İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

Point

Çoxluq: Hosseini Sistani, Ali, - 1309

Müəllifin adı və adı: Əl-Masalənin izahı / Fatvaya görə Ali Hüseyni Sistani

Nəşr məlumatları: Qom: Böyük Ayətullah əl-Sistani, 1425 AD [1383].

Görünüş: s 630

ISBN: 964-484-066-669000 Oral; 964-484-066-669000 Oral

Kataloq statusu: əvvəlki kataloqlama

Mövzu: Jafari fiqhi - Praktiki müəllimi

Mövzu: Şiə Fatvası - 14-cü əsr

Əlavə ID: Grand Ayatullah Sistani Damzadeh ofisi

Konqresin təsnifatı: BP183 / 9 / H47T9 1383

Dewey təsnifatı: 297/3422

Milli Biblioqrafiya nömrəsi: M83-15970

P:1

TƏQLİDİN HÖKMLƏRİ

Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid edə bilməz. Yəni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa belə, o şəxs müsəlman və mö’min sayılır, bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şəri vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir. Məsələn, müctəhidlərin bəzisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bəzisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir.

P:2

Məsələ 2: Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, on iki imam (ələyhimus-səlam) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında hətta müxtəsər olsa belə, fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yəni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır.

Məsələ 3: Müctəhid və ə’ləm üç yoldan biri ilə tanınır:

1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi tanıya bilsin.

2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı olan mütəxəssis bir şəxsin sözü ilə də sübut oluna bilər.

3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə’ləm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə.

Məsələ 4: Müctəhidin fətvasını, yəni göstərişini əldə etməyin dörd yolu vardır:

1. Müctəhidin özündən eşitmək.

2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək.

3. Sözünə inanılmış bir şəxsdən eşitmək.

4. Müctəhidin risaləsində görmək; (risalənin düzlüyünə əmin olmaq şərti ilə).

Məsələ 5: İnsan müctəhidin fətvasının dəyişdiyini yəqin etməyənə qədər, onun risaləsində yazılmış fətvalara əməl edə

P:3

bilər. Əgər hökmün dəyişdiyinə sadəcə ehtimal versə, axtarış aparmaq lazım deyil.

Məsələ 6: Ə’ləm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yəni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və «ehtiyat bu şəkildə əməl etməkdir» deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və ikinci rəkətində Həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid ya ehtiyat-vacib deyilən bu ehtiyata əməl etməlidir, yaxud ondan sonrakı mərhələdəki ə’ləmlik dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o müctəhid təkcə Həmdi kifayət bilirsə, buna əsasən o, surəni tərk edə bilər. Həmçinin ə’ləm müctəhid bir məsələnin üzərində düşünülməli və ya iradlı olduğunu deyərsə, bu da eyni hökmdədir.

Məsələ 7: Ə’ləm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra və ya fətva verməzdən əvvəl, o məsələdə ehtiyat edərsə, məsələn; «nəcis bir qab kürr suda bir dəfə yuyularsa, pakdır, amma ehtiyat odur ki, üç dəfə yuyulsun» deyirsə, onun müqəllidi bu ehtiyatı tərk edə bilər və buna ehtiyat-müstəhəb deyilir.

Məsələ 8: Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da dirilik hökmünü daşıyır. Buna görə, əgər o, diri olan müctəhiddən ə’ləm imişsə, ehtiyac duyulan məsələlərdə hətta müxtəsər olsa belə, fətva fərqləri olduğu təqdirdə vəfat etmiş müctəhidə təqlid etməkdə baqi qalmalıdır. Amma diri müctəhid ondan ə’ləm olarsa, diri müctəhidə təqlid etməlidir. Əgər onların hansının ə’ləm olması mə'lum olmasa, yaxud bərabər olsalar, öz əməlini hansı birinin fətvasına uyğun yerinə yetirməkdə ixtiyarlıdır. Amma əgər namazı tamam, yaxud qəsr qılmaq kimi ixtilaflı hallarda təklifinə icmali elmi olsa, yaxud icmalı höccət bərqərar olsa, ehtiyat-vacibə əsasən hər iki fətvaya riayət etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına əməl etmək deyil, müqəllid üçün müəyyən bir müctəhidin fətvalarına əməl etməyə iltizamlı olmasından ibarətdir.

P:4

Məsələ 9: Mükəlləfin, öyrənməmək vasitəsi ilə günaha düşməsinə (yəni vacibi tərk etməsinə, yaxud haram iş görməsinə) ehtimal verdiyi məsələləri öyrənməsi lazımdır.

Məsələ 10: İnsan, hökmünü bilmədiyi bir məsələylə qarşılaşarsa, ya ehtiyata əməl etməlidir, ya da deyilmiş şərtlərə əsasən bir müctəhidə təqlid etməlidir. Amma əgər o məsələdə, ə’ləm müctəhidin fətvasını öyrənmək imkanı yoxdursa, növbəti mərhələdə ə’ləmliyə, riayət etməklə qeyri-ə’ləmə təqlid etməyi icazəlidir.

Məsələ 11: Bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə söyləyərsə, sonradan o müctəhidin fətvası dəyişərsə, ona fətvanın dəyişdiyini xəbər verməyə ehtiyac yoxdur. Amma fətvanı söylədikdən sonra səhv dediyini başa düşsə, onun fətvanı səhv deməsi, o şəxsin şəri vəzifəsinə əks əməl etməsinə səbəb olarsa ehtiyat-lazıma əsasən imkan daxilində o səhvi aradan qaldırmalıdır.

Məsələ 12: Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, «Minhac» da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur.

P:5

TƏHARƏTİN HÖKMLƏRİ

Mütləq və muzaf su

Məsələ 13: Su mütləq (saf), və ya muzafdır (qarışıq). Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:

1. Kürr suyu;

2. Az su;

3. Axar su;

4. Yağış suyu;

5. Quyu suyu;

1 - KÜRR SUYU

Məsələ 14: Otuz altı qarış olan bir qabı dolduran miqdarda suya, kürr suyu deyilir və təqribən 384 letirdir.

Məsələ 15: Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir şey kürr suya dəyərsə, o suyun iyi və ya rəngi, ya da dadı nəcasətin təsirindən dəyişərsə, kürr suyu nəcis olur; əgər dəyişməzsə nəcis olmaz.

Məsələ 16: Əgər kürr suyun iyi, rəngi və ya dadı nəcasətdən başqa bir şeylə dəyişərsə, nəcis olmaz.

Məsələ 17: Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin iyi, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişərsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma dəyişməyən hissə, kürr

P:6

miqdarında və ya daha artıq olsa, yalnız iyi, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə isə pakdır.

Məsələ 18: Fəvvarənin suyu, kürr suya birləşik olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülərsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma fəvvarə suyunun nəcis su ilə qarışması lazımdır.

Məsələ 19: Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasətən iyi, rəng və ya dadını almamışdırsa və nəcasətin özü də onda olmazsa, pakdır.

Məsələ 20: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasət dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir.

Məsələ 21: Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilirsə, kürr su hökmündədir. Yəni nəcasəti pak edər və ona nəcasət dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır.

Məsələ 22: Suyun kürr olması iki yolla sübut olunur:

1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.

2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud etimadlı şəxs və ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə etibar etmək işkallıdır.

2 - AZ SU

Məsələ 23: Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir.

Məsələ 24: Az su nəcis bir şeyin üzərinə tökülərsə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma yuxarıdan

P:7

nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə çatan hissəsi nəcis, qalan hissəsi isə pakdır.

Məsələ 25: Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin ehtiyat- lazıma görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir.

Məsələ 26: Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz:

1. Nəcasətin iyi, rəng və ya dadını almasın.

2. Kənardan başqa bir nəcis ona çatmasın.

3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasət gəlməsin.

4. Suyun içərisində ğait zərrələri olmasın.

5. Nəcasət məxrəc yerinin ətrafına adi qaydadan artıq yayılmamış olsun.

3 - AXAR SU

Axar su o sulara deyilir ki;

1-Təbii mənbəyi olsun.

2-Hətta müəyyən vəsitə ilə cari (axar) etsələr belə axar olsun;

3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar şəkildə tökülmək kimi, yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su hətta cərəyan etsə belə, axar su hökmündə deyil.

Məsələ 27: Axar su kürr su miqdarından az belə olsa, ona nəcasət dəydiyi zaman iyi, rəngi və ya dadı nəcasət vasitəsilə dəyişməyincə, pakdır.

P:8

Məsələ 28: Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin iyi, dadı və ya rəngi nəcasət dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə birləşən hissəsi kürr sudan az olsa belə, pakdır. Çayın digər tərəfinin suları əgər kürr miqdarında olsa, yaxud dəyişməmiş su vasitəsi ilə çeşmə tərəfinə birləşsə pak, əks halda nəcisdir.

Məsələ 29: Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar su hökmündə deyildir. Yəni əgər kürr miqdarından az olsa, nəcasət dəydikdə nəcis olur.

Məsələ 30: Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə deyil.

Məsələ 31: Qışda coşan, yayda isə coşmayan və yaxud da əks şəkildə olan su, təkcə coşduğu zanan axar su hökmündədir.

Məsələ 32: Suyu kürrdən az olan hamamın kiçik hovuzu, bir mənbəyə bağlı olsa əgər hovuzun və mənbənin suyu hər ikisi birlikdə kürr miqdarında olsa, ona nəcis dəydiyi zaman iyi, rəng və ya dadı dəyişməsə, nəcis olmaz.

Məsələ 33: Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır.

Məsələ 34: Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, nəcasət dəyərsə nəcis olur. Amma yuxarıdan aşağıya axsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.

4 - YAĞIŞ SUYU

Məsələ 35: Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, pak olar. Ehtiyat-vacib budur ki, sidik ilə nəcis olan bədən və paltara isə iki dəfə yağması lazımdır. Xalça, paltar və bunun kimi şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının faydası yoxdur, «yağış yağır» deyiləcək şəkildə yağması gərəkdir.

Məsələ 36: Əgər yağış nəcasətin eyninin üstünə yağıb başqa yerə sıçrasa, bu halda nəcasətin eyni o damcılarla birlikdə

P:9

olmasa və nəcasətin iyi və ya rəngi yaxud da dadını özünə götürməsə, pakdır. Deməli, əgər yağış qanın üstünə yağıb başqa yerlərə sıçrasa, bu halda qanın zərrələri sıçrayan suda olarsa, yaxud o su, qanın iy və ya rəng, yaxud dadını özünə götürərsə, nəcisdir.

Məsələ 37: Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir.

Məsələ 38: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər.

Məsələ 39: Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, suyun torpağa yetişməsi səbəbilə muzaf olması məlum olmasın.

Məsələ 40: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasətin iyi, rəng və ya dadını almazsa, nəcis şey pak olar.

Məsələ 41: Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.

5 - QUYU SUYU

Məsələ 42: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasət ona dəydiyi zaman onun iyi, rəng və ya dadı o nəcasət vasitəsi ilə dəyişməyincə, həmin su pakdır.

Məsələ 43: Əgər quyuya nəcis tökülsə və onun iyini və ya rəngini, yaxud da dadını dəyişsə, suda baş verən dəyişiklik aradan getsə pak olur. Amma ehtiyat-vacibə əsasən pak olmağı bu şərtlədir ki, quyudan coşub çixan su ilə qarışsın.

P:10

SULARIN HÖKMLƏRİ

Məsələ 44: Mənası on üçüncü məsələdə deyilən muzaf su nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qüsl batildir.

Məsələ 45: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasət dəysə, nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə dəyən hissəsi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.

Məsələ 46: Əgər nəcis olan muzaf su, kürr yaxud axar su ilə, daha ona muzaf su deyilməyəcək şəkildə qarışsa, pak olar.

Məsələ 47: Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yəni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.

Məsələ 48: Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu məlum olmazsa, nəcasəti paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasət dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, ehtiyat-vacibə əsasən nəcis olur.

Məsələ 49: Qan və sidik kimi nəcasətin dəyməsi ilə bir suyun iyi, rəng və ya dadı dəyişərsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun iyi, rəng və ya dadı onun xaricində olan bir nəcasət vasitəsilə dəyişərsə, məsələn; suyun kənarında olan murdar olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, ehtiyat-lazıma görə nəcis olur.

Məsələ 50: Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində iyi, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya

P:11

axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın.

Məsələ 51: Nəcis bir şeyi kürr və ya axar su içərisində yusalar, onun pak olduğu yuyulmadan sonra ondan tökülən su pakdır.

Məsələ 52: Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir.

P:12

TƏXƏLLİNİN HÖKMLƏRİ

Point

Məsələ 53: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, dəlidən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək lazım deyil.

Məsələ 54: İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.

Məsələ 55: Ehtiyat-lazıma əsasən təxəlli zamanı bədənin ön tərəfi, yəni qarın və sinə yaxud arxası qibləyə olmasın.

Məsələ 56: Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir şəxs, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Ehtiyat-vacib budur ki, təxəlli vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin.

Məsələ 57: Ehtiyat-müstəhəb budur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) istibrada, həmçinin sidik və ğaitin məxrəci yuyularkən üz və arxa, qibləyə tərəf olmasın.

Məsələ 58: Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa ehtiyat-lazıma əsasən arxası qibləyə oturmalıdır.

Məsələ 59: Ehtiyat-müstəhəb budur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə tərəf oturtmasınlar.

Məsələ 60: Dörd yerdə təxəlli etmək haramdır:

1. Sahibi icazə verməyən bağlı küçələrdə (dalanlarda) və bundan başqa, camaatın əziyyətinə səbəb olacaq küçələrdə və yollarda;

2. Təxəlliyə icazə verilməyən mülkdə.

P:13

3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bəzi mədrəsələrdə.

4. Möminin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və məzhəb müqəddəslərinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır.

Məsələ 61: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir:

1- Qaitlə birlikdə başqa nəcasət (qan kimi) çölə gələrsə.

2-Kənardan bir nəcasət ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə yetişməsi istisnadır.

3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa.

Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha yaxşıdır.

Məsələ 62: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, iki dəfə yuyulsun. Daha yaxşı olar üç dəfə yuyulsun.

Məsələ 63: Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma rənginin və iyinin qalmasında heç bir maneə yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.

Məsələ 64: Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə təsir etməyəcək şəkildə azacıq rütubətli olsa belə, heç bir maneəsi yoxdur.

Məsələ 65: Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə paklanırsa, kifayətdir. Amma daha yaxşı olar üç dəfə silinsin. Hətta üç ayrı parça olması daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər davam etmək gərəkdir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin qalmasının eybi yoxdur.

Məsələ 66: Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan şeylərlə ğaitin məxrəcini

P:14

paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcinin paklamağın eybi yoxdur.

Məsələ 67: Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır.

Məsələ 68: Əgər namazdan sonra bir şəxs namazdan əvvəl övrətinin məxrəcini paklayıb-paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması lazımdır.

İSTİBRA

Məsələ 69: İstibra, kişilərin sidikdən sonra, sidiyin sidik kanalında qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir neçə növdür: Onlardan ən yaxşısı budur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti sünnət olunan yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır.

Məsələ 70: Bəzən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bəzən sidikdən sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman sidik və ya bu üç sudan biri olmasında şəkk edərsə, pakdır.

Məsələ 71: Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil.

P:15

Məsələ 72: İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada sidiyin qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir.

Məsələ 73: Əgər insan sidikdən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra özündə sidik, və ya məni olması ona məlum olan bir nəmlik müşahidə edərsə, bu halda ehtiyata əsasən qüsl edib dəstəmaz alması vacibdir. Amma dəstəmaz almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir.

Məsələ 74: Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu nəmliyin sidik olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz.

TƏXƏLLİNİN MÜSTƏHƏBATI VƏ MƏKRUHATI

Məsələ 75: İnsanın təxəlli vaxtında bir şəxsin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir.

Məsələ 76: Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma övrətini bir şeylə örtsə məkruh deyil. Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl ilə yumaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma məcbur qalarsa və ya zikr edərsə eybi yoxdur.

Məsələ 77: Ayaq üstə, bərk yerə, heyvanların yuvasına, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.

Məsələ 78: Bövl və qaitin qarşısını almaq məkruhdur. Əgər qarşısını almaqla bədənə böyük bir zərər çatsa, haramdır.

Məsələ 79: İnsanın namazdan, yatmazdan, cinsi əlaqədən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbdir.

P:16

NƏCASƏTLƏR

Point

Məsələ 80: Nəcasət on şeydən ibarətdir.

1. Sidik.

2. Ğait.

3. Məni.

4. Murdar olmuş heyvan.

5. Qan.

6. İt.

7. Donuz.

8. Kafir.

9. Şərab.

10. Nəcis yeyən heyvanın təri.

1 - 2 BÖVL VƏ ĞAİT (İFRAZAT)

Məsələ 81: İnsanın və atıcı qanı olan (yəni, damarını kəsdikdə, qanı sıçrayışla gələn) haram ətli heyvanların sidik və ğaiti nəcisdir. Atıcı qanı olmayan heyvanların; məsələn: əti haram olan balığın sidik və ğaiti və kiçik canlıların; məsələn: əti olmayan ağcaqanad və milçəy kimi, həşəratın fəzləsi pakdır. Lakin ehtiyat-lazım budur ki, gərək qanı sıçramayan əti haram heyvanların sidiyindən çəkinilsin.

Məsələ 82: Əti haram olan quşların sidik və ğaitləri pakdır, amma daha yaxşı budur ki, onlardan çəkinilsin.

Məsələ 83: Nəcasət yeyən heyvanın bövl və ğaiti nəcisdir. Yeməlilərin və içməlilərin hökmlərində aydınlaşdırılacağı kimi donuz südü əmən keçi balasının, həmçinin (nəuzu billah) insanın cinsi əlaqədə olduğu heyvanın sidik və ğaiti də eyni hökmü daşıyır.

P:17

3 - MƏNİ

Məsələ 84: Kişinin və sıçrayan qanı olan hər heyvanın mənisi, nəcisdir. Qadından şəhvətlə xaric olan və onun cənabətli olmasına səbəb olan rütubət, 345-ci məsələdə qeyd olunacağı kimi, məni hökmündədir. Ehtiyat-vacibə görə, sıçrayıcı qanı olan əti halal erkək heyvanında mənisindən çəkinmək lazımdır.

4 - MURDAR

Məsələ 85: İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şəri qaydalara görə kəsilməmiş olsun, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, suyun içində belə ölsə, pakdır.

Məsələ 86: Murdar olmuş heyvanın yun, tük, keçi yunu, sümük və diş kimi, ruhu olmayan hissələri pakdır.

Məsələ 87: İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən, ət və ya ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir.

Məsələ 88: Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər ruhu olmasa və asanlıqla qoparılmış olsa, pakdır.

Məsələ 89: Toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa belə, pakdır. Amma gərək zahiri suya çəkilsin.

Məsələ 90: Ot yeməyə başlamadan ölən quzu və çəpişin qursağından tutulan pendir mayası pakdır, amma maye olması sübut olmasa gərək murdarın bədəninə toxunan hissə yuyulsun.

Məsələ 91: İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun nəcis olduğuna əmin olmazsa, pakdır.

Məsələ 92: Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və dəri pakdır. Amma əgər kafirin əlindən alınarsa və ya kafirdən, şəri üsullara görə kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, bu ət və piyin yeyilməsi

P:18

haramdır. Amma belə bir dəridə namaz qılmaq icazəlidir. Bununla belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir müsəlmandan alsa, və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilərək alınan ət və piyin yeyilməsi icazəlidir. Bu şərtlə ki, o müsəlman, onda halal ətə məxsus olan bir təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın.

5 - QAN

Məsələ 93: İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan heyvanların qanı pakdır.

Məsələ 94: Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir.

Məsələ 95: Ehtiyat-müstəhəb budur ki, toyuq yumurtasının sarısında qan zərrəsi olarsa çəkinilsin.

Məsələ 96: Bəzən süd sağılarkən görünən qan nəcisdir və südü də nəcis edir.

Məsələ 97: Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan gedirsə, ağızın suyundan çəkinmək lazım deyil.

Məsələ 98: Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, qan deyilməyəcək bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilərsə, xaricə çıxarsa, nəcisdir. Bu halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, təyəmmüm etməlidir.

Məsələ 99: Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə, pakdır.

P:19

Məsələ 100: Ehtiyat-lazıma əsasən əgər xörək qaynayan zaman içinə bir zərrə qan düşsə, xörək və onun qabı nəcis olur. Qaynamaq, hərarət və od, paklayıcı deyil.

Məsələ 101: Sağalmaqda olan yaranın ətrafında olan sarı rəngli suyun qanla qarışması məlum olmasa, pakdır.

6 - 7 İT VƏ DONUZ

Məsələ 102: İt və donuz hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir.

8 - KAFİR

Məsələ 103: Kafir, yəni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yəni İmamlardan (ələyhimus-səlam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın onlarda hülul etdiyini söyləyən şəxs), həmçinin xəvaric və nəvasib, (yəni İmamlara düşmənlik elan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) təkzib olunmasını lazım tutarsa, nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur.

Məsələ 104: Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir.

Məsələ 105: Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, nəcisdir. Amma o, ağlıkəsən olub müsəlman olduğunu izhar etsə, pakdır. Əgər öz ata-anasından üz döndərib müsəlmanlara meyl etsə, yaxud təhqiqat və araşdırma halında olsa, onun nəcis olmasına hökm etmək müşküldür. Amma əgər ata, ana, baba, və nənəsindən biri müsəlman olarsa 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır.

P:20

Məsələ 106: Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir nişanə də olmayan şəxs pakdır. Lakin müsəlmanların sair hökmləri ona aid edilmir; məsələn: müsəlman qadınla evlənə, yaxud müsəlmanların qəbiristanlığında dəfn oluna bilməz.

Məsələ 107: Əgər müsəlman şəxs, on iki İmamlardan (ələyhimus-səlam) birinə düşmənlik üzündən nalayiq söz desə, nəcisdir.

9 - ŞƏRAB

Məsələ 108: Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil.

Məsələ 109: Texniki və tibbi spirtin bütün növləri pakdır.

Məsələ 110: Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsi ilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin ehtiyat-vacibə əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma nəcis deyil.

Məsələ 111: Xurma, mövüc və kişmiş, və onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.

Məsələ 112: Əksər hallarda arpadan çəkilən yüngülvari sərxoşluq gətirən və pivə deyilən şeyin içilməsi haram və ehtiyat-vacibə görə nəcisdir. Amma heç bir məstliyə səbəb olmayan arpa suyu pak və halaldır.

10 - NƏCASƏT YEYƏN DƏVƏNİN TƏRİ

Məsələ 113: İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat-vacibə görə, insan nəcisini yeməyə adət edən sair heyvanlar da bu hökmə malikdirlər.

Məsələ 114: Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir.

P:21

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI

Məsələ 115: Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:

1- Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu güman edərsə, ondan çəkinməsi lazım deyil. Buna görə murdar və paklığa riayət etməyən, bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur.

2- Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, insanın həyat yoldaşı, nökəri, yaxud qulluqçu öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir.

3- İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, və ya sidiyə dəyməsi nəticəsində nəcis olmasını desələr. Əgər bir adil, yaxud etibarlı sayılan bir kişi xəbər versə və onun sözündən xatircəmlik hasil olmasa, ehtiyat-vacib budur ki, o şeydən çəkinsinlər.

Məsələ 116: Əgər məsələni, bilmədiyi üçün bir şeyin, məsələn, siçan füzləsinin nəcis olub-olmadığını bilməzsə, gərək məsələni soruşub öyrənsin. Amma məsələni bildiyi halda, bir şeyin nəcis və ya pak olduğunda şəkk edərsə, məsələn, bir şeyin qan olub olmadığında və ya insan, yoxsa ağcaqanad qanı olduğuna şəkk edərsə, o şey pakdır. Axtarış aparmaq və soruşmaq lazım deyil.

Məsələ 117: İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub-olmamasında şəkk edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa belə, axtarış lazım deyildir.

Məsələ 118: Hər ikisindən istifadə etdiyi iki qab, yaxud iki paltardan birinin nəcis olmasını bilsə, amma müəyyən şəkildə

P:22

hansının nəcis olmasını bilməsə, gərək hər ikisindən çəkinsin. Amma öz libasının, yaxud ümumiyyətlə istifadə etmədiyi və başqasının olan paltarın nəcis olması barəsində şəkk etsə, öz paltarından çəkinməsi lazım deyil.

PAK ŞEYLƏRİN NƏCİS OLMASI YOLLARI

Məsələ 119: Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl sidik dəyməsi nəticəsində nəcis olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da nəcis olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz.

Məsələ 120: Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz.

Məsələ 121: İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə, yaş olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bəzi hallarda, məsələn: Hər iki şeyin əvvəl nəcis olduğu halda, yaxud başqa bir vasitə ilə digər pak bir şeyə rütubətlə toxunmuş olduqda, çəkinmək lazımdır.

Məsələ 122: Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər şeylər də eyni hökmü daşıyır.

Məsələ 123: Şirə, yağ və buna bənzər şeylərdən, bir az götürüldükdə, yeri boş qalmayacaq qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan bir az götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur.

P:23

Buna görə əgər siçanın füzləsi ona düşərsə, sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır.

Məsələ 124: Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra, uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə nəcasət daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır.

Məsələ 125: Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır.

Məsələ 126: Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən yerlər isə pakdır.

Məsələ 127: Altı dəlik olan aftafanı nəcis bir yer üzərinə qoysalar, əgər aftafanın suyu sızarsa və onun altında aftafadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, aftafanın suyu nəcis olur. Amma əgər aftafanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz.

Məsələ 128: Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa, nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız suyu və burun suyu, bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır.

P:24

NƏCASƏTİN HÖKMLƏRİ

Məsələ 129: Quranın yazısını və eləcədə hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta ehtiyat-vacibə əsasən hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir.

Məsələ 130: Əgər Quranın cildi nəcis olsa və bu, Qurana hörmətsizlik hesab edilsə, gərək onu suya çəksinlər.

Məsələ 131: Quranı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq eyni nəcis quru olsa da ona hörmətsizlik olduğu halda, haramdır.

Məsələ 132: Nəcis mürəkkəblə Quran yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, suya çəkmək, yonmaq, və ya buna bənzər bir yolla həmin yazını pozmaq lazımdır.

Məsələ 133: Quranı kafirə vermək əgər Qurana hörmətsizlik olarsa haram və ondan almaq vacibdir.

Məsələ 134: Əgər Quranın vərəqi, yaxud Allahın, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) və imamların adı üstünə yazılan kağız kimi, hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin edilməyənə kimi oraya getmək olmaz.

Məsələ 135: Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi icazəlidir. Həmçinin uşağın və dəlinin özü,

P:25

nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra yeyərsə, onun qarşısını almaq lazım deyil.

Məsələ 136: Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə verməyin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu deməlidir:

1- Tərəfin (alıcının), şəri təkliflə müxalifət etməsi gözlənilərsə, məsələn, onu yeməkdə və içməkdə işlədəcəyi bilinərsə, (ona bildirməlidir). Amma əgər belə olmazsa deməsi lazım deyil. Məsələn: tərəf (alıcı, icarəçi) onunla namaz qılmaq istəsə, ona paltarının nəcis olduğunu bildirməsi lazım deyil. Çünki, paltarın pak olması real şərt deyildir.

2- Tərəfin, onun sözünə etina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun sözünə etina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil.

Məsələ 137: İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil.

Məsələ 138: Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir şəxs, onun evinə girən şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini görsə, onda onun özü buna səbəb olmuşsa, əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni onlara deməlidir.

Məsələ 139: Əgər ev sahibi yemək yiyərkən yeməyin nəcis olduğunu başa düşsə, qeyd etdiyimiz ikinci şərtlə gərək qonaqlara desin. Amma qonaqlardan biri başa düşsə, sair qonaqlara xəbər verməsi lazım deyil. Əgər, demədiyi təqdirdə onlarla ünsiyyəti nəticəsində özü də nəcisə bulanacaqsa, gərək qonaqlara desin.

Məsələ 140: Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 136-cı məsələdə keçən iki şərtlə, onun sahibinə bildirməlidir.

Məsələ 141: Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, sözü qəbul edilməməlidir. Amma müməyyiz və pak-nəcisi yaxşı-yaxşı dərk edən bir uşaq bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olsa və ya onun sözündən insana xatircəmlik gəlsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis olduğunu söyləyərsə yenə də hökm eynidir.

P:26

PAKLAYICILAR

Point

Məsələ 142: On iki şey nəcasəti pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir:

1. Su.

2. Torpaq.

3. Günəş.

4. İstihalə.

5. İnqilab.

6. İntiqal.

7. İslam.

8. Təbəiyyət.

9. Eyni nəcasətin aradan getməsi.

10. Nəcis yeyən heyvanın istibrası.

11. Müsəlmanın qayib olması.

12. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan axması.

Bunların hökmləri gələcək məsələlərdə geniş şəkildə açıqlanacaqdır.

1 - SU

Məsələ 143: Su, dörd şərt daxilində nəcis şeyi pak edir:

1-ci şərt budur ki, mütləq olsun. Deməli, əgər gülab suyu, söyüd ağacının yağı və s. kimi muzaf olsa, nəcis şeyi pak etməz.

2-ci şərt budur ki, pak olsun.

3-cü şərt budur ki, su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son

P:27

yuyulmada su nəcasətin iyi, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn: iki dəfə yuyulması lazım olan bir şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş su ilə paklasalar, o şey pak olar.

4-cü şərt budur ki, nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az su, yəni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq.

Məsələ 144: Nəcis qabın iç hissəsi, az su ilə üç dəfə yuyulmalıdır. Həmçinin ehtiyat-vacibə əsasən kürr, axar və yağış suyunda da üç dəfə yuyulmalıdır. Amma içərisində itin su və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq təmizlənib aradan aparıldıqdan sonra kürr, az və ya axar suda iki dəfə yuyulmalıdır. Həmçinin, itin yaladığı qab yuyulmazdan qabaq gərək torpaqla sürtülsün. İçinə itin ağzının suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabı da ehtiyat-lazıma əsasən gərək əvvəlcə torpaqla sürtülüb sonra isə üç dəfə su ilə yuyulsun.

Məsələ 145: İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə içinə torpaq töküb o qabın içinin hər tərəfinə torpaq çatıncaya qədər şiddətlə silkələməli və sonra qeyd edildiyi şəkildə yuyulmalıdır.

Məsələ 146: Donuzun yaladığı və ya içində axıcı bir şey içdiyi və yaxud içində çöl siçanı öldüyü qab kürr, az və ya axar suda yeddi dəfə yuyulmalıdır; torpaqla sürtülməsi lazım deyil.

Məsələ 147: Şərabla nəcis olan qab kürr, axar və ya bu kimi sularla olsa belə üç dəfə yuyulmalıdır. Ehtiyat-müstəhəb budur ki, yeddi dəfə yuyulsun.

Məsələ 148: Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, kürr və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır. Əgər o qabda onun içinə suyun toxunmasına mane olan bir rütubət varsa, qabaqca onu qurudub sonra axar və ya kürr suya qoymaq lazımdır.

P:28

Məsələ 149: Nəcis olmuş qabı, az su ilə iki cür yumaq olar:

1-ci budur ki, qabı üç dəfə doldurub-boşaltsınlar.

2-ci budur ki, üç dəfə onun içinə bir miqdar su töksünlər və hər dəfədə suyu bütün nəcis yerlərinə çatacaq şəkildə onun içində hərəkət etdirsinlər, sonra isə suyu boşaltsınlar.

Məsələ 150: Qazan və xum kimi nəcis olmuş böyük bir qab üç dəfə su ilə doldurulub-boşaldılmaqla pak olur. Həmçinin, əgər ona yuxarıdan aşağıya doğru hər tərəfinə yetişəcək şəkildə üç dəfə su töksələr və hər dəfəsində dibində toplanan suyu çıxarıb atsalar pak olur. Ehtiyat-müstəhəbə əsasən suları kənara çıxartmaq üçün işlədilən qab ikinci və üçüncü dəfə yuyulmalıdır.

Məsələ 151: Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri pak olur.

Məsələ 152: Sidik ilə nəcis olan təndirin, hər tərəfinə yetişəcək şəkildə yuxarıdan aşağıya doğru bir dəfə su töksələr, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, bu işi iki dəfə etsinlər. Sidikdən başqa bir şeylə nəcis olmuşdursa, nəcasətin özü aradan qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir dəfə su tökülməsi kifayətdir. Suların cəm olması üçün təndirin dibində bir çuxur qazıb, orda yığılan suları çıxardıqdan sonra, o çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır.

Məsələ 153: Nəcis bir şey, (nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə), kürr və axar suya bir dəfə salınarsa, pak olar. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq, tapdalamaq lazım deyil. Amma bədən və ya paltar sidik ilə nəcis olmuşdursa, ehtiyat-vacibə görə kürr suda iki dəfə yumaq lazımdır. Amma axar suda bir dəfə yumaqla pak olur.

Məsələ 154: Sidik ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə sidik qalmazsa, pak olur. Amma paltar və bədənin pak olmaları üçün gərək onların üzərinə iki dəfə su töksünlər. Ancaq libas, xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün sıxılması lazımdır. (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, adi şəkildə ayrılan suya deyilir).

P:29

Məsələ 155: Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd su az da olsa, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də üzərinə su töksünlər. Libas və xalça kimi şeyləri sıxmaq lazım deyil.

Məsələ 156: Sidikdən digər bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma paltar və buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır.

Məsələ 157: Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya axar suya salsalar, eyni nəcis aradan gedəndən sonra pak olur. Amma onu az su ilə yumaq istərlərsə, gərək mümkün olan bir yolla, tapdalamaqla olsa belə, sıxaraq ğüsaləsini çıxartsınlar.

Məsələ 158: Əgər buğda, düyü, və buna bənzər şeylərin zahiri nəcis olarsa, kürr və ya axar suya salınarsa, pak olar. Onları az su ilə də paklamaq olar. Amma içləri nəcis olarsa, kürr və ya axar su onların içinə dəysə, pak olar.

Məsələ 159: Əgər sabunun zahiri nəcis olsa, onu paklamaq olar. Amma onun içi nəcis olsa, onu paklamaq olmaz. Əgər insan, nəcis suyun sabunun içinə keçib-keçməməsində şəkk edərsə, onun içi pakdır.

Məsələ 160: Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olar. Amma nəcis bir qaba qoyarlarsa, bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsini tökməlidirlər.

Məsələ 161: Lil və buna bənzər bir rənglə boyanmış olan nəcis libası, kürr və ya axar suya batırsalar və su libasın rəngilə muzaf halını almazdan qabaq onun hər tərəfinə yetişərsə, o libas pak olur. Əgər az su ilə yuyurlarsa, sıxılarkən ondan muzaf su tökülməzsə, pak olur.

Məsələ 162: Paltarı kürr və ya axar suda yuduqdan sonra onun üzərində su yosunu olduğu görünsə və onun, suyun paltarın

P:30

içinə keçməsinə mane olduğu ehtimal olunmazsa, o paltar pakdır.

Məsələ 163: Əgər libas və buna bənzər şeyləri yuduqdan sonra üzərində palçıq və ya sabun parçası olduğu görünsə, onun, suyun libasa yetişməsinə mane olduğu ehtimalını verməsələr, o libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə işləmişdirsə, onların zahiri pak, daxili isə nəcisdir.

Məsələ 164: Nəcis bir şeydən, nə qədər ki, nəcasətin eyni aradan qaldırılmayıb, pak olmaz. Amma nəcasətin rəngi və ya iyi o şeydə qalsa eybi yoxdur. Deməli, əgər qanı paltardan təmizləyib suya çəkdikdən sonra qanın rəngi o paltarda qalsa paltar pakdır.

Məsələ 165: Bədəndə olan nəcasəti kürr və ya axar suyla aradan aparsalar, bədən pak olar. Ehtiyat-vacibə əsasən bədən sidik ilə nəcis olsa bir dəfə yumaqla pak olmaz, amma sudan kənara çıxıb, təkrar suya girmək də lazım deyil. Əgər suyun altında əlini oraya çəkib suyu bədəndən ayırsa və ikinci dəfə suyu bədənə çatdırsa, kifayət edər.

Məsələ 166: Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxalanaraq nəcis yeməyin hər tərəfinə çatdırılsa, pak olar.

Məsələ 167: Saç və saqqalın tükünü az su ilə suya çəksələr, saç və saqqal həddən artıq deyilsə, ğüsalənin çıxması üçün sıxılması lazım deyil. Çünki su öz-özünə normal miqdarda ayrılır.

Məsələ 168: Bədən və ya paltarın bir yeri az su ilə yuyulduqda, o yerə bitişik olub, yuyulma zamanı suyun adətən çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yəni nəcis yerin ətrafını ayrıca yumaq lazım deyil. Əksinə nəcis yer və onun ətrafı suya çəkilərkən birlikdə pak olurlar. Həmçinin nəcis bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su töküldükdə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq üçün barmaqların hamısının üzərinə su tökülsə, nəcis və pak su onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o biri barmaqlar da pak olur.

P:31

Məsələ 169: Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. Suyun daxilinə keçməsinə maneə olmayacaq miqdarda, az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır.

Məsələ 170: Nəcis olan bədən və ya qab, sonradan suyun yetişməsinə mane olacaq bir şəkildə yağlansa, o bədən və ya qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə yetişməsi üçün yağın aradan aparılması lazımdır.

Məsələ 171: Kürr suya birləşmiş olan krantdan gələn su, kürr su hökmündədir.

Məsələ 172: Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra, onun üzərindən eyni nəcisin aradan aparıb-aparmamasında şəkk edərsə, eyni nəcisi aradan aparılmasına yəqin etməsi üçün onu yenidən yuması lazımdır.

Məsələ 173: Üzərinə qumla (narın və qalın) qapalı olan yer kimi, suyun batdığı bir yer nəcis olarsa, az su ilə də pak olur.

Məsələ 174: Daş və ya kərpiclə döşənmiş olan və ya suyun batmadığı sərt yer nəcis olsa, az su ilə pak olur; amma axıncaya qədər onun üzərinə su tökülməlidir. Bu halda əgər, onun üzərinə tökülən su bir çökəkdən kənara çıxmazsa və bir yerdə toplanarsa, oranın da pak olması üçün orada toplanan suyun bir parça və ya qabla kənara atılması lazımdır.

Məsələ 175: Duz daşı və buna bənzər şeylərin zahiri nəcis olsa, az su ilə də pak olur.

Məsələ 176: Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya axar suya qoyulmaqla pak olmaz.

2 - TORPAQ

Məsələ 177: Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər:

1. Yer pak olmalıdır;

2. Quru olmalıdır;

3. Ehtiyat-lazıma əsasən ayaq və ya ayaqqabının altı yer tərəfdən yeriməklə nəcis olsun;

P:32

4. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan qaldırılmalıdır; əgər nəcasət qabaqcadan aradan qaldırılarsa, ehtiyat-lazıma əsasən ayaq və ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.

Məsələ 178: Nəcis ayaq və ayaqqabının altının, asfalt və ya ağacla döşənmiş yer üzərində yeriməklə pak olması işkallıdır.

Məsələ 179: Ayağın və ayaqqabının altında olan nəcasət on beş ziradan az yol getməklə və ya yerə sürtməklə aradan aparılsa belə, ayaq və ya ayaqqabının pak olması üçün, on beş zira və ya daha artıq yol getmək daha yaxşıdır.

Məsələ 180: Ayağın və ayaqqabının altının nəcisinin yaş olması lazım deyil; əgər quru da olsa, yol getməklə paklanır.

Məsələ 181: Nəcis olan ayağın və ayaqqabının altı, yol getməklə paklandıqdan sonra, adətən onun ətrafından palçığa bulaşan tərəfləri də pak olur.

Məsələ 182: Əlləri və dizləri üzərində yeriyən şəxs, əl və ya dizləri nəcis olsa, onların yol getməklə pak olmaları işkallıdır. Həmçinin çəliyin, süni ayağın altı, heyvanların nalı, avtomobilin, faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır.

Məsələ 183: Yol getdikdən sonra, ayağın və ya ayaqqabının altında nəcasətin gözlə görünməyən zərrəciklərinin, yaxud iyinin və ya rənginin qalmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bunların da qalmamaları üçün bir qədər yol getmək lazımdır.

Məsələ 184: Ayaqqabınin içi yol getməklə pak olmur. Corabın altının yol getməklə paklanması işkallıdır. Əgər corabın altı dəri və ya buna bənzər şeylərdəndirsə və onlarla yol getmək adətdirsə yol getməklə paklanar.

