İMAM HÜSƏYN (ə) VƏ AŞURA QİYAMI

KİTAB HAQQINDA

Kitabın adı: İmam Hüseyn(ə) və Aşura Qiyami

Müəlliflər: Tofiq Əsədov və Əfzələddin Rəhimov

Naşir: Beynəlxalq əl-Mustəfa(s) Universiteti

Çap tarixi: 2010

Çap növbəsi: Birinci

Tiraj: 2000

ISBN: 978-964-195-072-1

© Kitabın bütün hüquqları naşirə məxsusdur

Ünvan:

Sale Centers

˜ No. Qom, Shuhad Square, Hujatiyeh Street, In front of Hujatiyeh School, Al-Mustafa(s) International Bookstore

Tele fax: 0251-7730517

˜ No.Two Bookstore Of Al-Mustafa International University Publications; next to Jameat Al-Ulum, salariyah T-Junction, Ameen Blvd, Qom, iran

Tel/Fax: 0098251 2133106 / 0098251 2133146

WWW.MIUP.IR , WWW.ESHOP.MIUP.IR

E-MAIL: ADMIN@MIUP.IR, ROOT@MIUP.IRI

səh:1

İŞARƏ

بسم الله الرحمن الرحیم

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

TəDQIQAT şöBəSI

səh:2

İMAM HÜSEYN(ə) VƏ AŞURA QİYAMI

_(suallar və cavablar)_

Müəlliflər:

  TOFİQ ƏSƏDOV

ƏFZƏLƏDDİN RƏHİMOV

səh:3

səh:4

NAŞİRDƏN

Tarixin ən önəmli hadisəsi olan "Aşura vaqiəsi" təkcə böyük bir hadisə yox, eyni zamanda böyük bir mədəniyyətdir. Bu mədəniyyətin ən böyük cilvəsi, zülmün qarşısında əyilməmək, haqq, ədalət və mənəviyyatın dirçəlməsi uğurunda daim mübarizə aparmaqdır. Həyatda izzətlə, şərəflə, mərdcəsinə yaşamaq və yalnız Uca Yaradanın qarşısında baş əymək kimi prinsiplər də, bu vaqiənin bir  mədəniyyət olaraq önəmli çağırışlarından sayılırlar. Deməli sadaladığımız müqəddəs duyğuları sabit şəkildə insanlarda qoruyub saxlamaq üçün, bu hadisəni, dini və vicdani bir borc kimi, həmişə xatırlamaq lazımdır. Elə bu məqsədlə sizə təqdim o  lunan  bu dəyərli əsər, Beynəlxalq əl-Mustəfa(s) Universitetinin doktorantları Tofiq Əsədov və Əfzələddin Rəhimov tərəfindən qələmə alınmışdır.

Universitetinin tədqiqat şöbəsi hörmətli müəlliflərə və kitabın işıq üzü görməsində zəhməti olmuş hər kəsə dərin təşəkkürünü bildirir.

           BEYNəLXALQ əL-MUSTəFA (S) Universtiti

                              TəDQIQAT şöBəSI

səh:5

səh:6

MÜNDƏRİCAT

Naşirdən. 5 [1]

GİRİŞ. 9 [2]

Nə üçün İmam Hüseyn Müaviyənin dövründə qiyam etmədi?. 19 [3]

Nəyə görə İmam Hüseyn Mədinə şəhərində qiyam etmədi?. 23 [4]

Nəyə görə İmam Hüseyn Məkkədə qiyam etmədi?. 27 [5]

İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi?. 31 [6]

İmam Hüseyn şəhid olacağını bilirdisə, niyə qiyam etdi?. 35 [7]

Nə üçün İmam Hüseyn ailəsini özü ilə qiyama apardı?. 39 [8]

Nə üçün kufəlilər İmam Hüseynə kömək etmədilər?. 43 [9]

Kufə şiələrindən İmam Hüseynə kömək edənlər oldumu?. 53 [10]

Nə üçün İmam Hüseyn düşmənindən bir gün möhlət istədi?. 55 [11]

Aşura günü hansı mühüm hadisələr baş verdi?. 59 [12]

Nə üçün İmam Hüseyn möcüzə ilə düşmənini məhv etmədi?. 73 [13]

İmam Səccadın Kərbəla qiyamında rolu nə olmuşdur?. 77 [14]

Kərbəla qiyamında qadınların nə kimi rolu olmuşdur?. 87 [15]

Aşura qiyamında Əhli-beyt xanımlarının rolu nə oldu?. 97 [16]

Aşura qiyamının nəticəsi nə oldu?. 111 [17]

Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi?. 121 [18]

Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?. 127 [19]

Nə üçün Aşura məclislərini əzadarlıqla qeyd edirik?. 131 [20]

Aşura mərasimləri Səfəvilər dövründən qalma adətdirmi?. 133 [21]

Peyğəmbər və səhabələr Aşura müsibətinənə ağlamışlarmı?. 137 [22]

İmamlarımız İmam Hüseyn müsibətinə ağlamışlarmı?. 141 [23]

Səhabə və tabein Aşura müsibətində ağlamışlarmı?. 147 [24]

Nə üçün İmam Hüseynin düşmənlərini lə`nətləyirik?. 151 [25]

Kərbəla qiyamı bizə nə öyrədir?. 157 [26]

İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?. 171 [27]

Niyə namaz qılarkən Kərbəla  möhürünə səcdə edirik?. 175 [28]

Quranda İmam Hüseynə aid ayələr mövcuddurmu?. 179 [29]

Peyğəmbər (s) İmam Hüseyn haqqında nə buyurmuşdur?. 195 [30]

İmam Hüseyn hansı mənəvi keyfiyyətlərə malik olmuşdur?. 203 [31]

İmam Hüseyn qeyri-müsəlmanlar baxımından. 223 [32]

İmam Hüseyndən müqəddəs kəlamlar 229 [33]

Mənbələr 239 [34]

səh:7

səh:8

GİRİŞ

İşarə

Bəzən elə düşünülür ki, "Aşura" günü İmam Hüseynin (ələyhis-səlam) məzlumcasına məğlub olduğu bir gündür. Halbu ki, İslam ideologiyasına əsasən, İmam Hüseynin (ə) səhabələri ilə birlikdə şəhid olması, qadın və uşaqlarının əsir düşməsi, bütün əmlakının düşmən tərəfindən qarətə mə`ruz qalması, məğlubiyyət demək deyil. İslama görə məğlubiyyət, insanın hədəfinə, məqsədinə və qarşısına qoyduğu səhih ideyaya yetişə bilməməsidir. Halbuki, İmam Hüseynin (ə) cinayət və fəsada bulaşmış xilafətə qarşı üsyanı, İslamı dirçəltmək, müsəlmanları qəflətdən oyatmaq, haqqı batildən ayırmaq və dinimizin ən önəmi göstərişi olan «əmr be-məruf» və «nəhy əz-münkər» pirinsipinə əməl etmək olmuşdur. Şübhəsiz ki, o Həzrət (ə) tarixdə misli görünməmiş əziyyət və müsibətlərə qatlansa da, öz hədəfinə çatmağı bacardı. Bununla da istədiyi qələbəni əldə etməyə nail oldu. Müsəlmanların İmam Hüseynə (ə) matəm tutub ağlaması isə o Həzrətə (ə) və yaxınlarına olan zülüm və işgəncələrə xatirdir. Sözsüz ki, bu matəmlər həmişə davam edəcək. Necə ki, müqəddəs peyğəmbərimiz Həzrət Muhəmməd (salamullahi ələyhi və

səh:9

alihi və səlləm) buyurmuşdur: «Doğrudan da Hüseynin şəhadəti mö`minlərin qəlbində elə bir hərarət yaradacaq ki, o hərarət heç bir zaman soyumayacaqdır.»

Əziz Peyğəmbərimizin (s) söylədiyi bu hədisin həqiqəti, imam Hüseynin (ə) şəhadətindən bu günə qədər islam dünyasının hər bir guşəsində müşahidə etdiyimiz kimi, bundan sonrakı əsrlərdə də müşahidə olunması danılmazdır. Allaha şükürlər olsun ki, azərbaycanlılarda da, digər müsəlmanlar kimi, həmişə İslam Hüseynə (ə) möhtəşəm şəkildə əzadarlıq etmiş və xatirəsini əziz tutmuşlar. Hətta, Məhərrəm, Səfər aylarında Kərbəla şəhidlərinin hörmətinə şadlıqları və toy-büsatları tərk edərək, sevgi və sayğılarını o Cənaba (ə) izhar etməyə çalışmışlar. Amma nəyə görə İmam Hüseyn Yezidə qarşı qiyama qalxdıdeyə düşünürüksə aşağıdakı mətləbləri nəzərdən keçirmək lazımdır:

İmam Hüseynin (ə) Müaviyənin ölümündən sonra Yezidin hökumətinə qarşı qiyama qalxmasının üç əsas amili var idi:

Birinci: Yezidin İmamdan (ə) beyət tələb etməsi:

İmam Hüseyn (ə) Müaviyənin cinayətlərini və məkrli fəndlərini xalqa açıqlasa da, Müaviyə öz məsləhətinə görə İmamı (ə) öz qarşısında toxunulmaz bir mövqe sanırdı. Müaviyə bu siyasətini ömrünün axırınacan davam etdirdi.

Nəhayət hicrətin 60-cı ilində Müaviyə ölərək cəhənnəmə vasil olur. Müaviyə öldükdən sonra onun oğlu Yezid hakimiyyət başına gəlir. O, dərhal Mədinənin hakimi Vəlid ibn Ötbəyə məktub yazaraq Hüseyn ibn Əlidən (ə) onun hökuməti üçün beyət almağı tələb edir. (1) O zaman ərəblər hakimiyyət, qiyam və bu kimi mühüm işlərində camaatdan və xüsusilə də tayfa başçılarından

səh:10


1- [1] . Şeyx Müfid, «İrşad», s ə h. 200.

onların işlərinə razılıq vermələrini tələb edirdilər. Və bu cür bir əmələ «beyət» deyirdilər. Təbiidir ki, əgər bir şəxs hansısa bir hakimə beyət edirdisə artıq ona qarşı qiyama qalxmırdı. Çünki bu iş kişilikdən uzaq idi. (1) Elə bunun üçün də Müaviyə ölməmişdən qabaq Yezidin gələcək hökuməti üçün bir çox tayfa başçılarından və görkəmli şəxsiyyətlərdən beyət almışdı. Lakin bu çirkin hökumət üçün İmam Hüseyndən (ə) beyət almağa cürət tapmamışdı. Və hətta oğlu Yezidə də vəsiyyət etmişdi ki, əgər Hüseyn ibn Əli (ə) səninlə beyət etməsə artıq israr etmə. Yezid isə hakimiyyətə gəldikdən sonra atasının vəsiyyətinə qulaq asmayıb Mədinənin hakimindən İmamdan (ə) beyət almağı tələb etdi. Əks təqdirdə yəni İmam (ə) bu hökuməti qəbul etməyib, beyət etməyərsə başının vurulub Şama göndərilməsini əmr etdi. (2)

Mədinənin hakimi İmamı (ə) yanına çağırtdırıb ondan Yezidin hakimiyyətini qəbul etmək üçün beyət istədi. İmam isə (ə) bu işə rədd cavabı verərək Yezidin müsəlmanlara xəlifə olmasını İslamın «fatihəsi» adlandırdı. Və sonda bu hökumətə qarşı qiyama qalxdı.

İmam Hüseynin (ə) məhz Yezidə qarşı olan qiyamına gəldikdə isə İmam (ə) bu qiyamın səbəbini belə açıqlayır: «Mən nübüvvət evindən və imamət ocağındanam. Mənə mələklər və İlahi rəhməti nazil olur. Allah bizim ailənin vasitəsi ilə fəth edib və bizim istəyimizlə tamamlayır. Yezid isə fasiq, şərabxor, cinayətkar və qatildir. Yezid açıq-aşkar şəkildə istədiyi bütün çirkin əməlləri etməkdən çəkinmir. Mənim kimi bir şəxs heç vaxt onun kimisi ilə beyət etməz.»(3)

səh:11


1- [1] . Ə li Ə sg ə ri, «İmam Hüseynin h ə yatı», s ə h. 123.
2- [2] . M ə h ə mm ə dhüseyn T ə bat ə bai, «İslamda şi ə », s ə h. 208.
3- [3] . «M ə qt ə lül-Hüseyn», s ə h. 131.

Gördüyünüz kimi İmam Hüseynin (ə) Yezidi müsəlmanların xəlifəsi kimi qəbul etməyib ona qarşı qiyam etməsinin səbəbi Yezidin İslam hakiminə layiq olmayan işlərə aşkar şəkildə əməl etməsi olmuşdur. Tarixdə yazılanlara əsasən, Yezid səfeh, sarsaq və xudbin olmuşdur. O, şərab içir,(1) zina edir və gününü it və meymun oynatmaqla keçirirdi.(2) Günahsız insanları çox asanlıqla qətlə yetirirdi. Və o, bütün bu çirkin işlərini xalqın gözü önündə yerinə yetirirdi.

Yezidin İslam dininə, vəhy və qiyamət gününə belə etiqadı yox idi. O öz şərab məclislərində həmişə özünün qoşduğu bu şeri oxuyurdu:

«Doğrudan da Bəni-Haşim hakimiyyətlə oynadı

Bir halda ki, nə vəhydən bir xəbər var nə qiyamətdən.»(3)

Yezid hətta İslam dininin əsas qanunlarını tapdalamaqdan da çəkinmirdi. O öz şerlərinin birində deyir:

«Əgər şərab İslam dinində haramdırsa,

Biz onu xristian dininə görə içərik.»(4)

Ömər ibn Rəbiə deyir: «Yezid atasının zamanında həcc ziyarətinə gedir və həcdən qayıtdıqdan sonra yenə şərab içməyə başlayır.»(5)

Müaviyə ölməmişdən qabaq Bəsrə şəhərinin valisi Ziyad ibn Əbiyhə məktub yazıb ondan bəsrəlilərdən Yezidin gələcək hökumətinə beyət almasını tələb edir.

səh:12


1- [1] . M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 18.
2- [2] . M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 77; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 164.
3- [3] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 164.
4- [4] . « Ə nsab ül- ə şraf», c. 2, s ə h. 3.
5- [5] . İbn Ə sir, «Kamil», c. 3, s. 318.

Ziyad onun məktubunun cavabında yazır: «Məktubunu aldım. Axı mən camaatı Yezidin beyətinə dəvət edərək onların rişxəndli suallarına necə cavab verim?! Onlar məndən Yezidin it və meymunbaz olduğu, qadın paltarı geyinib şərab içdiyi, gecə-gündüz rəqqasə qadınlarla əyləndiyi barədə soruşsalar nə cavab verim?»(1)

Yezid öz iyrənc əməllərindən utanmayıb hələ İmam Hüseyn kimi dahi bir şəxsiyyətdən öz hökuməti üçün beyət istəyirdi. Belə olan halda əgər İmam Hüseyn (ə) Yezidə beyət etsəydi, xalq İmam Hüseynə (ə) inandıqları üçün Yezidin bütün iyrənc, eybəcər əməllərini İslam dininə bağlayıb, İmam Hüseyn (ə) Yezidlə beyət edib və onu təsdiq edib deyə Yezidi dindar və onun hakimiyyətini dini hökumət sanacaqdılar. Bununla da İslam dini təhrifə uğrayacaqdı.

İmam Hüseyn (ə) İslamı təhrifdən qorumaq və müsəlmanları çaşqınlıqdan azad etmək üçün Yezidin hakimiyyətinə qarşı qiyam etdi.

İkinci: Kufəlilərin İmamdan (ə) kömək istəmələri:

Bəni-Üməyyənin zülm və cinayətindən təngə gəlmiş Kufə camaatı Müaviyənin ölümündən sonra İmam Hüseynin (ə) Yezidlə beyət etməyərək onun hakimiyyətinə qarşı çıxdığını eşitdikdə, İmama məktub yazıb onu özlərinə rəhbər seçdiklərini elan etdilər. İlk məktub hicrətin 60-cı ili, Ramazan ayının onunda İmamın (ə) Məkkədə Yezidin əleyhinə çıxışlar etdiyi zaman əlinə yetişdi. (2)

Kufənin tanınmış və görkəmli şəxsiyyətləri ardıcıl şəkildə İmama (ə) məktub yazıb onun Kufəyə gəlməsini və onlarla birlikdə Yezidin xilafətini devirməyi xahiş edirdilər. Hətta bir gündə İmamın əlinə 600 məktub

səh:13


1- [1] . İbn Ə sir, «Kamil», c. 3, s ə h. 505; «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 302.
2- [2] . Şeyx Müfid, «İrşad», s ə h. 203.

yetişirdi. Nəhayət on səkkiz min məktub Kufəlilər tərəfindən İmama (ə) yazıldı. (1)

İmam Hüseyn (ə) kufəlilərin atasına və qardaşına vəfasız qalmalarını bilsə də, bu qədər məktublar yazıb kömək istəyən camaata da etinasız qala bilmədi. Üzərinə böyük bir məsuliyyət düşmüş İmam Hüseyn (ə) əmisi oğlu Müslimi Kufəyə göndərib orada olan vəziyyəti onun vasitəsi ilə yaxından öyrənməyi məsləhət gördü.

Müslim ibn Əqil İraqa yola düşdü. O, Kufə şəhərinə çatdığı zaman camaatın dəstə-dəstə sevinclə onun üzərinə axışdığını gördü. Müslim məscidə daxil olduqda minlərlə kufəli onun arxasınca məscidə girib onunla beyət etdilər.

Müslim qırx günə qədər Kufədə qalıb oranın vəziyyətini yaxından öyrəndikdən sonra İmama (ə) belə bir məzmunda məktub yazır:

«Bu şəhərdə istənilən qədər sizi sevən və arxanızda duran könüllülər var. Kufəlilər hər bir cəhətdən sizə kömək etməyə hazırdırlar. Artıq Məkkədə qalmayın və yeni hökumət təşkil etmək üçün Kufəyə gəlin. »(2)

İmam Hüseyn (ə) zil-həccə ayının səkkizinə qədər Məkkədə qalıb xalqı, Yezidin müsəlmanlara hakimiyyət etməyə səlahiyyəti olmadığı üçün ona qarşı çıxmağa çağırdı. Və sonra Kufəyə tərəf hərəkət etdi.

Yezid Müslimin Kufədə camaatı başına yığıb İmam Hüseynə (ə) kömək üçün beyət aldığından xəbərdar oldu. O, dərhal Kufənin hakimi Noman ibn Bəşiri, Müslimin fəaliyyətlərinin qarşısını ala bilmədiyi üçün icra

səh:14


1- [1] . İbn Tavus, « Ə l-Lühuf», s ə h 15.
2- [2] . « Ə l- Ə xbarüt-t ə vil», s ə h. 219.

hakimiyyətindən kənarlaşdırıb onun yerinə qəddar dostlarından olan Ubeydullah ibn Ziyadı təyin etdi. (1)

Ubeydullah Kufə əhlinin qorxaq və ikiüzlü olduqlarını bildiyi üçün onları hədələyərək Müslimin ətrafından uzaqlaşdırıb və hətta onun əleyhinə qaldırdı. İş o yerə çatdı ki, İmam Hüseynə (ə) məktub yazıb onu Kufəyə dəvət etdilər, amma əllərinə silah götürüb İmamın yeganə nümayəndəsi Müslimi şəhid etdilər.(2)

İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdiyi yolda, öz zamanının məşhur şairlərindən olan Fərəzdəq ibn Qaliblə üzbəüz gəldi. Fərəzdəq İmama(ə) ərz etdi: «Ey Peyğəmbər balası, niyə kufəlilərə etibar edirsən? Onlar sənin əmioğlu Müslimi və onun tərəfdarlarını öldürdülər. »

İmam (ə) Müslümün şəhadət xəbərini eşitdikdə buyurdu: «Allah Müslimə rəhmət etsin! O, Tanrıya qovuşdu. Və öz vəzifəsinə düzgün əməl etdi. Artıq bu vəzifə bizim boynumuzdadır. »

Sonra İmam Hüseyn (ə) belə bir məzmunda şer buyurdu:

«Əgər dünya gözəldirsə, deməli axirət daha da gözəldir.

Hər bir insan ölürsə, qılıncla ölmək şərəfdir. »(3)

İmam (ə) bu şeri oxuduqdan sonra yoluna davam etdi. Və İmam (ə) belə də etməli idi. Ona görə ki, İmamın (ə) Kufəyə getməkdən başqa çarəsi yox idi. On səkkiz min «kömək istəyirik», «bizə rəhbərlik et» və bu kimi məzmunlarda yazılmış məktubları cavabsız qoymaq olmazdı. Hətta bəzi kitabların yazdığına görə İmama (ə) yazılmış məktublarda qırx min imza var idi. (4)

səh:15


1- [1] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 220.
2- [2] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 30, «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 213.
3- [3] . «K ə şfül-ğümm ə », s ə h. 183-184.
4- [4] . «Musirül- ə hzan», s ə h. 11, «Tarixi-İbni K ə sir» , c. 7, s ə h. 161.

İmam Hüseyn (ə) öz vəzifəsinə əməl etdi. İmamın (ə) Yezidə qarşı qiyam etməsində rol oynayan əsas amillərdən biri Kufə əhlinin İmama (ə) yazdığı məktubları cavabsız qoymamaq idi. Hərçənd ki, kufəlilər İmama (ə) qarşı vəfasız çıxıb onun «Mənə kömək edən bir kişi yoxdurmu? » fəryadına cavab vermədilər.

Üçüncü: Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək:

İmam Hüseynin (ə) qiyamında daha önəmli rol oynayan amillərdən biri də, əmr beməruf (yaxşılığa əmr etmək) və nəhy əz münkər (pislikdən çəkindirmək) olmuşdur. Daha dolğun desək, İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsinin əsl məqsədi, xalqı haqqa yönəltmək, İslam qanunlarını dirçəltmək və ölkədə islahat işləri aparmaqla zülmün, fəsadın və cinayətlərin kökünü kəsmək olmuşdur. Əslində onun (ə) Yezidlə beyət etməməsi və kufəlilərin dəvətini qəbul edərək onlara rəhbərlik məsuliyyətini öhdəsinə götürməsi də bu prinsip əsasında həyata keçmişdir.

Qurani-Kərim və dini rəvayətlərimizdə “əmr be məruf və nəhy əz münkər» məsələsinə olduqca çox əhəmiyyət verilmiş və imanı olan şəxsin bu işi tərk etməsinə Allahla düşmənçiliyə qalxmaq kimi baxılmışdır. (1)

Qurani-Kərim «əmr be məruf və nəhy əzmünkərin» əhəmiyyəti barəsində buyurur: «Sizin daha yaxşı ümmət olmağınız, yaxşılığa əmr edib pislikdən çəkindirməklə əlaqədardır.» (Ali-İmran, 110)

Müqəddəs kitabımız bütün ümmətə bu əməli vacib etməklə yanaşı bunun iş üçün xeyriyyə cəmiyyətlərinin fəaliyyət göstərmələrini də tələb etmişdir. Necə ki, buyurur: «Gərək sizin aranızda bir qrup insanlar birləşərək

səh:16


1- [1] . «Müst ə dr ə kül-v ə sail», c. 2, s ə h. 357.

xalqı xeyir işlərə dəvət edib, əmr beməruf və nəhy əzmünkər etsinlər... » (Ali-İmran, 104)

İslam dininin banisi Məhəmməd Peyğəmbər (s) bu haqda buyurur: «Tanrı dinsiz müsəlmanın düşmənidir». Bu zaman Peyğəmbərdən (s) soruşdular: Ey rəsulullah, məgər dinsiz müsəlman olar? Peyğəmbər (s) cavabında buyurdu: “Əmr beməruf etməyən müsəlman dinsiz sayılır. »(1)

Deməli İslam dininin prinsipinə əsasən, hər bir müsəlmanın dini və imanı onun zülmə qarşı mübarizəsi, xeyriyyə və islahat işlərində göstərdiyi səylərə bağlıdır. Və bu işi daha layiqincə yerinə yetirmək İmamın öhdəsinə düşür. Elə buna görə də İmam Hüseyn (ə) bu yolda özünün ən yaxınlarının şəhid olması və əzizlərinin əsir düşməsinə razı oldu.

İmam Hüseyn (ə) Mədinədən hərəkət etdiyi zaman qardaşı Məhəmməd ibn Hənəfiyyəyə belə bir vəsiyyətnamə yazır: «Qoy bütün dünya bilsin ki, mən nə şöhrət üçün, nə  fəsad törətmək üçün və nə də istibdada görə qiyam etmədim. Mən islahat üçün ayağa qalxdım. Mən qiyam etdim ki, yaxşılığa əmr edib, pislikdən çəkindirəm. Və cəddimin və atamın sünnəsini (sözlərini və əməllərini) dirçəldim. »(2)

Həmçinin İmam (ə) öz söhbətlərinin birində buyurdu: “Ey camaat, bilin ki, Bəni-Üməyyə dudmanı Allahın əmrlərinə yox, şeytanın fərmanına itaət edir.

Bu dudman, İlahi qanunlarını ayaq altda qoyub, istədikləri cinayəti törətməkdən çəkinmirlər. Bəni-Üməyyə tayfası Allahın halalını haram, haramını halal etmiş və Əhli-beytə (ə) məxsus olan hüquqları özlərinə

səh:17


1- [1] . «Biharül- ə nvar», c. 97, s ə h. 86.
2- [2] . «M ə qt ə li-Xar ə zmi», c. 1, s ə h. 188.

ixtisaslaşdırmışlar. Belə bir zamanda qiyam etmək hamıdan çox mənim öhdəmə düşür. »(1)

Gördüyünüz kimi İmam Hüseyn (ə) qiyamının əsas səbəbini islahat prinsipi əsasında həyata keçirtmişdir. O, dəfələrlə bu məsələyə toxunub xalqa belə müraciət edirdi: «Ey camaat Allahın Rəsulu (s) buyururdu ki, hər kim zalım sultanın Allahın haramını halal etdiyini, Peyğəmbərin (s) sünnəsinə qarşı çıxdığını, bəndələrə zülm edib və Tanrı əhdini sındırdığını görüb ona qarşı üsyan etməsə, Tanrı həmin zalım sultanın günahında onu da şərik edər... . »(2)

İqbal Lahuri deyir: «İmam Hüseyn (ə) düşünülmüş şəkildə, müsəlmanların izzətini, şərəfini qorumaq üçün şəhadətə hazır oldu.»(3)

səh:18


1- [1] . «Tarixi-T ə b ə ri», c. 7, s ə h. 234, « Ə l- Kamil», c. 3, s ə h. 280.
2- [2] . «Tarixi-T ə b ə ri»,, c. 4, s ə h. 305.
3- [3] . «Divani-İqbal Lahuri», s ə h. 103.

Nə üçün İmam Hüseyn Müaviyənin dövründə qiyam etmədi?

Bəni-Üməyyə tayfasının hakimiyyətə gəldiyi gündən bəri törətdiyi qarət və cinayətlər günbəgün müsəlmanların qəzəbinə səbəb olurdu. Dövlətdə yaranmış hərc-mərcliklər nəticəsində hətta bir qrup müsəlmanlar hiddətlənərək bu tayfanın şeyxi, üçüncü xəlifə olan Osmanı qətlə yetirdilər. Osmanın bir qrup müsəlmanlar tərəfindən öldürülməsi, əslində Bəni-Üməyyənin hiyləgər siması olan Müaviyə ibn Əbu Süfyanın xeyrinə tamamlandı. İyirmi il ərzində Şama hökumət edən Müaviyə, Osmanın qanlı köynəyini əlində bəhanə edib bayraq tutmaqla yeni xilafətə yetişmiş Həzrət Əlini (ə) bu qətldə təqsirkar tanıtmağa çalışdı. Təəssüflər olsun ki, o öz hiyləgər proqramları ilə bir çox müsəlmanları və xüsusilə də Şam camaatını aldada bildi. Və bununla da İslam hökumətinin daxilində yerləşən Şam şəhərində yeni dövlət təşkil etdi.

Hicrətin 40-cı ili Ramazan ayının 21-ci gecəsi Həzrət Əli (ə) şəhadətə yetişərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan İmam Həsən (ə) məscidin minbərinə çıxıb atasının fəzilətləri haqda söhbət etdi. Daha

səh:19

sonra imamət və rəhbərlik məqamının özünə aid olduğu barədə camaata anlayış verdi. Və bu rəhbərliyə boyun əyən xalqa buyurdu: «Hər kimlə müharibə etməyi məsləhət görsəm müharibə edəcək, yox əgər sülhü məsləhət görsəm sülh edəcəksiniz. Xalq bu şərti qəbul edərək İmamın rəhbərliyinə səs verdilər.

Şamda dövlətim içində dövlət qurmuş Müaviyə camaatın Həzrət Əlinin (ə) şəhadətindən sonra onun oğlu Həzrət Həsəni (ə) xəlifə seçdiklərini eşidib qəzəbləndi. Və İmamı (ə) tez bir zamanda devirmək üçün müxtəlif məkrli planlar hazırlamağa başladı.

İmam Həsən (ə) Müaviyəyə məktub yazıb ona nəsihət verdi. İmam (ə) Müaviyəni onun hakimiyyətinə itaət etməyə çağırdı. Müaviyə nəinki İmamın (ə) nəsihətini qəbul etmədi, üstəlik İmamla (ə) müharibə etmək üçün böyük bir qoşunla İraqa tərəf yola düşdü. Bundan xəbərdar olan İmam (ə) camaatı məscidə yığıb buyurur: «Müharibə üçün hazır olmalı, dininizi və şərəfinizi qorumalısınız.»

Rahatlıq sevən və döyüşə ruhən hazır olmayan müsəlmanlar giley və narazılıqla müharibəyə hazır olduqlarını elan etdilər. Bu vəziyyəti görən İmam Həsən (ə) buyurdu: «Mən Nüxeylə tərəfə hərəkət edirəm. Bilirəm ki, sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Lakin buna baxmayaraq kim istəyirsə mənimlə birlikdə döyüşə gəlsin.»

Elə İmam söylədiyi kimi də oldu. Nəhayət Müaviyə zilləti qəbul etməklə dünya rahatlığına yetişmək istəyən xalqı aldatdı. Hətta iş o yerə yetişdi ki, İmam Həsəni (ə) öz dəstəsindən olan bir nəfər yaraladı.

İmam Həsən (ə) artıq müharibə etməkdə heç bir fayda görməyib Müaviyə ilə sülhü qəbul etmək məcburiyyətində qaldı. Lakin İmamın (ə) Müaviyə ilə sülh etməsi ona tabe olub cinayətlərini qəbul etmək mənasına deyildi. Bu sülh

səh:20

yalnız atəşkəs xarakteri daşıyırdı. İslamın qorunması və müsəlmanların canının hifz olması naminə İmam Həsən (ə) tərəfindən imzalanmış sülh müqaviləsini İmam Hüseyn (ə) də imzaladı.

Bir müddət keçdikdən sonra İmam Həsən (ə) Müaviyənin hiylələri nəticəsində öz arvadı tərəfindən zəhərlənib şəhadətə yetişir. Və bununla da ümmətə İmamət və rəhbərlik etmək məsuliyyəti İmam Hüseynin (ə) öhdəsinə düşür.

İmam Hüseyn (ə) İslamın Müaviyə tərəfindən təhrif olunmasını bilsə də, Müaviyə özünü xalqa İslamın yeganə qurtuluşçusu kimi tanıtdırırdı. Buna görə də İmam (ə) çalışırdı ki, Müaviyənin hiyləgər simasını xalqa tanıtdırıb onları cəhalətdən ayıltsın.

İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) vaxtında Müaviyə ilə sülh müqaviləsinə imza atması və xalqın uzun müddət keçməsinə baxmayaraq Müaviyənin riyakarlıqlarına aldanıb onu dindar və xilaskar sanmaları, İmam Hüseynin Müaviyəyə qarşı qiyam etməsinə mane oldu. Buna baxmayaraq İmam (ə) Müaviyənin törətdikləri cinayətləri camaata anlatmaqla onu el arasında rüsvay etməyə çalışırdı. Bu məsələni İmamın Müaviyəyə yazdığı məktublara diqqət etməklə daha yaxşı başa düşmək olar. Elə bunun üçün də aşağıdakı bir neçə nümunələrə diqqət yetirmək lazımdır:

1) «Ey Müaviyə! Sən həmişə camaata kimliyi məlum olmayan İbni Ziyadı öz qardaşın və atanın haramzadə oğlu tanıtdırmadınmı? Doğrudan da sən zatının natəmiz olduğunu çox gözəl bilirsən. Və sənin kimilərin müsəlmanlara rəhbər olmağa səlahiyyəti yoxdur.»(1)

2) «Ey Müaviyə! Sən özünü xəlifə olmağa daha layiq bilirsən. Bir halda ki, sən Əzra çölündə Hicr ibn Ədiy və

səh:21


1- [1] . Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 76.

onun kimi dahi şəxsiyyətləri öldürdün. Bəli, sən qatilsən, üsyankarsan, səni cəzalandırmaq lazımdır. Sənin İslam ümmətinə xəlifə olmağa ləyaqətin yoxdur.»(1)

3) Müaviyənin və onun qəddar tərəfdaşlarının bolluq, firavanlıq və əyləncə içində yaşadığını, lakin yoxsul müsəlman xalqın isə bir tikə çörəyə belə möhtac olduğunu görən İmam (ə) hiddətlənərək, Yəməndən xəlifəyə hədiyyə aparan böyük karvanın önünü kəsdi. Karvanı Mədinəyə doğru yönəldib, bütün malları fağır və miskin insanlara payladı. Sonra Müaviyəyə belə məzmunlu məktub yolladı: “Hüseyn ibn Əlidən (ə) Müaviyəyə: «Allaha həmd və sitayiş olsun. Yəməndən sənə aparılan qiymətli hədiyyələrlə dolu karvan bizim yanımızdan keçirdi. Sənə çoxlu mal, qızıl-zinət əşyaları, ənbər və növbə-növ ətirlər gətirirdi ki, sən onları Dəmeşqdəki anbarlarına yığasan. Onunla xalqa aid olan mallarla atanın «övladları»nın qarnını doyurasan. Amma bu mallar mənə lazım oldu və hamısını müsadirə etdim. Vəssəlam.»(2)

4) «Sən Yezid kimi sarsağı müsəlmanlara rəhbər etmək arzusundasan. Və bu iyrənc əməlin üçün camaatdan zorla da olsa belə beyət alırsan. Bununla da sən İlahi dinini təhrif edib insanların taleyi ilə oynayırsan. »(3)

səh:22


1- [1] . «İmam ə t v ə t ə dbir», c. 1, s ə h. 183.
2- [2] . Baqir Ş ə rif Qür ə şi, «H ə yatül-İmamil-Hüseyn ( ə )», c. 2, s ə h. 166; «Nasixüt-t ə varix”, s ə h. 180; «Lisanül-mülk», c. 1, s ə h. 194; «N ə hcüş-ş ə had ə », s ə h. 258; «Lühuf», 30-31.
3- [3] . « Ə l-Kamil fit-tarix», c. 3, s ə h. 504.

Nəyə görə İmam Hüseyn Mədinə şəhərində qiyam etmədi?

Bu sualın dəqiq cavabını vermək üçün gərək o zamanın bütün şəraitini nəzərinizə çatdıraq:

1- O zaman Müaviyənin ölüm xəbəri bir çox şəhərlərə, o cümlədən də Mədinə şəhərinə gəlib çatmamışdı. Xalqın bu barədə heç bir məlumatı yox idi. İmamın (ə) bu xəbəri şəhərə yayması və onları Yezidin hökumətinə qarşı ayağa qaldırması üçün uzun zaman tələb olunurdu. Təbiidir ki, hökumət heç bir vaxt bu fürsəti İmamın (ə) ixtiyarına qoymazdı.

2- Müaviyə ölən zaman Mədinə şəhərində Yezidin çirkin simasını tanıyan insanlar çox-çox az idi. Camaatın əksəriyyəti Müaviyənin təbliğatı nəticəsində Yezidi xilafətə layiq bilirdilər. Hətta Müaviyə ölümündən qabaq bir çox şəxslərdən Yezidin hakimiyyəti üçün beyət almışdı.(1) Elə bu səbəbə görə də, İmam Hüseyn (ə) Yezidin Mədinə camaatı tərəfindən tanınması üçün bir müddət bu şəhərdə gözləməli idi. Lakin Mədinənin hakimi İmama (ə) vaxt vermir, onu Yezidin hakimiyyətinə beyət etməyə

səh:23


1- [1] . İbn Quteyb ə , « Ə l- İmam ə tü v ə s-siyas ə », c. 1, s ə h. 163.

məcbur edirdi. Buna görə İmamın (ə) Mədinəni tərk etməkdən başqa çarəsi qalmamışdı.

3- O zaman Bəni-Üməyyənin məşhur adamları o cümlədən Mərvan ibn Həkəm və onun xanidanı Mədinədə yaşayırdı. Sözsüz ki, onlar orada böyük qüdrətə malik olduqları üçün İmamın (ə) hər bir fəaliyyətinin qarşısını alıb, çox sakitcəsinə onu şəhid edərdilər. Bir halda ki, İmam Hüseynin (ə) hədəfi İslamı dirçəltmək və xalqı oyatmaq idi.

4- O zaman Mədinə şəhərinin əhalisi o qədər deyildi ki, onların vasitəsi ilə hökumətin əleyhinə güclü bir qiyam etmək mümkün olsun. Əksinə, bu şəhərin cəmiyyəti Kufə, Bəsrə və Şam kimi şəhərlərlə müqayisədə çox az idi.

5- Tarix boyu Mədinə şəhərində hökumətin əleyhinə baş verən bütün qiyamlar məğlubiyyətlə tamamlanmışdı. Məsələn, Mədinəlilərin hicrətin 63-cü ilində Yezidin hakimiyyətinə qarşı olan qiyamı tez bir zamanda dövlət tərəfindən susduruldu.(1) Həmçinin, bu şəhərdə Məhəmməd ibn Abdullah (Nəfsi Zəkiyyə)(2) və Şəhid Fəx kimi nüfuzlu şəxslərin qiyamı Mədinəlilərin müqavimətsizliyinə görə məğlubiyyətlə üzləşdi.(3) Bütün bunlar onu göstərir ki, bu şəhər dövlət çevrilişi üçün münasib deyildi. Bu məntiqə əsasən İmam Hüseyn (ə) qiyam etmək üçün gərək başqa şəhərə gedəydi.

6- Baxmayaraq ki, Mədinəlilər xüsusilə də «Ənsar», Əhli-beyti (ə) sevirdilər. Lakin onların sevgisi o həddə deyildi ki, Əhli-beyt (ə) yolunda öz canlarından keçməyə hazır olsunlar.

Ümumiyyətlə Mədinə camaatı «Səqifə» hadisəsində Əhli-beytə (ə) imanlarının möhkəm olmadığını göstərdilər.

səh:24


1- [1] . « Ə l-Kamilu fil-tarix», c. 2, s ə h. 593.
2- [2] . H ə min m ə nb ə », c. 3, s ə h. 574.
3- [3] . «Tarixi-Y ə qubi», c. 2, s ə h. 404.

Hətta Həzrət Əli (ə) onları beyət sındıranlara qarşı mübarizəyə çağıranda onların əksəriyyəti İmama (ə) müsbət cavab vermədikləri üçün İmam (ə) məcbur qalıb 400 nəfərlə(1) bir neçə min nəfərlik qoşunun üstünə getdi.

Həmçinin məlun Müaviyənin göstərişi ilə illərlə minbərlərin başında xətiblər tərəfindən Həzrət Əliyə (ə) lənətlər oxundu, lakin bu şəhərin adamlarından heç biri ayağa qalxıb ciddi şəkildə bu məsələyə etiraz etmədilər. Bir halda ki, onlar Əhli-beytin (ə) haqq olmasını bilirdilər. Belə olan halda İmam Hüseyn (ə) Mədinə camaatına necə etibar edib qiyam edə bilərdi?

7- O vaxt Mədinənin hakimi Vəlid ibn Utbə şəhərə ciddi şəkildə nəzarət edirdi. Hətta şəhərdə baş verən hər bir hadisədən tez bir zamanda xəbərdar olur və o hadisəyə münasib tədbir tökürdü. Sözsüz ki, İmam Hüseyn (ə) belə bir şəhərdə zalım hökumət əleyhinə hər hansısa bir hərəkət etsəydi, dövlət onun bu işini elə başlanğıcda da tamamlayardı. Halbuki, o zaman Kufə şəhərində belə bir ciddi rejim yox idi.(2)

səh:25


1- [1] . «Tarixi-Y ə qubi», c. 2, s ə h. 228.
2- [2] . «Suallar v ə cavablar», s ə h. 27.

səh:26

Nəyə görə İmam Hüseyn Məkkədə qiyam etmədi?

İmam Hüseyn (ə) Mədinəni tərk etmək məcburiyyətində qaldıqda ailəsi və yaxınları ilə birlikdə Məkkəyə tərəf yola düşdü. İmamın (ə) başlanğıcda digər şəhərlərə yox məhz Məkkəyə getməsi bir sıra dini, ictimai, siyasi və coğrafi səbəblərə görə idi ki, onların bəzisini nəzərinizə çatdırırıq:

1- Məkkə şəhəri İslamın ən müqəddəs şəhərlərindən sayılır. Bu şəhərdə Allahın evi Kəbə yerləşdiyi üçün Tanrı bu məkanın həmişə əmin-amanlıqda qalmasına əmr etmişdir. Necə ki, Qurani-Kərimdə buyurur: «Bu şəhərə daxil olan hər kəs əmniyyətdə qalmalıdır.»(1)

Elə bu prinsipə əsasən İmam Hüseynin (ə) Məkkə şəhərini başqa şəhərlərə tərcih verməsi daha məntiqə uyğun sayılırdı.

2- İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman xalqın çoxu Müaviyənin ölümündən və Yezidin hakimiyyətə gəlməsindən xəbər tutmamışdı. Bu xəbəri ümumi xalqa çatdırmaq üçün Məkkə şəhəri kimi böyük, giriş-çıxışlı və

səh:27


1- [1] . Ali İmran sur ə si ay ə 97.

yüksək əmniyyətli bir şəhərə ehtiyac duyulurdu. İmam Hüseyn (ə) bu ehtiyacı aradan qaldırmaq üçün Məkkə şəhərinə getdi. Həmçinin Məkkədən Kufə və Bəsrə kimi böyük şəhərlərlə rabitə saxlamaq daha asan idi.(1)

3- Məkkə şəhəri ziyarət şəhəri olduğuna görə ölkənin bütün yaxın və uzaq məntəqələrindən insanlar Kəbə evini ziyarət etmək üçün bu şəhərə təşrif gətirirdilər. Və xüsusi ilə də İmam Hüseynin (ə) Məkkə şəhərinə daxil olduğu vaxt vacib «həcc» əməlini yerinə yetirmək zamanına bir neçə ay qalırdı. İmam Hüseynin (ə) bu fürsətdən istifadə edib milyonlarla həcc ziyarətinə gələn insanlara öz qiyamının məqsədini bəyan etməsi zəruri idi.

Bunlardan əlavə İmam Hüseyn (ə) Məkkə şəhərinə getdiyi zaman hələ Kufə şəhərindən dəvət almamışdı. Təbiidir ki, belə olan halda İmamın (ə) Məkkə kimi əmniyyətli bir şəhərə getməsi daha məntiqə uyğun sayılırdı.

Nəhayət İmam Hüseyn (ə) hicrətin 60-cı ili Şaban ayının üçündə Məkkə şəhərinə daxil oldu.(2) Və Kufə şəhərinə gedənə qədər öz moizə və çıxışları ilə Məkkə camaatını və bu şəhərə gələn hacıları İslam qanunlarını dirçəltməyə dəvət etdi.

İmam Hüseyn (ə) hicrətin 60-cı ili Zilhiccə ayının səkkizi Məkkə şəhərini tərk edib Kufəyə tərəf yola düşdü.(3) Və hamının zehnində belə bir sual qaldı ki, nəyə görə İmam Hüseyn (ə) həcc əməlini yerinə yetirməyə bir gün qalmış Məkkə şəhərini tərk etdi? Bu sualın cavabını isə belə açıqlayırıq:

1- İmam (ə) Məkkə şəhərində qan tökülməsini istəmirdi:

İmam Hüseynin (ə) bəzi söhbətlərindən məlum olur ki, o Həzrət dövlət muzdurlarının onu qətlə yetirmək

səh:28


1- [1] . «V ə q ə tüt-T ə f», s ə h. 103.
2- [2] . H ə min m ə nb ə , s ə h. 88.
3- [3] . H ə min m ə nb ə , s ə h. 88.

istəmələrindən xəbərdar idi və İmam (ə) heç bir halda bu şəhərdə qan tökülməsini istəmirdi. İmam (ə) Məkkə şəhərinin İslam aləmində müqəddəs və əmniyyətli məkan olduğu üçün öz şəhadətinin də bu şəhərdən kənarda olmasını arzulayırdı. Necə ki, İmam Hüseyn (ə) İbni Abbasla söhbətində belə buyurur: «Mən istəyirəm ki, məni Məkkədə yox başqa şəhərdə şəhadətə yetirsinlər və mən belə bir şəhadəti arzulayıram.»(1)

Həmçinin O, Abdullah ibn Zubeyrə buyurdu: «And olsun Allaha ki, mənim üçün hər bir məkanda qanımın tökülməsi Məkkə şəhərində şəhid olmaqdan daha sevimlidir.»(2)

Məlumdur ki, İmam Hüseynin (ə) Məkkə şəhərində və ya Kərbəla çölündə şəhadətə yetişməsinin o Həzrətin dini vəzifəsini yerinə yetirməsində və mənəvi məqamında heç bir rolu yox idi. O Cənabın Məkkə şəhərinə bu qədər diqqət göstərməsi İslam dəyərlərinin qorunub saxlanması üçün olmuşdur. Baxmayaraq ki, bu mənfur işi zalım cinəyətkarlar həyata keçirəcəkdirlər.

2- İmam (ə) həcc zəvvarlarını heyrətləndirmək istədi:

Bildiyimiz kimi həcc ziyarəti İslam dininin ən çətin, eyni zamanda böyük əhəmiyyət daşıyan mədəni, ictimai və siyasi ibadəti sayılır. Kəbə evi tarix boyu insanların Allaha yaxınlaşma məkanı olmuşdur. Hətta İslamdan qabaqkı dinlər də bu evin Allaha məxsus olduğunu söyləmişdilər. İslam dini gəldikdən sonra isə həcc ziyarətinə xüsusi əhəmiyyət vermiş və imkanı olan surətdə həcc əməlini tərk edən müsəlmanı kafir saymışdır. Elə bu inanc əsasında müsəlmanlar əsirlər boyudur ki, dünyanın hər hansı bir güşəsində olmalarına baxmayaraq öz ölkə və şəhərlərindən Kəbə evinin ziyarətinə

səh:29


1- [1] . İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 159.
2- [2] . «V ə q ə tüt-T ə f” s ə h. 152.

gəlir və həcc əməlini yerinə yetirməklə öz bəndəçiliklərini Tanrı qarşısında nümayiş edirlər.

Əhli-beyt İmamları (ə) da bu ziyarətə xüsusi əhəmiyyət vermiş və heç bir zaman həcc əməllərini yerinə yetirməyin mənəvi ləzzətindən doymamışlar. Məxsusən, İmam Hüseynin (ə) bu əməlləri yerinə yetirməyə olan məhəbbəti müsəlmanların arasında məşhur olmuşdu. Hətta tarixçilərin yazdığına əsasən o Həzrət həcc səfərinə daha çox savab qazanmaq üçün iyirmi beş dəfə piyada getmişdir.(1) Lakin İmamın (ə) həccə bu qədər eşq bəsləməsinə baxmayaraq, o Həzrət həcc əməllərinin başladığı vaxtda Kəbə evini tərk edib Kufəyə tərəf yola düşdü və bu işi ilə bütün zəvvarları heyrətdə qoydu. Allahın evinin ziyarətinə gələnlərin hamısı soruşurdular: «Nə üçün İmam Hüseyn (ə) bu qədər həcc əməllərini sevən halda onu tamamlamadan Məkkə şəhərini tərk etdi? Görəsən İmam Hüseyn (ə) Yezidlə beyət etmədiyinə görə dövlət muzdurlarının o Həzrəti terror edəcəklərindən xəbərdar olduğu üçünmü həcc əməllərini yarımçıq qoydu? Axı necə ola bilər ki, Peyğəmbər balası Kəbə evində terrora məruz qalmasından amanda deyil? Bu necə İslam hakimiyyətidir ki, bu ölkədə nə Allahın evinin hörməti qorunur, nə də onun Peyğəmbərinin?» Və bu kimi suallar zəvvarların dilində gəzirdi. Bu da Yezidin qəsb etdiyi dövlətin hələ başlanğıcdan xalq tərəfindən xətərə düşməsi demək idi.

Beləliklə, İmam Hüseynin (ə) Məkkə şəhərini tərk etməsinin səbəbi ilk növbədə müqəddəs şəhərdə qan tökülməsinə mane olaraq, Tanrı evinin hörmətini qorumaq olmuşdur. Lakin onun həcc mövsümündə belə addım atması bu məsələni xalqa çatdırmaq və Yezidin hökümətinin terrorist olmasını onlara bildirmək üçün idi.

səh:30


1- [1] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 335.

İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi?

İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını qiyam etmədən öncə bilirdi. Allahın dinini qorumaq üçün hər şeyini qurban verməkdən başqa bir yolun olmadığını anlayırdı.

Ən əsası budur ki, o, həzrət Allah tərəfindən hər İmama əta olunmuş “qeyb-elmi” vasitəsilə bunu bilirdi. (1)

Bundan əlavə İslam peyğəmbəri Həzrət Məhəmməd (s) dəfələrlə İmam Hüseynin (ə) şəhid ediləcəyini tam təfsilatı ilə bəyan etmişdi. (2) Kərbəla müsibəti barəsində nəinki Həzrət Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də, bilirdi. (3) Belə olduqda isə İmam Hüseynin (ə) xəbərsiz olmasını söyləmək düzgün olmazdı. Qardaşı İmam Həsən (ə) də, vəfatından əvvəl ona belə söyləmişdi: «Ey qardaşım! Heç bir müsibət sənin qətlə yetiriləcəyin günə bənzəməz.

səh:31


1- [1] . Cin sur ə si, ay ə 26-27.
2- [2] . «M ə qt ə l- Xar ə zmi», c. 1, s ə h. 88; «K ə nzül-ümmal» c. 12, s ə h. 123, İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 192.
3- [3] . «M ə qt ə l- Xar ə zmi», c. 2, s ə h. 167; İbn Mac ə , «S ə hih», c. 2, s ə h. 518, «Müst ə dr ə k», c. 4, s ə h. 464.

Özünü Məhəmməd (s) ümməti sayan otuz minlik qoşun sənə hücum edər, öldürər, ailəni əsir tutarlar...»(1)

Onlar kufəlilərin vəfasız, e`tibarsız olduğunu söyləyərək, hətta kufəlilərin İmamı (ə) qətlə yetirmək haqqında artıq düşmənlərlə fikir ortaqlığına gəldiklərini də, xəbər vermişdilər. İmam (ə) isə onlara şəhid olacağını bildiyini buyurmuş və bu yolun ən düzgün seçim olduğuna tə`kid etmişdir.

Abdullah ibn Abbas İmam Hüseynin (ə) hüzuruna gələrək, belə demişdi: «Ey əmim oğlu! Mən sənin ayrılığına dözə bilmərəm. Qarşına məqsəd qoyduğun bu səfərdə, sənin şəhid olmağına və ailənin əsir düşməyinə qorxuram. Çünki iraqlılar vəfasız adamlardır. Onlara inanmaq olmaz... Əgər İraq xalqı məktubda yazdıqları kimi həqiqətən də səni istəyirlərsə, onda əvvəlcə şəhər valisini, öz düşmənlərini oradan qovsunlar. Sonra isə sən Kufəyə gedərsən. Sən Hicazın böyüyüsən, Məkkə, Mədinə əhalisi sənə çox ehtiram edir. Sən elə bu Məkkədə qal. Əgər Məkkədən getməkdə israrlısansa, yaxşı olar ki, Yəmənə gedəsən. Çünki atan Əlinin (ə) orada çoxlu şiələri var. Bundan əlavə Yəmən geniş, möhkəm qalaları, uca və əlçatmaz dağları olan bir məntəqədir.” İmam (ə) ona təşəkkür edib buyurdu: “And olsun Allaha, bunlar qanımı tökməyincə məndən əl çəkməyəcəklər. Məni qətlə yetirdikləri üçün Allah onlara elə bir şəxsi hakim edəcəkdir ki, zillətlə yaşayacaqlar...»(2)

Abdullah ibn Zübeyrin onu saxlamaq qəsdi ilə söylədiyi təklifin cavabında da İmam Hüseyn (ə) belə buyurdu: «Ey Zübeyrin oğlu! Əgər Fərat çayının

səh:32


1- [1] . Şeyx S ə duq,  « Ə mali» , s ə h. 115-116.
2- [2] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 384; « Ə l-Fütuh», c. 5, s ə h. 73; «M ə qt ə li-Xar ə zmi», c. 1, s ə h. 217; «Kamil» c. 2, s ə h. 546, « Ə nsabül- ə şraf», c. 3, s ə h. 162.

kənarında dəfn olunsam, mənim üçün Kə`bə astanasında öldürülməkdən daha yaxşıdır.»(1)

Məhəmməd Hənəfiyyə də, İmama Kufəyə getməməyi məsləhət görərək dedi: «Qardaş! Sən Kufə camaatının atan Əli (ə) və qardaşın Həsənə (ə) qarşı sədaqətsizliyinin şahidi oldun. Qorxuram ki, səninlə bağladıqları əhdi-peymana xilaf çıxsınlar. Yaxşı olar ki, oraya getməyəsən və Məkkədə qalasan. Yaxud da Yəmənə get.»

İmam ona belə cavab verdi: «Allahın rəsulu (s) yuxumda buyurdu: «Hüseyn (ə), qiyam et! Çünki Allah bunu istəmişdir. Allah sənin şəhid olmanı və ailənin əsir düşməsini iradə etmişdir.»(2)

Abdullah ibn Cəfər, Ömər ibn Əbdürrəhman, o dövrün məşhur ərəb şairi Fərəzdəq, bə`zi köçəri ərəblər də kufəlilərin hiyləsindən İmamı (ə) xəbərdar etmiş, « kufəlilərin qəlbi səninlə, amma qılıncları sənin əleyhinədir» kimi ibarətlərlə vəziyyətin ciddi olduğuna işarə etmişlər. İmam Hüseyn (ə) də öz növbəsində bütün bunları bildiyini buyurmuşdur. (3)

Deməli, o həzrət öz şəhadətinə tam agah idi. Bə`zi mənbələrə istinadla İmam Hüseynin (ə) Kərbəlaya hərəkət etməzdən qabaq Məkkə şəhərindəki nitqi də, buna əsaslı sübutdur: «Şükür Allaha layiqdir! Allah nə istəsə o da baş verəcəkdir. Allahın istəyi olmadan hökm verməyə qadir olan heç bir qüvvə yoxdur. Allahın rəsuluna (s) salamı olsun.

səh:33


1- [1] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 383;  c. 3, s ə h. 164.
2- [2] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 65; «Musu ə tü-k ə limatil-İmam Hüseyn ( ə ) » s ə h. 238; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 174.
3- [3] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 384; «T ə zkir ə tül-hüffaz», c. 1, s ə h. 338; Şeyx Müfid, «İrşad», c. 2, s ə h. 76; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 169.

Qızların boynuna boyunbağı lazım olduğu kimi insan övladına da ölüm vacibdir və ondan qaçıb qurtarmaq olmur. Yaqub peyğəmbər (ə) oğlu Yusifin (ə) görüşünə necə həvəsli idisə, mən də ata-babamı görməyi o qədər arzulayıram. Mənim üçün bir qətlgah təyin olunmuşdur və mən orada düşəcəyəm. Sanki çöl yırtıcılarının (Kufə qoşunu) Nəvasis və Kərbəla arasında yerləşən vadidə mənim bədən üzvlərimi tikə-tikə edərək, ac qarınlarını və boş xurcunlarını doldurduğunu öz gözlərimlə görürəm...  Agah olun! Kim bizim yolumuzda öz qanından keçməyə, Allahla görüşmək və canını şəhadət uğurunda qurban verməyə hazırdırsa, mənimlə gəlsin. Mən inşallah sabah sübh Kufəyə doğru hərəkət edəcəyəm.»(1)

səh:34


1- [1] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 53; «M ə sirül- ə hzan», s ə h. 21; «Musu ə tü-k ə limatil-İmam Hüseyn ( ə ) » s ə h. 364;

İmam Hüseyn şəhid olacağını bilirdisə, niyə qiyam etdi?

Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, peyğəmbərlər və imamlar adi həyatlarında Allahın onlara bəxş etdiyi  «elmi-qeyb»-ə (qeyb elminə) əsasən davranmırlar. Onlar da, digər insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman və məkan şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam peyğəmbəri həzrət Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə getmək üçün icazə istəyən Hənzələnin şəhid olacağını bilirdi amma ona döyüşə atılmağa icazə verdi. Bu İlahi ədalətin tələbidir.. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi. Allahın izni olmadan «Qeyb elmi» ilə bildiklərini gündəlik həyatda üzləşdiyi məsələlərə qatmazdı. Mübahisəli hallarda hökm verərkən də “qeybi elm” indən istifadə etməz və buyurardı: «Mən buradakı sübut və dəlillər əsasında hökm verirəm. Sizlərdən bə`zisi özünü zirəng, bacarıqlı bilib müsəlman qardaşının malını mənim hökmümlə mənimsəsə, o malın cəhənnəm odunun bir parçası olduğunu bilsin.»(1) Həmçinin İmam Hüseyn (ə) də öz vəzifəsini yerinə yetirdi.

səh:35


1- [1] . Hürr Amili, «V ə sailüş-şi ə », c. 2, s ə h. 20.

