İslam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr
Kitаbın аdı:.......................Ramazan kölgəsin
Tərtib edən:...........................Əliriza Bərazeş
Tәrcümә еdәn:...................... Cəlil İmanzadə
Nәşr еdәn:................................Üfüqe-fərda
Çаp tаriхi:...............................................2012
Çаp növbәsi:........................................Birinci
Tirаj:........................................................3000
səh:1
Dua nədir?
Dua rabitəsi sizin Allahla qəlb rabitənizdir.
Dua və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan, mənəviyyatdan bəhrələnməkdən, ruhu paklamaqdan və beyni şübhələrdən təmizləməkdən ibarətdir.
Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə”, yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”(1) Yəni bu sənin tövbənin başlanğıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə edən zaman da duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.
Dua elm və qüdrət mənbəyi ilə möminin, çarəsizin vasitəsi, zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və zatən ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda
səh:3
başını itirmiş və aciz durumda qalacaq, ömrü hədər gedəcəkdir: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”(1)
Allahı özünə yaxın hiss etmək
Dua nədir? Əslində Allahı özünə yaxın hiss etmək və Ona ürək sözünü demək.
Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Onu öz qarşınızda hiss edəsiniz, sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı bağışla” - lakin qəbində istək halının olmaması dua deyil, dil vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz”(2). Qafil və diqqətsiz bir qəlblə dua edilsə, Allah-Taala duanı qəbul etməz. Bulaşıq ürəklər, nəfs istəkləri və ehtiraslarda qərq olmuş qafil insan necə dua edəcək? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!
Dua etmək özü Allaha yaxınlaşmaqdır.
Bəzən də dua hacət diləmək deyil, yalnız Allahla bir ünsiyyətdir.
səh:4
Dua nə deməkdir? Yəni Allah-Taala ilə danışmaq, əslində Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona demək.
Rəbb ilə danışmağın, Ona yalvarışın, Ondan üzr istəməyin, tövbə qılmağın və bağışlanma diləməyin özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir.
Allahla nə danışmaq istəsəniz, bu, duadır. Ona nə demək istəyirsinizsə, bu, duadır; istədiyiniz dildə, öz ana dilinizdə ola bilər.
Bu duaları bizim ixtiyarımızda qoyub, Allahla danışmaq və minacat tərzini öyrətmişlər, Allaha hansı sözləri deməyin mümkünlüyünü anlatmışlar. İmamlardan nəql olunmuş dualarda elə cümlələr var ki, əgər onlar olmasaydı, insan özü Allaha bu sözləri deməyin, Allahdan belə istəməyin və yalvarmağın mümkünlüyünü təyin edə bilməzdi.
Allah-Taala ilə danışın, minacat edin!
Dua Allahı çağırmaqdır. Bu bütün dillərdə, ana dilində də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun.
İstəmək, Allahı çağırmaq duadır.
Əgər insan duanın, misal üçün, Əbu Həmzə Sumali, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duasının mənasını anlasa, ona diqqət yetirsə, belə dəyərli duadan yorulması çətindir. Yəni seçilmiş, üstün və mərifətli bəndə ilə Allah arasında bu duada deyilən sözlər o qədər cazibəli, təsirli və həqiqidir ki, insanın fitri istəklərini bəyan edir və kiminsə nə zamansa ondan yorulması mümkün deyil.
“Dua” istəmək, Allahı çağırmaqdır. İstəmək, yəni ümidvar olmaq. Əgər ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz.
səh:5
Ümidsiz insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunması ümidlə yanaşı baş tutur.
Dua Allah-Taaladan istəmək və almaqdır.
Dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, ya maşınla, qatarla, təyyarə ilə getməlidir, ya da dua ilə. Həmçinin belə deyil ki, əgər insan bir şey əldə etmək istədikdə ya pul xərcləməlidir, ya da pulu yoxdursa, istədiyini əldə etmək üçün dua etməlidir. Duanın mənası budur ki, siz Allahdan, Onun bu vasitələri yaratmasını istəyin; maddi səbəblərsə öz yerində! Qəbul olunan dua belədir.
Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir.(1) Yəni dua ibadətin məğzi, daha çox işlənən təbirlə desək, ibadətin ruhudur. Dua nədir? Dua Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürək sözünü Ona deməkdir.
Hədisdə göstərilir ki, ən fəzilətli ibadət duadır.(2)
Hər bir ibadətin məğzi duadır. İbadətlər insanı Allah-Taala qarşısında təzimə, onun ürəyini müti və təslimçi olmağa sövq etmək üçündür. İbadətin məğzi duadır.
“Dua ibadətin məğzidir”. Allah qarşısında olan bu itaət və kiçilmə insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzimi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir. Buna görə, dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir.
Dua barəsində sözün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və
səh:6
səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.
Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.(1) Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsası da budur. Məhz buna görə Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! ayəsinin davamında buyurur: Mənə ibadət etməyi təkəbbürlərinə (özlərinə) sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!(2)Duanın əsası budur ki, insan Allah-Taala qarşısında özünü yalançı qürurdan xilas etsin. Duanın əsası Rəbb yanında kiçilməkdir. Mənim əzizlərim! Siz istər öz ətrafınızda, istər öz ölkənizdə, istər bütün dünyada kiminsə tərəfindən müəyyən şəkildə pislik və fəsad görsəniz, diqqətlə baxdıqda müşahidə edəcəksiniz ki, o pisliyin və fəsadın əsası və qaynağı mənəm-mənəmlik, təkəbbür, hegemonluq və insani qürurdur. Dua bunu sındırmalıdır.
Rəbb ilə danışmağın özü, yalvarmağın özü, Allahla danışmağın, Allah-Taaladan üzr istəməyin, tövbə etməyin və bağışlanmaq diləməyin özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir. İnsanın Rəbb qarşısında dayanıb göz yaşı axıtması, kiçiklik və həqarət bildirməsi onun üçün bir məqam ucalığıdır. Bəşər Allah-Taala qarşısında yalvarmaqla yüksəlir və zirvəyə qalxır. İnsanın bədbəxtliyi Allah-Taaladan xəbərsiz olduğu zaman başlayır. İnsanın rəzilliyi özünü Allaha ehtiyaclı bilmədiyi zaman başlayır.
səh:7
Dua istək və məqsədlərə, insanın istədiyi və arzuladığı hər bir şeyə çatması üçün vasitədir.
Çox əhəmiyyətli bir məsələdir. Allah-Taala insana elə bir vasitə verib ki, qeyd edəcəyim istisna hallardan başqa, onunla bütün istəklərini təmin edə bilir. O vasitə nədir? Allah-Taaladan istəməkdir.
Biz Haqq-Taalanın dərgahına dua etdikdə, əslində öz istəklərimizə nail olmaq üçün bir vasitə axtarırıq, bu istəklərə sarı bir yol keçir və ondan istifadə edirik. Bu bir növ dua etməkdir: istədiyini almaq üçün dua etmək. İnsanın bütün məqsədləri maddi vasitə və yollarla əldə edilmir. İnsan bəzi şeyləri dua ilə əldə etməlidir; sözsüz ki, yalqız və əməlsiz dua ilə yox. İnsanın əməl qapısını bağlayıb, dua ilə kifayətlənməsinin heç bir faydası yoxdur. Lakin əməl, iş kənarında, iradə və səylə yanaşı Allahdan istəmək də lazımdır. Bu dua insanın istəklərini təmin edir. Görürsünüz ki, əziz Peyğəmbər (s) müharibə meydanında bütün işləri gördükdən sonra dua da edir. Deməli, dua etmək, bu yolla öz istək və məqsədlərimizə nail olmaq bizim vəzifələrimizdən biridir.
Dua digər vasitələrin kənarında bir vasitədir. Bizim böyük tədqiqatçılarımızın və mütəfəkkirlərimizin sözü ilə desək, Allah-Taala varlıq aləmində onlarla vasitə və səbəb yaradıb, dua da onlardan biridir.
Duaya ümid qapısını, Allah-Taalanın özü ilə bəndələri arasında qoyduğu bu yolu və vasitəni öz üzünüzə bağlamayın.
Burada bir neçə sual yaranır: Biri budur ki, əgər duanın belə möcüzəli rolu varsa, bəs bu dünyəvi vasitələr, texnologiyalar, elm, sənaye və digər bu kimi amillər nədir? Cavab budur ki,
səh:8
dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, maşınla, qatarlar, ya təyyarə ilə getməlidir və yaxud dua ilə. Həmçinin belə deyil ki, əgər insan bir şey əldə etmək istədikdə ya pul xərcləməlidir, ya da pulu yoxdursa, istədiyini əldə etmək üçün dua etməlidir. Duanın mənası budur ki, Allahdan bu vasitələri yaratmasını istəyin; maddi səbəblərin hər biri öz yerində durur. Qəbul olunan dua belədir.
Buna əsasən, dua kiminsə tənbəllik etməsinə səbəb olmamalıdır. Dua kiminsə elmdən, bilikdən, maddi vasitələrdən, təbii səbəb və nəticədən üz çevirməsinə bais olmamalıdır. Xeyr, dua onların rəqibi deyil, onları təmin edəndir.
Belə yerlərdə sadəlövh insanlar deyirlər ki, bizim dua və ibadətimiz elə budur. Biz Allah yolunda işləyirik və işimiz Allah üçündür. Lakin Əmirəlmöminin (ə) belə buyurmur. O, işləri də görür, ibadət də edir.
İlahi maarifi anlamaq üçün vasitə
Dua, ilahi maarifi dərk etmək üçün vasitədir.
İstək, tərif, səna və yaxud məhəbbət və sevgi bildirmək
Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi. Bunların hamısı duadır.
Dua zəruri olaraq həmişə hacət istəmək deyil!
Bəzən duada hacət istənilmir, yalnız Allahla ünsiyyət qurulur.
Qədr gecəsində əməllərin ən yaxşısı duadır. Əhya saxlamaq (səhərədək oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Qədr gecələrində müstəhəb olan namaz da əslində dua və zikr nümunəsidir.
Bu ümumi azğınlıq və yayınmanın əsas amili iki məsələdir: Biri, təzahürü namaz olan Allah zikrindən uzaqlaşmaqdır: Allahı və mənəviyyatı unutmaq, mənəviyyatı həyatdan
səh:9
ayırmaq, diqqəti, zikri, duanı, təvvəssülü, Allah-Taaladan istəməyi, Allaha təvəkkül etməyi və ilahi hesabları həyatdan kənarlaşdırmaq.
İnsan şəxsi həyatında bəzən çətinlik və müsibətlər, ümumi həyatında da bəzən cihada, sədəqəyə, yaxud yoxsullara kömək kimi yenilik yaradan hadisələrlə zikr amilinə yaxınlaşır. Bəzən də həvəsdən doğan məşğuliyyətlərlə və eyş-işrətə qərq olmaqla ondan uzaqlaşır. Bütün bu hallarda onu zikr cənnətinə yaxınlaşdıran, yaxud daha yaxınlaşdıran amil namazdır. Qəlbin, dilin və hərəkətin harmonik sintezi ilə qılınan namaz zikrin ən gözəl və ən kamil nümunəsidir.
Sizin bu cümə namazınız, ilahi zikr nümunəsidir: “Allahın zikrinə tələsin!”(1) Burada sizin qəlbinizə və hərəkətlərinizə hakim olmalı amil Allahı yad etmənizdir; qəlb Allahı yad edir, dil Allahın müqəddəs adlarını zikr edir, əlin, ayağın və bədənin hərəkətləri də Rəbbi xatırlamaq və ilahi əmrlərə itaət istiqamətində hərəkətlərdir. Bizim hər birimizin ehtiyaclı olduğumuz məsələ budur.
Allahın qəbul etməsi Onun cavabı, diqqəti və iltifatıdır. Mənim və sizin istəklərimizin bəzən bizim xeyrimizə olduğunu düşünürük, lakin bizim ziyanımıza olur və həyata keçmir. Amma sizin ya Allah! demənizin ardında, şübhəsiz, bir ləbbeyk vardır.
Əgər ünsiyyət qura bilsəniz, görəcəksəniz ki, cavabların çoxusu həmin anda sizə veriləndir. Yəni insan düşünməməlidir ki, duanın cavabı mütləq Allahdan istədiyi puldur və o çatmalıdır. Bəzən cavab həmin anda sizə
səh:10
veriləndir. Sizin qəlbinizdə elə nur yaranır ki, cavabınızı həmin saatda aldığınızı görürsünüz. İnsan bəzən hiss edir ki, duada malik olduğu haldan başqa bir şey istəmir.
İstəyin dua edən şəxsin bütün vücudundan cari olması ilahi cavabdır.
İstəyin sizin bütün vücudunuzdan cari olduğunu gördükdə, bilin ki, bu, ilahi cavabdır. Bu, Allahın həmin cavabıdır və sonrakı cavab da qəbul olunmaqdır.
İstəyin təbii qanunlar çərçivəsində təmini
Lazım deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə əməl etsin. Xeyr, dua təbii qanunlar çərçivəsində qəbul olunur və sizin istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları hazır edir, bir-birinin yanına qoyur və sizin istəyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, dua qəbul olunmur. Allahın vədi haqdır. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul imkanı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət verilmir. Siz qəti bir təbii qanunun ziddinə dua etsəniz, zəmanətin olması bəlli deyil; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə yenə də qəbul olunacağını söyləmirik. Xeyr, duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu dua qəbul olunur. Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və fəaliyyət olsa, onun qəbul olunma ehtimalı doğrudan da çox olar.
səh:11
Allah-Taala burada(1) bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu mürsəl peyğəmbərlərdən edəcəyik. Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki, onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə Fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi. Neçə dayə gətirdilərsə, heç birindən süd almadı. Acdır və süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən süd verən bir dayə tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır.
Bir hacətinizin təmin olunmasını istəyib, dua edəndə əgər Allah-Taala o duanı qəbul etsə, deməli, bu istəyin maddi və adi vasitələrini hazırlayıb; yəni Allah bu işi yoluna qoyacaq. Misal üçün, bir şəxs sizə borcludur və borcunuzu qaytarmır. Lakin birdən ürəyinə düşür və gəlib borcunuzu qaytarır. Bu, bir vasitədir. Nə maneəsi var ki, dua insan üçün bu vasitəni hazırlasın?!
Bəzən Allah-Taala möcüzə də göstərir; bu başqa məsələdir. Möcüzə istisna yerlərdə baş verir. Digər yerlərdə dua təbii prosesi təmin edir. Siz ehtiyac duyduğunuz bir işin baş verməsini Allahdan istədikdə, duanın yanında gərək imkanlarınızı da işlədəsiniz. Misal üçün, əgər sizə tənbəllik üz vermişsə və Allah-Taalanın bu hissi sizdən uzaqlaşdırması üçün dua edirsinizsə, duanın yanında gərək iradə və əzmkarlıq da göstərəsiniz. Yəni burada da başqa bir təbii və maddi vasitə var və o iradədir. Gərək iradə və əzmkarlıq göstərəsiniz. Heç kəs düşünməsin ki, evdə oturub, heç bir iş görməsək, hətta
səh:12
iradə də etməsək, yalnız dua ilə məşğul olsaq, Allah bizim istəklərimizi təmin edəcək. Xeyr, belə bir şey imkansızdır. Deməli, dua çalışmaqla yanaşı olmalıdır. Bəzən çalışmaq nəticə vermir, amma dua edən kimi nəticə hasil olur.
Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Ayələrin biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də dualarınızı qəbul edim!”(1) Yəni sizin Rəbbiniz buyurub ki, məni çağırın və mən cavab verim, qəbul edim. Qəbul etməyin, istəyin yüz faiz təmin olunması mənasında olmaması da mümkündür. Bəzən yaranış qanunları Allahın o hacəti tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmur. Adi halda ümumi qayda kimi Allah-Taalanın cavabı budur ki, sizin istəyinizi təmin etsin. Necə ki, ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumali duasında buna işarə olunmuşdur. Quranda buyurmuşdur: Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir.(2) Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də, siz Allahdan istəyin və Ona deyin. Bu ayəni duada qeyd edir. Düzdür, şərafətli duada bir qədər fərqli göstərilmişdir. Sonra buyurur ki, İlahi, xalqı istəməyə dəvət edib, istəklərini verməmək Sənin xislətinə yaddır.(3) Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istədiyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə aydın bildirilmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib
səh:13
Məni çağıranın duasını qəbul edərəm“.(1) Yəni mənim bəndələrim nə zaman mənim barəmdə, harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, məndən istəyən və məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, qarşısında cavabı var. İmam Rizadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki, Allahdan istənilən hər bir istəyin qarşılığında qəti bir cavab vardır.(2) Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər. İmanı olmayan şəxs təbii ki, bir çox digər imkanlar kimi bu imkandan da istifadə etməyəcək. Bu, Allahın qəti vədidir. Yəni Allah-Taala hər istəyə cavab verəcək. Bu bir vəddir və əlbəttə, hər bir vədin də şərtləri var.
Heç bir dua cavabsız deyil. Cavabın mənası bu deyil ki, insanın istəyi mütləq təmin olunacaq. Mümkündür təmin olunsun, mümkündür bəzi səbəblərə və məsləhətlərə görə təmin olunmasın. Lakin Allahın cavabı və qəbul etməsi var.
Özünü Allah qarşısında görmək və ona könül vermək
Zikr - özünü Allah qarşısında görmək, Ona qulaq asmaq və könül verməkdir.
Allah zikrinin mərhələləri var. Biz insanlar hamımız bir həddə və bir mərhələdə deyilik. Bizim dərəcələrimiz müxtəlifdir. Bəziləri ruhi baxımdan yüksək dərəcədədirlər. Misal üçün, övliyalar, peyğəmbərlər, saleh insanlar, ürək və məna adamları. Bəziləri də o səviyyələrə malik olmayan mənim kimi və bizim kimilərdir. O səviyyələrdə nələr olduğundan bizim bəzilərimizin xəbərimiz də yoxdur. Bizim hamımız üçün zikr var - həm onlar üçün var, həm bizim üçün var. Zikr onlar üçün Əmirəlmömininin (ə) hədisində
səh:14
göstəriləndir: “Zikr məşuqla həmsöhbət olmaqdır”.(1) Bu, övliyalar üçündür. Onlar üçün zikrin ləzzəti həmsöhbət olmağın ləzzəti kimidir. Əmirəlmöminin (ə) başqa bir hədisdə buyurur: “Zikr sevənlərin ləzzətidir”.(2) Zikr aşiqlərin, sevənlərin ləzzətidir.
Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi mərhələdən sonrakı mələkut aləmində ilahi məmurlarla qarşılaşan həssas zamandan xəbərsiz olmamaq və qiyamətdə Allah qarşısında insanın böyük hesabatından xəbərsiz olmamaq. Bu xatırlamalar həlledicidir.
