AZADLIQ

KİTAB HAQQINDA

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin nəzərindən

Kitаbın аdı:...........................................Azadlıq

Tərtib edən:...........................Doktor Mənuçöhr

Tәrcümә еdәn:............................İbrahim Mirzə

Nәşr еdәn:...................................Üfüqe-fərda

Çаp tаriхi:..................................................2012

Çаp növbәsi:...........................................Birinci

Tirаj:..........................................................3000

səh:1

İşarə

səh:2

Birinci fəsil: Azadlığın tərifi

Azadlıq nə deməkdir?

Mövzunun aydınlaşması üçün “azadlıq” sözünün mənası və İslamın bu barədə görüşü haqda danışmaq zərurəti yaranır. Ümid edirəm söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması, habelə bizim kimi məsul şəxslərin əməl etməsi üçün faydalı olacaq.

İlk öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir? Dünyada adlı-sanlı dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları azadlıqdan ağız dolusu danışır. Həm Qərb demokratiyası azadlıq iddiasındadır (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də Şərq bloku ölkələri, sosialist quruluşları, yaxud sosializm iddiasında olanlar azadlıq və demokratiyadan dəm vururlar. Şərq ölkələrinin əksəri dövlətin adına azadlıq mənasını ifadə edən “demokratik” sözünü əlavə edirlər. İddia edirlər ki, bu quruluşlarda əsas məqsədlərdən biri də azadlıqdır. Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi yox, cəmiyyət miqyasında azadlıqdır. Yəni fərdi azadlığın ictimai azadlıq saydıqları bir şeydə qarışıb həll olması.

Görürsünüz ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb, hər quruluş azadlığa xüsusi tərzdə tərif verir və hamı iddia edir ki, öz cəmiyyətlərində azadlığı təmin etmişlər. İslam cəmiyyətləri daxilində, o cümlədən bizim cəmiyyətimizdə də bəziləri azadlıqdan dəm vururlar. Bunların arasında olan inqilabçı və mömin adamlar azadlıq sözünü müqəddəs bir söz kimi işlədirlər. Onlar müxtəlif formalarda olan siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin tərəfdarıdırlar. Həmçinin onların sırasında azadlığı və azadlıq tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də var.

Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü müxtəlif mənalarda işlənir. Hər kəsin zehnində azadlığın bir mənası canlanır, onun çərçivəsi müəyyən deyil.

səh:3

Əlbəttə, müxtəlif pozğunluqların - cinsi və əxalqi pozğunluqların tərəfdarı olan bəzi insanlar azadlıq şüarı ilə və “biz azadıq, istədiyimiz hər bir işi görə bilərik!” – deyə, təəssüf ki, Qərbdə azadlıq adlandırılan mövzunu ortaya atırlar. Bizim cəmiyyətdə də çox vaxt azadlıq deyəndə Qərbin bu növ azadlığı yada düşür.

Dünyada azadlıq haqqında iddiaların çoxu sual altındadır. Yəni nə Qərb ölkələrində, nə bu demokratik quruluşlarda, nə də qəzetlərin zahiri baxımdan hər bir sözü yazdığı və televiziya kanallarının hər bir sözü dediyi yerlərdə həqiqi azadlıq var. Orada azadlığın görüntüsü mövcuddur, oradakı totalitar rejimlərin və diktatorların çirkin üzünə çəkilmiş qalın kosmetik bəzəkdir əslində. Orada da əsl azadlıq yoxdur. Bu mövzu, necə deyərlər, azad olan çox ölkələrin xalqları üçün ipucu ola bilər ki, özlərinin azad olmalarına şəkk etsinlər və azadlıqlarını tələb eləsinlər.(1)

“Azadlığın fəlsəfəsi nədir?” və “İnsan nə üçün azad olmalıdır?” suallarının mahiyyəti, kökü və sübutu olmalıdır. Müxtəlif sözlər deyilib: fayda, ümumi xeyir, ümumi ləzzət və maksimum, mədəni hüquqlardan biri. Bunların hamısına irad tutmaq olar. Onların özləri də irad tuturlar.

Əgər son illər liberalizm haqqında yazılanlara baxsanız, görərsiniz ki, azadlıq barəsində nə qədər əbəs, faydasız və orta əsrlər dövrünə aid sözlər deyilib. Biri bir söz deyib, o birisi cavab verib. Sonra daha biri gəlib və onun cavabına şərh verib. Doğrudan da, üçüncü dünya ziyalıları üçün pis əyləncə deyil: biri bu nəzəriyyənin tərəfdarı olsun, biri də o nəzəriyyənin; biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin, başqa biri də nəzəriyyəni öz adından başqasına sırısın. Ən çoxu budur ki, azadlığın fəlsəfəsi və mənşəyi bir insani hüquqdur.(2)

səh:4


1- [1] Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)
2- [2] Bir qrup tələbənin buraxılış tədbirində bəyanat (3 sentyabr, 1998)

Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq xalqa məxsusdur və xalqın fitri duyğularındandır.(1)

Azadlıq və istiqlaliyyət

Azadlıq mövzusunda danışarkən, bizim şüarlarımızdan olan istiqlaliyyət sözünü işlətməliyik; yəni müstəqil düşünək, düşüncədə təqlidçi olmayaq. Əgər əksər problemlərimizin və inkişafımızın bünövrəsi olan bu sahədə başqalarını yamsılasaq, gözlərimizi təkcə qərb təfəkkürünü göstərən bacaya açsaq, böyük səhv etmiş olacağıq və bizi acı nəticələr gözləyəcək.(2)

Nə istiqlaliyyət azadlığın qarşısını ala bilər, nə azadlıq istiqlaliyyətin. Bu, çox möhkəm prinsipdir. Əgər kimlərsə azadlıq adı ilə, azadlıq şüarı ilə düşmənə yol açmaq istəsə, bu, azadlıq deyil, düşmənin istəyidir, düşmənin qurduğu tələdir. Bu gün çox həssas gündür. Bu dövr həssas dövrdür.(3)

Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli?

Bu gün universitetdə azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, hökumət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Əlbəttə, bu, hökumətlər tərəfindən bir mərhəmət deyil. Onlar azadlığı təmin etməyə borcludurlar. Bu, onların vəzifəsidir.

“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir agah və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməli və almalıdır. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Bunları öyrənmək lazımdır. Azadlıq mədəniyyəti və qaydaları olmadan bu böyük nemət heç kəs üçün, heç bir

səh:5


1- [3] Məşhəd xalqı və İmam Əli ibn Musa Rzanın (ə) ziyarətçiləri ilə görüşündə bəyanat (21 mart, 1999)
2- [4] Bir qrup tələbənin buraxılış tədbirindəki çıxış (3 sentyabr, 1998)
3- [5] Qum xalqının böyük toplantısında çıxış (5 oktyabr, 2000)

cəmiyyət üçün lazımi həddə mövcud olmayacaq. Əgər cəmiyyətdə azadlıq qaydaları olmasa və insanlar bundan istifadə qaydasını öyrənməzsə, heç şübhəsiz, fəal, çalışqan və öncül bir cəmiyyət üçün zəruri olan azadlıq əldən veriləcək. İslam nöqteyi-nəzərindən bu, bir cəmiyyət üçün faciədir. Azadlığın əldən çıxması faciədir.

İslamda hər növ avtoritarizm və diktatura – fərdi, yaxud ictimai diktatura (ictimai diktatura da fərdi diktatura kimidir, partiya diktaturası da belədir, bəzən bundan da pisdir), yəni bir nəfərin öz nəfs istəkləri əsasında xalqa hakimiyyəti ələ alması qəbuledilməzdir. Bu, hər hansı bir yerdə görünsə faciədir. Əgər azadlıqla davranmaq qaydalarını və mədəniyyətini bilməsək, belə olacaq. Bəziləri də məhz belə olmasını istəyir.

Bəziləri istəmir ki, biz azadlıq mədəniyyəti ilə tanış olaq, onlar da aranı qarışdırıb, xalqda güclü bir müstəbidə meyl yaratsınlar. Bəzi cəmiyyətlərdə hərc-mərclik, nizam-intizamsızlıq və iğtişaşlar elə bir həddə çatır ki, xalq güclü despotun meydana çıxıb nizam-intizam yaratmasını arzulayır. Bəziləri cəmiyyəti sözügedən vəziyyətə aparmaq istəyirlər: azadlıqdan ən pis və yanlış şəkildə istifadə edir, xalqın imanı, duyğuları və düşüncələri ilə, cəmiyyətin ehtiyacları ilə oynayıb, onu təlatümə gətirirlər. Bunlar azadlığın düşmənləridirlər. Azadlığı bədnam etmək olmaz. Azadlıqdan süngü düzəldib, onun əsil keşikçilərinin sinəsini hədəfə almaq olmaz. Azadlıqla oynamaq olmaz. Azadlığı vasitəyə çevirib, onun mədəniyyətinə əsla tabe olmayan şəxslər azadlığa zərbə vururlar. Onlar azadlıq tərəfdarı deyillər, azadlığa xəyanət edirlər. Azadlıq qanunları pozmaq və İslam Respublikası sisteminin kökünə balta çalmaq üçün vasitə edilməməlidir! Dünyanın şərq və qərbində heç bir quruluş, onun kökünü kəsmək istəyənlərə hörmət etmir. Amma İslam Respublikası bu hörməti etdi. Uzun müddət bəzi şəxslər azadlıq adı altında xalqın imanına və müqəddəsliklərinə istədiklərini etdilər.

səh:6

İslam Respublikası isə hər hansı səbəbə görə susdu, hakimiyyət dözdü və hörmət göstərdi.(1)

Azadlığın hüdudları

Söhbət azadlığın hüdudları barəsindədir. Mütləq azadlıq nəhayət haradasa məhdud olmalıdır. İnsan gözəl və rahat yaşayış istəyirsə, bəzi azadlıqları qurban verməlidir. İctimai filosof, mütəfəkkir və bu sahədə nəzər sahibi olan alimlər arasında müzakirə predmetlərindən biri budur ki, azadlığın sərhədi haradır? Yəni insanlar haraya qədər və hansı çərçivə daxilində azaddırlar? Haraya çatdıqda onların azadlığının qarşısı alınmalıdır?(2)

İslam Respublikası azadlığı onun həqiqi mənasında cəmiyyətimizə daxil edir. Lakin azadlıqdan istifadə etməyin üsulu var. Biz azadlıqdan istifadə üsulunu da öyrənməli və öyrətməliyik. Bu da İslam Respublikasının vəzifəsidir. Bəziləri azad fikir adı altında həqiqətin sərhədlərini tapdayır, azad fikir və yenilik adı ilə bütün həqiqi və müqəddəs prinsipləri görməməzliyə vurur, təhqir və məsxərə edirlər. Bəziləri də reaksiya olaraq, yaxud zehinlərindəki başqa bir məsələyə görə yeniliyə ehtiyacı olan təməllərdən yapışmışlar. Deyilənlərlə kifayətlənmək olmaz; yəni sərhədi aşanlar qarşısında qapalılıq və aza qane olanlar qarşısında ifratçılıq...(3)

Mütləq azadlıq məqbul deyil

Birincisi, bilməmiz lazımdır ki, hər növ qeyd-şərtdən azad olmaq, qarşıda heç bir maneə görməmək, sevdiyi hər bir işi görə bilmək mənasında olan azadlıq heç bir ideologiyada, mədəniyyətdə, fəlsəfi və ictimai nəzəriyyədə dəyər sayılmır. Dünyada heç kəs mütləq və sərhədsiz azadlığı müdafiə etmir. Ondan bəhrələnməkdə kiminsə uğur qazanması da mümkün

səh:7


1- [6] Əmir Kəbir adına Sənaye Universitetinin müəllim və tələbələri ilə toplantıda
2- [7] Tehranın cümə namazı xütbələri (26 dekabr, 1986)
3- [8] “Qələm sahibləri” birliyinin üzvləri ilə görüşdə çıxış (27 yanvar, 2003)

deyil. Əgər insanın könlü istədiyi hər bir işi yerinə yetirməkdə azad olduğunu, qarşısında heç bir maneə dayanmadığını fərz etsək, bu azadlığın özü təbii olaraq başqalarının azadlığını məhdudlaşdıracaq, onların asayişini və təhlükəsizliyini pozacaq. Buna əsasən, bəşəriyyətin və insan cəmiyyətlərinin mütləq şəkildə azadlığı, ümumiyyətlə nə mümkündür, nə də kimsə onun tərəfdarıdır.

Hətta 19-20 əsrlərdə Avropada peyda olan, bütün qanunlardan və ictimai şərtlərdən azad olmaq devizini rəhbər tutan anarxistlər də bəzi məhdudiyyətləri tanıyır və onlara riayət edirdilər. Qısası, mütləq mənada olan azadlıq, yəni insanın istədiyi hər bir işin icazəli olması nə məntiqə uyğundur, nə mümkündür, nə də dünyada kimsə bunu müdafiə edir.(1)

Azadlığın sərhədləri var. Azadlıq o deyil ki, insan ondan sui-istifadə etsin. Dünyada bu iş baş verib, azadlıq adı ilə insanlara ən böyük zülmlər olunub, cinayətlər törədilib, insan nəsilləri əxlaqsızlığa və pozğunluğa sövq edilib. Qərb mədəniyyətlərində və məktəblərində azadlıq adı ilə insanların beynindən həqiqi azadlığı siliblər. Azadlıq adı ilə onların gözlərini və ağızlarını bağladılar, istədiklərini yeritdilər. Bu, müasir dünyada müşahidə etdiyimiz həqiqətdir. Bu, həm Qərb blokunda və fərdi azadlığın tərəfdarı olan demokratik quruluşlarda, həm də Şərq quruluşlarında və ictimai azadlıqların tərəfdarı olan, fərdi azadlığın ictimai azadlıqda əriməsinə çalışan sosialist sistemlərdə mövcuddur. Humanizm və digər cərəyanlar da bu azadlığa zərbə vurmuşlar.(2)

Azadlığın mehvəri

Düzgün sərhədlərə riayət etmək lazımdır. Bu sərhədlər bir hökumətin və ya quruluşun istədiyi, öz maraqlarına əsasən təyin etdiyi sərhədlər deyil. Əgər dünyada bəzi hökumətlər varsa (əslində doğrudan da var) və maraq əsasında hədd təyin

səh:8


1- [9] Tehranın cümə namazı xütbələri (26 dekabr 1986)
2- [10] Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)

edirlərsə, İslam Respublikası quruluşu belə deyil. İslam Respublikası quruluşunun əsası ədalətdir. Yəni əgər rəhbər ədalətdən uzaqlaşsa, avtomatik olaraq və başqa bir amilə ehtiyac duyulmadan rəhbərlik məqamından enir. Belə bir quruluşda hər hansı bir qrupun, təbəqənin, yaxud hakimiyyətə aid görüşlərin xeyrinə sərhəd müəyyənləşdirməyin mənası yoxdur. Burada sərhəd İslamın sərhədləridir. Quranda, hədisdə və düzgün din təlimlərində göstərilən sərhədlərdir. Bunlar mötəbərdir, onlara riayət olunmalıdır, riayət olunmasa, bütün məmurlar – məhkəmə məmurları, icraçı məmurlar, mədəniyyət nazirliyi və digərləri məsuliyyət daşıyırlar. Əgər vəzifələrinə əməl etməsələr, günah etmiş və qanunu pozmuşlar. Bu sərhədlərə riayət etmək onların vəzifəsidir. O sərhədlərin daxilində (əlbəttə, o sərhədlər istisnalardır) həmin gözəl və parlaq azadlıq prinsipi var. Ondan istifadə olunmalıdır.(1)

İslam və Məsihiyyətdə azadlığın hüdudları

Dinlərdə azadlığın hüdudları barədə çox sözlər var. Bizcə, bu gün İslam və Məsihiyyət dinlərinin diqqət yetirməli olduğu məsələlərdən biri də budur. Biz bu gün bu sahədə diqqətsizliyin və ifratçılığın şahidiyik. Diktaturalar, gözəgörünən və gözəgörünməz təzyiqlər həyatın bəzi sahələrində xalqın azadlığını əlindən alırlar. Başqa bir sahədə isə insanlara, adı azadlıq yox, pozğunluq olan çoxlu azadlıqlar verilir. Dinlərə görə, məsələnin hər iki tərəfi həqiqətdən yayınmaq hesab olunur. Mən belə düşünürəm ki, həqiqi azadlığın ifratçılıq və azla kifayətlənmə tərəflərinin inkar edilməsində Məsihiyyətin və İslamın baxışları bir-birinə yaxındır. Güman edirəm, bəşəriyyətin və cavan nəslin taleyilə maraqlanan bütün insanların bugünkü mühüm və ümdə vəzifələrindən biri budur ki, dünya miqyasında günbəgün artan fəsad və pozğunluqlarla mübarizə aparsınlar.(2)

səh:9


1- [11] Bir qrup tələbənin buraxılış tədbirindəki çıxış (3 sentyabr 1998)
2- [12] Avstriyanın baş yepiskopu ilə görüşündəki söhbətindən: 21 fevral 2001.

Azadlığın sərhədlərini qanunun müəyyənləşdirdiyi Qərbdə həmin qanun ictimai məsələlərin həllinə yönəlib. Yəni qanun deyir ki, heç bir insanın azadlığı digərlərinin azadlığını təhdid etməməli, onların mənafeyini təhlükəyə salmamalıdır. İslamda isə sərhəd təkcə bu deyil. Yəni (İslamda) insan azadlığını məhdud edən qanun deyir ki, azadlıqdan yararlanarkən digərlərinin azadlığını təhlükəyə salmamaqdan, cəmiyyətin və digərlərinin mənafeyini təhdid etməməkdən əlavə, insanın və o şəxsin özünün mənafeyi də təhlükəyə atılmamalıdır. Bəşər qanunları, insanın işinin cəmiyyətlə əlaqəli olmadığı təqdirdə, şəriət vəzifəsi sayılmır; tövsiyə edir, lakin icbari vəzifə təyin etmir. İslam və ilahi dinlər digərlərinin hüquq və azadlıqlarını nəzərə alıb, bir insanın azadlıq bəhanəsilə digərlərinin hüququnu təhdid etməməli və təhlükəyə salmamalı olduğunu deməklə yanaşı, həm də vurğulayır ki, bir insan azad və ixtiyar sahibi olmasını bəhanə edib öz şəxsi mənafelərini təhlükəyə ata bilməz. Onun özü də öz azadlığındən ziyan görməməlidir!(1)

səh:10


1- [13] Tehranın cümə namazı xütbələrindən: 23 yanvar 1987.

İkinci fəsil: İslamda azadlıq

İslamda azadlığın mənası

Ümumiyyətlə, İslam maarifində və İslam mətnlərində azadlıq adlı bir şey var, yoxsa yox? Ola bilsin bəziləri belə təsəvvür etsinlər ki, dinlər azadlıq və hürriyyət adlanan məsələ ilə müvafiq deyillər, iddia etsinlər ki, ictimai azadlıq, fərdi azadlıq və ümumiyyətlə insanın azad olması məsələsi ilk dəfə Avropada ortaya çıxıb, təxminən 200 il bundan öncə, məsələn böyük Fransa İnqilabında insan azadlığı, hər bir insanın azad doğulması məsələsi ortaya atılıb. Ola bilsin kimsə deyər ki, sizin, azadlıq mövzusunu İslamla əlaqələndirmək cəhdləriniz əbəsdir, İslamın və digər dinlərin azadlıqla heç bir rabitəsi yoxdur; bu gün dünyada geniş yayılmış bu ictimai-siyasi anlam Avropaya və Qərbə aiddir, Böyük Fransa İnqilabından, Qərbin inqilab və məktəblərindən yaranıb.

Biz müəyyənləşdirməliyik ki, ümumiyyətlə İslamda azadlıq adlı məfhum var ya yox? Bu sualın cavabında deməliyəm ki, əksinə, insanların azad olması məsələsi Avropadan, Avropa müttəfəkkirlərinin, ziyalılarının, inqilabçı və rəhbərlərinin insan azadlığını bəşərin prinsipial haqlarından saymaq fikrinə düşmələrindən əsrlərcə öncə İslamda ortaya qoyulub. Əgər azadlığı uca və zərif mənasında, yəni insan ruhunun çirkinliklərindən, nəfs istəklərindən və maddi buxovlardan azad olması kimi nəzərə alsaq, bu, hələ də ilahi məktəblərin inhisarındadır. Qərb və Avropa məktəbləri bunun nə demək olduğunu da bilmirlər.

18-ci əsrdə Böyük Fransa İnqilabının ardınca, daha sonra isə Qərbdə meydana çıxan azadlıq Allah peyğəmbərlərinin və ilahi məktəblərin bəyan etdiyi azadlıqdan çox kiçik, məhdud və dəyərsiz azadlıq idi. Əgər azadlığı əsil mənasında götürsək, bu, ilahi məktəblərə məxsusdur. Lakin hazırda azadlığı siyasi məktəblərdə göstərilən siyasi, ictimai və iqtisadi azadlıqlar, fikir, düşüncə və əqidə azadlıqları mənasında nəzərə alsaq, bütün bunlar haqqında müxtəlif izahların olmasına rəğmən,

səh:11

İslam dini bu məsələlərdə də Avropa inqilablarından və məktəblərindən əsrlərcə öndədir.(1)

Azadlıq din hökmlərinin çətiri altında

Səadət – din hökmlərinə əməl etməkdir. Çünki ədalət din hökmlərinə əməl etməkdədir; çünki azadlıq, insanın azad olması din hökmlərinə əməl etməkdədir. Azadlığı harada tapmaq istəyirlər? İnsanların bütün istəkləri din hökmlərinin çətiri altında həyata keçir.

