə ki, bəşəriyyət İslama, Qurana, peyğəmbərlərin və sonuncu peyğəmbərin təlimlərinə borcludur. Tarixdə həmişə belə olmuşdur, bu gün də belədir. İslam və Fatimeyi-Zəhranın (s) mənəviyyatı günbəgün daha da aşkar olacaq və bəşəriyyət onu duyacaq.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

səh:36

Fatimə (s) – müsəlman qadının simasının dünyaya təsviri üçün ən yaxşı nümunə

Fatimeyi-Zəhra (s) barəsində çox sözlər var. Onların hamısının izahı hətta bir kitabın işi də deyil. Amma bu gün İslam mədəniyyəti ilə azğın Qərb mədəniyyəti arasında bütün məsələlərdə, o cümlədən cəmiyyətdə və həyatda mühüm qadın məsələlərində böyük bir qarşılaşma günü olan bu gün nümunə qadın və İslamın böyük xanımı olan Fatimeyi-Zəhranın (s) şəxsiyyətinə dair daha artıq söhbət etməyə ehtiyacımız var.

Qərəzli və çirkin əllərdən əlavə, çoxları da var ki, hələ də İslamın qadın barəsində necə uca məqam nəzərdə tutduğundan tam xəbərdar deyillər. Dünyaya bu məsələni göstərmək və bu sahədə İslamın mütərəqqi və inkişaf etmiş mədəniyyətinə həvəsləndirmək üçün ən yaxşı nümunə İslamın görkəmli qadınlarının simasını təsvir etməkdir. Çünki onların şəxsiyyəti və həyatının özü İslamın qadın barəsindəki təfəkkürünün göstəricisidir. Tarix boyunca dünyanın bütün böyük qadınlarının başında Peyğəmbərin (s) qızı olan Fatimeyi-Zəhra (s) durur. Buna görə, biz bu sahədə işləmək istəsək, çox iş görməliyik.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Fatimə (ə) ardıcıllarının vəzifələri

Zəhranın adına və xatirəsinə hörmət

Pak imamların dövründən indiyədək heç bir dövrdə bugünkü kimi ümumxalq səviyyəsində böyük imamlara bu həddə hörmət göstərilməmişdir. Peyğəmbər (s) və Əli (ə) hökumətinin sayəsi olan İslam inqilabının müqəddəs cəmiyyətində Fatimeyi-Zəhra (s) o həzrətin layiq olduğu əzəmətlə yad olunur. Bu, qiymətli bir imkandır. Məsum və pak Əhli-beytin məddahları bunu faydalı bilməlidirlər.

Mədhiyyə və şeir mərasimində çıxışdan; 5 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Fatimə yolunun əməli ardıcıllığı

Biz bu yolu getməliyik. Gərək biz də fədakarlıq göstərək. Allaha itaət edək, ibadət edək. Məgər demirikmi o qədər ibadət mehrabında dayandı ki, ayaqları şişdi?!

Biz də Allah məhəbbətini günbəgün ürəyimizdə artırmalıyıq. Məgər demirikmi taqətsiz halda məscidə getdi ki, bir haqqı sahibinə qaytarsın?! Biz də gərək heç kəsdən qorxmayaq. Məgər demirikmi təkbaşına öz dövrünün böyük cəmiyyəti qarşısında dayandı? Məgər demirikmi o həzrət elə bir iş gördü ki, onun barəsində, həyat yoldaşı və övladları barəsində “Dəhr” surəsi nazil oldu?! Özünün aclığı hesabına yoxsullara yardım, məhrum insanlara kömək göstərmək: “Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar“. Biz də bu işləri görməliyik.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Məhəbbətin ardınca itaət

Gərək bu həzrətin həyatındakı hər bir söz, hər bir işarə bizim üçün bir dərs olsun. Uzaqdan məhəbbətlə və sevgi hissi ilə kifayətlənməməliyik. Bu hissi həyatda icra etməliyik. Əgər məhəbbət olmasa, bu əməli rabitə vücuda gəlməz. O məhəbbətin sayəsində əməli davamlılığın rabitəsini vücuda gətirmək olar? Amma bu davamlılıq və

səh:37

əməli birləşmə olmasa, o məhəbbətin özü də sual altına düşəcək: “(Ey rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin“(1). Məhəbbətin ardınca itaət də olmalıdır.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 7 yanvar, 1991

Əməllə Peyğəmbər (s) xanədanına mənsub olmaq

Bizim vəzifəmiz budur ki, özümüzü bu ailəyə mənsub olmağa layiqli edək. Əlbəttə, risalət ailəsinə mənsub olmaq, onların qohumlarından sayılmaq, onların vilayəti ilə məşhur olanlardan olmaq çətindir. Ziyarətnamədə oxuyuruq ki, biz sizin məhəbbətiniz və dostluğunuzla tanınırıq. Bu bizim çiynimizə əlavə bir vəzifə qoyur. Allah-Taalanın mübarək “Kövsər” surəsində Peyğəmbərə müjdə verdiyi bu bollu xeyir-bərəkət Fatimeyi-Zəhradır (s). Həqiqətən də günbəgün Peyğəmbər dininin qaynağından bütün bəşəriyyətə və bütün məxluqlara enən bütün xeyirlərin toplandığı yerdir. Çoxları onu gizlətməyə, inkar etməyə çalışdı, amma bacarmadılar. Biz özümüzü bu nur mərkəzinə yaxınlaşdırmalıyıq. Nur mərkəzinə yaxınlaşmaq üçün nurlu olmaq lazımdır. Boş məhəbbətlə olmaz, gərək əməllə nurlanaq; elə bir əməl ki, o məhəbbət, o vilayət və o iman bu əməli bizə diktə edir və bizdən istəyir. Bu əməllə bu ailədən və bu ailəyə mənsub olmalıyıq.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Təşrifatdan, dəbdəbəçilikdən və ağır mehrlərdən çəkinmək

Biz öz ləyaqətimizi sübut etməliyik. Məgər demirikmi o həzrətin (Fatimeyi-Zəhranın (s)) cehizi elə sadə idi ki, insan onları eşidəndə gözü yaşarır?! Məgər demirikmi o böyük xanım, dünya üçün və dünyanın bər-bəzəyi üçün heç bir dəyər tanımırdı?! Məgər günbəgün təmtərağı, zadəganlığı, bər-bəzəyi və həyatın puç ünsürlərini artırmalı və qızlarımızın mehrini çoxaltmalıyıq?

Qabaqlar bəziləri nikah mehrini bu qədər artırdıqda biz zarafatla deyirdik sən bu qədər qızıl qoymaq istəyirsənsə, birdəfəlik de ki, 72 qızıl.

Amma indi görürük ki, 72 nədir, çox yüksək mehrlər həqiqətə çevrilmişdir. Doğrudan, nə olub? Siz qız atası iddia edə bilərsinizmi ki, Fatimənin (s) atasının ardıcılısınız? Belə olmaz! Biz bu vəziyyətimiz haqqında düşünməliyik.

Həzrət Zəhranın (s) doğum günü münasibəti ilə Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Fatimə (s) məktəbindən bəhrələnmək və məqsəd öyrənmək

Möhtərəm bacılar! Biz özümüzə müsəlman qadın adını qoyub həzrət Fatimə (ə) məktəbindən bəhrəsiz qala bilərikmi? Həqiqi müsəlman qadının həyat örnəyi və nümunəsi Peyğəmbərin (s) əziz qızının uca şəxsiyyətidir. İslamın dəyərli və məşhur qadınlarının həyatı həmişə və hər bir halda İslam məktəbinin biz yolçuları üçün ibarətamiz və bütün mərhələlərdə müsəlman qadının həyat yolunu istiqamətləndirəndir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

səh:38


1- [7] Ali-İmran, 31.

İslam dünyasının ən qədim universitetinin Zəhranın (s) adından götürülməsi

İslam dünyasının ən qədim universiteti olan, Misirdə Fatimilər hökuməti dövründə təsis olunan Misir Əl-Əzhər universitetinin adı həzrət Zəhranın (s) mübarək adından götürülmüşdür və İslam dünyasında o həzrətə sevgi və məhəbbət ifadəsinin keçmişindən xəbər verir.

Əhli-beyt məddahları ilə görüşdə çıxışdan; 26 noyabr, 1994

Hüseyn (ə) və Zeynəb (ə) köməkçilərinin anaların tərbiyəsində böyüməsi

Bu gün bizim analarımız bilirlər ki, əgər Fatimənin (s) sədaqətli ardıcılları olmaq istəsələr, gərək Hüseyn (ə) və Zeynəb (ə) köməkçilərini tərbiyə etsinlər və onlar dövrün Kərbəlasında iman və izzətin qanlı bayrağını ucaltsınlar.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Fatimeyi-Zəhranın (s) şəhadətinin ildönümündə əzadarlıq

Həzrət Siddiqə-Kübranın (ə) uca məqamının anılması məqsədi ilə yaxşı olar ki, tacirlər və bazar adamları ona hörmət əlaməti olaraq, cəmadis-sani ayının o həzrətin şəhadətinin ildönümü olan üçüncü gününü tətil edib, əza məclislərinə qatılsınlar.

Həzrət Zəhranın (s) şəhadətinin əzadarlıq mərasimində çıxışdan; 5 oktyabr, 1997

İslam Cümhuriyyəti qəzeti

səh:39

Dördüncü fəsil: Müsəlman qadının xüsusiyyətləri və dəyərləri

Müsəlman qadının xüsusiyyətləri

Dəyərli xüsusiyyətlər

Müsəlman qadın elm yolunda, mənəvi və əxlaqi özünüislah yolunda çalışsın, hər hansı bir növdən olan cihad və mübarizə meydanında öncül olsun, dünyanın bər-bəzəyinə və dəyərsiz dəbdəbəçiliyə etinasız yanaşsın. Onun iffəti, paklığı elə bir həddə olsun ki, yad nəzərləri uzaqlaşdırsın, evdə həyat yoldaşının və övladlarının sakit ürəyi, ailənin asayişinə və həyatın dincliyinə səbəb olsun, şəfqətli və mehriban ağuşunda, mənalı və məhəbbətli sözləri ilə ruhi cəhətdən sağlam övladlar tərbiyə etsin, pis adətlərdən uzaq, xoş əhval-ruhiyyəli, ruhi və sinir cəhətindən sağlam insanlar yetişdirsin, cəmiyyətin kişilərini, qadınlarını və şəxsiyyətlərini vücuda gətirsin! Ana hər bir qurucudan daha qurucu və daha dəyərlidir. Ən böyük bir alim çox mürəkkəb elektron cihazı ixtira edə bilər, qitələri qət edən raketlər və kosmik gəmilər düzəldə bilər. Amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Ana insan yetişdirir. Bu, müsəlman qadının modelidir.

Qadın günü münasibəti ilə ölkə qadınlarının bir qrupunun görüşdə çıxışdan; 15 dekabr, 1992

Agah şəkildə iman

Biz qadının şəxsiyyətini dəyərləndirərkən elm, təcrübə, ixtisas və bu gün dünyada qadın üçün dəyər sayılan digər məsələlərin ardınca getdikdə, gərək agah şəkilli iman ruhunu da axtaraq.

Ettelaat qəzeti

İbadət, siyasət və evdarlıq – kamil qadın şəxsiyyətinin elementləri

Bəziləri elə bilirlər ki, insan ibadətlə məşğul olsa, bir abid, ibadətçi, dua və zikr adamı olar, siyasi bir insan ola bilməz. Yaxud bəziləri elə bilirlər ki, siyasətlə məşğul olan qadın, yaxud kişi, Allah yolunda cihad meydanında aktiv iştirak edən insan əgər qadındırsa, bir ev qadını olub, analıq və evdarlıq vəzifələrini yerinə yetirə bilməz; əgər kişidirsə, ev, dükan və yaşayış kişisi ola bilməz. Elə bilirlər ki, bunların arasında ziddiyyət var. Halbuki İslamın baxışında bu üç məsələnin nəinki bir-biri ilə ziddiyyəti yoxdur, kamil insan şəxsiyyətinin formalaşmasında bir-birinə kömək də edirlər.

Nəzarət Şurasının işçiləri ilə görüşdə çıxışdan; 13 dekabr, 1989

İran qadınlarının müsbət xüsusiyyətləri

İran qadınlarının üstünlüyünün dəlilləri

Bizim ölkəmizin qadın toplumu dünyanın hər bir yerindən yaxşıdır. İş vaxtı çatdıqda siyasi işdə, mədəni işdə və təşkilat işlərində öndədirlər. Cihad vaxtı çatdıqda övladlarını öz əlləri ilə cəbhəyə göndərirlər. Evdarlıq və övlad tərbiyəsi zamanı çatanda evdar olurlar. Bütün bunlar dünyada azdır. Bunlar çox dəyərlidir. Bu, İslam tərbiyəsidir. Bunların hamısı ümidvericidir.

səh:40

15 şaban (İmam Mehdinin (ə) doğum günü) münasibəti ilə xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışdan; 20 dekabr, 1997

İslam Cümhuriyyəti qəzeti

İranlı müsəlman qadının dəyəri

Bizim cəmiyyətimizin mömin qadınları çalışıb müsəlman iranlı qadının qədrini bilsinlər. İslam qadınının və müsəlman qadının dəyərini bilin. Elə bir qadın ki, münasibətlərdə kişilərə qarışmır, özünü kişinin gözünü cəlb etmək üçün vasitə bilmir, özünü bundan üstün hesab edir. Elə bir qadın ki, öz məqamını çılpaq olmaqdan, üzü, saçı və bədəni ilə keçənlərin gözünü özünə sarı cəlb etməkdən, onların həvəsini doyurmaqdan daha əziz sayır. Elə bir qadın ki, özünü, zirvəsində bəşər tarixinin ən böyük qadını olan Fatimeyi-Zəhranın (s) dayandığı yüksəkliyin ətəyində bilir. O qadın iranlı müsəlman qadındır. Bu qadın daha Qərb sivilizasiyasının oyuncaqlarından və onun təxribatlı üsullarından üz çevirməli, onlara etinasız yanaşmalıdır.

Tehran, İsfahan və Təbriz şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İranlı qadın – rahibədən pak, əsgərdən şücaətli

İranlı qadın rahibə deyil, amma rahibədən də pakdır, təmizdir; əsgər deyil, amma müharibə meydanında əsgər qədər şücaətlidir. Döyüş meydanlarında ona cihad vacib olmasa da, Allah yolunda bir mücahid kimi çalışır və bütün səhnələrdə iştirak edir.

Ölkənin mədəniyyət mənsubu olan xanımlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

İranlı qadınların fədakarlığından nümunələr

İranlı qadınlar onlar üçün çox dəyərli olan yadigarlarını təqdim etmişlər. Bəzən bir yoxsul ailə özünün bütün qızıl-zinət əşyalarını batil əleyhinə vuruşan haqq cəbhələrinə təqdim etmişdir. Bəzən bir yoxsul ailə özünün üzüyünü, yaxud sırğasını cəbhələrə təqdim etmişdir. Bəzən pilot övladı müharibədə öldürülmüş iraqlı bir ailə Səddamdan aldığı qızılları Səddam rejimi əleyhinə müharibə cəbhələrinə kömək üçün hədiyyə etmişdir. Şəhidlərin gənc həyat yoldaşları da öz nişan üzüklərini vermişlər. Bunun bənzəri heç bir ölkənin tarixində görünmür.

Xalqın müxtəlif və fədakar təbəqələri ilə görüşdə çıxışdan; 13 avqust, 1988

İranlı qadının həqiqi zinəti

İslam inqilabının qələbəsi ilə bizim cəmiyyətimiz ilahi dəyişikliyə uğradı. Bu dəyişiklikdə qadınlar öncül idilər. İranlı qadının həqiqi zinəti budur ki, bu inqilab yükünün yarısını çiyninə ala bilsin. Bu o haldadır ki, əxlaq, təqva, iffət, əmanətdarlıq, iman, paklıq və Allah yolunda fədakarlıq baxımından öz borcunu ödəsin.

Şəfqət bacılarının İslam birliyinin üzvləri və könüllü İslam keşikçisi olan qadınlarla görüşdə çıxışdan; 20 fevral, 1983

İranlı qadınların qənaətcilliyi

Bizim xalqımız, bizim iranlı ailəmiz qənaətcilliyə adət etmişdir. Evin xanımı böyüklərin paltarlarını öz zövqü ilə kiçiklər və uşaqlar üçün düzəldirdi, tikirdi. Onun zövqünə, imanına və istəyinə uyğun olmayan və tikilib hazırlanmış paltarı öz uşağına və övladına geyindirməyə möhtac olmurdu.

səh:41

Xörək yediyi mis qabda dükandan yağ, süd və qatıq da alıb evinə gətirirdi, cəmiyyətə əlavə çox xərc olan bütün bu birdəfəlik qablara və potensial zibillərə möhtac deyildi.

Cümə namazının birinci xütbəsindən; 18 aprel, 1986

İslam Cümhuriyyəti qəzeti

Agah şəkilli iman – iranlı qadınların mübarizələrinin səbəbkarı

Özləri birbaşa mübarizəyə qoşulan xanımların fəaliyyətini görməzdən gəlmək olmaz. İranlı qadını inqilabçı, siyasi, məlumatlı və mübariz ünsürə çevirən amil agah şəkilli imandır. Qadınlar heç bir sahədə geri qalmamışlar.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransın açılış mərasimində çıxışdan; 6 fevral, 1988

Şəhid analarının və həyat yoldaşlarının dözümlülüyü və fədakarlığı

Şəhid analarının imanı və müqaviməti

Bəzilərinin iki övladı, bəzilərinin üç övladı, bəzilərinin dörd övladı şəhid oldu. Biz gördük, əzizləri şəhid olan analar elə müqavimət və möhkəmlik göstərdilər ki, insan heyrətə gəlirdi. Allaha həmd olsun ki, mənim hörmətli şəhid ailələri ilə çox görüşlərim və məclislərim həmişə olub və indi də var. Düşünürəm ki, şəhid anaları qüvvə və qüdrət baxımından doğrudan da misilsizdirlər. Hansı güc duyğu və emosiyaları güclü olan, öz övladını aşiqcəsinə sevən bir qadına belə bir qüvvə bəxş edir ki, bir övladının, iki övladının, yaxud daha artıq övladının şəhidliyi qarşısında özündən belə qüvvə və qüdrət göstərir. Bu imandandır.

İlam vilayətinin şəhid ailələri ilə görüşdə çıxışdan; 3 yanvar, 1991

Allah yolunda ehsan

Bugünkü iranlı qadının həyat yoldaşı, yaxud övladı cəbhədə şəhid olduqda, bütün böyük insanlar kimi hiss edir ki, Allah yolunda özünün lazımi ehsanını vermişdir.

Ölkənin mədəniyyət işçisi olan qadınlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Keyhan qəzeti

Şəhid analarının və həyat yoldaşlarının mücahidliyi

Cəbhəyə gedib şəhid olan bu gəncin təkcə özü mücahidlik etmədi. Ata olan sizlər də mücahidlik etdiniz və o getdi. Ana olan sizlər də mücahidlik etdiniz və o getdi. Bir gəncin təhlükə zonasına sarı getməsi təkcə onun mücahidliyi deyil. Onun getməsi ilə atası da mücahidlik edir. Onun anası da onun getməsi ilə mücahidlik edir. Onun həyat yoldaşı da mücahidlik edir. Onun övladları da mücahidlik edirlər. Onu sevən hər bir kəs mücahidlik edir.

Təəccüblüdür ki, bu mücahidliklər bitmir. Onun özü cəbhəyə gedir, bir müddət müqavimət göstərir və şəhid olur. Onun mücahidliyi bitir, amma bu ananın, atanın mücahidliyi davam edir. Onların dözümü cihaddır. Bu övladların cihadı davam edir. Gənc həyat yoldaşının cihadı davam edir.

Bunlar dözürlər, şikayət etmirlər. Bunlar Allahın hesabına yazırlar. Bunlar bu qanı özlərinə fəxr sayırlar. Bunlar öz dözümləri və şükürləri ilə mücahidlik ruhiyyəsini digər insanların arasında davam etdirirlər. Bunlar digərlərini cihada həvəsləndirirlər. Bunlar möhkəmliklərindən xəbər verən sözlərlə bir xalqın başucalığına səbəb olurlar. Bunlar

səh:42

səbəb olurlar ki, ölkə və xalq dünya düşüncələri meydanında bir örnək formasına düşsün (İran xalqı belədir). Bunlar mücahidlik edirlər.

Əgər şəhidlərin ataları, anaları və həyat yoldaşları dözümsüzlük göstərib şikayət etsəydilər, minnət qoysaydılar, ah-nalə etsəydilər, məgər bu xalqın siması bu qədər parlaq olardı?!

Silahlı qüvvələrin və Quruculuq cihadının əzəmətli şəhid ailələri ilə görüşdə çıxışdan; 28 sentyabr, 1998

Keyhan qəzeti

Şəhidin qanını qoruyan və bayrağını ucaldan

Siz əzizlər - əziz şəhid ailələri, ataları, anaları, həyat yoldaşları, övladları və digər qohumları! Özünüz üçün bu fəxri qoruyun. Siz şəhidin qanının qoruyucusu, yolunun davamçısı və bayrağını saxlayan olun. Bu, Allah yolunun, Allahın dininin bayrağı, ilahi və İslami dəyərlərin qorunmasıdır.

Silahlı qüvvələrin və Quruculuq cihadının əzəmətli şəhid ailələri ilə görüşdə çıxışdan; 28 sentyabr, 1998

Keyhan qəzeti

Şəhid analarının sevinci və fəxri

Misal üçün, İranda bizim xalqımız elə insanlar deyildilər ki, bir gəncləri öldürüldükdə şirniyyat paylasınlar. Sonra biz qəfildən gördük. Doğrudan da qəfildən gördük. Yəni işin içində olan bizlər belə bir şey görməmişdik. Öz gözlərimizlə gördüklərimiz budur ki, Məşhəddə və Tehranda polislə qarşıdurmada gəncləri öldürülür, əza məclisində gətirib şirniyyat paylayırlar.

Sonra inqilab qələbə çaldı. Müharibə başladı və bu minlərlə şəhid ata-analarının sevinci və fəxri ilə üzləşdi. Mən bir ananı gördüm, bu ana özünün iki gəncini öz əli ilə kəfənləyib dəfn etmişdi. Belə şeylər göründü. Şəhid anaları bəzəndilər. Belə bir hal da baş verdi ki, uşağının şəhid olması xəbəri veriləndə əza məclisinə şənlik məclisi kimi zinətlə daxil oldular.

Yəni Allah müsibəti verir, müsibətin dözümünü də verir. Bu onu göstərir ki, Allahın bərəkəti nazil olacaqdır.

Livan hizbullahının rəhbəri və üzvləri ilə görüşdə çıxışdan; 14 oktyabr, 1997

Keyhan qəzeti

Şəhid analarının nümunə olması

Bilin ki, bu gün dünyanın heç bir yerində bizim şəhid analarımız kimi, iki şəhid anası, üç şəhid anası, dörd şəhid anası kimi qadınlar yoxdur. Bizim cəmiyyətimizdə çox analar atalardan daha yaxşı, daha güclü və daha agah şəkildə bu meydanda dayandılar. Bu sözügedən İslam tərbiyəsidir. Bu Fatimeyi-Zəhranın (s) pak və nurlu tərbiyəsidir. Siz Fatimənin (s) qızlarısınız. Siz Fatimeyi-Zəhranın (s) övladlarısınız, o Fatimeyi-Zəhranın (s) ardıcıllarısınız. Ümidvaram vilayət, mənəviyyat və mərifətin müqəddəs nurları sizin hamınızın ürəyini aydınlaşdırsın. Müsəlman qadınlar İslam kimliyini qorumaq istiqamətində günbəgün iri və yaxşı addımlar atsınlar. Bu yolu bizim qadınlarımızın üzünə açan mərhum imamımızın pak ruhu ilahi lütf və mərhəmətlərə şamil olsun. İnşallah dövrün imamının xeyir-duaları mənim əziz və hörmətli bacılarım olan sizin hamınıza şamil olsun!

Ölkənin müsəlman qadın və qızları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

səh:43

Beşinci fəsil: Qadın və ailə

Ailə qurmağın əhəmiyyəti və şəraiti

İslamda ailənin əhəmiyyəti

Nikah və bu mərasim barəsində birinci məqam budur ki, İslama, bütün dinlərə və bəşəriyyətdə mövcud olan adət-ənənələrə görə, əsas məsələ ailə qurmaqdır. İslama görə, ailə möhkəm bir bünövrədir. Əgər o, sağlam və düzgün tərbiyəli olsa, cəmiyyətin, İslamın istədiyi formadakı inkişafında böyük təsir göstərəcək. İslam sağlam ailə mühitinin yaranmasını istəyir.

Dinlərin və xüsusən də, İslam dininin üstünlüyü bundadır ki, insanın cinsi ehtiyaclarını və bundan əlavə, onun həyat yoldaşına olan psixoloji ehtiyacını ailə qurmaqla ödəmiş olur. Bu dinlərə görə, ailə sözügedən ehtiyacları təmin etməklə yaranır və yaşayır.

Bəzilərinin xüsusi yaşlarda cinsi ehtiyacları olmaya da bilər. Amma onların həyat yoldaşına ehtiyacları var. Onların qarşı cinsdən bir yoldaşları olmalıdır. Bu işdə qadın və kişi arasında fərq yoxdur. Dinlər və ən çox da İslam bunları ailə qurmağın səbəbi bilir.

Əgər insanlar, cinsi ehtiyaclarını istədikləri kimi doyurmaqda azad olsalar, ya ailə təşkil edilməz, ya da süst, zəif və hər an dağılmağa hazır olan bir şey alınar. Hər bir xəfif meh onu dağıda bilər. Buna görə də, dünyanın harasında cinsi azadlıq görsəniz, oradakı ailələrin bir o qədər zəif olduğunu bilin. Çünki kişi və qadının, uyğun ehtiyaclarını doyurmaq üçün belə bir ocağa ehtiyacları qalmır. Amma dinin hakim olduğu və cinsi azadlıqların mövcud olmadığı yerlərdə kişi və qadın üçün hər bir şey var. Çünki ailə ocağı qorunur.

Məsələnin məğzi budur ki, gərək ailə təşkil olunsun. İslam bunu istəyir. Siz qız və oğlanlar hərəniz bir yerdən gəlirsiniz. Bir-birinizlə tanış olursunuz. Bir-birinizə qovuşursunuz. Bir ailə qurursunuz. Bu ailə çox xeyir və faydalar mənbəyidir. Ölkənin və bəşəriyyətin idarəsində bu ailənin üzərinə böyük vəzifələr düşür. Bu, çox əhəmiyyətli bir məsələdir. Siz bunu qorumalısınız!

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Ev mühiti – qadın və kişinin ruhi dinclik mərkəzi

İslam dini ev daxilini qadın və kişi cütlüyünün dincliyi üçün bir mərkəz etmişdir. Əlbəttə, övladlar da bundan bəhrələnirlər. Onlar da mənəvi, duyğusal və ruhi həzz alırlar. Lakin onlar üçün əsas ailə mühiti özləri ailə quracaqları zamandır. Ailə uşaq üçün böyümək və tərbiyə yeridir. Sonra buna toxunacağam. Quranda iki-üç ayə var, bu ayələrə diqqət yetirin. Biri Rum surəsindəki bu ayədir: Allahın ayə və nişanlarından biri budur ki, sizin sakin olmanız və aramlığınız üçün siz kişi-qadından və Adəm övladlarından bir cütlük yaratdı. Bu yalnız kişilərə aid deyil. Kimsə Allahın, qadını kişinin aramlığı üçün yaratdığını güman etməsin. Xeyr, kişini də qadının dincliyi üçün yaratmışdır. Bu ailə mühitidir. Ailənin daxili mühiti, yəni orada yaşayan qadın və kişinin ruhi aramlıq yeri. Başqa bir ayədə buyurur ki, sizin evinizi aramlıq və asayiş yeri etdi. Güman ki, bu da ailə mühitinə aiddir. Ailə mühiti insanın rahatlıq yeridir. Həm kişinin və həm qadının hər birinin öz növbəsində çalışması var, fəaliyyəti var, təhsili var, mübarizəsi var, ictimai işi var, yoxsullara köməyi var, Allah yolunda cihad üçün çalışması var, siyasi işi var, ictimai vəzifələr sahəsində fəaliyyətləri var, məhrumlara yardımı var, Allah yolunda cihad üçün səy göstərməsi var. Onların böyük cəmiyyətdə bir yuvaya, sakit yerə ehtiyacları var; orada

səh:44

fiziki rahatlıqdan əlavə mənəvi, ruhi və duyğu baxımından da dincəlsinlər. Bu ailə mühitidir. Buna görə İslam dini ailə üzərində - onun qurulması, qorunması, keyfiyyətli edilməsi üzərində çox təkid göstərir. Ailə barəsində geniş söhbətlər var. Həm kişi, həm də qadın öz növbəsində ailəni səmərəli etməyə, ailə həyatının şirinləşdirilməsinə və bu mühitin səmimiləşdirilməsinə borcludurlar. Bu, qadının və ərin vəzifəsidir.

Cümə namazı xütbəsindən; 11 oktyabr, 1986

Risalət qəzeti

Pozğunluq faciəsi – ailəyə marağın sönməsinin amili

İnsanı, qadın və kişini ailəyə bağlayan vasitələrdən biri budur ki, onların cinsi ehtiyacı və insani hisslərdən olan ehtirasları ailədə təmin olunur. Əgər qadın və kişi ailədən başqa bir mühitdə, cəmiyyətdə, təhsil aldığı, yaxud işlədiyi yerdə və ya hər hansı bir qanunsuz məkanda cinsi ehtiyaclarını təmin edə bilsə, bundan törəyəcək ən ağır nəticə odur ki, ailənin qadın və kişi arasında yaratdığı bağlılıq itib məhv olacaqdır. Ailə, öz həyat yoldaşından başqa bir xanımı tanımayan kişi və öz ərindən başqa bir kişini tanımayan iffətli və ismətli qadın üçün olduqca əhəmiyyətli və cazibəlidir. Ehtirasını bayırda təmin edən kişi və qadın üçün isə belə deyil. Məhz buna görə, cəmiyyətdə fəsad yayıldıqda, cinsi pozğunluq baş aldıqda, kişi və qadın ailə qurmağa rəğbət göstərməyəcək, cavanın ailə qurmağa meyli sönəcək, qız və oğlanın evlənməyə marağı qalmayacaq.

Bildiyiniz kimi, bugünkü dünyada və Qərb mədəniyyətində vəziyyət belədir. Əlbəttə, Qərb mədəniyyəti Qərb kapitalizminin mənfur üslublarından qaynaqlanır. Lakin təəssüf ki, bütün dünyaya hətta qeyri-kapitalist ölkələrə və üçüncü dünyaya da keçmişdir. Oralarda da bir mədəniyyət kimi formalaşmışdır və bildiyiniz kimi, oğlan və qızlar çoxdandır ki, ailə qurmağa meyl göstərmirlər. Nikah yaşı çox yuxarıdır. Halbuki İslam dinində bu yaş daha tez göstərilir. Əgər cəmiyyətdə fəsad yaransa, ailənin təməlləri zəifləyər, amma ailə məsələsinə əhəmiyyət verilsə, o cəmiyyətdə fəsadın inkişafı üçün şərait yaranmaz. Bu, cəmiyyətdə cinsi pozğunluğun yaranmaması və ehtirasların qeyd-şərtsiz, tam sərbəst təmin olunmaması üçün İslam dinində bəyan olunan ən əhəmiyyətli məsələlərdəndir. Bu, ailəni qorumaq üçün mühüm məqamdır. Ailə hər bir kişi və qadının hüzur və dinclik ocağı olmalıdır.

Cümə namazı xütbəsindən; 11 oktyabr, 1986

Risalət qəzeti

Ailə qurmağın meyarları

Ola bilsin deyəsiniz ki, indi məhərrəm ayıdır. Amma təmtəraqdan, israfçılıqdan və digər yanlış elementlərdən uzaq olan İslam nikahı məhərrəm və qeyri-məhərrəm tanımır. Belə nikah həmişə mübarəkdir. Ey cavanlar, ailə qurmağa tələsin. Ey ata və analar, ailə qurmağa hazır olan oğul və qızlarınızı evləndirin. Bu qədər çətin şərtlər qoymayın. Ey qız ataları, qızlarınızı pullu, kübar, vəzifəli və adlı-sanlı kürəkənlər üçün saxlamayın. Əgər bir cavan mömin, müsəlmandırsa, oğlan və qız hər ikisi müsəlman, eyni səviyyəlidirlərsə və nikah işləri hazırdırsa, onları evləndirin. Onların nikah yolunun qarşısında bu qədər maneələr yaratmayın. Ey oğul ataları, xüsusən də oğul anaları və ey kürəkən olmaq istəyən oğlanlar, nikah zamanı İslam meyarlarına diqqət yetirin. Həmişə gözəllik arxasınca getməyin. Nə qədər gözəl olmayan çöhrələr var ki, gözəl ürəklər üzərindədirlər. Gözəl olmadıqları üçün evdə qalmağa məhkum olan qızların nə günahı var?! Niyə bəziləri bu qədər zülm edirlər? Niyə İslam dəyərlərini görməzliyə vururlar? Nə üçün yaş və görkəm onlar üçün bu qədər təyinedicidir? Niyə bir qədər yaşlı olan, yaxud çox da gözəl olmayan

səh:45

mömin qızlar nikah nemətindən, ailə və uşaq tərbiyə etməkdən məhrum olmalıdırlar? Belə pak qadınlardan tərbiyə alan övladın xoş halına! Xoş o kişinin halına ki, evində belə bir pak və müqəddəs xanımı var! Şah dövrünün meyarlarını özünüzdən kənarlaşdırın. Atalar, analar, nikah məsələsində Allahdan qorxun. Quran bizə bu qədər deyir, İslam bizə bu qədər deyir ki, mehriyyəni ağırlaşdırmayın, ağır cehizlər dalınca getməyin, ad-san və vəzifə dalınca qaçmayın. Müsəlman oğlanın və müsəlman qızın hər ikisi dini görüşə sahib, hər ikisində mömin ürəyi... Bunlar bir-biri ilə eynidirlər. Qoyun müştərək həyatlarını başlasınlar! Bu məsələ haqqında mənə nə qədər müraciətlər olur! Cavanlar, oğlan və qızlar şikayət edib yola gəlməyən ailələrinin əlindən gileylənirlər; xüsusən də, bəzi qızlar ata və analarından. Mən bu müqəddəs zamanda, bu müqəddəs mövzu barəsində, bu böyük izdihamın qarşısında, cümə namazı xütbəsində xahiş edirəm ki, Allahın hökmünə qayıdın. Allahın sözünə dəyər verin.

Cümə namazı xütbəsindən; 28 noyabr, 1980

Gəlin və kürəkən seçimində İslam meyarlarına riayət etmək

Övladınız üçün seçdiyiniz qız və oğlanı təkcə İslam qaydalarına əsasən seçin. Baxmayın ki, oğlanın işi nədir, gəliri nə qədərdir, hansı ailədən və təbəqədəndir. Baxın, görün mömindirmi, inqilabçıdırmı, İslam və Qurana tabedirmi, nəcabətlidirmi; sonra qızınızı ona verin. Övladınız üçün qız seçərkən baxmayın ki, zahiri baxımdan, gözəllik və yaraşıq cəhətindən hansı həddədir. Baxın, əgər nəcibdirsə, mömindirsə, inqilabçıdırsa, bu qızı övladınız üçün seçin. Bu bir vəzifədir.

Cümə namazı xütbəsindən; 15 avqust, 1980

Nikahda yanlış meyarlar

Mənim təsəvvürümdə olan meyarlar bizim dindar təbəqə arasında olan meyarlardan çox da fərqli deyil. Mən bəzi meyarları inkar etməyə təkid göstərirəm. Yəni mənim təkid göstərdiyim məsələlər bir meyar çərçivəsi təqdim etmək deyil. Çünki bildiyiniz kimi, İslam dini meydanı açıq qoyub. Bu din birinci dərəcəli dəyərlər göstərsə də, xalqı yüz faiz həmin çərçivədə qalmağa məcbur etmir. Buna görə də, mən meyar təyin etmək istəmirəm. Lakin, bəzi meyarları rədd etməyə təkid göstərirəm.

Mənim kəskin surətdə rədd etmək istədiyim məsələlərdən biri var-dövlət məsələsidir. Yəni istər oğlan, istərsə də qız evlənmək istədikdə, yoldaşının və elçisinin var-dövlətinə diqqət yetirməməlidir. Məncə bu, azdırıcı bir məsələdir. Bu, real cazibə deyil və nəzərə alınmamalıdır. Bu, bizim özümüz haqda da belə olub. Mənim iki övladım ailə qurduqda, bu məsələ ümumiyyətlə diqqət mərkəzində olmayıb.

Diqqət yetirilməsi lazım olmayan başqa bir məsələ ictimai şəxsiyyət məsələsidir. Bu da meyar deyil. Mənim qulağıma çatır ki, bəziləri öz qızları üçün elə oğlan, yaxud oğlanları üçün elə qız axtarırlar ki, tanınmış bir şəxsiyyətə, yaxud tanınmış vəzifəyə bağlı olsunlar. Xoşbəxtlikdən, bu məsələ oğlan və qızların özündə çox da görünmür, əsasən ata-analar belə düşünürlər. Məncə bu da yanlış meyardır.

Bəzi məsələlər zahiri cəhətdən cavanların diqqətini cəlb edir. Amma məncə bunlar da nikah zamanı meyar seçilməməlidir. Məsələn, oğlan və qızlar çalışırlar gözləri tutanı və onları cəzb edəni seçsinlər. Bu da bizim kəskinliklə çəkindirmək istədiyimiz məsələlərdəndir. Biz istəyirik oğlan və qızlar belə tələlərə düşməsinlər. Bunlardan əlavə, mümkündür bir qız və ya oğlan öz gələcək yoldaşının ali təhsilli olmasını istəsin, amma başqa birisi buna əhəmiyyət verməsin. Mən müsbət meyarların məhdud olmadığından bir misal çəkdim. Yaxud məsələn, biri ölkənin filan bölgəsindəndir, həyat yoldaşının da

səh:46

mütləq o bölgədən olmasını istəyir. Yəni yol açıqdır. Bəzilərinin ürəyi istəyir ki, yoldaşları mütləq Allah yolunda fədakarlıq etmiş, zəhmət çəkmiş insanlardan, müharibə əlillərindən, yaxud şəhid ailələrindən olsun və s.

Bəziləri bunu öz meyarları bilmirlər. Mən ona görə müsbət meyar göstərmək istəmirəm ki, bu, onun məhdud olması kimi başa düşülməsin. Yalnız mənfi sərhədləri göstərmək istədim. Biz əlbəttə, öz övladlarımızda daha çox bu məsələlərə diqqət yetirmişik.

İranlı və xarici qadınlarla sual-cavab məclisindəki çıxışdan; 11 oktyabr, 1998

Qız və oğlanın zövq və istəyinin riayət olunması

Əlbəttə, mən lazım bilirəm ki, qız və oğlanın öz zövq və istəyinə riayət olunsun. Mən həqiqətən şərt bilirəm. Baxmayaraq ki, qızın və oğlanın razılığı nikah əqdinin düzgünlüyündə şərtdir. Amma hüquqi məsələlərdəki razılıq mənim iki nəfərin ailə izdivacının reallaşmasının şərti bildiyimdən başqadır.

İranlı və xarici qadınlarla sual-cavab məclisində çıxışdan; 11 oktyabr, 1998

İzdivacda məhəbbət

Mənim ürəyim istəyir şərait elə olsun ki, mütləq məhəbbət vücuda gəlsin. Yəni ümumiyyətlə məhəbbətsiz baş verməsin. Demirəm ki, nikahdan qabaq məhəbbət olsun, yox, bunu demirəm. Amma ümumilikdə bəyənmək olsun. Həm qız o oğlanı bəyənsin, həm oğlan qızı bəyənsin və bu bəyənmə uzunömürlü məhəbbətin yaranmasına şərait yaratsın. Düzdür, məhəbbət itə də bilər, amma dərinləşə də bilər. Bu, insanın öz əlindədir.

İranlı və xarici qadınlarla sual-cavab məclisindəki çıxışdan; 10 oktyabr, 1998

Qız və oğlanın yola getməsi - nikahın əsasıdır

Nikahın əsası qız və oğlanın yola getməsidir. Gərək bir-biri ilə razılaşsınlar. Bu, “yola getsinlər” sözünün çox dərin mənası var. Mən bir dəfə İmamın yanına getdim. O, əqd xütbəsi oxumaq istəyirdi. Məni gördükdə dedi ki, gəl birinin vəkili sən ol. O, nikah əqdi oxuyanda bizim kimi uzun-uzadı danışmırdı. Əvvəl əqdi oxuyurdu, sonra iki-üç qısa cümlə deyirdi. Mən gördüm o əqdi oxuyandan sonra üzünü qız və oğlana tutub dedi: “Bir-birinizlə yola gedin”. Mən fikirləşib gördüm ki, biz bu qədər danışırıq, amma İmamın sözü “bir-birinizlə yola gedin” cümləsidir. İndi mən də demək istəyirəm ki, siz qız və oğlanlar bir-birinizlə yola gedin. Yola getmək və razılıq əsas məsələdir. Bəy və gəlinin, qız və oğlanın, ər və arvadın yola getməsinə qarşı olan hər bir şey yad ünsür bilinməlidir. Bu qaydanı unutmayın! İnşallah Allah-Taala öz xeyir-bərəkətlərini sizə nazil edər.

Ümidvarıq Allah oxuduğumuz bu nikahları mübarək etsin! Bu qızlar və oğlanlar ailələrə sevinc gətirsinlər və Allah onlara pak nəsil bəxş etsin!

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

səh:47

Gənc cütlüklərə tövsiyə

Oxuduğumuz bu nikah əqdinin sözləri zahiri bir məsələdir. Bununla sizin aranızda bir halqa vücuda gəlir. Qız və oğlanın bütün səyi bunu qorumaq olmalıdır. Məbada gileylər, bezikmələr, artıq istəməklər, artıq gözləntilər, sevgisizliklər və bəzən digərlərinin müdaxilələri ilə bu ocaq sarsılsın. Mühüm olan budur. Həm qız, həm oğlan çalışıb bu cütlük halqasını qorusunlar. Bu halqanı necə qoruya bilərsiniz? Əlbəttə, ağıllı, zirəng, hissiyyatlı və sadiq vicdanlı adamlar yolunu tapırlar. Bu, qarşılıqlı etimad və məhəbbətlə qorunur. Qadın kişiyə nəyisə əmr və məcbur etməsin. Kişi də qadına hegemonluq etməsin, artıq istəməsin. İki dost kimi, iki şərik kimi bir-biri ilə səmimi olsunlar və bu ailə ocağı qorunsun.

Nikah mərasimində çıxışdan; 11 iyul, 2001

Asan izdivac

İslam sürətli, asan və əlavə şərtləri olmayan izdivaca həvəsləndirir. İstər qız, istər oğlan çox boyunduruqlar olmadan, cinsi meyl dövründə İslam tərəfindən ailə qurmağa dəvət olunublar. Bu məsələnin özü bu fəsadların mühüm hissəsini azaldır.

İslam nikah məsələsini asanlaşdırıb. Görürsünüz İslamın erkən çağlarında Allahın rəsulu (ə) məscidə gəlib elan edir ki, bu xüsusiyyətlərə malik olan bir qız var, kim ona elçilik etmək istəyir? Bir gənc qalxıb deyir ki, mən. Buyurur ki, misal üçün, mehri nə qədər edirsən? Bu deyir ki, misal üçün, bu qədər xurma, bir səbət xurma. Əziz Peyğəmbər (ə) qız tərəfindən qəbul edir. Orada ayaq üstə nikah əqdini oxuyur, qızı bu oğlana verirlər, sonra da deyirlər ki, gedin evinizə. İslamda nikah vəziyyəti belədir.

Bu əlavə xərclər, sonradan yaranmış bu xüsusiyyətlər insanların cəhaləti səbəbindən qarşıya çıxmış artıq işlərdir. Bunların heç birinin düzgün məntiqli kökü yoxdur.

Cümə namazı xütbəsindən; 9 avqust, 1986

Risalət qəzeti

Yanlış ənənələr və izdivacda çətinlik yaratmaq

Ey müsəlman ailə! Ey oğul və qız sahibi olan ata və analar! Ey inqilab edən şəxslər! Bu cahil və tağut ənənələrini, izdivac işində bu yersiz çətinlikləri kənara qoyun. Yanlış ənənələrə bu qəbər boyun əyməyin. Ənənə İslam ənənəsi deyil. Allahın rəsulu özünün bütün ailəsini çox az məbləğə bizim dövrümüzdə təxminən beş yüz tümən mehrə əqd etmişdir. Başlıq pulu deyilən bir şey və ağır mehrlər bizim əziz gənclərimizin, bizim müsəlman qız və oğlanlarımızın izdivac yaşlarında ailədən məhrum qalmasına səbəb olur.

Cümə namazı xütbəsindən; 15 mart, 1980

Ağır mehriyyə və nikahın alverə çevrilməsi

Nikahda əsas məsələ bir insani məsələdir, maddi yox. İslam mehr müəyyənləşdirib, amma onu alış-veriş formasında göstərməyib. Burada alış-veriş yoxdur. Burada hər iki tərəf müştərək bir yerdə sərmayə qoyur. Belə deyil ki, alış-verişdə olduğu kimi, siz bir şey verib, başqa bir şey alasınız. Xeyr, burada alıb-vermək yoxdur. Burada hər iki nəfər öz sərvətini müştərək kassaya qoyur və hər ikisi ondan istifadə edir. Nikahda məsələ bundan ibarətdir.

Buna görə də, burada maddiyyatın rolu çox zəif olmalıdır. Biz, “mehriyyələri ağır etməyin” - dedikdə bunu nəzərdə tuturuq. Biz mehriyyənin filan miqdardan artıq

səh:48

olmamasını dedikdə, mənası bu deyil ki, o miqdardan artıq olsa, əqd batildir və ya haramdır. Xeyr, əqd düzgündür, amma iş yanlışdır.

Bəziləri bir neçə milyon tümən mehriyyə qoyurlar. Yəni insani bir məsələ olan nikahı alverə, bazarlığa çevirirlər. Bu, insana və qanuna qarşı həqarətdir. Bu, yanlış bir işdir.

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Öyünməkdən uzaq durmaq

Bəzi insanlar da duyğusal insani və vicdani bir iş olan nikahı öyünmə səhnəsinə çevirirlər. Misal üçün, deyirlər ki, bizim cehizimizdə bunlar vardı, sizin qızınızın cehizində bunlar varmı? Fəxr etmə və öyünmə! Yaxud misal üçün, deyirlər ki, biz toyumuzu filan sarayda keçirdik. Əlbəttə, indi təəssüf ki, hotellərdə keçirmək adət olmuşdur. Bu çox pis işdir. Hətta bəzən eşidilir, yaxud görünür ki, gözlənilməyən bəzi şəxslər öz toy mərasimlərini şöhrət üçün hotellərdə və saraylarda keçirirlər. Xeyr, nikah mərasimini evdə, öz mənzilinizin həyətində, özünüzün, yaxud qonşunuzun evinin həyətində keçirin və camaatı dəvət edin. Necə ki, həmişə belə olmuşdur. Belə mühitlər ailəvi ünsiyyət mühitidir. Bir qrup dost, qohum-əqrəba, qızın, yaxud oğlanın tay-tuşu, məktəb dostları, oğlanın iş yerində, yaxud məktəbdəki dostları toplaşır, şadlıq edirlər. Bu düzgündür.

Bizim bunu şöhrət vasitəsinə çevirməyimiz çox səhvdir. Həm izdivac mühitini maddiyyata bulayır, həm bu pak və zərif vicdan səhnəsini şöhrət, lovğalıq və israfçılıq səhnəsinə çevirir, sonra da bu qız və oğlan əvvəldən vərdiş edirlər ki, onların həyatı dəbdəbəçilik və israfçılıqla keçməlidir. Nə üçün? Qoyun əvvəldən orta bir yaşayışa adət etsinlər.

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

Ağır mehr və cehiz izdivacın gecikməsinin amili kimi

Öz övladlarınızın izdivacını asanlaşdırın. Çünki yüksək mehrlər və ağır cehizlər istəmək gənclər arasındakı nikahın gecikməsinə və güman ki, baş verməməsinə səbəb olacaq.

İmdad Komitəsinin işçiləri və yeni gəlinlərlə görüşdə çıxışdan; 24 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Lazımsız işlərin və dəbdəbəçiliyin izdivacdan çıxarılması

Ata və analar izdivaca lazım olmayan işlərdə çətinlik yaratmasınlar. Gənclər çətinlik yaratmırlar. Qoyun İslam nikahı baş versin. Qoyun İslam cəmiyyətində yaşayan müsəlman qız və gənc qadının izdivacı Fatimeyi-Zəhranın (s) izdivacı kimi olsun; mənəvi və ilahi eşqin birləşməsi ilə, mömin və müsəlman qadın və kişi arasındakı bənzərsiz şövqlə, iki ilahi və şərafətli tərəf arasında sözün həqiq mənasında həmkarlıq və yoldaşlıqla bir izdivac baş versin; amma bütün təşrifatdan, puç, mənasız və zahiri bərbəzəklərdən uzaq halda.

Tehran, Təbriz və İsfahan şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İzdivacda sadəlik

Dəbdəbəçilik cəmiyyət üçün zərərli və pisdir. Dəbdəbəçiliyə qarşı çıxan şəxslər onun ləzzətlərindən xəbərsiz deyillər. Xeyr, bu, cəmiyyət üçün zərərlidir; zərərli bir dərman, yaxud qida məhsulu kimi. Artıq dəbdəbəçiliklə cəmiyyət ziyan görür. Əlbəttə, normal və məntiqli həddində eybi yoxdur. Amma həmişə rəqabət və müsabiqə məsələsi qarşıya

səh:49

çıxdıqda ümumiyyətlə öz həddini aşır və başqa yerlərə çıxır. Bu cəmiyyət üçün zərərlidir. İndi biz bu zərərli işi izdivac məsələsinə daxil etsək və ondan istifadə etmək istəsək, bu daha həddən artıq səhv və çox pis iş olacaq.

Bu səs-sədalı qonaqlıqlar, hotel tutmaq, artıq xərclər tağut adamlarının işi idi. Bu yaxınlarda qəzetdə də bir nümunəsini yazmışdılar. Çox yaxşı edib yazdılar. Qoy camaat bilsin ki, bu işlər çirkindir. Bizlər həmişə öz evimizdə bir, yaxud iki otaqda toy və əqd mərasimləri keçirirdik. Əgər bu olmasaydı, qonşudan borc alırdıq. Bir qədər şirniyyat və meyvə düzülürdü. Deyirdik, gülürdük, zarafat edirdik, çox şən vaxt keçirirdik. Əlbəttə, kübar çevrə və Allahın lütfü ilə məhv olan adamlar belə keçirmirdilər. Onlar bununla qane olmurdular. Hotellərdə dəbdəbəli qonaqlıqlar təşkil edirdilər.

İndi biz iş başına gəlib yenidən onların işini təkrarlamamalıyıq. Əgər təkrarlasaq, biz də onlar kimi olacağıq. O pis idi. Belə deyil ki, insan xərcli bir iş görə bilməyəndə görməsin, lakin görə biləndə gedib etsin. Bəs nə oldu? Düzgün məntiq bunu demir. Sadə olmaq lazımdır. Cehizləri sadə edin. Əgər cehiz qızın ehtiyaclarını təmin edirsə, yaxşıdır, gərək dəbdəbəçiliyə sarı getməsin.

Nikah mərasimində çıxışdan; 11 iyul, 1991

İzdivacda maneələrin aradan qaldırılması

Qadının düşüncə və duyğu meydanının yüksəlməsi və böyüməsi üçün ən əhəmiyyətli addımlardan olan izdivacı və ailə qurmaq məsələsini problemlərlə qarşı-qarşıya qoymayın. Ağır mehrlər, qızlarının həyat yoldaşına qarşı çətin şərtlər nikahın böyük maneələrindəndir. Eləcə də oğlanların və kişilərin qız seçimindəki çətinlikləri böyük məneələrdəndir. Gənc oğlanlara nəsihət edirəm ki, evlənsinlər, nəsihət edirəm ki, nikahda qızların təqvasını və iffətini nəzərə alsınlar, gözəlliyini yox. Gözəllikdən məhrum olan çox qızlar var ki, ən yüksək insani xüsusiyyətlərə malikdirlər. Onları istəyin və onların qədrini bilin.

Terrordan qabaqkı cümə namazının son xütbəsi: 24 aprel, 1981

Peyğəmbər (s) sünnəsinin ziddinə olan məcburi nikah

Mənə məktub yazıblar ki, yoxsul olan inqilabçı gənclərlə evlənmək istəyən bəzi qızların ata və anaları bu nikaha qarşı çıxırlar. Onları zorla pullu, vəzifəli, lakin inqilabçı olmayan şəxslərə verirlər.

Qızlar etiraz edirlər, oğlanlar etiraz edirlər. Sizi and verirəm Allaha, nikah işində Allahın hökmünü və Peyğəmbərin sünnəsini rəhbər tutun.

Cümə namazı xütbəsindən; 6 mart, 1981

İslam və həyat yoldaşı seçimində qadının azadlığı

Qadın bir zövcə və həyat yoldaşı olaraq müxtəlif mərhələlərdə İslamın xüsusi diqqət mərkəzində olmuşdur. İlk növbədə həyat yoldaşının seçimi məsələsi durur. İslamın fikrincə qadın həyat yoldaşının seçimində azaddır və heç kəs onu məcbur edə bilməz.

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Həyat yoldaşı seçimi hökmlərində İslamın qadını müdafiə etməsi

Həyat yoldaşı seçimində İslamın hökmləri ailə qurmağın əvvəlindən qadınlara kömək istiqamətindədir. Çünki bəzi kişilər qadınlara qarşı hegemonluq, zülm və təcavüz edirlər. İslam bu zülmlərin qarşısında dayanmışdır.

səh:50

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Məcburi nikahlar

Mən eşitmişəm ki, bu vilayətdə bəzi atalar öz qız övladlarını kiçik yaşlarda məcburi nikahlara vadar edirlər. Bu, İslamın istədiyinin və dediyinin tam əksinədir. Əgər belə bir şey doğru olsa, əgər bu vilayətdə, yaxud digər vilayətlərdə atalar özlərinin azyaşlı qızlarını məcbur etsələr, onların razılığı olmadan ərə versələr, qadına zülm istiqamətində hərəkətdir, qadın hüquqlarının ziddinə olan bir hərəkətdir, qanunun tədbir görməli olduğu bir məsələdir.

Hörmüzqan qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

İzdivacda qadının iradəsi

Allah bütün işlərdə, o cümlədən izdivac məsələsində qadın və kişinin iradəsinə hörmətlə yanaşmışdır. Buna əsasən, İslama görə qızları kişilərlə evlənməyə məcbur etmək haramdır və qızın razılığı olmasa, icazəli deyil.

Günbədin şəhid ailələrinin toplantısında çıxışdan; 19 oktyabr, 1995

İslam Cümhuriyyəti qəzeti

Nikah məsələsində qızların istəyinin riayət olunması

Nikah məsələsində qızların istəyinə diqqətsizlik, hörmətsizlik, onları görməzliyə vurmaq, onlara hər hansı bir haqsızlıq İslamın istədiyinin ziddinədir. İslam quruluşunda bütün yerlər kimi evlərdə də ədalət bərqərar olunmalıdır.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Ailədə qadın və kişi münasibətləri

Ailədə qadın və kişinin ruhiyyələrinin fərqi

Kişi və qadının hər birinin xarakteri və xüsusiyyəti vardır. Ailə daxilində kişinin işini və ruhiyyələrini qadından gözləmək olmaz, qadın ruhiyyələrini də kişidən gözləmək olmaz. Onların hər birinin bir növ təbii və ruhi xüsusiyyətləri vardır. Bəşərin məsləhəti, cəmiyyətin məsləhəti, qadın və kişinin ictimai quruluşunun məsləhəti budur ki, ailə daxilində kişi və qadın münasibətlərində onların ruhiyyələrinə və xüsusiyyətlərinə dəqiqliklə riayət olunsun. Əgər riayət olunsa, həm bu xoşbəxt olacaq, həm də o.

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Ədalətli və məhəbbətli rabitə

Qadın və kişinin bir-biri ilə münasibətləri tamamilə ədalətli, İslama uyğun, düzgün və məhəbbətli olmalıdır. Onun-bunun rəftarı təsir qoymur, yəni onun-bunun təhsili ümumiyyətlə bir iş görməyə macal tapmır. İrad qadın və kişinin rabitəsinə və mövcud olan müxtəlif bağlılıqlara qayıdır və qadına zülmlə sonuclanır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Ailə qurmaqda qadın və kişinin müştərək vəzifəsi

Hal-hazırda ev və qadının ailədə rolu qadın və kişilərin özləri üçün bir problemə çevrilmişdir. Halbuki mənim fikrimcə heç bir problem yoxdur. Bu aydın bir məsələdir.

səh:51

Əvvəla ailənin idarəsi qadın və kişi arasında müştərəkdir. Belə deyil ki, ailələrinin idarəsində qadınların rolu və vəzifəsi olmasın, amma kişilərin olsun.