Quran müsəlmanlara müraciətlə buyurur: Allahı çox yad edin!(3) Zikr, yəni yad etmək. Zikr və yad etmək, xəbərsiz olmağın və unutmağın qarşı tərəfidir. Müxtəlif hadisələrə qərq olmaq və əsas məsələdən qəflətdə qalmaq Adəm övladlarının böyük bəlasıdır; istəyirlər belə olmasın. Bu yad etmək də yalnız yad edib xatırlamaq deyil. Bizdən çoxlu zikr istəmişlər.
Zikr xatırlamaq və diqqətli olmaqdır. Quranın şərif ayəsi buyurur: “Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin zikriniz var”.(4) Yəni Quranı bütün müsəlmanların zikr etməsinin və diqqətli olmasının vasitəsi kimi təqdim edir. Çünki çox insanlar zaman boyu dünya həqiqətlərindən, ən əsası Rəbbin müqəddəs zatından qafil olmuşlar.
səh:15
Zikr yalnız bəzi sözləri tələffüz və təkrar etmək deyil. Bu sözlər zikr vasitələrindən biridir. Zikr isə Allahı yad etmək, vəzifəni yad etmək və ilahi neməti yad etmək deməkdir: “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz”.(1) Əgər diqqət yetirsəniz, Quranda çox yerlərdə Allahın nemətini yad etməyə işarə vurulmuşdur.
Bu böyük bəlanın qarşısını almaq, həmçinin onu müalicə etmək üçün Allahın dini insana zikri öyrətmişdir. Zikr - həqiqəti yada salmaqdır.
Zikr və hidayət məsələsinə özümüzün əsas məsələmiz kimi diqqət yetirməliyik. Deməli, bu gün bizim xalqımızın düzgün diqqət yetirməyə ehtiyaclı olduğu mövzulardan biri də zikr və qafil olmamaq mövzusudur.
“Bu (Quran) aləmlərə yalnız bir zikrdir!”(2) Bu bütün bəşər üçün zikrdir, xatırlamadır, xatırlatmadır, xəbərdarlıqdır.
Bəli zikr nə deməkdir Həzrət İmam Baqir (ə) həmin hədisdə hər bir halda Allahı yad etmək məsələsini izah etmişdir günaha doğru getdikdə Allahın zikri ona mane olur.Zikr odur ki, Allahı yad edib günah etməsin-doğru olmayanı danışmağı, yalan deməyi, qeybət etməyi, haqqı gizlətməyi, insafsızlıq etməyi, təhqir etməyi, xalqın malını, beytül-malı, zəiflərin malını, mənimsəməyi yaxud onların barəsində diqqətsizlik göstərməyi və digər müxtəlif günahları etməsin. Bütün bunlardan insan Allaha diqqət yetirsin.Allah zikri insanın bu günahlara tərəf getməsinə mane olur.Sonra Həzrət buyurur ki, bu Quranın bir ayəsinin təfsiridir Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünürlər.Şeytan onlara yaxınlaşanda onlara toxunanda hələ am canlarına düşməyəndə tez xatırlayarlar və dərhal görən olarlar.Bu zikr onların gözlərinin açılmasına bais olur.Hər bir halda Allahı yad etməyin mənsaı budur.
Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə “hər bir halda Allahı yad etmək” vardır. Burada İmam Sadiqin (ə) hədisində isə “hər bir yerdə Allahı yad etmək” kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, “sübhanəllah vəl-həmdü lillah və la ilahə illəllah vəllahu əkbər” - deyəsiniz. Bu, dil zikridir: “Baxmayaraq ki, bu da ondandır”. Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir. Lakin mənim məqsədim təkcə bu deyil. Məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha doğru getdikdə Allahı yad et. Allahı belə yad etmək, Onun belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (s.ə) təsbehində və digər zikrlərdə göstərilənlərin hamısı zikr vasitələridir. İnsan mənalara və həqiqətlərə diqqət yetirməklə bunları dilinə gətirməlidir, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.
səh:17
Əgər kimsə dua etməyə müvəffəq olsa, diqqətlə və ürəkdən dua etsə, bilsin ki, Rəbbin lütfü ona şamil olmuşdur. Sonrakı mərhələdə duanın qəbul olunması gələcək.
İnsanın Allah-Taala ilə ünsiyyət qurması, Allah-Taala ilə danışması ilahi lütfdür, Allahın insana verdiyi bir uğurdur. Bu “ya Allah!” deməyin özündə Rəbbin qəbul etməsi vardır.
Əgər düşmən qarşısında möhkəm olmaq istəyirsinizsə, dua qapısını üzünüzə açın. Əgər heç kimdən və heç kəsdən qorxmamaq istəyirsinizsə, Allahla rabitənizi gücləndirin. Əgər maddi gözəlliklər qarşısında möhkəm olmağınızı və sürüşməməyinizi istəyirsinizsə, özünüzü dua və minacatla sığortalayın.
Dua barəsində bizim sözümüzün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, peyğəmbərlərin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışmışlar.
Dua Allahı çağırmaqdır. Bu hər dildə, öz dilinizdə də ola bilər. Allaha nə demək istəsəniz, bu, duadır. Nəyi istəyirsinizsə, onunla bir arada qoyun... Əlbəttə, imamlardan nəql olunmuş dualar ilahi bilgilərlə dolu olan ən yaxşı məzmunları ehtiva edən ən gözəl sözlərdir. Onların qədrini bilmək, onlardan istifadə etmək lazımdır.
səh:18
Allah-Taala ilə bu ünsiyyətin, Onun zikrinin, bağışlanmaq istəməyin və dua etməyin insan qəlbində çoxlu möcüzəvi təsirləri var, ölü qəlbləri dirildir.
Deyir ki, gərək Allah evinin qapısına gedəsiniz: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”(1) Gərək dua edəsiniz: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(2) Dua etməlisiniz ki, Allahdan cavab eşidəsiniz. Allahla rabitə olmadan insanın həyatı mənasızdır.
Dua insana qüdrət verir, onu hadisələr qarşısında möhkəmləndirir. Buna görə hədisdə dua üçün silah təbiri işlənmişdir. Əziz Peyğəmbərimizdən (s) nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.(3) Hadisələrlə qarşılaşdıqda Allah-Taalaya diqqət yetirmək mömin insanın əlində kəsərli bir silahdır. Buna görə, İslamın əziz Peyğəmbəri (s) döyüşdə bütün lazımi işləri görürdü, qoşunu düzürdü, əsgərləri sıralayırdı, onlara lazımi imkanları yaradırdı, lazımi tövsiyələri verirdi, öz komandanlığını icra edirdi. Lakin eyni zamanda meydanın ortasında diz çöküb, dua üçün əlini qaldırır, minacat edir və Allah-Taala ilə danışıb ondan istəyirdi. Allahla bu rabitə insanın qəlbini möhkəmlədir.
Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: Allah-Taala sənə Ondan istəmək icazəsi verməklə bütün xəzinələrinin açarını sənə
səh:19
tapşırmışdır. Deməli, Allah-Taalanın hər bir şeyi ondan istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyacaq: “İstədiyin zaman dua vasitəsilə Allah xəzinələrinin qapılarını açarsan”(1) Bu, çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!
Bunlardan əlavə, dua, dinləyici və müraciət olunan tərəf üçün dua edənin zehninin məzmununu aşkarlayır. Siz Allahla danışan bir şəxsin duasını eşitsəniz, onun duasından, onun istəyindən bu insanın necə insan olduğunu - kiçik ya böyük olduğunu, sadəlöhv, yaxud uzaqgörən və böyük məqsədli olduğunu, mömin, yaxud tərəddüdlü olduğunu bilərsiniz. Dua qəribə bir şeydir.
Kimsə düşünməsin ki, quruculuq halında olan bir xalqın yaşayışında duanın və minacatın çox rolu yoxdur. Əksinə, qarşısında çətin yolu olan və böyük işlər görmək istəyən bir xalq işin, fəaliyyətin və çalışmağın kənarında Allaha dua etmək, diqqət göstərmək və Allahdan yardım diləmək üçün açıq bir qapı qoymalıdır. Siz İslam tarixində müşahidə edirsiniz ki, məsumlar, o cümlədən əziz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) özü döyüş meydanlarında, təhlükəli səhnələrdə, böyük işlər zamanı təvəssül və dua edirlər. Heç kəs deyə bilməz ki, Peyğəmbər (s) və erkən İslam çağının müsəlmanları çalışıb işləmirdilər. Onların işlərindən böyük iş ola bilməz. Peyğəmbərin (s), o zamankı İslam cəmiyyətinin hakimi olduğu onillik müddət bütünlüklə iş və fəaliyyətlə keçmişdir. Lakin eyni zamanda, həmin iş və fəaliyyətin yanında dua, yalvarış, tövbə, bağışlanmaq istəyi və Allahdan diləmək də öz yerində olmuşdur.
səh:20
Dua bir nemətdir. Dua etmək imkanı bir nemətdir. Əmirəlmöminin (ə) İmam Həsən Müctəbaya (ə) vəsiyyətində deyir ki, yerin və göyün bütün qüdrətinə malik olan Allah-Taala sənə dua etmək, danışmaq və ondan istəmək icazəsi vermişdir: “Sənə əmr edib ki, ondan istəyəsən və O sənə əta etsin”. Allahdan bu növ istəmək və istəyi almaq rabitəsi insan ruhunun yüksəliş amili və bəndəlik ruhiyyəsinin gücləndirilməsidir. Allah-Taala da səxavətlidir, Özü ilə sənin aranda heç bir məsafə və sədd qoymamışdır.(1) Nə vaxt Allahla danışmağa, ehtiyacınızı söyləməyə başlasanız, Allah-Taala sizin istəyinizi və səsinizi eşidəcək. Allahla həmişə həmsöhbət olmaq, danışmaq, ünsiyyət qurmaq və ondan istəmək olar. Bu, bəşər üçün çox böyük fürsət və nemətdir.
Oruc haqqında üç ayənin ardınca dərhal buyurur: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam“. Ey Peyğəmbər! Mənim bəndələrim mənim barəmdə səndən soruşduqda, de ki, mən yaxınam. Demir onlara de ki, mən yaxınam, Özü onlarla həmsöhbət olur və deyir: Mən yaxınam. “Dua edib Məni çağıranın duasını qəbul edərəm”. Dua edənin duasını qəbul edərəm, Məndən bir şey istəyənə cavab verərəm. “Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər”. Mənə cavab versinlər, Mənə iman gətirsinlər. Böyük alim mərhum Əllamə Təbatəbai bu şərafətli ayədə bir məqama diqqət yetirmişdir. O buyurur ki, aləmin Rəbbi bu ayədə yeddi dəfə birinci şəxs əvəzliyi işlətmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər”.(2) Quranın
səh:21
heç bir başqa ayəsində Allah-Taala özündən bu qədər danışmayıb. Belə bir qısa mətndə yeddi dəfə mən demişdir. Bu, Allahın, Ona ürəyini açan və sitayişinə dillənən bəndələrinə yaxınlığını isbat etmək üçündür.
Hər bir namazın ən azı iki rəkətində deyirik: “Bizi düzgün yola hidayət et!” Siz on yeddi rəkət vacib namaz qılırsınız. Bu on yeddi rəkətin on rəkətində “Bizi düzgün yola hidayət et!” deməlisiniz.
“(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”(1)Allaha dua etmədən, diqqət göstərmədən və təvəssül etmədən yolda irəliləmək olmaz. Mən belə düşünürəm ki, imamın uğurunun səbəblərindən biri Allah-Taalaya bu diqqət və yalvarışı idi.
Çoxlu zikr istəyi
Quran müsəlmanlara müraciət edir ki, Allahı çoxlu yad edin.(2) Zikr, yəni yad etmək. Zikr və yad etmək, xəbərsiz olmağın və unutmağın qarşı tərəfidir. Müxtəlif hadisələrə qərq və əsas məsələdən qafil olmaq Adəm övladlarının böyük bəlasıdır; istəyirlər belə olmasın. Bu yad etmək də yalnız yad edib xatırlamaq deyil. Bizdən çoxlu zikr istənilib.
Təqva yolu da Allah zikridir.
səh:22
Quranın şərafətli ayəsi buyurur: “Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin zikriniz var”.(1) Yəni Quranı bütün müsəlmanların zikr etməsi və diqqətli olması vasitəsi kimi təqdim edir. Çünki bir çox insanlar zaman boyu dünya həqiqətlərindən, ən əsası Rəbbin müqəddəs zatından qafil olmuşlar.
Zikr və hidayət məsələsinə öz əsas məsələmiz kimi diqqət yetirməliyik. Deməli, bu gün bizim xalqımızın düzgün diqqət yetirməyə ehtiyaclı olduğu mövzulardan biri də zikr və qafil olmamaq mövzusudur.
Həqiqi irfan budur. Yəni insanda həmin zikri və Allahı yad etmək hissini vücuda gətirir. Allah qarşısında dayanmaq üçün lazımi baxış yaradır.
Bütün bu vaciblərin və ilahi hökmlərin həddi və ölçüsü var. O həddə və sərhədə çatdıqda bitir, vəzifə tamamlanır: zikrdən savayı. Zikrin həddi yoxdur, sonu yoxdur. Belə deyil ki, zikr və xatırlama müəyyən həddə çatdıqda deyək daha bəsdir, daha lazım deyil. Sonra həzrətin özü izah edir və buyurur: Kim vacibləri yerinə yetirsə, onları öz (son) həddinə çatdırmışdır. Misal üçün, ramazan ayı bitdikdə siz bu vacibi öz sərhədinə çatdırmısınız, sizə daha bir şey vacib deyil. Həcc edən şəxs həccin son əməllərinə çatdıqda onu son sərhədə çatdırmışdır: “zikrdən savayı”. Yalnız zikr digər vaciblər kimi deyil. Hədisdə digər vaciblərin adı çəkilməyib. Zəkat da belədir. Zəkatı verdikdən sonra vacib olmur, təyin edilən miqdarda vacibdir. Xüms da belədir. Qohumlara baş çəkmək də belədir. Digər vaciblər də bu qəbildəndir. Lakin zikr belə deyil: “Zikr
səh:24
belə deyil. Allah-Taala onun azına razı olmamış və onun üçün hədd təyin etməmişdir”.(1) Allah onun üçün elə bir hədd qoymayıb ki, həmin həddə çatdıqda daha bitsin. Sonra həzrət bu ayəni oxudu: “Ey iman gətirənlər! Allahı çox zikr edin!”(2) Zikrin əhəmiyyəti budur.
Həzrət imam Baqir (ə) buyurmuşdur: Üç məsələ möminlərin çox əhəmiyyətli və ən çətin vəzifələrindəndir. Üçüncüsü budur: “Hər bir halda Allahı zikr etmək”.
Səhifeyi-Səccadiyyə ilə ünsiyyətdə olun. Çox əzəmətli kitabdır. Ona Məhəmməd (s) ailəsinin Zəburu demişlər. Doğrudan da elədir. Mənəvi nəğmələrlə doludur, dua və dərsdir.
Mənim fikrimcə, mübarək Səhifeyi-Səccadiyyə bizim ən yaxşı ehtiyatlarımızdan biridir - əgər bundan yaxşı istifadə edə bilsək.
Mən tövsiyə edirəm ki, uşaqların Allahla rabitəsi diqqətli və mənəvi rabitə olsun, xüsusilə namazları mənəvi halla qılsınlar. Oxuduqları duanı mənəvi halla və diqqətlə etsinlər, hansı varlıqla danışdıqlarını, nə istədiklərini bilsinlər. Bilsinlər ki, bu istəyin cavabı var. Quranda bizə belə deyilmişdir: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(3) Məni çağırın ki, sizə cavab verim. Başqa bir yerdə də belə nəql olunub: “Allahın lütfündən (mərhəmətindən) istəyin!”(4) Allahın lütfündən istəyin. Bunlar Allahın vədləridir və Allahın vədi ən doğru vəddir.
Allah zikrini cəmiyyətdə artırın.
Ramazan ayı dua zamanıdır. Heç bir eybi yoxdur, öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən oxuyun. Ürəyinizi Allaha yaxınlaşdırın. Mənim və sizin buna ehtiyacımız var. Mənim qardaş və bacılarım! Duadan qafil olmayın.
Qarşısında çətin yolu olan və böyük işlər görmək istəyən bir xalq işin, fəaliyyətin və çalışmağın kənarında Allaha dua etmək, diqqət göstərmək və Allahdan yardım diləmək üçün açıq bir qapı qoymalıdır.
Tələbə dua ilə, zikr ilə və minacatla ünsiyyətdə olmalıdır.
İslam cəmiyyəti gərək Allaha yalvarış, dua və tövbə cəmiyyəti olsun.
Allah zikrini qənimət bilməlisiniz. Sizin bu cümə namazınız Allah zikrinin nümunəsidir: ”Allahın zikrinə tələsin!”(5) Burada sizin qəlbinizə, sizin dilinizə, sizin hərəkətlərinizə hakim olmalı amil Allahı yad etməkdir. Ürək Allahı yad etsin, Rəbbin müqəddəs adlarını söyləsin, əlin, ayağın və cismin hərəkətləri də Rəbbi xatırlamaq və ilahi əmrlərə itaət istiqamətində olsun. Bu bizim hər birimizin ehtiyacı olan məsələdir.
Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir.
səh:25
Dua imkanının alınması, onun qəbul imkanının alınmasından daha nigaranedicidir!
Bu barədə böyük bir söz nəql etmişlər. Hədisin məsum, yoxsa məsum olmayan bir şəxsin sözü olmasını bilmirəm. İstənilən halda hikmətamiz bir təbirdir. Deyir ki, mən duanın qəbul olunmasından daha çox dua imkanının əldən alınmasından qorxuram”.
Bəzən dua halı insandan alınır. Bu, pis əlamətdir. Əgər dua zamanı, yalvarış zamanı, diqqət və yaxınlaşmaq zamanı duaya həvəs və hövsələmiz olmursa, bu yaxşı əlamət deyil. Lakin onu islah etmək olar. İnsan diqqətlə, yalvarmaqla və istəməklə dua halını ciddi surətdə Allahdan ala bilər.
Ölkənin məhkəmə məmurları özlərini Allaha dua etməkdən, müstəhəb işlərdən, zikrdən, diqqətdən, təvəssüldən, ağlamaqdan və tövbədən ehtiyacsız bilməsinlər. Deməsinlər ki, biz xalqa xidmətlə məşğuluq. Deməsinlər ki, duanı çox işi olmayanlar etsinlər. Xeyr, əsas iş budur. Əgər bu olmasa, biz himayəsiz qalarıq.
Dua mömin bəndənin ən mühüm işlərindən biri kimi
Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir(1). Daha çox işlənən təbirlə desək, ibadətin ruhu duadır. Dua nədir? Dua - Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürəyin sözünü ona deməkdir. Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi bildirməkdir. Bunların
səh:26
hamısı duadır. Dua mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biridir.
hamısı duadır. Dua mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biridir.
