DİNİ PLÜRALİZM

KİTAB HAQQINDA

Kitabın adı: DINI PLÜRALİZM

Mütərcim: Ələddin Məlikov

Dizgi: Məhəmməd Baqir Şükri

Yayımcı: Uluslararasi El-Mustafa (S.A.A) Tercüme Ve Yayin Merkezi

Baskı tarihi: 2011

Baskı: Birinci Baskı

Tiraj: 1000

Qiyməti: 2 Manat

Çapxana: Tovhid

© Kitabın bütün hüquqları naşirə məxsusdur

Satış merkezleri

˜ Qom/ İRAN. Şehitler Meydanı Hüccetiye Cad. Camiatu'l Mustafa (s.a.a)'ın Basın ve Tercüme Bürosu                fax: 02517730517

˜ Qom/ İRAN. Muhammed Emin Bulvarı Salarya yol ayrımı Uluslar Arası Camiatu'l Mustafa (s.a.a)'in satış ve basın bürosu.

Tel: 02512133106 fax: 02512133146

www.miup.ir , www.eshop.miup.ir

E-mail: admin@miup.ir, root@miup.ir

səh:1

İŞARƏ

بسم الله الرحمن الرحیم

BİSMİLLAHİRRAHMANİRRAHİM

Araşdırma Bölümü

səh:2

DİNİ PLÜRALİZM

Müəllif

HADİ SADİQİ

Tərcümə və şərh

ƏLƏDDİN MƏLİKOV

səh:3

səh:4

NAŞİRDƏN

Hər bir tədqiqatın əvvəli və sonu tədqiqatçı insan zehnində yaranmış suala cavab tapmaq yolunda inkişafın bir mərhələsi sayılır, həmçinin, bu gedişat elm və bilik olan tədqiqat nəticəsinin əldə edilməsi ilə sona çatır.

Əlbəttə, bu sonluq yeni bir başlanğıc üçün müjdə verir. Çünki hər bir tədqiqat yeni iş, inkişaf təravət və bərəkət, həmçinin, yeni sualların meydana çıxması ilə nəticələnir.

Tədqiqat əsnasında qarşıya çıxan suallar zaman ehtiyaclarının tənasübü və tədqiqatçıların bacarığı ilə inkişaf edir və bəşər mədəniyyətini hərəkətə vadar edir.

Elm və texnikanın inkişafı nəticəsində sualların tez bir zamanda dünyanın müxtəlif yerlərinə çatması və sürətlərin azalması prosesi yeni bir mədəniyyəti ərməğan gətirir. Buna görə də, şübhəsiz bu proses barədə mükəmməl agahlıq və düzgün müdiriyyət bu yolda inkaredilməz təsirə malikdir.

Beynəlxalq əl-Mustafa (s) Universiteti elmi hövzələrdə malik olduğu xüsusi vəzifəsi, habelə insanların müxtəlifliyinə əsasən, tədqiqat sahəsində münasib şəraiti yaratmağı özünə vəzifə bilir.

Bu sahədə münbit şərait yaratmaq, imkanlardan

səh:5

münasib tərzdə istifadə etmək, həmçinin, din sahəsində tədqiqatçı alimlərdən himayə etmək Beynəlxalq əl-Mustafa (s) Universitetinin Tədqiqat müavinliyinin əsas və önəmli vəzifələrindən sayılır.

Bu qəbil elmi hərəkətlər və mövcud vəziyyətin möhkəmləndirilməsi ilə dünyanın hər bir yerində dini mədəniyyətin inkişafı və yayılması ilə nəticələnməsinə ümid edirik.

Beynəlxalq əl-Mustafa (s) Nəşr və Tərcümə Mərkəzi

səh:6

MÜNDƏRİCAT

MÜTƏRCİMDƏN.. 9 [1]

ÖNSÖZ.. 13 [2]

GİRİŞ. 15 [3]

DİNLƏRİN MÜXTƏLİFLİYİ. 21 [4]

Problem nədir?. 22 [5]

İNHİSARÇILIQ.. 25 [6]

Tənqid. 26 [7]

ŞÜMULLU BAXIŞ. 29 [8]

PLÜRALİZM... 35 [9]

DİNİ PLÜRALİZM... 39 [10]

Dinin cövhəri nədir?. 40 [11]

Tənqid və mülahizələr 42 [12]

A - Nomen və fenomen. 42 [13]

B - İlahi mərhəmət və insanın hidayəti 44 [14]

C - Müqəddəs mətn və onun şərti problemi 45 [15]

ÜÇ BAXIŞIN XÜLASƏSİ. 49 [16]

İnhisarçı baxış. 49 [17]

Şumullu baxış. 50 [18]

Plüralistik baxış. 50 [19]

VƏHDƏTÇİLİK.. 53 [20]

EPİLOQ.. 57 [21]

səh:7

səh:8

MÜTƏRCİMDƏN

Allahın adı ilə

Bu kitabda yeni və mühüm düşüncə yenilikləri, dinlərin müxtəlifliyi və çoxluğu haqda müzakirələri oxuyacaqsınız.

Din fəlsəfəsində "Dini Plüralizm" yeni qərb düşüncəsinin törəməsidir. Əgər onun kökünü bilmək istəyiriksə, skoptisism və nisbiyyət nəzəriyyələrini diqqətlə araşdırmalıyıq.

Plüralizm hazırkı mənada çoxluğu əsas sayır və kəsrətin vəhdətə dönməsinin mümkünsüzlüyünü qeyd edir. Dini Plüralizm qısa şəkildə müxtəlif dinlərin və məzhəblərin təyidliyinə möhr vurur və onların həqiqətdən bəhrələnməsinə fətva verir. Dini plüralizm dinlərin haqq olub olmamasına dair sualı cavablandırır.

Dinlərin çoxluğu məsələsinə müxtıəlif türlü cavablar verilmişdir.

İnhisarçı baxış tarix boyu verilən mütəfəkkirlərin ümumi cavabıdır.

Təbiyiçilik nəzəriyyəsi də 17- ci əsrdə rəvac tapdı. Vəhdətçilik baxışı İrfançıların ən qədim zamanlardan hazırkı dövrə qədər olan cavablarıdır.

Şümullu görüş isə nisbətən yeni baxlşlar sırasındadır.

səh:9

Bu baxışın həm xristianlar və həm müsəlmanlar arasında tərəfdarlsarı var. Şümullu baxış bu mənayadır ki, uzan zamana malik olan dinlər ardıcıllarının ehtiyaclarını ödəmişlər. Buna görə həqiqətdən bəhrəsiz deyillər. Amma dinlərin hamısı eyni dərəcədə haqq deyillər. Dinlərin biri qeyrilərindən çox haqqdan fayda və bəhrələnmişdir. Qalanları isə o dinə oxşadıqları və bənzədiyi qədər həqəqət gövhərindən bəhrələnmişlər.

Ziyalılar və digər elmsevər insanlar üçün bu kitabdan istifadə etmək daha əlverişli olacaqdır. İndiyədək kitab və nəşriyyat sahəsində olan nəşrlər demək olar ki, dini sahədə bir baxışı göstərmişlər. Baxış və nəzəriyyələrin bir tərəfli inkşaf etməsi düşüncələrin inkişafına mane olmaqdan əlavə korkoranə və təqlidçi təəssübləri də artırır.

Əziz oxuculardan xahiş edirik ki, bizləri öz təklifləri ilə bu növ topluların daha da cazibəli olmasında yardımçı olsunlar.

Plüralizm latın sözü olub, çoxlu deməkdir. Monizmə əks konsepsiyadır. Plüralizm mövcud olan hər şeyin eyni hüquqlu, vahid başlanğıca müncər edilməyən mahiyyətlərin çoxluğundan ibarətdir. Plüralizm nöqteyi nəzəri Leybnitsin monadologiyasının əsasında durmuşdur. Mən burada fürsətdən istifadə edib Leybnitsin “Monad” barəsində verdiyi nəzəriyyəsinin xüsusiyyətlərini qeyd edirəm:

Monad bəsit cövhərdir.

Qüvvəyə malikdir.

Əmələ gəlmə və məhv olmaya qabliyyəti var.

Başqa şəkilə düşə bilməz.

Monad başqa bir monada təsir göstərə bilməz.

Monad cisim deyil.

Bütün monadlar oxşardılar.

Ən az fəaliyyəti olan monadlar maddədirlər.

Ən yüksək fəaliyyəti olan monad Allahdır.

səh:10

Hər bir monadın spesifik fəaliyyət dərəcəsi var. Bu fəaliyyət digər monadların fəaliyyət dərəcəsi ilə fərqlidir.

Məkan həmin imkanı olan monadların zəncirəvi silsiləsidir.

Zaman ardıcıl vəziyyətlərin zəncirəvi silsiləsidir.

Dünya bütövlükdə bu iki zəncirəvi silsilədən təşkil olunmuşdur.

səh:11

səh:12

ÖN SÖZ

"Düşüncə yenilikləri"nin bu sayında, din fəlsəfəsi bəhslərinin yeni və mühüm bəhsi bəhslərinin yəni, dinlərin çoxluğu və kəsrəti açıqlanıbdır. Dini pluralism, qərbdə yaranan yeni düşüncədən yaranıb onun yaranma tarixini araşdırmaq istəsək, nisbiyyət və şəkkçiliklə də qarçılaşacağıq. Pluralism, onun indiki mənasında, yəni əsil bilmək və kəsrətlərin vəhdətə çevrilməsinin mümkün olmamasına etiqad bəsləməkdir. Dini pluralism qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralism, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır.

Dinlərin kəsrəti məsələsinə, başqa cavablar da, verilibdir. Yalnız bir dinin haqq olması (həsr gərayi), alimlərin çoxunun tarix boyu inandığı nəzər olubdur. Təbiətçilik də, on yeddinci əsrdən sonra, bir miqdar yayıldı. Vəhdətçilik, irfan əhlinin nəzəri, uzaq keçmişdən indiki zamana qədər olub və mövcuddur. Şumulçuluq da, nisbətən yeni bir nəzəriyyədir ki, məsihi və müsəlman alimləri arasında tərəfdarı var. Şumulçuluq, bu mənayadır ki, dünya dinlərini, məxsusən uzun müddət qalıb və

səh:13

ardıcıllarının ehtiyaclarını cavablandıranlar, həqiqətən bəhrəsiz deyildirlər. amma onların hamısının haqq olması eyni formada deyil. Dinlərin biri, o birilərindən daha çox haqdır. O birilər də onunla dinin əsası və əsl ruhunda şərik olduqları qədər, həqiqətə malikdirlər.

Axır ki, ildə, dinlərin kəsrəti mövzusunda açıqlanan məsələlər, elm və düşüncə əhli üçün, xüsusi maarif müəllimlərinin, həmçinin cəmiyyətin digər tərbiyəçilərinin, bu məsələnin digər tərəfləri ilə və ya müxtəlif nəzərlərlə tanış olmaları zəruridir. Bu mövzu barəsində kitab və nəşriyyatlarda indiyə kimi yazılanlara daha çox, bir nəzəriyyəni əks etdirirlər. nəzəriyyələri bir səviyyədə çatdırmaq, həm düşüncənin inkişafına manedir, həm də təqlid olunan və cahilanı təəssübü çoxaldır.

