Kitabın ADı: MƏHDƏVİYYƏT DİALOQU
Müəllif: Safi Gülpayqani
Tərcümə edən: Ələddin Məlikov
REDAKTOR: E. Rəhimli
ÇAP TARIXI: 2011
NAşIR: Beynəlxalq əl-Mustafa (s) Nəşr və Tərcümə Mərkəzi
ÇAPXANA: Tövhid, Qum
ÇAP NöVBəSI: Birinci
TIRAJ: 1000
©Kitabın bütün hüquqları naşirə məxsusdur.
SATış MəRKəZI:
İran, Qum, Şühəda meydanı, Höccətiyyə prospekti, Beynəlxalq əl-Mustafa(s) Nəşr və Tərcümə Mərkəzi. Telfaks: +98 251 7730517
İran, Qum, Məhəmməd Əmin (s) prospekti, Caməətül-ülumun kənarı, Beynəlxalq əl-Mustafa(s) Nəşr və Tərcümə Mərkəzinin satış şöbəsi Tel/Faks: +98251 2133106 / +98251 2133146
www.miup.ir
www.eshop.miup.ir
E-mail: Admin@miup.ir
Root@miup.ir
səh:1
بسم الله الرحمن الرحیم
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
TəDQIQAT şöBəSI
səh:2
MƏHDƏVİYYƏT DİALOQU
Həzrəti Ayətullah – üzma
SAFİ GÜLPAYQANİ
Çevirən:
ƏLƏDDİN MƏLİKOV
səh:3
səh:4
Hər hansı inkişaf mərhələsini keçən elmi-tədqiqi bir iş ilkin olaraq yazıçının ilham zəmisinə səpdiyi sorğu-suallarla başlayıb, müəyyən zamanda verdiyi səmərə ilə yekunlaşır. Əlbəttə, bu işin sonu yox, yeni-yeni fəaliyyətlər üçün ümid və təşəbbüs deməkdir. Belə ki, əldə olunan hər bir səmərəli qazancın məhsuldarlığı həmişə onun artımı üçün şərait yaradır. Demək, zaman keçdikcə elm, bilik, hünər əhli onun toxumlarını becərib-yetişdirir, daim elm və mədəniyyətin cərəyanını təmin edir.
Fasilə və hüdudları həddən artıq azaldan son müasir zamanımız coşqun tufan kimi, maraqlanan hər şəxsin qarşısına qalaq-qalaq məlumatı sovurub gətirir, mədəniyyətin yeni bir mərhələsinə qapı açır. Hər halda onun normal inkişafında, şübhəsiz, düzgün təsəvvür və istiqamət həlledici rola malikdir.
Beynəlxalq əl-Mustəfa (s) Universiteti ümumdünyəvi rolu, dini hövzələr arasında xüsusi yeri və yetdik kadr imkanına malik olduğunu nəzərə alaraq, artıq, elmi təhqiqat və tədqiqatlar üçün geniş şərait yaratmağı qarşısına qəti məqsəd qoymuşdur. Bununla əlaqədar Beynəlxalq əl-Mustəfa (s) Universitetinin tədqiqat şöbəsi fundamental proqramın təşkili, mövcud avadanlığın düzgün təmini və dini sahələrdə araşdırma aparmaq istəyənlərin cəlb olunmasını özünün ən
səh:5
mühüm vəzifələrindən bilir. Ümid edirik ki, elmi-təhqiqi işlərə qarşı maraq və dirçəlişlərə zəmin yaratmaq və potensial imkanları inkişaf etdirməklə dünyanın hər bir guşəsində dini mədəniyyətin çiçəklənməsinin şahidi olaq!
Beynəlxalq əl-Mustafa(s)
Nəşr və Tərcümə Mərkəzi
səh:6
ÖN SÖZ.. 11 [1]
MÜƏLLİFİN ÖN SÖZÜ.. 15 [2]
BIRINCI BÖLÜM: [3]ŞİƏLİK [4]
1 [5]. Şiəliyin yaranmasında tarixi amillərin təsirsizliyi 23 [6]
2 [7]. Şiə və silahlı qiyam... 37 [8]
3 [9]. İmam Sadiq (ə) və şiə məzhəbi 41 [10]
4 [11]. İmam Sadiq (ə)- dan öncə. 43 [12]
5 [13]. Şiə təfəkkürünün elmiliyi 45 [14]
6 [15]. Zəmanənin qəsbkar hökumdarları müqabilində şiənin mövqeyi 49 [16]
7 [17]. Şiəliyə ğolovv töhməti 51 [18]
8 [19]. Mötəzilə ilə şiənin əlaqəsi 55 [20]
İKINCI BÖLÜM [21]: İMAMƏT [22]
9 [23]. İmam (ə)-ların seçilməsinin sirri 59 [24]
10 [25]. Allah təbarük və təalanın elmi və Məsumların qeyb elmləri 65 [26]
11 [27]. Məsum İmamların əməliyyatlarının gözəlliyi 67 [28]
12 [29]. İmamın rəhbərliyinin təsir dairəsi 69 [30]
13 [31]. Şiə İmamlarının sayı 73 [32]
14 [33]. İmam (ə)- ın müəyyən edilməsində ağıl ya xəbərin.... 77 [34]
ÜÇÜNCÜ BÖLÜM [35]: MƏHDƏVİYYƏT [36]
15 [37]. İmamət və Həzrət Mehdi (ə) – ın zühuruna etiqadın əsas mənbələri 83 [38]
16 [39]. Quran və Mehdəviyyət 87 [40]
17 [41]. Mehdi və xilaskarın zühuruna və mütəməhidlərin... 91 [42]
18 [43]. Dini düşüncələrə ictimayi, siyasi və iqtisadi amillərin təsiri 93 [44]
19 [45]. Məna və istilahi cəhətdən Mehdi 97 [46]
20 [47]. Həzrət Mehdi (ə) –ın anadan olmasında tarixi ixtilaflar. 99 [48]
21 [49]. İmam Həsən Əsgəri (ə)- ın şəhadətindən sonra Həzrət Sahibul Əmrin imamətliyinə şiəliyin nəzərinin yekdilliyi 101 [50]
22 [51]. On ikinci İmamın ləqəbləri 103 [52]
23 [53]. Qaim ləqəbi 105 [54]
24 [55]. Qeybətin iki növü. 113 [56]
25 [57]. İmam Zaman (ə)- ın möcüzəli anadan oluşu. 117 [58]
26 [59]. Zühurun gecikməsi ilə şəraitin yaranmasının fəlsəfəsi 119 [60]
27 [61]. Qeybət dövrünün müddəti və çətin sınaqlar. 121 [62]
28 [63]. Lütfün qayda- qanunu və qaib İmamın İmamlığı 125 [64]
29 [65]. Bəda məsələsi və Əbi Həmzənin hədisi 129 [66]
30 [67]. Ricətə etiqadın Məhdəviyyətə inamla əlaqəsi 141 [68]
Ayətullahul- üzma Lütfullah Safi Gülpayqaninin... 143 [69]
səh:7
Ayətullahul- üzma Lütfullah Safi Gülpayqaninin... 143 [69]
səh:8
Elmin inkişaf və məlumatların partlayışı əsrində kütlənin bütünlüklə bu elmlərə və məlumatlara tam agahlığı yoxdur. İnsanlar özlərinin fərdi və ictimayı xüsusiyyətlərinə uyğun və həmçinin zaman və məkan mövqelərinə münasib şəkildə çalışırlar. Onlar sadəcə yaşayışın gündəlik ehtiyaclarını ödəmək üçün lazım olan bilgiləri və məlumatları əldə etmək istəyirlər.
Dini elmlərdə bu qaydadan istisna olunmur. Məhdişünaslıq elminin bütün bölümlərini və böyük alimlərin söylədiklərini mənimsəmək, baxmayaraq ki, bu sahənin mütəxəssisləri üçün qeyri mümkün deyil, lakin kütlə üçün nə lazımdır və nə mümkün. Məhz buna əsaslanaraq deyirlər: "Hər müsəlmana vacibdir adətən ehtiyacı olduğu məsələləri öyrənsin".
Qarşınızda olan kitab Məhdəviyyət dialoqu adlanır. Bu kitab kütlənin və elmsevərlərin asanlıqla şəri hökümləri kəsb etməsinə əsaslanaraq tənzim edilmişdir.
Bu kitabdan ümumi kütlənin səmərəli istifadə etməsi üçün çalışmışıq tərcüməni aydın, müxtəsər və terminlərdən uzaq şəkildə tənzimləyək.
Uca Tanrıdan bu toplunun silsiləvi şəkildə, davamlı surətdə çap olmasını diləyirik.
Əziz oxucuların təklif və fikirləri bu toplunun daha da intensiv olmasına səbəb olacaq.
səh:9
səh:10
�EY SAHİBİ- ƏZZƏMAN ƏDRİKNİ�
Allah– təalə bütün xəlq olunmuşları “Həzrət Məhdi (ə) itaət etməyə ” çağırmışdır. Çünki, ona itaət “peyğəmbərə itaət”- dir. Peyğəmbərə itaət isə “Aləmlərin rəbbi olan Allaha itaət”- dir. Allah bütün aləmi özünə ibadət və itaət üçün yaratdı.
{وَمَا خَلَقْتُ الْجِنَّ وَالإِنسَ إِلاَّ لِیَعْبُدُونِ}
“Mən cin və bəşəri özümə ibadət etmək üçün yaratdım.”(1)
Mehdi (ə)-a itaət üçün insanların ürəklərində onun vilayəti və məhəbbəti olmalıdır, onun məhəbbətini qazanmaq üçün isə onu tanımaq lazımdır.
Məhdi (ə)- ı tanımadan onun məhəbbəti qəlblərdə oturmur, onun məhəbbəti olmadan ona itaət etmək lazımi dərəcədə formalaşmır. Ona tabe olmadan “dindarlıq” həyata keçmir və dindar olmadan yoldan azma, zəlalət və zülmətdə qalmaq qətiləşir. Bunu necə ki, duada bizlərə öyrədilir:
اللهم عرفنی حجتک فإنّک ان لم تعرفنی حجتک ضللت عن دینی(2)
Allahım sən öz höccətini mənə tanıtdır, əgər sən öz höccətini mənə tanıtdırmasan, mən din yolundan azaram.
Buyurdular:
من انکر المهدی فقد کفر
Hər kəs Mehdi (ə)-ı inkar edərsə, kafir olmuşdur.
səh:11
Buyurdular:
معرفة أهل کل زمان إمامهم الذی تجب علیهم طاعته(1)
Hər kəs öz zamanəsinin İmamını tanımadan ölərsə, cahiliyyətdə ölən insanlar kimidir.
Elə bu səbəbdəndir ki, İslam dini həmin təşəyyoh – dinin ardınca getməkdən ibarət deyil və İmamət əsasında din əmrlərinin ardınca getmək, həmin İlahi hakimiyyətdir- məna tapmır və Peyğəmbərdən sonra İmamlara və onların rəhbərliyinə etiqad, dünyaya yayılan Mehdəviyyətin qəbulunda nizam-intizam tapır.
Təşəyyoh həqiqi xalis Mühəmməd islamından başqa bir şey deyil.
İmamət əziz İslam Peyğəmbərinin risalətinin davamlılığından başqa bir şey deyildir.
Məhdəviyyət, qeyb dövründə İmamın həyat və axtarışlarından və zühur əsrində isə tovhid və ədalətin dünyəvi hakimiyyətindən başqa bir şey deyildir.
Elə bu baxışdır ki, İslamın düşmənləri bütün tarix boyu şiəlik, İmamət və Mehdəviyyətin məhv edilməsi üçün müxtəlif hiylə və intriqa proqramları həyata keçirmişlər.
Daim küfr və nifaq ardıcıllarının fəaliyyətləri üçün şərait yaranaraq, şiə yolunun ardıcıllarını təzyiq altında saxlamışlar. Xilafətlərini gücləndirmək və özlərinin qeyri islami hərəkətlərini izahlandırmaq üçün müsəlman görnüşlü hakimlər, İmamət mövzusuna şübhələr daxil edərək, mübariz insanları əzmək və sülh insanlarını naümid etmək üçün Mehdəviyyətin əslini inkar etdilər.
Buna baxmayaraq təkcə şiənin mahiyyəti, İmamətin zənginliyi və Mehdəviyyətə inam olmuşdur ki, Peyğəmbərin doğru sünnətini saxlamış və Quran təlimlərini və gələcəyi təmin edən vilayət maarifinin inkişafını təmin etmişdir.
Bu kitab ən qiymətli kitablardan biridir ki, qiymətli Ustad və yazıçı Həzrət Ayətullahül- Üzma Safi Gülpayiqani tərəfindən təlif olunmuşdur. Bu kitab üç əsas mövzuda – “Şiə”,
səh:12
“İmamət” və “Məhdəviyyət” sual - cavab metodu ilə ən təsirli nəşrlərdən biridir və bu kitabda mövcud şübhələrə ən qısa və müxtəsər şəkildə cavab verilmişdir.
MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİNİN
NƏŞRİYYAT BÖLMƏSİNİN MÜDİRİ
HÜSEYN ƏHMƏDİ
səh:13
səh:14
Bu kitab əziz oxuculara İmamət, ümmətin rəhbəri və Məhdəviyyətə etiqad və Həzrət Mehdi sahibil əmrin zühuru mövzularının izahlı sual- cavab şəkilində təqdim olunmuşdur.
Ümidvaram, onun fəzilətlərini əks etdirməkdə zəif, möhtac və gücsüz olan kitabı dövranın Ağası və sığınacaq yeri olan Əsrin Sahibi İmam Zaman (ə) və yaxşıların rəhbəri bu şərəfi bizlərdən qəbul edər.
səh:15
səh:16
_Həzrət Ayətullahül- Üzma Safi Gülpayiqaninin maarif radiyosu və müqəddəs Cəmkəran məscidi nəşriyyatının müdir və işçiləri ilə görüşündən bəyanatlar_
Mən əvvəla, bütün əziz və alicənab insanları bu yolda uğurla xidmət göstərdiklərinə görə təbrik və ehtiramımı sizlərə təqdim edirəm və inanıram ki, sizin həyata keçirtdiyiniz proqramlar və Əhli- Beyt (ə) maarifinə marağınız, xüsusiylə Həzrət Vəli Əsr (ə)- a sonsuzdur. İnşəallah Ağanın xüsusi inayətinə səbəb olaraq bundan da əla səviyyədə Həzrətin əmrlərini insanların gündəlik həyat və imanlarında istifadə ediləcəkdir, necə ki, özü bu barədə belə buyurur:
من مات ولم یعرف إمام زمانه مات میتة جاهلیة
Buna görə əgər biz insanların dini həyatlarını qorumaq istəyiriksə, bizim zamanımızda ən mühüm məsələlərdən biri insanları onun mübarək vücudu və onun barəsində olan xəbər, hədis, məqam, möcüzə, faydaları, kəramət və bərəkəti ilə məlumatlandıraq və bəşəriyyəti gələcəyə ümidləndirək və bəşəriyyət üçün gündən- günə artan heyrət insanların öz həyatlarını mənasız və püç hesab etmələrinə səbəb olur, buna görə cəmiyyətə ruh və can veriniz.
Bu məsələ çox mühümdür. Bizim cəmiyyətin mahiyyəti Mehdi və İmam zamanın varlığındadır və biz özümüzü ona aid hesab etməli və aləmin əbədiliyini onun vücudu ilə bağlılığında görməliyik, buyururlar:
ولو بقیت الارض بغیر حجة لساخت باهلها
səh:17
Biz bu haqqa inanırıq və inanırıq ki, bizim var olmağımız və hətta onun fəzilətlərini zikr etdiyimiz bu məclis belə İmam Zaman (ə)- ın vücudu ilə bağlıdır.
Əgər biz buna nə qədər çox itaət etsək və nə qədər çox bu mövzu ətrafında təhqiq etsək və insanları daha çox məlumatlandırsaq və onlar İmam Zaman (ə)- ı daha çox dərk etsələr, bu həqiqətdə elə həmin Allahı dərk etməkdir.
Necə ki, Seyiddil Şühəda (ə) bir rəvayətdə belə buyurur: Allah təala insanları yaratmamışdır; məgər ki, onu tanısınlar, onu tanıdığdan sonra, ona ibadət etsinlər.
Bir şəxs belə dedi: Yəbnə Rəsulillah, Allahı dərk etmək necə olur?
Buyurdular:
معرفة أهل کل زمان إمامهم الذی تجب علیهم طاعته
Bu zamanda Allahı dərk etmək İmam Zamanı (ə) dərk etməkdir.Nə vaxt ki, İmam zaman (ə)- ı tanıdıq, Allahı da tanımışıq, Allahı tanımaq vasitəsi Əhli- Beyt (ə)-dır.
Ümumiyyətlə onlardır ki, insanlara Allahı tanıtdılar və mərifət verdilər. Əgər onlar olmasaydılar və onların hidayətləri olmasaydı, hər nə qədər insan düşünsə və təhqiq zamanı təfəkkür etsə belə heç bir yerə çata bilməz, yalnız onlardır ki, bəşəriyyətə haqqı göstərirlər. Bu cümlə mühümdür ki,
معرفة أهل کل زمان إمامهم الذی تجب علیهم طاعته
Allahın dərki hər zaman, İmam zamanın dərkidir ki, onlara İmam Zamana itaət etmək vacibdir.
Çox gözəl, indi ki, siz Əlhəmdulillah belə yola qədəm qoymusuz və bu barədə proqraqmlar həyata keçirmiş və keçirirsiz. Həm siz əziz “Maarif radiyosu” əməkdaşları və həm də müqəddəs Cəmkəran məscidində xidmət edən əzizlərim, insanların müqəddəs Cəmkəran məscidinə diqqətinə, məqalələr, nitqlər və o Həzrət haqqında deyilən mətləblər, daha çox təsir edir.
Məgər heç diqqət etmisiniz ki, insanlar belə necə axın- axın bu müqəddəs məkana gəlirlər? Necə ki, çərşənbə axşamları insanlar müqəddəs Cəmnkəran məscidinə axışırlar və heç yorğunluq hiss etmədən, insan ilin on iki ayı ərzində diqqətli olur ki, Cəmkərana gəlsin.
səh:18
Mən bəzən söyləyirəm ki, insanların qəlbləri Həzrətin əlindədir və o qəlblərin sahibidir, çox hallarda biz bunun nümunələrinin şahidi oluruq.
Bəzi hallarda insanlar da bir meylin şahidi oluruq ki, bunlar bizim gözlədiklərimizin əksinədir, yəni bu adi vəziyyətə uyğun olaraq, belə olmamalıdır, bunun əksi olmamalıdır. Amma gözlədiyimizin əksinə hadisələr cərəyan edir. Bu zaman insan başa düşür ki, heç bir sirr yoxdur, məgər ki, Həzrət özü bunların sahibidir.
Bu iş çox böyük işdir və siz bunu qənimət hesab etməlisiz.
Doğurdanda bunun onlara çatdırılması necə ləzzət vericidir və nə qədər şirindir ki, insan Həzrət Vəli Əsr (ə)- ın fəzilətlərin təhqiq edib, insanlara çatdırsın.
Biz baxmayaraq ki, mənzilimdə böyük məclis təşkil etmişdik, oradan gəlirəm. Amma hal bu ki, bundan əvvəl bu zəmində kitablar təhqiq etmişdim, Bu məclisə bəzi kitablar gətirmişdilər ki, bunları oxuyum və elə olmasın ki, bu kitabların mövzusu zəif olsun. Əlbəttə belə kitablar zəif olmamalı və insanlar arasında şübhələr yaratmamalıdır.
Belə proqramları həyata keçirənlərin özləri diqqət etməli və ya bu barədə məlumatı olanlara müraciət edilməlidir və onlarla məsləhətləşilməlidir ki, bu proqramlar o Həzrətin şəninə layiq olsun. Bu çox əhəmiyyətlidir.
Sonda sizlərə əziz qardaşlar, “Maarif radiosuna” və müqəddəs Cəmkəran məscidində işləyən əməkdaşlara təşəkkür edirəm və sizinlə iftixar hissi keçirdirəm və qeyd edirəm ki,
یالیتنی کنت معکم
Kaş ki, mən də sizinlə belə şərəfli işdə birlikdə çalışaydım və götürdüyünüz kəramətdən mən də faydalanaydım.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatu.
səh:19
səh:20
səh:21
səh:22
BİRİNCİ SUAL:
Şiəliyin yaranmasında tarixi amillərin təsir olmuşdurmu?
Ya bu din bir etiqad proqramıdır ki, Quran ayələrindən və Rəsul Allah (s)- in əmrlərindən istifadə edilmişdir?
CAVAB:
Mövzunun aydın olmağı üçün Şiənin və xilaskar İmama etiqadın yaranmasının tarixi hadisə və amillərin heç bir rolunun olmaması və Şiənin bütün etiqadları bütünlüklə islamdan olmasını, başqa etiqada sahib müsəlmanların başlanğıcdan məada qədər istifadə etdiyi mənbədən götürülməsini, bir neçə mətləbin izahı ilə sizlərin nəzərinə çatdırırıq:
A) ŞİƏLIYIN RISALƏT ZAMANINDA ŞƏKILLƏNMƏ VƏ YARANMASI:
Möhkəm tarixi dəlillərə və çoxlu hadislərə əsasən Şiəliyin yaranma və şəkillənməsi Peyğəmbərin dövrünə təsadüf edir. Peyğəmbər (s)- ın ilkin islama dəvət illərindən başlamış və Səqəleyn hədisi vasitəsi ilə və rəsmi şəkildə bütün insanlara ötürülərək qədr xum hadisəsi və ilə sona çatmışdır.
Əlbəttə Peyğəmbər (s) ömrünün son günlərində xəstə yatağında olarkən bu mətləbi yazılı şəkilə salmaq istəmişdir ki,
səh:23
möhkəm tarixi dəlillərə, mötəbər rəvayətlərə və adil şahidlərə əsasən Ömərin qəbul etməməsi və peyğəmbər (s)- a ədəbsizlik etdiyinə görə Peyğəmbərin bunu yazmaqdan saxlamışdır.
Şiə etiqadının yolları bəzi zamanlarda Peyğəmbər (s)- ın yolgöstərmələrində işarə edilmişdir. Misal üçün onu qeyd etmək olar ki, İslam ümmətinin rəhbəri dəfələrlə münasib fürsətlərdə, öz çıxışlarında və əmrlərində İmamət məsələsinin əhəmiyyətinə təkidlə işarə vurmuşdur. Bir məşhur və möhkəm rəvayətdə buyurmuşdur:
من مات ولم یعرف إمام زمانه مات میتة جاهلیة(1)
“Kim ki, öz zəmanəsinin İmamını tanımadan dünyadan köçsə, cahiliyyət dövründə ölmüş kimidir.”
İmamı tanımadan ölmək, cahiliyyət dövründə ölməyə bərabər hesab edilmişdir.
İmam (ə)- ın şəraiti nədir? və İmam (ə) hansı tayfadandır? və Məsum İmamların sayı on iki nəfərdir, bunların hamısı Peyğəmnbər (s)- ın mötəbər rəvayətlərində bəyan olunmuşdur.
Həmçinin İmam (ə)- ın elmi və ruhani sifətləri əlbəttə ki, alim və kamil olmalıdır və həmçinin bu məsələ Peyğəmbərdən sonra Rəsul Allahın canişini və Ümmətin İmamı olmaq İlahı vəzifədir ki, Risalət kimi Allah tərəfindən seçilir və bir çox başqa işlər kimi Quran və rəvayətlərdə açıqlanmışdır.
Şiə düşüncəsi İslamın zühurunun əvvəl illərində İslamın əsl mətnlərinə əsasən əsası qoyulmuşdur. Amma o zamanlar şiə düşüncəsinə müxalif baxışlar var idi ki, bunu sonralar Əhli Sünnət təfəkkürü kimi adlandırdılar və İslam və müsəlmanlar iki şöbəyə bölündülər.
Çünki Peyğəmbər (s) –ın vəfatından sonra bəzi şəxslər öz müxalif fikirlərini bilə- bilə ki, müsəlmanların cərgələrində qollara ayrılmağa gətirib çıxaracaqdır aşkar etdilər. Həzrətin həyatı dövründə xalis İslam qarşısında- sonralar ki, şiə İslamı adı ilə məşhurlaşdı- açıq –aşkar mövqe tuta bilməzdilər.
Bu qollara ayrılma rəsmi şəkildə Peyğəmbər (s)- dan sonra bir iddə insanların özbaşına Peyğəmbər üçün canişin təyin
səh:24
etməsi ilə özünü göstərdi.
Buna əlavə etməliyik ki, buna uyğun olaraq yol göstərilmiş və öncədən ehtimal olunan İslam əqidələri, müraciət və mötəbər mənbə kimi Qurani Kərimdə təfsir, tənzim və şərh olunmuşdur. Bu məsələ çoxlu ayələrdə, o cümlədən Nisa surəsində izah edilmişdir.
{وَلَوْ رَدُّوهُ إِلَی الرَّسُولِ وَإِلَی اُوْلِی الاَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِینَ یَسْتَنبِطُونَهُ مِنْهُمْ}(1)
“Halbuki əgər onu Peyğəmbər və öndə gedən ixtiyar sahiblərinə qaytarsaydılar, məsələnin kökündən xəbərdar olardılar.”
Bu ayə Allah Rəsulunun və məsum İmamların rəhbərliyinə aid istifadə edilir.
Mötəbər hədislərə uyğun olaraq, Peyğəmbər (s) bu Saleh mərcəni ki, o həzrətin qohumları və Məsum İmamlardır, səmimi olaraq buyurmuşdur: Onlar Quranla və Quran da onlarladır və onlar bir- birlərindən ayrılmayacaqlar.
Hətta bununla eyni vaxtda bir hədisidə əlavə edirlər:
فإن فینا أهل البیت فی کلی خلف عدولا ینفون عنه تحریف الغالین وانتهال المبطلین(2)
“Bizim aramızda Əhli- Beyt, hər nəsildə, o kəslərdir ki, dində möhkəmdirlər və hər cür təhrifatları və batil əhlinin fitnələrini dindən uzaqlaşdırırlar.”
B) XİLAFƏT MƏSƏLƏSININ BAŞLANĞICININ PLANI
Ümmətə rəhbərlik məsələsi elə besətin və vəhyin nazil olma başlanğıcından, çox və az şəkildə diqqət mərkəzində olmuşdur və hətta dastanından məlum olduğu kimi Həzrətə iman gətirməyi, həzrətdən sonra onun rəhbərliyi altında olmağı şərt qoyulmuşdur. Amma məşhur olduğu kimi Həzrətlər qəbul etmədilər.
Şiənin Peyğəmbərin yerinə bir şəxsin təyin olunma məsələsinə şiənin əsl baxışı, Allahın əmri kimi Peyğəmbərin həyatı dövründə, peyğəmbər (s) tərəfindən cəmiyyətə elan olunmuşdur və o zaman heç kəs buna müxalif olmadı. Hamı, hətta bəzi insanlar ki, sonralar səqifə cərəyanını ortaya atdılar,
səh:25
sevindilər və beyyət edərək təbrik etdilər. Amma gizli şəkildə elə həmin andan hiylə və plan çəkdılər və hətta iş elə yerə çatdı ki, Peyğəmbərə sui- qəst etmək istədilər.
Peyğəmbər (s)- dan sonra bu məsələ böhran səviyyəsinə çatdı və müxaliflər şiddətlə və fövqəladə nifrətlə məsləhət adı altında işə qoyuldular və təhdid və elə atmosfer yaratdılar ki, sonda Peyğəmbər (s)- ın elan etdiyi məsələyə müxalifətlik etdilər və iş o yerə çatdı ki, Həzrət Zəhranın (s) müqəddəs məqamına xəyanətə cəsarət etdilər və Peyğəmbər (s)- ın müsəlmanlar üçün təyin etdiyi yolu dəyişdirdilər. Böyük ədəbsizlik etdilər və hətta Peyğəmbərin yeganə övladının hörmətinə ləkə yaxdılar.