Hər bir ibadətin məğzi duadır. İbadət insanı Allah-Taala qarşısında təzim edən, ürəyini də müti və təslimçi etmək üçündür. Allah qarşısında olan bu itaət və kiçilmək insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzim göstərməsi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir.
Biz bunu Əmirəlmöminindən (ə) öyrənməliyik. Allahı yad etmək, Allaha diqqət, zikr və minacat Əmirəlmömininin (ə) bu iş üçün etdiyi ən mühüm əlacdır.
Cümə gecəsinin müstəhəb duası qısa, lakin çox yaxşı duadır. Əgər müvəffəq olsanız, bu duanı oxuyun. Əvvəl Allahdan bəzi mətləblər istənilir və sonra belə deyilir: İlahi, bu böyük və nəhəng arzular, əzəmətli istəklər ümidsizliyə məhkumdur; yalnız sənə deyiləndən başqa. Bizim istək karvanlarımız dayanmağa məhkumdur; yalnız sənin evinə doğru gələndən başqa.(1)
Dözümlülüyün və namazın əlaqəsinə gəlincə isə, təbii ki, namazı geniş mənada səlat kimi nəzərə alın; yəni diqqət, zikr və təzim. Zikrsiz olmaz, çünki namazın forması məqsəd deyil. Buna görə, şərafətli ayədə də namaz haqqında danışdıqdan sonra buyurur: “Allah zikri daha böyükdür”(2) Bu, namazın bir xüsusiyyətidir. Lakin pis və bəyənilməz işlərdən çəkindirməkdən daha böyük olan, namazda mövcud olan
səh:27
Allah zikrinin özüdür. Bu namaz, yəni o zikr, diqqət, təzim, Allahla ürəkdən rabitə dözümlülüyün möhkəmlənməsində təsirlidir.
Elə məqama, ucalığa və əhəmiyyətə malik olan Peyğəmbər (s) öz ibadətini yaddan çıxarmırdı, gecə yarısı ağlayırdı, dua edib bağışlanmaq istəyirdi. Ümmü Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: “İlahi, məni bir göz qırpımı öz nəfsimə tapşırma!”(1)
Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin dualarından söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi”.(2) Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”(3) Musa Allaha şikayət etdi, Ona sığındı.
Dua barəsində bizim sözümüzün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışıblar.
səh:28
Peyğəmbərlərin səhabələri, həvariləri müharibələrdə və müxtəlif hadisələrdə çətinliyə düçar olduqda Allah-Taalaya üz tutub dua edirdilər: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!”(1) İlahi, bizim günahları, israfçılıqları və diqqətsizliklərimizi bağışla.
Allah-Taala, şübhəsiz, onun yolunda hərəkət edən və ixlasla addım atan bəndələri müdafiə edəcək. Mənim bu məsələdə heç bir şübhəm yoxdur. Əlbəttə, Allaha dua etməyi və yalvarmağı da unutmaq olmaz: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”(2) Allaha duasız, diqqətsiz və təvəssülsüz irəli getmək olmaz. Mən belə düşünürəm ki, imamın müvəffəqiyyət səbəblərindən biri Allah-Taalaya bu yalvarış və diqqət olmuşdur.
səh:29
Allahın iradəsi
Buyurur ki, İlahi, xalqı istəməyə dəvət edib, istəklərini verməmək Sənin xislətinə yaddır.(1) Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istədiyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar bildirilmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.(2) Yəni mənim bəndələrim nə zaman mənim barəmdə səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, məndən istəyən və məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, cavabı var. Allahdan hər bir istəyin qarşılığında qəti bir cavab vardır.(3) Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər.
Əmirəlmöminin (ə) İmam Müctəbaya (ə) vəsiyyətində deyir ki, yerin və göyün bütün qüdrətinə malik olan Allah-Taala sənə dua etmək, danışmaq və ondan istəmək icazəsi vermişdir: “Sənə əmr edib ki, ondan istəyəsən və O sənə əta etsin”. (4)
səh:30
Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: Allah-Taala Ondan istəmək icazəsi verməklə bütün xəzinələrinin açarını sənə tapşırmışdır. Deməli, Allah-Taalanın hər bir şeyi ondan istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyacaq: “İstədiyin zaman dua vasitəsilə Allah xəzinələrinin qapılarını açarsan.”(1) Bu çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!
İnsanın Allah-Taala ilə ünsiyyət qurması, Allah-Taala ilə danışması ilahi lütfdür, Allahın insana verdiyi bir uğurdur. Bu “ya Allah!” deməyin özündə Rəbbin qəbul etməsi vardır.
Əgər kimsə dua etməyə müvəffəq olsa, diqqətlə və ürəkdən dua etsə, bilsin ki, Rəbbin lütfü ona şamil olmuşdur. Sonrakı mərhələdə duanın qəbul olunması gələcək.
Dua - istəmək və Allahı çağırmaqdır. Dua - istəmək, yəni ümidvar olmaqdır. Əgər ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunması ümidlə birgədir. Duanın qəbul olunmasına ümid ürəkləri şölələndirir və nurlu saxlayır.
Əgər dua zamanı, yalvarış zamanı, diqqət və yaxınlaşmaq zamanı duaya həvəs və hövsələmiz olmursa, bu yaxşı əlamət deyil. Lakin onu əldə etmək olar. İnsan diqqətlə, yalvarmaqla və istəməklə dua halını ciddi surətdə Allahdan ala bilər.
səh:31
Əvvəla şükür etdikdə, bu şükür zikrə səbəb olur. Siz Allaha yönəlirsiniz. Şükrün özü insanı zikr əhli edir.
Dua qəbul olunacaq; ya tez, ya gec!
Əgər dua halında lazımi diqqət olsa, dua qəbul olunacaq; ya tez, ya gec.
Allahın öz bəndələrinə dua etmələrini əmr etməsi, lakin onu qəbul etməməsi imkansızdır.
Buyurdu: "Allaha onun lütfündən istəyin"(1) Allah-Taaladan istəyin və öz ehtiyaclarınızı ondan umun.Əbu Həmzə Sumali duasında İmam Səccadın (ə) dilindən belə deyilir: "Sənin xüsusiyyətlərində belə bir şey yoxdur ki, istəməy əmr edib, əta etməkdən çəkinəsən."(2) Sən öz bəndələrinə istəməyi əmr edəsən, lakin onların istəyini yerinə yetirməməyi nəzərdə tutasan; bu imkansızdır.Allah-Taala mənə və sizə ondan istəməyimizi əmr edirsə, mənası budur ki istəyimizi bizə verməkdə qərarlıdır. Buna görə hədisdə göstərilir ki, Allah-Taala dua qapısını açıb qəbul etmək qapısını bağlamaqdan daha səxavətlidir.
Əgər ürək Allah-Taalah yad etməklə özünü ətirlədib bəzəyə bilsə, şübhəsiz, onun üçün Allahın cavabı mümkün olacaq: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(3)Heç bir dua cavabsız qalmır. Cavabın mənası bu deyil ki, insanın istəyi mütləq təmin olunacaq. Mümkündür təmin olunsun, mümkündür bəzi səbəblərə və məsləhətlərə görə təmin olunmasın. Lakin Allahın cavabı və qəbul etməsi var. Allahın qəbul etməsi - Allahın cavabı, diqqəti və iltifatıdır.
səh:32
İstəklərimiz bəzən bizim ziyanımıza olur və bu səbəbdən keçmir. Amma sizin ya Allah! demənizin ardında, şübhəsiz, bir ləbbeyk vardır.
Hədis kitablarında belə bir fəsil var: Duada tələsməyin, ondan ümidi üzməyin və tez qəbul olunmasını istəməyin məkruhluğu. Yəni duada tələsməyin. Əgər bir şey istədinizsə və o sizin istədiyiniz zaman təmin olunmadısa, deməyin ki, Allah-Taala mənim duamı qəbul etmədi. Xeyr, hər şeyin öz zamanı var. Hədisdə gtöstərilir ki, Allah-Taala Bəni-İsraili xilas etməsini söz verdikdən sonra onlar qırx il dua etdilər və nəhayət baş verdi. Böyük iş də görüldü. Fironun qərq olması və Musanın ona qələbə çalması üçün qırx il çalışmaq çox deyil. Tələsməyin, Allahı diqqətlə çağırın və nə istəyirsinizsə, ondan diləyin. Bəzi dualarda buna işarə vurulub. Bir duada deyilir ki, böyük arzular hər qapıdan, hər şəxsin tərəfindən rədd edilir, lakin Sənin yanında belə deyil. Sənin yanında böyük arzular da təmin edilir.
Əlbəttə, Allah tərəfindən cavab üçün heç bir qeyd-şərt yoxdur. Biz öz əməllərimizlə qəbul olunmaya maneçilik törədirik. Duamızın diqqətsiz qalmasına səbəbkar özümüzük. Bunun özü duadan istifadə edilməsi mümkün olan bilgilərdəndir. Duanın xüsusiyyətlərindən biri budur.
Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istədiyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar bildirilmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.(1) Yəni bəndələrim nə zaman mənim barəmdə səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, məndən istəyən və məni çağıran şəxsin duasını
səh:33
və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, cavabı var. Allahdan istənilən hər bir istəyin qarşılığında qəti bir cavab vardır.(1) Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər.
Dua digər vasitələrin yanında bir vasitədir. Bir hədisdə Əmirəlmöminindən (ə) nəql olunmuşdur ki, bəla gəlməzdən öncə dua ilə onu dəf edin(2). Bunlar həqiqətdir. Əlbəttə, bu o demək deyil ki, siz nə istəsəniz və onu Allah-Taalaya necə desəniz, qəbul olunacaq. Xeyr, bütün adi səbəblər və bütün istəklər kimi onun da şəraiti və qaydaları var. Əgər siz dostunuzdan da bir şey istəsəniz, onun da qaydaları və yolları var. Duaya məxsus qaydanı işlətmək lazımdır. Ən əsas qayda budur ki, insan Allah-Taalaya diqqət yetirsin və bütün qəlbi ilə Allahdan istəsin.
Duanın qəbul olunmasının mühüm şərti budur ki, o sözün həqiqi mənasında və öz şərtləri ilə baş tutsun.
Əmirəlmöminindən (ə) bir kəlam nəql olunmuşdur. Rəvayətə əsasən, o buyurur: Allah-Taala sənə Ondan istəmək icazəsi verməklə Özünün bütün xəzinələrinin açarını sənə tapşırmışdır. Deməli, Allah-Taalanın hər bir şeyi ondan istəməyə dair verdiyi icazə bütün ilahi xəzinələrin açarıdır. Əgər insan bu açarı düzgün işlətsə - Allahdan istəsə, şübhəsiz, onu insanın ixtiyarında qoyacaq: “İstədiyin zaman dua
səh:34
vasitəsilə Allah xəzinələrinin qapılarını açarsan”(1) Bu çox mühüm məsələdir. Nə üçün insan özünü bu mühüm vasitədən məhrum etsin?!
Zəruri deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə olsun. Xeyr, dua təbii qanunlar çərçivəsində qəbul olunur və sizin istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları hazır edir, bir-birinin yanına qoyur və sizin istədiyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, dua qəbul olunmur. Allahın vədəsi haqdır. Lakin o vədə də düzgündür. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul olunmaq şansı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət verilmir. Siz qəti bir təbii qanunun ziddinə dua etsəniz, zəmanətin olması bəlli deyil; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanınızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə yenə də qəbul olunacağını söyləmirik. Xeyr, duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu, dua qəbul olunur. Əgər duanın kənarında əməl və fəaliyyət varsa, bu duanın qəbul olunmaq imkanı doğrudan da çoxdur. Dua davamlı olduqda onda qəbul olunmaq imkanı daha çoxdur. Əgər bir duanın bir neçə dəfə təkrar olunduğu və qəbul olunmadığı görünsə, məyus olmaq lazım deyil; xüsusən də böyük məsələlərdə, insan taleyinə, ölkə taleyinə və xalqların taleyinə aid olan məsələlərdə. Çünki böyük məsələlərin xüsusiyyəti belədir: onların həyata keçməsi üçün zaman tələb olunur.
Qəlbin yumşalıb Allaha yönəldiyi zaman dua zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar. Lakin
səh:35
əgər Allahın elmində bəzi məsləhətlər mövcud olsa, heç. Biz bu mətləbləri bilmirik. Allah-Taala mənim və sizin dualarınıza görə yaradılışın, yaxud bir xalqın ümumi maraqlarını görməzdən gəlmir. Bizim istəyimizin qarşısında məsləhət mane olmasa və dua halında lazımi diqqətə malik olsaq, dua tez ya gec qəbul olunacaq.
Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Ayələrin biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(1) Yəni sizin Rəbbiniz buyurub ki, məni çağırın və mən cavab verim, qəbul edim. Qəbul etməyin, istəyin yüz faiz təmin olunması mənasında olmaması da mümkündür. Bəzən yaranış qanunları Allahın o hacəti tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmur. Digər yerlərdə ümumi qayda kimi Allah-Taalanın cavabı budur ki, sizin istəyinizi təmin etsin.
Başqa bir nöqtə budur ki, bəzən insan nə qədər dua edirsə də, qəbul olunmur. Səbəb nədir? Dini rəvayətlər bu problemi bizim üçün həll etmişdir. Məsələn, rəvayətlərdə deyilmişdir ki, əgər duanın şərtləri mövcud olmsa dua qəbul olunmaz. Hər halda, duanın da şərtləri var. Din böyükləri buyurmuşlar ki, qeyri-mümkün işləri Allah-Taaladan istəməyin. Rəvayətdə göstərilir ki, bir gün əziz Peyğəmbərin (s) səhabələrindən biri onun yanında dua edib dedi: “İlahi, məni məxluqlarının heç birinə möhtac etmə!” Peyğəmbər (s) buyurdu ki, belə demə, məgər bir insanın digərlərinə möhtac olmaması mümkündür? Demə ki, ilahi, məni heç kimə möhtac etmə! Bu, bəşər təbiətinin, ilahi qanunun və Allahın insan vücudunda qoyduğu xislətin ziddinədir. Nə üçün deyirsən ki, məni heç kəsə möhtac etmə? Bu dua qəbul olunmayacaq. O şəxs dedi ki, ey Allahın Rəsulu, bəs necə dua edim? Buyurdu ki, belə de: “İlahi, məni
səh:36
pis bəndələrinə möhtac etmə!”(1) Məni şər adamlara ehtiyaclı etmə; məni səviyyəsiz insanlara möhtac etmə. Bu mümkündür, Allahdan bunu istə. Deməli, əgər Allah-Taaladan qeyri-mümkün və dünyanın normal qanunlarının ziddinə bir şey istəsək, qəbul olunmayacaq.
Günah insanı ilahi əfvin əzəmətli dəryasının hətta kənarına çatıb ondan istifadə etməyə qoymur. Günah bizim dua və diqqət halı əldə etməyimizə imkan vermir.
Yəni İlahi, mənim duamı həbs edəcək günahları bağışla! Günahlar duanın qəbul olunmasına mane olur.
İlahi əzabları insana nazil edən günahlar var. Nemətləri insandan alan günahlar mövcuddur: “İlahi! Mənim duanı həbs edən günahlarımı bağışla!”(2) Duanı həbs edən günahlar da vardır. Allaha sığınırıq. İnsan elə günaha düçar ola bilər ki, nə qədər dua etsə də, təsirsiz və faydasız olar. Duanın təsirsiz olması haradan bilinir? Bu zaman dua halı insandan alınır.
Yəni İlahi, mənim duanı həbs edəcək günahlarımı bağışla! Günahlar duanın qəbul olunmasına mane olur.
Mənası budur ki, biz insanlar bəzən dualarımızın qəbul olunmasının qarşısını alan günah və xətalara yol veririk.
Duanın qəbul olunmasının şərtlərindən biri də onun diqqətlə oxunmasıdır. Bəzən dil “İlahi, bizi bağışla!”, “İlahi, bizə ruzi ver!” və “İlahi, bizim borcumuzu ödə!” kimi cümlələrə vərdiş edir. İnsan on il belə dua edir, lakin qəbul olunmur. Bunun faydası yoxdur. Duanın şərtlərindən biri odur ki, (ürək qafil olmasın). Allah-Taala buyurdu ki, nə istədiyinə və kiminlə danışdığına diqqət yetirməyən qafil ürək sahibinin duasını qəbul etməz.(3) Bəllidir ki, bu xüsusiyyətlərə malik dua qəbul olunmaz. Yalvarmaq və ciddi istəmək lazımdır. Allah-
səh:37
Taaladan israrla diləyin, yenə istəyin. Bu zaman Allah-Taala, sözsüz ki, duaları qəbul edəcək.
Əgər duanın şərtləri mövcud olmasa, dua qəbul olunmaz!
Rəvayətlərdə göstərilmişdir ki, əgər duanın şərtləri mövcud olmasa, dua qəbul olunmaz. Hər halda, duanın da şərtləri var.
Zaman və məkanın tələbləri, duanın xüsusiyyətləri və buna bənzər amillər də Allahdan istəməkdə təsirlidir.
Qəbul olunan duaların şərtlərindən biri budur ki, insan duanı inamla etsin, bilsin ki, bu dua və istək insanın arzularını həyata keçirməyə qadir olan Allaha ünvanlanıb; yəni duanın təsirinə inamı olsun. İmam Sadiqə (ə) deyildi ki, biz dua edirik, amma qəbul olunmaq əlaməti görmürük. Buyurdu ki, inamsız dua etməyin.(1) İnamsız dua edirsiniz. Bir hədisdə duada inam barəsində buyurulub ki, Rəbbin qəbul etmək qüdrətinə inamları olsun.
İlahi vədlər ən doğru vədlərdir. Əgər Allahdan istəsəniz, Allah mütləq sizə cavab verəcək. Əgər ünsiyyət qursanız, cavabların çoxunun həmin anda sizə verildiyini görəcəksiniz. Yəni insan düşünməməlidir ki, duanın cavabı mütləq Allahdan istədiyi puldur və o çatmalıdır. Bəzən cavab həmin anda sizə veriləndir. Sizin qəlbinizdə elə nur yaranır ki, cavabınızı
səh:38
həmin saatda aldığınızı görürsünüz. İnsan bəzən hiss edir ki, duada malik olduğu haldan başqa bir şey istəmir.
