BİZİM DİNİ ƏQİDƏMİZ

KİTAB HAQQINDA

BİZİM DİNİ ƏQİDƏMİZ

Müəllif: Ayətullah Nasir Məkarim Şirazi

Tərcümə edən: .Dr. Əfzələddin Rəhimli

Redaktor: Seyid Azər Əhmədoğlu

Naşir: Beynəlxalq əl-Mustafa (s) Nəşr və Tərcümə Mərkəzi

Çap tarixi: 2016

Çap növbəsi: Ikinci

Tiraj: 300

ISBN: 978-964-195-978-6

səh:1

İŞARƏ

بسم الله الرحمن الرحیم

Bağışlayan və Mehriban Allahın adı ilə

BİZİM DİNİ ƏQİDƏMİZ

Ayətullah Nasir Məkarim Şirazi

Mütərcim: Dr. Əfzələddin Rəhimli

Bağışlayan və Mehriban Allahın adı ilə

BİZİM DİNİ ƏQİDƏMİZ

Ayətullah Nasir Məkarim Şirazi

Mütərcim: Dr. Əfzələddin Rəhimli

səh:2

səh:3

səh:4

NAŞİRDƏN

Hər bir tədqiqatın əvvəli və sonu tədqiqatçı insan zehnində yaranmış suala cavab tapmaq yolunda inkişafın bir mərhələsi sayılır, həmçinin, bu gedişat elm və bilik olan tədqiqat nəticəsinin əldə edilməsi ilə sona çatır.

Əlbəttə, bu sonluq yeni bir başlanğıc üçün müjdə verir. Çünki hər bir tədqiqat yeni iş, inkişaf təravət və bərəkət, həmçinin, yeni sualların meydana çıxması ilə nəticələnir.

Tədqiqat əsnasında qarşıya çıxan suallar zaman ehtiyaclarının tənasübü və tədqiqatçıların bacarığı ilə inkişaf edir və bəşər mədəniyyətini hərəkətə vadar edir.

Elm və texnikanın inkişafı nəticəsində sualların tez bir zamanda dünyanın müxtəlif yerlərinə çatması və sürətlərin azalması prosesi yeni bir mədəniyyəti ərməğan gətirir. Buna görə də, şübhəsiz bu proses barədə mükəmməl agahlıq və düzgün müdiriyyət bu yolda inkaredilməz təsirə malikdir.

Beynəlxalq əl-Mustafa (s) Universiteti elmi hövzələrdə malik olduğu xüsusi vəzifəsi, habelə insanların müxtəlifliyinə əsasən, tədqiqat sahəsində münasib şəraiti yaratmağı özünə vəzifə bilir.

Bu sahədə münbit şərait yaratmaq, imkanlardan münasib tərzdə istifadə etmək, həmçinin, din sahəsində tədqiqatçı alimlərdən himayə etmək Beynəlxalq əl-Mustafa (s) Universitetinin Tədqiqat müavinliyinin əsas və önəmli vəzifələrindən sayılır.

Bu qəbil elmi hərəkətlər və mövcud vəziyyətin möhkəmləndirilməsi ilə dünyanın hər bir yerində dini mədəniyyətin inkişafı və yayılması ilə nəticələnməsinə ümid edirik.

                                                                Beynəlxalq əl-Mustafa (s)

                                                                Nəşr və Tərcümə Mərkəzi

səh:5

səh:6

MÜNDƏRİCAT

Müəllif Sözü. 11 [1]

Mütərcimdən. 15 [2]

Bİrİncİ fəsİl: [3]Allahşünaslıq və tovhİd. 19 [4]

1. Uca Allahın Varlığı 19 [5]

2. Allahın Cəlal və Camal sifətləri (xüsusiyətləri) 20 [6]

3. Allahın Pak Zatının nəhayətsiz, hüdudsuz olması 20 [7]

4. Allah cisim olmaması və heç vaxt gözlə müşahidə olunmaması 21 [8]

5. Tovhid bütün İslam təlimlərinin ruhu və əsası kimi 23 [9]

6. Tovhid və onun mərtəbələri 23 [10]

a. Tovhide - zati: 24 [11]

b. Tovhide - sifati (sifətlərdə tovhid): 24 [12]

c. Tovhide - əfali (fellərdə tovhid): 24 [13]

d. Tovhide - ibadi: 25 [14]

7. Tovhid və möcüzələr 26 [15]

8. Allahın mələkləri 27 [16]

9. İbadət yalnız Allaha məxsus əməl olaraq. 27 [17]

10. Allahın pak zatının həqiqətinin hər bir kəsə məxfiliyi 28 [18]

11. Ağlın qüvvədən salınmasının və «təşbih»in yanlışlığı 30 [19]

İkİncİ fəsİl: [20]İlahİ Peyğəmbərlərİnİn nübüvvətİ. 31 [21]

12. Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi 31 [22]

13. Digər səmavi dinlərin ardıcılları ilə münasibət 32 [23]

14. Peyğəmbərlərin (ə) məsum olması 33 [24]

15. Peyğəmbərlər,  Allahın itaətkar bəndələri 34 [25]

16. Möcüzələr və elmi-qeybə olan agahlıq. 34 [26]

17. Peyğəmbərlərin şəfaəti 36 [27]

18. Təvəssül 37 [28]

19. Peyğəmbərlərin daim Allaha doğru dəvəti 38 [29]

20. Keçmiş peyğəmbərlərin gələcəkdən verdiyi xəbərlər 38 [30]

21. Peyğəmbərlər 39 [31]

22. Tayfa və irqi ayrı-seçkiliklərin rədd edilməsi 39 [32]

23. İslam və fitrət 40 [33]

Üçüncü fəsİl: [34]Quran və səmavİ kİtablar. 41 [35]

24. Səmavi kitabların nazil olmasının fəlsəfəsi 41 [36]

25. Quran, Həzrət Məhəmməd (s)-in ən böyük möcüzəsi 42 [37]

26. Quranın təhrif olunmaması 43 [38]

27. Quran və insanların maddi-mənəvi ehtiyacları 44 [39]

28. Quran oxumaq, onda təfəkkür etmək və onun əmrlərinə əməl etmək  45 [40]

29. Azdırıcı bəhslər 46 [41]

30. Quran təfsirinin qayda-qanunları 47 [42]

31. Şəxsi əqidəyə əsaslanaraq quranı şərh etməyin xətərləri 48 [43]

32. Allahın kitabından nəşət tutan sünnə (rəftar-əməl-buyuruq) 49 [44]

33. Əhli-beyt imamlarının (ə) sünnəsi 50 [45]

Dördüncü Fəsil: [46]Qİyamət günü və ölümdən sonrakı həyat 53 [47]

34. Məadsız həyatın mənasız olması 53 [48]

35. Məadın sübut və dəlilləri 54 [49]

36. Cismani məad. 55 [50]

37. Ölümdən sonrakı aləm... 56 [51]

38. Məad və əməl kağızlarımız. 56 [52]

39. Əməlləri müşahidə etmək və onların Qiyamət günü verdiyi şəhadət 57 [53]

40. Sirat körpüsü və əməl tərəzisi 57 [54]

41. Qiyamət günü «şəfaət» məsələsi 59 [55]

42. «Bərzəx» aləmi. (dünyası) 60 [56]

43. Mənəvi və maddi mükafatlar 61 [57]

Beşİncİ fəsİl: [58]İmamət 63 [59]

44. İmamətin mənası 63 [60]

45. İmamət məqamının həqiqəti 64 [61]

46. İmamın məsumluğu. 65 [62]

47. İmam, dinin mühafizəçisi 65 [63]

48. İmam, ən elmli şəxs. 66 [64]

49. İmamın, Peyğəmbərin vasitəsilə təyin olunması zərurəti 66 [65]

50. İmamlarımızın (ə) İslam Peyğəmbərinin (s) vasitəsilə təyin olunması 66 [66]

51. Həzrət Əli (ə)-ın İslam Peyğəmbəri (s. ə) tərəfindən imam təyin olunması 68 [67]

52. Hər imamın özündən sonra gələcək imamı təyin etməsi 70 [68]

53. Əli (ə) səhabələrin ən fəzilətlisi 71 [69]

54. Səhabələr ağlın və tarixin mühakiməsi qarşısında. 71 [70]

55. Əhli-beytin elmi, Peyğəmbər (s. ə)-in mirası 73 [71]

Altıncı fəsİl: [72]Müxtəlİf məsələlər. 77 [73]

56. Ağlın yaxşı və pisi dərk etməsi 77 [74]

57. Allahın ədaləti 78 [75]

58. İnsan və azadlıq. 78 [76]

59. «Ağıl», fiqh mənbələrindən biri kimi 79 [77]

60. Bir daha Allahın ədaləti barəsində. 80 [78]

61. Xoşagəlməz və acı hadisələrin fəlsəfəsi 80 [79]

62. Varlıq dünyası, ən gözəl nizam... 81 [80]

63. Fiqhin dörd mənbəsi 81 [81]

64. İctihad. 82 [82]

65. İslamda qanun boşlugünün olmaması 83 [83]

66. Təqiyyə və onun fəlsəfəsi 84 [84]

67. Təqiyyənin qadağan olan yerləri 85 [85]

68. İslamda ibadət 86 [86]

69. Gündəlik namazlar 87 [87]

70. Möhürlə səcdə olunması 87 [88]

71. Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti 88 [89]

72. Əzadarlıq mərasimləri və onun fəlsəfəsi 89 [90]

73. Müvəqqəti nikah. 91 [91]

74. Şiənin qısa tarixi 93 [92]

75. Şiə məzhəbinin coğrafi əhatəsi 95 [93]

76. Əhli-beyt (ə)-ın mirası 96 [94]

77. İki əzəmətli kitab. 97 [95]

78. Şiənin İslam elmlərində rolu. 99 [96]

79. Haqqa doğru. 100 [97]

80. Son söz. 101 [98]

səh:7

səh:9

səh:10

MÜƏLLİF SÖZÜ

Müasir əsrimizdə dünyada böyük bir dəyişiklik və irəliləyişin şahidiyik. Bu dəyişiklik ən möhtəşəm və səmavi dinlərdən biri olan İslam dinindən sərçeşmə tutur.

İslam dini hazırkı əsrdə yeni bir dirçəlişə və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları artıq ayılaraq, öz əslinə, kökünə qayıdıb, başqa yerlərdə cavab tapa bilmədikləri problemlərin həllini İslam dininin təlimatlarında axtarırlar.

Bəs bu dəyişikliyin səbəbi nədir? Bu sualı ayrı bir bəhsdə, müstəqil şəkildə araşdırmaq lazımdır. Ən əhəmiyyətli olan budur ki, biz İslama qarşı yaranan bu qığılcımları, dəyişiklikləri bütün müsəlman ölkələrində müşahidə edirik. Elə bu səbəbdən də, dünya xalqları İslamın nə dediyini, nə kimi yeniliklər bəxş etdiyini anlamaq istəyirlər. Belə bir əhəmiyyətli və həssas bir zamanda bizim vəzifəmiz İslamı olduğu kimi, sadə ibarələrlə xalqa çatdırmaq, olduqca ali elmi terminlər və başa düşülməsi çətin olan kəlmələrdən istifadə etmədən, İslamı insanlara öyrətməkdir.

Bu yolla biz, İslamdan düzgün məlumatı olmayan digər şəxslərin bizim əvəzimizdə, dini əqidəmiz barəsində qərəzli şəkildə söz söyləməsinə, yanlış fikir yürütməsinə mane ola bilərik.

İnkar ediləsi deyildir ki, İslam dini digər dinlər kimi müxtəlif məzhəblərə bölünmüşdür. Və bu məzhəblər bir sıra əqidəvi və əməli məsələlərdə bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər. Amma bu təfavütlərin heç birisi müsəlmanların vəhdətinə mane olacaq həddə deyildir. Doğrusu, müsəlmanlar qarşılıqlı anlaşma və səmimiyyət yolunu seçərək, vahid bir

səh:11

ümmət şəklində Şərq və Qərbdən gələn qorxunc tufanların müqabilində dayana bilərlər.

Birlik və qardaşlıq yolunu seçən müsəlman xalqı öz müştərək müxaliflərinə çirkin niyyətlərini yerinə yetirməsinə yol verməməlidir.

Bütün bu söylədiklərimiz yalnız bir sıra qanunların riayət olunması ilə sıx bağlıdır. Onların ən əhəmiyyətlisi isə islam məzhəblərinin bir-birini yaxşı tanıması, onların hər birinin hansı xüsusiyyətlərə malik olduğunu, olduğu kimi dərk etməsidir. Çünki müsəlman firqələri arasında qarşılıqlı anlaşma və etimad yalnız narahatlıqlara son qoyduqdan, bir-birlərini olduğu kimi tanıyaraq müxtəlif anlaşılmazlıqları aradan qaldırdıqdan sonra mümkündür. Deməli, bu məqsəd uğrunda ən doğru seçim, hər bir məzhəbin islam dininin əsli və fəri məsələlərində olan əqidəsini, yalnız və yalnız onların tanınmış, məşhur alimlərindən öyrənməkdir. Çünki hər hansı bir məzhəbin əqidəsini yanlış anlayan kəslərdən, yaxud onların müxaliflərindən və səlahiyyətsiz şəxslərdən öyrəniriksə bir-birimizi düzgün tanımayaraq, nəticədə yersiz düşmənçilik və dostluqla üzləşərək xoşagəlməz sonluğa düçar ola bilərik. Və bu da, ayrılıq, təfriqə, çəkişmə və cürbəcür narahatlıqlara gətirib çıxara bilər. Bütün bunlara əsasən biz bu kitabda müxtəsər olaraq sizi islam məzhəblərindən biri olan şiə məzhəbinin islamın əsli və fəri məsələlərində malik olduğu xüsusiyyətlərlə tanış edəcəyik. Beləliklə «BİZİM DİNİ ƏQİDƏMİZ» kitabı aşağıdakı xüsusiyyətlərə malikdir:

1. Lazım olan mətləblərin qısa və müxtəsər şəkildə bəyanı, əziz oxucuları müxtəlif kitabları araşdırmaq zəhmətindən xilas etmişdir.

2. Bəhslərin aydın və sadə şəkildə açıqlanması, yalnız elmi hövzə mühitlərində yararlı olan kəlmələrin işlədilməməsi, bununla belə lazımi miqdarda bəhslərin dərinliyi qorunub saxlanılmışdır.

3. Təqdim olunan kitabda məqsəd, yalnız sizi şiə əqidəsilə tanış etməkdir. Elə bu səbəbdən də, bir çox sübut və dəlillərdən

səh:12

istifadə olunmamışdır. Yalnız bir necə yerdə imkan dairəsində Qurani-Kərimdən bəzi ayələr, sünnə və əqli dəlillərə olduqca məhdud şəkildə yer verilmişdir.

4. Əqidələr olduğu kimi əks etdirilmişdir. Heç bir tərəfkeşliyə, gözəl cilvələndirməyə və qapalılığa yol verilməmişdir. Bir sözlə məqsəd həqiqətləri olduğu kimi bəyan etməkdir.

5. Digər məzhəblərə son dərəcədə hörmət və ehtiramla yanaşılmışdır.

Əziz oxucu, gördüyünüz kitab, yuxarıda qeyd olunan nöqtələrə riayət edilməklə, Müqəddəs Həcc səfərində, ruhların İlahi eşqi ilə cəlallandığı səfalı bir ziyarət zamanı hazırlanmışdır. Sonra isə müxtəlif iclaslarda bir qrup alimlərin bəhs və araşdırması ilə təkmil edilərək tamamlanmışdır. Ümidvarıq ki, bu xeyirxah əməl söylənilən hədəflərə yetişməklə birgə, bizim üçün qiyamət gününün azuqəsi hesab olunsun. Elə buradaca əllərimizi uca və qüdrətli Xaliqin dərgahına qaldıraraq belə dua edirik:

«İlahi, biz sənin bizləri imana dəvət edən nidanı eşitdik ki: Öz Allahınıza iman gətirin! Və biz də iman gətirdik. İlahi, bizim günahlarımızı bağışla! Pis əməllərimizi ört! Bizi yaxşılarla birgə bu dünyadan apar!»

                                                    Məhərrəm ayı -1417 hicri qəməri.

                                                 QUM - «Əmirəl-möminin» mədrəsəsi

                                                     Ayətullah Nasir Məkarim Şirazi.

səh:13

səh:14

MÜTƏRCİMDƏN

İslam dini Allah-təalanın bəşəriyyətə bəxş etdiyi ən ülvi və pak nemətidir. Onun göndərilmə məqsədi, məxluqatın ən şərəflisi olan insanın dünya və axirət xoşbəxtliyini təmin etməkdir. Deməli, din ağıl, məntiq və pak duyğuların çərçivəsində insan həyatında özünəməxsus ilahi rolunu oynamalıdır. Dinin modern həyatda rolu istər fərdi, ictimai, istərsə də ruhi və həmçinin elmi sahədə çox təyin edicidir. Dinin cəmiyyətdə rolu dedikdə, ilk öncə fərdi sahədəki təsirini nəzərdə almaq lazımdır. Din cəmiyyətin tək-tək fərdlərinin mənəvi inkişafında əsas rol oynayır. Onu ruhi cəhətdən sakitləşdirir, kamilləşdirir, ümid yaradır, çətinliklər qarşısında dözüm və səbir bəxş edir. İmanlı insan yalnız Allaha bel bağlamaqla müxtəlif ağır çətinliklərin öhdəsindən asanlıqla gələ bilir. Yaxud da, ən azından onda ümid və müqavimət hissi heç bir zaman ölmür.

Din cəmiyyətdə insanların əlaqələrinin möhkəmlənməsinə, laqeydliyin kənara atılmasına, mənəvi ayinlərin icrası zamanı bərabərlik və həmrəyliyin yaranmasına xidmət edir. Fərdin nəfsani istəklərini kənara ataraq, məsuliyyətlə cəmiyyətə qarışmasına, başqalarının mənafeyini və ən azından onlarla birgə olan ortaq mənafeyi düşünməsinə təkan verir.

Din cəmiyyətdə baş verən proseslərə laqeyd qalmamağı tövsiyə edir. Cəmiyyətin varlığını təhdid edən məsələlərlə birgə mübarizə aparmağa  sövq edir.

İslam dini elm və ədəbə daim böyük və misilsiz dəyər vermişdir. Dini mənbələrimizdə bu barədə çoxsaylı kəlamlar mövcuddur.

səh:15

Dinin bəxş etdiyi iman, insanda ruhi və maddi problemlərdən qurtulmağa olduqca müsbət təsir göstərir. İman və dinin insan sağlamlığına da birbaşa böyük müsbət təsiri var. Bundan əlavə, həqiqi iman, insanı aqressivlik, təcavüzkarlıq, dünyapərəstlik, xəsislik, riyakarlıq, paxıllıq və sair kimi çirkin xasiyyətlərdən qoruyur. Ədalət, insaniyyət, insaf və sair kimi ülvi duyğular bəxş edir.

Lakin unutmaq olmaz ki, iman insanın fitrətində və daxilində olan, ağıl və məntiqlə hərəkət etməli olan bir duyğudur. Bu duyğu, yalnız düzgün yönləndirildiyi zaman, insana inam, yaşamaq hissi, səbirli olmaq, insanlığa ehtiram bəsləmək, ilahi və bəşəri hüquqları riayət etmək, xeyirxahlıq, fədakarlıq, əfv etmək, rəhimli olmaq, qayğıkeş olmaq, güzəştə getmək, laqeyd qalmamaq, sədaqətli olmaq, həmrəylik və sair kimi dəyərli xislətlər bəxş edir. Onu təfriqədən, ayrı-seçkilikdən və münaqişələrdən uzaqlaşdırır. Sülhə, səbata, əmin-amanlığa çağırır. Həqiqi iman, insanı aqressivlik, təcavüzkarlıq, dünyapərəstlik, xəsislik, riyakarlıq, paxıllıq və sair kimi çirkin xasiyyətlərdən qoruyur.

Buna görə də, dinin rolunu qeyd etdiyimiz zaman, onun haradan və hansı şəkildə mənimsənildiyinə diqqət etmək lazımdır. Unutmayaq ki, elmsiz və məntiqsiz "iman", insanda aqressivlik və əsəbilik də yaradır. Onu barışmaz mövqeyə çəkir. Amansızlıq, özbaşınalıq və cəhalətə düçar edir. İnsanın həyatında problemlər və başqalarına qarşı kobudluq, eləcə öz psixologiyasında iztirablar əmələ gətirir. Onu terrora və sair iyrənc əməllərə sövq edir. Özlərini sanki "Tanrının yer üzərindəki xüsusi səlahiyyətli vəkili" sayan belə şəxslər, cəmiyyətdə çaşqınlıq və hərc-mərclik yaradır, barışmaz mövqeləri ilə insanları təfriqə və münaqişələrə sürükləyirlər. Bu isə əsl cəhalətin səmərəsidir.

Bir halda ki, Allah-təala islam dinini cəhalət və nadanlıqla mübarizə etmək üçün göndərmişdir. Dəyərli İslam Peyğəmbəri (s) təbliğə başladığı ilk gündən insanları cahillik və nadanlıqdan xilas etmək üçün çalışmışdır. Ümumiyyətlə, Tanrının öz dinini

səh:16

göndərməsinin əsl hədəfi məhz cəhalətlə mübarizədir. Çünki, hədislərimizdə də buyurulduğu kimi, cəhalət insanlığın sonudur. Nadanlıq hər nə qədər çox olsa, insan cəmiyyəti bir o qədər xəstə və sərsəm vəziyyətdə olar.

Təkfirçilik hal-hazırda cəhalətin ən bariz nümunəsi kimi özünü göstərir. Müsəlmanların qanını halal etmək, onları amansızlıqla qətlə yetirmək, terror aksiyaları ilə günahsız insanları, körpələri, qadınları və sairi öldürməklə dünyada vəhşət və qorxu yaradırlar. Bu yolla, guya Allaha və dinə xidmət etdiklərini güman edirlər. Bir halda ki, Allahın bizə nümunə göndərdiyi Həzrət Məhəmməd (s) dəfələrlə dünyaya rəhmət və mərhəmət bəxş etmək üçün göndərildiyini buyurur. İslam heç bir zaman, bu cür əməllərə icazə verməmiş, hətta əksinə ciddi şəkildə mübarizə aparmışdır. Belə əməllər dini motiv daşımır. Sırf cəhalətdən yaranan əməllərdir.

Dəyərli oxucu, İslam dini daim humanistlik və insanlara sevgi bəsləməyi tövsiyə etmişdir. Əziz Peyğəmbərimizin (s) insanlara qarşı ehtiram və sayğı ilə rəftar etməsi, onun ən gözəl xüsusiyyətlərindən biri idi. Dinimiz daim bu dəyərlərə təkid edib, insanları ona doğru səsləyir. Hədislərdə deyilir: Dinini dəyərli sayan şəxs öz qardaşlarının hüququna dəyər və ehtiram qoyar. Allahın dinini yüngül sayan şəxs isə, öz qardaşlarının hüququna da qiymət verməz.

Dinimizə görə, müxtəlif din və əqidə sahibləri bir-biriləri ilə dözümlü və qarşılıqlı ehtiram şəkilində birgə yaşamalı, əlaqə saxlamalıdır. Peyğəmbərimiz (s) başqa dinlərin tərəfdarlarının hüququnun pozulmasına yol verməmiş, onlara qarşı zorakılıqların qarşısını almışdır. Pak məsumların (ə) dövründə yaşayan qeyri-müsəlmanların malı-canı və iffəti də, eynilə müsəlmanlar kimi hifz olunmuşdur. Həzrət Əlinin (ə) Misirə rəhbər təyin etdiyi Malik Əştərə yazdığı məktubunda: “İnsanlarla mehriban davran! Onlar sənin ya dində qardaşın (müsəlman) dırlar, ya da, insanlıqda səninlə şərikdirlər!”- kəlamı buna açıq-aşkar sübutdur.

Pərakəndəlik və münaqişələrə gəldikdə isə, unutmayaq ki, insanın və insanlığın ən böyük düşməni ortaq məxrəcləri göz

səh:17

ardına vurub, fərqliliklərin üzərində təkid etməkdir. Həzrət Əli (ə) necə də gözəl buyurur:  "Ayrılıqdan, pərakəndəlikdən çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan (birlikdən) təcrid olan, tənha qalan da şeytana düçar olar. Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri xeyir-şərinizdə yad edin. Onlar kimi olmaqdan çəkinin.

Xar olmuş, qul-kölə olmuş keçmiş xalqların birlik vasitəsilə necə də ağır çətinliklərdən xilas olub, izzət və şərəf, dinclik (əmin-əmanlıq) qazanmasına baxın. Bu yolla, (yer üzərində) əmr verən hökmdarlar və yol göstərən rəhbərlərə çevrildirlər.   Allah   tərəfindən onlara  arzusunda olduqlarından da çox, izzət və böyüklük bağışlanıldı. Deməli, cəmiyyətlər bir yerə toplaşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olanda, onların necə olmalarına nəzər salın. Məgər (vəhdət əhli olan bu insanlar) yer üzünün böyüyü və insanların hər şeyinin ağası deyildilər?!

Sonra onların işlərinin axırında, aralarında parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlbləri arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda, düçar olduqları çətinliklərə nəzər salın."

Sevgi, rəhmət, qayğıkeşlik, güzəşt, dözümlülük, birlik və əmin-amanlıq arzusu ilə...

                                                                  Dr. Əfzələddin Rəhimli

səh:18

Bİrİncİ fәsİl: Allahşünaslıq vә tovhİd

1. Uca Allahın Varlığı

Biz, Allah-Taalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq. Onun Əzəməti, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur. Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib - tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.

Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşsək, Onun Pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər-istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi günbəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin nuruna boyayır. Qurani-Kərim buyurur:

«Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr -ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?» (Zariat, 20-21)

səh:19

Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibleri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: «Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.»