Əlbəttə əvvəl illərdə bu iki təfəkkür, şiə və sünni Əli (ə)- ın tədbir tökməsi ilə əlaqədar, şiddətli və aşkar şəkildə üzbəüz dayanmamışdılar, amma təkcə öz hökumətlərinin qanuniliyi məsəlsini zehinlərində düşünürdülər və başqaları isə bu məsələyə biganə idilər və ya hökumətə bağlı idilər, bu məsələni ortaya çəkmirdilər və düşünürdülər ki, artıq bu məsələ sona çatmışdır. Amma bəzi Ömər Bin Xəttab kimi şəxslər başa düşürdülər ki, Peyğəmbər (s) tərəfindən elan olunan o proqramın mövcudluğu onların əməllərini daim qanunilik nöqtey- nəzərindən sual altına alacaqdır. Buna görə də İnsanların o əsl İslam təfəkkürünə dönməmələri üçün siyasi işlər həyata keçirirdilər, elə bu səbəbdəndir ki, təqribən 14 əsr peyğəmbər (s)- dan hədisin deyilməyi qadağan olunmuşdu və Ömər bilirdi ki, əgər həzrət Əli (ə)- ı bu yoldan uzaqlaşdırmaq üçün bir tədbir tökməsə özündən sonra mütləq o iş üzərinə gələcəkdir.
O bilirdi əgər o vəsiyyəti- məlum deyil ki, doğrudur ya ki, ya Osman özü vəsiyyətnamədə yazmışdı- Əbubəkrə aid etməsə, Ömərin ölümündən sonra Şiə təfəkkürü şiddətli şəkildə yenidən gündəmə çıxacaq və bunların planları suya düşəcəkdir.
Buna görə altı nəfərlik şura təşkil etdi və elə proqram tərtib etdi ki, Əmirəl Möminin Əli (ə) yenidən evdə oturmalı oldu.
Bununla belə buradada Peyğəmbər (s) tərəfindən təyin olunan proqram xatirələrdə yeniləndi və Osmanın
səh:26
hakimiyyətinin sonlarında o, ümumi camaatın qəzəbinə və nifrətinə düçar oldu və müsəlmanlar onun əleyhinə qiyama qalxdılar və bununla yenidən Peyğəmbər (s)- ın canişin məsələsi yenidən gündəmə gəldi və bir çox səhabə o əsl Peyğəmbər (s)- ın əmrınə qayıtdılar və Həzrət Əli (ə)- ı Peyğəmbərin həqiqi canışini olmasını elan etdilər və onun əmri altında itaət və cihadı ən üstün ibadət hesab etdilər.
Beləliklə Şiə əqidəsi Peyğəmbər (s)- ın canışini məsələsində heç vaxt yenidən unudulmadı və insanların qəlblərinə həmişəlik olaraq həkk oldu ki, Əhli- Beyt (ə) məzlumdur və onların haqqları qəsb olunmuşdur.Şəxsiyyətlər və şairlər Hüşamın müqabilində şiənin görüşünü bəyan etdilər və hətta Musa bin Nəsir kimilər ki, -
Afrikanın hakimi idi və onun nökəri Tariq İspaniyanı fəth etdi- baxmayaraq ki, Bəni Üməyyə hökumətinin işçilərindən idi, amma şiə təfəkkürünün tərəfdarlarından idi və sonda şiələrə etdiyi yardımlara görə onun mal- dövləti müsadirə olundu və işindən uzaqlaşdırıldı.
Hətta bu iş elə yerə çatdı ki, Müaviyə və Yezidin ailəsinə bu baxış nüfuz etdi və Yezid bin Müaviyənin oğlu rəsmi şəkildə öz ata və cəddini məhkum etdi və Həzrət Əli (ə) və Əhli- Beyt (ə)- ın haqqını etiraf etdi və Bəni Abbasın dövründə də bu məsələ həmin vəziyyətdə davam etdi.
Şiə təfəkkürünün və mahiyyətinin haqq olması, siyasi cəhətdən bəyan olunmamalı və bu təfəkkürün ardıcıllarına dövlətdə məsuliyyət verilməməlidır, amma iş o yerə çatdı ki, zalım və qasib Bəni Abbas hakimləri, Mənsur, Harun və Məmun şiə təfəkkürünün haqq olmasını qəbul etdilər, hərçəndki, əməldə onu əzirdilər.
“Muntəsir” və bəzi Bəni Abbas hakimləri nəticədə Peyğəmbər (s)- ın canişinlik məsələsində şiə təfəkkürünə yönəldilər və hətta dedilər ki, “Nasir” ki, öz zamanında Samirədə qeybət zirzəmisi tikdirmiş və o bu ışlə məşhur olmuşdur və qeyd edirlər ki, o özünü Həzrət on ikinci İmam Mehdi (ə)- ın nayibi hesab edirdi.
Bu qeyd olunan mətləblərin nəticəsindən aydın olur ki,
səh:27
doğru islam elə həmin şiə təfəkkürü və Risalət əsrində bəyan olunanlardır ki, on dörd əsrdir qeyd edilməkdədir və tarixin bu görüşün əmələ gəlməsində heç bir rolu olmamışdır, bəlkə bu baxışın mövcud olması tarix boyu çoxlu hərəkatların, qiyamların və böyük hadisələrin həyata keçməsində böyük təsiri olmuşdur və bəzi sadə və az məlumatlı insanlar əksinə belə düşünürlər ki, Şiə hökuməti Misr, Afrika, İran, İraq və nəhayət Səfəvi qiyamı, hamısı hadisələr idi ki, Şiə baxışı onları həyata keçirdi və bu bunlar bu baxışın əmələ gəlməsində heç bir rol oynamamışlar.
C) TƏSƏNNÜ VƏ BU FIRQƏ TERMİNİ ( ŞİƏ MÜQABİLİNDƏ)
RİSALƏT ƏSRINDƏN SONRA
Təşəyyuh kimi təsənnü məzhəbi də siyasətin şəkillənməsi barəsində təhlilləri olmuşdur və tədriclə məzhəb bunu himayət etdi, əlbəttə Peyğəmbər (s) tərəfindən canişinin təyin olunma məsələsi siyasi xarakter daşıması düzgün deyildir və elə bu siyasət qollara ayrılmağa və ixtilafa səbəb oldu və İmamət barəsində yeni etiqadın yaranmasına səbəb oldu ki, əsl və xas İslamın ardıcıllarına şiə firqəsi kimi siyasi baxış formalaşdı.
Amma Şiənin bu cərəyandan sonra həyata keçirdiyi siyasət həqiqi İslam təlimləri əsasında idi, siyasi don geyinməkdən öncə bu əsl əqidə və din idi və əqidə idi ki, siyasəti də öyrənmişdi.
Bu səbəbdəndir ki, siyasətçilər bu əqidə ilə müxalifdirlər və çalışırlar ki, bunun müqabilində böyük miqdarda pullar xərcləyərək və təhdid edərək öz tərəflərinə çəkərək təzə firqə və cərəyan yaratsınlar və bu yolla xilafətin təyin olunma yolundan azdıraraq növbəti dövrlərdə məzhəbi şəkilə saldılar.
Əlbəttə bu cərəyan cəmiyyətin müdiriyyətin əldə saxlamaq istəyənlərin əlində idi və əgər şiənin baxışını başqa tərəfdə görməsəydilər, əks təsir göstərtməzdilər və o firqə müqabilində yeni firqə , Əhli- Sünnət adlı firqəni kəşf etməzdilər.
Buna görə də siyasət, təşəyyuh və Peyğəmbər (s) tərfindən elan olunmuş proqrama müxalifət amili oldu və başlanğıcda o
səh:28
dövlət başçıları aydın təfəkkürlə düşünmək əvəzinə bu siyasəti bəyan etdilər və nigarançılıqla işə qoyuldular.
Çoxlu amillərın ən öndə gələnlərdən biri daxili silahlı toqquşmalar nəticəsində İslamın məhv olmasıdır ki, bu amil müxtəlif siyasi məzhəbi rəqibləri silaha əl atmağdan çəkindirirdi. Bu şiə təfəkkürünə müxalif olan rəhbərlərə o zamanın işlərini əllərində cəmləşdirməsinə yardım etdi.
Buna baxmayaraq onlar əməldə sabit təfəkkürü izləmədilər və əsl beyyətə və cəmiyyətin seçiminə heç zaman hörmətlə yanaşmadılar, onların hökumətlərinin əsasını güc və təhdid təşkil etdi. Əbubəkrin hakimiyyətə gəlməsinə səbəb olan Səqifə hadisəsindən sonra Ömər ki, məxsus kobudluq və qəlizliklə, qılıncı çəkərək küçələrı dövr vurmağa başladı və insanları Əbubəkrə beyyətə məcbur etdi və bu iş elə yerə çatdı ki, Həzrət Əli (ə)- dan da beyyət tələb etdilər və o həzrəti beyyətə görə tutdular və bəzi deyiləsi olmayan cəsarətlər edərək və Həzrət Zəhra (s)- a və onun pak ailəsinə hörmətsizlik edərək zor gücünə məscidə gətirdilər. Ömərin hakimiyyəti özünün söylədiyinə görə Əbubəkrin vəsiyyətinə görə qurulmuşdu- Əbubəkr can verirdi və bəzən o huşdan gedib- gəlirdi- vəsiyyət mövzusuna gəlindi və özündən sonra hakim təyin etməsinin yerinə Osman, Ömərin adını vəsiyyətnaməyə yazdı və Əbubəkr özünə gələndən sonra bunu təsdiq etdi!
Bütün olanlar və ya ümümiyyətlə vəsiyyət ortada idi ya yox? Hər halda Ömər hakimiyyətə gəldi və heç kəs Əbubəkrə demədi ki, “
غلب علیه الوجع(1)
Huşu özündə olmayan şəxsin sözlərinin etibarı yoxdur, Amma bu bəhanə ilə Peyğəmbər (s)- a vəsiyyətnamə yazmağı qadağan etdilər.
Hər bir halda Əbubəkrin təyini ilə Ömər işləri əlində cəmlədi və özündən sonra üçün altı nəfərlik şura təşkil etdi.
Bəs məlum oldu ki, seçimdə heç bir halda cəmiyyətin haqqından istifadə edilmədi. Amma Osmanın öldürülməsindən
səh:29
sonra, müsəlmanlar həzrət Əli (ə)- ın evinə axışdılar və hamı ona beyyət etdi. Sonralar hərçəndki, şiə təfəkkürünə müxalif olanlar öz kitablarında çalışdılar ki, hökumətlərinə şəri don geyindirmək üçün ümumi beyyəti ya həll əhlini, müqaviləni və digər zidd sözləri və hətta qələbə və gücü əsas ünvan kimi bəyan etdilər.
Amma gücdən başqa burada heç bir şey meyyar deyildi və elə etdilər ki, insanların xəlifənin təyin etdiyi hakimə beyyət etməkdən başqa yolları qalmadı.
Ona görə şiənin müxalifləri, hökumətdə ümumi qanunun olmadığını və hətta müasir dövrdə onların ən böyük təhqiqatçılarından biri bu həqiqəti taparaq deyir ki, ümumiyyətlə İslam siyasətdə hakimin təyininə aid xüsusi metod qey etməmişdir və hər bir halda cəmiyyət özü bunu təyin etməlidir. Bu halda hökumət qanuni cəhət əldə edir.
D) MüSəLMANLARıN IKI QRUPA, SüNNI Və şIəYə BöLüNMəSININ AMILLəRI
Bu bölünmənin həqiqi səbəbi yüksək rütbə və rəyasət əldə etmək idi.
Bəziləri gələcək rəhbərlikdə yer almayacaqlarını görərək elə Peyğəmbərin dövründən qruplaşmağa başladılar və planlarına uyğun olaraq meydana daxil oldular, onların planlarında ən mühüm olanı Peyğəmbər (s) –ın baxışı müqabilində yeni fikir cərəyanı yaratmaq idi və sonra bunu yaymağa başladılar və
“حسبنا کتاب الله“
şüarı verdilər ki, İmamətin müvcud etibarını azaltsınlar və nəticədə onu etibarsız qələmə versinlər. Elə bu səbəbdəndir ki, Peyğəmbər (s) öz vəsiyyətini yazmaq istədikdə, şiddətlə mane oldular və Sünni mənbələrinində nəql etdikləri kimi Ömər dedi:”
غلب علیه الوجع! حسبنا کتاب الله(1)
“Bu sözləri Peyğəmbər ağrı şiddətindən və zəfər mərəzindən söyləyir! Allahın kitabı bizə bəsdir.”
səh:30
Bəzilərinin nəqlinə əsasən o dedi:
إن ّ الرجل لیهجر(1)
“Peyğəmbər sayıqlayır”- Nəuzu Billah.
Hər halda o mane oldu və dedi ki,
حسبنا کتاب الله
yəni biz Peyğəmbərin vəsiyyət və aydınlaşdırmalarına ehtiyacımız yoxdur.
“Şiə” ləqəbini Peyğəmbər (s) tərəfində Əli (ə) – ın tərəftarlarına verilmişdir. Peyğəmbər (s) onun səmimi ardıcıllarını şiə adlandırdı., amma bu iş müsəlmanların iki dəstəyə bölünməsinə səbəb olmadı. Hərçənd ki, Səlman, Əbuzər, Miqdad və s... kimi səhabələr Əli (ə) –a xüsusi etiqadları var idi. Amma müxaliflər müqabilində müstəqil şəkildə qruplaşmamışdılar və Peyğəmbə (s) –ın məsləhəti hamının Əli (ə)- ın dalınca getməli olduğu idi.
Amma bu əmrlə müxalifət Peyğəmbər (s)- ın vəfatından sonra açıq- aşkar oldu.
Bəzi insanların arzusu olan hakimiyyət və rəyasət eşqi, Peyğəmbərin canişin təyin etdiyi Əli (ə) –a qarşı ayağa durmğlarına səbəb oldu və İslam cəmiyyətində təfrəqə yaratdılar.
Əgər bu bölgünü ört- basdır etmək istəsək, qeyri-həqiqi izah vermiş olsaq, deməliyik ki, bu təfrəqə müsəlmanların zəif imanları ücbatından yarandı və peyğəmbər (s)- ın dediklərini və göstərişlərini İlahi vəhy həddində mötəbər bilmədilər və güman edirdilər ki, Allahın kitabı onların hidayəti üçün kifayətdir və Peyğəmbər (s)- ın dediklərinə ehtiyac yoxdur, elə bil ki, Peyğəmbər (s) –la özlərini Quranın əsaslarının və məqsədinin dərkində eyni görürdülər.
Buna görə onun təyin etdiyi proqrama və metoda tabe olmadılar və dərk etdikləri öz şəxsi nəzər, məsləhətlərini və intriqalarını, Peyğəmbər (s)- ın əmrlərindən üstün bildilər və ya o Həzrətin bəzi hökumət və cəmiyyətin müdiriyyət əmrlərini şəraitdən asılı olaraq dəyişilməsini qəbul etdilər.
səh:31
Onlar Xilafət məsələsini də belə işlərdən hesab edirdilər və inanırdılar ki, hərçənd Peyğəmbər özündən sonra canişin təyin etmişdir, amma onların fikirlərinə görə Peyğəmbər (s)- ın söylədiklərinin vəhy qədər etibarı olmadığına görə nəticədə onunla müxalifətin caiz olduğunu hesab etdilər və nəticədə Peyğəmbər (s)- ın vəfatından sonra onun sözlərini eşitməməzliyə vurdular və onu kənara qoydular və bu düzgün olmayan bəhanələrlə Xilafəti təyin olunmuş macərasından çıxartdılar.
Doğrudur ki, onlar o şəraitdə cəmiyyəti idarə etmək üçün, xilafəti möhkəm saxlayan düzgün nizamlı fikrə sahib deyildilər, buna baxmayaraq israr edirdilər ki, Peyğəmbər (s)- ın seçdiyi şəxs ya cəmiyyətin idarəsin ələ almamalı ya da məsləhət deyil. Bu o halda idi ki, onlar Peyğəmbərin başqa əmrlərində israr edirdilər, amma bu məsələdə əksinə əməl etdilər. Peyğəmbər (s)- ın bir nəfəri ordunun başçısi təyin etdiyi zaman da onlar onu rahat qoymadılar. Hər halda onlar özləri üçün bunun haqq olduğunu hesab edirdilər ki, Peyğəmbər (s)- ın əmrlərinə sahib çıxıb, onu istəfikləri kimi dəyişdirməyi öz fikirlərinə görə lazım hesab edirdilər və günahdan da pis səbəblərə əl atdılar.
Bunların müqabilində Həzrət Əli (ə) və bir neçə nəfər onun artdıcılları, Peyğəmbər (s)-ın əmr və təliminin haqq olmasına inanırdılar və deyirdilər: Peyğəmbər (s) –ın sözləri vəhy hökmündədir və bəlkədə vəhyin özüdür. Çünki Quran bu barədə belə buyurur:
{وَمَا یَنطِقُ عَنِ الْهَوَی}
{إِنْ هُوَ إِلاَّ وَحْیٌ یُوحَی}(1)
“O kefi istəyəni ( havadan) danışmır! nə söyləyirsə bu nazil olan vəhydən başqa bir şey deyil!
{وَمَا آتَاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاکُمْ عَنْهُ فَانتَهُوا}(2)
“ Peyğəmbər hər nə sizin üçün gətirdisə götürün- və yerinə yetirin- və hər nəyisə inkar etdisə ondan çəkinin”
O həzrətin əmr və inkarları azaldıb və çoxaltmadan əməl olunmalıdır və biz həmişə Peyğəmbər (s)- ın hidayət və təliminə möhtaciq və İslam dini hər cəhətdən kamil və möhkəmdir və
səh:32
onda naqislik və çatışmamazlıq yoxdur.
İstilah olaraq bu qrupa deyilir ki, bu hədisin izah və təfsir yolu bağlıdır və Əli 9ə)-ın xilafəti Allahın əmri kimi vəhy olunmuşdur.
{یَا أیُّهَا الرَّسُولُ بَلِّغْ مَا اُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ}(1)
“Ey Peyğəmbər!Allah tərəfindən nazil olanları kamil şəkildə insanlara çatdır!”
Hər halda müsəlmanlar iki qrupa bölündülər və həqiqətdə odur ki, onlar ki, sünnəti rədd edərək, şərhə və qiyasa üstünlük verirlər, bunlar barəsində “Əhli Sünnət” terminin istifadə edilməsi düzgün deyil. Bəlkə bu ünvan o kəslərə verilməlidir ki, Qurana və Peyğəmbərin sünnətinə bağlı olub və olmuşlar.
Eyni vaxtda o kəslər ki, bu cümləni “حسبنا کتاب الله” bəhanə edərək müsəlmanları iki dəstəyə böldülər, burada əsas mövzu o idi ki, Peyğəmbər (s)- ın risaləti həmin Allahın kitabıdır və Peyğəmbərin sünnətinə ehtiyac yoxdur! Hər halda bu dəstə özlərinə məxsus fikir tərzləri ilə Peyğəmbər (s)- ın Əli (ə) haqqında dəqiq əmri ilə müxalifət etdilər. Amma Əli (ə)-ı ev dusdağı etdikdən sonra bu səhv fikirlərlə irəli gedə bilməyəcəklərini və bu şüarı حسبنا کتاب الله söyləməklə cəmiyyətin əhkam problemlərini həll edə bilməyəcəklərını gördülər və bir çox mövzularda Peyğəmbər (s)-ın sünnətinə geri döndülər.
Əlbəttə şiə təfəkkürünün müxalifləri bu şüardan kifayət qədər bəhrələndilər və məlumatsız və ümumi qrupları aldatdılar və Peyğəmbər (s)-ı vəsiyyətnamə yazmaqdan saxladılar, onlara belə deyirdilər: Peyğəmbər (s)-ın Əli (ə)-ın xilafəti barəsində əmrinə ehtiram göstərmək lazımdır, amma Quran əsas mehvərdir deyib, bəhanə edərək onu kənara qoydular. Bunların əsas hədəfi “Qədir hədisini” və “yəvmul dar”-ı və başqa hədislərin önə çıxmamasını təmin etmək idi.
Amma sonra hədissiz işləri idarə edə bilməyəcəklərini və hədis müqabilində ictihadın mümkünsüzlüyünü gördülər və Allahın Əhkamınıa sahib çıxaraq izah və qiyasa üz tutdular və
səh:33
müxtəlif mövzularda şəkk- şübhə yaratdılar.
Təşəyyu məzhəbinin və həmçinin İslamın yaranmasının tarixi hadisələrlə heç bir əlaqəsi yoxdur. Əlbəttə şəxslərin siyasi vəziyyətlərinə və bəzi hadisələrin baş verməsinə tarixi hadisələr təsir etmişdir, amma bütün işlərdə bu əsl səbəb deyil, misal olaraq: İmam Zaman (ə)-ın qeybinin əsas səbəb və hikmətləri- bəzi xəbərlərə əsasən – zülümkar hakimlərə beyyət etməməsi və s olmuşdur, amma o həzrətin var olması və qeydətin əsası mütəvatir hədislərə əsasən qəti olan bir əmr idi ki, onun proqramı öncədən müəyyən olunmuş və müəyyən olunduğu kimi həyata keçməkdədir. Bu o demək deyildir ki, Imamət məsələsi tarix boyu tədriclə önə çıxmış və tarixin seyri onu zəruri və lazım etmışdir.
Tarixi təhqiq edərkən aydın şəkildə məlum olur ki, xilafət barəsində əhli sünnə cərəyanı tarixi silsilə hadisələrinin səbəblərin nəticəsində əmələ gəlmişdir. Amma şiə təfəkkürü İmamət barəsində dəfələrlə söyləndiyi kimi behsətin başlaması nəticəsində Allah təalanın əmri və Peyğəmbərin yol göstərməyi ilə bünövrəsi qoyulmuşdur.
“Eyni zamanda şiə təfəkkürü tarix yaradıb nəinki, onu tarix yaradsın”
Şiə təfəkkürünə müxalif olanlar deyirlər: Bu barədə Peyğəmbər (s)-ın yol göstərməsi olmamışdır, buna görə Peyğəmbər (s)- ın vəfatından sonra müsəlmanlar arasında təşviş və nigarançılıq artdı və onların bir şəxsi xəlifə təyin etmələrinə səbəb oldu və bu iş səqifədə məlum mübahisə və keşməkeşlərdən sonra nəticədə Əbubəkr Peyğəmbər (s)- ın yerinə canişin təyin olundu və sonra cəmiyyətdə baş verən hərcmərcliyi və xoşa gəlməyən hadisələri önləmək üçün Əbubəkr Öməri canişin təyin etdi və Ömər də altı nəfərlik şura təşkil etdi ki, özündən sonra canişin təyin etsinlər.
Bütün bu hadisələrin xüsusi səbəbi var idi ki, siyasətə meyillik onların başında dururdu.
Halbuki, bu baxışın tərəfdarları bu mühüm hadisəni təbii qələmə vermək istəyirlər, amma həqiqətlər bu hərəkətin təbii
səh:34
olmasına səhv tutmağa imkan yaradır və şiə baxışına görə İmamət barəsində müxtəlif tərəflərdən təyin olunma imkanı yaradır.
F) MƏZHƏBİN ƏSAIı ƏHLI- BEYT (ə)- İN RƏHBƏRLİYİNİN HİMAYƏTİDİR
Əhli- Beyt (ə)- ın rəhbərliyinin himayət edilməsi başlanğıcdan islam təliminin əmrinə əsasən yerinə yetirilir. Səqifə və Əbubəkrin canişinliyi ilə müxalifət edən şəxslərin məqsədi yalnız dini təkliflərin və Peyğəmbər (s)- ın yol və təliminin qorunmasından ibarət idi. “ Şiənin əsli və üsulları”, “Şiə tarixi”, “Tarixdə şiə” və digər sünni və şiə kitablarına müraciət edərkən aydın olur ki, şiəliyin yüksəlişi bir məzhəbi məqsəd daşımışdır.
Nəhcül Bəlağə kitabında Əmirəl Möminin (ə)- ın xütbələri bunları təsdiqləyir ki, Əhli- Beyt (ə)- ın həqiqi mövqeyi insanların maddi, mənəvi və məzhəbi rəhbərliyidir ki, hökumətin bir şöbəsi kimi hesab edilir.
səh:35
səh:36
İKINCI SUAL:
Məsum İmamın şərtlərindən biri silahlı qiyamdırmı?
Silahlı qiyam mütləq şəkildə hər şəraitdə şiə proqramının bir hissəsidirmi?
Yəni şiə daim zülümkar hakimlərlə silahlı mübarizə halında olmalıdırmı?
Yoxsa bu mözuda həmçinin əmr be məruf və nəhy əz münkirdə bəyan olunan olan o şərt, əsas nəzər hesab edilir?
Şiə Bəni Üməyyə hökumətinə qarşı silahlı qiyamda hansı rolu oynamışdır?
CAVAB:
Şiə kafirlərlə cihad mövzusunda İslam fikirlərindən başqa etiqada malik deyildir ki, bu fiqh kitablarında müfəssəl şəkildə bəyan olunmuşdur. Əksər Fəqihlər cihadı Məsum İmamın varlığında əgər İmam cihada dəvət edirsə vacibliyini qəbul edirlər.
Amma İslamın varlığının, müsəlmanların namuslarının müdafiyəsi və düşmənlərin islam hüdudlarına hücumundan qorunmaq, istər fiziki istərsə də mədəni və ya iqtisadi olsun hamı üçün vacibdir və hətta bu ayənin hökmünə görə vacib hesab edilir.
səh:37
{وَاَعِدُّواْ لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَیْلِ تُرْهِبُونَ بِهِ عَدْوَّ اللهِ وَعَدُوَّکُمْ}(1)
Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin!
Fiziki və mədəni sərhədlərin qorunmasına hazırlıq vacib ilahi təklifdir. Cəbhə və Fiziki döyüşdə nizami silahlarla təchizatlanamaq və mədəni və iqtisadi cəhətdən müdafiə olunmaq üçün məxsusi vasitələri hazırlamaq İmamın hüzr dövrü ilə qeybət dövründən heç bir fərqi yoxdur.
Müsəlanın evi, ailəsi, mal və canı yadların hücum və xətərindən amanda olmalıdır.
ومن قتل دون ماله فهو شهید(2)
“və hər kəs özündə olanların müdafiyəsi zamanı öldürülərsə şəhitdir”
İslam vətəni hamının evidir ki, amanda olmalıdır.
Bunlar xarici düşmənlərlə münasibətlərin icmalı idi. Amma daxildə islama zidd cərəyanlarla və daxildə münafiqcəsinə yüksək rütbə əldə etmək üçün İslam və müsəlmanlara zərbə vuranlarla elə həddə davranılmalıdır ki, bu fəsadlar və islama zidd hərəkətlər həll olsun.
Əlbəttə əgər bu hərəkətlər İslamın varlığını təhlükəyə atarsa ya islam əhkamını və islam cəmiyyətinin əmniyyətini xətərə salarsa bu təhlükələrin aradan qaldırılması üçün nizami hərəkət ehtiyacı yaranır, bu şəraitdə silahlı qiyam vacibdir.
Xülasə, şiə təfəkküründə müxalif və zalim cərəyanlara etinasızlıq məhkum olunur.
Müsəlman, islam və müsəlmanın izzət və şərəfinə və Allah kəlamının yüksəlməsi ilə əlaqədar olan bütün işlərə əhəmiyyət verməli və öz üzərinə düşən vəzifəyə əməl etməlidir.
Amma İmamın İmamətliyinin şəraitini, Zeydiyyəyə bənzədirlər, silahlı qiyam etmək və yaxud hər hansı rəhbər silahlı qrup yaratsa və zahirən qiyam və silahlı mübarizə etməsə
səh:38
bu istər Seyyid, istərsə də Peyğəmbər (s)- ın ailəsindən olsun bu onun İmam olmamasına dəlalət etmir, necə ki, İmam Zeynəlabidin, İmam Baqir və İmam Sadiq (ə) bu yolu seçmişdilər. Əvvəla İslamın və islam kələməsinin müdafiyəsi və yüksəlməsi üçün silahsız mübarizə həmin dövrdə və o şəraitdə silahlı qiyamdan daha da təsirli idi.
İkincisi, Mahmud Bin Lubeyd Həzrət Zəhra (s) –dan nəql etdiyi hədisdə belə buyurulur:
مثل الإمام مثل الکعبة إذ یؤتی ولایأتی(1)
İnsanların vəzifəsi ictimai İmamın ətrafında toplanmaq və onun yolu və İslam kəlamınının yüksəlişi və dinin hədəfinin qorunması üçün hazir olduğunu elan etməkdir. Bu halda İmam məsləhət olanı edəcəkdir.
