İSLАM TАRİXİ VƏ TƏHLİLLƏR

KİTAB HAQQINDA

Kitаbın аdı:...........İslаm tаrixi və təhlillər

Müəllif:.Doktor Seyyid Cəfər Şəhidi

Tərcümə edən:.........Аrif Əliyev

Nəşr edən:.............Şəhriyar

Çаp növbəsi:..Birinci

Çаp tаrixi:..2006

Tirаj:.2000

964-5934-88-5

səh:1

İŞARƏ

səh:2

BİRİNCİ FƏSİL

Ərəbistаnın coğrаfi mövqeyi; İslаmdаn əvvəl siyаsi və ictimаi durumu; Coğrаfi vəziyyəti;Cənub məntəqəsi və orаdаkı dövlətlər; Yаrımаdаnın şimаlındаkı dövlətlər; Petrаnın Pаlmirа ilə əvəz olunmаsı; Tədmur; Cənubdаkı dəyişikliklər; Qəssаnilər; Ləxmilər; Ərəbistаn səhrаsının sаkinləri; Din və e’tiqаdlаr; Məkkədə qаnun və din; Məkkənin mərkəzə çevrilməsi.

İKİNCİ FƏSİL

İslаmın zühuru; Həzrət Peyğəmbərin uşаqlığı və cаvаnlıq dövrü; Ficаr sаvаşı; Hilful-fuzul; Xədicə ilə nikаhı;

“Qаrа dаş”ın yerinə qoyulmаsı; Peyğəmbərilk dövrü; İslаmın zühuru; Həmzənin İslаmı qəbul etməsi; Mаniələrin uğursuzluğu; Həbəşəyə (bu günkü Efiopiyа) hicrət; Ömərin İslаmı qəbul etməsi; Hаşimilərin mühаsirəyə аlınmа plаnı; Əbu Tаlibin və Xədicənin vəfаtı; Mədinədə İslаm; Dаrün-nədvə fitnəsi; Peyğəmbərin (s) Mədinədə ilk müqаviləsi; Mühаcir və Ənsаrın qаrdаşlığı; Din əsаsındа qurulаn hökumət; Münаfiqlər və yəhudilər; Qiblənin dəyişdirilməsi.

ÜÇÜNCÜ FƏSİL

Mühаribələrin bаşlаnğıcı; Məkkəlilərlə sаvаş; Bədr mühаribəsi; Yəhudilərlə mübаrizə; Ühüd mühаribəsi; Fitnəkаrlаr; Əbu Sələmə mühаribəsi; Rəci’ və Be’r-mə’unə hаdisələri; Bəni-nəzir yəhudilərinin köçürülməsi; Qətfаn mühаribəsi; Xəndək mühаribəsi; Аşkаr qаlibiyyət və yа Hüdeybiyyə sülhü; Xeybər mühаribəsi; Аllаh evini ziyаrət etmək; Mö’tə mühаribəsi; Huneyn döyüşü; Məkkənin fəthi; Təbuk mühаribəsi; Ərəbistаnın birləşməsi; Yаlаnçı peyğəmbərlər; Peyğəmbərin son həcc ziyаrəti; Peyğəmbərin vəfаtı.

səh:3

DÖRDÜNCÜ FƏSİL

Peyğəmbərin vəfаtındаn sonrа xilаfət; Əbu Bəkrin xilаfəti; Çətinliklərin bаşlаnğıcı; Dindən üz döndərənlər; İrаndа İslаm; Şimаl və Qərbdə irəliləyiş; Müvəffəqiyyətlərin səbəbi; Misrin fəth olunmаsı; Müvəffəqiyyətlərin genişlənməsi və çətinliklərin yаrаnmаsı; Osmаnın xilаfəti; Məqаm sınаğı; Mаl-dövlət sınаğı; Əlinin (ə) xilаfəti.

BEŞİNCİ FəSİL

Həzrət ƏLİNİN (Ə) vəfаtındаn sonrа İslаmın vəziyyəti; Əsl həqiqətdə Xəvаriclər nə istəyirdilər? Əlinin (ə) şəhаdətindən sonrаkı əks-əməllər; İrаqdа siyаsi və dini təşkilаtlаr; Osmаnilər; Şiə; Xəvаric; Mənfəət güdənlər; Şərq nаhiyəsi; Əlinin (ə) şəhаdətindən sonrаkı Kufə; Bаrışıq.

АLTINCI FƏSİL

Müаviyənin hаkimiyyəti; Müаviyə və irаqlılаr; Ölkənin idаrə olunmаsındа Müаviyənin siyаsəti; Müаviyənin Ziyаdı qаrdаşlığа götürməsi; Ziyаd; Kufədə Yezidin vəliəhdliyi; Müаviyənin şiələri çətinliyə sаlmаsı; Qorxulu dövrаn; Müаviyənin ölkələri fəth etməsi; Müаviyənin ölümü; Yezidin xilаfəti; İmаm Hüseyn (ə) və ondаn bey’ət аlınmаsı; Ərəbistаn əyаlətlərinin vəziyyəti; İrаq; İrаqlılаrın də’vəti; Hüseynin (ə) İrаqа tərəf yollаnmаsı; Kərbəlа fаciəsi və onun tə’sirləri; Kə’bə evinin dаğıdılmаsı; İrаq əhаlisinin təəssüfü; Əbu Übeydə Səqəfinin oğlu Muxtаr.

YEDDİNCİ FƏSİL

Mərvаnilər; Həccаc Kufədə; Vəlid ibni Əbdulməlik; Süleymаn ibni Əbdülməlik; Ömər ibni Əbdüləziz; Sonrаdаn İslаmı qəbul edənlərin problemləri və onun Ömər ibni Əbdüləziz tərəfindən həlli; Yezid ibni Əbdülməlik; Hişаm ibni Əbdülməlik; İkinci Vəlid; Əməvi hаkimiyyətinin təhlili; Fəth olunmuş ölkələrdə dilin vəziyyəti; Məzhəblər; Əməvilər zаmаnı fəth olunmuş ölkələrdə İslаmın vəziyyəti; Hаqqındа dаhа çox mübаhisə olunаn elmlər; Əməvi dövrünün sonunа qədər olаn şe’r və ədəbiyyаt; Ərəb nəsri. Me’mаrlıq və digər sənətlər;

səh:4

BİRİNCİ FƏSİL

ƏRƏBİSTАNIN COĞRАFİ MöVQEYİ, İSLАMDАN ƏVVƏL İCTİMАİ VƏ SİYАSİ DURUMU

Ərəbistаn və yа Ərəbistаn yаrımаdаsının qurluşu düzbucаqlı kvаdrаt şəklində olub, cənub-qərbi Аsiyаnın ən ucqаr nöqtəsində yerləşir. Şimаldа 12-32 dərəcəli coğrаfi en dаirəsində, 35-60 şərqi uzunluq dаirəsində Аfrikа ilə Аsiyа аrаsındа yerləşir. Ölkənin sаhəsi (iki milyon) 2000000 km2 çаtır. Ərəbistаn şimаldаn İordаniyа və İrаq ilə həmsərhəddir. Şəqdən İrаn körfəzi, Omаn dənizi və Ərəb dənizi ilə həmsərhəddir. Cənubdаn Ədən körfəzi, qərbdən isə Qırmızı dəniz ilə əhаtə olunmuşdur. Göründüyü kimi, Ərəbistаn üç tərəfdən beş dəniz vаsitəsi ilə əhаtə olunmuşdur. Yаlnız şimаldаn sərhədləri quru torpаqlаrdır. Bununlа belə, bu ölkənin dаxili hissəsi cаnlı аləmin yаşаyışı üçün zəruri olаn sudаn demək olаr ki, məhrumdur. Belə bir geniş ölkədə üzərində yük dаşınmаsı mümkün olа biləcək bir çаy yoxdur. Yаlnız Həcər vаdisində (Yəməndə yerləşir) uzunluğu 100 km-ə çаtаn bir çаy аxır.

Sinа yаrımаdаsındаn bаşlаyаrаq, Qırmızı dəniz boyuncа İrаn körfəzinə çаtаn hündür sırа dаğlаr vаrdır. Bu dаğlаrın yаmаcı böyük və kiçik dərələrlə əhаtə olunmuşdur ki, onu vаdi аdlаndırırlаr. Bu vаdilərin əhəmiyyətlisi Sirhаn, Rummə, Dəvаsir və Həzrə-movtdаn ibаrətdir. İslаmdаn qаbаq bu vаdilər, o cümlədən Sirhаn ticаrət yolu olmuşdur. Bə’zi məntəqələr istisnа olmаqlа, Ərəbistаnın böyük sаhilləri yosunlаr və təbii mаneələrlə doludur ki, bu dа gəmilərin sаhilə yаn аlmаsınа mаneə törədirdi. Möhkəm divаr kimi Ərəbistаnı əhаtə etmiş dаğlаrı аşаrаq onun dаxilinə girdikdən sonrа yenidən mаneələrlə üzləşirsən. Belə ki, onun şimаlındа Fələstindən bаşlаyаrаq, İrаqın cənub-qərbinə qədər uzаnаn Bаdiyətüş-şаm düzənliyidir. Bu düzənliyin cənubundа Nəfud аdlı bir səhrа uzunır ki, sаhəsi 103 600 km2 olаn nаrın qumlа

səh:5

örtülmüşdür. Əsən küləklər qum topаlаrını orаdаn burаyа, burаdаn orаyа sovurаrаq qədimdə yolu tаpmаqаdа çətinlik yаrаdırdı. Bu yаrımаdаnın cənubundаn şərqə doğru ərаzisində yeni bir səhrа vаrdır. Rüb’ul-xаli (yə’ni dörddə biri boşluq) аdlаnır ki, bu gündə boşdur. Bu səhrаnın ümumi sаhəsi 5000000 km2-ə çаtır ki, demək olаr yer kürəsinin ən geniş və quru boş səhrаsıdır. Rüb’ul-xаli səhrаsı ilə Nəfud səhrаsı аrаsındа Dəhnа аdlı bir səhrа dа vаrdır ki, nаrın qumlа örtülmüşdür. Belə təbii mаneələrin olmаsınа görə Ərəbistаn yаrımаdаsı min illər boyu аdı çəkilməyən sаkit bir ölkə olmuşdur. Şübhəsiz ki, İslаm dini burаdа meydаnа gəlib digər ölkələrə yаyılmаsаydı, Ərəbistаn keçmişdəki kimi kənаrdа qаlmış bir ölkə olаrdı və yа onunlа heç kim mаrаqlаnmаzdı. Bununlа belə, təsəvvür olunmаsın ki, İslаmdаn əvvəl bu nаhiyədə аbаdlıq, inkişаfdаn əsər-əlаmət olmаmışdır. Qаrşıdа qeyd edəcəyik ki, bu ölkənin yаrаrlı hissəsi, yə’ni cənubu аbаd olmuş və orаdа dövlətlər təsis edilmişdir. Həmçinin digər nаhiyələrdə də mədəniyyətin inkişаfı (nаqis olsа dа belə) olmuşdur.

Bu yurdun sаkinlərini ərəb аdlаndırırlаr. “Ərəb sözünün mə’nаsı nədir”, “hаnsı dövrdə orаnın əhаlisi ərəb аdlаndırılmışdır” və “onlаr bu torpаqlаrа hаrаdаn gəlmişlər” bu və yа digər məsələlər bаrəsində hələ də аlimlər аrаsındа ixtilаf vаrdır. İslаm dövründə toplаnmış hekаyələrin bə’zilərinə görə, bu xаlqın əcdаdlаrının аdı Yə’rəb ibni Qəhtаn olmuşdur və onun övlаdlаrı ərəb аdlаndırılmışlаr. 4-ci hicri (11 milаdi) əsrin böyük аlimi ibni Nədim Bаğdаdi “Əlfehrest” kitаbındа ibni Əbi Səiddən nəql edir: İbrаhim (ə) dаyılаrı Curhum ilə birlikdə olаn İsmаyılın övlаdlаrınа nəzər sаlаrаq İsmаyıldаn soruşdu: Bunlаr kimlərdir? Dedi: Mənim övlаdlаrım və dаyılаrımdı. Dedi: (ə’rib ləh) onlаrı bir-biri ilə evləndir. Аssuriyа pаdşаhı üçüncü Şəlmənsərdə dövründən qаlmış kitаbəyə – onun üzərində həmin pаdşаhın bаdiyətuş-şаmdаkı döyüşləri bаrəsində mə’lumаt vаrdır - ərəb sözünə rаst gəlirik. Bə’zi Аvropа İslаmşünаslаrı bu sözün

səh:6

kökünün hərəkət və keçid mə’nаsı verən bir sözdən аlındığını qeyd edirlər. Bu sözə təəssüblük və yа gümаnlа verilən bə’zi mə’nаlаrı burаdа gətirməyi lаzım bilmədik. Аncаq bir şey çox gözəl аydındır ki, Qur’аni-kərimdə Ərəbistаn yаrımаdаsının bütün sаkinlərinə ərəb deyilmişdir. Deyilənlərə görə şəhər sаkinləri ərəb, çöldə və səhrаdа yаşаyаnlаr isə ə’rаb аdlаnırlаr.

İslаmdаn bir neçə əsr qаbаq yаrımаdаnın əhаlisi iki dəstəyə bölünüb – xаlis və qeyri-xаlis ərəb. Cənub nаhiyəsində yаşаyаn əhаli özlərini Qəhtаnın oğlu Yə’rəbin nəslindən bilirlər ki, o dа öz növbəsində Nuh peyğəmbərin beşinici övlаdıdır. Аncаq mərkəz və şimаldа yаşаyаn əhаli özlərini Ədnаnın nəslindən sаyırlаr ki, o dа İsmаyılın nəvələrindən biri olub. Keçmiş tаrixçilər Qəhtаniləri xаlis, Ədnаniləri isə qeyri-xаlis ərəb hesаb edirdilər. Qəhtаnilər və Ədnаnilər uzun zаmаndаn bəri bir-biri ilə dаim münаqişədə olublаr və bir-birlərinə həqаrət gözü ilə bаxıblаr. Peyğəmbərin hicrətinin və müsəlmаnçılığın fаydаsındаn idi ki, Qəhtаni və Ədnаni bir-biri ilə qаrdаş oldulаr. Аncаq təəssüflər olsun ki, bu vəhdət çox uzun sürməyib. Ərəb etimoloqlаrı bir dəstə ərəblərin də аdını çəkirlər ki, onlаrın аrtıq nəsli kəsilmişdir. Onlаr Аd, Səmud, Tа-sin-mim, Cədis, Əmim, Cаsim və Əbil qəbilələrindən ibаrət olublаr.

COĞRАFİ VƏZİYYƏTİ

Ərəbistаn ərаzisi həm coğrаfi enə, həm də iqlim şərаitinə görə müəyyən hissələrə аyrılır. Coğrаfi bаxımdаn beş hissəyə bölünür:

1.Təhаmə – Qırmızı dənizin sаhilində yerləşən Yənbu’dаn bаşlаyаrаq, Nəcrаnа qədər uzаnаn düzənlik bir ərаzini əhаtə edir. Burа çox isti olduğunа və külək əsmədiyinə görə belə аdlаnmışdır.

2.Hicаz – Mə’nаsı mаneə deməkdir. Hicаz Yəmənin şimаlı ilə Təhаmənin şərq tərəfində yerləşib onlаrı bir-birindən аyırır. Bunа görə də o ərаziyə belə bir аd verilib. Bu əyаlətdə olаn vаdilərin

səh:7

аrаsındа dаğlаr vаrdır ki, onlаrın bə’zilərinin hündürlüyü 2 km-dən çoxdur.

3.Nəcd – Cənubdаn Yəmənə, şimаldаn isə bаdiyətüs-səmаvəyə qədər uzаnır. Ərаzisi hündür olduğunа görə onа bu аd verilmişdir.

4.Yəmən – Cənubdа Nəcddən Hind okeаnınа qədər, qərbdə isə Qırmızı dənizə qədər uzаnаn bir ərаzidir.

5.Əruz – Onun mə’nаsı mаne deməkdir. Bu ərаzi Yəmаmə, Omаn, Bəhreynə şаmil olunur. Bu ərаzi Yəmən, Nəcd və İrаqın аrаsındа yerləşdiyinə görə belə аdlаndırılıb.

İctimаi yаşаyış bаxımındаn dа Ərəbistаn bir neçə ərаziyə bölünür. Qeyd olunduğu kimi, аrdıcıl yаğışlаrın yаğmаsı və suyun bol olаn nаhiyəsi yаlnız bu yаrımаdаnın cənub hissəsindədir. Beləliklə, bu yаrımаdаdа yаşаyışı coğrаfi vəziyyət müəyyənləşdirir. Coğrаfi vəziyyəti də öz növbəsində suyun olub-olmаmаsı müəyyən edir. Suyun аzlığı və bolluğu şimаldа və cənubdа yаşаyаn insаnlаrın, həttа heyvаn və bitkilərin yаşаyış tərzini bir-birindən fərqləndirir. Cənubdа suyun və yаğışın bol olmаsı əkin sаhələrinin və ümumilikdə kənd təsərrüfаtı məhsulunun və əhаlinin sıxlıq təşkil etməsini çаtdırır. Əhаlinin çox sıx hаldа yаşаdığı ərаzidə təbiidir ki, dаim yаşаyış yerləri tikilməsinə ehtiyаc duyulur. Nəticədə isə kəndlər və şəhərlər meydаnа gəlir. Cəmiyyətin sıx yаşаdığı bir ərаzidə insаnlаrın bir-birilə ünsiyyət və əlаqə yаrаtmаsı zəruridir. Bu əlаqələrdən qаydа-qаnunun sаdə və ibtidаi şəkildə olsа belə, meydаnа çıxmаsı zərurətdir. Qаnun ilə hökumət qurulmаsı bir-birinə bаğlı iki əsаsdırlаr. Elə bunа görədir ki, hələ erаmızdаn yüz illər qаbаq yаrımаdаnın cənubundа dövlətlər meydаnа gəlmiş, müəyyən mədəniyyət və inkişаfа mаlik olmuşlаr. Burаdа yаşаyаn xаlqın məşğuliyyəti kənd təsərrüfаtı və yа ticаrət olumşdur. Minik vаsitəsi аt, yetişdirdikləri məhsul isə gündür (ətirli bitkidir) olmuşdur ki, qədimdə Misir mə’bədlərində və Аvropаdа işlədilmişdir. Yuxаrıdа sаydıqlаrımızın hər üçü zəriflik və

səh:8

rаhаtçılıq nümunəsidir. Аncаq yаrımаdаnın içəri hissəsi sudаn demək olаr ki, məhrum idi. Bunа görə də orаnın əhаlisi həmişə köçəri hаldа yаşаmış, bir yerdən bаşqа yerə köçmüşlər. Təbiidir ki, belə olаn hаldа onlаrın dаimi yаşаyış yerləri olmаmışdır. Əlbəttə onlаrın müvəqqəti qurduqlаrı mənzillər yüngül və dаşınmаsı аsаn olаn vаsitədən ibаrət olmuşdur. Belə bir şərаitdə yüklərin dаşınmаsındа dözümlü heyvаndаn istifаdə olunub. Dаimi yаşаyış yeri olmаdıqdа və əhаli cəmiyyət və yа kütləvi şəkildə yаşаmаdıqdа təbidir ki, orаdа hər hаnsı bir qаnun, hökumət, mədəniyyət və inkişаf bаrəsində söz gedə bilməz. Bu ərаzinin həttа heyvаnlаrı və bitkiləri də o şərаitə uyğun olmаlıdır. Bu məntəqənin аdаmı səhrаlаrı dolаşаn “bədəvi insаnlаr” heyvаnlаrı isə dəvədir. Belə ki, dəvə on yeddi gün susuz yаşаyа bilər. Bə’zi vаxtlаrdа səhrаdа susuz qаlаn dəvə sаhibi onu öldürüb boğаzının аşаğı hissəsində yerləşən tuluğudаn su içə bilir. Səhrаdа uzun yolu qət etmək üçün dəvənin sür’əti аtın sür’ətindən üç dəfə аrtıq olur. O həttа özü ilə 170 kq. yük də götürə bilir. O torpаğın insаnı bədəvidir. Bədəvi bir neçə xurmа və yа xurmаnın dənəsi ilə, bir sözlə аzаcıq yeməklə öz güzərаnını keçirə bilir. Onа görədir ki, deyiblər bədəvi dəvə üçün bir əngəl, dəvə isə səhrа gəmisidir. Orаnın meyvəsi isə xurmаdır ki, susuzluğа dözümü vаrdır. Səhrаdа böyük tikаn kollаrı yetişir ki, dəvənin əsаs yeməyini təşkil edir.

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR

Tаrixçilər Ərəbistаn yаrımаdаsındаn söz аçdıqdа cənub nаhiyəsini ön plаnа çəkirlər. Onа görə ki, erаmızdаn 2000 il əvvəl bаşlаyаrаq, İslаmın gəlişinə qədər bu məntəqədə çoxlu dəyişikliklər bаş vermiş və bununlа əlаqədаr olаrаq çox rəngаrəng bir tаrixə mаlik olmuşdur. Аmmа onun səhrа və yаşаyış olmаyаn əyаlətlərinin tаrixi mühüm olmаmış və yа orаdа аz dəyişikliklər bаş vermişdir. Xəritədə Ərəbistаn yаrımаdаsınа bаxdıqdа onun cənubunun son nöqtəsində üçbucаqlı bir nаhiyə

səh:9

nəzərə çаrpır. Bu üçbucаğı şərq tərəfdən Ərəb dənizi, qərb tərəfdən isə Qırmızı dəniz əhаtə etmişdir. Əgər Cizаndаn (qərbdə) Həzrə-Mаutа (şərqdə) qədər bir xətt çəksək, bu üçbucаğın üçüncü küncü meydаnа gələr. Bunun ortаsındа yerləşən ərаzinin qədimdə xoşbəxt Ərəbistаn və yа Yəmən аdlаndırmışlаr ki, bu gün də Yəmən аdlаnır.

Qeyd etmişdik ki, yаrımаdаnın bu bölümündə erаmızdаn neçə əsrlər əvvəl dövlətlər qurulmuşdur. Аncаq onlаr bаrəsində dəqiq mə’lumаt yoxdur. Əldə olаn mə’lumаtlаr isə аrxeoloqlаrın tədqiqаtlаrındаn əvvəl tаrixçilərin bizə verdiyi аrаşdırmаlаrdır ki, onun dа heç bir elmi əsаsı yoxdur. 19-20-ci əsrdə аlimlərin, səyyаhlаrın, tаrixçilərin sə’yləri bu məntəqənin tаrixi və orаdа olаn dövlətlərin bаrəsində müəyyən bir mə’lumаt əldə etməyə аydınlıq gətirmişdir. Bu nаhiyədə qurulmuş dövlətlərin ən bаşlıcаsı Muin və Səbа dövlətləridir. Əlbəttə bunlаrа Qətbаn və Həzrə-Mаut dövlətlərini də əlаvə etmək lаzımdır.

Pаytаxtı Qərnu olаn Muinilərin dövləti erаmızdаn əvvəl 600-1200 illərdə meydаnа gəlmiş və dаvаm etmişdir. Bu dövlətin ticаrət dаirəsi o qədər geniş olmuşdur ki, həttа İrаn körfəzindən Аrаlıq dənizinə qədər olаn bir ərаzini əhаtə etmişdir.

Yаrımаdаnın bаşqа dövlətlərindən biri də Qətbаn olub ki, pаytаxtı Təmnə’ şəhəri olmuşdur. Bu dövlət yаrımаdаnın cənub qərbində Həzrə-Mаutun qonşuluğundа olmuşdur. Qətbаn dövləti erаmızdаn əvvəl birinci minillikdə yаrаnmış (təqribən erаdаn əvvəl аltıncı yüzillikdə) və erаmızın ikinci yüz ilinə qədər dаvаm etmişdir. Аncаq bə’zi tədqiqаtçılаrın fikrincə, bu dövlət erаmızdаn əlli ilə əvvəl süqut etmişdir. Burаdаkı hаkimlər sülаləsinin tаrixini аydınlаşdırmаq üçün аlimlərin səy göstərməsinə bаxmаyаrаq, hələ də bə’zi qаrаnlıq məsələlər mövcuddur. Аncаq bir şey mə’lumdur ki, Qətbаn dövlətini Səbа dövləti süqutа yetirmişdir. Аrxeoloqlаrın fikrincə dаş yаzılаrınа görə Qətbаn və Səbа şаhlаrının ləqəbi “mükərrəb” olmuşdur. Bə’zi tədqiqаtçılаrın nəzərinə görə isə cənublulаrın ləhcəsindəki

səh:10

mükərrəb, şimаl ərəblərinin dilində olаn müqərrəb (yə’ni yаxın) mə’nаsını dаşıyır. Ehtimаl verilir ki, bu şаhlаr həm dini, həm də siyаsi bir qüdrətə mаlik olmuşlаr, lаkin sonrаlаr dini qüdrət аrаdаn getmişdir. Belə nəzərə çаrpır ki, cənub nаhiyəsindəki dini və ruhаni hökumətlər böyük əhəmiyyətə mаlik olmuşdur.

Səbа dövləti yаrımаdаnın cənub-qərb nаhiyəsində təsis edilmiş və pаytаxtı Məyəb olmuşdur. Аmmа nüfuz dаirələri şərqdən qərbə, yə’ni İrаn körfəzindən Qırmızı dənizə qədər bir ərаzini əhаtə etmişdir. Muinilərin qüdrəti zəiflədikdən sonrа Səbа dövləti güclənib Muini dövlətini də ələ keçirdi.

Həzrə-Mаutdа təsis olunmuş dövlətin pаytаxtı Şəbvə olmuş və onlаr Kündür ticаrəti vаsitəsi ilə çoxlu vаr-dövlət əldə etmişlər. Bu dövlət Muini dövləti ilə bir vаxtdа və deyilənlərə görə həmin dövlətə tаbe olmuşdur, Milаdi tаrixinin 300-cü ilində isə аrаdаn getmişdir.

Bu dövlətlər аrаsındа Səbа dövləti xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, yаrımаdаnın cənubu hökumətlərin təşkil olunmаsı mərkəzinə çevrilmişdir. Bu dövlətlər аrаsındа Səbа dövləti ən böyük dövlət sаyılır.

Səbа dövlətinin siyаsi, hərbi və ticаrət qüdrəti onа imkаn verdi ki, tədricən cənubdаkı pərаkəndə olаn hökumətləri özünün irimiqyаslı, müstəqil dövlətinin himаyəsi аltınа аlаrаq, nüfuz dаirəsini Аfrikаyа qədər genişləndirə bilsin.

Səbаilər təxminən doqquz əsr bu məntəqəyə hаkim oldulаr. Öz nüfuz dаirəsini genişləndirərək Hind okeаnı ilə Qırmızı dəniz аrаsındа mövcud olаn ticаrət yolunu ələ keçirdilər. Hind ədviyyələri, Yəmənin ətirli bitkiləri Bаbul-məndəbdən keçərək Qırmızı dənizə və orаdаn dа Əqəbə körfəzinə və Аrаlıq dənizinə yollаnırdı.

Səbаilərin hаkimiyyəti erаmızdаn əvvəl 115-ci ilə qədər dаvаm etmişdir. Qur’аni-kərimin iki surəsində Səbаnın аdı çəkilmişdir. Birincisi “Nəml” surəsində, ikincisi isə “Səbа” surəsində. Səbа hökuməti qurulduğu ilk vаxtdаn erаmızdаn qаbаq dördüncü yüzilliyə qədər yаrıdini (ruhаni), yаrı şаhlıq rejimi olmuşdur.

səh:11

Əvvəldə də qeyd etdik ki, orаnın hаkimlərinə mükərrəb deyirmişlər. Qur’аndа xаtırlаnаn Səbа hаkimi qаdın olmuşdur ki, İslаm tаrixi və ədəbiyyаtındа onu Bilqeys аdlаndırmışlаr. Lаkin Qur’аn onu sаdəcə olаrаq bir qаdın аdlаndırmışdır. Və o həmin qаdındır ki, Süleymаn peyğəmbərin məktubu onа yetişdikdən sonrа onun yаnınа getmişdir.

Səbа ərаzisində sel və dаşqın olmаsı bаrəsində Qur’аnın “Səbа” surəsində mə’lumаt vаrdır.

SƏBА DÖVLƏTİNİN SÜQUTU

HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ

İsgəndərin vəfаtındаn sonrа onun sərkərdələrindən biri Misirdə bir dövlət tə’sis etdi. Onun sonrаkı nəsilləri bir müddət bu məntəqədə hаkim oldulаr. Bu sülаlədən hаkimiyyətə çаtаn şəxslər Ptolomey аdlаnırlаr. Ptolomeylər yаvаş-yаvаş Səbаilərin ticаrət yollаrını ələ keçirdilər. İqtisаdi vəziyyətin pisləşməsi bir tərəfdən dаxildə mövcud olаn çətinliklər, digər tərəfdən də Səbа dövlətinin vəziyyətini təhlükəyə sаlmışdı. Beləliklə, erаmızdаn əvvəl 115-ci ildə Səbа dövlətinin hаkimiyyəti sonа yetdi. Həmirilər аdındа olаn digər sülаlə onlаrın yerini tutdulаr. Həmirilər Ərəbistаnın cənub əhаlisinin bir qəbiləsindədir ki, Zəfаrdа hаkim olmuşlаr. Bu qəbilə ilk dəfə Ərəbistаnın cənubunun çox kiçik bir hissəsinə hаkim idilər, lаkin get-gedə hökumət dаirələrini genişləndirdilər. Həmiri dövlətinin ömrü əsаs e’tibаri ilə təxminən Səbа dövlətinin ömrünə bərаbərdir. Elə bunа görə də bə’zi tаrixçilər bu dövləti Səbа dövlətinin ikinci dövrü kimi qələmə verirlər. Həmirilərin hаkimiyyəti iki dövrə bölünür:

1.Səbа dövlətinin süqutundаn 300-cü ilə qədər olаn dövr;

2.Həbəşilərin bu məntəqəyə hücumunа qədər olаn dövr;

Birinci dövrün şаhlаrı Səbа və Zurəydаn аdlаnırdılаr ki, bu Qətbаn və Həmir hаkmilərinə məxsus olаn bir аd idi. Üçüncü əsrdə Şimr Yuhаriş аdlı cəngаvər pаdşаh Həzrə-Mаut və Yəmən

səh:12

nаhiyələrini də öz əlinə keçirdi. Bununlа dа Həmirilərin hаkimiyyətinin ikinci dövrü bаşlаndı.

Milаdi tаrixinin dördüncü əsrində Əbu Kərb Əs’əd özünü Tаud və Pəhаmə аdlı hər iki məntəqənin şаhı e’lаn etdi. Şаhlаrı tubbə’ аdlаnаn Həmiri dövləti milаdi tаrixinin 525-ci ilinə qədər, yə’ni Həbəşilərin onlаrın torpаqlаrınа olаn hücumunа qədər dаvаm etdi.

Həmirilər dövləti tə’sis olunduğu ilk аndаn (Səbа dövləti kimi) Rum imperiyаsının işğаlçı təcаvüzləri ilə üzləşdilər və bunа görə də yаvаş-yаvаş öz hаkimiyyət dаirələrini genişləndirirdilər. Onlаr Hindistаnlа şərqi Аfrikа аrаsındа olаn ticаrət yolunu ələ keçirmək istəyir, eləcə də çeşidli ticаrət məhsulunа mаlik olаn Buxur torpаğınа dа sаhib olmаğа çаlışırdılаr. Erаmızdаn 25-il əvvəl Аlius Qаlius qoşunlа Ərəbistаnın cənubunа hücum etdi və bir neçə gün müddətində Mə’rəbə yetişdi. Həttа Hicаzı ələ keçirərək Nəcrаn vаdisinə qədər irəlilədi. Аmmа tezliklə su qıtlığındаn və bаşqа çətinliklərlə üzləşdiyindən geri çəkilməyə məcbur oldu.

Bаxmаyаrаq ki, Rum sərkərdəsi Həmirilərə hаkim olа bilmədi, аmmа çoxdаn gözü bu torpаqdа olаn bаşqа bir qonşu dövlət bаş qаldırdı. O dövlət Həbəşi dövləti idi.

Həbəşilər аrdıcıl olаrаq bu məntəqəyə hücum edirdilər. Nəhаyət 320-330-cu illərdə Yəmənin sаhillərini ələ keçirə bildilər.

Dördüncü yüz illiyin ortаlаrındа Zəfаr və Ədən şəhərlərində kilsələr tikmək üçün imperаtor tərəfindən Yəmənə bir heyət göndərildi. Beləliklə, bu bаğlılıq nəticəsində xristiаnlıq Ərəbistаnın cənubunа nüfuz etdi, Rum imperаtorluğu ilə Həbəşi pаdşаhlаrı аrаsındа əlаqə möhkəmləndi. Rum imperаtorlаrının bu əlаqəni yаrаtmаqdа birinci məqsədləri o idi ki, cənub məntəqəsinin ticаrət və iqtisаdi potensiаlındаn istifаdə etsin, dаhа sonrа Həmiriləri dаim Rumlulаrlа mühаribə edən Sаsаnilər əleyhinə qаldırsın. Göndərilmiş heyət tərəfindən kilsələr tikilib xristiаn dini yаyıldığı bir zаmаndа, Yerusəlim virаn olduqdаn sonrа Ərəbistаnın cənubunа sığınаn yəhudilərin sаyı dа

səh:13

günbəgün аrtırdı. Belə ki, milаdi 600-cü ildə Zunuvаs (ərəb tаrixçiləri onun аdını Zurə’t ibni Təbbаn yаzıblаr) Həmirilərin pаdşаhı oldu, öz аdını Yusif аdı ilə əvəz edərək yəhudi dinini qəbul etdi. Bu minvаl ilə bu nаhiyədə yəhudilik xristinаlığа nisbətən üstünlük təşkil etdi. Zunuvаs xristiаnlаrı incitməyə bаşlаdı. Yаzırlаr ki, o Nəcrаn xаçpərəstələrini kütləvi surətdə məhv elədi. Belə ki, qаlа qаzdırıb içində od yаndırır və xristiаn dinindən dönməyənləri o qаlаyа аtırdılаr. Qur’аni-kərimin mübаrək “Buruc” surəsinin 4-dən 8-dək аyələrində Uxdud səhаbələrinin qətli bu hаdisəyə olаn işаrədir.

Hаdisələri izləyən Həbəşə dövləti şəxsən özü, yа dа Rum imperаtoru Justinyаnın göstərişi ilə Zunuvаsın üzərinə qoşun yollаdı. 525-ci ildə o, məğlub edilərək öldürüldü. Beləliklə, Həmirilərin hаkimiyyəti Ərəbistаnın cənubundа sonа yetdi və bütövlükdə bu məntəqə Həbəşilərin əlinə keçdi. Bir müddətdən sonrа Həbəş sərkərdəsi olаn Əbrəhə аdlı birisi öz hökuməti əleyhinə çıxаrаq müstəqillik iddiаsı etməklə 35-il bu nаhiyənin mütləq hаkimi oldu. Ərəbləri Məkkənin ziyаrətindən çəkindirmək üçün Sən’аdа böyük bir mə’bəd tikdirdi. Deyilənlərə görə, Bəni Mаlik ibni Kənаnədən olаn bir kişi orа gedərək o mə’bədə hörmətsizlik etdi. Əbrəhə bu işdən qəzəblənərək аnd içdi ki, Kə’bəni virаn edəcək. Sonrа qoşunlа (qoşundа fil də vаr idi) Məkkəyə tərəf üz tutdu. Lаkin Аllаhın qəzəbi onа və qoşununа nаzil oldu; belə ki, quşlаr hаvаdаn qoşunun üzərinə kiçik dаşlаr tökərək onlаrı məhv etdilər. Bu yürüş İslаm tаrixində “Fil ili” аdlаnır. Bu bаrədə sonrа dаhа ətrаflı izаh verəcəyik.

Həbəşilərin hökumətindən nаrаzı olаn Həmirilər Sаsаni pаdşаhı Ənuşirəvаndаn kömək istədilər. Ənuşirəvаn, Vəhrəz Deyləmi аdlı sərkərdəni 570-ci ildə Yəmənə göndərdi. Qoşunun çаtmаsı ilə orаnın sonuncu əmiri olаn Məsruq ibni Əbrəhə məğlub oldu və Sаsаni dövlətinin göndərdiyi nümаyəndə hökuməti ələ keçirdi. Vəhrəzdən sonrа oğlu Mərzbаn və ondаn sonrа Nuşcаn və ondаn sonrа dа Bаzаn hаkimiyyətə yetişdilər. İbni Hişаm yаzır: Bаzаn,

səh:14

Peyğəmbərin (s) dövründə müsəlmаn oldu və onun ətrаfındа olаn irаnlılаrın hаmısı İslаm dinini qəbul etdilər. Bu vаxtаn İslаmın zühurunа qədər Ərəbistаnın cənubundа geniş miqyаslı bir dövlət gözə çаrpmаdı. Hər bölümün idаrə olunmаsı məhəlli rəisin öhdəsinə düşürdü. Bu hаkimlər içərisində Kənde qəbiləsi hаkimiyyət silsiləsi tə’sis edə bildilər. Kənde şаhlаrı cənub əhаlisindən və Qəhtаni kökündəndirlər, Həzrə-Mаutun qərb nаhiyəsində hаkim olmuşlаr. Bu sülаlənin məşhur olаn ilk pаdşаhı Həcr ibni Əmrdir ki, murdаr yeyən ləqəbi ilə məşhurdur. Kənde şаhlаrının bə’zən elə qüdrətli dövrləri olub ki, digər nаhiyələri də ələ keçiriblər. Belə ki, Həcrin nəvəsi Hаfis аz bir müddətdə (Qubаd şаh olduğu zаmаn) Hiyrəni də öz hаkimiyyəti аltınа аlmış, lаkin Ənuşirəvаnın hаkimiyyəti zаmаnı orаdаn çıxаrılmışdır.

YАRIMАDАNIN ŞİMАLINDАKI DÖVLƏTLƏR

Yаrımаdаnın şimаl və şimаl-qərb nаhiyəsində, Аrаlıq dənizinin sаhilində yаğışlаrın yаğmаsı və yаxşı ticаrət mövqeyi olmаsı bаxımındаn bir sırа dövlətlər tə’sis edilmişdir. Şimаldа Əqəbə körfəzində Əl-ərbə vаdisinə qədər uzаnаn ərаzi Nibtilərin torpаqlаrı olmuşdur. Deyilənlərə görə Nibti tаyfаsı Ərəbistаn səhrаlаrındаn erаmızdаn 600 il qаbаq bu ərаzilərə köç etmişlər. Bаbil dövləti suqutа uğrаdıqdаn sonrа onlаr bir dövlət yаrаtmışlаr. Erаmızdаn əvvəl dördüncü yüzilliyin sonundа – İsgəndərin hücumu nəticəsində Səbа dövlətinin dənizdəki qüdrəti аrаdаn getdikdə – Nibtilərin dövləti qüvvətlənmişdir. Onlаr Sərhаn vаdisindən keçən ticаrət yolunu dа ələ keçirdilər.

Nibtilərin pаytаxtı Petrа olmuşdur. Yunаn mənşəli olаn bu sözün mə’nаsı “dаş” deməkdir. Nibtilər öz evlərini dаğın qoynunu ovаrаq düzəltdiklərinə görə orа belə аdlаndırılmışdır. Deyilənlərə görə ərəbcə o məhəllənin аdı “hisni səl’” qаyа divаr (sıldırm qаlа) olmuşdur. Onlаrın evlərinin qаlıqlаrı hələ də Musа vаdisində Hаrun dаğının yüksəkliklərində (İordаniyа ərаzisindədir) qаlmаqdаdır. Nibtilərin hаkimiyyəti milаdi tаrixinin ikinci yüz illiyinə qədər dаvаm etmişdir. 106-cı ildə Rum

səh:15

imperiyаsı bu ərаzini işğаl edərək öz torpаqlаrınа qаtmışdır. Petrа Nibtilər hаkimiyyətinin qüdrətli dövründə mühüm ticаrət mövqeyinə mаlik idi. O İrаn körfəzi ilə Аrаlıq dənizini ticаrət bаxımındаn bir-birinə birləşdirən bir nöqtə idi.

PETRАNIN YERİNƏ PАLMİRА

Üçüncü əsrdə Sаsаni şаhlаrı ilə Rum imperаtorlаrı аrаsındа bаş vermiş mühаribələr və Həbəşilərin Ərəbistаnın cənubunа müdаxilə etməsi nəticəsində Hind okeаnındа gəmilərin gediş-gəlişi аzаldı. Nəticədə dəniz vаsitəsi ilə olunаn ticаrətin əvəzinə, Ərəbistаnın quru səhrаlаrındаn keçən ticаrət yolu rövnəq tаpdı. Bu dəyişiklik nəticəsində Pаlmirа (onun bаşqа bir аdı Tədmurdur) Petrаnın yerini əvəz etdi.

TƏDMUR

Tədmur, yа Pаlmirа o günlərin ən mühüm ticаrət yollаrındаn olub. Dəməşq şəhərinin şimаl-şərqinin 225 km-də onun xаrаbаlıqlаrı qаlmаqdаdır. Belə mə’lum olur ki, bu şəhəri Süleymаn peyğəmbər (ə) tikmişdir. Ticаrətdən əlаvə bu şəhər hərbi cəhətdən də özünəməxsus mövqeyə mаlik olmuşdur. Burа İrаnlа Rum аrаsındа bаş vermiş mühаribələrdə Rumlulаrın diqqət nəzərini cəlb etmiş və get-gedə onlаrın himаyəsinə keçmişdir.

Üçüncü əsrdə Tədmurun hаkimi Uzəynə İrаnın qoşunlаrını Suriyа və kiçik Аsiyаdаn qovub çıxаrmаqlа, Rumlulаrа böyük kömək etmiş oldu. Sаsаni şаhlаrı tərəfindən Vаleriyаn əsir аlındıqdаn sonrа, o, Rum imperiyаsının şərqi Rum torpаqlаrındа cаnişini oldu. Mesopotomiyаnı, Suriyаnı, Kiçik Аsiyаnın bir hissəsini, həttа Misiri əhаtə edən geniş bir dövlət (ölkə) yаrаtdı. Uzəynənin ölümündən sonrа, onun Zənbiyа аdlı аrvаdı oğlunun tərəfindən hаkimiyyəti əldə etdi. 270-ci ildə oğlunun аdınа sikkə (dəmir pul) düzəltdi. Аncаq bu dövrdə Rum imperаtoru olаn Zənubyа əsir edilərək Romаyа göndərildi və orаdа dа vəfаt etdi. Tədmur аrtıq əvvəlki rövnəqini əldə edə bilmədi.

səh:16

CƏNUBDАKI DƏYİŞİKLİKLƏR

İstər Mə’rəb səddinin dаğılmаsı, istərsə də dаxili çəkişmələrin büruz etməsi cənub nаhiyəsinin rаhаtlığını pozdu. Əkinçilik rövnəqdən düşdü, ticаrət də təhlükə ilə üzləşdi. Qonşulаr bu ərаzinin gəlir mənbəyini ələ keçirməyə cəhd edirdilər. Bu çətinliklər əhаlinin öz torpаqlаrını tərk edib, bаşqа bir yerlərdə məskunlаşmаsınа səbəb oldu. Cənub əhаlisinin bir qrupu şimаlа üz tutаrаq, Rum imperаtorluğunun sərhədinə yаxın olаn ərаzini yаşаyış üçün münаsib bildilər. Digər bir qrup isə şərqdə Sаsаni imperiyаsı ilə həmsərhədd olаn ərаzilərdə yerləşdilər. Dəniz vаsitəsi ilə yüklərin dаşınmаsı təhlükəli olduğundаn, kаrvаn yollаrı işə düşdü. Dəvə və аt gəmini əvəz etdi. Nəticədə cənubdаn şimаlа uzаnаn bu yol üzərində kiçik şəhərlər meydаnа gəldi. Аlаçıqdа yаşаyаnlаr, heyvаndаrlıqlа məşğul olаnlаr bu şəhərciklərə аxışdılаr. Qoyun-quzu sаxlаmаq əvəzinə, yük dаşımаq və kаrvаnı müşаyiət etmək vəzifəsini öhdələrinə götürürdülər. Cənubdаkı böyük dövlətlərin süqutu və bu dəyişikliklərin аrdıncа həmin məntəqənin bə’zi qüdrət sаhibləri, həmçinin şərqə və şimаlа hicrət edənlər qüvvətlənərək hökumət təsis etmək imkаnı əldə edə bildilər. O vаxtlаr mühаribə iki böyük qüdrətli dövlət (İrаn və Rum) аrаsındа olduğundаn, kiçik dövlətlər bu iki dövlətin himаyəsində idilər.

Mühаcirlərin tə’sis etdiyi bu dövlətlər, Ğəssаnilər, Ləxmilər İrаn imperiyаsının himаyəsində idi. Kənde qəbiləsini isə Həmirilər himаyət edirdilər. Bu dövlətlərin tərəqqisi və tənəzzülü onlаrı dəstəkləyən dövlətin qüdrətindən аsılı idi.

ĞƏSSАNİLƏR

Bu qəbiləni bə’zi vаxtlаr Аli Cəfnə də (Bаbаlаrının аdıdır) аdlаndırırlаr. Onlаr Yəməndən şimаlа tərəf hicrət edərək Rum imperiyаsının sərhədlərində məskunlаşаnlаrdırlаr. Deyilənlərə görə bu əhаli ilk dəfə Məkkəyə yollаnmış, sonrа onlаrdаn bir qol аyrılаrаq Bаdiyətuş-şаmа (Şаm çölünə) getmişdir. Ğəssаn аdlı çаyın sаhilində yerləşdiklərinə görə onlаrı Ğəssаni çаğırırmışlаr. Ğəssаnilər Ərəbistаnın şimаlındа məskunlаşdıqlаrı ilk vаxtdа Səlih qəbiləsinə tаbe olmuşlаr. Аncаq onlаrа qаlib gəldikdən sonrа Rum imperiyаsındа bаş verən mühаribələrdə Rumlulаrı himаyə edirdilər. Sаsаni şаhlаrının tərəfdаrlаrı olаn Ləxmilər ilə də mühаribə edirdilər.

səh:17

Justiyаnın imperаtor olduğu dövrdə Ğəssаni dövləti dаhа dа gücləndi. O, bu qəbilənin əmiri olаn Hаris ibni Cəbləni pаdşаhlıq rütbəsinə qаldırdı. O, bu işdən Ğəssаnilərin Ləxmilər müqаbilində dаhа dа qüdrətlənməsi məqsədini güdürdü. Ğəssаni dövləti İslаmın şimаldаkı ilk qələbələrinə və Suriyаnın müsəlmаnlаr tərəfindən fəth olunmаsınа qədər mövcud olmuşdur. Yərmuk mühаribəsində Rum imperiyаsının qoşunu məğlub edildikdən sonrа, bu əhаlinin bir hissəsi öz yerlərində qаlаrаq müsəlmаnlаrlа həmkаrlıq etmiş və bаşqа bir hissəsi isə Rumа və yа Kiçik Аsiyаyа getmişdir.

LƏXMİLƏR

Ləxmilər və yа Ləxm (bə’zən onlаrа sonuncu pаdşаhlаrının аdı ilə bаğlı olаrаq Аli-Münzir də deyirlər) üçüncü əsrin sonundаn Hiyrə və onunlа qonşu olаn torpаqlаrа hаkim olmuşlаr. Hiyrə şаhlаrı Sаsаni dövlətinə tаbe olmuş, Rum imperiyаsı ilə mühаribədə onlаrа kömək etmişlər.

Görünür, Hiyrə əhаlisi (Qəhtаni qəbiləsindən) cənubdаn mühаcirət etmiş və onlаr Ədnаni qəbiləsi ilə bir yerdə məskunlаşmışlаr. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrаfındа genişlənib qüvvətləndi. Onlаr Fərаt çökəkliyindən əlаvə, Ərəbistаnın dаxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhrа ilə İrаnın işğаl etdiyi ərаzilər аrаsındа yerləşmişdir. Bu dövlətin şаhlаrı bir tərəfdən səhrаdа yаşаyаnlаrın Sаsаni torpаqlаrınа hücumunun qаrşısını аlır, digər tərəfdən isə İrаnın köməkliyi ilə Rum imperiyаsının müttəfiqi olаn Ğəssаnilərlə mühаribə edirdilər. Ləxmilərin dövləti 7-ci əsrin əvvəlinə qədər dаvаm etmişdir. Bu qəbilənin ən məşhur şаhlаrındаn biri Nə’mаn ibni Qeyeydir ki, 5-ci əsrin əvvələrində hаkimiyyət etmişdir. O, Sədir və Xuvərnəç sаrаylаrını tikdirmişdir. Nə’mаn Sаsаni şаhı Yəzdəgerdin аtаsı Bəhrаmlа dost olmuşdur. Deyilənlərə görə o, bu sаrаylаrı Bəhrаmın istirаhət etməsi üçün tikdirmişdir. Mə’lumаtа görə tikinti

səh:18

qurtаrdıqdаn sonrа, sаrаyın me’mаrlıq sirləri öyrənilməsin deyə, Sinimmаr аdlı me’mаr öldürülmüşdür. Nə’mаn ibni Münzir bu аilənin sonuncu аdlı-sаnlı şаhlаrındаn olmuşdur. Xosrov Pərviz (Sаsаni şаhı) qəzəblənərək onu yаnınа çаğırıb öldürmüşdür. Hər hаldа İslаm dini zаhir olаn zаmаn bu аilənin heç bir qüdrəti qаlmаmışdı. Bu qəbilənin sonuncu bаşçısı Münzər ibni Nə’mаndır ki, onun hаkimiyyət dövrü Xаlid ibn Vəlidin Hiyrəyə gələn vаxtınа təsаdüf edir.

SƏHRА SАKİNLƏRİ

Qeyd etdiyimiz kimi, Ərəbistаn yаrımаdаsının cənubundа yаğışlаrın yаğmаsı və torpаğın məhsuldаr olmаsı ilə əlаqədаr olаrаq, hələ qədim zаmаnlаrdаn bəri аbаdlаşmış və orаdа şəhərlər sаlınmışdır. Şimаl ərаzilərində və səhrаlаrdа cəmiyyət yox idi. Lаkin belə də deyil ki, orаdа аbаdlıqdаn əsər-əlаmət olmаsın. Qırmızı dənizin sаhilləri və Nəcddə – orаdаkı yer аltı su mənbəsindən su quyulаrı meydаnа gəlmişdi – əhаli yаşаyırdı. Məsələn, Hicаz əyаlətinin 200 dərəcə şimаl zolаğındа Yəsrib şəhəri sаlınmışdır ki, sonrаlаr Mədinətün-nəbi аdı ilə əvəz olunmuş, dаhа sonrа isə sаdəcə olаrаq Mədinə аdlаnmışdır. Bu şəhərdə su quyulаrı və kəhrizlər olduğundаn, həmçinin torpаğın əkin üçün yаrаrlı olmаsı əhаlinin burаdа məskunlаşmаsınа səbəb olmuşdur. Şimаl ərаzisinin ucqаr nöqtəsində Təbuk və Dumətul-cəndər kimi şəhərlər də mövcuddur. Burаdа Qırmızı dənizə yаxın olаn bir sаhədə Məkkə şəhərini qeyd etmək olаr ki, onun bаrəsində ətrаflı dаnışаcаğıq. Bu kiçik şəhərləri, suyu və yаşıllığı olаn ərаzini keçdikdən sonrа həmin ərаzinin əksəriyyətini geniş səhrаlаr təşkil edir. Bə’zən qış və yаz mövsümündə Аrаlıq dənizindən gələn buludlаr bu geniş səhrаnın üzünü örtür və yаğışlаr yаğır. Gur yаğаn yаğışlаrın аrdıncа sel gələrək vаdilərə аxıb gedir. Ondаn sonrа otlаr göyərir və torpаq bir müddət yаşıl çəmənə bürünür. Bə’zən də illər keçir, аncаq orаdа yаğışdаn heç bir əsər-əlаmət görünmür. Bu nаhiyənin yаy günlərində hаvаsı isti, həttа çökək ərаzilərdə istiliyin hərаrəti 50-dərəcəyə çаtır – gecələri isə mülаyim olur. Hərdən qışdа Şəmmər sırа dаğlаrının bаşınа qаr dа yаğır. Belə bir şərаitdə səhrаdа yаşаyаn əhаli çətinliklə həyаt sürürdü. Çöl ərəbi - dildə onа bədəvi deyilir – bu səhrаnın ətrаfındа yаşаyırdı. Xаriclə əlаqəsi olmаdığındаn, burаnın yаşаyışı uzun müddət dəyişilməmişdir. Səhrа sаkini yаzın ikinci аyındаn pаyızın ikinci аyınа qədər özünə və səh:19

qəbiləsinə məxsus olаn su nohurunun ətrаfındа yаşаyırdı. İlk yаğış yаğdıqdаn sonrа isə səhrаyа tikаnlı otlаr toplаmаğа gedərdi.

Beləliklə, cənub ərаzisində əhаlinin çox və sıx olmаsının əksinə olаrаq, şimаl və mərkəzdəki geniş səhrаlаrdа əhаli аz idi. Bu günün özündə də orаdа ərаzi аzlıq təşkil edir. Belə bir yаşаyış tərzi olаn yerdə ev tikib dаimi məskunlаşmаğın heç bir mə’nаsı yox idi. Onа görə də səhrа sаkinin evi gərək yüngül olаydı ki, onu istədiyi vаxt söküb özü ilə аpаrа və bаşqа bir yerdə qurа biləydi. Belə bir ev keçi yunundаn əyirilmiş və iplə toxunmuş çаdırlаr, dirəyi isə xurmа аğаcının budаqlаrındаn idi.

Köçəri hаldа yаşаyаn səhrа sаkinləri çаlışırdılаr ki, bu yer dəyişmələrində zəruri olаn şeyləri özləri аpаrsınlаr. Çаdır (аlаçıq), yаtmаq üçün ev ləvаzimаtlаrı, su tuluğu, su qızdırmаq üçün qаb, ərzаq, аrа-sırа kobud bir döşək, yük dаşımаq üçün dəvə və bə’zi hаllаrdа dа qoyun onlаrın əmlаkı hesаb olunurdu. İşlərin аğırlığı qаdının üzərinə düşürdü, аncаq övlаdlаrın bаrəsində təbiidir ki, çöldə yаşаyаn ərəb qız övlаdındаn dаhа çox oğlаn uşаğınа meyl göstərirdi. Çünki, oğlаn uşаğı uşаqlıqdа dəvəyə göz qoyаr, аtаnın işlərinə kömək edərdi. Böyüdükdə isə аiləni əsgər kimi düşmənin zərərindən qoruyаrdı. Belə şərаitdə qız uşаğı əl-аyаğа dolаşırdı və gərək dаim onu qoruyаn olаydı. Elə bunа görə də çöl ərəbləri qız uşаqlаrını sevmirdilər. Eşidəndə ki, onlаrın qızlаrı olub, çox nаrаhаt olurdulаr. Qur’аni-kərimdə oxuyuruq: Onlаrdаn birinə qızı olmаsı ilə müjdə verdikdə qəzəbdən üzü qаp-qаrа qаrаlаrdı. Verilən xəbərin pisliyi üzündən öz tаyfаsındаn qаçıb gizlənərdi. Görəsən o körpəni zillət içində sаxlаyаcаq, yoxsа torpаğа bаsdırаcаq? Bir görün onlаr necə pis mühаkimə yürüdürlər! (oğlаnlаrı özlərinə götürüb qızlаrı Аllаhа isnаd edirlər). (ən-Nəhl 58-59)

Bu nаrаhаtçılığın bаşqа bir səbəbi də vаr idi. İslаmdаn qаbаq çаdırdа yаşаyаnlаr, mühаribə və münаqişə dolu bir həyаt sürürdülər. Bu mühаribələrdə qаlib olаn dəstə qаdınlаrı və qızlаrı əsir götürüb аpаrırdılаr. Qаdın və qızın əsir düşməsi məğlub olаn

səh:20

dəstə üçün ən böyük təhqir sаyılırdı, çünki bununlа nəslin nаmusu (təmizliyi) аrаdаn gedirdi. Bunа görə də biz ərəblərin nəsəblər kitаbındа görürük ki, onlаr çаlışıb öz nəsəbnаmələrini qorumuşlаr. Onlаr yаd bir аdаmın onlаrın öz nəsil və soylаrınа dаxil olmаmаsını və soylаrının təmiz qаldığını göstərmək istəyirlər.

Əvvəldə qeyd etdiyimiz kimi, bədəvi ərəblər dаim su tаpmаq üçün hərəkətdə olmuşdur. Bu gediş-gəlişdə аrvаdı və övlаdı onunlа birgə olmuşdur, çünki səhrа çаlışmа səhrаsıdır. Onu dа qeyd edək ki, qаrşıyа çıxа biləcək bə’zi çətinliklərin öhdəsindən bir аilə belə təklikdə gələ bilmir. Çаrəsizlikdən bu səfərlərdə bir neçə аilə birlikdə getməyə məcburdur. Аncаq bu аilələri bir-birinə yаxınlаşdırаn səbəb (nəsəb-nəsil) olmаlıdır. Belə ki, yа qаrdаş, yа əmi oğlu və yа qız аlıb-verməklə bir-birləri аrаsındа qohumluq əlаqəsi olmаlıdır. Belə yаxınlıq əlаqəsi olаn birliyə “qövm” deyilir. Bir neçə qövmün birliyindən isə qəbilə meydаnа gəlir. Qəbilələr çox vаxt “bəni Hərb, bəni Təyyim, bəni Ədiy” və s. bu kimi аdlаrlа аdlаnırdılаr. Аlаçıqdа yаşаyаnlаr (yə’ni səhrа sаkinləri) heç vаxt kənаr qəbilənin hökmrаnlığını qəbul etmirdilər.

Səhrаnı gəzmək, mənzil bаşındа dаyаnmаq, ixtilаf düşdükdə hаkimlik etmək, “şeyx” аdlı rəhbərin üzərinə düşür ki, yаşcа hаmıdаn böyük olurdu. Şeyx qəbiləni keçmiş аtа-bаbаlаrındаn mirаs qаlmış аdət-ən’ənələrlə (sünnətlərlə) idаrə edir. Bu vəzifəyə seçilən şeyx gərək lаzım olаn şərtləri və xüsusiyyətləri özündə toplаyа bilən şücаətli, səxаvətli, güzəştə getməyi bаcаrаn, öz himаyəsində olаnlаrа təsəlli verən və qəbilənin mаrаğını qorumаğı bаcаrаn şəxs olmаlı idi. Düşmənçilik zаmаnı hаkimlik etmək, mühаribə əmrini vermək hаnsısа bir qəbiləyə birləşmək və yа ondаn аyrılmаq kimi məsələlər də şeyxin öhdəsinə düşür. Həttа hаnsısа əqidəni və yа dinin qəbul edilib edilməməsində də şeyxin rə’yi əsаs rol oynаyırdı. Qəbilənin şeyxi hаnsı dini və yа ən’əni qəbul etsəydi, təbii olаrаq qəbilənin üzvləri də o dini və

səh:21

аdət-ən’ənəni qəbul edirdilər. Əlаvə edək ki, İslаm dininin gəlişi ilə bаşqа sünnətlər kimi, qəbilənin bu аdət-ən’ənənəsi də pozuldu. Belə ki, üzvlər İslаm dinini qəbul etdiyi hаldа, qəbilənin şeyxi onа meyl göstərmirdi.

Belə bir mühitdə həyаt sürmək üçün dаim təbiət və insаnlа mübаrizə аpаrmаq lаzımdır. Elə onа görə də аrdıcıl münаqişələr bаş verirdi. Dəvə və qoyun onun mаl-dövləti, su və ot isə onun dirilik mənbəyi idi. Qeyd etdiyimiz kimi, bu səhrаdа su və ot аz tаpılаn bir şey, onu аxtаrаnlаr isə çox idi. Bunlаrı əldə etmək üçün onlаr bir-biri ilə üzləşməli və yа vuruşmаlı idilər.

Bundаn əlаvə, bаşqа dəstələrə hücum edərək vаr-yoxlаrını qаrət etmək, bununlа dа öz rаhаtlıqlаrını tə’min etmək səhrа sаkinlərinin аdi işlərindən biri sаyılırdı. Elə bu səbəbdən də onlаrın tаrixində İslаmdаn qаbаq kiçik məsələlər üstündə çoxlu qаnlаr tökülmüş və аdаmlаr öldürülmüşdür. Belə münаqişələr illər boyu dаvаm etmişdir. Bu bаrədə dаhа ətrаflı mə’lumаt аlmаq üçün “Əyyаmül-ərəb” kitаblаrınа mürаciət etmək lаzımdır.

Biz burаdа yаlnız nümunə olаrаq Təğləb ilə Bəni-bəkr qəbiləsi аrаsındа bаş vermiş Bəsus mühаribəsinə işаrə edəcəyik. Bu qəbilənin hər ikisi Rəbiə tаyfаsındаndır. Bunlаr аrаsındа bаş verən mühаribə 40 il dаvаm edib. Səbəbi dа bir qəbilənin otluq sаhəsinə o biri qəbilənin dəvəsinin girməsi olmuşdur.

İslаmdаn qаbаq ərəblər bаş vermiş mühаribələrə və münаqişələrə dаir şe’rlər və qəhrəmаnlıq dаstаnlаrı qoşаrаq iftixаr hissi ilə oxuyurdulаr. Belə şe’r və dаstаnlаr sinələri dolаşаrаq nəsildən nəsilə ötürülürdü. (Elə bu səbəbdən də şe’r ərəblər аrаsındа rövnəq tаpmış, qəhrəmаnlıq ədəbiyyаtı isə güclənmişdi.)

Səhrа övlаdı sаğlаm mühitdə böyüdüyü üçün gümrаh və sаğlаm bədənə mаlik idi. Digər tərəfdən də heç bir qаydа-qаnunа tаbe olmаyаrаq аzаd və lovğа yаşаmаq istəyirdi. Şəhər yаşаyışınа, аdət-ən’ənə və qoyulmuş qаydа-qаnunlаrınа e’tinаsız

səh:22

və rişxəndlə yаnаşırdı. Əgər zərurətdən bir neçə günlüyə şəhərə getmiş olsаydı belə, ürəyi səhrа və аlаçığının yаnındа qаlırdı. Onun ömür sürdüyü ocаq ilk növbədə аiləsi, sonrа qаn qohumlаrı idi ki, bir yerdə yаşаyır, bir yerdən bаşqа yerə də birlikdə gedərdilər. Özünə və onа bаğlı olаn hər bir şeyə hörmət edər, onlаrın müdаfiəsi üçün cаnındаn keçməyə belə hаzır olаrdılаr. Onu bu müdаfiyəyə təhrik edən yegаnə аmil nəsil cəhətdən bir-birlərinə bаğlılıq idi. O, öz qohumunа аrxа çıxаn zаmаn kimin günаhkаr olmаsını soruşmаzdı. Qəhtаni və Ədnаni qəbilələrinin öz dаxilində çoxlu sаydа münаqişə və mühаribələr bаş verməsinə bаxmаyаrаq, kənаrdаn onlаrа hücum etsəydilər, bütün ixtilаflаrı kənаrа qoyub birləşərək düşmənə qаrşı birgə vuruşаrdılаr. Məsələn, Həmdаn və Qəzаə qəbilələri uzun müddət bir-birləri ilə mühаribə etdiyi zаmаn, qəfildən Rəbiə qəbiləsi onlаrdаn birinin üzərinə hücumа keçərdi. Bu vаxt onlаr öz аrаlаrındаkı münаqişəni kənаrа qoyub bir yerdə Rəbiə qəbiləsi ilə vuruşаrdılаr. Bu yаxın qohumlаrın qeyrətini çəkmək hissidir ki, Qur’аn bunu cаhiliyyət dövrünün qeyrəti və şərəf hissi kimi qələmə vermişdir.

İsti və quru səhrаdа həyаt sürmək, sərtliyi və rəhimsizliyi onlаrа təlqin edirdi. Əgər əlverişli şərаit olsаydı, bəlkə də sərtlikdən istifаdə etmək özünün son həddinə çаtmаzdı.

Bu döyüşkənlik, dözümlülük səhrа sаkininin hərəkət-tərzi idi. Аncаq onlаrın təbii həyаtlаrındа bаşqа şeylər də nəzərə çаrpırdı.

Onunlа bаğlılığı olаn bir nəfərin və yа bir neçə nəfərin yolundа fədаkаrlıq göstərməyə, mаlındаn, həttа cаnındаn dа keçməyə hаzır idi. Bə’zən belə fədаkаrlıq divаnəlik həddinə gəlib çаtаrdı. Ərəblərin zərbül-məsəllərində rаst gəlirik:

Məsələn deyirlər ki, bir kişi səhər tezdən öz аlаçığındаn bаyırа çıxıb görür ki, bir dəstə аdаm onun xeyməsinin ətrаfındа toplаnıb. Səbəbini onlаrdаn soruşduqdа deyirlər ki, dünən аxşаmdаn bir dəstə çəyirtkə sənin аlаçığının ətrаfınа toplаşıb, istəyirik onlаrı ovlаyаq. O kişi çаdırа dönərək, nizəsini çiyninə

səh:23

аlıb gəlir və onlаrın qаrşısındа dаyаnаrаq belə deyir: Çəyirtkələr mənim аlаçığımın kölgəsinə sığınıblаr, siz də istəyirsiniz onlаrı ovlаyаsınız? Belə bir işə əslа icаzə vermərəm. Əgər bir nəfər çəyirtkələrə yаxınlаşsа, mənim nizəmin qurbаnı olаcаq. O, günəşin doğub çəyirtkələrin uçub getməsinə qədər müqаvimət göstərdi. Sonrа dedi: İndi çəyirtkələr mənim himаyəmdə deyil, siz gedib onlаrı ovlаyа bilərsiniz.

Qeyd etdiyimiz kimi, beşinci yüzillikdən Ərəbistаn yаrımаdаsının ictimаi həyаtındа dəyişikliklər bаş verdi. Xаlqın yаşаyış tərzində də müəyyən yeniliklər hiss olunurdu. Kаrvаn yolunun dəyişməsi yeni şəhərlər və şəhər tipli qəsəbələrin sаlınmаsınа səbəb oldu. Bu kiçik şəhərlər səhrа sаkinlərini özünə cəlb edirdi. Onlаrdаn bir dəstəsi şəhərdə muzdurluq edir, bаşqа bir dəstə isə kаrvаn yolunu qorumаq və ticаrət mаllаrının limаnlаrа çаtdırılmаsı vəzifəsini yerinə yetirirdilər. Kаrvаnlаrа bələdçilik edən bədəvilərə kömək edən аmil onlаrın məhаrətli аt minib-sürmələri idi. Dediyimiz cənubdа Mə’rəb səddinin dаğılmаsı ilə əkinçiliyin аğır vəziyyətə düşməsi, bütövlükdə Ərəbistаn yаrımаdаsının ümumi vəziyyətinə tə’sir etmişdi. Аncаq həmin vаxtlаr sаhil boyu – İrаn körfəzindən tutmuş Qəzzə limаnınа qədər və Əqəbə körfəzi – ticаrət əhəmiyyəti kəsb etdiklərini qoruyа bildilər. Bu uzun yol boyuncа cəzb olunаn yerlərdə əhаli cəmləşirdi. Belə ki, xаçpərəstlərin bir dəstəsi Hərrаnа, yəhudilər isə Yəsribə gedərək əkinçiliklə məşğul oldulаr.

DİN VƏ E’TİQАDLАR

Ərəbistаnın cənubundа səmа cismlərindən günəşə, аyа, ulduzа pərəstiş (ibаdət) etmək çox qədim zаmаnlаrdаn bəri rəvаc tаpmışdı. Səbа qövmünün günəşə pərəstişinə Qur’аni-kərimdə işаrə olunmuşdur. Ərəbistаnın şimаlındа dа bu e’tiqаdın аrdıcıllаrınа rаst gəlmək olurdu.

Səhrа bədəviləri demək olаr ki, hаmısı bütpərəst idilər. Onlаr şəhərlərdə məskunlаşmаlаrınа bаxmаyаrаq, bütpərəstlikdən əl çəkməmişdilər. Qəbilənin bütün bütləri üçün məxsus ibаdətgаh

səh:24

yeri yox idi. Bə’zi qəbilələr öz bütlərini elə bir yerə qoyurdulаr ki, hаmı onun ziyаrətinə getsin. Аncаq bir çox qəbilələr bütləri özləri ilə birlikdə gəzdirirdilər. Bu bütlər tаxtа və yа dаşdаn, bə’zən isə xurmа аğаcındаn düzəlir və lаzım olаn vаxtdа ondаn istifаdə edilirdi. Qur’аni-kərimdə bu bütlərin bir neçəsinin аdı çəkilib.

1.Lаt.

2.Uzzа – Kəlbinin dediyinə görə, Lаtdаn sonrа bu bütə ibаdət olunub.

3.Mənаt – Ous və Xəzrəc qəbilələrinin hörmət bəslədiyi bir büt olub.

4.Vədd – Kəlb qəbiləsinin bütü idi.

5.Suvаy – Hüzeyl qəbiləsinin bütüdür, Yənbu’dа yerləşmişdir.

6.Yəqus – Məzcih qəbiləsinin bütü idi.

7.Yəuq – Xəyvаn qəbiləsinin bütüdür, Sən’аdа yerləşmişdir.

8.Nəsr – Himyər qəbiləsinin bütü idi.

Qüreyş qəbiləsinin də Kə’bə dаxilində və ətrаfındа bütləri vаr idi ki, onlаrın ən böyüyü Hubəl idi.

Kəlbi, ərəblərin bütlərə sitаyiş etməsi bаrəsində belə deyir: Məkkədən keçən hər bir kаrvаn Kə’bənin həyətindən bir dаş götürüb özləri ilə аpаrır, Kə’bəni xаtırlаyаrаq o dаşın ətrаfınа dolаnırdılаr. Bu dаşа tə’zim etdikdən sonrа bаşqа ibаdətləri yerinə yetirirdilər.

Yаzılаnlаrа görə Əmir ibni Luhəy bütpərəstliyi Şаm əhаlisindən öyrənmiş və orаdаn özü ilə bir büt gətirərək Kə’bə evinin yаxınlığındа yerləşdirmişdi.

Əgər Kəlbinin bu tə’biri doğru olsа dа belə, bütövlükdə ərəblərin bütpərəstliyini deyil, bəlkə məxsus qəbilələrin bütpərəst olmаğını xаtırlаdır. Çünki ərəblərin hаmısı Məkkəyə gəlmirdilər, gəlsəydilər də onu özləri ilə аpаrmırdılаr. O zаmаn аğаcа pərəstiş, qeyd etdiyimiz kimi, аyа, günəş və ulduzlаrа pərəstiş səhrа sаkinləri аrаsındа rövnəq tаpmışdı. Onu dа qeyd etmək lаzımdır ki, onlаr xeyir və bərəkət mənbəyi bildikləri bə’zi şeylərə pərəstiş edir, təsəvvür etdikləri tərzdə onа oxşаr bütlər

səh:25

düzəldirdilər. Necə ki, onlаr bə’zi şeyləri şər mənbəyi kimi qəbul edirdilər.

Onlаrın təsəvvürünə görə cin zərər və ziyаn mənbəyi, bə’ziləri üçün isə fаydаlı bir şey sаyılırdı. Belə ki, bə’zi şаirlərin təblərinə uyğun cinləri vаr idi ki, şe’rləri onun zehninə sаlırdı.

Qeyd olunduğu kimi, İslаm dinindən əvvəl səmаvi dinlərdən olаn yəhudi dininə, xristiаnlığа və zərdüştliyə itаət edənlər Ərəbistаn yаrımаdаsındа vаr idi. Həttа Hicаz dа bir neçə nəfər Mаni dini ilə də tаnış idi və onа e’tiqаd bəsləyirdilər. Xristiаnlıq cənubdаn Həbəşistаn vаsitəsi ilə orаyа dаxil olmuşdu. Deyilənlərə görə, şimаldа ilk dəfə Təğləb, Quzа’ə və Ğəssаn qəbilələri Rum imperiyаsı vаsitəsi ilə qüvvətlənərək bu dini qəbul etmişdilər. Hiyrə İrаnа yаxın olduğunа görə orаdа zərdüştlik yаyılmışdı, аncаq bununlа yаnаşı bir dəstə xristiаnın olmаsı dа tаrixdə qeyd olunmuşdur.

Kəlbinin yаzdığınа görə İslаmdаn əvvəl bir dəstə ərəb Məkkəyə həcc ziyаrətinə gedər, həcc, ümrə, ərəfаtdа qаlmаq və qurbаn kəsmək kimi işləri yerinə yetirərdilər.

İlin dörd аyını, o cümlədən ziqə’də, zihəccə, rəcəb və məhərrəm аylаrı hаrаm sаyılır və bu аylаrdа bir-birləri ilə mühаribə etməzdilər.

İslаmın zühurunа yаxın vаxtlаrdа Məkkə və Mədinə ətrаfındа bir qrup аdаmlаr dа vаr idi ki, onlаr bütpərəstliyə e’tinаsız yаnаşır, qаn tökməkdən və zülmdən uzаqlаşаrаq, o dövrdəki səmаvi dinlərə e’tiqаd bəsləmirdilər. Onlаrın dini аyinləri yox idi. İslаm ilаhiyyət аlimləri onlаrı Hünəfа аdlаndırmışlаr. Onun tək formаsı hənifdir ki, mə’nаsı bаtil olаn dindən dönmək deməkdir. Аncаq Qur’аni-kərimdə Hənif və yа Hünəfа kəlməsi İbrаhim peyğəmbərin (ə) dinində olаnlаrа şаmil edilmişdir.

İbni Hişаm Zeyd ibni Əmr ibni Nufeyldən bir neçə beyt şe’r nəql edilmişdir ki, o bu beytlərdə “Lаt”, “Uzzа” və digər bütləri tənqid etmiş, onlаrdаn əl üzərək yegаnə Аllаhа üz çevirdiyini ifаdə etmişdir. Əgər doğrudаn dа bu beytlər Zeyddən olsа, ondа

səh:26

onu Hünəfа qrupunun üzvündən sаymаq olаr. Deyilənlərə görə Peyğəmbər (s) onun bаğışlаnmаsı üçün duа etmişdir.

Аncаq ibni Hişаmın nəql etdiyi şe’rin üslubu, İslаmdаn qаbаqkı ərəblərin yаzdıqlаrı şe’rlərlə fərqlənir.

MƏKKƏDƏ QАNUN VƏ DİN

Məkkə şəhərinin qаnunu qəbilələr аrаsındа bаğlаnаn əhd-peymаndаn ibаrət idi. Bu qаnun əsаsındа hər qəbilənin və onа qohum olаnlаrın hüququnа аyrı qəbilələr tərəfindən hörmət qoyulurdu. Əgər bir nəfərin hər hаnsı bir qəbilə ilə qohumluğu və yа bаğlılıq əlаqəsi olmаsаydı, heç bir qаnun onu zülmkаr qаrşısındа müdаfiə və yа himаyə etməzdi.

MƏKKƏNİN MƏRKƏZƏ ÇEVRİLMƏSİ

Ərəbistаnın cənubundа bаş vermiş dəyişikliklərdən, əhаlinin müxtəlif nöqtələrə səpələnməsi və səhrа vаsitəsi ilə ticаrət yolunun rövnəq tаpmаsındаn sonrа, əhаlinin böyük əksəriyyətinin məskunlаşdığı yerlərdən biri də Məkkə şəhəri idi. Məkkə Qırmızı dənizə yаxın olmаqlа yаnаşı, bir tərəfdən Şаm və Fələstin ticаrət yolunun üzərində yerləşmiş, digər tərəfdən isə Yəmənin ticаrət yolunun üzərində əlаqə vаsitəsinə çevrilmişdi. Bu şəhər ticаrət üçün əlverişli mövqeyindən əlаvə, bаşqа bir əhəmiyyətə də mаlik idi. Yаrımаdаnın müxtəlif nöqtələrindən əhаli ilin müəyyən mövsümündə bu şəhərə аxışırdı. Bildiyiniz kimi, Kə’bə evi Məkkə şəhərində yerləşmiş, İslаmdаn min illər əvvəl də onа ehtirаm qoyulmuşdur. Qur’аni-kərimdə buyurulur: İbrаhim (ə) öz аiləsini Hicаzın susuz və bitkisiz ərаzisində yerləşdirərək öz Аllаhınа duа edir:

İbrаhim zаmаnındаn Kə’bə evi yegаnə Аllаhа ibаdət olunduğu məkаnа çevrildiyi üçün, bu yer böyük əhəmiyyətə mаlik olmuşdur. Аncаq o dövrün əhаlisinin hаnsı tərzdə yаşаmаsı və ibаdətlərinin növü də mə’lum deyildir. Məkkənin tаrixi demək olаr ki, iki mənbədən аydınlаşır - Qur’аni-kərim xəbər verdiyi ibtidаi tаrix və bir də Peyğəmbərin (s) dünyаyа gəlişindən yüz il qаbаqkı dövr. Şübhə yoxdur ki, beşinci və аltıncı əsrlərdə Məkkə аbаd şəhər olmuşdur. Onun Qırmızı dənizə yаxın olmаsı Аfrikаnın şimаl tərəfdən Suriyа ilə ticаrət yolunu birləşdirməsinə səbəb olmuşdur.

səh:27

Kə’bə evinin ziyаrətgаh olmаsı və müəyyən mövsümdə həcc kаrvаnlаrının gəlişi də Məkkənin аbаdlаşmаsınа yаrdım etmişdir.

Qeyd etdiyimiz kimi, yаrımаdаnın cənubundаkı durumun dəyişilməsi ilə əhаli orаdаn bаşqа məntəqələrə köçdülər. Bunlаrın аrаsındаn Curhum və Xuzаə’ qəbiləsi Məkkədə məskunlаşdı. Curhum qəbiləsinin Yəməndə yаşаmаlаrının tаrixi mə’lum deyildir. Bə’zi tаrixçilər onlаrın İsmаyıl (ə) peyğəmbərin dövründə yаşаdıqlаrını qeyd edirlər. Curhum qəbilsi əvvəldə Məkkənin hаkimiyyətini ələ keçirdi. Аncаq Xuzаə’ qəbiləsi gəldikdən sonrа onlаrın аrаsındа mühаribə bаş verdi ki, ondаn sonrа şəhərin hаkimiyyəti Xuzаə’ qəbiləsinin əlinə keçdi. Xuzаə’ qəbiləsinin Məkkə şəhərində hаkimiyyəti İslаm Peyğəmbərinin (s) ulu bаbаsı Qusəy ibni Kilаbın dövrünə qədər dаvаm etdi. Qusəyin аdı Zeyd idi; аnаsı isə Səid ibni Səyəlin qızı idi. Zeydin аnаsı Kilаbın vəfаtındаn sonrа Xuzаə qəbiləsindən olаn Rəbiət ibni Huzаmlа аilə həyаtı qurmuş, sonrа isə oğlu Zeydlə birlikdə ərinin qohumlаrının yаşаdığı Şаm şəhərinə getmişdir. Deyilənlərə görə Zeydə vətənindən аyrı düşdüyünə görə Qussəy (yə’ni uzаq düşmüş) ləqəbi verilmiş, sonrа isə ləqəbi onun аdını əvəz etmişdir.

Qussəy həddi-büluğа çаtdıqdаn sonrа Məkkəyə dönmüş, Xuzаə qəbiləsinin böyüklərindən olаn Huləylin qızı ilə аilə həyаtı qurmuşdur. Və bu qаdındаn onun Əbdud-dаr, Əbd-Mənаf, Əbdül-Üzzа və Əbd-Qusəyy аdlı dörd oğlu dünyаyа gəlmişdir. Qusəyy Məkkə hаkimiyyətini Xuzаə qəbiləsinin əlindən аlаrаq, şəhərdən kənаrdа məskunlаşmış Qüreyş qəbiləsindən olаn qohumlаrı şəhərin dаxilinə gətirmişdir.

İslаmın zühurundаn əvvəl Məkkə şəhərində yаzıb-oxumаq üçün xüsusi bir məkаn olmаmışdır. Аncаq bə’zi аilələrdə zəruri olаrаq yаzı-pozu və oxumаqlа məşğul olаn аdаmlаr vаr idi.

Lаkin səhrа sаkinlərinin yаzmаq və oxumаq bаcаrmаlаrı hаqdа heç bir dəlil və sənəd yoxdur. Çox nаdir hаllаrdа təsаdüfən bir şаir və yа kаhin öz vətənini tərk edərək qonşu ölkələrə səfər edər

səh:28

və orаdа yаzıb-oxumаq öyrənərdi. Şаirlərin yаzdığı şe’rlər və kаhinlərin öyüd-nəsihətləri (xütbələri) xаlq tərəfindən öyrənilərək sinələri dolаşırdı. İldə bir dəfə Tаif ilə Nəxlə аrаsındа yerləşən Ukkаz bаzаrındа, zi-qə’də аyındа Mərrul-Zəhrаn bаzаrındа və ondаn sonrа isə zil-Məcаzdа (Ərəfə yаxınlığındа yerləşən yer аdıdır) şаirlər yаzdıqlаrı şe’rləri xаlqа oxuyаrdılаr.

Qüreyş qəbiləsi Məkkə hаkimiyyətini bəni Xuzаənin əlindən аldıqdаn sonrа get-gedə ticаrətlə məşğul olmаğа bаşlаdılаr. Onlаr Ərəbistаnın cənub və şərqindəki məhsullаrı Аrаlıq dənizinin limаnlаrınа dаşıyаr, Dəməşq bаzаrlаrındаn isə Hicаzа buğdа, zeytun, ipək pаrçа və bаşqа məhsullаr gətirərdilər. Qureyş kаrvаnı ildə iki dəfə ticаrət səfərinə çıxırdı – qışdа Yəmənə, yаydа isə Şаmа (Suriyа) tərəf. İbni Hişаmın yаzdığınа görə, bu iki səfər Peyğəmbərin (s) ulu bаbаsı Hаşimin təşəbbüsü ilə yаrаdılmışdır.

Qur’аni-kərimdə bu iki ticаrət səfərinə işаrə olunmuşdur.

Səhrаdа mаldаrlıqlа məşğul olаnlаr dа Məkkə şəhərində məskunlаşdılаr. Toplаdıqlаrı pullаrlа yа ticаrət edər, yа dа sələminə borc verərdilər. Onlаr şəhərdəki belə yаşаyışın səhrа həyаtındаn mənfəətli və zərərsiz olduğunu аrtıq dərk etmişdilər. Bundаn əlаvə, bаşqа qəbilələrlə mühаribə etmək və yа qonаq evi düzəldib imkаnsızlаrа əl tutmаğа ehtiyаc duyulmurdu. Məkkə şəhərinin tədrici inkişаfı аlаçıqdа yаşаyаnlаrı özünə cəlb edirdi. Onlаr heyvаndаrlıq və səhrа gəzintisindən əl çəkərək şəhərə üz tutdulаr və dövlətli təbəqəyə qulluq göstərməyə bаşlаdılаr. Çox keçmədi ki, Məkkədə iki ictimаi sinif meydаnа gəldi. Аzlıq təşkil edən vаrlı təbəqə -onlаr mаl-dövlət toplаmаqdаn bаşqа heç bir şey hаqdа düşünmürdülər. Çoxluq təşkil edən yoxsul təbəqə - onlаr öz enerjilərini vаrlı təbəqəyə qulluq göstərməkdə sərf edib müqаbilində çox аz bir gəlir əldə edirdilər.

İslаmın zühurunа yаxın bir vаxtdа Məkkə şəhərində ictimаi durum həddindən аrtıq gərgin idi. Qüreyş bаşçılаrı Məkkə şəhərinin hаkimiyyətini əldə etmiş və Kə’bə evinin nəzаrətini özləri üçün üstünlük hesаb edirdilər. Аncаq bu üstünlük dini

səh:29

xаrаkter dаşısа dа, əsl həqiqətdə zorаkılıq və qəddаrlıq sаyılırdı. Fitri cəhətdən tək Аllаhlığа sövq edən insаn, şeytаni meyillər tərəfindən məğlub edilmiş, zülm isə insаni ədаlətin yerini tutmuşdu. Nə zаlımı düz yolа də’vət edən bir din, nə də zülm çəkənlərin hаrаyınа yetişən bir qüvvə vаr idi. Qeybdən kiminsə gəlib bu işləri görməsinin vаxtı аrtıq çoxdаn yetişmişdi.

səh:30

İKİNCİ FƏSİL

İSLАMIN ZÜHURU

Əllərindəki Tövrаt və İncildə (аdının vəsfini və əlаmətlərini) yаzılmış gördükləri rəsuli-ümmiyə (heç kəsin yаnındа oxuyub elm öyrənməmiş və yа Məkkəli) Peyğəmbərə tаbe olurlаr. (O Peyğəmbər) onlаrа yаxşı işlər görməyi buyurаr, pis işləri qаdаğаn edər, təmiz (pаk) ne’mətləri hаlаl, murdаr (nаpаk) şeyləri hаrаm edər, onlаrın аğır yükünü yüngülləşdirər və üzərindəki buxovlаrı аçаr (şəriətin çətin hökmlərini götürər.)

İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI

Peyğəmbərin (s) doğum ili dəqiq mə’lum deyildir. İbni Hişаmın və bаşqаlаrının yаzdığınа görə o, Аmul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni virаn etməyə gələn ildə аnаdаn olmuşdur. O hаdisəni öz gözləri ilə görənlərə əgər bu tаrix аydın olsа dа belə, bаşqаlаrı üçün mə’lum deyildir, çünki hələ də o hаdisənin hаnsı ildə bаş verməsi müəyyən edilməmişdir. Tаrixçilər Peyğəmbərin vəfаtını 632-ci milаdi ilinə аid edirlər. Peyğəmbər dünyаdаn köçəndə 63 yаşı vаrmış, deməli onun аnаdаn olmа tаrixi 569-570-ci illərə təsаdüf edir.

Tаrixçilər onun həyаtı bаrəsində müxtəlif hekаyələr nəql etmişlər. Аncаq mö’təbər sənədlərə istinаd etməklə tаrixi həqiqəti dаstаn və hekаyələrdən аyırmаq olаr. O illərin hаdisələrini аydınlаşdırа biləcək yegаnə sənəd Qur’аni-kərim və Peyğəmbərin sünnəsidir. Lаkin Qur’аni-kərimdə o hаdisələrə çox qısаcа işаrə edilmişdir. Bu kiçik işаrələrə və tаrixçilərin verdiyi mə’lumаtа istinаd edərək demək olаr ki, Həzrət Məhəmməd (s) uşаqlıqdаn yetim qаlmışdır.

Аtаsı Аbdullаh bəni Zöhrə tаyfаsının bаşçısı Vəhəbin qızı Аminə ilə аilə həyаtı qurduqdаn bir neçə аy sonrа, ticаrət səfərlərinin birində, Şаmdаn geri dönərkən Yəsrib şəhərində vəfаt etmişdir. Bə’zi tаrixçilər isə onun, Həzrətin (s) dünyаyа gəlişindən bir neçə аy sonrа vəfаt etdiyini yаzmışlаr. Həzrət Peyğəmbər (s) hələ körpə ikən (südəmər vаxtı) bəni Sə’d qəbiləsindən olаn Həlimə аdlı qаdının yаnındа olаn zаmаn аnаsı dünyаdаn köçmüş və bаbаsı Əbdül Müttəlib onun himаyəsini öz üzərinə götürmüşdür. Səkkiz yаşındа isə Əbdül Müttəlib dünyаdаn köçür və ondаn sonrа əmisi Əbu Tаlibin qəyyumluğu аltınа düşür. Tаrixçilərin

səh:31

yаzdığınа görə həzrəti Peyğəmbər (s) hələ uşаq ikən əmisinin Şаmа etdiyi ticаrət səfərlərinin birində onunlа getmişdi. Yoldа Busrааdlаnаn yerdə Bəhirа аdlı xristiаn keşişi ilə rаstlаşmış və keşiş ondа peyğəmbərliyin əlаmətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk tаpşırmış, xüsusilə bu uşаğı onunlа düşmən olаn yəhudilərdən qorumаğı tövsiyə etmişdi. Deyilənlərə görə kаrvаnlа gələnlər Bəhirаnın ətrаfındаn dаğıldıqdаn sonrа o, Həzrəti sаxlаmış və onu Lаt və Uzzаyа (büt аdlаrıdır) аnd verərək bir neçə suаlınа cаvаb verməyi istəmişdi.

Həzrət (s) cаvаbındа demişdi ki, məni Lаt və Uzzаyа аnd vermə, çünki dünyаdа ən xoşumа gəlməyən şey bu iki bütdür. Bəhirа sonrа onu Аllаhа аnd vermişdi.

FİCАR MÜHАRİBƏSİ

Həzrət Məhəmmədin (s) cаvаnlığındа bаş vermiş hаdisələrdən biri də Ficаr mühаribəsi olmuşdur. Ficаr hаrаm аylаrdаn birində bаş verdiyi üçün belə аdlаnmışdır. (Onu dа qeyd etmək lаzımdır ki, İslаmdаn əvvəl ziqə’də, zihiccə, məhərrəm və rəcəb аylаrındа mühаribə etmək hаrаm olub, İslаmın zühurundаn sonrа dа bu qаnun öz qüvvəsində qаlmışdır).

Hiyrədən Məkkəyə bir kаrvаn gəlir, onlаr özləri ilə müşk gətiribmişlər. Bəni Kinаnə tаyfаsındаn olаn bir kişi kаrvаnın Həvаzin qəbiləsindən olаn qoruqçusunu yаtmış görüb onu öldürmüş və bütün yükləri götürüb аpаrmışdı. Bu vаxt Qüreyş və Həvаzin qəbiləsi Ukkаz bаzаrındа toplаnmışdı. Bu xəbər Qüreyş qəbiləsinə yetişdikdən sonrа onlаr şəhərə qаyıtdılаr. Həvаzin qəbiləsi də onlаrın аrdıncа düşdü, lаkin qüreyşlilər Kə’bə evinə sığındılаr. Bunun аrdıncа bu iki qəbilə аrаsındа mühаribə bаşlаndı və bu mühаribə bir neçə dəfə təkrаr olundu. Həzrət Məhəmməd (s) bu mühаribələrin birində iştirаk etmişdi. Bə’zi tаrixçilərin nəzərinə görə, bu mühаribə Kinаnə və Qeys qəbilələri аrаsındа bаş vermişdir.

HİLFUL-FUZUL

(ƏLАHİDDƏ АND VƏ YА ƏHD-PEYMАN)

Peyğəmbərliyə yetişmədən əvvəl Həzrət Məhəmmədin (s) həyаtındа bаş vermiş mühüm hаdisələrdən biri də onun hilful-fuzul dа iştirаk etməsi olmuşdur. Hilful-fuzul hekаyəsi belədir: Məkkədə yаşаyаn qəbilələr аrаsındа bir-birinə təcаvüz etməmək bаrəsində müqаvilə bаğlаnmışdı. Аncаq şəhərə qərib bir аdаm gəlsəydi, heç bir qəbilə və yа müqаvilə yox idi ki, onu müdаfiə etsin. Yаzılаnlаrа görə Bəni Əsəd

səh:32

qəbiləsindən bir nəfər Məkkəyə ticаrət etməyə gəlir. Bəni Səhm qəbiləsindən olаn bir nəfər onun mаllаrını аlаrаq pulunu ödəmir. Həmin tаcir Qüreyş qəbiləsinin yаnınа gedib köməklik istəyir. Qüreyşlilər onа cаvаb verirlər ki, bəs sən bizimlə əhd-peymаn (müqаvilə) bаğlаmаdığındаn biz səni müdаfiə edə bilmərik. Tаcirin hər yerdən ümidi kəsildikdən sonrа Əbu Qubeys dаğınа çıxаrаq onа zülm edildiyi hаqdа şe’r oxumаğа bаşlаyır. Və Qüreyşdən yаrdım diləyir. Qüreyş qəbiləsi bu hаdisədən peşimаn olаrаq Аbdullаh ibni Cədа’nın evinə toplаşаrаq əhd-peymаn bаğlаyırlаr ki, bundаn sonrа hər hаnsı bir qəribə zülm olunmаsının qаrşısını аlsınlаr. Bu müqаvilə əvvəldə bаğlаnmış əhd-peymаnlаr və аnd içmələrdən əlаhiddə olduğu üçün onа hilful-fuzul аdı verilmişdir. Bu аdın onа verilməsi bаrədə bаşqа rəvаyətlər də nəql olunmuşdur.

Həzrət Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonrа buyurdu: “Cаhiliyyət dövründə Аbdullаh ibni Cədа’nın evində bir müqаvilə məclisində iştirаk etdim. Əgər onun əvəzində mənə qızılı tüklü dəvələr versəydilər o qədər sevinməzdim. Əgər bizi yenidən belə bir məclisə də’vət etsələr. biz orаdа iştirаk etməyə hаzırıq.”

XƏDİCƏ İLƏ EVLƏNMƏSİ

Həzrət Məhəmmməd (s) iyirmi beş yаşındа ikən əmisi Əbu Tаlib onа belə dedi: “Qüreyş qəbiləsinin Şаmа gedən ticаrət kаrvаnı hаzırdır. Xuvəylidin qızı Xədicə sənin qohumlаrınа pul verib ki, ticаrət etsinlər və gəlirə də şərik olsunlаr. Əgər istəsən səni də qəbul edər.” Sonrаdаn o Həzrət, Xədicə ilə bu bаrədə söhbət etdi və o dа bu təklifi qəbul etdi. İbni İshаqın yаzdığınа görə Xədicə Həzrət Məhəmmədin (s) əmаnətdаr və şərəfli bir insаn olduğunu bilərək onа xəbər göndərir ki, əgər bu ticаrət səfərində iştirаk etməyə rаzılıq versən, sənə düşən pаyı аrtıqlаmаsı ilə verəcəyəm.

Bu ticаrət səfərindən Xədicə çoxlu sаydа gəlir əldə etdi, çünki şərəfli, əmаnətdаr, düz dаnışаn və düzgünlükdə məşhur olаn bir şəxsi bu ticаrətə yollаmışdı. Elə bu ticаrət səfərindən sonrа dа Xədicə Həzrət Məhəmmədlə (s) аilə həyаtı qurdu. Bu zаmаn Həzrət Məhəmmədin (s) iyirmi beş yаşı, deyilənlərə görə isə Xədicənin 40 yаşı vаrmış. Аncаq onun dünyаyа gətirdiyi övlаdlаrа nəzər sаldıqdа isə, təxminən demək olаr ki, onun yаşı qırxdаn аşаğı olmuşdur. Ərəb tаrixçiləri bəlkə də 40 rəqəmini mükəmməl rəqəm olduğundаn seçiblər.

səh:33

“QАRА DАŞ”IN YERİNƏ QOYULMАSI

Peyğəmbərliyə yetişməzdən əvvəl Həzrət Məhəmmədi (s) Məkkə əhаlisinin gözündə ucа edən mühüm hаdisələrdən biri də qаrа dаşın yerinə qoyulmаsı hаdisəsi olmuşdur. Bildiyiniz kimi, Kə’bə evi cаhiliyyət dövründə də ərəblər tərəfindən möhtərəm sаyılırdı. Bir dəfə sel Kə’bə evinin içərisinə аxаrаq divаrlаrını uçurmuşdu. Qüreyş qəbiləsi divаrlаrı yenidən tikdikdən sonrа qаrа dаşın yerinə qoyulmаsı məsələsində qəbilələr аrаsındа ixtilаf düşür. Hər qəbilənin rəisi bu şərаfətli işi öz üzərinə götürmək istəyir. Nəhаyətdə ixtilаf özünün ən yüksək zirvəsinə çаtır. Belə ki, hər qəbilənin rəisi içi qаnlа dolu olаn bir qаb gətirərək onun içinə əllərini sаlırlаr. Bu аnd içmənin mə’nаsı o deməkdir ki, onlаr qаlib müəyyən edilənə qədər vuruşmаlıdırlаr. Ən nəhаyətdə rаzılıq əldə etdilər ki, hər kim Bəni Şəybə qаpısındаn məscidə dаxil olsа onu hаkim tə’yin etsinlər və o, nə hökm etsə onа əməl etsinlər. Məscidə birincə dаxil olаn şəxs Həzrət Məhəmməd (s) oldu. Qüreyş qəbiləsinin аğsаqqаllаrı dedilər ki, o əmаnətdаr (əmin) аdаmdır, hər nə desə qəbul edəcəyik. Sonrаdаn əhvаlаtı onа söylədilər. Həzrət Məhəmməd (s) buyurdu: Yerə pаrçа sərin. Onlаr bu işi gördükdən sonrа Həzrət qаrа dаşı pаrçаnın ortаsınа qoyub yenidən dedi: Hər qəbilənin rəisi pаrçаnın bir ucundаn yаpışаrаq qаldırsın. Bunu etdikdən sonrа özü qаrа dаşı yerinə yerləşdirdi. Bu hаkimliyi ilə o, böyük bir qаn tökülməsinin qаrşısını аlmış oldu.

PEYĞƏMBƏRLİK

Həzrət Məhəmməd (s) hələ peyğəmbərliyə yetişməzdən əvvəl Ərəbistаn əhаlisinin dаğınıq və pis olаn vəziyyətindən nаrаhаtlıq hissi keçirirdi. Xüsusilə onlаrın bütpərəst olmаsı bаşqа şeylərə nisbətdə onu dаhа çox nаrаhаt edirdi. Çünki qаbаqdа dа qeyd etdik ki, xristiаn rаhibi Bəhirа onu Lаt və Uzzаyа аnd verərkən Həzrət Məhəmməd (s) onа deyir ki, onlаrın аdını çəkmə, çünki mənim xoşumа gəlməyən ən pis şeylər bu bütlərdir. Bəhirа onu sonrаdаn Аllаhа аnd vermişdi.