Kişi və qadının hər ikisi müştərək surətdə ailənin qurulması üçün işləməyə borcludurlar. İslamın ailəyə verdiyi önəmə əsasən, müsəlman bir qadın və ya kişinin əsas işi ailə qurmaqdır (onların həyatları bunun üzərində bərqərar olur). Bu vəzifə müştərək surətdə qadın və kişinin öhdəsinə düşür.

Günün qadını jurnalına müsahibədən: 4 mart, 1985

Sevgi və mehribanlıq əlaqəsi

Qadın və kişinin düzgün rabitəsi budur: məhəbbət, mərhəmət, dostluq rabitəsi, mehribanlıq rabitəsi, həm bir-birini sevsinlər, bir-birinə eşq bəsləsinlər, həm də bir-biri ilə mehriban olsunlar.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Eşq ailənin özülü kimi

Ümumiyyətlə belə qeyd-şərtsiz rabitə ailə ocağı üçün həlakedici zəhərdir. Çünki ailə eşqlə yaşayır. Ümumiyyətlə ailənin özülü eşqlədir. Əgər bu eşq - gözəlliyə eşq, qarşı cinsə eşq yüz başqa yerdə təmin olunsa, daha ailənin möhkəmliyi üçün güclü dayaq məhv olacaq və ailələr dağılacaq.

Gənc günü münasibəti ilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Qərbdə ailə ocağının dağılması

Baxın, bu gün Amerika və İngiltərədə homoseksualizm rəsmi və qanuni olmuşdur. Onlar bundan xəcalət çəkmirlər də. Elə bir iş görürlər ki, biz onu danışmağa utanırıq, həya edirik. Bizim xalqımız bilsin: İki həmcinsin evlənməsinin qanunla mümkün olduğu bir ölkədə ailənin təməli qalarmı?

Bu gün iqtidar sahibləri və onların təbliğatçılarını çıxmaq şərti ilə, Amerika və Avropanın sadə, orta təbəqəsi ailə təməllərinin sarsılmasından narahatdırlar. Qadın və kişilər ailə institutunun məhv olmasından eyni dərəcədə əziyyət çəkirlər. Bu günü-gündən artır və əlbəttə, axırıncı zərbədir. Ailə insanın hüzur yeridir. Rahat və dinc ailə olmadan heç bir insan həyatın həqiqi ləzzətini dada bilməz. Onlar bu təməlləri dağıdıb məhv edirlər. Bu, Qərb mədəniyyətidir. Belə azadlığın, pozğunluğun, çılpaqlıq mədəniyyətinin və qadın-kişi qarışmasının nəticəsi məhz budur.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Dünyada ailə böhranı - qadın və kişi münasibətlərində yanlış baxışın nəticəsi

Bu gün dünyada əsaslı bir problem olan ailə məsələsi haradan qaynaqlanır? Qadın məsələsinə baxış tərzindən, yaxud qadın və kişi əlaqələrinə baxışdan qaynaqlanır. Nə üçün bəşər varlığının təbii və əsaslı bir orqanı olan ailə indi dünyada bu qədər böhrana düçar olmuşdur? Belə ki, əgər bugünkü, necə deyərlər, sivil qərb dünyasında kiminsə hətta çox yumşaq şəkildə ailənin təməlinin möhkəmləndirilməsinə dair bir sözü olsa, onu yaxşı qarşılayırlar. Həm qadınlar yaxşı qarşılayır, həm kişilər, həm də uşaqlar. Əgər siz dünyadakı ailə məsələsinin bu cəhətini araşdırsanız, ailə məsələsində vücuda gələn

səh:52

böhranı düzgün və diqqətli şəkildə araşdırsanız, görərsiniz ki, bu, iki cinsin münasibətlərinə, birgə yaşayışına və qarşılıqlı əlaqələrinə aid məsələlərin həll olunmamasından irəli gəlir. Başqa sözlə, baxış yanlış baxışdır. İndi biz kişilərin düzəltdiyi fikir məcmusunda dayanıb deyirik ki, qadın məsələsinə baxış düzgün deyil. Ancaq demək olar ki, kişi məsələsinə baxış da düzgün deyil. Fərqi yoxdur. Yaxud iki cinsiyyətin keyfiyyətinə, yəni onların yer tutmalarına baxış yanlış baxışdır.

Qadınların mədəni-ictimai şurasının üzvləri, tibb üzrə mütəxəssis və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Mehribanlıq və hörmət

Siz əgər bir-birinizlə mehriban, uyğun, həmkar və bir-birinizin sirdaşı olsanız, həyat səmimi, övladlarınız da mənəvi və əxlaqi baxımdan sağlam olacaq.

Kişilər həyat yoldaşları üçün, qadınlar da ərləri üçün həqiqi hörmət tanısınlar. Bir-birinin ürəkdən etimadını qazansınlar.

İmdad Komitəsinin işçiləri və yeni gəlinlərlə görüşdə çıxışdan; 24 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Həyat yoldaşı və övladlarla rəftar üsulları

Çox əhəmiyyətli məsələlərdən biri evin daxilində işləməyin, yəni həyat yoldaşı və övladlarla rəftarın düzgün üsullarını öyrənməkdir. Səbirli, dözümlü, fədakar və yaxşı əxlaqlı çox yaxşı qadınlar var. Amma öz həyat yoldaşları və övladları ilə rəftar üsullarını düzgün bilmirlər. Bunlar elmi məsələlər və elə məsələlərdir ki, bəşərin təcrübəsi ilə günbəgün inkişaf etmiş, yaxşı mərhələlərə çatmışdır. Bu sahələrdə məlumatı və təcrübəsi olan şəxslər bu üsulları tapmalı və xanımlara yol göstərməlidirlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Ailədə qadının yeri

Qadın - ailənin keşikçisi

Ailəni qadın vücuda gətirir və idarə edir. Bunu bilin ki, ailənin təşkil edilməsinin əsas elementi qadındır, kişi deyil. Kişisiz ailə ola bilər...

Ailənin qadını əgər ağıllı, düşüncəli və evdar olsa, ailəni qoruyar. Amma əgər bir ailədən qadın alınsa, kişi ailəni qoruya bilməz. Buna əsasən, ailəni qadın qoruyur.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müsəlman qadın – ailənin əsas sütunu

Müsəlman qadının ailədə vəzifələri var. Bu, ailənin əsas sütunu olması, övladların tərbiyəsi, həyat yoldaşının ruhi hidayəti və gücləndirilməsidir.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Ailə duyğularının əsas mərkəzi

Analıq, xanımlıq, ev və ailə məsələsi olduqca əsas, çox mühüm və həyati əhəmiyyət daşıyan məsələlərdəndir. Bizim bütün layihələrimizdə ailə əsas olmalıdır. Siz əgər tibdə və ya hər hansı bir sahədə ən böyük mütəxəssis olsanız, amma ev xanımı olmasanız, kamil deyilsiniz.

səh:53

Siz bu işlərlə yanaşı həm də evin xanımı və evdar xanım ola bilərsiniz. Əgər bu barədə kamil olmayan bir bənzətmə işlətmək istəsək, gərək kraliça bal arısına bənzədək. Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməlidir, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, onun xarakteri qadına nisbətən daha xamdır, bəzi meydanlarda zəifdir, daha tez sınır. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir; hətta ananın nəvazişi yox. Bu həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bu məsələni bilirlər. Əgər bu duyğular evin əsas mərkəzinə, yəni evdar xanıma ehtiyaclı olmasa, ailə mənasız bir formaya çevriləcək.

Ölkə xanımları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Ailə miqyasında qadının daha artıq hüququ

İslam, qadını özünün həqiqi yerinə qoymuşdur. Qadın ailə miqyasında və övladlarla münasibətdə daha çox hüquqa malikdir. Çünki daha çox zəhməti çəkir və Allahın ədalətinə əsasən, daha üstün hüquq dəyəri də ona məxsusdur.

Şəfqət bacıları, tələbələr və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

Nəsil yaratmaqda qadının daha çox rolu

Ailənin quruluşuna gəlincə isə, əvvəla qadın və kişinin rolu təbii surətdə eyni cür olmamışdır və ikincisi də budur ki, bir miqdarda deyil. Yəni onların ailə quruluşunda oxşar rolları yoxdur. Eləcə də hər birinin rolu da eyni miqdarda və ölçüdə deyil. Hər birinin özünəməxsus kəmiyyəti vardır.

Deməli, ailənin idarəsində qadın və kişinin hər ikisinin rolu var; ancaq hər birinin xüsusi və müəyyən miqdarda rolu vardır. Misal üçün, əgər insanın əsas işlərindən biri olan nəsil artımındakı qadın və kişinin rolunu təsəvvür etsək, görürük ki, bu sahədə kişinin rolu daha az, qadının rolu isə daha çox və daha uzunmüddətli roldur. Misal üçün, qadında hamiləlik və övladının südəmərlik dövrü var. Ümumiyyətlə övlada baxmaq imkanı qadında kişinin imkanından çoxdur və sair. Deməli, ailənin idarəsində qadın və kişinin hər ikisi şərikdirlər. Amma hər birinin xüsusi növlü və xüsusi miqdarda rolu vardır.

Biz düşünürük ki, qadın, ilk baxışda bizim ictimai sistemimizin əsası bildiyimiz səmimi ailənin məsuliyyətini daşıyan ən böyük və ən birinci şəxsdir. Bu, kişinin öhdəsində deyil. Kişi bunu ümumiyyətlə, bacarmaz. Biz inanırıq ki, qadının yaradılış forması ona belə bir məsuliyyəti daşımağa kömək edir. Bizcə, qadının nazir və ya Baş nazir olması onun üçün fəxr deyil. Fəxr budur ki, o, öz ailəsinin mühitini gözəl şəkildə idarə etsin. Əlbəttə, bu zaman o, nazir və ya baş nazir də olsa, heç bir eybi yoxdur və bu, onun şərəf və iftixarını daha da artıracaq.

Biz heç vaxt qadını ərə getməyə, uşaqlarını idarə etməyə və ailəsini qurmağa məcbur etmirik. Əgər qadının özü ailə qurmaq istəməsə, ailəni idarə etməsə, yaxud uşaqlarını dayəyə, ya uşaq baxçasına tapşırsa, ərinə restorandan yemək gətirməsini əmr etsə və özü gedib filan idarənin müdiri və yaxud filan nazir olsa, yaxud ölkədə hər hansı bir məsuliyyəti və vəzifəni idarə etsə, İslam Respublikasının höküməti ona “sənin bu işə

səh:54

haqqın çatmır!” - deyə bilməz. Onun buna haqqı var. Lakin İslam Respublikasının dəyərlər sistemində bir dəyər kimi qadının əsas vəzifəsinə - yəni ailəni qorumağa və onu canlı saxlamağa üstünlük veririk. Bizcə, bunun dəyəri daha artıqdır.

“İslam İnqilabının məktubu” nəşriyyəsinə müsahibədən: fevral, mart, 1982

Qadının uca məqamı

İnqilabdan qabaqkı iki-üç onillikdə Avropa mədəniyyətinin gəlişi səbəbindən ailənin təməli sarsılmışdır. Yəni ailə doğrudan da İslamda və bizim klassik mədəniyyətimizdə göstərilən prinsipiallığı, dəyəri və əzəməti itirmişdir. Ailə varsa, həyat yoldaşı və ana əsas üzvdür. Bu toplumda qadının çox əsaslı və uca yeri var. Bu səbəbdən, ailənin özü, yəni qadın sual altına düşdükdə və sarsıldıqda, orada heç bir şey öz yerində qalmır. Bunlar elə mövzulardır ki, üzərlərində doğrudan da çox diqqətlə düşünülməlidir.

İslamın bu məsələlər barəsində çox düzgün fikirləri və dəyərli tövsiyələri var. Bunu bizim cəmiyyətimizin qadınlarına inqilab bəxş etdi, onları cihad səhnəsinə, siyasətə, ölkənin əsaslı quruculuğunda - inqilabın quruculuğunda təsir səhnəsinə daxil etdi. Bu çox mühüm məsələdir və erkən İslam çağından başqa heç bir zamanla müqayisə olunası deyil.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar 1991.

Qadının ən təbii və ən fitri işi

Evdarlıq, həyat yoldaşını və övladları idarə etmək qadınlar üçün ən təbii və ən fitri işdir. Amma bu iş qadınların elm və mənəviyyat meydanlarında hər hansı bir bacarığını inkar etmir.

Ölkənin mütəxəssis qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Həyat yoldaşılıq və analıq - qadının əsas peşəsi

Qadının əsas peşəsi həyat yoldaşılıq və analıqdır. Bəziləri elə bilirlər ki, bu, qadına hörmətsizlikdir. Qadının görə biləcəyi ən mühüm iş analıq işidir. Düzdür, bəzi yerlərdə qadınların ictimai işləri bəlkə də obyektiv (eyni), yaxud yetərli (kifai) surətdə vacib də ola bilər. Amma istənilən halda, xanımlar ictimai fəaliyyətlərini analıq cəhətlərini qorumaqla yerinə yetirməlidirlər. Onların örnəyi həzrəti Fatimeyi-Zəhra (s) olmalıdır.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Qadının evdəki fəaliyyətinə keyfiyyət bəxş etmək

Sizin işiniz də var, həm də bayırdasınız, cərrahiyyə əməliyyatı da aparırsınız, xəstənizi də görürsünüz, elmi iş də görürsünüz, layihə də yazırsınız, universitetdə dərs də deyirsiniz. Bunların hamısı öz yerində, amma evin payını da nəzərə almalısınız. Əlbəttə, evin payında digər bütün məsələlər kimi kəmiyyəti keyfiyyətinə qurban vermək olar. Yəni qadının evdə 24 saat olması kəmiyyətini azaltmağın bir mənası var. Amma o 24 saatı azaltdıqda, keyfiyyətini yüksəltsəniz, o zaman başqa bir məna kəsb edəcək. Əgər o işinizin bu məsələyə zərər yetirdiyini görsəniz, onun üçün bir şey düşünməlisiniz. Bu əhəmiyyətli və əsaslıdır. Məcbur qaldıqda isə, heç. Bütün məsələlərdə qayda həddindən xaric olan zəruri işlər olur. Mən qaydanı deyirəm, istisnalarla işim yoxdur.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 14 yanvar, 1992

səh:55

Müsəlman qadınların ailə problemlərinin həlli yolları

Qadınların ən mühüm problemi təəssüf ki, ailə daxilindəki problemdir. Təəssüf ki, bəzən müsəlman qadının hörməti, məqamı və hüququ görməzliyə vurulur. Müsəlman xanımın coşqulu qadınlıq duyğularından istifadə edərək, onun hüququ və məqamı ondan əsirgənir. Bunu düzəltmək lazımdır. Bununla məşğul olmaq lazımdır. Mən dəfələrlə demişəm ki, bu işin mühüm bir hissəsi qanunverici orqanda çalışanların işidir. Başqa bir mühüm hissəsi də qadınların özlərinin öhdəsinədir. Əvvəla təhsillə, din bilgiləri və elm öyrənməklə (təkcə rəsmi təhsillərdən söhbət getmir), kitab və maariflə tanış olmaqla, kitabla ünsiyyətdə olmaqla mümkündür. Əsas bir hissəsi də İslamın ailədə müsəlman qadın və ümumiyyətlə qadın üçün nəzərdə tutduğu hüquqları bilmək səbəbindəndir. Əgər İslamın işarə etdiyi bu yoldan istifadə olunsa və o yol keçilsə, şübhəsiz, tarix boyu müxtəlif cəmiyyətlərdə - o cümlədən təəssüf ki, müsəlman cəmiyyətlərində qadına rəva görülən zülmdən əsər-əlamət qalmayacaq.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Ailədə qadın probleminin həlli

Əlbəttə, ailə məsələsi çox əhəmiyyətlidir. Doğrudan da qadının probleminin düyününü açın. Görün əsas düyünlər haradadır. Mühüm düyünlərin biri ailədədir. Gedin görün ailələrdə vəziyyət necədir. Sizin özünüz də bilirsiniz və görürsünüz. Görün bu anormal halları nə vücuda gətirir. Onun köklərini tapın. Uzunmüddətli layihələr hazırlayın ki, bu xoşagəlməz hallar aradan qaldırılsın.

Analıq, xanımlıq, ev və ailə məsələsi olduqca əsas, çox mühüm və həyati əhəmiyyət daşıyan məsələrdəndir. Bizim bütün layihələrimizdə ailə əsas olmalıdır. Siz əgər tibdə və ya hər hansı bir sahədə ən böyük mütəxəssiz olsanız, amma ev xanımı olmasanız, bu sizin üçün bir nöqsandır. Evin xanımı siz olmalısınız. Əgər bu barədə kamil olmayan bir bənzətmə işlətsək, gərək kraliça bal arısına bənzədək.

Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməlidir, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, onun xarakteri qadına nisbətən daha xamdır, bəzi meydanlarda zəifdir, daha tez sınır. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir; hətta ananın nəvazişi yox. Bu həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bu məsələni bilirlər. Əgər bu duyğular evin əsas mərkəzinə, yəni evdar xanıma ehtiyaclı olmasa, ailə mənasız bir formaya çevriləcək.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkimlər və məmurlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Analıq və övlad tərbiyəsi missiyası

Gələcək nəslin yetişməsində anaların əsas rolu

Qadın ailənin əsas sütunu və əsas elementidir. İslam ailə daxilində qadının roluna çox əhəmiyyətli yanaşır. Çünki qadının ailəyə bağlandığı və övladların şəfqətli ana qucağında tərbiyə aldığı cəmiyyətdə nəsillər uğurlu və rəşadətli olacaq.

Öz şəfqətli və mehriban qucaqlarında övlad tərbiyəsi işini digər işləri yerinə yetirmək bəhanəsi ilə buraxan analar səhv edirlər. İnsan tərbiyəsi üçün ən yaxşı yol budur ki, ananın şəfqətli və məhəbbətli qucağında böyüsün. Öz övladlarını bu ilahi nemətdən məhrum edən qadınlar, əslində özlərinin, öz övladlarının və cəmiyyətin ziyanına iş görmüşlər.

səh:56

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Övladın düzgün və mehriban tərbiyəsi

Qadının mühüm vəzifələrindən biri övladı məhəbbətlə, düzgün tərbiyə ilə, sevməklə və diqqətlə elə böyütməkdir ki, bu insan - istər qız, istər oğlan böyüyəndə ruhi baxımdan sağlam, komplekssiz, problemsiz, xarlıq hissi keçirməyən, bu gün Avropa və Amerikada qərbli gənc və yeniyetmə nəsillərin düçar olduğu bədbəxtliklərdən, fəlakətlərdən və bəlalardan uzaq halda yetişsin.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Nəsil artırmaq və uşaq tərbiyəsi

Nəsil artırmaq və uşaq tərbiyəsi yaranışın təbii şəkildə qadınların öhdəsinə qoyduğu əsas işlərdəndir. Dünyada insanların həyatı kişilərdən asılı olduğu qədər qadınlardan da asılıdır.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Əzəmətli analıq işi

Qadın özünün əzəmətli qadınlıq və analıq işi ilə, kişinin şərik olmadığı və özünə məxsus olan bu işlə tanış olmalıdır.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Övlad sahibi olmaqdan boyun qaçırmaq - bəşər və qadın təbiətinin ziddinə

Ev daxilində və ailədə qadınların öhdəsinə düşən vəzifələrdən biri də övlad tərbiyəsi məsələsidir. Ailədən bayırdakı fəaliyyətlərə görə övlad sahibi olmaqdan boyun qaçıran qadınlar özlərinin bəşəri və qadın təbiətlərinin ziddinə hərəkət edirlər. Allah buna razı deyil.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Valideyn və övladların düzgün dəlillərini qəbul etmək

Siz bunu qəbul edin ki, gəncə, yaxud yeniyetməyə nəyin məsləhət olması və nəyin məsləhət olmamasını təyin etməkdə ata və anaların seçimi çox zaman onların özlərinin seçimindən daha yaxşı və daha aydın olur. Bilin ki, onlar sizə ürək yandırırlar. Əlbəttə, öz ata və ananızla söhbət edin. Mən tövsiyə edirəm ki, ata və analar övladlarının onlarla söhbət etməsinə şərait yaratsınlar. Ata və analar övladların istəyinə və onların dəlillərinə hörmətlə yanaşsınlar. Əgər məqbul dəlilləri olduğunu görsələr, qəbul etsinlər.

Fəcr ongünlüyündə gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Ananın uşaqlar üçün kitab oxuması

Kitab oxumaq ənənəsini xalq arasında yaymalıyıq. Eşitmişəm ki, Avropada evdə yatmaq vaxtı ana uşağı üçün kitab oxuyur. Bizdə bu ənənə ümumiyyətlə yoxdur. Əlbəttə, bəzi ailələrdə vardı. Biz ata evimizdə görmüşdük ki, biri oturub o birisi üçün kitab oxuyurdu. İllərlə belə iş görülürdü; həm kiçiklər üçün, həm də böyüklər üçün. İndi isə bu iş xalq arasında adət deyil.

səh:57

Əlbəttə, film hazırlamaqla, xalqa tösviyə etməklə və xatırlatmaqla bu işi görmək olar. Xalq ümumiyyətlə bilmir ki, belə bir işi də görmək mümkündür: uşaqlar üçün kitab oxumaq. Ana oturub uşaqların kitabını, uşaqlar üçün nağıl kitabını oxusun; yaxud qocalar üçün kitab oxumaq. Qoca kişini, yaxud qoca qadını, babanın və nənənin başını qarışdırmaq üçün bir kitab seçsinlər, uşaqlar və nəvələr onlar üçün oxusunlar. Yaxşı bir iş kimi buna həvəslənsinlər.

Kitab həftəsinin təşkilatçıları ilə görüşdə çıxışdan; 10 noyabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Ailə məsuliyyəti

İnsanın bu dünyada keçirdiyi bu bir an, bir saat, bu qısa müddət onun üçündür ki, insan öz məsuliyyətlərini yerinə yetirsin və yaxşı yerinə yetirsin. Sonra gedib əbədi həyatda onun mükafatını alsın. Ümumiyyətlə məsələnin məğzi bundan ibarətdir, insan buraya qalmaq üçün gəlməyib. Burada heç bir şey prinsipcə xoşagələn deyil. Bütün yaxşı və xoşagələn işlər gələcəkdəki nəticəsinə görə gözəldir. Ona görə deyir ki, sabah soruşacağın, məsuliyyətini xatırladacağın və cavab istəyəcəyin işdə məni müvəffəq et, məni onun üçün işlət.

Görün nə qədər mühümdür. Bəli, bu məsuliyyət dərs oxumağa, həyat yoldaşına, uşağa və ailəyə də şamil olur. Bunlar da məsuliyyətlərdəndir.

İslam dərnəkləri və tələbələrlə görüşdə çıxışdan; 21 yanvar, 1998

Övlad tərbiyəsində ailənin rolu

İslam uşaqlıq, yeniyetməlik və sonra gənclik dövrü üçün bir neçə tərbiyəvi amil təyin etmişdir. Onların biri valideynin öyrətməsi və ailə mühitinin təsirləridir. Bu geniş bir mövzudur. Tərbiyə dövrünün əvvəlində uşağın şəxsiyyətinin möhkəm təmələ və bünövrəyə malik ola bilməsi üçün ata və anaya bir proqram verilmişdir. Ailə mühiti üçün də bəzi şərait proqnozlaşdırılıb. Əgər biz onları əldə etməsək, uşaq tərbiyəsinin bir əsas sütunu axsayacaq.

Gələcəyi quranlar jurnalı ilə müsahibədən; 13 oktyabr, 1986

Həyat yoldaşı və övlad qarşısında atanın vəzifəsi

Ailə ilə maraqlanmaq, həyat yoldaşına və övladlara məlumat vermək

Əgər övladlarınız barəsində düzgün fikirləşib əməl edə bilməsəniz, Allah eləməmiş, sizin üçün problem yaranacaq. Mən sizə deyirəm: övladlarınızın və həyat yoldaşlarınızın məlumatını təmin edin. Buna əhəmiyyətli yanaşın. Özünüzü işə elə qərq etməyin ki, xanım və uşaq üçün vaxt və imkan qalmasın. Mən dəfələrlə dostlara tövsiyə etmişəm, yenə də sizə tövsiyə edirəm: övladlarınız üçün vaxt qoyun və bilin ki, gənclər ürəklərində olan nurluluğun və paklığın köməyi ilə sizin sözünüzü qəbul edəcəklər.

Sizin övladınıza demək üçün yalnız iki kəlmə qəbul ediləsi və məntiqli sözünüz olmalıdır. Sizin fikrinizcə əhəmiyyətli olan hər bir məsələ barəsində - din barəsində, imamın inqilabı və keçmiş rejim barəsində, günbəgün və növbənöv ortaya çıxan məsələlər barəsində sözünüz olmalıdır: “Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır“. Özünüzü, övladlarınızı və öz ailənizi qoruyun. Bu çox əhəmiyyətlidir. Özünüz üçün və onlar üçün agahlıq vücuda gətirin. Mən dəfələrlə Əmirəlmömininin (ə) dilindən xütbədə və digər yerlərdə demişəm ki, Siffeyn döyüşündə bəlli hadisələr qarşıya çıxan zaman həzrətin buyruqlarından biri bu idi: “Bu elmi yalnız

səh:58

agahlıq (bəsər) və dözüm (səbr) sahibləri daşıya bilərlər!“ Bu “bəsər” və “səbr” sözləri də Əmirəlmömininin (ə) sözlərinə məxsus gözəlliklərdəndir. Hər ikisi eyni samitlərə malikdir; agahlıq və dözümlülük. Bunların hər ikisi lazımdır.

Keşikçilər Korpusunun komandanları ilə görüşdə çıxışdan; 5 mart, 1998

Keyhan qəzeti

Qadını gül kimi saxlamaq

İslama görə, ailə daxilində kişi qadını gül kimi saxlamağa vəzifəlidir. Buyurur: “Qadın güldür”! Bu, ictimai və siyasi meydanlara, elm təhsilinə və müxtəlif mübarizə zamanlarına aid deyil. Bu, ailənin daxilinə aiddir.

“Qadın güldür, fəhlə deyil!” Peyğəmbər, qadını evin içində xidmət göstərməyə vəzifəli bilən yanlış təfəkkür tərzini bununla rədd edir. Qadın gül kimidir, ona qulluq göstərmək lazımdır. Ruhi və fiziki incəliklərə malik olan bu mövcuda bu gözlə baxmaq lazımdır.

Qadınlarla görüşdə çıxışdan; 20 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Ev qulluqçusu, yoxsa həyatın gülü?

Əgər İslamın təbirlərinə diqqət yetirsəniz, görərsiniz ki, qadın haqqında ən düzgün təbirlər buradadır: “Qadın güldür”. Reyhanə gül deməkdir. İnsan güllə nə edir? Güllə necə rəftar edilir? Güllə kobud rəftar olunsa, parça-parça olar. Əgər gülü tanısalar və onunla gül kimi rəftar etsələr, yaraşıq verər, ətir saçar, parlayar.

Hədisdə gəlmiş “qəhrəmanə” sözü qəhrəman demək deyil. Bu söz fars dilindən götürülsə də, ərəb dilində başqa mənada işlədilir. Qəhrəman - xülasə desək, yəni fəhlə. Yəni siz qadını öz evinizdə fəhlə bilməyin. Elə bilməyin ki, siz rəissiniz, evin və uşaqların işləri də bir fəhlənin öhdəsindədir və bu fəhlə qadındır.

İslam Şurası Məclisinin qadın üzvləri ilə görüşdə çıxışdan; 21 iyul, 1997

Ailədə rifahpərəstlik

Övladınız sizə əzizdir deyə onun hər bir istəyini təmin etməyin. Xeyr, ən azı bəzi vaxtlar köhnə və yamaqlı paltar da geyinsin. Bir dəfə misal üçün, gəzməyə, yaxud bir iş dalınca getmək istədikdə onun üçün maşın olmasın, nəyisə almaq üçün pulu olmasın. Deməyin ki, sənin cibində həmişə bu qədər pul olsun, lazımın olar. Qoy bizim uşağımız bəzən hiss etsin ki, nəyisə almaq istəyir, amma pulu yoxdur. Necə ki, camaatın uşaqları çox vaxt nəsə almaq istəyirlər, amma pulları olmur. Yaxşı paltardır, moddur, amma bizim xanımımızın olmasın, o paltarı geyinməsin. Xalqın orta səviyyəsindən aşağı bir paltar geyinsin.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 15 mart, 1997

Keyhan qəzeti

Ailə və mühüm siyasi məsələlərdən xəbərdarlıq

Mən əziz səfirlərimizə deyirəm ki, çalışın həyat yoldaşlarınızı və ailələrinizi sizin üçün əhəmiyyətli olan mühüm siyasi məsələlərdən xəbərdar edin və onlar ölkə məsələləri barəsində tam məlumatlı olsunlar.

Səfirlərlə görüşdən: 27 avqust, 2000

İslam Cümhuriyyəti qəzeti

səh:59

Altıncı fəsil: Qadınların təlim-tərbiyəsi

Qadınların elmi və mədəni inkişafına şərait yaradılması

Qadınların əsl İslam mədəniyyətindən bəhrələnməsi

Sual: İslam cəmiyyətində qadınların istedadlarının çiçəklənməsi istiqamətində hansı mədəni və rifah işləri görülməlidir?

Cavab: Birinci növbədə əsl İslam mədəniyyəti yayılmalıdır. Bu zaman təbii olaraq qadınlar da bu nemətdən bəhrələnəcəklər.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam təlimləri ilə tanışlığının ölkənin inkişafındakı rolu

Əgər ölkə qadın toplumunu İslam təlimlərinə arxalanmaqla İslamın istədiyi təlimlərlə tanış edə bilsə, mənim şübhəm yoxdur ki, ölkənin inkişafı, tərəqqisi və ucalması qat-qat güclənəcək. Qadınlar məsuliyyət hissilə hansı meydana qoşulsalar, o meydanda inkişaf bir neçə qat artıq olacaq. Xanımların müxtəlif meydanlarda iştirak etməsinin xüsusiyyəti budur ki, ailənin qadını meydana qoşulduqda, həm kişi, həm də övladlar meydana qoşulurlar. Kişinin fəaliyyəti belə deyil, lakin qadının fəaliyyəti belədir. Qadın hansı meydana daxil olsa, evin xanımı olan qadın əslində o evin hamısını həmin meydana daxil edir. Qadınların müxtəlif sahələrdə fəaliyyəti çox əhəmiyyətlidir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların elmi və mədəni inkişafı

Onlar bizi qadınların elmi və mədəni inkişafının qarşısını almaqda ittiham edirlər. Özləri də bilirlər ki, bu ittiham yalandır, amma təkrarlayırlar. Biz qadın üçün həqiqi insan dəyəri tanıyırıq. Biz qadın və kişi arasında fərq qoymuruq. Düşünürük ki, qadın və kişinin hər ikisi insandır, təkamül meydanı onların üzünə açıqdır. Nə qədər çalışsalar, nə qədər zəhmət çəksələr və nə qədər Allaha sarı irəliləsələr, bir o qədər inkişaf edəcək və kamilləşəcəklər. Elm və siyasi fəaliyyət yolu da onların hər ikisinin qarşısında açıqdır.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Qadınların istedadlarının inkişafı üçün sağlam şərait

İslam cəmiyyətində və bizim İslam quruluşumuzda fəsad, modabazlıq, öyünmək, özünü bəzəmək, yanlış və zərərli dəbdəbəçiliklər keçmişə nisbətən azdır, qarşılığında qadınların istedadlarının inkişaf etməsi üçün sağlam şərait vücuda gəlmişdir.

Ölkənin mütəxəssis qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Mətanəti qorumaqla qadının müxtəlif sahələrdə fəaliyyəti

İnqilabın sayəsində iranlı qadın çox yaxşı yola çıxmışdır. Bu gün iranlı qadın elm meydanına daxil olub elmi dərəcələr qazana bilir, eyni zamanda müsəlman qadının dinini, iffətini, təqvasını, vüqarını, mətanətini, şəxsiyyətini və hörmətini də qoruyur. İndi sizin bu toplumunuzun arasında nə qədər qadın tələbələr, müəllimlər və alimlər var. Həmçinin

səh:60

qadın dini elm və məlumatlar meydanına da qoşula bilər, halbuki yolunda heç bir maneə olmaz. İndi sizin aranızda dini elmlər tələbələrindən, müəllimlərindən olan çoxları İslam fiqhi və dini baxış sahəsində təhsil alırlar. Böyük imamımız da bu məsələyə çox əhəmiyyətli yanaşırdı. Buna görə bu Qum müəssisəsinin təsis olunması fərmanını verdi.

Bu gün qadın bizim ölkəmizdə siyasət meydanında, siyasi, ictimai fəaliyyətlərdə, cihadda, xalqa və inqilaba köməkdə və müxtəlif fəaliyyətlərdə öz mətanətini, vüqarını və İslam hicabını qorumaqla öz şəxsiyyətini göstərə bilər.

Tehran, Təbriz, İsfahan, Kerman və Qum şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadının yaranışına uyğun olan müxtəlif sahələrdə istedadların üzə çıxması

Bu gün cəmiyyət, universitetlər və incəsənət mərkəzləri bizim gənc qızlarımız üçün təhlükəsiz yer sayılır. Müsəlman və dindar qadınlar müxtəlif fənlərdə öz istedadlarını üzə çıxarmağa və yüksək elm və incəsənət dərəcələri əldə etməyə imkan tapmışlar. Bizim cəmiyyətimizin bütün elmi fənlərində bir yenilik yaratmaq zəruridir. Qadınlar istedadları olan və onların yaranışları ilə münasib olan hər bir fənnə daxil olsunlar. Ölkə istedadlarının yarısı qadınlara məxsusdur. Onlar qadın üçün təbii və fitri məhdudiyyətlərin olmadığı meydanları doldurmalıdırlar.

Ölkənin mütəxəssis, cərrah və həkim qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Kitab oxumağın və düzgün evdarlıq üsullarını öyrənməyin lazımlığı

Çox əsaslı işlərdən biri qadınları savadlandırmaqdır. Çox mühüm işlərdən biri qadınları kitab oxuyan etməkdir. Yeni üsullar tapın. Evin daxilindəki qadınları kitab oxuyan edin. Təəssüf ki, bizim qadınlarımızın kitab oxumaqla çox da araları yoxdur. Bazara minlərlə kitab gəlir-gedir, amma bunlar xəbərsiz qalırlar. Bu kitablar beyinləri daha yaxşı anlamaq, daha yaxşı düşünmək, daha yaxşı yaratmaq, daha yaxşı və daha düzgün yerlərdə olmaq üçün hazırlayan bəşər bilgiləridir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadının təkamülə çatmasının yolları

Əgər cəmiyyətin mədəni mühiti qadın məsələləri sayəsində şəffaf olsa, bu sahədə İslamın hökmləri və Quranın fikirləri aydın olsa, yol açılacaq və bizim ölkəmizin qadınları bir qadın üçün amal və ideal olan nöqtəyə çata biləcəklər.

Məqsəd budur ki, biz qadının öz təkamülünə çatması üçün çalışaq, mübarizə aparaq, yazaq və deyək. Yəni əvvəla qadın cəmiyyətdə özünün insani və həqiqi haqqına çatsın, ikincisi isə, onun istedadları çiçəklənsin, həqiqi və insani şəkildə inkişaf etsin və nəhayət insan təkamülünə nail olsun.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:61

Qadınlara təlimdə icraçı qurumların rolu

Bu məsələ ilə münasib olan bəzi icraçı qurumlar, misal üçün universitet, Mədəniyyət Nazirliyi, Təlim və Tərbiyə Nazirliyi bu işdə şərik ola bilərlər. Amma əgər universitetlər qadınların təlimi məsələsində yaxşı işləsə, çox təsirli olacaq. Mədəniyyət Nazirliyi də belədir.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qızların təlim və tərbiyəsinin gücləndirilməsi

Bir məsələ də xanımların təlim və tərbiyə məsələsidir. Mən həmişə bunun üzərində təkid göstərmişəm. Xoşbəxtlikdən bu gün bizim cəmiyyətimizdə qadınların təlim və tərbiyəsi gücləndirilmişdir. Amma eyni zamanda hələ də öz qızlarını təhsildən məhrum edən ailələr var. Əgər bir zaman təhsil mərkəzləri qeyri-sağlam mərkəzlər idisə, bu gün Allaha həmd olsun ki, İslam dövrüdür, elə deyil. Gərək qızların dərs oxumasına, mütaliə etməsinə, kitab oxumasına, din təlimləri və insani təlimlərlə tanış olmasına və beyinlərinin güclənməsinə icazə versinlər. Bu çox lazımlı bir işdir. Bu da görülməlidir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınlar və təhsil

Avropanın təhsil mühiti - qadınların elmdən məhrum olmasının amili

Avropa üslubunda olan təlim və tərbiyənin İrana daxil olmasına və yayılmasına görə mömin və müsəlman ailələr elə vəziyyətə düşdülər ki, qızlarının məktəbə, ictimai, elmi və təhsil mərkəzlərinə getməsindən arxayın olmadılar. Bu iş İran qadınlarının elm, bilgi və mədəniyyət baxımından kişilərə nisbətən məhrum olmalarına bais olmuşdu. Amma İslam inqilabının qələbəsindən sonra qadınların bütün ictimai səhnələrdə, xüsusən də elm və tədqiqat mərkəzlərində fəaliyyəti genişlənməyə başladı.

Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Pəhləvi şahlığı quruluşunda elm mərkəzlərinin sağlam olmaması

Bizim hamımız, xüsusən də bu cəmiyyətin qadınları böyük və mərhum rəhbərin - yəni böyük imamın missiyasının və sözünün qədrini bilməli, haqqını ödəməliyik. O özünün qiyamı və hərəkəti ilə, İslamın dəyərlərini və əzəmətini irəli sürməklə erkən İslam çağının şəxsiyyətlərinin parlaq simalarını, o cümlədən Fatimeyi-Zəhranı (ə) tanıtdırmaqla bizi və hamıdan çox bizim qadınlarımızı diriltdi. Qadın, özünü satmış mənfur şahlıq quruluşunun cəmiyyətində həqiqətən və bütün cəhətlərdən məzlum idi. Əgər qadın elm sahəsinə qoşulmaq istəsəydi, gərək dindən, təqvadan və iffətdən keçəydi. Məgər müsəlman bir qadın universitetlərdə, təhsil ocaqlarında, elm və mədəniyyət mərkəzlərində asanlıqla öz hicabını, mətanətini və vüqarını qoruya bilərdi?! Məgər mümkün idi?! Məgər olardı ki, müsəlman bir qadın Tehranın və digər bəzi şəhərlərin küçələrində İslam mətanəti və vüqarı ilə, yaxud hətta yarımçıq hicabla asanlıqla yol yerisin və qərbin sövqatı olan fəsad və pozğunluğa alışanların və tüfeylilərin dilinin və hərəkətinin zərərindən qorunsun?! Elə bir iş görmüşdülər ki, bu məmləkətdə qadınların çoxu üçün elm əldə etmək mümkün deyildi. İstisnalarla işim yoxdur. Əksər qadınların elm sahəsinə qoşulması mümkün deyildi. Gərək hicabı açaydılar, təqva və İslam vüqarından imtina edəydilər. Siyasətdə və

səh:62

ictimai fəaliyyətlərdə də belə idi. Əgər bir qadın şahlıq dövrünün İranında ictimai və siyasi postlardan birinə yiyələnmək istəsəydi, gərək hicabından, iffətindən, vüqarından və müsəlman qadının mətanətindən keçəydi.

Əlbəttə, bu, qadının özündən və istedadının necə olmasından asılı idi. Əgər çox zəif olsaydı, dərinliyinə qədər sürüşəcəkdi. Əgər özünü qoruyan olsaydı, müəyyən həddə özünü saxlayacaqdı, amma daimi olaraq ictimai mühit tərəfindən günbəgün artan təzyiqlərlə üz-üzə qalacaqdı. Bizim cəmiyyətimiz belə idi.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Kişilərə qarışmadan və əxlaqsızlığa uğramadan qadınların elm öyrənməsi

Siz qadınların dünyaya sözünüz var. Bu sözü dəqiq şəkildə yazın və dünyaya verin. Söz də təkcə dillə, şifahi və ya yazılı yox, daha çox əməli sözdür. İranın qadınları, xüsusən də elmin müxtəlif fənlərində İslam çərçivəsində, İslam hökmləri və hamısından mühümü, hicab çərçivəsində hərəkət edə bilən şəxslər gərək dünyanın qadınlarına, qızlarına və qadın tələbələrinə əməli surətdə başa salsınlar ki, elm pozğunluq demək deyil. Elm öyrənmək üçün qadın və kişi münasibətlərində əxlaqi meyarlara qarşı laqeydlik zəruri deyil. Bu meyarlara tam riayət etməklə də elm öyrənmək, yüksək məqamlara çatmaq olar. Sizin varlığınız İslamın qlobal mesajından bir nümunə kimi göstərilə bilər.

Bəli, mən də qəbul edirəm, dediniz ki, bu gün dünya dinlərin sözünün nə olduğunu bilməyə can atır. Dünya dinləri arasında cəmiyyəti kompleks şəkildə qura bilməsini iddia edən din İslamdır. Bugünkü məsihilik və digər dinlər bu iddianı etmirlər. Lakin İslam iddia edir ki, bir ictimai quruluşun təməl sütunlarına malikdir, bu sütunları yerində oturda və bu sütunların əsasında bir ictimai quruluş, bir sağlam və mütərəqqi cəmiyyət ucalda bilər. Biz bütün sahələrdə, o cümlədən elm öyrənmək sahəsində, eləcə də bununla bağlı olan qadın və elm məsələsi sahəsində göstərməliyik ki, İslam bu bacarığa malikdir.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Yanlış ənənələr səbəbindən qadınların İslam təlimlərindən məhrum qalması

Keçmişdə mövcud olan müxtəlif ictimai ənənələr səbəbindən, qadınlar İslam qaynaqlarını öyrənməkdə kişilərə nisbətən çox uzaq qalmışdılar. Bu səbəbdən qadın cinsinin həqiqi İslam mədəniyyətindən, eləcə də bəşər elmlərindən məhrumluğu kişinin məhrumluğundan çox olmuşdur. Deməli, təlim-tərbiyə, elm və bilik sahəsində çox işlər görülməlidir.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Qadının mövqeyi haqqında yanlış təsəvvür - qadınların alim olmasına maneə

Siz görün bizim cəmiyyətimizdə qadınlara qarşı təsəvvürlər necədir. Qadın, yeganə vəzifəsi evdə kişiyə xidmətdən ibarət olan bir varlıq sayılırdı. Bizim cəmiyyətimizdə uzun müddət hətta kişilərin öz həyat yoldaşlarını sevdiyi yerlərdə və təbii ki, onlar üçün bəzi üstünlüklər tanıdıqları zaman da belə bir təsəvvür mövcud idi. Qadın cəmiyyətdə alim ola biləcək bir varlıq kimi tanınmamışdı. Bizim xalqımız keçmişdə bir qadının alim olmasını eşitdikdə təəccüb edirdi. Bəziləri də təəccüb edirdilər ki, qadın nə üçün dərs oxumalıdır.

səh:63

Yadımdadır, Məşhəddə qızlar üçün İslam litseyi olmadığından, 67-68-ci illərdə bir qrup yaratdıq ki, gəlin qızlar üçün bir İslam litseyi təsis edək. İki maneə ilə üzləşdik. Əlbəttə, iki il çalışdıq, amma nəticəsi olmadı və axırda da bacarmadım. Bəziləri deyirdilər ki, bu məktəblər var, İslam məktəbinə lüzum yoxdur, siz bir neçə yaxşı müəllimi bu məktəblərə göndərin. Anlamırdılar ki, əgər bir məktəbin idarəsi İslam əsasında olmasa, yaxşı tərbiyə edə bilməz. Az olmayan bir qrup da deyirdi ki, ümumiyyətlə müsəlman qızın litseyə getməsinə nə lüzum var. İbtidai məktəbi oxusun və sonra qadın evdarlıqla məşğul olsun. Bu 68-ci ilə aiddir, hicri tarixi ilə 11-ci, 12-ci əsrlərə aid deyil. İyirmi il öncə bizim cəmiyyətimizdə belə bir təsəvvür mövcud idi.

Qadın üçün savadın, bilginin, siyasi və ictimai şəxsiyyətin anlaşılmaz bir məfhum olduğu cəmiyyətdə qadınların vəziyyətinin necə olacağı bəllidir.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Keçmiş quruluşlarda qadınların təhqir edilməsi nəticəsində onların yetərli təlim və tərbiyədən məhrum olması

Biz elə bir uzun dövr keçirdik ki, onda nə qadın öz rolunu tanıdı, nə də kişilər qadın üçün rol tanıdılar. Bir neçə əsr boyunca bizim ölkəmizdə və bizim kimi digər ölkələrdə qadına hörmətsizlik olundu. Qadın aşağılandı və ikinci dərəcəli varlıq kimi sayıldı. Bunun nəticəsində bizim ölkəmizdə qadınların say baxımından savadlıları kişilərə nisbətən az oldu, siyasi adamları az oldu, cari məsələlər haqda xəbərdar olanlar az oldu. Halbuki iranlı qadının istedadları eynilə iranlı kişinin istedadları kimi elə nailiyyətlər əldə edə bilər ki, dünyada bu nailiyyətlərə malik olan qadınlar üçün böyük məqam və rol nəzərdə tuturlar; necə ki, iranlı kişi də belədir. Eyni zamanda uzun illər boyunca həm İslam adı ilə (əlbəttə, bu həqiqətin ziddinədir), həm qədim İrandan irs qalmış mədəniyyətin təsirindən qadınlar təhqir olundular. Bu, qadın toplumu üçün belə çox xoşagəlməz bir vəziyyət vücuda gətirmişdir. İnqilabdan öncə yeni İslam təfəkkürləri və inqilabçı İslam təfəkkürləri meydana çıxdıqda və qadınlar kişilərdən az belə təlimlər gördükdə, nəticə olaraq, mübarizə və siyasət meydanında kişilər qadınlardan daha çox inkişaf etdilər. Bu məsələ eynilə təlim-tərbiyə işində və ictimai işlərdə də baş verdi.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qızların təhsili üçün şərait yaratmağın lazımlığı

Ailələr qızlarının dərs oxumasına icazə versinlər. Bir ata, yaxud ana təəssüb üzündən qızının ali təhsilinin qarşısını almalı olduğunu güman etməsin. Xeyr, din belə bir şey deməyib. Din təhsil sahəsində qızla oğlan arasında fərq qoymamışdır. Qoyun bizim gənc qızlarımız dərs oxusunlar, elm öyrənsinlər və beynəlxalq imperializmin qadın barəsindəki təbliğatının nə qədər əsassız, köksüz və puç olduğunu anlasınlar. Bunları savadın sayəsində dərk etmək olar. Bu gün bizim gənc qızlarımızın və qadınlarımızın ən dindarları və ən pakları təhsil almış təbəqələrdəndirlər.

Bərbəzək düşkünü olanlar, yaxud kor-koranə və gözübağlı şəkildə geyimdə və həyat tərzində Qərb modellərini yamsılamaq istəyənlər, adətən yetərli savadı olmayanlardır. Mən tövsiyə edirəm ki, ata-analar qız uşaqlarının məktəbə getmələrinə və savadlanmalarına imkan yaratsınlar. Əgər istedadları və meylləri olsa, ibtidai mərhələlərdən yuxarıya qalxsınlar, özlərini ali təhsillərə çatdırsınlar və savadlı insanlardan olsunlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

səh:64

Keyhan qəzeti

Qadınların elmi və mənəvi özünəinamı və özünüislahı

Özünü tanımaq və və qadınların özünəinamı

Qadın hüquqlarını müdafiə etmək istəyən şəxslər kimi sizin sözünüz bu olmamalıdır ki, qadınlar mütləq nazir olsunlar. Bu, məqsəd olmamalıdır.

Bizim problemimiz budur ki, qadın cəmiyyətdə özünün insani məqamını tapmalıdır. Bizim problemimiz budur, bunu həll etmək lazımdır. Qadına şəxsiyyət və özünəinam vermək lazımdır. Bizim bir qadını nazir etməyimizin nə faydası var? O haqqına olsa da, bir şəxsiyyət qazanacaq. Halbuki qadınların ümumi mədəniyyətində bu şəxsiyyət tanınmayacaq. Yəni qadınlar özlərini tanımayıblar. Hələ də ikinci dərəcəli bir varlıq kimi, kişinin istəklərinin və iradələrinin aləti və oyuncağı kimi təsəvvür olunurlar. Mən demək istəyirəm ki, xanımlar hətta mənəviyyat sahəsində də kişi ilə yanaşı hərəkət etməyə səy göstərmirlər. Misal üçün, bizdə abid, zahid, zikr edən və din təlimləri ilə tanış olan kişilər bu xüsusiyyətlərə malik olan qadınlardan artıqdır. Misal üçün, gecə namazı qılan kişi, gecə namazı qılan qadından çoxdur. Dua və zikrlə məşğul olan kişi belə qadından çoxdur. Belə işlərlə məşğul olan dindar ailələrdə kişilər bu məsələlərə qadınlarından çox əməl edirlər. Bu böyük bir nöqsan və eyibdir. Bunu aradan qaldırmaq lazımdır. Sanki qadın özü üçün ümumiyyətlə bu həddi tanımır ki, kişi ilə yanaşı yüksəlsin.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Müsəlman qadının özünüdərki

Yaxşı olar ki, müsəlman qadın İslam təlimlərinə diqqətlə, İslam dəyərlərinə diqqətlə, İslam quruluşunda qadınların və kişilərin inkişafı üçün nəzərdə tutulmuş istiqamətlərə diqqət yetirməklə öz kimliyini dərk etsin. Güclü dəlil qamətini sionizm, kapitalizm və sərvət adamlarının səfsətə və şübhələri qarşısında nümayiş etdirsin.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

İranlı qadınlar və dünyada qadının müsəlman kimliyinin dirçəldilməsi

Müsəlman İranında iranlı müsəlman qadının səyi bu olmalıdır ki, İslam qadınının uca kimliyini dünyanın diqqətini cəlb edəcək həddə dirçəltsin. Bu iş müsəlman qadınların, xüsusən gənc qadınların, şagird və tələbə qızların öhdəsinə düşən bir vəzifədir. İslam kimliyi budur ki, qadın özünün qadınlıq kimliyini və xüsusiyyətlərini - təbiət və fitrət bunu deyir və hər bir cins üçün o cinsin xüsusiyyətləri dəyərdir - yəni o incə hissləri, güclü emosiyaları, zərifliyi, qadınlıq paklığını və təmizliyini özü üçün qorusun, eyni zamanda həm mənəvi dəyərlər – o cümlədən elm, ibadət, Allaha yaxınlıq, ilahi maarif və irfan meydanında irəliləsin, həm ictimai və siyasi məsələlər sahəsində, siyasi istəkdə, siyasi dərkdə, öz ölkəsini tanımaqda, öz gələcəyini tanımaqda, milli və böyük məqsədlərini, İslam ölkələrinə və İslam xalqlarına aid İslam məqsədlərini tanımaqda, düşmənin təxribatlarını tanımaqda, düşməni tanımaqda, düşmənin üsullarını tanımaqda günbəgün inkişaf etsin, həm də ailə daxilində ədalət, insaf, aramlıq, dinclik yaratmaqda irəliləsin. Əgər qanun lazımdırsa, əgər bununla sonuclanan məsələlərdə düzəliş lazımdırsa, qadınlar, savadlı qadınlar, məlumatlı qadınlar, bilgili qadınlar bütün bu meydanlarda öncül olmalı, qadın nümunəsini göstərməlidirlər. Deməlidirlər ki, müsəlman qadın həm dinini, hicabını, qadınlığını, incəliklərini və lətafətlərini qoruyan, həm öz haqqını müdafiə edən, həm də

səh:65

mənəviyyatda, elmdə, tədqiqatda, Allaha yaxınlıqda irəliləyən, görkəmli şəxsiyyətləri göstərən, amma siyasi meydanda iştirak edən qadındır. Bu olur qadınlar üçün örnək. Siz bilin ki, bu gün dünyanın bir çox yerlərində müsəlman qadınlar sizə baxır və sizdən öyrənirlər.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadının kişinin ləzzəti üçün vasitə olması - səhv inam

Qadın, onun beynində özünə qarşı yaradılan səhv düşüncədən çıxmalıdır. Bu səhv düşüncə odur ki, qadın kişinin ləzzət alması üçün bir vasitədir. Bu, Qərbin istehlakçı mədəniyyətinin və istismarçılığının bizə məcburən sırıdığı bir inamdır. Düzdür, bu inama tarixin sultanlarının və zadəganlarının sarayları şərait yaratmışdır. Bu mənfur toxumu cəmiyyətlərin beyninə səpən ilk şəxslər onlar olmuşlar. Lakin Qərb onu öz zirvəsinə çatdırdı. Bu inamı beyinlərdən çıxarmaq lazımdır. Bu, bəlkə də qadının özünün beynindən kişinin beynindən çıxan çətinliklə çıxacaq. Çünki hər ikisi sürətli təlqinlər nəticəsində bu inamı qəbul etmişlər.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Qadınların mədəni və ictimai məsələlərinin həllində qadınların iştirakının lazımlığı

İndi siz qadınlara demək istədiyim budur ki, Allahın qadında yaratdığı çox istedadların - istər kişi ilə müştərək olan istedadların (bunlar daha çoxdur), istər qadının özəl istedadlarının aşkara çıxmasına və qadının inkişaf etməsinə çox geniş şərait yaranmışdır.

Qadının bu şəraitdə inkişafı birinci növbədə nəzərdə tutulmuş məqamdır; istər bunun üçün, istər ailə daxilində ər-arvad münasibətlərini tənzim etmək üçün. Mənim fikrimcə, bu, bizim ölkəmizdə qadın məsələsinin ən nöqsanlı sahəsidir. Yəni əgər kimsə qadın məsələləri barədə tənqidi fikir yürütmək istəsə, ən çox bu sahəni önə çəkəcək.

Mənim fikrimcə, ailə daxilində olan ər və arvad münasibətləri İslamın və Quranın nəzərdə tutduğu münasibətlər deyil. Sözsüz ki, bu çox amillərin nəticəsidir. Təkcə İrana da məxsus deyil, bu məsələlər bəzi fərqlərlə təxminən dünyanın hər bir yerində mövcuddur.

İstər bu sahədə inkişaf etmək, yəni işləmək və onu düzəltmək üçün, istər İslamın qadın barəsində və qadını dəyərləndirməsindəki baxışını aydınlaşdırmaq baxımından - yəni hansı amillər qadını ideal təkamülə çatdırır və ona dəyər bəxş edir... Bu oldu üç cəhət: mədəni inkişaf və istedadların üzə çıxması cəhəti, ailə münasibətlərinin düzəldilməsi cəhəti, İslamın hüquqi, ictimai və digər baxımlardan qadın məsələləri sahəsindəki fikrini izah etmək cəhəti - əgər bu yönümdə bir iş görmək lazımdırsa, sizin vasitənizlə görülməlidir; mənim sözüm budur. Bu üç sahədə işləməli olan siz xanımlarsınız. Bizim ölkəmizdə bir fəsil olacaq. Bu fəsil başlanmışdır. Əlbəttə, hamı buna çalışmalıdır. Lakin siz xanımlar bu sahədə digərlərindən daha artıq çalışmalısınız; düşüncə çalışması, iş çalışması, indi bu xanımların dediyi işlər sahəsində, yaxud Allahın lütfü ilə mövcud olan və bu iclasda da duyulan digər işlərdə. Xanımlar bu sahədə öncül olmalı və işləməlidirlər. Deməyi, tədqiqat aparmağı, təmasda olmağı, iştirak etməyi, müxtəlif ictimai məsələlərdə və problemlərdə görülməsi lazım olan digər işləri (səy göstərilməlidir ki, bu səylər də məlum nəticələr yaratsın) əsla əsirgəməməlisiniz.

səh:66

Əgər bir ölkənin qadınları belə paklığa, mənəviyyata, incəliyə və düşüncə yüksəkliyinə çata bilsələr, o məmələkətdə heç bir problem qalmayacaq. Yəni qadın nəzərəçarpacaq dərəcədə kişiyə təsir qoyur. O, həm ərinə, həm övladlarına həlledici təsirlər qoya bilir. Buna görə cəmiyyəti düzəltmək, əslində qadınları düzəltməklə, bu da deyilən məsələlərlə mümkün olacaq.

Qadınların rəhbərlə görüşündən: 10 oktyabr, 1998

Qadınların iman və elminin artması – İslamın izzətinin yaşamasının təminatçısı

Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam fikirləri, o cümlədən qadına aid olan fikirlər dünyada parlayır. Ümidvarıq Allah-Taala bizə uğur bəxş etsin və bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, bacardığınız qədər və harada olsanız, öz İslam imanınızı və elminizi inkişaf etdirin, dərinləşdirin və öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətinin qalması üçün təminatçı olacaq.