P:33

3 - GÜNƏŞ

Məsələ 185: Günəş beş şərtlə yeri, binanı və divarı pak edir:

1- Nəcis olan şey, başqa bir şeyin ona dəydiyi zaman yaşlığı ona təsir edəcək qədər yaş olmalıdır. Buna görə, əgər quru olarsa, günəşin onu qurutması üçün bir yolla onu islatmaq lazımdır.

2- Üzərində eyni nəcisdən bir şey qalmamalıdır.

3- Bir şey günəşin şüalarına mane olmamalıdır. Buna görə günəş pərdə, bulud və buna bənzər şeyin arxasından saçaraq nəcis olan şeyi qurudarsa, o şey pak olmaz. Amma, bulud günəşin saçmasına mane olmayacaq qədər zəif olsa, eybi yoxdur.

4- Nəcis şeyi günəş təklikdə qurutmalıdır. Əgər, nəcis şey günəş və küləyin vasitəsilə quruyarsa, pak olmaz. Amma əgər «külək nəcis şeyin qurumasına kömək etdi» deyilməyəcək qədər yüngül olarsa, eybi yoxdur.

5- Günəş, yer və binanın nəcasət təsir edən hissəsini bir dəfəyə qurutmalıdır. Əgər günəş birinci dəfə nəcis yer və binanın üzərini və ikinci dəfə də altını qurudarsa, yalnız onların üzü pak olur. Altı isə nəcis qalır.

Məsələ 186: Günəş nəcis həsiri pak edər, lakin həsir iplə toxunmuşdursa, onun iplərini pak etmir. Həmçinin, ağacın, bitkinin, qapı və pəncərənin günəşlə pak olması işkallıdır.

Məsələ 187: Günəş nəcis bir yerə saçdıqdan sonra, əgər insan, günəş saçdığı anda o yerin yaş olub-olmamasında və ya yaşlığının günəş vasitəsi ilə quruyub-qurumamasında şəkk edərsə, o yer nəcisdir. Həmçinin o yerdən eyni nəcisin aradan aparılıb-aparılmamasında və ya günəşin şüalarına bir şeyin maneə olub-olmamasında şəkk edərsə, işkallıdır.

Məsələ 188: Əgər günəş, nəcis divarın bir tərəfinə saçarsa və bunun nəticəsində, divarın günəşin saçmadığı digər tərəfi də quruyarsa, hər iki tərəfin də pak olması qeyri mümkün sayılmaz. Amma əgər bir gün yerin və divarın üzünü sonrakı gün isə içini qurutsa, təkcə zahiri pak olar.

P:34

4 - İSTİHALƏ( BİR HALDAN BAŞQA HALA KEÇMƏK )

Məsələ 189: Əgər nəcis olan bir şeyin cinsi dəyişərək pak bir şeyin şəklini alırsa, pak olur. Məsələn, nəcis ağacın yanıb kül olması və ya itin duzlağa düşüb duza çevrilməsi kimi, amma əgər nəcis şeyin cinsi dəyişməzsə məsələn: nəcis buğdadan un hazırlanması və ya çörək bişirilməsi kimi, pak olmaz.

Məsələ 190: Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər şeylər nəcisdir. Amma nəcis odundan əldə edilən kömür, əvvəlki xüsusiyyətlərindən heç biri onda olmazsa, pakdır. Əgər nəcis palçıq odun tə'sirindən saxsıya və ya kərpicə çevrilərsə, ehtiyat-vacibə görə nəcisdir.

Məsələ 191: İstihalə olub-olmaması məlum olmayan nəcis şey, öz nəcisliyində qalır.

5 - İNQİLAB

Məsələ 192: Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi şeyin qatılması səbəbi ilə çevrilib sirkəyə çevrilsə, pak olar.

Məsələ 193: Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan şərab, və ya bir nəcisin dəydiyi şərab, dəyişib sirkə olsa pak olmaz.

Məsələ 194: Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə nəcisdir.

Məsələ 195: Əgər üzümün və xurmanın çör-çöpü onların içində olsa və eləcə sirkə tökülsə zərəri yoxdur. Həmçinin, onların içinə sirkə olmazdan qabaq xiyar, badımcan və bunlara bənzər şeyləri də tökərlərsə, sirkə olmazdan qabaq sərxoş edici olmadığı təqdirdə, eybi yoxdur.

Məsələ 196: Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Əgər sərxoş edici olduğu sabit olsa bəzi

P:35

fəqihlər deyiblər ki, öz-özünə qaynayıbsa, yalnız sirkə olmaqla halal olur. 110-cu məsələdə üzüm suyunun qaynamaqla nəcis olmadığına dair hökm qeyd edildi.

Məsələ 197: Qaynamadan üçdə ikisi azalan üzüm suyunun qalan hissəsi qaynayarsa, əgər ona camaat arasında şirə deyil, üzüm suyu deyilirsə, ehtiyat-lazım əsasən haramdır.

Məsələ 198: Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır, amma əgər qaynayarsa, insan, onun qaynayaraq üçdə ikisinin azaldığını yəqin etməyincə halal olmaz.

Məsələ 199: Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir neçə yetişmiş üzüm dənəsi tapılırsa, ondan alınan suya üzüm suyu deyilmirsə, qaynadığı təqdirdə yeyilməsi halaldır.

Məsələ 200: Əgər odda qaynamaqda olan bir şeyin içərisinə bir üzüm dənəsi düşərsə və qaynadığı halda yox olmazsa, ehtiyat-vacibə görə yalnız o üzüm dənəsini yemək haramdır.

Məsələ 201: Bir-birindən ayrı olan bir neçə qazanda şirə qaynadarkən, qaynamış qazanın qarışdırıldığı kəfkir ilə qaynamamış qazanın qarışdırılması icazəlidir.

Məsələ 202: Qora, və ya üzüm olduğu bilinməyən bir şey qaynayarsa, halaldır.

6 - İNTİQAL( BİR YERDƏN BAŞQA YERƏ NƏQL OLUNMA )

Məsələ 203: Əgər ürfə görə qanı olmayan bir heyvan insanın, yaxud sıçrayan qanı olan bir heyvanın qanını, ağcaqanadın insan və ya heyvanın bədənindən sorduğu kimi, öz bədəninə sorarsa və o heyvanın bədənində həzm olunma ərəfəsində olarsa, o qan pak olur və buna intiqal deyilir. Amma müalicə üçün, zəlinin insandan sorduğu qan, onun bədəninin bir hissəsi sayılması məlum olmadığından nəcisdir.

Məsələ 204: Əgər insan, bədəninə qonan ağcaqanadı öldürsə və ağcaqanadın ondan çəkdiyi qan xaricə çıxarsa, o qan pakdır. Çünki, o qan ağcaqanadın qidası olmaq ərəfəsində idi.

P:36

Baxmayaraq ki, qanın sorulması və ağcaqanadın öldürülməsi arasındakı zaman fasiləsi çox az idi, amma ehtiyat-müstəhəb budur ki, o qandan çəkinilsin.

7 - İSLAM

Məsələ 205: Əgər kafir olan bir adam kəlmeyi-şəhadəti (Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Mühəmmədən Rəsulullah) deyərsə, yəni Allahın yeganəliyinə və Xatəmül-Ənbiya Həzrət Muhəmməd ibn Əbdullahın (səlləllahu ələyhi və alihi və səlləm) nübüvvətinə şəhadət versə, hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olur. Onun qabaqcadan hər nə qədər nəcis, olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, ehtiyat-vacibə əsasən onun yerini su ilə yumalıdır.

Məsələ 206: Əgər, kafir olduğu zamanda paltarı yaş halda bədəninə dəymişdirsə, istər müsəlman olduğu zaman o paltar üzərində olsun və ya olmasın, ehtiyat-vacibə əsasən o paltardan çəkinməlidir.

Məsələ 207: Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən müsəlman olub-olmadığını bilməzsə pakdır. Hətta qəlbən müsəlman olmadığını bildiyi halda, ondan söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə hökm eynidir.

8 - TƏBƏİYYƏT

Məsələ 208: Təbəiyyət odur ki, nəcis bir şey, başqa nəcis şeyin pak olması vasitəsi ilə paklansın.

P:37

Məsələ 209: Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak olur. Onun üzərinə adi qaydada qoyulan bez parçası və başqa bir şey də onun vasitəsi ilə nəcis olmuşsa, o da pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə olmasından sonra, ehtiyat-vacibə əsasən ondan çəkinmək lazımdır.

Məsələ 210: İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak olur:

1- Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar. Amma bu təqdirdə, uşağın yeni müsəlmanın yanında və onun kəfaləti altında olması və ondan uşağa daha yaxın olan bir kafir yanında olmaması lazımdır.

2- Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında atası və ya babalarından biri yoxdursa pak olur. Amma bu halda uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir.

Məsələ 211: Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan sonra pak olur.

Məsələ 212: Əgər bir şəxs əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla birlikdə yuyulan əli də pak olur.

Məsələ 213: Paltar və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır.

Məsələ 214: Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır.

9 - NƏCASƏTİN ARADAN GETMƏSİ

Məsələ 215: Əgər bir heyvanın bədəninə qan kimi eyni nəcis və ya nəcis olan su kimi mütənəccis bulaşsa, onlar aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın ağız, burun

P:38

və qulağın içi kimi bədəninin batini də eyni hökmdədir. Yəni kənardan gələn bir nəcasət vasitəsi ilə nəcis olur və onun aradan getməsi ilə də pak olur. Dişlərin arasından gələn qan kimi, bədənin batin hissəsinə aid bir nəcasət bədənin batin hissəsinin nəcis olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin batinindəki (daxili) nəcasəta dəyərsə nəcis olmaz. Buna görə də ağızda olan taxma dişə, digər dişin arasından gələn qan dəyərsə, onu su ilə yumaq lazım deyil, amma əgər nəcis bir yeməyə dəyərsə, onu yumaq lazımdır.

Məsələ 216: Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu nəcis etməz.

Məsələ 217: Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn miqdarı, bədənin batin hissəsi hökmündədir. Buna görə onlara kənardan bir nəcis dəyərsə, onu yumaq lazım deyil. Amma əgər bədənin daxili və ya xarici hissəsindən olduğunu bilmədiyi bir yerinə, xaricdən bir nəcis dəyərsə, yumaq lazımdır.

Məsələ 218: Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa silkələdikdə ondan yəqin olunan miqdarda toz və torpaq tökülürsə, o pakdır və yumaq lazım deyil.

10 - NƏCASƏT YEYƏN HEYVANIN İSTİBRASI

Məsələ 219: İnsan nəcasətini yeməyə adət etmiş heyvanın bövl və ğaiti nəcisdir. Onu pak etmək üçün istibra etmək lazımdır. Yəni nəcasət yeyən heyvan deyilməyəcək qədər bir müddət, onu nəcasət yeməkdən saxlamalı və ona pak yemək verilməlidir. Bu müddətdən sonra ona bir daha nəcasət yeyən deyilməsə də, ehtiyat-müstəhəb budur ki, nəcasət yeyən dəvəni qırx, inəyi iyirmi, qoyunu on, qaz və ördəyi yeddi və ya beş, toyuğu üç gün nəcasət yeməkdən saxlasınlar.

P:39

11 - MÜSƏLMANIN QAİB OLMASI

Məsələ 220: Əgər baliğ və ya təharət və nəcasəti ağlıkəsən bir müsəlmanın bədəni, libası və ya xalça, qab və s. kimi, istifadə etdiyi bir şeyi nəcis olsa və o müsəlman bir müddət gözdən qeyb olsa, insan o müsəlmanın onu yuduğuna ağılı kəsən bir ehtimal versə pak olar.

Məsələ 221: Əgər insanın özü, nəcis olan bir şeyin pak olduğuna yəqin etsə və ya xatircəm olarsa və yaxud iki adil şəxs şəhadət verərsə və onların şəhadəti pak olmasını göstərərsə, o şey pakdır. Məsələn bövl ilə nəcis olmuş paltarı iki dəfə yumasına şəhadət versələr. Həmçinin, əgər yalançılıqda ittiham edilməyən bir şəxs, öz ixtiyarında olan nəcis bir şeyin pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi paklamaq məqsədi ilə yuyarsa onun düzgün şəkildə suya çəkib-çəkməməsi bilinməsə də, o şey pakdır.

Məsələ 222: İnsanın libasını yumağı öz boynuna götürən (bu işə vəkil olan) bir şəxs, onu yuduğunu söyləyərsə və onun sözündən insana xatircəmlik gələrsə, o libas pakdır.

Məsələ 223: Əgər insanda, nəcis bir şeyi yuyarkən onun pak edildiyinə yəqin etmədiyi bir hal vəsvaslıq halı varsa, camaatın yuduğu normal şəkildə yuyarsa kifayət edər.

12 - QANIN ADİ ŞƏKİLDƏ AXMASI

Məsələ 224: 94-cü məsələdə açıqlandığı şəkildə, şəri üsullarla başı kəsilən heyvanın qanı normal miqdarda axdıqdan sonra, onun bədənində qalan qan pakdır.

Məsələ 225: Keçən məsələdə qeyd olunan hökm ehtiyat-vacibə əsasən əti halal olan heyvanlara məxsusdur və əti haram heyvanlara aid deyil.

P:40

QABLARIN HÖKMLƏRİ

Məsələ 226: İt, donuz və ya murdar olmuş heyvanın dərisindən hazırlanan bir qabda bir şey yemək və içmək, hər hansı bir rütubətin o şeyin nəcis olmasına səbəb olduğu təqdirdə haramdır. O qabın dəstəmaz və qüsl kimi, pak şeylə edilməsi lazım olan işlərdə də istifadə edilməsi icazəli deyil. İt, donuz və murdar olmuş heyvanın dərisindən, qab olmasa da, istifadə etməmək ehtiyat müstəhəbbdir.

Məsələ 227: Qızıl və gümüşdən hazırlanan qablarda yemək və içmək, hətta ehtiyat-vacibə görə, onların hər cür istifadə edilməsi haramdır. Amma onlarla otağı və buna bənzər şeyləri bəzəmək və onları saxlamağın eybi yoxdur, lakin bunu da tərk etmək əhvətdir: zinət və ya saxlamaq üçün qızıl və gümüş qabları düzəltməyin və yaxud onları alıb-satmağın da hökmü eynidir.

Məsələ 228: Qızıl və gümüşdən düzəldilən stəkan tutacağına qab deyilirsə, qızıl və gümüş stəkan hökmündədir. Əgər ona qab deyilmirsə, istifadə olunmasının heç bir maneəsi yoxdur.

Məsələ 229: Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur.

Məsələ 230: Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin miqdarı, ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi yoxdur.

Məsələ 231: İnsanın, qızıl və ya gümüş qabda olan yeməyi ayrı bir qaba boşaltmasının, adi halda ikinci qab birinci qabdan yemək yeməyə vasitə olmazsa, eybi yoxdur.

Məsələ 232: Qəlyanın üfürən yeri, qılıncın qını, bıçaq və Quranın qabı, qızıl və gümüşdən hazırlansa istifadə etməyin eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, qızıl və gümüşdən hazırlanmış kül qabı, ətir və sürmə qabından istifadə edilməsin.

P:41

Məsələ 233: Məcburiyyət halında qızıl və ya gümüş qabda zərurəti aradan aparacaq miqdarda yeyib-içməyin heç bir eybi yoxdur. Amma bu miqdardan artıq yeyib-içmək icazəli deyil.

Məsələ 234: Qızıl-gümüşdən və ya digər bir şeydən hazırlandığı bilinməyən bir qabdan istifadə etməyin eybi yoxdur.

P:42

DƏSTƏMAZ

Point

Məsələ 235: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.

Məsələ 236: Üz, (dəstəmaz üçün olan uzunluq miqdarına görə), gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az yusun.

Məsələ 237: Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.

Məsələ 238: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa aradan qaldırmalıdır.

Məsələ 239: Əgər üzün dərisi, tüklərin arasından görünərsə, gərək suyu dəriyə çatdırsın. Amma görünməsə, tükləri yumaq kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.

Məsələ 240: Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, ehtiyat-vacibə əsasən saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.

Məsələ 241: Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq vacib deyil. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir.

P:43

Bu hökmü bilməyən şəxs əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması lazım deyil.

Məsələ 242: Ehtiyat-lazıma əsasən qollar və üz gərək yuxarıdan aşağıya doğru yuyulsun. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.

Məsələ 243: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq miqdarda olarsa, kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil.

Məsələ 244: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.

Məsələ 245: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün gərək dirsəyindən bir az yuxarıdan yusun.

Məsələ 246: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa, dəstəmazı batildir.

Məsələ 247: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.

Məsələ 248: Hər iki əl yuyulduqdan sonra, gərək əldə qalan dəstəmaz suyunun yaşı ilə başın üstünə məsh çəksin. Ehtiyat-müstəhəb budur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.

P:44

Məsələ 249: Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.

Məsələ 250: Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir.

Məsələ 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Ehtiyat-müstəhəb budur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.

Məsələ 252: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

Məsələ 253: Ayağın məshində, sağ əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər.

Məsələ 254: Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əli çəkdiyi vaxtda ayaq, yaxud baş azacıq hərəkət etsə, eybi yoxdur.

Məsələ 255: Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona təsir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində itəcək qədər az olarsa, eybi yoxdur.

Məsələ 256: Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada bilməz. Gərək öz saqqalının

P:45

yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır.

Məsələ 257: Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, ehtiyat-vacib budur ki, başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından nəmlik götürsün.

Məsələ 258: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda bilməsə ehtiyat-vacib budur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının üzərindən məsh çəkmək kifayət edər.

Məsələ 259: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir.

İRTİMASİ DƏSTƏMAZ

Məsələ 260: İrtimasi dəstəmaz, insanın üzü və əllərini dəstəmaz niyyəti ilə suya salmasına deyilir. Ehtiyata zidd olmasına baxmayaraq, zahir odur ki, isrimasi olaraq yuyulan əlin nəmi ilə məsh etməyin eybi yoxdur.

Məsələ 261: İrtimasi dəstəmazda da, gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulsun. Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsa, gərək üzü alın tərəfdən, əlləri isə dirsək tərəfdən suya salsın.

Məsələ 262: Əgər dəstəmaz üzvlərindən bəzilərini irtimasi, bəzilərini isə qeyri-irtiması yolla yerinə yetirsə, eybi yoxdur.

DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR

Məsələ 263: Müstəhəbdir ki, dəstəmaz alan şəxs, suyu gördükdə desin:

P:46

بِسْمِ اللهِ وَبِاللهِ وَالْحَمْدُ للهِ الَّذِی جَعَلَ الْمَاءَ طَهُورًا وَلَمْ یَجْعَلْهُ نَجِساً

Bismillahi və billahi vəl-həmdu lil-lahilləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisa.

“Allahın adı ilə. Həmd olsun O Allaha ki, suyu paklayıcı qərar verib, onu nəcis qərar vermədi.”

Dəstəmazdan qabaq əllərini yuyanda desin:

أَللَهًمَّ اجْعَلْنِی مِنَ التَّوَّابِینَ وَاجْعَلْنِی مِنَ الْمُتَطَهّرِینَ

Əllahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mütətəhhirin.

“İlahi! Məni tövbə edənlərdən, pak olanlardan qərar ver!”

Ağzında suyu dolandıranda (yəni məzməzə edəndə) desin:

أَللَّهُمَّ لَقِّنِی حُجَّتِی یَوْمَ أَلقَاکَ وَأَطْلِقْ لِسَانِی بِذِکْرِکَ

Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.

“İlahi! Səninlə görüşdüyüm gün höccətimi mənə təlqin et və dilimi Sənin zikrinlə danışdır !”

İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin:

أَللَّهُمَّ لاَ تُحَرِّمْ عَلَیَّ رِیحَ الْجَنَّهِ وَاجْعَلْنِی مِمَّنْ یَشُمُّ رِیحَهَا وَرَوْحَهَا وَطِیبَهَا

Əllahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəcəlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha.

“İlahi! Mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!”

P:47

Üzünü yuyanda desin:

أَللَّهُمَّ بَیِّضْ وَجْهِی یَوْمَ تَسْوَدُّ فِیهِ الْوُجُوهُ وَلاَ تُسَوِّدْ وَجْهِی یَوْمَ تَبْیَضُّ فِیهِ الْوُجُوهُ

Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vücuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vücuh.

“İlahi! Üzlərin qara olduğu gün, mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma!”

Sağ əlini yuyanda desin:

أَللَّهُمَّ أَعْطِنِی کِتَابِی بِیَمِینِی وَالْخُلْدَ فِی الجِْنَانِ بِیَسَارِی وَحَاسِبْنِی حِسَابًا یَسِیرًا

Əllahummə ətini kitabi bi yəmini vəl-xüldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.

“İlahi! Mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!”

Sol əlini yuyanda desin:

أَللَّهُمَّ لاَ تُعْطِنِی کِتَابِی بِشِمَالِی وَلاَ مِنْ وَرَاءِ ظَهْرِی وَلاَ تَجْعَلْهَا مَغْلُولَهً إِلَی عُنُقِی وَ أَعُوذُ بِکَ مِنْ مُقَطَّعَاتِ النِّیرَانِ

Əllahummə la tutini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə müqəttiatin-niyran.

“İlahi mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə! Mən odun parçalarından Sənə pənah aparıram!”

Başına məsh çəkdiyi vaxt desin:

أَللَّهُمَّ غَشِّنِی بِرَحْمَتِکَ وَبَرَکَاتِکَ وَعَفْوِکَ

P:48

Əllahummə ğəşşini birəhmətikə və bərakatikə və əfvikə.

“İlahi ! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!”

Ayağına məsh edəndə desin:

أَلّلهُمَّ ثَبِّتْنِی عَلَی الصِِّراطِ یَوْمَ تَزِلُّ فِیهِ الْأَقْدَامُ وَاجْعَلْ سَعْیِی فِی مَایُْرضِیکَ عَنَّی یَاذَا الْجَلاَلِ وَالْإِکْرَامِ

Əllahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdamu vəcəl səyi fima yurzikə ənni, ya zəl-cəlali vəl-ikram.

“İlahi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gün, məni Siratda sabit qədəm et və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!”

DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ

Dəstəmazın səhih olmasının bir neçə şərti var:

1-ci şərt: Dəstəmazın suyu pak olsun. Başqa bir nəzərə əsasən şər`i baxımdan pak olsa belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və ya yara çirki kimi insanın nifrət etdiyi şeylərlə də qatışıq olmamalıdır. Bu nəzər ehtiyata uyğundur.

2-ci şərt: Dəstəmazın suyu mütləq olsun.

Məsələ 264: Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və muzaf olmasını bilməsə, yaxud unutsa da batildir. Əgər bu sular ilə alınan dəstəmazla namaz qılsa, gərək o namazı yenidən, səhih dəstəmazla qılsın.

Məsələ 265: Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu halda namazın vaxtı azdırsa, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır. Amma palçıqlı su o vaxt muzaf olur ki, artıq ona su deyilməsin.

3-cü şərt: Dəstəmazın suyu mübah olsun.

P:49

Məsələ 266: Qəsb edilmiş və ya sahibinin razı olub-olmadığı məlum olmayan su ilə dəstəmaz almaq haram və batildir. Həmçinin əgər dəstəmazın suyu üz və əllərindən qəsbi olan yerə tökülərsə və ya dəstəmaz aldığı yerin fəzası qəsbi olarsa, o yerdən başqa bir yerdə dəstəmaz almaq imkanı da yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Hər iki təqdirdə əgər orada dəstəmaz alarsa, dəstəmazı səhih amma günah etmiş olur.

Məsələ 267: Ümumi istifadə üçün və ya yalnız o mədrəsədə təhsil alanlar üçün vəqf olunduğu məlum olmayan hovuz, adətən camaatın o hovuzda dəstəmaz aldıqları surətdə və bir şəxsin bunu qadağan etmədiyi təqdirdə insanın o, hovuzda dəstəmaz almasının heç bir maneəsi yoxdur.

Məsələ 268: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o hovuzdan dəstəmaz alırsa və bir şəxs də bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər.

Məsələ 269: Otellərin, karvansaların və buna bənzər yerlərin hovuzlarından orada yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan şəxslərin də onların suyundan dəstəmaz aldığı və bir şəxsin də bunu qadağan etmədiyi təqdirdə səhihdir.

Məsələ 270: İnsan, sahiblərinin razı olduqlarını bilməzsə belə, onlardan istifadə etməyin caiz olmasına əql sahiblərinin nəzər verdiyi nəhrlərdə, istər sahibi böyük olsun, istərsə kiçik, dəstəmaz almağın eybi yoxdur. Hətta əgər onların sahibləri dəstəmaz almağı qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi uşaq və ya dəli olarsa, onların suyundan istifadə etmək caizdir.

Məsələ 271: Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, səhihdir. Amma suyu özü qəsb etmiş olan şəxs onun qəsb etmiş olduğunu unudub həmin su ilə dəstəmaz alarsa, dəstəmazın səhih olması işkallıdır.

P:50

Məsələ 272: Əgər dəstamazın suyu onun öz mülkü olsa, amma qəsbi qabda olsa, şəxsin ondan başqa bir qabı da olmazsa, suyu o qabdan şəri bir yolla ayrı bir qaba boşalda bilərsə, bu halda onu boşaldaraq dəstəmaz alması lazımdır; bu da mümkün deyilsə, təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. Hər iki təqdirdə əgər müxalifət edib qəsbi qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı səhihdir.

Məsələ 273: Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, ümumxalqın nəzərində o daşlardan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstəmaz almağın heç bir maneəsi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır, amma dəstəmazı səhihdir.

Məsələ 274: İmamlardan (ələyhimus-səlam) və ya imam övladlarından birinə aid olan yer əvvəlcədən qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan arx axıdılarsa, insan o səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi yoxdur.

4-cü şərt: Dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun. Hərçənd dəstəmaz halında, onu yumazdan və ya məsh etməzdən əvvəl paklasa belə; Əgər kürr və bu kimi su ilə yuyursa, yumaqdan qabaq paklamaq lazım deyil.

Məsələ 275: Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.

Məsələ 276: Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, əgər sidik və ya ğaitin məhəllini yumamışsa, əvvəlcə onu paklasın və sonra dəstəmaz alsın.

Məsələ 277: Dəstəmaz üzvlərindən biri nəcis olarsa və dəstəmaz aldıqdan sonra dəstəmazdan əvvəl oranı pak edib etmədiyində şəkk edərsə, dəstəmazı səhihdir. Amma gərək nəcis olan yeri yusun.

Məsələ 278: Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir kəsik yer və ya yara olarsa, gərək ardıcıllıqla o üzvün sağlam yerlərini yuduqdan

P:51

sonra kəsik və ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya kəsiyi sıxmalıdır. Sonra aşağı hissələri yumalıdır. Belə alınan dəstəmaz səhihdir.

5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.

Məsələ 279: Dəstəmaz alacığı halda namazın hamısı və ya bir hissəsi öz vaxtından sonraya qalacaq qədər vaxt az olarsa, gərək təyəmmüm etsin. Amma dəstəmaz və ya təyəmmümün hər biri üçün eyni qədər vaxt olarsa, gərək dəstəmaz alsın.

Məsələ 280: Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha yaxınlıq niyyəti ilə və ya Quran oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir.

6-cı şərt: Dəstəmazı qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin əmrlərini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

Məsələ 281: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.

7-ci şərt: Dəstəmazı qeyd olunan tərtiblə almalıdır, yəni əvvəlcə üzü, sonra sağ qolu, sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Ehtiyat-müstəhəb budur ki, hər iki ayağı birlikdə məsh etməsin, hətta sol ayağa sağ ayaqdan sonra məsh etsin.

8-ci şərt: Dəstəmazın işlərini ardıcıl (fasiləsiz) olaraq yerinə yetirsin.

Məsələ 282: Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl yuduğu

P:52

və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz səhihdir.

Məsələ 283: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyarsa, dəstəmaz səhihdir.

Məsələ 284: Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Deməli, bir şəxs üzü və əlləri yuduqdan sonra bir neçə addım gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir.

9-cu şərt: Üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin. Başqası ona üçün dəstəmaz alsa və ya suyu onun üzünə və əllərinə tökməkdə yaxud da baş və ayaqlarına məsh etməkdə kömək etsə, dəstəmazı batildir.

Məsələ 285: Özü dəstəmaz ala bilməyən şəxs, hərçənd yuma və məsh etmə iki nəfərin iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət (muzd) istəsə də imkanı olduğu təqdirdə və maddi cəhətdən ona zərər dəyməzsə gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə məsh çəkməlidir. Əgər özünün də iştirak etməsi mümkün olmazsa, başqasından ona dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman ehtiyat-vacibə əsaən hər ikisi dəstəmaz niyyəti etsinlər. Əgər mümkün olsa gərək köməkçi onun əlindən tutub məsh ediləcək yerlərə çəksin. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi əlinə alaraq başına və ayaqlarına məsh çəkməlidir.

Məsələ 286: Dəstəmazın bəzi əməllərini ozü (köməksiz) yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır.

10-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneəsi olmamalıdır.

Məsələ 287: Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə etdiyi təqdirdə susuz qalacağından

P:53

qorxan şəxsin vəzifəsi, dəstəmaz almaq deyildir. Əgər sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə isə suyun ona zərəri varsa, dəstəmazı batildir.

Məsələ 288: Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır.

11-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Məsələ 289: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ 290: Dırnağın altının çirkli olmasının dəstəmaz üçün eybi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, gərək dəstəmaz üçün onları təmizləsin. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, normadan artığının altındakı çirkləri təmizləmək gərəkdir.

Məsələ 291: Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabar olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabar deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq lazım deyil. Amma soyulmuş dəri bəzən bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ 292: Əgər insan, dəstəmaz üzvlərinə bir şey yapışıb-yapışmamasında şəkk etsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa; məsələn: palçıqla işlədikdən sonra, palçığın əlinə yapışıb-yapışmamasında şəkk etsə, gərək axtarış aparsin və ya əlini o qədər sürtsün ki, əminlik hasil olsun ki, olan halda o təmizlənib və ya olan halda su onun altına çatıb.

Məsələ 293: Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və buna

P:54

bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın.

Məsələ 294: Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bəzisində suyun dəriyə yetişməsinə mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu ora çatdırıb-çatdırmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

Məsələ 295: Əgər dəstəmaz üzvlərindən bəzisində suyun bəzən onun altına keçdiyi, bəzən də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini nəzərdə tutmadığını bilirsə, ehtiyat-müstəhəb budur ki,yenidən dəstəmaz alsın.

Məsələ 296: Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.

Məsələ 297: Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

P:55

DƏSTƏMAZIN HÖKMLƏRİ

Point

Məsələ 298: Dəstəmazın əməllərində və şərtlərində suyun pak olması və qəsbi olmaması kimi, çox şəkk edən şəxs gərək öz şəkkinə etina etməsin.

Məsələ 299: Əgər dəstəmazının batil olub-olmamasında şəkk etsə, dəstəmazlı olduğunu qəbul etməlidir. Amma bövldən sonra istibra etməmiş dəstəmaz alsa və dəstəmazdan sonra ondan rütubət xaric olsa, onun bövl və ya başqa şey olmasını bilməsə, dəstəmazı batildir.

Məsələ 300: Dəstəmaz alıb-almamasında şəkk edən şəxs gərək dəstəmaz alsın.

Məsələ 301: Əgər bir şəxs dəstəmaz aldığını və ondan hədəs baş verdiyini; məsələn: bövl etməsini bilsə, amma hansının qabaq və hansının sonra olduğunu bilməsə, əgər namazdan qabaqdırsa, gərək dəstəmaz alsın. Əgər namaz əsnasındadırsa, namazı pozub dəstəmaz alsın; əgər namazdan sonra olsa, qıldığı namazı səhihdir. Sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

Məsələ 302: Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz üzvlərinin bəzi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər çox vaxt keçdiyindən o yerdən öncə olan yerlərin rütubəti qurumuşsa, gərək yenidən dəstəmaz alsın. Amma qurumamışsa və ya havanın isti olması və buna bənzər bir səbəb üzündən qurumuşsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. Dəstəmaz aldığı zaman bir yerin yuyulmasında və ya məsh edilməsində şəkk edərsə, yenə də bu qaydaya əməl etməlidir.

Məsələ 303: Əgər namazdan sonra dəstəmaz alıb-almamasında şəkk etsə, namaz səhihdir, lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

P:56

Məsələ 304: Əgər namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, ehtiyat-vacibə görə gərək dəstəmaz alıb, yenidən namaz qılsın.

Məsələ 305: Namazdan sonra, dəstəmazının batil olduğunu bilərsə, amma namazdan qabaq və ya sonra batil olduğunda şəkk edərsə, qıldığı namaz səhihdir.

Məsələ 306: İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya ğaitinin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, azan, iqamə və qunut kimi, müstəhəbb olan əməlləri tərk etməlidir.

Məsələ 307: Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir fürsət tapırsa və namaz əsnasında bir və ya bir neçə dəfə ondan sidik və ya ğait xaric olursa, ehtiyat-lazım budur ki, bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan bövl və ğait üçün dəstəmazını təzələməsi lazım deyil.

Məsələ 308: Sidik və ya ğaiti dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq şəkildə ardıcıl xaric olan şəxsin bir neçə namazı üçün bir dəstəmaz kifayətdir. Amma əgər yuxu kimi ayrı bir səbəbdən dəstəmazı pozulsa, yaxud bövl və ğaiti təbii şəkildə xaric olsa, bir dəstəmaz bir neçə namaz üçün kifayət etməz. Amma hər namaz üçün bir dəstəmaz alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün ayrı bir dəstəmaz alması lazım deyil.

Məsələ 309: Sidik və ya ğaiti ardıcıl olaraq çıxan şəxsin dəstəmazdan sonra dərhal namaz qılması lazım deyil. Amma daha yaxşı olar ki, dərhal qalsın.

Məsələ 310: Sidik və ya ğaiti ardıcıl xaric olan şəxnin namazdan başqa vaxtda olsa belə, dəstəmaz aldıqdan sonra Quranın yazılarına toxunması icazəlidir.

P:57

Məsələ 311: Sidiyi damcı-damcı tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir şey olub sidiyin başqa yerlərə dəyməsinin qarşısını alan bir şeylə özünü qorumalıdır. Ehtiyat-vacibə əsasən namazdan əvvəl nəcis olan sidik məxrəcini ayrıca yumalıdır. Həmçinin ğaitinin xaricə çıxmasının qarşısını ala bilməyən şəxs mümkün olduğu təqdirdə namaz müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Ehtiyat-vacib budur ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun.

Məsələ 312: Sidik və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün olduğu təqdirdə namaz müddətində xərci olsa belə bövl və ya ğaitin xaricə çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asanlıqla aradan qaldırıla bilərsə, özünü müalicə etdirməsi daha yaxşıdır.

Məsələ 313: Sidik və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi zamanında vəzifəsinə uyğun qıldığı namazlarını sağaldıqdan sonra qəza etməsi lazım deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, ehtiyat-lazıma əsasən o, vaxtda qıldığı namazı yenidən qılsın.

Məsələ 314: Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala bilməyən şəxsin vəzifəsinə uyğun əməl etməlidir.

DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR

Məsələ 315: Altı şey üçün dəstəmaz almaq vacibdir:

1. Meyyit namazından başqa sair vacib namazlar üçün. Müstəhəb namazların səhihliyi üçündə dəstamaz şərtdir.

2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səcdeyi-səhv üçün dəstəmaz almaq vacib deyil.

3. Həcc və ümrə əməllərindən olan Kəbə evinin vacib təvafı üçün.

P:58

4. Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzr etsə.

5. Məsələn; Qurani-şərifi öpəcəyinə nəzr etmişdirsə. (Əgər xəttini öpərsə).

6. Nəcisə bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı bu kimi yerlərdən çıxarsın və ya nəcis olsa, suya çəksin.

Məsələ 316: Quranın yazılarına toxunmaq, yəni bədənin hər hansı bir yerini Quranın yazılarına vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə tərcümə edilmiş Qurana toxunmağın eybi yoxdur.

Məsələ 317: Uşaqların və dəlilərin Quran yazısına toxunmasının qarşısını almaq vacib deyil. Amma onların toxunması Qurana qarşı hörmətsizlikdirsə, gərək qarşısı alınsın.

Məsələ 318: Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması ehtiyat-vacibə əsasən haramdır. Yaxşı olar ki, həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm), İmamların (ələyhimus-səlam) və həzrət Zəhranın (ələyha səlam) mübarək adlarına da dəstəmazsız toxunmasın.

Məsələ 319: Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa səhihdir. Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım deyil. Hətta əgər səhvən vacib niyyəti edərsə və sonradan vacib olmaması məlum olarsa, dəstəmaz səhihdir.

Məsələ 320: Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir.

Məsələ 321: Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbdir. Fəqihlərdən bəzisi

P:59

buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan əhlini ziyarət etmək, məscidə və İmamların (ələyhimus-səlam) hərəmlərinə getmək, yanında Quran gəzdirmək, Quran oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəb olması sübuta yetməyib. Amma əgər müstəhəb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir və dəstəmazla yerinə yetirilməli olan hər bir işi edə bilər. Məsələn: o dəstəmazla namaz qıla bilər.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR

Məsələ 322: Yeddi şey dəstəmazı batil edir:

1. Sidik; Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan nəmlik də sidik hökmündədir.

2. Ğait;

3. Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli;

4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.

5. Əqli aradan aparan şeylər; dəlilik, sərxoşluq, huşdan getmək və s. kimi.

6. Qadının istihazəsi (sonrdan deyiləcək);

7. Cünub olmaq; hətta ehtiyat-müstəhəb budur ki, qüslü vacib edən hər bir iş dəstəmazı pozar.

CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ

Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır.

Məsələ 323: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın.

P:60

Məsələ 324: Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır.

Məsələ 325: Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə təyəmmüm etmək lazımdır. Həmçinin ehtiyat-müstəhəbə görə dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərinə məsh etsin.

Məsələ 326: Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə olsun.

Məsələ 327: Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və ehtiyat-vacibə görə cəbirənin üzünə məsh etməlidir.

Məsələ 328: Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olarsa və onu yumaq mümkün olmazsa, yaxud açılması çətinliyə və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir.

P:61

Məsələ 329: Əgər cəbirə, dəstəmaz üzvlərinin bəzisinin hər yerini örtmüş olsa, cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını ya çoxunu örtmüş olsa, ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır.

Məsələ 330: Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta ipəkdən və ya əti yeyilməsi icazəli olmayan heyvanın üzüvlərindən olsa belə, onun üzərinə məsh çəkmək olar.

Məsələ 331: Əlinin içində və barmaqlarında cəbirə olan və dəstəmaz aldığı zaman islanmış əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər.

Məsələ 332: Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.

Məsələ 333: Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək onların arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirə olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin.

Məsələ 334: Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu qaldırmaq mümkün olmasa, cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni qoparmaq əziyyət vermirsə, gərək onu qoparsın. Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl etməlidir.

Məsələ 335: Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir.

Məsələ 336: Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin.

P:62

Məsələ 337: Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya dözülməyəcək qədər əziyyətli olan bir şey yapışıbsa, bu halda həmin şey təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, cəbirə hökmünü daşıyır.

Məsələ 338: Meyyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı kimidir. Amma ehtiyat-lazıma görə o, tərtibi qaydada yerinə yetirilməlidir. Bədəndə yara və çiban olduğu təqdirdə mükəlləf qüsl və təyəmmüm arasında ixtiyar sahibidir, (hansını istəsə edə bilər). Qüsl etməyi seçdiyi təqdirdə, ehtiyat-müstəhəb budur ki, üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh çəksin. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır.

Məsələ 339: Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bəzisində yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında açıqlanan qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir.

Məsələ 340: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, yaxşı olar ki, səbr etsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə qılsın. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, ehtiyat-müstəhəb budur ki, dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılsın.

Məsələ 341: Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin.

Məsələ 342: Vəzifəsi təyəmmüm və ya cəbirə dəstəmazı olmasını bilməyən şəxs ehtiyat-vacibə əsasən hər ikisini yerinə yetirməlidir.

P:63

Məsələ 343: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı namazları da qıla bilər.

P:64

VACİB QÜSLLƏR

Point

Vacib qüsllər yeddidir:

1. Cənabət qüslü.

2. Heyz qüslü.

3. Nifas qüslü.

4. İstihazə qüslü.

5. Məssi-meyyit qüslü.

6. Meyyit qüslü.

7. Nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər.

Əgər Günəş və ya Ay kamil şəkildə tutularsa və mükəlləf bilərəkdən ayət namazını qılmayıb qəzaya verərsə ehtiyat-vacibə əsasən onun qəzasını qılmaq üçün gərək qüsl etsin.

