200 SUAL-CAVAB

KİTAB HAQQINDA

Kitabın adı:.......................200 Sual-cavab

Tərtib edən:..............................Fəyyaz Rəfiq

Nəşr edən:......................................Şəhriyar

Çap tarixi:...............................................2005

Çap növbəsi:.....................................Birinci

Tiraj:......................................................3000

səh:1

1-dən 10 kimi olan suallar

səh:2

Sual 1: Təqlid nədir?

Cavab: Təqlid müctəhidin göstərişinə əməl etməkdir.

Sual 2: Təqlid kimə vacibdir?

Cavab: Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:

1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs);

2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs);

3. Müctəhid və möhtat olmayanlar–müqəllid.

Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.

Sual 3: Kimə təqlid edilməlidir?

Cavab: Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış olaq: 1. Kişi; 2. Baliğ (həddi-büluğ); 3. Aqil (ağıllı); 4. 12 imamçı şiə; 5. Halalzadə (qanuni nikahdan doğulmuş); 6. Diri; 7. Adil (ədalətli); 8. Vacib ehtiyata əsasən dünyaya həris olmayan; 9. Başqa müctəhidlərdən daha elmli–ə’ləm olan.

Sual 4: Nədə təqlid edilməlidir?

Cavab: İslam dini üsuli-din (inamlar), əxlaq və fürui-din (əməllər) bölmələrindən ibarətdir. Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.

Sual 5: Əməli hökmlər neçə qisimdir?

Cavab: Hökmlər beş qisimdir:

səh:3

1. Vacib–hökmən yerinə yetirilməli olan göstəriş. Bu hökmü tərk etmək günahdır. Məsələn, həddi-büluğa çatdıqda namaz qılmaq vacibdir.

2. Müstəhəb–belə bir hökmü yerinə yetirmək bəyənilmişdir. Onu tərk etmək günah sayılmır. Məsələn, salam vermək müstəhəbdir, yə’ni bəyənilmiş bir hökmdür.

3. Haram–haram hökmü hər hansı işi qəti şəkildə qadağan edir. Haram iş görən şəxs üçün axirət əzabı var. Məsələn, yalan danışmaq.

4. Məkruh–bir işin məkruh olması barədə hökm varsa, həmin işi görməmək daha yaxşıdır. Amma məkruh iş görən adam üçün axirət cəzası yoxdur. Məsələn, şəkil olan otaqda namaz qılmaq məkruhdur.

5. Mübah–mübah işin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Məsələn, halal qidaların qəbulu nə vacibdir, nə müstəhəbdir, nə haramdır, nə də məkruh. Bu iş insanın öz ixtiyarındadır.

Sual 6: Büluğ (yetkinlik) həddinin hansı əlamətləri var?

Cavab: Yetkinlik həddinin, həddi-büluğun üç əlaməti var.

1. Cinsiyyət üzvünün üst hissəsində cod tüklərin bitməsi; 2. İstənilən bir halda cinsiyyət üzvündən spermanın (məni) xaric olması. 3. Qəməri təqvimlə oğlanların 15, qızların isə 9 yaşının tamam olması.

Sual 7: Cameüş-şərait müctəhidi hansı yolla tanımaq olar?

Cavab: Cameüş-şərait müctəhidi üç yolla tanımaq olar:

səh:4

1. İnsanın özünün əmin olması;

2. Müctəhid və ə’ləmi tanıya bilən iki ədalətli alimin təsdiqi. Bir şərtlə ki, başqa iki adil alim əvvəlkilərin dediyinə müxalif olmasın;

3. Müctəhid və ə’ləmi tanıya bilən elm əhlinin dediklərindən əminlik hasil olsun.

Sual 8: Müctəhidin fitvasını (göstəriş) hansı yolla öyrənmək olar?

Cavab: Müctəhidin fitvasını dörd yolla öyrənmək olar: 1. Müctəhidin özündən eşitməklə; 2. İki adil şəxsdən eşitməklə; 3. Doğru danışan və e’tibarlı bir şəxsdən eşitməklə; 4. Fitvanı e’tibarlı bir risalədə görməklə.

Sual 9: Dünyasını dəyişmiş müctəhidə təqlid etmək olarmı?

Cavab: İlk dəfə təqlidə başlayan şəxs dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz. Müctəhidin bə’zi fitvalarına əməl edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra da uyğun məsələlərdə ona təqlid edə bilər. Bütün məsələlərdə bir müctəhidə təqlid edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra ona təqliddə qala bilər.

Sual 10: Hər hansı bir şəxsin təqlidsiz yerinə yetirdiyi əməllər qəbuldurmu?

Cavab: Təqlidsiz yerinə yetirilmiş əməl o vaxt məqbuldur ki, insan həqiqi vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Təqlidsiz yerinə yetirilmiş əməl sonradan təqlid edilən müctəhidin fitvalarına uyğun olduqda məqbuldur. Ehtiyata yaxın halda yerinə yetirilmiş əməllər də düzgün sayılır.

səh:5

11-dən 20 kimi olan suallar

Sual 11: Müctəhidin neçə qisim nəzəri (göstərişi) ola bilər?

Cavab: Müctəhidin dörd qisim nəzəri ola bilər:

1. Hökm–Müctəhidin müəyyən bir işin vacib və haram olduğunu bildirməsi. Məsələn, hökm verilir ki, sabah şəvval ayının başlanğıcı, “fitr” bayramı günüdür.

2. Fitva–Müctəhidin öz nəzərini ümumi şəkildə bəyan etməsi. Məsələn, fitva verilir ki, öhdəsində vacib (qəza) oruc olan şəxsin müstəhəb orucu batildir.

3. Vacib ehtiyat–əvvəlində və ya arxasınca fitva verilməmiş nəzər. Məsələn, müctəhid «təsbihati-ərbəə»nin üç dəfə deyilməsini vacib ehtiyat sayır. Müqəllid bu göstərişə əməl etməlidir.

4. Müstəhəb ehtiyat–əvvəlində və ya arxasınca fitva verilmiş nəzər. Məsələn, müctəhid fitva verir ki, murdarlanmış qab kürr suda yuyulsa pak olar. Amma sonra həmin qabın üç dəfə yuyulmasını müstəhəb ehtiyat sayır.

Sual 12: Su neçə qisim olur?

Cavab: Su iki qisim olur: müzaf su və mütləq su. Qarpız suyu, gülab kimi qatışıq sulara müzaf su deyilir.

Mütləq su isə beş növdür: 1. Kürr su (eni, uzunu və hündürlüyü üç qarış yarım həcmində su, təxminən 386 kq); 2. Yağış suyu; 3. Quyu suyu; 4. Qəlil su (kürr sudan az su); 5. Axar su.

Sual 13: Müzaf suyun hansı xüsusiyyətləri var?

səh:6

Cavab: Müzaf su murdarı pak etmir, bu su ilə alınan dəstəmaz və verilən qüsl batildir. Müzaf suya bir zərrə murdar düşsə, su murdar olar.

Sual 14: Kürr su murdarlana bilərmi?

Cavab: Əgər kürr suya sidik və ya qan kimi murdar şeylər toxunsa iyi, rəngi, dadı dəyişmədiyi təqdirdə, bu su pakdır.

Sual 15: Əgər insan suyun kürr, yoxsa qəlil olduğuna əmin ola bilməsə, onun vəzifəsi nədir?

Cavab: Əvvəlcə kürr həddində olmuş suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək lazımdır. Əvvəlcə kürr olmamış suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək olmaz. Su o zaman kürr hesab oluna bilər ki, ya insan özü buna əmin olsun, ya da suyun kürr olduğunu iki ədalətli şəxs təsdiq etsin.

Sual 16: Az suyun hansı xüsusiyyətləri var?

Cavab: Az su (qəlil) murdar şeyə toxunduqda murdar olur və ya murdar şey az suya toxunduqda onu murdarlayır.

Sual 17: Hansı hallarda nəcis (ğait) xaric olan üzv yalnız su ilə pak olur?

Cavab: Üç halda nəcisin məxrəcini su ilə yumaq vacibdir:

1. Nəcislə birlikdə digər murdar şey (məs. qan) gəldikdə;

2. Xaricdən nəcisin məxrəcinə başqa murdar şey (məs. sidik) əlavə olduqda;

3. Nəcisin məxrəci adi həddən çox bulaşdıqda.

səh:7

Sual 18: İdrardan (sidik) sonra tənasül üzvü necə pak edilir?

Cavab: Tənasül üzvü yalnız su ilə pak olur. Sidik təmizləndikdən sonra məxrəci bir dəfə yumaq kifayətdir. Amma məsanədən qeyri-təbii idrar edənlər və qadınlar vacib ehtiyata əsasən, iki dəfə yumalıdırlar.

Sual 19: Nəcisin məxrəci necə pak edilir?

Cavab: Nəcisin məxrəcini üç yolla pak etmək olar: 1. Su ilə; su ilə yuduqda nəcis zərrələri qalmamalıdır, amma rəng və iy qalsa, eybi yoxdur. Birinci dəfə yuduqda nəcis zərrələri qalmazsa, ikinci dəfə yumaq lazım deyil.

2. Daş və kərpic kimi şeylərlə; daş və kərpic kimi şeylərlə məxrəcin tam təmizlənməsi şübhə yaratsa da (məhəlle-təəmmül), bu halda namaz qılmaq olar. Bu sayaq təmizlənmiş üzvə bir şey toxunsa murdarlanmaz.

3. Parça ilə; parça vasitəsi ilə nəcis bir dəfə təmizlənsə, kifayətdir.

Amma sümük, peyin, eləcə də, üzərində Allahın adı yazılmış (ehtiramı vacib olan) şeylərlə məxrəc təmizlənərsə, onun pak olması şübhəlidir (məhəlle-təəmmül) və vacib ehtiyata əsasən bu halda namaz qılmaq olmaz.

Sual 20: İstibra nədir?

Cavab: İstibra (sidik kanalında qalan sidiyin təmizlənməsi) müstəhəb bir əməldir. Kişilər idrardan sonra (ğaitin məxrəci murdar olarsa, əvvəlcə onu paklamaq şərtilə) əvvəl üç dəfə sol əlin orta barmağını ğaitin məxrəcindən alətin kökünədək, sonra üç dəfə

səh:8

də baş barmağı alətin üstünə, işarə barmağı isə alətin altına qoyub, xətnə (sünnət) yerinədək çəkir. Daha sonra üzvün başını üç dəfə sıxıb yuyur.

21-dən 30 kimi olan suallar

Sual 21: Sidik məxrəcindən hansı mayelər gələ bilər?

Cavab: Sidik məxrəcindən beş növ maye gələ bilər:

1. Sidik.

2. Məni (sperma). Əgər insandan məni xaric olsa, qüsl etməlidir. Müstəhəbdir ki, qüsldən qabaq idrar etsin.

3. Məzi–mazaqlaşmadan sonra gələn bu maye pakdır.

4. Vəzi–bu mayə bə’zən mənidən sonra gəlir. Əgər ona sidik qarışmasa pakdır.

5. Vədi–bə’zən sidikdən sonra gələn mayedir. Əgər sidiyə qarışmasa pakdır. İstibra etmiş şəxs belə bir maye gördükdə şəkk etsə ki, bu sidikdir, yoxsa başqa maye, onu pak hesab etməlidir.

Sual 22: İstibradan sonra insandan elə bir maye gəlsə ki, bu mayenin sidik və ya məni olması bilinməsə, o nə etməlidir?

Cavab: Əgər belə bir rütubət dəstəmaz aldıqdan sonra görünsə, ehtiyata görə qüsl vermək vacibdir. Əgər dəstəmaz almamış belə bir rütubət görünsə, dəstəmaz almaq kifayətdir.

Əgər istibra etməmiş bir şəxs dəstəmaz almamışdan qabaq belə bir rütubət görsə, təkcə dəstəmaz alsa kifayətdir.

Sual 23: İslam şəriətində neçə şey murdar sayılır?

səh:9

Cavab: İslam şəriətində on bir şey murdar sayılır: sidik, nəcis, məni, atıcı qanı olan heyvanın ölüsü, qan, it, donuz, kafir, spirtli içki (şərab), pivə, nəcis yemiş dəvənin təri.

Sual 24: Hansı canlıların sidiyi və nəcisi murdardır?