Tehran, Təbriz, İsfahan, Kerman şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınların məlumatının artırılması

Əziz bacılar və xanımlar! Mühüm olan budur ki, bu gün İslam öz qanunları və bilgiləri ilə bizim cəmiyyətimizin bütün təbəqələrini - qadın və kişini, kəndli və şəhərlini, müxtəlif, xüsusən də zəif təbəqələri müdafiə etməyə qalxmışdır. Başqa bir baxışdan, İslam quruluşu və İslam hökmləri bütün dünyada məzlumları müdafiə etməyə qalxmışdır. Məhz bu baxışa görə, bu gün imperializm İslam Respublikası quruluşu əleyhinə təxribat aparır. Bu gün Allaha həmd olsun ki, ölkənin hər bir yerində universitet və elmi hövzə var. Gənc qızlar elmi hövzələrdə və universitetlərdə dərs oxuyurlar, müxtəlif sahələrdə elm öyrənirlər, məlumat toplayırlar. Nə qədər ki, Allahın lütfü ilə bizim cəmiyyətimizdə belə maraqlı, məlumatlı, iradəli və sevgili gənclər var, Amerika hegemonluğu bu ölkəyə qarşı heç bir iş görə bilməyəcək. Tövsiyəm budur ki, mənim əziz bacılarım və qızlarım, bu məlumatları artırın. Kitab, mütaliə, tədqiqat, dərs və dini işlərlə məşğul olmaq və bu gün ölkə qadınlarının özlərini kişilər qədər məsuliyyətli bilməsi qaçılmaz və qəti vəzifələrdəndir. Saleh övladlar tərbiyə edənlər sizsiniz. Öz həyat yoldaşlarınızı yaxşı meydanlara daxil olmağa həvəsləndirənlər sizsiniz. Bir çox qadınlar öz ərlərini cənnətlik və onları dünya və axirət problemlərindən xilas edirlər.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Düşmən qarşısında müqavimət üçün elmi səviyyənin yüksəldilməsi

Mən qəlbləri iman nuru və inqilab ruhiyyəsi ilə döyünən bütün şagird və tələbə qızlardan, ali təhsilli, işləyən və evdar qadınlardan istəyirəm ki, cəmiyyətin inkişafında daha fəal rol oynamaq, müsəlman qadının rolunu ifa etmək barədə düşünsünlər. Siyasi təşkilatlar yaratmaqla, elmi işlər görməklə, dəyərli xidmətlər göstərməklə, öz bilgi və məlumatlarının səviyyəsini yüksəltməklə düşmənlər qarşısında müqavimət göstərsinlər.

Şəfqət bacıları, tələbələr və könüllü keşikçilərlə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

səh:67

Qadınlar arasında İslam düşüncələrinin yayılması

Sizin (elmi hövzə tələbəsi olan bacıların) indiki işi və hərəkəti gələcəkdə İslam xalqının problemini həll edə bilər. Bu səbəbdən biz əminik ki, gələcək İslam ümmətinə və məzlumlara məxsusdur. Çünki bu gün İslam düşüncəsi bizim qadınlarımızın gənc nəsli arasında yayıldıqda, bu düşüncə təkcə bu nəslin inhisarında qalmır, hətta gələcək nəsillər də məzlumlara məxsus olacaq. İslam əxlaqını təmin etməyin ən yaxşı və ən uğurlu yolu Allahı xatırlamaqdır.

Süleyman məscidində elmi mədrəsə tələbəsi olan qadınlarla görüşdə çıxışdan; 26 avqust, 1982

Qadınların elmi və mənəvi inkişafının səmərələri

Əgər qadın cəmiyyətdə Allah-Taalanın və ilahi ayinin bütün insanlar - kişi və qadınlar üçün eyni səviyyədə nəzərdə tutduğu elmi, maarifi, mənəvi və əxlaqi keyfiyyətləri əldə edə bilsə, övladların tərbiyəsi daha yaxşı, ailə daha səmimi, daha səfalı olacaq, cəmiyyət daha artıq inkişaf edəcək, həyatın düyünləri daha asan açılacaq. Yəni qadın və kişi xoşbəxt olacaqlar. Bunun üçün çalışmaq lazımdır.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların elmi hərəkətinə ciddi yanaşmaq

Qadınların elmə, biliyə, mütaliəyə, məlumat və maarif əldə etməyə sarı hərəkəti qadınların özləri arasında ciddi sayılmalı və ona əhəmiyyət verilməlidir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların, hədləri qorumaq şərtilə elm və əmələ doğru kişilərlə çiyin-çiyinə hərəkəti

Buşehr əhalisinin toplantısında çıxışdan; 1 yanvar, 1992

Elm və mədəniyyət meydanında öncüllük

Bizim müsəlman qadınlarımız bilməlidirlər ki, bu gün Qərb dünyasının cahil vəziyyəti qarşısında İslam dəyərləri səngərinin keşikçisidirlər. Gərək İslam tərbiyəsi ilə, elm, mədəniyyət, siyasət və iqtisadiyyat meydanında öncül olmaqla İslam mədəniyyətinin möhkəm qalasını qorusunlar.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

səh:68

İslam elmlərini öyrənmək – müsəlman qadınlar üçün ən fundamental iş

Əgər sizin işinizi dəyərləndirmək istəsək, nə deməliyik? Deməliyik ki, cəmiyyətdə vücuda gəlmiş şərait əsasında gələcək üçün mümkün olan ən güclü iş bu yolla görülür. Yəni əgər siz bacılar gördüyünüz bu işi, oxuduğunuz bu dərsi, davam etdirmək istədiyiniz bu İslam elmləri fənnini düzgün davam etdirsəniz, bilməlisiniz ki, bu iş inqilabdan sonra indiyədək qadınlar tərəfindən görülən ən möhkəm, ən fundamental, ən perspektivli bir işdir.

Bir işin daha artıq şövqü və həyəcanı, başqa bir işin isə daha az şövqü və həyəcanı ola bilər. Amma ola bilsin az həyəcanı olan bir işin daha artıq dərinliyi və təsiri və daha yaxşı gələcəyi olsun. Sizin işiniz bu qəbildəndir.

Süleyman məscidinin tələbə qızları ilə görüşdə çıxışdan; 26 avqust, 1982

İslam hüququnu öyrənmək və əməl etmək – ailədə qadına zülmə maneə

Kitabla ünsiyyətdə olmaq və maariflə tanışlıq İslamın ailədə müsəlman qadınlar üçün nəzərdə tutduğu hüququnu bilməyə səbəb olacaq. Əgər bizim xanımlarımız İslamın nəzərdə tutduğu yolla getsələr, şübhəsiz, tarix boyunca müxtəlif cəmiyyətlərdə qadına olunan zülm sona çatacaq və ondan əsər-əlamət qalmayacaq.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Evdarlıq məharətlərini öyrənməyin lazımlığı

İslam quruluşunda qadınların siyasi dərki olmalıdır. Onlar evdarlıq və həyat yoldaşılıq məharətini bilməlidirlər, ictimai, siyasi elmi və xidmət fəaliyyətləri səhnəsində paklıq və mətanət tərənnümü olmalıdırlar və bu mühüm məsələyə diqqət yetirməlidirlər ki, hicab birinci şərtdir. Çünki hicab olmadan qadın yüksək dərəcələrə nail olmaq üçün lazımi imkanları əldə etməyəcək.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

Keyhan qəzeti

Qadınların yüksək elmi səviyyələrdə ixtisasa yiyələnməsi

Ölkədə dəyərli alim və mütəxəssis qadınların olması

Allaha həmd olsun ki, çox görkəmli xanımlarımız var. Mənim doğrudan da həmişə xatırladıqda həm Allaha şükür etdiyim, həm ona bais olanlara və şəxslərinə dua etdiyim məsələlərdən biri bu xanımların varlığıdır. Allaha həmd olsun ki, belə alim və mütəxəssis qadınların sayı bu gün çoxdur. Bəzilərini yaxından tanıyıram, bəzilərini yox. Amma bilirəm ki, var. İndi söhbət bunların barəsində deyil. Desinlər ki, bunların ixtisasları azdır. Xeyr, çoxları öz peşələrində yüksək ixtisas həddindədirlər. Mən bir dəfə dedim ki, bu qadınlar təkcə qadınlara məxsus fənlərin dalınca getməsinlər. Bu da var. Bizim kişi diş həkimlərinə, ürək həkimlərinə, mədə-bağırsaq həkimlərinə, ortopedist və göz həkimlərinə hər bir yerdə ehtiyacımız olduğu kimi, bu işlərdə qadınlara da ehtiyacımız var. Fərqi yoxdur.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

səh:69

Mömin qadınların ən yüksək elmi dərəcələrdə olması – İslam quruluşunun fəxri

Universitetdə ən yaxşı elmləri tədris edən və ən yüksək elmi dərəcələr alan mömin və hizbullahçı qız və qadınlar, eləcə də İranın yaxın gələcəkdə fiqhdə, fəlsəfədə və digər sahələrdə yüksək elmi dərəcələr alacaq çox gənc qadınları İslam quruluşunun fəxrlərindən sayılırlar.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Universitetlərdə yüksək dərəcələrin əldə edilməsi

Bizim qadınlarımız universitetlərdə elm öyrənərkən yüksək dərəcələr əldə etdikdə, yaxud ümumrespublika konkurslarında müxtəlif fənlərdə birinci və ikinci yeri tutduqda İslam Respublikası başıuca olur və fəxr edir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Parlaq istedadların yetişdirilməsi

Xülasə budur ki, parlaq istedadların yetişdirilməsi bizim məqsədlərimizin biri olmalıdır. Bununla qadınların düşüncə səviyyəsini yüksək həddə çatdırmalıyıq. Düşünürəm ki, bütün elmi fənlərdə və incəsənət sahələrində əgər kütləni yamaca çatdırmaq istəsək, gərək zirvədə nümunələr olsun, yoxsa mümkün olmayacaq. Yəni yola çıxmaq istəyənləri həvəsləndirmək üçün hamının imkanından xaric olan dəyərli nümunələr olmalıdır. Sözsüz ki, hamı o zirvəyə çatmayacaq, çoxları yamacda dayanacaqlar.

Əz-Zəhra Universitetinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 15 oktyabr, 1992

İslam quruluşunda böyük qadınların yetişməsi

İndiyə qədər İslamın ağuşunda böyük alim qadınlar yetişmişlər. Bu gün bizim cəmiyyətimizdə mütəxəssis, alim, həkim, tədqiqatçı və incəsənət xadimi olan qadınlar çoxdur. Onların bir çoxu dəyər yaradan düşüncə sahibi, siyasət, icra və qanunvericilik sahəsində fəal iştirak edən insanlardırlar.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr 1991.

İslam Cümhuriyyəti qəzeti

Qadınların alim olması

Elm çox əziz bir şeydir. Mən bizim cəmiyyətimizdə qadınların bütün fənlərdə alim olmasının tərəfdarıyam. Əlbəttə, ötən il, yaxud ondan qabaqkı il keçirilən iclasda mən tibb fənnini prioritet göstərdim. Ona görə ki, həkimlik bizim aktual və təcili zərurətimizdir. Lakin əslində qadınlar bütün fənlərdə öz yüksək istedadlarını işlətməlidirlər.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadınlara məxsus universitetlərin təşkil edilməsinin zəruriliyi

Eşitdim qadınlara məxsus universitet yaratmaq barədə söhbətlər gedir; yəni müəllim, rektor, tələbə, hətta idarə işçilərinin hamısı qadın olsun, xüsusən də tibb universitetlərində. Bu çox yaxşı fikirdir. Mən beləcə uzaqdan baxıram, məsələnin tərəflərini düzgün

səh:70

araşdırmadan (çünki bu işə imkanım yoxdur) görürəm ki, icmali olaraq bu iş qadının cəmiyyətimizdəki hərəkətinin ümumi və dəyər məqsədləri ilə tam uyğun və çox yaxşıdır. Ümidvaram inşallah uğur qazanasınız.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınları ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Elm sahələri – qadınların ictimai fəaliyyətinin ən münasib sahəsi

Hər bir növdə olan universitet və elm işləri qadın üçün münasibdir. Qadın əgər müəllim olmaq, tədris etmək, kitab yazmaq, mədəni işlər görmək istəyirsə, hansı fəndə olmasının fərqi yoxdur, istər humanitar elmlər olsun, istər təcrübi, yaxud dini elmlər, fərqi yoxdur. Yəni qadın bütün fənlərə daxil olub fayda yetirə bilər. Sözügedən bu məqsədlə icraçı işlərdə təlim və tərbiyə ən yaxşı işdir. Səhiyyə və müalicə işləri də belədir. Mən ictimai sahələrdə bu işləri bir xanımın, misal üçün, tikinti, yaxud yol mühəndisi olmasından daha faydalı bilirəm. Əlbəttə, bu sahə, misal üçün, neft mühəndisliyi qadına qadağan deyil, amma lüzumu da yoxdur.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qadın həkimlərin çoxalması

Bizim cəmiyyətimiz tibbin müxtəlif sahələrində kişi həkimlər qədər qadın həkimlərə də ehtiyaclıdır. Ölkədə qadın həkimlərin sayı elə bir həddə çatmalıdır ki, İran qadınları öz xəstəliklərini müalicə etdirmək üçün yalnız qadın həkimlərə müraciət edə bilsinlər.

Ölkənin mütəxəssis həkim qadınları ilə görüşdə çıxışdan; 30 noyabr, 1993

Keyhan qəzeti

Həkimlikdə ilahi hədlərə riayət etmək

Həkimlik sahəsində ilahi hədlərə riayət etmək zəruridir. Bu məqsədlə qadınların ixtisaslaşmasının çox əhəmiyyəti var. Prioritet olan sahələrdə qadın həkimlər yetişdirmək üçün lazımi sərmayələr qoyulmalıdır.

Səhiyyə naziri və nazirliyin əməkdaşları ilə görüşdə çıxışdan; 14 oktyabr, 1993

Xanımlar üçün tibb fənninin prioritet olması

Əlbəttə, mən burada deyim ki, tibb fənni xanımlar üçün prioritetdir. Biz ictimai münasibətlərdə qadın və kişi arasında bir fasilənin olmasını düşünürüksə, qadın və kişinin qeyd-şərtsiz qarışmamasına təkid göstəririksə və sözün həqiqi və tam mənasında hicaba inanırıqsa, həkimlik məsələsinə laqeyd yanaşa bilmərik. Yəni kişi həkimlərin sayı qədər qadın həkimlər də lazımdır. Qoy qadınlar öz tibbi işlərində qadın həkimə müraciət etsinlər. Bizim bu fasiləni götürməməyimizə heç bir lüzum da yoxdur.

Gərək elə bir iş görək ki, qadınlar heç bir problemlə üzləşmədən həkimə müraciət edə bilsinlər və o həkim qadın olsun. Bəzi xanımlar elə bilirlər ki, əgər qadınlar tibb dərsi oxuyursa, gərək yalnız qadınlara və doğuş məsələlərinə məxsus xəstəliklər sahəsində oxusunlar. Halbuki belə deyil. Xanımlar tibbin müxtəlif ixtisaslı sahələrini - ürək, mədə-bağırsaq, sinir və digər sahələri öyrənməyə borcludurlar. Bu vacibdir. Bu gün bu, kişilərdən çox qadınların vəzifəsidir. Baxmayaraq ki, cəmiyyətimizi qurmaq üçün lazım olan müxtəlif fənlərdə təhsil almaq bu cəmiyyətdə hamıya vacibdir. Bu gün elm öyrənməyin şəriət baxımından həqiqətən vacib olduğu günlərdəndir. Bundan əlavə, bu, həm də ictimai baxımdan vacibdir.

səh:71

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Tibb və təlim-tərbiyə təhsilində qadınların artmasının zəruriliyi

Mənim fikrimcə həkimlik mühüm və lazım olan işlərdən biridir. Çox yaxşı olar ki, bizim bütün sahələrdə qadın həkimlərimiz olsun və qadınlar asanlıqla bir qadın həkiminə müraciət etsinlər, onun yaxşı həkim olmaması barədə nigaranlıq çəkməsinlər. Mən əvvəllər eşitmişdim, deyirdilər qadın xəstəlikləri üçün bir kişi həkim var və bir neçə qadın həkim. Amma qadınlar kişi həkimə müraciət edirdilər və deyirdilər ki, o, qadınlardan daha güclüdür və daha yaxşı müalicə edir. Yəni qadınların özləri qadın doktorları qəbul etmirdilər. Bu, mədəniyyətin aşağı olmasıdır. Halbuki şübhəsiz, o qadınlar qadın xəstəliklərini daha yaxşı dərk edirlər. Çünki onların özləri də bu halı yaşayırlar və nə etmək lazım olduğunu yaxşı anlayırlar. Şübhəsiz ki, həkimin ağrı və xəstəliklə tanış olması onun təbabətində təsirlidir. Öz əl-ayaqlarının sümükləri sınmış ortopedistlər daha yaxşı ortopedistlərdir, yəni sümüyü sınmış xəstə ilə nə etməli olduqlarını bilirlər. Öz sümüyü sınmayan şəxs sümük sınmağın nə olduğunu bilmir. Qadın da özü hiss etdiyindən və yaşadığından, qadınların xəstəliklərini necə müalicə etməli olduğunu bacarmazmı? Amma təəssüf ki, qadınlar bunu qəbul etmirlər. O zamanlar belə idi. Bilmirəm indi də belədir, yoxsa yox. Buna əsasən, qadın həkimlərin sayı çox olmalıdır ki, qadın xəstələr qadın həkimə müraciət etsinlər, yada və naməhrəmə möhtac olmasınlar. Təlim və tərbiyə sahələrdində də belədir. Bəlkə başqa sahələr də var, mənim yadımda deyil.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qadının fətvasının qadınlar üçün höccət olması

Mənim fikrimcə, qadın fəqihlər bu sahədə işə girişməli və mövzunu təyin etməklə üç qan məsələsini onlar araşdırmalı və yazmalıdırlar. Güman ki, qadının fətvası ən azı qadın üçün höccətdir. Belə nəzərə çarpır. Yəni qəzavət məsələsində deyilən iradlar fəvta məsələsində güman ki, yoxdur. Belə nəzərə çarpır ki, eybi olmasın.

Məşhəd həkimləri ilə görüşdə çıxışdan; 4 mart, 1997

Keyhan qəzeti

Mütəxəssis və alim qadınların vəzifələri

Qadınların qadına aid mədəni işinin zəruriliyi

Qadın toplumu qadına aid olan mədəni işi öz işlərinin prioriteti seçməlidir. Qadın təbəqəsini məlumatlandırmaqla onları İslam düşmənlərinin mədəni hücumu qarşısında gücləndirməlidirlər. Qadınlar özlərinin həqiqi şəxsiyyətinin inkişafının çiçəklənməsinin və dirçəldilməsinin maneələrini kamil surətdə dərk etməli və bilməlidirlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 13 may, 1992

İslam Cümhuriyyəti qəzeti

Təhsilli və alim qadınların qadın problemlərinin həllindəki rolu

Mən bir müddət öncə dedim. Bilmirəm xanımlar bunu məndən eşidiblərmi. Bəlkə də sizin bəziləriniz eşitmiş olasınız. Mənim fikrimcə, bu sahədə ən böyük müqəssir qadınların özləridirlər; yəni savadlı və təhsilli xanımlar. Qadın məsələsi üçün düzgün mübarizə meydanına girməli olan alim qadınlar, mənim fikrimcə, səhlənkarlıq edirlər. İşləri avam, məlumatsız və ürəkləri bəzən yalnız danışmaq istəyən şəxslərin öhdəsinə

səh:72

buraxırlar. Bu düzgün deyil. İş gərək düzgün şəkildə peşəkar, ağıllı və hikmətli şəxslərin əlində olsun.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Müsəlman qadınların mədəni sıçrayışını dünyaya göstərmək

Dünya qadının məqamını kiçiltmişdir. Siz qadınların vəzifəsi budur ki, yerinə yetirdiyiniz bu böyük və inqilabçı işlərlə - istər feldşerliklə, istər elmi mühitlə, istər həkimliklə, istər tələbəliklə, istər mədəni və müxtəlif xidmətlərlə qadını və qadının mədəni-islami sıçrayışını dünyaya göstərin. Bilin ki, dünya sizdən öyrənəcək.

İslamın əziz xanımı həzrət Zeynəbin (ə) doğum günü münasibəti ilə şəfqət bacıları ilə görüşdə çıxışdan; 6 yanvar, 1987

İranlı qadının həyatını öyrənməyin lazımlığı

Bu böyük təvəllüd münasibəti ilə pak və mənəviyyatlı əzəmət kəsb etmiş Qadın günü - bizim cəmiyyətimizin mütəfəkkir və inqilabçı qadınlarının iranlı qadın, onun həyat həqiqətləri, böyük məqsədləri, yolları və arzuları, həmçinin maneələri və məsələləri barəsində fikirləşməsi, İslamın maarif çeşməsindən istifadə etməklə bu gün təkcə müsəlman qadının yox, hətta dünyanın hər bir yerindəki qadının qarşısına çıxan sualları cavablandırması üçün gözəl fürsətdir.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Cəmiyyətin dini bilgilərdə tədqiqatçı qadınlara ehtiyacı

İndi müxtəlif elmlərdə təhsil almış ziyalı və modern qadınlar mühitin dini mühit olduğuna görə dini cəhətdən düşüncə problemləri ilə rastlaşırlar. Bir nəfər bu problemləri onlar üçün həll etməlidir. Əgər bir şəhərdə dini maarifə, təhlil və tədqiqat qüvvəsinə malik olan bir xanım olsa, doğrudan da çox yollar açılacaq. Qadınlar onun yanına gedəcəklər və o cavab verəcək.

Əz-Zəhra Universitetinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 15 oktyabr, 1992

Cəmiyyətin mədəniyyətində alim qadınların rolu

Əgər bizim bütün ölkəmizdə o xanım (banu Müctəhidə İsfahani) kimi İslam maarifini bilən beş yüz alim qadınımız olsa, belə nəzərə çarpır ki, biz dini maarif və təbliğat baxımından çox irəlidə olacağıq. Bu çox mühüm olacaq.

Əz-Zəhra Universitetinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 15 oktyabr, 1992

Elmli qadınların ağır məsuliyyəti

Siz bacı və qardaşlar Allaha həmd olsun ki, elmlisiniz, dərs oxumusunuz. Elm mərhələlərini keçmisiniz, kitabla və bəzən əcnəbi bilgilərlə tanış olmusunuz. Sizin üzərinizdə daha ağır məsuliyyət vardır.

Həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Tələbə qızların həvəsləndirilməsinin və tərbiyəsinin zəruriliyi

Siz bacardığınız qədər xüsusən qız tələbələri həvəsləndirin, yetişdirin və elm sahələrində irəliyə aparın. Bu iş inqilabı və ölkəni öz məqsədlərinə yaxınlaşdıracaq.

səh:73

Xalqın sizin xidmətlərinizə ehtiyacı var; necə ki, sizin üsulunuza, şəxsiyyətinizə, məsuliyyətinizə və dinə sadiqliyinizə də ehtiyaclıdırlar.

Ümidvaram Allah sizə uğur bəxş etsin. Dediyiniz kimi, Fatimeyi-Zəhranı (s) öz örnəyiniz seçin, müsəlman qadınların təhsil problemləri qabaqkından daha artıq aradan qaldırılsın. Bəzi problemlər bəzi təhsil mərkəzlərində hələ də kəskin formada mövcuddur. İnşallah, bu problemlər aradan qaldırılsın. Bizim müsəlman qız və qadınlarımız bu elm yolunu daha artıq və daha güclü şəkildə gedə bilsinlər və biz İslam meyarlarını qorumaqla istər elmi baxımdan, istər siyasi və ictimai baxımdan bəşər istedadının ən uca zirvələrinə çatan xanımlarla fəxr edək.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadının mədəni və elmi işlərdə rolu

Mədəni və elmi işlər qadınların rol oynaya biləcəyi mühüm məsuliyyətlərdəndir. Siz həssas vəzifənizə uyğun olaraq məktəblərdə şagirdləri mömin yetişdirməlisiniz; zahirən və məcburi mömin yox. İncəliklə, diqqətlə və mehribanlıqla iman şərbətini uşaqların vücudunun dərinliklərinə qədər süzməyə çalışın. Bu gün beynəlxalq hegemonluğun bizim əleyhimizə işlətdiyi yalnız iki vasitədir: biri qısamüddətli iqtisadi təzyiq vasitəsi, digəri isə daha təhlükəli olan uzunmüddətli mədəni fəsad vasitəsi.

Peşələrin dəyər sırasında müəllimlər başda dururlar. Siz öz şagirdlərinizə cihadı, fədakarlığı və gələcəyə baxışı öyrətməlisiniz ki, inqilabın gələcəyi təmin olunsun.

Ölkənin mədəniyyət mənsubu olan qadınlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Qadınların idmanı

Qadınlara uyğun idman

Mən bütün xalqa, qadın və kişilərə özlərinə uyğun idmanı lazım bilirəm. Bu idman zəruri olaraq qəhrəmanlıq göstərmək və yarışlarda iştirak etmək mənasında deyil. Bəziləri elə bilirlər idmançı olmaq odur ki, mütləq yarışlarda iştirak etsinlər. Əgər qadınların idman etməsini istəyiriksə, mütləq yarışlarda iştirak etməlidirlər? Xeyr, xörək yedikləri kimi, gündəlik işlərini gördükləri kimi, dərs oxuduqları kimi idman da etsinlər. İdman həyatın qəti proqramlarından biri olmalıdır.

Gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Qadınların idmanında prinsiplərə və inanclara riayət etmək

Dediyim bu sağlam, məqsədli və mənalı idman etməyə qadınların da haqqı var. Siz düşünür və kənar təhriklərin nəticəsində soruşursunuz ki, nə üçün idman sahəsində qadınlara diqqət göstərilmir. Bu, idman anlayışına qarşı qeyri-düzgün baxışdan irəli gəlir. Siz sanki idmanı yarış meydanlardan digər yerlərdə mümkün bilmirsiniz. İdmançı qadınların yarışlarda qadın və kişilərin gözü qarşısında görünməməsi sual yaradır ki, qadınlar nə üçün idman etmirlər? Halbuki qadınların yarış meydanlarına çıxmamaları idman etməmələrinə dəlil deyil. Məsələnin həqiqəti budur. Biz idmanı dəyərli bilməklə yanaşı, özümüzün digər inanclarımıza və prinsiplərimizə etinasızlıq göstərməyi icazəli bilmirik. Buna görə düşünürük ki, kişi kimi qadın da idman etməlidir. Necə ki, şübhəsiz, qadın həyatın müxtəlif səhnələrində kişi ilə qarışmaqdan da çəkinməlidir. Biz kişi məşqçilərin qadın və qızlara idman öyrətməsini qəbul edə bilmərik. Amma asanlıqla qəbul

səh:74

edirik ki, qadın məşqçilər ağır, yaxud yüngül idmanın bütün növlərində qadınlara və qızlara da fiziki təlim keçsinlər.

İslam Cümhuriyyəti qəzeti ilə müsahibədən; 12 dekabr, 1981

Qadınların idman etməsində hüdudların riayət olunması

Qadınların idman mərkəzi elə olmalıdır ki, orada İslam sərhədinə dəqiqliklə riayət olunsun. Qadınların idmanında qadının bəzənməsi və özünü göstərməsi qadağandır. Çünki əgər cəmiyyət qadının özünü göstərdiyi yerə çevrilsə, cəmiyyətin ailə, sağlamlıq, gənclərin iffəti və paklığı kimi ciddi məsələləri zərbə alacaq.

Ölkənin idman məmurları ilə görüşdə çıxışdan; 29 dekabr, 1996

Ettelaat qəzeti

səh:75

Yeddinci fəsil: Qadın və ictimai fəaliyyət

İslam quruluşunda qadının ictimai yeri

İctimai quruluşlarda qadının layiqli yerinin izah olunmasının zəruriliyi

İctimai quruluşlarda və cəmiyyətdə qadının yerinin qadınlara layiqli şəkildə izah olunması fikri bizim dövrümüzün ən zəruri məsələlərindən biridir. Çünki bizim fikrimizcə bu iş indiyədək görülməmişdir.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

İslam və qadının ictimai yeri

İslam baxışından qadın bir insan olaraq bütün təkamül mərhələlərini keçməlidir. Qadın kişi kimi bir alim, ixtiraçı, filosof, siyasət, idarə və dövlət işlərində fəal element kimi cəmiyyətə xidmət göstərə bilər.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Beyət - qadının siyasi və ictimai işlərdə fəaliyyəti

İslamda qadının beyəti, qadının mülkiyyət hüququ, qadının əsas siyasi və ictimai fəaliyyətlərdə iştirakı təsbit olunmuşdur: "Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladları öldürməyəcəkləri, özgə kişilərdən olan üşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et" Qadınlar gəlib Peyğəmbərlə (s) beyət edirdilər.İslam Peyğəmbəri buyurmadı ki, kişilər gəlib beyət etsinlər, qadınlarda onların səs verdiyi və qəbul etdiyi hər bir məsələni qəbul etməyə məcbur olsunlar.Xeyr dedi ki qadınlar da beyət etsinlər bu höküməti bu ictimai və siyasi düzəni qəbul etməkdə onlar da iştirak etsinlər.Qərblilər bu sahədə İslamdan min üç yüz il geridə ola-ola bu iddiaları edirlər .Mülkiyyət hüququ barəsində də belədir.İçtimai və siyasi məsələlərə aid olan digər sahələrdə də belədir.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Təbii xüsusiyyətlərini qorumaq şərti ilə qadının müxtəlif fəaliyyətlərə həvəsləndirilməsi

Bu İslamın nəzəridir. Qadının həm qadınlıq xüsusiyyəti (onun bütün duyğuları və istəkləri bu qadınlıq istəkləri əsasındadır) qorunmuşdur. O, məcbur edilməmişdir. Qadın olmaq təbii və fitri bir xüsusiyyət və bütün qadınlıq duyğularının və fəaliyyətlərinin əsasıdır. İslamın baxışında bu qorunmuşdur. Həm eyni zamanda onun üzünə elm meydanı, mənəviyyat meydanı, təqva meydanı və siyasət meydanı açılmışdır. O həm elm öyrənməyə həvəsləndirilmişdir, həm də müxtəlif ictimai və siyasi sahələrdə fəaliyyət göstərməyə. Sonra ailə daxilində kişiyə deyilmişdir ki, vəzifə göstərmək, məcbur etmək,

səh:76

həddini aşmaq, cahilanə və qeyri-qanuni güc göstərmək haqqın yoxdur. Bu, İslamın baxışıdır.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam cəmiyyətinin bütün sahələrində böyük rolu

Bizim ölkəmizdə qadınlar təyinedicidirlər. Bizim ölkəmizin mühüm məsələlərində qadının iştirak etmədiyi bir yer yoxdur. Əgər qadınlar olmasaydı, müharibə olmazdı. Əgər qadınlar inqilabla əlbir olmasaydılar, inqilab ümumiyyətlə qələbə çalmazdı. Əgər qadınlar olmasaydılar, bu əzəmətli tədbir belə təntənə ilə vücuda gəlməzdi. Ümumiyyətlə bizim inqilabımızın əlli faizi qadınların sayəsində olub. Biz qadınlar üçün dəyər tanıyırıq. Əgər məclisdə qadın olsa, biz gedirik. Bizim İslam Şurası Məclisimizin daxilində qadın var. Bizim İslam cəmiyyətlərimizdə qadın var. Bizim cümə namazımızda qadın var. Bizim məscidlərimizdə qadın var. Biz heç bir yerdə qadının iştirakına qarşı çıxmırıq. Biz qadının uyğun olmayan geyiminə qarşı çıxırıq. Biz qadının qeyri-düzgün rəftarına qarşı çıxırıq. Qadın və kişi şərab içmək istədikləri yerdə, təbii ki, biz iştirak etmirik.

Tehranın cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Qadınların cəmiyyətdə təyinedici və qurucu təsiri

Əgər müsəlman qadınlar çalışmasaydılar, İslam hökmlərini və təlimlərini, İslamın əzəmətli məsuliyyətlərini özlərinə yönəlik bilməsəydilər və ona əməl etməsəydilər, bu inqilab qələbə çalmazdı, bu məcburi müharibə və İranın müsəlman xalqının səkkizillik müdafiəsi nəticə əldə etməzdi. Bu gün də əgər müsəlman qadınlar səhnədə olmasalar, quruculuq meydanı nöqsanlı olacaq və quruculuq işi ləngiyəcək.

Məsələ təkcə bundan ibarət deyil ki, qadınlar ölkə əhalisinin yarısını təşkil edirlər. Bu məsələyə kəmiyyət gözü ilə baxmaq olmaz. Bəli, qadınlar ölkə əhalisinin yarısıdırlar. Amma qadının bu yarı təsiri bu ölkənin tale məsələlərinə qarışmaq istədikdə, bütün əhalinin yarı təsirindən artıq olur. Bir zaman biz insanların bir məcmusunu təsəvvür edirik, onların yarısının əlli faiz miqdarında rolu vardır. Lakin cəmiyyətdə qadın faktoru belə deyil, bundan yüksəkdir.

Əgər bir cəmiyyətdə qadınlar bir düşüncəyə bağlanıb, bir yolda addımlasalar və maneələrə baxmayaraq, o yolu davam etdirsələr, onların öz övladları, həyat yoldaşları, hətta qardaşları və ataları üzərində təyinedici və qurucu təsiri olacaq. Gəncləri tərbiyə edib müxtəlif yollara qoşan ilk növbədə analardır. Düzdür, başqa amillərin də rolu var, çox rolları da var. Amma ananın rolu o rollardan az deyil və bəzən artıq olur. Qadının təkcə özü bir yolla getmir, kişiləri də o yolla aparır. Bir cəmiyyətdə qadınların təfəkkürünün əhəmiyyəti bundadır.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Qadının bütün ictimai səhnələrdə iştirakı

Qadın bütün ictimai səhnələrdə iştirak edə bilər: dərs oxuya bilər, dərs verə bilər, pul qazana, idarə işində çalışa, fəhləlik edə bilər. Kişinin cəmiyyətdə gördüyü bütün ictimai-siyasi fəaliyyətləri və mübarizələri qadın da hicabla görə bilər.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

səh:77

İslam Cümhuriyyəti qəzeti

Müsəlman qadın üçün ictimai, siyasi və elmi fəaliyyət hüququ

İkinci meydanda – ictimai, siyasi, elmi və müxtəlif fəaliyyətlər meydanında müsəlman qadının müsəlman kişi kimi haqqı var; haqqı var ki, dövrün tələbini, hiss etdiyi boşluğu və öz üzərində duyduğu vəzifəni yerinə yetirsin. Necə ki, misal üçün, bir qız həkim olmaq, yaxud iqtisadi fəaliyyət göstərmək, yaxud elmi sahələrdə işləmək, yaxud siyasi işlərə qoşulmaq, yaxud jurnalist olmaq istədikdə, meydan onun üçün açıqdır.

İffətə riayət etmək və qadın və kişinin qarışmaması şərti ilə İslam cəmiyyətində meydan qadın və kişi üçün açıqdır.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Qadınların müxtəlif elmi və siyasi konfranslarda iştirakı

Bu gün İslam Respublikası dövründə tələbə qızların sayı, ali təhsil mərkəzlərində təhsil almış qadınların sayı, səhiyyə mərkəzlərində, elm və tədqiqat işlərində çalışan qadınların sayı, eləcə də ölkə və beynəlxalq siyasət səhnəsində iştirak edən qadınların sayı keçmişlə müqayisəedilməzdir. Bu gün iranlı müsəlman qadın beynəlxalq toplumlarda, müxtəlif elmi və siyasi konfranslarda güclü şəkildə iştirak edir, öz ölkəsinin və xalqının hüququnu və fikrini müdafiə edir.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadın - cəmiyyətin islahının vasitəsi

Bu gün qadın nəinki fəsad vasitəsi olmur, hətta cəmiyyətin islahı vasitəsidir və inqilab səhnəsində görünür.

Ölkənin mədəniyyət mənsubu olan qadınlarının nümayəndələri ilə görüşdə çıxışdan; 27 yanvar, 1985

Keyhan qəzeti

Cəmiyyətin islahında qadının və ailənin dəyərli rolu

Əgər qadının varlığı sayəsində ailə sağlam yer olsa, cəmiyyət bütünlüklə islah olunacaq. Cəmiyyətin islahında qadınların çox dəyərli rolu vardır.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

Cəmiyyətdə qadının dəyərinin yüksəldilməsi

Sabah bizim xalqımız, xüsusən qadınlar öz nümayişləri ilə Qadın gününü hörmətlə yad edəcəklər. Amma mən qadınlara və cəmiyyətimizin bütün insanlarına tövsiyə etmək istəyirəm ki, nümayişlə kifayətlənməsinlər. Sabahı elə bir gün etsinlər ki, cəmiyyətdə qadının dəyərinin yüksəldilməsi yolunda addım atılsın. Həqiqət budur ki, qorxu və qaranlıq dövründə İslam əleyhinə olan əcnəbi mədəniyyətin hökmranlığı boyunca bizim kişi və qadınımızı, xüsusən də qadınlarımızı öz uca insani şəxsiyyətindən endirmişdilər. Bu gün həmin tənəzzüllərin islahı günüdür. Qadın cəmiyyətinin inkişafı üçün əvvəla evlərdə, təhsil ocaqlarında, təlim və tərbiyə mərkəzlərində qadınların elm və təhsilinə xüsusi diqqət göstərilsin. Qadını evdə cəmiyyətin bilgilərindən uzaq halda saxlamayaq, evini onun üçün məktəb edək. Kitab və təhsili onun ixtiyarına qoyaq. İkincisi isə,

səh:78

inqilab cərəyanlarında və cəmiyyətin inqilab və quruculuq işlərində qadınların ictimai fəaliyyəti üçün yol açaq. Atalar və analar övladlarının və qızlarının inqilab fəaliyyətlərinə imkan əldə etmələri üçün kömək etsinlər. Əlbəttə, həm də ehtiyatlı olsunlar, çünki inqilab düşmənləri cəmiyyətin həssas nöqtəsini, yəni qadınları hədəf seçmişdir. Diqqətlərini toplasınlar. Qızlar və qadınlar onların dağıdıcı təbliğat sahəsinə girməsinlər, amma ictimai fəaliyyətlərlə məşğul olsunlar.

Terrordan qabaqkı cümə namazının son xütbəsi: 24 aprel, 1981

Ailə məsuliyyətini önə keçirməklə qadınların ictimai məsuliyyəti

Qadının ailə və daxili məsuliyyəti haqda söhbət etdikdə məqsədimiz bu deyil ki, qadının üzərindən ictimai məsuliyyət götürülməlidir. İctimai məsuliyyət də onun üzərindədir. Ailə məsuliyyəti bundan ayrıdır, lakin burada birincilik mövcuddur. Necə ki, kişi barəsində də birincilik vardır.

Kimsə düşünürmü kişi evin çörək qazananı olduğuna görə heç bir ictimai məsuliyyət daşımır? Ümumiyyətlə belə bir şey təsəvvür etmək mümkündürmü? Halbuki biz bilirik ki, ictimai məsuliyyətləri qəbul etməkdə məqsəd çörək qazanmaq deyil, hətta bəzən onunla ziddiyyət də təşkil edir. Yəni bəzən kişi ictimai məsuliyyətləri üzərinə götürmək istəsə, ailəsinin çörək qazanması ilə məşğul olmaması da mümkündür. Buna görə orada minimumla razılaşır. Bu sözü eynilə qadın barəsində də deyirik. Yəni qadının ailə məsuliyyəti və daxili məsuliyyəti haqda söhbət etdikdə məqsədimiz bu deyil ki, ictimai məsuliyyət qadının üzərindən götürülsün. İctimai məsuliyyət də onun boynunadır və o bundan başqadır. Lakin burada birincilik mövcuddur; necə ki, kişi barəsində də birincilik var. Buna əsasən, qadınların ailə məsuliyyətləri var və evin daxili işləri onun öhdəsindədir - dedikdə mənası bu deyil ki, ictimai məsuliyyət onların üzərindən götürülmüşdür. Onlar bu məsuliyyəti qorumaqla bacardıqları qədər ictimai və siyasi işlərlə məşğul olmalıdırlar.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qadınlarda ictimai şəxsiyyət hissi

Bu əzəmətli toplumun bir üzvü kimi qadının ictimai şəxsiyyəti çox əhəmiyyətə malikdir. Qadınlar keçmişdə ümumiyyətlə bu məsələyə diqqət yetirmir və əhəmiyyət göstərmirdilər. Cəmiyyətin ümumi işlərində qadınlar üçün rol düşünülmürdü; heç özləri də bir rol fərz etmirdilər, xüsusən də bu gün deyilən geniş miqyasda. İndi siz baxın, ucqar kəndlərin və şəhərlərin bütün qadınları bu inqilabın keşikçilər toplumunun üzvləri və onun sahibləri olaraq özlərinə məqam tanıyırlar. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur. Hətta bəzən qadınlar cəmiyyətin işlərinə qarşı daha həvəskar, daha inamlı və daha aydın baxışlıdırlar, ölkəni və onun işlərini özlərininki bilirlər.

Bizim qadınlarımız arasında, özü də cəmiyyətin belə geniş miqyasında belə bir hiss nə zaman mövcud olmuşdur? Bu, inqilabın faydasıdır. Kişilərdə vücuda gələn özünüdərk və ictimai şəxsiyyət hissi demək olar ki, qadınlarda daha sürətlə vücuda gəlmişdir. Əvvəllər belə bir şey olmamışdır, lakin bu gün geniş şəkildə mövcuddur. Həmçinin qadınlara xas iş və peşələr, ana və həyat yoldaşı olmağın qədrini bilmək - diqqət göstərilən məsələlərdəndir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

səh:79

İslamın qadınları dini, siyasi və elmi fəaliyyətlərdə iştirak etməyə həvəsləndirməsi

İslam dini, siyasi, elmi və mədəni fəaliyyətlərdə iştirak etməyi qadınlara qadağan etmir, hicaba və İslam qaydalarına riayət etməklə ona həvəsləndirir də.

Günbəzin şəhid ailələrinin toplantısında çıxışdan; 19 oktyabr, 1995

İslam Cümhuriyyəti qəzeti

Qadın əzəmətinin və azadlığının zirvəsi

Öz idealları, inqilabi amalları və imanı üçün bu qədər fədakarlıq göstərməyə hazır olan bu qadın fəxrin, əzəmətin və azadlığın zirvəsindədir, yoxsa işi-gücü özünü bərli-bəzəkli bir məhsul kimi həris gözlərin və həris əllərin ixtiyarında qoymaq olan qadın? Bu cəmiyyətin anaları və xanımları belə qadınlardır.

Xütbələrdən: 14 mart, 1986

Keyhan və İslam Cümhuriyyəti qəzetləri

Siyasi və elmi işlərdə qadınların fəaliyyətinin çoxalması

Biz siyasi meydanlarda da elə xanımlar görmüşük və görürük ki, təhlil və nitq qabiliyyətinə malikdirlər və İslam quruluşunda məsuliyyət qəbul etməyə hazırdırlar. Bu yenə də artmalı və irəliləməlidir. Elmi sahədə sizin özünüz bunun real nümunələrisiniz. Müxtəlif fənlərdə sizin kimilərdən mövcuddur.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İslam məqsədilə qadınların ictimai fəaliyyət müsabiqəsi

Qadınların müxtəlif yerlərdə - müharibə səhnələrində, siyasi hadisələrdə, nümayişlərdə, elm və quruculuq işlərində iştirakı və təsiri İranda qadınların ictimai fəaliyyətinin daim artmaqda olmasının göstəricisidir. İslam məqsədləri ilə qadınların İran cəmiyyətinin müxtəlif səhnələrində fəaliyyət müsabiqəsi İslam inqilabının qələbəsindən qabaqkı dövrə qayıdır.

Ölkə qadınlarının bir qrupu ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadının siyasi və ictimai faəliyyətlərdə sıçrayışı

Bu gün iranlı qadın inqilabdan öncə kişilərin də iştirak etmədiyi səsvermədə iştirak edir və siyasi fəaliyyətlərə qoşulur. İranlı qadın cümə namazlarında iştirak edir, müxtəlif hadisələr zamanı şüar və fikir bildirir. Müharibə barəsində fikir yürüdür, fəal iştirak edir, övladını, qardaşını və həyat yoldaşını cəbhəyə göndərir. Əgər qadınların çoxu həvəsləndirməsəydilər, həyat yoldaşları və övladları müharibə meydanına getməzdi. Xülasə budur ki, xanımlar ictimai və siyasi məsələlərdə geniş fəaliyyət göstərirlər. Baxmayaraq ki, bu gün bizdə çox fəal olan Qadınlar cəmiyyəti, yaxud Qadınlar komitəsi adlı bir təşkilat yoxdur. Amma qadınlar arasında ümumi bir fəaliyyət mövcuddur. Bu xüsusi cəmiyyətə aid deyil, iranlı qadına və iranlı cəmiyyətə məxsusdur, bu qadının siyasi və ictimai fəaliyyətlərdəki irəliləyişindən bir nümunədir.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

səh:80

Ölkə quruculuğunda qadınların əsaslı rolu

İslam ölkəsinin quruculuğu dövründə həm xalq, həm məmurlar böyük İranı həm maddi, həm ictimai quruluş baxımından, həm də mənəvi cəhətlərdən həqiqi formada yenidən qurmaq fikrindədirlər. Biz bu dövrdə ən çox, insan qüvvəsinə arxalanırıq.

İnsan qüvvəsindən söhbət düşdükdə diqqət yetirməliyik ki, ölkə əhalisinin və insan qüvvələrinin yarısı ölkənin qadınlarıdır. Əgər qadın barəsində yanlış baxış mövcud olsa, həqiqi mənasında və geniş səviyyədə quruculuq mümkün olmayacaq.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

İctimai fəaliyyətin zəruriliyi

Qadının müxtəlif qanuni fəaliyyətlərdə iştirakı

Qadın ümumi iş və cihad meydanında, ümumi qanuni fəaliyyətlərdə, düşmənlə mübarizə səhnəsində və quruculuq işlərində müxtəlif formalarda və geniş miqyasda iştirak etməlidir.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

İqtisadi və siyasi fəaliyyətlərdə qadının məsuliyyəti

Qadınların ictimai sahədə fəaliyyəti tamamilə icazəli və istənilən fəaliyyətdir. Onlar İslam qaydalarını qorumaqla bunları yerinə yetirsinlər və cəmiyyətin fəal qüvvəsinin yarısını cəmiyyətə təqdim etsinlər.

Quruculuq fəaliyyətində, iqtisadi fəaliyyətdə, ölkənin, bir şəhərin, bir kəndin və bir toplumun işləri üçün və ailənin şəxsi işləri üçün mütaliə etməkdə, proqram hazırlamaqda və düşünməkdə qadınla kişi arasında fərq yoxdur. Hamı məsuliyyət daşıyır və hamı işləməlidir.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müsəlman qadının ictimai fəaliyyətlərlə məşğul olması

Qadını və kişini eyni formada ictimai məsuliyyətlərə malik edən bütün İslam vəzifələridir. “Kim müsəlmanların vəziyyətinə laqeyd halda səhər etsə, müsəlman deyil” hədisi təkcə kişilərə məxsus deyil. Qadınlar da müsəlmanların vəziyyəti, İslam cəmiyyəti, İslam dünyasının işləri və dünyada baş verən bütün məsələlər qarşısında məsuliyyət hiss etməli və çalışmalıdırlar. Çünki bu, İslam vəzifəsidir.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Qadının səhnədə olması – yəni ailənin səhnədə olması

Əgər ölkə qadın toplumunu İslam təlimlərinə arxalanmaqla İslamın istədiyi təlimlərlə tanış edə bilsə, mənim şübhəm yoxdur ki, ölkənin inkişafı, tərəqqisi və ucalması qat-qat güclənəcək. Qadınlar məsuliyyət hissilə hansı meydana qoşulsalar, o meydanda inkişaf bir neçə qat artıq olacaq. Xanımların müxtəlif meydanlarda iştirak etməsinin xüsusiyyəti budur ki, ailənin qadını meydana qoşulduqda, həm kişi, həm də övladlar meydana qoşulurlar. Kişinin fəaliyyəti belə deyil, lakin qadının fəaliyyəti belədir. Qadın hansı meydana daxil olsa, evin xanımı olan qadın əslində o evin hamısını həmin meydana daxil edir. Qadınların müxtəlif sahələrdə fəaliyyəti çox əhəmiyyətlidir.

səh:81

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Analıq və həyat yoldaşı rolunu ifa etməklə yanaşı ictimai fəaliyyətin zəruriliyi

Qərb cəmiyyətlərinin əksinə olaraq, İslam cəmiyyətdə anaların və qadınların rolu üzərində çox təkid göstərir. Düşünür ki, gələcək tarixin təmin olunması üçün cəmiyyətin anaları islah olmalıdırlar. İslamda kim qadını savadsızlığa, ictimai işlərdə iştirak etməməyə, ana və həyat yoldaşı olmağa etina göstərməməyə həvəsləndirsə, xəyanət etmişdir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Qadının və İslam inqilabının qarşılıqlı təsirləri

İmam Xomeyninin nəzərində qadının İslam inqilabında rolu

İnqilabın böyük müəllimi həzrət İmam Xomeyni qadının inqilabda – istər inqilabın baş verməsində, istər onun davam etdirilməsində rolunu, həmçinin İslam cəmiyyətinin təkamülündə, İslam və inqilab tərbiyəsində onun mövqeyini çox böyük sayırdı. Doğrudan da belədir. Bunun üçün iranlı və müsəlman qadın çürük Qərb mədəniyyətinin qurduğu tələlərdən qurtulmaq üçün möhkəm iradə ilə öz işini davam etdirməli, qadını özlərinin dağıdıcı və əsarətli siyasətlərini icra etmək üçün vasitə etmək istəyən şəxslərin hiylələrinə əsla uymamalıdır.

“İmam Xomeyninin baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989

İslam inqilabının qələbəsində və davam etdirilməsində qadınların rolu

Qadınlar inqilabın qələbəsində, davam etdirilməsində və onillik dövrün böyük hadisələri qarşısında ən bariz və ən parlaq rollardan birini ifa etmişlər. Bizim böyük və mərhum imamımız bu həssas rola görə dəfələrlə İslam Respublikası qadınlarını mədh etmiş və bu sahədə gələcək nəsillər üçün özünün mühakiməsinin dəyərli yadigarlarını qoymuşdur.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989

Qadınların iştirakı və fədakarlığı – İslam inqilabında və müharibədə qələbənin amili

İslam hərəkatı İslam inqilabı mərhələsinə çatdıqda qadınlar İslamın qadın toplumuna dair təsəvvürü əsasında irəliyə düşdülər və imam haqlı olaraq buyurdu ki, əgər qadınlar bu hərəkatda həmkarlıq göstərməsəydilər, inqilab qələbə çalmazdı. Şübhəsiz, əgər qadınlar küçələrdə və əzəmətli nümayişlərdə iştirak etməsəydilər, inqilab dövründə qadınların əzəmətli və təntənəli iştirakı olmasaydı, inqilab qələbə çalmazdı. Əgər məcburi müharibədə şəhid anaları və şəhidlərin həyat yoldaşları (mən bunların min nəfəri ilə görüşüb, söhbət etmiş və onların xüsusiyyətlərini müşahidə etmək şərəfinə nail olmuşam) öz imanlarını, öz dözümlərini, öz müqavimətlərini, öz bilgilərini, müharibənin tələfatları, gənclərin və kişilərin fədakarlıqları qarşısında öz aydın baxışlarını nümayiş etdirməsəydilər, müharibə qələbəyə çatmazdı. Əgər şəhid anaları, şəhidlərin həyat

səh:82

yoldaşları dözümsüzlük etsəydilər, kişilərin ürəyindəki Allah yolunun cihad və şəhadət şövqü quruyardı, belə qaynamazdı, cəmiyyətə belə təravət bəxş etməzdi. Müharibə meydanında da qadınlar birinci dərəcəli rolları ifa etdilər. Əgər inqilab boyunca qadınların vəfadarlıqları, qadınların duyğuları, qadınların müxtəlif meydanlarda, yürüşlərdə və seçkilərdə iştirakı olmasaydı, şübhəsiz, bu əzəmətli xalq hərəkatı belə formalaşıb davam edə bilməzdi. Bu, İslamın baxışıdır.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

İslam inqilabından sonra qadınların məqamının ucalması

İslam inqilabının qələbəsindən sonra qadınların cəmiyyətdəki məqamı yüksəlmiş və müxtəlif məsələlərdə onların əsaslı rolu müəyyən olunmuşdur.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

İslam inqilabı – qadınların yeni yolunun başlanğıcı

İnqilab səddi sındırdı, qadınlar üçün yeni yol açdı. Onlar inqilabın işlərində güclü və geniş fəaliyyət göstərə bildilər. Baş verən əzəmətli nümayişlər, toplantılar və seçkilərdə iştirak bu yeni yolun başlanğıcı idi. Lakin bu, şübhəsiz ki, keçmişdəki uzun dövrün geriliklərini düzəldə bilməzdi və bilmir.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

İslam inqilabında müsəlman qadının dəyəri

İnqilab müsəlman qadınlara elə dəyər bəxş etdi ki, iranlı qadın özünün tarixi boyunca heç zaman bu qədər mövqe və dəyərə malik olmamışdı.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Qadın və onun dəyərləri sahəsində fikirlər təqdim etmək

Bəli, bu gün İran xalqı inqilabın sayəsində qadın və onun dəyərləri barəsində yeni fikirlər təqdim etməyə, dəyərli və üstün qadının yeni modelini yaratmağa qadir olmuşdur. Bu böyük uğur, həmişəyaşar və təqlidə layiq bir hərəkətdir. Qərb qurumları və mətbuatı tərəfindən qadağa və müqavimət qalmaqalına rəğmən, bu hərəkətin təsirlərini dünyada müşahidə etmək olar.

İslam İranının mütəfəkkir və məlumatlı qadınları öz aydın yollarını davam etdirməli, möhkəm addımlar atmalıdırlar. Olmasın ki, bəsit və qafil insanlarda göründüyü kimi, inqilabçı nəsil və mömin qadınlar da yenidən puç istehlaka, dəbdəbəçiliklərə və qeyri-inqilabçı təmayüllərə üz tutsunlar, yaxud kişilərlə sərhədsiz qarışmaqda cahiliyyət ənənəsini yenidən dirçəltsinlər.

Siz belə seminarlarda və toplantılarda imamın və inqilabın qadın barəsindəki yolunu davam etdirmək üçün düzgün üsulları yazmalı və bu yolun davam etdirilməsini təmin etməlisiniz.

"İmam Xomeyninin (r) baxışında qadın şəxsiyyətinin araşdırılması" seminarına müraciətdən 25 oktyabr 1989

səh:83

İslam inqilabının qələbəsində qadınlar iki müsbət və təsirli rola malik idilər. Onların birinci rolu öz mübarizələrində müsbət və düzgün fəaliyyət, daha çox əhəmiyyətə malik olan ikinci rolları isə mübarizədən irəli gələn problemlərə dözüm, təmkinlik və kömək idi.

İslam inqilabında qadınların çoxu öz həyat yoldaşlarını həvəsləndirirdilər. İnqilabda ən çox problemlər adətən mübarizlərin həyat yoldaşlarına aid idi.

Mübarizənin son iki-üç ilində inqilabın və xalqın əzəmətli qiyamının qələbəsində qadınların rolu birdən-birə möhtəşəm şəkildə qabardı. Qadınlar birinci təhlükəli yürüşə başladılar, təhlükə dolu mübarizə meydanlarında fəal və nəzərəçarpacaq şəkildə iştirak etdilər.

Qadınlar İslam inqilabının qələbəsindən sonra da inqilabın bütün böyük dəvətlərinə cavab verən ilk şəxslərdən idilər. Qadınlar fəaliyyət və mübarizə meydanında bu günə qədər də kişilərdən qat-qat öndədirlər.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

İnqilabın qadınlara ehtiyacı

Ey müsəlman qadın! Ey körpə uşağını qucağına götürüb təhlükə meydanına gedən, özünün və uşağının canını təhlükəyə salan ana! Ey ana! Ey gəlin! Ey fədakarlıq götərməyə hazır olan və nəticədə inqilabı qələbəyə çatdıran bacı! Əgər sən müsəlman qadının iman və iradə gücü olmasaydı, inqilab qələbə çalmayacaqdı. Bu gün də inqilab sizə ehtiyaclıdır.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Qadınların ardınca kişilərin canfəşanlığı

Əgər qadınlar inqilaba qoşulmasaydılar, inqilab qələbə çalmayacaqdı. Gənclər inqilabın sıralarına qoşulmaq üçün evdən çıxmayacaqdılar, anaları qoymayacaqdı, anaları ən azı, onları həvəsləndirməyəcəkdi. Əgər qadınlar inqilaba könül verməsəydilər, kişilər belə azad şəkildə inqilab sıralarında canfəşanlıq göstərməzdilər.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Qadınların inqilabdakı qəhrəmanlığı

İnqilabda qadınların rolu çox olmuşdur. İnqilabın qələbəsindən sonra bu günə qədər də doğrudan da ölkə qadınları bütün səhnələrdə böyük rol oynamışlar. Bu çox böyük və heyrətamiz bir hadisədir. Mən düşünürəm ki, qadınlar inqilabdan qabaqkı dövrdə və o rejimin zamanında siyasi və mədəni zülmə məruz qalmışlar; hətta bəzi ailələrdə məruz qaldıqları zülmdən daha artıq. Onları rol ifa etmək yerinə işsizliyə və pozğunluğa sövq edirdilər. İnqilab doğrudan da bir meydan açdı və xanımlar bu hadisələrdə kişilərdən çox fəaliyyət göstərib qəhrəmanlıq yaratdılar.

