GÜNƏŞDƏN BİR ŞÜA

Kitab haqqında

Böyük rəhbər Ayətullah Xamenei haqqında xatirələr

Toplayan Əli Şirazi

Kitаbın аdı:..........................Günəşdən bir şüa

Toplayan:..........................................Əli Şirazi

Tәrcümә еdәn:.........................İbrahim Mirzə

Nәşr еdәn:..........................................Şәhriyаr

Çаp tаriхi:.................................................2011

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000

978-964-2948-44-4

Bismillahir-Rəhmanir-Rəhim

səh:1

İşarə

səh:2

Birinci fəsil: Fəqih

İşarə

Mən Ayətullah Xameneini yaxından tanıyan biri kimi deyirəm, o, ictihada çatmış alimdir.

Otuz il bundan qabaq Məşhəddə Gövhərşad məscidində onunla görüşmüşəm. Həmin vaxtlar o, Məşhədin hörmətli müəllimlərindən idi. Mən soruşdum ki, nə tədris edirsiniz? Dedi ki, Məkasib kitabını. Məkasib ən mühüm və çətin elmi kitablardandır. Məncə, o, fəqih və müctəhiddir.

Ayətullah Fazil Lənkərani

İnqilabın böyük səmərəsi

Ayətullah Xamenei prezidentlik dövründə Birləşmiş Millətlər Təşkilatının iqamətgahında çox gözəl, mühüm və səmərəli çıxış etdi. Əgər inqilab yolunda çəkdiyimiz zəhmətlərin, məşəqqətlərin qazancı təkcə Böyük Rəhbərin bu çıxışı olsaydı, yenə dəyəri vardı.

Şah dövründə bir alim haradasa çıxışında İslamın bəzi həqiqətlərinə toxunsaydı, biz hər yerdə ondan danışar və deyərdik: İslam elə bir dindir ki, filan alim onun barəsində filan sözü deyib, yaxud yazıb!

Bu gün İslam İnqilabının bərəkətindən, bir ruhani BMT-də, küfr ağuşunda İslamı tanıtdırır. Bu, çox böyük uğurdur, biz bunu təbliğ etməliyik.

Ayətullah Məkarim Şirazi

səh:3

Gənclik dövründə ictihad

Böyük Rəhbərin qeyri-adi istedadı və bacarığı hələ uşaqlıq çağından dillər əzbəri idi. Həyatının ilk günlərindən, müxtəlif təhsil pillələrində bir sıra üstünlükləri ilə diqqəti cəlb edirdi. Onun təsirlərini bu gün Rəhbərin qərarlarında və addımlarında görürük.

Həmin günlərdən onun təhsilə böyük marağı var idi. Belə ki, qısa bir zamanda müəllimlərinin yanında xüsusi mövqe tutdu, onların diqqətini özünə cəlb etdi.

Onun Qum Elm Hövzəsindəki ustadlarından biri Ayətullah Hairi Yəzdi idi. Cənab Yəzdinin Böyük Rəhbərə olan qayğı və məhəbbəti hamıya bəlli idi.

Bəzən Ayətullah Hairi saatlarla vaxtını Böyük Rəhbərin suallarına cavab verməyə və onunla elmi söhbətlərə sərf edirdi. Bəzən ustadın ümumi dərsindən öncə məhdud çevrədə elmi söhbətlər o qədər uzanırdı ki, dərsin vaxtından keçirdi. Ayətullah Hairi Yəzdi onun qeyri-adi istedadını dərs vaxtının ötməsində üzürlü səbəb hesab edirdi.

Bütün bunlar Böyük Rəhbərin elmi və zehni cəhətdən üstünlüyünü ortaya qoyan nümunələrdir. O, iyirmi yaşından öncə elm və fiqhin yuxarı dərəcələrinə çatdı və gənc yaşlarında ictihad məqamına yiyələndi.

Ayətullah Misbah Yəzdi

Elmi fəzilətlər

Ayətullah Xamenei böyük fəqih və alim dərəcəli müctəhiddir. O, fiqhi araşdırmalarda rolu olan elmləri mükəmməl surətdə bilir. O, ərəb dili və qrammatikası, Quran təfsiri, hədisşünaslıq və üsul elmlərindən əlavə, fətva verməkdə böyük rolu olan rical və dirayə elmlərində də ustaddır. Fiqhi araşdırmalarda güclü əsasları var,

səh:4

müsəlman cəmiyyətlərinin ehtiyacı olan yeni məsələlərdə geniş məlumatlarla və dəqiq fikirlərlə çıxış edib, cəlbedici fətvalar verir.

Bu və digər elmi və əxlaqi xüsusiyyətlərinə görədir ki, möhtərəm fəqihlər və Xibrəqan Məclisinin üzvləri tərəfindən seçilmişdir.

Ayətullah Məhəmməd Yəzdi

Ədalətli müctəhid

Həzrət İmam Xomeyninin (r) vəfatından sonra Xibrəqan Məclisi İslam İnqilabının rəhbərini seçərkən Ayətullah Xameneinin namizədliyi səsə qoyuldu. O zaman Ayətullah Xameneinin müctəhidliyi şəri dəlillər əsasında mənə məlum idi. Ondan sonra dəfələrlə Ayətullah Xameneinin də iştirak etdiyi fiqhi müzakirələrdə olmuşam. Mən həmin məclislərdə onun ictihad məqamını görmüşəm və indi şəhadət verirəm ki, o, təqlid şərtlərinə malik olan ədalətli müctəhiddir.

Ayətullah Məhəmməd Mömin

Kamil müctəhid

İnqilabın böyük rəhbəri kamil müctəhiddir. Təxminən 1949 ya 1950-ci ildən onunla münasibətim var, dəsrlərdə birgə iştirak etmişik, elmi mübahisələrdə olmuşuq.

Bu gün çoxları bizim aramızda Ayətullah kimi tanınır və heç kim onların müctəhidliyinə şəkk etmir. O zaman Ayətullah Xamenei onlardan üstün deyildisə də, zəif də deyildi. O, həm dərsləri yaxşı başa düşürdü və həm də yaxşı tədqiqat aparırdı. Bu yaxınlara qədər o, siyasi mübarizəylə yanaşı, dərsi, mütaliəni və elmi işləri də

səh:5

unutmurdu. Mənim fikrimcə, o, müctəhiddir və sosiologiya, iqtisadiyyat, mədəniyyət və diplomatiya sahələrində, eləcə də dövlət quruluşumuzun əsaslı məsələlərində dərin biliyə malikdir.

Ayətullah Haşimi Rəfsəncani

Elmi xüsusiyyətlər

Ayətullah Xamenei hər bir fəqih və müctəhidin ehtiyaclı olduğu ictihad əsaslarına mükəmməl yiyələnməklə yanaşı, özünəməxsus elmi və fiqhi xüsusiyyətlərə malikdir. Mən onların bir-ikisinə toxunmaq istəyirəm.

Ayətulllah Xamenei rical elmində çox dərin məlumatlara malikdir. O, bu elmdə doğrudan da zəhmət çəkib və rical elminə əhəmiyyət verən müctəhidlərdəndir. Eləcə də o, bu elmdə bəzi nöqtələri qəbul etmiş və iradları cavablandırmış, uyğun sahədə gözəçarpacaq üstünlük qazanmışdır. Bu özü fəqihin daha elmli (ələm) olmasının göstəricilərindəndir.

Ayətullah Xameneinin digər bir xüsusiyyəti ayə və hədislərə yanaşmada düzgün anlam tərzidir. Fiqhi araşdırmalarda zahiri əxzetmə və nəqli (“ləfzi”) dəlillərdən istifadə məsələsi çox böyük əhəmiyyət kəsb edir, hətta fəqihliyin əsasıdır. (Bəzi fəqihlərə, xüsusən də ərəb elm hövzələrilə əlaqəsi az olan fəqihlərə iradlardan biri budur ki, onların bəzi zahiri əxzetmələri dəqiq və düzgün deyil). Mən bu müddətdə görmüşəm ki, o, ayə və hədislərin zahiri ifadəsini çox düzgün anlayır.

Onun digər bir xüsusiyyəti, zehni baxımdan məntiq və dəqiq nizamıdır. Bu, adətən mürəkkəb elmi məsələlərin tərtibatında olduqca mühümdür.

səh:6

Ayətullah Seyid Mahmud Haşimi Şahrudi

Beynəlxalq məsələlərə diqqət

Böyük Rəhbər öz prezidentlik dövründən beynəlxalq məsələləri diqqətlə izləyirdi. O, ölkə xaricində baş verən, xüsusən də İrana və İslam dünyasına aid məsələlərə çox diqqətlə yanaşırdı, dünyada baş verənlərdən tam məlumatlı idi. Çünki xarici məsələləri bilmək İran kimi böyük bir ölkəni, həmçinin İslam inqilabını idarə etməkdən ötrü çox böyük əhəmiyyət daşıyır. Dünyadan və xarici siyasətdən xəbərsizlik isə çoxlu ziyanlara səbəb ola bilər.

Allahın lütfü ilə Böyük Rəhbər öz istedadı və işlərində ciddiliyə görə beynəlxalq məsələləri diqqətlə izləyir və onları düzgün istiqamətləndirir. O, hadisələri ciddi nəzarət altında saxlayır və xarici siyasətə çox böyük önəm verir. Xarici siyasətə təsir qoya biləcək ən kiçik hərəkət belə Böyük Rəhbərin diqqətindən yayınmır.

Doktor Əliəkbər Vilayəti

İndiyədək belə bir şəxsiyyət...

Birləşmiş Millətlər Təşkilatının 598 saylı qətnaməsindən sonra, onu qəbul etdirmək məqsədilə dünyanın qüdrətli ölkələri tərəfindən bizə çoxlu təzyiqlər göstərilirdi. O zaman BMT-nin baş katibi Havyer Peres de Kuelyar bəzi müzakirələr üçün İrana gəldi. Onun proqramlarından biri, o zamankı prezident Ayətullah Xamenei ilə görüşmək idi. Görüşdən sonra Havyer mənə dedi: Sizin prezidentiniz hansı politologiya universitetinda təhsil alıb? Mən dünyanın bir neçə mötəbər

səh:7

universitetlərinin məzunuyam, politologiya doktoru adı almışam, otuz ildən artıqdır ki, siyasi işlərlə məşğulam və on ildir BMT-nin baş katibi vəzifəsində çalışıram. Bu vaxta qədər görüşmədiyim və danışmadığım prezidentlər və siyasi şəxsiyyətlər çox azdır, lakin eyni zamanda sizin prezidentiniz kimi siyasətçi və istedadlı şəxsiyyət görməmişəm.

Əli Məhəmməd Bəşarəti

Elmi böyüklük

Prezidentlik dövründə Böyük Rəhbər həzrət Əli ibn Musa Rza (ə) konfransında çox geniş və əhatəli bir çıxış etdi. Ayətullah Məkarim Şirazi də orada idi. Konfransdan sonra Ayətullah Məkarim müqəddəs Məşhəddən Quma gəldi və öz xaric (ali ixtisas) dərsində sözügedən məclisin əhəmiyyəti haqqında danışaraq, buyurdu: Bu konfransda çıxış edənlərdən biri də Ayətullah Xamenei idi. Onun çıxışı iki saat davam etdi. Onu dinləyənlər belə düşünürdülər ki, bütün işlərinə baxmayaraq, bu çıxışı hazırlamaq üçün o, sanki iki ay heç bir işlə məşğul olmamışdır.

Höccətül-İslam Əliəkbər Səmədi

Fəlsəfi mövzularda dərin məlumat

Ayətullah Xamenei prezidentlik dövründən sonralar (təqribən 1987-ci ildə) tələbələrin təhsil vəziyyəti və dərs kitablarına görə çox nigaran idi. Ona görə də, yaxşı və münasib dərs vəsaitlərinin hazırlanması üçün Mədəniyyət İnqilabının Ali Şurasının sədri olaraq, bu məsələ ilə məşğul olmaq üçün bir komissiya yaratdı. O, iki həftədə

səh:8

bir dəfə bu komissiya ilə iclas keçirirdi. O zaman işlərinin çox ağır olmasına, müharibə və müdafiə məsələləri ilə məşğulluğuna baxmayaraq, çox ciddi şəkildə həmin məclislərdə iştirak edirdi. O zaman o, elmi müzakirələrdə elə bil elmi və nəzəri işlərdən başqa heç bir işlə məşğul deyildi. Bir gün müzakirə zamanı söhbət bir fəlsəfi məsələ üzərinə gəldi. İclasda fəlsəfə üzrə bir neçə mütəxəssis var idi. Onların fəlsəfi baxışları biri-birindən fərqlənirdi. O mövzu barəsində çox ciddi müzakirə baş verdi. Böyük Rəhbər öncədən heç bir hazırlığı və mütaliəsi olmadan müzakirəyə qoşuldu və çox mahir bir mütəxəssis kimi məsələni aydınlaşdırdı. Onun bu istedadı mənim təəccübümə səbəb oldu. Çünki bizə məlum idi ki, Məşhəd elm hövzəsində İslam fəlsəfəsi ilə məşğul olmurlar. Amma həmin gün şahid olduq ki, Böyük Rəhbər nəinki belə məsələlərə diqqətlə yanaşır, hətta çox kamil surətdə fəlsəfi məsələlər haqda məlumatlıdır və onları çox dəqiq şəkildə anlayır. Bu hadisənin baş verdiyi zamana və onun tutduğu mövqeyə diqqət edərkən, bizim üçün çox böyük əhəmiyyət daşıdığının şahidi oluruq. Çünki ölkənin siyasi problemlərinin və müharibə məsələlərinin çox qızğın bir dövründə, təbii ki, Prezident elm və fəlsəfi məsələlərlə məşğul olmur. Lakin Böyük Rəhbər zərurət olduğu təqdirdə ciddi bir fəlsəfi məsələni araşdırır və bu araşdırmanı çox gözəl şəkildə yerinə yetirir.

Doktor Qulaməli Həddad Adil

Qəzet mütaliəsi

Böyük Rəhbər bütün məsələlərdən və bütün hadisələrdən xəbərdardır. Öz məsuliyyətinə müvafiq olaraq o, baş verən hadisələr haqda bəlkə də ən birinci

səh:9

məlumat əldə edən şəxslərdəndir. O, mətbuata və qəzetlərə diqqətlə yanaşır, onları diqqətlə nəzərdən keçirir. Onun üçün mətbuat və nəşrlərdən bir toplu hazırlanır və gündəlik bülleten şəklində təqdim olunur. Amma o, bunlarla kifayətlənmir, gündəlik çıxan qəzetlər vaxtı-vaxtında Böyük Rəhbərin stolu üstündə yerləşdirilir və o, çox maraqla oxuyur. Xüsusən də məqalələrin başlıqlarını diqqətlə nəzərdən keçirir. Bu məsələ təkcə qəzetlərə aid deyil. O, jurnalları da eyni şəkildə mütaliə edir.

Ayətullah Xamenei çox işgüzar insandır. O, bir neçə dəfə mənə belə deyib: İyirmi dörd saatlıq sutka mənə bəs etmir.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

Roman mütaliəsi

Böyük Rəhbər öd kisəsini cərrahiyyə əməliyyatı elətdirmək üçün xəstəxanada yatırdı. Mən Höccətül-İslam Məhəmmədi Əli Zəm və bir neçə digər qələm əhli olan dostlarla onun görüşünə getdik. O görüşdə Ayətullah Xamenei bir neçə romanın adını çəkdi. Onların hamısını xəstəxanda müalicə olunan vaxt oxumuşdu. O kitablar bizim üçün yeni idi. Biz utandığımızdan başımızı aşağı salmışdıq. Amma eyni zamanda Böyük Rəhbərin istedadına, diqqətinə və mütaliəyə olan həvəsinə heyran qalmışdıq. Mütaliəyə olan həvəsdən əlavə, vaxtdan səmərəli istifadə, özü də xəstəlik vaxtı xəstəxanada belə bir rejim çox tərifəlayiqdir və bizim hamımız üçün dərsdir.

Rza Rəhqozər

səh:10

Kitab mütaliəsi

Həzrət Ayətullah Xamenei kitab mütaliəsində çox müstəsna şəxslərdəndir. O, kitab bazarına çıxan, ölkədə və xaricdə çap olunan kitabları alır, mütaliə edir və araşdırır. Böyük Rəhbər Tehranın beynəlxalq kitab sərgisinə baxış keçirərkən tərcümə olunmuş xarici kitabları nəşr edən iranlı naşirlərin köşkünə baxırdı. O, tərcümə olunmuş kitablar haqqında elə fikir bildirirdi və xarici müəlliflərin tərcümə olunmamış əsərlərini naşirlərdən elə soruşurdu ki, bütün naşirlər Böyük Rəhbərin bu dərin məlumatından, kitabşünaslıq sahəsindəki məlumatından vəcdə gəlirdilər. Kitaba belə bir baxış mənim üçün də çox gözəl, bəlkə də misilsiz idi.

Höccətül-İslam Seyid Cavad Haşimi

Birgə mütaliə

İslam Təbliğat Komitəsinin Ədəbiyyat bölməsinin təsisindən bir-iki il keçməsinə baxmayaraq, bu mərkəz müqəddəs müdafiə barəsində altmış üç kitab çap etdirmişdi. Bir gün mən bu altmış üç kitabı Böyük Rəhbərin yanına apardım. Onlara bir-bir baxdıqdan sonra üçünü götürüb o biriləri geri qaytardı və buyurdu: Bu üç cild yenidir, mən onları görməmişəm. Amma o biriləri oxumuşam. Təkcə özüm yox, onların bəzisini evdə uşaqlarla birgə oxumuşuq.

Ayətullah Xameneinin mütaliəyə diqqəti o qədər yüksəkdir ki, bəzən kitabların haşiyəsinə çox zərif və maraqlı nöqtələr qeyd edir, hərdən bu qeydləri bizə verir və biz öz bölməmizdə onlardan istifadə edirik.

Höccətül-İslam Məhəmməd Əli Zəm

səh:11

Yeni sözlər

Müharibə zamanı bir gün Böyük Rəhbər İmam qarnizonuna – Şirazın Fəcr diviziyasının yerləşdiyi mövqeyə gəldi. Ağanın söhbətindən sonra onunla birgə ordunun komandanlığının iqamətgahına getdik. Cəhrumun cümə imamı cənab Ayətullahi də orada idi. Ayətullah Xamenei onun əhvalını soruşdu və sonra buyurdu: Sizin Ayətullahi Larla qohumluğunuz varmı? O dedi: “Mənim babam olub”. Ağa buyurdu: Cənab Ayətullahi Lar elm hövzəsinin yüksək dərəcəli alimlərindən idi və çoxlu işlər görmüşdü. O, Rza xanın quldurluğu zamanı məşhur müctəhidlərdən idi və Rza xan hökuməti qarşısında bir hökümət yaratmışdı. Sonra o, Ayətullahi Ların həyatından maraqlı xatirələr danışmağa başladı və onu çox təriflədi. Cəhrumun cümə imamı o gün mənə dedi: “Ağanın buyurduğu bu sözlərin bəzisini biz bilmirdik”. Mənim üçün çox maraqlı idi ki, Böyük Rəhbər bu qədər diqqət və dərin məlumatı ilə böyüklərin həyatı və tarixi haqqında danışırdı, elə sözlər deyirdi ki, onun nəvələrindən olan Cənab Ayətullahi üçün də təzə idi.

General Cəfər Əsədi

İkinci fəsil: Ləyaqət

İşarə

Vilayətin şərtləri mərcəi-təqlid şərtlərindən olduqca çox və ağırdır. Rəhbər fəqih olmaqdan əlavə müdiriyyətli, şücaətli, dünyanın və müsəlmanların vəziyyətindən məlumatlı və zamanı tanıyan olmalıdır. Böyük Rəhbər bütün bu şərtlərə malikdir.

Ayətullah Hüseyn Nuri Həmədani

səh:12

Nümunəvi rəhbər

Böyük İran İslam Respublikasının rəhbəri həzrət Ayətullah Xamenei rəhbər, hakim, vəfalı, bayraqdar, siyasətçi və Quran ayəsinin real nümunəsidir. Zamanın bu ideal rəhbərinin izzət və əzəmətinin günbəgün artmasını daim Həzrət Haqqdan istəyirəm və ümidvaram ki, aləm və adəmin sahibi həmişə bu rəhbər və sərvərimi sağ və şad saxlayacaq.

Ayətullah Həsən Həsənzadə Amuli

Rəhbərin xüsusiyyətləri

Mən Rəhbər barəsində, Allah-taalanın ona bəxş etdiyi xüsusiyyətlər, ona lütf etdiyi səciyyələr barəsində nəsə demək istəsəm, lazimi surətdə danışa bilmərəm. Amma bir neçə qısa cümlə ilə demək istəyirəm ki, o, fəqihliyi təqva ilə, qeyri-adi istedad və fərasəti səbir və dözümlə, idarəçiliyi bəndəliklə, islami əsaslara və prinsiplərə tabe olmaqla, aydın və parlaq daxili fikrini uzaqgörənliklə, İslamın strateji mənafelərini təyin etməklə, ehtiyatı şücaətlə, müxtəlif İslam elmlərindən faydalanmağı əsl məharət meyilləri ilə, özünə etimadı Allah-taalaya təvəkkül etməklə, səy, ciddilik, nizam-intizam və proqramlı hərəkəti İmam Mehdiyə (əc) və digər pak imamlara təvəssül etməklə, bir sözlə, idarəçiliyin bütün şərtlərini və məziyyətlərini ibadət və ixlasla toplamışdır.

Ayətullah Misbah Yəzdi

Dini ekspertlərin seçimi

Dini ekspertlər məclisi səfa və səmimiyyətli bir fəzada səs çoxluğu ilə və dəlil əsasında parlaq elmi, fiqhi, siyasi

səh:13

və inqilabi keçmişə malik olan bir şəxsi İslam İnqilabının Rəhbəri vəzifəsinə seçdi. Bu məsələ İslam və İnqilabın qatı düşmənlərinin və bədxahlarının üzünə möhkəm bir sillə idi. Müctəhid, alim və dini ekspertlər məclisinin parlaq üzvlərindən bir qrupu, həzrət Əlinin (ə) rəhbər haqqında dediyi xüsusiyyətlərə əsasən, Ayətullah Xameneini ən münasib namizəd bildilər. Mən onda bu ləyaqəti görürəm. O, bu məqama layiqdir.

Ayətullah Cənnəti

Nurani sima

Ayətullah Xamenei rəhbər seçiləndən sonra bir gün onun görüşünə getdim. Böyük Rəhbərin üzündə qeyri-adi nuranilik gördüm. Görüşdən sonra Höccətül-islam Musəvi Kaşaniya dedim: “Əgər mümkünsə, icazə verin mən ağanı bir də görüm”. Cənab Musəvi bunun səbəbini soruşduqda belə cavab verdim: “Bu ağa mənim, Məşhədin Nəvvab mədrəsəsində birgə dərs oxuduğum ağa deyil. Mən onda, təsəvvürolunmaz dərəcədə böyük dəyişiklik hiss edirəm”.

Məncə, Ayətullah Xamenei bu inqilaba və İranın müsəlman xalqına rəhbərlik etmək üçün Allah tərəfindən təyin olunmuşdur. Bu əzəmət həmin gün Böyük Rəhbərin simasında aydın görünürdü.

Ayətullah Məhəmmədi Gilani

Ağaya səs

Allah-taalanın İran xalqına lütflərindən biri o idi ki, İmam Xomeyninin (r) vəfatından dərhal sonra İslam ümmətinin rəhbəri məlum oldu. Allahın digər bir lütfü Ayətullah Xamenei kimi bir şəxsin bu məqama seçilməsi

səh:14

idi. Mən ilk məclisdə cənab Müntəziriyə səs vermədim. Amma cənab Xameneinin seçilməsində arxayınlıqla və könül xoşluğu ilə ona səs verdim.

Ayətullah Əhmədi Miyanəci

Onu görməyə ehtiyacım var

Mən Qumda mərhum Ayətullah Damadın dərsinə gedirdim. Bu dərsdə iştirak edənlərin hamısı yaşca məndən böyük idilər. O illərdə Böyük Rəhbər Məşhəddən Quma gəldi və həmin dərsdə iştirak etdi. O, yaşca məndən cavan idi. Orada Böyük Rəhbərlə tanış oldum. O mənə çox yaxşı təsir bağışladı. Sonra birgə Kərbəlaya səfər etdik, bizim dostluğumuz daha da möhkəmləndi və sonrakı mübarizə dövründə bir-birimizə qardaş və dayaq olduq. Qırx ildən artıqdır ki, mən onunla səmimi dostam. İndi də əgər bir həftə Böyük Rəhbəri görməsəm, çatışmazlıq hiss edirəm. Hiss edirəm ki, mənim onu görməyə ehtiyacım var. Böyük Rəhbərdən yaşca böyük olmağıma baxmayaraq, həmişə ondan bəhrələnirəm.

Ayətullah Haşimi Rəfsəncani

Cənab Xamenei!

İmam Xomeyninin (r) vəfatından sonra Xibrə Məclisinin (mütəxəssis fəqihlər məclisi) üzvləri dərhal bir yerə toplaşıb gələcək rəhbəri müəyyən etdilər.

Öncə mərhum İmamın vəsiyyətnaməsi oxundu. İmam öz vəsiyyətində bu mühüm məqam üçün heç kimi təyin etməmişdi. Vəsiyyətnamə oxunduqdan sonra Xibrə Məclisi Rəhbər seçmək üçün müzakirəyə başladı. Müzakirə əsasən bundan ibarət idi ki, rəhbər bir nəfər

səh:15

olsun, yoxsa rəhbərlik şurası yaradılsın. Üzvlərin əksəriyyəti rəhbərlik şurasının tərəfdarı idilər və sonra şura üzvlərinin sayı - üç nəfər, beş nəfər, yaxud yeddi nəfər olması ətrafında müzakirələr başlandı.

Xibrə Məclisinin sədri Ayətullah Mişkini idi. Lakin iclasları çox vaxt onun müavini cənab Haşimi Rəfsəncani idarə edirdi. Rəhbərlik şurası haqqında müzakirələrdən sonra cənab Haşimi dedi: Müzakirələr kifayətdir. İndi səsə qoyaq. Görək ölkənin bir rəhbəri olsun, yoxsa rəhbərlik şurası onu idarə etsin. Qeyd etdiyim kimi, müzakirələr artıq rəhbərlik şurası ətrafında, onun üzvlərinin sayı və kimliyi barəsində idi. Buna görə də, üzvlərin rəhbərlik şurasına səs vermələri gözlənilirdi. Nəhayət, vahid rəhbərliyin olması səs çoxluğu ilə qəbul olundu. Sonra kimin rəhbər olması məsələsi müzakirəyə çıxarıldı. Bu məsələnin müzakirəsində məclisdə səslər ucaldı ki, bu mövzu üzərində dayanmağa ehtiyac yoxdur - məlumdur ki, cənab Xamenei! Sonra məclisdə təkbir sədaları ucaldı...

Həmin gün Xibrə Məclisinin bütün üzvləri hiss etdilər ki, bu, Allahın işi idi. Sonra səsvermə başlandı və Böyük Rəhbər Xibrə Məclisinin üzvlərinin böyük səs çoxluğu ilə seçildi.

Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani

Xomeyninin qardaşı

İmam Xomeyni (r) ilə mənim aram çox açıq idi. Mən problemləri heç bir müqəddiməsiz onunla müzakirə edirdim. Bir gün xüsusi olaraq onun yanına getdim və yenə də birbaşa rəhbərliyin namizədi və bəzi problemlər haqqında söhbət etdim. Həzrət İmam orada mənə buyurdu:

səh:16

Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei sizin aranızdadır. Məgər özünüz bilmirsiniz?!.