Cavab: İnsanın və əti haram olan atıcı qanlı heyvanların nəcisi və sidiyi murdardır. Amma əti olmayan milçək kimi kiçik həşəratların nəcisi pakdır. Əti haram olan quşların nəcisi də murdardır.

Sual 25: Qeyri-müsəlman ölkələrdə istehsal olunmuş ətriyyat məhsulları pakdırmı?

Cavab: Xaricdən gətirilmiş ətriyyat məhsullarının murdar olduğu mə’lum deyilsə, onlar pak hesab olunur.

Sual 26: Xaricdə istehsal olunmuş maye dərman preparatları pakdırmı?

Cavab: Murdar olduğu mə’lum deyilsə, pakdır.

Sual 27: Hansı canlıların qanı murdardır?

Cavab: Atıcı qanı olan bütün canlıların qanı murdardır. Əti halal olan heyvan şər’i qaydada kəsildikdən sonra bədənindəki qan, kəsilmiş damarlardan kifayət qədər axarsa, qalan qan pakdır. Yumurtanın içindəki qan murdar deyil.

Sual 28: Əgər toyuq yumurtasında qan varsa, onu yemək olarmı?

Cavab: Yumurtadakı qan onun sarısı ilə qatışdırıldıqda itib gedərsə, həmin yumurtanı yemək olar.

Sual 29: Kafir kimdir?

səh:10

Cavab: Allahı inkar edən, Ona şərik qoşan, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə inanmayan, namaz və oruc kimi zəruri dini hökmləri inkar edən kəs kafirdir.

Sual 30: On iki imamı qəbul etməyən kəs müsəlmandırmı?

Cavab: Əgər bir müsəlman on iki imamdan birinə qarşı düşmən münasibətdə olarsa, o murdar sayılır.

31-dən 40 kimi olan suallar

Sual 31: Şərab murdardırmı?

Cavab: Şərab və insanı məst edən bütün mayelər murdardır.

Sual 32: Boya işlərində istifadə olunan spirtli mayelər murdardırmı?

Cavab: Əgər insan həmin mayelərin məstedici şeylərdən düzəldiyini bilmirsə pakdır.

Sual 33: Qaynadılmış, buxar dəymiş xurma, kişmiş halaldırmı?

Cavab: Halaldır, amma müstəhəb ehtiyata görə çəkinmək lazımdır.

Sual 34: Bir şeyin murdar olması necə sübuta yetir?

Cavab: Hər hansı bir şeyin murdar olması üç yolla sübuta yetir:

1. İnsan özü bir şeyin murdar olduğuna əmin olmalıdır.

Əgər restoranda və ya hansı başqa bir yerdə bir şeyin murdar olmasına şübhə varsa, bu şübhəyə e’tina olunmamalıdır;

2. Bir şeyin sahibi həmin şeyin murdar olduğunu dedikdə;

səh:11

3. İki adil kişi bir şeyin murdar olduğunu dedikdə. Bir adil şəxs müəyyən şeyin murdarlığını bildirdikdə vacib ehtiyata əsasən çəkinmək lazımdır.

Sual 35: Əgər qabdakı mayeyə qan damsa, üst hissədən bir qədər boşaldılsa, qalan hissə pak sayılarmı?

Cavab: Mayenin bir nöqtəsi murdar olduqda bütün maye murdar sayılır.

Sual 36: Qonağın bədəni və paltarı evdəki murdar bir şeyə toxunsa, nə etmək lazımdır?

Cavab: Qonağın bədəni və ya paltarı evdəki murdar bir şeyə toxunsa, onu bildirmək lazım deyil.

Sual 37: Kimyəvi təmizləmə məntəqələrinə murdarlanmış paltarlar da verilə bilər. Bütün paltarların bir maşında yuyulduğunu nəzərə alsaq, məntəqədə təmizlənmiş paltarı pak hesab etmək olarmı?

Cavab: Məntəqədə yuyulan və təmizlənən paltarlar pakdır.

Sual 38: İslam şəriətində neçə pakedici var?

Cavab: İslam şəriətində on pak edici var: su, torpaq, günəş, istihalə (murdar şeyin cinsinin dəyişməsi ilə paka çıxması), intiqal (qanın atıcı qanlı bədəndən digər bədənə keçməsi), İslam dini, təbəiyyət (bir murdarın paka çıxması ilə başqa murdarın paka çıxması), murdarın əslinin aradan getməsi, murdar yemiş heyvanın istibrası, müsəlman qeyb olduqda ona aid murdar şeyin pak edilməsi ehtimalı.

Sual 39: Bütün sular pak edici sayılırmı?

Cavab: Su dörd şərtlə murdarı pak edir:

səh:12

1. Mütləq, xalis olsun;

2. Pak olsun;

3. Murdar şeyi yuduqda su bulaşmasın, murdar vasitəsi ilə suyun rəngi, iyi dadı dəyişməsin;

4. Murdar şeyi suya çəkdikdən sonra suda murdarın eyni, əsli qalmasın.

Sual 40: Murdar əl yuyulmuş sabun pakdırmı?

Cavab: Murdar əl yuyulmuş sabun kürr suya batırıldıqda və ya axar suya çəkildikdə pak olur. Bir şərtlə ki, onun daxili murdarlanmamış qalsın.

41-dən 50 kimi olan suallar

Sual: 41: Murdarlanmış düyünü və ya əti necə paka çıxarmaq olar?

Cavab: Murdarlanmış düyünü və ya əti bir qaba qoyub, həmin qabı üç dəfə su ilə doldurub boşaltsanız, qabdakı düyü və ya ət pak olar.

Sual 42: Hansı murdar şeyləri bir dəfə suya çəkmək kifayət edər?

Cavab: Murdar şeydən murdarın eyni, əsli təmizləndikdən sonra onu kürr və ya axar suda bir dəfə suya çəkmək kifayətdir. Başqa yemək yeməyən südəmər körpənin sidiyi də bir dəfə suya çəkilməklə pak olur. Bir şərtlə ki, körpə donuz südü içməmiş olsun. Sidiklə murdarlanmış paltardan savayı şeylərin qəlil su ilə iki dəfə suya çəkmək lazımdır. Sidiklə murdarlanmış şey sidik təmizləndikdən sonra iki dəfə suya çəkilsə, ehtiyata əməl edilmiş olar. Şərabla murdarlanmış qabı qəlil su ilə üç dəfə suya çəkmək lazımdır. Yeddi dəfə suya çəkilsə, daha yaxşıdır. Donuzun maye içdiyi qab isə yeddi dəfə suya çəkilməlidir.

səh:13

Sual 43: Ayaqqabının murdarlanmış altını necə təmizləmək olar?

Cavab: Ayaqqabının murdarlanmış altını təmizləmək üçün on beş addım yol getmək kifayətdir. Bir şərtlə ki, torpaq pak, quru olsun.

Sual 44: Günəş hansı şeyləri paka çıxarır?

Cavab: Günəş vasitəsi ilə altı şey paka çıxır: torpaq, bina, tikilidə istifadə olunmuş qapı-pəncərə, divara çalınmış və binadan sayılan mıx, murdar həsir, ağac və otlar.

Sual 45: Ağcaqanadın qanı pakdırmı?

Cavab: Əgər bir şəxs ağcaqanadı öz bədənində öldürsə və ondan çıxan qanın öz qanı olduğunu bilməsə, qan pakdır. Amma ağcaqanadın sancması ilə onun öldürülməsi arasındakı fasilə az olsa və düşünülsə ki, bu elə insanın öz qanıdır bu qan murdardır.

Sual 46: İslam dini hansı əsasla pakedici sayılır?

Cavab: İslam şəriətində kafir murdar sayılır. Əgər o şəhadət kəlmələrini deyib, müsəlman olarsa, paka çıxar.

Sual 47: Təbəiyyət nə deməkdir?

Cavab:Təbəiyyət pakedicilərdən biridir. Məsələn, şərab sirkəyə döndükdə pak olur. Bu vaxt onun qabı da paka çıxır. Şərabın paka çıxması ilə onun qabının da paka çıxması təbəiyyət adlanır.

Sual 48: Murdar yemiş heyvanın istibrası nə deməkdir?

Cavab: İnsan nəcisi yeməyə adət etmiş heyvanın sidiyi və nəcisi murdardır. Onların paka çıxarılması üsulu

səh:14

istibra adlanır. Heyvanların istibrası odur ki, onlar bir müddət saxlanıb, yalnız pak qidalarla yemlənsinlər. Nəcis yemiş dəvəni qırx gün inəyi iyirmi gün qoyunu on gün, ördəyi beş gün, ev toyuğunu üç gün istibra məqsədi ilə saxlamaq lazımdır.

Sual 49: Dəstəmaz necə alınır?

Cavab: Əvvəlcə, alının tük bitdiyi yerdən çənənin aşağısınadək üz yuyulur. Üz baş barmaqla orta barmaq miqdarında yuyulmalıdır. Üzdən sonra əvvəlcə sağ, sonra sol əl dirsəkdən barmaqların ucunadək yuyulur. Hər iki əl yuyulduqdan sonra əlin təri ilə başa məsh çəkilir. Məshin sağ əllə, yuxarıdan aşağıya çəkilməsi vacib deyil. Daha sonra əldə qalmış dəstəmaz təri ilə ayaq barmaqlarının başından ayağın üzünün dikələn yerinədək məsh çəkilir.

Sual 50: Dəstəmazın düzgün sayılması üçün hansı şərtlər var?

Cavab: Dəstəmazın düzgün sayılması üçün on üç şərt var.

1. Dəstəmaz suyu pak olmalıdır;

2. Dəstəmaz suyu mütləq saf olmalıdır;

3. Dəstəmaz suyu mübah, halal olmalıdır;

4. Dəstəmaz suyunun qabı halal olmalıdır;

5. Dəstəmaz suyunun qabı qızıl və gümüş olmamalıdır;

6. Dəstəmaz zamanı dəstəmaz üzvləri və məsh yeri pak olmalıdır;

7. Dəstəmaz və namaz üçü n kifayət qədər vaxt olmalıdır;

səh:15

8. Dəstəmaz Allahın razılığı, ona yaxınlıq məqsədi ilə alınmalıdır;

9. Dəstəmaz tərtibi qaydada, ardıcıl alınmalıdır;

10. Dəstəmazdakı əməllər ard-arda yerinə yetirilməlidir;

11. İnsana başqa biri dətəmaz ala bilməz;

12. Dəstəmaz alan şəxsə su zərərli olmamalıdır;

13. Dəstəmaz üzvlərində suyun qarşısını alan maneə olmamalıdır.

51-dən 60 kimi olan suallar

Sual 51: İnsan dəstəmaz alıb-almadığı barədə şəkk edirsə, vəzifəsi nədir?

Cavab: Əgər namaz gedişində belə bir şəkk olsa, namaz batildir. Əgər namazını bitirdikdən sonra insan şəkk etsə ki, dəstəmaz alıb yoxsa yox, onun namazı düzgündür. Əgər belə bir şəkk namazdan qabaq baş versə, dəstəmaz almaq vacibdir.

Sual 52: Dəstəmaz nə üçündür?

Cavab: Altı halda dəstəmaz almaq vacibdir:

1. Meyit namazından savayı bütün namazlar üçün;

2. Yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün (əgər dəstəmaz pozulmuşsa);

3. Kə’bə evinin vacib təvafı üçün;

4. Əgər dəstəmaz almaq nəzir, əhd edilmişsə;

5. Bir şəxs Qur’ana toxunmağı nəzir edərkən;

6. Murdarlanmış Qur’an vərəqini suya çəkmək üçün dəstəmaz alınmalıdır. Amma dəstəmaza məşğulluq Qur’ana hörmətsizlik sayılarsa (vaxt çox gedərsə), Qur’anı suya çəkmək üçün dəstəmaz almaq lazım deyil.

səh:16

Sual 53: Qur’an yazılarına toxunmaq olarmı?

Cavab: Dəstəmazsız halda Qur’an yazılarına toxunmaq haramdır. Amma tərcümə olunmuş Qur’anların yazısına toxunmaq olar.

Sual 54: Dəstəmazı nələr batil edir?

Cavab: Yeddi şey dəstəmazı batil edir: Sidik, nəcis, nəcis məxrəcindən xaric olan yel, həm gözün görməməyi, həm də qulağın eşitməməyi il müşayiət olunan yuxu, ağılı başdan alan şeylər, qadınlarda istihazə, cənabət kimi qüsl tələb edən işlər.

Sual 55: Adi vaxtda alınmış dəstəmazla namaz qılmaq olarmı?