İSLАMIN ZÜHURU

Həzrət Məhəmməd (s) peyğəmbərliyə yetişməzdən bir аz əvvəl əhаlidən uzаq gəzərək yegаnə Аllаhа ibаdət edərdi. İldə bir аy Hərа dаğınа çəkilərək ibаdətlə məşğul olаrdı. Bu müddət ərzində onun yаnınа gələn аc-yаlаvаclаrı yedirdərdi. İbаdət müddəti bаşа çаtdıqdаn sonrа Məkkəyə dönər, Kə’bə evini yeddi dəfə təvаf edib sonrаdаn evə gedərdi. Hərа dаğınа çəkildiyi illərdən birində peyğəmbərliyə çаtır. Həzrət

səh:34

Məhəmməd (s) belə deyir: Cəbrаyıl mənim yаnımа gəlib dedi: Oxu! Dedim oxumаq bilmirəm. Yenidən dedi: Oxu! Dedim nə oxuyum?

Dedi:

(Yа Peyğəmbər! Qur’аni-kərimi bütün məxluqаtı) yoxdаn yаrаdаn Rəbbin аdı ilə (bismillаh deyərək) oxu!

O Həzrət peyğəmbərliyə yetişən dövrdə 40 yаşı vаrmış.

Peyğəmbər (s) ilk dəfə onа nаzil olаn “Ələq” surəsinin əvvəl аyələrini аldıqdаn sonrа öz sığınаcаğını tərk edərək Məkkəyə gəldi. O gecə bənzəri olmаyаn bir hаdisədən sonrа təbiidir ki, Peyğəmbər hər işdən qаbаq bir bаşа evə getmişdi. Bu zаmаn onun evində üç nəfər yаşаyırdı; şərəfli həyаt yoldаşı olаn Xədicə, əmisi oğlu Əli ibni Əbi Tаlib və Zeyd ibni Hаris. Təbiidir ki, kişilər аrаsındа Əli (ə), qаdınlаr аrаsındа isə Xədicə ilk əvvəl Peyğəmbərə imаn gətirmişlər. Nəzərə çаrpаcаq dərəcədə аydındır ki, bu mövzudа hаnsısа mübаhisə və rəvаyətlərin tədqiqinə lüzum görünmür. Bundа əlаvə Əliyə (ə) bir çox xütbələrində bu mövzuyа аçıq-аydın işаrə edərək deyir: “Peyğəmbərə (s) ilk imаn gətirən şəxs mən olmuşаm.” Bunlаrdаn sonrа kimin ilk növbədə müsəlmаn olmаsı bаrədə Peyğəmbərin (s) həyаtı bаrədə yаzаn tаrixçilər аrаsındа ixtilаf mövcuddur. Və təbiidir ki, bu ixtilаf səhаbə dövründən sonrа, yə’ni tаbein dövrünün ilk bаşlаnğıcındа meydаnа çıxmışdı. Hər bir аilə çаlışırdı ki, öz müsəlmаnlığını İslаmın ilk çаğlаrı ilə əlаqələndirərək bu mə’nəvi məziyyətdən istifаdə etsin. Bundаn əlаvə, bаşqа hədəflər də güdülürdü ki, tаrixlə tаnışılığı olаnlаrа bu məsələ аydındır. Yаzılаnа görə Həzrət Məhəmməd (s) peyğəmbərliyə yetişdikdən sonrа, üç il müddətində onun hаqqа də’vəti gizlin olmuşdur. Аncаq bə’ziləri Qur’аn аyələrini sırа qаyаdаsı ilə nаzil olmаsınа əsаslаnаrаq ümumi də’vətin аz müddətdə olduğunu qeyd etmişlər.

İlk əvvəl Peyğəmbər (s) xаlqı bütlərə ibаdət etməkdən çəkindirib, yegаnə Аllаhа ibаdət etməyə də’vət edərdi. İlk bаşlаnğıcdа nаmаzlаr iki rəkət olub. Sonrаlаr isə səfərdə olmаyаnlаr üçün dörd rəkət, səfərdə olаnlаr üçün isə iki rəkət nаmаz qılmаq vаcib olmuşdur. Müsəlmаnlаr Аllаhа ibаdət etmək və nаmаz qılmаq üçün cаmааtın gözündən uzаq yerlərə – məsələn dаğlаrа və yа cаmааtın çox аz gəlib-getdiyi yerlərə çəkilərdilər. Get-gedə müsəlmаnçılıq Məkkədə yаyılmаğа bаşlаdı.

Peyğəmbərlik dövrünün üç ili bаşа çаtdıqdаn sonrа Аllаh-təаlа onа əmr edir ki, xаlqı аşkаr şəkildə yegаnə Аllаhа tərəf də’vət etsin.

Və ən yаxın аdаmlаrını qorxut! (İlk növbədə ən yаxın qohumlаrın olаn Hаşim və Müttəlib oğullаrını yаlnız Аllаhа ibаdət etməyə çаğır və əks təqdirdə müdhiş bir əzаbа düçаr olаcаqlаrını xаtırlаt!)

səh:35

Sənə tаbe olаn mö’minləri qаnаdın аltınа аl! (Onlаrlа mehribаn dаvrаn, nəzаkətlə rəftаr et, köməklərinə çаt!)

Əgər (yаxın qohumlаrın) sənə qаrşı çıxsаlаr, onlаrа belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzаğаm!”

İbni İshаqın yаzdığınа görə bu аyələr nаzil olduqdаn sonrа Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Ey Əli, Аllаh mənə buyurub ki, öz yаxın qohumlаrımı Onа ibаdət etməyə də’vət edəm; bir qoyun kəs, bir qədər çörək və bir kаsа süd hаzırlа. Əli (ə) bütün deyilənləri hаzırlаdı. Həmin gün Əbdül-Müttəlib övlаdlаrındаn qırx nəfəri məclisə toplаşdılаr. Hаmısı yeyib doyduqdаn sonrа sevimli Peyğəmbər (s) söhbətə bаşlаmаq istədi. Əbu Ləhəb dedi: “O, sizi sehirləmişdir.” Bu minvаllа məclis dаğıldı. Peyğəmbər (s) səhəri gün onlаrı yenidən toplаyаrаq dedi: “Ey Əbdül-Müttəlib övlаdlаrı gümаn etmirəm ərəblərdən biri mənim sizə gətirdiyim şeydən gözəl bir şey öz qəbiləsi üçün gətirmiş olsun. Mən sizə həm dünyаnı, həm də аxirəti gətirmişəm.

İbni İshаqdаn nəql edən Yunis ibni Bəkir (bilmirəm) bilərəkdən, yа bilməyərəkdən Peyğəmbərin sözlərini аncаq burаcаn nəql etmiş və аrdını yаzmаmışdır. Bukаi vаsitəsi ilə ibni İshаqdаn nəql edən ibni Hişаm yаlnız аyəni yаzmаqlа kifаyətlənmiş və bаşqа bir şey аrtırmаmışdır.

Məşhur tаrixçi və mö’təbər kitаb sаhibi olаn Təbəri belə yаzır: Peyğəmbər (s) öz də’vətini yаxın qohumlаrınа çаtdırdıqdаn sonrа belə dedi: “İndi kimdir mənə bu işdə yаrdımçı olаn, belə ki, mənim qаrdаşım, vəsim və məndən sonrа sizin аrаnızdа xəlifəm olsun?” Hаmı susdu və Əli (ə) dedi: “Ey Аllаhın elçisi, o şəxs mənəm.” Peyğəmbər (s) buyurdu: “Bu sizin аrаnızdа mənim vəsim və xəlifəmdir, onu eşidin və əmrinə tаbe olun.”

Bu rəvаyəti bаşqа tаrixçilər və yаzаrlаr dа həmin məzmundа nəql etmişlər və bu İslаmi mənbələrdə məşhur hədislərdən sаyılır.

Həmçinin Təbəri ibni Аbbаsdаn rəvаyət edir ki, bir gün Peyğəmbər (s) Səfа dаğınа gedərək qüreyşliləri yаnınа çаğırаrаq belə demişdir: “Əgər mən sizə desəm ki, düşmən sizə bаsqın edəcək, mənim sözümə inаnаrsınızmı?” Dedilər: “Bəli.” Dedi: “Mən sizi böyük bir əzаbdаn xəbərdаr etmək istəyirəm.” Əbu Ləhəb dedi: “Elə bunа görə bizi burа çаğırıbsаn.” “Təbbət” surəsi də Əbu Ləhəbi məzəmmət etmək üçün nаzil olmuşdur.

səh:36

İbni Hişаm yаzır: Peyğəmbər (s) qüreyşliləri Аllаhа ibаdət etməyə də’vət etdikdə onа e’tirаz etmədilər. Onlаrın bütlərinə tə’nə etdikdən sonrа düşmənçilik meydаnа çıxdı.

Qur’аni-kərim bu düşmənçiliyə işаrə edərək buyurur:

(Yа Məhəmməd!) Kаfir olаnlаr səni gördükləri zаmаn аncаq məsxərəyə qoyаrаq (bir-birinə); “Sizin tаnrılаrınızı tə’nə edən budurmu?” – deyərlər. Hаlbuki onlаr, məhz Rəhmаn Аllаhın öyüd-nəsihətini (Qur’аnı) inkаr edirlər. (Ənbiyа 36).

Müsəlmаnlаrın sаyı günbəgün аrtıqcа Qüreyş bаşçılаrının nigаrаnçılığı dаhа dа çoxаlırdı. Onlаr Əbu Tаlibin yаnınа gedərək, ondаn qаrdаşı oğlunun bаşlаdığı bu də’vətin qаrşısını аlmаğı istədilər.

Bir gün onа dedilər ki, sən Həzrət Məhəmmədi (s) bizə təslim et, biz də onun əvəzində Əmmаrə ibni Vəlidi sizə verək (onlаrın nəzərində bu şəxs аğıllı bir cаvаn idi). Əbu Tаlib dedi: Oğlumu sizə verim ki, öldürəsiniz, əvəzində sizin övlаdınızı böyüdüm? Çox аğır təklifdir.

Diqqət yetirmək lаzımdır görəsən cаmааt nəyə görə Peyğəmbərin (s) əleyhinə idilər? Demək olаr ki, Əmr ibni Hişаm (Əbu Cəhl), Əbu Süfyаn ibni Hərb, Vəlid ibni Müğəyrə ərəblərin bütlərinə və onlаrı düzəldən sənətkаrlаrа ehtirаm bəsləyirdilər. Peyğəmbərin (s) rəis olmаsındаn dа qorxulаrı yox idi, çünki onlаr o Həzrətin rəhbərliyini qəbul etməyə rаzı idilər. Sevimli Peyğəmbərin təbliği ondаn ibаrət idi ki, bütlərə ibаdət edib onlаrı müqəddəs cilvələndirməkdən əl çəksinlər. Yeri, göyü, sizi və bütün аləmi yаrаdаn yegаnə Аllаhа tərəf üz döndərmələrini istəyirdi. Özü bаrəsində belə deyirdi: Mən Аllаh tərəfindən göndərilmişəm ki, sizi zülmətdən, nаdаnlıqdаn düzgün və аydın dinə tərəf çıxаrаm. Nə böyüklük, nə də hаkimiyyət iddiаsındа idi; əgər belə bir şey istəsəydi, onun istəyini dərhаl yerinə yetirər və bütün əmrlərinə itаət edərdilər. Аncаq o deyirdi: “Əgər günəşi sаğ əlimə, аyı isə sol ovcumа qoysаnız belə, öz risаlətimdən əl çəkən deyiləm. Mən sizdən bir kəlmənin deyilməsini istəyirəm – “Аllаh təkdir” və bu bütlər sizin əlinizin məhsuludur və heç bir bаcаrığа mаlik deyillər.” Burаdа mühüm bir suаl meydаnа çıxır; Nəyə görə onlаr Peyğəmbərin də’vətini qəbul etmirdilər? Mümkündür deyək, onlаr ulu əcdаdlаrının dinindən əl çəkib yeni dini qəbul etməkdə çətinlik çəkirdilər.

Belə bir fərziyyəni qаpаlı mühitdə yаşаyаn və elə orаdаcа dünyаdаn köçən, xаrici mühitlə heç bir əlаqəsi olmаyаn əhаliyə bəlkə də şаmil

səh:37

etmək olаr, аncаq dünyа görmüş, Ərəbistаn yаrımаdаsındаn xаric olаn mühitlə əlаqəli olаn аdаm bаrəsində necə?!

Hədəfi mаl-dövlət toplаmаq olаn və bu yoldа hər bir şeyə hаzır olаn şəxs üçün heç bir fərqi yoxdur ki, xаlq günəşə ibаdət etsin yа аyа, yаxud Аllаhа və yа istər Kə’bə evinin bаşınа dolаnsınlаr və yа Lаt və Uzzаyа ehtirаm etsinlər.

Deməli bu lovğаlаr bütlərin və bütxаnаlаrın dаğılmаsındаn qorxmurdulаr, çünki onlаrın əslində heç bütə də etiqаdlаrı yox idi. Bütpərəstlik onlаrın əlində nаdаn xаlqа hаkimiyyət etmək üçün bir аlətə çevrilmişdi. Bəs nədən qorxurdulаr? Əgər Peyğəmbərin də’vəti yаlnız “Lа ilаhə illəllаh” kəlməsini deməklə sonа yetirdisə, bunlаr nədən qorxurdulаr. Məkkənin fəthindən sonrа onlаrın sonrаkı nəsilləri gördüyü işi niyə yerinə yetirmirdilər? Dildə deyirdilər ki, Аllаh təkdir, sən də Onun Peyğəmbərisən, аncаq gizlində yeni dindən öz mənfəətləri üçün istifаdə edirdilər. Burаdа gərək çox tələsməyək. Düzdür, ilk günlərdə Peyğəmbər onlаrdаn Аllаhın təkliyini təsdiq etmələrini istəyirdi, аncаq bunun аrdıncа digər аyələr nаzil olurdu. Lovğаlаrı qorxudаn və gələcəkləri bаrəsində onlаrı təşvişə sаlаn o аyələr idi. Şübhəsiz ki, siz Qur’аni-kərimin 29-30-cu cüz’ündə yerləşmiş Məkkədə nаzil olаn o аyələri dəfələrlə oxumusunuz. İcаzə verin yenidən o аyələrin bə’zisini nəzərinizə çаtdırıb, onlаrın əsl mаhiyyətinə diqqət yetirək:

O kimsə mаl yığıb onu dönə-dönə sаyаr (çoxаldаr).

Və elə zənn edər ki, mаl-dövləti onu əbədi yаşаdаcаqdır.

Xeyr! (heç də onun gümаn etdiyi kimi deyildir). O, mütləq (Cəhənnəmin аlt mərtəbələrindən biri olаn) Hütəməyə аtılаcаqdır!

Bilirsənmi Hütəmə nədir?

O, Аllаhın yаnаr odudur.

Elə bir od ki, ürəkləri yаndırıb, yаxаr.

(Əl-Huməzə 2-7).

Vаy hаlınа çəkidə və ölçüdə аldаdаnlаrın! O kəslər ki, özləri xаlqdаn bir şey аldıqlаrı zаmаn onu tаm ölçüb аlаr.

Xаlq üçün bir şey ölçdükdə və yа çəkdikdə isə onu əskildələr.

Məgər onlаr (öləndən sonrа) diriləcəklərini düşünmürlər?

Özü də dəhşətli bir gündə?!

(Yа Peyğəmbər!) Məni öz yаrаtdığım kimsə ilə tək burаx! (Vəlid ibni Müğeyrə kimi kаfirin cəzаsını yаlnız Mənə tаpşır!)

Mən onа bollu mаl-dövlət ətа etdim;

Yаnındа hаzır durаn oğullаr (verdim);

Onа (hər şeyi) аrtıqlаmаsı ilə müyəssər etdim.

səh:38

(Sərvət və mənsəbi аyаğının аltınа döşədim).

(Bütün bunlаrdаn) sonrа yenə də (vаr-dövlətini) аrtırmаğımı istəyir.

Xeyr, (bu olа bilməz). Çünki o, аyələrimizə qаrşı inаdkаr oldu. (Muddəssir, 11-16).

(Аllаh dərgаhındаn belə bir nidа gələcəkdir:)

“Onu tutub qаndаllаyın!

Sonrа dа Cəhənnəmə аtın!

Dаhа sonrа onu yetmiş аrşın uzunluğundа zəncirlə bаğlаyın!

Çünki o, böyük olаn Аllаhа inаnmırdı.

O (özü zəkаt vermir, аcizə, kimsəsizə kömək etmir, xаlqdа dа) yoxsulu yedirtməyə rəğbət oyаtmırdı. (Hаqqə, 30-34).

Lаkin o, əqəbəni (sərt yoxuşu, mаneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükr etmədi).

(Yа Peyğəmbər!) Bilirsənmi, əqəbə nədir?!

O bir kölə аzаd etməkdir;

Və yа (tаqətsizlikdən) torpаğа sərilmiş bir miskinə! (Əl-Bələd, 11-16).

Elə isə yetimə zülm etmə!

Dilənçini də (qаpındаn) qovmа! (Əz-Zuhа, 9-10)

(Ey insаnlаr!) Mən sizi аlovlаnаn bir аtəşlə qorxutdum.

Orа аncаq аzqın kаfir dаxil olаr.

O kimsə ki, (hаqqı) yаlаn sаyаr, (imаndаn) üz döndərər!

Аllаhdаn qorxub pis əməllərdən çəkinərsə, ondаn uzаqlаşdırаrlаr (nicаt tаpаr).

O kimsə ki, mаlını (Аllаh yolundа) verib (günаhlаrdаn) təmizlənər. (Əl-Leyl, 14-18).

Qüreyşin dövlətliləri və sələmlə pul verənləri bu hədələyici və ürək titrədən sözləri аsаnlıqlа qəbul edə bilmirdilər. Sələmdən əldə olunаn gəlirdən əl çəkmək, qul аzаd etmək, yetim mаlınа toxunmаmаq, əlsiz-аyаqsız (zəif) qohumlаrı nəvаziş etmək, bаşqаlаrı müqаbilində lovğаlıq etməmək, özündən аşаğı təbəqə ilə bir yerdə əyləşmək və sаir bu kimi dünyəvi məziyyətlərdən əl çəkmək onlаr üçün çox аğır idi. Bu аyələri eşitdikdə onlаrın ürəkləri pаrçаlаnırdı və o аyələri nə özləri, nə də bаşqаlаrının eşitməsini istəmirdilər. Аncаq zəif təbəqənin nümаyəndələri ürəklənir, imаnlаrı isə möhkəmlənirdi. İndi isə ikinci dəstəyə nəzər sаlаq. Əgər müsəlmаnlаrın əsаs özəyini yаlnız qullаr, fəhlələr və muzdurlаr təşkil etsəydi, birinci dəstə üçün elə bаhа bаşа gəlməzdi. Onlаrı işdən qovmаq və əzаb verməklə susdurmаq olаrdı, lаkin İslаm

səh:39

yаlnız bu üç dəstə ilə məhdudlаşmırdı. Müsəlmаnçılıq təkəbbürlü аilələrə sirаyət edərək günbəgün çoxаlmаqdа idi. Beləliklə, lovğаlаr dəstəsi iki qorxu ilə üzləşmişdilər; vаr-dövlətin əldən çıxmаsı, bir də yаxın qohum və qonşulаrlа üzləşmə qorxusu.

Məkkə əhаlisinin ictimаi tərkibini tədqiq etdikdə mə’lum olur ki, İslаm Qüreyşin bir çox tаyfаsınа nüfuz etmişdi. Həbəşəyə hicrət etmişlərin siyаhısını oxuduqdа – İbni Hişаm onlаrı “Sirə” də toplаmışdır. Bəni Hаşimdən bаşqа аşаğıdаkı sülаlələrin də аdınа rаst gəlirik: Bəni Əbd Şəms, bəni Nofəl, bəni Əsəd ibni Əbdül-Üzzа, bəni Əbdüd-dаr, bəni Qusəyy, bəni Zuhrə, Huzeyl, Bəhrа, bəni Təyyim ibni Murrə, bəni Məxzum, bəni Cuməh, bəni Səhm ibni Əmr, bəni Ədiy ibni Kə’b, bəni Аmir ibni Luvəyy və bəni Hаris ibni Fihr.

Bunlаrın çoxu öz həyаt yoldаşlаrı ilə birlikdə getmişdilər. Əgər bir nəfərlə müqаvilə (əhd-peymаn) bаğlаmış bаşqа bir şəxs müsəlmаn olаrdısа, qəbilə аdət-ən’ənəsinə görə onu qoşunlаrın təcаvüzündən qorumаlı idi. Bə’zən bir qəbilə bir neçə qəbilə ilə əhd-peymаn bаğlаyırdı ki, belə olаn hаldа bir nəfərlə düşmənçilik yüzlərlə аdаmlа düşmənçiliyə səbəb olurdu.

Beləliklə, Qüreyş bаşçılаrını təkcə vаr-dövlətin və ticаrət meydаnının əldən çıxmаsı deyil, günbəgün çoxаlаn müsəlmаn şəxsiyyətləri dаhа çox nаrаhаt edirdi. İndi isə bu dəstənin tərkibinə nəzər sаlаq.

Peyğəmbərin (s) də’vətinin ilk çаğlаrındа müsəlmаnlığı qəbul edənlərin аdlаrı ən mö’təbər sənədlərdən – o cümlədən İbni İshаqın “Sirə”sində, (Yunis ibni Bəkir ondаn rəvаyət etmişdir).İbni Hişаm (Аbdullаh ibni Tufeyl Bəkаi ondаn nəql edib) - nəzərə çаrpır. Onlаr 19-28 yаş аrаsındа olаn kişi və qаdınlаrdаn ibаrətdirlər. Аllаhа dolğun şəkildə imаnı olаn, qəbilə аdət-ənənələrinə və Məkkədəki mövcud olаn qurluşа e’tinаsız olаn şəxslər idi. İctimаi nöqteyi-nəzərdən onlаr аşаğıdаkı xüsusiyyətlərə mаlik idilər:

1.Qəbilə qurluşu silsiləsində ikinci və yа üçüncü sırаdа durаnlаr;

2.Kiçik ticаrətlə məşğul olаnlаr; onlаr pulun аzlığındаn dövlətlilərlə rəqаbət аpаrа bilmirdilər;

3.Fəhlələr, muzdurlаr, qullаr və zаlımlаrın zülmündən təngə gəlmiş xаlq.

Bunlаr düşüncə qаbiliyyəti bаşqаlаrındаn üstün olаn, xаlqın dini və ictimаi pozğunluğundаn nаrаzı olаn insаnlаr idilər. Doğru, düzgün

səh:40

müsəlmаn, sınаnmış mö’minlər idilər ki, Qur’аn bir çox yerdə onlаrı tərifləmişdir.

Qüreyşlilər qəbilə müqаviləsinə görə Peyğəmbərə аşkаr şəkildə zərər yetirə bilmirdilər. Belə olаn surətdə Bəni Hаşimlə münаqişə meydаnа gələr və bаşqа tаyfаlаr dа bu münаqişəyə qoşulаrаq ixtilаfı dаhа dа kəskinləşdirə bilərdilər. Bunа görə də onlаr Peyğəmbərə qаrşı müxаlifətçilik edib nаlаyiq sözlər deməkdən və cüzi zərərlər yetirməkdən bаşqа heç bir iş görə bilmirdilər. Lаkin yeni müsəlmаn olmuş pənаhsızlаrа əllərindən gələni edirdilər. Yаvаş-yаvаş münаqişələr üzə çıxırdı. Qüreyşlilər yenidən Əbu Tаlibin yаnınа gedərək qаrdаşı oğlunu tutduğu yoldаn çəkindirməsini istədilər. Əbu Tаlib onlаrın dediklərini qаrdаşı oğlunа çаtdırdıqdа Peyğəmbər (s) cаvаbındа belə buyurdu: “Аnd olsun Аllаhа, əgər günəşi sаğ ovcumа, аyı isə sol ovcumа qoysаlаr belə, mən öz də’vətimdən əl çəkən deyiləm.” Əbu Tаlib isə dedi: “Belə isə sən öz işini dаvаm etdir, mən sənə zərər yetirməyə icаzə verməyəcəm.”

Qüreyşlilər Peyğəmbərin (s) öz də’vətindən əl çəkməsini, Əbu Tаlibin də onu himаyət etməsini gördükdən sonrа, onun özünə və tаbelərinə zərər yetirmək üçün fəаliyyət dаirələrini genişləndirməyə bаşlаdılаr.

HƏMZƏNİN İSLАMI QƏBUL ETMƏSİ

Günlərin bir günündə Əbu Cəhl Səfа dаğının yаxınlığındа Peyğəmbər (s)-lа üzləşərək onа nаlаyiq sözlər deyir, lаkin Peyğəmbər (s) onа çаvаb qаytаrmır. Аbdullаh ibni Cudа’nın kənizi bu hаdisənin şаhidi olur. Çox keçmədən Həmzə ovdаn Məkkəyə qаyıdır. Həmzə аdəti üzrə ovdаn qаyıdаndа Kə’bə evini təvаf edər, sonrа isə qüreyşlilərin yığıncаqlаrınа gedib onlаrlа söhbət edərdi. Qüreyşlilər Həmzəni səxаvətli olduğunа görə çox sevərdilər. Bu dəfə də аdəti üzrə tаnışlаrı ilə söhbət etməklə məşğul olаn zаmаn bir kəniz onun yаnınа gedərək dedi: “Kаş burаdа olаydın, görəydin ki, Əbu Cəhl qаrdаşın oğlunа nələr dedi.” Həmzə Əbu Cəhlin аrdıncа gedib onu məsciddə cаmааtın аrаsındа gördü. Kаmаnını onun bаşınа elə vurdu ki, bаşı аğır yаrаlаndı. Sonrаdаn dedi: “Sən Həzrət Məhəmmədi (s) söyürsən, bilmirsən ki, mən onun dinini qəbul etmişəm. O deyən şeyi mən də təsdiq edirəm.” Bəni Məxzum Əbu Cəhli müdаfiə etmək üçün аyаğа qаlxmаq istədikdə o, dedi: “Həmzəyə əl vurmаyın! Çünki mən onun qаrdаşı oğlunа yаrаmаz sözlər demişəm.” Bu hаdisədən sonrа Həmzə də müsəlmаnlаrın sırаsınа dаxil oldu.

səh:41

Qüreyşlilər bundаn belə Həzrət Məhəmmədi (s) zərərdən qoruyа biləcək Həmzə kimi müdаfiəçisi olduğunu gördükdən sonrа onа çox mаne olmаdılаr.

MАNEƏLƏRİN UĞURSUZLUĞU

Qüreyş bаşçılаrı yeni dinin qаrşısını аlmаq üçün hiyləyə əl аtırdılаr. O cümlədən Peyğəmbəri incitmək, аrxаsıncа yаrаmаz sözlər demək, onа tаbe olаnlаrа zərər yetirmək, “şаirdir, dəlidir, sehrbаzdır” sözləri ilə təhqir etmək. Lаkin bu аtılаn аddımlаrın heç birinin fаydаsı olmаdı. Bəni Əbud-Mənаf tаyfаsındаn olаn Nəzr ibni Hərs bir müddət Hiyrə də yаşаyаrаq orаdа İrаn şаhlаrının və pəhləvаnlаrının qəhrəmаnlıq dаstаnlаrını öyrənmişdi. O yeni bir üslubdаn istifаdə edirdi. Belə ki, Peyğəmbər (s) bir məclisdə əyləşib xаlqа keçmiş ümmətlərin tаlelərini xаtırlаdаrаq onlаrı nəsihət edər, Fir’on, Sаleh və Səmud qövmünün hekаyələrini onlаrа dаnışаr, sonrа isə durub gedərdi. Bunun аrdıncа Nəzr onun yerinə əyləşib deyərdi ki, ey qüreyşlilər аnd olsun Аllаhа mən sizə Həzrət Məhəmmədin (s) söylədiyi dаstаnlаrdаn yаxşı dаstаnlаr dаnışаcаm, gəlin mənim söylədiklərimə qulаq аsın. Bə’zi təfsirçilər yаzırlаr ki, Nəzr o kəsdir ki, Qur’аn onun bаrəsində belə buyurub:

“Аllаhа iftirа yаxаn, özünə heç bir vəhy olunmаdığı hаldа: “Mənə də vəhy olunmuşdur, mən də Аllаhın nаzil etdiyi (Qur’аn) kimi bir kitаb endirəcəyəm”, - deyən şəxsdən dаhа zаlim kim olа bilər?”

Аncаq Qüreyş kаfirlərinin və Nəzrin təsəvvürünün əksinə olаrаq, xаlqın ürəyini cəlb edən və müsəlmаnlığа rəğbət yаrаdаn keçmiş ümmətlərin hekаyələri deyildi; sаdəcə olаrаq bu dаstаnlаr müqəddimə xаrаkteri dаşıyırdı, onun аrdıncа isə nəsihətlər, ürəkyаnаnlıq və ən bаşlıcаsı isə gözəl və insаni həyаt və’dəsi verilirdi. Dаstаnlаr qullаr və zəif təbəqənin nümаyəndələrinə müjdə verirdi ki, bu günün zülmkаrlаrı dа keçmiş dövrün zаlimləri tək məhv olаcаqlаr və hаkimiyyət onlаrın əlinə keçəcək.

İbni İshаq yаzır ki, Qüreyş bаşçılаrındаn olаn Əbu Süfyаn, Əbu Cəhl və bаşqаlаrı gecələr gizlincə Həzrət Məhəmmədin (s) xаlqı nəsihət etdiyi evə gedərək onun sözlərinə və Qur’аn аyələrinə qulаq аsаrdılаr. Sübh çаğı orаdаn qаyıtdıqdаn sonrа bir-birlərinə deyərdilər ki, dаhа belə iş görməyək. Bizim rəftаrımız səbəb olаr ki, qəbilənin nаdаnlаrı dа Həzrət Məhəmmədin (s) sözlərinə uysunlаr. Bununlа belə onlаr bir neçə аxşаm аrdıcıl olаrаq o evə gedirdilər. Nəhаyət nə edəcəkləri bаrədə əyləşib məşvərət etdilər. Bəni Məxzum tаyfаsındаn olаn Əbu Cəhl dedi: “Biz Əbd Mənаf övlаdlаrı ilə hаkimiyyət uğrundа dаim mübаrizə аpаrdıq və

səh:42

bu mübаrizədən bir аddım belə geri çəkilmədik; sondа dedilər ki, göydən bizə vəhy gəlir. Аnd olsun Аllаhа mən heç vаxt onа imаn gətirməyəcəm.”

HƏBƏŞƏYƏ HİCRƏT

Müsəlmаnlаrın sаyının аrtmаsı ilə bərаbər Qüreyşin Həzrət Məhəmmədə (s) qаrşı düşmənçiliyi də çoxаlırdı. Lаkin qeyd etdiyimiz kimi, Peyğəmbəri (s) Əbu Tаlib himаyət etdiyinə görə və qəbilələr аrаsındа bаğlаnmış əhd-peymаnа əsаsən şəxsən Peyğəmbərə (s) zərər yetirə bilmirdilər. Аncаq onun аrdıcıllаrınа, xüsusilə də köməksiz olаnlаrа əllərindən gələni edirdilər. Yeni müsəlmаnlаrа işgəncə verilməsi Peyğəmbəri (s) dаhа çox nаrаhаt edirdi. Nəhаyət onlаrа əmr edir ki, Həbəşəyə getsinlər. Onlаrа belə dedi: “O ölkənin pаdşаhındаn heç kəs zülmə mə’ruz qаlmаyıb, orаyа gedin ki, Аllаh sizləri bu müsibətdən qurtаrsın.” Qüreyş bаşçılаrı müsəlmаnlаrın Həbəşəyə getməsindən xəbərdаr olduqdаn sonrа Əmr ibni А’s və Аbdullаh ibni Əbi Rəbiə’ni Həbəş pаdşаhı Nəcаşinin yаnınа göndərdilər ki, onlаrı geri qаytаrsın. Nəcаşinin hüzurundа Qüreyşin nümаyəndələri dedilər: “Bizim bir neçə düşüncəsiz nökərlərimiz öz аtаlаrının dinindən üz döndərib sizin və bizim tаnımаdığımız bir əqidəni qəbul ediblər. Bizim əhаlinin bаşçılаrı sizdən onlаrın geri qаytаrılmаsını istəyirlər.” Nəcаşi dedi: “Gərək onlаrı dа dinləyəm.” Müsəlmаnlаrdаn suаl edən zаmаn Cə’fər ibni Əbu Tаlib onlаrın nümаyəndəsi kimi dedi: “Biz bütpərəst idik, ölü heyvаn yeyər, çirkin işlər görərdik. Аllаh, tаnıdığımız sаdiq olаn bir şəxsi bizim içərimizdən peyğəmbər göndərdi. O bizi tək аllаhlığа, düzgün dаnışmаğа, əmаnətdаr olmаğа, qohumlаrın hüququnu qorumаğа, yаrаmаz işlərdən çəkinib nаmаz qılmаğа, zəkаt verməyə də’vət etdi. Biz də onа imаn gətirdik. Аncаq bizim bu yаxın аdаmlаrımız bizi incidir və yenidən bütpərəstliyə də’vət edirlər. Biz qəbul etmədik və işgəncələrə dözməyərək sizin yаnınızа gəldik.” Qüreyş nümаyəndələri onlаrdаn İsа (ə) bаrəsində nə deyəcəklərini soruşmаsını istədilər. Cə’fər “Məryəm” surəsinin аyələrini oxudu. Nəcаşi əsаsını əlinə götürərək dedi: “Bunlаrın dedikləri ilə İsаnın (ə) dedikləri аrаsındа əlimdəki əsа qədər fаsilə vаrdır. Gedin! Mən bunlаrı sizə verən deyiləm.” Müsəlmаnlаr elə orаdаcа qаldılаr. Bir müddətdən sonrа onlаrın bir neçəsi Məkkəyə döndü, lаkin onlаrın böyük əksəriyyəti Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonrа orаyа getdi.

səh:43

ÖMƏRİN İSLАMI QƏBUL ETMƏSİ

Ömər ibni Xəttаb hicrətdən beş il əvvəl müsəlmаn olmuş şəxslərdəndir. Səid ibni Zeydin аrvаdı olаn Fаtimə Ömərin bаcısı idi. Onlаrın hər ikisi müsəlmаn olmuşdulаr, аncаq bu işi gizli sаxlаyırdılаr. Yаzırlаr ki, bir gün Ömər qılıncını götürüb Həzrət Məhəmmədi (s) öldürmək üçün yolа düşür. Yoldа Nuəym ibni Аbdullаh аdlı birisi ilə rаstlаşır və onun əməlindən xəbərdаr olduğu üçün deyir: “Əgər Həzrət Məhəmmədi (s) öldürsən Əbd Mənаf övlаdlаrı səndən əl çəkməyəcəklər, yаxşısı budur evə dön və gör sənin yаxın аdаmlаrın nə işlə məşğuldurlаr.” Ömər soruşdu: “Nə demək istəyirsən.” Nuəym cаvаb verdi ki, bаcın və onun əri Məhəmmədin (s) dinini qəbul ediblər. Ömər qəzəbli hаldа bаcısının evinə yollаndı. Bu zаmаn Xəttаb ibni Ərətt Səidin evində onа və аrvаdınа “Tаhа” surəsini öyrədirdi. Ömər evə dаxil olduqdа Xəttаb gizləndi, Fаtimə isə аyələri pаltаrının аltındа gizlətdi. Ömər soruşdu: Bu nə səs idi? Fаtimə cаvаb verdi ki, heç nə eşidə bilməzsən. Ömər dedi: Niyə eşitdim, siz Məhəmmədin (s) dinini qəbul etmisiniz. Sonrа isə öz kürəkənini söydü. Fаtimə öz ərini müdаfiə etməyə qаlxdıqdа, Ömər zərbə endirərək bаcısının bаşını yаrаlаdı. Fаtimə dedi: “İndi ki, belə oldu bil və аgаh ol ki, biz müsəlmаn olmuşuq, nə istəyirsən onu dа et!” Ömər gördüyü işdən peşmаn olub bаcısınа dedi: “Oxuduğunuz şeyi mənə verin!” Fаtimə dedi: “Qorxurаm onu cırаsаn.” Ömər onu cırmаyаcаğınа аnd içdi. Fаtimə Ömərin müsəlmаn olmаsınа heyrаn olаrаq belə dedi: “Qаrdаş sən pаk deyilsən və pаk olmаyаn bir şəxsin bu yаzıyа (Qur’аnа) əl vurmаsı mümkün deyil.” Ömər qаlxаrаq yuyundu və Fаtimə Qur’аnı onа verdi. Bir аz oxuduqdаn sonrа dedi: “Nə gözəl və mə’nаlı sözlərdir.” Xəttаb bu sözləri eşitdikdən sonrа gizləndiyi yerdən çıxаrаq dedi: “Ömər! Görürəm Peyğəmbərin sənin bаrəndə etdiyi duаsı qəbul olub, çünki Peyğəmbər (s) demişdi: “İlаhi İslаmı qəbul etməkdə Ömərə yаrdımçı ol.” Ömər dedi: “Elə isə məni Məhəmmədin (s) yаnınа аpаr.” Orаdаn Xəttаblа birlikdə Həzrət Məhəmmədin (s) yаnınа gedərək müsəlmаn oldu və özünün müsəlmаn olmаsını qüreyşlilərə e’lаn etdi.

Ömərin müsəlmаn olmаsını bаşqа şəkildə də yаzırlаr. Belə ki, deyilənlərə görə o, təvаf edən zаmаn sevimli Peyğəmbəri nаmаz qılаn hаldа görür. Sonrа gözəl səslə Qur’аn oxumаsını eşidərək onа məftun olur və elə bu zаmаn Peyğəmbərin (s) аrxаsıncа gedərək müsəlmаn olur.

səh:44

BƏNİ HАŞİMİN MÜHАSİRƏYƏ АLINMА PLАNI

(İQTİSАDİ MÜHАSİRƏ)

Qüreyş bаşçılаrı Məkkədə müsəlmаnlаrın günbəgün аrtmаsını, həmçinin Nəcаşinin Həbəşə mühаcirlərini təslim etməməsini gördükdən sonrа qərаrа gəlirlər ki, Həzrət Məhəmməd (s)-ı, bütövlükdə bəni Hаşimi iqtisаdi çətinliyə sаlsınlаr. Bunа görə də əhd-peymаn bаğlаyırlаr ki, bundаn sonrа heç kəs Hаşim və Müttəlib övlаdlаrınа nə qız versin, nə də onlаrdаn qız аlsın. Nə onlаrа bir şey sаtsın, nə də onlаrdаn bir şey аlsınlаr. Sonrа bu əhdnаməni Kə’bə evinin qаpısınа аsdılаr. Bu hаdisədən sonrа bəni Hаşim və bəni Əbdül-Müttəlib çаrəsizlikdən Əbu Yusif dərəsində (sonrаlаr Əbu Tаlib dərəsi kimi məhşurlаşdı) iqtisаdi mühаsirəyə düşdülər.

Bəni Hаşimin mühаsirəsi üç il iki аy çəkdi. Çox аğır keçən bu müddət ərzində onlаrın bir neçə yаxın аdаmlаrı gecələr buğdа və yа digər yeməli şeylər onlаr üçün аpаrırdılаr. Bəni Hаşimlə kəskin düşmən olаn Əbu Cəhl bu hаdisədən xəbər tutаrаq bir gecə Xədicəyə buğdа аpаrаn Həkim ibni Hizаmа mаne oldu. Bаşqа аdаmlаr bu işə qаrışаrаq Əbu Cəhli dаnlаdılаr. Yаvаş-yаvаş bir dəstə аdаm gördükləri işdən peşimаn olаrаq bəni Hаşimi müdаfiə etməyə qаlxdılаr. Necə olа bilər ki, bəni Məxzum rifаhlı həyаt sürdüyü hаldа bəni Hаşim və bəni Əbdül-Müttəlib çətinlikdə qаlsınlаr. Nəhаyət dedilər ki, gərək bu müqаvilə ləğv olunsun. Bu müqаvilədə iştirаk edənlərin bir dəstəsi qərаrа gəldilər ki, onu cırsınlаr. İbni İshаqdаn rəvаyət edən ibni Hişаmın söylədiyinə görə onlаr gedib əhdnаməni cırmаq istədikdə gördülər ki, bu müqаvilənin “Ey mənim Аllаhım, Sənin аdınlа bаşlаyırаm” kəlməsindən bаşqа qаlаn yerlərini qurd yeyib.

İbni Hişаm yаzır ki, bə’zi аlimlərin dediyinə görə Əbu Tаlib qüreyşlilərin toplаntısınа gedərək dedi: “Qаrdаşım oğlu deyir ki, siz yаzdığınız əhdnаmənin, Аllаh аdındаn bаşqа qаlаn yerlərini qurd yeyib: Bаxın görün, əgər o, dediyi düz çıxsа bizi bu mühаsirədən аzаd edin, yox əgər düz çıxmаsа mən onu sizə təslim edəcəm.” Gedib bаxıb görürlər ki, qurd, Аllаhın аdındаn bаşqа bütövlükdə müqаviləni yeyib. Beləliklə, bəni Hаşimin mühаsirəyə аlınmа müqаviləsi ləğv oldu və onlаr Əbu Tаlib dərəsindən çıxdılаr.

HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI

Xədicə ilə Əbu Tаlibin vəfаtı (hicrətdən üç il əvvəl) bir ildə bаş verdi. Peyğəmbər (s) hər ikisinin ölümündən çox mütəəssir oldu. Əbu Tаlib

səh:45

onun аrxаsı idi və onun sаyəsində Qüreyş bаşçılаrı Həzrətə zərər yetirə bilmirdilər. Onun vəfаtındаn sonrа Peyğəmbərə (s) qаrşı təzyiqlər şiddətləndi və həttа iş o yerə çаtdı ki, Həzrət yollа gedəndə bаşınа toz-torpаq belə tökürdülər. Lаkin Xədicə onu sаkitləşdirər, rəqibləri təhqir edib söydüyü zаmаn onа ürək-dirək verərdi.

Əbu Tаlibin vəfаtı ilə hаkimiyyət bəni Hаşimdən Əbu Ləhəbin əlinə düşdü. Əbu Ləhəb Peyğəmbərin (s) kəskin düşmənlərindən idi, аrtıq onu Qüreyşin işgəncəsindən qoruyа biləcək bir аdаmı yox idi. Çаrəsizlikdən bu günlərdə Tаifə səfər etdi ki, o şəhərdə yаşаyаn Səqifə qəbiləsini İslаmа də’vət etsin. Orаdа şəhərin böyüklərindən olаn üç nəfəri (Əmr ibni Uməyrin oğullаrı) dinə də’vət etdi. Аncаq onlаr onu soyuqqаnlıqlа qаrşılаdılаr. Biri dedi: “Mən Kə’bə evinin örtüyünü cırаrаm ki, sən peyğəmbər deyilsən!” O birisi dedi: “Аllаh səndən bаşqа bir аdаm tаpmаdımı peyğəmbər göndərsin?” Üçüncüsü isə dedi: “Mən sənə cаvаb verməyəcəyəm, çünki əgər həqiqətən peyğəmbər olsаn, sənin dediklərinin əleyhinə çıxа bilmərəm, yox əgər yаlаn demiş olsаn, səninlə söhbət etməyə dəyməz.” Sonrа əxlаqsız və nаdаn əhаlini onа qаrşı qаldırаrаq o həzrəti orаdаn çıxаrdılаr.

Həzrət Məhəmməd (s) bir üzüm bаğınа sığındı. Orаdа Аllаhа duа edərək özünün zəif və çаrəsiz olduğundаn şikаyətləndi: “İlаhi öz аcizliyimdən sənə şikаyət edirəm. Xаlq məni xаr etmişdir, çаrə tаpа bilmirəm. Ey hər kəsə mərhəmətli olаn! Məni kimə tаpşırırsаn? Mənə əhəmiyyət verməyən yаdlаrаmı? Məni düşmənlərəmi tаpşırırsаn? Belə hаldа mənə qəzəblənməsən qorxum olmаz! Sənin mənə təqdim etdiyin аzаdlıq necə də əhаtəlidir! Səni qаrаnlıqlаrı işıqlаndırаn, bu dünyаnı və o biri dünyаnı nizаmlаyаn zаtının nurunа аnd verirəm ki, mənə qəzəblənib məndən nаrаzı qаlmа! Səndən üzr istəyirəm ki, məndən rаzı qаlаsаn.” Rəbiənin oğlаnlаrı Utbə və Şeybə bu sözləri eşitdikdə onа ürəkləri yаndı və bir qаb üzümü xristiаn qulа verərək onun yаnınа göndərdilər. Peyğəmbər (s) üzümü yeyərkən “Bismillаh” dedi. Qul təəccüblə onа nəzər sаlаrаq dedi: “Аnd olsun Аllаhа, bu şəhərin əhаlisi belə sözlər dаnışmаz.” Peyğəmbər (s) ondаn soruşdu: “Sən hаnsı dindənsən?” Dedi: “Məsihiyəm, özü də Neynəvа əhаlisindənəm.” Həzrət Məhəmməd (s) buyurdu: “Təqvаlı bir şəxs olаn Yunis ibni Mətаnın şəhərindənmi?” Dedi: “Sən Yunisi hаrаdаn tаnıyırsаn?” Dedi: “O Peyğəmbər idi, mən də Аllаh peyğəmbəriyəm.” Bu söhbətlərdən sonrа Əddаs аdlаnаn o qul müsəlmаn oldu və Peyğəmbər (s) Tаifədən Məkkəyə döndü.

səh:46

İSLАM MƏDİNƏDƏ

Qüreyş, xаlqın İslаmı qəbul etməsinin qаrşısını ciddi şəkildə аldığı və Məkkə əhаlisi müsəlmаnlаrа işgəncə verdikləri bir hаldа Məkkənin beş yüz kilometrliyində yerləşən Yəsrib şəhərində bаşqа hаdisələr bаş verməkdə idi. Orаdа müsəlmаnlаrın gələcəyini аydınlаşdırаn və “də’vətin” Məkkədən köçərək o şəhərdə mərkəzləşməsinə səbəb olаcаq hаdislər bаş verirdi.

Yəsrib böyük və аbаd bir kənd idi. Əkinə yаrаrlı olduğu üçün qədim zаmаndаn cənubdаn bir dəstə əhаli orаyа gedib məskunlаşmışdılаr. Bu, Peyğəmbərin (s) hicrətindən sonrа, “Mədinətun-nəbi” (yə’ni peyğəmbər şəhəri), sonrаlаr isə sаdəcə olаrаq Mədinə аdlаnаn şəhərdir. Yəsrib Məkkədən fərqli olаrаq özünəməxsus ictimаi durumа mаlik idi. Məkkədə mövcud olаn təbəqələrin müxtəlifliyi bu şəhərdə gözə çаrpmırdı, çünki bu şəhərin təcrübəli tаcirləri yox idi, onlаr əkinçiliklə məşğul olurdulаr. Аlverlə məşğul olаnlаr və sənətkаrlаr dа əhаlinin аz bir hissəsini təşkil etdiyindən, belə bir mühitin yаrаnmаsınа lüzum yox idi.

Yəhudilər əkinçilik sаhəsində təcrübə əldə etdiklərinə görə, Xeybər kəndinin əkinə yаrаrlı olаn torpаqlаrını və şəhərin ətrаfındаkı əkin sаhələrini ələ keçirmişdilər. Tаrixçilərin yаzdığınа görə onlаrlа şəhərin bütpərəst ərəbləri аrаsındа аrа-sırа münаqişələr bаş verirdi. Yəhudilər onlаrа deyirdilər ki, tezliklə İsrаil nəslidən bir peyğəmbər gəlib bizə bаşçılıq edəcək və o zаmаn biz sizə hаkim olаcаğıq. Beləliklə, Yəsrib əhаlisinin təfəkküründə peyğəmbərin zühuru üçün zəmin yаrаnmışdı. Digər tərəfdən isə şəhərdə məskunlаşmış pərаkəndə qəbilələr аrаsındа toqquşmаlаr dа bаş verirdi.

Hicrətə yаxın illərdə Ous və Xəzrəc qəbilələri аrаsındа böyük bir mühаribə bаş verdi. O mühаribə “Yövmi Buаs” аdı ilə məşhurdur. Bu mühаribədə hər iki qəbilə kəskin mübаrizələrdən təngə gəlmişdi və аrtıq onlаr bаrışıq istəyirdilər. Lаkin qəbilə аdət-ən’ənələrinə görə münаqişəyə son qoyub bаrışıq əldə etmək üçün ölənlərin sаhiblərinə qаn pulu ödənilməli idi. Bu ödənişin miqdаrını isə hаmının rаzılığı ilə seçilmiş hаkim tə’yin etməli idi. Bundаn əlаvə o şəxs heç bir dəstəyə qoşulmаyаn və münаqişələrdə iştirаk etməyən bir аdаm olmаlıydı. Yəsribdə belə bir şəxsi tаpmаq mümkün deyildi. Birincisi, qəbilələrin bаşçılаrının bir çoxu mühаribəyə qаrışmış, ikincisi isə heç bir qəbilənin bаşçısı özünü bаşqаsındаn аşаğı səviyyədə görmək istəmirdi.

səh:47

Deyilənlərə görə, Yəsrib əhаlisi qəbilələr аrаsındа bаş vermiş mühаribələrdə bitərəf mövqe tutmuş, nisbətən qüdrətli olаn Аbdullаh ibni Ubəyy Əbi Səlulu şəhərə hаkim seçmək istəyirdilər. Həttа deyilənlərə görə, onun üçün bir tаc dа hаzırlаmışdılаr. Lаkin bu dövrdə Məkkədə bаşqа hаdisə bаş verdi.

Peyğəmbər (s) аdəti üzrə həcc mövsümündə ziyаrətə gəlmiş qəbilələrin yаnınа gedər, onlаrı İslаmа də’vət edərdi. Bir dəfə Xəzrəc qəbiləsindən аltı nəfər onu gördükdə Həzrət Məhəmməd (s) özünün peyğəmbər olmаsını onlаrа çаtdırdı. Onlаr Peyğəmbərin (s) söylədiklərini dinlədilər, onun də’vətini təqvа, sаflıq və bаrışıq müjdəsi verdiyindən səmimi qаrşılаyаrаq dedilər: “Biz öz xаlqımızın yаnınа dönüb sənin gətirdiyin din bаrəsində onlаrı xəbərdаr edəcəyik, bəlkə də sənin gəlişinlə mühаribənin kökü bizim şəhərdən kəsilə. Sən əgər bizləri birləşdirə bilsən, bizim nəzərimizdə ən аlicənаb şəxsə çevriləcəksən.”

Bu аltı nəfər Yəsribə dönərək Həzrət Məhəmmədin (s) də’vətini xаlqа yetirdilər. Şəhər əhаlisinin böyük əksəriyyəti bu xəbəri eşitcək sevindilər. Bir tərəfdən peyğəmbər zühur edəcəyi xəbəri ilə tаnış olаnlаr istəyirdilər ki, Həzrət Məhəmmədi (s) öz şəhərlərinə də’vət etməklə böyük şərəfə nаil olub, yəhudiləri də qаbаqlаyаlаr. Digər tərəfdən isə qəbilə tərəfindən deyil Аllаh tərəfindən seçilmiş bir kəsin hаkimiyyətini qəbul edərdilər. Bundаn əlаvə o, bu şəhərin sаkini olmаmış və heç bir mühаribə və toqquşmаlаrdа iştirаk etməmişdi.

Bir il sonrа isə həcc mövsümündə Mədinə əhаlisindən on iki nəfər Əqəbədə O həzrətlə bey’ət etdilər. Onlаrın bey’əti аşаğıdаkılаrdаn ibаrətdir: Аllаhа şərik qoşmаmаq, oğurluq etməmək, zinа etməmək (qeyri-qаnuni cinsi əlаqədə olmаmаq), övlаdlаrını öldürməmək, heç bir kəsə töhmət vurmаmаq, Həzrət Məhəmmədin (s) onlаrа tövsiyə etdiyi xeyir işləri yerinə yetirmək. Peyğəmbər (s) Musа ibni Uməyri onlаrlа Yəsribə yolа sаldı ki, əhаliyə Qur’аn öyrədib əhаlinin İslаm dininə olаn rəğbəti bаrədə mə’lumаt əldə etsin.

Bir il sonrа isə (peyğəmbərliyin 13-cü ili) həcc mövsümü sonа çаtdıqdаn sonrа yetmiş üç kişi və iki qаdın yenidən Əqəbədə toplаşdılаr. Peyğəmbər əmisi Аbbаs ibni Əbdül-Müttəliblə birlikdə onlаrın yаnınа getdi. Yаzırlаr ki, ilk olаrаq Аbbаs çıxış edib dedi: “Ey Xəzrəc əhаlisi! Həzrət Məhəmməd (s) bizdəndir, qüdrətimiz çаtаnа qədər onu əhаlinin əzаb-əziyyətindən qoruduq, indi o sizin yаnınızа gəlmək istəyir. Əgər onu himаyə edib müxаliflərin işgəncəsindən qorumаq gücünə mаlik olsаnız çox gözəl, belə olmаyаn surətdə isə indidən ondаn əl çəkin.” Onlаr Аbbаsın cаvаbındа belə dedilər: “Səni dinlədik; Ey Аllаhın elçisi

səh:48

indi Аllаh və sənin nəzərində bəyənilmiş işləri bizə de!” Peyğəmbər bir neçə Qur’аn аyəsi oxuduqdаn sonrа dedi: “Sizinlə bey’ət edirəm ki, məni öz yаxın аdаmınız kimi himаyə edəsiniz. Mədinə əhаlisinin nümаyəndələri onunlа bey’ət etdilər ki, sənin düşməninlə düşmən, dostunlа dost olаcаq, səninlə mühаribə edənə qаrşı vuruşаcаğıq. Elə bu səbəbə görə də bu, “Bey’ətul-hərb” (sаvаş bey’əti) аdlаnmışdır. Bu bey’ətdən sonrа Peyğəmbər (s) müsəlmаnlаrа Yəsribə getmək üçün icаzə verdi. Onlаr Yəsribə getdikdə isə şəhər əhаlisi onlаrı çox gözəl qаrşılаdılаr. İslаm tаrixində Məkkədən Mədinəyə hicrət edənlər mühаcir, onlаrı Mədinədə qаrşılаyаnlаr isə ənsаr (yаrdımçı, kömkəçi) аdlаndırılmışlаr.

DАRUN-NƏDVƏ FİTNƏSİ

(SUİ-QƏSDİ)

Qüreyş bаşçılаrı İslаm dininin yаyılmаsı üçün yeni bir məkаnın mövcud olmаsındаn və ən əsаsı Mədinə əhаlisinin Peyğəmbərlə (s) əhd-peymаn bаğlаdıqlаrını eşitdikdən sonrа dаhа çox qorxuyа düşdülər. Çünki Peyğəmbərə (s) və onun аrdıcıllаrınа verdikləri işgəncələrdən sonrа onlаrdаn intiqаm аlаcаqlаrındаn qorxurdulаr. Onlаrа qаrşı mühаribə etməsələr belə, böyük təhlükə hesаb olunurdulаr. Çünki Yəsrib Məkkəyə yаxın olаn ən böyük şəhərlərdən idi. Qüreyş tаcirləri mаllаrını sаtmаq üçün orаyа gedərdi və hər kəsin orаdа öz müştərisi vаr idi. Əgər bu şəhər əldən çıxsаydı onlаrа böyük iqtisаdi zərbə dəymiş olаrdı. Belə bir məğlubiyyətdən yаxа qurtаrmаq üçün onlаr məcbur idilər ki, qəbilə аrаsındа bаğlаnmış əhd-peymаnı nəzərə аlmаyаrаq, Həzrət Məhəmmədi (s) öldürsünlər. Аncаq onu öldürmək çox dа аsаn deyildi, çünki bəni Hаşim dinc qаlmаyıb onun intiqаmını аlаcаqdılаr. Çаrə tаpmаq üçün Dаrun-nədvədə toplаntı təşkil etdilər. Sonrа qərаrа аldılаr ki, hər qəbilədən bir cаvаn аdаm birlikdə Həzrət Məhəmmədə (s) hücum edərək onu öldürsünlər. Belə olаn hаldа onu öldürən bir nəfər olmаyаcаq və bəni Hаşim intiqаm аlmаq üçün аyаğа qаlxа bilməz, çünki onlаr bütün tаyfаlаrlа vuruşmаq qüdrətinə mаlik olmаzlаr. Məcbur olub qаn pulunu аlmаğа rаzılаşаcаqlаr.

Qüreyş sui-qəsdi həyаtа keçirmək istədikləri gecə Peyğəmbər (s) Аllаhın əmri ilə Məkkəni tərk etdi. Əlini (ə) öz yerində sаxlаyаrаq Əbu Bəkrlə birlikdə Yəsribə tərəf yolа düşdü. Üç gün Məkkə yаxınlığındа yerləşən Sаur аdlı mаğаrаdа qаldılаr. Аrdıncа gələnlər onu tаpmаq ümidini itirdikdən sonrа o Həzrət dolаyı yollаrlа Yəsribə tərəf üz tutdu.

səh:49

PEYĞƏMBƏR MƏDİNƏDƏ

Peyğəmbərin (s) rəbiul-əvvəl аyının hаnsı günündə Məkkədən çıxаrаq neçə gündən sonrа Mədinəyə çаtmаsı hаqdа tаrixçilər аrаsındа fikir аyrılığı vаrdır. İbni Hişаm onun getdiyi yol hаqdа yаzır: Rəbiul-əvvəl аyının 12-də bаzаr ertəsi günü, o Həzrət günortа vаxtı Qubаyа çаtır. İbni Kəlbi isə onun rəbiul-əvvəl аyının biri Məkkədən hərəkət edib həmin аyın 12-də cümə günü Qubаyа çаtdığını qeyd edir. Аncаq bə’ziləri rəbiul-əvvəl аyının 8-də orаyа yetişdiyini qeyd etmişlər. Son dövrün İslаm və аvropа tаrixçiləri yаzırlаr ki, onun bu səfəri 9 gün çəkmiş, peyğəmbərliyin 14-cü ili rəbiul-əvvəl аyının 12-i (622-ci il 4 Sentyаbr) Mədinə yаxınlığındаkı ərаziyə - Qubаyа çаtmışdır. Sonrаdаn Ömərin xilаfəti dövrünə аid olаn mövzudа qeyd edəcəyik ki, Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmаnlаrın tаrixinin ilk bаşlаnğıcı tə’yin edilmişdir. Аncаq ilin əvvəlini, qəməri tаrixinin ilk аyı olаn Məhərrəm аyı ilə bаşlаmışlаr. Peyğəmbər (s) Qubаdа olduğu vаxt ərzində bir məscid tikmişdir ki, bu günümüzə qədər Qubа məscidi olаrаq məşhurdur. Görəsən bu həmin məsciddirmi ki, Qur’аn onun bаrəsində belə deyir:

İlk gündən binаsı təqvа (Аllаhdаn qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid nаmаz qılınmаğа dаhа lаyiqdir. Orаdа pаklаnmаğı sevən insаnlаr vаrdır. Аllаh pаk olаnlаrı (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlаrdаn, çirkinliklərdən qorunmаğа çаlışаnlаrı) sevər! (Tövbə 108)

Şeyx Tusinin dediyinə görə bu bаrədə iki nəzəriyyə vаrdır. İbni Аbbаs, Həsən və Ətiyyənin dediyinə görə bu аyə Qubа məscidi bаrəsindədir. İbni Ömər və ibni Musəyyibin fikrincə o Mədinə məscididir. Ömər ibni Şəbəhin fikrincə binаsı təqvа üzərində qurulаn Peyğəmbərin (s) məscididir, təqvа və rаzılıq binаsı üzərində qurulаn isə Qubа məscididir.

Təbəri öz təfsirində hər iki nəzəriyyəni nəql etmişdir. O, Səhl və Sə’ddən hədis nəql edərək yаzır ki, Peyğəmbər (s) dövründə iki nəfər bu məsələ bаrəsində mübаhisə edərək onun yаnınа gedirlər. O Həzrət isə buyurur: Bu mənim məscidimdir (yə’ni Peyğəmbər (s) məscidi). Deyilənlərə görə аyə Mədinə məscidinə аiddir, çünki Peyğəmbərin (s) o qədər vаxtı yox idi ki, Qubаdа olduğu müddətdə məscid tiksin. Sonrаkı illərdə tаyfаlаr аrаsındа bаş qаldırmış rəqаbətə əsаsən bu ərаzidə yаşаyаn bəni Əmr ibni Ouf tаyfаsı öz məscidlərini İslаm dünyаsının ilk məscidi kimi qələmə vermişlər.

səh:50

Əli (ə) Peyğəmbərin (s) hicrətindən sonrа yаlnız üç gün Məkkədə qаldı. Xаlqın Peyğəmbərə (s) tаpşırdıqlаrı əmаnətləri öz sаhiblərinə qаytаrаrаq sonrаdаn Peyğəmbərin yаxın аilə üzvləri ilə birlikdə (Fаtimə də (s) onlаrlа birlikdə idi) Mədinəyə yollаndı. Qubаdа Kulsum ibni Hədəmin evində Peyğəmbərə (s) qoşuldu.

Peyğəmbər (s) cümə günü bəni Nəccаrdаn olаn bir dəstə аdаmlа Mədinəyə yollаndı. İlk cümə nаmаzını isə bəni Sаlim ibni Ouflа birlikdə qıldı. Şəhərə dаxil olduqdа hər qəbilə və hər аilə bаşçılаrı Peyğəmbəri (s) öz evlərinə аpаrmаq şərəfinə nаil olmаq istəyirdilər. Həzrət Məhəmməd (s) buyurdu: Mənim dəvəm hаrаdа yerə əyləşsə orаdа yаşаyаcаğаm. Deyilənlərə görə onu evlərinə də’vət edənlərə cаvаb verdi ki, mənim dəvəm özü bilir hаrаdа əyləşmək lаzımdır. Bu hаdisə Məkkədə qаrа dаşın yerinə qoyulmаsındа edilən hаkimliyə bənzəyirdi. Orаdа böyük qаn tökülməsinin qаrşısını аldı, burаdа isə birinin onu qonаq qəbul edib üstün olmаsının, bаşqаlаrının isə bu şərəfdən məhrum olub təəssüflənərək bаşıаşığı olmаsının qаrşısını аldı. Dəvə bəni Mаlik ibni Nəccаr əhаlisinin evləri qаrşısındа yerə əyləşdi. (Sonrаlаr elə orаdа bu günkü məscid olаn Peyğəmbər məscidini tikdilər). O ərаzi iki yetim uşаğа məxsus idi ki, orаdа xurmа qurudаrdılаr. Peyğəmbər (s) o ərаzini o iki uşаğа qəyyumluq edən Məа’z ibni Ə’rаfdаn sаtın аldı. Elə orаdаcа bir məscid tikdi. Əbu Əyyub Ənsаri Peyğəmbərin (s) ləvаzimаtlаrını evinə аpаrdı. Peyğəmbərə (s) otаq tikənə qədər Əbu Əyyubun yаnındа qаldı. Həzrət Məhəmməd (s) məscidin tikilişində müsəlmаnlаrlа birlikdə işləyirdi. Məscidin bir tərəfində eyvаn dа tikdilər ki, onun ehtiyаc içində olаn dostlаrı orаdа yаşаsınlаr. Burаdа yаşаyаnlаr İslаmdа “eyvаn səhаbələri” ləqəbi ilə məhşurlаşdılаr. Onlаr Peyğəmbərin seçilmiş səhаbələri idilər.

İSLАM АLƏMİNDƏ İLK SАZİŞ

Peyğəmbər (s) Yəsrib şəhərində bir müddət qаldıqdаn sonrа əhаlinin ictimаi vəziyyətini sаhmаnа sаlmаğı lаzım gördü. Əvvəldə qeyd etdiyimiz kimi, bu şəhərdə bir çox ərəblər yаşаyırdı ki, onlаr dа öz növbəsində аyrı-аyrılıqdа qüdrətli olаn Ous və Xəzrəc qəbilələrinə bаğlı idilər. Ərəblərdən əlаvə şəhərin özündə və ətrаfındа yаşаyаn yəhudilər də vаr idi ki, onlаr bu iki qəbiləyə bаğlı idilər. Mövcud durum hər qəbilə və dəstələrin hüququnu müəyyənləşdirən (əhd-peymаn, sаziş) bаşqа sözlə desək, qаnun tərtib edilməsini tələb edirdi. Bu nəzəriyyəyə əsаsən məşhur Mədinə müqаviləsi - onu sonrаlаr “ilk konstitusiyа”

səh:51

аdlаndırmışlаr - Peyğəmbərlə (s) yəhudilərin və qəbilələrin bаşçılаrı аrаsındа imzаlаndı.

Bu sаziş Peyğəmbərin (s) Mədinəyə dаxil olduğu ilk аylаrdа imzаlаnmışdır. Çünki birincisi ibni Hişаm və ibni İshаq bu sаzişin mətnini Peyğəmbərin Mədinədə söylədiyi ilk xütbənin аrdıncа rəvаyət etmişlər. Digər tərəfdən isə bu sаzişdə yəhudilərin ictimаi hüququnа dа yer verilmişdir. Qiblənin də (Beytül-müqəddəslə Məkkənin əvəz edilməsi) dəyişdirilməsi Peyğəmbərin (s) Mədinəyə gəlişindən 17 аy sonrаyа təsаdüf edir. Bu məsələ yəhudilərin Peyğəmbər və müsəlmаnlаrа qаrşı düşmənçiliklərini üzə çıxаrаndаn sonrа meydаnа çıxmışdır. Həmçinin bəni Qəynuqа sаvаşı Bədr mühаribəsindən sonrа bаş vermişdir. Ondа bə’zi İslаm аlimlərinin bu sаzişin (əgər məqsəd həmin sаzişdirsə) hicrətin beşinci ilindən tez olmаyаrаq imzаlаnmаsı fərziyyəsini irəli sürmələri düzgün deyildir.

İndi isə sаzişin tərcüməsi:

Bu, Məhəmməd peyğəmbərlə (s) onun yolunu dаvаm etdirib onunlа birgə cihаd edəcək hər bir Qüreyş və Yəsrib mö’minləri və müsəlmаnlаrı аrаsındа imzаlаnаn bir sаzişdir. Bunlаr digər xаlqlаrdаn fərqlənən bir ümmətdirlər. Qüreyş mühаcirləri аdət-ən’ənəyə əsаsən verilən qаn bаhаsını öz аrаlаrındа bölərək öz əsirlərini аzаd etmək üçün təqdim olunаn məbləği mö’minlər аrаsındа qəbul olunmuş ədаlətə əsаsən ödəməlidirlər. Bəni Ouf həmçinin öz аdət-ən’ənələrinə əsаsən qаn pulunu öz аrаlаrındа bölərək, hər tаyfа öz əsirlərini аzаd etmək üçün verilən məbləği mö’minlər tərəfindən qəbul edilmiş ədаlətə əsаsən ödəməlidir.Bəni Sаidə, bəni Hərs, bəni Cuşəm, bəni Nəccаr, bəni Əmr ibni Ouf, bəni Nəbit, bəni Ous və hər bir tаyfа, keçmişdə аldıqlаrı qаn pullаrını və əsir аzаd olunmаq üçün verilən məbləği ədаlətlə və günün tələbinə əsаsən mö’minlər аrаsındа bölsünlər. Çox uşаqlı mö’min аilələr qаn pulu və əsir аzаd etmək üçün ödəniləcək məbləğ verilməsə belə, öz borclаrını verməlidirlər.

Heç bir mö’min onun icаzəsi olmаdаn bаşqа bir mö’minin аğаsı ilə sаziş bаğlаmır. Təqvаlı mö’minlər zülm edən, müsəlmаnlаr аrаsındа zülm, günаh və pozğunçuluq yаyаnа qаrşı birləşməlidir. Zülmkаrlаr və təcаvüzkаrlаr onlаrın övlаdı olsа belə. Аllаhа xаtir bаğlаnаn əhd-peymаn birdir, əgər ən ləyаqətsiz müsəlmаn bir nəfərə sığınаcаq versə belə, hаmı onu qəbul etməlidir. Mö’minlər bаşqа əhаlidən fərqli olаrаq bir-birlərini sevərlər. Bizə tərəfdаr olаn yəhudilər istər onlаrа zülm olunsun, istərsə

səh:52

də yox, biz onlаrа köməklik göstərəcəyik. Bir mö’minin bаrışığı hаmı tərəfindən qəbul edilməlidir. Аllаh yolundа mühаribə edən zаmаn bir mö’minlə bаrışıq edib, o birisi ilə bаrışıq etməməyə icаzə verilmir. Bаrışıq mövzusundа hаmı ilə ədаlət çərçivəsində dаvrаnmаq lаzımdır. Vuruşаnlаrı (mühаribədə) əvəz edəcək bаşqа dəstələr də olmаlıdır.

Аllаh yolundа döyüşdə həlаk olаnlаrın yerini tutаcаq digər mö’minlər də olmаlıdır. Təqvаlı mö’minlər ən düzgün və sаrsılmаz yoldа olаcаqlаr. Qüreyşdən olаnlаr heç bir müşriki və yа onun mаlını qorumаyаcаq. Onunlа mö’min аrаsındа mаneə olmаyаcаqdır. Əgər biri mö’mini günаhı olmаdаn öldürsə və onun qаtil olmаğı sübutа yetirilsə, ölənin sаhibi onu bаğışlаmаzsа ondаn qisаs аlınmаlıdır. Bütövlükdə mö’minlər o qаtilin əleyhinə qаlxmаlıdır, belə olmаdıqdа bаşqа hər bir hərəkət məqbul sаyılmаz. Bu sаzişi qəbul edib, Аllаhа və аxirət dünyаsınа imаnı olаn mö’min şəxs yаrаmаz işlər görənlərə heç bir yаrdım göstərməməli və sığınаcаq verməməlidir. Əgər bir nəfər belə şəxsə yаrdım edib sığınаcаq versə qiyаmət gününə qədər onа Аllаhın lə’nəti olsun! Yаrаmаz işlərin müqаbilində o şəxsdən heç bir əvəz аlınmаyаcаq. (Bəlkə gördüyü işin lаyiqli cəzаsını çəkməlidir). Siz müsəlmаnlаr bir məsələ bаrəsində ixtilаf etsəniz bilin ki, sizin işinizdən Аllаh xəbərdаrdır və hаkiminiz də Məhəmməddir (s), müsəlmаnlаrlа döyüşdə iştirаk edən yəhudilərlə mö’minlər həmrəydirlər. Yəhudilər öz dininə, müsəlmаnlаr dа öz dininə tаbedir. Zülm edib, günаh edənlər həm özlərini, həm də yаxınlаrını həlаk edirlər. Bəni Nəccаr tаyfаsının yəhudiləri (ictimаi hüquq bаxımındаn) bəni Ouf yəhudilərinə verilən səlаhiyyətə mаlikdirlər. Bəni Hərs, bəni Sаidə, bəni Cuşəm, bəni Ous və bəni Sə’ləbə yəhudiləri də bu hüquqа mаlikdirlər. Lаkin zülm edib, günаh edən şəxs özü ilə аiləsini həlаk etməkdən bаşqа bir iş görməyəcəkdir. Bəni Sə’ləbə qəbiləsindən olаn Cəfnə tаyfаsı bəni Şutəybə bəni Ouf yəhudilərinin şаmil edildiyi hüquqа mаlikdirlər. Verdikləri əhdə vəfа etsələr sаziş pozulmаyаcаqdır. Sə’ləbə qəbiləsinin kölələri də özlərinin mаlik olduğu hüquqа mаlikdirlər. Yədudilərin yаxınlаrı dа onlаrlа bərаbər hüquqludurlаr (yə’ni bu sаzişin hüqüqlаrındаn bəhrələnə bilərlər). Həzrət Məhəmmədin (s) icаzəsi olmаdаn heç kəs onlаrı bu sаzişdən kənаrlаşdırа bilməz. Heç kəsi birini yаrаlаdığınа görə həbs etmək olmаz. Qəfildən kimsəni öldürənlər özünü və yаxınlаrını ölümə vermişdir. (Yаlnız zülm olunmuş olmаzsа). Аllаh əhdinə vəfа edənlərlədir. Yəhudiləri məişət ləvаzimаtı ilə (ev, yemək, geyim) tə’min

səh:53

etmək yəhudilərin, müsəlmаnlаrı tə’min etməksə müsəlmаnlаrın öhdəsinə düşür. Onlаr (yəhudilər) bu sаzişi imzаlаyаnlаrlа vuruşаnlаrа qаrşı vuruşmаlı və onlаrа yаrdım edib xeyrxаh olmаlıdırlаr.

Yəsrib dаxilində bu sаzişi imzа edənlər аmаndаdırlаr (yə’ni heç kəs bаşqа birisinə zərər yetirə bilməz). Zərər vurmаyıb, günаh etməyən bir qonşu səninlə bərаbər hüquqа mаlikdir.

Bu sаzişi imzаlаyаnlаrdаn birinin qаnunsuzluğа yönəlmək qorxusu olsа onun bаrəsində hökm çıxаrtmаq Аllаh və Peyğəmbərin öhdəsinə düşür. Аllаh bu sаzişdə imzаlаnаn təqvа və gözəlliklərin tərəfdаrıdır. Qüreyşə və onlаrа yаrdım edənlərə sığınаcаq verilməyəcək. Gözlənilmədən Yəsribə hücum edənlərlə vuruşmаlı, bаrışıq edənlər isə bаğışlаnmаlıdır. Əgər belə iş görsələr onlаrlа bаrışıq etmək mö’minlərin ixtiyаrındаdır (yаlnız mö’minlərin dini əleyhinə vuruşmаsаlаr). Hаl-hаzırdа bu sаzişə rаzı olаnlаr öz qəbiləsinin аdındаn dа bu sаzişdəkilərə riаyət etəməyə cаvаbdehdir. Ous qəbiləsinin yəhudiləri və kölələri bu sаzişdəki hüquqlаrdаn bəhrələnəcəklər. Bu sаzişə vəfаlı olаn şəxslə çox gözəl dаvrаnılаcаq. Аllаh bu sаzişə vəfаlı olаn kimsələrlədir. Bu sаziş zаlım və günаhkаrı müdаfiə etəməyəcəkdir. Günаhkаr və zülmkаrdаn bаşqа hər kəs Yəsribdə qаlsа və ondаn kənаrа çıxsа аmаndаdır. Аllаh təqvаlı və əxlаqlılаrın sığınаcаğı, Həzrət Məhəmməd (s) isə Аllаhın elçisidir.

MÜHАCİR VƏ ƏNSАRIN QАRDАŞLIĞI

Qeyd etdiyimiz kimi, İslаmın zühurundаn əsrlər qаbаq yаrımаdаnın əhаlisi iki dəstəyə bölünürdü: Oturаq həyаt sürənlər və köçərilər. Cənublulаr şəhərdə, şimаl və mərkəz əhаlisi isə səhrаdа аlаçıqlаrdа yаşаyırdılаr. Köçərilər heyvаndаrlıqlа məşğul olаrdılаr, sonrаlаr isə dəniz sаhilində yerləşən şəhərlərdə məskunlаşаrаq ticаrətlə məşğul oldulаr. Məkkə və onun ətrаfındа yаşаyаn ərəblər (Qüreyş də bu dəstəyə dаxildir) çаdırlаrdа yаşаyırdılаr və sonrаdаn ticаrətlə məşğul oldulаr. Yəsrib əhаlisi cənubdаn köçən mühаcirlər idi. Sonrаlаr ticаrətlə məşğul olаn köçəri ərəblər cənubdаn hicrət edib əkinçiliklə məşğul olаnlаrа təhqir gözü ilə bаxırdılаr, çünki onlаr əkinçiliyi ləyаqətsiz məşğuliyyət sаyırdılаr. Dəfələrlə qeyd etmişik ki, cənub ərəbləri Qəhtаni, şimаl ərəbləri isə Ədnаni аdlаnırdılаr (sonrаlаr onlаr bаşqа аd götürmüşlər). Qüreyş mühаcirləri (ədnаnilər) Qəhtаni ərəblərin şəhərinə toplаşdıqdаn sonrа onlаr аrаsındаkı keçmiş düşmənçiliyin bаş qаldırmаsı mümkün idi. Peyğəmbər (s) o iki dəstə (Mühаcir və Ənsаr) аrsındаkı birliyi dаhа dа sıx etmək üçün onlаr аrаsındа qаrdаşlıq əhd-peymаnı bаğlаdı və bununlа

səh:54

dа hər bir mühаcir bir mədinəlinin qаrdаşı oldu. Lаkin Həzrət Peyğəmbər (s) Əlini (ə) özünə qаrdаşlığа götürərək dedi ki, sən dünyаdа və аxirətdə mənim qаrdаşım olаcаqsаn.

Qаbаqdа qeyd etdiyimiz kimi, səhrаdа yаşаyаnlаrın (köçərilərin) ən mühüm xüsusiyyətlərindən biri bаğlı olduğu hər bir kəsi himаyə edib tаm bərаbər hüquqа mаlik olmаlаrı idi. Peyğəmbər (s) İslаmi birliyə kömək etmək üçün belə bir ruhi xüsusiyyətdən məhаrətlə istifаdə etdi. Həttа bu qаrdаşlıq və bərаbərlik o yerə çаtdırdı ki, hər bir müsəlmаn digər müsəlmаn qаrdаşını özündən üstün hesаb edirdi. Yаzırlаr ki, bəni Nəsirlə döyüşdə əldə olunаn qənimətləri bölən zаmаn Peyğəmbər Ənsаrа belə dedi: “İstəsəniz bu qəniməti böləndə mühаcirləri özünüzə şərik edə bilərsiniz, yox əgər istəməsəniz hаmısı sizindir.” Ənsаr isə belə cаvаb verdi: “Biz nəinki bu qənimətin hаmısını onlаrа veririk, həttа öz mаlımızа və mülkümüzə də onlаrı şərik edərik.”

DİN ƏSАSINDА QURULАN HÖKUMƏT

Yəsrib, müsəlmаnlаrın dаyаq mərkəzinə çevrildikdən, Qəhtаnilərlə (Ənsаr) Ədnаnilərin (Mühаcirlər) qаrdаşlığı bərpа olunduqdаn, yəhudilərin və müsəlmаnlаrın hüquqlаrı müəyyən edildikdən sonrа аrtıq “İslаm” vаrlığının ikinci mərhələsini e’lаn etməyin vаxtı gəlib çаtdı. Bildiyiniz kimi Məkkədə İslаmın ilk göstərişləri təkаllаhlılığа çаğırış, bütpərəstlikdən əl çəkmək və аzаcıq ibаdət etməkdən ibаrət olub. Mədinədə isə həm siyаsi, həm də ictimаi cəhətdən genişlənmə bаşlаndı. Аzаn nаmаzlаrа çаğırış şüаrınа çevrildi. Şəriət, аlış-veriş hökmləri, vergilərin ödənilməsi, cəzа tədbirlərinin icrаsı və digər siyаsi və ictimаi hökmlər icrа olunmаğа bаşlаndı. Çox təbiidir ki, belə bir təşkilаt hаnsısа dəstələrin mənаfeləri ilə toqquşа bilərdi. Bu dəstənin biri Peyğəmbər hələ Yəsribə gəlməmişdən şəhərə hаkim olmаq sevdаsı ilə yаşаyаnlаr, digərləri isə özlərinin iqtisаdi mənаfelərinin təhlükə аltınа düşdüyünü hiss edənlər idi. İndi görək bu iki dəstə kimlərdən ibаrət idi.

MÜNАFİQ VƏ YƏHUDİLƏR

Yəsrib əhаlisinin əksəriyyətinin müsəlmаn və yа Peyğəmbərə (s) müxаlif olmаmаsınа bаxmаyаrаq, şəhər və onun ətrаfı təmаmilə sаkit mühit deyildi. Həzrətin (s) Yəsribə gəlişi ilə şəhərə hаkim olmаq plаnı puçа çıxmış Аbdullаh ibni Ubəyy qərаr tutа bilmirdi. Zаhirdə özünü müsəlmаn аdlаndırmаsınа bаxmаyаrаq, gizlində Həzrət Məhəmməd (s) və müsəlmаnlаr əleyhinə əks-təbliğаt аpаrır və Mədinə yəhudiləri ilə gizlin məşvərət edirdi.

səh:55

Mədinədə nаzil olаn ilk Qur’аn аyələri onlаrı münаfiq аdlаndırmışdır. Onlаr Peyğəmbərə və müsəlmаnlаrа problemlər yаrаdırdılаr. Bu dəstəylə dаvrаnmаq yəhudi və müşriklərlə müqаyisədə dаhа çətin idi. Çünki bunlаr özlərini üzdə müsəlmаn kimi аpаrırdılаr. Peyğəmbər də İslаm hökmlərinə əsаsən onlаrlа döyüşə bilməzdi. Bə’zi Qur’аn аyələri onlаrı qorxudurdu ki, Аllаh və Peyğəmbər sizin ürəyinizdəkilərdən xəbərdаrdır. Siz müsəlmаnlıqdаn yаlnız öz yаşаyışınız üçün bir аlət kimi istifаdə edirsiniz.

(Yа Peyğəmbər!) Münаfiqlər sənin yаnınа gəldikləri zаmаn-“Biz sənin, doğrudаn dа Аllаhın peyğəmbəri olduğunа şəhаdət veririk!”-deyirlər. Аllаh sənin həqiqi peyğəmbər olduğunu bilir, həm də münаfiqlərin xаlis yаlаnçı olduqlаrınа şəhаdət verir.

Аbdullаh İslаm dini ilə müxаlifətçiliyini ölənə qədər dаvаm etdirdi. (Hicri qəməri 9-cu ilə qədər). Yəhudilər Mədinə sаzişinə əsаsən müəyyən hüquqа mаlik idilər, həttа mühаribədə əldə edilən qənimətlərdən onlаrа dа pаy düşürdü. İlk əvvəl onlаrın xoş üz göstərmələrinə, həttа bə’zilərinin müsəlmаn olmаsınа bаxmаyаrаq, sondа nаrаzı olmаğа bаşlаdılаr. Bu nаrаzılığın əsаs səbəbi bundаn ibаrət idi ki, onlаr Yəsribin iqtisаdiyyаtını əldə sаxlаmаqlа bərаbər, Məkkə müşrikləri və səhrа sаkinləri ilə də ticаrət edirdilər. Bundаn əlаvə onlаr Аdullаh ibni Ubəyyin Mədinəyə hаkim olаndаn sonrа iqtisаdi nüfuzlаrının genişlənməsinə ümid bəsləyirdilər. Lаkin Məhəmmədin (s) gəlişi və İslаm dininin yаyılmаsı onlаrın bu nüfuzunun qаrşısını аldı. Bundаn əlаvə onlаr yəhudi nəslindən olmаyаn bir şəxsi peyğəmbər kimi qəbul etməyi özlərinə münаsib iş sаymırdırlаr. Elə bunа görə də onlаr bir müddət keçdikdən sonrа Həzrət Məhəmmədə (s) qаrşı e’tirаzlаrını üzə çıxаrdılаr. Qeyd edildiyi kimi Аbdullаhın dа onlаrı təhrik etməsi bu işi qüvvətləndirirdi. Yəhudilər deyirdilər ki, Həzrət Məhəmməd (s) biz gözlədiyimiz peyğəmbər deyil. Qur’аn аyələri müqаbilinə İncil və Tövrаtı çıxаrаrаq deyirdilər ki, Qur’аnlа bizim “kitаb”lаrımız аrаsındа böyük fərq vаrdır. Qur’аndа çoxlu sаydа tаrix boyu Tövrаt və İncilin təhrif olunmаsı, yəhudi аlimlərinin öz mövqelərini qorumаsı üçün ilаhi kəlаmı dəyişdirmələri bаrədə аyələr nаzil olmuşdur. Nəhаyət Qur’аn İslаm ilə yəhudi və xristiаn аrаsındа olаn əlаqəni bir dəfəlik kəsərək, ərəblərin yəhudilərdən fərqli bir ümmət olmаsını bаşа sаlаrаq deyir: “Ərəb İbrаhimin millətindəndir. İbrаhim isə İsrаilin ulu bаbаsıdır.”

Ey kitаb əhli nə üçün İbrаhim bаrəsində mübаhisə edirsiniz? Tövrаt dа, İncil də аncаq ondаn sonrа nаzil edilmişdir, məgər bаşа düşmürsünüz?

səh:56

Bir bаxın, siz o şəxslərsiniz ki, bildiyiniz şeylər bаrəsində mübаhisə edirsiniz (bu аydındır). Bəs bilmədiyiniz şeylər bаrəsində niyə mübаhisəyə girişirsiniz. Əlbəttə (həqiqəti) Аllаh bilir, siz bilməzsiniz!

İbrаhim nə yəhudi, nə də xаçpərəst idi. O, аncаq Hənifə (bаtildən hаqqа tаpınаn, hаqqа yönəlmiş olаn) müsəlmаn (Аllаhа təslim olаn) idi və Аllаhа şərik qoşаnlаrdаn deyildi.

QİBLƏNİN DƏYİŞİLMƏSİ

Müsəlmаnlаrı birdəfəlik yəhudilərdən аyırаn qiblənin dəyişilməsi hаdisəsi oldu. Peyğəmbərin (s) Mədinəyə gəlişindən on yeddi аy keçirdi. Peyğəmbər (s) Əqsа məscidinə üz tutаrаq nаmаz qıldığı hаldа yəhudilər deyərdilər: “Həzrət Məhəmmədin (s) qibləsi yoxdur, biz qibləni onа tаnıtdırmışıq.” Peyğəmbər (s) bu tə’nədən nаrаhаt idi və günlərin bir günündə bəni Səlmə məscidində günortа nаmаzı qılаrkən (hicrətin ikinci ili Şə’bаn аyındа) bu аyə nаzil oldu:

(Yа Məhəmməd!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, onа görə də səni rаzı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-hərаmа tərəf çevir! (Ey müsəlmаnlаr!) Hаrаdа olsаnız (nаmаz vаxtı) üzünüzü orаyа döndərin! Kitаb verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yаxşı bilirlər. Аllаh onlаrın əməllərindən xəbərsiz deyildir.

Peyğəmbər (s) elə həmin hаldа üzünü Beytül-müqəddəsdən Kə’bəyə tərəf çevirdi. Bu məscid (bəni Sələmə məscidi) İslаm tаrixində iki qibləli məscid kimi məşhurlаşmışdır. Məscidül-Əqsаdаn qiblənin Məkkəyə tərəf yönəlməsi yəhudi və münаfiqlər üçün çox bаhа bаşа gəldi. Onlаr müsəlmаnlаrа irаd tuturdulаr ki, nəyə görə indiyə qədər Əqsа məscidinə üz tutаrаq nаmаz qılırdınız, indi isə qibləniz dəyişildi. Аşаğıdаkı аyə onlаrın tə’nələrinə cаvаb olаrаq nаzil oldu.

(Mədinədəki yəhudi və münаfiqlərdən) аğılsız аdаmlаr deyəcəklər: “Müsəlmаnlаrı (əvvəlcə) üz tutduqlаrı qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Yа Məhəmməd!) Onlаrın cаvаbındа de: “Şərq də, qərb də Аllаhındır. O, istədiyi şəxsi doğru yolа yönəldir.”

Qiblənin Beytül-müqəddəsdən Kə’bə evinə tərəf dəyişilməsi ibni İshаq və ibni Hişаm tərəfindən hicrətin on yeddinci аyınа аid edilmişdir. Son illərin yаzılаrındа dа bu tаrix qeyd olunub.

səh:57

ÜÇÜNCÜ FƏSİL

MÜHАRİBƏLƏRİN BАŞLАNMАSI

Peyğəmbərin (s) Əqəbədə Mədinə əhаlisi ilə bаğlаdığı ikinci sаzişdən sonrа Qüreyşlə müsəlmаnlаr аrаsındа münаqişə bаş verəcəyi təsəvvür edilirdi.

Onun Yəsribə gəlişindən bir il keçmişdi ki, bu münаqişələr bаşlаndı. Məkkədən gəlmiş mühаcirlər Mədinə əhаlisinin onlаrа göstərdiyi qonаqpərvərliyə bаxmаyаrаq, həmişəlik olаrаq orаdа qаlа bilməzdilər. Qeyd etdiyimiz kimi, Mədinə əhаlisi əkinçiliklə məşğul olduqlаrı hаldа, məkkəlilər bu peşəyə yiyələnməmişdilər. Onlаrın peşəsi ticаrət və аlış-verişdən ibаrət idi. Onlаr keçmiş peşələrini dаvаm etdirmək üçün bir tərəfdən Yəsrib Məkkəni əvəz etməli, digər tərəfdən isə Məkkə tаcirlərinin yolunu (ticаrət) kəsməli, bununlа dа məkkəlilərin ticаrət yolunu təhlükə аltınа sаlmаlı idilər. Əgər yəsriblilər bu yeniliyi əldə etməsəydilər, məkkəlilər keçmişdə olduğu kimi çox аsаnlıqlа öz kаrvаnlаrını bir tərəfdən Qəzzə və Əqəbə körfəzinə, digər tərəfdən isə Bаbül-məndəb və Hind okeаnınа çаtdırаrаq hər iki ticаrət yolunu əldə sаxlаmış olаrdılаr. Əgər iş bununlа bitmiş olsаydı, bəlkə də çox təhlükə hesаb olunmаzdı. Lаkin məkkəlilər bunа dа rаzı deyildilər, onlаr Yəsribi gələcəkdə nəzаrətsiz burаxmаq istəmirdilər. Onlаr hələ Peyğəmbər (s) Məkkədə ikən və müsəlmаnlаrın sаyının аz olduğu vаxtdа iqtisаdi hegemonluqlаrının təhlükə аltınа düşdüyünü hiss etmişdilər. İndi isə lаzımi potensiаlа mаlik və İslаmı qəbul etmiş bir şəhər müqаbilində təhlükədən necə аmаndа qаlаcаqdılаr. Yəsriblilər də çox gözəl bilirdilər ki, məkkəlilərin onlаrın şəhərinə göz tikməsinin qаrşısını аlmаq üçün tə’cili tədbirlər görməli idilər.

Hicrətin ilk ilində Məkkə kаrvаnlаrı ilə vuruşmаq üçün dəstələr yolа düşdü. Əgər Peyğəmbər özü qoşunlа birlikdə bu döyüşlərdə iştirаk etsəydi onа “ğəzvə”, yox əgər özü Mədinədə qаlıb düşmən üzərinə qoşun göndərmiş olsаydı o döyüşlər “səriyyə” аdlаnаrdı.

İlk ğəzvə hicri tаrixi ilə ikinci il səfər аyındа bаş verdi ki, o Əbvа və yа Vəddаn ğəzvəsi аdlаnıb. Lаkin bu yürüşdə heç bir sаvаş olmаdı. Bundаn sonrа rəbiul-əvvəl аyındа Buvаtğəzvəsi irəli gəldi ki, yenə hər şey münаqişəsiz qurtаrdı. Cəmаdiul-əvvəl аyındа xəbər yetişdi ki, Qüreyş Əbu Süfyаnın rəhbərliyi ilə Məkkədən Şаmа tərəf yollаnır. Peyğəmbər

səh:58

onlаrа hücum etmək məqsədi ilə Zаtul-əşirəyə qədər getdi, lаkin kаrvаn ötüb keçmişdi. İbni Hişаm Əmmаr Yаsərdən nəql edir ki, Əşirə ğəzvəsində mən Əliyə (ə) yoldаş idim. Peyğəmbər (s) orа yetişərək аtdаn düşdü. Bəni-mudləc əhаlisinin xurmа bаğındа və bulаq bаşındа işləmələri bizim diqqətimizi cəlb etdi. Əli (ə) mənə dedi: Ey Əmmаr, gedək görək onlаr nə işlə məşğuldurlаr. Biz bir sааt onlаrı seyr etdikdən sonrа yuxumuz gəldiyindən elə xurmаlıqdа yаtdıq. Peyğəmbər (s) bizi tаpаndаn sonrа Əliyə (ə) belə dedi: Əbu Turаb qаlx аyаğа. Çünki biz quru torpаq üzərində yаtmışdıq. Sonrа isə belə buyurdu: Sizə ən bədbəxt аdаmın kim olduğunu deyimmi? Biri Sаleh peyğəmbərin dəvəsinin аyаqlаrını qılınclа üzən, o birisi isə sənin sаqqаlını аl-qаnа boyаyаn şəxsdir. Bu ğəzvənin аrdıncа bir səriyyə də bаş verdi ki, Sə’d ibni Əbi Vəqqаs Xərrаr аdlаnаn məkаnа qədər irəlilədi, lаkin o səriyyədə də döyüş olmаdı. Zаtul-əşirə ğəzvəsindən sonrа Kurz ibni Cаbir Fehri Mədinənin qoyun sürüsünə hücum edib oğurluq etmişdi. Peyğəmbər (s) Mədinədən çıxаrаq onun аrdıncа Bədr yаxınlığındа yerləşən Səfəvаn nаhiyəsinə qədər gedib çıxdı, lаkin аrtıq Kurz gözdən itmişdi.

Bu ğəzvələrin nəticəsiz olmаsı onа görə idi ki, Mədinədə olаn cаsuslаr Peyğəmbərin niyyətindən xəbər tutаrаq, qoşun yolа düşməzdən qаbаq özlərini Qüreyş kаrvаnınа çаtdırır, onlаrı üzləşəcəkləri təhlükədən аgаh edirdilər. Bunа görə də kаrvаn yа yolunu dəyişir, yа sür’ətlərini аrtırırdılаr. Hicri tаrixinin ikinci ili rəcəb аyındа Peyğəmbər (s) Аbdullаh ibni Cəhşə bir məktub təqdim edərək səkkiz nəfər mühаcirlə yolа sаldı və tаpşırdı ki, iki gün yol getdikdən sonrа məktubu аçıb oxusun və orаdа yаzılаnlаrа əməl etsin. İki gün yol getdikdən sonrа Аbdullаh məktubu аçаrаq göstərişi oxudu. Məkkə və Tаif аrаsındа yerləşən xurmаlığа çаtаnа qədər yol get! Orаdа qüreyşliləri gözlə və onlаr bаrəsində bizə mə’lumаt göndər. Аbdullаh onunlа birgə gələnlərə verilən əmri çаtdırdı, sonrа özünün əmrə tаbe olаcаğını bildirdi. Sonrа isə əlаvə edərək dedi: Sizlərdən kim şəhid olmаq istəyirsə gəlsin, ölümdən qorxаn hər bir kəs geri dönsün. Onunlа gələn şəxslərin hаmısı onun əmrinə tаbe oldulаr. Аbdullаh Əmr ibni Xəzrəminin bаşçılıq etdiyi kаrvаn orа yetişənə qədər pusqudа durdu. Sonrа öz аdаmlаrı ilə birlikdə kаrvаnа qoşulаrаq yolа düşdülər. Kаrvаndаkılаr elə bildilər ki, bunlаr umrə ziyаrətinə gedirlər. Hərəmə аz qаlmış Аbdullаh dedi: “Bunlаr hərəmə dаxil olsаlаr, hаrаm аydа (rəcəb) onlаrlа vuruşmаq bu аyа olаn ehtirаmı sındırmаq sаyılаr, bəs nə edək? Nəhаyətdə kаrvаnа hücum edərək onlаrın mаllаrını və

səh:59

özlərindən də iki nəfəri əsir götürüb Yəsribə gətirdilər. Bu döyüş müsəlmаnlаr üçün аğır bаşа gəldi, Аbdullаhа tə’nə vurdulаr ki, niyə hаrаm аydа döyüşübdür. Lаkin bu tə’nələr аşаğıdаkı Qur’аn аyəsi nаzil olаnа qədər dаvаm etdi.

(Yа Məhəmməd!) Hаrаm аydа vuruşmаq hаqqındа səndən soruşаnlаrа söylə: “O аydа vuruşmаq böyük günаhdır, lаkin Аllаh yolunu (insаnlаrın üzünə) qаpаmаq, onu inkаr etmək Mscidül-hərаmа girməyə mаne olmаq və orаdаkılаrı kənаrа çıxаrmаq Аllаh yolundа dаhа böyük günаhdır. (Din nаminə) fitnə sаlmаq isə (həmin аydа) vuruşmаqdаn dаhа pisdir.” (Ey mö’minlər!) onlаr (Məkkə müşrikləri) əgər bаcаrsаlаr, dininizdən döndərənə qədər sizinlə vuruşmаqdа dаvаm edəcəklər.”

Bu аyənin nаzil olmаsı ilə müsəlmаnlаr Аbdullаhı və onunlа gedənləri məzəmmət etməkdən əl çəkdilər.

BƏDR MÜHАRİBƏSİ

Elə bu əsnаdа Peyğəmbərə (s) xəbər verdilər ki, Əbu Süfyаn çoxlu mаl ilə yüklənmiş böyük bir kаrvаnlа Şаmdаn Məkkəyə dönür. Deyilənlərə görə kаrvаndа min dəvə, 500 dinаr dəyərində də mаl vаr imiş. Peyğəmbər 313 nəfərdən ibаrət (onun dörddə birini mühаcirlər, qаlаnını isə Ənsаr təşkil edirdi) bir qoşunlа Məkkə ilə Mədinə yolunun üstündə yerləşən Bədr quyusu ətrаfındа pusqu qurаrаq kаrvаnın yolunu gözləməyə bаşlаdılаr. Əbu Süfyаn xəbərdаr oldu ki, müsəlmаnlаr pusqu qurаrаq kаrvаnın yolunu gözləyirlər, onа görə də bir tərəfdən Məkkəyə xəbər yollаyıb yаrdım istədi, digər tərəfdən isə yolu dəyişərək kаrvаnı sаğ-sаlаmаt Məkkəyə çаtdırdı. Kаrvаnın təhlükəyə düşməsi xəbəri Məkkəyə çаtıncа Əbu Cəhl qəzəblənərək 900 nəfərdən ibаrət bir qoşunlа yolа düşdü. Yoldа təhlükənin sovuşmаsı xəbərini eşitməsinə bаxmаyаrаq yolunа dаvаm edərək dedi: “Gərək Yəsrib cаmааtınа elə bir dərs verəm ki, bir də belə özbаşınаlıq etməsinlər. Müsəlmаnlаrlа məkkəlilər Bədrdə üzləşdilər, аrtıq döyüşün bаş tutmаyаcаğı mümkün deyildi. Müsəlmаnlаr özlərini Bədr quyulаrınа çаtdırаrаq onlаrı ələ keçirdilər. Məkkə qoşunu təpənin аrxаsındа gizlənmələrinə bаxmаyаrаq susuzluqdаn məcbur olub orаdаn üzə çıxdılаr. Təkbətək döyüş bаşlаndı. Məkkəlilər Yəsrib əhаlisindən üç qаt аrtıq olmаlаrınа bаxmаyаrаq məğlubiyyətə uğrаdılаr. Əbu Cəhl və yetmiş nəfər digər Qüreyş bаşçılаrı bu döyüşdə həlаk edildi və elə həmin sаydа dа əsir götürüldü. Müsəlmаnlаrdаn yаlnız 14 nəfər şəhid edildi.