Qurani-Kərimin Bəqərə surəsi, 195-ci ayəsində: «Öz əlinizlə özünüzü təhlükəyə atmayın!» əmri isə «lazımsız yerə özünüzü təhlükəyə atmayın!» deməkdir. Bu əmr şəhadətin və özünü qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki dinimizin «Cihad» adlı daha vacib bir əmri vardır. Cihad İslam dinini qorumaq üçün Allah yolunda düşmənlərlə hərbi mübarizəyə deyilir. Bu yolda ölmək şərəf sayılaraq, şəhidlik məqamına layiq görülür. Qur`anda şəhidlər haqqında zikr olunan müxtəlif ayələrdə onların savabını Allahın özü verəcəyi və sair kimi əsrarəngiz həvəsləndirmələr mövcuddur. Belə olduğu halda tam qətiyyətlə ayənin cihada aid olmadığını söyləyə bilərik.

Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun əyməməyə çağıran Qurani-Kərim, «özünü təhlükəyə atma, zalımlara qul ol. Dinin məhvə uğrasada belə, onlara qarşı çıxma»- deyə əmr etməz. Deməli ayə lazımlı yerdə yox, gərəksiz vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa əmr edir. İmam Hüseynin (ə) qiyamı isə dinimizi nicat verən və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi.

Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni «özünüzü təhlükəyə atmayın;» yə`ni «cihaddan qaçmayın» kimi təfsir etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki şəhadətin əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı lazım bilir. (1)

Bir çox Qur`an ayələrində Allah yolunda özünü ölümə atmaq ibadət sayılaraq, əbədi səadətlə müjdələnir. (2) İmam Hüseyn (ə) də Allah-taalanın əmrinə boyun əyib, öz şəhadəti ilə ən ali səadətə nail oldu.»(3)

səh:36


1- [1] . Z ə m ə xş ə ri, «T ə fsiri-K ə şşaf»,c. 1, s ə h. 237.
2- [2] . B ə q ə r ə sur ə si, ay ə 54.
3- [3] . Seyyid ibn Tavus, « Ə l-M ə lfuf ə la q ə tlit-tafuf», s ə h. 100.

Necə ki, Qurani-Kərim buyurur: «Allah (cənnətin) əvəzində mö`minlərin canını və malını almışdır. O möminlər ki, Allah yolunda döyüşür, bu yolda ölürlər (də belələrindəndir). Bu Tövrat, İncil və Qur`anda söylənilən haqqın və`didir. Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki,

səh:37

səh:38

Nə üçün İmam Hüseyn ailəsini özü ilə qiyama apardı?

Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid olacağını, ailəsinin, qadın və uşaqlarının düşmən qoşununa əsir düşəcəyini və yüzlərlə əzablara qatlanacağını bilirdisə, bəs nəyə görə onları özü ilə apardı?

Bu sualın cavabını belə bəyan edirik:

1- İmam Hüseyn (ə) Yezidin cinayətkar və qəddar olduğunu bildiyi üçün öz ailəsini Mədinədə başsız qoymağa qorxdu. Ona görə ki, bu despot hökumət qadın və uşaqları girov götürüb İmamı (ə) öz hədəfindən saxlaya bilərdi. Yezidin isə qarşısına qoyduğu məqsəd Hüseyn ibn Əlidən (ə) hər bir yolla olursa-olsun beyət almaq idi. Hətta əgər bu iş İmamın (ə) arvad-uşağını girov götürüb zindana salmaqla belə mümkün olsaydı.

O zaman Mədinənin hakimi Vəlid ibn Utbə idi. Vəlid özü azacıq mülayim insan olsa da onun ətrafında olan Mərvan kimi canavarlar onu hər bir çirkinliyə vadar edirdilər. Elə İmamın (ə) qiyamı ərəfələrində Əhli-beytə (ə) düşmənçilikdə məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin olundu. O İmam Hüseynin (ə)

səh:39

şəhadət xəbərini eşitdikdə sevincindən bayram etdi. Və xalqa İmam Hüseynə (ə) əzadarlıq saxladıqlarına görə belə müraciət etdi: «Siz gərək yalnız Osman üçün ağlayıb ona əza saxlayasınız. Hüseyn ibn Əliyə yas tutmaq əbəs bir işdir.»(1) Hətta O, İmamın şəhadətindən sonra göstəriş verdi ki, Bəni-Haşimə aid olan evləri xarabalığa çevirsinlər.(2)

Təbiidir ki, İmam Hüseyn (ə) belə bir şəxsin hakim olduğu şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə qiyam etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də İmam (ə) məcbur qalıb ona yaxın olan bütün qadın və uşaqları özü ilə apardı.

2- İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının və onları Peyğəmbər (s) şəhəri sayılan Mədinədə qoymamasının mə`nası budur ki, Hüseyn ibn Əli (ə) bu hökumətin namuslu olmasına inanmır və Yezid kimi ləyaqətsiz adamın hakimiyyət etdiyi dövlətdən hər bir iyrənc iş gözləyir.

İmamın (ə) bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin dövlətinə böyük zərbə sayılırdı. Ona görə ki, İmamın bu işi ilə hamının zehninə belə bir sual gələcəkdi ki, nəyə görə Hüseyn ibn Əli (ə) belə bir ağır səfərə qadın və uşaqlarını da özü ilə apardı? Məgər Peyğəmbər balası bu dövlətə öz qadın və uşaqlarını belə etibar edə bilmir?

3- Bəzi rəvayətlərə görə İmamın (ə) ailəsini özü ilə aparması Tanrı istəyi ilə həyata keçdi. Uca Allah, o Həzrətin zalım hökumətə qarşı mübarizəyə qalxıb bu müqəddəs yolda şəhid olmasını və bu yolda ən əzizlərinin, bacısının, həyat yoldaşının, oğul-qızlarının və başqa sevdiklərinin onun kənarında bütün müsibətlərə qatlanmalarını istəmişdir. İmam Hüseyn (ə) Tanrının hər bir

səh:40


1- [1] . Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn ( ə ) », s ə h. 334.
2- [2] . H ə min m ə nb ə , s ə h. 335.

istəyinə əməl etdiyi kimi bu istəyinə də yüksək səviyyədə əməl edib bütün Əhli-beytini hətta yeni dünyaya gəlmiş körpəsini də özü ilə mübarizə yoluna apardı.

4- Hər bir qiyamın iki əsas  ünsürə ehtiyacı vardır ki, o ünsürlər bu qiyamın yaranması və əbədi yaşamasında böyük rol oynayırlar. O ünsürlərin biri fədakarlıq, şəhadət, digəri isə təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. Birinci ünsür qiyamın vücuda gəlməsi üçün nə qədər əhəmiyyət daşıyırsa, digər ünsür də bu qiyamın tarixdə yazılıb bəşəriyyətə necə çatdırılmasında o qədər əhəmiyyət daşıyır.

Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də Həzrət Zeynəb bu qiyamın fəlsəfəsini, Bəni-Üməyyənin törətdikləri cinayətləri, Kufə əhlinin İmamı (ə) tək qoymalarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar. Əgər onlar bu hadisəni təbliğ edib başqalarına çatdırmasaydılar, şübhəsiz hakimiyyətdə oturanlar İmam Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün hədəflərini aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir.

Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan əsas məntiqlərindən biri də, şəhadətindən sonra bu hadisənin fəlsəfəsini onlar tərəfindən xalqa çatdırmaq olmuşdur.

Xatırladaq ki, qeyd etdiyimiz bütün cavablar söylənilən sualın düzgün cavabı sayılır. Yəni, İmam Hüseynin ailəsini özü ilə aparmaqdan məqsədi onların hökumət tərəfindən girov götürülməməsi, bu hökumətin qeyrətsiz olmasını sübut etmək, Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən sonra onun fəlsəfəsinin xalqa olduğu kimi çatdırılmasını təzmin etmək olmuşdur.

səh:41

səh:42

Nə üçün kufəlilər İmam Hüseynə kömək etmədilər?

Bu sualın cavabını düzgün şəkildə anlamaq üçün o zamanlar Kufədə hakim olan ab-havanı yetərincə aydınlaşdırmaq lazımdır. Hər şeydən öncə unutmamalıyıq ki, Həzrət Əlinin (ə) xilafəti zamanı ona dayaq olmuş Kufə əhli ilə İmam Hüseynin (ə) qiyamı dövründə yaşayan kufəlilər arasında əsaslı fərqlər mövcud idi.

İmam Əlinin(ə) xəlifəliyi zamanı da, şiələr çoxluq təşkil etmirdilər. Buna Siffeyn döyüşündə ondan üz çevirən böyük bir kütlə, xəvaric də sübutdur.

Təkcə bunu qeyd etmək kifayətdir ki, Həzrət Əlinin (ə) xilafəti dövründə şiələr çoxluq təşkil etməsələr də, hərdəmxəyal kufəliləri döyüşə səsləyən və xalq arasında cəsur döyüşçü kimi tanınan cəsarətli, qorxmaz şiə sərkərdələri var idi. Başqa aparıcı rol oynayan amil isə, az da olsa Kufə əhli içərisində zalıma baş əyməyən, döyüş əhval-ruhiyyəli, dinini dünyaya satmayan bə`zi kufəlilərin mövcud olması idi. Onlar da, şiələr kimi İmam Əliyə (ə) xalqı döyüşmək üçün həvəsləndirməkdə kömək edirdilər. Məhz belə qüvvələrin nüsrəti sayəsində qorxaq, tənbəl və riyakar

səh:43

camaat olan kufəlilər öz daxili təşvişlərinə qalib gəlməyi bacararaq, ruh düşgünlüyünü kənara atıb, Həzrət Əliyə (ə) dayaq olmağa çalışırdılar. Yoxsa kufəlilər olduqca qorxaq, dünyapərəst və ikiüzlü bir camaat idi. Necə ki, Həzrət Əli (ə) buyurur: «Yazıqlar olsun sizə. Sizi danlamaqdan bezdim. Axirət əvəzində dünya yaşayışına razı oldunuzmu? Ucalıq əvəzinə alçaqlığa üstünlük verdinizmi? Sizi düşmənlərinizlə vuruşa çağırdığım zaman qorxudan gözləriniz bərəlir, sanki ölüm gəlib çatmış və sizi bəlalara uğratmışdır. Qəflətə dalmısınız, elə o qəflət də sizi sərxoş etmişdir...Heç bir şeyi dərk etmirsiniz. Nə qədər ki, bu belə davam edir, mənim sizə güvəncim yoxdur. Arxam, himayəçim deyilsiniz ki, sizə arxalanım, qolum-qanadım olmursunuz ki, sizə sığınım.Siz sarbanı itmiş dəvələrsiniz; bir yandan sürülüb bir yerə toplanır, o biri tərəfdən dağılırsınız..(1)

Nə qədər beli ağır yüklər altında əzilmiş cavan dəvələri yola gətirən bir adam kimi sizinlə əlləşib-vuruşum? Nə qədər bir köhnə paltarı təzələməyə çalışım; hər yanı cırılıb gedir. Bir tərəfdən tikirsən o, biri tərəfdən sökülür. Sayı az da olsa Şam ordusundan bir bölük silahlı adam gələn kimi hər biriniz evə girib, qapını bağlayır, siçan kimi deşiyə soxulursunuz. And olsun Allaha ki, yardım etdiyiniz hər kəs alçalmışdır. Kim sizinlə ox atsa, kirişi qırıq yayla ucluqsuz ox atmışdır. And olsun Allaha ki, siz evlərinizin qabağında çoxsunuz, bayraqların altında isə azsınız. Doğrudan da sizi nizam-intizama nə sala bilər? Əyriliyinizi nə düzəldə bilər?(2)

Ey kufəlilər, sizdə olan üç şeylə, sizdə olmayan iki şeyə görə dərdlərə düşdüm, qəmlərə batdım; qulaqlarınız var, amma sanki karsınız. Danışırsınız, amma güya lalsınız. Gözləriniz var, elə bil korsunuz. Döyüşdə azad

səh:44


1- [1] . «N ə hcül-b ə lağ ə », xütb ə 34.
2- [2] . «N ə hcül-b ə lağ ə »,  xütb ə 69.

igidlər kimi dəyanətiniz yoxdur. Bəla gələndə siz güvənməli adam deyilsiniz.(1)

Deməli Kufə camaatı çətin islah olunan, hər an ziddiyyətlə dolu yeni bir qərara gələn, eyni halda öz maddi mənfəətlərini hər şeydən üstün sayan insanlar idi.

Kufəlilərin bu xisləti yalnız İmam Əli (ə) və digər İmamlarımıza qarşı olmamışdır. Həqiqətdə Həzrət Əlidən (ə) öncə yaşamış xəlifələr də eyni rəftarla üzləşmışlər. Necə ki onlardan biri deyir: «Bundan böyük müsibət harada var ki, yüz min nəfərlik cəmiyyətlə birlikdə olasan, amma nə başçıları onlardan razı olsun nə də onlar başçılarından.»(2)

Bə`zən özlərini hamıdan ağıllı, dindar hesab edən, heç kimi bəyənməyən cahil kufəlilər döyüşün ən həlledici anlarında belə utanmadan Həzrət Əliyə (ə) qarşı vəfasız çıxaraq, onu düşmən müqabilində çətin vəziyyətdə qoymuşlar. Və döyüşdə məğlubiyyətə səbəb olmuşlar. Hər dəfə bir-birindən fərqli, təzad dolu fikirlərə düşən, sabit və davamlı iradəyə malik olmayan kufə əhlinin İmam Həsəni (ə) də, döyüş meydanında tənha buraxmalarını unutmaq olmaz.

Gördüyünüz kimi vəfasız Kufə əhli hətta şiələrin aparıcı rol oynadığı və bə`zi ləyaqətli kufəlilərin öndə getdiyi bir zamanda da, Məhəmməd peyğəmbərin (s) ən əziz, hamıdan çox sevdiyi şəxslərlə də, iki üzlü və riyakarlıqla davranmışlar.

Müaviyənin xilafəti zamanı isə onsuz da e`tibarsızlıq və sədaqətsizlikdə “ad qazanmış” kufəlilər daha da, alçalaraq qorxaq, dünyapərəst və cahil insanlara çevrildilər. Belə ki, Müaviyə sülh müqaviləsini tapdalayaraq onlara şiddətlə zülm etməyə başladı. Qəddarlığı ilə tanınmış Ziyadı Kufəyə

səh:45


1- [1] . «N ə hcül-b ə lağ ə », xütb ə 97.
2- [2] . «Biharül- ə nvar», c 100, s ə h 79-80.

vali tə`yin etdi. Ziyad onlarla amansızca davranır, müxtəlif işgəncələr verir, heç bir qayda-qanuna baş əyməyərək insanda ikrah hissi oyadan özbaşınalıqla rəftar edirdi. Kufə əhli səhvlərini anlasalar da artıq gec idi.(1) Sülh müqaviləsi bağlanmış, kufəlilər tərk-silah edilmiş və Şam qoşunları şəhərdə möhkəmləndirilmişdi. Beləliklə də, onlar zülmə boyun əyməyə məcbur oldu. Kufə valisi Ziyad isə Müaviyyəyə təkcə qarşı çıxanları deyil, hətta ona məhəbbət bəsləməyənləri də, ən ağır cəzalara məhkum edirdi.(2)

Əhli-beytə eşqi olan hər kəs, əvvəlcə xilafətin hamıya tə`yin etdiyi maaşdan məhrum edildi.(3) Sonra isə Həzrət Əliyə (ə) hörmət bəslədiyi ehtimal verilən müsəlmanların evi xarabalığa çevrilir, özü və ailəsi inanılmaz işgəncələrə mə`ruz qalaraq, həbs edilirdi. (4) Əhli-beytin (ə) fəziləti haqqında hədis söyləmək qadağan edilmiş, hər namazdan və məscidlərdəki xütbələrdən sonra Həzrət Əliyə (ə) lə`nət oxumaq vacib olunmuşdu. (5) Lə`nət oxumayanların əli-ayağı kəsilir, dili boğazından çıxarılır, dar ağacına asılırdı. Ümumiyyətlə harada şiə tapırdılarsa min cür əzab-əziyyətlə öldürürdülər.(6)

Şiələr isə günahsız olaraq qətlə yetirilir, malı, canı, namusu tapdalanırdı. Onlarla xüsusi qəddarlıq və vəhşicəsinə rəftar olunurdu. Çoxsaylı şiələr məcburi surətdə Kufədən uzaqlara sürgün edildi. Demək olar ki,

səh:46


1- [1] . «Tarixi-İslam», c. 2, s ə h. 340.
2- [2] . «Tarixi-İslam», c. 11, s ə h. 43-44.
3- [3] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 3, s ə h. 15.
4- [4] . « Ə l-Mühb ə r», s ə h. 479; «Müxt ə s ə ri-tarixi-D ə meşq», c. 9, s ə h. 88; « Ə l- ə qdül-f ə rid», c. 5, s ə h. 11; « Ə l- Ə ğani», c. 15, s ə h. 44;
5- [5] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 254; «Kamil», c. 2, s ə h. 488; «R ə biül- ə brar», c. 2, s ə h. 186; «Müst ə dr ə ki-Hakim», c. 3, s ə h. 509;
6- [6] . « Ə l-Fütuh», c. 4, s ə h. 203; İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 11, s ə h. 44; «Müxt ə s ə ri-tarixi-D ə meşq», c. 9, s ə h. 90;

Kufədə daha şiənin tanınmış şəxsiyyətlərindən heç kim qalmamışdı... (1)

İllər beləcə keçirdi... Kufə əhli də, Müaviyənin düşünülmüş siyasəti nəticəsində ikiüzlü, qorxaq, dünyapərəst və mənfəətpərəst insanlara çevrilmişdi. Əli (ə) -ın dövründə az da olsa tapılan cəsur kufəlilərdən əsər-əlamət belə yox idi. Zülmə boyun əymiş bu müsəlmanlar Müaviyə öldükdən sonra kiminsə onları qurtaracağını gözlədilər. Onlar can və mallarını təhlükəyə atmadan asan bir qurtuluş ümüdündə idilər. Sanki Tanrı onlara mələk qoşunu göndərərək, möcüzə xəlq edib, Yezidi məğlub etməli idi.

Amma Müaviyənin ölümündən sonra süni şəkildə cür`ətlənən bu insanlar azadlıq yolunda vuruşa hazır olduqlarını iddia edir, özlərinə layiqli rəhbər axtarırdılar. Elə o zaman, İmam Hüseynin (ə) Yezidə bey`ət etmədiyini eşidib, çoxsaylı məktublar yazaraq onu Kufəyə də`vət etdilər. İş o yerə çatdı ki, orta hesabla gündə altı yüz, bütünlükdə isə on səkkiz min də`vət məktubu İmam Hüseynin (ə) əlinə yetişdi. (2) Kufəlilər İmamı də`vət edərək, son damla qanlarına qədər onunla birgə vuruşacaqlarını, onu əsla tərk etməyəcəklərini söylədilər.

Müaviyənin amansız zülmündən sonra çox az sayda şiənin mövcud olduğu Kufədə, inad dolu məktubları yazanlar kim idi?

1-Onların bə`zisi Həzrət Əliyə (ə) düşmən münasibət bəsləyən, lakin Müaviyə nəslinə daha çox nifrət edən xaricilər (xəvaric) idi. Və sadəcə olaraq rəqiblərindən birini aradan götürmək niyyətində idilər.

2- Bə`ziləri tayfa və qəbilə rəhbərləri idi. Onlar Kufəni Dəmeşq əvəzinə yenidən paytaxt edərək öz keçmiş

səh:47


1- [1] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 11, s ə h. 46.
2- [2] . «Biharül- ə nvar», c. 44, s ə h. 344.

nüfuzlarını geri qaytarmaq istəyirdilər. Elə bunun üçün də inqilabın Kufədə olmasını arzu edirdilər. Tayfaları da onlara tabe idi.

3-Məktub yazanların bir hissəsi keçmiş vəzifə sahibləri idi. Bu adamlar da, yenidən varlanmaq ümidində idilər.

4-Bir qism müsəlmanlar isə Bəni-Üməyyə tərəfdarları olsa da xilafətin onlara məhəl qoymadığını ə`namlar bəxş etmədiyni gördükdə, qisas almaq niyyətilə məktubu imzaladı. Onlar da, hakimiyyətin devriləcəyi təqdirdə mənsəb sahibi olacaqlarını düşünürdülər.

5-Böyük bir hissə isə sadəcə olaraq Əli övladlarını xilafətə layiq bilir, Bəni-Üməyyədən üstün sayırdı. Çünki Həzrət Əlinin (ə) ədalətli hökumətinin şirinliyini unutmamışdılar. Bunlar əzilmiş xalq kütləsi idi.

6-Bəzi Bəni-Üməyyə nəslindən olan müsəlmanlar da Yezidi dəstəkləyir, amma çox saylı kütlənin əleyhinə çıxmaqdan qorxaraq, məktubu imzalayırdı. Bununla bərabər gizli şəkildə Yezidə məktub yazaraq onu Kufədəki vəziyyətdən xəbərdar edirdi. (1)

7-Bu arada fəqət şiə adlanan çox kiçik bir qrup İmam Hüseynin (ə) imamətinə e`tiqad bəsləyərək, onun birbaşa Allah tərəfindən xilafətə layiq görüldüyünə inanır, bu yolda sidq ürəklə hər şeyini fəda etməyə hazır idilər.

Gördüyünüz kimi kufəlilər vahid hədəfə qulluq etmir, Həzrət Hüseyni (ə) yalnız öz maddi mənafelərini tə`min etmək üçün arzulayırdılar. Bunu yetərincə anlayan Yezid qəddarlıqda atasından heç də geri qalmayan Abdullah ibn Ziyadı Kufəyə vali tə`yin etdi. Bu kufəliləri qorxutmaq üçün birinci zərbə idi.

İbn Ziyad isə 500 atlı götürüb, Bəsrə şəhərinin ən nüfuzlu adamları ilə birgə özünü İmam Hüseynə (ə)

səh:48


1- [1] . « Ə l-Fütuh», c. 5, s ə h. 36;

oxşadaraq, Kufəyə daxil oldu. On minlərlə insan onu İmam zənn edərək qarşılamağa çıxdı. Onun Həzrət Hüseyn (ə) olmadığını görən Kufə əhli şok halına düşdü. Bu isə onları İmamın (ə) gələcəyindən naümid etmək və hakimiyyətin qüdrətini anlatmaq üçün ikinci zərbə oldu. İbn Ziyad ilk olaraq xalqı qorxutmağı qarşısına məqsəd qoydu və buna bir-neçə yolla nail oldu. O, Bəni-Üməyyənin keçmiş qüdrətinin yıxılmadığını inandırmaq üçün və guya dövlətin üsyançılardan əsla qorxmadığını bildirmək məqsədilə əmrlər verdi. O, hər kəsdən çox qəbilə başçılarının dünyapərəst olduğunu bilirdi. Elə buna görə də ilk əmri «Hər qəbilə başçısı ki, xilafətin müxalifinə öz tayfasında pənah verə və hətta dövlətə tanıtdıraraq, təslim etməyə öz evinin önündə dar ağacına asılaraq e`dam olunacaq» idi.(1) Sonra İbn Ziyad camaatı qorxutmaq üçün Şəbs ibn Rəbi kimi muzdurlardan da yetərincə bəhrələndi.(2) Ümumiyyətlə Kufədə iyirmi minə yaxın silahlı adamlar var idi ki, «Həmra» adlanırdı. Bu silahlı insanlar pul və mal müqabilində muzdlu şəkildə hər bir cinayətə əl atırdılar. İbn Ziyad öz çirkin niyyəti yolunda onlardan da, kifayət qədər istifadə etdi.(3)

İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqilin ətrafına toplaşmış bə`zi qorxaq müsəlmanlar, “İmam gəlməyəcək” deyə təşvişə düşərək, ondan ayrıldı.

Yezidin gizli tərəfdarları da öz növbəsində aşkarcasına İbn Ziyadın cəbhəsinə keçərək, onun dayağını möhkəmləndirdi.

İbn Ziyad xalqı cümə məscidinə toplayaraq onlara xütbə oxudu. Kufəlilərin bə`zisini qorxaq, bəzilərinin isə tamahkar olduğunu bilən İbn Ziyad əvvəlcə özünü onlara

səh:49


1- [1] . «İslam xilaf ə ti», c 26, s ə h 462; « Ə l- H ə yatül-ictimaiyy ə » s ə h. 250;
2- [2] . «T ə nzimatül-ceyşül- ə r ə bi», s ə h 92-93.
3- [3] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 323.

"mehriban ata" kimi tanıdaraq, Yezidə kömək edənlərin maaşlarının artırılacağını və qiymətli ənamlar veriləcəyini dedi. Vəzifəpərəst və dünyapərəst qəbilə başçılarına, həmçinin xilafətdən “küsmüş” Bəni-Üməyyə tərəfdarlarına çoxlu bəxşişlər və`d etdi. (1)

Belə ki, Kufədən qaçaraq İmam Hüseynə qoşulan İbn Ayzi şəhərin vəziyyəti haqqında belə məlumat verirdi: «Qəbilə başçılarına və nüfuzlu adamlara böyük məbləğdə rüşvət verildi. İnan ki, onların anbarları əla buğda ilə doldurulmuş kisələrlə aşıb-daşır. Onların hamısı İbn Ziyadla dost olaraq sənin əleyhinə döyüşməyə hər an hazırdırlar.»(2)

 Unutmaq olmaz ki, Kufəlilərin dolanışığı o zaman yalnız dövlət tərəfindən təyin olunmuş «əta» adlanan maaşda idi. Bu maaşı “ürəfa” adlı mənsəbə təyin olunmuş şəxslər verirdi. Onlarda əhalinin siyahısı var idi. Siyahiyə uyğun olaraq əta paylanırdı. Və elə bunun vasitəsi ilə də dövlət kimin üsyan etdiyinə nəzarət edə bilirdi. Bununla da üsyançıları maaşdan məhrum etmək asan bir iş idi. (Həzrət Əlinin (ə) dövründə bu maaş hamıya eyni miqdarda ədalətlə bölünsə də, digər hakimiyyət də olanların zamanında xilafət, hökumət tərəfdarlarına çox, müxaliflərə isə yox həddində verilirdi.) Aclıq və maddi çətinlik içərisində yaşayan böyük bir müsəlman kütləsi maaşlarının kəsiləcəyini və ya artırıla biləcəyini duyduqda dinini dünyaya satma ehtimalı böyük idi. Elə buna görə də, İbn Ziyad (3) Yezidə qarşı çıxanların maaşlarını kəsməklə, bütün mal-dövlətlərinin əllərindən alınacağını söyləməklə hədələdi. O, kəskin şəkildə İmam Hüseynə (ə)

səh:50


1- [1] . «V ə q ə tut-T ə f», s ə h. 125; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 227; « Ə l- H ə yatül-imamiyy ə », c. 5, s ə h. 254;
2- [2] . «V ə q ə tut-T ə f», s ə h. 174.
3- [3] . «H ə yatül-İmamil-Hüseyn ( ə )», c 2, s ə h 453; «Tarixi-T ə b ə ri», c4, s ə h 306; «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn», s ə h 432.

kömək edənlər rəhm etməyəcəyini dedi. Onsuzda qəlblərinə qorxu düşmüş kufəlilər, Şam qoşunlarının yolda olduğunu, yaxın günlərdə şəhərə gəlib çatacaqlarını eşitdikdə, vəhşətə gələrək, məscidi tərk etdi.

Hələ Müaviyə dövründə yüksək təchizatlı Şam qoşunlarının onlara verdiyi işgəncələri yada salan kufəlilər qorxaraq, üsyan niyyətlərinin olmadığını bildirdi.

Beləliklə də kufəlilər qorxu və tamah səbəbinə İbn Ziyada məğlub oldular. Yaltaq insanlar ona yaxınlaşmaq üçün sanki yarışa girişmişdilər. Dünyaya qul olan şəxslərdən başqa nəticə gözləmək də olmazdı. Bu qorxaq adamların bə`zisi hətta Kərbəlada İbn Ziyadın qoşununda yer aldığı zaman döyüşü kənardan izləyərək; «Allah Hüseynə (ə) kömək ol!» deyə ağlayırdı. (1) Bə`ziləriisə Yeziddən daha çox bəxşiş və hədiyyə almaq üçün Hüseyni (ə) öldürmək uğrunda bir-birilərini irəliləmək üçün canfəşanlıq edirdilər. Bir sözlə, onlar İmam Hüseyni (ə) öz dünya mənafelərini təmin etmək üçün Kufəyə çağırdı və elə dünya arzularına yetmək üçün də, onu tənha qoyaraq, düşməninə dəstək oldular.

Kufəlilər Hüseynin (ə) haqq yolda olduğunu çox gözəl anlayırdılar. Amma qorxu və dünya malı onlara Hüseynə (ə) kömək etməyə icazə vermədi. İbni Abdullah Aizinin söylədiyi kimi «Kufəlilərin qəlbi Hüseynlə (ə), amma qılıncları isə ona qarşı idi.»(2)

Necə ki, İmam Hüseyn (ə) Kərbəlada onlara müraciətlə buyurdu: «Siz məni də`vət etmədinizmi? İndi hamınız mənə qarşı çıxmışsınız. Mənim nəsihətlərimə qulaq asmaq istəmirsiniz. Bunun səbəbi haram maldan sizə bəxşiş və`d edilməsi və qarnınızı haramla doldurmanızdır. Buna görə qəlbləriniz möhürlənmişdir.»(3)

səh:51


1- [1] . Ə bdürr ə zzaq Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn», s ə h. 189.
2- [2] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 306.
3- [3] . «Biharül- ə nvar», c. 45, s ə h. 8.

səh:52

Kufə şiələrindən İmam Hüseynə kömək edənlər oldumu?

Keçən bəhslərimizdə bildiniz ki, Müaviyənin hakimiyyəti zamanı şiələrin çox hissəsi misli görünməyən amansızlıqla soyqırıma mə`ruz qaldılar. Onların qalan hissəsi Kufədən uzaqlara sürgün edildi. Demək olar ki, Kufədə çox az saylı şiə qaldı. Elə bu neçə nəfər də İmam Hüseynə (ə) kömək etməyə hazır olduqlarını bildirdilər. (1)

Qorxaq Kufəlilərin heç bir hərəkət etməyəcəyini gözəl anlayan Abdullah ibn Ziyad, az saylı şiələrin rəhbərsiz qaldığını bilsə də, onlardan çəkinirdi. Şiələrin Kufədən qaçıb İmam Hüseynə (ə) qoşulacağından ehtiyat edən İbn Ziyad şəhər qapılarını qorumaq üçün İbn Qeysin başçılığı altında beş yüz nəfərlik keşikçi əsgərləri tə`yin etmişdi. (2) Lakin bununla belə Yezid ibn Sabit və iki oğlu, Boreyd ibn Xəzir, Sə`d Ənsari, Əbul-Hətuf Ənsari, Ömər ibn Xalid, Sə`d Muvəlla, Əl-Aizi, onun oğlu, Cünadə Səlmani,

səh:53


1- [1] . Xar ə zmi, «M ə qt ə l»,c. 2, s ə h. 192; Şeyx Müfid, «İrşad», c. 2, s ə h. 240; «M əə l-Hüseyn fi nehz ə tihi», s ə h. 77.
2- [2] . «M əə l-Hüseyn fi nehz ə tihi», s ə h. 176.

Nafe` Cəməli, Həbib ibn Məzahir, Həccac ibn Məsruq, Sə`d ibn Abdullah, Müslim ibn Ovsəcə, Müslim ibn Kəsir, İbn Səmamə, Qasid ibn Züheyr, onun iki qardaşı, Əbu Səmamə Ömər Saidi, Ömər ibn Qərzəe Ənsari, Abdullah ibn Roə, Əbdür-rəhman ibn Urvə, Abdullah ibn Əmir və digər cəsarətli şiələr Kufədən qaçaraq İmam Hüseynə (ə) qoşuldular. Və Aşura günü imamla birgə şəhid oldular. Kufədən qaça bilməyən bə`zi şiələr isə Yezidin qoşununa qoşularaq Kərbəlaya gəlib orada Həzrət Hüseynin (ə) dəstəsilə birləşərək şəhid oldular. Noman ibn Ömər, Hüllac ibn Ömər, Məsud ibn Həccac, Əbdürrəhman ibn Məsud da belələrindən idi.

Bəzi Kufə şiələri də, İmam Hüseynin (ə) məktublarını yetirən elçilər idi. Onlar axır nəfəslərinədək İmama (ə) sədaqətli olmuş, ən ağır işgəncələrə dözərək, öz şiə dostlarının məktublarını düşmən əlinə keçməsinə imkan verməmişdirlər. Və böyük rəşadət nümayiş etdirərək şəhid olmuşlar. Abdullah Həmiri, Qeye Seydabi və başqaları buna misal ola bilər.

İbn Ziyadın qoşununa qoşulan kufəlilər arasında tam qətiyyətlə bir nəfər də şiənin olmadığını iddia etmək olar. Tarixdə qeyd olunmuş Muxtar Səqəfinin qisas aldığı kufəlilərin adları sırasında da, şiələrdən əsər-əlamət belə yoxdur.(1) Həmçinin İmam Hüseyn (ə) Kərbəlada düşmən qoşunlarına; «Ey Ali-Süfyan şiələri! Əgər dininiz yoxdur və qiyamət günündən qorxmayırsınız, heç olmasa azad insanlar olun!» deyə müraciət etmişdir. Onlara «şiələrim» deyə müraciət etməmiş və «düşmən şiələri» (tərəfdarları) adlandırmışdır. (2)

Bununla da, Kufə şiələrinin  İlahi imtahanından üzü ağ çıxdığını söyləyə bilərik.

səh:54


1- [1] . « Ə l-Fütuh», c. 5, s ə h. 143.
2- [2] . « Ə l-Fütuh», c. 5, s ə h. 85.

Nə üçün İmam Hüseyn düşmənindən bir gün möhlət istədi?

Aşuradan bir gün əvvəl yə`ni Tasua günü düşmən qoşunu Kərbəlada İmam Hüseyn (ə) və onun əshabını hər tərəfdən mühasirəyə aldı. Həzrət İmam Hüseyn (ə) qardaşı Abbasa dedi: «Qardaşım, get onlardan soruş ki, axı nə üçün bizim üstümüzə hücum çəkirlər?»

Həzrət Abbas bir neçə əsgər ilə qoşuna tərəf gedib soruşdu: «Nəyə görə bizi mühasirəyə aldınız?»

Düşmən qoşunu belə cavab verdi: «Bizə əmr olunub ki, bu gün sizə itaətsizliyinizə görə hücum edək.»

Həzrət Abbas İmamın (ə) hüzuruna gəlib onların sözünü qardaşına çatdırdı. İmam (ə) buyurdu: «Onların yanına qayıt de ki, bir gün bizə möhlət versinlər. Mən bu günü ibadətlə keçirmək istəyirəm. Tanrım bilir ki, mən namaz qılmağın, Qur`an oxumağın, dua və istiğfar etməyin aşiqiyəm.»

Cənab Abbas qardaşının buyurduğunu onlara çatdırdı. Ömər Səd öncə imtina etmək istəsə də, öz qoşunundan olan bir əsgər dedi: «And olsun Allaha, əgər başqa bir

səh:55

qəbilə bizdən bu xahişi etsəydi qəbul edərdik. Rəsulullahın (s) Əhli-beytinin sözünü nə üçün qəbul etməyək?»

Ömər Səd dedi: «Biz sizə sabaha qədər möhlət veririk. Əgər bizə itaət etməyi qəbul etməsəniz, hamınızı qılıncdan keçirəcəyik.»(1)

İmam Hüseynin (ə) öz düşmənlərindən döyüşü saxlaması üçün bir gün möhlət istəməsinin əxlaqi, mənəvi, etiqadi, həm də siyasi səbəblərinin olmasında heç bir şəkkimiz yoxdur. Biz isə bu səbəblərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq istəyirik:

1- Bu bir gün möhlət, İmam Hüseynin (ə) səhabələrinin azad və sərbəst düşüncə ilə o Həzrətin qarşısında şəhadət yolunu seçmələrini sübuta yetirdi. Həmin gün İmam Hüseyn (ə) axşam vaxtı yaxınlaşdıqda öz səhabələrini bir yerə yığıb onlara belə buyurdu: «Tanrıma hər bir nemətə və müsibətə görə şükr edirəm... Mən sizdən vəfalı və layiqli əshab, öz Əhli-beytimdən yaxşı Əhli-beyt tanımıram. Tanrım özü sizə kömək olsun. Əslində mən bu Kufə əhli haqqında başqa cür fikirləşirdim. Ona görə ki, onlar (öz yazdıqları məktublara əsasən) mənə itaət edib tabe olmalı idilər. İndi ki, iş bu yerə gəlibdir mən öz beyətimi sizdən götürürəm və sizi öz ixtiyarınıza buraxıram. Hər kim getmək istəyirsə gecənin qaranlığından istifadə edib gedə bilər. Çünki bu qoşunun yalnız mənimlə işləri vardır.»

İmam (ə) bu sözləri dedikdən sonra onun bütün yaxınları və səhabələri ayağa qalxıb dedilər: «Biz nəyə görə bu işi etməliyik? Məgər səndən sonra yaşamağın mənası vardırmı? Tanrı heç vaxt bizi səndən ayırmasın.»

İmam Hüseyn (ə) üzünü Müslim ibn Əqilin oğlanlarına tutub buyurdu: «Sizin ailənizdən Müslim kimi şəxsiyyət

səh:56


1- [1] . «K ə rb ə lada n ə l ə r oldu», s ə h. 279; « Ə ba Ə bdullahül Hüseynin ( ə ) h ə yatı”, s ə h. 171; «H ə zr ə t İmam Hüseynin ( ə ) yaşayışı», s ə h. 179.

şəhid oldu. Və bu müsibət sizin ailənizə kifayət edər. Siz çıxıb gedin, mən sizə icazə verirəm.»

Onlar İmamın (ə) cavabında ehtiramla dedilər: «Allah eləməsin biz səndən ayrı düşək. Biz əgər səni burada qoyub getsək camaata nə cavab verərik? İmamımızı düşmənlə tək qoyduğumuza görə xəcalət çəkməyəcəyikmi? Allaha and olsun ki, biz heç vaxt belə şərəfsiz iş görmərik. Qoy canımız və malımız sənin yolunda qurban olsun...»

Bu zaman İbni Ovsəcə İmama (ə) üzünü tutub belə söylədi: «Ey Peyğəmbər balası, biz sənə kömək etməsək Allah yanında üzüqara olarıq. And olsun Allaha ki, əgər məni yetmiş dəfə öldürüb diriltsələr yenə də sənin hüzurunda şəhid olmağı arzulayaram. Çünki, sənin yolunda şəhid olmaq əbədi səadətə qovuşmaq deməkdir.»

Digər səhabələr də bir-bir ayağa qalxıb öz istəkləri ilə İmama (ə) sadiq olduqlarını və bu işə görə fəxr etdiklərini bildirdilər.(1)

Əgər İmam Hüseyn (ə) düşməndən bir gün möhlət almasaydı, bəlkə də səhabələrinin bu qədər eşq ilə onun yolunda şəhid olduqlarını tarixin səhifələrinə həkk edə bilməyəcəkdi.

2- İmam Hüseynin (ə) öhdəsində olan İmamət və rəhbərlik məqamı onun insanları hidayət etməsində olan vəzifəsini bir neçə bərabər artırırdı. Ona görə ki, hər bir İlahi rəhbərin vəzifəsi başqalarını haqqa yönəltmək və onların dini, mənəvi dəyərlərə yetişmələri üçün şərait hazırlamaqdır. Elə İmam Hüseynin (ə) də öz düşmənlərindən bir gün möhlət alması onun bu İlahi vəzifəsinə sön dərəcə əhəmiyyət verməsinə dəlalət edir.

səh:57


1- [1] . Şeyx Müfid, «İrşad», s ə h. 250; İbn Ə sir, «Kamil», c. 4, s ə h. 24; «N ə fsül- m ə hmum», s ə h. 137.

Çünki, İmamın (ə) düşmən qoşunundan möhlət istəməsi, əslində onlara haqqa və imana gəlmələri üçün daha bir gün fürsət vermək idi. Lakin təəssüflər olsun ki, onlara verilmiş bu son şansdan belə yalnız bir nəfər, Hürr ibn Yəzid Riyahi istifadə edə bildi. Minlərlə dünya düşkünü olan insanlar isə, heç bir şəkildə haqq yoluna gəlmək istəmədilər. Bir halda ki, İmam Hüseyn (ə) və onun ətrafındakılar bu bir gündə düşmən qoşununun hidayət olması üçün əllərindən gələni əsirgəmədilər.

3- İmam Hüseynin (ə) öz düşməninə ağız açıb bir gün möhlət istəməsinin əsl səbəbi o gecəni sübhə kimi ibadətlə keçirmək idi. Necə ki, İmam (ə) Həzrət Abbasa deyir: «Qardaşım Abbas, get onlara de ki, bizə bir gün möhlət versinlər. Mən bu günü ibadətlə keçirmək istəyirəm...»

Bəli, Məhəmməd Peyğəmbərin (s) İmam Əlinin (ə) və Həzrət Fatimənin tərbiyəsini görmüş bir kişi heç vaxt ibadət və minacatdan doymur, ömrünü ibadətə sərf etməsinə baxmayaraq yenə də bir günü qənimət sayıb raz-niyaz etmək istəyir!

Rəvayətlərə əsasən, İmam Hüseyn (ə) oğlu Əli Əkbərə, səhabələrə hətta xeymədə olan qadınlara göstəriş verdi ki, o gecəni səhərə qədər namaz qılıb, Qur`an oxusunlar. Tanrı dərgahına dualar oxuyub istiğfar etsinlər.

Doğrudan da İmam Hüseynin (ə) bu davranışı onun nə qədər Allaha bağlı olduğunu göstərdi. O bu işi ilə bir daha namazın, Qur`anın, ibadət və münacatın əhəmiyyətini sübuta yetirib, onu özlərinə İmam, rəhbər seçən bütün insanlara örnək və ibrət dərsi oldu.

səh:58

Aşura günü hansı mühüm hadisələr baş verdi?

Aşura günü baş verən bütün anlar insanların yaşayışına böyük ibrət dərsi olduğu üçün vacib əhəmiyyət daşıyır. Lakin o gün baş vermiş hər bir hadisəni nəzərdən qaçırmadan şərh etmək, onlarla cild kitabın yazılmasını tələb edir. Elə bunun üçün də biz o hadisələrin ən mühümlərini ixtisarla bəyan edirik:

1- İmam Hüseynin (ə) müharibəyə təmkinlə hazırlığı

Tarixçilər İmam Hüseynin əsgərləri və həmçinin Ömər ibn Sədin başçılığı altında İmama (ə) qarşı döyüşə qalxan qoşunun sayı barədə müxtəlif fikirlər irəli sürüblər. Lakin İmam Hüseynin (ə) qoşununun yüz nəfərə çatmaması və düşmən qoşununun 6000 nəfərdən çox olması haqda heç bir ixtilaf yoxdur. Hətta bə`zi tarixçilər düşmən qoşununda olan əsgərlərin sayını 20-min, bəzən də 30-minə qədər yazmışlar.(1) Amma iki qoşunun sayı arasında olan bu böyük fərqə baxmayaraq, İmam Hüseyn (ə) öz 70-80 nəfər əsgərini 20-30 min qoşunun qarşısında inam və soyuqqanlılıqla nizamladı.

səh:59


1- [1] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 393; « Ə l-M ə naqib», c. 4, s ə h. 98.

İmam (ə) iyirmi nəfəri Züheyr ibn Qeyn ilə sağ cinahda yerləşdirdi. Özü isə digər əsgərlər ilə ortada durub onlara səbirli və vüqarlı olmağı tövsiyə etdi. Sonra mübarək əllərini göyə ucaldıb Tanrı ilə minacat etməyə başladı:

«Ey Rəbbim, sən mənim hər bir zaman güvəndiyim varlıqsan. Sən mənim ümid yerim, etimad bağladığım və çətinliklərdə sığındığım Tanrımsan. Elə çətinliklər var ki, onların qarşısında qəlblər sınır, səbirlər tükənir, dostlar ümidsiz və düşmənlər şad olur. Lakin mən belə anlarda həmişə sənə pənah gətirib sənə bağlanmışam...»(1)

2- İmam Hüseynin (ə) müharibəni birinci başlamaması

İmam Hüseyn (ə) Yezidin zülmkar və fəsadla dolu hökumətinə qarşı qiyama qalxıb e`tiraz etsə də, onun qoşunu tərəfindən müharibə və qan tökülməsinə birinci başlanmasına razı olmur. Tarixçilər bu barədə yazırlar:

«Aşura günü, hələ döyüş başlamamışdan əvvəl Ömər ibn Sədin qoşununda olan vicdansız əsgərlərin bəzisi İmam Hüseyn (ə) və onun tərəfdarlarına nalayiq sözlər yağdırırdılar. O şəxsiyyətsiz və alçaq əsgərlərdən biri də Şimr ibn Zilcövşən idi. O gün məlun Şimr üzünü İmam Hüseynə (ə) tərəf tutub qışqırdı: «Ey Hüseyn, hələ qiyamət günü çatmamışdan qabaq odda yanmaq arzusundasan? » İmam (ə) o məlunun cavabında buyurdu: «Ay cahil oğlu, sən cəhənnəm odunda yanmağa daha layiqsən.»

Bu zaman İmamın (ə) vəfalı əsgərlərindən biri olan Müslim ibn Övsəcə Şimri oxla vurmaq istədikdə İmam (ə) ona mane oldu. Müslim İmama (ə) dedi: « Ey mənim sərvərim, icazə ver bu kafiri öldürüm. O, qaniçən, qəddar, Allahın düşmənidir. Bu gözəl fürsət yaranmışkən onu öldürməyimə izin verin!» İmam Hüseyn (ə) buyurdu: «Mən müharibə və qan tökməyi birinci başlamaq istəmirəm.»(2)

səh:60


1- [1] . «Münt ə h ə l- ə `mal», Müh ə ddis Qumi,
2- [2] . « Ə l-Kamilu fil tarix», c.3 s ə h. 288.

3- Hürr ibn Yəzidin İmam Hüseynin (ə) tərəfinə keçməsi

Hürr ibn Yəzid Riyahi İmam Hüseynə (ə) qarşı çıxan Kufə qoşunundakı sərkərdələrdən biri idi. O, mərifətli insan olduğu üçün heç bir vaxt İmam Hüseynə (ə) qarşı ədəbsizlik etmədi. Elə bunun üçün də Allah-taala sonda onu haqqa yönəltdi. Bu əhvalat belə baş verdi:

Ömər ibn Sədin əmri ilə qoşun İmamla (ə) döyüşə hazırlaşdı. Bu anda İmam Hüseyn (ə) hamıya höccəti tamam etmək üçün ucadan fəryad çəkdi: «Bir kəs varmı ki, Allah yolunda bizə kömək etsin? Bir kəs varmı ki, Peyğəmbərin (s) hərəmini müdafiə etsin?» Hürr ibn Yəzid İmamın (ə) bu fəryadını eşitdikdə narahat olub qoşunun başçısı Ömər ibn Sədin yanına gəlib dedi: «Hüseynlə (ə) döyüşəcəksənmi?»

Ömər ibn Səd cavab verdi: « Bəli, Allaha and olsun, elə bir döyüş yaradacağam ki, ən azı bu döyüşdə onların başı boyunlarından və qolları bədənlərindən ayrılsın.»

Hürr bu sözləri eşidib çox pərişan halda bir kənara çəkilib fikrə qərq oldu. Hürrün həyəcandan bütün bədəni əsirdi. Onu bu halda görən Mühacir ibn Ovs dedi: «Ey Hürr, səni bu vəziyyətin məni ağlamağa məcbur edir. Əgər məndən Kufənin ən şücaətli kişisi barəsində soruşsalar səndən başqa heç kimin adını vermərəm. İndi mənə de görüm, niyə əsirsən?»

Hürr dedi: «And olsun Allaha, bu dəqiqə özümü «behişt» ya «cəhənnəm» seçimi arasında görürəm. Amma and olsun bizi Yaradana, behişti seçəcəyəm! Bədənimi parça-parça edib yandırsınlarda belə.

Sonra atına minib İmam Hüseynə (ə) tərəf hərəkət etməyə başladı. Və həmin anda əllərini başına çırpıb deyirdi: «İlahi, tövbə edirəm, tövbəmi qəbul et! Ona görə ki, sənin dostlarını, Peyğəmbərin nəvələrini qorxuzmuşam.»

səh:61

Hürr İmam Hüseynin (ə) yanına çatdıqda ədəblə dedi: Sənə canım fəda olsun! Mən səni çox incitdim, hətta sənin Mədinəyə qayıtmağına belə mane oldum. Doğrusu işin bura çatacağını bilmirdim. İndi tövbə edib Allah yoluna qayıdıram. Mənim tövbəm qəbul sayılırmı?

İmam Hüseyn (ə) buyurdu: «Allah-taala sənin tövbəni qəbul etdi. Atından en aşağı bizim yanımıza gəl.»

Hürr ərz etdi: «Ey mənim ağam, icazə ver atdan düşməyim və sənin düşmənlərinlə döyüşə gedim...»

İmam (ə) Hürrə icazə verir. Hürr Kufə qoşununun qarşısına keçib fəryad çəkərək deyir: «Ey Kufə əhli, ananız yasınızda ağlasın! Siz İmam Hüseyni (ə) dəvət etdiniz ki, sizə rəhbərlik etsin. Siz də onun kənarında zülmə qarşı müharibə edəsiniz. Lakin o sizin dəvətinizi qəbul edib gəldikdən sonra onu mühasirəyə alıb öldürmək istəyirsiniz? Siz vəfasızlar isə öz İmamınızın yolunu bağlayıb onun arvad, uşaq və dostlarının Fərat suyundan içmələrinə mane olursunuz. İndi onlar susuzluqdan taqətdən düşüblər.

Doğrudan da siz Peyğəmbərə (s) xəyanət edib onun Əhli-beyti (ə) ilə çox pis rəftar etdiniz. Əgər elə indi bu saat öz çirkin işinizdən tövbə etməsəniz. Tanrı qiyamət günü sizi layiq olan əzaba düçar edəcəkdir.»

Hürrün sözü bu yerə çatanda Kufə əsgərləri ona hücum etdilər. Hürr döyüşə başladı, onlardan bir neçəsini öldürdükdən sonra şəhadətə yetişdi. Hürrün mübarək bədənini İmam Hüseynin (ə) yanına gətirdilər. İmam (ə) onun üzündən toz-torpağı təmizləyib buyurdu: «Sən dünya və axirətdə azadsan, necə ki, anan sənin adını Hürr (azad insan) qoymuşdur.»(1)

səh:62


1- [1] . «H ə zr ə t imam Hüseynin ( ə ) h ə yatı», s ə h. 194.

4- Günorta namazının camaatla qılınması

Namaz, müqəddəs İslam dinində vacib əməllərin ən əhəmiyyətlisi sayılır. Ona görə ki, rəvayətlərdə namazı qəbul olmayan şəxsin başqa əməllərinin də qəbul olmaması bildirilmişdir. Məhəmməd peyğəmbər (s) namaz haqqında buyurur: «Namaz, dinin sütunudur. Əgər namaz qəbul olsa, insanın başqa yaxşı əməlləri də qəbul olunacaq. Yox əgər insanın namazı qəbul olmasa, onun başqa əməlləri də, Tanrı dərgahında qəbul olunmayacaqdır.»(1)

Gördüyünüz kimi, bu hədisdə namaz qılan insanın namazının qəbul olub olmamağından söhbət gedir. Və məlum olur ki, namaz qılıb pis əməllərə məşğul olan şəxsin namazı qəbul deyil. Amma namaz qılmayan və ya onu tərk edən şəxsin barəsində isə hədislərimizdə nankor, cəhənnəm əhli, Tanrı nemətlərinə küfr edən və bu kimi sərt ibarələr işlənmişdir.

Qurani-Kərim namazın faydasını belə bəyan edir: «Namaz qıl ki, doğrudan da (həqiqi qılınan) namaz, insanı çirkin və günah işlərdən saxlayır.»(2)

Vacib namazını müsəlmanların birliyinə xatir camaatla qılan şəxsin barəsində isə deyilən hədislər, doğrudan da hər bir müsəlmanı heyrətləndirir. Məsələn, Məhəmməd peyğəmbərdən nəql olunan bir rəvayətdə deyilir: «... Camaat  namazında iqtida edənlərin sayı nə qədər çox olsa, namazların savabı bir o qədər çox olacaqdır. Əgər camaat namazında iştirak edənlərin sayı on nəfərdən çox olsa, bütün göy qatları kağız, dəryalar mürəkkəb, ağaclar qələm, ins-cin və məlaikələr yazan olsalar belə namazın bir rükətinin savabını yazıb qurtara bilməzlər.»(3)

səh:63


1- [1] . «K ə rb ə lada n ə l ə r oldu», s ə h. 344.
2- [2] . Ə nk ə but sur ə si, 45.
3- [3] . « Ə hadis ün-N ə b ə vi», s ə h. 196.

İmam Hüseyn (ə) Mədinədən Kərbəlaya hərəkət etdiyi neçə ay müddətində bütün namazlarını camaatla bərpa edirdi. Hətta qanların yerin üzərində su kimi axdığı Aşura günündə belə, İmam Hüseyn (ə) camaat namazını bərpa etdi.

O gün İmam Hüseynin (ə) yaxın səhabələrindən olan Əbu Səmamə Seydavi günorta namazının vaxtının yetişdiyini görüb İmama (ə) yaxınlaşıb dedi: «Ya Əba Əbdullah, sənə qurban olum, namaz vaxtıdır!»

İmam (ə) başını tərpədib buyurdu: «Namazı yada saldığın üçün, Allah səni həqiqi namaz qılıb, zikr edənlərdən etsin. Bəli, namaz vaxtıdır!» İmam (ə) öz ətrafındakılara buyurdu: «Onlara deyin ki, namaz vaxtıdır. Namaz qılmaq üçün döyüşü dayandırmaq lazımdır.» Lakin düşmən İmamın (ə) bu təklifini qəbul etmədi. İmam (ə) isə qarşısındakı düşmənə, ətrafındakı möminlərə və qiyamət gününə qədər hər bir insana namazın və xüsusilə də camaat namazının əhəmiyyətini bildirmək üçün səhabələrinin namaza hazırlaşmalarına əmr etdi. İmam (ə) Züheyr ibn Qeyn və Səid ibn Abdullaha göstəriş verdi ki, bir neçə əsgər ilə camaat  namazının qabağında durub namaz qılanları düşmənin hücumundan qorusunlar. İmam (ə) günorta namazını digər səhabələr ilə birlikdə (xof namazı olduğu üçün) 2 rükət qıldı. Namaz qurtarana kimi onları qoruyan əsgərlərin bir çoxu düşmənin namərdcəsinə atdıqları ox və nizələrə məruz qalıb şəhadət məqamına çatdılar.(1)

5- Səhabələr və Bəni-Haşim cavanlarının şəhadəti

Aşura günü əshabın hamısı canlarını İmamları yolunda qurban verməyi özlərinə fəxr bilirdilər. Onlar deyirdilər: «Ey Peyğəmbər balası, əgər yetmiş dəfə ölüb-dirilək, yenə də sənin yolunda can verməyə hazırıq.»

səh:64


1- [1] . « Ə ba Ə bdullahül Hüseynin h ə yatı», s ə h. 124.

Onların hər biri döyüş meydanına getməmişdən əvvəl İmamın (ə) hüzuruna gəlib belə söylədilər: «Salam olsun sənə ey Peyğəmbər övladı.»

İmam (ə) onların salamının cavabını verib buyururdu: «Tezliklə sizə çatacağıq.»

Sonra bu ayəni oxuyurdu: «Onlardan bə`zisi şəhid oldu, bə`zisi isə şəhadət intizarında idi.»(1)

Səhabələrin şəhadətindən sonra növbə Həzrət Əlinin (ə), Cəfər və Əqilin oğullarına, həmçinin İmam Hüseynin övladlarına, qardaşı və qardaşı uşaqlarına çatdı. Bu nəsildən ilk şəhid olan şəxs İmamın (ə) böyük oğlu Əli Əkbər oldu. O, atasına yaxınlaşıb döyüşə getmək üçün izn istədi. İmam (ə) fikirləşmədən icazə verdi. Sonra buyurdu: «İlahi, özün şahid ol ki, sənin Peyğəmbərinə (ə) yaradılış və əxlaqi keyfiyyətlərinə görə ən çox oxşayan cavan döyüşə getdi.»

Əli Əkbər döyüş meydanına daxil olub düşmənlərdən bir neçə nəfəri öldürdü.

Əllamə Məclisi bu haqda yazır: «Əli Əkbər Kufə qoşunundan o qədər əsgər öldürdü ki, qoşun bu vəziyyətə dözə bilməyib şivən etdi.(2)

Nəhayət bu igid ona dəyən ardıcıl zərbələr nəticəsində taqətdən düşüb yerə yıxıldı. Əsgərlər onun üstünə tökülüb mübarək bədənini tikə-tikə etdilər.