Cavab: Namazın vaxtından əvvəl təharət məqsədi ilə dəstəmaz almaq olar və bu dəstəmazla namaz qılmaq mümkündür.

Sual 56: Dəstəmaz üzvlərində yara varsa nə etməli?

Cavab: Əgər yaraya suyun zərəri yoxdursa, adi qaydada dəstəmaz alınır. Yox əgər suyun yaraya zərəri varsa yaranın ətrafı yuyulur və onun üzərinə pak bir parça qoyulur, tər əl ilə məsh çəkilir. Əgər yara məsh yerlərindədirsə, məsh yerinin üzərinə pak parça qoyulur və məsh çəkilir. Vacib ehtiyata əsasən təyəmmüm də edilir. Yox əgər yaranın üzərinə parça qoymaq da mümkün deyilsə, dəstəmaz əvəzinə təyəmmüm edilir. Yaxşı olar ki, məshsiz bir dəstəmaz da alınsın (Uyğun surətdə alınan dəstəmaz cəbirə dəstəmaz adlanır).

Əgər yara bağlıdırsa, onu açmaq mümkün olduqda yara açılır və dəstəmaz alınır. Yaranı açmaq

səh:17

mümkün deyilsə və onun sarğısı murdardırsa, yaraya toz, su toxunması zərərli olduqda onun ətrafı yuyulur, murdar sarğının üzərinə pak parça qoyulur, məsh çəkilir.

Sual 57: Əgər təyəmmüm yerində yara varsa, nə etməli?

Cavab: Vəzifəsi təyəmmüm olan şəxsin təyəmmüm üzvlərində yara varsa, cəbirə dəstəmazda olduğu kimi hərəkət etməlidir.

Sual 58: Hansı hallarda qüsl vermək vacibdir?

Cavab: Yeddi halda qüsl vermək vacibdir: 1. İnsan cinsi yaxınlıq və ya məni xaric olması vasitəsi ilə cünub olduqda cənabət qüslü; 2. Qadınlar üçün heyz qüslü; 3. Qadınlar üçün nifas qüslü; 4. Qadınlar üçün istihazə qüslü; 5. Meyitə toxunma qüslü; 6. Meyit qüslü;. 7. Nəzir, and vasitəsi ilə vacib olan qüsl.

Sual 59: Qüsl hansı qaydada verilir?

Cavab: Qüsl iki növdür. Tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsldə qüsl vermək niyyəti ilə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra sol tərəfi yuyulur. Bu ardıcıllıqla verilməyən qüsl batildir.

İrtimasi qüsl verən insan qüsl vermək niyyəti ilə tədricən suya batır. Bütün bədən suya batdıqdan sonra qüsl düzgün sayılır.

Sual 60: Qüsl vermiş şəxs namaz üçün dəstəmaz almalıdırmı?

Cavab: Yalnız cənabət qüslündən sonra namaz üçün dəstəmaz almaq lazım deyil.

61-dən 70 kimi olan suallar

Sual 61: Cünub şəxsə nələr haramdır?

səh:18

Cavab: Cünub şəxsə beş şey haramdır:

1. Bədənin Qur’an yazısına, eləcə də, Allah adına toxunması. Vacib ehtiyata əsasən, peyğəmbərlərin və imamların da adına toxunmaq olmaz;

2. Məscidül-hərama və peyğəmbər məscidinə daxil olmaq;

3. Məsciddə dayanmaq (yaddan çıxmış bir şey üçün məscidin bir qapısından daxil olub, o birindən çıxmaq olar). Vacib ehtiyata əsasən, imamların barigahında da dayanmaq olmaz;

4. Məscidə bir şey qoymaq;

5. Vacib səcdəsi olan Qur’an surələrini oxumaq.

Sual 62: İnsan qüsl verib-vermədiyinə şəkk etsə, vəzifəsi nədir? Əgər şəkk etsə ki, qüslü düz verib, yoxsa yox vəzifəsi nədir?

Cavab: İnsan şəkk etsə ki, qüsl verib yoxsa yox, qüsl verməlidir. Əgər şəkk etsə ki, qüslü düzgün verib, yoxsa yox, təkrar qüslə ehtiyac yoxdur.

Sual 63: Qüsl vermək və dəstəmaz almaq mümkün olmadıqda təyəmmüm hansı qaydada yerinə yetirilir?

Cavab: Vəzifəsi təyəmmüm etmək olan şəxs qüsl və ya dəstəmaz əvəzi təyəmmüm etdiyini nəzərdə tutaraq təyəmmüm etdiyi şeyə (torpaq, qum, daş və s.) əllərinin içini qoşa şəkildə vurmalıdır. Sonra hər iki əllərinin içini bütöv alına tük bitən endə çəkməlidir. Sonda sol əlin içi sağ əlin üstünə, sağ əlin içi sol əlin üstünə çəkilir.

Sual 64: Hansı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar?

səh:19

Cavab: Yeddi halda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək olar:

1. Əgər dəstəmaz və ya qüsl üçün su əldə etmək mümkün deyilsə;

2. Qocalıq, oğru və yırtıcıdan qorxu, su çəkmək üçün qabın olmamağı səbəblərindən təyəmmüm etmək olar. Su əldə etmək insan üçün məşəqqətə səbəb olduqda da təyəmmümə icazə verilir;

3. Su vasitəsi ilə xəstələnmə, cana zərər təhlükəsi olduqda;

4. Suyun dəstəmaz və ya qüsl üçün işlədiləcəyi təqdirdə ailə-övladın və yaxın adamların susuz qalacağı və susuzluqdan öləcəyi ehtimal edildikdə. Eləcə də, adətən, yemək üçün başı kəsilməyən at və qatır kimi heyvanların susuz qalacağı ehtimal olunduqda;

5. Əgər su yalnız paltarın və bədənin murdarlığını təmizləməyə çatarsa, əvvəlcə paltarı və bədəni paka çıxarmaq lazımdır;

6. İstifadə üçün halal qab olmadıqda;

7. Dəstəmaz və ya qüsl veriləcəyi təqdirdə namaz vaxtının ötüb keçəcəyi ehtimal edildikdə.

Sual 65: Can verən insan (möhtəzir) hansı şəkildə yerləşdirilməlidir?

Cavab: Can verən müsəlman arxası üstə, ayaqlarının altı qibləyə doğru uzadılmalıdır.

Sual 66: Meyitə hansı şəkildə qüsl verilməlidir?

səh:20

Cavab: On iki imamçı şiənin meyit qüslü, kəfənlənməsi, meyit namazı və dəfni hamıya vacibdir. Meyitə üç qüsl verilir:

1. Sidr qatılmış su ilə;

2. Kafur qatılmış su ilə;

3. Xalis, saf su ilə.

Meyit qüslü cənabət qüslü tərtibində verilir.

Sual 67: Meyitə toxunma qüslü nə vaxt vacib olur?

Cavab: Meyit qüslü verilməmiş, eləcə də, bədəni soyumuş meyitə toxunan kəs meyitə toxunma qüslü verməlidir. Bədəni soyumamış meyitə toxunan kəsin qüsl verməsi vacib deyil.

Sual 68: Meyit namazı hansı qaydada qılınır?

Cavab: Meyit namazı qılmaq üçün dəstəmaz və qüsl şərt deyil. Bədən və libas pak olmaya da bilər. Meyit üçün namaz qılmaq istəyən şəxs üzü qibləyə dayanmalı və meyit onun qarşısında başı sağ, ayaqları sol tərəf istiqamətində uzadılmalıdır. Meyit namazında beş təkbir var. Meyitə namaz qılan şəxs ayaq üstə durmuş vəziyyətdə bu təkbiri desə kifayətdir: . Meyyit namazının beş təkbiri vardır və əgər onlar aşağıdakı tərtiblə deyilsə, kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin:

اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ

“Əşhədu ənla ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah.” İkinci təkbirdən sonra desin:

أَلّلهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ

“Allahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd.” Üçüncü təkbirdən sonra desin:

səh:21

أَلّلهُمَّ اغفِرللمؤمِنِینَ وَالمؤمِنَاتِ

“Allahumməğfir lil-mu’mininə vəl-mu’minat.” Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:

“Allahumməğfir li hazəl-məyyit”; əgər qadın olarsa, desin:

أَلّلهُمَّ اغفِر لِهَذهِ المَیِّتِ

“Allahumməğfir li hazihil-məyyit” və sonra 5-ci təkbiri desin.

Daha yaxşı olar ki, birinci təkbirdən sonra bu duanı oxusun:

أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِیکَ لَهُ إِلهَا واَحِدًا اَحَدًا صَمَدًا فَردًا قَیُّومًا داَئِمًا اَبَدًا لَم یَتًجِذ صَاحِبَةً وَلاَ وَلَدًا وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالهُدی وَدِینِ الحَقِ لِیُظهِرَهُ عَلَی الدِینِ کُلّهِ وَلَو کَرِهَ المُشرِکُونَ بَشِیرًا وَنَذِیرًا بَینَ یَدَیِ السَاعِةِ

İkinci təkbirdən sonra bu duanı oxusun:

أَلّلهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِک عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً کََاَفضَلِ مَاصَلَّیتَ وَبَارَکتَ وَتَرَحَّمتَ عَلَی اِبراهِیمَ وَآلِ اِبراهِیمَ اِنَّکَ حَمِیدً مَجِیدً وَصَلَّ عَلَی جَمٍیعِ الاَنبِیَاءِ وَ مُرسَلِینَ

Üçüncü təkbirdən sonra bu duanı oxusun:

أَلّلهُمَّ اغفِر لِلمؤمِنِینَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِینَ وَالمُسلِمَاتِ اَالاَحیَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَینَنَا وَبَینَهُم بِاالخَیرَاتِ اِنَّکَ عَلَی کُلَّ شَیءٍ قَدِیرً

Dördüncü təkbirdən sonra meyyit kişidirsə, bu duanı oxusun:

أَلّلهُمَّ اِنَّ هَذا المُسَجّیَ قُداًمَنَا عَبدُکَ وَابنُ عَبدِکَ وَابنُ اَمَتِکَ نَزَلَ بِکَ وَاَنتَ خَیرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِنَّکَ قَبَضتَ روُحَهُ اِلَیکَ وَقَد اِحتاجَ اِلَی رَحمَتِکَ وَاَنتَ غَنیٌ عَن عَذَابِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَیرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن کَانَ مُحسِنًا فَزِد فِی اِحسَانِهِ وَ اِن کَانَ مُسِیئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَنَا وَلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَکَ فِی اَعلَی العِلًیِّیِنَ وَخُلُف عَلَی اَهلِهِ فِی الغَابِرِینَ وَارحَمهُ بِرَحمَتِکَ یَااَرحَمَ الرَّاحِمینَ

səh:22

Dördüncü təkbirdən sonra meyyit qadındırsa, bu duanı oxusun:

أَلّلهُمَّ اِنَّ هَذِهِ المُسَجَّاتَ قُدَامَنَا اَمَتُکَ وَاَبنَتُ عَبدِکَ وَابنَتُ اَمَتِکَ نَزَلَت بِکَ وَاَنتَ خَیرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَیرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن کَانَت مُحسِنَةً فَزِد فِی اِحسَانِهَا وَاِن کَانَت مُسِیتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَکَ فِی اعلیَ عَلِّییِّن وَاخلُف عَلَی اَهلِهَا فِی الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِکَ یَا اَرحَمَ لرَّاحِمِنَ

Sonra beşinci təkbiri desin.

Sual 69: Neçə vacib namaz var?

Cavab: Hər bir müsəlmana altı namaz vacibdir: on yeddi rəkət gündəlik yövmiyyə namazı, ayət namazı, meyit namazı, böyük oğul üçün dünyasını dəyişmiş atanın qəza namazı, icarə, nəzir, and və əhd vasitəsi ilə vacib olan namazlar.

Sual 70: Gündəlik yövmiyyə namazları hansılardır?

Cavab: İki rəkət sübh namazı, dörd rəkət zöhr (günorta) namazı, dörd rəkət əsr (ikindi) namazı, üç rəkət məğrib (şam) namazı, dörd rəkət işa (xiftən) namazı.

71-dən 80 kimi olan suallar

Sual 71: Namazı üzü qibləyə qılmaq vacibdirmi?