2. Allahın Cәlal vә Camal sifәtlәri (xüsusiyәtlәri)

Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır. Başqa bir sözlə desək, dünyada mövcud olan hər bir gözəllik və kamal bulağı Ondan çeşmələnmişdir. Qurani-Kərim buyurur: «Odur yeganə Allah, Ondan başqa bir məbud yoxdur! Əsl hökmrandır! Pakdır. Hər bir eyibdən uzaqdır. Heç bir kəsə zülm etməz, əmin-amanlıq bağışlayandır. Hər bir şeyi qoruyandır. Qüdrətli və məğlubedilməz bir Allahdır ki, öz nüfuzlu iradəsi ilə hər bir işi islah edir. Cəbərudludur, əzəmətlidir, uludur! Ona ortaq-şərik edilən hər bir şeydən uzaqdır. O bir Allahdır ki, misilsiz yaradan heç bir nümunə olmadan xəlq edəndir, misilsiz surət verəndir. Gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə hər nə varsa Ona təsbih deyərlər. O, əziz və həkimdir.» (Həşr, 22-23)

3. Allahın Pak Zatının nәhayәtsiz, hüdudsuz olması

Biz inanırıq ki, Allah-Taala sonsuz və nəhayətsiz bir varlıqdır. İstər elm, istər qüdrət, istərsə də, əbədi həyat, əzəliyyət cəhətindən sonsuz və nəhayətsizdir. Elə bu səbəbdən də, zaman və məkan məhdudəsinə sığmazdır. Çünki zaman və məkan Onunla müqayisə olunmaz dərəcədə məhdud, naqis və təsəvvürolunma qabiliyyətinə malik deyildir. Allah-Taala zaman və məkanı yaradan, ona hökm edəndir. Bununla belə O, eyni halda (zamana və məkana ehtiyacı olmadan) hər bir yerdə və zamanda mövcuddur. Çünki zaman və məkanı əhatə edərək, bunlardan daha uca və yüksəkdir. Qurani-Kərim buyurur:

səh:20

«O, həm yerdə Allahdır, həm də, göydə Allahdır (məbuddur). Hikmətli və bilicidir.» (Zuxruf, 84)

Yaxud; «Hər bir yerdə olsanız, O, daim sizinlədir. Allah əncam verdiyiniz hər bir işi görür.» (Hədid, 4)

Bəli, Uca Tanrı bizə bizim özümüzdən də, yaxındır. O, daim bizimlədir. Bizim fitrətimizdədir. O, məkana, zamana ehtiyacı olmadığı halda, hər bir yerdədir. (Ağıllar bu həqiqəti olduğu kimi dərk etməkdən acizdir.) Necə ki, Qurani-Kərim buyurur: «Biz (Allah), insana onun şah damarından da, yaxınıq.» (Qaf, 16) Və ya; «Əvvəl və axır Odur, zahir (aşkar) və batin (gizli) Odur! O hər şeyi bilir.»

Beləliklə, əgər biz Qurani-Kərimdə: «Odur şərəfli ərşin sahibi.» və ya; «Mehriban Allah ərşin üzərində qərar tutubdur.» (Buruc, 15, Taha, 5) kimi ayələrə rast gəliriksə də, bu o demək deyildir ki, Allahın ərş adında xüsusi bir məkanı (taxtı) vardır və orada qalır. Əksinə «ərş»-dən məqsəd Allahın sonsuz və naməhdud hakimiyyətidir. Yəni Allahın nəhayətsiz qüdrət və hakimiyyəti bütün maddi cahanı və mənəvi aləmləri əhatə etmişdir. Əgər biz, Allah-Taalanın xüsusi bir məkanda yerləşdiyini söyləsək, həqiqətdə, Onu məhdud bir varlıq saymış olarıq. Allaha məxluqatın xüsusiyyətlərini nisbət verməklə, Uca Tanrını kiçiltmiş və məhdud etmiş olarıq. Bir halda ki, Qurani-Kərim buyurur: «Hec nə Ona tay ola bilməz.» (Şura, 11) yaxud, İsra surəsində 4-cü ayə; «Heç bir kəs Ona tay ola bilməz.»

4. Allah cisim olmaması vә heç vaxt gözlә müşahidә olunmaması

Biz inanırıq ki, Allah-Taala heç bir vaxt gözlə görülməz.

Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-Taala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan,

səh:21

zaman, forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-Taala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)

Deməli, Allah-Taalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-Kərim buyurur; «Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.» (Ənam, 103)

Məhz elə buna görə də, Bəni-İsrail qövminin bəhanə axtaran başbilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; «Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!» (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-Taala isə onlara belə cavab verdi:

«Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: «Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.» (Əraf, 143).

Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.

Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və islami rəvayətlərdə «Allahı görməkdən» söhbət olunursa da, bundan məqsəd Allah-Taalanı batini gözlə görməkdir. Onu qəlbən «görüb» dərk etməkdir.(1)

«Bir nəfər Həzrət Əli. (ə)-dan soruşdu: «Ey möminlərin ağası, söylə görüm, heç öz Allahını görmüsənmi?.» İmam Əli (ə) belə cavab verdi: «Görmədiyim varlığamı ibadət edim?» (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: «Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gücü ilə dərk edər.» (Nəhcul-bəlağə, 179-cu xütbə).

Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət

səh:22


1- [1] . Çünki Quranın bəzi ayələri digərlərini şərh edərək aydınlaşdırır.

verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

5. Tovhid bütün İslam tәlimlәrinin ruhu vә әsası kimi

5. TOVHID(1) BüTüN İSLAM TəLIMLəRININ RUHU Və əSASı KIMI

Biz inanırıq ki, ilahi mərifəti barəsində olan məsələlərin ən əhəmiyyətlisi və əsası, Tovhidi olduğu kimi tanımaq və anlamaqdır. Həqiqətdə, tovhid, yalnız dinin əsaslarının biri kimi deyil, əksinə bütöv islam əqidələrinin bünövrəsi, kökü və dayaq nöqtəsi deməkdir. İslam dininin əsasları və fərləri(2) tovhidə bağlı olaraq, onunla formalaşır.

Dinimizin hər bir bölməsi bir növ tovhidlə, Allahın yeganəliyilə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin və fellərinin bir olması tovhidə əsaslanır. İlahi peyğəmbərlərinin bir Allaha doğru çağırışları ilahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, ilahi qanunvericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, qiyamət gününə olan etiqadın birliyi də, Tovhiddən xəbər verir.

Elə buna görə də, Qurani-Kərim ilahi tovhiddən uzaq düşmək və şirkə doğru meyl etməyi bağışlanılmayan günah sayaraq buyurur:

«Allah-Taala heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı) başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs yalan uydurmuş və böyük günah etmişdir.» (Nisa, 48)

Başqa bir ayədə buyurulur: «Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.» (Zumər, 65)

6. Tovhid vә onun mәrtәbәlәri

İşarə

Tovhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim, onların ən əhəmiyyətlisidir.

səh:23


1- [1] . TOVHID: ALLAHı HəR BIR CəHəTDəN YEGANə, MISILSIZ BILMəK.
2- [2] . Əməli əsasları.

a. Tovhide - zati:

Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.(1)

b. Tovhide - sifati (sifәtlәrdә tovhid)

Tovhide-sifati budur ki, Allah-Taala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, «Allahın sifətləri ilə Onun zatının eyni olması bəhsini» daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.

c. Tovhide - әfali (fellәrdә tovhid)

Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-Taalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qurani-Kərim buyurur: «Allah-Taala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!» (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: «Göylərin və yerin açarları Ona məxsusdur. (Bütün işlər Onun qüdrətinə bağlıdır.)» (Şura, 12)

Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qurani-Kərim buyurur: «Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!» (İnsan, 3) Yaxud; «Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.» (Nəcm, 39)

Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi

səh:24


1- [1] . «Usuli- kafi» c 1, s 160. (Babul-cəbr vəl-qədər»)

vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.

Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-Taala, insanları imtahana çəkərək onları «mənəvi təkamül» yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, İlahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.

Əslində əgər biz insanlar, öz əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi, müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-Cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-Beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; «İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; «Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.»

d. Tovhide - ibadi

İbadətdə Tovhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız Onu ibadətə layiq saymaq, Tovhide- ibadi adlanır. Tovhidin bu qismi onun digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə olan tovhidə təkid etmişlər. Və insanları yalnız və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-Kərim buyurur: «Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini fəqət Allaha ibadət

səh:25

etməklə xilas etmək (şirkdən tovhidə qayıtmaq) tapşırıldı. Və budur doğru-düzgün din.» (Bəyyinə, 5)

İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, «Tovhid məsələsi»daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa bir ibarətlə desək; «Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür.» dərəcəsinə yetişir.

Əziz oxucu, tovhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan başqa, digər bölümləri də, qeyd etmək olar; «Malikiyyətdə Tovhid,» (tovhide-malikiyyət - hər bir şeyin həqiqi maliki Allahdır.), Qurani-Kərim: «Göylərdə və yerdə hər nə vardırsa Allahındır» (Bəqərə, 284). Hakimiyyətdə Tovhid: (tovhide- hakimiyyət: həqiqi hakim və hökm edən yalnız Allahdır. Hökm yalnız ona məxsusdur.) (Maidə, 44)

7. Tovhid vә möcüzәlәr

İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi, iznilə baş tutur. Və bu möcüzələrin tovhidi - əfali ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Qurani-Kərim İsa (ə)-a buyurur: «Anadangəlmə kora və (əlacı mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin. Və ölüləri mənim əmrimlə dirildirdin.» (Maidə, 110)

Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-Kərimdə belə buyurulur: İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: «Sən gözünü qırpmamışdan öncə mən onu sənin yanına gətirərəm.» Süleyman (ə) taxtı öz yanında görcək dedi: «Bu, Tanrımın mərhəmətindəndir.» (Nəml, 40)

Beləliklə, Quran aşkar şəkildə əlacı mümkün olmayan xəstələrə şəfa vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə bağlayır. Və bu iş tovhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir.

səh:26

8. Allahın mәlәklәri

Biz ilahi mələklərinin varlığına inanırıq. Və bu mələklər neçə qrupa, dəstəyə bölünürlər. Mələklərin hər bir dəstəsi özünə məxsus məmuriyyətə malikdir.

1. Bəzi mələklər peyğəmbərlərə Allahın vəhyini yetirməyə məmur olublar. (Bəqərə, 98)

2. Bəziləri insanların əməllərinə nəzarət edirlər. (İnfitar, 10)

3. Mələklərin bir dəstəsi insanların ruhunu almağa məmurdurlar. (Əraf, 37)

4. Başqa bir qrup mələklər müharibə zamanı mömin şəxslərə yardım edirlər. (Əhzab, 9)

5. Onların bir dəstəsi isə düz yolda olan möminlərə yardım edirlər. (Fussilət, 30)

6. Bəzi mələklər tüğyangər və dikbaş tayfaları cəzalandırmağa məmurdurlar. (Hud, 77)

7. Digər mələklər isə yaranış aləmində olan müxtəlif məmuriyyətlərə malikdirlər.

Şübhəsiz, mələklərin söylənilən məmuriyytlərə malik olamsı Allahın icazəsi, razılıq və fərmanı ilə baş tutur. Və Tovhidlə (istər ibadi, istərsə də əfali) heç bir ziddiyyəti yoxdur. Həqiqətdə, bütün bunlar tovhidin aşkar nümunəsi və onu təyid edən bir sübutdur. Və elə buradaca aydın olur ki, peyğəmbərlərin, məsumların və mələklərin (layiqli) insanlara şəfaət (vasitəçilik) etməsi, birbaşa Allahın iradəsi və icazəsinə bağlı olduğundan, tovhidlə heç bir təzad daşımayaraq, tovhidin özü ilə eynidir. Qurani-Kərim buyurur: «Allahın icazəsi olmadan heç bir kəs şəfaət edə bilməz.» (Yunis, 3) (Şəfaət və təvəssül məsələsinin geniş bəhsi «nübüvvət bölümündə şərh ediləcəkdir).

9. İbadәt yalnız Allaha mәxsus әmәl olaraq

İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-Taaladan başqasına (qeyrisinə) ibadət edən şəxs «müşrik »adlanır. Qurani-Kərim buyurur: «Allaha pərəstiş edin. Ondan başqa məbud yoxdur.»

səh:27

Bu elə bir kəlamdır ki, Qurani-Kərimdə dəfələrlə peyğəmbərlər tərəfindən nəql edilərək, daim təkid olunmuşdur.

Olduqca maraqlı və cəlbedicidir ki, biz müsəlmanlar həmişə öz gündəlik namazlarımızda «Həmd» surəsini oxuyarkən «İbadətdə Tovhidi» (tovhide-ibadi) təsdiqləyərək, onu təkrar edirik: «Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik» (Həmd, 5)

Aydındır ki, Allahın iznilə «peyğəmbərlərin və mələklərin şəfaət edəcəklərinə» olan inam (ki, Quranda da, mövcuddur), onlara ibadət etmək mənasında deyildir.

Və həmçinin, Peyğəmbərlərə olunan «təvəssül» (yəni Peyğəmbərləri və Əhli-beyti (ə) Allah yanında vasitə qərar vermək, öz hacətlərini onlara söyləyərək, Allahın bu istəkləri tez yerinə yetirməsi üçün, onlardan dua etmələrini, Tanrıya xahiş etmələrini təmənna etmək) tovhidlə heç bir ziddiyyət-təzad daşımır. Təvəssül məsələsinin geniş şərhi «Nübüvvət» bölməsində sizə təqdim olunacaqdır.

10. Allahın pak zatının hәqiqәtinin hәr bir kәsә mәxfiliyi

Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli Yaradanın varlığından söz açır. Lakin bununla belə Allahın zatının həqiqəti (Onun necə olduğu) heç bir kəsə məlum deyildir. İnsan Allahın pak zatını dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud, sonlu və hüdud çərçivəsində məhdudlaşan məxluqlarıq. Bizim məhdud və müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz, hər bir cəhətdən naməhdud sonsuz olan Uca Yaradanı dərk etmək qüvvəsinə qadir deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan Uca Yaradanı hər hansı bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.)

Qurani-Kərim buyurur:

«Agah olun! Onun hər bir şeyə əhatəsi vardır.» (Fussilət, 54) Yaxud: «Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir.» (Buruc, 20)

səh:28

Məhəmməd Peyğəmbərin (s) tanınmış bir hədisində oxuyuruq: «İlahi, biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi (həqiqətini) tanıya bilmədik.» (Biharul-ənvar 68 c, səh-23)

Lakin bütün bu söylədiklərimiz, o mənaya deyildir ki, biz Allahı heç bir formada taniya bilmərik. (Həqiqətdə insan öz Allahının cəlal və camal sifətlərindən agah olmaq imkanına malikdir. Hətta, təbiətin özü də, bizə Allahı tanımada gözəl yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini, gözəlliyini və s. dərk edirik.)

Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, onun xüsusiyyətlərindən, sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir necə mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətinin tətil olması deməkdir. Və qəbul olunası mümkün olmayan bir əqidədir. Çünki Qurani-Kərim və digər səmavi kitablar məhz ilahi mərifətini bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur.

Bu barədə çoxlu oxşar misallar gətirmək olar. Məsələn; Biz «ruhun» həqiqətini olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq. Və onun əsərlərini (təsirlərini) müşahidə edərək çox yaxşı anlayırıq İmam Baqir (ə) özünün bir hədisində buyurur:

«Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq mənada və şəkildə etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır (Yəni həqiqət deyildir). Və sizin özünüz kimi naqis və məhduddur. (Allah-Taalanın həqiqəti bu xəyallardan daha uca və üstündür («Biharul-ənvar» c- 66, səh 293)

Həzrət Əli (ə)-dan nəql edilən başqa bir hədisdə ilahi mərifəti ən gözəl və aydın təbirlərlə bəyan olunmuşdur: «Allah-Taala ağılları öz sifətlərinin (və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Və amma eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum da, etməmişdir. (Ğurərul - hikəm)

səh:29

11. Ağlın qüvvәdәn salınmasının vә «tәşbih»in yanlışlığı

11. AğLıN QüVVəDəN SALıNMASıNıN Və «TəşBIH»IN(1) YANLışLığı

İlahi mərifətində ağlın qüvvədən salınması olmadığı kimi, «təşbih» də, düzgün deyildir. Allahı, bəndələrinə oxşatmaq, bəndənin - məxluqatın sifətlərini Ona nisbət vermək doğru deyildir. Və eləcə də, Allahı tanıma yolunda insan ağlının tamamilə aciz və tətil olması da, qeyri-səhihdir. Bunların biri təfrit, digəri isə ifrata varmaq deməkdir.

səh:30


1- [1] . ALLAHı ONUN BəNDəLəRINə OXşATMAQ.

İkinci fәsil: İlahi Peyğәmbәrlәrinin nübüvvәti

12. Peyğәmbәrlәrin göndәrilmәsinin fәlsәfәsi

Biz inanırıq ki, Allah-Taala bəşəriyyətin hidayəti və insanları tələb olunmuş (nəzərdə tutulmuş) kamilliyə və əbədi səadətə yetirmək üçün peyğəmbərlər göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin hidayəti üçün göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetişməz, uca kamilliyə çatmaq hədəfilə yaradılan insan, azğınlıq yollarında sərgərdan olaraq, nəfsinin yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının insanı yaratmaqda olan məqsədinin, hədəfinin mənasız olması lazım gələrdi. Qurani-Kərim buyurur: «(Allah) Müjdə verən və qorxuzan peyğəmbərləri göndərdi ki, ondan sonra insanların Allaha qarşı dəlilləri olmasın. (Səadət yolunu insanlara göstərərək, onlar üçün bir üzr yeri qoymasın). Allah güclü və hikmət sahibidir!»

 Bizim etiqadımız budur ki, Peyğəmbərlərdən beş nəfəri «Ulul-Əzm» yəni şəriət-din sahibi və Allah tərəfindən verilmiş «müqəddəs kitaba» malikdirlər. Onların əvvəlincisi həzrət Nuh (ə), sonra İbrahim (ə), Musa (ə), İsa (ə) və sonuncusu isə həzrət Məhəmməd (s)-dir.

«Əhzab» surəsinin 7-ci ayəsində buyurulur: «Xatırla o zamanı ki, peyğəmbərlərdən əhdi-peyman aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musa və Məryəm oğlu İsadan əhdi-peyman aldıq!» Digər ayədə isə buyurulur: «Ulul-Əzm peyğəmbərlər kimi, səbirli və dözümlü olun!» (Əhqaf 35)

Biz inanırıq ki, İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)

səh:31

Ənbiyanın axırıncısı və ilahi peyğəmbərlərin sonuncusudur. Onun şəriəti bütün dünya üçündür və dünyanın sonuna qədər mövcud olacaq yeganə dindir. Yəni İslam təlimlərinin, hökmlərinin və İslam maarifinin hərtərəfli və universal olması, bir formada ki, dünyanın sonunadək bəşər övladlarının maddi və mənəvi cəhətlərdən olan bütün ehtiyaclarını təmin edəcək formada olması, bizə bu sözü söyləməyə haqq verir ki, İslam dini sonuncu din və İslam Peyğəmbəri (s) axırıncı peyğəmbərdir! Və o Həzrətdən sonra hər hansı bir kəsin etdiyi «peyğəmbərlik iddiası» puç və əsassızdır. Qurani-Kərim buyurur: «Məhəmməd, siz kişilərdən heç birisinin atası deyildir. O, Allahın elçisi və peyğəmbərlərin axırıncısıdır. Və Allah hər bir şeydən xəbərdardır.» (Əhzab, 40)

13. Digәr sәmavi dinlәrin ardıcılları ilә münasibәt

Biz İslam dinini hazırkı zamanda Allahın yeganə həqiqi dini olaraq, qəbul edirik. Quranın əqidəsinə əsasən İslam dini Allah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə biz, digər səmavi dinlərin ardıcılları ilə də, qarşılıqlı anlaşma, təfahumlə (istər İslam ölkələrinin daxilində, istərsə də, bu ölkələrdən qeyri yerlərdə) birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik (Lakin İslam və müsəlmanlarla mübarizəyə girişən digər dinlərin nümayəndələri istisna olunaraq buraya aid edilməməlidir). Qurani-Kərim buyurur; «Allah sizi din (islam) üstündə sizinlə vuruşmayan, və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.» (Mumtəhinə, 8).

Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqətini və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. Və islam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız-hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır.

səh:32

Elə bu səbəbdən də, İslam dinini insanlara məcbur etməklə yox, onun həqiqətini anlatmaqla qəbul etdirmək lazımdır! Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsində bu barədə belə buyurulur: «Dində heç bir məcburiyyət yoxdur. Doğru yol azğınlıqdan aydın şəkildə ayrılmışdır.»

Bizim əqidəmizə əsasən, müsəlmanların İslamın bütün əmrlərinə riayət etməsi İslam dininin dünyada tanınması üçün əlverişli amillərdən biridir. Deməli bir daha məcburiyyətə və təzyiqlərə ehtiyac yoxdur.

14. Peyğәmbәrlәrin (ә) mәsum olması

Bizim əqidəmizə əsasən bütün Peyğəmbərlər məsumdurlar. Bu o deməkdir ki, onlar öz ömürləri boyu (istər peyğəmbər olmazdan əvvəl, istərsə də sonra) Allahın yardımı ilə xəta, günah və səhvdən uzaq olmuşlar. Əgər xalqı doğru yola çağıran bu insanlar, özləri də günah və xəta sahibləri olsaydılar, peyğəmbərlik üçün lazım olan etimadı (Allah və xalq tərəfindən) qazana bilməzdilər. Və xalq onları özləri ilə Allah arasında etimadlı bir vasitə saymaz, onları bütün əməllərində özlərinə nümunə seçməzdi.(1)

Elə buna görə də, diqqət etmək lazımdır ki, Quranın bəzi ayələrində müəyyən peyğəmbərlərə zahirdə bir sıra günahlar nisbət verilibdirsə də, günahın öz həqiqi mənasında deyil, başqa bir məna nəzərdə tutulmuşdur. Həqiqətdə bu ayələrdə, günah «tərki-ovla» mənasındadır. «Tərki-ovla» yaxşı və daha yaxşı (əməl, ibadət) iş arasında yol verilən səhvə deyilir. Yəni bu peyğəmbərlər bəzən daha yaxşı işi təxirə salaraq, əvəzində «yaxşı işi»əncam vermişlər. Onlar bu işi özləri üçün günah sayaraq ondan tövbə etmişlər. Bu da, bir növ onların uca əzəmətini, böyük şəxsiyyətini və Allah qarşısında həqiqi bəndə olduqlarını yetirir. Başqa bir ibarətlə desək; «Yaxşıların əncam verdiyi (yaxşı) işlər, Allaha daha yaxın olan gözəl insanlara nisbətən isə «günah» sayılır (həqiqətdə isə bu, günah deyildir).

səh:33


1- [1] . Günahkar və xalq arasında etimadı olmayan bir şəxsin Allah tərəfindən peyğəmbər seçilməsi qeyri-mümkündür.

Çünki bu insanlara olan tələb və istək, (onların məqam və şəxsiyyətlərinə uyğun olaraq) daha üstündür.(1)

15. Peyğәmbәrlәr, Allahın itaәtkar bәndәlәri

İlahi peyğəmbərlərin ən böyük iftixarı, onların Allah-Taalaya itaətkar, müti bir bəndə olmalarıdır. Elə bu səbəbdən də, hər gün öz namazlarımızda İslam peyğəmbərinə xitab olaraq, belə söyləyirik: «Şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və elçisidir!»(2) Biz etiqad bəsləyirik ki, ilahi peyğəmbərlərdən heç biri Allahlıq iddiası etməmiş, peyğəmbərlərin heç biri xalqı onlara ibadət etməyə çağırmamışdır. Qurani-Kərim buyurur: «Heç bir bəşər övladına layiq deyildir (ixtiyarı yoxdur) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verəndən sonra desin: «Allahın bəndələri deyil, mənim bəndələrim olun! (Mənə ibadət edin)»Halbuki, peyğəmbərlər Allahın kitabı Qurandan öyrəndiyiniz və ondan oxuduğunuz kimi; «Yalnız Allaha pərəstiş edin!» deyirlər. (Ali -İmran, 79)

Hətta Həzrət İsa (ə) da, heç vaxt insanları ona bəndə olmağa, ona pərəstiş etməyə çağırmamış, həmişə özünü Allahın məxluqu, bəndəsi və elçisi saymışdır. Nisa surəsinin 172-ci ayəsində buyurulur: «Əsla Məsih, Allahın bəndəsi olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər də, Allah bəndəsi olmaqdan imtina etmirlər.»

Hazırkı xristianlığın tarixinə nəzər salsaq, «Təslis - müqəddəs üçlük əqidəsi»nin(3) birinci əsrdə mövcud olmadığını, sonradan uydurularaq meydana gəldiyini görərik.

16. Möcüzәlәr vә elmi-qeybә olan agahlıq

Peyğəmbərlər Allahın bəndələri və Onun qullarıdır. Lakin onların Allaha bəndə olmaqları, «Allah-Taalanın icazəsilə

səh:34


1- [1] . Deməli Peyğəmbərlərə nisbət verilmiş günah öz həqiqi mənasında deyildir.
2- [2] . Diqqət etmək lazımdır ki, Peyğəmbər (s)- ın bəndəlik məqamı elçilik məqamından əvvəl zikr olunmuşdur.
3- [3] . «Ata Allah - İsa (ogul allah) və Ruhul - Qüdüs»

keçmişə, indi və gələcəyə aid olan bir sıra sirli (məxfi) işlərdən xəbərdar olmalarına mane deyildir (Allah sadiq bəndələrinə həmişə öz elmindən istədiyi qədər pay verir). Qurani-Kərim buyurur: «Allah-Taala qeybə agahdır və öz qeybinin sirlərini seçilmiş (razı olduğu) peyğəmbərlərdən savayı heç kəsə açmaz.» (Cin, 26-27)

Həzrət Məsihin (İsa) möcüzələrindən biri də, insanlara qeybdən, gizli sirlərdən xəbər vermək idi. Ali-İmran surəsinin 49-cu ayəsində deyilir: «Allahın iznilə xalqı sizə nə yediyinizi və evlərinizdə nə saxladığınızı (gizli əşyalarınızı) deyərəm.»

İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) də, Allahın iznilə bir çox qeybi xəbərlərdən agah edirdi. Qurani-Kərim ona müraciətlə buyurur: «Bunlar qeyb xəbərləridir ki, sənə vəhy etdik.» (Yusif, 102)

SUAL:

Gördüyünüz kimi, İlahi peyğəmbərlərin Allahın iznilə elmi-qeybdən agah olması və qeybi xəbərlər verməsi İslam dini tərəfindən qəbul olunmuşdur. Lakin Qurani-Kərimin bəzi ayələri isə, zahirən bunun əksini söyləyir: «De ki, mən qeyb elmini bilməyirəm. Sizə mələk olduğumu da, söyləmirəm.» (Ənam, 50)

CAVAB:

Ayədə işarə olunan elmi-qeyb, Allahın icazəsi olmadan, Ona ehtiyac olmadan, müstəqil şəkildə qeyb aləmindən agah olmaqdır. Sözsüz ki, Allahın izni olmadan heç bir kəs müstəqil olaraq qeyb aləmindən agah ola bilməz. Çünki digər ayələrə müraciət etdikdə, Yaradanın iznilə qeybdən xəbər verməyin mümkünlüyünə və Allahın icazəsilə qeybdən xəbər verən bir çox peyğəmbərlərə işarə olunduğunu görərik. Allahın iznilə əncam verilən möcüzələr və qeyb elmi, Ona olan bəndəliklə təzadlı deyildir. Və bu iş heç vaxt şirk sayılmayacaqdır. Həzrəti İsa (ə)-ın Allahın iznilə ölüləri diriltməsi, əlacı mümkün olmayan xəstələrə şəfa verməsi bir daha buna sübutdur. Quranda buyurulur: «İsa: Allahın iznilə anadangəlmə koru və alaca xəstəliyinə tutulmuşu sağaldaram. Onun iznilə ölünü dirildərəm. (Ali-İmran, 49)

səh:35

17. Peyğәmbәrlәrin şәfaәti

Bizim etiqadımıza əsasən, bütün İlahi peyğəmbərlər, məxsusən İslam Peyğəmbəri (s), şəfaət məqamına malikdir. Yəni Qiyamət günü bəzi günahkar insanların günahının Allah dərgahında və onun iznilə bağışlanacağına vasitəçi olacaqlar. Yunis surəsində buyurulur: «Heç kəs şəfaət edə bilməz, bu yalnız Allahın iznilə olar.» (55-ci ayə) Yaxud, Bəqərə surəsində buyurulur: «Kim Onun izni olmadan Onun yanında şəfaət edə bilər?!» (255-ci ayə)

SUAL:

«Qurani-Kərimin bəzi ayələri şəfaəti mütləq şəkildə rədd edir. Məsələn; Bəqərə, 252: «Ey iman gətirənlər, alış-veriş, dostluq və şəfaət olmayan gün (Qiyamət günü) gəlib çatmamışkən, sizə ruzi olaraq verdiklərimizdən infaq edin.»