Əmirəl Möminin (ə) Osmanın qətlindən sonra insanların hay- küy və sevinclə beyyət üçün ona tərəf axışdıqları zaman o insanları cavabsız qoymadı, buyurdu:
اما والذی فلق الحبة وبرأ النسمة لولا حضور الحاضر وقیام الحجة بوجود الناصر وما أخذ الله علی العلماء ألا یقاروا علی کذه ظالم ولا سغب مظلوم ، لألقیت حبلها علی غاربها ولسقیت آخرها بکأس أوّلها ولألفیتم دنیاکم هذه ازهد عندی من عطفة عنز(2)
“Agah olun! Allaha and olsun, o Allaha ki, toxumu sındırdı, insanı yaratdı, əgər mənim ətrafıma toplaşmış cəmiyyət olmasaydı, və mənə yar olmaq üçün qiyam ediblər, bu baxımdan höccət tamamlanmışdır və əgər Allah qarşısında Alimlərin öhdə və məsuliyyəti olmasaydı- hər cəmiyyət- sitəmkarların at qarınları və zülm görənlərin aclığı müqabilində sakit oturmalı olsaydılar, mən xilafəti dəvə cilovu kimi buraxardım və ona heç diqqət etməzdim və sonda onu başlanğıcda su ilə dolmuş fincan edərdim- o vaxt- yaxşı başa düşərdiz ki, sizin dünyanız- bütün zinətləri ilə- mənim nəzərimdə qoyunun burnunun suyundan da dəyərsizdir!”
Amma Bəni Üməyyə əleyhinə olunan silahlı qiyamlar, xəvariclər tərəfindən edilən qiyamlardan başqa ki, bunların heç biri nəticə vermədi, o biri qiyamların məqsəd və səbəbi Həzrət Seyyidil Şühəda (ə)- ın qatillərindən qisas almaq və Əhli- Beyt
səh:39
(ə)- ın məzlumiyyətinə etiraz etmək olmuşdur. Bu qiyamlar Eynil verdə və Muxtar qiyamlarıdır ki, hər ikisində çoxlu sayda şiələr iştirak etmişdilər. Sonra cənab Zeydin və başqa qiyamların hamısı Əhli- Beyt (ə)- a məhəbbət və hörmətlərindən və Bəni Üməyyəyə nifrətlərindən baş vermişdir. Kumeyl kimi şəxsiyyətlər və Əbdilrəhman Bin Mühəmməd Bin Əşəs qiyamda idilər və ya axırıncı qiyam ki, müntəha bəni Üməyyə hökumətinin məğlubiyyəti ilə sonlandı və İslam məmləkətlərində onların höküməti sona çatdı.
Canyandırıcı Kərbəla faciəsinin əsl məqsədi və Zeyd bin Əli (ə)- ın şəhadəti və ya bir sözlə Əhli- Beyt (ə)- ın məzlumiyyəti idi.
Eyni zamanda bu Bəni Üməyyəyə qarşı qiyamda mühüm olan şey şiənin rolu və Əhli- Beytin məzlumanə vəziyyəti idi. Hərçənd Seyidil Şühədanın şəhadətindən sonra İmamlar qiyam etmədilər, çünki, bu vəziyyətdə silahlı qiyamı ədalətli İslam dövlətinin yaradılması üçün münasib görmədilər buna görə başqa səngərlərdə İlahi təklifləri və əhkamı insanlara çatdırdılar və çoxlu İslamdan kənara çıxmaları dəf etdilər. Hətta qələbədən sonra Bəni Üməyyə əleyhinə olan sonuncu qiyamda baş verənlərdən sonra tənha o əqidəyə layiq olan şəxs İmam Cəfər Sadiq (ə) idi. Baxmayaraq ki, bu işi Həzrətə təklif etmişdilər, İmam Sadiq bunu qəbul etməkdən imtina etmişdi. Onun tərəfindən belə siyasətin seçilməsi, şiə etiqadına görə nəticədə Peyğəmbər (s) tərəfindən verilən əmr idi ki, vəhy vasitəsilə Peyğəmbər (s)- a xəbər verilmişdi. Buna əlavə olaraq hər İmam mövcud şəraitdə öz təklifini hamıdan yaxşı bilir və həmişə daha mühüm işləri başqa işlərdən üstün tutur. Əgər Həzrət bu yolu seçməsəydi, İslamın məsləhətinə olan mühüm bir şey zay olacaqdı. Çünki, hər bir nəzər sahibinə məlumdur ki, belə şəraitdə, İslamın nurani əhkamını icra etmək və hökuməti ədalətli İslam nizamını işə salmaq imkanı mövcud deyildi.
səh:40
ÜÇÜNCÜ SUAL:
Məgər İmam Cəfər Sadiq (ə) təşəyyuh məktəbinin qurucusudur, ya onu izah və aydınlaşdıran olmuşdur?
CAVAB:
İmam Sadiq (ə) şiənin əsas təfəkkürünü- çoxlu sayda Əhli- Beyt (ə)- ın dost və aşiqləri
Onu tanıtdırmamalı idilər- hamıya göstərdilər. O böyük elmi mədrəsənin təsisi ilə cəmiyyəti islamın düzgün həqiqətlərinin- ki, İmam Əli (ə) və Əhli- Beyt (ə)- ın ardınca gedərək həyata keçməsi ilə məlumatlandırdı, bu halda ki, İmam Sadiq 9ə)- dan öncəki dövrlərdə maarifin yayılması o Həzrətin dövründə olduğu həddə deyildi.
Bu o mənada deyildir ki, İmam Cəfər Sadiq (ə) şiə təfəkkürünün yaradıcısıdır, çünki deyildiyi kimi şiə təfəkkürü Peyğəmbər (s)- ın zamanında aydın şəkildə idi və Böyük Peyğəmbər (s)- ın mötəbər hədislər və aydın hidayətləri onun keyfiyyətini məlum etmişdir.Zamanın ötməsi və hadisələri baş verməsi onun təkmilləşməsində heç təsiri olmamışdır, əlbəttə sonrakı dövrlərdə xüsusuylə İmam Sadiq və İmam Baqir (ə)- ın dövrlərində onun təbliğ, yayılma və tənzimində bu işlərin təsiri olmuşdur və hətta bu hadisənin özü bu təfəkkürün haqqaniyyətini
səh:41
müxalif təfəkkürlər müqabilində daha da aşkar etdi.
Şiə təfəkkürünün İmamət məsələsində qələbəsinin səbəblərindən biri də insanların Bəni Üməyyənin hakimiyyəti dövründə Peyğəmbərin canişini deyib onun yerində oturan hakimlərin əməl və rəftarlarında İslam əhkamına və Üsuluna uyğun heç bir şey görməməkləri oldu.
Bu iş hətta cəmiyyətin onlara qarşı qiyamına səbəb oldu. Baxmayaraq ki, bu qiyamların əksəriyyəti gücün vasitəsi ilə məğlubiyyətə düçar oldu və zahirdə Bəni Üməyyə hökuməti davam etdi, amma bu hadisələr şiə təfəkkürünün insanların qəlblərində yayılmasına və möhkəmlənməsinə səbəb oldu.
səh:42
DÖRDÜNCÜ SUAL:
Təşəyyuh məzhəbi İmam Sadiq (ə)- dan öncə də dini liderlərin əmrlərində əsas müzakirə obiyekti olmuşdurmu?
CAVAB:
Əvvəldə söylədiyimiz kimi şiə təfəkkürü Peyğəmbər (s) tərəfindən yaradılmış əsl İslam təfəkkürüdür. Bu məna və mətləbi Əmirəl Möminin Əli (ə)- ın kəlamlarından və Nəhcül Bəlağədən istifadə edərək başa düşmək mümkündür.
İmam Baqir və İmam sadiq (ə) bu təfəkkürü müxtəlif sahələrdə insanlar üçün şərh edərək, insanların bu barədə məlumatlarını kamilləşdirdilər və bu məsələlərdə İfrat və təfritləri həll etdilər.
Onlar İmamətin əsl və tam islamı olduğunu isbat etdilər ki, həqiqəti və onun dərəcələrinin söyləyənlərin Məsum İmamlar olduğunu bildirdilər. Məlum olduğu kimi onlar bütün İslam məfhum və terminlərinin və Quran ayələrinin izah və təfsir edənləridir. Misili olmayan və böyük vəziyyətlərdə onların elmi məlum olur, hamı o böyük şəxsiyyətlərin əsl İmamət məfhumunun kamil və əsas şəkildə tanınmasına cavabdehlik səlahiyyətlərinə və eyni halda yeganə etimadlı mənbə olduğlarını başa düşdülər. Bu o mənada deyil ki, İmamətin
səh:43
əsasını onlar yeni kəşf etmişlər və ya qeyb aləminə imanları olmayan insanların sözlərinə əsasən, tarixin müxtəlif hadisələrinin nəticəsi olaraq yaranmışdır.
Həmçinin əhl sünnətın mötəbər rəvayətlərindən olan, Əli Binəl Hüseyn (ə), İmam Baqir və İmam Cəfər Sadiq (ə) haqqında rəvayətə əsasən, “Əhməd Şakir” “Əl Baisul Həsis” kitabının şərhində belə yazır: “Bu axırıncı İmamdan öncəki İmamların mənəvi mövqiyyəti və İmamətləri insanların qəlblərində çox möhkəm idi.”
İmamların Quran natiqi olmalarına etiqad, yəni onlar Quranın xüsusi məna və izahını bilmələrini, İmam Baqir (ə)- ın uca atası İmam Zeynəlabidin (ə)- dan olan rəvayətə və ondan da əvvəl Əmirəl Möminin (ə), İmam Həsən və İmam Hüseyn (ə)- dan rəvayətlərə əsasən dəfələrlə bəyan olunmuşdur və Peyğəmbər (s) şəxsən özü təvatir hədislərdən də üstün olan hədisdə Məsum İmam (ə) –ı Quranla eyni səviyyətə göstərmişdir. Əhli sünnət kitablarında İmam Zeynəlabidin (ə)- ın xütbəsinin təfsirində belə nəql olununr ki, Əhli- Beyt (ə)-dan İmamlar səmimi seçimdir və bu böyüklərimiz xilqətin yeganə mərcə və ilahi höccətləridir.
səh:44
BEŞİNCİ SUAL:
Cəmiyyətin idarə olunması Əmirəl Möminin (ə)- ın dövründə 5 il müddət kimi qısa zamanda Məsum imamların ixtiyarında olmamışdır. Şiə baxışına əsasən dini hökumətin yaradılması, hansı səviyyədə cəmiyyətdə əməli şəkildə həyata keçirtmək imkanı mövcutdur?
CAVAB:
Şiə təfəkkürü bir məntiqi təfəkkürdür ki, təlimat nöqtey- nəzərindən həyata keçirtmək imkanı olub və vardır.
İmamət məsələsində şiənin baxışı Peyğəmbər (s)- dan sonra cəmiyyətin dini və siyasi lideri o şəxs ola bilər ki, Peyğəmbər (s)- ın insanlar üçün gətirdiyi bütün Əhkam və Üsul elmində hamıdan elimli olsun. Tərəddütsüz Peyğəmbər (s)- ın dövründə bu xüsusiyyətlərə malik Əli (ə)- dan başqa heç bir şəxs yox idi. Buna görə də Peyğəmbər (s) özündən sonra onu canişin təyin etdi və sonra oniki nəfər olan Məsum İmamları tərtiblə bütün cəmiyyət üçün bəyan etdi.
Əlbəttə bu onların Peyğəmbərə qohumluqlarına görə deyildi, bəlkə bu onların mənəvi
və elmi bacarıqlarının xüsusiyyətlərinə görə idi ki, Allah təala insanların içindən Peyğəmbərin canişinliyi üçün yalnız
səh:45
onları seçdi. Necə ki, Quran Peyğəmbərlərin canişinləri barəsində belə buyurur:”
{إِنَّ اللّهَ اصْطَفَی آدَمَ وَنُوحاً وَآلَ إِبْرَاهِیمَ وَآلَ عِمْرَانَ عَل_ی الْعَالَمِینَ}(1)
“Allah təala Adəm, Nuh, İbrahim övladlarını və İmran ailəsini aləmlər içərisində seçilmiş (üstün) etdi.
Əgər insanlar bütün işlərdə doğru yolda hərəkət etmək istəyirlərsə onların ardınca getməli və onları özlərinin ağası olaraq vacib şəkildə onlara itaət etməli olduqlarını bilməlidirlər və onların işlərinə Peyğəmbər (s)- ın işləri kimi hörmət bəsləməlidirlər. Bu halda şiə təfəkküründə bəyan ediləm Əhkam və proqramlar xəyali və realliqdan uzaq olmayacaq və onların həyata keçirtmək imkanı yaranacaqdır. Əksinə onlar əsl İslam təlimləridir ki, əgər şərait yaranarsa bütün cəmiyyətlərdə istifadə olunma qabiliyyətinə malikdir.
Əgər biz tarixin bəzi bölmələrində, bəzi kəslərin siyasəti aydınlaşdıraraq əməli şəkildə onun qarşısını alırlar, bu onların aydınlaşdırma bacarığının olmaması demək deyil, bəlkə bu əhkam insanın reallıqlarını nəzərə alaraq seçilmişdir. Buna görə bütün bəşəriyyət onun dalınca gedir- və şiə etiqadına görə nəhayət ona çatılacaqdır. Bu iş Allahın axırıncı höccəti olan Axiril Zaman tərəfindən həyata keçiriləcək və bütün bəşər bir vahid nizamla idarə olunacaqdır.
Buna əlavə olaraq Peyğəmbərlər (s)-ın dəvəti haqqın bəyanı, nicat və doğru yolu nişan verməkdir. Əgər elmlə insanlar bunu qəbul etməsələr, onlara demək lazımdır ki,
{إِنَّا هَدَیْنَاهُ السَّبِیلَ إِمَّا شَاکِراً وَإِمَّا کَفُوراً}(2)
“Biz doğru yolu ona göstərdik, istər şükr edən olar- qəbul edər- istərsə də naşükür olar.”
Buna görə Peyğəmbərin vəzifəsi İlahi Əhkamını bəyan etməkdir ki, buda əsl imamətdir. İnsanlardır ki, Peyğəmbərin və Məsum İmamların dəvətini qəbul edib və onun icrasında onlarla əlbir olamalıdır və bu işin onlar üçün aydınlaşmasına şərait yaradacaqdır.
Məsum İmamlar (ə)- ın əməl və siyasətləri, əməli və nəticə
səh:46
verən, eyni halda reallıq olmuşdur.
Misal üçün Əmirəl Möminin (ə)- ın, Həzrət Müctəba və Seyyidil Şühəda (ə)- ın bütün əməlləri zəmanəsinin şərtlərin və reallıqın nəzərə alaraq öz işlərini həyata keçirtmişlər.
Məsələn Əgər İmam Həsən (ə) Müaviyyə ilə sülh etdisə o bütün şəraiti nəzərdən keçirərək ən münasib yolu seçdi. İmam Hüseyn (ə) da bilə- bilə Yezidə beyyət etməkdən imtina etdi və Kərbəlaya gedərək o bütün müsibətləri qəbul etdi və nəhayət öz məqsədinə çatdı. Bəli, əgər İmam Hüseyn (ə) başqa şəraitdə olsaydı, yəni hökumətin ələ keçirtmək şəraitinin və vasitəsinin yarandığını görsəydi, yenə də haqqı əldə etmək və Peyğəmbər (s)- ın xilafətindən özgələri uzaqlaşdırardı. Amma onun dövrü elə idi ki, bu məqsədi həyata keçirtməyin uyğun olmadığını bilirdi və buna görə elə metoda əl atdı ki, İslam dünyasını ayağa qaldırdı və İslamı canlandırdı. Doğrudur, zahirdə onlar xilafəti ələ keçirə bilmədilər, amma bütün insanların qəlblərində Müafiyyədən uzaqlaşdılar və Müaviyyənin İslam üçün planları suya düşdü və sonralar bu iş barəsində belə dedilər:
محمدی الحدوث و حسینی البقاء
O biri Məsum İmamlar da öz şəraitlərinə uyğun olaraq, öz vəzifələrinə əməl edərək İslamı qorudular.
İmam zaman (ə)- ın zühuruna inam şiənin təsəlli qaynağı və insanların müqavimət ruhu, səbr və dözümləri oldu və dinə etinasızlıq və ümidsızliyin qarşısın aldı və bu bir etiqatdır ki, şiəliyin təlim mətnlərində və mötəbər hədislərdə ona diqqət olunmuşdur və bu İmam Baqir və İmam Sadiq (ə)- ın zəmanəsində daha da diqqət mərkəzində oldu və insanların zalım hökumdarların cinayyətlərinə görə şiəliyə doğru qayıdışlar çoxaldı.
İnsanlar başa düşdülər ki, Peyğəmbərdən sonra bəzi səhabələrin İmamətin əslində dəyişikliklərin olması İslamda heç bir şeyi dəyişdirməyəcəyini güman edirdilər, amma sonra necə faciələr yaratdılar və İslamı öz yolundan çıxartdılar və xilafəti qəsb olunmasından tutmuş insanlara zülümlər edildi və şeytana qayıdışlar oldu. Bu insanların İmamət barəsində imanlarını gücləndirdi və başa düşdülər ki, yalnız bu əqidədir ki, İslam
səh:47
proqramlarını həyata keçirdir və onu kədərli və təəssüblü şəkildə sona çatdırır.
Buna görə Məsum İmamların hərəkət və rəftarları bir tərəfdən, zalım və sitəmkar xilafət qəsbkarlarının rəftarları başqa tərəfdən , şiə təfəkkürünün insanların qəlbinə daha çox nüfuz etməsinə səbəb oldu və onun ardınca Məsum İmamlara dönüş gücləndi və buradadır ki, biz görürük İmam Sadiq (ə) öz zəmanəsində hökumət başçılarının təlaşına baxmayaraq, ümumi insanlar arsında sevgi qazandı, hətta şiəni onun adı ilə tanıyırlar.
səh:48
ALTINCI SUAL:
Şiənin Hakimlər müqabilində mövqe tutması necə və hansı meyyarlar əsasında idi?
CAVAB:
Şiənin mövqeyi həmişə İslamın qorunması və dinin qalıcılığı, zülümkar və qəsbkar hökümdarların qanunsuzluğunu sübut etmək olmuşdur və həmişə çalışmışdır ki, şəri vilayətə əsaslanan İslam hökumətini qursun.
Şiəlikdə şəriət məfhumlarının bəyan edilməsi yalnız Kitab və sünnət əsasındadır və bu barədə Quran belə buyurur:
{وَجَادِلْهُم بِالَّتِی هِیَ اَحْسَنُ}(1)
“ Və onlarla ən yaxşı metodlarla, isbat və münazirə et!”
Elə metodla dialoq və müzakirə et ki, ən yaxşısı olsun və xüsusi şəraitdə təqiyyə əsasında elə əməl et və davran ki, başqaları düzgün islam və həqiqi şəriətə doğru hidayət olsunlar və zəmanənin qəsbkar və rəhimsiz hökumdarlarının zülümlərindən və hökümranlıqlarından xaric ola bilsinlər.
Buradan görürük ki, tarix boyu yalnız şiə olmuşdur ki,
səh:49
zalım hökumətlərə qarşı daim qiyamlar etmişdir.
Şiə o kəslərin İmamətliyinə etiqadı vardır ki, Peyğəmbər (s) özü dəfələrlə bunu bəyan etmişdir və şiə həmişə mövqeyni İslam təlimləri və Peyğəmbər (s)- ın yolu əsasında qurmuşdur və lazım şəraitin yaranmaması müqabilində, Əmirəl Möminin (ə) kimi öz zəmanəsində zahirən sükut və kənara çəkilərək, bunu qiyamdan üstün tutmuşlar və ya İmam Müctəba (ə) kimi rəftar edərək İslamı yox olma təhlükəsindən qorumuşlar.
Amma Kərbəla hadisəsi və Seyyidil Şühəda (ə)- ın Yezidə beyyətdən imtina etməsi bir qiyam idi ki, tarix boyu bunun timsalında hərəkət görülməmişdir. Bu hərəkət bütün müsəlmanlar üçün nümunə və mübarizə proqramıdır.
Baxmayaraq ki, zahirdə Əbaəbdillahın qiyamı məğlub oldu, amma həqiqətdə qalib qiyam idi, ona görə ki, doğru İslamı canlandırdı və şiələrin üzlərindən naümidliyi götürdü və fikirlərinin sabit və qüvvətlənməsinə səbəb oldu.
İmamlar öz elmləri ilə bilirdilər ki, insanların qəlblərində Əhli- Beyt (ə) olan etiqad və imanı gücləndirmək lazımdır. Bu yolla onlar siyası, elmi və mədəni tərəflərdən güclənərək, bu yolla hökümdarlara qarşı çıxmaq və tərtiblə həqiqi İslam hakimiyyətinin zəminini yaratmaq istəyirdilər.
səh:50
YEDDİNCİ SUAL:
Bəzi yazıçılar, bir sıra ifrata varıb yollarını azmış firqələri şiə ilə eyni cərgədə hesab edirlər. Təəssüflər olsun ki, şiəni Ğolovvla ( şişirtmə) ittiham edirlər və biz bilirik ki, bu bir töhmətdir ki, bizim dövrümüzdə də bu Vəhabilər tərəfindən nəşr, çap və risalə yolu ilə şiə maarifinə ləkə yaxırlar. Əgər mümkündürsə bu barədə bir az izah verərdiz?
CAVAB:
Ğolovvlu əqaid məsələsi keçmişdən böyük sabiqəyə malikdir və bu barədə Qurani Kərim Yəhud və Nəsranilərin timsalında belə buyurur:
“ Yəhudilər dedilər: Üzeyr Allahın oğludur! Və Nəsranilər dedilər: İsa Allahın oğludur!”
Müsəlmanlar arasında da bu xəstəlik bu hədisdə bəyan edilir:
لستلکن سبل من کان قبلکم حذوا النعل بالنعل والقذه بالقذه حتی لو ان احدهم دخل حجر ضب لدخلتموه(1)
“Hansı yolu getmək istəyirsiniz ki, sizdən öncəkilər getmişdilər, ayaq-ayaqa və qulaq-qulağa, hətta əgər onlardan biri kərtənkələ dəliyinə girərsə, sizdə ora daxil olarsınız”. Bu
səh:51
fikirlərə Əmirəl Möminin (ə)- ın barəsində də rast gəlinir.
Bəzi qruplar onun barəsində İlahilik və Allahlıq iddia etdilər və o Həzrəti öz şerlərində Allah kimi mədh etdilər:
انت خالق الخلایق من زعزع ارکان خیبر جذما
قد رضینا به اماما و مولی وسجدنا له الها و ربنا
“Yaradılanları sən yaratdın, o kəs ki, xeybər qalasının möhkəm bünövrəsini lərziyə gətirdi. Biz ondan razıyıq ki, öncül və ağamızdır və ona səcdə və torpağa doğru əyilirik ki, o bizim Allah və pərvərdiğarımızdır.”
Bəziləri böyütmə və mübaliğə baxımdan bu sözləri və şerləri söyləyənlər deyirlər- həqiqətdə biz o həzrəti özümüzə Allah hesab etmirik.
Buna əlavə olaraq o Həzrəti özündən rəvayətdə belə buyurur:
هلک فی رجلان، محب غال ومبغض قال(1)
“İki qrup mənim barəmdə yanıldılar, mənə ya məhəbbətlərində ifrata vardılar ya da düşmənlik edərək məqam və yüksək rütbəmi dandılar”
Hər halda tarix boyu bəzi belə qruplar var olub və vardırlar ki, öz əqaidlərində mübaliğə edərək ifrata varırlar. Bu kənara çıxmaların ən yüksəyi kimi isə Allah məqamına gətirməkdir.
Hər halda bu yodan kənara çıxmalar Əsl islam və şiə əqaidinə ziddilər.Belə əqaidlər daha çox özlərini Əhli Sünnət hesab edən Sufilərdən yaranmışdır. Bunlarda əsasən Hulul və ittihad və s kimi kələmələr gözə dəyir. Xoşbəxtlikdən şiələr içində sufilik məsələsi Məsum İmamların (ə) hidayətverici hərəkətləri nəticəsində, Əhli təsənun içərisində olduğu həddə rövnəq tapmadılar, bəlkə Məsum İmamlar (ə), onların ardıcılları və böyük alimlər tərəfindən məhkum olunaraq, kənara atıldılar.
Bəs bu işin şiəyə nisbət verilməsi töhməttən başqa bir şey deyil. Şiə əqaidi tovhid, Nübuvvət, İmamət, Ədalət və Məad və başqa məsələlərində inhirafatlı və ğolovvlu mətləblərdən uzaqdır. Bu ona görədir ki, Məsum İmamlar (ə) iki və yarım əsr dinin qoruyucuları olmuşlar və elə əməl etmişlər ki, şirklə yoğrulmuş əqaidlər bu məzhəbə nüfuz edə bilməmişdir. Sonralar kitabların və məqalələrin çap olunması sayəsində bu
səh:52
etiqad daha ətraflı izah olunmuşdur.
Əlbəttə sonradan şiəlikdə sufi və xanqah kimi əqidələr peyda oldular və Əli (ə)-ın vilayət və hörmət adı altında ifratlı əqaidi bəyan etdilər və amma alimlərin uyğun cavabları nəticəsində onlar daha çox müqavimət göstərə bilmədilər.
Şiə məzhəbində əhəd olan Allahın cəlal və camal sifətlərinə şərik qoşulmur. Peyğəmbər (s)- ı və Məsum İmamları (ə)- ı Allahın bəndələri hesab edilir ki, hər cəhətdən Allaha möhtacdırlar, yalnı Allahı zati olaraq Uca bilirlər.
Əlbəttə Şiə ayə və rəvayətlərə uyğun olaraq bu böyük şəxsiyyətlərin sifət və fəzilətlərə və ali məqama və dərəcəyə malik olmalarını zikr edir və onları höccət, İmam, Vəli, möcüzə və kəramətlərin sahibi və əmri bilirlər. Bu sifətlərin heç birində ğolovv və şirk iyi gəlmir və bütün bunlar göstərir ki, onlar kamal və yüksək übudiyyət mərtəbəsinə çataraq Allahın əmrləri qarşısında təslim olurlar.
Nəhayət, İmamət Quran və rəvayətlərdən və Peyğəmbər (s)-ın hədislərində bəyan olunan İslamın əsaslarından biridir və tarixdə baş verən hadisələrin, məğlubiyyətlərin və zamanın onun təkmil və formalaşmasında heç bir təsir və rolu olmamışdır.
Buna əlavə olaraq İmam barəsində olan sifətlərdə heç bir ifrat yoxdur və bunların bütünü hədislərə uyğun olaraq isbat olunmuşdur.
ولا یملک لنفسه نفعا ولا ضراً(1)
“Və bacarığın ziyan və xeyri özünə yoxdur”
Hətta İmam, Peyğəmbər deyil, yəni ona əhkam və şəriət vəhy olmur- hərçənd mühəddisdir, yəni mələklər onunla danışırlar- amma onun mələklə əlaqəsi nəbi ilə vəhy mələyinin əlaqəsi kimi deyil, fərq yalnız Peyğəmbərə İlahi əhkam vəhy olunmasındadır. Çünki, bütün Üsul və Əhkamın vəhyi və risalət, Peyğəmbərin rehləti ilə sona çatdı.
İmamşünaslıqın vəzivəsi İmam olan şəxsin Allah tərəfindən Petğəmbər (s) vasitəsilə elan olunaraq İmamlığa seçiləni tanıtdırmaq və onları Peyğəmbər (s) kimi ümumi hakim və
səh:53
bütün dini və dünyəvi işlərdə mütləq vilayət sahibi olduğunu və peyğəmbərlik sifətindən başqa bütün sifətləri- elm, ismət və s mali olduğlarını onlar üçün sübut etməkdir və xülasə biz hamımız Məsum İmamlar (ə)- ı bütün dini və dünyəvi işlərdə haqq olduğunu tanımalıyöğ. Maddi təfəkkür sahibləri və qeyb aləminə inanmayan şəxslər, Allaha, qeyb aləminə, peyğəmbər və İmamlara ğolovvlu sifətlər verirlər, çünki maddi insan bu sifətləri başa düşməkdə acizdir. Misal olaraq Maddi fikirli insanların nəzərində, Həzrət İbrahim, Musa və İsa (ə)- ın möminlərin inandığı möcüzələr bir növ ğolovv hesab edilir. Halbuki, burada heç bir ğolovvdan söhbət gedə bilməz. Bunların hamısı həqiqətdir ki, onların uca məqamının nişanəsidir. Ğolovv odur ki, Peyğəmbər və İmamı Allah hesab edək və ya Allahın onlarla birləşmiş və s hesab edilsin.
səh:54
SƏKKİZİNCİ SUAL:
Üsuliddinin beş əsas yerə bölünməsinin səbəbi nədir? Bu məsələdə şiə ilə mötəzilinin əlaqəsinin rolu olub ya xeyr?
