İMAM MƏHDİ ƏLEYHİSSƏLAMIN HƏYATI

Kitab haqqında

Kitabın adı:İmam Məhdi əleyhissəlamın həyatı

Müəllif:Mehdi Pişvayi

Naşir:

Çap tarixi:2005

Səhifələrin sayı:28

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

İşarə

*–İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin ictimai-

siyasi səbəbləri

*–İmam Məhdi əleyhissəlamın xüsusi naibləri

(nümayəndələri)

*–İmam Məhdi (əleyhissəlam) şiə mənbələrində

*–İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində

*–Qur’anda İmam Məhdi əleyhissəlamın quracağı hökumətin

siması

*–İmam Məhdi əleyhissəlamın qeyb dövründəki faydaları

İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa mə’lumat

On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.(1)

Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir.(2) Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər.(3) Onun ləqəblərindən


1- [1] Əl-İrşad, səh.346. Bə’zi mənbələrdə on ikinci İmamın hicrətin 256-cı ilində anadan olduğu qeyd olunmuşdur. Məsələn, Şeyx Səduqun “Kəmalüddin” kitabı, səh.432.
2- [2] Əl-İrşad, səh.346. On ikinci İmamın əsl adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adındandır. Lakin bə’zi hədislərdə onun əsl adını çəkmək qadağan olunduğu üçün onun adını yuxarıdakı şəkildə yazırlar.
3- [3] Kəmalüddin, səh.648. O Həzrətin adının qadağan olunması onun qeybə çəkildiyi ilk mərhələyə qədər olmuş və siyasi məqsəd daşımışdır, lakin onun zühuruna qədər qadağan edilməsi barədə şiə alimləri arasında fikir müxtəlifliyi var. Bu barədə ətraflı mə’lumat almaq üçün Hacı Mirzə Hüseyn Təbərsi Nurinin “Ən-Nəcmus-saqib” kitabına müraciət etmək olar. səh. 48–49.

Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman(1) və Bəqiyyətullahı(2) qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.(3) Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis(4) (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır.(5) Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.(6)

Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən(7) xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.(8)

Sünni alimlərinin nəzərində Həzrət Məhdi əleyhissəlamın təvəllüdü

Həzrət Məhdi əleyhissəlama inanmaq təkcə şiə məzhəbinə xas olan bir məsələ deyil. (Bu barədə növbəti səhifələrdə ətraflı söhbət edəcəyik.) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yetişmiş hədislərə əsaslanaraq sünni məzhəbi də bu məsələyə inanır. Lakin şiələrdən fərqli olaraq onlar deyirlər ki, İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) həmin şəxsin qeybə çəkildikdən sonra zühur edəcəyi barədə mə’lumat verdiyi Məhdi hələ dünyaya gəlməmiş və yalnız bundan sonra dünyaya gələcəkdir.(9) Buna baxmayaraq sünni məzhəbinin bir çox tarixçi və hədisyazarları o Həzrətin təvəllüdünü öz kitablarında qeyd edərək onu bir həqiqət kimi qəbul etmişlər. Tədqiqatçılardan bə’ziləri onların yüzdən çoxunun adını qeyd etmişdir.(10)

səh:2


1- [4] Ə’lamül-vəra, səh.418.
2- [5] İsbatül-vəsiyyə, səh.248.
3- [6] Əl-füsulül-mühimmə, səh.310.
4- [7] Əl-İrşad, səh.346.
5- [8] Əl-İrşad, səh.346.
6- [9] Rəvzətül-vaizin, səh.283; Biharül-ənvar, c.51, səh.12.
7- [10] Bə’ziləri İmam Zamanı atası vəfat edən gündən onun kiçik qeyb dövrünü hesablamışlar.
8- [11] Əl-İrşad, səh.346.
9- [12] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.7, səh.94, c.10, səh.96.
10- [13] Nəhcül-bəlağədə gözlənilən Məhdi (əleyhissəlam), səh. 23, 39.

Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (İmam Əskəri əleyhissəlamın) oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,(1) lakin bunların içərisində ən əsası çox güman ki, İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.

Həsən ibn Əyyub ibn Nuh(2) deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”(3)

Məhdi əleyhissəlamın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri

İşarə

İmamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa, onda Allah tərəfindən tə’yin edlilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki, İmamların, xüsusən də, İmam Cavad əleyhissəlamdan sonrakı İmamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər göstərir ki, cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır. (Belə ki, bu təzyiqlər nəticəsində onuncu və on birinci İmamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu göstərir ki, İmamların cəmiyyətdə rəhbərlik və

səh:3


1- [14] Kəmalüddin, səh. 434–478.
2- [15] Həsən ibn Əyyub ibn Nuh İmam Əskəri əleyhissəlamın vəkillərindən olmuşdur.
3- [16] Əl-Qeybət, səh.217.

hidayətindən istifadə etmək üçün əlverişli şarait yox idi. Buna görə də, cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə söhbət edəcəyik.) Əlbəttə on ikinci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə mə’lum deyil, ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas götürülür:

1. İnsanları sınama

Bildiyimiz kimi Allahın sabit adət-ən’ənələrindən biri də, bəndələri imtahana çəkib pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş, bəndələr bu yolla öz iman və səbrləri sayəsində və özlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli iste’dadları çiçəklənməlidir. Həzrət Məhdi (əleyhissəlam) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir. İman və əqidəsi möhkəm olmayan şəxslərin iç üzü aşkar olaraq şəkkə düçar olur, lakin iman və əqidəsi qanına işləmiş şəxslər o Həzrətin zühurunu gözləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da möhkəmlənir və Allahın daha böyük mükafatlarına layiq görülürlər.

İmam Museyi-Kazim (əleyhissəlam) buyurmuşdur: “Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun, muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O, istər-istəməz (məcburiyyət qarşısında) qeybə çəkiləcək. Onda bə’zi mö’minlər öz əqidələrindən dönəcəklər. Allah-taala onu qeybə çəkməklə Öz bəndələrini sınağa çəkir...”(1)

İslam rəhbərlərinin sözlərindən belə başa düşülür ki, Allahın İmam Məhdi əleyhissəlamı qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir.(2) Bu çətinlik isə iki cəhətə görədir:

1) Qeyb dövrünün özünə görə, yə’ni, qeyb dövrü həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bə’ziləri ümumiyyətlə, İmam Məhdi əleyhissəlamın doğulmasında (dünyaya gəlməsində), bə’ziləri isə o Həzrətin ömrünün uzanmasında şəkk edəcək. O Həzrətin İmamətinə sınaqdan çıxmış və əqidəsi möhkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurduğu geniş bir hədisdə söyləmişdir: “Məhdi (əleyhissəlam) şiə və ardıcıllarının gözündən itəcək, Allah-taala qəlblərini iman üçün ləyaqətli etmiş şəxslərdən başqa heç kəs onun İmamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.”(3)

2) İmam Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində adamların dəyişilməsinə səbəb olan, baş vermiş və verəcək çətinliklər, təzyiqlər və gözlənilməz hadisələrə görə; Yə’ni, inam və əqidəni qorumaq, dində sabit qalmaq çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək.(4)

2. İmamın canını qorumaq

Allah-taala on ikinci İmamı qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki əgər o Həzrət ömrünün ilk günlərindən camaatın arasında olsaydı, onu mütləq öldürəcəkdilər. (Bu barədə kifayət qədər söhbət etmişik).

səh:4


1- [17] Əl-Qeybət, səh. 204.
2- [18] Əl-Qeybət, səh. 203–207.
3- [19] Müntəxəbül-asar, səh.101, hədis 4.
4- [20] Əmin-amanlıq müjdəsi, səh.177–178.

Deməli, o Həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz İlahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail olmaz. İmam Sadiq əleyhissəlamın səhabələrindən olmuş Zürarə deyir: İmam Sadiq (əleyhissəlam) buyurdu: “Gözlənilən İmam qiyam etməzdən qabaq bir müddət gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: “Çünki canı təhlükədə olacaq.(1)

3. Zəmanə zalımları ilə bey’ət etmək zülmündən qurtarmaq

On ikinci İmam heç bir rejimi, hətta təqiyyə(2) üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar edir, Allahın dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə bey’ət etməyə lüzum qalmır. Həsən ibn Fəzzal deyir: “İmam Riza (əleyhissəlam) buyurdu: “Sanki üçüncü oğlumun (İmam Həsən Əskəri əleyhissəlamın) ölümündən sonra öz İmamını axtaran, lakin onu tapa bilməyən şiələrimi görürəm.” Mən dedim: “Nə üçün o, gözlərdən itəcək?” İmam cavab verdi: “Ona görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”(3)

Kiçik və böyük qeyb dövrü

(İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci və ikinci mərhələləri)

Qeyd etdiyimiz kimi İmam Məhdi əleyhissəlamın qeyb dövrü iki hissəyə bölünür: Kiçik qeyb dövrü və böyük qeyb dövrü. Kiçik qeyb dövrü (qısamüddətli qeyb) (İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən) hicrətin iki yüz altımışıncı ilindən başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər (dördüncü xüsusi naibin vəfatına qədər) davam etmişdir. Bu müddət təxminən altımış doqquz il çəkmişdir.(4) Kiçik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş, onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar. Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş, şiələr də onların vasitəsilə öz məsələ və müşkülatını İmamın hüzuruna çatdırıb cavab alırdılar. Bə’zi vaxtlar İmamla görüşə də bilirdilər. Buna görə deyə bilərik ki, İmam Məhdi (əleyhissəlam) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur. (Əlbəttə əgər belə demək mümkünsə).