Cavab: Namaz üzüqibləyə qılınmalıdır. Namaz qılmaq istəyən şəxs qibləni tə’yin etmək üçün çalışmalıdır. Hissi nişanələrə əsasən qiblənin istiqamətini bildirən iki aqil şəxsin dediyinə əməl etmək olar. Elmi qaydaya əsasən, qibləni göstərən insanın dediklərinə də e’tibar etmək olar. Qibləni deyilən qaydada göstərənlər olmadıqda məscid mehrablarına, müsəlman səh:23

qəbirlərinə əsasən qibləni tə’yin etmək lazımdır. Heç vəchlə qiblə tə’yin olunmadıqda və namazın vaxtı dar olduqda üzü dörd tərəfə tutaraq dörd namaz qılmaq lazımdır. Əgər iki tərəfdə qiblənin ola biləcəyi ehtimal edilirsə, həmin iki tərəfə doğru namaz qılmaq lazımdır.

Sual 72: Yol gedə-gedə namaz qılmaq olarmı?

Cavab: Müstəhəb namazları yol gedə-gedə, süvari halda qılmaq olar. Bu iki halda müstəhəb namaz qılarkən üzü qibləyə dayanmaq lazım deyil.

Sual 73: Hansı libasda namaz qılmaq olar?

Cavab: Namaz qılınan libas pak və halal olmalıdır. Bu libas ölü və əti haram heyvanın əzalarından hazırlanmamalıdır. Namaz qılan kişidirsə, onun libası xalis ipəkdən və sapları qızıl parçadan olmamalıdır. Namaz qılan şəxs namazı bitirdikdən sonra anlasa ki, onun paltarı murdar olub, qıldığı namaz qəbuldur.

Sual 74: Qızıl zinət əşyaları ilə namaz qılmaq olarmı?

Cavab: Kişi üçün qızıl zinət əşyaları haramdır və bu əşyalarla qılınmış namaz batildir. Vacib ehtiyata əsasən, kişi qızıl eynəkdən də çəkinməlidir. Amma qadınların həm namaz vaxtı, həm də qeyri vaxtlarda qızıl əşyalardan istifadə etməsinin eybi yoxdur.

Sual 75: Hansı hallarda murdar libas və ya bədənlə namaz qılmaq olar?

Cavab: Beş halda libas və bədən pak olmadıqda qılınmış namaz düzgündür:

1. Corab və araqçın kimi kiçik şeylər murdar olduqda;

səh:24

2. Dayənin libası saxladığı uşağın sidiyi ilə murdarlandıqda;

3. Libas bədəndəki yaranın qanına bulaşdıqda;

4. Bir dirhəm ölçüsündən az murdarlandıqda;

5. İnsan murdar bədən və libasla namaz qılmağa məcbur olduqda.

Sual 76: Namaz harada qılınmalıdır?

Cavab: Namaz qılınan yerin beş şərti var:

1. Namaz qılınan yer halal olsun;

2. Hərəkətsiz olsun;

3. Otağın hündürlüyü ayaq üstə durmağa imkan versin;

4. Namaz qılınan yer əgər nəcasətə bulanıbsa, onun rütubəti libasa keçəcək həddə olmasın;

5. Səcdə üzvləri yerə qoyularkən gərək yerin səthi bir-birindən dörd bitişik barmaqdan artıq (istər aşağıya istər yuxarıya doğru) fərqli olmasın.

Sual 77: Namazın hansı vacibatları var?

Cavab: Namazın on bir vacibatı var: niyyət, qiyam, təkbirətül-ehram, səcdə, qiraət, zikr, təşəhhüd, salam, tərtib, müvalat.

Sual 78: Namazın rüknü nədir?

Cavab: Rükn namazdakı o vacibatlardır ki, əgər insan bilərəkdən və bilməyərəkdən onları artırsa və ya azaltsa, namazı batil olur. Namazın beş rüknü var:

1. Niyyət;

2. Təkbirətul-ehram, yə’ni niyyətdən sonra «Əllahu Əkbər» demək;

səh:25

3. Qiyam–təkbirətul-ehram deyərkən və rükudan qabaq ayaq üstə olmaq (ona rükuya bitişən qiyam deyilir);

4. Rüku;

5. İki səcdə.

Sual 79: Niyyətdən çıxmaq nə deməkdir?

Cavab: İnsan namazın ortasında o qədər qəflətə vara bilər ki, əgər ondan nə etdiyini soruşsalar, cavab tapa bilməz. Belə halda namaz batildir.

Sual 80: Ayaq üstə durmaqdan ibarət olan qiyam vəziyyətinin şərti nədir?

Cavab: Niyyətdən sonra «Əllahu Əkbər» deməzdən qabaq və sonra bir miqdar dayanmaq vacibdir. İnsan əmin olmalıdır ki, təkbir kəlməsini ayaq üstə demişdir. Qiyam zamanı bədən hərəkətsiz olmalı, bir tərəfə əyilməməlidir. Qiyamda ayaqlar arası məsafənin üç barmaqdan bir qarışadək olması müstəhəbdir. Qadınlar ayaqlarını bir-birinə yapışdırsalar yaxşı olar.

81-dən 90 kimi olan suallar

Sual 81: Rükunun şərti nədir?

Cavab: Rüku vəziyyətində insan əlləri dizinə çatanadək əyilməlidir. Əllər dizə qoyulmadan da həmin qədər əyilmək kifayətdir. Rükuda istənilən bir zikr deyilə bilər. Amma bu zikr üç «Sübhanəllah» və bir «Sübhanə rəbiyəl-əzimi və bihəmdih» kəlmələrindən qısa olmamalıdır». Zikr deyilən zaman bədən rüku vəziyyətində aram dayanmalıdır.

Sual 82: Səcdənin hansı şərtləri var?

Cavab: Səcdə alının, iki əlin içinin, iki dizin, iki ayağın baş barmaqlarının yerə qoyulmasından və ən azı üç

səh:26

«sübhanəllah» zikri həddində səcdədə qalmaqdan ibarətdir. İki səcdə arasında aram oturmaq lazımdır. Səcdə zamanı yerə toxunası yeddi üzv bilərəkdən qaldırılmamalıdır.

Sual 83: Namazın bütün rəkətlərində həmd («Fatihə») və surə (məs. «İxlas») oxumaq vacibdirmi?

Cavab: Vacib yövmiyyə namazlarının birinci və ikinci rəkətlərində həmd və surə oxumaq vacibdir. Vacib yövmiyyə namazlarının üçüncü və dördüncü rəkətlərində isə təkcə həmd oxunsa kifayətdir. Həmd əvəzinə «təsbihati-ərbəə» demək olar. Müstəhəb namazlarda isə təkcə həmd oxumaq vacibdir.

Sual 84: Namaz ucadan, yoxsa astadan qılınmalıdır?

Cavab: Kişilər sübh, məğrib və işa namazlarını ucadan qılmalıdırlar. Zöhr və əsr namazlarında isə həm kişilərin, həm də qadınların həmd və surəni astadan oxuması lazımdır. Ucadan deyiləsi həmd və surəni astadan, astadan deyilməsi həmd və surəni ucadan demək bilərəkdən olduqda namaz batildir.

Sual 85: Əvvəl surəni, sonra isə həmdi oxumaq olarmı?

Cavab: Namazdakı ardıcıllığı bilərəkdən pozmaq namazı batil edir.

Sual 86: Peyğəmbərin adı çəkildikdə salavat çəkmək vacibdirmi?

Cavab: Peyğəmbərin adı, ləqəbi və ya künyəsi deyildikdə (hətta namazda da olmuş olsa) salavat çəkmək müstəhəbdir.

Sual 87: Nələrə səcdə etmək olmaz?

səh:27

Cavab: Yeddi şeyə səcdə etmək olmaz: 1. Yeməli şeylərə; 2. Geyməli şeylərə; 3. Mə’dəndən çıxan şeylərə (məsələn, qızıl, gümüş); 4. Təzə üzüm yarpağına; 5. Torpaqdan cücərən yeməli dərman bitkilərinə (məsələn, bənövşə, maldili); 6. Bə’zi məntəqələrdə yeməli sayılan bitkilərə; 7. Kal meyvəyə.

Sual 88: Namazı nələr batil edir?

Cavab: On iki şey namazı batil edir:

1. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi mə’lum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir);

2. Namazın gedişində bilərəkdən və ya bilməyərəkdən dəstəmazı və ya qüslü batil edən hal baş versə (məsələn, sidik xaric olsa);

3. Əllər üst-üstə qoyulsa;

4. Həmd oxunduqdan sonra «amin» deyilsə;

5. Bilərəkdən və ya diqqətsizlikdən qibləyə arxa çevirsə, qiblədən çıxmış sayılacaq qədər sağa və sola meyl edilsə;

6. Bilərəkdən namaza aid olmayan mə’nalı və ya mə’nasız söz deyilsə;

7. Bilərəkdən bərkdən gülmək;

8. Dünya işlərinə görə bilərəkdən bərkdən ağlamaq;

9. Namazın formasını pozan işlər (əl çalmaq);

10. Yemək-içmək (məs. ağızdakı tikə ya qalıqları udub qurtarmamış namaza başlamaq);

11. İki rəkətli və üç rəkətli namazlarda, eləcə də, dörd rəkətli namazların ilk iki rəkətində rəkətlərin sayında edilən şəkk;

səh:28

12. Bilərəkdən və ya səhvən namazın rüknlərinin artırılıb-azaldılması.

Sual 89: Namaz gedişində salam almaq olarmı?

Cavab: Namaz gedişində düzgün və ya ciddi verilmiş salamı almaq lazımdır.

Sual 90: Hansı hallarda namazı dayandırmaq olar?

Cavab: Dörd halda namazı dayandırmaq olar:

1. İnsan öz canı və malını qorumaq üçün namazı dayandıra bilər;

2. Namaz zamanı tələbkar verdiyi borcu tələb edərsə və namazı dayandırmadan borcu qaytarmaq mümkün olmazsa;

3. Namaz gedişində insan başa düşsə ki, məscid murdarlanmışdır;

4. Rükuya getməmişdən azan və iqamənin yaddan çıxdığı yada düşdükdə.

91-dən 100 kimi olan suallar

Sual 91: Namazda neçə növ şəkk var?

Cavab: Namazda üç növ şəkk ola bilər: Namazı batil edən şəklər, e’tina edilməyəsi şəklər və e’tina ediləsi düzgün şəklər.

Sual 92: Hansı şəklər namazı batil edir?

Cavab: Səkkiz şəkk namazı batil edir:

1. İki rəkətli namazlarda rəkətlərin sayındakı şəkk;

2. Üç rəkətli namazlarda rəkətlərin sayında şəkk;

3. Dörd rəkətli namazda şəkk edilərsə ki, bir rəkət qılınıb, yoxsa çox;

4. Dörd rəkətli namazda ikinci rəkətin ikinci səcdəsi tamam olmamış şəkk edilə ki, iki rəkət qılınıb, yoxsa çox;

səh:29

5. Şəkk edilə ki, iki rəkət qılınıb, yoxsa beş və ya iki rəkət qılınıb, yoxsa daha çox;

6. Şəkk edilə ki, üç rəkət qılınıb, yoxsa altı və ya üç rəkət qılınıb, yoxsa altıdan çox;

7. Şəkk edilə ki, görən neçə rəkət qılınıb;

8. İkinci rəkət tamam olmuş olsa da, şəkk edilə ki, dörd rəkət qılınıb, yoxsa altı və ya dörd rəkət qılınıb, yoxsa altıdan çox? Amma ikinci rəkət tamam olduqdan sonra şəkk edilsə ki, dörd rəkət qılınıb, yoxsa altı və ya çox, müstəhəb ehtiyata əsasən dörd rəkət qılındığını qəbul edib, namazı başa çatdırdıqdan sonra iki səcdəyi-səhv yerinə yetirilir, həm də namaz yenidən qılınır.

Sual 93: Namazda e’tina ediləsi şəkdən sonra vəzifə nədir?

Cavab: Bütün düzgün şəklər, yə’ni e’tina ediləsi şəklər dörd rəkətlik namazlara aiddir.