Fəcr ongünlüyündə gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Qadınların səhnədə fəal iştirakı

Bu gün İslam ölkəsinin hər bir yerində mömin və hizbullahçı gənclər, mömin və yüksək ruhiyyəli qadınların və kişilərin inqilabın prinsiplərinə möhkəm bağlanan ailələri fəal iştirak edir və ölkəni, İslamı, İslam quruluşunu, öz heysiyyətlərini və müstəqilliklərini hər bir düşmən qarşısında müdafiə edirlər.

səh:84

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadının fəaliyyəti – mübarizədə bütün ailənin fəaliyyətinin amili

İnqilabın qələbəsində qadın toplumunun rolu böyük ehtimalla kişilərə məxsus toplumdan çox olmuşdur. Evin xanımı mübarizədə özünü şərik bilib meydana atıldıqda, əslində bütün evi mübarizə meydanına çəkirdi. Müharibədə də əgər şəhidlərin anaları və həyat yoldaşları belə dözümlü olmasaydılar, müharibə çox ağır problemlərlə üzləşərdi. Cəmiyyətdə qadınların rolu bizim qadınlarımızın siyasi məlumatlanmasına və inkişafına bais oldu. Qadın savadlanıb siyasi məlumat əldə etsə, heç kəs ona hegemonluq edə bilməz.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadınların üstün və təyinedici rolu

Mən burada qadınların bu əzəmətli və heyrətamiz hadisədəki rolunu mütləq vurğulamalıyam. Çünki əgər biz öz cəmiyyətimizin qadınlarının bu hadisələrdəki təyinedici rolunu düzgün bilməsək, insafsızlıq olar.

Doğrudan da İslamın, bizim İslam inqilabımızda aşkaralanan ən böyük möcüzələrindən biri bu idi. Siz görün Qərb müstəmləkəçiliyi bizim qadınlarımız üçün necə dəhşətli yuxular görmüşdü, qadınları haraya sövq etmək, onları hansı mədəniyyətə bulaşdırmaq istəyirdi. Amma görün bu gün bizim qadınlarımız necədirlər. Əgər biz nailiyyətlərin və qələbənin yarısının qadınlara məxsus olduğunu desək, şübhəsiz, mübaliğə etmiş olmarıq. Mən deməliyəm ki, bəzi yerlərdə qadınların rolu kişilərdən çox olmuşdur.

Cümə namazı xütbəsindən; 14 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

İranlı qadının fədakarlığı və əzəmət yaratması

İslam qadını yolu düzgün gedən, məqsədi düzgün seçən və bu yolda fədakarlığa hazır olan qadındır. Belə bir qadın əzəmət yaradır; necə ki, İran qadınları əzəmət yaratdılar. Bunlar kompliment deyil.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam Cümhuriyyəti qəzeti

İnqilabın irəliləməsində qadının iştirakının əlaməti

Allaha həmd olsun ki, ictimai qərarlarda, inqilabın irəliləməsində və gələcəyin qurulmasında - hər yerdə qadının iştirakının əzəmətli əlamətləri görülür.

Bu ölkənin hər bir yerində bizim toplantılarımız, cümə namazlarımız, mitinqlərimiz və nümayişlərimiz qadınların iştirakı ilə, onların fəaliyyəti və inqilabçı ruhiyyəsi ilə bəzənmişdir. Bunu qoruyun. Bu, inqilabın, İslamın və iffətin faydalarındandır.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

İnqilabın ön xətt əsgərləri

Xanımlar inqilabın ön xəttinin əsgərləri idilər. Bu, sözün həqiqi mənasında belə idi, mən bunu şişirtmirəm. Biz inqilabın gedişində görürdük ki, qadın ölkəmizdə inqilabın ön xəttinin əsgəridir. Əgər qadınlar inqilaba razı olmasaydılar, bu inqilabı qəbul edib ona inanmasaydılar, əmin olun ki, bu inqilab baş verməyəcəkdi. Mən belə düşünürəm. Əvvəla

səh:85

əgər onlar olmasaydılar, inqilabçıların yarısı meydanda olmayacaqdı. İkincisi isə, dolayısı ilə, evdə çox mədəni təsirlərə malik olduğuna görə, qadınlar övladları, həyat yoldaşları, qardaşları və ev adamları üzərində təsir qoyurdular. Düşmənin fəqərə sütununu sındıra bilən və mübarizəni sözün həqiqi mənasında irəliyə aparan onların bu fəaliyyəti idi.

Qadın həkimlərlə görüşdə çıxışdan; 6 yanvar, 1990

İlahi yeniliyin öncülləri

İslam inqilabının qələbəsi ilə bizim cəmiyyətimiz ilahi dəyişikliyə uğradı. Bu dəyişiklikdə qadınlar öncül idilər. İranlı qadının həqiqi zinəti budur ki, bu inqilab yükünün yarısını çiyninə ala bilsin. Bu o haldadır ki, əxlaq, təqva, iffət, əmanətdarlıq, iman, paklıq və Allah yolunda fədakarlıq baxımından öz borcunu ödəsin.

Şəfqət bacılarının İslam birliyinin üzvləri və könüllü keşikçi olan qadınlarla görüşdə çıxışdan; 20 fevral, 1983

İman və məlumat sayəsində tarixi yeniliklərdə birinci rol

Qətiyyətlə deyirəm ki, əgər bizim ölkənin qadınları belə fədakarcasına fəaliyyət göstərməsəydilər, məlumat, iradə və fədakarlıq nümayiş etdirməsəydilər, inqilabın və İslam Respublikasının taleyi başqa cür olacaqdı. Nə inqilabın qələbəsində, nə də ondan sonrakı hadisələrdə bu böyük tarixi uğurlar əldə olunacaqdı. Qadınların inqilabdakı rolu sübut etdi ki, qadın iman və elmi sayəsində Qərb dünyasının onun üçün düzəltdiyi fəsad bataqlığından uzaq durmaqla tarixi yeniliklərdə birinci rolu ifa edə bilər; sübut etdi ki, qadının fəxri və əzəməti sionizmin çirkli əllərinin indiki fəsadlı dünyada onun üçün hazırladığı məsələlərdə deyil. Qadın paklıq, iffət və məsuliyyət hissinin sayəsində kişilərlə çiyin-çiyinə və bəzən onlardan irəlidə addımlaya bilər.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989

Qərb mədəniyyətinin antidəyərlərinə etinasızlıq

İslam Respublikası quruluşunda qadınlar İslamın onlara verdiyi əzəmətin qədrini bilməlidirlər. Onlar gərək beynəlxalq qarətçi kapitalistlərin dünyanın bugünkü qadınının ətrafına toxuduğu istehlakçılıq tələsini tamamilə yırtsınlar, Qərb mədəniyyətlərinin antidəyərlərinə – çılpaqlığa, kişilərlə bayağı münasibətlərə, inkişaf etmiş ölkələrdə və geri qalmış ölkələrin əksəriyyətində qadınların həyatına hakim olan müxtəlif fəsadlara bulaşmaya təhqir və nifrət gözü ilə baxsınlar.

Həzrət İmam Xomeyninin vəfatının qırxıncı günündə hörmətli İran xalqına müraciətdən; 14 iyul, 1989

İnqilabdan sonra qadınların siyasi-ictimai sıçrayışı

Mənim fikrimcə, qadınlar inqilabdan sonra ictimai-siyasi sahələrdə ümumi şəkildə çox uğur əldə etmişlər. Belə ki, İranda qadınların və qadın toplumunun nailiyyətlərini bənzərsiz bir sıçrayış adlandırmaq olar. Bunun mənası o deyil ki, inqilabdan sonra bizdə, keçmişdəki qadınlarda olmayan siyasi düşüncəyə malik qadınlar peyda olmuşdur. Ümumiyyətlə söhbət bir, yaxud bir neçə qadından və ya bir qrupdan, yaxud təhsilli, ziyalı və universitet bitirmiş qadın təbəqəsindən getmir. Söhbət qadın toplumundan gedir. Biz bir toplum kimi iranlı qadını nəzərə aldıqda görürük ki, onun inqilabdan sonra əldə etdiyi nailiyyət bütün keçmişin nailiyyətləri ilə müqayisə olunası deyil. Buna görə ümumi

səh:86

şəkildə deyə bilərik ki, o zaman qadınlar arasında siyasi faəliyyət çox məhdud olmuşdur. İctimai fəaliyyət də müəyyən həddə məhdud idi, bu sahədə ali təhsil almış qadınlara və xüsusi bir qrupa aid idi. Halbuki bu gün qadınlar arasında ictimai və siyasi fəaliyyət milyonlarla iranlıya - savadlıya, ali təhsilliyə, orta təhsilliyə, hətta savadsıza, gənc qadınlara, orta yaşlı qadınlara, qoca qadınlara, qızlara, tehranlı qadınlara və misal üçün, Kermanın filan ucqar kəndinin qadınlarına aiddir.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 4 mart, 1985

İnqilabın qadınların mədəniyyətinə dərin təsiri

Bizim qızlarımız və qadınlarımız bu barədə fikirləşmirdilər. Bu gün isə qadınlar bəzənmək haqqında düşünmürlər, qızıl-zinət əşyaları barədə düşünmürlər. Mən bəzən baxdıqda görürəm ki, o zaman qadınların o qədər təkid göstərdikləri zinət əşyaları onların gözündə nə qədər qiymətsiz olub, onlara sarı getmirlər də. İnsan hiss edir ki, inqilab bütün qadınlara hakim olan mədəniyyətə dərin təsir göstərmişdir. Bu davam etdirilməlidir.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

Qadınlar – inqilabda kişilərin dayağı

İnqilab boyunca bizim ölkəmizin qadınları kişilərin hərəkətinin dayağı olmuşlar. Əgər qadınların güclü duyğuları və imanları olmasaydı, bəlkə də bizim kişilərimizin çoxu müxtəlif mübarizələrin çətin meydanlarında iştirak etmək üçün belə qüvvə əldə etməzdilər. Həmin məsuliyyət bu gün də qadınların üzərindədir.

Siz bilirsiniz ki, bizim düşmənlərimiz inqilaba zərbə vurmaq fikrindədirlər. Xəbəriniz var ki, bizim ölkəmizdə yaranmış vəhdət nə qədər dəyərlidir, bizim xalqımızın inqilab səhnələrində iştirak etməsi necə əhəmiyyətə malikdir. Bunu qorumalısınız. Kişiləri, övladlarınızı, həyat yoldaşlarınızı və qardaşlarınızı bütün səhnələrdə güclü şəkildə iştirak etməyə, vəhdəti qorumağa, inqilabın, böyük imamımızın bizdən istədiyi əziz amalları təmin etməyə vadar edin.

Ölkənin müxtəlif şəhərlərindən qadınların beyət mərasimində çıxışdan; 6 iyul, 1989

İnqilabın bütün mərhələlərində aktiv və güclü iştirak

Xanımların inqilabın bütün mərhələlərində iştirakı aktiv və güclü idi. Onlar ağır vəziyyətə dözüb böyük müsibətləri aşa bildilər. İslam tarixi boyunca bizim qadınlarımız kimiləri nadir və az olmuşdur. Şübhəsiz, əgər ölkəmizin qadınlarının dayağı və himayəsi olmasaydı, müharibə dövründə və ondan öncə inqilabın bütün mərhələlərində bu qələbələr əldə olunmayacaqdı.

Ölkənin müxtəlif şəhərlərindən qadınların beyət mərasimində çıxışdan; 6 iyul, 1989

Qadının cihad və müdafiədə rolu

Qadın erkən İslam çağında

Erkən İslam çağında qadın döyüş meydanında yaralıların yarasını bağlamaqdan əlavə (bu iş daha çox qadınların öhdəsinə düşürdü), hətta bəzən niqabla döyüşə girib o günün çətin döyüş meydanında qılınc da çalırdılar. Eyni zamanda evin daxilində öz övladlarını ağuşlarına da alır, İslam tərbiyəsi də göstərir və öz hicablarını da qoruyurdular. Çünki bunların bir-biri ilə ziddiyyəti yoxdur.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

səh:87

Fədakar insanlar yetişdirən böyük qadınlar

Bizim öz cəmiyyətimizdə də belə qadınlardan çox olmuşdur. Qorxu və qaranlıq dövründə də az-çox olmuşdur. Mübarizələr dövründə, İslam quruluşu dövründə şəhidlər yetişdirməyi bacaran bu böyük qadınlar öz həyat yoldaşlarını, yaxud övladlarını ölkəni və inqilabı müdafiə edən, xalqın varlığını və heysiyyətini müdafiə edən fədakar insanlar kimi yetişdirən bu qadınlar əzəmətli qadınlardırlar.

Bu böyük işi görə bilən bu qadınlar idi. Mən çox nümunələrinə şahid olmuşam.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İslam Cümhuriyyəti qəzeti

Qadınlar - müharibə və inqilabın qəhrəmanlıq nəğməsi

Biz müharibədə və inqilabda müşahidə etdik ki, xanımların rolu əgər kişilərdən çox olmasaydı da, az deyildi. Əgər qadınlar müharibə qəhrəmanlığını bəstələməsəydilər və müharibəni evlərdə bir dəyər saymasaydılar, kişilər döyüş meydanına getməyə iradə və maraq əldə etməyəcəkdilər. Onlarla amil əl-ələ verib əzəmətli bəsici (könüllü keşikçi) izdihamını cəbhəyə yola salır. Bu amilin ən mühümlərindən biri anaların, həyat yoldaşlarının və qadınların ruhiyyəsidir.

Mən iddia edə bilərəm ki, əzəmətli şəhid ailələri ilə görüşlərdə ana ruhiyyəsini sınıq görməmişəm. Baxmayaraq ki, hamı bir deyil, bəziləri daha qüvvətli, bəziləri isə zəifdirlər. Bəziləri məsələni çox aydınlığı ilə dərk etməyiblər. Bəziləri onu həqiqət aydınlığının zirvəsində dərk ediblər. Amma ailələrin çoxunda qadının ruhiyyəsini kişidən yaxşı görmüşəm. Bu bizim cəmiyyətimizdə qadının vəziyyətidir. Lakin qərblilər təkcə qadını yox, hər iki cinsi fəsad bataqlığına sövq etdirirlər.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Qadınlar müharibədə həvəsləndirici amil kimi

Cəbhələrdə tikilmiş, ütülənmiş paltarları, yaxud bağlanmış qida məhsullarını, çox mehriban şəkildə bişirilmiş qidaları, turşu, mürəbbə və bu kimi yeyintiləri gördükdə anlayıram ki, arxa cəbhədə analar və qadınlar tərəfindən çox işlər görülür. Daha maraqlısı budur ki, müharibə münasibəti ilə hədiyyələrlə birgə bacılardan əlimə məktublar da çatır. Onların bəzisi hətta bildirirlər ki, övladlarımızı Allah yolunda əldən vermişik və bu hədiyyəni də veririk. Yaxud bəzi qadınlar özlərinin zinət əşyalarını müharibə cəbhələrinə göndərirlər. Onların arasında toylarından yadigar qalmış xatirəli yadigarlar da görünür. Mənim fikrimcə, müharibənin səmimi və həvəskar mühitinin mühüm bir hissəsi bacıların düşüncəsinə görədir. Əgər bizim qadınlarımız belə düşüncələrin ab-havasında olmasaydılar, bu həvəsin yarısı da olmazdı.

“Qadın günü” jurnalının xüsusi buraxılışına müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Zinət əşyalarının döyüşçülərə təqdim olunması

Azadlıq budur ki, siz tağut mədəniyyətlərinə və ənənələrinə çox həddə qələbə çala bildiniz. Qızıl toplamaq fikrində olan qadınlar bu gün dəstə-dəstə öz zinət əşyalarını İslam inqilabının müdafiəsinə təqdim edirlər.

Cümə namazı xütbəsindən; 28 dekabr, 1980

səh:88

İraqlı bacının məktubu

İraqlı qardaşların birinin vasitəsi ilə bir iraqlı bacı tərəfindən mənə məktub və bir qədər qızıl verildi: “Biz qadınlar siz kişilərin yanında iraqlı muzdurlarla döyüşə bilmədiyimizdən səbirsizliklə gözləyirik. Çünki bizim kişilərimiz və gənclərimiz Bəs rejimində əsirdirlər”. Bu məktubda yazılır ki, Hüseyn Kərbəlada sizdən kömək istəyir. İraqın məzlum xalqı sizdən yardım istəyir. Sizin bizə sarı gələcəyiniz gün biz sizin yolunuza güllər düzəcəyik.

Cümə namazı xütbəsindən; 3 aprel, 1981

Qadın bəsici (könüllü keşikçiləri) cəbhədə

Siz bacılar öz qədrinizi bilməlisiniz. Çünki qadın keşikçiliyi tanınmaz qalmaqla yanaşı, xüsusən cəbhədə və arxa cəbhədə mühüm təsirlərə səbəb olmuşdur. Qadın könüllülüyünün iki cəhəti var: biri hərbi könüllülükdür, digəri isə arxa cəbhədə hansısa bir yolla görülən digər işlərdə olan könüllülük. Əgər qadınların böyük toplantılarında könüllü bacılardan bir kəs olmasa, bir çox mərhələlərdə çatışmazlıqla üz-üzə qalacağıq.

Könüllü qadın keşikçilərin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

Bir qadının könüllülüyü – bir ailənin könüllülüyü

Bir qadın İslamı müdafiə etməyi qəbul etdikdə mənası budur ki, bir ailə və bir toplum onu qəbul etmişdir. Bir qadının könüllü olması əslində bir ailənin könüllü olması deməkdir. Qadın könüllülüyü cəmiyyətdə simvolik bir hərəkətin göstəricisidir, imanın zirvə nöqtəsini göstərir. Bu gün İslam quruluşunu və Quranı qorumaq məsələsi söhbətin mövzusudur. Bu işdə qadın, kişi, qoca və gənc arasında fərq yoxdur. Bu hamının üzərində vəzifədir.

Könüllü keşikçilərdən olan bacı və qardaşlarla görüşdə çıxışdan; 31 dekabr, 1986

Qadınların hərbi hazırlığı

Bu ölkənin bütün gəncləri, qocaları, qadınları və kişiləri şərəfi, istiqlaliyyəti, İslamı və İslam Respublikası quruluşunu müdafiə etməyə hazırdırlar. Heç kəs düşünməsin ki, müharibə bitdi, könüllülük də bitdi. Əsla! Məgər müharibə bitəndə ordunun və keşikçilər korpusunun hərbi qüvvələri də bitirmi?! Xeyr, imamın buyruğuna əsasən, İslam məmləkətinin hamısı hərbçidir. Qadın və kişinin hərbi hazırlığı olmalı və hərbi müdafiə üçün təlim görməlidir.

İmam Həsən Müctəba (ə) qarnizonunda bəsic (könüllü keşikçilik) günü münasibəti ilə tədbirdəki çıxışdan; 26 noyabr, 1990

Evdar qadının bəsici olması

Tacir, idarə işçisi, şagird, tələbə və hətta evdar xanım da bəsic üzvüdür.

Ali Baş Komandanlıq Komitəsinin müdirləri ilə görüşdə çıxışdan; 12 mart, 1990

Əsgərlərin həyat yoldaşlarının rolu

Qorxmaz əsgərlərin, zabitlərin həyat yoldaşları bu mübarizədə əsgərlər qədər rola malikdirlər.

Dezful şəhərində 4-cü hərbi bazasının şəxsi heyəti ilə görüşdə çıxışdan; 3 aprel, 1999

Keyhan qəzeti

səh:89

Ananın döyüşçü övladı həvəsləndirməsi

Keçmişdə müharibə də olmayanda bir gənci əsgərliyə apardıqda anası iki il ağlayır və dözümsüzlük edirdi. Amma bu gün həmin ana uşağı cəbhəyə getməyə həvəsləndirir. Bu nə qədər əzəmət istəyir. İnqilab iranlı qadını dəyişdirmişdir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Övladının şəhidliyinə görə ananın şükür etməsi

Bir ana məktub göndərib yazır ki, mən bir şəhid anasıyam. Şəhidin adını da şəkib. Bu, Şəhid Mütəhhəri qərargahının korpus keşikçilərindən biri olmuşdur, cəbhəyə gedib və şəhid olub. Bu ana yazır ki, uşağımın şəhid olduğuna şükür etmək üçün sizə on iki min rial təqdim edirəm, bunu şəhid ailəsinin hədiyyəsi kimi qəbul edin. Övladının Allah yolunda şəhid olmasına şükür edir və öz şükrünü bu yolla bildirir. Buna deyirlər qadının tərəqqisi və ucalması!

Hələ də bu dəyərləri dərk etmək istəməyən şəxslər haradadırlar?

Tehranın cümə namazı xütbəsindən; 14 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Fədakar ailələrin böyük imtahanda uğuru

Səkkizillik məcburi müharibədə istər özünün, yaxud övladlarının və əzizlərinin iştirakı ilə fəaliyyət göstərənlər, xüsusən əziz şəhid ailələri, müharibə əlilləri və əziz əsirlər bilməlidirlər ki, böyük bir imtahanda iştirak etmiş və ondan başıuca çıxmışlar. Bu böyük uğura görə Allaha şükür etsinlər. Əzəmətli nemət olan İslamın müdafiə ruhiyyəsini özlərində qorusunlar.

Şəhid, əsir və itkin düşmüş döyüşçülərin ailələrinə müraciətdən; 14 sentyabr, 1989

Sizin ruhiyyəniz və müqavimətiniz – xalqlar üçün dayaq

Mən sizə deyirəm: Ey şəhidlərin ataları, anaları, həyat yoldaşları, övladları, qardaşları və bacıları! Özünüzdə bu hörməti və bu ruhiyyəni qoruyun; necə ki, Allahın lütfü ilə qorumusunuz. Dünya qaranlıq və zülmlə doludur. Xalqlar yalqızdırlar və dayağa ehtiyacları var. Sizin ruhiyyəniz, sizin hərəkatınızın davam etməsi və sizin müqavimətiniz xalqlar üçün ruhiyyə və dayaqdır. Siz müsəlman qadınlar fələstinli qadınlar və İslam ölkələrinin qadınları üçün təsəllisiniz. Açıq şəkildə deyirlər ki, biz sizdən, xüsusən də siz gənclərdən öyrənmişik. Bu müqaviməti qoruyun və bu dirənişin qədrini bilin. Müqavimətinizlə, birliyinizlə, müxtəlif siyasi, iqtisadi, quruculuq və ölkə idarəsi səhnələrindəki fəaliyyətinizlə, işlərin irəli aparılması, məmurların arxasında dayanmaqla İslama verdiyiniz şərəfi davam etdirin. Sizlər İslamı diriltdiniz.

Buşehr vilayətinin şəhid və itkin ailələri və müharibə əlilləri ilə görüşdə çıxışdan; 1 yanvar, 1992

Şəhidlərin ailəsinin əziyyətinə görə ibadətdən üstün savab

Siz əziz şəhid ataları, anaları, həyat yoldaşları, övladları, baci-qardaşları və digər qohumları! Siz bu əzizlərin itkisinə görə əziyyət çəkirsiniz.Sizin çəkdiyiniz bu qüssə, bu əziyyət, bu narahatlıq Allah-Taala yanında o qədər əcr və savaba malikdir ki, bu qədər əcri ibadətlə əldə etmək olmaz.

səh:90

Mənim Səhifeyi-Səccadiyyənin bəzi duaları arasından əldə etdiyim budur ki, Allah-Taalanın çətinliklər üçün insana verdiyi (bu da ən böyük çətinliklərdəndir) savab bəzən ibadətlərin savabından çox artıqdır. Belə ki, bu problemə düçar olan şəxsin özü Allah-Taalanın ona hansı savabı nəzərdə tutduğunu gördükdə inanmayacaq. Bu savab bu qədər böyükdür.

Buna görə, düzdür, sizlər narahatsınız. Qürbət yerlərdə əzizlərinizi əldən vermisiniz. Din düşmənlərinin əli ilə şəhadətə qovuşublar. Sizi qəmgin ediblər. Amma sizin Allah-Taala yanında savabınız çox yüksəkdir. Çalışın bu savabı özünüz üçün qoruyun, naşükürlük etməyin. Əlbəttə, naşükürlük etməyin mənası bu deyil ki, insan ağlayıb əza saxlamasın. Yox, bunların eybi yoxdur. Amma insan bilməlidir ki, Allah tərəfindəndir və dözməlidir.

Şəhid ailələri ilə görüşdə çıxışdan; 7 oktyabr, 1997

Keyhan qəzeti

İranın şərəf və izzətində şəhidlərin həyat yoldaşlarının rolu

Əgər inqilabdan sonra bu səkkizillik məcburi müharibə dövründə bu xalqın bu fədakar gəncləri olmasaydılar, əgər bu fədakarlar, bu könüllü keşikçilər, bu ordu və keşikçilər korpusu, bu ailələr, ərlərini döyüş cəbhələrinə göndərməyə hazır olan, onlardan ayrı qalan və sonda da cəsədlərini təhvil alan, yaxud almayan bu gənc gəlinlər, özündən keçən bu ata və analar olmasaydılar, siz elə bilirsiniz İran xalqı üçün başucalığı qalardı?! İran xalqını təhqir edərdilər.

Bu gün siz izzətli və başıucasınız. Mənim çox məlumatım var ki, dünyanın ucqar yerlərində müharibəyə görə bəzi şəxslər İslama diqqət yetirmişlər, bəziləri Əhli-beyt (ə) məktəbinə yönəlmişlər. Bizim təbliğatımıza görə yox, inqilaba görə yox, müharibəyə görə; bu böyük müdafiəyə, bu əzəmətli və təntənəli müdafiəyə görə. Yəni sizin gənclərinizin gördüyü bu işlərə görə İranın adı əzəmət qazandı, dünyada izzət əldə etdi. Bu böyük nailiyyətin fəxri şəhidlərə, müharibə əlillərinə, əsirlikdən azad olanlara, fədakarlara və onların ailələrinə məxsusdur. Fəxr bunlarınkıdır.

İran xalqı bunların qarşısında hörmət bildirməli və özünü borclu bilməlidir. Məmurlar birinci növbədə gərək özlərini borclu bilsinlər. Gərək özümüzü onlara hörmət və xidmət göstərməyə borclu bilək.

Kərəc şəhərinin şəhid və fədakar ailələri ilə görüşdə çıxışdan; 16 oktyabr, 1997

Keyhan qəzeti

Qadınların mübarizədə mühüm rolu

Bu gün bizim ölkəmizin qadınları bu fəal və çalışqan cəmiyyətin işlərinin yarısını öhdəsinə götürmüşdür. Əgər bizim müsəlman qadınlarımız olmasaydı, bizim döyüş meydanlarımız döyüşçülərin və gənclərin belə şücaəti, qorxmazlığı və fədakarlığı ilə qarışmazdı. Əgər qəhrəman analar olmasaydılar, əgər çətinliyə dözən və fədakar həyat yoldaşları olmasaydılar, övladlar və ərlər bu çətin işlərə girişə bilməzdilər. Bu gün ölkədə quruculuq işi və beynəlxalq hegemonluqla mübarizə işimiz də qadın və kişilərin çiynindədir. Qadınların mühüm rolu vardır. Bizim qadınlarımız və kişilərimiz diqqətli olub bu böyük neməti qorumalıdırlar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

səh:91

Qadınların müharibədə çox təsirli və dəyərli rolu

Demək istədiyim başqa bir məsələ qadınların bu müharibədəki rolu barəsindədir. Biz inqilabda da qadının öz cəmiyyətimizdəki rolunu gördük. Bu müharibədə də müharibə hərəkətinin sürətləndirilməsində qadınların rolunu görməkdəyik. İnanın ki, İran xalqının bu hərəkətində qadınlar çox təsirli rol ifa etdilər. Bu əzəmətli rolun qədrini, qadını cəmiyyətin fəal əlindən ayrı bir üzv formasına salmağa, yaxud onu kiçik və dəyərsiz işlərlə məşğul etməyə çalışan keçmiş müstəmələkə siyasətini görənlər bilirlər. Onlar bacıların bu fəal hərəkətinin qədrini bilirlər. Mən yada salmaq üçün əziz bacılarıma deyirəm ki, sizin rolunuz çox dəyərlidir. Arxa cəbhədə çalışmaq, kişiləri həvəsləndirmək, həyat yoldaşlarının, övladların, qardaşların və ataların fədakarlığından həzz almaq, cəbhəyə lazım olan bir çox əşyaları hazırlamaq, bu gün çox bacıların cəbhədə, yaxud arxa cəbhədə öhdələrinə götürdüyü şəfqət bacılığı və tibbi yardım rolu bizim inqilabımızın faydalarındandır. Ümidvarıq ki, Allah-Taala bizim qadın və kişilərimizə uğur bəxş etsin və onlar bu dəyərli rolu beləcə irəliyə apara bilsinlər.

Cümə namazı xütbəsindən; 19 dekabr, 1980

Qadınların işləməsi

Ailə təməlini qorumaq şərti ilə qadınların ictimai adlar qazanması

Qadınlar İslamda ailə təməlini qorumaqla məhkəmə hakimliyi kimi bəzi istisnaları çıxmaq şərti ilə kişilərin çalışdığı bütün işlərdə çalışa bilərlər. İslam qadınlardan istəyir ki, ailə təməlinin möhkəm qalmasına çalışsınlar.

Qadın mübariz, döyüşçü və Allah yolunda mücahid kimi cəmiyyətə çıxa bilər. Bu işlərin hamısı icazəli və gözəldir. Bu şərtlə ki, cəmiyyətin əsas elementi olan ailə dağılmasın.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Ettelaat qəzeti

İslamda qadınların işləməsinin şərtləri

İslam nəinki qadınların işləməsi ilə müvafiqdir, hətta onun əsas peşəsi ilə (onun ən mühüm peşəsi övlad tərbiyəsi və ailəni qorumaqdır) ziddiyyət təşkil etməsə, hətta lazım da bilir. Bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bu iş qadının mənəvi və insani hörməti və dəyəri ilə ziddiyyətdə olmamalıdır, qadını aşağılamamalıdır, onu kiçilməyə vadar etməməlidir.

İnqilab rəhbərinin “Qadın günü” münasibətilə ölkə qadınları ilə görüşündəki çıxışından: 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qadınların qadınlıq xüsusiyyətləri ilə münasib işdə çalışması

Allah-Taala dəyərli lütf, aramlıq və mərhəmət xəzinəsini qadının varlığında qoymuşdur. Qadınlar cəmiyyətdə elə məsuliyyətlərdə və peşələrdə vəzifə yerinə yetirməlidirlər ki, bu mahiyyət xüsusiyyətləri ilə ziddiyyətdə olmasın.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

səh:92

Qadınların işləməsində qadın təbiətinin və fitrətinin riayət olunması

Qadının təbiəti və fitrəti, kişinin təbiəti və fitrəti, qadına məxsus məsuliyyət və peşələr, kişiyə məxsus məsuliyyət və peşələr və bunların arasında müştərək olan peşələr gözlənilsin, təsirlənməkdən və təqlidçilik üzündən bir iş baş verməsin.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadının ağır işə məcbur edilməsi

Qadının ağır işə məcbur edilməsi qadına zülmdür. İslam bunu tövsiyə etmir. Amma elmi iş, iqtisadi, siyasi və ictimai fəaliyyətləri də qadağan etmir. Əlbəttə, əziz İslam Peyğəmbərindən (s) bir hədisdə buyurur ki, sizin qadınınız güldür, fəhlə deyil. Yəni qadın sizin evinizdə incə bir gül kimidir. Onunla çox incə və diqqətlə rəftar etməlisiniz. O sizin xidmətçiniz deyil ki, ağır işləri həvalə etməyi düşünəsiniz. Bəziləri evlənmək istədikdə şərt edirlər ki, qadın mütləq işləməlidir, peşəsi və gəliri olmalıdır. Bu kökündən yanlışdır. İslam belə bir söz deməmişdir. Qadını ağır işlərə, çətin iqtisadi, ictimai, yaxud siyasi fəaliyyətlərə məcbur etməsinlər. İslam bunu da tövsiyə etməmişdir. İslamın nəzəri orta bir nəzərdir. Yəni əgər qadının imkanı və vaxtı olsa, uşaq sahibi olmaq ona mane olmasa, həvəsi və fiziki qüvvəsi olsa, iqtisadi və siyasi fəaliyyətlər göstərmək istəsə, eybi yoxdur. Amma İslam məcbur etməyi istəməmişdir.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının evdə və ailədə təsirli fəaliyyəti - evdən bayırda işləməyin şərti

Sizin işiniz də var, həm də bayırdasınız, cərrahiyyə əməliyyatı da aparırsınız, xəstənizi də görürsünüz, elmi iş də görürsünüz, layihə də yazırsınız, universitetdə dərs də deyirsiniz. Bunların hamısı öz yerində, amma evin payını da nəzərə almalısınız. Əlbəttə, evin payında digər bütün məsələlər kimi kəmiyyəti keyfiyyətinə qurban vermək olar. Yəni qadının evdə 24 saat olması kəmiyyətini azaltmağın bir mənası var. Amma o 24 saatı azaltdıqda, keyfiyyətini yüksəltsəniz, o zaman başqa bir məna kəsb edəcək. Əgər o işinizin bu məsələyə zərər yetirdiyini görsəniz, onun üçün bir şey düşünməlisiniz. Bu əhəmiyyətli və əsaslıdır. Məcbur qaldıqda isə heç. Bütün məsələlərdə qayda həddindən xaric olan zəruri işlər olur. Mən qaydanı deyirəm, istisnalarla işim yoxdur.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

İşdə şəriət hədlərinin riayət olunması

Bu gün bizim cəmiyyətimizin qadınları şəriət sərhədlərinə riayət etmək istəyirlər. Bunun özü bizim müsəlman və dindar qadınlarımızın inqilabçı hərəkətinin fəxrlərindən və nailiyyətlərindən biridir. Belə bir şəraitdə şəfqət bacılığı peşəsi ilə dindar yaşamaq həm mümkün, həm icazəlidir.

Keşikçilər Korpusunun və könüllü keşikçilərin (bəsicin) qadın üzvlərinin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

İslam Cümhuriyyəti qəzeti

səh:93

Şəfqət bacılığının əhəmiyyəti

Məcburi müharibə səbəbindən şəfqət bacılığı məsələsi xüsusi əhəmiyyətə malikdir. Şəfqət bacıları, qadın və kişilər bu ilahi xidmətin qədrini bilsinlər. Qızlar və oğlanlar da feldşerlik təhsili üçün özlərini daha artıq hazırlasınlar. Ferdlşerlik cəmiyyətin zəruri ehtiyaclarından biridir. Belə ki, bu şərəfli və həssas peşəyə etinasızlıq cəmiyyətin sağlamlığına etinasızlıqdır.

Keşikçilər Korpusunun və könüllü keşikçilərin (bəsicin) qadın üzvlərinin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

Qadın və kişilər üçün feldşerliyin əhəmiyyəti

Bir xəstənin sağalmasında bir feldşerin məharəti bəzən həkimliyin və təbabətin məharətindən də artıq olur... Feldşerlik təkcə qadın toplumuna məxsus deyil. Gələcəkdə feldşerlik işində qadın və kişilər arasında tarazlığın yaranmasına çalışılmalıdır.

Keşikçilər Korpusunun və könüllü keşikçilərin (bəsicin) qadın üzvlərinin və şəfqət bacılarının İslam birliyinin üzvləri ilə görüşdə çıxışdan; 2 fevral, 1983

Feldşerlik rolunun ifasında şəfqətin və məharətin sintezi

Bu feldşerlik sənəti doğrudan da qəribə tərkibə malikdir. Mən feldşerlərə hörmət ifadə etmək və xalqın ictimai fikrini bu şərəfli təbəqəyə yönəltmək üçün bir cümlə deyirəm. Bu sənət bir tərəfdən mərhəmət, şəfqət, mehribanlıqdan və digər tərəfdən elmdən, bilgidən, təcrübədən və məharətdən təşkil olunmuşdur. Təkcə mehribanlıq kifayət deyil, qayğıkeş olmaq feldşerliyin hamısı deyil. Feldşerin öz işini düzgün və yerində görə bilməsi üçün elm lazımdır. Şəfqət və mehribanlıq olmadan elm kifayət etmir. Bu elmin incə insan ruhiyyəsi ilə, məhəbbətlə, məsuliyyət hissi ilə, xəstəyə qarşı qayğıkeşliklə yanaşı olması lazımdır. Bu iki cəhət feldşerlərdə toplanmışdır. Buna görə, əgər təbabət olsa, amma feldşerlik olmasa, təbabət də xəstənin xəstəliyini müalicə edə bilməyəcək. Bizim xəstələrimizin vəziyyətinin yaxşılaşmasının mühüm bir hissəsi feldşerlərin nəvazişli əllərinə borcludur.

Feldşer və müharibə əlilləri ilə görüşdə çıxışdan; 10 sentyabr, 1997

Keyhan qəzeti

Təbabətlə eyni çəkidə olan müqəddəs feldşerlik peşəsi

Feldşerlik insaniyyət və İslam peşəsidir. Müxtəlif şəfqətlərlə dolu olan, şəfqətlərin həmişə dəyərli rola malik olduğu bizim kimi bir cəmiyyət və ölkə möhkəm əqli və elmi əsaslara malik olan bu böyük duyğusal hərəkətə hörmət gözü ilə baxmalıdır.

İstər qadın, istər kişi olan feldşerlər öz qədirlərini bilsinlər, bu peşəni müqəddəs saysınlar. Bir feldşerin xəstə üçün hər bir insani hərəkəti bir savabdır, köməyə ehtiyacı olan insana köməkdir; özü də həssas bir şəraitdə. Feldşerlik təbabətin yanında və təbabətlə eyni çəkidədir.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam Cümhuriyyəti qəzeti

səh:94

Qadının problemi etimadlı, duyğusal və ruhi dayağın olmamasıdır, peşənin olmaması yox!

Bəzi adamlar elə bilirlər ki, qadının çatışmazlığı böyük və səs-sədalı peşəsinin olmamasıdır. Qadının problemi bu deyil. Hətta böyük vəzifəsi olan qadın da ailədə təhlükəsiz bir mühitə, mehriban və məhəbbətli bir ərə, onun həyat yoldaşı və kişisi olan etimadlı, duyğusal və ruhi bir dayağa ehtiyacı var. Qadının xisləti, emosional və ruhi ehtiyacı budur. Bu ehtiyac təmin edilməlidir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların yüksək vəzifələri

Kişilərin müraciət etdiyi yüksək vəzifələrin tutulması

Əgər qadın yüksək hökumət vəzifələrinin birini, çox kişilərin müraciət etdiyi çox mühüm bir vəzifəni tutsa (əlbəttə, demirəm hansı vəzifəni, çünki vəzifələrin xüsusiyyətləri çox aydın və dəqiq deyil. Lüzumu da yoxdur ki, insan səbəbsiz olaraq barmağını bir vəzifənin üstünə qoysun), bunun heç bir eybi yoxdur. Bu, qadının fəaliyyətinə heç bir maneə törətmir. Qadın bu vəzifədə minlərlə kişini və müraciət edəni həkimcəsinə qəbul edə bilər, o vəzifədən gözlənilən qanuni və hüquqi istəklərini təmin edib hamısını yola sala bilər. Heç bir eybi və məhdudiyyəti yoxdur. Mübarizə və müharibə meydanında da belədir, həzrət Zeynəbin (ə) daxil olduğu, həzrət Zəhranın (s) daxil olduğu, cənab Həkimənin (ə), yaxud həzrət Sadiqin (ə) bacısının daxil olduğu o meydanda da belədir. Həzrət (ə) buyurdu ki, gedin bu məsələni ondan soruşun.

Bəzi imamların bacıları və həyat yoldaşları, yaxud Peyğəmbərin (s) həyat yoldaşları müxtəlif elmi, mədəni, siyasi, hərbi, mübarizə və inqilab meydanlarına qoşuldular. Diqqət etdiniz? Bu meydanların heç birində fəaliyyət göstərməyin heç bir eybi yoxdur. Amma hicab mövcuddur. Ona riayət edin və mübarizələr meydanına qoşulun.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qadınların ictimai postlar tutmasının ictimai qəbulluğu

Sual: Sizin fikrinizcə müsəlman qadınlar İslam inqilabından sonrakı doqquzillik dövrdən sonra bu qədər işgüzar və bacarıqlı olmuşlarmı mühüm yerlərdə, misal üçün, bir nazirlikdə bir vəzifə tutub təsirli ola bilsinlər?

Cavab: Deməyin ki, iranlı qadınlar belə olmuşlarmı, deyin ki, qadınların arasında belə şəxsiyyətlər varmı. Mən düşünürəm ki, var, bəzi nazirliklər üçün mövcuddur, lakin bizdə ictimai qəbulluq yoxdur. Siz bilin ki, əgər biz bir qadını ona münasib bir nazirliyə nazir qoysaq, bizim cəmiyyətimizdə buna qarşı çıxan ən təəssüblü şəxslərdən bəziləri qadınlar olacaqlar. Çox qadınlar müxalifətçilik göstərəcəklər ki, siz nə üçün bir qadını nazir qoymusunuz. Bu bəllidir ki, qadın və kişi söhbəti deyil, cəmiyyətimizin mədəniyyətinin elementlərinə uyğun olaraq bu məsələlərə qarşı çıxmaq oturuşmuşdur. Ola bilsin kişilərin çoxu razı olsunlar, amma qadınların özlərinin bəziləri, şübhəsiz, müxalifət edəcəklər. Bizim ictimai vəziyyətimiz hələ uyğun və hazır deyil.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

səh:95

Açar vəzifələr və idarəçiliklər

Mənim fikrimcə bu gün xanımların bu işinin əhəmiyyəti onların ölkə miqyasında adi peşələrinin əhəmiyyətindən az deyil, hətta onların çoxundan artıqdır da. Bəli, siz sualı belə qoyun ki, nə üçün qadınların açar vəzifələri və idarəçilikləri yoxdur. Bu sual məqbuldur. Belə ki, qadınlarda yaxşı səlahiyyətlər var. Biz təəssüblə demirik ki, qadın İslamın qadağan etmədiyi hansısa bir yerdə mütləq məsul şəxs olmalıdır. Çünki bəzi yerlərdə İslamın qadağası ola bilər. İslamın qadağası olmayan yerlər də yüksək səviyyələrə qədər şamil olur. Belə yerlər üçün araşdırıb səlahiyyətli şəxsləri seçmək istədikdə qadınları da kişilərin yanında və bu toplum arasında görsünlər və heç təəssübkeşlik olmadan daha layiqlisini seçsinlər. Əlbəttə, bu bir ənənə və bir mədəniyyətdir. Bu məsələlər sərəncamla baş vermir ki, sərəncam verək. Xeyr, bunlar cəmiyyətin mədəniyyətindən və inamlarındandır. Gərək o qədər deyilsin, o qədər təkrar olunsun və dəlil göstərilsin ki, oturuşsun.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Müsəlman qadının ictimai həyatın yüksək pillələrində durması

Qərb və Amerika cəmiyyətlərində qadın əri və övladları tərəfindən təhqir və zülmə məruz qalır, həqiqi mənasında olan analıq haqqından məhrumdur.

Lakin İran İslam cəmiyyətində bizim qadınlarımız ictimai həyatın yüksək pillələrində durur və müharibə meydanında, quruculuq fəaliyyətlərində, rol ifa etməkdə, İslamın və İslam quruluşunun məqsədlərinin həyata keçirilməsində, özlərinin ruhi qüvvələrində öz insani dəyərlərini göstərmişlər.

Mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Təhsilli qadınların sürətli inkişafının lazımlığı

Mənim fikrimcə təhsilli qadınlar ictimai və siyasi fəaliyyətlərdə iştirak etmək baxımından orta səviyyədə inkişaf etmişlərsə də, lakin bu inkişaf sürətli formada deyil. Halbuki iranlı qadınların məcmusu üçün əzəmətli və möhtəşəm bir inkişaf yaranmışdır.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1985

Məclisdə qadın deputatların artırılmasının zəruriliyi

Məclisə seçilə bilən xanımların sayı həm məsləhət baxımından, həm də xarici reallıq baxımından dörd nəfərdən çox artıq ola bilər. Əgər məclisin qırx qadın deputatı olsa da, məclis üçün pis deyil. Bu iş reallıqda da mümkün ola bilər. Əlbəttə, bu məsələ üzərində bir qədər artıq düşünmək lazımdır. Lakin şübhəsiz, İslam Şurası Məclisində nümayəndəlik rolunu ifa etməyə layiq olan xanımlar az deyil. Nə eybi var ki, dörd nəfərdən artıq olsunlar. Mütləq gərək dərk etsinlər ki, qadınlar məclisdə sözün həqiqi mənasında deputatlıq rolunu ifa etmək istəsələr, dörd nəfərlə olmur. İslam Şurası Məclisində daha artıq olmalıdırlar ki, bizim indiki dövrümüzdə deputat qadın üçün İslam Şurası Məclisində irəli sürüləcək fikri həyata keçirə bilsinlər.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

səh:96

Məclisdə qadınların fəaliyyətinin keyfiyyəti

Əvvəla çox sevinirəm ki, Allahın lütfü ilə bacıların İslam Şurası Məclisində nəzərəçarpacaq keyfiyyətli və kəmiyyətli bir toplum vücuda gətirdiyini görürəm. İstədiyim bu deyil ki, misal üçün, iki yüz yetmiş deputatdan yüz neçəsi qadın olmalıdır. Xeyr, ümumiyyətlə söhbət bundan getmir ki, vəzifələrin nə qədərini qadınlar və nə qədərini kişilər tutsunlar.

Təsadüfən mənim fikrimcə, bu sahəyə diqqət mənfi məqamdır. Biz düşünək ki, kişilərin müəyyən sayda təmsil olunduğu hər bir səhnədə qadınlar da həmin kəmiyyətdə olsunlar. Bu ibtidai, bəsit və uşaqcasına bir düşüncədir. Bu baxımdan sevindiyimi demirəm. Ona görə sevinirəm ki, xoşbəxtlikdən, qadın şəxsiyyətinin bərpası üçün ciddi və həqiqi bir hərəkətin vücuda gəldiyi duyulur.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

İslam Cümhuriyyəti qəzeti

Məclisdə qadın deputatların rolu

Ümumi deputatlıq baxımından deputat qadının rolu, deputat kişi ilə əsla fərqlənmir. Məclisin qanuni bir məqamı var. Bundan əlavə, başqa bir heysiyyəti də var. İslam Şurası Məclisi bu məclisin səkkiz-doqquzillik tarixinin üzə çıxardığı cəhətlərə görə o heysiyyət əldə olunmuşdur. Məclisin əsas işi qanunvericilikdir və bu işdə qadınla kişi arasında heç bir fərq yoxdur. Hər ikisi təklif olunan qanunlar, onların ekspert araşdırması, faydalı olub-olmamasının dəyərləndirilməsi və nəhayət qəbul olunmasında şərik ola bilərlər.

İslam Şurası Məclisinin tarixinin bu səkkiz ildə əldə etdiyi ikinci məqam siyasi məqamdır. Yəni məclisin bizim cəmiyyətimizdə siyasi yeri vardır. Bu siyasi yer az əhəmiyyətli məsələ deyil.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Xanımların məclisdə missiyası

Mənim fikrimcə məclisdəki xanımların öhdəsinə böyük bir missiya və böyük bir vəzifə düşür. O da budur ki, bizim cəmiyyətimizdə qadınla bağlı olan yanlış ənənələrin təsirindən vücuda gələn boşluqlar vardır. Onlar qadın olduqlarına görə belə məsələləri kişilərdən daha yaxşı dərk edirlər. Qanun qəbul etməklə o boşluqları dodurmalıdırlar. Bu, kişilərin işi deyil. Kişilər qadınlara qarşı nə qədər duyğulu olsalar da və İranda qadınların həyatının anormal cəhətlərini aradan qaldırmaq istəsələr də, onları düzgün dərk edə və qanunlarda qadınların vəziyyətini nəzərə ala bilməzlər.

Qadınlar İslam Şurası Məclisində bu çatışmazlığı düzəltməlidirlər. Yəni əgər bizim qanunvericilik dövrümüzdən on-on beş il ötsə və qadınlar məclisdə olsalar, gərək biz qanuni baxımdan və qanuni yolla cəmiyyətin qadınlara aid problemlərini həll etmiş olaq. Mənim fikrimcə, İslam Şurası Məclisində qadınların missiyası budur. Əlbəttə, nəinki digər siyasi, iqtisadi və başqa məsələlərdə vəzifələri yoxdur. Amma bu vəzifə onlara məxsusdur və heç kim onların yerini tuta bilməz.

Günün qadını jurnalına müsahibədən; 15 fevral, 1992

Qadınların məclisdə və BMT-də fəaliyyəti

Sual: Bəziləri düşünürlər ki, xanımların məclisdə təmsil olunması, hətta onların seçilmək üçün tanıtdırılması daha çox formal xarakter daşıyır. Siz bu barədə nə buyurursunuz?

səh:97

Cavab: Əgər belə bir şey olsa, çox pisdir. Formal xarakterin mənası budur ki, məclisin işində bunların heç bir təsiri olmasın. Yalnız gedib orada otursunlar və gəlsinlər. Düşünmürəm ki, belə olsun. Amma əgər kimsə araşdırsa və xanımların komissiyalarda heç bir fəaliyyətinin olmadığını desə, deyə bilmərəm. Lakin belə olduğunu güman etmirəm. Əlbəttə, mən sizə bunu da deyim ki, ictimai məsələlərdə qadının məqamını və rolunu nümayiş etdirmək baxımından qadınların iştirakı pis bir şey deyil. Əgər yalnız nümayişkaranə olsa, pisdir. Amma nümayiş etdirmənin eybi yoxdur. Çünki İslam Respublikasını siyasi işlərdə qadınlara etinasız yanaşmaqda ittiham edirlər. Bu ittiham da aradan qalxmalıdır.

İslam Cümhuriyyəti qəzeti, 17 mart, 1992

səh:98

Səkkizinci fəsil: Qadının ictimai fəaliyyətinin xüsusiyyətləri

İffət və həya

Paklıq, iffət, həya və məsuliyyət hissi

Qadınların inqilabdakı rolu sübut etdi ki, qadının fəxri və əzəməti sionizmin çirkli əllərinin indiki fəsadlı dünyada onun üçün hazırladığı məsələlərdə deyil. Qadın paklıq, iffət və məsuliyyət hissinin sayəsində kişilərlə çiyin-çiyinə və bəzən onlardan irəlidə addımlaya bilər.

İmam Xomeyninin (ə) vəfatının qırxıncı günü münasibətilə müraciətdən; 14 iyul, 1989

Hicab qadın iffətini qoruyan amil kimi

Bu hicab məsələsi, məhrəm və naməhrəmlik, baxmaq və baxmamaq ondan ötrüdür ki, iffət toxunulmaz qalsın.

İslam dini qadının iffətinə əhəmiyyətlə yanaşır. Əlbəttə, kişinin iffəti də əhəmiyyətlidir. İffət təkcə qadınlara xas deyil. Kişilər də iffətli olmalıdırlar. Lakin cəmiyyətdə kişi öz fiziki gücünə arxalanaraq qadını əzmək potensialına malik olduğundan və onun istəyinin əksinə hərəkət etməsinin mümkünlüyündən, qadın iffəti üzərində daha artıq təkid göstərilmişdir.

Siz bu gün də dünyaya baxsanız, görərsiniz ki, Qərb dünyasında, xüsusən də Amerika Birləşmiş Ştatlarında qadınların problemlərindən biri budur ki, kişilər öz güclərinə arxalanaraq qadın iffətinə təcavüz edirlər. Mən Amerikanın rəsmi orqanları tərəfindən nəşr olunan statistikaları gördüm. Onlardan biri Amerikanın Ədliyyə nazirliyinə, digəri isə başqa bir rəsmi quruma aid idi. Rəqəmlər doğrudan da dəhşətli idi. Amerikada hər altı saniyədə bir təcavüz baş verir. Görün iffət məsələsi nə qədər əhəmiyyətlidir!

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Cəmiyyətin iffətini və paklığını qorumaq – böyük zərurət!

Ey Allahın bəndələri! Ey mömin və müsəlman qadınlar və kişilər! Ey namaz qılanlar! Ey namazı ucaldanlar! Allaha təqvanız olsun. Sayıq olun. Düşmənin təxribatını tanıyın. İnqilabın zərurətini bilin. Bilin ki, cəmiyyətin iffətini və paklığını qorumaq, kişi və qadının paklığını qorumaq İranın inqilabçı cəmiyyətinin çox həssas olan bu dövründə böyük bir zərurət və vacib məsələdir. Həm idarələrdə, həm küçə və xiyabanlarda, həm cəmiyyətdə iffəti qorumağa çalışın.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Cəmiyyətdə iffət neməti

Bu gün bütün qadınların iffətlə yaşaya bilməsi şəraitinin qədrini bilin. Bu gün cəmiyyətin şəraiti elədir ki, bizim qadınlarımız, bizim gənc qızlarımız, iffət və paklıqla yaşamaq istəyənlər bu şəraitdə iffətlə yaşaya bilirlər. Bu bir cəmiyyət üçün çox böyük nemətdir.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

səh:99

İran qadınlarının zirvədə olan fəaliyyət və iffəti ilə yanaşı inqilab bayraqdarlığı

İslam, inqilab və imam gəlib bu ölkədə qadını siyasi fəaliyyətlərin mərkəzinə daxil etdi, inqilabın bayrağını qadınlara tapşırdı. Halbuki qadın həmin halda öz hicabını, vüqarını, İslam mətanətini, iffətini, dinini və təqvasını da qoruya bildi. İranlı və müsəlman qadının boynunda heç bir kəsin bundan böyük haqqı yoxdur.

Tehran, Təbriz, İsfahan, Kerman, Qum, Qəzvin, Yəzd, Kərəc şəhərlərinin, Çahar-Mahal və Bəxtiyari və Mazandaran vilayətlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Hicab və iffətin əlaqəsi

Biz həmişə hicab və iffətdən danışdıqda bəziləri deyirlər ki, hicabın iffətlə nə əlaqəsi var? Çoxlarının hicabı var, amma iffətləri yoxdur. Çoxlarının iffətləri var, lakin hicabları yoxdur. Halbuki bu, düzgün fikir deyil. İffət bir şeydir, hicab isə başqa bir şey. Lakin iffət insanda əlçatmaz, dəyişilməz və sınmaz bir şey deyil. İnsanın digər xarakterləri kimi, o da təsirə məruz qala bilər. Onu təsirlərdən uzaq saxlayan, qadının iffətini, paklığını, təqvasını və ismətini qoruyan amillərdən biri həyatda, işdə və cəmiyyətdə yanlış münasibətlərin olmamasıdır. Yanlış münasibətlər mədəni və əxlaqi münasibətlərin riayət olunmadığı məsələlərdir. Bu arada, bu qorunmaya kömək edə biləcək amil hicabdır. Ən yaxşı şey hicabdır: qadın və kişinin hicabı.

Kişinin hicabı baxmamaqdır. Hicab maneə deməkdir.

“Qadının cəmiyyətdə rolu” seminarında çıxışdan; 2 mart, 1986

Risalət qəzeti

Hicab – qadının mədəni və əxlaqi cənnətinin keşikçisi

Hicab qadının həyatında lazım olan bu dəyərli xarakterləri, qadının mədəni və əxlaqi cənnətini qoruya bilən bir amil idi. Lakin bunu götürdülər. Əvvəldən də bu işdə məqsədlərinin nə olduğu bəlli oldu. Bu, hicabın açılması idi.

“Qadının cəmiyyətdə rolu” seminarında çıxışdan; 2 mart, 1986

Risalət qəzeti

Cəmiyyətdə hicaba və iffətə təmayül

Bu gün bizim cəmiyyətimizdə xalqın iffətə, paklığa və hicaba meyli var. Kişilər və qadınlar pak və hicablı şəkildə yaşayırlar. Düzdür, bəziləri də özlərinə nəzarət edə bilmirlər. Amma bütün bunların yanında fəsad şəbəkələri mövcuddur.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

İran xalqının iffətə boyun əyməsi

Bizim cəmiyyətimizin vəziyyəti dünyanın çox yerləri, bəlkə də bütün yerləri ilə fərqlidir. Bəlkə dünyada az yer tapmaq olar ki, kişi və qadın ümumilikdə bizim xalqımız qədər əxlaqi və cinsi iffətə və paklığa malik olsunlar. Xüsusən də böyük inqilabımız Qərb mədəniyyətinin təməllərini dağıtmaqla bizdə bu İslam duyğusunu dirçəltmişdir.

Cümə namazı xütbəsindən; 8 avqust, 1986

Risalət qəzeti

səh:100

Ümumi iffəti qorumaq üçün ümumi səy

Bacılar və qardaşlar ümumi iffətin yaranmasına kömək etsinlər. Bir dəfə də dedim ki, düzgün hicabı olmayan bacılar müsəlmandırlar, amma bu günahı edirlər. Onlar da Allaha görə, inqilaba görə, bu xalqa görə çalışsınlar, bu həssas şəraitdə bizim cəmiyyətimizin simasını ümumi iffətin əksinə və İslamın ziddinə olan bir simaya çevirməsinlər; qardaşlar da həmçinin. Qardaşlar da çalışıb iffət yolundan yayınmasınlar. Əlbəttə, icraçı qurumlar hamıdan çox məsuliyyət daşıyırlar. Lakin siz xalq icraçı qurumları yalqız qoymamalısınız.