CƏNABƏTİN HÖKMLƏRİ

Məsələ 344: İnsan iki yolla cünub olur:

1. Cima (cinsi əlaqə) ilə;

2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə ayıqlıqda, istər az olsun, istərsə çox, istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız.

Məsələ 345: Əgər insandan məni, ya sidik və ya başqa bir şey olduğunu bilməyən bir rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç nişanədən heç biri və ya onlardan bəziləri onda olmasa, məni hökmündə deyildir. Amma xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst olması lazım deyil; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır. Qadınlarda isə mazaqlaşan zaman, yaxud

P:65

şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını bulayan, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət nəcisdir və cənabətə səbəb olur. Həmçinin ehtiyat-vacibə əsasən əgər ləzzətin son həddinə çatmasa amma məni xaric olandakı kimi, su çox olsa eyni hökümdədir.

Məsələ 346: Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə aid olan bir su çıxsa və başqa nişanələrin də onda olub-olmadığını bilməsə, o suyun çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı deyildisə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil.

Məsələ 347: İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilmədiyi bir nəmlik xaric olarsa, həmin nəmlik məni hökmündədir.

Məsələ 348: Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, sünnət olunan yerə qədər və ya çox daxil olsa, istər qabaqdan olsun, istərsə arxadan, istər həddi-büluğa çatsın, istərsə çatmasın, məni xaric olmasa da, hər ikisi cünub olar.

Məsələ 349: Sünnət olunan miqdarda daxil olub-olmadığında şəkk edən şəxsin qüsl etməsi vacib deyil.

Məsələ 350: Əgər (nəuzu billah!) heyvanla yaxınlıq etsə və məni də gəlsə, təkcə qüsl kifayətdir. Amma məni gəlməsə, bu halda vətydən əvvəl dəstəmazlı olsa, yenə də qüsl kifayətdir. Əgər dəstəmazlı olmasa ehtiyat-vacib budur ki, qüsl edib dəstəmaz da alsın. Həmçinin kişi və oğlan ilə yaxınlıq (livat) edənin də hökmü belədir.

Məsələ 351: Əgər məni öz yerindən hərəkət etsə, amma çölə gəlməsə; yaxud məninin çölə gəlib-gəlməməsində şəkk etsə, qüsl vacib deyil.

Məsələ 352: Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs, namaz vaxtı daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər.

P:66

Məsələ 353: Əgər bir şəxs öz paltarında məni görsə və onu, özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil.

CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR

Məsələ 354: Cünuba beş şey haramdır:

1. Öz bədənindən hər hansı bir yeri Quranın yazısına və ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və həzrət Zəhranın (ələyhimus-səlam) da adlarına toxundurmaması daha yaxşıdır.

2. Məscidul-hərama və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.

3. Başqa məscidlərdə və ehtiyat-vacibə əsasən İmamların (ələyhimus-səlam) hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.

4. Ehtiyat-lazıma əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə.

5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədən ibarətdidir:

32-ci «Səcdə» surəsi;

41-ci «Fussilət» surəsi;

53-cü «Nəcm» surəsi;

96-cı «Ələq» surəsi.

CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 355: Doqquz şey cünub şəxsə məkruhdur:

P:67

1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır.

3. Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.

4. Bədənindən hər hansı bir yerini Quranın cildinə, haşiyəsinə və ya yazılarının arasına toxundurmaq.

5. Quranı özü ilə gəzdirmək.

6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamasına görə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.

7. Həna və buna bənzər şeylərə boyanmaq.

8. Bədənə yağ çəkmək.

9. Möhtəlim olandan (yəni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.

CƏNABƏT QÜSLÜ

Məsələ 356: Cənabət qüslü, vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma meyyit namazı, səcdeyi-səhv, şükr səcdəsi və Quranın vacib səcdələri üçün cənabət qüslü etmək lazım deyil.

Məsələ 357: Qüsl edərkən vacib qüsl edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirməkdən ötrü qüsl edərsə, kifayətdir.

Məsələ 358: Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niyyəti edərək qüsl edər və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir.

Məsələ 359: Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir.

P:68

TƏRTİBİ QÜSL

Məsələ 360: Tərtibi qüsldə, ehtiyat-lazıma əsasən, əvvəlcə qüsl niyyəti ilə baş və boyun, daha sonra bədən yuyulmalıdır. Əvvəlcə bədənin sağ tərəfinin, sonra isə sol tərəfinin yuyulması daha yaxşıdır. Tərtibi qüslün gerçəkləşməsində, suyun altında qüsl niyyəti ilə üç üzvə hərəkət vermək işkalsız deyildir və ehtiyat budur ki, onunla kifayətlənilməsin. Əgər qəsdən bədənini, başın və boynun yuyulması qurtarmazdan qabaq yuyarsa ehtiyata əsasən qüslü batildir.

Məsələ 361: Bədəni başdan əvvəl yuduğu halda, qüslü yenidən alması lazım deyildir, belə ki, bədəni ikinci dəfə yuyarsa, qüslü səhihdir.

Məsələ 362: Əgər iki hissəni, yəni baş və boyunla bədəni tamamilə yuduğuna yəqini olmazsa, gərək buna əmin olması üçün hər bir hissəni yuyarkən əvvəlki hissədən də bir miqdarı onunla birlikdə yusun.

Məsələ 363: Əgər qüsldən sonra bədəninin bir yerini yumadığını bilərsə, amma hansı yer olduğunu bilməsə başı yenidən yuması lazım deyil, bədəninin yumadığına ehtimal verdiyi yerini yumalıdır.

Məsələ 364: Əgər qüsldən sonra, bədəninin bir miqdar yerinin yuyulmadığını bilərsə, yuyulmayan yer sol tərəfdədirsə, o qədər yeri yumaq kifayətdir. Əgər sağ tərəfdədirsə, ehtiyat-müstəhəb budur ki, o miqdarı yuduqdan sonra, sol tərəfi yenidən yusun. Amma əgər baş və boyundursa, ehtiyat-vacibə görə gərək o miqdarı yuduqdan sonra bədənini yenidən yusun.

Məsələ 365: Əgər qüsl tamam olmazdan əvvəl sol və ya sağ tərəfin bir miqdarının yuyulub-yuyulmamasında şəkk edərsə, o miqdarı yuması lazımdır. Amma əgər baş və boynunun bir miqdarının yuyulmasında şəkk edərsə, ehtiyat-lazıma əsasən, şəkk etdiyi yeri yuduqdan sonra gərək yenidən bədənini yusun.

P:69

İRTİMASİ QÜSL

İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir.

Məsələ 366: Bir dəfəyə olan irtimasi qüsldə, su bədənin hamısını bir anda əhatə etməlidir, amma qüslə başlamazdan əvvəl bədənin hamısının sudan xaricdə olması şərt deyildir. Əgər bədənin bir miqdarı xaricdə olan zaman qüsl niyyəti ilə suya girərsə, kifayət edir.

Məsələ 367: Tədrici olaraq edilən irtimasi qüsldə, gərək bədəni ürfi birliyi qorumaq şərti ilə yavaş-yavaş suya salsın. Bu cür irtimasi qüsldə, qüslə başlamazdan əvvəl hər üzv sudan xaricdə olmalıdır.

Məsələ 368: İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir.

Məsələ 369: Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi qüsl etməlidir.

Məsələ 370: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs irtimasi qüsl edə bilməz, amma əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir.

P:70

QÜSLÜN HÖKMLƏRİ

Məsələ 371: İrtimasi və ya tərtibi qüsldə, bədənin qüsldən qabaq tamamilə pak olması lazım deyil, əksinə, qüsl niyyəti ilə suya batmaqla, yaxud suyu bədənə tökməklə bədən pak olsa, qüsl gerçəkləşmiş olur. Bu şərtlə ki, qüsl aldığı su pak olmaqdan xaric olmasın, məsələn kürr su ilə qüsl etsin.

Məsələ 372: Haramla cünub olmuş şəxs isti su ilə qüsl etsə, hətta tərləsə belə, onun qüslü səhihdir.

Məsələ 373: Qüsl edərkən bədəndə başın bir tükü qədər yuyulmamış yer qalsa, qüsl batildir. Amma qulağın, burunun içi kimi bədənin iç hissəsi sayılan yerin yuyulması vacib deyil.

Məsələ 374: Bədənin zahirindən və ya batinindən olmasında şəkk edilən yer yuyulmalıdır.

Məsələ 375: Əgər sırğanın dəliyi və s. kimi yerlər çox geniş olub daxili görünsə və bədənin zahiri hesab olunsa, gərək onu yusun. Əks halda yuyulması lazım deyildir.

Məsələ 376: Suyun bədənə çatmasına maneə olan şeyi aradan qaldırmaq lazımdır. Əgər aradan qaldırdığına əmin olmadan qüsl edərsə, qüslü batildir.

Məsələ 377: Qüsl edərkən bədənində suyun bədənə çatmasına maneə olan şeyin olub-olmadığına ağıl kəsən ehtimal versə, gərək axtarış aparıb maneənin olmadığına əmin olsun.

Məsələ 378: Qüsl edərkən bədənin bir üzvindən sayılan qısa tüklər yuyulmalıdır, amma uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə suyu bədənin dərisinə çatdırarsa qüslü səhihdir. Amma əgər onları yumadan bədəninin dərisinə suyu çatdırmaq mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır.

Məsələ 379: Dəstəmazın səhih olmasında qeyd olunan şərtlər, suyun pak olması, qəsbi olmaması və s. bütünlüklə qüslün də səhih olması üçün şərtdir. Amma qüsldə bədənin

P:71

yuxarıdan aşağıya doğru yuyulması lazım deyil. Həmçinin tərtibi qüsldə də, başı və boyunu yuduqdan dərhal sonra bədəni yumaq vacib deyildir. Belə ki, baş və boyunu yuduqdan sonra bir müddət səbr edərək sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun, yaxud bədənin bütünlüklə bir dəfəyə yuyulması da lazım deyildir. Məsələn başı yuduqdan bir müddət sonra boyunun yuyulması icazəlidir. Amma sidik və ya ğaitinin gəlməsinin qarşısını ala bilməyən şəxs, əgər qüsl edib, namaz qıla biləcəyi bir müddət ərzində ondan ğait və ya sidik gəlməsə, gərək dərhal qüsl etsin və qüsldən dərhal sonra namazı qılsın.

Məsələ 380: Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq niyyətində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir.

Məsələ 381: Hamamçının pulun nisyə verilməsinə razı olduğu təqdirdə, qüsl edən şəxsin məqsədi, onun pulunu ödəməmək və ya haram puldan ödəmək olarsa, qüslü batildir.

Məsələ 382: Əgər xümsü verilməmiş pulu hamamçıya versə, harama mürtəkib olsa da, zahir budur ki, onun qüslü səhihdir və xümsə müstəhəqqlərin haqqı onun boynunda qalır.

Məsələ 383: Qüsl edib-etmədiyində şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra etdiyi qüslün səhih olub-olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil.

Məsələ 384: Əgər qüsl əsnasında kiçik hədəs baş versə, məsələn, bövl etsə, qüslü tərk etməsi və yenidən qüsl etməsi lazım deyil, əksinə öz qüslünü tamamlaya bilər və bu halda ehtiyat-lazıma əsasən gərək dəstəmaz da alsın. Amma əgər niyyətini tərtibi qüsldən irtimasiyə və ya irtimasidən tərtibi qüslə çevirsə dəstəmaz almağı da lazım deyil.

Məsələ 385: Əgər vaxtın dar olması üzündən mükəlləfin vəzifəsi təyəmmüm olubsa, amma o, qüsl və namaz qədər vaxtın qaldığını sanıb qüsl edərsə, onda qüslü qürbət qəsdi ilə etmiş olsa, hətta namazı yerinə yetirmək üçün qüsl etmiş olsa belə qüslü səhihdir.

Məsələ 386: Cünub olmuş şəxs namazdan sonra qüsl edib-etmədiyində şəkk etsə, qıldığı namazlar səhihdir. Amma sonrakı namazlar üçün qüsl etməlidir. Əgər namazdan sonra ondan kiçik

P:72

hədəs baş veribsə, dəstəmaz da alması lazımdır. Əgər vaxt qalmışdırsa, ehtiyat-lazıma əsasən qıldığı namazı yenidən qılmalıdır.

Məsələ 387: Boynunda bir neçə vacib qüsl olan bir şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. Zahir budur ki, əgər onlardan müəyyən birini niyyət etsə, qalanları üçün kifayət edir.

Məsələ 388: Əgər bədənin bir yerinə Quran ayəsi və ya Allah-təalanın adı yazılmış olsa, belə ki, tərtibi qüsl etmək istəsə, gərək suyu bədəninə əli o yazıya dəyməyəcək şəkildə çatdırsın. Həmçinin əgər dəstəmaz da almaq istəsə, təkcə Quran ayəsi xüsusunda deyil, həm də Allahın adlarında da ehtiyat-vacibə görə hökm eynidir.

Məsələ 389: Cənabət qüslü edən şəxs namaz üçün dəstəmaz almamalıdır. Hətta dəstəmaz almasının ehtiyat-müstəhəb olmasına baxmayaraq, mütəvəssitə istihazədən başqa digər vacib qüsllərlə, eləcə də 633-cü məslədə izah olunacaq müstəhəbb qüsllərlə də dəstəmaz almadan namaz qıla bilər.

P:73

İSTİHAZƏ

Point

Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.

Məsələ 390: Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.

Məsələ 391: İstihazə üç qismdir:

1- Qəlilə (az).

2- Mütəvəssitə (orta).

3- Kəsirə (çox).

Qəlilə istihazə budur ki, qan, qadının övrətinin daxilinə qoyduğu pambığın bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.

Mütəvəssitə istihazə odur ki, qan qadının övrətinə qoyduğu pambığa hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.

Kəsirə istihazə budur ki, qan ora qoyulan pambıqdan keçib dəsmala da çatsın.

İSTİHAZƏNİN HÖKMLƏRİ

Məsələ 392: Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.

Məsələ 393: Mütəvəssitə istihazədə, ehtiyat-lazıma əsasən, qadın öz namazları üçün gündəlik bir qüsl etməlidir. Həmçinin

P:74

gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Əgər qəsdən və ya unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək məğrib və işa namazından əvvəl qüsl etsin, istər qan gəlsin, istərsə də kəsilsin fərqi yoxdur.

Məsələ 394: Kəsirə istihazədə ehtiyat-vacibə əsasən, qadın hər namaz üçün pambıq və dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl zöhr və əsr namazı üçün, bir qüsl də məğrib və işa namazı üçün yerinə yetirməlidir. Zöhr və əsr, məğrib və işa namazları arasında gərək fasilə salmasın. Əgər fasilə salsa, gərək əsr və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan dəsmala çatdığı hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, ehtiyat-lazım budur ki, hər vaxt qan pambıqdan dəsmala çatsa pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci dəfə pambıqdan dəsmala yetişməzdən qabaq məğrib və işa namazını da qıla bilsə, o namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər bir halda olarsa kəsirə istihazədə qüsl dəstəmaz əvəzinə də yetərlidir.

Məsələ 395: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, dəstəmaz almalı və ya qüsl etməlidir.

Məsələ 396: Həm qüsl etməsi, həm də ehtiyat-lazıma əsasən dəstəmaz almalı olan mütəvəssitə istihazəli qadın, əvvəlcə qüsl etməli, sonra dəstəmaz almalıdır. Amma kəsirə istihazəli qadın dəstəmaz almaq istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır.

P:75

Məsələ 397: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra müvəssitə olsa, gərək zöhr və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazından sonra mütəvəssitə olsa, gərək məğrib və işa namazı üçün qüsl etsin.

Məsələ 398: Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra kəsirə olsa və bu halda qalsa, gərək 394-cü məsələdə deyildiyi hökmə uyğun əməl etsin, zöhr, əsr, məğrib və işa namazını qılsın.

Məsələ 399: 394-cü məsələdə deyildiyi kimi, kəsirə istihazəsi olan qadının qüslü ilə namazı arasında fasilə salmaması lazım olduğu halda, əgər namaz vaxtı çatmamışdan əvvəl qüsl etməsi araya fasilə düşməsinə səbəb olsa, o qüslün faydası yoxdur və namaz üçün yenidən qüsl etməsi gərəkdir. Bu hökm mütəvəssitə istihazəli qadına da aiddir.

Məsələ 400: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən gündəlik namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəbb, hər namaz üçün dəstəmaz almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyatən yenidən qılmaq istəyərsə və ya fürada (təklikdə) qıldığı namazı yenidən camaat ilə qılmaq istəyərsə, istihazə üçün qeyd olunan bütün işləri yerinə yetirməlidir. Amma namazdan dərhal sonra yerinə yetirdiyi təqdirdə, ehtiyat namazını, unudulan səcdə və təşəhhüdü və həmçinin bütün hallarda səcdeyi-səhv yerinə yetirmək üçün, istihazə işlərini görməsi lazım deyildir.

Məsələ 401: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız birinci namaz üçün gərək istihazənin işlərini yerinə yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir.

Məsələ 402: İstihazəsinin hansı növdən olduğunu bilməyən qadın, namaz qılmaq istədiyi zaman, ehtiyata əsasən özünü yoxlamalıdır. Məsələn, fərcinə bir qədər pambıq daxil edərək, bir az səbr etdikdən sonra çıxarır və istihazənin üç növdən hansı birinin olduğunu bildikdən sonra, o növə aid olan işləri yerinə yetirir. Amma əgər namaz qılacağı vaxta qədər istihazənin dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan da özünü yoxlaya bilər.

P:76

Məsələ 403: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başlasa, belə ki, qürbət qəsdi ilə öz vəzifəsinə əməl etmiş olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun namazı səhihdir. Əgər qürbət qəsdi ilə olmasa və ya əməl vəzifəsinə uyğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olduğu halda qəlilənin vəzifəsinə əməl etsə, namazı batildir.

Məsələ 404: İstihazəli qadın özünü yoxlaya bilməsə, həqiqi vəzifəsinə əməl etməlidir. Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə olduğunu bilmirsə, qəlilə istihazənin işlərini yerinə yetirməlidir. Əgər istihazəsinin mütəvəssitə və ya kəsirə olduğunu bilmirsə, mütəvəssitə istihazəsinin işlərinə əməl etməlidir. Amma əgər əvvəllər üç növdən hansı birinin olduğunu bilirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir.

Məsələ 405: Əgər istihazə qanı birinci dəfə zahir olanda, daxilində olsa və zahirə gəlməsə, qadının aldığı dəstəmaz və ya qüslü batil etməz. Əgər zahirə gəlsə, az da olsa belə, dəstəmaz və ya qüslü batil edər.

Məsələ 406: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa və qan görməsə, yenə qan gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər.

Məsələ 407: Əgər müstəhazə qadın dəstəmaz və ya qüslə başladığı andan etibarən özündən qan gəlmədiyini və fərcin daxilində də olmadığını bilərsə, pak qalacağını bildiyi zamana qədər namaz qılmasını təxirə sala bilər.

Məsələ 408: Əgər müstəhazə qadın, namaz vaxtı keçməzdən qabaq tamamilə pak olacağını və ya namaz qıla biləcəyi bir vaxtda qanın dayanacağını bilərsə, ehtiyat-lazıma əsasən səbr edib, pak olduğu vaxt namazını qılmalıdır.

Məsələ 409: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilsə, istihazəli olan qadın namazını təxirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yetirəcək qədər tam pak olacağını bilərsə, ehtiyat-lazıma əsasən, namazını təxirə salmalı, tamamilə pak olduğu zaman, yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi zaman namazın vaxtı

P:77

daralarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyil. Qabaqcadan aldığı dəstəmaz və qüsl ilə namazını qıla bilər.

Məsələ 410: Kəsirə istihazəsi olan qadın qandan tamamilə pak olduqda əvvəlki namaz üçün qüsl etməyə başladığı andan etibarən, artıq qan gəlmədiyini bilirsə, yenidən qüsl etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Əlbəttə, bu hökmün ümumi olması ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qandan tamamilə pak olması üçün qüsl etməsi lazım deyildir.

Məsələ 411: Qəlilə istihazəli olan qadın dəstəmazdan sonra, mütəvəssitə istihazəli olan qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli olan qadın isə qüsldən sonra 394 və 407-ci məsələdə işarə olunan iki hal istisna olmaqla dərhal namaza başlamalıdır. Amma namazdan qabaq azan və iqamə demələrinin eybi yoxdur. Namaz vaxtı qunut kimi müstəhəbb olan əməlləri də yerinə yetirə bilər.

Məsələ 412: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə salmamaq olan müstəhazəli qadın, əgər vəzifəsinə əməl etməsə, gərək yenidən dəstəmaz alıb və ya qüsl edib, dərhal namaza başlasın.

Məsələ 413: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona zərəri olmadığı təqdirdə, ehtiyat-vacibə görə gərək qüsldən qabaq qanın gəlməsinin qarşısını almalıdır. Belə ki, səhlənkarlıq etməsi nəticəsində ondan qan xaric olarsa, əgər namaz qılmışdırsa, gərək onu yenidən qılsın. Hətta ehtiyat-müstəhəb budur ki, yenidən qüsl etsin.

Məsələ 414: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. Amma qüsl əsnasında mütəvəssitə istihazə kəsirəyə çevrilsə, gərək qüslü əvvəldən başlasın.

Məsələ 415: Ehtiyat-müstəhəb budur ki, istihazəli olan qadın orucdursa, bütün gün ərzində bacardığı qədər qanın gəlməsinin qarşısını alsın.

Məsələ 416: Məşhur nəzərə əsasən, kəsirə istihazəli qadının tutacağı oruc o zaman səhihdir ki, sabahı oruc tutmaq istədiyi bir gecənin məğrib və işa namazının qüslünü və həmçinin gündüzün də gündüz namazları üçün vacib olan qüslləri etmiş olsun. Amma onun orucunun səhih olmasında qüslün şərt olmaması

P:78

uzaq bir nəzər deyildir. Həmçinin daha güclü (əqva) nəzərə əsasən, bu qeyd olunan hökm mütəvəssitə istihazəli olan qadında da şərt deyildir.

Məsələ 417: Əgər qadın əsr namazından sonra müstəhazə olsa və axşam çağına kimi qüsl etməsə, orucu səhihdir.

Məsələ 418: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, yaxud kəsirə olsa, gərək mütəvəssitə, yaxud kəsirə üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə istihazə kəsirə olsa, gərək kəsirə istihazənin əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə istihazə üçün qüsl etmiş olsa, faydası yoxdur, gərək ikinci dəfə kəsirə üçün qüsl etsin.

Məsələ 419: Əgər namaz əsnasında qadının mütəvəssitə istihazəsi kəsirəyə çevrilsə, namazı pozmalı, kəsirə istihazəsi üçün qüsl edib dəstəmaz almalı və onun sair işlərini yerinə yetirib həmin namazı qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, qüsldən qabaq dəstəmaz da alsın. Əgər qüsl etməyə vaxtı çatmasa, onun yerinə təyəmmüm etməlidir. Əgər təyəmmüm etməyə də vaxt yoxdursa, ehtiyat-müstəhəbə əsasən, namazını pozmadan, həmin halda namazını tamamlamalıdır. Amma sonradan qəzasını qılması lazımdır. Həmçinin əgər qadının qəlilə istihazəsi namaz əsnasında mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə və ya kəsirə istihazənin əməllərini yerinə yetirməlidir.

Məsələ 420: Namaz əsnasında qan kəsilərsə və müstəhazə qadın qanın içəridən də kəsilib-kəsilmədiyini bilməzsə, yaxud paklıq (təharət) hasil edib namazı, ya onun bir hissəsini qılmağa möhlət verib-vermədiyini bilməsə ehtiyat-vacibə görə vəzifəsinə müvafiq dəstəmaz alaraq və ya qüsl edərək namazı yenidən qılması lazımdır.

Məsələ 421: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün mütəvəssitənin əməlini yerinə yetirsin. Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istihazə mütəvəssitə olsa, gərək zöhr namazı üçün qüsl etsin və əsr, məğrib və işa namazları üçün yalnız dəstəmaz alsın. Amma əgər zöhr namazı üçün qüsl etməsə və yalnız əsr namazını qılmaq miqdarında vaxtı olsa, gərək əsr

P:79

namazı üçün qüsl etsin; və əgər əsr namazı üçün də qüsl etməsə, gərək məğrib namazı üçün qüsl etsin; və əgər onun üçün də qüsl etməsə və yalnız işa namazını qılmaq miqdarında vaxtı olsa, gərək işa namazı üçün qüsl etsin.

Məsələ 422: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəsi kəsilsə və ikinci dəfə gəlsə, hər namaz üçün gərək bir qüsl etsin.

Məsələ 423: Əgər kəsirə istihazəsi qəlilə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə qəlilə olsa, gərək birinci namaz üçün mütəvəssitənin əməlini qabaqcadan yerinə yetirməyibsə yerinə yetirsin və sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin.

Məsələ 424: Əgər istihazəli qadın, ona vacib olan işlərdən birini tərk etsə, namazı batildir.

Məsələ 425: Qəlilə və ya mütəvəssitə istihazəli olan qadın, əgər namazdan başqa, dəstəmazın şərt olduğu başqa bir iş görmək istəsə, məsələn, bədəninin bir yerini Quranın yazısına toxundurmaq istəsə, belə ki, namaz tamam olandan sonra olsa belə, gərək ehtiyat-vacibə görə dəstəmaz alsın. Namaz üçün aldığı dəstəmaz kifayət deyildir.

Məsələ 426: İstihazəli qadın, ona vacib olan qüslləri yerinə yetirdiyi təqdirdə, məscidə daxil olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq etməsi, hərçənd namaz üçün yerinə yetirmiş olduğu, pambığı və parçanı dəyişdirmək kimi digər işləri yerinə yetirməmiş olsa belə, ona halal olur. Bu işlər qüslsüz belə icazəlidir.

Məsələ 427: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər namaz vaxtından əvvəl, vacib səcdəsi olan ayəni oxumaq və ya məscidə getmək istəsə, ehtiyat-müstəhəb budur ki, qüsl etsin. Əri onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır.

Məsələ 428: Ayət namazı istihazəli qadına vacibdir və gərək ayət namazı üçün də gündəlik namazlar üçün deyilən bütün işləri yerinə yetirsin.

Məsələ 429: Gündəlik namazın vaxtında, istihazəli qadına ayət namazı vacib olsa, hər ikisini ardıcıl yerinə yetirmək istəsə,

P:80

ehtiyat-lazıma əsasən, hər ikisini bir qüsl və dəstəmazla qıla bilməz.

Məsələ 430: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün vacib olan bütün əməlləri, hər qəza namazı üçün də yerinə yetirməlidir. Həmçinin ehtiyata əsasən, qəza namazında, əda namazında yerinə yetirdiyi əməllərlə kifayətlənə bilməz.

Məsələ 431: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilirsə və istihazə, heyz, yaxud nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şər`i baxımdan heyz və nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə əməl etməlidir. Hətta əgər istihazə qanı və ya digər qanlar olduğunda şəkk edərsə, onların nişanəsini daşımırsa, ehtiyat-vacibə əsasən, istihazənin əməllərini yerinə yetirməlidir.

P:81

HEYZ

Point

Heyz, əksər halda, hər ayda, bir neçə gün müddətində, qadınların rəhimindən xaric olan bir qandır. Qadın heyz qanı gördüyü zaman, haiz adlanır.

Məsələ 432: Heyz qanı əksər hallarda qəliz və istidir, rəngi qara yaxud qırmızıdır. Təzyiqlə və azacıq yandırıcılıqla xaric olur.

Məsələ 433: Qadınların altımış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. Qüreyşiyyə (səyyidə) nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına qədər qəti olaraq heyz hökmündə olan bir qan görsə haizə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbdir.

Məsələ 434: Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan, heyz deyildir.

Məsələ 435: Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu xüsusda hamilə ilə hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də etməlidir.

Məsələ 436: Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olarsa, onun heyz olma hökmü, işkallıdır. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir və bu təqdirdə, doqquz yaşını tamamladığı məlum olur.

Məsələ 437: Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir.

P:82

Məsələ 438: Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir.

Məsələ 439: Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir.

Məsələ 440: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, bütün və ya bəzi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, heyzdir.

Məsələ 441: Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci gün sübhün əvvəlindən üçüncü günün axşamına qədər, ardıcıl qan gəlsə və əsla kəsilməzsə, heyzdir. Həmçinin əgər birinci günün ortalarında başlayarsa və dördüncü gün həmin vaxtda kəsilərsə də, eyni hökmü daşıyır.

Məsələ 442: Əgər üç gün ardıcıl qan görüb kəsildikdən sonra təkrar qan görərsə və qan gördüyü və arada pak olduğu günlər birlikdə on gündən çox olmazsa, qan gördüyü bütün günlər heyzdir. Amma ehtiyat-lazıma əsasən arada pak olduğu günlərdə isə həm heyz olmayan qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan şeylərdən çəkinməlidir.

Məsələ 443: Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın çiban və ya yara yaxud heyz qanı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir.

Məsələ 444: Əgər qadın yara yaxud heyz qanı olduğunu bilmədiyi bir qan görsə, əvvəlki halı heyz olmamışdırsa ibadətlərini yerinə yetirməlidir.

Məsələ 445: Əgər qadın bir qan görüb heyz qanı, yaxud istihazə qanı olduğunda şəkk edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir.

Məsələ 446: Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü yoxlamalıdır: yəni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır.

P:83

Məsələ 447: Əgər üç gündən az qan görərsə və pak olduqdan sonra yenidən üç gün qan görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz deyildir.

HAİZİN HÖKMLƏRİ

Məsələ 448: Haiz qadına bir neçə şey haramdır:

1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, icazəli deyil. Lakin meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.

2. Cünub şəxsə haram olan şeylərin hamısı; (cənabət hökmlərində izah olunub).

3. Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək; həm kişi, həm də qadın üçün, hətta əgər sünnət olunan yerə qədər daxil olsa və məni gəlməsə də, haramdır. Ehtiyat-vacib budur ki, sünnət olunan yerdən az da daxil etməsin. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma ehtiyata əsasən qadınla arxadan (anal dəliyindən) cinsi əlaqədə olmaq, əgər qadın razı olmasa istər haiz olsun, istərsə də olmasın, icazəli deyil.

Məsələ 449: Qadının heyz olduğu qəti olaraq məlum olmadığı, amma şərən özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.

Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Kəffarənin vacib olmamasına baxmayaraq verilməsi daha yaxşıdır. Onun kəffarəsi heyizin əvvəlində bir misqal sikkəli qızıldır və onun ortasında misqalın yarısı və axırında misqalın dörtdə biridir. Şəri misqal, 18 noxuddur.

Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və mazaqlaşmaq kimi, sair ləzzətlər almağın eybi yoxdur.

P:84

Məsələ 452: Heyz halında ikən qadına təlaq vermək təlaq hökmlərində izah olunacağı kimi, batildir.

Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi işkallıdır.

Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa, namazı batildir. Hətta əgər heyz, axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, ehtiyat-vacibə görə batil olur.

Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə, namazı səhihdir. Amma namazdan sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, keçən məsələdə dediyimiz kimi, qıldığı namaz batildir.

Məsələ 456: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz və ya qüsllə, yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq dəstəmaz da alması daha yaxşıdır.

Məsələ 457: Qadına, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, təlaq vermək səhihdir və əri də onunla cinsi əlaqədə ola bilər. Amma ehtiyat-lazıma əsasən cinsi əlaqə fərcin yuyulmasından sonra olsun. Həmçinin ehtiyat-müstəhəb budur ki, qüsl etməzdən qabaq, onunla cinsi əlaqədə olmaqdan çəkinilsin. Amma Quranın yazısına toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan şeylər, qüsl etməyincə halal olmaz. Həmçinin ehtiyat-vacibə görə, məsciddə dayanmaq kimi haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü daşıyır.

Məsələ 458: Əgər su, dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək miqdarda olarsa, gərək qüsl etsin. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha yaxşıdır, əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzi olaraq, təyəmmüm etməlidir. Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Daha yaxşısı budur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin.

P:85

Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin ehtiyat-lazıma əsasən, nəzr səbəbilə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında olduğu üçün tutmadığı orucları da qəza etməlidir.

Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını təxirə salacağı təqdirdə, heyzli olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin ehtiyat-lazıma əsasən, namazını təxirə salacağı təqdirdə, haiz olacağına ehtimal verərsə də, hökm eynidir.

Məsələ 461: Əgər qadın namazını təxirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr ilə birlikdə, o cümlədən dəstəmaz almaq pak libas tədarük görmək və s. ilə namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona vacibdir. Hətta əgər vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla bildiyi halda qılmasa, ehtiyat-vacibə görə, hərçənd sair şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə gərək onun qəzasını qılsın, Amma tələsik qılma, yavaş oxuma və digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qadın əgər günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rəkət namaz qıla biləcək qədər bir müddət keçdikdən sonra haiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən sonra iki rəkət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir.

Məsələ 462: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl edib bir rəkət, yaxud bir rəkətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks təqdirdə, onun qəzasını yerinə yetirməlidir.

Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, ehtiyat-vacib budur ki, o namazı təyəmmüm ilə qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından digər bir səbəbə görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn,

P:86

suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir.

Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk edərsə, namazını qılmalıdır.

Məsələ 465: Əgər hədəsdən pak olub bir rəkət qıla biləcək qədər vaxt qalmadığını güman edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını qılmalıdır.

Məsələ 466: Müstəhəbdir ki, heyzli qadın namaz vaxtında qanlarını təmizləsin, pambığı və dəstmalı dəyişsin, dəstəmaz alsın, əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin və namaz qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin.

Məsələ 467: Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin hər hansı yerini onun yazılarının arasına vurmaq və həmçinin həna və s. kimi şeylərlə rənglənmək, haiz qadına məkruhdur.

HAİZ QADINLARIN NÖVLƏRİ

Point

Məsələ 468: Haiz qadınlar altı qismdir:

1-Vəqtiyyə və ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl olaraq iki ayda, hər ayın müəyyən vaxtlarında heyz görsün, heyz olduğu günlərin sayı da, hər iki ayda bir-birinə bərabər olsun; məsələn: iki ay ardıcıl olaraq, hər birində, ayın əvvəlindən yeddisinə qədər qan görsün.

2-Vəqtiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl olaraq, iki ayın müəyyən günlərində heyz qanı görsün. Amma hər iki ayda heyz gördüyü günlərin sayı bir-birinə bərabər olmasın; məsələn: ardıcıl olaraq iki ayda, hər ayın əvvəlindən qan görsün. amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci gün qandan paklansın.

3-Ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, heyz günlərinin sayı, ardıcıl olan iki ayda, bərabər olsun, amma o iki qanın görünmə vaxtı eyni olmasın; məsələn: birinci ayda, ayın beşindən onuna qədər, ikinci ayda isə on ikisindən on yeddisinədək qan görsün.

P:87

4-Müztəribə; o qadındır ki, bir neçə ayda qan görsün, amma müəyyən bir adəti olmasın, yaxud adəti pozulusun və təzə bir adət də tapmamış olsun.

5-Mübtədiə; o qadındır ki, ilk dəfə olaraq qan görsün.

6-Nasiyə; o qadındır ki, öz adətini unutmuş olsun.

(Bunların hər birinin özünə məxsus hökmləri vardır ki, gələcək məsələlərdə deyiləcək.)

1 - VƏQTİYYƏ VƏ ƏDƏDİYYƏ ADƏT SAHİBLƏRİ OLAN QADINLAR

Məsələ 469: Vəqtiyyə və ədədiyyə adəti olan qadınlar iki qismdirlər:

1. İki ayda ardıcıl olaraq eyni vaxtda heyz qanı görüb, eyni vaxtda da pak olanlar; məsələn: iki ayda, hər ayın birinci günü qan görüb, yeddinci günü pak olsa, onun heyz adəti hər ayın birindən yeddisinə qədərdir.

2. Qadın iki ay ardıcıl müəyyən vaxtında heyz qanı görür və üç gün, yaxud daha çox qan gördükdən sonra bir gün və ya bir neçə gün pak olub yenidən qan görürsə və qan gördüyü günlərlə ortada pak olduğu günlər on gündən artıq olmasa və hər iki ayda qan gördüyü günlərlə ortada pak olduğu günlər eyni sayda olsa onun adəti qan gördüyü günlərin sayı qədərdir, qan görüb və ortada pak olduğu günlərin hamısı qədər deyil. Beləliklə gərək qan gördüyü və pak olduğu günlərin sayı hər iki ayda eyni olsun. Məsələn, əgər birinci ayda və həmçinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan görsə və üç gün pak olsa və ikinci dəfə üç gün qan görsə bu qadının adəti fərqli olaraq altı gündür. Arada pak olduğu 3 gündə isə, ehtiyat-vacibə görə, haizə haram olan işləri tərk etməli, müstəhazənin əməllərini də yerinə yetirməlidir. Əgər ikinci ayda qan gördüyü günlərin sayı az və ya çox olarsa, bu qadın ədədiyyə adətinin yox, vəqtiyyə adətinin sahibidir.

P:88

Məsələ 470: Vəqtiyyə adəti olan qadın (istər adəti-ədədiyyəsi də olsun, istərsə olmasın) əgər adət vaxtında bir gün və ya iki gün yaxud da çox qabaqcadan qan görsə «adəti qabaqa düşübdür» deyiləcək şəkildə bir neçə gün vaxtından qabaq qan görərsə o qanda heyz əlamətləri olmasa belə, heyzli qadınlar üçün deyilən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir.

Məsələ 471: Vəqtiyyə və ədədiyyə adəti olan bir qadın, əgər adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan görərsə, bu müddət birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız öz adət günlərində gördüyü qan heyzdir. Ondan qabaq və sonrakı günlərdə gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də adətindən qabaq qan görsə və hamısı birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız adət günləri heyz nişanələrini daşımasa belə heyzdir. Ondan qabaq gördüyü qanlarda heyzin əlamətləri olsa belə istihazədir. Belə ki, əgər o günlərdə ibadətlərini yerinə yetirməyibsə, gərək onları qəza etsin. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, adət günləri heyz, qalanı isə istihazədir.

Məsələ 472: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər bir miqdar adət günlərində və ondan əvvəl bir neçə gün qan görsə və üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olsa, adət günlərində gördüyü qan, adətindən bir neçə gün qabaq gördüyü qanın adəti miqdarına çatanı heyz, əvvəlki günləri isə istihazə hesab edilməlidir. Əgər adət günlərindən bir miqdarını və adətindən bir neçə gün sonra qan görsə və üst-üstə on gündən çox olmasa, hamısı heyzdir; əgər on gündən artıq olsa, adəti günlərində gördüyü qan ilə, sonrakı bir neçə gün

P:89

gördüyü qanın adət günlərinə çatdığı qədərini, gərək heyz hesab etsin, qalanlarını isə istihazə hesab etməlidir.

Məsələ 473: Adəti olan qadın üç gün, yaxud üç gündən daha artıq qan görüb paklansa və yenidən qan görsə, bu iki qan arasındakı zaman fasiləsi on gündən az olsa və qan gördüyü günlərin hamısı, arada pak olduğu günlərlə birlikdə on gündən artıq olsa; məsələn, beş gün qan görüb sonra beş gün pak olsa və yenidən beş gün qan görsə, bu halda bunun bir neçə şəkli vardır:

1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər ikinci qanda heyz əlamətləri olsa, onda birinci qan görmə günləri ilə ondan sonrakı pak olduğu günlərin hamısı on gündən artıq olmasa heyz, qalanı isə istihazədir. Məsələn, əgər üç gün qan görüb paklandıqdan sonra beş gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci qan görmənin dörd günü heyzdir. Aradakı pakolmada isə ehtiyat-vacibə görə qeyri-haizin vaciblərini yerinə yetirməli, haizə haram olan şeyləri isə tərk etməlidir.

2. Birinci qan adət günlərində olmasa və ikinci qanın hamısı, yaxud bir miqdarı adət dövrünə düşsə, gərək ikinci qanın hamısı heyz, birinci isə istihazə hesab etsin.

3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda birinci qanın adət günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan) hər iki qan heyzdir. Arada pak olduğu günlərdə isə ehtiyat-vacibə görə həm heyzdən pak olan qadının görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən çəkinməlidir. İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adəti qabaqa düşüb» deyilirsə, o da heyz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzli olmasına hökm vermək, 2-ci qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar düşməsinə səbəb olsa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn,

P:90

qadının adəti ayın üçündən onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri isə istihazədir.

