CƏMİYYƏTDƏ KİŞİ-QADIN MÜNASİBƏTLƏRİNİN ŞƏRİ HÖKMLƏRİ

KİTAB HAQQINDA

Kitabın adı:Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri

Müəllif:Seyyid Məhəmməd Məsud Məsumi

Naşir:Fəcri Quran

Çap tarixi:2005

Səhifələrin sayı:164

Çap növbəsi:Birinci

Tirajı:5000

səh:1

ÖN SÖZ

səh:2

Bismillahir-Rəhmanir-Rəhim!

Əlinizdəki bu kitab şəri hökmlər məcmuəsinə tam başqa bir cəhətdən nəzər yetirir və İslamda qadın və kişi əlaqələrinin hökmünü bəyan edir. Yeni qarşıya çıxan məsələlərə nəzər yetirməklə bu məcmuənin yazılması zəruri nəzərə çarpır. Bunlar gündəlik və ən çox qarşıya çıxan məsələlər olduğuna və təəssüflə indiyə qədər tənzim olunmuş şəkildə bir yerə yığılmadığına görə qərara aldıq ki, bu hökmlərin hamısını kamil şəkildə bir yerə yığmaqla İslam cəmiyyətində dini göstərişlərin icrası yolunda təsirli tədbirlər görmüş olaq. Əlbəttə, etiraf etməliyik ki, bu məsələlər kitabların müxtəlif bölmələrində pərakəndə vəziyyətdə mövcud idi, bununla belə, mövcud olan miqdar qarşıya çıxan yeni suallara cavab verməməkdən əlavə, üstəlik həmin miqdarın əldə edilməsi ümumxalq camaat üçün çox çətin nəzərə çarpır.

DİQQƏTLİ OL!

* İrəli çəkilən fətvalar həzrət Ayətullah İmam Xomeyni cənablarının fiqhi nəzərləri əsasında tənzim olunmuşrur.

* Bu məcmuənin əsl mətni İmam Xomeyni (rəhmətullahi əleyh)-in fətvası əsasında tənzim olunmuş və nəzər ixtilafı qarşıya çıxdıqda, digər mərcəi-təqlidlərin fətvaları məsələnin nömrəsini və mənbəyini qeyd etməklə aşağıda yazılmışdır. Nəzər ixtilafı olmayan hallarda yalnız digər mərcəi-təqlidlərin kitablarındakı məsələnin nömrəsi verilməklə kifayətlənmişdir.

* Hər bir məsələdə dəyərli mərcəi-təqlidlərin nəzərləri asan şəkildə bəyan edilmişdir. Belə ki, ehtiyat-vacib[1] hallarında digər mərcəi-təqlidlərin həmin məsələ barəsindəki fətvasına müraciət etmək və onların arasında ələm olanın fətvasını seçmək olar.

* Bu məcmuədə çalışmışıq ki, hər bir məsələ üçün əziz mərcəi-təqlidlərin nəşr olunmuş fiqhi risalələrinin hamısına istinad olunsun, amma qeyd olunan məsələlərin tamamilə düzgünlüyünə xatircəm olmaq üçün hər bir müctehidin[2]

səh:3

dəftərxanasında istiftaat[3] bölməsindəki şuradan üç nəfərin tərəfindən imza da alınmışdır.

* Müctehidlərin nəzərlərini daha asan əldə etmək məqsədilə onların fətva, yaxud məsələ şəklində irəli sürdükləri məsələlərdən bəzilərini sual-cavab şəklində bəyan etmişik. Həmçinin mümkündür ki, bir istifta onun bütün yönlərinə nəzər yetirməklə, xüsusi bir məsələ şəklində də irəli çəkilmiş olsun.

* Bu məcmuədə nəticədə ünvanı ilə irəli çəkilənlər məsələnin təfərrüatıdır ki, hər bir məsələnin ardınca gəlir və onların hər birinin səhih olması da, yuxarıda qeyd edildiyi kimi, mərcəi-təqlidlərin dəftərxanasında istifta şurasında üç nəfərin təsdiqi ilə imzalanmışdır.

Seyyid Məhəmməd Məsud Məsumi, 15 Şəban, 1414-cü il.

səh:4

BAXMAĞIN HÖKMLƏRİ

KİŞİNİN BAXMAĞI

KİŞİNİN KİŞİYƏ BAXMASININ HÖKMLƏRİ

Məsələ 1: Kişilər başqa kişilərin övrəteyni istisna olmaqla, bir-birlərinin bütün bədənlərinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.

İmam, Fazil və Məkarim: Ürvənin Nikah bölməsi, məsələ: 28, yenə orada, 1-ci cild, səfr və satir bölməsi, səh.549.

İmam: Təhrir, Nikah, məsələ: 16, Tovzihul-məsail, məsələ: 2438.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1940.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2445 və 2447.

Xamenei: İstifta.

Sistani: Minhacus-salehin, nikah, məsələ: 12; Tovzihul-məsail, məsələ: 2447.

Fazil: Tovzihul-məsail, məsələ: 2080.

Məkarim: Tovzihul-məsail, məsələ: 285.

* NƏTİCƏDƏ: Kişinin başqa bir kişinin hər bir yerinə, hətta üzünə, əllərinə ləzzət və reybə qəsdilə baxması haramdır.

Həmçinin kişilər başqa kişilərin övrəteyninə baxa bilməzlər, istər ləzzət və reybə qəsdilə olsun, istərsə də olmasın.

Diqqət!

Əgər bir insan fəsada düşəcəyindən qorxursa ona reybə deyilir.

Məsələ 2: Əgər bir kişi başqa bir kişinin bədəninə baxacağı surətdə, günaha düşəcəyindən qorxursa, onun bədəninə baxa bilməz.

İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələri.

Məsələ (Sual) 3: Övrəteyn dedikdə məqsəd nədir?

səh:5

Cavab: Kişilərdə qubula (idrarın xaric olduğu məcra və xayalara) və dubura, qadınlarda isə qubul (fərcin hamısı) və dubura (ğaitin xaric olduğu yer) deyilir.

İmam, Fazil, Məkarim: Ürvə, sətr və satir, səh.550.

İmam: Təhrir, nikah, məsələ: 16.

Bəhcət və Xamenei: İstifta.

Təbrizi: Siratun-nəcat, 1488-ci sualdan istifadə etməklə.

Sistani: Minhacus-salehin, nikah, məsələ: 12; Əhkamul-xəlvət, 55-ci məsələdən əvvəli.

* NƏTİCƏDƏ:

İnsanın arxasında olan əzələ yerləri (yanı) övrəteyndən sayılmır və ona baxmağın işkalı yoxdur, baxmayaraq ki, ehtiyat-müstəhəb onu tərk etməkdir.

Məsələ (Sual) 4: Baseynlərdə (hovuzlarda), hamamlarda, dəniz sahillərində kişilər plavka (şort) geyinirlər ki, bədənlərinin dərisi görünməsə də, övrəteynin həcmi tamamilə aşkar olur, kişilərin onlara baxması caizdirmi?

Cavab: Örtüyə malik olmaq dedikdə məqsəd, bədənin dərisinin görünməməsidir. Əgər bunun ardınca bir fəsad gəlməzsə, ona baxmağın işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta

Bəhcət: Əgər fitnə-fəsada məruz qalarsa, caiz deyildir: İstifta.

Məkarim: Əgər həcmi tamamilə görünərsə, ona baxmaq işkallıdır. İstifta.

Məsələ 5: Atalar həddi-büluğa çatmış oğlanlarının övrəteyninə baxa bilməzlər. (İstər hamamda, istərsə də başqa yerlərdə.) Ehtiyat-vacibə görə hətta həddi-büluğdan qabaq da (müməyyiz olan zamanlarda) onların övrətinə baxmamalıdırlar.

İmam, Xamenei, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 28-dən istifadə etməklə. 1-ci cild, sətr və satir, səh.549.

İmam: Təhrir, nikah, məsələ: 16; Tovzihul-məsail, məsələ: 2436.

Bəhcət və Təbrizi: Müməyyiz oğlan uşağının övrətinə baxmaq haramdır. İstifta.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1938.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2445.

səh:6

Sistani: Minhacus-salehin, təharət kitabı, 55-ci məsələdən əvvəl, Nikah, 12 və 20-ci məsələlərdən istifadə etməklə.

Fazil: Tovzihul-məsail, 2506-2508-məsələlərdən istifadə etməklə.

Məkarim: Tovzihul-məsail, məsələ: 2083.

Məsələ 6: Zərurət halı istisna olmaqla, həkimlərin başqa kişilərin övrəteyninə baxması haramdır.

İmam, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, 2445 və 2451-ci məsələlərdən istifadə etməklə.

Məkarim: Tovzihul-məsail, 2085-ci məsələdən istifadə etməklə.

Bəhcət: Əgər kişi həkimlərinin başqa kişinin övrəteyninə müalicə etmək məqsədilə baxmasının işkalı yoxdur. Tovzihul-məsail, 1938, 1942 və İstiftadan istifadə etməklə.

* NƏTİCƏDƏ:

Öz həyat yoldaşlarının hamiləliyinin qarşısını almaq məqsədilə kişilərin özlərinin spermatozoidi nəql etdirən kanallarını bağlamaq üçün həkimin yanına getmələri icazəli deyildir. Amma, məninin xaric olma kanallarını bağlamaq insanın daimi olaraq sonsuz olmasına səbəb olmazsa, eybi yoxdur, lakin bu əməl başqasının onun övrəteyninə baxmasını gərəkli etdiyindən, həmçinin başqasının onun övrəteyninə əl vurmasına, toxunmasına səbəb olduğundan bu iş haramdır. Əgər həkimin onun övrətinə baxmasını və toxunmasını lazım tutacaq bir əməl ilə yanaşı olmazsa, eybi yoxdur., yaxud əgər onun həyat yoldaşı həkim olsa, bu yolla hamiləliyin qarşısını ala bilər.

KİŞİNİN MƏHRƏM QADINLARA BAXMASI

Məsələ 7: Kişilər öz məhrəm qadınlarının övrə­teyn­dən başqa bədəninin hər bir yerinə baxa bilərlər, bu şərt­lə ki, bu baxış ləzzət alma məqsədilə olmasın. Həm­çinin onların günaha düşmə qorxusu da olmasın. (Həyat yol­daşı bu hökmdən istisna olunur.)

İmam, Fazil: Ürvə, nikah, məsələ: 32, sətr və satir, 1-ci cild, səh.549.

İmam: Təhrir nikah, məsələ, 17; Tovzihul-məsail, məsələ: 2347.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1939.

Xamenei: İstifta.

Sistani: Minhacus-salehin, nikah, məsələ: 13; Tovzihul-məsail, məsələ: 2446.

səh:7

Fazil: Tovzihul-məsail, məsələ: 2505.

Təbrizi və Məkarim: İstifta.

Təbrizi: Kişilərin öz məhrəmlərinə cinsi ləzzətlə yanaşı olan baxışları caiz deyildir və ehtiyat-vacib budur ki, göbəkdən dizə qədər hissələrə baxmaq tərk olunsun, hətta ləzzət alma qəsdi olmasa belə. İstifta

Məkarim: Kişilər öz məhrəmlərinin adətən bir-birindən örtmədikləri miqdara baxa bilərlər, məsələn, baş, boyun, sinənin bir miqdarı, əl və ayağın bir miqdarı. İstifta.

* NƏTİCƏDƏ:

Kişilər öz məhrəmlərindən qızlarının, analarının, bacılarının və başqa məhrəmlərinin övrəteyninə baxa bilməz, hətta ləzzət və reybə qəsdi olmasa belə.

Həmçinin, ehtiyat-vacibə görə həddi-büluğa çatmamış, amma müməyyiz olan uşağın övrəteyninə baxmaq caiz deyildir.

Bəhcət: Həddi-büluğa çatmamış, amma müməyyiz olan uşağın övrəteyninə baxmaq haramdır. Tovzihul-məsail, 1938 və 1943-cü məsələlərdən istifadə etməklə.

Məsələ 8: Ehtiyat-müstəhəb kişilərin öz məhrəm qadınlarına dizdən göbəyə qədər olan hissəyə baxışının tərk olunmasıdır.

İmam, Fazil: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Bəhcət, Təbrizi, Sistani və Məkarim: Bir-birinə məhrəm olan qadın və kişi əgər ləzzət qəsdi olmazsa, övrətdən başqa bir-birinin bədənlərinin hər yerinə baxa bilərlər.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1939.

Sistani: İstifta.

Təbrizi: Əvvəlki məsələdə də deyildiyi kimi bu, ehtiyat-vacib yönlüdür və ona riayət etmək lazımdır (zəruridir).

səh:8

KİŞİNİN NAMƏHRƏM QADINLARA BAXMASI

Naməhrəm qadınlar ya müsəlmandır, ya da qeyri-müsəlman. Müsəlman olduqları halda, ya öz hicablarına tamamilə riayət edirlər, yaxud da etmirlər.

a) Öz hicabına tamamilə riayət edən müsəlman qadın.

Məsələ 9: Əgər müsəlman bir qadın öz hicabına tamamilə riayət edərsə, onun əlinə və üzünə baxmaq kişi üçün aşağıdakı şərtlərlə işkalsızdır:

1-Əli və üzü zinətləndirilməmiş olsun.

2-Baxış ləzzət və reybə qəsdi ilə olmasın.

İmam: Ürvə, nikah, məsələ: 31; Təhrir, nikah, məsələ: 18; İstifta və Tovzihul-məsail, məsələ: 2433.

Xamenei və Fazil: İstifta

Bəhcət, Təbrizi, Sistani və Məkarim:

Bəhcət: Baxmayaraq ki, bunu tərk etməkdə ehtiyata əməl etmək yaxşıdır (ehtiyat-müstəhəbdir). İstifta.

Təbrizi: Əllərdə və üzdə olan zinət əgər adi üzük qəbilindən və üzün islah olunması, eləcə də qoca qadınların zinətində adi olan sürmə qəbilindən olsa, onu örtmək qadın üçün vacib deyil, kişinin də ona baxması, əgər ləzzət məqsədilə olmazsa, eybi yoxdur. İstifta.

Sistani: Ümumi halda, əgər naməhrəm qadın öz hicabına riayət edərsə, yaxud əgər riayət etməsə də, onu hicaba əmr etdikləri təqdirdə riayət edərsə, onun əlinə və üzünə baxmaq ləzzət və reybə olmadan işkalsızdır. Baxmayaraq ki, ehtiyat-müstəhəbbə görə, daha yaxşı olar ki, onun əlinə və üzünə baxmaqdan çəkinilsin.

Minhacus-salehin, nikah, məsələ: 14 və 26; Tovzihul-məsail, 2442-2443-cü məsələlər.

Məkarim: Yüngülvari zinətlərin eybi yoxdur. İstifta.

* NƏTİCƏDƏ:

Kişilər öz hicablarına kamil şəkildə riayət etməyən qadınların üzünə və əllərinə baxa bilməzlər, misal üçün, bir

səh:9

qadının saçları azacıq miqdarda görünsə, yaxud qolu bir qədər qısa olan paltar geymiş olsa, yaxud biləyi örtülməmiş olsa.

Məsələ 10: Əlində üzüyü, yaxud bilərziyi olan naməh­rəm qadının əlinə baxmaq, yaxud öz dırnaqlarını uzadan, yaxud onu laklayan, yaxud hər hansı bir halda zinət­ləndirmiş olan qadının əlinə baxmaq haramdır, istər naməhrəm qadın kişinin yaxın adamlarından olsun, yaxud da yad adamlardan.

İmam, Bəhcət, Fazil: Əvvəlki məsələnin mənbələrindən və İstiftadan da istifadə etməklə.

Təbrizi, Xamenei, Sistani və Məkarim:

Təbrizi: Əgər naməhrəm qadın əlinə adi camaat arasında olan üzüklərdən taxmış olsa, onun əlinə baxmağın eybi yoxdur. Lakin sair hallarda əgər əldə zinət olsa, ona baxmaq caiz deyildir. İstifta.

Xamenei: Gözün tutmadığı və zinətlənmə hesab edilmədiyi yerlərə baxmağın işkalı yoxdur. İstifta.

Sistani: Üzüyə və bilərziyə baxmağın işkalı yoxdur, lakin əgər digər zinətlər olsa, baxmaq caiz deyildir. İstifta.

Məkarim: Əgər zinət və bəzənmə yüngülvari olsa və ləzzət qəsdi də olmasa, işkalı yoxdur. İstifta.

Diqqət:

Mallarının alıcısı əksər hallarda qadınlar olan satıcılar, misal üçün zərgərlər, qadın paltarları satanlar, zinət əşyaları, kosmetika maddələri və əşyaları satanlar və s. əsas etibarı ilə bu günahla qarşılaşırlarsa və başqalarına nisbətən daha artıq şəri qayda-qanunlara riayət etməlidirlər.

Məsələ 11: Naməhrəm qadın hər məqsədlə özünə zinət vermiş olsa, ona baxmaq caiz deyildir, hətta əgər üzük, bilərzik, boyunbağı və sair kimi şeyləri yoxlamaq üçün olsa da belə.

İmam, Bəhcət, Xamenei, Fazil: İstifta

Təbrizi, Sistani və Məkarim:

Təbrizi: Üzdə və əllərdə olan zinət əgər adi üzük qəbilindən, üzdə olan zinət də üzün islah olunması və sürmə də hətta qoca qadınlar arasında adət olan sürmə qəbilindən olarsa, onlara baxmaq ləzzət qəsdi olmadan işkalsızdır, lakin zinətin digər

səh:10

hallarında, o cümlədən, bilərzik və sair kimi şeylərdə naməhrəmdən örtülməlidir, naməhrəm də ona baxa bilməz. İstifta.

Sistani: Üzdə və əllərdə olan zinət əgər adi camaat arasında olan üzük, yaxud bilərzik qəbilindən olarsa, üzün islah olunması şəklində olarsa, sürmə də qoca qadınlar arasında adət olan sürmələrdən olarsa, ona ləzzət qəsdi olmadan baxmaq işkalsızdır, lakin digər hallarda naməhrəmdən örtülməlidir, naməhrəm də ona baxa bilməz. İstifta.

Məkarim: Əgər zinət və bəzək yüngülvari olsa və ləzzət məqsədi də güdülməzsə, eybi yoxdur. İstifta

Məsələ (Sual) 12: Müalicə məqamında kişi əlini naməhrəm qadının bədəninə vura bilərmi?

Cavab:

Fazil: Əgər kişi naməhrəm qadını müalicə etmək üçün baxmağa, yaxud əlini onun bədəninə vurmağa məcbur olsa eybi yoxdur. Amma əgər baxmaqla, nəzər salmaqla müa­li­cə edə bilərsə əlini vurmamalı; əl vurmaqla müalicə edə bilərsə, baxmamalıdır. Tovzihul-məsail, məsələ 2507.

Məsələ (Sual) 13: Kifayət qədər hicaba riayət etməyən na­məhrəm müsəlman qadınların əlinə, yaxud ayağına, ya­xud ayağının üstünə, yaxud ayağının dabanına, yaxud ayağının sağ hissəsinə baxmaq reybə və ləzzət qəsdi olma­dan caizdirmi?

Cavab: Xeyr, caiz deyildir. Ümumi halda kişilər naməhrəm qadının bədəninin əl və üzdən başqa heç bir yerinə baxa bilməzlər.

İmam, Xamenei: İstifta

Bəhcət: Tovzihul-məsail, 1931-ci məsələdən istifadə etməklə.

Fazil: Tovzihul-məsailin 2501-ci məsələsindən istifadə etməklə.

Təbrizi, Sistani və Məkarim:

Təbrizi: İki ayağa baxmaq (ayağın altı, üstü çıxın­tıya qədər) ehtiyata görə caiz deyildir. İstifta.

Sistani: Qadın, öz hicabını riayət edən şəxslərdən olsa, yaxud onu hicaba əmr etdikləri halda, ona etina edirsə, qeyd olunan yerlərə baxmaq caiz deyil, əks halda isə işkalı yoxdur.

səh:11

Minhacus-salehin, nikah, 14 və 26-cı məsələ­lərdən istifadə etməklə; Tovzihul-məsail, 2442 və 2443-cü məsələlər.

Məkarim: Yaxşı olar ki, buna baxılmasın (ehtiyat-müstəhəb). İstifta.

Məsələ 14: Əgər kişi naməhrəm qadına baxacağı surətdə günaha düşəcəyindən qorxursa, gərək ona baxmasın.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 31.

Xamenei: İstifta

Sistani: Minhacus-salehin, nikah, 14 və 26-cı məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2442-2443.

Bəhcət: Baxmaqdan çəkinsin. İstifta.

Məsələ 15: Naməhrəm şəxsə baxmaq ləzzət və şəhvət məqsədilə haramdır, hətta əllərə və üzə, yaxud bədəninin həcminə olsa da belə.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 31.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1931.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2442.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, 2442-2443-cü məsələlərdən istifadə etməklə; Minhacus-salehin, nikah, məsələ: 14.

Fazil: Tovzihul-məsail, məsələ: 2501.

səh:12

ÜMUMİ BİR QANUN

Məsələ 16: Hər şeyə, yaxud hər bir şəxsə ləzzət qəsdilə baxmaq, yaxud fəsada düşmək qorxusu olduğu zaman baxmaq haramdır (həyat yoldaşı istisna olmaqla). Hətta məhrəm şəxsə baxış da olsa belə. İstər qadına baxış olsun, istərsə də kişiyə, istər heyvana olsun, istər cansızlara, istər şəkilə olsun, istərsə də kinoya, istər heykələ olsun, istərsə də başqa bir şeyə. Hətta insanın güzgüdə öz bədəninə, yaxud başqa yerlərə şəhvətçilik məqsədilə baxması haramdır.

İmam, Bəhcət, Fazil: İstifta

İmam: Tovzihul-məsail, müxtəlif məsələlər bölməsindən istifadə etməklə, səh.28.

Fazil: İstifta

Təbrizi, Xamenei və Məkarim:

Sual: İnsanın şəhvət hisslərini təhrik edən hər bir şeyə baxmaq haramdırmı, hətta insan öz bədəninə baxsa da belə?

Təbrizi: Şəxsin öz bədəninə sadəcə baxışı haram deyildir, amma əgər şəhvətinin təhrik olunmasına səbəb olarsa, caiz deyildir. İstifta.

Xamenei: İnsanın cinsi qərizəsinin (instinktinin) təhrik olunmasına səbəb olan hər bir şey haramdır, yalnız ər-arvad arasında istisna olunur. İstifta.

Məkarim: Bu hökm həm insana, həm də heyvana şamildir, bunlardan başqa şeylədə əgər fəsada səbəb olacaqsa, caiz deyildir. İstifta

Məsələ 17: Həkim insana məhrəm deyildir, buna görə də (zərurət halından başqa hallarda) hətta müalicə məq­sə­­dilə olsa belə, naməhrəm qadının bədəninə baxa bil­məz.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 31.

İmam: Təhrir, nikah, məsələ: 22.

Bəhcət: Tovzihul-məsail, 1941 və 1942-ci məsələlərdən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2451.

Xamenei: İstifta

Sistani: Minhacus-salehin, nikah, 14 və 20-ci məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2442 və 2450.

Fazil: Tovzihul-məsail, 2506-2507-2508-ci məsələlərdən istifadə etməklə.

səh:13

Məkarim: Tovzihul-məsail, məsələ: 2089.

Məsələ 18: Əgər həkim zərurət halında naməhrəm şəxsin bədəninin bir üzvünə baxmağa məcbur olsa, bu zaman zərurətin tələb etdiyi miqdarla kifayətlənməlidir və o üzvdən başqa bir şeyə baxmamalıdır, əgər mümkün­dürsə, paltarın üstündən müayinə etməlidir.

İmam, Bəhcət, Təbrizi, Sistani, Xamenei, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

İmam: Təhrir, nikah, məsələ: 22; Tovzihul-məsail, məsələ: 2441.

Məsələ 19: Kişilər müsəlman naməhrəm qadına iynə vu­ra bilməzlər; çünki bu əməl qadına baxmağa və ya əl vur­mağa səbəb olacaqdır, hətta əgər iynəni onun damarına vur­sa da belə. Əlbəttə, əgər zərurət məqamı olsa və iynəni vur­maq üçün başqa heç bir məhrəm şəxs olmazsa, işkalı yox­dur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ 20: Rentgen şəkilləri, radioloji şəkillər çəkmək əgər naməhrəmin bədəninə baxmağa səbəb olarsa, labo­ratoriyada analiz olunmaq üçün qan götürmək, sonoq­rafiya, yaxud başqa hər hansı bir həkim əməliyyatı bu sahədə mütəxəssis olan qadın həkiminə müraciət etmək mümkün olan vaxta qədər – bütün bu işlərin naməhrəm kişi tərəfindən yerinə yetirilməsi haramdır.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 35.

İmam və Xamenei: İstifta

Bəhcət: Tovzihul-məsail, 1941 və 1942-ci məsələlərdən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, 2451-ci məsələdən istifadə etməklə.

Sistani:

Sistani: Əlbəttə, naməhrəm qadının bədəninə baxma­ğın caiz olduğu yerlər istisna olunur (bu mətləbin ətraflı izahı və baxışın caiz olan yerləri baxış bölməsində qeyd olunub.

Minhacus-salehin, 16 və 26-cı məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, 2442 və 2443-cü məsələlərdən istifadə etməklə.

Məsələ (Sual) 21: Bazarlarda, ümumi yerlərdə və ya in­sanın evində təsadüfi olaraq gözü elə naməhrəmlərə dü­şür ki, ya özlərini bəzəmişlər, ya da öz hicablarına kamil şəkildə riayət etmirlər. Bu cür baxışların hökmü nədir?

səh:14

Cavab: Haram olan baxış (naməhrəmə) baxmaqdır, sadəcə gözün düşməsi yox. Buna görə də insanın təsadüfi olaraq gördüyü şeylərin işkalı yoxdur, lakin dərhal öz nəzə­rini ondan döndərməlidir ki, baxmaq hökmü yaran­masın.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta

Fazil: Cameul-məsail, 2-ci cild, Sual: 1065.

Sistani və Məkarim: Əlbəttə, nəhy olunduqları təqdirdə qəbul etməyən qadınlara gəldikdə isə, ləzzət qəsdi və harama düşmək qorxusu olmadan baxmağın işkalı yoxdur.

Məsələ 22: Bir şəxsin gözü hicabı olmayan naməhrəm şəxsə düşməsi məqsədilə bir yerə getməsi haramdır.

İmam, Təbrizi, Xamenei: İstifta

Bəhcət, Sistani və Fazil: Getməyin eybi yoxdur, lakin naməhrəmə baxmaqdan çəkinməlidir. İstifta.

Məsələ (Sual) 23: Kafir qadınların bədəninin, adətən örtmədikləri yerlərinə baxmağın hökmü nədir?

Cavab:

Fazil: Əgər insan kafir qadınların bədənlərini adətən örtmədiyi yerlərə ləzzət qəsdi olmadan baxsa, harama düşəcəyindən qorxmayacağı halda eybi yoxdur. Tovzihul-məsail, 2502.

* Buna əsasən, əgər bir şəxs naməhrəmə gözü düşsün deyə, xüsusi bir zamanda bir yerdən keçsə, yaxud gözü naməhrəmə düşməsi üçün naməhrəmlərin çox gediş-gəliş etdiyi yerdə bir işi görmək istəsə, yaxud misal üçün, naməhrəmlərin çoxunun olduğu avtobusa minsə, yaxud əyləncə və idman üçün daha çox naməhrəm qadınların toplaşdığı yerə getsə və s. bir sözlə, əgər əsas etibarı ilə gözünün naməhrəmə düşməsi üçün bir işi seçsə, bu iş caiz deyil və bundan uzaqlaşmaq vacibdir.

Məsələ 24: Bir yerdə hicaba riayət etməyən, yaxud ümumiyyətlə hicabı olmayan qadınların olduğunu bilə-bilə, gözü naməhrəmə düşsün deyə, kişinin o yerə getməsi haramdır.

İmam, Təbrizi, Xamenei və Məkarim: İstifta

Bəhcət, Sistani və Fazil:

səh:15

Bəhcət, Sistani və Fazil: Onun getməyinin eybi yoxdur, lakin naməhrəmə baxmaqdan çəkinməlidir.

İstifta.

* NƏTİCƏDƏ:

Gözün naməhrəmə düşməsi üçün damın üstünə çıxmaq, yaxud pəncərənin ağzında dayanmaq, yaxud otağa və aşpazxanaya daxil olmaq, yaxud naməhrəm şəxsin olduğunu yəqin etdiyi halda, naməhrəmi görməkdən ötrü ora getsə, yaxud bir anlığa da olsa belə, qapının və pəncərənin arasından, yaxud pərdənin arxasından otağın daxilinə baxmaq və bu kimi halların hamısı haramdır.

Məsələ 25: Kənd və səhrada yaşayan və kamil hicaba adət etməyən qadınların gediş-gəliş etdiyi bazarlara gedib-gəlməyin, insan baxışının onlara düşəcəyini dəqiq bilsə də belə, eybi yoxdur. Eləcə də onlarla müamilə etməyin eybi yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 27.

Təbrizi və Xamenei: İstifta

Bəhcət: Əzhər (ən zahir) nəzərə görə, səhrada yaşayan qadınlara və onlardan qeyrilərinə (misal üçün, kənddə yaşayan və islami örpəyə adət etməyən qadınlara) ləzzət qəsdi olmadan (bu kimi yerlərdə gediş-gəliş etmək və onlarla al-ver etmək) caizdir. Amma harama düşmə qorxusu olan hallar istisna olunur, yəni bu şərtlə ki, harama düşmə qorxusu olmasın.) Buna əsasən, onlarla al-ver etmək və sair ehtiyacları təmin etmək caizdir. Tovzihul-məsail, məsələ: 1935.

Sistani: Mübtəzilə (hicabsız, yaxud kamil hicaba riayət etməyən) qadınlara baxmağın – əgər bir kəs onlara hicabı əmr etsə, etina etməzlərsə – işkalı yoxdur, bu şərtlə ki, ləzzət qəsdi və haram düşmə qorxusu olmasın. Bu hökmdə kafir qadınları ilə digər qadınlar arasında (müsəlman qadınları, səhrada yaşayan qadınlar və s.) heç bir fərq yoxdur. Həmçinin onların əlləri və üzü ilə adətən örtülməyən sair bədən üzvləri arasında heç bir fərq yoxdur.

Minhacus-salehin, nikah, məsələ: 26; Tovzihul-məsail, məsələ: 2443.

səh:16

Məsələ 26: Naməhrəm qoca qadınların dirsəyə qədər əllərinə, başlarının tükünün bir miqdarına, dizə qədər ayaqlarına, çənələrinin altına və boyunlarına baxmağın işkalı yoxdur.

İmam, Fazil: Ürvə, nikah, məsələ: 35.

Sistani: İstifta

Təbrizi: Siratun-nəcat, 890-cı sualdan istifadə etməklə.

Bəhcət: Qoca qarının bədəninə baxmağın, ləzzət qəsdi omaldan işkalı yoxdur. Tovzihul-məsail, məsələ: 1943.

Xamenei: Ərə getməsinə heç bir ümidi olmayan qoca qadınların saçına baxmağın işkalı yoxdur. İstifta.

Məsələ 27: Baxılması caiz olmayan hər kəsə şüşənin arxasından, yaxud güzgüdə, yaxud duru suda, yaxud onun əksini göstərən hər bir şeydə baxmaq caiz deyildir.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 2-ci məsələdən istifadə etməklə.

İmam, Bəhcət və Xamenei: İstifta

Təbrizi: Tovzihul-məsail, məsələ: 2405.

Sistani: Minahacus-salehin, əhkamul-xəlvət, 55-ci məsələdən əvvəl, nikah, 12 və 20-ci məsələlərdən istifadə etməklə.

Məsələ (Sual) 28: Kişilərin, ləzzət qəsdi olmadan çox çirkin olan qadınlara baxması caizdirmi? (Əlbəttə, əgər öz hicablarına riayət etməmiş olsalar.)

Təbrizi: Ehtiyat-vacibə görə gərək baxmasınlar. Çünki əgər qadın qoca olmazsa, kişi ləzzət qəsdi olmadan ona baxacağına əmin ola bilməz. Siratun-nəcat, 891-ci sual.

Bəhcət və Sistani: Naməhrəmə baxmağın (haram olmasında) gözəl ilə çirkin arasında heç bir fərq yoxdur. İstifta.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, 31-ci məsəldən istifadə etməklə.

İmam: Təhrir, Nikah, 18-ci məsələdən və istiftadan istifadə etməklə.

Bəhcət: Tovzihul-məsail, 1931-ci məsələdən istifadə etməklə.

Xamenei: İstifta

Məsələ 29: Naməhrəm qadının bədəninə baxmaq haram­dır, hətta o qadın başa düşsə də, başa düşməsə də, istər kor olsun, istər görən, istər naməhrəm onun qohum­ların­dan olsun (qardaşı arvadı, əmi arvadı, xala qızı və s. kimi), yaxud yad olsun, hətta əgər reybə və ləzzət qəsdi olmadan baxsa belə, onun baxışı haramdır (üz və əllərin hökmü deyilmişdir).

səh:17

İmam, Fazil və Məkarim: Ürvə, nikah, 31-ci məsələdən istifadə etməklə.

İmam: Təhrir, nikah, 18-ci məsələ və İstiftadan istifadə etməklə.

Bəhcət: Tovzihul-məsail, 1931-ci məsələdən istifadə etmələ.

Xamenei: İstifta

Sistani: Naməhrəmə baxmağın hökmü deyildi və yuxarıdakı halların heç birində fərq yoxdur. İstifta.

Məsələ 30: Sünnü qadınlarının hökmü müsəlman qadının hökmü kimidir.

İmam, Xamenei, Fazil, Məkarim: İstifta

səh:18

b) QEYRİ-MÜSƏLMAN QADINLAR

Məsələ 31: Qeyri-müsəlman olan naməhrəm qadınları­nın – istər kitab əhli, istərsə də kafirlərin bədəninin müəyyən yerlərinə – adətən örtmədiyi yerlərə baxmağın işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. Lakin vacib ehtiyata görə, kişi onların adət üzrə örtdükləri yerə baxmamalıdır.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 27.

İmam: Təhrir, nikah, məsələ: 27; Tovzihul-məsail, məsələ: 2448.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2443.

Fazil: Tovzihul-məsail, məsələ: 2502.

Bəhcət: Zimmə əhlinin[4] qadınları və doğulduğu zamandan küfrə hökm olunan kafir qadınlar və onların adətən örtmədikləri yerlərə ləzzət qəsdi olmadan baxmaq – harama düşmək qorxsu olmazsa – caizdir. Amma onların adət üzrə örtdükləri yerə baxmaq caiz deyildir. Camiul-məsail, 3-cü cild, səh.37; Tovzihul-məsail, məsələ: 1935.

Xamenei: Qeyri-müsəlman qadınların bədəninə – örtülməsi adət olmayan miqdarda – ləzzət qəsdi olmadan baxmağın işkalı yoxdur. İstifta.

Sistani: Hicaba əmr edildikləri surətdə etina etməyən hicabsız qadınların bədəninə baxmağın işkalı yoxdur, bu şərtlə ki, insanın ləzzət qəsdi olmasın və harama düşmək ehtimalı verilməsin. Bu hökmdə kafir qadınlarla digər qadınlar arasında (müsəlman, məsihi, yəhudi və s.) heç bir fərq yoxdur, eləcə də onların əlləri və üzü ilə örtülməsi adət olunmayan yerləri arasında fərq yoxdur.

Tovzihul-məsail, məsələ: 2443.

İzah: Qeyri-müsəlman naməhrəm qadınları onların öz aralarındakı qadınların adət üzrə örtdüyündən özlərini az örtərlərsə, ehtiyat-vacibə görə ona baxmaq olmaz. Misal üçün, şəhvət və ləzzət məqsədilə xüsusi paltar geyinmiş olsalar. Deməli, qeyri-müsəlman qadınlarının adətən örtmədikləri yerlərə – saçlar, əllər, dizə qədər ayaqlar və bədənlərinin digər yerlərə baxmağın işkalı yoxdur.

səh:19

Məsələ 32: Kafirin övrəteyninə baxmaq, ehtiyat-vacibə görə caiz deyildir.

Sistani: Minhacus-salehin, nikah, məsələ: 32; Tovzihul-məsail, məsələ: 2445.

Bəhcət: Kafirin övrəteyninə baxmaq haramdır.

Məsələ 33: Əgər insan qeyri-müsəlman naməhrəmə baxacağı təqdirdə, fəsada düşəcəyindən qorxsa, onda ona baxmamalıdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

İmam: Tovzihul-məsail, 2434-cü məsələdən istifadə etməklə.

səh:20

KİŞİNİN UŞAQLARA BAXMASI

Məsələ 34: Əgər uşaq oğlan olarsa, onun bədəninə baxmaq müməyyiz olduğu vaxtdan əvvəl işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın. Amma müməyyiz həddinə çatdıqdan sonra, ehtiyat-vacibə görə, onun övrəteyninə baxmaq caiz deyildir.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 4-cü məsələdən qabaqkı məsələlərdən istifadə etməklə.

İmam: Təhrir, nikah, məsələ: 24; Tovzihul-məsail, məsələ: 2436.

Təbrizi və Xamenei: İstifta

Sistani: Minhacus-salehin, məsələ: 12; Tovzihul-məsail, məsələ: 2445.

Fazil: Tovzihul-məsail, məsələ: 2405.

Bəhcət: Hətta həddi-büluğa çatmayan müməyyiz oğlan uşağının övrəteyninə baxmaq haramdır, hətta ləzzət qəsdi olmasa belə.

Tovzihul-məsail, 1938 və 1943-cü məsələlərdən istifadə etməklə.

* NƏTİCƏDƏ:

Atalar ehtiyatlı olmalı və bilməlidirlər ki, hamamlarda, yaxud başqa yerlərdə özlərinin müməyyiz olan övladlarının övrətinə baxmasınlar.

Məsələ (Sual) 35: Müməyyiz yaşı hansı yaşdır?

Cavab: Kişi ilə qadının öz aralarında başa düşdüyü şeyləri onlar da başa düşdüyü həddə deyilir.

İmam: İstifta

Bəhcət, Sistani və Məkarim: Uşağın, kişi və qadının arasında baş verən işlərin yaxşı və pis olduğunu dərk etdiyi yaş həddidir.

Bəhcət və Fazil: Uşağın yaxşı və pisi bir-birindən ayırd etdiyi yaş həddidir.

Bəhcət: Tovzihul-məsail, 1938-ci məsələdən istifadə etməklə.

Fazil: İstifta.

Sistani və Məkarim: Uşağın həddi-büluğa çatmadığı, lakin yaxşı ilə pisi ayırd etdiyi yaşdır və ehtimal verilir ki, onun naməhrəmə baxması şəhvətin təhrik olunmasına səbəb olsun.

Sistani: Tovzihul-məsail, 2444-cü məsələdən istifadə etməklə.

səh:21

Məkarim: Tovzihul-məsail, 2082-ci məsələdən istifadə etməklə.

Məsələ 36: Əgər uşaq insana məhrəm olan qız olarsa, məsə­lən insanın öz qızı, bacısı, qardaşının qızı, bacı­sının qızı və s. müməyyizlik həddindən qabaq onun bədəninə baxmağın işkalı yoxdur, amma ondan sonra, ehtiyat-vacibə görə, onun övrəteyninə baxmaq olmaz.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 4-cü məsələdən qabaqkılardan istifadə etməklə.

Fazil: Tovzihul-məsail, məsələ: 2504.

Sistani: Minhacus-salehin, nikah, məsələ: 12; Tovzihul-məsail, məsələ: 2445.

Bəhcət, Təbrizi: Həddi-büluğdan qabaq müməyyiz qızın övrəteyninə baxmaq hətta ləzzət qəsdi olmadan belə, haramdır.

Bəhcət: Tovzihul-məsail, 1938 və 1943-cü məsələlərdən istifadə etməklə.

Təbrizi: İstifta.

Xamenei: Hətta müməyyiz və məhrəm olan qız uşağı­nın da övrəteyninə baxmaq caiz deyildir. Baxmayaraq ki, ləzzət və reybə qəsdi olmadıqda müməyyizlik yaşından əvvəl ona baxmağın işkalı yoxdur. İstifta

Məsələ 37: Əgər qız insana naməhrəm olan müməyyiz həd­dində olarsa, ehtiyat-vacibə görə, kişi qızların adə­tən örtükləri yerlərə baxmamalıdır.

İmam: Tovzihul-məsail, məsələ: 2433 və 2436; Təhrir, nikah, məsələ: 25, nəzər məsələsi.

Məkarim: Tovzihul-məsail, məsələ: 2081.

Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil:

Sual: Həddi-büluğa çatmayan qız uşağının bədəninə baxmaq Tovzihul-məsailin 2447-ci məsələsində reybə olmadığı təqdirdə caiz hesab olunmuşdur, lakin həmin risalənin 578-ci səhifəsində yalnız adətən örtülməyən yerlərə baxmaq caiz hesab edilmişdir. Bunlardan hansı səhihdir və hansına əməl olunmalıdır?