Duanın əsası nədir? Rəbbin qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.(1) Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsası da budur. Məhz buna görə Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! ayəsinin davamında buyurur: Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!(2) Duanın əsası budur ki, insan Allah-Taala qarşısında özünü yalançı bəşər qürurundan endirsin. Duanın əsası Rəbb yanında kiçilməkdir. Mənim əzizlərim! Siz istər öz ətrafınızda, istər öz ölkənizdə, istər bütün dünyada kiminsə tərəfindən müəyyən şəkilli pislik və fəsad görsəniz, diqqətlə baxdıqda müşahidə edəcəksiniz ki, o pisliyin və fəsadın əsası və qaynağı mənəmlik, təkəbbürlülük, hegemonluq və insani qürurdur. Dua bunu sındırmalıdır.
Dua üçün üçüncü baxış budur ki, insan dua ilə, yalvarmaqla və hacətini bildirməklə özünü Allah-Taalaya yaxınlaşdırsın. Dua etməyin özü Allah-Taalaya yaxınlaşmaqdır. Rəbb ilə danışmaq, yalvarmaq, Allah-Taaladan üzr istəmək, tövbə etmək və bağışlanma diləmək özü insan üçün bir məqsəddir. Bu, duada mövcud olan ən üstün cəhətdir. İnsanın Rəbb qarşısında dayanıb göz yaşı tökməsi, kiçiklik və həqarət bildirməsi onun üçün bir məqam ucalığıdır. Bəşər Allah-Taala qarşısında yalvarmaqla yüksəlir və zirvəyə qalxır. İnsanın bədbəxtliyi Allah-Taaladan xəbərsiz olduğu zaman başlayır. İnsanın rəzilliyi özünü Allaha ehtiyaclı bilmədiyi zaman başlayır.
səh:39
Öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən edin, qəlbinizi Allaha yaxınlaşdırın.
Əgər ümidiniz olmasa, Allahdan bir şey istəməzsiniz. Ümidsiz insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunması ümidlə birgədir. Duanın qəbuluna ümid ürəkləri şölələndirir və nurlu saxlayır.
Hədislərdə göstərilmişdir ki, hacətlər üçün dua etdikdə öz duanızı və istəyinizi çox bilməyin. Yəni nə qədər istəyirsinizsə, Allahdan diləyin. Deməyin bu çoxdur, azını istəyim ki, mümkün olsun. Bizə hacət istəmək yasaqlanmayıb. Yəni Allah qarşısında duanı və istəyi çox saymayın. Allahdan böyük istəklər diləyin. Allah-Taala verəcək. Duaya ümid qapısını öz üzünüzə bağlamayın. Allah-Taalanın özü ilə bəndələri arasında qoyduğu bu yoldan və vasitədən özünüzü məhrum etməyin. Hədis kitablarında belə bir fəsil var: Duada tələsməyin, ondan tez daşınmağın və tez qəbul olunmasını istəməyin məkruhluğu. Yəni duada tələsməyin. Əgər bir şey istədinizsə və o sizin istədiyiniz zaman təmin olunmadısa, deməyin ki, Allah-Taala mənim duamı qəbul etmədi. Xeyr, hər şeyin öz zamanı var. Hədisdə gtöstərilir ki, Allah-Taala Bəni-İsraili xilas etməsini söz verdikdən sonra onlar qırx il dua etdilər və nəhayət baş verdi. Böyük iş də görüldü. Fironun qərq olması və Musanın ona qələbə çalması üçün qırx il çalışmaq çox deyil. Tələsməyin, Allahı diqqətlə çağırın və nə istəyirsinizsə, ondan diləyin. Bəzi dualarda buna işarə vurulub. Bir duada göstərilir ki, böyük arzular hər bir qapıdan və hər bir şəxsin yanından qaytarılır, lakin Sənin yanında belə deyil. Sənin yanında böyük arzular da təmin edilir.
səh:40
Dua barəsində başqa bir nöqtə budur ki, hacətləri almaq üçün heç bir istəyi o qədər böyük sayıb deməyək ki, daha bunu Allahdan istəmək olmaz, çünki çox böyükdür. Xeyr, əgər istək yaranış qanunlarının və təbiətin ziddinə, qeyri-mümkün deyilsə, nə qədər böyük olsa da, problemi yoxdur, Allah-Taaladan istəyin.
Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin. Bir hədisdə İmam Baqir (ə) buyurur: Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir.(1)
Duanı tanımaq lazımdır. Dua insanın qəlbini Allaha yönəltməkdən, onun ruhunu paklıq və mənəviyyatla doldurmaqdan əlavə, fikrini və beynini də hidayət edir. Bu dualar dərsdir. Əgər bu duaların mənalarına diqqət yetirsək, onlarda ən böyük ilahi mənəvi hədiyyələri görəcəyik.
Dua oxuyarkən cümlələrin bitdiyi yerlərin düzgün təyini çox əhəmiyyətlidir. Bu zaman duanın mənasını dərk edən insanın fikri yayınmaz. Bu dualar gözəl təbirlərlə deyilmişdir. Əgər düzgün oxunsa, onların gözəlliyinə xələl toxunmayacaq.
Əgər insan duanın mənasını, misal üçün, Əbu Həmzə Sumali duasının, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duasının mənasını anlasa və bəzən mənaları da bildiyini, lakin diqqət yetirmədiyindən fikrinin yayındığını dərk etsə, belə uzun dualardan yorulması imkansızdır. Mərifətli bəndə ilə Allah arasındakı sözlər o qədər cazibəli, təsirli və həqiqidir ki,
səh:41
insanın fitri istəklərini bəyan edir və kiminsə nə zamansa ondan yorulması mümkün deyil.
Sözsüz ki, bu duaların mənasını bilməliyik. Xoşbəxtlikdən indi yaxşı tərcümələr mövcuddur, Məfatih əl-cinan və müxtəlif dualar tərcümə olunmuşdur. Tərcümələrə diqqət yetirilsin və oxusunlar. Əlbəttə, biz gördüyümüz qədərincə, heç bir tərcümə bu duaların sözlərinin gözəlliyini əks etdirə bilmir. Lakin hər halda, duanın məzmunu bəlli olur. Bu tərcümələrə diqqətlə duanı oxuyun. Oxuyan şəxslər duanın ən azı hamının ucadan dediyi bəzi hissələrini tərcümə etsinlər. Aşağı dərəcəsi də budur ki, əgər insan duanın mənasını bilmirsə, ürək yanğısından xəbər verən aşiqanə bir dillə Allah-Taala ilə danışdığına diqqət yetirsin.
Əgər dua halında lazımi diqqətiniz olsa, dualarınız tez ya gec qəbul olunacaq.
Duanın qəbul olunmasının şərtlərindən biri də budur ki, onu diqqətlə edək. Bəzən dil “İlahi, bizi bağışla!”, “İlahi, bizə ruzi ver!” və “İlahi, bizim borcumuzu ödə!” kimi cümlələrə vərdiş edir. İnsan on il belə dua edir, lakin qəbul olunmur. Bunun faydası yoxdur. Duanın şərtlərindən biri odur ki, (ürək qafil olmasın). Allah-Taala buyurdu ki, nə istədiyinə və kiminlə danışdığına diqqət yetirməyən qafil ürək sahibinin duasını qəbul etməz.(1) Bəllidir ki, bu xüsusiyyətlərə malik olan dua qəbul olunmaz. Yalvarmaq və ciddi istəmək lazımdır. Allah-Taaladan israrla diləyin, yenə istəyin. Bu zaman Allah-Taala, sözsüz ki, duaları qəbul edəcək.
Buna görə, tövsiyə edirəm ki, uşaqların Allahla rabitəsi diqqətli və mənəvi rabitə olsun. Xüsusilə namazları mənəvi halla qılsınlar. Oxuduqları duanı mənəvi halla və diqqətlə oxusunlar. Bilsinlər ki, hansı varlıqla danışırlar, nə istəyirlər və bilsinlər ki, bu istəyin cavabı var. Quranda bizə deyilmişdir ki, məni çağırın, sizə cavab verim.(2)
səh:42
Dua digər vasitələrin kənarında bir vasitədir... Əlbəttə, bu o demək deyil ki, siz nə istəsəniz və onu Allah-Taalaya necə desəniz, qəbul olunacaq. Xeyr, bütün adi səbəblər və bütün istəklər kimi onun da şəraiti və qaydaları var. Əgər siz dostunuzdan da bir şey istəsəniz, onun da qaydaları və yolları var. Duaya məxsus qaydanı işlətmək lazımdır. Ən əsas qayda budur ki, insan Allah-Taalaya diqqət yetirsin və bütün qəlbi ilə Allahdan istəsin. İnsanın qəlbi yumşalıb Allaha yönəldikdə duanın zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar. Lakin Allahın elmində bəzi məsləhətlər mövcud olsa, bu hal fərqlidir. Biz bu mətləbləri bilmirik. Allah-Taala mənim və sizin dualarınıza görə yaradılışın, yaxud bir xalqın ümumi maraqlarını görməzdən gəlmir. Bizim istəyimizin qarşısında məsləhət mane olmasa və dua halında lazımi diqqətə malik olsaq, dua qəbul olunacaq; ya tez və ya gec.
Duanın qəbul olunmasının şərtlərindən biri də ürəkdən olması və təzimdir. Qeyd etdiyimiz kimi, duanın mənası budur ki, siz Allahla danışasınız, Allahı öz qarşınızda hiss edəsiniz, yanınızda sizə baxdığını biləsiniz. İnsanın adət üzündən bir sözü dilinə gətirməsi, bir istəyi deməsi - “İlahi, bizi bağışla, ilahi, bizim ata-anamızı bağışla” - lakin doğrudan da öz ürəyində istəmək halını duymasa bu dua deyil, dil vərdişidir: “Allah-Taala diqqətsiz qəlbin duasını qəbul etməz”(1). Qafil və diqqətsiz bir ürək dua etsə, Allah-Taala duasını qəbul etməz. Bulaşıq ürəklər, nəfsi istəklərdə və ehtiraslarda qərq olmuş qafil ürəklər necə dua edəcəklər? Əgər insan belə dua etsə, onun qəbul olunmasını necə gözləyə bilər?!
Öz hacətinizi istədiyiniz duanı diqqətlə, yalvarışla və ürəkdən edin, ürəyinizi Allaha yaxınlaşdırın.
səh:43
Duanın ən mühüm səciyyəsi Allahla rabitə, Allahın qarşısında, Allahın ən böyük təsir və xüsusiyyəti qarşısında bəndəlik hissidir; Allahdan istəmək və Allah-Taalanın da qəbul etməsi.
Duada Allah-Taaladan qəlbən istəmək lazımdır. Bu dua qəbul olunur. Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və fəaliyyət olsa, bu duanın qəbul olunmaq şansı doğrudan da çox olar. Dua davamlı olduqda onda qəbul olunmaq imkanı daha çoxdur. Əgər bir duanın bir neçə dəfə təkrar olunduğu və qəbul olunmadığı görünsə, məyus olmaq lazım deyil; xüsusən də böyük məsələlərdə, insan taleyinə, ölkə taleyinə və xalqların taleyinə aid olan məsələlərdə. Çünki böyük məsələlərin xüsusiyyəti belədir, onların həyata keçməsi üçün zaman tələb olunur.
Əsas budur ki, siz sözün həqiqi mənasında bu şərtlərlə istəyəsiniz. Allah-Taala bu istəyi qəbul edəcək.
Ən yaxşı dua odur ki, Allaha aşiqanə inamdan və insan ehtiyaclarına arifanə bilgidən qaynaqlansın. Bunu da yalnız Allah Peyğəmbərinin (s) və Peyğəmbər elminin əmanətdarı, onun hikmət və mərifətinin varisləri olan pak Əhli-beyt (ə) məktəbində tapmaq olar.
Tam ürəkdən
Duaya məxsus qaydaları işlətmək lazımdır. Qaydaların ən əsası budur ki, insan Allah-Taalaya diqqət etsin və tam ürəkdən ondan istəsin.
Bəlkə şəban ayında bu aydan götürdüyümüz azuqə ilə o yanıqlı və məzmunlu minacatı həqiqi halla oxuya bilək; təkcə sözlərini tələffüz etməyək, Allahla bu minacatın dili ilə həqiqətən ürəkdən danışaq.
səh:44
Başqa bir hədisdə göstərilir ki, Allah-Taala həzrət HHMusaya müraciətlə buyurdu: “Ey Musa! Məni pak qəlblə və doğruçu dillə çağır.”(1) Pak qəlblə və doğruçu dillə Allah-Taala ilə danışın və dua edin. Dua mütləq qəbul olunacaq.
Əgər ürək Allah-Taalanı yad etməklə özünü ətirlədib bəzəyə bilsə, şübhəsiz, onun üçün Allahın cavabı mümkün olacaq: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(2)
İnsanın qəlbi yumşalıb Allaha yönəldikdə duanın zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar.
Əgər insan duanın mənasını bilmirsə, ürək yanğısından xəbər verən aşiqanə bir dillə Allah-Taala ilə danışdığına diqqət yetirsin.
Duanın birinci şərti budur ki, təravətli və bulaşıqsız qəlblə istənilsin - gənclərin qəlbi kimi. Buna görə, gənclərin dualarının qəbul olunma ehtimalı digərlərindən çoxdur. Bəzən mənə deyirlər ki, bizim gənclərimiz üçün dua elə. Düzdür, biz həmişə bütün gənclər üçün dua edirik. Lakin əslində bu gənclər özlərinin təmiz və təravətli ürəklərinin qədrini bilsələr, onların duası qəbul olunmağa hər bir duadan daha yaxın ola bilər.
səh:45
Duanın şərtlərindən başqa birisi günahdan çəkinmək və tövbədir.Bu gecələr də tövbə gecələridir.Hamımız günaha düçar olmuşuq.Nöqsanların kiçiyi və böyüyü olur.Allah-Taaladan üzr, əfv və bəxşiş istəməli tövbə etməli və Allaha sarı qayıtmalıyıq.Biz günah etməməyə çalışmalıyıq.Bəzən insan qərara gəlir ki, günah etməsin, lakin sonra unutqanlığa və səhvə düçar olur.Həmin günah yenə baş verir.Yenidən tövbə və bağışlanma istəmək lazımdı.Lakin tövbə ciddi və həqiqi olamlıdır.Bəziləri duanı ibadəti və tövbəni qocalıq dövrünə saxlayırlar.Bu böyük səhfdir."Tövbə edin!"-deyəndə cavab verirlər ki hələ vaxtımız var.Əvvəla vaxtımızın olması bəlli deyil.Ölüm gələndə insana xəbərdarlıq etmir, bütün yaşlarda ölüm mümkündür.Əgər həqiqətən vaxtımızın olduğunu fərz etsək, yəni qocalığa çatacağımız bəlli olsa da gənclik dövrünü qafilliklə və ehtiraslara qərq olmaqla keçirib sonra asanlıqla tövbə etməyin mümkün olduğunu düşünən şəxs böyük səhvə düçar olmuşdur.Dua və tövbə halı elə bir şey deyil ki insan nə zaman istəsə bunu bacarsın .Bəzən istəyirik amma olmur; mənəvi hal axtarırıq amma alınmır.Bu öncəki əməllərin təsiridir.Əgər insan Allaha diqqətin və Allaha qayıdışın şəraitini özündə vücuda gətirməsə, istədiyi zaman Allahın qapısına gedə bilməyəcək.Siz görürsünüz ki, bəzi pak ürəklər, adətən gənclər çox asanlıqla rabitə yarada bilirlər.Amma bəziləri nə qədər çalışırlarsa, bu rabitə bərqərar olmur.Fürsəti olanlar və öz ürəklərini yumuşaq saxlaya bilənlər, bunun qədrini bilsinlər.Özlərinin Allahla rabitlərini qorusunlar ki, istədikləri vaxt Allahın qapısına gedə bilsinlər.
Duanın şərtlərindən başqa birisi günahdan uzaqlaşmaq və tövbədir.
səh:46
Dua və onun qəbul olunması barədə hədisdə göstərilir ki, insan xalqın haqqını verməlidir ki, duası qəbul olunsun. Başqa bir hədisdə göstərilir ki, Allah-Taala həzrət Musaya müraciətlə buyurdu: “Ey Musa! Məni pak qəlblə və doğruçu dillə çağır.”(1) Pak qəlblə və doğruçu dillə Allah-Taala ilə danışın və dua edin. Dua mütləq qəbul olunacaq.
...Sözsüz ki, əməldən ayrı dua yox. İnsanın əməl qapısını bağlayıb, dua ilə kifayətlənməsinin heç bir faydası yoxdur. Lakin əməlin yanında, işin yanında, iradə və səyi işlətməyin yanında Allahdan istəmək də lazımdır. Bu dua insanın istəklərini təmin edir. Görürsünüz ki, əziz Peyğəmbər (s) müharibə meydanında bütün işləri gördükdən sonra dua da edir. Deməli, dua, dua yolu ilə istək və məqsədlərimizə nail olmaq bizim vəzifələrimizdən biridir.
Heç kəs deyə bilməz ki, Peyğəmbər (s) və erkən İslam çağının müsəlmanları çalışıb işləmirdilər. Onların işlərindən böyük iş ola bilməz. Peyğəmbərin (s), o zamankı İslam cəmiyyətinin hakimi olduğu onillik müddət bütünlüklə iş və fəaliyyətlə keçmişdir. Lakin eyni zamanda, həmin iş və fəaliyyətin yanında dua, yalvarış, tövbə, bağışlanmaq istəmək və Allahdan diləmək də öz yerində olmuşdur.
Burada bir neçə sual irəli sürülür: Biri budur ki, əgər duanın belə möcüzəli rolu varsa, bəs bu dünyəvi vasitələr, bu texnikalar, elm, sənaye və digər bu kimi amillər nədir? Cavab budur ki, dua maddi vasitələrin rəqibi deyil. Belə deyil ki, insan səfərə çıxmaq istəyirsə, ya maşın, qatar, təyyarə ilə getməlidir, ya da dua ilə. Həmçinin belə deyil ki, əgər insan bir şey əldə etmək istədikdə ya pul xərcləməlidir, ya da pulu yoxdursa, istədiyini əldə etmək üçün dua etməlidir. Duanın mənası budur ki, siz Allahdan, Onun bu vasitələri yaratmasını
səh:47
istəyin; maddi səbəblərin hər biri öz yerində durur. Qəbul olunan dua belədir.
Buna əsasən, dua kiminsə tənbəllik etməsinə səbəb olmamalıdır. Dua kiminsə elmdən, bilikdən, maddi vasitələrdən, təbii səbəb və nəticədən əl üzməsinə bais olmamalıdır. Xeyr, dua onların rəqibi deyil, onları təmin edəndir.