Cümə namazı xütbəsindən; 2 may, 1980

İffət – qadını müdafiənin əsas sütunu

Növbəti məsələ qadın iffətinə əhəmiyyət vermək məsələsidir. Qadını müdafiə adı ilə baş verən hər bir hərəkətin əsas sütunu qadın iffətinin qorunması olmalıdır. Qeyd etdiyim kimi, Qərbdə bu məqama diqqət yetirilmədi. Yəni qadınların iffəti məsələsi diqqətdən kənarda qaldı, ona etinasızlıq göstərildi. Bu səbəbdən işləri pozğunluğa sürükləndi. Qadın şəxsiyyətinin ən mühüm elementi olan qadın iffətinin diqqətdən kənarda qalmasına imkan verilməməlidir. Qadın iffəti digərlərinin, hətta şəhvətpərəst və pozğun kişilərin gözündə də qadının şəxsiyyətini, ucalığını və möhtərəmliyini göstərir. Qadının iffəti onun hörmətinə və şəxsiyyətinə səbəb olur.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İffət – İran filmlərinin dünyada maraq oyatmasının amili

Siz baxın, indi bizim beynəlxalq festivallara çıxan bu filmlərimizin hakimlər və tamaşaçılar üçün daha maraqlı cəhəti hələlik İran filmlərində olan iffətdir. Bəzi rejissorlar və prodüsserlər bunu təbii şəkildə edirlər, bəziləri də məcburən edirlər, qadın-kişi səhnələrini və ailə münasibətlərini indi İslam Respublikası şəraitinin bəyəndiyi formada hazırlamağa məcburdurlar. Bunlar dünyada gül kimi açır. Çoxlarının təsəvvürünün əksinə olaraq dünya bu pozğunluqlardan, tüfeylilikdən və avaralıqdan xoşlanmır, yorulmuşdur. Bu iffət, nəciblik, sağlamlıq, həya və belə məsələlər iranlıların təbiətində də var, İslam da bunu tövsiyə etmişdir.

Gənc günü münasibətilə Böyük Rəhbərin gənclərlə görüşdə çıxışından: 27 aprel, 1998

İffəti və hicabı sıradan çıxarmaqda sirli əllər

Bu gün sirli əllər fəaliyyətdədirlər. Bəzi şəxslər düşünülmüş şəkildə hərəkət edirlər, qadınların iffətini, paklığını və hicabını tədricən sıradan çıxarmaq və inqilabdan öncəki vəziyyəti qaytarmaq istəyirlər.

Təlim-tərbiyə naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi münasibətləri

İslamın baxışından qadın və kişi arasında sərhəd

Müsəlman qadın və kişi arasında hicab və sərhəd müəyyənləşdirilmişdir. Qadın və kişinin qarışması, kişilərin bir-biri ilə və qadınların bir-biri ilə qarışması kimi deyil. Buna riayət etmək lazımdır; həm kişi riayət etməlidir, həm qadın. Əgər İslamın kişi və qadın

səh:101

münasibətlərinə, kişi və qadın qarışmasının tərzinə olan həssaslığı riayət olunsa, kişilərin ictimai sahədə görə bildiyi bütün işləri qadınlar da fiziki gücləri, həvəsləri və imkanları daxilində görə bilərlər.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müxtəlif dünya görüşləri - qadın və kişi münasibətlərində baxış fərqlərinin səbəbi

Sizin indi irəli sürdüyünüz mövzu əsasən qadın və kişi münasibətlərinə, əlaqələrinə və rəftar tərzlərinə aiddir. Kişi və qadın münasibətlərində qərblilərin baxışı İslamın İslam dünyagörüşündən qaynaqlanan baxışı ilə fərqlənir. Onların dünyagörüşü insani məsələlərdən qaynaqlanır. Əlbəttə, köklü məsələ deyil, lakin əsas işlərlə sonuclanır. İslamın hicab məsələri barəsindəki görüşü isə çox yaxşı və aydın görüşdür.

Qadınların inqilab rəhbərilə səmimi sual-cavab məclisində söhbətlərdən; 10 oktyabr, 1998

İslamın qadın və kişi münasibətləri üçün məhdudiyyəti

Qərb və onun mədəniyyəti baxımından qadın üçün təsəvvür olunan dəyərlərdən biri budur ki, öz vücudu və şəxsiyyəti ilə digərlərinin ləzzət almasına və bəhrələnməsinə şərait yaratsın. Buna görə biz İslam mədəniyyəti əsasında, İslamın qadın və kişi münasibətləri üçün məhdudiyyət tanıdığını, qadın və kişinin qeyd-şərtsiz əlaqələrini icazəli bilmədiyini elan etdikdə, bizi qadınları təhqir etməkdə ittiham edirlər. Halbuki təhqir Qərb mədəniyyətində qadının şəxsiyyətinə qarşı ediləndir.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Uyğun olmayan münasibət

Uyğun olmayan münasibət odur ki, onda xüsusi mədəni və əxlaqi cəhətlər riayət olunmasın.

“Cəmiyyətdə qadının rolu seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi əlaqəsində ilahi təqvaya riayət

İlahi təqvanın bariz nümunələrindən biri, cinsi məsələlərdə və qadın-kişi əlaqələrində ilahi məhdudiyyətlərə və qaydalara riayət olunmasıdır. Bu barədə ilahi təqvaya riayət edin və şübhəsiz, Allah-Taala bu yolda çalışıb zəhmət çəkənlərə böyük mükafat ayırmışdır.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Bəzi qeyri-müsəlmanların İranda müsəlman qadın və kişi əlaqələrinin hüdudları barədə yanlış təsəvvürləri

Bizim müəyyən etdiyimiz hüdudlar – misal üçün, naməhrəm qadın və kişi bir-biri ilə fiziki təmasda olmamalıdırlar, bir-birinə ehtirasla baxmamalıdırlar, bir-biri ilə qeyd-şərtsiz münasibətləri olmamalıdır, bağlı və xəlvət otaqda yalqız qalmamalıdırlar - dünyanın bəzi yerlərində digər xalqlar arasında bəzən pis qarşılanır. Bizim düşmənlərimiz də bu yanlış

səh:102

təsəvvürü qızışdırırlar. Biz misal üçün, bir yerdə, yaxud rəsmi bir toplantıda bir qadına əl vermiriksə, bunu qadına, yaxud xüsusi olaraq o qadına hörmətsizlik kimi izah edirlər.

Cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Pozğun rabitə - qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdən uzaqlaşması amili

Qərb mədəniyyətinin məzmunu qadınların məqamına təhqirlə doludur. Bu gün dünyanın bir çox yerlərində qadın və kişi əlaqələri bayağı və əyləncə formasına düşmüşdür. Bu, qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdə fəal iştirakdan uzaqlaşmasına bais olmuşdur. Təbiidir ki, İslam buna qarşıdır.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi münasibətində fəsaddan uzaqlaşmaq

İslam baxışından qadın və kişi münasibətlərində əsas prinsip budur ki, İslam cinsi fəsad və pozğunluqla və bu gün dünyada adı cinsi azadlıq qoyulan məsələ ilə kəskin müxalifdir.

Əgər qadın və kişi ailədən kənarda, cəmiyyətdə, təhsil, iş və digər qeyri-qanuni yerlərdə öz cinsi ləzzətləri ilə məşğul olsalar, vücuda gələn ən böyük tələfat budur ki, qadın və kişi arasında və ailədə olan güclü bağlılıq qırılıb məhv olacaq.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Cəmiyyətdə hicabı qorumaqla qadın və kişinin həmkarlığı

İslam məktəbində qadın və kişi arasında bir qoruyucu və hicab vardır. Bunun mənası o deyil ki, qadınların kişilərdən fərqli bir aləmləri var. Xeyr, cəmiyyətdə birgə yaşayırlar, iş yerində birgə yaşayırlar, hər yerdə birgədirlər. İctimai problemləri qadınlar və kişilər birgə həll edirlər. Müharibəni qadınlar və kişilər birgə edirlər və etdilər. Ailəni birgə idarə edirlər və yetişdirirlər, övladları tərbiyə edirlər. Lakin ev və ailədən bayırdakı qoruyucu və hicab mütləq qorunur. Bu, İslamın model qurmasında əsas məqamdır. Əgər bu məsələyə riayət olunmasa, bu gün Qərbin düçar olduğu pozğunluq qarşıya çıxacaq. Əgər bu məsələyə riayət olunmasa, qadın İslam İranında görünən vəziyyətdən, yəni dəyərlərə sarı hərəkətdə öncüllükdən qalacaq. Qərblilər bütün gücləri ilə bu məsələyə təsir göstərmək istəyirlər; hər bir yerdə və hər bir kəsə qarşı bir yolla.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Kişilərin qadınlarla mətanətli və möhtərəm əlaqəsi

Qadınların münasib geyimi, kişilərin iş yerində qadınlarla mətanətli və möhtərəm şəkildə əlaqəsi, müraciət edənlərlə layiqli rəftar, İslam qaydalarına riayət etmək və zöhr vaxtında namaz qılmaq iş yerinin sağlamlığının və islamçılığının əlamətlərindəndir. Bu mühüm məsələ bir tərəfdən sözlə, çıxışla, yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyə münasib olan broşürləri yaymaqla və digər tərəfdən zərərli amillərlə mübarizə formasında həyata keçəcək.

İslam birliklərinin üzvlərilə görüşdə çıxışdan; 26 avqust, 1992

səh:103

İranda qadın və kişi münasibətlərində aydın qaydalar

Biz bütün dünya ölkələri arasında təxminən yeganə xalq və yeganə ölkəyik ki, ümumi şəkildə cəmiyyətdə və gündəlik münasibətlərdə kişi və qadın əlaqələri üçün müəyyən qayda-qanunlar tanıyırıq. Digər ölkələrdə - istər cinsi fəsadın yayıldığı ölkələrdə, istərsə də cinsi fəsadın bir siyasət kimi yayılmadığı ölkələrdə qadın və kişi əlaqələrinin hüdudları üçün aydın qayda və çərçivə qoyulmamışdır.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadının kişilərə qarışmadan cəmiyyətdə quruculuq fəaliyyəti

Qadınların geyimi barəsində bizim əsaslı nəzərimiz var. Düşünürük ki, qadın cəmiyyətin yarısını və hər bir cəmiyyətin inqilabçı fəaliyyətinin və hərəkətinin yarısını təşkil edə bilər. Bizim öz ölkəmizdə də bu məsələ olub və var. Əgər bu gün kimsə bizim ölkəmizə gəlsə, ölkəmizin böyük ümumi və inqilabçı fəaliyyətlərinin hamısında qadınların rolunu müşahidə edər. Buna görə, biz düşünürük ki, qadın fəal ola bilər, cəmiyyətdə quruculuq işi görə bilər. Biz bu prinsipə sadiqik. Lakin Qərb sivilizasiyasının məkrli məqsədlərlə, zorla qadınlara qəbul etdirdiyi geyimlə müxalifik.

Təbii ki, qeyri-müsəlman ölkələrində qadınların bizim etiqad bəslədiyimiz geyimləri yoxdur. Lakin biz qadınların cəmiyyətin bütün sahələrində quruculuq və çox təsirli fəaliyyətlərində münasib geyimə malik olmasını düşünürük. Bu gün Avropada və Qərb cəmiyyətlərində adi olan kişi və qadın qarışmasını qəbul etmirik.

Zimbabve radio və televiziyasına müsahibədən; 21 yanvar, 1986

İslamda qadın və kişinin qarışmaması mədəniyyəti

İslam ailəyə olduqca böyük əhəmiyyət vermişdir. Ailə təməlinin sarsılmasına mane olmaqdan ötrü cəmiyyətdə bəzi qaydalara və sərhədlərə riayət olunmasını lazım və zəruri bilir.

İslam mədəniyyəti qadın və kişinin qarışmaması mədəniyyətidir. İslam qadın və kişinin xoşbəxtliyini və həyati inkişafını təmin etmək məqsədi ilə bu məsələ üzərində möhkəm dayanmışdır. Bu, dünyanın şəhvətpərəst qüdrətlərinin və sərvət toplayanlarının istəyinin qarşı tərəfidir. Onlar qadın və kişi arasında hicabın götürülməsinə çalışırlar.

Mədəni qurumların işçiləri və müəllimlərlə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadını kişidən ayırmaq - Qərb sivilizasiyasının əksi

Əgər bir ölkədə qadınlar müəyyən hüdudlarda kişilərdən ayrı olsalar, sivilizasiyanın əksi olur. Doğru da deyirlər. Çünki onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurulmuş sivilizasiyası bundan başqa bir şey deyil. Dəyər baxımından onların mədəniyyəti yanlış, əksi isə düzgündür.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın və kişi əlaqələrində İslam qaydalarının qorunması

Tehranda və ölkənin bütün şəhərlərində yaşayan bütün bacıları, qardaşları, qadınları və kişiləri qadın və kişi əlaqələrinə aid məsələlərdə, onları fəsada və pozğunluğa

səh:104

yaxınlaşdıran işlərdə ilahi təqvaya riayət etməyə çağırıram. Ehtiyatlı olun ki, İslamın hədlərindən kənara çıxmayasınız. Ehtiyatlı olun ki, fəsad mikrobları bizim cəmiyyətimizin sağlam bədəninə yenidən daxil olmasın. Ehtiyatlı olun ki, bizim sərt və kəskin siyasi və hərbi mübarizəmizlə qaçan və məğlubiyyətə məcbur olan düşmənlər gözəl-göyçək ilanlar qəlibində qayıdıb yenidən İslam Respublikasının cənnətinə daxil olmasınlar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Naməhrəm kişi ilə söhbətdə təkəbbürlü olmaq və kiçilməmək

Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) Yumşaq (əzilə-əzilə) danışmayın!”(1) Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməlidir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və bu, müsəlman qadının örnəyidir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Cinsi münasibətlər - çətin bir sınaq

Bu gün dünya cinsi münasibətlər sahəsində çətin bir sınaq yaşayır. Heç bir yerdən bir düyünü aça biləcək bir ideya, tezis və təklif irəli sürülmür. Bizim bir təklifimiz, bir tezisimiz, bir qurucu və dəlilli nəzəriyyəmiz var. Bunu izah etməliyik. Dünya xalqları bunu bilməlidirlər.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam qaydalarını qorumaqla qadın və kişinin söhbət və toplantılarda iştirak etməsinin icazəli olması

Qadının tağut dövrünün mədəniyyətinə bulaşmasının qarşısını almaq üçün instinktiv yollarla fəsada səbəb olan amillərin nüfuzunun qarşısını almalıyıq. Bunun üçün ən yaxşı iş düzgün geyim məsələsi, bəzənməkdən və bütün mühitlərdə bəlli məclislərdən və münasibətlərdən çəkinməkdir. Əlbəttə, bunun mənası o deyil ki, kişi və qadının ümumiyyətlə bir-biri ilə danışmamasını, toplantılara getməməsini deyək. Əgər kimsə bu sözləri belə izah etmək istəsə, bir hiylədir.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1985

Qız və oğlan arasında məsum məhəbbəti istiqamətləndirmək

Dastan qoşmağın özünün cazibəsi var və şirindir. Mənim fikrimcə bundan istifadə etmək lazımdır. Əgər dastanda cinsi cazibə olmasa da, özünün cazibəsi var. Bundan əlavə, həmin cinsi cazibələri eyibsiz və dərdi-sərsiz onun içinə salmaq olar. Yəni qız və oğlanın bir-birinə qarşı məsum məhəbbətləri varsa və bu məhəbbət də nəhayət ailə qurmaqla sonuclanırsa, heç bir eybi yoxdur. Hətta dərs də ola bilər. Çünki hər halda, məhəbbət var, siz dünyada məhəbbətin kökünü kəsə bilməzsiniz. Hər halda, var, bunu istiqamətləndirmək lazımdır, yönəldə bilərsiniz.

Uşaq və yeniyetmələrin fikir tərbiyəsi mərkəzinin məsul şəxsləri ilə görüşdə çıxışdan; 9 avqust, 1997

səh:105


1- [9] Əhzab, 33

Keyhan qəzeti

Qadın və kişi həmkarlığının icazəli olması ilə yanaşı cinsi fitnədən qorunmaq

Sizin bu gün Qərbdən təsirlənmiş qeyri-qərb dünyasında və hətta bir çox Qərb ölkələrində gördüyünüz qadın və kişi məsələsi, yəni bu pozğunluqlar əsl Qərb mədəniyyətindən deyil. Əsl Qərb mədəniyyətində iki cinsin İslamda da göstərilən çəkinməməsi var. Onun bir hissəsi onların məsihilik haqda yanlış düşüncələrinə aiddir, bir hissəsi də tarixi və coğrafi məsələlərə.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Qadınların qadın həkimə getməsini asanlaşdırmaq üçün hökumətin proqram hazırlamasının zəruriliyi

Birinci mərhələdə elə edin ki, İslam Respublikası quruluşunda hər hansı bir xəstə qadın əgər qadın həkimə getmək istəsə, onun üçün mümkün olsun. İkinci mərhələdə işi elə edin ki, əgər bir qadın kişi həkimə müraciət etmək istəsə, problemə düşsün. İndi demirik ki, qadağan olsun. Yox, hər halda, bu, şəriətə uyğun olan digər işlər kimi bir işdir. İnsanlar azaddırlar. Siz hökumət olduğunuzdan elə tərbiyə edin ki, halal işi asanlaşdırın, haram, məkruh, yaxud haramlıq və məkruhluq təhlükəsində olan işləri çətinləşdirin.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Kişi və qadının həkimlikdə dini əxlaqa və rəftara riayət etməsi

İslam bunun qarşısını almaq istəyir. Keçmişdə universitet Qərb mədəniyyətinin təbliği üçün bir mərkəz idi. Buna görə dindar adam da universitetə gedəndə dinsiz olurdu.

səh:106

Əlbəttə, səbəbi də belə şeylər idi. Çox aydındır ki, bizim o siyasəti - yəni qadın və kişinin həkimlikdə dini əxlaqa və rəftara riayət etməməsi məsələsini istər təhsil dövründə, istərsə də praktika və icra mərhələsində silib İslam və İslam əsaslarını gətirməyimiz çox təbii idi. Biz əslində gec başladıq. İndi o buyurur ki, mən 88-ci ildə demişəm. Əlbəttə, mən 88-ci ildən sonra da indiyə qədər bu yeddi-səkkiz ildə Səhiyyə Nazirliyinin məsul şəxslərinə dəfələrlə tövsiyələr etmişəm. Həkim və mütəxəssis cənablar gəlib otursunlar, orta və mümkün bir hədd tapsınlar.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Universitetdə əxlaq problemləri

Həqiqət budur ki, universitet xüsusi yaşlarda olan gənclərin, qadın və kişilərin çoxluğuna görə müxtəlif maraqların və qeyri-sağlam əxlaqi və mədəni təmayüllərin təhlükəsi qarşısında olan bir mərkəzdir.

Fəqih rəhbərin ölkə universitetlərində nümayəndələrinin mərkəzi şurası ilə görüşdə çıxışdan; 30 sentyabr, 1990

Beynəlxalq medianın qız və oğlan əlaqələrinin qeyri-münasib tərzini göstərməyə çalışması

Qız və oğlanların, qadın və kişilərin küçə və xiyabanlarda geyim tərzi və bəzənməsi elə olmalıdır ki, xalqın - şəhid vermiş xalqın duyğuları ilə ziddiyyət təşkil etməsin. Bütün dünyanın informasiya və digər vasitələri xalqlar üzərində işləyir, qadın və kişinin geyimi məsələsində onların taleyi üçün təhlükəli olan əxlaq və üsulu sırımağa çalışırlar.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

Qız və oğlanın qarışması beynəlxalq sionizmin təsir vasitələrindən biri kimi

Beynəlxalq sionizmin xalqların istismarı və zəncirlənməsi üçün işlətdiyi yollardan biri budur: fəsadı və pozğunluğu yaymaq, qız və oğlanları qarışdırmaq, cinsi münasibətləri azad etmək, nəcib cinsi əxlaqı ələ salmaq. Bu elə məsələlərdəndir ki, beynəlxalq hegemonluq dünya səviyyəsində məhv etmək üçün siyasi bir alət kimi ondan istifadə edir. Gəncləri müharibə və quruculuq cəbhəsində belə fədakarlıq göstərən inqilabçı bir xalqın arasında bir qrup adamın küçələrə pozğun şəkildə çıxıb, inqilabdan sonrakı müqəddəs və nəcabətli İslam ab-havasını ləkələmələrinə necə icazə verə bilərik?! Bəllidir ki, belə bir şey olmaz.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

İslam nəzərindən qadın və kişi münasibətlərini izah etməyin zəruriliyi

Biz fəsad, pozğunluq, qadın və kişi münasibətlərinin məhdudiyyətlərinin İslam baxımından izah edilməsinin lazım olduğunu dedikdə, bu təkcə dünya xalqı üçün deyil, bizim öz xalqımız üçün də belədir. Həqiqət budur ki, bizim İslam cəmiyyətimizdə cinsi özbaşınalıq məsələsi və cinsi fəsad və pozğunluğun qadağan olunması üzərində lazımi mədəni iş görülməmişdir.

səh:107

Əlbəttə, bizim ümumi xalqımız hicaba və İslamın təyin etdiyi lazımi qoruyuculara kamil iman bəsləyir. Lakin hələ də hicab məsələsinin, qadın və kişi münasibətlərinin məhdudiyyətinin izah olunmadığı və aydınlaşmadığı bəzi şəxslər var. Buna görə, bu mövzunu öz xalqımıza izah etməyə də borcluyuq.

Tehranın cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

Risalət qəzeti

Qadın və kişi əlaqəsində təqvaya riayət

Namaz qılan bütün əziz qardaş və bacıları ilahi təqvaya riayət etməyə çağırıram. Onun bariz nümunələrindən biri, cinsi məsələlərdə və qadın-kişi əlaqələrində ilahi məhdudiyyətlərə və qaydalara riayət olunmasıdır. Bu barədə ilahi təqvaya riayət edin və şübhəsiz, Allah-Taala bu yolda çalışıb zəhmət çəkənlərə böyük mükafat ayırmışdır.

Tehranın cümə namazı xütbəsindən; 1 avqust, 1986

Risalət qəzeti

Hicab və geyim

Hicab, yəni qadını qoruyan zəruri geyim

Hicab qadın üçün həqarət deyil. O, qadının isməti və qorunması üçündür; təkcə qadının yox, həm qadının və həm kişinin isməti və qorunması üçün. Hicab çadra demək deyil. Lakin çadra biz iranlılar üçün qədimdən xanımlarımızın istifadə etdiyi ən yaxşı hicab növüdür. Çadrasız da hicablı olmaq mümkündür. Hicab düzgün örtünmək deməkdir, örtünməməyin örtünməkdən yaxşı olması yox. Hədislərin təbirincə desək, “çılpaq örtünmüş”, yəni örtündüyü halda çılpaq insan kimidir. Belə örtünmək faydasızdır, hicab deyil. Sağlam örtünmək budur ki, qadının başını, saçını, boynunu, bədənini örtsün. Əlbəttə, fəqihlərin çoxu üzü və iki əli örtməyi istisna ediblər. Amma üz bəzəksiz və sadə olmalıdır. Hicab bu deməkdir.

İranlı qadınlar çadraya üstünlük verirlər. Bu, çox yaxşı üsuldur. Həm gözəldir, həm qadının gözəlliyi ilə ziddiyyət təşkil etmir, həm də kamil hicab formasıdır.

Hər halda, hicabı istər iranlı formasında, istər ərəb formasında, istərsə də başqa bir ölkədəki formada kamil surətdə örtsələr, İslamın əmri yerinə yetirilmişdir. Çünki müsəlman ölkələrinin hər birində qadınlar xüsusi formada öz hicablarını qoruyurlar.

Cümə namazı xütbəsindən; 8 avqust, 1986

Risalət qəzeti

İslamın hicabda məqsədi

İslam hicab məsələsində geyim formasını müəyyən etməyib, məqsədi müəyyənləşdirib. Məqsəd budur ki, kişi və qadının görüşü və onların gündəlik həyatdakı təbii rastlaşması ehtirasları coşdurmasın. İslamın məqsədi budur.

Müsəlman ölkələrində qadınlar Quranın dediyi hicabı qorumağa çalışırlar. Amma gördüyünüz kimi, onların hamısı hicaba eyni formada əməl etmirlər. Mən onların dindarlarını deyirəm. Onlar Şimali Afrika ölkələrində bir cür hicab örtürlər, şərq ölkələrində, məsələn Hindistanda və Pakistanda isə başqa cür. Siz bunlarla tanış deyilsiniz. Bu, onların ictimai və mədəni şəraitindən qaynaqlanır.

“Qadınlar şahidi” jurnalına müsahibədən; 18 may, 1988

səh:108

Hicab – qadına hörmət və təqva əlaməti

Kim harada olsa, paklıqla, zahidliklə, dindarlıqla və təqva ilə bu əzəmətli gənclik qüvvəsini işlətsin. Əlbəttə, bəzən təqvanın tələbi olur. Məsələn, xanımlar üçün əslində qadına hörmət olan hicabı və qadın qoruyucusunu təqvanın əlaməti bilirik. Düzdür, mən indi hicab məsələsi haqda söhbət etməyi lazım bilmirəm. Çünki sizin hamınız hicablısınız, hicaba inanırsınız. Hicab yaxşı bir şeydir. İndi bu hicabı necə təmin etsinlər? Bu işdə zövq və fikirlərin müxtəlif olması mümkündür.

Fəcr ongünlüyünün ikinci günündə gənclərlə görüşdə çıxışdan; 2 fevral, 1999

Hicabı qorumaqla İslam və iman xətti

Hicabı və iffəti qorumaq bizim xalqımızın imanını, İslamı və İslam xəttini qorumaqdır. Onlar Allahın vaciblərinə və haramlarına riayət etdikləri kimi hicaba da riayət edirlər.

Təlim və Tərbiyə Naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Hicab iffəti qorumağın vasitəsi kimi

İslam hicabı insan iffətini qorumaq vasitəsidir. Müsəlman qadının inqilabçı şəxsiyyəti ona icazə vermir ki, çılpaq bədənini göstərmək yolu ilə, zinətlərini və bəzəyini nümayişə çıxarmaqla özünü göstərsin.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Qadın hörmətinin qorunmasında hicabın rolu

İslam cəmiyyətində müsəlman qadın xüsusi hörmət və şəxsiyyətə malikdir. Hicab və qadın geyimi onun hörmət və şəxsiyyətinin təzahürü sayılır. Hicab qadının hörmət əlamətidir. İslam hicab arxasında olan bütün qadınlar üçün hörmət və məqam tanıyır.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 9 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Hicab - dəyər məsələsi və mənəvi dərəcələrə yüksəliş amili

Bizim cəmiyyətimizdə İslamın dəyərləri dirçəldilməlidir. Misal üçün, hicab məsələsi bir dəyərdir. Hicab məsələsi daha yüksək məsələlərə giriş olmasına baxmayaraq, özü bir dəyərdir. Bizim hicab üzərində bu qədər təkid göstərməyimiz ondan ötrüdür ki, hicabı qorumaq qadının öz uca mənəvi dərəcəsinə çata bilməsinə və yolunda yaradılmış çox təhlükəli uçurumlara yuvarlanmamasına kömək edir.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın və kişi arasında fasilənin hikməti

Quranda, İslamın səhih hədislərində və Peyğəmbərin sözlərində qadın barəsində olanlar hikmətlidir. Doğrudan da ona diqqət yetirmək lazımdır. Bu məsələlərdən biri hicab məsələsi və kişi-qadın arasında fasilənin olmasıdır. Bu fasilə xüsusi yerdədir, hər yerdə deyil.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

səh:109

Hicab – qadın və kişinin təhlükəsizliyinin təminatçısı

Hicab təhlükəsizlik vasitələrindən biridir. Müsəlman qadın hicablı olduqda həm onun özü təhlükəsizlikdə olur, həm də müsəlman kişilər. Hicabın qadınlardan alındığı və qadının çılpaqlığa yaxınlaşdırıldığı yerdə ilk növbədə qadının özünün, sonrakı növbədə isə kişilərin və gənclərin təhlükəsizliyi onlardan alınmış olacaq.

Mühitin sağlam və təhlükəsiz olması üçün, qadının cəmiyyətdə öz işini görə bilməsi, kişinin də öz məsuliyyətlərini yerinə yetirə bilməsi üçün İslam hicabı müəyyən etmişdir. Bu hicab İslamın dəyərli hökmlərindən biridir.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Çadra – milli müstəmləkəçiliyin qəzəbləndiyi milli əlamət

Qadınların hicabı təkcə çadra deyil, lakin çadra hicabın ən yaxşı növü və bizim milli əlamətimizdir. Qadınların siyasi, ictimai və mədəni işlərdə çalışması ilə ziddiyyət də təşkil etmir. Bu səbəbə görə, çadra həmişə istismarçı düşmənin qəzəb obyekti olmuşdur. Müstəmləkəçilər son bir-iki əsrdə öz əlaltılarının köməyi ilə çadraya qarşı birbaşa mübarizə apardılar. Rza xan öz ərbablarının əmri ilə hicabın açılmasını elan etdi və bu əmrin icrası üçün saysız-hesabsız kobudluqlar törətdi. Rza xanın məmurları süngü gücü ilə çadranı qadınların başından çəkirdilər. Hicabın açılmasına rəğmən, hətta qadınların papaq və yaylıq örtmələrinə hazır idilər, amma çadranı götürsünlər. Bu, müstəmləkəçiliyin əmri idi. Çünki bilirdi ki, bu işlər iranlı müsəlman qadını onun islamçı və milli şəxsiyyətindən uzaqlaşdırmasının birinci addımıdır. Bu layihənin uğur qazandığı təqdirdə, onların digər məqsədləri daha asan şəkildə həyata keçəcək. Lakin tarix xatırlayır ki, İranın qadınları ən ağır şəraitdə çadradan əl çəkmədilər.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

Çadra əleyhinə gizli mübarizənin əlamətləri

Bu gün təəssüf ki, çadra ilə mübarizədə gizli əllərə şahid oluruq. Bəzən rənglərin psixologiyası və qara rəngin ümidsizlik və həvəssizlik rəngi olmasını demək yolu ilə, bəzən çadrasız olan ziyalı və təhsilli qadınlar qarşısında mədəniyyətsiz, savadsız və cahil olan çadralı qadınları nümayiş etdirən filmlərlə və bəzən də digər dolayı təbliğatlarla mübarizə aparırlar. Misal üçün, Məşhəddə ailə tənzimi mövzusunda keçirilən ilk ümumrespublika seminarının təbliğat dəftərçələrinin birində müasir görkəmli, manto və başörtüyü geyinmiş bir qadının şəkli çap olunmuşdu. Onun yanında iki övladı vardı. Aşağıdan da belə yazılmışdı: Daha çox elm, daha az övlad. Başqa bir dəftərçədə isə çox övladları olan çadralı bir qadın şəkli çap olunmuşdu. Onun altında da belə yazılmışdı: Daha az elm, daha çox övlad. Bununla dolayısı ilə çadranı savadsızlığın meyarı, ondan istifadə etməməyi isə savadlılıq əlaməti bilmişdilər.

Çox təəssüflüdür ki, keçmiş rejimdə müstəmləkəçiliyin çadra ilə birbaşa və dolayı mübarizələrini məğlub etdikdən sonra, bu gün biz öz əlimizlə müstəmləkəçiliyin bu mənfur məqsədinin icra olunmasına vasitə oluruq. Düzdür, biz çadradan başqa formada olan hicabı inkar etmirik, amma çadra bizim şüarımızdır, bizim islamçı və mədəni kimliyimizdir, bizim xalqımız üçün müqəddəsdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 26 dekabr, 1991

İslam Cümhuriyyəti qəzeti

səh:110

İslamın hicab məsələsində hikmətli rəftarı

İslam hicab məsələsini çox hikmətli şəkildə araşdırmışdır. Hicab qadın və kişinin xüsusi yaşayışı çərçivəsində ortaya qoyulur. Bu arada çadra üstün hicab sayılır. Amma eyni zamanda bununla məhdudlaşmır. Müqəddəs İslam şəriəti hicab üçün müəyyən həddi göstərmişdir, ondan yayınmaq olmaz, ifrat və təfritçilik də lazım deyil.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadının layiqli hicaba təbii təmayülünün yanında düzgün təbliğat

Mənim fikrim budur ki, iranlı qadınlar hicabı sevirlər, onu istəyirlər. Keçmişdəki düzgün olmayan hicabsızlıqlar da onlara məcburən sırınırdı. Məqsədim zor gücünə məcbur deyil, zehni məcburiyyətdir. Təbliğat dalğası o qədər güclü idi ki, əksəriyyəti özü ilə aparırdı. Mən düşünürəm ki, indiki vəziyyətdə qadının layiqli hicaba qarşı təbii istəyinin yanında İslamın nəzər nöqtəsini təmin edən bir növ düzgün təbliğat aparılsa, bizim qadınlarımız əsl İslam və şəriət hicabına üz tutacaqlar. Gördüyünüz kimi, inqilabdan sonra çoxları hicaba qayıtdılar.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Hicabsızlara tövsiyə

Ey İslam hicabına riayət etməyən əziz bacılar! Siz həmin şəxslərsiniz ki, İran xalqının mübarizəsi dövründə düşmənin istəyinə rəğmən, hicablı şəkildə nümayişlərdə iştirak etdiniz, İslama və İslam inqilabına etiqad bəslədiyinizi və vəfalı olduğunuzu göstərdiniz. Bu gün də inqilab sizin vəfadarlığınıza möhtacdır. Ey dövlət işçisi olan bacılar! Ey İslam inqilabı ilə heç bir düşmənçiliyi olmayan, lakin diqqətsizliklər üzündən inqilab vəzifələrinə lazımi şəkildə riayət etməyən şəxslər! İmam sizlərə müraciət edir. Dövlət idarələrini, inqilabçı cəmiyyəti ümumi iffət mühiti edin. Elə edin ki, sizin geyiminizlə, sizin zinətlərə, bərbəzəklərə, modlara, rəngarəng paltarlara eitnasızlığınızla düşmən bir daha hiss etsin ki, iranlı müsəlman qadın məğlubedilməzdir.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

İnqilabdan sonra qadınların hicaba üz tutması

İnqilab olduqda xalq öz İslam dəyərlərinə qayıtdı, hicaba üz tutdu. İnqilabın sayəsində bizim cəmiyyətimizin bütün bədəninə yeni qan köçürüldü. O, İslam dəyərlərinə sarı hərəkət etdi. Yəni gənclər, qızlar, oğlanlar və ailələrin əksəriyyəti öz istəyi ilə qadın və kişi münasibətlərində İslam dəyərlərinə sarı qayıtdılar və bizim ictimai bünövrəmiz nisbətən sağlam formaya düşdü.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

İslam cəmiyyətində hicab qanunlarının riayət olunması

Cəmiyyətdə hicabın icbari edilməsi qanunu lazımdır. Hicab bir İslam hökmüdür. Quranın aydın ayələri hicaba dəlalət edir. Bizim cəmiyyətimiz də İslam cəmiyyəti olduğundan bu hökm cəmiyyətdə icra olunmaya bilməz. İslam cəmiyyətində yaşayan

səh:111

bütün şəxslər bu cəmiyyətin din prinsiplərinə və qanunlarına riayət etməyə borcludurlar. Bu bir qayda və qanundur. Bu qanun bütün cəhətləri və tərəfləri ilə, o cümlədən hicaba zidd olan (misal üçün, pozğun paltarlar və sair) məhsulların istehsalının və bazara çıxarılmasının qadağan olunması kimi İslam Şurası Məclisində qəbul olunmalı, icraya çıxarılmalıdır. Bu qanunun icra təminatçısı da sözügedən mədəni işdir.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Çılpaqlıq – cinsi özbaşınalığın və etiqadsızlığın amili

Qərb və ona bağlı olanlar İranda qadının çılpaq olmasını istəyirdilər. Onlar öz şeytani məqsədlərinə çatmaq, yəni bütün cəmiyyəti etiqadsız və qadını pozğun etmək istəyirdilər.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

İslam Cümhuriyyəti qəzeti

Hicab – fəsadın qarşısını alan amil

İslamda barəsində bu qədər təkid göstərilən hicab, yaxud naməhrəmə baxış məsələsi (onun barəsində hədislər, Quran ayələri və müxtəlif söhbətlər mövcuddur) əslində cəmiyyətdə öldürücü vəziyə çevriləcək təhlükəli bir hüceyrənin inkişafının və fəlakətli bir xəstəliyin və bəlanın qarşısını almaq üçün bir hazırlıqdır. O bəla cinsi fəsaddan və pozğunluqdan ibarətdir.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

Hicabı qorumağa tövsiyə

Qardaşlar və bacılar! Xüsusən əziz bacılar! Bu yay bir qarışqa kimi bizim inqilabımızın və cəmiyyətimizin içini yeyib boşaltmağa çalışan düşmənimiz üçün münasib meydan ola bilər. Əgər bu yayda müsəlman bacılar lazımi hicaba və iffətə riayət etməsələr, müsəlman qardaşlar nəfslərini qorumasalar və meydanın ortasında olan bir əsgərə yaraşan tərzdə lazımi intizamları olmasa, düşmən fürsətdən istifadə edəcək. Lakin, ey əziz bacılar, həmçinin ey əziz qardaşlar, imamın müraciəti ilə bizim üçün yaranmış bu fürsətin qədrini bilin.

İranlı müsəlman qadın özünü dünyanın bütün cəmiyyətlərinə - bütün kişi və qadınlara göstərmişdir. Ey müsəlman qadın! Ey körpə uşağını qucağına götürüb təhlükə meydanına gedən, özünün və uşağının canını təhlükəyə salan ana! Ey ana! Ey gəlin! Ey fədakarlıq göstərməyə hazır olan və nitəcədə inqilabı qələbəyə çatdıran bacı! Əgər sən müsəlman qadının iman və iradə gücü olmasaydı, inqilab qələbə çalmayacaqdı. Bu gün də inqilab sizə ehtiyaclıdır.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Düşmənlərin hicab əleyhinə təxribatına qarşı sayıqlıq

Və ey bacılar və qardaşlar! Düşmənin burnunu ovun. Düşmən bizim ölkəmizdə hər bir hadisədən istifadə etmək istəyir. Bu gün bizim cəmiyyətimizdə qadının məntiqli geyimi ilə İslam hicabına və iffətin qorunmasına diqqət başlanılmışdır. Düşmənlər buna görə təxribat aparırlar. Biz xəbərsiz deyilik. İslam ümmətinin həyəcanlı dalğası (bu gün bariz nümunəsini bütün İranda hamısı görmüşlər) - bu əzəmətli dalğa qarşısında bəzi muzdur və qərəzli, bəzən də sadəlövh və xəbərsiz ünsürlərdən istifadə etməyə çalışırlar, muzdur,

səh:112

sadəlövh və qafil ünsürləri onların qarşısında qoymaq istəyirlər. Ey sadiq bacılar və qardaşlar! Qafil olmayın.

Ey Allahın bəndələri! Ey mömin və müsəlman qadınlar və kişilər! Ey namaz qılanlar! Ey namazı ucaldanlar! Allaha təqvanız olsun. Ayıq olun. Düşmənin təxribatını tanıyın. İnqilabın zərurətini bilin. Bilin ki, cəmiyyətin iffətini və paklığını qorumaq, kişi və qadının paklığını qorumaq İranın inqilabçı cəmiyyətinin çox həssas olan bu dövründə böyük bir zərurət və vacib məsələdir. Həm idarələrdə, həm küçə və xiyabanlarda, həm cəmiyyətdə iffəti qorumağa çalışın.

Hicablı müsəlman bacılar ! Mən şübhəsiz ki, bu sözümlə razı olan bütün müsəlman xalq tərəfindən sizə təşəkkür edirəm. İmamın fərmanı ilə hazır olan, İslama uyğun formada və İslam hicabı ilə işə və cəmiyyətə çıxan müsəlman bacılar! Mən sizə minnətdarlıq edirəm.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

İslam hicabının hikməti və Qərb bəzəyi

Baxın, İslamda qadın və kişi arasında hicab vardır. Bunu inkar etmək olmaz. Bu hicab var. Bu da hikmət əsasındadır. Deyilir ki, əgər qadın və kişi bir otaqda olsalar, pərdə çəkilmiş və qapı bağlanmışdırsa, bu haramdır. Bunun dərin və hikmətli bir mənası var. Bu düzgündür. Hamı bir kişi və bir qadın olaraq özünə müraciət etdikdə bu hökmün düzgün hökm olduğunu təsdiqləyir. Heç kim inkar edib deyə bilməz ki, bu hökm düzgün hökm deyil. Qadının bəzənmiş və zinətli halda kişilərin qarşısına və kişi toplantılarına çıxmamasını deyirlərsə, bu düzgün hökmdür.

Qərb mədəniyyəti bunun tam ziddinədir. Deyir qadın özünü bacardığı ən yaxşı tərzdə gözəlləşdirsin, hətta malik olmadığı gözəllikləri də özünə yapışdırsın. Belədir, bu kosmetika vasitələrinin çoxu o gözəlliklərə malik olmayan bir qadına bu gözəllikləri vermək üçündür. Ona görə ki, kişinin qarşısına çıxdıqda, kişi onu gözəl görsün, ona meyl etsin. Baxmayaraq ki, bu meyl bir anlıqdır. Yəni əgər o kişi bu qadına yaxınlaşsa, (gözəlliyinin) həqiqi olmadığını görəcək. Amma baxması və gözəlliyini tərifləməsi Qərb mədəniyyətində gözəl bir işdir.

İslam mədəniyyətində bu həyat yoldaşından başqası üçün qınanılmışdır. Mənim fikrimcə bunları bilmək lazımdır. Bunlar hikmətdir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Hicab - qeyd-şərtsiz qarışmaya maneə

Bəlkə də bəziləri təəccüb edirdilər və hələ də təəccüb edirlər ki, hər bir fəndə özünü İslam təlimləri, o cümlədən hicab məsələsi ilə uyğunlaşdıran yüksək elmi səviyyəli bir xanım olsun. Bu bəziləri üçün inanılmaz idi, təsəvvür edə bilmirdilər.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

səh:113

Hicab – İslam və inqilabın bir zərurəti

Bizim cəmiyyətimizdə hicab məsələsi bir İslam və inqilab zərurətidir; dövlətin və qanunun icbari deyil. Kim inqilaba sadiqdirsə, cəmiyyətin paklığını və təmizliyini qorumalıdır. Bu bir inqilab zərurətidir. Biz bilirik ki, düzgün bir əməl üçün düzgün bir iman və inanc lazımdır, təzyiq və şiddət yox.

Cümə namazı xütbəsindən; 4 iyul, 1980

Hicabın və iffətin elm öyrənməklə ziddiyyətdə olmaması

Kimlərsə təbliğat aparmasınlar ki, hicabı və iffəti qorumaqla, evdarlıq və övlad tərbiyəsi ilə qadınların elm öyrənməsi mümkün deyil.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Hicabın hüquqla və azadlıqla ziddiyyətdə olmaması

Qərb dünyası hicab məsələsi üzərində qadının hüquq və azadlıqlarının pozulması kimi qalmaqal yaradır. Amma bunun əksinə olaraq, hicab məsələsinin hüquq və azadlığa heç bir aidiyyəti yoxdur. Hicab qadın və kişi üçün vacib bir işdir. Onların hər biri bir tərzdə bu məhdudiyyətə riayət etməlidirlər. Çünki hicabın sınması ilə qadının başına Qərb mühitlərində müşahidə etdiyimiz qadın sui-istifadəsi bəlaları gələcək.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Hicab İslam Respublikasının mühüm məsələsi kimi

İslam Respublikası Qərbin bu fəsadları qarşısında dayandı və əvvəldən elan etdi ki, qadın və kişinin pozğun münasibətlərinə etiqadı yoxdur. Hicaba, qadın və kişi arasında İslam münasibətlərinə etiqadlıdır və bu məsələ üzərində dayanır. Bəzilərinə görə bu ikinci dərəcəli və cüzi bir məsələdir. Halbuki səhv edirlər, bu çox əhəmiyyətli məsələdir.

Cümə namazı xütbəsindən; 31 mart, 1990

Dünyanın hicab əleyhinə təbliğat hücumu qarşısında müqavimət

Bütün Qərb dünyası, onların mediası və dünyanın böyük sionistlərinin və kapitalistlərinin əlaltısı və muzduru olan qələm sahibləri əl-ələ verib İslam Respublikasını şantaj etmək istəyirlər. Hicab məsələsini təbliğat hücumuna məruz qoydular ki, bəlkə bizi meydandan çıxartsınlar. Onların təbliğatına rəğmən, İslam İranı və müsəlman qadın özünün hicaba, müsəlman qadının İslam heysiyyətinə və qadın barəsində İslam təlimlərinə qüdrətli, qətiyyətli sadiqliyini, özünə inam və etimad ruhiyyəsini qorudu. Bu gün Qərb dünyası tədricən İslam hicabına sarı yönəlir.

Tehran, Təbriz, İsfahan, Kerman, Qum, Qəzvin, Yəzd, Kərəc şəhərlərinin, Çahar-Mahal və Bəxtiyari və Mazandaran vilayətlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

İnsan hüquqları iddiaçılarının hicabsızlığı icbari etməyə qarşı çıxmamaları

Siz bilirsiniz ki, bir vaxt bizim ölkəmizdə hicab qadağan edildi, amma dünyada heç kim buna etiraz etmədi. Bizim qonşu ölkəmiz olan Türkiyədə hicabı qadağan etdilər və son

səh:114

zamanlara qədər bu ölkənin bəzi iqtidarları eyni ənənəni davam etdirdilər. Bunun nümunələri son illərdə də göründü, amma dünyada heç kim buna qarşı etirazını bildirmədi və bildirmir.

Özünü inkişaf etmiş bilən, insan haqları məsələsinin onlar üçün əhəmiyyət kəsb etdiyini iddia edən və reklam etdirən Avropa ölkələrində - yəni Fransa və İngiltərədə bir neçə müsəlman qadının İslam hicabı ilə get-gəl etmələrinə və məktəblərə girmələrinə icazə vermədilər. Belə yerdə qadağa qoymağı və maneə yaratmağı icazəli bilirlər, bunda bir eyib görmürlər. Lakin cəmiyyət arasında hicabı vacib bildiyi üçün, hər yerdə İslam Respublikasına qarşı etiraz sərgiləyirlər. Əgər qadınların hər hansı bir geyim formasına müdaxilə etmək düzgün deyilsə, onların müdaxiləsi hicabı vacib etməkdən daha artıqdır. Çünki bu, təhlükəsizliyə daha yaxındır. Ən azı bu iki hala eyni formada yanaşmaq lazımdır. Lakin Qərb belə etmir.

Qadınların geyim formasında qadağalar olduğu üçün Qərb İslam Respublikasını qınayır. Kişi və qadının çılpaqlığının və hicabsızlığının vacib edildiyi ölkələri isə tənqid etmir. Bu nə üçündür? Ona görə ki, bu, Qərbin qəbul etdiyi mədəniyyətin ziddinədir. Onlar bu məsələ üzərində çox həssasdırlar.

Cümə namazı xütbəsindən; 30 mart, 1990

Universitetlərdə qadınların vasitəsi ilə İslam mədəniyyətini qorumağın lazımlığı

Universitetlər çox mühüm mərkəzlərdir. Universitetlərdə tələbə və müəllim xanımlar çalışıb İslam ruhiyyəsini və mədəniyyətini yaymalıdırlar. Əgər kimlərsə Allah eləməmiş, ölkə universitetlərində İslam hicabına, müsəlman qadınlara, tələbələrə və müsəlman qız tələbələrə hörmətsizlik etsələr, öz çürük düşüncələrini yaymaq üçün onlara icazə verməyin. Universitet İslam mühiti olmalıdır. Gərək İslam adamının və qadınının, örnəyi Fatimə (ə) olan qadının inkişafı üçün yer olsun. Bu, ölkənin gələcəyi üçün olduqca əhəmiyyətlidir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Hicabla düşmənçilik

Onlar müsəlman qadının daha çox nəyi ilə düşməndirlər? Onun hicabı ilə. Onlar hicabla düşməndirlər. Sizin bu çadranızla, sizin düzgün və möhkəm hicabınızla hər şeydən artıq düşməndirlər. Nə üçün? Çünki onların mədəniyyəti bunu qəbul etmir. Avropalılar belədirlər. Onlar deyirlər ki, biz nə düşünürüksə, dünya bizi yamsılamalıdır. Öz cahilliklərini dünyanın mədəniyyətinə hakim etmək istəyirlər. Onlar qadını Avropa tərzində - moda, istehlak, xalqın gözü qarşısında bəzənmək, cinsi məsələləri oyuncaq etmək, iki qadın, iki cins arasındakı rabitələri cəmiyyətdə qadınların vasitəsi ilə yaymaq istəyirlər. Harada qərblilərin bu məqsədlərinə qarşı çıxılsa, fəryadları ucalır.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Qadınların hicabında İslam hərəkatının təsiri

Əsla hicaba etiqadı olmayan çox qızlar vardı, amma hərəkat dövründə onlara hətta bir söz demədən özləri hicablı olmuşdular.

Tehran Universitetinin tələbələri ilə görüşdə çıxışdan; 12 may, 1998

səh:115

Dünya qadınlarının hicaba yönəlməsi

Bəzi Qərb ölkələrində, qeyri-dini hökumətləri olan bəzi müsəlman ölkələrində İslam hicabı bu şəkildə din düşmənlərinin hücumuna məruz qalır. Bu onların hicaba yönəlməsinin göstəricisidir. Bizim hicaba diqqət göstərilməyən qonşu ölkələrimizdə, mənim özümün yaxından bəzi nümunələrini gördüyüm İslam ölkələrində heç zaman hicabın adını çəkmirlər. İnqilabdan sonrakı iyirmiillik müddətdə qadınlar, xüsusən də ziyalı qadınlar və tələbə qızlar hicaba yönəlmişlər, maraq göstərmişlər və hicablı olmuşlar. Nümunələri bunlardan əlavə Qərb ölkələrində də müşahidə olunmuşdur.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qərbdə müsəlman qızların hicab iddiası

Bir müsəlman qız uşağı nə zaman cürət edərdi ki, küfr və fəsad dünyasının ürəyində müsəlmançılıq və müsəlman hicabını iddia etsin?!

Xorasan vilayətinin alimləri, ruhaniləri, məmurları və müxtəlif təbəqələrdən olan əhalisi ilə görüşdə çıxışdan; 5 iyun, 1990

Başörtüyü davası – Qərbdə İslamın nüfuzunun əlaməti

Son həftələrdə Fransada və Avropa ölkələrinin bəzisində başörtüyü davası adlanan məsələ əslində Qərb mədəniyyətinin dövlət başçıları tərəfindən onların İslam mədəniyyətinin tərəqqi sıçrayışı və İslamın günbəgün artan nüfuzunun əlaməti hesab etdikləri halla tələsik və naşı mübarizəsidir. Onlar bu işdə öz səbir və mətanətlərini o qədər əldən verirlər ki, birdən-birə ölkə başçıları bir neçə dindar qızın və dindar müsəlman ailəsinin qarşısında pəhləvanlıq göstərirlər. Bunlar həmin şəxslərdir ki, azadlıqların və fərdi istəklərin riyakarcasına müdafiə fəryadları dünyanın qulağını kar etmişdir.

Bəsic (könüllü keşikçilik) komandanlarının ümumrespublika toplantısına müraciətdən; 23 noyabr, 1989

Qərbdə hicablı qızlarla mübarizə - kül altındakı od əlaməti

Qəribə hücum mövcuddur. Sizin eşitdikləriniz, Fransada hicab məsələsi və hicablı qızlarla mübarizə kül altındakı oddan görünən qığılcımlardır və pərdə arxasındakı əzəmətli işdən xəbər verir. Məsələ təkcə bundan ibarət deyil ki, misal üçün, laik bir dövlət hicabı istəmədiyini desin. Xeyr, bunlar ümumiyyətlə İslam sarıdan ciddi təhlükə hiss etmişlər. Əlbəttə, bu yeni məsələ deyil, əvvəllər də olmuşdur.

Qum Elmi Hövzəsinin alim və tələbələrinin nümayəndələr heyətilə görüşdə çıxışdan; 28 noyabr, 1989

Qərbin çadra əleyhinə təbliğatından təsirlənməmək

Bizcə, qadın geyimi haqqında olan söhbətlər çox yaxşı söhbətlərdir. Lakin diqqət yetirmək lazımdır ki, bu sahədə olan heç bir məsələ Qərbin əks təbliğatından təsirlənməməlidir. Əgər ondan təsirlənsə, zərərli olacaq. Məsələn fikirləşək ki, hicabımız olsun, lakin çadramız olmasın. Bu yanlış fikirdir. Əlbəttə, demək istəmirəm ki, çadra yeganə geyim növüdür. Xeyr. Mən deyirəm çadra hicabın ən yaxşı növüdür. Bizim milli əlamətimizdir. Heç bir eybi də yoxdur, qadının heç bir hərəkəti ilə ziddiyyət təşkil etmir.

səh:116

Əgər həqiqətən məsələ hərəkət, ictimai-siyasi işlər və fikir işləri olsa, çadra qadının rəsmi geyimi ola bilər. Dediyim kimi, çadra hicabın ən yaxşı növüdür.

Düzdür, çadrasız da hicablı olmaq mümkündür. Lakin onun sərhədlərini mütləq müəyyənləşdirmək, tapmaq lazımdır. Bəziləri Qərbin əks təbliğatından qurtulmaq üçün çadradan qaçırlar. Lakin çadradan qaçarkən çadrasız həqiqi hicaba sarı da getmirlər. Çünki Qərb onu da hücuma məruz qoyur.

Siz elə bilirsiniz ki, biz çadranı kənara qoysaq, məsələn Qurani-Kərimdə də göstərilən(1) paltarlar və örpəklər hazırlasaq, bizdən əl çəkəcəklər? Xeyr. Onlar bununla qane olmayacaqlar. Onlar istəyirlər ki, özlərinin çirkin mədəniyyəti eynilə burada tətbiq olunsun; şah dövründə olduğu kimi. O zaman qadının ümumiyyətlə hicabı yox idi. Hətta bu yerlərdə növbə belə işlərə çatdıqda pozğunluq daha çox olur. Şahın dövründə elə bu Tehranda və bizim ölkənin başqa şəhərlərində olan pozğunluq Avropa şəhərlərində olan pozğunluqdan daha artıq idi. Avropada adi qadının paltarı və geyimi vardı, amma burada elə deyildi. Biz gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz və indi o zamandan mənim yadımda qalan mənzərələr haqqında düşündükdə, insan doğrudan da təəccüblənir ki, nə üçün belə olmalıdır. Çox təəssüf ki, bu gün geri qalmış müsəlman və qeyri-müsəlman ölkələrinin çoxunda vəziyyət eynilə belədir. Buna görə də, gərək dəyər məsələlərinə çox diqqətlə, həssaslıqla və geri çəkilmədən yanaşaq.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Cənab Mütəhhərinin “Hicab” kitabından istifadə etmək

Ustad şəhid Mütəhhərinin “Hicab” kitabından istifadə edin. Mütəfəkkirləri və elm adamlarını dəvət edin bu məsələ barəsində çıxış etsinlər.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Hicab üzərində incəsənət işi

İncəsənət qəlibinə sığan hər bir ideya, düşüncə və inqilab əbədi qalacaq. İdeyaları tarixdə saxlayan və cəmiyyət səviyyəsində yayan, insanların canına hopduran, bu nəsildən digər nəslə köçürən sənətkarcasına bir rabitədir.

İncəsənətdə mühüm olan onun məqsədidir. Əgər incəsənətdə iman cəhəti olsa, gözəldir. Hicab məsələsi üzərində incəsənət işi, gözəl təbliğat işi aparılmalıdır ki, bu məsələ bu qrupun beyninə otursun.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may 1984.

Kişilərin hicabı

Mən bu müddət boyunca yayda İslam hicabına və münasib geyimə riayət etməyə çalışan əziz bacılara təşəkkür etmək istəyirəm. Bizim bacılarımızın çoxu buna çalışdılar. Onlara salam olsun! Deyirlər sən bizə dedin, biz də qulaq asdıq. Lakin qardaşlar açıq yaxalarla, qısaqol köynəklərlə, münasib olmayan formada küçələrə çıxır, hətta cümə namazında iştirak edirlər. Mən tövsiyə etmək istəyirəm ki, mütləq bu məqamı yadda saxlayın. Hicab bacılar üçün o formada, qardaşlar üçün də bu formadadır.

Cümə namazı xütbəsindən; 5 sentyabr, 1980

səh:117


1- [10] Nur, 31

Kişilərin iffəti

Hicab və iffəti qorumaq bacılara məxsus deyil. Ey müsəlman qardaşlar! Ey gənc qardaşlar! Siz də İslam iffətini və İslam hicabını qoruyun. Siz də işə və cəmiyyətə layiqli paltarda çıxın.

Cümə namazı xütbəsindən; 5 sentyabr, 1980

Hicabın açılması və hicabsızlığın yayılması

Hicabla mübarizə barəsində keçmiş rejimdən bir sənəd

Bizim xalqımızın təbii ki, əksəriyyətinin İslamın müəyyən etdiyi məhdudiyyətlərə və lazımi hicablara imanı vardır. Bu gün bizim bu məsələ üzərində az mədəni və təbliğat işi görməyimizin əksinə olaraq, ötən əlli ildə keçmiş rejim Qərb mədəniyyəti əsasında bu sahədə bir hərəkət edirdi və bariz nümunəsi hicab olan qadın və kişi əlaqələrində işləyirdi.