Bu söhbət həzrət İmamın ömrünün sonlarına aiddir. O günlər İmam, Böyük Rəhbər haqqında qardaş sözünü işlədirdi. Qətiyyətlə deyə bilərəm ki, bu təbir əbəs deyildi. Biz o günlər bu təbirlərdən Ayətullah Xameneinin rəhbərlik məsələsini başa düşürdük. İmam Xomeyninin (r) sözləri göstərirdi ki, o, Böyük Rəhbəri bu işə layiq bilir. Necə ki, Hacı Əhmədağaya da buyurmuşdu: Doğrudan da o, rəhbərliyə layiqdir”.

Ayətullah Haşimi Rəfsəncani

İmamın yerində

İmamın vəfatından sonra rəhbər təyin edilməsi əsas və həlledici məsələlərdən idi. Bu məsələ Allah-taalanın xüsusi lütfü ilə çox gözəl şəkildə həyata keçdi. Xibrə Məclisi çox diqqətlə şəraitin həssas olduğunu nəzərə alıb, düşmənlərə möhlət vermədi və çox tez bir zamanda bu barədə qərar qəbul etdi. Məclis Ayətullah Xameneiyə - İmamın mənəvi övladı və Onun təfəkkür tərzinə və düşüncələrinə kamil surətdə bələd olan bir şəxsə səs verdi, İslam və İnqilabın düşmənlərini məyus etdi.

İnsafla deməliyik ki, Xibrə Məclisi tərəfindən çox yerində və münasib bir qərar qəbul olundu. Böyük Rəhbər İnqilabın rəhbərliyi kürsüsünə oturduğu zamandan bu günə qədər İmamın tutduğu yolu çox böyük şücaət və rəşadətlə davam etdirir. O, Allahın fəzli ilə ağır rəhbərlik məsuliyyətinin öhdəsindən gəldi və İran millətinin qəlbini İmamın dövründəki kimi arxayın etdi.

Höccətül-İslam Məhəmmədtəqi Fəlsəfi

səh:17

Mələklərin mesajı

Gözlənilmədən bir tərəfdən səs ucaldı ki, İmam rəhbərlik haqqında xüsusi bir şəxsə diqqət yetirib. Düzdü o, özünə canişin təyin etməyib, amma rəhbərliyin namizədi məsələsinə aid hadisələrdə, rəhbərliyin boşluğunda yaranan problemlər zamanı və məlum təəssüfedici hadisədə İmamla danışılıb. İmam belə buyurub: Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız. Cənab Xamenei rəhbərlik üçün yaxşıdır.

İmamın bu buyuruğuna iki-üç ədalətli şəxs şəhadət verir. Məsələ bitmişdir. Sanki İmam Xibrə Məclisindəndir və deyir: Nə oturmusunuz? Nə gözləyirsiniz? Cənab Xameneini seçin”. Amma yox, bu mələklər idi. Onlar İmamın mesajını mələkut aləmindən Xibrə Məclisi üzvlərinin qulağına çatdırırdılar...

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kirmani

Günəş bir neçə dəqiqə saçdı və getdi

Böyük Rəhbərin Qum şəhərinə səfərlərinin birində, o, Ayətullah Bəhauddininin evinə gəldi və onunla görüşdü. Ertəsi gün mən bir neçə dostumla birgə o pak arifin yanına getdim və ondan soruşdum: “Dünən Böyük Rəhbər buraya gəlmişdi?” Həzrət Ayətullah Bəhauddini cavabda buyurdu: Bəli, günəş bir neçə dəqiqə buraya saçdı və getdi. O, günəş kimi xeyir-bərəkət sahibidir.

Bu, o parlaq arif və abidin Böyük Rəhbərə baxışı idi. O, bir məclisdə belə buyurmuşdu: Cənab Xameneiyə kömək etmək lazımdır. Ona kömək edin. Bizim baxışmız və sözümüz budur.

Höccətül-İslam Hüseyn Heydəri Kaşani

səh:18

Hikmət röyası

Həzrət İmamın vəfatından sonra Xibrə Məclisi Ayətullah Xameneini rəhbər seçdi. Bu məsələ mənim üçün çox ağır idi. O gecə yuxuda gördüm ki, Cəmarana oxşar bir yerdəyəm, bütün alimlər və ölkənin adlı-sanlı şəxsləri camaat namazına düzülüb, İmamın gəlişini gözləyirlər. Həzrət İmam içəri daxil oldu və Böyük Rəhbərə çatdıqda əlini onun kürəyinə vurub buyurdu: Siz dayanın və namaz qılın”. Sonra üzünü topluma çevirib dedi: “Bundan sonra mən və digərləri ona iqtida etməliyik.

Höccətül-İslam Mirhüseyni

Layiq Rəhbər

Ayətullah Xamenei prezidentlik dövründə Şimali Koreyaya səfər etdi. Bu səfər çox əhəmiyyətli səfər idi. Həzrət İmam bu səfəri televiziyadan izləyirdi. Koreya xalqının prezidentimizi qarşılaması, onun çıxışları və Şimali Koreya böyükləri ilə söhbətləri Həzrət İmam üçün çox maraqlı idi. O, bu səfərin televiziya görüntülərini izləyərkən buyurdu: Doğrudan da o, (Ayətullah Xamenei) rəhbərliyə layiqdir”.

Ümmət imamının bu sözü Allah-taalanın ilahi və qeybi ilhamlarından qaynaqlanırdı. Bu gün o doğrudan da ləyaqətli rəhbərdir.

səh:19

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni

İmamın Rəhbərə münasibəti

Həzrət İmamın Ayətullah Xameneiyə çox böyük etimadı və məhəbbəti vardı, onu çox sevirdi. İmam dolayı danışmaz, sözlərini açıq deyərdi. Yadımdadır, cənab Xamenei səfərdən qayıtmışdı. Mən onunla birgə həzrət İmamın yanına getdim. İmam orada buyurdu: Sizin təyyarənizin hava limanında endiyini eşidəndə rahat oldum. Çünki o zaman qarışıqlıq dövrü idi və İmam bundan nigaran idi. İmamın bu təbiri mənim üçün çox əhəmiyyətli idi. Bu, həzrət İmamın Böyük Rəhbərə olan münasibətini göstərirdi.

Ayətullah Haşimi Rəfsəncani

Qəbul olunan və sevilən

Mələklərin hidayəti və Xibrə Məclisinin seçimi elə bir şəxsiyyətə ünvanlanmışdı ki, hamının ona çox səmimi məhəbbəti var. Onu təqva, irfan, ədəb, incəsənət, fikir, qələm və qılınc əhli kimi tanıyırlar. Ruhani, dini və siyasi məclislərdə olanlar bilirlər ki, siyasətçi ruhanilər və ruhani siyasətçilər arasında heç kim Ayətullah Xamenei qədər qəbul olunub sevilmir. O özünün fəzilət və üstünlüyü ilə nəinki təkcə ümumi camaat arasında, hətta yüksək elm, ədəbiyyat və incəsənət məclislərində nəzər sahibləri və siyasət adamları tərəfindən dərin istedadı, incə zövqü, ifrat və təfritdən uzaq düşüncəsi, gözəl niyyəti və uzaqgörənliyi ilə məşhurdur. Onun həmyaşıd ruhaniləri onu Məşhəd, Nəcəf və Qumdakı tələbəlik dövründən dərs oxuyan, dindar, zövqlü, gözəl nitqli, xoşrəftar, istiqanlı və səmimi

səh:20

bir tələbə kimi tanıyırlar. Danışıqda və rəftarda onun istiqanlılığı elədir ki, dostları və tanışları bu könül oxşayan və gözəl səmimiyyətinə görə, onunla birgə olanda aram olur, uzaq olanda kənardan ləzzət alırlar.

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kirmani

Elə bu Xamenei!

Mən, cənab Ərdəbili, mühəndis Musəvi, Hacı Əhməd ağa və cənab Xamenei adətən həftədə bir dəfə birgə iclas keçirirdik. Hacı Əhməd ağanın növbəsi çatanda İmamla da görüşürdük. İmamın yanında keçirilən iclaslardan biri rəhbərlik canişinliyinin ləğv edilməsindən sonraya təsadüf edirdi. Çox ağır bir iclas idi. Biz gələcək üçün nigaran idik. Buna görə də, istəyimizi imama bildirib dedik: “Bizim mühüm problemimiz budur ki, siz yaşa dolmusunuz və gələcək mərhələlər üçün bizim hazır olmağımız lazımdır. Sizə canişinlik üçün heç bir kimsəmiz yoxdur”.

İmam bir an fikrə getdi və sonra buyurdu: Necə yoxumuzdur?! Elə bu Xamenei! Bizim təsəvvürümüzdən əsla belə bir şey keçmirdi. Doğrudan da, təzə bir xəbər idi. Bu sözdən sonra iclas bitdi. Amma elə oradaca Böyük Rəhbər həzrət İmama dedi: Mən sizdən xahiş edirəm buradakılara deyəsiniz və vacib edəsiniz ki, bu sözlərinizi gizli saxlasınlar”. İmam da buyurdu: Cənablar bu mövzunu məhrəmanə saxlasınlar və heç bir yerdə danışmasınlar. Bu, mənim İmamdan Böyük Rəhbər haqqında eşitdiyim ən dəyərli cümlə idi.

Ayətullah Haşimi Rəfsəncani

səh:21

Qeyri-adi istedad

Mən cənab Mühəqqiq Damad, Mömin, Təqdiri və Vafi ilə birgə Ayətullah Mürtəza Hairinin dərsində iştirak edirdim. O, dərsə bəzən iyirmi dəqiqə, bəzən də yarım saat gec başlayırdı. Ağanın dərsə nə üçün gec başlaması bizim üçün aydın deyildi. Sonralar bildik ki, cənab Hairinin öz evində başqa bir elm məclisi var və o dərs təkcə bir nəfər üçündür. Ustada yaxın olanlar öyrəndilər ki, o şəxs Ayətullah Xameneidir. Cənab Hairi evində ona xaric (ali ixtisas) dərsi verirdi. Cənab Təqdiri mənə dedi: Bir gün ustada dedim: “Siz bir nəfərdən ötrü bu qədər tələbənizi gecikdirirsiniz”. Cənab Hairi mənə dedi: “Seyid (yəni Ayətullah Xamenei) çox zəkalıdır”.

Höccətül-İslam Seyid Məhəmmədtəqi Mühəssil Həmədani

Rəhbərin əzəməti

Fələstin Müqavimət Hərəkatını himayə məqsədilə ilk beynəlxalq konfrans keçirilirdi. 2001-ci ildə keçirilən bu konfrans İnqilabın böyük rəhbəri Ayətullah Xameneinin bəyanatı ilə açıldı. Çıxışını bitirib konfrans zalından ötüb-keçərkən Livan Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah yerindən qalxdı, özünü inqilab rəhbərinə çatdırıb onun əlini öpdü. Seyid Həsən Nəsrullahın ardınca Fələstin İslami Cihad Təşkilatının baş katibi Doktor Ramazan Abdullah da belə etdi. Sonra Həmasın siyasi şöbə sədri Xalid Məşəl və digərləri onlara qoşuldular. Onların hər biri inqilab rəhbərinə öz məhəbbətlərini bildirir və ona təşəkkür edirdi.

İki gün sonra Seyid Həsən Nəsrullahın görüşünə getdim. Onunla söhbət edərkən bu rəsmi iclasda inqilab

səh:22

rəhbərinin qarşısında əyilib, onun əlini öpməsinin səbəbini soruşdum. O dedi: Mən bu işi məqsədli və eyni zamanda çox səmimiyyətlə yerinə yetirdim. Səbəbi bu idi ki, bu il beynəlxalq informasiya vasitələri məni ilin adamı adlandırmışdı və ərəb ölkələrində də ərəb dünyasının ən uğurlu rəhbəri statusunu vermişdilər. Mən bu adlardan sevinmirdim. Ona görə də bu mühüm iclasda, İslam hərəkatlarının başçılarının və İslam ölkələrinin siyasi şəxsiyyətlərinin iştirak etdiyi və səhnələrin bütün dünyada birbaşa yayımlandığı bir məclisdə bu işi gördüm ki, məni tanıyan bütün insanlara deyim: “Mən inqilab rəhbərinin əsgəriyəm!”

Seyid Həsən Nəsrullahın bu işi Böyük Rəhbərin əzəmətini göstərir: Livan Hizbullahı rəhbərinin bütün ərəb ölkələrinin başçılarının gözü qarşısında onun əlini ixlasla öpməyə vadar edən bir əzəmət!

Höccətül-İslam Məsih Mühaciri

Hərbi məsələlərə diqqət

Ayətullah Xameneinin hərbi məsələlərə diqqəti olduqca yüksəkdir. O hərbin bütün sahələrində - hətta taktika və kəşfiyyat məsələlərində çox dərin biliyə malikdir. Onun bir dini hökümət rəhbərinə lazım olan bütün sahələrdə yetkin idarəçiliyi var. Hərbi idarəçilik sahəsində də belədir. O, bu işdə böyük İslam Peyğəmbəri (s) və həzrət Əlinin (ə) ardıcılıdır. Bir çox məsələlər hərbi sahəyə aid olduğundan deyiləsi deyil. Yalnız mövzunun aydınlaşması üçün bunu deyə bilərəm: Həzrət İmamın ömrünün sonlarında cənab Haşimi Rəfsəncani Ali Baş Komandanın canişini idi. O, bir gün ümmət imamının yanına gedir. İmam ona deyir: “Biz hərbi məsələləri cənab

səh:23

Xameneiyə tapşırmalıyıq”. Bu söz Böyük Rəhbərin hərbi sahədəki məharətinin və diqqətinin göstəricisidir.

Cənab Seyid Əli Ələmül–hüda

Üçüncü fəsil: Sadə yaşayış tərzi

Talonla ət

Ayətullah Xamenei prezident olarkən öz evində yalnız talonla verilən ətdən istifadə edirdi. O, həmin vaxt mənə buyurdu: Mən indiyə qədər bütün xalqa verilən talonla ətdən başqa ət almıram”. Böyük Rəhbərin evinin yanacağı da talonla verilən yanacaqdır. Onun istifadə etdiyi təzə ət isə ağaya nəzir və yaxud da qurbanlıq adı ilə verilən ətdir. Onun yaşayış tərzi bu gün də məhrum və kasıb insanların yaşayışı kimidir: çox sadə bir yaşayış tərzi. Bu həqiqətləri yazmaq və tarixdə saxlamaq lazımdır.

Ayətullah Misbah Yəzdi

Köhnə stol və stul

Ağanın şəxsi həyatı olduqca sadədir. Bu sadəlik onun yaxınlarına da sirayət edib. Ağa və onun övladları dünya əhli deyillər, bu səbəbdən də məqam və mənsəblərindən sui-istifadə etmirlər. Mən bu sadəliyi onların evində görmüşəm. Bir gün Böyük Rəhbər məni öz kitabxanasına dəvət etdi. Mən orada çox köhnə bir stol gördüm, stolun yanında köhnə bir stul da vardı. Onların hər ikisi İslam İnqilabının qələbəsindən qabaqkı dövrə aid idi. Böyük Rəhbər öz sadə kitabxanasında hələ də həmin stol və stuldan istifadə edir.

Ayətullah Seyid Mahmud Haşimi Şahrudi

səh:24

Ağanın yaşayış tərzi

Böyük Rəhbər Ayətullah Xameneinin yaşayışı çox adi və ən aşağı səviyyədədir. O adətən cəmiyyətin sadə üzvləri kimi yaşayır. Biz onun yanına getdikdə ondan istədik ki, evinin içindən və yaşayış vəziyyətindən bir film hazırlamağa icazə versin. Qoy xalq öz rəhbərlərinin yaşayış tərzini görsün və bilsin ki, o necə yaşayır. Ağa buyurdu: Mənim yaşayış səviyyəmi göstərsəniz, qorxuram ki, çoxları inanmasın.

Höccətül-İslam Seyid Əliəkbər Hüseyni

Xalçadan rahat palaz

Özümə vacib bilirəm ki, Ayətullah Xameneinin daxili yaşayış tərzinin çox sadə olduğuna şəhadət verim. Ona görə yox ki, inqilabımızın əziz rəhbərinin bu sözlərə ehtiyacı var. Ona görə ki, bu mühüm məsələni müsəlman və inqilabçı İran xalqına çatdırmağı özümə vacib bilirəm. Mən onun evinin içindən xəbərdaram. Böyük Rəhbərin süfrəsində bir növdən artıq yemək olmur. Otaqlara palaz döşənib. Bir gün onun evinə getdim. Oraya işlənmiş bir xalı da sərmişdilər. Xalı cod olduğundan palazın üstə oturdum.

Höccətül-İslam Hacı Seyid Əhməd Xomeyni

Hamı ilə bir sırada

Mən o zaman İslam Şura Məclisinin uzvü idim. Yoldaşım uşaqlardan birini həkimə apardı və orada Böyük Rəhbərin xanımı ilə görüşdü. O da öz övladlarından birini

səh:25

müalicə etdirmək üçün oraya gətirmişdi. Heç kim onun kimliyini bilmirdi. Növbə ağanın xanımına çatanda həkimin otağına getdi. Həkim uşağı müayinə edib nüsxə yazdı və xəstəsinin kim olduğunu sonadək bilmədi

Cənab Seyid Əliəkbər Tahai

Kiçik ev və sadə süfrə

Böyük Rəhbər İranşəhr rayonunda sürgündə olarkən bir otağı və mətbəxi olan kiçik bir evdə yaşayırdı. Həmin kiçik evdə uzaqdan-yaxından gələn çoxsaylı qonaqlara xidmət göstərilirdi. O günlərdə mənə də onunla görüş nəsib nail oldu. İranşəhrə getdim və ağanı ziyarət etdim. Gördüm ki, tək-tənhadır, işlərində ona kömək edən yoxdur. Qərara gəldim ki, bir neçə gün qalım və ona kömək edim. Mənim orada olduğum günlər ərzində onun və qonaqlarının xörəyi kartof, qayğanaq və yumurta soyutmasından ibarət idi.

Höccətül-İslam Seyid Əliəsğər Baqizadə

Velosiped lazım deyil

Təqribən 1986-cı il idi. Bir gün Böyük Rəhbər mənə dedi: Gedin Seyid İsmayıl meydanından uşaq üçün işlənmiş bir velosiped alın. Ora gedib çox axtardım. Gördüm ki, işlənmiş velosipedlərin qiyməti beş min tüməndən yuxarıdır. Məşhəddən də qiymət soruşdum, orada da belə idi. Digər tərəfdən də, ağanın uşaqları tez-tez mənə deyirdilər ki, cənab Rəcəbzadə, velosiped nə oldu? Ayətullah Xameneinin yanına gedib qiymətləri nəzərinə çatdırdıqda buyurdu: Yox, bu qiymətə velosiped almaq lazım deyil”.

Cənab Rəcəbzadə

səh:26

Ağanın sadə yaşayışı

Böyük Rəhbərin bütün maddi imkanlardan istifadə etməyə haqqı çatdığı halda, onun şəxsi yaşayış səviyyəsi adi bir vətəndaşın yaşayış səviyyəsindən də aşağıdır. O, çox sadə və aşağı səviyyədə yaşamaqla yanaşı, həmişə dövlət məmurlarına belə deyir: Məişət məsələlərində diqqətli olun, israf etməyin.

Ayətullah Xameneiyə görə, xalqı əməli surətdə sadə yaşayışa dəvət etmək lazımdır. Onun özü bu dəvətin önündə gedir. O, bəzi nikah əqdi mərasimlərində əqd oxunmazdan öncə təqribən on beş dəqiqə bəy və gəlini, həmçinin onların ailələrini qənaətə dəvət edir və buyurur: Artıq xərclər çəkməyin, israfa yol vermyin. Ağa özü də şəxsi yaşayışında eynilə belə rəftar edir. Ağanın övladları da belə yaşayırlar və onun kimi sadə həyat tərzi keçirirlər.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

Rəhbərlə şam yeməyi

Bir gün Böyük Rəhbərin evində idim. Söhbət uzandı, axşam oldu. Namazdan sonra o, mehribanlıqla buyurdu: Rəhim ağa, şam yeməyinə bizə qonaq olun. Mən bunu özümə böyük bir fəxr bilməklə yanaşı dedim: “Sizə zəhmət vermək fikrim yoxdur”. Böyük Rəhbər buyurdu: Yox, qalın, nə olsa birgə yeyəcəyik”. Süfrə açıldı və xörək gətirdilər. Gördüm ki, şam yeməyi sadə omletdən başqa bir şey deyil.

Ordu generalı Seyid Rəhim Səfəvi

səh:27

Sadə şam

Böyük Rəhbərin prezidentlik dövründə bir gün Höccətül-İslam cənab Purməhəmmədi ilə birgə Rəfsəncandan Tehrana gəldik və qərara gəldik ki, Ayətullah Xamenei ilə görüşək. Bu barədə ağaya xəbər verdilər, o da qəbul etdi. Ayətullah Xamenei ilə görüşdük. Şam yeməyində onunla olduq. Çox sadə bir süfrə açıldı. Bizim üçün kartof və yumurta gətirdilər. Əzəmətli Rəhbər buyurdu: Bizim bu axşamkı yeməyimiz kartof idi. Lakin sizin hörmətinizə görə dedim ki, bir neçə yumurta da artırsınlar.

Cənab Seyid Məhəmməd Siraczadə

Yüngül şam yeməyi

Ayətullah Xameneinin prezidentlik dövrünün əvvəllərində bir gecə onunla görüşdüm. Söhbət uzandı. O, buyurdu: Şam yeməyinə bizimlə qal. Mən bu dəvətə sevindim. Çünki onun yanında daha artıq qalmaq imkanı əldə edirdim. Ağa sözünün davamında buyurdu: Mən bilmirəm şam yeməyinə nəyimiz var, ya da bizim ikimizə bəs edər, yoxsa yox. Hər halda, nə olsa, birgə yeyəcəyik. İş yerindən evə zəng vurdu. Ailəsi ilə söhbət etdi və dedi: Xanım, şam yeməyinə nəyimiz var? Həddad Adil də bizimlədir və mən demişəm nə olsa, birgə yeyəcəyik. Ayətullah Xameneinin cavablarından hiss etdim ki, evdə yalnız bir nəfər üçün şam yeməyi qalıb. Ağa buyurdu: Eybi yoxdur, nə olsa, bizə göndərin. Bir qədər də pendir və qatıq yollayın.

Təqribən on beş dəqiqə keçdikdən sonra bir boşqab sadə və bir kiçik kasada xuruş gətirdilər. Yanında bir qədər çörək, pendir və qatıq da vardı. Onları yarı böldük və birgə

səh:28

yedik. Mən orada ürəyimdə, sonralar isə dilimdə min dəfə İslam inqilabı nemətinə görə Allah-taalaya şükür etmişəm. Şükür etmişəm ki, ölkəmizdə belə bir dəyişiklik yaranıb. İnqilabdan öncə - tağut, istibdad hökuməti zamanı nə qədər cah-cəlala, dəbdəbəyə, eyş-işrətə yer verilirdi. Amma bu gün bizim prezidentimiz nə qədər sadə yaşayır!

Ayətullah Xameneinin yaşayış tərzi indi də belədir. Onun bu qaydaları dəyşilməyib. Əgər o, xalqı qənaət etməyə çağırırsa, özü hamıdan əvvəl buna əməl edir.

Doktor Qulaməli Həddad Adil

Mövqedən sui-istifadə etməmək

Ayətullah Xamenei prezidentlik dövründə mənə bir eşitməli və maraqlı hadisə danışdı. O, buyurdu: Bir gün öz dəftərxanamda oturmuşdum. Telefon zəng çaldı. Dəstəyi götürdüm, anam idi. Onun gülüş səsini eşitdim. Səbəbini soruşduqda dedi: “Neçə gündür evdə heç bir şeyimiz yoxdur. Atanın da pulu qurtarıb.

Bu, mənim üçün çox mühüm məsələ idi, ölkəmizin prezidentinin ata–anasının pulu və yeməyi yoxdur. Bu hadisə vilayət məqamının evində olan sadə yaşayış tərzindən xəbər verir. O, evdə çox sadə yaşayır. İndiyədək heç kim onun mövqeyindən sui–istifadə edə bilməyib. Millət üçün bundan böyük fəxr nə ola bilər ki, belə bir dəyərli şəxs onlara rəhbərlik edir.

Höccətül-İslam Məsih Mühaciri

Nimdaş palazlar

Böyük Rəhbərin evində bir qədər köhnə palaz vardı. Onları yığıb satdıq və bir qədər də öz şəxsi malımdan

səh:29

üstünə pul qoyub, onların yerinə xalça aldıq. Palazları dəyişib xalçaları sərdikdən sonra ağa gəldi və buyurdu: Bunlar nədir? Dedim: “Palazları dəyişmişik”. Buyurdu: Səhv edib dəyişmisiniz, gedin həmin palazları gətirin. İsrar etməyi faydasız gördüm və çox çətinliklə gedib palazları tapdım, geri alıb evə sərdim; elə palazlar ki, sürtülməkdən sapları çıxıb.

General Şüştəri

Qənd və şəkər talonu

Ayətullah Xameneinin prezidentlik dövründə bir gün onun xanımı bizim evimizə gəldi və mənə dedi: Bizim qənd və şəkər talonumuz qurtarıb. Sizin qənd və şəkəriniz varsa, bizə bir qədər borc verin”.

Xanım Zəhra Rəhnəvərd

Palaz

İnqilabdan öncə dörd nəfər dostumla birgə Böyük Rəhbərin, evində təşkil etdiyi söhbət məclisinə getdim. Orada gördük ki, onun evinin münasib döşənəcəyi yoxdur. İki təzə xalça alıb ağanın evinə gətirdik və otaqlardakı köhnə döşənəcəklərin yerinə saldıq. Ayətullah Xamenei çıxış üçün otağa girdikdə xalçaları gördü, narahat oldu və bizə buyurdu: Bunlar mənim yaşayış tərzimə uyğun gəlmir. Yaxşı olardı ki, məsləhət edəydiniz və əgər bir şey gətirmək istəyirdinizsə, bir-iki palaz alıb gətirəydiniz. Biz xalçaları geri qaytarıb dörd palaz almalı olduq. Neçə il sonra da o palazların parçalarını Böyük Rəhbərin otaqlarında görürdük. Onun evində yalnız bir xalça var.

səh:30

Onu mən özüm otuz–qırx il qabaq almışam. İndi də həmin xalça ağanın otağına sərilib.

Cənab Əhədiyan

Altı palaz macərası

İslam inqilabının qələbəsindən qabaq, bir gün Ayətullah Xamenei bizim evimizə təşrif buyurdu. O, gördü ki, bizim döşənəcəyimiz yoxdur. Bir müddət sonra bizim üçün iki ədəd palaz göndərdi. Sonra öyrəndik ki, o, öz evinin xalçasını satıb və onun pulu ilə altı ədəd palaz alıb - ikisini bizim üçün göndərib, ikisini də təzə ailə qurmuş və hələ evinin döşənəcəyi olmayan bir tələbəyə hədiyyə verib. İslam inqilabının qələbəsindən sonra o, prezident oldu və bu günə qədər cəmiyyətin rəhbəri vəzifəsindədir. Dəfələrlə onun evinə getmişik, həmin palazlar yerindədir.

Böyük Rəhbərin yaşayış tərzi inqilabdan öncəki kimi çox sadə və bərbəzəksizdir. O, öz şəxsi yaşayışını ən kasıb təbəqənin yaşayışı ilə uyğunlaşdırır. Halbuki, hər gün onun əmrilə milyardlarla pul başqalarının rifahı üçün sərf olunur. Amma onun özü heç vaxt bu büdcədən şəxsi ehtiyacları üçün istifadə etmir.