Kiçik qeyb dövrünü şiələri böyük qeyb dövrünə hazırlamaq mərhələsi adlandırmaq olar. Çünki sonrakı mərhələdə şiələrin İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir, şiələr öz məsələlərində o Həzrətin ümumi vəkillərinə, yə’ni, müctehidlik səlahiyyəti olan və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar. Böyük qeyb dövrü birdən-birə başlasaydı, fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi. Ancaq əvvəlki İmamların qeyb dövrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb dövrünün özü də, yavaş-yavaş zehinləri hazırlayır və bunun ardınca da böyük qeyb

səh:5


1- [21] Üsuli-kafi, c.1, səh.337.
2- [22] Təqiyyə hər hansı bir şəxsin (millətin) qəbul etmədiyi rejimin, məzhəbin qayda-qanunlarına zahirdə əməl etməsinə deyilir. Məsələn, şiə olan bir şəxs sünnilər içərisinə düşdükdə əgər şiə qayda-qanunlarını yerinə yetirmək mümkün olmasa, sünni məzhəbinin qayda-qanunlarına əməl edə bilər.
3- [23] Kəmalüddin, səh.480.
4- [24] Mərhum Şeyx Müfid on ikinci İmamın kiçik qeyb dövrünü o Həzrətin anadan olduğu ildən, yə’ni 255-ci ildən hesab edir. (Əl-İrşad, səh.346.)

dövrü başlayır. Həmçinin, kiçik qeyb dövründə xüsusi vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də, bə’zi şiələrin bu müddət ərzində o Həzrəti görməyə nail olması, İmam Məhdi əleyhissəlamın doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi.(1)

İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan sonra uzunmüddətli və böyük qeyb dövrü başlamış, bu mərhələ indiyədək davam edir və bundan sonra da, Allah-taala o Həzrətə qiyam etmək üçün zühur - üzə çıxma icazəsi verənə qədər davam edəcək. On ikinci İmamın qeybə çəkilməsinin hər iki mərhələsi ondan əvvəlki İmamlar tərəfindən qabaqcadan xəbər verilmiş və elə həmin dövrdən də ravi və hədisyazarlar tərəfindən öyrənilərək hədis kitablarında qeyd edilmişdir. İndi isə nümunə üçün bir neçə hədisə nəzər yetirək:

1) Əmirəl-mö’minin Həzrət Əli (əleyhissəlam) buyurmuşdur: “Bizim qeybə çəkiləcək (İmamımızın) iki qeyb dövrü olacaq. Onlardan biri digərindən daha çox olacaq. Onun qeybdə olduğu müddət ərzində onun İmamətinə yalnız imanı möhkəm və mə’rifəti kamil olan şəxslər inanacaq.”(2)

2) İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Qeybə çəkiləcək (İmamın) iki qeyb dövrü olacaq. Bu iki dövrün birində deyəcəklər ki, o ölüb...”(3)

3) Əbu Bəsir deyir: İmam Sadiq əleyhissəlama dedim: “İmam Baqir (əleyhissəlam) buyurmuşdur ki, Məhəmməd (səlləllahu əleyhi və alih) nəslinin (qeybə çəkildikdən sonra) qiyam edəcəyi şəxsin iki qeyb dövrü olacaq ki, bunlardan da biri digərindən daha (çox) uzun sürəcək. İmam Sadiq (əleyhissəlam) buyurdu ki, bəli, belədir...”(4)

4) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Qiyam edəcək İmamın iki qeyb dövrü olacaq: Biri qısamüddətli, digəri isə uzunmüddətli...”(5)

Tarix qabaqcadan deyilmiş bu xəbərləri təsdiqlədi və əvvəlki İmamların buyurduğu kimi İmam Məhdi (əleyhissəlam) barədə deyilmiş hər iki qeyb dövrü həqiqətə çevrildi.

İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələri

İşarə

Həzrət Məhdi əleyhissəlamın kiçik qeybdə olduğu müddət ərzində qabaqkı İmamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən dördü o Həzrətin xüsusi nümayəndəsi olmuşdur. Onlar öz dövrlərinə görə aşağıdakı tərtiblə nümayəndəlik etmişlər:

1. Əbu Əmr Osman ibn Səid Əmri;

2. Əbu Cə’fər Məhəmməd ibn Osman ibn Səid Əmri;

3. Əbülqasim Hüseyn ibn Ruh Nobəxti;

4. Əbülhəsən Əli ibn Məhəmməd Səməri.

Həzrət Məhdi əleyhissəlamın müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, Həmədan, Qum, Rey, Azərbaycan, Nişabur və s. yerlərdə başqa vəkilləri olmuş, lakin onlar ya vəkillər silsiləsinin başında duran

səh:6


1- [25] Əl-Məhdi, səh.183.
2- [26] Yənabiül-məvəddə, c.3, səh.82.
3- [27] Əl-Qeybət, səh.173.
4- [28] Əl-Qeybət, səh.173.
5- [29] Əl-Qeybət, səh.170.

bu dörd nəfərin vasitəsilə camaatın (şiələrin) məsələlərini İmama çatdırır(1) və eləcə də, onların həllinə dair İmamdan məktublar alırdılar,(2) ya da (bə’zi tədqiqatçıların verdiyi ehtimala görə) bu dörd nəfərin nümayəndəliyi ümumi və hərətərəfli olmuş, başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmişlər.(3) Bu nümayəndələrdən aşağıdakıları misal göstərmək olar: Məhəmməd ibn Cə’fər Əsədi, Əhməd ibn İshaq Əş’əri Qummi, İbrahim ibn Məhəmməd Həmədani, Əhməd ibn Həmzə ibn əl-Yəsə(4), Məhəmməd ibn İbrahim ibn Məhziyar,(5) Haciz ibn Yezid, Məhəmməd ibn Saleh,(6) Əbu Haşim Davud ibn Qasim Cə’fəri, Məhəmməd ibn Əli ibn Bilal, Ömər Əhvazi, Əbu Məhəmməd və Cinai.(7)

1. Əbu Əmr Osman İbn Səid Əmri

Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı.(8) O, e’timadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı.(9) Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın da, nümayəndə və yaxın dostlarından olmuşdur.

Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: “Bir gün İmam Əliyyən-Nəqi əleyhissəlamın yanına gedib dedim: “Mən bə’zi vaxtlar burada olur, bə’zi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?” İmam buyurdu: “Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və e’tibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır.”

Sonra Əhməd ibn İshaq əlavə edib deyir: “İmam Əliyyən-Nəqi əleyhissəlamın vəfatından sonra İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: “Bu Əbu Əmr məndən əvvəlki İmamın e’tibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən demiş, sizə nə çatdırsa, bilin ki, mənim tərəfimdən çatdırmışdır.”(10)

İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdə də, zahirdə ona qüsul verib kəfənə tutduqdan sonra dəfn etmiş şəxs Osman ibn Səid olmuşdu.(11) Həmçinin, bir gün bir dəstə şiənin gözü qarşısında İmam Həsən Əskəri əleyhissəlamın göstərişi ilə Yəmən şiələrinin göndərdiyi şər’i vergiləri təhvil alan şəxs Osman ibn Səid idi. İmam Əskəri (əleyhissəlam) şiələrin qarşısında öz hərəkəti ilə Osman ibn Səidə olan hörmət və e’tibarın nə dərəcədə böyük olmasını göstərərək buyurmuşdur: “Şahid olun ki, Osman ibn Səid mənim, oğlu

səh:7


1- [30] Əl-Qeybət, səh.225.
2- [31] Əl-Məhdi, səh.189.
3- [32] Ə’yanüş-şiə, c.2, səh.48.
4- [33] Əl-Qeybət, səh. 257–258.
5- [34] Üsuli-kafi, c.1, səh.518.
6- [35] Üsuli-kafi, c.1, səh.521.
7- [36] Ə’lamül-vəra, səh.444.
8- [37] Əl-Qeybət, səh.214.
9- [38] Əl-Qeybət, səh.216.
10- [39] Əl-Qeybət, səh.215.
11- [40] Əl-Qeybət, səh.216.

Məhəmməd isə oğlum Məhdi əleyhissəlamın vəkili (naibi) olacaqdır.”(1) Eyni zamanda qırx nəfər şiənin İmam Həsən Əskəri əleyhissəlamla görüşünün sonunda o Həzrət onlara buyurdu: “Osman ibn Səid nə deyirsə, qəbul edin, onun əmrinə tabe olun, sözünə qulaq asın. O, sizin İmamınızın nümayəndəsidir və ixtiyar sahibidir.”(2)

Osman ibn Səidin vəfat etdiyi tarix mə’lum deyil. Bə’ziləri ehtimal vermişlər ki, o, hicrətin iki yüz altımış-iki yüz altımış yeddinci illəri arasında vəfat etmişdir. Bə’ziləri isə onun iki yüz səksəninci ildə vəfat etdiyini qeyd edir.(3)

2. Məhəmməd İbn Osman İbn Səid Əmri

Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Həsən Əskəri əleyhissəlamın e’tibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (əleyhissəlam) Əhməd ibn İshaqın “Kimə müraciət edək?” sualının cavabında buyurmuşdu: “Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim e’tibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən e’tibar edirəm.”(4)

Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (əleyhissəlam) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə tə’yin olunması haqqında bir məktub yetişir.(5)

Abdullah ibn Cə’fər Himyəri deyir: “Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib tə’yin edilmişdi.”(6) Həmçinin, İmam Məhdi (əleyhissəlam) İshaq ibn Yə’qubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: “Allah Məhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır.”

Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır.(7)

Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdi əleyhissəlamın nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə tə’yin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır. İmam Məhdi əleyhissəlamdan ona çoxlu məktub yetişmiş, o isə həmin məktubları öz sahiblərinə (məktub yazıb cavabını gözləyən şəxslərə) çatdırmışdır. Nəhayət, hicrətin üç yüz dörd, ya da üç yüz beşinci ilində vəfat etmişdir.(8) O, ölümündən qabaq vəfat edəcəyi tarixi müəyyən etmiş və müəyyən etdiyi vaxtda da vəfat etmişdir.(9)

səh:8


1- [41] Əl-Qeybət, səh.216.
2- [42] Əl-Qeybət, səh.217.
3- [43] Əl-Qeybət, səh.217.
4- [44] Əl-Qeybət, səh.219.
5- [45] Əl-Qeybət, səh.219–220.
6- [46] Əl-Qeybət, səh.220.
7- [47] Əl-Qeybət, səh.221.
8- [48] Əl-Qeybət, səh.223.
9- [49] Əl-Qeybət, səh.222.