Günün adamının əsas ehtiyaclar baxımından min il, on min il bundan öncənin adamı ilə heç bir fərqi yoxdur. İnsanın əsas ehtiyacları bunlardır: o, dinclik, azadlıq, mərifət və rahat həyat istəyir, ayrıseçkilikdən və zülmdən qaçır. Zamanın ehtiyacları bunların çərçivəsi daxilində və bunların sayəsində təmin oluna bilər. Bu əsas ehtiyaclar yalnız və yalnız Allahın dini vasitəsilə təmin oluna bilər.(2)

İslam xalqlara müstəqillik və azadlıq verir. Həm öz yaşayış mühitlərində azadlıq – diktator və tiranlardan, xurafat və cahilliklərdən, sapqın təəssüblərdən azadlıq, həm də iqtisadi qüdrətlər buxovundan və siyasi imperializmin təzyiqlərindən azadlıq. İslam dini xalqlara rifah və iqtisadi tərəqqi ilə yanaşı ictimai ədalət verir.(3)

Bu gün dünyanın qəbul etdiyi mənada azadlıq, yəni köləlikdən, əsirlikdən və digərlərinin hakimiyyətindən azad olmaq və insan iradəsinə dəyər vermək məsələsi İslamda da var. Bu azadlığın 2-3 əsr bundan qabaq meydana çıxdığını düşünmək yanlışdır. Quran ayələri və hədislər göstərir ki, məhz belə geniş mənada azadlıq İslamda çoxdan var. Bu, hətta digər dinlərdə də var. Lakin gündəmdəki azadlığın miqyası İslam azadlığı ilə tam uzlaşmır. İslam azadlığının

səh:12


1- [14] Tehranın cümə namazı xütbələri (5 dekabr 1986)
2- [15] Məhərrəm ayı ərəfəsində alim, ruhani və təbliğatçılarla görüşdə çıxışdan (12 aprel, 1999)
3- [16] Həzrət İmam Xomeyninin vəfatının onuncu ildönümü qonaqlarla görüşdə çıxış (2 iyun, 1999)

əhatəsi daha genişdir, bəzi cəhətlərdə daha dəqiq və həssasdır.(1)

Deməli, İslamda azadlıq məsələsi prinsipial məsələlərdən biridir. Əgər kimsə İslamı, ictimai və fərdi azadlıqları məhdudlaşdıran bir din kimi tanısa və ya təsəvvür etsə və onda azadlığın olmadığını düşünsə, səhv edir. Əlbəttə, azadlıq özbaşınalıqdan fərqli bir şeydir. Azadlıq digərlərini aldadıb yoldan azdırmaq deyil. Azadlıq ağlına gələni etmək və eqoizm deyil. Azadlıq bu deyil ki, insan ürəyi istədiyi hər bir işi görsün; cəmiyyətdə qəbul olunmuş normalarla, cəmiyyətin və digər insanların hüquqlarına zidd olsa belə.

Azadlığın sərhədləri var. Azadlıq bu deyil ki, şəxs azadlıq bəhanəsi ilə imkanlardan sui-istifadə etsin. Dünyada bu iş baş verib, azadlıq adı ilə insanlara ən böyük zülmlər olunub, cinayətlər törədilib, insan nəsilləri əxlaqsızlığa və pozğunluğa sövq edilib. Qərb mədəniyyətlərində və məktəblərində azadlıq adı ilə insanların beynindən həqiqi azadlığı siliblər. Azadlıq adı ilə onların gözlərini və ağızlarını bağladılar, istədikləri siyasəti yeritdilər. Bu, hazırda dünyada müşahidə etdiyimiz həqiqətdir. Bu, həm Qərb blokunda və fərdi azadlıq tərəfdarı olan demokratik quruluşlarda, həm də Şərq quruluşlarında və ictimai azadlıqların tərəfdarı olan, fərdi azadlığın ictimai azadlıqda əriməsinə çalışan sosialist sistemlərində mövcuddur. Humanizm və digər cərəyanlar da bu azadlığa zərbə vurmuşlar.

Buna əsasən, İslamda olan bu uca və fərqli məsələ düzgün izah olunmalıdır. Əgər bir azadlıq barəsində İslamın baxışını düzgün bəyan etsək, dünyada uduzmayacağıq, yalançı, aldadıcı və saxta azadlıqlardan dəm vuran ölkələrin yanında deməyə sözümüz olacaq və deyəcəyik ki, niyə insana azadlıq verilmir? Nə üçün azadlıq adı ilə insanlara zülm və cəfa olunur? Buna görə, İslamın azadlıq haqqındakı görüşü bilinməlidir. Bu, xalqa və beynəlxalq məsələlərlə əlaqədə olanlara lazım olan bir mövzudur. Bu, bizim özümüzə,

səh:13


1- [17] Tehranın cümə namazı xütbələri (23 yanvar, 1987)

ölkəmizin vəzifəli şəxslərinə də örnək ola bilər. Bu hüdudların əsasında vəzifələrimizi daha artıq tanıya bilərik inşallah.(1)

Azadlıq və ilahi missiya

Bu gün dünyada səsləndirilən şüarlardan biri peyğəmbərlik mövzusundadır. Çox vaxt bu şüarların yanında heç bir əməl görünmür; dövlətlərin, xalqların, fikir və ideologiya sahiblərinin səsləndirdiyi sosial ədalət, azadlıq, elm, tərəqqi, yaşayış səviyyəsinin yüksəldilməsi və digər şüarlar kimi.

Bu şüarların özü peyğəmbərlərin və son peyğəmbərin (s) sayəsində meydana çıxıb. Bunun natamam forması xalqın əlində var və bəziləri ona doğru hərəkət edirlər.(2)

Bu torpağın, bu məmləkətin hər bir qarışı Allah Rəsulu (s) və onun fədakar, nurani səhabələrinin dövründən bir xatirə yada salır. Bu yerdə İslam doğdu, cihad bayrağı ucaldı və bəşəriyyətin cahilliyyət zəncirlərindən azadlığı başlandı.

Bir neçə əsr tənəzzül, gerilik və təhqirdən sonra bu gün müsəlman xalqlar İslam dünyasının dörd bir tərəfində oyanışa və Allah üçün qiyama üz tutmuşlarsa, azadlıq, istiqlaliyyət, İslama və Qurana qayıdışın ətri İslam ölklərinin çoxunda duyulursa, müsəlmanların həmişəkindən daha çox ehtiyacı var ki, o parlaq və ecazkar keçmişlərilə, Allah üçün qiyam və ilkin İslam dövrünün mübarizə çağı ilə öz bağlılıqlarını daha da möhkəmləndirsinlər.(3)

İslam Mədinə şəhərində, sözün əsl mənasında azadlığı, bugünkü təbirlə desək, demokratiyanı təmin edirdi. Mədinədə, Peyğəmbərin vətənində və qüdrətli mədəniyyət mərkəzində belə idi. Lakin ucqar yerlərdə, məsələn filan Əməvi sərkərdəsinin hakim olduğu Xorasanda, İsfahanda, yaxud Farsda belə məsələlər yox idi.(4)

səh:14


1- [18] Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)
2- [19] Müqəddəs Peyğəmbərin (s) peyğəmbərliyə çatması (məbəs) bayramında beynəlxalq Quran qariləri ilə görüşdə çıxış (23 fevral, 1990)
3- [20] Allah Evinin hacılarına göndərilən məktub (16 iyun, 1991)
4- [21] İsfahan vliayətinin gəncləri ilə görüşdə çıxış (3 noyabr, 2001)

Azadlıq və Quran ayələri

“Əraf” surəsinin “onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar”(1) - ayəsi qızıl lövhələrə yazılıb, dünyada insan hüquqları uğrunda mübarizə aparan bütün təşkilatların qapısından asılmağa layiq olan ayələrdəndir.

Ayə Peyğəmbərin (s) şəxsiyyəti və Quranda onun şəxsiyyətinin xüsusiyyətlərindən biri barəsindədir. Quranda Peyğəmbərin (s) şəxsiyyəti və səhabələri barəsində bir neçə ayə gəlib. Bu ayələrin hər biri o şəxsiyyətin əzəmətli cəhətlərindən birini bəyan edir. Sözügedən ayə onların ən ümdələrindən biridir. Bu ayədə göstərilən məqamlardan biri budur ki, Peyğəmbər (s) insanların ayağından buxovları qoparır. İnsanların ayağına ağırlıq edən, onların hərəkətinə, sıçrayışına, yüksəlişinə və təkamülünə mane olan bu zəncirləri onların boyunlarından və ayaqlarından açır. “İsr” lüğətdə çadırın aşağısını yerə çalınmış mıxlara bağlayan iplərə deyilir. Bu iplər çadıra bağlanıb, onu möhkəm saxlayır. Bu gün dünyada müasir formada mövcud olan növbənöv zorakılıqlar, ayrıseçkiliklər, məhdudiyyətlər, təlqinlər insanları heyvan şəklinə salır.

Qərb cəmiyyətlərinin çoxunda insan bir heyvan formasında yaşayır, onda ümumiyyətlə insanlıq dəyərləri görünmür. Onu belə əsir edən nədir? Bəzən elə bu insan elmi, dünyəvi baxımdan zirvələrə ucalır. Amma siz həmin insanın dəyərsiz maddi meyllərin, zülmlərin, aşağılayıcı ayrıseçkiliklərin, təlqinlərin və xarlığın qulu olduğunu görürüsünüz. Bu, sözügedən “isr”lərdir. Bu, həmin zəncirlərdir.

Peyğəmbərlər cəmiyyətə daxil olduqda onların ilk işləri bu dustağın boynundan zəncirləri açmaq olur. Azadlıq budur. Deməli, azadlıq məsələsi Qurani-kərimdə, hədislərdə və İslam ədəbiyyatında bəyan olunub.

Maksimum son 200 ildə Qərb mətbuatında, ədəbiyyatında və düşüncəsində görünən azadlığın özü və bu uca məna

səh:15


1- [22] Quran, Əraf, 157.

Qurani-Kərimdə var və heç şübhəsiz, Allah peyğəmbərlərinin

çoxunun məktəbində də mövcud olub.(1)

Quranda Əhzab surəsinin 60-cı ayəsində belə buyurulur: “Əgər münafiqlər, qəlblərində (ruhlarında) xəstəlik olanlar və (mürciflər, yəni) Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.

Burada “mürcif”lər münafiqlərin və qəlbixəstələrin yanında göstərilir. Münafiqlər bir qrupdurlar, qəlbixəstələr başqa bir qrup. Mürciflər onların yanında göstərilir. Mürciflər daimi olaraq xalqı qorxudanlardır. Yeni qurulmuş İslam cəmiyyətinin Quran könüllüsü, Peyğəmbər (s) könüllüsü olduğu kimi düşmənləri də var. Ölkəni və bu böyük xalq quruluşunu müdafiə etmək üçün ruhi cəhətdən hazırlıq lazımdır. Bu arada bir qrup insan xora kimi xalqın canına düşüb, ruhiyyələri zəiflədirlər. Bunlar mürciflərdirlər. Quran deyir ki, əgər bu mürciflər – yəni davamlı olaraq xalqı qorxudanlar, insanı ümidsiz edənlər, xalqı fəaliyyətdən saxlayanlar bu işlərindən əl çəkməsələr, səni onların canına salacağıq. Bu, azadlığın sərhədidir. Deməli, İslam məntiqində azadlığın başqa bir fərqi odur ki, mənəvi dəyərlərdən sərhədi var.

Daha bir fərqi budur ki, Qərb liberalizmi təfəkküründə azadlıq şəriət vəzifələrinə ziddir: Azadlıq, yəni şəriətdən azad olmaq. İslamda isə azadlıq, şəriət vəzifələri sikkəsinin o biri üzüdür. Ümumiyyətlə, insanlar mükəlləf, yəni şəriət hökmlərinə vəzifəli olduqları üçün azaddırlar. Əgər vəzifəli olmasaydılar, azadlığa lüzum yox idi, onlar da mələklər kimi olardılar. Mövləvi deyir:

Hədis var, hökm etmiş məcid Yaradan

Üç növ xəlq olunsun, biri də insan.

Ağlı var, elmi var, səxavəti var,

Bir səcdə halında mələklər olar.

səh:16


1- [23]Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)

Bəşərin xüsusiyyəti belədir ki, onda bir-birinə zidd duyğu və istəklər məcmusu var. O, bu müxtəlif istəklərin arasında təkamül yolunu seçməlidir. Ona azadlıq verilib ki, təkamül yolunu keçsin. Həmin azadlıq təkamül üçündür; necə ki, insan həyatının özü də təkamül üçündür: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”.(1) Allah cin və insanı çox uca məqam olan bəndəliyə çatmaq üçün yaradıb. Azadlıq da həyat haqqı kimidir: bəndəlik üçün müqəddimədir.

Qərbdə fərdi, ictimai, ilahi məsuliyyəti inkar etməkdə o qədər ifrata varıblar ki, təkcə dini təfəkkürü yox, hətta praktiki vəzifəyə, vacib və harama, olar və olmaza etiqadlı qeyri-dini təfəkkürlərin inkarına çalışmışlar. İndi bu amerikalı və amerikalıyabənzər liberalistlərin və onların peyğəmbərlik etdiyi insanların (onların ümmətləri başqa ölkələrdə, o cümlədən, təəssüf ki, bizim ölkəmizdə də var) son əsərlərində görünür ki, azad Qərb təfəkkürünün olar və olmaz prinsiplərinin ideoloji prinsiplərlə zidd olduğunu söyləyirlər. İslam qətiyyətlə bunun qarşısında dayanır. İslam azadlığı praktiki vəzifə ilə birgə tanıyır ki, insan bu azadlıqla vəzifələrini düzgün yerinə yetirə bilsin, böyük işlər görsün, böyük seçimlər etsin və təkamülə çata bilsin.

Buna əsasən, azadlıq məsələsi islami məsələdir. Onun barəsində islami yöndən düşünməli, hamılıqla onun nəticələrinə bir islami hərəkət və bir şəriət vəzifəsi kimi inanmalıyıq. Allahın lütfü ilə cəmiyyətdə olanların qədrini bilək və bu imkandan maksimum bəhrələnək. Fikir və düşüncə sahibləri çalışmalıdırlar. Əlbəttə, bəzi sözlər peşəkar formullarla ortaya qoyulur. Bunlar məktəblərdə, universitetlərdə, xüsusi mətbuatda və xüsusi çevrələrdə bəyan olunmalıdır. Bəzi sözlər isə, xeyr, hamıya aiddir. Bunlar da deyilməlidir ki, hamı istifadə etsin.(2)

səh:17


1- [24] Quran, Zariyat, 56.
2- [25] Bir qrup tələbənin buraxılış tədbirində çıxış (3 sentyabr, 1998)

Azadlıq hədislərdə

Mən burada İslam rəhbərlərinin bir neçə sözünü demək istəyirəm. Görün İslam dini, həqiqətdə mənəvi qurtuluş və insanın daxili zəncirlərdən azad olması sayılan bu azadlıq məsələsinə necə baxır.

Bir cümlə belədir: “Ey insan, tamah əsiri olma, çünki Allah səni azad yaratmışdır”.(1)

Tamahın məhv etdiyi azadlıq necə azadlıqdır? İnsanın tamahkarlığı və acgözlüyü onu əsir edir. Bu, azadlığın ziddinədir. Azadlıq o deyil ki, insan özünü azadlıq tərəfdarı və azad bilsin, amma tamahının qulu olsun. Bu, onun özünü qul edəcək.

Başqa bir cümlə: “Şəhvətləri və nəfs istəklərini tərk edən insan azaddır”.(2) Şəhvətlərin əsiri olan, nəfs istəklərində qərq olan insan necə azad ola bilər? Bu məsələ İslam görüşündə olan azadlığı Qərb görüşündə olan azadlıqdan tamamilə ayırır. Onlar deyirlər əgər kimsə öz həvəslərinin əsiri olmuşsa, onu azad buraxın. Bu, azadlıq deyil, əsarət, köləlikdir. Şəhvət və daxili meyllər kimi ikinci bir amil insanı xaricdən kölə edə bilməz. Buna görə, bu gün görürsünüz ki, dünyadakı istismarçılar xalqları qul etmək, şəxsiyyətləri, hətta mübariz insanları ilişdirmək üçün bu yoldan istifadə edir və onları şəhvət tələsinə salırlar. Bu gün casus şəbəkələrinin bütün dünya miqyasında məşğul olduğu işlərdən biri də budur. Onlar çəkindikləri, qorxduqları, problem hesab etdikləri şəxsiyyətləri ehtiras tələsinə, qadın və pul tələsinə salırlar. Fəryad qoparıb haray çəkən azad bir insan nəticədə qul və əsir kimi onların itaətində dayanır. Deməli, insanı qul edən ehtirasdır.

Başqa bir hədis: “Dünya gözəlliklərinə, dünyəvi istəklərə etinasız yanaşan insan özünü azad və Rəbbini razı etmişdir”.(3)

səh:18


1- [26] “Ğürər əl-hikəm”, səh. 298;
2- [27] “Bihar əl-ənvar”, c. 74, səh. 238;
3- [28] “Müstədrək əl-vəsail”, c. 12, səh. 47;

Nəhayət: “Azad insan bütün hallarda azaddır. Ona çətinlik üz verəndə dözür, müsibətlər hücum çəkib onu sındıra bilmir”.(1)

Azad insan problemlər qarşısında sarsılmır, qorxu və müsibət önündə məğlubiyyətə uğramır. Problemlər, bəlalar hər bir tərəfdən hücum edib onu sıxsa, sındıra bilmir. Buna azad insan deyirlər. İslami anlamda olan azadlıq budur.(2)

Əmirəl-mömininin (ə) oğlu İmam Həsən Müctəbaya (ə) vəsiyyətində azadlıq sözü işlənib. “Qeyrisinin qulu olma, Allah səni azad yaradıb”.(3) Bu gün Böyük Fransa İnqilabının çox mühüm sənədlərində bu söz saxlanır, ağız dolusu ilə təkrarlanır, Monteskyü və digər yazıçı, mütəfəkkirlərin adından söylənilir ki, “hər bir insan azad doğulub”. Bu mətləb 1400 il bundan qabaqkı dövrdən yazılı və inkaredilməz sənəd kimi mövcuddur: “Qeyrisinin qulu olma, Allah səni azad yaradıb”.

İslamdan öncə həzrət Musa (ə) Firona deyir: “Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını qul etdiyinə görədir”.(4) Burada da yenə köləlik və azadlıq məsələsi önə çəkilir.

İlkin İslam dövründə Azadlıq

İslam ədəbiyyatında və ilkin İslam dövrü tarixində bu anlayış uyğun ad, söz və xüsusiyyətlərlə dəfələrlə təkrar edilib. Burada heç bir tərəddüdə yer yoxdur.(5)

İkinci xəlifənin dövründə Misir valisi Əmr As idi. Əmr Asın oğlu gənc bir kəndli ilə söhbət edərkən onun üzünə bir sillə vurdu. O kəndli gəncin atası Əmr Asın yanına gəlib qisas hökmünün icra edilməsini tələb etdi: “Mənim oğlum döyülüb, sənin oğlun da döyülməlidir!” Əmr As etina göstərməyib, onu qovdu.

səh:19


1- [29] “Əl-Kafi”, c. 2, səh. 89;
2- [30] Tehranın cümə namazı xütbələri (26 dekabr. 1986)
3- [31] Nəhcül-bəlağə, məktub 31;
4- [32] Quran, Şüəra, 22.
5- [33] Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)

Kəndli ata və oğul Mədinəyə gəldilər. Məsciddə xəlifəyə yaxılaşıb əhvalatı danışdılar. Xəlifə dərhal məktub yazıb Əmr Asın və oğlunun Mədinəyə gəlməsini əmr etdi. Onları məscidə gətirib dedi ki, bu kəndli oğlan valinin oğlundan qisas almalı, valinin özü də cəzalandırılmalıdır. Vali dedi ki, mən nə üçün cəzalanmalıyam? Dedi ona görə ki, oğlun sənin qüdrətinə arxalanaraq bu işi görüb. Sonra xəlifənin tarixdə mövcud olan bir cümləni söyləməsi nəql olunur. O, Əmr Asa belə dedi: “Siz nə vaxtdan bəri bu xalqı öz qulunuz etmisiniz, halbuki anaları onları azad doğub?!”.

Bu, İslam məntiqidir. İslamda azadlıq bir mədəniyyət kimi formalaşıb. Yoxsa xəlifə öz valisini cəzalandırmaq istəyərkən bu cümləyə və belə bir əsasa istinad etməzdi. Ona görə bəlli olur ki, bu məsələni hamı bilirdi. İnsanların azad olmaları, analarından azad doğulmaları, onları özünə kölə etməyə, onların azadlıqlarını almağa heç kəsin haqqının çatmaması o zamankı İslam ümmətinin tanıdığı və onların arasında geniş yayılmış mədəniyyətin tərkib hissəsi idi.(1)

səh:20


1- [34] Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)

Üçüncü fəsil: Qərbdə Azadlıq

Azadlıq və qərb filosofları

Qərb filosofları ilk dəfə dünyanın mədəniyyət məsələləri haqda nəzəriyyələr irəli sürüb, kitablar yazdılar. Bu prinsiplərin çoxu, bu gün beynəlxalq sənədlərdən olan və çoxlarının qəbul etdiyi insan haqları bəyannaməsində qeyd olunub. Onlar azadlığın hüdudları barəsində deyiblər: “azadlıq qanun çərçivəsində olmalıdır”; “azadlığın həddi digərlərinin azadlığına zərər yetirməyənə qədərdir”. Bunlar qərb filosoflarının dediyi və çoxlu müsəlman yazıçılarının da onlardan götürdüyü, İslamın nəzərini araşdırmadan, Quran ayələrinə baxmadan, islami nəzərləri təhlil etmədən şüar edib səsləndirdiyi məşhur sözlərdəndir. Əlbəttə, bəzi sözlər düzgündür. Lakin bəziləri yanlış, məntiqsizdir və onların müdafiəsi qeyri-mümkündür. Biz bunların təfərrüatı haqqında danışacağıq.(1)

Qərbdə azadlığın hüdudu

Qərbdə azadlığın hüdudunu maddi mənafelər müəyyənləşdirir. Onlar əvvəlcə ictimai və fərdi azadlıqlar üçün məhdudiyyətlər təyin etdilər. Bu, onların biridir. Maddi mənafelər təhlükəyə düşdükdə azadlığı məhdudlaşdırırlar. Maddi mənafelərə misal kimi bu ölkələrin elmi əzəmətini və potensialını göstərmək olar. Təlim-tərbiyə elə məsələlərdəndir ki, ondakı azadlıq insanların əsla danılmaz hüquqlarından sayılır. İnsanların təhsil almaq hüququ var. Lakin Qərb dünyasının böyük universitetlərində bu azadlıq məhdudlaşdırılır. Yüksək elm və texnologiyanı, onların dililə desək, HIGH TEC-i köçürmək olmaz. Müəyyən ölkələrə texnologiya vermək qadağandır. Nə üçün? Çünki əgər bu elm verilsə, inhisardan çıxacaq və bu maddi güc öz əvvvəlki vəziyyətində qalmayacaq. Azadlığa sərhəd qoyulur. Yəni

səh:21


1- [35] Tehranın cümə namazı xütbələr (26 dekabr 1986)

müəllimin haqqı yoxdur üçüncü dünyanın şagirdinə, məsələn iranlı, yaxud çinli tələbəyə hansısa elmi sirri öyrətsin.