Höccətül-İslam Davudi

Bütün könüllülər kimi

Böyük Rəhbər sadə həyat tərzi yaşayır. O, buna gəncliyindən adət edib və İslam inqilabından sonra sadəliyini qoruyub saxlamışdır. Müharibənin əvvələrində o, Ali Müdafiə Şurasında həzrət İmamın (r) nümayəndəsi olarkən Dezful şəhərinə gəldi. O, Əhvaza getmək istədi, amma onu aparmaq üçün heç bir nəqliyyat vasitəsi yox idi.

səh:31

Üzünü döyüşçülərə tutub dedi: Əhvaza gedən yoxdur?” O zaman mənim qardaşım Şəhid Hüseyn Ələmül-hüda Hacı Sadiq Ahəngəranla birgə Dezfulda idi. O, ağaya deyir: “Mən Əhvaza getmək istəyirəm”. Böyük Rəhbər onun maşınına minir. Qardaşım Məşhəddə tələbəlik dövründən ağa ilə tanış idi. O, bilirdi ki, həzrət Ayətullah Xameneinin mədəsi xəstədir, buna görə də, bir qədər çörək, pendir və yumurta götürür. Onlar Əhvaz yolunda oturub bir qədər pendir-çörək yeyirlər və sonra öz yollarına davam edirlər. Hüseyn deyirdi: “Elə bil o, həzrət İmamın nümayəndəsi yox, sıravi bir insandır. Yeməkdən sonra bir yerdə Şuş şəhərindəki hərbi bazalardan birinə getdik. Oraya baxış keçirdi, sonra Əhvaza doğru hərəkət etdik. Onda çəkdirdiyimiz şəkil bu gün də qalır. O, bu gün də belə ruhiyyədədir: İslam inqilabının bütün keşikçiləri kimi.

Cənab Seyid Əli Ələmül-hüda

Hər yer qaranlıq idi

Müharibənin əvvəllərində bir gecə Dezful şəhərinin bir hərbi bölməsində Böyük Rəhbərlə iclas keçirirdik. İclas təxminən gecə saat on ikidə bitdi. Ayətullah Xamenei ilə birgə səngərdən çıxırdıq. Hər yer qaranlıq idi. Heç nə görünmürdü. Çox çətinliklə ayaqqabılarmızı tapdıq və qarnizonun qaranlıq sahəsində yola düşdük. O qaranlıqda hərəkət etmək çox çətin idi. Heç bir işıq görünmürdü. Digər tərəfdən, ehtiyatla hərəkət edirdik ki, çalaya düşməyək, qarşıda görünən bir işığı izləyirdik. Nəhayət, bir binaya çatdıq. Bir qrup döyüşçünün yatdığı böyük bir salona girdik. Mən, o zaman Tehranın cümə imamı olan Ayətullah Xamenei ilə birgə çoxlu axtarışdan sonra bir yorğan tapdıq və həmin uşaqların arasında yatdıq.

səh:32

Cənab Seyid Əliəkbər Pərvəriş

Talon düyüsü bitib

Döyüş zamanı və döyüşdən sonra ağanın yaxın dostlarından və indi də onunla çox yaxın, səmimi münasibətə malik olan bir dostumuz mənə dedi: Ərzağın talonla olduğu vaxt ağa prezident idi. Bir gün o mənə buyurdu: Hüseyn, bizim talon müz bitib. Bizə bir qədər borc verin. Talon sünü aldıqdan sonra borcunuzu qaytararıq”.

Belə yaşayış tərzi ağanın zöhdündən və sadələyindən danışır. O, adi bir insan, ölkənin ən kasıb fərdləri kimi yaşayır. Dostlardan biri deyirdi: “Mən Böyük Rəhbərin evi üçün qalın bir döşənəcək almışdım. O, buyurdu: Bu döşənəcəyi apar. Qabaqkı nazik palazlar bizim üçün kifayətdir”. Böyük Rəhbər bu gün də belə yaşayır və həzrət Əlinin (ə) yolu ilə gedir. Bu üslub bizim hamımız üçün dərsdir.

Höccətül-İslam Seyid Əliəkbər Hüseyni

Siz də başqaları kimisiniz

Bir gün Cəmaranda minbərə çıxdım və Böyük Rəhbərin həyatından xatirələr danışdım. Çıxışdan sonra bir həkim mənə yaxınlaşdı və dedi: “Qoy mən də sənə bir xatirə danışım. Bir gün öz klinikamda oturmuşdum. Bir xanım öz övladı ilə mənim yanıma gəldi. Müayinədən sonra uşağın çöhrəsi mənə tanış gəldi. Rəhbərə çox oxşayırdı. Onun adını və familiyasını soruşdum. Cavabı eşitdikdə, o xanıma dedim: “Sizin Ayətullah Xamenei ilə qohumluğunuz var?” Dedi: “Bəli, amma siz heç kəsə

səh:33

deməyin. Mən onun həyat yoldaşıyam”. Bütün vücudumu heyrət bürüdü. Böyük Rəhbərin xanımına dedim: “Məgər sizin xüsusi həkiminiz yoxdur?” O, dedi: “Xeyr. Ağa belə işlərə icazə vermir. O deyir ki, siz də digər insanlar kimi xəstəxana növbələrində gözləyib həkimlərə müraciət etməlisiniz.

Mən bu xatirəni Cəmaranda bir həkimin dilindən eşitdim. O həkim haqqında bütün məlumatları götürmüşəm. Bunula belə daha artıq araşdırdım. Ayətullah Misbahdan da soruşdum. O da bu məsələni təsdiq etdi. Bu, Ayətullah Xameneinin yaşayış tərzidir. Bu əzəmət məni Böyük Rəhbərə aşiq etmişdir.

Höccətül-İslam Əhədi

Sapı çıxmış xalça

Ağa rəhbərliyinin ilk illərində cərrahiyyə əməliyyatı olunmalı oldu. O, xəstəlik müddətini evdə keçirdi. Bir gün bizi qəbul etdi. Görüş onun qonaq otağında baş tutdu. Mən otağa girəndə onun ab-havası və otaqda olan əşyalar diqqətimi cəlb etdi. Çox təsirləndim. Oradakı əşyalar cəmiyyətin kasıb təbəqəsinə münasib həddə idi. Qonaq otağının döşənəcəyi sapı çıxmış bir xalça idi. Onun bir gülü də görünmürdü. O xalça da həyat yoldaşının cehizi idi. Otağın digər əşyaları da beləcə adi idi: cəmiyyətin orta səviyyədə yaşayan təbəqəsindən də aşağı.

General Məhəmmədbaqir Zülqədər

Çox sadə həyat tərzi

“Biz həmişə çalışırıq ki, adi camaat kimi yaşayaq; cəmiyyətin üçüncü və dördüncü təbəqəsi kimi. Hədislərdə

səh:34

göstərilib ki, rəhbərlər iqtisadi cəhətdən aşağı səviyyədə olan insanlar kimi yaşamalıdırlar ki, onların dərdini anlasınlar. Həm rəhbər onları başa düşsün, həm də xalq ümidvar olsun ki, onların rəhbəri onlar kimi yaşayır. Çox sadə yaşayışımız var, buna razıyıq və qane oluruq”.

Xanım Hüseyni (Böyük Rəhbərin qızı)

Elektrik samovarı və məsləhət

Ayətullah Xamenei öz prezidentlik dövründə bir gün mənə dedi: Mənim üçün bir samovar al. Mən də Tehran bazarına getdim və çox əziyyətdən sonra onlar üçün dövlət qiymətinə elektrik samovarı aldım. Ertəsi gün Böyük Rəhbər mənə buyurdu: Samovarı geri qaytar. Mən dedim: “Ağa, mən bu elektrik samovarını dövlət qiymətinə almaq üçün çox axtarmışam. O, buyurdu: Gedin neft samovarı alın. Döyüş şəraitində elektrik enerjisi həyati əhəmiyyət daşıyır. Bizim belə bir samovar işlətməyimiz məsləhət deyil.

Cənab Rəcəbzadə

Dördüncü fəsil: Mənəviyyat və irfan

Mənəvi yüksəliş

Böyük Rəhbərin ictimai işlərdə olan böyük məsuliyyətləri heç zaman onun mənəvi yüksəlişinə mane olmur. O, rəhbərlik məqamında ən gərgin xidməti zamanı belə ibadət və təvəssülündən qalmır. Böyük Rəhbər rəhbərlikdən qabaq da bu xarakterdə idi. Siyasi və ictimai fəaliyyətlər bəzən mənəvi və ibadi məsələlər yolunda maneə törədir. Amma Ayətullah Xameneinin həyatında bu

səh:35

sahədə olan yüksəliş diqqət çəkir. O, gündəlik mənəvi proqramlarından, gecə ibadətlərindən əlavə, bəzən İmam Rzanın (ə) hərəminə gedir, bəzən gecə yarısı Cəmkəranda İmam Mehdi (əc) eşqi ilə yanır. O, heç zaman Allah övliyalarına təvəssülə, insan ruhunun və qəlbinin səfasına bais olan ibadətlərə fasilə vermir. O, Rəbbinin dərgahında bu hüzuru və arifanə ibadətləri çətin rəhbərlik vəzifələrinin yerinə yetirilməsində nəinki sədd bilmir, hətta bu ibadətləri xidmət sahəsində müvəffəqiyyətlərin açarı sayır.

Biz onu Allahın cəmiyyətə lütfü bilirik. Cəmkəran çox gecələr ağaya məkan olub. Camaat da şanlı rəhbərlərinin ibadətlərinə şahid olublar. Çox günlər Böyük Rəhbər ibadət halında İmam Əli ibn Musa Rzanın (ə) eşqində yanıb və müridlər bu halın həsrəti ilə böyük Allahdan belə bir hüzur diləyiblər.

Ayətullah Misbah Yəzdi

İbadət

İbadət zamanı Böyük Rəhbərin halı qeyri-adi olur. O, namaz zamanı elə həyəcanlı və diqqətli olur ki, onun arxasında namaz qılan şəxs vəsfəgəlməz mənəvi hal yaşayır. Mən iki dəfə bu halı hiss etmişəm: Bir dəfə İmam Xomeyninin arxasında Qum şəhərində namazda, digər dəfə Məscidül-həramda Həcərül-əsvədlə Məqam arasında ibadətdə. Bu hal mübarək ramazan ayında qeyri-adi olur. O, il ərzində Allah-taalanın dərgahına çoxlu dua və minacat edir, mübarək ayda isə bu raz-niyazlar olduqca artır. Böyük Rəhbərin Şəbaniyyə salavatı (şəban ayının salavatı) zamanı ruhani halı görməlidir. O, olduqca mətanətlə və özünəməxsus xüsusi həya ilə dua oxuyur və bunu başqalarına da tövsiyə edir. Böyük Rəhbər sutka

səh:36

ərzində cəmi dörd saat yatır. Qalan vaxtını ibadətə və rəhbərlik vəzifələrini yerinə yetirməyə sərf edir. Ağa Quma səfərdə işlərinin həcminin çoxluğuna baxmayaraq, Cəmkəran məscidinə getdi və səhərə qədər o məsciddə ibadətlə məşğul oldu. O, Tehranda da hər gecə saat 03:30 dəqiqədən sübhə qədər ibadətlə məşğul olur. Onun bu mənəviyyatı və ibadəti bizim hamımız üçün dərs və örnəkdir.

Höccətül-İslam Musəvi Kaşani

İlk vaxtda namaz

Ayətullah Xameneinin İslam İnqilabının rəhbərliyinə seçilməsindən hələ iyirmi dörd saat keçməmişdi ki, mənə onunla xüsusi görüş verdilər. Görüş saat on ikiyə iyirmi dəqiqə qalmış onun dəftərxanasında olmalı idi. Mən bir qədər tez getdim. Dəstəmaz da almışdım ki, ilk vaxt namaza hazır olum. Zöhr azanına beş dəqiqə qalırdı; gördüm ki, ağa səccadəsini sərib. Namaz vaxtı çatdıqda Böyük Rəhbər səccadəyə tərəf getdi və namazını ilk vaxtda mərhum İmamın dövründə olduğu kimi, camaatla qıldıq. Mən o gün həzrət İmamın namazın ilk vaxtına olan dərin inamını Böyük Rəhbərin davranışında müşahidə etdim.

Şəhid marşal Əli Səyyad Şirazi

İstisna insan

Höccətiyyə mədrəsəsində onunla bir otaqda qalırdıq. Böyük Rəhbərin gecə ibadətləri elə cavanlıq dövründən xüsusi halda olardı. Hər gün sübh azanı vaxtı o, Höccətiyyə mədrəsəsinin qapısında uca səslə azan verirdi.

səh:37

Onunla birlikdə Cəmkərana getdikdə Böyük Rəhbəri istisna bir insan kimi gördüm. Onun həzrət İmam Mehdiyə (əc) xüsusi diqqət və məhəbbəti var. Bəlkə də çoxları düşünmürürlər ki, həzrət İmamdan sonra rəhbərlik ona keçdi. Amma məncə o, Allahın bu günlər üçün saxladığı nemətidir.

Höccətül-İslam Təvəssüli

Raz-niyaz

Əzəmətli Rəhbərin sabit proqramlarından biri sübh azanına ən azı bir saat qalmış yuxudan oyanmaq və azana qədər gecə ibadətləri ilə məşğul olmaqdır. Sonra sübh namazını qılır, namazdan sonra dağa çıxmaq proqramı olsa gedir, olmasa bir qədər istirahət edir və adəti üzrə səhər saat səkkizdə işə başlayır.

Onun işi bir neçə istiqamətdədir: O, bəzən yüksək rütbəli məmurlarla və zabitlərlə görüşür. Onlar gəlib öz işləri haqqında Böyük Rəhbəri məlumatlandırır, o da lazımi göstərişlər verir. Bu proqramlar adətən günortaya qədər uzanır. Sonra zöhr namazına növbə çatır. Onun üstünlüklərindən biri budur ki, bütün namazlarını camaatla əda edir. Hətta sübh namazını da. Sübh namazını mənzilində camaatla qılır. Onun zöhr namazı görüşə gələnlər və həmçinin dəftərxanasındakı işçilərlə qılınır. Bəzən Böyük Rəhbəri çox sevən bəzi şəxsiyyət və alimlər namazlarını onunla qılmaq istədiklərindən dəftərxanaya gəlir və camaat namazını onun arxasında qılırlar. Zöhr namazı qılındıqdan sonra nahar yeməyi və istirahət üçün evinə gedir. Onun günortadan sonrakı işləri saat 16:00-da başlayır və axşam namazına qədər çəkir. Axşam namazını

səh:38

camaatla qılır və gecə istirahətə qədər vaxtını mütaliə ilə, xəbərləri izləməklə və ailəsinin yanında keçirir.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

Namazda vüqar

Mən də Böyük Rəhbərlə birgə İranşəhr şəhərində sürgündə idim. Müxtəlif şəhərlərdən sadə insanlar və ruhanilər görüşümüzə gəlirdilər. Bir dəfə namaz vaxtı çatdı. Hamımız camaat namazına hazırlaşdıq. Ayətullah Xamenei camaat imamı kimi namaz qılanların qarşısında dayandı və namaza başladı. Bu zaman bir çəpiş içəri daxil oldu və camaatın qarşısında atılıb-düşməyə başladı. Hamımızı güldürdü. Namazını vüqarla və aram şəkildə sona çatdıran yeganə şəxs ağa idi. Namazdan sonra ondan soruşduq: “Siz necə özünüzü ələ aldınız və gülmədiniz?” O, buyurdu: Mən çəpişin gəlişini ümumiyyətlə hiss etmədim.

O, namazda Rəbbi ilə raz-niyaza nə qədər məşğul idi ki, ümumiyyətlə çəpişi görməmişdi. Bu, olduqca əhəmiyyətlidir. Biz gərək ağanın namazından və diqqətindən ibrət götürək.

Höccətül-İslam Raşid Yəzdi

Göz yaşları içində Quran qiraəti

Müharibə zamanı Böyük Rəhbərlə birgə 25-ci Kərbəla diviziyası istiqamətində gedirdik. Yolda sürücü maşının radiosunu qoşdu. Radioda Qurani-kərimin ayələri tilavət olunurdu. Bir neçə ayə oxunduqdan sonra Ayətullah Xamenei də onunla birgə zümzümə etməyə başladı. Quran ayələrini radio ilə birgə oxuyur və ağlayırdı. O, boynuna

səh:39

saldığı şalın (çəfiyənin) ucu ilə gözünün yaşını silirdi. Mən o gün ondan çox böyük dərs öyrəndim və bu səhnəni görməklə çox ürəkləndim. Bundan böyük fəxr nə ola bilər ki, bu qəbil insanlar bizim hidayətçilərimiz və komandanlarımızdır.

General Mürtəza Qurbani

Namaza əhəmiyyət vermək

Ayətullah Xameneinin bütün rəftar və hərəkətləri bizə mənəviyyat dərsi idi. Ölkə prezidentinin heç bir hay-küysüz səngərlərə, diviziyalara və qərargahlara gəlməsinin özü bizim üçün təvazökarlıq dərsi idi. Bu dərslə yanaşı onlarla, bəlkə də yüzlərlə başqa dərslər də öyrənmişik.

Bir gün Xürrəmşəhrin arxasında, həzrət İmam Rza (ə) diviziyasının qərargahında idik. Düşmən çox təzyiq göstərirdi. Hava da olduqca isti idi. Zöhr azanının səsi bizi namaza dəvət etdi. Böyük Rəhbər qərargahda idi. Hamı öz komandanının imamlığı ilə camaat namazı qılmağa hazırlaşdı. Məsciddə namaz qılmaq üçün yer yox idi. Ağa bayıra çıxdı və isti havada bir palaz sərib namaz qılmağa başladı. Uşaqların hamısı xüsusi şövqlə Böyük Rəhbərə iqtida etdilər. Hava o qədər isti idi ki, alınlarımızı səcdə zamanı möhürün üzərinə qoyduqda istiliyindən ona yapışırdı. Havanın istiliyi və düşmənin təzyiqləri heç vaxt namazı ilk vaxtda və camaatla qılmağa mane olmadı. Bu, Böyük Rəhbər tərəfindən namaza verilən əhəmiyyətdir.

General Şüştəri

səh:40

Təbərrük ayranı

Müharibə zamanı Böyük Rəhbər əl-Qədir briqadasına getdi. Mən də onun yanında idim. O, Yəzd vilayəti döyüşçülərinin arasında çıxış etdi və sonra biz komandanlığın səngərinə yola düşdük.

Naharı səngərdə yedik. Çox böyük və əxlaqlı şəxsiyyətlərdən olan Ayətullah Seyid Ruhullah Xatəmi də orada idi. O, çox qocalmışdı. Özünün titrək əlləri ilə böyük bir kasanı götürdü, içinə bir qədər qatıq töküb ayran düzəltməyə başladı. Ayran hazır olduqda, kasanı Böyük Rəhbərin yanına gətirdi və dedi: “Ağa, ayranı sizin üçün düzəltmişəm”. Ayətullah Xamenei buyurdu: “Böyük zəhmət çəkmisiniz, özünüz meyl edin”. Ayətullah Seyid Ruhullah Xatəmi dedi: “Mən bu ayranı sizin üçün düzəltmişəm, əvvəl gərək siz içəsiniz, siz buyurun için, sonra mən onun artığından təbərrük məqsədi ilə içəcəyəm”.

Böyük Rəhbər kasanı almaq istədi, Ayətullah Xatəmi buyurdu: “Yox, mən istəyirəm sizə öz əllərimlə ayran verim”. O, öz titrək əlləri ilə kasanı saxladı və ağa ayrandan içdi. Böyük Rəhbər içdikdən sonra Ayətullah Seyid Ruhullah Xatəmi kasanı yerə qoydu, onu qarışdırdı və sonra dodaqlarını Rəhbərin içdiyi yerdən dayayıb, ayran içməyə başladı.

Höccətül-İslam Zünnur

Gecə ibadəti

Böyük Rəhbərin xüsusiyyətlərindən biri gecələr ibadət etməkdir. Sakit gecələr Ayətullah Xameneinin Allahla minacatının və raz-niyazının şahididir. Gecə ibadətləri

səh:41

ağanın prezidentlik dövründən onun həyatına xüsusi rəng verib.

Böyük Rəhbər bir dəfə Suriyaya səfər etdi. O, səhər saat 10:00-da Suriyanın sabiq prezidenti Hafiz Əsədlə görüşəcəkdi. Hafiz Əsəd Böyük Rəhbərdən soruşdu: “Gecə yaxşı yata bildinizmi?” O elə bilirdi ki, Ayətullah Xamenei də digər hökumət başçıları kimi saatlarla istirahət edir. Böyük Rəhbər ona buyurdu: “Mən yeddi saatdır oyağam”.

Allah adamları həmişə belədirlər, məhbublarına olan eşqləri və gecə yarısının göz yaşları onlar üçün ən yaxşı istirahətdir.

General Məhəmməd Şirazi

Mətin və vüqarlı şəxsiyyət

Ayətullah Şübeyri Zəncaninin qardaşı Hacı ağa İbrahim Zəncaninin Böyük Rəhbərlə yaxın münasibəti var idi. Onlar hələ inqilabdan qabaq dost idilər. Təqribən 35 il bundan əvvəl mən onun vasitəsilə Ayətullah Xamenei ilə tanış olmuşam. O zaman mən ağanın vücudunda xüsusi bir əzəmət və vüqar duyurdum. O çox mətanətli və ciddi adam idi. Müslim ibn Əqilin şəhidlik gecəsi onunla birgə Məşhədin Nəvvab mədrəsəsində idik. O buyurdu: “Yaxşı olar ki, bu gecə həzrət Müslimə təvəssül edək”. Biz 10-12 nəfər idik. Ağa dostlarımızın birinə dedi: “Yaxşı olar ki, siz minbərə qalxasınız, biz də təvəssül edək”.

O gecə çox rövnəqli bir məclis təşkil olundu. Mən o zamandan Ayətullah Xameneiyə vuruldum. O, gənclik dövründən qeyri-adi rəftara malik idi. O günlərdə də biz ondan alicənablığa zidd bir hərəkət görə bilmədik.

Höccətül-İslam Mütəməssiki

səh:42

Beşinci fəsil: Təvazökarlıq

Təvazökarlıq

Böyük Rəhbərlə olan bütün görüşlərimdə onun təvazökarlığını kamil surətdə hiss etmişəm. Bir gün Vəliyyi-fəqihin İnqilab Keşikçiləri Korpusundakı nümayəndəsini təyin etmək üçün onunla söhbət etdim və bu məsuliyyətli işə seçdiyim namizəd haqqında məlumat verdim. O buyurdu: “Əgər mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, mən bu şəxsi məsləhət görmürəm”. Sonra onun səbəbini dedi. Daha sonra bu məsələ ilə bağlı yazdığı məktubun aşağısında belə qeyd etdi: “Yenə də seçim sizindir”.

Mən belə rəftara görə doğrudan da xəcalət çəkdim. Rəhbərin bu təvazökarlığının qarşısında nə deyəcəyimi bilmirdim. Mən onun əmri ilə İnqilab Keşikçiləri Korpusuna gəlmişəm, indi ağa buyurur ki, mənim fikirim belədir, amma seçim sizindir.

Mən ona dedim: “Bizim bütün ixtiyarımız sizin əlinizdədir. Siz əmr edin, mən də yerinə yetirim”.

Heç şübhəsiz, rəhbərlik vəzifəsinin onun üçün heç bir dəyəri yoxdur. O bir dəfə Xibrə Məclisində görüşdə buyurmuşdu: “Mənim ruhiyyəm Qumda tələbəlik dövrünün ruhiyyəsidir”. Doğrudan da elədir. Böyük Rəhbərin Feyziyyə mədrəsəsinin otağında olan ruhiyyəsini mən bu gün də onda duyuram. Mən bütün vücudumla buna əminəm. O, rəhbərlik vəzifəsini yalnız və yalnız məsuliyyət olaraq qəbul edib.

Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani

səh:43

Mən sizlərdən biriyəm

Böyük Rəhbərin təvazökarlığı və insanlarla rəftarı onun müxtəlif məntəqələrə olan səfərlərində aydın görünür. O, özü ilə xalq arasında heç bir fərq qoymur, camaatla çox istiqanlı rəftar edir. O buyurub: “Padşahlar özlərindən əfsanəvi və toxunulmaz bir sima düzəltmişdilər, sanki camaatın onlara yaxınlaşması mümkün deyil və onlar digər insanlardan üstündürlər. Mən bu səfərlərdə həmin bütü qırmaq istəyirəm. İstəyirəm xalqa deyim ki, mən də sizin kimi, sizlərdən biriyəm, siz mənimlə görüşə bilərsiniz, danışa bilərsiniz”.

Ağanın həmin səfərlərinin, prezidentlik və rəhbərlik dövründə müxtəlif insanlarla rəftarlarının səbəbindən bu gün xalqla onun arasında sıx birlik yaranmışdır. Ayətullah Xamenei digər insanlar kimi yaşayır, onlarla qaynayıb-qarışır. Xalq da səfərlər zamanı göstərib ki, öz rəhbərini dərin məhəbbətlə sevir.

Höccətül-İslam Əhməd Mərvi

Tənqidi qəbul etmək

Zeynəb Nurizad adlı 17 yaşlı tehranlı bir qız Böyük Rəhbərə məktubunda yazırdı: “Müqəddəs Qüds günü (xütbə zamanı) bir kişi ayağa qalxdı. Deyəsən sizə məktubu vardı və siz (mənim fikirimcə…) onu minlərlə insanın gözü qarşısında alçaltdınız”. O, məktubunda Ayətullah Xameneidən istəmişdi ki, bu məsələyə aydınlıq gətirsin. Böyük Rəhbər təvazökarlıqla o cavan qızın cavabında yazır: “Əziz qızım! Sənin tənqidinə çox sevindim, təşəkkür edirəm. Ümüdvaram ki, Allah-taala bizim hamımızı bağışlasın, az olmayan kiçik və böyük günahlarımızdan keçsin. Mən sizin dediyiniz məsələ ilə

səh:44

bağlı özümü müdafiə etmirəm, bəzən danışan öz sözünün acılığını dinləyən qədər hiss etmir. Belə yerlərdə hamımız Allah-taaladan istəməliyik ki, o danışanı agah və islah etsin, mümkünsə nöqsanları ona deyilsin. Allah-taaladan sizə uğur diləyirəm!”

Bu, vilayət məqamının öz övladları ilə və gənclərlə rəftarıdır. İnsan bu böyüklükdən və Onun tənqidi qəbul etməsindən nə qədər ləzzət alır!

Cənab Seyid Əli Müqəddəm

Təvazökarlıq və rəhbərlik

Höccətül-İslam cənab Hadi Mərvi ilə birgə prezident aparatına getdik. O zaman Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti idi. Onun iş otağına daxil olduq. Stolunun arxasında oturmuşdu, məni görüb ayağa qalxdı və qarşılamağa gəldi.

Ağanın rəftarından xəcalət çəkdim. Bir neçə il qabaq o, Rəfsəncanda mənim qonağım olmuşdu və indi gedirdim ki, onu görməklə yeni ruhiyyə əldə edim. Haraya gedirdim? Ölkənin ikinci şəxsiyyətinin görüşünə. Mən onda eynilə inqilabdan qabaqkı təbliğ dövrünün təvazökarlığını gördüm. Rəftarında heç bir dəyişiklik yaranmamışdı. Allah-taala bizə böyük bir lütf edib, belə bir şanlı şəxsiyyəti bizə rəhbər qərar verib. Biz o əziz rəhbərdən dərs almaqla kamala doğru getməliyik.

Cənab Əsədullah Şirazi

(Şəhid Höccətül-İslam Hacı Şeyx Abbas Şirazinin atası)

səh:45

Sənət adamları ilə görüş

Bölgələrə səfərləri zamanı Ayətullah Xameneinin çoxlu rəngarəng proqramları olur. Bu proqramlardan biri 2000-ci ildə Ərdəbil vilayətinə səfəri zamanı vilayətin sənət adamları ilə keçirilən toplantı idi. Bu toplantıda çoxlu yazıçı, incəsənət xadimi, şair və s. şəxsiyyətlər iştirak edirdi. Ərdəbil vilayətinin şairləri ağanın mədhinə yazdıqları şeirləri oxudular. Şeirlər çox gözəl, həqiqətən də, İslam inqilabının şanlı və böyük rəhbərinə layiq idi. Toplantının sonunda Ayətullah Xamenei bütün şairlərə təşəkkür etdi və buyurdu: “Şeirlər çox gözəl idi, amma bir eybi var idi. O da budur ki, mənim mədhimdə yazılıb”.