Düşüncə yünilikləri, bu sayında bu sahədə olan çatızmamazlıqların bir hissəsini düzəltməyə və müxtəlix nəzəriyyələri insafla açıqlayıb və onları araşdırmağa çalışır. Şübhəsiz, əgər belə mövzular elmi fəzada və araşdırıb və cavab verməyin adi nöqsanlarından uzaqda baş verərsə, müasir dini düşüncənin inkişaf və çiçəklənməsində, yaxşı təsirə malik olacaqdır.

Alim oxuculardan xahiş edirik, öz təkliflərini verməklə, bizə bu mövzuları daha da səmərəli etməkdə kömək olsunlar.

İslam maarifi dərsləri və müəllimlər idarəçiliyi.

səh:14

GİRİŞ

Biz çox rəngarəng əqidə, mədəniyyət, incəsənət və dinlərin zühur etdiyi əsrdə yaşayırıq. İyirminci əsrin ən qabarıq xüsusiyyəti də məhz budur. Bu gün insanlar dünyanın ən ucqar yerlərinə səfər edir müxtəlif adət ənənələr və mədəniyyətlərlə tanış olurlar. Müasir həyat bütün sahələrdə olduğu kimi dinin etiqad üzrə rəngarəngliyini də müasir insan üçün adiləşdirmişdir. Bu gün insan təfəkkürünü nisbiliyin kulminasiya nöqtəsi bilsək, yanılmarıq. Müasir post modern filosoflarından biri Jak Derida post moderinizm dövrünün ən əsas cəhətini onun tam şəkildə nisbiliyi təbliğ etməsi hesab edir. Deridanın fikrincə müasir təfəkkürə əsasən biz indiyə qədər yaxşı və pis adlandırdığımız məfhumları daha bu adla səsləyə bilmərik. Post modern sistemi hər bir mənaya birmənalı münasibət bildirməyi mənasız hesab edir. İndi pis adlandırdığımız insanlar və onların çirkin əməlləri özünü təqdim etmək və öz varlığı ilə qürurlanmaq hüququ qazanmışdır. İnsanların aksioma şəklində təsdiq etdikləri qanunlar bu qədər nisbilik hücumuna məruz qalırsa dini etiqad və ayinlərin vəziyyəti tam aydındır. Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ

səh:15

edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan «Plüralizm» adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir.

Əlaqələr və məlumatların sürətlə yayılması dövründə, dinlərin müxtəlifliyi və çoxluğuna göz yummaq olmaz. Bunu on səkkiz ya on doqquzuncu əsrə qədər etmək mümkün idi. Amma daha iyirminci əsrdə, geniş və inkişaf etmiş əlaqələrin olması, səfər və xarici ölkələrə getmələrin çoxalması, mədəni münasibətlərin çoxalması və mədəniyyətlərin bir- birinə qarışması səbəbinə, dinlərin müxtəlifliyi və onların haqq olması məsələsinin kənarından sədəliklə keçmək olmaz. Ona görə də, iyirminci əsrin ikinci yarısında, dini pluralism (dini kəsrətçilik) bir məsələ, dini və fəlsəfi mühitlərdə, müzakirə olundu. İndi də əvvəlki həyacan və hərarətlədir.

Burada iddia etmək istəmirik ki, dinlərin müxtəlifliyi və çoxluğundan xəbərdar olmaq, yeni əsrdə yaranıb. Çünki keçmiş əsrlərdə də, alim və ruhanilər, digər dinlərin qarşısında öz dinlərinin haqq olmasını isbat etmək üçün, kitablar yazıb və mübahisələr ediblər. Məxsusən bütün cəmiyətlərdə təzə din zühur edən zaman, özünü və digərlərini məlumatlandırmaq çoxalıb və bəzən uzun ziddiyyət və çəkişmələrin yaranmasına səbəb olubdur. Dini zəmində baş verən döyüşlərdə tarix boyu az olmayıbdır. Bunların hamısı onu göstərir ki, dinlərin ixtilaf və kəsrətindən məlumatlı olmaq çoxdan kı bir məsələdir.

Buna əsasən belə bir sual yaranır: "Əgər belədirsə, onda dini pluralism mövzusunun müzakirəsinə, hansı təzə məsələnin yaranması səbəb olubdur?

səh:16

Bizim fikrimizcə, dinlərin müxtəlifliyi və kəsrəti məsələsinə müasir insanın baxışına səbəb olanların ən mühümmü, elmi açıqlamalardır. Müasir insan təbii məsələlərdən tutmuş insani məsələlərəcən, bütün şeylər üçün, ağıl bəyənən açıqlama versin. İnsani məsələləri araşdırarkən, müasir insanın nəzərini özünə cəlb edən ən mühüm şeylərdən biri, dindir. Taufa və millətləri mütaliə etdikdə, mütaliə olunan səhətlərdən biri, onların dini cəhətidir. İctimai məsələləri araşdırarkən, din cəmiyyətin yaratdıqlarından olaraq, möhkəm və təsirli cilvələnir. Psixologiya araşdırmalarında, dinin insanın ruhunu düzəltməsində və onun şəxsiyyətinə qoyduğu təsirin rolu, diqqət mərkəzindədir və dini inancların və əməllərin insanın daxili həyatında qoyduğu təsirlər araşdırılır. Hər bir millətin tarixini bilmək üçün, onların din və məzhəbindən və dini dəyişiklərindən xəbərdar olmaq lazımdır. Dinin siyasətdəki rolundan da göz yummaq olmaz. Ona görə də siyasi elm və fəlsəfələrdə, dini təşkilatlar və onların təsir qoyma qüdrəti diqqət mərkəzindədir. Maks Vebr, on doqquzuncu əsrin sonlarında, dini əsasların təlimlərinin cəmiyyətlərin iqtisadiyyatına yaratmaqdakı rolunu açıqladı.(1)

İnsanın həyat sahələrinin hər bir cəhətini araşdırarkən, din özünü göstərir və insanı elmlərin hər bir ixtisasının mütəxəssisləri, onun rolunu nəzərdə tutmalıdırlar.

Bu məsələdən dinlərin müxtəlifliyi və onların öz ardıcıllarının həyatındakı təsirləri, əhəmiyyət kəsb edir. Buna görə də, müasir insanın nəzəri, dinlərin kəsrəti

səh:17


1- [1] . Maks Veber "protestan əxlaqi və sərmayədarlıq ruhu" kitabında, protestan təlimləri tale, Allahın əzəmətinin çoxalması və bunun kimilərlə, sərmayədarlığın və sərvət toplamağın şəri olması əsasında, birbaşa əlaqə yaradır. O bu fikirdədir ki, əgər protestan hərəkatı yaranmasaydı, yeni sərmayədarlıq da formalaşmazdı.

məsələsinə cəlb olubdur və onun üçün qane edici bir açıqlama tapmağa çalışır.

Həmçinin məsələyə digər bir cəhətdən də baxıb və iyriminci əsrin insanına hakim olan əxlaq və ruhiyyənin rolunu, dinlərin müxtəlifliyi anlamaq, araşdırmaq olar. Aydınlaşdırma əsrinin ardınca, xüsusilə liberal cəmiyyətlərdə formalaşan əxlaqi xüsusiyyətlərdən biri, səhlənkarlıq və diqqətsizlikdir. Səhlənkarlıq və laqeydlik ruhi, xüsusilə dini laqeydlik, xüsusi bir üslub formasını tələb edirdi. Liberal insanın digər dinlərin ardıcılları ilə yaxşı rəftarı olmalı və təəssüblü rəftarlardan çəkinməlidir.

Bu ruhiyyə, qarşı tərəfi tanıyıb və onunla həmfikirlik üçün, çalışmaqlıqla olan o yaşayışa şərait yaradır. Bunun nəticəsində də, bir- birini daha doğru və həqiqi tanımaq üçün, daha çox şərait yaranır. Keçmişdə, bir dinin ruhani və alimləri, hər vaxt digər dinləri tanımaq istəsəydilər, ilk növbədə onları rədd edib və öz dinlərini isbat etməyə çalışırdılar. Bu baxış, digər dinlərin yaxşı xüsusiyyətlərini dərk və düzgün tanımağa mane olurdu. Səbəbsiz deyil ki, bəlkə də dini pluralistlərin çoxu, liberal ilahiyyatın ardıcıllarıdırlar.(1)

Fəlsəfə və mərifət şunaslıqda, şəkkçilik və nisbiyyətçilik, dinlərin kəsrətini açıqlamaq üçün, xüsusi  sutunlar yaradırlar. Kantın tənqidçi əqlçiliyi də, dinlərin müxtəlifliyini yazmaq üçün digər əsaslar hazırlayır. Kantçıların təkid etdikləri, dini inancların formalaşmasında, mədəniyyət, dil, tarixi və coğrafiya şəraiti, adət- ənənələr və ... bir növ normal nisbiyyətçiliyi tövsiyə edir ki, onun nəticəsi, müxtəlif dinlərin (nisbi) haqçılıqdan faydalananmasını qəbul etməyin

səh:18


1- [1] . Can Hik ki, onu dini pluralismin əsasını qoyanlardan saymaq olar, liberal prutestanın məşhurlarındandır.

mümkünlüyüdür. Əlbəttə bu mövzuların humanizm baxışlara göz yummaq olmaz. O yerdə ki, dinlərin yaranmasında insanın rolu sirf ya ona yaxın olsa, qeyd olunan nisbiyyəti qəbul etmək olmaz. O yerdə ki, insan və onun rəftar və meylləri dəxalət etsə, tənqidçi ya nisbiyyətçi əqlçilik, əsasında, müxtəlif dinlərə nisbət pluralist baxışa sahib olmaq olar.

Hər halda, müasir dövrdə, elm, fəlsəfə və əxlaqda hər tərəfli yaranan dəyişikliklər nəticəsində, dinlərin kəsrət məsələsi, daha çox diqqət mərkəzində qərar tapmışdır və müxtəlif suallar yaratmışdır. Birinci fəsildə, bu sualları araşdıracağıq.

səh:19

səh:20

DİNİN MÜXTƏLİFLİYİ

İŞARƏ

Şübhəsiz bəşər cəmiyyətləri, dini nəzərdən, plural yəni çoxludurlar. Dinlərin mövcud kəsrətini inkar etmək olmaz. Dinlərin kəsrəti barəsində danışarkən, əsas sual bu deyil ki, belə bir kəsrət zehndən xaric aləmdə mövcuddurmu ya yox? Əksinə bu mövzuda digər mərifət məsələlərinin ardıncayıq. O cümlədən müxtəlif dinlərin həqiqətə malik olmaları. Başqa sözlə, bu müxtəlif çəlikdən olan bəhs, onların həqiqi olmasını qəbul edəndən sonra, nəinki onların xəyali olmasını qəbul edəndən sonra, dinlərin kəsrəti başlayır. Biz elə bir dünyada yaşayırıq ki, müxtəlif sahələrdə, müxtəlifdir: Müxtəlif dillər, müxtəlif mədəniyyətlər, müxtəlif dinlər, müxtəlif xalqlar və rənglər, müxtəlif düşüncələr, cürbəcür meyillər və səliqələr və bunun kimilər. bu mövcud müxtəlifliklər qarşısındamüxtəlif suallar yaranır ki, qarşıya çıxan suallardan birinə, dini pluralism məsələsi, cavablardan biridir.