Xəbər və informasiyaların ötürülməsi azadlığı da belədir. Bu gün dünyada bütün qalmaqallar xəbər və informasiya azadlığı üçündür. Qoyun xalq xəbərdar olsun! Qoyun xalq bilsin! Qərbdə azadlığın mövcudluğunun bariz nümunələrindən biri budur. Amma Buşun prezidentlik dövründə Amerika İraqa hücum edərkən bir həftə, yaxud daha artıq müddətdə informasiya yayımına senzura qoyuldu. Bununla fəxr edib dedilər ki, Amerikanın İraqa hücumundan bir şəkil, yaxud bir xəbər dərc etdirməyə heç bir müxbirin haqqı yoxdur. Hamı bilirdi ki, hücum olunub, amerikalılar özləri də xəbər vermişdilər, amma onun təfərrüatından heç kimin xəbəri yox idi. Onlar iddia edirdilər ki, bu iş hərbi təhlükəsizliyə zərər yetirə bilər. Deməli, hərbi təhlükəsizlik azadlığı məhdudlaşdırdı; yəni maddi bir sərhəd, maddi bir divar!

Bu hökumətin təməllərini möhkəmləndirmək də başqa bir sərhəddir. Təxminən 4-5 il əvvəl Amerikada bir qrup meydana çıxdı. Mətbuatı izləyənlər bu barədə oxuyublar. Mən o zaman bu hadisədən təfsilatı ilə xəbərdar oldum. Bizim qəzetlər də yazdılar. Onlar cənab Klintonun dövründə xüsusi bir məzhəb kimi Amerika hökuməti əleyhinə fəaliyyətə başladılar. Onlara qarşı bəzi hərbi və təhlükəsizlik tədbirləri gördülər, lakin xeyri olmadı. Onların toplandığı evi mühasirəyə alıb od vurdular, təxminən 80 nəfər diri-diri yandı. Şəkillərini dərc etdilər, bütün dünya da gördü. Bu 80 nəfər arasında qadın da, uşaq da vardı. Bəlkə bir nəfəri də hərbiçi deyildi. Baxın, sağ qalmaq azadlığı, əqidə azadlığı və siyasi mübarizə azadlığı bu həddə məhdudlaşdırılır.

Beləcə, maddi Qərb dünyasında da azadlığın hüdudları və sərhədləri var. Lakin bu sərhədlər maddi sərhədlərdir.

Orada əxlaqi dəyərlər azadlığa heç bir maneə yaratmır. Məsələn, Amerikada homoseksualizm hərəkatı geniş yayılmış hərəkatlardandır. Bununla fəxr də edirlər. Küçələrdə mitinqlər təşkil edir, jurnallarda şəkillərini vururlar. Fəxrlə deyirlər ki, filan tacir və filan siyasi adam da bu qrupdandır. Heç kim

səh:22

xəcalət çəkmir, inkar etmir. Daha pisi budur ki, bu hərəkata qarşı çıxan bəzi insanlar bəzi mətbuat və qəzetlərin kəskin hücumuna məruz qalırlar. Deyirlər ki, bunlar homoseksualizm hərəkatına qarşı çıxırlar. Yəni əxlaqi dəyər azadlıq üçün heç zaman sərhəd müəyyən etmir.

Başqa bir misal Avropa ölkələrinə aiddir. Məsələn, söz azadlığını faşizmin xeyrinə təbliğat məhdudlaşdırır. Bu da maddi və hökumət məsələsidir. Amma başqa bir hərəkət, çılpaqlığın təbliğatı məhdudlaşdırılmır. Yəni o fəlsəfəyə, o fəlsəfi köklərə və o baxışa malik olan Qərb liberalizmində azadlığın sərhədləri maddi sərhədlərdir, əxlaqi sərhədlər deyil. Lakin İslamda əxlaqi sərhədlər var. İslamda azadlığın, maddi hüdudlardan əlavə, mənəvi sərhədləri də var. Əlbəttə, kimsə ölkənin mənafeyinə, xeyrinə qarşı hərəkət etsə, azadlığı məhdudlaşdırılır. Bu məntiqidir, amma mənəvi sərhədlər də mövcuddur.(1)

Qərb və azadlıqdan başa düşülən anlamın ümumiləşdirilməsi

Qərb fikir azadlığından dəm vura-vura öz mədəniyyətini dünyanın bütün xalqlarına qəbul etdirməkdə çox israrlıdır. Çox mövzular Qərb və Avropa mədəniyyətinin ünsürüdür, amma təkidlə bunları bütün dünya xalqlarına, o cümlədən müsəlman xalqlara qəbul etdirmək istəyirlər. İnsanları, təşkilatları və hakimiyyətləri qəbul edib-etməməkdə meyarları budur ki, onlar Qərb mədəniyyətinin standartlarını hansı həddə qəbul edirlər. Bu gün mikrofonlar da onların əlindədir və təbii ki, onların mədəniyyətində ərimək istəməyənlər kəskin hücumlara məruz qalırlar.(2)

Bu gün qərblilər özlərini dünyada demokrat və fikir azadlığı tərəfdarı kimi təqdim etmişlər. Halbuki bu, dünyanın ən böyük yalanlarındandır. Bu gün beynəlxalq anlamda və

səh:23


1- [36] Bir qrup tələbənin buraxılış tədbirində çıxış (3 sentyabr, 1998)
2- [37] Fəcr ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla söhbət (3 fevral 1992)

Qərb dünyasında tərif olunan, onunla fəxr edilən demokratiya nə Amerikada, nə Fransada, nə də İngiltərədə var.(1)

Qərbdə siyasi azadlıq

Fransa inqilabının əsas şüarı azadlıq, Bolşevik inqilabının əsas şüarı isə bərabərlik idi. Bu azadlıq Qərbdə tamamilə yanlış bir mənaya çevrildi. İnsanların həyat yolu seçməkdə azad olduqlarını ifadə edən bu dəyər, fərdi və cinsi azadlıqlara, fəsad azadlığına çevrildi. Xalq demokratiya adı altında və müxtəlif təbliğat vasitələrilə, gözəgörünməz torla müəyyən rejimlərin başçılarının istədiyi bütün səmtlərə çəkildilər. Uyğun vəziyyət günümüzədək davam etməkdədir.

Siyasi azadlığın Qərbdə hiylə və riyakarlıq olması bu gün təkcə bizim sözümüz deyil; bu, Qərbin özündə çoxsaylı mütəfəkkirlərin, vicdanlı alimlərin sözüdür. Zahirdə görünən demokratiyadır, əslində isə həmin gözəgörünməz təbliğat torudur (seçkilərdə xalqın yalnız 30-35 faizindən 60 faizə qədəri iştirak edir; ABŞ-da səsvermə hüququ olanların yalnız 35-40 faizi səs verir). Bütün təbliğat maşınları da güclülərin, şirkət sahiblərinin və multimilyonçuların ixtiyarındadır; yəni hər bir avtoritar rejimdə sözü keçənlərin! Bu gözəgörünməz tor xalqı istədiyi tərəfə çəkir, xalqlara zorla qəbul etdirilən məqsəd və usulların dəyişdirilməsinə imkan vermir. Bunlar fəsad azadlığını, seksual azadlığı, tüfeylilik və əxlaqdan qurtuluş azadlığını yayırlar; çünki bunlar yenə bu böyük güclərin xeyrinədir.(2)

Qərbin demokratik quruluşu və təbliğatın rolu

Bəzi quruluşlar hiylə və təbliğatla idarə olunur; məsələn, Qərbin zahiri demokratik quruluşları kimi. Bəli, bu məkanda təzyiq, qamçı, bizləmə və dağlama totalitar quruluşlardakı kimi deyil. Xalqın zahirən də olsa, azadlığı var; amma hiylə

səh:24


1- [38] Tələbə birlikləri ilə görüşündəki çıxış (5 dekabr 1996)
2- [39] “Vilayət layihəsi” tələbələri və şagirdlərilə görüşdə çıxış (8 avqust, 2002)

ilə idarə olunurlar. Bu quruluşların ixtiyarında nəhəng təbliğat maşınları var və xalqın bütün həyatını inhisara almışlar.(1)

Siz baxın, bu illər boyu kimsə, nə vaxtsa, haradasa düşmənlərdən, imperialistlərin planlarından, Amerika, İsrail və azadlığın digər əleyhdarlarının düşmənçiliyindən danışmışsa, beynəlxalq təbliğatçılar tərəfindən günahlandırılmışdır.(2)

Qərbdə azadlıq var, amma zülmlə, pozğunluqla birgə olan azadlıq. Qərbdə qəzetlər azaddır və hər şeydən yazırlar. Amma onlar kimlərindir? Məgər xalqındır? Bu aydın məsələdir, gedib baxsınlar. Siz Avropa və Amerikada kapitalistlərə məxsus olmayan bir sanballı qəzet göstərin. Orada mətbuat azadlığı dedikdə öz sözünü danışan, istədiyini gözdən salan, istədiyini böyüdən, ictimai rəyi istədiyi tərəfə yönəldən kapitalistin azadlığı nəzərdə tutulur. Bu daha azadlıq olmadı ki!

Əgər bir şəxs iri kapital sahiblərinə və onların qüvvə mərkəzlərinə bağlı olmasa, nə sözü eşidilir, nə səsi kimsənin qulağına çatır, bir sözlə söz azadlığından bəhrələnmir. Bəli, iri kapital sahibləri özlərinin qəzet, radio və televiziyaları vasitəsilə ürəkləri istədiyini deməkdə azaddırlar. Amma bu azadlıq dəyər deyil, dəyərin ziddinədir. Bu azadlıq xalqı pozğunluğa və imansızlığa sürükləmək, istədikləri yerdə müharibə yaratmaq, istədikləri yerdə sülhə məcbur etmək və istədikləri yerdə silah satmaqdır.(3)

Deyirlər Amerika və İngiltərə qəzetləri azaddır. Mən soruşuram, hansı qəzet xalqın orta və aşağı təbəqələrinə məxsusdur ki, adam qəzetin azadlığından o təbəqənin azadlığını anlasın? Qəzetlər kimindir? Böyük kartel və trestlərin, milyonçuların. Bəli, qəzetlər azaddırlar, yəni istədiklərini yazmaqda azaddırlar. Onlar öz mənafelərinə zidd

səh:25


1- [40] İran İslam Respublikasının vəzifəli şəxsləri ilə görüşdə çıxış (14 avqust, 1991)
2- [41] Amul əhalisi ilə görüşdən çıxış (11 iyun, 1998)
3- [42] Tehranın cümə namazı xütbələri (12 may, 2000)

olanı demirlər. Bu onlara aiddir, demokratiyanın tərənnümü, anası və beşiyi olanlara, onunla fəxr edənlərə.(1)

Qərbin liberalizmdə məqsədi

Qərb demokratiyası liberalizmə söykənir; onun fəlsəfəsi və kökü liberalizmdir. Deyirlər insan azadlığı diktaturanın yox, respublikanın bərqərar olunmasını tələb edir. Liberalizm anlamında olan bu azadlıq mütləq azadlıqdır. Yəni əgər xalq qərara gəlsə, yüz faiz zərərlərinə olan bir şeyi qəbul edə bilərlər. Məsələn, homoseksualizmi parlamentdə qəbul edən İngiltərə xalqı heroini, yaxud məhrəmlə evlənməyin azad olmasını qərara alır. Burada qulaq asmamağa məntiqləri yoxdur, gərək qəbul etsinlər. Həmcinsbazlıqla məhrəmlə nikah arasında nə fərq var?! Burada bunun üçün məntiq yoxdur. Əgər bu gün Amerika konqresi, yaxud İngiltərənin parlamenti məhrəmlə evlənmək barədə qanun qəbul etsə, bu baxışla kişilik qeyrəti əbəs söz olacaq. Buna əsasən, bu azadlığın çərçivəsinə heç bir məntiq hakim deyil. Əgər belə yerlərdə azadlığın əxlaqa zidd olduğunu desələr, deyərik ki, hansı əxlaqa? Əxlaq yoxdur ki. Azaddırlar, çünki liberalizmin məntiqi azadlıqdır və heç bir sərhəd onu məhdud edə bilməz. Azadlıq yalnız ümumi azadlığın ziddinə, onun təməllərinə qarşı olduqda məhdudlaşdırılır. Onların qırmızı xətti yalnız budur. Qərb demokratiyası liberalizm məntiqinə və fəlsəfəsinə arxalanmaqla, əslində öz məzmunsuzluğunu isbatlayır. Bu zaman bir cəmiyyətdə bütün əxlaqi dəyərlər məhv ola bilər. Düzdür, bu gün məntiqə inananlar bu deyilənləri etiraf etmək istəmirlər, amma onun zəruri nəticəsi budur.(2)

Qərb ikinci əsasın, yəni xalqın iradəsinin, liberalizmə və insanların azadlığına söykənən demokratiyanın bayrağını ucaltdı. Amma tez başa düşdü ki, bu sözün zahiri və şüar forması yaxşıdır, lakin əməl olunası deyil.(3)

səh:26


1- [43] Prezident və dövlət şurasının üzvləri ilə görüşdə çıxış (27 avqust, 2001)
2- [44] Keşikçilər Korpusunun komandirləri ilə görüşdə çıxış (8 aprel, 2003)
3- [45] İsfahan şəhəri idarə şurasının üzvləri ilə görüşdə çıxış (6 noyabr, 2001)

Onların birinci məğlubiyyəti demokratiya və Qərb azadlığı şüarındadır. Dünyada geniş yayılan liberal-demokratiya bununla da məğlubiyyətə uğradı. Onlar göstərdilər ki, liberal-demokratiya bir xalqı, sözün əsl mənasında insan azadlığı məqamına çatdırmağa qadir deyil. Bu təfəkkür, maddi maraqları tələb etdikdə insanların azadlığını, canını və seçim haqqını asanlıqla tapdaya bilər.(1)

Terrorla mübarizə adı altında dünyaya od vurmaq istəyirlər. Terrorun ən çirkin və ən faciəli növü bu gün müqəddəs Fələstin torpaqlarında reallaşır. Onlar nəinki üz turşutmurlar, hətta buna həvəsləndirirlər də. Onu müdafiə edib, lazım bilirlər. Bunlar təqlid etməli hökumətlərdirmi?!

Bunlar demokratiya, liberalizm, insan haqları və azadlıq adı altında cərəyan edən məsələlərdir. Biz onların yolunu getməklə, bu məsələləri əxz etməklə nə etmək istəyirik? Onların özü kimi zülm edək, sonra ədalətdən danışaq? Bu, ikiüzlülükdən başqa bir şey deyil.(2)

Qərb liberalizm dedikdə bir şeyi nəzərdə tutur. O, mütləq azadlıq istəyir, yəni istədiyi hər işi görsün. Küçə və bazardakı camaat əqidə azadlığını, geyim azadlığını, ehtirasların təmin edilməsi azadlığını və sair məsələləri başa düşürsə, onun ümumiyyətlə bunlarla işi yoxdur. Bunlara baxanda da alət gözü ilə baxır. O, özünün qeyri-məhdud azadlığını istəyir ki, dünyada istədiyini etsin, istədiyi yeri işğal etsin. Məsələn, bir kapitalist müəyyən səbəbdən, qəfildən bir həftə ərzində bir çox ölkələri bədbəxt etsin. Bir neçə il öncə Malayziya, İndoneziya və digər ölkələrdə baş verən hadisəni nəzərdə tuturam. Əlbəttə, o kapitalistin də özünə görə dəlilləri vardı, onlara arxalanaraq bir neçə ölkəni iqtisadi inkişafdan ayırıb yoxsulluğa sövq elədi. Bu liberalizmdir.

səh:27


1- [46] Tehranın cümə namazı xütbələri (11 aprel, 2003)
2- [47] Əmirəl-mömininin (ə) doğum günü münasibətilə xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdə çıxış (21 sentyabr, 2002)

Bunların izlədiyi azadlığın axırı budur; elə zəif təzahürü də budur. İdeologiya bununla mübarizə aparır; sözsüz ki, onların xidmətində duran ideologiya yox!(1)

Qərbdə KİV azadlığı: sözdən həqiqətə

Qərb demokratiyası rüsvay olub. Bu demokratiya və Qərbin kütləvi ifonrmasiya vasitələrinin azadlığı bu gün bir sözdür, reallığı əks etdirmir. Media azadlığı onu idarə edənlərin azadlığıdır. Dünyada medianı kimlər idarə edirlər? Məgər onları cəmiyyətin məhrum təbəqələri, yoxsullar və azlıqlar idarə edir? Amerikada KİV-i kim idarə edir? Taym və Nyusvik jurnalları, CNN televiziya kanalı kimindir? Hamısı kapitalist nəhənglərə məxsusdur. Azadlıq onların azadlığıdır. Görün onlar nə istəyirlər, istədiklərinin hamısı yerinə yetirilir. Siz bu media qovğasında əxlaq və mənəviyyatı bir addım irəli apara bilərsinizmi? Doğrudur, deyirlər siz də gəlin bu izdihamda, tribunanın yanında dayanın və sözünüzü deyin. Siz də gedib öz-özünə danışa bilərsiniz, özünüz deyər, özünüz də zorla eşidərsiniz. Bu, söz azadlığıdırmı?

Bu gün Qərb azadlığı bu yalan və hiylələrdən ibarətdir; dünyada çoxları bu hiylələrə uyurlar. Bu azadlıq elə azadlıqdır ki, on qəddar rejim qılınc və qamçıyla xalqlarının canına düşürlər, lakin elə bu rejimlər tərəfindən də maksimum dərəcədə dəstəklənirlər. Sionist rejimin, özününkü olmayan torpaqlarda təşkili azadlıqdırmı?(2)

Bu gün Qərb ölkələrində qəzetlərin sionistləri pisləməyə icazəsi yoxdur. Bir nəfər kitabda yazır: “Yəhudilər İkinci Dünya müharibəsində Hitlerin əlilə öldürülmələrini şişirtmişlər”. Bu zaman bu kitabı müsadirədən əlavə, onun

səh:28


1- [48] “Kəfa” müəssisəsinin mərkəzi şura üzvləri ilə görüşdə çıxış (15 iyul, 2001)
2- [49] Prezident və dövlət şurasının üzvləri ilə görüşdə çıxış (28 avqust, 2000)

müəllifini də mühakimə edirlər.(1) Özləri bu gün azadlığa qarşı belə rəftar edirlər.(2)

Bu gün Qərb quruluşlarında mövcud olan acı həqiqət budur ki, onlar azadlıq iddiası edə-edə, ölkələrində olan yüzlərlə televiziya və radio kanalı, digər media vasitələrilə fikir azadlığına, xəbər və informasiya azadlığına mane olurlar. Əslində, bu ölkələrdə onların iddia etdiyi azadlıq əsla mövcud deyil. Niyə? Çünki bütün bu təbliğat şəbəkələri və informasiya resursları – televiziya, radio, qəzet və sair, o ölkələrin siyasətlərini təyin edən mərkəzlərin inhisarındadır.(3)

Qərb və insan hüquqlarının müdafiəsi

Söz çoxdur, insan hüquqları iddiası gündəmdədir, amma gerçək deyil. Bəşəriyyətə qarşı ən böyük cinayətləri həyata keçirən dövlətlər bu gün insan hüquqlarının tərəfdarı olmalarını iddia edirlər. Dünyada söz və düşüncə azadlığı iddiası ilə elə rejimlər çıxış edirlər ki, dünyanın ən böyük diktaturaları onların mənfur vücudlarından güc alır.

Pəhləvi rejiminin İranda onillərlə davam edən müstəbidliyini kim müdafiə edirdi? Amerika və İngiltərədən başqa birimi? İndi bu iki ölkə insan haqlarının və söz azadlığının tərəfdarı olduqlarını iddia edirlər.