3. Əbülqasim Hüseyn İbn Ruh Nobəxti

Məhəmməd ibn Osmanın həyatının son günlərində bir dəstə şiə onun yanına gedir. O deyir: “Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona e’tibar edin.”(1)

Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuş və Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəldən zəmin yaradır, şər’i vergiləri təhvil vermək üçün şiələrə ona müraciət etməyi göstəriş verirdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi.(2) Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair “Ət-Tə’dib” adlı bir kitab yazmışdı. Yazdığı bu kitaba öz münasibətlərini bildirmək məqsədilə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazıb bildirirlər ki, bir məsələdən başqa bütün məsələlər şiə fiqhinə uyğundur.(3) Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bə’zi şəxslər onun düşüncə və iste’dadını tə’rifləyərək demişlər: “İstər onunla müvafiq olan, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən, Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir.”(4)

İmam Məhdi əleyhissəlamın üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş, üç yüz on yeddinci ildə azad edilmişdir.(5) İyirmi bir il nümayəndəlikdən sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir.(6)

4. Əbülhəsən Əlİ İbn Məhəmməd Səməri

İmam Məhdi əleyhissəlamın göstərişinə(7) və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən, ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi nümayəndəsi tə’yin olunaraq şiələrin başçısı seçilir.(8) Səməri İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur.(9) O, vəfat etdiyi üç yüz iyirmi doqquzuncu ilə qədər İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl İmam Məhdi əleyhissəlamdan aşağıdakı məzmunda ona bir məktub gəlir: “Bismillahir-rəhmanir-rəhim! Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mö’min qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin tə’yin etmə! Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən(10) qabaq

səh:9


1- [50] Əl-Qeybət, səh. 226–227.
2- [51] Əl-Qeybət, səh. 224, 225, 227.
3- [52] Əl-Qeybət, səh.240.
4- [53] Biharül-əvnar, c.51, səh.356.
5- [54] On ikinci imamın qeybə çəkilməsinin siyasi tarixi. səh.199.
6- [55] Əl-Qeybət, səh.238.
7- [56] Ə’lamül-vəra, səh.445.
8- [57] Əl-Qeybət, səh.242.
9- [58] Tarixül-qeybətis-suğra, səh.412.
10- [59] Süfyani adlı bir şəxsin qiyam edəcəyi və göy sədasının eşidiləcəyi İmam Məhdi əleyhissəlamın zühur əlamətlərindəndir. Bu nişanələr zühurdan qabaq baş verməlidir.

kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur.”(1)

Mə ktub gə ldikdə n düz altı gün sonra Əbülhə sən Səməri vəfat edir.(2) Vəfat etməzdən qabaq ondan soruşurlar

ki səndən sonra İmamın nümayəndəsi kimdir? O isə cavab verir ki mənim kimisə nümayəndə tə ’yin etməyə

icazə m yoxdur.(3)

Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində “böyük qeyb dövrü” adı ilə məşhur olmuş yeni bir mərhələ başlayır. Gələn səhifələrimizdəki bəhslər də məhz bu barədə olacaq.

İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələrinin əsas vəzifə və fəaliyyətləri

İşarə

On ikinci İmamın özü üçün nümayəndə və səfir tə’yin etməsi həqiqətdə vəkillik əlaqəsinin davamı idi. Bu əlaqə doqquzuncu İmamın dövründə yaranmış, İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın dövründə daha genişlənmiş, İmam Məhdi əleyhissəlamın dövründə isə özünün son mərhələsinə çatmışdır. İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəlirinin əsas vəzifə və fəaliyətlərini aşağıdakı mərhələlərdə konkretləşdirmək olar.

1. İmam Məhdi əleyhissəlamın adını və yerini gizli saxlamaq

Kiçik qeyb dövründə İmam Məhdi əleyhissəlamın görünməsi xüsusi naiblər və bə’zi şiələr üçün mümkün olub və arabir görünsə də(4) bir sıra siyasi çətinliklər üzündən dörd naibin heç birinin öz dövründə o Həzrətin adını çəkməyə və onun yerini bütün camaata bildirməyə ixtiyarı yox idi. Çünki əks təqdirdə İmam üçün hökumət tərəfindən təhlükə yaranardı. İmamın ad və yerinin gizli saxlanılması siyasəti o Həzrətin öz göstərişi əsasında icra olunurdu. Bir dəfə İmamdan bu barədə heç bir sual olunmadan aşağıdakı məzmunda ikinci nümayəndə Məhəmməd ibn Osmana bir məktub gəlməsi də, bu məsələni təsdiqləyir: “(Mənim) adımı soruşanlar bilməlidirlər ki, sükut etsələr, onları Cənnət, danışsalar, Cəhənnəm gözləyir. Əgər onlar mənim adımı bilsələr, onu hamıya deyər, yerimi bilsələr hamıya göstərərlər.”(5)

Həmçinin, ikisi də İmamların ən yaxın səhabə və səmimi dostlarından olan Abdullah ibn Cə’fər Himyəri və Əhməd ibn İshaq Əş’əri bir gün (birinci nümayəndə) Osman ibn Səidlə görüşərkən ondan “İmam Həsən Əskəri əleyhissəlamın canişinini görməsi” barədə soruşurlar. Osman ibn Səid müsbət cavab verir. Onun adını soruşduqda isə o, adı deməkdən imtina edib buyurur: “Bu barədə soruşmaq sizə haramdır. Özü də bunu mən demirəm. Çünki hansısa halal şeyi haram, haramı isə halal etməyə mənim ixtiyarım yoxdur. Bunu (İmamın adını soruşmağın qadağan olunmasını) onun özü buyurmuşdur. Çünki Abbasi hökuməti elə bilir ki, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etmiş, özündən sonra isə heç bir övladı qalmamışdır. Buna görə də, onlar İmam Əskəri əleyhissəlamın əmlakını heç onun vərəsəsi olmayanlar (Cə’fər Kəzzab və anası) arasında bölüşdürdülər. İmam bu məsələ barədə sükut və səbr ixtiyar etmişdir. İndi İmamın ailəsi ilə əlaqə saxlamağa, yaxud onlardan bir

səh:10


1- [60] Əl-Qeybət, səh. 242–243.
2- Əl-Qeybət, səh.243.
3- Ə l-Qeybə t, sə h.242.
4- [63] Əl-Qeybət, səh.222, 246.
5- [64] Əl-Qeybət, səh.222.

şey soruşmağa heç kəsin cür’əti yoxdur. Əgər İmamın adı bəlli olarsa, onda o, hökumət tərəfindən axtarışda olar. Çəkinin, çəkinin, Allahı yadınıza salın və bu cür məsələlərdən uzaq olun.”(1)

İmam Məhdi əleyhissəlamın üçüncü naibi Əbülqasim Hüseyn ibn Ruh Nobəxtinin dövründə şiələrin seçilmiş şəxslərindən olan Əbu Səhl Nobəxtidən soruşurlar ki, nəyə görə bu vəzifəyə (nümayəndəliyə) sən yox, Hüseyn ibn Ruh seçildi? O cavab verir ki, onu bu vəzifəyə tə’yin edənlərin özləri daha yaxşı bilirlər. Mənim işim ancaq müxalif düşmənlərlə mübahisə və müzakirə etməkdir. Əgər mən də Hüseyn ibn Ruh kimi İmamın yerini bilsəydim, ola bilərdi ki, çətinliyə düşəndə onun yerini göstərəm. Ancaq İmam, Əbülqasim Hüseyn ibn Ruhun əbasının altında gizlənsə, onu (Hüseyni) tikə-tikə doğrasalar da, əbasını qaldırmaz.(2)

2. Vəkillərə (nümayəndələrə) rəhbərlik etmək

Qeyd etdiyimiz kimi İmam Məhdi əleyhissəlamın qeyb dövründə müxtəlif yerlərdəki nümayəndələri şiə mərkəzlərində fəaliyyət göstərirdilər. Bu nümayəndələrin onuncu və on birinci İmamın dövründə əsasən, birinci (əsas) nümayəndənin vasitəsilə İmamlarla əlaqə saxlamasına baxmayaraq, onlar İmamın özü ilə də bilavasitə əlaqə saxlaya bilirdilər. Kiçik qeyb dövründə isə bu nümayəndələrin on ikinci İmamla adi surətdə əlaqəsi kəsilir, onlar da məcbur olub İmamın xüsusi nümayəndəsinin nəzarəti altında fəaliyyət göstərməli olurlar. Belə ki, onlar İmam Məhdi əleyhissəlama çatacaq məktub, sual və şər’i vergiləri İmamın xüsusi nümayəndəsinin vasitəsilə ona çatdırırdılar. Bundan öncə də qeyd etdiyimiz kimi Əbu Cə’fər Məhəmməd ibn Osmanın nümayəndə olduğu müddət ərzində Bağdad şəhərində onun xüsusi nəzarəti altında on nəfər nümayəndə fəaliyyət göstərirdi.(3)

İmamın xüsusi nümayəndələri şər’i vergiləri təhvil aldıqda qəbz vermir, lakin şiələr digər nümayəndələrdən qəbz tələb edirdilər. Şeyx Tusinin qeyd etdiyinə görə (ikinci nümayəndə) Məhəmməd ibn Osmanın ömrünün son günlərində onun göstərişi ilə bir nəfər İmama məxsus olan şər’i vergisini (üçüncü nümayəndə) Hüseyn ibn Ruha verib ondan qəbz tələb edirmiş. Hüseyn ibn Ruh onun bu hərəkətindən şikayətləndikdə Məhəmməd ibn Osman Hüseyndən qəbz tələb edilməməsi barədə əmr edərək buyurmuşdur: “Əbülqasimə nə verirsinizsə, (yəqin bilin ki,) mənə çatır (və bu barədə şəkk etməyə dəyməz.)”(4)

3. İmama məxsus olan şər’i vergilərin toplanıb paylanması

İmam Məhdi əleyhissəlamın xüsusi naiblərinin hər biri öz növbəsində şiələrdən İmama məxsus olan (İmama çatacaq) şər’i vergiləri bilavasitə, yaxud da yerli nümayəndələrin vasitəsilə təhvil alıb bir yolla İmamın özünə çatdırır, ya da İmamın göstərişi ilə lazımi yerlərə xərcləyirdilər.

İmam Həsən Əskəri əleyhissəlamın şəhid olduğu ilk günlərdə Qum və İranın başqa şəhərlərindən bir neçə şiə Samirra şəhərinə gəlib İmamın şəhid olduğunu eşidirlər. Onlar öz yaşadıqları məntəqənin şiələrinin şər’i vergilərini yığıb İmam üçün gətirmişdilər. İmam şəhid olduğu üçün onlar İmamın canişinini xəbər aldılar. Bə’ziləri İmam Əskəri əleyhissəlamın qardaşı Cə’fər Kəzzabı

səh:11


1- [65] Əl-Qeybət, səh.146, 219.
2- [66] Əl-Qeybət, səh.240.
3- [67] Əl-Qeybət, səh.225.
4- [68] Əl-Qeybət, səh. 225–226.

göstərib deyirlər ki, İmamın canişini budur. Qumdan gəlmiş şiələr onun həqiqətən İmam olub-olmamasını öyrənmək üçün həmişəki kimi ondan gətirilmiş pulların nişanələrini soruşurlar. Cə’fər onların sualına cavab verə bilmədikdə, onlar da pullarını ona verməkdən imtina edərək məcbur olub öz ölkələrinə qayıtmaq məqsədilə Samirradan çıxırlar. Samirradan kənarda İmam Məhdi əleyhissəlamın gizli qasidi yetişib onları İmamın hüzuruna aparır. İmam pulların bütün nişanələrini deyib onları təhvil aldıqdan sonra buyurdu: “Bundan sonra Samirraya heç nə gətirməyin. Mən Bağdadda bir nəfər tə’yin edərəm, siz də pulları ona verərsiniz. Bütün məktubları da ona çatdıraram.”(1)

Bu hadisədən sonra İmam Məhdi (əleyhissəlam) Osman ibn Səidi xüsusi nümayəndə tə’yin edir, o da Bağdadda öz vəzifəsini yerinə yetirməyə başlayır.