Diqqət olunası məsələ budur ki, dinlər arasında həm çoxlu oxşarlıqlar mövcuddur ki, həm də çoxlu fərqlər var. Müxtəlif dinlərin ardıcılları, çox vaxt oxşar dini mərasimlər yerinə yetirirlər. onların hamısında, fərz etdikləri həqiqət qarşısında təvazö və xuşu ilə olan bir növ hərəkətlər, gözə

səh:21

çarpır. Hindlilər və məsihilər, səmavi yeməklər yeyirlər. Müsəlmanlar, Hindlilər və sixlər, ibadət yerlərinə daxil olmamışdan qabaq, məxsusi əməllər yerinə yetirir və ayaqqabılarını, ayaqqabılarından çıxarırlar. Dinlərin etiqadi məsələlərinin çoxu da, bir- birinə oxşayır.

İbrahimi dinlərdə tək Allahlıq (Yəhudilik, islam, məsihilik və saiblər), Misir təslisi( yəni üçlük) Oziris (ata Allah) izis (qəm çəkmiş ana) və Hurus (günəş Allahı), Hinduzim təslisi (Brəhmən, Çiva və Vişno), Şintoluq təslisi yəni izanaqi (Ata Allah), izanami (ana Allah) və amatrasu (günəş Allahı) və xiristianlıq təslisi (ata, oğul və ruhul- qüds). Zərrin qaydası (Özün üçün istədiyini digərləri üçün də istə və özün üçün xoşlamadığını digərləri üçün də xoşlama) Məsihi, konfusiyus və islam əxlaqında əsas götürülür.

Amma ixtilaflar da çoxdur. Vidanta ardıcılları olan Hinduların, qeyri şəxsi Allahı (Bhərmən ya qeyri dualist mütləq şey) varlarıdır. Pravaslav xiristianlar təslisə (üçlük) qaildirlər. İslam və yəhudilik, xalis tövhidçidirlər. dinlərin bəzisinin Allahı yoxdur (Buddizmin travadası kimi), bəziləri də neçə Allaha pərəstiş edirlər. həmçinin mərasim və ayinlərdə də fərq çoxdur. Bəziləri bütpərəsdirlər və bütlər üçün qurbanlıq ayinini yerinə yetirirlər. bəziləri də buddizm və camizm kimi, qurbanlığa qarşıdırlar.

PROBLEM NƏDİR?

Dinlərin kəsrəti məsələsində, dörd əsas sual açıqlanır:

Müxtəlif dinlər, nə qədər həqiqətə uyğundurlar?

Tarix boyu, niyə müxtəlif din və məzhəblər zühur ediblər, nəinki vahid din və məzhəb?

Hansı dəlil və səbəblər. məxsusən indiki zamanda, insanları digər dinlərin ardıcıllarının da həqiqətə malik olmalarını qəbul etməyə yönəltmişdir?

səh:22

Hər bir dinin ardıcılları, digər dinlərin ardıcılları ilə necə keçinməlidirlər?

Birinci sualı başqa formalarda da açıqlamaq olar: Bütün dinlər haqdır, yoxsa yalnız bir din haqdır? Müxtəlif dinlərin ardıcıllarının nicat əhli olmasına inanmaq olarmı? Müxtəlif dinlərin haqq olmasın hansı dəlillər mövcuddur? Bir dinin ardıcılları, digər dinlərin haqq olması barəsində, hansı baxışda olmalıdırlar?

Bu suallar, birinci sualın müxtəlif ağıla uyğunluğu məsələsində müştərəkdirlər (nicat məsələsi barəsində olan sualı çıxmaqla. Çünki ağıla uyğunluq məsələsinə diqqət etmədən də, nicat məsələsi barəsində danışmaq mümkündür). Birinci sual, mərifətşunaslıq sualıdır ki, vücud Şunaslıq nəticələrinə də şamildir. Yəni həqiqətə uyğun hər etiqadın, ağıla uyğun bilmək, o etiqadın şamil olduğu digər məsələlərin həqiq aləmində mövcud olmasını hökm etməyi tələb edir. İslam dininə etiqadlı olmağın ağıla uyğun olmasını dediyimiz zaman, təkcə islamın haqq olmasını təsdiqləməmişik, həmçinin islami etiqadın şamil olduğu bütün məsələlərin, həqiqət aləmində mövcud olmasını demişik. Yəni Allah Taala mövcuddur. Varlıq aləminin xaliqi və tam sultanıdır.

Aləmin və insanın tədbiri onun əlindədir. Bu müqayisəyə əsasən, mövcud məsihiliyin (nəinki islamın haqq bildiyi və məsihiliyin əvvəllərində mövcud olan xristianlıq) haqq olmasını deyiriksə, İsa məsihin də, həm ilahilik cəhətinin həm də bəşəri cəhətinin olmasını və Allahın ata, oğul və Ruhulqüds, üç uqnumdakı, üçlüyün vahid zatı olmasını da etiraf etmişik.

səh:23

səh:24

İNHİSARÇILIQ

İŞARƏ

Dini inanca inhisarçı mövqeyindən çıxış edənlərin fikrincə xoşbəxtlik, qurtuluş, kamala çatmaq və yaxud dinin nəhayət amalı hesab olunan hər hansı bir zirvə yalnız bir dinin vasitəsi ilə əldə oluna bilər. Başqa dinlər hər hansı biri müəyyən miqdarda həqiqətə malik olsalar da təkcə bir din səadət yolunu bizə göstərə bilər. Beləliklə digər dinlərin pərəstişkarları etika baxımından doğru yolda olsalar da öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz insanlara nicat yolu açmaq üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Məhz bu inanca görədir ki, insanlar mənsub olduqları dini yüksək maraqla təbliğ edirlər. İnhisarçılar öz əqidələrini sübut etməyə çalışırlar onlardan bir çoxunun fikrincə səadət və xoşbəxtlik yalnız Allahın insanlara qarşı mərhəmətindən asılıdır. Bu səbəbdən Allahın mərhəmətinin harada təzahür etməsini bilməliyik. Bizə qurtuluş bəxş edən İlahi mərhəmətin hansı dində zühur etməsini bildikdən sonra səadət dalınca başqa dinlərin sorağında olmaq mənasız görünür. Protestant ilahiyyatçısı Karl Bart (1886 - 1968) inhisarçı fikirlərlə çıxış edən ilahiyyatçılardan biridir. Onun bu haqda verdiyi sübutlar tamamilə xristian

səh:25

ilahiyyatına əsaslanır. Bart bildirir ki, şəriət və «ilahi təzahür» bir - birinə zidd olan iki məfhumdur. Şəriət günahkar insanın əməlidir ilahi təzahur isə Allaha məxsusdur. Şəriət vasitəsilə insan lovğalıq hissi keçirərək qeyri mümkün bir istəyə çatmaq niyyətindədir. O Allahı öz günahkar baxışları ilə tanımaq istəyir. Bunun mümkünsüzlüyü ondan irəli gəlir ki, insan nə qədər Allah barəsində düzgün təsəvvürə layiq olmağa çalışsada öz zehnində təsəvvür etdiyi Allahı sitayiş edir. Bundan əlavə o bilməlidir ki, insanla Allahın qovuşması təkcə Allah tərəfindən mümkündür. O deyir: «Biz şəriəti insanın ilahi təzahürə uyğun çalışması hesab edə bilmərik. Şəriət Allahın tam təzahürünün nəticəsi deyil çünki şəriətə uyğun yaşayan insan özünün təsəvvürlərini Allahla əvəz edir. Bununlada Allahın öncədən ona bəxş etdiyi nemətlərin bir çoxundan məhrum olur. Nəticədə ilahi təzahürü müşahidə edə bilmir».

Bart hesab edir ki, Allah yalnız təzahür etməsi ilə özünü bizə təqdim edir. Bu isə İsa məsihin vücudunda cilvələnmişdir. Biz İsa məsih olmadan Allah və insanın mənəvi əlaqələrindən  varlıqdan danışa bilmərik. Bart başqa dinlərdəki müəyyən həqiqətləri və onlara etiqad edən insanların səadətini danmır lakin bununla belə həqiqi səadət yolunu xristian dininə münhəsir olmasına təkid edir. Hətta Bart xristian dinin də öz - özlüyündə haqq olmasına inanmır. O bildirir ki, xristian dini İsa məsihin varlığı ilə həqiqət dini olmuşdur. İnsan yalnız İsanın vasitəsilə Allaha qovuşa bilər.

TƏNQİD

İnhisarçıların xüsusilə Karl Bartın mülahizələrini diqqətlə seyr edərkən bəzi suallar yaranır: Əvvəla qeyd etdiyimiz kimi Bartın irəli sürdüyü fikirlər tam dindaxili sübutlar

səh:26

adlanır yəni xristian dinini qəbul etmiş insan bu fikirləri təsdiq edə bilər lakin başqa dinlərə sitayiş edənlər üçün bu nəzəriyyədə tutarlı dəlil müşahidə olunmur. Deyə bilərik ki, Bartın sübutları onun iddiaları ilə bərabərdir. Nə üçün Allah Taala İsa məsihin vücudunda cilvələnmişdir? Tükənməz qüdrətə, elmə, varlığa malik olan Allah özünü müəyyən şəxsdə xülasə edə bilərmi?

Nə səbəbə müxtəlif din və etnik mədəniyyətə mənsub olan insanlar öz düşüncə tərzləri səviyyəsində İlahi varlıqla təmasda ola bilməzlər. Bart öncədən və heç bir dəlil və sübut təqdim etmədən İlahi təzahürün təkcə İsa məsihdə olmasını iddia edir halbuki bu iddianı sübuta yetirə bilmir. Ən azı Bart bunu sübut etməyə lüzum bilir. Bundan əlavə bütün dinlərdə inhisarçı baxışlar mövcuddur yəni hər bir dinə etiqad edən şəxs yalnız həmin dinin haqq olmasına inanır və başqa dinləri batil hesab edir. Belə olan halda dindaxili dəlillərin onları bşqa bir dinə dəvət etməyə səlahiyyəti çatırmı? Burada ancaq dini inancdan fövqdə olan tam rasional subutlar ortaya qoyulmaldıır bu isə Bartın sözlərindən müşahidə olunmur.

Bartin görüşləri digər bir məsələni həll edə bilmir İsa məsihi Allaha qovuşmağa və bu yolla səadətə nail olmağa yeganə vasitə olmasından xəbərsiz olan sadiq fədakar və xeyirxah bir şəxsin xoşbəxtlik hüququndan məhrum olması mehriban Rəbbimizin mərhəmətli varlığı ilə bir araya sığırmı? Şübhəsiz Allahın rəhməti belə bir şəxsin bədbəxt olacağına razı olmaz. Nəticə alırıq dinə bu formada, inhisarçı baxışla baxmaq heç bir əqli meyarla izah oluna bilməz.

səh:27

səh:28

ŞÜMULLU BAXIŞ

Con Hik din çoxluğuna aid üçüncü nəzəriyyəni şümullu baxış adlandırır. İnklusivizmi şumullu baxış kimi izah etmək olar. Dini etiqada şümul çərçivəsindən baxanlar iki əsas suala cavab vermək əzmindədirlər. Onlar öncə mütləq və vahid həqiqətin olmasını araşdırır sonra isə vahid həqiqətin və dinin olduğu təqdirdə digər dinlərə sitayiş edənlərin səadətə çatmaq ehtimalını təyin etmək istəyirdilər. Şumul baxışlı filosoflar inhisarçılar kimi səadət yolunun yalnız bir dində xülasə olduğunu bildirirlər. Lakin inhisarçılardan fərqli olaraq bu baxışlar digər dinlərə mənsub olanlar öz dinlərindəki qanunlara sadiq olsalar səadətə çata bilərlər. Digər tərəfdən şumul nəzəriyyəsinin daşıyıcıları plüralistlərin görüşlərinə uyğun olaraq ilahi rəhmətin müxtəlif dinlərdə cilvələnməsinə inanırlar. Deməli şumul baxışı inhisarçılardan fövqdə dayanır. Çünki yeganə dinin haqq din olmasına təkid etsə də digər dinlərin səadətli pərəstişkarlarının xoşbəxt olmasını istisna etmir.