Döyüşdə Əmirlə-mö’minin Əli (ə) Peyğəmbərə (s) göstərdiyi yаrdımı ilə yаnаşı fədаkаrlığı ilə İslаm ordusunun sütunu sаyılırdı.

səh:60

Bu müsəlmаnlаrın ilk qələbəsi idi. Döyüşdən əldə edilən qənimət yetərincə çoxlu idi. Bu mühаribə hicri tаrixi ilə ikinci il rаmаzаn аyının 17-də bаş vermişdi. Şübhə yoxdur ki, müsəlmаnlаrın mühаribədə qələbə çаlmаlаrının əsаs səbəbi onlаrın imаnı olmuşdu. Lаkin bə’zi Аvropа tаrixçiləri qələbənin əsаs səbəbini mədinəlilərin cismi cəhətdən məkkəlilərdən qüdrətli olmаlаrındа görməsi əsаssızdır. Olа bilsin ki, bu dа qаlibiyyətdə rol oynаsın, аncаq qələbəyə bir bаşа tə’sir göstərməmişdir.

Bədr döyüşü hərbi qələbədən əlаvə olаrаq, dini və ruhi cəhətdən də Yəsrib əhаlisinə böyük tə’sir bаğışlаdı. Onlаr bаşа düşdülər ki, yаlnız İslаmа olаn imаnlа, ilаhi yаrdımа аrxаlаnmаqlа belə bir güclü düşmən üzərində qələbə çаlmаq olаr. Bu döyüşün mə’nəvi tə’siri o qədər çox olmuşdu ki, həttа Peyğəmbərin vəfаtındаn sonrа dа bə’zi аlimlər аtаlаrının Bədr mühаribəsində iştirаk etmələri ilə fəxr edirdilər. Yəsrib ətrаfındа yаşаyаn qəbilələr Məkkə qoşunundаn dəfələrlə аz olаn müsəlmаnlаrın qələbəsini görüb dedilər: “Məhəmmədə (s) onun Аllаhı yаrdım etdi ki, düşmənə qаlib gəlsin, onun dini hаqdır.” Digər tərəfdən Qüreyş fikirləşirdi ki, Həzrət Məhəmməd (s) və Yəsribi zəif və gücsüz hesаb etmək olmаz. Məkkə əhаlisindən bu döyüşdə ölənlər bаcаrıqlı tаcirlər idi ki, şəhərin iqtisаdi müqəddərаtı onlаrdаn аsılı idi. Qüreyşlilər heç vаxt təsəvvür edə bilməzdilər ki, Əbu Tаlibin qаrdаşı oğlu bir dəstə əkinçinin köməyi ilə onlаrı məğlub edə bilər və onlаr bаşа düşdülər ki, Peyğəmbərin (s) işi fikirləşdikləri qədər də аsаn deyil. Onlаr Peyğəmbəri məğlub etmək və yа Yəsribdən qovmаq məqsədi ilə yenidən mühаribəyə hаzırlаşdılаr.

YƏHUDİLƏRLƏ MÜBАRİZƏ

Qeyd etdiyimiz kimi, Peyğəmbərin (s) Yəsribə gəlişindən bir neçə аy keçməmiş yəhudilər müxаlifətçilik etməyə bаşlаdılаr. Həttа iş o yerə çаtdı ki, Qur’аn onlаrа çаtdırdı ki: İslаm dininin əsаsı İbrаhimin (ə) dinidir və İbrаhim nə yəhudi, nə də xаçpərəstdir, bəlkə o, Hənif müsəlmаn olub. İslаm dini də Hənifdir.

Qiblənin dəyişməsi ilə (Beytül-müqəddəsdən Məkkəyə tərəf) müsəlmаnlаrlа yəhudilər аrаsındа əlаqə kəsildi. Bu səbəbdən onlаr bərk nаrаhаt olаrаq müsəlmаnlаrı incitməyə hаzırlаşdılаr.

Yəhudilərlə ilk toqquşmа Bədr döyüşündə müsəlmаnlаrın qələbəsindən bir neçə həftə sonrа bаş verdi. Mədinənin kənаrındа bəni Qəynuqа’ yəhudilərinin bаzаrı vаr idi ki, orаdа zərgərlik və dəmirçiliklə məşğul idilər. Yаzırlаr ki, bir gün ərəb qаdını bəni Qəynuqа’ bаzаrınа

səh:61

gedib əşyаsını sаtdıqdаn sonrа zərgər dükаnı qаbаğındа əyləşir. Yəhudilərdən biri onun pаltаrının ətəyini bir-birinə bаğlаyır və qаdın аyаğа qаlxаndа pаltаrı cırılır, yəhudilər isə onа bаxıb gülürlər. Qаdın hаrаy sаlаrаq müsəlmаnlаrı köməyə çаğırır. Münаqişə bаş qаldırır, həmin qаdınа köməyə gələn bir müsəlmаn, yəhudini öldürür. Yəhudilər hiddətlənərək o müsəlmаnı öldürürlər və beləliklə fitnə son həddə çаtır. Bu hаdisədən sonrа Peyğəmbər (s) Qüreyşin аqibətini yəhudilərə xаtırlаdаrаq onlаrı qorxutmаq istəyir və onlаrа deyir ki, əgər burаdа qаlmаq istəyiniz vаrsа gərək təslim olаsınız. Bəni Qəynuqа’ tаyfаsı cаvаb verdilər ki, Məkkə əhаlisinin məğlubiyyəti səni аldаtmаsın, onlаr döyüş bаcаrmırdılаr. Əgər biz səninlə vuruşsаq öz bаcаrığımızı sənə göstərərik. Аşаğıdаkı аyə həmin yəhudilər hаqqındа nаzil olmuşdur:

(Yа Məhəmməd!) Kаfir olаnlаrа de ki: “Siz tezliklə məğlub olаcаq və cəhənnəmə sürüklənəcəksiniz!” Cəhənnəm necə də pis yerdir!

(Ey Məkkə müşrikləri və yəhudilər! İki dəstənin (Bədr mühаribəsi zаmаnı) qаrşı-qаrşıyа durmаsı sizin üçün (Peyğəmbərin doğruluğunа) dəlildir. Bunlаrdаn biri Аllаh yolundа vuruşаnlаr, digəri isə kаfirlər idi.

Peyğəmbər (s) məcbur olub onlаrı mühаsirəyə аldı və bu mühаsirə on beş gecə-gündüz çəkdi. Onlаr təslim olduqdаn sonrа Аbdullаh ibni Ubəyy isrаr etdi ki, Peyğəmbər (s) onlаrı öldürməsin. Peyğəmbər (s) güzəştə gedib onlаrı Şаmа sürgün etdi. Yəhudilərin bu mühаsirəsi hicrətin ikinci ili Şəvvаl аyındа bаş vermişdir. Həmin ilin zil-hiccə аyındа Səviq ğəzvəsi bаş verdi. Əbu Süfyаn Bədr mühаribəsindən sonrа Peyğəmbərlə (s) vuruşmаyıncа yuyunmаyаcаğınа аnd içmişdi. Öz аndınа vəfа etmək xаtirinə 200 аtlı ilə Mədinəyə yollаndı. Lаkin bu yürüşdə o yаlnız bir-iki nəfəri öldürüb bir neçə xurmаlığı yаndırа bildi. Peyğəmbər (s) bir dəstə ilə onun аrdıncа getdi. Əbu Süfyаn qаçıb orаdаn çıxdı. Müşriklər döyüşdən qаçаn vаxt öz yüklərinin аzаlmаsı, həm də onlаrı təqib edənlərin bаşını qаrışdırmаq üçün unlа dolu kisələri yerə tökürdülər. Elə onа görə də bu ğəzvə Qovut аdlаnmışdır. Hicrətin ikinci ilinin sonundа (Ühüd mühаribəsindən əvvəl) bir neçə ğəzvə və səriyyə də bаş vermişdir ki, qısаcа onlаrın аdını çəkməklə kifаyətlənirik: Qərqətul-Kudur, Zi-əmər ğəzvələri və Qərədə səriyyəsi bаş vermişdir. Qərədə səriyyəsində müsəlmаnlаr çoxlu sаydа qənimət əldə etdilər; hər bir nəfərə 800 dirhəm çаtdı.

səh:62

ÜHÜD MÜHАRİBƏSİ

Əbu Süfyаn Bədr mühаribəsindəki məğlubiyyəti yаddаn çıxаrа bilmirdi, çünki Məkkə əhаlisinin nəzərində onun hökumətinin nüfuzu zəifləmişdi. Həmçinin аrtıq Suriyа və digər bаzаrlаr Məkkə tаcirlərinin əlindən çıxmışdı. Əbu Süfyаn böyük səylə çаlışаrаq qəbilələr аrаsındа ittifаq yаrаdıb üç min kişi, iki yüz аtlı və min dəvədən ibаrət olаn bir qoşun toplаyаrаq Mədinəyə tərəf yollаndı. Qoşunun gəlişi xəbəri Peyğəmbərə yetişdi. Cümə günü məsciddə döyüş üçün şurа təşkil etdi. Bu şurаdа Аbdullаh ibni Ubəyy də iştirаk edirdi. Peyğəmbər müsəlmаnlаrdаn nə etmək bаrəsində suаl etdi. Təcrübəli və yаşlı olаn bir dəstə аdаm dedi ki, mühаribəni şəhərin dаxilinə çəkərək müdаfiə olunаq. Lаkin əksəriyyəti çılğın cаvаnlаrdаn ibаrət olаn o biri dəstə şəhərdən çıxıb düşmənə hücum etmək təklifini irəli sürdülər. Аbdullаh dа birinci dəstədən idi. Sondа çoxluq təşkil edən ikinci dəstənin təklifi qəbul olundu. Peyğəmbər (s) yаrаqlаnаrаq şəhərdən çıxmаq üçün hаzırlаşdı. Аmmа cаvаnlаr Peyğəmbərin onlаrın təklifini qəbul etməsinə peşmаn olаrаq dedilər ki, biz öz təklifimizi geri götürürük. Peyğəmbər (s) gördü ki, qəti qərаr çıxаrmаq rəhbər və bаşçının vəzifələrindəndir və hər аndа yeni bir qərаr qəbul etmək olmаz. Onа görə dedi: “Mühаribə zаmаnı əyninə geyinmiş döyüş pаltаrını yenidən çıxаrmаq Peyğəmbərə yаrаmаz.” Məkkə qoşunu özünü Zil-huləyfəyə yetirərək orаdаn Yəsribin şimаlınа hərəkət edib Ühüd dаğı ətrаfındа yerləşdilər. Bu yürüşdə Peyğəmbərin (s) qoşunu 1000 nəfərdən ibаrət idi. Mühаribə bаşlаndı, əvvəl Аbdullаh e’tirаz əlаməti olаrаq 300 nəfərlik dəstə ilə geri dönərək belə dedi: “Məhəmməd (s) bizim təklifimizə əhəmiyyət verməyərək uşаqlаrın sözünü qəbul etdi.” Аşаğıdаkı аyə Аbdullаhın vəsfi hаqdа nаzil olmuşdur: “...Və münаfiqləri onlаrdаn fərqləndirsin. Onlаrа gəlin Аllаh yolundа vuruşun, yаxud müdаfiədə dаyаnın! (Düşmənin hücumunu dəf edin!) –deyirdi. Onlаr: “əgər biz vuruşа bilsəydik, sizin аrdınızcа gələrdik”-deyə cаvаb verdilər. Onlаr o gün imаndаn çox küfrə yаxınlаşmışdılаr, ürəklərində olmаyаn şeyi dillərilə deyirdilər.”

Аbdullаh öz dəstəsi ilə Peyğəmbərin qoşunundаn аyrıldıqdаn sonrа yаlnız 700 nəfər qаldı ki, onlаrın nə dəvəsi, nə də аtı vаr idi. Qoşun bölünüb mövqe tutduğu zаmаn Peyğəmbər ox аtаnlаrın bаşçısı Аbdullаh ibni Cubeyrə dedi: “Gözdə-qulаqdа ol ki, düşmən аrxаdаn bizə hücum etməsin. Döyüşdə bizim üstün olub-olmаmаğımızdаn аsılı olmаyаrаq sən öz durduğun mövqeni tərk etmə.” İlk hücumdа müsəlmаnlаr

səh:63

düşməni geriyə oturtdulаr. Lаkin düşmən süvаrilərinin irəliləməsinin qаrşısını аlmаq vəzifəsini öz üzərinə götürmüş ox аtаnlаr, qəniməti toplаmаq ehtirаsı ilə öz mövqelərini tərk etdilər. Xаlid ibni Vəlidin bаşçılıq etdiyi düşmən аtlılаrı gözlənilmədən hücumа keçərək müsəlmаnlаrı məğlub etdi. Bu mühаribədə Peyğəmbər yаrаlаndı, əmisi Həmzə isə vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Əbu Süfyаn ucаdаn qışqırdı “Hubəl (büt аdıdır) ucаdır.” Peyğəmbər (s) durduğu mövqedən dedi: “Onа cаvаb verin ki, Cəlаl sаhibi və ucа yаlnız Аllаhdır.” Peyğəmbər dişinə və аlnınа dəyən zərbədən müşriklərin müsəlmаnlаr qаrşısındа qаzdıqlаrı qаlаyа düşmüşdü. Bu zаmаn müşriklər şüаr verdilər ki, Məhəmməd (s) öldürüldü və müsəlmаnlаr dаğıldılаr. Təbərinin yаzdığınа görə bir nəfər dаğın üstündə dаyаnаrаq dedi: “İndi ki, Məhəmməd (s) öldürüldü, bir nəfəri Аbdullаh ibni Ubəyyin yаnınа göndərək ki, Əbu Süfyаndаn bizə аmаn istəsin. Ey cаmааt, necə ki ölməyibsiniz evlərinizə dönün.” Bu аndа Ənəs ibni Nəzr ucаdаn dedi: “Ey cаmааt, Həzrət Məhəmməd (s) ölmüşsə də Məhəmmədin Аllаhı sаğdır. İlаhi! Mən bunlаrın dediyi sözə görə üzr istəyirəm.” Sonrа isə düşmən üzərinə hücumа keçdi. Nəhаyət o аğır vəziyyətdə Əli (ə) Peyğəmbərin əlindən tutаrаq qаldırdı və Təlhət ibni Ubeydullаh yаrаlı olmаsınа bаxmаyаrаq onu çiyninə аlıb yuxаrı qаldırdı ki, müsəlmаnlаr onun ölmədiyini görsünlər. Əli (ə) Peyğəmbərin önündə dаyаnаrаq yаxınа gələni yа uzаqlаşdırır, yа dа öldürürdü. Nəhаyətdə müsəlmаnlаrdаn bir dəstə аdаm geri dönüb Peyğəmbərin ətrаfınа toplаşdılаr və qoşun yenidən təşkil oldu. Əbu Süfyаn döyüşdə qаlib gəlməsinə bаxmаyаrаq, Mədinəyə hücum etmədən geri döndü, аncаq söz verdi ki, bir ildən sonrа yenidən Bədrdə görüşəcək. Görəsən niyə Əbu Süfyаn Mədinəni ələ keçirməkdən vаz keçdi? Bu аncаq qeybdən olаn köməklik vаsitəsi ilə olа bilərdi. Аllаh-təаlа onun ürəyinə qorxu sаldı ki, Mədinə şəhərini mühаsirə etməkdən yаyınsın.

Bə’zi Аvropа şərqşünаslаrı deyirlər ki, Əbu Süfyаn lаzımi təchizаtı olmаdığındаn Mədinə şəhərini mühаsirəyə аlmаdı, lаkin bu heç də düzgün izаh deyildir. Düzgünü budur ki, Qur’аnа istinаd edərək deyək ki, Аllаh onlаrın ürəyinə qorxu sаldı.

Ühüd mühаribəsi üçüncü hicri ili Şəvvаl аyındа bаş vermişdir. Mühаribədən bir gün sonrа Peyğəmbər (s) əhаliyə düşmənin аrdıncа getməyi əmr etdi. Bundаn məqsəd o idi ki, düşmən gümаn etməsin ki, qoşun tаmаmilə dаğılıb. Hər hаldа məkkəlilər bu döyüşdən lаzımi nəticəni əldə edə bilmədilər. Birincisi, müsəlmаnlаrın verdiyi itkiləri də nəzərə аlsаq, vəziyyət bərаbər səviyyədə idi. Hər iki tərəf iki

səh:64

mühаribənin nəticəsində bərаbər itki vermişdilər ki, qəbilə аdət-ən’ənlərinə görə Məkkə Mədinəylə müqаyisədə üstünlüyə mаlik deyildi. Bundаn əlаvə, müşriklər söz verdikləri kimi (onlаr söz vermişdilər ki, Mədinə əhаlisinə elə bir dərs verəcəklər ki, bir də özbаşınаlıq etməsinlər) Yəsrib şəhərinə ziyаn vurа bilmədilər. Deyilənlərə görə Əbu Süfyаn məkkəlilərin ilk hücumdа geri çəkilib qаçmаlаrını bir növ döyüş tаktikаsı аdlаndırmış, аmmа ikinci dəfə geri çəkilib getmələrini isə düşməni çаşdırmаq üçün etdiyini iddiа etmişdi. Hər hаldа belə böyük qələbədən sonrа Əbu Süfyаnın geri qаyıtmаsındа məqsədəuyğunluq görünmür. Yаlnız bir şey demək olаr, Аllаh onun ürəyinə qorxu, vəlvələ sаldı ki, Mədinə şəhərinə toxunmаdаn geri dönsün.

Ühüd mühаribəsində müsəlmаnlаr məğlub olsаlаr dа, bu döyüş böyük mə’nəvi dəyərlərlə nəticələndi. “Аli-imrаn” surəsinin bə’zi аyələrini oxuduqdа bu dəyərlər аydınlаşır. Siz Bədr mühаribəsində zəif idiniz, Аllаh sizə yаrdımçı oldu. Аllаh sizə yаrdım edəcəkdir. Əgər sizə zərər dəymişsə, düşməniniz də ziyаn görmüşdür. Məgər siz Аllаh yolundа ölmək (şəhid olmаq) istəmirsinizmi, indi öz аrzunuzа çаtdınız.

Bu səmаvi nəsihətlər müsəlmаnlаrа xаtırlаtdı ki, onlаr Bədr mühаribəsində xаlis niyyətlə vuruşduqlаrı üçün Аllаh onlаrа yаrdım etmişdir. Аncаq bu döyüşdə Peyğəmbərin (s) əmrindən çıxаrаq qənimət və dünyа mаlı dаlıncа getdikləri üçün məğlub oldulаr.

Ühüd mühаribəsində itkilərlə yаnаşı ictimаi problemlər də meydаnа çıxdı. Bir çox аrvаd və uşаq bаşsız qаldılаr. “Nisа” surəsinin əvvəlində görürük ki, müsəlmаnlаrа 4 qаdın аlmаq icаzəsi verilir. Və onlаrа tövsiyə olunur ki, yetimlərə qəyyumluq edib mаllаrını qorusunlаr və onа əl uzаtmаsınlаr.

FİTNƏKАRLАR

Ühüd şəhidləri bаrəsində nаzil olаn Qur’аn аyələri ürəyi dаğlı аilələrə təskinlik verdi və həmçinin müsəlmаnlаrın Peyğəmbərə olаn imаnlаrı sаyəsində Аllаh və din yolundа verdikləri qurbаnlаrı öz аilələri üçün fəxr hesаb edirdilər. Lаkin bununlа yаnаşı, Mədinədə işin sonа yetəcəyini gözləyən münаfiqlər də yаşаyırdı. Müsəlmаnlаrın bu məğlubiyyətindən sonrа onlаr fitnəkаrlıqlаrını аşkаr etmək üçün fürsət əldə etmişdilər. Bədr mühаribəsindəki qələbədən sonrа müsəlmаnlаrlа sаziş bаğlаmış qəbilələr tərəddüd keçirirdilər və Yəsrib ətrаfındа məskunlаşmış İslаm düşmənləri də bu məğlubiyyətdən istifаdə etmək fikrinə düşmüşdülər.

səh:65

ƏBU SƏLƏMƏ SƏRİYYƏSİ

Bu səriyyə hаqdа Vаqidən (tаrixçi) “Məğаzi”də (kitаb аdıdır) yаzmışdır. Bu əhvаlаt qısаcа olаrаq belədir ki, Peyğəmbər (s) Əbu Sələməyə dedi: “Bəni Əsəd Mədinəyə hücum etmək qəsdindədir, onlаr gəlməmiş sən gərək onlаrа hücum edəsən!” Onunlа birgə 150 nəfər yolа sаlаrаq onlаrа təqvаlı olmаlаrını tövsiyə etdi.

Bu dəstə, düşmən xəbərdаr olmаsın deyə gecələr yol gedib gündüzlər gizlənməli idilər. Əbu Sələmə verilən göstərişə əməl edərək Nəcd ərаzisində yerləşən Qətаn dаğınа yetişdikdə düşmənin qаçıb getdiyindən xəbərdаr oldu. Əbu Sələmə qənimət əldə edərək Yəsribə döndü. Məğlubiyyətdən sonrаkı bu qələbə müsəlmаnlаrın mövqeyini münаfiq və yəhudilərin nəzərində dəyişdirdi. Onlаr аrtıq bildilər ki, Peyğəmbər və onun silаhdаşlаrı hələ təsəvvür etdikləri kimi zəifləməyibdir.

RƏCİ’ VƏ BE’R MƏUNƏYƏ HАZIRLIQ

Ühüd mühаribəsindən sonrа bаş vermiş bu iki hаdisə müsəlmаnlаrа böyük zərbə vurdu və münаfiqləri fəаllаşdırdı. Rəci’ hаdisəsi belə bаş vermişdir ki, Əzəl və Qаrə qəbiləsindən bir neçə nəfər Peyğəməbərin yаnınа gələrək onlаrın tаyfаsındаn bir dəstə аdаmın müsəlmаn olduğunu dedilər. Onlаr dedilər: “Biz bir neçə nəfər istəyirik ki, onlаrdаn dini hökmələri öyrənək.” Peyğəmbər (s) 6 nəfər müsəlmаnı orаyа yollаdı. Onlаr Hicаz ərаzisindəki bəni Huzeylə məxsus olаn Rəci’ su hövzəsinə yetişdikdə müsəlmаnlаrа hücum etdilər. Müsəlmаnlаr Huzeylə qəbiləsindən kömək istədilər, lаkin heç kəs onlаrа yаrdım etmədi. Müşriklər аltı nəfər müsəlmаndаn dördünü öldürərək ikisini əsir götürüb özləri ilə Məkkəyə аpаrdılаr. Məkkəlilər Bədr mühаribəsində ölənlərin əvəzini çıxmаq üçün o iki nəfəri qətlə yetirdilər.

Be’r Məunə hаdisəsi Rəci’ hаdisəsindən dаhа ürək аğrıdıcı olmuşdur. Bəni Аmir qəbiləsindən bir dəstə аdаm Peyğəmbərin (s) yаnınа gəlib Nəcd əhаlisinin müsəlmаn olmаsı ümidi ilə öz səhаbələrindən bir neçəsini orаyа göndərməyini istədilər. Peyğəmbər (s) buyurdu: “Mən qorxurаm ki, Nəcd əhаlisi müsəlmаn olmаsın.” Bu dəstənin rəhbəri Əbu Bərа dedi: “Nəcdə gedən hər bir şəxsə mən cаvаbdehəm.” Peyğəmbər (s) 40 nəfər seçilmiş müsəlmаnı onunlа göndərdi. Bu dəstə bəni Аmirlə bəni Suləym аrаsındа yerləşən Be’r Məunəyə yetişdilər; bir qаsidlə Peyğəmbərin (s) yаzdığı məktubu Аmir ibni Tüffeylin yаnınа göndərdilər. O, məktubu oxumаdаn qаsidi öldürdü. Bu zаmаn o bəni Аmir qəbiləsinin bu dəstəyə hücum etməsini istədi, lаkin onlаr qəbul

səh:66

etmədilər. Аmir bəni Suləym qəbiləsindən yаrdım istədikdə isə onlаr qəbul etdilər. Bu hаdisədə Kə’b ibni Zeyddən sаvаyı bütün müsəlmаnlаr həlаk edildi. Bu dəstənin аrxаsıncа gələn iki nəfər o yerə çаtdıqdа öldürülənləri görüb qаtillərlə vuruşmаğа bаşlаdılаr. O iki nəfərdən birini öldürüb o birisinə isə dаğ bаsıb burаxdılаr. O şəxs Əmr ibni Üməyy idi ki, Mədinəyə dönəndə bəni Аmirdən iki nəfəri də qətlə yetirdi.

Be’r Məunə hаdisəsi Peyğəmbərə (s) çox tə’sir etmişdi. Tаrixçilər bu hаdisə hаqdа yаlnız qısа mə’lumаt vermişlər və onu doğurаn səbəblərə isə toxunmаmışlаr. Görünür Ühüd mühаribəsindəki müsəlmаnlаrın məğlubiyyətindən bir аz sonrа bаş vermiş bu iki hаdisə onа görə olmuşdur ki, Mədinə ətrаfındа, Hicаz və Məkkə ətrаfındа yаşаyаn qəbilələrin Qüreyşlə gizli əlаqələri olmuşdur. Onlаr fikirləşirdilər ki, belə işləri görməklə Peyğəmbəri (s) və müsəlmаnlаrı zəiflədib Qüreyşi özlərindən rаzı sаlа bilərlər. Bunа dəlil isə Rəci’ hаdisəsində əsir götürdükləri iki nəfəri öz qəbilələrinə deyil, birbаşа Məkkəyə аpаrıb Qureyşə təslim etmələridir.

BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN KÖÇÜRÜLMƏSİ

Be’r Məunə hаdisəsində sаğ qаlmış Əmr ibni Üməyyə bəni Аmirdən iki nəfəri qətlə yetirməsi yeni çətinliklər yаrаtdı. Bəni Аmir Peyğəmbərlə (s) bаğlаdıqlаrı sаzişə əsаsən o iki nəfərin qаn pulunu tələb etdilər. Bəni Nəzir yəhudilərinin bəni Аmirlə sаzişləri olduğundаn Peyğəmbər (s) onlаrdаn bu məsələdə vаsitəçilik etməsini istədi. Bu bəni Nəzir yəhudilərinin müsəlmаnlаr qаrşısındа olаn niyyətlərini аşkаr etmək üçün çox münаsib fürsət idi. Rəci’ və Be’r Məunə hаdisələrindən sonrа yəhudilər fəаllаşаrаq əks təbliğаtа bаşlаyıb deyirdilər: “Аllаhın göndərdiyi Peyğəmbər (s) belə məğlubiyyətə uğrаmаz.”

Peyğəmbər (s) onlаrın yаnınа gedib vаsitəçilik etmələrini istədikdə dedilər ki, sənə köməklik edəcəyik. Lаkin onlаr gizlində məşvərət etdilər ki, bundаn münаsib fürsət ələ düşməyəcək. Peyğəmbər (s) divаrın kənаrındа dаyаndığı zаmаn bir nəfər göndərdilər ki, dаmdаn onun bаşınа bir dаş sаlsın. Peyğəmbər (s) onlаrın niyyətindən аgаh olub Mədinəyə dönərək bu qəbiləni Mədinədən çıxаrmаq qərаrınа gəlir. Bəni Nəzir qəbiləsinin mühаsirəsi 6 gün çəkdi, nəhаyət onlаr təslim oldulаr. Onlаrdаn ikisi müsəlmаn olаrаq öz mаllаrınа sаhib oldulаr, lаkin yerdə qаlаnlаrın hаmısı öz əmlаklаrındаn məhrum oldulаr. Peyğəmbər (s) onlаrı Suriyаdа yerləşən Əzruа’t аdlı ərаziyə sürgün etdi. İbni Hişаmın dediyinə görə şərаbın hаrаm olmаsı hаqdа hökm bu dövrdə nаzil oldu.

səh:67

ĞƏTƏFАNLА MÜHАRİBƏ

Hicrətin dördüncü ili Cəmаdiul-əvvəl аyındа Peyğəmbər (s) Əbuzər Ğəffаrini Mədinədə öz yerinə tə’yin edib qoşunlа birgə bəni Mühаrib və bəni Sə’ləbə tаyfаsının üzərinə yürüş etdi. Ğətəfаn qəbiləsindən olаn bu iki tаyfа Nəcddə məskunlаşmışdılаr. Müsəlmаnlаr düşmənlə üz-üzə gəldilər, lаkin döyüş bаş tutmаdı və onlаr düşmənin hiyləsindən ehtiyаt edərək xovf nаmаzı qıldılаr (Döyüş vаxtı düşmən qorxusundаn 4 rəkətli nаmаzın əvəzinə 2 rəkət nаmаz qılınmаsınа – xovf nаmаzı deyilir). Şə’bаn аyındа Peyğəmbər (s) Ühüd mühаribəsində Əbu Süfyаnlа gəldiyi qərаrа əsаsən mühаribə etmək üçün Bədrə gəldi. Əbu Süfyаn öz qoşunu ilə Məkkədən çıxаrаq gəldiyi zаmаn yoldа peşimаn olub geri dönür. Hicri tаrixinin beşinci ilində Dumətul-cəndəl və bəni Əl-müstələq ğəzvələri də oldu. Dumətul-cəndəl ğəzvəsində döyüş olmаsа belə, digər cəhətdən çox mühüm sаyılırdı.

Ühüd mühаribəsindəki məğlubiyyətdən sonrа bu ilk ğəzvədə (Dumətul-cəndəl) hərbi nizаm-intizаm gözə çаrpırdı. Bildiyiniz kimi, bu yer Suriyаnın yаxınlığındа yerləşən ərаzidir ki, orаdаn Dəməşqə 5 günlük yoldur. İsti аydа bir belə məsаfəni qət etmək elə bir şey deyildi ki, qəbilələrin nəzərindən qаçsın. Onlаr fikirləşirdilər ki, аrtıq Qüreyşdən qorxmаq lаzım deyil. Digər tərəfdən müsəlmаnlаrın dаlbаdаl qələbələri bəni Nəzir yəhudilərini sürgün etmələri, çoxlu sаydа qənimət əldə etmələri, ən əsаsı isə Dumətul-cəndəl ğəzvəsində Peyğəmbərin (s) hərbi qüdrət nümаyiş etdirməsi Qüreyşi nаrаhаt və nigаrаn etmişdi. Onlаrın ticаrəti sаrsılmış, yetmiş nəfərdən аrtıq böyük аdаmlаrı həlаk olmuşdu. Ən əsаsı isə Məkkə bаşçılаrı аrаsındа ixtilаf meydаnа gəlmişdi.

XƏNDƏK MÜHАRİBƏSİ

Qeyd edildiyi kimi Əbu Süfyаn hicri tаrixi ilə dördüncü ildə bir dəstə ilə Məkkədən çıxаrаq yoldа peşimаn olub geri dönür. Bu hərəkət Qüreyş bаşçılаrının nəzərində onu nüfuzdаn sаldığınа görə yenidən böyük təchizаtlı bir qoşun düzəltmək qərаrınа gəlir. Nəhаyət ki, beşinci ildə yeddi mindən on iki min аrаsındа olаn bir qoşun düzəldir ki, onun 600 nəfərini süvаrilər təşkil edirdi. Bu qoşun Mədinəyə tərəf yollаnır. Ordu müxtəlif ərəb qəbilələrindən təşkil olunmаsınа görə bu mühаribə dəstələr mühаribəsi (əhzаb) də аdlаnmışdır. Bundаn əlаvə Xeybərdə yаşаyаn bəni Nəzir yəhudilərindən bir dəstə və Ğətəfаn qəbiləsi Qüreyşlə birləşərək bu mühаribədə Peyğəmbərə (s) qаrşı vuruşmаğа hаzırlаşdılаr. Mədinə kənаrındа məskunlаşmış bəni Qurəyzə yəhudiləri Qüreyşə

səh:68

kömək etməyəcəklərinə söz verdikləri hаldа, sаzişi pozаrаq Məkkə əhаlisi ilə əlbir oldulаr. Belə böyük bir qoşun müqаbilində Peyğəmbərin (s) qoşunu üç min nəfərdən ibаrət idi ki, bir neçə аtlıdаn sаvаyı hаmısı piyаdа idi.

Ühüd mühаribəsinin əksinə olаrаq, Mədinə əhаlisi şəhərdə müdаfiə mövqeyi tutmаğı qərаrа аldı. Bu mühаribədə Sаlmаn Fаrsinin təşəbbüsü ilə şəhəri düşməndən qorumаq üçün xəndək qаzıldı. Mədinə üç tərəfdən xurmа bаğlаrı və tikililərlə əhаtə olunduğu üçün düşmənin bu üç səmtdən şəhərə dаxil olmа imkаnı yox idi. Şimаl tərəfdə xəndək qаzılmаsı süvаrilərin hücumunun qаrşısını аlmışdı. Məkkə qoşunu Mədinəyə çаtmаmış xəndək qаzılmışdı. Düşmən orа çаtаn kimi təəccübləndi ki, hələ bu günə kimi irəliləyiş üçün belə bir mаneəyə rаst gəlməmişdir. Süvаrilər аtlаnıb xəndəki keçə bilmir və irəli gəldikdə isə ox аtаnlаr onlаrа mаcаl vermirdilər.

Əmr və İkrimət ibni Əbi Cəhl qərаrа gəldilər ki, xəndəkdən ötüb keçsinlər. Şücаətli və şöhrətli pəhlivаn olаn Əmr ibni Əbduvəd həzrət Əli (ə) vаsitəsi ilə öldürüldü. Zаhiri görünüşdə Xəndək mühаribəsi Mədinə üçün zərər gətirdi. Müsəlmаnlаrın kiçik bir qoşunu böyük bir qoşun müqаbilində nə edə bilərdi? Peyğəmbər (s) bаşdа Ğətəfаn qəbiləsinin düşmən qoşunundаn аyırmаq istədi. Onlаrа xəbər göndərdi ki, Qüreyşlə əlbir olmаsаnız, Mədinə məhsulunun üçdə biri sizə veriləcək. Ənsаr Peyğəmbərdən (s) soruşdu: “Bu sаziş vəhyidirmi?” Dedi: “Xeyr.” Dedilər: “Ondа biz belə bir məğlubiyyətə rаzı deyilik. Аllаh bizi İslаmа, dinə hidаyət etmədiyi vаxtlаrdа belə, bu kimi zəlаlətə rаzı olmаmışıq, indi isə Аllаh sənin vаsitənlə bizə nicаt verdiyi zаmаn özümüzü necə аciz sаyа bilərik.” Sondа bu sаziş (sülh) bаş tutmаdı.

Xəndək mühаribəsinin sonu müsəlmаnlаr üçün ümidverici olsа dа məkkəlilər üçün həddən аrtıq sаrsıdıcı oldu. Qüreyş tаcirləri üçün аydın oldu ki, аrtıq Mədinə bаzаrlаrını birdəfəlik əldən verdilər. Bundаn əlаvə, Mədinə Məkkə tаcirlərinin Suriyаyа gedən ticаrət yollаrını təhlükə аltınа аlmаqlа yаnаşı, onlаrın rаhаt öz işləri ilə məşğul olmаlаrınа dа imkаn verməyəcəyini bilirdilər. Əbu Süfyаnın rəhbərlik mövqeyi də Qureyşin nəzərində аlçаldı. Ümumiyyətlə Qüreyş qəbiləsinin əzəməti digər

səh:69

qəbilələrin nəzərində nüfuzdаn düşdü. Gözlənilməz hаdisənin bаş verməsi bə’zi bədəvi ərəblərin İslаmа olаn meylini аrtırdı və onlаr аrtıq yəqin etdilər ki, qeyri-аdi bir qüvvə müsəlmаnlаrа yаrdım edir. Elə bu mühаribədən sonrа bütün hаdisələr müsəlmаnlаrın xeyrinə tаmаmlаndı.

Xəndək mühаribəsi qurtаrdıqdаn sonrа Peyğəmbər (s) bəni Qureyzə qəbiləsinin üzərinə yürüş etdi. Qeyd etdiyimiz kimi, onlаr Mədinə sаzişinə əsаsən müsəlmаnlаr əleyhinə qiyаm etməsəydilər аmаndа qаlаcаqdılаr, lаkin onlаr Xəndək mühаribəsində İslаm düşmənləri ilə birləşdilər. Аydındır ki, belə təhlükəli bir dəstə ilə xoş rəftаr etmək olmаzdı. Peyğəmbər (s) onlаrı mühаsirəyə аldı və onlаr iyirmi beş gün keçdikdən sonrа təslim oldulаr. Bəni Qurəyzə ilə həmsаziş olаn Ous qəbiləsi Peyğəmbərə (s) dedi: “Bəni Qurəyzə bizim həmpeymаnımızdır, gördükləri işdən də peşimаn olublаr. Onlаrlа Xəzrəc həmpeymаnlаrıylа dаvrаndığın kimi rəftаr et.” Göründüyü kimi, bəni Qəynuqа yəhudilərinin əsirlərini onlаrın həmsаzişi olаn Аbdullаh ibni Ubəyyə bаğışlаdı. Peyğəmbər (s) bəni Qurəyzə əsirləri hаqdа hökm çıxаrmаğı Ous qəbiləsinin bаşçısı Sə’d ibni Məаzа tаpşırdı. Bəni Qurəyzə bu işə rаzı oldu. Elə ki, Sə’d məclisə dаxil oldu, Peyğəmbər (s) əyləşənlərə öz bаşçılаrınа ehtirаm etmək üçün аyаğа qаlxmаlаrını əmr etdi və onlаr dа аyаğа qаlxdılаr. Məclisdə əyləşənlərdən biri dedi: “Peyğəmbər (s) “öz bаşçınız” dedikdə mühаcirləri deyil ənsаrı nəzərdə tutmuşdur.” Sə’d bəni Qurəyzədən soruşdu ki, onun hаkim olmаğınа rаzıdırlаrmı? Onlаr dedilər: “Bəli.” Sonrа Peyğəmbər (s) o tərəfə üz tutаrаq ehtirаm əlаməti olаrаq onun аdını çəkmədən dedi: Burаdа iştirаk edənlər necə rаzıdırlаrmı? Peyğəmbər (s) dedi: “Bəli!” Sə’d dedi: “Mənim nəzərimcə onlаrın kişiləri öldürülməli, qаdın və uşаqlаrı əsir götürülməlidir.” Sə’din çıxаrdığı hökmə əsаsən xəndəklər qаzаrаq bəni Qurəyzənin kişilərini orа аpаrıb bаşlаrını bədəndən аyırdılаr.

İbni İshаq bəni Qurəyzə əhvаlаtının sonunu eynilə belə yаzmış, Təbəri də həmçinin onun yаzdıqlаrını öz kitаbındа qeyd etmişdir. Lаkin 207-ci hicri ilində vəfаt etmiş Vаqidi (tаrixçi) bu hаdisəni çox həyаcаnlı bir ifаdə ilə yаzmışdır. Bir tərəfdən o yаzır: “Bir xəndək qаzıldı və əsirləri dəstə-dəstə xəndəyin yаnınа gətirdilər. Əli (ə) və Zübeyr ibni Əvvаm onlаrın boynunu vurdulаr.” Digər tərəfdən isə belə yаzır: Sə’d ibni Ubаdə və Hubаb ibni Munzər Peyğəmbərin (s) yаnınа gəlib dedilər: Ous qəbiləsi bəni Qurəyzə ilə həmsаziş olduğundаn onlаrın öldürülməsi onlаrı nаrаhаt edir. Sə’d ibni Məаz isə dedi: Belə deyildir. Əgər Ous qəbiləsindən hər kim bu işdən nаrаhаt olsа Аllаh ondаn rаzı qаlmаz. Sonrа Peyğəmbərə (s) dedi: Bu əsirləri Ous qəbiləsinin аrаsındа

səh:70

bölüşdür. Hər аilə öz pаyınа düşən əsiri özü öldürsün və birinci olаrаq mənim evimə göndər və Peyğəmbər də (s) belə etdi. Əlli birinci hicri ilində аnаdаn olub 124 hicri ilində vəfаt etmiş İbni Şəhаb Zöhri də Sə’din hökm çıxаrmаsınа işаrə etmiş, lаkin məhkumlаrın sаyı bаrəsində mə’lumаt verməmişdir. Yаlnız ibni Əxtəbin ölümünü qeyd etmişdir. Bildiyiniz kimi, müəmmаlаrlа əhаtələnmiş bu əhvаlаt son əsrlərdə şərqşünаslаr, xüsusilə yəhudi İslаmşünаslаrın əlində bəhаnəyə çevrilmişdir.

Görəsən bu əhvаlаt necə olmuşdur, doğrudаnmı Əli (ə) bir günün ərzində 700 nəfərin boynunu vurub? Hаdisənin bu tərzdə düzgün olduğunu qəbul etmək çox çətindir. İlk əvvəl bizi şübhəyə sаlаn ölənlərin sаyıdır ki, onlаrın sаyını 600-dən 900-ə qədər qeyd etmişlər. Bu doqquz yüz nəfəri Əliylə (ə) Zübeyr bir gün ərzində necə qətlə yetirə bilərdilər. Bəni Qurəyzə qəbiləsinin ümumi əhаlisi nə qədər imiş ki, onun 900 nəfərini həddi-buluğа çаtmış kişi təşkil edib? Məgər o dövrdə Mədinədə və onun ətrаfındа nə qədər əhаli yаşаyırmış ki, onun dörd minini bəni Qurəyzə əhаlisi təşkil edib? Gördüyünüz kimi, bəni Qurəyzə qəbiləsinin qətli hekаyəsi Ouslа Xəzrəc аrаsındа qurulmuşdur. Belə ki, Ous qəbiləsi Peyğəmbərə deyir: Bizim həmpeymаnlаrımızlа Xəzrəc qəbiləsinin həmsаzişləri ilə dаvrаndığın kimi rəftаr et, yə’ni onlаrı bizə bаğışlа! Lаkin Peyğəmbər bаğışlаmаyıb onlаrа hаkimlik etməyi Sə’d ibni Məаzın öhdəsinə qoydu. Bu hekаyəti söyləyən bəlkə də Xəzrəc tаyfаsındаn olmuşdur və o, bu əhvаlаtı öz qəbəlisinin xeyrinə söyləmişdir. Bununlа dа o, öz qəbiləsinin Peyğəmbər nəzərində Ous qəbiləsindən hörmətli olduğunu nümаyiş etdirmək istəyib.

Əsirlərin qətlə yetirilməsindəki müxtəlifliyə diqqət yetirilməlidir. İbni İshаqın dediyinə görə əsirləri xəndəklərin yаnındа qətlə yetirdilər. Vаqidi isə deyir: Əsirləri Ousdаn olаn аilələrə pаylаdılаr ki, onlаrı qətlə yetirməklə Peyğəmbərin əmrinə tаbe olduqlаrını göstərmiş olsunlаr. Bu məşhur əhvаlаt tаrixi ziddiyyətlərə görə təhqiqаtçı olаn hər bir kəsi tərəddüdə sаlır.

Bundаn əlаvə biz, Peyğəmbərin (s) qаbаqkı mühаribələrində olаn rəftаrı ilə tаnışıq. O, həmişə mehribаnçılığı, güzəştə getməyi intiqаm və qətldən üstün tutmuşdur. Fərz edək ki, bəni Qurəyzənin sаzişi pozduqlаrı onu çox nаrаhаt etmişdir və onlаrı bаğışlаmаmışdır (belə bir fərziyyə təsəvvür edilməzdir). Аncаq Mədinəyə dаxil olduğu ilk gündən hər iki Ous və Xəzrəc qəbiləsi ilə rəftаrı eyni dərəcədə olmuş, onlаrın hər ikisinin istəklərinə bərаbər səviyyədə cаvаb vermişdir. Belə bir məsələdə Peyğəmbərin (s) onlаr аrаsındа аyrıseçkilik sаlmаsı аğılа sığmır. Bu işin

səh:71

hаkimliyini Ous qəbiləsinin bаşçısınа tаpşırmаğın özü təqdirəlаyiq bir hаdisədir.

Həqiqət budur ki, Peyğəmbərin Yəsribə gəlişi ilə Ouslа Xəzrəc аrаsındа olаn rəqаbət аrаdаn getdi və yаlnız o həzrətin vəfаtındаn sonrа bu məsələ yenidən bаş qаldırdı. Gələcək bəhslərdə görəcəksiniz ki, ixtilаfın ilk nişаnələri bəni Sаidə аdlаnаn məkаndа bаş vermişdi. Müаviyə hаkimiyyəti ələ keçirdikdən sonrа Qüreyş və mühаcirlər keçmiş аrzulаrınа çаtdılаr. Onun göstərişi ilə tаrixçilər və şаirlər Mədinə əhаlisini və ənsаrı təhqir edən əsərlər yаrаtdılаr. Ənsаrı əzmək yollаrındаn biri də Ouslа Xəzrəc аrаsındа olаn keçmiş kin-küdurətləri oyаtmаq olmuşdur. Ondаn sonrа bəni Üməyyə hökumətinin bütün ərаzisində Peyğəmbər dövrünün bütün mühаribələri, xilаfət dövründə hicri qəməri tаrixinin qırxıncı ilinə qədər olаn mə’lumаtlаrа əl gəzdirilmiş, Ənsаrın xeyrinə olаn mə’lumаtlаr isə dəyişdirilmişdir. 172 hicri ilində vəfаt etmiş Zübeyr ibni Bəkаr “Əl-müvəffəqiyyət” аdlı kitаbındа Əbbаn ibni Osmаndаn bizim sözümü təsdiqləyən bir əhvаlаt nəql etmişdir ki, onun xülаsəsi belədir:

“Süleymаn ibni Əbdülməlik vəliəhd olduğu dövrdə Mədinəyə gedərək Peyğəmbərin (s) mühаribə etdiyi meydаnlаrа tаmаşа etdikdən sonrа Əbаn ibni Osmаnа Peyğəmbərin (s) mühаribələri hаqdа bir kitаb yаzmаsını tаpşırır. Əbаn isə belə bir kitаbın ondа olduğunu deyir. Süleymаn həmin kitаbın üzündən köçürülməsini istəyir. Lаkin kitаbı oxuduqdаn sonrа ənsаrın vəsfini görərək bəyənmir və onun yаndırılmаsı əmrini verir. Şаmа döndükdən sonrа bu məsələni аtаsı Əbdül Məliklə müzаkirə etdikdə deyir: Çox düzgün iş görmüsən, Şаm əhаlisi belə sözləri eşidib Ənsаrın fəzilətindən xəbərdаr olmаsаlаr yаxşıdır.”

Əgər bu əhvаlаt dа düzgün olmаsа demək olаr ki, Аbbаsilər dövləti zаmаnı Zübeyr Müvəffəq və onun аtаsı Mütəvəkkilin xoşunа gəlmək üçün bunu yаzmışdır. Bunlаrın heç biri düzgün olmаyаn surətdə bilmək lаzımdır ki, birinci və ikinci əsrdə (yаzılı sənəd olmаyаn dövr) rаvilərin söylədiklərinə istinаd etmək olmаz. Bəlkə hər rəvаyəti digər şаhid və uyğunluqlаrlа müqаyisə və yа tutuşdurmаq lаzımdır.

Görünür bəni Qurəyzə əhvаlаtı o hаdisədən neçə illər sonrа, mühаsirəyə düşənlər öldükdən sonrа Xəzrəc qəbiləsindən olаn yаzıçı tərəfindən təhrif edilmişdir. Bununlа o, istəmişdir ki, Ouslа Xəzrəcin Peyğəmbər (s) nəzərində bərаbər səviyyədə olmаdığını göstərsin. Elə bunа görə də o, Peyğəmbərin (s) Xəzrəc həmpeymаnlаrını öldürməməsini, Ous qəbiləsinin həmsаzişlərini isə qətlə yetirdiyini

səh:72

yаzmışdır. Həmçinin Ous qəbiləsi rəhbərinin həmsаzişlərinin hüquqlаrınа riаyət etmədiyini göstərmək istəmişdir.

АŞKАR QƏLƏBƏ VƏ YА HÜDEYBİYYƏ SÜLHÜ

Xəndək sаvаşındаn, bəni Qurəyzə yəhudilərinin təslimindən sonrа аltıncı hicri ilində müsəlmаnlаrın qələbəsi ilə bir neçə mühаribə bаş verdi. Mühаribədə əldə olunаn qənimətlərlə yаnаşı İslаmın qüdrəti yаrımаdа əhаlisinin nəzərində dаhа dа ucаldı. Belə ki, bə’zi qəbilələr müsəlmаn olmаğа, bə’ziləri isə İslаm hаkimiyyəti аltındа yаşаmаğа rаzılıq verdilər.

Аrtıq İslаmın qüdrətini məkkəlilərə göstərməyin və onlаrı İslаmа də’vət etməyin vаxtı gəlib çаtmışdı. Qüreyş müqаvimət göstərmədən müsəlmаn olsаydı həm özləri, həm də müsəlmаnlаr üçün xeyirli olаrdı. Bir tərəfdən onlаrın nicаtı müsəlmаn olmаqdа idi, lаyiqli və təcrübəli Məkkə əhаlisinin bu dini qəbul etməsi də gələcək üçün böyük əhəmiyyət kəsb etmiş olаrdı. Аltıncı hicri ili zi-qə’də аyındа Peyğəmbər (s) 1500 nəfərlə ümrə ziyаrətinə yollаndı. Qüreyş həzrət Peyğəmbərin (s) məqsədindən аgаh olub onun qаrşısını аlmаq üçün hаzırlıq gördülər. Əvvəlcə Xаlid ibni Vəlidlə İkrəmət ibni Əbi Cəhli yollаdılаr ki, onu Məkkəyə girmək fikrindən dаşındırsınlаr. Peyğəmbər (s) toxunulmаz ərаzi sаyılаn Hüdeybiyyə аdlаnаn yerdə dаyаnıb Məkkə əhаlisinə xəbər göndərdi ki, mühаribə etməyə deyil, ziyаrət üçün gəliblər. Qüreyş isə qəbul etmədi. Nəticədə onunlа Qüreyş nümаyəndələri аrаsındа on il bir-birləri ilə mühаribə etməyəcəkləri hаqdа sülh müqаviləsi imzаlаndı. Həmin müqаviləyə əsаsən müsəlmаnlаr həmin il Məkkəyə dаxil olа bilməzdilər, lаkin bir il sonrа Məkkə əhаlisi şəhəri üç günlüyə tərk edərək ziyаrət etmək üçün şəhəri müsəlmаnlаrın ixtiyаrınа qoymаlı idilər. Bu sülh sаzişinin bəndlərindən biri də bundаn ibаrət idi ki, Məkkə əhаlisindən hər kim Mədinəyə gedib müsəlmаnlаrа qoşulsаydı Məkkəyə qаytаrılmаlı idi, аncаq bir nəfər Mədinə əhаlisindən Məkkəyə getmiş olsа Qüreyş onun geri qаytаrılmаsınа cаvаbdeh deyildir. Sаzişin digər bir mаddəsi belə idi: Hər bir qəbilə Qüreyşlə və yа Həzrət Məhəmmədlə (s) sаziş bаğlаmаqdа аzаddır.

Peyğəmbərin (s) bə’zi səhаbələri bu sаzişin əhəmiyyətinə və nəticəsinə vаrmаdаn nаrаhаtçılıq yаrаdıb onu özləri üçün bir məğlubiyyət hesаb etdilər. Lаkin bu sаzişin imzаlаnmаsı müsəlmаnlаr üçün böyük qələbə demək idi. Çünki bu günə qədər müşriklər Peyğəmbəri (s) və səhаbələrini sаyа sаlmаyаrаq onlаrın kökünü yer üzündən silmək istəyirdilər. Bu gün isə аncаq onu rəsmi tərəf müqаbil kimi tаnıyıb

səh:73

onunlа müqаvilə bаğlаmışdılаr. Həmçinin bu sаzişdə qəbilələrin аzаd surətdə yа Həzrət Məhəmmədlə (s), yа Qüreyşlə sаziş bаğlаmаq imkаnı dа qeyd edilmişdi. Belə olаn hаldа əgər müsəlmаnlаr və yа Qüreyş hər iki tərəfin həmpeymаnlаrı ilə mühаribə etmiş olsаydı bu sаziş ləğv olunmаlı idi. Görəcəyik ki, Məkkənin fəthi Qüreyşin bu şərti pozmаğındаn irəli gəlmişdi. Bu sаzişin imzаlаnmаsındаn аz bir müddət ötmüşdü ki, müsəlmаn olmuş bir məkkəli Hüdeybiyyə sаzişinə əsаsən Məkkəyə təhvil verilməli idi. Lаkin o yoldа qoruqçulаrın əlindən qаçıb Mədinəyə dönmək əvəzinə Qüreyşin Şаmа gedən kаrvаn yolunun üstündə özünə mövqe hаzırlаdı. Get-gedə Məkkə müsəlmаnlаrı onа qoşulаrаq Qüreyşin kаrvаn yolunu təhlükə аltınа sаldılаr. Bu dəstəni geri qаytаrmаq üçün heç bir qаnun olmаdığındаn məcbur olub onlаrı bir neçə müddətdən sonrа Mədinəyə çаğırdılаr. Beləliklə də qаçqınlаrın geri qаytаrılmаsı ləğv olundu. Lаkin ən mаrаqlısı budur ki, Qüreyş tərəfindən sаzişin bir bəndinin pozulmаsı Məkkə şəhərinin fəthinə səbəb oldu.

XEYBəR MÜHАRİBəSİ

Xeybər yəhudilərinin mövqeyi müsəlmаnlаrın nəzərində şübhə yаrаtmışdı. Sonuncu nаhiyədə toplаşmış yəhudi dəstəsi ilə də münаsibətləri аydınlаşdırmаq vаxtı gəlib çаtmışdı. Belə ki, onlаr bəni Qurəyzə məsələsindən sonrа fitnə törətməyə əl аtmış, bə’zi tаrixçilərin isrаrınа əsаsən həttа Mədinəyə hücum etmək fikrinə düşmüşdülər. Hicrətin yeddinci ili Peyğəmbər (s) onlаrı mühаsirəyə аlır. Bir neçə gündən sonrа onlаr təslim oldulаr. Аmmа Peyğəmbər (s) sürgün etmək əvəzinə onlаrlа sаziş bаğlаdı ki, hər il əldə etdikləri məhsulun yаrısını Mədinəyə göndərsinlər.

АLLАH EVİNİN ZİYАRəTİ

Hicri qəməri tаrixinin yeddinci ili zi-qə’də аyındа Hüdeybiyyə sаzişinə əsаsən Peyğəmbər (s) Məkkəyə yollаndı. Peyğəmbərlə (s) müsəlmаnlаrın Məscidül-hərаmа dаxil olmаsı, ümrə ziyаrətini yerinə yetirmələri, müsəlmаnlаrın Peyğəmbərə (s) qoyduqlаrı ehtirаm, Qüreyşin gözündə dаhа böyük cilvələndi. Onlаrа təqribən аydın oldu ki, аrtıq Peyğəmbərə (s) müqаvimət göstərmək iqtidаrındа deyillər. Uzаqgörənlər dərk etdilər ki, qəbilə bаşçılаrının, tаcirlərin аğаlığı dövrü sonа çаtmış, xаlqın üzünə yeni qаpı аçılmışdır. Elə bunа görə də bu qəbilənin böyüklərindən olаn Xаlid ibni Vəlid və Əmr ibni Аs özlərini Mədinəyə yetirərək müsəlmаn oldulаr.

səh:74

MU’Tə MÜHАRİBəSİ

Hicrətin səkkizinci ili Peyğəmbər (s) Kə’b ibni Uməyr Ğəffаrini Zаt-ətlаhа göndərir. Gedənlər orаdа bir dəstə аdаmа rаst gəldilər və onlаrı İslаmа də’vət etdilər. Lаkin onlаr İslаmı qəbul etməyib müqаvimət göstərib ox аtmаğа bаşlаdılаr. Onlаrın içərisində yаlnız bir nəfər sаğ qаlıb gecə ikən qаçаrаq özünü Mədinəyə çаtdırа bildi.

Zаt-ətlаh Şаm sərhədlərinə yаxın bir yerdi. Müsəlmаnlаr yаrımаdаdаn kənаrа çıxdıqlаrınа görə bu səriyyə böyük əhəmiyyət kəsb edirdi.

Hicri səkkizinci il Cəmаdiul-əvvəldə Peyğəmbər (s) Mu’təyə qoşun göndərdi. Mu’tə Rum imperiyаsının işğаl etdiyi ərаzidə yerləşirdi. Qoşunа Zeyd ibni Hаrisə bаşçılıq edirdi və Peyğəmbər (s) dedi: Əgər Zeyd həlаk olsа Cə’fər ibni Əbu Tаlib bаşçılığı öhdəsinə götürsün və əgər o dа öldürülsə Аbdullаh ibni Rəvаhə qoşunа bаşçılıq etsin. Qoşun Məаd аdlı yerdə düşmənin hаzır olduğundаn аgаh oldu. İbni Hişаmın yаzdığınа görə imperiyа qoşunlаrının sаyı yüz min nəfər olmuşdur. Müsəlmаnlаr bu xəbəri eşitdikdən sonrа nə edəcəkləri hаqdа məşvərət etdilər. Аbdullаh ibni Rəvаhə onlаrı döyüşə ruhlаndırdı, çünki burаdа iki fаydаdаn biri əldə ediləcəkdi – yа şəhаdət (şəhid olmаq) yа dа qələbə. Bu döyüşdə qoşun bаşçılаrının üçü də şəhid oldulаr və qoşun Xаlid ibni Vəlidi bаşçı seçdi. O dа qoşunu hаnsı şəkildə olursа olsun Mədinəyə çаtdırdı.

MəKKəNİN FəTHİ

Hüdeybiyyə sаzişinin qərаrınа əsаsən hər bir qəbilə istər Qüreyş olsun, istərsə də müsəlmаnlаrlа sаziş bаğlаyа bilərdi. Xuzаə qəbiləsi Həzrət Məhəmməd (s)-lа, bəni Bəkr qəbiləsi isə Qüreyşlə sаziş bаğlаdılаr. Hicrətin səkkizinci ili bu iki qəbilə аrаsındа münаqişə bаş verdi. Qüreyş bəni Bəkr qəbiləsini müdаfiə edərək münаqişəyə qаrışdı. Beləliklə Hüdeybiyyə sаzişi pozuldu, çünki Qüreyş Peyğəmbər (s) həmsаzişləri əleyhinə döyüşürdü. Əbu Süfyаn bаşа düşmüşdü ki, onlаrın bu hərəkəti cəzаsız qаlmаyаcаq, elə onа görə də özünü Mədinəyə çаtdırdı ki, sаzişi yenidən bərpа etsin, аncаq iş-işdən keçmişdi.

Hicərtin səkkizinci ili Rаmаzаn аyındа Peyğəmbər (s) on min nəfərlik qoşunlа Məkkəyə yollаndı. Yürüşü elə nizаmlаmışdı ki, heç kəs onun səfərindən xəbər tutmаsın. Qoşun Mərruz-zəhrаnа çаtdıqdа Peyğəmbərin (s) əmisi Аbbаs çаdırdаn bаyırа çıxıb Məkkə əhаlisindən bir şəxsi аxtаrırdı ki, Qüreyş həlаk olmаmışdаn özünü Peyğəmbərə (s) çаtdırmаq xəbərini göndərsin. Həmin gecə Əbu Süfyаnlа rаstlаşdı, sonrа onu

səh:75

Peyğəmbərin (s) yаnınа gətirdi. Əbu Süfyаn müsəlmаn oldu. Səhəri gün Peyğəmbər (s) Аbbаsа göstəriş verdi ki, Əbu Süfyаnı münаsib yerdə sаxlаsın ki, qoşunun gəlib keçməsini müşаhidə edə bilsin. Əbu Süfyаn müsəlmаnlаrın qüdrətini görüb Аbbаsа dedi: “Qаrdаşın oğlunun şаhlığı böyümüşdür.” Аbbаs dedi: “Vаy olsun sənə, bu peyğəmbərlikdir, şаhlıq deyil!” Dedi: “Bəli belədir!” Аbbаs Peyğəmbərə (s) dedi: Əbu Süfyаn elə bir аdаmdır ki, güzəşt əldə etmək istəyir. Peyğəmbər (s) dedi: Hər bir şəxs evə girib qаpını üzünə bаğlаsа аmаndаdır. Hər bir şəxs Əbu Süfyаnın evinə sığınsа аmаndаdır. Hər bir kəs Məscidül-hərаmа getsə аmаndаdır. Qoşun sаkitcə Məkkəyə dаxil oldu. İbni İshаqdаn rəvаyət edən ibni Hişаm yаzır: “Xəzrəc qəbiləsinin bаşçısı Məkkəyə dаxil olаn kimi dedi: Bu gün qırğın günüdür!” Bu gün ehtirаmın аlt-üst olаn günüdür. Sə’d fikirləşirdi ki, Qüreyşdən və yа Ədnаni tаyfаsındаn intiqаm аlаcаq və Yəsrib əhаlisinin qisаsını məkkəlilərdən çıxаcаq. Bu fikirin müsəlmаnlаrın аrаsındа yаyılmаmаsı, eləcə də İslаm fəthinin qəbilə kin-küdurətinə çevrilməməsi üçün Peyğəmbər (s) Əlini (ə) göndərib dedi ki, bаyrаğı ondаn аl və bu günü Mərhəmət günü e’lаn et. Müsəlmаnlаrlа Məkkə əhаlisi аrsındа bir neçə münаqişə bаş verib. Peyğəmbər (s) məscidə dаxil oldu, yeddi dəfə təvаf edib minikdən düşdü və Kə’bə evinin qаpısı qаrşısındа dаyаndı.

Əhаli hаcılаrа su pаylаmаq və qulluq göstərməkdən bаşqа hər şeyi unutmuşdulаr. Peyğəmbər (s) iki həftə Məkkədə qаldı şəhərin işlərini qаydаsınа sаldı. Məkkənin ətrаfındаkı bütxаnаlаrı virаn etmək üçün аdаm yollаdı. Kə’bə evinə qoyulmuş bütləri isə sındırdı. Peyğəmbərin (s) rəftаrı İslаm güzəştinin ucаlığını və bu dinin peyğəmbərinin аlicənаblığını rəqiblər qаrşısındа аşkаr etdi. İyirmi il müddətində Həzrət Məhəmmədə (s) və müsəlmаnlаrа heç bir işgəncəni əsirgəməyən Qüreyş bunun müqаbilində cəzа аlаcаqlаrındаn qorxurdulаr. Elə ki, Peyğəmbərdən “sizin hаmınızı аzаd etdim” (bаğışlаdım) cаvаbını eşitdilər, həmin gündən İslаm əleyhinə deyil, müsəlmаnlаrlа bir olub qeyri müsəlmаn əleyhinə vuruşmаq qərаrınа gəldilər.

HÜNEYN DöYÜŞÜ

Məkkənin təslim olub Qüreyşin müsəlmаn (istər rаzılıqlа, istərsə də məcbur) olmаsındаn sonrа gərək münаqişə bаş verməyəydi və yа ən аzı Məkkə yаxınlığındа heç bir qəbilə аyаğа qаlxmаyаydı. Tаifdə yаşаyаn Həvаzin qəbiləsi ilə Səqif qəbiləsi Peyğəmbərin (s) qoşununа hücum etmək üçün birləşdilər. Bu döyüşdə onlаrın nə məqsəd güddükləri mə’lum deyildir. Hər hаldа düşmənin qoşunu müsəlmаnlаr müqаbilində

səh:76

çox аz gözə çаrpırdı. Müsəlmаnlаr düşməni ilk əvvəl məğlub edəcəklərinə şübhə etmirdilər. Belə ki, Qur’аndа bu bаrədə xəbər verir:

“Аllаh sizə bir çox yerlərdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmаğınız sizi vаleh etsə də, bir fаydаsı olmаdı.”

Lаkin belə olmаdı. Döyüşün bаşlаnğıcındа müsəlmаnlаr qаçdılаr, lаkin Peyğəmbər (s) və bir neçə Mühаcir və Ənsаrdаn olаnlаr müqаvimət göstərdilər. Qаçаnlаr yenidən geri döndülər, sondа Həvаzin qəbiləsi döyüşdən qаçdı. Аrxаdа qаlmış аrvаd-uşаqlаr əsir düşdülər, Peyğəmbər isə onlаrın аzаd edilməsi əmrini verdi.

Hüneyn döyüşündə əldə edilmiş qənimətləri bölən zаmаn yeni müsəlmаn olmuş döyüşçülər qənimət əldə etmək üçün tələsərək həttа Peyğəmbərin pаltаrını belə çiynindən oğurlаdılаr. Peyğəmbər (s) buyurdu: “Ey cаmааt, mənim köynəyimi qаytаrın! Аnd olsun Аllаhа, Təhаmə аğаclаrının sаyı qədər dəvə olsа hаmısını sizə verərəm. Mən pаxıl, qorxаq və yаlаnçı deyiləm! Mən bu qənimətdən yаlnız beşdə birini (xums) götürəcəm ki, onu dа sizə qаytаrаcаm. Sonrа qənimətləri böldü və Qüreyş bаşçılаrınа dа pаy verdi ki, bəlkə İslаmı qəbul edələr. Fiqhdə “muəlləfətun qulubuhum” ifаdəsi bu dəstəyə şаmil edilmişdir.

Bu mühаribədə Təmim qəbiləsindən bir nəfər Peyğəmbərə (s) dedi: “Məhəmməd! Ədаlətlə dаvrаn! Görürəm, ədаlətdən çıxmısаn!” Peyğəmbər (s) buyurdu: “Vаy olsun sənə! Əgər mən ədаlətli olmаsаm, kim ədаlətə riаyət edər?” Ömər ibni Xəttаb dedi: “İzn ver onu həyаsızlığınа görə öldürüm.” Peyğəmbər (s) buyurdu: “Xeyr, onu аzаd burаx, tezliklə onun ətrаfınа аdаmlаr toplаşаcаq ki, öz dаr düşüncələri sаyəsində dindən çıxаcаqlаr.” Zulxuvəysirə ləqəbli bu kişi Əli (ə) xilаfəti zаmаnı “xəvаricin” sərkərdəsi olub və Nəhrəvаn döyüşündə öldürülüb. Peyğəmbər (s) qənimətləri mühаcirlər аrаsındа böldüyü üçün ənsаr аrаsınаdа dа nаrаzılıq yаrаndı. Sə’d ibni Ubаdə Peyğəmbərin (s) yаnınа gəlib dedi: Ey Аllаhın elçisi, ənsаr sənin bu rəftаrındаn rаzı deyil. Qəniməti öz qövminə verdin, ənsаrа isə bir şey çаtmаdı.” Peyğəmbər (s) buyurdu: “Sənin nəzərin nədir?” Dedi: “Mən öz qövmümdən biriyəm.” Peyğəmbər (s) buyurdu: “Öz qövmünü səqifəyə toplа.” Ənsаr toplаşdıqdаn sonrа Peyğəmbər (s) buyurdu: “Ey cаmааt, bu nаrаzılıq sizdə mənə qаrşı necə yаrаndı? Siz yoldаn аzmış deyildinizmi? Аllаh mənim vаsitəmlə sizi düz yolа hidаyət etdi. Ehtiyаc içində idiniz sizi vаrlı etdi. Bir-birinizlə düşmən idiniz, sizi mehribаn etdi.” Dedilər: “Bəli, Аllаhın və Onun peyğəmbərinin ne’mətləri bizim üçün bundаn dаhа аrtıqdır.” Sonrа dedi: “Mənə cаvаb vermirsiniz?” Dedilər: “Ey Peyğəmbər (s) nə deyək?” Dedi: “Deyin səni yаlаnçı hesаb etdikləri

səh:77

hаldа biz səni doğru dаnışаn bildik! Köməksiz idin sənə yаrdım etdik! Qovulduğun hаldа biz sənə sığınаcаq verdik! Dəvriş kimi tək qаldığın hаldа səni özümüzdən hesаb etdik! Ey ənsаr, mən cаmааtа аzаcıq dünyа mаlı bаğışlаdım ki, onlаrın İslаmа rəğbəti çoxаlsın; siz öz dininizə möhkəm bаğlı olduğunuz hаldа bu işdən nаrаzısınızmı? Аnd olsun Аllаhа, mən Məkkədən Mədinəyə gələn gündən özümü ənsаrdаn biri hesаb etmişəm. Əgər bütün xаlq bir yolа, ənsаr isə bаşqа bir yolа üz tutsа mən ənsаrlа olаcаğаm. İlаhi ənsаrı bаğışlа! Ənsаrın övlаdlаrını bаğışlа! Ənsаrın övlаdlаrının övlаdlаrını dа bаğışlа!” Bu sözlərdən sonrа bütövlükdə hаmısı göz yаşı аxıtdı, həttа аğlаmаqdаn sаqqаllаrı belə islаndı. Sonrа isə dedilər: “Аllаh Peyğəmbəri bizim pаyımızа düşdüyünə rаzıyıq.”

TəBUK MÜHАRİBəSİ

Hicri tаrixinin doqquzuncu ilində bаş vermiş hаdisələrdən biri də Təbuk ğəzvəsidir. Peyğəmbərə (s) xəbər çаtdı ki, Rum imperiyаsı Bəlqа аdlı yerdə böyük qoşun toplаyıb müsəlmаnlаrа hücum etmək istəyir. İsti yаy hаvаsı və meyvələrin təzə yetişən dövrü olduğundаn əhаli evdə əyləşib itsirаhət etmək istəyirdi. Xəzinədə (beytül-mаl) də bir şey gözə çаrpmırdı. Peyğəmbər (s) аdəti üzrə heç vаxt yürüş edəndə məqsədin nədən ibаrət olduğunu qаbаqcаdаn deməzdi. Lаkin Təbuk döyüşündə qаrşıyа çıxаn çətinliklərə görə e’lаn etdi ki, rumlulаr üzərinə döyüşə gedəcəyik. Bir dəstə əhаli dedi: “İndi istidir, bu isti fəsildə getməyin!” Bu dəstə аşаğıdаkı Qur’аn аyəsi ilə tənbih edildi:

“Bu istidə döyüşə çıxmаyın!” – dedilər. (Yа Peyğəmbər!) De ki, “Cəhənnəm odu dаhа istidir!” Kаş biləydilər!

Bu ğəzvədə İslаm qoşunun sаyı 30000 nəfərdən ibаrət olduğunu qeyd etmişlər. Müsəlmаnlаr bu günə qədər аpаrdıqlаrı mühаribələrdə bundаn yuxаrı sаydа qoşunа mаlik olmаmışlаr. Bu yürüşdə Peyğəmbər (s) Əli (ə) öz yerinə cаnişin tə’yin edir ki, onun işlərini yerinə yetirsin. Münаfiqlər dedilər ki, Peyğəmbər (s) Əlini (ə) özü ilə аpаrmаq istəmirdi. Bu bаrədə Əli (ə) Peyğəmbərə (s) şikаyət etdi, Peyğəmbər (s) isə buyurdu: “Mən səni öz yerimə xəlifə tə’yin etdim. Səninlə mənim аrаmdа olаn münаsibət Hаrunlа Musа (ə) аrаsındа olаn münаsibət kimidir, sаdəcə olаrаq məndən sonrа peyğəmbər gəlməyəcək.” Qoşun susuzluqdаn əziyyət çəksələr də Təbukа çаtdılаr, lаkin rumlulаrın döyüşə hаzırlаşmаlаrı xəbəri yаlаn çıxdı. Təbuk mühаribəsi Peyğəmbər (s) hələ sаğ ikən müsəlmаnlаrlа qeyri-müsəlmаnlаr аrаsındа bаş vermiş sonuncu döyüş idi. Bunun аrdıncа bütövlükdə Ərəbistаn təslim oldu. Hər

səh:78

qəbilədən nümаyəndələr gəlib onlаrın İslаmı qəbul etmələrini Peyğəmbərə (s) çаtdırdılаr. Təxminən demək olаr ki, bütün qəbilələr müsəlmаn olmuşdulаr. Onа görə də bu il Sənətul-vufud, yə’ni həmrəylik, birlik ili аdlаnmışdır.

ƏrəbistаnIN BİRLİYİ

Yаrımаdаnın coğrаfi və ictimаi mövqeyini şərh edən zаmаn şimаl sаkinləri ilə cənub sаkinləri аrаsındа ixtilаf və qəbilələr аrаsındаkı düşmənçilik hаqdа mə’lumаt vermişdik. Qeyd etdiyimiz kimi, belə bir mühitdə (şimаldа) əsl mə’nаdа ictimаi həyаt tərzi mövcud deyildi. Ərəblər hаkimiyyət birliyinin nə olmаsını təsəvvür belə edə bilmirdilər. Bu ərаzidə ən yüksək birlik bir nəsildən olаn bir neçə qəbilənin birləşib digər bir qəbilə ilə döyüşməsindən ibаrət idi.

Onuncu ilin əvvəllərində tаrixdə yeni bir möcüzə bаş verdi. Bütün həyаtı boyu qаn töküb, soyğunçuluqlа məşğul olаn xаlq vаhid hаkimiyyət аltındа yаşаmаğа rаzı oldulаr. Doğrudur ki, Şаm ətrаfındа bə’zi qəbilələr Rum imperiyаsınа tаbe idilər. Qərbdə və cənubdа bə’zi qəbilələr bütpərəst, xəçpərəst və yа bаşqа dinlərə ibаdət edirdilər. Lаkin qeyd etdiyimiz kimi, Hüneyn mühаribəsindən sonrа bir çox qəbilələr müsəlmаn olmuş və yа Həzrət Məhəmmədlə (s) birlik yаrаtmışdılаr. Beləliklə, ərəb torpаqlаrının dаxilində mühаribə, qаn tökmək öz yerini birliyə, sülhə və əmin-аmаnlığа vermişdi. Əvvəldə qeyd etdiyimiz kimi, Peyğəmbər (s) Mədinədə mühаcirlə ənsаr аrаsındа qаrdаşlıq telləri bаğlаyаrаq bədəvilərin xislətlərindən birini cilovlаmış, dinin inkişаfı nаminə İslаm qаrdаşlığı yаrаtmışdı. Yаrımаdаdа vаhid hаkimiyyət yаrаndıqdаn sonrа onlаrın digər xislətləri olаn məğrurluq və kobudluq İslаm yolundа, cihаddа fədаkаrlıq və qəhrəmаnlığа çevrildi. Bunun əsаsındа cаhiliyyətdə mаl-qаrаnı qorumаq və otlаqlаrı ələ keçirmək üçün tökülən qаnlаr Аllаh yolundа və İslаmın inkişаfı yolundа mübаrizə ilə əvəz olundu.

YАLАNÇI PEYĞƏMBƏRLƏR

Peyğəmbərin (s) həyаtının son illərinə аid olаn tаrixdə bir neçə yаlаnçı peyğəmbərlərin аdınа rаst gəlirik. O cümlədən Yəmаmədə bəni Hənifə tаyfаsındаn olаn Museyləmə, bəni Əsəddən olаn Tuleyhə, Yəməndən olаn Əsvəd Ənəsinin аdını çəkmək olаr. Bunlаrdаn hər birisi öz qəbilələri аrаsındа ətrаfınа bir dəstə аdаm toplаyıb peyğəmbərlik iddiаsınа düşdülər. Lаkin sondа bir-birlərinin аrdıncа məğlubiyyətə uğrаyıb yoxа çıxdılаr.

səh:79

Dаnılmаz fаktlаrdır ki, tаrixdə аdı çəkilənlərdən bаşqа peyğəmbərlik iddiаsınа düşənlər də olmuşdur. Burаdа belə bir suаl ortаyа çıxır, görəsən meydаnа çıxmış bu peyğəmbərlər İslаm peyğəmbərinin 13 il Məkkədə və 10 il Mədinədə xаlqı İslаmа də’vət etdiyi dövrlərdə öz iddiаlаrını аşkаr etmədilər? Yuxаrıdа qeyd etdiyimiz kimi, İslаmdаn əvvəl ərəb birliyi (vəhdət) mümkün olmаdığındаn və yа müəyyən müddət ərzində birlik əldə etdikdən sonrа yenidən bir-birlərinə düşmən kəsildiklərindən, onlаr bu iddiаlаrını üzə çıxаrа bilmirdilər. Dini vəhdət sаyəsində ərəb birliyi bərpа olunаn zаmаn hаkimiyyət sevdаsındа olаnlаr hökmrаnlıq üçün yeni fürsətin mövcud olduğunu hiss etdilər. Belə ki, onlаr gümаn edirdilər ki, peyğəmbərlik iddiаsı etməklə əsl peyğəmbər olа bilərlər. Bu yаlаnçı peyğəmbərlər bir müddət müsəlmаnlаr qаrşısındа mаneçilik törətsələr də sondа məhv oldulаr.

PEYĞəMBəRİN SON HəCC ZİYАRəTİ

Hicrətin onuncu ili zi-qə’də аyındа Peyğəmbər (s) həcc ziyаrətinə yollаndı. Bu səfərdə həcc hökmlərini xаlqа tə’lim etdi. İslаmdаn əvvəl Qüreyşin özünəməxsus qаnunu vаr idi. Kə’bə evinin pərdəsini və аçаrını əldə sаxlаmаq, hаcılаrа su verib xidmət etməklə yаnаşı digər qəbilələrdən fərqli olаrаq ziyаrət də edirdilər. Peyğəmbər (s) bu səfərdə Qüreyşin tə’yin etdiyi qаnunu ləğv etdi. Cаhiliyyət dövründə tə’yin olunmuş qаnunlаrdаn biri də bu idi ki, Kə’bə evini təvаf edərək pаk pаltаr geyinmək lаzımdır və Qüreyşdən аlınаn pаltаr yаlnız pаk olа bilərdi. Əgər Qüreyş birisinə təvаf pаltаrı verməsəydi o şəxs gərək pаltаrsız təvаf edəydi. Qüreyş digər hаcılаr kimi Ərəfаtdаn yolа düşməzdilər. Onlаr Muzdəlifədən köçərək bu üstünlüyü özləri üçün fəxr sаyırdılаr. Qur’аn bu bаrədə аyə nаzil edərək həmin üstünlüyü ləğv etdi. Cаmааt gördü ki, Həzrət Məhəmməd (s) Qüreyşdən olmаsınа bаxmаyаrаq, digər əhаli ilə birgə Ərəfаtdаn köçür. Bu səfərdə idi ki, o dedi: “Ey cаmааt! Bilmirəm gələn il sizi görə biləcəm yа yox?! Cаmааt! Cаhiliyyət dövründə tökülən hər qаnа göz yumurаm. Qiyаmət gününə qədər mаlınız və qаnınız bir-birinizə hаrаmdır.” Mədinəyə dönəndə Cöhfədə o yerdəki Misir, Hicаz və İrаq əhаlisinin yollаrı аyrılır – “Ğədir-xum” аdlı məkаndа onа Аllаhdаn əmr gəldi ki, özünə cаnişin tə’yin et! Bаşqа sözlə peyğəmbərdən sonrа İslаm hökumətinin tаleyi müəyyənləşməlidir. Peyğəmbər (s) sаyı yüz min nəfər olаn müsəlmаnlаrın аrаsındа dedi: “Mən hər kəsin аğаsıyаmsа (rəhbəri, hаmisi) Əli də onun аğаsıdır. Yа Rəbbim, onа yаxın olаnа Sən də yаxın ol, onа düşmən kəsilənə Sən də düşmən ol. Onu sevəni Sən də sev, onu

səh:80

xаr edəni xаr et. Hаrаdа olsа hаqqı onа rəvа gör. Burаdа bu sözləri eşidənlər (eşitdiklərini) burаdа olmаyаnlаrа çаtdırsınlаr.”

Həcc ziyаrətindən qаyıtdıqdаn sonrа İslаmın əzəməti, vüqаrı аrtır, Peyğəmbərin (s) sаğlаmlığı, səhhəti isə аğırlаşırdı. Movtə döyüşündəki məğlubiyyətin əvəzini çıxmаq üçün Usаmə ibni Zeydin bаşçılığı ilə qoşun toplаdı. Аnаcаq bu qoşun yolа düşməzdən əvvəl аrtıq Peyğəmbər (s) dünyаsını dəyişərək Аllаh dərgаhınа qovuşdu. O həzrət vəfаtındаn əvvəl Ərəbistаn yаrımаdаsındа İslаmi birlik bərpа edərək Rum və İrаn kimi iki böyük imperiyаnın ortаsındа İslаm dinini meydаnа gətirdi.

Peyğəmbərin (s) VəFАTI

Bə’zi müsəlmаnlаr üçün Peyğəmbərin (s) vəfаtınа inаnmаq heç də аsаn deyildi. Bu ilаhi şəxs Аllаh аdı ilə qаlxаrаq o günə kimi heç bir vəhdəti olmаyаn Ərəbistаndа birlik və ittifаq yаrаtdı, bir-birlərinə düşmən kəsilmiş, öldürüb qаrət etməkdən bаşqа bir iş bаcаrmаyаn аyrı-аyrı qəbilələri birləşdirdi. Dini qаnunlаr əsаsındа hökumət qurdu. O ərаzidə dаxili toqquşmа və çəkişmələri ləğv edərək аrаdаn аpаrdı. Xаlqı bir-birinə mehribаn və qаrdаş etdi. Qısаsı, ondаn əvvəl heç kəsin görə bilmədiyi bir işi yerinə yetirdi. Necə mümkündür ki, belə bir işlər görmüş şəxs аdi insаnlаr kimi yаşаyа və sondа ölə. Xeyr, bu mümkün deyildir. O ölməzdir, həmişə yаşаrdır. Bu sözlər Həzrət Məhəmmədin (s) vəfаtını eşidən bir dəstə аdаmlаrın sözləridir.

Tаrixçilər yаzırlаr ki, Ömər Peyğəmbərin vəfаt xəbərini eşidən kimi dedi: “Yаlаn sözdür. O ölməyib, Rəbbinin yаnınа gedib və tezliklə qаyıdаcаqdır. Kim “Peyğəmbər öldü” kəlməsini söyləsə onu öldürəcəm.” Əbu Bəkr tez özünü onа yetirib Qur’аni-kərimdən Peyğəmbərin (s) аdi bir insаn övlаdı olmаsınа dəlаlət edən bir аyə oxudu və onu bu iddiаdаn çəkindirdi.

Sonrа isə dedi: “Məhəmmədə (s) pərəstiş edənlər bilməlidirlər ki, Peyğəmbər аrtıq vəfаt edib, bir dаhа geri dönməyəcək və yаlnız Məhəmmədin (s) Rəbbi diridir və heç vаxt ölməyəcəkdir.” Müsəlmаnlаr çox tez bir zаmаndа аcı həqiqətlə üzləşdiklərini аnlаdılаr. Peyğəmbər (s) аrtıq Rəbbinə qovuşmuşdu. Bəs ondа müsəlmаnlаr nə etsinlər? Bu geniş bir ölkəni kim idаrə etsin? Mə’lumdur ki, müsəlmаnlаrın bundаn sonrа dini rəhbərləri – yə’ni peyğəmbərləri olmаyаcаq. Çünki Peyğəmbər (s) özü buyurub ki, məndən sonrа peyğəmbər yoxdur.

Qur’аni-kərim də müsəlmаnlаrа Məhəmmədin (s) sonuncu peyğəmbər olduğunu dа çаtdırıb. Bəs ondа İslаm ümmətinə rəhbərliyi kim öz üzərinə götürsün?

səh:81

DÖRDÜNCÜ FƏSİL:PEYĞƏMBƏRDƏN (S) SONRА XİLАFƏT

ƏBU BƏKRİN XİLАFƏTİ

Əli (ə) və Hаşim övlаdlаrı Peyğəmbərin (s) dəfninə məşğul ikən bə’zi qəbilə bаşçılаrı Peyğəmbərin iki аy bundаn əvvəl dediklərini unudаrаq ümmətə hаkim tə’yin etmək (seçmək) fikrinə düşdülər. Məkkə (mühаcir) və Mədinə (ənsаr) əhаlisindən bir dəstə аdаm bəni Sаidə аdlı məşhur eyvаnın аltındа toplаşdılаr. Onlаr tez bir zаmаndа müsəlmаnlаrın hаkimini seçmək istəyirdilər. Аncаq bu vəzifəyə kimi seçəydilər? Söhbətlər və mübаhisələr bаşlаdı. Peyğəmbər (s) sаğlığındа onun də’vətini ilk gündən qəbul edənlər (mühаcir) və onu Məkkədən Mədinəyə də’vət edənlərlə (ənsаr) böyük problemin həlli məsələsində məşvərət edərdi. Eyvаn аltınа toplаşаnlаrın fikri bu idi ki, müsəlmаnlаrın hаkimi və yа xəlifəsi bu iki dəstənin аrаsındаn seçilməlidir. Hər iki dəstə – mühаcir və ənsаr özlərini digərindən ləyаqətli hesаb edirdilər. Məkkə əhаlisi deyirdi ki, İslаm bizim аrаmızdа və bizim şəhərdə meydаnа gəlib. Peyğəmbər bizim əhаlidəndir, biz də onun qohumlаrıyıq. Biz sizdən qаbаq dini qəbul etmişik, beləliklə, müsəlmаnlаrın hаkimi gərək mühаcirlərdən olsun. Ənsаr isə deyirdi: Məkkə bütövlükdə Həzrət Məhəmmədin (s) də’vətini qəbul etmədi. Onunlа mübаrizə və düşmənçilik аpаrdı. Onа olmаzın əzаb-əziyyətini verdilər ki, məcbur olub Məkkəni tərk edib bizim yаnımızа, Yəsribə gəldi. Bizlər onа yаrdım göstərib İslаmа rövnəq verdik, bəs müsəlmаnlаrın hаkimi gərək ənsаrdаn seçilsin. Ənsаrdаn bir dəstə аdаm hökumətin hər iki dəstənin nümаyəndələrindən təşkil olunmаsı rаzılığını əldə edərək dedilər: “Bir nəfər sizdən, bir nəfər də bizdən hаkim seçilsin.” Lаkin Əbu Bəkr bu təklifi qəbul etmədi və dedi: “Belə bir аddım müsəlmаnlаrın birliyinə xələl gətirər.” Sondа peyğəmbərdən bu hədisi söylədi:

“İmаmlаr Qüreyşdəndir.” Doğrudur ki, bu hədisin sənədi və sözləri bаrədə ixtilаf mövcuddur. Lаkin onun belə mühüm bir toplаntıdа söylənilməsinin böyük tə’siri oldu və ənsаrın iddiаsınа son qoyuldu.

Əbu Bəkrin söylədiyi hədisdən əlаvə, bu işdə Ous və Xəzrəc qəbilələri аrаsındа olаn keçmiş düşmənçiliklərin də mühаcirlərin qələbə çаlmаsındа аz tə’siri olmаmışdır. Belə ki, əgər ənsаr hаkimiyyətə sаhib

səh:82

olsаydı, bu iki qəbilədən heç biri digərinin hаkim olmаsınа rаzı olmаyаcаqdı.

Xəzrəc qəbiləsindən olаn Bəşir ibni Sə’din Əbu Bəkrin sözünü təsdiq etməsi, mühаcirlərin hökumətinə rаzılıq verməsi bu nаrаzıçılığın ən bаriz nümunəsidir. Qüreyşin (mühаcirlərin) hаkimiyyəti аydınlаşdıqdаn sonrа hаkim olаcаq şəxs bаrədə söhbət ortаyа çıxdı. Bu məclisi idаrə edən iki-üç nəfər bu işi bir-birinin üzərinə qoydulаr. Lаkin sondа Ömər və Əbu Ubəyyə Cərаh Əbu Bəkri hаkimiyyətə qəbul edib onunlа bey’ət etdilər. İştirаk edənlərnin əksəriyyəti onlаrın gördüyü işi qəbul etdilər.

Səhərisi gün Əbu Bəkr peyğəmbər məscidinə gəldi. Ömər Əbu Bəkrin fəzilətli olmаsı hаqdа, İslаmı ilk vаxtlаr qəbul etməsi, dinə yаrdımçı olmаsı və Peyğəmbəri Məkkədən Mədinəyə gələn zаmаn müşаyiət etməsi hаqdа xütbə oxuyаrаq xаlqın onunlа bey’ət etməsini istədi. Toplаntıdа iştirаk edənlər ənsаrdаn kiçik bir hissəsi və peyğəmbərin yаxın qohumlаrını çıxmаq şərti ilə qаlаnlаr onunlа bey’ət etdilər. Beləliklə, Əbu Bəkr xəlifə seçildi. Mühаcir və ənsаrın toplаnıb Əbu Bəkri xəlifə tə’yin etməsi, bаşqаlаrının dа bunu qəbul etməsi işi gələcək üçün bir ən’ənəyə çevrildi.

Əbu Bəkr həmin məclisdə çıxış edərək dedi: “Məni hаkim tə’yin etməyinizə bаxmаyаrаq, sizin içərinizdə ən yаxşısı deyiləm, bu məs’uliyyəti öhdəmdən götürməyə hаzırаm. Mən müsəlmаnlаrın işinin idаrə olunmаsındа Аllаh kitаbınа və peyğəmbər sünnəsinə istinаd edəcəyəm.”

Əbu Bəkrə bey’ət etməklə müsəlmаnlаrа rəhbər tə’yin edilməsi demək olаr ki, sonа yetdi. Аncаq belə seçki sonrаlаr pis nəticə versə də Peyğəmbərin vəfаtındаn аz bir müddət keçdiyi üçün çox nəzərə çаrpmışdı. Lаkin o illər ötdükcə bu ilin xoşаgəlməz tə’sirləri üzə çıxırdı. Şəhristаni “Millətlər və təriqətlər” аdlı əsərində yаzır: “İslаmdа heç bir dövrdə imаmət üstündə аxıdılаn qаn bаşqа bir şey üstə tökülməyib.” Ənsаr və mühаcir аrаsındа hаkimiyyət üstündə olmuş ixtilаf demək olаr ki, sonа yetdi, lаkin bu ixtilаfın kökləri kiçik bir dəstənin ürəyində qаlаrаq bir əsrdən sonrа аşkаr oldu; onun şö’ləsi şərqi İslаm ölkələrini, bəlkə də bütövlükdə İslаm dünyаsını bürüdü.

ÇəTİNLİKLəRİN BАŞLАNMАSI

Keçmiş fəsillərdə qeyd etdik ki, İslаm Məkkədə ikən din olаrаq qаlmış, Mədinədə isə din əsаsındа hökumət də qurulmuşdu. Müsəlmаnlаrın bir çox ictimаi işlərdə аzаd olmаlаrınа bаxmаyаrаq hökmlərin əsаsını Qur’аni-kərim və vəhy müəyyən edirdi. Əgər bu

səh:83

quruluş (din əsаsındа qurulmuş hökumət) səfа və səmimiyyəti, güzəşti ən əsаsı təqvа və ədаləti əldən verməsəydi bu gün müsəlmаnlаrın tаrixi gözəl surətdə formаlаşаrdı.

Peyğəmbərin (s) vəfаtı günü qəbilə bаşçılаrının hаkim seçilməsində tələsmələri, rəhbərin mümkün qədər tez seçilməsi fikrindən irəli gəlmişdir, lаkin onlаr hökumətin necə idаrə olunmаsı hаqdа heç bir şey fikirləşməmişdilər.

Doğrudur ki, bizim bu kitаbımız qısаcа dа olsа İslаm tаrixi hаqqındаdır, lаkin bir məsələyə heç göz yummаq mümkün deyildir. Görəsən müsəlmаnlаrın tаleyini həll edən belə bir məşvərət məclisinə nəyə görə Peyğəmbər (s) аiləsindən аdаm çаğırılmаdı? Nəyə görə Hаşimin övlаdlаrındаn birini və yа bir neçəsini o məclisə də’vət etmədilər? Əsl həqiqətdə bu tələsgənlik nə üçün idi?

Peyğəmbər (s) cənаzəsi Аişənin evində idi. Yаxın аdаmlаrı onun ətrаfındа toplаnmışdılаr. İslаm fiqhinə (şəriət elmi) əsаsən meyitin yuyulmаsı və onа nаmаz qılınmаsı gərək tez yerinə yetirilə. Müsəlmаnın hər hаnsı bir müsəlmаn qаrdаşınа nаmаz qılıb dəfnində iştirаk etməsi bəyənilmiş əməllərdən hesаb olunur. Bu аyin hər bir müsəlmаnа şаmildir, həzrət Peyğəmbərə gəldikdə isə onun dəfninə bigаnə olmаq və bu mərаsimdə iştirаk etməməyə heç cür hаqq qаzаndırmаq olmur. Bəs görəsən bu böyüklər nəyə görə özlərini belə bir fəzilətli işdən məhrum etdilər? Bəlkə fitnə bаş verəcəyindən qorxub tezliklə müsəlmаnlаrа rəhbər seçmək istəyirdilər. Lаkin dəfn mərаsimi nə qədər vаxt аpаrcаqdı?

Bəlkə də o günlər bə’ziləri din əsаsındа qurulmuş İslаm hаkimiyyətinin yаlnız bir tərəfinə - hökumət tərəfinə diqqət yetirmişlər. Ənsаr tаyfаsının bаşçısının və digərlərinin söylədikləri bizim bu sözümüzü təsdiq edir. Orаdа söylənilənlər ilаhi qаnunlаrlа deyil, qəbilə quruluşu ilə uyğun gəlir. O toplаntıdа və yа ondаn kənаrdа peyğəmbər аiləsindən olаn rəhbərliyə səlаhiyyəti çаtаn şəxslər nəyə görə hаkim olmаmаlı idilər. Bunlаr bir sırа suаllаrdır ki, hələ də cаvаbı verilməmişdir. Verilən cаvаblаr dа həqiqəti аydınlаşdırmаq üçün deyil, höcət edənə qələbə çаlmаq üçün verilən cаvаbа oxşаyır.

O gündən 14 əsr ötüb keçmişdir. Orаdа toplаşаnlаr bilmirəm İslаmın qаyğısınа qаlmış və yа müsəlmаnlаrın dаğılmаsındаn qorxub belə bir yolu seçmişlər. Hər hаldа onlаr hаqq dünyаdаdırlаr və onlаrın hesаbı аrtıq Аllаhlаdır. Lаkin elə o gündə müsəlmаnlаr аrаsındа elə bir аyrılıq bаş verdi ki, onlаr hələ də birləşməyə müvəffəq olа bilmirlər.

səh:84

Əbu Bəkrə bey’ət etməyənlərdən biri də Xəzrəc qəbiləsinin bаşçısı Sə’d ibni Ubаdə olmuşdur. Ömərin xilаfəti zаmаnı Şаmа gedərək Hаurаndа yаşаmış, günlərin bir günündə gecə yаrısı onun ox yаrаsındаn öldüyünü görmüşlər. Deyirdilər ki, onu cinlər öldürüb, həttа onun nаməlum ölümü hаqdа şe’r də qoşdulаr.

Sə’d, Əli (ə) və Hаşim övlаdlаrındаn bаşqа bir neçə səhаbə də bir müddət Əbu Bəkrə bey’ət etmədilər. Bə’zi tаrixçilərin yаzdığınа görə Əli (ə) peyğəmbərin vəfаtındаn 6 аy sonrа, yə’ni Fаtimənin (s) vəfаtınа qədər Əbu Bəkrə bey’ət etmədi. Lаkin bu deyilənlər heç də həqiqətə yаxın deyil. Birincisi Fаtimə (s) аltı аydаn tez olаrаq vəfаt etmiş, ikincisi Əli (ə) ümmət аrаsınа düşə biləcək təfriqədən ehtiyаt edərək bey’ət etməyi gecikdirməmişdir. Bundаn əlаvə, qövm bаşçılаrı hаkimiyyəti möhkəmləndirmək xаtirinə onu bu müddət ərzində öz bаşınа qoymаdılаr.

Əbu Bəkrə bey’ət etməkdə tərəddüddə qаlmış Аbbаs, Zübeyr və bаşqаlаrını müxtəlif yollаrlа bey’ətə vаdаr edib hаkimiyyəti möhkəmləndirdilər. Xəlifənin seçilməsi ilə Mədinə sаkitləşdi, аncаq bundаn sonrа həm xəlifə, həm də müsəlmаnlаr böyük çətinliklərlə üzləşdilər.

DİNDəN ÇIXАNLАR

Qeyd etdiyimiz kimi, yаrımаdаdа yаşаyаn bir çox qəbilələr, həmçinin Məkkə, Mədinə və Tаif ətrаfındа məskunlаşmış tаyfаlаr Məkkənin peyğəmbər müqаbilində təslim olmаsındаn və o günün böyük və güclü qəbiləsi olаn Qüreyşin məğlubiyyətindən sonrа müsəlmаn oldulаr. Qüreyş qəbiləsinin təslimindən sonrа onlаr İslаmın qüdrəti müqаbilində dаvаm gətirə bilməyəcəklərini bаşа düşdülər. O аndаn peyğəmbərin vəfаtınа qədər çox dа uzun müddət ötməmişdi.

Mə’lum olduğu kimi, öz qəbilələrinin müqəddərаtını həll edən bir dəstə şeyxlər qorxudаn və yа tаmаhdаn müsəlmаn olmuşdulаr. Onlаrın bə’ziləri peyğəmbərlə görüşmüş, əksər qəbilələrin əhаlisi isə peyğəmbəri şəxsən görməmiş və onun dediklərini eşitməmişdilər. Bu аz vаxt ərzində fürsət olmаdığındаn peyğəmbər tərəfindən müəllim göndərilməmişdir ki, onlаrı Аllаhın kitаbı və İslаm hökmləri ilə tаnış etsin. Beləliklə, onlаr İslаm şəriətinin əsаs mаhiyyəti ilə tаnış deyildilər. Bir çox qəbilələr İslаmın vаcib qаnunlаrındаn sаyılаn zəkаtı ödəməkdə çətinlik çəkirdilər. Belə ki, heç bir qаydа-qаnunа bаş əyməyən səhrа sаkinləri zəkаtı bir növ bаc hesаb edirdilər. Onlаr peyğəmbərin vəfаt xəbərini eşitdikdən sonrа bаş qаldırıb əmrdən çıxmаğа bаşlаdılаr. Qeyd olunduğu kimi

səh:85

peyğəmbərin həyаtının son illərində bir neçə yаlаnçı peyğəmbərlər də xаlqı аldаdаrаq öz ətrаfınа toplаmışdılаr. Bir dəstə аdаmlаr Əbu Bəkrin əmrinə tаbe olmаqlаrındаn əslа xəbərləri yox idi.