CAVAB:

Şəfaət Quranda sabit olunmuş və inkarolunmaz bir mövzudur. Və heş bir kəs onu inkar edə bilməz (Bəhsimizin əvvəlində bu ayələrə işarə olundu). Lakin şəfaəti mütləq şəkildə rədd edən ayələrə gəldikdə isə;

1- Allahın icazəsi olmadan müstəqil olaraq hər hansı bir şəxsin etdiyi şəfaəti rədd etmək məqsədi daşıyır.

2- Şəfaəatə layiq olmayan dəyərsiz insanları və bağışlanmaz pis əməl sahiblərinin barəsində olan şəfaəti rədd edir.

Şəfaət cəmiyyətin tərbiyə edilməsində, günahkar insanların doğru yola qayıtmasında və paklığa, haqqa doğru meyl edərək, bağışlanmağa ümidvar olmasında çox əhəmiyyətli bir amildir. Diqqət etmək lazımdır ki, şəfaət hesab - kitabsız bir iş olmayaraq, olduqca ölçülü-biçili bir məsələdir və yalnız şəfaət üçün layiqli insanlar şəfaət oluna bilərlər. Günah bataqlıqlarında boğulan, qərq olan şəxslər, şəfaət olunma hüququndan məhrumdurlar. Beləliklə, şəfaət günahkar insanlar üçün həm ümid, həm də, ciddi xəbərdarlıqdır. Günah sahibləri əncam verdikləri günahların bağışlanmasına ümidvar olmalı və eyni halda gələcək həyatlarında onları bir daha təkrar etməməyə çalışmalıdırlar.

səh:36

18. Tәvәssül

Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, «Allahın dostlarına - sevdiyi bəndələrə» (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş - yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qurani-Kərim buyurur: «Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitən ilə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.» (Yusif, 97 - 98).

Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək, dedilər: «Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.» (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: «Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.» (Yusif, 98) Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.

Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları - Peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də, şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qurani-Kərim buyurur: «De ki; Allahın istədiyi (verdiyi - əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.» (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.

səh:37

19. Peyğәmbәrlәrin daim Allaha doğru dәvәti

Bizim əqidəmizə əsasən, bütün İlahi peyğəmbərlər öz çağırışlarında vahid bir hədəfə, məqsədə qulluq etmişlər. Onların hədəfi, insanları Allaha və Qiyamət gününə olan inamla, ilahi dininin düzgün qavranılması və əxlaqi məsələlərin riayət olunması ilə əbədi səadətə yönəltmək idi. Elə bu səbəbdən də, bütün peyğəmbərlər biz müsəlmanlar üçün əziz və möhtərəmdir. Qurani-Kərim bu əqidəni bizə öyrətmişdir: «Biz İlahi peyğəmbərlərin arasında heç bir ayrı-seçkilik (fərq) qoymuruq.» (Bəqərə, 285)

Lakin dövran keçdikcə, zaman ötdükcə, insan elm və maddi imkanlar cəhətindən inkişaf edərək, daha üstün və dərin mənalı təlimləri qavramaq qabiliyyətinə malik oldu. Allah-Taala da, öz sonuncu və ən kamil dini olan İslamı insanlara bəxş etdi. Qurani-Kərimin Maidə surəsinin 3-cü ayəsində buyurulur: «Bu gün sizin dininizi kamil etdim, və nemətimi sizə tamamladım, və İslam dinini sizin üçün əbədi din seçdim!»

20. Keçmiş peyğәmbәrlәrin gәlәcәkdәn verdiyi xәbәrlәr

Bir çox peyğəmbərlər özlərindən sonra gələcək peyğəmbərlərin barəsində xəbər vermiş və onların nişanələrini bəyan etmişlər. Həzrət Musa (ə) və Həzrəti İsa (ə) da, Məhəmməd Peyğəmbərin (s) gələcəyi barəsində xəbərlər vermiş və onun nişanələrini, bəyan etmişlər. Bu xəbərlərdən bəzisi indi də, məsihilərin və yəhudilərin müqəddəs kitablarında (Bibliyada) mövcuddur. Qurani-Kərim buyurur: «Onlar ki, Tövrat və İncildə (barəsində) nişanələri yazılmış «dərs oxumayan Peyğəmbərə» tabe olurlar, səadətə çatan insanlardır.» (Əraf, 157)

Tarix kitablarında bu barədə belə yazılmışdır: «İslam Peyğəmbəri (s) peyğəmbərliyə yetişməzdən əvvəl, yəhudilərdən ibarət böyük bir dəstə Mədinə şəhərinə gəldilər. Onlar səbirsizliklə Məhəmməd adlı bir peyğəmbərin olacağını və onun dəvətini gözləyirdilər. Çünki öz müqəddəs kitablarında Məhəmmədin (s) məhz bu yerlərdə olacağını oxumuşdular. Lakin Məhəmməd Peyğəmbərin (s) dəvətindən sonra onlardan

səh:38

bir dəstə iman gətirdi, digərləri isə öz dinini şəxsi mənafelərinə qurban verərək, onunla müxalifətə çıxdılar.»

21. Peyğәmbәrlәr

Bizim etiqadımız budur ki, peyğəmbərlərə nazil olan ilahi dinləri (məxsusən İslam dini) yalnız insanların şəxsi yaşayışlarında və həyatlarının islahında deyil, bütün ictimai məsələlərin həllinə yol açmışdır. Hətta ilahi dinlər insanların gündəlik həyatlarında lazım olan elmi bəhslərə də, toxunmuş, onları bu sahədən təmin etmişdir. Onların bəzisinə Qurani-Kərim işarə etmişdir. İlahi Peyğəmbərlərin ən mühüm hədəflərindən biri də, cəmiyyətdə ədalətin bərqərar olunması məsələsi olmuşdur. Qurani-Kərim buyurur: «Biz öz peyğəmbərimizi aydın dəlillərlə göndərdik. Və onlara kitab və tərəzi (ədalətli qanunlar, haqqı - nahaqdan ayırmaq vasitəsi) da, göndərdik ki, insanlar ədalətlə iş görsünlər.» (Hədid, 25)

22. Tayfa vә irqi ayrı-seçkiliklәrin rәdd edilmәsi

Biz inanırıq ki, İlahi peyğəmbərlər və məxsusən İslam Peyğəmbəri (s) irqi ayrı-seçkiliyin dəyərsiz olduğunu söyləyərək onu rədd edibdir. Həqiqətdə, bütün dünya xalqlarının sahib olduqları müxtəlif tayfalar və yer üzərində yaşayan cürbəcür millətlərin irqi mənsubiyyətləri və ya dilləri onların nəzərində fərqsiz olaraq bir olubdur. Qurani-Kərim bütün insanlara xitabən buyurur: «Ey insanlar, şübhəsiz biz sizi bir kişi və bir qadından yaratdıq. Və sizi tayfalar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız. (lakin bütün bunlar bir-birinizdən üstünlük səbəbi deyildir.) Şübhəsiz Allah yanında ən əziz və hörmətliniz çox təqvalı olanınızdır.» (Hücurat, 13)

İslam Peyğəmbərinin (s) məşhur bir hədisinə müraciət edək: «Həcc mərasimi zamanı Mina çölündə dəvəyə savar olan Həzrət Məhəmməd (s) buyurdu: «Ey camaat, bilin ki, sizin Allahınız bir və ata-ananız da, birdir. Ərəbin qeyri-ərəbə üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbə üstün deyildir. Qaradərili sarı dəriliyə üstün deyildir. Fəqət üstünlük təqva ilədir! Mən Allahın

səh:39

əmrini sizə söylədimmi?» Hamı cavab verdi: «Bəli». Peyğəmbər buyurdu: «Bu sözləri eşidənlər, eşitməyənlərə yetirsinlər.» (Təfsiri Qurtubi c. 9, səh. 6162)

23. İslam vә fitrәt

Biz inanırıq ki, Allahın varlığına və birliyinə olan etiqad (tovhid) bütün insanların fitrətində (yaranan gündən ölənədək) yerləşir. İlahi Peyğəmbərlər isə ruhumuzda olan fitrət çeşmələrinin sərçeşməsini hər cür maneədən təmizləyərək, vəhy təlimlərilə saflaşdırır. Qurani-Kərimin Rum surəsinin 30-cu ayəsində buyurulur: «Üzünü pak dinə sarı tut. Elə bir fitrət ki, Allah hamını o fitrətdə yaradıbdır. Və Allahın bu yaradılışında dəyişmə yoxdur! (Bu fitrət hamı üçün sabitdir.) Pak və davamlı din budur. Lakin insanların çoxu bilməyirlər.»

Elə bu fitrətin nəticəsidir ki, tarix boyu din həmişə insanların arasında mövcud olmuşdur. Məşhur tarixçilərin fikrincə dinsizlik tarix boyu ancaq çox nadir hallarda olubdur. Hətta uzun illər din əleyhinə ən güclü təbliğatların aparıldığı yerlərdə belə, azadlıq bayrağı ucalandan sonra, Allaha doğru qayıdış və inam yenidən başlamışdır. Amma inkar ediləsi deyildir ki, mədəniyyətin aşağı olduğu keçmiş tayfaların arasında, bu fitrət müxtəlif xurafatlarla da, birgə olmuşdur. İlahi peyğəmbərlərinin öz vəzifələrində əsas rolu da, elə bu xurafatları aradan aparmaq, yox etmək olmuşdur.

səh:40

Üçüncü fәsil: Quran vә sәmavi kitablar

24. Sәmavi kitabların nazil olmasının fәlsәfәsi

Biz inanırıq ki, Allah-Taala bəşər övladlarını doğru yola hidayət etmək üçün ilahi peyğəmbərlərin vasitəsilə müqəddəs kitablar göndərmişdir. İbrahim və Nuh peyğəmbərin (ə) «Sühufu»(1), Musanın Tövratı, İsa (ə)-ın İncili, həmçinin daha kamil və hərtərəfli təlimlərə malik olan Quranı göndərmişdir.(2)

Əgər Allah-Taala öz peyğəmbərləri ilə bu müqəddəs kitabları göndərməsəydi, İnsan Allahını tanımaqda və ona ibadət yolunda çoxlu çətinliklərə və xətalara düçar olardı. Uca Yaradanın ona bu kitablar vasitəsilə bəxş etdiyi təqva, əxlaq, tərbiyə və ictimai qanunlardan məhrum olardı.

Allah-Taalanın göndərdiyi bu müqəddəs kitablar rəhmət yağışı tək susuz qəlblərə yağaraq, onları çiçəkləndirdi. İlahi təqva, əxlaq, tanrı mərifəti, elm və hikmət nuru ilə qaranlıq və ölü qəlbləri, gülüstana çevirdi. Qurani-Kərim buyurur: «Peyğəmbər Rəbbi tərəfindən nazil olana inanır və bütün möminlər Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inanırlar.» (Bəqərə, 285)

Təəssüflər olsun ki, zaman keçdikcə bir çox cahil və nadan adamların, öz maddi mənfəətlərini düşünən bəzi ikiüzlü din nümayəndələrinin vasitəsilə bu müqəddəs kitablar əsaslı surətdə

səh:41


1- [1] . Sühuf - səhifələr
2- [2] . Davudun (ə) Zəburu

təhrifə uğramışdır. Lakin Qurani-Kərim (qarşıda söyləniləcək dəlillərə əsasən) heç bir təhrifə uğramayaraq, öz həqiqət nuru ilə hər bir əsrdə və məkanda olan insanlara doğru yol göstərmişdir. Müqəddəs kitabımızın Maidə surəsinin 15-16-cı ayələrində oxuyuruq: «Allah tərəfindən nur və aydın (aşkar dəlillərə malik) bir kitab sizə nazil olmuşdur ki, Allah onun vasitəsilə Onun rizasının dalınca olanları salamat (və səadətli) yollara hidayət edə. Öz əmrilə onları qaranlıqdan işıqlığa çıxara və onları doğru yola yönəldə!»

25. Quran, Hәzrәt Mәhәmmәd (s)-in әn böyük möcüzәsi

Quran İslam peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir. Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi, axıcı olması və yetiriciliyi cəhətindən deyil, həqiqətdə müxtəlif cəhətlərdən Qurani-Kərim möcüzə sayılır (Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).

Maraqlıdır ki, heç kəs, Quran kimi bir kitab yarada bilməmişdir. Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır. 14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Quran kimi bir kitab yaratmağa qadir deyildirlər. Halbuki, Quran 14 əsrə yaxındır ki, bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır. İsra surəsi, 88-ci ayədə buyurulur: «De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Quranın tayını (mislini) gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.» Yaxud başqa bir ayədə buyurulur:

«Öz bəndəmizə nazil etdiyimiz Qurana şübhə edirsinizsə, siz də buna bənzər bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan şahidlərinizi də, çağırın!» (Bəqərə, 23)

Biz etiqadlıyıq ki, Qurani-Kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə, bəşərin istedadı yüksəldikcə Qurani-Kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır. İmam Sadiq (ə) buyurur: «Allah-Taala Quranı yalnız müəyyən

səh:42

bir qrup (dəstə) və xüsusi bir zaman üçün göndərməmişdir. Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin) yanında qiyamət gününədək daha da, təravətlidir!» (Biharul-ənvar, c 2, s 280, hədis 44)

26. Quranın tәhrif olunmaması

Bütün dünya müsəlmanları fəqət bir Qurana inanırlar. (Başqa təhrif olunmuş səmavi kitabların əksinə olaraq, Quran bir vahid nüsxədir. İkinci «Quran» mövcud deyildir.) Onların inandığı bu Qurani-Kərim İslam peyğəmbərinə nazil olan həmin «Quran»ın özü və eynidir. Qurandan heç bir şey azalmamış və ona heç bir kəlmə və ya cümlə v s. artırılmamışdır. Quranın nazil olduğu ilk günlərdən başlamış, onun tamamlanan gününədək müsəlmanlardan böyük bir qrupu onu yazmağa məşğul idilər. Müsəlmanların ən mühüm vəzifələrindən biri də Quran ayələrini gecə və gündüz oxumaqdan ibarət idi. Bundan əlavə onlar öz gündəlik namazlarında da, Quranı təkrar edərək, oxuyurdular. Müsəlmanların böyük bir dəstəsi Quran əzbərləməyə məşğul idilər. Belə ki, Quranı əzbər bilən şəxslər və onu gözəl oxumağı bacaranlar həmişə böyük hörmətə malik oldular. Və bu, indi də belədir. Bütün bunlar və mövcud olan digər cəhətlər səbəb oldu ki, Quranda hətta azacıq da olsun təhrifə yol verilməsin. Bunlardan əlavə, Allah-Taala Quranın toxunulmazlığını qiyamət gününədək təmin etmişdir. Belə ki, bu vədəyə əsasən Quranda heç bir təhrif ola bilməz. Hicr surəsi 9-cu ayə: «Biz Quranı nazil etdik və biz də onun qoruyucusuyuq!»

Bütün İslam alimləri və tədqiqatçıları (istər şiə, istərsə də sünni) Quranda heç bir təhrifin olmadığına inanırlar. Lakin təkcə çox az bir dəstə, hər iki qrup (şiə və sünni)-dan Quranda təhrifə etiqadlıdırlar. Onlar bir sıra hədisləri bu barədə şahid sayaraq, bu nəticəyə gəlmişlər. Lakin şiə və sünni qruplarının rəhbərləri, alim və görkəmli şəxsiyyətləri Quranda heç bir təhrifin olmadığına təkid edərək, müxaliflərin şahid gətirdikləri hədisləri əsassız sayırlar.

səh:43

Çünki bu hədislər «cə`li» - «qurama-asxta» hədislərdir və heç bir əsasa malik deyildir. Bu hədislərin bəzisi alimlərin qəti əqidəsinə əsasən «mənəvi təhrifi» Quranda mümkün sayır («Mənəvi-təhrif» Quran ayələrinin düzgün olmayan şərhinə və təfsirinə deyilir. Və Quranın özünə aid deyildir.) Bəzi dar düşüncəli insanlar (bütün şiə və sünni alimlərinin əksinə olaraq) Quranda təhrifin olmasına olan inamları ilə, bu böyük səmavi kitabı təhqir etmiş olur və bir növ Allah düşmənlərinə xidmət edirlər.

Əslində Quran ayələrinin toplanması tarixinə nəzər saldıqda Quranın təhrifin olmamağına bir daha əmin ola bilərik. Tarix şəhadət verir ki, müsəlmanların, Quranı yazmağa, əzbərləməyə, oxumağa, onu qoruyub saxlamağa olan qeyri-adi həvəsləri və məxsusən vəhy nazil olan əvvəl gündən xüsusi katiblərin onu diqqət ilə yazması təhrifin qeyri-mümkünlüyünü yetirir.

Onu da qeyd etmək lazımdır ki, biz müsəlmanların müqəddəs kitabı olan Quran bir dənədir. Onunla ixtilaflı və fərqli olan ikinci «Quran» yoxdur! Bu barədə tədqiq etmək niyyətində olan hər bir kəsə bu həqiqət gün kimi aydındır. Çünki bizim hamımızın evində, məscidlərdə, ümumi kitabxanalarda, hətta qədim Quran nüsxələrində (muzeylərdə) mövcud olan Quranlar heç bir ixtilafa malik deyildir! Quran buyurur: «Müxtəlif sözləri eşidib, onların ən gözəlini seçən bəndələrimə müjdə ver!» (Zümər, 18)

Bizim elmi-hövzələrimizdə (tədris mərkəzi), Quran elmləri geniş və hərtərəfli surətdə tədris edilir. Bu bölmədə ən əhəmiyyətli dərslərdən biri də, Quranda təhrifin olmamağıdır!

27. Quran vә insanların maddi-mәnәvi ehtiyacları

Biz inanırıq ki, insanın öz həyatı boyu ehtiyaclı olduğu maddi və mənəvi istəklərinin həlli və bu yolda lazım olan əsillər, qayda-qanunlar Qurani-Kərimdə zikr olunmuşudur. Cəmiyyətin idarə olunması, müsəlmanlar ilə başqa

səh:44

cəmiyyətlərin rabitəsi, qarşılıqlı anlaşma, müharibə, sülh, iqtisadi məsələlər, məhkəmə və s. bu kimi lazım olan qayda-qanunlar, ümumi formada (şəkildə) Quranda bəyan olunmuşdur. Qurani-Kərim bu barədə buyurur: «Və biz hər şeyi açıqlayan (bəyan edən) və müsəlmanlara hidayət, rəhmət və bəşarət olan Quranı sənə nazil etmişik!» (Nəhl, 89) İslam dini müsəlmanları öz dini-mənəvi dəyərlərini qorumağa çağırır və müsəlman cəmiyyətinin bir surətdə tərbiyə olunmasını istəyir ki, istənilən mövqedə ədalətli olaraq, daim ədaləti icra etsinlər. Quran hətta dost və düşmənə də eyni dərəcədə ədalətli olmağı tapşırır. Nisa surəsinin 135-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, kamilən ədalətli olun, hətta sizin ata-ananızın, qohumlarınızın, (istər varlı olsunlar, istər yoxsul) zərərinə də belə olsa (ədalətli olun) və Allah üçün şahidlik edin!» yaxud; Maidə surəsinin 8-ci ayəsində belə əmr olunur: «Ey iman gətirənlər,... başqa bir tayfa ilə düşmənçilik sizi ədalətsiz olmağa və günaha məcbur etməsin! Ədalətli olun ki, bu, təqvaya daha yaxındır!»

28. Quran oxumaq, onda tәfәkkür etmәk vә onun әmrlәrinә әmәl etmәk

Quran oxumaq ən üstün ibadətlərdən biridir! Çox az ibadətlər onun misli ola bilər. Çünki Quran oxumaq, onun ayələrində təfəkkür etmək gözəl və saleh əməllərin sərçeşməsi və səbəbidir. Qurani-Kərim İslam Peyğəmbəri (s. ə)-ə müraciətlə buyurur: «Gecə durub oyaq qal, bir azından başqa. Yarısını (oyaq ol) ya da, yarısından da azını (oyaq ol) Və yaxud yarısına bir az artır və Quranı aydın oxu!» (Muzzəmmil, 2)

Başqa bir ayədə müsəlmanlara xitab olunaraq, deyilir: «Hər nə qədər bacarırsınızsa Quran oxuyun! (Muzzəmmil, 20)

Söylənildiyi kimi, onun ayələrində təfəkkür edərək, onu anlayaraq oxumaq lazımdır. Bu anlayış və təfəkkürün özü də onun əmrlərinə, göstərişlərinə əməl etməyə səbəb olmalıdır. Qurani-Kərimdə oxuyuruq:

səh:45

«Quranın ayələrində (haqqında) fikirləşmirlər (düşünmürlər), ya ürəkləri qıfıllanıbdır!» (Məhəmməd, 24) yaxud; «Və biz bu Quranı asanlaşdırdıq ki, ondan öyüd alsınlar, heç öyüd alan (əməl edən) varmı?!» (Qəmər, 17) və ya Ənam surəsinin 155-ci ayəsində buyurulur: «Bu, bərəkətlə dolu bir kitabdır ki, (sənə) nazil etdik, belə isə ona itaət edin!».

Beləliklə, yalnız Quranı oxuyaraq, onu əzbərləməyə adət edən şəxslər, əgər onun ayələrində fikirləşib, bu müqəddəs kitabın göstərişlərinə əməl etmirsə, əslində uduzmuşdur. Çünki bu şəxslər üç əsas əmrin (oxumaq, düşünmək və əməl etmək) yalnız birini yerinə yetirmiş olurlar.

29. Azdırıcı bәhslәr

Uzun illər, müsəlmanların Quran ayələri barəsində fikirləşərək, ondan ibrət almaq istəklərinin qarşısını almaq üçün, bəzi dinsiz və anlamaz insanlar bir sıra azdırıcı bəhsləri ortaya atmışlar. Məsələn; bəni-Üməyyə və bəni-Abbas hakimiyyəti dövründə Quran ayələrinin «qədim yaxud hadis»(1) olması(2) bəhsi meydana atılmışdı. Beləliklə də, müxtəlif müsəlman qrupları bir-birlərinin canına düşərək, nahaq qanlar axıtdılar. Lakin hazırkı dövrdə biz bu bəhslərin nə qədər lazımsız, dəyərsiz və utandırıcı olduğunu görürük. (Çünki əgər, Quran ayələrindən məqsəd onun yazılışıdırsa, məlumdur ki, bu sonradan meydana gələrək, yaranmışdır. Amma, əgər Quran ayələrindən məqsəd Allahın elmidirsə, məlumdur ki, Allahın elmi Onun pak zatının eynidir. Və Onun pak zatıdır ki, o da qədimdir.) Peyğəmbərin və onun pak Əhli-beytinin (ə) düşmənləri olan bu zalım xəlifələr müsəlmanları belə azdırıcı bəhslərin vasitəsilə əsir edərək, onları istismar edirdilər. Müasir zamanda da müsəlmanlar arasında ixtilaf salmaq istəyən bəzi xarici qüvvələrin niyyətlərindən agah olmaq lazımdır.

səh:46


1- [1] . hadis - qədim, əzəli, sonradan yaranan
2- [2] . Fəlsəfi bir bəhsdir

30. Quran tәfsirinin qayda-qanunları

Quran ayələrini, kəlmələrini tərcümə edərkən, onları düşünərkən, ayə və kəlmələrin zahiri mənasını əsas tutmaq lazımdır. Belə ki, onların lüğəvi və ürfi mənaları nəzərdə tutulmalıdır. Lakin əgər, ayələrin tərkibində və ya onlardan xaricdə aşkar nişanələr mövcuddursa, ağılın hökm etdiyi, yaxud müxtəlif rəvayət və hədislərdən ələ gələn istisnalar vardırsa, (məcaz, təşbeh və s.) digər qeyri-zahiri mənalar nəzərə alınmalıdır. Bununla belə diqqət etmək lazımdır ki, söylənilən nişanələr güman, zənn üzündən yox, tutarlı dəlilə əsaslanmalıdır.

Məsələn, Qurani-Kərimdə oxuyuruq: «Hər kəs bu dünyada kordursa, Axirət (Qiyamət) günü də, kor və azğın olacaqdır!» (İsra, 72)

Bizim ağlımızın və aşkar nişanələrin hökmünə əsasən, ayədə söylənilən «kor» kəlməsindən məqsəd, gözü kor və görmək qabiliyyətinə malik olmayan insanlar yox, qəlbi, ağlı və bəsirət gözü kor olanlardır. Haqqı görüb qəbul etməyən, yaxud əsrarəngiz təbiətin, Quranın, İlahi peyğəmbərlərinin gün kimi aydın dəlillərini görməyən şəxslərdir.

Həmçinin, Quranda İslam düşmənlərinin barəsində deyilir: «Onlar kar, lal və kordurlar. Elə bu səbəbdən də heç bir şeyi anlamazlar!» (Bəqərə, 171) Məlumdur ki, onlar zahiri cəhətdən kar, lal və kor deyildilər. Onlar qəlbən və öz batini xüsusiyyətləri cəhətindən həqiqəti görmür, eşitmir və söyləmirdilər. Deməli, əgər Quranda Allah haqqında belə buyurulursa: «Allahın əlləri açıqdır! (hər iki əli)» yaxud: «Ey Nuh, bizim gözümüzün önündə gəmi düzəlt!» (Maidə 64, Hud 37) bu o demək deyildir ki, Allah ələ-qola və gözə malikdir! Çünki əvvəlki bəhslərdə söylədiyimiz kimi bütün bunlar cismin xüsusiyyətləridir. Müxtəlif hissələrə malik olan cisim isə öz hissələrinə ehtiyaclı olaraq, nəhayət faniliyə doğru yuvarlanacaqdır. Allah-Taala isə bütün bu xüsusiyyətlərdən uca və pakdır. «Əllərdən» məqsəd Allahın qüdrəti və gücüdür. Bütün dünya onun iradəsinə bağlı olaraq, sonsuz qüdrətinə baş əyir. «Gözlər»dən məqsəd isə Allahın elmi və məlumatıdır. O,

səh:47

hər bir şeyə alimdir və hər şeyi görür!

Biz Quran bərəsində əqli və nəqli nişanələrlə hökm edirik. Çünki dünyanın bütün bacarıqlı natiqləri də, bu növ nişanələrə etiqadlı olaraq, onlardan öz nitqlərində geniş şəkildə istifadə edirlər. Ərəb dilində də belədir. Qurani-Kərim də belə nişanələrdən istifadə olunmasını bəyənərək, təsdiqləyir: «Biz heç bir peyğəmbəri öz tayfasının dilindən başqa dildə göndərmədik ki, Allahın çağırışını onlara çatdırsınlar!» (İbrahim, 4) (Bir daha yadınıza salaq ki, bu nişanələr qəti, köklü dəlillərə əsaslanmalıdır!)