Karl Rayner (1904 - 1984) katolik ilahiyyatçısı inanırdı ki, insanlar təkcə müəyyən bir etiqadın nəticəsində xoşbəxt ola bilərlər. Xristianlıq vahid dindir və başqa bir

səh:29

dinə bağlanmaqla səadətə nail olmaq imkansızdır. Düzdür Allah Taala bütün insanların xoşbəxt olmasına meyllidir. Bu səbəbdən Allah Taala tarixi baxımdan xristianlıqdan kənarda yaşayanları da ilahi varlıqla təmas yaratnmağa dəvət etmiş və onlara xoşbəxtlik imkanını yaratmışdır. Məsələnin bunu təmsil şəkildə izah etmək olar. Bir şəhərdə bir neçə yoxsul insan yaşayır. Onlar öz gəlirləri ilə borclarını ödəyə bilmirlər. Başqa bir şəhərdə varlı bir qadın onların acınacaqlı vəziyyətindən xəbərdar olur və onların bank hesabına külli miqdarda pul göndərir. Bu şərtlə ki, verələn pullar yalnız yoxsul insanların ödənişində xərclənsin. Yoxsullar borclarını öz gücləri ilə ödəyə bilmədiklərindən səxavətli qadının köməyi onların ağır həyatının yaxşılaşmasında çox vacib amildir. Eyni halda həmin xeyrxah qadını tanımaq onları bu vəziyyətdən qurtarmasında heç bir rolu yoxdur. Onlar xeyrxah şəxsi tanımırlar lakin həmin səxavətlinin büdcəsi ilə borclarını ödəyir və həyat səviyyələrini yaxşılaşdırırlar.

Rayner deyir: tarixi baxımdan xristianlıq dini İsa məsihlə başlasada xristianlıqdan əvvəlki dövrdə yaşayan isanlar yəni yəhudilər və başqa dinlərə sitayiş edənlər öz əqidələrinə sadiq qaldıqları üçün nicat əhli hesab olunurlar. Xristianlıqdan öncə yaşayan dindarlar səadət əhli hesab olunurlarsa xristianlıqdan sonraki dini təriqətlərində səaədət yolunda olması məntiqə uyğundur. Əgər Allah insanları xoşbəxt etməyə tələbkardırsa bütün dinlərə sitayiş edən həqiqi möminlərin ilahi xoşbəxtliyə çatacağı məntiqli görünür. Rayner belə dindarları «Abırsız xristianlar» adlandırır çünki zahirdə xristian dininə mənsub olmasalar da Allaha həqiqətən sitayiş edir və iman bəsləyirlər.

Xristianlıq xalis və həqiqi din kimi qəbul edildiyi halda

səh:30

digər dinlərə aid olan insanları da nicat əhli hesab etsək bu vaxt qeyri xristianlar öz dinlərində qalmağa haqlıdırlarmı? Rayner cavab verir: Dini etiqad və iman təkcə daxili proses deyil bundan əlavə dini əqidənin ictimai təzahürü var. Hər bir dinin ictimai cəhəti onun şəriət qanunlarında ciləvələnmişdir. Müxtəlif dinlərin hər birinin həqiqəti müəyyən miqdarda əks etdirdiyi kimi bu dinlərin hər biri özünəməxsus şəriət qanunlarına malikdir. Həmin dinlərin ictimai qanunlarına riayət edən insanlar da ilahi mərhəmətə çatacaqlar hərçənd bu mərhəmətin kamil dərəcəsi xristian dinində təzahür etmişdir.

Burada digər bir sual bizi düşünməyə vadar edir. Raynerin əqidəsinə görə digər dinlərə etiqad edən insanlar səadət imkanını qazansanlar da ilahi mərhəmətin tam forması yalnız xristian dinində olanlara aid olacaqdır. Belə olan halda başqa dinlərə mövcud olanlar da bu əqidə ilə çıxış edə bilərlər. Məsələn müsəlman olan mütəfəkkir yalnız İslam dininə iman gətirən şəxsin kamillik dərəcəsinə çatmasına inanar və digər dinlərin sadiq insanlarını adsız müsəlman adlandırar. Bu zaman müxtəlif dinlərdən birinin seçimi qarşısında dayanan şəxs nə etməli və hansı meyarla öz dinini doğru hesab edib ona etiqad bəsləməlidir? Deməli Raynerin təklif etdiyi yol problemi həll etmir onu yalnız bir addım geriyə çəkir. Rayner digər dinlərdə olan insanları bədbəxt qələmə verməsədə nəhayətdə xristian dinini kamil din hesab edir. Biz isə onunla birgə geriyə çəkilir və yenidən məsələni müzakirəyə çıxarırıq. Nə üçün yalnız xristian dini İlahi varlığın təzahürüdür? Bu suala müxtəlif cavablar təklif olunmuşdur. Bəzi tədqiqatçılar bu həqiqətə çatmaq üçün müxtəlif dinlərdəki din qabaqcılının yəni həmin dini gətirənin həyat tarixini mütaliyə edib araşdırmağı lazım

səh:31

hesab edirlər. Lakin bu təklif ilk baxımdan çox çətin və mümkünsüz görünür. Hər bir dinin ərsəyə gəlməsindən bir neçə əsr keçir. Uzun müddətli həyat yolu keçən dinlərin gətiriciləri haqda araşdırma aparmaq tarixi sübutları tam diqqətlə yoxlamaq sonra bu yolla dinlər barədə nəzər vermək olduqca çox çətin bir işdir. Deyə bilərik bu təklifin icrası imkan daxilində deyil.

Digər mütəfəkkirlər hesab edirlər ki, hər hansı bir din kamil dərəcədə olmasını müəyyənləşdirmək üçün həmin din təlimləri nəticəsində yaranan və formalaşan sivilizasiyanı nəzərdən keçirmək lazımdır. Yəni tədqiq etdiyimiz dinin əsrlər boyu ərsəyə gətirdiyi mədəniyyət toplusu düzgün istiqamətdədirsə bu din əsl həqiqi dindir əks təqdirdə həmin dinin yanlış din olduğu aşkar olacaq. Amma bu təklifi də qəbul etmək çətindir. Çünki hər bir dinin cərəyan etdiyi cəmiyyətdə bu dini zəiflədən və əksinə qüvvəyə mindirən hadisələr və amillər olmuşdur. Dinin ona sitayiş edən insan cəmiyyətindəki hadisələrlə haqq olub - olmamasını yoxlamaq rasional düşüncəyə uyğun gəlmir. Bəs nə etməli? Bizim qənaətimizə görə din seçimi məsələsində yalnız bir yolumuz var. Biz hər bir dinin əsasını və onun ictimai qanunlarını ehtiva edən təlimlərini bir araya toplamalı və onların hər birini tam əqli və rasional şəkildə araşdırmalıyıq. Baxmalıyıq ki, hər din əqidə və ayinlərdən təşkil olunmuşdur. İslam dini də bu iki təlimə əsaslanır. Biz əvvəlcə əqidəyə aid məsələləri tam əqli fəlsəfi üsullarla təklif etməli sonra isə etiqad məsələlərinə söykənən şəriət qanunlarına əqli baxışdan mütaliə etməliyik. Biz inanırıq ki, dinlərin bu istiqamətdə təhlili səbəb olacaq ki, biz İslam dinini ən üstün və məntiqli hesab edək. Araşdırmalar göstərir ki, heç bir din İslam qədər əqli və tarixi sübutlara əsaslanmır. Buna əsas

səh:32

səbəb İslam dininin dəqiq və yazılmış tarixidir. İslamın mühüm tarixli hadisələri də belə tarixi sənədlərdə mövcuddur. Heç bir din İslam tək dəqiq və təhrif olunmamış müqəddəs kitaba malik deyil. İndisə digər bir suala cavab verməliyik. Bizim indi təklif etdiyimiz baxış inhisarçıların görüşləri ilə fərqlənirmi? İlk baxışda bu fərq gözə dəymir. Dinə ekskluziv mövqedən baxanlar da yalnız bir dini qəbul və digər dinləri rədd edirdilər. Biz də burada təkcə İslam dininə həqiqi meyarlara uyğun hesab etdik. Belədirsə görüşlərini tənqid etdiyimiz inhisarçılarla hansı əqidədə fərqlənirik?

Qeyd etmək lazımdır ki, müqəddəs İslam dini, dini etiqad məsələsində kifayət qədər toleratlıq ünsürlərinə malikdir. Diqqət edin insanların əbədi səadəti sadə və əhəmiyyətsiz bir məsələ deyil. İnsanın əqli və normal düşüncəsi bunu qəbul edə bilmir ki, çox mərhəmətli Rəbbimiz insanların yalnız az bir hissəsini səadətə çatdırsın. Cənnətə daxil etsin. Yerdə qalan və çoxluq təşkil edənləri isə cəhənnəm odunda yandırsın. Digər tərəfdən insanlar müxtəlif həyat şəraitlərində dünyaya göz açır təlim və tərbiyə alır və öz cəmiyyətinin adət - ənənəsini və bütövlükdə mədəniyyətinin varisi olur. Bəzən insanlar həqiqətə çatmaq və həqiqi yolu tanımaq imkanından məhrum olurlar. Bu vaxt hansı əqli meyara uyğun olar ki, mehiriban Allah onların hətta tanıya bilmədiyi dinə etiqad etməyi onlara məcbur etsin. Hər bir insanın vəzifəsi onun elmi bacarığı və ixtiyari miqdarında təyin olur. Bu üç məfhum insan həyatının necə müəyyənləşməsində mühüm rol oynayırlar. İslam məmləkitində müsəlman ata - anadan doğulan və dini şəraitdə yaşayan, öz ixtiyarı ilə bizim dini seçən insan və bu yolla yüksək mənəi zirvələri fəth edən şəxs dini mədəniyyətdən uzaqda dünyaya gələn və belə bir

səh:33

mühitdə yaşayan insanla bir tərəziyə qoyula bilərmi? Belə insanlar həqiqətən Allahın kamil dinindən - İslamdan - xəbərsiz yaşamışlarsa da, lakin vicdanın, əqlin və saf daxili mənəvi dünyanın qanunlarına sədaqətli olamuşlarsa, xoşbəxt həyata qovuşmaları istisna edilmir. Deməli bir növ şumul nəzəriyyəsini qəbul etmək olar. Belə ki, doğru yol birdir insanlar bu yola vəfalı olduqları qədər səadət dünyasına qovuşa bilərlər. Şübhəsiz həqiqət yolunu tanıyan və onun qanunlarını icra edən şəxslər ən yüksək səadətə nail olacaqlar.