CAVAB:
Şiə İslam və məzhəbi məsələlərdə bütün firqələrlə dialoq və mübahisələr etmişdir ki, buna şiə kitablarında işarə olunmuşdur. Amma heç bir etiqadi məsələ onların təsiri altına düşməmişdir. Deyildiyi kimi şiə təfəkkürü islamın özüdür, amma o biri firqələr yeni yaranmışdır.
Şiə əqaidi bu beş əsasla məhdudlaşmır. Əksinə çoxlu digər məsələr buraya aid olunur. Əlbəttə İslam və məzhəb əqaidini tovhid, nübuvvət və məadla və ya tovhid və nübuvvətlə xülasə etmək olar. Həmçinin İmamət, məad və başqa məsələlər Peyğəmbər (s)- ın dəvət etdiyi və onlardan xəbər verdiyi və xəbərlərə uyğun olaraq, nübuvvətə və onun dediyi bütün xəbərlərə imana bərabər hesab edilir.
الایمان بالنبوه ایمان بکل ما انبأ عنه النبی
“Nübuvvətə etiqad Peyğəmbərin xəbər verdiyləri şeylərə imana bərabərdir.”
Həmçinin beş üsuliddin: tovhid, nübuvvət, məad, ədalət və imamətdir ki, hər müsəlmanın bunlara etiqadı olmalıdır, ağıl və
səh:55
şər də bunu qəbul edir. Qisa şəkildə əqaidin qeyd edilməsi o səbəbdəndir ki, şiə İmamət və Ədalət məsələlərini o biri etiqad üsulları ilə eyni cərgədə hesab edir. Amma Əhli Sünnət- Əşəri firqəsi-nin buna etiqadları yoxdur.
Şiə öz əqaidini Peyğəmbər (s), Quran və Məsum İmamların rəvayətlərindən götürmüşdür və heç biri mötəzilə firqəsinin təsiri ilə olmamışdır. Çünki bu firqə sonralar əmələ gəlmişdir.
Əgər şiə və mötəzilə firqəsinin arasında bəzi oxşarlıqların olduğunu görürüksə, bunun vasitəli və ya vasitəsiz olaraq Məsum İmamlardan götürüldüyü qənaətinə gəlirik. Bu misal
“الجبر و التشبیه امویان و العدل و التوحید علویان”
çox məşhurdur ki, bizim iddiamızı təsdiqləyir.
Buna əsasən bəzi yazıçılar ki, şiə məzhəbindən və onun keçmişindən xəbərsiz idilər və mötəzilə və əşəri məzhəbini təhqiq edirdilər, şiə alimlərinin məsələn Seyyid Murtəzanın Əşəri əqaidinə müxalif olduğlarını görüb sandılar ki, onlar mötəzilədəndirlər.
səh:56
səh:57
səh:58
DOQQUZUNCU SUAL:
Məsum İmamların İmamlıq və Vilayət məqamına seçilmələrinin sirri nədir?
Bəşər ağlı bunu dərk etməyə qadirdirmi?
CAVAB:
Bu sual təkcə Məsum İmamların (ə) seçilməsinə məxsus deyil, bəlkə bu sual bütün Peyğəmbərlərin və hətta vəhy mələyi Cəbrail (ə)- ın seçilməsinə, Peyğəmbərlərin bəzilərinin bəzilərindən, bəzi qovmun bəziləırindən və insanların bəzi insan və məxluqatdan üstünlüyünə həm aid etmək olar.
Həqiqət odur ki, seçim Allahın işlərindən biridir ki, buna çoxlu ayələrdən dəlillər vardır, o cümlədən Al-İmran surəsinin 33 ayəsində belə buyurulur:
{إِنَّ اللّهَ اصْطَفَی آدَمَ وَنُوحاً وَآلَ إِبْرَاهِیمَ وَآلَ عِمْرَانَ عَل_ٰی الْعَالَمِینَ}(1)
1.“Allah təala Adəm, Nuh və İbrahim övladlarını və İmran ailəsini aləmlər üzərində üstün etdi.”
2. Nəml Surəsinin 59 ayəsində Allah təala belə buyurur:
{قُلِ الْحَمْدُ للهِ وَسَلاَمٌ عَل_ٰی عِبَادِهِ الَّذِینَ اصْطَفَی}(2)
“Həmd Allaha məxsusdur və onun seçilmiş bəndələrinə
səh:59
salam olsun”
3. Al-İmran surəsi, 42 ayəsində belə buyurulur:
{وَإِذْ قَالَتِ الْمَلاَئِکَةُ یَا مَرْیَمُ إِنَّ اللّهَ اصْطَفَاکِ وَطَهَّرَکِ وَاصْطَفَاکِ عَل_ٰی نِسَاء الْعَالَمِینَ}(1)
“Ey Məryəm! Allah səni seçdi və səni pak etdi və bütün dünya xanımlar üzərinə üstün etdi.”
4. Bəqərə surəsi, 247 ayədə belə buyurulur:
{قَالَ إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَیْکُمْ}(2)
“Allah sizdən ötrü onu seçdi”
5. Əraf surəsi, 144 ayəsində Allah təala belə buyurur:
{إِنِّی اصْطَفَیْتُکَ عَل_ٰی النَّاسِ بِرِسَالاَتِی}(3)
“Ya Musa! Mən öz risalətlərimlə danışmağımla insanlardan səni seçib üstün tutdum”
6. Fatir surəsi, 32 ayədə belə buyurulur:
{ثُمَّ اَوْرَثْنَا الْکِتَابَ الَّذِینَ اصْطَفَیْنَا مِنْ عِبَادِنَا}(4)
“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik”
Hətta Abbasi xəlifəsi olan Mənsur belə deyirdi: İmam Sadiq (ə) bu ayəyə nümunədir.
{الَّذِینَ اصْطَفَیْنَا مِنْ عِبَادِنَا}(5)
“Bəndələrimizdən seçdiklərimiz”
7. Bəqərə surəsinin,130 ayəsində buyurulur:
{وَلَقَدِ اصْطَفَیْنَاهُ فِی الدُّنْیَا}(6)
“Biz onu bu dünyada seçdik”
8. Həcc surəsi, 75 ayədə buyurulur:
{اللهُ یَصْطَفِی مِنَ الْمَلاَئِکَةِ رُسُلاً وَمِنَ النَّاسِ}(7)
“Allah mələklərdən də elçilər seçər, insanlardan da”
9. Sad surəsi, 47 ayədə buyurulur:
{وَاذْکُرْ إِسْمَاعِیلَ وَالْیَسَعَ وَذَا الْکِفْلِ وَکُلٌّ مِّنْ الاَخْیَارِ}(8)
“Və onlar mənim yanımdan seçilmişlər və yaxşılardır.”
10. Məryəm surəsi, 58 ayədə buyurulur:
{وَمِمَّنْ هَدَیْنَا وَاجْتَبَیْنَا}(9)
səh:60
“Və o kəsləri ki, hidayət etdik, onlarıda seçdik.”
11. Ənam surəsi, 87 ayəsində belə buyurulur:
{وَاجْتَبَیْنَاهُمْ وَهَدَیْنَاهُمْ}(1)
“- Şəxslərə üstünlük verib, seçdik və doğru yola hidayət etdik.”
12. Al-İmran surəsi, 179 ayəsində Allah təala belə buyurmuşdur:
{وَلَکِنَّ اللّهَ یَجْتَبِی مِن رُّسُلِهِ مَن یَشَاءُ}(2)
“Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər və ona qeybdən bəzi şeylər bildirər.”
13. Şura surəsi, 13 ayədə buyurulur:
{اللهُ یَجْتَبِی إِلَیْهِ مَن یَشَاءُ}(3)
“ Allah kimi istəyirsə onu da seçir.”
14. Yusuf surəsi, 6 ayədə buyurulur:
{وَکَذٰلِکَ یَجْتَبِیکَ رَبُّکَ}(4)
“ Pərvərdigarın səni belə seçir.”
Bunlardan başqa bir çox ayələr seçimin həkimanə iş və İlahi sünnət olduğunu ğöstərir.
Imam Zeynəlabidi (ə)- ın övladı Zeyd Şəhidin “Əl Sfut” adlı risaləsində birinci əsrdə Əhli- Beyt (ə)- ın seçilmə məsələsini təhqiq etmişdir.
Təkvini (yaradılış) aləmində də mükafatlandırma məsələsi bəyan olumuşdur və onun zəruriliyini tamamilə ağıl dərk edir və bütün üzvlərin göz, baş, beyn ola bilmədiyi və meyvələrin bir-birinə oxşamadığı kimi bütün insanlar da bir- birinə oxşamır və onlar yaradılışdan, sifət və görünüş cəhəttən bir- birlərindən fərqlənirlər, bu o mənadadır ki, insanların hamısı kamil fərd ola bilməz.Yəni hamı Mühəmməd (s) ya Əli (ə) ya da İbrahim Xəlilullah (s) və s ola bilməz.
İmamət və Məmumiyyət, Məbus və Məbus İləyh məsələsi bu tərtiblədir ki, ya İlahi təqdir vasitəsi və yaradılış səbəbidir və ya birbaşa şəkildə ilahi təyin, aydınlaşma və seçimlə həyata keçir. Hər halda bütün ayələr sirr və hikmətlə doludur ki, yalnız Allah təala özü bunu bilir.
səh:61
Bu məsələdə heç kəsin haqqı yoxdur ki, niyə mən başqa bir kəs və ya başqa bir şey olmadım? Desin. Ya Niyə bütün mələklər Cəbrail (ə) və bütün insanlar Mühəmməd Mustafa (s) olmayıblar? Və ya niyə bütün dağlar və daşlar qızıl olmayıb? Çünki, əgər belə olsaydı, aləmin kamilliyi naqis olardı və varlıqlar və onların hissələri arasındakı nizam və həmahənglik aradan gedərdi.
Bütün mövcudat və hissələr artasındakı nizam və həmahəngliyi Qurani- kərim Yasin surəsinin 38-40 ayələrində dəqiq şəkildə belə şərh edir:
{وَالشَّمْسُ تَجْرِی لِمُسْتَقَرٍّ لَّهَا ذٰلِکَ تَقْدِیرُ الْعَزِیزِ الْعَلِیمِوَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّی عَادَ کَالْعُرْجُونِ الْقَدِیمِلاَ الشَّمْسُ یَنبَغِی لَهَا اَن تُدْرِکَ الْقَمَرَ وَلاَ اللَّیْلُ سَابِقُ النَّهَارِ وَکُلٌّ فِی فَلَکٍ یَسْبَحُون}(1)
“ Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu yenilməz qüdrət sahibi olan, bilən Allahın təqdiridir. Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar. Nə günəş aya çatar nə də gecə gündüzü ötə bilər. Hər biri bir göydə üzərlər.”
_BÜTÜN ŞEYLƏR CAHANDA ÖZ YERLƏRİNDƏDİR._
_DEMƏ NIYƏ BƏNGƏRİ NƏ AZ NƏ DƏ ÇOXDUR._
_BÜTÜN BUNLAR HAQQ ƏDALƏT TƏQDİRİ VƏ HİKMƏTİDİR._
_BİZ BAŞ AÇMARIQ, XİLQƏT SİRRİDİR._
Amma eyni halda İnsan ixtiyar və seçim sahibidir. Bu məsələ sirdir, yəni təqdir və seçimlər olduğca mürəkkəb məsələdir. Demək olar ki, “ Əgər bəşər milyon illər birlikdə kəşf və təhqiq etsələr, yenə də bilinməyən sirrlər önlərində qalacaqdır.”
Ötən mövzunun xülasəsindən belə çıxır ki, xilqət aləmi, səbəblər və səbəb olanlar aləmidir və eyni halda İnsan aləmi, ixtiyar və təklif aləmidir.
Qəza və qədər İlahi hikməti bütün işlərə hakimdir. İmam və Peyğəmbərin, yaradılış cihadının və ixtiyarının və bu qəbildən olan məsələlərin səbəbinin başa düşülməsi Allahın bütün işlərinə və kainatın sirrinə dair elmi əhatəsinin olması lazımdır ki, bunu yalnız o kəslər başa düşürlər ki, Allahın
səh:62
xüsusi inayətinə nail olurlar ki, bütün Peyğəmbər və Məsum İmamlar belədirlər.
Halbuki, bütün bəşər müxtəlif yollarla məsləhət olmuşdur ki, ay, günəşə və..... sahib çıxsınlar, çünki, Allah onları insanın fəthi üçün yaratmışdır. Onlar çalışaraq aləmin sirrinə əl atıb, ondan bəhrələnsinlər. Amma hansısa səbəbdən onu başa düşməsələr bunu İlahi təqdir qəbul edib, onun varlığının bərəkətindən faydalansınlar.
Buna görə də bizim vəzifəmiz Peyğəmbər və məsum İmamların təlim və bələdçiliklərindən yararlanaq və onların hidayətlərinin mövcudluğunu böyük İlahi nemət hesab edək və onları özümüzə nümunə götürək və o höccətlərin seçilməsinin və İlahi haqqın fəlsəfəsini naqis ağlımızla başa düşə bilmiriksə, onları inkar edib ona müxalif olmayaq. Əks halda o kəslərdən hesab olunacağıq ki, Peyğəmbər (s)- ın dövründə bu seçimin İlahi itrət olmasını cahillər kimi inkar etdilər və kafirlərdən oldular. Qurani Kərim bu barədə Nisa surəsinin 54 ayəsində belə buyurur:
{اَمْ یَحْسُدُونَ النَّاسَ عَل_ٰی مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَیْنَا آلَ إِبْرَاهِیمَ الْکِتَابَ وَالْحِکْمَةَ وَآتَیْنَاهُم مُّلْکاً عَظِیماً}(1)
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara- Peyğəmbər və ailəsinə- həsəd aparırlar? Halbuki biz İbrahim övladlarına da kitab və hikmət vermişdik və onlara böyük hökumət bəxş etmişdik.”
Bu ayənin təfsirinə əsasən bu ayə onların şəninə nazil olmuşdur. Biz təfəkkür və düşüncə yolu ilə kainatın vəziyyətini başa düşməliyik ki, hər şey öz yerində qərar verilmişdir və İlahi hikmət və elm bütün kiçik və böyük yaradılış üçün naməlumdur. Buna görə Ənam surəsinin 124 ayəsində belə buyurulur:
{اللّهُ اَعْلَمُ حَیْثُ یَجْعَلُ رِسَالَتَهُ}(2)
“Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini özü daha yaxşı bilir.”
Buna görə də Peyğəmbərlərin və İlahi varislərin seçimi Allahın digər işləri kimi xüsusi hikmətə malikdir, hərçənd
səh:63
bəşər öz naqis ağıl və elmi ilə bu sirr və mürəkkəbliyi anlamağa qadir deyildir.
səh:64
ONUNCU SUAL:
Peyğəmbər (s) və Məsum İmamların qeyb elmlərini izah edərdiniz? və buna əsasən ki, Allah təala kamil və camal sifət və elmində şəriki olmadığını nəzərə alarsaq- Allahın elmi ilə İmamın elminin fərqini və İmamın elmi ilə Peyğəmbərin elminin fərqini bəyan edərdiniz?
CAVAB:
Hər kəs tarix, hədis və seyr kitablarını oxuyarsa, bu işdə Peyğəmbər (s)- ın və Məsum İmamların qeyb işlərindən xəbər verdiyini və bunların əksəriyyətinin hadisədən bir az öncə olduğunu bilər və şəkk etməzlər.
Bu xəbər xüsusiylə Peyğəmbər (s) və Əmirəl- Möminin (ə) şəxsləri barəsində çoxdur ki, onların hər biri bu ailənin möcüzələrindən hesab edilir.
Hətta İbn Xəldun kimi şəxslər İmam Cəfər Sadiq (ə)- ın qeybdən xəbərlər verdiyini nəql etmişlər. Əlbəttə Allahın elmi ilə o böyük şəxsiyyətlərin elmlərinin fərqi ondadır ki, Allahın elmi onun zatıdır, amma Onların elmi qeyri- zatidir, yəni bu onlara Allah tərəfindən verilmişdir.
Allahın kamali sifətlərdə, yeganəlikdə və misilsizlikdə tayı
səh:65
bərabəri və heç kəsə ehtiyacı yoxdur. Lakin peryğəmbər (s) və Məsum İmamlar (ə)- ın malik olduqları elm və sifətlər və başqa sahib olduqları şeylər Allaha möhtacdır və hər nə varlarıdırsa hamısı Allahdandır.
Amma Peyğəmbər (s)- la Məsum İmam (ə)- ın qeyb işlərindən agahlığı o cəhətdəndir ki, Peyğəmbərin elmi ilə qeyb arasında heç bir vasitə yoxdur, amma İmam halbuki, öz elminin bir hissəsini peyğəmbərdən almışdır.
Hər bir halda bu böyük şəxsiyyətlərin qeybdən xəbər vermələri səmada günəş kimi aydın və möhkəmdir.
Qeybi xəbərlər barəsində müfəssəl şəkildə məlumat almaq istəyənlər, Məsum İmamlar (ə)- ın seyri və tarix kitablarına müraciət etsinlər.
“ Vilayət işığı”, “ Nədəbə duasının şərhi” və “Təkvini və təşrii vilayət” kitablarında bu barədə müxtəsər şəkildə qeyd etmişik.
səh:66
ONBİRİNCİ SUAL:
Nə üçün Məsum İmamların (ə) əməl, yol və metodları vəzifələrini həyata keçirərkən eyni olmamışdır?
CAVAB:
Deyilənlərin əksinə olaraq Məsum Imam (ə)-ların əməliyyətları müxtəlif hadisələr müqabilində təqribən bir- birinə oxşar olmuşdur, çox fərqləri olmamışdır.Çünki onlar əməliyyatları təşəyyo üsul və proqramları, yəni əsl islam üsulları əsasında həyata keçirmişlər. Əgər Peyğəmbər (s) və Əmirəl Möminin (ə) bəzi işlərdə bir cür və başqa işlərdə başqa cür əməl etmişlərsə, bu İslam və Quranın əmrlərinin nəticəsi ilə olmuşdur.
Çünki, İslamda həm əmr vardır həm də onun qaydaları.
Bu barədə Ali-İmran surəsinin 28 ayəsində belə buyurulur:
{إِلاَّ اَن تَتَّقُواْ مِنْهُمْ تُقَاة}(1)
“Məgər ki, onlardan çəkinin- daha vacib hədəflər üçün təqiyyə edin”
Nəhl surəsi 106 ayəsində buyurulur:
{إِلاَّ مَنْ اُکْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِیمَانِ}(2)
“Qəlbi İmanla sabit olduğu halda məcbur edilən şəxs
səh:67
istisna olmaqla”
Təhrim surəsinin, 9 ayəsində əmrin qaydaları haqqında belə buyurur:
{جَاهِدِ الْکُفَّارَ وَالْمُنَافِقِینَ وَاغْلُظْ عَلَیْهِمْ}(1)
“Ey Peyğəmbər! kafir və münafiqlə döyüş və onlarla sərt rəftar et!”
Əraf surəsinin, 199 ayəsində də bu barədə buyurulmuşdur:
{خُذِ الْعَفْوَ وَاْمُرْ بِالْعُرْفِ وَاَعْرِضْ عَنِ الْجَاهِلِینَ}(2)
“Hər halda sən bağışlanma yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər”
Fussilət surəsinin 34 ayəsində buyurulur:
{وَلاَ تَسْتَوِی الْحَسَنَةُ وَلاَ السَّیِّئَةُ ادْفَعْ بِالَّتِی هِیَ اَحْسَنُ}(3)
“Heç vaxt yaxşılıqla pislik eyni deyil, pisliyi yaxşılıqla dəf et!”
Həmçinin Bəqərə surəsinin 194 ayəsində belə buyurur
{فَمَنِ اعْتَدَی عَلَیْکُمْ فَاعْتَدُواْ عَلَیْهِ بِمِثْلِ مَا اعْتَدَی عَلَیْکُمْ}(4)
“Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə cavab verin.”
Zinəkarlar barəsində Nur surəsinin, 2 ayəsində belə davranmağı əmr edir:
{وَلاَ تَاْخُذْکُم بِهِمَا رَاْفَةٌ فِی دِینِ اللهِ}(5)
“Bu işin icrasında ürəyiniz yumşalıb İlahi Əhkamın icrasına mane olmasın!
Ümumiyyətlə Məsum İmamların dövründə şərait və vəziyyət İslam dininin üsullarını qorumaq üçün belə əməlləri tələb edirdi. Bizdə İmamların doğru yolunda daim irəliləməliyik.
səh:68
ONİKİNCİ SUAL:
İmamın rəhbərliyinin təsir dairəsinə insanların hidayəti, Əhkamın bəyanı, Quranın təfsiri və şübhələrin dəf olunması şamil olduğu kimi, siyasi işlər, cəmiyyətin nizamının qorunması, əhkamın icrası, ədalətin bərpası, əmniyyətin təmin olunması və İslam sərhəddərinin qorunması da aitdirmi? Bu iki bölmənin əlaqələrini İmamət ilə bəyan edin və şiənin bu məsələni hansı həddə qəbul etdiyini izah edin?
CAVAB:
İşarə olunduğu kimi Rəhbərin təsir dairəsi hər iki bölməyə şamil edilir. Həqiqətdə bu iki bölmə bir-birlərindən ayrılmazdırlar. Amma bu məsələ siyasətçilərin və qəsbkar güclülərin tamah və diqqətlərində olmuş, siyasi rəhbər və insanlara hökmüranlıq etmək olmuşdur.
Buna görə də Məsum İmamlar və İmamətin əsli ilə müxalifət etmişlər və əgər dinin başqa bölmələri, yəni mədrəsə, məktəb və təhsil ocağlarının yaradılması yolu ilə siyasət meydanına daxil olsaydılar bunlara da müxalif olardılar. Bu ona görədir ki, insanlar Məsum İmamlara ehtiyacları olduqlarını az hiss etsinlar və onlardan uzaqlaşsınlar və nəticədə onların dini və mənəvi təlim və tərbiyəsinin təsiri altına düşməsinlər.
səh:69
Elə buna görə də onların elmi mərkəzlərdə və ictimaiyyətdə bəyan olunmasında qorxurdular və görürdülər ki, onların elmi qüdrətləri və açıq fikirli hidayətləri vasitəsilə insanlar inkişaf edəcək və şiə təfəkkürü hakim olacaq və insanlar Əhli- Beyt (ə)- a daha da yaxılaşacaq.
Buna görə biz Peyğəmbər (s)- ın sözlərində İmamətin bütün dini, dünyəvi işlərdə hakimliyini qeyd etdiyinin görürük. Buradan belə başa düşülür ki, Peyğəmbər (s) bu tərif vasitəsi ilə bütün cəmiyyətdə və özünə canişinlikdə İmamın vilayətinin hakimiyyətinə diqqət yetirmişdir. Çünki, dini və mənəvi işlərdə hakimiyyət və rəhbərlik və Əhli- Beyt (ə)- ın elmi cəhətdən ucalığı inkar edilə bilməzdi və siyasi məsələlər ilə insanların dini və mənəvi irşad və hidayət məsələlərində əlaqə olmasaydı, vəzifə pərəstlərin müxalifətçiliyi də olmazdı.
Əgər onlar bu məsələ barəsində də müxalifətçilik etmək istəsəydilər cəmiyyət bunu qəbul etməzdi, çünki insanlar onların elmi qüdrətlərundən xəbərdar idilər.
Vilayət kələməsi daha çox hökumət, cəmiyyətin idarəsi və nizam- intizamın qorunmasında istifadə olunur. Bu barədə Allah təala Maidə surəsinin 55 ayəsində belə buyurur:
{إِنَّمَا وَلِیُّکُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُواْ الَّذِینَ یُقِیمُونَ الصَّلاَةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ}(1)
“Sizin ağa və vəliniz Allah, Peyğəmbər və iman ğətirənlərdir. O kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.”
Nisa surəsinin 59 ayəsində belə buyurulur:
{اَطِیعُواْ اللّهَ وَاَطِیعُواْ الرَّسُولَ وَاُوْلِی الاَمْرِ مِنکُمْ}(2)
“Ey iman gətirənlər Allaha, Peyğəmbərə və ixtiyar sahiblərinə itaət edin!”
Gədir Xum kimi etibarlı hədis və rəvayətlərdə bu anlamı təsdiqləyir.
Mənəvi İmamət, elmi və dini rəgbərlik cəhətdən imam kələməsinə birinci dərəcədə dəlalət edir, bu səbəbdən Ənbiya surəsinin 73 ayəsində belə buyurulur:
{وَجَعَلْنَاهُمْ اَئِمَّةً یَهْدُونَ بِاَمْرِنَا وَاَوْحَیْنَا إِلَیْهِمْ فِعْلَ الْخَیْرَاتِ}(3)
səh:70
“Biz onları əmrimizlə doğru yola gətirən rəhbərlər (İmamlar) etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik”
Bu məsələyə aid bu ayə və rəvayətlərdən əlavə çoxlu sayda, səqəleyn, səfinə və digər İmamların rəvayət və hədisləri kimi hədis və rəvayətlər mövcutdur.
Bu baxımdan Səqəleyn rəvayətində belə buyurulur: “Əhli- Beytdən öndə olmayın və onlardan qabağa keçməyin.” yəni onların ardınca gedin və əgər ayə və rəvayətlərin məzmununa diqqət etsək görərik ki, onlar rəhbərliyin hər iki tərəflərinə dəlalət edir.
Buna görə də şiələr İmamları hər iki tərəfdən, siyasi və mənəvi rəhbər hesab edirlər və digərlərini qəsibkar bilirlər.
Şiə etiqadına görə İmamın mütləq rəhbər olması bir həqiqətdir ki, bunu qəsbkar hakimlər də çox gözəl bilirdilər, məsələn Mənsurun İmam Sadiq (ə)- a belə etiqadı var idi, amma buna baxmayaraq bəzi vəziyyətlərdə, məsələn əmin olduğları halda ki, İmam qiyam etmək fikrində deyil. Buna baxmayaraq öz ehdiyyatını əldən vermirdi, həmişə o həzrəti gizli casuslar vasitəsi ilə nəzarətdə saxlayırdı və az- çox ona maneəçilik törədirdilər və sonda o Həzrətin varlığına dözə bilmədi, çünki o Həzrətin getdiyi yolu öz hökumətinə təhlükə bilirdi və buna görə onu şəhid etdi.
Harun da bu yolu izləmişdi, çünki, şiə hər iki tərəfdən, mənəvi və dünyəvi tərəflərdən İmamın rəhbərliyini qəbul edir, elə buna görə də o, Həzrət Musa Bin Cəfəri illər boyu zindan və nəzərətdə saxladı.
Başqa bir tərəfdən Məsum İmamların şiə təfəkkürünün və İslam əhkamının qorunmasında çox əhəmiyyətli işlər görmüşlər. Bu işi onların möcüzələri hesab etməliyik və bu iş yalnız İlahinin xüsusi təlimi vasitəsilə mümkün olmuşdur.
Əmirəl Möminin (ə) və İmam Hüseyn (ə) bu xüsusi siyasəti izləmişlər.
Amma İmam Hüseyn (ə) o böyük hərəkata əl atdı. Diğər Məsum İmamların hər biri elə metoda əl atdılar ki, əgər belə
səh:71
etməsəydilər, məhv edici zərbələrin qarşısında qalıcı ola bilməzdi. Amma Şiə məzhəbinin qalıcı olduğunu görürük və bu gün dünyaya İslamın həqiqətlərini və ədalətli dünyəvi hökuməti bəxş etmişdir.
Bir xüsusi nöqtəni qeyd etmək lazımdır ki, bütün Məsum İmamlar mənəvi, fikr və əməli rəhbərliyin gələcəkdə mövcud olacağına vədə vermişlər. Zühur əsrində İmam Mehdi (ə) siyası rəhbərliyi ilə zalim hökumdarlar tərəfindən qəsb olunan hakimiyyətlə birləşəcək və onun vasitəsilə bütün İslamın hədəfləri həyata keçəcəkdir.
səh:72
ON ÜÇÜNCÜ SUAL:
Bildiyimiz kimi qanuni İmamiyyə məzhəbini Əsnaəşəri ona görə adlandırırlar ki, Peyğəmbər (s)- dan sonra o həzrətin canişinlərinin on iki nəfər olduğlarına inanırlar və bütün ümmətlər içərisində bu inanca sahib yeganə qrupdurlar. Sünni və şiənin nəql etdikləri Əsnaəşəri İmamlarının hədisləri və onların Peyğəmbər (s) tərəfindən deyildiyi inkar olunmazdır- müsəlmanlar içərisində yalnız bunun düzgünlüyünə əsnaəşəri şiə məzhəbi inanır və bunun ardıcılları bu məzhəbdən hesab olunurlar.