31. Şәxsi әqidәyә әsaslanaraq quranı şәrh etmәyin xәtәrlәri

Şəxsi əqidəyə və meylə uyğun olaraq Quran ayələrini şərh etmək, ən xətərli bir iş və böyük günah sayılır. Belə əməlin sahibi Allah dərgahından uzaq düşmüş olur. Hədislərin birində buyurulur: «Hər kəs mənim sözlərimi öz meylinə (və nəfsinin tələbinə) uyğun olaraq şərh edə, mənə iman gətirməmişdir! (Mənə inanmamışdır)» (Vəsail, c 18, s 28, hədis-22) Şübhəsiz, Allaha həqiqi inamı olan hər bir kəs Quranı öz istədiyi kimi yox, olduğu kimi şərh etməlidir.

Məşhur kitabların bir çoxunda (Səhihi Termizi; Nisai; Əbi Davud...) Peyğəmbər (s. ə)-dən belə bir hədis nəql olunur; «Quranı öz meyli ilə, istədiyi kimi şərh edən (bilmədiyi sözü onun barəsində söyləyən) kəs, cəhənnəmdə yerləşən öz yeri üçün hazırlaşsın!»(1)

Quranı «şəxsi meylilə şərh etmək» budur ki, insan onun ayələrini heç bir dəlil-sübut və nişanə olmadan, könlünün istəyinə uyğun olaraq, yaxud kiminsə əqidəsinə əsasən şərh edə. Belə bir insan, həqiqətdə Qurana tabe deyildir. Daha doğrusu, Quranı öz istək və xəyallarına tabe etmək istəyir. Qurana inanan hər bir şəxs isə bu işi etməz!

səh:48


1- [1] .«Məbahisun fi ulumil-Quran» kitabı, müəllif; Mənnaul Xəlil Əl-Qəttan, səh 304

Hər kəs öz rəyinə (dəlil-sübut olmadan) əsasən Quranı şərh etsə, Quran öz etibarını itirməli olacaqdır. Çünki hər bir şəxsin şərhi, ona, yeni bir xurafat, yeni bir inhiraf əlavə edəcəkdir. Deməli, Quranı şəxsi rəylə, istəklə təfsir etmək, yəni lüğət elminin, ərəb ədəbiyyatı və qrammatikasının əksinə olaraq, onu puç və əsassız xəyallarla, hər hansı bir şəxsin və ya bir dəstənin mənafelərinə uyğun olaraq şərh etməkdən ibarətdir.

Şəxsi rəylə olan şərhlərdən biri də, Quranın bəzi ayələrini (o ayələr ki, şəxsin özünün əqidəsinə uyğundur) seçib qəbul etmək, lakin öz əqidə və xəyallarına uyğun olmayan digər ayələri isə kənara qoymaqdır.

Əziz oxucu, nəhayət məlum oldu ki, Qurana məxsus olan əqli və nəqli nişanələrdən üz çevirərək, onu fəqət zahiri mənada qəbul etmək səhv bir əməl olduğu kimi, onu şəxsi rəylə şərh etmək də, olduqca qorxulu və günah bir işdir!

32. Allahın kitabından nәşәt tutan sünnә (rәftar-әmәl-buyuruq)

Biz inanırıq ki, heç bir müsəlman yalnız Qurani-Kərimlə kifayətlənə bilməz və «Yalnız Quran bizə bəsdir!» - deyə iddia edə bilməz! Çünki müxtəlif hədislər və Peyğəmbərin (s) sünnəsi (rəftar, əməl və buyuruqları) Quranın şərhində, ilahi həqiqətlərin bəyan olunmasında, nasix-mənsux(1) ümumi və xüsusi ayələri anlamaqda, usuliddin-furuiddinin təlimatlarında bizə ən əsaslı, ən gözəl yardımçıdır. Yalnız Quranla kifayətlənib müqəddəs hədisləri kənara qoyan şəxslərin nəzərinə çatdırmaq lazımdır ki, Quran ayələrinin özü Peyğəmbərin (s) rəftarını, əməlini və buyurduqlarını bütün müsəlmanlara vacib, və etibarlı sayır. Həşr surəsinin 7-ci ayəsində belə əmr olunur: «Peyğəmbər (s) sizə hər nə verirsə (əmr edirsə) alın (əməl edin) və hər nədən uzaq olmanızı əmr

səh:49


1- [1] . Nasix - əvvəl gələn əmr (ayə) Mənsux - sonra nazil olaraq, onu qüvvədən salan hökm (ayə)

edirsə uzaq olun!» yaxud; Əhzab surəsinin 36-cı ayəsində buyurulur: «Heç bir mömin kişinin və qadının haqqı yoxdur ki, Allah və Peyğəmbərinin (s) hökm etdiyi bir işdə ixtiyar sahibi olsunlar! Hər kəs Allahın və Peyğəmbərinin (s) hökmündən boyun qaçırsa, aşkar azğınlığa düşmüşdür!»

Göründüyü kimi Peyğəmbərin (s) sünnəsinə (rəftar-əməl-buyuruq) etinasız olan müsəlmanlar, həqiqətdə Qurana etinasızlıq etmişlər. Aydındır ki, Peyğəmbərin (s) sünnəsi də, etibarlı mənbələrə əsaslanmalıdır. Peyğəmbərin (s) sünnəsi adlanan hər bir hədisi və rəvayəti qəbul etmək olmaz! Həzrət Əli (ə) öz çıxışlarından birində buyurur: «Peyğəmbər (s) hələ sağ olarkən, onun adından çoxlu yalanlar uydurdular. İş o yerə yetişdi ki, Həzrət Məhəmməd (s. ə) ayağa qalxaraq (dözməyərək) belə bir xütbə oxudu: «Hər kəs bilərəkdən mənə yalan uydursa, mənim adımdan yalan hədis quraşdıra, özünün (cəhənnəmdə olan) odlu məkanına hazırlaşsın!» (Nəhcül-bəlağə, xütbə, 210).(1)

33. Әhli-beyt imamlarının (ә) sünnәsi

Əhli-beyt (ə)-ın hədisləri də, Peyğəmbər (s)-in əmrinə əsasən mötəbərdir. Bu hədislərə etiqad və onlardan itaət etmək vacibdir. Çünki;

1 - Ən tanınmış (mütəvatir) bir hədisdə (ki, əhli sünnət və Şiə alimləri tərəfindən təsdiq edilərək, nəql olunmuş və Səhihi-Termizidə də gəlmişdir) buyurulur; «Ey camaat! Mən özümdən sonra sizin aranızda iki əmanət qoyuram! Əgər onlara üz gətirsəniz, onlardan kömək istəsəniz, heç vaxt azğınlığa düçar olmayacaqsınız! Biri Allahın kitabı (Quran,) o biri də, mənim itrətim yəni Əhli-Beytimdir!»

2 - Əhli-beyt İmamları (ə) özlərinin söylədikləri bütün hədisləri Peyğəmbər (s. ə.)-dən nəql edirlər. Və buyururlar ki, biz nə söyləyiriksə hamısı, atalarımızın (ə) babamız Peyğəmbər (s. ə.)-dən bizə çatdırdıqlarıdır.

səh:50


1- [1] . Buna oxşar hədis «Səhih-Buxari»də də gəlmişdir, c. 1, s. 38 (babu ismu mən kəzibə ələn-Nəbi)

Bəli, İslam Peyğəmbəri (s) müsəlmanların gələcəyini qabaqcadan görmüş və onların üzləşəcəyi çətinlikləri (qiyamət gününədək) Quran və Əhli-beyt (ə)-ın vasitəsilə həll etmək tövsiyəsi vermişdir. Sizcə, biz bu qədər tanınmış, hamı tərəfindən təsdiqlənmiş, (təvatur həddində olan), ən etibarlı sənədlərə malik olan bir hədisi qəbul etməməyə və kənara qoymağa haqlıyıqmı? Əgər biz bu məsələyə diqqətlə yanaşsaydıq müsəlmanların üzləşdiyi bir çox çətinliklər (əqidəvi məsələlərdə, təfsirdə və fiqhi məsələlərdə) asanlıqla həll olunmuş olardı!

səh:51

səh:52

Dördüncü Fәsil: Qİyamәt günü vә ölümdәn sonrakı hәyat

34. Mәadsız hәyatın mәnasız olması

34. MəADSıZ(1) HəYATıN MəNASıZ OLMASı

Biz inanırıq ki, dünyasını dəyişən bütün insanlar bir gün (Qiyamət günü), yenidən Allahın əmrilə diriləcəklər. Və o gündə, onların əməllərinə baxılaraq, yaxşı və saleh əməl sahiblərini əbədi olaraq behiştə, pis əməl sahiblərini isə cəhənnəmə daxil edəcəklər. Qurani-Kərim buyurur: «Allahdan başqa tanrı yoxdur. Şübhəsiz, baş verəcəyində heç bir şəkk olmayan Qiyamət günündə sizin hamınızı bir yerə yığacaqdır.» (Nisa, 87) Yaxud Naziat surəsi 37-41 ayələrdə deyilir: «Tüğyan edən və bu dünya həyatını üstün tutanın yeri (yəqin bil) cəhənnəmdir. Lakin Rəbbinin əzəmətindən qorxub nəfsini (öz pis) istəyindən qoruyanın yeri (yəqin bil) behiştdədir!»

Bu dünya bir körpüyə bənzəyir ki, bütün insanlar ondan keçərək, axirət dünyasına qədəm qoymalıdırlar. Başqa bir ibarət ilə desək, bu dünya bir ticarət mərkəzinə (bazara), yaxud əkin yerinə oxşayır ki, onun mənfəətləri Qiyamət günü ələ gəlir, (bu dünyada əkdiklərini o dünyada biçirsən). Əli (ə) buyurur:

«Dünya, onunla sədaqətlə (düzgün şəkildə) rəftar edən kəslər üçün doğruluq və düzgünlük məkanıdır. Ondan azuqə götürənlər üçün ehtiyacsızlıq sarayıdır. Ondan ibrət alanlar üçün agahlıq və ayıqlıq məkanıdır! Dünya Allahın dostlarının məscididir! Dünya mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu yer, həqqsevərlərin ticarət məkanıdır! Yalnız bu dünyada əncam

səh:53


1- [1] . ÖLüMDəN SONRA BAş VERəNLəR €� QIYAMəT GüNü

verilən saleh əməllərin vasitəsilə behişti qazanmaq mümkündür!» («Nəhcül-bəlağə» - qısa kəlamlar, 131)

35. Mәadın sübut vә dәlillәri

Məadın dəlilləri hər bir kəsə gün tək aydındır. Çünki;

1. Bu dünyanın həyatı insan yaranışının son hədəfi ola bilməz! Necə ola bilər ki, bu dünyanın məhdud, bir neçə günlük müxtəlif əziyyətlər, çətinliklərlə dolu həyatını başa vuran insan yoxluğa-heçliyə doğru yuvarlana? İnsan həyatının bu qədər bihudə və mənasız olması, Allahın insanı belə bir dəyərsiz hədəflə yaratması, ağıla uyğun olan fikir deyildir.

Qurani-Kərim bu barədə belə buyurur: «Belə güman edirsiniz (sanırsınız) ki, sizi boş yerə, bihudə yaratmışıq və Bizə tərəf qaytarılmayacaqsınız?!» Ayədən göründüyü kimi məlum olur ki, əgər qiyamət günü - məad olmasaydı yaşadığımız dünyanın yaranışı, həyatı bihudə və puç nəzərə gələrdi.

2. Allahın ədalətinin tələb etdiyinə görə, yaxşılar və pislər bir-birindən ayrılmalı, hər biri öz əməllərinin mükafatını və cəzasını almalıdır. Yaşadığımız dünyada isə yaxşılar və pislər bərabər şəkildə mükafatlandırılır. Casiyə surəsinin 21-ci ayəsində buyurulur: «Onlar ki, pis iş görürlər (pis əməl sahibləridirlər) yoxsa belə xəyal edirlər ki, onları, iman gətirən və yaxşı iş görənlər kimi qərar verəcəyik?! Necə də, pis qəzavət edirlər (hökm verirlər)!»

3. Allahın sonsuz Rəhmətinə əsasən Onun feyz və mərhəməti öz layiqli bəndələrindən heç vaxt kəsilməmişdir. Allahın dəyərli və gözəl bəndələri daim kamilliyə doğru irəliləmə imkanına malik olmalıdırlar (istər bu dünyada, istərsə də axirətdə). Quran buyurur: «Rəhməti özü üçün yazmışdır (Özünə vacib etmişdir). Şübhəsiz, (baş verəcək) Qiyamət günündə sizin hamınızı (bir yerdə) toplayacaqdır!» (Ənam, 12) Quran Qiyamət gününə tərəddüd edən, inanmaq istəməyən şəxslərə xitab edərək belə buyurur: «Necə də, Allahın ölüləri diriltməyə qadir olduğuna şəkk edirsiniz? Bir halda ki, O, sizi yoxdan yaratdı! Əvvəlcə sizi torpaqdan yaradan Allah, bir daha sizi diriltməyə qadirdir». Qaf surəsinin 15-ci ayəsində buyurulur: «İlk yaradılışda (sizin ilk

səh:54

yaradılışınızda) acizmi olduq? (Nə üçün Qiyamət günündə şəkk edirsiniz?!) Yox. Onlar (bu aşkar dəlillərlə birgə) yenidən yaradılacaqlarında (diriləcəklərində) şübhədədirlər!» Başqa bir ayədə deyilir: «Öz yaradılışını unudaraq, bizə bir misal göstərirlər ki; «Bu çürümüş sümükləri kim dirildəcəkdir?» De ki; «Onları ilk dəfə yaradan (yoxluqdan var edən) dirildəcək! O hər şeyi yaratmağa qadirdir.» (Yasin, 78-79)

Əlavə etmək lazımdır ki, insanın yaradılışı, səmaların və yerin yaradılışı məsələsindən çox da əhəmiyyətli, mühüm deyildir. Bu geniş və əsrarəngiz sirlərlə dolu dünyanı yaradan Uca Xaliq şübhəsiz ölüləri diriltməyə də, qadirdir! Əhqaf surəsində buyurulur (33-cü ayə): «Görmürlərmi ki, göyləri və yeri yaradan və onları yaratmaqda aciz qalmayan vahid Allahdır?! Əlbəttə, O, ölüləri də, dirildə bilər! Bəli, O, hər şeyə qadirdir!»

36. Cismani mәad

36. CISMANI MəAD(1)

Biz inanırıq ki, Qiyamət günü insanın ruhu və cismi (bədən üzvləri) əncam verdiyi əməllərə görə, birlikdə cavab verməli olacaqdır. Çünki insanın əncam verdiyi hər bir iş cismin və ruhun birlikdə olan tələbatı-istəyilə baş vermişdir. Elə bu səbəbdən də təkcə ruh yox, hər ikisi mükafat və cəza müqabilində qiymətləndiriləcəkdir (ölçüləcəkdir).

Quranın məad barəsində olan ayələrinin çoxu cismani məada təkid edir. Quran, «Bu çürümüş sümüklər yenidən necə həyata qaytarılacaqdır?» - deyə təəccüb edən müxaliflərə belə cavab verir: «Əvvəlinci dəfə onu torpaqdan yaradan kəs (Allah), bu işə (ona yenidən həyat verməyə) qadirdir!» (Yasin, 79) və ya buyurur «İnsan elə güman edir ki, onun (çürümüş) sümüklərini toplaya (dirildə) bilməyəcəyik?! Bəli, biz onun barmaqlarının (başının) cizgilərini də, düzəltməyə (Əvvəlki kimi düzəltməyə)qadirik!» (Qiyamət, 3-4) Göründüyü kimi bu ayələr cismani məadı, ruhla birgə bədənin (cismin) də, Qiyamət günü cavab verməli olacağına təkid edir.

səh:55


1- [1] . YəNI INSANıN RUHU Və BəDəNI QIYAMəT GüNü ALLAH QARşıSıNDA BIRLIKDə CAVAB VERəCəKDIR. NəINKI TəKCə RUH!

«Siz öz qəbirlərinizdən ayağa qaldırılacaqsınız! »- mövzusunda olan ayələr də cismani məada inamı vacib edir. (Məsələn; Yasin, 51-52; Qəmər, 7; Məaric, 43)

37. Ölümdәn sonrakı alәm

İnsan dünyasını dəyişdikdən sonra, onun sürəcəyi həyat, Qiyamət, Behişt və Cəhənnəm, bizim təsəvvür etdiyimiz kimi deyil, həqiqətdə ondan daha da, üstün şəkildədir. Quran buyurur: «Heç kəsin xəbəri yoxdur ki, gördüyü yaxşı işlərə görə onun üçün (yaxşılar üçün) qeyb aləmində gözləri işıqlandıran necə mükafat yığılıbdır!» (Səcdə, 17) Peyğəmbər (s. ə.)-in məşhur hədisində belə buyurulur: Allah-Taala buyurur: «Mən öz saleh əməlli bəndələrim üçün gözlərin indiyədək görmədiyi, qulaqların eşitmədiyi və indiyədək ürəklərə dammayan nemətlər hazırlamışam! (Axirət nemətləri)(1)» Doğrusu, biz bu məhdud dünyada, ana bətnində olan uşağa bənzəyirik. Ana bətnində olan uşaq, əgər ağıla və düşüncəyə malik olsa, anasının bətnindən kənarda olan varlıqlar, həqiqətlər haqqında (məsələn; günəş, ay, sərinlik, əsrarəngiz güllər, dəniz ləpələri) düzgün fikir yürüdə bilməz! Yaşadığımız dünya da, Axirət dünyası ilə müqayisədə, belədir.

38. Mәad vә әmәl kağızlarımız

Bizim etiqadımıza əsasən Qiyamət günü, əməl namələrimizi (nameyi-əməl - yaxşı və pis əməllərin yazıldığı kağız-səhifələr) əllərimizə verərək, etdiyimiz işlərə görə sorğu-sual edəcəklər.

Yaxşı əməl sahiblərinin əməl kağızını, onların sağ əlinə, pis əməlli insanların əməl naməsini isə, sol əlinə verəcəkdirlər. Saleh möminlər öz əməl namələrini oxuduqda çox şad, lakin pis insanlar isə əməl namələrini oxuduqda narahat olacaqlar. Əl-haqqə surəsi, 19-25-ci ayələrdə oxuyuruq: Nameyi-əmalı sağ əlinə verilən kəs deyər: «Mənim naməmi alın oxuyun! Mən qəti bilirdim ki, öz hesabımı görəcəyəm». O gözəl bir yaşayışda olacaqdır!... Lakin hər

səh:56


1- [1] . Məşhur hədis söyləyənlər: Buxari-Müslüm və məşhur Quran şərhçiləri Təbərsi, Alusu, Qeytəbi bu hədisi öz kitablarında yazmışlar.

kəsin nameyi-əmalını sol əlinə versələr, deyər; «Kaş mənim naməmi əlimə verməyəydilər! Və bilməyəydim mənim hesabım nədir.»

Amma nameyi-əmal nədir? Necə bir yazıdır ki, heç kəs onun möhtəvasını inkar edə bilməz? Bütün bunların həqiqəti bizə tam şəkildə aydın deyildir. Əslində, əvvəldə işarə etdiyimiz kimi məad və Qiyamətin bir çox həqiqətlərinin, xüsusiyyətlərinin bəzi məsələləri bizə tam aşkar deyildir. Və onları olduğu kimi anlamaq qeyri-mümkündür. Amma ümumi surətdə, biz, Məad və Qiyamətin hadisələrindən (məlumatlıyıq) xəbərdarıq.

39. Әmәllәri müşahidә etmәk vә onların Qiyamәt günü verdiyi şәhadәt

Qiyamət günü Allah-Taala bizim bütün əməllərimizə şahiddir. Amma bundan əlavə bəzi şahidlər də, məsələn; bəzi əməlimiz, ayaqlarımız, üzərində addımladığımız yer, hətta bədənimizin dərisi də, bizim əncam verdiyimiz yaxşı və pis əməllərə şahidlik edəcəklər. Qurani-Kərim buyurur: «Bu gün (Qiyamət günü) biz onların ağızlarını möhürləyərik. Əncam verdikləri əməlləri barəsində isə əlləri bizimlə danışaraq, ayaqları şəhadət verəcəkdir!» (Yasin, 65) yaxud başqa bir ayəyə nəzər saldıqda; «Odun (cəhənnəm odunun) kənarına gəldikdə, qulaqları, gözləri və dəriləri gördükləri işlərlə əlaqədar onlara qarşı şəhadət verərlər. (Onlar) Öz dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz?» (dərilər) deyərlər: «O Allah ki, hər şeyi danışdırar, bizi danışdırdı! (sizin əməllərinizi ifşa etməyi bizə tapşırdı.)» (Fussilət, 20-21)

Zəlzələ surəsinin, 2-3-cü ayələrində buyurulur: «O gün, yer öz xəbərlərini söylər. O şeydən ki, Pərvərdigarın ona vəhy etmişdir!» (ki, bu vəzifəni yerinə yetirsin).

40. Sirat körpüsü vә әmәl tәrәzisi

Biz Qiyamət günündə Sirat körpüsünün və əməl tərəzisinin olacağına inanırıq.

Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qurani-Kərim: «Sizin

səh:57

hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!» (Məryəm, 71-72) Sirat körpüsündən keçmək olduqca çətin və çox xətərlidir. Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır. Məşhur bir hədisdə oxuyuruq: «Bəzi insanlar bu körpüdən ildırım kimi keçib gedərlər. Bəzi şəxslər isə sürətli atlar kimi, bir dəstə insanlar isə diz-dizi (iməkləyərək) Sirat körpüsündə irəliləyərlər. Bir qrup insanlar piyada kimi gedərlər. Digərləri isə Siratdan asılı olan halda onu keçmək istəyər və cəhənnəm alovu onları yalayaraq, bəzi bədən üzvlərini ağuşuna alar!»(1)

Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: «Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!» yaxud Qariə surəsinin 6-9-cu ayələrində buyurulur; «Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!»

Bəli, bizim etiqadımıza əsasən Qiyamət günündə ancaq insanların yaxşı əməlləri onlara nicat verəcəkdir. Heç bir kəsin istəyi, arzusu və xəyalları onu, cəhənnəm əzabından qurtara bilməz. Hər kəsin aqibəti öz əməllərinə bağlıdır. Yalnız təqva və paklıq insana nicat bağışlayacaqdır. Qurani-Kərim buyurur: «Hər kəs (in aqibəti) öz əməllərinə bağlıdır!» (Muddəssir, 38)

Bütün bunlar «Sirat» və «Tərəzi» barəsində kiçik bir şərhlər idi. Əvvəldə işarə etdiyimiz kimi, Qiyamət gününün bəzi xırdalıqları bizə aydın olmasa da, onun yaşadığımız dünyadan

səh:58


1- [1] . Bu hədis azacıq fərqlə Şiə və Sünnünün tanınmış mənbələrində , məs; Kənzul-ummal; hədis 39036, Qurtubi; c. 6; səh. 175, Məryəm surəsinin şərhi, Şeyx Səduqun «Əlamali» kitabında bu hədisi İmam Sadiq (ə)-dan rəvayət edir. Və həmçinin Səhihi Buxari «Əssiratu cisru cəhənnəm», c. 8; s. 146.

daha üstün və təsəvvür edilməz olduğunu bilirik. Qiyamət gününün bütün həqiqətləri bizim maddi dünyamızın xəyallarından daha ucadır.

41. Qiyamәt günü «şәfaәt» mәsәlәsi

Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum imamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-Taala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, heç də, hesab-kitabsız deyildir. Şəfaət də, bir növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: «Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!» (28-ci ayə) Nübüvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri Həzrət Məhəmməd (s. ə.) «Əzəmətli şəfaət» məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum İmamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qurani-Kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir. İmam Sadiq (ə) buyurur: «Bütün insanlar Qiyamət günü Məhəmməd Peyğəmbər (s. ə.)-in şəfaətinə ehtiyaclıdırlar!» (Bihar; c-8; s-42) «Kənzul-ummal» kitabında Peyğəmbər (s. ə.)-dən nəql edilən bir hədisdə buyurulur: «Qiyamət günü beş şəfaətçi vardır: Quran, silei-rəhim (qohumlarla əlaqəni kəsməmək), əmanətdar olmaq, sizin Peyğəmbəriniz (s. ə.) və onun pak Əhli-beyti (ə)!» (Kənzul-ummal hədis 39041; c 14; s 390)

İmam Sadiq (ə) özünün digər hədisində buyurur: «Qiyamət günü «alim» və «abid» (ömrünü yalnız ibadətlə keçirən şəxs) birlikdə Allahın «hüzurunda» olar. Abidə deyilər: «Cənnətə gir!» Alimə isə deyilər: «Dayan! Və xalqa (onlara verdiyin gözəl tərbiyəyə görə) şəfaətçi ol!» (Bihar, c 8, səh 56, hədis 66) Bu hədis şəfaətin fəlsəfəsinə gözəl-incə şəkildə işarə edir.

səh:59

42. «Bәrzәx» alәmi. (dünyası)

Biz inanırıq; Bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, «Bərzəx» adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məhz Bərzəxdə yerləşdirilir. Və Qiyamət gününə qədər orada qalırlar. Qurani-Kərim bu barədə buyurur: «Onların arxasında (ölümdən sonra) Qiyamət gününədək Bərzəx vardır!» (Muminun, 100)

Əlbəttə, biz Bərzəx aləmi barəsində (onun necə bir aləm olduğuna) dəqiq məlumata malik deyilik. Amma bilirik ki, yaxşıların və mömin insanların ruhu (şəhidlər kimi) Bərzəx aləmində müxtəlif nemətlərlə qərq olmuşdur! Ali-İmran surəsi, 169-cu ayədə oxuyuruq; «Allah yolunda öldürülənləri (şəhidləri) əsla ölü sanma, onlar diridirlər. Və Rəblərinin yanında onlara ruzi (nemətlər) verirlər!»

Həmçinin zalım, tağut və günahkar insanlar və onları müdafiə edənlərin ruhları Bərzəx aləmində əzabdadırlar. Qurani-Kərim buyurur; «Onların əzabı (Bərzəxdə cəhənnəm) odudur! Hər sübh və şam vaxtı onunla cəzalanarlar. Qiyamət günü gəlib çatdıqda isə (buyurular): «Ali-Fironu ən şiddətli əzabla cəzalandırın!» (Ğafir, 46)

Amma günahları az olan insanlar isə, yuxarıda söylədiyimiz qrupların heç birisinə daxil deyildir. Bu insanlar cəzalandırılmayaraq, Bərzəx aləmində yuxu halətinə oxşar bir halda olacaqlar. Qiyamət günü gəldikdə isə ayağa qaldırılacaqlar. Qurani-Kərimdə buyurulur: «Qiyamət qopan gün, günahkarlar and içərlər ki, bir saatdan artıq Bərzəxdə yatmayıblar... Bilik və iman sahibləri isə deyərlər; «Siz Allahın kitabında olduğu kimi, Qiyamət gününədək Bərzəxdə yatmısınız. İndi isə Qiyamət günüdür və siz bilmirdiniz!» (Rum, 55-56)

İslami rəvayətlərdən birində Həzrət Məhəmməd (s. ə.) buyurur: «Qəbr, ya behişt bağlarından biri, ya da, cəhənnəm quyularından biridir (əmələ bağlı olaraq).»(1)

səh:60


1- [1] . Səhih Termizi; c 4; 26-cı fəsl: «Sifatul-Qiyamət», hədis 2460. Biharul-ənvar; c 3; s 214-218.