Bu söz Böyük Rəhbərin ixlasına, təvazökarlığına və mənəvi əzəmətinə dəlildir.

General Məhəmməd Şirazi

Xüsusi təvazökarlıq

Səfərlərin birində Böyük Rəhbər çıxışından sonra mərasimin təşkil olunduğu salondan çıxırdı. Çoxlu könüllü – bəsic ağanı əhatəyə almışdı. Qəfildən gördük ki, o, yerə oturdu. Səbəbini bilmədik. Özümüzü ora çatdıranda gördük ki, bir əlili xərəkdə ağanın görüşünə gətiriblər. Ağa o əlil qardaşı görüb dərhal yerə oturdu və bir müddət onunla söhbət etdi, ona nəvaziş göstərdi.

O, torpağın üzərində oturub, əlillə söhbət edirdi. Onun inqilab əlili qarşısındakı təvazökarlığı hamını öz təsiri altına salmışdı; mən o yerdə arzu etdim ki, kaş mən də bir əlil olaydım və beləcə Böyük Rəhbər tərəfindən qayğı və mərhəmət görəydim.

General Hicazi

səh:46

“Elə bilmə səndən ötrüdür!”

O zaman prezident olan Böyük Rəhbər incəsənət sarayının açılışına qatılmalı idi. Şəhid övladım Abbas Şirazi bir zaman İslami Təbliğat Komitəsinin sədr müavini idi. O mənə dedi: “Rəfsəncan səfərini təxirə sal, açılışda iştirak et və Ayətullah Xamenei ilə görüş”.

Deyilən gün çatdı, mən o mərasimdə iştirak etdim. Böyük Rəhbər orada olduğumu bilən kimi məni yanına çağırdı. Onun yanına çatıb əlini öpdüm. Ağa oğlum Abbasa buyurdu: “Cənab Şirazi, elə bilmə mən sənə görə atanla dostam, bizim dostluğumuz illərlə qabağa aiddir. Mən bir vaxtlar sizin evinizdə, sizin süfrənizdə oturardım”.

Ayətullah Xameneinin bu rəftarı mənim üçün gözlənilməz idi. O, prezidentlik zamanında Rəfsəncanda olduğu günlərdəkindən heç də fərqlənmirdi.

Cənab Əsədullah Şirazi

Altıncı fəsil: Şəhid ailələrinə qayğı

Şəhid ailələri ilə görüş

Böyük Rəhbərin sabit proqramlarından biri şəhid ailələri ilə görüşdür. Bu görüşlər o qədər dəqiq nizamlanır ki, Rəhbər evə daxil olana qədər ev sahibi xəbərsiz olur. Böyük Rəhbər adətən, görüş gecələrində 3-5 ailəyə baş çəkir. Şəhid ailələri adətən, şəhərin uzaq yerlərində və kiçik küçələrdə yaşayanlardan seçilir. Hər bir evdə ən azı yarım saat oturur. Bu görüş məclisi maraqlı olur. O oturduqdan sonra şəhidin fotosunu istəyir, ona baxır və yaxınlarından harada, necə şəhid olduğunu soruşur. Şəhidin valideynləri hər biri ayrı-ayrılıqda qayğı və

səh:47

məhəbbət görürlər. Əgər şəhidin kiçik övladı olsa, onu dizi üstündə oturdub nəvaziş göstərir.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

Zirzəmidə

Bir gecə Böyük Rəhbərin camaat namazında idim. Yaşlı bir qadının iki əsa ilə sıranın axırında divara söykəndiyini gördüm. Qarı namaz bitdikdən sonra əsaları ilə yavaş-yavaş irəlilədi və Ayətullah Xameneinin qarşısında dayandı. O, öz övladı ilə danışırmış kimi, ağa ilə danışmağa başladı və söhbətində dedi: “Sizə bir qədər hədiyyə gətirmişəm”. Sonra o, əlini çantasına apardı və hədiyyələri bir-bir Böyük Rəhbərə göstərib dedi: “Bu sizin, bu uşaqların...”

O, ağa ilə çox səmimi söhbət edirdi, mən şahid oldum ki, Böyük Rəhbər də bu ana ilə çox isti söhbət edir. Söhbətdən sonra Rəhbər bizə buyurdu: “Bu xanım iki şəhid anasıdır”. Sonra öyrəndik ki, şəhid ailəsi olduğu üçün, bir dəfə ağa onun evinə görüşə gedib və beləcə o, Ayətullah Xamenei ilə tanış olub.

Böyük Rəhbərin daimi proqramlarından biri şəhid evlərinə baş çəkməkdir. Bu, heç zaman tərk olunmur. Bir dəfə Böyük Rəhbər bu iki şəhid anası olan qadının evinə gedir. O, hamamda işləyirmiş, evi də hamamın zirzəmsində imiş. Ağa ona buyurur: “Qarşınıza problem çıxsa, mənim dəftərxanama müraciət edin”.

Dünyanın harasında belə şey görünüb! Mən bəzi ölkələrdə görmüşəm ki, prezident yoldan keçərkən 60-70 maşın onu muşayiət edir, amma İslam dini sayəsində bizim ölkəmizdə Rəhbər şəhid anasının görüşü üçün hamamın zirzəmisinə də gedir və beləcə onunla səmimi söhbətləşir.

səh:48

Höccətül-İslam Seyid Əbülhəsən Nəvvab

Şəhid atasına qayğı

2000-ci ildə Bürucerd şəhərindən olan iki şəhid və iki müharibə əlili atası cənab Hüseyninəsəblə birgə Böyük Rəhbərin görüşünə getdik. O, şəhidlər atası ilə çox isti söhbət etdi, namaz vaxtı çatdıqda namazı camaatla qıldıq, sonra cənab Huseyninəsəb təqribən bir saat ağa ilə görüşdü. Görüş çox səmimi keçdi.

Mənim üçün maraqlı olan bu idi ki, vaxtının hər bir anı dəyərli və İslam dünyasının problemlərinin həllinə sərf olunmalı olan bir Rəhbər belə bir lütf göstərir və qoca bir kişi ilə söhbət edir. Bu, minlərdən yalnız biridir. Onun şəhid ailələri ilə rəftarı ölkəmizin bütün vəzifəli şəxsləri üçün dərs və örnəkdir.

Doktor Əlaüddin Bürucerdi

Xristian ailəsi ilə görüş

Ayətullah Xamenei, prezidentlik dövründə bir gün şəhid ailələrilə görüşmək və onların evinə baş çəkmək üçün Tehranın Məcidiyyə məhəlləsinə getdi. O, bir neçə evə baş çəkdikdən sonra soruşdu: “Bu məhəllədə görüş üçün başqa bir mənzil qalıbmı?” Dostlar dedilər: “Bir xristian ailəsi qalıb, onların övladı döyüşdə şəhid olub. Həmin evə getmək istəyirsinizmi?” Rəhbər müsbət cavabı verdi.

Şəhid ailəsi sevincdən özünə sığmırdı. Onların biri bu xəbəri eşidərkən özündən gedib yıxıldı, onu xəstəxanaya apardılar. Xanımlar dərhal örtünmək üçün hicab dalınca getdilər. Ayətullah Xamenei evin sakinləri ilə çox isti

səh:49

rəftar etdi. Öz fətvasına uyğun olaraq, məsihiləri murdar bilmədiyindən onlar üçün gətirilən meyvələrdən yedi və yanındakılara da işarə edərək buyurdu ki, siz də yeyin, qoy onlar bilsinlər ki, biz onları özümüzdən hesab edirik.

Höccətül-İslam Musəvi Kaşani

Nə üçün tez demədin?

Mənim Rəhman adlı bir qardaşım vardı. O, 1982-ci ildə döyüşdə şəhid oldu. Onun Mustafa adlı oğlu qalmışdı. Atası şəhid olanda dördaylıq idi. Bir gün Böyük Rəhbərlə iclasımız olanda onu da özümlə apardım. Mustafa həyətdə oturdu. İclas iki saat çəkdi, iclasdan sonra Ayətullah Xameneinin gözü Mustafaya sataşdı. Mən onu ağaya təqdim etdim. Onun şəhid övladı olduğunu biləndən sonra mübarək gözləri yaşardı, Mustafanı qucaqladı və öpdü. Sonra gileylənib mənə buyurdu: “Nə üçün mənə tez demədin?” O öz otağına qayıtdı, bir saat və bir qələm gətirib Mustafaya hədiyyə verdi.

General Əli Fəzli

Qəfil görüşlər

Böyük Rəhbərin sabit proqramlarından biri dəyərli şəhid ailələri ilə qəfil görüşləridir. O, bu məqsədlə daim gecələr şəhidlərin evinə gedir və bu iş onlara ümid verir.

Prezidentlik dövründə bir gün camaat namazını qıldıqdan sonra Ayətullah Xamenei mənə buyurdu: “Biz bir yerə getmək istəyirik, siz də bizimlə gəlmək istəyirsinizmi?” Mən dedim: “Sizin yanınızda olmaqdan böyük şərəf nə ola bilər?!” Allahın lütfü ilə mən ağa ilə birgə bir Peykan maşınında hərəkət etdik. Başqa bir nəfər

səh:50

də bizimlə idi. Bir maşının arxasında üç nəfər oturduq. Nəhayət bir neçə küçə və xiyaban keçdikdən sonra şəhid Müqəddəsinin evinə çatdıq. Ayətullah Xameneinin şəhid evinə gəlişilə, ev sakinləri çox sevincək, olduqca ürəkaçan bir səhnənin tamaşasına oturdular; elə bir səhnə ki, mənim üçün unudulmazdır. Mən o mənəvi fəzanı heç zaman vəsf edə bilmərəm.

Höccətül-İslam Məhəmmədi İraqi

Altı şəhid atası ilə görüş

Ayətullah Xamenei prezidentlik dövründə Qərbi Azərbaycana və Kürdüstana səfər etdi. Mən o vaxt 28-ci diviziyanın komandiri idim. O bizim diviziyaya gəldi. Mərasimdən və onun çıxışından sonra dəftərxanaya getdik.

Qardaşlar proqramı elə tənzimləmişdilər ki, 28-ci diviziyada və bizim dəftərxanada altı şəhid və bir müharibə əlili atası olan cənab Məcid Qadirxanzadə Böyük Rəhbərlə görüşsün. Onu ağaya təqdim etdik. Böyük Rəhbər onu çox səmimi qucaqladı, öpdü və buyurdu: “Sizin bizim boynumuzda haqqınız var”. Şəhid atası ona dedi: “Biz borcumuzu yerinə yetirmişik”. Ayətullah Xamenei buyurdu: “Yaxşı, danışın görək uşaqlarınız necə şəhid olublar”.

Şəhid atası danışdı, ağanın onun söhbətlərindən xoşu gəldi. Sonra o, şəhid, şəhidlik və Kürdüstan xalqının fədakarlıqları haqda söhbət etdi. Söhbətdən sonra Böyük Rəhbər buyurdu: “Bir Quran gətirin mən ona hədiyyə etmək istəyirəm”. Sonra buyurdu ki, onun xanımına da bir qızıl sikkəsi hədiyyə verin. Mən ağaya dedim: “Cənab Məcid Qadirxanzadənin iki xanımı var”. Ağa buyurdu: “Onda iki qızıl sikkə gətirin”.

səh:51

O görüşdən sonra altı şəhid atası hər dəfə Tehrana getdikdə Böyük Rəhbər onu öz evinə dəvət edir və onunla çox səmimi davranırdı.

General Əhməd Dadbin

Səmimi söhbət, yoxsa əqd mərasimi

Allahın lütfü ilə Böyük Rəhbərlə birgə şəhid ailələrinin görüşünə getdik. Orada bir neçə şəhid ailəsi toplaşmışdı. Onlar ağanı görəndə sevincdən göz yaşı axıdırdılar. Sonra dostcasına səmimi söhbətə başladılar. Əziz rəhbərimiz uşaqların yaşayışından və dərslərindən soruşdu. Məclisdəki dörd şəhid atası olan qoca kişilərdən biri ağaya dedi: “Əgər icazə versəniz, mən sizinlə xüsusi söhbət etmək istəyirəm”. İcazə aldıqdan sonra səmimi söhbət başladı. Bir şəhid xanımı da icazə aldı və bir müddət onunla təkbətək danışdı. Sonra ümumi söhbət başlandı. Onların hamısı öz sevimli rəhbərləri ilə səmimi söhbət etdilər.

Böyük Rəhbər buyurdu: “Bir Quran gətirin”. O, Quranı bir şəhid anasına hədiyyə etdi. Şəhid anası dedi: “Lütfən, ona öz imzanızı da yazın”. Ağa qəbul etdi və öz imzasını qoydu. Sonra digərləri də Böyük Rəhbərdən öz imzası olan Quran istədilər. Rəhbər onların istəyini də yerinə yetirdi. Qalxmaq istəyəndə bir nəfər dedi: “İndi aramızda iki şəhid övladı var, onlar bir-birləri ilə məhrəm olmaq əqdi oxuyublar. İstəyirlər daimi əqdlərini siz oxuyasınız”. Böyük Rəhbər buyurdu: “Eybi yoxdur, deyərəm bir vaxt ayırsınlar və dəftərxanada mərasimi icra edərik”. Dedilər biz istəyirik elə buradaca oxuyasınız. Ağa buyurdu: “Heç eybi yoxdur, amma bu şərtlə ki, mehriyyə 14 qızıldan artıq olmasın”. Dedilər mehriyyə 100 qızıldır.

səh:52

Gəlin dedi: “Mən qalanını bağışlayıram, mehriyyə yalnız 14 qızıl olsun”. Böyük Rəhbər orada olan cənab Məhəmmədi Gülpayiqaniyə buyurdu: “Onda əqd mərasimini icra edək”. Əqd oxunduqdan sonra ağa buyurdu: “Mən belə mərasimlərdə əqd oxunduqdan sonra əziz şəhid ailələrindən olan bəy və gəlinin hər birinə bir qızıl sikkə hədiyyə edirəm”. Sonra onun göstərişi ilə iki qızıl gətirdilər, ağa onları öz əli ilə bəy və gəlinə hədiyyə etdi”. Böyük Rəhbərin bu görüşü və ata kimi səmimi rəftarı mənim üçün çox gözəl və maraqlı idi.

General Məhəmməd Şirazi

Heç nigaran olma!

Böyük Rəhbər həftənin bir gününü şəhid ailələri ilə görüşə ayırıb. Bu görüşlərdə insan Əmirəl-mömininin (ə) və Peyğəmbər əhli-beytinin (ə) kəramət və məhəbbətini xatırlayır. Böyük Rəhbər şəhid övladlarını dizi üstə oturtduqda və yaxud sinəsinə sıxdıqda, oradakıların gözlərindən yaş axır. Mən dəfələrlə bu gözəl səhnənin şahidi olmuşam, bəzən bayıra çıxıb təklikdə çoxlu ağladıqdan sonra yenidən görüş yerinə qayıtmışam.

Çox səmimi və səfalı idi. Elə bil, ata öz övladlarının görüşünə gəlmişdi. Bir gün bir şəhid xanımı ağanın dəftərxanasına gəldi və ağaya dedi: “Mənim bu dünyada olanım bircə övladdır”. Sonra o, problemlərini saymağa başladı. Böyük Rəhbər cənab Müqəddəmə buyurdu ki, onun problemlərini həll etsin və sonra şəhid xanımına dedi: “Qızım, heç nigaran olma, mən sənin hər kəsinəm. Nə vaxt işin olsa, cənab Müqəddəmə (dəftərxanın ictimai əlaqələr şöbəsinin müdiri) müraciət et”.

səh:53

Şəhid xanımı bu sözləri eşitdikdən sonra elə bil, bütün problemləri həll olunmuşdu. Ürəyindən bütün qəm-qüssəsi çıxmışdı, üzü gülürdü. O, beləcə Böyük Rəhbərlə sağollaşıb, evinə qayıtdı.

Höccətül-İslam Musəvi Kaşani

Əziz qonaq

O, otağa daxil oldu və oturdu, onun üçün çay gətirdilər, amma içmədi. Narahat olduğu üzündən bilinirdi. Ağa çox fikir verirdi ki, bu görüşlər heç kimin əziyyətə düşməsinə səbəb olmasın. Şəhid atası ağaya dedi: “Nigaran olmayın, bunu bizə sizin dəftərxananızdan xəbər verməyiblər. Mən gecə həzrət İmamı (r) və şəhid övladım Əlirzanı yuxuda gördüm. Sizin gəlişinizi mənə onlar dedilər. İmam mənə buyurdu ki, sabah axşam əziz qonağın olacaq, onu yaxşı qarşılayarsan. Mən dedim o qonaq kimdir? İmam buyurdu: “Sizin rəhbəriniz”.

Höccətül-İslam Rəsuli Məhəllati

Şəhid ailələrinə məhəbbət

Bir gün ağa zabit şəhidlərin ailələri ilə görüşürdü. Bu görüş iki saatdan artıq çəkdi. Ailələr bir-bir gəlir və ağa ilə dərdləşirdilər. Çox gözəl bir görüş idi. Böyük Rəhbər o görüşdüyü hər ailə ilə özünün o şəhidlə keçmiş xatirələrini

səh:54

yada salır, o haqda danışırdı. Ağanın şəhid övladları ilə olan rəftarı öz övladları kimi idi. Bəzən biri öz problemlərini ağaya deyirdi və bəzən yenidən qayıdırdı ki, bir məsələni yaddan çıxarmışam. Ağa da çox səbirli və mətanətli şəkildə onun sözlərinə qulaq asırdı. Bütün bu müddətdə Ayətullah Xamenei ayaq üstə dayanmışdı, şəhid ailələrinə olan məhəbbəti onu yorulmağa qoymurdu; heç elə bil ayaq üstə dayanmayıb.

Höccətül-İslam Həqqani

Görüş şövqü

Bir gün gəlib dedilər ki, film hazırlamaq üçün teleşirkətdən gələcəklər. Söz verdikləri gün bir maşınla üç-dörd nəfər gəldi: “Hacı ağa, özünü hazırla, əziz bir qonağın var”. Onlardan qonağın kimliyini soruşduqda, belə eşitdim: “İnqilabın böyük rəhbəri”. Bu zaman qapının səsi eşidildi, ağa içəri daxil oldu, görüşün şövqü məni çaşdırmışdı. Ağa məni qucaqladı, üzümü öpdü, mən də Böyük Rəhbərin əlini öpdüm. Sonra gedib xanımıma dedim ki, o da gəlsin. Ağa otağa daxil oldu və yerdə oturdu. Öncə halımızı soruşdu, problemlərimizi xəbər aldı, sonra buyurdu: “Şəhidlərin şəklini gətirin”. Üç şəhid övladımın şəklini gətirdim. O, şəkilləri bir-bir öpdü, öz qarşısına qoydu və buyurdu: “Əgər bu şəhidlər olmasaydı, biz də yox idik, nəyimiz varsa, bu şəhidlərdəndir”.

O, təxminən yarım saat bizimlə qaldı, getmək istədiyi zaman mənə üz tutdu və buyurdu: “İcazə verirsiniz gedək?”. Mən dedim ağa, bizim icazəmiz sizin əlinizdədir. O vaxt birdən yadıma düşdü ki, qonağımızın qabağına heç nə qoymadıq. Böyük Rəhbərlə görüşdən özümüzü itirmişdik, yadımızdan çıxmışdı ki, ağa bizim

səh:55

qonağımızdır. Utana-utana ondan üzr istədim. O da gözəl bir təbəssümlə buyurdu: “Nə eybi var?!”

Məcid Şücaipur

İslam döyüşçüləri ilə birgə

Ayətullah Xamenei müharibə zamanı (özü prezident olarkən) Mərivana səfər etdi və xalqla görüşdü. Görüşdən sonra onunla birgə bir salona getdik. Müdafə nazirliyinin və İnqilab Keşikçiləri Korpusunun bütün uşaqları, könüllülər və mücahidlər toplaşmışdı. Salonun koridorunda böyük bir süfrə açıldı, biz ağaya dedik: “Bura çox qarışıqdır, sizin xörəyinizi başqa bir salona aparırıq, orada yeyərsiniz”. O buyurdu: “Yox, hamı ilə birlikdə yeyəcəyəm”. Orada adam əlindən yer yox idi, Böyük Rəhbər o dar yerdə və İslam döyüşçülərinin arasında oturdu və uşaqlar ağa ilə birgə xörək yedilər.

O günün xatirəsi mənim üçün çox yaddaqalandır; elə bir xatirə ki, heç zaman unudulmayacaq.

General Əhməd Dadbin

Yeddinci fəsil: Xalqla və gənclərlə əlaqə

Peşman düşmənlə rəftar

Dünyanın əksər ölkələrində məmləkətin birinci adamı dəyərsiz insanlardandır. İranda isə belə deyil. Allaha şükürlər olsun, bizim ölkəmizin başçısı elə bir şəxsdir ki, arxayınlıqla onun arxasında namaz qılırıq. O, həzrət Zəhra (s.ə) övladlarındandır. Uzun illər çoxlu imtahan verib və onların hamısından başıuca çıxıb. Bir gün o, mənə buyurdu: “İnqilabdan sonra həbsxanaya baş çəkməyə

səh:56

getdim, orada namaz qılmağa məşğul olan birini gördüm. Onu tanıdım. O, şah zamanında mənə işgəncə verən şəxs idi. Saqqalımdan tutub başımı divara vururdu və deyirdi: “Sən əlahəzrət Hümayuniyə (şaha) qarşı hörmətsizlik etmisən”. Gözü mənə sataşdıqda namazını uzatdı. Mən kənara çəkildim ki, namazını bitirsin. Namazdan sonra onun yanına gəldim, yanında oturdum.

Böyük Rəhbər daha bir söz demədi, amma mən deyirəm: “(Ya Rəsulum!) De: Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Ali-İmran, 26).

Bizim ölkəmizin başçısı belə bir şəxsdir, biz müsəlmanlar belə rəhbərlə fəxr edirik. Biz dünya ölkələrinə deyirik: Bizim mövlamız var, amma sizin mövlanız yoxdur, bizim rəhbərimiz var, amma sizin rəhbəriniz yoxdur.

Ayətullah Mişkini

Gənclərə hörmət

Hələ İslam inqilabının qələbəsindən qabaq Ayətullah Xameneinin gənclərə xüsusi hörməti vardı, cəmiyyətin bu önəmli təbəqəsinin tərbiyəsinə böyük diqqət yetirirdi. O, gənc nəsil üzərində işləməyi yüksək dəyərləndirir və belə düşünür ki, bu mühüm vəzifəni heç nə ilə əvəz etmək olmaz. Bu səbəbdən ağa öz proqramlarında gənclərlə söhbətə yer ayırır. O, gənclərlə görüşlərində onlara məhəbbətini bildirir, onlarla danışır, suallarına cavab verir, problemlərini həll edir. Bu porqram təkcə bu günə aid deyil, onun tələbəlik dövründən başlamışdır. O, inqilabdan

səh:57

öncə də gənclər üçün dini məclislər təşkil edir və siyasi məsələləri təhlil edirdi.

Ayətullah Misbah Yəzdi

Vaxtdan səmərəli istifadə

Ayətullah Xameneinin vilayətlərə və şəhərlərə səfərləri xüsusi əzəmətlə malik olur. Səfərlərin mənəviyyatı, onu qarşılayarkən və digər proqramlar zamanı xalqın kütləvi iştirakı, səfərin özəlliklərindən və xalqla rəhbər arasında olan dərin əlaqənin göstəricilərindəndir. Bu əlaqə Böyük Rəhbərin səfər zamanı geniş fəaliyyətinin mühüm amilidir.

Görüş yerlərindəki proqramların sıxlığına görə, bu səfərlər xüsusi təşkilatçılığa ehtiyaclıdır. Onun dəftərxanasının üzvləri səfərlə bağlı gecə-gündüz fəaliyyətdədirlər. Amma bununla yanaşı, bu səfərlərdə Böyük Rəhbərin fəaliyyəti onunla gedən heyətin bütün fəaliyyəti qədərdir. Səfərlər zamanı onun görüşlərinin və söhbətlərinin özünəməxsus xüsusiyyətləri var. Söhbətlərin rəngarəngliyi, əhəmiyyəti və diqqəti önəmli məsələlərə yönəltməsi, xalqla səmimi rəftarı, məsələlərə kompleks yanaşması və vaxtdan səmərəli istifadə etməsi Böyük Rəhbərin vilayətlərə və şəhərlərə səfərlərinin xüsusiyyətlərindən sayılır.

General Məhəmməd Şirazi

“Cəfər və Kərbəla batalyonlarından nə xəbər?”

Ayətullah Xamenei rəhbərlik dövrünün əvvəllərində Xuzistan vilayətinə səfərdə, bir gününü xalqla ümumi

səh:58

görüşə ayırdı. O gün camaat bir-bir gəlir və öz problemlərini rəhbərlərinə deyirdilər. Bu proqram axşama qədər uzandı, şam namazını ağa ilə birgə qıldıq, namazdan sonra mən camaatın arasında oturmuşdum. Bir nəfər mənim yanıma gəlib dedi: “Rəhbər səni istəyir”. Özümü ağaya çatdırdım, hal-əhval soruşduqdan sonra buyurdu: “Döyüşçülər heyətindən nə xəbər? Cəfər və Kərbəla batalyonları nə edirlər?” Sonra məclislərin natiqlərini soruşdu. Mən batalyonların vəziyyətindən və döyüşçülər barəsində ətraflı məlumat verdim. O, gülümsünüb buyurdu: “Eşitmişəm kinoteatrı hüseyniyyə etmisiz”. Dedim: “Bəli, çünki bomba düşdüyündən, dağılmışdı”.

Mənim üçün çox maraqlı idi ki, o, hətta xırda məsələlərdən də xəbərdardır, batalyonları adı ilə tanıyır və həmişə könüllülərin, döyüşçülərin vəziyyəti ilə maraqlanır. Bir dəfə Ağa buyurdu: “Əhvazda bir yaxşı kitabxana açın, könüllülər kitab oxusunlar”. O, öz sözlərində və proqramlarında həddən artıq diqqətlidir. Könüllülərin və cavanların mədəni məsələlərilə maraqlanır və onlara ürək yandırır.

Hacı Sadiq Ahəngəran

Başqaları ilə rəftar

Böyük Rəhbər başqaları ilə olduqca alicənab, mehriban və səmimi rəftar edir. Onun dəftərxana üzvləri ilə rəftarı həftələrlə istirahətdən təsirlidir. Camaatla rəftarı da belədir, Quran qariləri ilə də rəftarı çox hörmətli və sayğılıdır. Alimlər, ədəbiyyatçılar, elm və incəsənət xadimləri ilə rəftarı da tərifəlayiqdir. O, öz övladları ilə rəftarında da bizim üçün örnəkdir. Onların təhsilinə xüsusi əhəmiyyət göstərir, hətta təhsil cədvəllərini özü imzalayır.

səh:59

Höccətül-İslam Musəvi Kaşani

Məhəbbətli rəftar

Bir gün ailə-övladlarla birgə Ayətullah Xameneinin görüşünə getdik. Kiçik qızım Quranın bir neçə surəsini əzbərləmişdi, onu Böyük Rəhbər üçün oxudu. Ağa da ona bir rəngli karandaş qutusu verdi. Sonra başqa övladlarım Böyük Rəhbərə sual verdilər. Rəhbər onların suallarını çox səmimi cavablandırırdı. O görüş və ağanın belə səmimi rəftarı övladlarımın təəccübünə səbəb oldu. Mən dəfələrlə ondan bu münasibəti görmüşdüm. Cavanlar arasında rəhbərin öz övladları ilə çox səmimi və məhəbbətli söhbətinin şahidi olmuşdum. Bu münasibətlər Ayətullah Xameneinin cavanlara olan eşqini göstərir. O, bütün tələbə və şagirdləri öz övladı hesab edir, onun qəlbi gənclərə və tələbələrə məhəbbətlə doludur.