səh:34

PLÜRALİZM

İnhisarçı yanaşmadan uzaqlaşaraq bütün dinlərin haqq və həqiqətə uyğunluğuna inansaq dini plüralizm əqidəsinin təmsilçisi olarıq. Con Hik dini plüralizm nəzəriyyəsini təmsil edərək bir neçə məsələni aydınlaşdırmağa çalışır:

1- Müxtəlif dinlərin Allah barədə ziddiyətli təsəvvürlərini eyni vaxtda həqiqətə uyğun hesab etmək olarmı? Hik bu sualın cavabında deyir: Düzdür, bəzi dinlərdə İlahi varlıq qeyri müəyyən, tərif olunmaz və insan həyatından xəbərsiz bir həqiqət kimi təqidim olunmuşdur halbuki digər dinlərdə Allah həqiqəti müəyyən bir varlıqdır yaradan və insan həyatında ən yüksək idarə edici rola malikdir. Allah həqiqətinin bu iki təqdimatı bir araya sığmır. Lakin biz mahiyyətin nomen və fenomen formalarını fərqləndirməliyik. Hikin fikirlərini izah etməzdən öncə qeyd etməliyik ki, on səkkizinci əsrdə məşhur alman filosofu İmmanuel Kant mahiyyəti iki hissəyə yəni nomen və fenomenə ayırmaqla nəzəri fəlsəfədə yeni iz buraxmışdır. Kanta görə həqiqətin bizə görünən və insanlar tərəfindən dərk edilə bilən tərəfi fenomen insanın hiss orqanları tərəfindən qavranmayan tərəfi isə nomen adlanır. Kant bildirirdi ki, insanlar həmişə

səh:35

fenomenlərlə qarşılıqlı əlaqə yarada bilirlər. Con Hik dini plüralizmdə yaranan ilk suala Kantın tezisilə cavab vermək istəyir. Hik bildirir ki, din öz - özlüyündə bir varlıq və nomendir. Din nomen şəkilində müxtəlif insanlar tərəfindən pərəstiş olunub bu vaxt hər bir şəxs öz baxışları və dünya görüşü ilə dini araşdırmağa başlayır və nəticədə hər bir şəxs dindən özünə məxsus fenomen əldə edir. Burada insanların dindən düşündüyü məsələlər tam həqiqətə uyğun olmasada biz onları qınaya bilmərik çünki, hər bir insanın dünyası var və yalnız onunla noumenləri təfsir etmək qabiliyyətindədir. Nəticə alır din vahid bir həqiqət olsada dindarların müxtəlif baxışları onun rəngarəng fenomenlərə bölünməsinə səbəb olur bu isə danılmazdır. Hik öz əqidəsini tam aydınlaşdırmaq üçün fil və kor kişilər misalından istifadə edir.

Həyatı boyu ev heyvanı ilə üzləşməyən bir neçə kor kişinin yanına bir neçə fil gətirirlər. Onlardan biri əlini filin ayağına çəkdi və dedi: Bu canlı bir sütundur. Başqası əlini onun xortumuna çəkdi və filin böyük bir ilan olduğunu bildirdi və... Doğrudur onlar öz fikirlərində yanılmamışdılar sadəcə olaraq onların hər biri vahid həqiqətin bir tərəfini nəzərə alır və fikir bildirirdilər. Hik hesab edir ki, bu misalda fili tam müşahidə edən olsada insanlar arasında dini olduğu kimi görən bir şəxs yoxdur çünki biz insanlar hamımız həmin kor kişilər timsalındayıq. Bəzi filosoflar hesab edirlər ki, insanlar öz xüsusiyyətlərini bir araya toplayaraq onları ülviləşdirilmiş və dini məfhumları icad etmişlər. Hik bu fikirlə müvafiqdir. Amma bununla razılaşmır ki, bu fikirlə dini mənasız bir həqiqət kimi qələmə verək. İnsanların din barədə bu səyi onların ilahi varlığı dərk etmək uğrunda düzgün çalışmalarıdır.

səh:36

2- Hik plüralist görüşlərini təqdim edərkən Karl Bart kimi inhisarçı fikirli filosoflara necə cavab verir?

Hik inhisarçıların nəzəriyyələrinə əks olaraq səadəətin insan nəslinin vücudunun münhəsir olmadığını vurğulayır və bildirir ki, xristianlığın bu barədə rəsmi mövqeyini qəbul etmir. Hik deyir ilahi ruh bütün insanlarda təsir bağışlayır və onları ilahiləşdirə bilər. İsa digər peyğəmbərlər kimi insanın ilahi ruhla yaşamaq qabiliyyətini həyata keçirməkdə ona köməkçi olur. Hik burada digər bir məsələni önə çəkir. Bu hazırda din fəlsəfəsində müzakirə olunan əsas mövzulardandır.

səh:37

səh:38

DİNİ PLÜRALİZM

İŞARƏ

Dini plüralizm yeni İlahiyyatın və din fəlsəfəsinin mühüm bəhslərindən biri sayılır. Əslində bütün dinlərin haqq olmasına təkid edən bu cərəyanın banisi keşiş və filosof Con Hikdir. O iyirminci əsrin ortalarında bu məsələni din fəlsəfəsində müzakirə etməyə başladı. Onun plüralist görüşlərlə çıxış etməsinin əsas səbəbi bir çox dinlərlə mənsub olan insanlarla həmkarlıq etməsi idi. Bu əlaqələr onu müxtəlif dinlər barədə düşünməyə vadar etdi və nəhayət Hik özünün xristianlıqla bağlı inhisarçı əqidələrindən daşınaraq bütün dinlərə sitayiş edən insanların səadətə çatacağına inandığını bildirdi. Con Hikin dini plüralizm haqda fikirlərinin izahına keçməzdən öncə deməliyik ki, din fəlsəfəsinin ən aktual mövzularından birinə çevrilən dini plüralizm bəhsi etika və ya sosiologiya mənzərəsindən tədqiq olunmur. Burada ortaya qoyulan suallar sırf rasional müstəviyə aid olurlar. Yəni dini çoxluğu təsdiq etməkdə məqsəd müxtəlif dinlərə etiqad edən şəxslərin bir - biri ilə tolerantlıq şəraitində yaşaması deyil. Çünki dini plüralizmi rədd edənlər də belə, başqa

səh:39

dinlərə mənsub olan insanlar da sülh şəraitində yaşamalıdırlar. İndi isə dini plüralizm və onun alternativ variantları haqda:

Con Hik (1922) din çoxluğu barədə olan nəzəriyyələri üç hissəyə ayırır. Bunlar inhisarçı baxış,(1) din çoxluğunu tam təsdiq edən baxış(2) və şümullu baxış(3) dan ibarətdir.

DİNİN CÖVHƏRİ NƏDİR?

Hik bu məsələyə öz münasibətini bildirir. Onun fikrincə dinin cövhəri və bəzəyi insanların daxili aləmini və mənəviyyatını və bir sözlə şəxsiyyətini düzgün şəkildə formalaşdırmaqdır. Bu səbəbdən o müxtəlif dinlərdə həyata keçirilən dini ayinləri dinin əsl həqiqəti və cövhəri hesab etmir. Müxtəlif mədəniyyətlərə mənsub insanlar üzləşdikləri həqiqətlər qarşısında fərqli mövqe seçirlər. Din də belədir. Məhz buna görədir ki, onların həqiqət barədə təsəvvürlərindən müxtəlif dini təlimlər yaranır.

Con Hik dində plüralizm nəzəriyyəsini başqa bir formada sübuta yetirmək istəyir. Burada Allahın insanlara qarşı mərhəmətli olmasından istifadə olunur. Hik deyir Allahın öz bəndələrini (insanları) sevməsi inkar olunmaz bir həqiqətdir. Əgər Allah bizə qarşı çox mehribandırsa və bizi sevirsə mütləq bizi doğru yola hədayət etməlidir. Allah bu xüsusiyyətləri tələb edir ki, bütün dinlərə sitayiş edənləri səadət və nicat əhli hesab etsin. Təkcə bir dinə pərəstiş edən insanları xoşbəxt sanmaq Allahın insanlara qarşı hədsiz sevinci ilə bir

səh:40


1- [1] . Exclusivism
2- [2] . Inclusivism
3- [3] . Pluralism

araya sığmır. Başqa sözlə dini çoxluq məsələsində ənənəvi dini nəzəriyyənin (inhisarçı baxışı) qəbul etsək dindaxili paradoksla üzləşəcəyik. Bir tərəfdən xristianlığın təlimlərində Allah yaradan bütün varlığın maliki bütün insanların səadətini istəyən və hədsiz xeyrxah bir varlıq kimi göstərilir. Digər tərəfdən isə bu dində insanın yalnız İsa məsihin vasitəsilə Allaha mömincəsinə cavab verməsi təqdirdə xoşbəxt olacağı bildirilir. Bu o deməkdir ki, Allahın insanlara qarşı hədsiz istəyində insanların çox hissəsi səadət payından istisna olunsunlar, çünki dünyaya göz açan insanların çox hissəsi ya məsihdən qabaq yaşamışlar və ya xristianlıq hüdudlarından kənarda olmuşlar.

Con Hikdən əlavə dini plüralizm nəzəriyyəsinin təmsilçiləri öz müddəalarını izah etmək üçün digər bir məsələni önə çəkmişlər. Bu hermenevtika(1) elmində qəbul olunan bir nəzəriyyə ilə bağlıdır. Qeyd etməliyik ki, Mətnin təfsiri ənənəsi qədim yunan fəlsəfəsindən başlasa da yeni hermenevtika elmi 19- cu əsrdə alman filosofu Şileyer Maxer (1768 - 1834) tərəfindən ərsəyə gəlmişdir. Hermenevtika elmindəki bir nəzəriyyə bildirir ki, izah edəcəyimiz hər bir mətn xüsusilə müqəddəs mətnlər samit yəni dinməzdir. İnsanlar bu mətnlərlə üzləşərkən onları öz təsəvvürləri ilə şərh edə bilərlər bu nəzəriyyəni təklif edənlərin fikrincə mətn təbiətə bənzəyir təbiət öz - özlüyündə qaranlıq bir həqiqət olduğu kimi mətndə bu xüsusiyyətə malikdir. Müasir yazıçılardan biri bu barədə fikirlərini belə izah edir:

Biz mətn dünyasında bu müəyyənsizliklə üzləşirik

səh:41


1- [1] . Hər hansı bir mətnin obyektiv (qramatik mənanı aydınlaşdırmaq) və subyektiv (müəllifin niyyəti) əsaslarla şərhini təqdim edən elm Hermenevtika adlanır.

mətnin şərhində diqqətmiz çox olsada bu dindəki köklü qaranlığı aradan qaldırmır məna dünyası plüral və çoxsaylı dünyadır müəyyən bir mətndə istisna olaraq vahid məna əldə edə bilərik. Lakin bu qayda deyil istisnadır. Qayda budur vahid və həqiqi məna mövcud deyil müxtəlif düzgün mənalar alına bilər. Mətn dünyasında müəllifin niyyətinə uyğun mənanı həqiqi məna hesab edə bilmərik. Hər hansı bir mənanı ifadə etmək istəyən müəllif yalnız mətnin bir mənasını anlaya bilmişdir. Başqa mənalar isə onun düşüncəsindən kənarda olaraq mətnin şərhində verilə bilər. Beləliklə dini plüralizm nəzəriyyəsi hermenevtika elmindəki bir nəzəriyyə ilə başqa bir formada sübuta yetir. Belə ki, hər bir dində müqəddəs mətnin izahı müxtəlif aspektlərdən həyata keçə bilər. Nəticədə müxtəlif dinlər yarana bilər. Bu tam şəkildə məntiqə uyğundur.