4. Fiqhi sual və əqidəvi müşkülata cavab vermək

İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələrinin fəaliyyəti təkcə qeyd etdiyimiz bəndlərlə qurtarmır. Onlar eyni zamanda müxtəlif şər’i və fiqhi sullara cavab verir, əqidəvi müşkülatı həll edir və müxaliflərin irəli sürdüyü şübhələri aradan qaldırırdılar. Beləliklə də, onlar şiə əqidəsinin zəifləməsinin qaşısını alırdılar. İmamın xüsusi nümayəndələri bu vəzifələri o Həzrətin tə’limindən istifadə edərək öz yüksək elmləri sayəsində layiqincəsinə yerinə yetirirdilər. Bu nümayəndələrin həyatına qısa bir baxış onların bu sahədəki sə’y və uğurlarını çox yaxşı şəkildə oxucuya çatdırır. Onlar bir tərəfdən İmamın olmamasına dair yürüdülmüş iddiaları dəf edir, bu yolda bə’zi vaxtlar məcbur olub İmamla gizli əlaqələrinin üstünü açır,(2) bə’zi vaxtlar isə bu barədə İmamdan məktub gələrək o Həzrətin özü onların köməyinə gəlirdi.(3) Digər tərəfdən də, şiələrin müxtəlif şər’i və fiqhi suallarını İmama göndərib onların cavabını öyrənir, sonra da camaata çatdırırdılar. Nümunə olaraq İmamın Məhəmməd ibn Osmana yazdığı və onda İshaq ibn Yə’qubun suallarına cavab verdiyi məktubu qeyd etmək olar.(4) Həmçinin, İmamın Qum camaatının nümayəndəsi Məhəmməd ibn Abdullah ibn Cə’fər Himyərinin suallarına verdiyi geniş məktubu da qeyd etmək olar.(5)

Qeyd etdiklərimizdən əlavə, bə’zi vaxtlar xüsusi nümayəndələr müxaliflərlə elmi mübahisələr edib onları məhkum edir və verdikləri cavabların İmamdan öyrəndiklərini tə’kid edirdilər. Məsələn, Hüseyn ibn Ruh bir mübahisə zamanı İmam Hüseyn əleyhissəlamın şəhadətinə dair şübhə irəli sürmüş bir müxalifə çox gözəl cavab verir. Onun səhərisi gün isə bu cavabın onu öz şəxsi fikrinə əsasən, verilməsini güman edən bir şiəyə deyir: “Göydən yerə düşərək quşlara yem olmağım, yaxud şiddətli bir küləyin məni uzaqlara aparıb atması mənim üçün Allahın dinində şəxsi nəzərimi söyləməkdən daha yaxşıdır. Dünən eşitdiklərinin hamısı Allahın hüccətinin (İmam Məhdi əleyhissəlamın) buyurduqlarıdır.” Həmçinin, o, əqaid elmində öz dövrünün görkəmli şəxslərindən birinin İmam Museyi-Kazim əleyhissəlamın şəhadətinin səbəbi, mə’sum İmamların qılıncla, yoxsa zəhərlə öldürülməsi və eləcə də, xanım Zəhranın (səlamullahi əleyha) Peyğəmbərin (səlləllahu əleyhi və alih) digər səh:12


1- [69] Kəmalüddin, səh. 476-479.
2- [70] Kəmalüddin, səh. 440–441.
3- [71] Əl-Qeybət, səh. 176–177.
4- [72] Ə’lamül-vəra, səh. 452–453.
5- [73] Əl-Qeybət, səh.229–236.

qızlarından üstün olmasının səbəbini soruşduqda, ona aydın və qaneedici cavab vermişdir. Belə ki, onun bu cavabı həmin şəxsi heyran qoymuş, nəticədə o, “bu barədə bundan gözəl və qısa cavab eşitməmişəm” demişdir.(1)

5. İmamın naibi olmaq haqda iddia edənlərlə mübarizə

Qulat və İmamın nümayəndəsi olub onunla camaat arasında bir vasitə olmaq haqda iddia edənlərə qarşı mübarizəni də, xüsusi nümayəndələrin fəaliyyəti sırasına daxil etmək lazımdır. İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən qeyd etdik ki, yolunu azmış və bir sıra məqampərəst şəxslər İmamları Allah səviyyəsinə çatdırmaq kimi əsassız məsələləri irəli sürməklə özlərini onların nümayəndəsi, onların bəndələr arasındakı vasitəçisi adlandıraraq İmamın adı ilə camaatdan xüms və bu kimi şər’i vergiləri təhvil alırdılar. Təbii ki, bu məsələ də, şiənin adını ləkələyərək İmamlar üçün bir sıra çətinliklər yaradırdı. Kiçik qeyb dövründə bunlardan əlavə, özlərini yalandan İmamın xüsusi nümayəndəsi adlandıran şəxslər də meydana çıxır. Onlar İmama məxsus olan əmlakda yersiz təsərrüf edir, fiqhi və əqidəvi məsələlərdə azdırıcı və həqiqətdənkənar sözlər deyirdilər. Belə olduqda İmamın xüsusi nümayəndələri İmamın öz göstərişi ilə onlarla mübarizə etməyə başladılar. Bə’zi vaxtlar onların qeyri-məqbul və lə’nətlənmələrinə dair İmamdan məktublar da gəlirdi. Əbu Məhəmməd Şəri’i, Məhəmməd ibn Nəsir Nümeyri, Əhməd ibn Hilal Kərxi, Əbu Tahir Məhəmməd ibn Əli ibn Bilal, Hüseyn ibn Mənsur Həllac və Məhəmməd ibn Şəlməğani bu cür şəxslərdən olmuşlar.(2) Adını sonda qeyd etdiyimiz Şəlməğani əvvəllər şiə fəqihlərindən olmuş və hətta “Təklif” adlı bir kitab da yazmışdı. Lakin sonradan yolunu azıb ifrat dərəcəsinə vararaq küframiz iddialar irəli sürmüşdür. O cümlədən “Ruhun başqa bədənə keçməsi” nəzəriyyəsinə tə’kid edərək deyirdi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhu (ikinci nümayəndə) Məhəmməd ibn Osmanın, Əli əleyhissəlamın ruhu (üçüncü nümayəndə) Hüseyn ibn Ruhun, xanım Fatimeyi-Zəhranın (səlamullahi əleyha) ruhu isə Məhəmməd ibn Osmanın qızı Ümmü-Külsümün bədəninə keçmişdir. Hüseyn ibn Ruh onun bu fikrini kafirlik əqidəsi hesab etmiş, onu məsihilərin əqidələrindən sayaraq Şəlməğaninin batil fikirlərini öz tayfası arasında ifşa edərək onu rüsvay edir. Şəlməğaninin ziyankar təbliğatı nəticəsində hicrətin üç yüz on ikinci ilinin zilhiccə ayında İmam Məhdi əleyhissəlamdan onun kafir və mürtədd (dindən çıxmış) olması haqqında Hüseyn ibn Ruha bir məktub gəlir. Nəhayət hicrətin üç yüz iyirmi üçüncü ilində Şəlməğani öldürülür.(3)

Böyük qeyb dövrü

İşarə

Dördüncü naibin ölməsi ilə İmam Məhdi əleyhissəlamın böyük qeyb dövrü başlayır. Bu dövrdə müctehidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Ötən səhifələrdə qeyd etdik ki, xüsusi nümayəndəlik o idi ki, İmam Məhdi (əleyhissəlam) özü müəyyən bir şəxsi nümayəndə tə’yin edir, ancaq ümumi nümayəndə odur ki, İmam nümayəndə üçün lazım olan ümumi şəraiti deyir və bütün dövrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq şiələrin dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir. Mə’sum İmamlar, xüsusən də, İmam Məhdi əleyhissəlamın özü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları böyük qeyb dövründə həmin şəraitə malik

səh:13


1- [74] Əl-Qeybət, səh. 238–239.
2- [75] Əl-Qeybət, səh.244.
3- [76] Əl-Qeybət, səh. 248–254.

olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. İndi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:

1) Ömər ibn Hənzələ deyir: “İmam Sadiq əleyhissəlamdan soruşdum ki, əgər iki nəfər şiənin borc, yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün dövlət qazısına müraciət edə bilərlərmi? İmam buyurdu: “Haqla batili ayırd etmək üçün onlara (dövlət qazılarına) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun hökmü ilə əlinə gələn bütün şeylər hətta onun öz haqqı da olsa belə, haramdır. Çünki onu zalımın hökmü ilə ələ gətirmişdir. Halbuki, Allah-taala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur: “Onlar zalım məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara zalıma müraciət etməmələri əmr olunmuşdur.”(1) Soruşdum ki, bəs onda nə etsinlər? İmam buyurdu: “Fikir verməlidilər ki, bizim rəvayətlərimizi kim söyləmişsə, halal-haramımıza nəzər salıb hökmləri tanımışsa, onu hakim tə’yin etməlidirlər. Çünki mən onu sizin üçün hakim tə’yin etmişəm. Əgər o, bizim buyurduğumuza əsasən hökm versə, lakin kimsə onun hökmünü qəbul etməsə, Allahın hökmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər...”(2)

İmam Sadiq əleyhissəlamın bu əmri ümumi bir əmr olub bütün müctehidlik səlahiyytinə malik olan alimlərə şamil olur. Əgər İmam Sadiq (əleyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə, şübhəsiz ki, müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna görə də, o Həzrət bu kimi işləri ədalətli şiə müctehidlərinin öhdəsinə buraxmışdır.