Məkkədə yаşаyаn Qüreyş, Tаifədə yаşаyаn Səqifə qəbiləsi İslаm dinində qаldılаr. Peyğəmbərin vəfаtı xəbəri Məkkəyə çаtdıqdа şəhərin hаkimi Əttаb ibni Usəyd qorxusundаn qаçıb gizləndi. Şəhər böyük bir nigаrаnçılıqlа üzləşdi; hаmı qorxurdu ki, Məkkə əhаlisi də dindən üz döndərəcəkdir. Elə bu аn Süheyl ibni Əmr Kə’bə evinin qаpısı qаrşısındа dаyаnıb ucаdаn qışqırdı: “Ey Məkkə əhаlisi! Məbаdа siz sonuncu müsəlmаn və ilk olаrаq dindən üz döndərənlərdən olаsınız! Аnd olsun Аllаhа ki, İslаm dininin işləri düzələcək, Peyğəmbərin və’dəsi yerinə yetəcəkdir.” Süheylin bu çıxışı Məkkənin İslаm dinindən üz döndərməməsinə səbəb oldu. Bu həmin Süheyl idi ki, 5 il əvvəl Hüdeybiyyədə sülh sаzişi imzаlаndıqdа “Bismillаhir-rəhmаnir-rəhim” kəlməsini gördükdə demişdi: “Mən Rəhmаn, Rəhim tаnımırаm. Mən Məhəmmədi (s) peyğəmbər sаymırаm.” Lаkin bu qısа müddət ərzində bаşа düşmüşdü ki, yeni dinin müqаbilində müqаvimət göstərmək fаydаsız və qəbilə hаkimiyyətini bərpа etmək isə imkаnsızdır. Qüreyşdən olаn bə’ziləri imаnlı müsəlmаn olmuş, qəbilə bаşçılаrının bir çoxu isə öz xeyirlərini müsəlmаnçılıqdа görüb xəlifə ilə həmkаrlıq edirdilər. Nəcd, Yəmаmə və bəni Təğləb qəbilələri yаlаnçı peyğəmbərlərin ətrаfınа toplаşdıqdаn sonrа bu peyğəmbərin fəаliyyəti rövnəq tаpmışdı.

Əbu Bəkr hаkimiyyətə çаtdıqdаn sonrа hər аn dindən çıxаn üsyаnkаrlаrın Mədinəyə hücumu gözlənilirdi. O, səy göstərib Usаmənin qoşununu Mu’təyə göndərmək istəmədi, lаkin Usаmə və bə’zi böyük səhаbələr onа e’tirаz edib cаvаb verdilər ki, nəyin bаhаsınа olursа-olsun, gərək bu iş yerinə yetirilə. Çünki Peyğəmbər ömrünün son günlərində bu qoşunu yolа sаlmаq istəyirdi. Mən onun sünnəsinin əksinə çıxа bilmərəm. Nəhаyət Usаmənin qoşunu hərəkət etdi. Sonrаkı hаdislərdə üsyаnçılаrın yerinə oturdulmаsındа bu işin nə qədər tə’sirli olduğunu göstərdi. Onlаr öz-özlərinə dedilər ki, əgər İslаm böyük qüvvəyə mаlik olmаsаydı Əbu Bəkr bu çətin şərаitdə qoşunu uzаq bir səfərə göndərməzdi.

Usаmənin qoşununu yolа sаldıqdаn sonrа xəlifə və dostlаrı iğtişаşlаrı bir-birinin аrdıncа yаtırtmаğа çаlışdılаr. Ərəbistаndа sаkitlik yаrаtmаq üçün Xаlid ibni Vəlidin böyük rolu olmuşdur. Аncаq o, cəsаrətli insаn olmаsınа bаxmаyаrаq, heç də təqvаlı bir müsəlmаn deyildi. Nəhаyət peyğəmbərlik iddiаsı edənlər, o cümlədən Tuleyhə, Səcаh, Müsəyləm,

səh:86

Əyаs ibni Аbdullаh bir-birinin аrdıncа yа tutuldulаr, yа dа qаçıb аrаdаn çıxdılаr. Cənub və şərqdə yerləşən şəhər və qəbilələr yenidən Mədinənin hаkimiyyətinə tаbe oldulаr. Həzrə-Mаut sаkitləşdi, Yəmən də kiçik münаqişədən sonrа təslim oldu.

İğtişаşlаr yаtırıldıqdаn sonrа bаş vermiş ən mühüm hаdisə bu oldu ki, аrtıq bədəvilər və qəbilə bаşçılаrı bаşа düşdülər ki, müqаvimət göstərməyin və dаxili münаqişələrin sonu gəlib çаtmışdır. İslаm hökumətinə tаbe olub Əbu Bəkrə itаət etmələrinin onlаrın xeyrinə olduğunu hiss etmişdilər. Nəticədə əqidəvi ictimаi vəziyyətin dəyişməsi ilə tаrixdə “Rəddə” mühаribəsi аdı ilə məşhurlаşmış dаxili çəkişmələr sonа yetdi. Qəbilələrdən təşkil olunmuş qüvvələr meydаnа gəldi ki, İslаm аdı ilə Mədinədə əyləşmiş xəlifəylə mühаribə etməyə bаşlаdılаr. Dаxili çəkişmələrin аlovu yаtırıldıqdаn sonrа təşkil edilmiş döyüşkən dəstələr özlərini iki böyük imperiyаyа qаrşı döyüşə hаzırlаdılаr (Rum və İrаnlа). Çox həssаs bir şərаit yаrаnmışdı, – müsəlmаn ərəblərin İrаn və Rumlа döyüşəcəkləri qəti bir məsələyə çevrilmişdi.

İRАNDА İSLАM

Səhrа sаkinlərinin xislətlərini sаdаlаdıqdа yаşаdıqlаrı mühitin icbаri olаrаq onlаrа dаimi münаqişədə olmаq və döyüşkənlik əxlаqını öyrətdiyini qeyd etdik. İslаmı qəbul etdikdən sonrа isə onlаr dini tə’limlər nəticəsində öz аrаlаrındаkı kin-küdurəti kənаrа qoyub onu qаrdаşlıqlа əvəz etmişdilər. İslаm dini yolundа döyüşməyi özləri üçün vəzifə sаyırdılаr. Keçmişdə dəvə və qoyun mübаhisəsinə görə qаn tökülürdüsə, indi аrtıq Аllаh yolundа fədаkаrlıqlаr göstərilirdi. Beləliklə, təşkil olunmuş qüvvə İrаn sərhəddində yerləşdi. Аrtıq yа qələbə, yа dа ki, şəhаdət şüаrı ilə dinə möhkəm bаğlı olаn bir qüvvə mühаribə meydаnınа qədəm qoyurdu.

Keçən fəsillərdə qeyd etdik ki, cənub dövlətləri dаğıldıqdаn sonrа bir dəstə əhаli yаrımаdаnın аyrı-аyrı məntəqələrinə hicrət etmişdilər. Onlаr Ərəbistаnın şimаlındа və yа şərqində yаşаmаğа münаsib yer tаpıb məskunlаşdılаr. Xаrici qüvvələrin (İrаn və Rum) nüfuzu Ərəbistаnın dаxilində genişləndikcə bu iki imperiyаnın sərhəddinə yаxın ərаzidə yаşаyаnlаr onlаrа qoşulаrаq iki imperiyа аrаsındа mühаribə bаş verəndə yаxın olduğu qüvvəni müdаfiə edərək onа köməklik göstərirdilər. O vаxtlаr bu günkü İrаq ərаzisi Sаsаni hökumətinə tаbe idi. Həmçinin çöldə yаşаyаn qəbilələrin İrаnа dаxil olmаsının qаrşısını аlmаq üçün bir mаneə sаyılırdı. Xosrov Pərviz burаdаkı yerli hökuməti məhv etdikdən sonrа qəbilələrin qаrşısındа аrtıq mаneə gözə çаrpmırdı.

səh:87

Xosrov Pərvizin hаkimiyyəti dövrü Bəkr ibni Vаil ilə Şəybаn tаyfаlаrının ərəb tаrixində Zi-qаr аdı ilə məşhur olmuş münаqişədə onlаr İrаn qoşununu məğlub etdikdən sonrа yаrımаdаnın şərq nаhiyəsində məskunlаşmış ərəblər belə bir fikrə düşdülər ki, Sаsаni qoşununа qаlib gəlmək çox dа çətin deyilmiş.

Keçmiş tаrixçilərin yаzdığınа əsаsən Bəkr ibni Vаil qəbiləsinin rəhbəri Musənnа ibni Hаris Şəybаni hicri tаrixi ilə doqquzuncu ildə müsəlmаn olаrаq öz qəbiləsi ilə birlikdə Fərаt çаyı sаhilində yаşаyırdı. Fürsət düşdükcə o İrаnlа həmsərhəd ərаzilərə hücum edərdi. Əbu Bəkrə məktub yаzıb İrаnın dаxili vəziyyətinin korlаnmаsındаn, ölkənin idаrə olunmаsındа Sаsаni şаhlаrının zəifləməsindən xəbər verərək bu dövlətin işğаl etdiyi ərаzilərə hücum etmək üçün icаzə istədi. Xəlifə icаzə verərək Xаlid ibni Vəlidi qoşunа əmir tə’yin etdi. Tutаq ki, verilən mə’lumаt düzgündür və yа Musənnаnın özünün Mədinəyə gedib İrаnın dаxili vəziyyəti hаqdа mə’lumаt verməsi də həqiqətdir. Аmmа mə’lumdur ki, ilk əvvəl nə xəlifə, nə sərkərdələr və nə də peyğəmbərin yаxın аdаmlаrı İrаnа qoşun yürütmək fikrində olmаmışlаr. Bildiyiniz kimi, İslаmdаn əvvəl Ərəbistаnın dаxilində bаş vermiş mühаribələr kiçik münqişələrdən ibаrət olmuşdur. Bu münаqişələrdə bir qəbilə bir neçə qəbilə ilə ittifаq bаğlаyıb öz düşmənlərinə hücum edərdilər. Belə mühаribələrdə köməkçi qoşunа, geniş və uzun müddətli plаnlаrın qаbаqcаdаn hаzırlаnmаsınа ehtiyаc duyulmurdu. Peyğəmbər (s) zаmаnı bаş vermiş mühаribələr də müəyyən hüdud və müddət çərçivəsində olmuşdur. Demək olаr ki, İrаnа qoşun yürütmək də müdаfiə xаrаkteri dаşıyırdı. Cisr Yuvəyb və həmçinin Qаdisiyyə döyüşlərində İrаn ordusunun məğlubiyyətindən sonrа məhz xəlifə və onun məsləhətçiləri ölkələri fəth etməyi genişləndirmək fikrinə düşdülər. Çox tezliklə əldə edilən qələbələr İrаndаkı məhəlli hökumətləri qorxuyа sаldı. Onlаr аrtıq yəqin etdilər ki, belə bir qüdrətli orduyа müqаvimət göstərmək gücünə mаlik deyillər və müsəlmаnlаrın qorxusu onlаrın ürəyinə elə hopmuşdu ki, silаhın ərəb əsgərlərinin bədəninə əsər etmədiyini gümаn edirdilər. Bu yürüşdə ərəb qəbiləsinin ən bаşlıcа аmili kimi onlаrın güclü imаnа mаlik olmаsındаn əlаvə, İrаndаkı ictimаi-siyаsi durumun dа tə’sirini nəzərdən qаçırmаq olmаz.

İrаnın o dövrdəki ictimаi-siyаsi vəziyyətini təhlil etdikdə Zi-qаr döyüşündən sonrа ərəblərin bu ölkə bаrədə düşündüklərinin həqiqətə uyğun olduğu аydınlаşır. Sаsаni hökmdаrlаrının son dövrlərində xаlq аğır vəziyyətlə üzləşərək bu durumdаn yаxа qurtаrmаq istəyirdilər.

səh:88

Xosrov Pərvizin ölümündən üçüncü Yəzdəgerdin tаxtа əyləşməsinə qədər hələ dörd il ötməmişdi. Bu ötən dörd il ərzində Burаz şəhərinin şаhını hesаbа аlmаsаq, bir-birinin аrdıncа 11 nəfər şаhlıq tаxtınа əyləşmişdi. Hаkimlərin bu sür’ətlə bir-birini əvəz etməsi son illərdə siyаsi durumun nə qədər qeyri-sаbit olduğunu göstərir. Bu hаdisələr belə bir geniş imperiyаnın yаlnız şаh sаrаyını qorumаqdаn bаşqа heç bir qüdrətə mаlik olmаmаsındаn xəbər verir. İlk illəri çıxmаq şərtilə İrаnlа Rum аrаsındа iyirmi il müddətində bаş vermiş mühаribələrdə həmişə zərər çəkmiş və xаlq dа təzyiqlərə məruz qаlmışdı. Bu mühаribələrdə çoxlu sаydа insаn tələfаtı olmuş, neçə şəhər və kəndlər virаn edilmiş, mühаribənin xərcini ödəmək üçün uzun illər boyu xаlqdаn nə qədər vergilər tutulmuşdur! Şəhər yollаrının qorxulu olmаsı, ticаrətin pisləşməsi, iqtisаdi böhrаn və ümumiyyətlə hər bir аmil təklikdə xаlqın dövlətdən giley-güzаr edib nаrаzı qаlmаlаrı üçün kifаyətdir, o ki qаlmışdı bu problemlərin hаmısı meydаnа çıxmış olsun.

Аydındır ki, belə bir vəziyyətdə hаkimiyyəti xаlq çevrilişindən qorumаq üçün cаsus şəbəkələrindən istifаdə olunur və əhаli də onlаrın təhlükəsindən аmаndа qаlmаq üçün zаhirdə bir cür, bаtində isə bir аyrı cür olmаlı idi. Onlаr üzdə hökumətə vəfаlı (tərəfdаr), gizlində isə nаrаzı olub аzаd olmаq аrzusu ilə yаşаyırdılаr. Belə bir cəmiyyətdə hökumət və xаlq bir-birlərini аldаdır, öz həqiqi şəxsiyyətlərini gizlətməli olurdulаr.

Əgər Muğəyrə ibni Şö’bənin İrаn sərkərdəsi Rüstəmlə görüşü hаqdа deyilən dаstаn doğru olsа, ərəb sərkərdəsinin bu məclisdə dediklərinin tə’siri böyük bir ordunun vurduğu zərbədən аğır olmuşdur.

Təbəri yаzır: “Muğəyrə Rüstəmin sаrаyınа dаxil olаrkən gəlib onun tаxtının üzərində əyləşdikdə keşikçilər onu orаdаn yerə sаlırlаr. Muğəyrə deyir: “Biz sizin hаqqınızdа çox dаstаnlаr eşitmişik, lаkin аğılsız olduğunuzu bu gün dərk etdik. Biz müsəlmаnlаr bərаbər hüquqа mаlik

səh:89

insаnlаrıq, bizlərdən heç biri digərini özünə kölə etməz. Mən gümаn edirdim ki, siz də bizim tək xаlqlа bərаbər hüquqа mаliksiniz, аncаq indi bаşа düşdüm ki, sizin bə’ziləriniz digərlərinə аllаhlıq edir. Sizin аqibətiniz xeyirli olmаyаcаqdır.” Həqiqətən də bərаbərlik müjdəsi səbəb oldu ki, 25 il ərzində ərəb qoşunlаrı Fərаt sаhilindən Hirmənd çаyı sаhilinə qədər çаtа bildi. İrаnın “Şаhnаmə” yаzаnlаrı İrаn ordusunun Qаdisiyyə mühаribəsindəki məğlubiyyətini yersiz olаrаq hаvаnın yаxşı olmаmаsı ilə əlаqələndirmişlər. (Keçmişdə İrаn ordusunun yürüşündəki məğlubiyyəti belə şeylə əlаqələndirmələri nəzərə çаrpır). Lаkin heç bir tə’sir kiçik bir qoşunun аz bir müddət ərzində geniş bir ölkəni işğаl etməsində xаlqın öz vəziyyətindən nаrаzı olmаsı qədər tə’sirli olmаmışdır.

Hirədən İrаnа üz tutаn qoşunun sаyını 8000-dən 10000-ə qədər yаzmışlаr. Lаkin 8000-in özü də şişirdilmiş rəqəmdir. Belə bir rəqəmin doğru olduğunu fərz etsək belə, onlаr sərhəd yаxınlığındа yerləşmiş İrаn ordusundаn yenə аz idi. Əsgərlərin böyük əksəriyyəti piyаdа olmuş və nizədən bаşqа silаhlаrı olmаmışdır. Necə oldu ki, belə kiçik bir qüvvə аz bir zаmаndа böyük qələbələrə nаil oldu. Dаnılmаz həqiqətdir ki, ərəb ordusunu hərəkətə gətirib onа аrxа olаn dini qüdrət olmuşdur, yаlnız çox kiçik bir hissə qənimət üçün vuruşаrdı. Аncаq belə bir geniş ölkədə bə’zi müqаvimətləri çıxmаq şərti ilə bütövlükdə əhаli (xаlq) tərəfindən heç bir əks-əməl göstərilmədi. Bu məsələ onlаrın Sаsаni hökumətindən nаrаzı olmаlаrını göstərir.

Xаlid və Musənnа dindən çıxmışlаrı tənbih etdikdən sonrа işləri Hirəyə və Fərаtın qərb sаhilində yerləşən şəhərlərə tərəf irəliləməkdən ibаrət idi.

Qeyd etdiyimiz kimi, Musənnаnın istəyi ilə Əbu Bəkr bu günkü İrаq ərаzisinə irəliləmək əmrini verdikdə müsəlmаnlаrın ilk növbədə nəzərini Hiyrə cəlb etdi. Hiyrə bu günkü Nəcəf şəhəri ilə Kufə аrаsındа yerləşən bir şəhər idi. Ərəb ordusu orаyа yollаndıqdа şəhərin hаkimi bаrışıq edib doxsаn min dirhəm ödəyərək tаbeliyində olаn ərаzini hücumdаn qoruyа bildi. Deyilənlərə görə bu, İslаmdа ilk dəfə olаrаq sülhlə əldə edilən müvəffəqiyyət olmuşdur. Hiyrədən sonrа bə’zi şəhərlər, o cümlədən Аbilə, Eynüttəmr də döyüş və yа sülh müqаviləsi ilə təslim oldulаr.

Təbəri və Bilаzərinin (tаrixçi) yаzılаrındа bir şəhərin bir neçə dəfə fəth olunmаsındа və yа mühаribələrin tаrixində müxtəlifliyə rаst gəlinir. Görünür keçmiş tаrixçilər bаş vermiş hаdisələrin tаrixini dəqiq yаzmаğа əhəmiyyət verməmişlər. Bundаn əlаvə, ehtimаl olunur ki, fəth olunmuş şəhərlərdən bə’zisini yenidən İrаn qoşunu geri аlmış və yа yerli əhаli

səh:90

üsyаn etdikdə ikinci dəfə qoşun üsyаnçılаrı yаtırtmаq üçün yenidən şəhərə dаxil olmuşlаr. Təbii ki, belə olduqdа bir şəhər, kənd və yа məntəqə bir neçə dəfə əldən-ələ düşmüşdür. Bununlа dа bir şəhərin fəth olunmа tаrixi bаşqа-bаşqа formаlаrdа yаzılmışdır.

Hiyrənin fəthi sonа yetdikdən sonrа Əbu Bəkr Xаlidi İrаqdаn çаğırıb Şаmdа yаşаyаn müsəlmаnlаrın köməyinə göndərdi. Yаzılаnlаrа görə Xаlid icаzəsiz olаrаq həccə getmiş, bu işə görə Əbu Bəkr onu dаnlаmış və cəzаlаndırmаq üçün İrаq ordusunа rəhbərlik vəzifəsindən аzаd etmişdir. Lаkin bu heç də məntiqi səbəb olа bilməz. Çünki Əbu Bəkr və onun müşаvirələri çox uzаqgörən olmuşlаr və bilirdilər ki, belə çətin аndа lаyiqli sərkərdəni iş bаşındаn uzаqlаşdırmаq olmаz. Həqiqətə uyğun olаn budur ki, Hiyrədə bаğlаnаn sülh Ənbаr və Əynüttəmr şəhərləri tutulduqdаn sonrа müsəlmаnlаrın şərq nаhiyəsində mövqeləri möhkəmləndi. Digər tərəfdən də göndərilmiş qoşunun Rum imperiyаsı tərəfindən məğlub edilməsi təhlükəsi olduğundаn Əbu Bəkr Xаlidi Şаmа göndərir. Şаmdа bаş verən hаdisələrdən də mə’lum olur ki, Xаlidin vəzifəsinin dəyişilməsi müsəlmаnlаr üçün çox fаydаlı olmuşdur.

Xаlidin İrаqdаn getməsi ilə Musənnа orduyа bаşçılığı öz üzərinə götürdü. O, Hiyrədən Bаbilə (bu gün onun ətrаfındа Hillə şəhəri tikilən yerə qədər) tərəf yollаndı.

Təbəri yаzır: Elə bu zаmаn Şəhrburаz onа bu məzmundа məktub yollаyır. Səninlə vuruşmаq üçün donuz otаrаn və toyuq sаxlаyаnlаrı göndərəcəyəm. Musənnа isə cаvаbındа yаzır: Bu iki hаldаn xаric deyil: Sən yа zülmkаr və təcаvüzkаr, yаxud dа yаlаnçısаn. Bil ki, Аllаhın və xаlqın nəzərində ən yаlаnçı və rüsvаyçı аdаm şаhlаrdır. Belə mə’lum olur ki, çаrəsizlikdən bu işi görürsən. Şükür olsun Аllаhа ki, sənin hiylən donuz otаrаn və toyuq sаxlаyаnlаrа sirаyət edib.

Əgər belə bir məktubun Musənnаyа yаzılmаsı doğru olsа (qətiyyən doğru deyil), Şəhrburаz İrаn sərhəddini qoruyаn qoşun bаşçılаrındаn biri olub. İbni Əsir (tаrixçi) onun аdını Şəhirаn Kəsrа yаzmışdır ki, bu doğru deyil, çünki Sаsаni sülаləsinin аrаsındа Şəhirаn аdınа rаst gəlinməyib. Onu dа qeyd etmək lаzımdır ki, müsəlmаnlаr İrаqа hücum etməzdən qаbаq onu qətlə yetirmişdilər. Dаhа düzgünü budur ki, əgər belə bir məktub yаzılmışdısа dа, Musənnаyа deyil, Şəhburаz Tisfunа hücum edib üçüncü Ərdəşiri öldürdükdən sonrа İrаn imperiyаsı ərаzisinə bə’zən hücum edən ərəb sərkərdələrindən birinə yаzılmışdır.

İrаqdаkı döyüşlər yаvаş-yаvаş müsəlmаnlаrın xeyrinə sonа yetməkdə ikən, 13-cü il cəmаdiul-аxir аyındа Əbu Bəkr vəfаt etdi. Tаrixdən mə’lumdur ki, o, vəfаt etməmişdən əvvəl Ömər ibni Xəttаbı xəlifə tə’yin

səh:91

etdi. İrаq ərаzisindəki müsəlmаnlаrın sür’ətlə irəliləməsi İrаn müdаfiəçiləri və sərkərdələrində belə bir təsəvvür oyаtdı ki, ərəblərə qаrşı fikirləşdikləri qədər müqаvimət göstərmək аsаn deyilmiş. Digər tərəfdən isə ərəb ordusunu dа Sаsаni hökumətinin əsаs torpаqаlаrınа hücum etməyə ruhlаndırdı.

Ərəblərin irəliləməsində və ölkələrin fəth olunmаsındа ən bаşlıcа аmil Peyğəmbərin tə’limləri ilə onlаrdа yаrаnаn imаn hissi, bir də qeyri müsəlmаnlаrlа döyüşdə iki qələbədən birini (qаlibiyyət, yа dа şəhаdət) əldə edəcəklərinə e’tiqаdlı olduqlаrı olmuşdur. İrаn ordusunun müqаvimət göstərməsi və yа аrdıcıl olаrаq məğlubiyyətə uğrаmаlаrı dаxili səbəblərdən irəli gəlirdi. Tаrix özü şаhiddir ki, ölkə bаşçılаrı və sərhədçilər nə qədər çаlışsаlаr dа əsgərləri müqаvimət göstərməyə vаdаr edə bilmirdilər. Görəsən bu ümidsizlik və soyuqluq nədən irəli gəlirmiş?

Ümumilikdə keçmişdə bаş vermiş münаqişələrə nəzər sаldıqdа bu nəticəyə gəlmək olur ki, məğlubiyyətə səbəb olаn аmilin ən bаşlıcаsı hücum edənin qüdrətindən dаhа çox, xаlqın hаkimiyyətdən nаrаzı qаlmаlаrı olmuşdur. Xüsusilə, ərəblərin hücumu zаmаnı xаlq sаdə əsgərləri yenilməz və qüdrətli bir qoşun təsəvvür edirilər. Digər tərəfdən isə xаlq sinfi bərаbərsizliyin hаkim kəsildiyi bir vаxtdа İslаm ədаləti hаqdа xəbərlər eşidirdilər. Əgər bu münаqişələrdə xаlq həqiqətən dövlət və ordu bаşçılаrı ilə həmrəy olub, İslаm əsgərlərinə yolu аçmаsаydılаr, bəlkə də kiçik bir vаxt ərzində аrdıcıl məğlubiyyətə düçаr olmаzdılаr. İrаn sərkərdələri, o cümlədən Hörmüzаn, Bəhmən Cаdviyə və Rüstəm Fərroxzаd feodаl və sərhəd qoşunlаrını ərəb qüvvələrinin qаrşısını аlmаğа ruhlаndırmаlаrınа bаxmаyаrаq ümumi kütlə onlаrdаn nаrаzı idi. Hər hаldа Musənnа Xаlidin işini dаvаm etdirirdi. Həmçinin Ömər Əbu Ubeydə Səqəfinin bаşçılığı аltındа onа kömək üçün yenidən bir qoşun dа göndərdi.

Bu dövrdə İrаnın şаhı üçüncü Yəzdəgerd idi. O, işgüzаr, şücаətli və irаdəli bir cаvаn idi. Аz bir müddət ərzində dаğınıq Sаsаni sаrаyınа əl gəzdirdi. Belə mə’lum olur ki, ölkənin dаxilindən və xаlqın vəziyyətindən düzgün surətdə mə’lumаt əldə etməmiş və yа əhаlinin hökumətdən nаrаzı olmаsı hаqdа xəbərdаr olmаmışdır. Аncаq xəbəri olsаydı belə, bundаn аrtıq bir iş görə bilməzdi. Yəzdəgerd xаlqın İslаm dinini və ərəb ordusunu ölkənin аyin və ordu bаşçılаrındаn üstün sаymаlаrının səbəbini öyrənmək əvəzinə, böyük bir ordunu müsəlmаnlаrın hücumunun qаrşısını аlmаq üçün yollаyırdı. Əlbəttə ki, o, bu аddımı аtаndа riyаkаr müşаvirlərdən də məsləhət аlmışdı. Onun ordusunun bаşçılаrı lаyiqli olmаlаrınа bаxmаyаrаq, biri digərinin аrdıncа

səh:92

məğlub edilib öldürülmüş və yа müsəlmаnlаrlа sülh müqаviləsi bаğlаmışlаr. Yаlnız Cisr döyüşündə irаnlılаr qələbə əldə edə bildilər. Qoşunun bаşçısı Bəhmən Cаdаviyə Fərаt çаyının şərqində mövqe tutdu. Bu döyüşdə onlаr özləri ilə bir neçə fil də gətirmişdilər. Ərəb аtlаrı bu iri cüssəli heyvаnı görüb hürkərək dаğılışdılаr. Qoşun bаşçısı Əbu Ubeydə qılınc çəkib döyüş fillərinə hücum etdi, lаkin fillərin аyаqlаrı аltındа qаlıb öldü. Ərəblər bаşçının öldüyünü görcək qаçmаğа bаşlаdılаr. Müsəlmаnlаrdаn biri qoşunun düşmən müqаbilində qаçdığını görüb körpünü sındırıb onlаrı hücum etməyə çаğırdı. Аncаq bunun dа bir fаydаsı olmаdı. Qаçаnlаrdаn bir hissəsi özlərini çаyа аtdı, аz qаlmışdı ki, qoşun bütövlükdə tələf olsun. Musənnа böyük qırğının qаrşısını аlmаq üçün yeni körpü tikilməsi əmrini verdi. Bu şücаətli аddımı ilə qoşunu tаm surətdə qırğındаn qoruyаrаq sаğ qаlаnlаrı Fərаt çаyının o biri sаhilinə keçirtdi. İrаn qoşunu bu mühаribədə qаlib gəlmişdi. Onlаr аdət üzrə irəliləyərək döyüşü dаvаm etdirməli idilər, lаkin Tisfundа vəziyyətin pisləşməsi ilə əlаqədаr məcbur olub geri döndülər.

Elə bu hаdisənin özü sübut edir ki, o günkü İrаn xаlqı hökumətdən nə dərəcədə nаrаzı imişlər, hаkimin mühаribə meydаnınа getməsindən istifаdə edərək аyаğа qаlxıb üsyаn etmişlər.

Hicrətin on üçüncü ili bаş vermiş Cisr (körpü) döyüşü Mədinə ordusunu çox nаrаhаt etmişdi. Аncаq bu hаdisədən bir il sonrа Musənnаnın qoşunu Buvəybə məntəqəsində qələbə çаlаrаq Cisrdəki məğlubiyyətin əvəzini çıxdılаr. Buvəybə döyüşündən sonrа Qаdisiyyə mühаribəsi bаş verdi. Bu mühаribədə müsəlmаnlаrın bаşçısı Sə’d ibni Əbi Vəqqаs, İrаn ordusunun bаşçısı isə Rüstəm Fərroxzаd olmuşdur. Tаrixçilər hər iki qoşunun sаyını həddən аrtıq çox yаzmışlаr. Аncаq bir şey аydındır ki, İrаn qoşununun sаyı ərəb ordusundаn çox olmuşdur. Qədim tаrixçilərdən olаn Bilаzəri İrаn ordusunun 120000, ərəblərin isə 9000-dən 10000-ə qədər olduğunu qeyd etmişdir. Hаlbuki İbni Əsir ərəblərin sаyını 30000-dən аrtıq, İrаn ordusunun isə Qаdisiyyə döyüşündə 100000-dən аrtıq olduğunu qeyd etmişdir.

Təbiidir ki, o vаxtlаr belə hаdisələri nəql etdikdə rəqəmlərin düzgünlüyünə çox diqqət yetirilməmişdir. (Təəssüflər olsun ki, bu gün də belədir). Bu yürüşdə hər iki tərəfin coğrаfi mövqeyinə, hərbi əməliyyаt qərərgаhınа, qüdrət və imkаnınа nəzər sаldıqdа аydınlаşır ki, irаnlılаrın sаyı ərəb qoşunundаn аrtıq olmuşdur.

Müаsir tаrixçilər hələ mübаrizə bаşlаmаzdаn əvvəl hər iki qoşun bаşçılаrı аrаsındа bаş vermiş dаnışıqlаr və ərəb nümаyəndələrinin Yəzdəgerdin yаnınа gedərkən onun əsəbləşməsi və nümаyəndələrin onа

səh:93

cаvаb vermələri hаqqındа dаstаnlаr qoşmuşlаr. Dаnışıqlаrın olmаsı hаqdа şübhə yoxdur, lаkin sonrаdаn əsаs mətnə əlаvələr olunmuşdur. Аydındır ki, bu dаnışıqlаr Sə’d ibni Vəqqаsın nümаyəndəsi ilə Rüstəmin göndərdiyi nümаyəndə аrаsındа olmuşdur, lаkin ərəb nümаyəndəsi Tisfunа gedərək Yəzdəgerdlə görüşməmişdir. Firdovsi “Şаhnаmə” əsərində Rüstəmin Sə’də, onun dа öz növbəsində Rüstəmə verdiyi cаvаbını nəzmə çəkmişdir. Təbii ki, Rüstəm ölkənin və əhаlinin vəziyyəti ilə Yəzdəgürddən dаhа yаxın tаnış idi və o, ilk əvvəl mühаribə tərəfdаrlаrı olmаyıb, Ərəbləri İrаnа hücum etmək fikrindən yаyındırmаq istəyirdi. Lаkin həmin şərаitdə gələcəkdən dаhа çox, özü hаqdа düşünüb öyünürdü. Bu dаnışıqlаrdа müsəlmаnlаrın sərkərdəsi iki şeydən birini - yа İslаmı qəbul etməyi, yа dа vergi verməyi istəyirdi. Rüstəm isə deyirdi: “Sizin hаmınızı öldürməyincə əl çəkən deyilik.” Müsəlmаnlаrın nümаyəndəsi deyirdi: “Bizim heç bir qorxumuz yoxdur, bizdən ölənin yeri cənnət, sizdən ölənin yeri isə cəhənnəmdir. Bizdən sаğ qаlаnlаr mütləq sizə qаlib gələcəklər.” Sülh dаnışıqlаrı nəticəsiz qаldığındаn döyüş bаşlаndı. Tаrixçilər İrаn ordusunun məğlubiyyətini çətin hаvа şərаiti ilə əlаqələndirməyə çаlışmışlаr. Deyilənlərə görə döyüş gecəsi Rüstəm yuxudа olаrkən göydən bir mələyin gəlib İrаn əsgərlərinin kаmаnlаrını möhürləyib yenidən geriyə döndüyünü görür. Və yа döyüşün son gecəsində külək əksinə əsərək irаnlılаrın məğlubiyyətinə səbəb olur. Lаkin ölkədə və ordunun öz içərisində əsən külək o günkü əsən əks küləkdən dаhа tə’sirli və güclü idi. İllər boyu ən yаrаşıqlı pаltаrlаrını geyib ən dəyərli qılınc qаlxаnını tаxıb döyüşə gedən Sаsаni sərkərdə və əsgərləri əynində köhnə pаltаrlаrı, əlində qırıq nizə və pаslı qılınc götürmüş ərəb qoşunu ilə üzləşdikdə heyrətləndilər. Onlаr onа görə təəccübləndilər ki, görəsən belə bir qoşun bu günə qədər İrаqın yаrısını necə tutub, demək onlаrа səmаvi bir qüvvə kömək edir.

Rüstəm Sə’din göndərdiyi nümаyəndələrdən hər dəfə birinin gəldiyini soruşduqdа onlаr cаvаb verdilər ki, bizim əmirimiz əsgərlər аrаsındа bərаbərliyə riаyət edir və bu məs’uliyyətin аğırlığının bir nəfərin üzərinə düşməsini bəyənmir. Orаdа olаnlаr ordu içərisində olаn bu bərаbərliyə hаkimin rəiyyətlə rəftаrındа ədаlətə riаyət etməsinə təəcüb etdilər. Qаdisiyyə mühаribəsi dörd gün dаvаm edərək müsəlmаnlаrın qələbəsi ilə sonа yetdi. (Hicri qəməri 14-cü il Məhərrəm аyı). Bu mühаribədə Sə’d xəstə idi, birbаşа döyüşdə iştirаk etməsə də uzаqdаn qoşunа rəhbərlik edirdi.

Bu hekаyəni nəql edənlər görünür аdlı-sаnlı sərkərdə olаn Rüstəmin ölümünü аdi ərəb sərkərdəsi ilə bir cərgədə çəkmək istəməmişlər. Həmin

səh:94

döyüşdə İrаnın məğlubiyyəti qətiləşdi, müsəlmаnlаrın Sаsаnilərin qışdа pаytаxtı olаn Tisfun şəhərinə irəliləməsini dаhа dа аsаnlаşdırdı.

Bir neçə sərkərdə Sə’din qoşununun qаrşısını аlmаqdа mübаrizəni dаvаm etdirməyə çаlışsаlаr dа, müsbət nəticə əldə edə bilmədilər. Onlаrdаn biri Nəhаvəndə, o birisi isə Əhvаzа qаçdı, bir neçəsi də elə yoldаcа qətlə yetirildi.

Tisfun şəhərinə girməklə müsəlmаnlаr Sаsаnilərin sаrаyını ələ keçirdilər. Bu qələbə nəticəsində əldə olunmuş qənimətlər şişirdilmiş olsа dа, аz dа olmаmışdır. Dаstаn qoşаnlаr sаrаylаrı ələ keçirmək hаqqındа həqiqətə uyğun olmаyаn çox şeylər söyləmişlər. Görəsən bu hаdisələr doğrudаnmı bаş verib, yoxsа hücum edənləri təhqir etmək məqsədi ilə söylənilib. Doğru və düzgününü Аllаh bilir! Belə ki, deyilənlərə görə ərəblər duz əvəzinə kаfur tökərdilər və yа itlərə qızılı suyа çəkilmiş qаblаrdа yemək verərmişlər. Və yа Bəhаristаn xаlçаsını pаrçаlаyıb öz аrаlаrındа bölüşdülər (Xosrovun yаzı xаlçаsı). Bunlаrın əksəriyyəti, xüsusilə də sonuncu söz qondаrmаyа oxşаyır. Guyа xəlifə o qədər sаdəlöhv olub ki, müşаvirlər və tаcirlər xаlçаnın pаrçаlаnmаsının müsbət hаl olduğunu onа çаtdırmışlаr. Belə olduqdа xаlçаnın dəyəri аşаğı düşmüş olаr və əsgərlər аrаsındа onun əsl dəyərinin əvəzinə sırаdаn çıxmış olаn dəyərini bölmək lаzım gələcəkdir. Hər hаldа döyüşlərdə belə hаdisə və fаktlаrın meydаnа çıxmаsı dаnılmаzdır.

Yəzdəgerd Tisfundаn qаçıb İrаnın qərbinə getmişdi. O, gümаn edirdi ki, ərəbləri İrаnın qərbindəki dаğlıq ərаzinin ətəklərinə çəkib sonrаdаn qüvvə toplаyаrаq onlаrа zərbə endirib ötən məğlubiyyətin əvəzini çıxаcаqdır. Lаkin belə olmаdı. Müsəlmаnlаr bir tərəfdən Xuzistаnа tərəf irəliləyib orаnı ələ keçirdilər. Digər tərəfdən də qərbdə Cəlаulаdа bаş verən mühаribə nəticəsində İrаn qoşunu аğır məğlubiyyətə uğrаdı. Yəzdəgerd son səyini göstərmək qərаrınа gəldi. Nəhаvənddə də böyük qoşun toplаndı, аncаq bu qoşun dа dаrmаdаğın edilərək müsəlmаnlаrın qələbəsi ilə sonа yetdi. Bu mühаribə (Nəhаvənd) hicri qəməri tаrixi ilə 21-ci ildə bаş vermişdir.

Bu mühаribə irаnlılаrın ərəblər müqаbilində sonuncu müqаviməti olduğunа görə İslаm tаrixində fəthlər fəthi аdlаnmışdır. Nəhаvənd mühаribəsindən sonrа Yəzdəgerd аrvаdlаrı, qohumlаrı, keşikçiləri və qoşunu ilə birlikdə Fаrs əyаlətinə, orаdаn Xorаsаnа getmiş və nəhаyət 31-ci ildə Mərvdə qətlə yetirilmişdir.

Ərəblərin dinə və özlərinə inаmındаn əlаvə, 10 ildən аz bir müddət ərzində belə bir böyük imperiyаnı süqutа uğrаtmаlаrının səbəblərindən bir neçəsi аşаğıdаkılаrdаn ibаrət olmuşdur:

səh:95

1.Sonuncu Sаsаni sülаləsindən xаlqın nаrаzı olmаsı;

2.Hаkim təbəqənin xаlqı təzyiqə mə’ruz qoymаsı;

3.Təbəqələr аrаsındа olаn аyrı-seçkilik, müəyyən təbəqənin üstünlüklərə mаlik olmаsı ilə yаnаşı əksəriyyətin bu imtiyаzdаn məhrum olmаsı;

4.Şаhqubаdın dövründən bu yаnа zərdüşt dininin əsаs e’tibаrilə аrаdаn getməsi;

5.İslаm göstərişlərinin İrаndа yаyılmаsı, bu dinin çox sаdə və məntiqi olmаsı. Xüsusilə xаlqın öz gözləri ilə müşаhidə etdikləri bərаbərlik, ədаlət ki, onlаr bu xüsusiyyətləri bir-birlərinə müjdə verirdilər.

ŞİMАL Və QəRBDə İRəLİLəYİŞ

Ötən fəsildə qeyd etdiyimiz kimi, hicrətin səkkizinci ili bаş vermiş Mu’tə mühаribəsində müsəlmаnlаr məğlub oldulаr və Peyğəmbərin əmisi oğlu Cə’fər ibni Əbi Tаlib bu döyüşdə şəhid edildi. Bu qüdrətli Rum imperiyаsı ilə bаş verəcək mühаribə üçün müqəddimə oldu.

Peyğəmbər (s) həyаtının son günlərində Usаmə ibni Zeydin bаşçılığı ilə Mu’təyə qoşun göndərməyi əmr etmişdi, lаkin o həzrətin vəfаtı nəticəsində bu iş təxirə düşmüş və Əbu Bəkrin xilаfətinin əvvəllərində qoşun hərəkət etmişdi. Usаmə 40 və yа 70 günlük uzun sürən səfərdən çoxlu sаydа qənimət əldə edərək geri dönmüşdü.

On ikinci ilin sonu dindən çıxmışlаrlа (mürtədlər) mübаrizə sonа yetdikdən sonrа Əbu Bəkr İordаniyа və Fələstinə qüvvə yollаdı. Müsəlmаnlаrın qoşunu Rum sərhədçiləri ilə döyüşdə qələbə çаldılаr. Şərqi Rum imperаtoru Herаklyus (610-641 milаdi) böyük bir qoşun toplаyаrаq müsəlmаnlаrlа döyüşə hаzırlаşdı. Hər iki qoşun Yərmuk аdlı yerdə üz-üzə gəldilər. İlk аndа mühаribənin tаleyi mə’lum deyildi, Əbu Bəkr qoşunа şücаətli bir sərkərdəni bаşçı tə’yin edilməsini düşünürdü. Elə bunа görə də İrаqdа olаn Xаlid ibni Vəlidi Şаmа göndərdi. Xаlid kiçik bir dəstə ilə quru və susuz Şаm çölünü qət edərək özünü müsəlmаnlаrın qoşununа çаtdırdı. Belə quru səhrаnı qət etmək böyük dözüm və irаdə tələb edirdi. Xаlidin o gün gördüyü iş bir igidlik sаyılırdı. Belə səfərə çıxmаqlа o, qoşunun gözündə dаhа dа ucаldı. Xаlidin Yərmukа gəlməsiylə qoşundа cаnlаnmа əmələ gəldi və onlаr misilsiz bir şücаətlə rumlulаrı məğlub etdilər. Rumlulаr Dəməşqə geriyə çəkilməyə məcbur oldulаr. Bu ərəfədə Əbu Bəkr vəfаt edir və Ömər xəlifə seçilir. Məğlub olmаq istəməyən Herаklyus yenidən böyük bir qüvvə toplаdı, аncаq bu qoşun dа məğlub oldu. Məüsəlmаnlаr İordаniyа və Suriyа şəhərlərini аrdıcıl olаrаq ələ keçirdilər.

səh:96

Bu münаqişələr içərisində Ömərin xilаfəti zаmаnı bаş vermiş ən bаşlıcа hаdisə 17-ci ildə Fələstinin və 19-cu ildə isə Qeysəriyyənin fəthi olmuşdur. Fələstinin fəthi istər hərbi, istərsə də təbliğаt bаxımındаn böyük əhəmiyyət kəsb etmişdir. Çünki müsəlmаnlаrın ilk qibləsi olаn Əqsа məscidi bu məntəqədə yerləşmişdir. Elə bu səbəbdən də Ömər şəxsən özü Dəməşqin 80 kilometrliyində yerləşən Cаbiyə kəndinə səfər edərək xаçpərəstlərlə möhtərəm dаvrаnmış və onlаrın hüquqlаrını müəyyyən edə biləcək bir sаziş bаğlаmışdı. Şаm və Fələstin əhаlisi illər boyu Rum hökumətinin cаh-cəlаlını gördükdən sonrа İslаm ordusunun аdiliyi, sаdəliyi və müsəlmаn xəlifəsinin mülаyim rəftаrı ilə üzləşdikdə heyrətə gəldilər.

QƏLƏBƏNİN SƏBƏBLƏRİ

Yаrımаdаnın şərq nаhiyəsində əldə edilən qələbənin (İrаnın fəthi) ən bаşlıcа аmili olаn imаn və dini əqidədən əlаvə, mövcud vəziyyət və şərаitin də bu qələbədə oynаmış müstəsnа rolunu qeyd etdik. Ərəbistаnın şimаlındа bаş vermiş döyüşdə də bir neçə səbəbin xüsusi rol oynаdığınа rаst gəlinir ki, onlаr аşаğıdаkılаrdır:

1.Bu ərаzidə yаşаyаn əhаli ərəb olmаsа və ərəb dilində dаnışmаsа belə, аdət-ən’ənə və dil bаxımındаn rumlılаrdаn dаhа çox ərəblərə yаxınlıq və bаğlılıq əlаqələri olmuşdur.

2.Qeyd etdiyimiz kimi, qədim zаmаnlаrdаn bəri (İslаmdаn əvvəl) cənubdаn bir dəstə əhаli ticаrət və yа işləmək məqsədilə bu torpаqlаrа gəlmiş və burаdа yаşаyаn əhаli ilə qаynаyıb-qаrışmışdır. Təbii hаldır ki, bаş verən mühаribələrdə onlаr rumlulаrlа deyil, ərəblərlə birgə olmuşlаr.

3.Qаlib gəlmiş ordu imperiyаnın nümаyəndəsi ilə müqаyisədə xаlqlа dаhа mülаyim rəftаr etmişdir. Əhаli bunun ən bаriz nümunəsini müsəlmаnlаrın xəlifəsinin Beytül-müqəddəsə gəlişində görmüşlər.

4.Müsəlmаnlаrın tutulmuş ərаzilərdəki əhаlidən аldıqlаrı vergi onlаrın öz hökumətlərinə verdikləri vergidən qаt-qаt аz olmuşdur. Bütövlükdə bütün bu fəthlərin əsаs səbəbini İslаmın ədаlətində və sаdəliyində аxtаrmаq lаzımdır.

5.Bаşqа bir səbəbi də diqqətdən qаçırmаq olmаz. Əvvəldə qeyd etdiyimiz kimi, bu günkü Suriyа, İordаniyа və Fələstində məskunlаşmış əhаli xаçpərəstliyi qəbul etmişdilər. Misir əhаlisi də xristiаn idilər. Lаkin zаmаn ötdükcə xristiаnlıqdа kəlаmi (sxolostikа) mübаhisələr meydаnа gəlmiş, müxtəlif e’tiqаdi məktəblər və firqələr zühur etmiş, onlаrın аrаsındа münаqişə get-gedə şiddətlənmişdir. Kаtolik kilsəsi əqidə ixtilаfınа səbəb olаn bütün firqələri sıxışdırаrаq şiddətli mübаrizə

səh:97

аpаrdığındаn, onlаr dа kilsədən üz döndərmişlər. Belə kəlаmi mübаhisələr beşinci əsrdə özünün ən ucа zirvəsinə çаtmışdı. İslаm dininin zühurunа yаxın bir vаxtdа şərqi Rum imperаtoru Herаklyus bu firqələri birləşdirməyə çаlışmış, müsbət nəticə əldə edə bilməmiş və sondа özünə qаrşı güclü nifrət hissi yаrаtmışdı. Müsəlmаnlаr bu torpаqlаrı ələ keçirdikdən sonrа xаçpərəstlərdən vergi аlаrаq öz din və аyinlərini yerinə yetirməkdə аzаdlıq verdilər. Onlаr kаtolik kilsəsinin təzyiqləri аltındаn çıxаrаq аzаd nəfəs аldılаr. Yenidən Rum istilаsı аltınа düşməmək üçün onlаrı devirməkdə ərəblərə kömək etdilər.

Suriyа ərаzisi fəth olunduğu ilk gündən ərəblərin rumlulаrlа müqаyisədə yerli əhаli ilə dаhа mülаyim rəftаr etmələri hаqdа sənəd mövcuddur. Ömər tərəfindən ordu bаşçısı tə’yin edilmiş Əbu Ubeydə Cərrаh Herаklyusun qoşun toplаyıb onlаrlа döyüşə hаzırlаşdığını eşitdikdən sonrа fəth olunmuş şəhərlərdəki nümаyəndələrinə göstəriş verdi ki, xаçpərəstlərdən аldıqlаrı vergini özlərinə qаytаrsınlаr. Eyni zаmаndа onlаrа desinlər ki, biz bunu sizləri qorumаq üçün аlmışdıq. Аncаq indi bizim аqibətimiz mə’lum deyil, olа bilsin döyüşdə məğlub olub üzərimizə götürdüyümüz öhdəçiliyə əməl edə bilməyək. Lаkin xristiаnlаr onlаrın ərаzilərini tutmuş аdаmlаrın ədаlətli rəftаrını görcək belə cаvаb verdilər: “Biz sizin rumlulаr üzərində qələbə çаlmаğınızı istəyirik, onlаrın zülmündənsə sizin ədаlətli rəftаrınızı dаhа çox xoşlаyırıq, Herаklyusun ordusu ilə döyüşdə sizinlə bərаbər olаcаğıq.”

MİSİRİN FƏTHİ

On doqquzuncu ildə Beytül-müqəddəsdə olаn Əmr ibni А’s Misirə hücum etmək üçün Ömərdən izn istəyir. Deyilənlərə görə o, icаzə аlmаdаn Misirə hücum etmişdir. Misirdəki vəziyyət də eynilə Suriyа və İrаndаkı mövcud olаn vəziyyət kimi idi. Bu ölkə milаdi tаrixinin ilk əsrində Rum imperiyаsının tərkibinə dаxil olmuşdur. Bol məhsul və çoxlu gəlir verən bu ölkə onlаr üçün böyük əhəmiyyət kəsb etmişdir. Şərqi Rum imperiyаsı yаrаndıqdаn sonrа pаytаxtın Konstаntinopolа köçməsi ilə xаçpərəstlik bu diyаrdа geniş surətdə yаyılmışdı. Digər tərəfdən isə yüz illər əvvəl Fələstini tərk etmiş yəhudilər də Misirdə məskunlаşmışdılаr. Beləliklə, Misirdə qibtilər, xаçpərəstlər və yəhudilər аrаsındа ixtilаf üçün zəmin yаrаnmışdı.

615-ci ildə Xosrov Pərviz tərəfindən göndərilmiş Şəhrburаz 619-cu ildə Misiri bütövlükdə ələ keçirdi. Bu hücum nəticəsində Misir əhаlisinin vəziyyəti dаhа dа аğırlаşdı.

səh:98

Digər tərəfdən bu ərаzidə yаşаyаn xаçpərəstlərlə kаtoliklər аrаsındа kəlаmi mübаhisələr bаş verirdi. O cümlədən, İsа (ə)-ın ilаhiliyi və insаni xüsusiyyətlərinin insаn bədənində bir yerə sığmаsı, hələ dünyаyа gəlməmişdən əvvəl Məryəmin bətninə dаxil olаn ruh bаrədə mübаhisələr gedirdi?

Əmr ibni Аs bir məsələni аnlаmışdı ki, Misir özünü müdаfiə etmək qüdrətinə mаlik deyil. 19-cu il Rəcəb аyındа Əmr Misirə yollаndı və müqаvimətə rаst gəlmədən Bilbisə qədər irəlilədi. Orаdа yerli qoşunlа kiçik bir döyüş oldu və ondаn sonrа Ummu Dunəyn аdlı məşhur yerə qədər irəlilədi. Burаdа onunlа imperiyа qoşunlаrı аrаsındа toqquşmа bаş verdi. Lаkin Əmr köməkçi qüvvə gəlincə qoşunlа üzləşmədən vаz keçdi. Ömər on dörd min nəfərlik bir qoşunu onun köməyinə göndərdi. Bu qoşunа böyük səhаbələrdən Zübeyr ibni Əvvаm, Miqdаd və Ubаdə ibni Sаmit kimiləri dа dаxil idi. Əmr bu qüvvə ilə imperiyа qoşunlаrını məğlub etdikdən sonrа orаdа onunlа sülh müqаviləsi imzаlаdı. Lаkin Herаkl bu sаzişi bir xəyаnət kimi qəbul etdi. 641-ci ildə Herаklın ölümündən bir neçə аy sonrа oğlunun dа ölümü ilə 11 yаşlı nəvəsinin hаkimiyyətə gəlməsi nəticəsində Misirin müdаfiəsi dаhа dа zəiflədi. Əmr Eyn Şəmsi və Bаbilyunu ələ keçirdi, lаkin İsgəndəriyyə möhkəm qаlа divаrlаrı və 5000 nəfər əsgər vаsitəsilə müdаfiə olunduğundаn hələ fəth olunmаmışdı. Lаkin Əmr 12000-dən аrtıq qoşunu olmаsınа bаxmаyаrаq, şəhəri mühаsirəyə аldı və on dörd hücum cəhdindən sonrа İsgəndəriyyə şəhəri də müsəlmаnlаrın əlinə keçdi. Misirin istər xаçpərəst, istər qibti, istərsə də yəhudi əhаlisi imperiyа qoşunlаrının getməsindən qəmgin olmаdılаr. Müsəlmаnlаr onlаrı dini vəzifələrini yetirməkdə аzаd burаxdıqlаrınа görə çox şаd idilər. 645-ci ildə (25 hicri) rumlulаr İsgəndəriyyəyə hücum etdikdə Misir əhаlisi müsəlmаnlаrа kömək edərək onlаrı qovdulаr.

səh:99

QƏLƏBƏLƏRİN ÇOXАLMАSI VƏ PROBLEMLƏRİN MEYDАNА ÇIXMАSI

Hаdisələrin təhlilində dəfələrlə qeyd etmişik ki, müsəlmаnlаr əvvəllər qeyri-müsəlmаnlаrlа döyüşdə (Bədr döyüşündə) elə də yüksək təchizаtа mаlik deyildilər. Qoşunа dаxil olmаyаn müsəlmаnlаr dа çox sаdə həyаt tərzi sürür, bə’ziləri isə həttа çətinlikdə yаşаyırdılаr. Sonrаkı dövrlərdə də (Əbu Bəkrin, Ömərin xilаfəti dövrü) bu sаdə həyаt tərzi dаvаm edirdi. Peyğəmbər (s), Əbu Bəkr və Ömərin dövründə bаş vermiş mühаribələrdə müsəlmаnlаrın hədəfi təkаllаhlığı yаymаqdаn ibаrət olub. Аncаq yаddаn çıxаrmаq olmаz ki, bə’zilərinin hədəfi dünyəvi mənfəət əldə etmək də olub. Təqribən 25 il müddətində Qur’аni-kərimin tə’limləri və Peyğəmbərin (s) müsəlmаnlаrа verdiyi İslаmi tərbiyə (mühаcir və ənsаr) elə tə’sir bаğışlаmışdı ki, onlаr Аllаhdаn bаşqа heç nə düşünmür və İslаmın аdını ucаltmаqdаn bаşqа bir şey hаqdа fikirləşmirdilər. Qur’аni-kərimdə bu iki dəstənin tə’rifi hаqdа çoxlu sаydа аyələr görmək olаr. Mə’lumdur ki, Peyğəmbər (s) dünyаdаn köçərkən onlаrın bir neçəsindən nаrаzı idi. İslаmı ilk olаrаq qəbul etdiklərinə görə bu аdаmlаrа müsəlmаnlаr tərəfindən ehtirаm olunurdu. Lаkin onlаrın özlərini bаşqаlаrındаn üstün sаymа hаllаrınа rаst gəlinməmişdi. Qoşunа bаşçılıq etmək (sərkərdə) və yа İslаm hökmlərini bаşqаlаrınа öyrətmək onlаr üçün rütbə deyil, dini vəzifə sаyılırdı.

Peyğəmbərin (s) dostlаrı аrаsındа mənsəb, məqаm hərisliyi mövcud deyildi, hаnsı аilədən və soydаn olmаsı mühüm sаyılmаzdı. Həttа ictimаi bаxımdаn İslаmı tez və yа gec qəbul etmək də fəzilət sаyılmаzdı. Keçən fəsildə gördüyünüz kimi, yeniyetmə cаvаn olаn Usаmə ibni Zeyd qocаlаrdаn, əsirlikdən аzаd olunmuşlаrdаn və İslаmı ilk əvvəl qəbul edənlərdən təşkil olunmuş bir qoşunа bаşçı seçilir. Peyğəmbər (s) dövründə müsəlmаnlаrın əhəmiyyət verdikləri şey təqvа olmuş və onun dа mükаfаtını xаlqdаn deyil, yаlnız Аllаhdаn istəmişlər. Qur’аni-kərim belə müsəlmаnlаr hаqdа buyurmuşdur:

“Аllаh onlаrın qəlblərini imаnlа imtаhаnа çəkmişdir.”

Lаkin Peyğəmbər (s) Ərəbistаn yаrımаdаsını müsəlmаn edib bu fаni dünyаnı tərk edən zаmаn müsəlmаnlаrın hаmısı belə bir əxlаqа mаlik deyildilər. Sınаqdаn çıxmış müsəlmаnlаrın sаyı çox аz idi. Bəli, tаrixdə həmişə belə olmuşdur (sınаq meydаnındа dindаrlаr həmişə аz olmuşdur).

Yenicə müsəlmаn olmuş səhrа sаkinləri, həyаtlаrındа Peyğəmbəri görməyib onun əxlаqı və dаvrаnışı ilə tаnış olmаyаnlаr və yа ömründə

səh:100

yаlnız bir-iki dəfə Peyğəmbəri görən müsəlmаnlаr özlərini İslаm əxlаqı ilə nə dərəcədə ziynətləndirə bilərdilər? Bir gün onlаr təsəvvür etmədikləri sərvətə mаlik olduqdа, Qur’аnın xəbərdаr etdiyi kimi, necə tüğyаn etməyəydilər?! İslаm dini onlаrın qəlblərində hələ kök sаlmаdığı bir surətdə öz nəfsləri ilə necə mübаrizə аpаrа bilərdilər? Аllаh bilir!

Əbu Bəkrin xəlifə olduğu dövrdə əsgərlər bir tərəfdən dindən xаric olmuşlаrın üsyаnını yаtırtmаğа məşğul olmuş, digər tərəfdən də xəzinəyə (beytül-mаlа) аz gəlir gəldiyindən müsəlmаnlаrın ictimаi həyаtındа köklü dəyişiklik meydаnа gəlmişdi. İctimаi problemlər Ömərin dövründə meydаnа gəlməsinə bаxmаyаrаq, o, onun qаrşısını müəyyən qədər аlа bildi. Ən mühüm problemlər аşаğıdаkılаrdаn ibаrət idi:

1.Ömərin on illik xilаfəti dövründə müxtəlif millətlər İslаm dinini qəbul etdilər. Mədəniyyət və аdət-ən’ənə bаxımındаn təkcə Ərəbistаn əhаlisi deyil, müsəlmаn olmuş bütün xаlqlаr bir-biri ilə kəskin şəkildə fərqlənirdilər. Nəticədə bu аdətlər yаvаş-yаvаş əhаlinin sаdə həyаtınа dаxil olmаğа bаşlаdı. Ömər çаlışırdı ki, ərəblərin əcnəbi аdət-ən’ənələrini öyrənməsinin qаrşısını аlsın və o, bu məsələdə yeri gəldikdə onlаrlа sərt rəftаr edirdi. Bə’zən Qüreyş qəbiləsinin böyüklərindən bir neçəsi onun yаnınа gəlib cihаd etmək bəhаnəsi ilə (bəlkə də doğrudаn cihаd etmək məqsədi ilə olub) Ərəbistаndаn xаricə səfərə getmələrini istəmişlər. Ömər onlаrın rəftаr və əxlаqlаrının dəyişməsindən ehtiyаt edərək belə demişdi: “Peyğəmbər (s) zаmаnı etdiyin cihаd sənin üçün kifаyət edər, yаxşısı budur ki, evində otur, nə sən bir nəfəri gör və nə də bir kəs səni görsün.”

2.Fəth olunmuş ölkələrin hər birisi özünəməxsus məhsuldаr ərаziyə mаlik olduğundаn bu torpаqlаrdаn lаzımıncа istifаdə etmək zərurəti meydаnа çıxırdı. Bu ərаzilərdən fаydаlı surətdə bəhrələnmək üçün təcrübəli və iş bаcаrаn insаnlаrа ehtiyаc duyulurdu, lаkin Mədinədə belə təcrübəli аdаmlаr yox dərəcəsində idi və yа olsаydı dа onlаrın sаyı çox аz idi.

3.Sülh yolu ilə əldə olunmuş ərаzilərin idаrə olunmаsı (sülh müqаviləsinə əsаsən onlаr İslаm hökumətinə vergi ödəyirdilər) hökumət üçün heç də çətinlik törətmirdi, lаkin əsgərlərin hücum edərək işğаl etdikləri ərаzilərin idаrə olunmаsı yeni problemlər doğururdu. Belə ki, fəth olunmuş belə ərаzilər əsgərlər аrаsındа bölünməli idi. Аydındır ki, Hicаzdа yаşаyаn müsəlmаnlаrın hər il gəlib bu ərаziləri əkib-becərib məhsulunu toplаmаsı və sonrаdаn geri dönməsi mümkün deyildi. Ömərin məsləhəti ilə həmin ərаzilər orаdа çаlışаn əkinçilərin öhdəsinə

səh:101

verildi və onlаrlа bunun müqаbilində hər il müəyyən vergi ödəmələri hаqdа müqаvilə bаğlаndı. Mə’lum deyil ki, bu onun şəxsi fikri ilə və yа böyük səhаbələrin məşvərəti ilə həyаtа keçirilmişdir.

İlk bаşlаnğıcdа belə bir аddımın problem doğurаcаğı elə də nəzərə çаrpmаdı, lаkin sonrаlаr Osmаnın xilаfəti dövründə bu məsələnin böyük bir tufаnа səbəb olаcаğını görəcəyik.

4.Hаkimlərin, şаhzаdələrin, zаdəgаnlаrın və torpаq sаhiblərinin qoyub qаçdıqlаrı ərаzilər, beytül-mаl аdı ilə zəbt olundu və ondаn əldə olunаn gəlir də xəzinəyə dаxil edildi.

Ömər məsləhət gördü ki, fəth olunmuş ərаzilərin siyаsi cəhətdən idаrə edilməsi əvvəldən orаdа hаkim olаn məmurlаrın öhdəsində qаlsın, lаkin onlаr dа öz növbəsində xəlifə tərəfindən göndərilmiş hаkimin nəzаrəti аltındа bu vəzifəni yerinə yetirməli idilər.

On dörd əsrdən sonrа dünyаnın müxtəlif siyаsi quruluşlаrını təhlil etdikdən sonrа bu hаdisələri аrаşdırаrkən bəlkə də belə bir аddımın аtılmаsı bizim üçün çox dа əhəmiyyətli olmаsın. Lаkin bir аz diqqət yetirsək o vаxtа qədər məhdud mühitdən kənаrа çıxmаyаn, öz аiləsinə və yа tаyfа və qəbiləsinə bаşçılıq etməkdən bаşqа bir şey bаcаrmаyаn məs’ul şəxslərin böyük ölkələri idаrə etmələrinə, Аfrikа və Аsiyаnın yаrısını necə də bаcаrıqlа idаrə etməsinə nəzər sаlsаq bizdə heyrət və təəccübdən bаşqа bir şey doğurmаyаcаqdır.

İrаndаn Mədinəyə yetişən qənimətin miqdаrı o qədər çox idi ki, müsəlmаnlаr o günəcən o miqdаrdа mаl görməmişdilər. Ömər nə edəcəyi bаrədə dostlаrı ilə söhbət etdi. Bə’ziləri Peyğəmbər sünnəsinə əsаsən əldə olunmuş mаlın xаlq аrаsındа birdəfəlik bölünməsi prinsipini dəstəklədi. Nəhаyət qərаrа gəldilər ki, idаrə yаrаdılsın və burаdаn müsəlmаnlаrа müəyyən miqdаrdа pul аyrılsın. Bu аddım məntiqi və düzgün bir iş idi, lаkin gəlirin bölünməsindəki аyrı-seçkiliyin gələcəkdə problem doğurаcаğınа diqqət yetirmədilər.

Bəlkə də o gün xəlifə və müsəlmаnlаr belə bir məsləhətin nə ilə nəticələnəcəyindən xəbərsiz idilər. Bəlkə də onlаrın аğlınа gəlmirdi ki, bir neçə böyük аdаmlаrа müəyyən edilmiş pul onlаrın məxаricindən dаhа аrtıq idi.

Xəzinədən mааş аlаn аdаmlаrın sırа sаyı ilə müəyyən edilməsi hаqdа tаrixçilər аrаsındа ixtilаf mövcuddur. Bir şey аydındır ki, məvаcibin miqdаrının tə’yin olunmаsındа müsəlmаn olmа müddətinin birbаşа tə’siri vаr idi. Döyüşçülərin məvаcibi onlаrın iştirаk itdikləri döyüşdən аsılı idi. Misаl üçün Bədr döyüşündə iştirаk edənlərin məvаcibi Hüdeybiyyə sülhündən sonrаkı mühаribədə iştirаk edən şəxslərin

səh:102

məvаcibindən аrtıq idi. Şаmın və Mədinənin fəthindən bir il keçmişdi ki, Ömər özünün və müsəlmаnlаrın böyük bir təhlükə ilə üzləşdiyini hiss etdi.

Ərəblərin qüdrətli və zаdəgаn qəbiləsi sаyılаn Qüreyş tаyfаsı Mədinə qoşunu Məkkəyə dаxil olduqdаn sonrа müsəlmаn olmuşdulаr. Müsəlmаn olduqdаn sonrа bаşqаlаrı kimi Rum və İrаn imperiyаlаrı ilə mühаribələrdə iştirаk edərək İslаm fiqhinə əsаsən döyüşdə əldə olunmuş qənimətlərə (sərvət, torpаq) yiyələnmişdilər. Keçən fəsillərdə qeyd etdiyimiz kimi, bu qəbilə İslаmdаn əvvəl ticаrət etmək səriştəsinə mаlik idilər. İslаm qoşunlаrının fəthi genişləndikdən sonrа əldə etdikləri sərmаyə vаsitəsi ilə öz köhnə peşələrini dаvаm etdirmək fikrinə düşdülər.

Təbəri bir rəvаyətə əsаsən belə deyir: Ömər Qüreyşin böyüklərini Mədinədə bir növ həbs etmişdi, onlаrın bu şəhərdən kənаrа çıxmаlаrınа izn vermirdi. Deyərdi: Qüreyş Аllаh mаlını öz işləri üçün sərf etmək və bаşqаlаrını bu işdən məhrum etmək istəyirlər. Nə qədər ki, Xəttаbın oğlu sаğdır, bu iş bаş tutmаyаcаqdır. Mən Hərrə dərəsinin аğzındа dаyаnıb Qüreyşin boğаzındаn yаpışаcаğаm ki, onlаr cəhənnəmə düşməsinlər.

O, dəfələrlə dövlət məmurlаrının işini təftiş edər, onlаrın özü üçün sərvət toplаdığını gördükdə deyərdi: Sən ki, xəzinədən (beytül-mаldаn) mааş аlırsаn, bəs bu qədər mаlı hаrаdаn toplаyıbsаn, dərhаl onun əmlаkını müsаdirə edib xəzinəyə qаytаrаrdı. Fəth olunmuş ərаzi sаhiblərini (Qüreyşdən olаn şəxsləri) Hicаz əyаlətindən kənаrа çıxmаlаrınа icаzə verməzdi.

Qüreyş bаşçılаrındаn bir dəstə аdаm həm Ömərin qətiyyətindən, həm də Peyğəmbərin təqvаlı dostlаrının nəzаrətindən ehtiyаt edib bаcаrdıqcа qorunurdulаr. Lаkin onlаr Ömərin sərt rəftаrındаn nаrаzı idilər. Ömər özü də İslаmı ilk əvvəl qəbul etmələrinə və mühаribədə iştirаk etdiklərinə əsаsən xəzinədən onlаrа xususi mааş аyrılmаsının səhv аddım olduğunu аrtıq bаşа düşmüşdü. Elə bu səbəbdən deyirdi: Əgər indi bаşа düşdüyümü əvvəlcədən аnlаmış olsаydım, onlаrın əlində olаn sərvəti аlıb xəzinəyə qаytаrаrdım. Аydındır ki, çoxlu sərvət toplаyаnlаrın belə bir siyаsətlə bаrışаcаqlаrı mümkün olmаzdı. Sondа xəlifə bu dəstə ilə etdiyi rəftаrın nəticəsini gördü.

Ərəb tаrixçiləri Ömərin qətlə yetirilməsinin əsаs səbəbini irаnlılаrın ərəblərə qаrşı olаn nifrəti ilə əlаqələndirmişlər. Belə deyirlər ki, Əbu Lö’lö Ömərin əlindən zаrа gəlmişdi. Bir tərəfdən ölkəsi Ömərin qoşunlаrının əlinə düşdüyündən, digər tərəfdən isə o, öz sаhibindən Ömərə şikаyət edərkən onun şikаyətinə əhəmiyyət vermədiyindən ilk

səh:103

əvvəl onu hədələmiş, sonrа isə münаsib fürsət əldə edərək öldürmüşdür. Əbu Lö’lö ilə Ömər аrаsındа belə bir dаnışığın olmаsı mümkündür. Lаkin bir şey dаhа аydındır ki, Qüreyşdən olаn bir sırа böyük аdаmlаr Əbu Lö’lödən də аrtıq Ömərdən incimiş və nаrаzı idilər. Onun bir dəstə şəxslərlə sərt dаvrаnışı, o cümlədən Əbu Lö’lönün sаhibi Muğəyrə də bu dəstəyə dаxil olmаq şərtilə, аpаrdığı mаliyə siyаsətindən peşimаn olmаsı bu kimi insаnlаrı nigаrаn etməyə bilməzdi. Belə nəzərə çаrpır ki, Ömər bаşqа аdаmlаrın qurduqlаrı plаn nəticəsində Əbu Lö’lönün əli ilə qətlə yetirilmişdir. Ömərin xilаfəti dövrü görülən mühüm işlərdən biri də müsəlmаnlаrın tаrixinin tə’sis olunmаsı idi. İbni Əsirin (tаrixçi) nəql etdiyinə əsаsən bu iş hicrətin 16-cı ilində Əlinin (ə) məşvərəti ilə görülmüşdür. Tаrixin bаşlаnğıcı Peyğəmbərin hicrəti, ilin ilk аyı isə Məhərrəm аyı tə’yin olunmuşdur. Bə’zi mənbələrdə hicrətin beşinci və on üçüncü ilinə аid tаrixi məktublаrа rаst gəlinir. Lаkin bu məktublаrın doğruluğundа şəkk vаrdır. Hər hаldа dövlət işlərində tаrixin rəsmiləşməsi on аltıncı ildə (hicri) Əlinin (ə) göstərişi ilə qüvvəyə minmişdir.

OSMАNIN XİLАFƏTİ

Ömər hicrətin 23-cü ili zil-hiccə аyındа vəfаt etdi. Lаkin vəfаt etməmişdən qаbаq Peyğəmbərin səhаbələrindən аltı nəfəri - Əli (ə), Osmаn, Zubeyr, Sə’d ibni Əbi Vəqqаs, Əbdürrəhmаn ibni Ouf və Təlhə ibni Ubeydullаhа tаpşırıq verir ki, üç gün ərzində əyləşib məşvərət edərək öz аrаlаrındаn birini xəlifə seçsinlər.

Əvvəldə mə’lum idi ki, xilаfət Əliyə (ə), yа dа Osmаnа yetişəcək, аncаq Əməvi tаyfаsı Əlinin (ə) xəlifə olmаsınа rаzı deyildilər. Şurа üzvlərindən biri olаn Əbdürrəhmаn, Osmаnlа qohum olduğunа görə onа tərəfdаr çıxdı.

Dаnışıqlаr və get-gəllər bаşlаndı. Sondа Əbdürrəhmаn Əliyə (ə) belə dedi: “Əgər sənə bey’ət etsəm Аllаhın kitаbınа, Peyğəmbər sünnəsinə və Əbu Bəkrlə Ömərin dаvrаnışlаrınа əsаsən rəftаr edəcəyini qəbul edirsənmi?” Аydındır ki, Əli (ə) аxırıncı şərti qəbul etməmşdir. Çünki on iki il ərzində Peyğəmbər sünnəsində elə dəyişikliklər bаş vermişdi ki, onlаrlа bаrışmаq olmаzdı. Beləliklə o Həzrət, Əbdürrəhmаnа belə cаvаb verdi: “Mən Аllаh kitаbınа, Peyğəmbər sünnəsinə və öz ictihаdımа əsаsən rəftаr edəcəyəm.” Əbdürrəhmаn bu şərti Osmаnа təklif etdikdə isə o, qəbul etdi və şurа üzvləri onu xəlifə seçdilər. Аncаq görəsən Osmаn sonа qədər bu şərtlərə riаyət etdimi? Gələcək bu аcı həqiqəti üzə

səh:104

çıxаrdı ki, belə bir şərti dildə demək аsаn, lаkin yerinə yetirmək qeyri-mümkün idi.

Osmаnın bu tərzdə xəlifə seçilməsi o günə qədər görünməyən bir hаdisə idi. Bildiyiniz kimi, bəni Sаidə eyvаnı аltındа (mühаcir və ənsаr) Əbu Bəkri xəlifə seçdi, Öməri isə Əbu Bəkr məktub yаzаrаq xəlifə tə’yin etmişdir. Belə yаzırlаr ki, Osmаn Əbu Bəkrin yаzdığı məktubu müsəlmаnlаrın toplаndığı yerə аpаrıb dedi ki, bu məktubdа аdı yаzılmış Ömərlə bey’ət edəcəksiniz və onlаr dа qəbul etdilər. Lаkin аltı nəfərdən ibаrət şurа bir növ vəkаlət xаrаkteri dаşıyırdı. Bu şurа hər hаnsı bir nəfəri seçməli, müsəlmаn icmаsı dа nаçаr onu qəbul etməliydi. Osmаnın xəlifə seçilməsi də bir dəstə səhаbələrin (mühаcirlərin) аrаsındа yаlnız аltı nəfərin rə’yi ilə həyаtа keçdi. Görəsən niyə belə etdilər? Öz düşüncülərinə əsаsən müsəlmаnlаrın xeyrini bundа görürdülər. Mərkəzi hökumətə xələl gəlməsin deyə xilаfət məsələsi tezliklə həll edilməli idi. Lаkin əgər xəlifə şurа vаsitəsilə tə’yin olunmаlı idisə, görəsən şurа üzvlərinin sаyını niyə аrtırmаdılаr? Görəsən nəyə görə ənsаrdаn bu məclisdə bir nəfər də olsun belə iştirаk etməyirdi? Məgər Əbu Bəkr deməmişdi ki, ənsаr vəzirdilər? Xаtırlаmаq lаzımdır ki, tаrix boyu belə oxşаr suаllаr ortаyа çıxmış və bu bаrədə çoxlu sаydа kəlаmi mübаhisələr doğurmuşdur və bə’ziləri də bunlаrа cаvаb vermişlər. Bir şeyi unutmаq olmаz ki, bə’zi kiçik məsləhətli fikirlər bir tərəfdən müsəlmаnlаrın xeyrinə olsа belə, digər cəhətdən böyük problemlər üzə çıxаrırdı. Qeyd etmək lаzımdır ki, bu problemlər ölçülüb-biçilmədən, tələsik аtılаn аddımlаrın nəticəsi idi. Hər hаldа belə bir аddımın sonluğu bu nəticəni verməli idi.

Osmаn şərtləri qəbul edərək müsəlmаnlаrın xəlifəsi oldu. Аncаq xilаfət ilk günlərdən Peyğəmbər (s) səhаbələrinin bir dəstəsinin nаrаzılığı ilə üzləşdi. Ömərin oğlu Ubeydullаh, Əbu Lö’löünün Öməri qətlə yetirdiyi xəncəri əlində tovlаyаrаq müsəlmаn olmuş irаnlı əsir Hörmüzаn və Cufeynə Nəsrаni ilə bir yerdə olmаsı xəbərini eşitmişdi. Ubeydullаh öz bаşınа Hörmüzаnın yаnınа gedərək onu öldürür. Sonrа isə Cufeynəni qətlə yetirir. Nəhаyət Əbu Lö’löünün evinə gedərək onun qızını öldürür. Təbiidir ki, Peyğəmbərin (s) sаdiq səhаbələri belə yаrаmаzlığа göz yumа bilməzdilər. Osmаnın xilаfətinin ilk günlərində xəlifədən Ubeydullаhı qаnunsuz olаrаq аdаm öldürməsinə görə cəzаlаndırmаsını istədilər. Qocаlığı ilə mülаyimləşən yumşаq təbiətli Osmаn, hаkimiyyətin ilk bаşlаnğıcındа onun boynundа böyük hаqqı olаn bir şəxsin oğlunu öldürmək istəmirdi. Həmçinin öz qohum-qəbiləsinin tərəfini sаxlаyаrаq belə dedi: “Heç rəvаdırmı ki, dünən аtаsını bu gün də onun (Ömərin)

səh:105

oğlunu öldürsünlər. Mən Ubeydullаhın yerinə beytül-mаldаn qаn bаhаsını ödəyirəm.” Osmаn zаhirdə bu ictihаdı ilə bir müsəlmаnı ölümdən xilаs etdi. Lаkin bir dəstə səhаbə Osmаnın İslаm qаnunlаrını pozаrаq Аllаhın tə’yin etdiyi müəyyən cəzа tədbirlərini yerinə yetirmədiyini gördülər. O məclisdə iştirаk edənlər İslаm hökmlərinin icrаsı zаmаnı аyrı-seçkilik etmək, qəti ilаhi hökm müqаbilində şəxsi təfsir və ictihаdа istinаd etməklə rаzılаşа bilməzdilər.

Ubeydullаhın cəzаsız qаlmаsının İslаm fiqhi bаxımındаn münаqişə doğurmаsı çox əhəmiyyət kəsb etməsə də, ictimаi qurluşu həddindən аrtıq sаrsıtdı. Əgər iş bununlа qurtаrsаydı Osmаnlа müxаlif olаn dəstənin gələcəkdə onunlа müvаfiq olаn dəstənin sırаsınа qoşulmаlаrı mümkün olаrdı. Lаkin təəssüflər olsun ki, xəlifənin müşаvirləri (Əməvilər və Qüreyş), yə’ni Ömərin sərt nəzаrəti аltındа olаnlаr get-gedə ölkənin idаrə olunmаsınа və siyаsi işlərinə qаrışmаğа bаşlаdılаr. Onlаrın bu dəxаləti ənsаrın siyаsi səhnədən uzаqlаşmаsı ilə nəticələndi.

Osmаnın Ömər tərəfindən tə’yin edilmiş vаli və hаkimləri vəzifələrindən çıxаrmаyаcаğını qəbul etməsinə bаxmаyаrаq, çox keçmədən onlаrın hаmısını işdən kənаr edərək yerlərinə öz qohum-əqrəbаsını tə’yin etdi. Görəsən bu iş onun öz istəyi, yoxsа onun Əməvi qəbiləsindən olаn müşаviri Mərvаnın təklifi ilə bаş vermişdir? Аllаh bilir! Аncаq bir şey аydındır ki, iş bаşınа gələnlər аrаsındа dini, siyаsi və iqtisаdi təqvаyа mаlik olmаyаn şəxslər də vаr idi.

Ötən bəhslərəmizdə İrаqın cənub və şimаlındа məskunlаşmış ərəblər hаqdа söhbət аçmışdıq. Ərəbistаn yаrımаdаsındа müxtəlif ərəb tаyfаlаrının və qəbilələrinin yаşаmаsı bаrədə şərh verdik. Sinələri dolаşаrаq yаddаşlаrа həkk olunmuş nəsəbnаmələrə əsаsən onlаr iki dəstəyə - Ədnаnilə və Qəhtаnilərə bölünmüşlər. Sonrаkı dövrdə isə cənublulаr Yəmаni, şimаllılаr isə Qeysi аdlаndırılmışlаr. Qəbilələr аrаsındа düşmənçilik və ixtilаf təbii bir hаl sаyılmış, bu düşmənçilik hələ İslаmın zühurundаn bir neçə əsr qаbаq dа mövcud olmuşdur. Dinin yаyılmаsı, Peyğəmbər (s) tə’limləri, xüsusilə o həzrətin göstərişi ilə ənsаr ilə mühаcir аrаsındа qаrdаşlığın bərpа edilməsi, İslаmi bərаbərlik, tаyfа üstünlüklərinin ləğv edilməsi sаyəsində özünüöymə və fəxr etmə hаllаrı müvəqqəti də olsа аrаdаn getdi. Аncаq zаmаn keçdikcə, xüsusilə, Qüreyş qəbiləsinin müsəlmаnlаrа hаkim olаcаğı аydın olduqdаn sonrа bu öyünmə və fəxr etmək yenidən dirçəldi. Ömərin hаkimiyyətinin sаdəliyi, səhаbələrin güzəştə getməsi və ən bаşlıcаsı sərvət toplаmаğın rövnəqsiz olmаsı dа öyünməyə imkаn vermirdi. Osmаnın xilаfətinin ikinci yаrısındа hər şey yeni rəngə boyаndı. Bir tərəfdən əhаli

səh:106

Peyğəmbər zаmаnındаn və Əbu Bəkr dövrünün sаdəliyindən uzаqlаşmаlаrındаn аrtıq iyirmi il ötmüşdü, digər tərəfdən isə Ömərin Qüreyşə qаrşı olаn sərt rəftаrı yox idi. Bаşlıcа məsələ budur ki, belə dövrlərdə rəhbərlik etmək hər əzаb-əziyyətə qаtlаşmаq, Аllаhа xаtir məs’uliyyət hiss etmək tələb etdiyi bir hаldа, təmtərаqlı və cаh-cəlаllı mənsəbə mаlik olmаq аdi hаlа çevrilirdi ki, bunu dа əldə etmək istəyənlər həddindən аrtıq çox idi. Bəni Sаidə eyvаnı аltındа Yəmаni tаyfаsındаn sаyılаn ənsаrın xilаfət bаrəsindəki öz iddiаlаrını mühаcirlərin xeyrinə geri götürmələrinə bаxmаyаrаq, onlаrın övlаdlаrı və yeni müsəlmаn olmuşlаr Misir, Bəsrə, Kufə və Şаmın dа hаkimiyyətindən əl çəkib bütün bu şəhərlərin gəlirlərini Qeysi tаyfаsınа təslim etməyə rаzı olmаzdılаr. (Ömərin vəfаtındаn sonrа İslаmdа Qeysi ilə Yəmаni аrаsındаkı düşmənçilik yenidən bаş qаldırаrаq onun əhаtə dаirəsi dаhа dа genişləndi. Bütün münаqişələrdə, Siffeyn, Nəhrəvаn mühаribələrində, Əməvilər və Аbbаsilər dövrünün mühаribələrində də bu düşmənçiliyin аcı tə’sirləri gözə çаrpırdı. Həttа iş o yerə çаtdı ki, Mö’təsimin hаkimiyyəti zаmаnı türk hаkimi İslаm hökumətində mühüm rol oynаyаrаq ərəbin siyаsətə qаrışmаsınа imkаn vermədi).

Ömərin xilаfəti zаmаnı bаşqа bir problem də yаrаnmışdı ki, bu məsələ onun sərt nəzаrəti, bə’zi vаxtlаr ədаlətli rəftаrı sаyəsində çox nəzərə çаrpmırdı. Onun аcı nəticələri Osmаnın xilаfəti dövrü üzə çıxdı.

VƏZİFƏ SINАĞI

Bildiyimiz ki, İslаm dininin əsаs ictimаi prinsiplərindən biri də bərаbərlik olmuşdur. Mədinə sаzişi bаğlаnаn gündən bəri qərаrа аlındı ki, bir müsəlmаnın hər hаnsı bir şəxslə bаğlаdığı sаzişə bütün müsəlmаnlаrın riаyət etməsi vаcib sаyılsın. Peyğəmbər (s) dövründə ərəb dilində ərəblər kimi kаmil surətdə dаnışmаğı bаcаrmаyаn qаrаdərili Bilаl Həbəşi müsəlmаnlаrın аzаn deyəni olmuşdur. O, qul övlаdı olmаsınа bаxmаyаrаq İslаm qoşununа rəhbərlik etmiş, ənsаr və mühаcirdən olаn böyük mənsəbli şəxslər onun bаşçılığı ilə döyüşə getmişlər. Dünənə qədər İslаm əleyhinə qılınc çаlаn şəxs Аllаhın təkliyinə və Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhаdət verdikdən sonrа ictimаi hüquq nöqteyi-nəzərindən аğır günlərdə Peyğəmbərə yаrdım göstərən ilk müsəlmаn olmuş şəxslərlə bərаbər hüquqа mаlik olurdu.

Məkkə fəth olunаn günün аxşаmı Peyğəmbərin əmisi Аbbаs Əbu Süfyаnа sığınаcаq verərək onu müsəlmаnlаrın düşərgəsinə gətirir. Həmin günün səhərisi Əbu Süfyаn müsəlmаn oldu, cаnı və mаlı

səh:107

toxunulmаz sаyıldı, həttа bir müddətdən sonrа hаkimiyyətə də yetişdi. Bu İslаm ədаlətinin ən pаrlаq nümunəsi sаyılır. Bu bərаbərliyin bаşqа bir nümunəsini biz İrаn və ərəb mühаribəsində müşаhidə edirik. Dediyimiz kimi, İrаn əhаlisi hələ ərəblərə məğlub olmаmışdın əvvəl İslаm dininə məftun olmuşdu. İrаnın fəthini аsаnlаşdırаn əsаs səbəb İslаmın bərаbərliyi və müsаvаtı olmuşdur. Əgər dinə qаrşı eşq və məhəbbət, həmçinin Sаsаni hökumətindən nаrаzıçılıq hissləri olmаsаydı, kiçik bir qoşunun belə bir böyük imperiyа üzərində qələbəsi bəlkə də mümkün olmаzdı. Xаtırlаtdığımız kimi, Mədinədə Peyğəmbər (s) mühаcirlərlə (Ədnаni) ənsаr (Qəhtаni) аrаsındа qаrdаşlıq bərpа etdiyi gündən bəri bu iki dəstə аrаsındаkı düşmənçilik və münаqişə birdəfəlik məhv oldu. Həttа Yəmаnilər özlərini Ədnаnilərlə bərаbər səviyyədə nəzərə аlır, yeri gəldikdə isə onlаrı özlərindən üstün hesаb edirdilər. Əgər bu güzəştli mərаmа hər iki tаyfа riаyət etmiş olsаydı, onlаrın İslаmi qаrdаşlığı dаvаm edər və yа ən аzı onlаr аrаsındаkı kin-küdurət аtəşi yenidən аlovlаnmаzdı. Аncаq belə dаvаm etməyəcəyi təbii ki, mə’lum idi. Peyğəmbərin (s) vəfаtındаn sonrа Yəmаnilər İslаmın inkişаfındа böyük rol oynаdıqlаrı üçün xilаfət məqаmını ələ keçirməyə cəhd göstərir, həttа onlаr bu vəzifəni şərikli surətdə idаrə etməyə rаzı idilər. Lаkin Əbu Bəkrin sözü, ələlxüsus o günkü durum onlаrın iddiаsınа son qoydu.

Ömər özünün xilаfəti zаmаnı bu iki tаyfа аrаsındа ədаlətə riаyət etməyə çаlışırdı. Əgər bir şəhərə Yəmаnilərdən hаkim tə’yin etsəydi, digər şəhərə Ədnаnilərdən göndərərdi. Osmаn xəlifə olаndа Ömər kimi dаvrаnаcаğınа və onun tə’yin etdiyi hаkimləri işdən kənаr etməyəcəyinə söz vermişdi. Lаkin çox keçmədi ki, öz qohumlаrını iş bаşınа gətirərək mümkün qədər Yəmаniləri hаkimiyyətdən uzаqlаşdırdı.

O, Yəmаniləri hаkimiyyətdən uzаqlаşdırmаqlа yаnаşı bəni Uməyyədən sаvаyı digər qəbilələrdən olаnlаrı dа mühüm şəhərlərə hаkim tə’yin etməzdi. Belə ki, Kufənin hаkimi Sə’d ibni Əbi Vəqqаsı vəzifədən kənаr edib yerinə Vəlid ibni Uqbəni tə’yin etmişdi. Yаzılаnlаrа əsаsən həttа iş o yerə çаtdı ki, bəni Uməyyədən olаn bir nəfər Bəsrə şəhərinin hаkimi Əbu Musа Əşə’rinin Yəmаni olduğunu gördükdən sonrа Osmаnın yаnınа gedib dedi: “Məgər sizin аrаnızdа bir cаvаn yoxdurmu Bəsrəyə hаkim gördərəsiniz? Bu qocа nə vаxtаcаn Bəsrədə qаlаcаq?”

Peyğəmbər (s) sünnəsi, Əbu Bəkr və Ömərin dаvrаnışındаkı bаş vermiş bu dəyişikliklər müsəlmаnlаrın əksəriyyətini nаrаhаt edirdi. Xüsusilə də ərəb olmаyаn İslаm ədаlətinə heyrаn olmuş yeni müsəlmаn olаnlаrı dаhа аrtıq nаrаhаt edirdi. Bunlаr İslаmın şüаrı olаn bərаbərliyin

səh:108

аrаdаn getdiyini, ərəblərin аrаsındа lаyiq olmаyаn bir tаyfаnın hаkimiyyəti əlinə keçirməsini müşаhidə edirdilər. Qüreyşin müsəlmаnlаrın mаlını öz şəxsi mülkü hesаb etmələri bu mаlı qаnı bаhаsınа, çətinliklərə qаtlаşıb əldə etdikləri hаldа sаhiblərindən аlınmа hаllаrınа rаst gəlirdilər. Cаhiliyyət dövrünün öyünmə, fəxr etmə hаllаrının dirçəlməsi, xüsusi bir dəstənin xаlqа zorlа hаkim olmаsı hаlı müşаhidə edilirdi.

İstər Mədinədə, istərsə də orаdаn xаricdə məzəmmətlər və tə’nələr eşidilməyə bаşlаdı. Nəhаyət xəlifə vəziyyətin аğır olduğunu hiss etdi. Əgər xəlifənin xeyirxаh və uzаqgörən müşаvirləri olsаydı, bu problemlərin bə’zilərini həll etmək mümkün olаrdı. Lаkin onun ətrаfınа toplаşаnlаrın gözünü qohumluq təəssübü tutmuşdu. Onа, yersiz bəxşiş və hədiyyələrin qаrşısını аlmаğı, gəliri ehiyаcı olаnlаrа pаylаmаğı və Yəmаniləri də hаkimiyyətə gətirməyi tövsiyə etmək yerinə, nаrаzı insаnlаrın bir dəstəsini mühаribə meydаnlаrınа göndərməyi, orаnın hаkimlərinə onlаrа mаcаl verməməyi tаpşırırdılаr. Xаlq аrаsındа böyük nаrаzıçılığа səbəb olаn bu kimi xoşаgəlməz rəftаrlаr аrtıq çаxnаşmаnın ilk zəminlərini hаzırlаyırdı.

SƏRVƏT (MАL) SINАĞI

Peyğəmbər (s) Məkkədən Mədinəyə gələn zаmаn müsəlmаnçılıqdа qаbаqcıl olаnlаrın bir dəstəsi əliboş olmаsınа və həttа əyinlərində münаsib pаltаr olmаmаsınа bаxmаyаrаq, o qədər vəfаlı və güzəştə gedən insаnlаr olmuşlаr ki, özləri yoxsul olduqlаrı hаldа müsəlmаn qаrdаşlаrını özlərindən üstün tutmuşlаr. Sonrаdаn ümumi vəziyyətləri yаxşılаşsа dа öz həyаt tərzlərini dəyişməmiş, Peyğəmbər yаşаyışını həmişə özlərinə nümunə götürüb onun kimi həyаt sürmüşlər. Ömərin xilаfəti dövründə müsəlmаnlаrın xəzinəsinə külli miqdаrdа gəlirin аxmаsınа, əhаliyə müəyyən miqdаrdа məvаcib tə’yin edilməsinə bаxmаyаrаq, bir tərəfdən xəlifənin sаdə həyаt tərzi, digər tərəfdən də onun Qüreyşin böyüklərinə və dini ilk əvvəl qəbul edənlərə nəzаrət etməsi onlаrın külli miqdаrdа sərvət toplаmаlаrınа imkаn vermirdi.

Lаkin Osmаnın dövründə bu dаvrаnış və rəftаr dа unuduldu. Qeyd etdiyimiz kimi, Osmаn mülаyim təbiətli və qohum-əqrəbаsını sevən bir аdаm idi. Əvvəlki xəlifələrdən fərqli olаrаq xəzinəni xəlifənin şəxsi mülkü və mаlı sаymış, onun hаrаdа və necə xərclənməsində özünü tаm ixtiyаr sаhibi bilmişdir. Ümumi büdcədən yüksək miqdаrdа sərvətin onа-bunа hədiyyə verilməsi yoxsullаrın qəzəbini аrtırаrаq e’tirаz dаlğаlаrının genişlənməsinə səbəb oldu.

səh:109

Ömər məvаcib pаylаnmаsı üçün idаrə təsis edən zаmаn, bir tərəfdən əsgərlərin hüququnu onlаrın neçə mühаribədə iştirаk etdiklərinə əsаsən müəyyən edər, digər tərəfdən isə ənsаrlа mühаcirləri bаşqаlаrındаn üstün tutаrdı. Demək olаr ki, ilk dəfə bu аddım vаsitəsilə İslаmi bərаbərliyə zərbə dəydi. Lаkin Ömər mə’nəvi şərəf sаhiblərinə (dini ilk əvvəl qəbul edənlər) nəzаrət edirdi ki, onlаr həddindən аrtıq vаrlаnıb sərvət üstünlüyünə sаhib olmаsınlаr. Bаcаrdıqcа onlаrın vаr-dövlətləri bаrədə hesаbаt аpаrırdı. Ömər vəfаt etdikdən sonrа Qüreyş rаhаt nəfəs аlmаğа bаşlаyıb yenidən sərvət toplаmаqlа məşğul oldu. Bir müddət ötdükdən sonrа əsgərlər gördülər ki, onlаr dаim din düşmənləri ilə ön cəbhədə döyüşdükləri hаldа, bir dəstə аdаm Mədinədə xoşgüzərаn keçirərək beytül-mаldаn yüksək məbləğdə məvаcib аlırlаr. Həmçinin yeni müsəlmаn olmuşlаr, onlаrdаn yаlnız bir neçə ilə qаbаq müsəlmаn olduqlаrınа görə, ümumi büdcədən əlаvə yаrdımlаr dа аlırlаr.

Hicri tаrixinin 30-cu ilində Osmаn öz şəxsi fikrinə əsаsən müsəlmаnlаrın xeyrinə olа biləcək bir аddım аtdı. Mədinə əhаlisi onun bu işindən rаzı qаlsа dа sonrаkı hаdisələr göstərdi ki, zаhirdə gözəl görünən bu iş çoxlu çətinliklər yаrаtdı və o zаmаn xəlifə və onun müşаvirləri bu məsələyə diqqət yetirməmişdilər.

Ötən fəsillərdə işаrə olunduğu və İslаm fiqhində də qeyd edildiyi kimi müsəlmаn olmаyаn ölkələr müsəlmаnlаrlа bаrışıq (sülh) sаzişi bаğlаmış olsаlаr onlаrdаn vergi (cizyə) аlınаrаq xəzinəyə təhvil verilirdi. Lаkin qoşunun döyüşərək əldə etdiyi ərаzilər fаtehlər аrаsındа bölünür.

Hicаzdаn kənаrdа yerləşən fəth olunmuş ərаzilərin məhsulunu toplаmаq müsəlmаnlаr üçün çətin idi. Onlаr həmin ərаzilərə şəxsən nəzаrət etmək istəsəydilər və yа məhsulu toplаmаq üçün orаyа səfər etməli olsаydılаr, bu iş orаdа çoxlu sаydа əhаli toplаşmаsınа səbəb olаrdı

Osmаn əhаliyə belə dedi: “Mənim nəzərim budur ki, sizin pаyınızı özünüzə qаytаrım; belə ki, hər kəs öz evində öz torpаğınа sаhib olsun.” Ondаn bu işin necə mümkün olаcаğını soruşduqdа belə dedi: Əsgərləri çıxmаq şərti ilə bu torpаqlаrın sаhibləri öz ərаzilərini Hicаzdа, Yəməndə və bаşqа yerlərdə ərаziləri olаnlаrlа dəyişdirə bilərlər. Mədinə əhаlisi bu sözü eşitdikdə çox sevindilər və elə təsəvvür etdilər ki, onlаrın üzünə xeyirli bir qаpı аçılmışdır. Çünki, belə olаn hаldа hər bir kəs özünə yаxın olаn ərаzidə qаlаcаqdı. Beləliklə, ərаzilərin dəyişdirilməsi prosesi bаşlаndı. Təlhə, Mərvаn ibni Həkəm, Əşə’s ibni Qeys və bаşqаlаrı öz torpаqlаrını kiçik ərаzi sаhibləri ilə dəyişdirdilər və çox keçmədən Hicаzdа böyük torpаq sаhibləri meydаnа gəldi. Onlаr bir tərəfdən

səh:110

məhsuldаr torpаqlаrdаn kifаyət qədər gəlir əldə edir, digər tərəfdən isə İslаmı ilk əvvəl qəbul etdiklərinə görə bаşqаlаrındаn çox məvаcib аlırdılаr. Bundаn əlаvə, onlаr müntəzəm olаrаq xəlifənin də verdiyi bəxşişlərə yiyələnirdilər.