TƏNQİD VƏ MÜLAHİZƏLƏR

İŞARƏ

Biz başqa insanlarla tolerantlıq şəraitində yaşamalıyıq. Dini plüralizm nəzəriyyəsi tolerant həyata uyğun baxış olsada bu nəzəriyyə fəlsəfi baxımından araşdırılır. Bu vaxt dini plüralizm baxışı bir neçə cəhətdən tənqid obyektinə çevrilir. Burada öz mülahizələrimizi üç müxtəlif cəhətdən təqdim edəcəyik.

A - NOMEN Və FENOMEN

Plüralistlərin sözlərindəki birinci məqam dini təfsir və təsfirləri əsas götürmək və dinin əsas mahiyyətini nomen hesab edərək, onu insanların dindən əldə etdikləri təsvirdən yəni fenomendən fərqləndirmək idi. Onlar deyirdilər: Bütün insanlar bir həqiqətlə üzləşirlər dini rəngarənglik isə insanların idrakındakı təbii

səh:42

fərqlərdir. Burada plüralistlərin qarşısında mühüm bir sual qoyulur. Bu nəzəriyyəyə görə hansı vasitə ilə müəyyən etmək olar ki, bütün dinlər yalnız bir varlıq barədə danışırlar? Fil və kor kişilər dastanında kor kişilər necə yəqinləşdirə bilərlər ki, onların hamısı bir varlıq barədə şərh verirlər? Hərçənd bu şərh müxtəlif aspektlərdən verilir. Bu sualın cavabı qaranlıqdır. Çünki kor kişilərin təkcə bir yolu var. Onların inandığı bir şəxs gözü ilə fili görür və onlara bu məsələni izah edir. Yəni onlara deyir ki, siz hamınız bir heyvan barədə danışırsınız. Bu zaman onlar öz ixtilaflarını həll etməyə başlayırlar və yaxud buna cəhd edirlər. Dini çoxluq məsələsinə qayıdırıq. Müxtəlif dinlərə sitayiş edən insanlar hansı yolla yalnız bir məbuda sitayiş etmələrini kəşf edirlər. Yalnız bir yolu var. Bu vahid həqəqiti olduğu kimi müşahidə edən şəxsin insanlara bunu xəbər verməsidir. Lakin bu ehtimal plüralistlərin sözlərində rədd olunub. Onlar bütün insanları istisnasız olaraq kor kişilər timsalında görürdülər. Belə olan halda həqiqəti müşahidə edən şəxs mövcud deyil. Digər bir tərəfdən plüralistlərin nomen və fenomen formuluna əsaslanaraq dini plüralizmi izah etmələri skeptisizm ideyası ilə nəticələnir. Skeptsizm eramızdan əvvəl dördüncü əsrdə yaranmış obyektiv gerçəkliyin dərki imkanını inkar edən fəlsəfi konsepsiyadır. Bu ideyaya görə insanlar xarici dünyadakı varlıq barədə həqiqi təsəvvür və biliyə malik ola bilməzlər. Gon Hikin plüralist görüşlərindəki iddiaları skeptsizmdə olduğu kimi insan zəkasının ilahi varlıqdan həqiqi idrakını rədd edir. Plüralistlər düşünürlər ki, insan obyektiv varlığı idrak edərkən yalnız fenomenləri (varlığı olduğu kimi yox təkcə onun təzahürünü) zehnində canlandıra bilir. Hikin fil və kor

səh:43

kişilər misalına qayıdırıq. Bu misalda nəticə alırıq ki, biz həqiqət fil haqda heç nə idrak edə bilmərik. Hətta xarici aləmdə fil adlı bir varlığın olmasını da yəqinləşdirmək imkanında deyilik. Bu ilahi varlığın idrak prosesində də belədir. Bu misalı diqqətlə araşdırsaq görərik ki, Hikin bu təmsili bizə kor kişilərin hamısının həqiqəti düzgün idrak etmələrini deyil onların tam yanlış vəziyyətdə olmalarını öyrədir.

Hik bu tənqidi rədd etmək üçün deyə bilər ki, bu təmsildə o filin varlığını öncədən təsdiq etmişdir. Habelə ilahi varlığın həqiqətən olmasını əvvəlcə qəbul etmişdir. Lakin bu söz də iradsız deyil. Çünki Hikin dediyinə görə insan zəkası ilahi varlıq barədə həqiqi idraka malik deyilsə bunu haradan təsdiq edə  bilər? Başqa sözlə plüralistlər iki yol ayrıcındadırlar. Bir tərəfdən biz Allah həqiqətindən aydın idraka çata bilməriksə, bu vaxt bizim dini etiqadımız əqidəsizliyə doğru yaxınlaşır və demək olar ki, Allahı idrak edənlərin əqidəsindən ayrılmır. Digər tərəfdən əgər biz Allahdan tam idrakla danışa biləriksə bu vaxt Allahı tərif etmək üçün bir sıra müntəzəm cümlələrdən istifadə edə bilərik. Nəticədə biz elə bir mövzu ilə üz - üzəyik ki, onun barəsində danışa bilirik. Deməli tamamilə kor olan insanlar timsalında deyilik və kor kişilərin iddiasının hansı birisinin düzgün olmasını anlayırıq.

B - İLAHİ MƏRHƏMƏT VƏ İNSANIN HİDAYƏTİ

Plüralistlərin öz fikirlərinin sübutunda ikinci dayaq nöqtə bu idi ki, Allahın insanlara qarşı həqiqi istəyləri və onlara doğru yol göstərmək lüzumunu nəzərə alsaq təkcə kiçik miqyasda dinə sitayiş edən insanların xoşbəxt qalanlarının isə bədbəxt olacaqlarını inana

səh:44

bilərik. Bu məsələni əsas tutanlardan soruşuruq. Allahın mərhəmət sifəti nəyi bildirir? Allah insanları doğru yolda yaşamağa məcbur edir yoxsa onlar öz iradə və istəkləri ilə hədayət olunurlar? İnsanın həyat yolunun seçməsində onun ixtiyarının olması onu bildirmir ki, bütün insanlar kafir olmaq istəsələr də bunun qarşısını alan maneə yoxdur? Bilməliyik ki, Allahın insanlara qarşı mehriban olması və onları düzgün həyata dəvət etməsi bütün insanların düz yolda olmasına zəmanət vermir. Bütünlükdə Allah Taala insanları bir zaman həqiqət yolunda yaşamağa məcbur etməyəcəkdir.

C - MÜQƏDDƏS MƏTN VƏ ONUN ŞƏRTİ PROBLEMİ

Öncə qeyd etdiyimiz kimi plüralistlərin əsas götürdüyü üçüncü məsələ hermenevtika sahəsinə aid olur. Bu barədə bir neçə həqiqəti nəzərə almalıyıq. Hermenevtikada qəbul olunan nəzəriyyənin dini plüralizmə tətbiqi dini çoxluğu yox təkcə dindəki məzhəb çoxluğunu izah edə bilər. Dini plüralizmdə mətni müxtəlif aspektlərdən şərhi və bunun təsdiq edilməsi, dini plüralizmdə həll edici rol oynamır. Biz burada heç bir müqəddəs mətnlə üzləşmirik. Ümumiyyətlə müqəddəs mətn və onun şərhi məsələsi müəyyən bir dini qəbul etdikdən sonra ortaya gəlir halbuki dini plüralizmdə müəyyən  bir din rəsmləşdirilmir. Burada müxtəlif dinlər və müqəddəs kitablardan söhbət gedir.

Bundan əlavə hermenevtikadan götürülmüş nəzəriyyə təkcə əqidə çoxluğunun yaranma səbəbini açıqlayır. Lakin bütün dini baxışların həqiqətə uyğun olmasını çatdıra bilmir.

Digər məsələ budur ki, mətndaxili «həqiqi

səh:45

mənadan» söhbət açarkən məna zehn dünyasında yerləşən təbii bir varlıq kimi nəzərdə tutulmur. Həqiqi məna dedikdə müəyyən bir mətnin şərhində ehtiram olunan bir neçə mənadan hansı birisinin müəllifin niyyətinə daha yaxın olması diqqət mərkəzində olur. Məna dünyasında biz yalnız müəllifin nəyyətinin dalıncayıq. Aydındır ki, hər bir söz müəllifi danışarkən və ya yazarkən işlədilən sözlərdən müəyyən bir mənanı çatdırmaq niyyətindədir. Mətni şərh etmək məharəti ondadır ki, müəlllifin istədiyi mənanı tapa biləsən. Belə olmazsa hər bir şəxs öz baxışları ilə mətni şərh etməyə çalışacaq. Bu isə tam məntiqsiz açıqlama olacaqdır.

Digər bir məsələ bəzi mətnlərin tam aydın və aşkar bir şəkildə müəyyən bir mənanı ifadə etməsidir. Yəni mətnin şərhində müəyyən məharətlərə yiyələnmək bəzi mətnləri şərh edərkən zəruri görsənmir, çünki bu məharətin zərurəti qaranlıq mətnin şərhində daha çox özünü göstərir. Belə olarsa plüralistlərin hermenevtikaya söykənən əsasları belə aşkar mətnlərdə tətbiq ola bilməz. Nəhayət plüralistlərin ilahi kitablar barədə yanlış təsəvvürləridir. Plüralistlər müqəddəs mətnləri və bütövlükdə şəriəti samit və dinməz hesab edirdilər. Bu səbəbdən onlar bu mətnlərdə müxtəlif mənaların şərhini təbii sayır və bu hüququ insanlar üçün qorumağa çalışırdılar. Lakin onlar burada danılmaz bir həqiqəti unudurlar. Din insanları doğru yola dəvət etmək üçün gəlmişdir. İnsanlar dini qanunların köməyi ilə təlim və tərbiyə almalıdırlar. Dinin tərbiyəvi cəhəti yalnız öz qanunlarını insanlara çatdırmaq imkanında olduğu zaman özünü tam göstərə bilər. Şəriəti samit hesab edənlər bu yolu bağlayırlar.

səh:46

Samit şəriət hidayət edici qüvvə ola bilməz. Plüralistlərin nəzərinə görə hidayət vəzifəsi insana ötürülür, yəni insan öz baxışları və dünya görüşləri ilə mətndəki mənanı dəyişdirə bilər. Deməli müqəddəs mətn insanı yox insan nüqəddəs mətni hidayət edir. Bütövlükdə deyə bilərik ki, plüralistlərin dini plüralizam nəzəriyyələri heç bir əqli və fəlsəfi sübutlara əsaslanmır.

səh:47

səh:48

ÜÇ BAXIŞIN XÜLASƏSİ

İŞARƏ

Din fəlsəfəsinin mühüm və müasir bəhslərindən biri dini Plüralizmdir(1) Bu məsələnin elmi- fəlsəfi müzakirəsi iyirminci əsrin ortalarında ingiltərəli keşiş və filosof Con Hik(2) tərəfindən təklif olmuşdur. O, bir çox dini əqidələrə mənsub olan insanlarla təmasda olduqdan sonra belə bir qənaətə gəldi ki, bütün dinlərə sitayiş edənlər əbədi səadətə çatmaq imkanındadırlar.