İkinci səcdədən qalxdıqdan sonra şəkk edilsə ki, iki rəkət qılınıb, yoxsa üç rəkət, üç rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra bir rəkət ehtiyat namazı qılınmalıdır. İkinci səcdədən sonra şəkk edilsə ki, iki rəkət qılınıb, yoxsa dörd rəkət, dörd rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki rəkət ehtiyat namazı qılınmalıdır. İkinci səcdədən sonra iki, üç və ya dörd rəkət namaz qılındığına şəkk edilərsə, dörd rəkət qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki rəkət ayaq üstə, iki rəkət oturaq ehtiyat namazı qılınmalıdır. Əgər ikinci səcdədən sonra şəkk

səh:30

edilsə ki, dörd rəkət qılınıb, yoxsa beş rəkət, dörd rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki səcdəyi-səhv yerinə yetirilməlidir. Əgər şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa dörd rəkət, namazın istənilən bir yerində olur-olsun, dörd rəkət qılındığını qəbul edərək namazı tamamlamaq, sonra isə bir rəkət ayaq üstə, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Ayaq üstə şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa beş, əvvəlcə oturmaq, təşəhhüd və salamı demək, namazı tamamladıqdan sonra bir rəkət ayaq üstü, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Ayaq üstə şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa beş, oturmaq, təşəhhüd və salamı deyib, namazı tamamlamaq lazımdır. Sonra iki rəkət ayaq üstə ehtiyat namazı qılınır. Ayaq üstə üç, ya dörd, ya beş rəkət qılındığına şəkk edilərsə, oturub təşəhhüd və salamı deməklə namazı tamamlamaq, sonra isə iki rəkət ayaq üstü, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Əgər ayaq üstə beş və ya altı rəkət namaz qılındığına şəkk edilərsə, oturub təşəhhüdlə salamı demək və namazı tamamladıqdan sonra səcdəyi-səhv yerinə yetirmək lazımdır.

Sual 94: Ehtiyat namazı necə qılınır?

Cavab: Ehtiyat namazı qılmalı olan şəxs namazı bitirən kimi dərhal ehtiyat namazını niyyət etməli və təkbir deməlidir. Sonra həmd oxuyub rükuya getməli və rükudan sonra iki səcdə yerinə yetirməlidir. Sonra isə təşəhhüd və salam deyilir. Ehtiyat namazı astadan

səh:31

qılınır. Hətta vacib ehtiyata əsasən «Bismillah» da astadan deyilir.

Sual 95: Səcdəyi-səhv necə yerinə yetrilir?

Cavab: Namaz başa çatan kimi səcdəyi-səhv niyyət edilir, səcdəyə gedilərək deyilir: «Bismillahi və billahi, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd» sonra oturaq vəziyyətə qayıdılır və yenidən səcdəyə gedilir, eyni zikrlər təkrarlanır. İkinci səcdədən sonra oturaq vəziyyətdə təşəhhüd və salam deyilir.

Sual 96: İslam şəriətində kimlər müsafir hesab olunur?

Cavab: Səfəri qırx beş kilometr və ondan çox məsafədən ibarət olan şəxs müsafir hesab olunur. Bir şərtlə ki, onun getdiyi yol iyirmi iki tam, onda beş kilometrdən az olmasın.

Sual 97: Səfərdə qılınan namazlar adi vaxtda qılınan namazdan fərqlənirmi?

Cavab: Müsafir zöhr, əsr və işa namazlarını dörd rəkət yox, iki rəkət qılır. Amma namazın yarı qılınması (qəsr) üçün şərtlər mövcuddur:

1. Səfər qırx beş kilometrdən (səkkiz fərsəx) az olmamalıdır;

2. Səfərə çıxarkən məqsəd qırx beş kilometrlik yolu getmək olmalıdır;

3. Yolun ortasında müsafir fikrini dəyişməməlidir;

4. Qırx beş kilometr tamam olmamış yolu vətənindən keçməməlidir və ya bir yerdə on gündən artıq qalmamalıdır;

5. Səfərin məqsədi haram iş olmamalıdır;

səh:32

6. Köçəri həyat tərzi keçirən insanlar namazlarını tam qılmalıdır;

7. Səfərə çıxmaq peşə olmamalıdır;

8. Vətənindən və ya on gün qalacağını qəsd etdiyi yerdən o qədər uzaqlaşmalıdır ki, şəhərin divarı görünməsin və azan səsi eşidilməsin.

Sual 98: Qırx beş kilometr məsafəni qət edən ovçu müsafir sayılırmı? Onun da namazları yarıdırmı?

Cavab: Əyləncə üçün ova gedən insan namazını bütöv qılmalıdır. Dolanışıq xətrinə bu işlə məşğul olan insanın isə namazı yarıdır. Var-dövlət qazanmaq məqsədi ilə ova gedənlər isə vacib ehtiyata əsasən namazlarını həm yarı, həm də bütöv qılmalıdırlar.

Sual 99: Qəza namazları üçün vaxt tə’yin olunmuşdurmu?

Cavab: Vacib namazlarını vaxtında qılmayıb qəzaya verən şəxs bu namazları qılmalıdır. Vacib qəza namazlarını dərhal qılmaq tələb olunmur. Amma bu işdə laqeydlik, süstlük göstərmək olmaz. Dünyasını dəyişmiş atanın qəza namazlarını böyük oğlan qılmalıdır.

Sual 100: Vacib namazları xüsusi ilə yövmiyyə namazlarını camaatla qılmağın savabı varmı?

Cavab: Vacib namazları, xüsusi ilə yövmiyyə namazlarını camaatla qılmaq müstəhəbdir. Sübh, məğrib və işa namazlarını camaatla qılmaq məscidin qonşuluğunda yaşayanlara və məscidin azanının səsin eşidənlərə xüsusi tapşırılmışdır. Rəvayətdə bildirilmişdir ki, pişnamaza bir nəfər iqtida edərsə, onların namazlarının hər rəkətinə yüz əlli namazın

səh:33

savabı verilər. Əgər iki nəfər iqtida edərsə, onların namazlarının hər rəkətinə altı yüz namazın savabı verilər. İqtida edənlərin sayı artdıqca namazın da savabı artır. İqtida edənlərin sayı on nəfərə çatdıqda və ya on nəfəri keçdikdə göylər kağız, dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və mələklər yazan olarlarsa, həmin namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.

101-dən 110 kimi olan suallar

Sual 101: Cəmiyyət namazı gec bərpa olduqda namazı fərdi şəkildə, vaxtında qılmaq yaxşı deyilmi?

Cavab: Səbir edib namazı camaatla qılmaq müstəhəbdir. Son vaxtda qılınan cəmiyyət namazı əvvəl vaxtda qılınan fərdi namazdan üstündür.

Sual 102: Hansı hallarda camaat namazında iştirak etmək vacibdir?

Cavab: Fərdi halda namaz qıldığı vaxt vəsvəsələrə düçar olan insan camaatla namaz qıldıqda vəsvəsələrdən yaxa qurtara bilirsə, namazını camaatla qılmalıdır.

Əgər ata-ana övladına əmr edərsə ki, namazını camaatla qılsın, ata-anaya itaət vacib olduğundan, vacib ehtiyata əsasən, övlad namazını camaatla qılmalıdır.

Namazın həmd-surəsini və digər mətnlərini yaxşı bilməyən kəs vaxtı olduqda namazı yaxşı öyrənməli, vaxtı dar olduqda, vacib ehtiyata əsasən namazını camaatla qılmalıdır.

Sual 103: Cəmiyyət namazında kim imam (pişnamaz) dayana bilər?

səh:34

Cavab: Cəmiyyət namazında imam dayanan şəxs baliğ (həddi-büluğ), aqil (ağıllı), on iki imamçı şiə, adil (ədalətli), halalzadə (qanuni nikahdan doğulmuş), namazı düzgün qıla bilən, iqtida edənlər kişidirsə, kişi olmalıdır. Vacib ehtiyata əsasən, bütün hallarda pişnamaz kişi olmalıdır.

Pişnamaz adını bilmək mə’mum (iqtida edən) üçün vacib deyil.

Sual 104: İqtida edən şəxsin (mə’mum) hansı vəzifələri var?

Cavab: Mə’mum imamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. Mə’mum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan mə’mum həmd və surəni də deyəsidir. Sübh, məğrib və işa namazlarında imamın həmd surə səsini eşitmədikdə mə’mumun astadan həmd-surə oxuması müstəhəbdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində həmd surə əvəzinə zikr demək müstəhəbdir. Mə’mum təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Hətta vacib ehtiyata əsasən, imam təkbiri qurtarmamış mə’mum təkbirə başlamamalıdır.

Sual 105: Bə’ziləri camaat namazında namazı imamdan qabaq qurtarırlar. Bu düzgündürmü?

Cavab: Namazın sonunda salam hissəsini imamdan qabaq deyib namazı qurtarmaq olar.

Sual 106: Ayət namazı nədir?

Cavab: Ayət namazı vacib namazlardandır. Bu namaz dörd halda vacib olur:

səh:35

1. Günəş tutulduqda; 2. Ay tutulduqda (azca da tutulmuş olsa və kimsə qorxmasa da); 3. Zəlzələ baş verdikdə (əgər kimsə qorxmamış olsa da); 4. Şimşək çaxdıqda, qara və qırmızı yel əsdikdə (adamların çoxu qorxmuş olsa).

Sual 107: Ayət namazı necə qılınır?

Cavab: Ayət namazı iki rəkətdir: Bu namaz iki şəkildə qılına bilər:

Birinci şəkil: Niyyət edilir, təkbir deyilir, bir həmd və bir surə tam oxunur, rükuya gedilir, rükudan qayıdılır, yenidən bir həmd və bir surə oxunur, bir də rükuya gedilir. Beləcə, həmd-surə və rüku beş dəfə təkrarlanır. Beşinci rükudan, qalxdıqdan sonra iki səcdə edilir. Sonra namazın ikinci rəkəti eyni qaydada qılınır. Namaz təşəhhüd və salamla başa çatır.

İkinci şəkil: Niyyət edilir, təkbir deyilir, həmd oxunur, surənin ayələrindən biri deyilir, rükuya gedilir, rükudan qalxdıqdan sonra surənin ikinci ayəsi deyilir və yenə rükuya gedilir. Bu qayda ilə surənin beş ayəsinin hər biri deyildikdən sonra bir rüku edilir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə yerinə yetirilir və ayağa qalxaraq namazın ikinci rəkəti eyni qayda ilə qılınır. Namaz təşəhhüd və salamla başa çatır.

Sual 108: Oruc nədir?

Cavab: Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh

səh:36

azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.

Sual 109: Orucu nələr batil edir?

Cavab: Doqquz şey orucu batil edir: 1. Yemək və içmək; 2. Cima (cinsi yaxınlıq); 3. İstimna (özündən məni xaric etmə); 4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 6. Başı bütövlüklə suya batırmaq; 7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 8. Axıcı şeylərlə imalə etmək; 9. Qusmaq.

Sual 110: Oruc tutmuş qadın yeməyin dadına baxa bilərmi?

Cavab: Əgər yemək boğaza çatmasa, onun dadına baxmaq olar. Yeməyin dadına baxarkən təsadüfən boğaza çatarsa, oruc batil olmaz. Amma yeməyin dadına baxmaq istəyən kəs əvvəlcədən bilsə ki, yemək boğazına çatacaq və bu iş baş versə, orucu batildir. Belə orucun qəzası tutulmalı və kəffarəsi də verilməlidir.

111-dən 120 kimi olan suallar

Sual 111: Oruc tutmuş şəxs yuxuda möhtəlim olarsa (ondan məni xaric olarsa), orucu batil olarmı?

Cavab: İnsanın özündən asılı olmadan məni xaric olarsa, onun orucu batil deyil.

Sual 112: Əgər bir şəxs peyğəmbərin dilindin bir söz deyərsə və sonradan anlayarsa ki, bu söz yalan imiş, orucu batildirmi?

Cavab: Doğru olmadığı sonradan bilinən sözlərə görə oruc batil olmaz.

Sual 113: Əgər bir şəxs bilmədən suya yıxılaraq başı tam suya batarsa, onun orucu batildirmi?

səh:37

Cavab: Özündən ixtiyarsız suya yıxılan və başı bütünlüklə suya batan insanın orucu batil deyil.

Sual 114: Boynunda cənabət qüslü olan kəs ramazan ayında oruc tuta bilərmi?

Cavab: Ramazan ayında cünub olduğu halda oruc tutmaq istəyən kəs bilərəkdən qüsl verməyib vaxtın darlığını gözləsə və təyəmmüm edib oruc tutsa, onun orucu qəbuldur amma günah işlətmişdir.