4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa amma birinci qanın adət günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki üç günü heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki üç gün, aradakı paklıqla birgə on gündən çox olmayan hissəsini heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər yeddi gün olsa, ikinci dəfə gördüyü qanın hamısı istihazədir. Bəzi vaxtlar birinci qanın hamısını heyz hesab etsin. Bu isə iki şərtlə mümkündür:

1) «O qan adətini qabaqlamışdır» deyiləcək miqdarda adətdən əvvəl olmalı;

2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın üçündən onuna qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gününün sonuna qədər qan görüb iki gün pak olursa, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın onuncu gününün sonuna qədər olanı heyzdir.

Məsələ 474: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət vaxtında qan görməsə və ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin nişanələri olan qan görsə, istər adət vaxtından qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar versin.

Məsələ 475: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün, yaxud daha çox qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az, yaxud çox olsa və pak olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır:

1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olsa, o iki qanın cəmi, birlikdə bir heyz sayılır.

2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olsa, o qanların hər biri ayrıca bir heyz sayılar.

P:91

3. O iki qan arasındakı paklıq on gündən az olsa, amma o iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olun. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.

Məsələ 476: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan görsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa belə, o, heyzdir. Adət günlərindən sonra gördüyü qan isə heyzin xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn; heyz adəti ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər qan görsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir.

2 - VƏQTİYYƏ ADƏT SAHİBİ OLAN QADINLAR

Məsələ 477: Vaxt cəhətdən adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki qismdir:

1. İki ay ardıcıl müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən, lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay ardıcıl ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü hesablamalıdır.

2. İki ay ardıcıl müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan, sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, hər iki ayın əvvəlindən qan görsə ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir.

Məsələ 478: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq qan görərsə, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin geniş izahı 470-ci məsələdə deyilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə,

P:92

gördüyü qan heyz nişanələrini daşıyırsa, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli qadına haram olan əməllərdən çəkinməlidir.

Məsələ 479: Vəqtiyyə adəti olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın miqdarı on gündən çox olsa, onların bəzisində heyz nişanəsi olub bəzisində olmasa, heyz əlamətləri olan günlərin sayı on gündən çox, üç gündən az olmasa, onu heyz, qalanını istihazə hesab etməlidir. Əgər bir qan həmin şərtlə yenidən təkrar olsa, məsələn dörd gün heyz nişanələri, dörd gündə də istihazə nişanələri olan qan gəlsə, yenidən dörd gün heyzin nişanəsi, dörd gün də istihazə nişanəsi olan qan gəlsə, fəqət ilk qanı heyz hesab etməlidir, qalanı isə istihazədir, Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu heyz hesab etməli, onun sayını sonradan gələn iki yolla (qohumlarına müraciət etməklə ya da bir ədəd seçməklə) təyin etməlidir. Əgər on gündən artıq olsa, onun bir hissəsini o iki yoldan biri ilə heyz qərar verməlidir. Əgər heyzin miqdarını onun nişanələrinin vasitəsilə təyin edə bilməsə, yəni onun qanının hamısı bir növ nişanəyə malik olsa, yaxud heyz nişanələrinə malik olan qan on gündən artıq olsa, yaxud da üç gündən az olsa, gərək qohumlarından bəzisinin adətini özü üçün heyz qərar versin. İstər ata tərəfi olsun, istərsə ana; istər diri olsun, istərsə ölü, amma iki şərtlə:

1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsin, məsələn, özü cavan, səhhəti qüvvətli olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə yaisə yaşına yaxın olsun ki, adətən onun miqdarı az olur. Bu halın əksində də bu cürdür. Bunun mənası və hökmü 488-ci məsələdə gələcək.

2. Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət miqdarı ilə fərqi olduğunu bilməsin; Amma fərq hesab olunmayacaq dərəcədə az olsa, eybi yoxdur. Həmçinin vəqtiyyə adəti olan qadın əgər adət vaxtında əsla qan

P:93

görməsə və bu vaxtdan başqa on gündən artıq olan qan görərsə, heyzin miqdarını da nişanələrindən ayırd edə bilməsə, eyni hökmü daşıyır.

Məsələ 480: Vəqtiyyə adəti olan qadın heyzi, öz adət vaxtından kənarda qərar verə bilməz. Demək, əgər onun adətinin başlama vaxtı məlum olsa, məsələn, hər ay birinci gündən qan görmüş olsa və bəzən beşinci gün, bəzəndə altıncı gün pak olsa, belə ki, bir ayda on iki gün qan görsə və heyzin nişanələri ilə onun sayını müəyyən edə bilməsə, gərək ayın birinci günlərini heyz hesab etsin və onun sayında əvvəlki məsələdə deyilənə müraciət etsin. Əgər onun adətinin ortası və ya sonu məlum olarsa, on gündən artıq qan gördüyü təqdirdə, heyz sayını, onun ortası ilə sonu adət vaxtına müvafiq olan bir şəkildə qərar verməlidir.

Məsələ 481: Vəqtiyyə adəti olan qadın on gündən artıq qan görərsə və 479-cı məsələdə açıqlanan hökmə əsasən onu müəyyən edə bilməsə, üç gündən on günə qədər heyz miqdarı ilə uyğun gördüyü hər hansı bir miqdarı heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. Amma əgər özünə münasib görürsə, yeddi günü heyz qəbul etməsi daha yaxşıdır. Əlbəttə, əvvəlki məsələdə deyildiyi kimi, heyz qərar verdiyi günlərinin sayının adət vaxtı ilə uyğun olması labüddür.

3 - ƏDƏDİYYƏ ADƏTİ OLAN QADINLAR

1. İki ay ardıcıl heyz günlərinin sayının eyni miqdarda olmasına baxmayaraq, qan görmə vaxtı eyni olmayan qadın. Bu qadının qan gördüyü günlər hər nə qədərdirsə, bu onun heyz adəti sayılır. Məsələn; birinci ay, birinci gündən beşinci günə qədər, ikinci ay isə on birinci gündən on beşinci günə qədər qan görürsə, onun adəti beş gün olar.

2. İki ay ardıcıl üç gün və ya daha çox qan görüb, bir gün və ya daha çox paklandıqdan sonra, yenidən qan görən, lakin birinci və ikinci ayda qangörmə vaxtı fərqli olan qadın; bu xüsusda əgər

P:94

qan gördüyü günlərin sayı ilə arada kəsildiyi günlərin sayı, birlikdə on gündən artıq olmasa və qan gördüyü günlərin sayı da eyni olarsa, bütün qan gördüyü günlər heyz adəti olar. Arada pak olduğu günlərdə də ehtiyata əsasən, pak olan qadına vacib olan işləri yerinə yetirməli, haiz olan qadına haram olan işlərdən də çəkinməlidir. Məsələn; birinci ay, ayın birinci günündən üçüncü gününə qədər qan görüb iki gün pak olur və yenidən üç gün qan görürsə, ikinci ay da ayın on birindən on üçünə qədər qan görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, onun adəti altı gündür. Amma bir ayda məsələn; səkkiz gün qan görür və ikinci ayda dörd gün qan görüb paklanır, sonra yenidən qan görür və qan gördüyü bütün günlər, arada pak olduğu günlərlə birlikdə səkkiz gün olarsa, bu qadın adəti-ədədiyyə sahibi deyil, hökmü sonra açıqlanacaq müztəribə hesab olunur.

Məsələ 482: Ədədiyy adəti olan bir qadın, əgər öz adət sayından az və ya çox qan görürsə və müddəti on gündən artıq olmursa, onların hamısını heyz qərar verməlidir. Amma on gündən çox olarsa, gördüyü bütün qanlar eyni şəkildədirsə, qan gördüyü andan etibarən adət günlərinin sayını heyz, qalanını isə istihazə hesab etməlidir. Əgər gördüyü bütün qanlar eyni şəkildə olmasa və bir neçə günü heyz nişanələrini, qalanı isə istihazə nişanələrini daşıyırsa, əgər qanın heyz nişanəsi olan günləri adət günlərinin sayı ilə eyni ölçüdədirsə, o günləri heyz, qalanını istihazə hesab etməlidir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən artıq olsa, yalnız adət günlərinin qədəri heyz, qalanı isə istihazədir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən az olsa, o günləri, birlikdə hesablandığı zaman adət günlərinin sayının miqdarında olan bir neçə günlə birlikdə heyz, qalanını isə istihazə hesab etməlidir.

4 - MÜZTƏRİBƏ

Məsələ 483: Müztəribə yəni iki ay ardıcıl qan görən, lakin nə vaxt cəhətindən, nə də sayı cəhətindən bir adət tapmamış qadındır. Belə bir qadın, əgər on gündən çox qan görsə və

P:95

gördüyü bütün qanlar eyni şəkildə olarsa, yəni onların hamısı heyz nişanələrini, yaxud istihazə nişanələrini daşıyarsa, ehtiyata əsasən bu qadın öz adət vaxtından kənar qan görüb, nişanədən heyzi istihazədən ayırd edə bilməyən, vəqtiyyə adəti olan qadının hökmünü daşıyır. Belə ki, bu qadın öz qohumlarının bəzisinin adətini özü üçün heyz qərar verməlidir. Bu mümkün olmadığı təqdirdə isə, 479 və 481-ci məsələdə deyildiyi kimi, üç günlə on gün arasında bir neçə günü özü üçün heyz qərar verməlidir.

Məsələ 484: Əgər müztəribə bir neçə günü heyz və bir neçə günü də istihazə nişanələrini daşıyan halda on gündən çox qan görərsə, 479-cı məsələnin əvvəlində deyilən göstərişə əməl etməlidir.

5 - MÜBTƏDİƏ

Məsələ 485: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cu məsələdə deyilən iki şərtlə gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar versin. Əgər bu mümkün olmasa, 481-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir.

Məsələ 486: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər bir neçə günü istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar verməlidir.

Məsələ 487: Mübtədiə, əgər on gündən artıq qan görsə, ondan bir neçə günü heyz nişanəsi və digər neçə günü istihazə

P:96

nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az, yaxud on gündən çox olarsa, gərək 479-cı məsələdə deyilmiş göstərişə əməl etsin.

6 - NASİYƏ

Məsələ 488: Nasiyə öz adətinin zamanını və ya miqdarını yaxud hər ikisini unudan qadına deyilir. Əgər bu qadın üç gündən az on gündən çox olmayan bir qan görsə hamısı heyzdir. Əgər on gündən artıq olsa, o bir neçə qismdir:

1-Say baxımından və ya vaxt yaxud da hər ikisində adət sahibi olur və öz adətini bütünlüklə unudur; hətta icmalən olsa belə, vaxt və sayını yadına sala bilməsə, bu qadın yuxarıda deyilən mübtədiə hökmündədir.

2-Vəqtiyyə adəti olsun, istər ədədiyyə də olsun, istər olmasın, amma öz adətinin vaxtından icmal olaraq bir şey xatırlayır. Məsələn bilir ki, filan gün onun adətinin bir hissəsi idi, yaxud onun adət dövrü ayın birinci yarısında olurdu. Belə qadının hökmü mübtədiə kimidir. Amma heyzin elə bir vaxta qərar verməməlidir ki, dəqiq şəkildə adətinin əksinə olsun. Məsələn, ayın 17-si onun adətinin bir günü olduğunu, ya onun adəti ayın ikinci yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən 20-ə qədər qan görsə öz adətini ayın ilk on günündə qərar verə bilməz. Hətta əgər heyzin nişanələrini, ikinci on günlük isə istihazənin nişanələrini daşısa belə.

3-Ədədiyyə adəti olub adətinin miqdarını unutmuş olsa; bu qadın da mübtədiə hökmündədir, amma heyz qərar verdiyi miqdar, heyzin sayı o miqdardan az olduğunu bildiyi bir miqdardan az qərar verə bilməz. Həmçinin adətinin sayını o miqdardan artıq olmadığı miqdardan artıq da qərar verə bilməz. Gərək bu məsələyə naqis ədədiyyə adətində də riayət edilsin. Naqisə yəni adət sayları (iki ədəd arasında tərəddüdlü olsun) üç gündən artıq və on gündən az olmaq arasında tərəddüdlü olan qadına deyilir, onlar kimi, hər ay altı və ya yeddi gün qan görən bir qadın heyz xüsusiyyətlərini və ya qohumlarından bəzisinin

P:97

adətini yaxud da on gündən artıq qan gördüyü zaman, bir sayı seçə bilməz, (bu o haldadır ki, on gündən çox qan görsün) altı gündən az və yeddi gündən çoxu heyz qərar verə bilməz.

HEYZİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ 489: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk etsinlər. Əgər sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri qəza etsinlər.

Məsələ 490: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtında olsun, istərsə heyzin sayında və ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, əgər iki ay ardıcıl öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı, həm də sayı eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın birindən yeddisinə qədər qan görüb paklanırdısa, əgər iki ayın onundan on yeddisinə qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur.

Məsələ 491: Bir aydan məqsəd, adəti vəqtiyyənin təyin olunduğu haldan başqa qan görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil. Amma vəqtiyyə adətin təyin olunduğu hal isə şəmsi deyil, qəməri, ayıdır.

Məsələ 492: Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görərsə və onların biri heyz nişanələrini daşımasa da, arada pak olduğu günlərin sayı on gündən az olmasa, hər ikisini də heyz hesab etməlidir.

Məsələ 493: Əgər heyzi, qanın xüsusiyyətlərindəki fərqə görə ayırd edən qadın üç gün və daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı heyz saymalıdır.

P:98

Əgər iki qandan biri adət günlərində olsa, aradakı on günün də hamısının istihazə olması, yaxud bir qisminin heyz olması məlum olmasa, bu halda adət günlərində gördüyü qan heyz, qalanları istihazədir.

Məsələ 494: Əgər qadın on gündən qabaq paklanıb və batində qan qalmadığını bilərsə, on gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini guman etsə belə, ibadətləri üçün qüsl etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa, əvvəldə deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan şeyləri də tərk etməlidir.

Məsələ 495: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi icazəli deyil. İstibra bundan ibarətdir ki, fərcinə bir az pambıq daxil edib, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət sayılan heyz zamanı pak olduqları müxtəsər miqdardan çox gözləməlidir). Pambıq pakdırsa, qüsl etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa sarı rəngli su belə bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya adəti on gündürsə, ya da adət günləri hələ tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir. Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu günün başında paklanacağını bilirsə, qüsl etməməlidir.

Məsələ 496: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət etməzsə və sonradan o zaman heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər bir neçə günü də «heyz deyil» gumaniylə ibadət edib sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir.

P:99

NİFAS

Məsələ 497: Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan etibarən, qadından gələn, on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır bu şərtlə ki, ona doğuş qanı deyilə bilsin. Nifas halında olan qadına nəfsa deyilir.

Məsələ 498: Qadından, uşağın ilk üzvünün çölə gəlməsindən qabaq gördüyü qan, nifas deyildir.

Məsələ 499: Uşağın xilqətinin tamamlanmış olması lazım deyildir. Natamam doğulan uşaq bağlı (laxta) qan surətində olan ələqə, ya ət parçası şəklində olan müzğə halətindən keçmiş olsa və düşsə, qadının on günə qədər gördüyü qan, nifas qanıdır.

Məsələ 500: Nifas qanı, bir anlıqdan artıq gəlməyə bilər. Amma on gündən də artıq ola bilməz.

Məsələ 501: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində şəkk etsə, yaxud düşən şeyin uşaq olub-olmadığında şəkk etsə, araşdırmağı lazım deyil və ondan xaric olan qan şərən nifas qanı deyil.

Məsələ 502: Haizə vacib olan işlər nəfsaya da vacibdir. Ehtiyat-vacibə görə, məsciddə dayanmaq, digər qapıdan çıxmaq olmadan daxil olmaq iki məsciddən (Məscidül-həram və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Quranın yazısına və Allahın adına toxunmaq nəfsaya haramdır.

Məsələ 503: Nifas halında olan qadına təlaq vermək və onunla yaxınlıq etmək haramdır. Amma kəffarəsi yoxdur.

Məsələ 504: Ədədiyyə adəti olmayan qadının qanı on gündən keçməsə, onun hamısı nifasdır. Əgər on gündən əvvəl pak olsa, gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin. Əgər sonra bir dəfə, yaxud çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu günlər birlikdə on gün və ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak olduğu günlərdə gərək

P:100

ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin, nüfəsaya haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, gərək qəza etsin. Əgər sonda gördüyü qan on günü keçərsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on gündən sonrasını da istihazə qəbul etməlidir.

Məsələ 505: Ədədiyyə adəti olan qadının (doğuşdan sonra) gördüyü qan, adət günlərindən artıq olsa, on gündən keçməsə də ehtiyat-vacibə görə, adət günlərindən sonrakı günlərdə nüfəsaya haram olan işləri, tərk edib müstəhazəyə vacib olanları əmələ gətirsin. Əgər bir dəfədən artıq qan görsə, və onların arasında pak olsa, adət günləri qədərini nifas qərar versin, ehtiyata əsasən aradakı pak olduğu günlərdə və adətindən artıq qan gördüyü günlərdə nəfsaya haram olanları tərk edib vacib olanları əmələ gətirsin.

Məsələ 506: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğuna ehtimal verərsə, ya ehtiyat olaraq qüsl etməli, və ibadətləri yerinə yetirməli, ya da istibra etməlidir. İbadətlərini istibra olmadan tərk etməsi icazəli deyil. İstibranın qaydası 495-cı məsələdə qeyd olunub.

Məsələ 507: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə olar. Əgər öz adətini unutmuşdursa, adətin ehtimal verdiyi ən yüksək ədədi fərz etməlidir. Ehtiyat-müstəhəb budur ki, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qadın 10-cu gündən etibarən doğumun on səkkizinci gününə kimi istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin.

Məsələ 508: Heyzdə ədədiyyə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha artıq ardıcıl qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan sonra gələn on gün boyunca gördüyü qan, adəti vəqtiyyə sahibi olsa belə və aylıq adət günlərində olsa belə, istihazədir. Məsələn; heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın, əgər ayın onunda doğarsa və bir ay və ya daha artıq ardıcıl qan görərsə, ayın on yeddisinə qədər nifas və on yeddinci gündən etibarən on

P:101

gün, hətta öz adət günləri olan ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra gördüyü qan isə, adəti vəqtiyyə sahibi olsa və gördüyü qan adət günlərində olmasa, gözləməsi bir ay ya daha çox belə çəksə və bu müdət ərzində qan heyz nişanələrini daşısa belə, adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün olduğu təqdirdə, heyzini onun nişanələri ilə təyin etməlidir (bunun qaydası 479-cı məsələdə qeyd olundu). Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü qanların hamısı eyni şəkildə olsa və bir ay və ya bir neçə ay eyni halda davam edərsə, hər ay öz qohumlarından bəzisinin heyz adətini (479-cı məsələdə deyilən əsasda) özünə heyz qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi sayı heyz olaraq seçməlidir. Bu məsələlərin geniş açıqlanması 481-ci məsələdə izah olunmuşdur.

Məsələ 509: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya daha çox ardıcıl qan görərsə, onun ilk on günü nifas, ikinci on günü isə istihazədir. Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola bilər. Heyzi təyin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir.

P:102

MƏSS-MEYYİT QÜSLÜ

Məsələ 510: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə məss edərsə, yəni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istərsə ayıqlıqda, istər ixtiyari olsun, istərsə qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri meyyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyyit (meyyitə toxunmaq) qüslü etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir.

Məsələ 511: Bədəni tamamilə soyumamış ölüyə məss etdikdə, hətta bədəninin soyumuş hissələrinə məss etsə də, qüsl vacib deyildir.

Məsələ 512: Əgər öz tükünü meyyitin bədəninə toxundursa, yaxud öz bədənini meyyitin tükünə və ya tükünü meyyitin tükünə toxundursa, qüsl vacib deyildir.

Məsələ 513: Uşaq ölü şəkildə dünyaya gəlsə ehtiyat-vacibə görə onun anası gərək məssi-meyyit qüslü etsin. Anası öldükdən sonra dünyaya gələn uşaq, baliğ olduqdan sonra ehtiyat-vacibə görə məssi-meyyit qüslü etməlidir.

Məsələ 514: Əgər bir adam, üç qüslü tamamilə verilmiş meyyitə məss etsə, ona qüsl vacib deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyyit qüslü etsin.

Məsələ 515: Əgər dəli və ya baliğ olmayan uşaq meyyitə toxunsa, o dəli ağıllandıqdan sonra və uşaq baliğ olandan sonra, gərək məss-meyyit qüslü etsin. Əgər uşaq müməyyiz olsa, qüslü səhihdir.

Məsələ 516: Əgər diri bədəndən, yaxud qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa, ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, məss-meyyit qüslü lazım deyil. Əgər o

P:103

hissədə sümük olmuş olsa da hökm eynidir. Amma bir kəsin bədəni tikə-tikə olsa, bir adam onların hamısnı, yaxud əksər hissəsini məss etsə, qüsl vacibdir.

Məsələ 517: Qüslü verilməmiş bir sümüyə toxunmaq, üçün istər ölüdən ayrılmış olsun, istərsə də canlı insandan, qüsl vacib olmaz. Həmçinin ölü və ya diri insandan ayrılan dişə toxunmaq da eyni hökmü daşıyır.

Məsələ 518: Məss-meyyit qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir və dəstəmaz əvəzindən kifayət edir.

Məsələ 519: Əgər bir neçə meyyitə toxunsa, yaxud bir meyyitə neçə dəfə məss etsə, bir qüsl kifayətdir.

Məsələ 520: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma namaz və bu kimi əməllər üçün qüsl etməlidir.

P:104

MÖHTƏZİRİN (CAN VERƏNİN) HÖKMLƏRİ

Point

Məsələ 521: Mühtəziri, yəni can verməkdə olan bir mömini, istər kişi olsun, istərsə qadın, istər böyük olsun, istərsə kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə, ayaqlarının altı qibləyə tərəf arxası üstə uzatmalıdırlar.

Məsələ 522: Meyyitin qüslü tamam olmayanadək onu əvvəlki məsələdə deyildiyi kimi, üzü qibləyə uzatmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra, ona namaz qılınan zaman uzandırıldığı şəkildə uzatmaq daha yaxşıdır.

Məsələ 523: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. Belə ki, mühtəzirin özü razı olsa və qasir də olmasa, bu iş üçün onun vəlisindən icazə almaq lazım deyildir. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən lazımdır.

Məsələ 524: Müstəhəbdir ki, can verən halda olan hər şəxsə, iki şəhadət kəlmələrini (kəlmeyi şəhadəti), on iki İmamın (ələyhis-səlam) adlarını və s. kimi haqq əqidələrini, elə təlqin etsinlər ki, başa düşsün. Həmçinin, müstəhəbdir ki, qeyd olunan əməllləri öldüyü ana qədər təkrar etsinlər.

Məsələ 525: Müstəhəbdir bu duanı can verən şəxsə elə təlqin etsinlər ki, başa düşsün:

أَللَّهُمَّ اغْفِرْلِیَ الْکَثِیرَمِنْ مَعَاصِیکَ وَاقْبَلْ مِنِّی الْیَسِیرَ مِنْ طَاعَتِکَ یَا مَنْ یَقْبَلُ الْیَسِیرَ وَیَعْفُ عَنْ الْکَثِیر إِقْبَلْ مِنِّی الْیَسِیرَ وَاعْفُ عَنِّی الْکَثِیرَ إِنَّکَ أَنْتَ الْعَفُوُّ الْغَفُورُ أَللهُمَّ ارْحَمْنِی فَإِنَّکَ رَحِیم.

Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-yəsir, və yə`fu ənil-kəsir, iqbəl minnil-yəsir və`fu ənnil-kəsir, innəkə əntəl-əfuvvul-ğəfur. Əllahummərhəmni fəinnəkə rəhim.

P:105

Məsələ 526: Müstəhəbdir ki, çətin can verən insanı narahat olmadığı halda, namaz qıldığı yerə aparsınlar.

Məsələ 527: Müstəhəbbdir ki, can verən şəxsin rahat olması üçün başı üstündə mübarək“Yasin”, “Saffat”, “Əhzab”, surələri, “Ayətəl-kürsi”, “Əraf” surəsinin 54-cü ayəsi və “Bəqərə” surəsinin son üç ayəsini, eləcə də Qurandan mümkün olan digər ayələri oxusunlar.

Məsələ 528: Can verən şəxsi tək qoymaq, onun qarnının üstünə ağır bir şey qoymaq, cənabətli, heyzli şəxslərin onun yanında olması, həmçinin onun yanında çox danışmaq, ağlamaq, qadınları can verənin yanında tək qoymaq məkruhdur.

ÖLÜMDƏN SONRANIN HÖKMLƏRİ

Məsələ 529: Ölümdən sonra müstəhəbdir ki, meyyitin ağzını, gözlərini, çənəsini bağlasınlar, əllərini və ayaqlarını uzatsınlar, onun üstünə parça çəksinlər. Əgər gecə ölübsə, öldüyü yerdə çıraq yandırsınlar və onu dəfn etmək üçün möminlərə xəbər versinlər. Onu dəfn etməkdə tələssinlər. Amma onun ölümünə yəqinlikləri olmasa, gərək gözləsinlər ki, məlum olsun. Əgər meyyit hamilə olsa və qarnındakı uşaq diri olsa, gərək dəfn işini o qədər təxirə salsınlar ki, onun böyrünü yarıb uşağı çölə çıxartsınlar, sonra yarılan yeri tiksinlər.

MEYYİTİN QÜSL, KƏFƏN, NAMAZ VƏ DƏFNİNİN VACİBATI

Məsələ 530: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imama e`tiqdı olmasa da, onun vəlisinə vacibdir. Vəli bu işləri özü görməli və ya başqa birini ona məmur etməlidir. Bu işləri bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. Əgər dəfn və bu kimi işləri

P:106

vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin üzərindən götürülər, onları yenidən yerinə yetirmək lazım deyildir. Əgər meyyitin vəlisi olmasa, yaxud vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, digər mükəlləflərə vacibi-kifayidir ki, onun işlərini yerinə yetirsinlər. Əgər bəziləri yerinə yetirsələr, başqalarının boynundan götürülür. Əgər heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyyitin vəlisi imtina edən surətdə onun icazəsi şərt deyil.

Məsələ 531: Əgər bir şəxs meyyitin işləri ilə məşğul olsa, başqasına bu işlə məşğul olmaq vacib deyildir. Amma əgər o əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər.

Məsələ 532: Əgər insan, başqa birisinin meyyitin işləri ilə məşğul olduğuna əmindirsə, meyyitin işləri ilə məşğul olması ona vacib deyildir. Amma əgər şəkk və ya guman edərsə, gərək məşğul olsun.

Məsələ 533: Bir şəxs meyyitin qüsl, kəfən, namaz və ya dəfninin batil şəkildə yerinə yetirildiyini bilərsə, yenidən yerinə yetirməlidir. Amma əgər batil olduğunu guman edərsə və ya düzgün olub-olmadığında şəkk edərsə, məşğul olması lazım deyildir.

Məsələ 534: Qadının vəlisi onun əridir. Bundan başqa hallarda isə, irsin təbəqələrində deyildiyi kimi, varis meyyitin vəlisidir, irs aparan kişilər, aralarındakı tərtibə əsasən, qadınlardan qabaqdırlar. Meyyitin atasının meyyitin oğlundan, meyyitin babasının onun qardaşından, meyyitlə atabir-anabir qardaş olanın yalnız ata və ana tərəfdən olan qardaşından, yalnız ata tərəfdən olan qardaşının ana tərəfdən olan qardaşından və əmisinin meyyitin dayısından irəli olması işkallıdır. Başqa sözlə, belə hallarda ehtiyata əməl olunmalıdır. Əgər vəli bir neçə nəfər olsa, birinin icazəsi kifayətdir.

Məsələ 535: Həddi-büluğa çatmamış uşaq və dəli, meyyitin işlərini yerinə yetirməkdə vəli deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri meyyitin işlərini görməyə təyin edə bilməyən qaib bir şəxsin vilayət haqqı yoxdur.

Məsələ 536: Əgər bir şəxs “mən meyyitin vəlisiyəm” və ya “meyyitin vəlisi mənə, meyyitin qüsl, kəfən və dəfn işlərini

P:107

yerinə yetirmək üçün izn vermişdir” və yaxud “meyyitin bütün işlərini tədarük görməydə mən onun vəsisiyəm” deyərsə, bu halda əgər ona xatircəmlik hasil olarsa, yaxud meyyit onun ixtiyarında olsa və yaxud da iki adil şəxs onun dediyi sözün doğruluğuna şəhadət verərlərsə, onun sözü qəbul edilməlidir.

Məsələ 537: Əgər meyyit özünün qüsl, kəfən, dəfn və namazı üçün vəlisindən qeyrisini təyin edərsə, bu işləri yerinə yetirmənin vilayəti ona aiddir. Meyyitin bu işləri yerinə yetirməsinə vəsiyyət etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım deyildir. Amma əgər qəbul edərsə, gərək ona əməl etsin.

MEYYİT QÜSLÜNÜN QAYDASI

Məsələ 538: Meyyitə üç qüsl vermək vacibdir:

1. Sidr ilə qarışmış su ilə;

2. Kafur ilə qarışmış su ilə;

3. Xalis su ilə;

Məsələ 539: Sidr və kafur, gərək suyu müzaf edəcək qədər çox olmasin; habelə, həddindən artıq az da olmamalıdır ki, “ona sidr və kafur qatılmayıb” deməsinlər.

Məsələ 540: Əgər lazım olan miqdarda sidr və kafur tapılmasa, ehtiyat-müstəhəb budur ki, tapılan miqdarı suya töksünlər.

Məsələ 541: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməz, onun əvəzində xalis su ilə qüsl verilməlidir. Amma onun ehramı təməttö-həcci ehramıdırsa, təvaf, namaz və səyi tamamlanmışsa, yaxud da qiran və ya ifrad həcci ehramında olub həlq etmiş olursa, bu iki halda ona kafurlu su ilə qüsl verilməsi lazımdır.

Məsələ 542: Əgər sidr və kafur, yaxud bunlardan biri tapılmasa və ya onun istifadəsi caiz olmasa, məsələn: qəsbi olasa, gərək ehtiyata əsasən ona bir təyəmmüm verilsin, meyyitə

P:108

hər biri ilə qüsl vermək mümkün deyilsə əvəzinə xalis su ilə qüsl verilsin.

Məsələ 543: Meyyitə qüsl verən aqil, müsəlman və ehtiyat-vacibə əsasən on iki imam şiəsi olmalıdır. Həmçinin qüsl məsələlərini də bilməlidir. Əgər müməyyiz uşaq qüslü səhih şəkildə yerinə yetirsə, kifayət edər. Həmçinin 12 imamçı olan şiə məzhəbli başqa məzhəbdə olan müsəlman meyyitə öz həmməzhəbi, məzhəbinin qaydası üzrə qüsl versə, təklif 12 imamçı mö`minin öhdəsindən götürülür. Amma əgər o, meyyitin vəlisi olsa, təklif onun öhdəsindən götürülmür.

Məsələ 544: Meyyitə qüsl verən şəxsin qürbət qəsdi olmalıdır, qüslü Allah-taalanın əmrini yerinə yetirmək məqsədilə verməsi kifayətdir.

Məsələ 545: Müsəlman uşağına qüsl vermək, hətta zinadan doğulmuş olsa belə, vacibdir. Kafirin və onun övladının qüsl, kəfən və dəfni vacib deyildir. Kafirin övladı müməyyiz olub İslamı izhar etsə, müsəlmandır. Uşaqlıqdan dəli olub, bu halda baliğ olan şəxsin, ata-anası müsəlmandırsa gərək qüsl verilsin.

Məsələ 546: Siqt olan (düşən, salınan) uşaq, əgər dörd aylıq və ya daha çox olarsa, ona qüsl verilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quruluşu tamamlanmış olarsa, ehtiyata əsasən ona qüsl verilməlidir. Bu iki haldan başqa, sair hallarda ehtiyat-vacibə əsasən, bir parçaya bükülərək, qüsl verilmədən dəfn edilməlidir.

Məsələ 547: Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da naməhrəm kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə, ər də öz arvadına qüsl verə bilər.

Məsələ 548: Kişi müməyyiz olmayan qız uşağına və qadın da müməyyiz olmayan oğlan uşağına qüsl verə bilər.

Məsələ 549: Məhrəm olan şəxslər bir-birlərinə qüsl verə bilərlər. İstər ana, bacı kimi nəsəbi olsun, istərsə süd əmmək vasitəsilə və ya evlənmək yolu ilə ona məhrəm olsunlar. Qüslün (övrətdən başqa) libas altından verilməsi, yaxşı olmasına baxmayaraq, lazım deyil, amma ehtiyat-vacibə əsasən, kişi məhrəm olan qadına o halda qüsl verə bilər ki, ona qüsl verəcək

P:109

bir qadın tapılmasın və həmçinin (kişiyə qüsl verə biləcək kişi tapılmasa, məhrəm qadın qüsl verə bilər.)

Məsələ 550: Əgər meyyit və ona qüsl verən hər ikisi kişi, yaxud hər ikisi qadın olsa, yaxşı olar ki, övrətdən başqa meyyitin başqa yerləri açıq olsun. Amma daha yaxşısı budur ki, libasın altından qüsl versinlər.

Məsələ 551: Meyyitin övrətinə baxmaq ər və arvaddan başqasına haramdır, əgər ona qüsl verən adam baxsa, günah edib, lakin qüsl batil olmaz.

Məsələ 552: Əgər meyyitin bədəninin bir yerində eyni-nəcis olsa, qüsl verməzdən əvvəl oranı paklamaq lazımdır. Meyyitin bütün bədəninin, qüsl verilməzdən əvvəl nəcasətdan pak olması daha yaxşıdır.

Məsələ 553: Meyyit qüslü, cənabət qüslü kimidir. Ehtiyat-vacibə görə tərtibi qüsl vermək mümkün olduğu vaxta qədər, meyyitə irtimasi qüsl verilməsin. Tərtibi qüsldə sağ tərəfin, sol tərəfdən əvvəl yuyulması lazımdır.

Məsələ 554: Heyz və ya cənabət halında ölən bir şəxsə, heyz və cənabət qüslü vermək lazım deyil, meyyit qüslü kifayətdir.

Məsələ 555: Meyyitə qüsl vermək üçün muzd (əmək haqqı) almaq, ehtiyat-vacibə əsasən, haramdır. Əgər bir kəs muzd almaq üçün meyyitə qüsl versə, belə ki, bu iş qəsdi-qürbətə zidd olsa, o qüsl batildir. Amma qüsldən qabaq bəzi hazırlıq işləri üçün muzd almaq haram deyildir.

Məsələ 556: Şəriət qaydalarına görə meyyit qüslündə cəbirə qüslü yoxdur. Əgər su tapılmasa və ya sudan istifadə etməyin maneəsi vardırsa, qüsl əvəzinə meyyitə bir təyəmmüm verməlidirlər. Amma ehtiyat-müstəhəb budur ki, üç təyəmmüm versinlər.

Məsələ 557: Meyyitə təyəmmüm verən şəxs, öz əlini torpağa vurub, meyyitin üzünə və əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, ehtiyat-müstəhəbə əsasən, meyyitin öz əli ilə ona təyəmmüm verilməlidir.

P:110

MEYİTİN KƏFƏNİNİN HÖKMLƏRİ

Məsələ 558: Müsəlman meyyiti, gərək “fitə” (long), “köynək” və “sərtasər” adlanan üç parça ilə kəfənə bükülsün.

Məsələ 559: Ehtiyat-vacibə əsasən fitə gərək göbəkdən dizə qədər bədəni örtsün. Daha yaxşı olar ki, sinədən ayağın üstünə qədər çatsın. Köynək gərək ehtiyat-vacibə əsasən çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşısı budur ki, ayağın üstünə çatsın. Amma sərtasər gərək bütün bədəni örtsün. Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri tərəfinin üstünə gələcək qədər olması ehtiyat-vacibə əsasəndir.

Məsələ 560: Əvvəlki məsələdə deyilən kəfənin vacib miqdarı meyyitin malının əslindən götürülür. Məlum və adi qaydada, eləcə də meyyitin şəninə uyğun kəfənin normal olan müstəhəb miqdarı da meyyitin malının əslindən götürülə bilər. Amma ehyiyat-müstəhəbə görə kəfənin vacib miqdarından artığını, baliğ olmayan varislərin payından götürməsinlər.

Məsələ 561: Bir şəxs kəfənin müstəhəbb olan miqdarını, onun malının üçdə birindən götürmələrini vəsiyyət edərsə və ya malının üçdə birini onun özünə xərcləməyi vəsiyyət etmiş olsa, lakin onun haraya sərf ediləcəyini təyin etməmiş olsa, yaxud onun sərf ediləcəyi yerin yalnız bir miqdarını təyin etmiş olsa, kəfənin müstəhəbb olan miqdarını normadan artıq olsa belə, onun malının üçdə birindən götürə bilərlər.

Məsələ 562: Əgər meyyit, kəfəni malının üçdə birindən götürməsini vəsiyyət etməmişdirsə, bu halda kəfəni onun malının əslindən götürmək istəsələr, gərək 561-ci məsələdə söyləniləndən artığını, meyyitin şəninə layiq olmadığı, xalq arasında adət olmayan müstəhəb şeyləri onun malının əslindən götürməsinlər. Əgər normadan daha bahalı bir şeyi kəfən üçün götürsələr, onun artıq qiymətini malın əslindən verə bilməzlər, amma vərəsələrdən baliğ olanlar öz paylarından götürülməsinə izn versələr, onların izn verdikləri miqdarda onların paylarından götürə bilər.

P:111

Məsələ 563: Qadının özünün malı olsa da, kəfəni ərin öhdəsindədir. Əgər qadına (təlaq əhkamında izah olunacağı kimi) rici təlaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, əri onun kəfənini verməlidir. Əgər əri baliğ olmasa və ya dəli olarsa, ərinin vəlisi qadının kəfənini onun malından verməlidir.

Məsələ 564: Sağlığında yaşayış xərcləri qohumlarına vacib olan şəxs, öləndən sonra kəfəni, onlara vacib deyil.

Məsələ 565: Əgər meyyitin, kəfən hazırlamaq üçün malı olmasa, çılpaq dəfn edilməsi icazəli deyil; ehtiyata əsasən müsəlmanlara vacibdir ki, onu kəfənə büksünlər, onun xərcini də zəkatdan hesablamaları caizdir.

Məsələ 566: Ehtiyat-vacibə əsasən, kəfən üçün istifadə olunan hər üç parça, meyyitin bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. Amma hər üçünü birləşdirdikdə, meyyitin bədəni onların altından görünməyəcək şəkildə olarsa, kifayətdir.

Məsələ 567: Qəsbi şeylə kəfən etmək, başqa şey tapılmasa da icazəli deyil. Əgər meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, dəfn etmiş olsalar da, gərək onu bədənindən çıxartsınlar. Bəzi hallar istisnadır onlar haqda geniş danışmaq bəhsdən xaricdir.

Məsələ 568: Nəcis, xalis ipək parça və ehtiyat-vacibə əsasən qızıl ilə toxunmuş parça ilə meyyiti kəfən etmək icazəli deyil, amma çarəsiz halda eybi yoxdur.

Məsələ 569: İxtiyar halında murdar olmuş heyvanın nəcis dərisi ilə kəfən etmək caiz deyil. Hətta murdar olmuş heyvanın pak dərisi ilə və həmçinin ehtiyat-vacibə əsasən əti haram olan heyvanın tük, yaxud yunundan hazırlanmış parça ilə ixtiyar halında icazəli deyil. Amma əgər kəfən, əti halal olan heyvanın dəri, yun ya tükündən olsa, eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, bu ikisi ilə də kəfən edilməsin.

Məsələ 570: Əgər meyyitin kəfəni öz nəcasəti və ya başqa bir nəcasətlə nəcis olarsa, belə ki, kəfən xarab olmasa, qəbrə qoyulduqdan sonra olsa belə, nəcis olan miqdarı yuyulmalı və ya kəsilməlidir. Əgər onu yumaq və ya kəsmək mümkün deyilsə, dəyişdirilməsi mümkün olduğu təqdirdə dəyişdirilməlidir.

P:112

Məsələ 571: Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs ölsə, gərək başqaları kimi kəfən olunsun, başını və üzünü örtməyin eybi yoxdur.

Məsələ 572: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu hazırlaması müstəhəbbdir.