Təhrirul-vəsilənin nikah kitabına baxın.

İzah: Bu məsələdə Xamenei ilə İmam Xomeyninin nəzərində heç bir fərq yoxdur.

Bəhcət: Ehtiyat-vacibə görə kişinin, doqquz yaşı tamam olmayan, lakin yaxşı ilə pisi ayırd edə bilən (müməyyiz) qız

səh:22

uşağının saçına və bədəninə baxması caiz deyildir, baxmayaraq ki, ləzzət qəsdi yoxdur.

Tovzihul-məsail, məsələ: 1932.

Təbrizi: Zərurət halı istisna olunmaqla, müməyyiz uşağın övrəteyninə baxmaq caiz deyildir. İstifta.

Xamenei: Kişinin naməhrəm qız uşağının bədəninə baxması həddi-büluğa çatmayıncaya qədər ləzzət və reybə üzündən olmadıqda, işkalı yoxdur. Əlbəttə, övrəteyn istisna olunur ki, müməyyizlik həddində ona baxma caiz deyildir. İstifta.

Sistani: Həddi-büluğa çatmayan qızın bədəninə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur. (Övrəteynin hökmü istisna olunur ki, onun hökmü yuxarıda deyildi.) Baxmayaraq ki, ehtiyat-müstəhəbbə görə yaxşı olar ki, qızların adətən adi paltarların vasitəsilə örtdükləri yerlərə baxılmasın.

Minhacus-salehin, nikah, məsələ: 23.

Fazil: Həddi-büluğa çatmayan qızın bədəninə və saçlarına baxmaq əgər ləzzət qəsdilə olmazsa və insanın şəhvətini təhrik etməzsə, eləcə də ona baxmağın vasitəsilə insanın harama düşəcəyindən qorxusu olmazsa, eybi yoxdur.

Tovzihul-məsail, məsələ: 1932.

* NƏTİCƏDƏ:

Naməhrəm olan həddi-büluğa çatmamış qız uşağının saçlarına, əlinə, dizə qədər ayaqlarına, boynuna və üzünə baxmağın bu şərtlə işkalı yoxdur ki, ləzzət və reybə qəsdi olmasın.

Məsələ (Sual) 38: Onların bədəninin başqa yerlə­rinə, o cümlədən bud, qarın, övrəteyn, sinə və sair kimi yerlərə baxmaq ehtiyat vacibə görə caiz deyildir.

İmam: Tovzihul-məsail, məsələ: 2433 və 2436; Təhrir, nikah, məsələ: 25.

Fazil: İstifta

Məkarim: Tovzihul-məsailin 2-81-ci məsələsindən istifadə etməklə.

Bəhcət, Xamenei və Sistani:

Bəhcət: Müməyyiz qızın bədəninə baxmaq ehtiyat-vacibə görə, caiz deyildir, amma onun övrəteyninə baxmaq haramdır.

Tovzihul-məsail, məsələ: 1943–1948 və 1932-ci məsələlərdən istifadə etməklə.

səh:23

Xamenei: Övrəteynə, müməyyizlik həddə olduqda baxmaq caiz deyildir və onun bədəninə baxmaq həddi-büluğa çatmazdan qabaq ləzzət və reybə qəsdi olmazsa, işkalı yoxdur. İstifta.

Sistani: Ehtiyat-müstəhəbbə görə, yaxşı olar ki, müməyyiz qız uşağının bədəninə baxılmasın, lakin onun övrəteyninə baxmaq ehtiyat-vacibə görə, caiz deyildir.

Minhacus-salehin, nikah, məsələ: 12 və 23; Tovzihul-məsail, məsələ: 2545-dən istifadə etməklə.

səh:24

QADININ BAXMASI

QADININ BAŞQA QADINLARA BAXMASI

Məsələ 39: Qadınlar övrəteyn istisna olmaqla, digər qadınların bədəninin hər bir yerinə baxa bilərlər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 28; Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq istifadə edilməklə.

İmam: Tovzihul-məsail, məsələ: 2436.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1940.

Təbrizi: Tovzihul-məsail, 2445 və 2447-ci məsələlərdən istifadə etməklə.

Xamenei: İstifta

Sistani: Minhacus-salehin, nikah, məsələ: 12.

Fazil: Tovzihul-məsail, məsələ: 2506.

Məkarim: Tovzihul-məsail, məsələ: 2085.

* NƏTİCƏDƏ:

Hamamlarda, hovuzlarda (baseynlərdə), idman salonlarında, airobika, dərzi salonlarında və s. kimi yerlərdə qadın başqa qadının bədəninə, yaxud da onun üzünə və əllərinə ləzzət qəsdi ilə baxsa, yaxud fəsada düşmək qorxusu olsa, onun bu cür baxışı caiz deyildir, istər baxan şəxs o qadını tanısın, istərsə də tanı­masın, istər o qadın cavan olsun, istərsə də qoca, istər gözəl olsun, istərsə də çirkin.

İmam, Xamenei, Sistani, Fazil: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

İmam: Tovzihul-məsail, məsələ: 2438.

Məsələ (Sual) 40: Qadınların övrəteyninə baxmaq başqa qadınlar üçün də haramdır, yalnız zərurət halı istisna olunur.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaqkı.

İmam: Tovzihul-məsail, məsələ: 2436.

Bəhcət: Tovzihul-məsail, 1938 və 1942-ci məsələlərdən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, 2445-ci məsələdən istifadə etməklə.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, 2445 və 2450-ci məsələlərdən istifadə etməklə; Minhacus-salehin, nikah, məsələ: 12 və 20.

* NƏTİCƏDƏ:

səh:25

Uşaqlığın yollarının bağlanmasında istifadə olunan aparatlardan istifadə etmək, kanalların bağlanması və s. kimi əməllərdən istifadə olunması hamiləliyin qarşısını almaq məqsədi ilə olduqda və övrətə baxmağa səbəb olarsa, haramdır. Yalnız zərurət məqamı istisna olunur. Hamiləliyin özünün qarşısını almaq, əgər başqasının insanın övrətinə nəzər salmasına səbəb olmayacaqsa, işkalı yoxdur. Bu şərtlə ki, bu iş qadını əbədi olaraq sonsuz etməsin və istədiyi hər vaxt hamilə ola bilsin.

Məsələn: Bir qadının həyat yoldaşı həkim olsa və bu üslublarından istifadə etməklə həyat yoldaşının hamiləliyinin qarşısını ala bilsə, işkalı yoxdur.

Diqqət:

Hamiləliyin qarşısının alınması əgər haram işə səbəb olmazsa, eybi yoxdur, əgər haram işə səbəb oarsa, caiz deyildir və diqqət yetirmək lazımdır ki, hamiləliyin qarşısının alınma üslublardan bəziləri aşağıda qeyd olunan üç haram işə gətirib çıxarır ki, sonrakı bölmələrdə qeyd olunacaqdır:

1-Zərurət məqamından başqa hallarda qadının başqa qadının övrətinə baxmasına səbəb olmaq.

2-Zərurət məqamından başqa hallarda həkim üçün övrəti açmaq (örpək bölməsində qeyd olunacaqdır).

3-Zərurət məqamından başqa hallarda övrətə toxunmaq (təmaslar bölməsində qeyd olunacaqdır).

Məsələ (Sual) 41: Salam, siz AY-YU-Dİ-dən istifadə etməyin caiz olması ilə əlaqədar cavabınızda belə qeyd etmisiniz: Əgər bu cihazdan istifadə etmək (Ay-Yu-Di) haram toxunmağa, yaxud nəzərə səbəb olarsa, caiz deyildir. Buyurun görək qadının bətninə AY-YU-Dİ qoymaq həkimlə əlaqədar işlərdən sayılırmı və həkim, yaxud qadın maması və zərurət halında kişi həkimi bu əməli yerinə yetirə bilərmi? Necə ki, sair xəstəliklərdə adi qaydadır, yaxud bu məsələ həkimlərdən qeyrisinə aid olan işlərdəndirmi, belə ki, yalnız ərinin vasitəsilə bu cihaz qoyula bilər?

səh:26

Cavab: Bu əməlin özü əgər uşağın saldırılmasına, yaxud ananın sonsuz olmasına səbəb olmazsa, işkalı yoxdur və toxunmaq və nəzər etməyin haramlığı da öz hökmündə qalır, bu barədə heç bir zərurət yoxdur, çünki digər yollarla hamiləliyin qarşısını almaq olar.

İmam: İstifta

Bəhcət: Tovzihul-məsail, müxətəlif məsələlərin 11-cisindən istifadə etməklə.

Təbrizi: Siratun-nəcat, 873 və 874-cü suallardan istifadə etməklə.

Fazil: Cameul-məsail, 2-ci cild, 1037-ci sualdan istifadə etməklə.

Xamenei, Sistani və Məkarim:

Xamenei: Bu əməlin öz-özlüyündə işkalı yoxdur və toxunmağın və nəzər etməyin haramlığı öz qüvvəsində qalır və bu barədə heç bir zərurət yoxdur. Çünki başqa yollarla hamiləliyin qarşısını almaq olar. İstifta.

Sistani: Caizdir ki, qadın hamiləliyin qarşısını alan AY-YU-Dİ cihazından və başqa şeylərdən, mühüm zərəri olmayacağı təqdirdə, istifadə etsin. Lakin bu cihazın qoyulması, onun bədəninə və toxunulması caiz olmayan müəyyən bir hissəsinə baxmağı və ya toxunmağı lazım tutmamalıdır. Buna əsasən caiz deyildir ki, ərdən başqası bu işi yerinə yetirsin, yalnız zərurət halı istisna olunur. Məsələn: Qadının hamilə olması zərərli olarsa, yaxud adətən dözüləsi mümkün olmayan məşəqqətə və ağrıya səbəb olarsa. Başqa yollarla müyəssər olmazsa, yaxud o yollar zərər, yaxud çətinliyə səbəb olarsa. Bu, o haldadadır ki, həmin dəstgahın nütfəni bağlandıqdan sonra onu siqt etməsi (aradan aparması) məlum olmazsa, əks halda, ehtiyata əsasən bu iş tərk olunmalıdır

Tovzihul-məsail, əlavələrdə 71-ci məsələ.

Məkarim: Əgər zərurət olsa, həkim müalicəsinin sair hallarının hökmünə malikdir. İstifta.

QADININ MƏHRƏM KİŞİLƏRƏ BAXMASI

Məsələ 42: Qadın, övrəteyn istisna olmaqla özünə məhrəm olan kişilərin bədəninə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdilə olmasın (həyat yoldaşı bundan istisna olunur ki, onda heç bir şərt yoxdur).

səh:27

İmam və Fazil: Ürvə, sətr və satir, 1-ci məsəblədən qabaq, nikah, məsələ: 32.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1939.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2446.

Xamenei: İstifta

Sistani: Minhacus-salehin, nikah, məsələ: 13; Tovzihul-məsail, məsələ: 2446.

Fazil: Tovzihul-məsail, məsələ: 2505.

Məkarim: Bir-birinə məhrəm olan kişi və qadın (bacı və qardaş kimi) bir-birinin bədəninə məhrəm arasında adi olan miqdarda baxa bilərlər. Bundan qeyri hallarda ehtiyat budur ki, baxmasınlar.

Tovzihul-məsail, məsələ: 2082; Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq, nikah, məsələ: 32.

* NƏTİCƏDƏ:

Ləzzət və reybə qəsdilə məhrəmlərin, o cümlədən kürəkən, oğul, qardaş, qardaş oğlu və sairənin bədəninin hər bir yerinə baxmaq caiz deyildir və bu işdən ictinab olunmalıdır.

Məsələ 43: Örtüyün üstündən övrəteynin həcminə baxmaq öz ardınca fəsad gətirməzsə, baxış da ləzzət məqsədi daşımazsa, işkalı yoxdur.

İmam, Təbrizi, Sistani, Xamenei, Fazil: İstifta

Bəhcət: Əgər naməhrəmi təhrik edib həyəcanlandır­mazsa, işkalı yoxdur. İstiftadan istifadə etməklə.

Məkarim: Əgər həcmi tamamilə aşkar olsa, ehtiyat-vacib ona baxışı tərk etməkdir. İstifta.

QADININ NAMƏHRƏMƏ KİŞİLƏRƏ BAXIŞI

Məsələ 44: Qadının naməhrəm kişilərin bədəninə baxması üzü, əlləri və kişilərin adətən örtmədiyi miq­dar istisna olunmaqla, digər yerlərinə baxmaq haramdır.

İmam: Ürvə, nikah, 31-ci məsələdən istifadə etməklə; Təhrir, nikah, məsələ 19; Tovzihul-məsail, 2433-cü məsələ; İstifta

Xamenei: İstifta

Məkarim: Tovzihul-məsail, məsələ: 2080.

Bəhcət: Qadının naməhrəm kişinin bədəninə baxması ehtiyat-vacibə görə haramdır. Amma qadının naməhrəm kişinin

səh:28

bədəninin bəzi yerlərinə – başı kimi əksər hallarda görünən yerlərə baxmasının caizliyi işkallı deyildir, amma əgər bu baxış məsiyətə səbəb olarsa, bu istisnadır. Tovzihul-məsail, məsələ: 1933.

Təbrizi: Qadınların naməhrəm kişilərin bədəninə – kişilərin adətən örtmədikləri hissələrə, o cümlədən baş, boyun, əllər baxması ləzzət məqsədilə olmazsa, eybi yoxdur. Ehtiyata əsasən ondan qeyri yerlərə baxılmasın, hətta ləzzət məqsədi ilə olmasa da belə. Minhacus-salehin, nikah kitabı.

Sistani: Qadının naməhrəm kişinin bədəninə şəhvət və harama düşmək qorxusu ilə olduğu halda baxması haramdır, hətta ehtiyat-vacibə görə gərək bunlarsız da baxmasın, yalnız bədənin adətən kişilər tərəfindən örtülməyən hissəsi, o cümlədən, baş, əllər, ayağın saqı (dizdən aşağı) istisna olunur ki, qadın bunlara şəhvətsiz və harama düşmə qorxusu olmadan baxsa, işkalı yoxdur. Tovzihul-məsail, məsələ: 2442.

Fazil: Qadının naməhrəm kişinin bədəninə baxması – üzü və əlləri istisna olmaqla – haramdır.

Ürvə, nikah, məsələ: 31; Tovzihul-məsail, məsələ: 2501.

* NƏTİCƏDƏ:

Naməhrəm kişilərin başının saçı, üzü, biləyə qədər əlləri, çıxıntıya qədər ayaqları və boynuna baxmağın qadınlar üçün işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. Həmçinin qadınlar kişilərin kifayət qədər örtüyü olmadığı idman yarışlarında üzgüçülük, güləş, ağırlıq qaldırma, futbol və sair kimi yerlərdə, idman salonlarına gedə bilməzlər.

Məsələ 45: Münasib olmayan paltar geydikləri halda naməhrəm kişilərin biləklərinə, yaxud sinələrinə, yaxud digər yerlərinə baxmaq – belə ki, qısa qollu paltar geymiş olsalar, yaxud öz yaxalarını açıq qoysalar, yaxud bədəni göstərən nazik paltar geyinsələr və s. (kişilər adətən belə şeylər geyinir – hətta əgər (bu baxış) ləzzət və reybə qəsdi olmazsa, haramdır.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbəsindən istifadə etməklə.

Bəhcət: Ehtiyat-vacibə görə caiz deyildir.

səh:29

Tovzihul-məsail, 1933-cü məsələdən istifadə etməklə.

Məsələ (Sual) 46: Bəzi mömin kişilər məktəblərdə, yaxud başqa yerlərdə müsəlman qadınlara dərs verir və təbii olaraq kişi dərsi lövhədə yazmaq məcburiyyətində qalır, qadınlar da adət üzrə ustadın üzünə və əllərinə baxırlar. Əlbəttə, ləzzət və reybə qəsdi olmadan. Onların belə baxışları caizdirmi?

Cavab: Kişilərin adət üzrə örtmədikləri yerlərə, o cümlədən üzünə, əllərinə və başqa yerlərinə ləzzət və reybə qəsdi olmadan baxmalarının işkalı yoxdur.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, 51-ci məsələdən istifadə etməklə.

İmam: Təhrir, nikah, 19-cu məsələdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2433; İstifta

Təbrizi, Xamenei, Sistani: İstifta

Sistani: Tovzihul-məsail, 2442-ci məsələdən istifadə etməklə.

Bəhcət: Qadının naməhrəm kişinin bədəninə bax­ması ehtiyat-vacibə görə haramdır. Amma qadının naməh­rəm kişinin əksər hallarda açıq olan bədən yerlərinə, o cüm­lədən baş, bunun və s. baxmasının caizliyi müm­­kündür, amma bu cür baxmaq məsiyətə səbəb olsa, caiz deyildir.

Məsələ 47: Qadınların naməhrəm kişilərin bədəninin həcminə paltar altından baxmaları, əgər öz ardınca fəsad gətirməzsə, ləzzət və reybə qəsdi olmazsa, işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

Məsələ (Sual) 48: Qadınlar ləzzət qəsdi olmadan iynə vurdurmaq, yaxud digər həkim işlərini yerinə yetirmək üçün naməhrəm kişinin bədəninə baxa bilərmi?

Cavab: Zərurət məqamı istisna olmaqla caiz deyildir.

İmam, Təbrizi, Fazil və Məkarim: Ürvə, nikah, 35-ci məsələdən istifadə etməklə.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, 2442-ci məsələdən istifadə etməklə.

Bəhcət: Ehtiyat-vacibə görə zərurət məqamından başqa caiz deyildir. Tovzihul-məsail, 1933 və 1942-ci məsələlərdən istifadə etməklə.

səh:30

Məsələ 49: Naməhrəmin bədəninə baxmaq, hətta üzünə və əllərinə ləzzət qəsdilə, yaxud fəsada düşmək qorxusu olduğu halda haramdır.

İmam, Fazil və Məkarim: Ürvə, sitr və satir, 1-ci məsələdən qabaq.

Xamenei: İstifta

Bəhcət: Tovzihul-məsail, 1932-ci məsələdən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, məsələ: 2442.

Sistani: Tovzihul-məsail, məsələ: 2442.

Fazil: Tovzihul-məsail, məsələ: 2501.

* Diqqət:

Naməhrəm kişilərin bədəninə baxmağın caiz olma­ması ilə kişinin örtüyünün vacib olması arasında heç bir səbəbiyyət (qarşılıqlı bağlılıq) yoxdur: yəni kişi­lərin öz bədənini örtməsi vacib olmasa da, amma qadın­ların baxmamaları vacibdir.

QADININ UŞAQLARA BAXMASI

Məsələ 50: Uşaq qız olduğu halda, qadın onun müməy­yizlik həddinə çatdığı vaxta qədər bütün bədəninə baxa bilər, müməyyizlik həddindən sonra ehtiyat-vacib onun övrəteyninə baxmamaqdır.

İmam, Fazil, Məkarim: Ürvə, sətr və satir, 4-cü məsələdən qabaqdan istifadə etməklə.

İmam: Tovzihul-məsail, məsələ: 2436.

Xamenei: İstifta

Sistani: Minhacus-salehin, 12 və 24-cü məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2545.

Bəhcət və Təbrizi: Müməyyiz uşağın övrəteyninə bax­maq haramdır.

Bəhcət: Tovzihul-məsail, 1938-ci məsələdən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, 2445-ci məsələdən istifadə etməklə.

səh:31

* NƏTİCƏDƏ:

Analar diqqət yetirməlidirlər ki, hamamlarda, yaxud hər bir başqa yerlərdə müməyyizlik həddinə çatmış qızlarının və başqa qızların övrəteyninə baxmasınlar, hətta ləzzət və reybə qəsdi olmasa belə.

Məsələ 51: Uşaq oğlan olduğu halda, qadın onun müməyyizlik həddinə çatmasından əvvəl bədəninin hər bir yerinə baxa bilər və müməyyizlik həddindən sonra ehtiyat-vacibə görə gərək onun övrəteyninə baxmasın. Bu məsələdə məhrəm və naməhrəm oğlanlar arasında fərq yoxdur.

İmam, Fazil, Məkarim: Ürvə, sətr və satir, 4-cü məsələdən əvvəldən istifadə edilməklə.

İmam: Tovzihul-məsail, məsələ: 2436.

Sistani: minhacus-salehin, nikah, 12 və 24-cü məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2441.

Bəhcət, Təbrizi: Müməyyiz uşağın övrəteyninə baxmaq haramdır.

Bəhcət: Tovzihul-məsail, 1938-ci məsələdən istifadə etməklə.

Təbrizi: Tovzihul-məsail, 2445-ci məsələdən istifadə etməklə.

Xamenei: Qadın üçün caizdir ki, həddi-büluğa çatmamış oğlanın bədəninə ləzzət və reybə qəsdi olmadan baxsın, amma müməyyiz oğlanın övrəteyninə baxması caiz deyildir. İstifta.

Məsələ (Sual) 52: Əgər uşağın müməyyizlik həddinə çatıb-çatmamasında şəkk olunsa, hökmü nədir?

Cavab: Müməyyiz olmayan uşağın hökmünə malikdir.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 50, səh.807.

Təbrizi, Xamenei, Sistani: İstifta

Bəhcət: Baxmaq cəhətindən müməyyiz olmayan uşağın hökmündədir, baxmayaraq ki, üqəla (əql sahibləri) tərəfindən ehtimal verilən surətdə daha yaxşısı (müstəhəb olmaq cəhətindən) tənəzzöhdür (çəkinməkdir). İstifta.

səh:32

ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ

Məsələ 53: Əgər insan bir şəxsin ona baxmağın icazə verilib-verilmədiyi şəxslərdən olmasında şəkk etsə, ona baxmamalıdır.

İmam, Sistani, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 50, səh.805.

Bəhcət: Ehtiyat çəkinməkdir. İstifta.

Misal: Əgər bir kişi bir qadını qaranlıqda görsə, yaxud uzaqdan bir qadını görsə və onu tamamilə tanımasa, onun öz məhrəmlərindən biri olmasında (bu halda ona baxmaq caiz olacaq), yoxsa naməhrəmlərdən biri olmasında (belə ki, ona baxmaq caiz deyildir) şəkk etsə, ona baxması caiz deyildir.

Məsələ 54: Əgər bir şəxs bir neçə nəfərin arasında şəkk etsə, belə ki, onların arasında bir məhrəmin oldu­ğunu, amma konkret şəkildə bu şəxslərin hansı birinin olduğunu bilməsə, onların heç birinə baxa bilməz.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ: 50, səh.806.

Bəhcət və Xamenei: İstifta

Misal: Əgər bir qadının, kifayət qədər örtüyə malik olmayan kişilərin arasında bir məhrəmi olsa, amma onların hansının konkret şəkildə onun məhrəmi olduğunu bilməsə, onların heç birinə baxa bilməz, yaxud bir kişi müəyyən bir qadın məclisində onun məhrəm­lərindən birinin olduğunu bilirsə, məhrəmini tapmaq üçün qadınlara baxa bilməz. (O haldadır ki, qadınlar kifayət qədər hicaba malik deyildirlər.)

Məsələ 55: Əgər insan bir şəxsin barəsində şəkk etsə və kişi, yaxud qadın olmasını bilməsə, (misal üçün, havanın qaranlığına, yaxud məsafənin uzaqlığına və s. kimi şeylərə görə) ehtiyat-vacibə görə, gərək ona baxma­sın.

İmam və Fazil: Ürvə, nikah, məsələ: 50, səh.806.

Bəhcət: Baxmağın işkalı yoxdur, baxmayaraq ki, ehti­yat bunu tərk etməkdə yaxşıdır (müstəhəbdir). İstifta.

Sistani və Məkarim: Ona baxmağın işkalı yoxdur.

Ürvə, nikah, məsələ: 50.

səh:33

Məsələ 56: Əgər bir şeyin insan, yaxud heyvan, yaxud başqa bir şey olmasında şəkk etsə, bu halda ona baxması caizdir.

İmam, Bəhcət, Sistani, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 50, səh.806.

Xamenei: İstifta

səh:34

FOTO ŞƏKLƏ BAXMAQ

KİŞİNİN NAMƏHRƏM QADININ ŞƏKLİNƏ BAXMASI

Məsələ 57: Kişi öz hicabına tamamilə riayət edən naməhrəm qadının şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın, istər onu tanısın, istərsə də tanımasın.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta

Sistani: Minhacus-salehin, nikah, 27-ci məsələdən istifadə etməklə.

Məsələ 58: Əgər naməhrəm şəxs şəkildə kamil hicaba riayət etməzsə, bu halda əgər kişi o qadını tanıyırsa, onun şəklinə baxa bilməz, əgər tanımırsa, naməhrəmin şəklinə baxa bilər, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın.

İmam: Əhkami-banovan kitabındakı İstifta, 44-45-ci suallar, səh.33.

Bəhcət və Xamenei: İstifta

Təbrizi: Siratun-nəcat, 876-cı sualdan istifadə etməklə.

Fazil: Camiul-məsail, 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.

Sistani: Əgər naməhrəm qadın şəkildə kamil hicaba riayət etməmişdirsə, mübtəzəl qadınlardan (ona hicabı əmr etdikdə, etina etməyən pis hicablı, yaxud ümumiy­yətlə hicabsız qadınlardan) olmazsa, kişi də onu tanı­yırsa, ehtiyat-vacibə görə o şəklə baxmamalıdır, bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. Minhacus-salehin, nikah, məsələ: 37.

* NƏTİCƏDƏ:

Əgər kişi qadını tanımırsa, yaxud qadın mübtəzələ qadınlardan olarsa, yaxud öz hicabına kamil şəkildə riayət etmişsə, onun şəklinə baxmağın eybi yoxdur.

Məkarim: Qadın şəri hicabın qorunub saxlanma­sı­na etina edirsə, onun hicabsız olan şəklinə baxma­ğın işkalı var, yalnız onu tanımasa və öz ardınca bir fəsad gəlməzsə, bu, istisna olunub. Tovzihul-məsail, məsələ: 2087.

* NƏTİCƏDƏ:

səh:35

Ya kişi qadını tanıyır, ya tanımır, əgər tanımırsa, onun şəklinə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalsızdır. Əgər onu tanıyırsa, bu halda qadın İslam hicabını qoruyub saxlamağa özünü iltizamlı bilirsə, onun şəklinə baxmaq – şəkildə kamil hicablı deyilsə – caiz deyildir. Əgər hicabın qorunub saxlanmasında iltizamlı deyilsə, kişi onu tanısa da, lakin onun şəklinə ləzzət və reybə qəsdi olmadan baxırsa, eybi yoxdur.

* NƏTİCƏDƏ:

Kişilər qohum-əqrəbalarında olan hicabsız qadınların albom şəkillərinə baxa bilməzlər.

Məsələ (Sual) 59: Qeyri-müsəlman qadınlarının, yaxud İslam hicabına kamil şəkildə riayət etməyən müsəlman qadınlarının şəklinə baxmağın hökmü nədir?

Cavab: Əgər kişi qadınları tanımazsa və bu baxışdan fəsad gələcəyindən qorxmazsa, ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur, baxmayaraq ki, müstəhəb-ehtiyat bunu tərk etməkdir.

İmam, Bəhcət, Xamenei və Məkarim: İstifta

Təbrizi: Siratun-nəcat, 176-cı sualdan istifadə etməklə.

Fazil: Camiul-məsail, 1-ci cild, səh.1728 və 1732-ci suallardan istifadə etməklə.

Sistani: Qeyri-müsəlman qadının şəkli olarsa, yaxud İslam hökmlərinə əhəmiyyət və etina etməyən qadı­nın şəkli olarsa, ləzzət və reybə qəsdi olmadan onların şəklinə baxmağın işkalı yoxdur.

Minhacus-salehin, nikah, 27-ci məsələdən istifadə etməklə.

Məkarim: Əgər qadın qeyri-müsəlmandırsa, yaxud şəri qayda-qanunlara iltizamlı deyilsə, bu halda reybə və ləzzət qəsdi olmadıqda baxmağın işkalı yoxdur.

Tovzihul-məsail, 2087-ci məsələdən istifadə etməklə.

Məsələ 60: Həddi-büluğa çatmamış uşağın şəklinə, istər qız olsun, istərsə də oğlan, əgər ləzzət qəsdi ilə olmazsa və insan günaha düşəcəyindən qorxmazsa, işkalı yoxdur.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

İmam: Təhrir, 2-ci cild, 8-ci məsələdən istifadə etməklə, səh.752.

Təbrizi: Siratun-nəcat, 889-cu sualdan istifadə etməklə.

səh:36

Məsələ 61: Əgər bir şəxs başqasının şəklinə bax­maqla günaha düşəcəyindən qorxarsa, ona baxmama­lıdır.

İmam, Bəhcət, Təbrizi, Sistani, Fazil və Məkarim: İstifta

Sistani: Minhacus-salihin, nikah, 27-ci məsələdən istifadə etməklə.

Məkarim: Tovzihul-məsail, 2087-ci məsələdən istifadə etməklə.

Məsələ 62: Başqasının görməsi haram olan şəkli insanın ona göstərməsi caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Fazil, Sistani: İstifta

* NƏTİCƏDƏ:

Qadınlar öz ərlərinə, qardaşlarına və ya atalarına onlarla naməhrəm olan və onların şək­lini görmək onlar üçün caiz olmayan hicabsız qadının (rəfi­qələrinin, qonşu qızlarının və ya digər qadın­ların və s.) şəklini göstərməməlidirlər.

Məsələ (Sual) 63: Naməhrəm qadının uşaqlıq çağın­da­kı şəkli kifayət qədər hicabı olmazsa, ona baxmaın hök­mü nədir?

Bəhcət: Ləzzət qəsdi ilə olarsa, caiz deyildir.

İstifta

Təbrizi, Xamenei, Fazil və Məkarim: Əgər bu görmə onların hörmətsizliyinə və insanın şəhvətinin təhrik olunmasına səbəb olmazsa, işkalı yoxdur.

Təbrizi: Siratun-nəcat, Sual: 889.

Xamenei, Fazil, Məkarim: İstifta

Sistani: Əgər şəkil o qadının hazırkı surəti ilə uyğun olmazsa, ona baxmağın öz-özlüyündə caiz olması uzaq nəzər deyildir. Amma şəkil o qadının hazırkı şəkli ilə uyğun olarsa, ehtiyat-vacibə görə ona baxmaq olmaz.

İstifta

Məsələ 64: Hər bir şəklə ləzzət qəsdi ilə baxmaq haramdır, istər kişi şəkli olsun, istərsə də qadın, istər məhrəm olsun, istərsə də naməhrəm, istər insan şəkli olsun, istərsə də başqa şəkil (bu hökmdən həyat yoldaşının şəkli istisna olunur).

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Sistani: Minhacus-salihin, nikah, məsələ–27.

səh:37

Məsələ 65: Mübtəzəl (ayıblı, erotik) şəkillərin al-veri və saxlanması haramdır və onları məhv edib aradan aparmaq lazımdır.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ (Sual) 66: Kişinin, dünyadan getmiş naməh­rəm qadının şəklinə baxması onu tanıdığı halda caiz­dir­mi?

Bəhcət: Caiz deyil. İstifta

Məkarim: Naməhrəm kişinin ölü qadının şəklinə baxması hörmətsizlikdən xaric deyil və bu iş məhəlli-işkaldır.[5] İstifta

Məsələ (Sual) 67: Mütəxəssis şəxslərin, yaxud tibb elmi tələbələrinin və sairlərin – öz ixtisaslarına əsasən mübtəzəl səhnələrə malik olan elmi filmlərə və ya kitablara baxmaq məcburiyyətində qaldıqları halda onların hökmünü bəyan edin.

Bəhcət: Əgər reybə və ləzzətə səbəb olarsa, caiz deyildir. İstifta

Xamenei, Fazil və Məkarim: Əgər təlim üçün baxmaq məcburiyyətində qalarsa, reybə qəsdi olmadan işka­lı yoxdur.

Xamenei və Məkarim: İstifta

Fazil: Camiul-məsail, 1-ci cild, 2082 və 2094-cü suallardan istifadə etməklə.

Məsələ (Sual) 68: Kişilər və qadınlar üçün ləzzət və reybə qəsdi olmadan müstəhcən[6] (yarım-çılpaq) şəkillərə baxmağın hökmü nədir?

Xamenei və Bəhcət: Əgər fəsad və reybə ilə yaxın olarsa, işkalı vardır, onların bəzi qisimləri yəqin şəkildə haramdır. İstifta

Təbrizi və Məkarim: Bu cür şəkillərə baxmaq caiz deyildir.

Təbrizi: Siratun-nəcat, Sual: 901.

Məkarim: İstifta

Fazil: Əgər fəsadı olarsa, caiz deyildir. İstifta

QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI

Məsələ 69: Qadınlar kişilərin şəkillərinə bu şərtlə baxa bilərlər ki, ləzzət və reybə qəsdi olmasın, istər kişini tanısın, istərsə də tanımasın, istər kişi məhrəm olsun, istərsə də naməhrəm.

səh:38

İmam, Xamenei, Məkarim: İstifta

Bəhcət və Fazil: Əgər kişinin şəklinə baxmaq fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Sistani: Əgər adi halda açıq olan yerlərdən daha artıq açıq olarsa, ehtiyat-vacibə görə baxmaq caiz deyildir, əlbəttə, əgər şəhvətlə olarsa, mütləq şəkildə caiz deyil. İstifta.

* NƏTİCƏDƏ: İdmançıların, şəhidlərin və s. (kino artistlərinin, məşhur aktyorların və s.) şəkillərinə baxmağın – qadınlar üçün öz ardınca fəsad gətirməyincəyə qədər işkalı yoxdur.

səh:39

KİNOYA BAXMAQ

Məsələ 70: Birbaşa (canlı yayımda) efirə buraxılan verilişlərdə iştirakçıların şəkilləri diri insanın hökmünə malikdir və əgər birbaşa olmayan şəkildə efirə buraxılırsa, şəklin hökmünə malikdir.

İmam: İstifta, Əhkami banovan kitabı.

Təbrizi: İstifta

Sistani, Fazil və Məkarim: İstər birbaşa, istərsə də birbaşa olmayan halda efirə buraxılan kino, şəklin hökmünə malikdir. İstifta.

Bəhcət: Televizor vasitəsilə naməhrəmi görmək və onların səsini eşitmək əgər fəsad və reybə ilə yanaşı olarsa, işkalı vardır. Tovzihul-məsail, müxtəlif məsələlər:3.

Xamenei: Ehtiyat-vacibə görə, birbaşa olaraq televi­zor­dan efirə buraxılan naməhrəm qadına baxmaq olmaz, lakin əgər reybə və günaha düşmə qorxusu olmazsa bir­başa olmayan şəkildə baxmağın işkalı yoxdur. İstifta

Sistani: Əgər adi film olarsa və baxış da şəhvət üzündən olmazsa, onda işkalı yoxdur. İstifta

* NƏTİCƏDƏ: Əgər kino birbaşa şəkildə efirə buraxılarsa, ona baxmağın hökmü diri insana baxmağın hökmünə malikdir. Buna görə də kişilər naməhrəm qadınların üz və əllərindən başqa yerlərinə (bunlar da yuxarıda qeyd olunan şərtlərlə) baxa bilməzlər, eləcə də qadınlar idman verilişlərində və sair kimi yerlərdə canlı yayımda efirə buraxılan hallarda kişilərin bədəninə baxa bilməzlər.

Həmçinin əgər kino birbaşa olmayan şəkildə efirə buraxılırsa, yəni əvvəlcə videoya çəkilir, sonradan nümayiş etdirilirsə, o filmin kişi və qadınlarına baxmağın hökmü şəkilə baxmağın hökmü kimidir. Misal üçün: Kişilər öz hicabına riayət etməyən müsəlman qadının olduğu filmə, onu tanıdıqları halda baxa bilməz, amma əgər onu tanımırlar və fəsada düşmək qorxusu yoxdursa, ona baxa bilərlər. Həmçinin kişilər əqd və toy

səh:40

mərasimlərində hazırlanmış filmlərə baxa bilməzlər. Əgər o filmlərdəki hicabsız qadınları tanıyırlarsa və s.

Məsələ (Sual) 71: Televizordan efirə buraxılan idman verilişlərinə, kişilərin kifayət qədər örtüyə malik olmadıqları halda qadınların baxmalarının hökmü nədir?

Cavab: Fəsada düşmə qorxusu və ləzzət qəsdi ilə olmazsa, işkalı yoxdur.

Bəhcət: Əgər haram və fəsada şamil olmazsa, eybi yoxdur, amma futbol, güləş və üzgüçülük kimi yerlərdə ictinab olunmalıdır. İstifta.

Xamenei: Əgər birbaşa şəkildə televizordan efirə buraxılırsa, ehtiyat-vacibə görə baxılmasın, əgər birbaşa olmayan şəkildə efirdə buraxılırsa, ləzzət qəsdi ilə baxsalar, yaxud reybə və fəsada səbəb olarsa, yaxud fitnəyə düşmək qorxusu olarsa, haramdır. İstifta.

Sistani: Adi miqdardan az örtüyə malik olan kişilərin idman verilişlərinə baxmaq – misal üçün, güləşçilər, ağırlıq qaldıranlar, üzgüçülər və s. – ehtiyat-vacibə görə caiz deyildir İstifta.

İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Bəhcət, Xamenei, Sistani:

Məsələ (Sual) 72: Televizorda münasib və kifayət qə­dər örtüyü olmayan qeyri-müsəlmanlara baxmaq caizdir­mi?

Cavab: Əgər ləzzət qəsdi ilə, yaxud fəsada düşmə qorxusu olmazsa, işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.

Bəhcət: Tovzihul-məsail, müxtəlif məsələlər: 2.

Sistani: Minhacus-salihin, nikah, 27-ci məsələdən istifadə etməklə.

Məsələ 73: Qeyd olunan məsələdə filmin video surətində, ya böyük kino salonlarında və ya hər hansı bir başqa surətdə olması arasında heç bir fərq yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

Məsələ (Sual) 74: Əgər naməhrəm qadınların rol ifa etdiyi və bəzi hallarda hicabsız olduğu filmlərə baxmaq bir şəxsin şəhvətin təhrik olunmasına səbəbdirsə, həmin kino başqaları

səh:41

üçün şəhvətin təhrik olunmasına səbəb olmazsa, hər iki şəxs bu filmə baxa bilərmi?

Təbrizi: Əgər film birbaşa şəkildə efirə bura­xılırsa, şəhvət nəzərlərilə ona baxmaq caiz deyildir, istər təhrik olunsun, istərsə də olunmasın. Amma kino birbaşa olmayan şəkildə efirə buraxılırsa, onda əgər baxan şəxs təhrik olunursa, ona baxa bilməz, əgər təhrik olunmursa, baxa bilər.

Siratun-nəcat, 1002-ci sualdan istifadə etməklə və İstifta.

Məkarim: Yollarını azması və günaha düşməsi ehtimalı verilən şəxslər üçün caiz deyildir, istər bir­başa efirə buraxılsın, istərsə də yox.

Məsələ 75: Meyyitə baxmağın hökmü elə diri insana baxmağın hökmüdür.

İmam, Bəhcət, Xamenei, Fazil və Məkarim: İstifta.

* NƏTİCƏDƏ: Yuxarıda qeyd olunan təfsilatla kişi, naməhrəm qadın cənazəsinin bədəninə, qadın da ölmüş naməhrəm kişinin bədəninə baxa bilməz.

Məsələ (Sual) 76: Diktor qadın olduğu halda radio və televizorda olan xəbərlərə qulaq asmaq, həmçinin onlara baxmaq caizdirmi?

Cavab: Ləzzət və reybə qəsdi ilə olmazsa, işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei, Sistani və Məkarim: İstifta.

Bəhcət: Tovzihul-məsail, müxtəlif məsələlər: 2-ci məsələdən istifadə etməklə.

Fazil: Ona baxmaq şəklə baxmağın hökmünü daşıyır. İstifta.

Məsələ (Sual) 77: Kişi və qadınlar üçün ləzzət və reybə qəsdi olmadan müstəhcən filmlərə və kross antena vasitəsilə göstərilən filmlərə baxmaq caizdirmi?

Bəhcət, Təbrizi, Məkarim: Bu cür filmlərə baxmaq caiz deyildir.

Bəhcət və Məkarim: İstifta.

Təbrizi: Siratun-nəcat, 901-ci sual.

Xamenei: Qərb ölkələri tərəfindən kross antena vasitəsilə göstərilən efirə buraxılan proqramlar, eləcə də onlarla qonşu olan dövlətlərin əksəriyyətinin televizorlarındakı proqramlar

səh:42

azğın fikirləri təlim ver­di­yinə, həqiqətləri təhrif etdiyinə, ləhvlə[7] fəsadı yaydı­ğı­na və əksər hallarda onlara baxılması insan­ların yolunu azıb fəsada düşməsinə, haram işlərə mürtəkib olmasına səbəb olduğuna görə onları alıb baxmaq caiz deyildir. Amma əgər Quran və s. kimi prqramlara baxmaq məqsədilə olarsa, şərən işkalı yoxdur.