Bəzən Allah-Taala möcüzə də göstərir; bu başqa məsələdir. Möcüzə istisnalı yerlərdə baş verir. Digər yerlərdə dua təbii prosesi təmin edir. Siz ehtiyac duyduğunuz bir işin baş verməsini Allahdan istədikdə, duanın yanında gərək qüvvələrinizi də işlədəsiniz. Misal üçün, əgər sizə tənbəllik haləti üz vermişsə və Allah-Taalanın bu hissi sizdən uzaqlaşdırması üçün dua edirsinizsə, duanın yanında gərək iradə və əzmkarlıq da göstərəsiniz. Yəni burada da başqa bir təbii və maddi vasitə var və o iradə göstərməkdir. Gərək iradə və əzmkarlıq göstərəsiniz. Heç kəs düşünməsin ki, evdə oturub, heç bir iş görməsək, hətta iradə də etməsək və yalnız dua ilə məşğul olsaq, Allah bizim istəklərimizi təmin edəcək. Xeyr, belə bir şey imkansızdır. Deməli, dua çalışmağın yanında və çalışmaqla olmalıdır. Bəzən çalışmaq nəticə vermir, amma dua edən kimi nəticə hasil olur. Bu bir məsələ. Möcüzə istisnalı yerlərdə baş verir. Digər yerlərdə dua təbii prosesi təmin edir. Siz ehtiyac duyduğunuz bir işin baş verməsini Allahdan istədikdə, duanın yanında gərək qüvvələrinizi də işlədəsiniz. Misal üçün, əgər sizə tənbəllik haləti üz vermişsə və Allah-Taalanın bu hissi sizdən uzaqlaşdırması üçün dua edirsinizsə, dua ilə yanaşı əzm və iradə də göstərəsiniz. Yəni burada da başqa bir təbii və maddi vasitə var və o iradə göstərməkdir. Gərək iradə və əzmkarlıq göstərəsiniz. Heç kəs düşünməsin ki, evdə oturub, heç bir iş görməsək, hətta iradə də etməsək və yalnız dua ilə məşğul olsaq, Allah bizim istəklərimizi təmin edəcək. Xeyr, belə bir şey imkansızdır. Deməli, dua çalışmağın yanında və çalışmaqla olmalıdır. Bəzən çalışmaq nəticə vermir, amma dua edən kimi nəticə hasil olur.
səh:48
Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın Rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı, pak və allahçı bir kişidir, həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim daşıyır və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü? Bunlar cavabda dedilər ki, ey Allahın Rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”.
Sizin hamınız ondan yaxşısınız. Onun öz işlərini görməməsi, sizin üzərinizə qoyması, özünün isə ibadətlə məşğul olması yaxşı insan olmasına səbəb olmur.
Bu günlərdən istifadə etmək, mənəviyyatı gücləndirmək, Allahla rabitə yaratmaq, zikrə, duaya və təvəssülə əhəmiyyət vermək vəzifələrdəndir.
Bəlkə şaban ayında bu aydan götürdüyümüz ehtiyatla o yanıqlı və məzmunlu minacatı həqiqi nəfəslə oxuya bilək; təkcə sözlərini tələffüz etməyək, Allahla bu minacatın dili ilə həqiqətən ürəkdən danışaq.
Bu ay oruc ayıdır. Quranın nazil olduğu və Quranla ünsiyyət ayıdır. İbadətin məğzi və ruhu olan dua, minacat və ibadət ayıdır.
Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni zamana düşmüşdür. Bir neçə gündən sonra mübarək ramazan
səh:49
ayı - insanın yenidən qurulması, özünü qurması və Allahla ünsiyyət baharı başlanacaq.
Ramazan ayını qənimət sayın. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə yaşayın. Dua fəsli də bu mübarək aydır. Baxmayaraq ki, insan həmişə dua ilə Allaha birləşməlidir. Lakin “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm”(1) ayəsi Bəqərə surəsində oruca və ramazan ayına aid olan mübarək ayələrin arasında yerləşir. Bu ayə oruc və ramazan ayələrinin ortasında gəlib, bütün insanları və bütün bəndələri duaya və Allaha yönəlməyə sövq edir və çağırır.
Fitr bayramı namazında dua, yalvarış, ağlamaq və Allaha diqqət var.
Həcc günləri aşiq ürəklərin şövqü və məhəbbəti ilə yanaşıdır... Bəlli günləri zikr və minacatla yaşasınlar.
Dua qəribə bir şeydir. Erkən İslam tarixində hər yerdə dua var. Peyğəmbər (s) Bədr döyüşündə də dua etdi, Ühüd döyüşündə də dua etdi. Yəni dua qələbə və məğlubiyyət tanımır. Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır. Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə” yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”(2) Yəni bu sənin tövbənin başlanğıcıdır,
səh:50
Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə etdikdə duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.
Namazı diqqətlə, təzimlə, zikrlə və dua ilə qılın.
Baxın, insanın, misal üçün, övladı, yaxud əzizlərindən biri xəstə olanda və ilahi məkanlara gedib dua halı əldə edəndə Allahdan necə istəyir?
Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi”.(1) Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”(2) Musa Allaha şikayət etdi və ona sığındı.
səh:51
Öz acizliyimizə, kiçikliyimizə və yoxsulluğumuza diqqət yetirmək
Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin. Bir hədisdə İmam Baqir (ə) buyurur: Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir.(1) Bəli, insanın ayaqqabı ipinə ehtiyacı var. Mağazaya gedib alır. Bunun üçün də dua lazımdırmı? Bəli, ayaqqabı ipinə və belə kiçik olan hər hansı bir şeyə ehtiyacınız olduğunu duyan kimi ürəyinizi Allaha yönəldin və deyin ki, İlahi, mənə bunu da yetir. Yetirməyi hansı yolladır? Yolu budur ki, cibimə pul qoyub küçəyə çıxım, mağazadan alım və sonra istifadə edim. Hər halda, Allahdan istəməlisiniz. Mağazaya gedib pul verib ayaqqabı ipi alsanız da, onu yenə Allah sizə vermişdir. Allahdan qeyrisinin yolu ilə insanın əlinə bir şey çatmır. Bizə nə çatırsa, Allah verir.
Allahın verdiyini öncə Allahdan istəməliyik. Nə üçün istəməliyik? Kiçik istəkləri də Allahdan istəməyimizi tövsiyə etmələrinin səbəblərindən biri budur ki, öz ehtiyaclarımıza, acizliyimizə, kiçikliyimizə və yoxsulluğumuza diqqət yönəldək. Nə qədər yoxsul olduğumuzu görək. Əgər Allah-Taala kömək etməsə, imkan yaratmasa, güc verməsə, düşüncə verməsə, təşəbbüs verməsə və vasitələri hazırlamasa, həmin ayaqqabı ipi də bizim əlimizə çatmayacaq. Əgər siz ayaqqabı ipini almaq məqsədilə evdən çıxsanız və yolda pullarınızı
səh:52
oğurlasalar, yaxud pulunuz itsə, yaxud istədiyiniz mağaza bağlı olsa, yaxud yolda hər hansı hadisə baş versə və siz qayıtmağa məcbur olsanız, ayaqqabı ipini əldə edə bilməyəcəksiniz. Buna əsasən, hər şeyi Allahdan istəyin. Hətta ayaqqabı ipini, hətta kiçik şeyləri və hətta özünüzün gündəlik ruzinizi də. Qoyun bizim köksümüzdə əzəmət qazanmış bu yalançı “mən” sınsın (“mən”deyirik və elə bilirik ki, bütün qüvvələr bizdə cəm olub). Bu “mən” insanları yazıq edir. Bu da dua barəsində bir mətləbdir: insan öz istəklərini dua ilə əldə etməlidir.
Əgər Allah qarşısında bu xudpəsəndlik və eqoistlik olsa, yəni insan özünü Allah qarşısında görsə, onun insanda nəticəsi tüğyan etməkdir: tağut. Tağut da təkcə padşahlar deyillər. Biz insanların hər birimizin daxilimizdə, Allah etməmiş, bir tağut və büt yetişdirməyimiz mümkündür. Allah qarşısında üsyankarlıq etməyin və xudpəsəndliyin nəticəsi tüğyanın inkişaf etməsindən ibarətdir. Əgər bu xudpəsəndlik digər insanların qarşısında olsa, nəticəsi digərlərinin hüququna diqqət etməmək, onun-bunun haqqına təcavüz etmək və əl uzatmaq olacaq. Əgər bu xudpəsəndlik təbiət qarşısında olsa, nəticəsi təbii mühiti məhv etmək olacaq; yəni bu gün dünyada haqlı olaraq diqqət göstərilən məsələ. İnsanın təbii yaşayış mühitinə diqqətsizlik də təbiət qarşısında tüğyanın, xudpəsəndliyin və xudbinliyin nəticəsidir.
Dua bunların hamısının ziddidir. Dua etdikdə əslində özümüzdə təzim etmək halı vücuda gətirir, bu xudpəsəndliyi və eqoistliyi məhv edirik. Nəticədə, varlıq aləmi və insanların həyat mühiti tüğyandan, haqlara və təbiətə təcavüzdən qorunur. Buna görə buyurdu ki, hər bir ibadətin məğzi duadır. İbadətlər insanı Allah-Taala qarşısında təzim edən, ürəyini də müti və təslimçi etmək üçündür. Allah qarşısında olan bu itaət və kiçilmək insanların bir-biri qarşısında təvazökarlığı, kiçilməsi və təzim göstərməsi növündən deyil, mütləq xeyir, mütləq gözəllik, mütləq yaxşılıq və mütləq fəzilət qarşısında kiçilməkdir.
Duanın əsas mahiyyəti nədir? Rəbbin qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.(1) Çünki duada Rəbbə mütləq bağlılıqdan və onun qarşısında kiçilməkdən ibarət olan bir vəziyyət var. İbadətin əsası da budur. Məhz buna görə Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! ayəsinin davamında buyurur: Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!(2) Duanın əsası budur ki, insan Allah-Taala qarşısında özünü aldadıcı bəşər qürurundan endirsin. Duanın əsası Rəbb yanında kiçilməkdir.
səh:53
Duanın xüsusiyyəti budur ki, nəfsi sındırır. Buna görə deyiblər ki, hətta kiçik şeyləri də Allahdan istə və zəif olduğunu anla, bil ki, bəzən bir ağcaqanad, yaxud milçək də insanı yorub onun rahatlığını ala bilər: “Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)”(1) Odur ki, dua Allaha yalvarmaq üçündür, Allahdan hacət diləmək üçündür, təvazökarlıq üçündür, yalançı təkəbbürlülük və xudpəsəndlik pərdəsindən çıxmaq üçündür. Allah-Taala mənim və sizin üçün problemlər vücuda gətirir ki, bizi yalvarmağa, diqqət yönəltməyə və kiçilməyə vadar etsin. Quranın şərafətli ayələrində də buyurur: “Səndən əvvəl də ümmətləri müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar. Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin qəlbləri sərtləşdi və şeytan da onlara etdikləri əməlləri süstlü göstərdi”.(2) Bu yalvarış Allah üçün yox, bizim özümüz üçündür. Allahın mənim və sizin yalvarmağımıza ehtiyacı yoxdur.
səh:54
Bu yalvarış haləti ürəyi Allah eşqi ilə doldurur, insanı Allahla tanış edir, onu fəsadlı xudbinlikdən və təkəbbürlülükdən uzaqlaşdırır, Pərvərdigarın müqəddəs nuruna və ilahi lütfə boyayır. Bunun qədrini bilin. Bu hər şeydən üstündür.
Bütün insanlar öz daxilində bu məst filin azğınlığı ilə üzbəüzdürlər və onu cilovlamalıdırlar. Bu cilovlamaq Allah zikri ilə, Allahı yad etməklə, Allaha sığınmaqla, Allaha ehtiyac duymaqla, özünü ilahi əzəmət qarşısında kiçik hiss etməklə, Haqq-Taalanın mütləq gözəlliyi qarşısında çirkinliklərini duymaqla baş verir. Bunların hamısı zikrlədir. Təqvalı olan - yəni özünü gözləyən diqqətli insan ona-buna qarşı şərin, zülmün, fəsadın, tüğyanın və pisliyin qaynağı olmur. Həmin Allah zikri daim otu çəkindirir, daim onu saxlayır.
Bu dualar doğrudan da maariflə doludur. Əgər bunları dua halından çıxarsalar, bənzəri bizim hədislərdə az olan möhkəm, güclü və köklü İslam bilgilərini təşkil edəcəklər.
Duada mövcud olan ikinci məsələ bilgilərdir. Bu, məsumlardan bizə çatmış dualara məxsusdur. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyəni dua surətində tənzimləmişdir və ümumiyyətlə dua etmişdir. Lakin bu kitab ilahi və dini bilgilərlərlə doludur. Səhifeyi-Səccadiyyədə xalis tövhid var. Səhifeyi-Səccadiyyədə İslam Peyğəmbərinin (s) müqəddəs məqamına eşq və nübüvvət var. Bu kitabda məsumlardan nəql olunmuş digər dualar kimi yaradılış bilgiləri var. Gecələrə məxsus olan bu Əbu Həmzə Sumali duası (onu oxumağa və mənaları üzərində diqqətlə düşünməyə çalışın) və cümə gecələri oxunan bu Kumeyl duası İslam bilgiləri ilə dolu olan dualardandır. Orada həqiqətlər dua dili ilə bəyan olunmuşdur. Belə deyil ki, İmam Səccad (ə) dua etmək istəməmiş və duanı vasitə seçmişdir, xeyr, dua etmiş, minacat etmiş və Allahla danışmışdır, lakin qəlbi Allahla və ilahi bilgilərlə tanış olan
səh:55
insanın danışması belə olur, ondan hikmət aşıb-daşdığından duası da eynilə hikmətdir.
Oxuduğumuz dualar hikmətlə doludur. İmamlardan nəql olunmuş dualarda həqiqətən insanın ehtiyacı olan bilgilərə aid məqamlar var. Bu böyüklər bu məqamları dualara salmaqla bizə Allahdan nə istəməyimizi öyrədirlər.
Bu dualar dərsdir. Əgər bu duaların mənalarına diqqət yetirsək, Allahın ən böyük hədiyyələrini onlarda taparıq.
Dua barəsində son məqam məsumlardan nəql olunmuş dualardır. İmamların duaları ən yaxşı dualardır. Əvvəla bu dualarda yerləşdirilmiş istəklər bizim kimilərin ümumiyyətlə yadına düşmür və insan imamların dili ilə onları Allahdan istəyir. Əbu Həmzə duasında, İftitah duasında və Ərəfə duasında insan üçün ən yaxşı istək və hacətlər dilə gətirilir. Əgər insan bunları Allahdan istəsə və alsa, onun üçün böyük sərvət olar. İkincisi budur ki, bu dualarda kiçilmə və yalvarış məqamları var. Mətləb elə dillə, elə tonla və nitqlə deyilmişdir ki, ürəyi təvazökarlığa vadar edir və yumşaldır. Fəsahətli və səlis ibarəli bu dualarda eşq, məhəbbət və şövq dalğalanır. İnsan bu duaların qədrini bilməli və onlardan istifadə etməlidir.
Sözsüz ki, duaların mənasını bilməliyik. Xoşbəxtlikdən indi yaxşı tərcümələr mövcuddur, Məfatih əl-cinan və müxtəlif dualar tərcümə olunmuşdur. Tərcümələrə diqqət yetirilsin və oxusunlar. Əlbəttə, biz gördüyümüz qədərincə, heç bir tərcümə bu duaların sözlərinin gözəlliyini əks etdirə bilmir. Lakin hər halda, duanın məzmunu bəlli olur. Bu tərcümələrə diqqətlə duanı oxuyun. Oxuyan şəxslər duanın ən azı hamının ucadan dediyi bəzi hissələrini tərcümə etsinlər. Aşağı dərəcəsi də budur ki, əgər insan duanın mənasını bilmirsə, ürək yanğısından xəbər verən aşiqanə bir dillə Allah-Taala ilə danışdığına diqqət yetirsin.
Əlbəttə, Allah tərəfindən cavab üçün heç bir qeyd-şərt yoxdur. Biz öz əməllərimizlə qəbul olunmaya maneçilik törədirik. Duamızın diqqətsiz qalmasına səbəbkar özümüzük. Bunun özü duadan istifadə edilməsi mümkün olan bilgilərdəndir. Duanın xüsusiyyətlərindən biri budur.
səh:56
Dünənki dua və zikrlərdə bu cümlə vardı: “İlahi, Əmirəlmömininin (ə) qatillərinə lənət elə!”(1)Onları öz rəhmətindən uzaqlaşdır. Kufə məscidində həzrətin mübarək başına yalnız bir nəfər xəncər vurdu, lakin deyir qatillər. Bu da insanın duadan alacağı dərslərdən biridir. Lazım deyil ki, insanın özü hadisədə birbaşa iştirak etsin, yaxud hadisə ona aid edilsin.
Bunlar təkcə dua deyil, dərsdir. İmam Səccadın (ə) bu sözləri və imamlardan əlimizə çatmış bütün dualar bilgilərlə doludur.
Duada təkcə insanın qəlbini Allaha yaxınlaşdırmaq yoxdur. Bu var, həm də genişdir. Duada təlim də var, nəfsin paklanması da var. İmamlardan nəql olunmuş bu dualar həm zehni aydınlaşdırır, həm həyatda ehtiyacımız olan həqiqətləri və bilgiləri bizə öyrədir, həm də qəlbi Allaha yönəldir. Allah zikrini çox böyük fürsət bilmək lazımdır.
Duada mövcud olan digər cəhət budur ki, imamlardan nəql olunmuş dualarda İslam maarifinin böyük dərsləri var. Əgər bu Səhifeyi-Səccadiyyəni mütaliə etsəniz və sözlərin dua cəhətinə diqqət yetirməsəniz, görərsiniz ki, onun hər bir duası İslam və Quran bilgilərinin uca bir dərsidir. Əgər insan Əmirəlmömininin (ə) Nəhcül-bəlağənin birinci xütbəsi olan Tövhid xütbəsini və Səhifeyi-Səccadiyyənin Allaha həmd barəsində olan birinci duasını qarşısına qoysa, görər ki, onlar bir-birinə bənzəyir və fərqlənmirlər; xütbədirlər və dərsdirlər. Əmirəlmöminin (ə) bir toplumun qarşısında dayanıb ilahi bilgiləri bəyan etmiş, İmam Səccad (ə) dua etmiş və dua dili ilə həmin bilgiləri söyləmişdir. Yaxud Səhifənin səkkizinci duası bir əxlaq duasıdır. Mən onun bəzi hissələrini qeyd etmişəm. Sanki bir nəfərin oxuduğu xütbə, yaxud xalq üçün əxlaqi uçurumları açıqladığı bir çıxışdır.
Deməli, ikinci məqam budur ki, bu dualarda çoxlu bilgilər yatmışdır. Misal üçün, Kumeyl duasının əvvəllərində hamımız belə oxuyuruq: “İlahi! Mənim həya pərdələrini yırtan
səh:57
günahlarımı bağışla! İlahi! Mənim əzab göndərən günahlarımı bağışla! İlahi! Mənim nemətləri dəyişdirən günahlarımı bağışla!“. Pərdələri yırtan günahlar mövcuddur, insana Allah bəlasını endirən günahlar mövcuddur, nemətləri insanlardan alan günahlar mövcuddur. “İlahi! Mənim duanı həbs edən günahlarımı bağışla!”(1) Elə günahlar da var ki, duanı həbs edir.