43. Mәnәvi vә maddi mükafatlar

Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə buna görə də, Axirətdə insanlara bəxş olunacaq mükafatlar, həm mənəvi, həm də cismi olacaqdır.

Qurani-Kərimdə buyurulan bu ayələr: «Ağaclarının altından arxlar axan behişt bağları» (Tövbə, 89), «Behişt bağları, onun kölgə və meyvəsi qurtaran deyil» (Rəd, 35), «İmanlı şəxslər üçün pak zövcələr» (Ali-İmran, 15) və həmçinin, «cəhənnəmin qaynar-yandırıcı odu və ağır əzabları» barəsində gələn ayələr maddi mükafatın, maddi cəzanın nümunələridir. Lakin bunlardan daha əhəmiyyətlisi mənəvi ləzzətlərdir; İlahi mərifətinin nuru, Allah-Taalaya mənəvi yaxınlıq, onun Cəlal və Cəmal sifətlərinin cilvələridir. Bütün bunlar vəsf oluna bilməyən dərəcədə ləzzətbəxş və gözəldir.

Qurani-Kərimin bəzi ayələrində Behiştin maddi nemətlərini (təravətli bağlar, pak məskənlər və s...) bəyan etdikdən sonra buyurulur: «Allahın razılığı, rizası bunların hamısından üstündür. Və ən böyük qələbə Allahın razılığıdır!» (Tövbə, 72)

Bəli, bundan da gözəl ləzzət ola bilməz ki, İnsan öz məbudu və Allahının tərəfindən qəbul olunduğunu anlasın və Onun razılığını əldə etmiş olsun!

İmam Səccad (ə) buyurur: «Allah-Taala möminlərə buyurur: «Mənim sizdən razı olmağım və sizə olan məhəbbətim, bəxş etdiyim nemətlərdən daha üstündür»... Onlar bu sözü eşidərək, hamılıqla təsdiq edirlər.» («Təfsiri-əyyaşi», Tövbə, 72-ci ayənin şərhi, «Əlmizan» c 9-a uyğun olaraq)

Doğrusu, bundan daha ləzzətli nə ola bilər ki, insana Allah tərəfindən belə xitab olunsun: «Ey aram (rahat) olmuş ruh! Allahdan razı olub, Onun razılığını qazandığın halda Pərvərdigarına doğru qayıt! Və mənim bəndələrimin sırasına keç. Və mənim behiştimə daxil ol!» (Fəcr, 27-30)

səh:61

səh:62

Beşinci fәsil: İmamәt

44. İmamәtin mәnası

Allah-Taalanın hikməti bunu tələb edir ki, insanları doğru yola yönəltmək üçün Yer üzərinə müxtəlif peyğəmbərlər göndərsin. Eləcə də, Allahın hikmətinə əsasən bu peyğəmbərlərdən sonra hər bir əsrin və zamanın özünəməxsus «İmamı» olmalıdır. Bu imamların vasitəsilə peyğəmbərlərin gətirdiyi din və şəriət müxtəlif təhriflərdən qorunur. Onların rəhbərliyi və köməkliyi ilə hər bir zamanın dini ehtiyacları ödənir, insanlar İlahi peyğəmbərlərin şəriətinə doğru hidayət olunurlar. Əgər İlahi peyğəmbərlərdən sonra imamlar göndərilməsə, Allahın dini müxtəlif təzyiqlərə məruz qalaraq cürbəcür xurafatlara bulanacaqdır. Və beləliklə də, uca kamilliyə yetişmək hədəfilə yaranmış insan, Tanrı tərəfindən kömək olunmadığına (hidayət olunmadığına) görə öz yaranış hədəfini itirərək, zəlalətə doğru yuvarlanacaqdır.

İlahinin göndərdiyi sonuncu din olan İslam dini, müxtəlif xurafatlardan qurtulmaq üçün imamlara daim ehtiyaclıdır. Elə bu səbəbdən də, biz İslam Peyğəmbərindən (s. ə.) sonra hər bir əsrdə və zamanda imamın mövcud olduğuna inanırıq. Qurani-Kərim Tövbə surəsinin 119-cu ayəsində buyurur: «Ey iman gətirən şəxslər! Təqvalı olun və Sadiqlərlə (doğru söz danışanlarla) birgə olun!» Bu ayə müəyyən bir zamana məxsus deyildir. Və daim sadiqlərlə birgə olmağı əmr edir. Heç bir qeyd-şərt olmadan sadiqlərlə olmaq, onlara itaət etmək isə hər bir zamanın özünə məxsus imamı olduğunu yetirir. Və bu imamlara itaət etməyin

səh:63

vacib olduğunu çatdırır. Belə ki, Sünni və Şiə müfəssirlərinin(1) əksəriyyəti yuxarıdakı ayənin şərhində, ona işarə ediblər. Fəxr Razi bu ayənin barəsində ətraflı bəhs etdikdən sonra, yazır: «Ayə hər «səhv edə biləcək» bir şəxsin «məsum, günahsız» bir şəxsə itaət etməsinin vacibliyini yetirir. Məsum şəxslər isə həmin Allahın «Sadiqlər» adlandırdığı insanlardır! Bu o deməkdir ki, hər «səhv edə biləcək» şəxs, məsum bir şəxslə birgə olmalı və ona itaət etməlidir ki, Məsum şəxs onu səhvlərdən uzaqlaşdırsın. Və bu müəyyən bir zamana məxsus olmayaraq, hər bir zamanda olmalıdır! Deməli, hər bir zamanın özünəməxsus «Məsumu» vardır. («Təfsiri-kəbir», c. 16, səh. 221)

45. İmamәt mәqamının hәqiqәti

İmamət təkcə zahiri bir hakimiyyət deyil, uca və əlçatmaz bir mənəvi, ruhani məqamdır (rütbədir). Məsum imam, müsəlmanların hakimi - dünyəvi rəhbəri olmaqdan əlavə, onların mənəvi cəhətdən din və dünyasının hidayət edənidir. İmam insanların ruhunu və təfəkkürünü islah edərək, doğru yola yönəldir. Peyğəmbər (s. ə)-ın dinini hər cür təhrifdən qoruyaraq, hədəfinə yetirir. Xatırlayın ki, bu, Allah-Taalanın, İbrahim Xəlil (ə) peyğəmbərə peyğəmbərlik məqamından sonra, uzun-uzadı imtahanları qalib gəldikdə, bəxş etdiyi bir məqamdır. Lakin Həzrət İbrahim (ə) Allahdan bu rütbəni (imamət məqamını) öz övladları və nəsli üçün istədikdə, Allah ona bu məqamın zalım və günahkarlara qismət olmayacağını söylədi. Qurani-Kərim bu barədə buyurur: «İbrahimin Rəbbi onu bir neçə işlə sınadı. O (İbrahim) da, onları bütünlüklə yerinə yetirdi (imtahanlardan üzü ağ çıxdı). Allah dedi: «Mən səni insanların imamı etdim!» (İbrahim) dedi: «Nəslimidəmi?» Allah-Taala buyurdu: «Mənim əhdim (imamət) zalımlara yetişməz!» Yəni sənin nəslindən ancaq məsumlara yetişər.»

Qeyd:

Göründüyü kimi imamət yalnız və yalnız xalqa hakimiyyət etmək demək deyildir! Çünki imamət fəqət «hakimiyyətdə olmaq» kimi mənalandırılarsa, yuxarıda söylənilən «imamət rütbəsi»,

səh:64


1- [1] . Quran şərhçisi

Həzrət İbrahim (ə) üçün mənasız və bihudə olardı. Diqqət etmək lazımdır ki, Həzrət İbrahim (ə) heç vaxt hakimiyyətdə olmamışdır.

Biz inanırıq ki, bütün Ulul-Əzm peyğəmbərlər imamət rütbəsinə sahib olmuşlar. Onlar xalqın maddi və mənəvi rəhbəri idilər. Xüsusilə, İslam Peyğəmbəri (s. ə) Allah tərəfindən peyğəmbərlik rütbəsinə layiq görülən anda, imamət məqamına da, yüksəlmişdi. Onun vəzifəsi təkcə risalətin təbliği ilə sona yetişmirdi. O, xalqın maddi və mənəvi rəhbəri idi. Və Peyğəmbər (s. ə)-dən sonra imamət məqamı onun nəslindən olan məsum şəxslərə yetişdi.

Qeyd; «İmam»ın tərifinə diqqət etdikdə, aydın olur ki, bu məqama yüksəlmək bir sıra dəyərli, lakin olduqca ağır şərtlər tələb edir. İmam istər təqva (məsum - hər bir günahdan uzaq və pak olmaq), istər elm (bütün İslam maarifinə və göstərişlərinə ali şəkildə bələd olmaq və insanları, onların ehtiyaclarını hər bir zamanda və məkanda olduğu kimi dərk edərək, tanımaq) cəhətindən kamil olmalıdır.

46. İmamın mәsumluğu

İmam hər bir səhv və günahdan uzaq və pak olmalıdır. Yuxarıda söylənilən ayədən (Bəqərə, 124) aydın olduğu kimi, məsum olmayan şəxs imam ola bilməz. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Peyğəmbərin dininin mühafizi olan (hər bir təhrif və xurafatdan qoruyan) imam, mütləq şəkildə, tam etimadlı bir şəxs olmalıdır. Çünki dinimizin bütün əsaslar və fərləri onun vasitəsilə (Peyğəmbər (s. ə)-dən sonra) xalqa təqdim olunur. Məhz elə bu səbəbdən də, İmamın hər bir «sözü», «əməli» və təqriri - «razılığı»(1) dini və şəri cəhətdən hər bir şəxsə dəlil (sübut) sayılır.

47. İmam, dinin mühafizәçisi

İmam, heç bir vaxt «yeni din və şəriət» yaratmır. Həqiqətdə, onun vəzifəsi İslam Peyğəmbərinin (s. ə) şəriətini olduğu kimi qoruyub saxlamaq, onu təbliğ və təlim etməkdir! İmam (ə)

səh:65


1- [1] . Təqrir, İmamın qarşısında əncam verilən əmələ, onun razılıq əlaməti olan sükutuna deyilir.

insanları Məhəmməd Peyğəmbər (s. ə)-in dininə doğru çağıraraq, onları bu müqəddəs dinlə yaxından tanış edir.

48. İmam, әn elmli şәxs

İmam dinin bütün əsaslarını, fərlərini, hökmlərini, Quranın məna və şərhini olduğu kimi bilməli və anlamalıdır. Deməli, imam Allah tərəfindən ona bəxş olunan elmə və Peyğəmbər (s. ə)-in vasitəsilə öyrəndiyi təlimlərə əsasən ən elmli bir şəxs olmalıdır. Bəli, yalnız belə bir elmin sahibi insanların etimadını qazanaraq, İslamın həqiqətini anlatmaqda ən gözəl yardımçı və rəhbər ola bilər.

49. İmamın, Peyğәmbәrin vasitәsilә tәyin olunması zәrurәti

İmam «mənsus» olmalıdır. Yəni Peyğəmbər (s. ə)-in açıq-aşkar bəyanı və kəlamı ilə təyin olunmalıdır (sonrakı imamlar da, əvvəlki imamın vasitəsilə təyin edilir). Başqa bir sözlə desək, imam da, Peyğəmbər (s. ə) kimi Allah-Taala tərəfindən (Peyğəmbər (s. ə)-in vasitəsilə) seçilir. Necə ki, Bəqərə surəsi 124-cü ayədə imamın yalnız Allah tərəfindən seçildiyinə işarə olundu: «Mən səni insanların imamı etdim!»

Bütün bunlardan əlavə imamın malik olduğu şərtlərin keyfiyyətindən (Məsumluq, İlahi elm, və s..) yalnız Allah-Taala və onun Peyğəmbəri (s. ə) xəbərdar ola bilər. Elə buna görə də, imamı fəqət Allah Özü, Peyğəmbərin vasitəsilə elan edərək seçir. Bu səbəbdən də, Məsum imam seçki yolu ilə yox, birbaşa Allahın əmrilə təyin olunur.

50. İmamlarımızın (ә) İslam Peyğәmbәrinin (s) vasitәsilә tәyin olunması

Bildiyiniz kimi, İslam Peyğəmbəri Məhəmməd (s. ə) özündən sonra gələcək imamları ümumi şəkildə «Səqəleyn» hədisində təyin etmişdir.

Səhihi Müslimdə belə oxuyuruq: «Peyğəmbər (s. ə) Məkkə və Mədinənin arasında yerləşən «Xum» adlanan

səh:66

vadidə ayağa qalxaraq xütbə oxudu. Sonra isə belə buyurdu: «Mən sizin aranızda iki qiymətli (böyük) əmanət qoyub gedirəm. Onun əvvəlincisi nur və hidayətə sahib olan Allahın kitabı... digəri isə «Əhli-beytim» (ə)dir! (İmamlar) Əhli-beytimin barəsində Allahı unutmayın! (Yəni Allahı unudaraq Əhli-beytimi kənara qoymayın)» Və bu cümləni 3 dəfə təkrar etdi» (Səhihi Müslim c 4, səh 1873)

Bu hədis «Səhihi-Termizi»də də, yazılaraq aşkarcasına belə söyləyir: «Əgər bu iki əmanətə sarılsanız heç vaxt azğınlığa düşməyəcəksiniz!» (Səhihi Termizi, c 5, s 662) Söylənilən hədis (Sünəni-Darəmi, c 2, s 432), (Xəsassu-Nisai səh 20), (Müsnədi-Əhməd, c 5, s 182), və İslam aləminin digər tanınmış və məşhur kitablarında (Kənzül-ümmal, c 1, s 185, hədis 945) da qeyd olunmuşdur. Və bu hədisin düzgünlüyündə heç bir şəkk-şübhə yoxdur. Həqiqətdə «Səqəleyn» hədisi «Mütəvatir» hədislərdən biri sayılır. Və heç müsəlmanın onu inkar etməyə haqqı yoxdur. İslam Peyğəmbəri (s. ə) bu hədisi müxtəlif yerlərdə dəfələrlə təkrarlamışdır.

Aydındır ki, hədisdən məqsəd Peyğəmbər (s. ə)-in Əhli-beytinin hamısı deyil, yalnız «məsum İmamlar» (ə)-dır. Çünki yalnız və yalnız bu böyük imamət məqamı Quranla bərabər tutularaq, onunla birlikdə zikr oluna bilər. Yalnız bəzi zəif və şəkkli mənbələrə əsaslanan hədislər «Əhli-beyt» kəlməsini «Sünnə» ilə əvəz edibdi.

Biz, Peyğəmbər (s. ə)-dən sonra 12 imamın canişin olduğunu sübut edən məşhur bir hədisə isnad edirik. Bu hədis hətta əhli-sünnətin ən məşhur hədis kitablarında qeyd olunmuşdur; (Səhihi Buxari, Səhihi Müslim, Səhihi Termizi, Səhihi Əbu Davud, Müsnədi Hənbəl və s...) «Peyğəmbər (s. ə) buyurur: «İslam dini hamısı Qüreyş tayfasındandır 12 xəlifənin sizə imaməti, Qiyamət gününə qədər bərpadır!»(1) Bu rəvayətin şərhi şiənin etiqadlı olduğu

səh:67


1- [1] . Bu ibarət Səhihi Müslimdə c 3, səh 1453; Cabir ibn Səmərinin vasitəsilə Peyğəmbər (s.ə)-dən rəvayət olunur. Və azacıq fərqlərlə sadalanan mənbələrdə də qeyd olunmuşdur: Səhihi Buxari c 3, səh 101; Səhihi Termizi c 3, səh 501; Səhihi Əbu Davud c 4, «Kitabul-Məhdi».

«12 İmamdan» başqa bir şərhə malik deyildir. Sizin fikrinizcə Peyğəmbər (s. ə)-ın söylədiyi bu hədis «12 imam (ə)» dan savayı, digər təfsirə malik ola bilərmi?(1)

51. Hәzrәt Әli (ә)-ın İslam Peyğәmbәri (s. ә) tәrәfindәn imam tәyin olunması

İslam Peyğəmbəri (ə) dəfələrlə (Allahın əmrilə) Həzrət Əli (ə)-ı özünün canişini kimi bəyan etmişdir. Vida-həccindən qayıdarkən Qədir Xum adlanan bir vadidə («Cöhfə»nin yaxınlığında) əshabından ibarət izdihamlı bir cəmiyyətin arasında xütbə oxudu. Və bu məşhur kəlməni buyurdu: «Ey camaat! Mən sizə sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi!?» Dedilər: «Bəli, elədir!» Buyurdu: «Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir!» Bu hədis müxtəlif vasitələrlə Peyğəmbər (s. ə)-dən nəql olunmuşdur. Bu hədisi səhabədən 110 nəfər, tabeindən 84 nəfər rəvayət etmişdir. O, İslam dünyasının tanınmış, məşhur 360 kitabında yazılmışdır. Təəssüflər olsun ki, bu barədə geniş şərh vermək imkanına malik deyilik, əlavə məlumat toplamaq üçün «Pəyami Quran» c 9, səh 181-ə müraciət edin.

Qeyd olunan bu mübarək hədisin ətrafında uzun-uzadı bəhslər açmaq fikrində deyilik. Yalnız bunu demək kifayətdir ki, «Qədir-Xum» hədisi (Peyğəmbər (s. ə)-in təkidlərini nəzərə almaqla) sadəliklə kənara qoyulası və fəqət Əli (ə)-ın «məhəbbəti-ehtiramı» kimi şərh olunası bir hədis deyildir.

səh:68


1- [1] . (Söylənilən hədisdə «12 xəlifə» dedikdə yalnız «12 imam» nəzərdə tutula bilər. Çünki İslam Peyğəmbəri (s.ə)-dən sonra gələn zahiri xəlifələrin sıra ardıcıllığında «12 Qüreyşli xəlifə» olmamışdır! Onların sayı bu miqdardan ya az, ya da çox olmuşdur. Və xəlifələrin bəzisi isə Qüreyş tayfasına mənsub olmamışdır. Deməli, hədis fəqət, «12 imamı» nəzərdə tutur ki, şiə hədis mənbələrində Peyğəmbər (s.ə) hətta onları adbaad sadalamışdır. «12 imam»ın yalnız ikisinin xəlifə olması isə aydındır. Çünki «xilafət» dedikdə hədisdə «imamət» nəzərdə tutulmuşdur. İmamət isə zahiri hakimiyyətlə şərtlənmir. Həqiqətdə, «mənəvi hakimiyyət» - «ləyaqət» əsas tutulur. (Mütərcim)

Diqqət etmək lazımdır ki, besətin 3-cü ili, Allah-Taala Peyğəmbər (s. ə)-ə öz dəvətini aşkar şəkildə xalqa çatdırmağa əmr etdikdə bu ayə nazil oldu: «Ey Peyğəmbər! Ən yaxın qohumlarını qorxut!»

Peyğəmbər (s. ə) bəni-Haşim tayfasının böyük şəxsiyyətlərini (qohumlarını) bir yerə yığaraq, onları İslama dəvət etdi. Sonra buyurdu: «Sizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər? Hər kəs mənə kömək etsə, məndən sonra sizin içərinizdə mənim canişinim və vəsim olacaqdır!»

Bu söz üç dəfə təkrar olundu. Amma heç kəs Peyğəmbərin (s) sözünü qəbul etmədi. Hər üç müraciətin cavabında isə yalnız Həzrət Əli (ə) ona kömək etməyə hazır olduğunu elan etdi. Və dedi: «Ey Peyğəmbər! Mən bu işdə sənin köməkçin və vəzirin olacağam!» Bu zaman Peyğəmbər (s. ə) buyurdu: «Bu cavan, mənim qardaşım və məndən sonra sizin içərinizdə canişinim və xəlifəmdir!»(1) İbni Əsirin «Kamil» adlı kitabında söylədiyi bu hədis, «Qədir Xum» hədisinin mütabiqi deyildirmi? Yaxud Həzrət Əli (ə)-ın «imamətə təyin olunma məsələsi» deyildimi ki, Peyğəmbər (s. ə)-in ömrünün axır saatlarında da, onu bəyan etmək niyyətində idi? Və məhz bu məsələdə öz əshabından bir daha əhd-peyman almaq istəmirdimi? Səhih Buxaridə yazılır: «Peyğəmbər ömrünün axır saatlarında belə buyurdu: «Mənə kağız və qələm verin. Sizə bir namə yazım ki, (məndən sonra) heç vaxt azğınlığa (ixtilafa) düçar olmayasınız!» - Peyğəmbər (s. ə)-in bu kəlamından sonra bəziləri onunla müxalifətçilik edərək, Həzrət (s. ə)-in bu əmrinin yerinə yetməsinə mane oldular. Və hətta elə oradaca onun haqqında təhqiramiz sözlər dedilər.(2)

səh:69


1- [1] . «Kamil» ibni Əsir, c 2, s 63. Beyrut çapı. Eyni mənanı azacıq təfavütlə «Müsnədi-Əhməd» , c 1, s 11; «Şərhi-nəhcül-bəlağə» İbn Əbil-Hədid, c 13, s 210
2- [2] . Bu hədisi hətta Səhihi Buxari 5-ci cilddə , səh 11,fəsl; «mərəzun-Nəbi» nəql etmişdir. Səhihi Müslim isə daha aydın şəkildə c 3 , s 125-də onu qeyd etmişdir

52. Hәr imamın özündәn sonra gәlәcәk imamı tәyin etmәsi

12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdur. Onların əvvəlincisi (Peyğəmbər (s. ə) tərəfindən təyin olunmuş) Həzrət Əli (ə), sonra onun oğlu imam Həsən Müctəba (ə), sonra onun qardaşı imam Hüseyn ibn Əli Seyyiduş-şühəda (ə) (şəhidlərin ağası), sonra onun övladı Əli ibn Hüseyn (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Baqir (ə), sonra onun oğlu Cəfər ibn Məhəmməd Sadiq (ə), sonra onun oğlu Musa ibn Cəfər (ə), sonra onun oğlu Əli ibn Musa Rza (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Təqi (ə), sonra onun övladı Əli ibn Məhəmməd Nəqi (ə), sonra oğlu Həsən ibn Əli Əsgəri (ə), və sonuncu Məhəmməd ibn Həsən Mehdi (ə) Sahibəz-zəmandır. Biz etiqadlıyıq ki, o hələ də, sağdır.

Əlbəttə, Həzrət Məhdi (ə)-ın varlığına etiqad (dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq bir şəxsə olan etiqad) təkcə bizə məxsus deyildir. Həqiqətdə bütün müsəlmanlar bu əqidəyə sahibdirlər. Əhli-sünnə alimlərindən bəziləri imam Məhdi (ə) barəsində söylənilən hədislərin mütəvatir (yəqin) olması barəsində müstəqil kitablar da, yazmışlar. Və hətta bir neçə il əvvəl «Rabitətul-aləmul-islami» tərəfindən yazılan risalədə Həzrət Məhdi (ə)-ın vücudu barəsində olan suala, cavab verərkən Onun (ə) zühurunun-gələcəyinin aydın bir məsələ olmasına təkid olunmaqla bərabər - Həzrət (ə)-ın barəsində tanınmış və mötəbər kitablardan (mənbələrdən) Peyğəmbər (s. ə)-ə nisbət verilmiş hədislər nəql edilmişdir.(1) Amma onlardan əksəriyyəti Məhdi (ə)-ın hələ dünyaya gəlmədiyinə təkid edərək, onun Axirəz-zəmanda (dünyanın axırına yaxın) doğulacağına inanırlar. Lakin bizim əqidəmizə əsasən Həzrət Məhdi (ə) 12-ci imamdır, hal-hazırda həyatda olaraq, diridir. Allahın ona əmr etdiyi bir vaxt zülmü yer üzərindən silmək və ədaləti dünyada bərpa etmək üçün zühur edəcəkdir.

səh:70


1- [1] . Bu namə 1396/24 şəvvalda «Rabitətul-aləmul-islami» tərəfindən «idarətu muctəməul-fiqhul-islami» nin müdiri vasitəsilə (Muhəmməd Əl-Müntəsir-əl-Kətani) sadir olmuşdur

53. Әli (ә) sәhabәlәrin әn fәzilәtlisi

Həzrət Əli (ə) səhabələrin ən üstünü və ən fəzilətlisi idi. O, İslam Peyğəmbərindən (s) sonra İslam ümmətinin birinci şəxsiyyətidir. Amma bununla belə, onun barəsində həddindən artıq olan bəzi xurafatlar boş, əsassız və haramdır. Həzrət Əli (ə)-a Allahlıq nisbəti verən, onu Allaha oxşar(1) sayan hər bir şəxs kafirdir, müsəlmanların cərgəsindən xaric olmuşdur. Biz belə şəxslərin küfrlə dolu etiqadlarından bizarıq. Təəssüflər olsun ki, bu şəxslərin küfrlə dolu etiqadları bəzən «şiə» adı ilə qarışıq düşərək, səhv anlayış bağışlayır. Şiələrin pak etiqadlarının «Ğuluvv» (Əliallahi) edən şəxslərin etiqadı ilə səhv salınması bəzən bir çox xoşagəlməz hallara səbəb olur. Bir halda ki, bütün şiə alimləri öz kitablarında belə şəxslərin (Əli-Allahi) müsəlman olmadığını, İslamdan xaric olduğunu dəfələrlə təkid etmişlər.

54. Sәhabәlәr ağlın vә tarixin mühakimәsi qarşısında

Tarixə baxdıqda Peyğəmbər (s. ə)-ın köməkçiləri və əshabının arasında böyük, fədakar və ləyaqətli insanların olduğunu görərik. Hətta Qurani-Kərimdə və islami rəvayətlərdə bu səhabələrin haqqında, onların fəziləti barəsində çoxlu bəhslər mövcuddur. Lakin bu o demək deyildir ki, biz, Peyğəmbər (s. ə)-ın bütün səhabələrini məsum (günahsız - pak) saymalıyıq. Səhabələrin hamısının əməllərini istisnasız olaraq doğru-düzgün saymaq, yanlış fikir deyildirmi? Diqqət etmək lazımdır ki, Qurani-Kərimin müxtəlif ayələri (bir çox ayələri; Bəraət surəsi, Nur surəsi və Munafiqin surəsi) Peyğəmbərin (s) əshabının arasında yer tutan ikiüzlü, mənfur niyyətli səhabələrdən söhbət açaraq, onları şiddətli şəkildə tənqid atəşinə tutur. Başqa bir cəhətə diqqət etdikdə isə, İslam Peyğəmbərinin (s. ə) vəfatından sonra müsəlmanlar arasında müharibə alovunu yandıran, öz beyətini dövrün xəlifəsi və imamı ilə namərdcəsinə sındıran və minlərlə müsəlmanın qanını axıdan səhabələri görürük! Sizcə biz bu səhabələri pak və müqəddəs hesab edə bilərikmi?!

səh:71


1- [1] . Rəbb - kiçik Allah

Necə ola bilər ki, müharibə edən hər iki tərəfin haqlı və düzgün yolda (məsələn; Cəməl-Süffeyn müharibələrində) olduğunu söyləyək?(1) Müharibə edən (hər biri-digərini nahaq və düşmən sayan) iki tərəfin hər ikisinin haqlı olması açıq-aşkar «ziddiyyət» deməkdir. Və bu «ziddiyyət» bizim üçün qəbul olunmaz bir məsələdir.