Həzrət Əli Əkbərin şəhadətindən sonra İmam Həsənin oğlu Qasim döyüş meydanına tərəf hərəkət etdi. İmam Hüseyn (ə) cavan qardaşı oğlunun minlərlə qəddar qoşunun üzərinə getdiyini gördükdə ixtiyarsız halda ağlamağa başladı. Cənab Qasim İmamın (ə) bu gərgin vəziyyətini görüb ona tərəf qayıtdı. İmam Hüseyn (ə) onu

səh:65


1- [1] . Ə hzab sur ə si,. Ay ə 2.
2- [2] . «Biharül- ə nvar», c. 45, s ə h. 43.

bağrına basıb döyüşə getməsi üçün çox narahatçılıqla icazə verdi.

Həzrət Qasim meydana daxil olub döyüşə başladı. Düşmən qoşunundan bir neçə əsgəri öldürdükdən sonra başına dəyən qılınc zərbəsi nəticəsində yerə yıxıldı və «ey əmi!» deyə fəryad etməyə başladı. İmam Hüseyn (ə) qardaşı oğlunun fəryad səsini eşidən kimi meydana girib qoşunun üstünə cumdu. Və Qasimi başından yaralayan şəxsi öldürdü.

İmam Hüseyn (ə) haldan düşmüş Qasimi qucaqlayıb kövrəldi. Onlar hər ikisi ağladılar. Sonra cənab Qasim İmamdan (ə) yenidən meydana girməsi üçün icazə istədi. Lakin İmam (ə) ona izn vermədi. Qasim döyüşmək üçün o qədər yalvarıb ağladı ki, İmam (ə) məcbur qalıb öz sükutu ilə ona bu izni verdi.

Qasim döyüş meydanına girdi. Kufə əsgərlərindən bir neçəsini cəhənnəmə vasil etdikdən sonra aldığı zərbələr nəticəsində şəhadətə yetişdi.

İmamın (ə) bütün yaxınları şəhid olsalar da, onun son güvənci olan Həzrət Əbülfəzl Abbas yaşayır, İmamı (ə) və xeymələri qoruyurdu. Lakin artıq bütün cavanların şəhadətindən sonra Həzrət Abbas dözə bilməyib qardaşının hüzuruna gəlib dedi: «İzn ver mən də şəhid olum!»

İmam (ə) əziz qardaşından bu sözləri eşitdikdə ağlamağa başladı. Sonra buyurdu: «Qardaşım, sən mənim ələmdarımsan, əgər sən olmasan mən də olmayacağam. Amma əgər Tanrı hüzuruna getməyə tələsirsənsə, onda dodaqları qurumuş bu uşaqlar üçün bir az su gətir.»

Həzrət Abbas düşmənə tərəf hərəkət edib onlara nəsihət etməyə başladı. Lakin ürəkləri daşdan bərk olan qoşuna bu nəsihətin heç bir təsiri olmadı. Həzrət Abbas xeymələrə tərəf qayıtdı. Uşaqların susuzluqdan ağladıqlarını, sərinləmək məqsədi ilə boş su qablarını

səh:66

qarınlarına yapışdırdıqlarını görüb iztirabla buyurdu: «Gözümün işıqları, indi sizin üçün su gətirməyə gedirəm.»

Həzrət su tuluğunu götürüb atına mindi və Fərat çayına tərəf yollandı. Bunu görən qoşun onun su gətirməsinə mane olmaq üçün qarşısını almağa çalışdılar. Lakin Həzrət Abbas özünü suya çatdırdı. Susuzluğun şiddətindən ovcunu su ilə doldurub içmək istədikdə İmam Hüseynin (ə) və xeymələrdəki uşaqların susuzluğu yadına düşdü. Ovcundakı suyu boşaldıb tuluğu su ilə doldurduqdan sonra onu sağ çiyninə atdı. Sonra sudan çıxıb xeymələrə tərəf hərəkət etmək istədi. Lakin Həzrəti hər tərəfdən mühasirəyə aldılar. Onunla düşmən qoşununun arasında çox gərgin döyüş baş verdi. Həzrət Abbas çalışırdı ki, onları kənarlaşdırıb su meşkini xeymələrə çatdırsın. Elə o anda məlun Nofəl ibn Əzrəq arxadan hücum edib onun sağ qolunu bədənindən ayırdı. Həzrət Əbulfəzl özünü itirmədən su tuluğunu sol çiyninə atdı. Elə o əli ilə də düşmən qoşunu ilə mübarizəyə davam etdi. Bu dəfə məlun Həkim ibn Tufeyl xurma ağacının arxasından çıxıb Həzrətin sol əlini kəsdi. Həzrət çox zəhmətlə su tuluğunu dişinə alıb susuz uşaqlara çatdırmaq istəsə də atılan oxlar nəticəsində su tuluğu paralandı. İkinci ox onun mübarək sinəsinə batdı. Həzrət Abbas atından yerə yıxılıb «qardaşım Hüseyn!» deyərək fəryad etdi.

İmam Hüseyn (ə) özünü tez cənab Abbasa çatdırdı. Onu əlləri bədənindən ayrı və bədəninə dəymiş oxlar nəticəsində qana bulaşmış vəziyyətdə görüb buyurdu: «Artıq mənim belim qırıldı, çarəsiz qaldım.»

Sonra İmam (ə) xeymələrə tərəf qayıtdı. İmamın (ə) qızı Səkinə atasına tərəf qaçıb soruşdu: «Ata can, əmim Abbasdan bir xəbər varmı? Axı o bizim üçün su gətirməyə gedibdir...»(1)

səh:67


1- [1] . «Ali Muh ə mm ə d mat ə mind ə », s ə h. 303-309.

Xatırladaq ki, Aşura günü Həzrət Abbasın şəhadətindən öncə İmam Əlinin (ə) və onun qardaşı Cəfər və Əqilin oğulları qəhrəmancasına şəhid olmuşdular.

6- Düşmənin südəmər körpəni oxlaması

İmam Hüseyn (ə) bütün əzizlərinin məzlumcasına şəhadətindən sonra öz növbəsinin çatdığını gördü. Xeymələrə yaxınlaşıb bacısı Zeynəbə buyurdu: «Körpə balamı (Əli Əsğəri) gətir, onunla vidalaşım.» Uşağı İmama (ə) gətirdilər. İmam (ə) onu qucağına alıb öpmək istədikdə məlunlardan biri Hərmələ ibn Kahil məsum körpənin boğazını oxladı. Bu ürək ağrıdıcı vəziyyəti görən İmam Hüseyn (ə) uşağı bacısına verib öz əllərini körpənin boğazından axan qanın altına tutdu. Ovcunu boğazı kəsilmiş uşağın qanı ilə doldurub qanı göyə səpdi və buyurdu: «İlahi, özün bizimlə bu qövmün arasında hökm et!»(1)

Bə`zi tarixçilər isə belə yazır:

«İmam Hüseyn (ə) son anlarda belə vicdanını itirmiş zalım qövmü dinə-imana dəvət edirdi ki, bu an Əli Əsğərin susuzluğun şiddətindən çığırtısını eşitdi. İmam (ə) uşağı ona gətirmələrini istədi. Uşağı qucağına alıb buyurdu: «Ey camaat, əgər mənə rəhm etmirsinizsə, heç olmasa bu körpəyə yazığınız gəlsin!»

Elə bu vaxt məlun Hərmələ uşağın boğazını oxladı.»(2)

Düşmənin bu qəddar hərəkəti bir daha İmam Hüseynin (ə) nə qədər məzlum olmasını və Yezidçilərin necə də, vicdansız olduğunu sübuta yetirdi. Çünki, əgər düşmən təkcə İmam Hüseyn (ə) və onun əsgərlərini şəhid etsəydi, sonralar təbliğat nəticəsində öz günahlarının bir qismini təmizə çıxarda bilərdilər. Lakin onların körpə uşağa belə

səh:68


1- [1] . « Ə ba Ə bdullah Hüseynin h ə yatı», s ə h. 131.
2- [2] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 162.

qıymamaqları bu qoşunun xəbisliyini qiyamətə qədər hamıya sübut etdi.

7- İmam Hüseynin (ə) mübarizəsi və şəhadəti (ixtisarla)

Azadələr rəhbəri Hüseynin (ə) Kərbəla qiyamındakı şücaəti haqqında danışmaqla bitməz. Onun Aşura günü döyüş meydanındakı igidliyi tarix boyu hər kəsi heyrətləndirmişdir.

Təbəri və İbn Əsir, Abdullah ibn Əmirin vasitəsilə yazır ki, Aşura günü Ömər ibn Sədin qoşunu hər tərəfdən Həzrət Hüseynə (ə) həmlə edirdi. İmam Hüseyn (ə) də öz növbəsində sağ-sola hücum etdikdə düşmən qoşunu qorxub qaçırdı. Onlar Hüseynə (ə) yaxınlaşmağa cürət edə bilmir, onu uzaq məsafədən ox atəşinə tutdular.

Allaha and olsun ki, mən heç vaxt Hüseyn (ə) kimi şücaətli bir şəxs görmədim ki, onun övladlarını, qardaşlarını, yaxın silahdaşlarını öldürsünlər və eyni halda özü də, döyüş meydanında tək qalsın, amma sınmadan belə əzmlə, qətiyyətlə döyüşsün.(1)

İbn Əbil-hədid yazır: «Kim şücaətdə Hüseynə (ə) tay ola bilər? Hətta düşmən belə Kərbəla döyüşünü vəsf edərkən; «Savaş meydanında yalqız qalan Hüseyn ibn Əli (ə) şir kimi rəqib tərəfin sıralarını yarır, onları pərən-pərən edərək, çaxnaşmaya salırdı.» söyləyir»(2)

Ömər Səd qoşununa əmr etdi ki, ona hər tərəfdən hücum etsinlər. Yüzlərlə əsgər İmamı (ə) əhatəyə aldılar.(3) Bu zaman İmamla xeymələrin arasında fasilə düşdü. İmam (ə) qoşunun xeyməyə yaxınlaşmasını görüb fəryad çəkərək buyurdu: «Ey Əbu Süfyanın ardıcılları, əgər dininiz

səh:69


1- [1] . «Tarixi-T ə b ə ri», c. 2, s ə h. 259; Şeyx Müfid, «İrşad», s ə h. 263.
2- [2] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi» c. 3, s ə h. 482; «Tarixi-T ə b ə ri», c. 6, s ə h. 259, Seyyid ibn Tavus, «Lühuf», s ə h. 105.
3- [3] . İbn Ş ə hr Aşub, «M ə naqib»,c. 2, s ə h. 223.

yoxdursa və qiyamət günündən qorxmursunuz, heç olmasa kişi kimi rəftar edin.»

Onlar xeymələrin kənarından geri çəkildilər və hamısı birdən Həzrətin(ə) üstünə hücum gətirdilər.(1) Bu zaman məlun Əbulhətuf Cufi İmamın (ə) alnına oxla vurdu. İmam (ə) alnından oxu çıxartdı və İmamın (ə) üzü qana bulaşdı. Hər bir tərəfdən İmama (ə) hücum olur və zərbələr vurulurdu. İmam (ə) döyüş və yaralı halında da o bədbəxtlərə nəsihət edib onları haqqa dəvət edirdi.

İmam Hüseyn (ə) ona dəymiş daş-kəsək, qılınc, nizə və ox zərbələri nəticəsində taqətdən düşməyə başladı. İmamın (ə) bədənindən axan qanlar onu zəiflədib yerə saldı. Bu zaman məlun Malik ibn Bəsər İmamı (ə) söyərək onun mübarək başına qılıncla vurdu. Bunun ardınca İmam Hüseynə (ə) müxtəlif zərbələr vuruldu. Və sonda məlun Şimr ibn Zilcövşən İmamın (ə) sinəsi üzərində oturub on iki qılınc zərbəsi ilə Həzrətə (ə) vurdu. Sonra İmamın (ə) müqəddəs başını kəsdi.(2) (Allah İmamın (ə) düşmənlərinə lənət etsin!)

8- İmam Hüseynin (ə) şəhadətindən sonrakı hadisələr

İmam Hüseynin (ə) şəhadətindən sonra o Həzrətin mübarək bədəni üstə at çapmağa başladılar. İmamın (ə) öz atı xeymələrə tərəf yollandı. Xeymələrdə yas tutan xanımlar atın kişnəmə səsinə çölə çıxdılar. Sahibsiz atın İmam Hüseynə (ə) məxsus olduğunu görən xanımlar o Həzrətin şəhid olmasını başa düşdülər. Bu zaman düşmən əsgərlərindən biri fəryad edərək dedi: «Hüseyn öldürüldü!»

Qadınlar bu sözü eşitdikdə hönkürtü ilə ağlamağa başladılar. Onların nalə səsi göylərə ucaldı. Ömər Sədin vicdansız qoşunu isə yaxınlarını itirmiş xanımların yas

səh:70


1- [1] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 105.
2- [2] . Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn ( ə ) », s ə h. 333; İbn K ə sir, «Kamil», c. 4, s ə h. 32.

tutduqları xeymələrə hücum etdilər.(1) Onlar qadınlara şallaq vuraraq qulaq və boyunlarında olan qızıl əşyaları vəhşiliklə qırıb, qarət etdilər. İş o yerə yetişdi ki, Peyğəmbərin (s) nəvələrinin başındakı çadıraları da götürdülər!(2) Sonra onları döyə-döyə, ayaqyalın Yezidin hökumət mərkəzi yerləşən Şama tərəf apardılar. Nizələrdə şəhidlərin kəsilmiş başlarını görən xanımlar isə yol boyu ağlaya-ağlaya rövzə oxudular.

səh:71


1- [1] . «H ə zr ə t İmam Hüseynin ( ə ) yaşayışı», s ə h. 221.
2- [2] . Şeyx Müfid, «İrşad», s ə h. 224.

səh:72

Nə üçün İmam Hüseyn möcüzə ilə düşmənini məhv etmədi?

Uca Tanrının insanları yaratmaqda məqsədi, onları imtahan etmək, sınaqdan əla qiymətlə çıxanları mükafatlandıraraq onlara behişt və əbədi səadəti nəsib etməkdir. Necə ki, Allah-taala Qurani-Kərimdə buyurur: «Tanrı dünyanı və ölümü yaratdı ki, sizi imtahan etsin və hansı birinizin daha yaxşı əməl sahibi olduğunu yoxlasın...»(1)

Təbiidir ki, Tanrı əgər insanları imtahan üçün yaratmışdırsa, onlara haqq və batili, xeyir və şəri, dost və düşməni tanıtdırmış, lakin bunların seçimində insanları azad buraxmışdır. Rəbbimiz bu məsələni Qurani-Kərimdə belə bəyan edir: «Biz insanlara düzgün yolu göstərdik, onlar Allaha şükr və ya küfr etsələr də, özləri öz yollarını seçmişlər.»(2)

Deməli  insan özüdür ki, öz yolunu təyin edir və seçimini seçir. Elə Tanrı bəşəri yaratdığı gündən bəri də işin bu minvalla getməsini istəmiş, insanın öz seçimində

səh:73


1- [1] . Mülk sur ə si, 2.
2- [2] . İnsan sur ə si, 3.

tam azad olması üçün bütün qeyri-təbii prosesləri aradan qaldırmışdır. Məsələn, əgər Allah-taala bütün insanların onun göndərdiyi peyğəmbər və imamlara itaət etməsini, Tanrı qarşısında baş əyib ibadət etmələrini məcburi şəkildə də olsa belə ifadə etsəydi, məlumdur ki, bu iş İlahi qüdrəti altında bir an içində baş verərdi. Çünki, Uca Allah hər bir şeyə qadirdir. Amma Allah-taala bu cür etməmiş, insanları ona ibadət və ya küfr etməkdə azad qoymuşdur. Elə bu səbəbə görə də, tarix boyu peyğəmbər və imamların bütün buyurduqlarına əməl edib və əksər hallarda onların kənarında şəhid olanlar da olmuş, onlara qarşı çıxıb qətlə yetirənlər də tapılmışdır. Lakin peyğəmbərlər və imamlar dini kütləvi şəkildə yaymaq üçün nə ardıcıl halda möcüzələrdən istifadə etmiş və nə də öz canlarını qorumaq üçün qeyri-təbii vasitələrə əl atmışlar. Əksinə onlar çox yüksək əxlaqla İlahi dini məntiqi surətdə xalqa çatdırmış və bu yolda hər bir əziyyətə qatlanmışlar. Çox az hallarda xalqın onların İlahi tərəfindən göndərilmələrinə xatircəm olmaları üçün möcüzə göstərir, bu işi yalnız zəruri hallarda Tanrının izni ilə yerinə yetirirdilər. Çünki, Uca Allah möcüzələrin zərurət miqdarını keçdiyi zaman insanların qorxu üzündən dinə üz gətirmələrini bildiyi üçün bu işin onların sınaq məqsədi ilə yaranmasına zidd olduğunu nəzərə alaraq buna icazə vermirdi. Sözsüz ki, əgər İmam Hüseynə (ə) Aşura günü Yezidin qoşununu möcüzə ilə məhv etməyə Tanrı tərəfindən hər hansı bir göstəriş olsaydı, o bu işi görərdi. Amma Allah-taala İmam Hüseynin (ə) təbii şəkildə zalımlara qarşı mübarizə aparmasına və bu yolda şəhid olmasına əmr etdi. Aləmlərin rəbbi, Həzrət Məhəmməd peyğəmbərin (s) gətirdiyi müqəddəs İslam dininin Bəni-Üməyyənin çirkin əməlləri nəticəsində sarsıldıqdan sonra, İmam Hüseynin (ə) qanı ilə yenidən dirçəlməsini tələb etdi. Və bu yolu

səh:74

bütün bəşəriyyətə örnək qərar verdi. Elə bu səbəbə görə də bəzi rəvayətlərə əsasən, Aşura günü İmam Hüseynə (ə) qeybi qüvvələr tərəfindən kömək təklif olunanda İmam (ə) qəbul etmir. O,təbii olaraq yalnız insanları Tanrı uğrunda düşmənlərə qarşı köməyə çağırır: «Bir kəs varmı ki, mənə Allah yolunda kömək etsin? »(1)

səh:75


1- [1] . « Ə ba Ə bdullahül Hüseynin h ə yatı”, s ə h. 114.

səh:76

İmam Səccadın Kərbəla qiyamında rolu nə olmuşdur?

Bildiyiniz kimi İmam Səccad (ə) Kərbəla faciəsi zamanı xəstə olmuşdur. Onun xəstəliyinin səbəbi də ilahi məsləhət idi.(1) Çünki o, sağ qalıb İmamət vəzifəsini öhdəsinə almalı, davam etdirməli idi. Həmçinin keçən bəhslərimizdə işarə etdiyimiz kimi Kərbəla qiyamını tamamlayan ikinci mərhələnin layiqincə yerinə yetirilməsini təzmin etməli idi. Bu sahədə İmamın (ə) gördüyü işləri və yerinə yetirdiyi vəzifələri qeyd edirik:

1- Aşura qiyamı haqda maarifləndirmə işi apardı

İslam dinini yalnız Müaviyənin təhrif etdiyi şəkildə tanıyan və Əhli-beytin (ə) üstünlükləri barədə az məlumatı olan Şam əhlini İmam Hüseynin (ə) inqilabı haqqında maarifləndirmək zəruri hal almışdır. İmam Səccad (ə) da, bu iş üçün ən əlverişli zamanı, məkanı və şəraiti seçdi. Bu iş Yezidin xalqı toplayaraq, bir vaizə Əhli-beyti (ə)

səh:77


1- [1] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 324; M ə sudi, «İsbatül-v ə siyy ə », s ə h. 167; İbnul-İmad Ə l-H ə nb ə li, «Ş ə c ə r ə tüz-z ə h ə b bi ə xbari m ə n z ə h ə b», c. 1, s ə h. 105; İbn S ə d, «T ə b ə qatül-Kübra», s ə h. 212.

pisləməyi və Muaviyəni, Yezidi tərifləməyi tapşırdığı təntənəli məclisdə baş tutdu. İmam (ə), vaizin qərəzli danışığını gördükdə fəryad etdi: «Vay olsun sənə ey vaiz! (günah dolu sözlərinlə) məxluqun razılığını, Allahın qəzəbi müqabilində satın aldın və cəhənnəmdə özünə yer hazırladın.» Sonra isə minbərə çıxıb söhbətinə başladı: «Ey camaat! Allah bizim ailəmizi (Peyğəmbər (s) ailəsini) altı dəyərlə şərəfləndirmiş və yeddi fəzilət ilə başqa insanlardan üstün saymışdır.

Altı üstünlüyümüz bundan ibarətdir ki, Tanrı bizə elm, helm, səxavət, fəsahət və comərdlik  bəxş etmiş və (həqiqi) mömünlərin qəlbində bizim məhəbbətimizi yerləşdirmişdir.

Yeddi fəzilətimiz də budur ki, Allahın seçilmiş elçisi (Həzrət Məhəmməd (s)), Siqqiq (İmam Əli (ə) ), Cəfəri Təyyar, Allahın və Peyğəmbərinin aslanı (Həmzə), bu ümmətin iki əzəmətli rəhbəri (Həzrət Həsən (ə) və Hüseyn (ə) ) və hımcinin xanım Fatimeyi Zəhra (s) da bizim ailədəndir.(1)

Camaat, məni tanıyan tanıyır, tanımayanlara isə özümü tanıtmaq istəyirəm: Mən Məkkə və Minanın oğluyam. Mən zəmzəm və səfanın oğluyam. Mən Həcərül-əsvədi (Kəbədə olan qara daşı) əbasına büküb yerinə yerləşdirən şəxsin oğluyam. Mən ehram bağlayıb təvaf və səy edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının oğluyam. Mən merac gecəsi Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (Merac vaxtı «sidrətül-müntəha»ya yetişən şəxsin oğluyam. Mən Merac zamanı Yaradana yaxın olan («qabu-qövseyn əv ədna» məqamına nail olan) şəxsin oğluyam. Mən səmavi mələklər ilə namaz qılan şəxsin oğluyam. Mən ucaAllahın vəhy göndərdiyi elçisinin oğluyam. Mən Məhəmməd Mustafanın(s), Əliyyi

səh:78


1- [1] . Ya da H ə zr ə t Mehdi ( ə ).

Murtəzanın(ə) oğluyam. Mən müşriklərə «La ilahə illəllah» dedirdənə qədər döyüşən şəxsin oğluyam. Mən Tanrı elçisinin (s) hüzurunda iki qılınc və iki nizə ilə döyüşən şəxsin oğluyam. Mən iki dəfə hicrət edən, iki dəfə Allah rəsulu(s) ilə beyət edən, Hüneyn savaşında şücaətlə vuruşan və bir an belə olsun Allah-Təalaya şübhə etməyən şəxsin oğluyam. Mən mömünlər arasında ən doğru əməl sahibinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, Tanrı qorxusundan göz yaşı tökənlərin fəxri, səbir sahiblərinin ən dözümlüsü və rəsulullahın ailəsindən çıxmış ən yaxşı qiyam edən şəxsin oğluyam. Mənim nəsil köküm elə şəxsə çatır ki, Cəbrayıl onun himəyçisi, Mikayıl onun köməkçisi, özü isə müsəlmanların hamisi və namuslarının mühafizidir. Mən «mariqin» (dindən çıxanlar), «nakisin» (əhd-peymanını sındıranlar) və «qasitin» (zülmkarlar) ilə savaşıb, Allahın kinli düşmənləri ilə cihad edən adamın oğluyam. Mən Peyğəmbərə (s) hər kəsdən əvvəl iman gətirən, müsəlmanların qabaqcılı və öngörəni olan, Qureyşin ən üstün şəxsiyyəti kimi taninan adamın oğluyam. O, zalımların düşməni, müşrikləri öldürən, münafiqləri yox etmək üçün atılan Tanrı oxu, abid insanların hikmət dili, Allahın dininin yavəri, onun təyin etdiyi rəhbər, İlahi hikmətinin gülüstanı və İlahi elminin mənbəyi idi...

 Mən Fatimeyi Zəhranın (s) oğluyam, xanimlar padşahının oğlu mənəm.»

Müsəlmanlar, İmamın (ə) bu kəlmalarını eşitdikdə həqiqəti anlayaraq ağlamağa və Yezidə etiraz etməyə başladılar. Xalq arasında çaxnaşmanın düşdüyünü görən Yezid qorxusundan müəzzinə uca səslə azan deməyə əmr etdi. O, bu yolla İmam Səccadın (ə) çıxışına son qoymaq və qəzəbli insanların həyacanlı hisslərini sakitləşdirmək

səh:79

istəyirdi. Müəzzin azan deməyə başladı: «Allahu Əkbər! Allahu Əkbər! (Allah böyükdür) »

İmam Səccad (ə) uca səslə buyurdu: «Doğrudur, heç bir şey Allahdan uca ola bilməz!»

Müəzzin dedi: «Əşhədu ən la ilahə illəllah» (Allahdan başqa Allah yoxdur).

İmam (ə) buyurdu: «Bəli, mənim tüküm, dərim, ətim və qanım da Allahın birliyinə şəhadət verir.»

Müəzzin dedi: «Əşhədu ənnə Muhəmmədər-rəsulullah» (şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir).

Həzrət Səccad (ə) üzünü Yezidə tutaraq dedi: «Ey Yezid! Məhəmməd (s) mənim babamdır, yoxsa sənin? Əgər sənin baban olduğunu söyləsən yalan demisən və haqqı inkar etmisən. Yox, əgər mənim babam olduğuna etiraf etsən, bəs onda nə üçün onun övladlarını öldürdün? (Ey camaat) Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zülmlə öldürdü və bizi Bizans əsirləri kimi (təhqiramiz şəkildə) buraya gətirdi?

Ey Yezid! Belə cinayət edirsən, sonra da «Məhəmməd (s) Allahın rəsuludur» deyib üzü qibləyə durursan? Vay olsun sənə! Qiyamət günü atam və babam sənə düşmən olacaqlar!»(1)

İmamın çıxışı cəmiyyəti təlatümə gətirdi çox saylı qəzəbli müsəlman Yezidlə namaz qılmadan məclisi tərk etdi.

Başqa bir nümunə

İmam Səccad (ə) Şam şəhərində əsir idi. Bir qoca kişi ona yaxınlaşıb istehza ilə dedi: «Allaha şükürlər olsun ki, sizi öldürdü və bizim şəhərimizi sizin kimilərdən qorudu. Yezidi sizə üstün etdi»

səh:80


1- [1] . «Biharül- ə nvar», c. 45, s ə h. 137; «Kamil», s ə h. 301; Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 304.

İmam (ə) buyurdu: «Sən Qur`an oxumusan?»

Dedi: «Bəli.»

Buyurdu: «Bu ayəni oxumusanmı?

«قُلْ لا أَسْئَلُکُمْ عَلَیْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِی الْقُرْبی»

(Ey Peyğəmbər (s) ) de ki; mən Peyğəmbərliyimin müqabilində sizdən heç bir əcr istəmirəm, sizdən fəqət istəyim budur ki, mənim Əhli-beytimə məhəbbət göstərəsiniz.»(1)

Dedi: «Bəli.»

Buyurdu (ə): «Bizik, o Əhli-beyt (ə)»

Sonra əlavə etdi:

«فَآتِ ذَا الْقُرْبی حَقَّه»

«Əqrabanın haqqını ödə»(2) ayəsini oxumusanmı?

Dedi: «Bəli»

Buyurdu (ə): «Bu bizə aiddir»

Yenə əlavə etdi:

«وَ اعْلَمُوا أَنَّما غَنِمْتُمْ مِنْ شَیْ ءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَ لِلرَّسُولِ وَ لِذِی الْقُرْبی»

«Ey möminlər, qazandığınız hər şeyin beşdə bir hissəsi Allahın, Peyğəmbərin, əqrabalarınındır...»(3) ayəsini oxumusan?

Dedi: «Bəli.»

Buyurdu (ə): «Bu bizə aiddir. Söylə görüm, bu ayəni oxumusanmı?

«إِنَّما یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَ یُطَهِّرَکُمْ تَطْهِیرا»

«Həqiqətən Allah sizi Əhli-beyti hər bir eyb və nöqsandan pak etməyi iradə etmişdir.»(4)

Dedi: «Bəli.»

İmam (ə) buyurdu: «Bu Əhli-beyt (ə) bizik»

səh:81


1- [1] . Şura sur ə si ay ə 23.
2- [2] . Rum sur ə si ay ə 38.
3- [3] . Ə nfal sur ə si ay ə 41.
4- [4] . Ə hzab sur ə si ay ə 33.

Qoca kişi ağlayıb tövbə etdi və İmamdan üzr istəyərək Yezidi lənətlədi.(1)

2- Təhrik edici, oyandırıcı çıxışlar etdi

Həzrət Səccad (ə) Kufə şəhərinə girərkən İmam Hüseyni (ə) köməyə çağırıb, sonra isə onu şəhid edən qorxaq kufəlilərə nəzər yetirdi. Onlar sanki heç nə olmamış kimi baxır, və təmiz, rahat vicdanlı şəxslər tək əsirlərə tamaşa edirdilər. Belə olduqda, o, müsəlmanlara gördükləri işin pisliyini və onların cinayətinin dəhşətini anlatmağa başladı:

“Camaat! Məni tanıyan tanıyır, tanımayanlara da özümü tanıtmaq istəyirəm. Mən Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibəm. Mən o kəsin oğluyam ki, siz onun hörmətini sındırdınız, ona qarşı hörmətsizlik etdiniz. Onun mal dövlətini qarət etdiniz və yaxınlarını əsir tutdunuz. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki o, heç kimə zülm etməmiş və kimsəyə qarşı hiylə işlətməmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam və bu mənim üçün çox böyük şərəfdir.

Ey camaat! Siz mənim atama dəvət məktubu yazmadızmı? Onunla beyət etmədinizmi? Əhdi-peyman bağlamadınızmı? Sonra isə ona xəyanət etmədinizmi? Nə çirkin bir iş tutdunuz! Neçə də iyrənc düşüncə və əməldir... Əgər Allahın Peyğəmbəri (s) sizə: «Mənim övladlarımı öldürdünüz. Mənə hörmətsizlik etdiniz. Siz mənim ümmətimdən deyilsiniz»- desə, ona nə üzlə baxarsınız?»(2)

Bunu eşidən insanlar səhvlərini başa düşərək, ağlayıb fəryad etdilər. İmama (ə) öz köməklərini təklif edərək, onun hər bir əmrinə hazır olduqlarına dəfələrlə tə`kid etdilər. Amma İmam Səccad (ə) həm kufəlilərin e`tibarsız

səh:82


1- [1] . Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 331-332.
2- [2] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 66; Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 298; «M ə sum imamların h ə yatı», s ə h. 207.

olduqları üçün və həm də, günahlarının böyüklüyünü onlara daha da anlatmaq üçün buyurdu: «Yox, ey hiyləgər şəxslər! Ey şəhvətlərinin qulu olan insanlar! Babalarımla (iki üzlü) davrandığınız kimi, mənimlə də belə rəftar etmək istəyirsiniz? Yox, Allaha and olsun ki, hələ vurduğunuz yaralardan qan axır, qəlbim atamın, qardaşlarmın ölümü ilə yaralıdır. Bu dərdin acısı sıxıcı və təsəlli tapılmayan bir qəmdir. Sizdən nə bizimlə və nə də bizim əleyhimizə olmanızı istəyirəm.

Biz sizdən o zaman razı olarıq ki, həmişə əmrimizə tabe olasınız. Bir gün bizimlə olub, bir gün də bizim əleyhimizə olsanız, sizdən razı olmarıq.» (1)

3- Təhriflə mübarizə apardı

Keçən bəhsimizdə söylənildiyi kimi, bildiniz ki, Müaviyənin siyasətini davam etdirən Yezid və İbni Ziyad «qəzavü-qədər» əqidəsini xalq arasında yayır və bu yolla Yezidin Kərbəlada törətdiyi cinayətləri ört-basdır etmək niyyətində idi.(2) Guya sırf alın yazısına görə Allahın İmam Hüseyni (ə) öldürdüyünü və ya onun qəzəbinə tuş gəldiyini iddia edir, Yezidin çirkin əməllərini təmizə çıxartmaq istəyirdi. O bununla həmdə Aşura qiyamının səbəb və hədəflərini təhrif edir, onun müsəlmanlara bəxş edəcəyi mühüm ideyaları o zamanın zalım hakimiyyəti üçün təhlükəli sayaraq, zərərsizləşdirmək məqsədi güdürdü. İmam Səccad (ə) böyük məharətlə Ubeydullah ibn Ziyadın təhrifləri qarşısında dayanaraq onu hər kəsin yanında rüsvay etdi: «Belə ki, əsirlər İbni Ziyadın məclisinə gətirildikdə, o, İmam Səccadı (ə) görüb soruşdu: «Bu kimdir?»

Ətrafındakı adamlar dedilər: «Bu Hüseynin (ə) oğlu Əlidir.»

səh:83


1- [1] . H ə min m ə nb ə l ə r.
2- [2] . Mürt ə za Müt ə hh ə ri, «İnsan v ə tale», s ə h. 22; İbn Quteyb ə , « Ə l-İmam ə tü v ə s-siyas ə », c. 1, s ə h. 205.

Rişxəndlə dedi: «Allah Hüseynin oğlu Əlini (ə) Kərbəlada öldürmədimi?»

Həzrət Səccad (ə) buyurdu: «Mənim bir qardaşım da var idi. Ona Əli ibn Hüseyn (ə) deyirdilər. Onu camaat öldürdü!»

İbni Ziyad dedi: «Yox, onu Allah öldürdü»(1)

İmam (ə) cavab verdi:

«اللَّهُ یَتَوَفَّی الْأَنْفُسَ حِینَ مَوْتِها وَ الَّتِی لَمْ تَمُتْ فِی مَنامِها»

«Allah əcəli çatan şəxslərin ölüm zamanı canlarını alar və ölməyənlərin (əcəli çatmayanların) isə canlarını yuxuda alar.»(2) (yəni; yuxu da bir növ müvəqqəti ölüm deməkdir.)

Həzrət Səccad (ə) burada Qurani-Kərimin kəlamları ilə İbni Ziyadı susdurdu və hamıya başa saldı ki, Allah-taala yalnız əcəli çatan şəxslərin canını alar. İmam Hüseyni (ə) isə din düşmənləri zülm və məkrlə şəhid etdilər. Kərbəla müsibəti qəddar, dinsiz və rəzil insanların yaratdığı faciə idi.

Diqqət etmək lazımdır ki, Yezid məlun da, Əhli-beyt (ə) əsirlərini sarayına gətizdirdikdə təhrif siyasətini işə saldı. O, hamının yanında üzünü İmama (ə) tutub dedi: «Ey Əli ibn Hüseyn (ə) şükr olsun Allaha ki, sənin atanı öldürdü!»

İmam Səccad (ə) cəsarətlə buyurdu: «Allah mənim atamı öldürənə lənət etsin!»

Yezid hiylə və kələk işlədərək, Qur`an ayəsi(3) oxuyub öz fırıldaqçı siyasətinə haqq qazandırmaq istədi və dedi: «Düçar olduğunuz hər bir müsibəti öz əllərinizlə qazanmısınız!»

İmam (ə) buyurdu: «Sənin xəyal etdiyin kimi deyildir. Bu ayə bizim barəmizdə nazil olmayıb. Bizim haqqımıza aid olan ayə budur:

«ما أَصابَ مِنْ مُصِیبَةٍ فِی الْأَرْضِ وَ لا فِی أَنْفُسِکُمْ إِلاَّ فِی کِتابٍ مِنْ قَبْلِ أَنْ نَبْرَأَها إِنَّ ذلِکَ عَلَی اللَّهِ یَسِیر»

səh:84


1- [1] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 68; Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 320.
2- [2] . Zum ə r sur ə si ay ə 42.
3- [3] . Şüra sur ə si ay ə 42.

«Yer üzərində baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan öncə, löhvü-məhfuzda yazılmamış olsun. Bu, Allah üçün olduqca asandır. Bu sizin itirdiklərinizə təəssüflənməməyiniz və sizə verilənə də, sevinməməyiniz üçündür.»(1)

Bizik o şəxslər ki, başlarına gələn müsibətə görə təəssüf etməz və əllərinə çatan xeyirlərə görə lovğalanmazlar!»(2) Bununla da Yezid susdu və hiyləsinin baş tutmayacağını anladı.

4- Şəhadət ruhunu yaratdı

İbni Ziyadın məclisinə əsir kimi gətirilən İmam Səccad (ə) onu seyr edən kufəlilərin gözündə aşkarcasına qorxu və vəhşəti dərk edirdi. O, bilirdi ki, Kufə əhlinin çoxu qorxaqlıq ucbatından atası İmam Hüseynə (ə) kömək etmədilər və hətta düşmən qoşununun sıralarında belə yer aldılar.

İmam Səccad (ə) həmçinin İbni Ziyadın xalq içərisində şəhadət hissini sındırmaq, müsəlmanların qürurunu əzmək istəyini bilirdi. Elə bunun üçün də, onun təhdidlərinə məhəl qoymayaraq, hamının gözü önündə yenidən şəhadət şüarını səsləndirdi. Belə olduqda İbni Ziyad hiddətlənib dedi: «Sən nə cürətlə mənə belə cavab verirsən? Aparın bunun boynunu vurun! »

İmam (ə) buyurdu: «Ey İbni Ziyad məni öldürməklə qorxutmaq istəyirsən? Bilmirsən ki, öldürülmək bizim üçün adi bir iş və şəhadət bizim üçün izzət (fəxr) dir?!»(3)

səh:85


1- [1] . H ə did sur ə si ay ə 22.
2- [2] . Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 341.
3- [3] . Seyyid ibn Tavus, «Lühuf», s ə h. 68.

səh:86

Kərbəla qiyamında qadınların nə kimi rolu olmuşdur?

Məhəmməd peyğəmbərin (s) gəlişi ilə cəmiyyətdə tam insani hüquqlu şəxsiyyətə çevrilən qadınlar daim İslam dininin inkişafı və müdafiəsi yolunda özünəməxsus əhəmiyyətli rol oynayaraq, böyük nüfuz qüvvəsinə malik olmuşlar. Biz İslam tarixini diqqətlə izlədikdə, bu dinin yarandığı gündən e`tibarən Həzrət Xədicə (ə) kimi namuslu, cəsur qadınların tərəfindən maddi və mə`nəvi cəhətdən mühafizə olunaraq, dəstəkləndiyinin şahidi oluruq. O, bütün var-dövlətini  İslam dininin qorunması və inkişafı yolunda xərcləməklə yanaşı sevimli Peyğəmbərimizi (s) ən böhranlı vaxtlarda belə tərk etmədi. Böyük mal-mülkə sahib, zəngin bir xanım olan Xədicənin (ə) bütün sərvətini İslam yolunda sərf edərək, sonda isə müşriklərin yaratdığı iqtisadi blokadanın nəticəsində aclıq ucbatından dünyasını dəyişməsi də, möhtəşəm qadın fədakarlığının möhtəşəm nümunəsidir.(1)

Həmçinin Həzrət Fatimə (s) kimi dəyərli xanımların atasının və yaxınlarının qürbətinə, ayrılığına dözməklə

səh:87


1- [1] . «Sir ə ti-İbn Hişam», c. 1, s ə h. 274; «K ə nzul-ümmal», c. 13, s ə h. 275.

bərabər, İslam yolunda öz vətənindən belə köçüb, yad şəhərlərə hicrət etməsi, onun simasında müsəlman qadınının əzmindən xəbər verir.(1)

Təsadüfi deyildir ki, Əmmar Yasirin (ə) anası Süməyyə düşmənlərin ən ağır işgəncələrinə dözərək əqidəsindən, inamından dönməmiş elə buna görə də, müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki, O, İslam dünyasının ilk şəhidi sayılır.(2)

Peyğəmbərin (s) dövründə müharibələrdə döyüşçülərə qulluq edən, onların qayğısına qalan müsəlman qadınlar bundan əlavə hətta ən çətin anlarda da, döyüş meydanına atılaraq qəhrəmancasına vuruşmuşlar. Ümmü Amir ləqəbli Nəsibənin Ühüd döyüşündə, Həmzənin bacısı Səfiyyənin Xəndək müharibəsində düşmənə qarşı vuruşaraq göstərdiyi rəşadətlər üçün Peyğəmbərimizin (s) onlara behişt və`d etməsi də, buna misal ola bilər.(3)

Müsəlman xanımlar öz atalarını, ərlərini, qardaşlarını və övladlarını Peyğəmbərin (s) düşmənlərilə mübarizəyə həvəsləndirməklə birgə, onların şəhid olduğunu eşitdikdə də, daim qürur hissi ilə yüksək səbir və dözüm nümayiş etdirmişlər. Ühüd döyüşündə qardaşının, dayısının və ərinin şəhid olduğunu eşidən Hİmnə binti Cəhişin vüqarla «hamımız Allah tərəfindən yaranmışıq və hamımız Ona doğru geri dönəcəyik.» deyə, söyləməsi, müsəlman qadının hər şeyə qadir olduğuna bir örnək sayıla bilər.(4)

Kərbəla qiyamının inkişaf tarixini və hadisələrin məntiqi ardıcıllıqla gedişini izlədikdə, onun hər ləhzəsində

səh:88


1- [1] . «M ə sumların h ə yatı», s ə h. 41.
2- [2] . «K ə nzul-ümmal», c. 13, s ə h. 630.
3- [3] . «Sir ə ti-İbn Hişam», c. 3, s ə h. 45 v ə 179; İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 3, s ə h. 377 v ə 388 «K ə nzul-ümmal», c. 13, s ə h. 632.
4- [4] . «Tarixi-T ə b ə ri», c. 2, s ə h. 74; İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 3, s ə h. 388 v ə 395.

ləyaqətli müsəlman xanımının da öz rolu olduğunu anlayarıq. Belə ki, biz, İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas olan xislətləri Kərbəla qiyamında adı səslənən hər bir qadında kamil şəkildə görürük.

Qiyamın əvvəlindən e`tibarən bir çox müsəlman qadınlar İmam Hüseynə (ə) kömək etmək üçün öz səylərini göstərmişlər. Bu səylər müxtəlif formalarda ifadə olunaraq, özünəməxsus tə`sir gücünə malik olmuşdur:(1)

1- Elçilərə himayəkarlıq etdilər

Bə`zi qadınlar ağır şəraitdə, düşmən nəzarətinin ən güclü və təhlükəli olduğu mühitdə İmam Hüseynə (ə), onun tərəfdarlarına öz himayələrini əsirgəməmiş, böyük rəşadətlə onları müdafiə etmişdir. Kərbəla qiyamında, Tuə, kimi xanımın İmamın (ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz evində pənah verdiyini, düşmənlərdən gizləyərək, qoruduğunun şahidi oluruq.(2) Bir halda ki, Həzrət Hüseyni (ə) on səkkiz min məktubla Kufəyə dəvət edən kufəlilər Müslim ibn Əqili şəhər küçələrində, İbn Ziyadın qoşununun təqibi altında yalnız buraxaraq, onu tənha və köməksiz qoymuşdu. Qorxaq Kufə əhli hətta evlərinin qapısını da bağlamışdılar. Amma Tuə adlı bir müsəlman xanım, Müslim ibn Əqili tanıyaraq, onu öz evində gizlətdi. Və imanın qorxuya üstün olduğunu sübut etdi.

2- Dəyərli məsləhətlər verdilər

Bir çox qadınlar Həzrət Hüseynin (ə) də`vətini qəbul etmək üçün tərəddüd edən ərlərini İmama (ə) qoşulmağa meylləndirir, bu barədə onlara dəyərli məsləhətlər verirdilər.

səh:89


1- [1] . El ə buna gör ə d ə hazırki b ə hsimizd ə qadınların K ə rb ə la qiyamındakı f ə aliyy ə tl ə rini t ə hlil ed ə rk ə n Ə hli-beyt ( ə ) xanımlarının h ə ll edici rolunu müst ə qil ş ə kild ə , ayrı bir sual ə trafında araşdıracayıq.
2- [2] . Z ə bihullah M ə h ə llati, «R ə yahinüş-ş ə ri ə », c. 4, s ə h. 374; «Biharül- ə nvar», c. 44, s ə h. 350-358; Şeyx Müfid, «İrşad», s ə h. 401-404; Ə bi Muxn ə f, «M ə lhuf ə la q ə tlil-tafuf», s ə h. 112-119.

Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin məhz həyat yoldaşı Dilhəm binti Əmrin məsləhəti sayəsində haqqın yolunu taparaq, İmam Hüseynə (ə) qoşuldu.(1) Züheyr ibn Tin İmamın (ə) tərəfdarı kimi tanınmırdı. O, hətta Həzrət Hüseynin (ə) onu də`vət etmək üçün göndərdiyi elçisinə də, rədd cavabı verdi. Amma, belə olduqda arvadı Dilhəm, Züheyrə: «Sübhənəllah! Sən peyğəmbər övladının də`vətini qəbul etmirsən? Utanmırsanmı? Heç olmazsa get, səninlə nə işi olduğunu öyrən!»- dedi. Həyat yoldaşının məntiqli sözləri qarşısında xəcalət çəkən Züheyr ibn Tin İmamın (ə) yanına gedib, onunla görüşdü. Sonra isə Dilhəmin yanına qayıdaraq, Hüseynə (ə) qoşulduğunu, onunla birgə düşmənə qarşı mübarizə aparacağını söylədi. Lakin o, Dilhəmin razı olmayacağını zənn etdiyi üçün qorxurdu. Dilhəm isə öz növbəsində ərinə dedi: «Züheyr get! Allah sənə kömək olsun. Əgər şəhid olsan, Allahın izni ilə qiyamət günü Peyğəmbərin (s) və Hüseynin (ə) kənarında mənə şəfaət tələb edərsən.» Belə olduqda Züheyr İmamın (ə) yanına qayıtdı. Və Aşura günü igidlik nümayiş etdirdikdən sonra, şəhid oldu.

Həbib ibn Məzahir də, İmam Hüseynin (ə) çağırış məktubunu alarkən, xanımı ona dedi: «Həbib, səni and verirəm Allaha ki, ağamız Hüseynə (ə) kömək etmək üçün səhlənkarlıq etmə!»(2)

Həbib ibn Məzahir isə onu sınamaq məqsədilə belə söylədi: «Mən necə Kərbəlaya gedim ki, qorxuram övladlarım yetim qala?» Amma Həbibin həyat yoldaşı cavabında dedi: «Sən Allahın Rəsulu Məhəmmədin (s) Hüseyn ibn Əli (ə) barəsində buyurdu: «Həsən (ə) və

səh:90


1- [1] . « Ə yan üş-şi ə », c. 6, s ə h. 427; «Tarixi-T ə b ə ri», c. 3, s ə h. 302; «Biharül- ə nvar», c. 44, s ə h. 372-373; «R ə yahinüş-ş ə ri ə », c. 3, s ə h. 307.
2- [2] . Mürt ə za Kermani, «Q ə hr ə man qadınlar», s ə h. 74; K. Firişler, «İmam Hüseyn ( ə ) v ə İran», s ə h. 3-5.

Hüseyn (ə) behişt cavanlarının sərvəridir.» Kəlamını eşitməmisənmi? İndi isə nə üçün Peyğəmbər övladının köməyinə tələsmirsən? Ey Həbib, get və İmam Hüseyni (ə) görsən, mənim əvəzimdə də, onun əllərini, ayaqlarını öpərsən. Salamımı ona yetirərsən. »

3- Mə`nəvi dayaq oldular

Cəsur müsəlman qadınları Kərbəlada öz ərlərini döyüşə atılmağa həvəs- ləndirir, onlara mə`nəvi dayaq olurdular.

Müslim ibn Ovsəcənin(1)  Ümm Xələf adlı(2) arvadı ərinin şəhid olduğunu öz gözlərilə seyr etdikdən sonra, oğlu Xələfi döyüş meydanına göndərdi. Amma İmam Hüseyn (ə) Xələfin anasının kimsəsiz qalmaması üçün dedi: «Ey cavan! Atan igidliklə şəhid oldu. Əgər sən də şəhid olsan, anan Ümm Xələf köməksiz qalar və bu azğın səhrada kimə pənah aparar?» İmamın (ə) söylədiklərini diqqətlə dinləyən Xələf ibn Müslim azca tərəddüd edərək, geriyə anasının yanına qayıtdı. Lakin rəşadətli, cəsur qadın olan Ümm Xələf oğluna belə əmr etdi: «Oğlum, döyüşə getməsən, Peyğəmbərin övladı Hüseynə (ə) kömək edərək, düşmənlərinə qarşı vuruşmasan həyatım boyu səndən razı olmayacağam!»

Xələf anasının əmrilə ruhlanaraq döyüşə atıldı və şəhid oldu.

Əmr ibn Cünadənin anası Bəhriyyə xanım(3) da, əri Cünadə ibn Kəəb Ənsarinin düşmən tərəfindən qətlə yetirildiyini gördükdən sonra on bir yaşlı oğlunu vuruşmaq

səh:91


1- [1] . M ə h ə mm ə d Füzuli, «H ə diq ə tüs-sü ə da” adlı ə s ə rind ə Müslim ibn Ovs ə c ə ni milliyy ə tc ə az ə ri türkü olduğunu iddia edir.
2- [2] . Cavad Müh ə ddisi, «Aşura şüarları», s ə h. 247; Doktor Ə li Qaimi, «Aşura tarixind ə qadınların rolu», s ə h. 62-63.
3- [3] . Seyid Ə taullah Muhacirani, «Aşura elçil ə ri», s ə h. 44; Mürt ə za Müt ə hh ə ri, «Hüseyn ( ə ) inqilabı», c. 2, s ə h. 174; «Doktor Ə li Qaimi , «Aşura tarixind ə qadınların rolu», s ə h. 72-73.

üçün göndərdi. İmam Hüseynin (ə) gözləri Əmr ibn Cünadəyə sataşdıqda, ona buyurdu: «Bu cavanın atası indicə şəhid oldu. Onun da, vuruşub şəhid olması anası üçün ağır bir dərd olar.» Amma Əmr ibn Cünadə İmama belə dedi: «Ey Peyğəmbərin övladı anam özü mənə döyüşməyə əmr etdi.» Belə olduqda Həzrət Hüseyn (ə) Əmrə döyüşmək üçün icazə verdi və o, qəhrəmanlıqla şəhid oldu.

4- Səbir və dözüm dərsi verdilər

Kərbəlada müsəlman qadınları yüksək əzm və dözüm nümayiş etdirərək bütün azadələrə ibrət dərsi oldular.

Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası(1) ərinin ardınca oğlunun da şəhid olduğunu izlədiyi zaman, daşürəkli düşmən qoşunu oğlunun kəsilmiş başını anasına doğru tulladı. Cəsarətli qadın isə oğlunun başını götürüb, vüqarla düşmənə doğru irəlilədi və onu zülmkar dəstəyə sarı atıb dedi: «Biz Allah yolunda verdiyimiz qurbanları geri almırıq!»

5- Əhli-beyti himayə etdilər

Vəfalı mö`min qadınlar, ən ağır, acınacaqlı hallarda belə İmam Hüseynin (ə) ailəsini tənha qoymayaraq, onları tərk etmədilər. Özlərinin sığınmağa pənahgahı olduqları halda da, Əhli-beytlə (ə) birlikdə əsirliyə qatlanaraq, çoxlu əzab-əziyyətə dözdülər.

Şəhidlərin ağası Həzrət Hüseyn (ə) döyüş gecəsi öz tərəfdarlarını bir yerə toplayaraq, şəhid olacaqlarını, arvad-uşaqlarının əsir düşəcəyini xəbər verdi. Elə buna görə də, əshabına öz ailələrini yaxınlıqda məskunlaşan Bəni-Əsəd qəbiləsinə apararaq, onlara tapşırmalarını təklif etdi. Əli ibn Məzahir(2) Bunu eşitdikdə ayağa qalxıb xeyməsinə, öz ailəsinin

səh:92


1- [1] . «Tarixi-T ə b ə ri», c. 3, s ə h. 322; Xar ə zmi, «M ə qt ə l», c. 2, s ə h. 12-13.
2- [2] . «Musu ə tu k ə limatil-İmamil- Hüseyn ( ə )», s ə h. 411-412; Z ə hra F ə xr Ruhani, «Qadınların Hüseyn ( ə ) qiyamında rolu», s ə h.19.

yanına getdi və İmamın təklifini ona söylədi. Amma bunu eşidən həyat yoldaşı elə həyəcanlandı ki, başını xeymənin dirəyinə vuraraq dedi: «Sən necə rəva bilirsən ki, Peyğəmbərin (s) övladlarını göz yaşları içərisində, əsir tutaraq əzab verə-verə aparsınlar, amma sənin ailən Bəni-Əsəd qəbiləsinin pənahında rahat yaşasın? Sən necə qıyırsan ki, Peyğəmbərin (s) ailəsini qarət etsinlər amma mən onları tənha qoyaraq Bəni-Əsəd qəbiləsinin xeyməsində vicdanımın mühakiməsindən qaçaraq, asudə ömür sürüm? Necə ola bilər ki, sən İmam Hüseynə (ə) kömək edib, qiyamət günü Peyğəmbərin (s) hüzurunda üzü ağ olasan, lakin mən yalnız özümü düşünərək, onun ailəsini bu dəhşətli günlərdə tənha qoyub, Həzrət Fatimənin (ə) yanında üzüqara olum? Allaha and olsun ki, mən Əhli-beyt (ə) xanımlarını köməksiz qoymayacağam! Mən heç bir yerə getməyəcəyəm.»

6- Cihad etdilər

Aşura günü qadınlar özləri də, böyük cəsarətlə əlinə silah alıb döyüşə qatıldılar. Ümm Vəhəb(1) (Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası) xeymənin dirəyini yerindən çıxardaraq, düşmən qoşununa hücum etdi. İki nəfəri öldürdükdən sonra, İmam Hüseynin (ə) əmrilə geriyə döndü. Əzra (Adı çəkilən Vəhəbin həyat yoldaşı), Bəhriyyə binti Məsud Xəzrəci (Əmr ibn Cünadənin anası) və Abdullah ibn Umeyrin anası da,(2) xeymələrin dirəklərini əllərinə alıb vuruşa başladı. Ancaq İmam Hüseynin (ə) yenidən xeymələrə qayıtma əmri verməsilə geri döndülər.

səh:93


1- [1] . Mustafa Ə srar , «Aşura qiyamçıları», s ə h. 143; «Tarixi-T ə b ə ri», c. 3, s ə h. 322; Xar ə zmi, «M ə qt ə l», c. 2, s ə h. 12-14.
2- [2] . S ə mhi, « Ə bsar ül-eyn», s ə h. 206; Müq ə rr ə m, «M ə qt ə lül- Hüseyn ( ə ) » s ə h. 316, «Aşura qiyamçıları», s ə h. 134; Nuhuddin Ziya, «V ə h ə b xanidanı», s ə h. 23; Mürt ə za F ə him Kermani, «Tarixd ə qadın rolu», s ə h. 181-186.

7- Şəhid oldular

Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan ərlərinə, qardaşlarına və övladlarına döyüşün ən böhranlı, dəhşətli anlarında belə yaxından dəstək olurdular. Hətta onların bə`zisi bu yolda şəhadət mərtəbəsinə də, yüksəldilər.

Ümm Vəhəb (Abdullah ibn Umeyr Kəlbinin həyat yoldaşı) ərinin yaralı bədəninin cansız şəkildə savaş meydanına düşdüyünü gördükdə, yanına gedərək, onu ağuşuna aldı. O, göz yaşları içində deyirdi: «Behişt sənə halal olsun! Mən Allahdan sənin məqamını ən ali dərəcədə ucaltmasını və məni də, sənə qovuşdurmasını diləyirəm.» Elə bu zaman Şümrün əmrilə şərəfsiz bir şəxs qılıncını çəkərək onu qətlə yetirdi. O Kərbəlada şəhid olan ilk qadındır.(1)

Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə də düşmən tərəfindən Aşura günü amansızcasına öldürüldü.(2)

8- Cinayətkarlara e`tiraz etdilər

Kərbəla cinayətkarlarından bə`zilərinin arvadları öz ərlərinin insaniyyətdən uzaq mənfur əməllərinə qarşı e`tiraz edərək, onları kəskin çıxışları ilə tənqid etdilər. Bu bir halda baş verirdi ki, Hüseynin (ə) qatilləri dırnaqarası qələbəsini təntənə ilə qeyd edirdi. Hər an onların qəzəblənərək, e`tiraz edən şəxsləri öldürmək qorxusu var idi. Yezid ibn Müaviyənin arvadı Hind binti Abdullah ibn Amir onun cinayətlərinə e`tiraz edərək dedi: «Ey Yezid, Allah sənə lə`nət etsin. Sən artıq mənim ərim deyilsən. Vay olsun sənə! Qiyamət günü nə üzlə Allahın və Peyğəmbərin (s) qarşısında dayanacaqsan?»(3)

səh:94


1- [1] . S ə mhi, « Ə bsar ül-eyn», s ə h. 180 v ə 209; «Musu ə tu k ə limatil-İmamil- Hüseyn ( ə ) » s ə h. 433.
2- [2] . M ə h ə mm ə d İştihardi, «Ali-M ə h ə mm ə d (s) müsib ə tind ə n», s ə h. 212.
3- [3] . M ə h ə mm ə d İştihardi, «Ali-M ə h ə mm ə d (s) müsib ə tind ə n», s ə h. 484; Ə bu M ə xn ə f, «M ə qt ə lül- Hüseyn ( ə ) », s ə h. 187-189.

Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş başını İbn Ziyada aparan şəxsin) arvadları Əyyuf və Nivar da ona e`tiraz edərək, arxa çevirdilər. Və bir daha heç vaxt onunla danışmadılar.(1)

Aşura günü Bəkr ibn Vail qəbiləsindən olan bir qadın, Ömər ibn Sədin qoşununun namərd əməllərini gördükdə qeyrəti cuşa gəldi. O, qılıncını çəkərək Şümrün qoşununda yer alan qəbilə kişilərinə dedi: «Ey Bəkr ibn Vail qəbiləsi! Nə üçün sakitcə durub, Peyğəmbərin (s) ailəsinin xeymələrinin qarət edilib, yandırılmasına tamaşa edirsiniz? Kişiliyiniz və qeyrətiniz yoxdurmu?” Amma onun qəbiləsinin üzvləri qəzəblənib qadını zorla sürüyərək özləri ilə apardılar.(2)

9- Kərbəla şəhidlərini dəfn etdilər

Aşura vaqiəsindən sonra Bəni-Əsəd qəbiləsinin qadınları Əhli-beyt xanımlarına mənəvi dayaq olmaq üçün Kərbəlaya gəldilər. Onlar şəhid olmuş şəxslərin bədənlərinin dəfn olunmadığını görüb, qəzəbli halda ərlərinin yanına qayıdaraq belə söylədilər: «Siz Hüseynə (ə) kömək etmədiyinizə görə Allah-taalanın hüzurunda nə bəhanə gətirəcəksiniz?! Ey bədbəxtlər, heç olmasa qalxın, şəhidlərin doğranmış bədənlərini dəfn edin.»

Bunu eşidən Bəni-Əsəd qəbiləsinin kişiləri xəcalət çəkərək, utandılar. Və Kərbəla şəhidlərini dəfn etmək üçün oraya yola düşdülər.(3)

Bəli, əziz oxucu, müsəlman qadınlar bütün bu hərəkətlərilə qadın əzəmətinin və iqtidarının müqəddəsliyini sübut etməklə yanaşı, haqla batilin savaşı sayılan Kərbəla qiyamına hər kəsin məsuliyyətlə yanaşmalı olduğunun vacibliyini anlatdılar.

səh:95


1- [1] . Müq ə rr ə m, «M ə qt ə lül-Hüseyn ( ə ) », s ə h. 375; «M ə alis-sibteyn», c. 2, s ə h. 93.
2- [2] . Şeyx Abbas Qumi, «Münt ə h ə l- ə mal», c. 2, s ə h. 289; Şeyx Abbas Qumi, «N ə fsül-m ə hmum», s ə h. 174.
3- [3] . M ə h ə mm ə d İştihardi, «Ali-M ə h ə mm ə d (s) müsib ə tind ə », s ə h. 405.

səh:96

Aşura qiyamında Əhli-beyt xanımlarının rolu nə oldu?

Keçmiş bəhslərdə aydın oldu ki, Kərbəla inqilabının öz ali hədəflərinə çatması və lazımı nəticələri əldə etməsi üçün iki mərhələnin tamamlanması zəruri idi. Birinci mərhələdə İmam Hüseynin (ə) Yezidə bey`ət etməyib qiyama qalxması, insanları inqilaba çağırması və İslam ümmətinin yatmış qeyrətini oyatmaq üçün öz tərəfdarları ilə birgə məzlumcasına şəhid olması idi. İkinci mərhələdə isə bu qiyamın səbəb və hədəflərinin təhrif edilməməsi, dəyərli məqsəd və şüarlarının xalqa düzgün şəkildə çatdırılması, onların maarifləndirilməsi, həmçinin əsrlər boyu insanların yaddaşına həkk olmasını tə`min etmək tələb olunurdu.

Ən əsası budur ki, ikinci mərhələni lazımı şəkildə yerinə yetirmək birincisi kimi böyük cəsarət, əzm, fədakarlıq və uzaqgörənlik tələb etdiyinə görə, xüsusi əhəmiyyət kəsb edirdi. Əgər bu mərhələ layiqincə əncam verilməsəydi, İmam Hüseyn (ə) və onun tərəfdarlarının çəkdiyi bütün zəhmətlər, Kərbəlada tökülmüş şəhid qanları hədər gedəcəkdi. Bununla da tarix boyu şahidi olduğumuz möhtəşəm nəticəni əldə etmək mümkün

səh:97

olmayacaqdı. Təbii ki, bu ağır məsuliyyətli vəzifə Kərbəlada sağ qalmış İmam Səccadla yanaşı Əhli-beyt (ə) xanımlarının öhdəsinə düşürdü. Deməli Kərbəla qiyamında qadınların rolu olduqca mühüm sayılmalı və necə də vacib əhəmiyyət daşıdığı diqqətdən kənarda qalmamalıdır. Bu qiyamla Əhli-beyt (ə) xanımlarının rolu aşağıdakılardan ibarət olmuşdur:

1- Aşura qiyamının təbliği

Düşmənin əsir tutduğu qadınların iradəsini qırmaq üçün bütün səylərini səfərbər etməsinə baxmayaraq, Əhli-beyt (ə) xanımları izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət deyil, şirin bir qələbə, zəfər olduğunu sübut etdilər. Onlar öz xütbələri, çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və şüarları haqqında maarifləndirərək, onun əhəmiyyəti barəsində gərəkli təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt (ə) qadınları müsəlmanlara atəşin xütbələrilə müraciət edərək, İmam Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı olmadıqları üçün öz mənliklərini, şəxsiyyətlərini alçaltmış olduqlarını anlatdılar.

Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları, Həzrət Hüseyni (ə) Kufəyə də`vət edib sonra isə öz əhdinə vəfasız çıxan qorxaq, əzgin ruhlu kufəliləri gördükdə, əhalinin yatmış qeyrətini oyatmaq üçün, onları məzəmmət etməyə başladılar. Əvvəlcə Həzrət Zeynəb (ə) belə buyurdu:

«Ey Kufə camaatı! Ey hiyləgər və namərd insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskik olmasın! Siz bir qadına bənzəyirsiniz ki, əlində olan bütün sapları toxuyur, sonra da bütün toxuduqlarını sökərək, korlayır. Sizin nə əhdinizin, nə də andınızın  heç bir dəyəri və e`tibarı yoxdur! Sizin lovğalanmaq, kəniz tək yaltaqlıq etmək və boşboğazlıq etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və

səh:98

qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirtət dünyanız üçün ən pis azuqəni: Allahın qəzəbini və (sonsuz) cəhənnəm işgəncəsini hazırladınız. Ağlayırsınızmı? Elədir, ağlayın. And olsun Allaha ki, ağlamağa layiq insanlarsınız. Çox ağlayın, az gülün! Belə bir namərdlik və dönüklük edib, (cox iyrənc) ləkə daşıdığınız halda nə üçün ağlamayasınız? Elə bir şərəfsizliyə əl atdıniz ki, onu heç bir su ilə yuyub, təmizləmək olmaz. Peyğəmbər övladını və cənnət cavanlarının rəhbərinı qətlə yetirməkdən də böyük rəzillik (və ləkə) ola bilərmi? Elə bir şəxs ki, sizi haqqa doğru yönəldən yola işıq və cətin zamanlarınızda pənahgahınız idi. (Utancınızdan) Ölün! Xəcalətli üzlərinizi gizlədin. Keçmişdəki zəhmətlərinizi bütünlüklə bir dəfəyə hədər etdiniz. Gələcəyiniz üçün isə, heç nə əldə etmədiniz. Bundan sonra əskiklik içində ömür sürəcəksiniz. Çünki Allah-Təalanın hiddətinə tuş gəldniz. Elə bir əmələ əl atdınız ki, az qaldı (qəzəbindən) göy sökülüb, yerə tökülsün, yer yarılıb parçalansın və dağlar parça-parça olsun...»(1)

Zeynəbin təsirli sözlərindən sonra daha da peşmançılıq hissi keçirdən, öz pis əməllərinin dəhşətini anlayan kütlənin gözlərində artıq inqilab qığılcımlarını görmək çətin deyildi. Onlar qorxaqlıqları və nankorluqları üçün dərin təəssüf hissi keçirdir, hər bir vəziyyətdə olursa-olsun səhvlərini yumaq, təmizləmək barəsində fikirləşirdilər.

İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm Gülsüm də kufəlilər qarşısında çıxış edərək, onları daha da təsirləndirdi. Fatimə dedi: «Ey Kufə əhli! Ey hiylə və fırıldaq sahibləri! Bizi kafir sayıb, bunun üçünmü, qanımızı axıtdınız? Qılınclarınızda bizim qanımız damcı-damcı tökülür, buna görəmi sevinirsiniz? Tezliklə Allahın

səh:99


1- [1] . Mehdi Pişvayi, «M ə sum imamların h ə yatı», s ə h. 133-134; Ə hm ə d ibn Ə bu Tahir,«B ə lağ ə tün-nisa», s ə h. 24.

qəzəbi, çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay halınıza! Bizə necə qıydınız? Hansı iyrənc hissiniz sizə bizi öldürməyə vadar etdi? Ayaqlarınız necə bu yolda qədəm tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz daşlaşmışdırmı? Gözləriniz həqiqəti görmür və qulaqlarınız onu eşitməyə acizdir. Şeytan iyrənc əməllərinizi sizə «gözəldir» deyə, zinətləndirmişdir...

Ey Kufə əhli! Heç bilirsinizmi Peyğəmbər (s) sizdən bu tökülən qanları cavablandırmanızı istəyəcək?»(1)

2- Təhriflə mübarizə

İslam düşmənləri Kərbəla müsibətindən sonra onu cürbəcür yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini və bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. Bu qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk etməsi, o zamanın zalım hökumətinin məhvi demək idi. Elə buna görə də, din düşmənləri həm İmam Hüseynin (ə) inqilabının həqiqətini gizlətmək və həm də özlərinin insanlıqdan uzaq cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollarla onu təhrif etməyə başladılar. İbni Ziyad Kufədə İmam Hüseynin (ə) qiyamının yanlış olması barəsində şübhələr yaratmağa çalışdı. O, (guya) bu işin məcburi “qəzavü-qədər” (alın yazısı) olduğunu, Hüseyni (ə) Allahın öldürdüyünü Yezid və tərəfdarlarının bu işdə heç bir günahı olmadığını sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt (ə) xanımlarının (və İmam Səccadın (ə) ) bacarığı, mübarizəsi sayəsində düşmən öz çirkin hədəfinə çatmağa nail ola bilmədi.(2)

Ubeydullah ibn Ziyad camaatı Kufənin came məscidinə (mərkəzi məscidinə) toplayaraq öz çirkin

səh:100


1- [1] . Xiyabani, «V ə qayeül- ə yyam», s ə h. 253.
2- [2] . Mürt ə za Müt ə hh ə ri, «Hüseyn ( ə ) inqilabı», c. 3, s ə h. 252; «Aşura tarixind ə araşdırma», s ə h. 138.

əməllərinə dini don geydirməyə başladı: «Həmd olsun o Allaha ki, haqqa zəfər əta etdi və «mömünlərin ağasına» (Yezidə), onun dostlarına yardım etdi. Və yalançı oğlu yalançını ( (nəuzubillah) İmam Hüseyni (ə) ) öldürdü.»(1)

Elə bu zaman Həzrət Zeynəb (ə) digər qadınlarla birgə əsir şəklində olmasına baxmayaraq vüqarla məscidə daxil oldu. Ubeydullah ondan kim olduğunu soruşduqda, cavab vermədi. Kənizlərdən biri: «O, Allah RIsulunun (s) qızı Fatimənin əziz övladı Zeynəbdir»-dedi. Ubeydullah ibn Ziyad, qardaşları, övladları və digər yaxınları şəhid olmuş, başı çox müsibətlər çəkmiş və indi isə əsir kimi qarşısında dayanan Zeynəbin (ə) qürurunu sındırmağın asan olduğunu zənn etdi. Ona elə gəldi ki, azacıq çığır-bağır salsa belə, Zeynəb (ə) ağlayacaq, yalvaracaq və ibn Ziyaddan aman diləyəcək. Camaat da, zalımların haqlı olduğunu düşünəcəkdir. Ona görə də lovğalıqla dedi: «Həmd olsun o Allaha ki, sizin ailənizi rüsvay edib yer üzündən sildi və sözlərinizin yalan olduğunu sübuta yetirdi.»

 Xanım Zeynəb cavab verdi: «Həmd olsun o Allaha ki, bizə (ailəmizə babamız) Peyğəmbəri (s) əta etməklə  əzəmət bağışladı və çirkinliklərdən pak saxladı.(2) Yalnız fasiqlər rusvay olar. Yalnız pis adamlar yalan danışar. Allaha həmd və səna olsun ki, pis adam biz deyil, başqa şəxslərdir. (Yəni, pis insanlar sən və tərəfdarlarındır.) »(3)

İbn Ziyad dedi: «Gördün Allah sizin başınıza nə müsibətlər gətirdi.»

Xanım Zeynəb (ə) cavab verdi: «Mən gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhid olacağını

səh:101


1- [1] . «M ə sum imamların h ə yatı», s ə h. 130
2- [2] . M ə qs ə d Ə hli-beyt ( ə ) haqqında nazil olan Ə hzab s ur ə sinin, 33-cü ay ə sidir.
3- [3] . Şeyx Müfid, «İrşad», s ə h. 244.

öncədən bilirdi. Onlar da öz vəzifələrini yerinə yetirərək, axirət mənzillərinə yollandılar. Tezliklə (qiyamət günü) Allah səni və onları  görüşdürəcək, (o zaman da,) onlar Allaha səndən giley edib, ədalət tələb edəcəklər. İndi düşün ki, Qiyamət günü kim zəfər çalacaq? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!»(1)

«Zeynəbin bacısı Ümmü Gülsüm də, İbni Ziyada xitabən dedi: “ Ey İbn Ziyad! Sən Allahın rəsulu Məhəmmədə (s) qiyamət günü nə cavab verəcəksən? Bilirsənmi cəzanı Peyğəmbər verəcək?»(2)

Yezidin hakimiyyət etdiyi Şam şəhərində isə vəziyyət tam başqa şəkildə idi şamlılar Əhli-beytin (ə) kim olduğunu lazımınca bilmirdilər. Onlar Müaviyənin 42 il Şamda hakimiyyətdə olduğu zaman təhrif etdiyi «İslam»-a e`tiqadlı idilər.(3) Dinin həqiqi hökmlərindən və köklü e`tiqadlarından xəbərsiz idilər.

Şamlıların İslamın həqiqətlərindən xəbərsiz olmasına təkcə bunu dəlil gətirmək kifayətdir ki, onlar Həzrət Əlinin (ə) Kufə məscidində namaz qılarkən şəhid edildiyini eşitdikdə təəccübləndilər və dedilər: «Məgər Əli (ə) namaz qılırdı?»(4) Bəli Əhli-beytin (ə) düşməni olan Müaviyə onları necə tərbiyə etmişdisə, dini onlara necə (ürəyi istədiyi formada) anlatmışdısa, eləcə də qəbul etmişdilər. Elə bunun üçün də Şam şəhərində İmam Hüseynin (ə) qiyamını dindən xaric olmuş şəxslərin üsyanı və ya xilafətlə mübarizə aparan Bizans döyüşçülərinin mübarizəsi kimi tanıtdırmışdılar.(5) Buna görə də əsirlər

səh:102


1- [1] . «M ə sum imamların h ə yatı», s ə h. 131
2- [2] . K. Firişler, «İmam Hüseyn ( ə ) v ə İran», s ə h. 476; « Ə yan üş-şi ə » c. 3, s ə h. 485 v ə c. 7, s ə h. 136.
3- [3] . «M ə sum imamların h ə yatı», s ə h. 130
4- [4] . M ə sudi, «Murucüz z ə h ə b», c. 3, s ə h. 31-32.
5- [5] . Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 349.

Şam şəhərinə gətirildikdə, əhali Yezidin qələbəsini bayram edirdi. Hamı sevinc içində Hüseynin (ə) şəhid olduğu üçün şadlıq edir və əsirlərə əllərindəki daş-kəsək, zibil qırıntıları atırdılar. Amma sonralar Əhli-beytin (ə) maarifləndirici çıxışları nəticəsində hər şey dəyişdi.

Belə ki, Yezidin sarayı təmtəraqlı şəkildə bəzədilmiş saray adamları və xarici səfirlər dəvət olunmuş, ənamlarla dolu bayram süfrəsi açılmışdı. Yezid Həzrət Hüseynin (ə) kəsilmiş başını bir məcməyə qoyaraq, əlindəki çubuqla onun dişlərinə vurur və bu şeri oxuyurdu: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş babalarım burada olub, sevinərək deyərdilər ki, «Yezid çox sağ ol! Əli (ə) övladlarına Bədr döyüşünün acısını dadızdırdın və intiqamımızı ondan aldın!»(1)

Elə bu vaxt əsir kimi məclisə gətirilən Zeynəb (ə) bunu görüb, fəryad edərək buyurdu: «Allah və Onun Peyğəmbəri(s) doğru söyləmişlər ki, pis əməl sahiblərinin sonu odur ki, Allahın ayətlərini uydurma sayıb onlara istehza edərlər.

Yezid, elə xəyal edirsən ki, yeri-göyü bizə təngləşdirməklə, əsir şəklində bir şəhərdən başqa şəhərə daşımaqla rüsvay edib, özünə hörmət qazanacaqsan? Elə sanırsan ki, bu əməlinlə əzəmət qazanıb, insanlara lovğalana bilərsən? Hakimiyyətini nizam-intizamlı görüb, o qədər sevinirsən ki, sanki öz dərinə sığışmırsan. Anlamırsan ki, sənə verilən bu fürsətin səbəbi, doğrusu, iç üzünü açıb xalqa göstərmən üçündür? Sən, Allah-Təalanın «Küfr edən şəxslər onlara verdiyimiz möhləti heç xeyir bilməsinlər! Bu möhlət yalnız onların günahlarını daha da çoxaltmaları üçündür. Onlar zillətli bir əzaba düçar olacaqlar»-deyə buyurduğunu unutmusanmı?

səh:103


1- [1] . «Balağatün-nisa», s ə h. 20; «M ə sum imamların h ə yatı», s ə h. 135.

Ey azad edilmiş şəxslərin oğlu! Bu ədalətli hökmdürmü ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında, naməhrəmlərin baxışlarından uzaq otursun, amma sən Allah Rəsulunun (s) qızlarını əsir edərək, pərdəsini kənara atıb, hörmətsizlik edəsən, onların səslərini boğazlarında boğub, naməhrəm kişilər vasitəsilə onları dəvələrə mindirib, bir şəhərdən başqa bir şəhərə yollayasan? Bu necə ədalətdir ki,  heç kim onlara yer verməsin və heç bir mühafizləri olmasın və onlara məhrən olan kişilərdən kimsə yanlarında olmasın?

Əlbəttə, qəlbi bizə qarşı ədavət və küdurətlə dolu olan kəsdən bundan artıq nə gözləmək olar? Deyirsən, kaş ki, Bədr savaşında (Peygəmbər(s) və Həzrət Əli tərəfindən) qətlə yetirilən əcdadın indi burada olaydı və bu sözləri dilinə gətirərək, Peyğəmbər övladının dişlərinə (çubuqla) vurursan? Nə üçün axı belə etməyəsən?  Bil ki, sən yer üzünün ulduzları sayılan Peyğəmbər övladlarının və Əbdul-Müttəlib ailəsinin qanını axıtmaqla iki tayfa arasında olan keçmiş ədavəti yenidən qurdun. Boş yerə fərəhlənmə! Tezliklə Tanrı hüzurunda peşman olacaqsan və orada arzu edəcəksən ki, kaş kor, lal olaydın və bu günü görməyəydin, kaş «indi babalarım burada olsaydı, o qədər şad olardılar ki, öz dərilərinə belə sığmazdılar» ibarəsini dilinə gətirməyəydin. Ey Allah, bizə zülm edən kəsdən özün intiqamımızı al!

And olsun Allaha ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) və dostları Tanrının lütf və mərhəməti sayəsində olacaqları gün (qiyamət günü) sən Yaradannın hüzurunda öz ətini-dərini didib-dağıdacaqsan. Allah öz və`dəsini yerinə yrtirəcəyi zaman kənarda qalmış bu məzlumları bir yerə toplayacaq. Allah buyurur ki, «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsla, onlar öz rəbbinin yanında diridirlər və ruzi (cənnət ruzisi)

səh:104

yeyirlər». Lakin səni zorla müsəlmanların rəhbərliyinə təyin edən kəs (Muaviyə), haqq-ədalətin, ilahi məhkəməsinin, Məhəmməd peygəmbərin (s) və sənin öz bədən üzvlərinin, etdiyin cinayətlərin əleyhinə şahidlik edəcəyi o gün, anlayacaq ki, kim hansınız daha da bədbəxtdir. ( yəni; bilinəcək ki, sən, yaxud Müaviyə daha cox bədbəxtdir.)

Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu, Allaha and olsun ki, sən mənim gözümdə elə bir dəyərə  malik deyilsən ki, mən səni danlayam. (yəni; sən o qədər alçaq və dəyərsizsən ki, heç danlanmağa da layiq deyilsən). Sən təhqir olunmağa belə ayiq deyilsən. Amma nə edə bilərəm? Gözlərim yaşla dolub, dərd- kədərim sinəmdə fəryad edir. Hüseyn (ə) qətlə yetirildikdən sonra, şeytanın qoşunu Peyğəmbərin əhli-beytinə hörmətsizlik edərək, müsəlmanların beytül-malından (Yezidin əlilə) mükafatlanmaq xatirinə, bizi Kufədən «səfehlər diyarına» gətirdi və bu cəlladların əlləri bizim qanımıza doydu. Və vəhşi-ac canavarlar şəhidlərin pakizə cənazələri üstündə at çapdıqdan sonra səni məzəmmət etmək, tə`nə vurmaq hansı dərdə dərman olar ki? Sən bizi öldürmək və ya əsir tutmaqla coxlu mənfəətlərə sahib olduğunu xəyal edirsənsə, tezliklə anlayacaqsan ki, zərərdan başqa bir şey ələ gətirməmisən. Qiyamət günü bu əməllərinin aqibətindən başqa heç bir şey qazanmayacaqsan. O zaman İbn Ziyadı öz köməyinə səsləyəcək, o isə öz növbəsində səndən mədəd umacaq. Amma sən və sənin davamçıların o gün Tanrının ədalət məhkəməsinə toplanacaq və biləcəksiniz, Müaviyənin sənin axirətinə yadigar qoyduğu ən yaxşı azuqə Peyğəmbər balalarını qətlə yetirrməyin olmuşdur. Allaha and olsun ki, mən Ondan qerisindən qorxmur və Ondan başqa heç kimə gileylənmirəm! Hər nəyi bacarırsan, onu da elə! Bütün hiylələrini işə sal!

səh:105

Ədavətini bütün gücüylə göstər! Allaha and olsun, bu ləkə sənin adina elə həkk olub ki bir daha silinməyəcəkdir. Allaha şükürlər olsun ki, behişt gənclərinin rəhbərinin (İmam Hüseynin (ə)) sonunu əbədi səadətlə nəticələndirdi və cənnəti onlara labüd etdi. Allahdan arzum budur ki, onların məqamını daha da yüksəltsin və öz mərhəmətini onlara nisbət daha da artırsın.  Necə ki, Allah ən qüdrətli hami və ən gözəl havadardır.»(1)

Zeynəbin (ə) xütbəsi o qədər təsirli oldu ki, məclisdə iştirak edən məsul şəxslər, hətta Yezidin öz yaxınları da ona etiraz edərək qəzəbləndilər. Hətta orada olan hərəmxana qadınları da, Yeziddən üz çevirərək göz yaşları içində məclisi tərk etdilər. Onlar Hüseynə (ə) mərsiyələr söyləyirdilər.(2)

3- Əzadarlıq və kədərləndirici çıxışlar

Əhli-beyt (ə) qadınları kədərli çıxışları və əzadarlıq mərasimlərilə insanların vicdanlarını ayıldaraq təsirləndirirdilər. İmam Hüseynin (ə) məzlumiyyətini xalqa açıqlayır, bu yolla müsəlmanları kövrəldərək onlara insani, hümanist duyğular aşılayırdılar. Elə bunun nəticəsində camaatın yatan fitrətində zalıma nifrət, məzluma rəhmət hissi oyandı. Və həmçinin belə matəm mərasimlərində Əhli-beyt (ə) qadınlarının söylədiyi ürək yandırıcı, eyni zamanda düşündürücü sözlər hamını İmam Hüseynin (ə) qiyamı barəsində fikirləşməyə vadar edirdi.

Bu, həm də özlərini dindar kimi göstərən Bəni-Ümyyə hakimiyyətinin rüsvay olması və süqutunun təzmini demək idi.

Necə ki, İmam Hüseynin (ə) həyat yoldaşı Rübab Kufə şəhərinə daxil olarkən, ağlayaraq fəryad etdi: «İmam

səh:106


1- [1] . «M ə sum imamların h ə yatı», s ə h. 136-137.
2- [2] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 356; «Kamil»,c. 3, s ə h. 298.

Hüseyn (ə) bir nur idi ki, hər kəs işığını ondan alırdı. İndi isə Kərbəlada şəhid edildi və mübarək bədəni torpaq üstündə yalqız buraxıldı. Ey Peyğəmbərin övladı Hüseyn, Allah səni ən gözəl şəkildə mükafatlandırsın. Sən mərhəmətli və möhkəm bir dağa bənzəyirdin, bizimlə gözəl davranırdın. Səndən sonra kim yetimlərə və çarəsiz insanlara pənah olacaq? Kim əli hər yerdən üzülmüşlərə sahib çıxacaq. Səndən sonra mən torpaqların məni örtdüyü zamanadək tənha yaşayacağam!»(1)

Rübab, İbni Ziyadın məclisində göz yaşı tökərək diqqətləri Hüseynin (ə) məzlumiyyətinə cəlb etdi: «Ah, mənim Hüseynim (ə)! Mən düşmənlərin ox və nizə yağışına tutduqları Hüseyni (ə) unutmayacağam. Namərdlər onu Kərbəlada hiylə ilə öldürdülər. Əvvəlcə köməyə çağırdılar sonra isə amansızlıqla, susuz şəhid etdilər. Allah Hüseynin (ə) düşmənlərini qiyamət günü susuz cəzalandırsın!»(2)

Həzrət Zeynəb (ə) Yezidin sarayında qardaşının kəsilmiş başını gördükdə dedi: «Ya Hüseyn! Ey Allah rəsulunun (s) sevimlisi, ey Məkkə və Minanın övladı, ey Fatimeyi Zəhranın (s) oğlu!»(3)

Bu sözlər hamını kövrəltdi. Ümm Gülsüm və Fatimə də, buna bənzər növhələr oxudular.(4) Onlar daim Hüseynin (ə) məzlumiyyətini xalqa aşılayırdılar.

4- İffət keşiyində

Əhli-beyt (ə) qadınları düşmən qoşununun ərlərini, qardaşlarını, yaxınlarını amansızlıqla öldürdüyünü, vəhşicəsinə xeymələrə basqın edib qarətə məşğul

səh:107


1- [1] . M ə h ə mm ə d ə l-H ə sun M ə şkur, « Ə lam ün-nisa», s ə h. 345; Ə bülf ə r ə c, « Ə l- ə ğani», c. 16, s ə h. 142.
2- [2] . «Kamil»,c. 3, s ə h. 300; «Biharül- ə nvar», c. 10, s ə h. 235.
3- [3] . Ş. A. Qumi, «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 341-342.
4- [4] . H ə min m ə nb ə , s ə h. 290-293.

olduğunu və onları əsir tutub əzab-əziyyət verə-verə ac-susuz şəkildə şəhərləri dolandırdıqlarını gördülər. Amma bütün bunlardan sarsılmayaraq, öz iffət və namuslarını şərəflə qorudular. Kufə şəhərinə daxil olduqda əsir düşmüş Əhli-beyt (ə) xanımlarına şəhərin evlərinin damından baxan qadınlar örpək payladılar.(1)

Kufənin cümə məscidinin yanındakı evdə həbs olunduqda isə Zeynəb qəzəblə dedi: «Baxın, bizim yanımıza kənizlərdən başqa heç kim gəlməsin!»(2)

Əsirlər Şam şəhərinə yetişdikdə isə Ümmü Gülsüm və Rübab Şimrə dedi: «Bizi şəhərin başqa qapısından xəlvət küçələrlə apar və şəhidlərin nizəyə keçirilmuş başlarını, bizdən uzağa apar ki, yad insanların gözü onları seyr edərkən bizə sataşmasın.» Amma Şimr bunu etmədi. Belə olduqda Ümmü Gülsüm fəryad edərək, etirazını bildirdi: «Vay olsun sənə ey məlun! Allah zalımlara lənət etsin. Allah sənə lənət etsin! Bu iyrənc əməlinlə fəxr edirsən? Peyğəmbərin ailəsini yad baxışların önünə çıxarmaqlamı öyünürsən?!... »(3)

Peyğəmbərin səhabəsi Səhl İbn Səd deyir ki, mən təsadüfən Əhli-beyt (ə) əsirlərinin Şama gətirildiyi gün orada idim. Şəhidlər ağası Hüseynin (ə) qızı Səkinəni gördüm ondan nə istəyi olduğunu soruşdum,: O, Atamın başını nizəyə vuran bu bədbəxtə de ki, bizim aramızdan uzaqlaşsın. Belə olduqda kütlə ona baxar və diqqətlər bizim üzərimizdə cəmləşməz.»

Mən başı aparan nizəçiyə 400 dinar verdim ki, onu əsirlərin içindən kənara aparsın.(4)

Başqa bir nümunə: «Yezidin sarayında Şamlı bir kişi Həzrət Hüseynin (ə) qızı Fatiməni özünə kəniz etmək

səh:108


1- [1] . «İmam Hüseynin ( ə ) h ə yatı», s ə h. 291-292.
2- [2] . Cavad Müh ə ddisi «Aşura şüarları», s ə h. 248.
3- [3] . R ə bbani Xalxali, «Hüseynin parlaq siması», s ə h. 520-521.
4- [4] . «R ə yahinüş-ş ə ri ə » c. 3, s ə h. 316.

üçün, Yeziddən xahiş etdi. Yezid onun istəyini qəbul etdi. Amma Fatimə və Zeynəb (ə) etiraz səslərini ucaldaraq, Yezidin bu çirkin əməlinə mane oldular. Onların cəsarətli etirazından təəccüblənən kişi, əsirlərin kim olduğunu soruşdu. Bu qadınların Əhli-beyt (ə) əsirləri olmasını öyrəndikdə isə o, Yezidi lənətləyərək təhdid etdi və Yezidin əmri ilə şəhid edildi.»(1)

5- İdarəçilik və mühafizə

Mə`lum olduğu kimi Kərbəla faciəsi zamanı Həzrət İmam Səccad (ə) İlahi məsləhəti ilə xəstə idi. Belə olan halda təbii ki, əsirlərin mühafizəsi və şəraiti idarə etmək kimi ağır bir məsuliyyət Həzrət Zeynəbin üzərinə düşürdü. Bu cəsarətli qadın öz uzaqgörənliyi ilə od-alovun içərisində İmam Səccadın (ə), qadın və uşaqlarını xilas edə bildi. Əsirlər hər bir halda ona sığınır, ondan kömək umurdular. Alman yazıçısı Kurt Frişler «İmam Hüseyn və İran» adlı kitabında yazır «Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid edildikdən sonra şəraitin olduqca ağır və dəhşətli həddə pis olmasına baxmayaraq, əsirlərin idarəçilik və mühafizə işlərini öhdəsinə aldı. O, hətta hər dəfə xütbə və çıxışlarına başlamazdan əvvəl, əsirləri sayır heç kimin itkin düşməməsinə çalışırdı. Buna əmin olduqdan sonra isə sözə başlayırdı. Əlində az miqdarda olan çörəyi digər əsir qadın və uşaqların arasında bölür, çox vaxt özü ac qalırdı.» (2)

Xanım Zeynəb (ə) əzəmətli elmi(3) və bacarığı ilə vəziyyəti lazımı formada idarə edirdi. Keçən bəhslərimizdə işarə etdiyimiz kimi Fatimənin Yezid kimi zalımın sarayında iffətinin qorunması, İmam Səccadın (ə) İbni

səh:109


1- [1] . Şeyx Müfid, «İrşad», s ə h. 479; «Tarixi-T ə b ə ri», c. 3, s ə h. 339; «M ə qatilüt-Talibin», s ə h. 120.
2- [2] . K. Frişler,«İmam Hüseyn»,s ə h. 477.
3- [3] . «S ə fin ə tül-B ə har», c. 1, s ə h. 558.

Ziyadın iqamətgahında ölümdən qurtulması da bir başa Zeynəbin (ə) cəsarəti və hünəri nəticəsində mümkün oldu.

6- Şəhadəti dirçəltmək

Əhli-beyt (ə) xanımları həyat yoldaşı, qardaş və övlad şəhidi verdilər. Hətta şəhid olan övladlarının arasında yetkinlik yaşına çatmayan uşaqlar da belə var idi.(1) Unutmayaq ki, İmam Hüseynin (ə) üç yaşlı qızı Səkinə də, ağır və məşəqqətli əsirlik yolunda şəhid oldu.

səh:110


1- [1] . «R ə yahinüş-ş ə ri ə », c. 3, s ə h. 311-312; M ə h ə mm ə d Baqir M ə lbubi, « Ə l-v ə qaye v ə l-h ə vadis» c. 3, s ə h. 89-92.

Aşura qiyamının nəticəsi nə oldu?

İmam Hüseyn (ə) zalım hökumətə qarşı məlum səbəblər üzündən qiyam edərək öz ailə və əshabı ilə birlikdə şəhadət məqamına nail oldu. Lakin bu məğlubiyyət demək deyildi. Çünki İmamın (ə) qiyamı müsəlmanların ayılması, İslamın yenidən dirçəlməsi və bu kimi böyük səmərələrlə nəticələndi. Və biz o səmərələrin bir neçəsini nəzərinizə çatdırırıq:

1) Bəni-Üməyyə dövlətinin rüsvay olması

Bəni-Üməyyə hakimləri müxtəlif metodlarla öz hökumətlərini dini göstərməyə çalışıb və bu hədəf yolunda öz şənlərinə hədislər qondarıb, şerlər yazdırsalar da, Aşura faciəsi onların iç üzünü açıb xalqın arasında rüsvay etdi. Yezidin qoşununun Aşura günü suyun qabağını bağlası, uşaqları öldürüb qadınları əsir götürməsi, İmamın (ə) başını kəsib mübarək cəsədinin üstündə at çapması və bu kimi namərd hərəkətləri mövcud hakimiyyətin dinsiz-imansız olduğunu sübut etdi. Mücahid, o günləri görən bir şəxs kimi deyir: «Allaha and olsun ki, bütün camaat Yezidə nifrət hissi ilə lə`nət göndərirdilər.» (1)

səh:111


1- [1] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», 262.

Yezidin Aşura hadisəsindən sonra olan qüruru və sevinci çox çəkmədi. O, xalqın İmam Hüseyni (ə) öldürdüyü üçün ona qarşı olan nifrət və qəzəbini yaxından hiss etməyə başladı. Xalqın ona qarşı olan ikrahına dözə bilməyən Yezid, İmamın (ə) ölümünü Kufənin hakimi Ubeydullah ibn Ziyadın boynuna atdı.

Tarixçilər bu barədə yazırlar:

Yezid Aşura hadisəsindən sonra sevinclə Ubeydullahı Dəməşqə dəvət edib ona çoxlu ənamlar bəxş etdi. Onu öz yanında əyləşdirib dərəcəsini yuxarı qaldırdı. Sonra onu öz hərəmsərasına aparıb birlikdə qadınlarla əyyaşlığa məşğul oldular... (1)

Amma xalqın kütləvi şəkildə ona qarşı çıxmasını gördükdə dözə bilməyib İmam Hüseynin (ə) qətlini Ubeydullahın üstünə atdı. Və bu məğlubiyyəti öz üzərindən götürmək üçün əlindən gələni etdi.

İbni Əsir yazır:

«İmam Hüseynin (ə) kəsilmiş başını Yezidin yanına gətirdilər. Yezid bu vəziyyəti gördükdə şad oldu. Və Ubeydullahı tərifləyərək onu mükafatlandırdı. Lakin çox keçmədi ki, Yezidə camaatın qəzəblənməsini, söyüş və lə`nət göndərməsini xəbər verdilər. Bu üzdən Yezid İmam Hüseyni (ə) öldürtməkdən peşman olub deyirdi: “Allah Mərcanənin oğluna (Ubeydullaha) lə`nət etsin! ... O Hüseyni (ə) qətlə yetirməklə camaatın mənə qarşı çıxmasına səbəb oldu. İndi xalq məni lə`nətləyir və məni özlərinə düşmən bilirlər. Mərcanənin oğlu mənim başımı bəlaya saldı. Əgər bilsəydim Hüseyni (ə) öldürtdürdüyümə görə lə`nətlənəcəm heç vaxt onu öldürtdürməzdim.  (2)»

səh:112


1- [1] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», 290.
2- [2] . « Ə lkamil fil-tarix», c. 4, s ə h. 84.

Həmçinin Yezid əvvəllər Aşurada əsir düşmüş uşaq və qadınlara qarşı təkəbbürlə rəftar etdi. Onların xarabalıqda məskunlaşdırılmasına əmr etdi. Lakin az bir müddətdə xalqın etiraz səsi qalxdı. Yezid məcbur qalıb əsirlərə qarşı öz rəftarını dəyişdi. Və onların istədikləri vaxt Mədinəyə qayıtmalarına icazə verdi.(1)

İmadəddin Təbəri yazır:

«Həzrət Zeynəb Yezidin yanına bir nəfər göndərdi ki, onların əzadarlıq keçirmələrinə icazə verilsin. Yezid göstəriş verdi ki, əsirlər «Darul-hicarə»yə aparılsın və orada istədikləri qədər ağlasınlar. Əsirlər yeddi gün əza məclisi təşkil etdilər. Əza məclisinin təsiri altına düşən camaat hətta Yezidin sarayına girib onu öldürmək fikrinə düşdülər.»(2)

Yezid Aşura faciəsindən sonra dörd ildən çox yaşamadı, lakin insanların nifrət və lənətini həmişəlik Bəni-Üməyyə üçün miras qoydu.

2) Şəhadət ruhiyyəsinin dirçəlməsi

Şəhadət hər bir xalqın ən üstün və mənəvi dəyərlərindən biri sayılır. Hər bir millətin qüruru o millətin cavanlarının ölümdən qorxmaması və həmişə din, namus və ölkəsi uğurunda şəhadətə hazır olmasıdır. Lakin İslam dinində şəhadət, bütün məsləklərdən fərqli olaraq özünə məxsus bir məfhuma malikdir. İslamın şəhidə bəslədiyi xüsusi rəğbəti Qur`an ayələri və hədislərdən daha yaxşı başa düşmək olur. Qurani-Kərim şəhidlər haqqında buyurur:

«Allah yolunda şəhid olanlara ölü deməyin. Onlar diridirlər, lakin siz bunu dərk edə bilmirsiniz.»(3)

səh:113


1- [1] . C ə f ə r Sübhani, «M ə sumların h ə yatı», s ə h. 216.
2- [2] . «Tarixi-T ə b ə ri», s ə h. 302.
3- [3] . B ə q ə r ə sur ə si, ay ə 154.

Başqa bir ayədə buyurur: «Allah yolunda şəhid olanlara ölü deməyin! Çünki onlar diri və Tanrı yanında ruzidən bəhrələnirlər. Siz isə bunu dərk edə bilmirsiniz. »(1)

Gördüyünüz kimi Qurani-Kərim şəhidlərin diri olmasına israr edib və bu həqiqətin gerçəkliyini onların İlahi ruzisindən bəhrələnmələri ilə izah edir. Necə ki, şəhidin savabı haqqında da, belə buyurur: «Hər kim Allah yolunda cihad edib qalib gələ və ya şəhid ola biz ona çox böyük mükafat əta edərik.»(2)

Məhəmməd Peyğəmbər (s) Qur`anın şəhidlər barəsində olan ayələrini belə şərh edir: «Hər bir yaxşı əməldən, başqa bir üstün əməl vardır. Lakin şəhidlik məqamından daha üstün yaxşı bir əməl yoxdur.»(3)

Başqa bir rəvayətdə buyurur: «Heç bir qətrə Tanrı yanında şəhidin qanından düşən qətrə qədər sevimli deyil.»(4)

İslamın ilk yaranma tarixinə də baxdıqda yeni İslama iman gətirmiş müsəlmanların Allah yolunda cihad etməyə və şəhid olmağa nə qədər həvəsli olmaqlarının şahidi oluruq. Həzrət Əli (ə) İslam uğrunda şəhid olmaq barəsində belə buyurur: «Allaha and olsun ki, mənim şəhadətə olan sevgim, körpə uşağın anasının südünə olan sevgisindən daha güclüdür.»(5)

Həzrət Əli (ə) həmişə şəhadət arzusu ilə yaşayıb və bu məqsədə yetişmək üçün bütün cihadlarda ön cəbhədə qərar tuturdu. Hətta bir gün Ühüd döyüşündə çox qəhrəmancasına döyüşdükdən sonra Həzrət Həmzənin və bir neçə səhabənin qana bulaşmış cəsədlərini görüb qəm-qüssəyə batdı və Peyğəmbərin (s) yanına gəlib narahat

səh:114


1- [1] . Ali-İmran sur ə si, ay ə 160.
2- [2] . Nisa sur ə si, 76.
3- [3] . «Aşura inqlabı», 73.
4- [4] . «Aşura inqlabı», 74.
5- [5] . «N ə hcül-b ə lağ ə », xütb ə 6.

halda «mən nə vaxt şəhadət məqamına yetişəcəm?»- deyə söylədi. Peyğəmbər (s) onun cavabında buyurdu: «Sənə müjdə verirəm ki, şəhid olacaqsan». Həzrət bu sözləri eşidib sakitləşdi. (1)

Həmçinin, Xeysəmə və Sə`d  ata-oğul idilər. Onlar Allah yolunda şəhadətə yetişmək üçün səy edirdilər. Elə bunun üçün də cihada getmək söhbəti ortaya gələndə onların hər biri özünün cəbhəyə getməsini, digərinin isə evdə ailənin başı üstə qalmasını lazım bilirdi.

Sə`d atasına deyir: «Atacan! Əgər bilsəydim ki, behişt və əbədiyyət qarşıda yoxdur, o zaman sənin döyüşə getməyini və özümün evdə qalmağımı tərcih verərdim. Lakin neyləyim ki, Tanrı yolunda şəhid olub behiştə daxil olmaq istəyirəm».

Xeysəmə oğlunun cavabında deyir: «Oğlum! İcazə ver qoy mən cəbhəyə gedim, sən isə evdə ailəyə başçılıq et.»

Sə`d atasının təklifini qəbul etmək istəmir. Ata deyir: «Oğlum! Başqa çarə yoxdur. Gərək ikimizdən biri cihada gedib, o birisi evdə qalıb şəhadət məqamına yetişməkdən məhrum qalsın.»

Bu zaman Sə`d atasına püşk atmağı təklif edir. Atası bu təkliflə razılaşır. Püşk, Sə`din cəbhəyə getməsi ilə nəticələnir.

Nəhayət Sə`d Peyğəmbərin (s) kənarında İlahi düşmənlərinə qarşı döyüşdə şəhadətə yetişməklə öz arzusuna çatır.

Şəhadət eşqi ilə alışıb yanan ata, Məhəmməd Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: «Ey rəsulullah! Mən «Bədr» döyüşündə iştirak edib şəhid olmaq arzusunda idim. Amma nə edim ki, püşk oğlumun adına çıxdı. Tanrı onu bu məqama layiq gördü. Buna baxmayaraq mən də

səh:115


1- [1] . «İmam Ə linin ( ə ) döyüşl ə ri»,143.

şəhadətə yetişmək arzusundayam. Mən də bu ülvi məqama yetişmək istəyirəm. Dünən gecə oğlumu yuxuda behişt bağlarının arasında gördüm. O mənə deyirdi: «Ata! Bizim yanımıza gəl, behiştdə bizimlə ol. Tanrının cənnətə aid verdiyi bütün vədələri haqdır.» Allaha and olsun ki, cənnətə oğlumun yanına getmək istəyirəm...

Ey Allahın Rəsulu (s)! Tanrıdan istə ki, mənə tezliklə şəhadət, behişt və Sə`din kənarında olmağı nəsib etsin.»

Peyğəmbər (s) onun arzusunu Tanrıdan istəyir. Və Xeysəmə Ühüd döyüşündə al-qana bulanıb şəhadət məqamına çatır. (1)

Şəhadət hissi ilə yaşayan müsəlmanlar Bəni-Üməyyə tayfasının hakimiyyətə gəlməsilə bu müqəddəs hisslərini günbəgün əldən verməyə başladılar. Hətta iş o yerə çatdı ki, camaat sakit və aram yaşayışlarını itirməmək üçün hər bir zülmün və zalımın qarşısında sükut etməyə razı oldular. Bu vəziyyət Müaviyənin ömrünün axırlarında öz son həddinə yetişmişdi. Həmişə dindar kimi tanınan kişilər və habelə qəbilə şeyxləri dünyapərəst olmuş və öz vicdanlarını mal və sərvətə görə satırdılar.

İmam Hüseynin (ə) zalım hökumətə qarşı qiyam etməsi bu acınacaqlı vəziyyətin dəyişməsinə səbəb oldu. İmam (ə) öz qiyamı ilə müsəlmanlara xatırlatdı ki, İslamda dünyanı qazanmaq müqabilində vicdanın satılmasına icazə verilmir. İlahi dinində zülmə qarşı döyüşüb ölmək səhadət və mə`nəvi zirvəyə yetişmək, zülmü qəbul edib yaşamaq isə alçalmaq və zəlillikdir.

İmam Hüseynin (ə) şəhadəti, şəhadət ruhiyyəsini müsəlmanların arasında yenidən dirçəltdi. Aşura hadisəsi bütün azadlıq sevərlərə örnək dərsi oldu. Aşuradan qabaq iyirmi il istibdadın qarşısında sakit qalmaq, Aşuradan

səh:116


1- [1] . « M ə h ə mm ə d peyğ ə mb ə rin tarixind ə n hiss ə l ə r», 176.

sonra isə ardıcıl qiyamların başlanması söylədiklərimizə bir daha aydınlıq gətirir.

Doğrudan da Kərbəla faciəsindən sonra müsəlmanların vicdanlarının oyanması, Məhəmməd Peyğəmbərin (s) gətirdiyi həqiqi İslamın və şəhadət kimi mə`nəvi dəyərlərin yenidən dirçəlməsi bu qiyamın zəruri olmasına ən böyük dəlil sayılır.

3) Bəni-Üməyyənin əleyhinə qiyamlar

Aşura vaqiəsindən sonra Bəni-Üməyyənin əleyhinə ardıcıl şəkildə qiyamlar, bu vaqiənin əsas nəticələrindən biri kimi sayılır. Ona görə ki, bu qiyamların rəhbərləri Aşura hadisəsindən ilham alır və özlərini İmamın (ə) ardıcılları və fədailəri kimi tanıtdırırdılar. Biz bu qiyamların bir neçəsini çox ixtisarla bəyan etmək istəyirik:

1. Abdullah ibn Əfifin qiyamı

Abdullah mö`min və mücahid bir şəxs idi. O Əhli-beytə (ə) olan zülm və sitəmlərə dözə bilməyib Ubeydullah ibn Ziyada qarşı qiyama qalxdı. Abdullah qorxmaz və cəsur olduğu üçün Ubeydullahla sərt danışır və bu işi camaatın gözü qabağında edirdi. Abdullahın şücaəti böyük bir qrupun ürəyindən qorxunu götürüb Ubeydullaha qarşı üsyan etməyə həvəsləndirdi. Və nəhayət bu qəhrəman şəxsin rəhbərliyi altında xalqın bir qismi Yezid və Ubeydullahın hakimiyyətinə qarşı ayağa qalxdılar. (1)

2. Mədinəlilərin qiyamı

Kərbəla qəhrəmanı sayılan Həzrət Zeynəb (ə) qardaşı oğlu İmam Zeynülabidinlə (ə) birgə  bu hadisənin təbliğatçısı sayıldılar. Bütün müsəlmanların qeyrətini cuşa gətirən bu iki İlahi şəxsiyyət Mədinə camaatının da ayağa qalxmalarına səbəb oldular. Hətta iş o yerə yetişdi ki, Mədinənin hakimi Ömər ibn Səid, Mədinə camaatının

səh:117


1- [1] . «İmam Hüseyn ( ə ) M ə din ə d ə », c. 1, s ə h. 151.

hakimiyyətə qarşı çıxmasını xəlifə Yezidə yazdı və Yezid Həzrət Zeynəbi xalqdan uzaq saxlamağı əmr etdi. (1)

3. Təvvabin (tövbə edənlər) qiyamı

Təvvabin İmam Hüseynin (ə) qiyamı zamanı ona kömək etməyən və sonradan peşman olaraq bir yerə cəmləşib Yezidin əleyhinə qiyam etmək istəyən tövbə edənlər idi. Peşmançılıq hissi və vicdan əzabına dözə bilməyən bu kütlə, günahlarının bağışlanmasını İmamın (ə) qatillərini öldürməkdə və bu yolda cihad etməkdə gördülər. Bu kütləyə rəhbərlik edən Süleyman ibn Surəd Xəzai Aşura hadisəsindən sonra xalqı Bəni-Üməyyənin əleyhinə təhrik etməyə başladı. Bu iş Yezidin ölümünə qədər davam etdi.

İnqilabçılar hicrətin 65-ci ili Yezidin ölümündən sonra İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün yola düşdülər. İmamın (ə) mübarək mərqədinə çatdıqdan sonra fəryad çəkərək zar-zar ağlamağa başladılar. Ah-nalə içində qərq olmuş Təvvabin hönkür-hönkür ağlayaraq deyirdilər: «İlahi! İmam Hüseyn şəhid və şəhidin oğlu, haqqa yönəlmiş, haqq sahibinin oğlu, doğru danışan və vicdanlı kişinin oğlu idi. Ey Rəbbimiz, özün onu rəhmətinə qərq et! İlahi! Biz İmamımızın (ə) dinində və onun yolunda olmağımıza şəhadət veririk. Biz İmamın (ə) dostları ilə dost, düşmənləri ilə düşmənik. İlahi! Biz Peyğəmbərin (s) balasını tək qoyduğumuz üçün tövbə edirik və sən özün bizi bağışla... »(2)

Dualarını oxuduqdan sonra Şam şəhərinə tərəf hərəkət etdilər. Çünki, Təvvabin İmam Hüseynin (ə) qətlini yalnız Şamda yerləşən hökumət idarəçiliyində görürdü. Yolun yarısında Üməvilərin qoşunu ilə üzbəüz gələn Təvvabin çox gərgin vuruşmalardan sonra şəhadətə yetişsələr də

səh:118


1- [1] . «Zeyn ə bül-Kübra», s ə h. 142.
2- [2] . « Ə lkamil fil-t arix», c. 4, s ə h. 178.

onların bu qiyamının Üməvilərin hakimiyyət sütunlarının titrətməsində çox böyük rolu oldu. (1)

4. Muxtarın qiyamı

Təvvabinin İmam Hüseyn (ə) uğrunda qiyam edib şəhadətə yetişdiklərindən sonra, bu ağır vəzifənin davamını Muxtar Səqəfi öz öhdəsinə götürdü. Muxtar İmam Hüseynin (ə) qanının intiqamını almaq üçün başına 24-mindən çox qoşun toplaya bildi. (2) O, Həzrət Əlinin övladlarından biri olan “Məhəmməd ibn Hənəfiyyə”dən öz qiyamı üçün göstəriş almağını deməklə xalqın bu qiyama olan etimadını bir az da çoxaldırdı.

Muxtar qismən də olsa, İmam Hüseynin (ə) intiqamını ala bildi. O, hətta bir gündə Kərbəla qatillərindən 280 nəfəri həlak etdi. Və cinayət başçılarından bir çoxunun evlərini viran etdi. Xarab olmuş evlərin arasında Kərbəlada baş vermiş cinayətlərdə böyük rolu olan «Məhəmməd ibn Əşəs»in də evi var idi. Muxtar göstəriş verdi ki, o evin ləvazimatı ilə Ziyad ibn Əbihin əmrinə əsasən sökülmüş Həzrət Əlinin (ə) yavərlərindən olan «Hicr ibn Ədi»nin evini bərpa etsinlər. (3)

5. Abbasilərin qiyamı

Aşura hadisəsindən sonra Üməvi hakimiyyətinin süqutuna səbəb olan ən böyük qiyam, Abbasilərin qiyamı idi. Abbasilər hicrətin 132-ci ilində dövlət çevrilişi etməklə hakimiyyətə gəldilər. Abbasilərin qələbəsində rol oynayan ən böyük amil, Bəni-Üməyyə hakimiyyətinin Bəni-Haşimə və xüsusi ilə də İmam Hüseyn (ə) və onun ailəsinə olan zülmləri xalqa xatırlamaq oldu.

səh:119


1- [1] . «S ə vr ə tül-Hüseyn ( ə )», s ə h. 154.
2- [2] . «H ə zr ə t İmam Hüseynin ( ə ) yaşayışı», s ə h. 350.
3- [3] . «Tarixi-İbn Ə sir», c. 4, s ə h. 214.

Tarixçilər yazırlar:

«Üməvilərin axırıncı hakimi Mərvanın kəsilmiş başını Abbasilərin ilk xəlifəsi Əbul-Abbasın yanına gətirdilər. O, şükür səcdəsi etdi. Sonra səcdədən qalxıb Mərvanın kəsilmiş başına baxaraq dedi: «Allaha şükürlər olsun ki, mənim intiqamımı səndən və sənin qəbiləndən aldı... Artıq mənim üçün nə vaxt öləcəyim mühüm deyil. Çünki, Bəni-Üməyyədən iki min nəfər öldürməklə İmam Hüseynin (ə) intiqamını aldım.» (1)

səh:120


1- [1] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 7, s ə h. 130.

Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi?

Bu sualın mənşəyi bə`zi azsaylı kitablarda yazılmış bir sıra mətləblərlə sıx bağlıdır. Bu kitablarda «Aşura müsibətindən sonra Yezidin İmam Hüseyni (ə) öldürməyə əmr etmədiyini, O Həzrətin (ə) şəhadətinə görə təəssüf hissi keçirib, ağlayaraq İbn Ziyadın özbaşınalıq etdiyini bildirərək, onu lə`nətləməsi» yazılmışdır. İndi isə bir neçə nöqtəyə diqqət edək:

1- Tarix boyu şahid olduğumuz bütün məşhur İslam alim və mütəfəkkirləri «İmam Hüseyni (ə) qətlə yetirməyin» Yezidin birbaşa öz əmri olduğunu və onun görünməmiş səbirsizliklə buna israr etdiyini yazmışlar. (1)

2- Yezidin, İbn Ziyadı Kufə şəhərinə vali tə`yin etməsi, (2) Hüseynlə (ə) bağlı bütün işlərdə birbaşa onun özü

səh:121


1- [1] . T ə ftazani, «Ş ə rhi- ə qaidi n ə sfiyy ə », 181; Cahiz, “R ə sail», s ə h. 298; Alusi, «Ruhül-m ə ani», c. 26, s ə h. 73; Ş ə bradi, « Ə l-İthaf bi hubbil- ə şraf», s ə h. 62-66;
2- [2] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 258; İbn Ə sir, «Kamil», c. 3, s ə h. 268; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 164.

ilə məşvərət etməsinə dair göstərişi, (1) Mədinə valisi Vəlidə məktub yazaraq; «ya bizə bey`ət al, ya da onu tez öldür!»-deyə tapşırıq verməsi, (2) Məkkədə belə onu terror etməyə çalışması, (3) İbn Ziyada, «Kərbəlada işi uzatma, onu öldür!» məzmunlu məktub yazması,(4) Şimr ibn Zilcövşəni oraya göndərməsi və sair işləri bu məsələnin əvvəlcədən Yezid tərəfindən planlaşdırıldığına danılmaz bir sübutdur.

İbn Abbasın Yezidin məktubuna yazdığı cavabda da, buna tə`kid olunub: «Elə bilirsən ki, sənin Hüseyni (ə) və Əbdülmütəllib cavanlarını şəhid etdirdiyini unutmuşam?! Hər nəyi unutsam da, Hüseyni (ə) Peyğəmbərin (s) hərəmindən uzaqlaşdırdığını, Məkkəyə pənah aparmağa məcbur etdiyini, oradan da, hiylə və məkrlə Kufəyə tərəf səfər etməyə sövq etdiyini unutmamışam. Sonra isə «Mərcanənin oğlu»na (İbn Ziyada) dəfələrlə məktub yazaraq Hüseynlə müzakirəni uzatmamağa, onu tez öldürməyə əmr etdin. Elə buna görə də, İbn Ziyad Hüseyni (ə) və Əbdülmütəllib cavanlarını öldürdü. Halbuki, onlar Peyğəmbərin (s) pak Əhli-beyti (ə) olaraq, Allah tərəfindən hər cür çirkinlik və pislikdən uzaq olmuşlar.»(5)

Unutmayaq ki, Abdullah ibn Ziyadın özü də bunu təsdiqləyirdi.(6)

səh:122


1- [1] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 254 v ə 285; «Kamil», c. 3, s ə h. 298.
2- [2] . «Tarixi-Y ə qubi», c. 2, s ə h. 241; « Ə l-Fütuh», c. 5, s ə h. 10-11; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 251; «Kamil», c. 3, s ə h. 264; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 157-158; « Ə l-İxbarüt-t ə val», s ə h. 228.
3- [3] . «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 289; «Kamil», c. 3, s ə h. 276; «Lühuf», s ə h. 82.
4- [4] . «Tarixi-D ə meşq», c. 14 s ə h. 208 v ə c. 28, s ə h. 19; « Ə l-Fütuh»,  c. 5, s ə h. 89 v ə 135; «Tarixi-Y ə qubi» c. 2, s ə h. 242; «M ə qt ə l», c. 1, s ə h. 140; « Ə l- Ə qdül-f ə rid», c. 5, s ə h. 130; «Tarixül-xül ə fa», s ə h. 165.
5- [5] . «Tarixi-Y ə qubi» c. 2, s ə h. 249; «Kamil», c. 3, s ə h. 318; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 275.
6- [6] . « Ə l-Fütuh», c. 5, s ə h. 150; «M ə qt ə l», c. 1, s ə h. 140; «T ə caribül-üm ə m», c. 2, s ə h. 249.