Çox təəssüf ki, bu gün bəşər cəmiyyətinin qlobal problemlərindən biri budur: Azadlıq tərəfdarı kimi çıxış etmək, lakin praktiki olaraq digərlərinin azadlığına riayət etməmək.

səh:29


1- [50] Söhbət məşhur fransız filosofu Roje Qarodidən gedir;
2- [51] Məşhəd xalqı və İmam Əli ibn Musa Rzanın (ə) ziyarətçiləri ilə görüşdə çıxış (21 mart 1999)
3- [52] Savə xalqının toplantısında çıxış (18 noyabr, 2000)

Amerika başçılarının öz rəsmi çıxışlarında danışdıqları sözlərə, insan haqları, demokratiya və azadlığın inkişafı iddialarına dünyada inanan yoxdur. Bunlar öz təsirini itirmiş şüarlardır.(1)

Bütün xalqların, həmçinin böyük güclərin təmsil etdiyi xalqların öz mənafeyini düşünmək haqqı var; amma elə mənafelər ki, digər xalqların mənafeyini tapdamaqla qeyri-qanuni sayılmasın. Lakin onlar, yəni imperialist ölkələr bu sərhədi tanımırlar. Qaldırdıqları bayraq insan hüquqları, azadlıq və demokratiya bayrağıdır, öz bayraqları üzərinə aldadıcı əlamətlər vururlar, amma onlar həm dünya ictimaiyyətini aldadırlar, həm də öz xalqlarını. Onların məqsədi dünyaya hakim olmaqdır.(2)

Qərbdə cinsi azadlıq

Qərbdə qadınla kişinin qeyri-sağlam əlaqəsi geniş yayılıb, qadın-kişi münasibətlərində pərdənin götürülməsi adi hal alıb. Demirik ki, Qərb ölkələrində kişilərin, yaxud qadınların hamısı əxlaqsızdırlar. Xeyr, belə bir iddia etmirik, bunun həqiqəti də yoxdur. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var. Lakin ümumilikdə cinsi azadlıq Qərb cəmiyyətlərinə hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.(3)

Siz Qərbin müstəmləkəsi olan ölkələrə baxın. Onların hansı biri qərblilərin müsbət keyfiyyətlərini örnək götürüb, vaxtının qədrini bilib, riski bacarıb və işində ciddi olub? Onlar cinsi ehtirasların azadlığını öyrənmişlər, belə məsələləri yox.(4)

Maddiyyata, pul və kapitalın dəyərinə, şəhvət azadlığına söykənən quruluşların vəziyyəti bu gün görüb təcrübə etdiklərindən başqa bir şey ola bilməz.

səh:30


1- [54] Tehranın cümə namazı xütbələri (22 noyabr, 2002)
2- [55] Hava qüvvələrinin şəxsi heyəti ilə görüşdə çıxış (7 fevral, 2002)
3- [56] Tehranın cümə namazı xütbələri (30 mart, 1990)
4- [57] İslami Şura Məclisinin rəyasət heyəti ilə görüşdə çıxış (22 may, 2000)

Xalqların süqutu qəfildən olmur, tədricən həyata keçir. Bu tədrici məsələni qərbli mütəfəkkirlərin iti gözləri Avropada və Amerikada müşahidə edirlər. Bu cəmiyyətlərdə gənclər pozğunluğa meyllə, həyadan uzaq, cinayətkar və təcavüzkar ruhda tərbiyə alırlar. Adətən əxlaqi pozğunluqlarda qərq olurlar. Belə bir gənc nəsil elm və sərvətin səviyyəsindən asılı olmayaraq, yaşadıqları cəmiyyətin və quruluşun sütunlrını qarışqatək çeynəyib məhv edəcəklər.(1)

Qərb və İslamda azadlıq modeli

Düşmənin bütün təbliğatı və qalmaqal yaratması İslamda olan əsaslı məqamlarla bağlıdır. Siyasi dava-dalaşlar məsələnin kiçik hissəsidir. Daha mühüm hissə onların İslam düşüncəsində, İslam ideologiyasında, İslam görüşlərində və İslam məntiqində olan azadlıq, demokratiya və itaətkarlığa qarşı olan mübarizələridir. Bu, bizim üzərimizə ağır vəzifə qoyur.(2)

Onlar azadlıq və demokratiyanın müdafiəçisi qiyafəsində yalan danışırlar; çünki Amerikanın bir çox dünya ölkələrinə hakim olduğu son 30-40 ildə, onlara baş əyən diktatorların və totalitar hakimiyyətlərin daim dayağı olmuşlar.(3)

Avropada hicab əleyhinə qalmaqallara baxın. Azadlıq şüarları səsləndirmələrinə rəğmən, özlərindən qeyrisinin, özlərinə zidd olanın təfəkküründən kiçik bir görüntüyə, məhdud bir təzahürə belə dözümləri yoxdur. Bu, həmin imperialist ruhudur, “Ey Şüeyb, səni mütləq ixrac edəcəyik!”(4) təfəkkürüdür. Yəni bizim fikrimizə qarşı danışırsansa, sənə əsla dözməyəcəyik.(5)

Fransada və bir sıra Avropa ölkələrində “başörtüyü müharibəsi” adlanan tendensiya, əslində Qərb mədəniyyəti

səh:31


1- [58] Şagirdlərin İslam birlikləri ittifaqının üzvləri ilə görüşündə çıxış (26 fevral, 2001)
2- [59] Ölkə üzrə cümə imamları ilə görüşdə çıxış (7 oktyabr, 2002)
3- [60] Hava qüvvələrinin şəxsi heyəti ilə görüşdə çıxış (7 fevral, 2002)
4- [61] Quran, Əraf, 88;
5- [62] Tələbə və şagirdlərlə görüşdə çıxış (1 noyabr, 1989)

başçılarının İslam mədəniyyətinin ildırım kimi sıçrayışı və İslamın günbəgün artan nüfuzunun əlaməti saydıqları fenomenlərə qarşı tələsik və qeyri-peşəkar mübarizəsidir. Onlar bu məsələyə qarşı mübarizədə səbir və təmkinlərini o qədər əldən verirlər ki, ölkə başçıları birdən bir neçə inanclı qız uşağının və bir neçə dindar müsəlman ailəsinin müqabilində mübarizə məqamında görünür. Bunlar o kəslərdirlər ki, azadlığı və şəxsi seçimləri riyakarcasına müdafiə fəryadları dünyanın qulağını kar edib.

Bir milyard müsəlmanın müqəddəsliklərini həyasızcasına təhqir edən bir yazıçıya etiraz bildirəndə, bunlar söz və etiqad azadlığının tərəfdarı olurlar. Amma söhbət öz dini etiqadına uyğun geyinmək istəyən müsəlman qadından və ya qızdan düşdükdə, fərdi azadlıqlar yaddan çıxır, hər bir şeyin rəngi dəyişir, əxlaq əleyhinə, azadlıq və fərdi haqlar əleyhinə hər növ hərəkət mürtəceliklə mübarizə adlandırılır.(1)

Bu arada bəzi ölkələrdə, eləcə də bəzi Avropa ölkələrində yaşayan müsəlman azlıqlara işarə etmək lazımdır. Öz müsəlman kimliklərini qorumaq istəyən bu müsəlmanlara göstərilən təzyiq, Qərbin həmişə dəm vurduğu demokratiya və azadlığı ifşa edir.(2)

ABŞ-ın nəzərində azadlıq

Bu gün dünyada eşitdiyimiz, Amerikanın bayraqdarı olduğu azadlıq, həm məna, həm real nümunə baxımından mənim və sizin inandığımız və sevdiyimiz azadlıqdan tamamilə fərqlənir; o, başqa bir şeydir. İki yüz il bundan qabaq Amerikanın İstiqlal Bəyannaməsində göstərilən, onun üçün vuruşduqları, mübarizə apardıqları, insan tələfatı verdikləri, sonra da qəbul edilib, indiki Amerika quruluşunu vücuda gətirən azadlıq, mənim və sizin istədiyimiz, can atdığımız dəyər deyil. O azadlığın mənası budur ki, insan öz həyatının əxlaqi, iqtisadi, ictimai, siyasi və digər

səh:32


1- [63] Könüllülər ordusunun komandirlərinin toplantısına göndərilən müraciət (23 noyabr, 1989)
2- [64] Allah Evinin zəvvarlarına (hacılara) müraciət (16 iyun, 1991)

məsələlərində qanundan başqa heç bir mədəniyyət tanımasın. Qanunu da bu imkanlara malik olan adamlar yazırlar. Yəni qanunu Amerikanın birinci dərəcəli sahibkarları yazırlar, xalq yox.(1)

Azad və hətta Amerikasayağı azad bir cəmiyyətdə ədalət olmasa, (oralarda onsuz da yoxdur və həmin azadlıq bir təbəqənin xeyrinə və başqa bir təbəqənin əleyhinədir) bir neçə ağdərili bir əlil qaradərilini vilçerdən qaldırıb, avtomobillərinin arxasına bağlayır, yerlə sürüyürlər. Budurmu azadlıq?(2)

Bu gün Amerikada görürsünüz ki, hüquq və azadlıq iddiasında olan ölkə başçısı, Hitler ədəbiyyatı ilə danışır. Məgər belə deyil? Bu, Qərbin liberal-demokratiyasının rüsvayçılığı deməkdir. Qərbin liberal-demokratiyasının aldadıcı pərdə arxasında belə bir mahiyyəti var.(3)

Amerika başçılarının öz rəsmi çıxışlarında danışdıqları sözlərə, insan haqları, demokratiya və azadlığın inkişafı iddialarına dünyada inanan yoxdur. Bunlar öz təsirini itirmiş şüarlardır.(4) Onlar tribunalarda azad müzakirədən, dialoqdan və demokratiyadan danışırlar, amma bu, yalançı şüardır. Onlar dialoq, demokratiya və azad müzakirə tərəfdarı olmaqdan dəm vururlar. İran daxilində plüralizmi, skeptikliyi, qəti etiqadi məsələlərdə şübhələri, sazişi və loyallığı yayırlar. Deyirlər əqidələrinizi buraxın, onlara qarşı həssas olmayın. Lakin bu, İran cəmiyyətinin və müsəlman cəmiyyətlərinin daxilinə aiddir. Özlərinin Amerika və Qərb dəyərləri dedikləri məqamlara çatdıqda isə, daha dialoqa yer qalmır. İnteqrasiya və qloballaşma o dərəcədə qətiyyətlə ortaya qoyulur ki, dünya onun qarşısında ən kiçik etiraz belə sərgiləyə bilməz. Burada artıq özlərinə diktatura siması alırlar. Demokratiya və

səh:33


1- [65] Kooperasiya naziri və nazirliyin işçilərilə görüşdə çıxış (11 may, 1998)
2- [66] Ölkənin məhkəmə aparatı sisteminin işçilərilə görüşdə çıxış (28 iyun, 1998)
3- [67] İran İslam Respublikasının xarici ölkələrdəki səfirliklərinin mədəniyyət attaşeləri ilə görüşdə çıxış (14 avqust, 2002)
4- [68] Tehranın cümə namazı xütbələri (22 noyabr, 2002)

azadlıqsevərlik şüarları aşkar yalandır. Dünya xalqlarına azadlıq hədiyyə etmək istəyən hansı Amerikadır?! Öz maraqlarını qorumaq üçün xalqları ən faciəli vəziyyətdə bədbəxtliyə sövq edən Amerikamı?! O Amerika ki, Vyetnam və Əfqanıstanda törətdiyi cinayətlər unudulmayıb və unudulmayacaq, indi də davam etdirilir və bu gün də İraqı hədələyir. O, burada demokratiya bayrağı ilə qarşıya çıxır, amma növbə Fələstin xalqına çatanda demokratiyadan bir xəbər olmur. Fələstin xalqı insan deyil?!(1)

Biz illər öncə bir cümlə eşidirdik, onu təkrarlayırdılar. O cümlə bu idi: “Ey Azadlıq, sənin adınla baş verməyən cinayət varmı?!”. Bu gün bizim düşmənlərimiz həmin cümləni bir daha reallığa çevirirlər. İndi Amerika bizim söz azadlığımızın tərəfdarı olub. Məgər bu məmləkətdə uzun illər boyu muzdur və çirkin Pəhləvi rejimini dəstəkləyən siz deyildiz?! Halbuki o rejimdə heç kimin bir kəlmə söz deməyə cürəti yox idi.

Bu gün dünyada Amerikanın himayəsi altında yaşayan ölkələr və azadlıqdan danışan cənablar var. Halbuki bu ölkələrdə hökumətin fikrinin ziddinə bir sətir yazmağa kimsənin icazəsi yoxdur. Təhlükəsizlik orqanları toplantılarda və cümə namazlarında minbər üzərində oxumaq üçün xətiblərə hazır mətn verirlər. Əgər siz azadlıq tərəfdarısınızsa, bunları niyə demirsiz? İran xalqı 20 ildir bu azadlığı əldə edib. İnqilab bizə azadlıq, söz demək qüdrəti və cəsarət verdi. İslam bizi azad etdi. İndi amerikalılar azadlıq şüarının tərəfdarı olublar və azadlıq adı ilə xalq arasında çəkişmə yaratmaq istəyirlər.

Bütün bunlar azadlıq adı altında baş verir. Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq bütün xalqa məxsusdur, onun fitri hisslərindəndir. Amma yuxarıda yada salınan işlərin azadlıq məsələsinə aidiyyəti yoxdur; bunlar düşmən planının bir hissəsidir.(2)

səh:34


1- [69] Sistan və Bəlucistan vilayətinin gəncləri ilə görüşdə çıxış (25 fevral, 2003)
2- [70] Məşhəd xalqı və İmam Əli ibn Musa Rzanın (ə) ziyarətçiləri ilə görüşdə çıxış (21 mart, 1999)

Amerika və yalançı demokratiya

İnsan hüquqlarının müdafiəsindən dəm vurub, bir göz qırpımında bütöv bir xalqın hüququnu tapdayanlar, insan haqlarının müdafiəçisi kimi çıxış edir, ölkələrində demokratiyanın, azadlığın və insan haqlarının ən ibtidai elementləri belə mövcud olmayan rejimlərlə səmimi dostluq qurur. Onları tənqid etməyən amerikalılar, parlamenti belə olmayan, cəmiyyətlərində xalqın siyasi iştirakı təmin edilməyən ölkələrin mövcudluğunu eyib saymayan Amerika İslama qarşıdır və onların vuruşduqları tərəf əslində İslamdır.(1)

Amerikalılar bir sıra prinsipləri Amerika prinsipləri kimi təqdim edir və onların cahanşümul olmasını deyirlər. Bu prinsiplər insan azadlığı, düşüncə azadlığı, insanın dəyəri, insan haqları və bu tip məsələlərdir. Bunlar Amerika prinsipləridir? Bugünkü Amerika cəmiyyətinin səciyyələri bunlardır? Bu gün Amerika dövlətinin xüsusiyyətləri bu dediklərinizdir? Amerika torpaqlarının yerli sakinlərini qətli-am və Amerika qırmızıdərililərini məhv edən bu dövlət deyildi?! Milyonlarla afrikalını öz evlərində əsir götürən, cavan qız və oğlanları köləlik üçün oğurlayan və uzun illər onlara qarşı vəhşiliklər törədən bu hökumət və onda təsirli olan amillər deyildimi?! Bu gün ən faciəli incəsənət əsərlərindən biri Amerikanın quldarlıq həyatını əks etdirən “Tom dayının daxması” əsəridir. Bəlkə də bu əsərin yazılmasından 200 il keçib, amma o hələ də yaşayır. Amerika reallıqları budur. Amerika dövləti budur. Amerika quruluşunun dünyaya göstərdiyi parametrlər bunlardır, insan azadlığı və insan bərabərliyi yox. Hansı bərabərlik?! Siz hələ də ağla-qara arasında bərabərlik tanımırsınız. Bu günün özündə də sizin baxışınızda bir adamın qırmızıdərili irqi bütün idari seçim pillələrində onun üçün zəif nöqtə sayılır. İnsanların bərabərliyi?! Düşüncə azadlığı?! Siz bu çıxışın, yaxud cənab prezidentin çıxışının Amerika mediasında yayımlanmasına razı olarsız?! Əgər orada düşüncə və söz azadlığı varsa, cənab

səh:35


1- [71] Xalqla ümumi görüşdə çıxış (24 yanvar 1990)

Xatəminin bu yarım saatlıq çıxışını yayımlayın. Hansı fikir azadlığı?! İnformasiya vasitələri növbənövdür, amma hamısının göbəyi kapitalizm sisteminə və Amerikadakı, əksəriyyəti sionistlərə qulluq edən böyük kapitalistlərə bağlıdır. Amerikada KİV azadlığının mənası budur. Niyə dünya xalqlarına yalan deyirsiniz? Bunlar Amerika prinsipləridir? Sonra da deyirlər ki, Amerika prinsipləri cahanşümuldur. Siz kimsiniz ki, ümumbəşəri qayda-qanunlar yaratmaq istəyirsiniz?! Sizdən qabaq kommunistlərin də qlobal qanunları vardı. Stalinin də qlobal qanunları vardı və deyirdi bütün dünya mənə itaət göstərməli, bu qanunlara əməl etməlidir. Dünya faşistlərinin də, özlərinə görə, qlobal qanunları vardı.(1)

Amerika KİV-i

Deyirlər Amerika və İngiltərə qəzetləri azaddır. Mən soruşuram hansı qəzet xalqın orta və aşağı təbəqələrinə məxsusdur ki, adam qəzetin azadlığından o təbəqənin azadlığını anlasın? Qəzetlər kimindir? Böyük kartel və trestlərin, milyonçuların. Bəli, qəzetlər azaddırlar; yəni istədiyini yazmaqda azaddırlar. Onlar öz mənafelərinə zidd olanı demirlər. Bu onlara aiddir, demokratiyanın tərənnümü, anası və beşiyi olanlara, onunla fəxr edənlərə.(2)

Bəziləri mətbuat, media, söz azadlığı və digər bu kimi sahələr barədə İslam hökumətinə eyham vurmaq üçün iddia edirlər ki, Qərb dünyasında və Amerikada informasiya vasitələri azaddır. Lakin son təcrübələrdə bəlli oldu ki, belə deyil. Açıqcasına elan etdilər ki, haqqınız yoxdur. Hətta mərkəzi bir ərəb ölkəsində olan qeyri-Amerika televiziya kanalı, onların istəyinə uyğun şəkildə senzura tətbiq etmədiyi üçün təpkiyə məruz qaldı.(3)

səh:36


1- [72] İran İslam Respublikasının vəzifəli şəxsləri ilə görüşdə çıxış (18 mart, 2002)
2- [73] Prezident və dövlət şurası üzvləri ilə görüşdə çıxış (27 avqust, 2001)
3- [74] Söhbət Qatarda yerləşən “əl-Cəzirə” telekanalından gedir;

Amerika daxilində ciddi senzura hakimdir. Amma azad olan və senzura tətbiq edilməyən kimlərdir? Böyük firmalar! Amerika mətbuatı kimlərindir? Xalqa məxsusdur? Qayğıkeş ziyalılarındır? Vətənpərvər insanlarındır? Əsla! Böyük şirkətlərə məxsusdur, onların mənafeyinə xidmət edir. Qərbdəki mətbuat, radio və televiziya azadlığı, nəyi necə istəyir deyən, öz maraqlarını rəhbər tutan və onlara yüz faiz riayət edən kapitalistlərin azadlığıdır. Əlbəttə, onların maraqları üçün təhlükə yaratmayan azadlıq var və hər bir şəxs istədiyini deyə bilər; lakin onların maraqları təhdid edilməməlidir!(1) Dördüncü fəsil: Azadlıq və İslam

səh:37


1- [75] İsfahan vliayətinin tələbə və ruhaniləri ilə görüşdə çıxış (30 oktyabr, 2001)

Dördüncü fəsil: Azadlıq və İslam

İslam və Qərb azadlıqlarının fərqləri

Mən burada İslam məntiqindəki azadlığın Qərb məntiqindəki azadlıqla iki-üç ümdə fərqini deyəcəyəm. Əlbəttə, dedim ki, bu məktəbdə mövcud olan bütün nəzəriyyələrin və müxtəlif cərəyanların əsası liberalizmdir. Bu nəzəriyyə və cərəyanlar bəzi sahələrdə digərləri ilə müəyyən ziddiyyətlər təşkil etsə də, məcmusu bunlardır.

Qərb liberal məktəbində insan azadlıqlarında din və Allah adlı həqiqətlərə yer yoxdur. Onlar azadlığın Allah tərəfindən verildiyini düşünmürlər. Onlar demirlər ki, azadlığı insana Allah verib, bunun üçün fəlsəfi qaynaq axtarırlar. Bu haqda bəzi əsaslar göstərilmiş və müxtəlif izahlar verilmişdir.

İslama görə, azadlıq ilahi qaynağa malikdir. Bunun özü əsaslı bir fərqdir və digər fərqlərin çoxu məhz buna qayıdır. İslam məntiqinə görə, azadlıq əleyhinə hərəkət ilahi hökm əleyhinə hərəkətdir. Yəni qarşı tərəfdə dini vəzifə yaradır. Lakin Qərbdə belə bir şey yoxdur. Qərbin liberalizm təfəkkürünə görə, dünyada azadlıq üçün aparılan ictimai mübarizələrin heç bir məntiqi yoxdur. Məsələn, deyilən sözlərdən biri “ümumi mənafe”, yaxud “əksəriyyətin mənafeyi” məsələsidir. Bu, ictimai azadlığın əsasıdır. Mən nə üçün gedib əksəriyyətin mənafeyi üçün ölməliyəm, məhv olmalıyam? Bu məntiqsizdir. Düzdür, ötəri və ani həyəcanlar çoxlarını döyüş meydanlarına çəkir, amma belə təfəkkürlər əsasında meydana atılan mübarizlərin hər biri - əgər mübarizə doğrudan da bu təfəkkürlərə əsasən baş veribsə - mübarizə gərginliyindən çıxan kimi tərəddüd edəcəklər: Nə üçün mən gedib ölməliyəm? İslam təfəkküründə isə belə deyil. Azadlıq uğrunda mübarizə bir şəriət vəzifəsidir. Çünki Allah əmri üçün mübarizədir. Məsələn, siz bir insanın canına qəsd edildiyini gördükdə, gedib ona kömək etməyə borclusunuz. Bu, bir dini vəzifədir; etməsəniz, günah işlətmiş olursunuz. Azadlıq məsələsində də belədir; getməlisiniz, bir şəriət vəzifəsidir.

səh:38

Bu əsaslı fərqə digər fərqlər də əlavə olur. Biri budur ki, Qərb liberalizmində əxlaqi dəyərlər nisbi olduğundan azadlıq da hüdudsuzdur. Niyə? Siz bir sıra əxlaqi dəyərlərə etiqad bəslədiyinizə görə, bu dəyərlərə qarşı hörmətsizlik edəni qınaya bilməzsiniz. Çünki onun bu dəyərlərə etiqadı olmaya bilər. Buna əsasən, azadlıq üçün heç bir hədd tanınmır, yəni mənəvi və əxlaqi baxımdan heç bir hədd yoxdur, azadlıq sərhədsizdir. Niyə? Çünki sabit həqiqət yoxdur; onlara görə, həqiqət və əxlaqi dəyərlər nisbidir.