Bir çoxları bu ziddiyyəti ört-basdır etmək məqsədilə «ictihad» bəhsini bəyan edərək belə söyləyirlər; «Müharibə edən iki əshabın biri doğru yolda olmuş, digəri isə xətakardır! Amma bu xətakar öz ictihadına (ağlının düşündüyünə) əməl etdiyi üçün, Allah yanında üzrlü, bəlkə də, savaba malikdir. - Həqiqətdə zikr olunan əqidə ağlın və şəriətin qəbul etmədiyi, əsassız bir etiqaddır. Necə olur ki, öz etiqadına əməl edərək Peyğəmbər (s. ə)-in canişini ilə beyəti sındıran, müharibə alovunu müsəlmanların arasında şölələndirərək, günahsız insanların qanını tökən bir şəxs savab sahibi olsun?!

Əgər bütün bu günahsız axan qanları «ictihad - şəxsi düşüncə» ilə yumaq mümkündürsə, hansı pis və fasid əməlləri ictihadla yumaq mümkün deyildir?(2) Biz inanırıq ki, bütün insanlar, həmçinin Peyğəmbər (s. ə)-in səhabələri də, «öz əməllərinin girovundadır.» (Muddəssir, 38) Və Quranın bu böyük qanunu: «Şübhəsiz, Allah yanında ən çox əziziniz, ən çox təqvalı olanınızdır!» (Hücurat, 13) səhabələrə də, şamildir! Deməli, səhabələrin şəxsiyyəti onların əməllərilə ölçülür. Əgər belə olarsa, onların barəsində daha da məntiqli şəkildə hökm vermiş olarıq. Və söyləyərik: «Peyğəmbər (s. ə)-in dövründə əshabın sırasında yer alan və Peyğəmbər (s. ə)-ə sədaqətli olan, Onun (s) vəfatından sonra da İslam dini üçün çalışan, Quranla olan, əhd-peymana sadiq qalan şəxslər dəyərli insanlardır. Onlar vəfadar və layiqli səhabələrdir. Lakin Peyğəmbər (s. ə)-in zamanında münafiqlərdən sayılan, onun qəlbini sındıran və

səh:72


1- [1] . Bir halda ki, müharibə edən hər iki tərəf Peyğəmbər (s.ə)-in səhabələrindəndir. (Mütərcim)
2- [2] . Hətta şeytanın da, əməlini ictihadla doğru sabit etmək olar ki, bu da qeyri - səhihidir.

Həzrət Peyğəmbər (s. ə)-in vəfatından sonra da, haqq yoldan uzaqlaşaraq İslamın, müsəlmanların mənafelərinin əksinə çalışan şəxslər sevgi və məhəbbətə (ehtirama) layiq deyildirlər. Qurani-Kərim bu barədə buyurur: «Elə bir qövmü tapmazsan ki, Allaha və Qiyamət gününə iman gətirmiş olsunlar, lakin Allah və Onun peyğəmbəri ilə müxalifət edənlərlə dostluq etsinlər. Hətta müxaliflər, onların ataları, övladları, qardaşları və ya qəbilələri olsa da (onlarla dostluq etməzlər) Allah (bu şəxslərin) könüllərinə iman yazmışdır!» (Mücadilə, 22) Bəli, Peyğəmbər (s. ə)-in zamanında və ya onun vəfatından sonra İslam Peyğəmbəri (s. ə)-i incidərək, onu narahat etmiş şəxslər hörmətə layiq deyildirlər.

Amma unutmaq olmaz ki, Peyğəmbər (s. ə)-in əshabının bir dəstəsi İslamın inkişafı yolunda ən çətin və böyük imtahanlarda iştirak etmiş və Allah-Taala tərəfindən müxtəlif formalarda mədh olunmuşlar. Həmçinin, əshabdan sonra onların yolunu davam etdirmiş şəxslər və İslam dininin inkişafı yolunda addım atacaq hər bir kəs, mədhə və ehtirama layiqdir. Qurani-Kərim buyurur: «Mühacir və ənsardan öndə olan (islama iman gətirməkdə və yaxşı işlərdə əvvəlinci olan) şəxslərdən və yaxşı işlərdə onların yolu ilə gedən kəslərdən Allah-Taala razı olmuşdur. Onlar da Allahdan razı olmuşlar!» (Tövbə, 100)

55. Әhli-beytin elmi, Peyğәmbәr (s. ә)-in mirası

Mütəvatir(1) rəvayətlərə əsasən Peyğəmbər (s. ə), Quran və Əhli-beyt (ə)-dan uzaq düşməməyi və onlara itaət etməyi bizə əmr etmişdir. Və İslam Peyğəmbəri (s. ə) hidayət yolunu məhz Quran ilə Əhli-beyt (ə)-ın əmrlərinə tabe olmaqda görmüşdür. Peyğəmbər (s. ə)-in Əhli-beyti (ə) məsum insanlar olaraq, onların hər bir sözü, əməli və təqriri(2) biz müsəlmanlar üçün

səh:73


1- [1] . Mütəvatir hədis, müxtəlif yollar və rəvayətçilər vasitəsi ilə nəql olunduğuna görə, adətən haqqında yəqin edılən və saxta sayılması ehtimalı verilməyən hədislərə deyilir.
2- [2] . İmamın qarşısında əncam verilən əmələ onun razılıq əlaməti olan sükutu

möhkəm bir dəlil, etimad və nümunədir. Elə bu səbəbdən də Quran və Peyğəmbər (s. ə)-in sünnəsindən sonra Əhli-beyt (ə)-ın (imamların) buyurduğu, əməli və təqriri fiqhin ən etimadlı mənbələrindən biri hesab edilir.

Əhli-beyt İmamların (ə), ən mötəbər və çoxlu sayda olan rəvayətlərə əsasən; «Biz hər nə söyləyiriksə, atalarımızın vasitəsilə Peyğəmbər (s. ə)-dən söyləyirik!» - deyə buyururlar. Deməli onların rəvayət və hədisləri əslində Peyğəmbər (s. ə)-in buyurduğu kəlamlardır. Və «siqə» (etimadlı və doğru danışan) şəxsin Peyğəmbər (s. ə)-dən rəvayət etdiyi hədislərin bütün islam alimləri tərəfindən qəbul edildiyini də bilirik.

İmam Mühəmməd ibn Əli Baqir (ə) Cabir adlı səhabəsinə belə buyurur: «Ey Cabir! Əgər biz öz nəfsimizin istəklərinə uyaraq və öz şəxsi rəyimizə əsasən sizə bir hədis söyləsək, həqiqətdə həlak olmuş (azğın) insanlardan olarıq. Amma sizə söylədiyimiz bütün hədislər Həzrət Peyğəmbər (s. ə.)-in seçilmiş kəlamlarıdır! («Camey-əhadisuş-şiə», c 1, s 18, hədis 116)

İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)-ın hədislərinin birində oxuyuruq: «Bir nəfər İmam (ə)-dan sual etdi. Həzrət Sadiq (ə) ona cavab verdi. Sual edən şəxs İmamın nəzərini əvəz etmək üçün onunla mübahisəyə girişdi. İmam (ə) buyurdu: «Bu sözləri kənara qoy! Soruşduğun şeyin (sualın) barəsində sənə verdiyim hər bir cavab Peyğəmbər (s. ə)-in buyurduqlarındandır. (Mübahisəyə yer yoxdur!)» (Usule-kafi, c 1, s 58, h 121)

Diqqət: Biz müsəlmanların «Kafi», «Təhzib», «İstibsar» və «Mən la yəhzəruhul-fəqih» və s. bu kimi etibarlı hədis mənbələrimiz, kitablarımız vardır. Lakin bu kitabların etibarlı mənbə sayılması, onlarda yazılmış bütün hədislərin sorğu-sualsız qəbul edilməsi demək deyildir. Biz rəvayət-hədis kitablarından əlavə «Rical» kitablarına da sahibik. Rical kitablarında, hədisin sənəd silsiləsi boyu mövcud olan ravilərin vəziyyəti (Şəxsiyyəti-sadiq şəxs olub-olmadığı) aydınlaşmışdır. Və yalnız o hədis qəbul olunmalıdır ki, onun raviləri «siqə» - etimadlı və doğru danışan şəxslər olsun. Deməli, biz söylənilən mötəbər kitablarda yalnız etimadlı və doğru danışan ravilərə malik olan hədisləri qəbul etməliyik. Bütün bunlardan əlavə

səh:74

hətta söylənilən şərtlərə malik olan Bəzi hədislər, onlarda mövcud olan digər çatışmamazlıqlara görə böyük alimlər və fəqihlər tərəfindən (islam tarixi boyu, əvvəldən-axıradək) qəbul olunmamış və daim kənara qoyulmuşdur. Belə hədisləri, biz, «Murəzun ənha» adlandırırıq. Və bu hədisləri etibarsız sayırıq!

Elə buradaca aydın olur ki, bizim əqidəmizi öyrənmək niyyətində olan hər şəxs, heç bir axtarış və tədqiq etmədən söylənilən kitablarda yazılmış bəzi hədislərə istinad edirsə, sözsüz ki, uğursuzluğa düçar olacaqdır. Və bizim əqidəmizi olduğu kimi, düzgün şəkildə əldə edə bilməyəcəkdir.

Başqa bir təbirlə desək, bəzi İslam məzhəblərinin malik olduğu «Sihah» adlı kitablar, mövcuddur. Onlarda yazılmış hədislərin səhihliyi yalnız bu kitabların müəlliflərinin tərəfindən təzmin olunmuşdur. (Bir halda ki, onlarda mövcud olan bir çox hədislər etibarsızdır. - Mütərcim) Amma bizim sahib olduğumuz kitabların müəllifləri tanınmış və etibarlı şəxsiyyətlərdir. Bununla belə biz müəllifin təzmininə kifayətlənməyərək, onlarda mövcud olan hədislərin doğru olub-olmadığını öyrənmək üçün «Rical» kitablarına da müraciət edirik.

Söylədiyimiz həqiqətlərə diqqət edən bir şəxs, bizim əqidəmizin ətrafında olan bir çox suallara cavab tapmış olur. Bu həqiqətlərə diqqət etmədən hər hansı bir nəticəyə gəlmək isə, bizim əqidəmiz barəsində çoxlu anlaşılmamazlıqlara və səhvlərə gətirib çıxara bilər.

Bir sözlə desək, Qurani-Kərim və Peyğəmbər (s. ə.)-in hədislərindən sonra Əhli-beytin (ə) və məsum İmamların (ə) rəvayətləri bizim üçün çox etibarlı və əsasdır. Bir şərtlə ki, bu hədislərin dəqiqən məsum İmamlarımızdan (ə) nəql olunduğu mötəbər ravilərlə sübuta yetsin.

səh:75

səh:76

Altıncı fәsİl: Müxtәlİf mәsәlәlәr

56. Ağlın yaxşı vә pisi dәrk etmәsi

İnsan ağlı yaxşı işi pis işdən seçmə qüvvəsinə, yaxşını və pisi dərketmə səlahiyyətinə malikdir. Və bu qüvvə Allah-Taalanın insana bəxş etdiyi «yaxşını və pisi ayırd etmə bacarığı»ndan sərçeşmə tutur. Deməli, İlahi dinlər göndərilməzdən öncə bir çox ictimai və fərdi məsələlər bəşər övladına öz ağlının vasitəsilə məlum idi. Yaxşılığın və ədalətin gözəlliyi, zülmün və etinasızlığın çirkinliyi, bəzi əxlaqi xüsusiyyətlər, məsələn «doğru danışmaq», «əmanətdarlıq», «şücaət», «səxavətli olmaq» və s. ağlın dərk etdiyi məsələlərdəndir. Həmçinin, «yalan», «xəyanət», «paxıllıq» və «simiclik» və s. də, insan ağlının dərk etdiyi məsələlərdəndir. Amma insan ağlı bütün işlərin yaxşı və pis olmasını kamil şəkildə dərk edə bilmədiyinə görə, yaxud məhdud şəkildə qavradığına əsasən, İlahi dinlər, səmavi kitablar və peyğəmbərlər ona bu yolda kömək olaraq göndərilmişdir. İlahi peyğəmbərlər, səmavi dinlər və müqəddəs kitablar insana anlamadığı digər həqiqətləri açıqlamış və həm də, ağlın dərk etdiyi gerçəklikləri təkid etmişlər.

Əgər biz, insan ağlının həqiqətləri anlamaqda mütləq şəkildə aciz olduğunu söyləsək, «Tovhid», «Allah tanıma», «İlahi Peyğəmbərlər» və «səmavi dinlər»-ə olan etiqad tamamilə ləğv və mənasız olacaqdır. Çünki Allahın varlığını sabit etmək və Peyğəmbərlərin haqq olaraq göndərildiyini sabit etmək yalnız ağlın vasitəsilə mümkündür. Aydındır ki, şəriətin

səh:77

hökmləri, «Tovhid və Nübüvvət», fəqət ağlın hökmü ilə qəbul olunduğundan sonra etibarlıdır. Və bu yolda təkcə şəri dəlillərə kifayət etmək mümkün deyildir.

57. Allahın әdalәti

Biz Allahın ədaləti olduğuna inanırıq.(1) Və belə söyləyirik: Allahın öz bəndələrinə zülm etməsi, heç bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Allah-Taalanın öz vədəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə nübüvvət (peyğəmbərlik) məqamı bəxş etməsi və onun ixtiyarında müxtəlif möcüzələr qoyması da, qeyri-mümkündür. Onu da qeyd etmək lazımdır ki, Allah səadət yolunda ucalmaq üçün, xəlq etdiyi ilahi kamilliyə çatmaq hədəfilə yaratdığı bəndələrini rəhbərsiz və imamsız qoymamışdır! 12 imamın vücudu buna sübutdur. Allah-Taala hər bir nöqsandan pak və münəzzəhdir!

58. İnsan vә azadlıq

Allah insanı azad yaratmışdır. İnsan əncam verdiyi işlərdə yalnız öz iradəsinə bağlı olaraq, seçim zamanı tam ixtiyar sahibidir. Əgər belə olmasa idi, yəni; insan öz əməllərində məcbur olsa idi (insan vasitə - alət olaraq, bütün işlər fəqət Allah tərəfindən birbaşa əncam verilsə idi) pis əməl sahibləri, ədalətsiz, zalım şəxslərin cəzalandırılması və həmçinin, yaxşı əməl sahiblərinin mükafatlandırılması bihudə və mənasız olardı. Allah-Taala isə hikmətsiz işlərdən pak və uzaqdır!

Xülasə; ağlın yaxşı və pis işləri dərk etməsi, insan təfəkkürünün müstəqil şəkildə bir çox həqiqətləri anlaması İslam dininin və şəriətinin, Nübüvvət və müqəddəs kitabların əsası və köküdür! Amma onu da yadda saxlamaq lazımdır ki, bəşər idrakı və anlayışı məhduddur. Təkcə insan ağlının vasitəsilə uca kamilliyə və səadətə yetişmək yolunda lazım olan bütün həqiqətləri ələ gətirmək mümkün deyildir. Bu çətin yolda İlahi dinlərə və Peyğəmbərlərə ehtiyac duyulur.

səh:78


1- [1] . Ağlımızın yaxşı və pisi ayırd etdiyinə görə

59. «Ağıl», fiqh mәnbәlәrindәn biri kimi

İslam dinin əsaslı, köklü mənbələrindən biri də, «Ağlın dəlili»dir. «Ağlın dəlili» dedikdə «insan ağlının qəti şəkildə və dəqiq sürətdə yəqin edərək bir şeyi dərk etməsi, onun haqqında hökm verməsi» nəzərdə tutulur. Məsələn, əgər Quran və sünnədə(1) zülm, xəyanət, yalan, qətl, oğurluq, insan hüquqlarının pozulmasının pis olması barəsində fikrin yoxluğunu fərz etsək, ağlın hökmü ilə bu əməllərin pis bir iş olduğunu dərk edərik. Allah-Taalanın bu işləri haram etdiyini və razı olmadığını asanlıqla anlayarıq. Deməli, «ağlın hökmü» bizim üçün ilahi höccətdir.

Qurani-Kərim ağlın əhəmiyyəti və onun hökmünün mötəbər olması barəsində olan müxtəlif ayələrə malikdir. Quran ağıl və düşüncə sahiblərini, Tovhid yolunu ötmək üçün, göylərdə və yerdə mövcud olan ilahi nişanələri müşahidə etməyə, onların barəsində fikirləşməyə çağırır; Ali-İmran 190: «Şübhəsiz, göylərin və yerin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün ibrətlər vardır!»

Müqəddəs kitabımız başqa bir cəhətdən isə ilahi nişanələrin bəyan olunmasının, insanların ağıl və düşüncəsinin artması üçün olduğunu buyurur. Ənam surəsi, 68: «(Gör!) Nişanələri (ayətləri) necə çeşidli (müxtəlif təbirlərlə) bəyan edirik! (Ki,) bəlkə qavrayıb anlayalar!»

Qurani-Kərim digər cəhətdən bütün insanları yaxşıları pislərdən (yaxşını-pisdən) ayırmaq üçün təfəkkür etməyə dəvət edir. Ənam, 50: «De ki; kor və görən (nadan və aqil) birdirmi? Nə üçün düşünməyirsiniz?!»

Səmavi kitabımız öz gözündən, qulağından, dilindən və ağlından istifadə etməyən (düzgün istifadə etməyən) şəxsləri aləmin (dünyanın) ən pis heyvanları adlandırır. Ənfal, 22: «Allaha yanında heyvanların ən pisi kar və kor kəslərdir ki, anlamırlar!» Bütün bu söylədiklərimizə əsasən «Ağlın hökmünü» və «təfəkkür qüvvəsini» İslamın əsas və fəri məsələlərində kənara qoymağa haqlıyıqmı?

səh:79


1- [1] . Peyğəmbər (s.ə) və Əhli-beyt (ə)-ın sözü - əməli və razılığı

60. Bir daha Allahın әdalәti barәsindә

Əvvəldə işarə etdik ki, biz Allah-Taalanın ədalətli olduğuna etiqadlıyıq. Və Onun heç bir vaxt öz bəndələrinə zülmü rəva görmədiyinə inanırıq. Çünki zülm bəyənilməz və iyrənc bir əməldir! Uca Yaradan bu əməldən pak və uzaqdır! Qurani-Kərim buyurur: «Sənin Allahın heç kəsə zülm etməz!» (Kəhv, 49) Yaxud: «Həqiqətən, Allah heç kəsə zərrə qədər də olsun, zülm etməz!» (Nisa, 40)

Dünyada baş verən cəzalar, xoşa gəlməz və ağrı-acılı hadisələrin əsl səbəbkarı elə insanların özüdür: «Allah onlara (İlahi əzaba düçar olan tayfalara) zülm etmədi! Onlar özləri-özlərinə zülm edirdilər!» (Tövbə, 70)

Allah-Taala təkcə insanlara deyil, dünyada mövcud olan heç bir varlığa zülm etməz: «Allah dünya əhalisinə (dünyadakılara) zülm etməz!» (Ali-İmran, 108) (Bu ayələr, «Ağlın hökmünə» olunan bir təkiddir!)

İnsana qadir olmadığı və bacarmadığı iş əmr olunmamışdır;

Allahın ədalətinə əsasən, bəşər övladına bacarmadığı və qüdrəti çatmadığı iş əmr olunmamışdır. Qurani-Kərim buyurur: «Allah heç kimsəyə imkanından artıq (bacarmadığı) təklif (əmr) etməz!» (Bəqərə, 286)

61. Xoşagәlmәz vә acı hadisәlәrin fәlsәfәsi

Yer üzündə baş verən müxtəlif xoşagəlməz və acı hadisələr (zəlzələ, təbii fəlakətlər, müxtəlif bəlalar və s.) bəzən Allah-Taalanın öz bəndələrini öz pis əməllərinə görə cəzalandırmasıdır. Necə ki, Lut (ə) peyğəmbərin tayfası beləcə cəzalandırıldı; «Bizim hökmümüz (əzab etmək üçün) çatanda, oranı alt-üst edib, arası kəsilməyən daş-kəsək yağışı yağdırdıq!» (Hud, 82)

Qurani-Kərim naşükür və üsyançı (tüğyangər) «Səba» camaatı barəsində buyurur: «Onlar Allahın itaətindən üz çevirdilər və bir viranedici seli onlara göndərdik!»

Bəzi xoşagəlməz hadisələr isə insanları qəflət yuxusundan ayıltmaq məqsədi daşıyır: «Xalqın pis işləri nəticəsində quruluqda və dənizdə fəsad törəndi. Allah istəyir ki, onlara bəzi əməllərinin cəzasını dadızdırsın, bəlkə (Ona doğru) qayıdalar!» (Rum, 41)

səh:80

Bəzi müsibətlər və ağrı-acılı hadisələr isə insanın öz əlilə yaranır, başqa bir ibarətlə desək; bu müsibətlər insanların öz əməllərinin nəticəsidir; «Allah xalqın bir şeyini özləri dəyişdirmək istəməyənədək dəyişməz!» (Rəd, 11) Yaxud Nisa surəsinin 79-cu ayəsində buyurulur: «Sənə yetişən hər bir xeyir Allahın tərəfindəndir və sənə yetişən hər bir şər sənin özünün tərəfindəndir!»

62. Varlıq dünyası, әn gözәl nizam

Yaranış dünyası ən gözəl nizama malikdir. Yəni: dünyada mövcud olan nizam-intizam, varlıq dünyasına hakim ola bilən ən gözəl nəzmdir.

Hər bir şey hesab-kitab üzərində qurulmuşdur. Haqq-ədalətin və gözəlliyin əleyhinə olan heç bir nöqsan xəlq olunmamışdır. Cəmiyyətdə mövcud olan çatışmazlıqlar, pisliklər isə insanların özlərinin yaratdığı problemlərdir.

Təkrar etmək lazımdır ki, «Allahın ədalətli olması» məsələsi İslam dünyagörüşünün əsaslarından biridir. «İlahi ədalət»inə inam olmadan, «Tovhid», «Nübüvvət» və «Məad» məsələsi öz həllini tapmayaraq, cürbəcür tənqidlərə məruz qalacaqdır.

Bir hədisdə oxuyuruq; İmam Sadiq (ə): «Dinin əsası Tovhid və Ədalətdir!» deyə təkid etdikdən sonra buyurdu: «Tovhid budur ki, (bunu tələb edir ki,) özünə nisbət verdiyini Allaha nisbət verməyəsən! (O, bəndələrinin xüsusiyyətlərindən pak və uzaqdır!) Amma ədalət budur ki, (Allahın ədaləti bunu tələb edir ki,) Allaha elə bir əməli nisbət vermə ki, əgər sən onu əncam versən səni danlayarlar!» (Biharul-ənvar, c 5, s 17, hədis 23)

63. Fiqhin dörd mәnbәsi

Şiə fiqhinin mənbələri (ictihad etdiyi şeylər) aşağıdakılardan ibarətdir:

1. Allahın kitabı olan Quran. İslam maarifinin və hökmlərinin əsas mənbəyi.

2. Peyğəmbər (s. ə) və Əhli-beytin - məsum İmamların (ə) sünnəsi.

səh:81

3. İcma (Alim və fəqihlərin rəy birliyi), Məsum (ə)-ın nəzərini yetirməklə.

4. Ağıl. Ağlın dəlil-sübut kimi tanınmasından məqsəd, onun qəti şəkildə, yəqin edərək verdiyi hökmdür! Zənn və güman («Qiyas» və «İstehsan» kimi) edən surətdə isə ağlın hökmü qəbul edilməyəcəkdir.

Beləliklə, fəqih heç vaxt Quranda və sünnədə bəyan olunmayan bir əməl barəsində öz şəxsi məsləhətilə, güman və zənnə arxalanaraq hökm edə bilməz. O, bu hökmü ilahi qanunu adlandırmağa ixtiyarlı deyildir! Şəriət hökmlərinə əl tapmaq üçün, zənnə-gümana arxalanan «Qiyas» - a etibar etməklə hökm vermək doğru deyildir. Və bu iş qadağan olunmuşdur.

Amma insan öz ağlının yəqin etdiyi hökmə əsasən, qərar qəbul edərsə, məsələn; zülmün, yalanın, oğurluq və xəyanətin pis və haram sayılmasına yəqin edərək onun günah olduğuna hökm edərsə, bu hökm etibarlıdır. Və «Ağlın hökm etdiyi hər bir şeyə, şəriət də, hökm etmişdir. - qanununa əsasən, ağıl da, şərin etdiyi hökmü bəyan edir.

Danılmaz bir həqiqətdir ki, müsəlmanların ehtiyaclı olduğu şəri hökmlər barəsində (istər siyasət, ibadət və istərsə də, iqtisadiyyat və ictimai məsələlərə aid olan) Peyğəmbər (s. ə.)-in və Əhli-beyt (ə)-ın buyurduqları hədislər kifayət qədər mövcuddur. Zənn və gümanla dolu dəlil-sübutlara müraciət etməyə isə ehtiyac yoxdur. Müasir dünyaya qədəm qoyduqca isə yeni yaranan məsələlər barəsində Quran və hədislərdə ümumi qaydalar zikr olunmuşdur. Bu qaydalara müraciət etməklə hər bir fəqih, müasir zamanın vücuda gətirdiyi tələblərə (məs; kosmik uçuşlar, teleradio, və s...) islam dininin buyurduqlarına əsasən cavab verməyə qadirdir.(1)

64. İctihad

Keçən bəhslərdə söylədiyimiz kimi Quran, sünnə, ağıl və

səh:82


1- [1] . Bu məsələnin izahı çox geniş olduğundan bizim bəhsimizdən xaricdir. Əlavə məlumat toplamaq istəyənlər «Məsailul-mustəhdisə» kitabına müraciət etsinlər. Söylənilən kitabda bu barədə geniş və ətraflı şərh verilmişdir.

icmadan dini hökmlərin (müvafiq qaydalara uyğun olaraq) çıxarılması «ictihad» adlanır. Fəqihlərin üzünə ictihad qapısı bütün dini məsələlərdə daim açıqdır. Bütün nəzər sahibi olan bacarıqlı fəqihlər, fiqhin bu dörd mənbəyinə əsaslanaraq ilahi hökmlərini kəşf edir və onu müsəlmanlara(1) təqdim edir. Hətta fəqihlərin ictihad yolu ilə ələ gətirdikləri hökmlər, onlardan əvvəl yaşamış keçmiş fəqihlərin hökmlərilə fərqli də, ola bilər. İctihad bacarığı olmayan şəxslər öz dövrünün diri (zaman və məkanın tələb etdiyi məsələlərə agah olan) fəqihlərinə müraciət etməlidir. Başqa bir sözlə desək, ictihad bacarıqlı fəqihlərə «təqlid» etməli və onların hökmlərinə əməl etməlidir. Çünki fiqh elmində ictihad bacarığına malik olmayan şəxsin, bu elmdə mütəxəssis olan şəxslərə müraciət etməsi labüddür.