HƏNUTUN HÖKMLƏRİ

Məsələ 573: Qüsldən sonra meyyitin hənut olunması vacibdir; yəni alnına, əllərinin içinə, dizlərinə və ayaq baş barmaqlarının ucuna, bir qədər onların üzərində qalacaq şəkildə, sürtməklə olmasa belə, kafur vurulmalıdır. Meyyitin burnunun ucuna da kafur sürtmək müstəhəbbdir. Gərək kafur təzə, pak, mubah (qəsbi olmayan) və əzilmiş olsun. Əgər köhnə olduğuna görə iyi aradan getsə, kifayət deyildir.

Məsələ 574: Ehtiyat-müstəhəb budur ki, kafuru əvvəlcə meyyitin alnına sürtsünlər, amma başqa yerlərdə tərtib şərt deyildir.

Məsələ 575: Daha yaxşı olar ki, kəfənə bükməmişdən əvvəl, meyyitə hənut vursunlar. Amma kəfənə bükmə əsnasında və ondan sonra da vurmağın maneəsi yoxdur.

Məsələ 576: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hənut etmək icazəli deyildir. 542-ci məsələdə izah olunan iki hall istisnadır.

Məsələ 577: Etikaf bağlayan və əri ölüb, iddəsi tamam olmayan qadın özünü ətirləməsinin haram olmasına baxmayaraq, ölərsə, ona hənut vurmaq vacibdir.

Məsələ 578: Ehtiyat-müstəhəb budur ki, meyyitə müşk, ənbər, ud və sair xoş ətirlər vurmasınlar. Bunları kafurla da qarışdırmasınlar.

Məsələ 579: Müstəhəbdir ki, Həzrət Seyyidüş-şühədanın (ələyhis-səlam) türbətindən bir qədər kafura qarışdırsınlar. Amma gərək o kafurdan ehtiramsızlıq olan bədən üzvlərinə

P:113

vurmasınlar. Həmçinin, gərək türbət o qədər çox olmasin ki, kafurla qarışanda daha ona kafur deyilməsin.

Məsələ 580: Əgər kafur tapılmazsa və ya təkcə qüsl miqdarında olarsa, hənut lazım deyil əgər qüslə istifadə olunan miqdardan çox olarsa, amma yeddi üzvün hənutuna çatmasa, ehtiyat-müstəhəbbə əsasən, gərək əvvəlcə alnına vursunlar. Əgər çox qalarsa, başqa üzvlərə vursunlar.

Məsələ 581: İki ədəd yaş və təzə çubuğu meyyitlə birlikdə qəbrə qoymaq müstəhəbbdir.

MEYYİT NAMAZININ HÖKMLƏRİ

Məsələ 582: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyyitinə, namaz qılmaq vacibdir.

Məsələ 583: Ehtiyat-vacibə əsasən altı yaşı tamam olmayan amma namazın nə olduğunu başa düşən uşağa namaz qılmaq lazımdır. Əgər namazın nə olduğunu bilmirsə, rəcaən ona namaz qılmağın maneəsi yoxdur. Ancaq dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb deyildir.

Məsələ 584: Meyyit namazı qüsl, hənut və kəfəndən sonra qılınmalıdır. Əgər bunlardan qabaq və ya bu əməlləri yerinə yetirərkən qılınsa məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, kifayət deyildir.

Məsələ 585: Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü, yaxud təyəmmümlü olması və bədəninin və ya libasının pak olması lazım deyil. Əgər onun libası qəsbi olsa da, eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə riayət etməsi daha yaxşıdır.

Məsələ 586: Meyyitə namaz qılan şəxs, gərək üzü qibləyə dayansın. Həmçinin vacibdir ki, meyyiti onun qarşısında arxası üstə elə uzatsınlar ki, başı namaz qılanın sağ tərəfində, ayağı isə sol tərəfində olsun.

Məsələ 587: Namaz qılanın məkanı meyyitin yerindən alçaq və ya uca olmamalıdır. Amma azacıq alçaq və ya uca olmağının

P:114

eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, namaz qılanın yeri qəsbi olmasın.

Məsələ 588: Namaz qılan şəxs gərək meyyitdən uzaq olmasın. Amma meyyit namazını camaatla qılan şəxs, meyyitdən uzaq olsa və camaat namazının cərgələri bir-birinə bitişik olsa, eybi yoxdur.

Məsələ 589: Meyyit namazı qılan şəxs, gərək meyyitlə üzbəüz dursun. Amma namaz camaatla qılınsa meyyitin müqabilində durmayan şəxslərin namazının eybi yoxdur.

Məsələ 590: Meyyitlə namaz qılan şəxsin arasında gərək pərdə, divar və s. kimi şeylər olmasın. Amma meyyit, tabut və bu kimi şeylərin içində olsa, eybi yoxdur.

Məsələ 591: Meyyit namazı qılınan vaxt, gərək meyyitin övrəti örtülsün. Əgər onu kəfənləmək mümkün olmazsa, gərək onun övrətini hətta taxta, kərpic və s. kimi şeylərlə də olsa örtsünlər.

Məsələ 592: Meyyit namazını, gərək ayaq üstə və qürbət niyyəti ilə qılsın və niyyətdə meyyit müəyyənləşdirilməlidir; məsələn: “bu meyyitə namaz qılıram, qürbətən iləllah” deyə niyyət etsin. Ehtiyat-vacib budur ki, gündəlik namazlarda şərt sayılan bədənin qərarlaşmasına riayət olunsun.

Məsələ 593: Əgər meyyitə ayaq üstə namaz qıla bilən bir şəxs tapılmazsa, oturan halda namaz qılan şəxs ona namaz qıla bilər.

Məsələ 594: Əgər meyyit, müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət etmişdirsə, o şəxsin meyyitin vəlisindən icazə almasının yaxşı olmasına baxmayaraq, lazım deyil.

Məsələ 595: Bəzi fəqihlərin nəzərinə görə meyyitə bir neçə dəfə namaz qılmaq məkruhdur, amma bu mətləb sübut olmayıb. Amma əgər meyyit əhli-elm və təqvalı olsa, məkruh deyil.

Məsələ 596: Əgər meyyit, qəsdən və ya unudularaq, yaxud da başqa bir səbəbdən namaz qılınmadan dəfn edilərsə, yaxud dəfn edildikdən sonra onun üçün qılınan namazın batil olduğu məlum olarsa, ona namaz qılmaq üçün qəbrini açmaq icazəli deyildir. Amma cəsədi çürüyüb dağılancaya qədər, meyyit namazı üçün söylənən şərtlərlə, rəca qəsdi ilə qəbrinə namaz qılmağın eybi yoxdur.

P:115

MEYYİT NAMAZININ QAYDASI

Məsələ 597: Meyyit namazının beş təkbiri var: Əgər namaz qılan şəxs beş təkbiri bu tərtiblə desə kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin:

أَشهَدُ أَن لاَإِلَهَ إِلاَّاللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ

Əşhədu ənla ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah.

İkinci təkbirdən sonra desin:

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.

Üçüncü təkbirdən sonra desin:

أَللَّهُمَّ اغْفِرْلِلْمُؤْمِنِینَ وَالْمُؤْمِنَاتِ

Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.

Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:

أَللَّهُمَّ اغْفِرْ لِهَذَا الْمَیِّتْ

Əllahumməğfir li hazəl-məyyit.

Əgər qadındırsa,dördüncü təkbirdən sonra desin:

أَللَّهُمَّ اغْفِرْ لِهَذِهِ الْمَیِّتَهِ

Əllahumməğfir li hazihil-məyyit.

P:116

Sonra beşinci təkbiri desin, bununla da namaz bitir. Daha yaxşısı budur ki, birinci təkbirdən sonra desin:

أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّاللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ وَ أَشْهَدُ أَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ أَرْسَلَهُ بِالْحَقِّ بَشِیرًا وَنَذِیرًا بَیْنَ یَدَیِ السَّاعَهِ

«Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, ərsələhu bil-həqqi bəşirən və nəzirən bəynə yədəyis-sa`ə».

İkinci təkbirdən sonra desin:

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِکْ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارْحَمْ مُحَمَّدًا وَآلَ مُحَمَّدٍ کََأَفْضَلِ مَاصَلَّیْتَ وَبَارَکْتَ وَتَرَحَّمْتَ عَلَی إِبْرَاهِیمَ وَآلِ إِبْراهِیمَ إِنَّکَ حَمِیدٌ مَجِیدٌ وَصَلِّ عَلَی جَمٍیعِ الْأَنْبِیَاءِ وَالْمُرْسَلِینَ وَ الشُّهَدَاءِ وَالصِّدِّیقِینَ وَجَمِیعِ عِبَادِاللهِ الصَّالِحِینَ.

«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəm-mədən və alə Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid, və səlli əla cəmi`il-ənbiya`i vəl-mursəlin vəşşu-hədai vəssiddiqin və cəmii ibadillahissalihin».

Üçüncü təkbirdən sonra desin:

أَللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِینَ وَالْمُؤْمِنَاتِ وَالْمُسْلِمِینَ وَالْمُسْلِمَاتِ الأَحْیَاءِ مِنْهُمْ وَالْأَمْوَاتِ ِتَابِعْ بَیْنَنَا وَبَیْنَهُمْ بِاالْخَیْرَاتِ إِنَّکَ مُجِیبُ الدَّعَوَاتِ إِنَّکَ عَلَی کُلِّ شَیءٍ قَدِیرٍ.

«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat vəl-musliminə vəl-muslimat əl-əhyai minhum vəl-əmvat tabi` bəynəna və bəynəhum bil-xəyrat innəkə mucibuddə`əvat, innəkə əla kulli şəyin qədir».

P:117

Dördüncü təkbirdən sonra meyyit kişidirsə desin:

أَللَّهُمَّ إِنَّ هَذَا عَبْدُکَ وَابْنُ عَبْدِکَ وَابْنُ أَمَتِکَ نَزَلَ بِکَ وَأَنْتَ خَیْرُ مَنْزُوُلٍ بِهِ ، أَللَّهُمَّ إِنَّا لاَ نَعْلَمُ مِنْهُ إِلاَّ خَیْرًا وَأَنْتَ أَعْلَمُ بِهِ مِنَّا، أَللَّهُمَّ إِنْ کَانَ مُحْسِنًا فَزِدْ فِی إِحْسَانِهِ وَ إِنْ کَانَ مُسِیئًا فَتَجَاوَزْ عَنْهُ وَاغْفِرْ لَهُ، أَللَّهُمَّ اجْعَلْهُ عِنْدَکَ فِی أَعْلَی عِلِّیِّیِنَ وَاخْلُفْ عَلَی أَهْلِهِ فِی الْغَابِرِینَ وَارْحَمْهُ بِرَحْمَتِکَ یَاأَرْحَمَ الرَّاحِمِینَ.

«Əllahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna, əllahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musi`ən fətəcavəz ənhu vəğfir ləhu əllahumməc`əlhu indəkə fi ə`la illiyyin vəxluf əla əhlihi fil-ğabirin vərhəmhu bi rəhmətikə ya ərhəmər-rahimin».

Sonra beşinci təkbiri desin:

Əgər meyyit qadındırsa dördüncü təkbirdən sonra desin:

أَللَّهُمَّ إِنَّ هَذِهِ أَمَتُکَ وَابْنَتُ عَبْدِکَ وَابْنَتُ أَمَتِکَ نَزَلَتْ بِکَ وَأَنْتَ خَیْرُ مَنْزُولٍ بِهِ ، أَللَّهُمَّ إِنَّا لاَ نَعْلَمُ مِنْهَا إِلاَّ خَیْرًا وَأَنْتَ أَعْلَمُ بِهَا مِنَّا، أَللَّهُمَّ إِنْ کَانَتْ مُحْسِنَهً فَزِدْ فِی إِحْسَانِهَا وَإِنْ کَانَتْ مُسِیئَهً فَتَجَاوَزْ عَنْهَا وَاغْفِرْلَهَا، أَللَّهُمَّ اجْعَلْهَا عِنْدَکَ فِی أَعْلَی عِلِّییِّنَ وَاخْلُفْ عَلَی أَهْلِهَا فِی الْغَابِریِنَ وَارْحَمْهَا بِرَحْمَتِکَ یَا أَرْحَمَ الرَّاحِمِینَ.

«Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minha illa xəyrən, və əntə ə`ləmu biha minna, əllahummə in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiə`tən fətəcavəz ənha, vəğfir ləha, əllahumməc`əlha indəkə fi ə`la illiyyin vəxluf əla əhliha fil-ğabirin, vərhəmha birəhmətikə ya ərhə-mərrahimin» deməsi daha yaxşıdır.

Sonra beşinci təkbiri desin.

P:118

Məsələ 598: Meyyit namazının təkbirləri və duaları elə ardıcıl oxunmalıdır ki, gərək namaz, öz surətindən çıxmasın.

Məsələ 599: Meyyitin namazını camaat ilə qılan şəxs (məmum) gərək təkbirləri və duaları oxusun.

MEYYİT NAMAZININ MÜSTƏHƏBATI

Məsələ 600: Bir neçə şey meyyit namazında müstəhəbdir:

1. Meyyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyyit namazına çatmamasından qorxarsa, təyəmmüm etməlidir.

2. Əgər meyyit kişidirsə, camaata imamlıq edən, yaxud ona namazı təklikdə qılan şəxs, cənazənin orta hissəsinin; və əgər meyyit qadındırsa, sinəsinin müqabilində dursun;

3. Ayaqyalın namaz qılması.

4. Hər təkbirdə əllərini yuxarı qaldırması.

5. Meyyitlə onun arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək miqdarda az olması;

6. Meyyit namazının camaatla qılınması;

7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan oxusunlar.

8. Camaatla qılınan meyyit namazında məmumun, bir nəfər olsa belə, imamın arxasında durması;

9. Namaz qılanın meyyiti və möminləri çox dua etməsi;

10. Camaat namazında, namazdan qabaq üç dəfə «Əssalat» deməsi.

11. Meyyit namazını, camaatın meyyit namazı qılmaq üçün daha çox getdikləri yerdə qılmaları;

12. Meyyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz qılanların sıralarına qatılmaması;

Məsələ 601: Məscidlərdə meyyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda məkruh deyildir.

P:119

DƏFNİN HÖKMLƏRİ

Məsələ 602: Vacibdir ki, meyyit elə dəfn edilsin ki, onun iyi çölə gəlməsin və yırtıcı heyvanlar onun bədənini çölə çıxara bilməsin. Amma yırtıcı heyvanların onun bədənini çıxarmasından qorxu yaransa, gərək qəbri kərpic və s. kimi şeylərlə möhkəmlətsinlər.

Məsələ 603: Əgər meyyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya tabutda da qoya bilərlər.

Məsələ 604: Gərək meyyiti qəbirdə sağ çiyni üstə elə uzatsinlar ki, bədəninin qabağı üzü qibləyə olsun.

Məsələ 605: Əgər bir şəxs gəmidə ölsə, bu halda cəsədi çürüməzsə və gəmidə qalmasının maneəsi olmazsa, gərək gözləsinlər ki, gəmi quruya çatsın və onu torpaqda dəfn etsinlər. Əks halda gərək, gəmidə qüsl verib, hənut-kəfən etməli, namaz qıldıqdan sonra ağır bir şeyi ayağına bağlayıb dəryaya buraxmalı, yaxud onu böyük bir xumrəyə qoyub ağzını bağlamalı, dəryaya atmalıdırlar. Mümkün olsa, gərək elə yerdə atsınlar ki, dərhal heyvanlara yem olmasın.

Məsələ 606: Əgər düşmən, qəbri açıb meyyiti çıxaracağından və sonra qulağını, burnunu və ya başqa üzvlərini kəsəcəyindən qorxsalar, onda mümkün olan surətdə, gərək əvvəlki məsələdə deyildiyi qaydada, onu dəryaya atsınlar.

Məsələ 607: Meyyitin dəryaya atılmasının və ya qəbrinin möhkəmləndirilməsinin xərcləri lazım olan surətdə meyyitin malının əslindən götürülə bilər.

Məsələ 608: Əgər kafir bir qadın ölərsə və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, ehtiyat-müstəhəb budur ki, onun bətnindəki uşağın bədəninə ruh daxil olmadığı təqdirdə də, eyni hökmə əməl olunmalıdır.

Məsələ 609: Müsəlmanın kafir, kafirin də müsəlman qəbiristanlığında dəfn edilməsi caiz deyildir.

P:120

Məsələ 610: Müsəlmanı, ehtiramsızlıq olacağı yerlərdə; məsələn: toz-torpaq və zibil tökülən yerlərdə dəfn etmək caiz deyildir.

Məsələ 611: Meyyiti qəsb olan yerdə və məscid kimi meyyitin dəfnindən başqa bir şey üçün vəqf olan yerdə vəqfə zərər yetirəcəyi, yaxud hansı məqsədlə vəqf olunubsa, həmin məqsədə maneçilik törətdiyi surətdə dəfn etmək icazəli deyildir. Həmçinin ehiyat-vacibə görə, zərər və ya maneçilik törətməsə də, hökm eynidir.

Məsələ 612: Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün açmaq icazəli deyil, amma qəbir köhnəlib və birinci meyyit tamamilə aradan gedibsə, caizdir.

Məsələ 613: Meyyitdən ayrılan şeylər, hətta tük, dırnaq, diş kimi olsa da belə, gərək onunla dəfn olunsun. Əgər meyyitdən ayrılan üzv meyyitin dəfn edilməsindən sonra tapılarsa, o üzv meyyitin dırnaq, tük və ya dişi olsa belə, ehtiyat-lazıma əsasən başqa bir yerdə dəfn edilməlidir. İnsanın sağlığında ondan ayrılan dırnağı və dişi yerə basdırmaq müstəhəbdir.

Məsələ 614: Əgər bir şəxs quyuya düşüb ölsə və onu çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlayıb o quyu onun üçün qəbir edilsin.

Məsələ 615: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qalması ana üçün təhlükəli olsa, gərək ən asan yol ilə xaricə çıxarsınlar. Belə ki, onu tikə-tikə etməkdə çarəsiz qalsalar, eybi yoxdur. Amma əgər əri bacarırsa, gərək ərinin vasitəsilə onu çıxarsınlar. Əgər mümkün deyildirsə, bacaran bir qadın onu çıxarmalıdır. Qadın bu işi yaxşı bacran adama, naməhrəm olsa belə, özünə daha münasib olan adama müraciət edə bilər.

Məsələ 616: Əgər qadın ölsə və uşaq onun bətnində diri olsa, uşağın az müddət diri qalacağına ümid olsa da belə, gərək bədənin, uşağın salamatçılığı üçün daha uyğun olan qismini yarıb, uşağı çıxarmalı və yenidən oranı tikməlidirlər. Amma bu işlə uşağın ölməsinə yəqin etsələr və ya xatircəm olsalar, icazəli deyil.

P:121

DƏFNİN MÜSTƏHƏBATI

Məsələ 617: Müstəhəbdir ki, qəbri orta boylu insanın boyu ölçüsündə qazsınlar və meyyiti yaxın qəbiristanlıqda dəfn etsinlər. Əgər uzaq qəbiristanlıqda yaxşı adamlar dəfn olunmuş olsa ya camaat əhli-qübura fatihə verməkdən ötrü oraya çox getsələr, meyyiti uzaq qəbiristanda da dəfn etmək olar. Müstəhəbdir ki, cənazəni qəbrə bir neçə zira qalmış yerə qoyub üç dəfə az-az qəbrə yaxınlaşdırsınlar və hər dəfə də cənazəni yerə qoyub-götürsünlər dördüncü dəfədə qəbrə qoysunlar. Əgər meyyit kişidirsə, üçüncü dəfədə başı qəbrin aşağı tərəfində olacaq şəkildə yerə qoyub, dördüncü dəfədə onu baş tərəfindən qəbrə endirsinlər. Əgər qadındırsa, üçüncü dəfədə qəbrin qiblə tərəfində yerə qoyub yandan qəbrə daxil etsinlər və qəbrə qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin meyyiti tabutdan aramla götürüb, qəbirə qoymaları, göstəriş verilən duaları dəfndən qabaq və dəfn arasında oxumaları, meyyiti qəbrə qoyduqdan sonra kəfənin bağlarını açmaları, meyyitin üzünü torpağın üzərinə qoymaları, başının altına torpaqdan bir yastıq düzəltmələri, arxası üstə aşmaması üçün, meyyitin arxasına kərpic və ya kəsək qoymaları, qəbri örtməzdən əvvəl sağ əlini sağ çiyninə vurub, sol əllə də meyyitin sol çiynindən sıxaraq, ağzını meyyitin qulağına yaxınlaşdırıb, onu şiddətlə hərəkət etdirərək belə demələri də müstəhəbbdir:

إِسْمَعْ إِفْهَمْ یَافُلاَنَ ابْنَ فُلاَن

“İsmə ifhəm ya Fulanəbnə fulan”

“Fulan” kəlməsinin yerinə meyyitin adını və atasının adını desinlər; məsələn: əgər meyyitin adı Məhəmməd, atasının adı Əli olarsa, üç dəfə desinlər:

إِسْمَعْ إِفْهَمْ یَا مُحَمَّدَ بْنَ عِلِیّ

P:122

“İsmə ifhəm, ya Məhəmmədəbnə Əli”

Ondan sonra desinlər:

هَلْ أَنْتَ عَلَی الْعَهْدِ الَّذِی فَارَقْتَنَا عَلیْهِ مِنْ شَهَادَتِ أَنْ لاَ إِلَهَ إِلاَّاللَّهُ وَحْدَهُ لاَ شَرِیکَ لَهُ وَأَنَّ مُحَمَّدًا صَلَّی اللَّهُ عَلَیْهِ وَآلِهِ عَبْدُهُ وَرَسُولُهُ وَسَیِّدُ النَّبِیَّینَ وَخَاتَمُ الْمُرْسَلِنَ وَأَنَّ عَلِیًّا أَمِیرُ الْمُؤمِنِینَ وَسَیِّدُ الْوَصِیِّینَ وَإِمَامٌ إِفْتَرَضَ اللهُ طَاعَتَهُ عَلَی الْعَالَمِینَ وَأَنَّ الْحَسَنَ وَالْحُسَیْنَ وَعَلِیَّ بْنَ الْحُسَیْنِ وَمُحَمَّدَ بْنَ عَلِیٍّ وَجَعْفَرَبْنَ مُحَمَّدٍ وَمُوسَی بْنَ جَعْفَرٍ وَعَلِیَّ بْنَ مُوسَی وَمُحَمَّدَ بْنَ عَلِیٍّ وَعَلِیَّ بْنَ مُحَمَّدٍ وَالْحَسَنَ بْنَ عَلِیٍّ وَالْقَائِمَ الْحُجَّهَ الْمَهْدِیَّ صَلَوَاتُ اللهِ عَلَیْهِمْ أَئِمَّهُ الْمُؤِْمِنِینَ وَحُجَجُ اللهِ عَلَی الْخَلْقِ أَجْمَعِینَ وَأَئِمَّتُکَ أَئِمَّهُ هُدًی بِکَ أَبرَارٌ یَا فُلانَ بْنَ فُلان.

«Həl əntə ələl-əhdilləzi, farəqtəna ələyhi min şəhadəti ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən səlləllahu ələyhi alihi əbduhu və rəsuluh və səyyidun-nəbiyyinə və xatəmul-mursəlinə, və ənnə Əliyyən əmirul-mu`mininə və səyyidul-vəsiyyinə və imamun iftərəzəllahu taətəhu ələl aləmin, və ənnəl Həsənə vəl-Husəynə və Əliyyəbnəl-Husəyni və Muhəmmədəbnə Əliyyin və Cə`fərəbnə Muhəmmədin və Musəbnə Cə`fərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl Qaiməl huccətəl Məhdi səlavatullahi ələyhim ə`immətul mu`mininə və hucəcullahi ələl-xəlqi əcməin və ə`immətukə ə`immətu hudən bikə əbrar, ya fulanəbnə fulan».

“Fulan ibni fulan” kəlməsinin yerinə meyyitin adını və atasının adını deyib sonra desinlər:

إِذَا أَتَاکَ الْمَلَکَانِ الْمُقَرَّبَانِ رَسُولَیْنِ مِنْ عِنْدِاللهِ تَبَارَکَ وَتَعَالیَ وَسَأَلَاکَ عَنْ رَبِّکَ وَعَنْ نَبِیِّکَ وَعَنْ دِینِکَ وَعَنْ کِتَابِکَ وَعَنْ قِبْلَتِکَ وَعَنْ أَئِمَّتِکَ فَلاَ تَخَفْ وَلاَ تَحْزَنْ وَقُلْ فِی جَوَابِهِمَا اللهُ رَبیّ وَمُحَمَّدٌ صَلَّی اللهُ عَلَیهِ وَآلِهِ وَ سَلَّم نَبِیِّ وَالْإِسْلامُ دِینِی وَ

P:123

الْقُرْآنُ کِتَابِی وَالْکَعْبَهُ قِبْلَتی وَأَمِیرُ الْمُؤْمِنِینَ عَلِیُّ بْنُ أَبِی طَالِبٍ إِمَامِی وَالْحَسَنُ بْنُ عَلِیٍّ الْمُجْتَبَی إِمَامِی وَالْحُسَیْنُ بْنُ عَلِیٍّ الشَّهِیدُ بِکَرْبَلاَ إِمَامِی وَعَلِیٌّ زَیْنُ الْعَابِدِینَ إِمَامِی وَمُحَمَّدٌ الْبَاقِرُ إِمَامِی وَجَعْفَرٌ الصَّادِقُ إِمَامِی وَمُوسَی الْکَاظِمُ إِمَامِی وَعَلِیٌّ الرِّضَا إِمَامِی وَمُحَمَّدٌ الْجَوَادُ إِمَامِی وَعَلِیٌّ الْهَادِی إِمَامِی وَالْحَسَنُ الْعَسْکَرِیُّ إِمَامِی وَالْحُجَّهُ الْمُنْتَظَرُ إِمَامِی هَؤُلاءِ صَلَوَاتُ اللهِ عَلَیْهِمْ أَئِمَّتِی وَسَادَتِی وَقَادَتِی وَشُفَعَائِی بِهِمْ أَتَوَلَّی وَمِنْ أَعْدَائِهِمْ أَتَبَرَّءُ فِی الدُّنْیَا وَالْآخِرَهِ ثُمَّ إِعْلَمْ یَا فُلاَنَ بنَ فُلاَن.

«İza ətakəl mələkanil muqərrəbani rəsuləyni min indillahi təbarəkə və tə`ala və sə`əlakə ən rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən ə`immətikə fəla təxəf və la təhzən və qul fi cəvabihima Əllahu rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi. Vəl islamu dini vəl Qur`anu kitabi. Vəl kə`bətu qibləti və Əmirul-mu`mininə Əliyyubnu Əbi Talibin imami vəl Həsənubnu Əliyyin əl muctəba imami vəl-Husəynubnu Əliyyin əş-şəhidu bi Kərbəla imami və Əliyyun Zəynul-abidinə imami və Muhəmmədun Baqiru imami və Cə`fərunissadiqu imami və Musəl Kazimu imami və Əliyyur-riza imami və Muhəmmədul Cəvadu imami və Əliyyul Hadi imami vəl Həsənul Əskəri imami vəl Huccətul muntəzəru imami haulai sələvatullahi ələyhim ə`imməti və sadəti və qadəti və şufə`ai bihim ətəvəlla və min ə`daihim ə`təbərrə`u fiddunya vəl axirə, summə i`ləm ya fulanəbnə fulanin».

“Fulanəbnə fulan” kəlmələrinin yerinə meyyitin və atasının adını deyib sonra desinlər:

إِنَّ اللهَ تَبَارَکَ وَتَعَالَی نِعْمَ الرَّبُّ وَأَنَّ مُحَمَّداً صَلًی اللهُ عَلَیْهِ وَآلِهِ وَ سَلَّم نِعْمَ الرَّسُولُ وَأَنَّ عَلِیَّ بْنَ أَبِی طَالِبٍ وَأَوْلاَدَهُ الْمَعْصُومِینَ الْأَئِمَّهَ الْإِثْنیَ عَشَرَ نِعْمَ الْأَئِمَّهُ وَأَنَّ مَاجَاءَ بِهِ مُحَمَّدٌ صَلَّی اللهُ عَلَیهِ وَ آلِهِ وَ سَلَّم حَقٌّ وَأَنَّ الْمَوْتَ حَقٌّ وَسُؤالَ مُنْکَرٍ وَنَکِیرٍ فِی الْقَبْرِ حَقٌّ وَالْبَعْثَ حَقٌّ وَالنُّشُورَ حَقٌّ وَالصِّرَاطَ حَقٌّ وَالْمِیزَانَ حَقٌّ وَتَطَایُرَ

P:124

الْکُتُبِ حَقٌّ وَأَنَّ الْجَنَّهَ حَقٌّ وَالنَّارَ حَقٌّ وَأَنَّ السَّاعَهَ آتِیَهٌ لاَرَیْبَ فِیهَا وَأَنَّ اللهَ یَبْعَثُ مَنْ فِی الْقُبُورِ.

«İnnəllahə təbarəkə və tə`ala ni`mərrəb, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi ni`mərrəsul, və ənnə Əliyyəbnə əbi Talibin və ovladəhul mə`suminəl-ə`immətəl isna əşərə ni`məl ə`immə və ənnə ma ca`ə bihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl movtə həqqun. Və sualə munkərin və nəkirin fil-qəbri həqqun Vəl bə`sə həqqun vənnuşurə həqqun vəssiratə həqqun, vəlmizanə həqqun. Və tətayurəl kutubi həqqun, və ənnəl cənnətə həqqun, vənnarə həqqun, və ənnassaətə atiyətun la rəybə fiha və ənnəllahə yəb`əsu mən fil qubur».

Sonra desin:

أَفَهِمْتَ یَا فُلان

Əfəhimtə ya fulan

“Fulan” kəlməsinin yerinə meyyitin adını deyib, sonra isə bunu desin:

ثَبَّتَکَ اللهُ بِالْقَوْلِ الثَّابِتِ وَهَدَاکَ اللهُ إِلَی صِرَاطٍ مُّسْتَقِیمٍ عَرَّفَ اللهُ بَیْنَکَ وَبَیْنَ أَوْلِیَائِکَ فِی مُسْتَقَرٍّ مِنْ رَحْمَتِهِ

«Səbbətəkəllahu bil-qovlissabiti və hədakəllahu ila siratin mustəqim, ərrəfəllahu bəynəkə və bəynə ovliyaikə fi mustəqərrin min rəhmətih»

Sonra bunu desin:

أَللَّهُمَّ جَافِ الْأَرْضَ عَنْ جَنْبَیْهِ واصْعَدْ بِرُوحِهِ إِلَیْکَ وَلَقِّهِ مِنْکَ بُرْهَانًا أَللَّهُمَّ عَفْوَکَ عَفْوَکَ.

«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id biruhihi iləykə vələqqihi minkə burhanən. Əllahummə əfvəkə əfvək».

P:125

Məsələ 618: Müstəhəbdir ki, meyyiti qəbrə qoyan şəxs təharətli, başı açıq, ayaqyalın olsun və meyyitin ayaq tərəfindən qəbirdən çıxsın. Meyyitin qohumlarından başqa, orada olan şəxslər, əllərinin arxası ilə torpağı qəbrə töküb, “inna lillahi və inna iləyhi raciun” desinlər. Əgər meyyit qadın olsa, onu, məhrəm olanlardan biri qəbrə qoysun. Əgər məhrəmi olmazsa, sair qohumları onu qəbrə qoysun.

Məsələ 619: Qəbiri dörd bucaq şəklində düzəltmək, yer səviyyəsindən dörd barmaq qədərincə yuksəltmək, səhv düşməməsinə görə üzərinə bir nişanə qoymaq, qəbrin üzərinə su səpmək, suyu səpdikdən sonra orada olanların əllərini qəbrin üzərinə qoyub, barmaqlarını açaraq qəbirə batırıb yeddi dəfə «Qədr» surəsini oxumaları, meyyitin bağışlanmasını Allahdan diləmələri və bu duaları oxumaları müstəhəbbdir:

أَللَّهُمَّ جَافِ الْأَرْضَ عَنْ جَنْبَیْهِ وَاَصْعِدْ إِلَیْکَ رُوحَهُ وَلَقِّهِ مِنْکَ رِضْوَانًا وَاَسْکِنْ قَبْرَهُ مِنْ رَحْمَتِکَ مَاتُغْنِیهِ بِهِ عَنْ رَحْمَهِ مَنْ سِوَاکَ.

«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id iləykə ruhəhu və ləqqihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivakə.»

Məsələ 620: Cənazənin dəfn mərasimində iştirak edənlər gedəndən sonra müstəhəbdir ki, meyyitin vəlisi, yaxud vəlisinin tərəfindən icazəsi olan bir şəxs göstərişi verilən duaları meyyitə təlqin etsin.

Məsələ 621: Dəfndən sonra müstəhəbdir ki, matəm sahiblərinə başsağlığı verilsin. Amma müəyyən müddət keçsə və başsağlığı vermək, baş verən müsibəti onlara xatırlatmağa səbəb olarsa, onu etməmək daha yaxşıdır. Həmçinin müstəhəbdir ki, üç gün meyyitin ev əhlinə (ailə üzvlərinə) yemək göndərilsin. Onların yanında və mənzillərində yemək yemək məkruhdur.

Məsələ 622: Müstəhəbdir ki, insan qohumlarının, xüsusilə də övladının ölümündə səbirli olsun, hər vaxt meyyiti yad edəndə,

P:126

“İnna lillahi və inna iləyhi raciun” desin; meyyit üçün Quran oxusun, ata-ananın qəbrinin yanında Allahdan hacətlərini istəsin. Qəbri, tez xarab olmaması üçün möhkəm düzəltsinlər.

Məsələ 623: İnsan bir kəsin ölümündə üzünü və bədənini cırması və saçlarını yolması ehtiyata əsasən icazəli deyildir. Amma üzə və başa vurmaq caizdir.

Məsələ 624: Ata və qardaşın ölümündən başqa, sair şəxslərin ölümündə, yaxa cırmaq, ehtiyata əsasən icazəli deyil. Ehtiyat-müstəhəbb budur ki, onların müsibətlərində də yaxa cırmasınlar.

Məsələ 625: Əgər qadın meyyitin əzasında üzünü cırsa və qanatsa, ya saçlarını yolsa, ehtiya-müstəhəb budur ki, bir qul azad etsin, ya on fəqirə təam versin və ya geyindirsin. Həmçinin kişi, arvad və övladının ölümündə, yaxa və ya paltarını cırsa, eyni hökmü daşıyır.

Məsələ 626: Ehtiyat-müstəhəb budur ki, meyyitə ağlarkən səsi çox ucaltmasınlar.

VƏHŞƏT NAMAZI

Məsələ 627: Meyyitin dəfn olunduğu ilk gecə, onun üçün iki rəkət vəhşət namazı qılmaq daha yaxşıdır. Onun qılınma qaydası belədir: Birinci rəkətdə Həmd surəsindən sonra bir dəfə “Ayətul-kürsünü” oxusunlar. İkinci rəkətdə isə Həmd surəsindən sonra on dəfə “İnna ənzəlnahu” surəsini oxunsunlar, namazın salamından sonra belə desinlər:

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَدٍ وَابْعَثْ ثَوَابَهَا إِلَی قَبْرِ فُلان

“Əllahummə səlli əla Mühəmmədin və ali Mühəmməd vəbəs səvabəha ila qəbri fulan”

Fulan kəlməsinin yerinə mərhumun adını desinlər.

Məsələ 628: Vəhşət namazını, mərhumun dəfn olunduğu ilk gecənin hər saatında olsa, qılmaq olar. Amma daha yaxşı olar ki, işa namazından sonra gecənin əvvəlində qılınsın.

P:127

Məsələ 629: Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa səbəblərə görə onun dəfni təxirə düşsə, bu halda gərək vəhşət namazını onun qəbrə qoyulduğu ilk gecəyə qədər təxirə salsınlar.

QƏBRİN AÇILMASI

Məsələ 630: Müsəlmanın qəbrini açmaq hətta uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürüyüb aradan getsə və torpağa çevrilsə, eybi yoxdur.

Məsələ 631: İmamzadələrin, şəhidlərin, alimlərin qəbrini, habelə qəbrin açılması hörmətsizlik sayılan hər bir qəbri xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da belə, bu iş haramdır.

Məsələ 632: Bir neçə halda qəbri açmaq haram deyildir:

1. Meyyit qəsbi torpaqda dəfn olunsa və yerin sahibi də onun orada qalmasına razı olmasa; qəbrin açılması da həddindən artıq əziyyətə səbəb olmasa; əks halda qəsb edəndən başqasına lazım deyil. Əgər qəbrin açılması daha mühüm bir nəhyi lazım tutsa lazım deyil, üstəlik caiz də deyil. Məsələn, əgər meyyitin bədəninin tikə-tikə olmasına, hətta əgər hörmətsizlik olmasına səbəb olarsa, ehtiyat-vacibə əsasən icazəli deyil. Yalnız meyyitin özünün o yeri qəsb etmiş olduğu halda caizdir.

2. Kəfən və ya meyyitlə dəfn edilən başqa bir şey qəsbi olarsa və onun qəbirdə qalmasına sahibi razı olmasa; Həmçinin meyyitin varislərə çatacaq malı onunla birgə dəfn edilsə və varisləri onun qəbirdə qalmasına razı olmasalar da, eyni hökmü daşıyır. Amma əgər meyyit bir dua (kitabı), Quran və ya üzüyün onunla dəfn edilməsini vəsiyyət etmişdirsə və onun vəsiyyəti də nüfuzlu olarsa, bunları çıxarmaq üçün qəbri aça bilməzlər. Əvvəlki bənddə qeyd olunan istisna halları burada da qüvvədədir.

3. Qəbri açmaq hörmətsizliyə səbəb olmasa və meyyit qüslsüz və ya kəfənsiz dəfn olunmuşsa, yaxud qüslün batil

P:128

olmasını başa düşsələr və ya şəri qaydada kəfənə bükülmədiyini yaxud onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr;

4. Qəbri açmaqdan daha əhəmiyyətli olan bir haqqın sübuta yetirilməsi üçün meyyitin bədənini görmək istəsələr;

5. Meyyiti, ehtiramsızlıq olan bir yerdə; məsələn: kafirlərin qəbristanlığında, yaxud toz-torpaq, zibil tökülən yerlərdə dəfn etmiş olsalar;

6. Qəbrin açılmasından daha çox əhəmiyyətli, olan şəri bir mətləb üçün qəbri açsalar; məsələn: diri uşağı ölmüş anasının bətnindən çıxartmaq istəsələr;

7. Vəhşi heyvanların meyyitin bədənini parçalamasından, sel aparmasından, düşmənlərin çıxartmasından qorxslar;

8. Meyyit, onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət etmişdirsə, belə ki, onu həmin yerə aparmaq üçün heç bir maneə olmadığı halda, qəsdən və ya unudularaq həmin yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa, və başqa bir maneə də olmasa, qəbri açıb meyyitin bədənini çıxarıb müqəddəs yerə apara bilərlər. Hətta bu halda qəbri açıb cənzəni aparmaq vacibdir.

P:129

MÜSTƏHƏB QÜSLLƏR

Məsələ 633: Müqəddəs İslam Şəriətində müstəhəb qüsüllər çoxdur, o cümlədən;

1. Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin. Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun:

أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِیکَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِی مِنَ التَّوَّابِینَ وَاجْعَلْنِی مِنَ الْمُتَطَهِّرِینَ.

“Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəc`əlni minəl-mutətəhhirin”.

2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü;

8 - 9. Fitir və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh azanından Günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər.

P:130

10 - 11. Zil-Həccənin 8-ci və 9-cu günlərinin qüslü; 9-cu günün qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin.

12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü;

13. Ehram qüslü;

14. Məkkə şəhərinin hərəm sayılan qismətlərinə daxil olmaq qüslü;

15. Məkkəyə daxil olmaq qüslü;

16. Kəbə evinin ziyarəti qüslü;

17. Kəbəyə daxil olmaq qüslü;

18. Nəhr və zibh üçün qüsl;

19. Həlq üçün edilən qüsl;

20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü;

21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü;

22. Peyğəmbərin (Səlləllahu ələyhi və alihi və səlləm) məscidinə daxil olmaq qüslü;

23. Peyğəmbərin (Səlləllahu ələyhi və alihi və səlləm) pak qəbrinin vida qüslü;

24. Düşmənlə mübahilə üçün edilən qüsl;

25. Dünyaya təzə gələn uşağa verilən qüsl;

26. İstixarə üçün edilən qüsl;

27. İstisqa (yağış tələb etmək) üçün edilən qüsl;

Məsələ 634: Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər deyiblər ki, onlardan bəziləri bunlardır:

1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl.