Yezidin oğlu Müaviyə bu barədə deyir: «Atam, Peyğəmbərin (s) Əhli-beytini (ə) şəhid etdi, onlara ehtiramsızlıq göstərdi...»(1)

3- İmam Hüseynin (ə) kəsilmiş başını Yezidə verdikdə, o şadlıq edərək, bu işin şərəfinə böyük bir ziyafət təşkil verdi. Orada İmamın (ə) başını ortaya qoyaraq, əlindəki dəmir çubuqla onun mübarək dodaqlarına vuraraq, istehzalı şəkildə şerlər oxuyub, babalarının qisasını aldığını söyləyirdi.(2) O, İmam Hüseynin (ə) başını üç gün dar ağacında saxladı. (3)

4- Yezid necə tövbə edə bilər ki, heç vaxt İmam Hüseyni (ə) öldürdüyü üçün İbn Ziyadı cəzalandırmadı, əksinə ona yüksək bəxşişlər, ənamlar hədiyyə etdi.

Aşura müsibətindən sonra İbn Ziyad, Yezidin yanında daha da hörmətli və sevimli oldu. O, Yezidin şəxsi eyş-nuş və kef məclislərinin ən əziz qonağı sayıldı. Və Yezid ölənə qədər İbn Ziyad Kufə, Bəsrə valisi vəzifəsində qaldı. (4)

Təbəri və digər tarxiçilər yazırlar: «Hüseynin (ə) başını Yezidin sarayına gətirdikdə, Yəhya ibn Həkəm iki beyt şe`r oxuyaraq İbn Ziyadı bu işinə görə tənqid etdi. Yezid əsəbiləşərək onun sinəsinə zərbə ilə bir yumruq vurub dedi: «Sakit ol! Onunla işin olmasın!»(5) O, hətta İbn Ziyada

səh:123


1- [1] . «Tarixi-Y ə qubi» c. 3, s ə h. 254.
2- [2] . « Ə r-R ə ddul müt əə ssibul- ə nid», s ə h. 45; «Kamil», c. 3, s ə h. 298; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. s ə h.  ; « Ə l- Xütut», c. 2, s ə h. 289; «Siyru ə lamün-nüb ə la», c. 3, s ə h. 319; M ə sudi, «Mürucüz-z ə h ə b», c. 3, s ə h. 77; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 260; « Ə l-Fütuh», c 5, s ə h. 324; «Tarixül-xül ə fa», s ə h. 208; «Tarixi-T ə b ə ri»,c. 4, s ə h. 358.
3- [3] . İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 222.
4- [4] . «Kamil», c. 3, s ə h. 219-220 v ə 300; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 288-289; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 238; «Tarixül-xül ə fa», s ə h. 208; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 209 v ə 254; « Ə l-Fütuh», c. 5, s ə h. 252; M ə sudi, «Murucüz-z ə h ə b», c. 3, s ə h. 77.
5- [5] . H ə min m ə nb ə l ə r.

İbn Zübeyrin Mədinədə ki, qiyamını yatırtmaq üçün ona kömək etməyə əmr etdi.(1) Tövbə etmək isə onun heç xəyalına gəlmirdi.

5- Əvvəldə söylədiyimiz kimi Yezid dinsiz və imansız şəxs idi. Onun qurduğu şərab məclisləri, ağılasığmaz əxlaqsız hərəkətləri və söylədiyi şe`rlər də, bunu yetirir. (2) İmam Hüseyni (ə) şəhid etdikdən sonra Məkkə üsyanını amansızca yatırması, (3) Mədinə əhalisini qətlə yetirərək, namuslarını üç gün öz əsgərlərinə halal etməsi(4) və bu kimi digər insanlıqdan uzaq hərəkətləri də buna sübutdur. Günahsız insanları qətlə yetirmək onun üçün sanki bir «əyləncə» xarakteri daşıyırdı. Təbiidir ki, daim eyş-işrətə məşğul olan Yezid tövbə haqqında fikirləşmək belə istəmirdi.

6- Yezidin zahirdə İmam Hüseynin şəhid olmasına təəssüflənməsi və İbn Ziyadı lə`nətləməsinin isə tək bir səbəbi vardır. Aşura hadisəsindən sonra Mədinə, Məkkə, Kufə, Bəsrə və hətta Şam şəhəri də, Yezidə nifrət etməyə başladı.(5) Hər bir yerdə əzadarlıq mərasimləri quruldu. Hətta Yezidin öz sarayında belə ən yaxın adamları, həmçinin səhabələr və xarici səfirlər də, ona şiddətli şəkildə çəkinmədən, öz e`tirazlarını bildirdilər. Çoxsaylı

səh:124


1- [1] . «T ə caribül-üm ə m», c. 2, s ə h. 77.
2- [2] . M ə sudi, «Murucüz-z ə h ə b», c. 3, s ə h. 18 v ə 77; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 366-369; «V ə l- ə m ə l fit-tarix», c. 4, s ə h. 103-104; «M ə qt ə l», c. 2, s ə h. 58; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 261; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 6, s ə h. 233.
3- [3] . «Tarixi-Y ə qubi» c. 2, s ə h. 254; «Tarixül-xül ə fa», s ə h. 209; « Ə xbari- M ə kk ə », c. 1, s ə h. 202.
4- [4] . M ə sudi, «Murucüz-z ə h ə b», c. 3, s ə h. 79; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 379-372; «Kamil», c. 3, s ə h. 310-313; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 219-221; « Ə l-İmam ə v ə s-siyas ə », c. 1, s ə h. 216; «Tarixül-xül ə fa», s ə h. 209.
5- [5] . «Tarixün-nihay ə », s ə h. 90 v ə 132. İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 240; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 356.

saray adamları Yezidin qəzəbinə və sərvətinə azacıq da olsa belə e`tina etmədən, ondan üz çevirib getdilər. (1)

Bütün bunlardan əlavə, sarayına əsir kimi gətirilən İmam Hüseynin (ə) oğlu İmam Səccad (ə) və bibisi Zeynəbin (ə) ona baş əyməməsi, böyük cəsarət və şücaət göstərərək Yezidə e`tiraz etmələri, onun saxta qürurunu sındırdı. O, artıq rüsvay olduğunu anladı. Vəziyyətdən çıxış yolunu «siyasi qaçış» metodunu işə salmaqda gördü. «Mənim bu hadisədən xəbərim yoxdur, İbn Ziyad özbaşınalıq edib»-deyə, özünü təmizə çıxarmaq istədi. Amma onun bu hiyləsi də, baş tutmadı.

Doktor Taha Hüseyn (Misirli mütəfəkkir) yazır: «Bə`zi şəxslər elə güman edirlər ki, Yezid İmam Hüseyni (ə) belə faciəli şəkildə şəhid etdikdən sonra peşman olaraq tövbə etdi. Və özünün belə fərman vermədiyini söyləyərək, İbn Ziyadın özbaşınalıq etdiyini, yalnız onun günahkar olduğunu demişdir. Maraqlıdır, əgər belədirsə, nə üçün Yezid azacıq da olsa İbn Ziyadı cəzalandırmadı? Nə üçün onu vali vəzifəsindən uzaqlaşdırmadı?»(2)

səh:125


1- [1] . «Kamil», c. 3, s ə h. 298.
2- [2] . « Ə l-Fitn ə tül-K ə bir», c. 2, s ə h. 265.

səh:126

Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?

Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan fəlsəfəsi və faydaları vardı ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:

1-Məhəbbət

 Qurani-Kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd Peyğəmbərİn Əhlİ-beytini (ə) sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir. Şura surəsi, 23-cü ayədə buyurulur: «(Ya Məhəmməd) De ki, Əhli-beytimə məhəbbət sevginizdən başqa sizdən heç bir şey istəmirəm!»

Və həmçinin Peyğəmbərimiz (s) buyurur: «Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə məni sevmiş olur.»(1)

Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü

səh:127


1- [1] . «Möc ə mül-k ə bir», c. 22, s ə h. 247; «K ə nzül-ümmal», c. 13, s ə h. 662.

və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. (1) Elə buna görə də, hədislərdə Əhli-beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə tə`kid edilmişdir. Həzrət Əli (ə) buyurur: “Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar. (2)

Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda-qanunlarından sayılır.

2-Mənəvi tərbiyə

 Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mə`nəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa açıqlamaqla «nümunəvi insana» xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. Və İmam Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında mə`nəvi islahata sarı meyllənir. Necə ki, İmam Sadiq (ə) buyurur: «İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir.»(3)

Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur, olduğu kimi qeyd edildikdə, yalnlz insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mə`nəvi dəyərlərin hakim olmasına xidmət göstərir.

Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt və`d

səh:128


1- [1] . « Ə l- M ə h ə bb ə fil-kitab v ə s-sünn ə », s ə h. 169-170; «Suallar v ə cavablar», s ə h 166.
2- [2] . «Biharül- ə nvar», c. 44, s ə h. 287.
3- [3] . «Biharül- ə nvar», c. 44, s ə h. 291; «Kamilüz-ziyarat», s ə h. 100.

edilmişdir.(1) Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur. (2)

Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq,  daxilimizdəki mə`nəvi boşluğun hökm sürdüyü bir zamanda,  onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayarıq.

3- İlahi xatirəni əbədiləşdirmək

Kərbəla müsibəti olduqca əzəmətli  İlahi bir şüar və xatirə sayılaraq,  dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə vacib edilmişdir: «Hər kəs  İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.» (Həcc surəsi, ayə 32)

Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri «özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək,  İlahi şüara çevrildi. Deməli Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu  İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın borcudur.

səh:129


1- [1] . «Kamilüz-ziyarat», s ə h. 173; «Biharül- ə nvar», c. 44, s ə h. 291
2- [2] . «Kamilüz-ziyarat», s ə h. 171.

4- Milli – mə`nəvi dəyərlərimizin qorunması

Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük tə`sir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad etmək və diri saxlamaqla, həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. Biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız olan Qurani-Kərim uğrunda canından və hətta əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.

səh:130

Nə üçün Aşura məclislərini əzadarlıqla qeyd edirik?

Bəzən sual verirlər ki, nəyə görə İmam Hüseynin (ə) xatirəsini başqa dahi şəxsiyyətlərə keçirtdiyimiz il dönümləri və digər dövlət səviyyəsində qurulan konfrans və seminarlar şəklində qeyd etmirik? Bu suallara belə cavab veririk ki, İmam Hüseynin (ə) şəxsiyyəti barəsində elmi və mədəni yığıncaqların keçirilməsi çox yaxşı və gərəklidir. Hətta belə yığıncaqların davamlı şəkildə olması, cəmiyyətimizin Kərbəla hadisəsinə baxışlarının elmi cəhətdən formalaşmasına səbəb ola bilər. Ancaq, bu hadisəni sırf elmi və mədəni formada cəmiyyətə çatdırmaqla, istənilən nəticəni əldə etmək olmaz. Ona görə ki, insanın zahiri rəftarları təkcə elmi və agahlıq üzündən baş vermir. Əksinə, bu rəftarların böyük bir qismi həyəcanlar və daxili hisslər nəticəsində həyata keçir. Məsələn, biz bilirik ki, yağı düşmənlərimiz, ölkəmizin ən gözəl guşəsi olan Qarabağı əlimizdən almış və minlərlə igidlərimizi qətlə yetirmiş, uşaq və qocalarımız yandırmaq və doğramaqla işgəncə verib, qadınlarımızı əsir götürmüşlər. Bu hadisəni eşitmək və bilmək hər bir insan

səh:131

üçün ağır və narahatedici haldır. Lakin əyani şəkildə günahsız bir körpəni erməni quldurlarının əli ilə yanmasını görmək, hətta bu hadisəni film vasitəsilə belə müşahidə etmək hər bir azərbaycanlının qeyrətini coşdurur, xalqına və vətəninə olan eşqi, onu düşmənlə amansız şəkildə mübarizə etməyə vadar edir. Deməli, bizim əməl və rəftarlarımızın çoxu elm və agahlığımızla yox, müşahidələrimiz və daxili hisslərimizlə əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan müstəsna deyil. Özümüz dəfələrlə İmam Hüseynin (ə) şəhadətini və Aşura hadisəsini minbər və moizə vasitəsilə eşitmişik. Və artıq demək olar ki, bu hadisə bizim zehnimizdə həkk olunmuşdur. Lakin görürük ki, təkcə bilməklə nə gözümüzdən yaş axır, nə ürəyimiz yanır və nə ülvi hisslərimiz oyanır. Halbuki, yanıqlı bir mərsiyə sədası eşitmək və qəlbləri eşqlə dolmuş bir dəstə cavanın sinə vurmalarını görmək insanın dininə və vətəninə olan duyğularının coşqunlaşmasına səbəb olur. Doğrudan da, qara libas geymiş əzadarların gözlərindəki yaş, onların mə`nəvi saflıqlarından xəbər verir. Bunlar hamısı İmam Hüseyn (ə) adına qurulan məclislərin bərəkətindəndir. Hətta Məhərrəm ayında ölkəmizdə olan əhval-ruhiyyəni və cəmiyyətimizdəki şəfqət və mərhəməti başqa aylarda müşahidə etmək qeyri-mümkündür.

Beləliklə məlum olur ki, ata-babalarımızdan yadigar qalmış əzadarlıq məclisləri, bizləri Kərbəla faciəsi haqda məlumatlandırmaqla yanaşı, imanımızın möhkəmlənməsi və ruhumuzun paklaşmasında mühüm rol ifa edir.

səh:132

Aşura mərasimləri Səfəvilər dövründən qalma adətdirmi?

Keçən bəhslərimizdə mə`lum oldu ki, Məhəmməd peyğəmbər (s) və digər mə`sumlar İmam Hüseynin (ə) şəhadətinə ağlamış və müsəlmanları bu müsibətə ağlamağa tövsiyə etmişlər. Hətta bə`zi mənbələrə görə Aşura hadisəsindən sonra Peyğəmbərin məscidində və evində, əzadarlıq mərasimi təşkil olunmuşdur. (1) Əzadarlıq mərasimlərinin İmam Səccadın (ə) yaşadığı dövrdə keçirilməsində isə heç kimin şübhəsi yoxdur. Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə, Aşura münasibətindən sonra qurulan geniş əzadarlıq mərasimləri də buna sübutdur. (2)

Tarixi mənbələrə əsasən bəzi mərasimlərin bütün mə`sum İmamlarımız tərəfindən hər il Aşura günü qurulmasını söyləmək olar. (3)

səh:133


1- [1] . İbn Cövzi, «M ə qt ə l», c. 1, s ə h. 164; Xar ə zmi «M ə qt ə l», c. 1, s ə h. 88; Hafiz T ə b ə ri, «Z ə xairül-üqba», s ə h. 119.
2- [2] . «Tarixün-nihay ə », s ə h. 132 v ə 190; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 240;
3- [3] . «Kamilüz-ziyarat», s ə h. 174; «Tarixün-nihay ə ə l ə l-Hüseyn», s ə h. 157, “Biharül- ə nvar», c. 44, s ə h. 257 v ə 284; Hürr Amili, «V ə sailüş-şi ə », c. 10, s ə h. 468; «S ə hifeyi-nur», c. 10, s ə h. 217

Bu əza məclisləri bə`zən gizli və bə`zən də, aşkar şəkildə qurulurdu.

Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısından e`tibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h. q. ) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir «Kamil»də, İbn Kəsir «Əl-bidayə vən-nihayə»də, Yafei «Miratül-cinan»da, və başqaları öz kitablarında mə`lumat vermişlər.

Məşhur tarixçi İbn Cuzi «Əl-müntəzəmu fi tarixil-muluk vəl-üməm» adlı kitabında yazır: «352 hicri qəməri ilində Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, birgə əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tə`til edildi, qəssablar dükanlarına qıfıl vurdu, ... Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı.»(1)

Şafei yazır: «Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.»(2)

Ümumiyyətlə hicri-qəməri tarixilə dördüncü əsrin ikinci yarısından beşinci əsrin ortalarına qədər olan dövrdə, hər il Aşura günündə geniş və təntənəli surətdə əzadarlıq mərasimləri keçirildi. Novruz bayramı Məhərrəm ayına təsadüf etdikdə isə, bayram mərasimləri təxirə salınırdı.(3)

Misir əhli Aşura günü İmam Hüseynin (ə) övladlarının qəbrini ziyarət edir, orada böyük əzadarlıq məclisləri təşkil edirdilər.(4) Belə məclislər Qahirə cümə məscidində də, qurulurdu. (5)

səh:134


1- [1] . « Ə l-münt ə z ə m fi tarixil-muluki v ə l üm ə m», c. 7, s ə h. 15; «T ə kmil ə tü-tarixit-T ə bbi», s ə h. 183.
2- [2] . «Miratül-cinan», c. 3, s ə h. 247; «Suallar v ə cavablar», s ə h. 31  
3- [3] . « Ə n -Nücumuz-zahir ə fi muluki Misir v ə Qahir ə », c. 4, s ə h. 15.
4- [4] . M ə qrizi, « Ə l- Xütüt», c. 2, s ə h. 289; « Ə n- Nücumüz-zahir ə », c. 4, s ə h. 126; M ə qrizi, «İttiazül-hün ə fa», c. 2, s ə h. 67.
5- [5] . H ə min m ə nb ə l ə r.

Ali-Buyə hakimiyyətindən sonrakı illərdə hökumətlərin yürütdüyü fərqli siyasətlərə uyğun olaraq, Aşura əzadarlığı bəzən geniş bəzən də, müxtəsər formada qeyd olunurdu.(1)

Səfəvilərin hakimiyyəti zamanı da, belə əzadarlıq mərasimləri özünə məxsus əzəmətlə qeyd olunmuşdur. Lakin bu bizə Aşura yas mərasimlərinin o dövrdən ərməğan qalmasını söyləməyə əsas vermir.

Bu əzadarlıq mərasimləri hətta keçmişdə əhli-sünnə tərəfindən də, qeyd olunurdu.

Əbdülcəlil Razi  h. q. tarixi ilə 560-cı ildə «Kitabu-nəqz» adlı kitabında məlumat verir: «Hər kəsə məlumdur ki, Hənəfi və Şafei (sünni) firqələrinin rəhbərləri, həmçinin onların davamçıları olan alimlər, fəqihlər Aşura ildönümlərini qeyd edərək, ahu-zar etmiş, təziyə mərasimləri qurmuşlar. Kərbəla şəhidlərinin müsibətini yad edib, minbərlərə çıxmış, rəvayətlər söyləmişlər....»

Sünni alimləri Xacə Əbu Mənsur Maşad (536 h.q. vəfat) İsfahanda, Xacə Əli Qəzvini Hənəfi (551 h. q. vəfat) Bağdadda; Əmir Əbbadi Qütbuddin (562 h. q.vəfat) Bağdadda; Əbu Mənsur Ümdəddin Şafei, Nişapurda; Xacə Əşəri Hənəfi Nişapurda; Qazi Hənəfi və digərləri də, hər il Aşura əzadarlığı üçün mərasim keçirən alimlərdəndir.(2)

 Bu barədə bə`zi kitablarda da geniş məlumat verilmişdir: «Silsilətüz-zəhəb», «Rəşəhat», «Məqamati-Cami», «Məqtəli-Xarəzmi», «Tarixi-Təbəri», «İthafüs-süəda fi mənaqibi seyyidüş-şühəda», (Əfiduddin Hənəfi), «Cövrül-əşqiya» (Qadirbəxş

səh:135


1- [1] . Mü ə llifl ə r qrupu, «Suallar v ə cavablar», s ə h. 174-175.
2- [2] . R ə sul C ə f ə ri, «Aşura qiyamında diqq ə tli araşdırma», s ə h. 314-340

Hənəfi), «Məqtəl» (Mahmud ibn Osman Hənəfi), «Məqtəl», (Əli Ənbər Hənəfi), «Rövzətuş-şühəda», (Molla Hüseyn Kaşani).

Necə ki, İbn Sirin deyir: «Yəhya ibn Zəkəriyyədən sonra səma əhli Hüseyn ibn Əlidən (ə) başqasına ağlamadı.»(1)

səh:136


1- [1] . «Tarixi-İbn Ə sakir», c. 4, s ə h. 339.

Peyğəmbər və səhabələr Aşura müsibətinənə ağlamışlarmı?

Tarixə diqqətlə müraciət etməklə yanaşı çox saylı sünni və şiə mənbələrinə istinadən Məhəmməd peyğəmbərin (s), mə`sumların (ə), səhabələrin Aşura müsibətinə ağladıqlarını tam qətiyyətlə söyləyə bilərik. Belə hədislərin bir neçəsini sizə təqdim edirik:

 1) Peyğəmbərin (s) əzadarlığı

1-Hakim Nişaburi səhih sənədlə Ümmül-Fəzldən belə nəql edir: «... Balaca Hüseyni (ə) qucağıma alaraq, Peyğəmbərin (s) yanına gətirdim. Və onun qucağına qoydum. Gözlərim Həzrət Məhəmmədin (s) yanağından aşağı süzülən yaşlara sataşdıqda soruşdum: «Ey Allahın elçisi! Atam-anam sənə fəda olsun, nə üçün ağlayırsan?»

Peyğəmbər (s) buyurdu: «Cəbrayıl tanrı tərəfindən mənə nazil oldu və ümmətimin yaxın zamanlarda Hüseyni (ə) şəhid edəcəyini xəbər verdi...»(1)

səh:137


1- [1] . Hakim Nişaburi, « Ə l-Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 3, s ə h. 176; Xar ə zmi,«M ə qt ə l», c. 1, s ə h. 158-159; İbn S ə bbağ Maliki, « Ə l-Fusulül-muhimm ə », s ə h. 154; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 115; « Ə l-X ə saisül-Kubra», Beyh ə qi, c. 3, s ə h. 125; Mütt ə qi Hindi, «K ə nzül-ümmal», c. 6, s ə h. 223.

2- Hafiz Əhməd Beyhəqinin nəql etdiyi hədisdə oxuyuruq: «Əsma binti Umeys deyir: «Mən yenicə dünyaya gəmiş Hüseyni (ə) ağ parçaya bükülmüş qundaqda Peyğəmbərə (s) verdim. O, körpənin sağ qulağına azan və sol qulağına isə iqamə oxudu. Sonra onu qucaqlayaraq, ağladı. Soruşdum: atam-anam sənə qurban nə üçün ağlayırsan? Buyurdu: «Bu övladım üçün ağlayıram. Mən «O, indicə dünyaya gəlib, ağlamaq nə üçündür? »-dedikdə isə, Peyğəmbər (s) buyurdu: «Əsma, övladımı zülmkar bir qövm şəhid edəcək. Allah mənim şəfaətimi onlara yetirməsin.» Sonra sözünə davam edərək buyurdu: «Bunu Fatiməyə (s) xəbər vermə. Axı o, yenicə övlad dünyaya gətirib!»(1)

3- Əhməd ibn Hənbəl səhih sənədlə Ənəs ibn Malikdən belə nəql edir: «Ümmü Sələmə(2) deyir: «Həsən (ə) və Hüseyn (ə) mənim evimdə idilər. Cəbrayıl nazil oldu və Peyğəmbərə (s) «Ey Məhəmməd! Sənin ümmətin övladın Hüseyni (ə) şəhid edəcəkdir»- dedi. Elə bu zaman Peyğəmbər (s) ağladı və Hüseyni (ə) bağrına basaraq buyurdu: «Ey Ümmü Sələmə bu torpaq sənin yanında əmanət qalsın.»

Bu qırmızı rəngli torpağı Hüseynin (ə) şəhid olacağı məkandan Cəbrayıl ona gətirmişdi.(3)

4- İbn Əsakir səhih sənədlə Aişədən(4) bu hədisi nəql edir: «Allahın elçisi (s) yatmışdı. Hüseyn (ə) otağa girərək

səh:138


1- [1] . Xar ə zmi, «M ə qt ə l», c. 1, s ə h. 88; Hafiz T ə b ə ri, «Z ə xairül-üqba»,, s ə h. 119.
2- [2] . M ə h ə mm ə d peyğ ə mb ə rin (s) h ə yat yoldaşı.
3- [3] . «Müsn ə di- Ə hm ə d ibn H ə nb ə l», c. 3, s ə h. 242 v ə 265; Nur ə ddin Heys ə mi, «M ə cm ə üz-z ə vaid v ə m ə nb ə ül f ə vaid», c. 9, s ə h. 189; Hafiz T ə b ə ri, «Z ə xairul-üqba», s ə h. 147.
4- [4] . M ə h ə mm ə d peyğ ə mb ə rin (s) h ə yat yoldaşı.

ona tərəf getdi. Mən onu Peyğəmbərdən (s) uzaqlaşdırdım. Sonra isə öz işimlə məşğul oldum... Peyğəmbər (s) yuxudan ayıldı. O, ağlayırdı. Səbəbini soruşduqda isə buyurdu: «Cəbrayıl (ə), mən yuxuda ikən, Hüseynin şəhid ediləcəyi məkandan olan bir ovuc torpağı mənə göstərdi. Allahın əzabı onun qanını axıdanlara qarşı şiddətlidir.»... Sonra buyurdu: «Ey Aişə! Canımın sahibi Allaha and olsun ki, bu iş məni şox kədərləndirdi. Görəsən, məndən sonra Hüseyni qətlə yetirəcək kəslər kimdir?!» Əbu Bəkr, Ömər, Əli (ə), Əmmar və Əbuzər də, orada idi.»(1) (Aişə bu məzmunlu başqa müxtəlif hədislər də söyləmişdir. )

5- Hafiz əbu Yə`li Zeynəb(2) binti Cəhşdən belə nəql edir: «Peyğəmbər (s) mənim evimdə olarkən, yenicə yeriməyə başlayan Hüseyn (ə) otağa girdi. Mən onu saxlamaq istədikdə, Peyğəmbər (s) mənə mane oldu. Dəstəmaz alan Peyğəmbər (s) sonra Hüseyni (ə) qucağına alaraq elə bu halda da, namaz qıldı. Namazdan sonra oturaraq, ağladı. Dedim: «Ey Allahın elçisi! İndiyədək səni bu halda görməmişdim. Səbəbi nədir? Buyurdu(s): «Cəbrayıl mənə ümmətimin Hüseyni (ə) şəhid edəcəyini söylədi...»(3)

6- Əhməd ibn Hənbəl səhih sənədlə İbn Abbasdan nəql edir: «Günorta vaxtı Peyğəmbəri (s) yuxuda gördüm. O, çox kədərli və pərişan idi. Əlində qanla dolu bir şüşə qab var idi. Soruşdum: Atam-anam sənə qurban olsun, bu nədir?»

səh:139


1- [1] . «Tarixi-ibn Ə saki r», № 229; «Tarixi-İbn K ə sir», c. 11, s ə h. 29-30; Mav ə rdi, «Elamün-nübüvv ə », s ə h. 83; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 192; «M ə qt ə l», Xar ə zmi, c. 1, s ə h. 159; İbn Ə sir, «Kamil», c. 5, s ə h. 364; Hakim Nişaburi, « Ə l-müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 3, s ə h. 176; «Müsn ə di- Ə hm ə d ibn H ə nb ə l», c. 3, s ə h. 342; «T ə zkir ə tül-huffaz», c. 2, s ə h. 164.
2- [2] . M ə h ə mm ə d peyğ ə mb ə rin (s) h ə yat yoldaşı.
3- [3] . Ə bub ə kr Heys ə mi «M ə cm ə üz-z ə vaid», c. 9, s ə h. 188; «K ə nzül-ümmal», c. 6, s ə h. 223.

Buyurdu (s): «Bu Hüseynin (ə) və onun silahdaşlarının qanıdır. Bunu bu gün mənə verdilər.» İbn Abbas deyir: «O gün Aşura günü idi.»(1)

7- Termizi və Hakim səhih sənədlə Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmənin də, belə bir yuxu gördüyünü nəql edir. (2)

8-Əbul-Həsən Əqiqi «Əxbarül-Mədinə» kitabında Həzrət Əli (ə) -dən belə nəql edir: «... Evimizdə olarkən, yeməkdən sonra Peyğəmbər (s) üzünü qibləyə çevirərək dua etməyə başladı. O, ağlayırdı. Səbəbini soruşdum. Hüseyn (ə) onun kürəyinə mindi. Peyğəmbər (s) yenidən ağlamağa başladı... Buyurdu(s): «Oğlum! Sizi görərkən elə sevindim ki, indiyədək belə xoşhal olmamışdım. Amma dostum Cəbrayıl mənə Hüseynin şəhid olacağı xəbərini verdi. Sənin qətligahın dağıdılmışdı. Bu xəbər məni çox sarsıtdı...»(3)

9-Hafiz Əbu Bəkr ibn Əbi Şeybə, Abdullah ibn Məsuddan nəql edir: «Peyğəmbər (s) bir qrup səhabə ilə gedirdi. Yolda Bəni-Haşimdən olan adamlarla rastlaşdı. Peyğəmbər (s) onları gördükdə ağlamağa başladı... Buyurdu (s): «Əhli-beytim məndən sonra zülmlərə mə`ruz qalaraq, öz yurdlarından didərgin olunacaqlar...»(4)

10-İbn Cuzi özünün «Məqtəl» adlı kitabında Peyğəmbərin (s) səhabələr və camaat arasında Hüseynin (ə) şəhid ediləcəyi xəbərini verərək, birlikdə ağladıqlarını yazır. (5)

səh:140


1- [1] . «Müsn ə di- Ə hm ə d ibn H ə nb ə l», c. 1, s ə h. 283; Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 4, s ə h. 397.
2- [2] . Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s s ə hiheyn», c. 4, s ə h. 19; «Tarixi-D ə meşq», c. 4, s ə h. 340.
3- [3] . Xar ə zmi,«M ə qt ə l», c. 2, s ə h. 167.
4- [4] . İbn Ə bi Şeyb ə ,  « Ə l-Musn ə f»,c. 2, s ə h. 697; «S ə hihi-İbn Mac ə », c. 2, s ə h. 518; Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 4, s ə h. 464.
5- [5] . c. 1, s ə h. 164.

İmamlarımız İmam Hüseyn müsibətinə ağlamışlarmı?

Bu barədə tarixi mənbələrdə ətraflı məlumat verilmişdir:

1- İmam Əli (ə)

Əhməd ibn Hənbəl səhih sənədlə Nəciydən nəql edir: «Həzrət Əli (ə) Siffeynə gedərkən Neynəvaya yetişdikdə, ağlamağa başladı. Peyğəmbərin (s) ona Hüseynin (ə) burada şəhid ediləcəyini xəbər verdiyini xatırladığını söylədi.»(1)

Əsbəğ ibn Nəbatə deyir: «Həzrət Əli (ə) ilə Kərbəladan keçirdim. Kərbəla şəhidlərinin atlara mindiyi, döyüşə getdiyi, qanlarının axdığı yerləri belə mənə göstərdi. Ağlayaraq buyurdu (ə): “Burada Peyğəmbər ailəsinin elə cavanları şəhid olacaq ki, yerlər, göylər onların halına ağlayacaqdır.» Əli (ə) İbn Abbasla da, ağlamış, bu hadisədən onu xəbərdar etmişdir.(2) Bu məzmunlu başqa rəvayətlər də mövcuddur. (3)

səh:141


1- [1] . «T ə hzibüt-t ə hzib», c. 2, s ə h. 300; « Ə l-Möc ə mül-k ə bir», c. 2, s ə h. 105; N ə sr ibn Müzahim, «Müsn ə di- Ə hm ə d ibn H ə nb ə l», c. 2, s ə h. 60-61; «Tarixi-D ə m ə şq», s ə h. 238.
2- [2] . Xar ə zmi, «M ə qt ə l»,s ə h. 162; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 225; «Kitabi-Siffeyn», s ə h. 58.
3- [3] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 1, s ə h. 278; «Kitabül-fit ə n», h ə dis 259; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », c. 193;

2- Fatimeyi Zəhra (s)

...Xanım Fatimə (s) ağlayaraq atasından soruşdu:

«Ata, kim mənim gözlərimin nuru olan oğlumu şəhid edəcək?»

Peyğəmbər (s) buyurdu: «Mənim ümmətimdən olan ən pis insanlar.»

Fatimə (s) buyurdu: «Ey Əli! Mənə və mənim övladıma ağla. Düşmənlərin Kərbəlada şəhid edəcəyi şəxsi unutma! Hiyləgər, azğın şəxslər, Hüseynimi məkrlə şəhid edəcəklər. Onun qatilləri üçün Allahın lə`nət və əzabını diləyirəm.»(1)

3- İmam Həsən (ə)

Həzrət Həsən (ə) ağlar gözlə qardaşına buyurdu: «Heç bir gün sənin şəhid olacağın günə bənzəməz. Özlərini Peyğəmbərin (s) ümməti və müsəlman adlandıran şəxslər sənə hücum edərək qanını axıdacaq, ehtiramını sındıracaq, ailə-uşaqlarını əsir edəcəklər. Elə buna görə də, Allahın Bəni-Üməyyəyə qəzəbi tutacaq, onları lə`nətə düçar edəcəkdir. Yerlər və göylər sənin matəminə qan ağlayacaq. Hətta vəhşi heyvanlar və dəryadakı balıqlar da, sənin üçün ağlar.»(2)

4- İmam Səccad (ə)

Kərbəla vaqiəsində iştirak etmiş Həzrət Səccad (ə) hər vaxt suyu gördükdə ağlayır və Aşura şəhidlərini yad edirdi. Su içərkən «Necə mən rahat su içim, bir halda ki, Peyğəmbərin (s) övladını susuz şəhid etdilər»- deyə ağlayardı.(3)

səh:142


1- [1] . «Biharül- ə nvar», c. 44, s ə h. 264; c. 35, s ə h. 238; «T ə fsiri-Furat Kufi», s ə h. 55; « Ə l- Ə valim», Abdullah B ə hrani, c. 11, s ə h. 588; M ə h ə mm ə d D ə şti, «N ə hcül-h ə yat», s ə h. 186.
2- [2] . Şeyx S ə duq, « Ə mali», s ə h. 114-115, Ə bdür-rza Safi, «B ə lağ ə tül-imam-Hüseyn ( ə ) », s ə h. 66.
3- [3] . «Biharül- ə nvar», c. 44, s ə h. 145; «Xisal», c. 1, s ə h. 131.

İmam Sadiq (ə) Zürarəyə belə buyurdu: «Babam Səccad (ə) Hüseyn ibn Əlini (ə) xatırlarkən, o qədər ağlayardı ki, saqqalı göz yaşı ilə tam islanardı. Onun ağlaması ətrafdakıları da, ağladardı.»(1)

İmam Səccaddan (ə) «artıq ağlamağın sonu çatmadımı?» Deyə soruşduqda, o, belə cavab verdi: «Yaqub peyğəmbərin (ə) on iki oğlu var idi. Allah-taala onun birini (Yusifi) Yaqubdan uzaq saldı. Yusif ölməmişdi. Amma Yaqub (ə) peyğəmbərin gözləri onun ayrılığına ağlamaqdan kor oldu. Mənim isə gözlərim önündə atam, qardaşlarım, əmim, 17 nəfər yaxınlarım və atamın səhabələri bir gün ərzində qətlə yetirildi. Başları bədənlərindən vəhşiliklə ayrıldı. Siz isə mənim qəm-kədərimin sona yetməsinimi gözləyirsiniz?»(2)

Başqa bir hədisdə isə buyurur: «Necə ağlamayım, atamı elə bir şeydən (sudan) məhrum etdilər ki, bütün heyvanlar və yırtıcılar üçün belə, azad qoyulmuşdu!»(3)

5-İmam Baqir (ə)

İmam Məhəmməd Baqir (ə) Həzrət Hüseynə (ə) ağlamaqla yanaşı əzadarlıq mərasimləri də keçirərdi. «Hüseyn ibn Əli (ə) mənim amalımdır»-deyə buyuran Məhəmməd Baqir (ə) müsəlmanlara hər Aşura günü əzadarlıq mərasimləri keçirməyə, bir-birlərinə baş sağlığı verməyə əmr edərdi. (4) Ərəb şairi Kumeyt Aşura musibəti haqda qəmli şe`rlərdən birini, İmam Baqirin (ə) yanında oxuyarkən, «Hüseyni susuz öldürdülər» dedikdə, o həzrət ağlamağa başladı. Çox ağladıqdan sonra isə Kumeytə buyurdu: «Əgər bu şe`rinin dəyərincə pulum-malım olsaydı hamısını sənə verərdim.

səh:143


1- [1] . «Biharül- ə nvar», c. 45, s ə h. 207.
2- [2] . İbn Ş ə hr Aşub «M ə naqib», c. 4, s ə h. 180; «Tarixi-D ə m ə şq», s ə h. 56; «Hily ə tül-övliya», c. 4, s ə h. 138.
3- [3] . İbn Ş ə hr Aşub «M ə naqib», c. 4, s ə h. 180.
4- [4] . «Kamilüz-ziyarat», s ə h. 174.

Amma bu şe`rin dəyəri Peyğəmbərin (s) Həssan ibn Sabitə verdiyi xeyir-duadır!»(1)

6- İmam Cəfər Sadiq (ə)

İmam Musa Kazim (ə) buyurur: «Məhərrəm ayı gəlib çatdıqda atamı (İmam Sadiqi (ə) ) gülən halda görməzdik. O qəmli və kədərli olur, ağlayırdı. Aşura günü isə daim göz yaşı tökərək, buyururdu: «Bu gün babam Hüseynin (ə) şəhid olduğu gündür.»(2)

Müaviyə ibn Vahab Aşura günü İmam Sadiq (ə) -ın yanına gələrkən, onun səcdə halında dua edərək ağladığını gördü. İmam (ə) ona buyurdu: «İbn Vahab! İstər uzaqda, istər də, yaxında olursan ol, Hüseyni (ə) ziyarət et! Qəmli ol, ağla.» Elə bu vaxt İmam (ə) özü də ağlamağa başladı. Biz o günü birgə, kədər-qəm içində bitirdik.»(3)

İbn Quləveyh deyir:

«İmam Sadiqın (ə) yanında Hüseynin (ə) adı çəkildiyi zaman, onun gülümsədiyini əsla görmədim.»(4)

7- İmam Musa Kazim (ə)

Həzrət Rza (ə) buyurur: «Məhərrəm ayında atam Musa Kazim (ə) gülməz, kədər yaşayar, Aşura günü isə ağlayaraq əzadarlıq edərdi.»(5)

8- İmam Rza (ə)

İmam Rza (ə) da, digər imamlar kimi Aşura musibətinə ağlamış, hətta şairləri də, mərsiyələr, növhələr söyləməyə əmr etmişdi. Debel Xüzainin iştirakı ilə keçirdiyi əzadarlıq mərasimləri buna nümunə ola bilər. (6)

səh:144


1- [1] . «Misbahül-mut ə h ə ccid», s ə h. 713.
2- [2] . «İmam H ə s ə n ( ə ) v ə İmam Hüseyn ( ə )»,, s ə h. 143.
3- [3] . «Tarixün-nihay ə ə l ə l-Hüseyn», s ə h. 157.
4- [4] . H ə min m ə nb ə , s ə h. 160; «Kamilüz-ziyarat», s ə h. 101.
5- [5] . «Hüseyn ( ə ) n ə fsi-mütm ə inn ə » s ə h. 56; “Biharül- ə nvar», c. 44, s ə h. 284 .
6- [6] . «Biharül- ə nvar», c. 44, s ə h. 257.

Həzrət Rza (ə) buyurur: «Aşura günü bizim göz qapaqlarımız çox ağladıqlarımıza görə yara olur.»(1) Başqa bir hədisdə isə buyurur: «Könlündən hansısa məzluma ağlamaq keçirsə, onda Hüseynə ağla.»(2)

9- İmam Cavad (ə), İmam Hadi (ə), İmam Həsən Əsgəri (ə)

İmam Cavadın (ə) yaşadığı dövrdə Aşura əzadarlığı heç bir maneə olmadan və aşkar şəkildə təşkil olunurdu. Amma İmam Hadinin (ə) müasiri olan dövrün xəlifəsi Mütəvəkkil, olduqca qəddar və məkrli bir adam idi. Əhli-beytə (ə) düşmən kəsilmiş bu adam, Hüseyn (ə) aşiqlərinin qanına susamaqla bərabər, İmam Hüseynin (ə) qəbrini dağıtdırıb, yerlə-yeksan etdirmişdi. Hətta qəbrin ətrafında keşikçilər qoyub, oranı ziyarət etməyə gələnləri həbs etməyə əmr vermişdi. Bu acınacaqlı vəziyyət İmam Həsən Əsgərinin (ə) zamanına qədər davam etdi. (3) İmam Həsən Əsgəri də, başqa mə`sumlar kimi açıq şəkildə əzadarlıq mərasimləri qura bilmiş və müsəlmanları buna də`vət etmişdir. Aşura müsibətinə xüsusi dəyər və ehtiram qoyan İmamımız Şaban ayının 3-də Böyük Yaradana belə müraciət edir: «İlahi, səni and verirəm bu gün dünyaya gələn Hüseynin (ə) haqqına ki, hələ doğulmamışdan öncə yer-göy əhli onun yasına ağladı. O, göz yaşları şəhidi və öz nəslinin böyüyüdür...»(4)

10- İmam Sahibəz-zaman (ə. c. )

Dünyanın xilaskarı olacaq İmam Sahibəz-zaman (ə. c. ) buyurur: «Ey babam (Hüseyn (ə))! Zaman məni sənin zamanından sonraya atsa da, sənə kömək etmək və düşmənlərinlə döyüşmək mənə qismət olmasa da, gecə-gündüz sənin müsibətinə sızlayır göz yaşı yerinə qan ağlayıram...»(5)

səh:145


1- [1] . H ə min m ə nb ə , c. 44, s ə h. 284.
2- [2] . «Üyunu- ə xbarir-Rza ( ə )», c. 1, s ə h. 299; «Biharül- ə nvar», c. 44, s ə h. 286; Şeyx S ə duq, « Ə mali», s ə h. 130.
3- [3] . İbn Ə sir, «Kamil», c. 5, s ə h. 287; «İl ə lüş-ş ə raye», c. 2, s ə h. 75.
4- [4] . «Biharül- ə nvar”, c. 10, s ə h. 201.
5- [5] . «Biharül- ə nvar», c. 101, s ə h. 320.

səh:146

Səhabə və tabein Aşura müsibətində ağlamışlarmı?

Bir çox səhabələr, hələ Həzrət Peyğəmbər (s) diri ikən onunla birgə Aşura müsibətinə ağladıqlarını, keçmiş bəhslərimizdə qeyd etdik.(1) Burada isə onların bəzisinin adını bəyan edirik:

1- İbn Abbas

Səbt ibn Cövzi deyir: «İmam Hüseyn (ə) şəhid olduqdan sonra İbn Abbas daim ağlayırdı. Hətta axırda gözləri tutuldu.»(2)

«İbn Abbas Həzrət Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür. »(3)

2- Ənəs ibn Malik

İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona e`tiraz edib,

səh:147


1- [1] . Mav ə rdi, «Elamün-nübüvv ə », s ə h. 83; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 192; Xar ə zmi, «M ə qt ə l», c. 1, s ə h. 159.
2- [2] . Ə bulf ə r ə c, « Ə l- Ə ğani», c. 7, s ə h. 240.
3- [3] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 225; «Kitabi-Siffeyn», s ə h. 58; Xar ə zmi, «M ə qt ə l», s ə h. 162.

«Hüseyn (ə) hamıdan çox Peyğəmbərə (s) oxşayırdı, sən isə onu şəhid etdin!» söylədi. (1)

3- Zeyd ibn Ərqəm

Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayında, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə e`tiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. «Zeyd ibn Ərqəm valiyə belə deyir: «Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! Peyğəmbərin (ə) övladını təhqir etmək olmaz. Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm.» Sonra isə ağlamağa başladı. İbn Ziyad hiddətlənərək ona dedi: «Sakit ol! Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyə əmr edərdim.» Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı: «Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz! Hüseyni (ə), Fatimənin (s) övladını öldürüb, «Mərcanənin oğlunu» özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək...» Sonra üzünü İbn Ziyada çevirərək dedi: «Ey İbn Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin?! »(2)

4- Rəbi ibn Xeysəm

«Rəbi ibn Xeysəm Həzrət İmam Hüseynin (ə) şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə dedi: «Elə cavanları şəhid etdilər ki, Peyğəmbər (s) onları gördüyü zaman

səh:148


1- [1] . «Y ə nabiül-m ə v ə dd ə », s ə h. 389; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 198; «Tarixün-nihay ə », s ə h. 69.
2- [2] . İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 198; «Tarixün-nihay ə », s ə h. 66; «Kamil», c. 3, s ə h. 434; «Tarixi-T ə b ə ri», c. 4, s ə h. 21; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 231; «Usdül-ğab ə », c. 2, s ə h. 21; “Seyri ə lamun- nüb ə la”, c. 3, s ə h. 315.

olduqca mərhəmət və məhəbbətlə davranırdı. Öz mübarək əllərilə onlara yemək verər və qucağına alardı.»(1)

5- Cabir ibn Abdullah Ənsari

Cabir İmam Hüseynin (ə) şəhadətini eşitdikdən sonra öz dostları ilə birgə Kərbəlaya tərəf yola düşdü. Fərat çayında qüsl alıb, paltarlarını dəyişdikdən sonra, ayaqyalın, mərsiyə deyə-deyə İmamı (ə) ziyarət etməyə getdi. Özünü mübarək qəbrin üzərinə ataraq, ağlamaqdan huşunu itirdi. (2)

6-Həsən Bəsri

İmam Hüseynin (ə) şəhid olduğunu eşidən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərək belə deyirdi: «Xar olsun öz Peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun, qiyamət günü İmam Hüseynin (ə) babası və atası İbn «Mərcanə»dən (İbn Ziyaddan) intiqam alacaqdır!»(3)

7- Ümmü Sələmə Peyğəmbərin (s) həyat yoldaşı

İbn Abbas deyir: «Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı. Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: «Ey Əbdül-Mütəllib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər...»(4)

Peyğəmbərin (s) həyat yoldaşları Ümmü Sələmənin evində əzadarlıq mərasimləri qurmuş, Peyğəmbərin (s) məscidini qara parçalarla bükmüşdülər. (5)

səh:149


1- [1] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 240 v ə 265.
2- [2] . «Biharül- ə nvar», c. 97, s ə h. 44; Seyyid ibn Tavus, «Lühuf», s ə h. 82.
3- [3] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 265; « Ə nsab ül- ə şraf», c. 3, s ə h. 227” « Ə l-Möc ə mül-k ə bir”, c. 3, s ə h. 127; «Tarixün-nihay ə », s ə h. 66.
4- [4] . «Biharül- ə nvar», c. 45, s ə h. 230; «Tarixi-İbn Ə sir», c. 4, s ə h. 405; «Müsn ə di- Ə hm ə d”, c. 1, s ə h. 283.
5- [5] . İmad ə ddin Qureyşi, «Uyunül- ə xbar v ə fununül ə srar», s ə h. 109; Seyyid Haşim B ə hrani, «M ə din ə tül-m ə aciz», c. 4, s ə h. 196.

8- Ümumiyyətlə Aşura müsibətindən sonra İslam xilafətinin bütün böyük şəhərləri matəmə bürünmüşdü. Mədinə, Məkkə, Şam, Kufə, Yəmən və sair... (1)

İmam Sadiq (ə) buyurur: «Aşura vaqiəsindən sonra Bəni-Haşim tayfasının qadınlarından heç biri sürmə çəkmədi, saçlarını bəzəmədi. Heç bir evdən «qonaqlıq ocağının tüstüsü» çıxmadı. Onlar İbn Ziyad ölənədək bu işə davam etdilər... »(2)

səh:150


1- [1] . «Tarixün-nihay ə », s ə h. 132 v ə 190; İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 240.
2- [2] . «İmam H ə s ə n ( ə ) v ə İmam Hüseyn ( ə )», s ə h. 145.

Nə üçün İmam Hüseynin düşmənlərini lə`nətləyirik?

Bəzən soruşurlar ki, nəyə görə İmam Hüseynin (ə)düşmənlərini lə`nətləməklə xalqı da lə`nət oxumağa adət etdiririk? “Gəlin insanpərvər və humanist olmağa çalışaq” deyiriksə, o zaman 1400 il bundan əvvəl baş vermiş bir hadisənin cinayətkarlarına qarğış yağdırmağın nə mənası var? Məgər İslam barışıq və dostluq dini deyilmi?

 Unutmayaq ki, insan təkcə «yaxşı və pisi dərk etmə» qabiliyyətinə deyil, bununla yanaşı daxili hisslərə və duyğulara da malikdir. Məsələn, sevginin qarşısında nifrət, şadlığın qarşısında qəm və dostluğun müqabilində düşmənçilik hissləri dayanmışdır. Təbiidir ki, əgər toy məclislərində gülüb şənləniriksə, yas məclislərində qəmlənməliyik. Səxavətli və pak insanlara sevgi bəsləyiriksə, zalim və qəddarlara qarşı amansız olmalıyıq.

Bir qədər fikirləşin! Əgər pis və yaxşı arasında fərq qoyulmazsa, o zaman ədalət bərqərar olarmı? Sizcə Kərbəla müsibətində yalnız ağlayıb sonra isə sakit qalıb «biz humanist insanlarıq» deyə bu faciənin amillərinə lə`nət oxumamaq nə qədər düzgün sayıla bilər? Əgər

səh:151

belədirsə onda nə səbəbə Allah-taala qəm-qüssə ilə birgə nifrət, qəzəb və bu kimi hissləri yaratmışdır? Məlum məsələdir ki, sonsuz hikmət sahibi olan Allah heç vaxt bihudə və faydasız bir şey xəlq etməz. Deməli, bu hisslərin hər birinin insan yaşayışında müəyyən rolu vardır. Elə buna görə də, dinimiz dostluq dini olmağına baxmayaraq bizlərə kafirlərdən uzaqlaşmağa və qərəzli kafirlərə qarşı barışmaz mövqedə dayanmağa əmr edir. Qurani-Kərim buyurur: «Dünyada kafirlərlə həmsöhbət olanlar, cəhənnəm odunda bir yerdə yanarlar.»

Bundan əlavə yaşadığımız həyatda pisliklərə nifrət və lənət etmək əsl insani xislət olaraq, vacib sayılır. Gəlin diqqətlə fikirləşək. Heç kim insan həyatına zərərli olan mikroblarla humanist davranmağı düşünmək belə istəməz. Allah-taala elə bu səbəbə də insan bədəninə xüsusi «müdafiə sistemi» və onu mikroblar qarşısında davamlı edə biləcək maddələr bəxş etmişdir. Hətta on illər öncə belə bir xəstəliyə tutulmuş insan indi sağalsa belə, o xəstəliyə nifrət edir. Daim onu lə`nətləyir, ondan uzaq qalmağa çalışır.

Bədənin «müdafiə sisteminə» bənzəyən qəzəb, nifrət hissi də, bizim pislik və iyrəncliklərə qarşı mübarizəmizə dəstək verir. Deməli biz həmişə «mikrob»a bənzəyən nifaq əhlindən uzaq durmalı, onlara nifrət etməli, pis xasiyyətlərinin bizə sirayət etməsinə yol verməməliyik. Bildiyimiz kimi Qurani-Kərim bizə İbrahim peyğəmbərin (ə) və onun dostlarının davamçısı olmağa əmr edir. Lakin belə ki, bizə din düşmənlərilə rəftarımızda İbrahimi (ə) özümüzə ülgü götürməyi xüsusi şəkildə tə`kid edərək buyurur: «Gərək sizlər İbrahimin yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e`lan edəsiniz.»(1)

Bizim də İmam Hüseynin (ə) qatillərinə olan düşmənçiliyimiz, Həzrət İbrahim peyğəmbərin (ə)

səh:152


1- [1] . Mümt ə hin sur ə si, ay ə 4.

tutduğu yolu davam etməyimizdən irəli gəlir. Çünki İmam Hüseynin (ə) qatilləri həm dinin həm də insanlığın düşməni idi. Peyğəmbərin (ə) yerini zorla qəsb etmiş bu adamlar Allahın halalını haram edir, inanılmaz pozğunluq və əxlaqsızlıqla məşğul olurdular. Camaatın hüququnu tapdalayır, günahsız insanları görünməmiş amansızlıqla qətlə yetirirdilər. Onların Kərbəla müsibətində etdiyi vəhşiliklər barəsində keçən fəsildə mə`lumat verdik. Altı aylıq bələkdəki körpəyə su istərkən, onu rəhimsizcəsinə necə şəhid etdiklərini də söylədik. Allahın evi Kə`bəni oda çəkib və Mədinə kişilərini xüsusi amansızlıqla qıraraq, mindən çox qadının zorla namusuna toxunduqlarına da işarə etdik.

Biz pislik simvolu olan Yezidə lə`nət etməklə, həqiqətdə bütün zülm və iyrəncliyə nifrət edirik.

Necə ki, şeytana lə`nət etməklə, şeytani əməlləri lə`nətləyirik! Qurani-Kərim buyurur: «Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz.»(1) Şeytanın üzünə gülmək, onunla dostluq etmək olmaz. Əks-təqdirdə insan şeytana çevrilər. Düşüncəli və məntiqli insan o kəsdir ki, Allahın dostları, pak əməlli insanlarla dostluq etdiyi halda, düşmənlərilə də düşmənçilik etsin. Belə ki, Qurani-Kərim buyurur: «Mö`minlər kafirlərə qarşı kəskin, öz aralarında isə mehribandırlar.»(2) Bu dinimizin ən əsas göstərişlərdəndir.

Bir nöqtəni də unutmaq olmaz ki, Qurani-Kərim müxtəlif şəxslərə və qruplara otuz səkkiz dəfə lə`nət etmişdir. Onların bə`zilərini qeyd edirik:

Şeytana lə`nət olunur. Sad surəsi, 78-ci ayə: «Qiyamət gününə qədər sənə mənim lə`nətim olsun.»

səh:153


1- [1] . Fatir sur ə si, ay ə 6.
2- [2] . F ə th sur ə si, ay ə 29.

Kafirlərə lə`nət oxunub. Əhzab surəsi, 64-cü ayə: «Allah kafirlərə lə`nət edib və onlar üçün cəhənnəmi hazırlayıbdır.»

Bəni-İsraildən olan kafirlərə. Maidə surəsi, 78-ci ayə: «Bəni-İsraildən kafir olan şəxslərə Davud və Məryəm oğlu İsanın dililə lə`nət oldu.»

Zalımlara lə`nət oxunub. Hud surəsi, 18-ci ayə: «Agah olun ki, Allahın lə`nəti zalımlara olur!»

Peyğəmbəri (ə) incidənlərə. Əhzab surəsi, 57-ci ayə. «Allahı və Peyğəmbəri incidənləri, Allah həm dünyada və həm axirətdə lə`nətləyibdir.»

Mö`mini öldürənə. Nisa surəsi, 23-cü ayə: «Hər kəs mö`mini bilərəkdən öldürsə, cəzası əbədi cəhənnəm əzabıdır. Allah ona qəzəb və lə`nət edər və onun üçün əzab hazırlamışdır.»

Bunlarla birgə yalançılar,(1) günahsız şəxsə zina töhməti vuranlar,(2) nifaq əhli, fəsad əhli(3) və digər çirkin əməl sahibləri də lə`nətlənmişdir. Təkcə Həzrət Məhəmməd (s) 300-dən çox hədisdə xəbis və mənfurları lə`nətləmişdir.(4) Onlardan bə`ziləri də keçən bəhslərdə işarə etdiyimiz kimi, birbaşa İmam Hüseynin (ə) qatillərinə ünvanlanmışdır. Əhli-sünnət məzhəbindən tanınmış din alimləri də, Yezidi və digər İmam Hüseyn qatillərini lə`nətləmişdir.

Əbul Fərəc ibn Cövzi Yezidi lə`nətləməyin düzgün olması barədə kamil bir kitab yazmışdır.(5)

Cahid yazır: «Yezid məl`undur! Hər kəs Yezidi lə`nətləməyə qarşı çıxsa özü də məl`undur!»(6)

səh:154


1- [1] . Nur sur ə si, ay ə 7.
2- [2] . Nur sur ə si, ay ə 23.
3- [3] . Tövb ə sur ə si, ay ə 68 v ə M ə h ə mm ə d (s) sur ə si, ay ə 22-23.
4- [4] . «Sun ə ni- Ə bu Davud », c. 3, s ə h. 324.
5- [5] . « Ə r-r ə ddi ə l ə l-müt əə ssibül- ə nid», s ə h. 18-19.
6- [6] . «R ə sail», s ə h. 298.

Alusi: Yezid lə`nətlikdir. «Ona lə`nət etmək olmaz» deyən hər kəs Yezidə şərik sayılır.”(1)

Təftazi: “Yezidin lə`nətlik olmasında heç bir İslam alimi azca da olsa tərəddüd etməmişdir. Allah Yezidə və onun köməkçilərinə lə`nət etsin!”(2)

Bütün bunlardan əlavə bir məsələni də qeyd etmək yerinə düşərdi. Həzrət Məhəmməd (s) buyurur: «Hüseynlə (ə) düşmənçilik edən, mənimlə düşmənçilik etmişdir. Mənimlə düşmən olan isə Allahla düşmənçilik etmişdir.»(3)

Qurani-Kərim isə belə şəxslər barədə buyurur: «Allah və peyğəmbəri incidənləri Allah, həm dünyada və həm də axirətdə lə`nətləyibdir.»(4)

Deməli Uca Yaradanın özü də, Yezidi və onun kimi cinayətkarları lə`nətləyir.