1931-ci ildən və hətta ondan öncədən bu iş başlandı və hicabın açılması məsələsinin qarşıya çıxdığı 1935-ci ilə qədər davam etdi. Keçmiş rejimin bir qrup məsul şəxsinin son zamanlarda, yəni 1976-cı ildəki müzakirələrinə və qərarlarına aid bizim əlimizə bir sənəd keçmişdir. Orada deyilmişdi ki, biz kütləvi informasiya vasitələrindən maksimum istifadə etməliyik.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

İslam cəmiyyətində hicabsızlığın yayılması

Bu rejimin iş başına gəldiyi zamandan, yəni iyirminci illərdən beynəlxalq müstəmləkəçiliyin siyasəti bu oldu ki, müsəlman cəmiyyətləri arasında cinsi azadlığı və pozğunluğu yaysın. İslam hicabını, İslam təlimləri baxımından və İslam mədəniyyətində müəyyən olunmuş qadın və kişi arasındakı sərhədi götürsün. Cəmiyyətdəki bütün kütləvi informasiya vasitələrindən istifadə etdilər. Bunların hamısının arxasında bu məsələni dəqiq bir planla idarə edən çirkin siyasət əlləri dayanırdı. İyirminci illərdə, yəni təxminən altmış il bundan öncə bizim İslam cəmiyyətimizdə qadın və kişi arasında keçilməz bir sərhəd vardı. Qadın örtüyü qorumağı özünün vaciblərindən biri bilirdi. Hətta dindarlıq baxımından yüksək səviyyədə olmayan şəxslərin xanımları öz paklıqlarını və iffətini qorumaq üçün İslami cəhətdən çox səy göstərirdilər.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Bütün imkanların hicabsızlığı yaymaq yolunda işlədilməsi

İnqilabçı xalqlar nə qədər ki, inqilabçı zahidliyə malikdirlər, nə qədər ki, gəncləri, kişiləri və qadınları dindar, pak və təqvalıdırlar, onlarda qorxmazlıq, şücaət, müqavimət və mərdanəlik ruhiyyəsi də çox olacaq. Fəsad və pozğunluq uçurumundan yuvarlandıqda hər şey bitir. Bunlar İran üçün bu işi görmək istəyirdilər. Təəssüf ki, yaxşı amil də tapdılar və o, Rza xan idi. Quldurcasına qadınları vadar etdi ki, ümumi yerlərdə görünsünlər. Hicabı qadağan və hicabsızlığı icbari etdi.

Amerikalılar və qərblilər malik olduqları güclü ideoloqlarla sonralar daha yaxşı yollar seçdilər. Düzdür, ondan da istifadə etdilər və pozğunluğu genişləndirdilər. Bizim ölkəmizdə hicabsızlığın başlanmasından 30-35 il ötdükdən sonra bizim xalqımızın bəzi qadınlarının işi elə bir yerə çatdı ki, bəzən heç zaman hicabı sevməyən qadınlar da bir

səh:118

qədər o tərəfə getdilər. Bütün qurumlar və təbliğat maşınları qadın iffətini, paklığını və təqvasını bataqlığa çəkmək üçün işə salındı.

Kişi və qadının paklığını və iffətini dəyərsiz etmək, kişi və qadın arasında qanunsuz münasibətləri adi göstərmək, bu rabitədə vücuda gələn ictimai təsirlər, yayılan pozğun əxlaq və müxtəlif fəsadlar - çox şərhə və təfsilata ehtiyacı olan və bizim öz xalqımızın çoxunun şahid olduğu məsələlərdir.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Qərb mədəniyyətinin hicabla müxalifəti

Qərb mədəniyyətində hicaba riayət etmək insan hüquqlarının ziddi sayılır. Lakin yüzlərlə sərnişini olan bir sərnişin təyyarəsini vurmaq insan hüquqlarına zidd olmur. Buna irad bildirilmir, bu cinayətin səbəbkarı mükafat da alır.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

Keyhan qəzeti

Hicabsızlıq – israfçılıq vasitəsi

Hicabsızlıq əslində istehlak mədəniyyəti üçün bir vasitə idi; özü də pozğun, mənasız və zərərli istehlak üçün. Cəmiyyətə və ümumi iffətə ziyandan başqa bir təsiri olmayan işlərə nə qədər iradələr, pullar və vaxtlar sərf olundu!

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

Hicabsızlıq – cəmiyyətdə fəsadın yayılmasının amili

Doğrudan da qadın və kişi arasında fasilənin mövcud olduğu bir cəmiyyətdə fəsad, bu fasilənin mövcud olmadığı cəmiyyətlə müqayisəolunmaz dərəcədə fərqlənir.

Bu gün bizim ölkəmizdə bəzi şəxslərin vasitəsi ilə zərərli formada aparılan antihicab işi İslam Respublikası əleyhinə siyasi bir hərəkətdir. Din təbliğatçıları, mütəfəkkirlər, yazıçılar və sizin hamınız pis niyyəti olmadan və cəhalət üzündən hicabı yüngül sayan şəxslərə yol göstərməlisiniz.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may 1984.

Hicabla mübarizə siyasəti

Hicabı bizim xalqımızın arasından götürən və sərt şəkildə onunla mübarizə aparan şəxslər nə etdiklərini yaxşı bilirdilər. Tarix boyunca bəzi siyasətlər insanın şəhvətli şəxsiyyəti üzərində elə dayanır və onu əsas göstərir ki, onun həyatının bütün cəhətlərinə kölgə salır, onun elmini, təqvasını, insani duyğularını və müsbət cəhətlərini kölgədə qoyur.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Hicabsızlıq – qadınların iffət səddinin sındırılmasının amili

Bu məmləkətə və xalqa hökmranlıq etmək istəyən xarici qurumların planlarından biri bu idi ki, qadınları İslam hicabından uzaqlaşdırsınlar. Xalq müqavimət göstərdi. Müsəlman qadınlar bu təxribatı öz müqavimətləri ilə sındırdılar.

Lakin uzunmüddətli tərbiyələr, hərtərəfli zəhərli təbliğatlar və müxtəlif təzyiqlər nəhayət bu məmləkətin qadınlarının bir təbəqəsini hicabsızlığa sarı çəkdi, bu məmləkətdə

səh:119

hicabsızlıq, qadınların iffət səddinin pozulması və xalq arasında çılpaqlıq mədəniyyətinin yayılması üçün bir vasitə oldu.

Keçmiş dövrü görmüş bütün şəxslər, yəni bu xalqın beş-altı il bundan əvvəlki dövrü xatırlayan əksəriyyəti bu məmləkətdə nə baş verdiyini, hicabsızlığın bu məmləkətin qadınını, kişisini, qocasını və gəncini nə günə saldığını bilir. O günlər təbliğat təzyiqi, süni şərait və müxtəlif təzyiqlər altında hicabsız hərəkət etməyə məcbur olan şəxslərin əksəriyyəti bu gün rahat nəfəs alırlar.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

İslam cəmiyyətlərində hicabsızlığın yayılması

Xülasə budur ki, keçmiş rejimdə təkcə son dövrlərində yox, bu rejimin iş başına gəldiyi zamandan, yəni iyirminci illərdən beynəlxalq müstəmləkəçiliyin siyasəti bu oldu ki, müsəlman cəmiyyətləri arasında cinsi azadlığı və pozğunluğu yaysın. İslam hicabını, İslam təlimləri baxımından və İslam mədəniyyətində müəyyən olunmuş qadın və kişi arasındakı sərhədi sındırsın. Bu fəsad mayasını İslam cəmiyyətinin bədəninə köçürmək üçün bütün vasitələri işə saldılar; siyasətdən istifadə etdilər, gücdən istifadə etdilər, yazıçıların şeirindən, pyes yazanlardan, hekayə yazanlardan və incəsənət adamlarından istifadə etdilər. Cəmiyyətdəki bütün kütləvi informasiya vasitələrindən istifadə etdilər. Bunların hamısının arxasında bu məsələni dəqiq bir planla idarə edən çirkin siyasət əlləri dayanırdı. İyirminci illərdə, yəni təxminən altmış il bundan öncə bizim İslam cəmiyyətimizdə qadın və kişi arasında keçilməz bir sərhəd vardı. Qadın örtüyü qorumağı özünün vaciblərindən biri bilirdi. Hətta dindarlıq baxımından yüksək səviyyədə olmayan şəxslərin xanımları öz paklıqlarını və iffətini qorumaq üçün İslama uyğun çox səy göstərirdilər. Bu xəbis siyasət müxtəlif vasitə və yollarla cəmiyyətdə 40-50 il icra olundu.

Böyük Tehranda və digər şəhərlərin çoxunda bizim ölkəmizin və cəmiyyətimizin vəziyyəti elə bir yerə çatdı ki, bəzi yazıçılar, müşahidəçilər və dünyanı görmüş şəxslər deyirdilər ki, Tehranda, xüsusən də bu şəhərin bəzi yerlərində və ölkənin bəzi bölgələrində çılpaqlığa və cinsi pozğunluğa doğru hərəkət hətta Avropa ölkələrindən artıq sürətlə irəliləyir. Bizim qadınlarımızın və kişilərimizin adi paltarlarını moda, yaxud azadlıq adı altında pozğunluğa və tüfeyliliyə sarı sövq etmişdilər. Avropa ölkələrində ən azı hər yerdə belə vəziyyət müşahidə olunmurdu. Bu gedib cəmiyyətin dərinliklərinə nüfuz edirdi. Qadının qəlbində və daxilində dəyərli gövhər kimi qorunan əxlaqı və iffəti qırdılar, onu məhv etməyə və cəmiyyətdə hicabı, qadın və kişi arasında pərdəni dəyərin ziddinə olan bir iş formasına gətirməyə çalışdılar. Buna səy göstərilirdi. Əlbəttə, bəlli idi ki, bu səy sünidir. Bəlli idi ki, hələ bizim cəmiyyətimizdə iffət, paklıq, İslam əxlaqı, hicab və cinsi sərhəd qorunur. Bəlli idi ki, müstəmləkəçiliyin əli bizim xalqımızın ruhiyyələrinin dərinliklərinə nüfuz edə bilməmişdi. Dəlili də budur ki, inqilab baş verdikdə, xalq İslam dəyərlərinə qayıtdıqda, xalqın özü hicaba, qadın və kişi arasında sərhədi qorumağa və cinsi pozğunluqdan uzaq durmağa yönəldilər. İnqilabın sayəsində bizim cəmiyyətimizin bütün bədəninə yeni qan köçürüldü. O, İslam dəyərlərinə sarı hərəkət etdi. Yəni gənclər, qızlar, oğlanlar və ailələrin əksəriyyəti öz istəyi ilə qadın və kişi münasibətlərində İslam dəyərlərinə sarı qayıtdılar və bizim ictimai bünövrəmiz nisbətən sağlam formaya düşdü.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

səh:120

Pəhləvi quruluşunda və Qərb mediasında hicabın təhqir edilməsi və ələ salınması

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınların məlumatsızlığı və hicabın açılması təxribatının uğuru

Bu böyük və təhlükəli təxribatın uğuru böyük həddə bu faciənin baş verdiyi zaman iranlı qadının İslam qadını örnəyi haqda aydın, gözəl, məntiqli və imana arxalanan təsvirinin olmamasına görə idi. Əgər o zaman cəmiyyətdə elmin və savadın genişlənməsi başlansaydı, İslamın belə bir örnəyi ictimai fikrin, xüsusən də qadınların ixtiyarında qoyulsaydı, o təxribat asanlıqla uğur qazanmazdı.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Hicabın açılması əleyhinə mübarizədə iranlı qadının fəaliyyəti

İnqilabın möcüzəsi belə oldu: 1978-ci ildə, zalım rejimin aparatı bütün təbliğatları ilə hicabsızlığın başlanmasını, həqiqətdə iranlı və müsəlman qadının iffət və paklığının uçurulmağa başlanmasını elan etdikləri gün – yəni yanvarın 7-də qadınların bir qrupu hərəkət etdi, yürüşə çıxdı, şüar verdi, iranlı qadının hegemonçu rejim qarşısında ciddi və dərin mübarizə fəaliyyətini elan etdi. İmam o zaman öz müraciətində də müsəlman qadınların və bacıların bu hərəkətinə toxunmuşdu. Onlar bu iş üçün çox əhəmiyyətli bir günü seçmişdilər. Bu hadisədən təxminən bir il sonra Tasua və Aşura nümayişlərində insan baxdıqda bu qadın nümayişçilərin əzəmətli izdihamını görürdü. Çadralı və İslam hicablı bu qadınların bəzisi uşaqlarını əllərində tutmuşdular. Yüz minlərlə müsəlman qadın bütün şəhərlərin küçələrini doldurmuşdular və kişilərdən də güclü səslə şüar verirdilər. Hiss edirdik ki, uzun illər boyu biz necə böyük tələfat vermişik. İranlı müsəlman qadını sıradan çıxarmışdılar. Əhalinin yarısını birinci mərhələdə və o biri yarısını, yəni kişiləri ikinci mərhələdə düşünmək və cəmiyyətin ciddi işləri ilə məşğul olmaq meydanından çıxarmaq istəyirdilər. Təəssüf ki, böyük həddə uğur da qazanmışdılar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Hicabsızlıq – siyasi bir hərəkət

Bizim ölkəmizdə siyasi bir hərəkət qadınları hicabsızlığa, yəni cinsi özbaşınalığa çəkdi və bizim qadınlarımız tərəfindən bir inqilabi hərəkət qabaqkı hərəkəti zərərsizləşdirdi, qadını hicaba sarı və tüfeylilikdən uzaqlaşmağa sövq etdi. Bizim cəmiyyətimizdə

səh:121

tüfeylilik hərəkəti şübhəsiz, inqilab əleyhinə bir hərəkətdir; elə bir hərəkətdir ki, dünyanın siyasi ideoloqları onu idarə edirlər.

Təlim-tərbiyə naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

İslamın təmiz mühitinin hicabsızlıqla ləkələnməsi

Bizim xalqımız gərək öz gözünü və qulağını açsın. Bizim inqilabçı və islamçı cəmiyyətimizdə mənfur və əskik Qərb mədəniyyətinə qayıdış qeyri-mümkün və qadağandır. Bizim xalqımızın və inqilabın məsul şəxslərinin xalqın rəftarının və yaşayışının yenidən fəsadlı Qərb mədəniyyətinin köçürdüyü və zorla bu xalqa sırıdığı səmtə getməsinə icazə vermələri imkansızdır.

Bizim cəmiyyətimizdə mənfur Pəhləvi xanədanının vasitəsi ilə qadınların hicabsızlığa və çılpaqlığa daxil olmasının tarixçəsini oxuyan şəxslər, yaxud yaşlarının çox olmasına görə o günləri görənlər bilirlər ki, hicabsızlığı, hədd və sərhəd tanımamanı, kişi və qadının qarışmasını ölkə daxilinə necə gətirdilər və xalqa necə sırıdılar.

Bizim xalqımız asanlıqla bu məsələni qəbul etmədi, amma təəssüf ki, İslam inqilabının qələbəsinə qədər Pəhləvi xanədanının ağır və mənfur sayəsi altında iki-üç nəslin dəyişməsi səbəbindən bəziləri bu mədəniyyətlə dünyaya gəldilər, onun pisliyini dərk etmədilər, əsl İslam mühitinin sağlamlığını və paklığını anlamadılar.

Bizim təbliğat qurumlarımız da Qərb mədəniyyətinin nöqsanlarını onlara göstərmək gücündə deyildi.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Hicabsızlıq – İslam Respublikası əleyhinə siyasi hərəkət

Bu gün bizim ölkəmizdə bəzi şəxslərin vasitəsi ilə zərərli formada izlənilən antihicab hərəkəti İslam Respublikası əleyhinə siyasi bir hərəkətdir.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

Xəbis adamlarla qətiyyətli mübarizə

Hicabsızlıq sahəsində xəbislik edən bir qrupa qarşı qətiyyətli tədbir görməliyik və görəcəyik.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

səh:122

Doqquzuncu fəsil: Qadın və tənəzzül amilləri

Qərb mədəniyyətinin yayılması

Məsələ belə idi ki, bu məmləkətdə Qərb mədəniyyətini, istehlakçılıq mədəniyyətini, dəbdəbəçilik mədəniyyətini, bərbəzək mədəniyyətini, qadını şəhvətpərəstlik oyuncağı etmək mədəniyyətini və kişini fəsad uçurumuna çəkmək, cəmiyyətin əsas məsələlərini cinsi cazibələrin kölgəsi altında saxlamaq mədəniyyətini planlaşdırmaq istəyirdilər və təəssüf ki, özlərinin bir neçəillik səyləri ilə çox həddə müvəffəqiyyət də qazandılar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Bəzi ailələrdə Qərb təlimlərinin təsiri

Bizim xalqımıza qarşı bu işi mənfur Pəhləvi xanədanının şahlığından qabaq başlamışdılar. Amma o mənfur rejimin dövründə bu prosesi gücləndirdilər. Müstəmləkəçilik və hegemonluq bu muzdur ailənin şahlığı dövründə cəmiyyətdə Qərb mədəniyyətinin genişləndirilməsinə çox çalışdılar və təəssüf ki, müvəffəq də oldular. Bu gün ölkə daxilindəki bəzi iranlı ailələrin o ənənələrə, işvələrə, geyim və davranışa təmayül göstərdiyini görürsünüzsə, həmin rəzil və xəyanətkar qərbli müəllimlərin təlimlərinin nəticəsidir. Bu proses bu ölkədə on illər boyu davam etmişdir.

İnqilab baş verib xalqın mədəniyyətində və təsəvvürlərində əzəmətli yenilik, dəyişiklik vücuda gətirsə də, hələ də ürəkləri Qərb həyatının həyat tərzinin ab-havasında olan bir çox şəxslər təəssüf ki, bulaşıq və çirkin bataqlıq olan Qərb mədəniyyətinin fəsadlarından, ailə, qadın və kişinin insani şəxsiyyəti kimi prinsipial bəşəri özüllərin heç birinin sağlam qalmadığı fəsadlardan xəbərsizdirlər.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Yalançı dəyərlərin köçürülməsi

Qərb mədəniyyəti keçmiş rejimdə zinətpərəstlik, qızılpərəstlik və bəzi dəyərsiz əşyalara vurğunluq kimi yalançı dəyərləri bizim şəhər qadınlarımıza köçürmüşdü. İslam inqilabı bir tufan kimi o yalançı dəyərlərin çoxunu məhv etdi.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransının açılışında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Əskik Qərb mədəniyyətini yaymaqda məğlubiyyət

Həqiqi İslam cəmiyyətləri və onun təzahürü kimi böyük İran İslam cəmiyyəti yeganə yerdir ki, qərblilər qadınların əskik Qərb mədəniyyətinə uyğun həyat tərzini yaymaqda məğlubiyyətlə üzləşmişlər.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Dəyərlərdən uzaqlaşmaq

Qərbin üçüncü dünya qadınlarının amal istəyindən xoşlanmaması

Qərblilər istəmirlər ki, üçüncü dünya cəmiyyətlərində qadınlar amal istəyən aydın təfəkkürə və böyük məqsədlərə malik olsunlar. Buna görə bizim cəmiyyətimizdə gənc

səh:123

qadınlar Qərb mədəniyyətinin və təfəkkürünün bu gözəgörünməz və çox təhlükəli kəməndi sarıdan ehtiyatlı olmalı və ondan uzaqlaşmalıdırlar. Cəmiyyətdə qadınların islahının ardınca kişilərin islahı gəlir və bu arada qadınların öhdəsinə dəyərli rol düşür.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam Cümhuriyyəti qəzeti

Dəyərsiz işlərlə məşğul olmaqdan çəkinmək

Müsəlman qadının məqamı dəyərsiz işlərlə məşğul olmaqdan və onlarda qərq olmaqdan üstündür. Müsəlman və inqilabçı qadınlar şeytanların və düşmənlərin gizli və mənfur əllərindən ehtiyatlı olmalıdırlar.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Qadınları mənəvi prinsiplərdən və dəyərlərdən xəbərsiz etmək

Şəhidlərin, fədakarların və döyüşçülərin anaları və həyat yoldaşları müsəlman qadının dəyərli gözəlliklərini dünyaya göstərdilər. Bu, İslam düşmənlərinin qorxduğu həqiqətdir. Bu əsasla bu gün böyük səy göstərilməkdədir ki, qadınları İranın İslam cəmiyyətində mənəvi prinsiplərdən və dəyərlərdən xəbərsizliyə düçar etsinlər.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

İsrafçılıq və modabazlıq

Qadınlar və Pəhləvi rejimində israfçılıq və dəbdəbəçilik mədəniyyəti

Keçmişdə məqsəd qadınları siyasi məsələlərdən və ictimai məlumatlardan uzaq saxlamaq, onları dünya bəzəklərilə məşğul etmək və istehlakçı bir varlığa çevirmək idi. Lakin bu gün ölkəmizin müsəlman qadınları dərin siyasi dərkə malikdirlər.

Zeynəb (ə) cəmiyyətinin mərkəzi ofisinin üzvləri ilə görüşdə çıxışdan; 17 fevral, 1988

Ettelaat qəzeti

Qadınların istehlakçılıqdan və israfdan çəkinməsinin lazımlığı

Mən müsəlman qadınlara, cavan xanımlara və evdar qadınlara deyirəm: Qərbin dünya cəmiyyətlərinin, o cümlədən inkişaf etməkdə olan ölkələrin və bizim ölkəmizin canına xora kimi saldığı israfçılığın ardınca getməyin. İstehlak lazımi həddə olmalıdır, israf həddində yox. Həyat yoldaşları, yaxud özləri müxtəlif vəzifələrdə çalışan qadınlar israfdan çəkinmək baxımından digərlərinə nümunə olmalıdırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadının zinətə, paltara və modaya bağlı olması

Tarix boyunca – istər qədim cahiliyyətdə, istər iyirminci əsrin cahiliyyətində qadını təhqir etməyə, aşağılamağa, onu zahiri zinətlərə və bəzəklərə vurğun kimi təqdim etməyə, modaya, paltara, bəzənməyə, qızıl-zinət əşyalarına bağlamağa, həyatın eyş-işrətləri üçün vasitəyə alışdırmağa və əməli formada bu yolla getmələrinə çalışan şəxslərin məntiqi Fatimeyi-Zəhranın (s) mənəvi məqamının günəşinin istiliyi qarşısında qar və buz kimi əriyir və məhv olur.

Tehran, Təbriz, İsfahan şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

səh:124

Modabazlıq, cəmiyyətin düzgün yoldan yayınmasının amili kimi

Məncə modabazlığa və dəbdəbəçiliyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilərin qarşısında bəzənməkdə ifratçılıq bizim cəmiyyətimizin və qadınlarımızın yoldan sapmalarının ən böyük amillərindən biridir. Qadınlar bunun qarşısında müqavimət göstərməlidirlər.

Qərblilər qadını rəzil məxluqa çevirmək üçün daim yenilənən modalar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri zahiri və aldadıcı gözəlliyə məşğul etməyə ehtiyaclıdırlar. Bunlarla məşğul olan insan həqiqi dəyərlərə nə zaman qovuşa bilər? İnsan bunlar haqqında düşünməyə macal tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevrimək istəyən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı? Məgər bu mümkündür?

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Modabazlıq – hicabsızlığın və fəsadın kökü

Mənim fikrimcə, bu gün sizin toplumunuzun və qadınların müxtəlif formalarda və müxtəlif məqsədlərlə işləyən hər bir toplumunun öhdəsinə düşən vəzifə budur ki, Qərb və Avropa mədəniyyətinin son onillər boyunca iranlı qadının beyninə daxil etdiyi yanlış inamı siləsiniz. Düzdür, yanlış inam keçmişdə də olmuşdur; yəni istehlakçılığın və dəbdəbəçiliyin bəzi yanlış formalarına təmayül keçmişdə də mövcud olmuşdur. Avropa mədəniyyətinin gəlişi ilə istehlakda bu modabazlıq və yeniliyə təmayül qəribə formada gücləndi.

Bu düşünülmüş və planlaşdırılmışdı. Qərbin adətən sionistlərdən və müstəmləkəçilərdən ibarət olan siyasi başçıları bir məqsədlə və bir niyyətlə bu işi gördülər. Bu səhv inancları silməlisiniz. Bu yalnız İslam mövzularını və işlərini təqdim etməklə mümkündür. Əgər bu iş baş versə, bəzən irəliyə sürülən bu problemlərin – pis hicablılığın, fəsad və pozğunluğun yayılmasının kökü öz-özünə quruyacaq. Bunlar adətən nəticələrdir. Səbəblər isə sözügedən inamlar və mədəniyyətlərdir. Onların üzərində işləmək lazımdır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Qadın – Qərb mədəniyyətində dəbdəbəçilik və eyş-işrət vasitəsi

Qadın tarix boyunca məzlum bir varlıq olmuşdur, çox müstəsna və nadir yerlərdən başqa. Bütün dövrlərdə qadına hörmətsizlik olmuşdur. Avropa ölkələrində isə vəziyyət qat-qat pisdir. Qadın çox peşəkar kələkbazlıqla təhqir olunur. Qərbin hakim mədəniyyətinin ideoloqları özlərinin maddi baxışları ilə elə şərait yaradıblar ki, həm qadın və həm kişi qadının dəbdəbəçilik və eyş-işrət vasitəsi olmasına inanmışlar. Əsrlərlə bu mədəniyyət üzərində işləmişlər. İki-üç əsr bundan öncə indiki Qərb sivilizasiyasının əsasını qoyanlar bu məsələ üzərində işləmişlər. Qadını elə bir tərəfə çəkirlər ki, orada əyləncə vasitəsi olsun.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Qadınların bəzənməsi və özünü göstərməsi

Əgər qadın və kişi əlaqələrində qeyd-şərtsiz münasibətlər və özbaşınalıq mövcud olsa, bu, fəsada səbəb olacaq. Əgər bu gözəlləşdirmə məsələsi - başa, görkəmə, paltara və bu kimi məsələlərə diqqət yetirmək həyatın əsas məşğuliyyəti olsa, yoldan azmaq və

səh:125

tənəzzüldür. Tağut dövründə əyan və əşrafın xanımları bəzənmə stolu arxasında otururdular. Sizcə neçə saat otururdular? Altı saat. Bu həqiqətdir. Bizim dəqiq xəbərimiz var ki, altı saat otururdular. Bir insan bəzənmək üçün bu qədər vaxt sərf edir. Misal üçün, toya getmək istəyir, saçını, yaxud üzünü filan formada düzəltmək istəyir. Əgər iş bu formaya düşsə, azğınlıq və tənəzzüldür. Lakin özlüyündə əgər özünü göstərmək və yadların qarşısında bəzənmək niyyəti ilə olmasa, başa, görkəmə və paltara diqqət yetirməyin eybi yoxdur. İslamda təbərrüc qadağandır. Təbərrüc, yəni cəlb etmək və fitnə yaratmaq üçün qadınların kişilər qarşısında özünü göstərməsi. Bu bir növ fitnədir və çox eybi var. Eybi təkcə bu deyil ki, bu gənc qız, yaxud gənc oğlan günaha düşəcək. Bu əvvəlidir. Bəlkə də deyə bilərəm ki, ən kiçiyidir, davamı ailələrə çatır.

Gənc günü münasibətilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Qızıl və zinətin əsiri olmaqdan yüksəkdə duran müsəlman qadın

Müsəlman qadının dəyəri qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox ucadır. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çox insanlarının köməyə ehtiyacları olduğu dövrdə pul verib qızıl almamalıdırlar, zinət əşyaları almamalıdırlar, növbənöv məişət əşyaları almamalıdırlar, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsraf müsəlman qadının örnəyi deyil. Bu, bizim hegemonçu dünya qarşısında iddiaçı olduğumuz yerlərdəndir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadınların dəbdəbəçiliyinin təhlükəsi

Dəbdəbəliyə meyl uzun müddət bizim cəmiyyətimizdə azalmışdı. İnqilabın əvvəllərində qadınlar dəbdəbə və zinətlərə etinasız yanaşırdılar. Lakin təəssüf ki, eşitdiymiz kimi, bu məsələlər indi bizim cəmiyyətimizdə inkişaf etməkdədir. Cəmiyyətimizin düşüncəli, mütəfəkkir və mərifətli qadınları bunu təhlükə bilməlidirlər.

Qadınlar dəbdəbəliyə sarı sövq olunmamalıdırlar. Əlbəttə, bu təhlükə kişilər üçün də var. Lakin uyğun potensial qadınlarda daha artıqdır. Bəzən bu məsələlərdə kişilərin çoxu qadınların təsiri altına düşürlər. Siz bu məsələyə qarşı ciddi mübarizə aparmalısınız. Özünüz də nəzarət edin.

Mən az, normal və çəkinməsi mümkün olmayan həddə dəbdəbəliyin əleyhinə deyiləm. Lakin bu ifrat şəkil alsa, olduqca əbəs bir işdir. Xanımlar növbənöv paltarlara, bəzənməyə və qızıl-zinət əşyalarına etinasız yanaşmağa, bu məsələlərdə ifratdan çəkinməyə əhəmiyyətli baxmalıdırlar. Allahın lütfü ilə belə zahiri gözəlliklərə yox, həqiqi gözəlliklərə daha artıq diqqət yetirin.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Yanlış azadlıqlar

Qadın azadlığı haqda paradoksal təsəvvürlər

Hal-hazırda Qərbdə şüar formasında mövcud olan məsələlərdən biri də Qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara sahibdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Onlar bəzən

səh:126

bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir? Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhdudiyyətlərindən azad olmaq, kişinin mütləq nüfuzundan azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də Qərb dünyasında səslənən fikirlərdən biri abortun azadlığı məsələsidir. Bu çox əhəmiyyətli məqamdır. Zahiri sadə və kiçik olsa da, əslində çox təhlükəli və ağır sözdür. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bunların kompleksini Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qismi haqqında qətiyyətlə deyə bilərik ki, zərərlidir. Başqa bir qismi faydalı da ola bilər. İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.

Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın azadlığının yalançı iddiaçıları

İctimai və iqtisadi yenilik yaratmaq adı ilə, inkişaf və sivilizasiya niqabı altında özlərinin pis və mənfur modellərini dünya qadınlarına məcburən verən şəxslər nəinki təkcə qadınlara, hətta insana və insaniyyətə xəyaət edirlər.

Yalandan qadın azadlığı şüarı verən çirkin insanlar onu istehlakçılıq mədəniyyətinin əsiri, pis və dağıdıcı mədəniyyətin istehlakçısı etmək istəyirlər ki, belə anaların süst və zəif övladlarını və yetirmələrini iradəsiz alət kimi asanlıqla istismar edə bilsinlər.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Qərb azadlığının mahiyyəti - qadını kişilərin ləzzət vasitəsi etmək

Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi bundan ibarətdir ki, qadınları, kişilərin cinsi ləzzət almaları üçün onların qarşısına çıxarsın. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işi üçün alət olsun. Bu, qadın azadlığıdırmı? Cahil, qafil və azğın Qərb sivilizasiyasında insan hüquqlarının tərəfdarı olmalarını iddia edənlər əslində qadına zülm edənlərdirlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadın - bugünkü dünyada şəhvəti təmin etmək aləti

Qadının yalnız ehtiras meyillərini təmin etmək üçün bir vasitə və alət olaraq istifadə edildiyi bugünkü dünyada İslamın qadın məsələləri, özəlliklə hicab məsələsi və iki cinsin münasibətləri barəsindəki baxışlarının yazılması lazımdır. Gərək dünyaya göstərilsin ki, İslamdan öyrənən və İslamla danışan İslam Respublikası nə deyir.

Şübhəsiz, dünyada, xüsusən də Qərbdə qadın azadlığı kimi irəliyə sürülən məsələ bu təbəqəni nəfsi istifadələrə sarı sövq etdirməkdən başqa bir şey deyil. Fəsadlı Qərb mədəniyyətində qadına öz istedadlarını çiçəkləndirmək üçün şərait yaradılmır. Onlar qadının fiziki xüsusiyyətlərindən və bu cinsin fiziki baxımdan malik olduğu gözəllikdən istifadə etmək istəyirlər. İslam müxtəlif qadın hüquqlarını bəyan edib təlimlər təqdim edəndə, qadın tarixin zülmətində qərq olmuşdu. İslam isə tarixin zülmətində parlayan bir nur idi.

Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

İslam Cümhuriyyəti qəzeti

səh:127

Qadın - İslam inqilabından öncə televiziyada israfçılığın və pozğunluğun təbliğat aləti

Televiziyada təbliğat aparılırdı. Bir üsulla, misal üçün, xalqda israfçılığı gücləndirir və xalqı ona sövq edirdi. Eyni zamanda onları ehtirasa, pozğunluğa və fəsada sövq edirdi. Çılpaq bir qadını təhrikedici formada səhnəyə çıxarırdı ki, filan zinət əşyasını, yaxud filan gözəllik alətini, yaxud filan lazım, yaxud qeyri-lazımi məhsulu xalqa göstərsin. Həm də xalq lazım olmayan əşyaları almaq üçün istehlaka tamahlansınlar, sövq edilsinlər və cəmiyyət israfçı yetişsin.

Tehranın cümə namazı xütbəsindən; 11 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Qərb sivilizasiyasında veyil kişilərin qadından bəhrələnmək azadlığı

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyacları oldu. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını hörmətdən və yüksək məqamından endirsinlər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qərb mədəniyyətinin insanın cinsi dözümlülüyünə qarşı çıxması

Bu mədəniyyətin tam qarşı tərəfi bugünkü Avropaya hakim olan Roma mədəniyyətidir. O hər şeylə razılaşır, iki-üç şeydən başqa. Onların biri və bəlkə də ən əhəmiyyətlisi qadın və kişi cinsi arasında qanun-qaydalı fasilənin qorunmasıdır; başqa sözlə desək, Qərbdə cinsi azadlıq adlandırılan məsələnin qarşı tərəfi olaraq, cinsi dözümlülük. Onlar bu prinsip qarşısında çox kəskin mövqedədirlər. Çünki onlara görə bu məsələ üzərində dayanan şəxs mürtəcedir. Əgər bir ölkədə qadınlar müəyyən qaydalarla kişidən ayrılsalar, bu, mədəniyyətin əksi olur. Doğru da deyirlər. Onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurulmuş sivilizasiyası bundan başqa bir şey deyil. Dəyər baxımından onların mədəniyyəti yanlış, əksi isə düzgündür.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Cinsi azadlığın qərbdən şərq ölkələrinə eksportu

Qərbdə qadın və kişinin məhdudiyyətsiz əlaqəsi adi bir haldır. Qadın və kişi münasibətlərində hicabın, vasitənin və fasilənin olmaması normal bir işdir. Demirik ki, Qərb ölkələrində bütün kişilər, yaxud qadınlar pozğundurlar. Yox, belə bir iddia etmirik, belə böhtan yaxmırıq, bunun həqiqəti də yoxdur. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var, lakin ümumilikdə cinsi azadlıq Qərb cəmiyyətlərinə

səh:128

hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.

Bəzi Qərb ölkələri bu məsələdə çox inkişaf etmişlər, öz həyatlarını xəcalətli formalara salmışlar. Əlbəttə, peşmandırlar. Bu, Qərb ölkələrinin mütəfəkkirlərinin, siyasətçilərinin, ideoloqlarının və idarəçilərinin çarəsiz qaldığı və doğrudan da onlar üçün problem yaratdığı məsələdir.

Qərb bu mədəniyyəti, bu xarakteri və adəti bütün ölkələrə ixrac etdi. Başqa ölkələrdə belə fəsad yox idi, İslam ölkələrində və hətta Şərqin qeyri-müsəlman ölkələrində də belə bir şey mövcud deyildi. Bunu qərblilər idxal etdilər.

Cümə namazı xütbəsindən; 30 mart 1990.

Cinsi özbaşınalığın yayılması

Qərb cəmiyyətlərində fəsadın və cinsi özbaşınalığın günbəgün artması

Qərb mədəniyyəti çılpaqlıq və rüsvayçı fəsad deməkdir. Bu fəsad bu gün Qərb ölkələrində çox qadınların həyatına kölgə salmışdır. Onların yanlış təbliğatlarının təsirindən bu cəmiyyətlərdə fəsad və pozğunluq günbəgün artmaqdadır. Onlar özlərinin düçar olduqları fəsadı İslam ölkələrinə də ixrac etmək istəyirlər. Amma biz onu ictimai həyat üçün zərərli bilir, ən yaxşı üslub kimi İslam üslubunu öz həyatımıza örnək seçmişik.

Şəfqət bacıları və mədəni qurumların işçilərilə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Cinsi azğınlıq - Qərbin hədiyyəsi

Xoşbəxtlikdən Qərbin hədiyyəsi və Qərb kapitalizminin xəbis təsirlərindən biri olan pozğun əxlaq və cinsi özbaşınalıq xalqın diqqət mərkəzindədir. Deməliyəm ki, bu, qərblilərin qəsdən bizim xalqımız üçün gətirdiyi və yerli olmayan bir məsələdir. Lakin bizim xalqımız müsəlman, təəssüblü, iffətə, paklığa və İslam örtüyünə sadiq olduğundan, bu iş sürətlə və asanlıqla baş tutmadı. Əgər keçmişə qayıtsaq, iyirminci illərdə bizim ölkəmizdə cinsi özbaşınalığın köçürülməsi başlanıldı; hətta hicabın açılmasından qabaq. Hələ bizim xalqımızın hicabı vardı, bizim qadınlarımız kamil örtüklə küçə və xiyabanlara çıxırdılar. Bu zaman Tehran şəhərinə fəsada və pozğunluğa həvəsləndirən filmlər gətirildi. Kinoteatrlara gedən şəxslər o filmlərdə ümumiyyətlə görmədikləri mənzərələri görürdülər: örtüyü olmayan qadınlar və kişilər, uyğun olmayan hərəkətlər, aşkarda baş verməsinin mümkünlüyü müsəlman kişi və qadının xəyalına belə gəlməyən mənzərələr. Belə filmlər nümayiş etdirilirdi. Əyan və əşraf məclislərinə məxsus olan, saray adamlarının, dövlət və səltənət adamlarının ixtiyarında olan fəsad və pozğunluq tədricən xalqın orta səviyyəsinə yayılırdı. Nəhayət 1935-ci ildə hicab qadağan olundu və müstəmləkə siyasətindən İrana möhkəm zərbə vuruldu. Rza xanın dövləti sayəsində kinoteatrlar, qəzetlər, təbliğat elanları və bütün təbliğat imkanları fəsad və pozğunluğun yayılması məqsədi ilə işə salındı. Rza xanın İrandan uzaqlaşmasından sonra hökumət və siyasət aparatının gücü zəif olduğundan fəsad və cinsi özbaşınalıq prosesi bir qədər dayandı və xalq yenidən öz hicabına qayıtdı.

Tehranın cümə namazı xütbəsindən; 23 avqust, 1986

İslam Cümhuriyyəti qəzeti

səh:129

Cəmiyyətləri məhv etməkdə fəsadın təsiri

Qadın və kişinin eyş-işrətə, rifahlı və fəsadlı həyata yönəldiyi bir cəmiyyət, bilin ki, özünü müdafiə etməyə qadir olmayacaq. Belə bir cəmiyyət öz maraqlarını, şərəfini və heysiyyətini qoruya bilməyəcək.

Könüllü keşikçilər və ruhanilərlə görüşdə çıxışdan; 27 oktyabr, 1989

İnsanlara hakim olmaq üçün qadın və kişinin cinsi meylindən istifadə

Cinsi fəsad, cinsi özbaşınalıq, qaydalara və hədlərə riayət olunmaması, cinsi qərizələrdən istifadə... Bu bir qərizənin azğınlığa düçar olmasıdır. Biz görürük ki, kişi və qadının cinsi qərizəsindən müxtəlif səviyyələrdə yanlış istifadə etməklə və onu azğınlığa çəkməklə cəmiyyətlər üçün necə böyük problemlər vücuda gəlir. Bu gün dünya, xüsusən də Qərb cəmiyyətləri necə əlacsız ictimai, ruhi və fiziki xəstəliklərdə yaşayırlar. Təəssüf ki, bizim dövrümüzdə, yəni işğalçı müstəmləkəçiliyin və istismarçı siyasətlərin İslam ölkələrinə hakim olduğu bu bir neçə onillikdə böyük müsibət və bəla bu idi ki, müstəmləkəçilər müsəlman cəmiyyətlərinə hakim olmaq üçün hər bir yoldan istifadə etdilər, hər bir vasitədən bəhrələndilər. Hətta ən cinayətkar vasitələri də yaddan çıxarmadılar. Onların biri bu cinsi məsələ, cinsi təmayül və təbii olaraq hər bir qadın və kişidə olan meyl idi. Onlar insanda təbii surətdə mövcud olan bu hissdən qanunsuz və düzgün olmayan yolda istifadə etdilər.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Qadının fəsadı - cəmiyyətin fəsadı

Qadın fəsada çəkilsə, kişiləri fəsada çəkmək lazım deyil, onlar öz-özlərinə fəsada çəkiləcəklər. Əgər bir nəslin qadınlarını fəsada salsalar, o nəslin kişilərini fəsada salmaq üçün artıq xərcə ehtiyac qalmır. Çox çəkməyəcək ki, o nəslin bütün kişiləri fəsada uğrayacaqlar. Çünki qadın tərbiyəçidir. Ya fəzilətli və qorxmaz insanlar tərbiyə edir, ya da dəyərsiz, məqsədsiz insanlar. Analar, yəni cəmiyyətdə mühüm cəhəti analıq olan qadınlar islah olunmalıdırlar ki, tarix və gələcək də islah olunsun.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Keyhan qəzeti

Həvəskarlığı və aktivliyi məhv etmək məqsədilə əxlaqi sərhədlərin uçurulması

Düşmən istəyir ki, gəncləri fəsada çəkməklə, qadın və kişinin həyatında ilahi və əxlaqi sərhədləri uçurmaqla İran xalqından həvəskarlıq, aktivlik və Allah yolunda çalışmaq ruhiyyəsini alsın. Çox təhlükəli olan bu tərxribatın qarşısında xalqın bütün təbəqələri, xüsusən də gənclər, xüsusən də şəhid ailələri, müharibə əlilləri, əsirlikdən azad olanlar və fədakarlar döyüş cəbhəsindən daha sayıq və iradəli şəkildə mübarizə aparmalıdırlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

səh:130

Özbaşınalığın əsas məqsədi: əxlaqi bünövrələri və ailə quruluşunu dağıtmaq

Hərçənd bu təxribat və xəyanət hərəkətində iqtisadi amillər də təsirli olub və Avropanın qadın örnəyindən qaynaqlanan israfçılıq Qərb şirkətlərinə sarı nəhəng qazanc selini axıdıb, lakin şübhə etmək olmaz ki, əsas məqsəd mədəni məqsəd olmuşdur. Məqsəd əxlaq bünövrələrini dağıtmaq, ailə quruluşunu pozmaq, gənc nəsli güclü cinsi cazibəyə qurşatmaq və xülasə, cəmiyyəti, xilası asanlıqla mümkün olmayan bir batlaqda qərq etmək olmuşdur.

“Cəmiyyətdə qadın rolunun araşdırılması seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Cəmiyyətin fəsadı - ailənin zəifləməsinin amili

Əgər cəmiyyətdə fəsad olsa, ailə zəifləyər. Əgər ailə güclü olsa, fəsadın inkişafına şərait yaranmaz. Bu, İslamın ən mühüm istəklərindən biridir. Bunun üçün cəmiyyət miqyasında işlənir. Cinsi özbaşınalıq, ehtirasların azad və qeyd-şərtsiz təmin edilməsi olmasın.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

Cinsi özbaşınalıq - ailə üçün təhlükə və gələcək nəsilləri viran edən

Ailə təhdid olunsa (şübhəsiz, cinsi fəsad və cəmiyyətdə cinsi özbaşınalığın yayılması ailəni təhdid edir) və zəifləsə, gələcək nəsillər etimadsız nəsillər olacaq.

Ailənin təməli zəiflədikdə, qanuni məhdudiyyətlər kənara qoyulduqda, cinsi özbaşınalıq yarandıqda, ata və ana ailəyə maraqsız olduqda, nəsil öz paklığından uzaqlaşdıqda, bu böyük təhlükə gələcək nəsilləri təhdid edəcək.

Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

Daha çox sui-istifadə etmək üçün qadını pozğunluğa sürükləmək

İri kapitalistlər, xəbis və mənfur siyasətçilər və məxfi qurumların idarəçiləri fikirləşdilər ki, siyasi və iqtisadi işlər üçün bu vəziyyətdən daha yaxşı istifadə edə, qadını pozğunluğa sürükləyə bilərlər. Bəli, oralarda elm və siyasət də var. Qadınlar elm və siyasətdə də irəliyə gedirlər. Amma nəyin hesabına? İndinin özündə də ümumi qadınlar - doktor, mütəxəssis, yazıçı, yaxud görkəmli şəxs olan dörd xanım yox - qərb sivilizasiyasından çox həzz alan Avropa və Amerika ölkələrində çətin və acınacaqlı şəraitdə yaşayırlar. Həyat yoldaşlarının zülmünə, məcburən onların boynuna qoyulan ağır və çətin işlərin zülmünə dözürlər. Bununla yanaşı qadını cəmiyyətə daxil etdiklərini göstərmək istəyirlər. Halbuki onlar üçün düşünmək, fikirləşmək və qərar vermək imkanı da yoxdur.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Ehtiras cəhətinin gücləndirilməsi - məyusluq, üsyan və puçluq amili

Sənaye ölkələrində insanın ehtiras cəhətinin gücləndirilməsi onların bütün gənclərini məyusluğa, ümidsizliyə, bütün ənənələrə, müqəddəslərə və ictimai sistemlərə qarşı üsyankarlığa və nihilizmə sövq etmişdir.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

səh:131

Sionizm özbaşınalığı - beynəlxalq hegemonluğun aləti

Dünyada fəsad törədən sionizm mədəniyyətinin məqsədi budur ki, iffəti, qadın və kişi arasındakı hicabı ortadan götürsün. Cinsi özbaşınalıq beynəlxalq hegemonluğun ən böyük alətlərindəndir. Dünyanın harasında bir xalqı fəsada sürükləmək istəsələr, onları pozğunluğa çəkirlər. Harada bir xalqı insani şəxsiyyətindən uzaqlaşdırmaq istəsələr, onları hüdudsuz çılpaqlığa yaxınlaşdırırlar. Bu iş dünyanın hər yerində mümkündür.

Cümə namazı xütbəsindən; 6 yanvar, 1984

Ehtirasları yaymaq üçün qərblilərin proqram hazırlaması

Bir yol şəhvətlərin yayılması və onun yollarının açılması idi. Təkcə İslam dini yox, bütün dünya dinləri (lakin İslam dini digər dinlərdən daha intizamlı və daha dəqiq idi) insanların şəhvətlərinin özbaşına buraxılmasına qarşıdırlar. Dinlər şəhvətlər üçün qayda və hədd müəyyənləşdirib. İnsan ruhunun yetişdirilməsi şəhvətləri məhdudlaşdırmadan mümkün deyil. İnsanın şəhvətləri heç bir sərhəd tanımasa, heyvan kimi olub insani tərəqqiyə nail olmayacaq. Buna görə də dinlər şəhvətpərəstliklə müxalifdir.

Deməli, hər bir cəmiyyətdə dinlərlə sadə və asan mübarizə yolu budur ki, şəhvətlərin özbaşına buraxılması üçün yolları açsınlar. İranda bu işi başladılar. Onun yollarından və bu sahədə görülən ən mühüm işlərdən biri hicabın qadağası idi. Onun yollarından biri şərabxorluğu yaymaq idi; onlar bu işi gördülər. Başqa birisi bu idi ki, qadınla kişi arasında olan məhdud rabitəni sındırsınlar. Bu, sınaqdan keçirilmiş işlərdəndir. Yeni cihazlar və sivilizasiyanın inkişafı, məsələn, kinoteatrlar, radio-televiziya və sair vasitələr də onlara bu işləri cəmiyyətdə asanlıqla görmək imkanı verirdi. Bu sadalananlar hələ elm, savad, düşüncə və zehnə aid olmayan işlərdir.

Bəziləri səhvən elə düşünürlər ki, şəhvətlərin yayılmasına səbəb olan amil elm və bilikdir. Xeyr, elm və bilik ikinci məsələdir. Birinci məsələ yalnız mədəni məsələlər - fikir, elm və cins fəsadının yolunu açmaq və xalqın həyatını pozğunlaşdırmaq idi. Bu birinci iş idi. Bunu etdilər. Buna görə də İranda, eləcə də digər ölkələrdə qərblilərin bu hücumu ilə yoldan çıxan ilk şəxslər savadlılar deyildilər. Savadsızların çoxu idi, indi də belədir.

Zalım şahlıq rejimi dövründə fəsada qərq olanların əksəriyyəti savadsızlar və cəmiyyətin orta təbəqəsi idilər. Bəli, rifah təsirlidir, kömək edir. Rifah, israfçılıq və məişətin asayişi onların izlədiyi və planlaşdırdığı fəsada kömək göstərirdi. Bu bir məsələ idi.

Elmi hövzə və universitet tələbələri ilə görüşdə çıxışdan; 19 dekabr, 1990

Gənc nəsli kənarlaşdırmaq üçün fəsad və pozğunluğu yaymaq siyasəti

Bu məsələnin (pis hicablılığın) özü barəsində bir-birinin yanında iki məsələ mövcuddur, onları deməliyəm: biri budur ki, Qərbin bizim ölkəmizdəki istismarçı siyasəti fəsad və pozğunluğu yaymağa əsaslanmışdır. Heç kəs bu məsələdə şübhə etməməlidir. Onlar düşünürlər ki, bu vasitə ilə bizim nəsillərimizi, xüsusən də gənc nəsli, oğlan və qızları inqilabi şövqdən, inqilabi fəallıqdan, iş və quruculuqdan ayırıb, cinsi məsələlərə və pozğunluqlara məşğul etsinlər.

Əlbəttə, fikirləri düzgündür də. Əgər bir məmləkətdə belə hallar yayılsa, gənclər işlə, fəaliyyətlə və quruculuqla məşğul olmaq əvəzinə bəzənməklə, paltar geyinməklə, ehtiraslarını doyurmaqla, həvəsbazlıqla və bu kimi işlərlə məşğul olacaqlar. Bu

səh:132

məmləkətin aqibəti çox pis və acı olacaq. O xalqın işi bitəcək; xüsusən də bizim xalqımız kimi quruculuq dövründə olan bir xalqın.

Bizim quruculuq üçün bütün xalqın, xüsusən də gənc nəslin əzəmətli və hərtərəfli hərəkətinə ehtiyacımız var. Bizim məmləkətimizdə bu işləri görürlər. Bizim məlumatımız var ki, hal-hazırda İranda beynəlxalq güclər tərəfindən bu pis geyimlərə, hicabsızlığa, münasib olmayan libaslara, dünyada həm cinsi baxımdan, həm ehtiras baxımından azğın adamlar kimi tanınanların təbliğinə rəvac verilir. Biz bundan xəbərdarıq. Həmçinin xəbərimiz var ki, bizim bəzi qafil gənclərimizin sevdiyi və geyindiyi bəzi geyimləri və paltarları bəzi qruplaşmalara bağlı olan və müxtəlif adlarla fəaliyyət göstərən mağazalar satırdılar. Həm də ucuz qiymətə satırdılar. Halbuki digər paltarlar baha idi. Yaxud misal üçün, parçası çox ucuz deyil, amma bizim cəmiyyətimizdə bu paltarı bəzi mağazalarda çox ucuz satırdılar.

Bəli, bunlar nə üçündür? Ondan ötrüdür ki, xalqı, xüsusən də gənc nəsli və ən çox təhsilli gəncləri belə kiçik, dəyərsiz, inqilabın proqramından uzaq olan məsələlərlə məşğul etsinlər. Bunu hamı bilsin. Təbii ki, xalq bu hadisələrin qarşısında laqeyd qala bilər. Siz görün bu gün ölkə gənclərinin neçə mini, yaxud neçə milyonu mübarizə səhnələrində, quruculuq cihadında, savadlandırma hərəkatında və digər orqan və qurumlarda inqilab üçün və xalq üçün işləyirlər. Bu gənclər kimlərdir? Bu məmləkətin gəncləridirlər.

Müsahibə; 23 aprel, 1985

Qadını özbaşınalığa sarı sürükləməkdə istismarçılığın planı

Bizim ölkəmizdə qadın məsələsi və uzun illər boyu istismarçıların bu məmləkətdə məcburən icra etdiyi siyasətdə qadın məsələsi tamamilə siyasi bir məsələ idi.

Beynəlxalq hegemonluq və dünyanın siyasi ideoloqları qadını özbaşınalığa sürükləmək yolu ilə iki formada qazanc əldə edirdilər: biri budur ki, qadın nəslini və cinsiyyətini həyatın əsas məsələlərində ciddi mübarizə və fəaliyyət üçün hazırlıqdan saxlayırdılar; digəri budur ki, qadını meydana gətirməklə cəmiyyətin kişilərini təsirsizləşdirirdilər.

Təlim və Tərbiyə Naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Siyasi vəziyyətdən xəbərsizliyə görə çılpaqlıq mədəniyyətinin yayılması

Bu Tehranın və müxtəlif şəhərlərin inqilabdan qabaqkı illərinin vəziyyətinə bir nəzər yetirin, iranlı qadının və kişinin vəziyyətini görün. Demək lazım deyil ki, təkcə qadının, qadın qığılcımı yandırırdı, amma onda hamı yanırdı. Bu yolla cəmiyyətdə çılpaqlıq mədəniyyəti, çılpaqlığa təmayül mədəniyyəti, bütün hicab və iffət pərdələrini yırtmaq mədəniyyəti yayılırdı. Onlar bu qədər təzyiq altında saxladıqları, sərvətlərini qarət etdikləri, zülmə məruz qalan, mübarizləri həbsxananın küncündə çürüyən və dəstə-dəstə edam olunan xalqı bu şəraitdən və bu vəziyyətdən xəbərsiz saxlamaq istəyirdilər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

28 mordaddan (19 avqustdan) sonra cinsi azğınlığın yayılması

28 mordaddan (19 avqustdan) sonra yenidən mərkəzi siyasət və Pəhləvi rejimi qüdrətləndi. Onlar bütün imkanları ələ alıb, bizim cəmiyyətimizi pozğunluğa, fəsada, özbaşınalığa çəkməklə, hicabı dəyərdən salmaqla, İslam ənənələrini təhqir etməklə yeni fəallığa başladılar. Bəli, bəlli idi ki, bir nəsil də yavaş-yavaş inkişaf edirdi. Onların İslam

səh:133

təlimlərindən qabaqkı nəsillər qədər xəbərləri yox idi. 1953-cü ilin 19 avqustu ilə İslam inqilabının arasındakı 26 illik dövrdə bu gənclərin, qız və oğlanların çoxu bu məmləkətdə mədəni mərkəzlərdə təhsil alırdılar. Onlar cinsi özbaşınalığın həqiqi mənasını doğrudan da bilmirdilər.

Bu kinoteatrları idarə edənlər, yaxud jurnal nəşr edənlər bizim cəmiyyətin ziyalıları sayılırdılar. Hamısı yox, amma onların çoxusu Qərb siyasətlərinin və Pəhləvi rejiminin xidmətində durdular. Onlar müxtəlif dillərlə hicabsızlığı, özbaşınalığı, qadın və kişi arasında sərhədləri götürməyi və cinsi azadlığı yayırdılar. Nəhayət İslam inqilabı baş verdi və bütün sahələrdə əzəmətli dəyişiklik vücuda gəldi. Təbii olaraq qızlar və oğlanlar, hətta əvvəllər hicabsız olan şəxslər İslam qaydalarına riayət etməyə başladılar. Halbuki heç bir natiq, yaxud yazıçı oturub xalqa yazmamışdı, yaxud deməmişdi ki, hicab lazım və vacibdir. İslam hakimiyyətinin özü İslam dəyərlərinə, o cümlədən hicab məsələsinə riayət etməyə sarı sövq etmişdi.

Cümə namazı xütbəsindən; 23 avqust, 1986

İslam Cümhuriyyəti qəzeti

Özbaşınalığın yayılmasında kütləvi informasiya vasitələrinin təsiri

Bu böyük Tehranda və digər şəhərlərin çoxunda bizim ölkəmizin və cəmiyyətimizin vəziyyəti elə bir yerə çatdı ki, bəzi yazıçılar, müşahidə edənlər və dünyanı görmüş şəxslər deyirdilər ki, Tehranda, xüsusən də bu şəhərin bəzi yerlərində və ölkənin bəzi bölgələrində çılpaqlığa və cinsi pozğunluğa sarı hücum hətta Avropa ölkələrindən artıq sürətlə irəliləyir. Bizim qadınlarımızın və kişilərimizin adi paltarlarını moda, yaxud azadlıq adı altında pozğunluğa və tüfeyliliyə sarı sövq etmişdilər. Avropa ölkələrində ən azı hər yerdə belə vəziyyət müşahidə olunmurdu. Bu gedib cəmiyyətin dərinliklərinə nüfuz edirdi. Qadının qəlbində və daxilində dəyərli gövhər kimi qorunan əxlaqı və iffəti qırdılar, onu məhv etməyə və cəmiyyətdə hicabı, qadın və kişi arasında pərdəni dəyərin ziddinə olan bir iş formasına gətirməyə çalışdılar. Buna səy göstərilirdi. Əlbəttə, bəlli idi ki, bu səy sünidir. Bəlli idi ki, hələ bizim cəmiyyətimizdə iffət, paklıq, İslam əxlaqı, hicab və cinsi sərhəd qorunur. Bəlli idi ki, müstəmləkəçiliyin əli bizim xalqımızın ruhiyyələrinin dərinliklərinə nüfuz edə bilməmişdi.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Özbaşınalıq təbliğatçılarının geriliyi

Hicabsızlığın və özbaşınalığın təbliğatçısı olan qadınlar adətən geri qalmış və savadsız şəxslərdirlər. Onların həyatında mövcud olmayan məsələ fədakarlıqdır.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Pozğunluğu yaymaq - düşmənlərin İslam inqilabı ilə mübarizə yolu

Hegemonçu dövlətlərin bəzi casus şəbəkələri bildiriblər ki, İranla və İslam inqilabı ilə mübarizədə bizim üçün bir-iki yoldan artıq çarə qalmayıb. Biri budur ki, biz onların cəmiyyətində fəsadı və pozğunçuluğu yayaq, gənclərini məşğul edək, qadın və kişilərinə uca məqsədləri unutduraq. Onları fəsad, pozğunluq və ehtiras batlağına salaq, biri də budur ki, onların arasında ixtilaf yaradaq.