Dua insanı Allaha yaxınlaşdırır, bilgiləri insan qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir.
Dua ehtiyaclara, məqsədlərə, insanın istədiklərinə və arzu etdiklərinə çatması üçün vasitədir.
Duada ümumi məqsəd Allah-Taaladan istəmək və almaqdır. Biz insanların ehtiyacları çoxdur. Vücudumuz başdan-ayağa ehtiyacdır. Əgər öz vücudunuza diqqət yetirsəniz, görərsiniz ki, nəfəs almaqdan və yeməkdən tutmuş yol yeriməyə, qulaq asmağa və görməyə qədər hər bir şey biz insanların ehtiyacından xəbər verir. Yəni Allah-Taala mənim və sizin ixtiyarımızda imkanlar məcmusu qoymuşdur. Biz onlarla yaşaya bilirik. Hamısı da Allahın iradəsindən asılıdır. Bu qüvvə və imkanların hər hansı birində çatışmazlıq olsa, misal üçün, bir damar, yaxud sinir sistemi işdən düşsə, bir əzələdə problem yaransa, insan öz həyatında əsaslı çətinliklə üzləşəcək. Nəhayət, insan vücudundan xaric olan məsələlərə, yaxud ruhi və ya ictimai məsələlərə qədər bəşər başdan-ayağa ehtiyac içindədir. Bu problemlərin aradan qaldırılmasını və bu ehtiyacların təmin edilməsini kimdən istəməliyik? Bizim ehtiyaclarımızı bilən Allah-Taaladan: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir”.(2) Allah sizin nə istədiyinizi, sizə nəyin lazım
səh:58
olduğunu və ondan nəyi dilədiyinizi bilir. Buna görə Allahdan istəyin. Başqa bir yerdə buyurur: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!“(1) Yəni məni çağırın, sizə cavab verim. Əlbəttə, bu cavab vermək istəyi təmin etmək mənasında deyil. Deyir cavab verərəm və ləbbeyk deyərəm. Lakin Allahın bu cavabı çox zaman sizin hacətinizi və istəyinizi verməklə yanaşı olur. Deməli, bu birinci məsələ: insanın ehtiyacları var və o bu ehtiyacların aradan qaldırılmasını Allahdan istəməlidir. Allahın qapısına getməli və digərlərinə yalvarmaqdan ehtiyacsız olmalıdır.
Cümə günü - zikr günü, Peyğəmbərlərin və imamların sözlərinə mərifət günü olduğundan bir neçə qısa hədis oxumaq istəyirəm. Bir hədisdə göstərilir ki, ən fəzilətli ibadət duadır.(2) Başqa bir hədis Peyğəmbərdəndir (s). O həzrət öz səhabələrinə belə buyurdu: “Sizi düşmənlərinizdən xilas edəcək və ruzilərinizi artıracaq bir silah göstərimmi?” Bu, ehtiyacları təmin etmək üçün Allahdan istəməkdir. Səhabələr dedilər: Bəli, buyurun. Peyğəmbər (s) buyurdu: Gecə-gündüz Allaha dua edin. Həqiqətən möminin silahı duadır!”(3) Yəni dua silahı ilə ehtiyacların arxasınca getmək, dua silahı ilə düşmənlə, hadisə ilə və bəlalarla mübarizə aparmaq lazımdır.
İnsan öz istəklərini dua yolu ilə əldə etməlidir!
Allah-Taala Quranın bir neçə ayəsində duaı qəbul edəcəyini söz vermişdir.Ayələrin biri bu mübarək ayədir Rəbbiniz buyurdu Mənə dua edin məndə də sizin dualarınızı qəbul edim Yəni sizin Rəbbiniz buyurub ki məni çağırın və mən cavab verim qəbul edim.Qəbul etmək istəyin yüz faiz təmin olunması mənasında olmaya bilər.Bəzən yaranış qanunları Allahın o hacəti tam təmin etməməsini tələb edə bilər.Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi yaxud tezliklətəminedilməsi mümkün olmur.Digər yerlərdə ümumi qayda kimi Allahın-Taalanın cavabı budur ki sizin
səh:59
istəyinizi təmin etsin. Necə ki ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumalı duasında buna işarə olunmuşdur.Quranda buyurmuşdur Allahın lütfündən (mərhəmətindən) istəyin Şübhəsiz ki Allah hər şeyi biləndir.(1)Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də siz Allahdan istəyin və Ona deyin.Bu ayəni duada qeyd edir.Düzdür şərafətli duada bir qədər fərqli göstərilmişdir.Sonra buyurur ki İlahi xalqı istəməyə dəvət edib istəklərini verməmək sənin xislətinə yaddır(2) .Yəni Allahın səxavətinin rəhmətinin və böyük qüdrətinin mənası budur ki əgər istəmənizi deyirsə istədiyinizi verməyə də iradə etmişdir.Bu Allahın sözügedən vədəsidir.Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar bildirilmişdir. (Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki) Mən yaxınam.Dua edib Məni çağıranın duasını qəbul edərəm.(3)Yəni mənim bəndələrim nə zaman mənim barəmdə səndən harada olduğu soruşsalar ey Peyğəmbər de ki yaxınam cavab verirəm məndən istəyən və məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm.Kim Allahı çağırsa qarşısında cavabı var.İmam Rizadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki Allahdan istənilən hər bir istəyin qarşılığında qəti bir cavab vardır.(4)Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər.İmanı olmayan şəxs təbiidir ki digər çoxlu imkanlar kimi bu imkandan da istifadə etməyəcək.Bu Allahın qəti vədəsidir.Yəni Allah-Taala hər istəyə cava verəcək.Bu bir vədədir və əlbəttə hər bir vədənin də şərtləri var. Dua təbii qanunlar çərçivəsində qəbul olunur və sizin istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları hazırlayır, sıralayır və nəticədə sizin istədiyiniz həyata keçir... Əgər bu duanın yanında böyük məqsədlər yolunda əməl və
səh:60
fəaliyyət olsa, bu duanın qəbul olunmaq ehtimalı doğrudan da çox olar. Dua davamlı olduqda onda qəbul olunmaq imkanı daha çoxdur. Əgər bir duanın bir neçə dəfə təkrar olunduğu və qəbul olunmadığı görünsə, məyus olmaq lazım deyil; xüsusən də böyük məsələlərdə, insan taleyinə, ölkə taleyinə və xalqların taleyinə aid olan məsələlərdə. Çünki böyük məsələlərin xüsusiyyəti belədir: onların həyata keçməsi üçün zaman tələb olunur.
Duanın digər faydası istəklərin təminidir. Duanın faydalarından biri budur ki, insan istəklərini Allah-Taaladan istəyir və Allah onları təmin edir. Əlbəttə, duanın bütün xüsusiyyəti bu deyil. Bu, duanın digər xüsusiyyətlərinin yanında bir xüsusiyyətdir. Buyurdu: “Allaha onun lütfündən istəyin”.(1) Allah-Taaladan istəyin və öz ehtiyaclarınızı ondan umun. Əbu Həmzə Sumali duasında İmam Səccadın (ə) dilindən belə deyilir: “Sənin xüsusiyyətlərində belə bir şey yoxdur ki, istəməyə əmr edib, əta etməkdən çəkinəsən”.(2) Öz bəndələrinə istəməyi əmr edib onların istəyini yerinə yetirməməyi nəzərdə tutmağın mümkünsüzdür. Allah-Taala mənə və sizə ondan istəməyimizi əmr edirsə, mənası budur ki, istəyimizi bizə verməkdə qərarlıdır. Buna görə hədisdə göstərilir ki, Allah-Taala dua qapısını açıb qəbul etmək qapısını bağlamaqdan daha səxavətlidir.
Quranda buyurmuşdur: “Allahın lütfündən (mərhəmətindən) istəyin!“(3) İlahi, xalqı istəməyə dəvət edib, lakin istəklərini verməmək sənin xislətinə yaddır.(4) Mümkündürmü istəyəsiniz, amma verməsin?! Əlbəttə, zaman və məkanın tələbləri, duanın xüsusiyyətləri və buna bənzər amillər də Allahdan istəməkdə təsirlidir.
Əgər ürək Allah-Taalanı yad etməklə özünü ətirləndirib bəzəyə bilsə, şübhəsiz, onun üçün Allahın cavabı mümkün
səh:61
olacaq: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(1)Heç bir dua cavabsız deyil. Cavabın mənası bu deyil ki, insanın istəyi mütləq təmin olunacaq. Mümkündür təmin olunsun, mümkündür bəzi səbəblərə və məsləhətlərə görə təmin olunmasın. Lakin Allahın cavabı və qəbul etməsi var. Allahın qəbul etməsi - Allahın cavabı, diqqəti və iltifatıdır. İstəklərimizin bəzən xeyrimizə olduğunu düşünürük, lakin bizim ziyanımıza olur və həyata keçmir. Amma sizin ya Allah! demənizin ardında, şübhəsiz, bir ləbbeyk vardır.
Biz Haqq-Taalanın dərgahına dua etdikdə, əslində öz istəklərimizə nail olmaq üçün bir vasitə axtarırıq, bu istəklərə doğru bir yol keçir və ondan istifadə edirik. Bu bir növ dua etməkdir: istədiyini almaq üçün dua etmək. İnsanın bütün məqsədləri maddi vasitə və yollarla əldə edilmir. İnsan bəzi şeyləri dua ilə əldə etməlidir; sözsüz ki, yalqız və əməlsiz dua ilə yox. İnsanın əməl qapısını bağlayıb, dua ilə kifayətlənməsinin heç bir faydası yoxdur. Lakin əməl, iş, iradə və təlaş yanında Allahdan istəmək də lazımdır. Bu dua insanın istəklərini təmin edir. Görürsünüz ki, əziz Peyğəmbər (s) müharibə meydanında bütün işləri gördükdən sonra dua da edir. Deməli, dua etmək, bu yolla öz istək və məqsədlərimizə nail olmaq bizim vəzifələrimizdən biridir.
Dua digər vasitələrin yanında bir vasitədir. Bizim böyük tədqiqatçılarımızın və mütəfəkkirlərimizin sözü ilə desək, Allah-Taala varlıq aləmində onlarla vasitə və səbəb qoyub; dua da onlardan biridir. Duaların çoxunda hacət və istək irəli sürülür. Misal üçün, mübarək ramazan ayının çox yüksək məzmuna malik olan Səhər duasında Allah-Taalanı adlara və sifətlərə and verdikdən sonra deyir: “İstədiyini dua et və nəzərdə tutduqlarını Allahdan istə”. Allah-Taalaya bu qədər and verdikdən sonra dua qəbul olunur. Buna görə Əmirəlmöminindən (ə) nəql olunmuşdur ki, bəla gəlməzdən öncə dua ilə onu dəf edin(2). Bunlar həqiqətdir. Əlbəttə, bu o
səh:62
demək deyil ki, siz nə istəsəniz və onu Allah-Taalaya necə desəniz, qəbul olunacaq. Xeyr, bütün adi səbəblər və bütün istəklər kimi onun da şəraiti və qaydaları var. Əgər siz dostunuzdan da bir şey istəsəniz, onun da qaydaları və yolları var. Duaya məxsus qaydanı işlətmək lazımdır. Ən əsas qayda budur ki, insan Allah-Taalaya diqqət yetirsin və bütün qəlbi ilə Allahdan istəsin. Qəlbin yumşalıb Allaha yönəldiyi zaman dua zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar. Lakin Allahın elmində bəzi məsləhətlər mövcud olsa, heç. Biz bu mətləbləri bilmirik. Allah-Taala mənim və sizin dualarınıza görə yaradılışın, yaxud bir xalqın ümumi maraqlarını görməzdən gəlmir. Bizim istəyimizin qarşısında məsləhət mane olmasa və dua halında lazımi diqqətə malik olsaq, dua qəbul olunacaq; tez və ya gec.
Bəzi dualarda bu iki məsələdən əlavə çox mühüm olan üç məsələ də var. Bu üç məsələnin biri duanın ümumi məqsədindən ibarətdir.
Çox mühüm məsələdir. Allah-Taala insana elə bir vasitə verib ki, o, bəzi istisnalarla istəklərini dua ilə təmin edə bilər. Bu vasitə nədir? Allah-Taaladan istəməkdir.
Həzrət Səccaddan (ə) nəql olunan bir hədisdə deyilir ki, dua sizə nazil olan və hələ nazil olmayan bəlaları uzaqlaşdırır.(1) Yəni əgər dua etsəniz, o bəla sizə gəlməyəcək.
Başqa bir hədis Peyğəmbərdəndir (s). O həzrət öz səhabələrinə belə buyurdu: “Sizi düşmənlərinizdən xilas edəcək və ruzilərinizi çoxaldacaq bir silah göstərimmi?” Bu, ehtiyacları təmin etmək üçün Allahdan istəməkdir. Səhabələr dedilər: Bəli, buyurun. Peyğəmbər (s) buyurdu: Gecə-gündüz Allaha dua edin.
səh:63
Zikrin qəribə faydaları var. Mən indi burada qeyd etdiklərimi deyəcəyəm: Materialist duyğuların və azdırıcı həvəslərin uzaqlaşdırılması.
Zikr həvəslərin hücumu qarşısında bizi və qəlbimizi qoruyan bir müdafiəçi kimidir. Ürək çox zərərə uğraya bilər. Bizim qəlbimizin və ruhumuzun zərərə uğraması çox mümkündür. Bəzi məsələlər qarşısında təsirlənirik, ürək müxtəlif cazibələrə yönəlir. Allahın yeri və insan vücudunda ən uca məqama malik olan ürəyin - yəni insan varlığının həqiqətinin sağlam və təmiz qalmasını istəyiriksə, müdafiə lazımdır. Bu müdafiə zikrdir. Zikr ürəyin, müxtəlif həvəslərin amansız hücumlarına məruz qalmasının qarşısını alır. Zikr ürəyi azdırıcı fəsad və cazibələrə qərq olmaqdan saxlayır. Mən bu barədə çox mənalı bir hədis gördüm. Buyurur: “Qafillər arasında zikr edən insan qaçanlar arasında vuruşan kimidir”.(1) Döyüş meydanında müdafiə edən, müqavimət göstərən, düşmənin hücumunun qarşısını almaq üçün bütün imkanlarından istifadə edən bir döyüşçünü görürsünüz. Lakin başqa bir əsgərin qaçması, dözümünü əldən verməsi və düşmən qarşısından qaçması da mümkündür. Buyurur ki, qafillər arasında zikr edən insan qaçanlar arasında müqavimət göstərən əsgər kimidir. Baxın, bu bənzətmə həmin cəhətə görədir. Çünki o, əcnəbi hücumçu qarşısında müdafiə edir və müqavimət göstərir. Sizin zikriniz də müqavimət göstərir.
Allah dərgahına yalvarmaqla, dua ilə, zikrlə, tərbiyə ilə, nəfsi paklamaqla, əxlaqı gücləndirməklə, ibadətlə və təvəssüllə daxili maneələri ortadan götürün.
səh:64
Duanın faydası nədir? Biz Allahla danışanda Onu özümüzə yaxın hiss edir, dinləyicimiz bilirik. Bu faydalar duanın səmərələrindəndir. Ürəkdə Allahın xatirəsini yaşatmaq insanın bütün yayınmalarının və fəsadlarının anası olan qəfləti yox edir. Dua insanın qəlbindən qəfləti yox edir, insana Allahı xatırladır, Allahın xatirəsini ürəkdə yaşadır. Duadan məhrum olan insanların mübtəla olduğu ən böyük zərər budur ki, Allahın xatirəsi onların ürəyindən çıxır. Allah-Taalanı unutmaq və yaddan çıxarmaq bəşər üçün çox zərərlidir.
Dua elm və qüdrət mənbəyi ilə möminin vasitəsi, çarəsizin pənahı, zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və mahiyyətcə ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda sərgərdan və aciz qalacaq, ömrü hədər gedəcəkdir: “(Ey Rəsulum) de: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”(1)
Dua insan üçün yolu aydınlaşdırır, onu karıxmadan və heyrətdən xilas edir. Bunlardan əlavə, dua, dinləyici və müraciət olunan tərəf üçün dua edənin zehnini aşkarlayır. Siz Allahla danışan bir şəxsin duasını eşitsəniz, onun duasından, onun istəyindən bu insanın necə insan olduğunu - kiçik, yaxud böyük olduğunu, sadəlöhv, yaxud uzaqgörən və böyük məqsədli olduğunu, mömin, yaxud tərəddüdlü olduğunu bilərsiniz. Dua qəribə bir şeydir. Erkən İslam tarixində hər yerdə dua var. Peyğəmbər (s) Bədr döyüşündə də, Ühüd döyüşündə də dua etdi. Yəni dua qələbə və məğlubiyyət tanımır. Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan iqtidar zirvəsində olduqda da duaya möhtacdır. Allahla
səh:65
danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə” yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”(1) Yəni bu sənin tövbənin başlanığıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə etdikdə duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.
Buna əsasən, zikr bizim düzgün yolda hərəkət etməyimizə və irəliləməyimizə bais olur. Bizim mömin kimi, müsəlman kimi, mütərəqqi bir məktəbin ardıcılı kimi, özümüz üçün cızdığımız məqsəd yolunda, gələcəkdə və gələn əsrlərdə İslam sivilizasiyasının çiçəklənməsindən xəbər verən bu uca binanı ayaqda saxlamaq istəyən şəxslər kimi Allah zikrinə ehtiyacımız var. Bununla bu yolda hərəkət edə bilərik.
İnsan Allahdan qafil olduğu an qəlb öz həyatını əldən verir, ruh ölür. Əgər zikr və Allaha diqqət onda yenidən yaransa, canlanacaq, əks təqdirdə, öləcək. Əgər Allaha və mənəviyyata yenidən qayıdışı çox çəksə, cansız əşyaya çevriləcək. Bunu İslam və Quran ayələri bizə deyir: “İman gətirənlərin qəlblərinin Allahın zikri üçün təzim göstərməsinin vaxtı gəlib çatmadımı?!“(2) Və yaxud: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”(3) Bunlar İslamdadır. Yəni “təbii mənbələri kəşf edin, bu dünyanı qurun, maddi vasitələri öyrənin, beyninizi elmlə silahlandırın, dünyanı, təbiəti, maddəni və qaynaqları tanıyın, kəşf edin, yetişdirin; çünki
səh:66
bunlar sizə məxsusdur” - deyən İslam xatırladır ki, bunların hamısını Allah üçün edin, Allahı yada salın, Allahın xatirəsini ürəyinizdən çıxarmayın və bütün bu hərəkətləri ibadət formasında yerinə yetirin.