Əcvibətül-İstiftaat, 2-ci cild, 103-cü sualdan istifadə etməklə.

Sistani: Ehtiyat-vacibə görə baxmaq caiz deyildir.

İstifta.

Fazil: İnsanları azğın yola salmaq məqsədilə hazırlanan bu cür filmlərə baxmaq caiz deyildir.

Camiul-məsail, 1-ci cild, 1729-cu sual.

İzah: Yəni əgər insan günaha düşməyindən qorxmazsa, işkalı yoxdur. Bundan qeyri hallarda onlara baxmaq, yaxud qulaq asmaq caiz deyildir.

səh:43

PALTAR VƏ ZİNƏT ƏŞYALARININ HÖKMLƏRİ

KİŞİ ÜÇÜN HARAM OLAN PALTARLAR VƏ ƏŞYALAR

Məsələ (Sual) 78: Kişilər üçün xalis ipəkdən hazır­lanmış paltar geyinmək haramdır, hətta araqçın, yaxud şalvarın ipi olsa belə, istər onu görən bir şəxs olsun, istərsə də yox, əgər görən varsa, kişi olsun, yaxud qadın, istər məhrəm olsun, istərsə də naməhrəm.

İmam və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Təbrizi: Tovzihul-məsail, məsələ: 842.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, məsələ: 842; Minhacus-salihin, namaz qılanın paltarı, 6-cı şərt.

Məkarim: Tovzihul-məsail, məsələ: 763.

Bəhcət: Kişilər üçün xalis ipək paltar geymək ha­ram­dır, lakin araqçın, yaxud şalvarın bağı, yaxud corab kimi təklikdə övrəti örtə bilməyən şeylər qəbilindən olsa və xalis ipək olsa, əzhər nəzərə görə onunla namaz səhihdir, amma ehtiyat etmək bunun xilafınadır.

Tovzihul-məsail, məsələ: 703.

İzah: Bu təbir müstəhəb ehtiyat mənasındadır. Nəti­cədə bu müctehidin nəzərinə görə ehtiyat-müstəhəb əsa­sın­da kişilər namaz vaxtlarında araqçın, corab və s. kimi xalis ipəkdən olan şeylərdən istifadə etməməli­dir­lər.

Fazil: Kişilər üçün xalis ipək geymək haramdır, həmçinin ehtiyat-vacibə görə araqçın, şalvarın bağı və s. kimi təklikdə övrəteyni örtə bilməyən şeylər qəbilin­dən olanlar, əgər xalis ipəkdən olsa, caiz deyildir.

Tovzihul-məsail, məsələ: 843.

Məsələ 79: Əgər paltarın astarının yarısı, yaxud ha­mısı xalis ipəkdən olarsa, kişilər üçün onun geyi­nil­məsi caiz deyildir.

İmam, Fazil, Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ: 27.

İmam: Tovzihul-məsail, məsələ: 835.

Təbrizi: Tovzihul-məsail, məsələ: 843.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, məsələ: 843; Minhacus-salihin, namaz qalının paltarının şərtləri, 6-cı şərt.

səh:44

Məkarim: Tovzihul-məsail, məsələ: 763.

Bəhcət: Əgər paltarın hamısının, yaxud bir miqdarının astarı xalis ipəkdən olarsa, onun kişilər üçün geyilməsi işkalsız deyildir (ehtiyat-vacib).

Tovzihul-məsail, məsələ: 704.

Məsələ 80: Kişilər üçün ipək paltar geymək haramdır, hətta üst paltar olmasa da, misal üçün alt paltar.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ 81: Əgər paltarda ipəkdən olan qaytanlar olar­sa, yaxud ipəkdən olan etiket olarsa, onun geyilmə­sinin işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ: 26.

Bəhcət: Əgər ipək xalis olmazsa, işkalı yoxdur.

Təbrizi: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Sistani: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Məsələ 82: Cibdə olan dəsmal kimi ipəkdən olan şeylərin insanın üstündə olmasının işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə namaz qılanın paltarının şərtləri, məsələ: 26.

Bəhcət: Tovzihul-məsail, məsələ: 705.

Təbrizi: Tovzihul-məsail, məsələ: 845.

Sistani: Tovzihul-məsail, məsələ: 845; Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Fazil: Tovzihul-məsail, məsələ: 847.

Məkarim: Tovzihul-məsail, məsələ: 865.

Məsələ 83: Əgər paltarın cinsi ipək və başqa şeylərə qarışmış olsa, bu halda xalis ipək ona deyilə bilməzsə, geyilməsinin işkalı yoxdur, amma əgər o qədər çox olsa ki, ona xalis ipək deyilə bilsə, onun geyilməsi caiz deyildir.

İmam, Fazil və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Sistani: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, məsələ: 530.

Məsələ 84: Əgər insan paltarının ipəkdən, yoxsa baş­qa bir şeydən olmasında şəkk edərsə, onun geyilmə­si­nin işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ: 36.

Bəhcət, Xamenei: İstifta

Təbrizi: Tovzihul-məsail, məsələ: 844; Siratun-nəcat, Sual: 1191.

Sistani: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, məsələ: 531.

Fazil: Tovzihul-məsail, məsələ: 846.

səh:45

Məkarim: Tovzihul-məsail, məsələ: 764.

Məsələ 85: İpək sap ilə tikilmiş paltarı geyməyin işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 26-cı məsələdən istifadə etməklə.

Bəhcət: Əzhər nəzər caiz olmasıdır.

Təbrizi: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 6-cı şərt.

Sistani: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 6-cı şərtdən istifadə etməklə.

Məsələ 86: Qızıl ilə zinət vermək, yaxud qızıl to­xun­muş paltar geyinmək kişilər üçün haramdır, istər aş­kar olsun, istərsə də gizli, namaz da onunla batildir. Bu­na əsasən əgər kişi, misal üçün boynuna qızıl sep as­mış olsa, görünməsə də belə, bu iş haramdır.

İmam, Fazil və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 5-ci şərt, məsələ: 24.

İmam: Tovzihul-məsail, məsələ: 831.

Bəhcət: Tovzihul-məsail, məsələ: 701-702.

Təbrizi: Qızıl şey geymək hər cür olursa-olsun, caiz deyildir və ümumi şəkildə qızıl ilə zinətlənmək qızıl paltar geyinmişdir-deyilə bilməzsə, eybi yoxdur.

Minhacus-salihin, məsələ: 5282.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, məsələ: 839; Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 5-ci şərt, Məkasibi-mühərrəmə məsələ:37.

Fazil: Tovzihul-məsail, məsələ: 839.

Məkarim: Tovzihul-məsail, məsələ: 760.

Məsələ 87: Kişilər üçün qızıl cinsindən olan hər növ zinət caiz deyildir, istər aşkar olsun, istərsə də gizli.

İmam, Fazil və Məkarim: Ürvə namaz qılanın paltarının şərtləri, məsələ: 21.

İmam: Tovzihul-məsail, məsələ: 832.

Bəhcət: Tovzihul-məsail, məsələ: 702.

Təbrizi: Tovzihul-məsail, məsələ: 840.

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, 842-ci məsələdən istifadə etməklə; Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, məsələ: 528; Məkasibi-mühərrəmə, məsələ: 37.

Fazil: Tovzihul-məsail, məsələ: 840; Camiul-məsail, 1-ci cild, Sual: 254.

Məkarim: Tovzihul-məsail, məsələ: 761.

Məsələ 88: Ehtiyat-vacibə görə kişilər gərək qızıl eynəkdən də istifadə etməsinlər.

İmam: Tovzihul-məsail, məsələ: 832.

Fazil: Tovzihul-məsail, məsələ: 840.

Məkarim: Tovzihul-məsail, məsələ: 761.

səh:46

* NƏTİCƏDƏ: Ələ qızıl üzük taxmaq, boyuna qızıl sep salmaq, hətta paltar altında olub, görünməsə də belə, yaxud saat və düymə kimi, yaxud qızıldan olan hər hansı bir zinət kişilər üçün caiz deyildir.

Məsələ 88: Ehtiyat-vacibə görə kişilər gərək qızıl eynəkdən də istifadə etməsinlər.

İmam: "Tovzihul-məsail", məsələ: 832.

Fazil: "Tovzihul-məsail", məsələ: 840.

Məkarim: "Tovzihul-məsail", məsələ: 761.

Bəhcət, Təbrizi və Sistani: Kişi üçün qızıl eynəkdən istifadə etmək haramdır.

Bəhcət: İstifta.

Təbrizi: Tovzihul-məsail, məsələ: 840.

Sistani: Tovzihul-məsail, məsələ: 840; Məkasibi-mühərrəmə, 37-ci məsələdən istifadə etməklə.

Məsələ 89: Ağ qızıl sarı qızılın hökmünə malik de­yil­dir və kişilərin ondan istifadə etməsinin işkalı yoxdur, amma əgər o elə sarı qızıldan ibarət olsa və rəngi dəyişilmiş olsa, bu başqa.

İmam: İstifta, 1-ci cild, namaz qılanın paltarı, 50, 51, 52 və 54-cü suallardan istifadə etməklə.

Təbrizi, Sistani və Məkarim: Qızıl istər ağ olsun, istərsə də sarı, yaxud qırmızı, kişilər üçün haramdır. Halal olan şey isə platin adlı digər bir filizdir. Qızılın rənginin bir-birindən fərqli olmasının səbəbi budur ki, bəzən onu mis, bəzən bürünc, bəzən də gümüşlə qarışdırırlar.

Sistani və Məkarim: İstifta.

Təbrizi: Siratun-nəcat, 1192-ci sualdan istifadə etməklə.

Bəhcət: Əgər ona qızıl deyilirsə, caiz deyildir, la­kin platinin işkalı yoxdur. İstifta.

Xamenei: Əgər ağ qızıl elə həmin sarı qızıl olub, müəyyən bir maddə qatılmaqla ağ rəngli olursa, ondan istifadə edilməsi kişilər üçün haramdır. Lakin əgər platindirsə, yaxud qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə azdırsa, eybi yoxdur.

İstifta.

səh:47

Fazil: Əgər ağ qızıl, qızıl ünvanına malik olarsa və həm də sarı qızılın cinsindən olarsa, kişilər üçün ondan istifadə etmək caiz deyildir.

Camiul-məsail, 256 və 969-cu suallardan istifadə etməklə.

Məsələ 90: Qızıl suyu ilə zinət vermək qızıl ünvanı ona aid edilməzsə, işkalı yoxdur.

İmam və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 5-ci şərt.

Bəhcət: İstifta

Təbrizi: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 5-ci şərt.

Xamenei: Kişilər üçün qızıl suyu ilə zinət verməyin işkalı yoxdur, hətta ürfdə ona qızıl deyilsə də belə.

İstifta.

Sistani: Minhacus-salihin, namaz qılanın paltarının şərtləri, 5-ci şərtdən istifadə etməklə.

Fazil: Əgər yanız qızılın rənginə malik olarsa, ki­şi­lər üçün onunla zinətlənməyin işkalı yoxdur. Amma əgər onun üzərində qızıl qatı olarsa, caiz deyildir.

İstifta.

Məsələ 91: Əgər bir şey sarı qızıl və başqa bir filizlə qarışmış olarsa, bu halda əgər sarı qızıl onda itib aradan getmiş olsa və ona sarı qızıl adı deyilə bilməzsə, onlar sarı qızıl hökmünə malik deyil.

İmam: İstifta 2-ci cild, 13-14-cü suallardan istifadə etməklə.

Bəhcət və Sistani: İstifta

Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 5-ci şərt.

Fazil: Qızıl və qızıldan başqa şeylərin qarı­şı­ğından olan hər bir şeyin geyilməsi kişilər üçün caiz deyildir.

Ürvə, namaz qılanın paltarının şərtləri, 5-ci şərt.

Məsələ 92: Əgər kişi bir şeyin qızıldan olub-olma­dığında şəkk etsə, ondan istifadə etməyin onun üçün işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ: 21.

İmam: İstifta, 1-ci cild, namaz qılanın paltarı, Sual: 54.

Xamenei və Sistani: İstifta

Bəhcət: Əgər qızıl adı verilsə, caiz deyildir.

İstifta.

Məsələ (Sual) 93: Əgər kişi öz həyat yoldaşı üçün qızıl üzük, yaxud qızıl saat alsa və yoxlamaq üçün, yaxud qoruyub

səh:48

saxlamaq üçün öz əlinə bağlasa, namazda və sair kimi yerlərdə hökmü nədir?

Bəhcət: Caiz deyildir və namaz batildir. İstifta.

Xamenei: Hər bir halda, əgər qızıl şey geymişdir deyilsə, haramdır. İstifta.

Məsələ (Sual) 94: Bir nəfər öz həyat yoldaşı üçün qızıl üzük alıb və ölçüsünü yoxlamaq üçün əlinə salır. Həmin miqdar ələ keçirmək də haramdırmı?

Xamenei: Bu məsələnin cavabı əvvəlki sualdan aydın oldu.

KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ

Diqqət:

Bu bölmənin bütün hökmlərindən həyat yoldaşı istisna olunur.

Məsələ 95: Kişilər öz övrəteynini başqa kişilər­dən, həmçinin öz məhrəmlərindən örtməlidirlər. Onla­rın bədənlərinin başqa yerlərini örtmək vacib deyil­dir.

İmam və Fazil: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Təbrizi və Xamenei: İstifta

Sistani: Minhacus-salihin, nikah, 19-cu məsələdən istifadə etməklə.

Bəhcət: Amma əgər başqalarının harama düşməyinə kö­mək olarsa, bədənin başqa yerlərini örtmək vacib olur.

İstifta.

Məkarim: Kişilər öz bədənlərini məhrəmlərinin müqa­bilində çılpaq edə bilməzlər, yalnız o miqdar istisna olunur ki, məhrəmlər qarşısında adi bir haldır və qadınlar da öz məhrəmlərinin qarşısında eynilə.

İstifta.

Məsələ (Sual) 96: Geyildiyi zaman övrəteyninin həc­mini göstərən, lakin bədənin dərisini göstərməyən şort və sair alt paltarları başqalarının müqabilində örtük üçün kifayətdirmi?

səh:49

Cavab: Əgər bu işin ardınca bir fəsad gəlməzsə, işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 44-cü məsələdən qabaqkılardan istifadə etməklə, səh.551.

Təbrizi: Siratun-nəcat, 907-ci sualdan istifadə etməklə.

Xamenei və Fazil: İstifta

Sistani: Minhacus-salihin, əhkamut-təxəlli, 55-ci məsələdən qabaqkından istifadə etməklə.

İmam: İstifta

Bəhcət: Əgər fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Məkarim: Əgər övrəteynin həcmi kamil şəkildə görünərsə, işkalı vardır. İstifta

Məsələ 97: Başqalarını harama salmaq məqsədilə bədənin hər hansı bir yerini örtməmək haramdır.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta

Bəhcət: Bədənin örtülməsi vacib olan hissəsini ört­mə­mək haramdır, hətta başqaları bu işlə harama düş­məsə də belə və bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək edilməsi fərz olunarsa, onun örtülməsi vacibdir. İstifta.

Məkarim: Ləzzət və reybə qəsdi olmadan da müxalif cinsin müqabilində, işkallıdır. Hərçənd məhrəmlərdən olsa da belə. İstifta.

Məsələ 98: Məhrəmlərin qarşısında, ya başqa kişilərin müqabilində ləzzət və reybə məqsədilə bədəni açmaq (həyat yoldaşı istisna olunur) haramdır.

İmam, Təbrizi, Xamenei, Sistani: İstifta

Bəhcət və Məkarim: (Bundan qabaqkı məsələyə bax.)

Məsələ 99: Həkim olmaq istisna hallarından deyil­dir, buna görə də kişilər öz övrəteynini həkimlərdən də örtməlidirlər, yalnız iztirar halı istisna olunur. (Əlbəttə, həyat yoldaşı həmişə istisnadır.)

İmam, Fazil və Məkarim: ürvə, sətr və satir, səh.509 və 550.

Bəhcət, Təbrizi, Xamenei: İstifta

Bəhcət: Tovzihul-məsail, 1942 və 1938-ci məsələlərdən istifadə etməklə.

Sistani: Minhacus-salihin, əhkamut-təxəlli, 55-ci məsələdən qabaqkılardan istifadə etməklə; Nikah, məsələ: 20.

səh:50

İzah: Kişilərin örtüyündən istisna olunanlar izti­rar (zərurət) halıdır. Buna görə də əgər bir şəxs iztirar halına düşsə, həkimin müqabilində də övrəteynini aça bilər. (Misal üçün, övrəteynini həkim üçün açmadıqda müalicə olunması mümkün olmayan xəstəliklərdə; əks halda bunlardan qeyri-hallarda (iztirar məqamı və şiddətli hərəc[8] məqamından başqa hallarda, uşaq doğumunun qarşısını almaq kimi hallar) kişilər öz övrəteynini başqalarından örtməlidirlər, hətta əgər başqası onun atası, qardaşı, oğlu, yaxud məhrəmlərindən digərləri, bacı, ana, xala və s. hər bir şəxs olsa da belə.

səh:51

KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ

Məsələ 100: Kişilər öz övrəteynini naməhrəmlərdən örtməlidirlər və bədənin başqa yerlərini onlardan örtmək vacib deyildir.

İmam və Fazil: Ürvə, sətr və satir, səh.549.

Sistani: Minhacus-salihin, nikah, məsələ: 19.

Bəhcət: Ehtiyat-vacibə görə, kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da belə. Əgər harama düşməsinə kömək olsa, bədə­ni örtmək şübhəsiz vacibdir, eləcə də övrəti naməh­rəm­dən örtmək də vacibdir.

Tovzihul-məsail, 1937-ci məsələ.

Xamenei: Kişilər üçün bədənin vacib miqdarda örtülməsi övrəteyni örtməkdir, belə ki, şəhvət yaratmağa və fəsada səbəb olmasın. Əgər fəsada düşmək məsələsi varsa, bədənin sair yerlərini də – baş, boyun və əllərdən başqa hər yerini – gərək örtsün.

Məkarim: Naməhrəm qadınlar baxdığı halda vacibdir ki, bədənini örtsün, yalnız adi halda açıq qalan hissələr istisna olunur. İstifta.

Məsələ 101: Kişilər ehtiyat-müstəhəbə görə adi hal­lar­da kişilərin örtdüyü yerləri naməhrəmdən örtmə­lidirlər. Xüsusilə əgər naməhrəmin ləzzət və ya reybə qəs­di­lə onlara baxdığını bilərsə.

İmam və Fazil: Ürvə, nikah, məsələ: 51.

Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da. Əgər harama düşməyə kömək edərsə, bədəni örtmək şübhəsiz vacibdir. Əgər başqalarını harama salmaq qəsdi olmazsa, lakin yəqin şəkildə bilsə ki, baş­qası harama düşəcəkdir, onun caiz olması işkallıdır.

Tovzihul-məsail, məsələ: 1937 və İstifta.

səh:52

Xamenei: Əgər kişi naməhrəmin onun bədəninə baxdığını bilsə, ehtiyat-vacibə görə öz bədənini – baş, boyun və əlləri istisna olmaqla örtməlidir. İstifta.

Məkarim: (Ehtiyat-vacib) budur ki, kişi adətən kişilər arasında adi qaydaya görə örtülən yerləri yad qadının ona baxdığını bildiyi halda örtsün. İstifta.

* NƏTİCƏDƏ: Kişi biləkdən yuxarını, sinəni və öz ayaqlarını, eləcə də kişilərin adətən örtdükləri yeri, ona baxan naməhrəm qadından örtməlidir, başqa yerləri, məsələn baş, üz, əllər və s. kimi örtmək lazım deyildir.

Məsələ 102: Bədənin hər hansı bir yerini naməhrəmi harama salmaq məqsədilə açıq qoymaq haramdır.

İmam, Xamenei, Sistani və Məkarim: İstifta

Bəhcət və Fazil: Əgər bu iş haram işə kömək sayılarsa, onları örtmək qəti şəkildə vacibdir.

Bəhcət: Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Fazil: İstifta.

* NƏTİCƏDƏ: Əgər bir kişi özünün biləyini, sinəsini, yaxud bədənini naməhrəmin ona baxması məqsədilə açsa, yaxud bədənini göstərən nazik köynək geyərək məqsədi də onun bədənə baxması olarsa, bu iş haramdır, bu işdən ictinab etmək lazımdır. Amma əgər, misal üçün, qolu qısa paltar geyərsə və başqalarını harama salmaq məqsədilə olmazsa, hətta başqalarının bu işlə harama düşəcəyini bilsə də belə, ehtiyat-müstəhəbbə görə gərək belə paltar geyməsin.

Məsələ (Sual) 103: Naməhrəm qadınlar kişilərə iynə vura bilərmi, yaxud qan təzyiqini ölçə bilərmi və ya radioloji şəkillər götürə bilərmi?

Cavab: Əgər kişinin bədəninə haram olan toxunma, yaxud baxışa səbəb olarsa, caiz deyildir, yalnız iztirar məqamı istisna olunur.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, 47 və 31-ci məsələlərdən istifadə etməklə.

İmam: Tovzihul-məsail, məsələ: 2433 və İstifta

səh:53

Xamenei: İstifta

Sistani: Minhacus-salihin, nikah, 19, 20 və 21-ci məsələlərdən istifadə etməklə.

Bəhcət: Naməhrəm kişinin bədəninə baxmaq, əgər ha­ram işə kömək olmazsa, ehtiyat-vacibə görə caiz deyildir və əgər haram işə kömək olarsa, şübhəsiz haramdır. Hər bir halda, naməhrəmin bədəninə toxunmaq zərurət halından başqa hallarda caiz deyildir.

Tovzihul-məsail, 1933 və 1937-ci məsələlər.

Məsələ (Sual) 104: Kişilər naməhrəmlərin ona baxdığını bilə-bilə bədənlərinin kişilərin adətən örtdükləri çox hissəsini aça bilərmi? Məsələn: Mayka ilə evdə ola bilərmi, halbuki naməhrəmin ona baxdığını bilir, yaxud xalça-palaz, yaxud maşın və s. kimi şeyləri yumaq üçün öz şalvarlarının balağını yuxarı çəkirlər, yaxud naməhrəmin gözü önündə üzürlər?

Cavab: Əgər naməhrəmi harama salmaq məqsədi ilə olarsa, haramdır, bundan qeyri-hallarda yaxşı olar ki, tərk olunsun, xüsusilə əgər baxanlar cavan olarsa.

İmam və Fazil: Ürvə, nikah, 51-ci məsələdən istifadə etməklə.

Bəhcət: Əgər öz ardınca haram gətirərsə, bu iş caiz deyildir. Əgər haram iş gətirməzsə, ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün. Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Xamenei: Əgər fəsada səbəb olarsa, yaxud şəhvəti təhrik edərsə, bu iş caiz deyil. İstifta.

Sistani: Əgər məqsədi naməhrəmin onun bədəninə baxması olarsa, yaxud bu kimi yerlərin açıq qoyulması əsas etibarı ilə fitnə yaradarsa, caiz deyildir. İstifta.

Məkarim: Bu halda da ehtiyat-vacib, tərk etməkdir. İstifta.

səh:54

KİŞİLƏRİN UŞAQLARDAN ÖRTÜNMƏSİ

Uşaqlar ya müməyyizdir, ya yox.

Məsələ 105: Əgər uşaqlar müməyyiz olmazsa, istər oğlan, istərsə də qız, onlardan örtünmək vacib deyil, hətta övrəteyni belə.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 35.

Bəhcət, Təbrizi: İstifta

Sistani: Minhacus-salihin, nikah, məsələ: 25.

Əgər müməyiz olarsa:

Məsələ 106: Kişi gərək öz övrəteynini müməyyiz uşaqlardan örtsün, istər oğlan olsun, istərsə də qız, istər məhrəm olsun, istərsə də naməhrəm.

İmam, Fazil, Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Sistani: Minhacus-salihin, əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.

Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini doqquz yaşı tamam olmayan, amma yaxşı və pisi seçən qız uşağından örtsün, hətta ləzzət qəsdi olmasa da; və vacibdir ki, öz övrəteynini ondan örtsün.

Tovzihul-məsail, məsələ: 1937 və İstifta.

* Kişilər hamamlarda, yaxud başqa yerlərdə öz övrəteynlərini müməyyiz uşaqlarından örtsün.

səh:55

QADININ ÖRPƏYİNİN HÖKMLƏRİ

QADININ NAMƏHRƏMDƏN QORUNMASI

Məsələ 107: Qadına vacibdir ki, özünün bütün bədənini – üzü və əlləri istisna olmaqla – naməhrəmdən örtsün. Bu şərtlə ki:

1-Onların üzü və əlləri zinətlənməmiş olsun.

2-Bir kəs ləzzət və reybə qəsdi ilə onların əllərinə və üzünə baxmasın.

İmam Xomeyni: Ürvə, sətr və satir, 4-5-ci məsələlərdən istifadə etməklə.

İmam: İstifta, Əhkamu banovan kitabından, 6-cı sual, səh.11 və İstifta.

Bəhcət: Qadın gərək bədənini və tüklərini naməhrəm kişidən örtsün, hətta harama düşməyə kömək və ləzzət qəsdi olmasa da belə. Tovzihul-məsail, məsələ: 1937.

Təbrizi: Qadın gərək bütün bədənini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsün və üzündə və əllə­rindəki zinət belə olsa ki, misal üçün üzük taxdığı, üzünü islah etdiyi və hətta qoca qadınlarda da adət olan sürmə çəkdiyi halda olsa, onları örtmək qadına vacib deyildir. Bundan qeyri hallarda öz zinətini naməhrəmdən örtməlidir. Baxmayaraq ki, ehtiyat-müstəhəb özünün üzünü və əllərini naməhrəmdən örtməkdir, hətta zinəti olmasa da belə.

Siratun-nəcat, 1484, 1986, 882, 883, 884, 885, 886-cı suallardan və İstiftadan istifadə etməklə.

Xamenei: Qadınlara vacibdir ki, bütün bədənlərini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsünlər, bu şərtlə ki, üzündə və əllərində zinət olmasın. İstifta

Fazil: Qadın gərək üzü və əlləri istisna olmaqla bütün bədənini naməhrəmdən örtsün. Bu şərtlə ki, üzündə və əllərində də zinət olmasın. Həmçinin qadınların məqsədi naməhrəm kişilərin onlara baxmağı olmasa, hətta naməhrəm onun üzünə və əllərinə ləzzət qəsdilə baxsa belə, üzü və əlləri örtmək vacib deyil.

Camiul-məsail, 2-ci cild, Sual: 1066 və 1070; Tovzihul-məsail, məsələ: 2503.

Sistani: Qadın gərək saçlarını və bədənini naməh­rəm kişilərdən örtsün, üzü və əllərindən başqa. Əgər üzünü və

səh:56

əllərini örtmədiyi təqdirdə harama düşə­cə­yin­dən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün ört­məmək qəsdi olarsa, bu iki halda örtməməsi caiz deyil­dir.

Tovzihul-məsail, məsələ: 2944.

Məkarim: Adi yüngül zinətlərin işkalı yoxdur.

İstifta.

Məsələ 108: Qadınlar gərək ehtiyat-vacibə görə öz əllə­ri­ni və üzlərini adi miqdardan artıq elmi müqəd­di­mə ünvanı ilə örtsünlər. (Üz dəstəmazda yuyulması vacib olan miqdar, əllər də biləkdən barmaqların ucuna qədər­dir.)

İmam, Fazil: Ürvə, sətr və satir, səh.551 və İstifta

Təbrizi: Ehtiyat-müstəhəbbə əsasən, yaxşı olar ki, qadın öz üzünü də naməhrəmdən örtsün.

Siratun-nəcat, 1985-ci sualdan istifadə etməklə.

Məkarim: Üz və əllərdən başqa hər yeri örtməsi kifayətdir. İstifta.

Məsələ (Sual) 109: Ayağın altı, ayağın üstü, ayağın üstündəki çıxıntı və dabanı naməhrəm kişilərə açıb göstərmək şərən caizdirmi?

Cavab: Caiz deyildir.

İmam, Fazil: Ürvə, sətr və satir, 1 və 5-ci məsələlərdən istifadə etməklə.

İmam: Əhkami izdivac kitabından; İstifta, səh.185.

Təbrizi və Xamenei: İstifta

Bəhcət: Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Sistani: Tovzihul-məsail, 2444-cü məsələdən istifadə etməklə; Minhacus-salihin, nikah, məsələ: 18.

Fazil: Tovzihul-məsail, 2503-cü məsələdən istifadə etməklə.

Məkarim: Yaxşı olar ki, bu hissələri də örtsün, lakin vacib deyildir. İstifta.

* NƏTİCƏDƏ:

Qadınlar corabsız ayaqlarla naməh­rəmlərin qarşısında gediş-gəliş edə bilməz, yaxud bu vəziyyətdə al-ver məqsədilə evə yaxın olan dükanlara gedə bilməz, yaxud əgər evdə naməhrəm adam olsa, corabsız onların qarşısına gələ bilməzlər, baxmayaraq ki, naməhrəm onun ərinin qardaşı, bacısının əri, yaxud hər hansı bir başqa naməhrəm olsa belə.

səh:57

Məsələ 110: Çənənin altının, boğazın, qulağın, sinə­nin və biləyə qədər qolun yuxarı tərəfdən açıq olması qadın­lar üçün caiz deyildir və bu yerləri də naməhrəmdən ört­məlidirlər.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Sistani: Çənənin alt tərəfinin adətən məqnə, yaxud ru­səri (yaylıq) örtdükləri zaman adətən açıq qalan miq­dar­dan əlavə hissələri, eləcə də boyunun, qulağın, sinənin və əllərin biləkdən yuxarı hissəsnin görünməsi qadınlar üçün caiz deyil. İstifta

Diqqət:

Qadınlar aşağıdakı məsələlərə diqqət yetirməlidirlər:

Evdə, yaxud naməhrəmin olduğu başqa məkanlarda əgər qısa qollu paltar geymiş olsalar (hətta çadra ilə örtülmüş olsa da), yaxud əgər qolu uzun olan paltarı olsa və bir şeyi yuxarıdan götürdükdə, yaxud bir şeyi naməhrəmin əlindən aldıqda, yaxud meyvə və sair kimi şeyləri naməhrəm adamlara təklif etdikdə, yaxud naməhrəm qarşısında yemək yeyərkən, yaxud dükanlardan mal alarkən, yaxud böyük və ya ağır yükü daşıyarkən bütün bu kimi hallarda onların paltarının qolunun arxaya getməsi, yaxud qollarının və ya çadranın arxaya getməsi nəticəsində bədəninin bəzi hissələri açıla bilər və buna görə əziz qadınlar bu kimi hallara tamamilə diqqət yetirməlidirlər.

Məsələ 111: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?

Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən əvvəl və 3-cü məsələdən istifadə etməklə.

İmam: Əhkami izdivac kitabının İstiftası, səh.194.

səh:58

Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta

Fazil: Camiul-məsail, 1-ci cild, səh.1701.

Məsələ (Sual) 112: Naməhrəmin qarşısında bədənin həcmi­ni və onun çıxıntılarını göstərən manto və şal­var geymək caizdirmi?

Cavab: Hicab və örtük baxımından kifayətdir, lakin əgər bədənin həcmi, yaxud onun çıxıntıları reybə və fəsa­da səbəb olarsa, onda örtülməlidir.

İmam: Ürvə, sətr və satir, 4-cü məsələdən qabaq.

Bəhcət: İstifta

Sistani: Minhacus-salihin, nikah, 18-ci məsələdən istifadə etməklə.

Təbrizi: Qadına vacibdir ki, əlləri və üzləri istis­na olmaqla, öz bədənini naməhrəmdən örtsün, zinət hesab olunan bir paltar geysə, gərək o paltarı da naməhrəmdən örtsün. İstifta.

Xamenei: Bədənin çıxıntılarının üstünü örtmək lazımdır.

Fazil: Əgər təhrikedici olmasa və öz ardınca fəsada səbəb olmasa, zinət olmadığı təqdirdə eybi yoxdur.

Camiul-məsail, 1-ci cild, 1708-ci sual və İstifta.

Məkarim: Adi mantoların işkalı yoxdur, baxmayaraq çadra daha yaxşı hicabdır. İstifta.

Sistani: Hicab və sətr (örtük) baxımından kifayət­dir, lakin bədənin həcm və çıxıntılarının görünməsi adətən reybə və fəsada səbəb olacağı təqdirdə olarsa, gərək örtsün.

Minhacus-salihin, nikah, 18-ci məsələdən istifadə etməklə və İstifta.

Məsələ 113: Qadınlar öz paltarlarının qollarını iynə vurdurmaq, qan təzyiqini ölçmək, nəbzini tutmaq və s. kimi işlər üçün naməhrəm qarşısında yuxarı qaldıra bilməzlər, yalnız iztirar və zərurət məqamı istisna olunur.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Bəhcət: Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Təbrizi: Siratun-nəcat, 1485, 882, 883, 884, 885, 886-cı suallardan istifadə etməklə.

Sistani: Minhacus-salihin, nikah, 18 ı 20-ci məsələlərdən istifadə etməklə.

Fazil: Camiul-məsail, 1-ci cild, 2091-ci sualdan istifadə etməklə.

Xamenei: İstifta

Məsələ (Sual) 114: Bir qadın deyir: Mən xəstəliyimə görə hər gün iynə vurdurmalıyam, evimizin yaxınlığındakı

səh:59

poliklinikada iynə vuran bir kişi vardır. Əlbət­tə, nisbətən uzaq bir poliklinikada qadın iynə vuranı da vardır, lakin evdən uzaq olduğuna görə maşınla getməyə məcburam. Yaxınlıqdakı kişi iynə vurana iynə vurdura bilərəmmi?

Cavab: Yalnız zərurət halında caizdir, bundan başqa hallarda isə caiz deyildir.

İmam, Bəhcət, Tbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ (Sual) 115: Qadınlar, qadın həkiminin olub-olmaması barəsində təhqiqat aparmadan naməhrəm kişi həkiminin yanına gedə bilərlərmi? Əlbəttə, qadının bədəninə toxunmağı, yaxud baxmağı lazım tutursa!

Cavab: Caiz deyildir.

İmam, Sistani, Məkarim: İstifta

Fazil: Camiul-məsail, 1-ci cild, 2078-2079-cu məsələlərdən istifadə etməklə.

Bəhcət: Zərurət halında olarsa, eybi yoxdur. İstifta.

Məsələ (Sual) 116: Bizim şəhərimizdə həm qadın hə­ki­mi, həm də kişi həkimi vardır, lakin kişi həkimi da­ha məharətlidir. Qadınlar kişi həkiminin yanına gedə bi­lər­mi?

Cavab: Əgər qadın həkimi müalicə edə bilmirsə, eybi yoxdur.

İmam, Bəhcət, Xamenei, Məkarim: İstifta

Fazil: Camiul-məsail, 1-ci cild, 2087, 2088 və 2089-cu suallardan istifadə etməklə.

Təbrizi: Əgər kişi həkimi ona müraciət edilən işlərdə daha artıq məharətə malikdirsə, ona müraciət etməyin eybi yoxdur. İstifta.

Sistani: Əgər kişi həkimi müalicə etmək üçün daha yaxşı olarsa, eybi yoxdur.

Minhacus-salihin, nikah, 21-ci məsələdən istifadə etməklə; Tovzihul-məsail, 2450-ci məsələ.

Məsələ 117: Ayağın dərisini göstərən nazik corablar örpək hökmündə deyil və qadınlar gərək bu cür corabları naməhrəm müqabilində geyməkdən çəkinsinlər, əksinə elə corablardan istifadə etməlidirlər ki, bədənin dərisi görünməsin.

səh:60

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 4-cü məsələdən qabaqdan istifadə etməklə, səh.550.

İmam, Bəhcət, Xamenei: İstifta

Təbrizi: Siratun-nəcat, 907-ci sualdan istifadə etməklə.

Sistani: Minhacus-salihin, nikah, 18-ci məsələdən istifadə etməklə; Tovzihul-məsail, məsələ 2444.

Məsələ 118: Bəzi qadınlar şalvar geyir, lakin corablarını öz şalvarlarının üzərinə elə çəkirlər ki, qadının bədəninin həcmi aşkar olunur. Bu cür corabları geyməyin hökmü nədir?

Cavab: İşkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 4-cü məsələdən əvvəllərdən istifadə etməklə.

Bəhcət: Əgər naməhrəmi təhrik edərsə, caiz deyil. İstifta.

Xamenei: Əgər öz ardınca fəsad gətirməzsə, işkalı yoxdur. İstifta.

Məsələ 119: Naməhrəmlərin olduqları mühitdə, məsələn, institut, bazar, əzadarlıq məclisi, qonaqlıq və s. kimi mühitlərdə diqqəti cəlb edən rənglərdə paltar geyməyin hökmü nədir?

Cavab: Təhrik edilməsi ehtimalı varsa, haramdır.

İmam, Xamenei, Sistani: İstifta

Bəhcət: Haramdır.

Təbrizi: Əgər qadının paltarı zinət paltarı olarsa, vacibdir ki, onu naməhrəmdən örtsün. Necə ki, öz bədənini örtməsi vacibdir. Siratun-nəcat, 1484-cü sualdan istifadə etməklə.

Fazil: Əgər bədənin dərisinin rəngi aşkar olsa, yaxud fəsada və günaha səbəb olsa, caiz deyil. İstifta.

səh:61

ÇADRALARIN HÖKMLƏRİ

Məsələ (Sual) 120: Naməhrəmin qarşısında arxadan işıq saçdıqda bədənin kölgəsinin bir miqdarı aşkar olduğu bəzi çadraları naməhrəm müqabilində geyməyin hökmü nədir? Caizdir, ya yox?

Cavab: Əgər bədənin dərisi görünməzsə və ardınca da fəsad gətirməzsə, işkalı yoxdur.

İmam: Əhkamu izdivac kitabının istiftası, səh.195-dən istifadə etməklə.

Xamenei və Məkarim: İstifta.

Bəhcət: Ehtiyata riayət etsinlər. İstifta.

Sistani: Onu geymək işkallıdır. İstifta.

Fazil: İşıq saçan zaman geysələr və ona örtük aid edilməzsə, caiz deyil. İstifta.

Məsələ (Sual) 121: Şermən (parıldayan) çadralar geyməyin hökmü nədir?

Cavab: Əgər camaat arasında diqqəti cəlb etməzsə, işkalı yoxdur.

İmam, Xamenei, Fazil, Məkarim: İstifta.

Diqqət: Nəzər-diqqəti cəlb etməsi iki amilə bağlıdır:

1-Bəzən qadınlar müəyyən yerlərdə parıldayan çadra ümumiyyətlə geymirlər, bu halda bir qadın geyərsə, diqqət cəlb olunur və nəticədə parıldayan çadra geymək caiz deyildir.

2-Əgər müəyyən bir yerdə qadınlar parıldayan çadra geysələr, lakin çadra diqqəti cəlb edəcək bir vəziyyətdə olsa, yenə də onu geymək caiz deyildir.

Məsələ 122: Arxasından qadın saçları, yaxud bədənin hər hansı bir yeri görünən çadraları geymək caiz deyil­dir. Qadınlar, xüsusilə evdə əgər naməhrəm olarsa, belə çadraları geyməkdən çəkinməlidirlər.

İmam, Təbrizi, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

İmam və Xamenei: İstifta.

Bəhcət: Tovzihul-məsail, 1937-ci məsələdən istifadə etməklə.

Sistani: Minhacus-salihin, nikah, 18-ci məsələdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2444.

səh:62

Məsələ 123: Əgər bir qadın bədəninin həcmini arxa­dan göstərən bir çadra geysə, lakin çadranın altında ki­fa­yət qədər örpəyi olsa, misal üçün, məqnə örtmüş olsa, cora­bı, paltarının qolu kifayət qədər olsa, şəri cəhət­dən bu iş caizdirmi?

Cavab: Əgər bədən görünməsə və bu cür geyinmənin fəsadı da olmazsa, işkalı yoxdur.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən əvvəldən istifadə etməklə.

İmam: Əhkami izdivac kitabından istifadə etməklə, səh.195 və İstifta.

Təbrizi və Xamenei: İstifta.

Bəhcət: Naməhrəmi təhrik etməzsə, işkalı yoxdur. İstifta.

Sistani: Əgər bədən görünməzsə və onun geyinməsi də adətən fəsada səbəb olmazsa, işkalı yoxdur.

Minhacus-salihin, nikah, 18-ci məsələdən istifadə etmklə və İstifta.

Diqqət və ehtiyat: Çadradan hicab ünvanı ilə istifadə edən qadınlar aşağıdakı hallarda hər vaxtdan daha artıq hicablarına riayət etməlidirlər:

Naməhrəmlə al-ver edən zaman, naməhrəmlərin qarşı­sında çadralarını qaydaya salan zaman, naməhrəmə bir şey verib, yaxud ondan bir şey alan zaman, naməhrəmin qarşı­sında bir iş görən zaman – istər evdə, istərsə də kənar yerlərdə – naməhrəm şəxsin müqabilində paltar, qab və ya hər hansı başqa bir şey yuyan zaman, süfrə salan, yaxud süfrəni yığan zaman.