16 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

səh:134

Fəsadı yaymaqla inqilabı çürütmək

Düşmən fəsad mədəniyyətini - fəsadın hər hansı bir növünü, istər cinsi ehtiraslara aid olan fəsadların, istər maddi fəsadların, istər digər əxlaqi və əməli fəsadların mədəniyyətini yaymaqla bu inqilabı daxildən çürüdə bilməməlidir. Siz qadın və kişilərin hər biri evinin, ailəsinin və öz varlığının qarşısında sinəsini sipər və onu müdafiə edən o qorxmaz qeyrətli gənc kimi inqilabı, İslamı, məsul şəxsləri, nailiyyətləri və imanınızı qorumalı, onlara hücum edənlərin qarşısında dayanmalısınız.

Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Siyasi və hərbi təxribatlarda məğlubiyyətə uğradıqdan sonra qadın və kişiləri aludə etmək

Beynəlxalq hegemonluq özünün siyasi və hərbi təxribatlarının məğlubiyyətə uğradığını gördükdən sonra inqilabın gənc ağacına zərbə vurmaq və onun gözəl günlərinin digər müsəlman ölkələrinə ətir saçmasının qarşısını almaq üçün mədəni üsullara üz tutdu, kişi və qadınları əxlaqi azğınlıqlara aludə etmək məqsədi ilə tələlər qurdu. O bizim xalqımızdan bu sayıqlığı, ağıllılığı, paklığı, iffəti və üstün təqvanı almaq istəyir.

Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Pis hicablılıq və cinsi özbaşınalıq - pozğunluğun və gənclərin inqilabdan uzaqlaşmasının amili

Düşmənin mədəni hücumunu proqnozlaşdırmaq

Bilin, gənclər! Gənc qızlar və gənc oğlanlar! Hegemonçu təxribatlar hələ pusqudadır. Bunlar bəşərin xarakterindən məyus olmayıblar. Hətta mömin bir cəmiyyəti də azdırıb pozğunluq burulğanına çəkə biləcəklərini, onu yenə də qafil edə biləcəklərini düşünürlər. Əlbəttə, bizim qadın və kişimizin müsəlman imanı və məqsədi onlara bəlli deyil. Onlar bilmirlər ki, bizim xalqımızın qəlbində necə dərin və güclü iman şöləsi mövcuddur. Amma biz də sayıq olmalıyıq. Kişilər, qadınlar, xüsusən də gənclər gərək sayıq olsunlar. Qərbin və Amerikanın üçüncü dünya ölkələrinə və müsəlman xalqlarına köhnə sovqatlarından olan azdırıcı, çılpaqlığa meylli, fəsadlı və pozğunluğa həvəsləndirici

səh:135

mədəniyyətinin təbliğat hiyləsindən ciddi çəkinsinlər, ehtiyatlı olsunlar. Bizim beynəlxalq hegemonluq əleyhinə apardığımız mədəni hücuma görə onlar bir qədər dayanıblar. Əgər biz özümüzün o azdırıcı mədəniyyət əleyhinə hücum ruhiyyəmizi əldən versək, onların hücumu başlayacaq. Biz nə qədər süst və zəif olsaq, onlar güclü şəkildə irəliləyəcəklər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Cinsi özbaşınalığın bir adətə çevrilməsi

Bu təkcə mətbuata aid deyil. İran filmləri, yaxud İran mətbuatı qadının üzünü kişilər üçün müxtəlif formalarda göstərməyə və öz filmlərini bəziləri üçün xoşagələn etməyə çalışırlar. Bu tədricən bir adətə çevrilir. Yəni getdikcə elə olur ki, əgər bu filmdə bu görüntü və bu şəkil olmasa, daha xoşlarına gəlmir. Halbuki əvvəldən belə olmayıb, tədricən belə olmuşdur.

İranlı və xarici qadınların inqilab rəhbərilə səmimi sual-cavab məclisindəki söhbətlərdən: 10 oktyabr 1998.

Cinsi özbaşınalığa qarşı tədbirin üsulu

Məlumatsız hicabsızlarla qayğıkeş rəftar

Bilmədən və məlumatsız şəkildə hicabı yüngül sayan şəxslərlə qayğıkeş şəkildə və onlara ata kimi tövsiyə etməklə davranmaq lazımdır.

Din təbliğatçıları, mütəfəkkirlər, yazıçılar və sizin hamınız pis niyyəti olmadan və cəhalət üzündən hicabı yüngül sayan şəxslərə yol göstərməlisiniz.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Qeyri-məntiqli və məntiqli pis hicablıya qarşı tədbirin növü

İllər öncə, 12 il bundan əvvəl pis işlərdən çəkindirmək komitəsinin uşaqları bu xiyabanların birində pis hicablı bir qadına demişdilər ki, misal üçün, xanım, saçın bayırdadır. Sən demə bu xanım dzyu-doçu imiş. Bu qardaşları vurmuşdu. Bunların birini yerə çırpıb getmişdi. Pis işlərdən çəkindirmək komitəsinin uşaqları bir dzyu-doçu qadının yanına gedir və deyirlər ki, misal üçün, paltarının qolu bir qədər qısadır. Vurur və cəsarət göstərir. Bunu buraxmaq olmaz. Lakin sizin tərəf-müqabiliniz məntiq iddiaçısı olduqda - ya doğrudan, ya da yalandan; ola bilsin doğrudan da məntiq adamıdır, yaxud belə deyil - siz də məntiqlə davranmalısınız.

Keşikçilər Korpusunun komandanları ilə görüşdə çıxışdan; 5 mart, 1995

İslam Cümhuriyyəti qəzeti

Pozğunluğa qarşı davranış tərzi

Siz görürsünüz ki, xiyabanlarda gənclər hizbullahçı adı ilə gəlib kobudluq edirlər. Bəzən meyarlardan xaric olan işlər görürlər. Bunu heç kim onlara əmr etməyib. Biz bundan çəkindirmişik də. Ötən il belə məsələlər qarşıya çıxıb və gördünüz ki, cümə namazının bu tribunasından əziz qardaşımız cənab Rəfsəncani və cənab Natiq Nuri söhbət və nəsihət etdilər, dedilər ki, kobudluq etməsinlər. Biz çəkindirdik də. Ölkənin məsul şəxslərinin heç biri kobudluğa həvəsləndirmir, onu təsdiqləmir. Gəncləri kobudluğa vadar edən sizin özünüzsünüz. Şəhid ailəsi şikayət edir, deyir ki, siz Allah, qoymayın qadınlar belə qaydasız paltar geyinsinlər, yol yerisinlər, bizim şəhidlərimizin qanı tapdanır. İnsanın şəhid ailələrinə ürəyi yanır. Cəbhədə o şəkildə vuruşan, yaxud zavodlarda, səhralarda

səh:136

quruculuq cihadı ilə və digər qurumlarla həmkarlıq edən gənclərə ürəyi yanır. Bəziləri də bu şəkildə xiyabanlara çıxırlar, inqilabın hər bir şeyinə, bizim gənclərimizə və nəslimizə hakim olan bu müqəddəsliyə istehza edirlər. Bəziləri müxtəlif paltarlar geyinməklə, özlərinə müxtəlif adlar qoymaqla, bu növ paltarları yaymaqla, onları satmaqla, qaçaq şəkildə gətirməklə inqilabın müqəddəslərini masqara edirlər. Biz bundan keçmərik. Bizim xalqımız da bundan keçməz. Öz xəyallarına əsasən rəftarları, əməlləri, hərəkətləri, geyimləri, uyğun olmayan, İslam və İnqilab düşmənlərinə vurğunluqdan xəbər verən bu paltarları yaymaqla və satmaqla inqilabın simasını yaralamaq və ləkələmək istəyən şəxslər bilsinlər ki, ümmətlə işləri həmişə hizbullahın diqqət mərkəzindədir.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

Xalqın və məmurların fəsad şəbəkələrinə qarşı sayıqlığı

Fəsad şəbəkələri var. Pulla və çox ciddi işlərlə İslamın və inqilabın düşmənləri tərəfindən xaricdən hidayət olunan şəbəkələr var. Xalq, xüsusən də gənclər, həmçinin ailələr və valideynlər belə şəbəkələrin qarşısında, cinsi fəsad və cinsi özbaşınalıq məsələləri ilə üzləşərkən sayıq olmalıdırlar. Necə ki, dövlət qurumları və ölkə məmurları da bu məsələ ilə sayıq və qətiyyətli davranmalıdırlar.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Pis hicablılıq və fəsad qarşısında kobudluqdan çəkinmək

İkinci məsələ budur ki, bəli, xalq narahat olub. Bir qrup məqsədli və aktiv şəxs də küçələrə çıxıb belə işlərə qarşı aksiya keçirdilər, şüar verdilər. Çox gözəl. Amma düşmən bu hadisədən sui-istifadə edir. Necə? Hizbullahçı adı ilə belə hizbullahçı və dəliqanlı qrupların arasına girir, qanunsuz işlər görür və kobudluq törədir. Misal üçün, bir qadın səkidə yaylıqla, başörtüyü ilə hərəkət edən bir qadına hücum edir; misal üçün, bir qədər saçını uzatmış gəncə əziyyət verir; fəsadı və pozğunluğu yayan şəxslərlə kifayətlənmədən, yaxud onlarla işi olmadan. Bu təhlükəlidir. Yəni pis niyyətli, bədxah insanlar hizbullah qrupunun arasına nüfuz edir və bir də görürsünüz ki, qadın xəstəlikləri üzrə mütəxəssis olan bir doktor xanımın klinikasına girirlər. Orada bir qrup qadın oturmuşdur. Bunların dörd-beşi oraya girir ki, burada nə baş verir və onlara qarşı kobudluq edirlər, o doktor xanımı və xəstələri narahat edirlər. Belə işlər məqbul deyil və bilirik ki, bizim hizbullahın da işi deyil. Bu düşmən adamlarının işidir. Əlbəttə, bu ehtimal da var ki, bir hizbullah gənc, məqsədli gənc emosiyaların təsiri altına düşsün və diqqət yetirmədən səhvən belə bir kobudluq törətsin.

Buna əsasən, görürsünüz ki, biz pis hicablılıq, fəsada və pozğunluğa təmayül, pis işlərə və pis hicablılığa təzahür qarşısında xalqın fəaliyyətini və duyğularını qəbul edir və haqlı bilirik. Lakin bu qəbildən olan sərt tədbirləri ümumiyyətlə qəbul etmirik. Amma təəssüf ki, belə hallar bəzən müşahidə olunur. Biz düşünürük ki, bu, düşmən qruplaşmalarının, bədxah adamların, İslam Respublikasının simasını, xüsusən də hizbullahın simasını müxtəlif təbəqələr arasında pis göstərmək istəyən şəxslərin işidir. Biz o kobudluqlarla müxalifik.

Müsahibə; 23 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

səh:137

Onuncu fəsil: Qadına zülm

Uzaq keçmişdə qadına zülm

Qərb mədəniyyətində qadına ən böyük hörmətsizliklər

Qadın bütün tarix boyu məzlum olmuşdur. Hətta qadın və kişinin hüquq bərabərliyinə inanan mədəniyyətlərdə qadına ən böyük hörmətsizliklər olunmuşdur. Qərb cəmiyyətlərinə hakim olan mədəniyyət və sivilizasiyanın ideoloqları özlərinin maddi baxışları səbəbindən, insan haqda maddi qərizələrdən başqa bir şey anlamırlar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart 1985.

İslam Cümhuriyyəti qəzeti

Qadın - daim kişinin tarixi və təbii zülmü qarşısında

Çox vaxt, xüsusi yerlərdən başqa qadın tarixdə həmişə məzlum olmuşdur. Bu gün də həmin vəziyyət mövcuddur. Qadın ailədə, iş yerində və cəmiyyətdə hələ də kişi tərəfindən təbii zülmə məruz qalır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Fiziki zəifliyə görə kişilərin tarix boyu qadınlara zülm etməsi

Qadın hüquqları məsələsi təkcə İrana, yaxud İslam Respublikasına məxsus olan bir məsələ deyil. Belə təsəvvür etməyək ki, biz öz cəmiyyətimizlə vuruşmaqdayıq. Xeyr, bu tarixi bu mübarizədir.

Yəni aydın dəlilə əsasən, qadınlar tarix boyu kişilərin zülmünə məruz qalmışlar. Aydın dəlil də budur ki, qadın fiziki baxımdan kişidən zəifdir. Bu, aydın məsələdir.

Kişinin səsi qadının səsindən yoğun, boyu qadının boyundan uca, sümüyü qadının sümüyündən iridir. Kişinin yaranışının xüsusiyyətləri də hakim və fəal xüsusiyyətlərdir, qadının xüsusiyyətləri yumşaq, təsirlənmə və cəzbolunma xüsusiyyətləridir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qadınlar əleyhinə tarixi zülmlər

Bizim iranlı cəmiyyətimizdə qadın nə ictimai hüquq baxımından, nə fərdi fəaliyyət imkanı və qüvvəsi baxımından, nə də onlarla bağlı olan qanunlar baxımından hələ də İslamın istədiyi həddə və səviyyədə deyil.

Bizim cəmiyyətimizin bəzi hissəsində qadına qarşı pis əxlaq hakimdir. Əlbəttə, bu təkcə İrana məxsus deyil. Əgər insan baxsa, təəssüflə görər ki, tarix boyu həmişə qadına zülm olunmuşdur. Bu əksər yerlərdə qadının qiymətinin və mövqeyinin bilinməməsindən irəli gəlmişdir. Əlbəttə, hər yerdə və hər hansı bir formada belə olmuşdur və var. Bizə aidiyyəti yoxdur. Lakin bizim cəmiyyətimizdə İslamın istədiyi formada olmalıdır. Qadın özünün həqiqi məqamını əldə etməlidir. Qadın olduğuna görə ona heç bir zülm göstərilməməlidir. Bu çox pis haldır.

Qadına olunan zülmlərin bəziləri zülm adlanır, bəzilərinin isə adı zülm deyil, amma əslində zülmdür; misal üçün, dəbdəbəçiliyə, istehlakçılığa, əbəs bəzəklərə və ağır xərclərə sövq etmək və bir istehlak vasitəsinə çevirmək. Bu, qadına böyük zülmdür, bəlkə də demək olar bundan üstün bir zülm yoxdur. Çünki onu özünün təkamül amallarından və

səh:138

məqsədlərindən bütünlüklə xəbərsiz edir və daşındırır, çox kiçik və dəyərsiz məsələlərlə məşğul edir. Bu, zalım şahlıq rejimi dövründə görülən işdir. İndi onun qarşısı alınmalıdır. Əlbəttə, inqilabın əvvəllərində çox yaxşı idi, lakin sonralar yenə diqqətsizliklər qarşıya çıxdı. Bu məsələ barəsində ciddi proqram hazırlamaq lazımdır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Hərəmxanalar - qadını təhqirin simvolu

İranda da eynilə belə olmuşdur. Sasani şahlarının hərəmxanaları haqda eşitmisiniz. Hərəmxana yaratmaq nə deməkdir? Hərəmxana yaratmaq - yəni qadını təhqir etmək. Bir kişi imkanı çatdığından, hərəmxanasında min qadın saxlamağa özünü haqlı bilir. Əgər həmin şahın bütün xalqı da belə imkana malik olsaydı, hər biri öz qədərincə min, beş yüz, dörd yüz, yaxud iki yüz qadın saxlayardılar. Bu qadına necə baxışdan xəbər verir?

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın şəxsiyyətinin dirçəldilməsinə dair qlobal şüara rəğmən, Qərb sivilizasiyasında qadın şəxsiyyətinə diqqətsizlik

Qərb mədəniyyətinin və sivilizasiyasının başçılarının bayraqdarlığı ilə son 70-80 ildə qadın məqamı və şəxsiyyəti, bu şəxsiyyətin dirçəldilməsi və ona layiqli rolun tapşırılması barəsində dünya miqyasında başlanan böyük səs-sədaya rəğmən, bizim fikrimiz budur ki, qadının uca şəxsiyyəti hələ də dünyada diqqətsizliyə məruz qalır.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Keyhan qəzeti

İslamdan öncəki cahiliyyətdə qadına zülm

Əgər Əli ibn Əbu Talibin (ə) işarəsi ozamankı qadına olsa, siz yenə də buna şəkk edərsiniz. O zaman Peyğəmbərdən (s) qabaqkı cahiliyyət boyunduruğu altından yenicə çıxmış qadının tərbiyəsi, mədəniyyəti, düşüncəsi, fikir səviyyəsi, fikir qüvvəsi doğrudan da kişilər qədər olmuşmu? Şübhəsiz ki, yox. Ola bilsin siz Əli ibn Əbu Talibin (ə) dövründə görkəmli şəxsiyyətlər arasında üç-dörd qadının adını da görəsiniz. Mömin kişilərin çox sayı qarşısında qadının məzlum saxlanılması və elmi səviyyə baxımından lazımi inkişaf etməsinə imkan yaradılmaması ona hörmətsizlik deyilmi?!

Nəhcül-bəlağədən dərslər; 1980

Qadının mədəni əsirliyi - qadınların inkişafına əsaslı maneə

Söz burasındadır ki, cinsi mahiyyət və təbiət baxımından qadının heç bir əyər-əskikliyi yoxdur. Lakin bu cinsi zindanda və zəncirdə saxladıqda və inkişafına mane olduqda necə? İnkişaf etməsə, necə? Fərz edin ki, iki dostun birini on il bir kamerada saxlayıb oradan bayıra çıxmağa qoymasınlar. On il sürgündə saxlasınlar və heç nədən istifadə etməyə qoymasınlar. O birisi isə həmin on ildə gedib dərs oxusun, mütaliə etsin, səfərə çıxsın, dünyanı görsün, insanları görsün, mütəfəkkirləri görsün; bunlar eynidirmi? Xeyr, ikincisi birincisindən daha kamildir. Lakin bu, zindanda, kamerada, yaxud sürgündə qalıb bacarmayan qardaşın təqsiridir? Onun təqsiri var? Xeyr, təqsiri yoxdur. Amma bu, reallıqdır.

Nəhcül-bəlağədən dərslər; 1980

səh:139

İmam Əlinin (ə) nəzərində qadının az bəhrələnməsi - qadın tənəzzülü və əsarəti dövranının reallığı

Əli (ə) bəlkə də öz dövrünün reallığına baxıb buyurur ki, qadınlar ağıl, iman və bəhrələr baxımından naqisdirlər; yəni bəhrələri azdır. Bəhrənin az olması nə deməkdir? Bu, qadının əsarət və tənəzzül dövrünə aiddir. Qadının bəhrəsi azdır. Qadın həyatdan bəhrələnmir, əsirdir, təzyiq altındadır, istədiyini edə bilməməyə məhkumdur, dərk etmək istədiyini dərk edə bilməməyə məhkumdur.

Nəhcül-bəlağədən dərslər; 1980

Bəşərin cahil xisləti tarix boyunca zülmün amili kimi

Mənim fikrim budur ki, taxir boyunca müxtəlif cəmiyyətlərdə qadın cinsinə zülm olunmuşdur. Bir dəfə də buna toxundum. Dedim ki, bu zülm nədən qaynaqlanır. Bu, bəşərin cəhalətinə görədir. Cahil bəşərin xisləti budur ki, başı üstündə güc və məcbur edən olmasa, yaxud insanın özünün daxilindən bir amil (bu çox azdır) – yəni güclü və aydın iman, yaxud onun xaricindən bir amil – yəni qanun, qanunun xəncəri və qamçısı olmasa, adətən belə olur; güclü zəifə zülm edir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Şahlıq quruluşunda qadına zülm

Qadını gözəlliyə aludə etmək - qadın şəxsiyyətinin tənəzzülünün amili

Keçmiş rejimdə qadınların çoxu savadsız idi, ictimai məsələlərdən bir şey anlamırdı, yəni anlamağa qoymurdular. Həm də ölkənin taleyinə biganə idi. Ümumiyyətlə bilmirdi ki, qadının ölkə taleyində təsiri ola bilər. Amma bütün bunlarla yanaşı, zahiri baxımdan avropalılar kimi, bəzən də qərbli və avropalı qadınlardan da qabaqda idilər. Kimsə onlara baxsaydı, elə bilərdi ki, bu qadın indi bir Avropa ölkəsindən və Qərb cəmiyyətindən İrana daxil olmuşdur. Amma əgər onunla iki kəlmə söhbət etsəydin, görərdin ki, bu xanım savadsız, yaxud az savadlıdır.

Qadını vadar edirdilər ki, gözəllik nümayiş etdirməklə və gözləri özünə cəlb etmək vasitəsi ilə özünə yalançı bir şəxsiyyət düzəltsin. Bu, qadın üçün tənəzzül idi, inkişaf deyildi. Onun başını bəzənməklə, moda ilə, gözəllik nümayiş etdirməklə, paltarla, qızıl və zinət əşyaları ilə qarışdırmaq, müxtəlif məqsədlərdə ondan bir alət və vasitə kimi istifadə etmək, siyasət, əxlaq və tərbiyə meydanına qoşulmasına qoymamaq istəyirdilər. Qadına qarşı bundan böyük cinayət ola bilərmi?! Bu, keçmiş rejim dövründə dəqiq və düşünülmüş şəkildə görülən işdir.

Tehran, Təbriz, İsfahan və digər şəhərlərin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Avtoritar ictimai quruluş - qadına zülmün ən mühüm tarixi amili

Qadının pərdə arxasında qalması düşünülən zaman bu quruluşlar təsir qoydular və qadınlara zülm olundu.

Qadının pərdə arxasından qaçması düşünülən, yəni qadının hicabdan qaçması düşünülən gün, inqilabdan qabaqkı son əlli il dövründə yenə qadınlara zülm olundu. Siz yenə görürsünüz ki, qadınlar xeyirlərinə olmayan və zərərlərinə olan meydanlara qoşulub bununla qadın cinsində olan bir insanın təbii haqqını əldə etmək üçün pərdə arxasından çıxdılar. Yenə də ailələrdə kişilər qadınlara zülm etdilər. Yenə də evlərdə oğullar analara

səh:140

zülm etdilər. Yenə də ailələrdə qardaşlar bacılara zülm etdilər. Yenə universitetlərdə qadınların sayı kişilərdən az oldu. Yenə qız məktəbi oğlan məktəbindən az oldu. Yenə də bəzi yerlərdə qadına fiziki işlər verildi. Bütün bu işlər görüldü. Səbəb də avtoritorizmə və hegemonluğa arxalanan yanlış və ədalətsiz ictimai sistem idi. Bu ən mühüm tarixi amildir.

“Qadınlar şahidi” jurnalına müsahibədən; 18 may, 1988

Qərb mədəniyyətində qadına zülm

Qərb ölkələrində qadınlara zülm

Qadınlara qarşı bütün iddialarına rəğmən, Qərb ölkələrində qadınlara qarşı zülm əgər İslam və Şərq ölkələrindən çox olmasa da, az deyil.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Avropanın qadın məsələsində gecikmiş, tələsik və səs-sədalı oyanışı

Bu gün də dünyanın vəziyyəti elədir. Bu gün də qadını və onun insani mövqeyini bütün müdafiə iddialarına və səs-küylərinə rəğmən, təəssüf ki, sözügedən yanlış təsəvvür mövcuddur. Avropalılar meydana İslam və qeyri-Avropa ölkələrindən gec qoşulduqlarından qadın məsələsinə qarşı daha gec oyandılar.

Bilirsiniz ki, bu əsrin ikinci onilliklərinə qədər Avropanın heç bir yerində heç bir qadın səsvermə haqqına malik deyildi. Demokratiya olan yerlərdə də qadın öz malından istifadə haqqına malik deyildi. İkinci onilliklərdən, yəni 1916, yaxud 1918-ci illərdən sonra Avropa ölkələrində yavaş-yavaş qərara gəldilər ki, qadına öz əmlakından istifadə hüququ və kişi ilə bərabər ictimai hüquq versinlər. Buna əsasən, Avropa yuxudan çox gec oyandı və məsələni çox gec anladı. İndi yalançı ajiotajlarla sanki özünün zaman baxımından geriliyini düzəltmək istəyir.

Düzdür, Avropa tarixində kraliça, yaxud aristokrat olan qadınlar olmuşdur. Lakin bir qadının, yaxud bir ailənin, bir tayfanın və bir təbəqənin qadınlarının məsələsi qadın məsələsi deyil. Bu ayrıseçkiliklər həmişə olmuşdur. Yüksək səviyyələrdə təmsil olunan, misal üçün, bir ölkənin kraliçası olan qadınlar da olmuşdur. Bu imtiyaz onlara ailə və irs yolu ilə verilmişdir. Lakin qadın belə olmamışdır, dinlərin (sağlam və toxunulmaz qalanı İslamdır və digər dinlər də şübhəsiz, bu baxışa malikdirlər) baxışlarının əksinə olaraq, heç zaman cəmiyyətdə hüquqa malik olmamışdır.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Aldadıcı təbliğata rəğmən, Qərb sivilizasiyasında qadına zülm

Bu gün Qərb sivilizasiyasının qadına əsas rolları tapşırmaq barəsində aldadıcı təbliğatına rəğmən, qadın hələ də tarixi və hərtərəfli zülmə məruz qalır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Qərblilərin qadın barəsində ifrat və təfritçiliyi

Qərblilər qadın təbiətini tanımaqda və onunla rəftarın necəliyində ya ifrata varmış, ya da həddən az diqqət göstərmişlər.

Ümumiyyətlə, Qərbin qadına baxışı bərabərsizliyə və uyğunsuzluğa əsaslanır. Siz Qərbdə verilən şüarlara baxmayın. Bu şüarlar puçdur və reallığı göstərmir. Qərb

səh:141

mədəniyyətini bu şüarlardan anlamaq olmaz. Qərb mədəniyyətini onların ədəbiyyatlarında axtarmaq lazımdır. Avropa ədəbiyyatı ilə, Avropa şeri və avropalıların roman, hekayə və pyesləri ilə tanış olanlar bilirlər ki, orta əsrlərdən başlayaraq indiki əsrin ortalarına qədər Avropa mədəniyyətinin gözündə qadın ikinci dərəcəli məxluq olmuşdur. Kim bunun əksini iddia etsə, yalan deyir. Siz məşhur Şekspirin pyeslərinə baxın. Görün bu pyeslərdə və Qərbin digər ədəbiyyatında qadına hansı nəfəslə, hansı dillə və hansı gözlə yanaşılır. Qərb ədəbiyyatında kişi qadının ağası, ərbabı və ixtiyar sahibidir. Bu mədəniyyətin bəzi nümunələri və onun təsirləri bu gün də qalmaqdadır.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İş, incəsənət və ədəbiyyat sahəsində Qərbin qadına zalım baxışı

Qərblilər təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər. Siz bu gün hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı? Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri? Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu eşq deyil, ehtiras və şəhvətdir. Onlar qadını belə yetişdirmək, buna alışdırmaq istədilər: Onlar qadını əliaçıq və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi sayırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qərb ədəbiyyatında qadının məzlum təsviri

Toxunduğum bu pyesdə sizin gördüyünüz də budur: evlənməyə məcbur edilən qız, əri tərəfindən qətlə yetirilən qadın, xanımın güclü təzyiqə məruz qaldığı ailə; olanlar bu qəbildəndir. Bu Qərb ədəbiyyatıdır. İndiki əsrin ortalarına qədər bu mədəniyyət davam etmişdir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın probleminin həllində Qərbin çıxılmaz vəziyyətdə qalması

Bəlkə də siz xanımlar arasında dünyanın yazıçı və sənətkar qadınlarının bəziləri fars dilinə tərcümə olunmuş, bəziləri isə orjinal dillərində mövcüd olan ədəbi və incəsənət əsərlərini görən, yaxud oxuyan şəxslər olsun.Bunların hamısı fərz olunan bu məsələdən xəbər verir; yəni bəşər hələ qadın məsələsini, bu məsələnin ardınca iki cinsin, yəni qadın və kişinin məsləsini və zərüri olaraq insaniyyət məsləsini həll edə bilməmişdir.Başqa sözlə desək, ifratçılıqlar, yalnış getmələr, yalnış anlamlar və bunların ardınca təcavüzlər, zülmlər, psixoloji çatışmazlıqlar, ailəyə aid olan problemlər, iki cinsin qarışmasına və münasibət tərzinə aid olan problemlər hələ də bəşəriyyətin həll olunmamış problemlərdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

səh:142

İyirminci əsrin əvvəllərinə qədər qərbli qadınların ictimai hüquqdan məhrum olması

Onillərdir dünya səviyyəsində qadın hüquqları barəsində söhbətlər, təbliğatlar və bəzən də əməllər müşahidə olunur. Diqqət yetirmək lazımdır ki, Qərb dünyası qadınların hüququnu dirçəltmək fikrinə çox gec düşdü. İyirminci əsrin əvvəllərinə qədər Qərbdə qadınların çoxu özünün çox ictimai hüquqlarından məhrum idilər.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Yaxın keçmişdə qərbli qadınların təhsil diplomu almaqdan məhrum olması

Bu Qərb ölkələrində, çox yox, bir neçə il bundan öncəyə qədər ali məktəb oxuyan qadınlara rəsmi diplom verilmirdi. Son illərdə adını çəkmək istəmədiyim bir Qərb ölkəsinin, yenə də adını çəkmək istəmədiyim bir jurnalında bir yazı getmişdi. Deməli, 1917-ci ildə İngiltərədə ali təhsilini doktorluq səviyyəsində başa vurmuş, lakin heç bir diplom ala bilməmiş qadından söhbət gedirdi. Bu qadından nə üçün diplom ala bilmədiyi soruşulduqda cavab verir ki, 1947-ci ilə qədər İngiltərədə qadınlara diplom verilmirdi. Bu gün bunlar gəlib İslam Respublikası qarşısında qadın hüquqlarından danışırlar. Qərb mədəniyyətində belə bir təhqirlərin müşahidə olunduğu o illərdə müsəlman İranda isfahanlı bir qadın dövrünün birinci dərəcəli müctəhidlərindən müctəhidlik icazəsi alır və İsfahanda fəlsəfə və fiqhin tədrisi ilə məşğul olur. İslam budur!

İmam Xomeyninin məqbərəsindəki çıxışdan; 4 iyun, 1997

Keyhan qəzeti

Qərbdə qadının səsvermə və mülkiyyət hüququndan məhrum olması

Siz baxın, Qərb dünyasında və qadın hüquqlarının müdafiəsindən bu qədər dəm vuran (və təqribən hamısı yalan olan) Avropa ölkələrində ötən əsrin ilk onilliklərinə qədər qadınların təkcə səsvermə hüququ, danışmaq və seçmək haqqı yox, heç mülkiyyət hüququ da yox idi. Yəni qadın ona miras qalan mülkün sahibi deyildi. Onun bütün malları ərinə məxsus idi.

Qadınlarla görüşdə çıxışdan; 20 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Ucuz işçi qüvvəsinə ehtiyac - Qərbdə qadına mülkiyyət hüququ verilməsinin amili

19-cu əsrin sonlarında Qadın azadlığı adlı bəzi hərəkətlər başlanılıb... Bu sahədə düşünmək istəyən gənc xanımlar diqqət yetirsinlər. Məsələ burasındadır ki, Avropada mülkiyyət hüququnun tanınması, elə avropalı sosioloqların dəqiq incələmələrinə görə, Qərbdə sənayenin və modern texnologiyaların işə başlamasından ötrü idi. Onların fəhləyə ehtiyacları vardı. İşci qüvvəsi yetərli olmadığından qadınları zavodlara cəlb edib onlardan istifadə etdilər. Onlar qadınlara daha az əmək haqqı verirdilər. Buna görə qadının mülkiyyət hüququ elan olundu.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:143

Qadın – zavodların fəallığında ucuz işçi qüvvəsi

Qadın şəxsiyyətinin qurucu dəyərlərinə yenidən baxışda son onillərdə özünün qərəzli və səhv siyasətləri ilə qadınları təhqir etmiş şəxslər əleyhinə iddianamə sadir olmalıdır. Qərb mədəniyyəti və onun başçıları bu işdə müttəhimdirlər. Qərblilər o zaman qadın hüquqları fikrinə düşdülər ki, öz zavodlarının fəallığında qadınların ucuz işçi qüvvəsinə və siyasət səhnəsində onların səsinə ehtiyacları oldu.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadın - Qərb kapitalizminin qazanc vasitəsi

Bütün mövzular kimi qadın mövzusu da uzun illər boyunca dünyada və dünyanın informasiya vasitələrində bütün insan dəyərləri alverçilərinin əlində maya olmuşdur. Nə qadın üçün, nə insan üçün, nə insan ucalığı üçün pulla hesablanandan başqa bir dəyər tanıyan şəxslər təəssüf ki, Qərbin bugünkü sivilizasiyasında bütün sahələrdə mühüm rol ifa edirlər. Qadın məsələsini də özləri üçün müxtəlif meydanlarda bir sərmayə və qazanc vasitəsi formasına salmışlar. Onun barəsində söhbət edirlər, mədəniyyət formalaşdırırlar, təbliğat aparırlar, bütün dünyanın kişi və qadınlarının beyinlərini böyük bir vəsvəsə və azğınlığın iki yol ayrıcında qoyurlar.

Qadınlarla görüşdə çıxışdan; 20 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadının həqiqi şəxsiyyətinə və hörmətinə Qərbin diqqətsizliyi

Müsəlman İran xalqı Qərb mədəniyyətini bəyənmir, o mədəniyyətlə uyğunluğu yoxdur. Biz düşünürük ki, onlar qadınları müdafiə adı ilə apardıqları təbliğat hiylələrinə rəğmən, qadınlar üçün həqiqi şəxsiyyət və hörmət tanımırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qərb və riyakarcasına qadın hüquqlarını müdafiə şüarı

Münafiq və riyakar bir simada insan hüquqları, azadlıq, terrorizmlə mübarizə, qadın hüquqlarını müdafiə və bu kimi xoşagələn şüarlar verirlər. İslam Respublikası əleyhinə qadın hüquqları adı ilə elə bir halda təbliğat aparırlar ki, amerikalı qadın ailədə və iş yerində təcavüzə, sui-istifadəyə və təhqirə məruz qalır.

Həzrət Ayətullah Xameneinin əzəmətli Həcc konqresinə müraciətindən: 3 aprel, 1999

Keyhan qəzeti

Qərbdə qadın azadlığının yalnız şüar olması

Onillərdir ki, dünyada qadın hüquqları şüarı verilir. Bir neçə il bundan öncə Qərbdə qadınlar hətta ən sadə ictimai hüquqlardan məhrum idilər. Qadınlara aid çox sayda təşkilatlar yaradıldı. Qadınla bağlı çox müzakirələr başlandı. Dünyanın görkəmli qadınlarının bəziləri də siyasi-mədəni sahələrdə yüksək dərəcələrə çatdılar. Bu məsələ dünyada qadın probleminin həllinə dair fikir formalaşdırmışdır. Qadınların cəmiyyətin müxtəlif sahələrində heç bir qoruyucu fasilə və hicab olmadan kişi ilə yanaşı fəaliyyət göstərməsi bu düşüncəni təsdiqləmişdir. Lakin bu təbliğata rəğmən, əgər biz bəşər

səh:144

cəmiyyətlərinin, o cümlədən sivil cəmiyyətlərin dərinliyinə varsaq, görərik ki, həqiqət belə deyil və qadın bu gün yenə də tarixin məcburi zülmü altındadır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1989

Risalət qəzeti

Qərbdə qadın azadlığı adı altında qadın və kişinin qarışması

Qərbdə azadlıq adı ilə qadınlara veriləni biz azadlıq kimi qəbul etmirik. Bunu azadlıq adlandırmaq olmaz. Bu qadın və kişinin qarışmasıdır. Qadın üçün əsas problemi onun kişi ilə qarışması deyil. Qadının əsas problemi budur ki, şəxsiyyəti qorunmaqla və təbii quruluşu nəzərə alınmaqla, onu təbii hüququndan məhrum etməyək.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Qərbdə qadın və kişinin azad əlaqəsi - qadına böyük zülm

Qərbdə insanları çaşdıran bir məsələ var. O, budur ki, cəmiyyətdə qadın və kişi ictimai rəftarlar baxımından bir-biri ilə fərqlənmirlər. Yəni hər hansı bir kişi bir məclisə daxil olub salam verdikdən sonra o cəmiyyətin üzvü olursa, qadın da asanlıqla oraya daxil olur və onların birinə çevrilir. Yəni qadınla kişi arasında bu baxımdan heç bir ayrıseçkilik salınmır. Diqqət yetirdinizmi, bu hamını çaşdırır. Adam görür ki, bu yaxşı bir haldır. Hamı bu haldan razıdır. Hətta məntiqi dəlillərlə bununla müxalif olanlar da görürlər ki, pis bir şey deyil. Bir toplumda bir-birlərinə yad adam kimi baxmırlar. Evə daxil olub bir-birinə salam verən və birgə yaşayan bacı və qardaş kimidirlər. Qərbdə qadın və kişi bir-biri ilə belə rəftar edir. Bu, ilk baxışdan və zahiri cəhətdən müsbət bir məqamdır. Lakin bunun yanında çox mənfi məqamlar vardır... Qətiyyətlə deyə bilərik ki, burada zülm olunan tərəf qadındır. Çünki bu qadının həyat yoldaşı olan kişinin çox qadınlarla çərçivəsiz və ya seksual əlaqəsi var. Onlarla, öz ailəsi ilə ən kiçik həddə belə olmayan isti və səmimi münasibət qurur. Bu, qadın üçün böyük zərbədir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbdə qadın və kişinin azad münasibətləri - aldadıcı və yanlış bir əməl

Qərblilər rəftar və münasibət baxımından qadın və kişi arasında fərq görmürlər. Bu işin zahiri aldadıcı, batini isə mənfi və səhvdir. İslam qadın və kişi arasında hicabı və bu sahədə bəzi məhdudiyyətlərə riayət etməyi zəruri bilir. Lakin qadına qarşı zülmlə və qadınlardan Qərb ölkələrində, xüsusən Amerikada və bəzi Avropa ölkələrində qat-qat və kəskin formada mövcud olan zalım istifadələrlə mübarizə aparır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 avqust, 1996

Salam qəzeti

Kişinin qadından həzz almaq azadlığı

Qərblilərin kişini birinci saymalarının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın, kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, kişi hökmranlığıdır. Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişi gözünün ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə Allah dinində

səh:145

olmayan cəmiyyətin çox kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər bunun ən bariz nümunəsidirlər. Deməli, qadının mütaliəyə, elmə və tədqiqata sarı hərəkət etməsi və s. bu kimi şüarlar yalnız qadınların arasında ciddi sayılmalıdır.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Hegemonçu dünyanın qadının dəyəri barəsində səhvi

Cahiliyyətlə dolu olan imperializm dünyası yanlış olaraq qadının dəyər və qiymətini, özünü kişilərin gözündə bəzəməkdə, şor gözlərin onlara baxıb ləzzət almasında və onları tərifləməsində olduğunu düşünür.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qadın - kişinin həvəsbazlığı üçün alət

Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və bunun ardınca Amerika mədəniyyətinə hakim olan elementlər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb, hörmət edirdilər, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadının bir ləzzət aləti səviyyəsinə enməsi

Qərb sivilizasiyası bir tərəfdən qadını tarixin çox dövrləri kimi ailədə və cəmiyyətdə zəif və məğlub tərəf bilmiş və eləcə saxlamış, digər tərəfdən də çılpaqlıq mədəniyyətini yeritməklə kişi cinsinin onun şəxsiyyətinə qarşı zülm əlini açmış və tam təəssüflə qeyd etməliyik ki, onu çox zaman bir ləzzət aləti səviyyəsinə endirmişdir.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

İslam Cümhuriyyəti qəzeti

Qeyd-şərtsiz münasibət azadlığı - Qərbdə ailənin dağılmasının amili

Belə bir ifratçılıq qarşısında bir təfritçilik də vardır. Elə şəraitlərdə qadınların xeyrinə bir hərəkət vücuda gəldikdə, təbii ki, təfritçiliyə düçar olur. Buna görə siz görürsünüz ki, bir neçə onillər boyunca Qərbdə qadınların azadlığı vasitəsi ilə belə özbaşınalıq və fəsad baş verdi və genişləndi. Bu qərbli mütəfəkkirlərin özünü qorxuya salmışdır. İndi Qərb ölkələrində qayğıkeş, islahatçı, ağıllı və məqsədli insanlar baş verənlərdən vahiməyə düşmüş, narahat olmuşlar. Onun qarşısını ala bilmirlər. Onlar qadınlara xidmət adı ilə qadın həyatına ən böyük zərbəni vurdular. Nə üçün? Ona görə ki, pozğunluqla, fəsadın yayılması ilə, qadın və kişi münasibətlərinin qeyd-şərtsiz azadlığı ilə ailə təməli dağıldı. Cəmiyyətdə azad şəkildə ehtirasını doyura bilən bir kişi, heç bir eyib və irad olmadan müxtəlif kişilərlə təmas qura bilən bir qadın ailədə nə yaxşı ər, nə yaxşı həyat yoldaşı olacaq. Buna görə ailə təməli dağıldı.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:146

Çılpaqlıq və fəsad mədəniyyəti, fəzilət və dəyərlərlə müxalifət

Qərb mədəniyyəti insanın fəsadına hesablanmış bir mədəniyyətdir, bəşəri dəyərlərlə ziddir, güc sahiblərinin və qüdrət imperatorlarının əlində alət olmuş bir mədəniyyətdir. Bu mədəniyyətlə Adəm övladlarını bütün insani fəzilətlərdən ayırmaq, insanları əxlaqsız, itaətkar, təslimçi, Allahdan və mənəviyyatdan xəbərsiz məxluqlara çevirmək istəyirlər. Onların maraqları bu mədəniyyəti yaymaqla təmin olunur.

Bu çılpaqlıq mədəniyyəti və qadınla kişinin qeyd-şərtsiz qarışması, Qərb mədəniyyətinin əsaslarından biridir və ilk gündən insanların fəsadı və bəşəriyyətin humanitar dəyərlər sistemindən ixrac edilməsi üçün düşünülüb. Onların bəşəriyyətə ürəkləri yanmır.

Ən böyük televiziya və radio şəbəkələri ən böyük zavodların, mədənlərin, qaynaqların və ən çox sərvətlərin sahiblərinə məxsusdur.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Fəsadın və pozğunluğun yayılmasında sionizmin rolu

Sionizm təşkilatı bəşər nəslini fəsada çəkmək üçün təxminən 150 il öncədən proqramlara, fəsadı və pozğunluğu yaymağa başlamışdır. Onlar qadınları bəşər iffətindən xaric etdilər. Belə ki, hətta Avropa və Amerika qadınları da son əlli ildəki kimi fəsada, pozğunluğa və insani dəyərlərdən uzaq olmağa düçar olmamışdılar; İslam ölkələrinin və digər uzaq ölkələrin qadınları öz yerində. Onlar həmçinin kişiləri fəsada, rahatçılığa, tənbəlliyə, işrətbazlığa və istehlakçılığa sürüklədilər, heyvani həyat vəziyyətini qəbul etməyə məcbur etdilər.

Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr 1989.

Pozğun münasibətlər qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdən uzaqlaşmasının amili

Qərb mədəniyyətinin məzmunu qadınların məqamına təhqirlə doludur. İndi dünyanın bir çox ölkələrində qadın və kişi münasibətləri pozğun və əyləncə formasına düşmüşdür. Bu, qadının əxlaqi məsələlərdən, siyasi və mədəni işlərdə fəal iştirakından uzaqlaşmasına bais olmuşdur. Təbiidir ki, İslam bu məsələyə qarşı çıxır.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qərb dünyasında qadının pozğunluğu

Mənim bacılarım! Qərb dünyası qadını pozğunluğa sürüklədi. 60-70 il bundan öncəyə qədər bütün Avropa və Qərb ölkələrində qadın təkcə kişinin – ya öz kişisinin, ya zavod, tarla sahibi kimi başqa bir kişinin ixtiyarında ola bilərdi, bir sivil cəmiyyətdə bir insanın əsas hüquqlarından heç birinə malik deyildi, səsvermə hüququ, mülkiyyət hüququ və alış-veriş haqqı yox idi. Sonra gəlib qadını iş, həyat və ictimai fəaliyyət meydanına çəkdilər. Amma həmin halda da qadının azması üçün bütün vasitələri hazırladılar. Onu cəmiyyətdə özbaşına və dayaqsız qoydular.

Tehran, Təbriz və İsfahan şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

səh:147

Qərb mədəniyyətinin qadınlara xəyanəti və zərəri

Qadın cinsiyyəti barəsində qərblilər cavabdeh olmalıdırlar. Onlar qadına xəyanət etdilər. Qərb sivilizasiyası qadına heç bir şey verməmişdir. Əgər elmi, siyasi və düşüncə inkişafı görünürsə, qadınların özlərinə aiddir. İslam İranında və digər ölkələrdə də baş vermişdir. Hər yerdə bu işlərdən baş verir. Bunlar qadınların özlərinə aiddir. Qərblilərin etdiyi, Qərb sivilizasiyasının təməlini qoyduğu bu əyri bünövrə və əyri bina qadınların pozğunluğu və cinsi özbaşınalığıdır. Qadını pozğunluğa sürükləmişlər. Onun ailəsinin daxilini də düzəltməmişlər. Ardıcıl olaraq Amerika və Avropa mətbuatında qadına qarşı təzyiq, işgəncə və sayğısızlığın yüksək göstəriciləri nəşr olunur. Qərb mədəniyyətinin o bölgələrin qadınlarını cinsi özbaşınalığa və pozğunluğa çəkməsi ailənin zəifləməsinə səbəb olmuşdur. Ailənin təməli sarsılmış, ailə daxilində kişi və qadının bir-birinə qarşı xəyanəti onlar üçün çox əhəmiyyətli sayılmır. Bu günah deyil?! Bu mədəniyyətlə bütün dünyanı borclu bilirlər. Halbuki özləri borclu olmalıdırlar. Qadınlar barəsində Qərb mədəniyyəti müdafiəçi mövqeyində dayanmalıdır, özünü müdafiə etməlidir, izah etməlidir. Lakin kapitalizmin və Qərbin hegemonçu və zalım mediasının hökmranlığı məsələni əksinə çevirir. Onlar haqlı olurlar. Onlar qadın hüquqlarının müdafiəçisi olurlar. Halbuki belə bir şey yoxdur. Əlbəttə, qərblilər arasında, şübhəsiz ki, düzgün fikirləşən və danışan mütəfəkkirlər, filosoflar, doğruçu və düzgün insanlar vardır. Mənim dediklərim Qərbin mədəniyyət və sivilizasiyasının qadının ziyanına və əleyhinə olan ümumi təmayülüdür.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qərbdə qadınlar əleyhinə şiddətin dəhşətli statistikası

Qadın və kişi hüquqlarının bərabərliyindən dəm vuran Qərb ölkələrində, o cümlədən Amerikada qadınlar əleyhinə zorakılıqlarda və müxtəlif yerlərdə qadından sui-istifadə etmələrə dair dəhşətli statistikalar mövcuddur. Qadının başından hicabı götürməklə və şəriət qaydalarından imtina etməklə qadının problemi daha da pisləşir. Bunun qarşılığında İslamın ağla əsaslanan sağlam mühit yaratmağa göstərdiyi səy durur. Orada zəifə qarşı əl uzanmayacaq.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Ər və arvad arasında soyuq münasibət

Qərbdə ailənin təməli sarsılmışdır. Ər və arvad arasında soyuq münasibətlər hakimdir. Digər tərəfdən, Qərb cəmiyyəti səviyyəsində qadın... kişilərin ləzzət alması üçün bir vasitə kimidir. Ümumi vəziyyət belədir ki, qadın bu cəmiyyətlərdə heç bir özəl hörmətdən bəhrələnmir. Qərbin mədəni ənənəsi belə bir vəziyyətdədir.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

Keyhan qəzeti

Qərbdə ər və arvad arasında təəssüflü əlaqə

Təəccüblü budur ki, Qərbdə qadın dəyəri haqda bütün iddialara və bununla bağlı yalançı və zahiri işlərə rəğmən, evlərin daxilində qadının və ərlərin əlaqələri təəssüfləndiricidir. Yaxud bizim çox təəssüblü və mürtəce ailələrimizdə ər və arvad

səh:148

münasibətləri, misal üçün, arvadı döymək, bədənini qaraltmaq, kiçik məsələlərdən ötrü öldürmək adətdir. Bunlar təəccübə səbəb olur. Mən iki-üç il bundan öncə Amerika jurnallarının birində bir statistikanı oxudum. Belə məsələlərə görə ərlərindən şikayət edən qadınların sayı heyrətləndirici rəqəmi göstərirdi. Bu yalançı Qərb dünyasında qadına qarşı mövcud olan reallıqlardan xəbər verir. Bu, tərəqqi və təkamülün maneələrindən biridir.

Qadınlar cəmiyyətinin mərkəzi şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 may, 1992

Zahiri baxımdan azad dünyada qadının ailədə məzlumluğu

Əlbəttə, azad dünyada zahirən azadlıqların mövcud olduğu yerlərdə nöqsanların azadlıq tərəfindən vücuda gəlməməsinə, qadının iffəti və paklığı əleyhinə gizli təxribatçı əllərdən qaynaqlanmasına baxmayaraq, orada da qadın hüquqlarına zülm olunur. Orada, özəlliklə ailə daxilində və cəmiyyətin dərinliklərində qadın tamamilə məzlumdur. Televiziyada, yaxud dövlət təşkilatında qadın siması həqiqi sima deyil. Cəmiyyətlərin daxilində qadınlar yenə də məzlumdurlar. İndi Amerika cəmiyyətində öz həyat yoldaşı ilə mehriban və yaxşı rəftar edən kişiyə çox hörmət göstərirlər. Ümumiyyətlə ailə məsələsi onlar üçün mühüm bir məsələdir və bu, qadınlara hörmətsizlik cəhətindən zərər görmələrindən irəli gəlir. Orada bu zülmlər mövcuddur. Amma ümumilikdə baxdıqda görürsünüz ki, bu quruluşların zahiri baxımdan avtoritorizmdən uzaq quruluşlar kimi göstərilməsindən ötrü xüsusi yerlərdə qadına bir qədər imkan yaradılır. Əlbəttə, o sistemin özü zalım sistemdir.

Müsahibələr (87/88), səh. 146

Qərb mədəniyyətində ər evində qadının familiyasının dəyişilməsi

Bu gün, qadın ailə qurub ər evinə gedərkən öz familiyasını dəyişir və ərinin familiyasını götürür. O, ərə getməyincə öz familiyasında qalır, lakin ərə getdikdən sonra familyiası kişinin familiyasına çevrilir. Bu, qərblilərin adətidir. Bizim ölkədə belə olmayıb və indi də belə deyil. Bizdə qadın öz ailəvi kimliyini həmişə, hətta evləndikdən sonra da qoruyur. Onlardakı bu hal qədim Qərb mədəniyyətinin əlamətidir. Onlara görə, kişi qadının ağası idi.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qədim Avropa mədəniyyətində qadının ailə qurması

Avropa mədəniyyətində qadın bütün sərvəti və əmlakı ilə ailə qurub ər evinə getdikdə təkcə onun cismi ərin ixtiyarına keçmirdi, bütün sərvəti və əmlakı, atasından və ailəsindən ona çatmış sərvətləri də ərinə aid olurdu. Bu elə bir şeydir ki, qərblilər onu inkar edə bilməzlər. Bu Qərb mədəniyyətində olmuşdur. Qərb mədəniyyətində qadın ər evinə getdikdə ər əslində onun canına da malik olurdu. Buna görə siz qərb hekayələrində və Avropa şeirlərində çox görürsünüz ki, ər bir xarakter fərqinə görə öz həyat yoldaşını öldürür, heç kim də onu qınamır. Qız ata evində heç bir seçim haqqına malik deyil.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:149

Qərb ailələrində qadına zülm

Mən bir-iki il bundan öncə bir Amerika jurnalında bir statistikanı oxudum. Amerika ailələrində kişi zülmlərinin statistikası doğrudan da dəhşətli idi. Əlbəttə, bilirsiniz ki, amerikalılar bəzi cəhətlərdən, necə deyərlər, azad və açıq olmaq baxımından, hətta klassik avropalılardan da yaxşıdırlar. Bunlar İngiltərədən və Fransadan daha açıq və rahatdırlar.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbdə ailə mühitində qadına zülm

Bəziləri zahirə baxırlar. Qərbdə ictimai mühitə baxıb görürlər ki, qadınlar gəlir və heç bir qorxu olmadan veyillənirlər. Elə bilirlər ki, bunlar ailə daxilində də belə qorxusuz hərəkət edirlər. Bu səhvdir. Ailədə qadınlara çox zülm olunur. İslam bunun qarşısını alır. Əgər bizim cəmiyyətimizdə bu sahədə nöqsan olsa, onun qarşısı alınmalıdır və qanunun qadını müdafiəsi güclü və kəskin şəkildə yerinə yetirilməlidir. Əlbəttə, ictimai yerlərdə elə fəaliyyətlər var ki, qadınlar orada daha fəaldırlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının analıq sevgisini və şəfqətini ifadə etməkdən məhrum olması

Qərbdə ailə təməlinin zəifliyi o qədər nigaranedici olmuşdur ki, cəmiyyətin rəhbərlərinin fəryadı göyə ucalmışdır. Qərb qadına icazə vermir ki, təbii surətdə öz analıq sevgisini, bağlılığını və şəfqətini ifadə edib onunla inkişaf etsin.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Ailə daxilində qadına zülm

Ailə - qadına ən çox zülmün yeri

Mənim fikrimcə, qadının bütün yerlərdən daha artıq zülmə məruz qaldığı yer ailənin daxilidir. Bacardığınız qədər bunun üstündə dayanın. Qadınların İslam vəzifələrinə yüksəlməsi sonrakı mərhələdir. Çox da diqqətəlayiq deyil. Amma ən mühüm məsələ ər və arvadın bir-biri ilə münasibətləri məsələsidir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Dünyanın ailədə qadına zülmə diqqətsizliyi

Bu gün dünyada xüsusi məsələlərin üzərində həssaslıq var. Bu gün qadının əri tərəfindən döyülməsinə həssas yanaşılmır. Avropada və Amerikada, əlbəttə hamısı olmasa da, kişilər çox asanlıqla qadınları vururlar. Ailədə kişinin qadına zülm etməsinə dünyada həssas yanaşan yoxdur. Statistikalar göstərir ki, Amerika və Avropa ailələrində atalar və ərlər çox rahatlıqla övladlarını və həyat yoldaşlarını incidirlər. Dünyada bu məsələ üzərində ciddi dayanan yoxdur. Amma qadının geyimi üzərində həssaslıq var. Əgər bir insan, bir şəxsiyyət, bir filosof, bir sistem və bir siyasət qadının çılpaqlığına qarşı çıxsa,

səh:150

bunu dünya səviyyəsində böyük səs-küylə qarşılayacaqlar. Lakin fəsadların, adət və üslubların çoxunun üzərində həssaslıq yoxdur. Əgər bir ölkə öz siyasəti olaraq spirtli içkiləri qadağan etsə, bu, bütün dünyada rezonans doğuracaq. Onu mürtəce adlandırıb istehzalı təbəssümlə qarşılayacaqlar. Bu haranın mədəniyyətidir? Qadının bu çılpaqlığı və spirtli içkilərin yayılması, bir ənənə kimi, haraya aiddir? Bu, Avropaya məxsusdur və bu ölkələrin qədim mədəniyyətindən qaynaqlanır. Amma bu gün bu adət-ənənələr dünyanın başqa yerlərində də meyar götürülür və buna qarşı çıxanlar böyük günah etmiş sayılırlar.