Ordu generalı Seyid Yəhya Səfəvi

Səmimi rəftar

Müharibə zamanı bir gün Böyük Rəhbərlə birgə əl-Qədir briqadasına getdik. O, tam silahlı bir briqadaya çox adi və təmtəraqsız daxil oldu, döyüşçülərin arasına girdi. Gənclər onu əhatəyə aldılar, dörd bir yandan əl verir və ağanın mübarək üzünü öpürdülər.

Salamlaşdıqdan sonra briqadanın döyüşçüləri ilə bir məclis təşkil olundu. Bu sual-cavab məclisi təqribən üç saat yarım çəkdi. Bu məclisdə müxtəlif suallar verildi, bəzi suallar təkrar idi, amma o, etiraz etmədən, səbir və hövsələ ilə, məhəbbət və mehribanlıqla onlara cavab verirdi. Sonradan şəhid olan əsgərlərdən biri o məclisdə öz

səh:60

sualının cavabı barədə Rəhbərə dedi: “Mən sizin verdiyiniz cavabla qane olmadım”. Mən o qardaşımızın rəftarından xəcalət çəkib, başımı aşağı saldım. Böyük Rəhbər ona buyurdu: “Mən belə düşünürəm ki, bu barədə başqa suallardan daha çox məlumat verdim və məsələni incələdim, amma əgər yenə də qane olmamısınızsa, sizinlə ayrıca söhbət edərəm”.

Ağanın bu istiqanlı və səmimi rəftarı oradakıların ruhiyyəsinə çox böyük təsir qoydu, həmişəlik qalacaq bir təsir.

General Şuştəri

İşin nəticəsi ilə maraqlanmaq

27-ci “Muhəmməd rəsulullah” diviziyasından yaşlı bir şəxsin maddiyyat problemi vardı. O, Böyük Rəhbərin dəftərxanasına məktub yazıb öz probleminin həll olunmasını istədi. Ayətullah Xamenei məktubu oxudu və dərhal onun altından yazdı: “Diviziyanın komandirinə deyin bu cənabın poblemini mütləq həll etsin”.

Ali Baş Komandanın əmri bizə çatdı və gücümüz çatan həddə problemi həll etdik. Sonra bildik ki, ağa bu məsələ haqda maraqlanıb və soruşub ki, o könüllünün problemi necə və hansı yolla həll olundu. Böyük Rəhbərin bir könüllünün məktubuna belə diqqəti, işin nəticəsi ilə maraqlanması bizim üçün çox ibrətli və eyni zamanda təəccüblü idi. O, işinin çoxluğuna rəğmən, müxtəlif yollarla soruşmuşdu ki, o Allah bəndəsinin işi necə oldu? Bu rəftarı onun döyüşçülərə və könüllülərə olan dərin məhəbbətindən xəbər verir, bu məhəbbəti onun bütün rəftarlarında özünü göstərir.

General Məhəmməd Kövsəri

səh:61

Sözün təsiri

Bəni Sədrin prezident olduğu dövrdə Ayətullah Xamenei Yəzdə gəldi. O zaman xalqın bir hissəsi Bəni Sədrin tərəfdarı idi. Bafq şəhərində də Bəni-Sədrin tərəfdarı olan bir qrup insan inqilabla bağlı bəzi nöqtələrə irad tuturdular və bir növ quruluşa qarşı müxalifətçilik edirdilər. Ağa Bafqa gəldi və bu adamlarla bir neçə görüş keçirdi. Bu toplantılar bəzən gecə yarısına qədər uzanırdı. Ağa səbir və hövsələ ilə onlarla danışırdı. Böyük Rəhbərin kəsərli sözləri onların ruhiyyəsində çox güclü təsir buraxdı. Onlar sevinirdilər ki, Allah-taala hidayət nemətini onalara əta etmişdir.

Höccətül-İslam Seyid Məhəmmədtəqi Mühəssil Həmədani

“Hacıağa haradadır?”

Əzəmətli Rəhbərin görüş otağına daxil oldum, otağın bir küncündə oturub ağanın mübarək qədəmlərini gözləməyə başladım. Bu zaman köhnə paltar, qısa və qalın şalvar geyinmiş kəndli bir qoca kişi də otağa daxil oldu və mənim yanımda oturdu. O, Xorasan ləhcəsi ilə dedi: “Hacıağa haradadır?” Mən onu anlamadım. O təkrar etdi və mən dedim: “Böyük Rəhbəri deyirsiniz?” Dedi: “Bəli, o nə vaxt gələcək?” Dedim burada əyləş, indi gələr.

İntizar sona çatdı. Böyük Rəhbər otağa daxil oldu. Qoca kişi dərhal ona tərəf getdi, söhbət başlandı, Xorasan günləri yad olundu. Görüşə heyran olmuşdum, inqilabın ən böyük şəxsiyyəti sadə bir kəndli kişi ilə nə qədər səmimi danışırdı!

Əli Şirazi

səh:62

Qonşularla görüş

Böyük Rəhbərin səfər proqramları onun nəzarəti altında həyata keçirilir. Onun dəqiq baxışlarından heç bir şey yayınmır. Böyük Rəhbər 1995-ci ildə Qum vilayətinə səfər etdi. O, Qumdakı dəftərxanasında qalırdı. Təbiidir ki, ərazinin mühafizəsi üçün gediş-gəliş məhdudlaşdırılmışdı. Dəftərxananın ətrafında yaşayanlar üçün bəzi çətinliklər yaranmışdı. O bununla bağlı qonşularla məclis geçirdi və orada yaranmış məhdudiyyətlərə və nəzarətlərə görə onlardan üzr istədi.

“Kaş bizim də evimiz Ayətullah Xameneinin dəftərxanasının yanında olaydı!” Bu cümlə o görüşdən sonra minlərlə qumlunun ürək sözü idi. Sözügedən məclisdən sonra görüş yerini tərk edənlərin hamısı gülər üzlə əllərini göyə qaldırıb, rəhbərlə görüşə görə Allaha şükür edirdilər.

General Məhəmməd Şirazi

Xalqla görüşlər

Böyük Rəhbərin proqramlarından biri onun müxtəlif bölgələrə, ən çox da məhrum məntəqələrə səfərləridir. Bu səfərlər və onun qarşılanması olduqca görməlidir. Səfər proqramlarından biri xalqla ümumi görüşdür. Bu zaman insanlar kilometrlərlə uzanan sıraya düzülürlər. O bir yerdə əyləşir, kişi və qadınlar müəyyən vaxtlarda onun görüşünə gəlirlər. Bu səmimi görüşlər xalq tərəfindən olduqca rəğbətlə qarşılanır.

Ayətullah Xamenei vaxtın imkan verdiyi həddə camaatın hal-əhvalını soruşur, problemi olanlar məktub verirlər, dəftərxananın işçiləri məktubları toplayıb oxuyur və onların problemlərini həll edirlər. Böyük Rəhbərin

səh:63

səfəri bitdikdən sonra dəftərxana işçiləri bəzən iki həftə orada qalır və camaatın problemlərini həll edirlər. Böyük Rəhbərin bu işi həm xalq üçün maraqlı, gözəl, ümidvericidir, həm də xalqın rəhbərlə, vilayət məqamının da ümmətlə olan səmimi rabitəsini göstərir.

Höccətül-İslam Məhəmməd Gülpayiqani

Xalqla izdihamlı görüş

Müharibə zamanı Böyük Rəhbər Kürdüstana səfər etdi. O, ön cəbhədəki bölgələrə baxış keçirməli idi. Mən ona dedim: “Siz Banə əhalisi ilə görüşdünüz. Yaxşı olar ki, Mərivan əhalisi da sizi ziyarət etsin. Onlar sizinlə görüşə çox müştaqdırlar”. Ağa buyurdu: “Bəs ön xəttə getmək və uşaqlarla görüşmək necə olsun?” Dedim: “Əgər siz mərivanlılarla söhbət etsəniz, döyüşçülər daha artıq sevinərlər. Camaat da sizi görməkdən məmnun olar”. Böyük Rəhbər buyurdu: “Yaxşı, mühafizəçilərlə söhbət edin, mənim tərəfimdən heç bir problem yoxdur”.

Mən bu barədə ağanın mühafizə xidmətinin rəisi ilə danışdım. O dedi: “Bunu əvvəldən demək lazım idi, indi mümkün deyil”. Dedim ki, Ağa razıdır. O dedi: “Ağanı elə-belə apara bilmərik”.

Xülasə, biz Mərivana çatdıq. Rəhbər diviziyanın qərargahında yerləşən döyüşçülərlə görüşdü. Biz uşaqları Mərivan şəhərinin daxilinə göndərdik camaata elan etsinlər ki, Ayətullah Xamenei ilə görüşmək üçün şəhər stadionuna yığışsınlar. On dəqiqə çəkmədi ki, hər şey hazır oldu, mikrofonlar quruldu, yanğınsöndürən maşın hazırlandı, camaat tez-tələsik görüş yerinə toplandı. Ağa stadiona daxil olduqda hamı ona sarı yüyürdü. Böyük Rəhbər

səh:64

zəhmətlə nərdivandan yuxarı qalxdı və yanğınsöndürən maşınının üstündə çıxışa başladı.

Mərivan xalqı vəsfəgəlməz şövq və sevinclə şüar verirdi, fədailər qrupu əllərindəki Kalaşnikov avtomatlarını göyə qaldırıb, təkbir deyirdilər. Ağa bir neçə dəfə buyurdu: “Mən xalqın bu səmimi hisslərindən və sədaqətindən vəcdə gəlmişəm”. Ağanın mühafizəçiləri onun mühafizəsi üçün nigaran idilər. Onların haqqı da vardı, çünki bölgə təhlükəsizlik baxımından münasib deyildi. Bu görüş əziz Mərivan xalqının yaddaşından heç zaman silinməyəcək.

General Əhməd Dadbin

Sürgündə xalqa xidmət

Böyük Rəhbər 1975-ci ildə İranşəhr rayonunda sürgündə idi. O zaman bu şəhərə sel gəlir. O, 10 il qabaq Təbəs zəlzələsində aldığı təcrübə ilə tələbə və ruhanilərdən bir qrup toplayıb, yüksək təşkilatçılıqla bölgənin zərər çəkmiş camaatına kömək edir. Bu köməkdə və xalqa xidmətdə onun rolu o qədər aydın idi ki, SAVAK-ın təəccübünə və qorxuya düşməsinə səbəb oldu. SAVAK-ın rəisi Ayətullah Xameneiyə dedi: “Ötən gün Polis İdarəsinin təhlükəsizlik kommissiyasında SAVAK-a dedim: “Siz nə qədər bacarıqsızsınız ki, heç bir iş görə bilmədiniz, görün sürgündə olan bir şəxs burada nələr etmişdir”.

Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi

“Biz buradayıq!”

Böyük Rəhbər sürgündə olan zaman Ayətullah Bəhaüddininin kürəkəni cənab Tohidi öz maşını ilə

səh:65

Qumdan İranşəhrə gəlir. Cənab Tohidi İranşəhrin küçələrindən birində avtomobil qəzasına uğrayır, ağır yaralanır və xəstəxanada yatır.

Cənab Tohidinin xəstəxanada yatması xəbəri Ayətullah Xameneiyə çatdıqda, öz qonaqlarına buyurdu: “Yaxşı olar ki, hamılıqla cənab Tohidinin görüşünə gedək”. O, bir prezident sayağı xəstəxanaya baş çəkdi, bir-bir otaqlara getdi və bütün xəstələri ziyarət etdi. Daha sonra xəstəxananın məsul şəxslərinə buyurdu: “Bütün xəstələrə yaxşı baxın, heç kimin ciddi problemi qalmasın, büdcə cəhətdən çatışmazlığınız olsa, biz buradayıq”.

Höccətül-İslam Seyid Əliəsğər Baqizadə

Xüsusi görüş

Ayətullah Xamenei cəbhəyə baxış keçirdi, saat 16:30-da bitən uzun baxışdan sonra öz səngərinə qayıtdı. Mən Böyük Rəhbərlə bir saat xüsusi görüş istədim, o razılıqla istəyimi qəbul etdi. Mən ağa ilə təqribən 45 dəqiqə müharibə və digər məsələlər haqda söhbət etdim. O mənim sözlərimi hövsələ və diqqətlə dinləyir, sonra danışırdı. Ölkə prezidentinin mənim kimi adi korpus zabiti ilə rəftarı olduqca səmimi idi.

General Əsğər Səburi

Xalq üçün iş

Xalqa xidmət Böyük Rəhbərin düşüncə və fəaliyyətlərində bir an belə yaddan çıxmayan məqamdır. O, Urmiya səfərində rəsmi iclasda bu barədə xüsusi bir məqamı vurğuladı. Bu söz mənim üçün çox gözəl və maraqlı idi. O, Urmiyanın vəzifəli şəxslərinin iclasında

səh:66

buyurdu: “Xalq inqilab üçün çox zəhmət çəkmiş, malından və canından keçmişdir. Onlar imkanları çatan hər şeyi Allah yolunda vermişlər. Bu xalq yolunda yorulmaq düzgün deyil”. Bu, Böyük Rəhbərin xalqa baxışıdır. Mən bunu Ağanın xalqa olan məhəbbətindən irəli gələn bir baxış sayıram.

Cənab Nasir Ərəbha

Mənim məktubumun cavabı

1995-ci ildə kilinikama bir xanım müraciət etdi. Öz körpə uşağını da gətirmişdi, hər ikisi vərəm idi. Xanımın xəstəliyi o qədər ağır idi ki, boğazından qan gəlirdi. Mən onları müayinə edib nüsxə (resept) yazdım. Nüsxəni xanıma verdikdə o, məyus halda dedi: “Sizin qabaqkı nüsxəniz də məndədir. Mən əvvəllər də sizə müraciət etmişəm, amma maddi imkanım olmadığından, dərmanları ala bilməmişəm. Mənim dörd övladım var, 10 yaşlı qızımdan başqa hamımız bu xəstəliyə düçar olmuşuq. Həyat yoldaşım iflicdir, işləyə bilmir. Ailədə işləyən təkcə on yaşlı qızımdır. O, xalça toxumaqla çox cüzi miqdarda pul qazanır. O da heç çörək almağa bəs etmir”. Mən ona dedim: “Bu məsələ barəsində mən dostlarımla söhbət edərəm, bəlkə sizin və ailənizin probleminə çarə tapa bildik”.

O xanım klinikadan çıxdı. Mən çarə haqqında düşünməyə başladım. Bir saat keçdikdən sonra o xanım yenidən müraciət etdi, amma bu dəfə qabaqkından çox fərqlənirdi, sevincindən özünə sığmırdı. O mənə dedi: “Daha sizin çarə axtarmağınıza ehtiyac yoxdur”. Səbəbini soruşduqda dedi: “Evə çatdıqdan sonra bir neçə nəfər evimizə gəldi. Onlar bizim vəziyyətimizi araşdırdılar və

səh:67

qərara gəldilər ki, sabah hamımızı müalicə üçün xəstəxanaya aparsınlar”. Bu heyətin kimin tərəfindən göndərildiyini soruşdum. Dedi: “Böyük Rəhbər tərəfindən”. Dedim ki, Ağa bu məsələdən necə xəbərdar olub? Cavab verdi: “Bu günlərdə Ağa Quma gəlmişdi. Mən məktub yazıb hadisəni ona çatdırdım. Müraciətim onun dəftərinə tapşırıldı. Təcili yardıma ehtiyacı olanların işini birinci araşdırmışlar. Odur ki, bizim məsələmiz tez həll olundu”.

Belə rəftar mənim üçün çox şirin idi. İnsan bu rəftarları gördükdə Allah övliyalarını xatırlayır.

Doktor Vəhidi

Həmişə yüksək əhval-ruhiyyə

Ağa İranşəhrdə sürgündə olarkən bir qrup dostla onun və onunla birgə sürgündə olan ruhanilərin görüşünə getdik. Böyük Rəhbərin sürgündə ruhiyyəsi çox yüksək idi, onda yorğunluqdan və qürbət çətinliyindən əsər-əlamət görünmürdü. O, həmin bölgənin camaatı və görüşünə gedən insanlar üçün inqilabın məqsədini və dini məsələləri açıqlayırdı.

General Hicazi

Səkkizinci fəsil: Diqqətlər və incəliklər

İctimai və siyasi məsələlərə diqqət

Böyük Rəhbər ictimai-siyasi məsələlərə çox diqqətlidir. O, bu məsələləri hərtərəfli araşdırır. Bu diqqət təkcə son illərə və yaxud da İslam inqilabının qələbəsindən

səh:68

sonrakı illərə aid deyil. O, tağut zamanında da ictimai-siyasi məsələlərdə bu qədər diqqətli idi.

Mən onunla ilk dəfə 1974-cü ildə görüşmüşəm. O zaman məndən soruşdu: “Haralısan?” Dedim Şahrzadan. Dedi: “Şahrzanın mədəniyyəti necədir?” Dedim: “Son vaxtlar şəhərimizdə hərbi qarnizon yerləşdiriblər, buna görə Şahrzanın siması və oranın mədəniyyəti dəyişib”. O soruşdu: “O qarnizonda nə yerləşir: batalyon, briqada, yoxsa diviziya?” Dedim: “Mən belə şeylərlə çox da tanış deyiləm”. O buyurdu: “Növbəti dəfə Məşhədə gələndə bu barədə mənə məlumat verərsən”. Mən bir müddət ordunun həbsxanasında qaldım və orada hərbi məsələləri və rütbələri öyrəndim. Bu, mənim üçün çox maraqlı idi. Çünki siyasi və ictimai məsələlərə Ağanın dərin diqqətini göstərirdi.

Höccətül-İslam Seyid Əbülhəsən Nəvvab

Ətrafındakılara diqqət

Böyük Rəhbərin ölkə başçıları ilə görüşü olanda onun dərftərxanasından bir nəfər tərcüməçi seçilir. Tərcüməçi seçiminə Ağanın xüsusi diqqəti var. Çalışır ki, tərcüməçi sözlərin tələffüzündə və tərcüməsində dəqiq olsun.

Bir gün şimaldan qonşu olan ölkə başçılarından biri Ayətullah Xameneinin görüşünə gəldi. Adət üzrə tərcüməçi seçdik. Tərcüməçi o prezidentin dililə yanaşı, türk dilini də bilirdi. Böyük Rəhbərin yanına çatdıq. Amma sözügedən prezident təkid etdi ki, onun ölkəsinin səfiri tərcüməçilik etsin. Dəftərxana bu istəyi rədd etsə də, prezident qəbul etmədi və məsul şəxslər razılaşmağa məcbur oldular.

səh:69

Görüşdə Böyük Rəhbər birinci tərcüməçiyə baxdı və bildi ki, bu məsələdən narahat olub. Ona buyurdu: “Cənab, deyəsən siz türk dilini də bilirsiniz?” Sonra onun doğulduğu yeri soruşdu və dedi: “Yəqin sizin türk diliniz Ərdəbil ləhcəsi ilədir”. O cavab verdi: “Bəli, elədir”. Onunla bir qədər söhbət etdi və tərcüməçinin rahatlandığına əmin olub prezidentlə söhbətinə başladı.

Mənim üçün çox maraqlı idi ki, Ayətullah Xamenei öz ətrafındakılardan xəbərsiz olmur. O hətta bir nəfərin belə başqasına görə narahat olmasına imkan vermir.

Höccətül-İslam Məhəmmədəli Həqqani

Övlad tərbiyəsi

İran İslam İnqilabının qələbəsindən bu günə qədər Əzəmətli Rəhbər müxtəlif vəzifələrdə və ölkənin ən yüksək məqamlarında xidmət göstərib. O səkkiz ilə yaxın prezident vəzifəsində çalışıb və 1989-cu ildən bu günə qədər müsəlmanların rəhbəri vəzifəsini yerinə yetirir. Təbiidir ki, belə bir şəxsin həm özü, həm ailəsi, həm övladları bu mövqelərdən istifadə edib var-dövlət sahibi ola bilərdilər. Amma biz hamımız şahidik ki, Ayətullah Xamenei övlad tərbiyəsinə çox diqqət yetirib. Bir dəfə də olsun onun övladlarının qanunsuz işinə, yaxud atalarının məqamından sui-istifadə etməsinə şahid olmamışıq. Əgər belə bir şey olsaydı, onunla və İslamla qatı düşmən olan imperialist ölkələrin, sionizmin KİV-i dünyanı puç təbliğatla doldurmuşdu.

Böyük Rəhbər övladlarının tərbiyəsinə xüsusi diqqət yetirir. O buyurub: “Televiziyada maraqlı bir veriliş olanda övladlarımı çağırıram ki, o verilişə baxsınlar, yaxud söhbəti dinləsinlər”. Onun ailədə rəftarı da övladlarının

səh:70

əxlaqi cəhətdən yüksək səviyyədə tərbiyə olunmalarına səbəb olub.

Əli Şirazi

Diqqət

Biz namaz qılanda Böyük Rəhbərin nəvəsi mənim ağ nəleynimə tərəf getdi. Onu kiçik ayaqlarına geyib yeriməyə başladı. Bu iş namaz bitənədək davam etdi, namazdan sonra Böyük Rəhbər üzünü mənə tutub buyurdu: “Bu uşaq ayaqlarını sizin ayaqqabınıza salmaqla təbərrük etmişdir”. Mən dedim: “Yox, mənim ayaqqabım onun ayaqlarından təbərrük etdi”. Bu söhbətdən sonra Ayətullah Xameneinin göstərişilə onun ağ nəleynini gətirdilər və onu mənə hədiyyə etdi.

Höccətül-İslam Seyid Müctəba Hüseyni

Tərif edərkən diqqətli olmaq

1972-ci ilin yayı idi. Mən Məşhəddə idim. Bir gün bir neçə dostum təklif etdi ki, nahar yeməyini kəndlərdən birində yeyək. Təklifi qəbul etdim və yola düşdük. Naharı həmin yerdə yedik, sonra elmi və siyasi müzakirələr başlandı. Məclisin mübahisə mövzularından biri də bir univeristet müəllimi haqqında idi. Dostlarımdan bir neçəsi

səh:71

onunla muxalif idilər, amma mən o zaman onun qatı müdafiəçilərindən idim və onu həvəslə müdafiə edirdim.

Bəhs sona çatdı, eşitdik ki, Ayətullah Xamenei qonşuluqda sakindir. Vaxtı qənimət bilib hamılıqla onun görüşünə getdik. Görüşdən sonra qonaqlara qoşulub mikroavtobusla Məşhədə qayıtdıq. O zaman Böyük Rəhbər də bizə qoşuldu, mən bir qədər irəlidə olduğuma görə dayandım və onunla birlikdə mikroavtobusa mindim. Onun arxasında oturdum və fürsəti fövtə verməyib, həmin universitet müəllimi haqda fikrini öyrənmək istədim. O, çox mətanətlə və ağır-ağır söhbətə başladı. Kimsənin qeybətini etmədən sakit halda buyurdu: “İnsanları tərifləyərkən hədlərə riayət etmək lazımdır. Gərək elə tərifləyəsən ki, o şəxsin zəif məqamları və səhvləri təsdiq olunmasın”. Mənim üçün çox şirin və gözəl idi ki, o zaman, 1972-ci ildə belə bir dəqiq cavab eşitdim.

Höccətül-İslam Məhəmmədrza Fakir

İncəliklərə diqqət

İnqilabdan öncə İslamın bəzi məfhumları materialist və ateist məfhumları ilə qarışdırılırdı. Böyük Rəhbər bu məsələ ilə bağlı çox həssas idi. Onun bu işi Xorasanda bu təfəkkürün qarşısını almaq üçün çox böyük təsir qoymuşdu. Ustad Şəhid Ayətullah Mütəhhərinin Məşhədə səfərlərinin birində düşüncə və məfhumların sərhədləri haqqında söhbət açıldı. Ustad Mütəhhəri Ayətullah Xameneinin tələbələrinin mövzuya baxışını gördükdə, gülümsəyərək razılıqla buyurdu: “Çox yerdə bu qədər dəqiqlikdən xəbər yoxdur. Məşhəddə bu məsələlərə diqqət cənab Xameneinin bərəkətli vücuduna görədir”.

Höccətül-İslam Amili

səh:72

Firdövsə yardım fondu

1968-ci ildə Firdövsdə zəlzələ oldu. Rəfsəncanda xalq tərəfindən bir qədər yardım hazırladıq və zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə Xorasana yolladıq.

Məşhəddə bildik ki, təqlid mərcələrindən biri Firdövsdə yardım fondu təşkil edib. Fond Ayətullah Xamenei, Ayətullah Vaiz Təbəsi, Höccətül-İslam Şəhid Haşiminijad və Höccətül-İslam Muhami kimi şəxsiyyətlərin nəzarəti altında idarə olunur. Rəfsəncan rayonunun əhalisinin kömək karvanı Firdövsə yollandı. Orada sözügedən fonda müraciət etdik ki, gətirdiklərimizi təhvil verək. O gün cədvələ əsasən, Ayətullah Xameneinin məsul olduğu gün idi. O çox çalışırdı və çox gözəl rəftar edirdi. İlk görüşümüzdən mən ona vuruldum. Bu səfərdə ilk dəfə ondan xahiş etdik ki, mübarək Ramazan ayı təbliğə Rəfsəncana gəlsin. Gətirdiyimiz yardımları Ayətullah Xameneiyə təhvil verdik. O, gözəl əxlaqı ilə məni özünə valeh etdi, onunla çox səmimi söhbət etdik. O buyurdu: “Zəlzələdən bir gün sonra Firdövsə gəldik, bölgəyə baxdıq, uşaqların səsi hər yeri bürümüşdü, anladıq ki, onlar acdırlar. Dedim tez süd və süd şüşəsi gətirdilər, onları uşaqların arasında böldük. Bir qədəri qaldı, yenidən həmin işi təkrar etdik. Üçüncü gecə heç bir uşaq ağlamırdı, çünki onların hamısı tox idi.

Bu iş onun diqqətinin, istedadının, incəliklə proqramlaşdırmasının, idarəçiliyinin, işə kompleks yanaşmasının göstəricisidir. Bu istedadlar 1968-ci ildə onda görünürdü.

Höccətül-İslam Hacı Şeyx Abbas Purməhəmmədi

səh:73

Ata kimi övladlar

Böyük Rəhbər fədakar könüllülər zümrəsindəndir. Onun övladları da belədir. Ayətullah Xamenei prezidentlik dövründə xalqı müharibədə iştirak etməyə çağırırdı, onun övladları da cəbhəyə gedirdilər. Bədr əməliyyatı zamanı ön cəbhədə mən onun əziz övladı ağa Mustafanın arif könüllülərin yanında olduğunu gördüm. Səkkiz illik müqəddəs müdafiə dövründə mən onu dəfələrlə “Seyyidüş-şühəda” və “Muhəmməd rəsulullah” diviziyalarında görmüşəm. Ağanın övladlarının cəbhədəki şücaəti Böyük Rəhbərin sözdə və əməldə düzgünlüyündən və övladlarının tərbiyəsinə verdiyi əhəmiyyətdən irəli gəlir.