Azadlıq İslamda belə deyil. İslamda şəksiz və dəyişməz dəyərlər var, həqiqət var. Hərəkət bu dəyər və kamal olan, dəyər yaradan həqiqət yolundadır. Elə buna görə də, azadlıq bu dəyərlərlə məhdudlaşdırılır. Bu dəyərləri necə anlamaq və əldə etmək başqa bir məsələdir. Bəzi şəxslərin bu dəyərləri anlamaqda yanlış yolla getməsi mümkündür. Mümkündür kimlərsə də düzgün yolları getsinlər. Bu, söhbətin mövzusundan xaricdir. Hər halda, azadlıq həqiqətlə və dəyərlərlə məhdudlaşır.(1)

İslam təfəkkürü ilə Qərb məktəbləri arasında azadlığın sərhədləri barədə baxış fərqləri

İslam təfəkkürü və Qərb məktəbləri arasında azadlığın sərhədlərini və çərçivəsini müəyyən etməkdə əsaslı fərqlər mövcuddur. Qərb ictimai məktəblərinin məntiqində azadlığı qanunla, yaxud digərlərinin azadlığına xələl yetirməmək şərtilə məhdudlaşdırırlar. İslam bəzi sahələrdə çərçivəni daraldır, bəzi sahələrdə isə genişləndirir. Azadlıq məsələsində İslamla Qərb dünyasının məşhur baxışları arasında çarpazlaşan münasibətlər anlayışı mövcuddur. Biz Qərbin baxışını bəzi məsələlərdə çox məhdud, dar, bəzi məsələlərdə isə həddən artıq geniş və özbaşınalığa yaxın bilirik. Burada ixtisarla bu fərqləri araşdırmaq istəyirik.

səh:39


1- [76] Pedaqoji Universitetin bir qrup tələbəsinin buraxılış mərasimində çıxış (3 sentyabr, 1998)

İslamda insan azadlığını məhdud edən xarici amillərdən, məsələn, gücsüz təbəqənin azadlığını məhdudlaşdıran qüvvələrdən, istismarçılardan, zalımlardan və quldurlardan əlavə, bu azadlığı məhdud edən bir sıra daxili amillər də qəbul olunub. Qərbin azadlıq tərəfdarları insanın vücudunun xaricindən onun azadlığı ilə vuruşan, azadlığını məhdud edən amillərə qarşı mübarizə aparırlar. Bəzi cəmiyyətlərdə mövcud olan avtoritar ab-hava, xalqı nəfəs almağa qoymayan qüvvələrin işlətdiyi zor, öz qulunu qamçı altında öldürən ağa və insan azadlığına mane olan digər xarici amillər bu qəbildəndir. Lakin İslamın baxışı daha genişdir və digər maneələri də əhatə edir; məsələn, insanı zəifliyə, xar olmağa və əl altda qalmağa sürükləyən bəzi insani səciyyələr.

İslama görə, pis xarakterlər, nəfs istəkləri, arzular, yersiz nifrət və məhəbbətlər, xülasə, insan vücudunun daxili amilləri də insan azadlığını məhdud edir. Bir insanın azad olması üçün onun digər bir insanın, yaxud zalım hökumətin qüdrəti altında olmaması yetmir, onun öz qəzəb və şəhvət qüvvələrinin qüdrəti altında olmaması da lazımdır. Zəiflik, qorxu, tamahkarlıq, acgözlük və azğın ehtiraslar səbəbindən bəzi işləri və məhdudiyyətləri qəbul edən insan da, həqiqətdə, azad deyil.

Bu gün dünyada çox xalqlara ondan güclü olmayan bir neçə insandan təşkil olunan qrup hakimlik edir. Onlar, dəvənin yüyənini əlinə alıb, onu istədiyi yerə aparan bir uşaq kimi, bu xalqı istədiyi yerə aparırlar, xalqın mənafeyi haqda düşünmürlər. Dünyadakı müsəlman və qeyri-müsəlman xalqların vəziyyəti belədir. Nə üçün bu xalqlar belə vəziyyətə dözürlər?

Belə ölkə xalqlarının köləliyinin amillərindən biri daxili köləlikdir. Öz daxillərində qorxu və tamaha düçar olduqlarından, bu dünyada bir neçə dəfə artıq xörək yemək, yaxud daha yağlı və daha yaxşı xörəklər yemək, rifah və öz bədənlərinə qulluq göstərmək onlar üçün əhəmiyyət daşıyır. Onlar həmin güclər tərəfindən məmur edilən bir polisdən qorxduqda, çəkindikdə, öz varlıqlarını bildirməyə və nəfəs çəkməyə cürət etmədikdə, ölümdən, işsizlikdən, aclıqdan və

səh:40

çətinlikdən qorxduqda, yəni bu hisslərin və öz zəifliklərinin köləsi olduqda, təbii ki, vücudlarından xaric zəncirlərin də əsiri olacaqlar.

Siz öz xalqımıza baxın. Bu xalq zalım şah rejiminin boğucu təzyiqi altında nəfəs alanda, heç kimdən səs çıxmayanda və insan o vəziyyətə, bütün o pisliklərə, şərə və zülmə qarşı etiraz etməyə cürət tapmayanda, zalım rejim də xalqı rahatlıqla minib-çapırdı. Niyə də etməsin?! İnsan Allahla tanış olmayanda Allahın bəndələrinə mərhəmət və məhəbbət də olmaz!

Bizim xalqımız qorxu və tamah hasarını sındıranda, tacir öz gündəlik gəlirindən, tələbə bir, yaxud bir neçə semestr dərsindən, fəhlə öz qazancından və hərbiçi topladığı məziyyətlərdən imtina edəndə tamah və qorxu hasarı uçdu, məhv oldu. Yəni xalq öz daxili zəncirlərindən azad olanda istər-istəməz küçələrə axışdılar, yumruqlarını düyünlədilər. O zaman zalım şah rejimi gördü ki, öz ruh və nəfs zəncirindən azad olan bu xalqın önündə dayanmağa, onu yerində oturtmağa heç bir imkanı yoxdur. Qlobal miqyasda da belədir. Bir xalq alçaq duyğuların, mənfi xislətlərin, azğın nəfsin, ehtirasın, qorxu və tamahın köləsi olmasa, heç zaman xarici qüvvələrin, zalım və qəddar güclərin də köləsi olmayacaq. Bu qayda dünyanın bütün xalqlarına eyni səviyyədə şamil olur, bütün xalqların dərdinin dərmanıdır. Bu, daxili azadlıq, mənəvi azadlıq, insanı hərəkətdən, fəaliyyətdən və iradədən saxlayan zəncirlərdən azadlıqdır. Bu zəncirlər onun daxilindədir. Bu, İslamla Qərb məktəbləri arasında azadlıq barədə əsaslı fərqlərdən biridir.

Qərb məktəbləri bu məqama əhəmiyyət vermir, diqqət göstərmirlər. Əlbəttə, əxlaq müəllimləri, - onların əxlaqı da mənəviyyatdan uzaqdır, ilahi fikir və mənəviyyatdan ayrıdır; buna görə də quru və məzmunsuz bir əxlaqdır, - tövsiyələr edir və kitablar yazırlar, amma bunu insan azadlığı bilmirlər. İslam isə onu insan azadlığı sayır.(1)

səh:41


1- [77] Tehranın cümə namazı xütbələri (26 dekabr, 1986)

İslam quruluşu - azadlığın təzahürü

Bu gün İslam Respublikası quruluşunda mövcud olan azadlıq heç bir yerdə yoxdur. İnsanlar azaddırlar, sözlərini deyirlər, fikirlərini bildirirlər.

İslam Respublikasında, orda-burda deyinib “bizdə azadlıq yoxdur” söyləyən bir sıra insanlar inqilabın əvvəlindən bu günədək olub və indi də var. Onlar harada deyinirlər? Bağlı bir otaqda danışırlar? Azadlığın mövcud olmadığı avtoritar quruluşda azadlığı olmayan insan sözünü danışa bilmir. Əgər “mənim azadlığım yoxdur” demək istəsə, bu sözü də bir otaqda, keçmiş rejimdə xüsusi çevrədə bizim kimi deməyə məcburdur. Amma bu cənablar çoxtirajlı qəzetdə, bir neçə min sayda çap edilən jurnalda, hətta İslam Respublikasının radio və televiziyasında danışır və deyirlər ki, bizim azadlığımız yoxdur. Allah onları öz əllərilə rüsvay etsin! Bir nəfərin “bizim azadlığımız yoxdur!” yazıb qəzetdə çap etdirməsinin özü onun yalan danışmasına dəlildir. Əgər azadlıq olmasaydı, bu söz çap edilməzdi, yaxud ölkənin ümumi tribunasından yayımlanmazdı. Bəllidir ki, o, doğru danışmır və özünü rüsvay etdiyini anlamır.(1)

İslam Respublikasında hər bir fəaliyyət xalqın çiynindədir və xalqın iradəsilə baş verir. Bu gün Allahın lütfü ilə bu ölkədə elə bir azadlıq mövcuddur ki, İranın keçmiş tarixində misli olsa da, çox az olub. Bizim keçmişimiz avtoritar şahlıq dövrü olub. Biz keçmişə baxdıqda qara və boğucu zülmət dövrü görürük. Allaha həmd olsun ki, bu gün İran xalqı azaddır, fikirləşir, düşünür, seçir və qərar verir. Belə bir xalqın çiynində dayanan quruluş möhkəm bir quruluşdur, düşmənlərin planı bu quruluşa heç bir zərər yetirə bilməz.(2)

Bu gün bu məmləkətdə elm və texnologiya, universitet və sənaye inkişaf edir, insanların şəxsiyyəti və düşüncələri inkişaf edir, sözün əsl mənasında azadlıq inkişaf edir, təhsil

səh:42


1- [78] Tehranın cümə namazı xütbələri (9 fevral, 1990)
2- [79] Fitr bayramı namazı xütbəsi (24 mart, 1993)

inkişaf edir. Bu xalqın hərəkəti yavaş-yavaş elə bir yerə çatacaq ki, dünyada öz yerini tapacaq.(1)

Dinə əsaslanan bir hökumət qurulduqda dəyərlər bunlar olur: ədalət, istiqlaliyyət, azadlıq, iman, qardaşlıq, əməkdaşlıq, əxlaq. Bu o deməkdir ki, bunlar dəyər bilindikdən az sonra cəmiyyətdə də gerçəkləşəcək? Xeyr. Mənası budur ki, bunlar hərəkəti yönəldən tablolardır. Məsələn, bu gün bir cavan qalxıb İranın Amerikanın təsiri altına düşməsini müdafiə etsə, daha bunun adını müasir təfəkkür, gənclik yaxud tələbə hərəkatı, tələbə amalı qoymaq olmaz. Bu, ümumiyyətlə mənasız və imkansızdır; bəllidir ki, o, gəncliyə yaddır.(2)

Əsas şüar: İstiqlaliyyət, Azadlıq, İslam Respublikası

İnqilabımızın əsas şüarı bu üç sözdür: İstiqlaliyyət, Azadlıq, İslam Respublikası. İslam Respublikası meydana çıxan quruluşdur. Öz cəhdləri və qarşısına çıxan problemlərilə irəliləyir və yolu açır. Azadlıq şüarı çox cəzbedici şüarlardandır. Bu təkrar olunub, barəsində danışılıb, məqalə, kitab və şeir yazılıb. Azadlıq haqda çoxlu sözlər deyilib: bəzisi mötədil, bəzisi ifratçı, bəzisi də həddindən az. Azadlıq şüarı yaşayıb, amma istiqlaliyyət

İstiqlaliyyət şüarı çox mühüm şüarlardan biridir. Əgər istiqlaliyyət olmasa, bir xalq öz azadlığına, azadlıq şüarına da ümidvar ola bilməz. Kimisi bilərəkdən, kimisi səhvən, kimisi qəflətdən, kimisi də xəbislik üzündən istiqlaliyyətin unudulmasını istəyir.

Belə şəxslərdən “islahat” və “azadlıq” sözlərini eşidəndə bədbin olan insan haqlıdır. Amerika istismarına qarşı kəsərli olan bu əzəmətli inqilabdan sonra müxtəlif tədbirlərə əl atıb, qapıdan çıxan amerikalıları pəncərədən qaytarmaq istəyən şəxslər bu gün azadlıqdan, islahatçılıqdan dəm vururlar, köhnə rejimin töküntüsü və muzduru olanlar da onlara kömək edirlər.

səh:43


1- [80] Tehranın cümə namazı xütbələri (9 fevral, 1990)
2- [81] Tələbələrin İslam cəmiyyətinin üzvləri ilə görüşündə çıxış (7 noyabr, 2000)

Hər bir ağıllı insan nigaran olub şübhələnə bilər. İstiqlaliyyət İslam inqilabının şah beytidir: yəni bu ölkədə biganələrin nüfuzu qadağandır; yəni Amerika, İngiltərə və digərlərinin, ölkənin siyasi və mədəni məsələlərinə hər hansı təsir göstərmək ixtiyarı yoxdur.(1)

O zamanlar biz deyirdik: “İstiqlaliyyət, Azadlıq və İslam İnqilabı”. Əvvəllər İslam Respublikasının adı yox idi, İslam inqilabı deyilirdi. Deyirdilər İslam inqilabı nədir? Deyirdik İslam inqilabı elə bir inqilabdır ki, ona əsasən, din təməlli hakimiyyət iş başına gəlir. Dinə əsaslanan bir hökumət qurulduqda isə dəyərlər bunlar olur: ədalət, istiqlaliyyət, azadlıq, dindarlıq, qardaşlıq, əməkdaşlıq, insani əxlaq.(2)

İslam üsul-idarəsində siyasi azadlıq

Dünyanın güclü və zəif, zalım və məzlum arasında bölündüyü bir şəraitdə bir xalq elan və sübut edib ki, bütün qoluzorluların təsirindən azaddır. O, bizim xalqdır. Bu, şişirtmə deyil, həqiqətdir. Bu gün hər hansı yolla dünyada ağalıq edən nəhəng qüvvələrin heç biri İslam Respublikası quruluşuna və İran xalqına ağalıq etməyə qadir deyillər. Bu, İran xalqının azadlığına və malik olduğumuz çox dəyərli siyasi azadlığa görədir. Bu yüksək keyfiyyət günbəgün gücləndirilməli və genişləndirilməlidir.

Bu xalq tədricən öz yenilikçilik və səyilə, onda reallaşan idarəçiliyin gücü ilə, bütün xalqın azadlıq və istiqlaliyyət yolunda birliyilə və həmçinin düşmənin hiyləsi və təbliğat kələklərilə tanışlığı ilə tam iqtisadi istiqlaliyyətə və azadlığa doğru getməlidir. Bu iqtisadi istiqlaliyyətdən qabaq siyasi istiqlaliyyət olmalıdır. Siyasi cəhətdən asılı olan ölkələr iqtisadi azadlığı və istiqlaliyyəti əldə etməyə qadir ola bilməz və buna heç maraq da göstərməzlər. Allaha şükür olsun ki, bizim məmləkətimizdə siyasi istiqlaliyyət və azadlıq, onun ardınca iqtisadi müstəqillik, ondan da yuxarı, mədəni

səh:44


1- [82] Qum əhalisinin böyük toplantısında çıxış (5 oktyabr, 2000)
2- [83] Tələbələrin İslam cəmiyyətinin üzvləri ilə görüşündə çıxış (7 noyabr, 2000)

müstəqillik var: düşkün və eyibli qərb mədəniyyətinin əlamətlərini cəmiyyətdən uzaqlaşdıran müstəqil mədəniyyət.(1)

Deyirlər xalq azadlıq istəyir. Bu gün sizin tanıdığınız ölkələrin hansı birində İranda olduğu qədər siyasi azadlıq var? Harada ölkə işlərinin idarəsində xalq birbaşa və dolayısı ilə rola malikdir? Burada xalqla iqtidar arasındakı yaxın əlaqələrin nümunəsi dünyanın harasında var?

Dörd qəzetin nəşr olunub-olunmaması əhəmiyyətli bir şey deyil. Nəinki qəzetin çoxluğu yaxşı hal deyil, yox, həqiqətən prinsipial və ağrılardan yazan qəzetlər çox olsa, xalq üçün işləsə, yaxşıdır.(2)

Fikir azadlığı və İslam quruluşu

Bu gün xoşbəxtlikdən, İranda mövcud olan azad düşüncə, söz azadlığının dünyada bənzəri azdır. Mən demək istəmirəm ki, İslam bu azadlığı qeyd-şərtsiz verib, xeyr, belə deyil. Bu sahədə bəzi məhdudiyyətlər var. Bizim qanunlarda da məhdudiyyətlər nəzərdə tutulub... Lakin bu gün bütün bunların məhsulu azadlıqdır və xoşbəxtlikdən bizdə bu var, çox da yaxşıdır...

Mən ölkəmizdə vəziyyətin insani baxımdan, insan şəxsiyyətinə və mənliyinə hörmət baxımından daha artıq ümidlər yaradacaq həddə yaxşılaşmasına sevinirəm, bunda heç bir problem yoxdur. Amma bilin ki, başqa yerlərə, ölkəmizə bənzər, oxşar keçmişlərimiz olan ölkələrə getsəniz və azadlığa aid olan sahələrə baxsanız, görəcəksiniz ki, xoşbəxtlikdən, bu baxımdan heç bir ölkə İran kimi deyil.(3)

səh:45


1- [84] Xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxış (22 noyabr, 1989)
2- [85] İslam Şura Məclisinin rəyasət heyəti ilə görüşdə çıxış (24 fevral, 2001)
3- [86] Tehran Universitetinin tələbələri ilə sual-cavab məclisində söhbət (12 may, 1998)

İslam quruluşunda demokratiya

Bu Orta Şərq bölgəsinin, hətta dünyanın az yerində İran İslam Respublikasında olduğu qədər seçki və söz azadlığı var. Bu, həmin ölkə və quruluşdur ki, inqilabının qələbəsindən iki ay ötməmiş xalq səsvermədə iştirak etdi, İslam Respublikasına səs verdi; özü də təəccüblü çoxluqla. İnqilabın başlamasından bir il ötməmiş xalq iki mühüm seçkidə iştirak etdi: Xibrə (dini ekspertlər) Məclisinin üzvlərini və prezidenti birbaşa öz səslərilə seçdilər. İllər uzunu xalqın səsi İslami Şura Məclisini və Dini Ekspertlər Məclisini qurmaqda, prezident seçməkdə və müxtəlif məsələlərdə həmişə ölkənin taleyinə hakim olub. Demokratiyaya, azadlığa və xalqın səsinə bundan artıq və bundan yaxşı hörmət dünyanın harasında var?(1)

Bizdə olan insan haqları və fərdi azadlıqlar demokratik adlanan dünyadan daha artıq inkişaf edib; bunu dünya da qəbul edir. Pul alıb bir söz deyən və yazan, “irticaçılar” sözünü tez-tez təkrarlayan bu təbliğata, radio və jurnallara əhəmiyyət verməyin. Onlar danışılası və diqqət göstəriləsi deyillər.(2)

Siz əgər insan haqlarının tərəfdarıydınızsa, nə üçün demokratiyadan əsər-əlamət olmayan, ölkələrində nümunə üçün bir dəfə də seçki keçirməyən mürtəce, zalım, avtoritar və xəbis rejimlərə etiraz etmirsiniz? Nə üçün yalnız azadlıq tərənnümü olan, işlərdə və müxtəlif məsələlərdə xalqın iştirakı təmin olunan, azad və davamlı seçkilər keçirilən, insanları küçələrdə, ümumi yerlərdə ürək sözünü danışan və şüar verən İslam Respublikasına etiraz edirsiniz?(3)

səh:46


1- [87] Buşehr əhalisinin böyük toplantısında çıxış (1 yanvar, 1992)
2- [88] Ali Baş Komandanlıq fondunun müdirləri ilə görüşdə çıxış (12 mart, 1990)
3- [89] Könüllülər ordusunun müqavimət qüvvələri ilə görüşdə çıxış (28 noyabr, 1990)

İslam quruluşunda ictimai ədalət

Bizim gediləsi yolumuz hələ uzundur. Hələ İslamın bizdən istədiyi və buna qarşı çox həssas yanaşdığı ictimai ədalətə, İran xalqının layiq olduğu azadlıq səviyyəsinə çatmamışıq. Bizim hələ işimiz var; bu yol uzun yoldur.(1)

Bu inqilabda mənəviyyat da var. Yəni təkcə azadlıq və bərabərlik deyil. İslami mənada olan azadlıq və ədalət mənəviyyatla yanaşıdır. Buna görə də, bu gün Qərbin düçar olduğu və qərblilərin özlərinin də başa düşdüyü ümdə boşluq burada yoxdur.(2)

Böyük imamın və bizim inqilabımızın dünya səviyyəsində vücuda gətirdiyi yeni dövrün xüsusiyyətlərindən biri də super dövlətlərin qüdrətindən və təsirindən azad olmaqdır; yəni bizim inqilabımızda “nə şərqli, nə qərbli” kimi tanınan məsələ.