Bu deyilənlərlə bərabər bəzi hədislərdən, məsələn- “Səlim Bin Qeys”- in kitabından belə bir iddia etmək olar ki, İmamların sayı on üç nəfərdir və bu fikir həmçinin “Əbi Səhl Hobəxti” tərəfindən də söylənmişdir.
Bu deyilənlərə əsasən əgər belə rəvayətlər mövcud olarsa (yaxud da Hobəxti bu fikirdə olmuşdursa ki, əlbəttə güman edilmir.) bu məsələni necə izah edərdiz?
CAVAB:
Biz Məsum İmamları on üç nəfər olduqlarına dəlalət edən hədisləri
“جلاء البصر لمن یتولی الائمه الاثنی عشر”
səh:73
Risaləsində kifayyət qədər izah etmişik və orada aydınlaşdırmışıq ki, xarici mənasından buna dəlalət edən hədis yoxdur və əgər belə hədis mövcutdursa, vahitdir və Üsuliddində və yəqinlik tələb olunan işlərdə bir xəbərin olunmasına etimad edilmir.
Belə məsələlərdə yalnız möhkəm ağıl və ya Məsumlardan nəql olunan mütəvatir hədislərə etimad edilir.
Başqa tərəfdən çoxlu miqdarda mütəvatir və ondan da yüksək hədislərdən aydın olur ki, İmamların sayı on iki nəfərdir. Bu halda bu qədər etibarlı və qəti hədislərin müqabilində qəti olmayan bir xəbərin nə kimi etibarı ola bilərdi və bir təhqiqatçı şəxs buna necə etibar edə bilər? buna əlavə olaraq təkcə Əhməd xəbərlərində 30 və bir neçə yolla Peyğəmbər Əkrəm (s)- dan nəql olunmuşdur ki, Məsum İmamların sayı on iki nəfərdir və Səhih Müslüm bu məsələni 8 cür nəql etmişdir və həmşinin başqa Əhli Sünnət kitablarında dəfələrlə bu mövzuya işarə olunmuşdur.
Şiə kitablarında həmçinin İmamların on iki nəfər olmaları barəsində yüzlərlə rəvayət mövcutdur ki, bunların hamısı tanınmış şəxslər, səhabə, məhşur tabe olanlar və hətta on ikinci İmam, Həzrət Mehdi (ə)- ın dünyaya gəlməsindən iki əsr öncə nəql olunmuşdur ki, bu bir növ gələcəkdən xəbər vermək hesab olunur.
Bütün bunlarla bərabər deyilmişdir ki, “Səlim Bin Qeys” nəql edir, Peyğəmbər (s) Əmirəl Möminin (ə)- a buyurdu: Sən və sənin nəslindən olan on iki nəfər haqq İmamlarıdırlar.
Doğrusu budur ki, mövcud siyahıda və əsrlər boyu alimlərin əlində olduğu mötəbər xəbərlərə əsasən, bütün rəvayət və hədis kitablarında, eləcədə “Səlim Bin Qeys” kitabında bu siyahı Əmirəl Möminin (ə)- dan İmam Mehdi (ə)- a qədər şiənin qəbul etdiyi tərtiblə İmamların adları qeyd olunmuşdur.
Birinci əsrdə yazılmış bu kitab, etimadlıdır və İmamiyyə məzhəbinin haqq olması sabit edir. Bu kitab İmamların dünyaya gəlmədiyi dövrə aitdir buna görə bu kitabın düzgünlüyü möhkəm qərinə və əlamətlərə dəlalət edir.
səh:74
Əgər belə fərz etsək ki, bu xəbər belədir, amma buna aid kitablardakı bu və ya başqa hədislər təfsir olunma qabiliyyətinə malikdirlər. Yəni, burada məqsəd həm İmamların sayı həm də Əli (ə)- ın nəslindən olmağıdır çünki onların on iki nəfərdən on bir nəfəri o Həzrətin övladlarıdır, buna görə bu hədis – daha güclü ehtimala görə tam şəkildə bəyan olunmamışdır.
Əsna əşərə (oniki İmamlıq) müxalif olan rəvayətləri “İbn Nədim”, “Əbi Səhl Nobəxti”- yə də aid edir ki, bu doğru deyildir. Çünki Əbu Səhl Nobəxti elə bir kəs deyil ki, heç bir dəlil olmadan belə fikir söyləsin və şiənin tərcümə və rical yazılarında Nobəxti ailəsini təfərrüatı ilə təhqiq etmişlər və nəticə olaraq bildirmişlər ki, Nobəxti və başqaları belə nəzər irəli sürməmişlər və onun bütün məzhəb, əməl və əqidəsini mədh etmişlər. Belə aydın olur ki, bunlar silsilə səhvlərdir ki, kitabların tərcümıəsində meydana çıxır və müəlliflər laqeyidsizlikdən və səhlənkarlıqdan onun üstündən keçiblər.
Belə tanınmış şəxsiyyətlərdən əsaszız xəbər vermək, məlumatı az olan insanların içərisinə yanlış məlumat daxil etməkdən başqa bir şey deyildir.
Hər halda onikinci İmam (ə), Məhdəviyyət, qeybət və başqa məsələlər barəsindəİslamın başlanğıclarında bəyan olunmuşdur. İncil və Tövratda mövcud olan ğeniş məlumatlara bu inancın sabiqəsi İslamda öncəki ainlərdə də bəyan olunmuşdur.
səh:75
səh:76
ONDÖRDÜNCÜ SUAL:
İmamət mövzusunda, əql və nəql hansı daha əvvəldir? Başqa sözlə, İmamət mövzusuna aid məsələlər daha çox hansı dəlillərlə -ağıl yoxsa nəqli dəlillərlə- isbat olunur?
CAVAB:
Veilmiş sualdan aydın olunduğu kimi iki növ məsələ mövcutdur:
Birinci növ məsələlər elə məsələlərdir ki, yalnız ağıl yolu ilə məlum olur və məntiq və ağlı dəlillər vasitəsilə isbat və qəbul edilir: Məsələn: Allahın mövcudluğunun, kamal sifətlərinin və Nübuvvətin vacibliyinin isbatı bu qəbildəndir.
Digər məsələlərdə mövcutdur ki, yalnız nəqli dəlillərlə isbat olunur, yəni bu məsələlərin isbatı üçün yalnız vəhy xəbərləri və ya Peyğəmbər və Məsum İmamlardan olan məlumatlar vasitəsilə isbat olununr.
Burada elə məsələlərdə mövcutdur ki, həm ağıl yolu ilə həm də nəqli yolla isbat olunur, əlbəttə bu vəziyyətdə nəqli dəlillər, əqli dəlillərdən üstün tutulur.
Təhqiq edən şəxs bu məsələyə diqqət etməlidir və hansı məsələni ağılla və hansı məsələni nəqllə və ya hər iki yolla isbat
səh:77
olunmasını görməlidir və hər məsələnin öz xüsusi həll yolunu və metodunu seçməlidir ki, uyğun nəticəni əldə edə bilsin. Əlbəttə əgər sırf nəqli yolla isbat olunmalı məsələni ağıl yolu ilə həll etmək istərsə təbiidir ki, nəticə ala bilməyəcəkdir.
Bu halda bəzilərinin İmamət məsələsində əqli mahiyyətin, nəqli mahiyyətdən üstün olub- olmaması sualını vermək imkanı vardır.
Bu sualın cavabı olaraq onu qeyd etmək lazımdır ki, İmamətin, onun şəraiti və ya İmamın vacibliyi məsələsinin isbatı, Nübuvvət və onun şəraiti məsələsi kimi ağıl yolu ilə həyata keçir. Əlbəttə əgər İmamət məsələsi o məsələlərdən olsaydı ki, ağıl yolu ilə dərk oluna bilməsəydi və yalnız nəqli yolla isbat olunsaydı, yəni Nəbinin bələdçiliyi ilə isbat olunsaydı və yalnız İmamətin əsli nəqli dəlillərə istinad edilsəydi, Nübuvvətin əsasının gərəkliliyinin əksinə olaraq uzaq deyil, amma Nübuvvətin vaciblik məsələsinin isbatında nəqli dəlillər istifadə olunmur.
Bununla bərabər İmamətin nəqli dəlillərini, Nübuvvətin nəqli dəlilləri kimi, əqli hökmün bələdçisi hesab etmək mümkündür. İmamətın təyininin necəliyi və ismətinin şərti və bunun təyininin insanlara həvalə edilməməsi, əql əsasındadır. Nəqli dəlillər bir növ əqli hökmün təyid edicisidir.
Şübhəsiz Əşairə kimi əqli hüsn və qoba etiqadı olmayan qruplar, yalnız həmin nəqli dəlil yolunu bəhs edirlər. Peyğəmbərin təsiri və ona məxsus olanların isbatı kimi, İmamın mövcudluğunun bəzi təsir və faydası və onun üstünlükləri yalnız nəqli dəlillə isbat olununr. Xüsusi İmamət məsələsi həmçinin- xüsusi Nübuvvət kimi əvvəlki Peyğəmbərin aydınlaşması növbəti Peyğəmbərin isbat edilməsi ilə nəticələnir. Peyğəmbərin İmamətdə İmamlığının və həmçinin sabiq İmamla növbəti İmamın aydınlaşdırılması onun İmamətinə dəlildir. İmamətlikdən fərqli olaraq Nübuvvət əsasən möcüzə yolu ilə isbat olunur və bu təkcə etimadlı dəlildir. Hərçənd ki, Nəbi özündən öncəki Nəbinin vasitəsilə müəyyən və möcüzə vasitəsilə isbat edilir. Burada
səh:78
İlahi sünnət də icra olunmuşdur ki, Peyğəmbərlər möcüzə vasitəsilə seçilirlər! Çünki, Peyğəmbərlərin möcüzə vasitəsilə isbatı hamı üçün dərk olunandır.
Lakin sabiq Peyğəmbərin müəyyən edilməsi yalnız o sabiq Peyğəmbərin möminlərə höccəti vasitəsilə həyata keçir. Bu o səbəbdəndir ki, möcüzə vasitəsilə isbatın bir ümumi yol olduğundan, hamı üçün höccətdir. Bununla belə, Nəbinin möcüzə göstərməsinin zaman və məkan cəhəttən mövcud olmayan bir şəxs üçün isbatı möcüzədir, əql yoluna aitdir. Əlbəttə Quranı məcid yeganə möcüzədir ki, onun isbat edilməsi üçün nəqli dəlilə ehtiyac yoxdur. Ona görə ki, o əbədidir. Çünki, Quranın özünün müəyyən edilməsi üçün Quran kimi möcüzənin gətirilməsinin mümkünsüzlüyü bütün zamanlarda onun möcüzə olmasına dəlalət edir.
İmamət məsələsində birinci İmamın təyini yalnız Peyğəmbər (s)- ın vasitəsilə müəyyən olunur və ümumi İmamət mövzusunda isbat olunmuşdur ki, İmamətliyə İmam yalnız Allah təala tərəfindən Nəbi vasitəsilə təyin edilir. İmam tərəfindən edilən möcüzələr, onun düzgün İmamət iddiasıdır və nəbi üçündə müəyyənlikdir. Əgər Peyğəmbər tərəfindən təyin və müəyyənləşdirmə olmasaydı, İmamət məsələsini aydınlaşdırmaq üçün əqli dəlillərə istinad edilməli idi.
Belə demək mümkündürsə, Peyğəmbərə vacibdir ki, Allah təala öz hikməti ilə Peyğəmbəri İmamətin təyini işinə ezam etmişdir ki, İmam özündən sonrakıları müəyyən edib, tanıtdırsın. Hərçənd ki, onun müəyyən edilməsini bizim ağlımız qəbulundan xaric olmuş ya konkret olmuşdursa ya onun dəlilinə şübhə icad olarsa, çünki Allah təala tərəfindən yalnız bir nəfər Əmirəl Möminin Əli Bin Əbitalib (ə) müəyyən edilmişdir. Bəs bir şəxs ağlı ilə Allah tərəfindən Peyğəmbər vasitəsilə təyin olunan Həzrət Əli (ə)- dan başqa heç kəsi tanımayacaqdır.
Yaxud da deyiləcəkdir ki, İmamın təyin edilmə şəraiti Allah və Peyğəmbər tərəfindən din və dünya işləri üçündür və Həzrət Əli (ə)- dan başqa Əhəd olan Haqq tərəfindən ismət iddiası edilməmişdir, demək olar ki, ağıl vasitəsilə başa düşülür ki, Əli Bin Əbi Talib (ə) seçilmiş İmam və məsumdur.
səh:79
Həmçinin Onikinci İmamın İmamətliyi barəsində deyilir ki, nəql olunanlara uyğun olaraq yer üzü İmam və höccətsiz nə zahirdə nə də qeybətdə olmayacaq və İmamətin silsilə ardıcıllığı min ildən çox arası kəsilməməlidir. O Həzrətdən başqa heç bir şəxs İmamət iddiası etməmişdir, ya da etmişdisə də onun batil olması sübut edilmişdir. Bəs qeybətdə olan o Həzrətdən başqa digər şəxs İmam ola bilməz və o İmamdır. Əgər O həzrətin İmamətdiyinə digər iradlar tutularsa onda keçən bölmələrdə İmamətliyə olunan iradlar yenidən ortaya çıxacaqdır. Baxmayaraq ki, onların planlaşdırılmasının və təyinin yeri deyil, çünki Xudavənd həkimdir və çırkin işlərdən pak və nöqsansızdır.
səh:80
səh:81
səh:82
ON BEŞİNCİ SUAL:
Həzrət Mehdi (ə)- ın İmamətliyinin məqamı, etibarı, rəhbərliyi və zühuruna inam hansı İslam mənbələrindən istifadə olunmuşdur?
Baş vermiş hadisələr və keçən zamanın bunun təkmilləşməsində hansı təsirləri olmuşdur?
CAVAB:
Imamət və cəmiyyətə rəhbərliyə etiqad Islamn əsas məsələlərindən biri olub və onun təlimində yer almışdır. Quran ayəsinə uyğun olaraq İmamət təyin olunandır ki, Həzrət İbrahim Xəlil (ə) böyük imtahanlatdan sonra ona əta ediıldi.
{وَإِذِ ابْتَلَی إِبْرَاهِیمَ رَبُّهُ بِکَلِمَاتٍ فَاَتَمَّهُنَّ}(1)
Sünni və şiənin nəql etdikləri müxtəlif rəvayətlərə görə bu seçim Peyğəmbər (s)- ın Əhli- Beytində edilmişdir və bu böyük ilahi nemət onlar üçün ixtisaslaşmışdır.
Bu əsasda müəyyən olunmuşdur ki, hər əsrdə bu ailədən bir nəfərə lazimi səlahiyyətləri həyata keçirmək üçün İmamət və rəhbərlik onların öhdəçiliyinə verilmişdir.
səh:83
Belə şəxs Allahın höccəti, Qurana bağlı, insanlara yol göstərən və din və şəriətin qoruyucusudur. İmamətin əsli Peyğəmbər (s)- ın dövründən bu günə kimi davam etməkdədir və bizim dövrümüzdən dünyanın sonuna qədər davam edəcəkdir. Həzrət Mehdi (s)- zühur dövrünün zahiri kamal və gözəlliyi sevinc və şənlik vericidir və ədalətli vahid dünyəvi hökumətin o həzrət tərəfindən qurulması ilə bəşər istedlarının üzə çıxması, təfəkkürlərin təkmilləşməsi, yerin və göylərin bərəkətinin aydınlaşması və dünya xeyr, ədalət və bərəkətlı olacaqdır.
Yeni dünya ümməti üçün proqrqmların təşkili, ədalətli və tovhid hakimiyyətin inkişafına xidmət edəcək, yalnız İslam təlimlərindən istifadə olunacaqdır. Qurani Kərim bir neçə surədə bunu elan etmiş və yüzlərlə nəbəvi rəvayət Mehdi (ə)- ın zühurundan sonra yer üzündə İslamın dünyəvi olacağı, ədalətli hökunətin qurulacağı və kamil əmniyyət bərqərar olacağı qeyd olunmuşdur və onu risalət ailəsindən, Əli (ə) və Fatimə (ə)- ın övladı olacağı və həmdə onun ad və künyəsinin Peyğəmbər (s)- dan olduğunu xəbər vermişdir.
Həzrət Mehdi (ə)- ın zühuruna sifətləri ilə birlikdə etiqad İslamın əvvəl illərində aydın olunmuşdur. Etibarlı hədislərə uyğun olaraq Peyğəmbər (s) bu mübarək hadisəni xəbər vermiş və ümmətdən bu böyük günün intizarında olmağı istəmişdir. Baxmayaraq ki, zühur məsələsi İslamın dünyaya yayılması və haqqın batil üzərində qələbəsinin işarə olunması ilə əlaqədar başa düşülür. Amma bu o mənada deyil ki, zühur məsələsi yalnız bir məfhum kimi hədislərdən anlaşılır. Buna dəlalət edən rəvayətlərin mətn və mənası bir başa şəkildə onu sübut edir.
Bu əqidənin yaranmasında məqsəd məlum olduğdan sonra demək olar ki, bu ümumi şad xəbər və pozulmayan vədə, rəvayət əsasındadır. Peyğəmbər (s)- dan sonra baş verən hadisə və vəziyyətlər, onun yaranmasında rol oynamamışdır. Ona görə ki, bu təfəkkür risalət əsrində başlamışdır və ona aid hədislərın
səh:84
sayı minə yaxındır ki, hədis və təfsir kitablarında geniş surətdə qeyd edilmişdir və əhli süünətin böyük Alimləri bu barədə kitablar çap etdirmişlər və yazılmış bu kitabların üzərindən oniki əsrdən çox zaman keçir və bu kitasblar böyük İslam alim və mütəfəkkirləri tərəfindən yazılmışdır. Səmimiliklə qeyd etmək lazımdır ki, Mehdi (ə)- ın zühurunu Peyğəmbər əkrəm (s) xəbər vermiş və bu xəbəri səhabə və onlardan sonra gələn insanlara nəql etmişlər.
səh:85
səh:86
ON ALTINCI SUAL:
On iki İmamların vilayəti, Həzrət Mehdi (ə)- ın ədalətli hökuməti və İslamın dünyaya yayılmasına Quranı Kərimdən hansı ayəni dəlil gətirmək mümkündür?
CAVAB:
On iki İmamların vilayət və İmamət məsələsinə dəlalət edən ayələr kifayyət qədərdir.
Buna misal olaraq Rəd surəsinin 7 ayəsini nümunə göstərə bilərik:
{إِنَّمَا اَنتَ مُنذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ}(1)
“ Yalnız sən qorxudan və hər tayfa üçün hidayət vericisən.”
Bundan başqa Bəqərə surəsinin 124 ayəsində belə buyurulur:
{لاَ یَنَالُ عَهْدِی الظَّالِمِینَ}(2)
“Mənim əhdim zalimlərə çatmaz! – və yalnız sənin övladlarından olan o dəstə ki, pak və məsumdurlar, bu məqama layiqdirlər.”
Bu barədə Allah təala Yunus surəsinin 35 ayəsində belə buyurur:
{اَفَمَن یَهْدِی إِلَی الْحَقِّ اَحَقُّ اَن یُتَّبَعَ}(3)
səh:87
“De: Haqqa yönəldən bilən kəs, dalınca gedilməyə layiq şəxsdir.”
Bu ayələr cəmiyyətin məsum rütbəyə sahib İmamsız olmaması və ən alim olmasına dəlalət edilməsində istifadə olununr və bu şiə etiqadına məxsusdur. Bu barədə Qurani Kərim, Nisa surəsinin 59- cu ayəsində belə buyurur:
{اَطِیعُواْ اللّهَ وَاَطِیعُواْ الرَّسُولَ وَاُوْلِی الاَمْرِ مِنکُمْ}(1)
“Ey İmam gətirənlər! Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin!”
Bu şiə məzhəbində İmam və əmr sahibinin məsum olmasında istifadə olunur. Buna görə bu ayədə birbaşa şəkildə insanlara əmr edilmişdir ki, əmr sahiblərinə itaət edilsin.
Peyğəmbərə itaət mütləq olduğu kimi əmr sahiblərinə də itaət mütləq edilmişdir.
Əlbəttə ona mütləq şəkildə itaət olunan mömin şəxs, məsum olmalı və xəta və səhvdən uzaq olmalıdır. Məlim olduğu kimi İmamların məsumluğuna etiqad yalnız şiə məzhəbində mövcutdur.
Əlavə olaraq bu hədis və ayələrin təfsiri ona dəlalət edir ki, bu ayədə və digər ayələrdə -أطیعوا الله məqsəd oniki İmamlardır və bu təfsirlərdə o böyük şəxsiyyətlərin adları da müəyyən olunmuşdur.
Sonda İslam dinin dünyaya yayılması və onun bütün dinlər üzərində qələbəsinə Tövbə surəsinin 32, 33 ayələrini, Fəth surəsinin 28 ayəsini və Səf surəsinin 6 və 8 ayələrini və s nümunə göstərmək kifayyətdir.
Bu ayələrdə Həzrət Mehdi (ə)- ın zühuru ilə haqq dininin bütün dinlər üzərində qələbəsi və verilmiş vədələrin həyata keçməsi anlaşılır.
Amma İmam Mehdi (ə)- ın zühuru barəsində təfsir olunan ayələr təqribən yüzə yaxındır və “Əl Höccətu fiyma nuzilə fil qaimul höccət“ kitabında bunlar toplanmışdır. Buna misal olaraq aşağıdakı Nur surəsinin, 55 ayəsini nümunə göstərmək olar:
{وَعَدَ اللهُ الَّذِینَ آمَنُوا مِنکُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَیَسْتَخْلِفَنَّهُم فِی الاَرْضِ کَمَا اسْتَخْلَفَ الَّذِینَ مِن قَبْلِهِمْ وَلَیُمَکِّنَنَّ لَهُمْ دِینَهُمُ الَّذِی ارْتَضَی لَهُمْ وَلَیُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ اَمْناً یَعْبُدُونَنِی لاَ یُشْرِکُونَ بِی شَیْئاً
səh:88
وَمَن کَفَرَ بَعْدَ ذٰلِکَ فَاُوْلَئِکَ هُمُ الْفَاسِقُونَ}(1)
“ Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə- yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar, deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini , onlar üçün onların Allahın bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin- əmanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!”
Qəsəs surəsinin 5 ayəsində belə buyurulur:
{وَنُرِیدُ اَن نَّمُنَّ عَل_ٰی الَّذِینَ اسْتُضْعِفُوا فِی الاَرْضِ وَنَجْعَلَهُمْ اَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِینَ}(2)
“Biz istəyirik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”
Ənbiya surəsinin 105 ayəsi də bu məzmundadır:
{وَلَقَدْ کَتَبْنَا فِی الزَّبُورِ مِن بَعْدِ الذِّکْرِ اَنَّ الاَرْضَ یَرِثُهَا عِبَادِیَ الصَّالِحُونَ}(3)
“Biz Zəbur kitabından sonra Tövratda da yalnız saleh bəndələrimin varis – hökumət – torpağa daxil olacağını yazmışdıq.”
səh:89
səh:90
ON YEDDİNCİ SUAL:
Tarix boyu Mehdinin zühur və xilaskar olmasına inam Mütəməhhidlərin yaranmasına səbəb olmuşdur. Bəziləri bu olanların həlli üçün bu təfəkkürün kənara qoyulmasını irəli sürürlər. Bu baxış hansı həddə qəbul oluna bilər?
CAVAB:
Bu baxış heç cür qəbul olunmur. Onda gərək bütün müsbət baxışları kənara qoyaq. Çünki onlar az və çox dərəcədə suistifadə olunmuşlar. Tarix boyu şəxslər Allahlıq iddiası, Allahın zühuru və ya Allahın özü timsalında təcəllisi iddiasını irəli sürərək etiqadın mahiyyətindən suistifadə etmişlər. Bu iş heç cür Allaha etiqad məsələsinə zərər vurmamışdır. Həmçinin çoxlu miqdarda yalançı Peyğəmbərlər meydana çıxaraq insanları yollarından azdırdılar. Bu Nübuvvətin mahiyyətinə zərər vurmadı.
Bu məsələ hər sahə və sənətdə önə çıxa bilər. Amma bu həmin sahənin mahiyyətinə zərər yetirmir.
Xülasə, yaxşı və cəzbedici mənası vardır. Əgər ad və kələmənin əks mənası istifadə olunmuşdursa, məsələn: xainə - etibarli, zalimə - ədalətli və cahilə - bilikli deyilmişdirsə və ya tarix boyu bütün xəyanət və zülümləri xeyrxahlıq və islahat adı altında həyata keçirmişlərsə, amma bunların heç biri bu dəyərlərin və işlərin mahiyyətinə zərər vurmamışdır.
səh:91
səh:92
ON SƏKKİZİNCİ SUAL:
İctimai, siyasi və iqtisadi amillər Mehdinin zühurunda dini əqaid və təfəkkürlərə necə təsir etmişdir?
CAVAB:
Ateist dünyagörüşünə görə bütün iş və hadisələr tarixi və maddi səbəblərə istinad edilməlidir.
Amma dini dünyagörüşü baxımından mahiyyəti haqq olan müxtəlif təfəkkür və əqidələr içərisində onların mənbəyi vəhy və Ənbiya dəvəti və bəşərin özünün fitri dərkidir ki, onu ağıl, fitsrət, vəhy və nübuvvət hidayəti izah edilir.
Bu baxışa görə bütün yoldan kənara çıxmalar və zərərli fikirlər maddi, tarixi və şəxsi qərəzlərin, ictimai və tərbiyə mədəniyyətinin pozğunluğunun nəticəsidir və din əqaidi vəhy və nübuvvətdən götürülmüş əsl və həqiqidir və bəşər fitrətinin əsasıdır.
Tarix, keçmiş zaman, bəşərin biliyi və ya maddi səbəb onları əmələ gətirmir. Bəlkə bu etiqadın mənşəyi ənbiyanın risaləti və Məsum İmamların İmaməti əsasında yaranmış və əqaid bütövlükdə haqqın ağlı, insanın fitrəti və İlahi vəhydir.
Buna uyğun olaraq hətta xilaskar Mehdi (ə)- ın zühuruna inamın yaranmasında heç bir ictimai, iqdisadi və siyasi
səh:93
amillərin rolu olmamışdır. Bu xəbərlərin mənşəy və əmələ gəlməsi səmavi səhifələr, yol göstərmələr, xəbərlər və sözlər Həzrət Xatəmül Ənbiya (s), Həzrət Əmirəl Möminin və sair Məsum İmamlardır.
Baxmayaraq ki, Məhdəviyyətə yaxılan yalan iddialar, rütbə pərəst və siyasi qərəzlərə uyğun əmələ gəlmişdir. Bununla belə bu iddialar və zühura yalan iddiaçıların əmələ gəlməsinin əsas səbəblərinin təhlil və tanınması əsasında belə bir nəticəyə gəlmək olar ki, bu məsələ ətrafında əmələ gələn iddia və təhriflər bu məsələnin mütləq haqq olduğunu göstərir ki, bəzi şəxslərdə bəhanə yaratmışdır.
Belə ki, Allaha, vəhyə və Nübuvvətə etiqadın əsasından görünür ki, həqiqətləri qəbul etmək qabiliyyəti insanların qəlblərində mövcud olduğundan fürsətçilər bundan suistifadə etdilər və tarix boyu Allahlıq və Peyğəmbərlik iddiaçısına çevrildilər.
Mehdi (ə) məsələsində də həmçinin Peyğəmbər (s) tərəfindən bəyan olunduğuna və səhabələr tərəfindən eşidildiyinə və nəql edildiyinə görə həqiqətdir ki, hamı qəbul etmişdir. Elə buna görə də suistifadəçilərın nəzər nöqtəsində olmuşdur və şəxslər onu müxtəlif qərəzlər üçün – bunların əksəriyyəti siyasi olmuşdur, bəhanə etmişlər.
Əgər Mehdəviyyət məsələsi həqiqət olmasaydı, bu qədər ətrafda olan şəxslər belə təhriflərə əl atmazdılar. Bəs bu su istifadələr onu təsdiqləyir ki, bu məsələ həqiqət kimi hamı tərəfindən qəbul edilmişdir.
Bəzi hadisələr bəşəriyyəti həqiqətə yönəldə bilər, Həzrət İbrahim (ə)- da olduğu kimi o böyük monoteist, hadisələrdən istifadə edərək Allah pərəstliyi insanlara öyrətdi. O həzrət gecə olduğundan ulduzları gördü və dedi: Budur mənim Pərvərdigarım, amma ulduzun batdığını görüb dedi:
{لا اُحِبُّ الآفِلِینَ}(1)
“Mən batanları sevmirəm.”