Ramazan ayında gecə cünub olan kəs bilsə ki, yatsa sübhədək oyanıb qüsl verə bilməyəcək, yatıb yuxuya qalsa orucu batildir. O adam həm qəza orucu tutmalı, həm də kəffarə verməlidir.

Oruc tutan şəxs gündüz möhtəlim olsa, dərhal qüsl verməyi vacib deyil.

Sual 115: Oruc halda imalə etmək olarmı?

Cavab: Oruc vaxtı imalə etmək orucu batil edir. Amma müalicə üçün şamlardan istifadə etməyin eybi yoxdur. Amma qidalandırıcı şamlardan istifadə etmək olmaz.

Sual 116: Əgər insan özündən ixtiyarsız qusarsa, orucu batil olarmı?

Cavab: İxtiyarsız halda qusmaq orucu batil etmir.

Sual 117: Orucun neçə qisim kəffarəsi olur?

Cavab: Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.

Sual 118: Ramazan ayında hansı hallarda təkcə qəza orucu vacib olur?

Cavab: On halda yalnız qəza orucu vacib olur:

səh:38

1. Oruc tutmuş şəxs bilərəkdən qussa;

2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa;

3. Oruc tutmağı niyyət etməsə;

4. Cənabət qüslü verməyi yaddan çıxarsa;

5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra mə’lum olsa ki, azan olubmuş;

6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu mə’lum olsa;

7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu mə’lum olsa;

8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb;

9. Saf havada qaranlığa görə məğrib olduğunu tə’yin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur).

10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).

Sual 119: Əgər bir şəxs xəstəlik səbəbindən Ramazan ayında oruc tuta bilməsə və növbəti ilin Ramazan ayınadək sağalmasa, qəza orucu tutmalıdırmı?

Cavab: Növbəti ramazan ayınadək xəstəlik sağalmasa, tutmadığı orucların qəzasını tutmaq vacib deyil, amma

səh:39

hər gün üçün fəqirə on sir (bir sir yetmiş beş qramdır) təam verməlidir.

Sual 120: Qəza oruclarını bir neçə il tə’xirə salan şəxs nə etməlidir?

Cavab: Orucların qəzası tutulmalı və hər gün üçün fəqirə on sir təam verilməlidir.

121-dən 130 kimi olan suallar

Sual 121: Atanın qəza namazı və orucları ilə bağlı övlad nə edə bilər?

Cavab: Dünyasını dəyişmiş atanın qəza namazı və orucları böyük oğulun öhdəsinədir.

Sual 122: Səfərə çıxan şəxs oruc tuta bilərmi?

Cavab: Günortadan sonra səfərə çıxan şəxs tutduğu orucu başa vurmalıdır. Günortadan qabaq səfərə çıxan şəxs isə tərəxxüs həddini keçdikdən sonra, yə’ni şəhərin divarları görünmədikdə və azan səsi eşidilmədikdə orucunu açmalıdır. Səfərdən qayıdan şəxs günortadan qabaq vətəninə çatarsa, həmin vaxtadək orucu batil edən işlər görmədiyi halda, oruc tuta bilər. Səfərdən qayıdan şəxs günortadan sonra vətəninə çatarsa, həmin gün oruc tuta bilməz.

Sual 123: Oruc tutmaq kimlərə vacib deyil?

Cavab: Dörd halda oruc tutmaq vacib olmur:

1. Qocalıq və məşəqqət səbəbindən;

2. Susuzluqdan əziyyət çəkən xəstələr;

3. Hamiləliyin son dövründə olan qadının tutacağı oruc özünə və hamiləliyinə zərər olduqda;

4. Uşaq əmdirən və südü az olan qadınlar;

Sual 124: Ayın əvvəli (fitr bayramı) hansı yolla tə’yin olunur?

səh:40

Cavab: Ayın əvvəli beş yolla tə’yin olunur: 1. İnsan özü ayı görsə; 2. Bir qrup şəxsin ayı görmək xəbəri yəqinlik yaradarsa (yəqinlik yaradan istənilən bir şey); 3. İki adil kişi ayı gördüklərini desələr; 4. Aydan otuz gün keçmiş olsa; 5. Şər’i hakim ayın başlaması barədə hökm versə.

Sual 125: Şər’i hakimin hökmü yalnız onun müqəllidlərinəmi aiddir?

Cavab: Əgər şər’i hakim hökm etsə ki, ayın əvvəlidir, ona təqlid etməyənlər də uyğun hökmə əməl etməlidir.

Sual 126: Oruc tutmaq nə vaxtlar vacibdir?

Cavab: Ramazan ayında, eləcə də nəzir, əhd və and səbəbi ilə oruc tutmaq vacibdir.

Sual 127: Hansı günlər oruc tutmaq haramdır?

Cavab: Fitr və qurban bayramları günləri və Şəbanın sonuncu günü ilə Ramazanın birinci gününün başlaması mə’lum olmadıqda.

Sual 128: Hansı günlər oruc tutmaq məkruhdur (bəyənilmir)?

Cavab: Aşura günü, ərəfə və qurban olduğu bilinməyən gün oruc tutmaq məkruhdur.

Sual 129: Hansı günlər oruc tutmaq müstəhəbdir (bəyənilmişdir)?

Cavab: Aşağıda qeyd olunan günlərdə oruc tutmaq daha çox tapşırılmışdır:

1. Hər qəməri ayın birinci, sonuncu cümə axşamı günləri və ayın onuncu günündən sonra gələn ilk çərşənbə günü;

2. Hər ayın on üçü, on dördü və on beşi;

səh:41

3. Rəcəb və Şəban aylarının bütün günləri;

4. Novruz bayramı günü;

5. Zilqə’də ayının iyirmi beşinci və iyirmi doqquzuncu günü;

6. Zilhiccənin birinci və doqquzuncu günləri

7. Qədir günü (zilhiccənin on səkkizinci günü);

8. Məhərrəmin birinci və üçüncü günü;

9. Həzrət peyğəmbərin (s) mövludu günü (rəbiül-əvvəlin on yeddinci günü);

10. Məb’əs günü (rəcəbin iyirmi yeddinci günü)

Sual 130: Ardıcıl şəkildə yoxsullara yardım əli uzadan şəxs də xüms verməlidirmi?

Cavab: Xümsü verilməmiş malı istifadə etmək olmaz.

131-dən 140 kimi olan suallar

Sual 131: Hansı şeylərə xüms verilməlidir?

Cavab: Yeddi şeyin xümsünü vermək vacibdir: illik mənfəət; mə’dən; xəzinə; harama qarışmış halal mal; suya batmaqla əldə edilmiş cavahir; döyüş qəniməti; zimmi kafirin müsəlmandan aldığı torpaq.

Sual 132: İllik mənfəət nə deməkdir?

Cavab: İllik mənfəət dedikdə insanın özünün və ailəsinin illik xərclərini ödədikdən sonra artıq qalan mənfəət nəzərdə tutulur. Bu mənfəətin xümsü, yə’ni beşdə biri verilməlidir.

Sual 133: Nələrə xüms düşmür?

Cavab: Hədiyyəyə, qadının aldığı mehriyyəyə, xüms verən kəsdən qalmış irsə, kafirdən və ya xümsə əqidəsi olmayan adamdan ələ gələn mala, satış üçün alınmış malın il ərzindəki qiymət artımına, il boyu alınmış

səh:42

ehtiyac duyulan şeylərə, fəqirin xüms, zəkat, sədəqə kimi aldığı məbləğə.

Sual 134: Həddi-buluğ olduğu gündən xüms verməmiş müsəlmanın vəzifəsi nədir?

Cavab: İllik gəlirdən alınmış, ehtiyac duyulmayan və alındığı gündən bir il ötən şeylərin xümsü verilməlidir. İnsan bilsə ki, ev-eşik və sair ehtiyac duyulan şeyləri şə’ninə uyğun olaraq, qazancı olan ildə almışdır, həmin şeylərin xümsünü vermək lazım deyil. Amma il arası və ya il tamam olduqdan sonra alındığı bilinməyən şeylərin xümsü vacib ehtiyata əsasən verilməlidir.

Sual 135: Harama qarışmış halal mal nə deməkdir?

Cavab: İnsan öz malının hansı hissəsinin halal, hansı hissəsinin haram olduğunu müəyyənləşdirə bilmirsə, o, harama qarışmış halal mal sayılır.

Sual 136: İnsan öz malının müəyyən hissəsinin haram olduğunu bilirsə, nə etməlidir?

Cavab: Əgər həmin malın əsil sahibini tanımırsa, onun tərəfindən sədəqə kimi paylamalıdır. Bu iş vacib ehtiyata əsasən, şər’i hakimdən icazə almaq lazımdır. Əgər haram malın əsil sahibi tanınırsa, malı sahibinə qaytarmaq lazımdır.

Sual 137: Xüms kimə verilməlidir?

Cavab: Xüms iki hissəyə bölünür: İmamın malı və seyidlərin malı. Amma hər iki istiqamətdə xümsü sərf etmək üçün cəmeüş-şərait müctəhidin icazəsinə ehtiyac var.

Sual 138: İllik mənfəətdən il arasında minik avtomobili alınarsa, onun xümsünü vermək lazımdırmı?

səh:43

Cavab: Əgər avtomobil qazanc məqsədi ilə alınmamışdırsa, xümsünü vermək vacib deyil.

Sual 139: Xüms günü (ili) günəş, yoxsa ay təqvimi ilə müəyyən edilməlidir?

Cavab: Xüms gününü günəş təqviminə əsasən tə’yin edin.

Sual 140: Hansı şeylər üçün zəkat ödənməlidir?

Cavab: Doqquz şeyin zəkatı vacibdir: Buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, dəvə, inək, qoyun.

Sual 141: Əgər bir şəxsin bir inəyi və ya iki qoyunu varsa, zəkat ödəməlidirmi?

Cavab: Zəkatın vacib olması üçün sadalanan şeylər nisab həddində olmalıdır. Yə’ni zəkatı vacib olan doqquz şeyin hər biri nisab həddinə çatdıqda, onun zəkatını vermək vacib olur. Bə’zi nisab hədləri ilə tanış olaq: beş dəvəsi olan bir qoyun, otuz inəyi olan bir dana, qırx qoyunu olan bir qoyun zəkat verməlidir. Demək, nisab həddinə çatmamış malların zəkatını vermək lazım deyil.

141-dən 150 kimi olan suallar

Sual 142: Zəkat kimə verilməlidir?

Cavab: Zəkat fəqirə, miskinə, imam və imamın naibi tərəfindən zəkat toplamaq əmr olunmuş kəsə, zəkat vasitəsi ilə İslama meyl edəcək kafirə, qulların azad olunmasına, borcunu ödəyə bilməyənin borcunun ödənməsinə, Allah yolunda müəyyən işlərə, yolda qalmış müsafirə xərclənə bilər. Zəkatı müctəhidin icazəsi olmadan da sərf etmək olar.

Sual 143: Bir şəxs neçə dəfə Həcc ziyarətində olmalıdır?

səh:44

Cavab: Şərtlər ödəndikdə hər bir müsəlmana ömrü boyu cəmi bir dəfə həcc ziyarətində olmaq vacibdir.

Sual 144: Həcc ziyarəti kimlərə vacibdir?

Cavab: Həcc ziyarətinin vacib olması üçün aşağıdakı şərtlər ödənməlidir:

1. Yol azuqəsi və səfərdə ehtiyac duyulan şeylər, eləcə də nəqliyyat mövcud olmalıdır;

2. İnsan sağlam olmalı və həcc ziyarətini yerinə yetirməyə qüdrəti çatmalıdır.

3. Yolda maneə olmamalıdır;

4. Həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olmalıdır;

5. Həccə gedən şəxs ehtiyacını ödəməli olduğu kəslərin xərclərini ödəyə bilməlidir;

6. Həcc ziyarətindən qayıtdıqdan sonra dolanışıq xərclərinin əldə olunmasında çətinlik çəkməməlidir.

Sual 145: Hansı şeylərin alqı-satqısı batildir?

Cavab: Alqı-satqısı batil olan şeylər beş qisimdir:

1. Spirtli içkilər kimi murdar şeylər;

2. Qəsb olunmuş şeylər;

3. Mal sayılmayan həşərat kimi şeylər;

4. Qazancı haram olan qumar və musiqi aləti kimi şeylər;

5. Sələm qatqılı müamilələr;

Sual 146: Az yaşlı uşaq alış-veriş edə bilərmi?