Con Hik din çoxluğu barədə olan nəzəriyyələri üç hissəyə ayırır. Bunlar inhisarçı baxış,(3)din çoxluğunu tam təşkil edən baxış(4) və şümullu baxış (5) dan ibarətdir.

İNHİSARÇI BAXIŞ

Bu nəzəriyyəyə görə xoşbəxtlik yalnız bir din vasitəsilə əldə oluna bilər. Protestant ilahiyyatçısı Karl Bart bu nəzəriyyənin əsas daşıyıcısıdır. Onun fikrincə şəriət və

səh:49


1- [1] . Religious pluralism
2- [2] . Con Hik dini plüralizmin banisi hesab edilir. O liberal protostantizm cərəyanındandır.
3- [3] . Exclusivism
4- [4] . Inclusivism
5- [5] . Pluralism

ilahi təzahür bir - birinə ziddir. İnsan şəriəti icra edir Allah isə öz rəhmətini təzahür edir. Şəriət günahkar insanın əməlidir. İnsan əməli ilə Allaha qovuşmaq səadətə yetmək istəyir. Halbuki səadət yalnız ilahi təzahürdə tapılır. Bu təzahür isə İsa məsihin varlığındadır. Biz yalnız İsa məsihin vasitəsilə nicat əhli ola bilərik. Deməli yalnız xristianlar ilahi səadət şərbətini içəcəklər.

Karl Bartın din barədə mülahizələri bir neçə sual qarşısında acizdir o cümlədən onun bu görüşləri xristian dininə qulluq etməyən fədakar və sadiq insanların ilahi səadətindən məhrum olması Allahın mərhəmətilə bir araya sığırmı? sualıdır.

ŞUMULLU BAXIŞ

Bu nəzəriyyəyə əsasən bir din haqq olsada başqa dinlərə mənsub olan insanlar da səadətə çata bilərlər. Karl Rayner bu nəzəriyyəni irəli sürmüşdür. Lakin burada bir məsələ qaranlıq qalır. Raynerin fikrincə həmin həqiqət dini xristianlıqdır. Sual olunur: Hansı ölçülərlə yeganə haqq din seçilməlidir? Raynerin xristian dinini vahid haqq dini hesab etməsində əsası nədir? Burada müxtəlif təkliflər irəli sürülmüşdür. Ən məntiqlisi isə budur ki, biz hər bir dinin etiqad və şəriət təlimlərini müstəqil rasyonal düşüncələrlə araşdırmalı və bu yolla haqq dinə çatmalıyıq. Bizim əqidəmizə görə İslam dini sair dinlərdən daha çox bu meyara və ölçüyə cavab verir.

PLÜRALİSTİK BAXIŞ

Dini plüralizm nəzəriyyəsində bütün dinlərin haqq olması xüsusi vurğulanır. Bu nəzəriyyə iyirminci əsrin ortalarında Con Hik tərəfindən irəli sürülmüşdür. Hik müxtəlif dinlərdə ziddiyyətli əqidəlirin bir anda həqiqətə uyğun olması mahiyyəti nomen və fenomenə bölünməsinin önə

səh:50

çəkməklə həll etmək istəyir. Onun fikrincə bütün insanlar həqiqi və yeganə olan ilahi varlıqla təmas yaratmaq və onunla əlaqə yaratmaq istəyirlər. Lakin ilahi varlıq nomendir. Biz isə nomenə çata bilmirik. İnsan zəkası yalnız fenomeni əldə edə bilir. Belə olan halda hər bir insan öz təsəvvürləri ilə ilahi varlıqdan fenomen əldə edir. Fenomenlərin bir- birinə zidd olması isə ciddi tutulmamalıdır. Çünki bu qaçılmazdır. Deməli hər bir insanın dini baxışları təsdiq olunmalıdır.

Plüralistlərin qarşısında dayanan ən əsas problem budur ki, biz insanlar nomenə qarşı tam xəbərsiziksə hansı yolla əldə edə bilirik ki, bizim hamımız yalnız bir həqiqət barədə danışır və bu varlıqdan xəbər vermək istəyirik? Bu yalnız bizə başqa bir vasitə ilə çatdırılmalıdır. Bu vasitə isə müşahidə olunmur. Çünki insanların hamısı həqiqi varlığa qarşı kor timsalındadırlar.

səh:51

səh:52

VƏHDƏTÇİLİK

Vəhdətçilər bu fikirdədirlər ki, dinlərin gövhəri eynidir. Hamı vahid son hədəf olan həqiqətin axtarışındadırlar ki, ona müxtəlif adlar qoyublar, İxtilaf yalnız zahirdədir. Bütün dinlərin batini, mütləq kamilliyə dəvətdir. Bütün dinlər insanı keçici dəyişilən və öz zahirliyindən əbədi, sabit, qalan və batini həqiqətə yönəltməyə çalışırlar. Bütün dinlər insanı əbədi rahatlığa və həmişəlik xoşbəxliyə yetirmək istəyirlər. Əsasən dinlərdəki irfanın tərəfdarlarından sayılan vəhdətçilər, dinləri ixtilaflarını yalnız zahiri ixtilaflar bilirlər. onlar deyirlər: Dinin həqiqəti var və qatışıqlığı, batini var və zahiri, ixtilaflar yalnız zahirlərdə və qatışıqlıqlardadır, həqiqət və batinlərdə isə ixtilaf yoxdur.

Hər bir dinin ardıcılları, zahirlərdən və qatışıqlıqlardan keçib, batinlərə və həqiqətlərə yetişməyə borcludurlar. Əgər belə olsa, onların hamısı bir şeyə yol tapıblar. Dinlərin hamısının batini eynidir.

Adlardan keç və sifətlərə bax.

Ki, sənin xüsusiyyətlərin zata doğru irəliləsin.

Məxluqatın ixtilafı, addan düşdü,

Çünki, mənaya gedib, aram oldu.

səh:53

Dörd nəfərə bir kişi bir dirhəm verdi,

Onların biri dedi: Ən yaxşısı budur, bunu ənqura verim.

O biri ərəb idi dedi: La

Mən inəb istəyirəm, ənqur istəmirəm.

O birisi türk idi, dedi: Ay gözüm,

Mən inəb istəmirəm, üzüm istəyirəm.

O birisi Rumlu idi; dedi: Bu söz- söhbəti

Buraxın mən istafil istəyirəm,

Onlar bir- birləri ilə mübarizə edirdilər, amma adların sirrindən xəbərsiz idilər.

Ey sir və yüz dil sahibi,

Əgər orada olsaydın, onların arasında sülh yaradardın.(1)

Bunlar da, kəsrətçilər kimi, dini təcrübəyə arxalanırlar. Amma onların əksinə, insanların müxtəlif dini təcrübələri üçün, vahid gövhərə qaildirlər. kəsrətmilər dini təcrübə məsələsində quruluşçudurlar, amma vəhdətçilər, zatçılardırlar.

Zatçılar bu fikirdədirlər ki, insanların irfani təcrübələri arasında, hamıya aid məxsusi xüsusiyyətlər və müştərək nöqtələr tapmaq olar:

Mərifətə aid xüsusiyyət, bəyan olunmamaqlıq, keçici olmaq. Suzuki səkkiz süsusiyyət tapmışdı: Məntiqi olmamaq, daxilə baxışlı, inam, qəbul, yuxarı aləmi hiss etmə, qeyri şəxsi rəftar, yüksəlmə hiss etmə və onun bir an olması Valter Terens Estis, təbiətdə və insanda olan təcrübələr arasında qısa fərq qoyandan sonra, yeddi müştərək xüsusiyyət sayır: Vəhdətçilik elmi tam məlumat, məkansızlıq, zamansızlıq, həqiqiliyi hiss etmək, sülh və səfa, müqəddəs, hörmətli və ilahi bir şeyi, hiss etmək, ziddiyyətçiliyi göstərmə, bəyan olunmayan (ariflərin iddiasına əsasən.)(2)

səh:54


1- [1] . Məsnəvi, ikinci dəftər, 3680- 3688
2- [2] . Esteys, Valter Terens, İrfan və fəlsəfə, Bəhaiddin Xürrəmşahinin tərcüməsi, Tehran: Suruş, 1363, səh 34, 35, 131 və 132

Fritihov Şuvan və onun şagirdlərinin də bir yolu var. onlar dinlərin uca vəhdətinə qaildirlər və zatçılar sırasında sayılırlar. Onlar deyirlər: Bütün dinlərin içində, müştərək xüsusiyyətlər tapılır.

Zatçıların ən əsas problemlərindən biri, dünyanın hər yerində irfani və dini təcrübələr arasında müştərək olan şeyi və təcrübə vəhdətini isbat etməkdir. Onların tərifə layiq çalışmalarına baxmayaraq, dinlər arasındakı ixtilaf o qədər çoxdur ki, bu müştərək şeyin olması ehtimalı zəifdir. Steven katz və Veyn Praudfot kimi quruluşçular, zatçıların müştərək bildiyi şeyi, şiddətlə inkar edirlər. Katz bu fikirdədirlər ki, qabaqkı təcrübəçi inamlar, onun təcrübəsinin tapılmasının səbəbidirlər. bütün təcrübələr məfhum və inam yolu ilə formalaşırlar. Təcrübələrin hamısı, hətta insanın özü barəsində olan elmi, məfhum çərçivəsində və xüsusi danışıq formasını, təcrübələrin yaranmasına səbəb bilmək olar. Hər bir təcrübə, qabaqkı quruluş və təcrübələr əsasında və formasında mövcuddur.

Bu quruluşlar tərbiyəçi və müəllimlərin təlimləri yolundan formalaşır.(1)

Pravdful daha irəliləyib, deyir: Qabaqkı inamlar və qabaqkı məfhum çərçivəsi, təcrübənin bir hissəsidir. İnamla təcrübə arasındakı əlaqə, səbəb nəticə əlaqəsi deyil, hətta ondan da möhkəmdir və hissənin umumiyə olan əlaqəsidir. Yəni onlar arasında məntiqi əlaqə (təhlili) qurmaq olar.(2)

Əgər Katz, Pravdfot və onların digər həmfikirlərini də qəbul etməsək, ən azı, bütün dini və irfani təcrübələr

səh:55


1- [1] . See Katz, Steren t., "Language Epistemology and Mysticism" in Mysticism and Philosophical Analysis, ed. Katz, Oxford: Oxford University press, 1978.
2- [2] . Müraciət edin: Pravdfot, Veyn, dini təcrübə, Abbas Yəzdani, Qum, Taha mədəni müəssisəsi, 1377

arasında vahid müştərək bir şey tapmaq olması məsələsində şəkk var. buna əsasən, zatçıların açıqlamaları sona çatmır və istədiklərini dini təcrübələrdən istifadə etməklə isbat edə bilməzlər.