Biz ictihad bacarığına malik olan fəqihləri «Mərcəyi-təqlid» adlandırırıq. Həmçinin qeyd etmək lazımdır ki, (ibtidai təqliddə). dünyasını dəyişmiş fəqihlərdən təqlid etməyə icazə verilmir!

İctihad bacarığı olmayan hər müsəlman zaman və cəmiyyətin tələbilə ayaqlaşan diri fəqihə müraciət etməlidir. Elə buna görə də, şiə fiqhi daim hərəkətdə, inkişafdadır və müxtəlif şəraitlərə uyğunlaşaraq, daim müasir zamanla ayaqlaşır.

65. İslamda qanun boşlugünün olmaması

Biz inanırıq ki, insanların ehtiyaclı olduğu bütün məsələlər barəsində lazım olan hökmlər (hətta Qiyamət gününədək, bəzən xüsusi və bəzən də ümumi şəkildə) islamın köklü mənbələrində bəyan olunmuşdur. Elə bu səbəbdən də, heç bir fəqihin öz şəxsi rəyinə əsasən hökm verməyə ixtiyarı yoxdur! Onlar yalnız Quran, sünnə, ağıl və icma əsasında ictihad edərək, dini hökmləri bu dörd mənbədən ələ gətirir və onları müsəlmanlara təqdim edirlər. Çünki islam dini kamil bir dindir və heç bir alimin fəqət özünün şəxsi rəyinə əsaslanaraq verdiyi hökmə ehtiyaclı deyildir.

Qurani-Kərim, (axırıncı nazil olmuş surələrdən sayılan) Maidə surəsinin 3-cü ayəsində buyurmuşdur ki; «Bu gün sizin dininizi kamil etdim və nemətimi sizə tamamladım və sizin

səh:83


1- [1] . ictihad bacarığı olmayan şəxslərə

üçün islam dinini seçdim!» Belə olan halda İslam dini bütün əsrlərin ehtiyaclarına cavab verə biləcək, kamil və hər tərəfli bir «fiqhə» malik olmazsa, onu kamil din adlandırmaq olarmı?

İslam Peyğəmbəri (s. ə.) «həccətül-vida»da, özünün ən tanınmış hədisində söyləmirmi ki, «Ey camaat! Sizi behiştə yaxınlaşdıran və cəhənnəm atəşindən uzaqlaşdıra biləcək hər bir şeyə əmr etdim! Və sizi cəhənnəm alovuna yaxınlaşdıran və behiştdən uzaqlaşdıran hər bir şeyi qadağan etdim!» (Usuli-kafi, c 2, s 7, Biharul-ənvar, c 67, s 96) İmam Sadiq (ə) buyurur: «İmam Əli (ə) İslam dininin bütün hökmlərini (Peyğəmbərin imlası və əmrilə) yazdı. Hətta kiçik bir canlının diyəsinin hökmünü belə yazdı!»

66. Tәqiyyә vә onun fәlsәfәsi

Qurani-Kərimin göstərişlərinə əsasən, insan qərəzli, məntiqsiz, təəssübkeş şəxslərin əhatəsində olduqda, öz əqidəsini zahir etməklə canı, malı və abır-heysiyyəti təhlükəyə düşərsə və öz əqidəsini izhar etməyin heç bir faydası olmazsa, bu zaman o, öz əqidəsini gizlətməlidir. Müqəddəs dinimizdə bu əməl «Təqiyyə» adlanır. Qurani-Kərimin göstərişlərindən əlavə, insan ağlı da «təqiyyə»nin məntiqə uyğun zəruriyyət olduğunu təsdiq edir. Quran Ali-Firondan olan bir mömin şəxsin barəsində buyurur: «Firon xanədanından olan, inancını (əqidəsini) gizlədən bir mömin kişi dedi: «Mənim Rəbbim vahid Allahdır» deyən və Rəbbiniz tərəfindən aydın dəlillərlə gələn bir kişini öldürürsünüzmü?!» (Ğafir, 28)

«İnancını (əqidəsini) gizlədən» ibarəti aydın şəkildə «təqiyyə» məsələsinə işarə edir. Firon xanədanından olan bu mömin şəxsin öz əqidəsini aşkar edərək, heç bir mənfəət olmadan, canını təhlükə qarşısında qoymasına dəyərdimi?

İslamın ilkin çağlarında qərəzkar və dikbaş müşriklərin əhatəsində olan bəzi imanlı və cəsur müsəlmanlara, Qurani-Kərim «təqiyyəni» əmr edərək, buyurur: «Möminlərin (öz) mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə onlarla (kafirlərlə) dostluq izhar

səh:84

edənlərdən (Təqiyyə edənlərdən) başqa.» (Ali-İmran, 28)

Beləliklə, təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vermək məntiqəuyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: «Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!» (Vəsail, c 11, s 461, fəsl 24, hədis 6) «Qalxan» (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. Təqiyyə Qurani-Kərim tərəfindən də təsdiq olunmuşdur; Nəhl, 106, Ğafir, 28, Ali-İmran, 28 - Mütərcim

Əmmar Yasirin (Peyğəmbər (s. ə)-in ən yaxın səhabələrindən biridir) müşriklər müqabilində təqiyyə etməsi və İslam Peyğəmbərinin (s. ə) bu işi təyid etməsi, ən məşhur hədislərdə nəql olunmuşdur.(1) Təqiyyə şəriətin və ağlın tələbi olaraq, təkcə şiə tərəfindən deyil, bütün dünya müsəlmanlarının, bütün ağıllı şəxslərin lazım olan zaman istifadə etdikləri bir əməldir.

Təəccüblüdür ki, bəzi şəxslər təqiyyə məsələsini təkcə şiə müsəlmanlarına və Əhli-beyt (ə) ardıcıllarına nisbət verərək, onlara qarşı müxtəlif iradlar irəli sürürlər. Bir halda ki, təqiyyənin Qurani-Kərim, Peyğəmbər (s. ə) və İmamlar (ə) tərfindən (həmçinin ağlın tələbi olaraq) aydın bir məsələ olduğu hamıya məlumdur. Bu dünyanın bütün ağıllılarının əməl etdikləri bir vəzifədir. Təqiyyə dinin tələbi və zamanın reallığıdır.

67. Tәqiyyәnin qadağan olan yerlәri

Söylənilən anlaşılmazlıqların əsası, kökü və şiə əqidəsindən yetərincə məlumatın olmamağı, bu əqidənin bəzi nadan və

səh:85


1- [1] . Bu barədə olan hədislər hədis elminin tanınmış alimləri, tarixçilər, Quran şərhçilərinin məşhur kitablarında qeyd olunmuşdur. Vahidi «Əsbabi nuzul»da, Təbəri, Qurtubi, Zəməxşəri, Fəxri Razi, Beyzavi, Nişaburi və s... hər biri Nəhl surəsinin 106-cı ayəsinin şərhində bu barədə geniş bəhslər açmışlar.

ifratçı (qərəzli) mənbələrdən öyrənilməsidir. Ümidvarıq ki, yuxarıda dini mənbələrə əsaslanaraq söylədiklərimiz şərhlər məsələni olduğu kimi aydınlaşdırdı.

Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qurani-Kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abırı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.

68. İslamda ibadәt

Biz Quran və sünnədə təkid olunmuş bütün ibadətlərə etiqadlıyıq. Gündəlik namazlar (ki, insanla Tanrının ən əhəmiyyətli rabitəsidir), Ramazan ayının orucu (ki, iman qüvvəsinin gücləndirməsi və ruhun paklanması, nəfsani istəklərlə olan ən gözəl mübarizədir) etiqadlı olduğumuz ən əhəmiyyətli ibadətlərdəndir.

Biz Həcc ziyarətini təqvanın ən təsirli amillərindən biri kimi tanıyıraq, onu müsəlmanlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi səbəbi (vəhdəti) və bütün dünya müsəlmanlarının izzəti hesab edirik. İmkanı olan hər bir müsəlmanın ömründə bir dəfə «Allahın evi» adlanan «Kəbəni» ziyarət etməsi vacibdir.

Biz zəkat, xüms, yaxşılığa əmr etmək və pislikdən çəkindirməyi vacib əməllərdən sayırıq.

Doğrudur, bu əməllərin bəzi xırdalıqlarında bizimlə digər məzhəblər arasında fərqlər mövcuddur. Necə ki, Əhli-sünnətin dörd məzhəbi arasında da ibadət və digər bölmələrdə fikir ayrılıqları mövcuddur.

səh:86

69. Gündәlik namazlar

Bizim əqidəmizə əsasən zöhr və əsr yaxud məğrib və işa namazlarını müştərək bir vaxtda ardıcıl qılmaq caizdir. Və bu işə Peyğəmbər (s. ə) tərəfindən zəhmət və əziyyətə düşən şəxslərə namazın asan - zəhmətsiz olması üçün icazə verilmişdir.

Səhihi-Termizidə İbni Abbasdan belə nəql olunur: «Peyğəmbər (s. ə) Mədinə şəhərində, zöhrlə əsr, həmçinin məğrib və işa namazlarını birlikdə qıldı. Bir halda ki, nə (düşməndən, oğrudan və s.) qorxu və nə də yağış (təbii fəlakət) var idi!» İbni Abbasdan soruşdular: «Peyğəmbər nə üçün bu namazları birlikdə qıldı?» Dedi: «Bunu öz ümmətini çətinliyə (zəhmətə) salmamaq üçün etdi» (Yəni bu namazları ayrı-ayrı vaxtda qılmaq zəhmətə səbəb olarsa, onları birlikdə qıla bilərsiniz) (Sünəni-Termizi, c 1, səh 954, fəsl 138; Sünəni-Beyhəqi, c 3, s 167)

Xüsusilə müasir dövrdə, ictimai həyatda müxtəlif idarələr, fabrik, zavodlar və cürbəcür fəaliyyət mərkəzlərində aktiv iş rejimi geniş vüsət almışdır. Gündəlik namazların beş müxtəlif vaxtda, ayrı-ayrı qılınması bəzi müsəlmanların namazı tərk etməsinə səbəb olur. İslam Peyğəmbərinin (s) gündəlik namazlar barəsində verdiyi bu icazə, uzun müddətli iş prosesindən yorulan bir çox müsəlmanlara öz namazlarında daha diqqətli və davamlı olmaq imkanı verir.

70. Möhürlә sәcdә olunması

Namaz qılarkən yerə (torpağa) və ya yerdə bitən (yeyilməyən və geyilməyən) şeylərə səcdə etmək lazımdır. (məsələn; yarpaq, taxta, bitkilər) Bunlardan başqasına səcdə etmək düzgün deyildir. Həmçinin, xalçaya və s. səcdə etmək qadağandır. Namaz halında torpağa səcdə etmək, digər şeylərə səcdə etməkdən daha üstündür. Elə bu səbəbdən də, şiə müsəlmanlarının əksəriyyəti təmiz torpaqdan düzəldilmiş «möhürə» səcdə edirlər. Biz şiələrin bu işinə səbəb Peyğəmbər (s. ə)-in ən məruf və tanınmış hədisidir: «Yer mənim üçün

səh:87

(məscid) səcdəgah və pakedici qərar verilmişdir!»(1) Bu hədis muxtəlif Əhli-sünnət və şiə kitablarında nəql olunmuşdur.

İrad: Hədisdə «Məscid» kəlməsindən məqsəd «Səcdəgah» nəzərdə tutulmamışdır. Əksinə Allahın evi sayılan məscidlər qəsd edilmişdir.

Cavab: Bir başa «təyəmmümə» aid olan «Təthur» - «Pakedici» kəlməsinə diqqət etdikdə «Məscid» kəlməsindən məhz «səcdəgahın» nəzərdə tutulduğu aydınlaşır. Yəni - torpaq həm pakedici, həm də səcdəgah sayılır!

Əhli-beyt (ə)-dan çoxlu sayda olan müxtəlif hədislər də, namazda torpağı, daşı və s... səcdəgah kimi tanıtdırır.

71. Peyğәmbәrlәrin vә İmamların (ә) qәbirlәrinin ziyarәti

Peyğəmbər (s. ə)-in, Əhli-beyt İmamlarının (ə), böyük alimlərin və şəhidlərin qəbirlərini ziyarət etmək dinimizdə təkid olunmuş, müstəhəb və savablı işlərdəndir. Əhli-sünnət və şiənin böyük alimlərinin müxtəlif kitablarında qəbirlərin ziyarət olunması barəsində saysız-hesabsız rəvayətlər, hədislər mövcuddur. Əgər bu rəvayətləri bir yerə cəmləsək, ayrıca bir kitab yaranmış olar.(2)

Tarix boyu İslam dünyasının tanınmış, məşhur alimləri və cəmiyyətin müxtəlif təbəqələri müqəddəs qəbirləri ziyarət etməyə xüsusi əhəmiyyət vermişlər. Və müqəddəs qəbirləri

səh:88


1- [1] . Yəni Allahın qarşısında səcdə edərək, öz alınlarını (hər gün üzərində addımlayaraq keçdikləri, alcaq saydıqları torpağa qoyur, öz bəndəliklərini, aciz olduqlarını Uca Yaradana bu yolla bəyan edirlər. Mütərcim) - «Səhihi-Buxari», c 1, s 91. Cabir ibn Abdullah Ənsaridən «təyəmmüm» fəslində; Nisai öz «Səhih»ində Cabir ibn Abdullah Ənsaridən «Əttəyəmmüm bis-səid» fəslində; «Müsnədi-Əhməd» ibn Abbasdan, c 1, s 301, də qeyd olunmuşdur. Şiə mənbələrində isə müxtəlif təriqələrlə bu barədə çoxlu sayda hədislər mövcuddur.
2- [2] . Bu rəvayət və hədislər barəsində əlavə və ətraflı məlumat toplamaq üçün və həmçinin, böyük alimlərin bu barədə olan kəlamlarını eşitmək üçün «Əl-qədir», c. 5, s. 93-207-ə müraciət edin

(Peyğəmbər (s. ə) və s...) ziyarət edən şəxslərin maraqlı əhvalatları müxtəlif kitablarda mövcuddur. («Əl-qədir, c 5, s 93 - 207) Bu məsələ, doğrusu bütün müsəlmanların qəbul etdiyi (vəhhabilər istisna olaraq) aşkar bir həqiqətdir. Lakin diqqət etmək lazımdır ki, «ziyarət», «ibadət» demək deyildir. Şübhəsiz, heç bir kəs bu iki ibadətin eyni məna daşıdığını təsəvvür etmir (edə də bilməz). Çünki «ibadət» yalnız Allaha məxsusdur. Amma «ziyarət» isə İslam dininin böyük şəxsiyyətlərinə qarşı qoyulan ehtiram deməkdir. Və onların vasitəsilə Allah dərgahından şəfaət tələb etmək mənasındadır. Hətta çoxlu rəvayətlərdə Peyğəmbər (s. ə)-in qəbiristanlara və «Bəqi»yə (Bəqi - Mədinə qəbiristanlığı) getdiyi, onlara salam verdiyi yazılmışdır.(1) Deməli heç kəs bu işin fiqh nəzərindən düzgün olub-olmamağı barəsində də tərəddüd etməməlidir.

72. Әzadarlıq mәrasimlәri vә onun fәlsәfәsi

İslam şəhidləri, xüsusilə «Kərbəla şəhidləri» üçün keçirilən əzadarlıq mərasimləri onların xatirələrinin əbədi qalması, İslam dini uğrunda etdiyi fədakarlıqların daim yaşaması üçündür. Elə buna görə də, aşura əyyamında (Məhərrəm ayının ilk on günü), yəni İmam Hüseyn (ə)-ın, behişt cavanlarının sərvəri olan,(2) İmam Əli (ə)-ın və Peyğəmbər (s. ə)-in əziz qızı Fatimeyi-Zəhra (ə)-ın övladı üçün yas saxlayır, əzadarlıq mərasimləri keçiririk. Onların həyatını, nə üçün və necə şəhid olduqlarını təhlil edirik. Onların pak ruhlarına dualar oxuyuruq. Bəni-Üməyyə tayfası qorxunc və zalım bir hakimiyyət yaradaraq, Peyğəmbər (s. ə)-in sünnəsini ayaq altına alır, dinə müxtəlif bidət və xurafatlar qatır, İslamın mənəvi dəyərlərinin məhvinə çalışırdılar.

səh:89


1- [1] . Səhihi-Müslim ,Əbu-Davud, Nisai , Müsnədi-Əhməd , Səhihi-Termizi , Sünəni Beyhəqi və s... müraciət oluna bilər.
2- [2] . «İmam Həsən və İmam Hüseyn behişt cavanlarının sərvəridirlər!»- Peyğəmbər (s.ə). Bu hədis «Səhihi-Termizi»də Əbu Səid Xudri və Huzeyfə (c. 1, s. 306-307) və «Səhihi-ibn-Macə»də «Peyğəmbərin səhabələrinin fəziləti» fəslində və həmçinin «Mustədrəku-səhiheyn», «Hilyətul-əvliya», «Tarixi-Bəğdad», «Əsabe-ibn-Hicr», «Kənzul-ummal», «Zəxairul-əqəbi» və s... qeyd olunmuşdur

İmam Hüseyn (ə) hicrətin 61-ci ili Yezidin əleyhinə qiyam etdi. Yezid fasiq, təkəbbürlü və İslama düşmən, yad olan bir adam idi. Təəssüflər olsun ki, zamanın gərdişi ona Peyğəmbər (s. ə.)-in minbərində yer vermişdi. İmam Hüseyn (ə) özünün bütün əshabı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid oldusa da, ailəsi və yaxınları əsir düşdüsə də, lakin onların bu əməli, Yezid dövrünün qəflət yuxusuna dalmış müsəlmanlarını ayıltdı. Müsəlmanlar dinin müdafiəsinə qalxaraq, ardıcıl olaraq qiyamlar yaratdılar. Bəni-Üməyyə hakimiyyətini kökündən laxlatdılar. Onlar zamanın heçliyinə yuvarlandılar. Maraqlıdır ki, Aşura hadisəsindən sonra baş vermiş bütün qiyamlar «Ali-Məhəmmədin razılığı naminə! Hüseynin qanı naminə!» - ünvanlı şüarlarla baş verirdi. Və ya bu şüarların bir çoxu hətta Bəni-Abbasın zalım və dinsiz hökuməti dövründə də səslənirdi.

İmam Hüseyn (ə)-ın qanlı qiyamı bütün müsəlmanlar üçün, hətta qeyri-müsəlmanlar üçün də, bir nümunə olaraq qalmaqdadır. Onun «Zillət bizdən uzaqdır!», «Həyatın həqiqəti iman və cihaddır!» kimi şüarları, zülmdən və azğın düşməndən qurtuluş yolunda, vətənin və din düşmənlərinin müqabilində müqavimət yolunda ən gözəl ideyadır. Biz İmam Hüseyn (ə)-dan mərdlik, qeyrət, isar, şəhadət, şücaət, əqidə, iman və s. bu kimi əhəmiyyətli ibrətlər aldıq. Biz Həzrət Hüseyn (ə)-dan başı uca yaşayaraq, zülmə və düşmənə boyun əymədən mərdanə həyat sürmək, yaxud mərd kimi ölməyi öyrəndik!

Mümkündür bəzi şəxslər «Kərbəla şəhidlərinə» keçirilən əzadarlıq mərasimlərini sırf olub - keçmiş tarixi bir hadisə kimi təsəvvür etsinlər. Biz isə bu faciəni unutmamaqla öz dini vəzifəmizi yerinə yetirərək, onun yaşayışımızın müxtəlif zamanlarında necə əhəmiyyət daşıdığını bilirik. Bu işin dini cəhətdə düzgün olub-olmadığına gəldikdə isə, təkcə bütün müsəlman dünyasında məşhur olan - «Həzrət Məhəmməd (s. ə.)-in əshabının Seyyiduş-şühəda Həmzəyə (ə) yas saxlaması, əzadarlıq mərasimləri keçirəmsi»ni yada salmaq kifayətdir. Bütün məşhur tarix kitablarında yazılmışdır: «Allahın Rəsulu Məhəmməd (s. ə) Ənsardan birinin evinin yanından keçərkən ağlamaq və vay-şivən səsləri eşitdi. Gözləri yaşla dolan

səh:90

Peyğəmbər (s. ə.) buyurdu: «Lakin Həmzə üçün ağlayan yoxdur!» Bu sözü eşidən Səid ibn Məaz «Bəni-Əbdul-Əməd» tayfasının qadınlarına Peyğəmbər (s. ə.)-in əmisi Həmzənin evinə getməyi və onun üçün əzadarlıq etməyi tapşırdı!» (Kamile-ibn-Əsir, c 2, səh. 163; Sireye-ibn-Hişam, c 3, səh 104)

Aydındır ki, əzadarlıq təkcə Həmzə üçün deyil, doğrusu bütün müsəlman şəhidlərinə aid edilir. Biz şəhidlərin xatirəsini daim indiki və gələcək nəsillər üçün qoruyub saxlamalıyıq.

73. Müvәqqәti nikah

Müvəqqəti nikah şəri bir qanun olaraq islam fiqhində «Mütə» adlanır. Deməli, İslama əsasən iki növ evlənmə - nikah düzgündür: 1- Daimi nikah (müddətsiz); 2- Müvəqqəti nikah (hər iki tərəfin razılığı əsasında müddət təyin olunmaqla). Bu nikah, «daimi nikahla» müxtəlif məsələlərdə oxşardır; Mehriyyə, qadının kəbindən boş olması, dünyaya gələn övlad, ayrıldıqdan sonra iddə saxlanılması və s. Bir sözlə, müvəqqəti əqd, daimi evlənməklə eyni mahiyyət daşıyır. Hər ikisinin bir çox hökmləri eynidir.

Əlbəttə, daimi nikahla müvəqqəti nikah arasında bir sıra fərqlər də, mövcuddur. Müvəqqəti nikahda; 1- Qadına nəfəqə vermək vacib deyildir. 2- Ər-arvad heç biri, digərindən irs apara bilməz. (Amma onların övladları ata-analarından və bir-birlərindən irs apara bilər).

Hər bir halda biz bu hökmü Qurani-Kərimdən öyrənmişik: «Qadınlarla mütə (siğə) əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin!» (Nisa 24) Quran müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, söylənilən ayə müvəqqəti nikahdan bəhs edir. «Təfsiri-Təbəridə» bu ayənin kənarında çoxlu sayda olan müxtəlif hədislər, onun müvəqqəti nikaha aid olduğunu təsdiqləyir. Peyğəmbər (s. ə)-in səhabələrinin böyük bir hissəsi də bu fikirdədirlər.(1)

səh:91


1- [1] . «Təfsiri-Təbəri», c. 5, s. 9), «Durrul-mənsur» təfsirində və «Sunəni-Beyhəqi» də bu barədə cürbəcür rəvayətlər zikr olunmuşdur. («Əddur-rul-mənsur», c. 2, s. 140; c. 7, s. 206

«Səhihi-Buxari», «Musnədi-Əhməd», Səhihi-Müslim «və müxtəlif kitablarda, müvəqqəti əqdin Peyğəmbər (s. ə)-in zamanında da, mövcud olduğunu təsdiq edən rəvayətlər mövcuddur. (Onlara müxalif olan rəvayətlər tapılsa da, belə)(1)

Əhli-sünnət alimlərinin bir qrupunun fikrinə əsasən müvəqqəti nikah Peyğəmbər (s. ə)-in dövründə mövcud olmuş qanuni bir iş idi. Lakin sonradan o, ləğv edildi. Bir halda ki, başqa bir qrup müvəqqəti nikahın Peyğəmbər (s. ə)-in ömrünün sonuna kimi ləğv edilmədiyini, yalnız uzun illərdən sonra xəlifə Ömər tərəfindən qarşısı alındığını iddia edirlər. Onlar yalnız xəlifə Ömərin dediyi bu sözləri əsas tutaraq, müvəqqəti nikahı ləğv olunmuş hesab edirlər: «Ey camaat! Peyğəmbər (s. ə)-in dövranında icazə verilən iki mütəni mən qadağan edirəm! Və onları əncam verən kəsləri cəzalandıracağam. Onlar adi mütə (müvəqqəti nikah) və həcc mütəsindən ibarətdir!»(2) Şübhəsiz, müvəqqəti nikah barəsində olan nəzərlər Əhli-sünnət rəvayətlərinə əsasən digər hökmlər kimi ixtilaflıdır (müxtəlifdir). Bir qrup Əhli-sünnət onun Peyğəmbər (s. ə)-in dövründə qadağan olduğunu (qüvvədən salındığını), digər bir qrup, onun xəlifə Ömərin vasitəsilə qüvvədən salındığını deyir, kiçik bir dəstə isə müvəqqəti nikahın ümumiyyətlə, qadağan olunduğunu iddia edirlər. Belə ixtilafların olması isə fiqh elmində təbii və labüddür. Amma şiə fəqihlərinin birgə rəyinə əsasən müvəqqəti nikah Peyğəmbər (s. ə)-in dövründə mövcud olmuş və qadağan

səh:92


1- [1] . «Musnədi-Əhməd», c. 4, s. 436; «Səhihi-Buxari», c. 7, s. 16; «Səhihi-Müslim», c. 2, s. 1022 «Babu-nikahul-mutə»
2- [2] . Bu hədis söylənilən ibarət ilə, yaxud məzmun və məna cəhətindən ona oxşar ibarətlə «Sünəni-Beyhəqi»də c. 7, s. 206 və bir çox kitablarda mövcuddur. «Əl-Qədir» kitabının müəllifi 25 hədis («Sihah» kitablarından və «Müsnəd»lərdən) nəql edir ki, mütə - müvəqqti nikah İslam hökmünə əsasən halal, Peyğəmbər (s.ə) və birinci xəlifənin dövründə, hətta ikinci xəlifənin zamanından bir miqdar müddətdə halal olmuşdur. Lakin Ömər şəxsən onu haram (qadağan) etdi! («Əl-Qədir», c. 3, s. 332)

edilməmişdir. Və heç bir kəs Peyğəmbər (s. ə)-dən sonra onu qüvvədən sala bilməz!

Bizim əqidəmizə əsasən, əgər müvəqqəti nikahdan sui-istifadə edilməsə, o, cəmiyyətin bir çox ictimai və sosioloji böhranlarının həllinə müsbət cavab verəcəkdir. Belə ki, daimi nikaha imkanı olmayan cavanların cinsi həyat problemləri, ticarət, iqtisadi və ya təhsili hacətlər üzündən öz ailəsindən uzaqlarda qalan şəxslərin cinsi ehtiyacları müvəqqəti nikah vasitəsilə təmin edilmiş olur. Müvəqqəti nikah həm də, bu qrupların arasında fahişəliyə olan meyli aradan aparır. Müasir dövrdə cinsi istəklərin müxtəlif vasitələrlə təhrik olunması (televiziya, internet, film, qəzet və s.) insanların (məxsusən cavanların) ya fahişəliyə ya da, fahişəyə doğru üz tutmasına səbəb olur. Müvəqqəti nikah isə hətta bəzən bütün bunları isti ailə ocağı ilə əvəz etmiş olur.