Diqqət etmək lazımdır ki, sünni təriqətinin dörd şaxəyə bölünmüş məzhəblərindən biri olan Hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl Yezidə lə`nət oxumağa birbaşa Qur`ani-Kərimin əmr etdiyini təsdiqləyir. Belə ki, oğlu Saleh ibn Əhməd atasından: «Ata xalq bizim Yezidə dostluq münasibəti bəslədiyimizi güman edir. Sən bu barədə nə düşünürsən?» deyə soruşduqda, Əhməd ibn Hənbəl oğluna belə cavab verdi: «Oğlum, heç Allaha imanı olan şəxs də, Yezidə dost münasibəti bəsləyərmi?»

Oğlu yenidən soruşdu: «Bəs nə üçün Yezidi lənətləmirsən?»

Əhməd ibn Hənbəl cavabında dedi: «Oğlum sən indiyə qədər mənim kimisə lənətlədiyimi görmüsənmi? Amma o ki, qaldı Yezidə, biz necə onu lənətləməyək ki, Allah-Taala öz müqəddəs kitabı Qur`ani-Kərimdə onu lənətləmişdir.»

səh:155


1- [1] . Alusi, «Ruhül-m ə ani», c. 26, s ə h. 73.
2- [2] . T ə ftazani, «Ş ə rhi ə qaidi-n ə s ə fiyy ə », s ə h. 181.
3- [3] . Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 3, s ə h. 166.
4- [4] . Ə hzab sur ə si, ay ə 57.

-«Qur`anın hansı ayəsi Yezidi lənətləyir?»

-«Bax, bu ayədə: «Arzu edirsiniz ki, hökumətə və səltənətə yetişdikdən sonra yer üzərində fitnə-fəsad törədəsiniz?... Allah bu şəxsləri lənətləyibdir!»(1) Oğlum, insanı qətlə yetirməkdən daha böyük bir fəsad ola bilərmi?»(2)

səh:156


1- [1] . M ə h ə mm ə d sur ə si, ay ə 24.
2- [2] . İbn Cövzi, «T ə zkir ə tül-x ə vass», s ə h. 162.

Kərbəla qiyamı bizə nə öyrədir?

1) Azadlıq dərsi

İmam Hüseyn (ə) öz şəhadətilə bizə azadlığın qiymətini, dəyərini anlatdı. Azad insanın heç vaxt zillətə qul olmadığını, dünyanın və bər-bəzəklərin qarşısında əyilmədiyini nümayiş etdirdi. Haqq yolda olduğuna inanaraq, adəm övladının ürək bağlaya biləcəyi bütün maddi həvəsləri kənara atıb, özünü və ən çox sevdiyi yaxınlarını Allah yolunda qurban verdi. Onun; «şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür!»(1) kəlamı, yer üzünün bütün azadələrinə ibrət dərsi oldu.

O, Yezidin qoşunundakı insanlara üzünü tutaraq belə buyurdu: «Əgər dininiz yoxdursa, qiyamət gününə inanmırsınızsa, heç olmasa bu dünyada azad insanlar olun!»(2) Amma düşmən qoşunu nəfsani istəklərin insanı hər növ iyrənc əməllərə və cinayətlərə sövq etdiyini bütünlüklə özündə əks etdirdi.

Həqiqətən də İlahi kamilliyə ucalmaq məqsədilə yaranmış bəşər övladının, öz dünyəvi istəklərini təmin

səh:157


1- [1] . İbn Ş ə hr Aşub, «M ə naqib», c. 4, s ə h. 68.
2- [2] . «Musu ə tu-k ə limatil-İmamil- Hüseyn ( ə )» s ə h. 421.

etmək üçün çirkin əməllərə əl atması, necə də acınacaqlı görünür. Həzrət Əli (ə) buyurur: «Məgər bir azad insan yoxdurmu, bu yarıçeynənilmiş tikəni (dünyanı) öz hərislərinə buraxsın? Axı siz insanların dəyəri yalnız behiştdir. Özünüzü ucuz satmayın!»(1)

İbn Əbil-Hədid deyir: «Şərəfli ölümü, zillətlə yaşamaqdan üstün tutan Hüseyn ibn Əli (ə) bütün azad insanların rəhbəridir.»(2) Qazi Əbdülcabbar: «İmam Hüseynin (ə) qiyamı İslam dininə öz əzəmətini qaytardı. Biz bir müsəlman ümməti olaraq, Peyğəmbərimizin yeganə sağ qalmış yadigarının, hər şeyini Allah yolunda, dinin və xalqın islahı uğrunda qurban verməsi ilə fəxr edirik.»(3)

2)Axirət aləminə inam dərsi

Axirət dünyasına inam da dinimizin bünövrəsini təşkil verən əsas etiqadlardan biridir. Belə ki, cənnət və cəhənnəm həqiqətdə ilahi ədalətin simvolu sayılır. Bu dünyada yaranmışları imtahana çəkən Uca Yaradan o biri dünyada yaxşıların saleh əmələrini qiymətləndirmək üçün və həmçinin bədxah şəxslərin pis işlərinin cəzasız qalmaması məqsədilə axirət aləmini xəlq etdi. Əgər belə olmasaydı dünya həyatı mə`nasız olardı. Necə ki, müqəddəs kitabımızda buyurulur: «Biz göyləri və yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) məqsədilə yaratmadıq.(4) Biz yerləri və göyləri, onun arasında olanları (bihudə deyil), yalnız haqq olaraq yaratdıq. Və qiyamət günü mütləq gəlib çatacaqdır.(5) Pis iş görənlər elə güman edirlər ki, onların yaşayışını və

səh:158


1- [1] . «N ə hcül b ə lağ ə », hikm ə t, 456; «Biharül- ə nvar», c. 1, s ə h. 44.
2- [2] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 3, s ə h. 240.
3- [3] . « Ə l-Usu lül-X ə ms ə », s ə h. 142; «L ə vaül-İslam» jurnalı, 1965, № 10  
4- [4] . Duxan sur ə si, 38-ci ay ə .
5- [5] . Hicr sur ə si, 85-ci ay ə

ölümünü, iman gətirən, yaxşı əməl sahibləri ilə bərabər edəcəyik? Necə də, pis hökm verirlər. Allah yerləri və göyləri haqq olaraq yaratdı ki, hər kəs öz əməlinə görə qiymətləndirilsin.(1) Hər kəs bir zərrə qədər də, olsa xeyr iş görərsə, onun şirin nəticəsini görəcək. Və hər kəs bir zərrə qədər şər iş görərəsə, onun (acı) nəticəsini görəcək.»(2)

Beləliklə qiyamət gününə və axirət aləminə olan inam bizi daim öz əməllərimizdə diqqətli olmağa, çirkinliklərdən çəkinərək, pak əməllər etməyə sövq edir. Etiraf etmək lazımdır ki, insanların günah işlərdən çəkinməsi və savab işlərə doğru meyillənməsi məhz axirət dünyasına olan inamdan sərçeşmə tutur.

İmam Hüseynin (ə) inqilabı da axirətə inam məktəbi sayılaraq bu həqiqətə israr etmiş, insanları əbədi həyata doğru səsləmişdir. Kərbəlada onunla birgə olan hər kəs, hətta qadınlar da bəşəriyyətə «ruhun ölməzliyi» adlı inam dərsi verdi. Ən ağır müsibətlərə şərəflə qatlanan bu insanlar məhz axirət aləminə olan imanları sayəsində öz yenilməzliklərini qoruyub saxladılar. Kərbəla inqilabına diqqət yetirdikdə, onun bu inam üzərində qurulması gerçəkliyini anlamaq, heç də çətin deyildir. Belə ki, Müslim ibn Əqilin şəhadət xəbərini İmam Hüseynə (ə) verdikdə, buyurdu: «Əgər dünya dəyərlidirsə, axirət aləmi ondan daha da qiymətlidir.»(3). O, Aşura axşamı öz əshabını bir yerə yığıb buyurdu:«Bilin ki, dünyanın şirini və acısı bir yuxudur. Ayıqlıq, əsl həyat axirətdədir. Axirətdə səadətə yetişən doğrudan da, xoşbəxtdir. Və axirət əzabına düçar olansa, əsl bədbəxdir.»(4)

səh:159


1- [1] . Casiy ə sur ə si, 21-22-ci ay ə l ə r
2- [2] . Z ə lz ə l ə sur ə si, 8-7-ci ay ə l ə r
3- [3] . «Musu ə tü-k ə limati-İmamil-Hüseyn ( ə )» s ə h. 404-405
4- [4] . H ə min m ə nb ə n s ə h 398

İmam Hüseyn (ə) Bəni-Haşimə ünvanladığı məktubda axirət aləminə inamı ön plana çəkərək, onu qazanmaq üçün şəhid olmağı «fəth» sayır. Belə ki, buyurur (ə): «Hər kəs mənə qoşulsa şəhid olacaq. Və hər kəs mənə qoşulmasa, fəthə yetişə bilməyəcək.» (Yə`ni əbədi səadəti, behişti fəth edə bilməyəcək.)(1)

Bəşər övladını ilahi kamilliyə səsləyən İmam Hüseyn (ə) onlara dünyanın zahiri közəlliklərinə, keçici-müvəqqəti ləzzətlərinə uymağa tövsiyə edir. Dünyanın maddi ləzzətlərinə aldanan insanlara, bu həyatın yuxu kimi qısa və aldadıcı olduğunu söyləyərək, onları gerçək və əbədi həyata doğru səsləyir. Həzrət Hüseyn (ə) buyurur: «Doğrudan da, dünyanın acısı və şirini yuxu kimidir. Kerçək ayıqlıq və həyat axirət aləmindədir. Həqiqi xoşbəxt o şəxsdir ki, axirətdə xoşbəxt ola. Həqiqətən o insan bədbəxtdir ki, axirət dünyasında bədbəxt ola.(2) Ölüm yalnız o biri dünyaya bir keçid, körpü sayılır. Allah yolunda çəkdiyimiz bütün çətinliklər insanı behiştə və onun saysız-hesabsız nemətlərinə doğru aparır.(3) Elə bil ki, sanki dünya heç başlanğıcdan yox idi. Amma axirət həmişə olub, olacaqdır.»(4)

  3) Səbr və dözüm dərsi

İnsan övladı həyatı boyu şirin xatirələrlə birgə acı anları da yaşamalı olur. Çox zaman nəinki xəyallarında yaşatdığı arzularına yetişmir, hətta ağır, məşəqqətli həyat sürməsinə baxmayaraq, gözlənilməz bəlalara da düçar ola bilir. Dinimiz belə hallarda səbirli olmağa, küfr etməməyə tövsiyə edir. (5) Amma buna hər kəsin qüdrəti çatmır. Hətta

səh:160


1- [1] . İbn Ş ə hri Aşub, «M ə naqib», c. 4, s ə h 76
2- [2] . «Musu ə tü k ə limatil-İmamil-Hüseyn ( ə )» s ə h 397
3- [3] . «N ə fsül-m ə fhum», s ə h. 135
4- [4] . «Biharül- ə nvar», c. 45, s ə h. 87
5- [5] . B ə q ə r ə sur ə si, ay ə 155.

bəzi zəif iradəli insanlar bunun qeyri-mümkünlüyünü vurğulayan ifadələr də işlədirlər. Lakin biz İmam Hüseynin (ə) qiyamının əvvəlindən sonunadək, ən çətin anlarda belə misli görünməmiş səbir və mətanətin şahidi oluruq. Bu isə bütün insanlara layiqli ibrət, qiymətli həyat dərsi sayıla bilər.  İmam (ə) Kərbəla səfərində hamıdan əvvəl Kufəlilərin vəfasızlığını ona xəbər verən, ərəb şairi Fərəzdəqə belə buyurur: «Bütün işlərin hakimi Allahdır. Allah bizi sevdiyimiz, xoşladığımız işlərə qovuşdursa, ona təşəkkür etməli, ne`mətlərinə görə minnətdarlığımızı bildirməliyik. Əgər bizi ümidlərimizdən, arzularımızdan uzaq saxlasa yenə də niyyəti pak, təqva sahibi olan şəxs İlahi iradəsinə baş əyərək, onu bəyənməlidir. İstər bu yolda öldürülək, istərsə də qələbə çalaq, hər bir halda Tanrı iradəsini xeyir bilirik.»(1)

Əmisi oğlu Müslim ibn Əqilin şəhid olduğunu ona xəbər verdikdə buyurdu: «Hamımızı Allah yaratmış və hamımız Onun dərgahına dönəcəyik! Allah onlara rəhmət etsin!»(2)

O, Aşura gecəsi Bəni-Haşim qəbiləsini oradakı üzvlərinə və sədaqətli silahdaşlarına, sabahkı gün şəhid olacaqlarını anladaraq buyurdu: «Allah-taalaya ən gözəl şəkildə şükür edirəm. Çətinliklərə, asudəliklərə, əzablı zamanlarımıza və rahat vaxtlarımıza və bizlərə əta etdiyi nemətlərinə görə ona minnətdaram.»

Aşura gecəsi təmkinlə sabah şəhid olacağını bacısı Zeynəbə və ailəsinə xəbər verən İmam Hüseyn (ə) onlara belə əmr etdi: «Bacı, səbirli və mətanətli ol! Bil ki, dünyanın bütün insanları bir gün ölümə məhkumdur. Göylərin sakinləri (mələklər) də, əbədi yaşamayacaqdır. Bütün yaranmışlar fanidir. Yalnız aləmi öz qüdrətilə xəlq

səh:161


1- [1] . «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 366; « Ə yanüş-şi ə », c. 1, s ə h. 597; «Tarixi-T ə b ə ri», s ə h. 290.
2- [2] . Şeyx Müfid, «İrşad»,

etmiş, insanları yenidən dirildəcək yeganə Allah əbədidir. Atam, anam və qardaşım Həsən (ə) məndən yaxşı olduqları halda o biri dünyaya köçdülər. Mən, onlar və bütün müsəlmanlar, Allahın elçisinə (s) tabe olmalıyıq. O özü də əbədiyyət aləminə qovuşdu. Bacım Ümmü-Gülsüm, Fatimə, Rübab! Mən öləndən sonra yaxanızı cırmayın! Üzünüzə şillə vurmayın və sizə yaraşmayan sözləri dilinizə gətirməyin!»(1)

İmam Hüseyn (ə) Aşura günü ən həssas, kədərli anlarda belə yüksək dözüm və yenilməzliklə Allaha həmd-səna söyləyib, zikrlər oxuyurdu. Düşmən ordusu İmamın (ə) altı aylıq körpə oğlu Əliəsgəri onun qucağında oxlayıb şəhid etdikdə o Həzrət belə buyurdu: «Bu müsibət də mənim üçün asandır. Çünki Allah görür.»(2)

 Bəli, İmam Hüseyn (ə) və onun silahdaşları kimi seçilmiş bəndələr, ən çətin zamanlarda, belə Yaradanın hər bir hökmünə baş əyib, yalnız Ona pənah apararaq, həmd-səna oxuyurlar. Onlar bəlaların və müsibətlərin bizə üz gətirdiyi vaxt dözümlü olmağı, möhkəm iradə göstərərək, rəşadət nümayiş etdirməyi öz əməlləri ilə öyrətdilər. Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura günü son nəfəsini çəkərək söylədiyi kəlamlar bəşər övladına ən dəyərli amal kimi ərməğan olundu: «İlahi, sənin qəzavü-qədərin qarşısında səbirliyəm. Ey şəriki və misli olmayan Allah! Ey fəryad edənlərin köməyinə çatan! Mənim səndən başqa mə`budum yoxdur. Sənin hökmünə, təqdirinə dözümlü və səbirliyəm. »(3) İmam Hüseynin (ə) bacısı xanım Zeynəbin (s) İbn Ziyadın məsxərə ilə «Gördünmü Kərbəlada Allah

səh:162


1- [1] . «Tarixi-T ə b ə ri», c. 7, s ə h. 324; «Kamil», c. 3, s ə h. 285; Xar ə zmi, «M ə qt ə l», c. 1, s ə h. 327; «Tarixi-Y ə qubi», c. 2, s ə h. 224.
2- [2] . «Tarixi-T ə b ə ri», c. 7, s ə h. 660; «Kamil», c. 3, s ə h. 285; Xar ə zmi, «M ə qt ə l», c. 2, s ə h. 32; «Musu ə tü-k ə limatil-İmamil Hüseyn ( ə ) » s ə h. 477.
3- [3] . «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə ) » s ə h. 514.

sizinlə nə etdi?» sualına verdiyi cavab isə, insanı heyrətə gətirərək düşünməyə vadar edir. O, bu sualın cavabında tam vüqarla belə buyurdu: «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim!»(1)

4) Fədakarlıq dərsi

İslam dininə görə özü ehtiyaclı və ya çətin vəziyyətdə olduğu halda başqalarını düşünərək, onlara kömək etmək, yaranmış yaxşı vəziyyətdən digərlərinin xeyirinə istifadə etmək ən gözəl, olduqca dəyərli saleh əməllərdəndir. Başqa ehtiyaclı insanların xeyirini öz mənfəətinə üstün bilmək çox böyük fədakarlıq sayılaraq, dini terminlərdə «iysar» adlandırılır. Qur`ani-Kərim buyurur: «Öz nəfslərinə (çətinlik çəkdirib) iysar edirlər (başqalarının xeyirini öz xeyirlərinə üstün sayırlar) bir halda ki, özləri ehtiyac içindədirlər. Hər kəs simiclik etməsə nicat tapmış (qurtulmuş)dur.»(2)

Heç kimə gizli deyildir ki. Kərbəla qiyamındakı iysarın, fədakarlığın ən kamil nümunələri bütün dünyaya ibrət dərsidir. Burada onlardan bir-neçəsinə işarə edirik:

1-İmam Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu halda əzab-əziyyətlə özünü suya yetirdi, amma ailəsini çətin vəziyyətdə görüb nəinki bir qurtum belə su içmədi, hətta sürətlə geriyə, xeymələrə dönərək, onların imdadına tələsdi.(3)

2-Nafe ibn Hilal qadın və uşaqların susuz olduğunu görüb, Əmr ibn Həccacın başçısı olduğu silahlı qoşunun qəsb etdiyi çaya doğru irəlilədi. Əmr ibn Həccac onu görüb dedi: «Sən və yanındakı dostların istədiyiniz qədər

səh:163


1- [1] . «Biharül- ə nvar», c. 45, s ə h. 116.
2- [2] . H ə şr sur ə si, ay ə 9.
3- [3] . Müq ə rr ə m,«M ə qt ə l», s ə h. 346-347.

su içə bilərsiniz. Amma Hüseyn ibn Əliyə bir damcı da, su aparmağınıza icazə verməyəcəyəm.»

Nafe ibn Hilal susuzluqdan olduqca əziyyət çəkməsinə baxmayaraq, dedi: «And olsun Allaha ki, Həzrət Hüseyn (ə) susuz olduqca, mən bu sudan içməyəcəyəm.» Sonra o, vuruşaraq zorla su alıb, xeymələrə gətirdi.(1) Həzrət Abbas(2) və Büreyd ibn Xəzir(3) də, su gətirmək niyyətilə çaya getdikdə, düşmənin eyni təklifi ilə üzləşdi. Lakin bundan imtina edərək düşməni məyus etdi.

3-Kərbəlada hər kəs ilkin olaraq döyüşə atılmaq, digər mömin qardaşlarının həyatını qorumaq, hətta az da olsa onların həyatını uzatmaq üçün çalışırdı.

Aşura gecəsi Həzrət Abbas Bəni-Haşim cavanları ilə birlikdə sabahkı gün hər kəsdən əvvəl, birinci döyüşə atılmaq qərarına gəldilər. Onlar başqa qəbilələrdən olan insanların həyatını düşünüb, özlərini ilk olaraq təhlükə qarşısında qoymağa qərar verdilər.

Həmin gecə Peyğəmbərin (s) səhabəsi Həbib ibn Məzahir də, başqa döyüşçüləri bir yerə toplayaraq, dedi: «Sabah savaş başladığı zaman biz gərək birinci olaraq döyüş meydanına çıxaq. Çünki Bəni-Haşimi qorumaq bizim borcumuzdur.» Məclisdəki silahdaşları Həbibin sözünü təsdiqlədilər.»(4)

5) İslami dəyərlərin qorunması

Dinimizin çox əhəmiyyət verdiyi, daim gündəmdə olan məsələlərdən biri də insanları, irqinə, millətinə, qohumluq əlaqəsinə və maddi şəraitinin yüksək olmasına görə deyil, ləyaqət və mənəviyyatına görə qiymətləndirməkdir.

səh:164


1- [1] . «Tarixi- Ə bi Müxn ə f», c. 1, s ə h. 488.
2- [2] . Müq ə rr ə m, «M ə qt ə l»,s ə h. 366.
3- [3] . «M ə alis-sibteyn», s ə h. 319-321.
4- [4] . «Kibritül- ə hm ə r», s ə h 497; «Musu ə tü k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h 408- 409.

Həmçinin irqi-milli  və sair kimi məsələlərə diqqət edərək, insanların zəhmətlərini, gözəl əməllərini heçə vermək, lazımınca dəyərləndirməmək İslam dininə ziddir. Qur`ani-Kərimin və Peyğəmbərimizin (ə) buyurduğuna görə bütün insanlar bir atanın (Adəm (ə)) və bir ananın (Həvva) (ə) övladıdır. Zahiri-maddi imtiyazlar heç vaxt üstünlük meyarı ola bilməz. Üstünlük yalnız saleh əmələ, ləyaqətli şəxsiyyətə, pak və təmiz qəlbə, bir sözlə «təqva» ya görə olmalıdır.«Ey camaat, biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi qrup-qrup və qəbilə-qəbilə böldük ki, bir-birinizi tanıyasınız. Sizin Allah yanında ən üstün olanınız, daha çox təqvalınızdır.»(1)

Bu meyar Əhli-Beyt (ə) İmamları tərəfindən daim dəstəklənmiş və xüsusi əhəmiyyət verilərək ictimai həyatda ön plana çəkilmişdir. Böyük və əzəmətli məktəb olan Aşura qiyamında da, İmam Hüseyn (ə) tərəfdarları ilə davranışında məhz bu meyar əsasında davranmışdır.

Tarixçilərin yazdıqlarına əsasən Aşura günü Əli Əkbər can verərkən atası Həzrət Hüseyn (ə) oğlunun yanına gedib, öpdükdən sonra üzünü onun üzünə qoyaraq dua etdi.(2)

İmam Hüseyn (ə) elə həmin gün türk əsilli Əsləm adlı qulunun can verdiyini görüb, onun yanına gedib başını qucaqlayaraq öpdü, üzünü qulunun üzünə qoyub, ona da dua etdi.(3)

Gördüyünüz kimi İmam (ə) öz döğma oğlu ilə türk əsilli qulun arasında heç bir fərq qoymadan, onlarla ləyaqətləninə görə davrandı. Bu da bizə insanlara gözəl əməllərinə, layiqli işlərinə görə dəyər verməmizi və yalnız öz yaxınlarımızın, mənfəət güddüyümüz şəxslərin işlərinə qiymət verməməyi, digər insanların işlərini də həqiqi

səh:165


1- [1] . Hücurat sur ə si, ay ə 13.
2- [2] . «Lühuf», s ə h 167
3- [3] . «Biharül- ə nvar», c. 45, s ə h. 30; Müq ə rr ə m, «M ə qt ə l», s ə h. 308.

şəkildə dəyərləndirməyi öyrədir. Və həmçinin İslami dəyərlərin qorunub saxlanmasını ön plana çəkir.

6) Tanrı hökmünə baş əymək

Allahın əzəmətini tanıyan, onun sonsüz qüdrətindən, elmindən və hikmətindən xəbərdar olan bir şəxs, heç vaxt Tanrı hökmünə qarşı çıxmaz və Onun bütün əmrlərinə sevə-sevə itaət edər. Belə bir şəxs həmişə Allahından razı və Allahı da ondan razıdır. Qur`ani-Kərimin bir çox ayələri bu məsələni aydın şəkildə bəyan etmişlər: «Həqiqətən Allaha iman gətirib gözəl əməl edənlər yaranmışların ən yaxşılarıdırlar. Onların İlahi dərgahına olan mükafatları aşağısından çay axan bağlarda (cənnətdə) əbədi qalmalarıdır. Allah onlardan və onlar da Allahdan razıdırlar. Bütün bunlar öz Rəbbinin qüdrətini tanıyıb (məsuliyyət hissindən) qorxanlara şamil olur.» (Bəyyinə, 7-8) Biz bu razılığın və Tanrı hökmünə boyun əyməyin ən gözəl nümunəsini Kərbəla qiyamında müşahidə edirik. İmam Hüseyn (ə) Məkkə şəhərini tərk etdiyi zaman xütbə oxuyuraraq, belə buyurur: «Allah nə istəyirsə, biz Əhli-beyt ona razıyıq.»(1) Həmçinin Aşura günü döyüşün ən çətin anında və İmamın (ə) ən yaxınlarının şəhadət vaxtı o, üzünü Uca yaradana tutub ərz edir: «İlahi, sənin hər bir hökmünə razı və hər bir əmrinə təslimik. Ey möhtacların dadına çatan, səndən başqa heç bir məbud yoxdur.»(2)

Belə əhval-ruhiyyənin İmamın (ə) əhli-beytində və digər səhabələrində də olması heç bir tarixşünasa gizli deyil. Necə ki, Məhəmməd Qəzzali deyir: «İmam Hüseyn (ə) qəhrəmanlıqla şəhid olaraq tarixin ədalət axtaranlarına yeni doğru yolu göstərdi.»

səh:166


1- [1] . Cavad Müh ə ddisi, «Aşura d ə rsl ə ri», s ə h. 164.
2- [2] . «H ə maseye-Hüseyni», c.3, s ə h. 345.

7) Əxlaqi səciyyələrə riayət etmək

Həzrət Peyğəmbər (s) uşaqlıq vaxtından vəfatına qədər, ədəb-əxlaq qaydalarına o qədər gözəl riayət etdi ki, Allah-Taala onun vəsfində belə buyurdu: «Sən çox üstün əxlaqi dəyərlərə maliksən.» (Qələm, 4-cü ayə) Allahın rəsulu (s) öz besətinin (peyğəmbərliyinin) məqsədini bəyan edərkən də buyurmuşdur: «Mən əxlaqi dəyərləri kamilləşdirmək üçün peyğəmbərliyə seçildim»(1)

Deməli, Həzrət Məhəmmədin (s) risalətindən məqsədi ədəb-əxlaq dəyərlərini kamilləşdirmək olmuşdursa, o zaman İslam dininə «Ədəb-əxlaq dini» demək, məntiqli və düzgün sayılardı.

Kərbəla qiyamına gəldikdə isə, burada əxlaqi dəyərlərin ən yüksək formada cilvələnməsini müşahidə etmək olar. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirin:

a) İmam Hüseyn (ə) Yezidin hakimiyyətinə qarşı qiyam məqsədi ilə Mədinəni tərk etmək istədiyi zaman, əvvəl babası Rəsulullah (s)(2)sonra anası Həzrət Fatimeyi-Zəhra (ə) və qardaşı İmam Həsənin (ə) mübarək qəbirlərini ziyarət etdi, onların məzarları kənarında İlahı dərgahına namaz qılaraq onlarla xudahafizləşdi.(3) Və bununla da öz ədəbini böyükləri qarşısında nümayiş etdi.

b) Aşura günü məlunlardan biri İmama (ə) söyüş söyəndə, o Həzrət həmin şəxsi nifrin edib, ondan tanrı dərgahına şikayət edərdi. Və heç bir zaman söyüşə söyüşlə cavab verməzdi.(4)

v) İmam Hüseyn (ə) artıq Hürrün qoşunu ilə üzbəüz idi ki, namaz vaxtı yetişdi. İmam (ə) onlar xəcalət

səh:167


1- [1] . « Ə l-İsab ə », s ə h. 26.
2- [2] . «Biharül- ə nvar», c. 4. s ə h. 312.
3- [3] . M ə h ə mm ə d Ə li Rizayi, «Aşuradan t ə rbiy ə d ə rsl ə ri» s ə h. 109.
4- [4] . «Musu ə tü k ə limatil-İmamil-Hüseyn», s ə h. 501.

çəkməsinlər deyə, buyurdu: «Ey Hürr, əgər istəyirsənsə biz burada namazımızı qılaq və sizə hara rahatdırsa orada öz qoşununuzla namazınızı qılın.» İmam Hüseyn (ə) istəmədi ki, ona Peyğəmbərin (s) nəvəsi olduğu üçün iqtida etmək məcburiyyətində qalsınlar. Və bu, Həzrətin yüksək ədəb-əxlaq sahibi olduğunu göstərir. Lakin Hürr də öz ədəbini İmamın (ə) qarşısında qoruyaraq dedi: «Siz öz səhabələrinizlə namaza başlayın, biz sizə iqtida edəcəyik.»

Sonra hər iki qoşun İmama (ə) iqtida etdilər.(1)

c) Məkkə şəhərinin valisi Səid İmama (ə) bu məzmunda məktub yazır: «Məkkədə qal, çalış buranı tərk etmə. Sən burada amandasan.» İmam (ə) onun təklifini qəbul etməsədə İslam ədəbini riayət edib ona təşəkkür edərək belə buyurur: «Əgər sən bu məktubunla mənə yaxşılıq etmək istəyirsənsə, Allah sənə dünya və axirətdə xeyir versin.»(2)

g) Şimr ibn Zilcovşən İmam Hüseynin (ə) qardaşlarını özlərinə cəlb etmək üçün səsləyir və onların İmamdan (ə)ayrıldıqları halda amanda olacaqlarını bildirir. İmam Hüseyn (ə)öz qardaşlarına buyurur: «Hətta o fasiq də belə olsa, baxın-görün sizinlə nə işi var...»(3)

8) Başqalarını dinləmək

İnsanlarla məsləhətləşmək və onların məntiqli məsləhətləri əsasında rəftar etmək, İslam dininin dəyər verdiyi ədəblərdən biri sayılır. Hətta Mehriban Allah, ən üstün bəşər və ismətində heç bir şəkk-şübhə olmayan Müqəddəs Peyğəmbərimizə (s) işlərində müsəlmanlarla məsləhətləşməyə əmr edir. Necə ki, Qur`ani-Kərimdə buyurur: «Müsəlmanların səhvlərini bağışla. (İlahi

səh:168


1- [1] . H ə min m ə nb ə , s ə h. 355.
2- [2] . H ə min m ə nb ə , s ə h. 322.
3- [3] . «Aşuradan t ə rbiy ə d ə rsl ə ri» s ə h.32

dərgahından) bağışlanmalarını istə və işlərində onlarla məsləhətləş...» (Ali-İmran, 159.)

Biz bu məsələnin əhəmiyyətini Kərbəla qiyamında da müşahidə edirik. Məsələn, Kərbəla qiyamı ərəfələrində İbni Əbürrəhman İmam Hüseynin (ə) hüzuruna gəlib dedi: Gəlmişəm ki. sənə məsləhət edəm, əgər məsləhət qəbul edirsənsə sənə məsləhət «vermək istəyirəm.»

İmam (ə) buyurdu: «Söylə.»

-«İraqa getmə! İraq camaatı dinar və dirhəm quludurlar.»

-«Allah özü sənə xeyir versin!...Mən sənin nəzərinə əsasən rəftar etməsəm də, sən xeyirxah və yaxşı insansan»(1)

İmam Hüseyn (ə) hətta düşməni də ona nəsihət məsləhət edərkən, onu dinləyirdi. Məsələn, Mədinə şəhərində Mərvan o Həzrətə dedi: «Sənə nəsihət etmək istəyirəm.»

İmam buyurdu: «Eşidirəm səni.»

-«Yezidlə beyət et...»(2)

Həmçinin Əbu Bəkr ibn Əbulrəhman İmam Hüseynə (ə) nəsihət etdikdə İmam (ə) ona təşəkkür edir.(3)

Əslinə qalanda İmam Hüseynin (ə) nə nəsihətə ehtiyacı var idi və nə də məsləhətə. Ona görə ki, o Həzrət, Allah-taalanın yer üzərində olan məsum İmamı idi. Uca Tanrı ona bütün həqiqətləri ilham edirdi. Və İmamın (ə) nəsihət edənləri və məsləhətçiləri dinləməsi, o Həzrətin sonsuz təvazökarlığını və insanlara olan hörmətini göstərirdi.

səh:169


1- [1] . «Musu ə tü k ə limatil-İmamil-Hüseyn» s ə h. 284.
2- [2] . H ə min m ə nb ə , s ə h. 284.
3- [3] . H ə min m ə nb ə , s ə h. 288.

Təbiidir ki, bir şəxsin nəsihətini və məsləhətini dinləmək, ona əməl etməyin vacibliyini bildirmir. İnsan gərək Allahın kitabı, Peyğəmbərin (s) sünnəsi və vicdanının hökmünə uyğun məsləhətlərə əməl etsin. Binlardan qeyri halda yalnız nəsihət və məsləhəti dinləyib öz doğru bildiyimizə əməl edəcəyik. Necə ki, İmam Hüseyn (ə) belə etdi.

səh:170

İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?

Həzrət İmam Hüseynin qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik:

1- Bildiyimiz kimi Əhli-beytə (ə) olan sevgi və məhəbbət Qurani-Kərimdə vacib sayılmışdır. (1) Bundan əlavə əziz Peyğəmbərimizin (s) «Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur.»(2) Və buna oxşar buyruqları bizə onun sevgisini vacib edir. Bizi onun ziyarətinə aparan yol, eşqin yolu və İmam Hüseynə (ə) bəslədiyimiz ülvi məhəbbətdir.

2- Allah dostlarını unutmamaq,  İlahi şüarlarını daim yaşatmaq hər bir müsəlmanın borcudur. Necə ki, Qurani-Kərim buyurur: «Hər kəs  İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin və onun qəlbinin təqvasından xəbər verir.»(3)

səh:171


1- [1] . Şura sur ə si, ay ə 23.
2- [2] . «Möc ə mül-k ə bir», c. 22, s ə h. 274; “K ə nzül-ümmal», c. 13, s ə h. 662.
3- [3] . Şü ə ra sur ə si, ay ə 23

İmam Hüseynin (ə) qəbri də, Allah yolunda fədakarlıq, şəhadət və izzət simvolu olaraq, müsəlmanların ziyarətgahına çevrilmişdir.

3- Müsəlmanlar Allah yolunda şəhid olmuş, din uğrunda özünü qurban vermiş İmam Hüseynin (ə) ziyarətinə gedərək onu Allaha vasitə qərar verir, dua və istəklərinin qəbul edilməsində yardım etməsini diləyirlər.

Bu günə kimi, müqəddəs Kərbəlada minlərlə insan şəfa tapmış və neçə-neçə çətinliklərlə üzləşmiş şəxslərin müşkülləri həll olmuşdur. Belə ki, Qurani-Kərim də duanın tezliklə qəbul olunması üçün Allah yanında məxsus hörməti olan şəxsləri,vasitə etməyi məsləhət görmüşdür. Necə ki, Maidə surəsi, 35-ci ayədə buyurulur: «Allaha yaxınlaşmaq üçün vasitə axtarın.»

4- İmam Hüseynin (ə) qəbrini ziyarət edərkən qəlbimiz kövrəlir, səmavi hisslərlə dolur, və etdiyimiz bir çox pis əməllərimizə görə peşman oluruq. Allahın sevimli dostlarının ziyarətinə gəldiyimizi düşündükdə, bu müqəddəs yerin paklığı bizi düşünməyə və tövbə etməyə vadar edərək, sanki çirkinliklərdən yuyub təmizləyir. Xoş duyğular, səmavi hisslər insana hakim kəsilir. Müqəddəs məkanın səfa dolu ab-havası bizi mərhəmətli, xeyirxah olmağa çağırır. Belə ki, Kərbəla ziyarətinə gedib bəd əməllərinə, keçmiş səhvlərinə utanıb, tövbə etməyən bir müsəlman tapmaq çox çətindir. Həzrət İmam Hüseyn (ə) kimi dəyərli şəxsiyyətin məzarını ziyarət etdiyimiz üçün daim öz əməllərimizə fikir verməyə, ona layiq hərəkətlər etməyə çalışırıq. Başqa sözlə desək, Kərbəla ziyarəti həyatımızda Allaha dönüş nöqtəsi olaraq «hidayət edici» rolunu oynayır.

Bir an təsəvvür edin ki, düzgün hərəkət etmədiyimiz zaman bizə, «sən Kərbəlayisən, bu sənə yaraşmaz!»-deyə

səh:172

müraciət olunur. Biz isə əməlimiz barəsində düşünür çox vaxt nöqsanlarımızı anlayır, ən azı bir anda olsa inadı buraxaraq işimizin doğru olub-olmadığı barədə tərəddüd edirik.

Misirli sünni alim Abbas Mahmud Əqqad bu barədə yazır: «Kərbəla müsəlmanlar üçün ibrət və qayıdış (tövbə) məkanı, qeyri-müsəlmanlar üçün isə adi səyahət yeridir. Amma əsl həqiqətdə belə müqəddəs torpaq mə`nəviyyatdan azca anlayışı olan hər insan övladının ziyarətgahına və onunla bərabər tövbə məkanına çevrilməlidir.»(1)

səh:173


1- [1] . Mahmud Ə qqad, « Ə büş-ş ə hid», s ə h 144.

səh:174

Niyə namaz qılarkən Kərbəla möhürünə səcdə edirik?

Bu suala cavab verməzdən öncə torpağa səcdənin fəlsəfəsinə diqqət etmək lazımdır. Həqiqətən səcdə, bəndənin Allah qarşısında olan tükənməz ehtiramını və acizliyini yetirir. Səcdə, aciz qulun öz ağasına sonsuz itaətkarlığının, möhtaclığının simvoludur. Məhz elə buna görə də Allaha səcdə etmək ibadətlər arasında ən çox tə`kid olunmuş və olduqca dəyərli bir əməl sayılır. Deməli insan onu Yaradanın qarşısında alnını torpağa qoyub səcdə etdikdə, özünü Tanrı qarşısında kiçildərək, gücsüz bir bəndə və pak niyyətli qul olduğunu bəyan etmək istəyir. Bir cümlə ilə desək, bəndə Allah qarşısında səcdə etməklə, Onun  bütün əmrlərinə baş əydiyini bildirir.

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: «Sizlərin hər biri namaz qılarkən qürur və təkəbbürü özündən uzaqlaşdırmalı, tə`zim məqsədilə alnını, burnunu torpağa qoymalıdır.»(1)

səh:175


1- [1] . İbn Ə sir, « Ə n-Nihay ə », s ə h. 144.

Həmçinin, insan bu yolla hər bir qüdrətin Allaha tabe olduğuna tə`kid etməklə, özünün torpaqdan yarandığını yada salaraq İlahi qüdrətinə həmd-səna söyləyib, onun qulu olmamasına e`tiraf edir. İmam Sadiq (ə) buyurur: «Torpağa səcdə edin! Çünki səcdə Allah-taalanın hüzurunda itaət və bəndəçilik nişanəsidir. Bilin, yeməli, geyməli şeylərə səcdə etmək heç cür dəyərli ola bilməz. Bəndənin, dünyaya vurğun olan kəslərin mə`buduna (yeməli, geyməli əşyalara) alın qoymağı düzgün deyil. Yerə (torpağa) səcdə isə daha fəzilətli olub Allah qarşısında son dərəcə tə`zim və kiçiklik nümunəsidir.»(1) Elə buna görə də şiələr namazda Allaha səcdə edərkən hansısa pak torpaqdan istifadə etməyi lazım bilirlər.

İndi isə hər şeyini azca tərəddüd etmədən, faciəli şəkildə Tanrı yolunda qurban vermiş şəxslərin uyuduğu Kərbəla torpağının Allah yanında necə dəyərli olduğunu düşünün. Namazda Allah dostlarının dəfn olunduğu Kərbəla torpağına alın qoymağımız, onlara və onların yoluna, hədəfinə, amalına olan sevgimizi yetirir. Bu isə Allaha olan eşqimizin, bəndəliyimizin birgə təzahürü deməkdir. Və bir bəndə olaraq Allaha, dostlarına, həm də İlahi əmrlərinə sayğımızdır.

Biz Kərbəla türbətinə səcdə etməklə, onları İlahi bəndəçilikdə özümüzə nümunə seçirik.

Həmçinin başqa cəhətdən baxanda Qurani-Kərimin Maidə surəsi, 35-ci ayəsində buyurduğu: «Allaha yaxınlaşmaq üçün vasitə arayın» əmrinə əməl edir, Allaha əziz olan bu şəhidlərin hörmətinə and verir, Ona daha da yaxınlaşır, bununla da dualarımızın tezliklə qəbul olunmasını sığortalayırıq.

səh:176


1- [1] . «Biharül- ə nvar», c. 85, s ə h. 147.

Burada əhəmiyyətli olan digər nöqtəni də xatırlatmaq lazımdır. Biz Allaha səcdə etdiyimiz torpağın Kərbəla türbəti olduğunu bildikdə, qəlbimiz kövrəlir, Allahın sadiq bəndələrini düşünərək, İtaət, rəhmət, güzəşt, ədalət, şəhadət və sair kimi insani-mə`nəvi hisslərə dalırıq. Bu da mə`nəvi tərbiyəmizə sözsüz ki, müsbət tə`sirini qoyur. Tanınmış İslam alimi Məhəmməd Hüseyn Ali Kaşiful-ğita yazır: «Namaz qılan şəxs alnını Kərbəla möhürünə qoyur. İmam Hüseynin (ə) və dostlarının fədakarlığını xatırlayır. Bəndənin Tanrı yolunda özünü necə qurban verdiyini düşünür. Allaha ən yaxın olduğu bir vaxtda, səcdə halında ikən, daha da gözəl mə`nəvi hisslərə qapılır...  Elə buna görə də, məsumlarımız İmam Hüseynin (ə) türbətindən düzəldilmiş möhürə səcdə etmək, yeddi şeytan maneəsini yırtır deyə buyurmuşlar.»(1) Bütün bunlar İmam Hüseyn (ə) möhürünə səcdə etməyin fəlsəfəsindən açıqlamalar idi.

səh:177


1- [1] . Bu h ə dis imam Sadiq ( ə ) a m ə xsusudur. «Biharül- ə nvar», c. 101, s ə h. 135, « Ə l- Ə rzu v ə t-türb ə tül-Hüseyniyy ə », s ə h. 32-33

səh:178

Quranda İmam Hüseynə aid ayələr mövcuddurmu?

Qurani-Kərimdə İmam Hüseynin (ə) şə`ni və fəziləti barədə o qədər ayələr mövcuddur ki, əgər biz onların hamısını şiə və sünni təfsirlərinə istinad edərək burada zikr etsək o zaman bizim bu kitabımız Qurani-Kərim haqqında yazılmış təfsir kitabına bənzəyər. Elə buna görə də, (burada, «təfsir» yazmaq məqsədimizdə olmadığı üçün) biz o ayələrdən yalnız bir neçəsini siz əziz oxucularımıza bəyan edirik:

1) İmam Hüseyn (ə) «Mübahilə» ayəsində

فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَکُمْ وَ نِساءَنا وَ نِساءَکُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَی الْکاذِبِینَ(1)

«(Ey Peyğəmbər!) Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək.»

səh:179


1- [1] . Ali İmran sur ə si, ay ə 61.

Müqəddəs Peyğəmbərimiz Həzrət Məhəmməd (s) hicrətin doqquzuncu ili Hicazın Nəcran məntəqəsində yaşayan xristian keşişlərinə məktub yazaraq onları İslam dinini qəbul etməyə dəvət etdi. Əks təqdirdə isə, İslam dövlətində yaşayıb müsəlmanlara aid olan imkanatlardan istifadə etdiklərinə görə cizyə (vergi) vermələrini tələb etdi. Lakin xristian keşişləri nə müsəlman olmağı, nə də cizyə verməyi qəbul etdilər. Bu zaman Allah-taala əziz Peyğəmbərimizə (s) onlar ilə mübahilə(1) etməyə əmr etdi: «Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək.»

Sünni məzhəbinin böyük müfəssiri Fəxr Razi bu ayənin təfsirində yazır:

Allahın Rəsulu (s) özünün və İslamın haqq olma dəlillərini Nəcran xristianları üçün bəyan etdi. Lakin onlar inad edərək öz nadanlıqlarını davam etdirdilər. Bu zaman Həzrət Peyğəmbər (s) buyurdu: «Tanrım mənə göstəriş verib ki, əgər mənim dəlillərimi qəbul etməsəniz sizinlə mübahilə edim!»

Onlar dedilər: « Ey Əbul Qasim, biz evə qayıdıb fikirləşək sonra sənin cavabını verərik.»

Onlar evə qayıdıb məsləhətləşdilər... Sonda bu nəticəyə yetişdilər ki, Həzrət Məhəmmədlə (s) mübahilə etsinlər.

Mübahilə gününün vaxtı təyin oldu. Həzrət (s) çiyninə qara əba ataraq İmam Əlini (ə) yanına çağırdı. Sonra isə Hüseyni (ə) qucağına alıb (O zaman İmam Hüseynin (ə) 5-6 yaşı var idi.) Həsənin (ə) isə əlindən tutdu. (Həzrət) Fatimə isə o Həzrətin arxasınca gəlirdi. Allahın rəsulu onlara buyurdu: «Mən hər vaxt dua etsəm siz amin deyin!»

səh:180


1- [1] . «Mübahil ə » iki n ə f ə rin v ə ya iki qrupun bir-birl ə rini nifrin etm ə k v ə Tanrı d ə rgahından nahaq t ə r ə fin aradan getm ə sini ist ə m ə kdir.

Nəcranın böyük keşişi bu mənzərəni görüb öz ətrafındakılara dedi: «Ey məsihilər, mən elə bir çöhrələri görürəm ki, əgər onlar Allahdan istəsələr dağı yerindən qopartsın, Allah bu işi onlara xatir edəcək. Bunlarla mübahilə etməyin ki, məhv olarsınız və belə olan halda qiyamət gününə qədər bir nəfər də xristian yer üzündə qalmayacaq.»

Nəcran məsihiləri böyük keşişin dediklərinə qulaq asıb Rəsulullahın (ə) yanına gəlib dedilər: «Biz qərara gəldik ki, səninlə mübahilə etməyək...»

Peyğəmbər (s) buyurdu: «O zaman siz müsəlman olun və İslam hökumətinin bütün imkanatlarından başqa müsəlmanlar kimi istifadə edin.»

Onlar yenə də öz inadlarına davam edərək Peyğəmbərin (s) təklifini qəbul etmədilər. Peyğəmbər (s) buyurdu: «Belə olan halda gərək mən sizə döyüş elan edəm!»

Məsihilər dedilər: «Bizim sizinlə döyüşməyə gücümüz çatmaz, lakin sizinlə müqavilə bağlamağa hazırıq. Belə ki, hər il sizə iki min came verək. Minini Səfər ayında, minini Rəcəb ayında və otuz ədəd zireh də verək. Bu şərtlə ki, bizimlə və bizim dinimiz ilə işiniz olmasın.»

Rəsulullah (s) buyurdu: «And olsun Allaha ki, canım onun əlindədir, az qalmışdı ki. Nəcran əhalisinə bəla nazil olsun. Əgər onlar bizimlə mübahilə etsəydilər hamısı meymun və donuz şəklinə düşəcəkdilər. Və onların başına od yağacaqdı. Allah-taala Nəcran əhalisini, hətta onların ağaclarının üstündə olan quşları belə məhv edəcəkdi. Və bir il çəkməyəcəkdi ki, bütün xristianlar nabud olacaqdı.»(1)

Rəvayətə görə Həzrət Peyğəmbər (s) həmin halda (Həzrət) Həsən, (Həzrət) Hüseyn, (Həzrət) Fatimə və (Həzrət) Əlini –Allah onlardan razı olsun– öz əbasına alıb buyurdu:

səh:181


1- [1] . «Mübahil ə » hadis ə si sünni m ə nb ə l ə rind ə : 1- S ə hihi-Müslhm, c.7, s ə h.120.  S ə hihi-Termizi, c.5, s ə h.596.  Müsn ə di- Ə hm ə d, c.1.s ə h.185 .

«Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.»

Fəxr Razi bunları söylədikdən sonra yazır: «Söylədiyim hədis və rəvayəti bütün müfəssir və hədisçilər qəbul edirlər.»(1)

Gördüyünüz kimi Həzrət Peyğəmbər (s) Həzrət Həsən (ə) və Həzrət Hüseyni (ə) özü ilə mübahiləyə gətirməklə Qur`an ayəsində zikr olunmuş «oğlanlarım» dan məqsədi açıqladı. Necə ki, Həzrət Fatiməni (ə) gətirərək Əhli-beyt xanımını və Həzrət Əlini gətirməklə ayədə deyilmiş «canlarımdan» məqsədin kim olduğunu əməli şəkildə göstərdi.

Mərhum şəhid Qazi Nurullah Şuştəri yazır: «Bütün təfsirçilər Ali-İmran surəsinin 61-ci ayəsində deyilmiş «oğlanlarımızdan» məqsədin İmam Həsən və İmam Hüseyn, «qadınlarımızdan» məqsədin Həzrət Fatimə (ə) və «canlarımızdan» məqsədinsə İmam Əli (ə) olduğunu bəyan etmişlər.(2)

2) İmam Hüseyn (ə) «İnsan» surəsində

«İnsan» surəsi Qurani-Kərimin 76-cı surəsi olub və 31 ayədən ibarətdir. Bu surənin 5-ci ayəsindən 22-ci ayəsinə qədər Əhli-beytə (ə) aid olunur:

إِنَّ الْأَبْرارَ یَشْرَبُونَ مِنْ کَأْسٍ کانَ مِزاجُها کافُوراً (*) عَیْناً یَشْرَبُ بِها عِبادُ اللَّهِ یُفَجِّرُونَها تَفْجِیراً (*) یُوفُونَ بِالنَّذْرِ وَ یَخافُونَ یَوْماً کانَ شَرُّهُ مُسْتَطِیراً (*) وَ یُطْعِمُونَ الطَّعامَ عَلی حُبِّهِ مِسْکِیناً وَ یَتِیماً وَ أَسِیراً (*) إِنَّما نُطْعِمُکُمْ لِوَجْهِ اللَّهِ لا نُرِیدُ مِنْکُمْ جَزاءً وَ لا شُکُوراً (*) إِنَّا نَخافُ مِنْ رَبِّنا یَوْماً عَبُوساً قَمْطَرِیراً (*) فَوَقاهُمُ اللَّهُ شَرَّ ذلِکَ الْیَوْمِ وَ لَقَّاهُمْ نَضْرَةً وَ سُرُوراً (*) وَ جَزاهُمْ بِما صَبَرُوا جَنَّةً وَ حَرِیراً (*) مُتَّکِئِینَ فِیها عَلَی الْأَرائِکِ لا یَرَوْنَ فِیها شَمْساً وَ لا زَمْهَرِیراً (*) وَ دانِیَةً عَلَیْهِمْ ظِلالُها وَ ذُلِّلَتْ قُطُوفُها تَذْلِیلاً (*)وَ یُطافُ عَلَیْهِمْ بِآنِیَةٍ مِنْ فِضَّةٍ وَ أَکْوابٍ کانَتْ قَوارِیرَا (*) قَوارِیرَا مِنْ فِضَّةٍ قَدَّرُوها تَقْدِیراً (*) وَ یُسْقَوْنَ فِیها کَأْساً کانَ مِزاجُها زَنْجَبِیلاً (*) عَیْناً فِیها تُسَمَّی سَلْسَبِیلاً (*) وَ یَطُوفُ عَلَیْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ إِذا رَأَیْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤاً مَنْثُوراً (*وَ إِذا رَأَیْتَ ثَمَّ رَأَیْتَ نَعِیماً وَ مُلْکاً کَبِیراً (*) عالِیَهُمْ ثِیابُ سُندُسٍ خُضْرٌ وَ إِسْتَبْرَقٌ وَ حُلُّوا أَساوِرَ مِنْ فِضَّةٍ وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً (*) إِنَّ هذا کانَ لَکُمْ جَزاءً وَ کانَ سَعْیُکُمْ مَشْکُوراً (*)

«Doğurdan da əsl yaxşı insanlar kafurun xoş ətrinə qarışmış camdan su içərlər. Elə bir çeşmədən (su içərlər) ki,

səh:182


1- [1] . «T ə fsiri-K ə bir», Ali İmran sur ə si, 61-ci ay ə nin t ə fsirind ə .
2- [2] . «İhqaqül-h ə qq», c. 3, s ə h. 46.

oradan yalnız İlahi bəndələri (övliyalar) su içir və onu istədikləri tərəfə yönəldirlər. Onlar nəzir etdikdə yerinə yetirir və müsibəti uzun olan gündən (qiyamət günündən) qorxurlar. Yeməyi sevdikləri halda onu yoxsula, yetimə və əsirə ehsan edirlər. (və deyirlər:) Biz yalnız Allaha xatir sizə ehsan edirik və bunun qarşılığında sizdən heç bir əvəz və təşəkkür istəmirik. Biz qaranlıq və vəhşətli gündən (qiyamətdən) Rəbbimizə (necə cavab verəcəyik) deyə qorxuruq. (onlar belə olduqları üçün Tanrı da, onları o günün şərindən amanda saxlayar və onlara  sevinc və şadlıq nəsib edər. Həmçinin səbr etdikləri üçün behişt və (orada) ipək paltarlar ilə mükafatlanarlar. Taxtlara söykənib (rahatlanarlar), orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. Ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların qarşılarında olacaqdır. Gümüş və büllur qablar onların ətrafında dolanarlar. Gümüşdən olan  elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə müəyyən etmişlər. Onlar behiştdə zəncəfil ilə qarışmış  su kasasından içərlər. Bu su çeşməsini orada «Səlsəbil » adlandırırlar. Orada onların dövrəsində behişt cavanları dolanar ki, əgər onları görsəniz (yerə) səpilmiş mirvarilərə bənzədərsiniz. Əgər oranı (behişti) görsəniz çoxlu nemətləri və əzəmətli hakimiyyəti müşahidə edərsiniz!  Onların üzərlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar vardır. Və gümüş, bilərziklər ilə bəzənərlər. Rəbbi onlara çox pak bir su içirdər. Doğurdan da «bu sizin mükafatınızdır və zəhmətiniz qiymətləndirilir.»(1)

Şiə və sünni təfsirçilərin əksəriyəti yazırlar: Bu ayələr Həzrət Əli, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və onların xadiməsi Fizzə xanımın şənində nazil olmuşdur.

səh:183


1- [1] . İnsan sur ə si, ay ə 5-d ə n 22-y ə q ə d ə r.

Xatırladaq ki, «İhqaqul-həqq» kitabının 3-cü və 9-cu cildində 150-dən çox (təkcə) sünni rəvayətləri gətirilmişdir ki, yuxarıdakı ayələrin adlarını zikr etdiyimiz şəxslərin şənində nazil olmasına dəlalət edirlər. Biz isə bu məzmunda onlarla sünni mənbələrində yazılmış rəvayətlərdən yalnız bir rəvayəti nəzərinizə çatdırırıq:

Böyük sünni təfsirçisi olan Alusi, İbni Abbasdan mötəbər sənəd ilə nəql edir:

«Həsən və Hüseyn xəstələnmişdilər. Onların babaları Məhəmməd (s) Əbu Bəkr və Ömər ilə birlikdə Həsən və Hüseynin görüşünə gəldilər. Başqa səhabələr də, onların görüşünə gəlmiş idilər. Onlar Əliyə (Allah onu əziz etsin) dedilər: Ey Əbul Həsən, övladlarının şəfa tapması üçün nəzr et!

Əli, Fatimə və onların xadiməsi Fizzə onların şəfa tapması üçün üç gün şükür orucu tutmağı nəzr etdilər.

Uca Tanrı Həsən və Hüseynə şəfa bəxş etdi. Onlar nəzr etdilkəri oruclarını tutmaq istəsələr də, iftar etmək üçün evlərində heç bir şey yox idi. Əli (ə) vəziyyəti belə gördükdə Yəhudi Şəmun Xeybərinin yanına gedib 3 «sa» arpa borc aldı və Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Fatimə ayağa qalxıb arpadan un düzəltdi və beş nəfər ev sakinlərinin adına xəmir yoğurdu. Əli şam namazını Peyğəmbər (s) ilə məsciddə qıldıqdan sonra evə qayıtdı. Çörəklər bişmişdi. Hamı bir yerə yığışıb iftar açmaq istədi. Lakin elə bu anda bir yolçu onların qapılarına yaxınlaşıb dedi: “Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir yoxsul müsəlmanam, mənə yemək verin. Tanrı sizə behişt yeməkləri əta etsin!»

Onlar çörəklərini yoxsula verib öz iftarlarını su ilə açdılar. Və gecəni belə keçirtdilər. Sabahkı gün də bu şəkildə oruc tutdular. Fatimə yenə də ayağa qalxıb iftar üçün çörək bişirdi. Əli Peyğəmbər (s) ilə şam namazını

səh:184

məsciddə qılıb evə qayıtdıqdan sonra süfrə quruldu. Süfrəyə çörəklər gəldiyi zaman bir nəfər qapını döyüb dedi: «Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mühacir övladlarından olan bir yetiməm. Mənə yemək verin. Allah da sizə behişt təamlarından versin!»