Qeyd olunan halların hamısı və ona oxşar hallarda qadınlara təklif olunur ki, çadranın altında da kifayət qədər örpəyə malik olunsunlar və yaylıq, məqnə örtmək, qolu qısa olduğu halda xüsusi qola taxılan şeylərdən istifadə etmək çadra altında qadınları öz hicabına tam riayət etməyə kömək edə bilər və Allah-taalanın razılı­ğının qazanılmasına səbəb ola bilər.

Məsələ (Sual) 124: Əgər bir şəxs bir qızın elçiliyinə getsə və qız da onu qəbul etməzsə, əgər o şəxs qohumlardan olsa və sonralar da bir-birləri ilə görüşsələr, oğlan hələ evlənməmiş olsa, qız onun qarşısında necə olmalıdır: Hicabın vacib həddindən artıq hicaba riayət etməlidirmi, yoxsa onunla danışarkən daha artıq ehtiyatlı olmalıdır?

səh:63

Cavab: Fəsad və günaha səbəb olan hər bir işdən, eləcə də harama düşmək qorxusuna səbəb olan hər bir işdən çəkinmək lazımdır.

İmam, Sistani və Fazil: İstifta.

* NƏTİCƏDƏ: İmam Xomeyninin bu fətvasına əsa­sən, misal üçün əgər üzü və əlləri açıq olmaq oğlanın ona ləzzət qəsdilə baxmasına səbəb olarsa, əllərini və üzü­nü örtsün, yaxud əgər onunla danışmaq onun fəsada düş­məsinə səbəb olarsa, mümkün qədər onu tərk etmə­lidir.

səh:64

ZİNƏTİN HÖKMLƏRİ

Məsələ (Sual) 125: Zinət dedikdə məqsəd nədir?

Cavab: (Zinət) o şeydir ki, camaat arasında zinət hesab olunur və camaat ona zinət deyir.

İmam: Əhkami banovan kitabının istiftasından istifadə etməklə, 7-ci sual, səh.19.

Bəhcət, Sistani, Xamenei və Məkarim: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 1707.

Məsələ (Sual) 126: Əgər qadınlar sürməni zinət məq­sə­dilə deyil, fiqhi baxımdan malik olduğu faydalara görə vursalar, bu halda yenə də naməhrəm qarşısında onu örtməlidirlərmi?

Cavab: Əgər camaat arasında zinət sayılırsa, örtməlidirlər, onun özünün zinət qəsdi olub-olmaması əsas deyil.

İmam: Əhkami izdivac kitabının istiftası, səh.195.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1707-ci sualdan istifadə etməklə.

Bəhcət: Zinət sayılır və ona baxmaq naməhrəm şəxs üçün haramdır.

Təbrizi: Əgər qoca qarılarda, yaxud yaşlı qadınlar­da adət olunan bir sürmə çəkilibsə, onu naməhrəmdən örtməsi lazım deyildir.

Siratun-nəcat, 882-883-cü suallardan istifadə etməklə.

Sistani: Əgər sürmə çəkmək özünü göstərmək məqsə­di­lə olmasa və təhrik də etməzsə, harama düşülməsindən də amanda olsa, işkalı yoxdur. İstifta.

Məkarim: Bu kimi hallarda, zinət rəvayətlərinin aşkar bəyanına əsasən, işkalı yoxdur. İstifta.

Məsələ (Sual) 127: Şərən qaşlarını aldırması aydın olan bir qadın hicab qaydalarına riayət etmək üçün hökmən onu örtməlidirmi, yaxud onu açıq qoya bilər?

Cavab: Örtməlidir.

İmam: Əhkami izdivac kitabının İstiftasından, səh.195.

Bəhcət: İstifta.

səh:65

Təbrizi: Əgər üzün islah olunması, yaxud qaşları aldırmaq, hətta qoca arvadlarda belə adi olan bir şəkildədirsə, onu örtmək lazım deyil.

Siratun-nəcat, 882 və 883-cü suallardan istifadə etməklə.

Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtülməsi lazımdır.

Camiul-məsail, 1-ci cild, Sual: 1707.

Sistani və Məkarim: Onu naməhrəmdən örtmək lazım deyil. İstifta.

Məsələ 128: Qadınlar üzlərinin və əllərinin zinət­lən­miş həmin miqdarını örtə bilərlər və üzlərinin başqa yerlərini örtmək vacib deyil.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil: İstifta.

Məkarim: Üzü örtmək vacib deyil, hətta adi və yüngül­vari zinətlər olsa belə. İstifta.

Buna əsasən: Əgər bir qadın, misal üçün yalnız qaşlarının altını götürmüş olsa, baş örpəyi, yaxud çadra örtməklə öz qaşlarının alt hissəsini örtə bilər, əgər üzünün başqa hissələrində zinət olmazsa, onu açıq qoymağın işkalı yoxdur.

Diqqət: Bilərzik, dəstbənd və üzük (hətta nişan üzüyü olsa da belə), taxmaq, dırnaqları uzatmaq, dırnaqlara lak vurmaq, həna qoymaq, zinət üçün istifadə olunan bəzi saatları taxmaq, zinət üçün bəzi tor əlcəklərdən istifadə etmək, bütün bunların hamısı ələ aid olan zinətlərdəndir və onları naməhrəmdən örtmək lazımdır.

Həmçinin sürmə çəkmək, qaş aldırmaq, süni kiprik qoy­maq, hər növ bəzək ləvazimatından istifadə etmək, buru­na halqa salmaq (bu, bəzi məntəqələrdə adətdir), sır­ğa salmaq, yaxud camaat arasında zinət sayılan hər hansı bir şeydən istifadə etmək hamısı üzün zinətlərindən hesab olunur və naməhrəmdən örtülməlidir. (Bu məsələdə mər­cəi-təqlidlərin haram zinətlərin növləri barə­sin­dəki nəzərlərinə diqqət yetirilməlidir.)

Məsələ 129: Üzün və əllərin örtülməsi məsələsində – zinət olduğu halda – naməhrəmlərin arasında heç bir fərq yoxdur, istər yaxın qohumlardan olsun, istərsə də yadlardan.

səh:66

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 1711, 1713 və 1716-cı suallardan istifadə etməklə.

Məkarim: Əvvəlki məsələlərdən məlum oldu. İstifta

* NƏTİCƏDƏ:

Qadınlar qohumlarının və başqala­rının məclislərində və qonaqlıqlarında, ya gərək öz əllərini və üzlərini naməhrəmdən örtsün, yaxud da zinət əşyalarından istifadə etməsinlər.

Məsələ (Sual) 130: Üzün artıq tüklərinin alınması (təmizlənməsi) qadınlar üçün zinət hesab olunurmu? Üzlərinin artıq tüklərini təmizləyən qadınlar özlərini naməhrəmdən örtməlidirlərmi?

Xamenei, Fazil: Camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtmək vacibdir.

Təbrizi: Əgər üzün islah olunması, hətta qoca qadınlarda belə, adi bir hal olarsa, onu naməhrəmdən örtmək vacib deyil. İstifta.

Bəhcət: Bəli, zinət hesab olunur və naməhrəmdən örtül­məlidir. İstifta.

Məkarim: Üzünü naməhrəmdən örtməsi vacib deyil, yal­nız xüsusi bir fəsada səbəb olduğu halda vacibdir. İstifta.

Məsələ (Sual) 131: Bir qadın özünün izdivac üzüyünü (bu özü də çox sadə şəkildədir) zinət məqsədilə deyil, əksinə yadigarlıq və öz ərinə vəfadarlıq ünvanı ilə barmağına taxır. Onu naməhrəmdən örtmək vacibdirmi?

Cavab: Ələ hər növ üzük salmaq zinət hesab olunur və onu naməhrəmdən örtmək vacibir.

İmam: İstifta.

Bəhcət: Əgər təhrikedici olsa, örtülməlidir və bundan qeyri hallarda ehtiyatdır. İstifta.

Təbrizi: Adi hallarda qadınların barmaqlarına taxdıqları üzüyü naməhrəmdən örtmək vacib deyil. Siratun-nəcat, 882, 883 və 884-cü suallar.

səh:67

Xamenei: Əgər camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtməlidirlər. Amma əgər nəzəri cəlb etməyən və zinət adlandırıla bilməyən şeylərdən olsa, işkalı yoxdur. İstifta.

Sistani: Onu və eləcə də bilərziyi naməhrəmdən örtmək lazım deyil. İstifta.

Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtmək lazımdır. Camiul-məqasid, 1-ci cild, Sual: 1707.

Məkarim: Ələ üzük salmağın eybi yoxdur. İstifta.

Məsələ (Sual) 132: Son zamanlar cəmiyyət arasında belə bir şey yayılmışdır ki, qadınlardan və kişilərdən bəziləri dodaqlarını və burunlarını gözəlləşdirmək üçün cərrah həkimlərə müraciət edirlər, dodağı, burunu və s. cərrah əməliyyatı ilə dəyişdirirlər. Gözəllik məq­sə­dilə bu iş caizdirmi?

Bəhcət: Əgər müalicə yönü olmasa, işkalı vardır. İstifta.

Xamenei: Bu əməl öz-özlüyündə caiz və işkalsızdır, lakin vacibdir ki, onun ardınca gələn haram işlərdən, o cümlədən naməhrəmin toxunması və baxmasından ciddi şəkildə çəkinsinlər.

* NƏTİCƏDƏ: Bu kimi hallarda naməhrəm həkimə müraciət edilməməlidir və hökmən həkim məhrəm, yaxud müraciət edənlə eyni cinsdən olmalıdır.

Məsələ (Sual) 133: Bəzənməyin arasında fərq varmı? Yəni əgər bir şəxs çox pis zinətlənsə, misal üçün özlərinin adət-ənənələrinə uyğun olaraq zinət sayılsa, halbuki başqalarının nəzərində zinət olmamaqdan əlavə, onların nəzərində çox pis, çirkinlik də sayılsa, bu cür zinətlər də naməhrəmdən örtülməlidir?

Cavab: Zinətlənmək çirkinlik və gözəlliklə deyil, hər şey camaat arasında zinət sayılsa, naməhrəmdən örtülməlidir.

İmam, Bəhcət və Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 1707.

Təbrizi: Əgər əllərdə və üzlərdə olan zinət camaat arasında adi qayda olan qəbildən, həmçinin üzün islah olunması və sürmə

səh:68

çəkilməsi də, hətta qoca qadınlar arasında da bir adət olan şeylərdəndirsə, onların örtülməsi qadına vacib deyildir, lakin bunlardan qeyri hallarda örtülməsi vacibdir (istər gözəllik olsun, istərsə də çirkinlik).

İstifta. və Siratun-nəcat, 882, 883 və 884-cü suallardan istifadə etməklə.

Sistani: Hər şeyə camaat arasında zinət deyilsə, naməhrəmdən örtülməlidir. Əlbəttə, sürmə çəkmək və üzük taxmaq, bilərzik salmaq əvvəlki məsələdə qeyd olunan şərtlərlə istisna olunur. İstifta.

Məkarim: Üzdə və biləyə qədər olan əllərdəki yüngülvari və adi olan bəzənmələrin eybi yoxdur. İstifta.

Məsələ (Sual) 134: Qadınlar və kişilər üçün naməh­rəmlərin tərəfindən hiss olunan ətirlər vurmaq, müəyyən maddələr və digər mayelər vasitəsilə ətirlənməyin işkalı vardırmı?

Cavab: Ətir vurmağın eybi yoxdur, lakin əgər qadınların ətir vurması fəsada və təhrikə səbəb olarsa, caiz deyildir.

İmam: Əhkami izdivac kitabının istiftası, səh.194.

Xamenei: İstifta.

Sistani: Camaat arasında fitnəyə səbəb olursa, yaxud naməhrəm kişiləri giriftar etmək məqsədilə olarsa, caiz deyildir. İstifta.

Məkarim: Qadınların naməhrəm qarşısında ətir vurmaları işkallıdır. İstifta.

Sual: Əgər bir qadın özünü naməhrəm şəxs üçün ətirləsə, ona qusl etməsi vacibdirmi?

Cavab:

Fazil: Sualın fərz olunduğu halda qusl etməsi müstəhəbdir. Camiul-məsail, 2-ci cild, Sual: 166

Məsələ 135: Ehtiyat-vacibə görə, qadınlar öz saç­larına yapışdırdıqları süni saçları, yaxud başlarına qoy­duq­ları parikləri örtməlidirlər. Baxmayaraq ki, ya­pış­dırılmış tüklər kişi tükündən, yaxud qadın tükündəndir.

İmam, Fazil və Məkarim: Ürvə sətr və satir, məsələ: 1.

Xamenei: İstifta.

səh:69

Bəhcət: Namaz halında onu örtmək vacib deyil və əgər zinət deyilməzsə, onun örtülməsi vacib deyildir. İstifta.

Sistani: Qadına vacibdir ki, naməhrəmdən örtsün.

İstifta.

Məsələ (Sual) 136: Qadının özünü ərindən başqası üçün, məsələn, bəzi qadın məclislərində, o cümlədən, toy, qonaqlıq (arvad qonaqlığı) kimi yerlərdə bəzəməsinin hökmü nədir?

Cavab: Naməhrəm onu görməzsə, eybi yoxdur.

İmam: Əhkami izdivac kitabının İstiftası, səh.188.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Təbrizi: Siratun-nəcat, Sual: 883.

Bəhcət: Əgər naməhrəm onu görəcəksə, caiz deyil. İstifta.

Məsələ (Sual) 137: Qadınlar üçün səsli ayaqqabı gey­mək caizdirmi, belə ki, yol gedərkən onların səslə­rini naməhrəm eşidir?

Cavab: Bu işin ardınca fəsad gələrsə, ondan çəkinmək lazımdır.

İmam: Əhkami izdivac kitabının İstiftası, səh.194.

Xamenei: İstifta və Əcvibətul-İstifta, 2-ci cild, səh.283-cü sualdan istifadə etməklə.

Bəhcət: Əgər naməhrəmi təhrik edərsə, caiz deyil.

İstifta.

Məkarim: İşkalı yoxdur. İstifta.

Məsələ 138: Əgər bir qadın naməhrəm şəxsin ləzzət və reybə qəsdilə onun əlinə və üzünə baxmağını bilirsə, hətta onun əli və üzü zinətlənməmiş olsa, bu iki yeri naməhrəmdən örtməlidir.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Bəhcət: Harama düşməyə kömək olarsa, örtməsi vacibdir. İstifta.

Sistani: Özünün harama düşmə qorxusu olmazsa və başqalarını günaha vadar etmək məqsədi olmazsa, eybi yoxdur. İstifta.

Məsələ 139: Başqalarını harama salmaq məqsədilə əli və üzləri açıq qoymaq caiz deyil.

İmam, Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 2-ci cild, 1066-cı sualdan istifadə etməklə.

səh:70

Sistani: Minhacus-salihin, nikah, 18-ci məsələdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2444.

Bəhcət: Harama kömək fərzində caiz deyildir. İstifta.

Fazil: Ora getməyin öz-özlüyündə eybi yoxdur, lakin gedərsə, öz hicabına riayət etməli və özünü naməhrəmin gözü önündə qərar verməməlidir. İstifta.

Məsələ 140: Naməhrəmlərin ləzzət məqsədilə ona baxacağını bildiyi yerlərə getməsi qadına caiz deyildir.

İmam: İstifta.

Bəhcət: Günaha kömək qəbilindən o yerə getməsi caiz deyildir. İstifta.

Fazil: Ora getməyin özü haram deyildir, yalnız ona baxsınlar deyə, ora getmək məqsədi istisna olunur.

İstifta.

Məkarim: Qadının naməhrəmlərin ləzzət qəsdilə ona baxdığını bildiyi yerlərə getməsi caiz deyildir, yalnız həyat və məişət zərurətləri istisna olunur. İstifta.

səh:71

QADININ QADINDAN ÖRTÜLMƏSİ

Məsələ 141: Qadınlar gərək öz övrəteynini digər qadınlardan örtsünlər, bədənin başqa yerlərini ondan örtmək vacib deyildir.

İmam, Fazil və Məkarim:

Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Bəhcət və Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, əhkami təxəlli, 55-ci məsələdən qabaq.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 1704.

Məsələ 142: Əgər bir qadın başqa bir qadının ləzzət məq­sədilə onun bədəninə, yaxud əlinə və ya üzünə baxdı­ğını bilsə, vacibdir ki, öz bədənini, əlini və üzünü ondan örtsün.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Bəhcət: Günaha kömək etməmək qəbilindən özünün bədən, əl və üzünü örtməsi vacibdir. İstifta

* NƏTİCƏDƏ: Hamamlarda, hovuzlarda, idman, dərzi və saç düzümü salonlarında bir qadın başqa bir qadının ləzzət məqsədilə ona baxdığını görsə, dərhal özünü ondan örtməlidir.

Məsələ 143: Əgər bir qadın öz bədənini başqa bir qad­ını harama salmaq məqsədilə örtməsə, bu iş haram­dır.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaqkılardan istifadə etməklə.

Sistani: Minhacus-salihin, nikah, məsələ: 18; Tovzihul-məsail, məsələ: 2444.

Bəhcət: Örtülməsi vacib olan bədənin bir hissə­si­nin örtülməməsi haramdır. Hətta başqası harama düş­məsə də belə. Bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək fərz olunduğu halda onun da örtülməsi vacibdir. İstifta.

Məsələ 144: Qadının öz övrəteynini başqa qadın­lar­dan örtməsi vacibdir. Hətta onlar ləzzət və reybə qəsdi olmadan baxsalar da; belə ki, yalnız zərurət halı istisna olunur.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaqk.

İmam, Bəhcət və Xamenei: İstifta

Sistani: Minhacus-salihin, nikah, 18, 20 və 21-ci məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, məsələ: 2444.

səh:72

* NƏTİCƏDƏ: Baxmaq bölməsində qeyd olunduğu ki­mi, qadınlar zərurət halına çatmazdan öncə həkimin ya­nında öz övrəteynini aça bilməzlər. Buna görə də zərurət halı olmadan hamiləliyin qarşısını almaq əgər övrəteynini həkimin qabağında soyunmağı lazım tutursa, caiz deyildir və ondan çəkinmək lazımdır, hətta həkim qadın da olsa belə.

Həmçinin qadınlar ümumi hamamlarda özlərini gözləməli və övrəteyni örtməlidirlər. Buna görə də övrəteyni tamamilə örtməyən nazik paltarın geyilməsi caiz deyildir.

Buna əsasən, bəzi radioloji şəkillərin salınması, bətndən sinoqrafiya edilməsi, bətn daxili cihazların, aparatların bətnə salınması və s. kimi – övrəteynin başqasının qabağında açılması lazım tutulan bu kimi işlər – əgər zərurət halında olmazsa, caiz deyildir və ondan çəkinmək lazımdır.

səh:73

QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ

Uşaqlar ya müməyyizlik həddinə çatmışlar, ya da çatmamışlar:

Məsələ 145: Əgər uşaqlar (istər oğlan, istərsə də qız, istər məhrəm, istərsə də naməhrəm) müməyyiz həddinə çatmasalar, bədəni, hətta övrəteyni belə onlardan örtmək vacib deyil.

İmam, Fazil və Məkarim: Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

İmam, Fazil və Məkarim: Ürvə, nikah, məsələ: 34.

Bəhcət, Xamenei və Təbrizi: İstifta

Sistani: Minhacus-salihin, nikah, məsələ: 25.

Əgər müməyyizlik həddinə çatmış olsalar, ya qızdır­lar, ya da oğlan:

Məsələ 146: Əgər müməyyiz uşaq qız olarsa qadınlar öz övrətini ondan örtməlidirlər.

İmam Fazil Məkarim Ürvə, Sətr və satir, 1-ci məsələdən əvvəl.

Bəhcət: İstifta.

Sistani: Minhacus-salihin, Əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.

Əgər oğlan olarsa, ya məhrəmdir, ya da naməhrəm:

Məsələ 147: Əgər müməyyiz olan oğlan uşağı məhrəm­dirsə, qadınlar üçün övrəteyni ondan örtməsi lazımdır.

İmam Fazil Məkarim, Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq.

Bəhcət: İstifta.

Sistani: Minhacus-salihin, Əhkami təxəlli, 55-ci məsələdən qabaq.

Məsələ 148: Əgər müməyyiz olan oğlan uşağı naməh­rəmdirsə, qadınlara, övrəteynlərini onlardan örtməyin vacib olmasından əlavə, ehtiyat-vacibə görə, gərək bütün bədəni – üz və əllər istisna olmaqla – ondan örtsünlər.

İmam: Təhrir, nikah, məsələ 26.

İmam: İstifta.

Bəhcət: Tovzihul-məsail, məsələ 1937.

Sistani: Əgər naməhrəm oğlan uşağı müməyyiz olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunma­sına səbəb olduğu ehtimalı verilərsə, övrəteyni ondan örtmək vacibdir,

səh:74

ehtiyat-vacibə görə bütün bədən – üz və əllər istisna olmaqla – ondan örtməlidir.

Fazil: Övrəteyni müməyyiz uşaqdan örtmək vacibdir, amma övrəteyndən qeyri yerlər şəhvəti təhrik edib fəsada səbəb olmadığı təqdirdə, zahirən vacib deyildir. İstifta.

Məkarim: Ehtiyat-müstəhəbə görə qadın gərək öz bədənini və saçlarını yaxşını və pisi başa düşən həddi-büluğa çatmayan və şəhvət qüvvələri nəzərindən müməyyiz olan bir həddə çatan oğlan uşağından örtsün. Lakin əllər və üz lazım deyildir. Tovzihul-məsail, məsələ 2082.

səh:75

QADIN VƏ KİŞİLƏR ÜÇÜN GEYİLMƏSİ CAİZ OLMAYAN PALTARLAR

1-ŞÖHRƏT LİBASİ

Məsələ 149: Şöhrət paltarı geymək istər kişi, is­tər­sə də qadın üçün, ehtiyat-vacibə görə, caiz deyildir. Libasın materialı, yaxud tikilmə qaydası, yaxud biçimi, yaxud rəngi, yaxud onun geyilmə qaydası və yaxud onların hər biri ilə qarışıq olması səbəbinə olsa belə.

İmam, Fazil, Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ 42.

Xamenei: İstifta.

Fazil: Tovzihul-məsail, məsələ 856.

Məkarim: Tozmihul-məsail, məsələ 770.

Bəhcət: Şöhrət paltarı geymək haramdır. Tovzihul-məsail, məsələ:711.

Təbrizi və Sistani: Hörmətin aradan getməsinə və xarlığa səbəb olan təqdirdə onu geymək haramdır.

Təbrizi və Sistani: Tovzihul-məsail, məsələ 853.

Məsələ 150: Şöhrət paltarı dedikdə məqsəd nədir?

Birinci Cavab: parçası, yaxud rəngi, yaxud tikilmə qaydası, yaxud onun geyilmə qaydası onun geymək istəyən şəxslər üçün adi olmayan paltardır.

İmam və Fazil: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ42.

İmam: Tovzihul-məsail, məsələ 845.

Bəhcət: Tovzihul-məsail, məsələ 711.

Fazil: Tovzihul-məsail, məsələ 856.

İkinci Cavab: Müəyyən xüsusiyyətlərə malik olduğuna görə camaatın diqqətini cəlb edən və barmaqla göstərilən paltarlara deyilir.

İmam: Əhkami banovan kitabının istiftası, səh.36.

Təbrizi və Sistani: Şöhrət libası o paltara deyilir ki, onun parçası, yaxud rəngi, yaxud tikiliş qaydası onu geymək istəyən şəxs üçün adi qayda olmasın və onun hörmətinin aradan getməsinə, xar olmasına səbəb olsun. Sistani və Təbrizi: Tovzihul-məsail, məsələ 853.

səh:76

Xamenei: Şöhrət libası o paltara deyilir ki, onun geyilməsi rənginə, yaxud tikiliş qaydasına, yaxud köhnəlməsinə, yaxud başqa səbəblərə görə şəxs üçün münasib olmasın. Belə ki, əgər onu camaatın qarşısında geyərsə, onların diqqətini özlərinə cəlb edər və barmaqla göstərilər. Əcvibətül-İstiftaat, cild, 2, sual 282.

Məkarim: Şöhrət libası dedikdə məqsəd o paltardır ki, riyakarlıq məqsədinə malik olsun və onun vasitəsilə misal üçünk özünün zahidlik, tərki-dünyalığını göstər­mək istəsin, parça, yaxud rəng, yaxud tikiliş baxımından olsa belə. Amma əgər doğrudan da onun məqsədi sadə geyinmək olsa, riyakarlıq məqsədi olmasa, nəinki onun geyilməsi caizdir, üstəlik çox yaxşı bir əməldir.

Tovzihul-məsail, məsələ 770; Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ 42.

* NƏTİCƏDƏ: Əvvəla, hər şeyə geyilmə aid edilə bilirsə, bu hökmə şamil olur. Buna görə də şöhrət libası adı verilə bilən ayaqqabı, papaq, köynək, yubka, baş örtüyü, məqnə, corab, şalvar, manto və sair kimi şeylərin hamısı bu hökmə şamildir.

İkincisi: Şöhrətin nəyə görə olması da fərq etmir, istər paltarın materialı baxımından olsun, istərsə də onun rəngi baxımından. Misal üçün çox xoşagəlməz rəngə malik olan paltar, yaxud tikiş qaydasına əsasən, misal üçün, "panklara" aid olan paltarlar, yaxud da geyilmə qaydasına görə olsun.

2-XÜSUSİ PALTAR

Məsələ 151: Kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi və qadınlara məxsus olan paltarın kişi­lər üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir.

İmam və Fazil: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ42.

İmam: Tovzihul-məsail, məsələ 846.

Bəhcət, Xamenei, Sistani, Məkarim.

Məsələ 152: Kişilərə məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən yalnız kişilər onu geyir, qadınlara məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən qadınlar onu geyinir.

səh:77

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim:

Məsələ 153: Məxsus libas dedikdə, məqsəd hər o şeydir ki, ona paltar aid edilə bilsin, istər geyinəndən sonra görünsün, misal üçünk çadra, yubka, məqnə, yaxud uzun corab – kişilər üçün, yaxud qadınlar üçün pencək, şalvar, kişi ayaqqabısı və s. istərsə də geyinəndən sonra görünməsin, misal üçün: kişilərin alt paltarı qadınlar üçün, yaxud qadınların alt paltarı kişilər üçün.

İmam və Fazil: İstifta.

Bəhcət: Əgər qadına məxsus olan paltarı kişi geyinsə, yaxud kişiyə məxsus olan paltarı qadın geyinsə, ona şöhrət libası deyilərsə haramdır, əks halda ehtiyat-vacibə görə onu geyinməkdən çəkinmək lazımdır. Tovzihul-məsail, məsələ 711.

Xamenei: Onu özü üçün libas seçməyincəyə qədər işkalı yoxdur. İstifta.

Sistani: Əgər kişi qadın paltarı və qadın kişi paltarı geyinsə, əgər bunu özlərinin şəni qərar versə və özlərini bir-birinin formasına salsalar, ehtiyat-vacibə görə haramdır. Tovzihul-məsail, məsələ 854

Məkarim: Geyinəndən sonra görünməyən, başqasına məx­sus paltarı geymək (alt paltarları kimi) işkalsız­dır. İstifta.

Məsələ 154: Müctehidlərin dediyi ehtiyat-vacibə görə kişinin qadın paltarı geyməsi fətvası ilə əla­qədar aşağıdakı suallar yaranır:

a) Bu cür geyinmə cəmiyyət arasında nəzərdə tutulur, yoxsa xəlvət olan yerlərdə də işkalı vardır?

b) İşkal olduğu fərz edilən halda qadınlara məxsus olan şəpiklərin geyilməsi kişilər üçün işkallıdırmı?

"a" bəndinin cavabı: Cəmiyyət arası ilə xəlvətdə olmağın arasında heç bir fərq yoxdur.

"b" bəndinin cavabı: Əgər məxsus libas hesab olunsa, əhvətə[9] (ən çox ehtiyata) görə caiz deyildir (ehtiyat-vacib).

İmam: Əhkami banovan kitabının istiftaatı, səh.36.

Fazil: İstifta.

Bəhcət:

səh:78

"a" bəndinin cavabı: Ehtiyat-vacibə görə, xəlvətdə də caiz deyildir.

"b" bəndinin cavabı: Əgər camaat arasında geyim he­sab olunursa, caiz deyildir. Əks halda, şəpik kimi geyin­məyin işkalı yoxdur. İstifta.

Xamenei:

"a" bəndinin cavabı: Cəmiyyətlə xəlvətin arasında heç bir fərq yoxdur.

"b" bəndinin cavabı: İşkalı yoxdur. İstifta.

Sistani:

"a" bəndinin cavabı: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salarsa, ehtiyat-vacibə görə, hətta xəlvətdə də caiz deyildir.

"b" bəndinin cavabı: Sadəcə şəpik geyilməsinin işkalı yoxdur. İstifta.

Məkarim:

"a" bəndinin cavabı: Xəlvətdə başqasına məxsus olan libası geyməyin işkalı yoxdur.

"b" bəndinin cavabı: İşkalı yoxdur. İstifta.

Məsələ 155: Məxsus paltarın geyilməsi ehtiyat-va­cibə görə haramdır, istər xəlvətdə olsun və bir kəs in­sanı görməsin, istərsə də cəmiyyətdə olsun və bu halda hök­mün haramlığı baxımından görən şəxsin kişi, ya qadın, məhrəm, ya naməhrəm olması arasında heç bir fərq yoxdur.

İmam: Əhkami banovan kitabından istifadə etməklə, səh.36.

Bəhcət: Xəlvətdə onun haramlığı məhəlli-təəmmüldür[10] (sübuta yetməmişdir). İstifta.

Xamenei: Qadın və kişidən hər biri digərinin paltarını özü üçün paltar qərar versə ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə cəmiyyətlə xəlvətin arasında fərq yoxdur. İstifta.

Sistani: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salsa, ehtiyat-vacibə görə, caiz deyildir və bu məsələdə yuxarıda qeyd olunan halların arasında heç bir fərq yoxdur.

Məkarim: Bu ehtiyat, vacib deyildir. İstifta.

səh:79

Məsələ 156: Müştərək, yəni camaat arasında həm kişilərin, həm də qadınların geydiyi paltarlar (şalvar, yaxud bəzi köynəklər və sair) paltarları geyinməyin kişi və qadın üçün işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Diqqət: Paltarların kişi və yaxud qadın paltarı olması adı o paltarı onlardan birinə məxsus etmir, əksi­nə onun işlədilməsi yalnız kişilərin vasitəsilə, yaxud təkcə qadınların vasitəsilə olduqda məxsus paltar ad­lanır. Misal üçün, evdə camaat arasında həm ki­şi­lərin, həm də qadınların istifadə etdikləri şə­pik­lər onların hər biri üçün işkalsızdır, hətta o şəpiklər qadın şəpiyi, yaxud kişi şəpiyi adlansa belə. Amma əgər şəpiklər elə bir növdən olsa ki, camaat arasında yalnız qadınlar onu geysə (əvvəlki sualda fərz olunan halda qeyd olunan şəpiklər kimi) kişilərin ondan istifadə etməsi, hətta bir anlığa, yaxud aşpazxanadan bir şeyi gətirmək üçün olsa belə, caiz deyildir.

Məsələ 157: Birinə (ya qadına, ya da kişiyə) məxsus olan paltarı geymək hər bir məqsədlə olsa caiz deyildir, ehtiyat-vacibə əsasən, yoxlamaq üçün olsun, istərsə də teatr, kino yerlərində rol oynamaq üçün, istər özünü göstərmək üçün və sair olsa belə.

İmam və Fazil: İstifta.

Bəhcət: Qadınlara məxsus olan paltarların kişilər üçün, həmçinin kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi haramdır. Lakin haram olmaq şöhrət paltarına daxil olmayınca məhəlli-təəmmüldür (sübuta yetməmişdir): Tovzihul-məsail, məsələ 711 və İstifta.

Xamenei: Teatr və kino-klublarda fəsada səbəb olmazsa, caiz olması uzaq nəzər deyil. İstifta.

Sistani: Hər bir məqsədlə qadın və ya kişi özünü digərinin heyətinə və formasına salsa, ehtiyat-vacibə görə, caiz deyil. İstifta.

Məsələ (Sual) 158: Kişilər qadınlara məxsus olan bəzək əşyalarından, o cümlədən üzük, saat, bilərzik, kəmərbənd, boyunbağı, qayış və s. istifadə edə bilərmi? Bunu da nəzərə alaq

səh:80

ki, qadınlara məxsus olan paltarların kişilər üçün geyilməsi caiz deyildir?

Bəhcət: Kişi və qadının hər birinin digərinin zinəti ilə bəzənməsi haramdır. Tovzihul-məsail, məsələ 711.

Xamenei: Əgər qızıl cinsindən olsa, yaxud istifadəsi yalnız qadınlara məxsus olan şeylərdən olsa, kişilər üçün onlardan istifadə etmək caiz deyildir. İstifta.

Sistani: Əgər sarı qızıldan olsa haramdır, əgər qızıl olmasa, ehtiyat-vacibə görə caiz deyildir.

Fazil: Əgər qadının özünü kişiyə, yaxud kişinin özünü qadına oxşatması sayılsa caiz deyildir. Camiül-məsail, cild, 2, sual 1071.

Məkarim: Əgər qızıl olmazsa və fəsada da səbəb olmazsa işkalı yoxdur.

Məsələ 159: Qadının öz saçını qısaltması və nəticədə kişiyə oxşaması, yaxud kişilərin öz saçlarını uzadıb qadına oxşatmasının hökmü nədir?

Bəhcət və Fazil: Əgər qadının özünü kişiyə oxşatması, yaxud kişinin özünü qadına oxşatması hesab olunarsa, caiz deyil.

Məkarim: İşkallıdır. İstifta.

Bəhcət: İstifta.

Fazil: Camiül-məsail, cild, 2, sual 1071.

3-TƏHRİKEDİCİ LİBAS

Məsələ 160: Camaat arasında (şəhvəti) təhrik edən və naməhrəmlərin diqqətini cəlb edən paltarların geyil­məsi haramdır. İstər qadın üçün, istərsə də kişi üçün.

İmam: Əhkami banovan kitabının istiftasından istifadə etməklə, səh.37.

Bəhcət, Xamenei, Sistani: İstifta.

Fazil: Camiül-məsail, cild, 2, sual 1067.

Təbrizi: Əgər qadın zinət hesab olunan bir paltar geyərsə o libası da naməhrəmdən örtməlidir. İstifta.

Məkarim: İnsanın abır-heysiyyətinin getməsinə səbəb olan, yaxud fəsad mənşəyi olan paltarların geyilməsi işkallıdır. Tovzihul-məsail, məsələ 771.

səh:81

Məsələ 161: Paltarın təhrikedici olması istər rən­ginə görə olsun, istər moduna (dəbinə) görə, istərsə də libasın materialına görə, yaxud hər hansı digər şeyə görə olsa da, fərqi yoxdur. Buna görə də bəzən mümkündür ki, yaylıq, manto, məqnəə, yaxud ayaqqabı qadın üçün bir for­mada olsun ki, naməhrəmlərin nəzərini cəlb və (şəh­vət hissini) təhrik etsin. Bu halda onu geymək caiz deyildir.

İmam, Bəhcət, Sistani, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.

İzah: Təhrikedici dedikdə, ayrı-ayrı fərdlər deyil, ümumiyyətlə növ nəzərdə tutulur. Yəni camaat arasında təhrikedici olması nəzərdə tutulur ki, onun geyilməsi caiz deyildir. Ola bilsin ki, bir, yaxud bir neçə nəfər bu işdən təhrik olmasın.

* NƏTİCƏDƏ: Bəzi tor əlcəklər, çadralar, yaxud nazik tordan ibarət olan baş örpəkləri geymək, yaxud gül və sair kimi şeyləri paltara vurmaq, yaxud bəzi zinət alətlərini asmaq, o cümlədən zər tikmək, baş örpəyinə tordan olan bəzi şeylər tikmək, yaxud çadraya, yaxud mantoya və sair, paltarın xüsusi yerlərində müəyyən düymələr qoymaq, paltarın düymələrini açıq saxlamaq, hətta onun altında paltar olsa belə və s. – bütün bunlar əgər təhrikedici olsa və naməhrəmlərin diqqətini cəlb etsə, haramdır və onları geyməkdən çəkinmək lazımdır.

4-QƏSBİ PALTAR

Məsələ 162: Qəsbi paltarı geymək caiz deyildir və şərən haramdır, onunla qılınan namaz batildir.

İmam: Ürvə, namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

İmam: Tovzihul-məsail, məsələ 815.

Bəhcət: Tovzihul-məsail, 686-cı məsələdən istifadə etməklə və İstifta

Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, səlat bölməsi, məsələ 521.

Təbrizi: Əgər hal-hazırda satir[11] olan paltar qəsbi olar­sa, namaz onunla batildir. Minhacus-salihin, 521-ci məsələdən qabaq.

səh:82

Fazil və Məkarim: Qəsbi paltarı geymək haramdır və ehtiyat-vacibə görə onunla namaz qılmaq batildir.

Fazil: Tovzihul-məsail, məsələ 821k Ürvə, namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

Məkarim: Tovzihul-məsail, məsələ 746k Ürvə, Namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

Məsələ 163: Əgər paltar qəsbi pulla alınmış olsa qəsbi paltar hökmünə malikdir və onu geymək caiz deyil­dir.

İmam, Bəhcət, Fazil, Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.

Təbrizi: Əgər camaat arasında qayda olan kimi paltarı külli[12] (ümumi) bir qiymətə alsa və qəsbi pul malın qiymətini ödəmək ünvanı ilə verilsə, bu paltarda təsərrüf etməyin işkalı yoxdur və onunla qılınan namaz səhihdir. Hərçənd malın qiymətini ödəmək üçün verdiyi qəsbi pula zamindir və onu sahibinə qaytarmalıdır.

İstifta.

Sistani: Minhacus-salihin, səlat bölməsi, məsələ 521.

Məsələ 164: Əgər paltarın bir hissəsi qəsbi olsa da onu geymək caiz deyildir, hətta əgər onun bir sapı, yaxud bir düyməsi, yaxud zamoku, yaxud astarı da olsa belə.

İmam, Fazil, Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.

Bəhcət: Tovzihul-məsail, 688-ci məsələdən istifadə etməklə.

Sistani: Minhacus-salihin, səlat bölməsi, məsələ 521.

Məsələ 165: Xums borcu olan şəxslərin xumsu verilməmiş pulun eyni ilə aldıqları hər bir libas qəsbidir və onu geymək caiz deyildir. Onunla qılınan namaz da batildir. Yalnız şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə aldığı hallar istisna olunur.

İmam, Fazil, Məkarim: Ürvə, namaz qılanın paltarının şərtləri, məsələ 9.

Bəhcət: Tovzihul-məsail, məsələ 691.

Təbrizi: Əgər xumsunu vermədiyi pulun eyni ilə paltar alsa, onunla namaz qılmağın hökmü qəsbi paltarda namaz qılmağın hökmüdür. Tovzihul-məsail, məsələ 828.

Sistani: Amma əgər malı xumsu verilməmiş pulun eyninin müqabilində

səh:83

almasa, əksinə bir malı pul ödəmək müqabilində alsa, əgər alıcı pulu xumsu verilməmiş puldan versə, müamilə səhih və işkalsızdır. İstifta.

5-KAFIRLƏRƏ MƏXSUS OLAN PALTARLAR

Məsələ 166: Yalnız kafirlərin istifadə etdiyi paltarları geymək haramdır.

İmam, Fazil: İstifta.

Bəhcət: Əhvət kafirlərə oxşatmaqdan çəkinməkdir. İstifta.

Xamenei: Ümumi şəkildə, qeyri-müsəlman paltarı he­sab olunan paltarların geyilməsi, yadların azğın mədə­niy­yətlərinin yayılmasına səbəb olarsa, caiz deyildir. Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.

Sistani: Əgər küfrün şüarı və məxsus əlaməti hesab olunarsa, caiz deyildir. İstifta.

Məkarim: Kafirlərin mədəniyyətinin yayılmasına səbəb olan təqdirdə caiz deyildir, bundan qeyri hallarda eybi yoxdur.

* NƏTİCƏDƏ: Pankilərə məxsusluğu ilə məşhur olan paltarlar, yaxud keşişlərin və rahiblərin paltarı, yaxud hinduların və bə’zi kafir qəbilələrinin məxsus paltarı olmaqla məşhur olan paltarların hamısı bir müsəlman şəxs üçün istər kişi olsun, istərsə də qadın, caiz deyildir.

Məsələ 167: Müsəlmanlarla kafirlər arasında müş­tərək olan paltarları geyməyin işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ (Sual) 168: İslam nəzərində qalstuk taxmağın hökmü nədir?