Mazandaran vilayətinin ruhaniləri, cümə və camaat imamları ilə görüşdə çıxışdan; 12 may, 1990

Qadının ailədə məzlumluğunun tarixi və sosioloji amillərinin araşdırılması

Olduqca çox olan silsilə amillər qadına ev daxilində müstəqil və kişi ilə bərabər bir varlıq kimi rəftar etmək cürətini və cəsarətini vermirdi. Bəzən cəsarətli, amma ərköyünlük edib cəsarət göstərən zəif bir varlıq kimi, bərabər bir tərəf kimi yox; belə yox ki, iki insandır, iki şərikdir, bir yerdə bərabər münasibətdədirlər, bir-biri ilə danışırlar, bəzən dalaşır, bəzən barışırlar. Mən qadınların vəziyyəti və onların məzlumluğundan elə şeylər görmüşəm ki. Onlar indiyə aid deyil, uzun illər boyu bunu təcrübə etmişəm və həmişə bizim cəmiyyətimizdə qadının məzlum olduğunu düşünmüşəm. Düzdür, inqilabdan sonra bu məsələ çox fərqlənmişdir. İndi həm məhkəmələrin vəziyyəti yaxşıdır, həm kişi və qadının bir-birindən ayrılması vəziyyəti yaxşıdır. Bəli, İslam əxlaqıdır. Xanımlar meydana qoşuldular. Əvvəlkindən bir qədər artıq qüvvə, cəsarət və ruhi cəzbedicilik əldə etdilər. Amma bizim cəmiyyətimizdə ümumi olaraq qadın məzlumluğu hələ də bir reallıqdır. O zaman keçmiş rejim bunu çox səfehliklə, sizin bildiyiniz və bizim gördüyümüz yolla aradan qaldırmaq istəyirdi: qadının çılpaqlığı mədəniyyəti ilə. Bu tamamilə səhv idi. Ümumiyyətlə məsələ bu deyildi ki, qadın hicablı olduğundan məzlumdur. Xeyr, hicabsız və Qərb mədəniyyətinə aludə olan çox xanımlar da ərləri tərəfindən köhnə hərəmxana vəziyyətində, bir külfət, bir əsir və bir qul formasında döyülürdülər. Məgər Avropanın başıaçıq qadını əri tərəfindən döyülmür?! Buna görə problem hicab deyildi. Bizim ölkəmizin bir neçə əsrlik problemindən qaynaqlanırdı. Əgər kimsə sosioloji və tarixi baxımdan araşdırmaq istəsə, düzgün nəticə üçün çox işlər görməlidir. Hər halda, bizim cəmiyyətimizdə belə bir vəziyyət mövcuddur. Mən düşünürəm ki, bu vəziyyətin düzəlməsi üçün təlim və tərbiyəyə ehtiyac var, mədəni işə ehtiyac var. Bu, uzun müddətdə mümkün olacaq, lakin əgər mədəni iş görülməsə, heç zaman düzəlməyəcək. Həmçinin bəzi qanunlara da ehtiyac var. Əgər İslam Şurası Məclisində bu qanunlar qəbul olunmasa, onun düzəlməsi yenə uzanacaq. Buna görə məclisdə qadın deputatların, həmçinin Mədəni İnqilab Ali Şurasına bağlı olan ictimai-mədəni şuranın olması təsirli ola bilər.

Qadınların seçkilərdəki rolu barəsində Günün qadını jurnalı ilə müsahibədən; 4 mart, 1988

Tarixi hadisələrdə qadına zülm

Aşuradan sonra qadınların təhqirlə birgə olan əsirliyi

Məhərrəmin on birinci günündə sağ qalmış kişilər, qadınlar və uşaqlar əsir oldular; təhqirlə, hörmətsizliklə, aclıqla, soyuqla, isti ilə, əziyyətlə, küçə və bazarda gəzdirilməklə ən pis şəraitlərdə saxlanmaqla, rişxənd olunmaq və digər bu kimi işlərlə birgə olan əsirlik.

Xalqın müxtəlif təbəqələri görüşdə çıxışdan; 6 dekabr, 1989

səh:151

Peyğəmbərin (s) həyat yoldaşına qarşı cinsi şayiə

Bu sırada çox mühüm bir xatirə və hadisə var. Mən dəfələrlə beynimdə bu barədə düşündüm. Quranda bu hadisənin ayələrinə müraciət etdim. Bu “İfk” hadisəsidir. Mübarək nur surəsində bu hadisəyə aid bir neçə ayə var. İfk hadisəsinin xülasəsi budur ki, döyüşlərin birində Peyğəmərin (s) həyat yoldaşlarından biri karvandan geri qalmışdı. Peyğəmbər o yoldaşını müharibəyə aparmışdı, qayıtdıqda gördülər ki, yoxdur. İndi hər hansı bir səbəbə görə - ya yuxuya qalmışdı, ya bir iş dalınca getmişdi, hər halda, müsəlmanlar gəldikdə gördülər ki, Peyğəmbərin həyat yoldaşı onların arasında deyil. Müsəlmanlardan biri peyda olub Peyğəmbərin həyat yoldaşını Mədinəyə gətirdi.

O qadının Peyğəmbərin (ə) hansı həyat yoldaşı olması sünni və şiə məzhəblərində ixtilaflı mövzudur. Şiə öz rəvayətlərində deyir ki, Mariyə-Qibtiyyə, Əhli-sünnə isə deyir ki, Ayişə olmuşdur. Peyğəmbərin (s) hansı həyat yoldaşının olması üzərində çəkişmək movzudan yayınmaqdır. Ümumiyyətlə söhbət bundan getmir ki, biz bu ayələrin Peyğəmbərin (s) hansı həyat yoldaşına atılan böhtan barəsində nazil olduğunu bilmək istəyək. Məsələ başqa bir məsələdir, çox mühüm olan əxlaqi və ictimai əmrdir.

O xanım Mədinəyə qayıtdıqdan sonra bəzi boşboğaz və pis danışan adamlar xalqın arasında belə bir söhbət yaydılar ki, bu xanım harada olub, nə üçün geri qalıb və onu gətirən şəxs kim idi?

Onlar açıq danışmadan, müəyyən bir ittiham irəli sürmədən xalq arasında şayiə yayırdılar. Məsələ bu deyil ki, o xanım Peyğəmbərin (s) xanımıdır və ona hörmət göstərmək lazımdır. Quran ayələrində məsələ başqa bir şeydir. Nur surəsinin İfk barəsində - yəni münafiqlərin, bədxahların və sağlam olmayan insanların cəmiyyətdə yaydığı həmin yalan söz barəsində olan ayələri çox həssaslıq nümayiş etdirir. Ardıcıl bir neçə ayədə çox sərt tonla müsəlmanlara söylənilir ki, nə üçün siz bu şayiəni eşitdikdə onu deyənə qarşı sərt davranmadınız. Ayələrin məzmunu budur: nə üçün bu şayiəni qətiyyətlə rədd etmədiniz? Bu ayədə iki yerdə “ləb la” ilə başlayan cümlə var. Ərəb qrammatikasını bilənlər anlayırlar ki, çox kəskin şəkildə qınamaq istəyən insan bu sözü öz dinləyicisinə deyir: nə üçün bu işi gördünüz? “Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?“(1) Nə üçün siz müsəlmanlar - mömin kişi və qadınlar bu şayiəni eşitdiniz, bir-birinizə yaxşı güman göstərmədiniz və qətiyyətlə demədiniz ki, bu yalandır. Başqa bir yerdə buyurur: “Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?“(2) Nə üçün bu şayiəni eşitdikdə demədiniz ki, bizim bu şayiəni təkrarlamağa haqqımız yoxdur, bu böyük bir böhtandır?

Sonra bu ayələrin sonunda buyurur: “Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz“(3). Yəni Allah sizə moizə və nəsihət edir ki, daha heç zaman belə şayiələrin ətrafında dolaşmayın. Əgər möminsinizsə, daha İslam cəmiyyəti arasında belə bir hadisə yaranmasın; yəni imanın şərti budur.

səh:152


1- [11] Nur, 12
2- [12] Nur, 16
3- [13] Nur, 17

Qeyd etdiyim kimi, məsələ bu deyil ki, bu şəxs Peyğəmbərin həyat yoldaşı idi. Əgər Peyğəmbərin həyat yoldaşı olmasaydı da, möminlər üçün həmin qınaq, müraciət və həmin vəzifə mövcud idi.

Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Bosniyada qadınlara təcavüz

Serblər və xorvatlar silahlı xalqlardır. Onlar Bosniyanın müsəlman və məzlum xalqına qarşı çox qarətlər və qətllər törətdilər; onların mallarını qarət, namuslarına təcavüz etdilər. Halbuki insan hüquqlarını, qadın hüquqlarını, uşaq hüquqlarını və hətta heyvanları müdafiə etdiklərini iddia edənlər bu cinayətlərə təkcə tamaşa etdilər. Gördükləri yeganə iş sülh pərdəsi altında Bosniyanın mühasirədə qalmış müsəlmanlarına silah ötürülməsinə mane olmaq idi.

Həzrət Məhəmmədin (s) doğum gününün ildönümündə xalqla görüşdə çıxışdan; 6 sentyabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Beynəlxalq qüdrətlərin hökmranlığı - qadınların və uşaqların aclığının və ölümünün amili

Uşaqların və qadınların yoxsulluğu, aclığı, ölümü və diktator hakimlərin zülmü dünya güclərinin beynəlxalq təşkilatlara hakim olmasının nəticəsidir.

Sərvətli Afrika xalqının, Amerika və Asiya xalqlarının başına gələnlər beynəlxalq hakim güclərin bu ölkələrin hakimlərini müdafiə etməsinin nəticəsidir.

Beşinci İslam təfəkkürü konfransındakı çıxışdan; 29 yanvar, 1987

Fələstin qadınlarına işgəncə

İşğal olunmuş Fələstində xəyanətkar sazişlərə etinasız halda boş əllə haqlı mübarizəni davam etdirən müsəlmanlar kobud və qeyri-insani üsullarla əzilirlər. Qadınları, uşaqları və qocaları, əmr almış sionist əsgərlərinin əli ilə işgəncəyə məruz qalır, tar-mar edilir, Qərb dövlətlərinin insan hüquqları iddiaçılarının heç birindən səs çıxmır. Amerika, İngiltərə və bəzi ölkələr əməli yardım edir və dillə həvəsləndirirlər də.

Bəsic (könüllü keşikçilik) həftəsi və inqilabın mərhum rəhbərinin məzlumlar bəsicinin təşkil edilməsi ilə bağlı müraciətinin ildönümü münasibəti ilə bəsic komandanlarının ümumrespublika toplantısına müraciətdən; 23 noyabr, 1989

Elm və bilgi sahəsində qadına zülm

Qadınlara müxtəlif mədəni zülmlər

Əgər qadını düzgün təhsilə, elm və bilgi əldə etməyə qoymasalar, bu zülmdür. Əgər şərait elə olsa ki, qadın işin çoxluğuna və müxtəlif işlərin təzyiqinə görə öz əxlaqı, dini və bilgisi ilə məşğul olmağa imkan tapmasa, bu zülmdür. Əgər qadın öz əmlakından müstəqil surətdə və öz iradəsi ilə istifadə edə bilməsə, bu zülmdür. Əgər qadın ailə qurarkən məcbur edilsə, ərin seçilməsində onun özü rol oynamasa, onun iradə və istəyinə diqqət göstərilməsə, bu zülmdür. Əgər övlad tərbiyəsi üçün istər evin daxilində, ailə ilə yaşadıqda, istər ərindən ayrıldığı surətdə öz övladından emosional baxımdan yetərincə bəhrələnə bilməsə, bu zülmdür. Əgər qadının istedadı varsa, misal üçün, elmi istedadı varsa, ixtira və kəşflər üçün istedadı varsa, siyasi istedadı varsa, ictimai işlər üçün istedadı

səh:153

varsa, lakin bu istedaddan istifadə etməyə, onları çiçəkləndirməyə qoymurlarsa, bu zülmdür.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların kişilərə nisbətən geri qalması

Bir qız məktəbə getməsə, savadsız qalacaq. Bu, onu məktəbə qoymayan ata və ananın təqsiridir, qadına işləmək icazəsi verməyən mühitin və cəmiyyətin təqsiridir. Nəticə bu olub ki, siyasi-ictimai məsələlərdə təhlil qabiliyyəti, zehni qüvvə, yaradıclıq və düşüncə qüvvəsi bizim cəmiyyətimizdə ümumi olaraq kişilərdə qadınlardan daha artıq olsun. Halbuki qeyd etdiyim kimi, iranlı qadının istedadı iranlı kişinin istedadı kimi yüksəkdir, yəni dünyanın orta səviyyəsindən yuxarıdır.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Elm və bilgi üçün imkanların və meydanların azlığı

Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətimizdə zülmə və məcbur edilən çatışmazlıqlara düçar olur. Bu çatışmazlıq özbaşınalıq mənasında olan azadlıq çatışmazlığı deyil. Bu çatışmazlıq elm, bilgi, tərbiyə, əxlaq, inkişaf və istedadların çiçəklənməsi üçün meydanların və fürsətlərin çatışmazlığıdır. Bunu təmin etmək və axtarmaq lazımdır. Bu, İslamın təkid göstərdiyi məsələdir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:154

On birinci fəsil: İslam quruluşu və qadınlar

Qadın məsələlərinə diqqətin zəruriliyi

Qadın məsələlərinə qarşı rəhbərin həssaslığı

Mənim bu 10-20 il boyunca İranda qadın məsələlərinə dair əziyyət çəkdiyim və narahat olduğum miqdarın hətta bir hissəsini də qadınların çoxusu anlamadılar və narahat olmadılar.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qadına əməli hörmət

Bizim məqsədimiz bu idi ki, Qadın gününə bu formada hörmət göstərilsin. Allaha həmd olsun ki, ən yaxşı şəkildə hörmət bildirildi. Çünki ən yaxşı hörmət əməli hörmətdir. Sizin kimi məlumatlı, alim və görkəmli xanımların müxtəlif sahələrdə fəaliyyəti nəticəsində aydın oldu ki, Allahın lütfü ilə iranlı qadın uca bir səviyyədədir. Bu əhəmiyyətlidir.

İranlı və xarici qadınlarla sual-cavab məclisindəki çıxışdan; 11 oktyabr, 1998

Dünyada qadın məsələsinin həll olunmaması

Bu gün hələ də dünyada bir problem olan qadın problemi barəsində çox sözlər danışılıb və danışılır. Biz dünya xəritəsi və bəşər cəmiyyətlərinə baxdıqda - həm öz ölkəmiz və digər İslam ölkələri kimi İslam cəmiyyətlərinə, həm də qeyri-müsəlman, o cümlədən, necə deyərlər, sivil və inkişaf etmiş cəmiyyətlərə baxdıqda təəssüf ki, bu cəmiyyətlərin hamısında qadın problemi adlı bir problem hələ də mövcud olduğunu görürük. Bu, insan problemlərinə qarşı bir növ yanlış baxışın və yanlış gedişin göstəricisidir və insan problemlərinə qarşı bir növ dar düşüncədən xəbər verir. Bəlli olur ki, bəşər bütün iddiaları, ixlaslı və qayğıkeş insanların bütün səyləri, xüsusən qadın barəsində görülən böyük mədəni işlərlə yanaşı, hələ iki cinsin problemi, qadın məsələsi və onun ardınca digər formada irəli sürülən kişi məsələsi barəsində hələ də düzgün yol tapa bilməmişdir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın məsələlərinə qarşı yanlış baxış və dar düşüncə

Bəşər hələ qadın məsələsini, bu məsələnin ardınca iki cinsin, yəni qadın və kişinin məsələsini və zəruri olaraq insaniyyət məsələsini həll edə bilməmişdir. Başqa sözlə desək, ifratçılıqlar, yanlış getmələr, yanlış anlamalar və bunların ardınca təcavüzlər, zülmlər, psixoloji çatışmazlıqlar, ailəyə aid olan problemlər, iki cinsin qarışmasına və münasibət tərzinə aid olan problemlər hələ də bəşəriyyətin həll olunmamış problemlərindəndir. Yəni maddi sahələrdə, səma cisimlərində, dənizlərin dibində bu qədər kəşflər edən, psixoloji, ictimai, iqtisadi və digər sahələrin xırdalıqlarından bu qədər dəm vuran və doğrudan da bu fənlərin çoxunda inkişaf etmiş insan bu məsələdə aciz qalmışdır. Mən bu çatışmazlıqları hətta sadalamaq istəsəm, çox vaxt lazım olacaq və özünüz bunları bilirsiniz.

Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkim və məmur qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

səh:155

Qadınların problemlərini həll etmək üçün əməli intensivlik

Qadına zülm, onun təcrid olunması və kişiyə nisbətən geri qalması problemini həll edə bilən, yaxud hər halda, qadının cəmiyyətdəki həqiqi elmi mövqeyini müəyyən edə bilən əməli iş və əməli bir intensivlikdir. Bu sırf nəzəri bir məsələ deyil ki, insan oturub onun üzərində fikirləşsin və bir fərd kimi nəzəriyyə irəli sürüb ümumi məsələləri bəyan etsin.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Prioritetlər

Qərbdə qadın barəsində irəli sürülmüş şəxsiyyətin əsas elementlərinə yenidən baxış

Bu gün dünyada qadın şəxsiyyətinin əsas elementləri kimi irəli sürülən və əsas etibarilə Qərb mədəniyyətindən alınan məsələlərin yenidən ciddi və dərin bir baxışa ehtiyacı var.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Ettelaat qəzeti

Qadın məsələlərində, cəmiyyətin ümumi mədəniyyətinin düzəldilməsi

Qadınların problemləri sahəsində ən əhəmiyyətli olan əsas məsələlərdən biri cəmiyyətin qadınların siyasi məsələlərinə baxışındakı ümumi mədəniyyətini düzəltməkdir.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

Qadınları ideal vəziyyətə yetirmək üçün İslam hökmlərindən ilham almaq

Əgər biz bu gün qadınları özlərinin ideal vəziyyətinə çatdıra bilmək üçün ölkəmizin qadınlarına dair həqiqi və əsaslı bir iş görmək istəsək, İslam hökmlərinə nəzər yetirməli və ondan ilham almalıyıq.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın mövqeyinin gücləndirilməsi

Ailə ocağının, qadının ondakı mövqeyinin, eləcə də qadınların bütün sahələrdə dini və qanuni hüquqlarının təmininin gücləndirilməsinə və onların quruculuq roluna xüsusi diqqət (lazımdır).

Üçüncü inkişaf proqramının ümumi siyasətlərindən: 23 may, 1999

Keyhan qəzeti

Qadınların əsas istəyi - aramlıq və təhlükəsizlik duyğusu

Qadının əsas istəyi bu gün təəssüf ki, Qərbdə məhv edilmiş əsaslı məsələdir; yəni aramlıq və təhlükəsizlik duyğusu, istedadı inkişaf etdirmək imkanı, cəmiyyətdə, ailədə, ər evində, ata evində və digər yerlərdə zülm altında qalmamaq hissi.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın və kişi məsələsinin həlli yolu

Qadın və kişi məsələsinin həlli üçün lazımi qanun və qərarlar qəbul edilməlidir. Müxtəlif elmi, ictimai, iqtisadi, ədəbi və incəsənət fəaliyyətləri ilə qadınların ağıl və düşüncə səviyyəsi yüksəldilməlidir. Cəmiyyətin düşüncə səviyyəsi də ümumi şəkildə

səh:156

inkişaf etdirilməlidir. Çünki ağıllı, düşüncəli və hikmətli bir cəmiyyətdə heç kəs ayrısının zülmünə məruz qalmaz.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qanunlar qəbul etməklə qadınların problemlərinin tədrici həlli

Qadınların olduqca çox olan problemləri tədricən bizim xalqımızın beyninə daxil olmuşdur və bunun silinməsi asanlıqla mümkün deyil. Qadınların mədəni məsələləri gərək tədricən və çox diqqətli qanunlar qəbul etmək sayəsində düzəlib xoşagəlməz vəziyyətdən çıxsın. Bu iş həll olunmamış bir neçə qısa sual müddətində və məclisdəki bir neçə azsaylı qadınların gücündə də deyil. Getdikcə baş verməlidir.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Savad və qanun - qadın iqtidarının alətləri

Qadın normalda fiziki quruluş baxımından kişi kimi qüvvətli deyil. Bu ona qarşı belə hegemonluğun edilməsinə səbəb olmuşdur. Bu üzdən, bu, bir tərəfdən bilgi və savadla və digər tərəfdən qanunla düzəldilməlidir. Yəni iqtidar alətləri qadının ixtiyarında olmalıdır.

Bu alətlər bəzən bilgi, savad və bu kimi məsələlərdir; bunlar qadının zülm altında qalmasına mane olur. Digər tərəfdən də qanundur. Əgər bu iki məsələ təmin olunsa, yaxşı olar. Qadınları dərs oxumağa vadar edin. Qızları ali təhsillərə vadar edin. Qanuni yollarla qızların ali elm mərkəzlərinə daxil olmaq məsələsini təmin edin və asanlaşdırın. Əgər bunlar olsa, mənim fikrimcə bütün işlər görülmüşdür.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Şəxsi məsələlərin qadınlar üçün prioritet olmaması

Düzdür, bizim ölkəmizdə inqilabdan sonra həm cəmiyyətin bir üzvü kimi, həm də qadınlıq vəzifələrinə - analıq, həyat yoldaşılıq və bu kimi vəzifələrə sahib olan bir şəxs kimi, qadının vəziyyəti keçmişdəkindən çox yaxşı olmuşdur. Baxmayaraq ki, qeyd etdiyim iki cəhətdən keçmişdə ölkənin bəzi qadınlarının (onların əksəriyyəti yox) şəxsi vəziyyətləri bəlkə də pis deyildi və bəzi xüsusi qadınlar cəmiyyətin ümumi sərvətlərinin bir qədərindən bəhrələnirdirlər. Lakin qadın üçün şəxsi məsələ birinci dərəcəli məsələ deyil. Əgər biz qadın həyatının cəhətlərinə baxsaq, doğrudan da onun varlığının ən mühüm cəhətləri və heysiyyətləri mütləq şəxsi olan məsələlər deyil.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Qadınların hüququnun təmin edilməsi

Qadınlar üçün mədəni hüquqi fəaliyyətin məqsədi

Qadını ideal nöqtəyə çatdırmaq üçün mədəni və hüquqi fəaliyyətlərə ictimai və fərdi baxımdan iki növ məqsəd təsvir etmək olar:

Bir məqsəd budur ki, biz qadının təkamülə çatması üçün çalışaq, mübarizə aparaq, yazaq və deyək.Yəni cəmiyyətdə qadın əvvala özünün insani və həqiqi haqqına qovuşsun, ikincisi isə onun istedadları çikəklənsin, həqiqi və insani inkişafa nail olsun və nəhayət insan təkamülünə çatsın, qadın cəmiyyətdə kamil bir insan formasına düşsün; bəşəriyyətin və öz cəmiyyətinin inkişafına kömək edə bilən və öz imkanları çərçivəsində dünyanı gözəl cənnətə çevirə bilən bir insan kimi

səh:157

Başqa bir növ məqsəd də budur ki, biz danışmaqla, çalışmaqla və bəzən mübarizə aparmaqla qadın və kişi arasında bir növ düşmənçilik, ayrılıq və rəqabət vücuda gətirib, rəqabət əsasında bir dünya qurmaq istəyək. Sanki bəşər cəmiyyətində kişilər bir tərəfdə dururlar, qadınlar başqa bir tərəfdə. Bunlar bir-birinin nailiyyətləri üstündə çəkişirlər və qadın kişiyə qalib olmaq istəyir. Məqsəd budurmu?

Deməli, bu fəaliyyətin, bu hərəkətin, yaxud belə desək, bu hərəkatın məqsədi barəsində iki baxış təsəvvür etmək olar. Birinci baxış İslam baxışıdır. İkinci baxış isə dar düşüncə baxışıdır. Bu qərb ölkələrində göstərilən fəaliyyətlərdə biz ikinci məqsədin izlərini daha çox müşahidə edirik.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İslam üsulunu ciddi şəkildə və tam iradə ilə izləmək

Bizim özümüz İslamın əmrinə görə insan hüquqlarının tərəfdarıyıq. Çünki insan hüquqları İslamın prinsiplərindəndir. Lakin onların irəli sürdükləri məsələni bir hiylə və yalan bilirik. Bu onların qadın hüquqları tərəfdarlıqları, o da insan hüquqları tərəfdarlıqları. Dünyanın hegemonları, diktatorları, qarətçiləri, xalqların hüququna əhəmiyyətsiz yanaşanlar, zəif xalqların maraqlarını məhv edənlər və zəif ölkələrin torpaqlarını işğal edənlər bu gün insan və qadın hüquqlarının müdafiə bayrağını əllərində tutmuşlar. Bəllidir ki, müsəlman xalqlar bunlara diqqət göstərə bilməzlər. Mühüm olan budur ki, siz müsəlman qadınlar, xüsusən də gənc qadınlar, tələbə qızlar, elmi, ictimai və siyasi fəaliyyətlərlə məşğul olan xanımlar İslamın bu üsulunu ciddi və kamil şəkildə izləsinlər, onu buraxmasınlar. Müsəlman qadının islamçı və inqilabçı tərbiyəsi İslam Respublikasının fəxridir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qadını xar etməkdə Qərbin müttəhim olması

Mən natiqlərə və təbliğatçılara dəfələrlə demişəm ki, qadın məsələsi barəsində öz mövqeyini müdafiə etməli olan biz deyilik. Süquta uğramış Qərb mədəniyyəti özünü müdafiə etməlidir. Bizim, qadın üçün təqdim etdiyimiz məsələlər elədir ki, heç bir insaflı, düşüncəli insan onun qadın üçün yaxşı olmasını inkar edə bilməz. Biz qadını iffətə, ismətə, hicaba, kişilərlə qeyd-şərtsiz qarışmamağa, insan məqamını qorumağa, yad kişi ləzzət alsın deyə onun qarşısında bəzənməməyə dəvət edirik. Məgər bu pisdir? Bu, müsəlman qadınının ucalığıdır. Bu, qadının ucalığıdır. Qadını bəzənib küçə və bazardakı kişilərin baxışını cəlb etməyə və onların ehtiraslarını doyurmağa çağıranlar cavab verməlidirlər ki, nə üçün onu bu qədər aşağılayıb xar etdilər.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qərb və qadınların öz əmlakından istifadə haqqının qadağan olması

Keçmiş dövrlərdən bu günə qədər qadını bu qədər təhqirə məruz qoyan Qərb dünyası bizə borcludur. Siz baxın, Avropada və Qərb ölkələrində bir müddət öncəyə qədər qadınların müstəqil əmlak hüququ yox idi. Mən bir dəfə diqqətlə Qərbin statistikasını çıxardım və bir söhbətdə - deyəsən dörd-beş il bundan öncəki cümə namazında bəyan etdim. Misal üçün, irəli sürülən bütün iddialarla yanaşı, Qərbdə günbəgün daha artıq müşahidə olunan maraqlı və qəribə hicab açılımı ilə yanaşı, sonsuz və nəzarətsiz cinsi

səh:158

qarışmalarla (elə bilirlər ki, bu, qadına hörmət və dəyər bildirməkdir) yanaşı, eyni zamanda iyirminci əsrin əvvəllərinə qədər qərbli qadının özünə aid olan sərvətdən azad şəkildə istifadə etməyə haqqı olmamışdır, əri qarşısında özünün əmlakına malik olmamışdır. Yəni bir qadın ərə getdikdə onun sərvəti, əmlakı və mülkü ərinin ixtiyarına keçirdi, ondan istifadə etməyə haqqı çatmırdı. Nəhayət iyirminci əsrin əvvələrində tədricən qadınlara mülkiyyət hüququ, iş hüququ verildi. Yəni ən elementar insan hüquqlarından olan bu məsələ qadından əsirgənirdi. Amma İslamda diqqət göstərilən həqiqi dəyərlərin tam qarşı tərəfi üzərində daha çox təzyiq və təkid olunurdu. Bizim hicab barəsində bu qədər təkid göstərməyimizin səbəbi budur.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

İyirminci əsrin əvvəllərinə qədər Qərbdə mülkiyyət hüququnun olmaması

Bu əsrin əvvəllərinə, yəni iyirminci miladi əsrinin ikinci və üçüncü onilliklərinə qədər Qərb ölkələrində qadınların həqiqi mənada mülkiyyət hüququ yox idi. Yəni qadın ərə getdikdə, ərinin icazəsi olmadan öz sərvətindən istifadə edə bilməzdi. Bunu qadını müstəqil bilən İslamın hökmləri ilə müqayisə edin. Məgər ərin haqqı çatırmı qadınına desin ki, sən öz malınla bu işi gör, bu işi görmə?! İslamda ərə belə bir haqq verilməmişdir.

İmam Xomeyninin məqbərəsindəki çıxışdan; 4 iyun, 1997

İslam Cümhuriyyəti qəzeti

İslamda qadının mülkiyyət hüququ

Bu gün iddia edilir ki, Avropada qadın azaddır. Amma yarım əsr öncəyə qədər həmin Avropada qadına öz şəxsi malından istifadə etməyə icazə verilmirdi. İslamda qadın öz sərvətinin sahibidir; əri razı olsun, yaxud olmasın; atası razı olsun, yaxud olmasın. Fərqi yoxdur. O öz sərvətindən, malından və əmlakından istifadə edə bilər. Başqa bir kəsə aidiyyəti yoxdur. İslamın fikri budur.

Xuzistan vilayətinin müdirləri və icraçı məsulları ilə görüşdə çıxışdan; 11 mart, 1997

İslamda qadına kamil hüquq və şəxsiyyətin verilməsi

Biz qadın hüquqları sahəsində Qərb mədəniyyəti qarşısında nəinki xəcalət hissi keçirmirik, hətta ona qarşı tələbkar ruhumuz da var. Düşünürük ki, Qərb mədəniyyəti qadınlara çox zülm etmişdir. 1920-ci ildən sonra Qərb ölkələrində tədricən qadınlar ictimaiyyət və siyasət səhnəsinə daxil oldular. Halbuki İslam 14 əsr öncə qadına kamil hüquq və şəxsiyyət bəxş etmiş, kişi və qadın arasında heç bir fərq və imtiyaz tanımamışdır.

Qadın və qlobal İslam inqilabı beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Peyğəmbəri (s) və qadınların insani hüququ

İslam hökuməti dövründə Mədinədə bir qadın Peyğəmbəri görməyə gəldi. Səhabələr gördülər ki, əziz Peyğəmbər (s) bu qadına çox məhəbbət göstərdi, özünün, ailəsinin halını soruşdu, onunla səmimiyyətlə və məhəbbətlə davrandı. O qadın gedəndən sonra Peyğəmbər (s) səhabələrin təəccübünü aradan qaldırmaq üçün buyurdu ki, bu qadın Xədicənin vaxtında (Məkkədə qorxu, nəzarət və şiddət dövründə) bizim evimizə get-gəl edirdi. Yəqin ki hamının Peyğəmbərin (ə) tərəfdarlarını mühasirəyə saldığı və Peyğəmbərin əziz həyat yoldaşı həzrət Xədicənin yanına heç kimin gəlmədiyi zaman bu

səh:159

xanım Xədicə ilə get-gəl edirmiş. Rəvayətdə də göstərilmir ki, bu qadın müsəlman olmuşdur, yoxsa yox. Güman ki, bu qadın hələ müsəlman da olmamışdı. Amma keçmişdə belə bir xüsusiyyətə malik olduğundan, belə səmimiyyət və məhəbbət göstərdiyindən, əziz Peyğəmbər (s) illərcə sonra ona belə minnətdarlıq bildirmişdir.

Cümə namazı xütbəsindən; 20 oktyabr, 1989

Qadının həqiqi hüququna riayət etməkdə İslam quruluşunun mütərəqqi olması

İran İslam ölkəsi qadının və ailənin həqiqi hüququna riayət baxımından qərblilərdən mütərəqqidir. Qərb ölkələrində, xüsusən də Amerikada qadınlara qarşı edilən zülmləri və hörmətsizlikləri məzəmmət edir.

Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadın hüquqlarını müdafiədə qərblilərin və onların davamçılarının yanlış üsulu

Qərb dünyasında qadın barəsində düşünüb danışan şəxslər və onların buradakı bəzi təqlidçiləri təəssüf ki, yolu səhv getmişlər. Öz sözlərinə əsasən, onlar qadın hüquqlarını müdafiə etmək istəyirlər, lakin bu hüququ pis anlayırlar, İslamın baxışını pis yozurlar və bəzən cəhalət üzündən ən aydın İslam təfəkkürünü tənqid edirlər.

Qadının problem yaşadığı cəmiyyətlərdə (o cümlədən bizim öz cəmiyyətimizdə təəssüf ki, qadınlar ailədə problemlərlə üz-üzədirlər) qadın problemi necə deyərlər, qadın hüquqları tərəfdarlarının irəli sürdüyü işçilik, fəhləlik və qadın peşələri kimi məsələlərlə aradan qaldırılmayacaq. Qadın toplumunun ehtiyaclı olduğu məsələ bu gün İslam İranında bəzi qələm sahiblərinin və İslam əleyhinə olan qərb təfəkkürlərinin bəzi carçılarının söylədikləri deyil. Onlar tağut hökuməti dövründə bizim qadınlarımızı uçuruma çatdıran səhvləri təkrarlayırlar. Ölkə qadınlarının problemləri bu yollarla aradan qaldırılmayacaq.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

Qərbli qadını model seçməklə qadın hüquqlarının yanlış müdafiəsi

Təəssüf ki, mən bəzən dillə qadın hüquqlarını müdafiə edən şəxslərin heç zaman qadınların xeyrinə olmayan səhvlər tələsinə düşdüyünü görürəm. Yəni qərbli qadına baxıb, ondan örnək götürmək istəyirlər. Halbuki onun baxışı İslam baxışı ilə kökündən fərqlidir. İslam baxışı o baxışdan qat-qat uca və qadınlar üçün mənfəətlidir. Biz ondan öyrənməyə çalışmamalıyıq. Bəziləri də təsirlənirlər. Onlar qadına zülm olunduğunu deyəndə bunlar bizim ölkəmizin daxilində qadına zülm olunmadığını sübuta yetirmək üçün elə sözlər danışır, elə işlər görür və elə fikirlər bildirirlər ki, qadına zülmlə əsla əlaqəsi yoxdur. Mən eşitdim ki, bəzi yerlərdə qadınların idman sahəsində bəzi qanun pozuntuları mövcuddur. Bunlar qanun pozuntularıdır, amma qadına zülmlə doğrudan da əlaqəsi yoxdur.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

səh:160

Qadın hüquqlarını müdafiədə Qərb mədəniyyətinə təmayülü ortadan götürməyin zəruriliyi

Mən xahiş edirəm verilən şüarlarda o məsələləri irəli sürməyək. Qərb mədəniyyətinə təmayülü öz mübarizənizin səbəbi etməyin. Çünki əvvəla uğursuzdur. Ona görə ki, xalq qulaq asmayacaq, çoxları qəbul etməyəcəklər. Cəmiyyətdə bu sözü qəbul etməmələri mümkün olan fikir sahibləri və şəxsiyyətlər var. Onlar qarşıda dayanacaqlar. Onlar da qadınların hüquqlarını müdafiə etmək istəyirlər.

İkinci isə hamı əl-ələ verib, qədimdən tapdanmış bir haqqı bərpa etmək istiqamətində çalışmaq əvəzinə, bir-biri ilə mübarizə aparmağa başlayırlar. O yanlış axın da öz vəziyyətində axacaq və faydası olmayacaq.

Üçüncüsü isə budur ki, məsləhət deyil, Allah-Taala razı deyil. İnsan gərək Allahın razı olduğu işi görsün. Bu mübarizədə, bu hökumətdə və indi gördüyümüz işlərdə bizim məqsədimiz Allahın razılığıdır. Əgər Allah razı olmasa, onun heç bir şeyini istəmirik. İnsan Allahı özündən razı etməlidir. Biz dörd gün burada yaşayırıq, nəfəs alırıq. Sonra elə bir yerə çatırıq ki, orada yeganə olan, əvvəl və son olan Allahın razılığı insana fayda yetirir. İnsan gərək Allah-Taalanı razı edən iş görsün.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Feminist görüşlərdən uzaq durmaq

Qadın məsələlərini ortaya qoymaqda və onların cəmiyyətdəki problemlərini həll etməkdə hər növ feminist və cinsiyyət əleyhinə təmayüllərdən çəkinmək lazımdır.

Məclis üzvü olan qadınlarla görüşdə çıxışdan; 6 oktyabr, 2001

Keyhan qəzeti

İslam cəmiyyətində qadın hüquqlarının bərpasının lazımlığı

İslam cəmiyyətində və bizim cəmiyyətimizdə qadınların hüququnun bərpası istiqamətində mütləq hərəkət edilməlidir. Lakin İslam əsasında və İslam məqsədi ilə. Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətimizdə zülmə və məcbur edilən çatışmazlıqlara düçar olur. Bu çatışmazlıq özbaşınalıq mənasında olan azadlıq çatışmazlığı deyil. Bu çatışmazlıq elm, bilgi, tərbiyə, əxlaq, inkişaf və istedadların çiçəklənməsi üçün meydanların və fürsətlərin çatışmazlığıdır. Bunu təmin etmək və axtarmaq lazımdır. Bu, İslamın təkid göstərdiyi məsələdir.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların hüququnun bərpası üçün düzgün hərəkətin xüsusiyyətləri

Hər bir ictimai hərəkətdə, hərəkət o zaman düzgün olacaq, düzgün nəticələrlə sonuclanacaq ki, ağıla, düşüncəyə, düzgün seçimə, məsləhətə, düzgün və əqli təməllərə əsaslansın. Qadınların hüququnun bərpası məqsədi ilə görülən hər bir hərəkətdə eynilə bu məsələ nəzərə alınmalıdır. Yəni hər bir hərəkət ağıllı və varlığın həqiqətlərinə əsaslanan bir baxış əsasında olmalıdır. Yəni qadının təbiəti və fitrəti, kişinin təbiəti və fitrəti, qadına məxsus məsuliyyət və peşələr, kişiyə məxsus məsuliyyət və peşələr və bunların arasında müştərək olan peşələr gözlənilsin, təsirlənməkdən və təqlidçilik üzündən bir iş baş verməsin. Əgər bir hərəkət təsirlənməkdən, təqlidçilikdən, kor-koranə və gözübağlı qərardan irəli gəlsə, zərərli hərəkət olacaq.

səh:161

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadını əxlaqi, qanuni və məntiqi müdafiə

Diqqət yetirilməsi lazım olan başqa bir məqam qadını əxlaqi və qanuni müdafiədir; xüsusən də ailə daxilində. Qeyd olunduğu kimi qanuni müdafiə qanunları düzəltməklə və lazımi qanunlar qəbul etməklə, əxlaqi müdafiə isə bu məsələni ortaya atmaqla, bunu düzgün anlamayan, qadını evdə kişinin zülmü altında olan və mənəvi özünüislah imkanından uzaq bir xidmətçi kimi düşünən və belə də əməl edən şəxslərlə mübarizə aparmaqladır.

Bu düşüncəyə qarşı güclü və şiddətli şəkildə mübarizə aparılmalıdır; sözsüz ki, tamamilə məntiqli və əqli formada.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

Qadının cəmiyyətdə inkişafının düzgün hərəkəti

Hər bir ictimai hərəkətdə, hərəkət o zaman düzgün olacaq, düzgün nəticələrlə bitəcək ki, ağıla, düşüncəyə, düzgün seçimə, məsləhətə, düzgün və əqli təməllərə əsaslansın.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın əleyhinə tarixi zülmlə mübarizədə peşəkarlığın lazımlığı

Məqsədim bu idi ki, zaman boyunca cəhalətlər səbəbindən hər birinin özü üçün mövqeyi nəzərə alınmamışdır. Bu üzdən kişi qüdrətli və güclü olduğuna görə hegemonluq və zülm etmişdir. Qadın tarixi bir zülm görmüşdür. Diqqət yetirin ki, məsələ tarixi bir zülmlə mübarizə məsələsidir. Buna görə, əgər bu mübarizə tələsik, naşılıqla, bəsit şəkildə və nə etmək istədiyimizi bilmədən görülsə, şübhəsiz, mübarizəni və onun qələbəsini geriyə salacaq. Buna görə çox peşəkarlıqla, lakin daim işləmək lazımdır.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

İslamın qadına qarşı hörmətli, məsləhətli və ağıllı üsulu

İslamın və İran İslam Respublikası quruluşunun qadına qarşı üsulu hörmətli, məsləhətli, ağıllı və bəşəriyyətin xeyrinədir. Qərblilərin qadın barəsində icra etdikləri isə, qadının insani hüquqlarının ziddinədir.

Qərblilər ajiotaj yaratmaqla bizi öz haqq yolumuzu davam etdirməkdən saxlamaq istəyirlər. Amma İranın müsəlman, imanlı və inqilabçı qadınları İslam hökmlərinə və özlərinin dini vəzifələrinə əməl etməklə hegemonçu təbliğatçıların ağzından vuracaqlar.

Müsəlman qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

İslam Cümhuriyyəti qəzeti

Qadınlarla rəftarda qanunları islah etməyin əhəmiyyəti

İslamın qadınlar barəsindəki fikri açıq və aydındır. Qadını müdafiə etmək üçün mövzudan kənar sahələrə daxil olmaqdan çəkinmək lazımdır. Qanunlarda düzəlişlər etmək və yeni qanunlar qəbul etməklə xüsusən ailələr daxilində qadını əxlaqi və qanuni cəhətdən müdafiə etmək lazım və zəruridir. Qadını evdə kişinin zülmü altında olan və mənəvi

səh:162

özünüislah imkanından uzaq bir xidmətçi kimi düşünən şəxslərə qarşı güclü və şiddətli, eyni zamanda tamamilə məntiqli və əqli şəkildə mübarizə aparılmalıdır.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İran qəzeti

Ailədə qadına zülm edənlərə qarşı qanuni və əxlaqi tədbir

Cəmiyyət qadına zülm etməyi özlərinin haqqı bilən şəxslərə qarşı həm qanuni, həm əxlaqi cəhətdən sərt tədbir görməlidir. Qanun da gərək bu sahədə sərt cəzalar nəzərdə tutsun. Mən burada deyirəm. Qərb ölkələrində bütün bu şüarları vermələrinə baxmayaraq, hələ bunu təmin edə bilməmişlər. Yəni ailələr daxilində ərləri tərəfindən döyülən qadınlar, atalarının əli ilə yaralanan və döyülən qızlar çoxdur. Bu sahədə dəhşətli və üzücü statistikalar mövcuddur. Lakin orada başqa bir şey də var və o, insan öldürməkdir. Asanlıqla qan tökürlər, rahatlıqla öldürürlər. İlahi təlimlərdən heç bir bəhrə götürməyən cəmyyətlərdə insan öldürmək, təəssüf ki, İslam cəmiyyətindəki kimi qəbahətli sayılmır. Qadınları öldürmək Qərb ölkələrində, xüsusən də Amerikada yayılmış çox çirkin və nifrət oyadan bəlalardan biridir. Xoşbəxtilkdən bunlar bizim ölkəmizdə bu səviyyədə deyil. Bəzi istisnaları çıxmaq şərti ilə belə şeylər görünmür. Amma hər halda, qadına qarşı hər hansı bir zülm, hər hansı bir fiziki şiddət çox ağır tədbirlə qarşılaşmalıdır. Bu zaman bizim İslam cəmiyyətimiz bu sahədə İslamın istədiyi səviyyəyə çatacaq.

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qanunun sayəsində qadının ər evində təhlükəsizlik hiss etməsi

Əgər qadının ər evində təhlükəsizlik hiss etməsi üçün qanunlar və qərarlar qəbul etdirə bilsəniz, çox yaxşıdır. İnsan çox zəhmətlə, məhəbbət və şəfqətlə, ata və anaya eşqlə bir qız böyüdür. Gənclik yaşına çatır. Hələ ata və ana evində uşaqdır, uşaq sayılır. Sonra ər evinə gedir. Hər bir şeyi anlamaq, hər bir işi görmək və hər bir işi bacarmaq gözlənilən bir xanım kimi yüngül bir səhv baş verdikdə, sərt reaksiyaya məruz qalır. Bu baş verməməlidir. Elə edin ki, qadın ər evinə getdikdə – hansı yaşda olursa olsun – təhlükəsizlik hiss etsin, hiss etsin ki, təzyiq görməyə bilər. Diqqət yetirirsiniz? Əgər bunu təmin edə bilsəniz, mənim fikrimcə çox böyük addım atmısınız. Əgər təzyiq görsə, özünü müdafiə edə bilsin. Onun ixtiyarında qanuni imkanlar olsun. Öz haqqını müdafiə edə bilsin. Əgər bu olsa, mənim fikrimcə çox böyük iş görülmüşdür. Mənim ən böyük istəyim və ən çox nigarançılığım budur ki, bu təmin olunsun. Görürəm ki, bu indi təmin olunmur, hətta mömin ailələrdə, təqvalı ailələrdə də yoxdur, bugünkü ailələrdə də yoxdur. Bir doktor xanım bir neçə il bundan öncə burada bizə şikayət etmişdi ki, elə də savadı olmayan əri bu doktor xanıma hegemonluq edir. Bu xanım da özünü müdafiə edə bilmirdi. Belə nümunələr var. Təəssüf ki, indi belədir. Əgər bacarsanız, bunu qayda və qanunlarla düzəldin.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbin İran əleyhinə düşmən təbliğatına qarşı tədbir

Təbliğatın siyasi və qeyri-həqiqi olması

Bu gün İslam və inqilab düşmənlərinin İranda qadınların vəziyyətinə dair təbliğatı düşmən təbliğatı, hərtərəfli siyasi, qeyri-həqiqidir və İran İslam Respublikasına qarşı

səh:163

təzyiq xarakteri daşıyır. İndiki vəziyyətdə düşmənlərin təbliğatını zərərsizləşdirmək üçün İslam cəmiyyətinin qadınlarının vəzifəsi çox böyük və əhəmiyyətlidir.

Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qərbin mədəni hücumu

Hər bir xalqın kimliyi onun mədəniyyəti ilədir. Elmi üstünlük əldə edən qərblilər bütün dünyanı özününkü bilməyə çalışdılar. Bu yalnız mədəniyyətlə mümkündür. İndi sizin paltarınız haranındır? Kimin qalstuku, yaxud bantı olmasa, rəsmi məclisə buraxılmır. Bu, mədəniyyətin eksportudur. Məcburi mədəniyyət budur. Siz də onların yaşadığı kimi yaşamalısınız. Əgər qadın məsələsində sizin rəftarınız onlar kimi olmasa, sizə güclü hücum etməyə başlayırlar. Bunlar mədəni hücumun qlobal sahələridir.

İranın xaricdəki mədəni nümayəndələrilə görüşdə çıxışdan; 1 sentyabr, 1997

Keyhan qəzeti

Qərbin qadın barəsində mühakiməsi

Qadın məsələsi də belədir. İnqilabın əvvəlindən indiyə qədər 19 il ərzində İslam Respublikası quruluşunun və İslamın qadına baxışına qarşı ardıcıl olaraq mənasız sözlər danışırlar. İslam özünün qadınlara və qadınların cəmiyyətdəki roluna – fərdi roluna, ailə roluna, siyasi və ictimai roluna qarşı baxışına bütün iddiaçı xalqların əməl etməli olduğunu iddia edə bilər. Əgər bu sahədə Qərb ölkələri mühakimə stolu arxasında oturub cavab verməli olsalar, şübhəsiz, rüsvay olarlar.

İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışdan; 4 iyun, 1997

İslam Cümhuriyyəti qəzeti

Fəsad və çılpaqlığın qarşısını almaq – İranın qadına qarşı çıxdığını göstərmək üçün bir bəhanə

Bu bir neçə ildə İslam İranının qadına qarşı çıxmasını göstərmək istəyən hegemonçu və sionist təbliğatın bundan başqa bəhanələri olmayıb. Deyirlər ki, bugünkü İranda Qərbin muzdur rejiminin əli ilə düzəldilmiş məcburi fəsad dayandırılmış, çılpaqlıq, qadın və kişinin qeyri-sağlam qarışması ənənəsi ləğv edilmişdir.

“İmam Xomeyninin baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989

İranın qadın hüquqlarını pozmaqda ittiham edilməsinin səbəbi

Qadın hüquqlarının pozulması iddiası, hicabı və şəriət hüdudlarını qorumaqla ölkənin ən yüksək fəaliyyətlərində iştirak edən iranlı qadının uca məqamını bəyənməyən şəxslərin atdığı böhtandır. Onlar qadın və kişi münasibətlərinə hakim olan pozğunluğu və Qərb cəmiyyətlərində qadından namərdcəsinə istifadəni qadının ictimai həyatında ideal proqram sayırlar.

Hacılara müraciətdən; 29 may, 1993

İslam Cümhuriyyəti qəzeti

səh:164

Müsəlman qadının şəxsiyyəti, izzəti və Qərbdən təsirlənənlərin ajiotajı

Tehran vilayətinin şəhid sərdarlarının ailələri ilə görüşdə çıxışdan; 7 may, 1997

İslam Cümhuriyyəti qəzeti

İslamın qadın barəsindəki fikirlərinin Qərbdə tanınmaz qalması

İslam mədəniyyəti və İslam baxımından qadının məqamı Qərb dünyası üçün tanınmaz qalmışdır. İslam mədəniyyəti bütün sahələrdə, xüsusən də qadının məqamı sahəsində Qərbin tənəzzülə uğramış mədəniyyətinin təsirindən dünya və dünya qadınları üçün tanınmaz qalmışdır. Qərb dünyası düzgün şəkildə xəbərdar deyil və bu, insanlar əleyhinə təxribat aparan beynəlxalq təxribatçı qurumların işidir. Onlar qadın həyatının həqiqi məfhumunu və İslamın qadın barəsindəki nəzərini söyləmirlər.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadın məsələləri barəsində televiziya və radionun vəzifəsi

Qadının məqamının və ailədəki rolunun izah olunması

Radio və televiziyada qadın məsələsi barəsində elə işlər görülməlidir ki, onun ailə məqamı cəmiyyətdə düzgün şəkildə izah olunsun.

Televiziya və radio işçilərilə görüşdə çıxışdan; 1 avqust, 1996

Keyhan qəzeti

Qadın və kişi münasibətlərində İslamın baxışının izah olunması

Burada televiziya və radionun İslam mədəniyyətinin bütün sahərlərdəki, xüsusən də qadın və kişi münasibətlərinin və qadının ictimaiyyətdə rolu barəsindəki gözəlliklərini göstərməkdə olan vəzifəsi aşkarlanır. Televiziya və radionun çox məsuliyyəti var. Radio və televiziya bir əyləncə maşını deyil, öyrədən bir təşkilatdır.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

səh:165

Proqramlarda qadınları alçaldan rollardan çəkinmək

Radio və televiziyanın keçmiş proqramlarında qadın məsələsi barəsində də iki əsaslı eyib mövcud idi: biri bu idi ki, hicabın dəyəri itmişdi, bundan daha böyük olan o idi ki, qadına alçaldıcı rollar verilirdi. Birinci eyibdə bir dəyər sual altına düşür və tapdanır. O, hicab dəyəridir. Amma ikinci eyibdə bəzən qadın üçün nəzərdə tutulan bütün bəşəri dəyərlər sual altına düşür. Aşiqanə bir dastan nəql olunur. Bu dastanda qadın hər halda, sionistlərin və imperialistlərin bəyəndiyi rola malik olur və çox zaman yaxşı bir ana, yaxşı bir həyat yoldaşı və işgüzar bir insan surətində təqdim olunmur. Bu iki eyib aradan qaldırılmalıdır.

Radio və televiziyanın siyasətlərini təyin edən şuranın üzvləri ilə görüşdə çıxışdan; 5 mart, 1991

Qadının dəyər rolunu və şəxsiyyətini göstərmək

Biz gərək qadını həm hicablı göstərək, həm də İslamın və inqilabın onun üçün nəzərdə tutduğu dəyərlərlə - yəni nəcibliklə və qadın iffəti ilə. Ən mühüm məsələ qadının iffət gövhəri, ailənin əsas elementi və əsas sütunu olması, cəmiyyətin fəaliyyətlərinin əsas üzvü və əsas sütünu olması, cəmiyyətin və kişilərin inkişafında qadının təsiri, bizim keçmiş hadisələrimizdə, o cümlədən inqilabda, müharibədə və digər hadisələrdə qadının təsiridir.

Radio və televiziyanın siyasətlərini təyin edən şuranın üzvləri ilə görüşdə çıxışdan; 5 mart, 1991

Qadın təşkilatlarının və orqanlarının təşkil edilməsi

Qadınların İslam təşkilatlarının yaradılması

Birinci növbədə əsl İslam mədəniyyəti yayılmalıdır. Bu zaman təbii formada qadınlar da bu nemətdən bəhrənəcəklər. Sonrakı mərhələ isə qadınlara məxsus təşkilatların yaradılmasıdır. Mənim məlumatım qədərincə, qadınlara məxsus olan çox düzgün və sanballı bir təşkilat yoxdur. İndi mövcud olanların bu məqsəd üçün yetərli olduğunu düşünmürəm. Buna görə bacılara təklif edirəm ki, qadınların İslam təşkilatlarını yaratmağa çalışsınlar və bununla qadın hüquqlarının, məsələlərinin və problemlərinin müxtəlif cəhətlərini araşdıra bilsinlər.

“Qadın günü” jurnalının xüsusi buraxılışı ilə müsahibədən; 25 aprel, 1981

İslam Cümhuriyyəti qəzeti

Çıxış yolları tapmaq üçün işçi qrupları təşkil etmək

Mən düşünürəm ki, Qadınlar cəmiyyəti əgər ciddi surətdə özünə aid olan məsələlərlə məşğul olmaq istəyirsə, qadınlara yaxşı gələcək və hidayət hazırlamaq üçün işçi qrupları, yəni müəyyən sahələrdə xüsusi nəzərləri bəlli edən və çıxış yollarını təqdim edən qruplar təşkil etsin.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1985

Qadınların işi ilə məşğul olmaq üçün özəl təşkilat

İnqilab səddi sındırdı, qadınlar üçün yeni yol açdı. Onlar inqilabın işlərində güclü və geniş fəaliyyət göstərə bildilər. Baş verən əzəmətli nümayişlər, toplantılar və seçkilərdə iştirak bu yeni yolun başlanğıcı idi. Lakin bu, şübhəsiz ki, keçmişdəki uzun dövrün geriliklərini düzəldə bilməzdi və bilmir. Əgər biz iranlı qadının İslamın nəzərdə tutduğu

səh:166

məqamda olmasını istəyiriksə, qadın məsələləri sahəsində çox işlər görməliyik. Bunun xüsusi bir təşkilat lazımdır, bunu bir nazirliyə, yaxud müştərək bir quruma tapşırmaq olmaz.

Günün qadını jurnalına müsahibədən; 4 mart, 1988

Qadınların mədəni-ictimai şurasının vəzifələri

Mənim demək istədiyim budur ki, bizim cəmiyyətimizdə qadının vəziyyətində görünən hər bir nöqsanın çarəsi vardır. Çünki İslam dini qadına kamil və kompleks baxışa malikdir. Çarə yollarını tapmaq lazımdır. Qadınların mədəni-ictimai şurası təşkil olunanda məhz bu məsələlər nəzərə alınmışdı. O cəmdə cənab Əhmədi və digər qardaşlar da iştirak edirdilər. Biz bu gün baxmalıyıq ki, İslamın qadın üçün istədiyi yolda hərəkət etməkdən ötrü qadınların hansı qanuni vasitələrə ehtiyacı var, hansı sahələrdə düşüncələr və təfəkkürlər lazımdır, hansı yollar göstərilməlidir, hansı idarələr yaradılmalıdır. Onlar üçün bunları hazırlamalı və təşkil etməliyik. Əlbəttə, bu işləri, bu mənəvi himayələri (məqsədim maddi himayələr deyil, maddi himayələrdə hamı şərikdir) təşkil və idarə etmək üçün bir mərkəz olmalıdır. Bu mərkəz siz qadınların üzvü olduğunuz Qadınların mədəni-ictimai şurasıdır.

Siz bu məsələ üzərində düşünməlisiniz. Məclislə və hökumətlə də əlaqəniz var. Bundan əlavə, Mədəni İnqilab Ali Şurasının qərarlarının icra olunması qanunla vacib edilmişdir. Bu şuranın təşkil olunduğu ilk dövrlərdə həzrət İmam açıq buyurdu ki, bu iclasın qərarları mütləq icra olunmalıdır. Ümumiyyətlə siz qadınların təşkil etdiyi bu toplum o mərkəzə bağlıdır. Ciddi düşünməli və qadınların probleminin nə olduğunu bilməlisiniz. Əlbəttə, məqsəd bu kiçik və ümumi problemlər deyil. Sığorta problemi və digər məsələlər müxtəlif şöbələrdə həll olunmalıdır. Bunlar xüsusi toplumun araşdırmalı olduğu məsələlər deyil.

Siz baxmalısınız ki, qadın olduğuna görə qadının hansı vəzifələri var və bu vəzifələri icra etmək üçün hansı yönəltmələrə ehtiyaclıdır. Öz ictimai və insani hüquqlarından faydalanmaları üçün qadınlara hansı tövsiyələr olunmalıdır və hansı qanunlar lazımdır, işlərin bir hissəsini öhdəsinə götürmək üçün hansı komitələr yaranmalıdır. Siz bunları araşdırın, sonra müxtəlif qurumlara, misal üçün, məclisə, yaxud Mədəni İnqilab Ali Şurasına tövsiyə edin ki, qanun qəbul etsinlər və bu işlər görülsün.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Qadınların ucalığı üçün dua

Ümidvarıq ki, Allah-Taala ölkə məmurlarına, qanunvericilərə, qadın məsələləri barədə proqram hazırlayanlara, qadın məsələsi sahəsində fəaliyyət göstərən şəxslərə kömək etsin! Yanlış olan əcnəbi və məcburi üsullara yönəlmədən və meyl göstərmədən düzgün İslam yolunu tapa bilmələri üçün onlara uğur bəxş etsin! İnşallah o yolda hərəkət etsinlər! Bizim ölkəmizin qadınları İslamın onlar üçün istədiyi vəziyyətə və səviyyəyə, maddi və mənəvi xoşbəxtliyə, dünya və axirət xoşbəxtliyinə şamil olan vəziyyətə çatsınlar!

İlahi! Səni Fatimeyi-Zəhraya (s), Zeynəbi-Kübraya (ə), Fatimə və Zeynəbin ruh bəxş edən məktəbinə and veririk, bizim ölkəmizin qadınlarını onların uca İslam məqsədlərinə nail et!

İlahi! Qadınların inkişaf və ucalığının maneələrini aradan qaldır!

İlahi! Bizim hamımızı həzrət Bəqiyyətullah Əzəmin (ə) xeyir-dualarına şamil et!

Ümidvarıq Allah-Taala sizin hamınıza uğur versin və salamat etsin!

Kövsər təvəllüdü bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

səh:167

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109