Ordu generalı Seyid Yəhya Səfəvi

Nəsihətin incəliyi

Övladlarımdan birinin nikah əqdini Böyük Rəhbər oxuyub. Əqd mərasimi bitdikdən sonra Ağa bəy və gəlinə nəsihət verdi. O buyurdu: “Əgər siz cansız bir cismi evinizə aparsanız, onu bir əşya kimi saxlamaq istəsəniz, baxmağa o qədər də ehtiyacı yoxdur. Ayda bir dəfə tozunu alsanız yetər. Amma əgər bir dəstə tər gülü evinizə aparsanız, gərək hər gün ona baxasınız, muğayat olasınız. Onun havasına, suyuna, işığına lazımi diqqəti göstərəsiniz. Siz indi bir canlı gülü evə aparırsınız, gərək daimi olaraq ondan muğayat olasınız ki, solmasın. Gəlinlər də gərək öz ərlərindən muğayat olsunlar, onlara lazımi qulluğu göstərsinlər. Bəylər də öz xanımlarından muğayat olsunlar və onlara məhəbbət bildirsinlər”. O necə diqqət və incəliklə nəsihət verirdi! Bu sözlər onun gənc nəslə olan qayğısını göstərir.

səh:74

Höccətül-İslam Seyid Əliəkbər Hüseyni

Ailə məsələlərinə diqqət

Böyük Rəhbər bütün işlərə diqqətlidir. Ailə üzvlərinə diqqət göstərməkdə xüsusi çalışır. Bir gün İnqilab Keşikçiləri Korpusunun zabitlərinin onunla görüşü vardı. Görüşdən qabaq mən dəftərxanada onunla görüşdüm. Ağa hal-əhval tutduqdan sonra ayaq üstə durmasına baxmayaraq dedi: “İşlərinizi yerinə yetirməklə yanaşı ailə məsələlərinə də diqqət yetirin. Belə olmasın ki, təkcə korpusun proqramlarını yerinə yetirəsiniz, amma ailə üzvlərinizin haqqı tapdalansın və övladlarınız elə düşünsünlər ki, siz onlara layiqincə diqqət yetirmirsiniz. Sizin övladlarınız inkişaf mərhələsindədirlər və sizin məsləhətlərinizə daha çox ehtiyacları var. Evləri yaxında olanlar mümkünsə, nahar yeməyini ailə üzvlərilə yeməyə çalışsınlar”.

Ağanın ailəyə olan bu diqqəti mənim üçün çox maraqlı idi. Bu diqqət onun həyatın ən xırda məsələlərinə belə fikir verdiyini göstərir. O, ölkənin və silahlı qüvvələrin mühüm işlərinə xüsusi həssaslıqla yanaşmasına rəğmən, bəzən çox zərif və dəqiq məqamlara toxunur, eyni zamanda bizim hamımız üçün dərs olan mühüm məqamları xatırladır.

Höccətül-İslam İbrahim Razini

Könüllülərlə birgə şam yeməyi

İran və İraq müharibəsi vaxtı Ayətullah Xamenei şirazlı döyüşçülərlə görüş üçün Əhvazın beş kilometrliyində yerləşən Fəcr diviziyası qüvvələrinin yerləşdiyi yerə gəldi. O həmin gün “Sarəllah” aşiqləri

səh:75

hüseyniyyəsində könüllülər və korpus zabitləri arasında geniş çıxış etdi və sonra buyurdu: “Mən bu gecə çox yorulmuşam və qarnizonda yatmaq istəyirəm”. Onun bu təklifi mənim üçün çox sevindirici idi. İstirahət üçün onu diviziyanın qərargahına apardıq. Cəmiyyət o qədər izdihamlı idi ki, onun qolu və çiyinləri əzilmişdi. Ağa yoldaşlarından birinə dedi: “Bax, gör paltarlarıma qan toxunmayıb?” Sonra o, istirahət paltarlarını geyindi və çox səmimi surətdə əyləşdik. Ağa üzünü mənə tutub dedi: “Şam yeməyinə bizə nə vermək istəyirsiniz?” Dedik ki, kabab və plov. Dedi: “Yox, biz bütün əsgərlərin yediyi yeməkdən yeyəcəyik”. Dedim: “Sizin qarnizona gəlişiniz münasibətilə hamıya kabab və plov hazırlamışıq”. Buyurdu: “Çox yaxşı iş görmüsünüz. Olar ki, biz də əsgərlərlə birgə yemək yeyək?” Dedim: “Bütün uşaqların arasında mümkün deyil, bölüklərin uşaqları hər biri öz bölüklərinin yerləşdiyi yerdə şam yeyirlər. Qərargah işçiləri və bəzi zabitlər isə yeməklərini hüseyniyyədə yeyirlər, biz onlara qatıla bilərik”. Ağa dedi: “Çox gözəl, biz də oraya gedərik”.

Ayətullah Xamenei ilə birgə “Sarəllah aşiqləri” hüseyniyyəsinə getdik və döyüşçülərlə birgə xörək yedik. Bizim o günkü süfrəmizdə turşu, göyərti və qazlı içməlilər də vardı. Uzun süfrənin arxasında Ağa belə buyurdu: “Afərin sizə! Bəziləri belə düşünürlər ki, könüllülər və zabitlər gərək həmişə pendir-çörək yesinlər”. Şamdan sonra ağa ilə birgə qərargaha gəldik. Orada Böyük Rəhbər diviziyanın şam süfrəsini tərifləyərk dedi: “Şirazlılar zövqlü və səliqəlidirlər, bugünkü süfrə də onların zövqlü süfrəsindən biri idi”.

General Cəfər Əsədi

səh:76

Səs-səmirsiz işlər

1995-ci ildə bir manevrdə iştirak etmək üçün Ağa Bəndər Abbas şəhərinə səfər etdi. Qərara gəlindi ki, o, vilayətin vəzifəli şəxsləri ilə də iclas keçirsin. Həmişə məhrumlar üçün ürək yandıran Rəhbər həmin məclisdə məsul işçilərə dedi: “Siz sədd çəkmək, zavod açmaq və sair bu kimi mühüm işlər görürsünüz. Bunun üçün geniş təbliğat aparılır. Amma hərdən də səs-küysüz, lakin olduqca əhəmiyyətli olan işlərin dalınca getmək lazımdır. Elələri var ki, ailələri böyükdür və iqtisadi cəhətdən yaxşı yaşamırlar. Bəzən onlara da baş çəkin və problemlərini həll edin. Bu işlər həmişəlikdir, ola bilər ki, bu işlərlə ailələri qoruyasınız”.

Ağanın bu məqamlara diqqəti gözəl və mühümdür. Bütün bunlar ölkənin vəzifəli şəxsləri üçün dərsdir.

Cənab Nasir Ərəbha

Qayınana üçün hədiyyə

Gözlərimi Ağanın əllərinə dikmişdim. O, üçüncü dərəcəli Fəth nişanını şəhid Əli Sakinin ailəsinə təqdim edirdi. Böyük Rəhbərin istəyi ilə cənab Müqəddəm ona bir Quran gətirdi. O, Quranı şəhid Sakinin xanımına verib buyurdu: “Bunu qayınanan üçün hədiyyə apar”.

Bu diqqətin şövqündən axan göz yaşlarım hələ dayanmamışdı ki, Rəhbər o ləyaqətli xanımdan övladlarını soruşdu. Şəhidin böyük qızı olduğunu bildikdə, şəhidin xanımına bir hədiyyə verib buyurdu: “Övladın üçün cehiz hazırla”.

Ötən il Şəhid Əli Saki Əhvaz-Xürrəmşəhr magistral yolunda qumbaranı işə salmış münafiqi qucaqlamışdı ki, təkcə özü ölsün və başqalarına xəsarət dəyməsin. O zaman

səh:77

Şəhid Saki bəlkə də fikirləşmirdi ki, qızı necə ər evinə köçəcək. Görəsən həyat yoldaşı qayınanası ilə keçinə biləcək və yaxud anası onun üçün mehriban dost olaraq qalacaq? O gün bu şəhidin ruhu bizim izdihama hakim idi. 2000-ci ilin qışında qardaşı və kiçik yaşlı övladı da əziz Xameneinin isti məhəbbətindən, fevral ayının soyuğunu unutmuşdular.

Əli Şirazi

Unudulmaz təşkilatçılıq

Böyük Rəhbər İranşəhr rayonunda sürgündə olarkən sel Sistan və Bəlucistan vilayətinin bir hissəsini dağıtdı. O, həmişəki müdiriyyəti ilə yardım komitəsi təşkil etdi və seldən zərər çəkənlərə köməyə başladı. O bu köməyin yanında böyük bir mədəni işə də imza atdı və xalqı tağut rejiminin təhlükələrindən xəbərdar etdi. Böyük Rəhbərin bu vilayətdə etdiyi xidmətlər oranın xalqı üçün unudulmazdır. Mən Sistan və Bəlucistanın qubernatoru idim, biz ağa ilə birgə İranşəhrə səfər etdik. O səfərdə xalqın Böyük Rəhbərə çox güclü məhəbbətinin şahidi oldum. Mənim üçün çox maraqlı idi ki, o, İranşəhrin bütün məsələlərindən xəbərdardır. Bu diqqət, həm də Ağanın güclü yaddaşını nümayiş etdirir.

Doktor Mənuçehr Məhəmmədi

“Bəs başqaları?”

Həzrət Rzanın (ə) hərəminin zərihini dəyişdirən zaman Böyük Rəhbərlə birgə hərəmə getdik. Böyük Rəhbər məzarın yanında raz-niyazla məşğul idi. Zərih götürüldüyündən pak məzara yaxınlıq xüsusi hal yaradırdı.

səh:78

Ayətullah Xameneinin raz-niyazı bitdikdən sonra cənab Vaiz Təbəsi ona dedi: “Övladlarınız da yaxına gəlib İmamı yaxından ziyarət etsinlər”. O buyurdu: “Bəs başqaları?”

Ağa həmişə belədir. O öz övladları üçün xüsusi bir imtiyaz tanımır. Həmin vaxt buyurdu: “Əgər hamı İmamı yaxından ziyarət edə bilərsə, mənim övladlarım da gəlsinlər”. Hamımız belə ziyarətə nail olduq. Çox yadda qalan bir gün idi. İmamın bəzi aşiqləri orada çox qəribə hisslər keçirdilər.

Höccətül–İslam Məhəmmədəli Həqqani

“Düşmən daha güclüdür!”

Bir gün Böyük Rəhbərə dedim: “Müdafiə nazirliyinin bu qədər qarnizonları var, yazın ki, onlardan birini Quran və namaz işləri üçün Namaz Mərkəzinə versinlər”. Ağa elə bir cümlə buyurdu ki, bizim hamımız üçün dərsdir. O dedi: “Müdafiə qüvvələri elə bilməməlidirlər ki, zorla ondan nə isə almaq olar. Dost güclüdürsə, düşmən daha güclüdür”.

Bu məqam Böyük Rəhbərin uzaqgörənliyindən danışır. Çox mühümdür ki, insan hər bir işdə onun bütün tərəflərini nəzərə alsın. Ayətullah Xameneinin belə bir xüsusiyyəti var, bəzən haradasa bir qrupa, yaxud bir təşkilata çox böyük dərs öyrədir.

Höccətül-İslam Möhsin Qiraəti

“Qanunu pozana qarşı tədbir görün - mənim oğlum olsa belə!”

Yüksək vəzifəli bir hərbçi bir yeri tutmaq haqda əmr vermişdi. O, haqlı olsa da, bu iş üçün qanuni icazəsi yox idi. Hərbi tribunal hadisənin təfərrüatını araşdırıb, Böyük

səh:79

Rəhbərə göndərdi. O, altından belə yazdı: “Qanunu pozana qarşı tədbir görün, hətta mənim oğlum olsa belə!” Bu məqam mənim üçün çox əhəmiyyətli idi. Çünki o yerin tutulması əmrini verən zabit çox ədalətli insan idi, çox yüksək vəzifəsi də vardı. Amma Ağanın qanuna sədaqəti belə bir əmr verməsinə bais oldu.

Böyük Rəhbər qanuna çox dəyər verir. Müxtəlif cinayət işlərində bu məsələ daha qabarıq görünür. Qanunu pozan şəxs mühüm vəzifədə və yaxud yüksək rütbədə olsa belə, qanunu pozmuşsa, cəzalandırılır. Onun belə rəftarı bizim hamımız üçün dərs və örnəkdir.

Höccətül-İslam Niyazi

Suya qənaət

1979-cu ildə İmamın övladı hacı ağa Mustafanın şəhadəti ilə əlaqədar ölkədə yeni bir ab-hava yarandı, İslam inqilabı daha da rövnəqləndi. Tağut rejimi bu hərəkatı susdurmaq və inqilabın öncülləri arasında ayrılıq salmaq üçün onları müxtəlif şəhərlərə sürgün etdi. O cümlədən, Böyük Rəhbər İranşəhrə sürgün edildi.

Mən həmin il onunla görüşə nail oldum. Sürgündə olan alimlərin bir-birilə rəftarı çox səmimi idi. Onlar tələbəlik dövründəki kimi işləri öz aralarında bölmüşdülər. Mən orada olanda nahar yeməyinin qablarını yumaq Böyük Rəhbərin vəzifəsi idi. Nə qədər israr etsəm də, qabları yumağa icazə vermədi və buyurdu: “Bu mənim öhdəmə düşən işdir, siz başqa bir iş görə bilərsininz”. Mən o gün diqqətlə Ağanın qab yumasına tamaşa etdim. O, qabı təmiz yumağa və eyni zamanda suya qənaət etməyə çalışırdı. O, bu müddətdə də fürsətdən istifadə edir və

səh:80

yanına gələnləri dövrün vəziyyəti və dini məsələlər barədə məlumatlandırırdı.

Höccətül-İslam İbrahim Razini

Hərbi forma

Böyük Rəhbər mənə buyurdu: “Mən müharibə zamanı döyüşə həmişə hərbi formada gedirdim, amma həmişə tərəddüd içindəydim. Düşünürdüm ki, görəsən Peyğəmbər libasını kənara qoyub, dar hərbçi paltarı geyinmək düzgündür, yoxsa yox?” O, Tehrana qayıdan zaman ruhani libasını hərbi formanın üstündən geyinirdi və həzrət İmama məruzə etdikdən sonra cümə namazına gəlir və vəhdət yaradan cümə namazını qılırdı.

Böyük Rəhbər sözünün davamında buyurdu: “Mən cəbhəylə bağlı məruzə üçün Cəmarana getdim. İmam pəncərənin arxasında dayanmışdı, mən çəkmələrimin bağını açarkən bir qədər yubandım. Həzrət İmam dayanmışdı və gülər üzlə mənə baxırdı. Otağa girib İmamın əlini öpdüm. O, əlini mənim kürəyimə vurub buyurdu: “Bir vaxtlar əsgər paltarı geyinmək el arasında mürüvvətə zidd hesab olunurdu. Amma indi görürəm ki, bu sizə necə də yaraşır!” Ayətullah Xamenei buyurdu: “İmamın bu könül oxşayan sözü ürəyimdəki tərəddüdü məhv etdi. O gündən sonra hərbi forma geyinərkən ləzzət alırdım.”

Höccətül-İslam Zünnur

Çadırlarda

Böyük Rəhbərin məhrum bölgələrə və ucqar yerlərə xüsusi diqqəti var. O, həmişə vəzifəli şəxslərə tapşırır ki,

səh:81

belə yerlərə xüsusi diqqət yetirsinlər. Onun səfərlərinin çoxu belə yerlərədir. Bu səfərlərin birində onunla birlikdə Yasuca getdik.

Bu bölgə xüsusi məhrumiyyətdə yaşayırdı. Təkcə kəndlər yox, şəhərin özü də ciddi qayğıya ehtiyaclı idi. Ağa ilə birgə çadırlara baş çəkdik. Bəzi nazirlər də Böyük Rəhbərin yanında idi. Nahar süfrəsi salındı, Ayətullah Xamenei nazirlərə müraciət edərək buyurdu: “Səfərlərinizdə mütləq məhrum və ucqar yerləri seçin, onlara baş çəkin. Əgər bu səfərdə onlar üçün bir iş görməsəniz də, eybi yoxdur. Biz ki onlar kimi yaşaya billmərik. Düzdür, onlar kimi olmasaq nə çəkdiklərini dərk edə bilmərik. Lakin bu görüşlər sizin gələcək qərarlarınıza böyük təsir göstərəcək. Bu təsir verilən məlumatlarla vücuda gəlməz.

Bu nəsihətlər bizim hamımızın yolu üçün bir çıraqdır. Xüsusən görəndə ki, o, bütün vücudu ilə buna əməl edir və çadırlarda yaşayanların arasında onların biri kimi danışır və dinləyir.

Höccətül-İslam Əhməd Mərvi

“Hansı hadisə?”

Tehran Universitetinin ətrafında baş verən məlum hadisə gecəsi mən şam namazını Ağanın arxasında qıldım. Namazdan sonra işlər haqda məlumat vermək üçün onun yanına getdim. O mənə dedi: “Mən belə hiss edirəm ki, bu gecə bir hadisə baş verəcək”. Öz-özümə dedim ki, yəqin bu məmləkətdə baş verən həmişəki hadisələrdən biri olacaq. Ertəsi gün eşitdim ki, universitet məhəlləsində məlum hadisə baş verib. O, hadisənin xırdalıqlarını

səh:82

bilmirdi, amma deyəsən, belə bir hadisənin baş verəcəyi Ağaya ilham olmuşdu.

Höccətül-İslam Niyazi

“Bu hava limanından...”

Ayətullah Xamenei dua, minacat, mənəviyyat və raz-niyaz adamıdır. O, Quran və dua oxuyan zaman, həmçinin Əhli-beyt (ə) müsibətləri, fəzilətləri yada salındıqda göz yaşı axıdır, arifanə və aşiqanə hal tapır. O, heç zaman keçmişdəki ibrətli hadisələri unutmur.

Prezident olarkən bir gün o, Zahidana səfər etdi. Mən də onu müşayiət edirdim. Təyyarə Zahidan hava limanına enirdi. Məsul şəxslər Ağanı qarşılamaq üçün düzülmüşdülər. Böyük Rəhbər təyyarənin pəncərəsindən baxdı və gözünü o mənzərəyə dikərək dedi: “Bu hava limanından məni qolları bağlı vəziyyətdə, iki polislə birgə təyyarəyə mindirib, Tehrana gətirdilər və Qızılqala həbsxanasına saldılar.

Bu söz mənim üçün çox əhəmiyyətli idi. O buyurdu: “Mən bir dəfə ölüm səfərinə gedib-qayıtmışam. Elə bildim ömrümün son anıdır. Mən heç vaxt o anı unutmaram, onu tez-tez xatırlayıram”. Bu hadisə bizim üçün dərsdir. Belə bir şəxsiyyət bizim rəhbərimizdir. Heç şübhəsiz, onun rəhbərliyi Allahın lütfü və İslam ümmətinə hədiyyəsidir.

Höccətül-İslam Məhəmmədcavad Höccəti Kermani

Şadqan üslubu

Böyük Rəhbərin şeir və məddahlıq sahəsində məhəlli üslublar haqqında xüsusi məlumatı var. O, bir çox incəsənət növləri ilə tanışdır.

səh:83

Şairlər onunla görüşüb, şeir oxuduqları zaman mən də orada idim. Bu görüş Süsəngərddə, yaxud da Hüveyzədə idi. O gün şairlərdən biri ağaya dedi: “Əgər icazə versəniz, mən Azadeqan çölünün yerli dili ilə bir şeir oxuyaram”. Böyük Rəhbər dedi: “Buyurun”. O, ərəb dili ilə bir şeir oxudu. Şeir bitdikdən sonra Ayətullah Xamenei ona dedi: “Bu şeir Şadqan üslubunda idi, Azadeqan çölünün yerli dilində yox”. Şeiri oxuyan dedi: “Siz haqlısınız, mən yanıldım. Bu üslub Şadqanın yerli uslubudur”.

Hacı Sadiq Ahəngəran

Doqquzuncu fəsil: Mübarizə və şücaət

Cümə imamının şücaəti

Mən cümə günü hadisəsini unutmaram. O, çox əzəmətlə, nurani və müqavimətlə keçdi; təmkinli səslər və atəşlərlə yadda qaldı. Mən baxırdım, xüsusən, baxırdım camaat nə vəziyyətdədir. Gördüm ki, bir nəfərdə belə süstlük yaranmayıb və o zaman cümə imamı (Ayətullah Xamenei) o qədər uca səslə danışırdı, camaat elə dinləyirdi... Onlar şüar səsləndirirdilər ki, biz şəhadət üçün gəlmişik!

İmam Xomeyni

Cümə namazında Ağanın şücaəti

Müharibə zamanı Ayətullah Xamenei həm prezidentlik vəzifəsini yerinə yetirirdi, , həm də Tehranın cümə imamı idi. Bir gün o, cümə namazı xütbələrini söyləyərkən, düşmənlər qabaqcadan hazırladıqları bombanı işə saldılar. Partlayışdan dərhal sonra o, əlini yuxarı qaldırdı və

səh:84

xütbələri davam etdirdi. Onun təmkin və sakitliyi göstərirdi ki, bu hadisə Ağanın uca və yüksək əhval-ruhiyyəsinə heç bir təsir göstərməyib. Camaat da mətanət və vüqarla dərhal cümə namazının nizam-intizamını bərpa etdilər. O, cümə namazı və xütbələri davam etdirildi, sanki heç bir hadisə baş verməmişdi. Halbuki orada çoxlu insan şəhid edilmişdi, bədənləri parçalanmışdı. Camaat onların tikə-tikə olmuş bədənlərinə baxırdılar. O səhnə İslam inqilabının unudulmaz səhnələrindəndir.

Höccətül-İslam Məhəmmədi İraqi

İlk qamçılar dəydi

Əzəmətli Rəhbər İslam hərəkatını müdafiə məqsədilə inqilabın ilk çağlarından qamçı zərbələrinə məruz qaldı. O, İslam inqilabının bütün mərhələlərində iştirak etmişdir. Bu gün bəzi vəzifələrdə çalışan gənc tələbələrin çoxu Ayətullah Xameneidən inqilab və onun məfhumlarını öyrənmişlər. İnqilab dövründə onlar Ayətullah Xameneiyə görə ümidvar idilər. Böyük Rəhbər hərəkatın bütün dövrlərində möhkəm və sarsılmaz addımlarla irəliləyir, hətta bir an da İslam inqilabının uğuruna şübhə etmirdi. O həmişə ön xətdə idi. Belə bir insan məntiq, ağıl və şəriət baxımından, rəhbərlik məsələsində bu şərtlərə malik olmayanlardan öndədir.

Ayətullah Haşimi Rəfsəncani

20-ci kameranın dustağı

Mən 18-ci kamerada, cənab Xamenei isə 20-ci kamerada idi. Həbsdə xəbərlərimizi bir-birimizlə bölüşürdük. SAVAK işçiləri cənab Xameneinin saqqalını

səh:85

qırxmışdılar ki, təhqir üçün sillə vursunlar. Bu hərəkət onun müqavimətçi ruhiyyəsini bir zərrə də sarsıtmadı. O, çox möhkəm və müqavimətlə dustaq paltarını başına dolayır və həbsxanada get-gəl edirdi. Bir gün onu həbsxananın həyətində gördüm. Çox şad idi, sevinirdi. Bu sevinc onun yüksək əhval-ruhiyyəsini göstərirdi.

Şəhid Məhəmmədəli Rəcai

Misilsiz şəxsiyyət

Böyük Rəhbər, Şəhid Haşiminijad və mən inqilabdan qabaqkı illərdə istibdadla mübarizə aparır, birgə məclislər keçirir, mübarizə məsələlərini və çıxışları proqramlaşdırırdıq. İşimiz təşkilatçılıq idi. Bizim qarşılıqlı həmkarlığımız və əməkdaşlığımız var idi.

Böyük Rəhbər siyasi mübarizə proqramlarında əməkdaşlığa, iş və söz birliyinə inanırdı. Təbii ki, bu vəziyyətdə iş daha sürətlə irəliləyirdi. Biz o məclislərdə əhd bağlamışdıq ki, digərinin şəxsiyyətini öz şəxsiyyətimiz, öz şəxiyyətimizi digərinin şəxsiyyəti biləcəyik. Biz bu qədər bir-birimizə etimad göstərirdik və bir-birimizin nüfuzunu qoruyub yüksəldirdik. Heç zaman bir-birimizə qarşı bədbin olmamışıq, biri olmayanda o biri onu müdafiə edib. Biz o zaman Böyük Rəhbəri tanıdıq. Bənzərsiz bir şəxsiyyət idi. Bu gün də həmin səmimiliklə və mənəviyyatla dövlətə rəhbərlik vəzifəsini icra edir.

Ayətullah Vaiz Təbəsi

Saray alimlərinin ifşası

Böyük Rəhbər İslama xəyanət edənləri ifşa etməyə çalışır və bu işi özünə vəzifə bilirdi. O, bu işdə heç nədən

səh:86

qorxmurdu. 1969-cu ilin səfər ayının axırlarında Qorqan şəhərinin Gülşən məscidində çıxışlarında saray alimlərinin xəyanəti haqqında danışır və buyururdu: “Alimlər Peyğəmbərin əmanətçiləridir - amma dünyaya girişməyənə qədər. Dünya yaxınlaşdıqda da, ona yaxınlaşmamaq lazımdır. Sonra nümunə üçün bir neçə saray aliminin adını çəkir və onları xalq yanında ifşa edirdi. Bu şücaətli addımı onun minbərə çıxmasının və çıxış etməsinin qadağan olunması ilə nəticələndi. Amma yenə də onun qarşısını ala bilmədilər. O, Qorqanda ifşanın mümkün olmadığını gördükdə, mənim yanıma gəldi. Mənim tələbələrin qarşısında “Saray alimlərinin ifşası” mövzusundakı çıxışımı eşitmişdi. O, Qorqan şəhərinin Sepehr mədrəsəsində minbərinin qadağan olunması xəbərini verdi və mənə buyurdu: “Mən sizi bu çıxışları davam etdirmək üçün təqdim edirəm. Siz bu gündən mənim yerimə minbərə gedin və söhbətləri davam etdirin”. Sonra buyurdu: “Biz gərək saray alimlərininin minbərə çıxmasına və xalqı yoldan azdırmasına imkan verməyək”.

Höccətül-İslam Seyid Əhməd Nəqibpur

Zamanı tanımaq və şücaət

1968-ci ildə Firdövsdə zəlzələ baş verərkən Ayətullah Xamenei ilə tanış oldum. Ağanın səmimi və isti rəftarı, təbliğinin gücü və gözəl nitqi məni valeh etdi. Mən həmin ildə mübarək ramazan ayı təbliği üçün onu Rəfsəncan şəhərinə dəvət etdim. Allah ayında Allah-taalanın lütfü ilə Ayətullah Xamenei bizim qonağımız oldu. Onun dövrün vəziyyəti haqqındakı ətraflı məlumatı və şücaəti sözlərinə coşqunluq verirdi. Buna görə də, neçə gündən bir polis və SAVAK işçiləri ona əziyyət verir, qayğıkeş və ifşaedici

səh:87

sözlərini deməyə mane olurdular. Lakin onların hədələri heç zaman Böyük Rəhbərin əhval-ruhiyyəsinə təsir etmədi və o, öz cəsarətli çıxışlarını davam etdirdi, mübarək ramazan ayında Pəhləvi ailəsinin pərdəarxası işlərindən çoxunu ifşa etdirdi.

Höccətül-İslam Hacı Şeyx Abbas Purməhəmmədi

Zalımların xırmanını oda çəkən şimşək

Böyük Rəhbərin nitqləri və cümə namazındakı çıxışları çox məzmunlu, faydalı və dərin elmi, əxlaqi və siyasi dərslərə malikdir. Onun inqilabdan öncəki kəskin və inqilabçı çıxışları zalımların xırmanını oda çəkən şimşək, rejim əleyhinə vulkan idi. Onun əzəmətli mərdliyi və misilsiz şücaəti indiki çıxışlarında da aşkar görünür, İslam inqilabı və tağut rejiminin devrilməsi yolundakı parlaq keçmişinin göstərir. Onun hökumət və fəqih vilayəti haqqındakı sözləri insana həzrət İmam Xomeyninin (r) Nəcəfdə dediyi xaric (ali ixtisas) dərslərini xatırladır. Elə bil, həmin dərslər bu gün Əzəmətli Rəhbərin səlis nitqi ilə camaata çatdırılır.

Şücaət və qorxmazlıq

1977-ci ildə həzrət Ayətullah Xamenei müqəddəs Məşhəddə idi. Həmin il İslam inqilabının şah əleyhinə qarşı hərəkatı gücləndi. O, həmin hərəkatda mitinqlərin və çıxışların əsas təşkilatçısı hesab olunurdu. Şah rejimi Böyük Rəhbəri tutub İranşəhrə sürgün etdi.