Bəhcət: Özünü yadlara oxşatmaq ehtiyatın əksinədir. İstifta.

Təbrizi: Mömin şəxs üçün layiq deyildir ki, onu möminlərin şənindən çıxaracaq paltarlar geysin. İstifta.

Xamenei: Ümumi şəkildə qalstuk, yaxud qeyri-müsəlmanlara məxsus olan paltar sayılan şeyləri geymək, belə ki, onların geyilməsi yadların azğın mədəniy­yət­lərinin yayılmasına səbəb olarsa, caiz deyildir.

Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.

səh:84

Sistani: Öz-özlüyündə onun haramlığına heç bir dəlil yoxdur. İstifta.

Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarıdır. Buna görə yaxşı olar ki, müsəlmanlar ondan çəkinsinlər. Baxmayaraq ki, onun müsəlmanlar arasında yayılması nəticəsində bu yöndən xaric olmuşdur.

Camiül-məsail, 253 və 2237-ci məsələlər.

Məkarim: Bizim ölkə kimi mühitlərdə qalstukdan istifadə etmək işkallıdır, lakin ümumi və adi bir paltar hesab olunan ölkələrdə eybi yoxdur. İstifta.

səh:85

CƏMIYYƏTDƏKI MÜNASIBƏTLƏRIN HÖKMLƏRI

SÖHBƏT ETMƏYIN HÖKMLƏRI

a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi

Məsələ 169: Kişilər aşağıdakı şərtlərlə naməhrəm qadınlarla söhbət edə bilərlər:

1-Ləzzət və reybə qəsdi olmasın.

2-Bu cür söhbət etməklə günaha düşülməsin.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, 39-cu məsələdən istifadə etməklə.

İmam: Təhrirul-vəsilə, Nikah, məsələ 29.

Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, Nikah, 29-cu məsələdən istifadə etməklə.

Fazil: Camiül-məsail, cild, 1, sual 1718.

Bəhcət: Ləzzət qəsdi olmadan naməhrəm qadının səsi­ni eşitmək caizdir. Tovzihul-məsail, məsələ 1936.

Məsələ 170: Zərurət halı olmadan naməhrəmlə söhbət etmək məkruhdur. Xüsusilə əgər dinləyici cavan olarsa.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, məsələ 39.

İmam: Təhrir, Nikah, məsələ 29 və İstifta.

Bəhcət: Belə ki, ləzzət qəsdi olmazsa. İstifta.

Sistani: Əgər ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa caizdir. İstifta.

Məsələ 171: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə günaha düşəcəyini bilirsə, onunla söhbət etməməlidir. İstər qadın kişini günaha salacağı tərzdə olsun, yaxud da ki, kişinin günaha düşməyinə səbəb olan mətləb barəsində söhbət etsinlər.

İmam, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Bəhcət: Tovzihul-məsail, 1936-cı məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, Nikah, 29-cu məsələdən istifadə etməklə.

Məsələ 172: Əgər kişi naməhrəmi haram işə salmaq məqsədi ilə onunla söhbət etsə haramdır.

səh:86

İmam: Təhrir, Nikah, 29-cu məsələdən istifadə etməklə, İstifta.

Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.

Sistani: Minhacus-salihin, 29-cu məsələdən istifadə etməklə.

* NƏTİCƏDƏ: Başqalarını şəhvətə salmaq məqsədi ilə edilən söhbətlər, misal üçün şəhvəti təhrik edən səhnələri nəql etmək və sair haramdır.

Məsələ (Sual) 173: Kişi, onunla ləzzət qəsdi ilə söh­bət etmək istəyən naməhrəm qadınla danışa bilərmi? (Belə ki, kişi özünün günaha düşməyəcəyini bilirsə.)

Cavab: Caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ 174: Əgər kişi naməhrəmlə söhbət etdiyi təq­dir­də o qadının günaha düşəcəyindən qorxursa, gərək onunla söhbət etməsin.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, məsələ 39.

İmam: Təhrir, Nikah, məsələ 29.

Bəhcət, Xamenei, Sistani: İstifta.

Məsələ 175: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə onu şəhvət məsələlərindən başqa bir günaha salacağını bilirsə, o qadınla söhbət etməsi caiz deyil.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, məsələ 39.

İmam: Təhrir, Nikah, məsələ 29 və İstifta.

Bəhcət: Tovzihul-məsail, 1936-cı məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, Nikah, 29-cu məsələdən istifadə etməklə.

Misal üçün: Kişi bilir ki, o naməhrəmlə söhbət edə­cəyi təqdirdə yalan deməyə məcbur olacaq, yaxud qeybət edə­cək, yaxud töhmət vuracaq, istər qadın kişini günaha va­dar etsin, yaxud da onun özü söhbət vasitəsilə bu günah­lara batsın.

Məsələ 176: Hər kəslə və hər şey barəsində şəhvət və ləzzət qəsdi ilə söhbət etmək caiz deyildir. (Həyat yoldaşı istisnadır.)

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, 39-cu məsələdən istifadə etməklə.

İmam: Təhrir, Nikah, məsələ 29.

Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, Nikah, məsələ 29.

səh:87

Məsələ 177: Kişilərin qadınları təqlid etmək səsi ilə və bunun əksinə danışmalarının hökmü nədir?

Bəhcət: Əgər fəsad olmazsa işkalı yoxdur. Əks halda, caiz deyildir. İstifta.

Sistani: Haram işə gətirib çıxarmazsa, caizdir. İstifta.

Məkarim: Haram bir işə səbəb olmazsa, misal üçün, günaha təşviş olunma, yaxud xüsusi bir şəxsə hörmətsizlik olmazsa, işkalı yoxdur. İstifta.

DIQQƏT YETIRILMƏLI MƏSƏLƏLƏR

Bəzi hallarda şeytan bəzi kişilərin qəlbinə o qədər nüfuz edir ki, onların gündəlik rəftar və davranışlarını şübhəli edir. Buna görə də hərdən belə olur ki, bir kişi naməhrəmlə ünsiyyətdə olmağa o qədər meyl edir ki, sanki onun məhrəmidir. Misal üçün, hər hansı bir mətləbi kişidən soruşa bildiyi halda naməhrəm bir qadından soruşur. Bəzən öz söhbətlərini naməhrəmlə uzadır ki, onunla daha artıq söhbət etsin. Naməhrəmlə səfərə çıxmaq, əyləncə məqsədi ilə gəzmək onun üçün daha artıq cazibəli olur. Əgər bir yerdə bir naməhrəm olsa, o da həmin yerdə olmağa daha çox maraq göstərir. Qonaqlıqlarda çalışır ki, naməhrəmlə daha artıq söhbət etsin, onlarla daha artıq ünsiyyətdə olsun, naməhrəmin müqabilində hər bir şeydən artıq özündən canfəşanlıq etsin və bir sözlə, naməhrəmin iştirak etdiyi hər bir işdə başqalarından artıq maraq göstərir və sair.

Kişilər və xüsusilə əziz cavanlar bu cür işlərdən şiddətlə çəkinməlidirlər, çünki bu kimi münasibətlər və söhbətlər adətən ləzzət və reybə qəsdi ilə yanaşı olur və təbiidir ki, şərən haram olacaqdır.

b) Qadının naməhrəm kişi ilə danışması.

Məsələ 178: Qadınlar aşağıdakı şərtlərlə naməhrəm kişi ilə danışa bilərlər:

1-Ləzzət və reybə qəsdi olmasın.

2-Öz səslərini nazikləşdirməsinlər.

səh:88

3-Günaha düşmək qorxusu olmasın.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, məsələ 39.

İmam: Təhrir, Nikah, məsələ 29,

Sistani: Minhacus-salihin, nikah, məsələ 29.

Bəhcət: Qadınlar naməhrəmlə söhbət edərkən gərək şəhvəti təhrik edən hər bir şeydən çəkinsinlər. İstifta.

Məsələ 179: Qadınların zərurət halı olmadan başqa hallarda naməhrəmlə danışmaları məkruhdur.

İmam, Fazil, Məkarim: əvvəlki məsələlərin mənbələri.

Bəhcət: Məkruhdur, yalnız şəhvətin təhrik olunmasına səbəb olduğu hal istisnadır ki, bu halda ondan çəkinmək lazımdır. İstifta.

Sistani: Əgər ləzzət qəsdi və harama düşmə qorxusu olmazsa, caizdir. İstifta.

Məsələ 180: Qadınların naməhrəm kişiləri harama salmaq məqsədi ilə onlarla söhbət etməsi caiz deyildir. İstər onların dediyi mətləb nəticəsində günaha düşsün, yaxud elə desin ki, naməhrəmin özü günaha düşmüş olsun: Misal üçün, təhrikedici səhnələri danışmaqla, yaxud eşitməklə naməhrəmin təhrik olunduğu şeyləri bəyan etməklə.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, 39-cu məsələdən istifadə etməklə.

İmam: Təhrir, Nikah, məsələ 29.

Sistani: Minhacus-salihin, nikah, məsələ 29.

Bəhcət və Xamenei: İstifta.

DIQQƏTLI OLMAQ LAZIMDIR

Kişilərin barəsində qeyd olunduğu kimi, bəzən qadınlar da şeytani hiylələrə düçar ola bilərlər. Buna görə də onlar naməhrəmlə o qədər yaxın ünsiyyətdə olurlar ki, sanki onun qardaşıdır. Xüsusilə o qadınlar ki, naməhrəmlə daha artıq təmasda olurlar. O cümlədən tibb bacıları, idarələrdə, şirkətlərdə işləyən qadınlar, idmançılar və s. başqalarından daha artıq diqqətli olmalıdırlar.

Qeyri-zəruri işlər üçün naməhrəmlərdən kömək istə­mək, məhrəmdən soruşmaq mümkün olduğu halda naməh­rəmdən bir məsələ barəsində soruşmaq, bəhs etmək və özünü araya salmaq,

səh:89

öz üstün cəhətini naməhrəmə bildir­mək, naməhrəmlə daha artıq ünsiyyətdə olmaq, naməhrəmin olduğu mühitlərdə işləməyə daha çox maraq göstərmək və bir sözlə, bütün bu hallarda günaha düşmə ehtimalı vardır və adətən bu kimi ünsiyətlər ləzzət və reybə qəsdilə yanaşı olur və şərən haram sayılır.

Məsələ 181: Qadınlar naməhrəmlə söhbət edərkən öz səslərini nazik etməməlidirlər. Belə ki, əgər müqabil tərəfin qəlbində xəstəlik olarsa, onu özünə cəlb etsin. Baxmayaraq ki, adi bir mətləb barəsində söhbət etsələr də.

İmam, Bəhcət, Xamineki, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələri.

Məsələ 182: Qadın onunla ləzzət qəsdi olan bir na­məh­rəm kişi ilə söhbət edə bilərmi? (Qadın günaha düşmə­yəcyini bilirsə).

Bəhcət, Xamenei: Caiz deyildir. İstifta.

Məsələ (Sual) 183: Qadınların naməhrəm müqabi­lin­də xor oxuması caizdirmi? Onun naməhrəmlər tərəfindən eşidilməsinin hökmü nədir?

Xamenei: Qadınların xorla oxuması, həmçinin onla­rın səsinin dinlənməsi ləzzət və reybə qəsdi ilə olmazsa eybi yoxdur. İstifta.

Fazil: Qadınların xorla oxuması adətən fəsada səbəb olduğundan caiz deyil. İstifta.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Əslində, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onların səsinin dinlənilməsi fəsada səbəb olduğundan caiz deyildir. İstifta.

Sistani: Harama düşmək qorxusu olarsa, yaxud adətən təhrikedici olarsa, caiz deyildir. İstifta.

Məsələ 184: Qadın tək halda mahnı oxuyarsa və təhrikə səbəb olmazsa ona qulaq asmaq caizdirmi?

Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa, caiz deyil, Əksinə əksər hallarda qadının kişinin hüzurunda mahnı oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyildir. İstifta.

səh:90

Fazil: Caiz deyildir, çünki adətən fəsad gətirir. Camiül-məsail, cild, 1, sual 1724.

Məsələ 185: İslam respublikasının radiosundan efirə buraxılan qadın deyimlərinə qulaq asmağın hökmü nədir?

Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa caiz deyildir. İstifta.

Fazil: Əgər ğina ünvanı olmazsa və təhrikedici də olmazsa, eybi yoxdur. Camiul-məsail, cild, 1, sual 725.

Məsələ 186: Qadınların naməhrəm müqabilində Qur­an oxumaları, hətta sovt-ləhn ilə olarsa, işkalı yoxdur. Bu şərtlə ki, şəhvətin təhrik olunmasına və fəsada səbəb olmasın.

İmam: Əhkami banəvan kitabının istiftasından istifadə etməklə. Sual 5, səh.24

Xamenei: İstifta.

Fazil: Camiül-məsail, cild, 1, 1722-ci sualdan istifadə etməklə.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyil. Əksinə, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyil. İstifta.

Sistani: Adətən dinləyicinin təhrik olunmasına səbəb olduğu bir tərzdə olarsa caiz deyil. İstifta.

Məkarim: Qadınların naməhrəmlər müqabilində ucadan Quran oxuması işkallıdır. İstifta.

Məsələ (Sual) 187: Şəhvət məsələləri ilə əlaqədar olan eşq kitablarını oxumaq caizdirmi? Belə kitabların çap olub, yayılması caizdirmi?

Bəhcət: Yaxşı olar ki, insan öz ömrünü zay etməsin. Bu iş ehtiyatın xilafınadır. İstifta.

Xamenei: Caiz deyildir. İstifta.

Sistani: Harama düşmək ehtimalı olduqda caiz deyildir və onun çap olunub yayılması fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Fazil: Əgər zəlalət kitablarından hesab olunsa və oxucuların öz yolunu azmasına səbəb olarsa onu oxumaq, nəşr etmək və saxlamaq caiz deyildir. İstifta.

səh:91

Məkarim: Əgər onda fəsad qorxusu olarsa caiz deyildir. İstifta.

Məsələ (Sual) 188: Naməhrəmə məktub yazmaq, eşq və şəhvət məsələlərini bu məktubda irəli çəkməyin hökmü nədir?

Fazil: Fəsada səbəb olan hər bir işdən çəkinmək lazımdır. İstifta.

Bəhcət: Fəsad olduğuna görə caiz deyildir. İstifta.

Sistani: Bu kimi işlər fitnə-fəsad yaratdığına, fəsad zəminləri icad etdiyinə görə caiz deyil. İstifta.

Məkarim: Caiz deyildir. İstifta.

səh:92

TƏMASLARIN HÖKMLƏRI

Məsələ 189: Kimə baxmaq caiz deyildirsə, onunla bə­dən təmasında olmaq da caiz deyildir. Onun bədəninə hər növ ləms etmək (toxunmaq), hər üzv ilə olsa belə, haram­dır, ondan çəkinmək lazımdır. Amma libasın üstündən ləzzət və reybə qəsdi olmadan toxunmaq istisna olunur.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ 47.

İmam: Təhrir, Nikah, məsələ 20.

Xamenei: İstifta.

Bəhcət: Tovzihul-məsail, 1934-cü məsələdən istifadə etməklə.

Sistani: Minhacus-salihin, nikah, 16-cı məsələdən istifadə etməklə.

Məsələ (Sual) 190: Naməhrəmlə əl verib görüşmək caizdirmi? Halbuki ləzzət və reybə qəsdi yoxdur.

Cavab: Caiz deyildir. Yalnız paltarın üstündən eybi yox­dur ki, bu halda da ehtiyat-vacibə görə onun əlini sıx­ma­malıdır.

İmam, Fazil, Məkarim: Ürvə, , Nikah, 47-ci məsələdən istifadə etməklə.

Bəhcət: Tovzihul-məsail, 1934-cü məsələdən istifadə etməklə.

Xamenei: Naməhrəmlə əl verib görüşmək haramdır və arada paltar olmaqla əl verib görüşmək əgər fəsada səbəb olmazsa və bir-birinin əlini sıxmazlarsa caizdir. Amma fəsada səbəb olarsa haramdır.

Sistani: Naməhrəmlə əl verib görüşmək caiz deyil, yalnız paltar üstündən eybi yoxdur.

Minhacus-salihin, nikah, 16-cı məsələdən istifadə etməklə və İstifta

Məsələ (Sual) 191: Biz qərb ölkələrinin institut mühitlərində qadın müəllimlərimizlə, yaxud qız tələbə yoldaşlarımızla görüşərkən, əl verib görüşməyə məcbur oluruq, əgər belə etməsək, müsəlman tələbələrin ədəbsizliyinə yozurlar. Bizim vəzifəmiz nədir?

Cavab: Onlara başa salmaq lazımdır ki, naməhrəm qadınla görüşməməyin mənşəyi ədəbsizlik deyil, əksinə İslam əqidələrinin nəticəsi və onun hökmlərinə iltizamlı olmaqdan irəli gəlir.

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

səh:93

Fazil: Camiul-məsail, cild, 1, sual 1717.

Məsələ 192: Hicablı müsəlman qadının əllərini və üzünü görmək, eləcə də kafir qadınlarının bədəninin adətən açıq qalan yerlərini görmək işkallı deyildir, amma onlara toxunmaq caiz deyildir.

İmam, Fazil, Məkarim: Ürvə, , Nikah, məsələ 47.

İmam: Təhrir, Nikah, məsələ 20.

Xamenei: İstifta.

Bəhcət: Tovzihul-məsail, 1934-cü məsələdən istifadə etməklə.

Sistani: Minhacus-salihin, nikah, 16-cı məsələdən istifadə etməklə.

* NƏTİCƏDƏ: Naməhrəm qadınla kişi bir-biri ilə əl verib görüşə bilməz, bir-biri ilə digər bədən təmasları tuta bilməzlər.

Diqqət: Aşağıdakı hallarda hər yerdən daha artıq bədənlə əlaqədar təmaslara ehtiyatlı olmaq lazımdır:

Məsələ 193: Ləzət qəsdi olmadan qoca qarılara baxmaq və onların bədəninə əl vurmaq caizdir.

Bəhcət Tovzihul-məsail, Məsələ 1943

Sistani və Məkarim: Naməhrəm qoca qadınların bədənlərinə əl vurmaq caiz deyildir. Amma ərə getməyə şərait və ümid olmayan qoca qadınların saçlarına, boyunlarına və qollarına ləzzət qəsdi olmadan baxmaq caizdir.

Məsələ (Sual) 194: Taksi sürücülərinə yol pulu verərkən qadının əli kişinin əlinə toxunarsa, bu iş haramdırmı?

Cavab: Əgər təsadüfi olarsa, eybi yoxur, lakin əgər qəsdən onların əli bir-birinə toxunarsa, caiz deyildir.

Bəhcət, Təbrizi, Xamenei, Sistani, Məkarim: İstifta.

Məsələ 195: Qarışıq yerlərdə (bazarlar, nümayişlər, cümə namazları, dəfn mərasimi, hərəmlərdə, yaxud Allah evinin ziyarətçiləri arasında və s.) naməhrəm kişi ilə qadın arasında təsadüfi olaraq baş verən bu təmasların eybi yoxdur. Bu şərtlə ki, həmin yerlərə təmas tapmaq üçün qəsdən getməmiş olsun.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta

* NƏTİCƏDƏ: Əgər bir şəxs bədəninin naməhrəmlə toxunması üçün müəyyən bir yerə gedərsə, yaxud müəyyən bir yerdən keçərsə, yaxud avtobusda, taksidə və s. yerlərdə

səh:94

(məsələn, metrolarda və qatarlarda) naməhrəm şəxsin yanında oturarsa, yaxud dayanarsa və s. bu işlər haramdır və bu kimi işlərdən çəkinmək lazımdır.

Məsələ (Sual) 196: Naməhrəmlə yanaşı yol getməyin hökmü nədir?

Cavab: Əgər ləzzət və reybə qəsdi ilə olarsa, caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Fazil, Sistani, İstifta

Məkarim: Əgər fəsad qorxusu varsa, caiz deyildir. İstifta

Məsələ 197: Kişilər ehtiyat-vacibə görə gərək altı yaşdan yuxarı olduqları halda naməhrəm qızları qucaqlamasınlar, öz ayaqları üstünə qoymasınlar və yaxud öpməsinlər.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, məsələ 36

İmam: Təhrir, nikah, məsələ 25

Bəhcət: Əlbəttə, əgər müməyyiz olmasa və ləzzət qəsdi olmasa. Əks halda qəti bir haram işdir. İstifta

Sistani: Kişilər ehtiyat-müstəhəbbə görə yaxşı olar ki, altı yaşından artıq olan naməhrəm qızları qucaqlamasınlar, ayaqları üstündə oturtmasınlar, yaxud onları öpməsinlər.

Minhacüs-salehin, nikah, məsələ 23

Məsələ (Sual) 198: Taksidə (avtobus, metro) və yaxud sair nəqliyyat vasitələrində (naməhrəmlərin) aralarında paltar üzərindən təmas (toxunma) olarsa, naməhrəm şəxsin yanında oturmaq caizdirmi?

Cavab: Əgər ləzzət və reybə qəsdi olmazsa, bu işin ardınca fəsad da gəlməzsə, sadəcə olaraq qeyd olunan şəkildə oturmağın işkalı yoxdur.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah, 47-ci məsələdən istifadə etməklə

Bəhcət, Təbrizi, Xamenei, Sistani, İstifta

Məsələ 199: Əgər bir qadın filan naməhrəm şəxsin ma­şı­na minəcəyi təqdirdə, özünün, yaxud sürücünün güna­ha aludə olacağından qorxarsa, bu halda qadının maşına minməsi caizdirmi? Əgər sürücü bu işdən qorxarsa, qadını maşına mindirməsi caizdirmi?

Bəhcət: Fərz olunan halda (bu işdən) çəkinməlidir. İstifta

səh:95

Məkarim: Hər iki surət məhəlli-işkaldır. İstifta

səh:96

ÖPMƏYİN HÖKMLƏRİ

Məsələ (Sual) 200: Bəzi məntəqələrdə məhrəm-naməh­rəm məsələlərinə çox da əhəmiyyət verilmir, xüsusilə kənd yerlərində. Misal üçün, öz arvadını ərin qar­da­şından qorumurlar və onu həqiqi qardaş hesab edir­lər. Belə ki, qarşılıqlı olaraq onu öz bacısı hesab edir, çox hallarda əl verib, yaxud bir-birinin üzündən öpürlər, yaxud əmi qızı və dayı qızı, xala oğlu və əmi oğlu ilə görüşüb bir-birinin üzündən öpür və bu əməl sadəlikdən irəli gəldiyinə, ləzzət və reybə qəsdi olmadan baş verdiyinə görə işkalı vardırmı? Əgər haram olduğu fərz edilsə parçanın üstündən bu işləri görməyin hökmü nədir?

Cavab: Yuxarıda qeyd olunan halların heç biri caiz deyildir və yaxşı olar ki, parçanın yanından görüşməkdən də çəkinsinlər.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Fazil: Camiul-məsail, cild, 1, sual 1716.

Məsələ 201: Məhrəm şəxsləri öpməyin işkalı yoxdur. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın (həyat yoldaşı istisna olunur ki, bu halda mütləq şəkildə caizdir.)

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Sistani: Minhacus-salihin, nikah, 16-cı məsələdən istifadə etməklə.

* NƏTİCƏDƏ: Bacı uşağını, nəvəni, yaxud hər bir uşağı və ümumi şəkildə hər bir məhrəmi ləzzət və reybə məqsədi ilə öpmək haramdır. Əlbəttə, həyat yoldaşı istisna olunur.

Məsələ 202: Əgər insan başqasını – istər uşaq olsun, yaxud onun məhrəmlərindən – öpdüyü təqdirdə günaha düşəcəyini bilirsə, onu öpməməlidir

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Sistani: Minhacus-salehin, nikah, 16-cı məsələdən istifadə etməklə

Məsələ 203: Məhrəmlərin, görünməsi caiz olan hər yerindən öpməyin işkalı yoxdur. İstər alın olsun, istər çiyin, yaxud əl və sair. Bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. (Həyat yoldaşı istisna olunur ki, onda mütləq şəkildə caizdir.)

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

səh:97

Sistani: Minhacus-salehin, nikah, 16-cı məsələdən istifadə etməklə

Məsələ 204: Hər bir şeyi ləzzət və şəhvət qəsdi ilə öpmək haramdır, istər daş olsun, istər taxta, istər dəmir, istər heykəl və sair.

İmam, Bəhcət, Xamenei, Fazil: İstifta

Bəhcət: Bu hökm heykəl və ya gəlinciyə aiddir. İstifta.

Təbrizi: Əgər bu öpməklə inzal baş verməzsə, heç bir haramlığı yoxdur. İstifta

səh:98

ÜMUMİ BİR QANUN

Məsələ 205: Hər hansı bir şeylə, yaxud hər bir kəslə bədənin hər hansı üzvü ilə olursa olsun, ləzzət və reybə qəsdi ilə təmas tutmaq haramdır. (Həyat yoldaşı istisna olmaqla).

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim, İstifta

Təbrizi: Əgər bir kəs şəhvət üzündən bir şeyə toxunsa, lakin inzal baş verməzsə, haram yoxdur; əgər inzal baş verərsə, istimna hesab olunur və istimna da haramdır. Əgər bir şəxsi şəhvət üzündən ləms edərsə, istər qadın, istərsə də kişi; istər həddi-büluğa çatsın, istərsə də çatmasın, haramdır, hətta inzal baş verməsə də. Əlbəttə, həyat yoldaşı istisna olunur. İstifta

* NƏTİCƏDƏ:

Şəhvətlə hər hansı bir şeyi yemək, hər hansı bir şeyə, yaxud bir kəsə (şəhvətlə) əl vurmaq, yaxud hər hansı bir şeyi (şəhvətlə) öpmək, yaxud hər hansı bir səsə (şəhvətlə) qulaq asmaq – istər insan səsi olsun, istərsə də başqa bir şey – hər hansı bir sözü bir kəsə (şəhvətlə) demək, hətta uşaqlara belə, bir sözlə, hər bir iş ləzzət, reybə və şəhvət qəsdi ilə olsa haramdır.

Məsələ (Sual) 206: Mərhum İmamın və şəhidlərin şəkillərini öpmək biz qadınlar üçün bizə naməhrəm olduğuna görə işkalı varmı?

Xamenei: Ümumi şəkildə bir şəxsin şəkli onun özünün hökmündə deyil. Buna görə də şəkli ehtiram və təbərrük, eləcə də məhəbbət göstərmək məqsədilə öpmək reybə qəsdi ilə və günaha düşmə qorxusu olmadan baş verərsə, qorxusu yoxdur.

Əcvibətul-istiftaat, 2-ci ci cild, sual106

səh:99

İSTİMNA

Məsələ 207: İstimna etmək haramdır və ondan çəkinmək lazımdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Fazil Cameul-məsail 2-ci cild, sual 152

(Buna görə də əgər bir kəs mübarək Ramazan ayında qəsdən öz orucunu istimna pozsa, cəm kəffarəsi verməlidir.)

Bəhcət, Təbrizi, Məkarim: Ehtiyata görə gərək cəm kəffarəsi versin.

İzah: İstimna o əməldir ki, insan özü ilə məninin xaric etmək üçün edir.

Məsələ (Sual) 208: Mən bir cavanam ki, təhrikedici səhnələr barəsində fikirləşdikdə məndən məni xaric olur. Bu iş (fəqət fikirləşmək) məninin xaric olması məqsədi ilə edilən bu iş istimna hökmünə malikdirmi?

Cavab: Əgər qəsdən məni xaric etmək məqsədi ilə olarsa və fikirləşməklə məninin xaric olacağını bilirsə, gərək ondan çəkinsin.

İmam, Xamenei, Fazil, Sistani: İstifta

Məkarim: Əgər bu iş həmin məqsədlə əncam verilsə və məni xaric olsa istimna hesab olunur. İstifta

Məsələ 209: Haram şəhvətbazlıq məqsədilə hər hansı bir şey tədarük görmək caiz deyildir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim, İstifta

Məsələ 210: Bir nəfər istimna edirmiş, onun hökmü nədir? Onun bu əməli qusla səbəb olurmu?

Cavab: Bu əməl haramdır və məninin xaric olmasına yəqin edibsə, qüsl etməlidir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

İmam: Tovzihul-məsail məsələ 345

Bəhcət: Tovzihul-məsail məsələ 349

Təbrizi: Tovzihul-məsail məsələ 351

Fazil: Cameul-məsail 2-ci cild, sual 152, Tovzihul-məsail məsələ347

Sistani: Tovzihul-məsail məsələ 351

Məkarim: Tovzihul-məsail məsələ 360

səh:100

Məsələ (Sual) 211: Şəhvətin qarşısını almaq üçün nə etmək lazımdır? Bu barədə istimna caizdirmi?

Bəhcət: Harama düşmə qorxusu olan halda izdivac etməlidir ki, günaha düşməsin. İstifta

Xamenei: Şəhvəti təhrik edən səhnələrə baxmamaq, şəhvət yaradan məclislərdə və mərkəzlərdə iştirak etməmək, oruc tutmaq, sağlam idmanlarla məşğul olmaq, ibadət və vacibatlara əhəmiyyət verməyin özünə məxxsus təsiri vardır. İstifta

Məsələ (Sual) 212: İnsanı şəhvətə salan təhrike­dici səhnələri göz önünə gətirmək və bu barədə fikir­ləşmək caizdirmi?

Təbrizi: Sadəcə fikirləşməyin haramlığı yoxdur. Siratun-nəcat, sual 881

Məsələ (Sual) 213: Risalənizdə qeyd olunmuşdur ki, istimna şərən haramdır, lakin buyurun görək, istimna edən şəxs barəsində islamın nəzəri nədir?

Bəhcət, Sistani, Fazil və Məkarim: Vacibdir ki, tövbə etsin və tövbə etməzdən qabaq onun hökmü təzirdən[13] ibarətdir. Əgər şəriət hakimi üçün onun günahı sübuta yetmiş olsa.

Fazil: Cameul-məsail 2-ci cild, sual 1178-dən istifadə etməklə.

Bəhcət, Sistani, Məkarim: İstifta

səh:101

MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ

Məsələ 214: Naməhrəm qadın ilə kişinin bir-birinə qarışması məkruhdur, lakin qoca kişi və qoca arvadlar istisna olunur.

İmam, Fazil Ürvə, Nikah, məsələ: 49

Bəhcət: Bir-birinə qarışması haramdır. İstifta

Təbrizi: Naməhrəm qadın və kişinin bir-birinə qarışması fəsada zəminə yaradır və insanın harama düşməyinə səbəb olur, caiz deyildir: İstifta

Məkarim: Əlbəttə həcc mərasimində qadın kişinin bir-birinə qarışması məkruh deyil: İstifta

Diqqət: Bu məkruh olmaq o zamandır ki, məclisdə heç bir vəch ilə haram bir iş baş verməsin. Əks halda, qadınla kişinin bir-birinə qarışması haramdır. Misal üçün, əgər bir məclisdə qadınların kamil hicabı olmazsa, yaxud zinətlənmiş olarsa və yaxud qadınla kişilər arasında haram təmaslar baş verərsə, onların bir-birinə qarışması haram olacaqdır.

Məsələ 215: İnsanın günaha mürtəkib olduğunu bil­diyi məclislərə getməsi caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Məkarim, İstifta

Fazil: Cameul-məsail, 1-ci cild, 2231-ci sualdan istifadə etməklə və 2-ci cild, sual 750

Sistani: Əgər günaha düşəcəyindən qorxarsa, hökmən onun məclisə getməsi caiz deyildir. İstifta

Misal üçün: İnsanın gedəcəyi təqdirdə, naçar qalıb hicabsız naməhrəm şəxslərə baxacağına, qeybət edəcəyinə, yalan danışacağına, yaxud hər hansı bir digər harama düşəcəyinə bildiyi qonaqlıq məclislərinə getməsi caiz deyildir.

Aşağıdakı hallarda və məclislərdə və kişi qadının bir-birinə qarışmasında günah ehtimalı var və başqa hal­lar­da olduğundan daha artıq ehtiyatlı olmaq lazım­dır.

Arvad-kişinin qarışıq olduğu qonaqlıq məclis­lərini təşkil etmək, xüsusilə əgər iştirakçılar cavan olsa, naməhrəmlərlə birlikdə yemək yeyərkən, naməhrəmlə əyləncəyə, o cümlədən

səh:102

bağa, parka, dağa səfərə getmək, xüsusilə əgər naməhrəm qadın və kişi maşında tək olarsa; namahrəmlə zarafat etmək, iki naməhrəm şəxsin bir işdə bir-birilə həmkarlıq etməsi və s.

Məsələ 216: Əgər iki bir-birinə naməhrəm olan qadın və kişi xəlvət bir yerdə olsalar və onlardan başqa bir kəs də orada olmasa və başqası da ora daxil ola bil­məsə bu halda harama düşəcəyindən qorxsalar, gərək ora­dan bayıra çıxsınlar. Onların həmin yerdə qalması haram­dır.

İmam Tovzihul-məsail 2445-ci məsələ

Təbrizi Tovzihul-məsail 2454-cü məsələ

Bəhcət, Xamenei: İstifta

Fazil Tovzihul-məsail 2511-ci məsələ

Sistani: Naməhrəm qadınla kişinin başqasının olmadığı bir yerdə olması, fəsad ehtimalı verilən zaman, haramdır. Hətta başqası ora daxil ola biləcəyi təqdirdə olsa belə. Lakin əgər fəsad ehtimalı olmazsa, işkalı yoxdur. Tovzihul-məsail, 2454-cü məsələ

Məkarim: Ehtiyac vacib budur ki, naməhrəm qadın və kişi başqalarının daxil ola bilmədiyi bir yerdə olmasın, hətta əgər orada namaz qılsalar belə, onların namazı işkallıdır. Tovzihul-məsail 2095-ci məsələ

Məsələ (Sual) 217: Biz elə bir tayfa ilə gediş-gəliş edirik ki, onlar namaz qılmamaqdan əlavə, məsihilərlə gediş-gəliş də edirlər. Onların qadınları və qızları kamil hicaba riayət etmir, saçları həmişə görünür, nə qədər nəsihət etsək də təsiri yoxdur. Əgər evdə öz gözümüzü bağlamaq istəsək, mümkün olmur əgər baxmaq istəsək, günaha düşürük. Bu halda nə etməliyik? Onlarla gediş-gəliş etmək baxımından vəzifəmiz nədir?

Məkarim: Sizin əmr be məruf və nəhy əz münkər[14] etməkdən əlavə – təsir qoyacağına ehtimal verdiyiniz halda – başqa bir vəzifəniz yoxdur. Onlarla gediş-gəliş etdiyiniz halda ehtiyatlı olmalısınız ki, sizin özünüz naməhrəmə günah nəzəri salmayasınız və onlarla gediş-gəlişi kəsmək lazım deyildir. Bu ehtimalla ki, bəlkə müəyyən qədər gediş-gəliş etmək onların dinlərinə təsir qoya bilsin. Allah onları hidayət və şəri vəzifələrinə tanış etsin! İstifta

səh:103

ÖZÜNÜ GÖSTƏRMƏYİN HÖKMLƏRİ

Məsələ 218: Başqasını günaha salmaq məqsədilə özünü göstərmək haramdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Misal üçün: Əgər bir qadın özünü naməhrəm kişinin diqqətini ona cəlb olacağı, yaxud ona üz gətirəcəyi şəkildə özünü göstərsə haramdır. Xüsusi şəkildə yol getmək, xüsusi şəkildə danışmaq, xüsusi hərəkətlər göstərmək, təbəssüm etmək, naməhrəmlə xüsusi şəkildə gülmək, zarafat etmək, yaxud hətta naməhrəmin qarşı­sında onun nəzərini cəlb etmək və onu harama salmaq məqsədilə mütaliə etmək, xüsusi libaslar geyinmək, müxtəlif əşyaları götürmək o cümlədən çanta, kitab, gül və s. götürmək, yaxud başqasını günaha salmaq məqsədilə onları xüsusi şəkildə götürmək, naməhrəmə xüsusi baxışla baxmaq və. s kimi halların hamısında əgər başqasının nəzərini cəlb etmək və onu harama salmaq məqsədi olarsa haramdır.

* NƏTİCƏDƏ: Xüsusilə əziz cavanlar özünü göstərmələrdən və buna oxşar hallardan ciddi şəkildə çəkinməlidirlər.

Məsələ 219: Əgər özünü göstərmək başqalarını günaha salmaq məqsədilə olmazsa, haram deyildir.

Misal üçün: Bir qadın naməhrəm qonaq olduğu zaman daha yaxşı yemək bişirir, evi daha yaxşı səliqəyə salır ki, naməhrəmin nəzər-diqqəti onun yaxşı qadın olduğuna yönəlsin, yaxud yaxşı danışır ki, başqalarının nəzərlərini öz fəzilətinə cəlb etsin və s. bu qəbildən olan hallar haram deyildir.

Diqqət: Əlbəttə, hər hansı bir iş özünü göstərmək məqsədi ilə olarsa, əxlaq cəhətindən məzəmmət olunur və yaxşı bir iş sayılmır, əxlaq alimlərini bundan çəkindirmişlər. Lakin əgər bu özünü göstərmək başqalarını harama salmaq məqsədi ilə olarsa, haram da olacaqdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, İstifta

səh:104

Məsələ (Sual) 220: Əgər bir qadın naməhrəmin diqqətini cəlb etmək üçün bir iş görərsə bu iş caizdirmi?

Əgər kişi müəyyən bir iş görsə, yaxud müəyyən bir paltar geyib naməhrəmin diqqətinin cəlb etmək istəsə, bu caizdirmi?

Məkarim: Hər iki halda caiz deyildir: İstifta

Bəhcət: Əxlaq, ehtiyatın xilafınadır. Əgər şəhvə­tin təhrik olunmasına səbəb olarsa, haramdır. İstifta

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ 221: Kişilər də qadınları harama salmaq məqsədi ilə özlərini göstərməməlidirlər.

* NƏTİCƏDƏ: Naməhrəm şəxsi harama salmaq məqsədilə xüsusi paltarlar geymək, xüsusi şəkildə danışmaq, baxmaq, yol getmək, naməhrəmin diqqətini cəlb etmək məqsədi ilə şəhvət yaradan rəftarlar göstərmək, sürücülük etmək, yaxud naməhrəmin müqabilində xüsusi şəkildə motosiklet sürmək, zarafat etmək, naməhrəmin qarşısında xüsusi şəkildə idman etmək, onu harama salmaq məqsədi ilə boyunbağı salmaq, yaxud naməhrəmin diqqətini cəlb etmək üçün biləkləri, sinəni açıq qoymaq bütün bunların hamısı və onun oxşarları hamısı haramdır və ondan çəkinmək lazımdır.

səh:105

ƏQD VƏ TOY MƏRASİMİNİN HÖKMLƏRİ

Bu bölmədə elçilik mərasimində ehtiyac duyulan hökmləri, əksər hallarda bu mərasiminin keçirildiyi ardıcıllıqla bəyan edəcəyik. Buna görə də bu bölmədə əvvəlcə ər və onun ailəsinin gəlin barədə təhqiqat apar­ma­sının hökmləri ondan sonra isə bazardan lazım olan şeyləri almaq, dəvət etmək, əqd və toy mərasiminin tədarükünün görmək və nəhayət kişilərin və qadınların əqd və toy mərasimində ehtiyac duyulan hökmləri ardıcıl şəkildə bəyan edəcəyik.

Məsələ 222: Arvadı olmadığına (subay olduğuna) görə harama düşən bir şəxsin arvad alması vacibdir.

İmam, Fazil, Məkarim, Ürvə, nikah, məsələ 4

İmam, Tovzihul-məsail, məsələ 2443

Bəhcət: İmkanı olan halda belə bir şəxsin evlənməsi vacibdir: İstifta

Təbrizi: Tövzihul-məsail, məsələ 2452

Xamenei: İstifta

Sistani Tovzihul-məsail, məsələ 2452

Fazil Tovzihul-məsail, məsələ 2509

Məkarim Tovzihul-məsail, məsələ 2023

* NƏTİCƏDƏ: Əgər bir şəxs izdivac etmədiyi təqdirdə günaha düşəcəyini, o cümlədən naməhrəmə, onun şəklinə, kinoya baxacağına məcbur olacağını;, yaxud Allah eləməmiş, istimna və s. etmək məcburiyyətində qalacağını, yaxud naməhrəmlə qanunsuz əlaqədə olacağını bilirsə, evlənməsi vacibdir. Xüsusilə əziz cavanlar diqqət yetirməlidirlər ki, insan indiyə qədər onun maddi və mənəvi ruzilərini çatdıran Allahın əmrlərini yerinə yetirib razılığını cəlb etmək məqamına gələrsə, o halda da mütəal Allah Öz nemətlərini əvvəldə oldu­ğun­dan daha artıq ona ehsan edəcək, onun yolu üzərində möv­cud olan digər maneələri də aradan qaldıracaqdır.