2) İshaq ibn Yə’qub deyir: “(İkinci nümayəndə) Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdi əleyhissəlama çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam məktuba öz xətti ilə cavab yazmışdı. Yazdığım məsələlərdən biri də bu idi ki, (böyük) qeyb dövründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam sualımın cavabında belə yazmışdı: “Qarşılaşdığınız məsələlərdə bizim hədisləri söyləyənlərə müraciət edin. Onlar mənim sizə olan hüccətim, mən isə Allahın (sizə olan) hüccətiyəm.”(3)

Həzrət Məhdi (əleyhissəlam) şiə mənbələrində

İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və həmçinin, digər mə’sum İmamlar Həzrət Məhdinin (səlləllahu əleyhi və alih) anadan olması, qeybə çəkilməsi, zühur edərək cahanşümul qiyamı və sair xüsusiyyətləri barədə çoxlu hədislər buyurmuşlar. Hələ İmam Məhdi (əleyhissəlam) dünyaya gəlməzdən neçə il əvvəl onun Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən, Fatimə (səlamullahi əleyha) övladlarından və İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı, öz cahanşümul qiyamı ilə bütün dünyada haqq-ədalət bərpa edəcəyi barədə xəbər verilmişdir. Bu barədə Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlardan söylənilmiş rəvayətlərin sayı həddən artıq çoxdur. Belə ki, İslami mövzular sahəsində çox az məsələ barədə bu qədər rəvayət söylənilmişdir. İndi isə biz ilk növbədə Həzrət Məhdi (əleyhissəlam) barədə İmamların buyurduğu hədisləri və eləcə də, şiə alimlərinin

səh:14


1- [77] “Nisa” surəsi, ayə 60.
2- [78] Üsusli-kafi, c.1, səh.67.
3- [79] Əl-Qeybət, səh.177.

bu sahədə yazdığı kitabların adını qeyd edəcək, sonra isə sünni məzhəbinin bu barədə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylədikləri hədislərə və bu sahədə yazdığı kitablara nəzər yetirəcəyik.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, İmamların hər birinin dövrünün özünəməxsus xüsusiyyətləri olmasına və İmamların diqqətinin əsasən, həmin xüsusiyyətlərə cəlb olunmasına baxmayaraq Həzrət Məhdi əleyhissəlamın məsələsi daima onların nəzərində olmuş və onlar yeri gəldikcə bu məsələyə toxunmuşlar. İndi İmamların bu məsələ barədə buyurduğu hədislərin qısaca siyahısını oxucuların diqqətinə çatdırırıq:

1) Əmirəl-mö’minin Əli (əleyhissəlam) – 51 hədis;

2) İmam Həsən (əleyhissəlam) – 5 hədis;

3) İmam Hüseyn (əleyhissəlam) – 14 hədis;

4) İmam Zeynül-abidin (əleyhissəlam) – 11 hədis;

5) İmam Baqir (əleyhissəlam) – 63 hədis;

6) İmam Sadiq (əleyhissəlam) – 124 hədis;

7) İmam Museyi-Kazim (əleyhissəlam) – 6 hədis;

8) İmam Riza (əleyhissəlam) – 19 hədis;

9) İmam Cavad (əleyhissəlam) – 6 hədis;

10) İmam Əliyyən-Nəqi (əleyhissəlam) – 6 hədis;

11) İmam Həsən Əskəri (əleyhissəlam) – 22 hədis.(1)

İndi isə nümunə olaraq bir neçə hədisi nəzərdan keçirək:

1) Əmirəl-mö’minin Əli (əleyhissəlam) buyurmuşdur: “Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, dünyada zülm və haqsızlıq baş alıb getdiyi zaman Hüseyn əleyhissəlamın nəslindən bir nəfər ümmətimə rəhbərlik edib haqq-ədaləti barpa etməyənə qədər dünyanın axırı gəlib çatmaz.”(2)

Əli (əleyhissəlam) “Nəhcül-bəlağə” kitabında bu barədə çox söhbət etmişdir. O cümlədən: “Dünya eynilə südünü sağmağa imkan verməyən (və balasına tərəf qaçan), yalnız sakitləşdikdən sonra bizə tərəf üz çevirən gic dəvəyə bənzəyir.(3)

Allah-taala Qur’anda buyurmuşdur ki, Biz yer üzündə zəif düşüb əzilənlərə bol ne’mət vermək, onları yer üzünün (rəhbər və) varisi etmək istəyirik.”(4)

2) İmam Hüseyn (əleyhissəlam) buyurmuşdur: “Əgər dünyanın sonuna təkcə bir gün qalsa, Allah-taala həmin günü, mənim nəslimdən bir kişinin qiyam edib zülmlə dolu olan dünyanı haqq-ədalətlə dolduracağına qədər uzadar. Mən Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu cür buyurduğunu eşitmişəm.”(5)

3) İmam Cavad (əleyhissəlam) Əbdüləzim Həsəniyə buyurmuşdur: “Bizim qiyam edəcək şəxsimiz elə gözlənilən Məhdi əleyhissəlamın özüdür. Onun qeybdə olduğu müddət ərzində zühurunu gözləməli, zühur etdikdən sonra isə əmrinə tabe olmaq lazımdır. And olsun Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçmiş və İmaməti bizim ailəyə məxsus etmiş Allaha ki, əgər dünyanın sonuna təkcə bir gün də qalsa, Allah həmin günü Məhdi əleyhissəlamın zühur

səh:15


1- [80] Dünya ədalətçisi, səh. 74–82. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu barədə buyurduğu hədisləri sünnilərin Həzrət Məhdi (əleyhissəlam) barədə nəql etdikləri hədislər bölməsində danışacağıq.
2- [81] Dəlailül-imamət, səh.240.
3- [82] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.
4- [83] “Qəsəs” surəsi, ayə 6.
5- [84] Kəmalüddin, c.1, səh.318.

edib zülmlə dolu olan dünyanı ədalətlə dolduracağına qədər uzadar. Allah Musa peyğəmbərin işini bir gecədə həll etdiyi kimi onun da işini bir gecədə həll edər. Musa (əleyhissəlam) həyat yoldaşı üçün od gətirməyə getmiş, lakin Peyğəmbər olaraq geri qayıtmışdır.”

Sonra İmam Cavad (əleyhissəlam) əlavə edib buyurdu: “Şiələrimiz üçün ən gözəl iş onun (Məhdi əleyhissəlamın) zühur və qiyamını gözləməkdir.”(1)

İmam Məhdi (əleyhissəlam) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar

Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsi, daha sonra isə qiyam edəcəyi İslam aləmində o qədər qəti olmuşdur ki, onun haqqında çoxlu sayda kitablar yazılmış, hətta bu kitabların bə’zilərinin yazılma tarixi o Həzrətin doğulmasından qabaqkı tarixə aiddir. Məsələn, şiə məzhəbinin görkəmli hədisçilərindən biri olmuş Həsən ibn Məhbub Zərrad (vəfatı hicri 224-cü ildə) böyük qeyb dövründən yüz il qabaq “Əl-Məşixə” kitabını yazmış və həmin kitabda İmam Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi haqqında olan hədisləri qeyd etmişdir.(2)

Mərhum Təbərsi yazır ki, şiə hədis söyləyənləri İmam Baqirlə (əleyhissəlam) İmam Sadiq əleyhissəlamın zamanında qeyb dövrünü vurğulayan hədisləri öz əsərlərində qeyd etmişlər.(3)

Həmçinin, İmamların bə’zi səhabələri İmam Məhdi (əleyhissəlam) və onun qiyamı barədə kitab yazmışlar. O cümlədən İbrahim ibn Saleh Ənmati(4) (İmam Baqir əleyhissəlamın səhabəsi), Həsən ibn Məhəmməd ibn Səmaə(5) (İmam Kazim əleyhissəlamın səhabəsi), Məhəmməd ibn Həsən ibn Cümhur(6) (İmam Riza əleyhissəlamın səhabəsi), Əli ibn Məhziyar(7) (İmam Cavad əleyhissəlamın səhabəsi) və Fəzl ibn Şazan Nişaburini(8) (İmam Riza (əleyhissəlam), İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın səhabəsi) qeyd etmək olar.

İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində

Qeyd etdiyimiz kimi Həzrət Məhdi əleyhissəlama və onun zühuruna əqidə bəsləmək təkcə şiə məzhəbinə aid deyil, eyni zamanda sünni məzhəbinin görkəmli hədisçiləri də, o Həzrətə aid olan hədisləri səhabə və tabeinlər vasitəsilə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etmiş və öz kitablarında qeydə almışlar. Belə ki, şiə kitabları bir yana, İslamın digər məzhəblərində (Hənəfi, Şafei, Maliki və Hənbəli məzhəblərində) yazılmış kitablar da, Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) və onun zühuru barədə buyurduğu hədislərlə doludur. Bir sıra böyük tədqiqatçıların araşdırmalarına əsasən, sünni məzhəbinin hədisçiləri Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri Peyğəmbərdən (səlləllahu əleyhi və alih) otuz üç səhabə vasitəsilə öz kitablarında qeyd etmişlər.(9) Sünni məzhəbinin böyük

səh:16


1- [85] Kəmalüddin, c.2, səh.377.
2- [86] Ə’lamül-vəra, səh. 443–444.
3- [87] Ə’lamül-vəra, səh.443.
4- [88] Fihrist, səh.14.
5- [89] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.11.
6- [90] Əl-Qeybət, səh.284.
7- [91] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.178.
8- [92] Fihristi-əsmai-müsənnifiş-şiə, səh.17.
9- [93] Əmin-amanlıq müjdəsi, səh. 91–92.

alimlərindən yüz altısı Həzrət Məhdi əleyhissəlamın zühuruna aid olan hədisləri öz kitablarında qeyd etmiş,(1) onlardan otuz iki nəfəri isə bu barədə ayrıca kitab yazmışdır.(2) Əhməd ibn Hənbəlin “Əl-Müsnəd” (vəfatı – hicri 241-ci ildə) və Buxarinin (vəfatı – hicri 256-cı ildə) “Səhih” kitabları sünni məzhəbinin ən mö’təbər kitablarından olub Həzrət Məhdi əleyhissəlamın doğulmasından qabaq yazılmış və həmin kitablarda o Həzrətə aid olan hədislər qeyd edilmişdir.(3) Əhməd ibn Hənbəlin qeyd etdiyi hədislər sırasında aşağıdakı hədis də vardır: “Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Əgər dünyanın sonuna bircə gün də qalsa, Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar, o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar.”(4)

Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam), onun xüsusiyyət və nişanələrinə dair buyurduğu hədislər qədim sünni mənbələrində o qədər çoxdur ki, sünni hədisyazar və hədis əzbərləyənləri bu hədislərin təvatür həddində olduğunu bildirmişlər.(5) Qısa bir araşdırmaya əsasən, sünni məzhəbinin on yeddi görkəmli alimi Həzrət Məhdi əleyhissəlama aid olan hədislərin təvatür həddinə yetişməsini öz kitablarında qeyd etmişlər.(6) Əllamə Şövkani bu hədislərin təvatür həddində olmasını sübut etmək məqsədilə “Ət-Tozihu fi-təvaturi ma caə fil-Müntəzəri vəd-Dəccali vəl-Məsih” adlı ayrıca bir kitab yazmışdır.(7) Yaxşı olar ki, indi nümunə üçün sünni məzhəbinin bir neçə görkəmli aliminin bu barədə buyurduqlarını oxucuların nəzərinə çatdıraq:

1) Şövkani yuxarıda adını çəkdiyimiz kitabda Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qeyd etdikdən sonra deyir: “Bununla məşğul olanlar bilirlər ki, qeyd etdiyimiz bütün hədislər təvatür həddinə çatmışdır. Deməli, bu hədislərin təvatür həddində olmasına yəqin etdik... Bütün bu dediklərimiz bir zərrə iman və düşüncəsi olan şəxslər üçün mənə elə gəlir ki, kifayət edər.”(8)

2) Hafiz(9) Əbu Abdullah Gənci Şafei (vəfatı hicri 658-ci ildə) “Əl-Bəyan fi-əxbari Sahibəzzaman” kitabının on birinci fəslində deyir: “Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədislər çoxlu ravilər tərəfindən söylənildiyinə görə təvatür həddinə çatmışdır.”(10)

3) Görkəmli alim İbn Həcər Əsqəlani Şafei (vəfatı – hicri 852-ci ildə) “Səhihi-Buxari” kitabına yazdığı “Fəth əl-bari” adlı şərh kitabında deyir: “Məhdi əleyhissəlamın bu ümmətdən olması və İsa peyğəmbərin göydən enərək onun arxasında namaz qılacağına dair təvatür həddinə çatmış hədislər vardır.”(11)

4) Mö’min Şəbəlnəci yazır: “Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylənilmiş və təvatür həddinə çatmış hədislər göstərir ki, Məhdi (əleyhissəlam) onun nəslindən olub yer üzündə ədaləti bərpa edəcək.”(12)

səh:17


1- [94] Əmin-amanlıq müjdəsi, səh. 92–95.
2- [95] Əmin-amanlıq müjdəsi, səh. 95–99.
3- [96] Səhihi-Buxari, c.4, səh.633; Əhməd ibn Hənbəl, Əl-Müsnəd, c.1, səh. 84, 99, 448.
4- [97] Əl-Müsnəd, c.1, səh.99.
5- [98] Hədisin təvatür həddinə çatması o deməkdir ki, həmin hədisi çoxlu sayda hədisçi eyni məzmunla rəvayət etmişdir.
6- [99] Əmin-amanlıq müjdəsi, səh. 90–91.
7- [100] Əmin-amanlıq müjdəsi, səh. 91.
8- [101] Qayətül-mə’mul fi-şərhit-tacil camii-lil-üsul, c.5, səh.327.
9- [102] Hafiz o şəxsə deyilir ki, Peyğəmbər sünnəsinə dərindən yiyələnib bu barədə ixtilaflı və müvafiq məsələləri bilsin və hədis söyləyənlərin avtobioqrafiyasından xəbərdar olsun. (Elmül-hədis, c.2, səh.22.)
10- [103] Müntəxəbül-asar, səh.5.
11- [104] Fəthəl-bari bişərhi-Səhihi-Burxari, c.6, səh. 493–494.
12- [105] Nurul əbsar, səh.171.

5) Şeyx Məhəmməd Səbban yazır: “Məhdi əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih)

nəslindən olması və onun qiyam edərək yer üzündə haqq və ədaləti bərpa edəcəyi barədə Peyğəmbərdən

(səlləllahu əleyhi və alih) söylənilmiş hədislər təvatür həddindədir.”(1)

6) “Əl-Əzhər” universitetinin professoru və “Ət-Tacül-camii lil-üsul” kitabının müəllifi Şeyx Mənsur Əli Nasir yazır: “Keçmiş və müasir alimlər arasında yayılmışdır ki, dünyanın axırında mütləq, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən Məhdi (əleyhissəlam) adlı bir şəxs zühur edəcək. O, bütün İslami ölkələrə hakim olacaq. Müsəlmanların hamısı ona tabe olacaq, o da müsəlmanlarla ədalətlə rəftar edib dini (İslam dinini) möhkəmlədəcək. Sonra Dəccal peyda olacaq. Həzrət İsa (əleyhissəlam) göydən enərək Dəccalı öldürəcək, ya da Dəccalı öldürməkdə Həzrət Məhdi əleyhissəlama kömək edəcək.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) bir sıra fəzilətli səhabəsi rəvayət etmişdir. Əbu Davud, Tirmizi, İbn Macə, Təbrani, Əbu Yə’la, Bəzzar, İmam Əhməd ibn Hənbəl və Hakim Nişaburi kimi böyük hədisçilər həmin hədisləri öz kitablarında qeyd etmişlər.”(2)

Sünni məzhəbinin ən görkəmli alimlərindən olan İbn Əbil-Hədid bu barədə yazır: “Bütün İslami firqələr bu əqidədədirlər ki, dünyanın və bəşərin İlahi hökmləri icra etmə təklifinin sonu Məhdi (əleyhissəlam) zühur etdikdən sonra yetişəcək.”(3)

“İslam dünyası əlaqələri” təşkilatının bəyanatı

Bu bölməni, Məkkədə yerləşən böyük vəhhabi təşkilatı – “İslam dünyası əlaqələri” təşkilatının yaydığı və bütün İslam aləminin Həzrət Məhdi (əleyhissəlam) məsələsinə inanmasına bir sübut olan rəsmi bəyanatı ilə başa çatdırırıq. Bu bəyanatın mühüm cəhətlərindən biri də odur ki, onda şiə məzhəbi ilə ziddiyyətdə ifrat dərəcəsinə varmış vəhhabilərin də, bu məsələni qəbul etməsi göstərilir. Onlar nə təkcə bu məsələni qəbul edir, hələ üstəlik bu məsələni ciddi müdafiə edərək onu qəti İslami əqidələrdən biri sayırlar. Təbii ki, bu da, bu məsələ haqqındakı hədis və sənədlərin çoxluğundan irəli gəlmişdir. Özü də bu qurum beynəlxalq İslami bir təşkilat kimi fəaliyyət göstərir.

Min doqquz yüz yetmiş altıncı ildə Kenuyadan Əbu Məhəmməd adlı bir şəxs “İslam dünyası əlaqələri” təşkilatına müraciət edərək oradan “Gözlənilən Məhdi əleyhissəlamın zühuru” haqqında bir sual soruşmuşdur. Təşkilatın baş katibi ona yazdığı cavabda vəhhabi məzhəbinin banisi İbn Teymiyyənin də Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri qəbul etdiyini vurğulamış və hazırda Hicazın görkəmli alimlərindən olan beş nəfərin bu barədə hazırladığı kitabçanı ona göndərmişdir. Bu kitabçada Həzrət Məhdi (əleyhissəlam) və onun zühur edəcəyi yerin, yə’ni, Məkkə şəhərinin adı çəkildikdən sonra deyilir:

... Dünyada fəsad, pozğunluq, zülm və haqsızlıq baş alıb getdikdən sonra Allah-taala onun (Məhdi) vasitəsilə dünyanı haqq-ədalətlə dolduracaq. O, Peyğəmbərin (səlləllahu əleyhi və alih) “Səhih” kitablarında haqqında xəbər verdiyi on iki raşidi xəlifələrinin sonuncusudur. Peyğəmbərin (səlləllahu əleyhi və alih) Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri səhabələrin bir çoxu, o cümlədən Osman ibn Əffan, Əli ibn

səh:18


1- Nurul-ə bsar, sə h.140.
2- 1 Ət-Tacul-camii lil-üsul, c.5, səh.310.
3- 2 Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.10, səh.96.

Əbutalib, Təlhə ibn Übeydullah, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məs’ud, Əbu Sədr Xudəri, Sovban, Qürrə ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Hüseyn, Ümmü Sələmə və başqaları rəvayət etmişlər.

Daha sonra əlavə olunur:

İstər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yuxarıda qeyd etdiyimiz hədislər, istərsə də burada səhabələrin buna dair hədis hökmünü daşıyan şəhadətləri bir çox məşhur İslami kitablarda və Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin orijinalının qeyd olunduğu sünən, mö’cəm və müsnədlərdə qələmə alınmışdır. O cümlədən, “Sünəni-Əbi Davud”, “Sünəni-Tirmizi”, “Sünəni-ibn Macə”, “Sünəni-ibn Ömər əd-Dani”, “Müsnədi-Əhməd”, “Müsnədi-Əbu Yə’la”, “Müsnədi-Bəzzaz”, “Səhihi-Hakim”, “Mö’cəmi-Təbrani”, “Mö’cəmi-Ruyani”, “Mö’cəmi-Dari-Qutni”, Əbu Nüeymin “Əxbarül-Məhdi”, Xətib Bağdadinin “Tarixi-Bağdad”, İbn Əsakirin “Tarixi-Dəməşq” və bir çox başqa kitablarda bu barədə mə’lumatlar verilmişdir. Bə’zi İslam alimləri bu barədə ayrıca kitablar da yazmışlar. Əbu Nüeymin “Əxbarül-Məhdi”, İbn Həcər Heytəminin “Əl-Qəvlül-muxtəsər fi-əlamatil-Məhdil muntəzər”, Şövkaninin “Ət-Tozihu fi-təvaturi ma caə fil-müntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin “Əl-Məhdi” və Əbulabbas ibn Əbdülmö’min Məğribinin “Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarını buna misal göstərmək olar. Bu barədə geniş mə’lumat vermiş sonuncu şəxs Mədinə İslam Universitetinin rektoru olmuşdur. O, universitetin buraxdığı jurnalın bir neçə sayında bu barədə ətraflı söhbət etmişdir.