Həzrət İbrahim (ə) ulduzların batıb, çıxmasından istifadə
səh:94
edərək insanlara təlim verirdi ki, ulduz Allah ola bilməz. Sonra ayın batıb, çıxması ilə də nəticəyə gəlirdi ki, ay da Allah ola bilməz. Daha sonra Günəş çıxır və batır və bundanda eyni nəticə əldə edir.
Bu tərtiblə bütün şirk əqaidlərə nifrət edirdi və insanları aləmin yaradıcısına doğru yönləndirirdi. Bəs hadisələr insanları həqiqətə apara bilər. Amma etiqadi həqiqətləri hadisələrin nəticəsi kimi qəbul etmək olmaz.
Düzdür, bunu demək olar ki: ötən zaman Al Əli (ə) etiqadının insanlarda güclənməsinə və onların ürəylərində şiə təfəkkürünə keçidə səbəb olmuşdur. Amma şiəlik və İmam Mehdi (ə)- ın qeybəti zamanla bəyan və təkmilləşdiyini deyən olarsa, bu düzgün deyil, çünki, bu nəzər ötən izahlarda çoxlu sayda dəlillər vasitəsilə təkzib olundu.
Heç kəs Peyğəbmər (s) tərəfindən nəql olunmuş İmamların xəbərlərinə quraşdırma deyə bilməz. Ona görə ki, onların hamısı fasiləsizliklə yanaşı, xarici oxşarlıqları da mövcutdur ki, həqiqətdə Əmmarın şəhadəti kimi ki, Allahın Rəsulu (s) buyurmuşdur:
تقتلک الفئه الباغیه(1)
“Səni zülümkar şəxslər öldürəcəklər.”
Əmmarın Maviyə və onun qoşunu tərəfindən şəhid edilməsindən sonra heç kəs söyləyə bilməz ki, bu hədis saxtalaşdırılıb, yəni bu hədis o hadisənin nəticəsidir. Çünki, bu hadisə baş verməmişdən öncə Səhabələr bu hədisi nəql edirdilər. Buna uyğun olaraq həmçinin Məsum İmamların İmamət məsələsi üç nəfərin dilindən, yəni İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) tərəfindən nəql olunmuşdur ki, İmamların sayı oniki nəfərdir ki, onların axırıncısının adı mənimlə eynidir.(2).(3) Bununla belə heç kəs iddia edə bilməz ki, bu hədis uydurmadır və bu hadisənin baş verməsindən sonra düzəldilmişdir.
səh:95
səh:96
ON DOQQUZUNCU SUAL:
Məgər Mehdi xüsusi bir ləqəb və ünvandır ki, xass sifət və xüsusiyyətlərə malik xüsusi şəxsə verilmişdir ya ümumi məfhum və ləqəbdir ki, Allah təalanın hidayət etdiyi kəslərə verilir. Başqa sözlə desək Mehdi və Mehdəviyyətə inam şəxsidirmi?
CAVAB:
Mehdi sözü ümumi məfhumdur. Lüğəvi cəhəttən Allah təalanın hidayət etdiyi şəxslərə verilməsinə icazə verilir. Bu məfhumla bütün Peyğəmbərlər Mehdidirlər və bu məfhumun Həzrət Rəsulillah (s)- a, İmam Əli (ə) və başqa İmamlara verilməsinə icazə verilir. Ona görə ki, onların hamısı Mehdi və hidayət olunanlardır. Bu adın bu məktəbin ardıcıllarına və hidayət olunanlara verilməsinə icazə verilir. Misal olaraq, İmam Hüseyn (ə)- ın bütün Əshabı hidayət olunmuşlar olduğlarından və həmçinin bütün o kəslər ki, şiədirlər və hidayət olunmuşlar, bu adın onlara verilməsinə icazə verilir. Amma hamı bilir ki, “mehdi” kələməsi Həzrət Peyğəmbər tərəfindən hansı məqsədlə söylənmişdir. Məsələn:
المهدی من ولدی
“Mehdi mənim övladlarımdandır.” Ya
المهدی من عترتی من ولد فاطمه
“Mehdi mənim Əhli- Beytimdən və Fatimənin övladlarındandır.”
səh:97
Və yaxud المهدی من ولدک
“Mehdi sənin övladlarındandır.”(Bəharul Ənvar, c 36 və 51, s 309, 78 və 102, h 148)
Bu bir xüsusi ad və müəyyən şəxsə aid ləqəbdir ki, o şəxs fövqəladə şəkildə əzizdir ki, Peyğəmbər (s) onun zühurunu xəbər vermişdi və Əhli- beytini bütün müsəlmanlara öyrətmiş ki, növbə ilə o Həzrətin zühurunun intizarında olsunlar.
Mehdi hidayət olunan mənasına uyğun müxtəlif hidayət mənalarında, o cümlədən yolun göstərilməsi, arzu olunana doğru və qeyri insani olan digər mənalarda istifadə olununr və Taha surəsinin, 50 ayəsində bu mənaya dəlalət edir.
{قَالَ رَبُّنَا الَّذِی اَعْطَی کُلَّ شَیْءٍ خَلْقَهُ ثُمَّ هَدَی}(1)
“ Dedi: Rəbbimiz hər şeyi öz xilqətinə verən, sonra da ona doğru yolu göstərəndir.”
Bütün bunlarla bərabər bu kələmənin təhqiqindən anlaşılır ki, bu kələmə bütün hidayət olunan əksər insanlara, Allahın doğru yolu göstərməsində təsirli olanlarda istifadə edilə bilər.
Bu xüsusda deyilməlidir:
المهدی من هداه الله و قبل هدایته و اهتدای بها بعنایه منه و توفیقه
Yəni, Allahın hidayəti şamil olan kəs, Mehdidir. Başqa sözlə Mehdi yəni yolu göstərən, onun nəzərində olmaq və onun vasitəsilə İlahi inayət və tofiq nəticə vericidir ki, bunun ən ali nümunəsi Ənbiya və Məsum İmamlardır.
Mötəbər xəbərlərə uyğun olaraq “Mehdi” ləqəbi həmin vəd olunmuş Axiril Zamandır ki, onun nəsl və sifətləri hədislərdə qeyd edilmişdir. İlk dəfə bu ad o Həzrət üçün Peyğəmbər (s)- ın dövründə o Həzrət tərəfindən istifadə edilmişdir və Mehdi xilaskar və azadlıq verici və Allah tərəfindən deyilmiş digər sözlər yalnız onun ləqəbidir.
Mehdəviyyət növ kimi heç bir nəql olunan rəvayətlərdə Peyğəmbər (s) və Məsum İmam (ə)- lar tərəfindən istifadə olmamışdır.
səh:98
İYİRMİNCİ SUAL:
Tarixdə Həzrət Mehdi Sahibul Zaman (ə)- ın viladətində ixtilaflar mövcutdur ki, bəziləri onun işıq ədədləri ilə 256-cı ildə, amma bəzi rəvayətlərə uyğun olaraq hicri qəməri ilə 255 ci ildə anadan olduğunu bildirməkdədirlər ki, bu necə izah oluna bilər?
O həzrəti qeybəti hansı ildə baş vermişdir?
CAVAB:
Belə işlərdə olan ixtilaflar işin əsas mahiyyətinə zərər yetirmir və şübhə icad etmir.
Tarixdə böyük şəxsiyyətlərin doğum tarixlərində belə ixtilaflar mövcutdur.Bəlkə də onların çoxlarının doğum və vəfat tarixləri belə məlum deyildir.
Həzrət Mehdi (ə)- ın doğum tarixində olan ixtilaf digər İmam (ə)- ların və hətta Peyğəbmər (s)- ın viladətində olan ixtilaflardan daha azdır.
Ən etibarlı mənbədən olan İmam Həsən Əsgəri (ə)- la eyni dövrdə yaşayan böyük mühəddis Fəzl Bin Nişaburinin nəql etdiyi rəvayətə görə İmam Mehdi (ə) h.q ilə 255- ci ildə anadan olmuşdur və o bu vasitələrlə “ Mühəmməd Bin Əli Bin Həmzə
səh:99
Bin Hüseyn Bin Əbdillah Bin Abbas Bin Əli Bin Əbi Talib (ə)”-ə gedib çıxmaqdadır.
Amma Həzrət Sahibul Əmr (ə)- in Qeybəti:
Həzrətin doğumundan bir müddətə qədər adi şəkildə o Həzrəti ziyarət etmək mümkün deyildi. O Həzrətin atası yalnız öz Əshab və xass şiələrə icazə verirdi ki, əziz övladı İmam zaman (ə)- ı ziyarət etmək şərəfinə nail olsunlar.
Həzrətin kiçik qeybət dövrü Atası İmam Həsən Əsgəri (ə)- ın şəhadəti gününə və Həzrətin İmamətliyinin başlanğıcına təsadüf edir, yəni hicri qəməri tarixi ilə iki yüz altımışıncı il.
Burada bir mətləbi qeyd etmək istəyirəm ki, Həzrətin qeybət məsələsi göznəlilməz deyildi, çünki müxtəlif çoxlu sayda hədislərdə o Həzrətin iki qeybət dövrü– kiçik və böyük qeybət– olacağı xəbər verilmişdi. Bu xəbər müfəssəl şəkildə Həzrətin döğumundan öncə yazılan kitab və şiə üsulunda qeyd olunmuşdur.
səh:100
21.İMAM HƏSƏN ƏSGƏRİ (ə)- İN ŞƏHADƏTİNDƏN SONRA HƏZRƏT SAHİBUL ƏMRİN İMAMƏTLİYİNƏ
ŞİƏLİYİN NƏZƏRİNİN YEKDİLLİYİ
İYİRMİ BİRİNCİ SUAL:
Nobəxtinin yazdığı “ Şiənin firqələri” adlı kitabına uyğun olaraq imam Həsən Əsgəri (ə)-ın şəhadətindən sonra şiələr on dörd firqəyə bölündülər, bu məlumat nə qədər doğrudur və bu qruplar nə vaxta qədər mövcud olmuşlar?
CAVAB:
Nobəxti bu barədə “ şiənin firqələri “ kitabının 96- cı səhifəsində belə qeyd edir: Şiə İmam Həsən Əsgəri (ə)- dan sonra on dörd qrupa və ya firqələrə bölündülər, amma təhlillərə əsasən burada mübaliğə olmuşdur. Ona görə ki, o və digər müəlliflər firqəyə aid kitablarında belə fikrə gəlmişlər ki, baxmayaraq ki, buna inanan yalnız bir nəfər olmuş, o da həmçinin sona qədər bu fikrin üzərində durmamışdır, bunlara qrup və ya firqə demək düzgün deyildir. Çünki, belə qruplartdakı insanların sayı bir neçə nəfərdən artıq olmamışdır və ya onların hansı həddə və nə qədər müddətdə öz fikirlərində qalmğları məlum deyil. Buna görə də bunları firqə adlandırmamaq lazımdır.
Şeyx Müfid və Şeyx Tusi həmçinin bu fikirdədərlər:
Şeyx Müfid “ Əl Fsulil muxtare” kitabında Nobəxtinin
səh:101
adını çəkdiyi firqələr barəsində belə qeyd edir: Mənim dövrümdə (372 h.q) bizim şiələrdən başqa bu adı çəkilən firqələr mövcud deyildilər.
Buna görə məlum olur ki, bu firqələrin mövcudluğu deyildiyi kimi olmamışdır.
Əlbəttə bir fikir onlar barəsində irəli sürülərsə, onu bəyan edən məlum olmasa belə onu təhqiq etmək lazımdır ki, necə ki, Şeyx Müfid və Şeyx Tusi bunu təhqiq etdilər və isbat etdilər ki, on iki şiəlikdən başqa firqələr batildir.
Xülasə olaraq onu qeyd etməkdə yarar var ki, bu qrup və firqələrin qeyd edilib sayılmasında bir növ səhlənkarlıq və mübaliğə olmuşdur.
Buna görə bu qəbildən olan kitabların bu firqələr barəsində qeyd etdikləri məlumatlara etina etməmək lazımdır.
səh:102
İYİRMİ İKİNCİ SUAL:
İmam Mehdi (ə)- ın ləqəb və adlarının çox olması onun zati, ruhi və cismani xüsusiyyətləri ilə bağlıdır, yoxsa onun böyük islahedici işlərinin nəticəsi olaraq belə adlar ona verilmişdir?
CAVAB:
Rəvayətlərdə o Həzrətin qeyd olunan adları bunlardır: Qaim, Mehdi, Qayib və Höccət, bunlara əlavə olaraq müxtəlif hədislərdə o Həzrətə bu rütbələr verilmişdir: Höccətətallah, Xəlifətallah və Əlqaim və s.
Dövrün ictimai və siyasi vəziyyətindən asılı olaraq insanların diqqətini bu ləqəb və adlardan bir neçəsi cəlb etmiş və ya xüsusi məsələlərdə bəyan olunmuşdur və nəticədə çıxış edənlər, yazıçılar və şairlər vəziyyətlərdən asılı olaraq bu ləqəblərdən istifadə etmələri mümkündür.
Misal olaraq qeyd etmək istəyirəm ki, Allah təalaya verilə adlar şəxsi və ya ümumi insanların vəziyyətlərindən asılı olaraq “ Əlşafi” ya “ Əslam”ya “ Əlhafiz” ya da “ Əlraziq” adları diqqət cəlb etsin. Amma bu o demək deyidir ki, Allah təalanın digər adları istifadə olunmamalıdır və ya olunmur.
Bu baxımdan İmam Zaman (ə)- ın hər bir ləqəbi o Həzrətin bir sifət və əməlinə işarə edilir və onların əksəriyyəti Həzrətin
səh:103
doğumundan əvvəllər hədislərdə qeyd olunmuş və bu ləqəblərlə məşhur olmuşdur.
Bu cəhətdən İmam Mehdi həmin on ikinci İmam və on ikinci İmam elə həmin İmam Mehdidir, bu məsələ barəsində böyük şiə və sünni alimləri həmfikirdirlər. Əbudavud “sünən” kitabının müəllifi, on iki İmam xəbərini “Əlmehdi” kitabında qeyd etmiş və onun Peyğəmbər ilə qohum və yaxınlığının olduğunu qeyd etmişdir.
səh:104
İYİRMİ ÜÇÜNCÜ SUAL:
Hamının bildiyi kimi İmam Mehdi (ə)- ın ləqəblərindən biri də “Qaim” ləqəbidır. Rəvayətlərdə qeyd olunduğuna görə bu ləqəbin o Həzrətə verilməsinin vacibliyi düşündürücüdür. Ona görə ki, zahirdən məlum olur ki, o həzrətin qeybətdə və həyatda olmasına dəlalət edən minlərlə rəvayətlərin əksinə o Həzrətin vəfat etdikdən sonra zühur edəcəyi anlaşılır. Xahiş edirəm əgər bu fikrə sənəd və mətn cəhətdən izah verəsininz və fikirləşirəm ki, faydalı olacaqdır.
CAVAB:
Şeyx Tusi (1) kitabında mötəbər olmayan hədisə əsasən qeyd edir ki, İmam Mehdi (ə) vəfatından sonra zühur edəcək. Şeyx bu hədis barəzində izahlar vermişdir. Amma bu məsələyə keçməzdən öncə qısa şəkildə şiəlikdə mövcud İmaməti Ayələr, hədislər və əqli dəlillərlə isbat etmək zərurətini hiss edirəm.
1. İmamət İlahi öhdəlikdir ki, bu öhdəliyə layiq olan şəxslər Allah tərəfindən bu müəyyən məqama təyin olunur və seçilirlər və bu İlahi seçim Peyğəmbər (s) vasitəsilə insanlara çatdırılır.
2. İmamətin ən mühüm şərtləri onun hamıdan ismətli və ən
səh:105
bilikli olmasıdır ki, hamının onun bilik və doğru yolu göstərməsinə ehtiyacı olsun. Amma onun heç kəsə ehtiyacı yoxdur. Bu barədə “ Xəlil Bin Əhməd” Əmirəl Möminin Əli (ə)- ın İmamətliyi barəsində belə deyir:
احتیاج الکل الیه واستغناوه عن الکل دلیل علی أنّه اما الکل(1)
3. Yer üzü heç vaxt Höccət və İmamsız qalmayacaq və öz zamanının İmamını tanımayan halda dünyasını dəyişən kəs, cahiliyyətdə ölmüş kimi sayılır.
4. İmamlar Peyğəmbər (s)- dan nəql olunan mötəbər rəvayətlərə əsasən on iki nəfərdirlər.
5. Səqəleyn hədisinə əsasən o on iki nəfər İmamın hamısı Peyğəmbər (s)- ın Əhli- Beytindəndir və Quranla eyni cərgədədirlər və heç vaxt Qurandan ayrılmayacaqlar.
6. Məsum İmam (ə)- lar Peyğəmbərlikdən başqa Peyğəmbər (s)- da mövcud dini və hökuməti bütün xüsusiyyətlərə malikdirlər. Buna uyğun olaraq Həzrət Əli (ə) nəhcül bəlağədə belə buyurur: Onlar İnsanlara “ Qəvvamullah”- dırlar və digər rəvayətə əsasən onlar ümmətin nicat gəmisidirlər.
لا یدخل الجنه الا من عرفهم وعرفوه ولا یدخل النار الا من انکرهم وهم سفن النجاة وامان الا مه من الضلال والاختلاف(2)
“Əgər bir kəs onları tanımasa və onlar da o kəsi tanımazsa cənnətə daxil olmayacaqlar və əgər onları inkar etməsələr atəşə daxil olmayacaqlar və onlar ümmətin yol azmalarından və ixtilaflardan nicat olma gəmisi və pənahgahıdırlar.”
7. İmamların ad və sifədləri tərtiblə Peyğəmbər (s) tərəfindən təyin olunmuşdur və bununla bərabər hər İmam özündən sonra gələn İmamı müəyyən etmişdir.
Bunlar İmamətin əsasını təşkil edən etiqadlardır və qeyb aləminə, Allaha və Peyğəmbərə inamı olan hər müsəlman üçün bu həqiqətin ölçüsü ya əqli dəlillə və ya Quran dəlilləri ilə və ya mütəvatir və qəti hədis dəlilləri ilə hər üç halda isbat oluna biləndir.
Bu baxımdan İmamət bir İlahı öhdəlikdir və Allah onu özü həm əqli, həmdə sünnət yolu ilə təyin etməyi sübut edilmişdir.
səh:106
Əllamə Hilli “ Əlfeyn” kitabında buna aid min dəlil qeyd etmişdir. Bu məsələnin kökü Tovhidlə əlaqəlidir, çünki Tovhid insanlara hakimiyyət və vilayət tovhidinə də şamil olunur:
له الحکم و له الامر و هو السلطان و هو الحاکم و هو الولی وهو العالم بمصالح عباده لا امر و لا نهی لأحد دونه
“Əmr və fərman ondandır, o padşah, qoşun başçısı və əmr sahibidir, o ləyaqətli bəndələrin ehtiyaclarından xəbərdardır və kimsə üçün ondan savayı əmr və qadağa yoxdur.”
İmamət üçün İsmət və ən bilikli olmağın dəlilləri həm əqli cəhətdən həm də Quranda mövcutdur.
Yunus surəsinin 35- ci ayəsində bu barədə belə buyurulur:
{اَفَمَن یَهْدِی إِلَی الْحَقِّ اَحَقُّ اَن یُتَّبَعَ اَمَّن لاَّ یَهِدِّی إِلاَّ اَن یُهْدَی}(1)
“Şəriklərinizin içərisində haqq yola yönəldə bilən bir kimsə varmı? Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layıqdır, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?”
Mərhum Əllamə Bər ismətin vacibliyi barəsində min dəlil gətirmişdir. Bu baxımdan yer üzü höccət və İmamsız qalmayacaqdır. Buna misal olaraq Rəd surəsinin 7- ci ayəsində belə buyurulur:
{وَلِکُلِّ قَوْمٍ هَادٍ}(2)
“Hər qrup üçün doğru yolu göstərənlər mövcutdur.”
Həmçinin Qəsəs surəsinin, 51- ci ayəsində də belə buyurulur:
{وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ}(3)
“Biz Quran ayələrinin bir- birinin ardınca onlar üçün gətirdik.”
Bundan əlavə İsra surəsinin 71- ci ayəsində Allah təala belə buyurur:
{یَوْمَ نَدْعُو کُلَّ اُنَاسٍ بِإِمَامِهِمْ}(4)
“Hər qrupu öndə gedənləri ilə çağırdığımız günü yadınıza salın!”
Bunlardan başqa etibarlı xəbərlərdən bir neçəsi Kumeyl Bin Ziyadın Əmirəl Möminin (ə)- dan nəql etdiyi Nəhcül bəlağə və başqa kitablarda və həmçinin əhli sünnətin mənbələrində qeyd
səh:107
olunmuşdur. Buradan məlum olur ki, hamı bu məsələdə həmfikirdir ki, yer üzü höccətsiz qalmayacaq. Əlbəttə höccətin zahiri şəkildə və ya qeybəttə olmasının heç bir fərqi yoxdur.
“Səvaiq” və Əhli sünnətin digər kitablarında yer üzünün Əhli- Beytdən olan İmamlardan boş olmaması barəsində İmam Zeynəlabidin (ə)- dan nəql olunmuşdur.
Bu baxışlar Məsum İmamların dualarında da bəyan olunur. Burada yalnız İmam Zeynəlabidin (ə)- ın “Səhifeye səccadiyə” kitabından ərəfə gününün duası ilə kifayətlənirik. Həzrət burada belə buyuırur:
اللهم انک ایدت دینک فی کل اوان باامام اقمته علما لعبادک، ومنارا فی بلادک، بعد أن وصلت حبله بحبلک، وجعلته الذریعة إلی رضوانک، وافترضت طاعته، وحذرت معصیة، وامرت بامتثال اوامره، و الانتهاء عند نهیه، و الا یتقدمه متقدم، ولا یتأخر عنه متأخر، فهو عصمة اللائذین، وکهف المومنین وعروة المتمسکین وبهاء العالمین.(1)
“Allahım! Sən öz dinini hər zaman öz İmam və öndə gedənlər vasitəsilə bəndələrin üçün yol göstərən əlamət və şəhərlərin üçün haqq yolu nişanəsi düzəltmisən, təsdiq və kömək etmisən, Ondan sonra o İmamın dostluq əhdini öz dostluq əhdinlə birləşdirdin və onu öz sevinc səbəbinə çevirdin, əmrlərinə tabe olmağı vacib etdin və onun əmrlərinə tabe olmamağdan qorxutdun və əmrlərini icra etməyi və inkardan uzaqlaşmağı və ondan möhkəm tutmağı və ondan bir kəsin önə keçməməsi və ondan geri qalmamağı üçün əmr etdin, bəs iman əhlinin və müharibə qurbanlarının sığınacaq və pənah yeri və dünya insanlarının yaxşı və gözəli odur.”
Hər kəs duanın bu hissəsinə diqqət yetirərsə, şiənin İmamətin mahiyyəti barəsində baxışını və onun məqam və sifətlərinin onun üçün sabit olduğunu və ona heç bir şeyin əlavə olmadığını başa düşər.
Amma “ O kəs ki, öz zəmanəsinin İmamını tanımadan dünyasını dəyişərsə, cahiliyyətdə olanlar kimi dünyasını dəyişmişlər.” məsələsi bir həqiqətdir ki, mötəbər hədisdlər bunu təsdiq edir. Səqəleyn və səfinə hədisləri də bu mətləbi qeyd etmişdir.
İmamların on iki nəfər olması, onların hamısının
səh:108
Peyəmbərin Əhli- beytindən olmasını və on bir nəfərinin Əli (ə) və Fatimə (ə)- ın nəslindən olmasını və onların birincisinin Əli (ə) sonra İmam Həsən Müctəba və İmam Hüseyn olmasını və onlardan sonra gələn doqquz nəfərin sonuncusunun İmam Mehdi (ə) olduğunu etbarlı hədislər qeyd etmişlər.
Buna görə bu məsələlərin əksinə deyilən sözlərə, nadir olan hədislər və məqbul olmayan rəvayətlərə cavab olaraq Şeyx Tusi, Şeyx Müfid və Əllamə Məclisi bu möhkəm üsul və dəlillərlə isbat edərək bu iddiaları rədd etmişlər. Çünki bu məsələni təsdiq edən hədislərin sənədləri o qədər mötəbərdir ki, hətta qeyd etmək mümkündür ki, tovhid və nübuvvət məsələsindən sonra bu iddia qədər tutarlı dəlilləri olan məsələ yoxdur.
Bununla bərabər heç bir şiə alimi o həzrətin qiyam məqamı vəfatından sonra həyata keçməsini qəbul etmir və əgər bir kəsin bu iddiada olduğunu fərz etsək bu iddia etimadlı deyil, çünki bu iddia həqiqət və əqlə uyğun deyil.
Bir neçə giriş nöqtələrdən və mətləblərdən sonra Həzrətin həyat və qeybətinin uzun olması sabit olunur və Qaim (ə)- ın vəfatdan sonra zühur edəcəyi iddiasına yer qalmır. Ona görə ki, bu iddia İmamətin mahiyyətinə və yer üzünün höccətsiz qalmasına və müxtəlif sayda İmamın həyat və qeybətinin müddətinin uzunluğuna dəlalət edən hədislərə zidd olur. Bu keçmiş iradların sənəd və rəvayətlərinə heç bit alim istinad etməmişdir. Bu hədisləri yazanlardan biri olan “Musa Bin Sədan Hənat”- ı nəql etdiyi hədisi rical elminin alimləri zəif və onun xəbərini etibarsız hesab etmişlər. O bu xəbəri Abdullah Bin Qasimdən nəql etmişdir ki, o tarixdə yalançı pəhləvan kimi tanınmışdır. O da həmçinin Əbu Səid Xorasanıdən nəql etmişdir. Amma əgər onun mövcudluğunu tanısaq belə, onun yalançı olub- olmaması məlum deyil.
İndi düşünün ki, bu qədər mötəbər hədislərin müqabilində bir yalançı ləqəbli bir pəhlivanın sözləri hansı dərəcədə etibarlıdır və onun nəzərlərinə əsasən necə fikir söyləmək olar.
İmam Əsr (ə) üçün Qaim ləqəbinin işlədilməsi:
səh:109
Qaim yəni qiyam və ya üsyan edən deməkdir. Həzrət siyasi, dini və ictimai yoldan azma vəziyyətində üsyan edəcək və bütün aləmin zülmlə dolu olduğu vaxtda ona ədalət bəxş edəcək. Bu qiyam ləqəbi silahlı və ya qılıncla üsyan mənasında da istifadə edilir.
Bu baxımdan qiyamın güclü və zəif mərtəbələri vardır və bütün İmamlar ictimai, siyasi və iqtisadi vəziyyətlərdən asılı olaraq bir növ qiyam etmişlər və onlara bu ləqəbin verilməsi mümkündür. Amma Həzrət Mehdi (ə)- ın qiyamı dünyəvi qiyam olduğundan və Allahın Peyğəmbərlər vasitəsilə insanlara çatdırdığları vədə həyata keçəcəyinə görə bu ləqəb mütləq surətdə o Həzrət üçün istifadə olunur. Əgər hər hansı yerdə Qaim ləqəbi işlədilərsə, burada məqsəd İmam Mehdi (ə)- dır.
Şeyx Səduq (ə)- ın Həzrət İmam Mühəmməd Təqi (ə)- dan nəql etdiyi “Kəmal Din” kitabında buyurulur ki, “ Məndən sonra İmam oğlum Həzrət Əli Nəqi (ə)- dır ki, onun əmri mənim əmrim, onun sözü mənim sözümdür və onun ardınca getmək mənim artımca getməkdir və ondan sonra İmam, onun oğlu Həzrət İmam Həsən Əsgəri (ə)- dır və onun əmri atasının əmri, onun dedikləri atasının sözləri və ona itaət atasına itaətdir.”
Ravi nəql edir ki, sonra Həzrət sakit oturdu.
Mən dedim: Ey! Rəsulillahın övladı, bəs İmam Həsən Əsgəri (ə)- dan sonra İmam kimdir? Həzrət əvvəl çox ağladı və sonra buyurdu: Həzrət Həsəndən sonra oğlu “ Əl Qaim bil Həqqil Müntəzir”- dir.
Dedim: Ey! Peyğəmbərin oğlu, nə üçün o Həzrətə Qaim adı verilmişdir?