Bir daha təkrar etmək istəyirəm ki, biz müvəqqəti nikahdan sui-istifadə olunmasının, qadınların iyrənc yollara doğru çəkilməsinin, bu İlahi qanunun şəhvətpərəst şəxslərin oyuncağına çevrilməsinin əleyhinəyik. Lakin ondan sui-istifadə olunmasının qarşısını almaqla, bu İlahi qanunundan doğru-düzgün şəkildə istifadə etmək olar.

74. Şiәnin qısa tarixi

«Şiə»nin yaranma tarixi Peyğəmbər (s. ə)-in dövrünə qayıdır. Belə ki, biz Həzrət Məhəmməd (s. ə)-in kəlamlarında dəfələrlə «şiə» barəsində olan müxtəlif mövzularla rastlaşırıq. Və bu barədə (cürbəcür mənbələrə əsaslanaraq) aydın dəlil-sübutlar mövcuddur.

Quran müfəssirlərinin (şərhçiləri) əksəriyyəti Bəyyinə surəsinin 7-ci ayəsinin: «İman gətirənlər və yaxşı işlər görənlər yaranmışların ən yaxşısıdır» - kəlamının şərhində Peyğəmbər (s. ə)-dən olan bu hədisi qeyd edirlər; «Bu ayədən məqsəd Əli (ə) və onun şiələridir!»

Həmçinin məşhur Quran müfəssiri «Siyuti» özünün «Əd-durrul-mənsur» («Əd-durrul-mənsur», c 6, s 379) kitabında İbn Əsakirin vasitəsilə Cabir ibn Abdullahdan belə nəql edir;

səh:93

«Biz Peyğəmbər (s. ə)-in yanında idik. Elə bu vaxt Həzrət Əli (ə) bizə yaxınlaşdı. Peyğəmbər (s. ə) onu gördükdə buyurdu: «And olsun Tanrıya ki, canım onun əlindədir, Əli və onun şiələri Qiyamət günü qurtuluşda olanlardandır!» Sonra isə yuxarıda qeyd olunan Bəyyinə surəsinin 7-ci ayəsi nazil oldu. Sonralar hər vaxt Həzrət Əli (ə) Peyğəmbər (s. ə)-in əshabının yanına gəldikdə, onlar belə söyləyirdilər: «Allahın yaratdıqlarının ən yaxşısı gəldi». Bütün bunları İbn Abbas, Əbu-Bərzə, İbn Mərdiyə, Ətiyye Ufidə, azacıq fərqlə rəvayət etmişlər.(1) Elə buna əsasən də, «şiə» adının Həzrət Əli (ə)-ın davamçılarına Həzrət Peyğəmbər (s. ə)-in dövründə nisbət verilməsi aydın olur.

İslam Peyğəmbəri (s) şəxsən özü onları şiə adlandırmışdır. Və bu adın xəlifələr dövründə yaxud səfəvilər dövründə yarandığını iddia etmək əsassız olaraq, heç bir sübut-dəlilə arxalanmır.

Biz İslam dünyasında mövcud olan başqa firqələrə, məzhəblərə ehtiram edir və onlara nəhayət dərəcədə hörmətlə yanaşırıq. Onlarla birlikdə «camaat namazı» qılır, birlikdə həcc mərasimində iştirak edir, İslam dinində müştərək olduğumuz mövqelərdə və hədəflərdə birgə çıxış edirik. Lakin bununla belə biz, Əli (ə)-ın məktəbinin çoxlu üstün xüsusiyyətlərə malik olduğunu, ona Peyğəmbər (s. ə) tərəfindən xüsusi diqqət və əhəmiyyət verildiyinə görə şiə məktəbini seçmişik.

Qeyd: Bəzi müxalif qüvvələr iddia edirlər ki, «şiə məktəbi» Abdullah ibn Səba ilə sıx bağlıdır. Və şiələrin Abdullah ibn Səbanın davamçıları olduğuna təkid edirlər.

Əslində Abdullah ibn Səba bir yəhudi idi və sonradan İslamı qəbul edərək, zahirdə müsəlman olmuşdu. Bu şəxsin şiə məktəbinin rəhbəri kimi tanıtdırılması çox qəribə və təəccüblüdür. Çünki şiə dünyasının bütün tanınmış kitablarında bu adam barəsində heç bir rəğbət hissi oyadan söz yoxdur. Doğrusu, şiənin bütün «rical» kitabları onu azğın, yolunu azmış bir şəxs kimi tanıtdırır. Hətta bizim bəzi

səh:94


1- [1] . Əlavə məlumat üçün «Pəyami-Quran», c. 9, s. 259-a muraciət edin

rəvayətlərimizə əsasən Həzrət Əli (ə) onun mürtəd olduğuna görə, ölümünə fərman vermişdi!(1)

Onu da qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr də, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə «Abdullah ibn Səba» adlı şəxsiyyət olmamışdır! Necə ola bilər ki, xəyali bir fərd şiənin banisi olsun?!(2)

Ümumiyyətlə, o uydurulmuş əfsanə olmasa da, biz Abdullah ibn Səbanı mürtəd, azğın bir şəxs hesab edirik.

75. Şiә mәzhәbinin coğrafi әhatәsi

Diqqət etmək lazımdır ki, şiə mərkəzləri (həmişə) fəqət İranda olmamışdır. Əsl həqiqətdə islamın əvvəl əsrlərindən, qərnlərindən başlayaraq şiə, Kufə, Yəmən, hətta Mədinə şəhərinin özü və Əli (ə)-a qarşı bəni-Üməyyə tərəfindən daim zəhərli təbliğatlar aparılan Şam (Dəməşq) şəhərlərində də, müxtəlif mərkəzlərə malik olmuşdur. Hərçənd İraq ölkəsində mövcud olan geniş vüsət almış şiə mərkəzlərilə müqayisə oluna bilməsə də, bu şəhərlər şiələrə məxsus mərkəzlərə sahib olmuşdur.

Geniş Misir torpağı da, həmişə şiə qruplarına malik olmuşdur. Hətta Fatimiyyə xəlifələri dövründə hakimiyyət şiələrə məxsus idi. İndi dünyanın müxtəlif ölkələrində şiə müsəlmanlarından ibarət çoxlu sayda qruplar, tayfalar yaşayır.

Səudiyyə Ərəbistanının «Məntəqətuş-şərqiyyə» adlanan bölməsində şiələrdən ibarət böyük bir əhali yaşamaqdadır ki, başqa müsəlman qrupları ilə sıx rabitəyə və mehriban əlaqəyə malikdirlər. Bu bir haldadır ki, İslam və insaniyyət düşmənləri, daim dünya müsəlmanları arasında təfriqə salmaq, şiə və qeyri-şiə qrupları arasında düşmənçilik, ədavət, ixtilaf, münaqişə, müharibə alovunu şölələndirmək üçün gecə-gündüz çalışmaqdadırlar. Onların məqsədi yalnız müsəlmanları

səh:95


1- [1] . «Tənqiyhul-məqal fi ilmur-rical», «Abdullah ibn Səba» bölməsi və həmçinin, digər məşhur rical kitabları
2- [2] . «Abdullah ibn Səba», müəllif: Əllamə Əsgəri

parçalayaraq, onları real qüvvədən heçliyə doğru sürükləməkdir.

Müasir əsrdə maddəpərəst Şərq və Qərbin müqabilində əzəmətli və danılmaz qüdrətə malik olan İslam dünyası, Qərb mədəniyyətinin yalan vədlərindən usanmış insanları özünə doğru çəkir. İslamın və insaniyyətin düşmənlərinin islam dünyasının inkişafı müqabilində yeganə silahı müsəlman qrupları arasında ixtilaf, çəkişmə, toqquşma, münaqişə alovunu yaradaraq onları zəiflətməkdir. Şübhəsiz, əgər bütün islam məzhəblərinin ardıcılları ayıq-sayıq olarsa və özlərinin hər bir addımlarında düşünülmüş şəkildə hərəkət edərlərsə, çox asanlıqla düşmənin bu hiyləsini dəf edə bilərlər.

Sözsüz ki, şiə məktəbinin özü də, əhli-sünnət məzhəbi kimi, müxtəlif firqələrə bölünmüşdür. Şiə məktəbinin ən məşhur və tanınmış firqəsi «12 imamçı şiə - Cəfəri məzhəbi»dir ki, şiələrin əksəriyyətini təşkil verir.

Şiələrin dəqiq sayı və onların digər müsəlmanlara nisbət olan miqdarı məlum olmasa da, bəzi mənbələrə əsasən, dünyada 200 yaxud 300 milyon şiə vardır. Və bu rəqəm dünya müsəlmanlarının 1/4 - i deməkdir.

76. Әhli-beyt (ә)-ın mirası

Şiə məktəbinin davamçıları İslam Peyğəmbəri (s. ə)-dən Əhli-beyt (ə)-ın vasitəsilə çoxlu hədislər rəvayət etmişlər. Həmçinin çoxlu sayda hədislər Əli (ə) və digər İmamlardan rəvayət olunmuşdur ki, bunlar şiə fiqhinin və maarifinin əsli mənbələrindən sayılır. O cümlədən, bu dörd tanınmış kitabı (ki, «kutubu-ərbəə» adı ilə məşhurdur) nümunə olaraq qeyd edə bilərik: «Kafi», «Mən la yəhzuruhul-fəqih», «Təhzib» və «İstibsar».

Bir daha təkrar etmək məqsədə uyğundur ki, söylədiyimiz məşhur kitablarda və yaxud digər mötəbər mənbələrdə mövcud olan hər bir hədis mütləq şəkildə dəyərli və etibarlı sayılmamalıdır.

Həqiqət budur ki, hər hədisin özünəməxsus «sənəd silsiləsi» vardır. Və bu hədisi rəvayət edən hər bir şəxsin barəsində

səh:96

«Rical kitabları»nda ayrıca olaraq bəhs edilmişdir. Əgər hədisin sənədinin silsiləsi, yəni onu rəvayət edən bütün şəxslər etibarlı sayılarsa, o hədis «səhih» dəyərli və mötəbər hesab olunacaqdır. Belə olmayan hədislər isə, zəif və şəkkli olduqlarına görə kənara qoyulacaqdır. Bütün bunlar yalnız «Rical elmi»ndən agah olan böyük alim və mütəfəkkirlər (mütəxəssislər) tərəfindən əncam verilməlidir.

Deməli, buradan aydın olur ki, şiə hədis kitabları, əhli-sünnət hədis mənbələrilə əsaslı şəkildə fərqlənir. Çünki əhli-sünnətin arasında ən məşhur olan «sihah» kitablarının, xüsusilə «Səhihi-Buxari» və «Səhihi-Müslim»in müəllifləri öz etiqadlarına əsasən, yəni əhli-sünnət əqidəsini məbna və əsas tutaraq doğru-düzgün saydıqları hədisləri bu kitablarda cəmləmişlər. Elə bu səbəbdən də, «Səhih» kitablarında yazılmış hər bir hədis əhli-sünnətin etiqadlarından xəbər verir.(1) Amma şiə hədisçilərinin məbna və əsası Əhli-beyt (ə)-ın hədislərini cəmləmək, eyni halda bu hədislərin hansının doğru və hansının yalan olduğunu «Rical elmi»nin öhdəsinə buraxmaqdır.

77. İki әzәmәtli kitab

Etimadlı və mühüm mənbələrdən hesab olunan «Nəhcül-bəlağə» kitabı şiənin ən əhəmiyyətli elmi irsindən biridir. Bu kitabı Seyyid Rəzi təqribən min il əvvəl yazmışdır. O, bu kitabda fəqət Həzrət Əli (ə)-ın kəlamlarını üç fəslə ayıraraq: «xütbələr - məktublar - qısa kəlamlar» şəklində bir yerə cəmləmişdir. Bu kitab o qədər ali məzmuna və gözəl ləfzlərə malikdir ki, dindən və məzhəbdən aslı olmayaraq onu diqqətlə oxuyan hər bir kəs, həmin kitabın ali məzmununun təsiri altına düşür. Biz arzu edirik ki, təkcə müsəlmanlar deyil, müsəlman olmayanlar da, «Nəhcül-bəlağə» oxuyaraq, onunla yaxından tanış olsunlar. Çünki bu kitabın vasitəsilə onlar, islamın «Tovhid», «yaranış və məad», «əxlaqi və ictimai məsələlər»də malik olduğu dəyərli maarifilə ətraflı olaraq məlumat əldə edərlər.

səh:97


1- [1] . «Səhihi Müslim» kitabının müqəddiməsi və «Fəthul-bari fi şərhi Səhihi-Buxari» kitabına müraciətlə

Şiənin digər böyük elmi irslərindən biri də, «Səhifeyi Səccadiyyə» kitabıdır. «Səhifeyi Səccadiyyə» olduqca ali, əzəmətli və dərin məzmunlu bir kitabdır. Bu cəhətdən o, «Nəhcül-bəlağə» kitabı ilə müştərək mövqelərə və dəyərlərə malikdir. «Səhifeyi Səccadiyyə» olduqca gözəl ifadələr və dərin mənalar daşıyan duaları özündə cəmləyir. Bu kitab insana öz Yaradanı ilə necə münacat etməyin və ibadətin tərzini öyrədərək, onun ruhunu və mənəviyyatını saflaşdıran ən ali bir vasitədir.

Adından məlum olduğu kimi «Səhifeyi Səccadiyyə» «Səccad» ləqəbi ilə məşhur olan (Səccad - «çoxlu səcdə edən» deməkdir) dördüncü İmamımız Əli ibn Hüseyn (ə)-ın dualarının məcmuəsidir. Biz Tanrı dərgahında onun əsl bəndəsi tək dua etmək istədikdə, Onun pak Zatının eşqini qəlbimizdə yaratmaq və bu yolda daha diqqətli olmaq üçün «Səhifeyi Səccadiyyə»yə müraciət edirik. Həqiqətdə, biz imamın müdrik dualarından, yenicə baş qaldıran yaşıl çəmənin və gülzarın, bahar səmasının yağmurlu buludları ilə daha da təravətləndiyi kimi, feyz alırıq.

Şiənin malik olduğu hədislərin əksəriyyəti ki, on minlərlə hədisi əhatə edir, beşinci və altıncı imamlarımız (İmam Məhəmməd Baqir (ə); İmam Cəfər Sadiq (ə)) tərəfindən və böyük bir qismi də, səkkizinci imamımız (İmam Rıza (ə)) -ın vasitəsilə nəql edilmişdir. Çünki onlar o biri məsum imamlarımıza nisbətən azad şəraitə sahib olaraq, islam maarifinin təbliğində daha əlverişli mühitə malik idilər. Belə ki, düşmənlərin, bəni-Üməyyə və bəni-Abbas hakimlərinin onları mütləq şəkildə təsir dairəsinə almaq, onlara əziyyət vermək imkanı az olduğundan, bu üç imamımız öz atalarının vasitəsilə İslam Peyğəmbəri (s. ə)-dən çoxlu hədislər nəql edə bilmişlər. Onlar islam maarifi, mədəniyyəti və fiqhi hökmlərdə misilsiz xidmət göstərərək müxtəlif hədislər söyləmişlər. Söylənilən hədislərin əksəriyyəti İmam Cəfər Sadiq (ə)-a məxsus olduğundan şiə məzhəbini «Cəfəri məzhəbi» də adlandırırlar. İmam Cəfər Sadiq (ə)-ın yaşadığı dövr zalım bəni-Üməyyə hakimlərinin zəiflədiyi və bəni-

səh:98

Abbas tayfasının xalqı kifayət qədər əsarətdə saxlamaq imkanından məhrum olduğu bir dövr idi. Dövrünün əvəzsiz dahisi sayılan İmam Cəfər Sadiq (ə) bu əlverişli şəraitdən ən gözəl formada istifadə etdi. Belə ki, O Həzrət (ə) islam fiqhi, hədis elmi, islam maarifi və s... şöbələrdə 4000 -ə yaxın şagird tərbiyə edə bildi.

Əhi-sünnətin «Hənəfiyyə məzhəbinin» tanınmış imamı və rəhbəri «Əbu-Hənifə» qısa bir cümlədə İmam Cəfər Sadiq (ə)-ı belə vəsf edir: «Mən İmam Cəfər Sadiqdən güclü olan bir fəqih görmədim!» («Təzkirətul-Huffaz Zəhəbi», c 1, s 166) Əhli-sünnətin «Malikiyyə məzhəbi»nin rəhbəri Malik ibn Ənəs özünün xütbələrinin birində belə söyləyir: «Mən uzun bir müddət İmam Cəfər Sadiq (ə)-ın yanına get-gəl edirdim. Və həmişə onu bu üç halətdən birində görürdüm: Ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxumaqla məşğul idi. Mənim etiqadıma görə İmam Cəfər Sadiq (ə)-dan istər elm, istərsə də, ibadət nəzərindən daha üstün-fəzilətli bir şəxsin olduğunu heç kim görməmiş və eşitməmişdir!» («Təhzibut-təhzib», c 2, səh 104; Əsəd Heydərinin «İmam Sadiq (ə) adlı kitabına (c 1 - səh 53) istinad edilmişdir.)

Təəssüflər olsun ki, bəhslərimiz çox müxtəsər və qısa şəkildə qurulduğuna görə, digər islam alimlərinin bizim məsum imamlarımız barəsində söylədikləri kəlamlardan bəhs etmək ixtiyarında deyilik.

78. Şiәnin İslam elmlәrindә rolu

Şiə islam elmlərinin yaranmasında mühüm və təsiredici rol oynamışdır. Bəzi alimlərin nəzərinə əsasən İslam elmləri «şiə»dən nəşət və sərçeşmə tutmuşdur. Hətta bu barədə müxtəlif kitablar yazılmış, çoxlu sənəd və dəlil-sübutlar aşkarlanmış, ortaya qoyulmuşdur. Amma biz belə deyirik: «Ən azı, şiə, islam elmlərinin yaranmasında olduqca əhəmiyyətli və təsiredici səhmə malikdir!» Və bizim bu əqidəmizə ən gözəl şahid və tutarlı dəlil şiə alimlərinin müxtəlif islam elmlərində yazdıqları kitablar, və yaratdıqları

səh:99

misilsiz elmi əsərlərdir. Fiqh və Üsul elmində olan minlərlə kitablar, həmçinin təfsir və Quran elmində, Əqaid, Kəlam və s... elmlər barəsində yazılmış, xüsusi dəyərə malik olan minlərlə kitablar bir daha şiənin islam elmində olan əzəmətli mövqeyini təsdiq edir. Bu kitabların bir çoxu bizim elmi kitabxanalarımızda və dünyanın tanınmış kitabxanalarında qorunub saxlanılır. Bizim iddiamızın doğru olub-olmadığında tərəddüd edən hər bir şəxs bu kitabxanalara müraciət edə bilər. Şiənin elmi kitabları daim göz önündədir. Şiə dünyasının tanınmış alimlərindən biri qeyd olunan sahələrdə yazılmış kitabların mündəricatını 26 cildlik bir kitabda bir yerə toplamışdır.(1) Onu da qeyd etmək lazımdır ki, söylənilən kitab on illər bundan qabaq yazılmış əsərlər haqqındadır. Müasir dövrdə yaradılan rəngarəng elmi əsərlər, həmçinin keçmiş alimlərin dəyərli və qiymətli əsərlərinin öyrənilməsi, başqa bir cəhətdən öz dövründə tayı-bərabəri olmayan əl yazmaların kəşf edilməsindən yaranan islam elminin yeni-yeni incəlikləri bu mündəricata daxil edilməmişdir!

79. Haqqa doğru.

Biz inanırıq ki, doğruluq, düzgünlük, əmanətdarlıq, vəfa, haqq, ədalət, səmimiyyət, humanistlik və insanpərvərlik İslam dininin ən başlıca və əhəmiyyətli əsaslarından biridir. Qurani-Kərim buyurur; «Bu (Qiyamət günü) doğru danışanlara sözlərinin doğruluğunun fayda verdiyi gündür!» (Maidə, 119)

Quranın bir çox ayələrindən məlum olduğu kimi, Qiyamət günü insan üçün ən yüksək mükafat, onun doğru və düzgün imana malik olduğuna görə, Allahın əhd-peymanlarına vəfalısına xətir veriləcəkdir; «Allahın hədəfi Sadiqlərə (doğruçulara) düzgünlüklərinə görə mükafat verməkdir!» (Əhzab, 24)

səh:100


1- [1] . Bu kitab «Əz-zəriətu ila təsanifiş-şiə» adlanır. Onun müəllifi məşhur müfəssir, mühəddis «Şeyx Ağa Bozorg Tehrani»dir. O, adı çəkilən kitabda 68 min cild kitabın ünvanını qeyd etmişdir.

Əvvəlki bəhslərimizdə qeyd olunduğu kimi, Quranın əmrinə əsasən müsəlmanlar özlərinin bütün yaşayışında məsum şəxslər və sadiq insanlarla birlikdə olmalıdırlar: «Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birgə olun!» (Tövbə, 119)

İslam dinində düzgünlüyə verilən əhəmiyyət Peyğəmbər (s. ə)-ə olunan bu əmrdə öz əksini tapır: «De, ey mənim Rəbbim, məni doğruçular-sadiqlərlə içəri daxil et və sadiqlərlə-doğruçularla birgə dışarı çıxart (tanıtdır!)» (İsra, 80) Elə bu səbəbdən də, islami rəvayətlərdə insanlara doğru göndərilmiş bütün peyğəmbərlərin hər əməlinin doğruluq, düzgünlük, əmanətdarlıq, ədalət və vəfa ilə doğrulduğu, sadiqlik və həqiqətlə dolu proqramlarla çıxış etdikləri daim vurğulanır. İmam Sadiq (ə) buyurur: «Allah-Taalanın göndərdiyi hər peyğəmbər doğru danışmağa, pis və yaxşıya qarşı əmanətdar olmağa əmr olunubdur.» (Biharul-ənvar, c 2, s104 və c 68, s 2)

Biz də, Qurani-Kərimin və islam rəvayətlərinin göstərişlərinə tabe olaraq, bu kitabın bəhs etdiyi mövzuları doğru-düzgün şəkildə həqiqəti araşdıraraq, sizlərə bəyan etmək üçün nəhayət dərəcədə çalışırıq. Ümidvarıq ki, Uca Yaradanın sonsuz rəhməti bizi bu yolda müvəffəq edəcəkdir. O, müvəffəqiyyət bağışlayanların ən yaxşısıdır!

80. Son söz

Oxuduğunuz bu kitab Əhli-beyt (ə) davamçılarının və şiələrin dini etiqadlarından ibarət qısa və müxtəsər məlumatları özündə cəmləyir. Bəhslərin olduqca müxtəsər və yığcam şəkildə qurulmasına baxmayaraq, şiələrin İslam dininin əsas və fərlərində olan əqidələri azacıq da olsa belə, təhrifə yol verilmədən bəyan edilmişdir. Oxuculara təqdim olunan hər bir əqidənin mənbə və sənədləri Qurani-Kərimin ayələrinə, cürbəcür rəvayətlərə və islam dünyasının tanınmış alimlərinin müxtəlif kitablarına əsaslanır. Lakin bəhslərin qısa və ixtisarlı olması bizi, bütün sənəd və mənbələrin sizə təqdim etmək imkanından məhrum etmişdir.

səh:101

Əziz oxucu, bu kitabda bəhs olunan mətləblərdən aşağıdakı nəticələrə yetişmək olar:

1. Gördüyünüz kitab şiənin etiqadlarını müxtəsər şəkildə sizə təqdim etmiş ən gözəl mənbədir. Oxuduğunuz bəhslər o qədər aydın, xüsusi diqqət və sadəliklə bəyan edilmişdir ki, məzhəbindən asılı olmayaraq hər bir kəs, hətta qeyri-müsəlmanlar belə, bu kitabçanın vasitəsilə şiə məzhəbinin əqidə prinsipləri ilə müxtəsər şəkildə tanış ola bilər. Onu da qeyd edək ki, bu kitab çoxlu zəhmətlər və ardıcıl səylərin nəticəsində tərtib olunmuşdur.

2. Unutmayın ki, bu kitab hər bir şəxsə höcəti tamamlayır. Deməli, bizim əqidəmizdən kifayət qədər məlumatı olmayan, qərəzli və bədxah mənbələrin fitnəsinə uyaraq özləri də, bilmədən şiə məzhəbinə töhmət vuranlar üçün heç bir bəhanə qalmamışdır.

3. Kitabda qeyd olunan «şiənin əqidə əsasları» bu firqənin digər islami firqələr ilə olan fərqinin, onlarla birgə həmkarlığa mane olmadığını, aydınlaşdırır! Çünki bu firqələr arasında olan müştərək nöqtələr olduqca çoxdur. Bəzi məsələlərdə olan fikir ayrılıqları və şəxsi zövqlər isə insan təbiətinin adi xüsusiyyətlərindəndir.

4. Biz bilirik ki, mənfur niyyətli düşmən daim müsəlman məzhəbləri arasında mövcud olan fikir ayrılıqlarını, ixtilafları qızışdıraraq və şişirdərək, Allahı, peyğəmbəri, Quranı, qibləsi və s. bir olan müsəlmanları müharibə alovuna doğru aparmaq istəyirlər. Hazırkı dövrdə islam ən müasir və kamil bir din olaraq dünyanın böyük bir hissəsini öz təsir dairəsinə almışdır. Kommunizmin süquta uğramasından sonra əlacı mümkün olmayan müxtəlif problemlər İslam dininin vasitəsilə öz həllini tapmaqdadır. Bu da, təbii ki, mənfur və bəd niyyətli şəxslər üçün heç də ürəkaçan bir məsələ deyildir. Müsəlmanlar daim ayıq olmalı və pis niyyətli düşmənə öz çirkin məqsədinə yetişmək imkanını verməməli, daim vəhdət yolunda irəliləməlidirlər. Yalnız bu yolla biz həqiqi İslamı dünya xalqlarına tanıtdıra bilər və İslam dininin düzgün yayılması, tədrisi üçün yaranmış fürsətlərdən istifadə edə bilərik.

5. Biz inanırıq ki, islam dünyasında mövcud olan

səh:102

məzhəblərin tanınmış alimləri təfriqə və ayrılığa səbəb olan bir sıra etiqadi-fiqhi məsələləri səfa-səmimiyyətlə dolu, aram bir mühitdə birgə əyləşərək, elmi müzakirələr və qarşılıqlı anlaşma yolu ilə həll edə bilərlər. Bütün təfriqə doğuran məsələlərin bu yolla həll olunmasının mümkünlüyünü iddia etməsək də, bir çox ixtilaflı məsələlərdə mövcud olan anlaşılmazlıqların aradan qaldırılacağını söyləyə bilərik. Belə ki, bir sıra müsəlman ölkələrində əhli-sünnət və şiə alimlərinin birgə keçirdiyi konfranslar, elmi yığıncaqlar bir sıra ixtilaflı məsələlərə son qoya bilmişdir.

Və sonda əllərimizi Uca Yaradanın dərgahına uzadaraq belə dua edirik: «Ey Tanrı, bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla. Və iman gətirənlərə qarşı könlümüzdə düşmənçiliyə öyüc üçün yer vermə!» (Həşr, 10).

                                                                                  Amin!

səh:103

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109