Bir sıra keçmiş və müasir İslam alimləri, o cümlədən Səxavi “Fəthül-məğis”, Məhəmməd ibn Səfavini “Şərhül-əqidə”, Əbülhəsən Əbri “Mənaqibüş-Şafei”, İbn Teymiyyə öz fətvalarında, Süyuti “Əl-Havi”, İdris İraqi Məğribi “Əl-Məhdi”, Şövkani “Ət-Tozihu fi-təvaturi ma caə fil-muntəzəri vəd-Dəccali vəl-Məsih”, Məhəmməd ibn Cə’fər Kətani “Nəzmül-mütənasir fil-hədisil mütəvatir” və Əbülabbas ibn Əbdülmö’min “Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarında Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin təvatür həddinə çatmasını (və danılmasının heç cür mümkün olmadığını) qeyd etmişlər.

Bəyanatın sonunda deyilir: “Təkcə İbn Xəldun Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qəbul etmir və “Məhdi elə Həzrət İsa əleyhissəlamın özüdür” məzmunlu əsassız bir hədislə qeyd etdiyimiz hədislərə irad tutur. Lakin dini rəhbərlər onun bu iddiasını rədd etmiş və İbn Əbdülmö’min onun rəddinə dair ayrıca bir kitab yazmışdır. Həmin kitab otuz il bundan əvvəl bütün Şərq və Qərbdə nəşr edilmişdir. Hədis əzbərləyən və hədisyazarlar da qeyd etmişlər ki, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislər arasında həm səhih hədis, həm də həsən (yaxşı) hədislər vardır. Təbii ki, bunları da üst-üstə gəldikdə təvatür həddinə çatır. Beləliklə, Həzrət Məhdi əleyhissəlama inanmaq (hər bir müsəlmana) vacib olub həm sünni, həm də şiə məzhəbinin əqidələrindən biri hesab olunur və nadan, cahil, ya da bid’ətçi şəxsdən başqa heç kim bu məsələni dana bilməz.”

(İslam hökmlər şurasının sədri Məhəmməd Müntəsəri Kənani).

Oxucuların nəzərinə çatdırdığımız bu bölmə həmin kitabçanın əsas hissələrinin tərcüməsi idi.

səh:19

Məhdi əleyhissəlamın atası kimdir?

Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bə’zi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir.(1) Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bə’zi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alih) aşağıdakı ifadəsi qeyd olunmuşdur: “Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq...”(2) Əldə olan faktlar göstərir ki, “atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu əleyhi və alih) cümləsinə əlavə etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) isə yalnız “onun adı mənim adımdan olacaqdır” - deyə buyurmuşdur.

Hafiz Gənci Şafei bu barədə deyir: “Tirmizi(3) bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.(4) Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz “Müsnəd”ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.”(5) Sonra Gənci əlavə edib deyir: “Sünnilərin mö’təbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bə’zi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə e’tibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym “Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində e’tibarlı sayıla bilməz.”(6)

İbn Xəldun və Məhdi (əleyhissəlam) haqqında nəql olunmuş rəvayətlər

Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi mə’lum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: “Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq...

Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yə’la Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məs’ud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid

səh:20


1- 1 Qeyd etdiyimiz bəyanatda məhz bu mənbələrə istinad edilmişdir.
2- [107] Sünəni-Əbu Davud, c.1, səh.106.
3- [108] Məhəmməd ibn İsa ibn Surə Tirmizi sünnilərin altı məşhur kitabından birinin müllifidir.
4- [109] Sünəni-Tirmizi, c.4, səh.505.
5- [110] Müsnədi-Hənbəl, c.1, səh.448.
6- [111] Müntəxəbül-əsər, səh. 231–235.

Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tə’dildən(1) irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bə’zilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər e’tibardan düşür...”(2)

Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bə’zilərini e’tibar oluna bilməyən hesab etdikdən sonra deyir: “Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.”(3)

Bu, İbn Xəldunun Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi.

Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər.(4) İndi nümunə üçün Mədinə Universitetinin ustadı Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu oxucuların nəzərinə çatdırırıq.

O, “Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi” mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir:

a) Əgər Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı “Əl-Müqəddimə” kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O, hədisçilərin hədis elmində “cərh tə’dildən üstündür” demələrindən məqsədin nə olduğunu heç anlamamışdır.

b) İbn Xəldun “Əl-Müqəddimə”də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə e’tiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən mütləq, bir nəfər zühur edəcək...

Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına e’tiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu, araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Qur’an və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir.

v) İbn Xəldun bu hədisləri araşdırıb öz e’tirazını bildirməzdən qabaq deyir: “İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik.”(5) Hədisləri qeyd etdikdən sonra deyir: “Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər.” Başqa bir yerdə isə deyir: “Hədisçilərin

səh:21


1- [112] Cərh və tə’dil hədis elminin terminlərindəndir.
2- [113] “Əl-Müqəddimə,” səh. 311–312.
3- [114] “Əl-Müqəddimə,” səh. 322.
4- [115] Ədalət carçısı, səh. 30–49.
5- [116] “Əl-Müqəddimə,” səh.311.

Məhdi (əleyhissəlam) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik.”(1) Halbuki, o, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin “Əl-Ürfül-virdi fi-əxbaril Məhdi” kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin “Əl-Minarül-münəyyif” adlı kitabında mö’təbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır.

q) İbn Xəldun bu hədislərin bə’zisini qeyd etmiş, onların bə’zilərinin sənədini ravilərinə görə e’tibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar.

d) İbn Xəldun özü e’tiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mö’təbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.(2)

Məhdi əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər

İslam tarixinə nəzər saldıqda, mə’lum olur ki, tarix boyu bir sıra məqam və mənfəət ardınca olan şəxslər Məhdilik iddiası edərək özlərini Məhdi adlandırmış, ya da bir dəstə avam insan kimlərisə Məhdi hesab etmişlər. Bu hərəkət göstərir ki, “Məhdi” məsələsi və qeybi bir nicat verənin zühuruna inam müsəlmanlar arasında qəti məsələlərdən biri olmuşdur.(3) Məhdilik iddiası etmiş şəxslərin də adı, ya bə’zi xüsusiyyətləri o Həzrətlə uyğun gəldiyindən onlar bu məsələdən istifadə edib özlərini Məhdi adlandırmışlar. Əlbəttə, onlardan bə’ziləri heç də özləri belə bir iddia etməmiş, lakin bir dəstə avam insan ya nadanlıq üzündən, ya hakim dairələrin son dərəcə zülmü nəticəsində, ya Məhdi əleyhissəlamın zühurunda tələsmələrinə görə, ya da başqa səbəblər üzündən Həzrət Məhdi əleyhissəlamın nişanələrinin hamısına fikir vermədən səhvə yol verərək onları Məhdi hesab etmişdir. Məsələn, müsəlmanlardan bir dəstəsi Məhəmməd ibn Hənəfiyyəni Peyğəmbərlə (səlləllahu əleyhi və alih) eyniadlı və eynikünyəli olduğuna görə Məhdi hesab etmiş və belə fikirləşiblər ki, o ölməyib qeybə çəkilmiş, sonradan zühur edərək dünyanın hakimi olacaqdır.(4) İsmailiyyə firqəsinin bir dəstəsi bu əqidədə olmuşdur ki, İmam Sadiq əleyhissəlamın oğlu İsmayıl ölməmiş, onun ölümü məsləhət üzündən e`lan olmuş, o, elə və’d olunmuş Məhdidir və ölümündən qabaq qiyam edərək bütün dünyaya hakim olacaq.(5)

Necə ki, “İmam Sadiqin (ə) həyatı” fəslində keçdiyi kimi Abdullah ibn Həsənin oğlu ““Nəfsi-Zəkiyyə”” ləqəbi ilə məşhur olmuş Məhəmməd, Abbasi xəlifəsi Mənsur Dəvaniqinin hakimiyyəti dövründə qiyam etmiş, adının Məhəmməd olmasına görə atası onun Məhdi olduğunu iddia etmiş və bu yolla oğlu üçün çoxlu

səh:22


1- [117] “Əl-Müqəddimə,” səh.327.
2- [118] 1388 hicri, № 3, Camiətül-İslamiyyə jurnalı, Mədinə.
3- [119] Məqatilüt-talibin (təhqiq), səh. 138, 184, 154, 440. İbad ibn Yaqub Əsədi Rəvacini Kufi (təv. 255 hicri), görkəmli tarixçi Zəhəbinin yazdığına görə əhli sünnənin böyük mühəddislərindən çoxu ondan hədis və rəvayət nəql ediblər ki, Həzrətə yardım etmək üçün qabaqcadan özünə bir qılınc hazırlayıb saxlayırmış. Hədis öyrənmək üçün onun yanına getmiş Qasim ibn Zəkəriya Mitrəz adlı bir şəxs deyir: Mən onun yanına gedəndə artıq gözləri görmürdü. Kənarında bir qılınc var idi. Soruşdum ki, bu qılınc kimindir? Dedi: Onu Mehdinin kənarında döyüşmək üçün hazırlamışam (Mizanül-e`tidal, c. 2, səh. 379).
4- [120] Firəqüş-şiə, səh.27.
5- [121] Firəqüş-şiə, səh. 67–68.

tərəfdar toplamışdı.(1) “Nəfsi-Zəkiyyə”nin qiyamı zamanı Mədinənin fəqih və abidlərindən olan Məhəmməd ibn Əclan onu himayə edirdi. “Nəfsi-Zəkiyyə” məğlub olaraq öldürüldükdən sonra Mədinə hakimi Cə’fər ibn Süleyman Məhəmməd ibn Əclanı çağırtdırıb ona deyir: “Nəyə görə o yalançını himayə edirdin?” Sonra da onun əlini kəsdirmişdir. Məclisdə hazır olan Mədinə ə’yan-əşrafı Cə’fər ibn Süleymandan Məhəmməd ibn Əclanın əfv olunmasını istəyərək deyir: “Ya Əmirəl-mö’minin! Məhəmməd ibn Əclan Mədinənin fəqih və abidlərindəndir, bu işdə səhvə yol vermiş və “Nəfsi-Zəkiyyə”ni rəvayətlərdə gəlmiş Məhdi ilə oxşadıb qarışıq salmışdır.(2)

Bu hadisədən eynilə Mədinənin böyük hədisçi və alimlərindən olmuş Abdullah ibn Cə’fərin də başına gəlmiş və o da Mədinə hakiminin cavabında demişdi: “Mənim Məhəmməd ibn Abdullah (“Nəfsi-Zəkiyyə”) ilə həmkarlıq etməyimin səbəbi onun rəvayətlərdə və’d olunmuş Məhdi olduğuna inamım olmuşdur. O ölənə qədər bu məsələ barədə heç bir şübhə etmirdim, lakin o öldükdən sonra bildim ki, o, Məhdi deyil. Bundan sonra heç kimin hiyləsinə aldanmaram.(3)