Deyir ki, Allahın qapısına getməlisiniz: “(Ey Rəsulum) de: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”(1) Dua etməlisiniz: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(2) Dua etməlisiniz ki, Allahdan cavab eşidəsiniz. İnsanın həyatı yalnız Allahla rabitədə mənasını tapır.
Duanın ən mühüm səciyyəsi Allahla rabitə, Allahın qarşısında, Allahın ən böyük təsir və xüsusiyyəti qarşısında bəndəlik hissidir; Allahdan istəmək və Allah-Taalanın da qəbul etməsi.
Allahdan bu növ istəmək və istəyi almaq rabitəsi insan ruhunun yüksəliş amili və bəndəlik ruhiyyəsinin gücləndirilməsidir. Allah-Taala səxavətlidir, səninlə öz arasında heç bir məsafə və sədd qoymamışdır.(3) Nə vaxt Allahla danışmağa, ehtiyacı söyləməyə başlasanız, Allah-Taala sizin istəyinizi və səsinizi eşidəcək. Allahla həmişə həmsöhbət olmaq, danışmaq, ünsiyyət qurmaq və ondan istəmək olar. Bu, bəşər üçün çox böyük fürsət və nemətdir.
Bu yalvarış haləti ürəyi Allah eşqi ilə doldurur, insanı Allahla tanış edir, onu fəsadlı xudbinlikdən və təkəbbürlülükdən uzaqlaşdırır, Pərvərdigarın müqəddəs
səh:67
nuruna və ilahi lütfə boyayır. Bunun qədrini bilin. Bu hər şeydən üstündür.
Dua və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan ibarətdir.
Dua insanı Allaha yaxınlaşdırır.
Duanın faydası nədir? Biz Allahla danışdıqda Onu özümüzə yaxın hiss edir, öz dinləyicimiz bilir və Onunla danışırıq. Bu faydalar duanın səmərələrindəndir. Ürəkdə Allahın xatirəsini yaşatmaq insanın bütün yayınmalarının və fəsadlarının anası olan qəfləti yox edir. Dua insanın qəlbindən qəfləti yox edir, insana Allahı xatırladır, Allahın xatirəsini ürəkdə yaşadır. Duadan məhrum insanların mübtəla olduğu ən böyük zərər budur ki, Allahın xatirəsi onların ürəyindən çıxır. Allah-Taalanı unutmaq və yaddan çıxarmaq bəşər üçün çox zərərlidir. Quranda bu barədə bir neçə ayə qeyd olunub. Bu, geniş mövzudur.
Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir. Dua insanı Allaha yaxınlaşdırır, bilgiləri insan qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir.
Duanın ikinci faydası imanı gücləndirməsidir. Duanın xüsusiyyəti budur ki, ürəkdə imanı möhkəm və qərarlı edir. Sıradan çıxması mümkün olan iman dünya hadisələrilə, insanın çətinlikləri, şadlıqları, nemətləri və müxtəlif vəziyyətlərilə rastlaşdıqda, məhv olmaq təhlükəsində olur. Elə insanlar tanıyırsınız ki, imanlı idilər, lakin iman dünya malı ilə, dünya qüdrəti ilə, fiziki ləzzətlə, ürək ehtirasları ilə əllərindən çıxdı. Bu zəif və qərarlı olmayan imandır. Duanın xüsusiyyəti budur ki, imanı insanın ürəyində qərarlı və möhkəm edir. Dua ilə və Allah-Taalanı həmişə yad etməklə imanın sıradan çıxması təhlükəsi dəf edilir.
səh:68
Duanın beşinci faydası Allah-Taalaya məhəbbət yaratmasıdır. Dua ürəkdə Allah-Taalaya eşqi dirildir. Bütün gözəlliklərin və yaxşılıqların tərənnümü Pərvərdigarın müqəddəs zatıdır. Allah-Taala ilə danışmaq, dua və ünsiyyət ürəkdə bu məhəbbəti vücuda gətirir.
Allah-Taala ilə bu ünsiyyətin, Allah-Taalanın zikrinin, bağışlanmaq istəyinin və duanın insan qəlbində çox möcüzəli təsirləri var; ölü ürəkləri dirildir.
Quranda bizə belə deyilmişdir: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”(1) Məni çağırın ki, sizə cavab verim. Başqa bir yerdə də belə gəlmişdir: “Allahın lütfündən (mərhəmətindən) istəyin!”(2) Allahın lütfündən istəyin. Bunlar Allahın vədləridir və Allahın vədləri ən doğru vədlərdir. Əgər Allahdan istəsəniz, Allah mütləq sizə cavab verəcək. Əgər ünsiyyət qura bilsəniz, görəcəksəniz ki, cavabların çoxu həmin anda sizə veriləndir. Yəni insan düşünməməlidir ki, duanın cavabı mütləq Allahdan istədiyi puldur. Bəzən cavab həmin anda sizə veriləndir. Sizin qəlbinizdə elə nur yaranır ki, cavabınızı həmin saatda aldığınızı görürsünüz. İnsan bəzən hiss edir ki, duada malik olduğu haldan başqa bir şey istəmir.
Dua insanın qəlbini Allaha yönəltməkdən, onun ruhunu paklıq və mənəviyyatla doldurmaqdan əlavə, fikrini və beynini də hidayət edir.
Əgər kimsə ürəyi və ruhu bunlar olmadan təmizləyə biləcəyini güman etsə, çox səhvdədir. İnsanın qəlbi gecə yarısının ağlaması, diqqət və təfəkkürlə Quran tilavəti və
səh:69
Səhifeyi-Səccadiyyəni oxumaqla paklanır. Demək olmaz ki, cənab, get qəlbini pakla, sonra nə iş görürsənsə, gör!
Onun fərdi və ictimai təsirlərdən əlavə, beynəlxalq təsirləri olacaq. Başqa hansı vacibimiz belədir?! Bu vacib əməl həcci yerinə yetirən insanın öz qəlbinin və ruhunun daxilini təmizləyir, nurlu edir, Allaha yaxınlaşdırır, bağışlanmaq istəməklə, yalvarmaqla, Allah minacatı ilə tanış və mənəvi edir.
Ümidsiz insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunması ümidlə birgədir. Qəbul olunmasına ümid ürəkləri şölələndirir və nurlu saxlayır.
Bu gecədə ən yaxşı əməl duadır. Dua barəsində də bu gün siz qardaş və bacılara bəzi mətləblər deyəcəyəm. Əhya (səhərədək oyaq qalmaq) da dua, təvəssül və zikr üçündür. Qədr gecələrində müstəhəb əməl olan namaz da əslində dua və zikrin təzahürüdür. Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir.(1) Yəni dua ibadətin məğzidir, yaxud daha çox işlənən təbirlə desək, ibadətin ruhu duadır. Dua nədir? Dua - Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürəyin sözünü ona deməkdir. Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi bildirməkdir. Bunların hamısı duadır. Mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biri duadır. Ruhun paklanmasında duanın belə rolu var.
O məşhur arif(2) deyir: “Allahın bərəkətlərindən olan su bütün çirkləri və murdarları təmizləyir. Su ilə təmasda olan hər şey təmiz olur. Lakin suyun özünün napaklarla,
səh:70
murdarlarla təmasın təsirindən paklanmaya ehtiyacı olur. Allah-Taala təbii bir dövranla suyu buxara çevirir, səmaya qaldırır, yuxarıdan yağış damlaları formasında yenidən yerə qaytarır, çirkləri ondan ayırır, təmizləyir və yenə paklayıcı su şəklində insanların və digər varlıqların ixtiyarına qoyur”.
Bu hikmətli sözün müəllifi deyir: “Sizin canınız, bilgiləriniz, nəsihətləriniz, hətta qəlbinizin və ruhunuz insanlardan çirki təmizləyən həmin pakedici sudur. Lakin bu pakedici suyun özü tədricən təmizlənməyə və paklanmaya ehtiyaclı olur. Onun təmizlənməsi yalnız mənəvi bir yüksəlişlə, zikr və dua ilə hasil olan uca məqamlara sarı mənəvi bir dövranla mümkün olur”. Allah qarşısında zikr etməklə, diqqətlə, təvəssüllə, minacatla, müstəhəb işlərlə və yalvarmaqla təbiətdə və insanın özündə olan əlamətlər barədə təfəkkür etməklə bu pakedici su yenə də öz paklığını əldə edir.
Diqqətli namaz, Quranla ünsiyyət, dua, təvəssül, yalvarış, ramazan ayının orucu, gecə ibadətləri, xüsusən təsirlənmə imkanı çox olan gənclər üçün nəfsi paklaya bilər.
Dua və namazın ruhu Allahla rabitədən, Allahla tanış olmaqdan, mənəviyyatdan istifadə etməkdən, ruhu təmizləyib paklamaqdan və zehni şübhələrdən uzaqlaşdırmaqdan ibarətdir.
Duada həm təlim var, həm əxlaqi təmizlik.
Duanın dördüncü faydası insanda özünüislahın və əxlaqi dəyərlərin inkişafıdır. İnsan Allaha diqqətlə, Allah-Taala ilə danışmaqla əxlaqi dəyərləri özündə gücləndirir. Bu, Rəblə ünsiyyətin zəruri və təbii xüsusiyyətidir. Buna əsasən, dua insanın kamala doğru yüksəliş pilləkanı olur. Qarşılıqlı olaraq dua əxlaqi rəzilətləri - tamahkarlığı, təkəbbürlülüyü, xudpəsəndliyi, Allah bəndələri ilə düşmənliyi, zəifliyi, qorxaqlığı və dözümsüzlüyü insandan uzaqlaşdırır.
səh:71
İmam Səccad (ə) dua etmiş və dua dili ilə həmin bilgiləri söyləmişdir. Yaxud Səhifənin səkkizinci duası bir əxlaq duasıdır. Mən onun bəzi hissələrini qeyd etmişəm. Sanki bir nəfərin oxuduğu bir xütbə, yaxud xalq üçün əxlaqi uçurumları açıqlayan bir çıxışdır.
İmam Səccad (ə) bu duada tamahkarlıqdan, hərisliyin artmasından, qəzəbin çoxluğundan, paxıllığın hakim olmasından, dözümsüzlükdən, qənaətin azlığından, əxlaqın pisliyindən, çoxlu şəhvətbazlıqdan, haqsız təəssübkeşlikdən, nahaq tərəfdarlıqdan, öz günahını kiçik bilməkdən, öz itaətini böyük saymaqdan, ixtiyarımızda və tabeliyimizdə olan toplumu pis idarə etməyimizdən, zalıma kömək etməyimizdən və çarəsizə kömək etməməyimizdən Allaha pənah aparır. İmam Səccad (ə) bütün bu nöqtələri bir duada bu dillə bəyan edir. Deyir ki, İlahi, bunlardan Sənə sığınıram. Bunlar əxlaq dərsləridir. Səhifeyi-Səccadiyyənin duaları, Əbu Həmzə Sumali duası, İftitah duası, ramazan ayının digər duaları, cümə gecəsi, günü və digər zamanlarda oxunan dualar imamlarımızdan bizə çatmış bütün bu dualar tövhid barəsində, nübüvvət barəsində, hüquq barəsində, cəmiyyətin vəziyyəti barəsində, əxlaq barəsində, hökumət barəsində, insanın bilməyə ehtiyacı olan bütün İslam məsələləri barəsində İslam bilgiləri ilə doludur. Bu dualarda bizim üçün dua dili ilə bəyan olmuş nöqtələr var. Bizim imamlarımız tağutların hakimiyyəti dövründə bilgiləri bu yolla xalqa çatdıra bilmişlər. Bu da dua barəsində başqa bir baxışdır.
Üçüncü fayda insana ixlas ruhunun üfürülməsidir. Allahla danışmaq, özünü Ona yaxın bilmək insana ixlas ruhu verir. İxlas - yəni işi Allah üçün görmək. Bütün işləri Allah üçün görmək olar. Allahın yaxşı bəndələri həyatın bütün adi və gündəlik işlərini də Allaha yaxınlıq niyyəti ilə görürlər. Bəziləri də hətta ən yaxın və ən ibadi işləri, misal üçün, namazı da Allahdan ötrü qıla bilmirlər. İxlassızlıq insan üçün böyük dərddir. Dua insana ixlas ruhunu aşılayır.
səh:72
Bu böyük bəlanın qarşısını almaq, eləcə də müalicə etmək üçün din insana zikr öyrətmişdir. Zikr, yəni həqiqəti yada salmaq, özünü Allahın qarşısında görmək, Ona qulaq asmaq və Ona könül vermək.
Namaz qəlbin, dilin və hərəkətin harmonik tərkibi ilə zikrin ən xalis və ən kamil nümunəsidir.
Bəs zikr nədir? İmam Sadiqdən (ə) bir hədis var. Başqa bir hədis də var. Mən daha çox ikinci hədisi nəzərdə tutmuşam. Lakin hər iki hədisi oxuyuram. Birinci hədis İmam Baqirdəndir (ə). Həzrət Baqir (ə) buyurur ki, möminlərin çox mühüm və çətin vəzifələri arasında üç məsələ var. Üçüncüsü hər bir halda Allah-Taalanı yada salmaqdır. Zikr budur.
Həzrət Baqir (ə) həmin hədisdə hər bil halda Allahı yad etmək məsələsini izah etmişdir: günaha doğru getdikdə Allahın zikri ona mane olur. Zikr odur ki, Allahı yad edib, günah etməsin - doğru olmayanı danışmağı, yalan deməyi, qeybət etməyi, haqqı gizlətməyi, insafsızlıq etməyi, təhqir etməyi, xalqın malını, beytül-malı, zəiflərin malını mənimsəməyi, yaxud onların barəsində diqqətsizlik göstərməyi və digər müxtəlif günahları etməsin. Bütün bunlarda insan Allaha diqqət yetirsin. Allah zikri insanın bu günahlara doğru getməsinə mane olur.
Allah zikri insanın bu günahlara tərəf getməsinə mane olur. Sonra həzrət buyurur ki, bu, Quranın bu ayəsinin təfsiridir: “Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünərlər”.(1) Şeytan bunlara yaxınlaşanda, bunlara toxunanda, hələ tam canlarına düşməyəndə tez xatırlayarlar: “Və dərhal görən olarlar”. Bu
səh:73
zikr onların gözlərinin açılmasına səbəb olur. Hər bir halda Allahı yad etməyin mənası budur.
Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə “hər bir halda Allahı yad etmək” vardır. Burada İmam Sadiqin (ə) hədisində isə “hər bir yerdə Allahı yad etmək” kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, “sübhanəllah vəl-həmdü lillah və la ilahə illəllah vəllahu əkbər” deyəsiniz. Bu, söz zikridir: “Baxmayaraq ki, bu da ondandır”. Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir. Lakin mənim məqsədim təkcə bu deyil, məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha doğru getdikdə Allahı yad et. Belə yad etmək, Allahın belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (ə) təsbihində və digər zikrlərdə göstərilənlərin hamısı zikr vasitələridir, zikrin kapsullarıdır. İnsan mənalara və həqiqətlərə diqqət yetirməklə bunları dilinə gətirməlidir, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.
Məqam və dərəcənin ucalması, yüksəlmə
Rəbb ilə danışmağın özü, yalvarmağın özü, Allahla danışmağın, Allah-Taaladan üzr istəməyin, tövbə etməyin və bağışlanmaq diləməyin özü insan üçün bir məqsəddir.Bu, duada mövcüd olan ən üstün cəhətdir.İnsanın Rəbb qarşısında dayanıb göz yaşı axıtması, kiçiklik və həqarət bildirməsi onun üçün bir məqam ucalığıdır.Bəşər Allah-Taala qarşısında yalvarmaqla yüksəlir və zirvəyə qalxır.İnsanın bədbəxtliyi Allah-Taaladan xəbərsiz olduğu zaman başlayir.İnsanın rəzilliyi özünü Allahla ehtiyaclı bilmədiyi zaman başlayır.
səh:74
Allahı yada salın. Allahı yada salmaq sizin qurtuluşunuza və uğurunuza səbəb olacaq. Allahın zikri, addım möhkəmliyinin təminatçısıdır.
Dua zəiflik əlaməti deyil, qüvvət əlamətidir. İnsan dua ilə qüdrət əldə edir, fiziki qüdrətinin dayağı olan qəlb və ruh qüvvəsini artırır.
İslam Respubilkası, dünya quldurları ilə mübarizə aparmalı olan bir quruluş, fəsad dağları ilə vuruşmalı olan xalq, heç bir quldur qarşısında baş əyməyən və bəşəriyyətin xilası üçün danışan cəmiyyət öz fərdlərinin daxilində və qəlbində dua və yalvarışa sarı qapılar açmalıdır. Bunsuz olmaz. Əgər düşmən qarşısında möhkəm olmağınızı istəyirsinizsə, dua qapısını öz üzünüzə açmalısınız. Əgər heç kimdən və heç kəsdən qorxmamaq istəyirsinizsə, özünüzün Allahla rabitənizi gücləndirin. Əgər maddi gözəlliklər qarşısında möhkəm olmağınızı və sürüşməməyinizi istəyirsinizsə, özünüzü dua və minacatla sığortalayın. Bu duadır. Bu bütün müsəlmanların qəlbinə aid olan vəzifədir, insanın öz daxilindən Allah-Taalaya sarı açdığı yoldur. Buna görə siz görürsünüz ki, Əmirəlmöminin (ə) - o qorxmaz insan, o mücahid, o böyük insan, o qüvvəli və qüdrətli hakim, fikri, zehni, ağlı, hikməti və elmi dünyanın ən bilikli filosof və həkimləri üçün dərs olan, diz qatlayıb öyrənməli olduqları bu şəxs, qarşısında bütün dünya dayansa da, arxa çevirməyən bu güclü insan öz dövrünün bütün insanlarından daha abid, Allah-Taala yanında daha çox ağlayan və yalvaran idi.
Dua insana qüdrət verir, onu hadisələr qarşısında möhkəmləndirir. Buna görə hədisdə dua üçün silah təbiri işlənmişdir. Əziz Peyğəmbərdən (s) nəql olunmuşdur ki, sizi düşmənlərinizdən xilas edəcək bir silah göstərimmi? Bu, gecə-
səh:75
gündüz Rəbbi çağırmaqdan ibarətdir və möminin silahı duadır.(1) Hadisələrlə qarşılaşdıqda Allah-Taalaya diqqət yetirmək mömin insanın əlində kəsərli bir silahdır. Buna görə, İslamın əziz Peyğəmbəri (s) döyüşdə bütün lazımi işləri görürdü, qoşunu düzürdü, əsgərləri sıralayırdı, onlara lazımi imkanları yaradırdı, lazımi tövsiyələri verirdi, öz komandanlığını icra edirdi. Lakin eyni zamanda meydanın ortasında diz çöküb, dua üçün əlini qaldırır, minacat edir və Allah-Taala ilə danışıb ondan istəyirdi. Allahla bu rabitə insanın qəlbini möhkəmlədir.