Allah-Taala ilə müamilə edin və evlənməklə özünüzü günahdan xilas edin! Allah-Taalanın razılığını əldə etməyə

səh:106

çalışın və əmin olun ki, Mütəal-Allah sizi xoşbəxt və səadətli edəcəkdir.

Məsələ 223: Evlənmək, hətta əgər insan evlənməməklə günaha düçar olmasa belə, müstəhəbdir.

İmam, Fazil, Məkarim: Ürvə, Nikah 1-ci məsələdən qabaq və 1-ci məsələ

Bəhcət, Təbrizi, Xamenei, Sistani, İstifta

Məsələ 224: Müstəhəbdir ki, həddi-büluğa çatan, yəni mükəlləf olan qızı ərə verməkdə laqeyd yanaşmasınlar.

İmam, Fazil, Məkarim Ürvə, Nikah, məsələ: 14

İmam, Tovzihul-məsail, məsələ 2459

Təbrizi, Tovzihul-məsail, məsələ 2468

Bəhcət və Sistani: İstifta

Fazil, Tovzihul-məsail məsələ 2525

Məkarim: Eləcə də həyat yoldaşına ehtiyacı olan oğlanlar barəsində də; əlbəttə bizim dövrümüzdə bəzən müəyyən cəhətlər qızı tez ərə verməyə mane olur, bu kimi hallarda şərən üstünlük verilənləri seçmək lazımdır.

Ürvə, nikah, məsələ 14 və İstifta

Məsələ 225: Müstəhəbdir ki, əqd və toy mərasiminin xərclərini, eləcə də mehriyyənin miqdarını az qərar versinlər.

İmam, Fazil, Məkarim Ürvə, Nikah, məsələ: 17

səh:107

TƏHQİQAT APARMAĞIN HÖKMLƏRİ

İŞARƏ

Ərlə arvadın hər birinin barəsində təhqiqat aparmaq ya birbaşa sürətdə baş verir, ya da müəyyən yollarla. Birbaşa dedikdə məqsəd budur ki, ər və arvaddan hər biri başqasının barəsinə birbaşa təhqiqat aparır. Birbaşa olmayan təhqiqat dedikdə məqsəd budur ki, insan (gələcək) həyat yoldaşı barədə başqa şəxslərin, misal üçün, dostu, qohumu, qonşusu, həmkarı və s. vasitəsi ilə təhqiqat aparsın.

Məsələ 226: Ər-arvadın hər birinin barəsində təh­qiqat aparmaq hər bir şəxs tərəfindən olsa belə, caiz­dir. Hətta onun özündə və ya ailəsində müəyyən eyiblərin aş­kar olmasına səbəb olsa belə.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ 227: Əgər ərlə arvadın hər biri, yaxud onla­rın ailəsi barəsində eyblərin təhqiq olunması evlənmə­də rol oynayırsa, eybi yoxdur və haram olan casusluq hök­münə malik deyildir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta

* NƏTİCƏDƏ: İnsan yalnız o eybləri axtara bilər ki, evlənməyə və tərəflərdən hər birinin tanınmasına aiddir. Bundan başqa surətlərdə evlənmək bəhanəsi ilə şəxslərin həyatı barəsində casusluq edə bilməz.

Məsələ 228: Ərlə arvadın hər biri digəri barəsində birbaşa olaraq təhqiqat apara bilər, bu şərtlə ki, bu təhqiqat haram işə səbəb olmasın.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim, İstifta

* NƏTİCƏDƏ: Onların ləzzət qəsdi ilə söhbət etməsi, yaxud qapalı bir mühitdə xəlvət yerdə olmaları, yaxud ləzzət qəsdi ilə bir-birinə baxmaları və yaxud bir-birinə toxunmaları haramdır və bu işlərdən çəkinmələri lazımdır.

Məsələ 229: Ərlə arvadın hər biri aşağıdakı şərtlərlə digəri barəsində təhqiq apara bilər:

1-Baxış ləzzət və reybə qəsdə ilə olmasın;

səh:108

2-İzdivac bu baxışa bağlı olsun;

3-Bu iki şəxsin evlənməsinə heç bir maneə olmasın.

İmam və Fazil Ürvə, Nikah, məsələ: 26

İmam Təhrirül-vəsilə, nikah, məsələ 28 və: İstifta

Xamenei: İstifta

Bəhcət: Əksinə, əgər belə bir baxış əqddən sonra yarana biləcək çəkişmələrin qarşısını almaq məqsədilə həm də müstəhəbbdir, bunun caizliyinə qadının icazəsi lazım deyildir, həmçinin qadın da evlənmək ərə getmək istədiyi kişinin qeyd olunan şərtlərlə bədəninə baxa bilər. Tovzihul-məsail məsələ 1944 və İstifta

Sistani: Evlənmək məqsədilə naməhrəmə baxmağın şərtləri aşağıdakılardır:

1-İzdivac bu baxışa bağlı olsun;

2-O iki şəxsin izdivacına heç bir maneə olmasın;

3-Onun halı barədə əvvəlcədən məlumatlı fərd olmasın.

4-Qarşı tərəfin qəbul etməsinə ehtimal versin.

5-Həmin şəxslə izdivac etmək istəsin, nəinki, hansı ilə evlənməsini təyin etmək üçün bir neçə nəfərə baxsın.

Minhacüs-salehin, Nikah, məsələ: 28

Məkarim: Yalnız qadının üzünə, əllərinə, saçlarına, boynuna və bunların ətrafından bir miqdara, yaxud libas üzrindən bədənin həcminə baxa bilər. Ürvə, Nikah, məsələ:26

BİRİNCİ ŞƏRTƏ ƏSASƏN:

Məsələ 230: Onlardan hər birini ləzzət qəsdi ilə digə­rinə baxması caiz deyildir. Lakin, əgər onu gördük­də sonra təbii olaraq ləzzət gələcəyini bilirsə, işkalı yoxdur.

İmam, Fazil, Məkarim, Ürvə, nikah, məsələ 26

Xamenei: İstifta

Sistani, Minhacus-salihin, nikah, məsələ 28

Məsələ 231: Yaxşı olar ki, bu baxış nazik paltar üzərindən olsun.

İmam Təhrir Nikah, məsələ: 28

Məkarim: İstifta

səh:109

İKİNCİ ŞƏRTƏ ƏSASƏN:

Məsələ 232: Bu baxmaq ər-arvadın əncam verdiyi axırıncı təhqiqat olmalıdır.

İmam, Fazil, Məkarim, Ürvə, nikah, 26-cı məsələdən istifadə etməklə

Bəhcət: Tovzihul-Məsail, 1944-cü məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

İzah: Ərlə arvadın hər biri gərək (digəri barəsində) sair təhqiqatların hamısını aparmış olsunlar və əqd yalnız bu baxışa bağlı olsun: əgər bəyənmiş olsalar əqd baş versin.

Məsələ 233: Əgər əqd bu baxışa bağlı olmazsa, yaxud ne­cə olmasının insan üçün fərqi olamazsa, yaxud da na­mə­lum bir şey mövcud olmazsa onun bədəninə baxa bil­məz.

İmam, Fazil, Məkarim, Ürvə, nikah, 26-cı məsələdən istifadə etməklə

İmam Təhrir Nikah, məsələ: 28

Bəhcət Tovzihul-məsail 1944-cü məsələdən istifadə etməklə

Xamenei: İstifta

Sistani: Əgər heç bir naməlum şey (məlumatsızlıq) mövcud olmazsa və şəxs əvvəlcədən başqasının halından agah olarsa, üzü və əllərindən başqa yerə baxması caiz deyildir. Minhacüs-salehin, məsələ 28

ÜÇÜNCÜ ŞƏRTƏ ƏSASƏN

Məsələ 234: Əqddə başqa bir maneə olmalıdır.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, 26-cı məsələdən istifadə etməklə.

Bəhcət Tovzihul-məsail, 1944-cü məsələdən istifadə etməklə

Xamenei:İstifta

Sistani Minhacus-salehin Nikah 28-ci məsələdən istifadə etməklə

* NƏTİCƏDƏ: Misal üçün, əgər qızın atası bu evlənməyə icazə vermirsə, yaxud kişi hal-hazırda bu qadınla evlənə bilməzsə, yaxud qadının əri varsa (hətta sonradan təlaq almasını qərara alıbsa) bu kimi halların heç birində onlardan biri digərinin bədəninə baxa bilməz.

Məsələ (Sual) 235:

səh:110

a) Kişinin evlənmək istədiyi qadının gözəlliyindən agah olmaq məqsədi ilə onun şəklinə baxması caizdirmi? Əlbəttə, qadının kamil hicaba riayət etmədiyi halda.

b) Bir neçə qadının şəklinə baxıb onların arasından bir nəfərini evlənmək üçün seçmək istəsə necə?

}avab: Əgər ləzzət qəsdi ilə olmazsa eybi yoxdur.

İmam, Bəhcət, Xamenei, Fazil: İstifta

Sistani:

a) Qadının şəkli əgər tanış olsa o qadının öz hökmündədir.

b) Qadınlar tanış olsalar ehtiyac-vacibə görə caiz deyildir İstifta

səh:111

İSTİXARƏNİN HÖKMLƏRİ

Məsələ 236: Əgər bir şəxs müəyyən bir iş, misal üçün izdivac üçün istixarə etsə, istixarənin nəticəsinə əməl etməsi vacib deyildir.

İmam: İstiftaat 2-ci cild, 75 və 76-cı suallardan istifadə etməklə.

Bəhcət, Xamenei, Fazil: İstifta

Məsələ (Sual) 237: Ümumiyyətlə islam nəzərindən hə­ya­tın mühüm məsələlərində, o cümlədən izdivac, yaxud mü­hüm qərar qəbul etmələr zamanı təsbeh Quran, yaxud zatur-riqa ilə istixarə etmək səhihdirmi?

Cavab: İmamlardan gəlib çatan yollarla işlərin han­sı birini seçməkdə sərgərdançılığı (misal üçün, iki yol ayrıcında qalmaq) aradan qaldırmaq məqsədi ilə Al­lah-Taala ilə məşvərət və istixarə etməyin işkalı yox­dur.

İmam İstiftaat 2-ci cild, sual 73 Bəhcət, Xamenei, Fazil: İstifta

Məkarim: Əlbəttə, istixarə məşvərət və təhqiqdən sonra və çətinliyin həll olunmadığı halda edilməlidir. İstifta

Məsələ (Sual) 238: İstixarə düzgündürmü? Hər hansı bir xeyir iş qabağa gələn zaman istixarə edib pis gələrsə, istixarəyə əməl etməliyikmi və ona etiqad bağlamalıyıqmı?

Cavab: Bu, etiqad prinsiplərindən deyildir ki, ona etiqad bəsləmək lazım olsun; amma sərgərdançılıq vəziyyətində rəca ümidi ilə eybi yoxdur.

İmam İstaftaat 2-ci cild, sual 74 Xamenei və Məkarim: İstifta

Məsələ (Sual) 239: Mən bir qız üçün elçiliyə get­mişdim. İlk mərhələlərin ötməsindən və təhqiqat apar­dıqdan sonra özləri də bizim yaxşı adam olmağımızı bildilər və başqaları da bunu dedilər. Lakin atası gedib istixarə etdi və pis gəldi. Biz yaxşı iş istixarə istəməz dedik, lakin o deyir ki, mən istixarəyə arxa çevirə bilmərəm. Xahiş edirəm deyin görək, bu istixarə düzgündürmü?

səh:112

Cavab: İstixarə ilzama səbəb olmaz (ona əməl etmək vacib deyildir).

İmam İstiftaat 2-ci cild, sual 75

Bəhcət, Xamenei, Fazil: İstifta

səh:113

NİŞANLI OLMAĞIN HÖKMLƏRİ

Məsələ 240: Əgər nişanlılıq dedikdə məqsəd ər ilə arvadın evlənmək qəsdində olduqları halda aralarında məhrəmliyə səbəb olacaq heç bir əqdin oxunmadığı zaman olarsa onlar bir-birinə naməhrəmdirlər və sair naməhrəmlərlə onların arsında heç bir fərq yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta

* NƏTİCƏDƏ: Onların ləzzət qəsdi ilə bir-birlərinə baxmaları, əl verib görüşmələri, yaxud hər hansı növdən olan bədən təmasları, qapalı mühitlərdə xəl­vət yerdə olmaları (əvvəldə deyilən şərtlər əsa­sın­da), bir-birinin yanında kifayət qədər islami hica­ba və ör­pəyə riayət etməmələri, adətən ər-arvad ara­sın­da möv­cud olan şəkildə bir-biri ilə ünsiyyətdə olmaları və s. iki naməhrəm şəxs arasında haram olan əlaqə halla­rın­dandır ki, qızla oğlan ondan çəkinməlidir.

DAİMİ ƏQDDƏN QABAQ MÜVƏQQƏTİ ƏQD SİĞƏSİ

Məsələ 241: Qızın vəlisinin icazəsi ilə nişanlılar arasında müvəqqəti siğə oxunmağın işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta

Sistani Tovzihul-məsail 2385-ci məsələ Minhacus-salihin nikah 67 və 68-ci məsələlərdən istifadə etməklə.

Məsələ 242: Qız və oğlan daimi əqddən qabaq qızın atasının icazəsi olmadan öz aralarında müvəqqəti əqd siğəsi oxuya bilərmi?

Cavab: Əgər qız bakirədirsə atasının icazəsi olma­dan siğənin oxunması səhih deyildir. Bundan ayrı hal­lar­da atanın icazəsi lazım deyil.

İmam, Xamenei, Fazil, Sistani: İstifta

Təbrizi: Əgər qız bakirədirsə ehtiyata görə əqdin oxunması ata ya ata tərəfindən olan babanın icazəsi olmadan səhih deyildir. Əgər bakirə olmazsa bu icazə lazım deyil. İstifta

səh:114

Bəhcət və Məkarim: Həddi-büluğa çatan rəşidə – yəni öz məsləhətinin ayırd edə bilən qız bakirə olarsa, ehtiyat budur ki, atasından, yaxud ata tərəfindən olan babasından icazə alınsın.

Məkarim: Tovzihul-məsail məsələ 2037 Bəhcət: Tovzihul-məsail, 1891-ci məsələdən istifadə etməklə və İstifta

Məsələ 243: Əgər müvəqqəti əqd siğəsi oxunsa və vaxtı qurtarandan sonra daim əqd oxunmazsa, qızın anası oğlan üçün ömrünün axırına qədər məhrəm olur.

İmam, Fazil, Məkarim, Ürvə, Nikah fil Mühərrəmatifil Müsahirə məsələ 3

İmam Təhrir Nikahül qoul fil müsahirə

Bəhcət: Tovzihul-məsail 1906-cı məsələ Təbrizi: Tovzihul-məsail 2394-cü məsələ

Xamenei: İstifta

Sistani: Tovzihul-məsail 2394-cü məsələ

Məsələ 244: Əgər nişanlılar müvəqqəti əqdin vaxtı­nın qurtarmasından qabaq daimi əqdi icra etmək istəsələr, gərək kişi qalan vaxtı qadına hibə[15] (hədiyyə) eləsin.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Məkarim: İstifta

Sistani Minhacüs-salehin Nikahün fil etidadi və ma bi hökmihi məsələ 193

Fazil }ameül-məsail 2-ci cild, 1004-cü sualdan istifadə etməklə.

Məsələ 245: Əgər oğlan vaxtın qalanını hibə etməzsə (istər bilməməzlikdən, istərsə unutqanlıq üzündən) bunun ardınca da daimi əqd oxunsa, onların daimi əqdi batildir. Gərək siğənin vaxtının qurtarmasından, yaxud qalan vaxtın bağışlanmasından sonra yenidən daimi əqd oxunsun.

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta

Məsələ 246: Mən izdivac edərkən daim əqd oxunmazdan qabaq (hazırkı) həyat yoldaşımla iki aylıq müvəqqəti siğə vasitəsilə məhrəm olmuşdum. Amma müvəqqəti əqdin oxunmasından bir ay keçəndən sonra daimi əqd oxuduq. İndiyə qədər də bir-birmizlə yaşayırıq. Bizim daim əqdimiz düzgün olubmu?

Cavab: Əgər müvəqqəti əqdinin qalan vaxtını öz arvadına hibə etmisənsə daim əqdiniz düzgündür, əks halda yenidən daimi əqd oxunmalıdır.

İmam, Becət, Xamenei, Fazil, Məkarim: İstifta

səh:115

ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

Məsələ 247: Kürəkən üçün onun istifadəsi məqsədilə hər növ qızıl məmulatları almaq caiz deyildir, hətta sep, yaxud qol düyməsi, yaxud saat və sair kimi şey olsa belə.

İmam: İstifta, 2-ci cild, səh.8; Tovzihul-məsail, 2068-ci məsələdən istifadə etməklə.

Bəhcət və Xamenei: İstifta.

Sistani: Tovziul-məsail, 2076-cı məsələdən istifadə etməklə.

Fazil: Camiul-məsail, 1-ci cild, səh.970, 971 və 258-ci məsələlərdən istifadə etməklə.

Məkarim: Tovzihul-məail, 1662-ci məsələdən istifadə etməklə.

Təbrizi: Fərz olunan halda müamilə səhihdir, baxmayaraq ki, kürəkən üçün qızıl məmulatı geymək caiz deyildir, hətta üzük, saat və sair kimi əşyalar olsa da belə. İstifta.

Məsələ (Sual) 248: Evlənməyə məxsus olan qızıl sep­lərin alınması, yadigar qalmaq üçün və kişinin yalnız bayram günlərindən bir neçə saat ondan istifadə etmə­sinin hökmü nədir?

Cavab: Caiz deyildir.

Məsələ 249: Ağ qızılın hökmü sarı qızıl kimi deyildir və onu kürəkən üçün almağın işkalı yoxdur.

İmam: İstifta, 1-ci cild, namaz qılanın paltarı, Sual: 58 və İstifta.

Təbrizi: İstifta.

Bəhcət, Xamenei, Fazil, Məkarim:

Xamenei, Fazil və Məkarim: Əgər ağ qızıl sarı qızıldan başqa bir filiz olarsa, eybi yoxdur. Əks halda həm sarı, həm ağ, həm də qırmızı qızılın hər üçü haramdır. İstifta.

Bəhcət: Əgər qızıl cinsindən, yaxud həmin mədəndən olmazsa, yaxud mütəxəssislər onu qızıl hesab etməzlərsə, işkalı yoxdur. Amma platinin işkalı yoxdur. İstifta.

Məsələ 250: Kürəkən üçün onun geyməsi məqsədilə xalis ipəkdən olan hər növ paltar almaq caiz deyildir.

İmam: Tovzihul-məsail, 2060-cı məsələdən istifadə etməklə.

İmam, Bəhcət, Xamenei: İstifta.

Sistani: Tovzihul-məsail, 2-76-cı məsələdən istifadə etməklə.

Fazil: Camiul-məsail, 2-ci cild, 763-ü sualdan istifadə etməklə.

Məkarim: Tovzihul-məsail, 1762-ci məsələdən istifadə etməklə.

səh:116

Təbrizi: Fərz olunan surətdə müamilə səhihdir, baxmayaraq ki, kürəkən üçün xalis ipəkdən olan paltarın geyilməsi caiz deyildir. İstifta.

* NƏTİCƏDƏ: İstər köynək, istər mayka, istərsə də evdə rahatlıq üçün geyilən paltarlar – corab və s. kimi hər növ paltarın alınması əgər xalis ipəkdən olarsa, caiz deyildir.

Məsələ 251: Xums aid olan puldan xumsu verilməyincə al-ver etmək caiz deyildir. Yalnız şəriət hakimi, yaxud onun vəkili icazə verdiyi hallar istisna olunur.

İmam, Fazil, Məkarim: Ürvə, fi ma yəcidu fihi xums, məsələ: 75.

İmam: Tovzihul-məsail, məsələ: 1790 və 1795.

Xamenei: İstifta.

Təbrizi və Sistani: Əgər xumsu verilməmiş pulun özü ilə bir şey alsa, bu halda satıcı on iki İmamçı şiədirsə, zahir budur ki, müamilə malın hamısına nisbətdə səhihdir. Bu pulla aldığı mala nisbətdə isə xums şamil olur. Şəriət hakiminin imza və icazəsinə heç bir ehtiyac duyulmur.

Təbrizi: Tovzihul-məsail, 1769-cu məsələ.

Sistani: Tovzihul-məsail, məsələ: 1769.

Məsələ 252:Əgər bir kəs (əvvəlki məsələyə diqqət yetirmədən) xums aid olan pul ilə bir şeyi alsa, şəriət hakimindən, yaxud onun vəkilindən icazə almalıdır. Bu halda əgər icazə versə, müamilə səhihdir. Əgər icazə verməzsə, müamilənin beşdə biri batildir.

İmam, Fazil və Məkarim: Ürvə, fi ma yəcidu fihi xums, məsələ: 75.

İmam: Tovzihul-məsail, məsələ: 1760.

Fazil: Tovzihul-məsail, 1825 və 1827-ci məsələlərdən istifadə etməklə.

Bəhcət: Müamilə əsas etibarı ilə zimmədə olduğuna görə səhihdir, lakin onun xumsunu verməlidir. İstifta

Təbrizi və Sistani: Şəriət hakmindən icazə almağa ehtiyac yoxdur, yalnız alınmış mala xums təəllüq[16] tapır.

Təbrizi: Tovzihul-məsail, 1769-cu məsələ.

Sistani: Tovzihul-məsail, 1769-cu məsələ.

Məsələ 253: Kürəkən, yaxud gəlin üçün hər növ şöhrət libası almaq caiz deyildir.

səh:117

İmam, Bəhcət, Xamenei: İstifta

Fazil: Camiul-məsail, 2-ci cild, 762-ci sualdan istifadə etməklə.

Təbrizi: Müamilə səhihdir, baxmayaraq ki, şöhrət paltarından istifadə etmək caiz deyildir. İstifta

Məkarim: Şöhrət paltarı dedikdə, əvvəllər qeyd olunduğu kimi məqsəd o paltardır ki, zahidlik, yaxud dindarlıqda şöhrət tapmaq məqsədilə geyilmiş olsun. Tovzihul-məsail, 1762-ci məsələ və İstiftadan istifadə etməklə.

Sistani: Əlbəttə, əgər bunun ardınca halal bir mənfəət gələrsə, müamilə səhihdir, baxmayaraq ki, hörmətin aradan getməsinə səbəb olan paltarın geyilməsi haramdır. İstifta

Məsələ 254: Kürəkən üçün qadınlara məxsus olan paltar almaq, yaxud kişilərə məxsus olan paltarı gəlin üçün almaq caiz deyildir və onun alınmasından çəkinmək lazımdır.

İmam, Bəhcət və Xamenei: İstifta

İmam: Tovzihul-məsail, 2068-ci məsələdən istifadə etməklə.

Fazil: Camiul-məsail, 2-ci cild, 762-ci sualdan istifadə etməklə.

Təbrizi: Onun müamiləsi səhihdir, lakin kişilərə məxsus olan paltarın qadınlar üçün və qadınlara məxsus olan libasın kişilər üçün geyilməsi caiz deyildir. İstiftadan istifadə etməklə.

Sistani: Müamilə səhihdir, baxmayaraq ki, hər birinə məxsus olan paltarın başqası üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir. İstifta

Məkarim: Yaxşı olar ki, bu işdən ictinab edilsin. İstifta

Məsələ 255: Gəlin üçün təhrikedici hər növ paltarın naməhrəmlərin arasında istifadə etmək məqsədilə alınması haramdır.

İmam, Bəhcət, Xamenei: İstiftadan istifadə etməklə.

İmam: Tovzihul-məsail, 2068-ci məsələdən istifadə etməklə.

Fazil: Camiul-məsail, 2-ci cild, 763-cü sualdan istifadə etməklə.

Təbrizi: Onun müamiləsi səhihdir, lakin təhrike­dici paltarlardan istifadə edilməsi caiz deyildir.

Məkarim: Əlbəttə, onun müamiləsi batil deyildir. İstifta

* NƏTİCƏDƏ: Əgər kürəkən toy mərasimində naməh­rəm şəxslərin gəlinə baxacaqlarını bilirsə (məsələn məclisdə kişi və

səh:118

arvad qarışıqdırsa), şəhvəti təhrik edən və gəlinin bədəninin bir miqdarını örtməyən paltarın gəlinə alınması caiz olmayacaqdır.

Məsələ 256: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan dəri məmulatlarının alveri batildir, lakin insan onların şəriət göstərişi əsasında kəsilən heyvanlardan olduğunu blərsə, onun alverinin işkalı yoxdur.

İmam: Tovzihul-məsail, məsələ: 2061; Təhrir, 2-ci cild, məsələ: 1.

Bəhcət: Tovzihul-məsail, məsələ: 1618.

Təbrizi: Onun alverinin işkalı vardır.

Sistani, Fazil: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan dəri məmulatların, şəriət qaydalarına uyğun kəsilən heyvandan olması ehtimal verilsə, onun alverinin işkalı yoxdur.

Məkarim: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafi­rin əlindən alınan dəri məmulatlarının alveri­nin müamiləsi, ehtiyata görə batildir.

* NƏTİCƏDƏ: Qeyri-islami ölkələrdən gətirilən ayaq­qabı, qayış, saatın bağı, çanta və s. kimi dəri məmu­lat­larının al-veri batildir, yalnız insan yəqin etsə ki, o ölkə öz dərilərini İslam ölkələrindən almışdır, bu başqa.

DƏVƏT ETMƏYİN HÖKMLƏRİ

Məsələ 257: Gələcəkləri surətdə günah və münkər işlər yaymalarına ehtimal verdiyi şəxsləri dəvət etmə­si insana caiz deyildir. Yalnız məclisi nəzarət altına alıb, günaha mürtəkib olmasının qarşısını aldığı hal istisna olunur.

İmam: İstifta

Bəhcət: Haram işin müqəddiməsi də əgər harama gətirib çıxararsa, haramdır.

Sual: Məclisə gəldikləri halda günah və münkər işləri yayacaqlarına yəqinlik olan kəsləri məclisə dəvət etmək caizdirmi?

Cavab:

səh:119

Təbrizi: Fəsadın yayılmasının qarşısını almaq hər bir müsəlmana vacibdir. İstifta.

Fazil: Onların dəvət edilməsinə günaha kömək etmək ünvanı aid edilirsə, caiz deyildir.

* NƏTİCƏDƏ: Toy məclisində ləhv və ləiblə[17] məşğul olan qadınların və kişilərin dəvət edilməsi caiz deyildir.

Məsələ 258: Məclisdə gözbağlayıcı işlərini yerinə yetirmək üçün gözbağlayıcıları dəvət etmək haramdır və bu işdən ictinab edilməlidir (çəkinilməlidir).

İmam: İstifta

Bəhcət: Gözbağlayıcıların bütün qisimləri haramdır, yalnız əgər əməlin özü caiz və ləhvdən xaric olarsa və ondan məqsəd batil olmayan əql sahibləri tərəfindən bəyənilən və qanuni bir iş olsa, eybi yoxdur.

Camiul-məsail, 2-ci cild, səh.433 və İstifta

Təbrizi: Hər bir müsəlmana vacibdir ki, fəsadın yayılmasının qarşısını alsın. İstifta

Xamenei: Gözbağlayıcılıq sehrin qismindəndir və haramdır. Lakin baxanları səhvə salacaq tərzdə sürətlə əl hərəkətləri edən şəxsin işinin haram olmasına heç bir əsas yoxdur.

Sistani: Gözbağlayıcılıq bundan ibarətdir ki, kerçəkliyi olmayan işləri kerçəklik surətində camaatın adətindən xaric olan sürətli əməl vasitəsilə göstərməkdir. İndi əgər gözbağlayıcılığa haram bir ünvan, o cümlədən möminə zərər yetirmək kimi aid edilərsə, haramdır və belə şəxslərin bu iş üçün dəvət edilməsi də caiz deyildir. Əks halda haram deyildir və onları dəvət etməyin də işkalı yoxdur. Minhacus-salihin, məkasibi mühərrəmə, məsələ: 25.

Fazil: Gözbağlayıcılıq – hətta onu yerinə yetirən şəxsin bu işlərin real gerçəkliyi olmadığını bildirsə belə – işkalsız deyildir və mömin ondan çəkinməlidir.

Camiul-məsail, 1-ci cild, Sual: 962.

Məkarim: Əgər iştirakçılar onun əlinin sürətlə hərəkət etməsini və sadəcə əyləncə məqsədi olduğunu bilsələr, haram deyildir. İstifta

səh:120

Məsələ (Sual) 259: Gözbağlayıcılara baxmağın hökmü nədir?

a) Əgər canlı şəkildə gözbağlayıcının hüzurunda olarsa;

b) Televizorda olarsa;

Bəhcət, Təbrizi, Xamenei: Hər iki halda haram deyildir. İstifta

Fazil: Gözbağlayıcılıq işkalsız deyildir və mömin şəxs onlardan çəkinməlidir.

Camiul-məsail, 1-ci cild, 962-ci sualdan istifadə etməklə.

Məkarim: Onun cavabı əvvəlki məsələdən aydın oldu. İstifta

Sual: Məclisə gəldikləri surətdə günah və münkər işləri yayacaqlarına yəqini olan şəxsləri dəvət etmək insana caizdirmi?

Cavab: Təbrizi: Hər bir müsəlmana vacibdir ki, fəsadın yayılmasının qarşısını alsın. İstifta

Fazil: Əgər onların dəvət edilməsinə günaha kömək edilməsi ünvanı aid edilə bilərsə, caiz deyildir. İstifta

Məsələ 260: Gözbağlayıcılara, onların bu gözbağlayıcılıq işlərinə görə pul vermək də haramdır.

İmam, Bəhcət, Fazil: İstifta

Xamenei: Gözbağlayıcılıq işi üçün pul vermək haramdır, amma əlin sürətli hərəkətləri üçün eybi yoxdur.

Sistani: Əgər gözbağlayıcılığa haram bir ünvan aid edilərsə, ona pul vermək də haram, əks halda haram deyildir.

Minhacus-salihin, 1-ci cild, Məkasibi-mühərrəmə, 25-ci məsələdən istifadə etməklə.

Məkarim: Əvvəlki sualın cavabından aydın oldu. İstifta

İzah: Əksər mərcəi-təqlidlərin fətvasına əsasən gözbağlayıcılıq caiz olmadığına görə bu işin yerinə yetirilməsi üçün şəxsin, yaxud şəxslərin dəvət edilməsi də caiz deyildir.

Məsələ 261: Mütrib (ləhv və ləib) musiqi icra etmək üçün xanəndələri dəvət etmək haramdır, istər qadın məclisi olsun, istərsə də kişi məclisi.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

Təbrizi: Ləhv musiqisini icra etmək məqsədilə xanəndələri dəvət etmək haramdır. İstifta

səh:121

Məsələ 262: Əgər ğina yönlü olmazsa, məddahlıq etmək, yaxud şer oxumaq məqsədilə məddahları dəvət etməyin işkalı yoxdur.

İmam, Bəhcət, Xamenei, Təbrizi, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ 263: Kitab əhlini bu cür məclislərə dəvət etməyin işkalı yoxdur, amma əgər insan onların gəldiyi surətdə münkər işlərin yayılmasını, şəri qayda-qanunlara riayət olunmadığını bilərsə, caiz deyildir. (Bu halda onların dəvət edilməsi caiz deyildir.)

İmam, Bəhcət, Fazil, Məkarim: İstifta

Məsələ 264: İnsanın ləhv və ləib bərqərar olunan məclislərə getməsi caiz deyildir, amma əgər nəhy əz münkər və günaha düşülməsinin qarşısını almaq məqsədi ilə olsa eybi yoxdur.

İmam, Bəhcət, Xamenei, Məkarim: İstifta

Fazil: Camiul-məsail, 2231-ci sualdan istifadə etməklə; Camiul-məsail, 3-cü cild, Sual: 750.

Sistani: Belə məclislərə getmək o zaman caiz deyildir ki, insan bilsə, yaxud qorxsa ki, özü harama düşəcəkdir. Misal üçün, haram musiqiyə qulaq asacağına məcbur olsa, yaxud fəsadı yaymağa məcbur olsa, yaxud onun bu yerlərə getməsi əmr be məruf və nəhy əz münkər işini yerinə yetirməyə qoymazsa. (Əlbəttə, onun təsir qoymasına ehtimal verildiyi halda) və hətta ehtiyat-vacibə görə, əgər onun bu kimi yerlərə getməsi, haram işlərə nifrət bəslənilməsi ilə ziddiyyətli olarsa, bu məclisə getməməlidir. İstifta

* NƏTİCƏDƏ: Bəzi əqd və toy mərasimlərinə getmək – insanın iştirak edənlərin, yaxud onu təşkil edənlərin dinə əhəmiyyət vermədiklərini bilsə, yaxud ləhv və ləiblə məşğul olduqlarını bilsə, yaxud qadınla kişinin bir-birinə qarışdığı bir məclis olduğunu bilsə, belə ki, orada şəri qayda-qanunlara riayət olunmursa – caiz deyildir. Hətta onun yaxın adamlarının əqd və toy mərasimi olsa belə.

səh:122

Məsələ 265: Ləhv və ləib əsasında təşkil olunan məclislərə getmək caiz deyildir. Amma insan harama mürtəkib olmayacağını bilsə, bu, istisnadır.

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ 266: Şəkil çəkən, yaxud videoya çəkən kişini bəy və gəlindən şəkil, yaxud çəkiliş hazırlaması, yaxud başqa naməhrəmlərdən şəkil çəkib videoya verməsi – onların kifayət qədər hicaba riayət etmədiklərini bildiyi halda – caiz deyildir.

İmam, Xamenei, Məkarim: İstifta

Təbrizi: Hər bir müsəlmana vacibdir ki, fəsadın yayılmasının qarşısını alsın. İstifta

Fazil: Günaha kömək etmək özü də günahdır.

Məsələ (Sual) 267: Ləhv və ləib məclislərində iştirak etmək sadəcə olaraq yemək yemək üçün caizdirmi?

Bəhcət və Fazil: Əgər haram süfrəsi (şərab, donuz əti və s. şeylərin qoyulduğu süfrə) yığışdırılmış olsa, yemək üçün iştirak etməyin eybi yoxdur.

Bəhcət: İstifta

Fazil: Camiul-məsail, 2-ci cild, Sual: 751.

Məkarim: Əgər ləhv və ləib işləri sona çatmış olsa, eybi yoxdur. İstifta

Məsələ (Sual) 268: Qeyri-müsəlmanların dəvətini qəbul etmək olarmı və onların evinə gedə bilərikmi? (Bunu nəzərə alaq ki, bu gedişin ardınca müsəlmanların məkanlarına bir gəliş də mövcud olacaqdır)? Əgər getməyin mümkün olduğu halda ətdən başqa məhsulları yemək (çay və şirniyyat kimi) onların evlərində qoyulan qablarda yeyə bilərikmi?

Bəhcət: Əgər nəcis olması məlum olarsa, mütləq şəkildə yemək olmaz və kafirlərlə əlaqələrinizi kəsin. İstifta

Məsələ (Sual) 269: Əgər bir qadın ərinin icazəsi olmadan toy məclisində iştirak edərsə, amma qızın atası icazə verərsə və

səh:123

qadının iştirak etməməsi dəvət edənlərin narahatlığına səbəb olarsa, amma əri bu işi məsləhət görməzsə və əyalının toy məclisində iştirak etməsinə icazə verməzsə, bu halda qadının toy məclisinə getməsi müqəddəs İslam şəriətinin göstərişləri ilə müxalifət olunurmu?

Bəhcət: Ərindən icazə almalıdır, yaxud onun razılığına elmi olmalıdır. Tovzihul-məsail, məsələ: 18.

Məkarim: Qadının ərinin icazəsi olmadan evdən çölə çıxması haramdır, hətta kişinin qayınatası ona icazə versə belə, amma bu iş sileyi-rəhimin bir hissəsi hesab olunursa, bu başqa. İstifta

səh:124

ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ

Məsələ 270: Hər növ ləhv və ləib vəsaitlərinin tədarük görülməsi haramdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Təbrizi: Tovzihul-məsail, 2075-ci məsələdən istifadə etməklə.

Sistani: Tovzihul-məsail, 2076-cı məsələdən istifadə etməklə.

Məsələ 271: Məsiyət (günah iş) yerinə yetirilməsi məqsədilə ləhv və ləibin bərqərar ediləcəyi otaq, yaxud salon, yaxud mühitin təşkil edilməsi (misal üçün, mütrib xanəndəliyin, yaxud rəqs etmə yerinin (səhnənin) hazırlanması kimi) caiz deyildir.

İmam, Bəhcət, Təbrizi, Xamenei,

Sistani, Fazil və Məkarim: İstifta

ÜMUMİ BİR QANUN

Məsələ 272: Haram istifadəsi olan hər bir şeyi hazırlamaq haram istifadə məqsədilə caiz deyildir.

İmam, Bəhcət, Xamenei: İstifta

Sistani: Tovzihul-məsail, 2076-cı məsələdən istifadə etməklə.

Fazil: Tovzihul-məsail, məsələ: 2129.

Məkarim: Tovzihul-məsail, 1762-ci məsələdən istifadə etməklə.

Məsələ 273: Mütrib musiqi çalmaq üçün biabırçı lent yazıları, yaxud digər musiqi vasitələri tədarük görmək caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta

Təbrizi: Tovzihul-məsail, 2075-ci məsələdən istifadə etməklə.

Sistani: Tovzihul-məsail, 2076-cı məsələdən istifadə etməklə.

Məkarim: Tovzihul-məsail, 1763-cü məsələdən istifadə etməklə.

Təbrizi: Ləhv yönünə malik olan musiqi çalmaq üçün musiqi vasitələri tədarük görmək caiz deyildir. İstifta

Məsələ 274: Maşının gül ilə bəzədilməsi, şəhərin xiyabanlarında siqnal verilməsi əgər naməhrəmin gə­linə, yaxud digər qadınlara və onların bəzənmiş üz­ləri­nə diqqətin cəlb olunmasına səbəb olarsa, yaxud camaatın əzab-əziyyətinə düşməsinə və narahatçılığa səbəb olarsa, haramdır.

səh:125

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta

ƏQD VƏ TOY MƏCLİSLƏRİNİN HÖKMLƏRİ

RƏQS

Məsələ 275: Kişilər üçün rəqs etmək caiz deyildir, yalnız kişinin öz həyat yoldaşı üçün rəqs etməsi istisnadır.

İmam: Əhkami izdivac kitabından, səh.186-dan istifadə etməklə; İstifta, məkasibi mühərrəmə, Sual: 35.

Məkarim: İstifta.

Bəhcət: Kişi məclisində kişinin oynayıb rəqs etməsinin işkalı vardır, ehtiyat vacib onu tərk etməkdir.

Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 1.

Təbrizi: Kişinin rəqs etməsi ləhvin nümunələrin­dəndir və çox hallarda nəfsin zəlil olmasına səbəb olur və caiz deyildir. İstifta.

(Qeyd olunmalıdır ki, bu kitabın əvvəlki çaplarında bu məsələyə başqa cür cavab verilmişdir ki, həzrət Ayətullahül-üzma Təbrizinin fətvasının dəyişdiyinə görə onun təqlidçiləri bu çapda qeyd olunanlara əməl etməlidirlər.)

Xamenei: Əgər rəqs şəhvəti təhrik edərsə, yaxud haram bir əməli öz ardınca gətirərsə, haramdır.

Əcvibətül-İstiftaat, 2-ci cild, Sual: 86.

Sistani: Ehtiyat-vacibə görə rəqs etməkdən çəkinilməlidir, yalnız həyat yoldaşı başqalarının gözündən uzaqda olarsa, istisnadır. İstifta.

Fazil: Əhvət (ən çox ehtiyatlı) nəzər rəqsin mütləq şəkildə tərk edilməsidir, amma qadının öz əri üçün, özü də başqa bir haram işlə yanaşı olmayacağı halda, istisna olunur. İstifta.

Qeyd olunmalıdır ki, həzrət Ayətullahül-üzma Fazil Lənkəraninin rəqs hökmü barəsində – bu kitabın əvvəl­ki çaplarında qeyd olunanlara nəzər yetirməklə – son zamanlar onun rəqs barəsindəki cavabı dəyişilmişdir. Buna əsasən möhtərəm oxucular, xüsusilə onun təqlidçiləri bu məsələyə daha artıq diqqət yetirməlidirlər.

səh:126

Məsələ (Sual) 276: Kişinin öz həyat yoldaşı üçün oynaması caizdirmi?

Cavab: İşkalı yoxdur.

İmam: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Xamenei: Əcvibətül-istifta, 2-ci cild, Sual: 91.

Məkarim: İstifta.

Bəhcət: Ər-arvadın bir-biri üçün rəqs etməsi ehtiyatın xilafınadır (ehtiyat-vacibdir, yəni tərk olunsa yaxşıdır).

Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 1 və İstifta.

Təbrizi: Kişinin rəqs etməsi ləhvin nümunələrin­dən­dir və çox hallarda nəfsin zəlil olmasına səbəb olur və caiz deyildir. İstifta.