Əsl adı Abdullah və oğlunun adı Məhəmməd olan xəlifə Mənsur isə öz oğluna Məhdi ləqəbi qoyub iddia edirdi ki, və’d olunmuş Məhdi “Nəfsi-Zəkiyyə” deyil, məhz mənim oğlumdur.(4)

Tarixə nəzər saldıqda bə’zi firqələrin keçmiş İmamlardan bə’zilərinin Məhdi olması haqda əqidəsini də müşahidə edirik. Məsələn, Navusiyyə firqəsi İmam Sadiq əleyhissəlamı Məhdi, sağ və qeybə çəkilmiş İmam kimi tanıyırdı.(5) Vaqifiyyə məzhəbi isə eynilə bu əqidəni İmam Museyi-Kazim əleyhissəlama aid edirdi.(6) Onlar belə güman edirdilər ki, İmam Kazim (əleyhissəlam) dünyanın Şərq və Qərbini tutmayınca, dünya zülmlə dolduğu kimi ədaləti bərpa etməyincə ölməyəcək. Onların fikrincə və’d edilmş Məhdi elə İmam Kazim (əleyhissəlam) olmuşdur.(7) Nəhayət, bə’ziləri də İmam Həsən Əskəri əleyhissəlamın vəfatından sonra onun ölməsini inkar edərək demişlər ki, o, diridir və qeybə çəkilmişdir. Məhdi onun özüdür.(8)

Bunlar Həzrət Məhdi əleyhissəlama inamın həm Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründə, həm də ondan sonra olmasını təsdiqləyən nümunələrdir. Bu hadisələr göstərir ki, İslam ümməti daima qiyam edərək zülmə qarşı mübarizə edəcək və dünyada ədalət bayrağı dalğalandıracaq bir şəxsin intizarında olmuşdur. Təbii məsələdir ki, tarix boyu bə’zi şəxslərin məhdilik mövzusundan istifadə edərək özlərini Məhdi adlandırması bu məsələnin əsl mahiyyətini inkar edə bilməz. Çünki əsrlər boyu bir çox həqiqətlərdən kimlərsə mənfi istifadə etmişdir. Dünyada Allahlıq, peyğəmbərlik, yaxud başqa mə’nəvi məqamlar iddiasında olanlar da az olmamışdır. Yalançı dinlərin də sayı az deyil. Ancaq bunlar heç vaxt Allahı, yaxud peyğəmbərliyi inkar etmək üçün kiməsə sübut ola bilməz. Hal-hazırda bə’ziləri elm, texnika və sənayedən bəşəriyyətə zidd olan işlər məqsədilə istifadə edirlər, ancaq bu, heç də bizə elm, texnika və sənayenin əsl mahiyyətini inkar etməyə əsas vermir.

səh:23


1- [122] Əl-Fəxri, səh. 165–166.
2- [123] Məqatilüt-talibin, səh.193.
3- [124] Məqatilüt-talibin, səh.195.
4- [125] Məqatilüt-talibin, səh.162.
5- [126] Əl-Miləlü vən-nihəl, c.1. səh.148.
6- [127] Əl-Miləlü vən-nihəl, c.1. səh.150.
7- [128] Firəqüş-şiə, səh.80, 83.
8- [129] Firəqüş-şiə, səh.96.

Qur’anda Məhdi (əleyhissəlam) hökumətinin siması

Qur’ani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yə’ni, Qur’an ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri(1) ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.

1) “Biz kitabdan [Tövratdan, yaxud lövhi-məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”(2)

Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş “zikr” (kitab) sözü əslində “nəyisə xatırlamaq” mə’nasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki “zikr” (kitab) sözü Qur’ana işarədir. Çünki Qur’anın özündə bir neçə yerdə Qur’an “zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, “Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: “O, [Qur’an] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir [öyüd-nəsihətdir].” Belə olduqda isə ayənin mə’nası “Biz kitabdan [Tövratdan] sonra Zəburda da...” yox, “Biz kitabdan [Qur’andan] əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq”(3) olur.

Mərhum Şeyx Müfid (“Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir.(4) Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki, ayədə deyilmiş “saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.(5)

Qur’anın görkəmli təfsirçisi mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: “Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə dolduracağına qədər uzadar.”(6)

Qur’anın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın “Əhdi-qədim” hissəsində yer tapmış “Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: “...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yə’ni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan

səh:24


1- [130] Günbatan günəşi, səh. 140–151.
2- [131] “Ənbiya” surəsi, ayə 106.
3- [132] Məhdi – böyük bir inqilab, səh. 121–122.
4- [133] Əl-İrşad, səh.346.
5- [134] Məcməül-bəyan, c.7, səh.66.
6- [135] Məcməül-bəyan, c.7. səh.67.

ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: “...Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məl’unların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”(1)

2) “Yer üzündə zəif düşüb əzilənlərə [ne’mət verib] mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”(2)

“Məhdi (əleyhissəlam) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (əleyhissəlam) Məhdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.(3)

Ələvilərdən olub Abbasi xəlifəsi Mə’muna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cə’fər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy “Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.(4)

3) “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla [arxayınçılıqla] əvəz edəcəyini və’d buyurmuşdur.”(5)

Mərhum Təbərsi bu ayənin təfsirində deyir: “Peyğəmbər ailəsindən rəvayət olunmuş dur ki bu ayə Həzrət Məhdi (əleyhissəlam) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: “And olsun Allaha ki onlar (ayə də deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu iş ibizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O həmin şəxsdir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barə sində “Əgər dünyanın sonuna bircə gün belə qalsa Allah-taala həmin günü mənim nəslimdən olan bir ş əxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o dünyada haqqədaləti bərpa edəcək” - deyə buyurmuş dur.”

Təbərsi daha sonra əlavə edib deyir: “Bu əlavə edib deyir: “Bu mə’na qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan da rəvayət olunmuşdur.”(6)

İmamın qeyb dövründə olmasının faydaları

İndi ki, Həzrət Məhdi (əleyhissəlam) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz lap yerinə düşər. Sual budur ki, İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?

Nəzərə almaq lazımdır ki, İmamın qeybdə olması heç də o demək deyildir ki, o Həzrətin vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında, cəmiyyət içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin namə’lum

səh:25


1- [136] Tövrat. “BRİTSH FAİN BABLE SWİSTS” kompaniyası. Londan çapı 1856, səh.1030.
2- [137] “Qəsəs” surəsi ayə 6.
3- [138] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.
4- [139] Məqatilüt-talibin, səh.359.
5- [140] “Nur” surəsi, ayə 55.
6- [141] Məcməül-bəyan, c.7, səh.152.

şəkildə. Namə’lum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır.(1) İmam Sadiq (əleyhissəlam) buyurardı: “Bizim Qaimimizin iki dəfə qeybəti olacaq. Onlardan birində o, həcc mərasimində hazır olacaqdır. O, insanları görür, insanlar isə onu görmürlər.(2)

Həzrətin həcc mərasimində iştirakı onun təbii, adi ömür sürməyinə dəlalət edir. Belə düşünülür ki, İmam Sadiqin (ə) sözündəki xalqın onu görə bilməməsindəki məqsədi onu tanıya, təbii baxışla ayırd və seçə bilməmələri nəzərdə tutulmuşdur.

Gizli Günəş

Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki, hətta Həzrət Məhdi (əleyhissəlam) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alih), istərsə də İmamlar Həzrət Məhdi (əleyhissəlam) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:

1) İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) “Şiələr Həzrət Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: “Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki, günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.”(3)

2) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”(4)

3) Həzrət Məhdi əleyhissəlamın özü də bu məsələ üzərində çox tə’kid etmişdir. O Həzrət İshaq ibn Yə’qubun(5) yazdığı suala cavab verərək buyurmuşdur: “Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.”(6) Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.

Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə verməsi, güllərin açılması kimi işlərdə tə’siri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mə’nəvi şüasının da bir sıra tə’sirləri vardır ki, tə’lim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin

səh:26


1- [142] Məhdi (əleyhissəlam) – böyük bir inqilab, səh.250.
2- [143] Üsuli-kafi, c.1, səh.339.
3- [144] Biharül-ənvar, c.52, səh.93, c.36. səh.250.
4- [145] Biharül-ənvar, c.52, səh.92.
5- [146] Məktubu İshaqa Məhəmməd ibn Osman təhvil vermişdir.
6- [147] Əl-Qeybət, səh.177.

dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin tə’sirlərdən bir neçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.

1. Dünyanın döyünən ürəyi

İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi, dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o, dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiq əleyhissəlamın dili ilə desək “Əgər yer üzü (bir an) İmamsız qalsa, öz sakinlərini kamına çəkər. İmam Zeynül-abidin (əleyhissəlam) buyurmuşdur: “Bizə görə Allah-taala asimanı yerə gəlməkdən, yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq Öz rəhmətini yayır və yerdə olan ne’mətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa, yer öz sakinlərini kamına çəkər.”(1)

2. Allah dinini qorumaq

Əmirəl-mö’minin Həzrət Əli (əleyhissəlam) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: “İlahi, həqiqətən də belədir, yer üzü heç vaxt zühur edəcək və Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, açıq-aşkar İlahi sübutlar itib batmasın...”(2)

Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi tə’limlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bə’zi təhriflərə mə’ruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan, yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi tə’limləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir.(3) Hafiz ibn Həcər Əsqəlani “Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdi əleyhissəlamın zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: “Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki, yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır.”(4)

3. Ümid vermək

Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun

səh:27


1- [149] Əmaliyi-Səduq, səh.112.
2- [150] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.18, səh.347.
3- [151] Məhdi (əleyhissəlam) – böyük bir inqilab.
4- [152] Fəth əl-bari bişərhi-Səhihi-Buxari, c.6, səh.494.

əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq sə’y göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz tə’sirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: “Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa əleyhissəlamla qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (əleyhissəlam) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa əleyhissəlamla sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (səlləllahu əleyhi və alih) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (səlləllahu əleyhi və alih) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alih) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan “İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”(1)

Mə`lum oludğu kimi onun vəfatı “kiçik qeybət”in başlanğıc dövrlərinə təsadüf edir. Belə çıxır ki, elə o zamanlardan Mehdinin qiyamının intizarı və bu qiyamda iştirakın zəruriliyi məsələsi müsəlmanlar arasında mövcud imiş.

səh:28


1- [153] “Şiə məktəbi” jurnalının 2-ci nömrəsi. Tehran çapı 1960-cı il. səh.20. (Əllamə Təbatəbainin professor Hanri Kerbenlə söhbəti.)

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109