Həzrət buyurdu: Ona görə ki, onun adı yadlardan silinəcəyi və onun İmamətinə inanların əksəriyyəti inanclarından geri döndükləri zaman o qiyam edəcək.
Soruşdum: niyə bəs müntəzir adlandırılmışdır?
Buyurdu: Çünki onun qeybət dövrü uzun- uzadı olacaq, elə olacaq ki, onun giriş və çıxışını möminlər intizar çəkəcəklər, amma şək əhli onu inkar edəcək və ona istehza edəcəklər. Burada tələsənlər həlak olacaqlar, amma təslim olan
səh:110
müsəlmanlar nicat tapacaqlar.(1)
Əllamə Məclisi buyurdu: Bu zəif rəvayətdə ölmək dedikdə, o Həzrətin adı yadlardan silindikdən sonra qiyam edəcəyi nəzərdə tutulur.
Şeyx Müfid bir rəvayətdə Həzrət Sadiq (ə)- dan belə nəql edir: “ Qiyam ona görə adlandırmışlar ki, onun qiyamı haqq olacaq.(2)
Bəzi xəbərlərə görə bu ləqəb Həzrətə Allah tərəfindən verilmişdir, çünki, bu zaman o həzrət qiyam edərək namaz qılacaq.
“ Əl- Mehdi” ləqəbinin verilməsinə dair münasib səbəblər göstərilmişdir və əlbəttə bu “ Əl- Qaim” ləqəbinin əsas “ Əl- Mehdi” ləqəbinin ikinci dərəcəli olması demək deyidir. Hər iki ləqəbin verilməsində ayrı- ayrı səbəblər mövcutdur. Mehdi ləqəbi o kəsə verilir ki, Allah təala onu hidayət etmişdir. Rütbəyə uyğun olaraq hər kəs qaim olarsa Allah onu hidayət etmiş olmalıdır. Yəni Qaim həmişə Allahın hidayət etdiyi şəxs olmalıdır, amma Allahın hidayət etdiyi şəxs lazım deyil ki, həmişə Qaim olsun. Amma Mehdi (ə) tərəfindən həyata keçirilən islahat, hərəkat, qiyam və dünyəvi hökumətin təşkili onun Qaim ləqəbini kəsb etməsinə səbəb olurğmuşdur.
Bu ləqəblər əsas və ikinci dərəcəli olmaqla iki yerə bölünmürlər. Bunların hamısı Peyğəmbər (s) və Məsum İmamların dilindən eşidilmişdir və köhnə və təzəsi yoxdur və hər biriinin öz xüsusi mənası vardır və hər biri müəyyən cəhətdən işlədilmişdir. Bəzi vaxtlarda bu ləqəblər birlikdə və yaxud da bir ləqəb o birisindən öndə qeyd olunur.
Hər halda bu ləqəblər zati və feli sifətlərə uyğun olaraq verilmişdir ki, həzrət bütün bunlara sahibdir.
səh:111
İYİRMİ DÖRDÜNCÜ SUAL:
Rəvayətlərin məzmunundan anlaşılır ki, Həzrət Sahibul Əmr (ə)- ın qeybət dövrü iki surətdə həyata keçmişdir. Birinci qeybətdə naib və vəkillər vasitəsilə o Həzrətlə əlaqə saxlanılması mümkün idi. Amma ikinci dövrənin başlanması ilə vəkil və xüsusi naiblərin işi də başa çatdı.
Sualım budur ki, iki qeybətin soğra və kobra termini əvvəldən qoyulmuşdur, yoxsa sonrakı səfəvi dövründə bu terminlər geniş istifadə edilməyə başlandı?
CAVAB:
Mühüm mətləblərdə belə xırda məsələlər əhəmiyyət kəsb etmir. Çünki, birinci qeybət dövrünü qısa və ya soğra və yaxut da kiçik dövr adlandırması və ikinci dövrün böyük, kobra və yaxut da uzun dövr adlandırılması bu işin mahiyyətini dəyişdirmir. Hər halda bu iki qeybət həyata keçmişdir.
Bu məsələnin əhəmiyyətli olması bu qeybət dövrlərinin baş verməsindən öncələr hədis və rəvayətlərdə qeyd edilməsi və o qeybət dövrlərində yaşayanların bunu söyləmələləridir ki, bu iki qeybət dövrünün baş verməsinə dəlildir. Həmçinin mötəbər hədislərin mövcudluğu heç bir kəsin bu soğra və kobra qeybət dövrlərinin sonradan və ya Səfəvilər dövründə
səh:112
yaranması iddiasını irəli sürməyə imkan yaratmır.
Soğra qeybət dövründə şiənin mövqiyyətinin həssas olmasına baxmayaraq heç kəs Məsum İmamlardan nəql olunan bu qədər hədislərin müqabilində bu qeybətin sonradan saxta şəkildə düzəldilməsini iddia edə bilməz.
Buradan biz görürük ki, müxtəlif şəhər və nöqtələrdə yaşayan şiələr Naiblərə müraciət edirdilər, onlar bu işi heç bir dəlil olmadan etmirdilər, mütləq hər hansı dəlil və amil var idi ki, bu da onu göstərirdi ki, onlar İmamla əlaqədədirlər, yoxsa mümkün deyil ki, Əli Bin Babəviyə kimi elm və fikr sahibləri Naiblər vasitəsilə İmamla əlaqə saxlasınlar, halbuki, onların əlaqəsi onun üçün gün kimi aydın idi. Bu hadisə onu göstərir ki, Naiblərin haqq olması barəsində onların əllərində aşkar dəlillər olmuşdur.
Digər məsələ budur ki, əlbəttə müxtəlif məntəqələrdə xüsusilə Qumda şiələrin birliyi Əbu Cəfər, Osman Bin Səid və digər Naib və vəkillər vasitəsilə həyata keçirilirdi, amma bu birliyin səbəbi on ikinci İmama olan etiqad idi. Bu məsələ Səfirlərin nüfuzunun artmasına səbəb olmuşdu, nə ki, İmamət məsələsi nəzərə alınmadan şiənin birliyi əldə edilmiş olsun.
On ikinci İmama şiələrin etiqadı onlar arasında ittifaq və birliyin yaranmasına səbəb olmuşdu.
Necə ki, bu gün İmamətə etiqad möminlərin qəlblərində alim və fəqihlərə inam və onların İmamın ümumi naibləri kimi mənəvi nüfuzuna səbəb olmuşdur.
Soğra qeybət dövründə Naiblərin təyini birbaşa şəkildə İmam (ə) tərəfindən həyata keçirilirdi və böyük alimlərin bu naiblər qarşısında təslim olduğlarını görürük.
Bunun səbəbi İmamın bu Naibləri təyin etməsi və onların buna layiq olmaları idi.
Bütün bu alim və siyasətçilərin bu Naiblər qarşısında təslim olmağı onu göstərir ki, burada rəhbər yalnız İmam (ə) şəxsən özü olmuşdur.
Şahid və qane edici dəlillərdən məlumdur ki, şiənin rical
səh:113
elminin “ Əbu Səhl Nobəxti”, “ İbn Mətil” və “ Həsən Bin Cinan Səybi” kimi və digər şiənin böyük şəxsiyyətləri Naiblərin haqq olmasına etiqadları var idi. Buna görə axırıncı Naib olan Əli Bin Mühəmməd Əlsəmərinin ölümündənm sonra Naib məsələsi də sona çatdı və hamı bunu qəbul etdi və əgər kimsə Naiblik iddiası edirdisə, bu əsasa uyğun olaraq onu təkzib edirdilər. Soğra qeybət dövrünün hikmətlərindən biri də şiələri qeybət məsələsi ilə tanış etmək və kubra dövrünə şərait yaratmaq olmuşdur ki, şiə İmam (ə)- ın uzun- uzadı qeybət dövründə öz həyatlarına davam etsinlər və bu böyük imtahandan müvəffəqiyyətlə keçə bilsinlər.
səh:114
səh:115
İYİRMİ BEŞİNCİ SUAL:
İmam Mehdi (ə)- ın doğumu ilə əlaqədar bir sıra möcüzə və qeyri addi şeylər nəql edirlər ki, bu möcüzələrin etibarı hansı dərəcədə və necə isbat oluna bilər? Hə üçün bəzi tarixçilər bunları nəql etməmişlər?
CAVAB:
1. İmam Mehdi (ə)- ın viladətini tarixçilər digər tarixi hadisələr kimi qeyd etmişlər.
2. Bu həzrətin və digər Peyğəmbərlərin viladəti barəsində bəzi möcüzələr baş vermişdir: Əgər tarixdə bu məsələyə aid qeydlər yoxdursa, onda bu nöqsan deyilmiş mənbəyə aid edilir. Çünki həmin tarixçilər əksəriyyət vəziyyətlərdə tarixin bəzi cəhətlərinə işarə etmişlər ki, çox əhəmiyyətli olmamışdır. Bu bəzən tarixçilərin əqidəvi təəssüblərindən irəli gəlmişdir. Amma bu iş hər dəlillə olursa- olsun, digərlərinin alınmış və götürülmüş mötəbər nəqillərinə istinad edilsə belə bu işə zərər yetirmir.
Peyğəmbərlərin tarixi möcüzələrlə doludur. Əksər Peyğəmbərlərin doğum və böyüməsi qeyri- addi olmuşdur. Misal üçün, Adəmin yaranması, Həzrət İbrahim, İshaq, Musa, İsa (ə)- ların təvəllüdü, körpə beşikdə olarkən bir çox qeyri adi hadisələrlə müşahidə olunduğu söylənilmişdir. bu hadisələri heç
səh:116
bir tarixçi qeyd etməməsinə baxmayaraq, bu hadisələr silsilə tarixi hadisələr hesab olunur. İmam Əsr (ə)- ın anadan olması da həmin dəqiq tarixi hadisələrdən hesab olunur ki, tarixçilərin bunu nəql etməkdən çəkinmələri ya qərəzkarlıqdan olmuş və ya ixtisar etməkdə digər səbəb olmuşdur ki, bu məsələnin mahiyyətinə zərər yetirmir.
Şiənin Məsum İmamlar barəsində deyilən fikirləri, Həzrət İbrahim, İshaq, İsmayıl, Musa, İsa və Yəhya (ə)- lar barəsində deyilən fikirlər kimidir ki, əlbəttə bunlar mötəbər sənədə malikdir.
İmam Mehdi (ə)- ın doğumuna aid olan hadisələr sənəd və götürülmə baxımından tarixi hadisələrdən daha da etibarlıdır.
səh:117
İYIRMI ALTıNCı SUAL:
Tarix boyu elə hadisələrlə üzləşirik ki, zühurun şəraitinin yarandığını güman edirik. Məsələn: İnsanların din, İslam və Allah yolunda öz canlarından həvəslə keçib şəhadətə çatmaları o qədər çoxalmışdır ki, hətta bizə elə gəlir ki, üç yüz on üç nəfərdən də artıq insan bu yol uğrunda öz canlarını sevə- sevə verməyə hazırdırlar. Bunlarla bərabər zühurun gecikməsinin sirri nədir?
CAVAB:
İmam Zaman (ə)- ın zühurunun şərtləri barəsində, əvvəla heç kəs yəqin şəkildə dəqiq deyə bilməz ki, bütün şərait yaranmışdır. Çünki, bu iddianı etmək üçün xüsusi elm və şərait cəm olmalıdır. Çünki hədislər bütün şəraitləri əks etdirməmişlər.
İkincisi, əgər belə fərz etsək ki, rəvayətlərdə mövcud olan şəraitlər yaranmasına baxmayaraq, Səduq buyurur ki, doğurdanda biz əmin ola bilmərik ki, həqiqətən o üçyüz on üç nəfər xüsusi səhabələr və başqa şəraitlər yaranmışdır.
Çünki, əgər bütün şərait və vəziyyətlərin zühur üçün rəvayətlərə uyğun olaraq yarandığını fərz etsək, hətta o Həzrətin xalis əshabları olan 313 nəfəri də inkar etməsək, bu
səh:118
halda belə biz iddia edə bilmərik ki, bütün bu şəxslər “ Səlman”, “ Əbuzər”, “Miqdad”, “ Ruşeyd Həcəri” və “ Kərbəla Səhabələr”- ıdirlər.
Bu hal hazırki vəziyyətdə insanların islama qayıtmaları sevindirici haldır, amma biz əksəriyyət hallarda islam əhkamını siyasi, ictimai və iqtisadi məsələlərdə sual altına alındığını görürük. Bəzi məsələlərin xüsusi zaman və məkan aid olmadığı halda bunu Peyğəmbərin dövrünə aid edərək rahatlıqla kənarından keçirlər. Belə vəziyyətdə biz necə iddia edə bilərik ki, vəziyyət zühur üçün hazırdır. Hələ qalmışdı soruşaq ki, zühurun gecikməyinin səbəbi nədir.
Buna görə bu məsələdə daha yaxşısı İlahi hökm və iradə qarşısında tabe olmaqdır və zühuru gözləmək kimi fəziləti əldən verməməliyik. “ Əli Bin Məhziyar”- dan nəql olunan rəvayətdə olduğu kimi biz gərək o Həzrətin vüqarlı olmağını öz əməllərimizlə müqaisə edək və o Həzrəti ürəklərimizdə canlı tutaq və əməllərimizi islah etməklə o Həzrətin zühurunun şəraitini gücləndirək.
səh:119
İYİRMİ YEDDİNCİ SUAL:
Məlum olduğu kimi Həzrət Mehdi (ə)- ın qeybət dövrü çox uzun olacaq və insanlar çox çətin imtahanlarla üzləşəcək. Belə ki, imanlı şəxs sübh kafir olaraq oyanıb, gecəyə daxil olacaq. Belə imtahanlar zühura yaxın zamanlarda baş verəcək ya qeybət dövrünün bütün anlarında bu cür imtahanlar mövcud olacaqdır?
CAVAB:
Islam üsuluna görə dünya imtahan və sınaq meydanıdır və insanların üzləşdiyi hər bir hadisə onlar üçün bir imtahandır. İnsanlar Cavanlıq və ya qocalıqda, xəstəlik və ya sağlamlıqda, kasıblıqda və ya varlılıqda istər İmamın olduğu dövründə istərsə də qeybət dövründə olmağından asılı olmayaraq imtahandadırlar.
Qurani Kərim bu barədə Ənkəbud surəsinin, 2 ayəsində belə buyurur:
{اَحَسِبَ النَّاسُ اَن یُتْرَکُوا اَن یَقُولُوا آمَنَّا وَهُمْ لاَ یُفْتَنُون}(1)
“Məgər insanlar iman gətirdik dedikləri zaman, azad olacaqlar və sınaqa çəkilməyəcəklər!?”
Bildiyimiz kimi Peyğəmbər (s)- ın öz dövründə də bütün proqram və hadisələr imtahan idi, bəzən çox çətin sınaqlarla üzləşirdilər ki, kiçik bir qismdən başqa bu imtahandan kerçə
səh:120
bilmirdilər. Məsələn müharibələrdə Əli İbn Əbitalib (ə) kimi şəxslərdən qeyriləri cihad və Peyğəmbər və İslamın müdaviyəsində çox müqavimət göstərə bilmirdilər. Buna görə bəziləri qorxudan döyüş meydanından qaçırdılar. Nəql olunmuşdur ki, bir döyüş zamanı Osman qaçmış və üç gündən sonra qayıtmışdı. Ya da Peyğəmbər (s)- in vəfatından sonra o böyük imtahan baş verdi ki, üç və ya yeddi nəfərdən artıq bu çətin imtahandan keçə bilmədilər və Peyğəmbər (s)- ın təyin etdiyi yolda sabit qala bilmədilər və sonralar da bu imtahan davam etdi və davam etməkdədir və ta ki, Quranın İnfal surəsinin, 37 ayəsində buyurduğu kimi
{لِیَمِیزَ اللّهُ الْخَبِیثَ مِنَ الطَّیِّبِ}(1)
“Bütün bunlar ona görədir ki, Allah napakı pakdan ayırmaq istəyir.” vədəsi həyata keçsin.
Bu imtahanların hikmət və faydaları çoxdur. Bunlardan dünyanın və insanların o böyük zühura hazırlamaqdır ki, bu zaman dözümlü möminlər digər şəxslərdən ayrılacaqlar. Həzrət Sahibul Əmrin qeybəti dövründə imanın qoruması çox çətin sınaqlarla yanaşı mümkündür və əlbəttə bu məktəbin imtahanından milyonlarla insan üzü ağ və başı uca səbr, mətanət və gözəlliklə problemlərə qalib gələrək öz din və imanını qoruyurlar. Bəzi rəvayətlərin məzmunundan məlum olur ki, bu dövrdə imanın qorunması əllərin atəşdə saxlanmasından daha da çətin olacaq və zülm, ədalətsizlik, fəsad və pozğunluq elə yayılacaq və dəyərlər zidd dəyər və ziddi dəyərlər dəyərlər hesab olunacaq, günahlar hünər və iftixara çevriləcək, dostlar bir- birini günaha təşviq və məcbur edəcək və zülm, günah və fəsadla ayaqlaşmayanları qınayacaqlar.
Qadınlar kişilərə məxsus işlərdə işləyəcəklər. Bəla və müharibələr çoxalacaqdır. Cabir Ənsari bir rəvayətdə Nisa surəsinin, 59 ayəsinin
{اَطِیعُواْ اللّهَ وَاَطِیعُواْ الرَّسُولَ وَاُوْلِی الاَمْرِ مِنکُمْ}(2)
“Ey! Iman gətirən kəslər! Allaha itaət edin, Allahın Peyğəmbər və özünüzdən olan əmr sahiblərinə itaət edin.”
səh:121
təfsirində belə qeyd edir: Peyğəmbər (s) məclisə daxil olmuş və Həzrət Əli (ə)- dan Həzrət Mehdi (ə)- a qədər Xəlifə və canişinlər barəsində xəbər verirdi və hamısının bir- bir adlarını çəkirdi və dünyanın şərq və qərbinin Həzrət Mehdi (ə)- ın əlləri ilə fəth olunacağı ilə insanları mücdələyirdi və bu anda buyurdu:
ذلک الذی یغیب عن شیعته و اولیائه غیبه لا یثبت فیها علی القول بإمامته الا من امتحن الله قلبه للإیمان(1)
“O, o kəsdir ki, onun dost və şiələri gizlənəcəklər. Elə gizlənəcəklər ki, onun İmamətliyinə inamda sabit və möhkəm olmayacaqlar, məgər Allah o kəsin qəlbinin imanlı olmağı ilə imtahana çəkəcək.”
Əmirəl Möminin (ə) Nəhcül Bəlağə kitabında bu dövrün şiddətli imtahan və sınaqları barəsində xəbər verərək buyurur:
ما اطول هذا العناء وابعد هذا الرجاء(2)
“Nə qədər uzundur bu çətinlik və əziyyətlər və nə qədər uzundur bu arzu və ümidlər.”
Hətta bir hədisdə qeyd edilir ki:
ان لصاحب هذا الامر غیبة المتمسک فیها بدینه کالخارط للقتاد ...(3)
“Əlbəttə bu əmr sahibi üçün qeybətdir ki, bu zamanda din ilə didələşən kəs, əli ilə tikan qopardan şəxsə bənzəyir.”
Bəs rəvayətlərdən anlaşılır ki, qeybət dövrünün hər anı imtahan və sınaqdır ki, əlbəttə onun növü zaman və məkandan asılı olaraq müxtəlifdir. Mömin bu dövrdə din əhkamına əməl etsin və çalışsın ki, Allah kəlamı, müsəlmanın izzəti yüksəlsin və yadların ictimai, mədəni və siyasi tələ və nüfuzlarını dəf etsin və bütün əlverişsiz şəraitdə və vəziyyətdə cihada hazır olsun və islam, Allah hərəkatının və müsəlmanların qələbəsinə ümidvar olsun və küfr müqabilində məğlub olmasın və onların səhv əxlaq və rəftarlarını yaymasın və əmin olsun ki, Allah və Peyğəmbərin verdikləri vədə haqqdır və İslam sonda qələbə
səh:122
qazanacaq və nəticədə dünyanı ədalətlə dolduracaqdır.
səh:123
İYİRMİ SƏKKİZİNCİ SUAL:
Lütfün qayda- qanunu Əhli- Beyt (ə)- ın hədis və rəvayətlərindən başa düşülürmü ya şiə ilə mötəzilənin əlaqəsindən bu qayda- qanun şiə kəlamında yaranmışdır?
Bu qayda- qanunun tətbiq qaydası qaib İmamın varlığı ilə necə izah edilir?
CAVAB:
Şiə İmamətinin əsasında lütf barəsində, lütfün qaydalarından daha çox dəlillər mövcutdur. Bu dəlillərin varlığı ilə lütfün qaydaları birləşdirilərsə bu iş dəlillərin təsdiqi deməkdir.
Amma şiənin mötəzilə ilə əlaqəsinə gəldikdə, məlum olmalıdır ki, mötəzilə bir firqə kimi şiəlikdən sonra əmələ gəlmişdir və bunu da əlavə etmək istəyirəm ki, doğrudur, onlar bəzi əqidəvi məsələlərini şiə ilə uyğunlaşdırmışlar, amma bu o demək deyildir ki, onlar şiə məzhəbinə təsir etmişlər. Əksinə bu onların şiə əqaidindən təsirləndiyini göstərir. Çünki bu firqə şiədən çox sonralar yaranmışdır və deyildiyi kimi şiə düşüncə və əqaidi Qurani Məcid, Əhli- Beyt (ə)- ın hədislərinə və əqlə əsaslanır.
Lütfün qayda və qanunu da şiənin özündə mövcutdur. Bu
səh:124
barədə Cabir Peyğəmbər (s)- dan İmam Zamanın qeybəti dövründə Həzrətin varlığından necə faydalana biləcəyimiz barəsində soruşur və Həzrət cavabında belə buyurur:
ای والذی بعثنی باالنبوه! انهم ینتفعون به ویستضیئون بنور ولایته فی غیبته کانتفاع الناس بالشمس وان جللها السحاب(1)
“ Bəli! Məni Peyğəmbərliyə seçənə and olsun, insanlar ondan faydalanacaqlar və onun qeybət dövründə vilayət nuru işiq saçacaq, necə ki, buludların arxasında olan günəşdən faydalanırlar.”
Qayib İmamın varlığının lütfünün bütövlükdə inkarı qeyb işlərindən xəbərsiz ağıllı şəxs üçün mümkündür. Amma İmamət və qeybətin əsasının sübut olunmasından sonra onun varlığının faydası lütf və nizam- intizam olması yəqinləşir. Çünki qeybətlə görəvləndirilən İmamın bəndələrə lütfü olmaması mənasız və faydasızdır və Allah mənasız və faydasız işlərdən uzaqdır. Bəs qaib İmamın Allah tərəfindən təyin edilməsi mütləq lütfdür.
Bəli, əgər lütf qaydası ilə İmamın təyin olunmasını və həm qaib İmamın şəxsiyyətini isbat etmək istəsək, əvvəl qaib İmamın varlığının lütf olması problemi əmələ gəlir ki, bu məlum olmalıdır yoxsa onun lütf olmasını bilməməklə onun İmamətliyi isbat olunmayacaq. Amma biz lütfün qaydası ilə İmamın təyininin vacibliyini isbat edirik və digər tutarlı dəlillə, qaib İmamın İmamətliyini bu iki dəlillə ki, Allah əbəs və mənasız iş görmür Qaib İmamın lütf olması təsdiqlənir. Bu barədə Şeyx Tusi belə buyurur:
وجوده لطف و تصرفه لطف و عدمه منا
İmamın varlığı mütləq lütfdür, istər zahirdə olsun istərsə də gizlində. Bu bir əsasdır ki, Həzrət Əmirəl Möminin (ə)- ın buyurduğlarına uyğundur:
لئلا تبطل حجج الله وبیناته(2)
“İmamın varlığı ilə Allahın höccət və nişanələri istər zahirdə olsun istərsə də gizlində qorunacaqdır” isbat olunmuşdur.
Əgər Qaib İmamın lütfünün olmaması iddiası qəbul edilərsə, digər qaib olmayan İmamlar ki, işlərdə yiyələnməyə
səh:125
sahib deyillər, aid edilə bilər və Onun İmamətliyi də qaib imamda olduğu kimi lütfsüz olacaqdır. Halbu ki, imamətliyə aid əməl və dərəcəyə yiyələnməyə qadir olmayan hazır İmamda bu iddia bəyan olunmamışdır. Peyğəmbərdə olduğu kimi əgər peyğəmbər hidayətində müvəffəq olmasa və ya hidayətə sahib olmasa və ya besəti ümumi olan və onun dəvətinə maneəçilik yaradılan peyğəmbərlərin risalətinin bir lütf olmasında bu iddia bəyan edilmir.
Bu bəyanla mümkündür ki, əqli dəlillərlə qaib İmamın Allah tərəfindən təyin edildiyini nəzərə alarsaq onda qaib İmamın bir Allahın lütfü olduğu isbat olunur. Çünki, Allahın lütfsüz olması qeyri mümkündür. Bununla bərabər əgər Allah təala İmam Həsən Əsgəri (ə)- ın övladını İmamətliyə təyin edirsə və heç kəs bu iddiada deyildirsə və ya iddia edib sonradan bunun batil olduğu isbat edilmişsə. Bəs ya Allah öz lütfünü bəndələri üçün kəsmişdir ki, bu Haqqın hikmətinə ziddir və ya İmamın təyini ilə bəndələrinə lütf etmişdir ki, bu halda o kəs on ikinci İmamdan savayı bir kəs deyil.
səh:126
səh:127
İYİRMİ DOQQUZUNCU SUAL:
Əbi Həmzə Somali vasitəsilə Həzrət İmam Baqir (ə)- dan belə bir rəvayət nəql olunmuşdur ki, Əmirəl Möminin (ə) buyurmuşdur: Yetimiş ildən sonra açılış olacaqdır, amma bu məsələ İmam Hüseyn (ə)- ın şəhadəti ilə əlaqədar yüz qırxıncı ilə qədər təxirə salınmışdır və sonra şiələr sirr saxlamadıqlarına görə Allah onu yenə də təxir etdi və onun vaxtını İmamlara bildirmədi.
İzah edin, bu vəd edilmiş fərəcin böyük hadisələrin ardınca uzun müddətdən sonra həyata keçəcəyinə dəlalət edən bu hədis və digər çoxlu sayda hədislər necə təfsir edilə bilər?
Bu xəbərdən istifadə edilərək Bədanın baş verməsi təsəvvür olunmayacaq ki, Allah məlum deyildi, sonradan məlum oldu? Hər halda bunun doğru təfsiri necədir?
CAVAB:
Əvvəla: Bu xəbərin sənəd cəhətdən iradı vardır. Buna görə ki, rical kitablarına uyğun olaraq Əbu Həmzə Somali dördüncü təbəqəyə aid olan mühəddislərdən olmamışdır. O qəməri ili ilə 150- ci ildə vəfat etmışdir və sənədə əsasən Həsən Bin Məhbub bu xəbəri Əbi Həmzədən rəvayət etmişdir ki, altıncı təbəqədəndir, yetmiş beş yaşında hicri qəməri tarixi ilə 224- ci
səh:128
ildə dünyadan köçmüşdür. Bununla bərabər Həsən Bin Məhbubun doğum ilinin ilk ilinə Əbi Həmzənin həyatı dövrünün cəmi bir ili uyğun gəlir. Bu halda onun Əbi Həmzədən rəvayət etməsi qeyri mümkündür və mütləq onunla Əbi Həmzə arasında digər bir şəxs olmuşdur və onun kimliyi məlum deyildir. Buna görə bunu etibarlı rəvayət hesab edə bilmərik. Bundan əlavə vahid xəbər doğru olsa belə, etiqad üsulunda höccət hesab edilmir. Sənədi məchul olan bir hədis heç vaxt höccət hesab edilə bilməz.
İkincisi: Mötəbər hədislərin hamısı Həzrət Mehdi (ə)- ın zühuru və ədalətli hökumətin yaranması tez bir zamanda baş verməyəcəyinə dəlalət edir və o həzrətin zühuru ilə birlikdə mühüm və qəribə dəyişikliklərin baş verəcəkdir. Bu halda bu qədər etibarlı hədislərin müqabilində bir məchul xəbər hansı dərəcədə etibarlı hesab oluna bilər? Əlavə olaraq Əmirəl Möminin (ə)- dan çoxlu sayda xütbə və rəvayətlər nəql olunmuşdur. Bu hədislərdə möminlərin uzun müddət intizarda olacağı xəbər verilmişdir. Bu halda biz necə bir məchul rəvayətə etibar edə bilərik ki, o həzrətin zühur vaxtını yetmişinci il müəyyən etmişdir?