Sistani: Əgər başqalarının gözündən kənarda olarsa işkalı yoxdur. İstifta.

Fazil: Əhvət onu tərk etməkdir. İstifta.

Məsələ (Sual) 277: Rəqs dedikdə məqsəd nədir?

Cavab: Camaat arasında rəqs adlanan hər bir əməldir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta.

Məkarim: Rəqs müvazinətli hərəkətlərdir ki, ləhv və ləib məqsədilə yerinə yetirilir. İstifta.

Məsələ 278: Kişilər üçün rəqsin haram olmasında rəqsin növləri arasında heç bir fərq yoxdur.

İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Bəhcət: Ehtiyat-vacibə görə rəqs etmək caiz deyildir və bu məsələdə rəqsin növləri arasında heç bir fərq yoxdur.

Tovzihul-məsail, müxtəlif məsələlər, 1-ci məsələdən və İstiftadan istifadə etməklə.

Xamenei: Rəqs etməyin özünün işkalı yoxdur, amma haram bir işə səbəb olarsa (bu istisnadır). Bu məsələdə rəqsin növləri arasında heç bir fərq yoxdur. İstifta.

* NƏTİCƏDƏ: İstər müxtəlif məclislərdə, yaxud əqd və toy məclislərində icra olunan yerli rəqslər olsun, istər­sə də çubuqla oynanılan, yaxud hər hansı başqa rəqslər.

Məsələ 279: Həmçinin rəqsin haram olmasında kişilərin qrup şəklində, yaxud tək halda oynamaları arasında, həmçinin istər

səh:127

saz, tar və kamanla olsun, istərsə də bunlarsız, istər baxanlar naməhrəm olsun, istərsə də olmasın, heç bir fərq yoxdur.

İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Bəhcət: Rəqs etmək mütləq şəkildə ehtiyat-vacibə görə işkallıdır və tərk olunmalıdır. İstifta.

Xamenei: Rəqs hər bir surətdə əgər şəhvəti təhrik edərsə, yaxud haram bir əməli öz ardınca gətirərsə, haramdır. İstifta.

Məsələ (Sual) 280: Kişinin xəlvət yerdə, heç kəsin onu görmədiyi halda rəqs etməsinin hökmü nədir?

Bəhcət: Rəqs etmək mütləq şəkildə caiz deyildir və ehtiyat-vacibə görə tərk olunmalıdır. İstifta.

Təbrizi və Xamenei: Əgər öz ardınca haram bir iş gətirməzsə, rəqs etməyin özünün işkalı yoxdur.

Təbrizi: Siratun-nəcat, 1020-ci sualdan və İstiftadan istifadə etməklə.

Xamenei: İstifta.

Fazil: Əhvət nəzər rəqsi mütləq şəkildə tərk etməkdir. Amma qadının öz həyat yoldaşı üçün, özü də öz ardınca başqa bir haramı gətirmədiyi halda rəqs etməsinin işkalı yoxdur. İstifta.

Məkarim: Bu kimi hallarda işkalı yoxdur. İstifta.

Məsələ 281: Ehtiyat-vacibə görə qadınların hər hansı yerdə rəqs etmələri, istər əqd və toy mərasimləri olsun, istərsə də təvəllüd bayramları, caiz deyildir. Yalnız qadının öz həyat yoldaşı üçün rəqsinə icazə verilmişdir.

İmam: Əhkami izdivac kitabındakı İstiftalardan istifadə etməklə, səh.186; İstifta; Məkasibi mühərrəmə, Sual: 35 və İstifta.

Məkarim: İstifta.

Bəhcət: Ehtiyat-vacibə görə qadının qadınlar məclisində rəqs etməsi caiz deyildir. Tovzihul-məsail, müxtəlif məsələlər, 1-ci məsələ.

Təbrizi: Qadının öz əri üçün, eləcə də qadının toy məclisində qadınlar üçün və s. kimi şeylərdə əgər kişi­nin hüzurunda, hətta müməyyiz olmayan oğlanın hüzurunda və ləhvi musiqi və s. kimi başqa haramlara şamil olmaz­sa, maneəsi yoxdur və qadının kişi üçün rəqs etməsi istər məhrəm olsun, istərsə də naməhrəm, caiz deyildir.

səh:128

Xamenei: Rəqs etməyin təklikdə haramlığı yoxdur, amma öz ardınca haram bir işi gətirdiyi hal istisnadır. Əcvibətül-İstifta, 2-ci cild, Sual: 86-90.

Sistani: Ehtiyat-vacibə görə rəqs etməkdən çəkinil­mə­lidir, yalnız həyat yoldaşı istisnadır, o da başqa­la­rının gözündən kənarda. İstifta.

Fazil: Əhvət rəqsi tərk etməkdir.

* NƏTİCƏDƏ: Qadınlar əqd mərasimlərində və toylarda rəqs edə bilməzlər, hətta naməhrəm olmasa da belə.

Diqqət: Bəzi əhkam kitablarında İmam Xomeynidən bir sual çap olunmuşdur, orada deyilir ki, qadının başqa bir qadının müqabilində rəqs etməsinin haram­lığı məlum deyildir. Bunun ehtiyat-vacibə görə caiz olmaması istiftası ilə ziddiyyəti yoxdur. Çünki bəzən müc­tehid hər hansı bir işin haram olmasına xatir­cəm­lik əldə edə bilmir, buna görə də məsələni ehtiyat-vacib şək­lində bəyan edir.

Bu məsələdə verilən bütün ünvanlara müraciət edə bilər­siniz.

Məsələ (Sual) 282: Qadınların əqd və toy mərasim­lə­rin­də rəqs etməsi əgər yalnız məhrəmlər iştirak edərsə, caizdirmi?

Cavab: Caiz deyildir.

İmam, Bəhcət, Təbrizi, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələri.

Xamenei: Rəqsin hökmündə məhrəmin, yaxud başqala­rının iştirak etməsi arasında heç bir fərq yoxdur.

Deməli, qadınların toy və əqd mərasimlərindən əvvəl, yaxud ondan sonra təşkil etdikləri xüsusi məclislərdə rəqs etmələri caiz deyildir, hətta iştirak edənlər, bacı, qardaş, ana, xala, yaxud yaxın qohumlarından hər hansı biri olarsa belə.

Məsələ 283: Qadının rəqs etməsinin haramlığı məsələsində rəqsin növləri arasında heç bir fərq yoxdur və camaat arasında rəqs adlanan hər bir əməl (həyat yoldaşından başqası üçün) caiz deyildir.

İmam, Məkarim: İstifta.

səh:129

Bəhcət: Qadının qadın məclisində rəqs etməsi ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə rəqslə­rin növləri arasında heç bir fərq yoxdur.

Tovzihul-məsail, müxtəlif məsələlər, 1-ci məsələdən istifadə etməklə.

Təbrizi: Rəqsin növləri arasında heç bir fərq yoxdur və qadının öz əri və başqaları üçün rəqs etməsinin hökmü əvvəlki məsələdə bəyan olundu. İstifta.

Xamenei: Rəqsin öz-özlüyündə işkalı yoxdur, amma öz ardınca haram bir iş gətirərsə (bu hal istisnadır), rəqslərin növləri arasında da heç bir fərq yoxdur.

İstifta.

Fazil: Əhvət nəzər rəqsi tərk etməkdir və rəqsin növləri arasında fərq yoxdur.

Məsələ (Sual) 284: Qadının xəlvət yerdə – onu görən bir kəsin olmadığı yerdə – rəqs etməsinin hökmü nədir?

Bəhcət: Rəqs mütləq şəkildə, ehtiyat-vacibə görə, caiz deyildir. İstifta.

Təbrizi: İşkalı yoxdur, amma öz ardınca haram gətirməzsə. İstifta.

Xamenei: Əgər şəhvəti təhrik edərsə, yaxud öz ardınca haram iş gətirərsə, haramdır. İstifta.

Məsələ (Sual) 285: Video kassetlərdə rəqs filmlərinə baxmağın hökmü nədir?

Bəhcət: Öz ardınca fəsad gətirdiyinə görə, caiz deyildir. İstifta.

Xamenei: Şəhvəti təhrik edən rəqsə baxmaq haramdır. İstifta.

Məsələ (Sual) 286: Kişilərin onlara məhrəm olan qadınların müqabilində rəqs etməsi, eləcə də qadın­ların onlara məhrəm olan kişilərin müqabilində rəqs etməsi – istər səbəbi qohumluq olsun, istərsə də nəsəbi – hökmü nədir?

Bəhcət: Rəqs mütləq şəkildə ehtiyat-vacibə görə caiz deyildir. İstifta.

səh:130

Xamenei: Rəqsdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Eləcə də məhrəm və yaxud naməhrəm qarşısında olmasında da fərq yoxdur.

Əcvibətül-İstiftaat, 2-ci cild, Sual: 97.

Məsələ 287: Qadının naməhrəm müqabilində rəqs etməsi mütləq şəkildə haramdır.

Xamenei: Əcvibətül-İstiftaat, 2-ci cild, Sual: 93.

Bəhcət, Təbrizi, Xamenei və Fazil:

səh:131

MUSİQİNİN HÖKMLƏRİ

Məsələ 288: Ləhv məclisləri ilə münasib olan müt­rib musiqi çalmaq, ona qulaq asmaq, istər kişilər, is­tərsə də qadınlar üçün caiz deyildir, hətta qeyri-musiqi alət­ləri ilə olsa belə, o cümlədən, tava, vedrə və s.

İmam, Xamenei, Məkarim: İstifta.

İmam: İstiftaat, məkasibi mühərrəmə, Sual: 25.

Təbrizi: Ləhvi musiqi (əyyaşlıq və kef məclislərinə münasib olan məxsus alətlərlə çalmaq) və ona qulaq asmaq caiz deyildir, istər toy məclislərində olsun, istərsə də başqa məclislərdə, mütrib və ləhvi musiqinin haram olmasında musiqinin əyyaşlıq məclislərinə münasib olan musiqi olması şərt deyildir və ona qulaq asmaq haramdır. İstifta.

Bəhcət: Tovzihul-məsail, müxtəlif məsələlər, 20-ci məsələdən və İstiftadan istifadə etməklə.

Sistani: Minhacus-salihin, məkasibi mühərrəmə, 20-ci məsələdən istifadə etməklə.

Fazil: Camiul-məsail, 987-988-ci suallardan istifadə etməklə.

Məsələ 289: Mütrib[18] musiqini lent yazılarına qulaq as­maq istər kişilər, istərsə də qadınlar üçün caiz deyil­dir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ (Sual) 290: Mütrib musiqi dedikdə, nə nəzər­də tutursunuz?

Cavab: Ləhv və ləib məclisləri ilə münasib olan musiqidir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta.

Təbrizi: Siratun-nəcat, 1001-ci sualdan istifadə etməklə.

Fazil: O musiqiyə deyilir ki, ləhv və ləib məclis­ləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.

Camiul-məsail, 1-ci cild, 1006-cı sualdan istifadə etməklə.

Məkarim: O musiqidir ki, ləhv, ləib və fəsad məclisləri ilə münasibdir. İstifta.

Məsələ (Sual) 291: Mütrib musiqini qeyri-mütribdən necə ayırd etmək olar, xüsusilə camaat arasında bir musiqi barəsində

səh:132

belə bir ixtilaf vardır: Bəziləri musiqini əvvəlcə eşitdiyi halda, misal üçün, deyirlər ki, mütribdir, bəziləri də onu eşitmədikləri halda, onu qeyri-mütrib hesab edirlər. Hər bir halda ixtilaf baş verən zaman vəzifəmiz nədir? Bu kimi musiqiləri dinləmək caizdirmi?

Cavab: Mütrib musiqinin aid edilməsində əsas meyar ya insanın öz xatircəmliyidir ki, musiqinin mütrib olmasını bilsin, yaxud da camaat arasındakı nəzərə müraciət etsin. Şəkk olunan hallarda dinləməyin eybi yoxdur.

İmam, Sistani, Xamenei, Fazil, Məkarim: İstifta.

İmam: İstiftaat, məkasibi mühərrəmə, 29, 31 və 40-cı suallardan istifadə etməklə.

Bəhcət: Tovzihul-məsail, müxtəlif məsələlər, 20-ci məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: Minhacus-salihin, 20-ci məsələdən istifadə etməklə.

Təbrizi: Mütrib musiqini ayırd etməkdə meyar ya insanın öz xatircəmliyidir, yaxud xübrə və mütəxəssis­lə­rin ona deməsidir. Əlbəttə, gərək başqa bir mütəxəssis şəxs onun nəzərinə müxalif olan nəzər verməsin. Amma əgər camaat arasında bir musiqi barəsində ixtilaf olsa, belə ki, insan mütrib olub-olmamasında şəkk etsə, bu surətdə ona qulaq asmaq ehtiyat-vacibə görə caiz deyildir.

Siratun-nəcat, Sual: 1002.

Məsələ (Sual) 292: İran İslam respublikasının televiziya və radiostansiyasında efirə buraxılan musiqilərin bəziləri şah rejimi dövründə də efirə buraxılır, bəziləri də xarici kinolardan götürülmüş musiqidir, digərləri də tağut dövründəki xanəndələrin səsi olmadan verilir. Xahiş olunur ki, onların mübah və halal olan hallarını bəyan edəsiniz?

Cavab: Mütrib musiqi haramdır (hətta İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılsa da belə). Şəkk olunan səslərin isə eybi yoxdur.

İmam, Xamenei, Fazil, Məkarim: İstifta.

İmam: İstiftaat, məkasibi mühərrəmə, 28-29 və 31-ci suallar.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 998-999.

səh:133

Bəhcət: Musiqi alətləri ilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.

Təbrizi: Ehtiyat-vacibə görə, şəkk olunan hallardan çəkinmək lazımdır.

Siratun-nəcat, 1002 və 1015-ci məsələlərdən istifadə etməklə.

Sistani: Musiqi ləhv və ləib məclisləri ilə münasibdir və haramdır. İstifta.

Məsələ (Sual) 293: İran İslam respublikasının televiziya və radiosundan efirə buraxılan nəğmələrin bəziləri çox tünd ahəngə malikdir, hətta insanı təbii halətdən xaric edir. Bu növ musiqiləri dinləməyin hökmü nədir? Şəhid Mütəhhərinin şəhadəti ilə əlaqədar bəstələnən musiqilər və s. kimi qəm-qüssə yaradan musiqilərin hökmü nədir? Həmçinin bu kimi musiqiləri çalmağın hökmü nədir?

Cavab: Mütrib olan hər növ musiqini çalmaq, ona qulaq asmaq caiz deyildir. Musiqinin şad, yaxud qəmli olmasının haramlığında meyar musiqi deyil, onun mütrib olub-olmamasıdır.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim

İmam: İstiftaat, Məkasibi mühərrəmə, 40-cı sualdan istifadə etməklə.

Bəhcət: Mütrib musiqini dinləmək haramdır, mütriblik qəmli yerlərdə də vardır. İstifta.

Təbrizi: Əyyaşlıq məclislərinə münasib olan musi­qilər ləhvi musiqidir, çalmaq və ona qulaq asmaq haram­dır. İstifta.

Məsələ (Sual) 294: Müğənninin şəxsiyyəti, oxumaq yeri, yaxud oxumaqda məqsəd və hədəf musiqinin hökmündə təsirlidirmi?

Bəhcət: Bu kimi işlər musiqinin haram və yaxud halal olmasında heç bir rol ifa etmir. İstifta.

Xamenei: Haram musiqi mütrib, ləhv və ləib məclislərinə münasib olan musiqilərdir və bəzən də müğənninin şəxsiyyəti, yaxud bəstələnmiş kəlam, söz, yaxud oxunan yer, yaxud sair şəraitlər musiqinin mütrib, ləhvi, haram musiqi ünvanı olmasında və yaxud başqa digər haram ünvanların aid

səh:134

edilməsində təsirlidir. Misal üçün, bu kimi işlərin nəticəsində fəsada səbəb olarsa. Əcvibətül-İstiftaat, 2-ci cild, Sual:45.

Məsələ 295: Müharibə, yaxud əzadarlıq mərasimləri üçün təşkil olunan musiqilər, inqilabi nəğmələr çalmaq, yaxud onlara qulaq asmaq, bir sözlə, hər növ musiqi, mütrib olmadığı halda, işkalı yoxdur.

İmam, Xamenei, Fazil, Məkarim: İstifta.

Təbrizi: Siratun-nəcat, 1003 və 1010-cu suallardan istifadə etməklə.

Fazil: Camiul-məsail, 987-988-ci suallardan istifadə etməklə.

Bəhcət: Musiqi aləti vasitəsilə yanaşı olan ahəng və musiqi mütləq şəkildə işkallıdır. İstifta.

Sistani: Musiqinin haram olmasında əsas meyar ləhv-ləib və eyş-işrət məclisləri ilə münasib olmasıdır. İstifta.

Məsələ (Sual) 296: Əgər bir şəxs üçün heç bir növ ahəng və musiqi təhrik icad etməzsə, onun bu ahənglərə və musiqilərə qulaq asması necədir?

Cavab:

Təbrizi: Əyyaşlıq, eyş-işrət məclislərinə münasib olan musiqi, ləhv musiqidir, ona qulaq asmaq haramdır, istər şəxs təhrik olsun, istərsə də olmasın. İstifta.

Musiqinin haram olmasında meyar camaat arasında onun mütrib olub-olmamasıdır, istər şəxs təhrik olunsun, istərsə də olmasın.

İmam, Təbrizi, Xamenei, Fazil, Məkarim: İstifta.

Bəhcət, Təbrizi, Sistani:

Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan ahəng və musiqilər mütləq şəkildə işkallıdır. İstifta.

Sistani: Yalnız ləhv və ləib məclislərinə münasib olunanlar istisna olunur. İstifta.

ÜMUMİ BİR QANUN

Buna əsasən hər növ mütrib musiqini çalmaq və ona qulaq asmaq haramdır. Hətta bir kəs onun vasitəsilə təhrik olunsa, yaxud olunmasa belə, yaxud da o musiqidən ləzzət alsa və almasa da belə, istər musiqi şadlıq gətirən olsun, istərsə də

səh:135

qəmli, istər klassik olsun, istərsə də başqası, müsəlman olsun, istərsə də xarici, əqd və toy mərasimində olsun, istərsə başqa yerdə.

Əgər musiqi mütrib olmazsa, onu eşitmək və ya çalmağın işkalı yoxdur. Əgər bir şəxs hər hansı bir musiqi barəsində şəkdə olsa, onu eşitmək və çalmağın işkalı yoxdur.

Məsələ (Sual) 297: Qəsd ləhv və ləib olmadığı halda, bəzi musiqi növlərinə qulaq asmaq, misal üçün əsəblərin sakitləşməsi üçün yaxşı olan, yaxud bəzi təbiblərin müalicə üçün tövsiyə etdikləri musiqilər, yaxud müharibə üçün nəzərdə tutulan və ləhv və ləib məqsədi olmayan musiqilərə qulaq asmaq caizdirmi?

Cavab: Qeyd olunan halların hamısında əgər musiqi mütrib olmazsa, onu eşitməyin işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Bəhcət: Musiqi alətləri vasitəsilə çalınan hər növ ahəng və musiqi mütləq şəkildə işkallıdır.

Təbrizi: Əyyaşlıq və əyləncə məclisləri üçün müna­sib olan musiqi haram və ona qulaq asmaq da haramdır, istər ona qulaq asmaqda məqsəd ləhv və ləib olsun, istərsə də başqa şey. Amma əza marşı və müharibədə çalınan­ların maneəsi yoxdur. İstifta.

Məsələ 298: Hər növ mütrib musiqini musiqi alətləri vasitəsilə çalmaq caiz deyildir, istər əqd məclisi olsun, istər toy məclisi, istərsə də başqa məclis, istər kişilərə məxsus olsun, istərsə də qadınlara, istər kişi vasitəsilə çalınsın, istər qadın vasitəsilə.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ 299: Musiqi çalmaq əgər ləhv və ləib alətlərindən başqa vasitələrlə olarsa, misal üçün, teşt, qablama, vedrə və s. işkalı yoxdur. Bu şərtlə ki, mütrib şəkildə olmasın.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta.

Sistani: Amma əgər ləhv və ləib məclislərinə münasib olan tərzdə vurularsa, ehtiyat-vacibə görə caiz deyildir.

səh:136

Məsələ 300: Mütrib musiqilərə və ğina yönlü avazlara qulaq asmaq haramdır, lakin diqqəti ona yetirmədən qulağa dəyməyin işkalı yoxdur.

Təbrizi: Siratun-nəcat, 1004-cü sualdan istifadə etməklə.

Xamenei və Məkarim: İstifta.

İzah: Yəni əgər insan musiqiyə diqqət yetirərək ona qulaq asarsa, bu, haramdır. Lakin bəzən insan qulaq asmır, lakin musiqi səsi qulağına dəyir, insan da ona diqqət yetirmir, bu surətdə işkalı yoxdur. Misal üçün, musiqi səsi qonşunun evindən gələrsə, yaxud sürücü mütrib musiqiyə səs verərsə, lakin insan o musiqiyə diqqət yetirməzsə, bu kimi hallarda musiqi insanın qulağına çatsa da, işkalı yoxdur.

Məsələ (Sual) 301: Bəzi avtobus sürücüləri biabır­çı lent yazılarından və haram olmağına hökm edilən musiqilərdən istifadə edir, maqnitofon söndürülməsinə dair verilən xəbərdarlıqlara əhəmiyyət vermirlər. Bəyan edin görək, mənim bu kimi şəraitlərdə və bu kimi səslərlə qarşılaşmaqda vəzifəm nədir? Onlarla çox şiddətli şəkildə rəftar edə bilərəmmi, yoxsa təqiyyə etməliyəm?

Bəhcət: Əgər əmr be məruf və nəhy əz münkər şərtləri mövcud olarsa, vacib, əgər onlardan hər hansı birinin şərti, – o cümlədən, əmr be məruf etməyin qarşı tərəfə təsir qoyacağı, eləcə də insanın maddi və cismi cəhətdən zərərə düşməməsi ehtimalı – olmazsa, vacib deyildir. İstifta.

Xamenei: Nəhy əz münkərin zəmini gerçəkləşdiyi surə­tdə dildə nəhy əz münkər etməkdən artıq bir vəzi­fə­miz yoxdur. Əgər bu, təsirli olmazsa, özünüzü haram xa­nən­dəliyə qulaq asmaqdan saxlayın. Əgər eyni halda onun sə­si ixtiyarsız olaraq sizin qulağınıza çatırsa, sizin bu barədə heç bir vəzifəniz yoxdur. İstifta.

Məsələ (Sual) 302: Siz buyurmusunuz ki, qadının öz əri üçün oynamasının işkalı yoxdur, həmin rəqs halında da musiqiyə qulaq asmaq caizdirmi?

Cavab: Əgər musiqi mütrib olarsa, caiz deyil.

səh:137

İmam, Xamenei, Fazil və Məkarim: İstifta.

Bəhcət: Rəqs etmək mütləq şəkildə caiz deiyildir və ehtiyat-vacibə görə onu tərk etmək lazımdır. Hətta qadının öz əri üçün oynaması olsa da belə. Mütrib musiqiyə də qulaq asmaq caiz deyildir.

Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 1 və 20; İstifta.

Təbrizi: Əgər onda ləhvi musiqi olarsa, caiz deyildir. İstifta.

Məsələ (Sual) 303: Musiqinin İslamda kökü olması və musiqi ilə (irfani musiqi) Allaha çatmaq barəsində deyilən sözlər barədə nəzəriniz nədir?

Bəhcət: Musiqi alətləri ilə oxunan ahənglər və musiqilər mutləq şəkildə işkallıdır. İstifta.

Xamenei: Allaha çatmaq, varlıq dünyasının əzəmə­tini dərk etmək, mütəal Allahı tanımaq musiqi yolu ilə deyildir, musiqinin İslam quruluşunun hədəfləri ilə ziddiyyəti vardır.

AVAZ OXUMAQ

Məsələ 304: Kişilərin avaz oxuması əgər ğina yönlü olmazsa və onun ardınca fəsad gəlməzsə, işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

İmam: Təhrir, məkasibi mühərrəmə, məsələ: 13.

Sistani: Minhacu-salihin, məkasibi mühərrəmə, məsələ: 20.

Məsələ 305: Ğina nə deməkdir? Gözəl oxumaq ğina sayılırmı?

Cavab: Gözəl səs, yaxud gözəl oxumaq təklikdə ğina hesab olunmur, əksinə ğina bundan ibarətdir: Səsi tərci[19] ilə çəkmək, ləhv və ləib məclislərinə və mütrib və məsiyət yığıncaqlarına münasib olan keyfiyyətdə çəkməkdən ibarətdir.

İmam, Təhrir, məkasibi mühərrəmə, məsələ: 13.

Xamenei: İstifta.

Təbrizi: Ğina (əyyaşlıq və kef məclisləri ilə münasib olan avaz oxumaq ki, batil məzmuna malikdir) və ona qulaq asmaq haramdır. Ehtiyat-vacibə görə ləhvi keyfiyyətə malik olan hər

səh:138

növ mütləq oxumaqdan, hətta batil məzmuna malik olmasa da, çəkinilsin. İstifta.

Sistani: Əgər batil kəlam, istər şer, yaxud nəsr olsun, ləhv və ləib məclisləri ilə münasib olan şəkildə olarsa, ğina hesab olunur.

Minhacus-salihin, Məkasibi mühərrəmə, məsələ: 20.

Fazil: Ğina bir avazdır ki, onda səs boğazda fırladılır və camaat arasında cəh-cəh hesab olunur, həmçinin insanı adi haldan çıxarır, ləhv və ləib məclisləri ilə münasibdir. Camiul-məsail, 1-ci cild, 978 və 1007-ci suallardan istifadə etməklə.

Məkarim: Ləhv və fəsad məclisləri ilə münasib olan hər növ səsdir. İstifta.

Məsələ (Sual) 306: Şadlıq mərasimlərində nəğmə və şer oxumaq, yaxud gözəl məzmuna malik olduqları halda İmamların mədhlərini və duaları şad səslə oxumaq caizdirmi?

Cavab: Hər şeyi oxumaq, istər şer, istərsə də nəsr, istər Quran və istərsə də mədihə ğina şəklində olarsa, haramdır. Hətta Quran, dua və s. ğina şəklində oxunduqda, daha artıq əzaba səbəb olar.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

İmam: Təhrir, məkasibi mühərrəmə, 13-cü sualdan istifadə etməklə.

Fazil: Camiul-məsail, 1-ci cild, 997-ci sualın cavabından istifadə etməklə.

Sistani: Batil olmayan kəlamı ləhv və ləib məclis­lə­rinə münasib olan keyfiyyətdə oxumaq ehtiyat-vacibə gö­rə caiz deyildir. Quran və duanı bu keyfiyyətdə oxumaq isə (ümumiyyətlə) caiz deyildir. İstifta.

Məsələ 307: Qadınlar üçün ğina yönlü musiqi oxumaq caiz deyildir. Toy gecəsindəki məclis, eləcə də camaat arasında ondan əvvəl, yaxud ondan sonra təşkil olunan məclislər bu şərtlə istisna olunur ki, onların səslərini naməhrəm eşitməsin. Baxmayaraq ki, ehtiyat-müstəhəb bunu tərk etməkdir.

İmam: Təhrir, məkasibi mühərrəmə, məsələ–13.

Təbrizi: Siratun-nəcat, məsələ: 1009 və 1116.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 997-ci sualın cavabından istifadə etməklə.

Bəhcət, Sistani və Məkarim:

səh:139

Sistani və Məkarim: Ehtiyat-vacibə görə ğina toy məclislərində caiz deyildir.

Sistani və Məkarim: İstifta.

Bəhcət: Buna əsasən, qadınların toy məclislərində və başqa məclislərdə ğina yönlü avaz qadınlar üçün oxu­mala­rı caiz deyildir, amma əgər avaz ğina yönlü olmazsa, işka­lı yoxdur.

* Buna əsasən, qadınlar toy məclislərində, ondan əvvəl və ya sonra camaat arasında təşkil olunan məclis­lərdə bu şərtlə avaz oxuya bilərlər ki, naməhrəm onların səsini eşitməsin, istər xor şəklində, istərsə də başqa şəklində.

Məsələ (Sual) 308: Qadınlar əqd mərasimində, yaxud mövlud günlərində ğina yönlü avaz oxuya bilərlərmi?

Cavab: Caiz deyildir və tərk olunmalıdır, yalnız qadınlar toy mərasimlərində avaz oxuya bilərlər, bu şərtlə ki, naməhrəm onların səslərini eşitməsinlər.

İmam, Bəhcət, Xamenei: İstifta.

Təbrizi: Siratun-nəcat, 1009 və 1116-cı suallar.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 997.

Sistani: Ehtiyat-vacibə görə gərək tərk olunsun. İstifta.

Məsələ (Sual) 309: Əgər əqd və toy mərasimi birlikdə olsa, onda qadınlar naməhrəm onların səsini eşitmədiyi halda avaz oxuya bilərmi?

Cavab: İşkalı yoxdur.

İmam, Təbrizi və Fazil: İstifta.

Sistani: Ehtiyat-vacibə görə gərək tərk olunsun.

Bəhcət: Əgər ğina olmazsa, işkalı yoxdur. İstifta.

Məsələ (Sual) 310: Qadının öz əri üçün avaz oxuması caizdirmi?

Cavab: Ər üçün avaz oxumaq istisnalardan deyildir, əgər avazını naməhrəm eşitməzsə, ğina da olmazsa, maneə­si yoxdur.

İmam: İstiftaat, səh.15; Əhkami banovan kitabının İstiftalarından istifadə etməklə, məsələ; 35, səh.28.

Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.

Təbrizi: Siratun-nəcat, Sual: 1017.

Sistani: Minhacus-salihin, Məkasibi mühərrəmə, məsələ: 20.

səh:140

* Buna əsasən, ər üçün hər hansı növdə olursa olsun, ği­na avazı caiz deyildir və yalnız caiz avazlar, özü də naməh­rəmin onun səsini eşitmədiyi halda işkalı yoxdur.

Məsələ: (Sual) 310: Toy mərasimində məhrəm kişilər olan halda qadınlar ğina avazı oxuya bilərlərmi?

Bəhcət: Ğina avazı oxumaq haramdır. İstifta.

Təbrizi: Qadınlar üçün işkalı yoxdur, amma kişilər üçün ğina avazına qulaq asmaq caiz deyildir. Siratun-nəcat, 1004 və 1016-cı suallar.

Fazil: Caiz deyildir. İstifta.

Məkarim: Ehtiyat-vacibə görə gərək tərk olunsun. İstifta.

Məsələ 311: Qadınların vasitəsilə qeyri-mütrib musi­qi­lərin tək halda oxunması, misal üçün, nəğmələrdə əgər naməhrəm onların səsini eşitməsə də, caiz deyil­dir.

İmam, Təbrizi, Fazil, Məkarim: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 977.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Əksinə əksər hallarda qadının kişinin hüzurunda oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olur. Deməli, caiz deyildir. Amma pərdənin arxasından da fəsadın olmadığı halda ehtiyatın xilafınadır (ehtiyat-müstəhəb onu tərk etməkdir). İstifta.

Məkarim: Hər bir halda işkallıdır. İstifta.

Xamenei: Əgər qadının səsi ğina surətində olmazsa və ona qulaq asılması ləzzət və reybə qəsdi ilə olmazsa, eləcə də bunun ardınca fəsad gəlməzsə, kişilər üçün ona qulaq asmağın işkalı yoxdur, istər məhrəm olsun, istərsə də naməhrəm. Əcvibətül-İstiftaat, Sual: 62.

Sistani: Əgər adətən insanı təhrik edən şəkildə səsini nazikləşdirərsə, caiz deyildir, hətta öz məhrəmləri üçün olsa belə. İstifta.

Məsələ 312: Kişilər, yaxud qadınlar üçün ğina olma­dığı və ardınca fəsad gətirmədiyi şəkildə oxumağın işka­lı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

səh:141

Məsələ (Sual) 313: Qadınların qadınlar arasında xorla oxuması, eləcədə naməhrəm kişilərin müqabilində xorla oxumasının hökmü nədir?

Cavab: Əgər ğina yönlü olmasa və öz ardınca da fəsad gətirməzsə, işkalı yoxdur.

İmam, Xamenei, Fazil: İstifta.

İmam: İstiftaat, məkasibi mühərrəmə, 44-cü sualdan istifadə etməklə.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 1724.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Ək­si­nə, əksər hallarda qadının kişilər qabağında oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyildir. Amma pərdə arxasında və fəsad olmadığı halda oxumaq ehtiyatın xilafınadır (ehtiyat-müstəhəb­dir). İstifta.

Məkarim: Hər surətdə işkallıdır. İstifta.

Məsələ (Sual) 314: Kişilərin kişilər arasında, yaxud qadınların naməhrəm qarşısında xorla oxuması­nın hökmü nədir?

Cavab: Əgər ğina şəklində olmazsa və ardınca fəsad gətirməzsə, işkalı yoxdur.

İmam, Bəhcət, Xamenei, Fazil, Təbrizi, Sistani, Məkarim: İstifta.

Məsələ 315: Qadınların naməhrəmlər qarşsında Quran oxuması, sovt-ləhn olsa da belə, işkalı yoxdur, bu şərtlə ki, təhrikə səbəb olmasın və öz ardınca fəsad gətirməsin.

İmam: Əhkami banovan, Sual: 5, səh.24-dən istifadə etməklə.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 1723-cü sualdan istifadə etməklə.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir, əksi­nə əksər hallarda qadının kişi qarşısında oxuması və onun səsinə qulaq asılması fəsada səbəb olduğuna görə caiz deyildir. İstifta.

Sistani: Amma əgər onun səsini adətən təhrik olunma həddinə gətirəcək qədər nazikləşdirsə, istis­nadır. İstifta.

Məkarim: Tərtillə oxumağın işkalı yoxdur, lakin sovt ilə naməhrəmlərin qarşısında oxumaq işkalsız deyildir. İstifta.

Məsələ 316: Qadınların və kişilərin qarışıq halda xorla oxuması əgər ğina olmazsa və təhrik və fəsada səbəb olmazsa,

səh:142

eləcə də məhrəm və naməhrəm məsələlərinə riayət olunarsa, maneəsi yoxdur.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 977-ci sualdan istifadə etməklə.

Bəhcət: Qadınla kişinin bir yerə toplaşması (bir-birinə qarışması) caiz deyildir. İstifta.

Məkarim: İşkallıdır. İstifta.

səh:143

KİŞİLƏRƏ AİD OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

Məsələ 317: Kişilərə məxsus olan əqd və toy mərasimlərində, yaxud digər bayram şənliklərində əl çalmaq ləhv yönünə malik olmazsa, işkalı yoxdur.

İmam: İstifta.

Bəhcət: Bayram məclislərində və çıxış xütbələrində fərdləri təşxis etmək məqsədilə əl çalmaq əgər ləhv həddində olmazsa, eybi yoxdur. Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 30.

Təbrizi və Sistani: Əl çalmaq öz-özlüyündə haram deyildir, amma öz ardınca başqa bir harama səbəb olarsa, bu hal istisnadır.

Təbrizi: Siratun-nəcat, Sual: 1020.

Sistani: İstifta.

Xamenei: Əgər əl çalmaq adi qaydada olarsa, eybi yoxdur: İstifta.

Fazil: Əl çalmağın öz-özlüyündə işkalı yoxdur, la­kin möminlər məscidlərdə, hüseyniyyələrdə və sair mü­qəd­dəs məkanlarda bu işi tərk etməlidirlər. Həmçinin İmamların mövlud məclislərində əgər çalmaq hörmətin aradan getməsinə səbəb olarsa, gərək bu işdən çəkinsinlər və möminlərə vacibdir ki, müsəlmanların arasında mövcud olan həmişəki şüardan – salavatdan istifadə etsinlər. İstifta.

Məkarim: Hər bir halda əl çalmağın işkalı yoxdur, lakin məscid və hüseyniyyələrdə tərk olunmalıdır.

İstifta.

* NƏTİCƏDƏ: Əgər əl çalmaq ləhvi yönə malik olarsa işkallıdır və əgər adi qaydada, misal üçün bir şəxsin təşviq edilməsi üçün olduqda, işkalı yoxdur.

Məsələ (Sual) 318: Əgər kişilərə məxsus olan əqd və toy məclislərində uşaqlar rəqs etsələr və başqa kişilər də əl çalsalar, caizdirmi?

səh:144

Cavab: Uşaqların təklifi yoxdur və əl çalmaq da əgər ləhvi yönə malik olmazsa, işkalı yoxdur.

İmam, Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 1734-cü sualdan istifadə etməklə.

Bəhcət: Uşaqların təklifi yoxdur və əgər bu iş fitnə və fəsada səbəb olarsa, işkalsız deyildir.

Təbrizi və Sistani: Əgər haram bir işə səbəb olmazsa, işkalı yoxdur.

Təbrizi: Siratun-nəcat, 1020-ci sualdan istifadə etməklə.

Sistani: İstifta.

Məkarim: Amma böyüklər uşaqları rəqsə vadar etməsinlər. İstifta.

Məsələ 319: Gəlinin, yaxud digər naməhrəm qadın­ların kişi məclisinə gəlməsi caiz deyildir, yalnız kifayət qədər hicabı olduğu hal istisnadır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: İstifta.

Sistani: Eyni halda, günaha düşmək qorxusu ilə gərək olmasın. İstifta.

* NƏTİCƏDƏ: Deməli, üzü və əlləri də əgər zinətlidirsə, naməhrəmdən örtməlidirlər, lakin yaxşı olar ki, kişi məclisinə daxil olmaqdan çəkinsinlər.

Məsələ 320: Əgər bəy, qadınların məclisinə getdiyi hal­da zinətlənmiş naməhrəmə baxacağını bilirsə, qa­dın­ların məclisinə getməməlidir, hətta bu baxış ləzzət və reybə qəsdilə yanaşı olmasa belə.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta.

* NƏTİCƏDƏ: Bəyin qadın məclisinə, hətta əgər bir an­lığa olsa belə, misal üçün, şəkil çəkdirmək, yaxud üzük sal­maq və s. üçün getməsi, zinətlənmiş naməhrəmə baxı­şı lazım tutursa, haramdır, amma əgər qadınlar tama­milə özlərini örtsələr və bəy də onlara baxmasa, işka­lı yoxdur.

Məsələ 321: Kifayət qədər örtüyü olmasa, yaxud üzü və əlləri zinətli olduğu halda gəlinə baxmaq naməhrəm kişilər üçün caiz deyildir.

İmam, Fazil, Məkarim: Ürvə, nikah, 31-ci məsələdən istifadə etməklə.

səh:145

İmam: Təhrir, nikah, məsələ: 18.

Bəhcət: Tovzihul-məsail, 1931-ci məsələdən istifadə etməklə və İstifta.

Təbrizi və Xamenei: İstifta.

Sistani: Əgər qadınlar hicaba riayət edirlərsə və əgər onları hicaba riayətə əmr etdikdə etina edirlərsə, o məclisə getmək caiz deyil, əks halda işkalı yoxdur, bu şərtlə ki, baxış ləzzət və reybə qəsdilə olmasın.

Minhacus-salihin, nikah, 14 və 26-cı məsələlərdən istifadə etməklə; Tovzihul-məsail, 2442 və 2443-cü məsələlər.

* NƏTİCƏDƏ: Gəlinə baxmaq hətta ləzzət və reybə qəsdilə olmazsa, caiz deyildir. Hətta əgər təbrik, yaxud sağollaşmaq üçün olsa da belə.

Məsələ 322: Əqd və toy mərasimində qadın və kişinin bir-birinə qarışması əgər naməhrəmin gəlinə və ya başqa qadınlara baxmasına səbəb olarsa və onlar da kifayət qədər hicablı olmazsa, yaxud zinətlənmiş olarsa, haramdır və ondan çəkinmək lazımdır.

İmam, Təbrizi, Xamenei, Məkarim: İstifta.

Bəhcət və Sistani:

Bəhcət: Üstəlik qadınla naməhrəm kişinin bir-birinə qarışması hər bir halda haramdır. İstifta.

Sistani: Həmçinin əgər harama düşməkdən qorxu olarsa, bu cür qarışıqlıq caiz deyildir. İstifta.

ÜMUMİ MƏSƏLƏLƏR

Məsələ 323: Üzü qırxmaq, yaxud maşınla vurmaq, əgər qırxmaq sayılırsa, ehtiyat-vacibə görə caiz deyildir, bu hökmdə bütün kişilər eyni hökmdədir, Allahın hökmü camaatın məsxərə etməsi, yaxud məclisə hakim olan fəzanın səbəbilə dəyişdirilmir. Deməli, həddi-büluğa təzə çatan şəxs, yaxud üzü qırxmadığı halda camaatın onu məsxərə edəcəkləri şəxs, yaxud toy gecəsində olan kişi və sair kimi hallarda üzünü qırxarsa, yaxud qırxmaq sayılacaq dərəcədə üzünü maşınla götürərsə, ehtiyat-vacibə görə caiz deyildir.