2. Zilhəccənin 24-cü gününün qüslü.

3. Novruz bayramının, Şəbanın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qədənin 25-ci gününün qüslü.

4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü.

5. Məst halda yatan şəxsin qüslü.

6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud

P:131

məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir.

7. Yaxından və ya uzaqdan, məsumların (ələyhimus-səlam) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəb olması sübuta yetməyib. Bu qüslləri yerinə yetirmək istəyən şəxs gərək rəca qəsdi ilə yerinə yetirsin.

Məsələ 635: Əgər insan 634-cü məsələdə zikr edilən müstəhəbb qüslləri kimi şərən müstəhəbb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma 435-ci məsələdə deyildiyi rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz.

Məsələ 636: Əgər bir şəxsə bir neçə qüsl müstəhəb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsüllə kifayətlənmək işkallıdır.

P:132

TƏYƏMMÜM

Point

Yeddi yerdə dəstəmaz və qüsl əvəzi olaraq, gərək təyəmmüm edilsin.

BİRİNCİ YER

Suyun olmamasi:

Məsələ 637: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada yaşayırsa (çadırlarda yaşayanlar kimi,) hökm eynidir. Əgər insan səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, ehtiyat-lazıma əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir.

Məsələ 638: Əgər dörd tərəfdən bir qismi düzənlik, digər yerlər isə eniş-yoxuşlu olsa, gərək düzənlik tərəflərdə iki ox, düzənlik olmayan tərəfdə isə bir ox miqdarda axtarış aparılsın.

Məsələ 639: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.

Məsələ 640: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında “suyu yoxdur” deyilə biləcək qədər uzaqdırsa, getməsi

P:133

lazım deyil. Əgər orada su olduğunu guman edirsə, oraya getməsi lazım deyil.

Məsələ 641: İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər.

Məsələ 642: Əgər səfər yüklərinin arasında, ya mənzilində, yaxud da karvanda, su olmasına ehtimal versə, gərək o qədər axtarış aparsın ki, suyun olmamasına yəqinlik hasil olsun və ya onu tapmağa ümidi qalmasın. Amma əvvəllər bir yerdə su olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil.

Məsələ 643: Əgər namaz vaxtı daxil olmamışdan əvvəl axtarış aparıb su tapmasa, namaz vaxtına qədər həmin yerdə qalsa və ehtimal versə ki, su tapacaq, ehtiyat-müstəhəb budur ki, ikinci dəfə su axtarsın.

Məsələ 644: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və növbəti namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat-müstəhəb budur ki, yenidən su axtarmağa getsin.

Məsələ 645: Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış aparması lazım deyil.

Məsələ 646: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.

Məsələ 647: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.

Məsələ 648: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, namazı səhihdir.

Məsələ 649: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa, və namazdan sonra,

P:134

namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, ehtiyat-vacibə əsasən namazını yenidən qılmalıdır.

Məsələ 650: Əgər dəstəmazlı olsa və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini bilərsə, dəstəmazını pozmaması mümkündürsə, ehtiyat-vacibə əsasən dəstəmazını pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər.

Məsələ 651: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Ehtiyat-vacibə əsasən namaz vaxtından qabaq da o suyu tökməsin.

Məsələ 652: Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, ehtiyat-müstəhəb budur ki, o namazın qəzasını qılsın.

İKİNCİ YER

Suyu əldə edə bilməmək:

Məsələ 653: Qocalıq, qüdrətsizlik və ya oğru yaxud vəhşi heyvanların qorxusundan və bunlar kimi, yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin.

Məsələ 654: Əgər suyu quyudan çəkmək üçün ip vedrə və s. kimi şeylərə ehtiyac duyulsa və onları almağa, yaxud kirayə etməyə məcbur olsa, hətta onların qiyməti, adi vaxtdakı qiymətdən bir neçə dəfə baha olsa da, onu almalıdır. Həmçinin, əgər suyu öz qiymətindən bir neçə qat baha qiymətə satsalar da eyni qayda ilə, (yəni almalıdır). Amma onları almaq üçün çoxlu pul istəsələr, belə ki, alanın vəziyyətinə zərər yetirsə, alması vacib deyil.

P:135

Məsələ 655: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib deyildir.

Məsələ 656: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.

Məsələ 657: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.

ÜÇÜNCÜ YER

Suyun işlədilməsindən törənən qorxu:

Məsələ 658: Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa və ya şiddətlənsə, yaxud çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.

Məsələ 659: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı camaatın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.

Məsələ 660: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi nigarançılığa səbəb olsa, bu hal istisnadır.

Məsələ 661: Suyun ona zərəri olmayacağını yəqin edən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.

P:136

DÖRDÜNCÜ YER

Məşəqqət və çətinlik:

Məsələ 662: Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən dözülə bilməyən dərəcədə zəhmətə düşəcəksə təyəmmüm edə bilər. Amma əgər dözərək dəstəmaz alsa və ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir.

BEŞİNCİ YER

Susuzluğu yatırmaq üçün suya ehtiyac olarsa:

Məsələ 663: Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu səbəbə görə təyəmmümün caizliyi iki haldadır.

1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;

2-Özündən başqa, ona bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa.

Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir.

Məsələ 664: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma ona bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən

P:137

çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.

ALTINCI YER

Dəstəmaz və ya qüsl digər daha mühüm yaxud bərabər olan bir təkliflə zidd olarsa:

Məsələ 665: Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.

Məsələ 666: İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.

YEDDİNCİ YER

Vaxtın dar olması:

Məsələ 667: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir miqdarının vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.

Məsələ 668: Əgər bilərəkdən namazı çox təxirə salsa və qüsl, yaxud dəstəmaz üçün vaxt olmasa, günah etmişdir, amma onun namazı təyəmmümlə səhihdir. Ehtiyat-müstəhəb budur ki, o namazın qəzasını qılsın.

Məsələ 669: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən şəxs, təyəmmüm etməlidir.

P:138

Məsələ 670: Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.

Məsələ 671: Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, sonrakı namazlar üçün təyəmmüm etməsi yaxşı olmasına baxmayaraq sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil.

Məsələ 672: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır.

TƏYƏMMÜMÜN SƏHİH OLDUĞU ŞEYLƏR

Məsələ 673: Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəbb budur ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin və əgər torpaq yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da mümkün olmasa quma, o da olmadığı təqdirdə, daşa təyəmmüm etsin.

Məsələ 674: Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa təyəmmüm etmək səhihdir. Amma ehtiyat-müstəhəbb budur ki, ixtiyar halında onun üzərinə təyəmmüm edilməsin. Həmçinin ehtiyat-müstəhəbb budur ki, ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq kimi mə`dən daşına təyəmmüm edilməsin.

Məsələ 675: Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. Əgər palçıq da tapa bilməsə, xalqın

P:139

nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm etməlidir. Əgər bunların heç biri tapılmasa, ehtiyat-müstəhəbb budur ki, namazı təyəmmümsüz qılsın. Amma sonradan bu namazın qəzasını yerinə yetirmək vacibdir.

Məsələ 676: Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa təyəmmüm etmək batildir.

Məsələ 677: Suyu olmayıb, qar və ya buzu olan bir şəxs, mümkün olduğu təqdirdə, onu əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əlindəki rütubətlə başa və ayağa məsh çəkməsi, əgər bu da mümkün deyilsə, buz və ya qara təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır. Hər iki halda qəzasını qılması lazımdır.

Məsələ 678: Əgər torpağa və quma, təyəmmümün edilməsi batil olan bir şey qatılıbsa, o torpağa və quma təyəmmüm edə bilməz. Amma əgər o şey, torpağın və ya qumun tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, o torpağa və quma təyəmmüm səhihdir.

Məsələ 679: Təyəmmüm etmək üçün bir şey olmazsa, imkan daxilində gərək almaqla və s. yollarla əldə etsin.

Məsələ 680: Palçıq divara təyəmmüm etmək səhidir. Amma ehtiyat-müstəhəb budur ki, quru yer və quru torpaq olan halda, nəmli torpağa və yerə təyəmmüm olunmasın.

Məsələ 681: Təyəmmüm edilən şey şər`ən gərək pak olsun. Ehtiyat-vacib görə, ürfən də gərək təmiz olsun, yəni iyrəncliyə səbəb olan bir şeyə qarışmasın. Əgər təyəmmüm etməsi səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək (sonradan) onun qəzasını əmələ gətirsin. Daha yaxşı odur ki, namazı vaxtında da qılsın. Amma əgər toz-torpaqlı xalça və bu kimi şeylərə növbə çatsa, əgər onlar nəcisdirsə, ehtiyat-vacib

P:140

budur ki, onunla təyəmmüm etsin, namazı qılsın, sonradan namazın qəzasını da qılsın.

Məsələ 682: Əgər bir şeyə təyəmmümün səhih olduğunu yəqin etdikdən sonra təyəmmüm edib, sonradan o şeyə təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə qıldığı namazları gərək yenidən qılsın.

Məsələ 683: Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb edilmiş torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir.

Məsələ 684: Qəsbi fəzada təyəmmüm batil deyildir. Demək əgər öz mülkündə əllərini yerə vursa və icazəsiz başqasının mülkünə daxil olub əllərini alnına çəksə, günah etməsinə baxmayaraq, onun təyəmmümü səhihdir.

Məsələ 685: Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qafil olaraq üzərinə təyəmmüm edərsə, səhihdir. Amma əgər bir şeyi özü qəsb edərsə və qəsb etdiyini unudaraq üzərinə təyəmmüm edərsə, təyəmmümünün səhih olması işkallıdır.

Məsələ 686: Qəsbi yerdə məhbus olan bir şəxs, o yerin suyu və torpağı qəsbi olarsa, gərək təyəmmümlə namaz qılsın.

Məsələ 687: Ehtiyat-lazıma əsasən üzərinə təyəmmüm etdiyi şeyin əldə qalacaq qədər tozu olsun və ona əlini vurduqdan sonra, əlini, onda qalan tozun hamısı töküləcək şəkildə şiddətlə çırpmamalıdır.

Məsələ 688: Çuxur yerə, yolların torpağına, üzərini duz örtməyən şoran yerə təyəmmüm etmək məkruhdur. Amma duz onun üstünü tutmuş olsa, batildir.

DƏSTƏMAZ VƏ QÜSL ƏVƏZİNƏ OLAN TƏYƏMMÜMÜN QAYDASI

Məsələ 689: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir:

1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Ehtiyat-lazıma əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.

P:141

2) Ehtiyat-vacibə əsasən hər iki əlin içini alının tük bitən yerindən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına qədər çəksin və ehtiyat-müstəhəb budur ki, əlləri qaşların üstünə də çəksin.

3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Ehtiyat-vacib budur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyət və qürbət qəsdi ilə yerinə yetirsin.

Məsələ 690: Ehtiyat-müstəhəb budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzində olan təyəmmümü, bu tərtiblə yerinə yetirsin; bir dəfə əlləri yerə vurub alına və əllərin arxasına çəksin və başqa bir dəfə də əllləri yerə vurub əllərin arxasına məsh etsin.

TƏYƏMMÜMÜN HÖKMLƏRİ

Məsələ 691: Əgər alın və ya əllərin üstünün kiçik bir yerinə məsh etməsə, istər qəsdən, istərsə də məsələni bilməməzlik və ya unutqanlıq üzündən olsun, təyəmmüm batildir. Amma, artıq diqqət etmək də lazım deyil;“bütün alnına və əllərinə məsh çəkildi” desələr, kifayətdir.

Məsələ 692: Əllərin üstünün bütünlüklə məsh etməsini yəqin etmək üçün gərək biləkdən bir az yuxarı da məsh etsin, amma barmaqların arasına məsh etmək lazım deyil.

Məsələ 693: Alına və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında «təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.

Məsələ 694: Niyyət zamanı təyəmmümün qüsl əvəzi və ya dəstəmaz əvəzi olmasını müəyyən etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini təyin etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü səhihdir.

P:142

Məsələ 695: Təyəmmüm edərkən alının və əllərin içi və arxasının pak olmasının yaxşı olmasına baxmayaraq, alının və əllərin içi və arxasının pak olması lazım deyil.

Məsələ 696: İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər alında və ya əllərin içində və arxasında maneə olsa, məsələn, bir şey onlara yapışmış olsa, gərək onu aradan qaldırsın.

Məsələ 697: Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə, gərək əlini onun üstünə çəksin. Habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya bu kimi şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun, sonra alına və əllərinin üstünə çəksin. Amma əgər onun bir hissəsi açıq olsa, o qədəri yerə vurub, elə onunla məsh etməsi kifayətdir.

Məsələ 698: Əgər alında, əllərin üstündə adi qaydada tük olsa, eybi yoxdur. Amma başın tükü alına tökülmüş olsa, gərək onları arxaya çəksin.

Məsələ 699: Əgər insan, alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna ehtimal versə və onun bu ehtimalı camaatın nəzərində doğru bir ehtimal olarsa, maneə olmadığına əmin oluncaya qədər araşdırmalıdır.

Məsələ 700: Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təklikdə təyəmmüm edə bilməsə, başqa birisindən kömək almalıdır. Bu zaman kömək edən şəxs əllərini təyəmmümün səhih olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə qoymalıdır ki, mümkün olduğu təqdirdə onun özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəksin. Əgər bu mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin arxasına çəkməlidir. Bu iki təqdirdə, ehtiyat-lazıma əsasən hər ikisi də təyəmmüm niyyəti etməlidir. Amma birinci surətdə, mükəlləfin öz niyyəti kifayətdir.

Məsələ 701: Təyəmmüm əsnasında, təyəmmümün bir qismini unudub-unutmadığında şəkk edərsə, onun məhəlli

P:143

keçmişdirsə, şəkkinə etina etməməlidir. Əgər məhəlli keçməmişdirsə, o bölümü yerinə yetirməlidir.

Məsələ 702: Sol əlini məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etmədiyində şəkk edərsə, təyəmmümü səhihdir. Amma əgər şəkk, sol əlinin məshində olarsa, onu məsh etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn; təharətli olmağın şərt olduğu bir əmələ başlamışdırsa, yaxud ardıcıllıq pozulmuş olarsa, onu məsh etməsi lazım deyil.

Məsələ 703: Vəzifəsi təyəmmüm olan şəxs, namazın tamam vaxtında üzrünün aradan gedəcəyindən ümidsiz olsa, yaxud tə`xirə salarsa vaxt daxilində təyəmmüm edə bilməyəcəyinə ehtimal versə, namaz vaxtından əvvəl təyəmmüm edə bilər. Əgər başqa bir vacib, yaxud müstəhəbb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmən təyəmmümlə namaz qıla bilər.

Məsələ 704: Vəzifəsi təyəmmüm olan şəxs, əgər vaxtın axırına qədər üzrünün qalacağını bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla bilər. Amma əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, gözləyib dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla bilməz. Amma əgər tez təyəmmümlə namaz qılmadıqda vaxtın axırına qədər hətta təyəmmümlə belə, namaz qıla bilməməsinə ehtimal versə, (vaxtın əvvəlində) təyəmmümlə qıla bilər.

Məsələ 705: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, əgər üzrünün aradan getməsindən ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Ehtiyat-vacibə əsasən üzrü aradan getdikdən sonra, o namazları dəstəmaz və ya qüsl ilə yenidən qılsın. Əgər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ehtiyat-lazıma əsasən, qəza namazlarını təyəmmümlə qıla bilməz.

Məsələ 706: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, gecə və gündüz nafilələri kimi, müəyyən vaxtları olan

P:144

müstəhəbb namazları təyəmmümlə qıla bilər. Amma onların vaxtlarının sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ehtiyat-lazıma əsasən onları, vaxtlarının əvvəlində yerinə yetirməməlidir. Amma müəyyən vaxtları olmayan namazları isə hər bir halda təyəmmümlə qıla bilər.

Məsələ 707: Ehtiyatən cəbirə qüslü və təyəmmüm edən şəxs, əgər qüsl və təyəmmümdən sonra namaz qılsa və namazdan sonra kiçik hədəs baş verərsə, məsələn; bövl edərsə, sonrakı namazlar üçün dəstəmaz almalıdır. Belə ki, əgər hədəs namazdan əvvəl baş verərsə, o namaz üçün də dəstəmaz almalıdır.

Məsələ 708: Əgər bir şəxs su olmaması, yaxud başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdiqdan sonra təyəmmümü batil olur.

Məsələ 709: Dəstəmazı batil edən şeylər dəstəmaz əvəzinə olan təyəmmümü də batil edər. Qüslü batil edən şeylər qüsl əvəzinə olan təyəmmümü də batil edər.

Məsələ 710: Qüsl edə bilməyən şəxs, üzərinə bir neçə qüsl vacib olarsa, onların hamısının əvəzinə bir təyəmmüm etməsi caizdir. Amma ehtiyat-müstəhəbb budur ki, hər birisinin əvəzinə bir təyəmmüm etsin.

Məsələ 711: Qüsl edə bilməyən şəxs, əgər onun üçün qüsl vacib olan əməli yerinə yetirmək istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Dəstəmaz ala bilməyən şəxs də, əgər onun üçün dəstəmaz vacib olan bir əməli yerinə yetirmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir.

Məsələ 712: Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, baxmayaraq ki, ehtiyat-müstəhəbb budur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.

Məsələ 713: Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun qarşısına çıxsa, belə ki, sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat-müstəhəbb budur ki, təyəmmüm də etsin. Əgər dəstəmaz ala bilməsə, gərək onun əvəzinə təyəmmüm etsin.

P:145

Məsələ 714: Vəzifəsi təyəmmüm olan şəxs, əgər bir iş üçün təyəmmüm edərsə, təyəmmümü və üzrü aradan getməyənə qədər, dəstəmaz və ya qüsllə etməli olan əməlləri, yerinə yetirə bilər. Amma əgər üzrü vaxtın darlığı imişsə, yaxud suyu olduğu halda meyyit namazı üçün və ya yatmaq üçün təyəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər.

Məsələ 715: Bir neçə yerdə, insanın təyəmmümlə qıldığı namazları yenidən qılması daha yaxşıdır:

1) Sudan istifadə etməkdən qorxduğu halda qəsdən özünü cünub edib, təyəmmümlə namaz qılmışdırsa;

2) Su tapa bilməyəcəyini bildiyi və ya guman etdiyi halda, qəsdən özünü cünub edib, təyəmmümlə namaz qılmışdırsa;

3) Vaxtın axırına qədər, qəsdən su axtarmağa getməsə və təyəmmümlə namaz qılıb, sonradan, axtardığı təqdirdə su tapa biləcək olduğunu başa düşərsə;

4) Qəsdən namazı təxirə salıb, vaxtın axırında təyəmmümlə namaz qılmışdırsa;

5) Su tapa bilməyəcəyini bildiyi və ya guman etdiyi halda, mövcud olan suyunu dağıdıb, təyəmmümlə namaz qılmışdırsa.

P:146

NAMAZIN HÖKMLƏRİ

Point

Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah-təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; əgər qəbul olunmazsa, sair əməllər də qəbul olunmaz. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi, beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Daha yaxşı olar ki, insan namazı vaxtın əvvəlində qılsın. Hər şəxs namazı alçaq və yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri-Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) buyurub: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan şəxs, axirət əzabına layiqdir”.

Günlərin birində, Həzrəti Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məsciddə idi. Bir kişi məscidə daxil olub namaza başladı, amma rüku və səcdəni layiqincə yerinə yetirmədi. Həzrət buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə, mənim dinimdə dünyadan getməyib”.

Deməli, insan gərək çalişsın ki, namazı əlüstü və təcili halda qılmasın. Namaz halında Allahı yad etsin, xüzu və xüşu və vüqarlı olsun. Xatırlasın ki, kiminlə danışır. Özünü Allahın böyüklüyü və əzəməti qarşısında çox zəlil və əhəmiyyətsiz görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə, özündən xəbərsiz olar. Necə ki, namaz halında Əlinin (ələyhis-salam) mübarək ayağından oxu çıxardılar və o həzrət bunu hiss etmədi.

Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın Allah dərgahında qəbul olmasının qarşısını alan günahları (həsəd, təkəbbür, qeybət, haram mal yemək, məstedici şeylər içmək, xüms-zəkat verməmək, ümumiyyətlə hər günahı) tərk etsin. Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan işləri də etməsin; məsələn: yuxulu halda, bövlün qabağını zorla

P:147

saxladığı halda namaza dayanmasın, namazda göylərə tərəf baxmasın. Həmçinin, namazın savabını artıran əməlləri yerinə yetirsin, məsələ, əqiq üzük taxsın, pakizə paltarlar geysin, başını darayıb, dişlərini yusun, özünü ətirləsin.

VACİB NAMAZLAR

Vacib namazlar altıdır:

1. Gündəlik namazlar.

2. Ayət namazı.

3. Meyyit namazı.

4. Kəbə evinin təvaf namazı.

5. Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı.

6. Əhd etmək, and içmək, nəzr demək və icarə etməklə vacib olan namazlar, cümə namazı da gündəlik namazlardandır.

GÜNDƏLİK VACİB NAMAZLAR

Gündəlik vacib namazlar beşdir: Zöhr və əsr namazı hər biri dörd rəkətdir. Məğrib namazı üç rəkətdir, işa namazı dörd rəkətdir və sübh namazı iki rəkət.

Məsələ 716: Səfərdə dörd rəkətli namazlar sonradan deyiləcəyi şərtlər daxilində iki rəkət qılınır.

P:148

ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTI

Məsələ 717: Zöhr və əsr namazının vaxtı zəvaldan şəri zöhrdən günəş batana qədərdir. Amma əsr namazını qəsdən zöhr namazından əvvəl qılsa batildir. Amma əgər vaxtın bitməsinə, yalnız bir namaz qıla biləcək qədər bir müddət qaldığı zamana qədər, bir şəxs zöhr namazını qılmamışdırsa, artıq onun zöhr namazı qəza olmuşdur və gərək əsr namazını qılsın. Əgər bir şəxs, bu vaxtdan qabaq səhvən əsr namazını tamamilə, zöhr namazından qabaq qılarsa, namazı səhihdir və zöhrü qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dörd rəkət namazı «mafiz-zimmə» niyyətilə qılsın.

Məsələ 718: Zöhr namazını qılmadan, səhvən əsr namazına məşğul olarsa və namaz əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevirməlidir. Yəni «indiyə qədər qıldığım, indi qılmaqda olduğum və bundan sonra qılacağımın hamısı zöhr namazı olsun» deyə, niyyət etməli və namazı tamamladıqdan sonra, əsr namazını qılmalıdır.

CÜMƏ NAMAZI VƏ ONUN HÖKMLƏRİ

Məsələ 719: Cümə namazı, sübh namazı kimi iki rəkətdir. Amma fərqi budur ki, cümə namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yəni mükəlləf, cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır:

P:149

1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr namazını qılmalıdır.

2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz.

3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə namazı vacib olmaz.

Cümə namazının səhih olmasının bir neçə şərti vardır:

1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər məmum cümə namazının ikinci rəkətində rükudan əvvəl imama yetişib, iqtida edərsə kifayət edər, bir rəkətini də özü fürada qılmalıdır. Amma əgər ikinci rəkətin rükusunda imama qoşularsa, ehtiyat-vacibə görə bu cümə namazına kifayət edə bilməz gərək zöhr namazını qılsın.

2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qurandan qısa bir surə oxunur. İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və müsəlmanların imamlarına (on iki imam) salavat göndərməlidir. Ehtiyat-müstəhəb budur ki, mömin kişi və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazımdır. Əgər iki xütbədən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zöhrdən (zöhr azanından) qabaq oxunması işkallıdır. Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa səhih deyildir. Həmçinin iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü oxumalıdır. Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) ilə müsəlmanların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə

P:150

qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu ərəbcə bilmirlərsə, ehtiyat-lazıma əsasən təqvaya dəvət etmək hazır olanların dilində olması gərəkdir.

3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. Əks təqdirdə mane olmaz.

Məsələ 720: Şərtlərə mövcud olan bir cümə namazı qılınarsa və əgər onu qılan Məsum İmamın (ələyhis-salam) özü və ya onun təmsilçisi (nümayəndəsi) olsa, o cümə namazında iştirak etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib deyildir. Birinci təqdirdə də bir neçə qrup adama iştirak etmək vacib deyil.

1. Qadınlar.

2. Qullar.

3. Müsafir hətta onun vəzifəsi, namazını tamam qılması olsa belə (iqamə qəsdində olan müsafir kimi).

4. Xəstələr, korlar və qocalar.

5. Cümə namazı qılınan yerlə onların arasındakı məsafə iki fərsəxdən artıq olanlar.

6. Yağış, şiddətli külək və buna oxşar maneələrlə üzləşən şəxs.

Məsələ 721: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazını qılsa, namazı səhihdir.

P:151

CÜMƏ NAMAZI HAQDA BİR NEÇƏ HÖKM

1. Qeyd olunanlara əsasən, cümə namazı imamın (ələyhis-səlam) qaib olduğu zamanda vacibi-təyini deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar.

2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur və əgər xütbəni eşitməyə mane olarsa, ehtiyat olaraq icazəli deyildir.

3. Ehtiyat-vacibə əsasən hər iki xütbəni dinləmək lazımdır. Amma xütbənin mənasını bilməyən şəxslərin dinləməsi vacib deyildir.

4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir.

MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI

Məsələ 722: Əgər insan, günəşin batıb-batmamasında şəkk etsə və dağların, binaların, ya ağacların arasında olmasına ehtimal versə, günəşin batmasından sonra, günçıxan tərəfdə zahir olan qırmızılığın, başın üzərindən günbatana doğru keçməsindən qabaq, məğrib namazı qılınmamalıdır. Əgər şəkk etməsə də ehtiyat-vacibə görə deyilən vaxta qədər gözləməlidir.

Məsələ 723: Məğrib və işa namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa məğrib və işa namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, qafil olmadığı halda bu iki namaz arasında tərtibə riayət etmək şərtdir. Yəni işa namazı qəsdən məğrib namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız işa namazını qıla biləcək qədər vaxt qalmışdırsa, gərək işa namazını məğrib namazından qabaq qılsın.

P:152

Məsələ 724: Əgər bir şəxs səhvən işa namazını məğrib namazından qabaq qılsa və namazdan sonra başa düşsə, namazı səhihdir. Məğrib namazını ondan sonra qılmalıdır.

Məsələ 725: Əgər məğrib namazını qılmamışdan əvvəl, səhvən işa namazını qılsa və namaz əsnasında səhv etdiyini başa düşsə, belə ki, dördüncü rəkətin rükusuna getməyibsə, gərək niyyəti məğrib namazına döndərib namazı tamam etsin və sonra işa namazını qılsın. Əgər dördüncü rəkətin rükusuna getmişdirsə, işanı tamam edə bilər və sonra məğribi yerinə yetirər.

Məsələ 726: İxtiyarı öz əlində olan şəxs üçün işa namazının axırıncı vaxtı gecə yarısıdır. Gecə isə gün batandan sübh açılana qədərdir.

Məsələ 727: Əgər ixtiyar üzündən məğrib və ya işa namazını gecə yarısına qədər qılmasa, ehtiyat-vacibə əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti etmədən o namazı yerinə yetirsin.

SÜBH NAMAZININ VAXTI

Məsələ 728: Sübh azanına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona «birinci fəcr» deyilir. O ağartı yayılan vaxt «ikinci fəcr» və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.

NAMAZ VAXTININ HÖKMLƏRİ

Məsələ 729: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki nəfər adil kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı bilən bir şəxsin sözü ilə kifayətlənə bilər.

P:153

Məsələ 730: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. Həmçinin ehtiyat-lazıma əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir.

Məsələ 731: Əgər insana, yuxarıda adı çəkilən yollardan biri ilə namaz vaxtının daxil olduğu sübut olub və namaza başlayarsa, sonra namaz əsnasında vaxtın hələ daxil olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil olduğunu anlayarsa və ya namazdan sonra, namazda ikən vaxtın daxil olduğunu bilərsə, namazı səhihdir.

Məsələ 732: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlamalı olduğunu bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl qıldığını başa düşsə, yaxud bilməsə ki, vaxtında qılıb, yaxud vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır.

Məsələ 733: Əgər vaxtın daxil olmasını yəqin edib namaza başlasa və namaz əsnasında vaxtın daxil olub-olmamasında şəkk etsə, namazı batildir. Amma namaz əsnasında vaxtın daxil olmasına yəqin edib, qıldığı miqdarın vaxt daxilində olub-olmamasında şəkk etsə, namazı səhihdir.

Məsələ 734: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəbb işlərindən bəzisini əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o müstəhəbbi işi əmələ gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək qunutu deməsin. Əgər deyərsə, namaz o vaxt səhih olar ki, ən azı bir rəkəti vaxt daxilində qılınmış olsun.

P:154

Məsələ 735: Bir şəxsin bir rəkət namaz qılmaq miqdarında vaxtı olsa, gərək namazı əda niyyəti ilə qılsın. Amma, gərək namazı qəsdən bu vaxta qədər təxirə salmasın.

Məsələ 736: Müsafir olmayan şəxsin, əgər gün batan vaxta kimi beş rəkət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Habelə əgər gecə yarısına kimi beş rəkətqılmağa vaxtı vardırsa, gərək məğrib və işa namazını tərtiblə qılsın. Əgər vaxtı ondan azdırsa, gərək əvvəlcə işa namazını qılsın və sonra məğrib namazını əda və qəza niyyəti etmədən yerinə yetirsin.

Məsələ 737: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rəkət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazını tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər dörd rəkət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək məğrib və işa namazını tərtiblə qılsın. Əgər üç rəkət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə işanı qılmalı, sonra da məğrib namazının bir rəkətini vaxtında qılması üçün, dərhal məğrib namazını qılmalıdır. Əgər üç rəkət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə işanı qılmalı, sonra da əda və qəza niyyəti etmədən, məğrib namazını yerinə yetirməlidir. Amma işa namazını qıldıqdan sonra, gecə yarısına bir rəkət qıla biləcək və ya daha çox vaxt qaldığı məlum olarsa, dərhal məğrib namazını əda niyyəti ilə qılmalıdır.

Məsələ 738: Müstəhəbdir ki, insan namazı onun əvvəl vaxtında qılsın. Bu barədə çoxlu tövsiyələr olunmuşdur. Namaz nə qədər vaxtın əvvəlinə yaxın vaxtlarda qılınsa daha yaxşıdır. Amma namazı daha yaxşı bir cəhətə ğörə təxirə salmaq olar; məsələn: gözləsin ki, namazı camaatla birlikdə qılsın. Fəzilət vaxtının keçməməsi şərti ilə.

Məsələ 739: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa naçardırsa, əgər üzrün vaxtın sonuna qədər qalacağına ehtimal versə və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə,

P:155

vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini kəsməmişsə, gərək üzrü aradan gedənə qədər və ya ümidini kəsənə qədər gözləsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəblərini yerinə yetirə biləcək qədər vaxtı olduğu halda da təyəmmüm edib namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən başqa digər üzrlərdə üzrünün aradan qalxmasına ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması gərəkdir.

Məsələ 740: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə yerinə yetirə bilməyən və ya namazdakı şəkklər və səhvlərlə bağlı hökmləri bilməyən bir şəxs əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə mürtəkib olacağına ehtimal verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salınmalıdır. Amma namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu halda əgər hökmünü bilmədiyi bir Məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olması ümidi ilə ehtimal verdiyi iki tərəfdən birinə əsasən əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, yenidən qılması lazım deyil.

Məsələ 741: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini (namaz qılan şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn; məscidin nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.

P:156

TƏRTİBLƏ QILINMALI OLAN NAMAZLAR

Məsələ 742: İnsan gərək əsr namazını zöhrdən, işa namazını isə məğribdən sonra qılsın. Əgər bilərəkdən əsr namazını zöhrdən və işa namazını məğribdən əvvəl qılsa, batildir.

Məsələ 743: Əgər zöhr namazı niyyəti ilə namaza başlayarsa və namaz əsnasında zöhr namazını qılmış olduğunu anlayarsa, niyyətini əsr namazına çevirə bilməz. Belə ki, namazını pozub, əsr namazını qılmalıdır. Məğrib və işa namazlarında da hökm eynidir.

Məsələ 744: Əgər əsr namazında ikən zöhr namazını qılmadığını yəqin edərsə və niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını qılmış olduğunu xatırlarsa, niyyəti əsr namazına döndərib namazı tamamlaya bilər və əgər namazın bəzi qismlərini zöhr niyyəti ilə yerinə yetirməyibsə, yaxud əgər yerinə yetiribsə də, onları əsr niyyəti ilə yerinə yetiribsə, namazı sona çatdıra bilər. Amma əgər o qism (zöhr niyyəti ilə yerinə yetirmiş olduğu qism) rəkət olursa, namazı batildir. Həmçinin əgər rüku və ya bir rəkətin iki səcdəsi olsa da, ehtiyat-lazıma əsasən namazı batildir.

Məsələ 745: Əsr namazında ikən, zöhr namazını qılıb-qılmadığında şəkk edərsə, o namazı əsr niyyəti ilə tamamlamalı, sonra da zöhr namazını qılmalıdır. Amma əgər vaxt, çox az olsa və namazın tamamlamasından sonra günəş batacaqsa və bir rəkət namaz qıla biləcək miqdarda belə, vaxt qalmazsa, zöhr namazını qəza etməsi lazım deyildir.

Məsələ 746: İşa namazında ikən, məğrib namazını qılıb-qılmadığında şəkk edərsə, işa niyyəti ilə namazı tamamlamalı, sonra da məğrib namazını qılmalıdır. Amma əgər vaxt, çox az olsa və namazın tamamlanmasından sonra gecə yarısı olacaqsa və bir rəkət namaz qılacaq miqdarda belə, vaxt qalmazsa, məğrib namazını qəza etməsi lazım deyil.

Məsələ 747: Əgər işa namazında, dördüncü rəkətin rükusuna çatdıqdan sonra, məğrib namazını qılıb-qılmadığında şəkk etsə,

P:157

namazını tamamlamalıdır. Əgər sonradan məğrib namazı üçün vaxt qalsa, məğrib namazını da qılmalıdır.

Məsələ 748: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa və namaz əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılası olduğu namazı qılmamışdır, niyyətini o namaza döndərə bilməz. Məsələn, əgər əsr namazını ehtiyat üzündən qılan vaxt zöhr namazını qılmadığı yadına düşsə, niyyətini zöhr namazına çevirə bilməz.

Məsələ 749: Niyyəti qəza namazından əda namazına və müstəhəb namazından vacib namaza döndərmək olmaz.

Məsələ 750: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasında onun boynunda qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Amma niyyəti qəza namazına döndərməsi mümkün olmalıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rəkətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər.

MÜSTƏHƏB NAMAZLAR

Məsələ 751: Müstəhəb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəb namazlardan gecə-gündüz nafilələrini qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə günündən başqa günlərdə otuz dörd rəkətdir ki, səkkiz rəkəti zöhrün nafiləsi, səkkiz rəkəti əsrin nafiləsi, dörd rəkəti məribin nafiləsi, iki rəkəti işanın nafiləsi, on bir rəkət gecə nafiləsi və iki rəkət sübhün nafiləsidir. İşa namazının nafiləsinin iki rəkəti ehtiyat-vacibə əsasən oturan yerdə qılınmalı olduğuna görə bir rəkət hesab olunur. Amma cümə günündə zöhrlə əsrin nafiləsinin on altı rəkətinə dörd rəkətdə artırılır. Daha yaxşısı budur ki, bu iyirmi rəkəti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval vaxtı qılmaq yaxşıdır.

Məsələ 752: Gecə nafiləsinin on bir rəkətindən səkkiz rəkəti gecə nafiləsi niyyəti ilə, iki rəkəti şəf namazı niyyəti ilə, bir rəkəti «vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin kamil göstərişi dua kitablarında deyilmişdir.

P:158

Məsələ 753: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə qılmaq olar. Oturaq halda qıldığı iki rəkət nafilə namazı bir rəkət hesablamaq da lazım deyil, amma yaxşı olar ki, ayaq üstə qılsın. İşa namazının nafiləsini isə ehtiyat-vacibə görə gərək oturan halda qılsın.

Məsələ 754: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma işanın nafiləsini rəca qəsdilə qılmağın eybi yoxdur.

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI

Məsələ 755: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yəni əgər şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda günorta namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əgər nafilənin bir rəkətini ondan əvvəl qılıbsa, onda nafiləni fərizədən (zöhrdən) əvvəl tamamlaması daha yaxşıdır.

Məsələ 756: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl qılma imkanı oluncaya qədər davam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin kölgəsinin yeddidə dördünə yetişincəyə qədər tə`xirə salarsa, artıq əsr namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əvvəlki məsələdə deyilən hal buraya da aiddir.

Məsələ 757: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər təxirə salsa, əvvəlcə işa namazını qılması daha yaxşıdır.

P:159

Məsələ 758: İşa nafiləsinin vaxtı işa namazının tamamlanmasından, gecə yarısına qədərdir. İşa namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır.

Məsələ 759: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər təxirə salsa, bu vaxtda sübh namazını qılması daha yaxşıdır.

Məsələ 760: Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması daha yaxşıdır.

Məsələ 761: Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən qıla bilər.

ĞÜFEYLƏ NAMAZI

Məsələ 762: Müstəhəb namazlardan biri də ğufeylə namazıdır ki, məğrib və işa namazları arasında qılınır. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِباً فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَیْهِ فَنَادَی فِی الظُّلُمَاتِ أَنْ لاَ إِلهَ إِلاَّ أَنْتَ سُبْحَانَکَ إِنِّی کُنْتُ مِنَ الظَّالِمینَ. فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّیْنَاهُ مِنَ الغَمِّ وَکَذَالِکَ نُنْجِی الْمُؤْمِنِینَ.

Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə nada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəzzaliminə, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin.

P:160

İkinci rəkətdə isə həmddən sonra Surənin yerinə bu ayəni oxumalıdır:

وَعِنْدَهُ مَفَاتِحُ الْغَیْبِ لاَ یَعْلَمُهَا إِلاَّ هُوَ وَیَعْلَمُ مَا فِی الْبَرِّوَ الْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَهٍ إِلاَّ یَعْلَمُهَا وَلاَحَبَّهٍ فِی ظُلُمَاتِ الْأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ یَابِسٍ إِلاَّ فِی کِتابٍ مُبِینٍ.

Və indəhu məfatihul-ğəybi la yələmuha illa huvə və yələmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin. Onun qunutunda isə belə deyilməlidir:

أَللَّهُمَّ إِنَّی أَسَأَلُکَ بِمَفَاتِحِ الْغَیْبِ الَّتِی لاَیَعْلَمُهَا إِلاَّ أَنْتَ أَنْ تُصَلِّیَ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تَفْعَلَ بِی کَذَا وَ کَذَا

Əllahummə inni əsəlukə bi məfatihil-ğəybilləti la yələmuha illa əntə, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin və ən təf`ələ bi kəza və kəza;

“Kəza və kəza” kəlmələrinin yerinə öz hacətlərini deyib sonra desin:

أَللَّهُمَّ أَنْتَ وَلِیُّ نِعْمَتِی وَالْقَادِرُ عَلَی طَلِبَتیِ تَعْلَمُ حَاجَتِی فَأَسْأَلُکَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَیْهِ وَعَلَیْهِمُ السَّلاَمُ لَمَّا قَضَیْتَهَالِی.

Əllahummə əntə vəliyyu neməti, vəl-qadiru əla təlibəti, tələmu hacəti, fə əsəlukə bi həqqi Muhəmmədin və Ali-Muhəmməd, ələyhi və ələyhimussəlam ləmma qəzəytəha li.

P:161

QİBLƏNİN HÖKMLƏRİ

Point

Məsələ 763: Qiblə, əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evidir ki, yerin sonundan göylərin nəhayətinədək qiblədir. Gərək namaz, onunla üzbəüz duraraq qılınsın. Amma oradan uzaqda olan şəxs üzü qibləyə dursa, belə ki, “üzü qibləyə namaz qılır” desələr, kifayətdir. Həmçinin başqa işlər də (heyvan başının şəxsilməsi kimi) gərək üzü qibləyə yerinə yetirilsin.

Məsələ 764: Vacibi namazı ayaq üstə qılan bir şəxs, gərək elə dayansın ki, üzü, sinəsi, qarnı və ayaqlarının qabağı üzü qibləyə olsun. Ehtiyat-müstəhəb budur ki, ayaqların barmağı da üzü qibləyə olsun.

Məsələ 765: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir.