Cavab: Alıcı və satıcı üçün müəyyən şərtlər tə’yin olunmuşdur. Alıcı və satıcı həddi-büluğ olmalı, ağıllı olmalı, ciddi alış-veriş məqsədində olmalı, kimsə tərəfindən məcbur edilməməli, satdığı şeyin və ya

səh:45

ödədiyi məbləğin sahibi olmalıdır. Körpə uşaq yalnız uşaq üçün adi sayılan bə’zi şeyləri sata bilər. Ciddi alış-verişdə isə uşaq alıcı ilə satıcı arasında vasitə rolunu oynaya bilər.

Sual 147: Hansı hallarda müamiləni pozmaq, malı və ya pulu geri qaytarmaq olar?

Cavab: On bir halda müamiləni pozmaq olar:

1. Alış-veriş səhnəsini tərk etməmiş;

2. Aldadılmış olduqda;

3. Alqı-satqı zamanı müamilənin pozulması barədə şərt kəsildikdə;

4. Satıcı malını, alıcı pulunu olduğundan üstün göstərdikdə;

5. Alıcı və ya satıcı qeyd olunmuş şərti pozduqda;

6. Malda və ya pulda eyib olduqda;

7. Satılmış malın bir hissəsinin satıcıya aid olmadığı bilindikdə;

8. Satıcı malın görünməyən bir xüsusiyyətini dedikdə və sonradan bu xüsusiyyətin olmadığı aşkarlandıqda;

9. Müştəri aldığı malın pulunu üç gün ərzində ödəmədikdə və satıcı da həmin malı təhvil vermədikdə;

10. Heyvan alan şəxs üç gün müddətində onu qaytarmaq istədikdə;

11. Satıcı satılmış malı təhvil verə bilmədikdə.

Sual 148: Hansı hallarda malı geri qaytarmaq olmaz?

səh:46

Cavab: Əgər alqı-satqı zamanı malın eybi mə’lum olarsa və alıcı bununla razılaşarsa, sonradan malı geri qaytara bilməz.

Sual 149: Nələrə baxmaq haramdır?

Cavab: Haram baxış yeddi qisimdir.

1. İstər ləzzət məqsədi ilə, istərsə də belə bir məqsədsiz, kişinin naməhrəm qadının bədəninə baxması;

2. Ləzzət məqsədi ilə kişinin naməhrəm qadının üzünə və əllərinə baxması;

3. Üz və əllər istisna olmaqla qadının naməhrəm kişinin bədəninə baxması;

4. Ləzzət məqsədi ilə həddi-büluğ olmamış qızın üzünə, bədəninə və saçına baxmaq;

5. Ləzzət məqsədi ilə kişinin kişi bədəninə baxması;

7. Ləzzət məqsədi ilə qadının qadın bədəninə baxması.

Sual 150: Halal-haramlığı mə’lum olmayan bank, müəssisə və bu kimi başqa yerlərdə namaz qılmaq olarmı?

Cavab: Əgər həmin məkanın qəsbi olması mə’lum deyilsə, namaz qılmaq olar.

151-dən 160 kimi olan suallar

Sual 151: Tapılmış malla necə rəftar etmək lazımdır?

Cavab: Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır.

Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud

səh:47

gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.

Sual 152: Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?

Cavab: Əgər həmin şəxs malın nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb etməyən nişanələri tələb etmək olmaz.

Sual 153: Tapılmış malı sahibi bilinənədək saxlamaq olmazmı?

Cavab: Mal tapıldıqda ilk həftədə gündə bir dəfə, sonra bir ildə həftədə bir dəfə cəmiyyət arasında bu barədə e’lan etmək lazımdır. Əgər bir il ərzində malın sahibi tapılmasa, vacib ehtiyata əsasən mal həmin şəxs tərəfindən sədəqə verilməlidir və ya sahibi üçün saxlanılmalıdır.

Sual 154: Heyvan hansı qaydada kəsilməlidir?

Cavab: Heyvanın kəsilməsinin beş şərti var:

1. Heyvanı kəsən şəxs müsəlman olmalıdır və peyğəmbər əhli-beyti ilə düşmənçiliyini izhar etməməlidir;

2. Heyvanın başı dəmir alətlə kəsilməlidir;

3. Başı kəsilən heyvanın bədəni üzü qibləyə olmalıdır;

4. Heyvanın kəsilməsi məqsədi ilə «Bismillah» deyilməlidir;

5. Heyvan kəsildikdən sonra hərəkət etməlidir ki, diri olduğu bilinsin.

səh:48

Sual 155: Hansı heyvanları ovlamaq olar?

Cavab: Ovlanan heyvan ceyran və ya dağ keçisi kimi vəhşi olmalıdır, qaçmağa və ya uçmağa qadir olmalıdır, əti halal olmalıdır.

Sual 156: Ovlanmış heyvanın əti nə zaman pak və halal sayılır?

Cavab: Ovlanmış heyvanın ətinin pak və halal olmasının beş şərti var:

1. Ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi parçalayıcı olmalıdır;

2. Ovçu həddi-büluğ və yaxşını pisdən ayıra bilən yaşda müsəlman olmalıdır;

3. Ov silahı və ov üçün istifadə olunmalıdır;

4. Silah işə salınmazdan qabaq Allahın adı çəkilməlidir;

5. Ovçu heyvana çatdığı zaman heyvan ölmüş olsa və ya heyvanı kəsməyə vaxt olduğu halda o kəsilmədən ölsə, haramdır.

Sual 157: Hansı ətlər haramdır?

Cavab: Yeddi halda ət haram sayılır;

1. Qızılquş kimi caynaqlı quşlar;

2 Diri heyvandan qoparılmış ət parçası;

3. İnsanın “vəty” etdiyi (cinsi yaxınlıq) heyvan;

4. Pulsuz balıqlar;

5. Donuz, dovşan, fil kimi əti haram heyvanlar;

6. Qanadı çıxmadığından uça bilməyən çəyirtkə;

7. Diri heyvanın qarnından çıxmış ölü bala.

Sual 158: Əti halal olan heyvanlarda nələri yemək haramdır?

səh:49

Cavab: Əti halal olan heyvanlarda on beş şeyin yeyilməsi haramdır: 1. Qan; 2. Peyin; 3. Tənasül üzvü, (erkək heyvanda); 4. Sidik məxrəci (dişi heyvanda); 5. Vacib ehtiyata əsasən balalıq; 6. Vəzilər (təbii olaraq heyvanlarda 10 ədəd vəzi mövcuddur: 2 ədəd boğaz nahiyəsində, 2 ədəd kürək sümüklərinin altında, hər iki tərəfdə üç dənə olmaqla 6 ədəd də bud və paçalarda. Lakin qeyri-təbii olaraq ona bədənin müxtəlif nahiyələrində də rast gəlinir); 7. Xayalar; 8. Kəllə beyində yerləşən noxudcuq; 9. Onurğa sütunu arasında yerləşən ilik; 10. Onurğa sütununun iki tərəfində yerləşən “şah damar” (xəmirçək) ; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Gözün hədəqəsi; 15. Dırnaqarası piy.

Sual 159: At əti halaldırmı?

Cavab: At, eşşək və qatır əti məkruhdur.

Sual 160: Yemək zamanı nələr müstəhəbdir?

Cavab: Yeməkdən qabaq hər iki əli yumaq, yeməkdən sonra əlləri yumaq və qurulamaq, ev sahibinin hamıdan qabaq yeməyə başlayıb hamıdan sonra qurtarması, yeməkdən qabaq «Bismillah» demək, sağ əllə yemək, üç və ya çox barmaqla yemək, çox adamın oturduğu süfrədə öz qarşısından yemək, tikələri kiçik götürmək, süfrədə çox oturub yeməyə tələsməmək, yeməyi yaxşı çeynəmək, yeməkdən sonra aləmlərin Rəbbinə həmd etmək, barmaqları yalamaq, yeməkdən sonra dişləri təmizləmək, süfrədən kənara səpələnən qidanı yığıb yemək, günün başlanğıcında və gecənin başlanğıcında yemək, yedikdən sonra arxası üstə uzanıb sağ ayağı sol ayağın üstünə aşırmaq, yeməyi

səh:50

duzla başlayıb duzla qurtarmaq, meyvə yeməkdən qabaq onu yumaq.

161-dən 170 kimi olan suallar

Sual 161: Yemək yeyərkən nələr məkruhdur?

Cavab: Tox halda yemək, çox yemək, yemək zamanı başqalarının üzünə baxmaq, qaynar yemək, yeməyi və içkini üfürmək, süfrəyə çörək qoyulduqdan sonra başqa şeyləri gözləmək, çörəyi bıçaqla kəsmək, çörəyi yemək qabının altına qoymaq, əti sümükdən tam təmizləmək, meyvəni soymaq, meyvəni tam yeməmiş atmaq.

Sual 162: Su içərkən nələr məkruhdur?

Cavab: Suyu çox içmək, yağlı xörəkdən sonra su içmək, gecə ayaq üstə su içmək, sol əllə su içmək, qabın sınıq yerindən və tutacağı tərəfdən içmək.

Sual 163: Su içərkən nələr müstəhəbdir?

Cavab: Suyu soraraq içmək, gündüz suyu ayaq üstə içmək, su içməzdən qabaq «Bismillah» sonra isə «Əlhəmdulillah» demək, suyu üç nəfəsə içmək, susayıb içmək, suyu içdikdən sonra İmam Hüseyn (ə) və onun əhli-beytini yad etmək və onların qatillərinə lə’nət oxumaq.

Sual 164: Nəzir nədir?

Cavab: İnsan özünə vacib edir ki, Allah xatirinə bir xeyir iş görsün və ya Allah xatirinə bəyənilməmiş bir işi tərk etsin.

Sual 165: Hansı nəzirlər düzgün deyil?

Cavab: Beş halda edilən nəzir batildir:

1. Məcburi şəkildə nəzir etmək;

2. Əsəbi şəkildə ixtiyarsız olaraq nəzir etmək;

səh:51

3. Ərdən icazəsiz qadının nəzir etməsi;

4. Mümkünsüz işləri nəzir etmək;

5. Haram və məkruh işin görülməsinin, vacib və müstəhəb işin tərk edilməsinin nəzir olunması.

Sual 166: And neçə növdür?

Cavab: And iki növdür?

1. Yaxşı bir işə görə içilən and. Məsələn, oruc tutmaq.

2. Pis bir işi tərk etmək üçün içilən and. Məsələn, siqareti tərk etmək.

Sual 167: Hansı andları pozduqda kəffarə vermək vacibdir?

Cavab: Bilərəkdən ixtiyari şəkildə andı pozmağın kəffarəsi var. Andını pozan şəxs ya bir bəndə azad etməli, ya on fəqiri doydurmalı, ya da üç gün oruc tutmalıdır.

Sual 168: Həqiqi andın neçə şərti var?

Cavab: And içən şəxs həddi-büluğ, ağıllı olmalı, şər’i hakim ona öz malını sərf etməyi qadağan etməməlidir. And məqsədi və azad şəkildə içilməlidir.

Hansı işin görüləcəyinə and içilirsə, həmin iş haram və ya məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etmək üçün and içmək olmaz.

Allahın müqəddəs zatından qeyrisinə and içmək olmaz. Məsələn: «And olsun Allaha!».

Andı yazmaq və ya qəlbdən keçirmək olmaz. And dilə gətirilməlidir. Amma lal adam işarə ilə and içə bilər. Anda əməl etmək mümkün olmalıdır.

Sual 169: And içmək nə dərəcədə düzgündür?

səh:52

Cavab: Doğrudan and içmək məkruh, yalandan and içmək isə haram və böyük günahdır. Amma insan özünü və ya bir müsəlmanı zalımın şərindən qurtarmaq üçün and içərsə, eybi yoxdur. Bə’zən belə hallarda and içmək vacib olur.

Sual 170: Vəqf nə deməkdir?

Cavab: Vəqf müsəlmanın sahib olduğu bir şeyi öz mülkündən çıxararaq, birdəfəlik ümumi istifadəyə verməsidir. Vəqf edərkən vəqf siğəsi oxumaq vacib deyil. Vəqf edən şəxsin «bu şeyi vəqf etdim» deməsi kifayətdir. Vəqfin öz tə’yinatı var. Məsələn, hüseyniyyə üçün vəqf olunmuş xalçanı məsciddə istifadə etmək olmaz.