Allahın qorxusu, məhəbbəti və Rəbbə diqqətlə dolu olan qəlb daha heç bir qüdrətdən qorxmayacaq. Duanın faydası budur.
səh:76
Duaları buraxmayın, hər bir şeyi dua ilə istəyin.
Bizim oxuduğumuz dualar hikmətlə doludur. İmamlardan əlimizə çatmış dualarda həqiqətən insanın ehtiyacı olan bilgilərə aid məqamlar var. Bu böyüklər bu məqamları dualara salmaqla bizə Allahdan nə istəməyimizi öyrədirlər.
Məsumlar Allahdan nə istəməyi öyrədir. Allahdan istəməli olduğumuz onların dedikləridir. Bəzi insanlar dünyada maddiyyatın çoxluğunu düşünürlər. Deyirlər ki, filan ticarət işim düzəlsin, filan səfər düzəlsin, filan işə düzələ bilim və sair. Nə üçün insan əsas məsələləri Allahdan istəməsin?! Din rəhbərləri bizə öyrədirlər ki, belə dua edin və belə şeyləri Allahdan istəyin. Əlbəttə, onların bizə öyrətdiyi duaların növləri çox genişdir.
Duada iradəniz güclü olsun, böyük istəklər diləyin, dünya və axirət səadəti istəyin. Deməyin ki, bunlar böyükdür, bunlar çoxdur. Xeyr, Allah-Taala üçün bunlar bir şey deyil. Əsas budur ki, siz sözün həqiqi mənasında həmin şərtlərlə istəyəsiniz. Allah-Taala bu istəyi qəbul edəcək.
Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin.
səh:77
Bir hədisdə İmam Baqir (ə) buyurur: Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir.(1) Bəli, insanın ayaqqabı ipinə ehtiyacı var. Mağazaya gedib alır. Bunun üçün də dua lazımdırmı? Bəli, ayaqqabı ipinə və belə kiçik olan hər hansı bir şeyə ehtiyacınız olduğunu duyan kimi ürəyinizi Allaha yönəldin və deyin ki, İlahi, mənə bunu da yetir. Yetirməyi hansı yolladır? Yolu budur ki, cibimə pul qoyum, küçənin başına gedim, mağazadan alıb istifadə edim. Hər halda, Allahdan istəməlisiniz. Mağazaya gedib pul verib ayaqqabı ipi alsanız da, onu yenə Allah sizə vermişdir. Allahdan qeyrisinin yolu ilə insanın əlinə bir şey çatmır. Bizə nə çatırsa, Allah verir.
Allahın verdiyini öncə Allahdan istəməliyik. Nə üçün istəməliyik? Kiçik istəkləri də Allahdan istəməyimizi tövsiyə etmələrinin səbəblərindən biri budur ki, öz ehtiyaclarımıza, acizliyimizə, kiçikliyimizə və yoxsulluğumuza diqqət yönəldək. Nə qədər yoxsul olduğumuzu görək. Əgər Allah-Taala kömək etməsə, imkan yaratmasa, güc verməsə, düşüncə verməsə, təşəbbüs verməsə və vasitələri hazırlamasa, həmin ayaqqabı ipi də bizim əlimizə çatmayacaq. Əgər ayaqqabı ipi almaq məqsədilə evdən çıxsanız və yolda pullarınızı oğurlasalar, ya pulunuz itsə, ya istədiyiniz dükan bağlı olsa, ya yolda hər hansı hadisə baş versə və siz qayıtmağa məcbur olsanız, ayaqqabı ipini əldə edə bilməyəcəksiniz. Buna görə də hər şeyi Allahdan istəyin. Hətta ayaqqabı ipini, hətta kiçik şeyləri və hətta özünüzün gündəlik ruzinizi də. Qoyun bizim sinəmizdə əzəmət qazanmış bu yalançı “mən” sınsın (“mən”deyirik və elə bilirik ki, bütün qüvvələr bizdə cəm olub). Bu “mən” insanları yazıq edir. Bu da dua barəsində bir mətləbdir: insan öz istəklərini dua ilə əldə etməlidir.
Deyiblər ki, hətta kiçik şeyləri də Allahdan istə. Zəif olduğunu anla, bil ki, bəzən bir ağcaqanad, yaxud milçək də insanı yorub onun rahatlığını əlindən ala bilər: “Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa,
səh:78
onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)”(1)
İndi öz istəklərinizə, müsəlmanların istəklərinə, ölkənizin istəklərinə, mömin qardaşlarınızın istəklərinə, xəstələrə, xəstəsi olanlara, müsibət görənlərə, qəmgin ürəklərə, nigaran gözlərə, sizin ətrafınızda, sizin ölkənizdə, İslam dünyasında və Yer kürəsində olan insanların ehtiyaclarına baxın, bu qədr gecələrində bütün bu hacətləri bir-bir Allahdan istəyin.
Siz ramazan ayında hər gün namazdan sonra məsumdan nəql olunmuş bu duanı deyirsiniz: “İlahi, bütün qəbir sahiblərinə sevinc daxil et! İlahi, bütün yoxsulları varlandır!”. Allahdan istəyirsiniz ki, bütün yoxsulları zənginləşdirsin. Təkcə ölkənizin yoxsullarını demirsiniz, bütün İslam dünyasının yoxsullarını deyirsiniz. Bunlar çox əhəmiyyətlidir. Bu duanın davamında deyirsiniz: “İlahi, bütün acları doydur! İlahi, bütün çılpaqlara libas ver!”(2) İnsan Allahdan bu qədər böyük hacət istəyir.
Bəzi şeyləri bütün müsəlmanlar üçün istəyin. Bu duada deyilir ki, İlahi, müsəlmanların işlərindəki bütün fəsadları düzəlt!(3) Bu, müsəlmanlara məxsusdur.
İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. Mənim anam gecədən səhərə qədər ibadət, dua və minacat etdi. İmam Həsən (ə) deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınları dua etdi, xalqı dua etdi, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər
səh:79
olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz”. Bu yüksək ruhiyyədir.
Səhifeyi-Səccadiyyə ilə ünsiyyət qurun. Bu çox əzəmətli kitabdır. Deyirlər ki, Məhəmməd (s) ailəsinin Zəburudur. Doğrudan da belədir. Mənəvi nəğmələrlə doludur, dua və dərsdir.
Mənim fikrimcə, mübarək Səhifeyi-Səccadiyyə bizim ən yaxşı mənəvi ehtiyatlarımızdandır; əgər bundan istifadə edə bilsək.
İmamlardan nəql olunmuş dualar ən yaxşı dualardır. Əvvəla bu dualarda yerləşdirilmiş istəklər bizim kimilərin ümumiyyətlə yadına düşmür və insan imamların dili ilə onları Allahdan istəyir. Əbu Həmzə duasında, İftitah duasında və Ərəfə duasında insan üçün ən yaxşı istək və hacətlər irəli sürülür. Əgər insan bunları Allahdan istəsə və alsa, onun üçün böyük sərvət olar.
İmam Səccad (ə) dua etmiş və dua dili ilə həmin bilgiləri söyləmişdir. Səhifənin səkkizinci duası bir əxlaq duasıdır. Mən onun bəzi hissələrini qeyd etmişəm. Sanki bir nəfərin oxuduğu xütbə, yaxud xalq üçün əxlaqi uçurumların açıqlandığı çıxışdır.
Dua barəsində son məqam məsumlardan nəql olunmuş dualardır. İmamlardan çatmış dualar ən yaxşı dualardır. Əvvəla bu dualarda yerləşdirilmiş istəklər bizim kimilərin ümumiyyətlə yadına düşmür və insan imamların dili ilə onları Allahdan istəyir. Əbu Həmzə duasında, İftitah duasında və
səh:80
Ərəfə duasında insan üçün ən yaxşı istək və hacətlər irəli sürülür. Əgər insan bunları Allahdan istəsə və alsa, onun üçün böyük sərvət olar. İkincisi budur ki, bu dualarda kiçilmə və yalvarış məqamları var. Mətləb elə dillə, elə tonla və nitqlə deyilmişdir ki, insanı təvazökarlığa vadar edir və ürəyi yumşaldır. Fəsahətli və səlis ibarəli bu dualarda eşq, məhəbbət və şövq dalğalanır. İnsan bu duaların qədrini bilməli və onlardan istifadə etməlidir.
Sözsüz ki, bu duaların mənasını bilməliyik. Xoşbəxtlikdən indi yaxşı tərcümələr mövcuddur, Məfatih əl-cinan və müxtəlif dualar tərcümə olunmuşdur. Duaları tərcümələrə diqqətlə oxusunlar. Əlbəttə, biz gördüyümüz qədərincə, heç bir tərcümə bu duaların sözlərinin gözəlliyini əks etdirə bilmir. Lakin hər halda, duanın məzmunu bəlli olur. Bu tərcümələrə diqqətlə duanı oxuyun. Oxuyan şəxslər duanın ən azı hamının ucadan dediyi bəzi hissələrini tərcümə etsinlər. Aşağı dərəcəsi budur ki, əgər insan duanın mənasını bilmirsə, ürək yanğısından xəbər verən aşiqanə bir dillə Allah-Taala ilə danışdığına diqqət yetirsin.
Əgər insan duanın, misal üçün, Əbu Həmzə Sumali, yaxud İmam Hüseynin (ə) Ərəfə günündəki duasının mənasını anlasa, ona diqqət yetirsə, belə dəyərli duadan yorulması imkansızdır. Yəni bu seçilmiş, üstün və mərifətli bəndə ilə Allah arasında bu duada deyilən sözlər o qədər cazibəli, təsirli və həqiqidir ki, insanın fitri istəklərini bəyan edir və kiminsə nə zamansa ondan yorulması mümkün deyil.
Şərafətli Əbu Həmzə Sumali duasının – bu uzun duanın qəribə minacat halı var. Amma bu minacatların arasında insanın həqiqi ehtiyacları gizlənmişdir. Həqiqi ehtiyaclar bu həzrətin Allah-Taaladan istədiyidir.
Ən yaxşı dua odur ki, Allaha aşiqanə inamdan və insan ehtiyaclarına arifanə bilgidən qaynaqlansın. Bunu da yalnız Allahın Peyğəmbərinin (s) və Peyğəmbər elminin əmanətdarı, onun hikmət və mərifətinin varisləri olan pak Əhli-beytin (ə) məktəbində tapmaq olar.
Bu duaları bizim ixtiyarımızda qoyub, Allahla danışmaq və minacat etmək tərzini öyrətmişlər, Allaha hansı sözləri
səh:81
deməyin mümkünlüyünü anlatmışlar. İmamlardan nəql olunmuş duaların bəzi cümlələri elədir ki, əgər onlar olmasaydı, insanın özü Allaha bu sözləri deməyin, Allahdan belə istəməyin və yalvarmağın mümkünlüyünü təyin edə bilməzdi.
Hər bir namazın ən azı iki rəkətində deyirik: “Bizi düzgün yola hidayət et!” Siz on yeddi rəkət vacib namaz qılırsınız. Bu on yeddi rəkətin on rəkətində “Bizi düzgün yola hidayət et!” deməlisiniz.
İnsan hər duanı adətən bir dəfə edir. Bizim daimi olaraq düzgün yolu Allahdan istəməyimiz: “Sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol”(1) ayəsinə cavabdır.
Peyğəmbərlərin səhabələri və həvariləri müharibələrdə və müxtəlif hadisələrdə müsibətə düçar olduqda Allaha dua edib deyirdilər: “Ey Rəbbimiz! Bizim günahlarımızı və işlərimizdə israfçılığımızı bağışla”.(2) Yəni İlahi, bizim günahlarımızı və işlərimizdəki israfçılıqları və diqqətsizlikləri bağışla!
Mən şərafətli Əbu Həmzə duasından sizin üçün bir neçə parça oxuyacağam. Bu uzun duanın qəribə minacat halı var. Üçüncü hissədə bu haqda danışacağam. Lakin bu minacatların arasında insanın həqiqi ehtiyacları yatmışdır. Bu həzrət onların həqiqi ehtiyaclarını Allah-Taaladan istəyir. Misal üçün, duanın bir yerində Qadir Allaha müraciətlə deyir: “Həyatımı gözəl et!”(3) Həyatın gözəl olması nə pulladır, nə
səh:82
qüdrətlə, nə qızıl və güc sahibi olmaqla. Çünki bütün bu imkanlara malik olmaqla həyatın gözəl olmaması mümkündür. Həyatı gözəl olmağa qoymayan bir nigaranlığı ola bilər, ailə-övlad problemi ola bilər - Allaha pənah aparıram, Allaha sığınırıq - övladlarının birinin pis əxlaqı ola bilər, daha həyat onun üçün gözəl olmaz. İnsana pis bir xəbər çatır, həyat onun üçün acı və xoşagəlməz olur. Bu insanın həm pulu var, həm gücü var, həm imkanları var; hər şeyi var, amma gözəl həyatı yoxdur. Sadə həyatı olan, kiçik bir otaqda ailəsi və uşaqları ilə yoxsul vəziyyətdə dolanan insanın həyatı, hər şeyə malik olan bu sərvətli və qüdrətli şəxsin həyatından daha gözəldir.
Görün həzrət Səccad (ə) necə əsl nöqtəyə diqqət çəkir, deyir: “Həyatımı gözəl et və alicənablığımı aşkarla!”(1) Güman ki, ikinci təbirin mənası budur: elə şərait yarat ki, mən onda alicənablıq xüsusiyyətini aşkara çıxara bilim, nəinki xalq mənim alicənablığımı görsün. Çünki alicənablığın aşkara çıxmasını istəsək, gərək alicənablıq edək. Alicənablığın insanın daxilində olması kifayət etmir. İnsan alicənablığı əməl mərhələsinə çıxarmalı və kiməsə qarşı alicənablıq göstərməlidir.
Davamında buyurur: “Mənim bütün hallarımı və işlərimi düzəlt!” Mənim bütün işlərimi və hallarımı islah et. Mənim dua halımı, mənim və ailəmin adi yaşayış halını, çalışdığım işin halını, bütün xüsusiyyətlərimi islah et. Hər bir işin düzəlməsi, özünə görə kamil və hərtərəfli bir duadır. Sonra deyir ki, məni yaxşı əməllə, kamil ilahi nemətlə, Rəbbin razılığı ilə və gözəl həyatla uzun ömür sürən şəxslərdən et. Bundan yaxşı bir şey varmı?! Məsumlar Allahdan nə istəməyi öyrədirlər. Allahdan istəməli olduğumuz onların göstərdikləridir. Bəzi insanlar dünyada maddiyyatın çoxluğunu düşünürlər. Deyirlər ki, filan ticarət işim düzəlsin,
səh:83
filan səfər düzəlsin, filan işə düzələ bilim və sair. Nə üçün insan əsas məsələləri Allahdan istəməsin?! Din rəhbərləri bizə öyrədirlər ki, belə dua edin və belə şeyləri Allahdan istəyin. Əlbəttə, onların bizə öyrətdiyi duaların növləri çox genişdir.
Başqa bir məqam budur ki, onlar sözügedən duaların arasında mənəvi cəhətdən zəif nöqtələri bizə öyrədirlər, bu nöqtələrdən vurulub təhlükəyə düşə biləcəyimizi xatırladırlar. Bu şərafətli Əbu Həmzə duasında deyilir ki, İlahi, mənim tərəfimdən görülən işləri riyasız et, onun-bunun görməsi üçün olmasın, ağız-ağız gəzməsi üçün olmasın, camaatın “xəbəriniz var filankəs necə yaxşı iş gördü, necə yaxşı ibadət etdi?” deməsi üçün olmasın, lovğalıq və qürur üçün olmasın. Çünki insan bəzi işləri lovğalıq və qürur üzündən görür. Özü ilə öyünüb deyir ki, bəli, bu işi görən biz idik. Bunlar zəif nöqtələrdir. İnsan çox işlər görür. Lakin azca riya ilə o işləri puça çıxarır, tüstü kimi havaya sovurur. Məsumlar bizə xəbərdarlıq edib buyururlar ki, ehtiyatlı olun belə olmasın.
Bunlar çox mühümdür, böyük istəkdir. “İlahi, bütün yoxsulları zəngin et!” deyirsinizsə, bəli, Allahdan istəyirsiniz, nə üçün qəbul olunmasın?! Əgər zənginləşməyin maneələri aradan qaldırılsa, nə üçün olmasın?! Yoxsulluq məsələsi cəmiyyətdə bir mahiyyət xüsusiyyəti deyil. Cəmiyyətdə yoxsulluq məcburən yaradılmış bir məsələdir. Yoxsulluğu dünyanın zülmkar, hegemonçu və tamahkar qüvvələri insanlara və xalqlara məcburən yaratmışlar. Əgər bu qüvvələr məhv edilsələr, bu dua nə üçün qəbul olunmamalıdır?! Belə bir istəyin də qəbul olunması mümkündür.
səh:84
Bu duanın davamında buyurur ki, İlahi, bütün acları doydur; İlahi, bütün çılpaqlara paltar ver!(1) İnsan Allahdan bu qədər böyük hacət istəyir. Cümə gecəsinin müstəhəb olan çox qısa duası da yaxşı duadır. Əgər müvəffəq olsanız, mütləq bu duanı oxuyun. Əvvəl Allahdan bəzi istəklər dilənilir. Bu təbir gəlir: İlahi, bu böyük və nəhəng arzular, əzəmətli istəklər ümidsizliyə məhkumdur; yalnız sənə deyiləndən başqa. Bizim istək karvanlarımız dayanmağa məhkumdur; yalnız sənin evinə sarı gələndən başqa.(2)
Allah insanın böyük diləklərindən qorxmur. Allahdan nə qədər istəsəniz, böyük istəklər diləyin. İnsan öz-özünə deməsin ki, mən bunu özüm üçün istəyirəm, bu mümkündür, lakin bütün insanlar üçün sağlamlıq istəmək çox böyükdür, bunu necə Allahdan istəyim? Xeyr, istəyin, bəşəriyyət üçün istəyin, insanlar üçün istəyin, bəzi şeyləri bütün insanlar üçün istəyin. Həmin duada “İlahi, müsəlmanların işlərindəki bütün fəsadları islah et!”(3) duası müsəlmanlara məxsusdur, İslam əhlinə aid olan bir duadır. Əlbəttə, bunun da səbəbləri var. Bəlkə də bu, müsəlmanlardan qeyrisində mümkün deyil. Bəlkə də İslamın hakimiyyəti olmadan, Allah-Taalanın bütün fəsadları aradan qaldırması mümkün deyil, bunun şərti İslamdır.
səh:85