Bunun nəticəsində ya gərək özlərinin vəhdətçilik iddialarından əl çəkməli, ya da digər arqumentlər gətirməlidirlər. zatçıların isbat edə biləcəkləri ən uzağı, insanlarla təbiətdən yuxarı aləmin olması arasında, oxşar quruluşun olmasıdır. Dinlərin vəhdətini isbat etmək, digər arqumentlərə ehtiyaclıdır ki, güman edirik, belə bir arqument mövcud deyil.

səh:56

EPİLOQ

Qabaqkı nəzərlərə diqqət etmədən, fikrimizcə iki əsas məsələ ilə qarşı- qarşıyayıq: 1. Kəsrətin izahı və onun tapılmasının sirri, 2. İnsanların nicatı və onların son xoşbəxtçiliyi. Qeyd etdiyimiz kimi, kəsrətin yaranması barəsində, müxtəlif nəzəriyyələr vermək olar. Kəzrətçilik də rəqiblərdən biri ola bilər. hansı rəqibin daha mötəbər arqumentləri olmasını bilmək lazımdır. Kəsrətçiliyin arqumentlərini və onların kafi olmamasını gördük. Kəsrətin yaranması, insanların həyatında çoxlu tarixi məsələlərə idtinadlı ola bilər.

O cümlədən, insanların düşüncə, bacarıq və imkanları kamilləşən və irəliləyəndir. Ona görə də din və kamilləşən formada nazil olmuşdur.

Həmçinin təhrif və təxribatçılıq ki, şiddətlə tarixdə zühur edib və asanlıqla tarix kitablarından müşahidə olunur, öz işini görmüşdür.

Hər zaman fasiləsində yeni islah edicinin və dinin gəlməsinə ehtiyac olub və beləliklə kəsrət yaranıbdır.

Doktor Nəsr kəsrətin yaranması barəsində olan arqumentlərin birini belə açıqlayır.

"Bu məsələni islam və məsihiyyət barəsində

səh:57

araşdırarkən, bir məsələ aydınlaşır. O da budur ki, xiristianlığın məsuliyyəti, islamdan daha ağırdır. Xiristianlıq ağıla meyillik və təbiətçilik səbəbindən ölən bir dünyanı xilas etməlidir.

Ona görə də özünü nicat yolu formasında eşq və isar üçün göstərməli, ta Allahın hüzurundan qırılmış ifrat ağılçılığın inkişafına söykənən yüz illərlə olan şəkk və səfsətə fəlsəfəsinə cavab olsun. Necə ki, Roma və Yunan dinlərində mövcud idi. Amma onların ikisi də aradan getdilər və insanları mənəviyyətsiz susuz səhrada buraxdılar. Amma islam tam fərqli bir dünyada yarandı. İslam Məkkədə şəkçilər, sufistlər və ağılçılarla üz- üzə deyildi. Əslində islam İbrahimi dinləri yenidən diriltmək üçün gəldi. Hansı ki, onda Məsih də mühüm bir rola malik olmuşdu. Yəni Məsih bu iki dində iki rol sahibi idi... Əgər yalnız bir növ insanlıq mövcud olsaydı, yalnız bir dinə ehtiyac duyulardı. Dinlər müxtəlif dillərdə açıqlanıblar.

Dillərin müxtəlifliyinin özü, əslində bu həqiqətə dəlalət edir ki, fərqli insanlıq olmalıdır...(1)

Dinlərin tarixi, dinlərin və onların əməllər, mərasimlər və dini kitablarının dəyişiklik formasını yaxşıca göstərir. Əlbəttə həmin tarixi sübutlar, tam gücü ilə, müsəlmanların Quran və dini sünnələri necə qorumasını açıqlayırlar. İslamın əvvəllərində yaşayan müsəlmanların, Qurani- məcidin ayələrini qorumaq və onun təhrifinin qarşısını almaq üçün etdikləri səyləri, tarixdə qeyd olunmuşdur. Digər dinlərin təcrübəsi, müsəlmanların qarşısında idi və ondan dərs aldılar və öz dinlərini yaxşıca qoruya bildilər. Tutalım xırdalıqlarda ya əməllərdə ya hətta etiqadi əsaslarda da ixtilafları olsa da, amma dinin əsas mətni və Allah tərəfindən bir başa nazil olan, təhrifsiz qaldı ki, haqq

səh:58


1- [1] . "Religions and the cancept of the Ultimate", p p. 278- 279

və batil və vəhdət başılayan meyar ola bilər. Sünnə də ki, dinin ikinci əsas mənbəyidir, din alimlərinin gecə- gündüz şeyləri ilə elmi və tarixi cəhətdən araşdırırlar və doğrunu doğru olmayandan tanınır. Onlar insanların bacardığı həddə dindən məlumatlanırıar. Elmi müzakirə yerində bütün şeylər ya onların çoxu aydınlaşa bilər.

Kəsrətləri məhv edib və vəhdətə yetişməyə mane olanlar, izahlar, düşüncələr, təəssüblər və meyillərin ixtilaflarından çoxdur.

Amma insanların son nicat nicat və xoşbəxtliyi məsələsi, yanından asanlıqla keçə bilinməyən digər bir əhəmiyyətli məsələlərdəndir. İnsanın ağılı bunu mehriban Allah üçün bəyənmir ki, yalnız hidayət tapanların az bir hissəsi xoşbəxtliyə yetişib və nicat əhli olsunlar. Saysız insanlar və onların çoxu əbədi əzaba düçar olsunlar. Təkcə bizim insanlığımız belə şeyi qəbul etmir, hətta dini kitablardan da belə bir şey istifadə olunmur. Bir tərəfdən insanın taqətindən yuxarı təklifin ona vacib olması ağıl və şəri cəhətdən qeyri mümkün və pis sayılır və Allah heç vaxt insanlardan onların qüdrətindən və imkanlarından xaric olan şeyi istəməyib və istəmir.(1)

Digər bir tərəfdən insanlar çox fərqli bir şəraitdə dünyaya gəlir, inkişaf edir və tərbiyələnirlər. onların hər biri işlərin çoxunun onların öhdəsindən xaric və onların ixtiyarında olmayan məxsusi xüsusiyyətlərin varisidirlər. Buna əsasən, insanların xəbəri olmadığı, ya onu qəbul edə bilmədikləri və ona əməl etməyə aciz olduqları, dini Allahın onlardan istəməsini və onlara əməlləri vacib etməsini söyləmək, mənasızdır. Hər bir insanın vəzifə borcu, onun elm, qüdrət və ixtiyarının icazə verdiyi həddədir.

səh:59


1- [1] . Bəqərə surəsi, ayə 286 {لاَ یُکَلِّفُ اللّهُ نَفْساً إِلاَّ وُسْعَهَا لَهَا مَا کَسَبَتْ وَعَلَیْهَا مَا اکْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِینَا اَوْ اَخْطَاْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَیْنَا}

Bu üç məfhum, öhdəçilik məsələsində əsas rola malikdirlər. İslam məmləkətində, müsəlman ata- anadan dünyaya gələn, yaxşı şəraiti olyb, ixtiyar və azalıqla doğru din yolunu seçən, onun göstərişlərinə əməl edən və özünün inkişaf yolunda insanlığın ali hətta irfana əl tapan şəxs dini tərbiyə və mədəniyyətdən uzaq olan küfr və cəhalət yerində dünyaya gələn, Allahın bəndəlik yolunu tanımayıb və onun əsasında addımlayan və uzaqdan xəbərlər eşidibsə də o qədər olmayıb ki, vərasət, tərbiyə və mühitin təziqlərini sındıra bilən şəxslə eyni deyil. Bu iki şəxsin heç bir eyni təklif və mükafatları yoxdur. Hər şəxs hər bir din və məzhəbdə olmasından asılı olmayaraq, əgər haqq tanıyıb və haqq bildiyi şeyin əsasında əməl edib və doğru niyyətlə, haqqa əl tapmaq və onun əsasında əməl etməyin ardınca olsa, əslində dinin həqiqəti olan təslimə əl tapıblar. İslami sözlərin birində də rəvayətlərin izahında belə deyilibdir:

_«الإسلام هو التسلیم»_

Hicr surəsində də "ixlas" məfhumuna təkid olubdur. Şeytanın ağalığının ixlas dairəsindən çıxanlara olduğu bildirilib və Allah Taala da həmin yolu sirat müstəqim adlandırıbdır.(1)

Həmişə niyyəti doğru və həmişə haqqa təslim olmağa adət edən şəxs, haqqı tapan zaman, tez ona tabe və təslim olar. Mühüm odur ki, o öz ruhunu necə və hansı rəftarlarla qurmuşdur. Qiyamətdə də o formada məşhur olacaq. Əgər haqq istəyən və ona təslim olsa, qiyamətdə də məsələn Əli ibn Əbitalibin kövsər hovzu kənarında məqamını görən zaman, onu inkar etməyib, hətta ona təslim olar. Haqqa qarşı olan, nəsimin istəkləri ona qalib ikan və haqq bildiyi şeylərə təslim olmayan şəxs isə, qiyamətdə də həmin

səh:60


1- [1] . Hicr surəsi, ayə 40- 41

xüsusiyyətləri aşkar olar və orada da haqqa dözə bilməz. Orada da kin və həsəd üzündən Allah övliyaları üçün o uca məqamı görməmək üçün,Allahdan onu daha tez cəhənnəmə aparmasını istəyər. Əlbəttə deyilənlər mövzunun hamısına aid deyil, yalnız nümunə olaraq Quran və rəvayətlərdə gələnlərdən bəzisi bəyan oldu.

Can Hikin nəzəri barəsində, onun nicat məfhumuna əsaslandığını demək olar. Onun fikrincə nicat insanın dəyişilməsindən ibarətdir. Bu dəyişiklik o zaman baş verir ki, insan özünə diqqət etməsin və son həqiqətə (fərq etmir son həqiqət Allah, brəhmən, nirvana ya tau adlasın) doğru üz tutsun. Bizim fikrimizcə bu islamın həqiqətidir və ümumi meyilliyə uyğundur. Yəni əgər onun nicat barəsində olan tərifini qəbul etsək, onun barəsində iki nəzəriyyə vermək olar: Biri budur ki, dinin həqiqəti, məsələn islamı o mənada (yəni özünü unudub və haqqa üz tutmaq) bildi və islamın məfhumunda elə genişlik yaratdı ki, bir cürə digər dinlərin əhlindən xəbərsizlərə də şamil olsun, ixtilaf da tətbiqdəki ixtilaf olsun. Yəni bu şəxslərin hamısı son həqiqətə təslim olmaq məsələsində eyni fikirdədirlər. Özlərini unudub və qəlblərini həqiqətə bağlayıblar. Amma mənanı müəyyənləşdirməkdə səhvləri var ki, bir az güzəştlə göz yummaq olar. Digər bir əsas kəsrətçilik ola bilər. Birinci əsasda bir dinin həqiqəti nicat edən omasıdır. Yəni islam öz həqiqətini haqqa təslim olmaq bildirir, amma ikinci əsasda bütün dinlərin həqiqəti. Bizim fikrimizcə, bütün dinlərin vahid həqiqətin ardınca olmaları məsələsini isbat etmək, o qədər də asan deyil.

Buna əsasən, bir növ ümumiçiliyi, nicat edən nəzəriyyə kimi qəbul etmək olar. Buna əsasən sirati müstəqim yalnız birdənədir. İnsanlar onunla yaratdıqları

səh:61

nisbət miqdarında və haqqa təslim olmaq həqiqətindən faydalandıqları miqdar, onda addımlayırlar. Əlbəttə diqqət etmək lazımdır ki, haqq dalınca olub, onu düzgün tanıyıb və onun əsasında əməl edən şəxsin savab və məqamı daha çoxdur.

SON

səh:62

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109