Məsələ 766: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Ehtiyat-lazıma əsasən sağ böyrü üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır.

Məsələ 767: Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat-müstəhəbə görə səcdeyi-səhvni də üzü qibləyə yerinə yetirmək gərəkdir.

Məsələ 768: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu iki halda müstəhəb namazı qılsa, üzü qibləyə olması lazım deyildir.

Məsələ 769: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər qibləni təyin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların

P:162

məscidlərinin mehrablarından, möminlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən gumanə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir.

Məsələ 770: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir.

Məsələ 771: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma ehtiyat-müstəhəbə əsasən namaz vaxt geniş olduğu təqdirdə, dörd tərəfə namaz qılmalıdır.

Məsələ 772: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya guman edərsə, hər iki tərəfə də namaz qılmalıdır.

Məsələ 773: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbdir.

Məsələ 774: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, səhihdir.

NAMAZDA BƏDƏNİN ÖRTÜLMƏSİ

Məsələ 775: Kişi gərək namaz halında, hətta əgər bir şəxs onu görməsə də, övrəteynini örtsün. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər örtsün.

Məsələ 776: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat-vacib budur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma özü öz

P:163

bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.

Məsələ 777: İnsan unudulmuş səcdənin və ya unudulmuş təşəhhüdün qəzasını yerinə yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Ehtiyat-müstəhəb budur ki, səcdeyi-səhvi yerinə yetirərkən də özünü örtsün.

Məsələ 778: Əgər insan qəsdən namazda övrətini örtməsə, namazı batildir, əgər məsələni bilməmək üzündən örtməsə, belə ki, əgər onun bilməməzliyi məsələni öyrənməkdə səhlənkarlığa görə olubsa, ehtiyat-vacibə görə gərək namazını yenidən qılsın.

Məsələ 779: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma ehtiyat-vacibə əsasən, övrət yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 780: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, amma başqa hallarda, məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu örtsə, onun namazı səhihdir. Amma ehtiyat-müstəhəbb budur ki, o paltarla namaz qılmasın.

Məsələ 781: İnsan namaz üçün özünü ot və ağac yarpağı ilə örtə bilər. Amma ehtiyat-müstəhəb budur ki, libası olmadıqda özünü bunlarla örtsün.

Məsələ 782: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtərək örtə bilər.

Məsələ 783: Əgər şəxsin namazda özünü örtəcək bir şeyi yoxdursa, onu tapmaqdan ümidi kəsilməmişsə, ehtiyat-vacib budur ki, namazını vaxtın axırına qədər təxirə salsın. Bu halda əgər bir şey tapmazsa, vaxtın sonunda namazını vəzifəsinə uyğun olaraq qıla bilər. Amma əgər tapacağından ümidini kəsibsə namazını vaxtın əvvəlində vəzifəsinə uyğun qıla bilər.

P:164

Əgər bu halda namazı vaxtın əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, yenidən qılması lazım deyil.

Məsələ 784: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək bir şey tapacağından ümid kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstə, adi şəkildə rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılması gərəkdir. Əgər özünü ağlı kəsən bir kəsin nəzərindən saxlamaq üçün ayaq üstə durmağa, rüku və səcdəni tərk etməyə məcbur olsa, yəni hər üç halda onu görəcəklərsə, oturub rüku və səcdəni işarə ilə yerinə yetirər. Əgər bu üç şeydən yalnız birini tərk etməyə məcburdursa, elə təkcə onu tərk etməlidir. Deməli əgər ayaq üstə dayana bilsə rüku və səcdəni işarə ilə yerinə yetirməlidir. Əgər ayaq üstə dayanmaq (ovrətin) görünməsinə səbəb olsa, oturub rüku və səcdəni yerinə yetirməlidir. Bu surətdə ehtiyat-müstəhəb budur ki, həm bu cür oturub namaz qılsın, həm də ayaq üstə rüku və səcdəni işarə etməklə qılsın. Ehtiyat-lazıma əsasən, lüt olan şəxs namaz halında övrətini əzalarının bəzisi ilə örtməlidir. Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər.

NAMAZ QILANIN PALTARININ ŞƏRTLƏRİ

Məsələ 785: Namaz qılanın paltarının altı şərti vardır:

1. Pak olsun.

2. Ehtiyat-vacibə əsasən mübah olsun.

3. Murdarın (ölü heyvan) üzvlərindən olmasın.

4. Yırtıcı heyvandan olmasın, hətta ehtiyat-vacibə əsasən əti haram heyvandan olmasın.

5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın.

Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir.

P:165

BİRİNCİ ŞƏRT

Məsələ 786: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis bədənlə və libasla namaz qılsa, namazı batildir.

Məsələ 787: Şəri məsələni öyrənməkdə səhlənkarlıq üzündən, nəcis bədən və libası ilə namazın batil olduğunu bilməyən, yaxud məsələn məninin nəcis olduğunu bilməyən şəxs, əgər nəcis bədən və ya libasla namaz qılarsa, ehtiyat-vacib əsasən gərək namazı yenidən (pak libas və bədənlə) qılsın, vaxtı keçibsə qəzasını etsin.

Məsələ 788: Əgər məsələni bilmədiyinə görə nəcis bədən və ya paltarda namaz qılsa, və məsələni öyrənməkdə səhlənkarlıq etməmiş olsa, namazını yenidən qılması və ya qəza etməsi lazım deyil.

Məsələ 789: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olsa və namaz qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 790: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz etinasızlıq və səhlənkarlığından baş vermişsə, ehtiyat-lazıma əsasən o namazı yenidən qılmalıdır. Əgər vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq hökmə görə əməl etməlidir.

Məsələ 791: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədən və ya libasını yuyacağı, ya da libasını çıxaracağı və ya dəyişdirəcəyi təqdirdə namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli, ya da övrət yerini örtən başqa bir şey varsa, o libasını çıxarmalıdır. Amma əgər bədən və ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq haldadırsa, yaxud libasını

P:166

çıxarmağı ilə çılpaq qalacaqsa, ehtiyat-lazım budur ki, o namazı pak paltarla yenidən qılsın.

Məsələ 792: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olsa və libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli, ya da övrət yeri başqa bir şey ilə örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı tamamlamalıdır.

Məsələ 793: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o halla namazı tamamlamalıdır və həmin namaz səhihdir.

Məsələ 794: Bədən və ya libasının pak olub-olmadığında şəkk edən şəxs, əgər axtarıb, onda bir şey tapa bilməsə və namaz qılsa, və namazdan sonra bədən və ya libasının nəcis olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməmişdirsə ehtiyat-lazıma əsasən namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir.

Məsələ 795: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 796: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olarsa və namazdan sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 797: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis qanlardan olduğuna əmin olarsa, məsələn; çiban və ya yara qanı olduğuna əmin olsa və namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

P:167

Məsələ 798: Əgər bir şeyin nəcis olduğunu unudarsa və bədən və ya libası islaq olaraq, ona yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan qüsl edib namaz qılarsa, qüsl və namazı batildir. Amma əgər qüsl etməklə bədəni də pak olacaq və su nəcis olmayacaq halda olsa, məsələn, cari suda qüsl etsə, onun qüslü və namazı batil olmaz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, dəstəmaz almaqla bədəni də pak olacaq su da nəcis olmayacaq halda olmasa, dəstəmazı və namazı batildir.

Məsələ 799: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan birini yumağa yetəcək qədər suyu olarsa, ehtiyat-lazıma əsasən bədənini yumalı və nəcis libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması icazəli deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı birini yumaq xüsusunda ixtiyar sahibidir.

Məsələ 800: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. Belə olan təqdirdə namazı səhihdir.

Məsələ 801: İki ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin dəqiq şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir zöhr və bir əsr namazı qılması lazımdır. Amma əgər vaxt az olsa, və onlardan heç biri ehtimalın güclü və əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə namaz qılsa, kifayətdir.

İKİNCİ ŞƏRT

Məsələ 802: Namaz qılan şəxsin övrəteyni örtdüyü libası ehtiyat-vacibə əsasən mübah olmalıdır. Qəsbi libası geyməyin

P:168

haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsbi libas ilə namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Amma təklikdə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda geymədiyi şeylərin və həmçinin üzərində (mübah olan ayrı bir geyimi olduğu halda) namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma ehtiyat budur ki, namaz qılan bunlardan da çəkinsin.

Məsələ 803: Qəsbi libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi libasla namaz qılarsa, əvvəlki məsələdə deyildiyi kimi, ehtiyata əsasən namazı batildir.

Məsələ 804: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla namaz qılsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 805: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu anlayarsa, əgər başqa bir şey övrət yerini örtsə, dərhal və ya namazın muvalatı pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq ayrı bir şey övrətini ağlı kəsən adamdan örtməyibsə və ya dərhal qəsbi paltarı çıxara bilmirsə, namazı elə həmin paltarda davam etdirməlidir və namazı səhihdir.

Məsələ 806: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa, belə ki, vaxtın axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə, yaxud onu geyməyə çarəsiz olması özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, özü qəsb etməmiş olsa, namazı səhihdir. Həmçinin oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, və vaxtın axırına qədər başqa paltarla namaz qıla bilməsə, yaxud qəsbi paltarı, ilk fürsətdə sahibinə çatdırmaq üçün geyibsə, namazı səhihdir.

Məsələ 807: Əgər xümsü verilməyən pul ilə paltar alsa, amma onun pulu ümumi halda zimməsində olsa, (necə ki, əksər müamilələr belədir) paltar onun üçün halaldır və verdiyi pulun xümsünü borclu olur. Amma əgər xümsü verilməmiş pulun özü

P:169

ilə paltar alsa o paltar ilə şəriət hakiminin icazəsi olmadan namaz qılmağın hökmü, qəsbi paltarla namaz qılmağın hökmü ilə eynidir.

ÜÇÜNCÜ ŞƏRT

Məsələ 808: Namaz qılanın təklikdə övrət yerini örtən paltarı atıcı qanı olan (yəni damarı kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Bu şərt ehtiyat-vacibə əsasən, təklikdə övrəti örtməyən libasda da sabitdir. Amma ilan kimi qanı atıcı olmayan ölmüş heyvandan paltar hazırlansa, ehtiyat-müstəhəb budur ki, onunla namaz qılınmasın.

Məsələ 809: Murdarın bir üzvü, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın üstündə olarsa, namazı səhihdir.

Məsələ 810: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın yanında olsa, yaxud onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir.

DÖRDÜNCÜ ŞƏRT

Məsələ 811: Namaz qılanın corab kimi övrəti təklikdə örtməyən şeylərdən başqa paltarı yırtıcıların üzvlərindən, hətta ehtiyat-lazıma əsasən, ümumiyyətlə əti haram olan heyvandan olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və tükünə bulaşmamalıdır. Amma heyvanın bir tükü paltarın üzərində olsa heç bir eybi yoxdur. Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə hökm eynidir.

Məsələ 812: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər quru olsa və onun eyni aradan getsə, namazı səhihdir.

Məsələ 813: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya libasında olarsa, eybi yoxdur. Həmçinin

P:170

namaz qılanın yanında mirvari, mum və bal olarsa da, eyni hökmü daşıyır.

Məsələ 814: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istərsə kafir ölkəsində hazırlanmış olsun, onunla namaz qılmaq caizdir.

Məsələ 815: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu məlum olmadığından, insanın onunla namaz qılması icazəlidir.

Məsələ 816: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, sincab dərisi ilə namaz qılınmasın.

Məsələ 817: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir paltarla namaz qılarsa, namazı səhihdir.

BEŞİNCİ ŞƏRT

Məsələ 818: Qızıldan toxunmuş paltar geymək kişiyə haramdır və onunla namaz qılsa, batildir. Amma qadın üçün namaz və s. hallarda eybi yoxdur.

Məsələ 819: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbağlı saat bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və qeyri vaxtlarda eybi yoxdur.

Məsələ 820: Əgər bir kişi, üzük və ya paltarının qızıldan olduğunu bilməsə və ya unudarsa, yaxud qızıldan olub-olmadığı haqda şəkk edərsə, onunla namaz qılarsa, namazı səhihdir.

ALTINCI ŞƏRT

Məsələ 821: Namaz qılan kişinin təklikdə övrətini örtə bilən paltarı, gərək xalis ipəkdən olmasın. Namazdan digər vaxtlarda da onu geyinməsi haramdır.

P:171

Məsələ 822: Əgər paltarın astarının hamısı, yaxud bir hissəsi xalis ipəkdən olsa, onun geyilməsi kişi üçün haram, onunla qılınan namaz da batildir.

Məsələ 823: Kişinin, xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir paltarı geyinməsi icazəlidir. Onunla namaz qılmağın da eybi yoxdur.

Məsələ 824: İpək dəsmal və bu kimi şeylər kişinin cibində olsa eybi yoxdur, namazı da batil etmir.

Məsələ 825: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur.

Məsələ 826: Çarəsizlik halında, xalis ipək və ya qızıldan hazırlanan libasın geyilməsinin eybi yoxdur. Həmçinin, libas geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir paltarı yoxdursa, bu paltarlarla namaz qıla bilər.

Məsələ 827: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunan paltardan başqa bir paltarı yoxdursa və paltar geyinməyə zərurət duymursa, gərək çılpaqlara aid göstərişə əməl etsin və namaz qılsın.

Məsələ 828: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətindədirsə, vaxtın axırına qədər məcburiyyət öz halında qalsa, o paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar üçün söylənən təlimat üzrə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətində olmazsa, ehtiyat-lazıma əsasən iki namaz qılmalıdır bir dəfə o paltarla, bir dəfə də çılpaqlar üçün deyilən göstərişə əsasən namaz qılmalıdır.

Məsələ 829: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər.

Məsələ 830: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya ariyəyə verərsə, əgər bunu qəbul etmək onun

P:172

üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni tələb etmək onun üçün çox çətin deyilsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb etməlidir.

Məsələ 831: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun hörmətsizliyinə və xar olmasına səbəb olduğu təqdirdə, haramdır. Amma o libasla namaz qılarsa, satiri (örtüyü) təkcə o olsa belə, namazı səhihdir.

Məsələ 832: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, onunla namaz qılmaq da batil deyil. Amma ehtiyat-vacibə əsasən kişinin özünü qadın formasına, qadının da özünü kişi formasına salması icazəli deyil.

Məsələ 833: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq icazəli deyil.

NAMAZ QILANIN PALTAR VƏ BƏDƏNİNİN PAK OLMASININ LAZIM OLMADIĞI HALLAR

Məsələ 834: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:

1. Bədənində olan yara, (cərahət) və ya çiban səbəbilə paltarı və ya bədəni qana bulaşarsa;

2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşarsa, ehtiyat-vacibə görə dirhəm şəhadət barmağının axır bəndi miqdarında hesablansın.

3. Nəcis paltar və ya bədənlə namaz qılmağa naçar olsa;

Bir halda da əgər namaz qılanın paltarı nəcis olsa, namazı səhihdir. Bu hal namaz qılanın corab və ərəqçin kimi kiçik paltarının nəcis olduğu haldır. Bu dörd halın hökmləri, sonrakı məsələdə təfsilatı ilə deyiləcək.

Məsələ 835: Namaz qılanın bədəni və ya paltarında yara, cərahət və ya çiban qanı olarsa, o yara, cərahət və ya çiban

P:173

sağalıncaya qədər həmin qanla namaz qıla bilər. Həmçinin əgər qanla çirk gəlsə və ya yara üzərinə qoyulan dərman nəcis olarsa və onun paltar və ya bədənində olsa, hökm eynidir.

Məsələ 836: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya yaraya aid qan namaz qılanın bədən və ya paltarında olsa, dirhəm qədərində və ya ondan çox olsa namazı batildir.

Məsələ 837: Əgər bədənin və ya paltarının yaraya uzaq olan bir yeri yaranın rütubəti ilə nəcis olsa, onunla namaz qılmaq icazəli deyildir. Amma əgər bədən və ya paltarının adi halda yaradan rütubət yetişəcək miqdarı o rütubətlə nəcis olsa, onunla namaz qılmağın heç bir maneəsi yoxdur.

Məsələ 838: Əgər bavasir yarasından və ya ağız, burun və bu kimi üzvün içində olan yaradan gələn qan bir şəxsin bədən və ya paltarında olsa, onunla namaz qıla bilər. Ucu çöldə olan bavasirlə daxildə olan arasında heç bir fərq yoxdur.

Məsələ 839: Bədəni yara olan bir şəxs, bədənində, yaxud paltarında dirhəmdən çox qan görüb yara qanı və ya başqa qan olduğunu bilməsə, ehtiyat-vacibə görə onunla namaz qılmasın.

Məsələ 840: Əgər bədənin bir neçə yerində yara olsa və onlar bir-birinə çox yaxın olub bir yara hesab olunsalar, nə qədər ki, hamısı sağalmayıb, onlarla namaz qılmağın eybi yoxdur. Amma əgər hər biri ayrı bir yara sayılacaq qədər bir-birlərindən uzaq olarsa, hansı yaxşılaşsa namaz üçün o yaradan bədən və paltara bulaşan qanı yumalıdır.

Məsələ 841: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya paltarında olarsa, namazı batildir. Ehtiyata görə donuz kimi eyni-nəcis olan heyvanın habelə, murdar və əti haram olan heyvanın qanı və nifas və istihazə qanı da eyni hökmü daşıyır. Amma insan qanı və ya əti halal olan heyvan qanı kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, birlikdə dirhəm miqdarından az olarsa, onunla namaz qılmağın eybi yoxdur.

Məsələ 842: Astarsız paltara tökülüb arxasından çıxan qan, bir qan hesab edilir; hər tərəfin əhatəsi çox olsa, onu hesab etmək lazımdır. Amma əgər onun arxasına ayrıca bir qan dəymiş olsa, hər birisini ayrı hesab etmək gərəkdir. Deməli paltarının

P:174

üzü və arxasında görünən qan birlikdə bir dirhəmdən az olsa, onunla namaz qılmaq səhihdir, əgər dirhəm qədər və ya ondan çox olsa namaz batildir.

Məsələ 843: Əgər qan astarlı paltarın üstünə tökülüb astarına da yetişərsə və ya astarına tökülüb üzünə də çıxarsa, ya bir paltardan digərinə dəysə, hər birini ayrı qan hesab etmək gərəkdir. Əgər birlikdə hesab etdikdə dirhəmdən az olsa, onunla namaz səhih, əks halda isə batildir. Amma əgər məsələn, xalq arasında bir qan sayılacaq qədər bir-birilə bitişik olarsa, sahəsi çox olan tərəfin qanı dirhəmdən az olarsa, onunla namaz səhihdir. Əgər dirhəm qədər ya ondan çox olarsa, batildir.

Məsələ 844: Əgər bədən və ya paltarında olan qan dirhəmdən az olsa və ona bir rütubət dəyəndən sonra ətrafa yayılsa, o rütubət və qan birlikdə bir dirhəm miqdarınca olmazsa belə, onunla namaz batildir. Amma əgər rütubət yalnız qana dəyib və ətrafa yayılmazsa, onunla namaz qılmağın heç bir maneəsi yoxdur.

Məsələ 845: Əgər bədən və ya paltar qana bulaşmayıb amma islaq olaraq qana dəyməsi nəticəsində nəcis olsa, nəcis olan miqdarın bir dirhəmdən az olmasına baxmayaraq, onunla namaz qılmaq olmaz.

Məsələ 846: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və ona başqa bir nəcasət da dəyərsə, məsələn, onun üzərinə bir damla bövl tökülsə, o bədənin və ya paltarın pak bir yerinə də dəysə, onunla namaz qılmaq icazəli deyildir. Hətta bədən və ya paltarın pak bir yerinə dəyməyibsə belə, ehtiyat-lazıma əsasən onunla namaz qılmaq səhih deyildir.

Məsələ 847: Namaz qılanın ərəqçin və corab kimi övrət yerini örtməyən kiçik paltarları nəcis olsa, əgər murdar və it kimi eyni-nəcis heyvandan düzəldilməmişsə, onlarla namaz səhihdir. Əgər nəcis murdardan, ya nəcis heyvandan düzəldilibsə, ehtiyat-vacibə əsasən onlarla namaz qılmaq batildir. Əgər nəcis üzüklə namaz qılarsa, heç bir maneəsi yoxdur.

Məsələ 848: Namaz qılanın üstündə nəcis dəsmal, açar, bıçaq və buna bənzər şeylərin olması caizdir. Həmçinin nəcis bir

P:175

paltarın namaz qılanın üstündə olmasının namaza bir zərəri yoxdur.

Məsələ 849: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən az olduğunu bilərsə, amma namazda əfv olunmayan (icazə verilməyən) qanlardan olduğuna ehtimal verərsə, o qanla namaz qılması caizdir.

Məsələ 850: Əgər paltar və ya bədənində olan qan bir dirhəmdən az olsa və əfv olunan (icazə verilən) qanlardan olduğunu bilmədən namaz qılsa, sonra da icazə verilməyən qanlardan olduğu məlum olsa, namazı yenidən qılmaq lazım deyil. Həmçinin əgər qanın bir dirhəmdən az olduğuna etiqad edib namaz qılsa və sonra da bir dirhəm miqdarında və ya daha çox olduğu məlum olarsa, o namazı yenidən qılmaq lazım deyildir.

NAMAZ QILANIN PALTARINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR

Məsələ 851: Fəqihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın paltarında bir neçə şeyi müstəhəb bilmişlər: o cümlədən: təhtül-hənəki olan əmmamə qoymaq, əba və ağ paltar geymək, ən pak paltar geymək, xoş ətirdən istifadə etmək, əqiq üzük taxmaq.

NAMAZ QILANIN PALTARINDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 852: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz qılanın paltarında məkruh bilmişlər. O cümlədən qara, çirkli, dar paltar geyinmək, şərab içənin paltarını geymək,

P:176

nəcasətdan pəhriz etməyənin paltarını geymək, paltarın düymələrini açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq və üzərində şəkil olan paltar geymək.

NAMAZ QILANIN YERİ

Namaz qılanın məkanının yeddi şərti vardır:

Birinci şərt:

Ehtiyat-vacibə əsasən mübah olmalıdır.

Məsələ 853: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə belə olsa, ehtiyat-lazıma əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi xeymədə namaz qılmağın maneəsi yoxdur.

Məsələ 854: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, kirayə edilmiş bir evdə, evin sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan namaz qılarsa, ehtiyat-vacibə əsasən namazı batildir.

Məsələ 855: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar edib onun yerini işğal etsə və o yerdə namaz qılsa, günah etməsinə baxmayaraq namazı səhihdir.

Məsələ 856: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namazdan sonra o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə namaz qılıb sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 857: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram olduğunu bilirsə, amma qəsb edilmiş yerdə namazın işkallı olduğunu bilməzsə və orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 858: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər mindiyi heyvan və ya

P:177

yəhəri, ya da nalı qəsb edilmiş olarsa, ehtiyat-vacibə əsasən namazı batildir. O miniyin üzərində müstəhəb bir namaz qılmaq istərsə də, hökm eynidir.

Məsələ 859: Bir mülkdə başqa birisi ilə şərik olan şəxs şərikinin hissəsi ayrılmamış, şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz qılmaq ehtiyat-vacibə əsasən batildir.

Məsələ 860: Xümsü verilməmiş pulla bir mülk alsa, əksər müamilələrdə olduğu kimi, külli şəkildə zimməsinə alsa, o mülkü işlətmək (təsərrüf etmək) halaldır və verdiyi pulun xumusuna borcu olur. Amma əgər xümsü verilməyən pulun eyni ilə mülk alsa, oradan istifadə etmək şəriət hakiminin icazəsi olmadan haram və orda namaz qılmaq ehtiyat-vacibə görə batildir.

Məsələ 861: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən razı olmamasını bilsə, o mülkdə namaz qılmaq icazəli deyildir. Amma əgər icazə vermədiyi halda, insan onun qəlbən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir.

Məsələ 862: Zəkat borcu və ya camaata borclu olan bir meyyitin mülkündən istifadə etmək, əgər onun evində namaz qılmaq kimi o haqqları verməklə bir ziddiyyəti olmazsa, varislərin icazəsi ilə maneəsizdir. Həmçinin əgər onun borcunu versələr və ya verməyə zamin olub zimməyə alsalar, yaxud onun borcu miqdarında irsdən ayırsalar, hətta tələfə səbəb olsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur.

Məsələ 863: Əgər meyyitin onun mirasçılarından bəzisi kiçik (səğir) və ya dəli, ya da qaib olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada namaz qılmaq icazəli deyildir. Amma meyyitin dəfn üçün hazırlanmasında lazım olan, adi təsərrüflərin eybi yoxdur.

Məsələ 864: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verdiyi və ya namaz qılmağa dair razı olduğunu göstərən bir söz söylədiyi zaman (bir şəxsə onun evində oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa

P:178

da razı olduğu anlaşılır), ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir.

Məsələ 865: Çox geniş ərazilərin sahibi kiçik (səğir) və ya dəli olsa, yaxud orada namaz qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma bu halda malikinin razı olmadığı məlum olarsa, orada təsərrüf edilməməlidir. Amma əgər onların sahibi kiçik (səğir) və ya dəli olarsa, ya da razı olmadığı guman edilərsə, ehtiyat-lazıma görə onlarda təsərrüf edilməməli və namaz qılınmamalıdır.

İkinci şərt:

Məsələ 866: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta ehtiyat-lazıma əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin sükunətinə riayət etməlidir. Əgər onlar qiblədən başqa tərəfə hərəkət etsə, gərək qibləyə tərəf dönsün. Əgər qibləyə dəqiq şəkildə riayət etmək mümkün olmasa, çalışmalıdır ki, qiblə ilə olan fərq 90 dərəcədən artıq olmasın. Əgər bu da mümkün olmasa, gərək təkcə təkbirətül-ehramda qibləyə riayət etsin. Bu da mümkün olmasa qibləyə riayət etməsi lazım deyil.

Məsələ 867: Avtomobil, gəmi, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz qılmağın maneəsi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram olmağına mane olmayan tərzdə olsa, eybi yoxdur.

Məsələ 868: Üstündə dayanmaq mümkün olmayan, arpa, buğda xırmanlarında və s. bu kimi yerlərdə namaz batildir.

Üçüncü şərt:

Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, camaatın izdihamı və bu kimi

P:179

səbəbdən namazını tamamlaya bilməyəcəyindən əmin olduğu bir yerdə rəcaən namaz qılarsa hərçənd təsadüfən namazı tamamlasa belə eybi yoxdur.

Məsələ 869: Əgər orada qalmaq haram olan yerdə, məsələn; uçulmağa məruz qalmış bir tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazının işkalı yoxdur.

Məsələ 870: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, məsələn, xalçanın Allahın adı yazılmış bir yerində əgər qürbət qəsdinə mane olarsa, səhih deyil.

Dördüncü şərt:

Namaz qılanın (yerin) tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır.

Məsələ 871: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə namaz qılmaq məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı yoxdursa, onlara başı ilə işarə etməlidir.

Məsələ 872: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və İmamların (ələyhimus-səlam) qəbirlərinin qabağında (yəni arxası qəbrə tərəf) namaz qılmamalıdır. Amma əgər hörmətsizlik olmasa, eybi yoxdur. Amma hər iki halda namaz səhihdir.

Beşinci şərt:

Namaz qılanın yeri nəcis olarsa, namazı batil edən nəcislərdəndirsə bədən və ya libasına yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, namazı batildir. Ehtiyat-müstəhəb budur ki, namaz qılanın məkanı ümumiyyətlə nəcis olmasın.

Altıncı şərt:

Ehtiyat-lazıma əsasən qadın (namazda) kişidən arxada dayanmalıdır. Qadının səcdə etdiyi yer, heç olmazsa, kişinin

P:180

səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər arxada olmalıdır.

Məsələ 873: Əgər qadın, kişi ilə bərabər və ya bir az qabaqda durarsa və birlikdə namaza başlayarlarsa, ehtiyat-vacibə əsasən namazlarını yenidən qılmalıdırlar. Biri digərindən qabaq namaza başlayarsa da, hökm eynidir.

Məsələ 874: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, divar, ya pərdə, ya başqa bir şey arada olsa belə ki, bir-birlərini görməsələr, ya aralarında on zira fasilə olsa, hər ikisinin namazı səhihdir.

Yeddinci şərt:

Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı barmaqdan çox alçaq, ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində deyiləcəkdir.

Məsələ 875: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə dayanmaları haramdır. Ehtiyat-müstəhəbb budur orada namaz qılmasınlar.

Məsələ 876: Qina oxunan, ya haram musiqi çalınan yerdə namaz qılmaq, onları dinləmək və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir.

Məsələ 977: Ehtiyat-vacib budur ki, Kəbə evində və onun damında ixtiyar halında vacibi namaz qılmasın, amma əlacsız halda eybi yoxdur.

Məsələ 978: Kəbə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta Kəbə evinə daxil olarkən, hər rüknün qarşısında iki rəkət namaz qılmaq müstəhəbdir.

NAMAZ QILMAĞIN MÜSTƏHƏB OLDUĞU YERLƏR

Məsələ 879: Müqəddəs İslam şəriətində, namazın məsciddə qılınmasına aid çoxlu tövsiyə olunmuşdur. Məscidlərdən ən yaxşısı Məscidül-həram, sonra Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidi, sonra Kufə məscidi, sonra Beytül-

P:181

müqəddəs məscidi, ondan sonra hər şəhərin came məscidi, sonra məhəllə məscidi, nəhayət bazar məscididir.

Məsələ 880: Qadınların namazlarını, istər ev, istər məscid olsun və ya başqa bir yer, naməhrəmdən qorunmaq üçün daha münasib olan bir yerdə qılmaları daha yaxşıdır.

Məsələ 881: İmamların (ələyhimus-səlam) hərəmlərində namaz qılmaq müstəhəbdir, hətta məsciddən daha yaxşıdır. Əmirəl-möminin Əlinin (ələyhis-səlam) mütəhhər hərəmində qılınan namaz, iki yüz min namaz bərabərdir.

Məsələ 882: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuluğunda olanın bir üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.

Məsələ 883: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir.

NAMAZ QILMAĞIN MƏKRUH OLDUĞU YERLƏR

Məsələ 884: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən:

1) Hamamda.

2) Şoranlıq yerdə.

3) İnsanın qarşısında.

4) Açıq qapı qarşısında.

5) Yolda, xiyabanda və o küçədə; belə ki, oradan keçən kəslər üçün əziyyət olmasın, əgər onlara zəhmət olsa, haramdır.

6) Od və çırağın qarşısında.

7) Mətbəxdə və od kürəsi olan yerlərdə.

8) Sidik yeri olan quyu və çala qarşısında

9) Ruhu olan canlının şəkil və heykəli ilə üzbəüz; amma üstünə pərdə çəkilsə eybi yoxdur.

10) Cünub şəxs olan otaqda.

11) Şəkil olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da.

12) Qəbrin qarşısında.

P:182

13) Qəbrin üstündə.

14) İki qəbrin arasında.

15) Qəbiristanlıqda.

Məsələ 885: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs olan şəxsin, önünə bir şey qoyması müstəhəbdir. Bir çubuq və ya ip parçası olsa kifayətdir.

P:183

MƏSCİDİN HÖKMLƏRİ

Məsələ 886: Məscidin yer, tavan, dam və daxili divarını nəcis etmək haramdır. Onun nəcis olduğunu anlayan hər bir şəxsin, dərhal onun nəcasətinı aradan qaldırması və paklanması lazımdır. Ehtiyat-müstəhəb budur ki, Məscidin divarının xaricini də nəcis etməsinlər. Əgər nəcis olarsa, onu aradan qaldırmaq lazım deyil. Amma məscidin divarının xaricini nəcis etmək, məscidin hörmətsizliyinə səbəb olarsa, əlbəttə haramdır. O hissəni paklayıb aradan qaldırmaqla, hörmətsizliyi aradan qaldırmaq lazımdır.

Məsələ 887: Əgər bir şəxs məscidi paklaya bilməsə və ya yardımçı lazım olduğu halda tapa bilməsə, məscidi paklamaq ona vacib deyil. Amma əgər başqasına xəbər verdiyi təqdirdə paklama işinin aparılacağını bilirsə, belə ki, nəcasətin qalması hörmətsizliyə səbəb olarsa, ona xəbər verməsi gərəkdir.

Məsələ 888: Əgər məscidin nəcis olan bir yerini paklamaq, oranı pozmadan və ya qazmadan da mümkün deyilsə, bu iş, az bir təxribi və ya qazmağı tələb edirsə, qazmaq və ya uçurmaq cüzi miqdarda olsa, ya məscidə hörmətsizliyin aradan qaldırılması böyük miqdarda sökməyə və ya qazmağa bağlıdırsa, oranı qazmaları və ya təxrib etmələri gərəkdir. Əks təqdirdə oranı təxrib etməsi işkallıdır. Qazılan yerin doldurulması və uçurulan yerin təkrar düzəldilməsi vacib deyildir. Amma əgər məscidin kərpici kimi bir şey nəcis olarsa, mümkün olduğu təqdirdə yuduqdan sonra, təkrar öz yerinə qoymaları lazımdır.

Məsələ 889: Əgər bir məscidi qəsb edib, onun yerində ev və buna bənzər bir şey tiksələr və ya artıq ona məscid deyilməyəcək qədər xarab olarsa, onu nəcis etmək haram deyil. Əgər nəcis olarsa, onu paklamaq vacib deyildir.

P:184

Məsələ 890: İmamların (əlyhimus-səlam) hərəmini nəcis etmək haramdır. Əgər nəcis olsa və nəcasətin orada qalması ehtiramsızlığa səbəb olsa, onu paklamaq vacibdir. Hətta ehtiyat-müstəhəbə görə ehtiramsızlığa səbəb olmasa da paklasinlar.

Məsələ 891: Əgər məscidin həsiri ya kovroliti nəcis olsa gərək onu suya çəkəsən, amma əgər nəcis olan yeri kəsmək daha yaxşı olsa, gərək kəsilsin. Amma onun etina olunacaq qədər böyük hissəsini kəsmək, yaxud nöqsanlı olmasına səbəb olacaq şəkildə paklamaq məhəlli işkaldır. Amma əgər onun tərk olunması hörmətsizliyə səbəb olarsa, həmin qaydada paklanmalıdır.

Məsələ 892: Eyni-nəcisin və mütənnəcisin məscidə aparılması, məscidə hörmətsizlik olsa, haramdır. Hətta ehtiyat-müstəhəb budur ki, ehtiramsızlıq olmasa da, eyni-nəcis məscidə aparılmasın. Amma əgər insana bağlı olan bir şey, məsələn insanın bədən və ya paltarında olan yara qanı kimi şeyləri aparmağın eybi yoxdur.

Məsələ 893: Əgər rövzəxanlıq üçün məsciddə çadır fərş və qara vursalar, çay avadanlığı aparsalar, əgər bu işlərdən məscidə zərər dəyməsə və namaz qılmağa mane olmazsa, eybi yoxdur.

Məsələ 894: Ehtiyat-vacibə görə Məscidi qızılla zinətləndirməsinlər. Ehtiyat-müstəhəb budur ki, insan və heyvan kimi ruhu olan şeylərin rəsmləri ilə də zinətləndirməsinlər .

Məsələ 895: Əgər məscid xarab da olsa, onu sata bilməzlər; yola və ya mülkə aid edə bilməzlər.

Məsələ 896: Məscidin qapı, pəncərə və s. şeylərini satmaq haramdır. Əgər məscid xarab olarsa, gərək bunları onun təmirinə sərf etsinlər. Əgər o məscidin işinə yaramasa, gərək digər məscid üçün istifadə olunsun. Amma başqa məscidlərin də işinə yaramasa onu sata bilərlər və onun pulunu mümkün olduğu təqdirdə o məscidin təmirinə sərf etsinlər. Əks təqdirdə başqa məscidin təmiri üçün sərf etsinlər.

Məsələ 897: hətta camaatın ehtiyacı üçün sökülməmiş bir məscidi uçurub, daha da böyüdə bilərlər.

Məscid tikmək və xarab olmaq üzrə olan məscidi təmir etmək müstəhəbdir. Əgər məscid təmirlə düzəlməyəcək şəkildə xarab

P:185

olubsa, onu yıxıb yenidən tikə bilərlər. Hətta, xarab olmamış məscidi camaatın ehtiyacını nəzərə alaraq yıxıb, ondan daha böyüyünu tikə bilırlər.

Məsələ 898: Məscidi təmizləmək, məscidin çıraqlarını yandırmaq müstəhəbbdir. Məscidə getmək istəyən şəxsin xoş ətir vurması, pak və qiymətli paltarını geyməsi və başmağının altını nəcasət olmadığını bilmək üçün yoxlaması müstəhəbdir. Məscidə daxil olanda əvvəl sağ ayağını, çıxanda isə sol ayağını atması müstəhəbbdir. Həmçinin insanın hamıdan qabaq məscidə gəlib, hamıdan sonra məsciddən çıxması da müstəhəbbdir.

Məsələ 899: İnsan məscidə daxil olan zaman, təhiyyət və ehtiram niyyəti ilə iki rəkət namaz qılsın. Əgər vacib və ya başqa müstəhəb namaz da qılsa, kifayətdir.

Məsələ 900: Məsciddə yatmaq (əgər insan çarəsiz olmasa), dünya söhbətləri etmək, bir sənətlə məşğul olmaq və nəsihətli olmayan şerlər oxumaq məkruhdur. Həmçinin ağızın, burunun və sinənin bəlğəmini məscidə tökmək məkruhdur, hətta bəzi vaxtlarda haramdır. Həmçinin itmiş şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə deməyin maneəsi yoxdur.

Məsələ 901: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçinin, namaz qılanlara zəhmət verəcəyi və ya məscidi nəcis edəcəyi ehtimalı vardırsa, uşağın da məscidə daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə gətirməyin eybi yoxdur hətta bəzi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır. Soğan, sarımsaq və bu kimi şeyləri yeyib, ağzının iyi camaatı narahat edən şəxsin də məscidə daxil olması məkruhdur.

P:186

AZAN VƏ İQAMƏ

Point

Məsələ 902: Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru (şəri qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə «Əssəlat» demək müstəhəbdir.

Məsələ 903: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir.

Məsələ 904: Azan 18 cümlədir:

Dörd dəfə: Əllahu əkbər

İki dəfə: Əşhədu ən la ilahə illəllah

İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah

İki dəfə: Həyyə ələssəlah

İki dəfə: Həyyə ələl-fəlah

İki dəfə: Həyyə əla xəyril-əməl

İki dəfə: Əllahu əkbər

İki dəfə: La ilahə illəllah

İqamə isə 17 (on yeddi) cümlədir, yəni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki dəfə «Qəd qamətissəlah» əlavə edilir.

Məsələ 905: Əşəhədü ənnə Əliyyən vəliyyullah azan və iqamənin hissələrindən deyil. Amma yaxşı olar ki, əşhədü ənnə Mühəmmədən Rəsululah dedikdən sonra qürbət qəsdi ilə deyilsin.

P:187

AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ

أَللهُ أَکبَر

Əllahu əkbər -Allah, vəsf olunduğundan çox böyükdür.

أَشْهَدُ أَن لاَ إِلهَ الاّ الله

Əşhədu ənla ilahə illəllah-şəhadət verirəm ki, yeganə və misilsiz olan Allahdan başqa, heç bir pərəstiş olunacaq məbud yoxdur.

أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ الله

Əşədu ənnə Muhəmmədən Rəsulullah -şəhadət verirəm ki, həzrət Mühəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Allahın peyğəmbəri və elçisidir.

أَشْهَدُ أَنَّ أَمِیرَ الْمُؤْمِنِینَ عَلِیًّا وَلِیّ الله

Əşhədu ənnə Əmirəl-mumininə Əliyyən vəliyyullah-şəhadət verirəm ki, həzrət Əli (sələvatullahi və səlamuhu ələyh) möminlərin əmiri, Allahın bütün məxluqatı içərisidə vəlisi, rəhbəridir.

حَیَّ عَلَی الصَّلَوهِ

Həyyə ələs-səlat -namaza tələsin!

حَیَّ عَلَی الْفَلاَحِ

Həyyə ələl-fəlah -nicat tapmaq üçün tələsin!

حَیَّ عَلَی خَیْرِ الْعَمَلِ

P:188

Həyyə əla xəyril-əməl -işlərin ən yaxşısı olan namaz üçün tələsin!

قَدْ قَامَتِ الصَّلَاهِ

Qəd qamətis səlat -həqiqətən namaz bərqərar olub!