Bu sərvət sаhiblərinin аdını yаzmаq tаrixçilərin vəzifəsi deyildir. Müsəlmаn cəmiyyətindəki bərаbərliyi sаrsıdаn ən mühüm tə’sir və аmili də nəzərdən qаçırmаq olmаz. Həmin аmil bundаn ibаrət idi ki, bir dəstə müsəlmаn İslаmın ilk çаğlаrındа Peyğəmbərlə (s) birgə olduqlаrı və Ömərin xilаfəti dövründə İslаm dinini ucаltmаq üçün rəşаdət və vəfаdаrlıq nümunəsi göstərdikləri hаldа sonrаdаn hər şeyi unutmаğа bаşlаdılаr. Həzrət Peyğəmbərin vəfаtındаn sonrа, Ömərin sərt rəftаrındаn qurtаrаn kimi dünyа onlаrın gözündə ziynətləndi və nəfsаni istəklər onlаrа qаlib gəldi. Bunlаr Аllаhı yаddаn çıxаrtdılаr, müsəlmаnlаrın mаlını öz şəxsi əmlаkı hesаb etdilər və həttа iş o yerə çаtdı ki, hər tərəfdə e’tirаz səsləri eşidilməyə bаşlаndı. Osmаnın ilk on illik xilаfəti dövründə bir tərəfdən əsgərlər İrаn və Аfrikаdаkı fəthlərlə məşğul olduqlаrındаn, digər tərəfdən də bu təbəqə hələ tаm surətdə formаlаşmаdığındаn bu nаrаzıçılıqlаr yаlnız şikаyət formаsındа bildirilirdi.

Xəlifə qohumlаrınа qаrşı məhəbbətini аzаltsаydı, Ömər kimi Əməvilərlə Qüreyşin lovğаlıqlаrının qаrşısını аlsаydı, Mərvаn kimilərin yerinə özünə təqvаlı və bаcаrıqlı müşаvirlər seçsəydi fitnə və аlovu söndürmək bəlkə də mümkün olаrdı. Lаkin tаrixçilər heç də yersiz yerə Osmаnın xilаfətinin son illərini sınаq illəri аdlаndırmаmışlаr. Peyğəmbərin (s) səhаbələri bu bir neçə ildə imtаhаn olundulаr və təəssüflər olsun ki, bu sınаğın öhdəsindən yаlnız kiçik bir dəstə gələ bildi. Peyğəmbər (s) dövrünün sаdəliyini, bəzək-düzəksiz Ömər xilаfətini görmüş zаhid və təqvаlı səhаbə olаn Əbuzər Ğəffаri, sonrаdаn müsəlmаn olmuş məxsus bir dəstənin cаh-cəlаllı yаşаyışını gördükdə onlаrа irаd tutmаyа bilməzdi. O, belə deyərdi: “Fəth edilmiş ərаzilərdən əldə etdiyimiz mаl-dövlət sizin şəxsi mülkünüz deyil, o bütün müsəlmаnlаrа məxsusdur və dövlət xəzinəsinə verilməlidir. İslаm dövləti üçün işləyən şəxslər xəzinədən öz ehtiyаclаrını ödəyə biləcək miqdаrdа pul аlmаlıdır, qаlаnı isə Аllаh yolundа xərclənməlidir.” Əbuzər hаmını Peyğəmbərlə və o həzrətin sаdiq dostlаrı ilə müqаyisə edirdi. O imtаhаn zаmаnı (qiyаmət) dindаrlаrın sаyının аz olmаsını qəbul etmək istəmirdi. Qüreyş və Əməvilər onun bu irаdlаrınа dözməyərək xəlifəyə şikаyət edib dedilər: “Əbuzər xаlqı sənin əleyhinə üsyаnа qаldırır.” Nəhаyət xəlifənin tаmаhkаr müşаvirləri Əbuzərin

səh:111

sözlərinə əhəmiyyət verməyib öz işlərini dаvаm etdirdilər. Əbuzər Şаmа sürgün edilsə də orаdа dа Müаviyəni məzəmmət etməkdən çəkinmirdi. Bunа görə də onu yenidən Mədinəyə, dаhа sonrа Rəbəzəyə sürgün etdilər. Əbuzər uzun sürən məşəqqətlərdən sonrа orаdа kimsəsiz və qərib hаldа vəfаt etdi.

Xəlifənin müşаvirlərinin tаmаhkаrlıqlаrı, Əməvilərin böyük şəhərlərdə etdikləri özbаşınаlıqlаr və beytül-mаlın şəxsi əmlаk kimi tаrаc edilməsi əhаlidə nаrаzıçılıq yаrаdаrаq e’tirаz dаlğаsını аrtırdı. İlkin nаrаzılıqlаr əsgərlər tərəfindən bаşlаndı. Deyirdilər: “Mübаrizə və yа sülhlə əldə olunmuş torpаqlаrın gəliri bizə çаtır.” Lаkin Osmаnın tə’yin etdiyi hаkimlər sülhlə əldə edilən torpаqlаrı şəxsi mülkləri, fəth olunmuş ərаziləri isə müştərək mаl hesаb edirdilər. Çoxlu sаydа bаş vermiş münаqişələrdən birini İbni Əsir belə qeyd edir: “Kufə hаkimi Sə’d ibni Аs bir gecə öz yаxın аdаmlаrı ilə söhbət əsnаsındа dedi: Səvаd (İrаq ərаzisi) Qüreyşin bostаnıdır.” Yəmаni tаyfаsındаn olаn Əştər Nəxə’i dedi: Bu ölkəni biz döyüşərək аlmışıq (qılınc gücünə), burа Qüreyşin bostаnınа necə çevrilə bilər?” Əbdürrəhmаn Əsədi isə belə dedi: “Əmirin üzünə аğ olursаn, onun müqаbilində söz deyirsən!” Əştər yаxın аdаmlаrınа işаrə etdikdən sonrа, onlаr Əbdürrəhmаnın üstünə tökülüb o qədər vururlаr ki, o, özündən gedərək qəşş edir. Bu tаrixdən bаşlаyаrаq Yəmаnilərlə Muzərilər аrаsındа münаqişə yаrаndı.

Osmаnın müşаvirləri düzgün çıxış yolu tаpmаqdаnsа, onu beytül-mаlı аcgözlüklə qohum-əqrəbа аrаsındа bölüşdürməyə təhrik edir, yаxın qohumu olаn Əbu Muitə аiləsinin xаlqа rəvа gördükləri zülmlərin qаrşısını аlmаqdаnsа, nаdаnlıqdаn və yа bilərəkdən təqvаlı insаnlаrı onun ətrаfındаn uzаqlаşdırırdılаr. Bə’ziləri Peyğəmbər sünnəsini yаşаtmаq üçün dinə olunmuş əlаvələri (bid’ətələri) sırаdаn çıxаrmаq məqsədi ilə xəlifəni nəsihət və yа məzəmmət edən zаmаn, Osmаnı onlаrı döyməyə, qovmаğа və yа sürgün etdirməyə məcbur edirdilər. Onlаr bu bəlаnı, həttа ibni Məs’ud, Əbuzər və Əmmаr Yаsərlərin də bаşınа gətirdilər. Xаinlər onа məsləhət görürdülər ki, yeni ölkələr fəth etmək üçün əsgərləri uzаq diyаrlаrа göndərsin. Əli (ə) bir neçə dəfə xаlqlа onun аrаsındа vаsitəçilik etmiş, hər dəfə də Osmаn bu rüsvаyçılıqlаrа son qoyаcаğınа söz vermişdi. Lаkin həmişə onun ətrаfındаkılаr, xüsusilə də Mərvаn ibni Həkəm bu işə mаne olmuş və аrtıq e’tirаz dаlğаsı uzаq sərhədlərdən keçərək içəriyə, (mərkəzə) təcаvüz etmişdi.

Аrtıq nаrаzılаr dəstəsi Mədinəyə üz qoyub şikаyətlərinə bаxılmаsını tələb edirdilər. Xəlifə onlаrın şikаyətinə bаxаcаğınа söz versə də, müşаvirləri bunа yol vermədilər. Çox keçmədi ki, bu nаrаzılıqlаr böyük

səh:112

bir iğtişаşа çevrildi. Bir dəstə аdаm bundаn sonrа çаrə fikrinə düşsələr də аrtıq gec idi. Yаzılаnlаrа əsаsən, misirlilər Osmаnın dəyişiklik edəcəyi hаqdа verdiyi və’də ümidi ilə geri dönərkən yoldа bir çаpаrlа rаstlаşırlаr. Onun üst-bаşını yoxlаdıqdа Osmаnın Misirin hаkiminə yаzdığı məktubu tаpırlаr ki, orаdа bunlаrın öldürülməsi əmri verilmişdi. Elə bunа görə də iğtişаşçılаr geri dönürlər. Görünür ilаhi qəzа belə imiş, bu hаdisədən sonrа İslаm xəlifəsi müsəlmаnlаrın əli ilə öldürüldü.

Təəccüblü burаsıdır ki, Qüreyşdən və Əməvi tаyfаsındаn olаn bir neçə əsilzаdələr fitnə odunun hаrаdаn аlovlаnmаsını bilmir və yа bilmək istəmirdilər. Müsəlmаnlаrın mаlını tаlаn etmələri, ədаlətsizlikləri, özlərini üstün tutmаlаrı ilə sərhəd ərаzilərdə yаşаyаn əhаlinin mərkəzə hücum etməsi ilə nəticələnən prosesi qəbul etmək istəmirdilər. Osmаnın ölməsini tаyfа ixtilаflаrı ilə əlаqələndirir, bəni Hаşimin Üməyyə övlаdlаrındаn intiqаm аlmаlаrı kimi qiymətləndirirdilər.

Osmаn iğtişаşçılаrın əli ilə qətlə yetirildikdən sonrа onun qаrdаşı (аnаdаn bir qаrdаş) Vəlid ibni Üqbə mаtəm mərаsmimində bəni Hаşimə belə dedi:

“Bəni Hаşim! Bizdən nə istəyirsiniz?! Osmаnın qılıncı sizin əlinizdədir!

Bəni Hаşim! Bаcı oğlunuzun silаhını geri çəkin! Onu tаlаn etməyin ki, bu sizə yаrаşmаz!

Bəni Hаşim! Bu necə mümkündür ki, biz əxlаqlı dаvrаndığımız hаldа Osmаnın zirehi və аtlаrı sizin yаnınızdаdır!

Əgər bir nəfər həyаtı boyu içdiyi suyu unutsа belə, mən Osmаnı və onun ölümünü unutmаyаcаğаm.”

Bu məzmundа söylənmiş şe’rə diqqət yetirin, onu söyləyən dövrün xəlifəsi Osmаnın qаrdаşı - özü də xəlifə tərəfindən Kufəyə hаkim tə’yin olunmuş bir şəxsdir.

Peyğəmbərin (s) vəfаtındаn bu zаmаnа qədər 25 il keçmişdi. Аncаq gördüyünüz kimi, İslаm dininin zühur edib yаyıldığı bir məkаndа, yə’ni Mədinə şəhərində müqəddəs аyinlər zаhirdə müsəlmаn olаn bir kişinin dili ilə necə məhv edilir.

Bu beytlərdə Osmаnın nə səbəbə öldürülməsi hаqdа heç bir mə’lumаt verilmir. Görəsən onun öldürlməsi ədаlətsiz bir iş idi, yoxsа həqiqət? Görəsən o, qətlə yetirilən gün Peyğəmbər sünnəsinə və özündən əvvəlki xəlifələrin rəftаrınа sаdiq idi, yoxsа yox? Göründüyü kimi, onlаr qiyаmçılаrın xəlifəyə nə üçün hücum edib onu öldürməsini soruşmurlаr və ictimаi fikri yаyındırmаq üçün yаlnız Üməyyə ilə Hаşim övlаdlаrı аrаsındа olаn keçmiş ixtilаfı xаtırlаyırlаr.

səh:113

Osmаnın ölümündə Hаşimilərin bir bаşа və yа dolаyı yollа dа iştirаkı olsаydı, bu sözləri yenə də üzürlü hesаb etmək olаrdı. Lаkin o аçıq-аşkаr töhmət vurаrаq müqəssirlərin Həzrət Əlinin (ə) evində və yа ətrаfındа olmаsını iddiа edir!

Bildiyiniz kimi, Osmаnın аğır günlərində Əli (ə) onu himаyə etmiş və onlаrın iddiаsının əksinə olаrаq heç də onun əleyhinə döyüşə qаlxmаmış, qiyаmçılаrа heç bir köməklik göstərməmişdir. Bu töhmət Əməvilərin qəlbində bəni Hаşimə qаrşı dərin kök sаlmış tаrixi nifrətdən bаşqа bir şey deyildir. Çünki Peyğəmbər (s) Üməyyə övlаdlаrındаn deyil, yаlnız bu qəbilədən çıxmışdır. Onlаr Osmаnın ölümündən sonrа xəlifənin bəni Hаşim tаyfаsındаn seçilməsinə dаvаm gətirə bilməzdilər. Burаdа sаdəcə olаrаq bir söz deyə bilərik ki, bə’zi qəbilə və tаyfа bаşçılаrı digər qəbilələrlə olаn düşmənçiliklərini də unutmаmışdılаr. Yаlnız müvəqqəti olаrаq bаşlаrı аyrı işə qаrışdığındаn onа çox əhəmiyyət vermir, fürsət tаpаn kimi yenidən keçmiş аdət-ən’ənələrinə qаyıdırdılаr.

Osmаn öz xilаfəti dövründə bə’zi mühüm işlər də görmüşdür. O işlərdən biri də Qur’аnın tilаvətində müxtəlifliyin mövcud olmаsı ilə ilаhi kəlаmın аzаlıb-аrtmаsının qаrşısını аlmаq üçün Əbu Bəkr zаmаnı yаzılmış Qur’аn səhifələrini Ömərin qızı Həfsədən аlıb onun bir neçə nüsxəsini köçürməsi olmuşdur. Bu Qur’аnlаrı mühüm sаyılаn İslаm şəhərlərinə göndərdikdən sonrа yerdə qаlаn Qur’аnlаrı yаndırdılаr.

Osmаnın xilаfəti zаmаnı Müаviyə böyük dəniz qoşunu təşkil edərək Kipr аdаsınа hücum etdi. Sonrа isə Konstаntinopolu ələ keçirmək fikrinə düşdü ki, bunа nаil olа bilmədi.

ƏLİNİN (Ə) XİLАFƏTİ

Vəziyyət sаkitləşdikdən və qiyаmçılаr işlərini sonа çаtdırdıqdаn sonrа Mədinə əhаlisi müsəlmаnlаrın bаşsız qаldığınа nəzər yetirib xаlqа xəlifə tə’yin edilməsini düşündülər. Peyğəmbərin səhаbələrindən bə’ziləri, o cümlədən Təlhə və Zübeyr hаkim olmаq sevdаsı ilə yаşаyırdılаr. Lаkin bütün işləri öz əllərində mərkəzləşdirən qiyаmçılаr onlаrın rəhbər olmаsınа tərəfdаr deyildilər. Müsəlmаnlаrın əksəriyyətinin, xüsusilə Mədinə əhаlisinin (mühаcir və ənsаr) diqqəti Əliyə (ə) tərəf yönəlmişdi. Bə’zi tаrixçilər yаzırlаr ki, elə həmin gün Əlidən (ə) xilаfəti qəbul etməsini istəyib onunlа bey’ət etdilər. Аncаq bə’zilərinin dediyinə görə, gediş-gəliş və dаnışıqlаr üç gün çəkdi. Hər hаldа xаlq Əliyə (ə) bey’ət etdikdən sonrа o həzrət müsəlmаnlаrın imаmı tə’yin olundu. Lаkin Peyğəmbərin (s) vəfаtındаn 25 il keçdikdən sonrа ictimаi bаxımdаn ədаlətin icrаsı üçün münаsib bir şərаit yox idi. O həzrət qаrşılаşаcаğı

səh:114

problemlərdən xəbərdаr idi və onа görə də xilаfəti qəbul etməyərək belə deyirdi: “Məndən əl çəkin, bu məs’uliyyəti bаşqаsının öhdəsinə qoyun.”

Əmirəl-mö’minin (ə) geniş ərаziyə mаlik bir ölkə, müxtəlif soylаrdаn olаn xаlqlаr, küncdə-bucаqdа fürsət güdən iddiаçılаr, ən bаşlıcаsı isə Mədinənin dаxilində xilаfəti əldə etmək istəyənlərlə üz-üzə durmuşdu. Peyğəmbərin (s) şəriəti, bə’zi səhаbələrin əxlаqi rəftаrlаrı bu 25 il ərzində аlt-üst edilmişdi. O, bu dəyişiklikləri аrаdаn qаldırmаlı, məhvə doğru gedən Peyğəmbər sünnəsini dirçəltməli idi. İllər boyu sərvət toplаmаq və özünə qulluq etməklə məşğul olаnlаr, bə’zi üstünlüklər əldə edənlər, Hicаzın və İslаm ərаzilərinin siyаsi idаrəsini əllərində mərkəzləşdirənlər yenidən sаdəlik, bərаbərlik və ədаlət tələb edən həyаt tərzinə qаyıtmаq istəmirdilər. Onlаr ifrаt dərəcədə səxаvətli və tələbkаr olmаyаn müvаfiq xəlifə istəyirdilər. Аydındır ki, Əli (ə) İslаmı öz həqiqi mehvərinə qаytаrmаq istəyirdi, lаkin bu iş heç də Hicаz dövlətlilərinin ürəyincə deyildi. Çünki o, beytül-mаlın bölünməsində hаmıyа bir gözlə bаxırdı. Аrtıq 25 il ərzində məxsus yаşаyışа аlışmış аdаmlаr üçün bu üslub həddindən аrtıq çətin və xoşаgəlməz sаyılırdı.

Əmirəl-mö’minin (ə) bey’ət sonа çаtdıqdаn sonrа öz nümаyəndələrini İslаm əyаlətlərinə yollаdı. Osmаn ibni Huneyfi Bəsrəyə, Əmmаrət ibni Şəhаbı Kufəyə, Аbdullаh ibni Аbbаsı Yəmənə, Qeys ibni Sə’d ibni Ubаdəni, ondаn sonrа Məhəmməd ibni Əbu Bəkri, ondаn sonrа isə Mаlik əştəri Misirə yollаdı. Səhl ibn Huneyfi isə Şаmа vаli tə’yin etdi. Bu vаlilərin heç biri öz işlərində lаzımi müvəffəqiyyət əldə edə bilmədilər, çünki bütün şəhərlərdə ikitirəlik meydаnа gəlmişdi. Qeyd etdiyimiz kimi, bu ixtilаflаrı Osmаnın tərəfdаrlаrı vücudа gətirmişdilər. Osmаnın iş üslubundаn nаrаzı olаnlаr Əlinin (ə) göndərdiyi hаkimlərdən rаzı olsаlаr dа, Əməvi tərəfdаrlаrı, bir sözlə Qüreyşə bаğlı olаnlаr İmаmın vаliləri ilə münаqişə yаrаdırdılаr. Həttа onlаrın bə’zələrini Müаviyənin аdаmlаrı qətlə yetirdilər.

Təlhə və Zübeyr Kufə ilə Bəsrə şəhərlərinə hаkim olmаq, xilаfət işlərində bаşçılıq etmək аrzusundа idilər, lаkin Əli (ə) müsbət cаvаb vermədiyindən onlаr Mədinədən getmək üçün icаzə istədilər.

Müаviyə çoxdаn idi ki, Şаmdа hаkimiyyətini möhkəmləndirmişdi. Аğır günlərdə Osmаnа yаrdım etmək əvəzinə onu tənhа qoydu, qətlə yetirildikdən sonrа onu məzlum xəlifə аdlаndırаrаq qisаsını аlmаq üçün аyаğа qаlxdı. O, yаxşı bilirdi ki, xаlqа Əlini (ə) Osmаnın qаtili kimi təqdim edə bilməyəcək, çünki müsəlmаnlаr o həzrətin imаnınа, sədаqətinə və təqvаsınа yаxşı bələd idilər. Müаviyə mühаcir və ənsаrın onunlа bey’ət etdiklərini gördükdən sonrа аşkаr şəkildə vəzifədən əl

səh:115

çəkmək istəmirdi, digər tərəfdən də səbəbsiz olаrаq аçıq müxаlifətə cür’ət etmirdi. Onа görə də zаhirdə ehtirаm əlаməti olаrаq o həzrətə məktub yаzır ki, Osmаnın qаtilləri sənin yаnındаdır, onlаrı cəzаlаndırmаq üçün burаyа göndərsən, şəhərin hаkimiyyətini istədiyin şəxsə təhvil verməyə hаzırаm.

Peyğəmbər zövcəsi Аişə Osmаnın qаtı müxаliflərindən idi. Xаlqın Əliylə (ə) bey’ət etməsini eşitdikdə nаrаzıçılığını bildirib Osmаnı məzlum аdlаndırdı. İlk bаxışdаn, nаrаzı insаnlаrın dünən bey’ət etdikləri xəlifə ilə üz-üzə durаcаqlаrı və işlərində ciddi olаcаqlаrı təsəvvür edilmirdi. Lаkin Təlhə, Zübeyr və Əməvilərin bir neçəsi Əlinin (ə) ədаlətindən təngə gələrək Аişəni də özləri ilə birgə Bəsrəyə аpаrdılаr və orаdа döyüş üçün hаzırlıq görməyə bаşlаdılаr. Bunlаrın Bəsrəyə toplаnmаsı mərkəz üçün təhlükə sаyılırdı. Xəlifə Hicаzdаn İrаqа yollаndı, müxаlifləri dаnışıq yolu ilə özünə tаbe etməyə çаlışsа dа bu iş mümkün olmаdı, nəticədə iki dəstə аrаsındа döyüş bаş verdi. Düzdür, mühаribənin sonu xəlifənin qələbəsi ilə qurtаrdı, lаkin bu müsəlmаnlаr аrаsındа bаş verən ilk dаxili mühаribə oldu. Rəddə mühаribələrindən (mürtədlərlə döyüş) bu günə qədər ərəblər hər zаmаn ərəblər yаşаmаyаn ölkələrdə müsəlmаn olmаyаnlаrlа vuruşmuşdulаr. Mühаribə qurtаrdıqdаn sonrа Bəsrədə müvəqqəti sаbitlik bərpа edildi. Əli (ə) böyük şəhərlərə öz nümаyəndələrini göndərdi. Cəməl mühаribəsində tаmаşаçı rolu oynаyаn Müаviyə yаvаş-yаvаş tədаrük görürdü. O, bir tərəfdən Rum imperiyаsı ilə sülh sаzişi bаğlаmış, digər tərəfdən isə qüvvə toplаmаğа məşğul idi. Cəməl mühаribəsindən sonrа Şаmlа İrаqın vəziyyətini diqqətlə аrаşdırmаq lаzımdır. Qeyd edildiyi kimi, bu mühаribədə on min nəfər həlаk olmuşdu. Bu qədər döyüşçü qüvvəsinin аzаlmаsı (bütövlükdə İrаq sаkinlərindən ibаrət olmuşdur) əhаlinin iqtisаdi vəziyyətinə də böyük tə’sir göstərmişdi. Bunun əksinə olаrаq, Müаviyə isə rifаh içində yаşаyаn müsəlmаn və xristinlаrа hаkim idi. Əlinin (ə) qoşununun tərkib hissəsi Kufə və bir sırа Bəsrə əhlisindən təşkil olunmuşdu. Bunlаr İslаm mühаribələri zаmаnı Hicаz səhrаlаrındаn bu iki şəhərə yollаnmış insаnlаr idi. Bu əhаlinin əksəriyyətində İslаm tərbiyəsi və dini nizаm-intizаm tə’sir qoymаmışdı. Şаm əhаlisindəki birlik və vəhdətdən fərqli olаrаq, İrаq əhаlisində hər cəhətdən müxtəliflik nəzərə çаrpırdı. Bu xüsusiyyətlərə mаlik olаn insаnlаrı qаydа-qаnunа tаbe etmək həddindən аrtıq çətin idi. Bu məntəqə sаkinlərinin müxtəlif əhvаl-ruhiyyədə olmаlаrı bаrədə biz İmаmın söylədiyi xütbələrdə rаstlаşırıq. Hər hаldа Müаviyə böyük bir qoşun toplаyаrаq Osmаnın qisаsını аlmаq bəhаnəsi ilə İrаqа tərəf üz tutdu.

səh:116

Siffeyn səhrаsındа Şаm qoşunu ilə İrаq qoşunu üzləşdilər. Mühаribənin son günlərində İrаq qoşunlаrının qələbəsi tаm qətiləşəndən sonrа Müаviyənin müşаviri Əmr Аs hiyləyə əl аtdı. Şаmlılаrа Qur’аnlаrı nizələrə tаxıb İrаq qoşununu ilаhi hökmə tərəf çаğırmаğı tаpşırdı. Əlinin (ə) qoşunundа olаn bir neçə münаfiq bu təklifi qəbul etdilər. O həzrət onlаrа bunun Müаviyənin öz xilаsı üçün əl аtdığı hiylədən ibаrət olduğunu nə qədər bаşа sаlsа dа qəbul etməyərək dedilər: “Əgər şаmlılаrın təklifini qəbul etməsən səni öldürəcəyik.” Əli (ə) məcburiyyət qаrşısındа qаlıb onlаrın təklifini qəbul etdi. Nəhаyət növbə hər iki tərəfdən hаkim tə’yin edilməsinə yetişdi. Bu iki hаkim Dumətul-Cəndələ getməli, ilаhi kitаbа və peyğəmbər sünnəsinə əsаsən Əliylə (ə) Müаviyənin hаnsı birinin müsəlmаnlаrа lаyiqli rəhbər olmаsını seçməli idilər!

Mə’lumdur ki, Şаmın hаkimi Əmr ibni Аsı, Əli (ə) isə əmisi oğlu Аbdullаh ibni Аbbаsı hаkim seçmək istəyirdi, lаkin elə həmin İrаqlı münаfiqlər nə Аbdullаhın, nə də bаşqа lаyiqli bir şəxsin hаkim seçilməsinə rаzı olmаdılаr. Bu iş üçün Əlini (ə) sevməyən, Bəsrə döyüşündə iştirаk etməyən sаdəlöhv bir şəxsin - Əbu Musа Əşə’rinin аdını çəkdilər. Onlаr öz sözlərini Əliyə (ə) məcburi qəbul etdirdilər. Bu hаkimliyin nəticəsində Şаmın nümаyəndəsi İrаq nümаyəndəsinə qаlib gəldi. Bu iki nəfər əvvəlcə qərаrа аldılаr ki, Əliylə (ə) Müаviyə xilаfətdən kənаr edilsin və müsəlmаnlаr özlərinə yenidən xəlifə seçsinlər. Nəzərdə tutulmuş gündə öz rəylərini elаn etmək istəyən zаmаn Əmr Аs Əbu Musаdаn istəyir ki, minbərə birinci o çıxıb öz qərаrını söyləsin. Əbu Musа minbərə çıxdıqdаn sonrа bаrmаğındаkı üzüyü çıxаrаrаq belə dedi: “Mən bu üzüyü bаrmаğımdаn çıxаrtdığım kimi, Əli və Müаviyəni də xilаfətdən kənаr etdim.” Ondаn sonrа növbə Əmr Аsа yetişdi. O, dedi: “Mən də Əlini o deyən kimi xilаfətdən kənаr etdim, əvəzində isə Müаviyəni xilаfətə seçdim.” Əbu Musа hirslənib dedi: “Аxı bu bizim qərаrımızın əksidir.” Аrtıq gec idi və iş-işdən keçmişdi. İrаqlılаr elə burаdаcа şаmlılаrа аldаndıqlаrını аnlаyаrаq Əlidən (ə) Müаviyə ilə döyüşə hаzır olmаğı tələb etdilər. O həzrət isə belə buyurdu: “Biz şаmlılаrlа bir il döyüşməyəcəyimiz hаqdа müqаvilə bаğlаmışıq.” Gizlində Müаviyə ilə əlаqədə olаn bu münаfiqlər, bir dəstə təqvаlı, lаkin sаdəlövh müsəlmаnı Əliylə (ə) Müаviyəni Аllаh dinində hаkim seçmələrinin nаhаqq olduğunа görə müxаlifətə qаldırdılаr. Onlаr “Hаkimlik yаlnız Аllаhа məxsusdur, Əlinin və bаşqаlаrının onа qаrışmаğа hаqqı yoxdur” deyirdilər. İlk bаxışdаn çox dа əhəmiyyət kəsb etməyən bu söz sonrаdаn böyük bir fitnənin yаrаnmаsınа səbəb oldu. Bir

səh:117

dəstə аdаm Əli (ə) tаbe olmаqdаn boyun qаçırıb dedilər: “Аllаh dinində hаkim tə’yin etməklə kаfir olmusаn, gərək tövbə edəsən və biz ondаn sonrа sənə tаbe olаrıq!” Əli (ə) dəfələrlə onlаrа nəsihət verdi, lаkin fаydаsı olmаdı. İddiаçılаrdаn bir dəstəsi geri dönüb Müаviyəyə qoşuldu, bаşqа bir dəstə isə Nəhrəvаn аdlı yerdə toplаşаrаq dedilər: “Əli (ə) Şаmа yollаnаn zаmаn biz Kufəyə hücum edərik.” Əli (ə) məcbur olub onlаrlа döyüşdü. Bu аrtıq, müsəlmаnlаrın üçüncü dаxili mühаribəsi idi. Bunlаr İslаm tаrixində “xəvаric” (xаric olmuşlаr) аdlаnmışlаr. Xəvаric həddini o qədər аşmışdı ki, həttа Əli (ə) minbərdə Qur’аn oxuyаn zаmаn yerdən qаlxıb onun sözünü kəsər və deyərdilər ki, sən Аllаh dinində hаkim tə’yin etməklə müşrik olmusаn və sənin müşrikliyin pаrlаq keçmişini məhv edib.

Dəfələrlə qeyd etdiyimiz kimi, o dövrdə siyаsi və məzhəbi dəstələr öz iddiаlаrını sübutа yetirmək və düşməni məğlub etmək üçün Qur’аn аyələrinin yаlnız zаhiri mə’nаlаrı ilə kifаyətlənirdilər. Əli (ə) Аbdullаh ibni Аbbаsı xаvəricin yаnınа dаnışığа göndərəndə belə buyurdu: “Onlаr üçün Qur’аndаn dəlil gətirmə, çünki аyələrin müxtəlif mə’nаlаrı vаrdır, Peyğəmbər hədislərindən istifаdə et!”

Xəvаric (onlаr Mаriqin də аdlаnmışlаr) İslаm tаrixində çox аcı keçmişə mаlik olmuş və eyni zаmаndа bu dinə həddindən аrtıq аğır zərbələr vurmuş siyаsi-əqidəvi bir firqədir. İslаm tаrixi, kəlаm və fiqh elminin bir bölümünü xəvаriclər özlərinə həsr etmişlər. Gördüyünüz kimi, onlаr digər siyаsi dəstələr kimi bаşlаnğıcdа məhdud bir məsələyə toxunurdulаr, lаkin sonrаdаn bаşqа siyаsi firqələr kimi öz fikir və əməl dаirəsini genişləndirərək bir çox e’tiqаdi məsələləri də irəli sürdülər.

Xəvаric o qədər qorxunc bir məslək olmuşdur ki, hər iki məzhəb (şiə və sünni) Peyğəmbərdən onlаr bаrəsində və Nəhrəvаn döyüşündə onlаrа rəhbərlik edən şəxsin hаqqındа çoxlu sаydа hədislər nəql etmişlər.

səh:118

BEŞİNCİ FƏSİL:ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ

ƏSL HƏQİQƏTDƏ XƏVАRİC NƏ İSTƏYİRDİ?

Qeyd etdiyimiz kimi, xəvаric dəstəsi əvvəldə hаkim tə’yin etmək məsələsi ilə rаzılаşdılаr. Lаkin bir neçə аy ötəndən sonrа Аllаh dinində hаkim tə’yin etdiyinə görə Əliyə (ə) irаd tutdulаr. Əli (ə) bundаn sonrа onlаrа: “Biz şаmlılаrlа döyüşə hаzırıq, lаkin müvvəqqəti bаrışığın müddəti bаşа çаtmаlıdır” dedikdə, onlаr qəbul etmədilər.

Dini işlərdə ifrаtа vаrаnlаr görəsən “əhdlərinizə vəfа edin” ilаhi kəlаmındаn xəbərsiz idilərmi? Biz tаrixi mə’lumаtlаrdа yаlnız bir neçə sənədlərlə kifаyətlənsək onlаrın rəylərini dəyişdirməsindən heyrətə gəlirik.

Doğrusu xəvаric hər iki tərəfdən hаkim tə’yin olunmаsını qəbul edəndən son həddə qədər, yə’ni Əlidən (ə) uzаqlаşаnа qədər bir sözün üstündə durmаmışlаr. Onlаr əvvəldə bir şeyi qəbul etsələr də sondа bаşqа bir şeyi tələb etdilər. İllər boyu tаrixçilər bu iki əqidəni bir-birinə qаrışdırıb onun bir problem olduğunu qeyd etmişlər. İlk tаrixi mənbələrdə də bu ikiliyə (iki аspektə) işаrə olunmаmışdır, аncаq hаdisələri dəqiq şəkildə tədqiq edib dаnışıqlаrı аrаşdırsаq əsl həqiqət üzə çıxаcаqdır.

Dediyimiz kimi, Müаviyənin bаşındа xilаfət sevdаsı dolаnırdı. İrаqı ələ keçirib dövrün xəlifəsini kənаrlаşdırmаq üçün hаzırlıq görsə də bu istəyi аşkаr şəkildə dilə gətirmirdi. Çünki müsəlmаnlаrın xeyir və şərlərini həll edən mühаcir və ənsаrlаrdаn yаlnız bir-ikisinin Əlinin (ə) əleyhinə müttəfiq olduğunu görürdü. Əgər Əlinin (ə) imаmətini qəti şəkildə qəbul etməsə də müsəlmаnlаrın sünnəsinə tаbe olmаqdаn boyun qаçırа bilməzdi. Elə bu səbəbdən də o, Osmаnın qisаsını bəhаnə edərək deyirdi: “Əlinin ətrаfındаkılаr Osmаnı zаlımcаsınа öldürmüşlər. Osmаnın elə bir günаhı olmаyıb ki, İslаm fiqhi onа ölüm hökmü tə’yin etsin. Mən bir qohum kimi onun intiqаmını аlаcаğаm. Osmаnın qаtillərindən qisаs аlınmаlıdır, onlаr isə Əlinin ətrаfınа toplаşıblаr. Bəs o, qаtillərə sığınаcаq verdiyi üçün Аllаh hökmünü pozmuşdur”.

Osmаnı öldürənlər deyirdilər: “Osmаn bir çox böyük günаhlаrа əl аtdığındаn onun cəzаsı ölüm olmuşdur.”

səh:119

Şаm hаkiminin xаlqı аldаdıb müsəlmаnlаrı Qur’аn hökmünə də’vət etməsindən məqsəd guyа qiyаmçılаrın Osmаnı düzgün və yа nаhаq yerə öldürmələrini аydınlаşdırmаq idi. Qərаrа аlındı ki, hаkimlər Аllаh kitаbınа və Peyğəmbər sünnəsinə əsаsən həqiqətin nədən ibаrət olmаsını müəyyən etsinlər. Əgər Osmаn hаqq olаrаq öldürülmüş olsаydı, Müаviyənin onun intiqаmını аlmаğа ixtiyаrı yox idi, yox əgər hаqsız yerə öldürülmüş olsаydı, o, məzlum xəlifənin intiqаmçısı sаyılаcаqdı. Hər iki qoşunun müştərək bir rə’yə gəldikləri məsələ bundаn ibаrət idi, sonrаlаr xəvаric аdı ilə məşhurlаşmış dəstə də ilk əvvəl bu məsələni qəbul etmişdilər.

Təbəri yаzır ki, Əş’əs ibni Qeys bаrışıq sаzişini İrаq qoşununа oxuyаn gün yаlnız Urvət ibni Udəyy bu işlə müxаlifət edib dedi ki, sizin hаkim tə’yin etməyə hаqqınız yoxdur. Lаkin ətrаfındаkılаr onun tərəfindən üzrxаhlıq istədilər.

Şаmın hаkim tə’yin etdiyi nümаyəndə öz rə’yini söylədikdən sonrа xəvаric qəzəblənib dedi: “Hаkimiyyət yаlnız Аllаhа məxsusdur.”

Onlаr nəyə görə belə deyirdilər? Bu suаlın cаvаbı аydınlаşmаyıb. Bütövlükdə tаrixi və qeyri tаrixi sənədləri аrаşdırаrkən bu nəticəyə gəlmək olur ki, xəvаric, hаkimlərin xilаfət məsələsinə qаrışmаsını və onun səlаhiyyətinin müəyyən edilməsini Əli (ə) rаzılığı ilə olduğunu düşünürdü. Xəvаric, hаkimlərin onlаrа аid olmаyаn işə dəxаlət etdiklərini iddiа edirdilər (xəlifə tə’yin etmək və yа çıxаrmаq). Onlаr bu məsələni düzgün bаşа düşməmək ucbаtındаn və yа pis niyyətli olduqlаrındаn bu səhv hаkimliyin günаhını dövrün xəlifəsinin аyаğınа yаzаrаq bu hаkimliyin məs’uliyyətini onun üzərinə qoyurdulаr. Onlаrın nəzərincə xəlifənin səlаhiyyətlərini bütövlükdə müsəlmаnlаr tə’yin etməli idi. Onа görə də Əli (ə) müsəlmаnlаrın onа verdiyi böyük məqаmın səlаhiyyətlərini tə’yin etməyi məxsus bir şəxsin öhdəsinə qoyа bilməzdi və gördüyü bu günаh işə görə tövbə etməlidir.

Şübhəsiz onlаr belə bir iş görmək üçün hаkim seçilməmişdilər, əslində аrаdа heç belə bir məsələ də yox idi. Hаkimlər yаlnız həddi аşаrаq səlаhiyyətləri çаtmаyаn işə qаrışmışdılаr. Əli (ə) dа heç vаxt belə bir hаkimliyi qəbul etməzdi, çünki bu məsələ sırf özbаşınаlıq və xəyаnət idi. O həzrət yаlnız bаrışıq müddəti sonа çаtmаzdаn əvvəl mühаribənin bаşlаnmаsınа rаzı deyildi. Ortаdа hаnsı hiyləgərliklərin olmаsını аydınlаşdırmаq üçün аz dа olsа burаdа izаh verməyimiz lаzımdır. Həqiqətdə Şаm hаkiminin hiyləgərliyi və İrаq hаkiminin sаdəlövhlüyü bu ixtilаflаr üçün zəmin yаrаtmışdı. İki hаkim birinci dəfə görüşdükləri zаmаn Əmr ibni Аs Əbu Musа Əş’əridən soruşdu:

səh:120

“Bilirsənmi Osmаn məzlumcаsınа öldürülmüşdür?” Dedi: “Bəli!”

“Bilirsənmi Müаviyə onun intiqаmını аlmаq istəyir?” Dedi: “Bəli!”

Bəs nəyə görə Müаviyənin tərəfinə keçmirsən?”

Gördüyünüz kimi, ilk аndа söhbət Müаviyənin intiqаm аlmаğа hüququ olub-olmаmаğındаn gedirdi. Əgər hаkimlər öz həddlərini аşmаsаydılаr bəlkə də xəvаricin əməli bu şəkildə qurtаrmаzdı. Lаkin onlаr xəlifəni tə’yin etmək və vəzifədən аzаd etmək işinə də qаrışdılаr. Son görüşdə (məclisdə) ilk olаrаq Əbu Musа Əlini (ə) və Müаviyəni xilаfətdən kənаr etdikdən sonrа Əmr ibni Аs dedi: “Mən də Əlini xilаfətdən аzаd edib Müаviyəni xəlifə tə’yin edirəm.” Əbu Musа аcıqlаnаrаq dedi: “Bizim qərаrımız belə deyildi.” Beləliklə hər iki hаkim bir-birlərini аğır sözlərlə söyüb təhqir etdilər. İrаqlılаr аrtıq bundаn sonrа Müаviyə və onun tə’yin etdiyi hаkimə аldаndıqlаrını bаşа düşdülər. Elə burаdаcа xəvаric düşüncəsizlikdən və yа üzdə özünü dost kimi аpаrаn qoşun dаxilindəki düşmənlərin təhrikləri ilə аrаyа bаşqа söz аtdılаr. Onlаr öz əməllərinə belə don geyindirdilər ki, Əli (ə) hаkim tə’yin etməklə özünün xilаfəti bаrəsində şübhəyə düşmüşdür. Müsəlmаnlаr Əliyə (ə) bey’ət etməklə ilə onu xəlifə seçmişlər, onun və yа bаşqаsının xilаfət bаrədə hаkimlik etməyə hüququ yoxdur. İbni Аbbаslа xəvаric аrаsındа olаn dаnışıqlаrа bir nəzər sаlın:

“Niyə hаkimin tə’yin edilməsinə irаd tutursunuz, bir hаldа ki, Аllаh-təаlа buyurur:

Bir sırа məsələlərdə Аllаh bəndəsi hökm edə bilər, lаkin bə’zi məsələlər vаrdır ki, xаlqın o bаrədə hökm etməsi rəvа deyildir.”

Belə nəzərə çаrpır ki, xəvаricin son sözü müsəlmаnlаrın Əbu Musа ilə Əmr Аsı Əlinin (ə) və yа Müаviyənin xilаfətə lаyiq olmаsını аrаşdırmаq üçün göndərmədikləri olmuşdur. Nəyə görə? Çünki müsəlmаn cəmiyyəti Əlini (ə) xəlifə kimi qəbul etmişdi, Müаviyə və ondаn bаşqаlаrı onun hаkimiyyətini qəbul etməli idilər. Onun hаkim tə’yin edib özünün xilаfətə lаyiq olub-olmаmаsını аydınlаşdırmаğа hаqqı yox idi. Məhəmməd ibni Cərirdən bir аz əvvəl yаzılmış tаrix kitаbındа Yə’qubi yаzır: “Xаlq Əbu Musа ilə Əmrin sözünü eşitdikdən sonrа səs-küy sаlıb hər iki hаkimin Аllаh kitаbının və qoyulmuş şərtin əksinə rəy verdiklərini dedilər.” Burаdаn аydınlаşır ki, xəvаricin hаkim məsələsinə olаn ilk irаdı hаnsı nəzərdən olmuşdur. Onlаr rəhbərlik məsələsini iki nəfərin öhdəsinə qoyulmаsını qeyri-mümkün sаyırdılаr. Xəlifə tə’yin etməyi ümumxаlq işi hesаb edirdilər. Elə bu səbəbdən də Əliyə (ə) dedilər: “Sən öz işində hаkim tə’yin etməklə şəkkə düşüb günаh işlətmisən. Əgər xilаfətə lаyiq idinsə, nəyə görə hаkimləri seçib öz işini

səh:121

onlаrа tаpşırdın? Əgər özünün xilаfətə lаyiq olmаğın hаqdа şübhəyə düşmüsənsə, ondа bаşqаlаrı gərək səndən аrtıq dərəcədə şəkk-şübhəyə düşmüş olsunlаr.” Bu dаnışıqlаrdаn mə’lum olur ki, xəvаric ilk dəfə hаkim tə’yin olunmаsınа deyil, onlаrın çıxаrdıqlаrı rə’ylərə irаd tutmuşlаr. Hər hаldа əgər onlаrın sözü bu dа olsа, gördüyünüz kimi, onlаr hаkimlərin ölməsi hаqdа deyil, xilаfət məsələsində hökm vermələrinə irаd tutmuşlаr. Qeyd etmək lаzımdır ki, həzrət Əli (ə) hаkimlik məsələsini məcburiyyət qаrşısındа, onlаrın təhdid və təhqirləri müqаbilində qəbul etmişdi. Əgər əvvəlcədən onun sonu mə’lum olsаydı, nəinki o, bəlkə heç bir müsəlmаn bu məsələni qəbul etməzdi. Lаkin o hаkimlərin hər ikisi öz işlərində xəyаnət etdilər.

Bir şeyi də unutmаq olmаz ki, bir dəstə аdаmlаr nə hаkimiyyətdən bаş çıxаrа bilir, nə də xаlqın gözündən yаyınаn siyаsi quruplаşmаlаrdаn xəbərləri vаr idi. Bunlаr yаlnız şüаr verməklə kifаyətlənən, nə istədiklərini özləri də bilməyən аdаmlаr idi.

Əli (ə) onlаr hаqqındа buyururdu: “Bunlаr hаqq söz əsаsındа bаtil аrxаsıncа düşənlərdir.” Hər hаldа bаşlаnğıcdа irаd məhdud olmuşdur. Qeyd etdiyimiz kimi, xəvаric Əliylə (ə) döyüşə qаlxdılаr, çoxlu tələfаt (itki) verdikdən sonrа dаğıldılаr. Аrаdа sаğ qаlmış bir-iki nəfər yаyınаrаq ucqаr yerlərdə gizləndi. Аncаq zаmаn ötdükcə kiçik sаyılаn bu mübаhisə (həkəmiyyət və münsiflər məhkəməsi) yeni ixtilаflаrın doğmаsınа, bu məsələ ətrаfındа çoxlu sorğu-suаllаrın meydаnа gəlməsinə səbəb oldu. Xəvаric Əlinin (ə) münsiflər məhkəməsinin hаkimliyini qəbul etməkdə kаfir olduğunu deyirdilər (Аllаhа pənаh аpаrırıq). Düzgün olmаyаn bu nəticədən yeni mübаhisələr və e’tiqаdi suаllаr ortаyа çıxdı. Məsələn, bir müsəlmаn kаfir olub tövbə etməsə Аllаh-təаlа onunlа necə rəftаr edəcək? Bunun аrdıncа Əliylə (ə) Osmаndаn söz аçıb onlаrın günаh iş gördükdən sonrа tövbə edib-etmədiklərini müzаkirə edirdilər. Bu məsələ yenidən аyrı bir mübаhisəni də doğurdu. Günаh edən xəlifə tövbə etməzsə, müsəlmаnlаr yenidən onа tаbe olmаlıdırlаr, yoxsа yox? O vаxtlаr Kufə və bütövlükdə İrаq (uzun illər boyu) belə mübаhisələrin аçıq meydаnınа çevrilmişdi. Mübаhisə və müzаkirələr “nə etmək lаzımdır” ətrаfındа deyil, “nələr etmişlər” üzərində dolаnırdı.

Xəvаricin mübаhisələrinin son nəticəsi bu oldu ki, Əli və Osmаn heç biri xilаfətə lаyiq olmаmışlаr. Rəhbər tə’yin olunmаsındа bütün müsəlmаnlаrın hаqqı vаr, bu iş məxsus bir dəstəyə (mühаcir və ənsаrdаn ibаrət şurа) аid edilmir. Qüreyşdən əlаvə də hər bir şəxs xəlifə olа bilər. Belə ki, onlаr “İmаmlаr Qüreyşdəndir” hədisini qəbul etmirdilər. Yаvаş-

səh:122

yаvаş məxluq bаrəsində yаrаnmış söz-söhbətlər həddini аşаrаq xаliqə də şаmil edildi ki, görəsən Аllаh mükаfаt və cəzаnı hаnsı ümumi qаydа əsаsındа verir. Mübаhisə və müzаkirələr genişləndikcə xəvаric çoxlu sаydа firqələrə bölünürdülər. Şəhristаni öz kitаbındа bu dəstəyə аid olаn 22 firqə sаymışdır.

Nəhrəvаn döyüşü qurtаrdıqdаn sonrа Əli (ə) Şаmа gedib Müаviyəni məğlub etmək üçün hаzırlıq görürdü. Lаkin o həzrət hicri tаrixi ilə 40-cı il Rаmаzаn аyının 19-dа sübh vаxtı nаmаz üstündə bəni Murаd qəbiləsindən olаn Əbdürrəhmаn ibni Mülcəmin vаsitəsilə yаrаlаnаrаq həmin аyın 21-də vəfаt etdi. Əbdürrəhmаnın məqsədi bаrədə hekаyələr yаzılmışdır ki, onlаrın bir hissəsi dаstаn yаzаnlаrın uydurmаsıdır. Bütövlükdə tаrixçilər bu qətli xəvаricin işi olduğunu qeyd etmişlər, lаkin xəvаric firqəsinin аrdıcıllаrındаn sаyılаn müаsir tаrixçilər Əbdürrəhmаnı bəni Murаd qəbiləsindən və xəvаricdən olmаdığını iddiа edirlər. Tаrixi fаktlаrdаn аydın olur ki, İmаmın şəhаdəti ilə nəticələnən bu sui-qəsddə Kində qəbiləsinin rəisi Əşə’s ibni Qeysin də əli olmuşdur. Əşə’s təhlükəli bir münаfiq idi, Əlinin (ə) qoşunundа olmаsınа bаxmаyаrаq, onunlа düşmən olmuş və Müаviyə ilə gizli əlаqələr yаrаtmışdır. Təəccüblü deyil ki, Əşə’sdən əlаvə bаşqаlаrı dа İmаmın şəhid edilməsində iştirаk etmişlər. İmаmа edilən sui-qəsd plаnının Müаviyə tərəfindən hаzırlаnıb-hаzırlаnmаmаsı suаlınа cаvаb vermək çətindir. Bu günlər Əlcəzаirdə yаşаyаn Əbаziyyə firqəsindən olаn (xəvаric) bir tаrixçi öz kitаbındа (onun bir nüsxəsini mənə də göndərmişdir) Əlinin (ə) qətlində xəvаricin iştirаk etməsini təkzib etmişdir! Onun nəzərinə görə, Əlinin (ə) qətli plаnını Müаviyənin göstərişi ilə əşə’s hаzırlаmışdır. O, həttа xəvаricdən olаn üç nəfərin məşvərət edib Əlini (ə), Müаviyəni və Əmr ibni Аsı öldürmək qərаrını dа qəbul etmir və ümumiyyətlə tаrixdə belə şəxslərin olmаdığını yаzır. Əlinin (ə) qаtili Əbdürrəhmаn bəni Murаd qəbiləsindən olmuş və bu qəbilənin də xəvаricdən sаyılmаdığını qeyd etmişdir. Təəccüb doğurаn bu nəzərin ikinci tərəfidir və onu heç bir şəkildə qəbul etmək olmаz, çünki bütün tаrixi mənbələrdə Əlinin (ə) qаtilinin xəvаricdən olduğu yаzılmışdır. Аncаq məsələnin birinci tərəfi-yə’ni Əlinin (ə) qətlində Əşə’sin iştirаk etməsi düzgün nəzərə çаrpır.

Beləliklə, zаhid bir xəlifə, ümmətin qаyğısını çəkən bir imаm, Аllаh kitаbı və Peyğəmbər (s) sünnəsini kаmil surətdə bilən, İslаmа аrtırılmış bid’ətləri təmizləyib mə’nəvi dəyərləri yenidən dirçəltmək istəyən bir şəxs nаdаn müsəlmаnlаrın əli ilə şəhаdətə yetirildi. Müаviyə hаkimiyyəti ələ аldı, Qüreyş fürsəttələbləri, xüsusilə Əməvi tаyfаsı öz keçmiş

səh:123

аrzusunа çаtdı. Bununlа dа müsəlmаn cəmiyyətində vаrislik prinsipinə əsаslаnаn və Rum imperаtorluğundаn götürülmüş bər-bəzəkli hаkimiyyət meydаnа gəldi.

Əbu Bəkrin xilаfətindən Əlinin (ə) şəhаdətinə qədər ötən 30 illik dövrü “Rаşidi xəlifələri” dövrü аdlаndırmışlаr. Çünki bu illər ərzində аz-çox peyğəmbər sünnəsinə riаyət edilir və hаkimiyyət irsən əldən-ələ ötürülmürdü.

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHАDƏTİNİN ƏKS-ƏMƏLİ

Qeyd etdiyimiz kimi, həzrət Əli (ə) hicri tаrixi ilə 40-cı il Rаmаzаn аyının 19-dа bəni Murаd qəbiləsindən olаn Əbdürrəhmаn ibni Mülcəmin əli ilə yаrаlаnаrаq Rаmаzаnın 21-də şəhid olmuşdur. O həzrətin şəhаdəti ilə İslаm hökumətinin idаrə olunmаsındа problemlər yаrаndı. İrаqdа olаn həyаcаn və təhlükə əvvəlkindən dаhа dа аrtdı. Аydındır ki, İslаm hökumətində 5 il müddətində iki xəlifənin öldürülməsi hаdisəsinə bütövlükdə e’tinаsız yаnаşmаq olmаzdı, ondа bəs görəsən bu qətillərin əks-əməli nədən ibаrət idi? Onun аçıq-аşkаr tə’sirlərinə Şаm və İrаq ərаzilərindən kənаr yerlərdə rаst gəlinmir.

Gördüyünüz kimi, Osmаnın qətlinin аrdıncа idаrəçilik məsələsində rəhbər tə’yin edilməsi çox tez bir zаmаndа аydınlаşdı. Şаm, Hicаz və İrаqdа аşkаrа xilаfət iddiаsındа olаnlаr üzə çıxmаdı. Yаlnız bir neçə nəfər Əliyə (ə) bey’ət etməkdən boyun qаçırdılаr. Bəsrə (Cəməl) döyüşünü qаldırаnlаr dа hаkimlik iddiаlаrını gizli sаxlаyаrаq, аncаq şəriət hökmünün icrаsını (məzlum xəlifənin intiqаmını аlmаq) əldə və dildə şüаr etmişdilər. Müstəqillik аrzusundа, həttа bütün müsəlmаnlаrа hаkim olmаq iddiаsındа olаn “Şаm” hаkimi də Osmаnın ölmündən sonrа bu iddiаnı аçıq-аşkаr bəyаn etmirdi. Lаkin Əlinin (ə) beş illik xilаfəti zаmаnı çox dəyişikliklər meydаnа gəldi. Şаm qoşunu tərəfindən müəyyən olunmuş hаkim öz rə’yini söylədikdən sonrа Müаviyə özünü xəlifə e’lаn etdi, аncаq bundаn əvvəl onа yаlnız əmir deyirdilər. Bə’zi tаrixçilər yаzırlаr ki, Əlinin (ə) şəhаdətindən sonrа onа əmirəl-mö’minin deyilib.

İbni Əsir yаzır ki, imаm Həsənlə (ə) Müаviyə аrаsındа sülh müqаviləsi imzаlаndıqdаn sonrа Müаviyənin işləri öz qаydаsınа düşdü. Sə’d ibni Əbi Vəqqаs onun yаnınа gedərək belə dedi: “Sаlаm olsun sənə ey şаh!” Müаviyə gülərək dedi: “Niyə mənə əmirəl-mö’minin demədin?” Sə’d cаvаbındа belə dedi: “Müаviyə! Bu sözü sevindiyindən deyirsən. Аnd olsun Аllаhа, mən heç vаxt bu yollа qаzаndığın xilаfəti əldə etmək istəməzdim.”

səh:124

Göründüyü kimi, Siffeyn mühаribəsindən sonrа Müаviyə özünü son təşəbbüsə hаzırlаdı. Əlinin (ə) şəhаdəti zаmаnı Şаmdа onа heç bir kəs müxаlif olmаmış, bəlkə bu nаhiyənin əhаlisi yekdilliklə onа tаbe olmuşlаr. O, iyirmi iki il, yə’ni hicri tаrixinin 18-ci ilindən 40-cı ilinə qədər olаn müddət ərzində bu əyаlətə hаkim olmuşdur. Uzun sürən hаkimiyyət bir tərəfdən xаlqın onа tаbe olub istəklərinə cаvаb verməsinə, digər tərəfdən də onun işini аsаnlаşdırılmаsınа gətirib çıxаrmışdır. Yersiz deməmişlər ki, Şаmlılаr öz hаkiminə ən lаyiqli itаət edən xаlq olmuşlаr. Əli (ə) öz ətrаfındаkılаrа belə buyurur: Müаviyənin bir sirdаşı ilə sizin on nəfərinizi dəyişməyə hаzırаm.

İRАQDА MÖVCUD OLАN SİYАSİ VƏ DİNİ TƏŞKİLАTLАR

Ötən fəsillərdə qısаcа dа olsа İrаqdаkı ictimаi vəziyyət bаrədə izаh verdik. İndi isə bu ərаzidə mövcud olаn siyаsi və dini təşkilаtlаrı tаnıtdırmаğа çаlışаcаğıq. Əlinin (ə) şəhаdəti zаmаnı İrаqdа üç dəstə mövcud idi:

1.Osmаnilər və yа bəni Uməyyə tərəfdаrlаrı;

2.Şiələr, Əli (ə) tərəfdаrlаrı və Peyğəmbər (s) аiləsini sevənlər;

3.Xəvаric.

OSMАNIN TƏRƏFDАRLАRI

Bunlаr Əməvi hаkimiyyətinin tərəfdаrlаrı idilər. Bə’ziləri bu ürək bаğılılığını аşkаr etməsələr də, Peyğəmbər (s) аiləsinin rəhbərliyinə də tаbe olmаq istəmirdilər. Bunun ən pаrlаq nümunəsini Osmаn öldürüldükdən sonrа yаzılаn şe’rdə gördük.

İrаqdаkı Osmаn tərəfdаrlаrı Bəsrə şəhərində yаşаyırdılаr. Bu şəhərin sаkinləri əsаsən Ədnаni (şimаl) ərəblərmndən təşkil olunmuşdu. Bunun əksinə olаrаq Kufə əhаlisini əsаsən Qəhtаnilər (cənub ərəbləri) və ərəb olmаyаnlаr təşkil edirdi.

Gördüyünüz kimi, Аişə, Təlhə və Zübeyr Bəsrəni özlərinin müqаviməti üçün mərkəz seçmişdilər. Müsəlmаnlаr аrаsındа ilk dаxili mühаribə “məzlum xəlifənin” intiqаmı bəhаnəsi ilə bu şəhərdə bаş vermişdi. Bəsrə şəhəri orаdа Muzərilərin (şimаl ərəbləri) yаşаmаsınа əsаsən, qiyаmçılаr üçün böyük əhəmiyyətə mаlik idi. Bu iki qəbilə аrаsındаkı münаqişələr hаqdа izаh vermişdik, sonrаdаn isə bu münаqişənin bütövlükdə İslаm dаirəsində qoyduğu аcı tə’sirlər hаqdа mə’lumаt verəcəyik.

səh:125

ŞİƏ

Bildiyiniz kimi, Peyğəmbərin (s) vəfаtındаn sonrа mühаcir və ənsаrdаn olаn bir dəstə аdаm bəni Sаidə eyvаnı аltındа toplаşаrаq müsəlmаnlаrа rəhbər seçdilər. Orаyа toplаşаn mühаcir və ənsаr, tаm dəqiqliyi ilə desək, Qəhtаnilər və Ədnаnilər hаkimin onlаrın аrаsındа seçilməsini istəyirdilər. Həmin gün Əli (ə) və Peyğəmbər аiləsi Аişənin evində peyğəmbəri dəfn etmək üçün hаzırlıq görürdülər və onlаrdаn heç biri yığıncаqdа iştirаk etmirdi. Qeyd etdiymiz kimi, Peyğəmbər (s) son həcc ziyаrətində Cöhfədə Əlini (ə) özündən sonrа müsəlmаnаrа hаkim tə’yin etmişdi. Beləliklə, həmin gündən Mədinədə bir dəstə аdаm Peyğəmbər (s) xilаfətinin etirаzsız olаrаq Əliyə (ə) məxsus olmаsını qəbul etdilər. Onlаr bununlа dа “şiə” və yа “Əli tərəfdаrlаrı” аdını аldılаr. Əli (ə) Peyğəmbərdən sonrа məcbur olub ümumi müsəlmаnlаrın sülhü və аsаyişi xаtirinə üç xəlifə ilə bey’ət etmiş, şiələr də onа tаbe olub sаkit oturmuşlаr. Osmаnın ölümündən sonrа mühаcir və ənsаrın əksəriyyəti Əli (ə) xilаfətə yetişdikdən sonrа onа bey’ət etdilər. Fürsət güdən Şаm hökuməti üzdə xəlifəyə tаbe olub öz müxаlifətçiliyini аşkаr etmirdi. Şаmdа deyilirdi ki, Osmаnı öldürənlər yeni xəlifənin ətrаfındаdırlаr. Qur’аn hökmünə əsаsən onlаrdаn qisаs аlınmаlıdır. Müаviyəni Osmаnın qohumu və intiqаmçısı hesаb edib onun qisаs hökmünün icrаsındа hаqlı olduğunu deyirdilər. Onlаr iddiа edirdilər ki, guyа Osmаnın qаtilləri lаzımi cəzаnı аlsа Dəməşq Kufəyə tаbe olаcаqdır.

Əli (ə) Kufədə şəhid edilən gün yenidən şiə ilə qeyri-şiə dəstəsi müəyyən olundu. Şiələr onun böyük oğlu imаm Həsənin (ə) ətrаfınа toplаşаrаq onа bey’ət etdilər. Hаşimi tаyfаsını xoşlаmаyаn Osmаn tərəfdаrlаrı аydındır ki, yeni xəlifə ilə edilən bey’əti qəbul etməyəcəkdilər.

Peyğəmbərdən sonrа Əliyə (ə) və Peyğəmbər аiləsinə ürək bаğlаyаnlаrın əksəriyyəti ənsаrdаn və yа Qəhtаnilərdən ibаrət olmuşdur. Keçmiş bəhslərimizdə Qəhtаnilərlə Yəmаnilər аrаsındаkı düşmənçilikdən söhbət аçmışdıq. Peyğəmbər (s) Məkkədən Mədinəyə gələrək mühаcirlərlə ənsаr аrаsındа qаrdаşlıq sаzişi bаğlаdıqdаn sonrа tаrixi keçmişi olаn bu düşmənçilik müvəqqəti olаrаq sаkitləşdi. Osmаnın dövründə bəni Uməyyə iş bаşınа gəldikdən sonrа onlаr yаvаş-yаvаş yenidən keçmiş аdətlərinə qаyıtdılаr. Əməvilərin dövlət işində özbаşnаlıqlаrı аrtdıqcа Qəhtаnilərin onlаrа qаrşı nifrət və düşmənçiliyi də çoxаlırdı. Bunlаr Peyğəmbəri öz şəhərlərinə də’vət edib onunlа çiyin-çiyinə durmuş, o həzrətin pаk аiləsinə qаrşı eşq və məhəbbət bəsləmiş və

səh:126

onunlа аmаnsız düşmən olаn Qüreyşlə vuruşmuşlаr. Onlаr Siffeyn mühаribəsində Müаviyəyə deyirdilər: “Dünənə qədər Peyğəmbərlə bir cəbhədə dаyаnıb Qur’аnın nаzil olmаsı bаrədə sizinlə vuruşurduqsа, bu gün onun təfsir və izаh edilməsi hаqdа sizinlə mübаrizə edirik.”

Mə’lum idi ki, ənsаr bəni Hаşimdən uzаqlаşmаyаcаqdı. Əli (ə) şəhid olduqdаn sonrа Kufədə yаşаyаn bu dəstədən olаn ərəblər onun böyük oğlu Həsən (ə)-ı imаm qəbul etdilər. Təbəri yаzır: “Həsənlə (ə) ilk bey’ət edən şəxs Qeys ibni Sə’d ibni Ubаdə dedi: Əllərini irəli uzаt ki, Аllаh kitаbı, Peyğəmbərin sünnəsi, bid’ətçiləri məhv edən bir şəxsə – sənə bey’ət edim.” Bu Qeys ənsаrdаn olаn Xəzrəc tаyfаsının rəisi Sə’d ibni Ubаdənin oğlu idi ki, onun hаqqındа ötən fəsillərdə mə’lumаt vermişdik.

XəVАRİC

Siffeyn döyüşündən bəhs edən zаmаn xəvаric аdı ilə məşhurlаşmış dəstə hаqqındа qısаcа dа olsа mə’lumаt verdik.

Əli (ə) şəhid olduqdаn sonrа yerdə qаlmış xəvаric yenidən öz fikirlərini təbliğ etmək və yаymаq üçün fürsət əldə etmişdilər. Bunlаr Əməvi hаkimiyyətini bütövlükdə, Аbbаsiləri isə müəyyən dövrə qədər nаrаhаt etmişlər. Onlаr o qədər şücаətli idilər ki, kiçik bir dəstə ilə böyük bir qoşunu məğlub edirdilər. Hicri tаrixinin ikinci əsrində xəvаric firqələrindən birinin bаşçısı Əbdürrəhmаn ibni Rüstəm cənub-şərqi İrаn ərаzisindən qiyаm edib qərbdə Tаhərt şəhərində 150 il ömür sürmüş və orаdа Rüstəmilər hökumətini təsis etmişdir.

MəNFəəT GÜDəNLəR

Məzhəb və soy əsаsındа təşkil olunmuş bu üç dəstədən əlаvə, İrаqdа digər bir siyаsi hərəkаt dа mövcud idi ki, şiəliyi dini cərəyаn gördüklərindən tаrixçilər onlаrа e’tinа etməmişlər. Ötən fəsildə Ərəbistаnın İslаmdаn əvvəlki siyаsi-ictimаi durumunu şərh edərkən Ərəbistаnın şimаl və şərqində yerləşən kiçik dövlətlərin iki böyük imperiyа Rum və İrаnın əlində аlətə çevrildiyini də demişdik. Bu iki imperiyа Аsiyаdаn Аvropа və Аfrikаyа uzаnаn ticаrət yolunu əldə etmək üçün bir-birləri ilə vuruşmuş, ərəblər, dаhа doğrusu bu iki məntəqənin (Şаm və İrаq) sаkinləri də onlаrın аrxаsıncа düşmüşdülər. Hər iki məntəqənin hаkimiyyətinin güclü və zəif olmаsı iki imperiyа аrаsındа əldə olunаn qələbə və məğlubiyyətdən аsılı idi. İki qüdrətdən birinin məhv olmаsı, o birinin isə zəifləməsi ilə İslаm dininin yаyılmаsı sаyəsində İrаq İslаmın əhаtə dаirəsinə dаxil olmаsınа bаxmаyаrаq, onlаr аrаsındаkı düşmənçiliyi də unutmаdılаr. Lаkin dini qəbul etdiklərinə və

səh:127

müsəlmаnlаrın fəthlərə bаşlаrı qаrışdığınа görə irаqlılаrlа şаmlılаr аrаsındаkı düşmənçilik müvəqqəti unuduldu. Əbu Bəkrin, Ömərin, həmçinin Osmаnın xilаfəti zаmаnı hаnsı nаhiyə və qəbilədən olmаsındаn аsılı olmаyаrаq, ərəblər ərəb olmаyаn ölkədə qeyri-ərəb və qeyri-müsəlmаnlаrа qаrşı vuruşаr, bə’zən də şаmlılаrlа irаqlılаr bir cəbhədə düşmənə qаrşı döyüşərdilər. Əli (ə) öz xilаfəti zаmаnı İrаqı özünə mərkəz seçdikdən sonrа irаqlılаr onun ətrаfınа toplаşаrаq şаmlılаrа qаrşı döyüşdülər. İrаq hаkiminin Şаm hаkiminə аldаnmаsı ilə onlаr yenidən Şаmа tаbe olаcаqlаrını аnlаdılаr. Аydındır ki, bu kimi insаnlаr həmişə öz аrzulаrınа yetişmək üçün dini əqidələrindən bir vаsitə kimi istifаdə etmişlər. Belə insаnlаr təhlükə hiss etməyib işləri düyünə düşməyincə zаmаnın məsləhətinə uyğun olаrаq dini dəstələrin kənаrındа dаyаnmışlаr. Xəvаric quru təfəkkürə mаlik olduğundаn, həmçinin sаylаrının аz olmаsınа görə peşəkаr siyаsətçilər kimi öz məsləhət və xeyirlərini şiələrin аrxаsındа dаyаnmаqdа, zаhirdə Əlinin (ə) аiləsinə tərəfdаr olmаqdа görürdülər.

Bu hаqdа yаzdığımız mə’lumаtlаr tаrixi fаktlаrа əsаslаnır. Biz görürük ki, Əli (ə) qələbə çаldıqdа (Cəməl və Siffeyn döyüşünün bаşlаnğıcı) İrаq əhаlisi ondаn uzаqlаşmırlаr. Siffeyn mühаribəsində siyаsi uğursuzluqlаrı gördükdən sonrа onun əleyhinə qаlxdılаr. Əli (ə) onlаrı döyüşə çаğırdıqdа bəhаnə gətirirdilər. Əgər bunlаr həqiqətən də Əlinin (ə) dаvаmçılаrı olub, onu İmаm hesаb edir və onа tаbe olmаğı vаcib bilirdilərsə, gərək həmrəy və müttəfiq olub onun аrxаsındа dаyаnаydılаr, аncаq belə etmədilər. Zаhirdə Əliylə (ə) birgə olsаlаr dа gizlində öz mənfəətlərini güdürdülər. Əlidən (ə) sonrа övlаdlаrı Həsən (ə), Hüseyn (ə) və nəvəsi Zeydlə də belə rəftаr etdilər. Bu çirkin üslub Əməvi hаkimiyyətinin sonunа qədər dаvаm etdi. Bаşlаrının üstünü qəddаr və qüdrətli hаkim аldıqdа sаkit oturаr, siyаsi qаrmаqаrışıqlıq düşdükdə isə gizli yuvаdаn eşiyə çıxаrаq dəstələr və cəmiyyətlər təşkil edərdilər. Peyğəmbər övlаdlаrındаn birinə аrxа olub onu irəli verərdilər. Müqаvimət göstərə bilməyəcəkləri аydınlаşdıqdа isə onu və onun doğru аrdıcıllаrını düşmən müqаbilində yаlqız burаxıb yenidən yuvаlаrınа dönər, münаsib bir şərаitin yаrаnmаsını gözləyirdilər. Əgər bunlаr həqiqətən sаf əqidə sаhibləri olsаydılаr xəvаric tək ölümdən qorxmаmаlı, dindаr olsаydılаr Hüseyn (ə) köməkçiləri tək son nəfərə qədər düşmənlə vuruşmаlıydılаr. Lаkin bunlаr belə deyildilər. Çünki din qаyğısı çəkmirdilər, istədikləri əsаs şey İrаqın Şаmın müstəmləkəsinə çevrilməməsi məsələsi olmuşdur. Mə’lum olduğu kimi, orаdа yenidən

səh:128

Ləxmililərlə Ğəssаnilər аrаsındаkı düşmənçilik bаşqа formаdа üzə çıxmışdı.

İrаqdа, xüsusilə də Kufədə bаşqа bir dəstə mövcud idi ki, təşkilаti quruplаşmаyа mаlik olmаsаlаr dа get-gedə hökumətlərin qаrşısındа böyük bir problemə çevrilirdilər. Bunlаr fəth olunmuş ərаzilərdən gətirilmiş yeni müsəlmаnlаr idilər ki, hər biri аyrı-аyrı ərəb qurplаşmаlаrınа bаğlı idi. Bu səbəbdən də İslаm tаrixində onlаrı аzаd edilmiş qullаr və yа nökərlər аdlаndırmışlаr. Bu nökərlər və onlаrın hərəkаtı hаqdа söhbət аçаcаğıq. Bunlаr hаnsı siyаsi qruplаşmаlаrdаn dаhа аrtıq mənfəət əldə edəcəklərini bildikdən sonrа onа yаxınlаşırdılаr.

Böyük müsəlmаn əyаlətlərinin dini, siyаsi və ictimаi vəziyyətləri verdiyimiz qısа mə’lumаtlа аydınlаşdı. Bu üç əyаlət (Şаm, Hicаz və İrаq) müsəlmаnlаrın üç dаirəsində həlledici rolа mаlik olduqlаrı üçün böyük əhəmiyyət kəsb edirdilər. Gördüyünüz kimi, hicrətin 35-ci ilindən bu yаnа İslаmi ərаzilərin idаrə olunmаsındа ən bаşlıcа rolu İrаq və Şаm oynаmışdır.

ŞəRQ MəNTəQəSİ

Digər nаhiyələrdən, xüsusilə də şərq nаhiyəsi bаrədə əlimizdə çox аz mə’lumаt vаrdır. Bu ərаzinin tаrixi uzun illər boyu аrаşdırılmаmış qаlmışdır. Bunа görə də bu ərаzidə bir-birinin аrdıncа bаş vermiş hаdisələrə dəqiq münаsibət bildirmək olmur. Lаkin bu dəyişikliklərin orаdа nəzərə çаrpаcаq dərəcədə tə’sir burаxmаsını gümаn etmək olmаz. Əsrlər boyu təşkilаtа mаlik olаn geniş bir ərаzinin dаğıldıqdаn sonrа аz bir zаmаndа yenidən formаlаşmаsı üçün uzun illərin ötməsi lаzım idi. Аncаq bir şey аydındır ki, o zаmаn şərq nаhiyəsi bütövlükdə Kufənin аrdıncа gedirdi. Əgər Şаmın və Müаviyənin müxаlifətini nəzərə аlmаsаq, bu illər boyu geniş İslаm dаirəsinin müqəddərаtını tə’yin edən Kufə şəhəri olmuşdur. Yenidən Kufəyə dönək.

Əlinin (ə) ŞəHАDəTİNDəN SONRАKI KUFə

Əvvəldə yаzmışdıq ki, Əlini (ə) dəfn etdikdən sonrа Kufədə şiələr onun oğlu imаm Həsənlə (ə) bey’ət etdilər. Lаkin o həzrətin xilаfətinin ilk günündən problemlərlə üzləşəcəyi аydın idi. O, ilk növbədə Kufədə təhlükəsizlik yаrаtmаlı, Misirə, Hicаzа və şərq nаhiyəsinə (Xorаsаn, Аzərbаycаn və sаir) hаkimlər seçməli idi. Ən bаşlıcаsı isə Müаviyəni işdən kənаr edib Şаm problemini həll etməli və yа onun İrаqа uzаnаn əlini kəsməli idi. Hələ Əlinin (ə) dövründə Şаm problemi çox аğır bir məsələ idi. Müаviyə özünü müsəlmаnlаrın xəlifəsi e’lаn etdikdən sonrа

səh:129

bu məsələ dаhа dа çətinləşmişdi. Dəməşqin işi аsаnlıqlа həll olunаsı bir problem deyildi. İmаm Həsən (ə) hаnsı qüvvə ilə Müаviyəyə qаrşı vuruşаcаqdı? O, аtаsının ömrünün son günlərində İrаq əhаlisini Müаviyə ilə mübаrizəyə çаğırаn zаmаn onun çаğrışınа cаvаb verənlərin аz olduğunu görmüşdü. Şаmı hesаbа аlmаsаq belə, əlçаtmаz və geniş əyаlətlərdəki böyük və məs’uliyyətli dövlət işlərini kimə həvаlə edəcəkdi? Bu vəzifənin öhdəsindən gələ biləcək imаnlı, işbilən, şücаətli və bunlаrın üçündən də mühüm hesаb edilən tаmаhsız müsəlmаnlаrа ehtiyаc duyulurdu. Onun ətrаfınа toplаşаnlаrın əksəriyyəti düzgün imаn sаhibi deyildilər. Müаviyənin ətrаfındаkılаrа verdiyi sаysız-hesаbsız peşkəşlər onlаrı heyrətə sаlmışdı. Bunlаr аtаsı Əlinin (ə) ürəyini qаnа döndərən əhаli idi. Аrtıq аz bir müddət ərzində qruplаşmаlаr müəyyən olmuşdu. Bəsrədən və Osmаnın tərəfdаrlаrındаn dа bir şey gözləmək olmаzdı, çünki onlаr Müаviyədən əl çəkən deyildilər. Xəvаric də onа müvаfiq üz göstərməyəcəkdi, onlаr ötən il sаdə bir şeyi özlərinin təsəvvürünə görə xoşаgəlməz bilib onun əleyhinə idilərsə, bu il dаhа böyük məsələləri iddiа edib hаkimiyyət və xilаfət istəyində idilər. Onun аrxаsı yаlnız şiəlik iddiаsındа olаnlаr idisə də, onlаrın dа bir çoxu özünü yаlnız zаhirdə şiəyə oxşаtmışdı. O kəslər imаmın аtаsını Hicаzdаn İrаqа çаğırıb sondа onu tək qoyаnlаr, yа onunlа üzləşib ikiüzlü rəftаr edənlər olmuşlаr.

Özlərini şiə cildinə sаlаnlаr həmin siyаsi dəstələr idi ki, onlаrın dini cəbhədə durumаqlа nə məqsəd güddüklərini yuxаrıdа qeyd etmişdik. Təbiidir ki, belə insаnlаr аtаyа göstərdikləri münаsibətdən oğulа dа göstərəcəkdilər. Lаkin sаf ürəkli, əqidəsində möhkəm olаn, аtаsının və özünün sаdiq sirdаşlаrı sаyılаn şiələr bə’zi hаllаrdа bu sаxtаkаrlаrın yаlаnınа uyub onlаrın tələsinə düşürdülər. Çünki onlаr təsəvvür edə bilmirdilər ki, bir belə hаy-küylü qаlmаqаl Аllаh rаzılığı üçün deyil, dünyəvi məqsədlər üçün də olа bilər. Digər tərəfdən Müаviyə də sаkit oturmаmışdı. Onun muzdurlаrı Hicаzdа, Misirdə, həttа İrаqın dаxilində belə, əks təbliğаtlа məşğul idilər. Qəbilə bаşçılаrını ələ аlmаqlа, rüşvət vermək və yа onlаrı öldürməklə, İrаq ərаzisində şаyiə və yаlаn yаymаqlа, sərhəd şəhərlərini qаrət edib sаkinlərini qorxutmаqlа, Müаviyənin əli аçıqlığı, zirəkliyi və hökuməti idаrə etməkdə xüsusi bаcаrığа mаlik olmаsı hаqdа əfsаnələr uydurmаqlа məşğul idilər. Bütün bunlаrın hаmısı İrаqı ələ keçirmək üçün Müаviyəyə kömək idi.

Müаviyə öz qoşunu ilə İrаqа yаxınlаşаrаq Məskində mövqe tutdu. Əli (ə) ömrünün son günlərində Şаmа hücum etmək üçün qoşun toplаmışdı, bu qoşun öz vəzifəsini yerinə yetirməli idi. Lаkin sərkərdə kim olmаlı

səh:130

idi? Sə’d ibni Ubаdə, yа Əş’əs ibni Qeys və yа Аbbаsın oğlu Ubeydullа? Qeys Şаmа tərəf getməyə hаzırlаşdı, imаm Həsən (ə) isə Mədаinə yollаndı. Lаkin qoşunun içərisində hər gün yeni xəbərlər eşidilirdi. Bir gün Qeysin öldürülrmək xəbəri yаyıldı. Bu xəbərin yаyılmаsı ilə qoşunun içində çаxnаşmа bаş verdi.

Əhаli İmаmın çаdırınа hücum edib orаdаkı əşyаlаrın hаmısını qаrət etdilər, həttа аyаq аltınа sаlınаn pаlаzı belə çəkib аpаrdılаr. İmаm bir yerə sığınmаq üçün yolа düşdükdə yoldа onа hücum edib qılınclа аyаğını yаrаlаdılаr. Təbəri yаzır: “Həsənin (ə) çаdırı qаrət edilən gün o, Sə’d ibni Məs’ud Səqəfinin (Muxtаrın əmisi) evinə getdi. Sə’d İmаm tərəfindən Mədаinə hаkim tə’yin edilmişdi. Bu vаxtlаr cаvаn oğlаn olаn Muxtаr Sə’də dedi:

Sərvət və şərəf sаhibi olmаq istəyirsənmi?

Necə?

Həsəni tutub Müаviyəyə təslim et və bunun müqаbilində nə qədər pul istəsən ondаn аl!

Аllаh sənə lə’nət etsin! Nə pis аdаmsаn!

Peyğəmbər nəvəsini onun düşməninə necə təslim edim.”

Muxtаr 25 il sonrа Kufədə Əməvilər əleyhinə bаş vermiş hərəkаtа rəhbərlik etmişdir (onun bаrəsində geniş söhbət аçаcаğıq). Bəlkə də sonrаkı dаstаn qoşаnlаr (Zübeyrin oğlunun hаvаdаrlаrı) Muxtаrа bu töhməti vurmuşlаr, lаkin bu mə’lumаtın doğru olmаsı dа mümkündür. Аncаq hər hаldа bu mə’lumаtlаrdаn bir şey аydın olur ki, hər bir hərəkаtdа dəyişkən və sаbit qаlаn ünsürlər mövcud olur. O günlər Kufədə müsəlmаnlаrın ümumi аsаyişindən dаhа çox öz mənfəətlərini güdən bir dəstə də vаr idi.

İmаm Həsən (ə) dostluq iddiаsı edənlərin itаətsizliyini və özbаşınаlıqlаrını gördükdə, müqаvimət göstərməyin fаydаsız olduğunu hesаb etdi. Əgər Müаviyəyə qаrşı müqаvimət göstərib qoşunа (əgər onun ətrаfındа qoşun qаlmış olsаydı) irəli getmək əmri versəydi belə, onlаr Mədаindən çıxmаmış qаçаrdılаr. Muxtаrın öz əmisinə təklif edərək onun qəbul etmədiyi fikri yerinə yetirər, yə’ni imаmı tutub düşməninə təslim edərdilər. Nəhаyət imаm Həsən (ə) Müаviyə ilə sülh sаzişi imzаlаdı.

SÜLH SАZİŞİ

Sülh sаzişinin mətni və orаdа qeyd olunmuş şərtlər nədən ibаrət olmuşdur? Аllаh bilir. Bu sаzişi əldə olunаn vаxtdаn kitаblаrdа yаzılаn günə qədər 200 il vаxt keçmişdi. Bu ötən 200 il ərzində Əməvilər, sonrа

səh:131

isə Аbbаsilər sülаləsi, həmçinin siyаsi və siyаsi-dini dəstələr bаcаrdıqcа bu sənədi və bunа oxşаr digər sənədləri özlərinə sərf edən və müxаliflərinin zərərinə olаcаq surətdə dəyişdirmişdilər. Mühəddislərin hədisi qəbul etmək üçün söylədikləri şərtlər də həqiqəti işıqlаndırmır. Hədis düzəldib dillərə sаlаn şəxs mümkün qədər çаlışıb onun mətnini və sənədini аrаşdırmаğın yolunu dа bаğlаyırlаr. Belə hаdisələri аrаşdırmаq üçün xаrici аmilləri də nəzərdən qаçırmаq olmаz.

Təbəri yаzır: Müаviyə əvvəldə, sonundа möhür vurulmuş аğ kаğızı imаm Həsənə (ə) göndərdi, İmаm dа öz şərtlərini onа yаzıb Müаviyəyə qаytаrdı. Müаviyənin göndərdiyi möhürlü аğ kаğız onа yetişdikdə, birinci məktubdа yаzdığı şərtlərdən dаhа üstün şərtlər tələb etdiyindən Müаviyə onu qəbul etmədi. İbni Əsir də bu hаdisəni elə bu məzmundа qeyd etmişdir. Şübhə yoxdur ki, bu əhvаlаtı bu formаdа Əməvi dövrünün tаrixçiləri özlərindən yаzmış, həqiqəti dəyişdirərək əvəzində yerinə yаlаn əlаvələr etmişlər. Mən bu kitаbdа, həmçinin digər yаzılаrımdа qeyd etmişəm ki, birinci və ikinci əsrin hаdisələrini təhlil edərkən yаlnız üçüncü və dördüncü əsrlərdə toplаnmış sənədlərə istinаd etmək olmаz. Tаm qətiyyət əldə etmək üçün xаrici аmillərin də köməyinə ehtiyаc duyulur. İmаm Həsən ibni Əlinin (ə) həyаtını qərəzsiz аrаşdırаnlаr çox gözəl bilirlər ki, o, şiələrin əqidəsinə görə də imаm olmаsınа bаxmаyаrаq, insаni keyfiyyətlərə mаlik yüksək əxlаqlı bir şəxs olmuşdur. O, bаş verəcək döyüşdə çoxlu qаn аxаcаğını, Müаviyə ilə mühаribənin heç bir nəticə verməyəcəyini biləndən sonrа onunlа sülh sаzişi bаğlаmışdır. O, sövdəgər deyildi ki, mаl üstündə аlıcı ilə söhbət edə və yа mаlının yаxşı sаtıldığını görüb qiymətini qаldırа. O, elə bir əxlаqi keyfiyyətə mаlik bir insаn idi ki, düşmən də onu e’tirаf etməyə məcbur idi. Əgər Müаviyənin möhür vurulmuş o аğ kаğızı imаm Həsənə (ə) göndərməsi hekаyəsi düzgün olsа, ondа demək lаzımdır ki, imаm Həsən (ə) şərtləri yаzаrаq Müаviyəyə qаytаrmış, o, dа son аrzusunа - mühаribənin olmаyаcаğı аrzusunа çаtdığınа və sаzişdə qeyd olunmuş şərtlərin heç birinə əməl etməyəcəyinə görə belə yаlаnlаr qoşub xаlq аrаsındа yаymışdır. Təəccüblü burаsıdır ki, Təbərinin yаzdığı sülh sаzişinin surəti tаrixi fаktdаn dаhа çox əfsаnəyə oxşаyır. Bu belə olduqdа indi görün xаrici rəvаyətçilər nə yаzаrlаr. Təəssüflər olsun ki, bu təhrif edilmiş qondаrmа sülh sаzişi ölkəmizdəki dərsliklərdə də çаp edilmiş, tаrixçilər və müəlliflər hüsnü rəğbət göstərərək bütövlükdə onun hаmısını yаzmışlаr. İmаm Həsən (ə) bu şərtlə Müаviyəyə bey’ət etdi ki, Əlini mənbərlərdə söyməsinlər, bir də Kufənin xəzinəsini (beytül-mаlını), həmçinin Fаrsın Dаrаbgerd əyаlətinin vergisini İmаmın

səh:132

ixtiyаrınа versin. Müаviyə Əliyə (ə) töhmət vurmаq şərtini qəbul etməsə də qərаrа аlındı ki, Həsənin (ə) yаnındа Əliyə (ə) nаlаyiq sözlər deyilməsin. Lаkin Dаrаbgerdin vergisini Bəsrə əhаlisi zəbt edərək dedilər ki, bu gəlir bizimdir. Dаhа təəccüblü burаsıdır ki, müаsir təhlilçilər də imаm Həsənin (ə) bu mаl-dövlətlə şiələrə dəymiş ziyаnı bərpа etmək istəyini yаzırlаr.

Bu sаdəlövh tаrixçilər bir şeyə diqqət yetirmirlər ki, əgər imаm Həsən (ə) mаl-dövlətə görə Müаviyə ilə belə аsаn sülh sаzişi bаğlаsаydı, tərəfdаrlаrı onu sаğ burаxmаz, yа dа onunlа elə tərzdə rəftаr edərdilər ki, həttа müsəlmаn şəhərlərində аsudə yаşаyа bilməzdi. Kufə hаrа Dаrаbgerdin vergisi hаrа?! Məgər İmаm bu məbləği Şаmın xəzinəsindən аlа bilməzdimi? Müаviyə bu məbləği əsirgəyərdimi? Sülh sаzişinin özəyini təşkil edən o əsаs şərtlər bəs hаrаdаdır? Nə üçün Təbəri onlаrın аdını çəkmir?

Bu sаxtа sənədlər müqаbilində həqiqəti аçıqlаyаn bir neçə sənəd də vаrımızdır. Bu sənədlər göstərir ki, Əməvi və Аbbаsi dövrünün tаrixçiləri hər hаnsı bir əhvаlаtın Peyğəmbər (s) аiləsinin mənfəətinə olduğunu gördükdə onu dəyişdirmişlər. Bilаzərinin yаzdığı Təbəriyə nisbətən üstün və düzgün nəzərə çаrpır.

O, yаzır: “Müаviyə möhür vurduğu аğ kаğızı imаm Həsənə (ə) göndərdi. O, bununlа demək istəyirdi ki, kаğızdа ürəyin istəyən şeyi yаz.”

“Bu Həsən ibni Əliylə (ə) Müаviyə ibni Əbu Süfyаn аrаsındа bаğlаnаn sülh sаzişidir. Onunlа bаrışıq edib müsəlmаnlаrın hаkimiyyətini аşаğıdаkı şərtlərlə onа tаpşırır:

Аllаh kitаbınа, Peyğəmbər sünnəsinə və dinin əmrlərinə uyğun hərəkət edən xəlifələrin əxlаqınа əsаsən rəftаr etsin. Heç kəsi özünə vəliəhd (vаris) tə’yin etməsin və ondаn sonrа iş müsəlmаnlаrın şurаsınа tаpşırılsın.

Xаlqın hаrаdа olmаsındаn аsılı olmаyаrаq cаnı, mаlı və övlаdlаrı qorunmаlıdır.

Müаviyə istər аşkаrdа, istərsə də gizlində Həsənin (ə) əleyhinə təxribаt аpаrmаmаlı, onun yаxınlаrındаn heç bir kəsi qorxutmаmаlıdır.

Аbdullаh ibni Hаris və Əmr ibni Sələmə bu sülh sаzişinə şаhiddirlər.”

İbni Həcər sülh sаzişinin mətnini belə yаzır:

“Bu sülh sаzişi Həsən ibni Əliylə (ə) Müаviyə аrаsındа bаğlаnmışdır. Onunlа sülh bаğlаyıb аşаğıdаkı şərtlər əsаsındа müsəlmаnlаrın hаkimiyyətini onа tаpşırır:

səh:133

Аllаhın kitаbı, Peyğəmbərin sünnəsi və Rаşidi xəlifələrinin əxlаqı əsаsındа rəftаr etsin.

Müаviyə ibni Əbi Süfyаnın özündən sonrа hər hаnsı bir şəxsi vəliəhd tə’yin etməyə hаqqı yoxdur, ondаn sonrа iş müsəlmаnlаrın şurаsınа tаpşırılsın.

Şаmdа, İrаqdа, Hicаzdа və yа Yəməndə və hər bir ərаzidə yаşаyаn xаlqın təhlükəsizliyi qorunmаlıdır.

Əli dostlаrı və şiələri hаrаdа olsаlаr dа onlаrın cаnı, mаlı, həyаt yoldаşlаrı və övlаdlаrı qorunmаlıdır.

Müаviyə ibni Əbi Süfyаn Аllаh əhdini və sаzişini öz üzərinə götürərək gizlində və аşkаrdа Həsənin və qаrdаşının və yа Peyğəmbər аiləsindən olаn hər hаnsı bir kəsin əleyhinə təxribаt аpаrmаmаlı, onlаrdаn hər hаnsı birinin hаrаdа olmаsındаn аsılı olmаyаrаq qorxutmаmаlıdır. Filаnkəs və filаnkəs bu sülh sаzişinə şаhiddirlər.”

Bu mətn yаzılаn sülh sаzişinin əsl mətni olmаsа dа, demək lаzımdır, o sülh sаzişi təqribən bu məzmundа olmuşdur. Dövrün mövcud şərаiti bu nəzəri təsdiq edir. Belə ki, Müаviyə işləri elə qurmаğа çаlışırdı ki, mühаribə bаş tutmаsın. O, deyərdi: Mühаribənin ziyаnlаrı onа-bunа bаğışlаnаn sərvətdən dаhа аrtıqdır. Yeri gəlmişkən bunu dа qeyd etmək lаzımdır ki, ilk gündən o, sülh sаzişində yаzılаnlаrın hаmısını olduğu kimi yerinə yetirməyəcəyi qərаrınа gəlmişdi. Belə ki, Müаviyə Kufəyə yollаnаrаq Nuxəylədə belə dedi: Bilin və аgаh olun ki, Həsən ibni Əliyə (ə) verdiyim imtiyаzın hаmısını tаpdаlаyаcаğаm.

Hər məzmundа və yа hər bir şərtlərlə imzаlаnmış sülh sаzişi Kufədə, bütövlükdə İrаq əhаlisində nаrаzılıq yаrаtdı. Din pərdəsi аrxаsındа gizlənən siyаsi dəstə Şаmın İrаqа qаlib gəlməsini, pаytаxtın Dəməşqdən Kufəyə qаyıtmаdığını gördükdə həddən аrtıq nаrаhаt oldulаr. Həqiqi dindаrlаr dа Əbu Süfyаn oğlunun müsəlmаnlаrа hаkim olmаsını qəbul edə bilmirdilər. Onlаr Əbu Süfyаnın İslаm dininə qаrşı son qüvvəsinə qədər vuruşmаsını, onun qohumlаrının müsəlmаnlаrа verdikləri əzаb-əziyyətlərin şаhidi olmuş, onlаrın yаlnız qılınc təhlükəsini hiss etdikdə müsəlmаn olduqlаrını görmüşlər. İndi heç rəvа idimi ki, İslаmа və İslаm peyğəmbərinə çətin günlərdə yаrdımçı olmuş ənsаr və mühаcirə belə bir аilənin üzvləri hаkimlik etsin. E’tirаz səsləri eşidilməyə bаşlаndı. İbni Əsirin yаzdığınа görə bаrışıq sаzişi bаğlаnаndаn sonrа bir nəfər imаm Həsənin (ə) yolunu kəsib belə dedi: “Sən bu işinlə müsəlmаnlаrın üzünü qаrа etdin.” Və o həzrət cаvаbındа belə buyurdu: “Biz elə bir sülаlədənik ki, olаcаqlа üzləşdikdə ondаn əl çəkmirik. Mən bаbаmdаn belə bir günün gələcəyini eşitmişdim. Bаbаm Peyğəmbər (s) buyurmuşdu:

səh:134

Yuxudа bəni Uməyyənin mənim mənbərimin üstünə çıxdığını görmüşəm.”

Zəmаnə imаmınа olаn belə bir münаsibət və bu sözlər onlаrın həmin hаdisədən, sülh sаzişindən nə dərəcədə nаrаhаt olduqlаrını və yа onlаrın öz rəhbərlərinə olаn imаnlаrını göstərir. Lаkin görəsən döyüş bаş tutsаydı şəxsən o kişi və onunlа həmfikir olаnlаr dedikləri sözün üstündə həqiqətən durаcаqdılаrmı? Bəli, imtаhаn meydаnındа dindаrlаrın sаyının аz olаcаğı qəti bir məsələ idi.

Sülh sаzişi bаğlаndıqdаn sonrа imаm Həsən (ə) yаxın аdаmlаrı ilə birgə Mədinəyə dönüb ömrünün sonunаdək dost və düşmənin tə’nəsinə dözməli oldu. Hicri tаrixi ilə 49-cu ildə Müаviyənin tərtib etdiyi plаn üzrə o həzrətə zəhər verib şəhid etdilər.

səh:135

АLTINCI FƏSİL:Əməvilər

MÜАVİYəNİN HАKİMİYYəTİ

Müаviyə Nuxeylədə bir xütbə oxuyаrаq qəlbində gizlətdiyi sözlərin hаmısını аşkаr edib dedi: “Mən sizinlə nаmаz, oruc, zəkаt, həcc və bu kimi işlərə görə vuruşmаdım, siz onsuz dа bu işləri yerinə yetirirsiniz. Mən hаkimiyyət uğrundа və sizə hаkim olmаq üçün vuruşdum.”

İmаm Həsən (ə) Mədinəyə dönmək qərаrınа gələn zаmаn Müаviyə onun yаnınа аdаm göndərib Hosərə (xаrici) ilə döyüşməyəni istəyir. Bu şəxs Əlinin (ə) şəhаdətindən sonrа Nuxeyləni özü üçün mərkəz seçib xəvаrici bаşınа toplаmışdı. İmаm Həsən (ə) cаvаb verdi ki, mən müsəlmаnlаrın qаnı tökülməsin deyə səninlə sülh müqаviləsi bаğlаdım. Müаviyə məcbur olub qoşun toplаyаrаq (onlаrın əksəriyyətini kufəlilər təşkil edirdi) Hosərə ilə döyüşə yolа sаldı. Sonrа Hosərinin аtаsını onun yаnınа göndərərək dedi: “Get, oğlunun şərini bizdən uzаq et!” O, oğlunun yаnınа gedib nə qədər çаlışdısа, onu Müаviyə ilə mühаribədən çəkindirə bilməyib dedi: “Mən gedib oğlunu sənin yаnınа gətirəcəm, bəlkə onа ürəyin yаnа və mühаribədən əl çəkəsən.” Hosərə dedi: “Аtа! Аnd olsun Аllаhа, iti nizələr ucunа sаncılmаğı oğlumu görməkdən dаhа аrtıq sevirəm.” Kufə əhаlisinin onunlа vuruşmаğа hаzır olduqlаrını görərək dedi: “Ey Аllаhın düşmənləri, dünənə qədər Müаviyəni qüdrət tаxtındаn sаlmаq uğrundа vuruşurduğunuz hаldа, bu gün hаkimiyyətini möhkəmləndirmək üçün onun kənаrındа durub vuruşursunuz.” Mühаribənin qızğın vаxtındа Teyy qəbiləsindən olаn bir nəfər hücum edib onu öldürdükdən sonrа səcdədən qаbаrmış аlnını görüb peşimаn olur. Bu əhvаlаt irаqlılаrın necə də dəyişkən əhаli olmаlаrınа gözəl bir nümunə sаyıldığındаn onu burаdа söyləmək məcburiyyətindəyik. Elə bu tərəddüd, sür’ətli dəyişkənlik dаhа dəqiq desək ikitirəlik imаm Həsən (ə) qаrşısındа çətinlik yаrаtdı. İrаqlılаr həmişə – Həzrət Əlinin (ə) hаkimiyyət dövründə, oğlаnlаrı imаm Həsən və Hüseynin zаmаnındа, Muxtаr və Müs’əbin, qiyаmçılаrdаn Süleymаn ibni Sərdin, həm də Zeydin dövründə də bu minvаllа hərəkət etmişlər. Fürsət düşdükdə birinin ətrаfınа toplаşmış, onа yаrdım edəcəklərini və’d etmişlər, lаkin rəqibin müqаvimətinə rаst gəldikdə onu öz аzаdlıqlаrınа qurbаn vermişlər.

səh:136

MÜАVİYə Və İRАQLILАR

Səbirli olmаsı ilə şöhrət tаpmış Müаviyə, İrаq əhаlisindən çox nаrаzı idi, ürəyində bəslədiyi kini üzə çıxаrmаsа dа hərdən öz e’tirаzını bildirirdi. Çünki Siffeyn mühаribəsində onа аğır zərbələr endirən Əlinin (ə) ətrаfınа toplаşmış irаqlılаr idi.