171-dən 180 kimi olan suallar

Sual 171: Vəsiyyət nədir?

Cavab: Vəsiyyətdə insan sifariş edir ki, onun ölümündən sonra onun üçün hansısa işlər görülsün. Məsələn, insan vəsiyyət edə bilər ki, onun ölümündən sonra malik olduğu kitablar kitabxanaya verilsin. İnsan öz malının yalnız üçdə birini vəsiyyət edə bilər.

Sual 172: Ağlını itirmiş adam vəsiyyət edə bilərmi?

Cavab: Vəsiyyət edən şəxs ağıllı, həddi-büluğ, azad, malını sərf etməkdə ixtiyar sahibi olmalıdır.

Sual 173: İrs varislər arasında necə bölünür?

Cavab: Əgər varis bir nəfərdirsə (məsələn, oğul və ya qız) meyitin bütün malı ona çatır. Əgər varis bir neçə oğul, yaxud bir neçə qızdırsa, meyitin malı onların arasında bərabər bölünməlidir.

Əgər varis bir oğlan və bir qızdırsa, mal üç hissəyə bölünür. Onun iki hissəsi oğula, bir hissəsi isə qıza verilir.

səh:53

Əgər varis bir neçə oğlan və bir neçə qızdırsa, mal elə bölünür ki, oğlanlar qızlardan iki qat artıq irs alsınlar.

Əgər oğuldan ata-anaya irs qalmışsa, bu irs üç hissəyə bölünür, iki hissəsi ataya, bir hissəsi anaya çatır.

Əgər vəfat edənin ata-anası, bacı və qardaşı qalmışdırsa, irs dörd hissəyə bölünür, ata-ananın hərəsinə bir pay verilir, oğula qızdan iki qat artıq pay bölünür.

Sual 174: Meyitin borcu ödənməlidirmi?

Cavab: Dünyasını dəyişmiş atanın Qur’anı, üzüyü, qılıncı və libası böyük oğula çatır. Əgər meyitin var-dövləti mövcud borcu ödəmirsə, oğula çatan şeylər də onun borclarına verilir.

Sual 175: Qızlar və qadınlar sırğa taxmaq üçün qulaqlarını deşə bilərlərmi?

Cavab: Qızlar və qadınların sırğa taxmaq məqsədi ilə qulaqlarını deşməsinin eybi yoxdur.

Sual 176: Naməhrəm qadınla söhbət etmək olarmı?

Cavab: Əgər ləzzət məqsədi olmasa, eybi yoxdur.

Sual 177: Ruhani olmayan ədalətli bir şəxs pişnamaz dayana bilərmi?

Cavab: Ruhani yoxdursa, olar.

Sual 178: Üzü ülgüclə və ya ülgüc kimi tükü dibdən vuran maşınla qırxmaq olarmı?

Cavab: Vacib ehtiyata əsasən, bu işi tərk etmək lazımdır.

Sual 179: Bir gənc beş ildən sonra evlənəcəyini nəzərdə tutaraq ev tikmək üçün pul yığsa, bu pula xüms düşürmü?

Cavab: Əgər ehtiyacı olacağı anda ev ala bilməyəcəksə, tədricən aldığı tikinti materiallarının xümsünü

səh:54

verməməlidir. Əgər ev tikmək məqsədi ilə pul yığsa, ötən illər üçün xüms ödənməlidir.

Sual 180: Hansı qadınlarla evlənmək məkruhdur?

Cavab: İnsanın zinakar, zinadan doğulmuş qadınlarla, eləcə də doğuş zamanı onu tutmuş mama və mamanın qızı ilə evlənməsi məkruhdur.

181-dən 190 kimi olan suallar

Sual 181: Kişiyə kimlər məhrəm sayılır?

Cavab: Kişiyə məhrəm olan qadınlar yeddi qisimdir: Ana (nənə) qız (qız nəvələri), bacı, bacının qızı və nəvələri, qardaşın qızı və nəvələri, bibi (atanın və ananın bibiləri), xala (atanın və ananın xalaları)

Sual 182: Kafirlə evlənmək olarmı?

Cavab: Müsəlman qadın kafir kişiyə ərə gedə bilməz, müsəlman kişi kafir qadınla evlənə bilməz. Amma müsəlman kişi kitab əhli olan qadınla müvəqqəti nikaha girə bilər.

Sual 183: Kişinin qadın qarşısında hansı vəzifələri var?

Cavab: Kişi öz arvadını yemək və geyimlə tə’min etməlidir. Qadının bilmədən yol verdiyi səhvləri bağışlamalıdır. Ər öz arvadı ilə xoş keçinməlidir. Gecələr qadını tək qoymamalıdır. Ər öz qadını ilə cinsi yaxınlığı dörd aydan çox tərk edə bilməz. Əgər bir kişinin bir neçə arvadı olarsa, öz vaxtını qadınlar arasında bərabər bölməlidir. Arvadı olan kişi bakirə qızla evlənərsə ilk yeddi gecəni onunla qalmalıdır.

Sual 184: Hamilə ola bilməyən qadın tibbi yolla özünü hamilə edə bilərmi?

Cavab: Süni hamiləlik yalnız qadının öz ərinin sperması ilə aparıla bilər.

Sual 185: Oğlanın sünnət (xətnə) edilməsi vacibdirmi?

səh:55

Cavab: Oğlanın xətnə edilməsi vacibdir. Müstəhəbdir ki, oğlan uşağı yeddi günlüyündə xətnə edilsin.

Sual 186: Əqiqə nədir?

Cavab: Əqiqə yeni doğulmuş körpə üçün yerinə yetirilən müstəhəb bir işdir. Müstəhəbdir ki, yeni doğulmuş qız uşağı üçün dişi heyvan, oğlan uşağı üçün erkək heyvan əqiqə edilsin. Əqiqə, körpənin yeddi günlüyündə edilsə yaxşıdır. Həddi-büluğa qədər əqiqə edilməmiş insan müstəhəbdir ki, özü özü üçün əqiqə etsin. Hətta insan diri olduğu vaxt əqiqə edilməmişsə müstəhəbdir ki, ölümdən sonra onun üçün əqiqə edilsin. Əqiqə qoyun, inək və ya dəvə ola bilər. Əqiqə heyvanın dörddən birini uşağı tutmuş mamaya vermək müstəhəbdir. Əqiqə edilmiş heyvanın əti on mö’min bəndə arasında bölünsə yaxşı olar.

Sual 187: Körpəyə neçə müddət süd əmdirilməlidir?

Cavab: Körpəyə tam iki il (azı 21 ay) süd əmdirilməlidir. İmkan olduğu halda bu müddəti azaltmaq olmaz.

Sual 188: Ailə üzvlərinin tə’minatı kimin öhdəsinədir?

Cavab: Övladların xərcini ata ödəməlidir. Ata imkansız olduqda bu xərci baba ödəməlidir. Baba imkansız olduqda uyğun xərci ödəmək atanın babasının vəzifəsidir. Atanın babası imkansız olduqda xərc ananın öhdəsinədir. Ana da imkansız olduqda övladların xərcini ananın atası ödəməlidir. Ananın atası imkansız olduqda bu xərci atanın anası öz öhdəsinə götürməlidir. Atanın anası imkansız olduqda övladların xərci ananın babasının öhdəsinədir. Ananın babası imkansız olduqda övladların xərcini ananın nənəsi ödəməlidir.

Sual 189: Öhdəsində olan heyvanı doydura bilməyən şəxs nə etməlidir?

səh:56

Cavab: Əgər bir şəxs malik olduğu heyvanı lazımınca yedirdə bilmirsə, ya onu satmalı, ya da əti halal olduqda kəsməlidir.

Sual 190: Qur’anda nələrlə qidalanmaq haram buyurulmuşdur?

Cavab: Qur’anda dörd şeylə qidalanmaq haram buyurulmuşdur: ölmüş heyvanla, qanla, donuz əti ilə, Allahdan qeyrisinin adına kəsilmiş heyvanla.

191-dən 200 kimi olan suallar

Sual 191: İtin ovladığı heyvanın əti halaldırmı?

Cavab: Yalnız ov itlərinin ovladığı heyvanın əti halaldır. Ov itinin dişləyib öldürdüyü heyvanı kəsməyə (zibh) ehtiyac yoxdur. Çünki itin vurduğu yara kəsilməyə bərabərdir. Ov itinin şərtlərindən biri budur ki, tutduğu ovu sahibi çatanadək yeməsin. İt özbaşına yox, sahibinin əmri ilə ov etməlidir. Əgər it, sahibinin göstərişi olmadan bir heyvanı ovlasa, həmin heyvanın əti halal deyil. Sahibin əmri ilə itin ovladığı heyvan halal sayılır. Ovçu itə əmr edərkən «Bismillah» deməlidir. Əgər bilərəkdən «Bismillah» deməsə ovlanmış heyvanın əti halal deyil.

Sual 192: Bir ovçunun qovaraq vurduğu və ya yaraladığı heyvanı başqa biri tutsa, ovun sahibi kim sayılmalıdır?

Cavab: Ov onu tutana məxsusdur. Əgər qovulan heyvan bir evə daxil olarsa, onun sahibi ev yiyəsidir.

Sual 193: Balıq necə ovlanır?

Cavab: Balıq hansı vasitə ilə ovlanır ovlansın, sudan diri vəziyyətdə çıxarılmalıdır. Əgər balığı dalğa vurub sahilə çıxararkən onu diri halda tutmaq mümkün olsa, halaldır.

Sual 194: Heyvan kəsərkən hansı işlər məkruhdur?

Cavab: Heyvanın ruhu xaric olmamış onun dərisini soymaq məkruhdur. Hətta bə’ziləri bunu haram da saymışdır. Zibh zamanı heyvanı öz həmnövünün gözü

səh:57

qabağında kəsmək, heyvanı gecə və cümə günü günortadan qabaq kəsmək, insanın öz əli ilə böyütdüyü heyvanı kəsməsi məkruhdur.

Sual 195: Maşınla kəsilmiş heyvan haramdırmı?

Cavab: Maşınla kəsilmiş heyvan murdardır. Onun ətini yemək, almaq və satmaq caiz deyil.

Sual 196: Balıq kürüsünü yemək halaldırmı?

Cavab: Balıq kürüsünün halal-haramlığı balığın növündən asılıdır. Əgər balıq özü haramdırsa, onun kürüsü də haramdır.

Sual 197: Hansı quşların əti haramdır?

Cavab: Caynaqlı (yırtıcı) quşların əti haramdır. Bundan əlavə, əksər halda (uçarkən) qanad çalmayıb süzən, çinədansız, mahmızsız quşların da əti haram sayılmışdır.

Sual 198: Əti halal olan heyvan hansı halda haram sayılır?

Cavab: Əgər əti halal olan heyvanın balası böyüyənədək, sümükləri möhkəmlənənədək donuz südü ilə qidalanarsa, onun əti haramdır. Hətta həmin heyvandan törəyən heyvanların da əti haram sayılır.

Sual 199: Halal və ya haram olduğu bilinməyən balıqdan hazırlanmış balıq unu ilə cücələri yedirtmək olarmı?

Cavab: Eybi yoxdur.

Sual 200: Müsəlmanla qeyri-müsəlman arasında «qan köçürmə»yə icazə verilirmi?

Cavab: Eybi yoxdur.

Sual: Uduzanın dondurma, limonad və bu kimi sair şeylər alacağı şərti ilə futbol oynamaq olarmı?

Cavab: Deyilən halda futbol oynamaq qumar sayılır.

Sual: Musiqi haramdırmı?

səh:58

Cavab: Mütrib musiqi haramdır və mütrib musiqini öyrənmək və öyrətmək caiz deyil.

Sual: Böyük günahlar hansılardır?

Cavab: Əzab və’d olunmuş günahlar. Onlar çoxdur və bir qismini nəzərdən keçirək: 1. Allahın rəhmətindən ümidi üzmək; 2. Özünü Allahın cəzasından amanda bilmək; 3. Allahın, Peyğəmbərin (s), mə’sum imamların adından yalan demək; 4. Nahaqdan kimsəni qətlə yetirmək; 5. Ata-ananı incitmək; 6. Yetimin malını zorla yemək; 7. Sehr və cadu; 8. Zina; 9. Livat; 10. Oğurluq; 11. Yalandan and; 12. Yalandan şahid durmaq; 13. Əhdi sındırmaq; 14. Vəsiyyətə əməl etməmək və s.

səh:59

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109