Mən 1978-ci ildə İranşəhrə gedib onu ziyarət etdim. Onun evində nisbətən böyük bir otaq var idi. Bölgələrdən görüşünə gələn gənclər və tələbələr orada qalırdılar.

səh:88

Görüşlər siyasi məclisə çevrilirdi. Hərə bir tərəfdən sual verir və Böyük Rəhbər heç nəyi nəzərə almadan, iclasda iştirak edən SAVAK casuslarını görmürmüş kimi siyasi məsələləri çox qətiyyətlə və aydın şəkildə bəyan edirdi. Mən o gün bu böyük şəxsiyyətin şücaətinə və qorxmazlığına heyran qaldım və o məclisdən elə əhval-ruhiyyə ilə çıxdım ki, onu və Böyük Rəhbərin həqiqətləri deməkdə qeyri-adi şücaətini unutmayacağam.

Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi

Sürgündə mübarizə

Böyük Rəhbər İslam İnqilabının qələbəsindən öncəki mübariz və inqilabçı ruhanilərdən idi. Onun həyatının bir hissəsi hövzə işləri, tədris və təhsil kənarında şah rejimi ilə mübarizədə keçmişdir. O bu yolda həbsdən və sürgündən qorxmurdu, dəfələrlə tutulmuş və sürgün edilmişdir.

Onun sürgün edildiyi yerlərdən biri İranşəhr rayonu idi. Ağa sürgündə də sakit dayanmır və mübarizəsini davam etdirirdi. İmamın rəşadətli oğlu hacı ağa Mustafanın qırxından sonra o, çox mühüm bir ideyaya imza atdı. O, İranşəhrdə sürgündə olan bir neçə nəfərlə birgə, təqlid mərcələrinə məktub ünvanladı. Orada İmamın rəhbərliyi qeyd olundu, şah rejiminin fəsadları ifşa edildi. Qərara alındı ki, bu məktublar ölkədə sürgündə olan digər alimlər tərəfindən də imza olunsun. Bu iş hərəkət rəhbərlərini bir-birindən uzaqlaşdırmaq istəyən düşmənin planını zərərsizləşdirməkdən əlavə, hökumətə göstərirdi ki, sürgün heç zaman onları mübarizədən saxlaya bilməz.

Mənə Böyük Rəhbər tərəfindən məktubları sürgün bölgələrinə aparmaq tapşırıldı. Alimlər onu imzalayandan sonra Qumdakı qırx mərasimindən qabaq bütün ölkədə

səh:89

yaymalı idim. Bu yenilik cəmiyyətə çox böyük təsir bağışladı və düşmənə göstərdi ki, Böyük Rəhbər heç zaman sürgündən qorxmur və bütün hallarda öz vəzifəsini yerinə yetirir.

Höccətül-İslam İbrahim Razini

Onuncu fəsil: Döyüş və cihad

Xürrəmşəhr döyüşü

Təxminən qırx gün Xürrəmşəhrdə müqavimət göstərib iraqlıların şəhəri işğal etməsinə imkan vermədik. Bu müddətdə Böyük Rəhbər misilsiz şücaətlə düşmənin mövqelərinə hücum edir, onların tanklarının sırasını pozur və irəliləmələrinə mane olurdu. O, İmam Xomeyni ilə görüşəndə yeni və düzgün bilgiləri çatdırmaq üçün üç və beş nəfərlik qruplarla düşmən qüvvələrinin daxilinə qədər irəliləyir və əməliyyat zonasını müşahidə edərək yeni məlumatlar toplayırdı.

Höccətül-İslam Zünnur

Cəbhənin ön xəttində

Müharibənin ilk günlərində bizim əsas müdafiə xəttimiz Əhvazda idi. Bir gün səhər tezdən ön xətdə idim. Yuxudan ayıldım, gördüm ki, bir nəfər cəbhə xəttini nəzərdən keçirir. Elə bildim Müdafiə nazirliyinin həmişə bizə baş çəkən zabitlərindəndir. Öz işimlə məşğul oldum. O, iki nəfərlə birlikdə bizim səngərimizə gəldi. Baxıb gördüm ki, Ayətullah Xameneidir. O, hərbi formada, kəmərində bir tapança ilə, düşmənlə bir kilometr fasiləsi olan ən təhlükəli nöqtədə bizim görüşümüzə gəlmişdi.

səh:90

Birgə nəzarət səngərinə getdik. Böyük Rəhbər bütün xəttə baxış keçirdi və ərzaq məhsullarının cavabdeh şəxslərinə dedi: “Gəlin ön cəbhədəki uşaqlara bir şey hazırlayaq”. Sonra mənə buyurdu: “Sizin durduğunuz yer çox həssas yerdir, ehtiyatlı olun ki, düşmən dövrə vurub sağ tərəfdən gəlməsin”.

Höccətül-İslam Amili

Döyüşçülərin əhval-ruhiyyəsini qaldırmaq

Ayətullah Xamenei İraqın İran əleyhinə müharibəsi başlayan gündən şəhid doktor Mustafa Çəmranla birgə cəbhələrdə yaxından və fəal iştirak edirdi. Silah alıb gecələr kəşfiyyat əməliyyatlarına qoşulurdu. O, İslam döyüşçülərini müdafiə edir və onlara ruhiyyə verirdi.

1988-ci ildə, yəni müharibənin sonlarında cəbhələrin vəziyyəti çətinləşdi, bəziləri öz ruhiyyələrini itirdilər. O, həmin zaman prezident ola-ola döyüşçü paltarı geyinir və nizam-intizamlı formada cəbhəyə gəlirdi. Ağanın cəbhədə iştirakı döyüşçülərin əhval-ruhiyyəsinə çox yaxşı təsir bağışlayırdı. Nəhayət, həqiqi inqilab mudafiəçiləri vəhdətlə və döyüşü davam etdirməklə düşmənin təcavüzlərini zərərsizləşdirdi və müharibəni İran İslam Respublikasının xeyrinə bitirdi.

General Abdullah İraqi

Döyüşdə möhkəm dayaq

Müharibənin əvvəllərində cənub cəbhələrində çoxlu problemlərimiz var idi. Öz qəribliyimizi və çətinliklərimizi bildirmək istədikdə, İmamın Ali Müdafiə Şurasındakı nümayəndəsi olan Böyük Rəhbərə müraciət edirdik.

səh:91

Cənubda olduğuna görə, o, bizim üçün möhkəm dayaq hesab edilirdi, biz də mütəmadi olaraq onunla iclaslar keçirir və problemlərimizi deyərək kömək istəyirdik. Ayətullah Xamenei bizim problemlərimizi həzrət İmama çatdırırdı və imkan olduğu təqdirdə, lazımı köməklər göstərilirdi.

Vitse Admiral Əli Şamxani

Cəbhədə iştirak

Müharibənin ortalarında Böyük Rəhbərin cəbhədə iştirakı azaldı. Komandirlərdən bir qrupu onun yanına gedib gileyləndilər və təkidlə Böyük Rəhbərdən cəbhədə iştirak etməməsinin səbəbini soruşdular. Böyük Rəhbər buyurdu: “Mənim bundan başqa çarəm yoxdur. Həzrət İmam Xuzistan, İlam, Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərinə getməyi mənə haram edib. Amma əgər mənim cəbhədə iştirakımı bu qədər istəyirsinizsə, tezliklə İmamın yanına gedib xahiş edəcəyəm ki, icazə versin”. Çox keçmədi ki, biz yenə Ayətullah Xameneinin cəbhədə iştirakının şahidi olduq.

Höccətül-İslam Zünnur

Əsgərlərlə birgə

Ayətullah Xameneinin prezident seçilməsindən sonra həzrət İmam onun döyüş bölgələrinə getməsini qadağan etdi. Müharibənin axırlarında o, çoxlu təkidlə yenidən cəbhəyə getmək barədə həzrət İmam Xomeyninin (r) razılığını aldı və bir daha yaxından döyüş bölgələrinə yollandı. O, Tehranın cümə imamı kimi cəbhəyə getməzdən qabaq bütün cümə və camaat imamlarına

səh:92

müraciət yolladı, onları cəbhələrdə iştirak etməyə dəvət etdi. Onun bu inqilabçı və əhəmiyyətli hərəkəti cəbhələrdə böyük dəyişikliyə səbəb oldu. O, həmin dövrdə bütün diviziyalara baş çəkir, döyüş vahidlərinin vəziyyətini öyrənir və problemləri bir-bir əsgərlərin dilindən dinləyirdi. Ağa ənənəvi olaraq, uşaqlarla ata kimi rəftar edir və mehribanlıqla onların sözlərini dinləyirdi. Bu iştirak və rəftar əsgərlərin ruhiyyəsində çox böyük bir təsir qoyurdu. Bu təsir, düşməni tam məğlubiyyətə uğradana qədər onları döyüş səhnəsində saxladı.

General Məhəmməd Kövsəri

Bölgəyə nəzarət

Müharibənin əvvəllərində kəşfiyyat işlərilə məşğul idik. İşimiz düşməni öyrənmək və onun haqqında məlumat toplamaq idi. Bir gün iraqlılar haqda məlumat əldə etmək üçün düşmənin tərk etdiyi bir yerə getdik. Orada Seyid Həsən adlı bir axar vardı. Onun hər iki tərəfi ağacla örtülmüşdü. Axarın hansı tərəfində dayansaydın, ağacların sıxlığına görə qarşı tərəf görünmürdü. Biz elə bilirdik ki, axarın o biri tərəfində iraqlılar var. “Hazırol” vəziyyətində axarın sağ tərəfindən irəliyə tərəf hərəkət etdik. Qəfildən çoxlu səs-küylə rastlaşdıq. Elə bildik düşmən bizə sarı gəlir. Onlar da bizim barəmizdə belə düşünmüşdülər, təhlükəsizlik qaydalarına riayət edə-edə axarın o biri tərəfinə atıldıq. Bu zaman gözlərimiz Böyük Rəhbərin simasına düşdü. Onda o, İmamın Ali Müdafiə Şurasında nümayəndəsi idi. O, bizdən qabaq bir neçə nəfərlə birgə bölgəni yoxlamaq üçün getmişdi, indi də yoxlama işini bitirib qayıdırdılar.

səh:93

Ağanı orada görmək bizə ruhiyyə verirdi. Biz bu görüşdən ruhlanıb silahlarımızı adi vəziyyətə gətirdik və Ayətullah Xameneinin səmimi məhəbbəti ilə qarşılaşdıq. Ağa bir-bir bizimlə əl görüşüb hamımızı öpdü.

General Əli Fədəvi

On birinci fəsil: Dünyaya etinasızlıq

Risalə verməkdən çəkinmək

Biz eşitmişdik ki, həzrət İmam Xomeyni (r) təqlid mərcəsi olmaq üçün heç bir addım atmamışdır. Bu gün eyni xüsusiyyəti Ayətullah Xameneidə də görürük. O, təqlid mərcəsi olmaq üçün heç bir iş görmür. Xalqın çoxlu təkidinə baxmayaraq, Böyük Rəhbər öz şəriət risaləsinin yayılmasına hələ də icazə vermir.

Rəhbərliyinin ilk günlərində, 1989-cu ildə hələ Ayətullah Xoyi, Gülpayiqani, Mərəşi Nəcəfi və Əraki kimi böyük təqlid mərcələri sağ ikən onunla bir məclisdə idim. Məclisdə iştirak edənlərin biri Böyük Rəhbərə dedi: “Bəziləri sizi təqlid mərcəsi kimi təqdim edirlər”. O buyurdu: “Belə etməyin, mənim çiynimə qoyulan rəhbərlik yükünü də istəmirdim, amma boynuma vəzifə düşdükdə qəbul etdim. Ümüdvaram bu ağır yükü məqsədə çatdıram. Amma bizim adamların bu yolda (təqlid mərcəi məsələsində) addım atmalarını istəmirəm.”

Sonralar şərait dəyişdikdə və təkidlər çoxaldıqda, Böyük Rəhbər ölkə xaricindəki şiələr üçün təqlid mərcəsi olmağı qəbul etdi. Amma ölkə daxili üçün buyurdu ki, başqa böyük təqlid mərcələri var. Belə rəftar Ayətullah Xameneinin yüksək ruhiyyəsindən irəli gəlir. Dünyadan üz

səh:94

çevirmək ruhiyyəsi böyük insanların xüsusiyyət-lərindəndir.

Höccətül-İslam Seyid Əhməd Xatəmi

“Əlavə xərclər qadağandır!”

Müharibə zamanı Ayətullah Xamenei ilə birgə 21-ci İmam Rza (ə) diviziyasını yoxlamaq üçün cəbhəyə yollandıq. O, hərəkətdən qabaq buyurdu ki, az maşın gətirin, bir ya iki maşın bəsdir. Əhvazdan xaric olduqda gördük ki, arxamızca təxminən on maşın hərəkət edir. Ayətullah Xamenei sürücüyə dayanmasını əmr etdi və dərhal mənə tapşırdı ki, ikinci maşından sonrakılara de ya Əhvaza qayıtsınlar, ya da gəlmək istəyirlərsə özləri tək gəlsinlər: “Nəyə görə mənim arxamca yola düşüblər? Əgər prezident bir karvan maşınla hərəkət etsə, bu, başqaları üçün nümunə olacaq, onlar da belə edəcəklər. Mənim üçün bir, yaxud iki maşın kifayətdir”.

General Şüştəri

Şəhidlər ağasının əzasında

Əzəmətli Rəhbər hər il bir neçə gecə İmam Hüseynə rövzə məclisi təşkil edir. 1988-ci ildə o, bir gün cənub cəbhələrinə gəldi. Onun gəlişi məhərrəm ayına təsadüf etdiyindən, döyüş vahidlərində əzadarlıq mərasimi və rövzə məclisləri təşkil olundu. O, hər gecə batalyon və diviziyaların birində Şəhidlər Ağasının (Seyyidüşşühəda) əzasınıda iştirak edirdi. Bir gün onunla birgə bir mikroavtobusda hər növ müşayiətdən və təmtəraqdan uzaq olaraq Süsəngərdə getdik və 85-ci Musa ibn Cəfər (ə) batalyonunda rövzə məclisi təşkil etdik.

Hacı Sadiq Ahəngəran

səh:95

Əsgər taxtı üzərində

Müharibənin əvvəllərində cəbhə xəttində bir problem yarandı. Mən onu ölkənin ən yüksək vəzifəli şəxslərinə bildirməli idim. Qərara gəldim ki, o zaman prezident olan Bəni Sədrlə görüşüm. Onun cəbhədəki qərargahına yollandım və gözləmədiyim bir təmtəraqla qarşılaşdım. Bu otaqdan o otağa, o otaqdan bu otağa o qədər əziyyət verdilər ki, peşman oldum və yenə də Bəni Sədrlə görüşə bimədim. Qərara gəldim problemi Ayətullah Xameneiyə söyləyim. Onun olduğu yerə getdim, gördüm adi bir yerdə əsgər taxtı üzərində əyləşib. Çox rahat və asanlıqla onunla görüşdüm və problemləri çatdırdım.

Şəhid Höccətül-İslam Abbas Şirazi

Vəzifəyə əməl etmək

Ayətullah Xameneinin vəzifəyə seçilməsindən bir-iki ay sonra onun görüşünə getdim. İş başlamazdan əvvəl ona dedim: “Necə oldu ki, belə bir vəziyyət yarandı? İstəyirəm rəhbərlik məsələsi haqqında bir qədər sizin dilinizdən eşidim”. Böyük Rəhbər buyurdu: “Xibrə Məclisi həzrət İmamın canişinliyi barədə müzakirələr apararkən mən özüm haqda heç bir şey fikirləşmirdim və ümumiyyətlə təsəvvür etmirdim ki, onlar belə bir qərar qəbul etsinlər. İclasın günortaya qədər sürən birinci yarısı mənə anlatdı ki, mənim də adım hallana bilər. Mən günorta evə gəldim, iki rəkət namaz qıldım və minacat edərək Allahdan istədim ki, bu vəzifəni mənim çiynimə qoymasın. Mən az xatırlayıram ki, hansısa bir istək üçün Allah-taalaya belə yalvaram. Mən çox israrla və bütün vücudumla Allahdan

səh:96

istəyirdim ki, bu məsuliyyəti məndən uzaqlaşdırsın. Günortadan sonrakı iclasda Xibrə Məclisi ümumiyyətlə mənim fikrimə, yəni bu işi qəbul edib-etməmək rəyimə baxmadı və iş beləcə sonuclandı. Mən ürəkdən bu işə razı olmasam da, bu məsuliyyətin şəriət və qanun nöqteyi-nəzərindən boynuma düşdüyünü gördükdə, qərara gəldim ki, onu mükəmməl surətdə yerinə yetirim”.

Bu qayda Ağanın dünya və qüdrət istəyində olmamasını göstərir. Lakin vəzifə məsələsi irəli gəldikdə, o, öz vəzifəsinə əməl edir.

Doktor Qulaməli Həddad Adil

On ikinci fəsil: Beytül-mala (dövlət büdcəsinə) qarşı diqqət

Qənd əhvalatı

Ayətullah Xamenei heç zaman öz şəxsi həyatında müsəlmanların beytül-malından istifadə etməyə icazə vermir. Onun dəftərxanasının işçilərindən biri deyir: “Bir gün Ağanın evində qənd bitmişdi, mən ona dedim ki, icazə verin dəftərxanadan evinizə bir az qənd gətirim. Ağa buyurdu: “Dəftərxananın qəndi oraya müraciət edənlər üçündür, biz başqa yerdən qənd almalıyıq”.

Belə bir diqqəti, ehtiyatı yalnız din böyüklərinin həyatında görmək olar. Bu hərəkət onun əzəmət və təqvasının ucalığından xəbər verir.

Höccətül-İslam Seyid Əhməd Xatəmi

səh:97

Beytül-mala qarşı xüsusi həssaslıq

Ayətullah Xamenei öz prezidentlik dövründə o zamankı baş nazir mühəndis Mirhüseyn Musəviyə 50 minlik bir çek göndərib buyurur: “Beytül-maldan mənim şəxsi xərclərim üçün götürülən pul bu miqdardan artıq deyil. Siz bu pulu dövlət büdcəsinə köçürün ki, mən borclu qalmayım”.

Bu çox mühüm məsələdir, ölkə prezidenti olarkən yaşayışı çox adi olan, ehtiyacları talonla ödənən bir şəxs beytül-mala qarşı o qədər həssasdır ki, dövlət büdcəsindən öz şəxsi həyatı üçün hər hansı miqdarda pulun xərclənməsindən qorxur. Bu qayda bizim hamımız üçün və ölkənin vəzifəli məmurları üçün dərsdir. Biz də Böyük Rəhbər kimi beytül-mala qarşı həssas olmalı və diqqətlə əməl etməliyik.

Mühəndis Həmid Mirzadə

Beytül-mala diqqət

Mən İmam Xomeyninin (r) həyatının bütün xüsusiyyətlərinin Böyük Rəhbərin vücudunda canlandığını görürəm. Onun sadə yaşayışı həzrət İmam kimi nümunədir. O, öz imamı kimi beytül-mala göstərdiyi diqqətini Allah övliyalarından öyrənmişdir. Əgər insan onun həyatına və rəftarına diqqətlə baxsa, yalnız haqq adamlarından gözlənlən bir həqiqəti müşahidə edər.

Mən bir gün bir dostumla birgə Böyük Rəhbərin görüşünə getdim. Dostum çərçivəyə yerləşdirdiyi bir şəkli ona təqdim etdi. Şəkil Böyük Rəhbərin İranşəhrdə sürgündə olarkən çəkdirdiyi şəkil idi. Ağanın gözü şəklin çərçivəsinə düşdükdə buyurdu: “Əgər bunun xərcini öz şəxsi pulundan vermisənsə, hədiyyəni qəbul edirəm, amma

səh:98

əgər İnqilab Keşikçiləri Korpusunun pulu ilə hesablamısınızsa, qəbul edə bilmərəm”.

Ordu generalı Seyid Yəhya Səfəvi

Təkcə bir xuruş

Böyük Rəhbər beytül-mala olduqca diqqətlə yanaşır. Onun bu diqqəti beytül-malın öz yerində xərclənməsi, əlavə xərclərdən və yersiz israfdan qorunması üçündür. Onun rəsmi qonaqlıqlarında süfrəyə yalnız bir növ xuruş qoyulur. O, hətta qonaqlıqlarda da süfrəyə birdən artıq xuruşun qoyulmasına icazə vermir. Bu iş israfın qarşısını almaq üçündür. Mən bəzən şahid olmuşam ki, süfrədə heç bircə növ xuruş da olmayıb, hamı çörək və plovla kifayətlənməli olub.

Ayətullah Misbah Yəzdi

Ev xörəyi və beytül-mal

Bir gün Böyük Rəhbərin qonağı idim. Süfrə açıldıqda Ayətullah Xamenei oğlu Mustafaya buyurdu: “Qalx, get”. Mən ona dedim: “İcazə verin o da otursun, mən ondan istəmişəm ki, bir yerdə olaq”. Ağa buyurdu: “Bu xörək beytül-maldandır, siz də beytül-mala qonaqsınız. Mənim uşaqlarım bu süfrə arxasında otura bilməzlər, onlar gedib ev xörəyindən yeməlidirlər”.

Mən o zaman anladım ki, Allah nəyə görə Ağaya bu qədər izzət vermişdir.

Ayətullah Cavadi Amuli

səh:99

On üçüncü fəsil: Siyasət və təşkilatçılıq

Strateji addım

Müharibənin əvvəllərində döyüşün ən həssas məqamı idi. Çoxlarının qələbəyə ümidi yox idi, müharibəyə və onun perspektivinə inanmırdılar. Digər tərəfdən, düşmən döyüş meydanlarında bəzi qələbələr əldə etmişdi, bizim bəzi əməliyyatlarımız isə məğlubiyyətə uğramışdı. Bu həssas məqamda Böyük Rəhbər cəbhəyə gəldi, döyüşçü qüvvələri istiqamətləndirməklə və partizan qüvvələrini dəstəkləməklə onlara ruhiyyə verdi.

O zamankı prezident Bəni Sədr və onun həmfikirləri Əndimeşk, Əhvaz, Xürrəmşəhr və Abadanı artıq itirilmiş hesab edirdilər. Onlar belə düşünürdülər ki, müdafiə qüvvələrini Zaqros və Xürrəmabad yüksəkliklərinə doğru geri çəkmək lazımdır. Bəni Sədr deyirdi: “Bizim Abadanda, Xürrəmşəhr və Əhvazda qalmağımız intihar deməkdir. Qüvvələrimizin həmin yerlərdə qalması tələfatdan başqa heç bir şey verməyəcək”. Onların geri çəkilmək strategiyasına qarşı Böyük Rəhbər və onun dostları irəliyə getmək və daha artıq canfəşanlıq göstərmək strategiyasını qoyurdular. O, heç zaman bu şəhərləri boşaltmağa razı deyldi. Bu səbəbdən, böyük şəhid Mustafa Çəmranla birgə təcavüzkar düşmən əleyhinə partizan əməliyyatları təşkil etdi, nəhayət Allahın köməyi bizə şamil oldu və irəliləmək strategiyası uğur qazandı.

General Şüştəri

Ali Baş Komandanın siyasəti

1990-cı ildə Fars körfəzi müharibəsi böhranında Böyük Rəhbər əmr etdi ki, cənubda və qərb bölgəsində

səh:100

hərbi qüvvələr artırılsın. Biz o zaman cənubda Həmid qarnizonu altında düşərgə salan qüvvələrdən idik. Bu hərəkət sözügedən fərmanın nəticəsi idi. Fərmanda belə deyilirdi: “Heç zaman heç kəsin bir qarış torpağımıza təcavüzünə razı olmaq olmaz”.

Ali Baş Komandanın bu qətiyyətli fərmanı bizi ən kiçik güzəşti belə qəbul etməməyə cürətləndirdi. Biz bütün qüvvələrimizi meydana çıxardıq və düşmənlə ehtimal olunan müharibəyə hazırlaşdıq. Amerikalılar istəyirdilər ki, ABŞ konqresində bir qərar qəbul edib İran İslam Respublikasının ərazilərindən İraqa hücum etsinlər. Ali Baş Komandanın siyasəti və onun ardınca qərb və cənub bölgəsindəki qüvvələrin artırılması amerikalıları bu istəklərindən daşındırdı.

General Əli Fəzli

Həssas və mühüm qərar

Böyük Rəhbərin prezidentlik dövründəki son xarici səfəri 1989-cu ildə Çinə idi. Mən o zaman İran İslam Respublikasının Çində səfiri idim. Səfər hazırlıqları başa çatdıqdan sonra bizə xəbər verdilər ki, Çin rəhbəri ağır xəstələnib və Ayətullah Xamenei ilə görüşə bilməyəcək. Bu xəbəri son anlarda bizə verdilər. Böyük Rəhbər hava limanından enəndə mən məsələni ona çatdırdım. O qərara aldı ki, tənzim olunmuş bir neçə görüşü ləğv etsin, çünki Çin rəhbəri ilə görüş çox əhəmiyyətli idi və mütləq baş tutmalı idi.

Həmin gün saat 18:00-da konqresdə bir müzakirə olmalı idi. Baş nazir cənab Li Pinq nazirlərlə birgə konqresə gəlmişdi. Müzakirə vaxtı yaxınlaşdıqda Ağa buyurdu ki, mən bu görüşə getmirəm. Səfir olduğumdan

səh:101

bu xəbər mənim üçün çox ağır bir xəbər idi. Nə baş verəcəyindən nigaran idim, ona dedim: “Bu hərəkət sizin bütün səfərinizə mənfi təsir göstərər, hətta ölkəmizin Çin kimi mühüm bir ölkə ilə əlaqələri zəifləyə bilər”. O buyurdu: “Mən bu qərarı qəbul etmişəm, məsələni onlara xəbər verin”. Bu haqda çinlilərə məlumat verdik, deyilmiş vaxt çatmışdı. Hamı müzakirəyə hazır idi, müxbirlər gəlmişdilər, amma iranlı heyətdən xəbər yox idi. Müxbirlər xəbər verdilər ki, İranla Çin arasında ciddi problem yaranıb. Bir müddət beləcə keçdi, saat 18:30 oldu. Bu zaman Çinin baş naziri Xalq Konqresindən Böyük Rəhbərin iqamətgahına gəldi və uzaqdan uca səslə dedi: “Kiçik böyüyün görüşünə gəlib”. Sonra otağa daxil oldu, təxminən 15 dəqiqə söhbət etdilər. Cənab Li Pinq Ağaya dedi: “Mən sizin kimi bir şəxsiyyətə sonsuz ehtiram göstərməyi özümə vəzifə bilirəm. Çin rəhbərinin xəstəlik problemi ciddidir və lər görüş üşün icazə vermirlər, amma buna baxmayaraq, mən məsələni araşdıraram və ümidvaram ki, problemi həll edərik”.

Çin baş nazirinin verdiyi sözə görə, Ayətullah Xamenei iclasa qatıldı. O, bir saat təxirdən sonra konqresə gəldi və müzakirələr başladı. Ertəsi gün çinlilər bildirdilər ki, Çin rəhbərinin səhhətinin pis olmasına baxmayaraq, İran rəhbəri 10 dəqiqə onunla görüşə bilər. Görüş baş tutdu və 20 dəqiqəyədək uzandı. O şəraitdə belə bir riskli qərar Rəhbərin çox dəqiq hesablanmış siyasətinə əsaslanırdı. Döyüş zamanı Çin kimi böyük, əhəmiyyətli və xüsusi həmkarlığımız olan bir ölkəyə qarşı belə bir qərar Ayətullah Xameneinin siyasəti ilə qəbul olundu və nəhayət, İran İslam Respublikasının xeyrinə bitdi, ölkəmizin izzətinə və başucalığına səbəb oldu.