Bizim böyük inqilabımızın özünəməxsus səciyyələri vardır. Dəfələrlə xalqımızın və inqilabla tanış olanların təhlillərində təkrar edilən bu xüsusiyyətlər ilk dəfə olaraq bir inqilabda müşahidə olunurdu: İslama arxalanmaq, İslam hakimiyyəti qurmaq məqsədi, azadlıq, istiqlaliyyət, ictiami ədalət və bu kimi sair siyasi anlamlara yenidən baxış, İslam dəyərləri üzərində qurulan dünyaya və cəmiyyətə doğru hərəkət.(3)

Xalqın azadlığını qorumaq hökumətin əsas vəzifələrindən biridir

İslam rəhbəri cəmiyyətin mühüm məsələləri, o cümlədən xalqın yoxsulluğu, ayrıseçkiliklər və ictimai fəsadlar, xalqın əxlaqı və mənəviyyatı, ölkənin müstəqilliyinin qorunması və xalqın azadlığının İslamın təyin etdiyi çərçivə daxilində qorunmasında məsuliyyət daşıyır. Bunlar məsuliyyətlərdir,

səh:47


1- [90] Əmir Kəbir adına Sənaye Universitetinin tələbələri ilə sual-cavab məclisində söhbət (12 mart, 2001)
2- [91] “Vilayət layihəsi” tələbələri və şagirdlərilə görüşdə çıxış (8 avqust, 2002)
3- [92] İmam Xomeyninin vəfatının birinci ildönümü mərasimində çıxış (4 iyun, 1990)

İslam bunları istədiyi üçün xalqa öyrədilib. Bizim xalqımızın İslama etiqadı olduğundan, ölkənin bütün məqamlarında olan vəzifəli şəxslərindən gözləyirlər ki, bu məsuliyyətləri icra etsinlər, öhdələrinə düşən vəzifələri yerinə yetirsinlər.(1)

İslam Respublikası quruluşunda öhdəsinə məsuliyyət götürən şəxsin bütün fikri-zikri xalq üçün olmalıdır; həm xalqın dünyası və maddiyatı üçün, həm xalqın mənəviyyatı üçün, həm xalq arasında ədalətin yaradılması üçün, həm xalqın insani məqamının dirçəldilməsi üçün və xalqın azadlığı üçün. Bunlar hakimiyyətin əsas vəzifələrindəndir.(2)

İslam quruluşunda və Qərbdə olan azadlıqların fərqi

İslam Respublikası quruluşundakı azadlığı güc və kapital sahiblərinin özbaşınalığı, həmçinin insanların rəftarda və əməldə heç bir məhdudiyyət tanımamasından ibarət olan Qərb azadlığı ilə qarışdırmaq lazım deyil. İslamdakı azadlıq həm ictimai, həm mənəvi, həm də İslamla şərtlənən, İslamın tərif verdiyi və yönəltdiyi fərdi azadlıqdır. İslam Respublikasının və İslam inqilabının prinsip seçdiyi mənəviyyat və əxlaqı da bir çox cəmiyyətlərdə mövcud olan qapalı, məntiqsiz və durğun dindarlıqla qarışdırmaq olmaz. O dindarlıqlar zahirdə və dildə dindarlıqdır, əslində isə durğunluqla, qapalılıqla, cəmiyyətin və insanın səadət yolunu anlamamaqla birgədir. Ədalət, azadlıq və mənəviyyat sözlərinin önündəki bu “islami” sözü çox dərin məna ifadə edir, ona diqqət yetirmək lazımdır.(3)

Görürsünüz ki, dini azlıqlar ölkəmizdə tam azad yaşayır, dini ayinləri icra edir, ölkənin ictimai mərkəzlərində təmsil olunurlar və onlara qarşı heç bir təzyiq və zor göstərilmir. Yenə dünyanın heç bir yerində belə bir şey yoxdur. Demokrat

səh:48


1- [93] Xibrə Məclisinin üzvləri ilə görüşdə çıxış(4 mart, 2003)
2- [94] İmam Xomeyninin pak məqbərəsinin ziyarətçilərilə görüşdə çıxış (4 iyun, 2001)
3- [95] İmam Xomeyninin pak məqbərəsinin ziyarətçilərilə görüşdə çıxış (4 iyun, 2002)

adlandırılan və Qərb demokratiyasına arxalanan ölkələrin çoxunda bu sözlər yoxdur, çoxlu yerlərində belə deyil. İslamın əsası budur, əvvəldən də belə olub.(1)

Bu məsələyə də diqqət yetirmək lazımdır ki, İslam cəmiyyətində dini inanc və imanın azad olması o demək deyil ki, İslam hiyləgərlərin və fırıldaqçıların İslam cəmiyyətində xalqın imanını oğurlamağa icazə verib. İslam buna əsla icazə vermir. Maddi cazibələr göstərib, bəşəri istəkləri təmin etməklə zəif ürəkləri özlərinə sarı cəzb edə bilən əllər İslam cəmiyyətində azad olsalar, zəif və sadəlövh insanları öz təsiri altına salıb azdırar, cənnətdən cəhənnəmə aparar.(2)

Ümumiyyətlə, fikirlərin azad olması, yəni insanların özlərinin müxtəlif fikir və münasibətlərini söyləyə bilmələri İslam cəmiyyətinin xeyrinədir. Qanunda da nəzərdə tutulub ki, fikirlərin sağlam toqquşması düşüncələrin inkişafına səbəb olur. Yəni birinin bir fikri, o birinin buna zidd fikri var; burada fikir toqquşması yaranır - lakin bu sağlam toqquşmadır, yanlış üsullarla olan toqquşma deyil. Bu yanlış üsulların qarşısını almaq mümkündür, İslam hakimi və hökuməti bunlara mane olmalıdır.

Bu zaman cəmiyyətin fikir inkişafı daha çox təmin olunacaq, onun cəmiyyətdəki ictimai və siyasi təsirləri çox olacaq. İnsanlar fikirlərini deyə bildiklərini hiss etsələr, cəmiyyət sağlam nöqtəyə və vəhdətə sarı irəliləyəcək. Bəziləri o fikirləri deyir, digərləri cavab verirlər; nəticədə fikirlər bir-birinə yaxınlaşır. Danışmamaqdan, gizlətməkdən və bir-birindən saxlamaqdan irəli gələn fikir ixtilafları tədricən azalar və aradan qalxar.

Mən qətiyyətlə demək istəyirəm ki, inqilabda və İslam Respublikası quruluşunda bizim üsulumuz bu olub; yəni konstitusiyada mövcud olan və bu gün İslam Respublikası quruluşunda qəbul olunan budur.

səh:49


1- [96] Ölkə üzrə cümə imamları ilə görüşdə çıxış (2 oktyabr, 2000)
2- [97] Tehranın cümə namazı xütbələri (6 mart, 1987)

Əlbəttə, həmişə cəmiyyətdə elələri tapılır ki, yaranmış azad şəraitdən faydalanır, amma deyirlər ki, azad deyillər. Bəziləri İslam Respublikasında azad danışır, yazır, broşur çap edir, eyni zamanda bütün məsələləri sual altına alırlar; bəzən bu işləri hətta qeyri-sağlam da olur. Yəni işlərində söz azadlığının şərti olan sağlam üsul da yoxdur. Azad şəraitdən istifadə edərək yazıb nəşr etdirdikləri həmin yazıda deyirlər ki, azadlıq yoxdur. Əslində bu bir hiylə və dəcəllikdir. Lakin həqiqət budur ki, qəzetlər məqalə, broşur və kitab müəllifləri müxtəlif nəzərlərə malikdirlər.

Bu gün islami, iqtisadi, hökumətə və siyasətə aid olan məsələlərdə müxtəlif fikirlər var; bunları kitablarda yazırlar, bu kitabları çap etdirirlər və kimsə demir ki, niyə çap etdirirsiz. Düzdür, bəzi qadağalar var, bu qadağalar İslam Respublikası quruluşunun vəzifələrindəndir.(1)

İslam quruluşu İslamın və Quranın bayraqdarı olduğu azadlığı heç zaman Qərb quruluşlarındakı yalançı azadlıq iddiaçılarından öyrənmək istəməyib. Biz fəsad və pozğunçuluq azadlığını, yalan və kələk azadlığını, Qərbin bayraqdarı və düçarı olduğu zülm, istismar və xalqlara təcavüz azadlığını aydın surətdə və qətiyyətlə rədd edirik. Biz əxlaqsız mürtəd Salman Rüşdiyə bir milyard insanın müqəddəsliklərini təhqir etmək icazəsi verən, amma İngiltərə müsəlmanlarına ondan şikayət etmək haqqı tanımayan azadlığı; Amerika dövlətinə bir xalq hakimiyyətinə qarşı çıxan quldurları qızışdırmaq, onlara rəhbərlik etmək haqqı verən, lakin həmin “xalq hakimiyyəti”nə bu quldurların qarşısını almaq haqqı verməyən azadlığı; qarətçi kapitalistlərə zəif ölkələrə qanunsuz daxil olmağa və o xalqların var-yoxunu talamağa icazə verən, amma o xalqların ekspansionistlərlə mübarizə hüququnu qəbul etməyən azadlığı rədd edir, nifrətlə qarşılayır və bəşəriyyətə ar hesab edirik!

Bizim məntiqimizdə azadlıq, İslamın xalqlara verdiyi və onları zalım və təcavüzkar istismarçılar qarşısında yenilməz

səh:50


1- [98] Tehranın cümə namazı xütbələri (24 aprel, 1987)

dağa çevirən azadlıqdır. Necə ki, İran xalqı üçün belə oldu və bu möcüzə baş verdi. Bu azadlıq həmişə bizim ölkəmizdə olub və olacaq; insanlarımızın hər biri onu qorumalıdır.(1)

Azadlıq məntiqi heç zaman icazə vermir siz ölkədə elə bir addım atıb siyasət icra edəsiniz ki, nəticədə hansısa bir qrup əl-ayaq altda əzilib məhv olsun; məsələn, ümumi daxili məhsulun istehsalı beş dəfə artırılsın, lakin eyni zamanda yoxsulların sayı da ikiqat çoxalsın.(2)

Görün insanların hüquqlarının nə qədər geniş dairəsi var; bunların hamısı təmin ediləndə ədalət bərqərar olur. Bu ədalət fəzasında, təbii ki, azadlıq da var; düzgün mənada olan azadlıq, yaydıqları, izlədikləri və iddia etdikləri yanlış azadlıq yox.(3)

Hər halda, İslamın azadlıq haqda görüşü bilinməlidir. Bu, lazımi bir mövzudur. Bu, həm xalq və həm də beynəlxalq məsələlərlə əlaqədə olanlar üçün lazım olan bir mövzudur. Bu, bizim özümüz və ölkəmizin vəzifəli şəxsləri üçün də örnək ola bilər. Bu hüdudların əsasında vəzifələrimizi daha artıq tanıya bilərik inşallah.(4)

Mətbuat azadlığı

Bu gün ölkə mətbuatında və mütəfəkkirlər arasında azadlıq mövzusu aktual mövzudur. Bu yaxşı əlamətdir. İnqilabın əsaslı və təməl məsələlərinin müzakirə obyektinə çevrilməsi, bəzi şəxslərin bu haqda düşünüb, fikir bildirməsi həmişə gözlədiyimiz və az-çox baş vermiş bir məsələdir. Bu mövzu bu gün də gündəmdədir; mən də az-çox yazılanlara və deyilənlərə baxıram, oxuyuram və bəzən onlardan istifadə edirəm. Fikirlər müxtəlifdir, yəni hamı eyni məzmunda yazmır, bir-birinə zidd nəzərlər var. Bu zidd nəzərlərin hər iki tərəfində doğru-düzgün sözlər də müşahidə olunur. Bu

səh:51


1- [99] İmam Xomeyninin vəfatının birinci ildönümü münasibətilə müraciət (31 may, 1990)
2- [100] Kooperasiya naziri və nazirliyin işçilərilə görüşdə çıxış (11 may, 1998)
3- [101] “Vilayət layihəsi” tələbələri və şagirdlərilə görüşdə çıxış (8 avqust, 2002)
4- [102] Tehranın cümə namazı xütbələri (5 dekabr, 1986)

müzakirələri davam etdirmək də yaxşıdır. Kaş bizim nəzər sahiblərimiz mətbuatda köklü məsələlərin müzakirəsinə meyl göstərəydilər. Mətbuat məzmunsuz haldan çıxarılıb, xalq üçün düşündürücü və hidayətedici mövzulara yönəldiləydi! Biz həmişə tövsiyə edirik ki, inqilab mədəniyyətini dərinləşdirsinlər. Dərinləşdirmək üçün də belə işlər lazımdır.

Yazıb müzakirə edən bu şəxslərə mənim birinci tövsiyəm budur ki, azadlıq anlayışını başa düşməkdə müstəqil olaq, müstəqil düşünək, asılı olmayaq. İkinci tövsiyəm budur ki, azadlıqdan sui-istifadə edilməsin. Bəziləri tez-tez bunu işarə edirlər: “Yeni əldə edilmiş mətbuat azadlıqları”. Məncə, bu, həqiqətdən kənar bir sözdür; elə bir sözdür ki, onun qaynağı xarici radiolardır. Əlbəttə, indi qəzet-jurnallar da bəzi sözlər yazır, hücumlar edirlər. Bu insanların bəziləri keçmişdə belə işlər görmürdülər. Biz ötən illərdə mətbuatda o vaxtkı prezident əleyhinə, müxtəlif məmurlar əleyhinə, hətta inqilabın bəzi təməl məsələləri əleyhinə yazıların yazılmasına çox şahid olmuşuq; onlara heç kim təzyiq göstərməyib...

“Yeni əldə edilmiş azadlıq” sözünü çox təkrarlamaq lazım deyil. Bəzi vəzifəli şəxslər də mətbuata müraciətlə təkrar-təkrar deyirlər ki, azadlıqlardan çox istifadə etməyin, azadlığın özü təhlükəyə düşə bilər. Bu nə sözdür?! Azadlıqdan nə qədər çox isifadə etsələr, bir o qədər yaxşıdır, lakin sərhəddən çıxmamaq şərtilə. İnsanlar Allahın verdiyi haqdan nə qədər çox istfadə etsələr, İslam quruluşu ali məqsədlərinə daha çox çatar. Bizim həmişə yazıçılardan gileyimiz bu olub ki, niyə yazmırlar, niyə tədqiqat aparmırlar, niyə təhlil etmirlər.(1)

səh:52


1- [103] Pedaqoji universitetin tələbələrinin bir qrupunun buraxılış mərasimində çıxış (3 sentyabr 1998)

Söz azadlığı

Qələm və söz azadlığının xalqın və mətbuatın danılmaz haqqı olmasına inanıram. Buna heç bir şübhəm yoxdur və bu, konstitusiyanın aydın qanunlarındandır. Məncə, bir cəmiyyət azad və mütərəqqi mətbuatı, azad və düşüncəli qələmləri əldən verərsə, bir çox başqa şeyləri də itirməli olacaq. Azad mətbuatın olması bir xalqın inkişaf əlamətlərindən və özü də inkişafa səbəb olanlardandır. Yəni bir tərəfdən xalqın inkişafı və azadlığı onu vücuda gətirir, digər tərəfdən o da öz növbəsində xalqın inkişafını artırmağa qadirdir. Əlbəttə, məncə bu dəyərin yanında başqa dəyərlər və həqiqətlər də var. Mətbuat və söz azadlığı adıyla onları tapdamaq olmaz. Hünər odur ki, insan həm azadlığı qorusun, həm həqiqəti dərk etsin; həm azad mətbuatı olsun, həm bu ziyanlardan qoruna bilsin.(1)

Mətbuatın azadlığından sui-istifadə

Mətbuat, hətta radio-televiziya ölkə barəsində həmişə müxtəlif görüşləri əks etdirib və xalqı müxtəlif fikir və üsullarla tanış edib. Bu, aydın məsələdir. Hətta inqilabın əvvəlindən müxtəlif imtahanlardan keçə bilməyən, xalqın yanında rüsvay və onun tərəfindən təcrid edilən qruplar və siyasi müflislər də əcnəbilərin təhrikilə İslam quruluşu və ölkə rəsmiləri əleyhinə zəhərli və düşmən mövqeli məqalələr yazanda, onlara növbənöv ittihamlar yağdıranda, bu yazıları heç bir maneəsiz çap etdirirlər, bununla da praktiki olaraq azadlığın mövcudluğunu isbatlayırlar.(2)

Bu gün də bizim ölkənin mətbuatında bəzi şəxslər haray salıb yazırlar ki, İslam Respublikasında söz azadlığı yoxdur. Biz də istədiklərini yazmağa qoyuruq ki, özləri özlərini inkar etsinlər. Söz azadlığının olmamasından danışırlar, amma bu “söz azadlığı yoxdur!” sözünü də azad şəkildə söyləyirlər.

səh:53


1- [104] Əmir Kəbir adına Sənaye Universitetinin müəllim və tələbələri ilə toplantıda çıxış (27 fevral, 2001)
2- [105] İmam Xomeyninin vəfatının birinci ildönümü münasibətilə müraciət (31 may, 1990)

Bütün dünya belə yazıçılara, belə sözlərə gülür. “Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi”.(1) İslam Respublikası quruluşuna şər yaxırlar, elə o halda da öz yaxaları ələ keçir. Özləri nə baş verdiyini anlamırlar, yenə də dayanmadan deyirlər ki, azadlıq yoxdur. Dövrün ən dəyərli fenomeni olan İslam inqilabını hədəfə almağı və töhmətlər yağdırmağı özlərinə rəva bildikləri, azad şəkildə danışdıqları bu mətbuatda çalışırlar desinlər ki, inqilabın baharı sona çatıb. “İnqilabın baharı sona çatıb” nə deməkdir? Yəni İnqilab ixlaslı, fəal, mömin və fədakar insanlar yetişdirməkdə acizdir. Məgər belədir?..(2)

Media məsuliyyət daşıyır, qəzetlər həssasdır... Mətbuat və qəzetlər üstündə müzakirə azadlıq üstündə müzakirə deyil. Bəzi şəxslər azadlığı bizə izah etmək istəmirlər. Biz bir söz demirik, bəhrələnərik. Lakin biz azadlığın mənasını bilirik, onu ürəkdən istəyirik. Azadlıqda məqsəd də elə söz və fikir azadlığıdır. Amma siz öz vəzifə borcunuzu yerinə yetirib bir qaçaqçının dükanını bağlasanız, o deyə bilməz ki, siz mənim ticarətimə qarşı çıxırsınız. Xeyr, söhbət ticarətin azadlığından getmir, ticarət azaddır, qaçaqçılıq qadağandır. Burada da söhbət söz azadlığından getmir. Söz və fikir azaddır, təxribat və yoldan çıxarmaq qadağandır; özü də bizim ölkəmizin düşdüyü bugünkü həssas şəraitdə.(3)

İranda mətbuat azadlığı

Siz hansı ölkədə bu qədər qəzet-jurnal, nəşriyyə görə bilərsiniz? Bunlar hamısı dövlətindirmi? Ölkənin rəsmi qəzetləri açıq-aşkar hökumətin siyasətlərini sual altına aparır və tənqid edirlər. Hökumət də çox nəzakətlə qulaq asır və cavab verir. İndi İranda elə jurnallar çap olunur ki, ölkənin keçmiş zamandakı mədəniyyət ünsürləri ilə qısa tanışlığı olan, Şah dövrünün incəsənət xadimlərini tanıyan, düşməndən

səh:54


1- [106] Quran, Ali-İmran, 54
2- [107] Bəndər-Abbas döyüşçüləri və könüllülərinin toplantısında çıxış (19 fevral, 1998)
3- [108] İslam hökumətinin vəzifəli şəxsləri ilə görüşdə çıxış (9 iyul, 2000

qorxanların və Amerikanın dostlarının kimliyini bilən adam bu jurnalların büdcəsinin haradan gəldiyini anlayar. Bunu təxmin etmək olar. Biz də xəbərsiz deyilik. Mən də xəbərdaram. İcra orqanları da xəbərdardır. Amma bunlar çap olunur. Bizim onlarla işimiz yoxdur. Bizim hansısa jurnalın dörd-beş kəlmə söz deməsindən qorxumuz yoxdur. Biz də yazırıq.