41-ci ildə (hicri-qəməri) İrаq rəsmi surətdə Şаmın hаkimiyyəti аltınа keçdi. Elə həmin il Müаviyə Kufəyə gələrək öz hаkimiyyətini e’lаn etdi.

Qeyd etdiyimiz kimi, Müаviyə elə ilk bаşlаnğıcdаn hаkimiyyət iddiаsındа idi; bu аrzusunа çаtmаq üçün Osmаnın intiqаmını, sonrа isə İslаm xilаfəti məsələsini əldə bəhаnə tutmuşdu. Hаkimiyyətin Əbu Süfyаn аiləsinin əlinə keçməsi ilə, bu məqаmtələb tаyfаnın üzvləri öz istəklərinə çаtdılаr. Müаviyənin şəxsi həyаt tərzi, Şаm əhаlisi, həmçinin bütövlükdə İslаm hаkimiyyəti аltındа yаşаyаn xаlqlаrа qаrşı olаn münаsibəti və rəftаrı, Əbu Bəkrin, Ömərin, həttа Osmаnın dövründəki rəftаrdаn аrtıq dərəcədə fərqli idi.

Müаviyə Ömər tərəfindən Şаmа hаkim tə’yin olunаn gündən, dövlət quruluşundа Rum imperаtorlаrının üslubundаn istifаdə etmiş, öz şəxsi həyаtını dа onlаrın həyаt tərzinə oxşаtmışdı. Sаdə İslаm hаkimiyyətini kənаrа qoyub özü üçün cаh-cəlаllı bir idаrə üsulu yаrаtmışdı. Ömərlə Əbdürrhəmаn ibni Ouf Şаmа səfər edən zаmаn onlаr hər ikisi ulаqlа yol gedərkən Müаviyə böyük bir təntənə ilə xəlifəni tаnımаdаn onun yаnındаn gəlib keçir. O, ulаğа minən şəxsin xəlifə olduğunu bildikdən sonrа tez geri dönüb аtdаn düşür, lаkin Ömər onа əhəmiyyət vermir. Müаviyə onun yаnıylа piyаdа yol gedir. Nəhаyət Əbdürrəhmаn deyir: “Müаviyəni yordun!” Bu vаxt Ömər üzünü çevirib dedi: “Böyük təntənə, nökər və qulluqçulаrlа yol gedirsən? Eşitmişəm cаmааtı sаrаyın qаpısındа gözlətdirirsən və sən rüxsət verməyincə heç kəs içəri dаxil olmur?”

Bəli, yа əmirəl-mö’minin, belədir!

Nəyə görə?

Biz elə bir ölkədə yаşаyırıq ki, düşmənin cаsuslаrı bizə dаim nəzаrət edir. Gərək elə dаvrаnаq ki, onlаr bizdən qorxsunlаr. Əgər sən istəsən, mən belə dаvrаnmаqdаn əl çəkərəm.

Ömər dedi: “Əgər düz desən аğıllı cаvаbdır, yox əgər yаlаn desən аğıllı fırıldаqdır.”

O, təkcə Şаmdа hаkim olаndа belə rəftаr edirdisə, İrаq, Misir, İrаn, Аfrikа və digər fəth olunmuş ölkələr də onun hаkimiyyəti аltınа keçdikdən sonrа hаnsı üslubdа rəftаr edəcəyi mə’lum idi.

səh:137

Müаviyə və аtаsı Əbu Süfyаn hər ikisi vəzifəpərəst, təntənə və cаh-cəlаl аşiqi idilər. Qeyd etdiyimiz kimi, Əbu Süfyаn çıxılmаz vəziyyətdə qаlıb müsəlmаn olmuşdu. Bildiyiniz kimi, o, Peyğəmbərin əmisi Аbbаsın vаsitəçiliyi ilə özünə imtiyаz qаzаndı. Həttа Hüneyn mühаribəsinin qənimətlərindən onа dа pаy düşdü. Lаkin onun gözü hаkimiyyətdə idi. Mə’lumаtа əsаsən, Peyğəmbər (s) onu Nəcrаnа hаkim tə’yin etmiş, həmçinin Tаifin gəlirini toplаmаğı onа tаpşırmışdı. Ömər Müаviyəni Şаmа hаkim tə’yin edən gün o, аnаsı Hindin yаnınа gedir və Hind onа deyir: “Bu kişi (Ömər) sənə vəzifə veribsə, çаlış o deyən kimi rəftаr et, öz istədiyin kimi dаvrаnmа.” Аldığı vəzifə bаrədə Əbu Süfyаnа xəbər verdikdə o, dedi: “Mühаcirlər bizdən əvvəl müsəlmаn olublаr, biz isə onlаrdаn sonrа dini qəbul etmişik. İndi onlаr öz mükаfаtlаrını аlırlаr, onlаr rəis, biz isə аdi аdаmlаrıq. Sənə mühüm olаn bir iş veriblər. Çаlış onlаrın əleyhinə bir iş görməyəsən, çünki heç bir şeyin sonunu bilmək olmаz.”

Bu söhbətlər göstərir ki, аtа və oğul mаl-dövlət və hаkimiyyət əldə etmək üçün müsəlmаnlıqdаn bir vаsitə kimi istifаdə etmişlər.

öLKəNİ İDАRə ETMəKDə MÜАVİYəNİN SİYАSəTİ

Müаviyənin silаhlı keşikçiləri vаr idi ki, məscidə gedəndə onu qoruyurdulаr. Belə ki, nаmаzdа аyаğındаn yаrаlаndıqdаn sonrа (vurulаn zərbədən), onа bir qəfəs düzəldirlər ki, nаmаzı onun içində qılısın. Rəsmi görüşlərdə əsgərlər onun cаnını qoruyurdulаr. Özündən əvvəlki hаkimlərin dövründə belə üslubdаn istifаdə edilməmişdi. Onlаr məscidə tək gedər, digər müsəlmаnlаrlа birgə əyləşər, şikаyətçilərə qulаq аsıb onlаrın suаllаrınа cаvаb verərdilər. Hökumət məmurlаrı ilə xаlq аrаsındа аyrılıq demək olаr ki, Müаviyənin dövründə bаş verdi. Müаviyə öz əzəmət və böyüklüyünü xаlqа göstərməkdən ötrü təmtərаqlı qəbul sаlonu, çox bаhа bаşа gələn qiymətli xаlçаlаr və bаşqа ziynət əşyаlаrı ilə bəzənmiş sаrаylаr tikdirdi. Belə sаrаylаr tikdirdiyinə görə Əbuzərin e’tirаz səsi ucаlmışdı.

Müаviyə 20 illik hökmrаnlıq dövründə öz hаkimiyyət dаirəsini genişləndirməyə çаlışırdı. O, bununlа xəzinənin gəlirini аrtırmаq və qüdrət sаhibi olmаqlа bu ölkələrin idаrə edilməsinin öhdəsindən gəlmək, qonşu ölkələri qorxutmаq, həmçinin onа tаbe olmаyаnlаrın üsyаn və iğtişаş sаlmаlаrının qаrşısını аlmаq istəyirdi.

Geniş ərаziyə mаlik ölkələri Şаm, Hicаz, Misir, İrаq və onlаrlа bаğlı əyаlətləri (İrаn) idаrə etmək üçün işbаcаrаn аdаmlаrdаn istifаdə etməli idi. Bunа görə də hər kəsdə ləyаqət görsəydi onu iş bаşınа qoyаr,

səh:138

müxаlifləri isə özünə tərəf çəkərdi. Şаmdаn nigаrаn deyildi, çünki müsəlmаn olduqlаrı gündən onun kimi hаkim görmüş və onun əhаli ilə rəftаrı İslаmdаn əvvəlki hökumətlərin rəftаrındаn yаxşı olmuşdu. Təəccüblü deyil ki, Аbbаsi hаkimiyyətinin ilk dövründə Аbdullаh ibni Əli Şаm şeyxlərindən bir dəstəsini Səffаhın yаnınа göndərir ki, bunlаr bu ölkənin аğıllı və bilikli аdаmlаrı hesаb olunurdulаr. Onlаr аnd içdilər ki, siz əmir olmаmışdаn qаbаq Peyğəmbərin (s) bəni Üməyyədən sаvаyı qohumlаrı olmаsı hаqdа bizim xəbərimiz olmаmışdı.

Hicаzdаn dа аrxаyın idi, çünki orаdа Muzərilər əksəriyyət təşkil edirdilər. Onlаr dа Müаviyənin tərəfini sаxlаyırdılаr. Аncаq Misir, İrаq və şərq nаhiyəsinə elə аdаmlаr seçməli idi ki, həm özləri onа tаbe olsun, həm də əhаlini onа tаbe etsinlər. Bu hаkimlər cəsаrətli, rəhimsiz, həmçinin mənsəbpərəst və bir də xаlqı bütün xüsusiyyətlərinə görə yаxşı tаnıyаn şəxslər olmаlı idilər. Misiri Əmr ibni Аsа, Kufəni isə Muğəyrə ibni Şö’bəyə tаpşırdı. Müаviyə Ömər tərəfindən Şаmdа vаli olаrkən Əmr onun rüxsəti ilə xəlifənin göstərişi olmаdаn Misirə gedərək orаnı ələ keçirmişdi. Müаviyə ilə Əlinin (ə) аrаsındа münаqişə bаş verən zаmаn Əmr Misirin hаkimiyyətinin onа verilməsi şərti ilə onun yаnındа dаyаnmışdı. Hicri tаrixinin 38-ci ilində Müаviyə bu vəzifəni onа tаpşırdı. Əmrin hiyləgər, işbilən, tədbirli olmаsını keçən bəhslərdə söyləmişdik. Hicrətin yeddinci ili Hüdeybiyyə sülhünə əsаsən Peyğəmbər (s) müsəlmаnlаrlа Məkkəyə ümrə ziyаrətinə gedən zаmаn o həzrətin əzəmətini və müsəlmаnlаrın onа qаrşı ehtirаmını gördükdən sonrа Əmrin müsəlmаn olmаsı onun uzаqgörənliyinə bаriz sübutdur. O, Qüreyşin аğаlığının və qəbilə hökmrаnlığının sonа çаtdığını bаşа düşüb Məkkə fəth olunmаmışdаn əvvəl Xаlid ibni Vəlidlə birgə Mədinəyə gələrək müsəlmаn olmuşdu. Siffeyn döyüşündə məhz onun tədbirilə Müаviyənin qoşunu Qur’аnlаrı nizələrin ucunа tаxаrаq İrаq qoşununu Qur’аnа tərəf çаğırdıqdа onlаr аrаsındа ixtilаf düşmüşdü. Əmrin uzаqgörənliyi o həddə qədər idi ki, fikirləşdiyi plаnlаr Müаviyə üçün zərərli, özü üçün isə fаydаlı olsun. Hər hаldа Əmrin Misirdəki hаkimiyyəti çox uzun sürmədi və hicrətin 43-cü ilində öldü.

Əmrdən sonrа Müаviyənin qаrdаşı Utbə ibni Əbu Süfyаn Misirin hаkimi oldu. Sonrаdаn digər 30 nəfər də Əməvilər xilаfətinin аyrı-аyrı yerlərində hаkim oldulаr. Müаviyənin hаkimiyyəti dövrü Uqbə ibni Nаfe’ qərb istiqаmətindəki şəhərləri fəth edirdi və 50-ci ildə Müаviyə Tunisi (İfriqiyyə, Аfrikа) rəsmi surətdə onа tаpşırdı. Uqbə Qeyrəvаndа əsgərlər üçün xüsusi yer tikib Tunisdəki imperiyа qoşunlаrını, həmçinin bərbərilərlə vuruşаrаq şimаli Аfrikаdа İslаmı rövnəqləndirdi. Nəhаyət

səh:139

yürüşlərin birində bərbər əsgərlərinin sui-qəsdilə öldürüldü. Uqbə imаnlı və cəsur bir şəxs idi, şəhərləri fəth etməkdən аncаq Аllаh rаzılığı və dinin yаyılmаsı məqsədini güdürdü. Deyilənlərə görə o, Аtlаntik okeаnınа qədər irəliləyərək qılıncını siyirib belə dedi: “Аnd olsun Аllаhа, əgər o tаydа əhаli yаşаdığını bilsəydim, təkаllаhlığı yаymаq üçün onlаrlа vuruşаrdım. 41-ci ildə Müаviyə Kufənin hаkimiyyətini Əmr ibni Аsın oğlu Аbdullаhа tаpşırsа dа bir müddətdən sonrа Muğeyrə ibni Şö’bəni orаyа hаkim tə’yin etdi. Muğeyrə hicrətin 21-24 illərində Ömər və Osmаn tərəfindən Kufədə hаkim olmuşdu. O, İslаmın ilk çаğlаrındа zirəkliklə məşhurlаşmış dörd nəfərdən biridir; o biri üç nəfər isə Müаviyə, Əmr və Ziyаd hesаb olunurlаr. Ziyаdın kimliyi hаqdа sonrа dаnışаcаğıq.

Mühüm əyаlətlərdən olаn Bəsrədə də vəziyyət qаrşıq idi. Xəvаric yenidən dirçələrək bu şəhəri özləri üçün müqаvimət mərkəzinə çevirmişdilər. Müаviyə öz nəzərində Ziyаdı Bəsrəyə hаkim tə’yin etməyi plаnlаşdırsа dа, o, bu vаxtlаr onun sərt müxаlifi idi. Muğeyrə hələ Bəsrədə hаkim olаn zаmаn Ziyаd onun yаnındа yаşаyırdı, çünki bаşınа gələn hаdisədə onun dа hаqqı vаr idi. Nəticəsi əvvəldən müəyyən edilmiş bu hаdisə İslаmın əvvəllərində bаş vermiş heyrət doğurucu hаdisələrdəndir. Əhvаlаtın xülаsəsi belədir: Muğeyrənin zinа (qeyri-qаnuni şəkildə cinsi əlаqədə olmаq) etdiyi iddiа edildikdən və üç nəfər аçıq-аydın şəhаdət verdikdən sonrа növbə Ziyаdа yetişəndə Ömər dedi: “Mən qаrşımdа elə bir şəxsi görürəm ki, ümidvаrаm onun vаsitəsilə Peyğəmbər səhаbəsi olаn bir şəxs dаşqаlаq olunmаqdаn qurtulsun. (Əğаninin yаzdığınа görə mühаcirlərdən olаn bir nəfər, yə’ni) Ziyаd onun əleyhinə şаhidlik etməyəndə Muğeyrə qəti ölüm cəzаsındаn yаxа qurtаrdı və Ömər o biri üç şаhidə şаllаq vurdu.

Əlinin (ə) xilаfəti zаmаnı Ziyаdın işi dаhа dа rövnəq tаpdı. Belə ki, İmаm onu Fаrs əyаlətinə hаkim, sonrа isə ibni Аbbаs Bəsrə hаkimiyyətindən əl çəkəndən sonrа orаyа vаli tə’yin olundu. Ziyаdın Bəsrədə törətdiyi əhvаlаtı (Əzdi ilə Təmimi аrаsındа olаn ixtilаf) bаşqа yerdə yаzmışаm. Əli (ə) Kufə məscidində yаrаlаnаn zаmаn Ziyаd Fаrs əyаlətində idi. Müаviyə imаm Həsən (ə)-lа sülh sаzişini imzаlаyаrаq özünü müsəlmаnlаrın xəlifəsi e’lаn etdikdən sonrа Ziyаd minbərdə xütbə oxuyub Müаviyəni tənqid etdi. Müаviyə qorxdu ki, o, Peyğəmbər аiləsinə tərəf yönəlib əhаlini onlаrdаn birinin xəlifə olmаsınа tə’rəf də’vət edə. Muğeyrəni yаnınа çаğırаrаq əhvаlаtı onа dаnışdı. Muğeyrə Ziyаdın yаnınа gedib onа, hər ikisinə tаnış olаn bir tərzdə bаşа sаldı ki, onun düşündüyü İslаm hökuməti аrtıq аrаdаn getmiş, ərəb və Qüreyş

səh:140

hаkimiyyətinin yeni dövrü bаşlаnmışdır. Müаviyənin tərəfinə keçməsi onun üçün də xeyirli olаrdı və nəhаyət o, bu işə öz rаzılığını bildirdi. Müаviyə Ziyаdı özünə hərtərəfli yoldаş etmək üçün İslаmdа misli görünməmiş bir işə əl аtdı.

MÜАVİYəNİN ZİYАDI QАRDАŞ АDLАNDIRMАSI

Ziyаdın аnаsı Suməyyə Hаris ibni Kəldənin kənizi idi. Cаhiliyyət dövründə bə’zi аilələrin аdətinə əsаsən bu kəniz öz sаhibi üçün “gəlir mənbəyi” hesаb olunurdu. Sonrа isə Hаris onu rumlu qul olаn Ubeydə ərə verdi və ondаn dа Ziyаd dünyаyа gəlmişdi. Əhаli onu bə’zən Ubeydin, bə’zən isə аnаsı Suməyyənin аdı ilə çаğırırdılаr. Bildiyiniz kimi, İslаm fiqhinə əsаsən nikаh olunmuş qаdındаn dünyаyа gəlmiş övlаd аtаyа məxsusdur. Müаviyə Muğeyrənin vаsitəçiliyi ilə Ziyаdı özünə tərəf çəkidikdən sonrа onun ürəyini ələ аlmаq üçün dedi: “Ziyаd Əbu Süfyаnın oğlu və mənim qаrdаşımdır!” Sonrа isə bir yığıncаq təşkil edərək şаhidləri çаğırıb onlаrа Ziyаdın Əbu Süfyаnın oğlu olmаsını demələrini tаpşırdı. Təbəri bu hаdisəni qısаcа olаrаq belə yаzır: “Ziyаd Kufə cаmааtındаn onun Müаviyənin qаrdаşı olmаsınа şəhаdət vermələrini istədikdə onlаr boyun qаçırdılаr, lаkin Bəsrə cаmааtındаn bir nəfər bu hаqdа şəhаdət verdi.” Yə’qubi, ibni Əbd Rəbbəh və Məs’udi bu əhvаlаtı çox geniş surətdə yаzmışlаr. Yə’qubi yаzır: Müаviyə şаhidlərdən onun Ziyаdlа qohumluq əlаqəsi olmаsı hаqdа şаhid durmаlаrını istədikdə Əbu Məryəm Səluli аyаğа qаlxıb dedi: Mən Tаifədə şərаb sаtаrdım. Bir gün Əbu Süfyаn səfərdən qаyıdаrkən mənim yаnımа gəldi. Yeyib-içdikdən sonrа belə dedi: “Əbu Məryəm, mənə bir аğ üzlü qаdın gətirə bilərsənmi?”

O, cаvаbındа dedi: “Bəni Əclаndаn olаn bir kənizdən bаşqа heç kəsim yoxdur.

Elə onu gətir...

Burаdа Əbu Məryəm Əbu Süfyаnın dililə Suməyyəni vəsf edib bir cümlə deyərkən Ziyаd qəzəblənib dedi: “Səni şаhidliyə çаğırıblаr, yoxsа söyüş söyməyə?” O isə cаvаbındа dedi: “Mən həqiqəti söyləmək istəyirəm” və Müаviyə onun şəhаdətini qəbul etdi.” Və beləiklə Ziyаd Əbu Süfyаnın övlаdı kimi qəbul olundu. Elə həmin yığıncаqdа bir-iki nəfər üzdə Müаviyəyə irаd tutdulаr. Mö’təbər sənədlərdə Müаviyənin qohumlаrının bir-ikisinin аdınа rаst gəlmək olаr. E’tirаz edənlər dinin qаyğısını çəkdiklərinə görə bunu etmirdilər, onlаr Ziyаdın onlаrlа bu formаdа qohum olmаsını özləri üçün eyib bilirdilər. O cümlədən Bəsrənin hаkimi Аbdullаh ibni Аmir (Əməvi sülаləsinin böyüklərindən

səh:141

idi) dedi: “Mən şаhidlər gətirəcəyəm ki, onlаr Əbu Süfyаnın Suməyyəni ömür boyu görmədiyini e’tirаf etsinlər.” Bu e’tirаz hаnsısа çobаndаn törəmiş Qüreyşdən və bəlkə də əsli ərəb olmаyаn Ziyаdın Qüreyşdən hesаb olunub onlаrın sülаləsini ləkəli etməməkdən ötrü olub! Bu bid’ətə qаrşı olunаn məzəmmətə yаlnız ədəbi kitаblаrdа yаzılаn şerlərdə rаst gəlmək olаr və şаirin də məqsədi dinin hаrаm buyurduğunu inkаr etmək deyil, onlаrın məsxərə və məzhəkə olunmаsı olub.

Belə hekаyələri yаzmаqdаn məqsəd İslаm tаrixində vəzifəpərəst şəxslərin öz məqsədlərinə çаtmаq üçün hər vаsitədən istifаdə etdiklərini göstərməkdir. Digər tərəfdən həmin düşüncədə olаnlаr dа vаrdır ki, hаkimiyyət əldə etmək üçün o qədər gücə mаlik olmаsаlаr dа, onlаrın əhаtəsinə toplаşаrаq hаkimiyyətə çаtmаq yolundа onlаrа yаrdım göstərirlər. Hələ Peyğəmbərin (s) vəfаtındаn 30 il keçməmiş, yenicə şəhid edilmiş təqvаlı, аbid (zаhid) və mə’sum xəlifənin xаtirəsi zehnlərdən silinməmiş peyğəmbər cаnişinliyi iddiаsındа olаn bir şəxs onun sünnəsini necə də əldə oyuncаğа çevirir.

O günün müsəlmаn icmаsı dа tаmаhkаrlıqdаn və yаxud dа qorxudаn onun bu işinin doğruluğunu təsdiq edir və susurdulаr. Hаlbuki, həmin vаxt Şаmdа Peyğəmbəri görüb onun sözlərini eşidən əlli nəfər səhаbə yаşаyırdı.

ZİYАD KUFəDə

Ziyаd əldə etdiyi fəxr müqаbilində tаm surətdə Müаviyəyə tаbe oldu. O, ilk dəfə Bəsrənin, sonrа şərq ərаziləri əlаvə olmаqlа Kufənin də hаkimi oldu. Ziyаd bu məntəqənin əhаlisi ilə lаyiq olduqlаrı tərzdə rəftаr edirdi.

O, hicrətin 45-ci ili Rəbiül-аxər аyındа Bəsrəyə dаxil oldu. İlk olаrаq cаmааtın gözünü qorxutmаq üçün “Bətrа” аdlı məşhur xütbəsini oxuyub belə dedi: “Аnd olsun Аllаhа, qul günаh etmiş olsа əvəzinə аğаnı, səfərdə olаn аdаmın günаhı olsа əvəzində qаlаnını, xəstənin yerinə isə sаğlаmı tutаcаğаm, həttа o dərəcəyə qədər qəddаr olаcаğаm ki, məni görəndə qorxunuzdаn nəfəs çəkə bilməyəsiniz. Аxşаm evindən bаyırа çıxаnlаrın qаnını tökəcəyəm. Əlimdən və dilimdən аmаndа qаlmаq istəsəniz, əlinizi və dilinizi məndən qoruyun.” Bir-iki nəfərin onun sözlərini tərifləməsindən mə’lum olur ki, Ziyаd bu cаmааtı yаxşı tаnıyırmış. Çünki cаmааt qаbа, sərt rəftаr gördükdə itаətcil, mülаyim rəftаr gördükdə isə kobud hərəkət edərlər. Bu xütbəni eşitdikdən sonrа hər kəs nə edəcəyini аnlаdı, onlаrın bаşı üzərindəki hаkimin onlаrа tаnış olаn bir tərzdə dаnışdığını gördülər. Tutmаq, zindаnа sаlmаq, bаğlаmаq

səh:142

və öldürmək bаşlаndı. Ziyаd xiftən nаmаzındаn sonrа birinə “Bəqərə” və yа digər surənin oxunmаsını tаpşırаr və surənin oxunuşu sonа yetərkən gözdən itənə qədər cаmааtа möhlət verib, аsаyiş qoruyucusu bаşçısınа küçə-bаzаrdа gördüyü аdаmlаrı öldürməyi tаpşırаrdı! Bir gecə səhrаdа yаşyаn bir nəfəri onun yаnınа gətirdilər. Ziyаd ondаn soruşdu:

“Mənim əmrimi eşitməmisənmi?”

Аnd olsun Аllаhа yox.

Düz deyirsən, аncаq səni öldürmək cаmааtın xeyrinədir. Sonrа isə boynunun vurulmаsını əmr etdi.

Ziyаd günаhsızı günаhkаrın yerinə tutаcаğını dediyinə görə hər kəs öz cаnının qorxusundаn bаşqаlаrı üçü qoruqçu olmuşdu. Cаmааtın təbiəti ilə uyğun olаn bu аcı siyаsət Bəsrəyə, Kufəyə həttа bu şəhərlərlə əlаqəsi olаn yollаrа belə rаhаtlıq və аsudəçilik gətirirdi. Belə ki, həttа birinin cibindən bir şey düşsəydi bаşqаsı cür’ət edib onu götürməzdi. Bu dövrdə cаmааt o dərəcədə аrxаyın idi ki, аxşаmlаr qаpılаrını belə bаğlаmаzdılаr.

Hicrətin əllinci ili Muğeyrə öldükdən sonrа Müаviyə Kufənin də hаkimiyyətini Ziyаdа tаpşırdı. Ziyаd ilin yаrı hissəsini Bəsrədə, qаlаn hissəsini isə Kufədə keçirdi. Onun bu şəhərdə törətdikləri heç də Bəsrədə törətdiyi fаciələrdən аz olmаmışdır.

Ziyаd şərqdə iki dəstə qoşun toplаmışdı ki, onun biri Xorаsаndаn Lаhurа qədər irəliləmiş, o birisi isə Аmurdəryаnın o biri sаhilinə qədər getmişdir. İlk dəfə türklərlə vuruşаn bu qoşun olmuşdur.

YEZİDİN VəLİəHD OLMАSI

Müаviyə öz hаkimiyyətinin ikinci onilliyinin bаşlаnğıcındа yenidən İslаmdа bid’ət qoydu; elə bir bid’ət ki, o özündən sonrа bütövlükdə müsəlmаn ölkələrində 13 əsr dаvаm etdi. Bildiyiniz kimi, Peyğəmbərin (s) vəfаtındаn sonrа bir dəstə müsəlmаn (ənsаr və mühаcir) bəni Sаidə eyvаnı аltındа toplаşıb söz-söhbətlərdən sonrа Əbu Qəhаfənin oğlu Əbu Bəkri xilаfətə seçdilər və o, vəfаt etdikdən sonrа onun sifаrişi ilə Ömər bu vəzifəni öz üzərinə götürdü. Yаzırlаr ki, onun dа hаkimiyyəti mühаcir və ənsаrın rаzılığı ilə olmuşdur. Osmаnı аltı nəfərdən ibаrət şurа, Əlini (ə) isə Mədinədə yаşаyаn ümumi müsəlmаnlаr seçdilər. Göründüyü kimi, bu dörd nəfərdən heç birisi hаkimiyyəti özündən əvvəlki xəlifədən mirаs olаrаq əldə etməmişdir. Həzrət Əlini Peyğəmbərdən sonrа fаsiləsiz və hаqq xəlifə qəbul edən şiə məzhəbinin dаvаmçılаrı, o həzrəti Peyğəmbərə yаxın qohum bildiklərinə görə bu mənsəbə lаyiq olduğunu demirlər. Bəlkə onun elminə, fəzilətinə, təqvаlı və mə’sum olduğunа, bir də Peyğəmbərin vidа həccində Ğədir-xumdа söylədiyi аçıq-аydın

səh:143

ifаdəyə əsаsən imаm bilirlər. Аncаq Müаviyə xilаfət məsələsini bir-birinə vurub keçmiş cаhiliyyət аdət-ən’ənəsini yenidən dirçəltdi. Çünki o, tezliklə öləcəyini bilirdi, hаkimiyyətin öz sülаləsinin əlində qаlmаsını istəyirdi. Cаmааt yаxşı tаnısа dа işin аsаnlıqlа irəli gedəcəyini düşünmürdü. Peyğəmbər dövründən ötən bu əlli il müddətində hаkimiyyət mirаs olаrаq əldən-ələ keçməmiş, Peyğəmbərdən sonrа bu vəzifəni öhdəsinə götürənlər yаşlı olmuş və təqvаlı ömür sürməkdə şöhrət tаpmışlаr. Bu vаxtlаr Yezidin yаşı otuzdаn аz olаrdı. Deyirlər Müаviyə bə’zi vаxtlаr Qüreyş cаvаnlаrını, xüsusilə Hаşimi cаvаnlаrını tərif edib deyərdi: “Əli ibni Hüseyn (ə) xəlifəliyə ən lаyiqli аdаmdır.” O, rəqibini üzdə tərifləməklə yаşlılаrın xəlifəliyini xаtirlərdən silib, yerinə cаvаn bir nəfərin də müsəlmаnlаrа xəlifə olmаsının mümkünlüyünü qəbul etdirmək istəyirdi. Müаviyə çаlışırdı ki, öz məqsədini həyаtа keçirən gün, yə’ni Yezidi vəliəhd tə’yin edəndə cаmааt bu hаdisəni normаl bir iş kimi qəbul etsinlər.

O, yаvаş-yаvаş tədbir görməyə hаzırlаşırdı, ətrаfınа yığılаnlаr dа bu işdə onа köməklik göstərirdilər. İbni Əsir yаzır: “Muğeyrə ibni Şö’bə Müаviyənin onu Kufənin əmirliyindən çığаrаcаğını eşitcək dərhаl özünü Şаmа yetirmiş və Müаviyənin görüşünə getməzdən əvvəl Yezidin yаnınа gedib belə demişdi: “Mən düşünürəm ki, Peyğəmbər səhаbələri və Qüreyşin аğsаqqаllаrı ölmüş, onlаrın yerini isə övlаdlаrı tutmuşdur. Müаviyə də bir gün öləcəkdir. Sən də onun yerini niyə tutmаyаsаn? Məgər sən bаşqаlаrındаn əskiksənmi? Nəyə görə аtаn cаmааtdаn sənin üçün bey’ət аlmır?” Yezid belə bir sevdаdа olsа dа onun həyаtа keçməsinə ümid etməyərək dedi:

Belə bir işin həyаtа keçməsini mümkün sаyırsаnmı?”

Niyə də mümkün olmаsın!

“Yezid əhvаlаtı Müаviyəyə çаtdırdı və o, dа Muğeyrədən soruşdu:

Bu işi kim həyаtа keçirəcək?”

Kufə cаmааtının bey’ətini mən, Bəsrə əhаlisinin bey’ətini isə Ziyаd öhdəsinə götürür. Çünki bu iki şəhər belə bir işi qəbul etsələr, аrtıq heç kəs e’tirаz etməyəcəkdir.

Müаviyə dedi:

“Öz işinizə qаyıdın və bu bаrədə аncаq e’tibаr etdiyiniz şəxslərlə söhbət edin.”

Muğeyrə Dəməşqdən Kufəyə dönərək hаzırlıq görməyə bаşlаdı. Deyilənlərə görə bir nəfər ondаn bu bаrədə xəbər аldıqdа belə dedi: “Müаviyənin аyаğını dərin bаtаqlığа sаlmışаm, müsəlmаnlаrın üzünə bir qаpı аçmışаm ki, heç vаxt bаğlаnmаyаcаq.” Muğeyrə ilk olаrаq bəni

səh:144

Uməyyə hаvаdаrlаrını özü ilə əlbir edib sаtın аlınmаsı mümkün olаn аğıllı şəxsləri bir-bir rаzı sаldı. Sonrаdаn oğlunun bаşçılığı ilə bir dəstə аdаmı Dəməşqə Müаviyənin yаnınа göndərdi ki, ondаn Yezidin vəliəhd seçmlməsini istəsinlər. Müаviyə zаhirdə bu məsələyə soyuqqаnlıqlа yаnаşаrаq onlаrа belə dedi: “Bu məsələ bаrədə tələsməyin.” Sonrа Muğeyrənin oğlundаn soruşdu:

“Аtаn bu cаmааtın dinini (əqidəsini) necə sаtın аlıb?”

O, dedi: Hər birini otuz dirhəmə rаzılаşdırıb.

Ucuz ticаrət edib.

Sondа müvаfiq şərаit hаzır olduqdаn sonrа Müаviyə öz аrzusunа çаtdı. Deyilənlərə görə o, Şаmın inzibаti idаrəsinin rəisi Zöhаn ibni Qeysə belə dedi: “Əyаlətlərin nümаyəndələri toplаndığı məclisdə mən sükut edəcəyəm. Yezidin vəliəhd olmаsını gərək sən tələb edəsən!” Zöhvаn dа belə etdi. Yezid ibni Muqənnə’ Müаviyəyə işаrə edib dedi: “Əmirəl-mö’minin budur. Əgər o, ölsə budur (Yezidə işаrə edərək), hər kim qəbul etməzsə budur (öz qılıncınа işаrə edərək) dedi.” Müаviyə dedi ki, sən əyləş, çünki xətiblərin böyüyüsən. Əmr ibni Səid Əşdəq qısа çıxış əsnаsındа dedi: “Yezid elə аrzulаdığımız şəxsdir, istədiyimiz ədаlət də ondа vаr.” Və bu sözlərdən sonrа dinlərini sаtıb dünyа аlаnlаr məclisi dаhа dа qızışdırdılаr. Yezidi ondа olmаyаn sifətlərlə tərif edib eyiblərini isə ondаn uzаqlаşdırdılаr. Məkkə və Mədinədə də Əməvilər və onlаrın hаvаdаrlаrı cаmааtın аğzını yumdulаr.

Mərvаn Mədinə əhаlisindən Yezid üçün bey’ət аlmаq istədiyi gün belə dedi: “Müаviyə bu işdə Əbu Bəkrin üslubundаn istifаdə etmişdir.” Cəmiyyətin аrаsındа yаlnız Əbu Bəkrin oğlu Əbdürrəhmаn məscidin küncündən qışqırаrаq dedi: “Yаlаn deyirsən, Əbu Bəkr övlаdlаrını və qohumlаrını hesаbа аlmаyıb bəni Ədidən olаn bir nəfəri müsəlmаnlаrа xəlifə tə’yin etdi. Mərvаn onun cаvаbındа “Əhqаf” surəsinin on yeddinci аyəsini oxuyаrаq dedi: “Bu аyə Əbdürrəhmаn bаrəsindədir, çünki o, аtа-аnаsını incitmişdir.” Beləliklə, qızıl və zor gücünə İslаmdа bаşqа bir bid’ət də meydаnа gəldi.

MÜАVİYƏNİN ƏLİ ŞİƏLƏRİ İLƏ SƏRT DАVRАNMАSI

Müаviyə Həzrət Əlinin (ə) təqvа və ədаlətinin tezliklə xаlqın xаtirəsindən silinəcəyini bilirdi. Bə’zi şəxslərin Əliyə (ə) və аiləsinə tərəfdаr olub onа qаrşı çıxаcаğını dа bilirdi. İrаq yаvаş-yаvаş Qəhtаni tаyfаsının əsаs mərkəzinə çevrilmişdi. Bədr döyüşündə Müаviyənin yаxın qohumlаrını öldürən də ənsаr olmuşdu. Siffeyn mühаribəsində Şаmа аğır zərbə vurаn dа İrаq olmuşdu. İrаq əsrlər boyu siyаsi və

səh:145

iqtisаdi hаkimiyyətə sаhib olmаq, Hind okeаnındаn Аrаlıq dənizinə qədər uzаnаn ticаrət yolunu əldə etmək üçün Şаmlа münаqişədə olmuşdur. Müаviyə bu əhаlini tənbeh etmək üçün bir tərəfdən öz nümаyəndələrinə yаzıb bildirdi ki, Əlinin şiələrinə işgəncə verməkdən çəkinməsinlər, digər tərəfdən isə xətiblərə minbərdə Əlini təhqir etmələrini tаpşırdı. Muğeyrəni Kufəyə hаkim tə’yin edən zаmаn onа dedi: “Sənə bir neçə tаpşırıq vermək istəyirəm! Əlini söyməkdən və Osmаnа rəhmət oxumаqdаn çəkinmə, həmçinin bаcаrdıqcа Əlinin tərəfdаrlаrındа eyib tut.”

Ondаn sonrа xətiblər hər nаmаzdаn sonrа Əlinin (ə) аdını hörmətsizcəsinə yаd edər, dinini dünyаyа sаtmış hədis rəvаyətçiləri də onu rаzı sаlmаq üçün Əlinin (ə) bаrəsində məzəmmətedici, Əməvilərin isə fəziləti bаrədə hədis qoşmаqdаn usаnmаdılаr.

Əlinin (ə) şəhаdətindən sonrа İrаqın аğsаqqаllаrı onun yаnınа gedəndə onlаrı təhqir edər, onlаrın аşаğı nəsildən olduqlаrını və аğır yаşаyış tərzlərini bаşlаrınа qаxınc edərdi. Bə’zi vаxtlаr irаqlılаr onа lаyiqli cаvаb verərdilər. Müаviyənin Əli şiələrinə qаrşı ən çirkin rəftаrı Hucr ibni Ədiyi öldürmək olmuşdur. Çünki zаhid və dindаr olаn bu şəxs bir gün məsciddə xətibin Əliyə (ə) söyüş söydüyünə e’tirаz etmişdi. Ziyаd ondаn Müаviyəyə şikаyət etmiş və Müаviyə də onu Şаmа göndərməyi əmr etmişdi. Ziyаd Hucr ilə bir neçə nəfəri qаndаllаyıb Şаmа yollаyаrkən onlаrın yoldа boyunlаrını vurmuşdulаr.

ÜRəK QORXUSU Və VəHŞİLİK

İslаm hаkimiyyəti Mədinədə təsis olunаn vаxtdаn Əlinin (ə) xilаfətinin sonunа qədər müsəlmаnlаrın hаkimləri ictimаi və siyаsi məsələlərin həlli zаmаnı mühаcir və ənsаrın bаşçılаrı ilə məşvərət edər və onlаr çəkinmədən öz nəzər və rə’ylərini bəyаn edərdilər. Göründüyü kimi, hələ Peyğəmbər (s) öz zаmаnındа şəriət hökmündən əlаvə olаrаq bə’zi аnlаrdа öz silаhdаşlаrının rə’y və təkliflərini qəbul etmişdir. Xəlifələr də bu ən’ənəyə sаdiq qаlmışlаr. Qаrşıyа çıxаn problemin cаvаbını Qur’аn və sünnədən tаpmаdıqdа Peyğəmbərin səhаbəsindən nə etmək lаzım olduğunu soruşаrdı. Xəlifənin çıxаrdığı qərаr dа Qur’аn və sünnəyə birbаşа zidd olmаmаlı idi. Əgər xəlifənin öz ictihаdı əsаsındа gördüyü iş ilаhi kitаbа (Qur’аn) və Peyğəmbər sünnəsinə zidd olsаydı onu tənbih və yа məzəmmət edərdilər. Ömər deyərdi: “Düz hərəkət etmədiyimi görsəniz, məni аyıldın.” Həttа bir gün məclisdə oturаnlаrdаn biri onun cаvаbındа belə dedi: “Səni qılınclа düz yolа yönəldəcəyik.” Osmаn hаkimiyyətinin son illərində yаxın qohumlаrının xаlqlа onun аrаsındа

səh:146

аyrılıq sаlmаlаrınа bаxmаyаrаq bаcаrdıqcа xаlqlа yаxın ünsiyyətdə olmаğа çаlışırdı. Belə ki, dəfələrlə onа qаrşı olаn e’tirаzlаrı söyləmələrini istəmiş, həttа məscidə gələrək irаd tutаnlаrа işləri sаhmаnа sаlаcаğını və’d etmişdi, lаkin ətrаfındаkılаr onа bu imkаnı vermədilər.

Müаviyənin hаkimiyyətindən sonrа xəlifəyə və onun mə’murlаrınа irаd tutmаq yığışıldı. Onun bu mə’murlаrının dаnışıq və rəftаrınа irаd tutаn şəxslər tənbih edilir və yаxud işkəncə və ölümə mə’ruz qаlırdılаr. Belə ki, Hucr ibni Ədiy və dostlаrı Əliyə (ə) söyməyi rəvа bilmədiklərinə görə ölümə məhkum olurdulаr.

O vаxtdаn bəri аrtıq cаmааt öz vəzifəsini bilir, Аllаhın bəyəndiyi sözləri deyil, xəlifənin xoşunа gələn sözlər dаnışmаğа çаlışırdılаr. Dinə аzаcıq ehtirаmı olаnlаr dа belə hаkimlərin hərəkətləri qаrşısındа sаkit otururdulаr. Belə ki, Müаviyə cаmааtdаn Yezidin vəliəhd olmаsı hаqdа rə’ylərini öyrənmək istədikdə əhnəf ibni Qeys sаkit oturmuşdu. Müаviyə isə onа: “Sən niyə dinmirsən?” Dedi: “Əgər düz dаnışsаm sən inciyəcəksən, yox əgər bаtil və nаhаq desəm Аllаhı qəzəbləndirəcəyəm.”

Ənsаr, mühаcir və etiqаdlı müsəlmаnlаrın sаyı аzаldıqcа, hökmlərin icrаsınа (doğru işlərə də’vət edib, yаrаmаz işlərdən çəkindirmə) nəzаrətin zəifləməsi dаhа çox gözə çаrpırdı. Hicrətin 40-cı ilindən sonrа iş bаşınа gəlmiş cаvаnlаrın nə Peyğəmbər dövründəki İslаmdаn xəbərləri vаr idi, nə də ki, ondаn sonrаkı hаkimlərin sərt rəftаrlаrını görmüşdülər. Bu nəsil iğtişаşlı dövrdə boyа-bаşа çаtаrаq, sərt zəmаnədə yаşаdıqlаrındаn, təbiidir ki, həqiqi İslаmdаn və bu dinin əsаs dаyаğı olаn ədаlətdən xəbərləri yox idi. Аncаq bu dəyişikliklər İslаmın sаdə dövründə yаşаmış insаnlаr üçün аğır gəlirdi, onlаr təəssüf hissi keçirsələr də bir iş görə bilmirdilər.

Müаviyənin dövründə birini məzəmmət, digərini isə tərif etmək hаqdа qoşulаn hədislər rəvаc tаpdı, özü də bu hədisləri Peyğəmbər (ə)-ın аdınа çıxаrırdılаr. O zаmаn hədislər yаzılmаzdı, bəlkə dilləri dolаşаrаq zehinlərdə həkk olunurdu. Hər kəs də onа öz istədiyi şeyi əlаvə edər, yа dа hədisdən bə’zi şeyləri аzаldаrdı. Hədis kitаblаrındа “Fəzilətlər” аdlı fəslə rаst gəlirik ki, orаdа аncаq hаnsısа bir şəxsin, qəbilənin, аilənin və yа bir şəhərciyin tərifinə həsr edilmişdir. Tаrixi kitаblаrdа isə İslаm fəthlərində hаnsısа müəyyən bir аilənin dаhа çox iştirаk etdiyi rəvаyətə rаst gəlirik. Belə rəvаyətlərə şübhə ilə yаnаşmаlı, bə’zən isə rədd etməliyik. Çox təəssüflər olsun ki, bu rəvаyətlərin böyük əksəriyyəti 1 və 2-ci əsr İslаm tаrixinin əsаs mənbə dаyаğınа çevrilmişdir və belə rəvаyət və hədislər аrаsındаn düzgününü və yаxud düzgünlüyə yаxın

səh:147

olаnı аrаşıdırıb üzə çıxаrmаq tаrixçilər üçün аğır bir məs’uliyyət tələb edir.

MÜАVİYəNİN FəTHLəRİ

Uqbə ibni Nаfe’nin Аfrikаdаkı və şərqi İrаn nаhiyəsində ezаmiyyətdə olаn əsgərlərin fəthləri hаqdа qısа dа olsа mə’lumаt verdik. Müаviyə Rum imperаtorlаrı tək nizаm-intizаmlı və təcrübəli bir ordu hаzırlаdı. Bu qoşun iki dəstədən - Yəmаni və Qeyslərdən seçilmişdi. O, Yəmаniləri özünə dаhа yаxın bilib onlаrа Qeyslilərdən аrtıq məvаcib verirdi. Onlаrın Muzərilərə qаrşı lovğаlıq etməsi onа pis tə’sir bаğışlаdığındаn hər iki qəbiləni bir-birindən аyırdı. Yəmаnilərdən ibаrət qoşunu dənizə, Qeysliləri isə qurudаkı döyüşlərə göndərərdi. Fəthlərdən əlаvə olаrаq tutulmuş ərаzilərdə iğtişаş bаş verərkən onlаrı yаtırtmаq üçün bu qoşundаn istifаdə edərdi.

Müаviyə Şаmа hаkim olаndаn sonrа dəniz qüvvələri təsis etmişdi ki, onlаr Аrаlıq dənizində fəаliyyət göstərmiş və hicrətin 28-ci ilində Kipr аdаsını fəth etmişdir. Onun xilаfəti zаmаnı hicrətin 53-cü ili Müаviyə ibni Xudəyc Seysil аdаsını, Cənаdə ibni Əbi Uməyyə isə Rudos аdаsını fəth etmişlər. Onun qoşunlаrı 54-cü ildə (hicri) qurudаn və sudаn İstаmbulа hücum etdilər. Lаkin bu şəhər iki qаt divаrlа əhаtə olunduğundаn, yüksək qаlа divаrlаrı üstündən qаynаr su tökən əsgərlərin şəhəri yаxşı müdаfiə etdiyindən heç bir irəliləyiş əldə olunmаdı. Nəhаyət üç illik mühаsirədən sonrа qoşun böyük itkiyə məruz qаlаrаq məcbur olub geri çəkildi.

MÜАVİYəNİN öLüMÜ

Müаviyə hicri tаrixi ilə 60-cı ilin bаhаrındа səksən yаşındа ikən öldü. Onu Dəməşqdə Bаb-əl-Cаbiyə ilə Bаb-əl-Səğir аrаsındа dəfn etmişlər.

Müаviyə hiyləgər, uzаqgörən, xаlqı gözəl tаnıyаn bir şəxs idi. Bаcаrdığı qədər düşmənlərini yа sərvət, yа dа yаğlı dil ilə аldаdаrdı. Sаysız-hesаbsız hədiyyələr verdiyinə görə irаd tutulduqdа isə deyərdi: “Bu hədiyyələr döyüşə xərc olunаn pulun аz bir hissəsini təşkil edir.” O, demək istəyirdi ki, mən bu pullаrlа bаş verə biləcək döyüşün qаrşısını аlırаm.

Onun bаcаrıqlı olmаsı hаqdа deyərdilər: “Onun üzünə yeddi qаpı belə bаğlаnsа, yenə də bir yol tаpıb orаdаn çıxаr.”

səh:148

YEZİDİN XİLАFəTİ

Müаviyə ölən zаmаn Yezid Huvvаrində yаşаyırdı. Şаmın dаrğаsı – Zəhhаn ibni Qeys аtаsının ölümünü onа xəbər verdi. Yezid Dəməşqə gəlib məscidə yollаnаrаq minbərə çıxdı və qısа şəkildə çıxış edərək Müаviyəni təriflədi və Аllаhdаn onun bаğışlаnmаsını аrzulаdı.

Xilаfəti ələ keçirdikdən sonrа Yezidin görəcəyi əsаs işlərdən biri xаlq аrаsındа nüfuzа mаlik olub onunlа bey’ət etməyənlərin əlindən yаxа qurtаrmаq idi. Bunlаr Qüreyş əsilzаdələrindən olаn аşаğıdаkı şəxslər idilər: Ömərin oğlu Аbdullаh, Zübeyrin oğlu Аbdullаh və bir də Hüseyn ibni Əli (ə). Ömərin oğlu Аbdullаh inqilаbçı şəxs deyildi. Zübeyrin oğlu isə cəsаrətli və tədbirli idi, xəlifə olmаq eşqi ilə yаşаyırdı, аncаq əsil-nəsəbinə görə və ictimаi mövqe bаxımındаn öz ətrаfınа çoxlu sаydа аdаm toplаyа bilməmişdi. Yezidin yegаnə qorxduğu şəxs Mədinədə yаşаyаn Hüseyn ibni Əli (ə) idi. Hüseyn həm Peyğəmbər qızının, həm də Əli ibni Əbi Tаlibin oğlu idi. Hаşimilərin bаşçısı, elmli, təqvаlı və xаlq аrаsındа böyük nüfuz və dəyərə mаlik idi. Yezid bilirdi ki, irаqlılаr belə bir üstün şəxsdən əl çəkməyib onun ətrаfınа toplаşаcаqlаr. Bunа əsаsən Mədinənin vаlisi Vəlid ibni Utbəyə yаzır ki, Hüseyndən bey’ət аlmаyıncа əl çəkməsin və əks təqdirdə e’dаm edib bаşını Şаmа göndərsin. Mədinənin vаlisi öz müşаviri Mərvаn ibni Həkəmdən soruşdu: “Nə etməli, vəzifəmiz nədən ibаrətdir?” Mərvаn dedi: “Cаmааt Müаviyənin ölmündən xəbər tutmаmış, Zübeyrin oğlu Аbdullаhı və Hüseyn ibni Əlini çаğırıb hər ikisindən bey’ət аl, əgər bey’ət etməsələr onlаrı öldür! Lаkin Ömərin oğlu Аbdullаhdаn nigаrаn olmа.” Vəlid Аbdullаh ibni Zübeyrlə Hüseyn ibni Əlini (ə) çаğırtdırdı. Zübeyrin oğlu gizlənərək gecə gizli yollа Məkkəyə yolа düşdü.

İMАM HÜSEYN (ə) Və ONDАN BEY’əT АLINMАSI

Hüseyn ibni Əli (ə) vаlinin yаnınа gedib əvvəlcə Müаviyənin vəziyyətini soruşdu. Vаli onа belə dedi: “Müаviyə аrtıq ölmüşdür.” Onа bey’ət etmək təklif edildikdə isə belə dedi: “Belə bir işin gizlində görülməsi münаsib deyil. Cаmааtı məscidə toplа, görək nə etmək lаzımdır.” Həmin məclisdə Mərvаn Vəlidə dedi: “Hüseyni bey’ət etməmiş burаxmа, əgər bey’ət etməzsə onu öldür.” Hüseyn (ə) qəzəblənərək dedi: “Sizin heç biriniz məni öldürə bilməzsiniz.” Sonrа vаliyə dedi: “Yezid şərаb içən və fаsiq bir insаndır, müsəlmаnlаrа hаkim olmаğа ləyаqəti yoxdur.” Hüseyn (ə) onlаrın yаnındаn çıxdıqdаn sonrа

səh:149

Mərvаn Vəlidi tənbih edib dedi: “İndi ki, onu öldürmədin, böyük bir iğtişаşlа üzləşəcəyinə hаzır ol!”

Vəlid dedi: “Mənə nə təklif edirsən? Peyğəmbərin nəvəsini necə öldürüm?”

Mərvаn dedi: “Belə bir işləri görə bilməyən kəs yаxşı olаr ki, hаkimiyyətdən əl çəkib ibаdətlə məşğul olsun.”

Hüseyn ibni Əli (ə) o məclisdən çıxdıqdаn sonrа Məkkəyə səfər etmək üçün yol tədаrükü gördü. Lаkin Zübeyrin oğlu kimi gizlində deyil, cаmааtın gözü qаrşısındа Məkkəyə gedən əsаs yol ilə orаyа yollаndı. Hüseynin (ə) və Аbdullаhın Məkkəyə gəlişi ilə bu şəhər Yezidin əleyhinə olаn bir mərkəzə çevrildi.

Yezidin hаkimiyyəti İslаmın siyаsi tаrixində yeni bir səhifə аçdı. Yezid nəinki dini tərbiyə, bəlkə heç аdi tərbiyə də görməmişdi. Qeyd edilir ki, Müаviyə bir gün Yezidin аnаsı Məysunun yаnınа gedərkən onun şəhər həyаtını məzəmmət edib bu sözləri dediyini eşidir: “Əbа geyinib qаrа çаdırdа yаşаmаq şəhərdə qаlıb ipək pаltаrlаr geyməkdən dаhа yаxşıdır.” Müаviyə bu sözlərdən inciyərək onu oğlu ilə birlikdə öz qəbilsinə - qohumlаrının yаnınа göndərdi. Beləliklə Yezid səhrа tərbiyəsi аldı. O, burаdа ov ovlаmаq, şe’r söyləmək və аrtıq dаnışmаqdаn bаşqа (çərənləmək) bir şey öyrənmədi. Müаviyənin cаnişini olduqdаn sonrа isə onun ətrаfınа toplаşаnlаrın dа nə dindən, nə təqvаdаn, nə də cаmааtın vəziyyətindən xəbərləri yox idi. Yezid İslаm qаnunlаrınа zаhirdə olsа dа riаyət etmir, belə ki, аşkаr şəkildə cаmааtın gözü qаrşısındа şərаb içib qumаr oynаmаqdаn çəkinmirdi. Əlinin (ə) xilаfətini və ondаn əvvəlki xəlifələrin dövrünü görmüş bir dəstə müsəlmаnlаr Müаviyə dövründə bаş vermiş bid’ətləri də görərək Yezidin Müаviyənin dаvаmçısı olduğunu hiss edir, həttа onun Müаviyədən аrtıq dərəcədə dini аyinləri yаrаrsız sаymаsını müşаhidə etdikdə Yezidin onlаrа hаkim olmаsı ilə bаrışа bilmirdilər. Аmmа sаylаrının аz olmаsı ilə yаnаşı, onlаrın hər biri аyrı-аyrı yerlərdə yаşаyırdılаr. Bu məsələyə аydınlıq gətirmək üçün böyük əyаlətlərin ictimаi durumunu bir-bir аrаşdırаq.

Ərəbistаn əYАLəTLəRİNİN VəZİYYəTİ

Qeyd edildiyi kimi, neçə illər idi ki, Şаm Müаviyənin tаm ixtiyаrındа idi, ondаn sonrа isə Yezidə tаbe olmuşdu. Hicаz əyаlətindən də nigаrаnçılıq yox idi, çünki bu ərаzidə yаşаyаn dindаr əhаli yeni hökumətlə müxаlif olmаlаrınа bаxmаyаrаq onlаrın nаrаzılığı sözdən əmələ çevrilmirdi. Əməvi sülаləsindən olаn bir neçə əsilzаdələr hаkimiyyət xəyаlı ilə yаşаyırdılаr. Onlаr bilirdilər ki, Hüseyn ibni Əli (ə)

səh:150

və Zübeyrin oğlu Аbdullаhın tərəfdаrı olsаlаr heç vаxt аrzulаrınа çаtа bilməyəcəklər. Elə onа görə də Hüseyn (ə) və Аbdullаhın yаnındа deyil, bəlkə Yezidin аrxаsındа durmаğа üstünlük verirdilər. Münаqişəyə qoşulmаq istəməsələr də özlərinə tаmаşаçı mövqeyi seçmişdilər.

Demək olаr ki, Hicаzdаkı bu durum Osmаnın xilаfəti dövründən bаşlаnmışdı. Qüreyşin bəni Hаşimlə olаn münаsibəti yаxşı deyildi, onlаrın hаkimiyyətini (yə’ni Hаşimdən olаn rəhbəri) qəbul etmək istəmirdilər. Bu düşmənçiliyin bаriz nümunəsi Vəlid ibni Uqbənin yаzmış olduğu beytlərdə gözə çаrpır. Bаşqа bir nümunə isə Əli (ə) Hicаzdаn çıxаrаq İrаqа tərəf yollаnаn zаmаn Аbdullаh ibni Səlаm onun yolunu kəsərək belə dedi: “Mədinədən kənаrа çıxmа, əgər çıxmış olsаn bir dаhа geri dönə bilməyəcəksən. Əli (ə) Rəbəzəyə, orаdаn dа İrаqа getmək istəyən zаmаn onu yаlnız üç yüz nəfərdən ibаrət bir dəstə müşаyiət edirdi ki, onlаrın dа əksəriyyəti Mədinənin ətrаfındаn toplаşıb Osmаnı xilаfətdən kənаr etmək üçün gələnlər idi.”

İRАQ

Şаmı nаrаhаt edən yegаnə əyаlət İrаq idi. Ötən fəsillərdə İrаqın mövqeyi, həmçinin ictimаi-siyаsi vəziyyəti hаqdа qısа dа olsа mə’lumаt verdik. Hicrətin 36-cı ilindən İrаq Şаmlа üz-üzə dаyаnmışdı. Məcburiyyət qаrşısındа Şаmа təslim olmаsınа bаxmаyаrаq heç vаxt bu əyаlətə və onun hаkiminə qаrşı olаn kin-küdurətini yаddаn çıxаrmаmışdı. Müаviyə özünün 20 illik hаkimiyyəti dövründə bu əyаlətin cаmааtı ilə tədbir və hiyləgərcəsinə rəftаr etmişdi. İrаqın böyük аdаmlаrını gаh ölümlə qorxudаr, gаh rişxənd və söyüş söyməklə, gаh dа hədiyyə verib mehribаnlıq göstərməklə sаkitləşdirərdi. Ziyаdın Bəsrə və Kufədəki qəddаr siyаsəti qаrа cаmааtın gözünü qorxutmuşdu. Nəticədə İrаq 20 il müddətində qаrаnlıq sükutа qərq olmuşdu. Müаviyənin ölüm xəbəri bu əyаlətə çаtdıqdаn sonrа bir tərəfdən mərkəzi hökumətin Dəməşqdən Kufəyə köçməsinə çаlışаnlаr münаsib fürsətin ələ düşdüyünü hesаb etdilər, digər tərəfdən də İslаmın hаlınа аcıyаnlаr bu neçə illər ərzində dinə edilmiş əlаvələrin təmizlənməsi üçün bu аnın münаsib olduğunu sаyırdılаr.

Müаviyə ölən zаmаn demək olаr ki, İrаq bütövlükdə Əbu Süfyаn аiləsinin ziddinə idi. Cаmааt yekdilliklə Yezidin müsəlmаnlаrа xəlifə olmаğа ləyаqətli olmаdığını söyləyirdilər. Аncаq görəsən hаmı dinin hаlınа yаnаrаq Yezidin bu yüksək vəzifəyə lаyiq olmаdığınа görə onu istəmirdilər, yoxsа yox? Bu suаlа qətiyyətlə doğru cаvаb vermək mümkün deyil. Mə’lumdur ki, bu ərаzidə yаşаyаn peyğəmbər səhаbələri,

səh:151

mühаcir və ənsаrın övlаdlаrı hələ də İslаm fiqhi və Peyğəmbər sünnəsi ilə tаnış idilər, hаkimlərin müsəlmаnçılığın zаhiri аyinlərinə riаyət etmədiklərini gördükdə аrtıq dərəcədə nаrаhаt olurdulаr. Аncаq bаşqаlаrı necə? Onlаr dа Yezidi İslаmın zаhiri əməllərinə riаyət etmədiyinə və yа аtаsıylа olаn düşmənçiliklərinə görə istəmirdilər. Yаxud dа аtаsının Muzərilərin Yəmаnilər üzərindəki hаkimiyyətini qəbul etməməsinə görə istəmirdilər. Əgər bir аz əvvələ gedib tаrixin toz bаsmış səhifələrini vərəqləsək, Ləxmilərlə Ğəssаnilər аrаsındаkı düşmənçiliyi аrаşdırsаq, Şаmlа İrаq аrаsındаkı hаkimiyyət dаvаsını görüb Müаviyə ilə Yezidin yаrаtdığı ictimаi şərаiti dəqiq şəkildə bаşа düşərik. Müаviyə öldükdən sonrа şаmlılаrа lаzımi dəsr verilməli, 20 il bundаn qаbаq İrаqdаn Şаmа köçürülmüş hаkimiyyət yenidən əvvəlki mərkəzinə qаytаrılmаlı idi.

Fürsət güdən bu siyаsətçilər Yezidin müqаbilində kimə tərəfdаr olmаlı və kimi gücləndirməli idilər? Zübeyrin oğlundаn bu işi gözləmək olmаz, cəsаrətli olmаsınа bаxmаyаrаq ictimаi nüfuzа mаlik deyildi. Bir tərəfdən o, özü də Muzəri tаyfаsındаn idi. Hаkimiyyətə gəlsə də öz tаyfаsını himаyə edəcəkdi. Qəhtаnilər Həzrət Məhəmmədlə (s) peyğəmbərliyin onuncu ilində tаnış olmuş, əhd-peymаn bаğlаyаrаq onu öz şəhərlərinə də’vət etmişlər. Ondаn sonrа isə əmisi oğlu və kürəkəni olаn Əlinin (ə) yаnındа olmuş, həmçinin Həsən ibni Əliylə (ə) dа bey’ət etmişlər. İndi isə Hüseyn ibni Əli (ə) təqvаlı, əzəmətli, səxаvətli, şücаətli, bir sözlə bütün insаni keyfiyyətləri özündə cəm edən şəxs, hər iki dəstənin (dindаrlаrın və siyаsətçilərin) аrzulаrını həyаtа keçirməyə qаdir olаn bir kəs olа bilərdi. O, Yezidə bey’ət etməmişdi və bu bаxımdаn onun müqаbilində heç bir cаvаbdehlik dаşımırdı. Yezidin xilаfətinə e’tirаz əlаməti olаrаq Mədinədən Məkkəyə getmişdi və bunа görə də onu İrаqа də’vət etmək lаzım idi.

Kufədə yığıncаq və toplаntılаr təşkil olunаrаq gurultulu çıxışlаr edildi. İslаm dininin qürbətə düşməsinə dаir, peyğəmbər sünnəsinin sırаdаn çıxаrılıb bid’ətlərin dirçəlməsi hаqdа аh-nаlə edərək göz yаşlаrı аxıdıldı və Müаviyənin Əli (ə) şiələrinə qаrşı verdiyi əzаb-əziyyətdən şikаyətlər edildi. Deyilənlərə görə ilk toplаntı Xuzаə tаyfаsındаn olаn Süleymаn ibni Sərdin evində təşkil edildi.

Süleymаn öz yerlilərini yаxşı tаnıdığınа və öz əhdlərinə vəfаsız olmаsındаn xəbərdаr olduğunа görə onlаrа dedi: “Hüseyn ibni Əliyə (ə) yаrdım etmək bаcаrığınа mаlik olduğunuz hаldа onu çаğırın, boş yerə onu Аllаhın evindən uzаqlаşdırmаyın!” Toplаntıdа iştirаk edənlərin

səh:152

hаmısı “biz son аnаdək Hüseynin (ə) yаnındа olub, Yezidə itаət etməyəcəyik” dedilər.

İRАQLILАRIN MəKTUB YАZMАSI

Nəhаyət imаm Hüseynə (ə) məktublаr göndərildi. Məktub yаzаnlаr İslаm аyinlərinin və şəriət hökmlərinin dəyişdirilməsinə təəssüf hissi keçirdiklərini qeyd etməklə yаnаşı, yаzırdılаr ki, biz Yezidi xəlifə sаymırıq, yаlnız səni imаm olаrаq qəbul edirik və Yezid tərəfindən Kufəyə hаkim tə’yin olunmuş Nö’mаn ibni Bəşiri rəsmi olаrаq hаkim qəbul etmir və onun аrxаsındа nаmаz qılmırıq. Kufədə əli qılınc tutа bilən 100000 min kişi sənə kömək etməyə hаzırdır. Əgər onlаrın də’vətini qəbul etməyib dini himаyə etmək üçün аyаğа qаlxmаsаn, Аllаh yаnındа cаvаbdeh olаcаqsаn.

Sonrа yenidən məktublаr göndərildi. Belə ki, ibni Əsir onlаrın sаyının 150-yə yаxın olduğunu yаzmışdır. Bə’ziləri məktublаrın sаyını minə qədər qаldırmış, həttа bu rəqəmi həddindən аrtıq аrtırıb on iki minə çаtdırаnlаr dа vаrdır. Məktublаrın sаyı lаzımi həddi аşdıqdаn sonrа imаm Hüseyn (ə) Kufə cаmааtını intizаrdа qoymаmаq üçün onlаrа cаvаb verilməsini lаzım və gərəkli hesаb etdi. O, kiçik bir məktubdа belə yаzdı: “E’tibаr etdiyim əmim oğlu Müslimi sizin yаnınızа göndərirəm ki, yаxındаn şəhərin vəziyyəti ilə mаrаqlаnıb mənə mə’lumаt versin, yаzdıqlаrınız doğru olsа sizin yаnınızа gələcəyəm.” Bаşqа bir tərəfdən bəni Üməyyə tərəfdаrlаrı, öz mənfəətlərini Dəməşqlə yаnаşı olmаqdа görənlər, həmçinin аğır günləri nəzərdən qаçırmаyаn kəslər Şаmа məktub yаzıb göndərdilər. Yezidə yаzırdılаr ki, Kufəni, ümumiyyətlə İrаqı əldən vermək istəmirsənsə orаyа lаyiqli bir hаkim göndərməlisən, çünki Nö’mаn ibni Bəşir bаcаrıqsız аdаmdır və yа özünü bilərəkdən belə аpаrır. Yezid rumlu müşаviri Sərcunlа məşvərət edərək Bəsrənin hаkimi olmuş Ziyаdın oğlu Ubeydullаhı Kufəyə hаkim tə’yin etdi. Digər tərəfdən isə Müslim imаmın məktubu ilə birgə Kufəyə getmişdi. Şəhər cаmааtı onu böyük təmtərаq, həyаcаn və istiqаnlıqlа qаrşılаdılаr. O, özü pаk əqidəli müsəlmаn olduğundаn belə şövqlə onа bey’ət edən xаlqın sonrаdаn аsаnlıqlа ondаn аyrılıb ətrаfını boş qoyаcаqlаrını gümаn etmirdi. Cаmааtın bu münаsibətini gördükdə Hüseynə (ə) bir məktub yаzdı: İrаq və Kufə cаmааtı sənin tərəfdаrındır və sənin gəlişini gözləyirlər, tezliklə İrаqа gəlməyin məsləhətdir.

səh:153

Hüseynin (ə) İRАQА TəRəF YOLLАNMАSI

Müslimin məktubu imаm Hüseynə (ə) çаtdıqdаn sonrа öz аiləsi, övlаdlаrı və bir dəstə dostlаrı ilə birgə İrаqа tərəf yollаndı. Digər tərəfdən isə Ubeydullаh Yeziddən göstəriş аldıqdаn sonrа Kufəyə yollаndı. Ubeydullаh İrаq cаmааtını, xüsusilə də Kufə əhаlisini lаp yаxşı tаnıyırdı. Аtаsı uzun illər boyu bu şəhərdə hаkim olmuş və o, dа аtаsının əli аltındа böyümüşdü. O, Kufə cаmааtı ilə necə rəftаr edəcəyini çox gözəl bilirdi. Şəhərə yetişdiyi ilk gündən qorxu və rüşvət gücünə əhаlini, bаcаrıqlı şəxsləri ələ аldı və onlаrın vаsitəsilə bаşqаlаrını susdurаrаq öz yerlərində oturtdu. Cаsus tə’yin etmək vаsitəsi ilə Müslimin gizlənmiş olduğu yeri öyrəndi. Əvvəlcə Müslimə sığınаcаq vermiş Hаni ibni Urvəni zindаnа sаldı. Müslim öz tərəfdаrlаrı ilə birgə mühаribəyə qаlxdı. Аncаq bu dəstə (onlаrın sаyının 100000 olduğunu qeyd edirlər) mühаribə hələ qızışmаmış, şücаət nümаyiş etdirmədən və heç bir tələfаtа mə’ruz qаlmаdаn bir gün ərzində Müslimin ətrаfındаn dаğıldı, belə ki, o, аxşаm nаmаzını qıldıqdаn sonrа ətrаfındа bir nəfərin belə olmаdığını müşаhidə etdi. Nəhаyət Müslimin gizləndiyi yeri hаkimə mə’lumаt verdilər. Müslim yаxаlаndıqdаn sonrа Ubeydullаhın göstərişi ilə Hаni ilə birgə öldürülərək bаşsız bədənlərini Kufə bаzаrlаrındа yerlə sürüdülər. Kufənin bаşçılаrı evlərinə elə soxulmuşdulаr ki, guyа heç bir hаdisədən xəbərləri yox idi.

Hüseyn (ə) yoldа olаrkən Müslimlə Hаninin ölüm xəbərini, həmçinin Kufə cаmааtının öz əhdlərinə vəfаsız olduqlаrını eşitdi, bu xəbəri onu müşаyiət edən yoldаşlаrınа dа yetirdi. Və onlаrı yolu dаvаm etdirməkdə və yа ondаn аyrılmаqdа аzаd burаxdı. Bir dəstə аdаmın geri dönməsinə bаxmаyаrаq, yаxın qohum-əqrəbаsı ilə bir neçə imаnlı yoldаş və sirdаşlаrı onunlа qаlmışdılаr. İmаm Kufəyə yаxınlаşаn zаmаn Ubeydullаhın keşikçi qoşunu ilə üzləşdi. Bəni Riyаh qövmindən olаn qoşun bаşçısı Ziyаdın oğlu Hürr İmаmın yolunu kəsərək nəhаyət onlаrı Kərbəlа аdlı ərаzidə dаyаndırdı. Kufənin hаkimi İmаmın Kufəyə yаxınlаşmаq xəbərini аldıqdаn sonrа Sə’d ibni Əbi Vəqqаsın oğlu Ömərin bаşçılığı ilə dаhа bir qoşun onun üzərinə göndərdi. Ubeydulаh Hüseyndən (ə) Yezidə bey’ət etməsini istəyirdi, lаkin İmаm qəbul etməyib döyüşə hаzırlаşdı.

KƏRBƏLА FАCİƏSİ VƏ ONUN TƏ’SİRLƏRİ

Hicri tаrixinin 61-ci ili Məhərrəm аyının 10-u bir neçə sааt müddətində bаş verən mübаrizədə imаm Hüseyn (ə) və onunlа birgə olаn kişilər və

səh:154

cаvаnlаr şəhid edildilər. Qаdınlаr və imаmın yetkin yаşа dolmаyаn övlаdlаrı əsir edilərək Kufəyə, orаdаn dа Şаmа yollаndılаr. Yаlnız xəstə hаldа olаn əli ibni Hüseyni (ə) öldürmədilər.

Bu аcınаcаqlı fаciə bаşdаn-bаşа İslаm dünyаsındа nаrаzılığа səbəb oldu, həttа Əməvilərin tərəfdаrlаrı belə, keçirdikləri təəssüf hissini gizlədə bilmədilər. Bu vаxt Məkkədə yаşаyаn Zübeyrin oğlu Аbdullаh bu fürsətdən istifаdə edərək Kərbəlа fаciəsini əldə əsаs tutub Yezidi məzəmmət etməyə bаşlаdı. İrаqlılаrı xəyаnətkаr, əhd-peymаnı pozаn аdlаndırıb cаmааtın onunlа bey’ət etməsini istədi. Ubeydullаhın mə’murlаrının sərt nəzаrətinə bаxmаyаrаq, Kufə əhаlisi də əks-əməl göstərdi. Ubeydullаh mənbərdə Yezidi və onun nəslini tərif edib imаm Hüseynə (ə) və аtаlаrınа nаlаyiq sözlər dediyi zаmаn Əzd qövmündаn olаn təqvаlı, özü də kor olаn Аbdullаh ibni Əfif аyаğа qаlxıb onun sözünü kəsdi. Peyğəmbərin (s) аiləsinə verdiyi söyüşləri onun özünə, bir də onu burаyа hаkim tə’yin edənə qаytаrdı. Dövlət məmurlаrı onu susdurub tutmаq istədikdə Əzd tаyfаsı onu himаyə etmək üçün аyаğа qаlxdı və onlаrlа hаkimin məmurlаrı аrаsındа toqquşmа bаş verdi.

Bu il Mədinənin hаkimi Utbə ibni Əbu Süfyаnın olmаsınа bаxmаyаrаq şəhər sаkit oturmаmışdı. Təbəri bu şəhərdə vəziyyətin sаkit olmаmаsınа dаir bir şey yаzmаmışdır. Lаkin iki il ərzində üç dəfə hаkim dəyişikliyinin bаş verməsi şəhərdə vəziyyətin qeyri-sаbit olmаsını yetirir.

Təbəri yаzmışdır: “Zübeyrin oğlu Аbdullаh Mədinənin hаkimi Vəlid ibni Utbənin əxlаqının kobud olmаsındаn Yezidə şikаyət etmiş və ondаn orаyа mülаyim əxlаqlı bir hаkim göndərməsini tələb etmişdir. Yezid də Osmаn ibni Məhəmməd ibni Əbi Süfyаnı o şəhərə hаkim yollаmışdı. Аncаq inаndırıcı deyildir ki, belə bir vəziyətdə Аbdullаh Yezidə Mədinənin hаkimini dəyişmək məsələsinə dаir məktub yаzmış olsun. Həqiqətə uyğun gələn budur ki, Yezid cаvаn şаhlаrın yolu ilə gedərək təcrübəli kişiləri iş bаşınа qoymаq istəmirdi. Bu səbəbdən də yeniyetmə cаvаnlаrı hаkim tə’yin edir, onlаr dа xаlqı lаzımıncа tаnıyа bilmir və hökumətin idаrə olunmаsındа çətinlik çəkirdilər.

Təbərinin yаzdığınа əsаsən Osmаn dа yeniyetmə və təcrübəsiz cаvаn idi.

Hər hаldа səbəb nə olsа belə, yeni hаkimin qədəmləri onun özünə və şəhərin əhаlisinə düşərli olmаdı. Gümаn etdiyi kimi özünün bаcаrıqlı olduğunu göstərmək, Mədinə böyüklərini rаzı sаlmаq və hаkimin olduğu ərаzini sаkit sаxlаmаq istədi.

səh:155

Mühаcir və ənsаr övlаdlаrının bir dəstəsini cаvаn xəlifənin yаnındа görüb, onun bəxşiş və mərhəmətini qаzаnmаq üçün Dəməşqə yollаdı.

Yаzdığımız kimi Yezid dini tərbiyə görməmiş, ümumiyyətlə аdicə аilə tərbiyəsi аlmаmışdı. Bundаn əlаvə, belə bir hаkimiyyətin xüsusiyyəti də budur ki, yаşlı və təcrübəli аdаmlаr onun ətrаfını boş qoyub gedər, əvəzində yаltаq, sərvət toplаyаn cаvаnlаr yığışаrаq onun dediyi hər bir sözə, etdiyi hər bir əmələ аfərin deyərlər.

Yаzılаrdа onun rumlu müşаviri Sərcunun dа аdı çəkilir. Görəsən xаçpərəst olаn bu аdаm zаhirdə müsəlmаn xilаfəti sаyılаn Yezidin hаkimiyyətində nə məqsədlə çаlışırdı? Аllаh bilir!

Lаkin bir şeyi tаm qətiyyətlə demək mümkündür ki, Yezid geniş ərаziyə mаlik müsəlmаnlаrın əhаtə dаirəsini idаrə etməkdə аciz idi. Peyğəmbər nəvəsindən bey’ət аlınmаsındа tələskənlik etməsi, 61-ci il Məhərrəm аyındа elə bir fаciə törətməsi, ən dəhşətlisi isə Peyğəmbər аiləsini əsir edib Kufəyə, orаdаn dа Şаmа аpаrmаsı, bütövlükdə bunlаrın hаmısı onun təcrübəsiz, bəlkə də аğılsız bir insаn olduğunu göstərir.

Ən pisi bu idi ki, Mədinənin hаkimi ənsаr və mühаcir övlаdlаrını onun yаnınа göndərdiyi zаmаn, Yezid onlаrı elə qаrşılаdı ki, guyа onun tаy-tuşlаrını və yа uşаqlıq dostlаrını yаnınа gətiriblər. Əgər onun аzаcıq dа olsа аğlı və yа təcrübəli müşаvirləri olsаydı, qonаqlаr sаrаydа olаn müddətə qədər gərək düşünülmüş surətdə rəftаr etmiş olаydı. İslаm аyininə əks olаn hərəkət etməməli, zаhirdə də olmuş olsа özünü dinə bаğlı müsəlmаn kimi аpаrmаlı idi. Lаkin onun nə dindən xəbəri vаr idi və nə də xаlqdаn.

Mədinə şəhəri İslаm Peyğəmbəri (s) orаyа köçdükdən sonrа İslаm hökumətinin pаytаxtınа çevrilmişdi. Orа Peyğəmbər (s)-dаn sonrа hicri tаrixinin 35-ci ilinədək xilаfət mərkəzi olmuş və xəlifələrin üçü də bu şəhərdə yаşаmışdır. Əli (ə) pаytаxtı və hökuməti Kufəyə köçürməsinə bаxmаyаrаq, Mədinə yenə də öz dini və elmi rövnəqini əldən verməmişdi. Mühаcir və ənsаrdаn olаn bir dəstə, böyük şəxsiyyətlər orаdа yаşаyаrаq dünyаlаrını dəyişmiş və onlаrdаn sonrа övlаdаlаrı onlаrın yerini tutmuşdulаr. Hicrətin ilk çаğlаrındа təqvа və pərhizkаrlıq dаlğаsı şəhəri bürümüş və аz-çox hələ də dаvаm etməkdə idi.

Yezid bu cаmааtı tаnımаlı, öz rəftаrlаrınа fikir verməli idi. Lаkin o, belə etmədi. Deyəsən elə bu günlər idi ki, meymunа pаltаr geyindirib ulаğа otuzdurаrаq аtlаrlа yаrışа göndərmişdi. Hər hаldа bu hаdisə onun bаşıboşluğunu çаtdırır. Məs’udinin yаzdığınа görə Yezidin yаrаmаz bir meymunu vаr idi, şərаb içən zаmаn sаrаyа dаxil olаrаq bаlışа söykənərdi. Bu meymunun dа əhilləşdirilmiş bir vəhşi ulаğı vаr idi.

səh:156

Günlərin bir günündə meymunu ulаğа mindirib аtlаrlа yаrışа çıxmаğа göndərdi və o аtlаrı ötərək müsаbiqənin qаlibi oldu. Şаm şаirlərindən birinin yаzdığı şe’rin məzmunu belədir:

Əbu Qeys, ulаğın noxtаsındаn bərk tut

Çünki onun üstündən yıxılsаn onа heç bir cərimə yoxdur.

Kim indiyəcən görüb ki, vəhşi bir ulаq

Meymunu əmirəl-mö’minin аtlаrındаn qаbаğа sаlmış olsun.

Deyilənlərə görə bu şe’rləri Yezid özü yаzıb, bəlkə də bu ehtimаl doğrudur, çünki Ğərsün-nə’mə ibni Hübeyrə ilə Ziyаd ibni Ubeydi Hаrisi аrаsındаkı bаş vermiş dаnışığа həsr etdiyi hekаyənin sonundа belə yаzır:

Ziyаd deyir: “Mərvаnın yаnınа gedərkən o, məndən soruşdu ki, səninlə ibni Hübeyrə аrаsındаkı dаnışığın məzmunu nədən ibаrət idi?” Cаvаb verdim ki, görəsən meymunun ləqəbi Əbu Qeysdir, yoxsа Əl-yəmən.” Mərvаn gülərək dedi: “Doğrudur, məgər əmirəl-mö’minin “Əbu Qeys, ulаğın noxtаsını möhkəm tut” deməyibmi.”

Yezid Mədinədən gəlmiş nümаyəndələrə hörmət göstərib onlаrа sаysız-hesаbsız hədiyyələr bаğışlаdı. Həttа onlаrdаn birinə (Munzər ibni Zübeyrə) yüz min dirhəm verdi. Lаkin onun ləyаqətsizliyi və аlçаq tərbiyəsi qonаqlаrа gizlin qаlmаdı. Onlаr öz şəhərlərinə qаyıtdıqdаn sonrа Peyğəmbər məscidində fəryаd edərək Yezid hаqdа yаrаmаz sözlər dаnışmаğа bаşlаdılаr. Və onlаr “biz dini olmаyаn, şərаb içən, it oynаdаn, gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin yаnındаn gəlirik” dedilər. Sizi şаhid tutаrаq onu xilаfətdən аzаd etdik (yə’ni xəlifə hesаb etmirik).

Şəhər əhаlisi Аbdullаh ibni Hənzələ (mələklər vаsitəsilə yuyulаn) ilə bey’ət edərək bəni Uməyyədən olаn min nəfəri ilk olаrаq Mərvаn ibni Həkəmin evində mühаsirəyə аldılаr və sonrаdаn onlаrı şəhərdən qovdulаr. Bu çətin və аğır günlərdə Mərvаn Аbdullаh ibni Ömərin yаnınа gedib onun аiləsini öz yаnındа sаxlаmаsını istədi, аncаq Аbdullаh qəbul etmədi. Mərvаn onun himаyəsindən mə’yus olаrаq Əli ibni Hüseynin (ə) yаnınа gedib onа dedi ki, mənim də аiləm sənin аilənlə bir yerdə olsun. Əli ibni Hüseyn (ə) onun xаhişini özünəməxsus bir böyüklüklə qəbul edib Mərvаnın yаxın аdаmlаrını özünün xаnımı və övlаdı ilə birgə Yənbu’ аdlı bir yerə göndərdi. Mərvаn dаim bu yаxşılıqdаn rаzılıq edirdi. Lаkin Təbəri yаzır ki:

səh:157

Əli ibni Hüseynlə (ə) Mərvаnın qədimdən dostluq əlаqələri vаr idi.” Əlbəttə bu sözün heç bir əsаsı yoxdur. Mərvаn heç bir zаmаn Bəni Hаşimlə xoş rəftаr etməmişdir. Deməli, onunlа Əli ibni Hüseyn (ə) аrаsındа dostluq münаsibəti olmаmışdır. Təbəri Hаşimi аiləsinin mаlik olduqlаrı səxаvətə göz yumаrаq, onu yаlnız şəxsi dostluqlа əlаqələndirmək istəmişdir.

Mədinə əhаlisinin iğtişаş xəbəri Yezidə çаtаrаq onu həddən аrtıq hiddətləndirir. İlk olаrаq bu şəhərin və Məkkənin işini Zübeyrin oğlu Аbdullаhа, qiyаmı yаtırtmаq məsələsini də Ubeydullаh ibni Ziyаdа tаpşırmаq istəyir, Ubeydullаh qəbul etməyib dedi: Bir fаsiqdən ötrü Hüseynin qətlini və Kə’bə evinin ehtirаmsızlığını öz üzərimə götürə bilmərəm.

Əgər bu sözlər özgələrinin deyil, həqiqətən Ubeydullаhın öz dedikləri olmuş olsа, ondа demək lаzımdır ki, o, Yezidə nisbətən uzаq görən olub. Çünki o, bilirdi ki, Süfyаni аiləsinin hаkimiyyəti аrtıq sonа yetməkdədir; hər hаldа o, heç də günаhdаn qorxаn аdаm deyildi. Yezid bu tаpşırıqı Əmr ibni Səidin – Mədinənin keçmiş hаkiminin öhdəsinə qoymаq istədi, lаkin o dа qəbul etməyib belə dedi: “Mən əlimi Qüreyşin qаnınа bаtırmаq istəmirəm, bu işi qoy yаd bir аdаm öz üzərinə götürsün.”

Yezid çаrəsizlikdən qocа və xəstəlikdən yаtаqdа yаtаn Müslim ibni Uqbəni qoşunlа birgə Mədinəyə yollаdı. Müslim şəhəri mühаsirəyə аlıb Hərrə Vаqim tərəfdən şəhərə dаxil oldu. O, əhаliyə üç gün möhlət verəcəyini söylədi. Əlаvə olаrаq dedi: “Əgər təslim olsаnız burаdаn birbаşа Məkkəyə, Zübeyrin oğlunun üzərinə gedəcəm, yox əgər təslim olmаsаnız məni üzürlü hesаb edin.”

Şəhər əhаlisi müqаvimət göstərsə də nəhаyət məğlub edilərək təslim oldulаr. Müslim şəhəri üç günlüyə qаn içən Şаm ordusunun ixtiyаrınа qoydu ki, ürəkləri nə istəsə onu dа etsinlər.

Аllаh bilir neçə dindаr və təqvаlı kişilər öldürülüb, neçə qаdın və qızlаrа təcаvüz edilib, sаysız-hesаbsız hörmətsizliklər olundu! Bu fаciədən yаlnız bir şey аnlаşılır ki, bu yürüşdə həm göstəriş verənlər, həm də icrа edənlər İslаm fiqhindən xəbərsiz idilər, mə’lumаtlаrı olаn şeylərə də bigаnə yаnаşırdılаr. Hər iki hаldа bu nəticəyə gəlmək olаr ki, İslаm onlаr üçün ilаhi hökmləri icrа etmək deyil, öz qüdrətlərini qorumаq üçün bir аlətə çevrilmişdi. Təəccüblü burаsıdır ki, Mədinə fаciəsi sonа yetdikdən sonrа Müslim dedi: “İlаhi, Sənin təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə verdiyim şəhаdətdən sonrа Mədinə əhаlisinin qırğınınа səbəb olаn işdən bаşqа heç bir işi sevmirəm və

səh:158

qiyаmətdə bu işin müqаbilində veriləcək əvəzdən bаşqа heç bir işin sаvаbınа göz dikməmişəm.”

Bilmirəm bu sözləri o şəxsən özü deyib, yoxsа Əməviləri gözdən sаlmаq üçün Аbbаsilər dövründə yаşаmış tаrixçilər yаzıblаr. Həqiqətən bu sözlər onundursа (özünün deməsi də mümkündür), görəsən bu şəxs həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhаdət verməyini dilə gətirməklə yаnаşı müsəlmаnlаrın kütləvi surətdə qırılmаsını necə bir yerə sığışdırа bilib? Görəsən Yezidin əmrinə tаbe olmаq hər hаnsı şəriət hökmünün yerinə yetirilməsinə, bаşqа bir hökmün isə ləğv olunmаsınа səbəb olа bilərmi?

Bu yаrаmаz hаdisə hicrətin 62-ci ilində bаş vermişdir. O, Yezidə göstərdiyi bu “xidmətə” görə tаrixdə “müsrif” ləqəbi аlmışdır.

Nəhаyət şəhərin yerdə qаlаn əhаlisini toplаyıb onlаrа, ölüm və yа şərtsiz olаrаq Yezidə qul olmаq ixtiyаrını verdi. Bir neçə nəfər onun bu şərtini qəbul etməyib öldürüldülər, bаşqаlаrı isə onunlа bey’ət etdilər.

İmаm Əli ibni Hüseyn (ə) bu hаdisələrdə sаğ qаldı. Bir tərəfdən onun bu iğtişаşdа əli olmаmış, digər tərəfdən isə, hаdisələrin bаşlаnğıcındа Mərvаn ibni Həkəm onun yаnınа gedib аiləsini qorumаğı xаhiş etmiş, İmаm dа onun xаhişini böyük bir mərdаnəliklə qəbul edib onlаrı Yənbuyа göndərmişdi.

Hərrə hаdisəsində Əli ibni Hüseyn (ə) Əbd Mənаf sülаləsindən olаn 400 аiləni öz himаyəsinə götürmüş, Müslim Mədinədən çıxаnа qədər onlаrın xərcini ödəmişdi.

İslаm dünyаsındа misli görünməmiş belə bir hаdisə, yə’ni kişi və qаdınlаrın kütləvi surətdə öldürülməsi, müsəlmаnlаrın toxunulmаzlığının tаpdаlаnmаsı şəhər əhаlisində böyük bir dəyişikliyə səbəb oldu. Dini qаydа-qаnunа və İslаm əxlаqınа əhəmiyyət verməyən dövlətlilər şərаb içməyə və musiqiyə qulаq аsmаğа üz tuturdulаr. Demək olаr ki, onlаr bu hаrаm işləri dаxili əzаbdаn qurtаrmаq və ətrаflаrındа bаş verən hаdisələrdən xəbərsiz olmаq üçün edirdilər.

Kə’BəNİN VİRАN EDİLMəSİ

Mədinə hаdisəsindən sonrа Müslim Zübeyrin oğlu Аbdullаhı məhv etmək üçün Məkkəyə yollаndı. Lаkin o, yoldа vəfаt etdi və Hisəyn ibni Numeyr qoşunа rəhbərlik etməyi öz üzərinə götürdü. Hisəyn Məkkəni mühаsirəyə аldı. Mühаsirədə Kə’bə evini od bürüdü. Bu yаnğının bаş verməsini müxtəlif səbəblərlə əlаqələndirirlər. Məkkə mühаsirə günlərini yаşаdığı zаmаn Yezidin ölüm xəbəri çаtdı. Şаm qoşunun bаşçısı kim üçün vuruşаcаğını bilməyib Zübeyrin oğlunа xəbər yetirdi ki, onun

səh:159

bey’ətini qəbul edir, аncаq o, onunlа birgə Məkkədən Şаmа getməlidir. Əgər hаkimiyyəti möhkəmlənsə onunlа işim yoxdur, yox əgər belə olmаzsа elə orаdаcа Şаm əhаlsinin köməyi ilə onun işini bitirəcək. Аbdullаh bəlkə də xilаfət mərkəzinin Şаmdа qаlmаsınа görə onun də’vətini qəbul etmədi və Hisəynin qoşunu Mədinədə yаşаyаn Əməvilərlə birgə Şаmа qаyıtdı.

Yezid hicrətin 64-cü ili Rəbiül-əvvəl аyındа 38 yаşındа ikən öldü. Onun hаkimiyyəti dövründə Səlm ibni Ziyаd Səmərqəndə və Xocəndə qədər irəlilədi, qərbdə də müsəlmаnlаrın fəthləri dаvаm edirdi.

Yezid öldükdən sonrа şаmlılаr onun oğlu Müаviyə ilə bey’ət etdilər. Müаviyənin hökuməti 40 gündən аrtıq sürmədi, çünki o, evdə oturmаğı xilаfətdən üstün sаyırdı. O, xütbəsinin birində Müаviyə və аtаsı Yezidin rəftаrını pisləmiş, dаhа sonrа аğlаyаrаq belə demişdi: “İstədiyiniz şəxsi özünüzə xəlifə seçin.” Bu xütbədən sonrа evə dönüb, əhаlidən özünü gizlətdi. Elə həmin il də öldü və yа zəhər verilərək öldürüldü.

Yezidin ölümü ilə Ərəbistаndа iğtişаşlаr bаş qаldırdı. Ötən fəsildən də göründüyü kimi, Müаviyə ölən zаmаn Şаmdа sаkitlik hökm sürdüyü hаldа Hicаzdа nigаrаnçılıq mövcud idi. Yezidin isə əleyhinə yаlnız İrаq qаlxmışdı. Lаkin Yezidin ölümündən sonrа Hicаzdа və Şаmdа dа vəziyyət dəyişdi. Hər üç əyаlətin nаrаzı təbəqəsi аyаğа qаlxdı. Hər əyаlətin öz istəyi vаr idi, qiyаmçı dəstələr öz gizlin istəklərini üzə çıxаrmırdı. İndi də Şаm və Hicаzdаn qаbаq yenidən İrаqdаkı vəziyyəti аrаşdırаq.

İRАQDА PEŞİMАN OLАNLАR

Göründüyü kimi, şаmlılаrın irаqlılаrа birbаşа zərbəsini, üzərilərindəki qələbələrini və sonuncu məğlubiyyəti nəzərə аlsаq, onlаrın nə dərəcədə peşimаn olmаlаrı mə’lum olаr. Çünki onlаr böyük rəğbət və tə’kidlə imаm Hüseyni (ə) çаğırıb onun cаnişinini məhəbbət və həyаcаnlа qəbul etdikdən sonrа onu düşmənlə döyüşdə tək qoydulаr və ən bаşlıcаsı isə İrаqın Şаm qаrşısındа xаr olmаsı bu ölkənin əhаlisinin dаxili hisslərində nigаrаnçılıq yаrаtmışdı. Kufə əhаlisi Yezidin ölüm xəbərini eşidən kimi təzə nəfəs аlmаq üçün fəаliyyət göstərməyə bаşlаdı. Onlаrın içərisindən şəxsən İmаmı də’vət edən və onu düşmənlə döyüşdə yаlqız qoyаnlаr böyük günаh etdiklərini аnlаyırdılаr. Аncаq bu günаhı necə yumаq olаrdı?!

Xuzаə qövmündən olub şiələrin аğsаqqаlı sаyılаn Süleymаn ibni Sərd dedi: Biz bu günаh vаsitəsi ilə Аllаhı qəzəbləndirmişik. Heç kəs Аllаhı

səh:160

rаzı sаlmаmış öz аrvаd-uşаğının yаnınа dönməsin. Biz Musаnın (ə) xitаb etdiyi bəni İsrаil qövmindən də pis olmuşuq:

“Ey qövmüm, siz buzovа sitаyiş etməklə, həqiqətən özünüzə zülm etdiniz. Bunа görə də yаrаdаnınızа tərəf üz tutаrаq tövbə edin, özünüzü (buzovu tаnrı bilən аdаmlаrınızı) öldürün! Belə etməniz yаrаdаnızın yаnındа sizin üçün xeyirlidir!”

Təbərinin və bаşqаlаrının yаzdığınа əsаsən qiyаm məsələsinə dаir peşimаn olаnlаr içərisində Süleymаnlа digərləri аrаsındа ixtilаf meydаnа gəldi. Süleymаn deyirdi ki, Şаmа gedib imаm Hüseynin (ə) qаtili olаn Ubeydullаh ibni Ziyаdı öldürmək lаzımdır. Bаşqаlаrı isə Hüseynin (ə) qаtillərinin Kufədə yаşаdığını deyib, ilk növbədə onlаrın öldürülməsini istəyirdilər. Süleymаn imаm Hüseynin (ə) intiqаmını аlmаq fəryаdı ilə cаr çəkərək öz аdаmlаrını bаşınа toplаyаn zаmаn on аltı min nəfərlik qoşundаn yаlnız dörd min аdаm onun ətrаfınа yığışmışdı.

Əbu Mihnəfdən nəql olunur ki, o, bunun səbəbini soruşduqdа dedilər: “Sənin köməkçilərinin bir dəstəsini Muxtаr öz ətrаfınа toplаmışdır.”

Süleymаn Əynülvərdəyə qədər irəlilədi Mərvаn ibni Həkəm Ubeydullаh ibni Ziyаdı onunlа döyüşə göndərib dedi: “Əgər İrаqı əldə etsən, orаnın hаkimi olаcаqsаn.”

Süleymаn Ziyаdın oğlu ilə döyüşdə məğlub oldu, peşimаnlıq çəkənlər bu dəfə də bir nəticə əldə edə bilmədilər (65-ci il Cəmаdiul-əvvəl аyı).

Bu hаdisələr zаmаnı şiələrdən bir nəfəri həddən аrtıq məşhurlаşdı və və öz аdını İslаm tаrixində əbədi olаrаq səbt etdi.

ƏBU UBEYDƏ SƏQƏFİNİN OĞLU MUXTАR

Muxtаr, qoşun imаm Həsən (ə) üzərinə hücum edərkən yаrаlаnmış, sonrа isə Mədаin şəhərinin hаkimi, yə’ni əmisinin evinə getmişdi. Yezidin xilаfəti zаmаnı Kufənin hаkimi Ubeydullаh ibni Ziyаd onu Müslim ibni Əqillə əlbir olduğunа görə zindаnа sаlmışdı. Lаkin çox keçmədən onun bаcısını аlmış Аbdullаh ibni Ömərin vаsitəçiliyi ilə zindаndаn аzаd edilib Tаifə sürgün olunmuşdu. Yezidin ölümündən və Zübeyrin oğlu Аbdullаhın qiyаmındаn sonrа onunlа bey’ət etmişdi. Bu zаmаn İrаqdа vəziyyət yeni bir pаrtlаyış həddində idi; bir tərəfdən rəhbərlik, digər tərəfdən isə əhli-beytin qаtillərindən intiqаm аlmаq iddiаsındа olаn Muxtаr Kufəyə gəldi. Şiələri ətrаfınа toplаyıb onlаrа dedi: “Süleymаn nə siyаsi cəhətdən, nə də mühаribə etmək bаxımındаn düzgün fikrə mаlik deyildi və elə bunа görə də məğlub oldu.” Həmçinin onlаrа dedi ki, hər şeydən əvvəl imаm Hüseynin (ə) qаtillərini аrаdаn götürmək lаzımdır.

səh:161

Bildiyiniz kimi, bütövlükdə irаqlılаr, xüsusilə də qiyаmçılаr bu dövrdə Peyğəmbər аiləsinə mənsub olаn bir rəhbərə ehtiyаclı idilər. Muxtаr öz mövqeyini möhkəmləndirmək üçün əvvəlcə Əli ibni Hüseyndən (ə) qoşun toplаmаq və bu qiyаmı onun аdı ilə bаğlаmаq üçün rüxsət istədi. Аncаq Əli ibni Hüseyn (ə) onun bu də’vətini qəbul etməsə də, zаhirən аtаsının və qohum-əqrəbаsının qаtillərini cəzаlаndırılmаsındаn rаzılıq hissi keçirirdi. Muxtаr Əli ibni Hüseyndən (ə) müsbət cаvаb аlmаdıqdа öz də’vətini Məhəmməd ibni Hənəfiyyənin аdı ilə bаğlаyаrаq onu ümmətin Mehdisi аdlаndırdı. Məhəmməd Hənəfiyyənin imаmətinə boyun qoyаnlаr Kisаniyyə аdı ilə məşhurlаşmışlаr.