Doktor Əlaüddin Bürucerdi

səh:102

Rəhbərlik qətiyyəti

Rəhbərlik xüsusiyyətlərindən biri qətiyyətlə mülayimlik arası bir münasibət sərgiləməkdir.. İslam cəmiyyətinin bəzən rəhbərin qətiyyətinə ehtiyacı olur, bəzən də cəmiyyətin rəhbəri məsələlərin həlli üçün mötədil mövqe tutmalıdır. Bu və ya digər şəraitdə hansı yolun tutulması dini rəhbərin işidir. Bu iş olduqca çətindir. Hal-hazırda bu məsuliyyəti icra etmək üçün ən layiqli şəxs və rəhbərlik üçün ən yaxşı namizəd, qətiyyət və yumşaqlıq xüsusiyyətini toplayan Ayətullah Xameneidir.

Həzrət İmam Xomeyninin vəfatından sonra dünya istismarçıları İran İslam Respublikasının banisi tərəfindən Salman Rüşdinin edamına dair sadir olunan hökmün ləğv olunması üçün İran əleyhinə böyük fəaliyyətə başladılar. Bəzi ölkələr öz səfirlərini İrandan geri çağırdılar. Bu pozucu hərəkətlərə cavab olaraq Böyük Rəhbər nəinki təzyiqlərə təslim olmadı, hətta qətiyyətlə buyurdu: “Geri çağırılmış səfirlərin qayıtmaqdan başqa yolları yoxdur”. O zaman belə bir qətiyyət bəziləri üçün dözüləsi olmasa da, zaman ötdükcə Rəhbərin uzaqgörənliyi və siyasətinin dərinliyi aydınlaşdı. Dünya Ayətullah Xameneinin qətiyyətli qərarına və proqnozuna afərin dedi. Zaman keçdikcə bütün səfirlər İrana qayıtdı və Salman Rüşdünün edam hökmü nəinki ləğv olunmadı, hətta İranın müsəlman xalqının izzəti daha da artdı.

Ayətullah Misbah Yəzdi

səh:103

Müdafiə siyasəti

Birləşmiş Ərəb Əmirlikləri üç ada adı ilə bəzi addımlar atmışdı, kəşfiyyat uçuşları da gələcək hadisələrdən xəbər verirdi. Bu ölkənin adalarla bağlı pozucu fəaliyyətləri ehtimal olunurdu. Xüsusən də, İran-İraq müharibəsinin bitməsindən sonra bu hadisənin baş verməsi həmin ehtimalı ciddiləşdirdi. Böyük Rəhbər Ali Baş Komandan olaraq müharibənin qarşısını almaq və üç adanı müdafiə etmək üçün silahlı qüvvələrə fərman verdi. Fərmanın yazılı surətdə çatdırılmasından sonra qərara alındı ki, Xatəmül-ənbiya qərargahının iclası bu dəfə istisna olaraq Böyük Rəhbərin yanında keçirilsin və fərmanın icrası üçün lazımi işlər təyin olunsun.

Silahlı qüvvələrin bütün komandanları hazır idi, lazımi məlumatlar verildi və əməliyyat tədbirləri çatdırıldı. Ağa bu iclasda ayıq olmağın və adaları müdafiə etməyin zəruriliyi haqda bəzi məsələləri söylədi. Bizim üçün olduqca əhəmiyyətli məqamlardan biri bu idi ki, o buyurdu: “Elə düşünməyin ki, ölkənin su və torpağını qorumaq mənim üçün mühüm deyil. İran İslam Respublikasının torpaqlarını qorumaq mənim üçün o qədər əhəmiyyətlidir ki, hər iki qolumun kəsilməsinə razıyam, amma bu ölkənin bir qarış torpağının işğal olunmasına yox”.

Rəhbərin bu gözəl sözləri iclasda iştirak edənlərin gözlərini yaşartdı və onlar qəti qərara gəldilər ki, adaları bütün vücudları ilə qorusunlar.

General Məhəmmədbaqir Zülqədər

səh:104

On dördüncü fəsil: Əmr be məruf və nəhy əz münkər

Qadın hüquqlarını müdafiə

Bir neçə şəhid anası Ayətullah Xamenei ilə görüşdü. Ağa çox hövsələ ilə o anaların söhbətlərinə qulaq asdı və ona minnətdarlığını bildirdi. O, camaatla söhbət edərkən buyurdu: “Biz eşitmişik ki, bu yerdə hələ də cahiliyyət zamanının çirkin adətlərinə əməl olunur, qızları qan bahası olaraq qoca kişilərə ərə verirlər, qadınları o qədər döyürlər ki, həyat yoldaşlarının əlindən qurtulmaq üçün intihar etməyə məcbur olurlar. Bu işlər çox çirkin və yanlışdır. Bu çirkin adətlərdən çəkinmək lazımdır”.

Böyük Rəhbərin məhrum və zavallı qadınları müdafiə etməsi vəsfəgəlməz şadlıq yaratdı. Onlar gördülər ki, müdrik rəhbər kilometrlərlə yolu gələrək onların hüquqlarını müdafiə edir.

Höccətül-İslam Musəvi Kaşani

“Tədbiri davam etdirin!”

Qətnamənin qəbul olunmasından sonra mən Əhvaz müsəllasında həzrət Qasim növhəsi oxuyurdum. Bu zaman Böyük Rəhbər hərbi formada içəri daxil oldu. Oradakı

səh:105

camaat o zaman prezident olan Ağanı görüb şövqlə və eşqlə ona sarı getdilər. Mən də Ağanın hörmətinə görə tədbiri kəsdim. Ayətullah Xamenei dərhal minbərin pillələrində dayandı və sinə vurmağa başlayıb, mənə buyurdu: “Tədbiri davam etdirin”.

Ağanın iştirakına görə o gün çox izdihamlı bir məclis keçdi. Ertəsi gün məddahların Böyük Rəhbərin yanında bir iclası keçirildi. O, həmin iclasda mənim cənab Müəlliminin yazdığı şerinə oxuduğum rövzəni təriflədi. Sonra qardaşlardan biri Dezfulun yerli üslubunda bir növhə oxudu. Ayətullah Xamenei üzünü ona tutub buyurdu: “Mən çox sevirəm ki, hara getsəm, növhələri yerli üslubda oxusunlar”. Ondan sonra məddahların biri həzrət Zeynəbin İmam Hüseynlə (ə) vidalaşması müsibətini oxudu. O, bu rövzəni oxuyarkən bəzi istinadsız məsələlərə toxundu. Rövzə bitdikdən sonra Ağa çox səmimi şəkildə üzünü ona tutub buyurdu: “Sizin oxuduğunuz rövzənin “məhlən məhla” hissəsini mən heç bir yerdə görməmişəm”.

Böyük Rəhbərin bu məsələlərə diqqəti və onun şeirlərə, üslublara və istinadlara yanaşma tərzi mənim üçün çox əhəmiyyətli və ibrətli idi.

Hacı Sadiq Ahəngəran

Rəsmi ziyafət və Ağanın rəftarı

İnqilabdan sonrakı dövrdə dünyada çox rezonans doğuran və müsəlmanlar arasında müsbət təsirlər qoyan məsələlərdən biri Zimbabve prezidentinin dəvəti ilə hazırlanan rəsmi şam ziyafətində İİR-ın o zamankı prezidenti Ayətullah Xameneinin rəftarı idi. Şam yeməyində spirtli içkilərin də olacağını eşidən Böyük

səh:106

Rəhbər xəbərdarlıq edir ki, əgər spirtli içkilər yığışdırılmasa, biz bu ziyafətdə iştirak etməyəcəyik. Onlar dedilər ki, bizim sizinlə işimiz yoxdur, yəni iranlılara içki təklif etməyəcəyik, öz adətimiz üzrə, qeyri-iranlı qonaqlara spirtli içkilər veriləcək. Böyük Rəhbər onlara buyurdu: “Biz spirtli içkilər qoyulan süfrədə oturmarıq, bu iş şəriət baxımından haramdır”.

Onlar spirtli içkiləri yığışdırmağa razı olmadılar, Böyük Rəhbər də şam ziyafətində iştirak etmədi. Qərblilər və onların informasiya vasitələri əllərinə çox yaxşı fürsət düşdüyünü düşünüb, bütün dünyada xəbər yaydılar ki, iranlılar və onların prezidenti beynəlxalq protokolların əksinə olaraq, şam ziyafətinə gəlməyib. Lakin bu xəbər İslam dünyasında İranın ideal mövqelərinin daha da güclənməsinə səbəb oldu və İran İslam Respublikasının xeyrinə tamamlandı.

Doktor Əliəkbər Vilayəti

İşlərə nəzarət

Böyük Rəhbərin cəmiyyətə ciddi nəzarəti var, daxili və xarici düşmənləri yaxşı tanıyır, xalqı vaxtında və düzgün istiqamətləndirir. O, müxtəlif yollarla dövlət orqanlarına və ölkənin vəziyyətinə nəzarət edir və müxtəlif dönəmlərdə öz fərmanları ilə imkan olduğu həddə problemləri həll edir. Onun bəzi cüzi məsələlərə də güclü nəzarəti var. O, söhbətlərinin birində belə buyurub: “Mən vəzifəli şəxslərdən birini bir yerdə gördüm, onun xalqla rəftarı bir qədər təkəbbürlü idi. Mən ona xəbər göndərdim və dedim ki, əgər o rəftarın əvəzini çıxmaq istəyirsə, gərək həmin yerə getsin və təhqir etdiyi şəxsə desin ki, cənab, mən sizin qulunuzam. Bir ölkə rəsmisi kimdir ki, biz kimik

səh:107

ki, vücudumuz nə üçündür ki?! Xalqa xidmətdən başqa bir şey üçündürmü?!”

Biz Rəhbərin belə rəftarına görə minnətdar olmalıyıq. O, nə qədər qayğıkeşdir! Bu işlər onun məhəbbətinə xalqın ürəyində yer ayırır.

Höccətül-İslam Məhəmməd Məhəmmədi İştihardi

On beşinci fəsil: Nizam-intizam

Tənbeh və rütbə

Böyük Rəhbər hərbi işləri bir hərbiçiyə xas formada yerinə yetirir. O, öz proqramlarında, görüşlərində və çıxışlarında hərbi məqamlara ciddi riayət edir.

1988-ci ildə o, Əhvaza gəldi. Bölgənin yüksək rütbəli zabitləri onun yanında hərbi əməliyyatlar haqqında iclas keçirdilər. Yüksək komandanlardan biri və cənub əməliyyat bölməsinin zabiti bu iclasa poqonsuz gəlmişdi. Quran oxunduqdan sonra Ayətullah Xameneinin gözü o zabitə sataşdıqda buyurdu: “Cənab, siz nə üçün poqon taxmamısınız?” Mən onda Müdafiə Nazirliyinin Quru Qoşunlarında komandan müavini idim. Amma bu məsələ diqqətimi çəkməmişdi. O zabit cavabında dedi: “Mən general olmalı idim, amma ikinci dərəcəli general olmuşam. Bu rütbə mənim üçün çox azdır”. Ağa qəzəbləndi və buyurdu: “Siz qanunu pozmusunuz, bu intizamsızlıqdır. “Bu rütbə azdır” nə deməkdir, gedin poqonlarınızı taxın”.

Ağanın nizam-intizam yaratmaq üçün belə qətiyyəti çox tərifəlayiqdir. Ən çox mənəvi və ruhani hesab olunan bir komandan hərbi nizam- intizama bu qədər əhəmiyyət verir. Biz hərbçi ola-ola bu məsələyə diqqət yetrməmişdik,

səh:108

amma Ağa bu məsələni əhəmiyyətli bilib o zabitə qarşı təpki göstərdi.

Həmin şəxs iki ildən sonra lütf və mərhəmət sayəsində general oldu.

General Əliəsğər Camali

Qanunu pozanları cəzalandırmaq

Böyük Rəhbər çox mehribandır. Amma ümumi məsləhətlər məsələsi ortaya çıxdıqda, heç bir səhvi bağışlamır. Bədr, ya da Xeybər əməliyyatı zamanı bir-iki komandir səhlənkarlıq etmişdi. O, bu məsələdən xəbərdar oldu, Ali Şura Məclisinin sədri kimi İmama məktub yazıb, qanunu pozanların ağır cəzalandırmasını istədi. Ayətullah Xameneinin o dövrdə belə rəftarı çox təsirli idi və müharibənin vəziyyətində nizam-intizam yaradılmasında çox təsir qoydu.

General Hidayət Lütfi

Nizam-intizam

Böyük Rəhbərin nizam-intizamı dillər əzbəridir. O, çox nizamlı şəxsdir, silahlı qüvvələr qarşısındakı çıxışlarında da hamını nizam-intizama dəvət edir. Bəzən intizamsızlıq gördükdə narahatlıqla buyurur: “Hərbi qüvvələrdə intizamsızlıq olmamalıdır, ezamiyyətlər, iş başında hazırlıq və silahlı qüvvələrin zahiri görkəmi intizamlı olmalıdır”. O, dəfələrlə hərbçilərlə keçirdiyi iclaslarda nizam-intizam üzərində çox təkid göstərmişdir. O, hərbçilərin paradına nəzarət edir, bəzən ən kiçik və ən cüzi hərəkətləri onların komandirinə deyir. Ali Baş

səh:109

Komandan tərəfindən məsələlərə belə yanaşma biz hərbçi zabitlərin hamısı üçün örnəkdir.

General Abdullah İraqi

Qanuna hörmət

Həzrət İmam Rzanın (ə) pak ziyarətgahını təmizləyirdilər. Ziyarətgahın işçiləri ziyarətgahın tozunu alanlara gülaba vurulmuş ağ dəsmal verirdilər. Böyük Rəhbər bir qədər işlədikdən sonra dəsmalı öz üzünə və əlinə çəkirdi. O, bu tədbirlərin birində İmam Rzanın (ə) ziyarət kompleksinin sədri cənab Vaiz Təbəsiyə buyurdu: “Mən bu təbərrüklü dəsmalı özüm üçün götürə bilərəm?”

İmam Rzanın (ə) ziyarət kompleksinin sədrliyini cənab Təbəsiyə Böyük Rəhbər vermişdi. Bununla belə, İmam Rzanın (ə) zərihinin tozu ilə təbərrük edilmiş parçanı götürmək üçün ondan icazə alırdı.

Böyük Rəhbərin qanuna hörməti bizim hamımız üçün dərsdir. O, cənab Vaiz Təbəsidən icazə aldıqdan sonra gözləri yaşlı halda və raz-niyazla məşğul ikən dəsmalı qatladı və cibinə qoydu. Bizim üçün olduqca maraqlı idi ki, Ağa belə bir halda təbərrüklü dəsmalı səliqə ilə qatlayıb cibinə qoymağa diqqət yetirir.

Höccətül-İslam Həqqani

On altıncı fəsil: İdman

Zorxana

1957-ci ildə İsfahan ruhanilərindən biri ilə müqəddəs Məşhədə getdik. O zaman mən dini hövzə dərslərini İsfahanda sona çatdırmışdım və mübarək ramazan ayında

səh:110

dərslər tətil olduğundan, həzrət Əli ibn Musa Rzanın (ə) pak türbəti yanında mənəvi azuqə toplamaq istəyirdim.

Məşhəd şəhərinə daxil oldum və İmam Rzanı (ə) ziyarət etdikdən sonra Ayətullah Xamenei ilə görüşə nail oldum. Həmin vaxt o, xaric (ali ixtisas) dərsi oxuyurdu və əmmaməli idi. Böyük Rəhbər Məşhəddə bir ay qalmaq fikrimizdən xəbər tutduqdan sonra bizi öz hücrəsinə dəvət etdi. Onun dəvəti mənim üçün çox sevindirici idi. Biz bir ay Ağanın qonağı olduq və onun hücrəsində qaldıq. Tətil günləri olduğundan hücrə yalnız biz iki nəfərə aid idi. Bəzən Böyük Rəhbər bizə baş çəkirdi və biz onunla birgə şəhərin bəzi görməli və ziyarət yerlərinə gedirdik. Bir gün Ağa bizi zorxanaya (İranın klassik idman kulubuna) dəvət etdi. Ağa özü həmin yerdə idman edirdi. Onunla birgə zorxanaya getdik, o, meydana daxil oldu və idman etməyə başladı.

Ayətullah Müqtədai

Dağa çıxmaq

Böyük Rəhbər həftədə bir neçə dəfə dağa çıxır. Bu proqram saatlarla uzanır. Onun hərəkət saatı və getdiyi yerlər müxtəlifdir. Bu proqram onun həmişəlik idmanıdır, amma bəzən qışda qar yağdıqda, bəzi məhdudiyyətlər yaranır. Dağa çıxmaq idmanı ağır idmandır, amma Allahın lütfü ilə Böyük Rəhbər bu idmanı çox şövqlə və kamil surətdə yerinə yetirir. Bəzən elə olur ki, sübh namazını dağın başında qılır.

Ayətullah Xameneinin idman haqqında çox gözəl sözü var. O, ölkəmizdə əhalini idmana həvəsləndirənlərdən biridir. O buyurur: “İdman gənclər üçün lazımdır, qocalar üçünsə vacib”. O həmişə idman edir.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani

səh:111

Peşəkar atçılıq

Ağanın mütəmadi proqramlarından biri idmandır. O, idman zamanı həmişə dağa gedir. Bu proqramlardan birində iki at hazırlamalı idik ki, əgər Ağa istəsə, süvar olsun. Mən özümü at sahəsində peşəkar bilib, iki at hazırladım. Sakit atı Böyük Rəhbər üçün nəzərdə tutdum. Elə bilirdim ki, o, at minməkdə naşıdır. Onun əli üçün də nigaran idik və elə bilirdik ki, ata minmək üçün Ağanın köməyə ehtiyacı olacaq. Lakin minən vaxt onun özümdən artıq çevik olduğunu gördüm, məndən çox cəld ata mindi və peşəkar süvari kimi dağlıqda atı irəliyə doğru sürdü. Maraqlı idi ki, o, atın əziyyət çəkməməsinə çox diqqətli idi. Bu dərs bizim üçün çox ibrətamizdir. O gün bizim başqa dərsimiz idmana olan diqqət idi. Ağa bu yaşında müxtəlif idmanlarda sürəkli məşqlərinə görə belə bir ruhiyyəyə malikdir.

General Əli Fədəvi

“İdman etdiyimə görə yorulmuram”

Mübarək ramazan ayında gün batmazdan öncə Ağanın şəhid ailələri ilə görüşü vardı. Bu görüş iki saatdan artıq çəkirdi və bütün bu müddətdə Böyük Rəhbər ayaq üstə dayanırdı. Gündəlik işlərin yorğunluğuna və mübarək ayın orucunun günbatan zamanı adətən bədəndə zəiflik yaratmasına baxmayaraq, Ağanın şəhid ailələrinə məhəbbəti azalmırdı, onlarla ayaq üstə dərdləşirdi. Bu növ rəftar onun şəhid ailələrinə böyük qayğısını göstərir. Hamı iftarda Ağanın qonağı idi. Mən süfrə başında Böyük Rəhbərə dedim: “Siz belə dayanıb ürək sözlərinə qulaq

səh:112

asarkən yorulmursunuz?” Ağa buyurdu: “Yox, mən idman etdiyimdən, yorulmuram”.

Höccətül-İslam Məhəmməd Həsən Rəhimi

Son

səh:113

Mündəricat

Fəqih ................................................3

İnqilabın böyük səmərəsi ................3

Gənclik dövründə ictihad ................4

Elmi fəzilətlər ..................................4

Ədalətli müctəhid ............................5

Kamil müctəhid ...............................5

Elmi xüsusiyyətlər ...........................6

Beynəlxalq məsələlərə diqqət..........7

İndiyədək belə bir şəxsiyyət... .........7

Elmi böyüklük .................................8

Fəlsəfi mövzularda dərin məlumat ..8

Qəzet mütaliəsi ................................9

Roman mütaliəsi ............................10

Kitab mütaliəsi ..............................11

Birgə mütaliə .................................11

Yeni sözlər.....................................12

İkinci fəsil: Ləyaqət ...............................12

Nümunəvi rəhbər ...........................13

Rəhbərin xüsusiyyətləri .................13

Dini ekspertlərin seçimi ................13

Nurani sima ...................................14

Ağaya səs.......................................14

Onu görməyə ehtiyacım var ..........15

Cənab Xamenei! ............................15

Xomeyninin qardaşı ......................16

İmamın yerində .............................17

Mələklərin mesajı ..........................18

səh:114

Günəş bir neçə dəqiqə saçdı və getdi ....................... 18

Hikmət röyası ................................19

Layiq Rəhbər .................................19

İmamın Rəhbərə münasibəti..........20

Qəbul olunan və sevilən ................20

Elə bu Xamenei! ............................21

Qeyri-adi istedad ...........................22

Rəhbərin əzəməti ...........................22

Hərbi məsələlərə diqqət .................23

Üçüncü fəsil: Sadə yaşayış tərzi ............24

Talonla ət .......................................24

Köhnə stol və stul ..........................24

Ağanın yaşayış tərzi ......................25

Xalçadan rahat palaz .....................25

Hamı ilə bir sırada .........................25

Kiçik ev və sadə süfrə ...................26

Velosiped lazım deyil ....................26

Ağanın sadə yaşayışı .....................27

Rəhbərlə şam yeməyi ....................27

Sadə şam ........................................28

Yüngül şam yeməyi .......................28

Mövqedən sui-istifadə etməmək ...29

Nimdaş palazlar .............................29

Qənd və şəkər talonu .....................30

Palaz ..............................................30

Altı palaz macərası ........................31

Bütün könüllülər kimi ...................31

Hər yer qaranlıq idi .......................32

Talon düyüsü bitib .........................33

Siz də başqaları kimisiniz ..............33

Sapı çıxmış xalça ...........................34

Çox sadə həyat tərzi ......................34

səh:115

Elektrik samovarı və məsləhət ......35

Dördüncü fəsil: Mənəviyyat və irfan ....35

Mənəvi yüksəliş.............................35

İbadət .............................................36

İlk vaxtda namaz ...........................37

İstisna insan ...................................37

Raz-niyaz .......................................38

Namazda vüqar ..............................39

Göz yaşları içində Quran qiraəti ....39

Namaza əhəmiyyət vermək ...........40

Təbərrük ayranı .............................41

Gecə ibadəti ...................................41

Mətin və vüqarlı şəxsiyyət ............42

Beşinci fəsil: Təvazökarlıq ....................43

Təvazökarlıq ..................................43

Mən sizlərdən biriyəm ...................44

Tənqidi qəbul etmək ......................44

Təvazökarlıq və rəhbərlik..............45

Sənət adamları ilə görüş ................46

Xüsusi təvazökarlıq .......................46

“Elə bilmə səndən ötrüdür!” ..........47

Altıncı fəsil: Şəhid ailələrinə qayğı .......47

Şəhid ailələri ilə görüş ...................47

Zirzəmidə ......................................48

Şəhid atasına qayğı ........................49

Xristian ailəsi ilə görüş ..................49

Nə üçün tez demədin? ...................50

Qəfil görüşlər.................................50

Altı şəhid atası ilə görüş ................51

Səmimi söhbət, yoxsa əqd mərasimi ........................ 52

Heç nigaran olma! .........................53

Əziz qonaq.....................................54

səh:116

Şəhid ailələrinə məhəbbət .............54

Görüş şövqü...................................55

İslam döyüşçüləri ilə birgə ............56

Yeddinci fəsil: Xalqla və gənclərlə əlaqə ......................... 56

Peşman düşmənlə rəftar ................56

Gənclərə hörmət ............................57

Vaxtdan səmərəli istifadə ..............58

“Cəfər və Kərbəla batalyonlarından nə xəbər?” ....... 58

Başqaları ilə rəftar .........................59

Məhəbbətli rəftar ...........................60

Səmimi rəftar .................................60

İşin nəticəsi ilə maraqlanmaq ........61

Sözün təsiri ....................................62

“Hacıağa haradadır?” ....................62

Qonşularla görüş ...........................63

Xalqla görüşlər ..............................63

Xalqla izdihamlı görüş ..................64

Sürgündə xalqa xidmət ..................65

“Biz buradayıq!” ...........................65

Xüsusi görüş ..................................66

Xalq üçün iş ...................................66

Mənim məktubumun cavabı ..........67

Həmişə yüksək əhval-ruhiyyə .......68

Səkkizinci fəsil: Diqqətlər və incəliklər 68

İctimai və siyasi məsələlərə diqqət68

Ətrafındakılara diqqət ...................69

Övlad tərbiyəsi ..............................70

Diqqət ............................................71

Tərif edərkən diqqətli olmaq .........71

İncəliklərə diqqət ...........................72

Firdövsə yardım fondu ..................73

Ata kimi övladlar ...........................74

səh:117

Nəsihətin incəliyi...........................74

Ailə məsələlərinə diqqət ................75

Könüllülərlə birgə şam yeməyi .....75

Səs-səmirsiz işlər ...........................77

Qayınana üçün hədiyyə .................77

Unudulmaz təşkilatçılıq.................78

“Bəs başqaları?” ............................78

“Düşmən daha güclüdür!” .............79

“Qanunu pozana qarşı tədbir görün - mənim oğlum olsa belə!” ......................................79

Suya qənaət ...................................80

Hərbi forma ...................................81

Çadırlarda ......................................81

“Hansı hadisə?” .............................82

“Bu hava limanından...” ................83

Şadqan üslubu ...............................83

Doqquzuncu fəsil: Mübarizə və şücaət .84

Cümə imamının şücaəti .................84

Cümə namazında Ağanın şücaəti ..84

İlk qamçılar dəydi..........................85

20-ci kameranın dustağı ................85

Misilsiz şəxsiyyət ..........................86

Saray alimlərinin ifşası ..................86

Zamanı tanımaq və şücaət .............87

Zalımların xırmanını oda çəkən şimşək ................... 88

Şücaət və qorxmazlıq ....................88

Sürgündə mübarizə ........................89

Onuncu fəsil: Döyüş və cihad ...............90

Xürrəmşəhr döyüşü .......................90

Cəbhənin ön xəttində .....................90

Döyüşçülərin əhval-ruhiyyəsini qaldırmaq .............. 91

Döyüşdə möhkəm dayaq ...............91

səh:118

Cəbhədə iştirak ..............................92

Əsgərlərlə birgə .............................92

Bölgəyə nəzarət .............................93

On birinci fəsil: Dünyaya etinasızlıq .....94

Risalə verməkdən çəkinmək..........94

“Əlavə xərclər qadağandır!”..........95

Şəhidlər ağasının əzasında ............95

Əsgər taxtı üzərində ......................96

Vəzifəyə əməl etmək .....................96

On ikinci fəsil: Beytül-mala (dövlət büdcəsinə) qarşı diqqət .....................................................97

Qənd əhvalatı.................................97

Beytül-mala qarşı xüsusi həssaslıq 98

Beytül-mala diqqət ........................98

Təkcə bir xuruş ..............................99

Ev xörəyi və beytül-mal ................99

On üçüncü fəsil: Siyasət və təşkilatçılıq ........................ 100

Strateji addım ..............................100

Ali Baş Komandanın siyasəti ......100

Həssas və mühüm qərar...............101

Rəhbərlik qətiyyəti ......................103

Müdafiə siyasəti ..........................104

On dördüncü fəsil: Əmr be məruf və nəhy əz münkər ... 105

Qadın hüquqlarını müdafiə..........105

“Tədbiri davam etdirin!” .............105

Rəsmi ziyafət və Ağanın rəftarı ..106

İşlərə nəzarət ...............................107

On beşinci fəsil: Nizam-intizam ..........108

Tənbeh və rütbə ...........................108

Qanunu pozanları cəzalandırmaq 109

Nizam-intizam .............................109

Qanuna hörmət ............................110

səh:119

On altıncı fəsil: İdman .........................110

Zorxana........................................110

Dağa çıxmaq ................................111

Peşəkar atçılıq .............................112

“İdman etdiyimə görə yorulmuram” ...................... 112

səh:120

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109