Digər tərəfdən İlahi qismətlərin dəyişməsi mümkündür. Amma bu Allahın bu məsələ barədə əvvəl xəbərsiz olduğu, sonradan məlumatının yarandığı mənasında deyildir. Belə əqidə şiə nəzərinə görə batildir. Çünki Allahın xilqətdən öncə və sonra elm sahibi olduğunu bilirlər.
Bəda məfhum Quran və İslamda mövcutdur ki, şiənin ona etiqadı vardır. Çünki həyat və nübuvvət məsələsinin mühüm hissəsi buna əsaslanmışdır.
Bəda məsələsinə aid olan ayələr bunlardır:
{وَلَوْ اَنَّ اَهْلَ الْقُرَی آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَیْهِم بَرَکَاتٍ مِّنَ السَّمَاءِ وَالاَرْضِ وَلَ_کِن کَذَّبُواْ فَاَخَذْنَاهُم بِمَا کَانُواْ یَکْسِبُونَ}(1)
“Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, biz də onları
səh:129
qazandıqlarına görə məhv etdik”
Başqa bir ayədə, belə buyurulur:
{ظَهَرَ الْفَسَادُ فِی الْبَرِّ وَالْبَحْرِ بِمَا کَسَبَتْ اَیْدِی النَّاسِ}(1)
“İnsanların öz əlləri iləetdikləri üzündən quruda və suda fəsad əmələ gələr.”
Ğafir (Momin) surəsinin, 60 ayəsində belə buyurulur:
{وَقَالَ رَبُّکُمُ ادْعُونِی اَسْتَجِبْ لَکُمْ}(2)
“Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”
Nuh surəsinin, 10, 11 ayələrində belə buyurulur:
{یُرْسِلِ السَّمَاء عَلَیْکُم مِّدْرَارا}(3) {فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّکُمْ إِنَّهُ کَانَ غَفَّاراً}
“Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O sizə göydən bol yağış göndərər.”
{وَوَاعَدْنَا مُوسَی ثَلاَثِینَ لَیْلَةً وَاَتْمَمْنَاهَا بِعَشْرٍ}(4)
“Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün əlavə etdik. Beləliklə onu təkmilləşdirdik.”
{فَلَوْلاَ کَانَتْ قَرْیَةٌ آمَنَتْ فَنَفَعَهَا إِیمَانُهَا إِلاَّ قَوْمَ یُونُسَ لَمَّا آمَنُواْ کَشَفْنَا عَنْهُمْ عَذَابَ الخِزْیِ فِی الْحَیَاةَ الدُّنْیَا وَمَتَّعْنَاهُمْ إِلَی حِینٍ}(5)
“Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət gün- güzəran verdik.”
{لَئِن شَکَرْتُمْ لاَزِیدَنَّکُمْ}(6)
”Əgər şükr etsəniz, sizə- nemətimi- artıracağam.”
{وَمَن یَتَّقِ اللهَ یَجْعَل لَّهُ مَخْرَجا وَیَرْزُقْهُ مِنْ حَیْثُ لاَ یَحْتَسِبُ}(7)
“Kimin Allaha təqvası olarsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər.”
{ذٰلِکَ بِاَنَّ اللّهَ لَمْ یَکُ مُغَیِّراً نِّعْمَةً اَنْعَمَهَا عَل_ٰی قَوْمٍ حَتَّی یُغَیِّرُواْ مَا بِاَنفُسِهِمْ}(8)
“Bu ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir.”
səh:130
Şiə Allahın mütləq elm və qüdrətinə belə inanır. Bu mənada çoxlu sayda hədislər mövcutdur ki, buyurulur: Allaha şükr etmək insanın ömrünü uzadar.
Allah təqva vasitəsilə o şəxsi çətinliklərdən xilas edər və ona güman etmədiyi yerdən ruzi verər, dua vasitəsilə istəklər qəbul olar, tövbə və iman xatirinə əzabı uzaqlaşdırar, nemətlərdən su istifadəyə görə onları bəndəlikdən uzaqlaşdırar.
Əlbəttə sünni və şiə mənbələrində bu tip hədis və rəvayətlər mövcutdur. Əgər Bəda olmasaydı dini proqramların, dua, təvəkkül, tövbə, sədəqə, sileye rəhm, şükr, istiğfar və s izahı olmazdı. “ Bəda” yəni insan həyatında imanın işlərə təsiridir.
Hər halda Allahın mütləq elminə və onun elminin bütün işlərdə əhatəsinə diqqət edərək Bəda məsələsini təfsir edə bilərik ya da bu sirr və həqiqəti tapa bilərik, hər halda Quran və hədislərə uyğun olaraq Bəda məsələsinə etiqadımız olmalıdır. Çünki, bütün bu səbəb və şəraitlərinin yaranması əmrlə həyata keçir. Eyni halda digər bir iş onlara təsiri aradan aparır və yuxarıdakı deyilən əmrin həyata keçməsinə mane olur. Bu şəraitdə o amillərin sübut və aydınlaşması və onların davam etməsi və onlara təsirin maneələri, bütün bunlar İlahi bəxtin nizam və tərtiblə həyata keçməsidir və “ Ummul Kitabda” qorunmaqdadır. Bu məsələ İnsanın ixtiyarı ilə əlaqədardır ki, Allahın iradə və təqdiri ilə həyata keçir. Yəni burada nə cəbr həyata keçir nə də təfviz, bəlkədə həqiqət onların ikisinin ortasındadır.
لاجبر ولا تفویض بل امر بین الامرین.(1)
Misal üçün Allah buyurmuşdur ki, atəş yandır və ya hər məxluq öz xüsusi yolunda inkişaf edərsə, amma mane önünə çıxarsa bu əmr həyata keçməyəcək, əlbəttə diqqət edilməlidir ki, maddi şəraitlərdə onların həyata keçməsinə mane olan şəraitdə hadisələrin səbəblərinin isbatı Bəda deyildir. Yalnız sədəqə, sileye rəhm və dua kim vəziyyətlərin yaranmasında və ya əmrin yaranması mümkün olmayanlara təsir göstərərsə, bəşər onun varlıq və yoxluğunu mütləq zahiri səbəb bilməlidir. Bu
səh:131
vəziyyətdə onun əksinə “Bəda” deyirlər. Halbu ki, zahirən birinci halın ikinci halla o qədər də fərqi yoxdur. Yalnız birinci məsələdə məhv və isbat mövzusunda hiss olunan işdir və əksəriyyət və ya hamı üçün dərk olunandır. Amma ikinci məsələ hiss olunan deyil. Buna görə əksəriyyət insanlar bunu dərk etməkdə acizdirlər. İkinci növ qeyb aləmi və Allahın varlığının təsir və mövcudluğuna daha çox dəlalət edir. Baxmayaraq ki, bütün işlər ondandır.
Bəda həmin termindir ki, Allah təala Yəhudilərin batil əqidəsini rədd edərk, Maidə surəsinin, 64 ayəsində əla şəkildə bəyan etmişdir.
{وَقَالَتِ الْیَهُودُ یَدُ اللهِ مَغْلُولَةٌ غُلَّتْ اَیْدِیهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ یَدَاهُ مَبْسُوطَتَانِ یُنفِقُ کَیْفَ یَشَاءُ}(1)
“Yəhudilər dedilər: “ Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr allahın əlləri açıqdır. İstədiyi kimi lütf edər.”
Bəs Bədanın düzgün mənası həmin yəhudilərin bu düzgün olmayan etiqadlarının inkar edilməsidir ki, “Allahın işlərə yiyələnməkdə əlləri bağlıdır” deyirlər. Başqa sözlə Bəda Allahın əllərinin açıq olması və mütləq qüdrətinin məhdud olmamasıdır, bir şərtlə ki, onun mütləq elmi ilə ziddiyyət təşkil etməsin.
Başqa bir sözlə Bəda həqiqəti o mənadadır ki, həm Allahın mütləq elmi ilə həmahəng olsun və həm də Allahın zatı hər cür cahillikdən təmiz olsun və həmçinin Allahın qüdrətini məhdud edən batil etiqadlara sahib olmasın. Belə təsəvvür olunmalıdır ki, hər bir əşya İlahi müqərrərat əsasında əmələ gəlir və bunun əsasında İlahi hadisə baş verir.
Başqa sözlə İlahi təqdir odur ki, məsələn atəş yandırıcı xasiyyətə malik olmalıdır. Lakin bu hadisənin baş verməsi İlahi əlindədir və digər tərəfdən bir sıra qeybi səbəblər, məsələn, təvəkkül, sədəqə və dua qeyri adi işlər maddidirlər və bunların öz xüsusi təsirləri vardır. Əməl mərhələsində onların hər biri maddi və mənəvi və ya zahiri və qeybi səbəbdən hansının qüvvətli olmasından asılı olaraq həyata keçir. Məsələn hədislərdən məlum olduğu kimi Sileye rəhm insanın ömrü
səh:132
müqabilində olanlara qalib gəlir və onun uzanmasına səbəb olur. Buna görə hədislərdə buyurulmuşdur ki,
صله الرحم تزید فی العمر و تدفع میته السوء
“Sileye rəhm ömrü uzadır və ölüm çətinliklərini bərtərəf edir.”
Xülasə olaraq onu qeyd etmək istəyirəm ki, Bəda odur ki, onun səbəb və şəraiti maddi səbəblərə aid deyil, bəlkə maddi səbəblərlə yanaşı İlahi təqdirə uyğun olaraq bir sıra qeyri maddi səbəblərdir.
Bu səbəbdən həm qeybi səbəblərə və İlahi iradəyə etiqadımız olmalıdır və
کل یوم هو فی شأن(1)
“o hər gün bir işdədir.”
və tədbir etmədə davamlılıq və ruzi, şəfa və hidayət etmədə Allahın istəyi olmadan təsir göstərmir. Əlbəttə biz bu işin bir- biri ilə əlaqəsinin dərk edə bilmərik.
Burada Bəda məsələsində məhv etmədə əsas məqsəd bu təqdirin digər dəqdirlə məhvi nəzərdə tutulması mümkündür. Məsələnm xəstəliyin və şəfanın təsirlərinin məhvi ya dua yolu ilə ya da dərman yolu ilə Allahın istəyinə uyğun həyata keçir. Həmin xəstəliyin təsiri də İlahi iradə ilədir. Necə ki, insanın süqut etməsində maddi və zahiri səbəblər, dənizdə boğularaq, maşın qəzasında və ya müəyyən hündürlükdən düşərək həlak olmaq
məsələlərdə olduğu kimi bu təsir mənəvi və qeybi aləmdə də mövcutdur.
Mümkündür ki, burada əsas təqdir mütləq olmasın və yalnız İlahi iradədən aslı olsun və Ümmül Kitabdan savayı bir təqdirat baş verməsin, yəni hər nə baş verirsə bu kitabda mövcuddur.
Hər halda “ Bəda”- nın əqli və məntiqi mənası vardır. Bunun məchul və məxfi İlahi əmr olduğu demək deyil. Bəda məsələsinin bəyan edilməsində əsas məqsəd odur ki, insanlar daim Allahı yadlarında saxlasınlar və bütün məsələlərdə ilahi səbəbə ehtiyac hiss etsinlər və maddi şəraitin yaranmadığını görüb naümid olmasınlar, əlbəttə ki, allah təala digər tərəfdən yeni şəraitlər yaradacaqdır.
səh:133
Xülasə, yəni Yəhudiyyət kimi Allahı əli bağlı təsəvvür etməsinlər. Ali- İmran surəsinin, 26 ayəsində deyilən, bu tovhidi həqiqətə etiqadları olsun.
{قُلِ اللهُمَّ مَالِکَ الْمُلْکِ تُؤْتِی الْمُلْکَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْکَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء}
{بِیَدِکَ الْخَیْرُ إِنَّکَ عَل_ٰی کُلِّ شَیْءٍ قَدِیر}(1)
“De: Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyr yalnız sənin əlindədir. Həqiqətən sən hər şeyə qadirsən!”
Üsul olaraq bu etiqada sahib olmayan heç bir insan tərbiyyət və mərifət aləmində inkişaf edib o uca mələkkuti məqama yetişə bilməz. Bu həqiqət insanın fitrəti ilə bağlıdır, və hətta Bəda məsələsini dildə inkar etsə belə öz vicdanı ilə bunu etiraf edir. Buna görə təhlükəli anlarda Allahı onları dəf etmək üçün çağırırıq və Raziq, Şafi, Kafi, Hafiz və s kimi gözəl adları Bəda məsələsinə etiqadla məna kəsb edirək istifadə olunur və necə ki, Qurani Kərib bu barədə Ənam surəsinin, 40 və 41 ayələrində belə buyurur:
{قُلْ اَرَاَیْتُکُم إِنْ اَتَاکُمْ عَذَابُ اللهِ اَوْ اَتَتْکُمُ السَّاعَةُ اَغَیْرَ اللهِ تَدْعُونَ إِن کُنتُمْ صَادِقِینَ بَلْ إِیَّاهُ تَدْعُون}(2)
“De: Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Xeyr ona dua edib yalvaracaqsınız.”
Allaha ibadətdə və diqqətdə Bəda məsələsinə etiqad əhəmiyyət kəsb etiyinə uyğun olaraq, rəvayətlərdə qeyd olunmuşdur:
ما عبد الله بشیء مثل البداء(3)
“Allah Bəda ya etiqad kimi heç bir şeyi pərəstiş şərti qərarar verməmişdir.”
Bu mübahisənin xülasəsi budur ki, Bəda məsələsi hər cür təfsir olunursa- olusun Allahın mütləq elmi ilə ziddiyyəti yoxdur. Yəni O bütün şeylərdən bilikli olduğu kimi bütün şeylərdən də qüdrətlidir.
Bəda məsələsində iki şübhə bəyan olunur:
Birinci şübhə: Bu şübhə cəbr etiqadında olanlar tərəfindən
səh:134
olunur ki, deyirlər: Allahın elmi bir şeyə aid olduğu zaman, məlumu elmdən gözləməmək mümkün deyil. Buna görə əgər fikr
کل یوم هو فی الشأن(1)
“O hər gün işdədir” bu olarsa ki, onda hər gün və hər an onun elminin aid olduğu şeylər baş verir, bütün fellər ondandır və onun elmindən kənarda heç bir şey baş vermir və onun felindən kənarda heç bir şey mümkün deyil. Buna görə onun fellərinin elmi ilə həyata keçirdikləri vacib olacaq. Buna görə əgər bir iş ondan törənmirsə onda bu onun cahilliyinə dəlalət edəcək. Halbu ki, Allahın zatı bütün cahil və nöqsanlardan uzaqdır. Burada bu şübhə Allahın və hətta bəndələrinin məcburuyyətini bəyan edir.
-Əlbəttə bu şübhə vicdana müraciət etməklə rədd edilir. Çünki hər kəs özünü aşkar və aydın şəkildə öz işlərində muxtar görür və bu şübhələr həqiqətdə bədihiyyatda olan şübhələrdir, elə bil ki, atəşin yandırıcı və ya istilik verici olmasında tərəddüd edir.
Bu şübhəyə digər cavab odur ki: Birincisi, bu şübhəni fərz olaraq qəbul etsək, Bəda məsələsinin məhv və isbatını rədd etmir. Buna görə cəbrə və ixtiyarın yoxluğuna etiqad, məhv və isbat da İlahi fellərdəndir nəticədə əmr digər fellər kimi cəbr və ya ixtiyarən baş verəcək.
Başqa sözlə cəbriyyətə etiqad məhv və isbatı inkar edə bilməz, yalnız onu deyə bilər ki, məhv və isbatın hər ikisi İlahi fellərdir ki, onların baş verməsi mütləqdir.
İkincisi, Bu şübhəyə doğru cavab budur ki, məhv və isbat hər ikisi İlahi ixtiyari fellərdir ki, digər fellər kimi həyata keçir və Allahın elmi onun ixtiyari cəhəttən həyata keçməsi ilə zidd ola bilməz. Buna görə o onun məfhumu məlumda elmin təsirinin lüzumluluğudur və bu qeyri mümkündür və bəndələrinin felləri həmçinin Allah bəndələrindən hasil olan fellərə alimdir və belə elm bəndənin ixtiyarını inkar etmir. Burada böyük yazışı və filosof Tusi Xəyyama cavabında belə buyurur:
Elm əzəli səbəb üsyan dedilər
Ağıllının yanında cəhl idi
səh:135
Bu cavab ona işarə edir ki, elm muxtar şəxslərdən işin ixtiyari şəkildə görülməsinə zərər yetirmir.
İkinci şübhə: Peyğəmbər və Nəbilərin, xüsusilə Həzrət Rəsul Allah (s)- ın və Məsum İmamların gələcək qeybi işlərdən xəbərləri və onlarda Bədanın mümkünlüyü, necə təfsir və izah oluna bilər, yəni bütün bu hadisələrə baxmayaraq onlar verdikləri xəbərin Bəda olmasını mülahizə etmədən, qəti şəkildə bəyan etmişlər?
Cavab: Bədanın bir hadisədə əmələ gəlməsi o demək deyildir ki, bütün hadisələrdə Bəda mövcutdur. Buna görə o böyük şəxsiyyətlər ki, öz elmlərini İlahidən götürmüşlər, bu onu göstərir ki, Bəda baş vermir və ya Bədanın baş verə bilməsi ilə ziddiyyət təşkil etmir.
Əgər şübhə bəzi rəvayətlərə uyğun olaraq bəzi Peyğəmbər və Məsum İmamların xəbərlərinin baş verməməsini və onun səbəbinin Bəda olduğunu qeyd etsələr, bu onların peyğəmbərlik və vilayət məqamını sual altına alır və onlar yalançılıqda müttəhəm olunur. Əlavə olaraq Nəbi və Vəli Bədanın baş verməsində alimdir ya da deyildir. Amma məlumdur ki, birinci şübhəsizdir. Baş verməyən hadisədən xəbər, xəbər verənin yalançılığına dəlalət edir. Bu da Peyğəmbərlərin məqamından uzaqdır.
İkinci halda həmçinin Bədanın baş verməsi ehtimalı da həmçinin əgər xəbər doğru olsa belə Bəda mütləqdir, onda Nübuvvət və İmamət məqamı üçün bu o qədət də doğru deyil.
Cavab: Əvvəla, Mötəbər xəbərlərə əsasən Peyğəmbərlər və İmamlar tərəfindən gələcək qeybdən verilən xəbərlər Allah tərəfindən əta olunmuşdur və bunda Bədanın olması mümkün deyildir. Məsələn Əmmarın bir qrup zalimlər tərəfindən öldürülməsi, Əmirəl Möminin (ə)- ın şəhadəti və İmam Hüseyn (ə)- ın və s İmamların şəhadət və Fatimeye Zəhra (ə)- ın ilk mənimlə görüşən şəxs olacağı və İslam dininin dünyaya yayılacağı və Həzrət Mehdi (ə)- ın zühur edəcəyi xəbəri, Peyğəmbər (s) tərəfindən verilmişdir və bunda başqa Əmirəl Möminin (ə)- ın əhl- sünnət kitablarında nəql olunduğu bir çox
səh:136
qeyb xəbərləri mövcutdur. Bu xəbərlər Bədanı qəbul edə bilməzlər. Əgər belə olsaydı onlar bunu xəbər verməzdilər.
Onların qeyb xəbərlərində Bədanın olması xəbəri çox nadirdir ya da sənədi zəifdir və yaxud da onların dəlilləri kifayətli deyil. Əbu Həmzənin nəql etdiyi rəvayət kimi bunun sənədi çox zəf və dəlilləri kamil deyildir.
Əgər bu barədə doğru rəvayətlər olsa belə həzrət Əmirəl Möminin Əli (ə)- dan Ömər Bin Həməqin nəql etdiyinə görə buyurur: Həzrət Əmirəl Möminin qilinc zərbəsi ilə yaralandığı vaxt onun hüzuruna getdim, Həzrət buyurdu: Ey! Ömər mən sizdən ayrılacağam, yetmişinci ilə qədər bəlalar baş verəcək, bu cümləni üç dəvə təkrar etdi.
Mən söylədim, Ya Əmirəl Möminin buyurduz ki, yetmişinci ilə qədər bəlalar olacaq, ondan sonra həll olacaq?
Buyurdu: Bəli, hər çətinlik və bəladan sonra rahatlıq və həll olur.
Allah təala Rəd surəsinin 39 ayəsində belə buyurur: “ Allah istədiyi şeyi məhv istədiyi şeyi də sabit saxlayar və Kitabın əsli onun yanındadır. ( lövhi- məhfuz)”
Bu rəvayət İmam Zaman (ə)- ın zühur və qiyamında xəbər vermir. Bir İlahi sünnətdən xəbər verir ki, İnşirah surəsində buyurulur: “Hər çətinlikdən sonra rahatlıq vardır.” Həmçinin bu açılış həll olması o zaman baş verəcək ki, Bəda baş verməsin, əlavə olaraq Həzrət Rəd surəsinin, 39 ayəsini buyurmaqla
{یَمْحُو اللّهُ مَا یَشَاءُ وَیُثْبِتُ وَعِندَهُ اُمُّ الْکِتَابِ}(1),(2)
“Allah istədiyi şeyi məhv edər istədiyi şeyi sabit edər və Kitabın əsli onun yanındadır.” həqiqəti çatdırmaq istəyir və bu əmr mütləq yəqin deyil. Qalmışdır ki, Bəda baş versin və bu şəraitin yaranmasına mane olsun.
Daha çox məlumat üçün Ayətullah Safi Gülpayiqaninin “ Sirril Bəda “ kitabına və bu mövzuda olan digər çoxlu sayda kitablara müraciət edə bilərsiz.
səh:137
səh:138
səh:139
OTUZUNCU SUAL:
Rəvayətlərə əsasən Axiril Zamanda bir çox Məsum İmamlar və bəzi dünyadan köçənlər dünyaya qayıdacaqlar. Həzrət Mehdi (ə)- ın qeybət və zühuruna etiqadın ricətə inamla həmahəngliyi varmı, başqa sözlə qeybət və zühura etiqadın əsası ricətə və qiyamətdən öncə baş verəcək hadisələrə şamil edilə bilərmi, ya ricət əqidəsi müstəqil və ayrıdır?
CAVAB:
Mehdi zühuruna və Əhli- Beyt və Fatimə (ə)- ın övladlarının xilaskar olması əqidəsi müsəlmanların ümumi və ictimai etiqadıdır və şiəyə məxsus deyildir. Baxmayaraq ki, şiə onun özünü onlara qohum kimi təqdim edir. Amma bu əqidənin əsası ümumi etiqatdir ki, keçmiş dinlərdə də həmçinin Tövrat və Zəburda buna işarə edilmişdir və on iki imamlı şiə məzhəbinə görə onsuz bu hadisə kamil deyildir və əməllərin qəbulu onun qəbulu ilə mümkündür və əgər buna və Mehdi (ə)- ın İmamətliyinə etiqadı olmadığı halda dünyasını dəyişərsə cahiliyyətdə ölmüş kim hesab olunur. Burada aydın olur ki, bu etiqad çox təsirə malikdir və böyük əhəmiyyət kəsb edir.(1)
səh:140
Ricət məsələsinə etiqad Quran və hədislərlə əlaqədardır.Amma qeybət və Mehdəviyyətə etiqad onsuz da bəyan edilir. Buna görə Mehdəviyyət və qeyubət məsələsi müxtəlif kitablarda ricət məsələsindən ayrıcana da bəyan edilmişdir.Bununla bərabər qeyd etmək lazımdır ki, ricət və dünyadan köçənlərin geri qayıtması məsələsinin mahiyyətcə İslamıdir. Bu keçmiş zamanlarda hadisələrin baş verməsi müxtəlif Quran ayələri ilə isbat olunmuşdur. Belə olduğu halda Axirul Zamanda bu hadisənin baş verməsi inkar oluna bilməz.
لتسلکن سبل من کان قبلکم حذو النعل بالنعل و القذه بالقذه حتی لو ان احدهم دخل حجر ضب لد خلتموه.(1)
Əhli- sünnətdən nəql edilən bir məşhur rəvayətə əsasən keçmiş zamanlarda ölmüş insanların geri qayıtmış hadisəsi mövcutdur və onlar onlar bu ümmət üçün bu hadisənin baş verə biləcəyini qəbul etməlidirlər.
Bu rəvayətə əsasən qeyri şiənin bu hadisənin baş verməsini inkar etməsi düzgün deyildir.
Sonda- keçmiş zamanlarda baş vermiş bu hadisənin timsalında bu ümmət üçün də ricətin baş verəcəyinə dəlalət edən ayələrdən birini nümunə gətiririk:
{وَیَوْمَ نَحْشُرُ مِن کُلِّ اُمَّةٍ فَوْجاً مِّمَّن یُکَذِّبُ بِآیَاتِنَا فَهُمْ یُوزَعُون}(2)
“Hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə- dəstə yığdığımız o günü xatırlayın, onları bir yerə cəmləyəcəyik ki, (məşhərdə) bir- birlərinə birləşsinlər.”
Bu ayə o günə dəlalət edir ki, Quran ayələrini təkzib etmiş hər bir ümmətdən qruplar məşhur olarlar ki, dəqiqən bu gün qiyamət günü deyidir.
SON
səh:141
ƏRƏB DİLİNDƏ
1. İtrət və Quran.
2. Əd-dür-rül mənzud fi əhkamel hudud. (üç cilddə)
3. Nətayec-ül-Əfkar fi nəcasət-ul-kuffar.
4. Əs-siyam və şəhru Rəməzan-ul-mubarək.
5. Məə- müəllem-ul-əxlaq fi səfəhat-ul- məkasib.
6. Muqtətiffat bəqiyyət-us-sələf.
7. Surət-un-mucizətun min həyatel mərcə- el kəbir- us seyyid Əlqolpayqani.
8. Həyate -Ayətullah, Ayətullah-il- Cəhromi.
9. Məə muqəddəs- il Ərdəbili fi məsael min- əl fiqh.
10. Muqəddəs- ul Ərdəbili əzva- un əla həyatihi və şəxsiyyətihi
11. Səlatul cuməti fi ğeybət- il höccəti
FARS DİLİNDƏ
12. Asiman sirləri (Hədid surəsinin təfsiri)
13. İslamın əxlaq sistemi (Hücurat surəsinin təfsiri)
14. Quranda insan təcəllası (İnsan surəsinin təfsiri)
15. Quranın nüfuz və təsirindən nümunələr
16. Quran vasitəsilə Quranı tanımaq
17. Quranda Allah bəndələrinin siması
18. Quranda bəyənilmiş xarakterlər
19. Quran və düşüncələrin hidayəti
20. Zalımların Quranla mübarizəsi
21. Quran cazibədarığı
22. Nəhcülbəlağədə Quran siması
səh:142
1. İslam dünyası və Təhrif məsələsi
2. Rəhmət qapısı (Peyğəmbərin şəbaniyyə xütbəsinin təhlili)
3. Pəhrizkarların siması (Müttəqin xütbəsinin izahı)
4. Bəsrə valisinə Əli (ə) ın tapşırığı
5. İdeal dövlətə doğru
6. Şəhadət yatağında həyat şüası
7. Qədir çeşməsindən bir damla
8. Məhdi (ə.c) ın üləma və təqlid mərcələrinə inayətləri
9. Məhdi Məsihin müqtədası
10. İmam Zamanın unudulmuş hüququ
11. Zəhra məhdisinin xatirəsi ilə
12. Günəş səhifəsi
13. Şeyx Mofidin baxışı
14. Orucluq ayini
15. Ramazan xəbəri
16. Səhifeye Səccadiyyədə Ramazan siması
17. Qədr gecələrinin sirləri
18. Şəhadətin qırmızı xətti
19. İnsani və köklü dəyərlər
20. Azan, asiman nəğməsi
21. Qayıdış səsi
22. Zeynəbin xütbəsində Əli (ə) şücaətinin təkrarı
23. Zeynəb Bəni haşimin ağıllısı
24. Rəbəzə şəhidi, Əbuzər ğəffari
25. Müqəddəs Ərdəbili
26. Təsisedici Ayətullah (Hacı şeyx Əbdülkərim Hayiri)
27. Mərcələrin şeyxi Ayətullah – üzma Hayiridən xatirələr
28. Fəqihlik göyünün günəşi (Ayətullah Qolpayqani)
29. Cihad və ictihad yolunda Allaha doğru hicrət edən
30. Pakların sülaləsi
31. Aşiqlərin zümzüməsi (İftitah duasının təfsiri)
32. Quran və rəvayətlərdə Övliyaullah
Quranda nümunəvi qız və oğlanlar.
səh:143