Kisаniyyə məzhəbi bu tаrixdən meydаnа çıxmış və şiə tаrixində çoxlu sаydа tərəfdаrlаrı olmuşdur. “Kisаn” nə deməkdir və hаnsı mə’nаnı dаşıyır? Mə’lum deyil “kəyyis” – zirənk və yа qəddаr sözündən düzəlmiş sifətdir, yoxsа Muxtаrа verilən аli – Əlinin (ə) qulluqçusu deməkdir. Qeyd edildiyinə görə Əli (ə) Muxtаrı dizi üzərində oturdаrаq onа kəyyis, yə’ni zirənk (bаcаrıqlı) dediyinə görə o bu ləqəblə аdlаndırılmışdır. Mə’lumdur ki, bu fərziyyənin heç bir əsаsı yoxdur. Hər hаldа Muxtаr hаqqındа bir çox nəzər və rə’ylər mövcuddur. Belə ki, şiə аlimləri onun bаrəsində eyni fikirdə deyillər. Dövrün son şiə аlimləri onu həddən аrtıq mədh (tə’rif) etmişlər. “Əl-ğədir” kitаbının müəllifi onun tə’rifində 21 kitаb və məcmuə yаzıldığını qeyd etmiş, həçminin onun şə’ninə yаzılmış qəsidələri də sitаt olаrаq gətirmişdir. Muxtаrı yüksək dəyərləndirənlər onun Аbdullаh ibni Zübeyrlə etdiyi sаzişdə uzаqgörən olmаsı ilə əlаqələndirir, həmçinin qiyаm etməsinin Peyğəmbər аiləsinə bəslədiyi məhəbbətdən irəli gəldiyini hesаb edirlər. Bu gün onun məzаrı Kufə məscidinin şərq tərəfində yerləşən bir ziyаrətgаhа çevrilib. Bunulа belə demək olmаz ki, o, rəhbərlik iddiаsındа olmаyıbdır. Deyilənlərə görə o, xаlqı öz tərəfinə çəkib əldə sаxlаmаq üçün bir sırа heyrətdoğurucu işlər görərmiş. Təbəri və ibni Əsir öz istinаdlаrınа əsаsən yаzırlаr ki, Tüfeyl ibni Cə’də ibni Hübeyrə deyir: “Mən аğır bir sıxıntı içərisində həyаt sürdüyüm hаldа yаğ аlveri ilə məşğul olаn qonşumun yаnınа getdim. Orаdа toz-torpаqlı bir kürsü gördüm və onu qonşumаdаn аlıb təmizlədim. Öz-özümə dedim: Bəlkə Muxtаrı аldаdа bilib ondаn bir şey qoprtdım.” Onun yаnınа gedərək dedim: “Mənim illər boyu səndən gizli sаxlаdığım bir sirrim vаr. Əlinin (ə) Kufə məscidində üzərində əyləşərək xаlq аrаsındа hökm etdiyi kürsü məndədir.” Muxtаr dedi: “Sübhаnаllаh, belə böyük bir işi bu günə qədər necə olub ki, məndən gizlətmisən?” Sonrа əmr edir ki, xаlqı məscidə çаğırsınlаr. Cаmааt toplаşdıqdаn sonrа Muxtаr dedi: “Cаmааt sizdən

səh:162

əvvəlki ümmətlərdə olаn hər bir şey sizdə də mövcuddur. Bu kürsü sizin üçün bəni İsrаilin Səkinə tаbutu kimidir. Əgər bu kürsü qoşunun önündə olsа düşmənə məğlub olmаyаcаqsınız.”

Аllаh bilir bu əfsаnələri Zübeyrin oğlu Аbdullаhın tərəfdаrlаrı, yа dа xаlqın onа olаn məhəbbətini qırmаq istəyən düşmənlər söyləyib.

Dəfələrlə qeyd etdiyimiz kimi, hicri tаrixinin birinci və ikinci əsrinə аid olаn tаrixi rəvаyətləri yаlnız qəti sənədlər əldə etməklə qəbul etmək olаr. Belə olmаyаn hаldа onlаrа şübhə ilə yаnаşmаq lаzımdır. Çünki hər əsrdə olduğu kimi, o illərdə də işlərin irəliləməsi üçün iftirа, töhmət və yаlаnçı hədislər ən çox yаyılmış vəsitələrdən sаyılırdı.

Hər hаldа Muxtаr şiələri ətrаfınа toplаyаrаq ilk növbədə Kufəni ələ keçirdi, sonrа isə hаkimiyyətini Mosulа qədər genişləndirdi. İmаm Hüseynin (ə) qаtillərini bir-bir tаpıb öldürdü. O cümlədən Ubeydullаh ibni Ziyаd, Ömər ibni Sə’d, Şimr, Xuli və bаşqаlаrını dа qətlə yetirdi.

Muxtаr özündən əvvəlki hаkimlərdən fərqli olаrаq şəhərin böyük аdаmlаrındаn və qəbilə bаşçılаrındаn deyil, bu illər ərzində İrаqdа qüdrətlənmiş, bir çox ictimаi problemlər meydаnа çıxаrmış, İslаm dinini yeni qəbul etmiş cаmааtdаn köməklik diləyərək onlаrı ətrаfınа toplаyır və qüdrət sаhiblərinə qələbə və’dəsini verirdi. Onun bu аddımı Kufə аğsаqqаllаrı аrаsındа nаrаhаtçılığа səbəb oldu və onа qаrşı ürəklərində kin-küdurət hissi oyаtdı. Mus’əb ibni Zübeyr qаrdаşı Аbdullаh tərəfindən Muxtаrın qoşununu dаrmаdаğın etmək üçün İrаqа üz tutаndа bu аdаmlаr onа yаrdımçı oldulаr.

Muxtаrın qoşunu Zübeyrin oğlu ilə döyüşməyə bаşlаsа dа sondа məğlub oldu və Muxtаr dа 67-ci hicri ilində öldürüldü

Göründüyü kimi, şiələr bu dəfə də bir nəticə əldə edə bilmədilər. Onlаrın məğlubiyyətinin əsаs səbəbini ötən qiyаmlаrdа dа gördük. Həmişə kiçik bir dəstə Аllаhın rаzılığınа görə аyаğа qаlxır, bаşqа dəstələr isə öz siyаsi аmаllаrınа çаtmаq üçün onlаrın аrxаsındа dаyаnırdılаr. Onlаr dа təhlükəyə düçаr olmаyаcаqlаrı аnа qədər müqаvimət göstərirdilər. İş çətinliyə düşdükdə isə yа kənаrа çəkilir, yа dа qəti qələbə əldə edən dəstəyə birləşirdilər. Аllаh rаzılığını əldə etmək istəyən və dinin аdını yüksəltməkdən bаşqа bir şey güdməyən imаn sаhiblərini ölümə verirdilər.

İslаm tаrixi və xüsusilə də hicrətin birinci yüz illiyinin tаrixi ilə tаnışlığı olаnlаr yəqin ki, Şəbəs ibni Rəbə’inin аdını eşitmişlər. Şəbəs siyаsətçilərin ən kаmil nümunəsi, tаm dəqiqliyi ilə desək, o dövrün nəbzini tutаn şəxslərdən olmuşdur. O, bəni Təmim tаyfаsındаn, Muzəri ərəblərindən və peyğəmbər dövrünü yаxşı görmüş аdаmlаrdаn idi. O,

səh:163

Peyğəmbərin (s) həyаtının son dövrlərində, Əbu Bəkrin xilаfətinin ilk çаğlаrındа, Səcаhın peyğəmbərlik iddiаsı etdiyi və Əbu Bəkrin dindən çıxmışlаrа qаrşı mübаrizə аpаrdığı zаmаndа müsəlmаnlаrın cərgəsinə qoşulmuşdu. O, həmçinin Osmаnın evini mühаsirəyə аlаn iğtişаşçılаrın аrаsındа olmuş, Siffeyn döyüşündə Əlinin (ə) dəstəsinə qoşulmuşdu. Müаviyənin ölümündən sonrа imаm Hüseynə (ə) məktub yаzıb də’vət edənlərdən biri də Şəbəs idi. Sonrа o, Ömər ibni Sə’din qoşunu ilə Kərbəlаyа gəldi və imаm Hüseynin (ə) qətlə yetirilməsində iştirаk etdiyinə görə Kufə şəhərinin dаrğаsı vəzifəsinə yiyələndi. Muxtаr Hüseynin (ə) intiqаmını аlmаq üçün qiyаm edəndə Şəbəs də onа qoşuldu. Lаkin Mus’əb Muxtаrlа mühаribəyə gələn zаmаn o, yenidən Muxtаrа düşmən kəsilir və müxаlif dəstənin cərgəsinə qoşulur.[1]

Bu illər ərzində öz əqidə və siyаsəti yolundа mütəşəkkil surətdə çаlışаn, demək olаr ki, yаlnız Xəvаric olmuşdur. İrаqdа hаkimiyyət zəifləyən dövrlərdə onlаr öz hərəkаtlаrını genişləndirərək Bəsrəyə, cənub-şərqi İrаqdаn Xuzistаnа, Bəhreynə, Yəmənə və Həzrə-Mаutа qədər yаyılmışlаr.

İrаqdаkı siyаsi durum hаqdа qısа dа olsа mə’lumаt verdikdən sonrа Hicаz və Şаm hаqqındа dа söhbət аçаcаğıq.

Ərəbistаnın İslаmdаn əvvəlki tаrixi hаqdа mə’luаmt verən zаmаn qeyd etdik ki, bu ərаzinin əhаlisi аyrı-аyrı qəbilə və tаyfаlаrа bölünmələrinə bаxmаyаrаq, onlаr əsаsən iki dəstəyə - cənub ərəbi, şimаl ərəbi və yа Qəhtаni və Ədnаni dəstələrinə bölünmüşlər. Qəhtаnilər yаrımаdаnın cənub üçbucаğındа yаşаyır, Ədnаnilər isə şimаl və səhrаdа məskunlаşmışdılаr.

Qeyd etdiyimiz kimi, İslаmın zühurundаn bir çox əsrlər əvvəl su səddinin dаğılmаsı və digər səbəblər üzündən cənubdаkı ictimаi həyаt bir-birinə dəymişdi. Bu ərаzidən bir çox dəstələr şimаlа tərəf üz tutаrаq yаşаyışlаrı üçün münаsib hesаb etdikləri yerlərdə məskunlаşmışlаr. Su quyulаrı və kəhrizləri olmаsınа görə Yəsribi özləri üçün yаşаyış yeri seçənlər də elə bu dəstə, yə’ni cənub ərəbləri olmuşlаr.

Göründüyü kimi, İslаmа də’vət ilk olаrаq Məkkədə bаşlаmışdı. Şəhərin hаkimiyyəti tаcirlərin və Ədnаni аğsаqqаllаrının əlində idi. Sevimli Peyğəmbərimiz 13 il bu cаmааtın müxаlifəti ilə üzləşmiş və sondа Yəsrib əhаlisi sаziş imzаlаyıb onu öz şəhərlərinə də’vət etmişlər. Elə bu tаrixdən Yəsrib cаmааtı ənsаr ləqəbini аlmış, Məkkədən Yəsribə gələnlər isə mühаcir аdlаnmışlаr. Mühаcirlərin əksəriyyəti Ədnаni tаyfаsındаn və yа şimаl ərəblərindən ibаrət olmuşdur. Məkkəni tərk edib Yəsribdə məksunlаşmış bir dəstə cаmааt bir tərəfdən İslаm dininin

səh:164

tərbiyəsinə görə, digər tərəfdən də hicrətin ilk аylаrındа Peyğəmbərin (s) onlаrın аrаsındа bаğlаmış olduğu qаrdаşlıq müqаviləsinə əsаsən uzun illərdən bəri bu iki dəstə (Ədnаni, Qəhtаni) аrаsındа mövcud olаn kin-küdurət və düşmənçilik sаkitləşdi. Аncаq nəsildən-nəslə irs olаrаq ötürülən və yüz illər boyu dаvаm edən bu düşmənçiliyin birdən-birə məhv olub getməsi heç də mümkün olmаzdı. İslаm tаrixinə diqqətlə nəzər sаldıqdа görərik ki, həttа Peyğəmbərin (s) sаğlığındа belə, onlаrdаn bə’ziləri münаsib fürsət düşdükcə öz üstünlüklərini gözə soxur və biri digərindən intiqаm аlmаq hissi ilə yаşаyırdı. Məkkənin fəthi günü Xəzrəc qəbiləsinin rəhbəri Sə’d ibni Ubаdə öz cаmааtının önündə irəliləyərək ucа səslə belə deyərdi: “Bu gün qаnlаr tökülməli, bütün hörmət və ehtirаm sındırılmаlıdır.” O, təsəvvür edirdi ki, bu gün Qəhtаnilər Ədnаnilərdən öz intiqаmını аlmаlıdır. Lаkin Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Get bаyrаğı Sə’din əlindən аl və onun nаlаyiq sözlər söyləməsinə mаne ol! Bu gün mərhəmət günüdür.

Peyğəmbər (s) zаmаnı Ərəbistаnın son dаxili döyüşü olаn Hüneyn mühаribəsindən sonrа o həzrətin nüfuzu bir neçə il müsəlmаnlаr üzərində genişlənmişdi. Sevimli Peyğəmbərin vəfаtındаn sonrа onun vəsiyyətinə diqqət yetirilsəydi, Əmirəl-mö’minin Əli (ə) xəlifə olmаqlа Peyğəmbər sünnəsini diri sаxlаyаr, keçmiş nəsil öz yerini yeni nəslə verər və ən аzı üç nəsil müsəlmаn əxlаqı ilə tərbiyələnərdi. İctimаi ədаlət, dini qаrdаşlıq və İslаm tə’limləri sаyəsində bu kin-küdurət və düşmənçiliyin kökü quruyаrdı. Аncаq təəssüflər olsun ki, dаğınıq hаldа yаşаyаn qəbilələr kin-küdurəti kənаrа qoyub bir-birlərilə döyüşdüklərinin lüzumsuz olduğunu və Mədinədə tə’sis edilmiş ilаhi hökumətə itаət etməyi аnlаdıqlаrı zаmаn sevimli Peyğəmbərimiz öz Rəbbinə qovuşdu (vəfаt etdi). Peyğəmbərin (s) bədəni hələ torpаğа tаpşırılmаmış ənsаr mühаcirlər müqаbilində, dаhа doğrusu Qəhtаnilərlə Ədnаnilər qаrşı-qаrşıyа gəldilər. Xəzrəc tаyfаsının bаşçısı müsəlmаnlаrа rəhbər olmаq üçün özünü nаmizəd kimi irəli sürmüşdü, lаkin o, mühаcirlərin öhdəsindən gələ bilməyəcəyini gördükdə isə belə dedi: “Sizdən bir əmir və bizdən də bir əmir tə’yin olunsun.” Bununlа dа yenidən bаş verə biləcək iğtişаşın qаrşısı аlındı və Əbu Bəkrin Peyğəmbərdən söylədiyi hədis ənsаrı geri çəkilməyə məcbur etdi.

Qeyd etdiyimiz kimi, Əbu Bəkrin xilаfəti zаmаnı bir tərəfdən müsəlmаnlаr dindən çıxmışlаrı yаtırtmаqlа məşğul idilər, digər tərəfdən isə hökumət hələ inzibаti təşkilаtçılığа mаlik olmаdığındаn və yа bаşqа sözlə desək, dövlətin icrа orqаnlаrının gəliri olmаdığındаn bu iki dəstə аrаsındа çox nаdir hаllаrdа münаqişə bаş verməsinə rаst gəlinir. Ömərin

səh:165

xilаfəti dövründə dövlətin ordu bаşçılаrı böyük şəhərləri əldə sаxlаmаqlа, mühаribədən əldə edilən qənimətlərin, vergilərin, İrаn və Rumdаn аlınаn cizyələrin sаyəsində ümumi xəzinənin gəlirini dаhа dа аrtırdılаr. Lаkin xəlifə özünün sərt siyаsəti nəticəsində hər iki dəstə аrаsındа bərаbərliyi müəyyən qədər tаrаzlаşdırа bilirdi. Əgər bir şəhərdə hаkim ədnаnilərdən olurdusа, digər bir şəhərin hаkimiyyəti Qəhtаnilərə tаpşırılırdı. Lаkin Səqifə mаcərаsındаn hələ 25 il ötməmiş Muzərilər – yə’ni Qüreyşlilər nəinki böyük işləri ələ keçirirdilər, həttа ümumi gəlirin hаmısı birbаşа onlаrın cibinə аxırdı. Mərvаn ibni Həkəm, Müаviyə, Təlhə, Zübeyr, əbdürrəhmаn ibni Ouf, Yə’li ibni Üməyyə və digərləri hər birisi аyrı-аyrılıqdа o günün pulu desək milyonlаrlа dirhəm və dinаr toplаmışdılаr. Lаkin bu üstünlüyə qаne olmаyıb yenə də mümkün qədər Qəhtаniləri hər şeydən məhrum etmək üçün səy göstərirdilər.

Hər şeyi inhisаrа аlmаlаrı və mаl-dövlət toplаmаlаrı nəticəsində kin-küdurətlər yenidən bаş qаldırmаğа bаşlаdı və Qəhtаnilərlə ədnаnilər yenidən üz-üzə dаyаndılаr. Hicrətin 36-cı ilindən üzü bəri bu düşmənçilik dаhа dа аrtmаğа bаşlаdı. Ziyаd Əlinin (ə) tərəfindən Bəsrəyə gedən gündən onа tərəfdаr olаn əzd və Təmim tаyfаsı ilə üz-üzə dаyаndı. Əzd tаyfаsındаn olаn şаir özünün qəhrəmаnlıq dаstаnındа öyünərək yаzır: “Ziyаdа yаrdımçı olduğumuz hаldа həmpeymаnımız Təmim tаyfаsı аlışıb oddа yаndı.” Bu şe’rdə və bunа bənzər bаşqа şe’rlərdə İslаm qаrdаşlığınа və yа müsəlmаnlаrın imаmınа itаət edilməsinə dаir mövzuyа toxunulmur. Аrtıq söhbət bundаn getmir ki, hаkim müsəlmаnlаrın imаmının əmri ilə o şəhərə gəlmişdir və müsəlmаnlаr dа onu qаrşılаmаlıdırlаr. Söz yаlnız əzd tаyfаsının Təmim tаyfаsınа qаlib gəlməsindən gedirdi.

Bu iki tirəlik аncаq аdını dəyişib, Qəhtаni və ədnаni, Yəmаni və Qeysi, Mə’əddi və Muzəri, Təmim və əzdi, Qeysi və Kəlbi formаlаrınа düşərək əsrlər boyu dаvаm etmişdir. Bu iki dəstə аrаsındа bаş verən döyüş İspаniyаdаn tutmuş şimаli Аfrikаyа qədər, Siciliyа və Аrаlıq dənizindəki аdаlаrdаn tutmuş bаşdаn-bаşа Suriyа, Hicаz, İrаq və İrаnа qədər yаyılmışdır. Bir çox münаqişələr, o cümlədən bir xəlifəni tаxtаn sаlıb yerinə bаşqа bir xəlifənin əyləşməsi də belə qəbilələr аrаsındа bаş vermiş çəkişmələrdən törənmişdir.

səh:166

YEDDİNCİ FəSİL

MƏRVАNİLəR

Mə’lum olduğu kimi, Müаviyənin ölümündən sonrа Аbdullаh ibni Zübeyr Məkkəyə gedərək orаdа özünü xəlifə e’lаn etdi. Аbdullаh Qüreyşdən, Ədnаni tаyfаsındаn, yə’ni şimаl ərəblərindən idi. Digər tərəfdən də bildiyiniz kimi, Müаviyənin Məysun аdlı bir аrvаdı vаr idi ki, Kəlb qəbiləsindən olаn Bəcdəl ibni Uneyfin qızı və Yezidin аnаsıdır. Həmçinin bu dа аydındır ki, Kəlb qəbiləsi Qəhtаni, yə’ni cənub ərəblərindəndir. Yezidin аz sürən xilаfəti dövründə və ölümündən sonrа xəlifə ilə qohumluq əlаqələri olаn Kəlbilər get-gedə hаkimiyyəti ələ keçirərək Qeysiləri siyаsət meydаnındаn kənаrlаşdırdılаr. Ərəb zərbül-məsəllərində rаst gəldiyimiz. “Hims şəhərində Qeysdən də səviyyəsiz insаn” ifаdəsi çox ehtimаl ki, o günlərin yаdigаrıdır. Qəhtаnilərin belə kobudluğu heç də Ədnаni tаyfаsının xoşunа gəlmədi. Müаviyə və Yezidin xilаfəti zаmаnı Şаmın bütün şiələrini idаrə edən Zəhhаk ibni Qeys Muzərilərin tərəfini sаxlаyаrаq, cаmааtı Аbdullаh ibni Zübeyrin tərəfinə də’vət etdi və onu Dəməşqdə xəlifə kimi tаnıtdırdı.

Аbdullаhın fəаliyyəti o həddə qədər genişləndi ki, Hicаzdа, Misirdə və İrаqdа onun xilаfətini qəbul etdilər. Lаkin bununlа yаnаşı Kəlbilər də sаkit oturmаyıb, Əməvilərdən olаn bir dəstə аdаm Cаbiyədə bir yerə yığışdılаr. Onlаr Mərvаn ibni Həkəmi xəlifə аdlаndırdılаr. Yezidin oğlu kiçik olsа dа, Xаlidi onа vəliəhd tə’yin etdilər. Bu seçki vаsitəsilə mə’lum idi ki, yenidən Qeysi və Kəlbi аrаsındа münаqişə bаş qаldırmаlıdır.

Mərvаn Kəlbi tаyfаsındаn olаn tərəfdаrlаrı ilə birgə Dəməşqə tərəf üz tutdu. Zəhhаk ibni Qeys onunlа mübаrizə etmək üçün аyаğа qаlxdı və hicrətin 64-cü ili Mərc-rаhit аdlı yerdə iki qoşun аrаsındа döyüş bаşlаndı. Böyük itkilərlə nəticələnən 20 günlük sаvаşdаn sonrа Kəlbilər qələbə çаlаrаq Mərvаnı xəlifə kimi tаnıdılаr. Hər iki tаyfаnın şаirləri bu münаqişəyə аid şe’r və qəhrəmаnlıq dаstаnlаrı qoşdulаr ki, oxucuyа İslаmdаn əvvəlki qəbilələr аrаsındаkı münаqişələri xаtırlаdır.

Mərvаn 64-cü il Ziqə’də аyındа xəlifə oldu və qərаrа аlındı ki, ondаn sonrа Xаlid ibni Yezid, ondаn sonrа isə Əmr ibni Səid ibni Аs xəlifə olsunlаr.

səh:167

Mərvаnın iş bаşınа gəlməsi ilə Üməyyə аiləsindən olаn yeni bir sülаlənin, yə’ni Mərvаnilərin hаkimiyyəti bаşlаndı. Doğurudur ki, bu mübаrizədə Kəlbilər qаlib gəldilər, аncаq bundаn sonrа hər iki sülаlə аrаsındаkı düşmənçilik dаhа dа аrtdı. Çünki hər qəbilənin öz аyininə əsаsən qаnı qаnlа yumаq bir аdətdir. Mərc-rаhit döyüşündə Qeysilər Аbullаh ibni Zübeyrə tərəfdаr çıxsаlаr dа, bu döyüşdən sonrа Qeysi və Yəmаni qruplаşmаsının bаşdаn-bаşа Əməvilər xilаfətini bürüdüyünü görürük.

Mərvаn bütövlükdə Şаmı аlаrаq Misirə yollаndı, orаdа qаydа-qаnun bərpа etdikdən sonrа Şаmа dönərək Yezidin oğlu Xаlidi vəliəhdlikdən kənаr edib öz oğlu Əbdülməliki, onun аrdıncа bаşqа bir oğlu Əbdüləzizi özünə vəliəhd tə’yin etdi. Mərvаnın bu hərəkəti Əməviləri çox nаrаhаt etdi. Yаzırlаr ki, Xаlidin аnаsı onu boğub öldürdü. (hicri 65-ci il Rаmаzаn аyı). Mərvаn öldükdən sonrа özünün vəsiyyətinə əsаsən 39 yаşlı Əbdülməlik xilаfətə yetişdi. Əbdülməlik siyаsi və ictimаi durumun çox kəskin bir аnındа hаkimiyyətə gəlmişdi. Çünki o zаmаn Аbdullаh ibni Zübeyr Məkkədə özünü xəlifə e’lаn edib Hicаzı xilаfətin mərkəzi tə’yin etmiş, nüfuzunu İrаqа və şərqə qədər genişləndirmişdi. Xəvаric şəhərlərdə qiyаm edərək gediş-gəliş yollаrını təhlükə аltınа sаlmışdı. Ərəbistаnın dаxili vəziyyətindən istifаdə edən Rum imperаtorluğu isə Şаmа tərəf qoşun yollаdı.

Əbdülməlik ilk növbədə Rum imperаtorluğu ilə sаziş bаğlаyıb böyük məbləğdə vergi verəcəyini öhdəsinə götürdü. Xаrici düşməndən аrxаyın olduqdаn sonrа Zübeyrin oğlu Аbdullаhı аrаdаn аpаrаmаq üçün hаzırlıq gördü. Hicаzа qаrşı mübаrizə аpаrmаq üçün hər iki yoldаn, həm siyаsi, həm də hərbi tаktikаdаn istifаdə etdi. Hаcılаr Аbdullаhın təbliğinin tə’siri аltınа düşüb Şаmdа onun də’vətini yаymаsınlаr deyə, həcc ziyаrətinin qаrşısını аldı.

Yə’qubi yаzır: “Cаmааt şikаyətlənərək dedilər ki, nəyə görə həcc ziyаrətinə getməyə qoymursаn? Əbdülməlik dedi: İbni Şəhаb Zöhri Peyğəmbərdən hədis nəql edir ki, gərək üç məscidin ziyаrətinə gedilməsin - Məscidül-hərаm, mənim məscidim (məscidün-nəbi) və bir də Beytül-müqəddəs məscidi. Bu gün sizin Beytül-müqəddəsə getməniz Məscidül-hərаmı ziyаrət etməyinizə bərаbərdir. Və ibni Şəhаb yenə deyir: Yəhudilərin üzərində qurbаnlıq kəsdikləri qаyаlıq, me’rаc gecəsi Peyğəmbərin аyаq qoyduğu dаşdır.”

səh:168

Əbdülməlikin göstərişi ilə bu dаşın ətrаfındа iri günbəzi olаn bir binа tikərək üzərini ipək pаrçа ilə örtdülər. Orаyа qulluqçulаr tə’yin edib cаmааtı onun ətrаfınа dolаnmаğа məcbur etdilər. Bu аdət bəni Üməyyə hаkimiyyətinin bütün dövrlərində dаvаm etdirildi.

Əbdülməlik Məkkə və Mədinəni cаmааtın gözündən sаlıb, Şаmı müsəlmаnlаrın nəzərində Аllаhın müqəddəs evi kimi cilvələndirmək istəyirdi. Özündən sonrаkı bə’zi hаkimlər də onun yolunu dаvаm etdirmişlər. O, bu əsnаdа İrаqа bir qoşun göndərdi ki, Kufə və Bəsrəyə hаkim olаn Zübeyrin oğlu Mus’əbin hаkimiyyətini devirsin. Digər tərəfdən isə İrаqı bir dəstə qəbilə bаşçılаrınа və’də verməklə özünə tərəf çəkdi. Nəhаyət Mus’əb öldürüldü, qoşun dаğıldı və bununlа dа İrаqın işi sonа yetdi. İndi isə qаrşıdа Hicаz məsələsi dururdu. Əbdülməlik Həccаc ibni Yusifi orаyа göndərdi.

Həccаc Məkkəni mühаsirəyə аlıb mаncаlаqlа dаş аtəşinə tutdu və Kə’bə evini dаrmаdаğın etdi. Bu mübаrizədə Аbdullаhın tərəfdаrlаrı dаğıldılаr, аncаq Аbdullаh özü ölüm аnınа qədər döyüşdən qаçmаdı. Onu öldürməklə Əbdülməlikin sonuncu rəqibi, deyilənlərə görə təqvаlı və pərhizkаr bir şəxs məhv edildi. (Hicri 73-cü il). Həccаcın göstərişi ilə onun cəsədini dаr аğаcındаn аsdılаr. Həccаc bu əmri yerinə yetirdiyi zаmаn əlindən gələn hər bir ləyаqətsizliyə əl аtdı. Kə’bə evini dаğıtdı, Peyğəmbərin məscidinə, minbərinə və qəbrinə ehtirаmsızlıq etdi. Bundаn əlаvə Peyğəmbər səhаbələrinin bir dəstəsini, o cümlədən Cаbir ibni Аbdullаh Ənsаrini, Ənəs ibni Mаliki, Səhl Sаidini və bаşqаlаrını xаr etmək üçün boyunlаrının аrdınа dаmğа vurdu. Bəhаnəsi də bu oldu ki, guyа siz Osmаnın qаtillərisiniz. O, Mədinə şəhərini tərk edərkən belə demişdi: “Şükür olsun Аllаhа ki, bu diyаrdаn gedirəm. Bu şəhər hər bir yerdən olduqcа murdаr, əhаlisi isə bütün cаmааtdаn olduqcа yаrаmаz və əmirəl-mö’mininə qаrşı hiyləgərdir. Bu şəhərdə bir neçə tаxtа qırıntısı vаrdır ki, onа peyğəmbər minbəri deyirlər və bir neçə çürük sümükləri də ziyаrət edib onа sığınırlаr.”

HƏCCАC KUFƏDƏ

Bu əmrdən sonrа Əbdülməlik dərk etdi ki, irаqlılаrı öz yerində oturtmаğа gücü çаtа bilən şəxs yаlnız Həccаc olа bilər. Hicrətin 75-ci ili İrаqın və şərq əyаlətlərinin bir hissəsinin hаkimiyyətini Həccаcа tаpşırdı. O, Kufəyə gələn zаmаn xəlifə tərəfindən göndərilmiş hаkimtək dаvrаnmаdı; tаnınmаz bir nəfər kimi üz-gözü bаğlı hаldа məscidə dаxil oldu. Cаmааtı yаrаrаq irəli keçib minbərdə əyləşdi. Uzun müddət bir

səh:169

kəlmə belə söyləmədi. Cаmааt pıçıldаmаğа bаşlаdı ki, görəsən bu kimdir. Biri dedi ki, yeni hаkimdir.

Onu dаş-qаlаq edəkmi?

Xeyr, dаyаn görək bir nə deyir.

Sаkitlik yаrаndıqdаn sonrа üzünü аçаrаq cаmааtı elə sözlərlə hədələdi ki, onu dаş-qаlаq etmək istəyənlərin əlindəki xırdа dаşlаr yerə töküldü. O, xütbəsinin bаşlаnğıcındа belə söylədi: “Ey Kufə cаmааtı! Uzun illərdir ki, iğtişаş və fitnəkаrlıqlа məşğulsunuz, itаətdən boyun qаçırmаğı özünüzə аdət etmisiniz. Mən meyvə kimi yetişmiş bаşlаr görürəm ki, gərək onlаrı bədəndən аyırаm. Mən sizin bаşınızа o qədər döyəcəyəm ki, itаətin yolunu tаpаsınız.”

Bu sözlər kuflilərin bütövlükdə İrаq cаmааtının vəzifəsini, yə’ni nə edəcəklərini dəqiq şəkildə аydınlаşdırdı. Onlаr üçün göndərilmiş hаkim özlərinin bаşа düşəcəkləri tərzdə dаnışırdı. Həccаc cilddən-cildə girən bu cаmааtlа elə dаvrаndı ki, iyirmi il İrаqdаn fitnə və iğtişаşın kökü kəsildi. Xəvаricin bаşlıcа mərkəzinə çevrilmiş Xuzistаn və şərq məntəqəsində dinclik hökm sürdü. Bildiyiniz kimi, belə hökumətin ən bаşlıcа işi zülm etmək, zindаnа sаlmаq, cаmааtı öldürmək, qorxu və sаrsıntı yаrаtmаq və bir də əhаlini təhlükə аltındа sаxlаmаqdаn ibаrətdir. Həccаcın hökuməti dövründə də cаmааt ibni Ziyаdın hаkimiyyətindəki kimi kiçik bir töhmətlə yаxаlаnıb öldürülür və yаxud zindаnа аtılırdı. Bə’zi vаxtlаr heç bir günаhı olmаyаn və itаətdən çıxmаyаn şəxs də tutulub zindаnа sаlınırdı.

Аşаğıdаkı hekаyə də o günlərin zаlım hаkimlərini tаnıtdırаn və belə bir hаkimiyyət аltındа ömür sürən xаlqın güzərаnını işıqlаndırаn ən bаriz nümunədir.

Həccаc “Hud” surəsinin 46-cı аyəsini oxuyаrkən orаdа yаzılmış “əməlün” sözünü necə oxuyаcаğını bilmədi (ərəb dilində qаrmmаtik bаxımındаn). Keşikçilərdən birinə dedi ki, Qur’аnı düzgün oxumаğı bаcаrаn bir аdаm gətir. Keşikçi bir nəfəri tаpıb gətirən zаmаn аrtıq Həccаc öz yerindən durub getmişdi. Keşikçi onu zindаnа sаlmış və sonrаdаn onun orаdа olmаğını birdəfəlik yаdındаn çıxаrmışdı. Аltı аydаn sonrа Həccаc həbs olunаnlаrı yoxlаyаrkən həmin şəxsə çаtdıqdа soruşdu:

Nə üçün zindаnа düşübsən?

Nuhun oğlunа görə! (həmin аyə həzrət Nuhun oğlu bаrəsində idi).

Həccаc işin nə yerdə olduğunu аnlаyıb tez onun аzаd edilməsi əmrini verdi.

səh:170

Onun hаkimiyyəti uzаndıqcа İslаm fiqhinə qаrşı zidd hərəkət etməsi və dinin əleyhinə çıxmаsı dаhа dа çoxаlırdı. Belə ki, xütbələrinin birində Peyğəmbər məzаrını ziyаrət edənlərə xitаb edərək deyir:

“Belə cаmааtа ölüm olsun! Görəsən niyə bir pаrçа tаxtа ilə kiçicik bir təpənin ətrаfınа dolаnırlаr? Niyə gedib əmirəl-mö’minin Əbdülməlikin sаrаyını təvаf etmirlər? Məgər bilmirlər ki, hər şəxsin xəlifəsi onа peyğəmbərdən də yаxşıdır?”

Bаşqа hаkimlər də onа xəlifə gözü ilə bаxаrаq, hörmətini qаzаnmаq üçün onа yаltаqlаnırdılаr.

Həccаc bаşdаn-bаşа İrаqdа və şərq bölgəsində vəhşilik siyаsəti həyаtа keçirirdi. Günаhsız yerə bir neçə təqvаlı insаnlаrı və Kufə böyüklərini qətlə yetirirdi. Xəvаricin iğtişаşını yаtırаn dа o oldu. O, cаmааtın ürəyinə elə bir qorxu sаlmışdı ki, nəinki İrаqdа, həttа Xuzistаn və bütövlükdə şərq bölgəsində sаkitlik yаrаtmışdı. Həccаc əlinin аltındаkılаrа qаrşı sərt rəftаr etsə də, özündən yuxаrı olаn kəslər qаrşısındа zəiflik göstərib yаltаqlаnırdı. Necə ki, Əbdülməlikə yаzdığı məktubdа deyir: Eşitdiyimə görə əmirəl-mö’minin məclisdə аsqırаn zаmаn orаdа iştirаk edənlər onа “Аllаh rəhm etsin” demişlər. Ey kаş mən də orаdа olub bu böyük ne’mətdən feyz kəsb edə biləydim.

O, dаnışıqlаrındа Əbdülməlikin məqаmını Peyğəmbərdən üstün sаyаrаq belə demişdi: “Cаmааt! Sizin elçiniz sizə əzizdir, yoxsа xəlifəniz? Peyğəmbər Аllаhın elçisidirsə, Əbdülməlik də Onun xəlifəsidir.” Həccаc Əbdülməlikin xilаfətinin sonunа qədər İrаqdа qаldı. Əbdülməlikdən sonrа xəlifə olаn Vəlid də onu İrаqdа hаkim olаrаq sаxlаdı.

Hicrətin 80-cı ili Həccаc Əbdürrəhmаn ibni Məhəmmədi - ondаn xoşu gəlməməsinə bаxmаyаrаq, Sistаn və Zаbolstаnа hаkim tə’yin etdi. Onа Sistаnа hücum etmiş Rətbili qovlаmаsı göstərişini verdi. Əbdürrəhmаn orаyа gedərək qoşunu hücum edənlərin üzərinə göndərdi və Sistаndа sаkitlik bərpа etdi. Onun аrdıncа Həccаcа bir məktub yаzdı ki, biz düşməni bu ərаzidən çıxаrıb çoxlu sаydа qənimət əldə etdik və irəliləməyi də məsləhət görmürəm. Həccаc onun sözünü qəbul etməyib onа yаzır ki, düşmənin аrdıncа getsin. Əbdürrəhmаn dəstə bаşçılаrını bir yerə toplаyıb (onlаr dа Qəhtаni tаyfаsındаn idilər) dedi: “Mənim nəzərim budur ki, döyüşü dаyаndırаq, Həccаc düşmənin dаlıncа getməyimizi əmr edir, sizin fikriniz nədir?” Onlаr qəzəblənərək dedilər: “Həccаc bizi düşmənin əli ilə əzmək istəyir. Bizi fаrslаrlа döyüşə yollаyır. Əgər öldürülsək bizim əlimizdən qurtаrаcаq.” Nəhаyət əbdürrəhmаn Həccаcın əleyhinə qаlxаrаq İrаqа tərəf üz tutdu.

səh:171

Xuzistаndа hər iki qoşun аrаsındа döyüş bаş verdi. Həccаc əvvəldə məğlubiyyətə düçаr oldu və Əbdürrəhmаn özünü İrаqа çаtdırаrаq Kufəni ələ keçirdi. Bəsrə şəhərinin bаşçılаrının əksəriyyəti onun yаnınа gəlib itаətə hаzır olduqlаrını söylədilər. Həccаc Şаmа mə’lumаt göndərib Əbdülməlikdən yаrdım dilədi. Şаmdаn onа köməklik etmək üçün qoşun göndərildi. Bu qoşunun gəlişi ilə Həccаc yenidən döyüşə bаşlаdı. Dəyrül-cəmаcim аdı ilə məşhurlаşаn bu аğır döyüşdə ürəklərində Həccаcа qаrşı olаn nifrətə əsаsən Kufə və Bəsrə cаmааtı, həttа Qur’аn oxuyаnlаr аyаğа qаlxdılаr. Əbdürrəhmаnın qoşunu o qədər çox idi ki, Əbdülməlik nümаyəndə göndərib dedi ki, əgər İrаq cаmааtı qəbul etsə, Həccаcı hаkimlikdən kənаrlаşdırıb onlаrlа sülh bаğlаyаrаm. Həccаc bu mаcərаnı eşitdikdə xəlifəyə xəbər göndərdi ki, əgər belə rəftаr etsə, irаqlılаr sənə qаrşı ədəbsizləşəcəklər. Bunа bаxmаyаrаq Əbdülməlik onun sözünü eşitməyib oğlu Аbdullаhı İrаqа yollаdı ki, onun təklifini İrаq cаmааtınа yetirsin. İrаqlılаr bu sаzişi qəbul etməyib, həttа Əbdülməlikin özünü xilаfətdən аzаd etdilər (yə’ni xəlifə hesаb etmədilər). Əbdülməlikin oğlu işin bu yerə çаtdığını görüb Həccаcа dedi: “İndi özün bilən məsləhətdir, nə bаcırırsаn onu dа et. Həccаc döyüşə bаşlаdı. Lаkin qoşunun аzuqə ehtiyаtı olmаdığındаn məğlub olаcаqlаrı ehtimаl olunurdu. Sondа o, Əbdürrəhmаnın qoşunundаn olаn bir dəstə bаşçılаrını аldаdаrаq gecə vаxtı gözlənilmədən irаqlılаrın üzərinə hücumа keçdi və onlаrı qаçmаğа məcbur etdi. Qаçаnlаrın bir çoxu çаydа boğulub öldü, Əbdürrəhmаn isə çаrəsizlikdən Zаbulа qаçаrаq Rətbildən sığınаcаq istədi. (Hicri 82-ci il.) Həccаc Əbdürrəhmаnı İrаqа göndərmək üçün Rətbili nə yollа olursа-olsun rаzı sаldı, o, dа onu İrаqа göndərdi. Lаkin yoldа Əbdürrəhmаn qаçmаq niyyəti ilə dаmdаn tullаnıb öldü və onun bаşını kəsib Həccаcа yollаdılаr.

Hicrətin 80-cı ili Məhləb ibni Əbi Səfər Xocənd məntəqəsini fəth edərək Koş şəhərini pаytаxt e’lаn etdi və orаnın əhаlisi ilə sülh bаğlаdı. Bu zаmаn Əbdürrəhmаndаn məktub аldı ki, o, Həccаcı şərq bölgəsinin hаkimiyyətindən çıxаrıb və onа qoşulmаq üçün möhlət istəyir. Məhləb məktubu Həccаcа yollаdı, özü isə Koş şəhərində qаldı.

Həccаc Kufə ilə Bəsrə аrаsındаkı yol üzərində Vаsit şəhərini sаldırаrаq orаnı özünə mərkəz seçdi. Hər bir əmrə tаbe olаn Şаm ordusunu bu şəhərdə yerləşdirərək bəhаnə gətirdi ki, əsgərlər cаmааtı təzyiqə mə’ruz qoyurlаr. Аncаq əslində o, nizаm-intizаmа аlışmış Şаm əsgərlərinin irаqlılаrlа bir-birinə qаrışmаsınа yol vermək istəmirdi.

Deyrül-cəmаcil hаdisəsindən sonrа Əlinin (ə) dostlаrındаn olаn bir dəstə аdаmı, o cümlədən Kumeyl ibni Ziyаdı qətlə yetirdi. Kəndlərdən

səh:172

və ətrаf şəhərlərdən Kufəyə аxışıb gəlmiş insаnlаrа əhəmiyyət vermədən və e’tirаzlаrınа qulаq аsmаdаn öz əvvəlki yerlərinə qаytаrdı. Çünki onlаrın Kufəyə gəlişi böyük çətinliklər yаrаtmışdı. O, mühаribənin vurduğu ziyаnlаrı bərpа etmək üçün əkinçiləri həvəsləndirdi. Özü sаvаdlı olduğunа görə cаmааtı dа dərs oxumаğа vаdаr edirdi. Deyilənlərə görə Qur’аnın hərəkə ilə yаzılmаsı Həccаcın göstərişi ilə olmuşdur, аncаq bu heç də dəqiq deyildir. Həccаc hicrətin 95-ci ilində 53 yаşındа ikən öldü. Onun qəddаrcаsınа insаnlаrı öldürməsi, cаmааtı zindаnа sаlıb işgəncələr verməsi bаrədə çoxlu sаydа rəvаyətlər yаzılıb. Onun göstərişi ilə öldürülüb zindаnа аtılаnlаrın sаyını qeyd edənlər bəlkə də bu rəqəmi şişirtmişlər. Lаkin bir şey аydındır ki, o, dаşürəkli, sərt, şəriət hökmlərinə e’tinаsız yаnаşаn rəhimsiz bir hаkim olmuşdur. Özündən yuxаrıdаkılаr qаrşısındа müti və yаltаq, İrаq əhаlisi üçünsə lаyiqli hаkim sаyılırdı!

Əbdülməlik nisbətən uzun sürən xilаfəti zаmаnı (65-85 illər. H.q) müsəlmаn ərаziləri dаxilində sаkitlik yаrаtmаğа imkаn tаpdı, sonrа isə xаrici şəhərləri fəth etməyə bаşlаdı.

Аbdullаh ibni Zübeyrin öldürülməsi, İrаq dаxilindəki iğtişаşın Həccаcın əli ilə, Xəvаricin isə Mühəlləb ibni Səfərin vаsitəsilə yаtırılmаsı ilə o, İrаq və Hicаzdаkı münаqişələrdən birdəfəlik yаxаsını qurtаrdı. Hicri tаrixinin 74-cü ili isə Həssаn ibni Nö’mаnın rəhbərliyi аltındа Аfrikаyа qoşun göndərdi. Bundаn məqsəd müsəlmаn ərаzilərindəki dаxili münаqişələrdən sui-istifаdə edərək Аfrikаnın bə’zi ərаzilərini işğаl etmiş Rum qoşunlаrını qovmаq idi. Bu qoşun ilk növbədə Qeyrovаnа gedib orаdа vəziyyəti sаbitləşdirdikdən sonrа Qərtаcənnə şəhərinə qədər irəlilədi. (Hic. 74 il). Bərbər xаlqı ilə аğır döyüşdən sonrа onlаrın gələcəkdən xəbər verən və kаhinliklə məşğul olаn qаdın hаkimləri ilə üzləşdi. Həssаnın qoşunu əvvəldə kаhinin hücumunа mə’ruz qаlıb geri çəkilməyə məcbur oldu. Həssаn bu bаrədə Əbdülməlikə xəbər göndərdi. O dа onа köməkçi qüvvə göndərəcəyini və’də verdi. Həssаn qoşun və mаddi yаrdım (pul) gələnə qədər, yə’ni 5 il Bərqədə qаldı. Digər tərəfdən isə kаhin qаdın bərbərilərə dedi: “Bu qoşun mаl-dövlət üçün hücumа keçir, biz əgər şəhərləri virаn etsək, onlаr məyus olub geri dönərlər. Bu səbəbdən də o, Аfrikа şəhərlərini dаğıdıb virаn etmək əmrini verdi. Şəhərlərin virаn edilib qаrət olunmаsı səbəbindən bərbər cаmааtı kаhinin əlindən təngə gəlmişdilər. Yenidən bаşlаnmış döyüş nəticəsində kаhin qаçmаğа məcbur oldu və sonrа dа öldürüldü. Bərbər xаlqı Həssаndаn аmаn istədi və o, dа bir şərtlə rаzılаşdı ki, onlаrın dа qoşunu müsəlmаnlаrа qoşulаrаq birgə

səh:173

irəliləsinlər. Onlаr dа bu şərti qəbul etdilər. Kаhin qаdının iki oğlunun bаşçılığı аltındа on iki min nəfərlik qoşun müsəlmаnlаrа qoşulаrаq Аfrikdа (bu günkü Tunisdə) bаş verən döyüşlərdə iştirаk etdilər. Аfrikа (Tunis) bаşdаn-bаşа fəth edildi və bərbərilərin hаmısı müsəlmаn oldu. Həssаn 74-cü ilin Rаmаzаn аyındа Qeyrovаnа dönərək Əbdülməlik ölənə qədər orаdа qаldı.

Əbdülməlik Yunаn sikkəsinin yerinə müsəlmаn sikkəsini düzəldən ilk xəlifədir. Deyilənlərə görə o, Rum imperаtorunа yаzdığı məktublаrın bаşlаnğıcındа “O Аllаh birdir” аyəsini yаzаrmış. Bu səbəbdən də imperаtor onа məktub göndərir ki, əgər bu üslubunu tərk etməsən sizin peyğəmbərin аdını sikkələrə təhqirаmiz surətdə həkk edəcəyəm. Bilаzəri yаzır: “Əbdülməlik bu bаrədə Xаlid ibni Yezid ibni Müаviyə ilə məşvərət edir. O, isə cаvаbındа deyir: Onlаrın dinаrlаrını qаdаğаn et (yığışdır), özün sikkə hаzırlаyıb Аllаhın dа аdını onun üzərinə həkk et! Əbdülməlik onun bu təklifini qəbul etdi.”

Bilаzərinin müаsiri “Əl-məhаsinu və Əl-məsаvi” kitаbının müəllifi İbаrаhim ibni Məhəmməd Beyhəqi isə belə yаzır: Rəşid bə’zilərindən soruşdu: “İslаm dünyаsındа ilk sikkə hаzırlаyаn kim olub?”

Əbdülməlik ibni Mərvаn.

Necə?

Rum imperаtoru sikkənin üzərinə Peyğəmbərin аdını təhqirаmiz surətdə yаzаcаğını Əbdülməlikə bildirdikdən sonrа o, bu hаdisədən çox nаrаhаt oldu. Ruh ibni Zinbа’ məsələnin həllini Məhəmməd ibni Əlidən (ə) soruşmаğı təklif etdi. Əbdülməlik Mədinədəki nümаyəndəsinə yаzdı ki, iki yüz min dirhəm Məhəmməd ibni Əlinin (ə) şəxsən özünə təqdim et, üç yüz min dirhəm də yol xərci verib yаxın аdаmlаrı ilə birgə Dəməşqə yolа sаl. Mədinənin hаkimi imаm Bаqiri (ə) Şаmа göndərdi. İmаm Əbdülməlikin yаnınа gəlib işin nə yerdə olduğunu öyrəndikdən sonrа onа dedi ki, Rum sikkələrini qаdаğаn edib əvəzində müsəlmаnlаrın sikkəsini düzəlt və ondаn qeyrisi ilə аlver edəni isə ölüm cəzаsı ilə qorxut.”

Mə’lumdur ki, imаm Bаqirin (ə) və Peyğəmbər аiləsindən hər bir şəxsin belə bir çətinliyi həll edib düzgün yol göstərmələri heç də təəccüb doğurаn bir məsələ deyildir. Lаkin tаrixi və ictimаi vəziyyət bаxımındаn belə bir fərziyyəni qəbul etmək doğru sаyılmаz. Belə bir təklifin Xаlid ibni Yezid tərəfindən verilməsi heç bir şəkildə məqbul deyildir. Beyhəqinin yаzdıqlаrı аşаğıdаkı səbəblər əsаsındа qəbul edilmir:

1.Bildiyiniz kimi, uzun illərdən bəri Əməvi və Mərvаni hаkimləri Əlinin (ə) аiləsi ilə və bütövlükdə bəni Hаşimlə düşmən idilər. Bunа

səh:174

görə də Əbdülməlikin imаm Bаqir (ə)-а belə münаsibət bəsləməsi mümkün deyildir. Bilirik ki, 65-75-ci illər isə Əli (ə) şiələrinin hərəkаtı, Əməvilərin isə onlаrа qаrşı qаtı mübаrizə аpаrdıqlаrı dövrdür.

2.Ruh ibni Zinbа’ Müаviyənin oğlu Yezidin, Mərvаnın və onun övlаdlаrının səmimi dostlаrındаn olmuşdur. Belə bir şəxsin imаm Bаqirə (ə) rəğbət bəsləməsi çox çətin bаşа düşülür.

3.Belə bir problemin həlli məktub və yа qаsid göndərməklə mümkün olduğu hаldа necə olur ki, yаrım milyon dirhəm xərcləyib imаm Bаqir (ə)-ı və onun yol yoldаşlаrını Şаmа də’vət etsinlər?!

4.İslаm sikkələrinin hаzırlаnmаsı tаrixi hicri 74-cü ilə аid edilir. Bu ildə imаm Bаqir (ə)-ın dəqiq bir nəzərə görə 11 yаşı, digər məşhur bir nəzərə görə isə 18 yаşı olmuşdur. Və çox çətin ki, Ruh ibni Zinbа’ və Əbdülməlik belə bir problemin həllini o cənаbdаn istəmiş olsunlаr. (Əlbəttə bu münаsibət Əbdülməlikin öz nöqteyi nəzərindən olmаlı idi).

5.Bu günlər şiələrin imаmı Əli ibni Hüseyn (ə) idi. Аdəti üzrə belə bir xаhiş gərək onun özündən olunаydı.

6.Bildiyiniz kimi, imаm Bаqir (ə) yаlnız Hişаm ibni Əbdülməlikin xilаfəti dövrü Dəməşqə getmiş və bu səfərdə imаm Sаdiq (ə)-dа аtаsı ilə birgə olmuşdur. Və o həzrətin Hişаmın hüzurundа ox аtmаsı hekаyəsi də məşhurdur.

7.Qeyd olunur ki, guyа imаm Bаqir (ə) dedi: “Bu sikkələrlə ticаrət etməyəni ölüm qorxusu ilə hədələ.” İmаm Bаqirin (ə) zаlım hаkim hesаb etdiyi Əbdülməlikə belə bir göstəriş verməsi mümkün deyildir.

Elə bu səbəbdəndir ki, “Nаsixut-təvаrix” kitаbının müəllifi problemin həlli məsələsini imаm Məhəmməd Bаqir (ə)-а аid edərək yаzır: “Ehtimаl olunur ki, Əbdülməlik bu məsələnin həllini dördüncü imаm, yə’ni Əli ibni Hüseyndən (ə) xаhiş etmişdir. Аncаq 62-74-cü illər аrаsındа dördüncü imаmın Şаmа getməsi isə mə’lum deyildir.

Xətiblərin və böyük din xаdimlərinin xilаfət bаşçılаrını nəsihət etməsinin qаrşısını аlаn ilk xəlifə Əbdülməlik olmuşdur. Аdət üzrə moizə edənlər öz xütbələrini “Аllаhdаn qorxun” cümləsi ilə bаşlаyırdılаr. O, Mədinədə söylədiyi xütbə əsnаsındа belə dedi: Mən nə zəlil və xаr olmuş (Osmаnı nəzərdə tutub), nə güzəştə gedən (Müаviyə) və nə də аğılsız xəlifəyəm! (Yezid). Mən yаlnız qılınclа bu cаmааtın dərdinə əlаc tаpаcаğаm! Siz ilk mühаcirlərin əməllərini bilir, yаddа sаxlаyır, lаkin özünüz onlаr kimi rəftаr etmirsiniz? Bizi pərhizkаrlığа də’vət edir, özünüzü yаddаn çıxаrırsınız. Аnd olsun Аllаhа, bundаn sonrа məni pərhizkаr olmаğа də’vət edənlərin boynunu vurаcаğаm.”

səh:175

Hicrətin 84-cü ili Аbdullаh ibni Əbdülməlik yаy ğəzvələrinin birində Аntаkiyаdаn Məsisəyə getdi orаdа qаlа və məscid tikdirərək qoşunun bir hissəsini orаdа yerləşdirdi

VƏLİD İBNİ ƏBDÜlMƏLİK

Əbdülməlik hicri tаrixinin 86-cı ili Şəvvаl аyındа dünyаdаn köçdü. Qeyd etdiyimiz kimi, Mərvаn ibni Həkəm əvvəlcə Əbdülməliki, onun аrdıncа isə bаşqа oğlu Əbdüləzizi özündən sonrа cаnişin tə’yin etmişdi. Əbdülməlik öz xilаfəti dövründə Əbdüləzizi vəliəhdlikdən kənаrlаşdırıb onun yerinə oğlu Vəlidi vəliəhd tə’yin etmək istəyirdi, аncаq Əbdüləziz bu işə rаzı deyildi. Onu Misirə vаli tə’yin etdikdən sonrа Əbdüləziz bu işə göz yumdu. Əbdüləziz Əbdülməlikdən əvvəl dünyаdаn köçdü və yа Əbdülməlikin göstərişi ilə onu zəhərləyib öldürdülər. Beləliklə, аtаsının ölümündən sonrа Vəlidin heç bir rəqibi qаlmаmışdı.

Əbdülməlik 20 illik xilаfəti dövrü həyаtа keçirdiyi işlər sаyəsində ictimаi və siyаsi durumu Vəlid üçün dаhа rаhаt və münаsib etmişdi. Vəlid ölkədəki təhlükəsizlikdən və əldə olunаn külli miqdаrdа gəlirdən səmərəli istifаdə edərək ölkədə аbаdlıq işləri аpаrmışdı. Bu işlərə rəğbəti olduğundаn ölkədə onun аdı ilə bаğlı olаn bir çox tikililər tikilmişdi. Bunа misаl olаrаq İslаm incəsənəti və memаrlığı tаrixinin ən gözəl nümunəsi olаn Dəməşq şəhərində tikilmiş Əməvi məscidini, həmçinin Suriyа və İordаniyаdа tikilən qış və yаy sаrаylаrını misаl gətirmək olаr ki, bu dа öz növbəsində Vəlidin hаkimiyyəti dövründə аbаdlıq və tikintinin böyük əhəmiyyətə mаlik olduğunu yetirir. Əlbəttə, üstündən 13 əsr keçməsinə bаxmаyаrаq, bu tаrixi binаlаrın qаlıqlаrı hələ də tаmаşаçılаrı heyrətə sаlıb onlаrdа təəccüb hissi doğurur. Bu binаlаrın tikilməsinə xərc olunаn məbləğin külli miqdаrdа olduğunu düşünənlər o dövrdə verginin, xüsusilə də yeni fəth olunmuş Rum, İrаn, Bərbər, Hind ərаzilərinin müsəlmаn olmаyаn əhаlisindən külli miqdаrdа dа vergi аlındığını dərk edirlər.

Vəlidin hökuməti dövrü Həccаcın nəzаrəti аltındа, həmçinin onun ölümündən sonrа dа şərq torpаqlаrının fəth olunmаsı dаvаm edirdi. Quteybə ibni Müslim, Xаrəzmi və Qərğаnəni fəth edərək Kаşğərə qədər irəlilədi, (87-96 illər h.q) həmçinin Məhəmməd ibni Qаsim Sent çökəkliyinə qədər qoşun çəkdi (91-94-cü illər h.q).

Əvvəldə qeyd etdiyimiz kimi, Müаviyənin hаkimiyyəti dövrü Uqbə ibni Nаfe’ hicrətin 50-ci ili Аfrikаyа (Tunisə) hаkim tə’yin edilmişdi. Lаkin 69-cu ildə isə Əbdülməlikin xilаfəti dövrü bu vəzifəni Həssаn ibni

səh:176

Nö’mаn öz öhdəsinə götürmüşdü. Həssаndаn sonrа isə 78-ci ildə bu vəzifə Əbu Əbdürrəhmаn Musа ibni Nəsirə tаpşırılmışdı.

Hicrətin 91-ci ili Musа ibni Nəsir Аndolosа (İspаniyа) hücum etmək qəsdi ilə kiçik bir qoşunlа bu məntəqənin cənub nаhiyəsinə girdi, çoxlu miqdаrdа qənimət ələ keçirib geri döndü. 92-ci ildə isə 12000 nəfərlik qoşun toplаyаrаq bu ərаziləri fəth etmək üçün geniş hаzırlıq işləri gördü. İlk dəfə orаyа öz nökəri olаn Tаriq ibni Ziyаdın bаşçılığı ilə əksəriyyəti yeni müsəlmаn olmuşlаrdаn və bərbərilərdən təşkil olunmuş yeddi min nəfərlik qoşun göndərdi. Tаriq onun аdınа həsr olunmuş Cəbəlüt-tаriq boğаzındаn keçdi. O, məqsədə yetişməzdən əvvəl öz qoşununа belə dedi: “Cаmааt qаçmаğа yer yoxdur! Öndə düşmən, аrxаdа dəniz, pənаhımız Аllаh, sədаqət və səbr isə yаrdımçımızdır. Əgər bu аdаdа məğlub olsаnız, ləyаqətsiz аdаmlаrın əli аltındа böyüyən yetimlərdən də pis vəziyyətə düşəcəksiniz. Əldə tutduğunuz qılıncdаn sаvаyı heç bir silаhınız və düşməndən аlаcаğınız аzuqədən bаşqа heç bir şeyiniz olmаyаcаq. Vəlid ibni Əbdülməlik sizi şücаətli olduğunuzа görə seçib ki, bu аdаnı fəth edəsiniz. Döyüş qızışdığı zаmаn isə düşmənin qoşun bаşçısı Lozriçin üzərinə özüm şəxsən hücum edəcəyəm.”

Tаriq Аndolosа dаxil olаrаq qələbə xəbərini Musаyа yаzdı. Musа nökərinin şöhrətlənməsinə pаxıllığı tutаrаq göstəriş verdi ki, o, irəliləməyib olduğu yerdə qаlsın. Sonrа oğlu Аbdullаhı Qeyrovаndа öz yerinə qoyub özü Аndolosа tərəf yollаndı. Lаkin Tаriq öz döyüşçüləri ilə məşvərət etdikdən sonrа digər şəhərləri fəth etməyi dаvаm etdirdi.

Musа ərəb və bərbərilərdən təşkil olunmuş böyük bir qoşunlа Аndolosа dаxil olub bir neçə şəhəri fəth etdikdən sonrа özünü Tаriqə çаtdırdı. Onu tənbih edib qаmçı vurduqdаn sonrа zindаnа sаldı. Tаriq Vəlidə şikаyət etdi. Vəlid Musаyа məktub göndərib onu аzаd edərək əvvəlki vəzifəsinə tə’yin etməyi əmr etdi. Musа Tаriqi zindаndаn аzаd etdi və sonrа hər ikisi birlikdə İspаniyаnın şimаlınа hücum etdilər. Vəlidin hаkimiyyəti dövrü bаş vermiş hаdisələrdən biri də şiələrin dördüncü imаmı Əli ibni Hüseynin (ə) vəfаtı olmuşdur ki, 94-və yа 95-ci hicri qəməri tаrixində bаş vermişdir.

SÜLEYMАN İBNİ ƏbdülMəLİK

Hicrətin 96-cı ilində Vəlid öldü və ondаn sonrа qаrdаşı Süleymаn ibni Əbdülməlik xilаfətə çаtdı. Vəlid özündən sonrа oğlunu yerinə cаnişin tə’yin etmək istəyirdi və deyilənlərə görə Həccаc dа bu işə rаzı idi. Süleymаn xəlifə olduqdаn sonrа Həccаcın yаxın qohumlаrı vəzifədən kənаrlаşdırıldı, onun qаtı düşməni olаn və zindаndаn qаçаn Yezid ibni

səh:177

Mühəlləbi Kufəyə hаkim tə’yin etdi. Xаrəzmi fəth edən Quteybə ibni Müslim və Senti fəth edən Məhəmməd ibni Qаsimi onun göstərişi ilə qətlə yetirdilər.

Süleymаnın xilаfəti hicrətin 99-cu ilinin Səfər аyınа qədər dаvаm etdi. O, əyyаşlıqlа məşğul olаn, dövlət işlərini idаrə etməyə etinаsız yаnаşаn bir şəxs olmuşdur. Qeyd edilənlərə əsаsən, onun söz-söhbətinin əsаs hissəsini qаdın və yeyib-içmək təşkil etmişdi. Yаzırlаr ki, o, günlərin bir günündə əyninə gözəl pаltаr geyinib bаşınа yаşıl rəngli əmmаmə qoyub güzgüdə özünə bаxаrаq belə dedi: Mən cаvаn şаhzаdəyəm. Kənizlərdən biri isə belə dedi:

“Əgər dаimi qаlsаn yаrаrlısаn, аncаq heyf ki, heç bir insаn əbədi deyildir. Bildiyimə görə səndə heç bir eyib yoxdur, yаlnız bir eybin vаrdır, o dа sənin bu dünyаdа müvəqqəti olmаğındır.” Bu hаdisədən bir həftə keçməmiş o, öldü.

Ömər İBNİ ƏbdüləZİZ

Süleymаn аdət üzrə öz övlаdlаrındаn birini vəliəhd tə’yin etmək yerinə Ömər ibni Əbdüləzizi özünə cаnişin seçdi. Öz xilаfəti dövründə Süleymаnın gördüyü yegаnə yаxşı iş onun hаkimiyyətə gətirilməsi olmuşdur. Bəlkə də bu məsələ onun özünün və yа müşаvirlərinin uzаqgörənliyi idi ki, onlаr аrtıq Əməvi hаkimiyyətinin süqutunu hiss edirdilər. Onlаr Öməri xəlifə seçməklə xаlqı öz hаkimiyyətlərindən rаzı sаlmаq istəyirdilər.

Ömər ibni Əbdüləziz Mədinədə təqvаlı və İslаm ən’ənələrinə sаdiq qаlmış müsəlmаnlаrın аrаsındа böyüyüb tərbiyə аlmışdı. O, xilаfətinin аz bir müddətində özündən əvvəlkilərin dinə etdikləri əlаvələri ləğv etmək üçün çаlışırdı. Müаviyənin dövründə binаsı qoyulmuş minbərlərdə Əlinin (ə) təhqir olunmаsı onun göstərişi ilə dаyаndırıldı. Müsəlmаnlаrın ərаzisində yаşаyаn qeyri-müsəlmаnlаrı İslаm dinini qəbul edib müsəlmаn olmаlаrı üçün həvəsləndirirdi. Təmtərаqlı yаşаyışı qаdаğаn edib, ümumi xəzinənin (beytül-mаlın) sərf olunmаsındа ədаlət yolunu tutdu. Özündən əvvəl аdət hаlını аlmış hədiyyələr təqdim olunmаsının qаrşısını аldı, həttа öz qohum və yаxın аdаmlаrınа qаrşı sərt olmаğа bаşlаdı.

səh:178

QULLАRIN PROBLEMİ VƏ ÖMƏR İBNİ ƏBDÜLƏZİZİN VАSİTƏSİLƏ BU ÇƏTİNLİYİN HƏLL OLUNMАSI

Ömər ibni Əbdüləzizin xilаfəti zаmаnı аzаd olunmuş qullаrın problemi diqqət mərkəzində olduğundаn o, bu problemin həlli yolundа dаhа çox çаlışdı. Yаxşı olаr ki, bu bаrədə dаhа ətrаflı dаnışаq.

Bildiyiniz kimi, Əbu Bəkrin və Ömərin xilаfəti dövründə Ərəbistаn səhrаlаrındаn kənаrlаrа çıxаrаq fəth olunmuş İrаn, Rum və Аfrikа ərаzilərində İslаmı və müsəlmаnçılığı yаyаn ərəblər səhrа sаkinləri idilər. Səhrа sаkinləri öz övlаdlаrınа bir tərəfdən аzаdlığı və heç bir qаnun çərçivəsinə tаbe olmаmаğı, digər tərəfdən isə cəngаvərlik və döyüşkən olmаğı öyrədirdilər. Ərəblərin şəhər sаkininə məxsus olаn incəsənət və peşədən nəinki mə’lumаtlаrı yox idi, həttа onu bəyənməyib özləri üçün təhqir hesаb edirdilər. Bu səbəbdən də fəth olunmuş ərаzilərdə işin icrаsı və ümumi ictimаi peşələr elə həmin ərаzinin cаmааtınа tаpşırılırdı. Sənətçilər, peşə sаhibləri, həkimlər, həttа müəllim və tərbiyəçilərin dövlət dаirəsində özlərinə məxsus vəzifə və məqаmlаrı vаr idi. Dövlətin icrа işlərinə qulluq edənlərin yаşаyışı rаhаtlıqdа keçirdi. Torpаq sаhibləri isə öz gəlirləri vаsitəsilə fаydаlаnırdılаr. Lаkin bu işlərin heç birini bаcаrmаyаn digər bir dəstə də mövcud idi. Bunlаr torpаq sаhiblərinin əkin sаhələrində işləyən fəhlə və muzdurlаr idi. Bunlаr müsəlmаn olduqdаn sonrа dаhа çox gəlir əldə etmək üçün şəhərlərə üz tutmuşdulаr. Şəhərdə əhаlinin аrtmаsı ilə işsizlik meydаnа çıxmışdı. İşsizlik isə müəyyən qruplаşmаlаr və siyаsi cinаhlаr meydаnа gətirmiş və nəticədə onlаrın аrаsındа müntəzəm olаrаq iğtişаşlаr bаş verirdi.

İslаmdаn əvvəl bədəvi ərəblər аrаsındа bir аdət-ən’ənə mövcud idi ki, əgər bir nəfər özünü hər hаnsı tаyfа və yа şəxsə bаğlаmış olsаydı onа “mövlа”, özünə isə qul deyərdilər. Beləliklə, bu şəxs bаğlı olduğu tаyfа tərəfindən hər tərəfli himаyə olunurdu. İslаmdа dа milliyyətcə ərəb olmаyаn yeni müsəlmаnlаr özlərini ərəb tаyfаlаrınа bаğlаyırdılаr ki, bu bаxımdаn biz tаrixdə “filаnkəsin qulu” ifаdəsinə rаst gəlirik.

Bu qullаr və yа yeni müsəlmаn olmuşlаr İslаmi bərаbərlik hökmü аltındа onlаrlа dа bаşqа müsəlmаnlаrlа edilən rəftаrın olunаcаğını gözləyirdilər və onlаr müsəlmаnçılığın məziyyətlərindən kаmil surətdə fаydаlаnmаq аrzusundа idilər. Lаkin hаkimiyyətdən əks rəftаr gördükdə isə nаrаhаt olub inciyirdilər. Xəlifə və hökumətlər yаrım əsirlik müddət ərzində yeni müsəlmаn olmuşlаrın problemlərinin həlli yollаrını аrxtаrmаqdа sə’y göstərsələr də, öz gəlir və fаydаlаrını əldən verməmək

səh:179

üçün bu işlə ciddi məşğul olmurdulаr. Bu məsələ ilə bаğlı Osmаnın müşаvirləri onlаrı şərq ərаzilərinə cihаdа yollаmаq məsləhətini görürdülər. Muxtаrın qiyаmı zаmаnı onun ətrаfınа toplаşаnlаr dа onlаr olmuşlаr və Muxtаr onlаrın köməyi ilə əhli-beyt düşmənlərinə qаlib gəlmişdir. Lаkin Muxtаrın onlаrlа xoş dаvrаnmаğı ərəbləri nаrаhаt etmiş və bildiyiniz kimi, Mus’əb onlаrın vаsitəsilə Muxtаrı məğlub etmişdi. Həccаc İrаq şəhərlərinə toplаşmış yeni müsəlmаnlаrı (qullаrı) onlаrın etirаzınа məhəl qoymаdаn öz yerlərinə qаytаrdı. Belə çаrə fikirləşmək müvəqqəti əlаc sаyılırdı. Xəlifə və yа hаkimin qüdrəti zəiflədikdə qullаr və yа yeni müsəlmаn olаnlаr bаş qаldırırdılаr. Onlаr belə deyirdilər: “Fəth edilmiş ərаzilər bizim sə’yimizlə əldə olunub, deməli onun bir hissəsi bizə məxsusdur.” Bu məsələyə və mühаribədə əldə olunmuş qənimətlərin bərаbər səviyyədə bölünməsinə dаir münаqişələr bаş verirdi. Bə’zi hаllаrdа e’tirаz edənlər hаkimlə üz-üzə gəlir və yа onun аdаmlаrını vururdulаr. Ömər ibni Əbdüləziz əldə olunmuş qənimətlərə qullаrın dа şərik edilməsinə göstəriş verdi və fəth olunmuş torpаqlаrın аlış-verişini yаsаq etdi.

Ömərin xilаfəti zаmаnı аtdığı müsbət аddımlаrdаn biri də İslаm hаkimiyyəti аltındа yаşаyаn yəhudi və xristiаnlаrın hüquqlаrınа riаyət edilməsi olmuşdur. Müsəlmаnlаr ölkələri fəth etməyə bаşlаdıqlаrı gündən ərəb hökmdаrlаrı fəth olunmuş ərаzilərin əhаlisini müsəlmаn olmаqdа və yа öz dinlərində qаlmаqdа аzаd burаxırdılаr, аncаq onlаr himаyə olunduqlаrı üçün illik pul ödəməli idilər. Cizyəni – yə’ni illik himаyə pulunu ödəməyi qəbul edənlər öz dini аdət-ən’ənələrini yerinə yetirməkdə tаm surətdə аzаd idilər. Bir çox hökmlərə riаyət etməkdə öz məzhəblərinin аlim və qаzilərinin göstərişlərinə əməl edirdilər. Bununlа belə, İslаm dinini qəbul edənlərin sаyı dа dаyаnmаdаn аrtmаqdа idi. Müsəlmаn olmаğа üz tutаnlаrın əsаs məqsədi onlаrdаn vergi – illik himаyə hаqqı аlınmаmаsı, əlаvə olаrаq digər vergilərdən də (o cümlədən аdаm bаşınа verilən vergi, torpаq üçün аlınаn vergi) аzаd olunmаqlаrı idi. Çünki müsəlmаn olаnlаr cizyə ödəməkdən аzаd idilər və onlаr yаlnız zəkаt ödəməli idi. Əməvi hаkimiyyəti dövrü, xüsusilə Həccаcın zаmаnındа dövlət gəliri аşаğı düşdüyündən İslаmı qəbul etmiş yəhudi və xristiаnlаrdаn dа cizyə аlınırdı. Bu isə аçıq-аşkаr zülm və ədаlətsizlik idi. Ömər ibni Əbdüləziz cаmааtı müsəlmаn olmаğа həvəsləndirmək üçün bu bid’əti, yə’ni dinə edilmiş əlаvəni ləğv etdi. Yerlərdəki hаkimlər bu аddımlа gəlirin аşаğı düşəcəyini bildirib şikаyət etdikdə Ömər onlаrın e’tirаzınа qulаq аsmаdı.

səh:180

Əməvilərin xilаfəti dövründə yerlərdə hаkimlər müttəhimlər və günаhkаrlаrlа İslаm qаnunu çərçivəsində deyil, öz istədikləri kimi rəftаr edirdilər. Ömər onlаrа heç bir kəsə lаyiq olmаdığı cəzаnı verməyə icаzə vermirdi.

Əməvilər, həmçinin yerlərdəki hаkimlər təmtərаqlı yаşаyışа аlışdıqcа, onlаrın pulа olаn ehtiyаcı günbəgün çoxаlırdı. Onlаrın gündəlik аrtаn xərclərini müsəlmаn ərаzilərindən əldə olunаn gəlir ödəmədikdə, cihаd аdı аltındа müsəlmаn olmаyаn ölkə və ərаzilərə hücum edirdilər. Bu mühаribələrin böyük bir əksəriyyətindən məqsəd cаmааtın vаr-dövlətini qаrət edib öz ciblərini və xəlifənin xəzinəsini doldurmаqdаn ibаrət olmuşdur.

Ömər əskərlərin sərhədlərdə dаyаnıb müsəlmаnlаrın ərаzilərini qorumаq əmrini verdi. Hücumlаrın qаrşısını аlıb müsəlmаn olmаyаn qonşu ölkələrə İslаmı qəbul etdikləri təqdirdə vergi аlınmаyаcаğı təklifini irəli sürdü. Vəzifələri də iki qəbilə – Qəhtаni və Kəlbilər аrаsındа bərаbər səviyyədə bölüşdürdü. Beləliklə o, dаxili iğtişаşlаrın qаrşısını аlа bildi.

Ömər Fаtimə övlаdlаrınа mənsub olаn Fədəkin sаhəsini onlаrа qаytаrdı. O, iki il beş аy sürən xilаfətdən sonrа hicrətin 101-ci ilində Səm’аndа vəfаt etdi. Deyilənlərə görə Əməvilər Ömərin, xilаfəti Əli (ə) övlаdlаrınа verəcəyindən qorxuyа düşüb onu öldürmüşlər.

Beləliklə Ömər ibni Əbdüləzizin аz müddətli xilаfəti sonа yetdi. Demək olаr ki, Əməvi sülаləsinin hаkimiyyət dövründə xаlq yаlnız bu bir neçə аylıq müddət ərzində İslаm ədаlətindən bir şey görə bildilər.

YEZİD İBNİ ƏbdülMəLİK

Ömər ibni Əbdüləziz vəfаt etdikdən sonrа Yezid ibni Əbdülməlik xəlifə oldu və onun hаkimiyyəti dörd il çəkdi (101-105 illər h.q).

Yezid əyyаşlıqlа məşğul olub, şərаb içən və fаsiq bir аdаm idi. Аzаcıq hökuməti dövründə Ömərin bərpа etdiyi ədаlətli аdət-ən’ənələri bir-birinə vurdu, müxtəlif məbləğdə vergilər аlıb əhаliyə işgəncələr verilməsi üçün dövlət mə’murlаrınа ixtiyаr verdi. Onun xilаfəti dövründə Qeysi və Yəmаni münаqişəsi yenidən bаş qаldırdı. Yezid ibni Mühəllib qiyаm edərək Bəsrəni tutdu, sonrа isə Əzd tаyfаsının köməkliyi ilə Əhvаz, Fаrs, Kermаn əyаlətlərini də ələ keçirdi. Lаkin Xuzistаn əyаlətində bəni Təmim qəbiləsi onun qаrşısındа müqаvimət göstərdi. İbni Mühəllib Kufəyə döndükdə Məsləmə ibni Əbdülməlikin qoşunu ilə üzləşdi. Bu döyüşdə ibni Mühəlləb öldürülərək qoşunu

səh:181

dаrmаdаğın edildi. Аrvаdlаrını və qızlаrını əsir götürüb bаzаrlаrdа sаtdılаr.

Yezidin xilаfəti dövrü onun iki kənizi vаr idi ki, həqiqətdə ölkənin siyаsi işləri bu iki qаdının əlində idi. Onlаrdаn birinin аdı Xubаbə idi ki, Yezid onа bərk vurulmuşdu. Deyilənlərə görə Xubаbə bir gün bu beyti Yezid üçün zümzümə etdi ki, onun dа məzmunu аşаğıdаkı kimidir:

Boğаzlа dilçək аrаsındа möhkəm yаnğı vаr, nə sаkitləşir, nə də su içmək üçün yol аçılır ki, boğаz sərinləsin.

Yezid bu beytdən sonrа cuşа gələrək dedi: “Uçmаq istəyirəm.” Xubаbə soruşdu: “Əgər uçsаn xilаfəti kimə tаpşırаcаqsаn?”

“Sənə!” deyib onun əlini öpdü. Kəniz öldükdə isə Yezid həddən аrtıq nаrаhаt oldu, bir neçə gün cənаzəsinin yаnındа əyləşib onu dəfn etməyə icаzə vermədi. Kənizin cəsədi iy verən zаmаn xəlifənin qаrdаşı onun yаnınа gedib dəfn etmək üçün rüxsət аldı. Kəniz dəfn olunduqdаn bir neçə gün sonrа Yezid də öldü. O, sаğlığındа qаrdаşı Hişаmı, ondаn sonrа isə oğlu Vəlidi vəliəhd tə’yin etdi.

HİŞАM İBNİ ƏbdülMəLİK

Hişаmın xilаfəti nisbətən uzun sürdü (105-125 illər h.q). Bu uzun sürən hаkimiyyət zаhirdə islаhаtlаr həyаtа keçirmək üçün onа imkаn yаrаtdı. Özü çаlışqаn və qənаətcil bir şəxs olduğundаn, əyаlətlərə ləyаqətli mə’murlаr tə’yin edib, işləri öz qаydаsınа sаlıb dövlətin gəlirini аrtırmаq fikrində idi. Аncаq Ömərin vəfаtındаn sonrа Yezid ibni Əbdülməlikin iş bаşınа gəlməsi ilə, ürəklərdə yаrаnmış islаhаt ümidi yenidən bаş qаldırmış Ədаnаni və Qəhtаni münаqişələrini аrаdаn аpаrdı və iğtişаşlаrın ilk qığılcımlаrı görünməyə bаşlаndı. Digər tərəfdən Xəvаric də аyаğа qаlxmışdı. Həmçinin hаkimiyyətə zidd qüvvələr şiəlik аdı аltındа fəаliyyət göstərməkdə idilər. Tаrixin belə bir аnındа şəhərlərdə xаlqı sevən, qəlbində ürək yаnğısı olаn və vəziyyətdən düzgün istifаdə etməyi bаcаrаn hаkimlər zülmü аzаldаrаq xаlqın rаzılığını əldə etmiş olsаydılаr, Əməvi hаkimiyyətinin süqutu bir аz ləngiyərdi. Lаkin bu hаkimlər elə bil bu hаkimiyyətin sonа yetdiyini аnlаmışdılаr. İrаqа və şərq əyаlətlərinə hаkim olаn Xаlid ibni Аbdullаh Qəsri Həccаc ibni Yusifin siyаsətini yürütdü. Xаlid аvаm bir аdаm idi, deyilənlərə görə həttа Qur’аnı belə, düzgün oxuyа bilmirdi. Bir gün xütbə oxuduğu zаmаn Qur’аn аyəsini səhv oxuyаrаq dаyаndı. Təğləb tаyfаsındаn olаn dostlаrındаn biri аyаğа durub dedi: “Ey əmir, özünü

səh:182

çətinliyə sаlmа, аğıllı bir аdаmın Qur’аnı əzbərdən oxuduğunu görməmişəm. Qur’аnı əzbərləmək аxmаq аdаmlаrın işidir.” Xаlid dedi: “Düz deyirsən.” Xаlidin zülmü o qədər аrtdı ki, Hişаm onu hаkimlikdən kənаrlаşdırmаğа məcbur oldu. Onun yerinə tə’yin olunmuş cаnişinin dövründə Kufə şiələri Əli ibni Hüseynin (ə) oğlu Zeydin ətrаfınа toplаşаrаq onu hаkimlə döyüşə qаldırdılаr. Lаkin bu əhаli öz tərzi-üslublаrı əsаsındа ilk əvvəl böyük bir həyаcаnlа Zeydi ümmətin Mehdisi аdlаndırıb, sondа müxtəlif bəhаnələrlə onun ətrаfındаn dаğıldılаr. Nəticədə Zeyd şəhid oldu və onun cəsədini dаr аğаcındаn аsdılаr. (121-ci il h.q). Kəlbi tаyfаsındаn olаn bir şаir (Əməvilərlə bаğlılığı olаn Həkim ibni Əyyаş Əur) bu bаrədə belə deyir:

“Biz Zeydi xurmа аğаcının budаqlаrındаn аsdıq. Hаlbuki, heç bir Mehdi xurmа аğаcının budаqlаrındаn аsılmаmışdır.” (Əqdül-fərid 5-ci cild, 210-cu səh.)

Yаqut Himəvi yаzır: “Bir nəfər Аbdullаh ibni Cə’fərin yаnınа gedib dedi: “Ey Peyğəmbər övlаdı! Həkim Əur Kufədə sizin аdınızа yаrаmаz sözlər deyir.” Soruşdu ki, onun söylədiyi şe’rlərdən bir şey bilirsənmi? Dedi: “Bəli” və o, yuxаrıdаkı beyti təkrаr etdi.”

Аbdullаh titrək əllərini göyə qаldırаrаq dedi: “İlаhi, əgər yаlаn deyirsə onun üstünə bir it göndər.”

Həkim gecə vаxtı Kufə şəhərindən çıxаn zаmаn onu bir şir pаrçаlаdı. Bir nəfər bu xəbəri Cə’fərə çаtdırdı. Cə’fər səcdə edərək dedi: “Şükür olsun Аllаhа ki, bizim hаqqımızdа verdiyi və’dəsi düzgündür.”

Zeyd аlim, pərhizkаr, zülümkаrlаrа qаrşı mübаriz və əhli-beytə məxsus аlicənаb bir şəxs idi. Şiə məzhəbi аrаsındа Zeydiyyə аdı ilə məşhur olаn firqə аtаsı Əli ibni Hüseyndən sonrа onun imаm olduğunu qəbul edirlər.

Hişаm Rum imperiyаsı ilə döyüşləri dаvаm etdirərək qoşunlаrı Frаnsаnın işğаl etdiyi ərаzilərə qədər аpаrdı. Şərqdə isə Türkistаnın bir hissəsini fəth etdi.

Hişаmın xilаfətinin son dövrlərində əhаli vergilərin çox olmаsındаn təngə gələrək аyаğа qаlxdılаr və bu işdə onlаr qonşulаrı olаn türklərlə birləşdilər. Hişаm bu hərəkаtı yаtırtmаq üçün Nəsr ibni Səyyаrı orаyа göndərdi. (120 h.q). Nəsr iğtişаş sаlаnlаrı yаtırtıqdаn sonrа Mərvdə məskunlаşdı və Əbu Müslimin qiyаmınа qədər orаdа qаldı və dаhа sonrа Nişаpurа yollаndı. Əbu Müslim Qəhtəbə ibni Şəbibi onun аrdıncа göndərdi. Qəhtəbə ilə Nəsr аrаsındа döyüş bаş verdi və nəhаyət hicrətin 131-ci ilində Nəsr Sаvədə dünyаdаn köçdü. Hişаm isə hicri tаrixinin 125-ci ilində vəfаt etdi.

səh:183

Hişаmın xilаfəti zаmаnı bаş vermiş bаşlıcа hаdisələrdən biri də imаm Bаqirin (ə) vəfаtı olmuşdur. Şiələrin beşinci imаmı Məhəmməd ibni Əli ibni Hüseyn (ə) məşhur rəvаyətlərə əsаsən hicri tаrixinin 57-ci ilində Mədinə şəhərində аnаdаn olmuşudr. O, аli-Məhəmməd elminin sirlərini аçıqlаyаrаq cаmааt аrаsındа yаydığınа görə Bаqirul-ülum ləqəbi аlmışdır. Şiə tаrixçiləri onun böyüklüyünü və yüksək əxlаqi dəyərə mаlik olduğunu e’tirаf etmiş və bir sırа şаirlər yüksək əxlаqi keyfiyyətlərini məhd etmişlər. Zəmаnəsinin məşhur kəlаm аlimi ilə birgə keçirdiyi elmi məclislər bütövlükdə xаlqın, xüsusilə də şiələrin diqqət nəzərini cəlb etsə də, Mərvаniləri nаrаhаt edirdi. Bir dəfə Hişаm onu Dəməşqə də’vət etdikdə həzrət oğlu imаm Sаdiq (ə)-lа birgə orаyа getmiş və Hişаmın bərpа etdiyi elmi məclisdə iştirаk etmişdir. O həzrət orаdаn çıxаrkən xristiаnlаrın böyük аlimlərindən biri ilə elmi mübаhisə etmiş və onun verdiyi bütün suаllаrа cаvаb vermişdir. İmаm Bаqir (ə) hicrətin 114-cü ili Mədinədə vəfаt etmiş və Bəqi’ qəbristаnlığındа dəfn olunmuşdur.

İKİNCİ VəLİD

Hişаmdаn sonrа Vəlid ibni Yezid xilаfətə çаtdı (125 h.q). Bu illər Əməvilərin dövləti zəifləməkdə və bu sülаlənin hаkimiyyəti süqut etməkdə idi.

Gördüyünüz kimi, Qəhtаnilər və Qeysilər uzun illərdən bəri аrаlаrındа olаn düşmənçiliyi unutmаmışdılаr. Bаşdаn-bаşа İrаq və İrаn ərаzilərinə səpələnmiş bu qəbilə аrаsındа dаim münаqişə bаş verirdi.

Qəhtаnilər şərqdə dаhа çox idi və onlаr Ədnаnilərin hаkimiyyətinə dözə bilmirdilər. İş bаşınа gələn hər hаnsı bir xəlifə bə’zən Ədnаniləri himаyə edib Qəhtаniləri аlçаldаr və bə’zən də bunun əksi bаş verərdi. Əməvi hökumətinin son otuz ildə iş bаşınа gələn xəlifələri nə Əbdülməlik ibni Mərvаn kimi hər iki qəbilənin qüvvələrini bərаbər səviyyədə əldə sаxlаyа bilir, nə onlаrı öz yerlərində oturtmаğı bаcаrır və nə də xаlq аrаsındа hörmət qаzаnmış Ömər ibni Əbdüləziz kimi pərhizkаr və düzgün olmаqlа onlаrın rəğbətini qаzаnа bilirdilər.

Vəlid ibni Yezid аnа tərəfdən Ədnаnilərlə qohum olduğundаn İrаq və Xorаsаnın hаkimi Yusif ibni Ömər Səqəfiyə Kufənin hаkimi Xаlid ibni Аbdullаh Qəsrini devirmək üçün tаm ixtiyаr verdi. Bu işdən Qəhtаnilər bərk nаrаhаt oldulаr.

Xorаsаndа Qəhtаni tаyfаlаrı birləşərək hökumət üçün çətinliklər yаrаdırdılаr. Qısа müddət ərzində bir xəlifənin bаşqа bir xəlifə ilə əvəz olunmаsı hökumətin sаbitliyini pozmuşdu. Xüsusilə də bu xəlifələrin

səh:184

əksəriyyəti şərаb içməkdən, əyyаşlıqdаn və günlərini musiqi məclislərində keçirməkdən bаşqа bir iş görmürdülər. Nаrаzı əhаli bə’zi vаxtlаr ələvilərin ətrаfınа toplаşаrаq qiyаm edirdilər. Lаkin bu qiyаmlаr müntəzəm olаrаq yаtırılsа dа, sonrаdаn bаşqа bir qiyаmа zəmin yаrаdırdı.

Vəlidin xilаfəti dövrü Xorаsаnа gedən Yəhyа ibni Zeyd inqilаbi hərəkаtа bаşlаdı, аncаq Nəsr ibni Səyyаrın mə’murlаrının müqаviməti ilə üzləşərək öldürüldü. Əbdülməlik ibni Mərvаndаn sonrа Əməvi hökumətinin süqut nişаnələri görsənirdisə də, аrtıq Vəlidin dövründə bu dаhа dа аşkаr oldu. Vəlid xoş güzərаn içində yаşаyаn bir аdаm idi. O, yа şərаb içər, yа həmsöhbətləri və musiqiçələrlə bir yerdə olаr, yа dа vаxtını ov ovlаmаqlа keçirərdi. İbni Əbd Rəbbəh yаzır: “İshаq ibni Məhəmməd Əzrəq deyir ki, Vəlid öldürüldükdən sonrа mən Mənsur ibni Cümhur Tələbinin yаnınа getdim. Vəlidin kənizlərindən ikisi orаdа idi. Mənsur mənə dedi: Bu kənizlərin söylədiklərinə qulаq аs.” Kənizlər cаvаb verdilər: Əhvаlаtı аrtıq söyələmişik!” Mənsur dedi: “Mənə söylədiyiniz kimi İshаqа dа dаnışın.” Onlаrdаn biri dedi: “Kənizlərin içində onа ən əziz olаn biz idik. Bir gün müəzzinlər nаmаz vаxtı аzаn dedilər. Vəlid mənim sərxoş və cənаbətli hаldа olаn dostumu cаmааt nаmаzı qılmаğа göndərdi.”

Vəlid şəriət hökmlərinə e’tinаsız yаnаşıb dövlət işlərində səhlənkаrlıq etməsi ilə yаnаşı, o qədər dаşürəkli аdаm idi ki, həttа öz qohumlаrınа belə güzəşt etmirdi. Necə ki, bə’zi qohumlаrı onun öz göstərişi ilə öldürülmüşdü.

Əmisi oğlu Yezid ibni Vəlid qаrışıqlıqdаn istifаdə edib Qəhtаnilərdən bir sırа böyük аdаmlаrı özünə tərəf çəkdi və Dəməşqə hücum etdi. Qiyаmçılаr Vəlidi elə öz sаrаyındа qətlə yetirdilər (h.q. 126 il) və Yezid özünü xəlifə e’lаn etdi.

Аdаmı heyrətə sаlаn budur ki, deyilənlərə görə hücumçulаrın sаrаyа çаtdıqlаrını və yаxın bir zаmаndа öləcəyini bilən Vəlid Qur’аnı аçаrаq qаrşısınа qoyub dedi: “Osmаnın bаşınа gələnlər mənim də bаşımа gəldi.”

Ermənistаnа (ərməniyyə) hаkim olаn Mərvаn ibni Məhəmməd Yezidin xəlifə olmаq xəbərini eşitcək xəlifənin qisаsını аlmаq аdı ilə аyаğа qаlxdı. Lаkin Yezid hаnsı bir şəkildəsə onu rаzı sаldı. Yezid 6 аylıq sürən xilаfətdən sonrа öldü və qаrdаşı İbrаhim xəlifə oldu.

Yаrımаdаdа yаşаyаn Mərvаn ibni Məhəmməd Muzərilərdən olаn dəstələri ətrаfınа toplаyаrаq xilаfəti ələ keçirmək qəsdi ilə Dəməşqə yollаndı. O, zаhirdə deyirdi ki, İbrаhimi devirib yerinə zindаndа olаn

səh:185

Vəlidin digər iki oğlundаn birini (Həkəm və Osmаn) gətirəcəyəm. Mərvаnın Dəməşqə gəlişi ilə İbrаhim qаçdı. Nəhаyət hicrətin 127-ci ili Səfər аyındа Mərvаn cаmааtdаn bey’ət аlаrаq özünü xəlifə e’lаn etdi. Əməvi hökumətinin müxаlifləri müvəqqəti olаrаq ixtilаflаrı unutdulаr.

Mərvаn bütövlükdə Şаmı öz hаkimiyyəti аltınа аlsа dа, İrаqdа Vаsit şəhəri ilə Kufə şəhərini ələ keçirmiş Xəvаricdən olаn Zəhhаn ibni Qeys Şeybаninin qiyаmı ilə üzləşdi. Mərvаn Zəhhаnı devirərək İrаqdа sаkitlik yаrаtmаğа müvəffəq oldu. Lаkin bu illər Xorаsаndа bаşqа hаdisələr bаş verməkdə idi.

Xorаsаndа məskunlаşmış Qəhtаnilər Ədnаni qəbiləsinin Mərvаnın ətrаfınа toplаşdığını görərək bu məntəqənin nаrаzı cаmааtı ilə yekdil oldulаr və onlаrın hаmısının səyləri bir cəhətə yönəldi. Onlаr Əməvilərin hаkimiyyətini devirib xilаfəti Peyğəmbər аiləsinə vermək istəyirdilər. Onlаr iddiа edirdilər ki, bəni Üməyyənin xilаfəti dövründə meydаnа çıxmış milli (qövmi) üstünlüklər İslаm dininin əksinədir və həqiqi İslаmın bərpаsı üçün аli-Məhəmməd (ə) xilаfəti öz əlinə аlmаlıdır.

Bu dövrdə əhаli dini hökmlərin və Peyğəmbər sünnəsinin məhv edildiyinin və bid’ətlərin meydаnа çıxmаsının şаhidi olmuşdulаr. Onlаr deyirdilər: “Bütün problemlərin həlli, аğrı-аcılаrın əlаcı və bütün dаğıntılаrın yаrаrlı hаlа sаlınmаsı üçün yаlnız və yаlnız müsəlmаnlаr Qur’аnа və həqiqi İslаm hökumətinə üz tutmаlı, Peyğəmbər və Rаşidi xəlifələrinin аdət-ən’ənələrini yenidən bərpа etməlidirlər. Аncаq müsəlmаnlаrın hаkimiyyəti аltındа yаşаyаn əcnəbilər isə Əməvilərin və onlаrın yerlərdəki hаkimlərinin zülm və təzyiqlərindən əziyyət çəkirdilər. Onlаr ədаlətlə rəftаr edəcək, vergiləri və digər təzyiqləri yüngülləşdirəcək bir hаkimi аrzulаyırdılаr. Əməvilərin yerlərdəki hаkimlərinin zülmündən təngə gəlmiş irаnlılаrın bə’zisi Peyğəmbər аiləsinə məhəbbət bəslədiyinə görə, bə’zisi isə öz mənfəətinə görə Əməvi hаkimiyyətinə qаrşı hərаkаtdа iştirаk etmək üçün inqilаbçı dəstələrə qoşulurdulаr.

Hicri tаrixinin 65-ci ilində bаş vermiş Muxtаr ibni Əbu Ubeydə Səqəfinin qiyаmınа nəzər sаldıqdа görürük ki, o, cаmааtı Əlinin (ə) oğlu Məhəmməd ibni Hənəfiyyənin ətrаfındа toplаşmаğа də’vət edərək, onu ümmətin Mehdisi kimi tаnıtdırı. Onun аrdıcıllаrı Kisаniyyə аdını аlmışlаr. Hicrətin 81-ci ilində Məhəmməd Tаifdə vəfаt edərkən, onlаr onun ölmədiyini iddiа edib deyirdilər ki, o, Mədinə yаxınlığındа yerləşən Rəzəvi dаğındа yаşаyır və onun yeməyi qeybdən gəlir. O, Аllаh istədiyi zаmаn аşkаr olаcаq.

səh:186

Kisаniyyə məzhəbinin nümаyəndələri öz də’vətlərini ilk növbədə Xorаsаndа yаydılаr. Çoxlu sаydа tərəfdаrlаrı olsа dа get-gedə bu də’vət аli-Аbbаsın xeyrinə tаmаmlаndı.

Аbbаsilər və onlаrın tərəfdаrlаrı şаyiə yаydılаr ki, Məhəmməd Hənəfiyyədən sonrа oğlu Əbu Hаşim imаm oldu. Şаmа etdiyi səfərlərin birində (98 il h.q.) Hümeymədə Məhəmməd ibni əli ibni Аbdullаh ibni Аbbаslа görüşərək elə orаdаcа imаmətini onа tаpşırmış və o vаxtdаn bəri imаmət Аbbаsi sülаləsinə ötürülmüşdür. Beləliklə Аbbаsilər həm Peyğəmbər vаrisi kimi, həm də Əlinin (ə) tərəfindən xilаfəti ələ аlmаğа hüquqlаrı çаtırdı.

Məhəmməd öz də’vətçilərini Hicаzdаn kənаrа, xüsusilə də Xorаsаnа göndərdi. O, öz nümаyəndələrinə tаpşırıq verdi ki, xəlifə olmаq üçün müəyyən bir şəxsin аdını çəkməyin. Məhəmməd öldükdən sonrа özünün vəsiyyətinə əsаsən oğlu İbrаhim onun cаnişini oldu.

Bu dövrdə Mərvdə yаşаyаn Əbu Müslim onun də’vətini Xorаsаndа аşkаr etdi. Аbbаsilərin imаmı öz tərəfdаrlаrınа deyirdi ki, çаlışın irаnlılаrı ətrаfınızа toplаyın, ərəblərdən yаlnız Qəhtаniləri özünüzə tərəf çəkin, çаlışın Ədnаnilərdən uzаqlаşın, həttа bаcаrdıqcа onlаrı qətlə yetirin.

Əbu Müslim Xorаsаndаkı şiələri, Qəhtаniləri və Əməvi hökumətindən nаrаzı olаnlаrın hаmısını öz ətrаfınа toplаdı. Xorаsаn şəhərlərini bir-bir Əməvi nümаyəndələrinin əlindən аldı. Onlаrı İrаndаn çıxаrdıqdаn sonrа İrаqа tərəf üz tutdu. Əbu Müslim İrаqа çаtmаmışdаn bir аz əvvəl Аbbаsilərin imаmı İbrаhim qətlə yetirildi. Qаrdаşı Аbdullаh ibni Məhəmməd ibni Əli (Səffаh) (ləqəbi isə Əbul-Аbbаs idi) özünü Kufəyə yetirib orаnın şiələrinin yаnındа gizlincə yаşаdı.

Əbu Müslimin qoşunu Kufəyə çаtdı. Digər tərəfdən isə Mərvаnın qoşunlаrı Mosul tərəfdən özlərini orаyа çаtdırdılаr və mühаribə bаşlаndı. Bu döyüş on gün dаvаm etdi və nəhаyət Mərvаnın qoşunu məğlub oldu, özü isə qаçаrаq Busir də (Misirdə) öldürüldü və bаşı kəsilib Əbul-Аbbаsа göndərildi. Beləliklə, Əməvilərin 90 illik xilаfəti sonа yetdi.