İranda mövcud olan mətbuat azadlığı başqa ölkələrdə yoxdur. İran dövləti mətbuat azadlığı sahəsində məzlumdur. Dəlili də budur ki, bu cənaba azadlıq verib, sonra o gəlib bir jurnalı, bir qəzeti dövlət əleyhinə tənqidlərlə doldurub və bu tənqidlərdə tez-tez nəqarət kimi təkararlayır: “Bizə azadlıq vermirlər! Bizə azadlıq vermirlər!” Əgər azadlıq yoxdursa, siz bunları necə yazırsınız?! Bu gün bu ölkədə kimi şişə taxıb deyiblər ki, siz niyə filan sözü yazmısınız, siz niyə filan qəzeti nəşr edirsiniz? Bəli, əgər kimsə mətbuatda cinayət tərkibli fəaliyyətə yol versə kimliyindən asılı olmayaraq cinayətkardır. Qanunun cinayət kimi müəyyən etdiyi işi görən şəxs mütləq cəzalandırılacaq. Qanunda nəzərdə tutulan cəzalardan biri də cinayətə vasitə olmuş qəzeti bağlamaqdır. Hökumət görür ki, onu “Azadlıq yoxdur” adı ilə vururlar... Düşmənin istəyi budur ki, imperializmə bağlı ideoloji cərəyanın qələm sahibləri istədiklərini yazsınlar, amma İslam quruluşunun və İslam cərəyanının tərəfdarı olan yazarlar onlara cavab verməsinlər. Əgər cavab versələr, deyəcəklər: “Azadlıq yoxdur, siz bizi qorxudursunuz”.(1)

Bizim cəmiyyətdə mətbuat, kitab nəşri, yazmaq və nəşr etdirmək məsələsinə həssas yanaşmağımızı kimsə azad təfəkkür, azad düşüncə və azad müzakirəyə zidd olduğunu güman etsə, yanılıb. Xeyr, bu məsələnin şüarını birinci verən biz olmuşuq və Allaha həmd olsun ki, indiyə qədər də bunu istəmişik, lakin günahın və dağıdıcılığın azadlığına ziddik. Bizə etimad göstərdiklərinə görə sizdən kitab alan və ölkənin

səh:55


1- [109] Təhsil naziri, nazir müavinləri və ölkənin müxtəlif bölgələrindən olan təhsil işçiləri ilə görüşdə çıxış (11 avqust, 1996)

“bunlar dindardırlar, işin içindədirlər” - deyən cavan nəslin bu yolla azğınlığa və fəsada düşməsinə, yaxud bu yolla düşmənin öz işlərini görməsinə icazə vermək olmaz.(1)

Mətbuat - cəmiyyətdə aydınlığın səbəbi

Mən nə mətbuatın azadlığı ilə müxalifəm, nə də onun çoxluğu ilə. Əgər bu ölkədə iyirmi qəzetin yerinə iki yüz qəzet çıxsa, mən daha çox sevinəcəyəm. Mən ölkənin qəzetlərinin çoxalmasına pis baxmıram. Əgər mətbuat, konstitusiyada nəzərdə tutulduğu kimi, aydınlığa və şəffaflığa səbəb olsa, ölkənin mənafeyini nəzərə alsa, xalqın xeyrinə yazsa, dinin xeyrinə yazsa, nə qədər çox olsa, bir o qədər yaxşıdır. Lakin bu gün bəzi mətbu orqanları tapılır ki, bütün fikir-zikirləri cəmiyyəti təşvişə salmaq, ixtilaf salmaq, xalqda və oxucuda quruluşa ümidsizlik yaratmaqdır. 10-15 qəzet sanki bir mərkəzdən idarə olunur. Müxtəlif məsələlərdə bir-birinə oxşar başlıqlar dərc edirlər. Kiçik məsələləri böyüdürlər və elə manşetlər verirlər ki, bu manşetləri görən şəxs ölkədə hər şeyin məhv olduğunu güman edir. Bunlar gənclərdə olan ümidi öldürürlər. Yalan məlumat vətəndaşların hər birində vəzifəli şəxslərə olan etimad ruhiyyəsini zəiflədir. Ölkənin əsas orqanlarını təhqir edir.(2)

Mətbuatın yaxşı bir şey, azadlıq və insan haqlarının əsas təməllərindən biri olması o demək deyil ki, biz mətbuat meydanında baş verən hər bir məsələni qəbul edək, onun barəsində heç nə deməyək və sükutla qarşılayaq. Belə olmaz. Qayda-qanun lazımdır.(3)

Heç kim azad mətbuata qarşı çıxmır. Bu inqilabın fəlsəfəsi azadlıqdır: söz və fikir azadlığı. Amma belə olmasın ki, düşmənin sözünü, istəyini və təhlilini digər sözlərdən önə keçirək, onu prinsip və meyar götürək. Dost, onun düşməni ilə dost olan şəxsə etimad göstərə bilməz.(4)

səh:56


1- [110] İmam Xomeyni hüseyniyyəsində kitab sərgisində söhbət (18 may, 1999)
2- [111] Gənclərlə görüşdə çıxış (20 aprel, 2000)
3- [112] “Mədəni İnqilab” Ali Şurasının üzvlərilə görüşdə çıxış (5 yanvar 1999)
4- [113]Tehranın cümə namazı xütbələri (30 iyul 1999)

Mətbuat azadlığının hüdudu

Mətbuat və yazarlar istədiklərini yazırlar. Əlbəttə, bunun hüdudları var. Bu hüdudlara dünyanın heç bir yerində və heç bir məntiqdə pis baxılmır. Bu, senzura deyil, azadlığın qarşısını almaq deyil. Bu hüdudların qoyulmaması özbaşınalıq və hərc-mərclikdir. Cəmiyyətdə qanun var, qayda var, bəzi xətlər var. Buna görə də, bu hüdudlara, qaydalara və düzgün ictimai qanunlara əməl olunmalıdır.(1)

Mətbuat məhkumluğu

Əgər kimsə mətbuat qanunlarını pozub cinayət törətsə, kimliyindən asılı olmayaraq cinayətkardır. Qanunun cinayət kimi müəyyən etdiyi işi görən şəxs mütləq cəzalandırılacaq. Qanunda nəzərdə tutulan cəzalardan biri də cinayətin baş verdiyi qəzeti bağlamaqdır. Hökumət görür ki, onu “Azadlıq yoxdur” adı ilə vururlar...(2)

Qanuna əsasən, hər hansı bir cinayətdə təqsirli bilinən şəxs həbs edilir. Dünyada kim etiraz edir ki, niyə sizdə həbsxana var? Halbuki həbs etmək azadlığı məhdudlaşdırmanın ən aydın nümunəsidir. Niyə heç kim etiraz etmir? Çünki bu, qanunda nəzərdə tutulmuş bir hərəkətdir. Buna əsasən bəziləri həbs edilirlər. Bu məsələdə hər şey müəyyən edilib və heç bir kəs buna qarşı çıxmır.(3)

səh:57


1- [114] Ölkənin mətbuat işçilərilə görüşdə çıxış (14 may, 1994)
2- [115] Təhsil naziri, müavinləri və ölkənin müxtəlif bölgələrindən olan təhsil işçiləri ilə görüşdə çıxış (11 avqust, 1996)
3- [116] Tələbə nəşriyyələrinin baş redaktorları ilə sual-cavab məclisində söhbət (23 fevral 1999)

Azadlıq və gənclik ruhiyyəsi

Gəncliyin xüsusiyyətlərindən biri paklıq və möminlikdir. Kölə olmaq, bataqlıqda batmaq, başqa sözlə, həyatın ötəri şirinliyinə əsir olmaq qocalara və yaşlılara xasdır. Gənclik - azadlıq dövrü və belə zəncirlərdən qurtuluş dövrüdür. Gənc səfalıdır. Bu səfalılığı özünüzdə qoruyun. Siz özünüzü və həmçinin digərlərini (əlbəttə, insan əvvəl özündən başlamalıdır) həyatın ləzzətlərində boğulmaqdan xilas etməyi bacarmalısınız.(1)

Gənc islahatçıdır. Yəni təbii olaraq ədalətin, qanuni azadlıqların və İslam ideallarının gerçəkləşməsini tələb edir. İslam həqiqətləri və idealları onu həyəcanlandırır, onda cazibə yaradır. Gənclərdən gözlənilən budur ki, ədalətsevərliliyi unutmasınlar. Fərdi, ictimai, siyasi, mənəvi və ruhi azadlıqları İslamın çox uca izahı ilə birgə, özlərinin daimi istəkləri bilsinlər və yaddan çıxarmasınlar.(2)

Gənclərin azadlıq barədə təhlil qüvvəsi

Bu gün cəmiyyət azaddır və hər kəs danışa, sözünü deyə bilər. Əsas və təməl prinsip olan Vilayəti-fəqihə aid də danışılır. Siz görün nə qədər məqalə yazılıb. Yazanların hamısı müdafiə etməyib ki. Bir cənab kitab yazdı, icazə də alıb çap etdirdi. Hamının əlində var. O, ümumiyyətlə Vilayət prinsipini inkar etmişdi. Lakin ona verilən cavablar çox güclü olduğundan geri çəkildi. Yazdı ki, ümumiyyətlə, vilayət məsumlarda da yoxdur. Niyə? Çünki vilayət qəyyumluq deməkdir. Kimə qəyyumluqdan söhbət gedir? Uşağa, tərk edilmişə - deməli, xalq atılmış, tərk edilmişdir!.. Yəni elmsizlikdən, məsələni tam bilməməkdən irəli gələn aydın bir təhrif baş verdi. Amma onu elmi formada ortaya qoydular. Heç kim də onlara mane olmadı. O cənab Tehranda yaşayır. Heç kim soruşmadı ki, niyə yazdın. Bəs bu cəmiyyət azad

səh:58


1- [117] “Vəhdətin möhkəmləndirilməsi” dəftərxanasının üzvləri ilə görüşdə çıxış (2 yanvar, 2001)
2- [118] İsfahan vliayətinin gənclərilə görüşdə çıxış (3 noyabr, 2001)

deyil? Bu ölkə azad deyil? Burada söz və fikir azadlığı yoxdur? Bəs fikir azadlığı nədir? Mütləq dörd nəfər adam gəlib heç bir dəlilə, məntiqə istinad etmədən üç-dörd nəfərə söyüş söyməlidir ki, mənası azadlıq olsun? Bu, çox yaxşı haldır?

Mən “gənclərin təhlil qüvvəsi olsun” - deyəndə bunu nəzərdə tuturam. Ehtiyatlı olun ki, mənasız sözlərin tələsinə düşməyəsiniz. İnsanın bir mövzunu öz zehnində ardıcıl dolandırmsı çox da yaxşı hal deyil. Düzgün məqamın, həqiqətən sizin ürəyinizi razı və zehninizi qane edəcək məqamın arxasınca gedin. Bəli, biz cəmiyyəti azad bir cəmiyyət bilirik. Qızılın xalisliyini ölçmək mənasında olan azadlığı çox yaxşı iş hesab edirik. Mən onunla razıyam. Lakin insanlara qarşı iftira yağdırmaqla əsla müvafiq deyiləm.(1)

Azadlıqsevərlikdə gənclərin məqsədi

Gərək bu suala cavab verilsin: gənclər prezident seçməklə nə istəyirlər? Düşmən bu sualın cavabını verir. Şübhəsiz, bizim ölkə daxilində də düşmənin bu istəyini təkrar edən gənclər tapılacaq: gənclər peyk anteni istəyirlər; gənclər qeyri-islami həyat azadlığı istəyirlər; gənclər İslamın qəbul etmədiyi azadlıqları istəyirlər. Bu gün bu cavablar davamlı olaraq hamının qulağında səsləndirilir. Görəsən doğrudanmı cavanlar bunları istəyirlər? Siz bu məmləkətin gənclərisiniz. Bu suala cavab vermək üçün gənc tələbədən daha layiq kimi ola bilər. Xüsusən də fikir, düşüncə və təhlil adamı olan, İslam birliyi, yaxud başqa bir tələbə birliyinin üzvüsən?! Başqalarının sionist təbliğatına uyğun şəkildə tənzimlənmiş cavabından öncə siz cavab verin. Sizin cavab verməyə haqqınız çatır. Çünki zərərli, dağıdıcı və fəsad yaradan azadlıqların tərəfdarı olan şəxslər əgər bu seçkilərdə iştirak etmişlərsə də, əbəs yerə iştirak etmişlər. Onlar ümumiyyətlə seçki adamı deyillər. Seçki sizə məxsusdur; bizim islamçı və inqilabçı

səh:59


1- [119] Tələbə nəşriyyələrinin baş redaktorları ilə sual-cavab məclisində söhbət (23 fevral, 1999)

cəmiyyətmizə, mömin uşaqlarımıza və hizbullah qüvvələrimizə.(1)

Gənc azadlıq və istiqlaliyyət mesajı olan məsələdən başqa bir şey haqda fikirləşmir. Onlar sonra xalqın diqqətini düşmənin təsirinə yönələn hərəkətdən daşındırmaq üçün başqa şüarlar verməyə başlayırlar. “İranda mövcud olan diktaturadan azadlıq” mənasını nəzərdə tutub “azadlıq” şüarı səsləndirirlər.(2)

İslam quruluşunda qadın azadlığı

Hal-hazırda Qərbdə şüar formasında mövcud olan məsələlərdən biri də qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara malikdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Onlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir?

Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhdudiyyətlərindən azad olmaq, kişinin mütləq nüfuzundan azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də, Qərb dünyasında səslənən fikirlərdən biri də abort azadlığı məsələsidir. Bu çox əhəmiyyətli məqamdır. Zahiri sadə və kiçik olsa da, əslində çox təhlükəli və ağır mövzudur. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bu layihələrin kompleksini Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qismi haqqında qətiyyətlə deyə bilərik ki, zərərlidir. Başqa bir qismi faydalı da ola bilər.

səh:60


1- [120] Bazar ertəsi günləri ümumi görüşdə söhbət (26 may, 1997)
2- [121] Tələbələrin İslam cəmiyyətinin üzvləri ilə görüşündə çıxış (7 noyabr, 2000)

İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.

Siz görürsünüz ki, son bir neçə onillikdə Qərbdə qadın azadlığı adı altında o qədər fəsad və pozğunçuluq yayıldı ki, qərbli mütəfəkkirlərin özləri qorxuya düşdülər. Bu gün Qərb ölkələrindəki qayğıkeş, ağıllı və maraqlı insanlar qarşıya çıxmış vəziyyətdən qorxur, narahatlıq hissi keçirirlər. Əlbəttə, onun qarşısını ala bilməyəcəklər. Onlar qadına xidmət adı ilə onun həyatına ən böyük zərbəni vurdular. Niyə? Ona görə ki, pozğunçuluqla, fəsadın yayılması ilə, kişi və qadının qeyd-şərtsiz rabitə azadlığı ilə ailənin təməli dağıldı. Kişi cəmiyyətdə azad şəkildə öz cinsi ehtiyacını təmin etsə, qadın heç bir problemsiz cəmiyyətdə digər kişilərlə təmasda olsa, heç zaman ailədə yaxşı və ləyaqətli cütlük ola bilməzlər. Buna görə ailələr dağıldı. Bu gün qadın hüquqlarını bayraq edən şəxslərin çoxu həqiqətdə Qərb azadlığını və pozğunçuluğu bayraq edirlər və qərbliləri yamsılayırlar. Onlar bəzən həm də nə isə yazırlar. Bu şanlı məsələlərdə onların imzası yoxdur. İranlı qadının inqilabın qələbəsindən sonrakı 18 ildə göstərdiyi və yaratdığı əzəmətdə onların rolu olmayıb və böyük bir iş görməyiblər. Onların çoxu öz ciblərinin, öz gəlirlərinin, öz keflərinin, bəzək-zinət əşayalarının fikrində olublar. Onların heç bir əzəmətləri yoxdur. Bu proqram yanlış proqramdır. Əgər Qərbin qadın haqqında proqramı düzgün olsaydı, qərblilər 70-80 və 100 il keçdikdən sonra yenidən qadın hüquqları hərəkatı başlamağa məcbur olmazdılar. Məqsədim son illərdə başlatdıqları hərəkatdır. 10-20 ildir ki, onlar yenidən qadın hüquqlarını və qadın azadlıqlarını müdafiə adlı müxtəlif hərəkatlar (feminizm) başlayıblar. Niyə? Əgər Qərb azadlığı uğurlu proqram idisə, əgər qadın hüquqlarını müdafiə həqiqi idisə, 100 ildən sonra bəzilərinin yenidən gəlib hərəkat və cəncəl yaratmalarına ehtiyac qalmazdı. Deməli, o proqram yanlış imiş. İndiki proqramları da səhvdir, qadın və kişiyə, xüsusən də qadına bədbəxtlikdən və problem yaratmaqdan başqa bir şeylə nəticələnməyəcək. Yanlış Qərb tərbiyəsi üzündən tağut hökuməti dövründə bu ölkədə qadınlar

səh:61

bəzənməyə, faydasız zinətlənməyə və özlərini göstərməyə qurşandılar. Bu da kişimərkəzliliyinin əlamətlərindəndir.

Qərblilərin patriarxal (kişimərkəzçi) olmalarının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın, kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, kişimərkəzçilikdir. Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişilərin gözlə ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə Allah dinində olmayan cəmiyyətin çoxlu kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər bunun ən bariz nümunəsidirlər. Deməli, qadının mütaliəyə, elmə və tədqiqata doğru hərəkət etməsi kimi şüarlar yalnız qadınlar arasında ciddi sayılmalıdır.

Müsəlman cəmiyyətlərində və bizim cəmiyyətmizdə qadınların hüquqlarının bərpası yönümündə mütləq hərəkət olmalıdır, lakin İslam əsasında və İslam məqsədlərinə uyğun şəkildə. Bəziləri deməsinlər ki, bu nə hərəkatdır; məgər bizim cəmiyyətimizdə qadının nəyi çatmır? Təəssüf ki, bəzilərinin belə düşünməsi mümkündür. Bu, məsələnin zahirini görməkdir. Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətmizdə zülm və istismara düçar olub. Amma bu çatışmazlıqlar pozğunluq mənasında olan azadlıq çatışmazlığı deyil. Bu çatışmazlıq elm, maarif, tərbiyə, əxlaq, tərəqqi və istedadların çiçəklənməsi üçün meydanların və imkanların çatışmazlığıdır. Bunu təmin etmək və axtarmaq lazımdır. Bu, İslamın təkid göstərdiyi bir məsələdir.(1)

Hicabın fəlsəfəsi

Qadının təbiəti və xarakteri gözəllik və incəlik nümunəsi edildiyindən, cəmiyyətin qarışıq və nizamsız olmasını, fəsada bulaşmasını istəmiriksə, bu cinsi örtükdə saxlamalıyıq. Bu baxımdan, kişi mütləq surətdə qadın kimi deyil. Onun üçün

səh:62


1- [122] Qadınların böyük toplantısında çıxış (22 oktyabr, 1997)

daha çox azadlıq mövcuddur. Bu onların təbii vəziyyətindən və Allahın baxışı ilə dünya idarəsinin tənzimindən irəli gəlir.(1)

Hicabın yasağı, qadın azadlığı, cinsi istismar İslamda qadınla kişi arasında nəzərdə tutulan çox zərif və mürəkkəb pərdənin götürülməsi - qərbi yamsılamağın bir nümunəsi idi. Sözügedən pərdə və hicab əsla zahiri hicab mənasında deyil. Bu başqa bir mövzudur. Məsələyə diqqətlə və incəliklə baxmaqla onu anlamaq, ölçmək və nə qədər hikmətli olduğunu bilmək olar.

Əlbəttə, Avropada bu pərdə və örtük qədimdə olmayıb. Amma eyni zamanda həmişə və davamlı olaraq qadına zülm edilib. Ötən əsrlərin Avropasında nə paltar və zahiri görkəm baxımından və nə də digər əxlaqi və qeyri-əxlaqi cəhətlər baxımından, bugünkü mənada işlədilən qadın azadlığı olub, amma o pərdə və hicab da olmayıb. Və bununla yanaşı qadına zülmlər də baş verib.(2)

Əgər biz onları razı salmaqdan ötrü qadın barəsində, İslam dininin qadının izzətinə səbəb olan baxışına qarşı danışsaq, səhv etmiş olarıq. Nə üçün kimlərsə qadın sahəsində, yaxud insan hüquqları sahəsində elə danışmalıdırlar ki, elə bil biz çalışıb özümüzü qərblilərin baxışlarına yaxınlaşdırmalıyıq. Onlar səhv edirlər. Onlar öz baxışlarını bizə yaxınlaşdırmalıdırlar. Onlar qadın, insan hüquqları, azadlıq və demokratiya barəsindəki yanlış və batil fikirlərini düzəltməli və İslamın görüşləri ilə ölçməlidirlər. Bəziləri bu tərəfdən təsirlənməməlidirlər.(3)

səh:63


1- [123] Fiqh və üsul xaric (ali ixtisas) kursunun tədrisində söhbət (25 fevral, 2001)
2- [124] İslam Şura Məclisinin qadın deputatları ilə görüşdə çıxış (6 oktyabr, 2001)
3- [125] Tehran vilayətinin şəhid zabitlərinin ailələri ilə görüşündəki çıxışından: 7 may 1997.

İslamda və Qərbdə mövcud olan qadın azadlığının fərqi

Düzgün mənada işlədilən, yəni bəşər üçün lazım və faydalı olan azadlıq İslam Respublikası quruluşunda təmin olunub. Lakin qərblilər bu anlayışı başqa cür izah edirlər. Bizim mövcud problemlərimizdən biri budur ki, bəzi Qərb məfhumlarını düzgün təhlil etmədən İslam zonasına və bizim cəmiyyətmizin fikir arenasına gətiririk. Bəzi şəxslər mənalara diqqət yetirmirlər. Qərbdə başa düşülən demokratiya və azadlıq sözlərini olduğu kimi buraya gətirirlər. Bilmirlər ki, onların azadlıq sözündə nəzərdə tutduqları məna bizim bu gün, yaxud başqa vaxtda öz mühitimizdə azadlıq sözündən başa düşdüyümüz mənadan fərqlənir. Qərb mədəniyyətinə və Qərbin qadın məsələsində əldə etdiyi anlayışa əsasən, orada qadın azadlığı dedikdə mənası bu deyil ki, qadın azad olub dərs oxusun, yaxud siyasi fəaliyyətə qatılsın və ya iqtisadi fəaliyyətlə məşğul olsun. Ümumiyyətlə, qadın azadlığında məqsəd bunlar deyil. Qadın azadlığı - yəni qadının cinsi azadlığı, pozğunçuluq azadlığı, yəni qadın cinsi və ehtiras məsələləri ilə bitən işlərdə azad rəftar etsin. Digərləri də qadınla azad rəftar edə bilsinlər. Qərbdə qadın azadlığının mənası budur. Onlar deyirlər ki, müsəlman İranda azadlıq yoxdur. Bəli, bu mənada olan azadlıq, əlbəttə ki, yoxdur.(1)

İslam və vicdan (etiqad) azadlığı

İşarə

Düşüncə və etiqad azadlığı İslamda, həmçinin bugünkü mədəniyyətdə çox əhəmiyyətli mövzulardan biridir. Bu gün fikir, etiqad və din azadlığı bütün dünya səviyyəsində qəbul olunmuş bir şüar sayılır. Yəni dünyada hətta azadlığa inamı olmayan və öz cəmiyyətlərində müxtəlif azadlıqları, xüsusən fikir azadlıqlarını boğan hökumətlər və ölkələr də fikir, etiqad və din azadlığından dəm vurub, uyğun şüarları səsləndirirlər. Onlar öz ölkələrində din və etiqadın azad olduğunu göstərmək üçün bəzi toplantılar da təşkil edirlər. Məsələn, İslam

səh:64


1- [126] Ölkə üzrə cümə imamları ilə görüşdə çıxış (2 oktyabr, 2000)

etiqadına və İslam dininə qarşı kəskin həssaslıq göstərən bəzi ölkələrdə belə nümayişkaranə işlər görülür ki, bu ölkədə fikir və etiqad azadlığının təmini dünyada əks olunsun.

İslamın görüşü tam olaraq bəyan olunmalıdır. Əlbəttə, dünyanın şüar verdiyi, o cümlədən, həqiqətən dünyada iddia olunan fikir azadlığının mövcudluğu barədə söz çoxdur. Mən İslamın nəzərini qısa olaraq üç bölmədə deyəcəyəm:

1. Təfəkkür prinsipi

Birinci məsələ budur ki, fikirləşmək, düşünmək İslamda nəinki azaddır, hətta lazım və vacibdir. Bəlkə də səmavi kitablar və dini yazılar arasında ikinci bir kitab tapmaq olmaz ki, Quran qədər insanları təfəkkür etməyə, həyat məsələlərində - maddi, mənəvi və insani məsələlərdə təfəkkürə, fikirləşməyə və araşdırmağa, tarixin bu kimi məsələlərində dərindən düşünməyə dəvət etsin. Hətta bundan da yuxarı odur ki, öz dini təfəkkürlərində şəkkə, tərəddüdə düşmək də İslam baxımından pis və qadağan edilmiş bir iş deyil.