Onlar öz çörəklərini yetimə verib, bu gecəni də fəqət su ilə iftar etdilər.

Onlar üçüncü gün də nəzr etdikəri orucu tutmağa davam etdilər. Fatimə (Allah ondan razı olsun) son qalan arpadan un düzəldib çörək bişirdi. Əli(Allah ondan razı olsun) yenə də Peyğəmbər ilə şam namazını məsciddə qılıb evə qayıtdı. Elə ki, süfrə açıldı və çörəklər süfrəyə gəldi, bu anda bir əsir onların qapılarına yaxınlaşıb dedi: «Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir əsirəm, mənə ehsan edin ki, Allah da sizə ehsan etsin!»

Onlar o gecə də çörəklərini əsirə verməklə öz iftarlarını su ilə açdılar.

Səhər açıldı. Əli (Allah ondan razı olsun) Həsən və Hüseyni özü ilə birlikdə Rəsulullahın (s) hüzuruna apardı. Rəsulullah (s) onların aclıqdan quşlar kimi titrədiklərini görüb buyurdu: «Ey Əbul Həsən, sizi bu vəziyyətdə görmək mənim üçün çox çətindir!»

Sonra Peyğəmbər (s) onlarla birlikdə Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Onlar Fatiməni aclıqdan qarnı belinə yapışmış halda mehrabda ibadət edən gördülər. Hətta onun aclıqdan gözləri belə içəri batmışdı. Peyğəmbər (s) onların bu halına çox narahat olub, kədərləndi.

Elə həmin vaxtda Cəbrayıl Peyğəmbərə (s) nazil olub dedi: «Ey Məhəmməd, al bunu, Uca Tanrı sənin Əhli-beytinə hədiyyə etdi.»

səh:185

Həzrət Məhəmməd (s) dedi: «Ey Cəbrayıl, nəyi alım?» Bu anda Cəbrayıl «Həl əta ələl insan» surəsini ona qiraət etdi.(1)

3) İmam Hüseyn (ə) «Təthir» ayəsində

Uca Tanrı Qurani-Kərimdə buyurur:

إِنَّما یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَ یُطَهِّرَکُمْ تَطْهِیرا

 «Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən (ə) pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.» (2)

Saysız-hesabsız şiə və sünni rəvayətlərinə əsasən «Təthir» ayəsi müqəddəs Peyğəmbərimizin (s) ömrünün axırlarında Ümm Sələmə xanımın evində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu ayə ona nazil olduqdan sonra Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə), və Həzrət Hüseyni (ə) öz əbasının altına alıb buyurdu: «İlahi, bunlar mənim Əhli-beytimdir...» Bu vaxt möminlər anası Ümmü Sələmə Həzrət Peyğəmbərdən (s) soruşdu: «Ey Allahın rəsulu (s) mən hansı məqama malikəm? Mən də Əhli-beytdən sayılırammı?» Rəsulullah (s) ona cavabında buyurdu: Sən doğru yoldasan və haqqa tərəf hərəkət edirsən...»

Əllamə Təbatəbayi bu rəvayətin sənədi haqqında belə buyurur: «Bu rəvayət müxtəlif sənədlər ilə zikr olunmuşdur. Demək olar ki, yetmişdən çox mötəbər sənəd bu rəvayətin düzgünlüyünü isbatlayır. Və toplanmış bu sənədlərin böyük bir qismi, yəni qırxa yaxını, əhli-sünnə və otuzdan çoxu şiə mənbələri ilə sübuta yetirilmişdir.»(3)

Həmçinin böyük Qur`an müfəssiri Feyz Kaşani «təthir» ayəsinin Məhəmməd peyğəmbər (s), İmam Əli

səh:186


1- [1] . Alusi, «T ə fsiri ruhül-m ə ani”, c. 29, s ə h. 157, h ə mçinin bir çox m ə şhur sünni aliml ə ri o cüml ə d ə n F ə xr Razi, Beyzavi, Nişapuri, T ə b ə ri, Qurtubi v ə başqaları bu r ə vay ə ti öz kitablarında g ə tirmişl ə r.
2- [2] . Ə hzab sur ə si, ay ə 33.
3- [3] . Ə llam ə T ə bat ə bayi, « Ə l- Mizan fi t ə fsiril-Qur`an» c. 16, s ə h. 311.

(ə), Həzrət Fatimə (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında nazil olmasını belə açıqlayır:

«Bu ayənin əba sahibləri (adlarını çəkdiyimiz beş məsum) barədə nazil olmasını təsdiqləyən şiə və sünni rəvayətlərini sayıb-qurtarmaq olmaz.»(1)

Əhli-sünnə məzhəbinin məşhur müfəssirləri də «təthir» ayəsinin bu beş nəfər haqqında nazil olmasını söyləmişlər.(2) Və biz onların bu həqiqəti isbat etmək üçün istinad etdikləri onlarla rəvayətin yalnız birini burada yazırıq:

«Peyğəmbərin (s) xanımı Ümm Sələmə (Allah ondan razı olsun) deyir: «Rəsulullah (s) mənim evimdə əbasını üzərinə atıb yatmışdı. Bu zaman Fatimə (Allah ondan razı olsun) əlində bir qab yeməklə gəldi. Peyğəmbər (s) ona buyurdu: «Ərini və iki oğlun Həsən və Hüseyni də çağır, gəlsinlər.» Həzrət Fatimə onları çağırdı və birlikdə oturub yemək yedilər. Bu zaman «Təthir» ayəsi («Həqiqətən də Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir») nazil oldu. Həzrət Peyğəmbər (s) öz əbasını götürüb onların üstünə tutdu və əlini əbadan qırağa çıxarıb asimana işarə edərək, üç dəfə dedi: «İlahi, bunlar mənə məxsusdurlar və yalnız bu şəxslər mənim Əhli-beytimdir. Çirkinlikləri bunlardan uzaq saxla, pakizə və təthir et!»

Ümm Sələmə deyir: Mən də onlarla birlikdə olmaq üçün başımı əbadan içəri salıb dedim: «Ey Allahın Rəsulu,

səh:187


1- [1] . Möhsün Feyz Kaşani, «T ə fsiri-Safi», c. 4, s ə h. 189.
2- [2] . M ə h ə mm ə d ibn C ə rir T ə b ə ri, «Cameül-b ə yan ə n t ə vilil-Quran», c. 12, s ə h. 6; İbn Ə bi Hat ə m Razi, «T ə fsiri-Quranil- ə zim», c. 9, s ə h. 3131; İsmail ibn K ə sir D ə meşqi, «T ə fsiri-Quranil- ə zim», c. 3, s ə h. 493; Ə li ibn Vahid Nişapuri, « Ə sbab ül-nuzul», s ə h. 295; C ə lal ə ddin Süyuti, « Ə d-Dür ə rül-m ə nsur fi t ə fsiril-m ə sur», c. 6, s ə h. 604 v ə ...

mən də sizinləyəm (Əhli-beytdən sayılıram)?» Həzrət buyurdu: «Sən doğru yoldasan və yaxşı qadınsan.»(1)

«Təthir» ayəsinin təfsirində deyilmiş onlarla şiə və sünni rəvayətlərinə nəzər saldıqda bəhs etdiyimiz ayənin məhz Həzrət Məhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) haqqında nazil olması aşkar olur. Və aydın olur ki, «Əhli-beyt»dən məqsəd yalnız bu şəxslərdir. Hətta Peyğəmbərin (s) xanımları belə «Əhli-beyt»dən sayılmırlar. Allah-taala yalnız Əhli-beytin (ə) pak olmasını iradə etmişdir!

4) İmam Hüseyn (ə) «Məvəddət» ayəsində

قُل لَّا أَسْأَلُکُمْ عَلَیْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی(2)

«(Ey Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.»

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) iyirmi üç il müddətində Tanrı elçisi olub, bu ağır vəzifənin bütün çətinliklərinə qatlandı. Belə ki, Həzrətin (s) buyurduğuna əsasən heç bir peyğəmbər onun qədər risalət ağırlığını daşımamış və peyğəmbərlik yolunda əziyyət çəkməmişdi. Belə olan halda o Həzrətin (s) öz risaləti qarşılığında hər hansısa bir əcr-əvəz istəməməsi, o əcrin çox dəyərli və əhəmiyyətli olmasına dəlalət edir. Bu ayədə də, əziz Peyğəmbərimiz (s) peyğəmbərlik yolunda çəkdiyi zəhmətlərin qarşılığında ən yaxınlarına, Əhli-beytinə sevgi və eşq bəslənməsini istəyir. Lakin burada belə bir sual meydana gəlir ki, Həzrət Məhəmmədin (s) ən yaxınları kimlər sayılır? O Həzrət bu ayədə «ən yaxınlarım»

səh:188


1- [1] . İbn Ə bi Hat ə m Razi, «T ə fsiri-Qur`anil- ə zim», c. 9, s ə h. 3132.
2- [2] . Şura sur ə si, ay ə 23.

dedikdə, kimləri nəzərdə tutmuşdur? Şiə və əhli-sünnənin mötəbər mənbələrində zikr olunmuş saysız-hesabsız rəvayətlərə əsasən müqəddəs Peyğəmbərimiz (s) «ən yaxınları» dedikdə məqsədinin Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) olduğunu bəyan etmişdir. Sünni aləminin böyük Qur`an müfəssiri Zəməxşəri öz təfsir kitabında belə yazır: «Bir gün müşriklər öz aralarında deyirdilər: Görəsən Məhəmməd, peyğəmbərlik yolunda bu qədər əziyyət çəkdiyi üçün əcr-mükafat istəyirmi?» Bu zaman onlara cavab olaraq «məvəddət» ayəsi nazil oldu:

«(Ey Peyğəmbər, hamıya) de ki, Mən sizdən risalətimin qarşılığında ən yaxınlarıma sevginizdən başqa heç bir şey istəmirəm.»

Zəməxşəri sözünün davamında yazır:

«Mötəbər hədislərə əsasən bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Rəsulullah, bizə sevgi və məhəbbətləri vacib olan ən yaxın adamların kimlərdir?»

Peyğəmbər (s) onların cavabında belə buyurdu:

«Məvəddət və məhəbbəti vacib olanlar Əli, Fatimə və onların iki oğlu Həsən və Hüseyndən ibarətdir.»(1)

Həmçinin tanınmış sünni müfəssiri Fəxr Razi yazır: «Təfsiri-Kəşşafın nəql etdiyinə əsasən Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs Ali-Məhəmməd eşqilə ölsə şəhid sayılır, hər kəs Ali-Məhəmmədi sevib dünyasını dəyişsə günahları bağışlanır.

Bilin ki, hər kəs Ali-Məhəmmədi sevən halda ölsə tövbə edənlərdən hesablanır.

Bilin ki, Ali-Məhəmməd eşqi ilə ölən, imanı kamil olmuş şəkildə dünyadan getmişdir.

Bilin ki, nəkir və münkər və ölüm mələyi Ali-Məhəmməd sevgisi ilə ölənə cənnət müjdəsi verirlər.

səh:189


1- [1] . Z ə m ə xş ə ri, «T ə fsiri-K ə şşaf», Şura sur ə si, 23-cü ay ə nin t ə fsirind ə .

Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən şəxsi, gəlini bəy evinə ötürən kimi behiştə tərəf ötürərlər.

Agah olun! Hər kəs Ali-Məhəmməd sevgisi ilə ölsə, Allah-taala o şəxsin qəbrini mələklərin ziyarətgahı qərar verər.

Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən, İslama və Peyğəmbərin sünnəsinə əməl etmiş halda ölmüşdür.

Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinlə ölsə, qiyamət günü iki gözünün arasında «İlahi rəhmətdən məyus!» yazılmış halda məhşur olar.

Agah olun! Hər kim Ali-Məhəmmədlə düşmənçilik edib ölsə kafirdir.

Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinli olsa behiştin iyini belə hiss etməyəcək.»

Bu rəvayətlərin hamısını «Təfsiri-Kəşşafın»müəllifi nəql etmişdir.

Mən (Fəxr Razi) isə deyirəm: «Ali-Məhəmməd» Peyğəmbər (s) ilə rabitələri daha sıx və möhkəm olan şəxslərdir. Sözsüz ki, Əli, Fatimə, Həsən və Hüseynin başqalarına nisbətən daha çox o Həzrətlə rabitələri və bağlılıqları var idi. Bunun inkar olunmaz bir həqiqət olması bütün müsəlmanlar tərəfindən qəbul olunmuşdur. Deməli, Ali-Məhəmməd adlarını zikr etdyimiz şəxslərdir. Lakin bəzilərinin fikrincə ayədə zikr olunmuş («Əl-qurba»- ən yaxınlar) dan məqsəd «qohum-əqraba» və bəzilərinin nəzərincə «ümmət»dir. Yenə də hər iki halda onlar (Əli, Fatimə, Həsən və Hüseyn) Ali-Məhəmməddən sayılacaq. Beləliklə Əli, Fatimə, Həsən və Hüseynin Ali-Məhəmməd olması haqda heç bir şəkk-şübhə yoxdur. Amma bunlardan başqalarının Ali-Məhəmməd olub-olmaması haqda müxtəlif fikirlər vardır.

...Ümumiyyətlə bir çox dəlillərə əsasən «məvəddət» ayəsi Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur.»(1)

səh:190


1- [1] . F ə xr Razi, «T ə fsiri-k ə bir», Şura sur ə si, 23-cü ay ə nin t ə fsirind ə .

Həmçinin Təbəri İbn Abbasdan nəql edir ki, «məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar Peyğəmbərin ətrafına cəmləşib soruşdular: “Ey Allahın rəsulu, məhəbbət və sevgisi vacib olan yaxınlarından məqsəd kimlərdir? Həzrət Məhəmməd (s) onların cavabında buyurdu:

«Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyn»(1)

Təbiidir ki, Ali-Məhəmmədə həqiqi məhəbbət o zaman olar ki, onların buyurduqlarına itaət olunsun. Çünki, itaətsiz məhəbbət Qur`an və Peyğəmbərin məntiqi ilə heç bir şəkildə uzlaşmır. Necə ki, Qurani-Kərimdə deyilir: “Əgər Allahı sevirsizsə, o zaman mənə (Peyğəmbərə) itaət edin.(2)

5) İmam Hüseyn (ə) və «Ülul-əmr» ayəsinin həqiqəti

أَطِیعُواْ اللّهَ وَأَطِیعُواْ الرَّسُولَ وَأُوْلِی الأَمْرِ مِنکُمْ(3)

«Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! »

Bir çox mötəbər rəvayətlərə əsasən bu ayədə itaətləri müsəlmanlara vacib sayılan «ülul əmr» yəni əmr sahibləri Əhli-beyt (ə) İmamlarıdır. İmam Sadiq (ə) buyurur: Bu ayədə zikr olunmuş əmr sahiblərindən məqsəd Əli ibn Əbi Talib (ə), Həsən (ə), Hüseyn (ə)... (və axıra qədər İmamların adını zikr edir)(4) Buna oxşar rəvayət İmam Rzadan (ə) da nəql olunmuşdur.(5)

İmam Hüseyn (ə) Müaviyəyə ünvanladığı məktubda yazır: “Biz Əhli-beyt, Allahın dostları, Peyğəmbərin ailəsi

səh:191


1- [1] . «Z ə xairül-üqba fi m ə naqibi z ə vil-qürba» s ə h. 25; H ə mçinin bu h ə dis başqa sünnü m ə nb ə l ə rind ə d ə n ə ql olunmuşdur: Z ə m ə xş ə ri, «Möc ə mi-k ə bir», c. 1, s ə h. 125; Heys ə mi, «M ə cm ə üz-z ə vaid», c. 2, s ə h. 25; İbn C ə bbar Maliki, « Ə l- Füsulül-mühimm ə », s ə h. 29; Qürtubi, « Ə l-cami ul- ə hkamül-Qur`an», c. 16, s ə h. 21 v ə ...
2- [2] . Ali İmran sur ə si, ay ə 31.
3- [3] . Nisa sur ə si ay ə 56.
4- [4] . «T ə fsiri- Ə yyaşi», c. 1, s ə h. 252; B ə hrani, « Ə l- Bürhan», c. 1, s ə h. 315.
5- [5] . «Nurüs-s ə q ə leyni», c. 1, s ə h. 500; «Biharül- ə nvar», c. 23, s ə h. 292.

və «ülul-əmr» ayəsinin mənasıyıq.»(1) (Yəni ayədə itaətləri vacib olunmuş əmr sahibləriyik.)

Ümumiyyətlə hamımıza məlumdur ki, zülmkarlara itaət etmək İslam məntiqinə əsasən günah sayılır. Bu məsələ Qurani-Kərimin bir çox ayələrində də, öz əksini tapmışdır: «Allaha ibadət edib zalıma (itaət etməkdən) uzaq qalın.»(2) Deməli Allah-taalanın «Ülul-əmr» ayəsində qeydsiz-şərtsiz əmr sahiblərinə itaət etməyə əmr etməsi, bu şəxslərin heç bir şəkildə zülmə bulaşmamaları və günahdan uzaq qalmalarına dəlalət edir. İmam Hüseynin (ə) də «ülul-əmrdən»olması ona itaətin vacibliyindən əlavə onun məsum olmasına da, böyük dəlildir. Xatırladaq ki, «ülul-əmr» ayəsinin yalnız Əhli-beytə (ə) aid olması «təfsir» və «kəlam» elmində sübuta yetirilmişdir.

6) İmam Hüseyn (ə) «Şəcərəye-təyyibə»nin meyvəsi

أَلَمْ تَرَ کَیْفَ ضَرَبَ اللّهُ مَثَلاً کَلِمَةً طَیِّبَةً کَشَجَرةٍ طَیِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِی السَّمَاءِ

«Məgər görmədinmi Allah-taala necə pak sözü şəcəreye-təyyibəyə (pak ağaca) oxşatdı. Elə bir ağac ki, onun kökü möhkəm və şaxələri göydədir.» (3)

Cabirdən nəql olunur ki, deyir: İmam Sadiqdən «o ağacın kökü məhkəm və şaxəsi göydədir» ayəsinin təfsiri haqda soruşdum. İmam cavabımda buyurdu: «O ağacın kökü Rəsulullah, budağı Əmirəlmöminin və meyvələri Həsən və Hüseyndir...»(4)

7) İmam Hüseyn (ə) «Əhli-zikr»ayəsinin həqiqəti

فَاسْأَلُواْ أَهْلَ الذِّکْرِ إِن کُنتُمْ لاَ تَعْلَمُونَ(5)

«Bilmədiklərinizi zikr-əhlindən soruşun.»

Həzrət Peyğəmbər (s) böyük səhabələrindən olan görkəmli Qur`an təfsirçisi İbn Abbas «əhli-zikr» ayəsinin

səh:192


1- [1] . Maz ə ndarani, « Ə l- M ə nasib», c. 4, s ə h. 67; «Nurüs-s ə q ə leyn», c. 1, s ə h. 507.
2- [2] . N ə hl sur ə si, ay ə 36.
3- [3] . İbrahim sur ə si, ay ə 24.
4- [4] . «Kamiluddin”, Şeyx S ə duq, s ə h. 345; «Siratil-müst ə qim», c. 2, s ə h. 134.
5- [5] . N ə hl sur ə si, ay ə 43.

təfsirində söyləyir: «Əhli-zikr» Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarətdir. Onlar zikr, elm, əql və bəyan sahibləridir. Onlar nübüvvət ocağı, risalət mə`dənidirlər. İlahi mələkləri onların ətrafında dolanırlar.»(1)

8) İmam Hüseyn (ə) «Ürvətül-vüsqa»dır

فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَیُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَةِ الْوُثْقَیَ(2)

«Hər kəs zülmkara qarşı çıxıb Allaha iman gətirsə ürvətul-vüsqadan (möhkəm dəstəkdən) yapışmışdır...»

Məşhur rəvayətə əsasən Allahın rəsulu (s) buyurmuşdur: «Hər kəs Allah-taalanın Qurani-Kərimdə buyurduğu ürvətul vüsqadan (möhkəm dəstəkdən) yapışmaq istəyirsə o zaman Əli ibn Əbu Talibi, Həsən və Hüseyni sevsin. Çünki, Allah-taala onları sevir.»(3)

Həmçinin İmam Rzadan (ə) nəql olunmuş rəvayətə əsasən Peyğəmbər (s) buyurdu: «İmamların davamı İmam Hüseynin övladlarından olacaq. Hər kim onlara itaət etsə, Allaha itaət etmiş və hər kim onlara qarşı çıxsa Allaha qarşı üsyan etmiş sayılır. Bu şəxslər Ürvətul-vüsqa və Allaha yetişmək üçün vasitədirlər.»(4)

9) İmam Hüseyn (ə) «nəfsi-mütməinnə»yə sahibdir

یَا أَیَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة ارْجِعِی إِلَی رَبِّکِ رَاضِیَةً مَّرْضِیَّةً فَادْخُلِی فِی عِبَادِی وَادْخُلِی جَنَّتِی(5)

«Ey mütməin (aram) nəfsə malik! Rəbbinə tərəf qayıt ki, sən ondan və o da səndən razıdır. Belə olduğu üçün mənim məxsus bəndələrimdən ol. Və mənim cənnətimə daxil ol.»

İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətə əsasən bu ayədə zikr olunmuş «mütməin nəfs»dən məqsəd İmam Hüseyndir.(6)

səh:193


1- [1] . Ə llam ə Hilli, «N ə hcül-h ə qq», s ə h. 210; «Biharül- ə nvar», c. 23, s ə h. 185.
2- [2] . B ə q ə r ə sur ə si, ay ə 256.
3- [3] . Böhrani, « Ə l- Bürhan», c. 1, s ə h. 243; «Üyunu ə xbarir-Rza « , c. 2, s ə h. 58.
4- [4] . «Biharül- ə nvar» c. 2, s ə h. 83; T ə b ə rsi, « Ə l -Müst ə dr ə k”, c. 17, s ə h. 309.
5- [5] . F ə cr sur ə si ay ə 27-30.
6- [6] . F ə qir Ə li İnqilabi, «İmam Hüseyn ( ə ) Qur`an v ə sünn ə d ə » (Disirtasiya), s ə h. 47.

10) İmam Hüseynin (ə) şəhadəti Qurani-Kərimdə

وَمَن یُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَ_ئِکَ مَعَ الَّذِینَ أَنْعَمَ اللّهُ عَلَیْهِم مِّنَ النَّبِیِّینَ وَالصِّدِّیقِینَ وَالشُّهَدَاء وَالصَّالِحِینَ وَحَسُنَ أُولَ_ئِکَ رَفِیقًا(1)

«Allaha və Peyğəmbərə itaət edənlər Allahın ne’mətlər verdiyi şəxslərlə o cümlədən peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə behiştdə olarlar. Onlar necə də gözəl yoldaşlardır.»

Ümm Sələmə deyir: «Rəsulullahdan bu ayə haqqında soruşduqda buyurdu: «Ayədə zikr olunmuş «peyğəmbərlərdən» məqsəd mən, «siddiqindən» məqsəd Əli, «şəhidlərdən» məqsəd Həsən və Hüseyn, «salehindən» məqsəd Həmzə, ayədə zikr olunan «onlar necə də gözəl rəfiqlərdirlər» isə məndən sonra gələn on iki İmama işarədir.»(2)

Sonra unutmayaq ki, İmam Hüseyni (ə) sevmək, ona hörmət qoymaq və itaət etmək, Qur`anı sevib, Qur`ana hörmət qoyub və Qur`ana itaət etmək deməkdir. Ona görə ki, İmam Hüseynin (ə) kamil insan olmasını, sevgisinin və itaətinin vacibliyini Qurani-Kərim bizə buyurmuşdur. Deməli bizim öhdəmizə düşən vəzifə Allahın müqəddəs kitabına əməl etməkdir.

səh:194


1- [1] . Nisa sur ə si ay ə 69.
2- [2] . Qummi Razi, «Kifay ə tül- ə s ə r», s ə h. 183; «Biharül- ə nvar», c. 36, s ə h. 347; « Ə l-Bürhan», c. 1, s ə h. 392.

Peyğəmbər (s) İmam Hüseyn haqqında nə buyurmuşdur?

1) İmam Hüseyn (ə) «Səqəleyn»(1) hədisində

Şiə və sünni aləminin mötəbər hədis mənbələrində zikr olunmuş rəvayətə görə, Həzrət Peyğəmbər (s)bu məzmunda buyurmuşdur:

«Mən yaxın zamanda Allahın də`vətini qəbul edib, sizin aranızdan gedəcəyəm, (dünyamı dəyişəcəyəm) lakin bununla belə iki qiymətli şeyi sizə əmanət qoyuram. Onlardan biri Allahın kitabı (Qur`an), digəri isə mənim itrətimdir. Allahın kitabı onun yer üzərinə endirdiyi kəndirdir. (Yə`ni, hər kəs Qur`ana əməl etsə, elə bil ki, kəndirdən tutub Tanrıya yaxınlaşır.) Mənim itrətim isə, mənim əhli-beytimdir. Mehriban Allah, bu iki qiymətli şeyin cənnət hovuzunda mənə qovuşana qədər ayrılmayacaqlarını, xəbər vermişdir. Məndən sonra bu iki şeylə necə rəftar edəcəyinizə diqqətli olun!»(2)

səh:195


1- [1] . «S ə q ə leyn» ə r ə b dilind ə «iki ağır qiym ə tli şey»- ə deyilir.
2- [2] . Hakim Nişapuri, «Must ə dr ə k» c. 3. s ə h. 109; İbn H ə nb ə l, «Müsn ə di- Ə hm ə d» c. 3. s ə h. 17; T ə b ə rani, «Möc ə mül-k ə bir», c. 1. s ə h. 129; T ə b ə ri. «Z ə xairül-üqba» s ə h. 16; Şafeyi. « Ə l- İthafu bihubbil- ə şr ə f» s ə h. 22.v ə ....

Termizi, Cabir ibn Abdulahdan nəql edir:

«Ərəfə günü Həcc əməllərini yerinə yetirərkən Rəsuləllahı dəvənin üstündə xütbə oxuyan halda gördüm. O buyururdu: Ey camaat, mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyuram ki, əgər onlardan möhkəm yapışsanız heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki şeydən biri Allahın kitabı, digəri isə Əhli-beytimdir.»(1)

Bu hədisə əsasən əziz Peyğəmbərimizin(s) özündən sonra qoyub getdiyi əsas əmanətlər, Qurani-kərim və Əhli-beyti (ə) olmuşdur. Bu iki qiymətli varlıq heç bir zaman bir-birlərindən ayrılmazlar. Deməli, hər bir yerdə ki, Qurani-kərim var, orada Əhli- beytin (ə) hədisi, şərhi və təfsiri olmalıdır. Lakin təəssüflər olsun ki, İslam ümməti müqəddəs Peyğəmbərimizin (s) əmanət qoyub getdiyi Əhli-beyti (ə) ilə çox pis rəftar etdilər. Və bu ümmətin Əhli-beytə (ə) qarşı olan ən çirkin rəftarı isə, Kərbəla çölündə əziz Peyğəmbərimizin (s) sevdiyi İmam Hüseyni (ə)və onun yaxınlarını şəhadətə yetirərkən baş verdi.

2-İmam Hüseyn (ə), «Səfinə»(2) hədisində

Şafeyi nəql edir: «Bir gün Əbuzər Qəffari Kəbə evinin astanasına çıxıb, qapısının halqasından tutaraq fəryad çəkdi: Ay camaat! Məni tanıyan tanıyıb, tanımayanlar da bilsinlər ki, mən Əbuzərəm! Özüm Peyğəmbərdən (s) eşitdim ki, buyururdu: “Mənim Əhli-beytim Nuhun gəmisinə bənzər (hər kim o gəmiyə mindi nicat tapdı, gəmiyə minməyənlər isə suda qərq oldular) ki, kim Əhli-beytimdən uzaqlaşsa cəhənnəm oduna düşər.

səh:196


1- [1] . «S ə hihi-Termizil», f ə sl.  « M ə naqibi- Ə hli-beyt ( ə )»
2- [2] . «S ə fin ə » ə r ə b dilind ə «g ə mi» dem ə kdir.

Yenə də o Həzrətdən eşitdim buyururdu: Mənim Əhli-beytim bir bədəndə baş və yaxud bir başda göz kimidir. Şübhəsiz ki, bədən başsız və baş da gözsüz öz qüdrətini itirir.»(1)

Həmşinin bir şox şiə və sünni mənbələrində «Səfinə» hədisi müqəddəs Peyğəmbərimizdən (s) belə zikr olunmuşdur: «Mənim Əhli-beytim sizin aranızda Huhun gəmisi kimidir. Hər kim o gəmiyə minsə nicat tapar və hər kim o gəmidən uzaq düşərsə qərq olar.»(2)

Gördüyünüz kimi bu hədisə əsasən Əhli-beyt (ə) Müsəlmanların qurtuluş gəmisidir. Bu gəmi insanları haqq və mənəviyyət şəhərinə aparır. Hər kim bu gəmiyə minməyə müvəffəq olsa, səadət və xoşbəxtliyə şatacaq. Gəmiyə minməyənlər isə, günah və şübhələrdə qərq olacaqlar.

3) Allahın əmri ilə əziz Peyğəmbərimiz (s) onun adını Hüseyn (ə) qoydu

Əsma binti Umeysdən rəvayət olunur ki; «Hüseyn (ə) dünyaya gəldikdə, Həzrət Məhəmməd (s) mənim evimə gəldi. Mən körpəni onun qucağına verdim. Elə oradaca Həzrət Cəbrayıl Peyğəmbərə (s) nazil olaraq, «Allahın əmri ilə körpənin adını «Hüseyn» qoy»-dedi. Bunu bizə Allahın rəsulu (s) xəbər verdi.»(3)

səh:197


1- [1] . « Ə l- İthafu bihubbil- ə şraf» S ə h. 26.
2- [2] . T ə b ə rani. «Möc ə mül-k ə bir» c. 1, s ə h.125; «Z ə xairül-üqba» s ə h. 20; «K ə nzül-ümmal» c.6, s ə h. 216; Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 2, s ə h, 343; «Hily ə tül-övliya» c. 4, s ə h, 306; «Z ə vaidu müsn ə dil-B ə zzar» f ə sl.3; « Ə hli-beyt v ə l- ə rvah» s ə h. 163.....
3- [3] . Muhibuddin Şafei, «Z ə xairül-üqba»,s ə h. 200; «Müsn ə di- Ə hm ə d», c. 6, s ə h. 392; «Uyunu- ə xbarir-Rza ( ə )», c. 2, s ə h. 25-26; «Biharül- ə nvar», c. 43, s ə h. 238; Hakim Nişaburi, « Ə l-müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 4, s ə h. 155; «Usdül-ğab ə fi m ə rif ə tis-s ə hab ə », c. 2, s ə h. 16; «Tarixi-D ə meşq», c. 14, s ə h. 118.

4) Allahın sevimli elçisi Məhəmməd (s) körpə Hüseynin (ə) qulağına azan oxudu

Əbu Rafe deyir: «Yenicə dünyaya gələn Hüseynin qulağına Həzrət Məhəmmədin (s) azan və iqamə oxuduğunu gördüm.»(1)

5) Peyğəmbər (s) çox sevdiyi Hüseynin (ə) ağlamağına narahat olurdu

Yezid ibn Əbu Ziyad belə söyləyir: «Ayişənin evindən çıxıb məscidə sarı gedən Peyğəmbər (s) yolda Fatimeyi Zəhranın (s) evinin yanından keçərkən balaca Hüseynin (ə) ağlamaq səsini eşitdikdə, qızına buyurdu: “Qızım, Hüseynin ağlayanda mən narahat oluram.»(2)

6) Peyğəmbərlə (s) Hüseynin (ə) bağlılığı

Yə`la ibn Mürrə deyir: «Allahın Rəsulu (s) buyurdu: «Hüseyn (ə) məndən və mən də Hüseyndənəm.»(3)

7) Peyğəmbərin (s) sevimli gülü

Buxari İbn Əbu Nəimdən belə rəvayət edir: «İbn Ömər, Əbu Nəimdən soruşdu: «Allahın qətli (döyüşü) haram buyurduğu Məhərrəm ayında milçək öldürmək olarmı?»

İbn Əbu Nəim əsəbləşərək dedi: «İraq əhli milçək öldürməyin şəri-hökmü barəsində maraqlanırlar. Bir halda

səh:198


1- [1] . Hakim Nişaburi, « Ə l-müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 4, s ə h. 175; «Z ə xairül-üqba», s ə h. 120; «M ə cm ə üz-z ə vaid v ə m ə nf ə ül-f ə vaid», Heys ə mi, c. 4, s ə h. 59; «Biharül- ə nvar», c. 43, s ə h. 282.
2- [2] . «S ə hihi-Termizi», c. 6, s ə h. 116; «Tarixi-D ə meşq», s ə h. 123; «Z ə xariül-üqba», s ə h. 143; «M ə cm ə üz-z ə vaid», c. 9, s ə h. 201; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 205; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 135.
3- [3] . «Sün ə ni-İbn Mac ə », c. 1, s ə h. 51; «Sün ə ni-Termizi», c. 5, s ə h. 617; «Müsn ə di- Ə hm ə d», c. 3, s ə h. 181; v ə c. 5, s ə h. 182; «Usdul-ğab ə », c. 2, s ə h. 20; «M ə cm ə üz-z ə vaid», c. 9, s ə h. 181; «K ə nzül-ümmal», c. 7, s ə h. 107; «Tarixi-D ə meşq», c. 14, s ə h. 150; Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 3, s ə h. 177.

ki, bu ayda Peyğəmbərin (s) sevimli övladını şəhid etdilər. Məgər Allahın peyğəmbəri buyurmamışdır ki, Həsən (ə) və Hüseyn (ə) mənim dünyadakı sevimli güllərimdir.»(1)

8) Peyğəmbərin (s) Hüseynə (ə) olan ehtiramı

Ənəs ibn Malik belə söyləyir: «Bəzən Peyğəmbərimiz (s) namazda səcdə halında ikən körpə Həsən (ə) və Hüseyn (ə) onun boynuna minirdi. Allahın elçisi (s) onları incitməmək üçün səcdəsini uzadırdı. Həzrət Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, o, buyurdu: «Bu iki övladım mənim boynuma minmişdilər və istəmədim ki, tez yerə düşsünlər. Onları narahat etmək istəmədim.»(2)

9) Peyğəmbər (s) daim Hüseyni (ə) öpüb, əzizləyərdi

«Allahın Rəsulu (s) həmişə sevimli nəvəsi Hüseyni (ə) dodaqlarından və sinəsindən öpüb, oxşayırdı.»(3)

10) Həzrət Məhəmmədə (s) ən çox bənzəyən şəxs Hüseyndir (ə)

Çoxsaylı əhli-sünnə və şiə hədislərinə istinadla söyləmək olar ki, əziz Peyğəmbərimizə (s) ən çox oxşayan şəxs İmam Hüseyndir (ə).(4)

səh:199


1- [1] . «S ə hihi-Buxari», c. 5, s ə h. 223-224; v ə c. 3, s ə h. 137; «Sün ə ni-Termizi», c. 5, s ə h. 615; «Müsn ə di- Ə hm ə d», c. 2, s ə h. 208, 259; «Müsn ə di- Ə bu Davud», c. 8, s ə h. 260; « Ə l-X ə saisu min-N ə sai» c. 5, s ə h. 150.
2- [2] . «Usdül-ğab ə », c. 2, s ə h. 11; «M ə cm ə üz-z ə vaid», c. 9, s ə h. 181; «Z ə xairül-üqba», s ə h. 130; «Biharül- ə nvar», c. 43, s ə h. 299-300; «Müsn ə di- Ə hm ə d», c. 2, s ə h. 513; « Ə l- Möc ə mul-k ə bir», h ə dis 2659; «Tarixi-D ə meşq», c. 3, s ə h. 256.
3- [3] . «Sün ə ni-Termizi», c. 5, s ə h. 660; «Tarixi-D ə meşq», c. 11, s ə h. 149; «Z ə xairül-üqba», s ə h. 226; «Usdül-ğab ə », c. 6, s ə h. 434; « Ə l- İsab ə » c. 1, s ə h. 329; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », c. 2, s ə h. 578; «Biharül- ə nvar», c. 43, s ə h. 283.
4- [4] . «S ə hihi  Buxari», c. 3, s ə h. 1370; «Sün ə ni-Termizi», c. 5, s ə h. 618; «Biharül- ə nvar», c. 43, s ə h. 293-294; «Müsn ə di- Ə hm ə d», c. 9, s ə h. 160; «K ə nzül-ümmal», c. 7, s ə h. 110; «Usdül-ğab ə », c. 2, s ə h. 20.

11) Həzrət Hüseyn (ə) imam və imamların atasıdır

Salman Farsi və digər ravilərin nəql etdiyinə görə Əbuzər, Ömər, Fəzl ibn Abbas, Zeyd ibn Haris və Abdullah ibn Məsudunun da olduğu bir məclisdə İslam peyğəmbəri (s) üzünü Hüseynə (ə) tutub buyurdu: «Sən imamsan və imamın oğlusan. Sən digər imamların atasısan. Sənin nəslindən doqquz İmam olacaqdır... Onların sonuncusu Məhdidir (ə.c.)»(1)

12) İmam Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir

Məhəmməd peyğəmbər (s) buyurur: «Həqiqətən də, Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir. Hüseyn (ə) xeyirxahlıq və iftixar İmamı, izzət rəhbəridir.»(2)

13) İmam Hüseynin (ə) düşməni bədbəxt, dostu isə xoşbəxtdir

Şiə və əhli-sünnə alimilərinin təsdiq etdiyi çoxlu hədislərə əsasən Allahın rəsulu Həzrət Məhəmməd (s) buyurub: «Həsən (ə) və Hüseyn (ə) mənim iki övladımdır. Hər kəs onları sevsə Allah-taalanı sevmişdir. Allahı sevən şəxsi isə, O, behiştə daxil edər.

Hüseyn (ə) ilə düşmənçilik edən şəxs, mənimlə düşmən olmuşdur. Mənimlə düşmən olan kəs də, Allah-taala ilə düşmənçilik etmişdir. Uca Allaha düşmən olan şəxsi də, O, özü cəhənnəmə daxil edəcəkdir.»(3)

Zeyd ibn Ərqəm və digər səhabələr belə rəvayət edirlər: «Sevimli Peyğəmbərimiz Məhəmməd (s) üzünü Həzrət Əli

səh:200


1- [1] . «Biharül- ə nvar», c. 16, s ə h. 295; «Y ə nabiül-m ə v ə dd ə », s ə h. 441-442; «S ə fin ə tül-B ə har», c. 2, s ə h. 197; «Üsuli-kafi», c. 1, s ə h 286; «Nurüs-s ə q ə leyni», c. 3, s ə h. 320.
2- [2] . «Uyunu- ə xbarir-Rza ( ə )», c. 1, s ə h. 60.
3- [3] . «S ə hihi Buxari», c. 5, s ə h. 33; «Z ə xairül-uqba», s ə h. 201; «Biharül- ə nvar», c. 43, s ə h. 302; « Ə s-sün ə nül-k ə bir», c. 2, s ə h. 263; «Sün ə ni-Termizi», c. 5, s ə h. 614; « Ə l-x ə saisu min-N ə sai» c. 5, s ə h. 149; «K ə nzül-ümmal”, c. 13, s ə h.671; Hakim Nişaburi, « Ə l-müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 3, s ə h. 177; «S ə hihi-İbn Mac ə », c. 1, s ə h. 51; «Müsn ə di- Ə hm ə d», c. 2, s ə h. 561; «Tarixi-Bağdadi», c. 1, s ə h. 141.

(ə), Fatimə (ə), Həsən (ə) və Hüseynə (ə) tutub buyurdu: «Sizinlə müharibə və mübarizə edən hər kəsin əleyhinə mən də müharibə və mübarizə apararam. Və hər kim sizinlə sülh və dostluq etsə, mən də onunla sülh və dostluq etmiş olaram. Pak, xoşbəxt və səadət sahibləri sizi sevər. Bədzat, qərəzli və bədbəxt insanlar isə sizinlə düşmən olar.»(1)

14) İmam Hüseyn (ə) behişt cavanlarının sərvəridir

Hər iki məzhəb arasında İmam Hüseyn (ə) haqqında deyilmiş ən mötəbər və nüfuzlu hədislərdən biri də, İslam peyğəmbərinin (s) buyurduğu bu hədisdir: «Həzrət Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının sərvəridir.»(2)

15) Həzrət Hüseyn (ə) behişt cavanlarının və ərşin zinətidir

Əqəbət ibn Amir rəvayət edir ki: «Peyğəmbər (s) Hüseyni (ə) behiştin və ərşin zinəti adlandırdı.»(3)

16) İmam Hüseyn (ə) qiyamət günü Peyğəmbərlə (s) birlikdədir

Allahın elçisi (s) buyurur: «Ya Əli (ə), mən, sən, Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) qiyamət günü İlahi ərşdə birgə olacağıq.»(4)

səh:201


1- [1] . «Sün ə ni-Termizi», c. 5, s ə h. 656; «Sün ə ni-ibn Mac ə », c. 1, s ə h. 52; Hakim Nişaburi, « Ə l-müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 43, s ə h. 161; «Möc ə mül-k ə bir», c. 3, s ə h. 40; « Ə r-riyazün-n ə zr ə », c. 4, s ə h. 136; «Usdül-ğab ə », c. 2, s ə h. 227; «Müsn ə di- Ə hm ə d», c. 3, s ə h. 187.
2- [2] . Ə hm ə d ibn H ə nb ə l, «F ə zailus-s ə hab ə », s ə h. 20, 58, 76; «Biharül- ə nvar», c. 43, s ə h. 292; «Müsn ə di- Ə hm ə d», c. 3, s ə h. 186; «Sün ə ni-N ə sai», c. 5, s ə h. 614; Hakim Nişaburi, « Ə l- Müst ə dr ə ku ə l ə s-s ə hiheyn», c. 3, s ə h. 166; « Ə l-Camiül-k ə bir», c. 6, s ə h. 141; İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 206; «Tarixi-D ə meşq», c. 7, s ə h. 141; «K ə nzul-ümmal», c. 3, s ə h. 43; «Tarixi-İbn Ə sakir», c. 13, s ə h. 130-137; «İl ə lüş-ş ə raye», c. 1, s ə h. 209; «Tarixül-xül ə fa», s ə h. 73.
3- [3] . «Usdul-ğab ə », c. 1, s ə h. 212; «Tarixi-Bağdadi», c. 2, s ə h. 231; «K ə nzül-ümmal», c. 2, s ə h. 125; « Ə l-İsab ə » c. 1, s ə h. 147; «M ə cm ə üz-z ə vaid», c. 9, s ə h. 184; İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə », s ə h. 192; «Biharül- ə nvar», c. 43, s ə h. 299; , s ə h. 119-120.
4- [4] . «K ə nzül-ümmal», c. 13, s ə h. 638; «F ə raidüs-simteyn», c. 1, s ə h. 36; İbn Ə sir, «Usdül- ğab ə », c. 5, s ə h. 528.

17) İmam Hüseyn (ə) Peyğəmbərlə (s) birlikdə hamıdan əvvəl behiştə daxil olacaqdır

Allahın sevimli rəsulu Məhəmməd (s) buyurur: «Behiştə mənimlə birgə ilk daxil olan şəxslər Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə).»(1)

18) Həzrət Hüseynin (ə) dostları şəfaət olunacaq

Peyğəmbər (s) buyurub: «Məni, Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) sevən insanlar qiyamət günü mənimlədir, şəfaət olunacaqdır. Onların düşmənləri isə əsla şəfaət olunmayacaqdır.»(2)

19) Şəhidlərin ağası Hüseynin (ə) mömünlərin qəlbindəki sevgisi əbədidir

Həzrət Məhəmməd peyğəmbər (s) buyurdu: «Hüseynin qətlə yetrilməsilə möminlərin qəlbində ona nisbət elə bir atəşli məhəbbət və bağlılıq vardır ki, heç vaxt soyumayacaqdır.»(3)

səh:202


1- [1] . «Z ə xairül-üqba», s ə h. 206; «Biharül- ə nvar», c. 43, s ə h. 198.
2- [2] . «Biharül- ə nvar», c. 43, s ə h. 270; «Möc ə mül-k ə bir», c. 3, s ə h. 43; «Z ə xairül-üqba», s ə h. 135; «M ə cm ə üz-z ə vaid», c. 9, s ə h. 184.
3- [3] . «Müst ə dr ə ki-v ə sail», c. 2, s ə h. 217; «Cameyi- ə hadisüş-şi ə », c. 22, s ə h. 56.

İmam Hüseyn hansı mənəvi keyfiyyətlərə malik olmuşdur?

Bildiyiniz kimi İslam dininə görə İmamət mərtəbəsi olduqca məsuliyyətli və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s) vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə düşür.

Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada izah verib, açıqlayır.

İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini mükəmməl şəkildə cavablandırır.

İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici qərarlara sahibdir.

İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət vasitəsidir.

səh:203

Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən gələn şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər bir günahdan, xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala tərəfindən tə`yin olunur.

İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur. Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur. Deməli biz nə qədər onun gözəl, qiymətli xüsusiyyətlərindən danışsaq, yenə azdır. Bu haqqda onlarla kitab yazılsa belə onun mənəvi üstünlüklərini vəsf edib qurtara bilməz. Elə buna görə də, bu barədə ətraflı bəhs etmir və İmamın (ə) bə`zi əxlaqi keyfiyyətlərinə işarə etməklə kifayətlənirik:

1-İbadət

وَمَا أُمِرُوا إِلَّا لِیَعْبُدُوا اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ حُنَفَاء وَیُقِیمُوا الصَّلَاةَ وَیُؤْتُوا الزَّکَاةَ وَذَلِکَ دِینُ الْقَیِّمَةِ

«Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!»(1)

Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi.(2) Keçən bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada həcc ziyarətinə getmişdi.(3)

səh:204


1- [1] . B ə yyin ə sur ə si, ay ə 5
2- [2] . «Tarixi-T ə b ə ri», c. 5, s ə h. 421; İbn Ə bu Rabbuh, « Ə qdül- f ə rid», c. 2, s ə h. 220; Seyyid ibn Tavus, «Lühuf», s ə h. 105;
3- [3] . İbn Cövzi, «Sif ə tüs-s ə fv ə », c. 1, s ə h. 321; İbn Ə sir, «Usdül- ğab ə », c. 3, s ə h. 20; İbn S ə d, «T ə rcüm ə tül-imamul Hüseyn ( ə )», s ə h. 158.

İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə yetirirdi.»(1)

İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu.»(2)

Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi.»

Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə məşğul olardı...»(3)

2-Güzəşt və mərhəməi

وَجَزَاءُ سَیِّئَةٍ سَیِّئَةٌ مِّثْلُهَا فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَی اللَّه

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.»(4)

Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, təqsirinə göz yummuşdur. İmamın (ə)

səh:205


1- [1] . İbn Abdullah, « Ə l-istiyab», c. 1, s ə h. 393.
2- [2] . «Tarixi-T ə b ə ri», c. 6, s ə h. 273.
3- [3] . « Ə ll ə mu övlad ə kum bi m ə h ə bb ə ti ali R ə sul (s) », s ə h. 133.
4- [4] . Şura sur ə si, ay ə 40.

saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir neçəsinə işarə edirik:

a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi?»

Dedim: Hə, nə olub ki?

Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.»

Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında

səh:206

utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum.

İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.»

Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmyaydım.»(1)

b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»

İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»

Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »

İmam (ə) buyurdu: «Səni bağışladım.»

Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.»(2)

İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad etdi.»(3)

v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol

səh:207


1- [1] . «Münt ə h ə l- ə `mal», s ə h. 350; « Ə xlaq f ə ls ə f ə si», s ə h. 25-26; «M ə alis-sibteyn», c.1, s ə h. 60.
2- [2] . Ali İmran sur ə si, ay ə 134.
3- [3] . Nizamulmülk, «Siyas ə tnam ə », s ə h. 93; H ə zr ə mi, «V ə sil ə tül- ə mal», s ə h. 183.

qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»(1)

3-Səxavət

وَالَّذِینَ صَبَرُواْ ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلوةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلاَنِیَةً وَیَدْرَؤُون بِالْحَسَنَةِ السَّیِّئَةَ أُوْلَئِک لَهُمْ عُقْبَی الدَّار

«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır.»(2)

İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkani az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə çatırdı. Bəzi nümunələr:

a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı ktabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. »(3)

səh:208


1- [1] . «İhqaqül-h ə qq», c. 11, s ə h. 241; Z ə r ə ndi, «Dür ə rül-müs ə ttin», s ə h. 209.
2- [2] . R ə d sur ə si, ay ə 22.
3- [3] . «M ə naqib», c. 4, s ə h. 70.

Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni  (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.(1)

b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən qalxmadı.»

v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Abdullah (ə)! Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər gözləsinlər.»

İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə də`vət etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan.»(2)

q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar miqdarında bəzi şəxslərə borcum var.»

Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»

səh:209


1- [1] . «Biharül- ə nvar», c. 44, s ə h. 69.
2- [2] . «Tuh ə fül-üqul», s ə h. 308.

Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»

İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi.»(1)

q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolunda səni azad etdim.»

Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi azad etdiniz?»

İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: «Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün hədiyyə edin.»(2)

d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey qalıbmı?»

Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»

İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula bizdən daha çox ehtiyacı var.»

Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»(3)

e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm

səh:210


1- [1] . «T ə fsiri- Ə yyaşi», c. 2, s ə h. 257.
2- [2] . «K ə şfül-ğümm ə », c. 2, s ə h. 206; İbn Abbas Maliki, «Fusulül-mühimm ə », s ə h. 159; «İhqaqül-h ə qq», c. 11, s ə h. 241.
3- [3] . «Biharül- ə nvar», c. 44, s ə h. 189; İbn Ş ə hr Aşub, «M ə naqib”, c. 4, s ə h. 121.

qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»

İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»(1)

ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»(2)

j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »(3)

z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»

İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da Allah yolunda sənə hədiyyə edirəm.»(4)

səh:211


1- [1] . «M ə naqib», c. 4, s ə h. 75.
2- [2] . «M ə naqib», c. 4, s ə h. 66; «Biharül- ə nvar», c. 44, s ə h. 191; «S ə fin ə tül-B ə har», c.1, s ə h. 609.
3- [3] . İbn S ə d, «T ə rcüm ə tül-imamil-Hüseyn ( ə )», s ə h. 137-138.
4- [4] . Xar ə zmi, «M ə qt ə l», s ə h. 153; «İhqaqül h ə qq», c. 11, s ə h. 444.

4- Təvazökarlıq

«وَاخْفِضْ جَنَاحَکَ لِلْمُؤْمِنِین»

«Mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et)!»(1)

Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli İmam Hüseyn (ə) izzət, iftixar və vüqar imamı olduğu kimi, eyni halda təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O, necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz təvazökarlığı ilə də həmişə müsəlman aləminin diqqət mərkəzində olmuşdur. O, heç vaxt digər insanlara laqeyd münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla birlikdə əyləşib onlara qonaq olmuşdur.

Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara etinasızlıq, hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara xüsusi ehtiram və qayğıyla yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün bəşər övladına daim təvazökarlıq dərsi vermişdir. Bu barədə bir neçə rəvayət sizə təqdim edirik:

a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski parçalarının üzərinə tökdükləri quru çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn (ə) onların yanından keçərkən onu da yeməyə dəvət etdilər. İmam (ə) fağırların dəvətini qəbul etdi və onlarla bərabər diz üstə əyləşib çörək qırıntılarından yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki, Allah-taala təkəbbürlü (loğva) insanları sevmir.»(2) Yeyib qurtardıqdan sonra isə buyurdu: «Sizi evimə dəvət etsəm qəbul edərsinizmi?»

səh:212


1- [1] . Hicr sur ə si, ay ə 88.
2- [2] . N ə hl sur ə si 23-cü ay ə .

Dedilər: «Bəli.» İmam onları evinə apardı və möhtəşəm qonaqlıq verdi.»(1)

b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə azuqələrini mənimlə palyaşdılar.»(2)

v) Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: «Sən çox təkəbbürlü görünürsən?»

İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah buyurur: «İzzət Allaha və Peyğəmbərinə və mömünlərə məxsusdur?» (Yəni mən izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)

5-Allah qorxusu

«إِنَّمَا یَخْشَی اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء»

«Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar.(3) (Onlar elm sahibləri olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)»

səh:213


1- [1] . «T ə fsiri- Ə yyaşi», c. 2, s ə h. 257; «Kitabüt-t ə vazö v ə l-x ə mul», s ə h. 142; Z ə m ə xş ə ri, «R ə biül- ə brar», s ə h. 210.
2- [2] . «İhqaqül-h ə qq», c. 11, s ə h. 430; Xar ə zmi, «M ə qt ə l», s ə h. 155.
3- [3] . Fatir sur ə si, ay ə 28.

Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam Hüseynin (ə) olduqca dəyərli və hamımıza nümünə ola biləcək xüsusiyyətlərindən biri də, ona daim hakim olan Allah qorxusu idi. O, Böyük Yaradana olan sonsuz imanı nəticəsində həmişə Allah qarşısında məsuliyyət hissi daşıyır, Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz bəndəliyinə aciz şəkildə izhar edirdi.

a) İbn Səbbağ Maliki «Fusulül-mühimmə» adlı kitabında rəvayət edir ki, Həzrət Hüseyn (ə) həmişə namaz qılmaq istərkən qorxusundan rəngi saralardı. Bunun səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»(1)

b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə) soruşdular: «Nə üçün Allahdan bu qədər qorxursan?»

İmam (ə) buyurdu: «Yalnız bu dünyada Allahdan qorxan (və əməllərinə diqqət edən) insanlar qiyamət gününün (əzabından) əmin-amanlıqda olacaqlar.»(2)

İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul olmasını özündə təcəssüm etdirən çox saylı minacatları da mövcuddur.(3)

6-Allah eşqi

«وَالَّذِینَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ»

«Allaha iman gətirənlərin Ona olan məhəbbəti daha da şiddətlidir.»(4)

İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və qorxu hissi ilə bərabər Tanrıya olan eşqi, sevgisi ilə də məşhur idi. Necə ki, Qurani-Kərim mömünləri vəsf edərək

səh:214


1- [1] . «Fusulül-mühimm ə », s ə h. 183.
2- [2] . «M ə naqib», c. 4, s ə h. 68.
3- [3] . Şeyx Abbas Qumi, «M ə fatihül-cinan», s ə h. 441; «Musu ə tü-k ə l ə matil-İmamil-Hüseyn ( ə )», s ə h. 170-171.
4- [4] . B ə q ə r ə sur ə si, ay ə 165.

buyurur: “Bizim ayələrimizə iman gətirənlər yalnız o şəxslərdir ki, «... öz Allahını qorxu və məhəbbətlə (ümidlə) səsləyirlər...»(1)

Elə buna görədə İmam Hüseyn (ə) belə buyurur: «İlahi, kor olsun o gözlər ki, səni özünə hakim bilməyə və həmçinin necə də, bədbəxtdir o bəndə ki, sənə eşq məhəbbət bəsləməyə»(2)

İmam Hüseynin (ə) ibadi minacatları, həqiqətdə Allah hüzurunda izhar etdiyi «eşqnamə» ləridir. Məşhur «Ərəfə» duasını oxuyan hər kəs Allah müqabilində aciz və eyni halda aşiq bir qulun öz ağası ilə necə də raz-niyaz etdiyinin şahidi olur.

Bu duada, Allahına, «mən sənə müştaq və sənin aşiqinəm» «sən mənim arzumsan»-deyə, müraciət edən Hüseyn (ə) həmçinin öz «qəlbində Allahdan qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir. O, əsl eşqin, həqiqi məhəbbətin Tanrıya məxsus olduğunu dəfələrlə vurğulayaraq buyurur: «İlahi, səni tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə nəyi itirmiş olur? Ey Allah, səndən başqasına razılaşan şəxs, hər bir şeydən məhrumdur!»

Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə) sanki hər ləhzə onun varlığını daha da hiss edir və hər an ilahi gözəlliyini yaxından seyr edərək, öz sevgisini izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə bağlı olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə vaxt gizli olmusan ki, insanları sənə doğru hidayət edən bir sübuta ehtiyac duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin səni insanlara tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu istəyim? Gizli qalmamısan ki, səni aşkara çıxardım? Kor olsun səni

səh:215


1- [1] . S ə cd ə sur ə si, ay ə 15-17.
2- [2] . « Ə r ə f ə duası», s ə h. 6.

görməyən gözlər! Bir halda ki, sən həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»

Əziz oxucu, bir sözlə doğrudan da, imam Hüseyn (ə) bir «ilahi eşq» məktəbidir.

7-Ədəb və nəzakət

«وَقُل لِّعِبَادِی یَقُولُواْ الَّتِی هِیَ أَحْسَنُ... »

«(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl sözləri söyləsinlər»...»(1)

Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı, ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir. İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:

a) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişi utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: «Əmi, bax gör biz hansımız yanlış formada dəstəmaz alırıq?»

Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.

Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi: «Siz ikinizdə dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim.»(2)

səh:216


1- [1] . İsra sur ə si, ay ə 53.
2- [2] . «Biharül- ə nvar» c. 43, s ə h. 319.

b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan kömək dilədi. Osman ona beş dirhəm verdi.

Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»

Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri göstərərək dedi: «Bu cavanlara müraciət et.»

Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi.

Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı.

Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.

Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı.

Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı babalarının (Həzrət Məhəmmədin (s) ) sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər.»(1)

d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.(2)

8-Cəsarət və şücaət

«وَمَن یُقَاتِلْ فِی سَبِیلِ اللّهِ فَیُقْتَلْ أَو یَغْلِبْ فَسَوْفَ نُؤْتِیهِ أَجْرًا عَظِیمًا»

səh:217


1- [1] . «Biharül- ə nvar», c. 43, s ə h. 333; « Ə l- Ğarat», c. 2, s ə h. 695; Mamaqanı, «T ə nqihül- ə mal», c. 2, s ə h. 695; «İhqaqül-h ə qq», c. 11, s ə h. 241.
2- [2] . «Biharül- ə nvar», c. 43, s ə h. 189.

«Allah yolunda vuruşaraq ölən və ya (düşmənə) qalib gələn kəslərə böyük mükafat verəcəyik.»(1)

İmam Hüseyn (ə) hər üç döyüşdə (Cəməl, Siffeyn və Nəhrəvan) Həzrət Əlinin (ə) kənarında olmuş, qəhrəmanlıq göstərib, böyük şücaət nümayiş etdirmişdir.

Hicri qəməri tarixi ilə 36-cı ildə baş vermiş Cəməl savaşında qoşunun böyük bir hissəsinin rəhbərliyini öhdəsinə alan Həzrət Hüseyn (ə) sərkərdə vəzifəsini xüsusi rəşadətlə yerinə yetirmişdir.(2)

O Siffeyn döyüşündə öz igidliyi ilə dillər əzbəri olmuşdu. Bu döyüşdə onun düşməninin zəbt etdiyi su yolunu yenidən fəth etməsi və İmam Əlinin (ə) “Bu zəfəri Hüseynin (ə) qəhrəmanlığı sayəsində əldə etdik” deyə, buyurması daim İslam tarixində ön plana çəkilir.(3)

O, Nəhrəvan döyüşündə qoşunun mühüm hissəsinə rəhbərlik edərək, son qələbə üçün böyük rol oynadı.(4)

b) Osmanın özbaşınalıqlarının əleyhinə xalq kütləsinin üsyan etdiyi zaman, onun evinə hücum edərək sorğu sualsız öldürmək istəyənlərin qarşısına məhz qardaşı imam Həsənlə (ə) birgə həzrət Hüseyn (ə) çıxdı. Və gözləri qəzəblə parlayan silahlı insanlardan qorxmayaraq, böyük cəsarətlə onların Osmanı evində öldürməsinə mane olmağa çalışdı.(5)

v) Müaviyə ilə bağlanan sülh müqaviləsinə sadiq qalan İmam Hüseyn (ə) eyni halda ona qarşı vüqar və cəsarətlə davranırdı. Keçən bəhslərimizdə ətraflı şəkildə işarə etdiyimiz kimi, o, Müaviyəyə yazdığı məktublarda «Mən

səh:218


1- [1] . Nisa sur ə si, ay ə 74.
2- [2] . İbn Ə sir, «Kamil», c. 3, s ə h. 167.
3- [3] . İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 5, s ə h. 24; Ay ə tullah Şuşt ə ri, «X ə saisül-Hüseyniyy ə », s ə h. 56.
4- [4] . İbn S ə d, «T ə b ə qatül-Kübra», c. 5, s ə h. 182.
5- [5] . M ə sudi, «Murucüz-z ə h ə b», c. 1, s ə h. 328.

sənin bu ümmətə hakim olmağından daha da böyük və qorxunc bir fitnə tanımıram.»- deyə yazır, ona aşkarcasına tə`nə vurub, qulaqburması verirdi.(1)

q) «Müaviyə məclislərin birində İmam Hüseynlə (ə) üz-üzə gəldikdə dedi: «Ey Əbu Abdullah, heç bilirsənmi ki, mən əshabımla birlikdə atanın sadiq dostlarını necə amansızlıqla öldürdüm? Və sonra isə onları necə hiyləgərliklə kəfənə büküb, namaz qılıb bastırdım?» (Müaviyə bu sözü İmamı (ə) qorxutmaq üçün söylədi).

Amma Həzrət Hüseyn (ə) qəzəblə dolu baxışlarla Müaviyəyə baxaraq, onun qatil, imansız əshabına əl taparsa rəhm etməyəcəyini söylədi. Müaviyə özünü itirərək məclisi tərk etdi.»(2)

ğ) «Müslim ibn Əqilin Mədinədə torpaq sahəsi var idi. Müaviyə Mədinə valisinə o sahəni zorla Müslimin əlindən almağa, ona cüzi miqdarda pul verib, razılaşmağa məcbur etmək üçün əmr verdi. Vali əmri yerinə yetirdi.

İmam Hüseyn (ə) bunu bildikdə Müaviyəyə kəskin ifadələrlə dolu məktub yazıb buyurdu: «Allaha həmd olsun! Müaviyə, sən hansı cəsarətlə Bəni-Haşim tayfasından olan bu cavana zor tətbiq edib, aldadırsan. Pulunu ondan geri al və torpağı Müslimə qaytar.» Müaviyə belədə etdi.»(3)

e) «Müaviyə ömrünün axır illərində avara və əyyaş oğlu Yezidi özündən sonra xəlifə etmək üçün var-gücü ilə çalışırdı. O, bilirdi ki, əgər oğlu üçün indi İmam Hüseynin

səh:219


1- [1] . «T ə rcüm ə tül-İmamil-Hüseyn ( ə )», İbn Ə sir, s ə h. 198; Hürr Amili, «V ə sailüş-şi ə », c.2, s ə h. 706; «Tarixi-İbn Ə sakir », s ə h. 203.
2- [2] . Hürr Amili, «V ə sailüş-şi ə », c. 2, s ə h. 704; « Ə d- D ə r ə catür-r ə fi ə », s ə h. 429; «Tarixi-Y ə qubi», c. 2, s ə h. 231-232.
3- [3] . M ə sudi, «Murucüz-z ə h ə b», c. 2, s ə h. 9; «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 185-188.

(ə) bey`ətini alarsa, İslam dünyasının digər öncül şəxsiyyətləri də, ona itaət edib Yezidə beyət edəcəklər. Elə buna görə də, o, öz müşavirləri ilə birlikdə Mədinə şəhərinə gəldi.

Mədinədə olduqca təmtəraqlı ziyafət hazırlayan Müaviyə Bəni-Haşim tayfasını İmam Hüseyn (ə) də başda olmaqla oraya dəvət etdi. İmama (ə) böyük ehtiram və sayğı göstərən Müaviyə xeyli yaltaqlandıqdan sonra Yezidi tərifləyərək, əsl niyyətini açıqladı.

Həzrət Hüseyn (ə) onun sözünü kəsib, öncə Peyğəmbər (s) və Əhli-beytin (ə) fəziləti haqqında söhbət etdi. Sonra isə buyurdu: «Yezidə beyət etməyimi istəyirsən? Heç vaxt mümkün deyil! Heç bir zaman ola bilməz! Ey Müaviyə, sübh olduqda qara kömür rəngi ilə rüsvay olar. Günəş parladıqda zəif işıqlar xasiyyətini itirər. Sən özünü və Yezidi tərifləməklə həddən ziyadə ifrata vardın. Sən zalım, paxıl və təcavüzkar adamsan. Sən heç vaxt haqq sahiblərinin haqqını vermədin, amma şeytan səndən öz payını tam olaraq aldı.

Mən oğlunu tərifləməyindən belə nəticə aldım ki, onu hakimiyyətə gətirmək niyyətindəsən. Elə tərifləyirsən ki, sanki biz Yezidi tanımırıq. Onu elə ağızdolusu, canfəşanlıqla öyürsən ki, guya oğlunun bizim xəbərsiz olduğumuz üstün xüsusiyyətlərini aşkarlayıb, bilmədiklərimizi bizə öyrədirsən.

Guya Yezid heç də öz çirkin əməlləri ilə məşhur deyil və xalq onun azğın fikirlərini bilmir.

Yaxşı, əgər belədirsə de ki; «Yezid təhrik olunmuş itlərlə oynayır, quşbazdır. Gecə-gündüz pozğunluqda şöhrət tapmış əxlaqsız qadınlarla əylənir, cür-bəcür iyrənclik və haram dolu eyş-işrətə məşğuldur.” Bəli o, belə işlərə olduqca həvəsli, «bacarıqlı»dır.

Müaviyə, bu fikrindən əl çək! Sənin xalqa rəva gördüyün bu qədər zorakılıq, əzab əziyyət və işgəncələr bəs etmədimi

səh:220

ki, yeni bir zülmün, fəsadın təməlini qoymaq niyyətindəsən?! Qiyamət günü Allaha necə cavab verəcəksən?

And olsun Allaha ki, sən bundan artıq istibdad yolunda irəliləməyə, Allah bəndələrinə təcavüz etmək üçün ifrata varmağa nail olmayacaqsan. Çünki daha səbir kasamız dolub və səninlə ölüm arasındakı fasilə bir göz qırpımı qədərdir...»(1)

z-Misirli alim Mahmud Əqqad deyir: «Şücaət» kimi ilahi xüsusiyyətləri Hüseyn (ə) tək əzəmət sahibində görmək, heç də təəccübləndirici deyildir. Hüseyndə (ə) şücaət axtarmaq, qızıl mədənində qızıl axtarmaq kimidir.»(2)

səh:221


1- [1] . «Tarixi-Y ə qubi», c. 2, s ə h. 228; İbn Quteyb ə , « Ə l- İmam ə tü v ə s-siyas ə », c. 1, s ə h. 174; T ə b ə ri, « Ə l-İ hticac», s ə h. 161; İbn Ə bil H ə did, «N ə hcül-b ə lağ ə nin ş ə rhi», c. 18, s ə h. 209; Ə mini, « Ə l-q ə dir», c. 1, s ə h. 198.
2- [2] . « Ə büş-şüh ə da», s ə h. 71

səh:222

™˜

İmam Hüseyn qeyri-müsəlmanlar baxımından

İMAM HüSEYN QEYRİ-MüSƏLMANLAR[A1] [1] BAXIMINDAN[A2] [2]

1- Tomas Karlil

«Kərbəla faciəsinin ən böyük ibrəti budur: Hüseyn (ə) və onun silahdaşları Allaha olan yenilməz imanı sayəsində, öz layiqli əməlləri ilə sübut etdi ki, qoşunun, silahın çox olması insanın mə`nəvi qüdrəti müqabilində heç də həll edici rol oynamır. Silahdaşının sayı az olmasına baxmayaraq, Hüseynin (ə) zülmə qələbə çalması məni olduqca heyrətləndirir.»(1)

2- Çarlz Dikkens

«Əgər Hüseyn (ə) şəxsi mənafeyi və maddi istəkləri uğrunda vuruşurdusa, nə üçün öz ailəsini, bacısını və az yaşlı uşaqları da özü ilə Kərbəlaya apardı? İnsan ağlı, onun yalnız İslam uğrunda belə risqə getdiyinə hökm edir.»(2)

3- Mahatma Qandi

«Mən Hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. «Ya azadlıq, ya ölüm!» şüarı, Kərbəla

səh:223


1- [1] . Kermani,«On dörd m ə sumun h ə yatı», s ə h. 183
2- [2] . «İmam Hüseyn ( ə ) v ə dostları», s ə h. 52

qəhrəmanı Hüseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz Hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik.»(1)

4- Tomas Musark

«Diqqət etsək, görərik ki, İsa Məsihin (ə) başına gələn bəlalar, Hüseynin Kərbəla müsibəti ilə müqayisədə, saman çöpünün dağla olan fərqi qədərdir.»(2)

5- F. Gibon

«Kərbəla müsibətindən çox illər ötüb keçmişdir. Biz də Hüseynlə (ə) həmvətən deyilik. Amma daş ürəkli insan belə, onun başına gətirilmiş bəlaları eşidərkən kövrəlir və tə`sir altına düşür. Sanki, yaxın bir dostuna məhəbbət bəsləyərək, onunla həm dərd olur.» («Azadələr rəhbəri», səh. 59-60, R. Məzlumi)

6- Corc Cordan

«Yezid öz ata-babalarının bütün pis xüsusiyyətlərinin varisi və rəzillikdə onlardan da, artıq idi. O, iyrənc və mənfur sifəti ilə, şərarətə, fəsada, şeytan əməllərinə malik idi. Heç kim onun kimi əxlaqi-insani xüsusiyyətlərdən bəhrəsiz deyildi. Amma heç kəs, mə`nəvi və insani keyfiyyətlərinə görədə Kərbəla şəhidi Hüseyndən (ə) üstün ola bilməzdi.

Yezid çirkin, ürəkbulandırıcı rəftarı ilə zəif iradəli, zülmkar, qan içən, qəddar, riyakar və xəbis bir şəxs idi. Hüseyn (ə) isə kəramətli, açıqürəkli, mərhəmətli, cəsur, əzmli, azad iradəli, fədakar və ən əsası budur ki, vicdanlı insan idi.»(3)

səh:224


1- [1] . M. Ə kb ə rzad ə , «Hüseyn xalq r ə hb ə ri kimi», s ə h. 30
2- [2] . Ə . T ə q ə vi, «İmam Hüseyn ( ə )», s ə h. 76
3- [3] . C. Cordan , «İmam Ə li ( ə ) », c. 2, s ə h. 247

7- M. Marbini

«Hüseyn (ə) ən əziz və sevimli yaxınlarını qurban verməklə, dünyaya fədakarlıq və rəşadət dərsi verdi. İslam və müsəlmanlara izzət və şərəf bağışladı. Əgər Kərbəla müsibəti baş verməsəydi, şübhəsiz İslam və müsəlmanlar tarix səhifələrindən silinmişdi.»(1)

8- P. Tamlas Tun Dun

Hindistan milli məclisinin sədri olmuş Tamlas yazır: «Hər il Aşura mərasimlərinin təntənəli surətdə keçirilməsi və İmam Hüseyn (ə) xatirəsinin yad edilməsinin əhəmiyyətini mən çox gözəl anlayıram. Onun misilsiz fədakarlığı bəşərin dünyagörüşünün sivil həddə yetişməsinə təkan verir və bunu layiqincə qiymətləndirmək lazımdır.»(2)

9- Savargini Nayd

 «Hüseyn İslam bayrağına izzət bəxş edərək, ucaltdı. O, Allaha olan öz əsrarəngiz eşqini Kərbəlada sübut etməklə, milyonları heyrətləndirdi.»(3)

10- Edvard Braun

«Elə bir ürək tapılarmı ki, Kərbəla faciəsi barəsində eşidərkən ağlayaraq, dərd çəkməsin? Hətta qeyri-müsəlmanlar da, orada şəhid olmuş pak ruhu inkar edə bilməz!»(4)

11- Corc Zeydan

C. Zeydan Aşura vaqiəsindən çox tə`sirlənmiş, hətta «Kərbəla faciəsi» adlı bir kitab yazmışdır. Orada belə deyir: «Hüseynin (ə) kəsilmiş başını görcək, hamı təəssüflənərək, kədər hissi keçirdi... Hətta Yezidin də, gözü ona sataşarkən, təpədən-dırnağadək titrədi. O, artıq başa düşdü ki, necə də, dəhşətli və iyrənc cinayətə əl atıbdır.»(5)

səh:225


1- [1] . M. Ə kb ə rzad ə , «Hüseyn ( ə ) xalq r ə hb ə ri kimi», s ə h. 31
2- [2] . «Azad ə l ə r r ə hb ə ri», s ə h. 59-60
3- [3] . «Azad ə l ə r r ə hb ə ri», s ə h. 57-58
4- [4] . «Azad ə l ə r r ə hb ə ri», s ə h. 53
5- [5] . C. Zeydan, “K ə rb ə la faci ə si», s ə h. 143

12- Nikelson

«Bəni-Üməyyə həddini aşaraq İslam qanunlarını ayaq altına atıb, müsəlmanları xar etdi. Həqiqi İmamət sahiblərini şəhid etdi. Tarix insafla, günahsız şəhid edilən. Hüseynin (ə) qanının Bəni-Üməyyənin boynunda olduğuna, hökm verir.»(1)

13- Muris Dokapri

Avropalı tarixçi Muris «Kərbəla müsibəti»nə qarşı e`tinasız yanaşan və onu əhəmiyyətsiz adlandıranlara müraciətlə deyir: «Bizim tarixşünaslarımız Kərbəla faciəsinin həqiqətini olduğu kimi anlasaydılar, ona adi hadisə zəminində münasibət bəsləməzdilər. Hüseynin həqiqi aşiqləri onun müsibətini anlayaraq yad etməklə heç vaxt zillət, köləlik, istismar və işğala baş əyməzlər. Çünki, Hüseyn (ə) zülmə boyun əyməmək və izzətlə, baş ucalığı ilə yaşamaq şüarıdır. Hüseyn (ə) şərəf, namus, xalq və İslam yolunda öz qanını, malını, ailəsini, yaxınlarını belə tərəddüd etmədən qurban verdi. O insanlara insan kimi yaşamağı öyrətdi.»(2)

14- Bules Salamə

Suriyalı xristian hüquqşünas və yazıçı Bules yazır: «Bununla ki, xristianam, amma bə`zi gecələr fikirdən yata bilməyərək, kədər və qəm içərisində keçmiş zamanlarda yaşamış şəxsiyyətlər barəsində düşünürdüm. Əli (ə) və Hüseyni (ə) xatırlayır, onların halına acıyaraq, ağlayırdım. Hətta  Əli (ə) və Hüseyn (ə) haqqında şerlər də yazdım.»(3)

15- L. M. Boyd

Bu Avropalı yazıçı Aşura mərasimlərində iştirak etdikdən sonra belə yazır: «Əsrlər boyu bəşər həmişə

səh:226


1- [1] . «Azad ə l ə r r ə hb ə ri», s ə h. 54
2- [2] . «R ə hb ə rl ə rin h ə yatı», s ə h. 84-85
3- [3] . «R ə hb ə rl ə rin h ə yatı», s ə h. 86

cür`ət, cəsarət, əyilmək, haqq yolunda şəhid olmaq və sair kimi müsbət xüsusiyyətləri yüksək qiymətləndirmişdir. Elə buna görə də, azadlıq və ədalət heç vaxt zülm və haqsızlıq qarşısında təslim olmur. Bu Hüseynin (ə) fədakarlığı və əzəmətidir. Mən sevinirəm ki, bu əzadarlıq məclisində iştirak etdim. Hətta 1300 il keçsə də, belə.»(1)

16- Qabril Dankiri

«Yezidin qoşunu Aşura günü elə mənfur hərəkətlər etdilər ki, tarix o zamanadək belə çirkin əməllərin şahidi olmamışdı. Onlar hətta südəmər uşaqlara, qocalara belə rəhm etmədilər. Hüseynin (ə) başını Dəməşqə gətirdikdə, Yezid hakimiyyətinin möhkəmləndiyini və rahatlıqla rəhbərlik edəcəyini düşünürdü. Amma bunun əksi oldu...  Hüseynin (ə) şəhadətinin xatirəsi və onun tə`siri indiyədək davam etməkdədir.»(2)

səh:227


1- [1] . «Hüseyn azadlıq r ə hb ə ri», s ə h. 32
2- [2] . «İslam s ə rk ə rd ə si», c. 267-268 

səh:228

™˜İmam Hüseyndən müqəddəs kəlamlar

Sonda istədik ki, İmam Hüseynin (ə) mübarək dilindən qırx hədisi, siz əziz oxucularımıza töhfə edək. Arzu edirik ki, bu hədisləri oxuyub əməl etməklə gözləriniz və qəlbləriniz nurani olsun.

1- İbadət məqsədli yaranış

«Doğrudan da, Allah-taalanın bəndələrini yaratmaqda məqsədi, özünü tanıtdırmaq olmuşdur. Sözsüz ki, Allahı həqiqi tanıyanlar Ona ibadət edir və özlərini Ondan qeyrilərinin qarşısında aciz görmürlər.»(1)

2 - İlahi alimlər

«Müsəlmanların dini hökmlərini bəyan etmək ruhanilərin öhdəsinə qoyulmuşdur. Onlar Allahın halal və haramını söyləməkdə əmanətdardırlar.»(2)

3- Salamın savabı

«Salam üçün ilahi dərgahında yetmiş savab nəzərdə tutulmuşdur ki, altımış doqquzu verənin, biri isə alanındır.»(3)

səh:229


1- [1] . «S ə fin ə tül-B ə har», c. 2; s ə h. 180
2- [2] . «Tüh ə fül-üqul», s ə h. 172
3- [3] . «Biharül- ə nvar», c. 78, s ə h. 120

4- Ehtiyacli şəxslırə yardım

«Bilin ki, insanların sizə olan ehtiyacı, Allahın sizə bəxş etdiyi nemətlərdəndir. Və (bunun qədrini bilib) belə bir nemətdən yorulmayın.(Yəni xeyirxah işlərdən yorulmayın).»(1)

5- Allahdan qorxana e`tibar etmək

Bir kişi İmam Hüseynin (ə) yanına gəlib dedi:

«Mənim bir qızım var onu necə adama ərə verim?» Həzrət Hüseyn (ə) buyurdu: «Onu Allahdan qorxan bir insana ərə ver. Çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma qızından xoşu gəlməsə də ona əzab-əziyyət (zülm) etməyəcəkdir.»(2)

6- Fəzilət (üstünlük) və nöqsan

İmama (ə) sual verdilər: «Fəzilət nədir?»

İmam Hüseyn (ə) buyurdu: «İnsan öz dilinə sahib olsun və çox ehsan (yardım) etsin.»

Soruşdular: «Nöqsan nədir?»

Həzrət (ə) buyurdu: «Sənə heç bir (mənəvi-maddi) faydası olmayan şeylər üçün çalışmaq, zəhmət çəkmək.»(3)

7- Qeybətin çirkinliyi

«Qeybət etmə! Bil ki, qeybət cəhənnəm itlərinin yemidir.»(4)

8- Zülmün pisliyi

«Səninlə mübarizə etmək (özünü müdafiə etmək) üçün Allahdan başqa köməyi olmayan şəxsə zülm etməkdən çəkin (qorx)!»(5)

9- Sayğılı ol

«(Səndən kömək istəyən) ehtiyaclı şəxs, öz heysiyyətini itirmək təhlükəsiylə birgə sənə müraciət edir. Sən ona

səh:230


1- [1] . «Biharül- ə nvar», c. 74, s ə h. 318
2- [2] . « Ə l- müst ə dr ə k», c. 2, s ə h, 218
3- [3] . «Müst ə dr ə ki-v ə sail», c.9, s ə h, 24
4- [4] . «Biharül- ə nvar», c. 78, s ə h, 117
5- [5] . «Biharül- ə nvar», c.78, s ə h 118

qarşı sayğılı ol (ehtiramla kömək et) ki, onun heysiyyətini qorumuş olasan!» (1)

10- Həqiqi şiə

«Bir şəxs İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər (s) övladı, mən sənin şiələrindən və tərəfdərlarından biriyəm.»

Həzrət Hüseyn (ə) buyurdu: «Allahdan qorx! Elə bir şeyi iddia etmə ki, Allah sənə: «Yalan danışdın və doğru olmayanı idda etdin.» deyə, buyursun. Bil və agah ol, bizim şiələrimiz o insanlardır ki, qəlbləri hər cür ikiüzlülük,  kin və hiylədən pak olsun. Sən belə de: «Mən sizə ehtiram bəsləyən və sizi sevənlərdənəm.»(2)

11- Tanrı xofu

 «Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən qurtulmaq deməkdir.»(3)

12- Şükür et

«Keçmiş ne`mətlərə şükür etmək, (qədir-qiymətini bilmək), gələcək ne`mətləri də, özü ilə gətirər.»(4)

13- Səbirli olmaq

«Xoşlamadığın həqiqətlər müqabilində səbrli ol və həmçinin (şeytanı) hisslərinin səni həvəsləndirdiyi işlərə qurşanma, dözümlü ol!»(5)

14- Dostunu və düşmənini tanımaq

«Səni pis (doğru olmayan) işlərdən çəkindirən şəxs, dostundur. Səni əyri işlərə sarı həvəsləndirən şəxs isə düşmənindir.»(6)

səh:231


1- [1] . «K ə şfül-ğümm ə », c. 2, s ə h. 244
2- [2] . «T ə fsiri-imam H ə s ə n Ə sg ə ri», s ə h. 309
3- [3] . «Cameül- ə xbar», 56-cı f ə sil, s ə h 122
4- [4] . «N ə zh ə tün-nazir v ə t ə nbihül-xatir»,s ə h. 80
5- [5] . «N ə hz ə tün-nazir v ə t ə nbihül-xatir», s ə h. 85
6- [6] . «Biharül- ə nvar», c. 78, s ə h 128

15- Elm, şərafət və qənaət

«Elm, mərifətin birinci pilləsidir. Ağılı inkişaf etdirən, gücləndirən isə təcrübənin çox olmasıdır.

Şərafət özü də, bir növ təqva deməkdir.

Qənaətcil olmaq, bədənin rahatlığına xidmət edir.» (1)

16- Orucun fəlsəfəsi

«İmam Hüseyndən (ə) soruşdular: «Allah nə üçün orucu bəndələrinə vacib etdi?»

İmam (ə) buyurdu: «Allah orucu vacib etdi ki, ehtiyacsız (varlı) adamlar aclığın necə bir dərd olduğunu anlasınlar. Və nədicədə kasıblara, miskinlərə əl tutub, kömək etsinlər.»(2)

17- Sözün aqibəti

«Lazımsız, bihudə danışma, çünki qorxuram günahların çoxalsın.

Sözünün yerini və dəyərini bil, faydasız yerə danışma. Çünki nə qədər çox danışan var ki, haqqı söyləyir, lakin töhmət və danlağa məruz qalır.

Səbirli (ağıllı) və ağılsız adamlarla mübahisə etmə. Çünki səbirli (ağıllı) şəxs sənə qələbə çalar. Nadan (ağılsız) insan isə səni incidər....

Həmişə pis işlərinə görə cəzalanacağını və yaxşı əməllərinə görə qiymətləndiriləcəyini bilən şəxs kimi rəftar et.»(3)

18- Abırını qorumaq

«Eşitsən ki, hər hansı bir şəxs camaatın abırını aparır və heysiyyətini sındırır, çalış o adam səni tanımasın. Çünki,

səh:232


1- [1] . «N ə zh ə tün-nazir v ə t ə nbihul-xatir», s ə h. 88
2- [2] . «M ə naqibi Ali-M ə h ə mm ə d (s)», c. 4, s ə h. 68
3- [3] . «K ə nzül-f ə vaid», c. 2, s ə h. 32

belə insanlar ən çox tanıdığı adamın şəxsiyyətini sındırır.»(1)

19-Ehtiyatlı ol

«Allah tüğyankar bəndəsinə, bollu nemətlər əta edib və eyni zamanda ona şükür etməyi unutdurmaqla, tələyə salar».(2)

20- Yeddi məsləhət

1-«Ağırlığına taqətin olmayan iş üçün özünü zəhmətə salma.»

2-«Əldə edə bilməyəcəyin bir şey üçün çalışma.»

3-«Bacarmadığın işə girişmə».

4-«Qazana bilmədiyin qədər ehsan etmə.»

5-«Gördüyün işdən artıq zəhmət haqqı istəmə.»

6-«İlahi ibadətindən əldə etdiklərindən qeyrisinə sevinmə.»

7-«Bacardığın və layiq olduğun işdən başqasını öhdənə götürmə.»(3)

21- Ağıl və haqq

«Ağılı kamilləşdirmək yalnız haqq və həqiqətə tabe olmaqla mümkündür.»(4)

22- And içmək

«Çox and içməkdən çəkin. Çünki insan dörd səbəbə and içir:

1-Özündə kiçiklik, (əskiklik) və nöqsan hiss etdiyi üçün çalışır ki, and içməklə xalq onun sözünü təsdiq etsin.

2-Sözünü sübut etməkdə acizdir və öz məqsədinə çatmağa görə and içir.

3-Xalqın töhməti, ittihamı qarşısındadır. Belə fikirləşir ki, and içməsə onun sözünü qəbul etməyəcəklər.

səh:233


1- [1] .  « Ə l-Hüseyn ( ə )», c. 1, s ə h. 161
2- [2] . «Tüh ə fül-uqul», s ə h. 246
3- [3] . «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 767
4- [4] . «H ə zh ə tün-nazir v ə t ə nbihül-xatir», s ə h. 83

4-Boş yerə and içməyə adət edib.»(1)

23- Günahdan uzaqlaşma yolları

«Bir nəfər İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər övladı, mən günahkaram və günahlardan çəkinə bilmirəm. Mənə yol göstər.»

Həzrət Hüseyn (ə) buyurdu: «Beş işin öhdəsindən gəl, sonra isə hər nə qədər istəsən günah et.»

Birinci: Allahın ruzisini yemə, hər nə günah edirsən, et.

İkinci: Allahın vilayətindən (hökmranlığından) xaric ol və nə qədər günah istəyirsən edirsən, et.

Üçüncü: Elə bir yerə get ki, Allah səni görməsin, sonra istədiyin günaha giriş.

Dördüncü: Ölüm mələyi canını almağa gələrkən, ona mane ol, və  hansı günahı edirsən, et.

Beşinci: Cəhənnəm mələyi səni oda atarkən qoyma, sonra hansı günahı istəsən et.»(2)

24- Ömrün qısalığı

«Ey insan (bil ki,) sən (həftənin) günlərinə bənzəyirsən, hər gün keçdikcə, ömrünün bir hissəsi azalır.»(3) 

25- Sərvət üçün yaşamamaq

«Mal və sərvətinin sənə xeyri yoxdursa, deməli sən onunsan. Və onu toplamaq üçün yersiz zəhmət çəkirsən. Çünki sən də sərvətin üçün əbədi qalmayacaqsan. Necə ki, var-dövlətin də, sənin üçün həmişəlik deyildir. Buna görə də, nə qədər ki, sərvət sənin sonuna çıxmayıb, ondan münasib şəkildə bəhrələn (xərclə).»(4)

26- Hər kəsə təmənna etməmək

«Öz hacətini, ehtiyacının üç qrup insanlardan istə:

səh:234


1- [1] . « Ə l-Hüseyn», c. s ə h. 164
2- [2] . «Biharül- ə nvar», c.78, s ə h.126
3- [3] . «İrşadül-qülub», 7-ci f ə sil, s ə h 46
4- [4] . «Dürr ə tül-bahir ə », s ə h 24

1-Həqiqi dindar 2-Şəxsiyyətli insanlar 3-Əsil-nəcabətli adamlar.

Çünki:

Həqiqi dindar sənə yardım etməklə, eyni halda öz dinini də, qorumuş olur.

Şəxsiyyətli insan da, səni əliboş, naümid geri qaytarmağa utanar.

Əsil-nəcabətli adam isə, sənin heysiyyətini qorumaq istəyini düzgün anlayaraq, ehtiyacını ödəməklə, abrıını qoruyar.»(1)

27- Ağılın nişanələri

«Ağıllı adam, sözünü qəbul etməyib, maxalifət edəcəyindən qorduğu şəxsə sözünü deməz.

(Ağıllı adam,) bacarmadığı, öhdəsindən gələ bilmədiyi işə söz verməz.

(Ağıllı adam,) olması əziyyətli və qeyri-mümkün olan işə ürək bağlayıb, ümid bəsləməz.

(Ağıllı adam,) aciz olduğu üçün itirəcəyini və əldən verəcəyini dəqiq bildiyi şeyə baş qoşmaz, əl atmaz.»(2)

28- Tərbiyəvi nəsihətlər

«Sədaqətli olmaq, izzətli olmaq deməkdir.

Yalan gücsüzlükdür. Sirr əmanətdir. Qonşuluq qohumluq kimidir. Kömək etmək, doğruluq əlamətidir. İşləmək təcrübə deməkdir. Xoş əxalaqlı olmaq Allaha ibadət etməkdir. Süküt insanın zinətidir.Tamahkarlıq və paxıllıq əskiklik və naqislikdir. Səxavət və əliaçıqlıq ehtiyacsızlıq deməkdir. Xalqla səbirli davranmaq, ağıl və düşüncənin nişanəsidir.»(3)

səh:235


1- [1] . «Tuh ə fül-üqul», s ə h 247
2- [2] . «Üsuli-Kafi», c. 1, s ə h 20
3- [3] . «Tarixi-Y ə qubi», c. 2, s ə h. 233

29- Allahı razı salmaq

«Bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq, soruşdu: «Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməlini mənə söylə.»

Həzrət İmam Hüseyn (ə) cavabında belə yazdı:

«Bağışlayan və mehiban Allahın adı ilə...Bil ki, həqiqətən hər kim Allahın razılığını, camaatın qəzəbi müqabilində qazanarsa, Allah-Taala onu xalqdan ehtiyacsız edər. Amma hər kim camaatın razılğını, Allahın qəzəbi qarşılığında əldə etmək istəsə, Allah-Taala onun işini camaata həvalə edər.»(1)

30- Əsl dindarlar

«İnsanlar dünya quludurlar. Din (dindarlıqları) yalnız dillərinin oyuncağıdır. (Qəlblərində deyil.) Maddi həyatları yaxşı olduqda dindardırlar. Lakin imtahan, (çətinlik), zamanı gəldikdə isə, dindarlar azalar.»(2)

31- Ən üstün ibadət

«Bir qrup insanlar behiştə olan rəğbətlərinə görə Allaha ibadət edirlər. Bu tacirlərin ibadətidir.

Bəzi insanlar Allaha cəhənnəmdən qorxduqları üçün ibadət edirlər. Bu qulların ibadətidir.

Bir qisim şəxslər isə onlara verdiyi nemətlərə şükr etmək məqsədi ilə Allaha ibadət edirlər. Bu azad insanların ibadətidir və ibadətlərin ən üstünüdür.»(3)

32- Faydalı həyat

«Hər kimdə bu beş xislət olmasa, öz həyatından elə bir bəhrə, fayda qazanmamışdır: Ağıl, din, ədəb, həya və xoş əxlaqlı olmaq.»(4)

səh:236


1- [1] . «Müst ə dr ə ki-v ə sail», c. 12, s ə h. 209
2- [2] . «Tarixi-T ə b ə ri», c. 7, s ə h. 242
3- [3] . «Biharül- ə nvar», c 78, s ə h 117
4- [4] . «Musu ə tü-k ə lim ə til-İmamil-Hüseyn ( ə )», s ə h. 796.

33- İmam necə olmalıdır?

«Canıma and olsun ki, Allahın kitabı (Quranı-Kərim) əsasında hökm verən, haqq-ədaləti bərpa edən, haqq dinə sahib olan və pis nəfsini (şəxsi istəklərini) Allah yolunda cilovlayan şəxsdən başqası imam ola bilməz.»(1)

   34- İmam Məhdinin (əc) kimliyi

«Biz on iki İmamıq. Əvvəlincimiz Əmirəl-möminin Əli (ə) dır. Sonuncumuz isə mənim doqquzuncu övladımdır. O, elə bir İmamdır ki, haqq-ədaləti bərpa edəcək. Allah-Taala küfr və dinsizlik girdabında (sanki) ölmuş olan yer üzünü onun vasitəsilə dirildəcək.»(2)

35- İmam Məhdini (əc) gözləyənlər

«Məhdi (əc) üçün böyük qeybət (gözlərdən gizlənmək) zamanı vardır. Bu vaxt bə`zi şəxslər dini inkar edər, bir qrup müsəlman isə öz dini əqidəsində sabit qalar. Buna görə də, (dinsizlər) onları, Məhdini (əc) gözləyənləri məzəmmət edər və istehza ilə deyərlər: “Əgər doğrudanda Mehdi (əc) gələcəksə, bəs indiyə qədər nə üçün gəlmir?» Amma bu zaman Məhdinin gələcəyinə inanan səbirli insanlar onlara rişxənd edən və incidən şəxslərə məhəl qoymazlar. Bu şəxslər Məhəmməd Peyğəmbər (s) ilə birlikdə (düşmənə qarşı çiyin-çiyinə) cihad edənlər kimidir.»(3)

36-Behiştin yolu

«Hər kəs ən üstün atalar olan Həzrət Məhəmməd (s) və İmam Əlinin (ə) haqqını tanıya, layiq olduqları kimi onlara itaət edə, (qiyamət günü) ona deyərlər: «Behiştin hansı yerində istəyirsən, qala bilərsən.»(4)

səh:237


1- [1] . Şeyx Müfid, «İrşad», s ə h 204
2- [2] . «K ə maluddin», s ə h 130
3- [3] .. «Uyunu- ə xbarir-Rza ( ə )», c 1, s ə h 56
4- [4] . «T ə fsiri- Ə sk ə ri», s ə h 320

37- Ən şərafətli insan

«Ən şərafətli insan o şəxsdir ki, başqalarına nəsihət verməmişdən qabaq, özü öyüd alsın. Başqalarını qəflət yuxusundan oyatmazdan əvvəl, özü oyaq olsun. And olsun Allaha ki, belə insan xoşbəxt olacaqdır.»(1)

38- Simic şəxs

«Simic odur ki, salam vermək üçün tərəddüd edə.»(2)

39- Qohumlarla rabitədə olmaq

«Hər kim ömrünün uzun olmasını və ruzisinin çoxalmasını istəyirsə, qohumları ilə yaxın və gözəl rabitə yaratsın» (3)

40- Ağıllı və nadan

«Saleh əməllərin Tanrı qarşısında qəbul olma səbəblərindən biri də, ağıl sahibləri ilə birgə olmaqdır.

Nadanlığın nişanəsi isə cahillərlə mübahisə etməkdir.

Ağıllı insan ilk olaraq öz sözlərinə diqqət edib dediyi kəlmələrə məntiqlə baxar. Və bəhs etdiyi hər mövzuda başqa ağıl sahiblərinin də, nəzərlərini öyrənər.»(4)

səh:238


1- [1] . «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 804-805
2- [2] . «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 813
3- [3] . «Muvsu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 836
4- [4] . «Musu ə tü-k ə limatil-İmamil-Hüseyn ( ə )», s ə h. 803-804

Mənbələr

A) ƏRəB DILINDə

1. Abdullah Bəhrani, «Əl-Əvamil».

2. Abdullah Əlayi, «Əl-İmamil-Hüseyn (ə)» .

3. Alusi (Şəhabəddin Seyyid Mahmud), «Ruhül-məani».

4. Amuli (Seyyid Möhsün Əmin), «Əyanüş-şiə».

5. «Baqirül-ülum» müəssisəsi, «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə)».

6. Baqir Şərif Qürəyşi, «Həyatül-İmamil-Hüseyn (ə)».

7. Bəhauddin (Əli ibn İsa), «Kəşfül-gümmə fi mərifətil əimmə».

8. Bəhrani (Seyyid Haşim ibn Süleyman), «Hilyətül-əbrar fi əhvali Məhəmməd (s) və Alihil-Əthar (ə)».

9. Bəhrani (Seyyid Haşim ibn Süleyman), «Mədinətül-məcaiz».

10. Bəhrani (Seyyid Haşim ibn Süleyman), «Əl-Bürhan fi təfsiril-Qur`an».

11. Bəhrani (Məhəmməd ibn Yusif), «Məqtəl».

12. Beyhəqi (Əhməd ibn Hüseyn), «Əs-sünənül-kübra».

13. Beyhəqi (Əhməd ibn Hüseyn), «Əl-Xəsaisül-kübra».

səh:239

14. Beyhəqi (Əhməd ibn Hüseyn), «Dəlailün-nübüvvə».

15. Bilazəri (Əhməd ibn Yəhya), «Fütuhül-bildan».

16. Bilazəri (Əhməd ibn Yəhya), «Ənsabül-əşraf»

17. Bilazəri (Əhməd ibn Yəhya), «Əl-Əxbarüt-təval».

18. Buxari (Məhəmməd ibn İsmayıl), «Səhihi-Buxari».

19. Buxari (Məhəmməd ibn İsmayıl), «Əl-Ədəbül-müfrəd».

20. Cahiz, «Rəsail».

21. Cəlaləddin Siyuti (Əbdürrəhman ibn Əbu Bəkr), «Əl-Camiüs-səğir».

22. Cəlaləddin Siyuti (Əbdürrəhman ibn Əbu Bəkr), «Əd-dürrül mənsur fi təfsiril-mə`sur».

23. Darəmi, «Sünən».

24. Əbdülbaqi (Məhəmməd Fuad), «Əl-Möcəmül-müfəhrəs li əlfazil-Qur`anil-Kərim».

25. Əbdürrza Şafi, «Bəlağətül-İmamil-Hüseyn (ə)».

26. Əbdülfərəc İsfəhani (Əli ibn Hüseyn), «Əl-Əğani».

27. Əbdülfərəc İsfəhani (Əli ibn Hüseyn), «Məqatilüt-talibin».

28. Əbu Davud (Ət-Təyalisi), «Müsnəd».

29. Əbu Davud (Süleyman ibn Əşəs), «Sünən».

30. Əbu Müxnif (Lut ibn Yəhya), «Məqtəl».

31. Əbu Müxnif (Lut ibn Yəhya), «Vəqəətüt-Təf».

32. Əbu Nəim İsfəhani (Əhməd ibn Abdullah).

33. Əllamə Təbatəbai (Seyyid Məhəmməd Hüseyn), «Əl-Mizan».

34. Əllamə Hilli, «Nəhcül-həqq və kəşfüs-sidq».

35. Əllamə Məclisi (Məhəmmədbaqir), «Biharül-ənvar».

36. Əli ibn Vahid Nişapuri, «Əsbabün-nüzul».

37. Əhməd Əmini (Əbdülhüseyn), «Əl-Qədir fil-kitabi vəs-sünnə vəl-ədəb».

səh:240

38. Əhməd ibn Əbu Tahir, «Bəlagətün-nisa».

39. Əhməd ibn Hənbəl, «Müsnəd».

40. Əhməd ibn Hənbəl, «Müntəxəbu Kənzül-ümmal fi-sünəni vəl-əfal».

41. Əhməd ibn Hənbəl, «Fəzailüs-səhabə».

42. Əsəd Heydər, «Məəl-Hüseyn (ə) fi nihzətihi».

43. Əyyaşi (Əbu Nəzir Məhəmməd ibn Məsud), «Təfsiri-Əyyaşi».

44. Feyz Kaşani (Molla Möhsün), «Təfsiri-Safi».

45. Fəxr Razi (Məhəmməd ibn Ömər), «Təfsiri-Kəbir».

46. Furat Kufi (Əbülqasim ibn İbrahim), «Təfsiri-Kufi».

47. Fazil Maliki, «Sərvətül-Hüseyn (ə)».

48. Hakim Nişapuri (Məhəmməd ibn Abdullah), «Əl-müstədrəku ələs-səhiheyn».

49. Hakim Həsəkani (Übeydullah ibn Abdullah), «Şəvahidüt-tənzil».

50. Heysəmi (Əli ibn Əbu Bəkr), «Məcməüz-zəvaid və mənbəül-fəvaid».

52. Həzrəmi, «Vəsilətül-amal».

53. Hərrani (Həsən ibn Əli), «Tühəfül-üqul ən Ali-Rəsul (s)» .

54. Hürr Amuli (Məhəmməd ibn Həsən), «Əl-Füsulul-mühimmə fi üsulil-əimmə».

55. Hüvəyzi, (Şeyx Əbdüləli), «Təfsiri-nuris-səqələyn».

56. Xarəzmi, (Məhəmməd ibn Mahmud), «Məqtəl».

57. Xarəzmi, (Müvəffəq ibn Əhməd), «Mənaqib».

58. Xətib Bağdadi, «Tarixi-Bağdad».

59. Xiyabani, «Vəqayeül-əyyam».

60. Xorasani (Məhəmməd ibn Məhəmməd), «Müntəxəbüt-təvarix».

61. İbn Abbas Maliki, «Füsulul-mühimmə».

səh:241

62. İbn Abdullah, «Əl-İstiyab».

63. İbn Babveyh Səduq, «Mən la yəhzəruhül-fəqih».

64. İbn Babveyh Səduq, «İləlüş-şəraye».

65. İbn Babveyh Səduq, «Əl-Əmali».

66. İbn Babveyh Səduq, «Üyuni-Əxbarir-Rza (ə)».

67. İbn Babveyh Səduq, «Xisal».

68. İbn Babveyh Səduq, «Kəmaluddin».

69. İbn Cövzi, «Təzkirətül-xəvas».

70. İbn Cövzi, «Sifətüs-səvfə».

71. İbn Cövzi, «Ər-Rəddu ələl-mütəssibil-ənid».

72. Əbu Hatəm Razi, «Təfsiri-Qur`anil-Əzim».

73. İbn Əbil-Hədid (Əbu-Həmid ibn Hibətullah), «Şərhi-Nəhcül-bəlağə».

74. İbn Əbi Şeybə (Abdullah ibn Məhəmməd),

75. İbn Əbdül Bərr (Yusif ibn Abdullah), «Əl-İstiyab».

76. İbn Əsakir (Əli ibn Həsən), «Tarixi-Kəbir».

77. İbn Əsakir (Əli ibn Həsən), «Tarixi-Dəmeşq».

78. İbn Əsəm (Məhəmməd ibn Əli), «Əl-Fütuh».

79. İbn Əsir (Əli ibn Məhəmməd), «Usdül-ğabə fi mərifətis-səhabə».

80. İbn Əsir (Əli ibn Məhəmməd), «Əl-Kamil fit-tarix».

81. İbn Əsir (Əli ibn Məhəmməd), «Əl-Bidayə».

82. İbn Hacər Əsqəlani (Əhməd ibn Əli), «Təhzibüt-təhzib».

83. İbn Hacər Əsqəlani (Əhməd ibn Əli), «Təqribüt-təhzib».

84. İbn Hacər Əsqəlani (Əhməd ibn Əli), «Əl-İsabə fi təmyizis-səhabə».

85. İbn Hacər Əsqəlani (Əhməd ibn Əli), «Əl-Səvaiqül-mühriqə».

86. İbn Hacər Əsqəlani (Əhməd ibn Əli), «Fəthül-bari».

səh:242

87. İbn Hişam (Əbdülmülk), «Siyrətün-nəbəviyyə».

88. İbn Xəldun (Əbdürrəhman), «Tarixi-İbn Xəldun».

89. İbn İmad Hənbəl, «Şəcərətüz-zəhəb».

90. İbn Kəsir (İsmayıl ibn Ömər), «Təfsiri-Qur`anil-Əzim».

91. İbn Kəsir (İsmayıl ibn Ömər), «Əl-Bidayə vən-nihayə».

92. İbn Qüteybə Dinəvəri (Abdullah ibn Müslim), «Əl-İmamə vəs-siyasə».

93. İbn Quliye (Cəfər ibn Məhəmməd), «Kamilüz-ziyarat»

94. İbn Məğazeli (Əli ibn Məhəmməd Şafei), «Mənaqibi Əli ibn Əbi Talib».

95. İbn Macə (Məhəmməd ibn Yəzid), «Səhih».

96. İbn Macə (Məhəmməd ibn Yəzid), «Sünən».

97. İbn Mənzur, «Müxtəsəri-tarixi-Dəmeşq»

98. İbn Mənzur, «Lisanül-ərəb».

99. İbn Məskuyi Razi, «Təcarübül-üməm».

100. İbn Səbbağ Maliki, «Füsulül-mühimmə».

101. İbn Sə`d (Məhəmməd), «Təbəqatül-kübra».

102. İbn Şəhri Aşub (Məhəmməd İbn Əli), «Mənaqibi Ali-Əbi Talib».

103. İbn Şəhri Aşub (Məhəmməd İbn Əli), «Məqtəl».

104. İbn Şeybə, «Əl-Müsənnəf».

105. İbn Tavus (Seyyid Rəziuddin), «Əl-Lühuf» digər adı «Əl-Məlhuf əla qətlit-təfuf».

106. İmadəddin Qürəyşi, «Uyunül-əxbar və fünunil-əsras».

107. Kəhali (Ömər Rza), «Əlamün-nisa».

108. Koleyni (Məhəmməd ibn Yəqub), «Üsuli-kafi».

109. Koleyni (Məhəmməd ibn Yəqub), «Fürui-kafi».

110. Kufi (İbrahim ibn Məhəmməd), «Əl-Camiül-əhkamil-Qur`an».

səh:243

“. Mavərdi (Əli ibn Məhəmməd), «Elamün-nübuvvə».

112. Mahmud Əqqad Abbas, «Hüseyn (ə) Əbuş-şühəda».

113. Mamqani, «Tənqihül-əmal».

114. Mamqani, «Tərcümətül-İmamil-Hüseyn (ə)» .

115. Mazəndərani, «Məalis-sibteyn».

116. Mazəndərani, «Əl-Mənasib».

117. Məğribi (Noman ibn Məhəmməd), «Şərhül-əxbar fi fəzaili əimmətül-əthar».

118. Məhəmməd ibn Mükərrəm, «Məcməül-bəhrəyn».

119. Məhəmmədbaqir Məlbubi, «Əl-Vəqaye vəl-həvadis».

120. Məhəmmədbaqir Mahmudi, «Nəhcüs-səadə fi müstədrəki nəhcül-bəlağə.

121. Məhəmmədhəsun Məşkur, «Əlamün-nisa».

122. Məhəmmədrza Kutbi, «Tarixi-matəmil-Hüseyn (ə)».

123. Məhəmməd Füzuli, «Hədiqətüs-süəda».

124. Məqrizi (Əhməd ibn Əli), «Əl-Xütət».

125. Məqrizi (Əhməd ibn Əli), «İttizahül-hünəfa».

126. Məsudi (Əli ibn Hüseyn), «Murucüz-zəhəb».

127. Məsudi (Əli ibn Hüseyn), «İsbatül-vəsiyyə».

128. Müslim ibn Həccac, «Səhih».

129.Müfid (Məhəmməd ibn Məhəmməd Noman), «Əl-İrşad».

130. Müfid (Məhəmməd ibn Məhəmməd Noman), «Əl-İxtisas».

131. Müfid (Məhəmməd ibn Məhəmməd Noman), «Əl-Cəməl».

132. Müttəqi Hindi (Əli ibn Hisaməddin), «Kənzül-ümmal».

133. Müqərrəm (Seyyid Əbdürrəzzaq Musəvi), «Məqtəl».

134. Mühəddis Qumi (Şeyx Abbas), «Nəfsül-məfhum».

135. Mühəddis Qumi (Şeyx Abbas), «Səfinətül-bihar».

səh:244

136. Mühəddis Qumi (Şeyx Abbas), «Məfatihül-cinan».

137. Mühəddis Qumi (Şeyx Abbas), «Müntəhal-əmal».

138. Mürtəza Hüseyni, «Nəhcüş-şəhadə».

139. Nəsai (Əhməd ibn Əli), «Sünən».

140. Nəcəfi Baqiri (Məhəmməd ibn Əhməd), «Tarixi-Kufə».

141. Nəraqi (Əhməd ibn Məhəmməd), «Əvaidül-əyyam».

142. Nəsr ibn Müzahim, «Kitabi-Siffeyn».

143. Ömər Əbu Nəsr, «Seyyidüş-şühəda».

144. Səmavi (Məhəmməd ibn Tahir), «Əbsarül-eyn».

145. Seyyid Rəzi, «Nəhcül-bəlağə».

146. Seyyid Möhsün Əmini, «Əyanüş-şiə».

147. Seyyid Əli Müvəhhid Əbtəhi, «İmamil-Hüseyn (ə) fi əhadisil-fəriqeyn».

148. Süleyman Qunduzi Hənəfi, «Yənabiül-məvəddə».

149. Şafei, «Müsnəd».

150. Şəbravi (Abdullah ibn Məhəmməd), «Əl-İthaf bi hübbil-əşraf».

151. Şəhristani Seyyid Saleh, «Tarixün-nihayə ələl-Hüseyn (ə)».

152. Şuştəri, «Xəsaisül-Hüseyniyyə (ə)» .

153. Şüəyri (Təcəddin Məhəmməd), «Cameül-əxbar».

154. Taha Hüseyn, «Əl-fitnətül-kübra».

155. Təbbi, «Təkmilətüt-tarix».

156. Təbəri (Əhməd ibn Abdullah), «Zəxairül-üqba».

157. Təbəri (Məhəmməd ibn Cərir), «Camiül-bəyan ən təvilil-Qur`an».

158. Təbəri (Məhəmməd ibn Cərir), «Tarixi-Təbəri».

159. Təbəri (Məhəmməd ibn Cərir), «Ər-Riyazün-nəzirə».

160. Təbərani (Süleyman ibn Əhməd), «Əl-Möcəmül-kəbir»

161. Təbərani (Süleyman ibn Əhməd), «Əl-Möcəmül-əvsət».

səh:245

162. Təbərani (Süleyman ibn Əhməd), «Əl-Möcəmüs-səğir».

163. Təbərsi (Əbülfəzl Əli), «Mişkatül-ənvar».

164. Təbərsi (Hüseyn ibn Məhəmmədtəqi), «Müstədrəkül-vəsail və müstənbitül-məsail».

165. Təbərsi (Fəzl ibn Həsən), «Əlamül-vəra».

166. Təbərsi (Əbu Nəsr), «Məkarimül-əxlaq».

167. Təbərsi (Əhməd ibn Əli), «Əl-ihticac».

168. Təmimi (Əbdülvahid ibn Məhəmməd), «Qürərül-hikəm».

169. Təftəzani (Məhəmməd ibn Ömər), «Şərhi əqaidi-nəfsiyyə».

170. Təftəzani (Məsud ibn Ömər), «Şərhi-məqasid».

171. Taha Hüseyn, «Əl-Fitnətül-kübra».

172. Tirmizi (Məhəmməd ibn İsa), «Əl-Cameüs-səhih».

173. Tirmizi (Məhəmməd ibn İsa), «Səhih».

174. Tirmizi (Məhəmməd ibn İsa), «Sünən».

175. Tusi (Məhəmməd ibn Həsən), «Təhzibil-əhkam».

176. Tusi (Məhəmməd ibn Həsən), «Rical».

177. Tusi (Məhəmməd ibn Həsən), «Əl-Əmali».

178. Tusi (Məhəmməd ibn Həsən), «Misbahül-mütəcəhhid və səlahül-mütəəbid».

179. Yəqubi (Əhməd ibn Əbi Yəqub), «Tarixi-Yəqubi».

180. Zəbihullah Məhəllati, «Rəyahinüş-şəriə».

181. Zəhəbi (Məhəmməd ibn Əhməd), «Siyru-əlamin-nübəla».

182. Zəhəbi (Məhəmməd ibn Əhməd), «Təzkirətül-hüffaz».

183. Zəhəbi (Məhəmməd ibn Əhməd), «Düvəlül-İslam».

184. Zəməxşəri (Mahmud ibn Ömər), «Təfsiri-Kəşşaf».

185. Zəməxşəri (Mahmud ibn Ömər), «Rəbiül-əbrar».

səh:246

186. Zərəndi, «Əd-dürərül-müsəttin».

187. Zərəndi, «Nəzmu dürəris-simteyn».

B) FARS DILINDə

1. Ayətullah Mərkarim Şirazi və Cəfər Sübhani, «Suallar və cavablar».

2. Cavad Mühəddisi, «Aşura dərsləri».

3. Cəfər Sübhani, «Məsum imamların həyatı».

4. C. Cordan, «İmam Əli (ə)».

5. C. Zeydan, «Kərbəla faciəsi».

6. Əli Əsgəri, «İmam Hüseynin (ə) yaşayışı».

7.Əli əsgər Rizvanı, «Aşura hadisəsi və şübhələrə cavablar».

8. Əli Qaimi, «Aşura tarixində qadınların rolu».

9. Ətaullah Mühacirani, «Aşura elçiləri».

10. Mehdi Pişvayi, «Mə`sum İmamların (ə) həyatı».

11. Məhəmmədbaqir Müdərris “İmam Hüseynin (ə) şəxsiyyəti».

12. Məhəmməd İştihardi «Ali-Məhəmməd (s) matəmində».

13. Məhəmməd Dəşti «Nəhcül-həyat».

14. Məhəmmədəli Rizai «Aşuradan tərbiyə dərsləri»

15. Məhəmməd İbrhaim Ayəti «Aşura tarixində araşdırmalar».

16. Məhəmməd Mehdi Babapur “Aşuranın yaşıl, qırmızı cilvələri».

17. Məhəmmədtağı Məhərrəm «Seyyidüş-şühədanın (ə) həyatı».

18 Mirza Məhəmmədtağı Sepehr «İmam Hüseynin (ə) əhvalı».

19. Mürtəza Mütəhhəri «Hüseyn (ə) inqilabı».

20. Mürtəza Mütəhhəri «İnsan və tale».

səh:247

21. Mürtəza Fəhim Kermani «Tarixdə qadın rolu».

22. Mürtəza Kermani «Qəhrəman Qadınlar».

23. Müstəfa Əsrari «Aşura qiyamçıları».

24. M. Əkbərzadə «Hüseyn (ə) xalq rəhbəri kimi».

25. Nizammülk «Siyasətnamə».

26. Rəbbani Xalxali «Hüseynin (ə) parlaq siması».

27.Rəsul Cəfəri “Aşura qiyamında tədqiq».

28. R. Məzlumi «Azadələr rəhbəri».

29. Fəqir Əli İnqilabi «İmam Hüseyn (ə) Qur`an və sünnədə».

30. K. Frişler «İmam Hüseyn (ə) və İran».

31. Seyyid Möhsün Əmin Amuli «İmam Həsən (ə) və İmam Hüseyn (ə)».

32. Seyyid Möhsün Rəsuli Məhəllati «İmam Hüseynin (ə) həyatı».

33. Zəhra Fəxr Ruhani «Qadınarın İmam Hüseyn (ə) qiyamında rolu».

34. Şeyx Abbas Qumi «İmam Hüseynin həyatı».

35. «Suallar və cavablar» müəlliflər qurupu.

səh:248

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109