İmam: Tovzihul-məsail, müxtəlif məsələlər, səh.26; İstiftaat, 2-ci cild, səh.21 və 30.

səh:146

Təbrizi: Tovzihul-məsail, 2833-cü məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 955, 956 və 957-ci suallardan istifadə etməklə.

Bəhcət: Üzün tükünü qırxmaq caiz deyildir. Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 4.

Sistani: Üzü qırxmaq ehtiyat-vacibə görə haramdır, amma əgər üzün qırxılmaması şəxs üçün ağır çətinlik törədə­cəksə, məsələn, onun şiddətli məsxərəyə və isteh­za­ya tutulacağına səbəb olarsa, bu halda üzü qırxmağın işka­lı yoxdur. Məkasibi mühərrəmə, məsələ: 46.

Məkarim: Üzü qırxmaq və s. kimi şeylər ehtiyatın xilafınadır, əgər yeniyetmənin üzündə kifayət qədər tük bitməyibsə, onu qırxmağın eybi yoxdur. İstifta.

Məsələ 324: Üzün bir hissəsini qırxmağın hökmü onun hamısını qırxmağın hökmündədir.

İmam: İstiftaat, məkasibi mühərrəmə, Sual: 84.

Bəhcət: Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 4.

Xamenei: İstifta.

Təbrizi: Ehtiyat-vacibə görə, gərək çənə və onun ətrafını da qırxmasınlar və dibdən vurmasınlar, belə ki, ona saqqalı vardır-deyilə bilsin, üzün qalan hissəsini qırxmasının eybi yoxdur. İstifta.

Fazil: Saqqalın ətraflarını ülgüclə və yaxud onun kimi şeylərlə təmizləməyin işkalı yoxdur. İstifta.

Məkarim: Lakin professor və s. kimi şəxslərin (çənə və onun ətrafında) qoyduğu saqqalın işkalı yoxdur.

* NƏTİCƏDƏ: Kişilər ehtiyat-vacibə görə öz saqqallarının bir hissəsini qırxa bilməzlər, amma saq­qa­lı səliqəyə salmaq üçün qırxılan miqdar istis­nadır.

Məsələ (Sual) 325: Boğazın altında və yanaqlarda olan tükləri qırxmaq caizdirmi?

Cavab: Əgər saqqalı qırxılmaq aid edilməyəcək miqdarda olarsa, əksinə, onun səliqəyə salınması hesab olunarsa, işkalı yoxdur.

İmam, Təbrizi, Xamenei: İstifta.

Bəhcət: Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 4.

səh:147

Fazil: Camiul-məsail, 2-ci cild, 755-ci sualdan istifadə etməklə.

Məkarim: Bu hissələrin qırxılmasının işkalı yoxdur. İstifta.

Məsələ (Sual) 326: Saqqalın həddi nə qədərdir ki, ondan qısa olmamalıdır?

Cavab: Camaat arasında saqqalı vardır-deyiləcək miqdarda saxlamaq kifayətdir.

İmam, Bəhcət, Təbrizi, Fazil və Məkarim: İstifta.

Məsələ 327: Bığları qırxmağın işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

İmam: İstiftaat, məkasibi mühərrəmə, 82-ci sualdan istifadə etməklə.

Məsələ (Sual) 328: Müsəlmanın saqqalını qırxmaq işi haram sayılırmı?

Bəhcət: Haramdır və onun müqabilində pul almaq caiz deyil.

Sistani: Saqqal qırxmağın ehtiyat-vacibə görə caiz olmadığı hallarda, ehtiyat-vacibə görə onun müqabilində muzd almaq caiz deyildir.

Minhacus-salihin, Məkasibi mühərrəmə, məsələ: 46.

Fazil və Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.

Məsələ (Sual) 329: Mənim işim toz-torpaqla yanaşıdır və üzümü qırxmağa məcburam, çünki əgər üzümü qırxmasam, toz-torpaq onun üstünə hopacaqdır. Mənim işim haramdırmı?

Cavab: Saqqalı qırxmaq əhvətə görə haramdır və qeyd olunan dəlil üz qırxmaq üçün əsas deyildir. Siz bu hökmdə başqaları ilə fərqlənmirsiniz.

İmam: İstiftaat, məkasibi mühərrəmə, Sual: 87.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 959.

Bəhcət: Üzü qırxmaq haramdır və qeyd olunan dəlil üzü qırxmağın halal olmasına bir əsas deyildir. İstifta.

Sistani: Əgər həddindən artıq çətinlik yaradırsa, üz qırxmağın işkalı yoxdur. İstifta.

Məkarim: Əgər zərurət tələb edərsə, üz qırxmaq caizdir. İstifta.

səh:148

Məsələ (Sual) 330: Tükün daha inkişaf etməsi üçün onu qırxmaq olarmı?

Bəhcət: Caiz deyildir.

Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.

Məsələ 331: Əqd və toy məclislərində bir növ oyun vardır ki, çubuqbazlıq (çubuq oyunu) adlanır. İki nəfər bir-birinin qarşısında oturur və bacardığı qədər başqasının ayağına vurur, bəzi hallarda ayağın sınması ilə nəticələnir. Bu oyunun hökmü nədir?

Bəhcət: Bu iş haramdır, qisasa, yaxud diyəyə səbəb olur. İstifta.

Məkarim: Hər növ təhlükəli iş şərən haramdır. İstifta.

Məsələ (Sual) 332: Kart, nərd taxtası və s. kimi qumar alətləri ilə oynamaq əgər udub-uduzmaq məqsədi ilə olmazsa və yalnız oyun olarsa, nə hökmü vardır?

Cavab: Caiz deyildir.

İmam: Tovzihul-məsail, müxtəlif məsələlər, səh.27.

Təbrizi: Siratun-nəcat, Sual: 1029.

Xamenei: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 951-ci sualdan istifadə etməklə.

Məsələ (Sual) 333: İslam nəzərindən bəyin qalstuk taxmasının hökmü nədir?

Behcət: Kafirlərin paltarına özünə oxşatmaq caiz deyil. İstifta.

Xamenei: Ümumi şəkildə qalstuk və yaxud qeyri-müsəlmanlara məxsus olan başqa paltarları geymək, belə ki, onun geyilməsi azğın mədəniyyətin yayılmasına səbəb olarsa, caiz deyildir. İstifta.

Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarı sayılır. Buna görə də yaxşı olar ki, müsəlmanlar ondan uzaqlaşsınlar. Hətta əgər onların mədəniyyətləri müsəlmanların arasında yayılması ilə həmin yöndən xaric olsa da. Camiul-məsail, 253 və 2237-ci suallar.

səh:149

QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

Məsələ 334: Qadınlar üçün toy məclislərində əl çalmağın işkalı yoxdur.

İmam, Təbrizi, Məkarim: İstifta.

İmam: İstifta, Əhkami banovan kitabı, Sual: 24, səh.28.

Təbrizi: Siratun-nəcat, Sual: 1020.

Bəhcət: Şənlik mərasimlərində və çıxışlarda, ayrı-ayrı şəxsləri təklif etmək məqsədilə və ləhv həddinə çatmamaq şərtilə, eybi yoxdur. Tovzihul-məsail, müxtəlif məsələlər, məsələ: 30.

Xamenei və Sistani: Adi qaydada olan əl çalmağın öz-özlüyündə, hətta əgər naməhrəm onun səsini eşitsə də, eybi yoxdur

Xamenei: Əcvibətül-İstiftaat, Sual: 100.

Sistani: İstifta.

Fazil: Bayram şənliklərində və toyda əl çalmağın – öz-özlüyündə əgər haram işlə yanaşı olmazsa – işkalı yoxdur, bu şərtlə ki, məsciddə, yaxud Hüseyniyyədə olma­sın. Camiul-məsail, 1-ci cild, Sual: 1734.

Məsələ (Sual) 335: Toy məclislərində uşaqların oyna­malarının və qadınların əl çalmalarının hökmü nədir?

Cavab: Uşaqların təklifi yoxdur və qadınların toy məclisində əl çalmasının işkalı yoxdur.

İmam və Məkarim: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 1734-cü sualdan istifadə etməklə.

Bəhcət: Uşaqların təklifi yoxdur, əgər bu iş fitnə və fəsada səbəb olarsa, işkalsız deyildir. İstifta.

Xamenei və Sistani: Adi və normal halda əl çalmağın öz-özlüyündə işkalı yoxdur, hətta əgər naməh­rəm onların səsini eşitsə belə.

Fazil: Bayram şənliklərində və toy mərasimlərində əl çalmaq haram bir işlə yanaşı olmazsa, işkalı yoxdur, bu şərtlə ki, məsciddə və ya Hüseyniyyədə olmasın.

Məsələ 336: Ləhv və ləib olan toy məclislərində qalmaq caiz deyildir.

səh:150

İmam, Xamenei, Məkarim: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, Sual: 990.

Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasındadırsa, orada qalmaq caiz deyildir.

Təbrizi: Əgər haram işə səbəb olmazsa, işkalı yoxdur. Siratun-nəcat, 1020-ci sual.

Xamenei və Sistani: Əvvəlki sualın cavabından bu məsələ də aydın olur. İstifta.

* NƏTİCƏDƏ: Əgər bir qadın toy məclisində başqa qa­dın­ların oynadığını görsə, yaxud kişilərin naməh­rəm­lərlə qarışdığını görsə, yaxud naməhrəmin qar­şısında mütrib musiqinin çalındığını görsə, əvvəlcə on­ları nəhy əz münkər etməli və təsir qoyacağına ümid­var olmadığı halda məclisi tərk etməlidir.

Məsələ (Sual) 337: Saz, təbil, rəqs, xanəndəlik olan toy məclislərində – bir-birilə qohumluq və beləliklə də bu işə məcbur olmaq bəhanəsilə iştirak etmək caizdir­mi?

Cavab: Ləhv və ləib məclisində olmaq və iştirak etmək haramdır və qohumluq əlaqələri buna əsas ola bilməz.

İmam, Xamenei və Məkarim: İstifta.

Fazil: Camiul-məsail, 1-ci cild, 990-cı sualdan istifadə etməklə.

Bəhcət: Əgər ləhvin tərk olunması məclisin tərk olunmasına bağlıdırsa, orada qalmaq caiz deyildir. İstifta.

Məsələ (Sual) 338: Toy məclisində nağara (dəf) çalmağın hökmü nədir?

Cavab: İşkallıdır.

İmam: Əhkami banovan kitabının istiftası, Sual: 41, səh.32.

Xamenei və Fazil: Əgər mütrib şəkildə vurulsa, caiz deyil. İstifta.

Məkarim: Ləhv və fəsad məclisləri ilə münasib olan bütün ahənglər və səslər haram, ondan başqaları halal­dır. Onun ayırd edilməsi də ürf əhlinə həvalə edilir.

İstifta.

Məsələ 339: Qadınların məclisində mütrib musiqili lent yazılarından istifadə etmək caiz deyildir və bundan çəkinmək lazımdır.

səh:151

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

Məsələ 340. Kürəkən olmaq istisnalardan deyildir və nəticədə naməhrəm qadınlar kürəkənin qarşısında olduqları zaman kamil hicaba riayət etməlidirlər.

İmam, Fazil və Məkarim, Ürvə, sətr və satir, birinci məsələdən əvvəl və beşinci məsələ.

İmam Əhkami banovan kitabından istifadə etməklə, səh.11.

Bəhcət Tovzihul-Məsail, 1937-ci məsələdən istifadə etməklə.

Təbrizi: Siratun-Nəcat, 1485-1486 və 882-883-cü suallardan istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: Tovzihul-məsail,. 2444-cü məsələdən istifadə etməklə. Minhacus-Salehin, Nikah, məsələ: 18.

* NƏTİCƏDƏ: Əgər kürəkən qadınların yığın­ca­ğına daxil olsa üzünü və əllərini zinətləndirən qa­dın­lar bütün bədənlərini, o cümlədən üzlərini və əllərini ondan örtməlidirlər. Hətta kürəkən bir neçə anlığa, misal üçün gəlinə üzük taxmaq, yaxud şəkil çəkdirmək və s. üçün qadınların yığıncağına daxil olmuş olsa belə. Hər bir halda üstün nəzər qadınlar məclisinə hər növ naməhrəmin daxil olmasını tərk etməkdir.

Məsələ 341: Naməhrəmə özünü göstərmək üçün qadınların zinətlənməsi, bəzənməsi caiz deyildir.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Məkarim, Sistani İstifta.

Sual 342: Qadınların özlərini naməhrəmə göstərə­cə­yini bildiyi halda onları bəzəyən parikmaxir şəxslərin hök­mü nədir.

Cavab: Əgər onu naməhrəmə göstərmək məqsədi ilə günaha kömək etmək və haramdır lakin əgər qəsdi olmadan sadəcə bilirsə eybi yoxdur.

İmam, Sistani, Fazil, Məkarim İstifta.

Xamenei və Bəhcət: Əgər naməhrəmə göstərilmək üçün onu bəzəyirsə yəqin şəkildə haramdır, lakin əgər elmi var­sa qəsd olmadan ehtiyat onun tərk edilməsidir.

İstifta.

Məsələ 343: Naməhrəm kişi gəlin və bəyin, yaxud başqa qadınları videoya, yaxud şəkilini çəkməməlidir hətta əgər onun

səh:152

yaxın qohumlarından olsa da belə (əlbəttə, əgər qadınlar kamil hicaba riayət etməmişlərsə).

İmam, Fazil, Məkarim Ürvə, sətr və satir, 1-ci məsələdən qabaq və 5-ci məsələdən istifadə etməklə.

İmam, Xamenei İstifta.

Təbrizi, Siratun-Nəcat, 1488-86, 882-83 cü suallarda istifadə etməklə.

Sistani Tovzihul-Məsail, 2444-cü məsələdən istifadə etməklə; Minhacus-salihin, Nikah, məsələ: 18.

Məsələ 344: Qadın kifayət qədər örpəyə malik olmadı­ğı halda kürəkənin, yaxud naməhrəm şəxslərin olduğu bir yerdə video və ya şəkil çəkmək çaiz deyildir.

İmam, Məkarim İstifta .

Fazil: Əgər naməhrəmin gözü ona düşəcəksə caiz deyildir. İstifta.

Məsələ 345: Əgər bir qadın kamil hicabsız şəkildə şəkil çəkdirdiyi halda onun şəkli qohum-əqrəbasının arasında paylanacağını və naməhrəmin onu görəcəyini də bilirsə, hicabsız şəkil çəkdirməsi caiz deyildir.

İmam, Bəhcət İstifta.

Fazil: Onun yayılmasına icazə verməsinlər əgər bunun ardınca günah və fəsad gələrsə caiz deyildir. İstifta.

Məkarim: O öz şəkilini başqalarının ixtiyarında qoymazsa haram bir işə mürtəkib olmamışdır. İstifta.

* Nəticədə: Misal üçün, gəlin kamil hicaba riayət etmədiyi halda şəkil çəkdirdikdə onun şəkilinin naməhrəm qohumlarının əlinə düşəcəyini bilirsə gərək şəkil çəkdirməsin. Hətta şəkil çəkən şəxs qadın və gəlinə məhrəm olan kişi olarsa belə.

Məsələ (Sual) 346: Toy məclislərində adətən şəkil, yaxud video qadınların vasitəsi ilə çəkilir lakin şəkilin çıxarılmasında, yaxud başqa işlərdə mümkündür ki, naməhrəm də onu görsün. Gəlinin bəzənməsinə və lazımi qədər hicabı olmadığına diqqət yetirməklə bu filmlərin və şəkillərin hökmü nədir?

Cavab: Əgər naməhrəm qadınları tanıyırsa onları görmək onun üçün caiz deyildir və bundan qeyri hallarda əgər ləzzət və reybə qəsdi olmazsa işkalı yoxdur.

səh:153

İmam İstifta Əhkami banovan kitabında 44-45-ci suallardan istifadə etməklə s. 33.

Təbrizi, Siratun-Nəcat, 876-cı sualdan istifadə etməklə.

Bəhcət və Xamenei İstifta.

Fazil, Cameul-Məsail, 1-ci cild, 1728 və 1732-ci suallardan istifadə etməklə.

Sistani və Məkarim: Əgər qadınlar mübtəzəl qa­dınlar­dan olmazsa: bəd hicab, yaxud hicabsız qadın­lar­dır ki, onlara hicab örtməyi əmr etdikdə etina etmirlər istər müsəlman olsunlar istərsə də yox; və kişi də onu tanıyırsa ehtiyat-vacibə görə o şəkilə, yaxud videoya baxmamalıdır .Bundan qeyri hallarda ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur. Minhacus-Salehin məsələ 27.

* NƏTİCƏDƏ: Əgər naməhrəm şəxs qadınları tanımazsa, yaxud qadınlar mübtəzəl qadınlardan olsa onların şəkillərinə və videolarına ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur.

Məkarim: Əgər qadın şəri hicabı qorumağa özünü iltizamlı bilirsə naməhrəmin onun şəkilinə, yaxud videosuna baxmasının işkalı vardır. Amma əgər onu tanımazsa və baxmağın ardınca da heç bir fəsad gəlməzsə bu hal istisna olunur.

Tovzihul-məsail, 2087-ci məsələdən istifadə etməklə.

* NƏTİCƏDƏ: Ya naməhrəm kişi qadını tanıyır ya da tanımır. Əgər onu tanımırsa onun şəkilinə və videosuna ləzzət və reybə qəsdi olmadan baxmağın işkalı yoxdur və əgər onu tanıyırsa bu halda əgər qadın islam hicabını qorumağa iltizamlıdırsa onun şəkilinə, yaxud videosuna baxmaq kifayət qədər hicabı olmadığı halda caiz deyildir. Əgər hicabı qorumağa iltizamli deyilsə bu halda kişi onu tanısada lakin onun şəkilə və videoya baxması ləzzət və reybə qəsdi ilə olmazsa işkalı yoxdur.

MÜXTƏLIF MƏSƏLƏLƏR

Məsələ (Sual) 347: Qadının özünü ərindən başqası üçün bəzi qadın məclislərində bəzəməsi o cümlədən toy məclislərində, yaxud qadın qonaqlıqlarında bəzəməsinin hökmü nədir? Əgər həyat yoldaşı bundan razı olmazsa hökmü nədir.

səh:154

Cavab: Əgər naməhrəm onu görməzsə işkalı yoxdur lakin səy olunmalıdır ki, ərinin razılığını qazansın.

İmam izdivacın əhkamı kitabının İstiftası s. 188

Bəhcət, Təbrizi Sistani, Fazil İstifta.

Xamenei: Naməhrəm onu görməzsə, işkalı yoxdur. İstifta.

Məkarim: Məsələnin fərz olunduğu halda ərin razılığını qazanmaq vacib deyildir.

Məsələ (Sual) 348: Əgər xüsusi bir qonaqlıqda iştirak etmək üçün qadın xüsusi bir paltar geymək istəsə lakin həyat yoldaşı buna razı olmazsa, o paltarın geyilməməsi də o qadının hörmətinin aradan getməsinə səbəb olmazsa, eləcə də qadının o paltarlardan istifadə etdiyi surətdə ailəsinin narahatlığına və ixtilafın yaranmasına səbəb olarsa şəriət baxımından bu paltarın geyilməsinin hökmü nədir, caizdirmi?

Cavab: Əgər bir paltarın geyilməsi ixtilafa və fəsada səbəb olarsa ondan çəkinmək lazımdır və ərin həyat yoldaşının tay-tuşları arasında geyilməsi adət olan paltarın geyilməsinin qarşısını almasın.

İmam: Əhkami izdivac kitabının istiftası, səh. 189,

Fazil: İstifta

Bəhcət: Əgər əri həyat yoldaşının ümumiyyətlə get­məsi ilə razı olsa o paltarı geyməyin işkalı yoxdur.

İstifta.

Sistani: Kişi qadının evdən çıxmasını xüsusi paltar geymək çadra salmaq və s. kimi şeylərlə şərtlən­dirə bilər. İstifta

Məsələ 349: Müsəlmanın evi möhtərəm və toxunul­mazdır, sahibinin izni və icazəsi olmadan ora girmək caiz deyildir. Hətta başqasının evinə baş çəkmək də ya baş uzatmaq da damın üzərindən, divarın deşiyindən, bacadan və s. kimi baxmaq caiz deyildir.

İmam, Bəhcət Fazil, Məkarim: İstifta.

Məsələ 350: Əgər bir kəs başqasının evinə boylanıb baxsa, orada onun üçün haram olan şeylərə baxmaq məqsədi ilə baş çəkib boylansa, (misal üçün: camaatın qızına və arvadına baxmaq üçün) ev əhli üçün caizdir, hətta vacibdir ki, onu bu

səh:155

işdən çəkindirsinlər. Əgər bu işdən əl çəkməzsə döyməklə və s. kimi şeylərlə onun qarşısını ala bilərlər.

İmam Təhrir fid-difai ənin-nəfs, məsələ 30.

Fazil İstifta.

Bəhcət: Əhvət nəzər nəhy əz münkərdə tərtibə riayət etməkdir və israr etdiyi surətdə xırda daşlarla və çubuqla bu işdən çəkindirmək olar və bu işdə zamin deyildir. Cameul Məsail, 5-ci cild, s. 268 və İstifta..

Məkarim: Sonuncu fərzdə ev əhli məhkəmə yolu ilə tədbir görməlidir. İstifta.

DIQQƏTLI OLMAQ

Diqqət yetirmək lazımdır ki, başqalarının evinin içinə baxmaq, naməhrəmlərə nəzər yetirmək məqsədi ilə caiz deyildir, istər bu baxış damın üstündən olsun istər hasarın üstündən, yaxud başqasının evinə açılan pəncərədən olsun, yaxud da qapı və pəncərənin arasından. Buna əsasən gərək Allah eləməmiş bu çirkin əmələ mürtəkib olan şəxsləri bu işdən çəkindirmək lazımdır. Əgər öz işlərini yenidən davam etdirsələr vurmaqla və sair şeylərlə onun qarşısını ala bilərlər.

Məsələ 351: Əgər baxan şəxs camaatın evindən, ev əhlinə nəzər salmağı mümkün olmadığı bir məsafədən nəzər salsa lakin uzaqdan yeni avadanlıqlar vasitəsi ilə (durbin ilə) baxsa yaxından baxan şəxsin hökmündədir və buna əsasən əvvəlki məsələdə deyildiyi tərtiblə onu dəf etmək lazımdır.

İmam: Təhrirul-vəsilə, fid-difai ənin-nəfs, məsələ: 38.

Bəhcət: ... Əhvət – nəhy əz münkərdə ardıcıllığa riayət etməkdir. İsrar etdiyi təqdirdə xırda daşlarla, çubuqla və s. onun qarşısını almaq olar və (nəhy əz münkər edən şəxs ona dəyən xəsarətlərə) zamin deyildir.

Məkarim: Nəhy əz münkər, yaxud da məhkəmə ilə bu işdən çəkindirmmək lazımdır. İstifta.

Məsələ (Sual) 352: İstifadə etmək üçün deyil sadəcə evdə saxlamaq üçün olduqda pasor (vərəq-kart oynamaq) icazə verilməyən film və video, spirtli içkilərin olduğu şüşə qablar

səh:156

(həmçinin nərd taxtası, biabırçı şəkillər, musiqi alətləri) şəxsin öz evində saxlanması haram iş sayılır və buna mürtəkib olan şəxs dünyada cəzalandrılmalıdırmı?

Cavab: Qumar alətlərinin və nəzərə çarpacaq mənfəətin haram işlərə məxsus olan hər bir şeyin aradan aparılması vacibdir və onu etmədikdə kəbirə günaha mürtəkib olur.

İmam Təhrir, Məkasibi Mühərrəmə, 8-ci sualdan və istiftadan istifadə etməklə. Məkasibi-Mühərrəmə, sual 41.

Bəhcət. İstifta

Fazil, Cameul-Məsail, 1-ci cild, 1000-ci sualdan istifadə etməklə.

Sistani: Əlbəttə, əgər onlardan istifadə olunması qorxusu varsa onu aradan aparılması vacibdir. İstifta

Məkarim: Bu kimi əşyaların saxlanması şərən caiz deyildir. İstifta.

Məsələ 353: Ata-analar üçün, heç bir dəlil olmadan və sadəcə olaraq əsəbiləşdiyinə, hövsələsiz olduğuna gö­rə övladı vurması caizdirmi, yoxsa (vurduqları təqdir­də) onların boynuna həqqün-nas gəlir?

Cavab: Bu iş caiz deyildir, lakin övladı ədəb­lən­dir­mək üçün bədənin qızarması, göyərməsi və ya qaral­masına səbəb olamaycaq qədər adi tərzdə vurmaq caizdir.

İmam: Əhkami izdivac kitabının istiftası, səh.180

Təbrizi: Siratun-nəcat, sual 1279

Sistani: Əgər uşaq həddi-büluğa çatmayıbsa və onun ədəb­ləndirilməsi vurmağa bağlıdırsa, yüngülvari şəkil­də vurmaq olar və ehtiyat-vacibə görə gərək üç zər­bə­dən artıq olmasın, bədənin qızarmasına, göyərməsinə və qaralmasına səbəb olmasın. Amma əgər uşaq həddi-bü­luğa çatıbsa, ehtiyat-vacibə görə onu vurmaq caiz deyil­dir. İstifta.

Fazil: Ədəbləndirmə vurmaqdan başqa bir yolla mümkün olmazsa, eybi yoxdur, lakin çalışmaq lazımdır ki, diyəyə səbəb olmasın. Camiul-məsail, 1-ci cild, 1957-ci sual.

Məkarim: Zərurət halları istisna olunmaqla, ədəb­ləndirmə ünvanı ilə fiziki güc tətbiq edilməsi mümkün olan qədər, xüsusilə bizim dövrümüzdə tərk olunmalıdır. İstifta.

səh:157

Məsələ 354: Əgər uşağın xalası, dayısı, əmisi, bacı­sı, yaxud qardaşı onu vurarsa, məsələnin hökmü nədir?

Cavab: Caiz deyildir; yalnız uşağın vəlisinin (şəri qəyyumunun) icazəsi ilə və bundan əvvəlki məsələdə qeyd edilən şərtlərlə caizdir.

İmam: Əvvəlki məsələnin mənbəsindən və istiftadan istifadə etməklə.

Fazil: İstifta.

Təbrizi: Əgər uşağın vəlisinin tərəfindən icazəli olsa və uşaq da mühüm bir pis iş görmüş olarsa, əvvəlki sualda qeyd edilən şərtlər əsasında 5-6 zərbə vurmağın işkalı yoxdur. Siratun-nəcat, 1280-cı sual.

Məkarim: Bunun cavabı əvvəlki sualın cavabından aydın olur. İstifta.

Məsələ (Sual) 355: Həddi-büluğa çatan və aqilə (öz məsləhətini ayırd edə bilən) bir qız dindar və müsəlman bir oğlanla ailə qurmaq istəyir. Lakin onun atası maddi məsələlərə görə bu evlənməyə icazə vermir. Bu halda qız atasının icazəsi olmadan həmin oğlanla ailə qura bilərmi?

Cavab: Bakirə qızın ərə getməsində atanın icazəsi şərtdir, amma əgər ata öz qızının, onunla münasib olan oğlanla ailə qurmasına maneçilik törətsə, qızın da ərə getməyə ehtiyacı olsa və bu evlənmə fikrindən dönəcəyi təqdirdə onun üçün yaxşı bir ər tapılmayacağından qorxsa, (bu halda atasının icazəsi olmadan ərə gedə bilər).

İmam, Əhkami banovan kitabının istiftası, sual 20, səh.27

Bəhcət: Həddi-büluğa çatıb rəşidə olan, yəni öz məsləhətini ayırd edə bilən qız ərə getmək istəsə, əgər bakirədirsə, ehtiyata görə öz atasından, yaxud ata tərəfdən olan babasından icazə almalıdır – baxmayaraq ki, əzhər nəzər bu şəraitdə olan qızın müstəqil olmasıdır. Əgər atası, yaxud ata tərəfdən olan babası qaib olarsa və ərə getməməkdə zərər, yaxud hərəc, yəni şiddətli məşəqqət və çətinlik olarsa, qızın özü ərə gedə bilər. Həmçinin əgər atası və ya ata tərəfindən olan babası qızın, onunla münasib olan oğlanla ailə qurmasına – bütün şəraitlərin və müqəddimə

səh:158

işlərinin mövcudluğu ilə və qızla oğlanın bu evlənməyə meyli olduğu halda maneçilik törətsələr, qız ərə gedə bilər.

Tovzihul-məsail, məsələ 1891

Xamenei: Ehtiyat vacibə görə bakirə qızın ərə getməsində atanın icazəsi şərtdir. Amma əgər ata öz qızının, ona münasib olan şəxsə ərə getməsinə maneçilik törətsə, qızın da ərə getməyə ehtiyacı olsa və həmin şəxslə ailə qurmadığı təqdirdə onun üçün yaxşı ər tapılmayacağından qorxsa (bu hala atasının icazəsi olmadan ərə gedə bilər).

Sistani: Əgər qız bakirə olsa, amma atası və ya ata tərəfindən olan babası, şərən və camaatın nəzərində onunla münasib olan oğlana ərə getməsinə icazə verməsə, yaxud qızın ailə qurması işində qızın azacıq belə iştirak etməsinə razı olmasalar, yaxud da dəlilik və ya bu kimi səbəblər üzündən icazə verməyə slahiyyətləri olmazsa, bu kimi hallarda onların icazəsi lazım (vacib) deyildir. Həmçinin, onlardan icazə alınması qaib olmaları və s. kimi səbəblər üzündən mümkün olmazsa, qızın da ərə getməyə çox ehtiyacı olsa, atasının və ya ata tərəfindən olan babasının icazəsi lazım deyildir.

Tovzihul-məsail, 2386-cı məsələ, Minhacus-salihin, nikah bölməsi, 69-cu məsələ.

Məkarim: Həddi-büluğa çatıb rəşidə olan, yəni öz məsləhətini ayırd edə bilən qız bakirə olarsa, ehtiyat budur ki, atasının, yaxud ata tərəfdən olan babasının icazəsi ilə ərə getsin. Amma əgər qız üçün münasib bir həyat yoldaşı tapılsa və atası da ona ərə getməsi ilə müxalifət etsə, bu halda onun icazəsi şərt deyildir. Həmçinin əgər atası və ya ata tərəfdən olan babasına əli yetişməzsə (onlarla əlaqə yarada bilməsə), qızın da ərə getməyə ehtiyacı olsa, (onların icazəsi şərt deyildir.)

Fazil:

Sual: Atam bizi boşlamış və bizə etina etmir. Bəzən uzun müddət vaxt keçir, amma bir-birimizdən xəbərimiz olmur. Ərə getməkdə ondan icazə almalıyammı, yoxsa icazə lazım deyil?

Cavab: Ümumiyyətlə, əgər qızın vəlisi onu boşlayıb azad qoymuşsa və onun işləri ilə maraqlanmırsa, onun izn və icazəsi

səh:159

lazım deyildir. Qız həddi-büluğa çatıb rəşidədirsə, yəni ərə getmək işində öz məsləhətini ayırd edə bilirsə, ərə gedə bilər.

Camiul-məsail, 2037-ci məsələ.

səh:160

BƏZİ ŞƏRİ İSTİLAHLARIN İZAHI

[1] Müqəddəs İslam şəriətində mövcud olan hökmlər:

1. Vacib: İslami nöqteyi-nəzərdən görülməsi gərəkli olan işdir ki, tərk olunması ilahi əzaba səbəb olur.

2. Haram: İslam baxımından görülməsi qadağan olan işdir ki, mürtəkib olunması ilahi əzaba səbəb olur.

3. Müstəhəb: Görüldükdə savabı olan, görülmədikdə əzabı olmayan işdir.

4. Məkruh: Görülməsi qadağan olunmayan, lakin görülməməsi şəri baxımdan daha yaxşı olan işdir.

5. Mübah: Şəri baxımdan yaxşı və ya pis olmayan və yuxarıda qeyd olunmuş dörd qism işlərdən başqa bir işdir.

Ehtiyat-vacib: O əməldir ki, ehtiyata müvafiqdir, amma fəqih onunla yanaşı fətva verməyibdir. Belə olan hallarda müqəllid sonrakı rütbədə gələn müctehidin fətvasına əməl edə bilər.

Ehtiyat-müstəhəb:

Ehtiyat-lazım: –O ehtiyatdır ki, müctehid ona riayət etməyi əqli dəlillər vasitəsi ilə isbat etmişdir.

Əzhər – Daha açıq-aydın olan fətvadır ki, mükəlləf ona müvafiq olaraq əməl etməlidir.

Vacibi-təxyiri: Bir neçə vacibdən, istədiyini görməkdə ixtiyar sahibidir.

Vacibi-eyni: Hər bir şəxsin özünə (başqalarını nəzərə almadan) vacib olan əməldir (namaz, oruc kimi).

[2] Müctehid:

Camiuş-şərait müctehid: mərcəyi-təqlidlik məqamı üçün lazım olan bütün şərtlərə malik olan şəxs.

[3] Şəri suallara cavab verilən yer.

[4] Zimmə əhli: İslam dövlətinin himayəsində yaşayıb onun qanunlarına itaət edən kitab əhli.

[5] Məhəlli-işkal: İşkalı var, onun səhih olması şübhəlidir. (Mü­qəl­lid bu kimi məsələlərdə başqa müctehidə müraciət edə bilər.)

[6] Müstəhcən: biabırçı, utandırıcı

[7] Ləhv: puç, faydasız, oynadıcı, batil işlər.

Mütrib və ləhvi musiqi o musiqilərə deyilir ki, günah məclisləri ilə münasib olan xüsusiyyətlərə malik olduğuna görə adətən insanı Al­lah­dan, əxlaqi fəzilətlərdən və insani keyfiyyətlərdən uzaqlaş­dı­rır, onu açıq-saçıqlılığa, günaha doğru sövq edir. Mövzunun ayrıd edil­məsində meyar, camaatın nəzəridir

[8] Hərəc: Çətinlik, məşəqqət

[9] Əhvət–ehtiyata müvafiq olan

səh:161

Əqva – bir məsələ barəsində güclü ehtimal verilən aşkar fətvadır ki, ona müvafiq əməl etmək lazımdır.

[10] Məhəlli təəmmül – Ehtiyat olunmalıdır. (Müqəllid belə məsələlərdə başqa müctehidə müraciət edə bilər.)

[11] Satir: Ovrəteyni örtə biləcək miqdarda paltar və s.

[12] Külli: Xarici nümunəsi konkret şəkildə təyin olunmayan pul və s.

[13] Təzir: Şəriətdə müəyyən günah əməllər üçün təyin olunan cəzalara nisbətən şəriət hakiminin məsləhət gördüyü miqdarda verilən cəzadır ki, onun miqdarı şəri cəzalardan az və yüngüldür.

[14] Əmr be məruf – İnsanları vacib, yaxşı və bəyənilən işlərə dəvət etmək.

Nəhy əz münkər–İnsanları pis, yaramaz, haram və günah əməllərdən çəkindirmək.

[15] Hibə: əvəzsiz və ya əvəz almaqla başqasına verilən mal (birinciyə hibeyi-bila əvəz, ikinciyə isə hibeyi müəvvəzə deylir.)

[16] Təəllüq: Aid və bağlı olma.

[17] Ləib: Ləhv ilə təqribən eyni mənanı daşıyır: puç, faydasız, oynadıcı, batil işlər.

[18] Mütrib – O musiqiyə deyilir ki, ləhv və ləib məclisləri üçün münasib olsun, yəni insan üçün vəcdə gəlmək və ruh yüksəkliyi baxımından qeyri-adi bir halətin yaranmasıdır.

[19] Tərci – Səsin boğaza salınması ilə olan səs.

səh:162

MÜNDƏRICAT

BİRİNCİ FƏSİL .............................................. 5

BAXMAĞIN HÖKMLƏRİ ........................... 5

KİŞİNİN BAXMAĞI ..................................... 5

KIŞININ KIŞIYƏ BAXMASININ HÖKMLƏRI: ................................................ 5

KİŞİNİN MƏHRƏM QADINLARA BAXMASI ................................................ 7

KİŞİNİN NAMƏHRƏM QADINLARA BAXMASI ......................................... 9

ÜMUMİ BİR QANUN .................................13

B) QEYRİ-MÜSƏLMAN QADINLAR .......19

KİŞİNİN UŞAQLARA BAXMASI ...............21

QADININ BAXMASI ..................................25

QADININ BAŞQA QADINLARA BAXMASI ..................................................25

QADININ MƏHRƏM KİŞİLƏRƏ BAXMASI ..................................................27

QADININ NAMƏHRƏMƏ KİŞİLƏRƏ BAXIŞI ..............................................28

QADININ UŞAQLARA BAXMASI ...........31

ŞƏKK HALINDA BAXMAĞIN HÖKMÜ 33

FOTO ŞƏKLƏ BAXMAQ ............................35

KİŞİNİN NAMƏHRƏM QADININ ŞƏKLİNƏ BAXMASI ............................35

QADININ KİŞİLƏRİN ŞƏKLİNƏ BAXMASI ..................................................38

KİNOYA BAXMAQ .....................................40

PALTAR VƏ ZINƏT ƏŞYALARININ HÖKMLƏRİ .......................................44

KIŞI ÜÇÜN HARAM OLAN PALTARLAR VƏ ƏŞYALAR ..........................44

KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ 49

KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ .....................................52

KİŞİLƏRİN UŞAQLARDAN ÖRTÜNMƏSİ ....................................................55

QADININ ÖRPƏYİNİN HÖKMLƏRİ ......56

QADININ NAMƏHRƏMDƏN ÖRTÜNMƏSI ................................................56

ÇADRALARIN HÖKMLƏRİ .....................62

ZİNƏTİN HÖKMLƏRİ ...............................65

QADININ QADINDAN ÖRTÜLMƏSİ .....72

QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ .......................................................74

QADIN VƏ KIŞILƏR ÜÇÜN GEYILMƏSI CAIZ OLMAYAN PALTARLAR ................76

1-ŞÖHRƏT LIBASI .......................................76

2-XÜSUSI PALTAR ......................................77

3-TƏHRIKEDICI LIBAS ..............................81

səh:163

4-QƏSBI PALTAR ........................................82

5-KAFIRLƏRƏ MƏXSUS OLAN PALTARLAR ..............................................84

CƏMIYYƏTDƏKI MÜNASIBƏTLƏRIN HÖKMLƏRI...................................86

SÖHBƏT ETMƏYIN HÖKMLƏRI ............86

A) KIŞININ NAMƏHRƏM QADINLARLA SÖHBƏT ETMƏSI ...................86

DIQQƏT YETIRILMƏLI MƏSƏLƏLƏR ...88

DIQQƏTLI OLMAQ LAZIMDIR ...............89

TƏMASLARIN HÖKMLƏRI ......................93

ÖPMƏYİN HÖKMLƏRİ .............................97

ÜMUMİ BİR QANUN .................................99

İSTİMNA ..................................................... 100

MƏCLİSLƏRİN, QONAQLIQLARIN, GEDİŞ-GƏLİŞLƏRİN HÖKMLƏRİ102

ÖZÜNÜ GÖSTƏRMƏYİN HÖKMLƏRİ 104

ƏQD VƏ TOY MƏRASİMİNİN HÖKMLƏRİ ................................................ 106

TƏHQIQAT APARMAĞIN HÖKMLƏRI ...................................................... 108

BİRİNCİ ŞƏRTƏ ƏSASƏN: ...................... 109

İKİNCİ ŞƏRTƏ ƏSASƏN: ........................ 110

ÜÇÜNCÜ ŞƏRTƏ ƏSASƏN .................... 110

İSTİXARƏNİN HÖKMLƏRİ .................... 112

NİŞANLI OLMAĞIN HÖKMLƏRİ ......... 114

DAİMİ ƏQDDƏN QABAQ MÜVƏQQƏTİ ƏQD SİĞƏSİ ........................... 114

ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ ....................................... 116

DƏVƏT ETMƏYİN HÖKMLƏRİ ............ 119

ƏQD VƏ TOY MƏCLİSİNİN MÜQƏDDİMƏ İŞLƏRİNƏ TƏDARÜK GÖRÜLMƏSİNİN HÖKMÜ ..................... 125

ÜMUMİ BİR QANUN ............................... 125

ƏQD VƏ TOY MƏCLİSLƏRİNİN HÖKMLƏRİ ............................................ 126

RƏQS ... 126

MUSİQİNİN HÖKMLƏRİ ......................... 132

ÜMUMİ BİR QANUN ............................... 135

AVAZ OXUMAQ ....................................... 138

KİŞİLƏRƏ AİD OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ144

ÜMUMİ MƏSƏLƏLƏR ............................. 146

QADINLARA MƏXSUS OLAN ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ ................................................ 150

MÜXTƏLIF MƏSƏLƏLƏR ....................... 154

DIQQƏTLI OLMAQ .................................. 156

səh:164

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109