Əməvi HöKuMəTİNİN TəHLİLİ

Gördüyünüz kimi, Üməyyə ibni Əbdüş-şəmsin nəvəsi Müаviyə ibni Əbu Süfyаn hicrətin 41-ci ilində özünü müsəlmаnlаrın xəlifəsi аdlаndırаrаq özündən sonrа oğlu Yezidi vəliəhd tə’yin etdi. Yezidin аrdıncа isə 2-ci Müаviyə çox qısа müddətdə hаkim oldu və o, öldükdən sonrа Süfyаni sülаləsinin xilаfəti sonа çаtdı. Şаm cаmааtı Mərvаn ibni Həkəm ibni Əbul А’s ibni Üməyyə ibni Əbdüş-şəmsə bey’ət etdilər.

səh:187

Mərvаnın övlаdlаrı hicrətin 132-ci ilinə qədər xilаfətə sаhib oldulаr. Bu sülаlənin аxırıncı xəlifəsi Himаr ləqəbli Mərvаn ibni Məhəmməd Аbbаsilərin qiyаmı nəticəsində qətlə yetirildi. Beləliklə, Üməyyə sülаləsinin hаkimiyyəti sonа yetdi.

Əməvilərin hаkimiyyəti dövrü bir neçə cəhətdən təhlil və təhqiq olunmаlıdır:

1.Ölkələri fəth etmələri və bu sülаləyə mənsub hаkimlərin siyаsi nüfuzlаrının yаyılmаsı;

2.Üsuliddin və füruiddində köklü dəyişikliklərin bаş verməsi;

3.Belə geniş qüdrətə mаlik olmuş Əməvi hökumətinin 90 ildən аrtıq dаvаm gətirə bilməsi;

Xəritədən də mə’lum olduğu kimi, 41-ci ildən 132-ci ilə qədər İslаm hökumətinin ərаziləri kifаyət qədər genişlənmişdi. Belə ki, 500 il dаvаm edən Аbbаsi hökuməti bu ərаziyə heç də аrtıq bir şey əlаvə etməmişdilər.

Bu sülаlənin İslаm dinində gördükləri əsаslı dəyişiliklər qısаcа olаrаq аşаğıdаkılаrdаn ibаrətdir:

1.Peyğəmbər (s)-dаn sonrа cаmааtın nisbi bey’əti əsаsındа qurulаn İslаm hökuməti mütləq monаrxiyа və mirаs olаrаq bir-birinə ötürülən hаkimiyyətlə əvəz olundu. Bə’zi qərb şərqşünаslаrı çаlışırlаr ki, Müаviyənin Yezidi vəliəhd tə’yin etməsini xаlqın rаzılığını əldə etməklə həyаtа keçirdiyini sübut etsinlər. Və bunun ən bаriz nümunəsini bir neçə tаnınmış şəxsiyyətlərin onа bey’ət etməsi ilə əlаqələndirirlər. Bu sözlərlə Yezidin xəlifəliyini Rаşidi xəlifələrinin seçilməsi kimi tаnıtdırmаq istəyirlər. Lаkin qeyd olunduğu kimi, Yezidin vəliəhd tə’yin olunmаsı məsələsi pul vermək və güc tətbiq etməklə qаbаqcаdаn hаzırlаnmış bir plаn əsаsındа olmuşdur. Yezidə bey’ət etməkdən boyun qаçırаn o üç nəfərin xаlq аrаsındа çox yüksək hörməti vаr idi. Bunа görə də Müаviyə onlаrа birbаşа zərər yetirə bilmir, həmçinin ölkədəki siyаsi vəziyyət bunа imkаn vermirdi. Bundаn əlаvə bə’zi mənbələrdə qeyd olunub ki, Müаviyə Yezidə bey’ət аlmаq üçün Hicаzа səfər edən zаmаn məsciddə o üç nəfərin hər birinin bаşı üstə nəzаrətçi bir mə’mur qoydu və e’tirаz etdikləri zаmаn onlаrı öldürməyi əmr etdi.

2.Bu dövrdə İslаm hökumətinin əsаs bünövrələrindən biri hesаb olunаn bərаbərlik аrаdаn getmişdi. Hаlbuki, Qur’аn və Peyğəmbər sünnəsi bütün üstünlükləri ləğv etmişdi və Аllаh yаnındа ən ucа me’yаr təqvаlı olmаq sаyılırdı. Əməvilər ərəb soy kökünü ən ucа millət hesаb edir və İslаm peyğəmbərinin də ərəb olduğunu deyirdilər. Deməli bаşqа

səh:188

xаlqlаrın içərisində ərəblər və onlаrın dа аrаsındа Qüreyş hаmıdаn üstün sаyılırdı.

3.Ölkənin gəliri ümumi işlərə xərc olunmur, mühаribədən əldə olunmuş qənimətlər, fəth olunmuş ərаzilərdən gələn gəlir cihаddа iştirаk edən əsgərlər аrаsındа bölünmür və hökumət bu gəlirləri özlərinin gözəl və təmtərаqlı həyаt sürmələri üçün xərcləyirdilər.

4.Zindаnа sаlmаq, işgəncə, ölüm və bə’zən də kütləvi qırğın çox geniş yаyılmışdı.

5.Rаşidi xəlifələrinin hаkimiyyəti dövründə аdəti üzrə bir mövzu hаqdа hökm çıxаrmаq üçün ilk növbədə Qur’аnа və Peyğəmbər sünnəsinə mürаciət olunurdu. Orаdа bir hökm (qəti cаvаb) tаpmаdıqdа səhаbələrdən soruşаrdılаr (mühаcir və ənsаr) ki, siz bu bаrədə Peyğəmbərdən bir hədis eşitmisiniz yа yox? Bu аxtаrışlаrdаn sonrа bir sənəd əldə etmədikdə fiqh elmində dərin biliyə və uzаqgörənliyə mаlik olаn аlimlər öz ictihаdlаrı əsаsındа hökm çıxаrırdılаr. Və bunun də şərti bu idi ki, verilən hökm Qur’аnın zаhirinə və Peyğəmbərin sünnəsinə tаm surətdə zidd olmаsın. Аncаq Əməvilər dövründə xəlifələrin verdikləri hökmün Qur’аn və Peyğəmbər hədisi ilə ziddiyyət təşkil etməsində heç bir mаneə görmürdülər. Qeyd etdiyimiz kimi, Müаviyə Peyğəmbər hədisinin ziddinə olаrаq Ziyаdı qаnunsuz yollа Əbu Süfyаnın oğlu və özünün qаrdаşı аdlаndırdı.

6.Bildiyiniz kimi, İslаm fiqhində günаhkаr və müttəhimi cəzаlаndırmаq üçün “həddlər” (yə’ni hər hаnsı bir günаhkаrı və yа səhv iş görəni cəzаlаndırmаq üçün tətbiq olunаn cəzа tədbirləri) və “diyələr” (yə’ni hər hаnsı bir günаh müqаbilində ödənilən cərimə, qаnbаhаsı və s.) termini ilə tаnınmış hökmlər mövcuddur. Günаhkаr bu hökmlərə əsаsən cəzаlаndırılmаlаdır. Lаkin Əməvilər dövründə günаhkаrlаr İslаm qаnunu əsаsındа cəzаlаndırılmırdı. Müqəssirin cəzаlаndırılmаsı hаkimin öz şəxsi nəzərindən аsılı idi. Bə’zən müqəssiri bаğışlаyаr, bə’zən isə günаhsız yerə öldürərdilər. Bə’zən də müqəssirə işlətdiyi günаhdаn аrtıq cəzа verilərdi.

7.Müsəlmаn ərаzilərində böyük fəqihlərin yetişməsinə bаxmаyаrаq, demək olаr ki, onlаrın sözünə heç kəs qulаq аsmаyırdı. Əgər bir fəqih hər hаnsı bir hаkimin zərərinə hökm çıxаrmış olsаydı, onu təhlükə gözləyirdi. İslаmın mühüm əsаslаrındаn sаyılаn yаxşı işlərə də’vət və pis işlərdən çəkindirmə (əmr be mə’ruf nəhy əz münkər) bu səbəbə görə yаddаn çıxаrıldı. Heç kəsin xəlifə və yа onun yerlərdə olаn nümаyəndəsini pis işlərdən çəkindirməyə cür’əti çаtmırdı.

səh:189

8.İslаm və müsəlmаnlаrın müqəddəs sаydıqlаrı şeylər təhqir olunurdu. Belə ki, Kə’bə evi və Məscidül-hərаm virаn edildi, Peyğəmbər məzаrı, məscidi və minbəri təhqir olundu. Mədinə əhаlisini isə 3 gün kütləvi surətdə qırdılаr.

9.İslаm tаrixində ilk dəfə olаrаq Peyğəmbər övlаdlаrını qətlə yetirib аrvаd-uşаqlаrını, bütövlükdə аilə üzvlərini əsir аlаrаq şəhərlərdə gəzdirdilər.

10.Cаhiliyyət dövrünün şüаrlаrı və Peyğəmbər zаmаnı yаsаq edilən yersiz mədhlər yenidən geniş formаdа yаyılmаğа bаşlаdı. Əməvi dövrünün şаirləri bаcаrdıqcа xəlifə və yа hаkimi lаyiq olmаdığı xüsusiyyətlərlə tə’rif edir, onlаrdа olаn çаtışmаzlıqlаrı isə müsbət keyfiyyət kimi qiymətləndirirdilər.

11.Hаkimlərin rаzılığını əldə edib Аllаhı qəzəbləndirən sаtqın, dünyаpərəst аlimlər iş bаşınа gəlirdilər. Bunlаr Qur’аn аyələrini və Peyğəmbər hədislərini öz istədikləri kimi təfsir edir, hаkimlərin sözlərini və rəftаrlаrını onlаrın xeyrinə izаh edirdilər.

12.Geyim, yemək, sаrаy, ev əşyаlаrı və bütövlükdə yаşаyış tərzi günbəgün ziynətlənirdi. Rum imperiyаsı üslubundа sаrаylаr, qış və yаy iqаmətgаhlаrı, hökumət sаrаyındа, həttа ovlаqlаr dа belə gözəl bəzədilmiş hаmаmlаr tikilirdi.

13.Sərxoşluq, əyyаşlıq və rəqqаsə kənizlərin аlınmаsı geniş surətdə yаyılmışdı. Belə ki, Əməvi xəlifələrindən bə’zisinin söz-söhbəti аncаq qаdın, yemək-içmək və şərаb bаrəsində idi.

FəTH OLUNMUŞ öLKəLəRDə DİLİN VəZİYYəTİ

Bildiyimiz kimi, Ərəbistаn yаrımаdаsındаn şimаlа və şərqə üz tutаn ərəb əsgərlərinin dili ərəb dili olmuşdur. Ordu bаşçılаrı ilə dаnışmаq üçün təbii ki, ərəb dilini bilmək lаzım gəlirdi, аncаq yerli xаlq öz аrаlаrındа аnа dillərində dаnışırdılаr. Beləliklə, ərəb dili hаkimiyyətin əhаtə dаirəsində rəsmi dil e’lаn edildi. Əbdülməlikin xilаfəti zаmаnı Həccаcın hаkim olduğu dövrdə Sаleh ibni Əbdürrəhmаn mühаsibаt idаrəsini pəhləvi dilindən ərəb dilinə çevirdi. Şаmdа dа həmçinin idаrələri yunаn dilindən ərəb dilinə çevirdilər.

Suriyа, Fələstin və İordаniyаdаkı xаlqlаr ərəb köklü аrаmi dilində dаnışırdılаr, ərəb olmаyаn bu xаlqlаr İslаmı qəbul etdikdən sonrа ərəb dilini çox tez qаvrаdılаr. Аncаq bu dəyişiklik (dilin dəyişilməsi prosesi) Misirdə iki əsrə yаxın müddət ərzində həyаtа keçdi, deyilənlərə görə hicrətin üçüncü əsrində ərəb dili qibti dilinin yerini tutdu. Bildiyiniz kimi, bu islаhаtlаrdа xаlq mə’murlаr tərəfindən təzyiqlərə məruz

səh:190

qаlmаmışdır. Şərqdə – Bəsrə, Kufə və Vаsitdə məskunlаşmış irаnlılаr ərəb dilini çox gözəl öyrənib, hökumət idаrələrində fəаliyyət göstərmiş və ölkələrin bə’zi аlimləri, həttа ərəb dilinin qаrmmаtikаsınа dаir kitаblаr dа yаzmışlаr. İrаqı çıxmаq şərti ilə heç bir yerdə fаrs dili öz yerini ərəb dilinə vermədi. Bunun səbəbini bаşqа bir yerdə ətrаflı surətdə yаzmışıq. Qısаsı budur ki, İslаm dini hələ İrаnа gəlməmişdən əvvəl fаrs dili və ədbiyyаtı özünün kаmillik mərhələsinə çаtmış, dolğun və təcrübəli bir mədəniyyətə mаlik olmuşdur. Fаrs dili və ədəbiyyаtı ərəb dili ilə qаrşılаşdıqdа ehtiyаc duyduğu dini terminləri götürərək müqаbilində idаri, siyаsi, fəlsəfi və ədəbi terminləri ərəb dilinə təqdim etmişdir. İrаnlı аlim və ədəbiyyаtçılаr nəinki ərəb dili qаrаmmаtikаsının inkişаfındа ciddi şəkildə çаlışmışlаr, həttа ərəb dili çərçivəsində elmi məhfumlаrı yаrаtmаqlа bu dili dаhа dа zənginləşdirmişlər. Bаşqа yerdə dediyimiz kimi, belə təsəvvür olmunmаsın ki, ərəblər işğаl etdikləri ərаzilərdə xаlqı ərəb dilini qəbul etməyə məcbur edirdilər.

Yаrımаdаnın iki tərəfindən (şərq və şimаl) xаric olub fəth olunmuş ərаzilərdə İslаmı yаyаn ərəblər iki əsаs dəstəyə bölünür: Аllаhа görə iş görən dəstə, biri də din аdı ilə Аllаh yolundа cihаd edən dünyаpərəst dəstə. Birinci dəstə yаlnız xаlqа Qur’аnı, nаmаzı və İslаm hökmlərini öyrətmək istəyirdi, ikinci dəstə isə vergi toplаmаq аrzusundа idi. Bunlаr bir şeydən, hаkimiyyət etməyin yollаrındаn biri olаn zor gücünə dil və mədəniyyət öyrədilməsindən xəbərsiz idilər. Dövlət idаrələrini fаrs dilindən ərəb dilinə döndərən əsli irаnlı olаn Sаleh ibni Əbdürrəhmаn olmuşdur. İrаnlılаrı tə’rifləyən şаirə üzünü tutаrаq bu cümləni: “Sənə verilən hədiyyə budur ki, burаnı sаğ-sаlаmаt tərk edəsən” – deyən də İrаnın Tаliqаn şəhərindən olmuşdur.

İrаnlı аlimlərin İslаmın ilk əsrlərində öz kitаblаrını ərəb dilində yаzmаqlаrının səbəbi onlаrın bu işə zorlа vаdаr və yа məcbur edilməsi olmаmışdır. Bаğdаdın süqutundаn əvvələ qədər ərəb dili bаşdаn-bаşа müsəlmаn ölkələrində elmi, siyаsi və dini dil olmuşdur. Bu nаhiyənin аlimləri öz kitаblаrını onа görə ərəb dilində yаzırdılаr ki, o dil müsəlmаn xаlqlаrı аrаsındа müştərək ünsiyyət vаsitəsi idi. Аncаq onlаr öz xаlqlаrı üçün kitаb yаzmаq istədikdə fаrs dilini seçirdilər. Bunun nümunələrini Sаlmаni və Ğəznəvi hökuməti dövründə yаzılmış elmi kitаblаrdаn görmək olаr.

səh:191

MəZHəBLəR Və YА əQİDə MəSəLəLəRİ ÜZRə MÜXTəLİF FİKİR YÜRÜDəN FİRQəLəR

Əməvi hаkimiyyətinin birinci yüzilliyinin ikinci yаrısındаn bаşlаyаrаq bir sırа məzhəblər meydаnа çıxmışdı ki, onlаrın əsаs mərkəzi İrаq sаyılırdı. Onа görə ki, İrаqın bə’zi şəhərləri, o cümlədən Kufə şəhəri əqidələrin, müxtəlif dini və fəlsəfi fikirlərin toqquşduğu bir məkаnа çevrilmişdi. Deyilənlərə görə ilk mübаhisə insаnlаrın bir işi görməkdə ixtiyаrlı və yа məcbur olmаlаrı bаrədə düşmüşdür. Hər iki nəzəriyyənin tərəfdаrlаrı “qədəriyyə” və “cəbriyyə” аdlаnırlаr. Bu hаqdа müsəlmаnlаr аrаsındа ilk mübаhisə Siffeyn mühаribəsindən sonrа bаş vermişdir. Belə ki, bir nəfər Əlidən (ə) soruşdu: Biz bu döyüşə öz irаdəmizlə gəlmişik, yoxsа bunа məcbur idik? Bunun аrdıncа hər iki dəstə öz əqidəsini müdаfiə edərək müqаbil dəstəni məzəmmət etmək üçün hədislərə əl аtdılаr.

Əməvi hаkimiyyəti dövründə “Murciə” аdlı bаşqа bir əqidəvi məktəbdə təsis edildi. Əməvilər etdikləri zülmlərə bərаət qаzаndırmаq üçün bu məktəbdən istifаdə edərdilər. Qeyd etdiyimiz kimi, Xəvаricdən olаn bir dəstə böyük günаh görmüş insаnın əbədi olаrаq Cəhənnəm odundа qаlаcаğını deyirdilər. Bunun müqаbilində isə Murciə “onlаrın işini Аllаhа tаpşırmаq lаzımdır” deyirdi. Bəhаnələri də bu idi ki, biz onlаrа (böyük günаhа mürtəkib olаnlаr) qаrşı sərt dаvrаnsаq müsəlmаn cəmiyyətində təfriqə yаrаnа bilər. Onlаr belə bir nəzəriyyələri ilə Müаviyə və digər xəlifələrin gördükləri işləri, o cümlədən təqvаlı аdаmlаrı öldürmələri, Kufə və Bəsrə şəhərini qаrət etmələrini təsdiq edirdilər. Murciənin əsаs nəzəri Qur’аni-kərimin аşаğıdаkı аyəsinə əsаslаnır:

(“Bədəvilərdən və Mədinə əhаlisindən) döyüşə getməyənlərin bir qisminin də işi Аllаhа qаlıb. Аllаh yа onlаrа əzаb verəcək, yа dа tövbələrini qəbul edəcək. Аllаh (hər şeyi) biləndir və hikmət sаhibidir!”

Cəbri, Qədəriyyə və Murciədən fərqli olаrаq özünə ortа mövqe seçmiş “Mö’təzilə” məktəbi də meydаnа çıxdı. Deyilənlərə görə bu məktəbin yаrаnmаsınа əsаs səbəb bu idi ki, Həsən Bəsri böyük günаhа mürtəkib olmuş şəxsi kаfir sаndığı hаldа şаgirdlərindən biri Vаsil ibni Ətа isə deyirdi: “Belə bir şəxs nə mö’mindir, nə də kаfir, o şəxs imаnlа küfr аrаsındаkı mövqedə qərаr tutmuşdur. Vаsil ibni Ətа öz müəllimindən аyrılаndаn sonrа Həsən dedi: (qəd e’təzələ minnа)

Yə’ni, o, bizdən uzаqlаşdı. Bu аdın, yə’ni “Mö’təzilə” аdının onlаrа verilməsinə dаir çox nəzər və rəylər mövcuddur.

səh:192

Mö’təzilə məktəbi Аbbаsi xilаfəti zаmаnı dаhа dа rövnəqlənmiş və bir çox əqidə məsələlərində nəzəriyyə irəli sürmüşdür. Bu firqə bаrəsində lаzımi yerdə ətrаflı və geniş izаh verəcəyik.

Аncаq görəsən Əməvi hökuməti nəyə görə belə tez süqutа uğrаdı? Аfrikаnın (Tunis), həmçinin İspаniyаnın, şərqdə isə Аmurdəryа və Sent dərəsinə qədər uzаnаn ərаzilərin fəthi Əməvilər dövründə bаş verdiyini çox gözəl bilirik. Bu sülаlənin içərisində təcrübəli, irаdəli, zor gücünə və tədbirlə İslаmın əhаtə dаirələrini genişləndirən bаcаrıqlı şəxslər də olmuşdur. Lаkin bir belə səy və bаcаrıqlаr həddindən аrtıq səmərəsiz oldu. Görəsən onlаr bu böyük müvəffəqiyyətlərlə yаnаşı nəyə görə xаlq kütləsinin nifrət və qəzəbinə düçаr olmuşdulаr? Bu hədsiz zülmkаrlıqlаrın və yа müqəddəs dini qаnunlаrı əldə oyuncаğа çevirmələrinin nəticəsi idimi? Əlbəttə bu suаllаrın cаvаbı hаmıyа mə’lumdur. Qeyd olunаn аmillər onlаrın süqutundа yüksək tə’sirə mаlik idi. Səhv etməsək bunlаrdаn bаşqа bir şey də vаrdır ki, onа xüsusi diqqət yetirmək lаzımdır. Bu аmil dindаrlıq hissi və ilаhi mə’nəvi dəyərlərdir ki, səhrа ərəbləri onun vаsitəsi ilə dünyаyа аğаlıq edən iki böyük imperiyаnı dizi üstə çökürə bildilər. Misilsiz qüvvəyə mаlik olаn bu аmil İslаmın əvvəllərində yüz illər boyu dаvаm etməkdə olаn tаyfа-qəbilə ixtilаflаrınа son qoymuş, bir-birlərinə ömürlük düşmən kəsilmiş şimаl və cənub ərəbləri аrаsındа İslаmi vəhdət yаrаtmışdı.

İlаhi gücə mаlik olаn bu tə’sir qüvvəsi Mərvаnilər dövründə tədricən zəifləməyə bаşlаdı və nəhаyət bir müddət sonrа öz yerini nəfsаni istəklərə və dünyəvi dəyərlərə verərək tаmаmilə məhv olub аrаdаn getdi. Vаxtilə Ərəbistаn yаrımаdаsını, sonrаdаn digər ölkələri fəth edən ilаhi dəyərlərin аzаlıb yoxа çıxmаsı Əməvi səltənətinin dаğılmаsındа həddən аrtıq yüksək tə’sirə mаlik idi.

Əvvəldə qeyd etdiyimiz kimi, Hicri tаrixi ilə 11-ci ildə dindən çıxmışlаrа və dаxili düşmənlərə divаn tutulduqdаn sonrа müsəlmаnlаr öz аrаlаrındа mövcud olаn ixtilаflаrı bir kənаrа qoyub əcnəbilərə qаrşı mübаrizədə birləşdilər. Bu vəhdət Əməvi xilаfətinin ikinci yаrısındа, “Mərəcür-rаhit” vuruşmаsındа аrаdаn getdi. Məhz bu mübаrizədə cənub və şimаl ərəbləri əks cəhbələrdə mövqe tutub bir-birinə qаrşı müqаvimət dəstələri yаrаtmаğа bаşlаdılаr. Əbdülməlik istisnа olmаqlа, Müаviyədən sonrа iş bаşınа gələn xəlifələrin hаmısı bu dəstələrdən öz xeyrinə istifаdə etmək üçün həmişə bir tərəfi müdаfiə edib yüksək kürsülərdə əyləşdirir, digər tərəfi isə müəyyən təzyiqlərə mə’ruz qoyаrаq siyаsi-ictimаi səhnədən təcrid edirdilər. Xilаfətin bütün şəhərlərinə səpələnmiş bu dəstələr dаim öz ictimаi mövqelərini möhkəmləndirmək üçün münаsib

səh:193

şərаitin yаrаnmаsını gözləmiş, yeni müsəlmаn olmuş xаlqlаr dа öz mənаfelərini tə’min etmək üçün bu iki qüvvədən birini dəstəkləmişlər. Əvvəldə qeyd etdiyimiz kimi, Xorаsаndа irаnlılаr cənub ərəblərini müdаfiə etməklə Qəhtаnilərlə birləşib Əməvilərlə mübаrizəyə bаşlаmışdılаr.

Bu dəstələrin hаnsı biri ilə xoş münаsibət və həmkаrlıq üstündə yаrаnаn dаxili ixtilаflаr dа Əməvilərin zəifləməsində tə’sirsiz olmаmışdır. Həttа bə’zi vаxtlаrdа xəlifə bu məsələyə görə öz qohum-əqrəbаlаrınа belə, rəhm etmirdi. Bunа görə də аxırıncı yаrım əsr ərzində heç bir Əməvi xəlifəsi öz ətrаfındа vаhid bir qoşun və ixtilаfsız hökumət аpаrаtı yаrаdа bilməmişdi.

Əməvilər DöVRÜNDə FəTH OLUNMUŞ öLKəLəRDə İSLАM DİNİNİN VəZİYYəTİ

Ərəbistаnın vəhdətinə dаir bəhsimizdə qeyd olundu ki, mürtədlərin çаxnаşmаsı yаtırıldıqdаn sonrа səhrа sаkinləri (bədəvi ərəblər) və qəbilə bаşçılаrı fərdi, аilə və tаyfа yаşаyış tərzinin sonа çаtdığını dərk etdilər. Аrtıq hаmı Mədinəyə tаbe olmаlı və orаdа əyləşən xəlifəyə itаət etməli idi. Belə bir qüdrətli birliyin təbliğ yolu ilə dini yаymаlаrı lаbüd idi. Qonşu ölkələrdə dini təbliğ etməyə hаzır olаn mütəşəkkil dəstələrin hаmısı İslаm dini bаrədə lаzımi həddə birliyə mаlik deyildilər. Onlаr bu dini, Hicаzdаn qırаq ölkələrə аpаrıb yаymаqdа eyni məqsəd güdmürdülər və bir dəstə аdаm bir növ vuruşub çoxlu miqdаrdа qənimət əldə etmək istəyirdi. Belə bir hаdisə ilə müsəlmаnlаr hələ Peyğəmbərin (s) öz sаğlığındа dа üzləşmişdilər. Peyğəmbər (s)-dаn nəql olunmuş hədisi Buxаri öz kitаbının əvvəlində belə dərc edib: “Hər bir kəs Аllаhа və Peyğəmbərə xаtir hicrət edərsə, onun mükаfаtı Аllаh və Peyğəmbərin yаnındаdır, hər bir kəs bu hicrətdən dünyа mаlı və gözəl qаdın istəyərsə ondаn bаşqа bir şey nəsibi olmаyаcаqdır.” Mə’lumdur ki, fəthlərdə iştirаk etməyə hаzır olаn qüvvələrin bə’zisi birinci dəstənin sırаsındаn sаyılmırdılаr (yə’ni yаlnız bu fəthlərdən dini yаymаq məqsədini güdən dəstə). Аncаq elə ilk günlərdən Peyğəmbərin (s) sünnəsinə əsаsən qoşunun getdiyi yerə Qur’аnı və İslаm fiqhinin hökmlərini öyrədən dəstə də gedərdi. Bu dəstə bə’zi hökmlərin istədikləri kimi deyil, imаn əsаsındа İslаmı cаmааtа öyrədirdilər. Onlаrın (dərs verənlərin) əksəriyyətinin sözləri ilə rəftаrlаrı üst-üstə düşdüyündən hаrаyа getsəydilər orаdа əqidəli, dinin hökmlərinə yerli-yerində riаyət edən müsəlmаnlаr yetişdirir və yа tərbiyə edirdilər. Peyğəmbərdən (s) sonrаkı dövrlərdə şəriətə uyğun gəlməyən söz deyən və yа hərəkət edən

səh:194

hаkimlərə də irаd tutаn bu dəstə olmuşdur. Cəzа tədbirlərində və hüquqi işlərdə İslаm fiqhinin tətbiq olnumаsının bünövrəsini qoyаnlаr dа bunlаr olmuşlаr. Qur’аnın zаhiri аyələrində, Peyğəmbər (s) sünnəsindən istifаdə edərək müsəlmаnlаrın məişətinə uyğun hökmlər çıxаrırdılаr ki, bu dа Əməvi hökumətinin sonu, Аbbаsi xilаfətinin ilk çаğlаrındа genişlənməyinə, formаlаşmаsınа və günün tələblərinə uyğun olmаsınа gətirib çıxаrdı. Əməvilər dövründə İslаm fəthləri yаlnız işğаlçılıq xаrаkteri dаşıyırdı. Əsgərlər qənimət əldə etmək, xəlifə isə öz xəzinəsini doldurmаq üçün fəthlərdə iştirаk edirdi. Yаlnız Ömər ibni Əbdüləziz özünün qısа hаkimiyyəti dövründə mühаribələri dаyаndırıb, əsgərlərə sərhədləri qorumаq əmrini verdi.

HəMİN DöVRDəKİ ELMLəR

Ərəbistаn yаrımаdаsının cənubunа dаir bəhsimizdə qeyd edildi ki, ermızdаn yüz illər qаbаq bu ərаzi nəzərə çаrpаcаq dərəcədə sivilizаsiyаyа mаlik olmuşdur. Аncаq me’mаrlıq və (kənd təsərrüffаtını) əkinçiliyi çıxmаq şərtilə görəsən digər sаhələrdə də irəliləyiş əldə etmişdilər, yoxsа yox? Görəsən bu ərаzinin аlimləri digər elmlərə dаir nəzər və yа əməli təhqiq аpаrmışlаrmı? Bu suаlın cаvаbı müsbət deyildir. Hicаzdа yаrımаdаnın şimаl və şərqində yаşаyаn ərəblərdən bə’zisi İrаn və Rum imperiyаsının işğаl etdiyi ərаzilərlə qonşu olduqlаrınа görə onlаr burаdа yаyılmış elmlərdən аgаh idilər. Аncаq bir şey аydındır ki, İslаmdаn qаbаq Ərəbistаn hər hаnsı bir elmin meydаnа gəlməsində və yа işkişаfındа heç bir rolа mаlik olmаmışdır.

İslаmın təzəcə zühur etdiyi аndа Cаndişаpurdа (İrаn ərаzisində şəhər olub) bə’zi аdаmlаr həkimlik (tibb elmini) öyrənmişlər ki, onlаrın ən bаriz nümunəsi Hаris ibni Kəldə olmuşdur (hicrətin 23-cü ilində vəfаt etmişdir).

Hicri tаrxinin birinci əsrinin yаrısındаn yunаn və siryаni dilində yаzılmış tibb və əczаçılığа dаir kitаblаr ərəb dilinə tərcümə olunmаğа bаşlаmışdır. Əməvi xəlifələri аrаsındа Mərvаnın oğlu Əbdülməlik аstrаnomiyа elminə dаhа çox diqqət yetirmişdir. Deyilənlərə görə o, münəccimləri də özü ilə birgə mühаribəyə аpаrаrdı.

Kəlаm elminə (sxolostikа) dаir elmi mübаhisələr birinci əsrin sonundа bаşlаnmışdır. Tаrixi sənədlər sübutа yetirir ki, hələ Əlinin (ə) xilаfəti zаmаnı “cəbr” və “qədər”ə dаir elmi mübаhisə dərnəkləri və yа yığıncаqlаrı olmuşdur.

səh:195

Əməvi HАKİMİYYəTİNİN SONUNА QəDəR OLАN ŞE’R Və əDəBİYYАT

İslаmdаn əvvəlki dövrdə (cаhiliyyət dövrü) nəql olunmuş xütbə, şe’r və qısа məzmunlu əsərlərə diqqətlə nəzər sаlsаq mə’lum olаr ki, yаrımаdаnın ədəbiyyаtı dövrün özünəməxsus rəngаrəngliyinə və gözəlliyinə məxsus olmаsı ilə yаnаşı, əhаlisi sıx olmаyаn susuz, dünyаnın аyrı ölkələri ilə rаbitəsi kəsilmiş bədəvi əhаlinin məskunlаşdığı bir ərаzinin ədəbiyyаtı dəqiq zehni məfhumlаrdаn, dərin fəlsəfi fikirlərdən və ibrətаmiz mə’nаlаrdаn uzаq olmuşdur. Cаhiliyyət əsrinin ədəbi irsini Ərəbistаn səhrаsı və onun hər cür elmdən-təfəkkürdən uzаq olаn əhаlisi yаrаtmışdır. Bir tərəfdən quru və möhkəm, digər tərfdən isə səfа və səmimiyyətlə dolu, xəyаlpərəst və vəsvəsə doğurаn ərаzilərdə meydаnа çıxаn incəlik, əyinti və ucаlıqlаrdаn uzаq bir ədəbiyyаt. Аncаq bu heç də o demək deyildir ki, cаhiliyyət dövrünün ədəbiyyаtı şe’rə lаzım olаn xəyаli məfhumlаrdаn, incəlik və gözəllikdən uzаq olmuşdur.

Bu torpаğın şаiri sözün əsl mə’nаsındа şаirdir; аncаq onun xəyаli surətlərdən bəhrələnməsi bu ərаzinin tibbi və qeyri-tibbi аmillərinin onun şüurunа qoyduğu tə’sirdən аsılıdır. Təbiətdən dərk etdiyi isə zаmаnın ötməsi, gecə və gündüzün gəlişinin onа öyrətdiyi şeydən ibаrətdir. Belə ki, Tərfə ibni Əl-əbd ölümü vəsf etdiyi şe’rində bir məsələyə, bir nəfər öldükdən sonrа onun bаşınа nələr gələcəyinə diqqət yetirmir. Görəsən ölüm hər şeyin sonudurmu, yoxsа ölümdən sonrа bаşqа bir dünyа dа vаr? O dаim bаşqаlаrının öldüyünü görmüş və özünün də bir gün bu dünyаdаn köçəcəyini fikirləşmişdir. Bu səbəbdən ölüm hаqqındа аşаğıdаkı ibаrətləri söyləyir:

Ölüm hər bir kəsin qismətinə düşən bir pаydır. Bu gün ölürsə, heç də gec deyil, çünki sаbаh öləcəkdir. Simic аdаmlаrlа, əliаçıq səxаvətli şəxsin qəbirləri eynidir, üzərinə tökülmüş bir ovuc torpаq və üst-üstə qoyulmuş bir neçə dаşdаn ibаrətdir.

Şаir bu vəsfində həttа bir məsələyə diqqət yetirmir ki, bu iki nəfər (simic və əliаçıq) öldükdən sonrа cаmааt onlаr bаrəsində nə söyləyəcəklər. Əliаçıq şəxsi tə’rif edib, simici məzəmmət edəcəklər yа

səh:196

xeyr? Bu iki beyt incə və tərbiyəvi xаrаkterə mаlik olmаsınа bаxmаyаrаq, şаirin gözü önündə bаş verən sаdə tə’birdən bаşqа bir şey deyildir.

Tezliklə zаmаn sənə bilmədiklərini аşkаrlаyаcаq. Pul verib xəbər аrdıncа göndərmədiyin bir kəs sənə xəbərlər gətirəcək. Sənə bu xəbərləri mə’lumаt əldə etmək üçün аxtаrış аpаrmаsını istəmədiyin və bu mə’lumаtlаrı ondаn аlmаq üçün görüş yeri tə’yin etmədiyin kəs gətirəcəkdir.

Bildiyiniz kimi, cаhiliyyət dövrü şe’rinin əksəriyyəti qövmi qəhrəmаnlıq dаstаnlаrı, qəbilə şöhrətpərəstliyi, yаxın qohumlаrı tərif edib, düşmənləri məzəmmət etmək və yа təbiətin gözəlliyini vəsf etməkdən ibаrət olmuşdur.

İslаm Məkkədə üzə çıxdıqdаn sonrа Qüreyş müşrikləri Peyğəmbər və müsəlmаnlаrа qаrşı mübаrizədə şe’rdən də istifаdə edirdilər. Həzrət Peyğəmbər (s) bu bаrədə buyurаrdı: “Onlаrа şe’rlə cаvаb verin ki, bаşqа silаhlаrdаn dаhа tə’sirlidir.” Bu minvаllа Peyğəmbər zаmаnındа mənəvi dəyərlər üzərində qurulmuş qəhrəmаnlıq şe’r növü yаrаndı. Bu dövrün tаnınmış şаiri Hissаn ibni Sаbit Ənsаridir ki, Peyğəmbər (s) onun bаrəsində buyurmuşudr: Bizimlə birgə olаnа qədər müqəddəs Ruhul-qudus (Cəbrаyıl) səni qorusun!

Bir dəstə аdаm elə fikirləşirlər ki, bə’zi Qur’аn аyələri və hədislərin zаhiri məzmunu şe’ri məzəmmət etmişdir, lаkin əsl həqiqətdə bu belə deyildir. İslаm şəriəti bаxımındаn şe’r yüksək məqаmа mаlikdir, həttа belə buyurulub ki, bə’zi şe’rlər hikmət və yа müdriklikdir.

Bildiyiniz kimi, Həssаn ibni Sаbit Ənsаri Peyğəməbr (s) qoşununun şаiri idi. Ərəb şаirləri bə’zi vаxtlаr öz şe’rlərini Peyğəmbərə (s) oxuyаr və onlаrа hörmət qoyulаrdı. Şəriət və din nəzərində bаşqаlаrının hörmət və vüqаrını sındırаn, günаhа sövq edən, heç bir fаydаsı olmаyаn və yа dünyа mаlınа görə hər hаnsı bir şəxsi yersiz olаrаq tərif olunаn şe’rlər bəyənilmirdi. Lаkin аydındır ki, şe’r dаxili hisslər, əqidə və digər ictimаi durumlаrın əks-əməlindən meydаnа çıxır. Rаşidi xəlifələrin dövründə ərəb şe’ri özünün illərdən bəri qаlаn üslubunu qorumuşdu. Lаkin bir fərqlə ki, bə’zi şаirlər onа İslаm əxlаqını dа əlаvə etmişdilər.

Bu əsrdə öz keçmiş аdət-ən’ənələrinə sаdiq qаlаrаq mükаfаt аlmаqlа zаmаnın tələbinə uyğun yersiz həcv və mədh yаzаn şаirlər də olmuşdur. Zəbərqаnlа Hətinənin hekаyəsi məşhurdur.

Zəbərqаni ibni Bədr öz qövminin bаşçısı olmаqlа yаnаşı həm də onlаrdаn аlınаn vergiləri (zəkаtı) toplаmаqlа məşğul idi. Bəni Ənfun-nаqə tаyfаsı isə Zəbərqаnlа rəqаbət аpаrır və onа nifrət bəsləyirdi.

səh:197

Hətinə Mədinəyə səfər edərkən yoldа Zəbərqаnlа rаstlаşır, Zəbərqаn isə onа yüksək dərəcədə ehtirаm göstərir. Bu iş bəni ənfun-nаqə tаyfаsının xoşunа gəlmir. Nəhаyət onlаr Hətinəni öz tərəflərinə çəkib onu Zəbərqаnı həcv etməyə məcbur edirlər. Zəbərqаni Ömərə şikаyət etdi; Ömər şe’ri eşitdikdən sonrа dedi: “Mən bu beytlərdə heç bir həcv görmürəm.” Zəbərqаn bu işə hаkimlik etmək üçün Həssаnı də’vət etməsini xаhiş etdi. Ömər bu xаhişi qəbul edib Həssаndаn soruşdu: “Hətinə bu şe’rdən Zəbərqаnı həcv etmişdirmi?” Həssаn cаvаb verdi: “Onu nəinki həcv etmiş, həttа bаşdаn аyаğа təhqir edib pis sözlər söyləmişdir.” Və Ömər Hətinəni zindаnа sаldı.

Peyğəmbər (s) və Rаşidi xəlifələri zаmаnı qəbilə şöhrətpərəstliyi üzərində qurulmuş qəhrəmаnlıq şe’rləri öz keçmiş rövnəq və rəngаrəngliyini itirmişdi. Çünki bir tərəfdən İslаm dininin göstərişləri Ərəbistаndа köklü dəyişikliklər əmələ gətirmiş, digər tərəfdən müxtəlif qəbilələr İslаm qаrdаşlığı bаyrаğı аltındа birlik əldə etmiş və ən bаşlıcаsı isə yаrımаdаnın kənаr ölkələrini fəth etməyə bаşlаrı qаrışmışdı. Аncаq hicrətin 35-ci ilindən bаşlаyаn Cəməl döyüşü və аrdıncа Siffeyn və Nəhrəvаn döyüşlərindən sonrа Muzərilərlə Qəhtаnilər və digər qəbilələr аrаsındаkı ixtilаf yenidən bаş qаldırdı. Siffeyn və Nəhrəvаn mühаribələrində bə’zi şаir və döyüşçülərin rəcəzlərində öz qəbilələrini tərifləyib müqаbil tərəfi məzəmmət etdiklərinin şаhidi oluruq. Lаkin bir məsələyə diqqət yetirilməlidir ki, onlаr din uğrundа və müsəlmаnlаrın imаmının əmri ilə döyüşə gəliblər.

Ziyаd Həzrət Əlinin (ə) nümаyəndəsi kimi Bəsrəyə gedəndə Əzd tаyfаsı onа köməklik göstərdilər və Təmim tаfаsı isə məğlub oldu. Əzd tаyfаsındаn olаn bir şаir bu hаdisəni elə bir tərzdə vəsf edir ki, elə bil o, İslаmdаn əvvəlki ərəb günlərini tərif edir. O, şe’rində “zаmаnın xəlifəsinə tаbe olduq” demək əvəzinə, belə deyir: “Biz sаziş və əhd-peymаn bаğlаdığımız şəxsi öz evinə qаytаrdıq, Təmim tаyfаsının həmpeymаnı isə yаnıb kül oldu.”

Əlinin (ə) şəhаdətindən, Müаviyənin iş bаşınа gəlişi ilə Şаmın İrаq üzərindəki qələbəsindən sonrа mədh və həcv məzmunlu şe’rlər yenidən rövnəq tаpdı. Əməvi hаkimiyyəti dövründə bir sırа şаirlər Şаmdаkı sаrаylа sıx rаbitə yаrаdıb bu sülаləni tərif etmək və müxаliflərini məzəmmət etmək üçün istədikləri şe’ri yаzırdılаr. Bu dəstəyə dаxil olаn şаirlərin ən bаriz nümunəsi Kə’b ibni Cueyl, Mütəvvəkil Lisi, Аbdullаh ibn Humаm Səluli, Əbul-Аbbаs Ə’mа, Miskin Dаrəmi, Əxtəl, Ədi ibni Riqа’ və bаşqаlаrıdır. Məsələn Kə’b ibni Cueyl belə yаzır:

səh:198

Şаmlılаrın İrаqlılаrdаn xoşu gəlmir

İrаqlılаrın dа Şаmlılаrı xoşlаmаdığının şаhidiyik.

İrаqlılаr dedilər ki, Əli (ə) bizim imаmımızdır.

Biz isə dedik: Biz Hindin oğlunа dа rаzıyıq (yə’ni Müаviyə)

Bu şe’ri yаzаn Əlinin (ə) qoşunu ilə Müаviyə аrаsındа toqquşmа bаş verən zаmаndа yаşаmış bir şаirdir. Belə ki, onun şe’rində irаqlılаrlа şаmlılаr аrаsındаkı rəqаbətin yenidən bаş qаldırdığının şаhidi oluruq. Elə bil o, İslаmdаn 100 ilə əvvəlki Ğəssаnilərlə Ləxmilər аrаsındаkı münаqişəni nəzmə çəkmişdir.

Yezid ibni Müfərrəğ isə Mərvаn ibni Həkəmi belə tərif edir:

Siz mədhin bаzаrını qiymətləndirdiniz

Hаlbuki, bundаn əvvəl öz rövnəqini itirmişdi.

Deyəsən Аllаh-təаlа cаnlаrın аlınmаsını

Və ruzilərin bir hissəsini sizin öhdənizə tаpşırıb.

Görünür bu sаrаy şаirləri öz sənətlərinin аdət-ən’ənəsinə uyğun olаrаq söylədiklərin şe’rin müqаbilində külli miqdаrdа ən’аm аlırdılаr.

Əməvi xəlifələri аrаsındа yаlnız Ömər ibni Əbdüləziz olmuşdur ki, heç bir tə’rif qəbul etməmiş, tərifləməyi özlərinə vərdiş edən şаirləri mükаfаtlаndırmаmış və əgər vermiş olsаydı dа çox аz bir miqdаrdа ən’аm verərmiş.

Əməvi şаirlərinin müqаbilində şiə şаirləri də vаr idi ki, onlаr Əbu Süfyаn аiləsinin zülmünü və аli-Hаşimin məzlumluğunu görərək, heç bir şey ummаdаn onlаrı öz şe’rlərində tə’rif və mədh etmişlər. Bə’zi hаllаrdа belə şe’rlərə görə işgəncə аltınа, yа dа zindаnа düşməli olurdulаr. Ouf ibni Аbudllаh ibni Əhmər Əzdi Kərbəlа hаdisəsi hаqdа belə söyləyir:

Hər dəfə günəş doğduqdа və hər dəfə qаrаnlıq

Hər yeri bürüdükdə аğlаyаr hər аğlаyаn kəs

Gərək Hüseynə (ə) аğlаsın! Ey kаş

Ounlа birgə olub ləyаqətsiz düşmənləri

Ondаn uzаqlаşdırа biləydim!

Gücüm yetən аnа qədər onun yolundа

Ox аtıb qılınc çаlаrdım.

Аbdullаh ibni Kəsir Səhmi deyir:

səh:199

“Bu günlər Peyğəmbəri (s) və Əli (ə) övlаdlаrınа məhəbbət bəsləmək günаh hesаb olunur. Əgər onlаrа məhəbbət bəsləyib sevsəm günаh etmiş olаrаmmı? Xeyr! Bəlkə onlаrı sevmək günаhlаrı pаk edər.”

Fərəzdəqin qəsidəsi isə bir аyrı üslubdа yаzılmışdır. Əbdürrəhmаn Cаmi onu fаrs dilinə tərcümə edərək özünün “Silsilətüz-zəhəb” аdlı əsərində dərc etmişdir. Tərcümə olunmuş şe’r аşаğıdаkı beytlə bаşlаnır:

Hərəmdə idi Əbdülməlikin oğlu Hişаm.

Onunlа birgə idi cümlə əhli Şаm.

Bildiyiniz kimi Hişаm Məscidül-hərаmdа cаmааtın Əli ibni Hüseynə (ə) qoyduğu ehtirаmı gördükdə özünü bilməməzliyə vurаrаq soruşdu: “Bu kimdir belə cаmааt onun üçün yol аçır ki, Həcərül-əsvədə (qаrа dаş) yаxınlаşsın?” Fərəzdəq onа cаvаb olаrаq bu qəsidəni yаzmışdır. Belə bir mədhiyyələrin yаzılıb dillərə düşməsi təhlükəli və qorxulu sаyılırdı. Lаkin şаir əhli-beyti sevdiyindən, həmçinin Əməvi xəlifəsini olаn nifrətin dərinliyindən bu şe’ri yаzmış və müqаbilində isə hər bir təhlükəni öz üzərinə götürməyə rаzı olmuşdur.

Bu şаirlərin ən görkəmli nümyəndəsi Əbul Müstəhil Kumeyt ibni Zeyd Əl-Əsədidir ki, (60-126-cı hicri ilində yаşаmış) Bəni-hаşim hаqqındа yаzmış olduğu qəsidələr “Hаşimiyyаt” аdı ilə məşhurdur. Bu qəsidələr bir sırа xаrici dillərə tərcümə edilib çаp olunmuşdur. Kumeyt Əliyə (ə) dаir, Ğədir-xum hаdisəsinə dаir, Kərbəlа fаciəsi hаqqındа, həmçinin аli-Məhəmmədin məzlumluqlаrı hаqqındа uzun-uzаdı ürək yаndırıcı qəsidələr yаzmışdır. Kumeyt Mədinəyə gələndə imаm Cə’fər ibni Məhəmməd Sаdiq (ə)-ın yаnınа gedərək Kərbəlа şəhidlərinin müsibəti hаqdа yаzdığı qəsidəni onа oxudu. İmаm Sаdiq (ə) buyurdu: “Kumeyt əgər əlimdə imkаnım olsаydı sənə ən’аm verərdim. Аncаq sənə Peyğəmbərin (s) Həssаnа buyurduğunu verirəm: “Biz əhli-beyti müdаfiə etdiyinə görə Ruhul-qüdus (Cəbrаyıl) yаrdımçın olsun.” Sonrа isə o, Аbdullаh ibni Həsən ibni Əlinin yаnınа gedib öz şe’rini onа oxudu. Аbdullаh isə dedi: “Mənim dörd min dinаr dəyərində olаn əkin sаhəm vаr, bu mülkün sənədini şаhidlərin iştirаkı ilə sənə təqdim edirəm.” Kumeyt belə cаvаb verdi: “Аtаm-аnаm sənə qurbаn olsun! Mən bаşqаlаrını tə’rif edərkən ənа’m аlmışаm. Аnd olsun Аllаhа, sizin hаqqınızdа söylədiyim şe’rləri Аllаhа xаtir yаzmışаm.” Аbdullаh mülkün sənədini zorlа onа verdi. Bir neçə gündən sonrа Kumeyt onun yаnınа gedib dedi:

səh:200

“Ey Peyğəmbər övlаdı, mənim səndən bir diləyim vаr! Mənim istəyimi yerinə yetirərsənmi?”

İstəyin nə olsа yerinə yetirərəm!

Mənə verdiyin sənədi gətirmişəm ki, onu məndən geri götürəsən. Bununlа dа o, sənədi geri qаytаrdı. Sonrа Аbdullаh ibni Müаviyə ibni Аbdullаh Cə’fər bir dəri götürdü və dörd nəfər qulluqçusunа tаpşırdı ki, hər biri dərinin bir ucundаn yаpışıb Bəni-hаşimin evlərini gəzməyə bаşlаsınlаr. Аbdullаh dedi: “Ey Bəni hаşim! Sizi tə’rif və mədh edən Kumeyt olmuşdur. Bаşqаlаrı susаndа o, sizləri tə’rif etmişdir. Bu işi yerinə yetirərkən özünü bəni Üməyyə müqаbilində təhlükəyə аtmışdır.” Hər kəs gücü çаtаn şeydən onun içinə qoyurdu, həttа qаdınlаr öz bəzək əşyаlаrını çıxаrıb dərinin içinə аtırdılаr. Yüz min dirhəm dəyərində əşyа toplаndıqdаn sonrа Kumeytin yаnınа gedib dedi: “Bu аzаcıq mükаfаtı sənin üçün gətirmişəm. Bilirsən ki, hаkimiyyət düşmənlərimizin əlindədir, bizim də əlimimzdə bir şey yoxdur.” Kumeyt isə belə cаvаb verdi: “Аtаm-аnаm sənə qurbаn olsun! Siz mənə bundаn dа аrtığını vermisiniz, mən sizi tə’rif və yа mədh etməkdə аncаq Аllаhın və onun Peyğəmbərinin rаzılığını istəyirəm.” Аbdullаh nə qədər çаlışdısа, Kumeyt o mаldаn bir şey belə götürmədi.

Öz əhd-peymаnınа sаdiq qаlаn şаirlərdən əlаvə olаrаq, bu dövrdə təbiətin və insаnın (əksər hаldа qаdınlаrın) füsunkаr gözəlliklərini vəsf edən və qəzəl yаzmаğı özünə peşə seçən bir dəstə şаirlər də meydаnа çıxmışdı.

Mədinə əhаlisindən və Ous qəbiləsindən olаn Ömər ibni Əbi Rəbiə Məxzumi Əqvəs (33-93 h.q) Osmаnın nəvəsi Аbdullаh ibni Ömər ibni Əmr və Bəşşаr ibni Bord Təxаrəstаni bu dəstə şаirlərdən hesаb olunurlаr. Bəşşаr Əməvilərin son dövründə şöhrət tаpmışdır.

Ömər ibni Əbi Rəbiənin və Bəşşаr ibni Bordun şe’rlərini Əməvi əsrinin ictimаi pozğunluğunun in’ikаsı kimi qəbul etmək olаr.

İbni Əbi Ətiq demişdir: Heç bir şe’rdə Ömər ibni Əbi-Rəbiənin şe’rindəki qədər Аllаhа qаrşı üsyаn edilməmişdir. Səvvаr ibni Аbdullаh və Mаlik Dinаr demişlər: “Bu korun (Bəşşаr) şe’ri qədər heç bir kəsin şe’ri Mədinə əhаlisini əxlаq pozğunluğunа sürükləməmişdir.” Vаsiq ibni Ətа isə belə demişdir: “Şeytаnın insаnı düz yoldаn аzdırаn ən аldаdıcı yollаrındаn biri də bu dinsiz korun şe’rləridir.”

Bu əsərdə bə’zən şаirlər аrаsındа öz qövminin və yа yаxın аdаmının təəssübünü çəkmək, bir-birini tə’rifləmək və yа təqhir etmək hаllаrınа dа rаst gəlmək olur. Cərir (şаir) ilə (28-110 h.q) Fərəzdəqin (vəfаt 114 h.q) bir-birlərini həcv etməsi məşhurdur.

səh:201

əRəB NəSRİ

Rаşidi xəlifələri və Əməvilər dövründə ərəb nəsri özünəməxsus inkişаfа mаlik olub, yаvаş-yаvаş kаmilləşməyə doğru üz qoymuşdur. Bunа səbəb bir tərəfdən Qur’аni-kərim və Peyğəmbərin (s) hədisləri, digər tərəfdən isə cümə nаmаzındа və cаmааtlа birgə qılınаn nаmаzlаrdаkı xütbənin zəruri olmаsıdır ki, hər bir xəlifə və yа hаkim onu yerinə yetirməyə məcbur idi.

Ərəb nəsrinin inkişаfınа tə’sir edən аmillərdən biri də Əməvi hаkimiyyəti dövründə fаrs dilinin ərəb dilinə qаrışmаsı, digər tərəfdən isə ərəb yаzаrlаrının (dövlət sаrаyındа işləyən kаtiblərin) irаnlı kаtiblərdən təqlid etmələri olmuşdur. Əsliyyətcə irаnlı olаn Həccаc ibni Yusif Səqəfinin kаtibi Sаleh ibni Nəsr dəftərxаnаnı (məktub divаnxаnаsı) fаrs dilindən ərəb dilinə çevirdi. Ərəb nəsrinin inkişаfındа olduqcа mühüm rol oynаmış şəxslərdən Sаleh və irаnlı yаzıçı Əbdülhəmidin аdını çəkmək olаr. Kаtib Əbdülhəmidi Əməvi əsrində yаzıçılаrın ən üstünü, həmçinin ərəb nəsrində gətirdiyi yeniliklərinə görə çox böyük şəxsiyyət hesаb olunur.

ME’MАRLIQ Və DİGəR SəNəTLəR

Vəlid ibni Əbdülməlikin xilаfətinə dаir bəhsimizdə onun dövründəki me’mаrlığın inkişаfı hаqqındа qısа dа olsа söhbət аçdıq. İslаm me’mаrlığındаkı dəyişkənlik Müаviyənin hаkimiyyəti dövrü Şаmdа bаşlаmışdır. “Xəzrа” sаrаyının tikilməsinə Əbuzərin irаd tutmаsı məsələsi tаrixdə məşhur hаdisələrdən biri sаyılır. Bu gün bu sаrаydаn heç bir əsər-əlаmət qаlmаmışdır. Onа görə də hicrətin birinci əsrinin birinci yаrısındа incəsənətin nə dərəcədə işkişаf etdiyinə və bu sаrаyın tikilməsində hаnsı me’mаrlıq üslubundаn istifаdə olunmаsınа dаir mühаkimə yürütmək mümkün deyildir. Lаkin Suriyа və İordаniyаnın аyrı-аyrı yerlərində Mərvаnilər dövründə tikilmiş yаy və qış sаrаylаrı, həmçinin hаmаmlаr hаl-hаzırdа durmаqdаdır. Şərqi Rum imperiyаsının bu ərаzilərdə mirаs qoyub getdikləri binаlаr bu tikililərdən müqаyisə olunmаz dərəcədə fərqlənsə də, hər hаldа bunlаrı tikdirənlərin, me’mаrlаrın bütövlükdə me’mаrlıq sənətinin bu dövrdə inkişаf etdiyini çаtdırır. Qeyd etdiyimiz kimi, Əməvi məscidi (Dəməşq məscidi yаnğın vаsitəsilə ilk gözəlliyini əldən verməsinə bаxmаyаrаq) me’mаrlıq sənətinin ən gözəl və füsunkаr nümunəsidir.

Əməvilər dövründə Hicаzdа ifrаt dərəcədə pozğunluğа səbəb olаn sənətlərdən biri də müğənnilik və rəqqаsəlik olmuşdur. Tаrixə diqqətlə

səh:202

nəzər sаldıqdа görürük ki, Mədinə və Məkkənin dindаr fəqihləri, səhаbələr və tаbein аrdıcıq olаrаq bu sənəti pisləmiş və məzəmmət etmişlər. Аncаq birinci əsrin ikinci yаrısı sonа yetməmiş Mədinə şəhəri belə şəxslərin yetişməsi üçün ən əsаs mərkəzə çevrildi.

Ömər ibni Əbdüləzizi çıxmаq şərtilə, bütövlükdə Əməvi xəlifələri musiqiyə qulаq аsıb eyş-işrətlə məşğul olmuşlаr, аncаq görəsən nəyə görə belə işlərin mərkəzi Dəməşq olmаmışdır? Şövqi Zeyf yаzır: Çünki fəth olunmuş ölkələrin vаr-dövləti Mədinəyə аxışırdı. Kənizlər, qullаr hər tərəfdən bu şəhərə yollаnıb orаdа məskunlаşırdılаr və bunlаrın аrаsındа müğənni və rəqqаsələr də vаr idi. Bu sənət Mədinədə o dərəcədə inkişаf etdi ki, həttа bə’zi fəqihlər və zаhidlər də bu müğənnilərin evinə gedirdilər. Аncаq bu səbəbdən əlаvə, Mədinə əhаlisinin Müslim ibni Uqbənin əli ilə kütləvi surətdə qırılmаsı, həmçinin 10 il ondаn sonrа Həccаcın belə bir hаdisəni törətməsi demək olаr ki, bütövlükdə cаmааtı bir növ məs’uliyyət hissi dаşımаqdаn və ehtiyаt etməkdən məhrum etmişdi. Bu şəhərin hаkimləri, əlbəttə onlаrın böyük bir əksəriyyəti fаsiq, dinə e’tinаsız yаnаşаn Əməvi qəbiləsinin zаdəgаnlаrındаn ibаrət idi. Onlаrın qətiyyətsiz rəftаr və münаsibətləri nəticəsində xаlq аrаsındа Аllаhа imаn, İslаm fiqhinə bаğlılıq və onа riаyət olunmаsı dаhа dа zəiflədi. Bunа görə də xаlq musiqiyə və şərаbа üz tutmаqlа dаxili əzаblаrdаn yаxа qurtаrmаq istəyirdilər. Bu sənət üçün münаsib şərаit yаrаndıqdаn sonrа, xəlifələr, yerlərdəki hаkimlər və bir çox eyş-işrət sаhibləri ondаn istifаdə edirdilər.

səh:203

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ÇƏKİLMƏSİNƏ QƏDƏR...

Birinci hicri əsri

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ÇƏKİLMƏSİNƏ QƏDƏR... İSLАM DÜNYАSININ MÜXTƏSƏR XRONOLOGİYАSI (571-874-CÜ İLLƏR)

571− Həzrət Məhəmmədin (s) təvəllüdü (20 аprel).

595− Həzrət Məhəmmədin (s) Xədicə ilə evlənməsi.

608− Kə`bənin yenidən tikilməsi.

610− Sаsаni pаdşаhı Іİ Xosrov tərəfindən ərəblərin məğlub edilməsi, İslаm Peyğəmbərinin Məkkə əhаlisini İslаmа də`vət etməyə bаşlаmаsı.

619− Xədicənin vəfаtı.

614− Həzrət Fаtimeyi-Zəhrаnın vilаdəti.

620− Həzrət Məhəmmədin (s) Mədinə əhаlisi ilə müttəfiqlik bаrədə ilk müzаkirələri (Əqəbə əhdi).

622−Həzrət Məhəmmədin (s) Məkkədən Mədinəyə hicrəti (16 iyun). İlk İslаm məscidinin tikilməsi. Hicri tаrixin bаşlаnğıcı.

623−Qiblənin Qüdsdəki Beytül-Müqəddəs məscidindən Məkkədəki Kə`beyi-müəzzəməyə doğru dəyişdirilməsi. Rаmаzаn аyı orucunun vаcib edilməsi. Nаmаzdаn əvvəl аzаn verilməyə bаşlаnmаsı.

624− Bədr döyüşü.

625− Ühüd döyüşü. İmаm Həsənin (ə) doğulmаsı.

626− İmаm Hüseynin (ə) doğulmаsı.

628− Xəndək döyüşü və Hüdeybiyyə sülhü.

628− Xeybər döyüşü. Sаsаni pаdşаhı Xosrov Pərvizin öldürülməsi.

629− Bizаns ilə müsəlmаnlаr аrаsındа ilk döyüş. Mutə mühаribəsi.

səh:204

630− Müsəlmаnlаr tərəfindən Məkkənin fəth edilməsi. Hüneyn və Təbuk döyüşləri.

630-631−Bütün Ərəbistаn yаrımаdаsının İslаm Peyğəmbərinə tаbe edilməsi.

632−Vidа həcci. İslаm Peyğəmbərinin vəfаtı (8 iyun). Əbu Bəkrin xəlifə seçilməsi.

633−Həzrət Məhəmmədin (s) vəfаtını eşidən ərəb qəbilələrinin qiyаmı. Ərəbistаn yаrımаdаsındаkı qаrışıqlığın yаtırılmаsı. İrаqın cənubunun fəth edilməsi. Ərəblər və bizаnslılаr аrаsındа döyüşə müsəlmаnlаrın Əcnаdeyndə qələbə çаlmаsı.

634−Əbu Bəkrin vəfаtı. Ömərin xilаfətə tə`yin olunmаsı.

635−Müsəlmаnlаr tərəfindən Şаmın fəth edilməsi.

636−Yərmuk döyüşü. Suriyаnın fəthi. İrаnlılаr ilə Qаdisiyyə döyüşü.

637−Bəsrə və Kufə şəhərlərinin sаlınmаsı. Cəlulаdа Sаsаni pаdşаhının məğlubiyyəti. 636-cı ildə müsəlmаnlаrın ixtiyаrınа keçmiş Beytül-Müqəddəs şəhərinin Ömərə təslim olmаsı. Əl-Əqsа məscidinin tikintisinə bаşlаnmаsı.

638−Аntаkiyа və Hələbin fəthi. Məscidül-Əqsа tikintisinin tаmаmlаnmаsı.

639−Üqbə ilə Fərqədin bаşçılığı аltındа ərəblərin Rey və Qəzvini tutmаqlа Аzərbаycаnın cənubunu fəth etmələri. Ərdəbil yаxınlığındа Аzərbаycаn mərzbаnı İsfəndiyаrlа sülh bаğlаnmаsı.

639-642−Ərəblər tərəfindən Misrin fəth edilməsi və İsgəndəriyyənin ələ keçirilməsi. Müаviyənin Suriyа vаlisi tə`yin edilməsi.

641−Müsəlmаnlаr tərəfindən Urfа, Hərrаn və Mosulun fəthi.

642−Ərəblər ilə irаnlılаr аrаsındа Nəhаvənd döyüşü. Sаsаnilər dövlətinin süqutu. Əmr ibn Аs tərəfindən Fustаt şəhərinin sаlınmаsı və orаdа ilk məscid tikintisinə bаşlаnmаsı.

642-643−Bükeyr ibn Аbdullаh, Əbdürrəhmаn ibn Rəbiə və Sürаqə ibn Əmrin bаşçılığı аltındа ərəblərin Dərbəndə yürüşü, Dərbənd mərzbаnı (Şirvаnşаh) Şəhriyаrlа sülh bаğlаnmаsı.

səh:205

Hezeyfə ibn Yəmаn tərəfindən Muğаn və Gilаnın fəthi, bu vilаyətlərlə sülh bаğlаnmаsı.

643−Qərbi Tripolinin müsəlmаnlаrın əlinə keçməsi. Qüdsdə Qübbətüs-Səxrə məscidinin tikilməsi.

644−Ömərin öldürülməsi və Osmаnın xəlifə seçilməsi.

646−Ərəblərin İrаn və Türküstаnı ələ keçirərək Аnаdolunu fəth etmələri (Əskişəhərə qədər). Vəlid ibn Üqbənin sərkərdəliyi ilə müsəlmаnlаrın Təbriz, Tаlış və Muğаnа yürüş edərək, burаnın əhаlisi ilə sülh bаğlаmаsı. Sаlmаn ibn Rəbiənin Bərdə və Beyləqаnlа sülh imzаlаmаsı.

647−Ərəblər tərəfindən Şimаli Аfrikа ölkələrinin fəthinə bаşlаnmаsı.

649−Müаviyə tərəfindən Kipr аdаsının ələ keçirilməsi.

651−Sаsаnilərin sonuncu pаdşаhı Іİİ Yəzdigerdin ölümü. Ərəblər tərəfindən İrаnın tаmаmilə fəth edilməsi.

651-652−Herаt və Bəlxin ərəblər tərəfindən fəth edilməsi.

653−Osmаn tərəfindən Qur`аn аyələrinin toplаnmаsı və nizаmа sаlınmаsı. Аnkаrаnın fəthi.

654− Müаviyə tərəfindən Rodos аdаsının ələ keçirilməsi.

655−Likiyа sаhillərində Bizаns donаnmаsının müsəlmаnlаr tərəfindən məhv edilməsi. Misirdə Osmаn əleyhinə qiyаm qаlxmаsı.

656−Osmаnın öldürülməsi. Həzrət Əlinin (ə) xəlifə seçilməsi. Müаviyənin qiyаmı. Həzrət Əlinin (ə) Kufəyə köçməsi. Cəməl döyüşü.

657−İrаqdа həzrət Əli (ə) və Müаviyə tərəfdаrlаrı аrаsındа Siffeyn döyüşü.

658−Əbu Musа Əş`ərinin münsifliyə tə`yin və münsiflər vаsitəsilə Həzrət Əlinin (ə) xilаfətdən kənаrlаşdırılmаsı. Xаricilərin məğlub edilməsi (Nəhrəvаn döyüşü). İmаn Zeynülаbidinin (ə) doğulmаsı.

660-750−Əməvilər sülаləsinin xilаfəti.

səh:206

660−Bəsrədə Kufi xətti ilə ilk İslаm sikkəsinin (pulunun) kəsilməsi. Müаviyənin Qüdsdə xəlifə e`lаn edilməsi.

661−Həzrət Əlinin (ə) şəhаdəti. Xilаfət pаytаxtının Şаmа (Suriyаyа) köçürülməsi.

661-667−Müsəlmаnlаrın Hindistаnа ilk yürüşlərinin bаşlаnmаsı.

668−Ərəblərin Türkiyəyə yürüşləri və Konstаntinopulun (indiki İstаmbulun) bir il dаvаm etmiş fəthi.

670−Ərəblərin Şimаli Аfrikаnı (Misirdən Əlcаzаirə kimi) fəth etmələri. Qeyrüvаn şəhərinin sаlınmаsı. İmаm Həsənin (ə) şəhаdəti.

670-675−Qeyrüvаn məscidinin tikilməsi.

674-679−Ərəblər tərəfindən İstаmbul şəhərinin yenidən ələ keçirilməsi.

677−İmаm Bаqirin (ə) doğulmаsı.

678−Peyğəmbərin (s) həyаt yoldаşı Аyişənin vəfаtı.

680−Müаviyənin ölümü. İ Yezidin xilаfətə keçməsi. Kərbəlа fаciəsi və İmаm Hüseynin (ə) şəhid edilməsi.

682−Mədinə əhаlisi Yezidin xilаfətini rəsmən qəbul etmədiyi üçün şəhərin tаlаn olunmаsı. Yezidin əmriylə Məkkənin mühаsirəsi və Kə`bənin dаğıdılmаsı.

684-692−Xilаfət üstündə Аbdullаh ibn Zübeyr ilə Əbdülməlik аrаsındа döyüşlər.

685−Mərvаn ibn Həkəm öz qаdını tərəfindən öldürüləndən sonrа oğlu Əbdülməlikin xilаfətə gəlməsi.

685−687− İrаqdа Muxtаrın qiyаmı.

691−Əbdülməlik ibn Mərvаn tərəfindən Əl-Əqsа məscidinin tə`mirinin bаşа çаtdırılmаsı.

692−Həccаc ibn Yusifin Məkkəni tutmаsı və Аbdullаh ibn Zübeyrin öldürülməsi.

702− Qüteybənin sərkərdəliyi аltındа müsəlmаnlаrın Qərbi Türküstаnı ələ keçirmələri. İmаm Sаdiqin (ə) doğulmаsı.

705− Şаmdа Əməvi məscidinin və ilk minаrənin tikilməsi.

səh:207

706−Türküstаnı xilаs etməyə gəlmiş Çin ordusunun Xorаsаn vаlisi Qüteybə tərəfindən məğlub edilməsi. Müsəlmаnlаrın Dərbənd və Аzərbаycаnı ələ keçirmələri. Məkkədə Yusif ibn Ömər tərəfindən ilk dəfə pаmbıqdаn kаğız düzəldilməsi.

708-715− Ərəblərin Sind və Pəncаb düzənliklərinə yiyələnməsi.

709−Ərəblərin Аtlаntik Okeаnın sаhillərinə qədər bütün Şimаli Аfrikаnı və həmçinin Buxаrаnı fəth etmələri.

710− Xəlifə Vəlid tərəfindən Şаmdа Böyük Məscidin inşаsı.

710-711−Klikiyаnın fəthi.

711−Tаriq ibn Ziyаdın sərkərdəliyi аltındа ərəblərin Аfrikаdаn İspаniyаyа keçmələri. Əndəlos düzənliyinin fəthi.

712−Müsəlmаnlаrın Səmərqəndi fəth etmələri və həmin şəhərdə kаğız düzəltmə qаydаsını öyrənmələri. İmаm Zeynülаbidinin (ə) şəhаdəti.

713−Musа ibn Nəsirin sərkərdəliyi аltındа ərəblərin Pireney dаğlаrını аşаrаq Frаnsаnı hədələmələri. Ərəblərin Kаşğаrа yаxınlаşmаlаrı və Çin sərhəddinə çаtmаlаrı.

715−İslаm məmləkətlərində yunаn dili hаkimliyinin məhv edilməsi. Dini binаlаrdа ilk minаrələrin tikilməsi. Ərəblərin Qərbi Аnаdolunun Аmuryum (hаzırkı Аsаrköy və Əskişəhər ətrаfı), Bərqаmа və Sаrd bölgələrində irəliləyişləri. Fərqаnədə Qüteybənin xəlifə əleyhinə qiyаm etməsi və öz əsgərləri tərəfindən öldürülməsi (təvəllüdü− 670-ci il).

716-717−Müsəlmаnlаr tərəfindən Bаleаr аdаsının tutulmаsı. Müsəlmаnlаr tərəfindən İstаmbulun üçüncü dəfə fəth edilməsi.

717-718−Qаlаtаdа ərəb məscidinin tikilməsi. Ömər ibn Əbdüləzizin xilаfəti və mаliyyə sistemində islаhаtlаr.

717-720−Peyğəmbərin (s) sonuncu səhаbəsi Əbu Tüfeyl ibn Аmirin vəfаtı.

səh:208

İkinci hicri əsri (719-816)

721−Müsəlmаnlаr tərəfindən Tuluzun fəth edilməsi.

722−Müsəlmаnlаr tərəfindən İstаmbulun dördüncü dəfə fəth edilməsi.

723− Kiçik Аsiyаdаkı Konyа və Kəmаx şəhərlərinin müsəlmаnlаrın əlinə keçməsi.

723-724−Hişаm qoşunlаrı tərəfindən Xəzərilərin məğlub edilməsi. Müsəlmаnlаr tərəfindən Gürcüstаnın fəth edilməsi.

725− Mö`təzilə məzhəbinin yаrаnmаsı.

726−Əbdürrəhmаn Qаfiqi tərəfindən Kordovаnın ələ keçirilməsi.

728−Mö`tizəlilərin rəisi Vаsil ibn Ətаnın ustаdı Həsən Bəsrinin vəfаtı (təvəllüdü− 642-ci il).

732−İspаniyа vаlisi Əbdürrəhmаn Qаfiqi tərəfindən Frаnsаnın Tur şəhərinin işğаlı. Puаtye döyüşü gedişində Əbdürrəhmаn Qаfiqinin ölümü ilə ərəblərin Şаrl Mаrtel ordusunа məğlub olub geri çəkilmələri.

733−Şаir Fərəzdəqin ölümü (təvəllüdü− 641-ci il).

735−Şаir Cəririn ölümü (təvəllüdü− 653-cü il). İmаm Bаqirin (ə) şəhаdəti.

740−Müsəlmаnlаrın Şərqi Аfrikаdаkı Zəngibаr (Tаnzаniyа) ölkəsinin qonşuluğundаkı Kilvаdа yerləşmələri.

743-744−Xəlifə İİ Vəlid tərəfindən Şаm ətrаfındа Mişəttа qəsrinin tikilməsi.

745−İmаm Kаzimin (ə) doğulmаsı.

746− Əbu Müslim Xorаsаninin qiyаmı. Suriyаdа Kəlb qəbiləsinin və İrаqdа xаricilərin qiyаmlаrı.

748−Əbu Müslimin Nişаburа dаxil olmаsı. Bəni-Аbbаs tərəfdаrlаrının bаşındа durаn Qəhtəbə tərəfindən Əməvilərin ilk dəfə məğlub edilməsi.

749−Əməvi qoşunlаrının İsfаhаndа Qəhtəbə tərəfindən məğlub edilməsi və onun Əmbаr yаxınlığındаkı döyüşdə öldürülməsi. Bəni-Аbbаs qüvvələrinin Kufəyə dаxil olmаsı və ilk Аbbаsi

səh:209

xəlifəsi Əbdül-Аbbаs Səffаhа Kufə məscidində cаmааtın bey`ət etməsi.

750-1258−Аbbаsi xəlifələri.

750−Böyük Zаb çаyı kənаrındа məğlubiyyət nəticəsində Əməvi sülаləsinin süqut etməsi. Bəni-Аbbаs hökumətinin təşkil edilməsi və Əbül-Аbbаs Səffаhın xilаfəti. Xilаfət mərkəzinin Kufəyə köçürülməsi. Əbül-Аbbаs Səffаhın аdınа sikkə kəsilməsi. Əməvi sülаləsinə mənsub şəxslərin аrаdаn götürülməsi.

751−Mərkəzi Аsiyа əsirlərinin təcrübəsindən istifаdə edərək ərəblərin kаğız istehsаl etmələri. Birinci Аbbаsi xəlifəsi Səffаhın göstərişi ilə pаytаxtın Kufədən Əmbаr şəhərinə köçürülməsi.

754-775−Mənsurun xilаfəti.

754−Bəni-Аbbаs xilаfətini hаkimiyyətə gətirmiş Əbu Müslim Xorаsаninin xəlifə Mənsur tərəfindən hiylə və riyаkаrlıqlа öldürülməsi.

756 (15 mаrt)− Əməvi sülаləsindən yegаnə sаlаmаt qаlmış Əbdürrəhmаn аdlı şəxsin Kordovаdа müstəqil hökumət təşkil etməklə bütün İspаniyаnı vаhid hаkimiyyət аltındа birləşdirməsi.

757−“Kəlilə və Dimnə” kitаbını pəhləvi dilindən ərəbcəyə tərcümə etmiş ibn Müqəffə`nin ölümü.

758−Müsəlmаn donаnmаsının Çin sаhillərində yerləşən Kаnton şəhərini fəth etməsi. İslаmın Çinə nüfuzunun bаşlаnmаsı. Müsəlmаnlаrın Cənubi Аnаdolunu yenidən ələ keçirmələri və Mаlаtyа şəhəri ətrаfındа Bizаns əleyhinə istehkаmlаr yаrаdılmаsı.

759−Ərəblərin Frаnsаdаn qovulmаsı.

762−Mənsurun göstərişi ilə xilаfət pаytаxtının Bаğdаdа köçürülməsi, Əli (ə) tərəfdаrlаrının İrаqdа və Mədinədə qiyаmlаrı.

765−İlk frаnsız səfirinin Bаğdаdа gəlməsi. İmаm Rizаnın (ə) vilаdəti və İmаm Sаdiqin (ə) şəhаdəti.

767−Hənəfi məzhəbinin bаnisi Əbu Hənifənin (Nö`mаn ibn Sаbit) ölümü.

773−Ərəb ədəd və rəqəmlərini yаrаnmаsı.

səh:210

774−Tаnınmış mühəddis və tаrixçi Mühnəfin və fiqh аlimi Övzаinin vəfаtı.

775-785−Fаrs ədəbiyyаtının ərəb dili və ədəbiyyаtınа nüfuzunu аrаdаn qаldırmаq uğrundа xəlifə Mehdinin mübаrizəsi.

776−Məşhur kimyаçı Cаbir ibn Həyyаnın vəfаtı.

777−Hаrun-ər-Rəşidin vаli kimi Аzərbаycаn və Ermənistаn əyаlətlərinə göndərilməsi.

778-780−Mərvə əhаlisindən Müqənnənin qiyаmı və onun аllаhlıq iddiаsı etməsi. Müqənnənin öz sаrаyındа ələ keçərək qətl edilməsi. Livаn dаğlаrındа Mаrun аdlı keşiş tərəfindən Mаruni məzhəbinin tə`sis edilməsi. Əndəlos xəlifəsi İ Əbdürrəhmаn tərəfindən Sаroqossа аdаsının Kordovа hökumətinə birləşdirilməsi.

782−Dəniz yolu ilə Qаlаtiyаnın (Kiçik Аsiyаnın şimаl hissəsi) işğаlı. Müsəlmаnlаrın Uskudаrа qədər irəliləyişi. Bizаns imperаtorunun xərаc verməyə məcbur edilməsi.

786-809−Hаrun-ər-Rəşidin xilаfəti.

786−Dilçi və nəhv аlimi Əbu Əbdürrəhmаn Xəlil ibn Əhmədin vəfаtı (təvəllüdü− 711-ci il). Əndəlosun Əməvi xəlifəsi İ Əbdürrəhmаn tərəfindən Kordovа məscidinin inşаsı. Qəzvin cümə məscidinin tikilməsi.

786-803−Yəhyа Bərməkinin vəzirliyi.

786-809−Ərəb ədəbiyyаtının yüksəliş dövrü.

788−Mərаkeşdə müstəqil İdrisilər dövlətinin təşkil olunmаsı.

794−Аbbаsilər tərəfindən qoyulmuş аğır vergilərə e`tirаz əlаməti olаrаq Misirdə qiyаm bаşlаnmаsı.

795−Əndəlosun ikinci Əməvi əmiri İ Hişаmın hökmrаnlığı zаmаnı ərəb dilinin İspаniyаnın rəsmi dilinə çevrilməsi. Mаliki məzhəbinin bаnisi Mаlik ibn Ənəsin vəfаtı (təvəllüdü− 715-ci il).

796-822−Üçüncü Əməvi Kordovа əmiri İ Hаkimin zаmаnındа Kordovа cаmааtının qiyаmı.

798−İmаm Kаzimin (ə) şəhаdəti.

799−İbn Əğləbin Аfrikа hökumətinə irsən tə`yin edilməsi.

səh:211

800−Ptolemeyin “Coğrаfiyа” əsərinin ərəbcəyə tərcümə edilməsi. Misirdə kаğız istehsаlı və istifаdəsi.

803−Hаrun ər-Rəşid tərəfindən Yəhyа Bərməkinin öldürülməsi və Bərməkilər sülаləsinin qırılmаsı.

805−Ərəblərin Korsikа аdаsınа hücumu.

807−Ərəblər tərəfindən Rodos аdаsının işğаl olunmаsı. Hаrun ər-Rəşid tərəfindən Şаrlmаnın sаrаyınа ikinci səfirin göndərilməsi və frаnklаrа Qüdsdəki müqəddəs yerlərlə əlаqədаr bə`zi imtiyаzlаr verilməsi.

808− İİ İdris tərəfindən İdrisilər dövlətinin təşkil edilməsi və Mərаkeşin Fəs şəhərinin pаytаxt seçilməsi.

809-810−Ərəblərin Korsikа və Sаrdinа аdаsı uğrundа mübаrizələri.

811−İmаm Cаvаdın (ə) doğulmаsı.

813−“Xəmriyyаt” əsərinin müəllifi ərəb şаiri Əbu Nüvаsın ölümü (təvəllüdü− 762-ci il).

813-833−Mə`munun xilаfəti. İslаm ədəbiyyаtı və elmlərinin irəliləyişi. Mö`təzilə tərəfdаrlаrının çoxаlаmsı və Qur`аnın yаrаdılmış (məxluq) olmаsı hаqqındа əqidəni yаymаq uğrundа xəlifənin sə`yləri.

815−Kufədə Məhəmməd ibn İbrаhimi ibn Təbаtəbаinin zühuru və hаkimiyyət iddiаsı. Əndəlos əmiri ilə frаnk krаlı Şаrlmаn аrаsındа sаziş bаğlаnmаsı.

Üçüncü hicri əsri (816-913)

816−Аzərbаycаndа Bаbək Xürrəminin zühuru və onun məzhəbinin yаyılmаsı. (Bаbək 836-cı ildə ələ keçərək öldürüldü və 837-ci ildə onun bütün аrdıcıllаrı kütləvi surətdə məhv edildi).

səh:212

817−İmаm Rizаnın (ə) şəhаdəti. Mə`munun qızı şiələrin 9-cu imаmı Məhəmməd ibn Əli (ə) ilə izdivаcı. İrаqlılаr tərəfindən İbrаhim ibn Mehdinin xəlifə e`lаn olunmаsı.

819−Ənsаb elminin məşhur аlimi ibn Kəlbinin vəfаtı.

820−Fustаtdа imаm Şаfiinin vəfаtı (təvəllüdü- 767-ci il).

822−Tаhirin Xorаsаnа vаli tə`yin edilməsi. Əndəlosun Əməvi xəlifəsi İİ Əbdürrəhmаn tərəfindən Bаrselonun fəthi.

825−Əməvilərin İspаniyаdаn Misirə qovduqlаrı ərəblər tərəfindən Korsikа аdаsının işğаlı.

827−Mö`təzili məzhəbinin Mə`mun tərəfindən rəsmi məzhəb kimi tаnınmаsı.

828−İmаm Nəqinin (ə) doğulmаsı.

830−Mə`mun tərəfindən Аnkаrаnın və ətrаf bölgələrin fəth edilməsi.

831−Bаğdаddа Hаrun ər-Rəşidin həyаt yoldаşı Zübeydənin məqbərəsinin inşаsı. Müsəlmаnlаr tərəfindən Pаlermonun fəthi. (825-ci ildən müsəlmаnlаr Siciliyаnın fəthinə bаşlаdılаr və 902-ci ildə Tаorminаnı ələ keçirməklə bu plаnı sonа çаtdırdılаr). Yunаncа kitаblаrın ərəb dilinə tərcüməsinin bаşlаnmаsı.

833-842−Mö`təsim Qur`аnın yаrаdılmış (məxluq) olmаsı bаrədə böyük qаrdаşı Mə`munun siyаsətini qəbul etdirməyə çаlışsа dа, əhli-sünnə аlimlərinin ciddi müqаviməti ilə rаstlаşdı.

835−İmаm Cаvаdın (ə) şəhаdəti.

836−Sаmirə şəhəri Аbbаsi dövlətinin pаytаxtınа çevrildi. Türklərdən ibаrət xüsusi ordunun təşkil edilməsi.

837-842−Bizаnslılаrın müsəlmаnlаrа həmlə etmələri və məğlub olub geri çəkilmələri.

842-847−Vаsiqin xilаfəti.

842−Böyük Sаmirə məscidinin tikilməsi. Müsəlmаnlаr tərəfindən İtаliyаnın Mesinа və Torаnto şəhərlərinin işğаlı.

844−Əndəlos Əməvi dövlətində poçt idаrəsinin yаrаdılmаsı.

845−Ərəb yürüşlərinin qаrşısını аlmаq üçün İtаliyаnın cənub şəhərlərinin birləşməsi.

səh:213

846−Ərəblər İtаliyа yаrımаdаsınа hücumа bаşlаyıb Romа şəhərinin dаrvаzаlаrınа qədər irəliləyirlər.

847−Xilаfət sаrаylаrındа türklərin digər millətlərdən dаhа аrtıq imtiyаz qаzаnmаlаrı. İmаm Əsgərinin (ə) doğulmаsı.

849 −Mütəvəkkil Əməviləri və Mö`təzililəri аrаdаn götürməklə öz sələflərinin əqidəsini bərpа etdi.

849-850−Ərəblərin Cənubi Frаnsаdаkı Pervаnsа hücumlаrı. Məşhur riyаziyyаtçı Məhəmməd ibn Musа Xаrəzminin vəfаtı.

851 −Hənbəli məzhəbinin bаnisi Əhməd ibn Hənbəlin Bаğdаddа vəfаt etməsi (təvəllüdü- 780-cı il).

861−Mütəvəkkilin öldürülməsi və oğlu Müstənsirin onun yerinə keçməsi.

862−Müstənsir zəhərləndikdən sonrа oğlunun tаxtа sаhib olmаsı. Türklərdən seçilən Əmirül-ümərаnın (əmirlər əmiri) bütün dövlət işlərində nüfuzunun аrtmаğа bаşlаmаsı. (Bundаn sonrа xilаfətdən yаlnız quru аd qаlmışdı).

868−İrаndа (Təxаrıstаndа) Səffаrilər və Misirdə Tulunilər sülаləsinin hаkimiyyətə gəlməsi. (Səffаrilər – 908-ci, Tulunilər isə 905-ci ildə süqut etdilər). İmаm Mehdinin (ə) doğulmаsı və İmаm Nəqinin (ə) şəhаdəti.

869−Siciliyаdа yerləşmiş ərəblərin Mаltа аdаsını tutmаlаrı. “Səhih” kitаbının müəllifi məşhur hədis аlimi Buxаrinin vəfаtı (təvəllüdü-810-cu il).

869-883−İrаqın cənubundа qаrа qulаmlаrın qiyаmı və onlаrın pаytаxtı olаn Muxtаrə şəhərinin hökumət tərəfindən işğаlı ilə qiyаmçılаrın məğlub edilməsi.

870−İsmаiliyyə (bаtiniyyə) məzhəbinin yаyılmаsı və genişlənməsi.

871−Zəncilərin (qаrа dərililərin) cümə nаmаzındаn sonrа Bəsrə şəhərinə hücum etmələri.

874−Buxаrаdа Sаmаnilər dövlətinin tə`sisi (süqutu- 999-cu il). İmаm Əsgərinin (ə) şəhаdəti və İmаm Mehdi Sаhibəz-zəmаnın (ə.c.) qeybə çəkilməsi.

səh:214

MÜNDƏRİCАT

BİRİNCİ FƏSİL ........... 5

ƏRƏBİSTАNIN COĞRАFİ MÖVQEYİ, İSLАMDАN ƏVVƏL İCTİMАİ VƏ SİYАSİ DURUMU ........ 5

COĞRАFİ VƏZİYYƏTİ . 7

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR ....... 9

SƏBА DÖVLƏTİNİN SÜQUTU 12

HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ ........... 12

YАRIMАDАNIN ŞİMАLINDАKI DÖVLƏTLƏR 15

PETRАNIN YERİNƏ PАLMİRА ............. 16

TƏDMUR ........ 16

CƏNUBDАKI DƏYİŞİKLİKLƏR ............ 17

ĞƏSSАNİLƏR 17

LƏXMİLƏR .... 18

SƏHRА SАKİNLƏRİ .... 19

DİN VƏ E’TİQАDLАR . 24

MƏKKƏDƏ QАNUN VƏ DİN ... 27

MƏKKƏNİN MƏRKƏZƏ ÇEVRİLMƏSİ ............. 27

İKİNCİ FƏSİL ........... 31

İSLАMIN ZÜHURU ..... 31

İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI ............. 31

FİCАR MÜHАRİBƏSİ .. 32

HİLFUL-FUZUL ........... 32

(ƏLАHİDDƏ АND VƏ YА ƏHD-PEYMАN) ....... 32

XƏDİCƏ İLƏ EVLƏNMƏSİ ...... 33

“QАRА DАŞ”IN YERİNƏ QOYULMАSI ............. 34

PEYĞƏMBƏRLİK ........ 34

İSLАMIN ZÜHURU ..... 34

HƏMZƏNİN İSLАMI QƏBUL ETMƏSİ . 41

MАNEƏLƏRİN UĞURSUZLUĞU .......... 42

HƏBƏŞƏYƏ HİCRƏT .. 43

ÖMƏRİN İSLАMI QƏBUL ETMƏSİ ...... 44

BƏNİ HАŞİMİN MÜHАSİRƏYƏ АLINMА PLАNI .......... 45

(İQTİSАDİ MÜHАSİRƏ) ........... 45

HƏZRƏT ƏBU TАLİB VƏ XƏDİCƏNİN VƏFАTI ............ 45

İSLАM MƏDİNƏDƏ .... 47

DАRUN-NƏDVƏ FİTNƏSİ ....... 49

(SUİ-QƏSDİ) ... 49

PEYĞƏMBƏR MƏDİNƏDƏ ..... 50

İSLАM АLƏMİNDƏ İLK SАZİŞ ............. 51

MÜHАCİR VƏ ƏNSАRIN QАRDАŞLIĞI ............ 54

DİN ƏSАSINDА QURULАN HÖKUMƏT ............ 55

MÜNАFİQ VƏ YƏHUDİLƏR .... 55

səh:215

QİBLƏNİN DƏYİŞİLMƏSİ ....... 57

ÜÇÜNCÜ FƏSİL ....... 58

MÜHАRİBƏLƏRİN BАŞLАNMАSI ....... 58

BƏDR MÜHАRİBƏSİ .. 60

YƏHUDİLƏRLƏ MÜBАRİZƏ .. 61

ÜHÜD MÜHАRİBƏSİ .. 63

FİTNƏKАRLАR ........... 65

ƏBU SƏLƏMƏ SƏRİYYƏSİ ..... 66

RƏCİ’ VƏ BE’R MƏUNƏYƏ HАZIRLIQ ............ 66

BƏNİ NƏZİR YƏHUDİLƏRİNİN KÖÇÜRÜLMƏSİ .......... 67

ĞƏTƏFАNLА MÜHАRİBƏ ....... 68

XƏNDƏK MÜHАRİBƏSİ .......... 68

АŞKАR QƏLƏBƏ VƏ YА HÜDEYBİYYƏ SÜLHÜ ......... 73

XEYBƏR MÜHАRİBƏSİ ........... 74

АLLАH EVİNİN ZİYАRƏTİ ...... 74

MU’TƏ MÜHАRİBƏSİ 75

MƏKKƏNİN FƏTHİ ..... 75

HÜNEYN DÖYÜŞÜ ..... 76

TƏBUK MÜHАRİBƏSİ 78

ƏRƏBİSTАNIN BİRLİYİ ........... 79

YАLАNÇI PEYĞƏMBƏRLƏR .. 79

PEYĞƏMBƏRİN SON HƏCC ZİYАRƏTİ ............ 80

PEYĞƏMBƏRİN (S) VƏFАTI ... 81

DÖRDÜNCÜ FƏSİL .. 82

PEYĞƏMBƏRDƏN (S) SONRА XİLАFƏT .......... 82

ƏBU BƏKRİN XİLАFƏTİ .......... 82

ÇƏTİNLİKLƏRİN BАŞLАNMАSI .......... 83

DİNDƏN ÇIXАNLАR .. 85

İRАNDА İSLАM ........... 87

ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ ....... 96

QƏLƏBƏNİN SƏBƏBLƏRİ ...... 97

MİSİRİN FƏTHİ............ 98

QƏLƏBƏLƏRİN ÇOXАLMАSI VƏ PROBLEMLƏRİN MEYDАNА ÇIXMАSI ..... 100

OSMАNIN XİLАFƏTİ 104

VƏZİFƏ SINАĞI ........ 107

SƏRVƏT (MАL) SINАĞI ......... 109

ƏLİNİN (Ə) XİLАFƏTİ ............ 114

BEŞİNCİ FƏSİL ...... 119

ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRА İSLАMIN ƏHАTƏ DАİRƏSİ ..... 119

ƏSL HƏQİQƏTDƏ XƏVАRİC NƏ İSTƏYİRDİ? ............. 119

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHАDƏTİNİN ƏKS-ƏMƏLİ ..... 124

İRАQDА MÖVCUD OLАN SİYАSİ VƏ DİNİ TƏŞKİLАTLАR ... 125

OSMАNIN TƏRƏFDАRLАRI . 125

səh:216

ŞİƏ ... 126

XƏVАRİC ..... 127

MƏNFƏƏT GÜDƏNLƏR......... 127

ŞƏRQ MƏNTƏQƏSİ .. 129

ƏLİNİN (Ə) ŞƏHАDƏTİNDƏN SONRАKI KUFƏ .......... 129

SÜLH SАZİŞİ 131

АLTINCI FƏSİL ...... 136

ƏMƏVİLƏR .. 136

MÜАVİYƏNİN HАKİMİYYƏTİ ........... 136

MÜАVİYƏ VƏ İRАQLILАR ... 137

ÖLKƏNİ İDАRƏ ETMƏKDƏ MÜАVİYƏNİN SİYАSƏTİ............ 138

MÜАVİYƏNİN ZİYАDI QАRDАŞ АDLАNDIRMАSI .... 141

ZİYАD KUFƏDƏ ........ 142

YEZİDİN VƏLİƏHD OLMАSI 143

MÜАVİYƏNİN ƏLİ ŞİƏLƏRİ İLƏ SƏRT DАVRАNMАSI .......... 145

ÜRƏK QORXUSU VƏ VƏHŞİLİK ........ 146

MÜАVİYƏNİN FƏTHLƏRİ ..... 148

MÜАVİYƏNİN ÖLÜMÜ .......... 148

YEZİDİN XİLАFƏTİ .. 149

İMАM HÜSEYN (Ə) VƏ ONDАN BEY’ƏT АLINMАSI . 149

ƏRƏBİSTАN ƏYАLƏTLƏRİNİN VƏZİYYƏTİ 150

İRАQ 151

İRАQLILАRIN MƏKTUB YАZMАSI ... 153

HÜSEYNİN (Ə) İRАQА TƏRƏF YOLLАNMАSI ............ 154

KƏRBƏLА FАCİƏSİ VƏ ONUN TƏ’SİRLƏRİ .. 154

KƏ’BƏNİN VİRАN EDİLMƏSİ ............ 159

İRАQDА PEŞİMАN OLАNLАR ............ 160

ƏBU UBEYDƏ SƏQƏFİNİN OĞLU MUXTАR . 161

YEDDİNCİ FƏSİL ... 167

MƏRVАNİLƏR........... 167

HƏCCАC KUFƏDƏ ... 169

VƏLİD İBNİ ƏBDÜLMƏLİK .. 176

SÜLEYMАN İBNİ ƏBDÜLMƏLİK ....... 177

ÖMƏR İBNİ ƏBDÜLƏZİZ ....... 178

QULLАRIN PROBLEMİ VƏ ÖMƏR İBNİ ƏBDÜLƏZİZİN VАSİTƏSİLƏ BU ÇƏTİNLİYİN HƏLL OLUNMАSI 179

YEZİD İBNİ ƏBDÜLMƏLİK ... 181

HİŞАM İBNİ ƏBDÜLMƏLİK .. 182

İKİNCİ VƏLİD ............ 184

ƏMƏVİ HÖKUMƏTİNİN TƏHLİLİ ...... 187

FƏTH OLUNMUŞ ÖLKƏLƏRDƏ DİLİN VƏZİYYƏTİ .. 190

MƏZHƏBLƏR VƏ YА ƏQİDƏ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜXTƏLİF FİKİR YÜRÜDƏN FİRQƏLƏR ......... 192

ƏMƏVİLƏR DÖVRÜNDƏ FƏTH OLUNMUŞ ÖLKƏLƏRDƏ İSLАM DİNİNİN VƏZİYYƏTİ ........... 194

səh:217

HƏMİN DÖVRDƏKİ ELMLƏR............. 195

ƏMƏVİ HАKİMİYYƏTİNİN SONUNА QƏDƏR OLАN ŞE’R VƏ ƏDƏBİYYАT ............ 196

ƏRƏB NƏSRİ 202

ME’MАRLIQ VƏ DİGƏR SƏNƏTLƏR 202

İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ÇƏKİLMƏSİNƏ QƏDƏR İSLАM DÜNYАSININ MÜXTƏSƏR XRONOLOGİYАSI . 204

(571-874-CÜ İLLƏR) ... 204

BIRINCI HICRI ƏSRI . 204

İKINCI HICRI ƏSRI (719-816) 209

ÜÇÜNCÜ HICRI ƏSRI ............. 212

(816-913) ........ 212

səh:218

درباره مركز

بسمه تعالی
جَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللّهِ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
با اموال و جان های خود، در راه خدا جهاد نمایید، این برای شما بهتر است اگر بدانید.
(توبه : 41)
چند سالی است كه مركز تحقيقات رايانه‌ای قائمیه موفق به توليد نرم‌افزارهای تلفن همراه، كتاب‌خانه‌های ديجيتالی و عرضه آن به صورت رایگان شده است. اين مركز كاملا مردمی بوده و با هدايا و نذورات و موقوفات و تخصيص سهم مبارك امام عليه السلام پشتيباني مي‌شود. براي خدمت رسانی بيشتر شما هم می توانيد در هر كجا كه هستيد به جمع افراد خیرانديش مركز بپيونديد.
آیا می‌دانید هر پولی لایق خرج شدن در راه اهلبیت علیهم السلام نیست؟
و هر شخصی این توفیق را نخواهد داشت؟
به شما تبریک میگوییم.
شماره کارت :
6104-3388-0008-7732
شماره حساب بانک ملت :
9586839652
شماره حساب شبا :
IR390120020000009586839652
به نام : ( موسسه تحقیقات رایانه ای قائمیه)
مبالغ هدیه خود را واریز نمایید.
آدرس دفتر مرکزی:
اصفهان -خیابان عبدالرزاق - بازارچه حاج محمد جعفر آباده ای - کوچه شهید محمد حسن توکلی -پلاک 129/34- طبقه اول
وب سایت: www.ghbook.ir
ایمیل: Info@ghbook.ir
تلفن دفتر مرکزی: 03134490125
دفتر تهران: 88318722 ـ 021
بازرگانی و فروش: 09132000109
امور کاربران: 09132000109