2. İslam cəmiyyətlərində qeyi-islami etiqadların azadlıq həddi

İkinci məsələ budur ki, İslam etiqadı ilə mübarizə aparmaq fikrində olmayan heç bir dini inanca malik olmaq qadağan deyil, yəni cəzası yoxdur. Əgər müsəlman cəmiyyətində kiminsə qeyri-islami etiqadı olsa, lakin bu etiqad onu İslam quruluşuna qarşı çıxmağa, ona qarşı fəaliyyətə sövq etməsə, bu əqidə şəxs üçün problem yaratmır. Buna əsasən, müsəlman cəmiyyətində yəhudilər, məsihilər, zərdüştilər və müsəlman olmayan digər məzhəblərin ardıcılları yaşayırlar, öz toxunulmazlıq hüquqlarından istifadə edirlər. Onlar İslam Respublikası konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, öz etiqadlarında azaddırlar. Yəni İslama əsasən, müsəlman cəmiyyətində etiqad qadağan deyil. Əlbəttə, “əqidə azaddır” dedikdə mənası budurmu ki, İslam haqq etiqaddan qeyrisinə inananlarla razıdır? Məlumdur ki, yox. Burada azadlıq o deməkdir ki, bu işin mühakiməsi və cəzası yoxdur. Müsəlman cəmiyyətində qeyri-islami əqidəyə malik şəxsin etiqadı İslam

səh:65

quruluşuna qarşı çıxmağa, ona qarşı fəaliyyətə yönəlməyibsə, bu əqidəyə malik olmaq azaddır və heç bir cəzası yoxdur.

3. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar

Üçüncü məsələ siyasi baxışdır. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar azaddır. Heç kimi bir siyasi, yaxud elmi fikrin daşıyıcısı olduğuna görə təqib etmirlər. İslam buna icazə vermir. Bu, Orta əsrlərdə Avropada yayılmışdı. Onlar alimləri yeni elmi kəşflərə inandıqları üçün günbəgün daha artıq təzyiqlərə məruz qoyurdular: bəzilərini öldürürdülər, bəzilərini siyasi görüşlərinə görə məhv edirdilər. İslamda bu işlərin heç biri yoxdur. İslamda belə sərtliklərə icazə verilmir.(1)

Bizim hökumətimiz İslam hökumətidir. Onda söz azadlığı var. İnsafsızlıqla deyilən bəzi sözlər də mövcud azadlıqdan istifadə etməklə deyilir.(2)

Söz azadlığı dəyərlər çərçivəsində

Fikir və söz azadlığı da inqilabın dəyərlərindən biri idi. Xalq azad düşünmək istəyirdi. O zaman fikir azadlığı, söz azadlığı və qərar vermək azadlığı da yox idi. Xalq bunu bəyənmirdi. Bu azadlıqların mövcud olmasını istəyirdi. Dəyərlər dedikdə dini, etiqadi, siyasi müstəqilliyi, iqtisadi müstəqilliyi, mədəni müstəqilliyi, fikir azadlığını, əxlaqın yayılmasını, xalq hakimiyyətini, dindar və təqvalı insanların iş başında olduğu imanlı hökuməti nəzərdə tuturuq.

Düzgün deyil ki, kimsə siyasi, mədəni və iqtisadi müstəqilliyə diqqət yetirsin, amma dindarlığa yox. Yaxud dindarlığa diqqət yetirsin, amma fikir azadlığına yox. Ya fikir və söz azadlığına diqqət yetirsin, amma xalqın din və imanının qorunmasına diqqət yetirməsin. Əgər belə olsa, işlər natamam qalacaq. Bütün dəyərlərə kompleks diqqət yetirmək lazımdır.

səh:66


1- [127] Tehranın cümə namazı xütbələri (6 fevral 1987)
2- [128] Fiqh ali ixtisas dərsinin əvvəlində söhbət (5 sentyabr, 1995)

Bundan da üstün odur ki, hakimiyyət orqanları bütün bu dəyərlərə diqqət yetirməli və onların hamısını qorumalıdır.(1)

Söz azadlığının həddi

Ümumiyyətlə, azadlıq fikirlərin istiqamətləndirilməsi, inkişafı və cəmiyyətin tərəqqisi üçündür. Azğınlığa, fikirlərin qapanmasına və cəmiyyətin geriliyinə səbəb olan azadlıq əsla məqbul deyil. Söz azadlığının sərhədlərindən biri aldatmaq və azdırmaqdır. Cəmiyyətdə qəlbləri və zehinləri azdıran və çaşdıran hər bir söz qadağandır. Sərhədlərin başqa biri cəmiyyətdə ümumi təşviş yaratmaqdır. Allah-Taala Əhzab surəsində belə buyurur: “Əgər münafiqlər, qəlblərində (ruhlarında) xəstəlik olanlar və (mürciflər, yəni) Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.(2) Mədinə şəhərində “mürcif”lər, yəni cəmiyyətdə təşviş yaradan, onu gərginliyə və qeyri-sağlam hərəkətlərə sövq edən şəxslər vardı. Mürcif öz sözü, şayiəsi, mövqeyi və izahları ilə cəmiyyəti təşvişə salan insana deyilir. Bu hətta əziz Peyğəmbərimizin (s) dövründəki kiçik cəmiyyətdə də yolverilməzdir. Söz azaddır, amma əgər kimsə bu sözlə cəmiyyətin sakit mühitini və xalqın normal yaşayış tərzini pozmaq istəsə, İslam heç bir yolla bunu qəbul etmir və buyurur: “Səni onların üzərinə qaldırarıq”. Yəni müvafiq orqanlar belə sözə qarşı çıxmalı, onu qanuni, siyasi və hüquqi yolla cavablandırmalıdırlar. Deməli, fikri ifadə etmək təşvişə salmaq deyil.(3)

Biz söz azadlığına və ictimai fəaliyyətlər azadlığına inanırıq. Ümumiyyətlə, bu anlayışları və bu həqiqətləri inqilab və inqilabın öncülləri bu ölkəyə gətirdilər. Lakin bu azadlıq məhduddur, mütləq azadlıq deyil. Onun həddi haradadır? Onun həddi İslamın təyin etdiyi hüdudlardır. Əgər kimlərsə xalqı imansızlıqlara və ehtiraslara sövq etmək istəsələr, bu

səh:67


1- [129] Tehranın cümə namazı xütbələri (12 may, 2000)
2- [130] Quran, Əhzab, 60
3- [131] Tehranın cümə namazı xütbələri (8 may, 1987)

işdə azad deyillər. Bu azadlıq xəyanət azadlığıdır. Kimlərinsə oturub hiyləgər plan cızmaları və bu planı hər hansı bir formada yazmaları hiylənin və fitnənin azadlığıdır və qəbul olunmur.(1)

Fikirlərin qarşılaşması və fikirlərin azadlığı onların hidayəti üçündür. Bir quruluş, bir rejim, bir dövlət fikirlərin həqiqətə istiqamətləndirilməsi yolunda addım atmaya və fikirlərin hidayəti üçün iş görməyə bilməz. Eynilə həmin dövlət, quruluş və rejim səmimiyyətlə işləmək istəsə, fikirlərin azğınlığına səbəb olan hərəkətə də icazə verməməlidir. Əgər söz azadlığı fikirlərin hidayəti məqsədini daşıyırsa, onda fikirləri hidayət yox, azğınlığa sövq edən, xalqı aldadan, həqiqətləri gizlədən, batili haqq kimi cilvələndirən və haqqı batil kimi göstərən söz də aldadıcı və zərərli söz olacaq. Həqiqəti söyləmək fikirlərin hidayəti və söz azadlığı fikirlərin inkişafı üçün lazım olduğuna görə sui-istifadə edilən və fikirləri azdıran bəzi azadlıqlar da haram və qadağandır və mövcud olmamalıdır. Ümumiyyətlə, bu islami qaydadan (Zümər surəsinin “Bəndələrimə müjdə ver! O kəslər ki, sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar”(2) ayəsindən və digər dəlillərdən də bunu müyyən qədər başa düşmək olar) məlum olur ki, söz azadlığının icazəli olması qəti bir məsələdir. Lakin onun hədd və sərhədləri də var. Bu da qətidir.(3)

İctimai azadlıqlar və yanlış anlaşılmalar

Azadlıq məsələsi Qurani-kərimdə və imamların (ə) sözlərində dəfələrlə, özü də ciddi surətdə vurğulanan məsələlərdən biridir. Əlbəttə, burada azadlıq dedikdə məqsədimiz dünyada heç bir tərəfdarı olmayan mütləq azadlıq deyil. Düşünmürəm ki, dünyada kimsə mütləq azadlığa dəvət etsin. Məqsədimiz İslam dinində, xüsusən də İslam maarifinin

səh:68


1- [132] İslam İnqilabının Keşikçiləri Korpusunun komandanları ilə görüşdə çıxış (15 sentyabr, 1998)
2- [133] Quran, Zümər, 17-18
3- [134] Tehranın cümə namazı xütbələri (24 aprel, 1987)

yüksək səviyyələrində nəzərdə tutulan mənəvi azadlıq da deyil. Mənəvi azadlıq məsələsi mənəviyyata inanan bütün insanların qəbul etdiyi bir məsələdir. Amma bizim söhbətimizin mövzusu başqadır. Burada söhbət açdığımız azadlıq ictimai azadlıqdır: düşünmək, danışmaq, seçmək və bu növ işlər üçün insani haqq olan azadlıq. Bu məsələ Quran və sünnədə yüksək dəyərləndirilmişdir.

Azadlıq məsələsini islami məsələ kimi qəbul edin. Əlbəttə, məncə iki qrup insan azadlıq məsələsinin qeyri-islami və qeyri-lokal qəbulunda həmrəy olmuşlar. Bu qrupların biri sözlərində azadlıq məsələsi üçün son iki-üç əsr Qərb filosoflarının fikirlərindən sitat gətirirlər: filankəs belə deyib, filankəs elə deyib. Əlbəttə, bunlar həmin filosofların adını çəkdikləri üçün möhtərəm şəxslər sayılırlar. Çünki bəzi mətbuat filosofnümaları var ki, Con Stüart Millin, yaxud filan fransalı, almaniyalı və ya amerikalı filosofun sözünü deyir, amma adını çəkmirlər, öz adlarına yazırlar. Bunlar saxtakarlıq edirlər. Lakin yenə də azadlıq təfəkkürünün və ictimai azadlıq məfhumunun bir Qərb fikri və Qərb tərəfindən bizə hədiyyə olması haqda fikrin formalaşmasına kömək edirlər.

Bir qrup da bilmədən bunlara kömək göstərirlər. Bunlar azadlıq adı çəkilən kimi qorxuya və vahiməyə düşən, fəryad qoparıb “ay aman, din əldən getdi” - deyən şəxslərdir. Xeyr, din azadlığın ən böyük təbliğatçısıdır. Nə üçün din əldən getsin? Düzgün və ağıllı azadlıq dinin bir xalqa və bir cəmiyyətə olan ən mühüm hədiyyəsidir. Azadlığa görə fikirlər inkişaf edir və istedadlar çiçəklənir. Müstəbidlik və avtoritarizm istedadın ziddidir. İstibdad olan yerdə istedad çiçəklənə bilməz. İslam insanların çiçəklənməsini istəyir. Əzəmətli insani mənbələr də təbii mənbələr kimi istixrac olunmalıdır ki, dünyanı abadlaşdırsınlar. Məgər bu, azadlıq olmadan mümkündür? Məgər əmr və qadağalarla mümkündür? Buna əsasən, kimlərinsə belə düşünməsi də yanlışdır. Əgər belə demək mümkündürsə, qərbpərəstlər və konservatorlar, əslində özləri də bilmədən azadlıq anlayışını tamamilə İslam sahəsindən çıxarmaq barədə bir-birlərilə

səh:69

əməkdaşlıq edirlər. Halbuki belə bir şey yoxdur və azadlıq anlayışı islami bir anlayışdır.

İslam bundan da geniş və artıq deyib. İslam azadlığı insanın fitri hissi bilir. Azadlıq bir haqdır, lakin yaşamaq və həyat haqqı kimi bir haqdır, digər haqlardan yüksəkdə durur. Yaşamaq haqqını sakinolma haqqı, seçim haqqı və digər hüquqlarla bir sıraya qoymaq olmaz. Azadlıq da belədir. Bu sözlərdən ucadır, bunların hamısının fövqündədir. Bu, İslamın baxışıdır.(1)

İctimai azadlığa aid yanlış təfəkkür

Bu gün dünyanın siyasi lüğətində nəzərdə tutulan ictimai azadlıq Qurani-kərimdə təsdiq olunub. Bizim 18-ci əsr Avropa liberalizminə müraciət etməyimizə və Kantın, Con Stüart Millin və digərlərinin nə dediyini izləməyimizə lüzum yoxdur. Bizim öz sözümüz və məntiqimiz var.

İslamda ictimai azadlığa Qərb məktəblərindən daha artıq üstünlük verilmişdir. Əlbəttə, liberalizmin izahları olduqca çoxdur. Yəni renessansdan sonra Fransada, Avropada və sonra bütün dünyada liberalist təfəkkür inkişaf etdikdən, sonra da Fransa inqilabı ilə nəticələndikdən, daha sonra Amerika istiqlaliyyət vuruşmalarında təhrif olunmuş şəkildə işlədildikdən, məlum Amerika xartiyasından (bütün bunlar xüsusi söhbətlərin mövzusudur) bu günədək, xüsusən də son illərdə liberalizm barəsində onlarla tərif və izah verilmişdir. Son zamanlar Amerika nəzəriyyəçiləri və ideoloqları davamlı olaraq bu sahədə yazırlar.

İctimai azadlıq təfəkkürünün Qərbin hədiyyəsi olduğunu düşünmək yanlışdır. Yəni biz də bu sahədə şirin və cəlbedici söz demək istəsək, mütləq filankəsin kitabına istinad etməliyik, Qərbdə oturub özü üçün fikirləşən və yazan filankəsin adını çəkməliyik. Xeyr, müstəqil düşünmək lazımdır. Öz mənbələrmizə və müsəlman qaynaqlarına müraciət etməliyik. İnsan başqalarının təfəkküründən zehnini

səh:70


1- [135] Bir qrup tələbənin buraxılış tədbirində çıxış (3 sentyabr 1998)

işıqlandırmaq, aydın məqamlar tapmaq üçün istifadə etməlidir, təqlid üçün yox. Əgər təqliddən söhbət getsə, böyük zərər qarşıya çıxacaq.

İslamda bu qədər dəyərli hesab edilən ictimai azadlıq əgər bir xalqın dəyərli olan mənəvi və ya maddi nailiyyətlərini məhv etmək üçün istifadə olunsa, zərərlidir. Bir insanın həyatı kimi: “Kim, bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur”.(1) Qurana görə, bir insanı öldürmək bütün insaniyyəti öldürmək kimidir. Bu çox maraqlı məqamdır. Bir insanın qətlinə əl uzadan şəxs bütün insaniyyəti məhv etmiş kimidir. Çünki insaniyyət məqamına əl uzadıb.(2)

Demokratiyaya əsaslanan xalq azadlığı

Xalq azadlığı, onların seçiminə arxalanmaq və sözün əsl mənasında olan demokratiya bizim üçün müqəddəsdir. Niyə? Liberalizm fəlsəfəsinə görə yox. Bizim yaradanımız və sahibimiz olan Allah-Taalanın “Bütün insanlar azaddırlar”(3) buyurduğuna görə: “Başqasının qulu olma, Allah səni azad yaradıb”.(4) Allah belə buyurur. Əmirəl-möminin (ə) deyirsə, yəni Allah deyib, Peyğəmbər (s) deyirsə, deməli Allah deyib. Yalnız söz onların sözüdür. İkinci xəlifə də öz valisinə dedi: “Siz xalqı özünüzə kölə etmisiniz, halbuki Allah onları azad yaradıb”. Bu, həqiqi demokratiya üçün bir məntiq və təməldir. Nədə azaddırlar? Bu gün günorta yeməyinə hansı xörəyi yeməkdəmi? Bu çox kiçik bir məsələdir. Azadlığın ən mühüm nümunəsi budur ki, öz talelərini özləri seçsinlər. Bu, demokratiyanın təməlidir.

Xalq azadlığı dini maarifə əsaslanır. Demokratiyada azadlıq qanunu müstəvisində Allahın dinini qəbul edib, lakin hökumətin, xalqın və qanunların vəzifələrinə gəldikdə Allahın sözünü rədd edə bilmərik. Bu, bəzisinə iman gətirib bəzisinə

səh:71


1- [136] Quran, Maidə, 32
2- [137] Bir qrup tələbənin buraxılış tədbirində çıxış (3 sentyabr, 1998)
3- [138] Dəaim əl-İslam, c. 2, səh. 524.
4- [139] Nəhcül-bəlağə, məktub 21.

kafir olmaqdır.(1) Bu, dinin ziddinədir. Burada gərək xalq və xalqın səsinə arxalanan xalq quruluşu olsun. Dini dəyərlər və (bir dəstə xurafatçı və nadanın din adına bağladığı yox, həqiqətən dindən və dinin möhkəm təlimlərinə arxalanan) qəti dini meyarlar bu quruluşun məcmusunda mütləq riayət olunmalıdır. Bunlar quruluşun qəti çərçivələridir.(2)

Azadlıq və insanların izzəti

Üçüncü dünyanın bütün zəif xalqları kimi, müsəlman xalqların da istiqlaliyyətə və azadlığa ehtiyacları var. Onların ehtiyacları var ki, taleləri mənsəbpərəst kapitalistlərin və yalnız öz maraqlarını düşünən şəxslərin əllərində olmasın.(3)

İnsan çörək və su əldə edə bilər, lakin ləyaqətli insan həyatı təkcə çörək və suda deyil. İnsan səadət istəyir, eşq və məhəbbət istəyir, uca ideallar istəyir, azadlıq və izzət istəyir. Əgər bir xalqın qarnını doyurub onun izzətini və heysiyyətini alsalar, özlərinə itaətkar etəsələr, bu xalq necə asayiş və dinclik hiss edə bilər.(4)

çıxış (27 fevral, 2001)

səh:72


1- [140] Quran, Nisa, 150;
2- [141] Keşikçilər Korpusunun komandanları ilə görüşdə çıxışın (8 aprel, 2003)
3- [142] Yeni il münasibətilə Novruz müraciəti (21 mart, 2001)
4- [143] Buşehr əhalisinin böyük toplantısında çıxış (1 yanvar, 1992)

Mündəricat

Birinci fəsil: Azadlığın tərifi ______________________ 3

Azadlıq nə deməkdir? __________________________ 3

Azadlıq və istiqlaliyyət __________________________5

Azadlığın hüdudları _____________________________7

Mütləq azadlıq məqbul deyil ______________________7

Azadlığın mehvəri ______________________________8

İslam və Məsihiyyətdə azadlığın hüdudları ___________9

İkinci fəsil: İslamda azadlıq ______________________ 11

İslamda azadlığın mənası _______________________ 11

Azadlıq din hökmlərinin çətiri altında _____________ 12

Azadlıq və ilahi missiya _________________________14

Azadlıq və Quran ayələri ________________________15

Hədis var, hökm etmiş məcid Yaradan _____________16

Azadlıq hədislərdə _____________________________18

İlkin İslam dövründə Azadlıq ____________________ 19

Üçüncü fəsil: Qərbdə Azadlıq ____________________ 21

Azadlıq və qərb filosofları _______________________ 21

Qərbdə azadlığın hüdudu ________________________21

Qərbdə siyasi azadlıq __________________________ 24

Qərbin liberalizmdə məqsədi _____________________26

Qərbdə KİV azadlığı: sözdən həqiqətə ______________28

səh:73

Qərb və insan hüquqlarının müdafiəsi _____________ 29

Qərbdə cinsi azadlıq ____________________________ 30

Qərb və İslamda azadlıq modeli ___________________ 31

ABŞ-ın nəzərində azadlıq ________________________ 32

Amerika və yalançı demokratiya __________________ 35

Amerika KİV-i ________________________________ 36

Dördüncü fəsil: Azadlıq və İslam _________________ 38

İslam və Qərb azadlıqlarının fərqləri ______________ 38

İslam quruluşu - azadlığın təzahürü _______________ 42

İslam üsul-idarəsində siyasi azadlıq _______________ 44

Fikir azadlığı və İslam quruluşu __________________ 45

İslam quruluşunda demokratiya __________________ 46

İslam quruluşunda ictimai ədalət _________________ 47

Mətbuat azadlığı _______________________________ 51

Söz azadlığı ___________________________________ 53

Mətbuatın azadlığından sui-istifadə _______________ 53

İranda mətbuat azadlığı _________________________ 54

Mətbuat - cəmiyyətdə aydınlığın səbəbi _____________ 56

Mətbuat azadlığının hüdudu _____________________ 57

Mətbuat məhkumluğu __________________________ 57

Azadlıq və gənclik ruhiyyəsi ______________________ 58

Gənclərin azadlıq barədə təhlil qüvvəsi _____________ 58

Azadlıqsevərlikdə gənclərin məqsədi _______________ 59

İslam quruluşunda qadın azadlığı _________________ 60

səh:74

Hicabın fəlsəfəsi _______________________________ 62

İslam və vicdan (etiqad) azadlığı __________________ 64

1. Təfəkkür prinsipi; ____________________________ 65

2. İslam cəmiyyətlərində qeyi-islami etiqadların azadlıq həddi ________________________________________ 65

3. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar 66

Söz azadlığı dəyərlər çərçivəsində _________________ 66

Söz azadlığının həddi ___________________________ 67

İctimai azadlıqlar və yanlış anlaşılmalar ___________ 68

İctimai azadlığa aid yanlış təfəkkür _______________ 70

Demokratiyaya əsaslanan xalq azadlığı ____________ 71

Azadlıq və insanların izzəti ______________________ 72

səh:75

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109