لاَ إِلَهَ إِلاَّ الله

La ilahə illəllah -yeganə və misilsiz olan Allahdan başqa pərəstiş olunacaq məbud yoxdur.

Məsələ 906: Azan və iqamənin cümlələri arasında gərək çox zaman fasiləsi olmasin. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, gərək onu yenidən desin.

Məsələ 907: Azan və iqamə oxuyarkən, səsi boğaza salmaq əgər ğina halını alırsa, yəni azan və iqaməni oyun və əyləncə məclislərində mahnı oxuyanlar kimi oxuyarsa, haramdır. Amma əgər ğina olmazsa, (boğaza salmaq) məkruhdur.

Məsələ 908: İki namazın ardıcıl və onların müştərək vaxtında qılındığı hər yerdə, əgər namaz qılan birinci namaz üçün azan oxumuşdursa, istər Zilhiccə ayının 9-cu günü olan ərəfə günü Ərəfatda olmasa belə, zöhrün fəzilət vaxtında qılınan və ya günorta və ikindi namazını Məşərul-haramda qılan şəxs üçün Qurban bayramı axşamının işa namazının fəzilət vaxtında qılınan məğrib və işa namazları kimi o iki namazı birlikdə qılmaq yaxşı olsun və ya olmasın, sonrakı namazdan azan saqit olur. Əlbəttə, bu yerlərdə azanın saqit olması o iki namaz arasında əsla fasilə olmadığı və ya çox az fasilə olduğu təqdirdədir. Amma nafilə namazı və təqibin fasilə olmasının zərəri yoxdur. Ehtiyat-vacibə əsaən bu iki yerdə Ərəfə günündə və Məşərdə hərçənd məşru olma qəsdi ilə azan oxunmamalıdır, hərçənd bu son iki yerdə şəri qəsdi olmadan oxumaq ehtiyata xilafdır.

Məsələ 909: Camaat namazı üçün azan və iqamə deyilmişsə, o camaatla namaz qılan şəxs öz namazı üçün azan və iqamə oxumamalıdır.

P:189

Məsələ 910: Əgər namaz qılmaq məqsədi ilə məscidə gedərsə və camaat namazının bitmiş olduğunu görərsə, sıralar pozulmayıb, camaat dağılmamışsa, öz namazı üçün azan və iqamə oxumaya bilər. Yəni onları oxumaq artıq təkidli müstəhəbb deyildir. Hətta azan oxumaq istəsə də, çox yavaşdan oxuması yaxşıdır. Ayrı bir camaat namazı təşkil etmək istəsə də, azan və iqamə deməməlidir.

Məsələ 911: Əvvəlki məsələdə deyilən hallardan başqa, 6 şərtlə azan və iqamə saqit olur:

1. Camaat namazı məsciddə olsun; əgər məsciddə olmazsa, azan və iqamə saqit olmur.

2. Əvvəlki camaat namazı üçün azan və iqamə deyilmiş olsun;

3. Camaat namazı batil olmasın;

4. Onun namazı, camaat namazı ilə eyni məkanda olsun. Deməli, əgər camaat namazı məscidin içində olsa və insan məscidin damında namaz qılmaq istəsə müstəhəbdir ki, azan və iqamə desin.

5. Camaat namazı əda olmalıdır; amma o fürada (tək) qılırsa onun namazının da əda olması şərt deyildir.

6. Onun namazı ilə camaat namazının vaxtı müştərək olmalıdır; məsələn, hər ikisi ya zöhr və ya əsr namazı qılmalı və ya camaatla qılınan namaz zöhr və onun namazı əsr və yaxud onun namazı zöhr və camaatla qılınan namaz əsr olmalıdır. Amma əgər camaat namazı son vaxtında qılınan əsr namazı olsa, o isə ondan sonra məğrib namazını əda olaraq qılmaq istəyirsə, azan və iqamə saqit olmaz.

Məsələ 912: Əgər əvvəlki məsələdə söylənən şərtlərdən üçüncüsündə şəkk edərsə, yəni camaat namazının səhih olub-olmadığına şəkk edərsə, azan və iqamə ondan saqitdir. Amma yerdə qalan beş şərtin birində şəkk edərsə, yaxşı olar ki, azan və iqaməni desin. Amma əgər şəkki camaatda olarsa, rəca (qəbul olma) ümidi ilə oxumalıdır.

Məsələ 913: Başqasının elan məqsədilə və ya camaat namazı üçün oxuduğu azanı eşidən şəxsin, eşitdiyi hər qismi səssiz olaraq təkrar etməsi müstəhəbdir.

P:190

Məsələ 914: Bir şəxs başqasının azan və iqaməsini eşitsə, istər azan və iqamənin sözlərini onunla birlikdə desin və ya deməsin, o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çoxlu fasilə olmamışsa, eşitməyin əvvəlindən namaz qılmaq qəsdi olmuşsa, onun öz azan və iqaməsinə kifayət edə bilər. Amma bu hökm, yalnız imamın eşitmiş olduğu, yaxud təkcə məmumun eşitmiş olduğu camaat barəsində işkallıdır.

Məsələ 915: Kişi qadının azanını ləzzət qəsdi ilə dinlərsə, ondan azan saqit olmaz, hətta qadının azanını eşitməklə ondan azanın saqit olması mütləq şəkildə işkallıdır.

Məsələ 916: Camaat namazının azan və iqaməsini gərək kişi oxusun; amma qadınların camaat namazında qadın da azan və iqamə oxuyarsa, kifayətdir. Kişiləri qadınlara məhrəm olan camaat namazında qadının azan və iqaməsi ilə kifayətlənmək məhəlli işkaldır.

Məsələ 917: İqamə gərək azandan sonra oxunsun. Həmçinin, iqaməni ayaq üstə və hədəsdən pak olan halda (dəstəmaz, qüsl və ya təyəmmümlü) oxunması şərtdir.

Məsələ 918: Əgər bir şəxs azan və iqamənin cümlələrini tərtibsiz )ardıcıllıq olmadan) desə; məsələn: “həyyə ələl-fəlah” “həyyə ələs-səllat”-dan qabaq desə, gərək tərtibi pozduğu yerə qayidıb yenidən desin.

Məsələ 919: Azan və iqamə arasında fasilə salınmamalıdır. Əgər onların arasında çox fasilə düşsə və deyilən azan, arxasınca deyilən iqamənin azanı hesab olunmazsa, azanı batildir. Həmçinin əgər azan və iqamə ilə namaz arasında, oxunan azan və iqamənin o namaza aid sayılmayacağı qədər fasilə versə, o azan və iqamə batildir.

Məsələ 920: Azan və iqamə ərəbcə səhih oxunmalıdır; belə ki, əgər ərəbcə səhv oxusa və ya bir hərfin yerinə ayrı bir hərf deyərsə, ya da onun başqa dildə, məsələn türkcə tərcüməsini deyərsə, səhih deyildir.

Məsələ 921: Azan və iqamə namaz vaxtı daxil olandan sonra oxunmalıdır; əgər qəsdən və ya unudaraq vaxtından əvvəl oxuyarsa, batildir. Lakin, 732-ci məsələdə izah olunduğu kimi, əgər namaz əsnasında vaxt daxil olduğu təqdirdə, o namazın

P:191

səhih olduğuna hökm edilirsə, ondan əvvəl oxunan azan və iqamə də səhihdir.

Məsələ 922: İqaməyə başlamamışdan əvvəl azan oxuyub-oxumadığında şəkk etsə, azan oxumalıdır. Amma iqaməyə başladıqdan sonra azan oxuyub-oxumadığında şəkk edərsə, azan oxuması lazım deyildir.

Məsələ 923: Azan və iqamə oxuyarkən, bir hissəni oxumağa başlamamışdan, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk edərsə, şəkk etdiyi cümləni oxumalıdır. Amma azan və iqamənin bir hissəsini oxuyarkən, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk edərsə, onu oxuması lazım deyil.

Məsələ 924: İnsanın azan oxuyarkən üzü qibləyə olması, dəstəmazlı və ya qüsllü olması, əllərini qulaqlarına qoyması, səsini yüksəldib uzatması, azanın cümlələri arasında bir az fasilə verməsi və onların arasında danışmaması müstəhəbbdir.

Məsələ 925: İqamə oxuyarkən insanın bədəninin hərəkətsiz (aram) olması, onu azandan bir az asta oxuması və cümlələrini bir-birinə yapışdırmaması müstəhəbdir. Ancaq iqamənin cümlələri arasında, azanın cümlələri arasında buraxdığı fasilə qədər, fasilə verməməlidir.

Məsələ 926: Azan və iqamə arasında bir addım atmaq, bir az oturmaq, səcdə etmək, zikr oxumaq, dua etmək, bir az səssiz dayanmaq, danışmaq və ya iki rəkət namaz qılmaq müstəhəbdir. Amma sübh namazının azan və iqaməsi arasında danışmaq müstəhəb deyildir.

Məsələ 927: Azan oxumaq üçün təyin edilən şəxsin adil, vaxtı bilən və gur səsli olması, azanı yüksək bir yerdə duraraq oxuması müstəhəbdir.

NAMAZIN VACİBATI

Point

Namazın vacibatı on bir şeydir:

1. Niyyət;

2. Qiyam, yəni ayaq üstə durmaq;

P:192

3.Təkbirətul-ehram; yəni namazın əvvəlində «Əllahu-əkbər» demək;

4. Rüku;

5. Səcdə;

6. Qiraət;

7. Zikr;

8. Təşəhhüd;

9. Salam;

10. Tərtib;

11. Müvalat; (yəni namazın hissələrini bir-birinin arxasınca, fasiləsiz demək);

Məsələ 928: Namazın vacibatından bəzisi namazın rüknü sayılır. Yəni əgər insan onları yerinə yetirməsə, istər qəsdən istərsə səhvən olsa, namaz batil olur. Bəziləri rükn deyildir, yəni əgər səhvən azalsa, namaz batil olmur. Namazın rüknü beşdir:

1. Niyyət;

2. Təkbirətul-ehram;

3. Rükuya bitişik qiyam, yəni rükudan əvvəl ayaq üstə durmaq;

4. Rüku;

5. Bir rəkətdə iki səcdə.

Amma bilərəkdən artırılsa, mütləqən namaz batil olur. Əgər səhv üzündən rüku, ya bir rəkətdə iki səcdəni artırsa, namaz ehtiyat-lazıma əsasən batildir. Əks təqdirdə batil deyildir.

NİYYƏT

Məsələ 929: İnsan gərək namazı qürbət qəsdi ilə (yəni, Allah-təalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.) Niyyəti qəlbdən keçirmək və ya misal üçün, dildə “dörd rəkət zöhr namazı qılıram, qürbətən iləllah” demək, lazım deyil.

Məsələ 930: Əgər zöhr və ya əsr namazını qılarkən, «dörd rəkət namaz qılıram» deyə niyyət edərsə, amma o namazın zöhr və ya əsr namazı olduğunu müəyyən etməzsə, namazı batildir. Amma zöhr namazını birinci namaz, əsri də ikinci namaz kimi

P:193

təyin edərsə kifayətdir. Həmçinin məsələn; zöhr namazının qəzası boynuna vacib olan şəxs, zöhr namazının vaxtında, zöhr namazının ədasını və ya qəzasını qılmaq istəyərsə, qılacağı namazı niyyətində müəyyən etməlidir.

Məsələ 931: İnsan namazın əvvəlindən axırına qədər öz niyyətində sabit qalmalıdır. Deməli, əgər namaz əsnasında özündən xəbərsiz (qafil) olarsa, belə ki, “nə edirsən?” deyə soruşsalar nə deyəcəyini bilməsə, namazı batildir.

Məsələ 932: İnsan, yalnız mütəal Allahın qarşısında bəndəçilik göstərmək və Onun əmrini yerinə yetirmək üçün namaz qılmalıdır. Belə ki, riya, yəni özünü xalqa göstərmək üçün namaz qılan şəxsin namazı batildir. İstər sırf xalqa göstərmək üçün olsun, istərsə həm Allahı, həm də camaatla birlikdə nəzər də tutsun, fərqi yoxdur.

Məsələ 933: Əgər namazın bir hissəsini Allahdan qeyrisi üçün yerinə yetirsə; istər yerinə yetirdiyi hissə namazın vacib hissəsi olsun (Həmd və Surə kimi,) istərsə də müstəhəb olsun (qunut kimi) namazı batildir. Bütün namazı Allah üçün qılsın amma camaata göstərmək üçün məscid kimi xüsusi yerdə, yaxud əvvəl vaxt kimi xüsusi bir vaxtda və ya camaat namazını; məsələn: xüsusi bir tərzdə camaatla qılsa, namazı batildir.

TƏKBİRƏTÜL-EHRAM

Məsələ 934: «Əllahu-əkbər»-i hər namazdan əvvəl demək vacib və rükndür. «Əllah» və «Əkbər»-in hərflərini, eləcə də Əllah və Əkbər kəlmələrini ardıcıl demək lazımdır. Habelə gərək bu iki kəlmə ərəbcə düzgün deyilsin, əgər ərəbcə səhv deyilsə, yaxud məsələn, onun tərcüməsini türkcə desə, səhih deyildir.

Məsələ 935: Ehtiyat-müstəhəb budur ki, namazın təkbirətul-ehramını ondan əvvəl oxuduğu şeylərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dualara birləşdirməsin.

Məsələ 936: Əgər insan, «Əllahu Əkbər» kəlməsini ondan sonra oxuduğu şeyə, məsələn; «Bismillahir-rəhmanir-rəhim» kəlməsinə bitişdirmək istəyərsə, «əkbər»-in « r » hərfini zəmmə

P:194

ilə oxuması daha yaxşıdır. Amma ehtiyat-müstəhəb budur ki, vacib namazda onu sonrakı kəlməyə bitişdirməsinlər.

Məsələ 937: Təkbirətul-ehram deyən vaxtda, gərək vacib namazda bədən sakit (aram) olsun. Əgər qəsdən bədəni hərəkətdə olan zaman təkbirətul-ehram desə, batildir.

Məsələ 938: Təkbir, Həmd, Surə, zikr və duanı gərək elə oxusun ki, şəxsin özü eşitsin. Əgər qulağın ağırlığı, karlığı və ya səs-küyün çoxluğu səbəbi ilə eşitməsə, elə deməlidir ki, mane olmazsa eşidə bilsin.

Məsələ 939: Hər hansı bir səbəb üzündən lal olan və ya dilindəki xəstəlik səbəbi ilə «Əllahu Əkbər»i söyləyə bilməyən bir şəxs, necə söyləyə bilirsə, o cür də deməlidir. Heç cür söyləyə bilmirsə, təkbiri qəlbindən keçirməli və onun ləfzini göstərməyə uyğun olacaq şəkildə barmağı ilə işarə etməli və mümkün olduğu təqdirdə dil və dodaqlarını da tərpətməlidir. Ancaq anadangəlmə lal olan bir şəxs, təkbiri söyləyən şəxslər kimi dil və dodağını hərəkət etdirməli və onun üçün barmağı ilə də işarə etməlidir.

Məsələ 940: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı rəca qəsdi ilə oxumaq müstəhəbbdir:

یَامُحْسِنُ قَدْ أَتَاکَ الْمُسِیئُ وَقَدْ أَمَرْتَ الْمُحْسِنَ أَنْ یَتَجَاوَزَ عَنِ الْمُسِیئ أَنْتَ الْمُحْسِنُ وَأَنَا الْمُسِیئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجَاوَزْ عَنْ قَبِیحِ مَاتَعْلَمُ مِنِّی

«Ya muhsinu qəd ətakəl-musi`. Və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musi`. Əntəl-muhsinu və ənəl-musi`. Bihəqqi Muhəmmədin və ali Muhəmməd. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Və təcavəz ən qəbihi ma tə`ləmu minni».

Yəni,“ey bəndələrinə ehsan edən Allah! Sənin günahakar bəndən Sənin dərgahına gəlmişdir. Sən də ehsan edənə əmr etmisən ki, günahkarın günahından keçsin. Sən ehsan edən, mən isə günahkaram. Səni and verirəm Mühəmməd və Ali-Mühəmmədin hörmətinə, Öz rəhmətini Mühəmməd və Ali-Mühəmmədə göndər, mənim pis əməllərimdən keç !”

P:195

Məsələ 941: Müstəhəbdir ki, namazın birinci təkbirini, həmçinin, namaz əsnasındakı sair təkbirləri deyəndə, əlləri qulaqların bərabərinə qədər qaldırsın.

Məsələ 942: Əgər təkbirətül-ehramı deyib-deməməsində şəkk etsə, bu halda qiraətə məşğuldursa, öz şəkkinə etina etməməlidir; əgər bir şey oxumamışdırsa, gərək təkbiri desin.

Məsələ 943: Əgər təkbirətul-ehramı dedikdən sonra, onu düzgün deyib-demədiyi barədə şəkk edərsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, şəkkinə etina etməməlidir.

QİYAM

Məsələ 944: Təkbirətul-ehram deyilən vaxtdakı qiyam ilə rükuya bitişik qiyam adlanan, rükudan qabaqkı qiyam rükndür. Amma Həmd-surə oxunan vaxtdakı qiyam və rükudan sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs onu unudaraq yerinə yetirməsə, namazı səhihdir.

Məsələ 945: Təkbirətul-ehramı qiyam halında deməsinə əmin ola bilməsi üçün bir az ondan qabaq və bir az da ondan sonra, ayaq üstə dayanması vacibdir.

Məsələ 946: Əgər Həmd və surəni oxuduqdan sonra, unudaraq rüku etmədən oturarsa və rüku etmədiyini xatırlayarsa, ayağa qalxıb rükuya getməlidir. Əgər ayaq üstə durmadan, elə əyilən halda rüku halına qayıdarsa, rükuya bitişik qiyamı tərk etdiyinə görə, kifayət etməz.

Məsələ 947: Təkbirətul-ehram və ya qiraət üçün ayaq üstə durarsa, yol getmək (bədənə hərəkət vermək) yaxud bir tərəfə əyilmək olmaz. Ehtiyat-lazıma əsasən ixtiyar halında gərək bir yerə söykənməsin. Amma əgər əlacsız olsa, eybi yoxdur.

Məsələ 948: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir tərəfə əyilsə, ya bir yerə söykənsə, eybi yoxdur.

Məsələ 949: Ehtiyat-vacib budur ki, ayaq üstə olan vaxt hər iki ayağ yerdə olmalıdır. Amma bədənin ağrılığının hər iki

P:196

ayağın üstünə düşməsi lazım deyil, hətta bir ayağın üstünə də düşsə eybi yoxdur.

Məsələ 950: Düzgün şəkildə ayaq üstə dura bilən şəxs, əgər ayaqlarını xeyli aralı qoysa, belə ki, ayaq üstə dayanmaq adlana bilməsə namazı batildir. Həmçinin ehtiyat-lazıma əsasən, ayaqlarını ona «ayaq üstədir» deyiləcək şəkildə olsa belə, xeyli aralı qoymasın.

Məsələ 951: İnsanın, namazda vacib zikri oxuduğu zaman, bədəni hərəkətsiz olmalıdır. Həmçinin ehtiyat-lazıma əsasən, müstəhəbb zikrləri oxumağa məşğul olduğu zaman da, hökm eynidir. Əgər azacıq qabağa və arxaya getmək və ya bədənini sağa və ya sola bir az hərəkət etdirmək istəyərsə, gərək bir şey oxumasın.

Məsələ 952: Əgər bədənin hərəkəti vaxtı bir müstəhəbbi zikr desə, məsələn, rükuya, yaxud səcdəyə gedən vaxt təkbir desə, belə ki, namazda göstəriş verilən zikr qəsdi ilə deyərsə, o zikr səhih deyildir, amma namazı səhihdir. «Bihəvlillahi və quvvətihi əqumu və əq`ud»-u ayağa qalxarkən deməlidir.

Məsələ 953: Həmd oxuyan zaman əli və barmaqları hərəkət etdirməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, onları da hərəkət etdirməsin.

Məsələ 954: Əgər Həmd-surəni, yaxud təsbihatı oxuyanda ixtiyarsız olaraq müəyyən qədər hərəkət etsə və bədəni aramlıq halından çıxsa, ehtiyat-müstəhəb budur ki, bədən aram olandan sonra hərəkət halında dediklərini yenidən desin.

Məsələ 955: Əgər bir şəxs namaz əsnasında ayaq üstə dura bilməsə, gərək otursun, otura da bilməsə, gərək uzansın. Amma bədəni aramlaşmayınca gərək vacib zikirlərdən heç nə deməsin.

Məsələ 956: İnsan, ayaq üstə namaz qılmağa imkanı olduğu təqdirdə, oturaraq namaz qılmamalıdır. Məsələn; ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxlaya bilməyən və ya bir şeyə söykənmək məcburiyyətində qalan, ya da bədənini bir az əymək məcburiyyətində qalan bir şəxs, hər nə qədər imkanı vardırsa, bu cür ayaq üstə durub, namazını qılmalıdır. Amma əgər heç bir şəkildə ayaq üstə dura bilmirsə, düzgün oturaraq, namazını qılmalıdır.

P:197

Məsələ 957: İnsan oturaraq namaz qıla bildiyi zaman, uzanaraq namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, hər nə qədər imkanı varsa, o cür oturmalıdır. Əgər heç bir şəkildə otura bilmirsə, qiblə hökmlərində söyləndiyi kimi, bədəninin qabaq tərəfi üzü qibləyə olacaq şəkildə yanı üstə uzanmalıdır. Ehtiyat-lazıma əsasən, sağ yanı üstə uzanması mümkün olduğu təqdirdə, sol yanı üstə uzanmamalıdır. Əgər bu da mümkün deyilsə, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzanmalıdır.

Məsələ 958: Oturan halda namaz qılan bir şəxs Həmd-surəni oxuduqdan sonra ayağa durub rükunu ayaq üstə yerinə yetirə bilsə, gərək ayağa dursun və ayaq üstə olan halda rükuya getsin. Əgər bunu da edə bilməsə, gərək oturan halda rüku etsin.

Məsələ 959: Uzandığı yerdə namaz qılan şəxs, namaz əsnasında otura bilirsə, gərək bacardığı miqdarda oturub qılsın və əgər dura bilirsə, bacardığı qədər ayaq üstə qılsın. Lakin bədəni sakit olmayınca vacibi zikrlərdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dura bilməsini bilərsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin.

Məsələ 960: Oturduğu yerdə namaz qılan şəxs, əgər namaz əsnasında dura bilsə, gərək qüdrəti miqdarda ayaq üstə dayandıqda qılsın, amma bədəni sakit olmayınca, vacib zikrdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dayanacağını bilsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin.

Məsələ 961: Əgər ayaq üstə qalxa bilən şəxs, durmaqla xəstələnəcəyindən və ya bir zərəri olmasından qorxsa, oturaq halda namaz qıla bilər. Əgər oturaq halda da qorxarsa, uzanaraq namazını qıla bilər.

Məsələ 962: Əgər insanın vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə ümidi varsa, vaxtın əvvəlində namaz qılsa, vaxtın axırında ayaq üstə durmağa qüdrət hasil etsə, gərək namazı ikinci dəfə qılsın. Amma namazı ayaq üstə qıla biləcəyinə ümid etməsə, əgər vaxtın əvvəlində namazı qılsa və sonra ayaq üstə durmağa qüdrət tapsa, namazı yenidən qılmaq lazım deyil.

P:198

Məsələ 963: Müstəhəbdir ki, ayaq üstə duran halda bədəni düz saxlasın, çiyinlərini aşağı salsın, əllərini budlarının üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, səcdə etdiyi yerə baxsın, bədənin ağırlığını ayaqlarına bərabər halda salsın, xüzu və xüşu halında olsun, ayaqlarını önə-arxaya qoymasın; əgər kişidirsə ayaqlarını üç barmaqdan bir qarışa qədər aralı qoysun; əgər qadındırsa, ayaqlarını bir-birinə yapışdırsın.

QİRAƏT

Məsələ 964: Gündəlik vacib namazların 1-ci və 2-ci rəkətlərində gərək insan, əvvəl Həmdi və sonra ehtiyata əsasən bir surəni tamam oxusun. Ehtiyata əsasən «Vəz-zuha» və «Ələm nəşrəh» və həmçinin «Fil» və «Li-iylaf» surəsi namazda bir surə hesab olunur.

Məsələ 965: Əgər namaz vaxtı dar olsa və ya insan surəni oxumamaq məcburiyyətində qalarsa, məsələn; surəni oxuduğu təqdirdə, oğru, yırtıcı heyvan və ya başqa bir şeyin ona zərər verəcəyindən qorxarsa, ya da zəruri bir işi olarsa, surəni oxumaya bilər. Hətta vaxtın azlığı və bəzi qorxu olmayan hallarda da surəni oxumamalıdır.

Məsələ 966: Əgər bilərəkdən surəni, Həmd surəsindən qabaq oxusa, namazı batildir. Əgər səhvən surəni, Həmd surəsindən qabaq oxusa və bu əsnada yadına düşsə, gərək onu boşlayaraq Həmd surəsini oxuduqdan sonra yenidən surəni əvvəldən oxusun.

Məsələ 967: Əgər Həmd və surəni və ya onlardan birini unudarsa və rükuya çatandan sonra başa düşsə, namazı səhihdir.

Məsələ 968: Əgər rükuya əyilməzdən qabaq Həmd və surəni oxumadığını anlayarsa, onları oxumalıdır. Əgər yalnız surəni oxumadığını anlayarsa, bu zaman yalnız surəni oxumalıdır. Amma yalnız Həmdi oxumadığını anlayarsa, əvvəl Həmdi, sonra da ikinci dəfə olaraq surəni oxumalıdır. Həmçinin əgər rükuya əyilərsə, lakin rüku həddinə çatmazdan qabaq Həmd və surəni və ya yalnız surəni, ya da yalnız Həmdi oxumadığını anlayarsa,

P:199

ayağa qalxıb, yuxarıda izah edilən göstərişə əsasən onları oxumalıdır.

Məsələ 969: Əgər vacib namazda 354-cü məsələdə deyilən, vacib səcdəsi olan dörd surədən birini qəsdən oxuyarsa, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Amma əgər səcdəni yerinə yetirərsə, ehtiyata əsasən namazı batil olar və onu yenidən qılması gərəkdir. Amma əgər səhvən səcdə etsə, batil olmaz. Əgər səcdəni yerinə yetirməzsə, səcdəni tərk etməkdə günah etməsinə baxmayaraq, namazına davam edə bilər.

Məsələ 970: Əgər vacib səcdəsi olan bir surə oxusa istər səhvən olsun, istərsə qəsdən belə ki, səcdə ayəsinə çatmamışdan qabaq başa düşsə, gərək o surəni tərk edib, başqa surə oxusun. Əgər səcdə ayəsini oxuyandan sonra başa düşsə, gərək əvvəlki məsələdə deyildiyi kimi əməl etsin.

Məsələ 971: Əgər namaz əsnasında səcdə ayəsini eşitsə, namazı səhihdir. Amma vacib namazda olarsa, ehtiyat-vacibə əsasən səcdəyə işarə etməli və namazdan sonra səcdəni yerinə yetirməlidir.

Məsələ 972: Müstəhəbb namazda surə oxumaq lazım deyildir. Hətta o namaz nəzir vasitəsilə vacib olsa da belə. Amma vəhşət namazı kimi, özünə məxsus surəsi olan bəzi müstəhəbb namazlarda, əgər o namazın göstərişinə əsasən əməl etmək istəyərsə, həmin surəni oxumalıdır.

Məsələ 973: Cümə namazında və cümə günü sübh, zöhr və əsr namazında və cümə axşamı günü işa namazında birinci rəkətdə Həmddən sonra «Cümə» surəsini, ikinci rəkətdə də, Həmddən sonra

P:200

«Munafiqun» surəsini oxumaq müstəhəbbdir. Əgər cümə gününün namazlarında bunlardan birini oxumağa başlayarsa, ehtiyat-vacibə əsasən onu tərk edib başqa surə oxuya bilməz.

Məsələ 974: Əgər Həmddən sonra «Tövhid» və ya «Kafirun» surəsini oxumağa başlasa, onu buraxıb başqa surə oxuya bilməz. Amma cümə namazında yaxud cümə gününün namazlarında, unutduğuna görə, «Cümə» və ya «Munafiqun» surəsinin yerinə bu iki surədən birini oxusa, onu tərk edib, «Cümə» və ya «Munafiqun» surəsini oxuya bilər. Ehtiyat-vacib budur ki, yarıya çatandan sonra, tərk etməsin.

Məsələ 975: Əgər cümə namazında, yaxud cümə gününün namazlarında qəsdən «Tövhid» və ya «Kafirun» surəsini oxuyarsa, yarıya çatmasa da belə, ehtiyat-vacibə görə tərk edib «Cümə» və «Munafiqun» surəsini oxuya bilməz.

Məsələ 976: Əgər namazda, «Tövhid» və ya «Kafirun» surəsindən başqa, digər surəni oxusa və yarıya çatmasa, onu tərk edib, başqa surəni oxuya bilər. Ehtiyata əsasən, yarıya çatandan sonra, onu tərk edib, başqa surə oxuması mütləq şəkildə icazəli deyildir.

Məsələ 977: Əgər oxuduğu surənin bir miqdarını unudarsa və ya vaxtın darlığı, ya da başqa bir səbəbdən başladığı surəni bitirməsi mümkün olmazsa, o surənin yarısına çatmış olsa belə və ya oxuduğu surə İxlas və ya Kafirun surəsi olsa belə, onu tərk edib başqa bir surə oxuya bilər. Unutduğu təqdirdə isə oxuduğu miqdarla kifayətlənə bilər.

Məsələ 978: Ehtiyata əsasən kişinin sübh, məğrib və işa namazlarında, Həmd və surəni ucadan oxuması vacibdir. Ehtiyata əsasən, kişi və qadının zöhr və əsr namazlarında isə, Həmd və surəni alçaqdan oxuması vacibdir.

Məsələ 979: Ehtiyat-vacibə əsasən, kişi sübh, məğrib və işa namazlarında Həmd və surənin bütün kəlmələrini, hətta onların son hərfini belə ucadan oxumağa diqqət etməlidir.

Məsələ 980: Qadın sübh, məğrib və işa namazlarının Həmd və surəsini həm ucadan, həm də alçaqdan oxuya bilər. Amma əgər naməhrəm onun səsini eşitsə və bir surətdə ki, səsini naməhrəmə eşitdirmək ona haram olsa, gərək alçaqdan oxusun. Əgər qəsdən ucadan oxusa, ehtiyat-vacibə əsasən namazı batildir.

Məsələ 981: Əgər bir şəxs, ucadan oxuyacağı yerdə qəsdən namazı alçaqdan oxuyarsa və ya alçaqdan oxuyacağı yerdə qəsdən ucadan oxuyarsa, ehtiyat-vacibə əsasən namazı batildir. Amma əgər unutqanlıq və ya şəri-hökmü bilməməsi üzündən olarsa, namazı səhihdir. Əgər Həmd və surəni oxuyarkən səhvən

P:201

ucadan və ya alçaqdan oxuduğunu anlayarsa, oxuduğu miqdarı ikinci dəfə oxuması lazım deyildir.

Məsələ 982: Əgər namaz qılan şəxs Həmd-surəni oxuduğu zaman səsini adi haldan ucaya qaldırsa; məsələn: qışqıra-qışqıra oxusa namazı batildir.

Məsələ 983: İnsan namazın qiraətini gərək səhih oxusun. Heç bir şəkildə Həmd surəsini oxuya bilməyən bir şəxs gərək bacardığı şəkildə oxusun. Əgər səhih oxuduğu hissə etina olunacaq qədər olsa, amma əgər o miqdar az olarsa, ehtiyat-vacib görə, Quranın qalan qismindən səhih oxuya bildiyi qədərini öyrənib ona əlavə etməlidir. Əgər bunu bacarmasa, ona təsbih əlavə etməlidir. Amma surəni ümumiyyətlə səhih oxumağa imkanı olmayan şəxsin, onun yerinə bir şey oxuması vacib deyildir. Ehtiyat-müstəhəbə əsasən bütün bu hallarda namazı camaatla qılsın.

Məsələ 984: Həmdi yaxşı bilməyən şəxs öz vəzifəsini yerinə yetirməyə səy etməlidir, istər öyrənməklə, istər təlqin etməklə, istərsə də camaat namazına iqtida etməklə və ya şəkk etdiyi yeri təkrar etməklə. Əgər vaxt dar olsa, əvvəlki məsələdə izah olunduğu şəkildə qılarsa, namazı səhihdir. Amma öyrənməkdə səhlənkarlığa yol verdiyi təqdirdə, mümkün olarsa, (İlahi) əzabdan uzaq qalmaq üçün, namazını camaatla qılmalıdır.

Məsələ 985: Ehtiyata əsasən namazın vacibatını öyrətmək üçün muzd almaq haramdır. Amma onun müstəhəbbatını öyrətmək üçün muzd almaq caizdir.

Məsələ 986: Əgər Həmd və surənin kəlmələrindən birini, ya qəsdən və ya təqsiri cəhl üzündən deməsə, ya bir hərfin yerinə başqa bir hərf desə, məsələn, (ض) zad hərfinin yerinə (ذ) və ya (ز) hərfi desə, yaxud «kəsrə», «fəthəsi»-nə riayət etməsə, belə ki, səhv sayılsa və ya təşdidi deməsə, namazı batildir.

Məsələ 987: Əgər insan öyrəndiyi bir kəlmənin düzgün olduğunu bilsə və namazda da o cür oxusa və sonra səhv olduğunu başa düşsə, namazı təkrar qılmaq lazım deyildir.

Məsələ 988: Əgər bir kəlmənin « kəsrə » və « fəthə »-sini bilməzsə və ya bir kəlmənin ( ه- ) və ya ( ح ) ilə olduğunu

P:202

bilmirsə, gərək öz vəzifəsini müəyyən yolla yerinə yetirsin. Məsələn, öyrənsin, yaxud namazı camaatla qılsın. Amma bu zaman namazı o surətdə səhihdir ki, o səhv cümlə də Quran və zikrdən hesab olunsun.

Məsələ 989: Təcvid alimləri demişlər ki, əgər bir kəlmədə (و) vav varsa və o kəlmədə «vav»dan əvvəlki hərfin hərəkəsi ( ُ ) zəmmə olub «vav»dan sonrakı hərf isə ( ء ) həmzə olarsa, ( سوء (su` kəlməsində olduğu kimi) gərək o vava mədd versin, yəni bir qədər uzatsın və həmçinin, əgər bir kəlməd ( (الف« əlif » hərfi olarsa və o kəlmədə «əlif»dən əvvəlki hərəkə ( َ ) «fəthə» olsa və o kəlmədə «əlif»-dən sonrakı hərf ( ء ) «həmzə» olarsa, ( جَاء ) («caə» kəlməsində olduğu kimi), əlif uzadılmalıdır, habelə əgər bir kəlmədə ( ی ) « ya » hərfi olsa və ondan əvvəlki hərfin hərəkəsi ( ِ ) «kəsrə» olsa və o kəlmədə «ya» dan sonrakı hərf « həmzə » olsa, ( جِیء ) («ciə» sözündə olduğu kimi) «ya» məddli, yəni uzadaraq oxunar. Həmçinin əgər bu « vav », « əlif » və « ya » hərflərindən sonra « həmzə » hərfi yerinə « sakin », yəni « kəsrə », « fəthə » və « zəmmə »- si olmayan bir hərf olsa da bu üç hərfi məddli, yəni uzadaraq oxumağı məsləhət bilmişlər. Lakin, zahirən belə yerlərdə kəlmənin qiraətinin düzgünlüyü onu məddli olaraq oxumağa bağlı deyildir. Başqa sözlə, belə yerlərdə yuxarıda izah olunan qaydaya əməl etməsə belə, namazı səhihdir. Amma, « vələzzallin »də olduğu kimi yerlərdə « təşdid » və « əlif »- i birlikdə tələffüz etmək, bir az məddli olaraq oxumağa bağlı olduğundan bu miqdarda, « əlif » -in mədli oxunması lazımdır.

Məsələ 990: Ehtiyat-müstəhəb budur ki, namazda hərəkə ilə vəqf, sükun ilə vəsl etməsin. Hərəkə ilə vəqf etməyin mənası budur ki, kəlmənin axırıncı hərfinin fəthə, kəsrə və ya zəmməsini deyib, o kəlmə ilə sonrakı kəlmə arasında fasilə salsın; məsələn: “Ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin mim hərfinə kəsrə versin, sonra bir az fasilə salıb “Maliki yəvmiddin” desin. Sükun ilə vəsl etməyin mənası budur ki, bir kəlmənin fəthə, kəsrə və zəmməsini demədən, həmin

P:203

kəlməni sonrakı kəlməyə birləşdirsin; məsələn: “Ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin mim hərfinə kəsrə vermədən, dərhal “Maliki yəvmiddin” desin.

Məsələ 991: Namazın 3-cü və 4-cü rəkətində təkcə bir Həmd oxumaq və yə bir dəfə «Təsbihati-ərbəə» demək olar, yəni bir dəfə:

سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَکْبَرُ

«Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu, vəllahu əkbər» demək olar.

Daha yaxşısı odur ki, üç dəfə desin. Bir rəkətdə Həmdi və o biri rəkətdə «təsbihat»-ı deyə bilər. Yaxşı olar ki, hər iki rəkətdə təsbihat oxusun.

Məsələ 992: Vaxt dar olduqda, təsbihati-ərbəəni bir dəfə oxumaq lazımdır. Hətta əgər ona yetəcək qədər vaxtı olmazsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir.

Məsələ 993: Kişi və qadın, ehtiyat-vacibə əsasən 3-cü və 4-cü rəkətdə, Fatihəni və ya təsbihati-ərbəəni ahəstə oxumalıdır.

Məsələ 994: Əgər namazın üçüncü və dördüncü rəkətində «Həmd»i oxuyarsa, onun Bismillahını alçaqdan oxuması vacib deyildir. Amma əgər məmum olarsa, ehtiyat-vacibə əsasən Bismillahı ahəstə oxusun.

Məsələ 995: Təsbihatı öyrənə bilməyən, yaxud düzgün deyə bilməyən şəxs, gərək üçüncü və dördüncü rəkətdə Həmd surəsini oxusun.

Məsələ 996: Əgər namazın ilk iki rəkətində, son iki rəkətolması gumani ilə təsbihatı oxuyarsa, rükuya getməzdən əvvəl başa düşdüyü təqdirdə, Fatihə və surəni oxumalıdır. Amma əgər rükuda və ya rükudan sonra başa düşərsə, namazı səhihdir.

Məsələ 997: Əgər namazın son iki rəkətində, namazın ilk iki rəkəti olduğu gumani ilə Həmd oxuyarsa və ya ilk iki rəkətində, namazın son iki rəkəti olduğunu guman etdiyi halda Həmdi oxuyarsa, istər rükudan qabaq başa düşsün, istərsə sonra, namazı səhihdir.

P:204

Məsələ 998: Əgər üçüncü və dördüncü rəkətdə Həmdi oxumaq istədikdə dilinə təsbihat gəlsə, yaxud təsbihat oxumaq istədikdə dilinə Həmd gələrsə, əgər namaz qəsdi ilə olmasa, hətta özündən xəbərsiz olaraq oxusa, gərək onu buraxıb, ikinci dəfə Həmd və ya təsbihatı oxusun. Amma əgər qəsd etməyibsə və məsələn adəti üzrə dilinə gəlmiş bir şeyi oxusa, onu tamam edə bilər, namazı da səhihdir.

Məsələ 999: Üçüncü və dördüncü rəkətdə adəti təsbihat oxumaq olan şəxs, əgər öz adətinin xilafına hərəkət etsə (yaddan çıxarsa), vəzifəsini əda etmək qəsdilə Həmd oxumağa məşğul olsa, kifayət edər. Yenidən Həmd və ya təsbihatı oxuması lazım deyildir.

Məsələ 1000: Üçüncü və dördüncü rəkətdə təsbihatdan sonra, məsələn; «Əstəğfirullahə rəbbi və ətubu iləyh» və yaxud «Əllahumməğfir li» deyərək istiğfar etməsi müstəhəbdir.

Əgər namaz qılan bir şəxs, istiğfar edib rükuya əyilməzdən qabaq, Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, Həmd və təsbihatı oxuması lazımdır. Əgər istiğfar deyən zaman, ya ondan sonra şəkk edərsə, yenə də ehtiyat-vacib görə Həmdi və ya təsbihatı gərək yenidən oxusun.

Məsələ 1001: Əgər üçüncü və dördüncü rəkətin rükusunda və ya rükuya gedən halda, Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə etina etməməlidir.

Məsələ 1002: Əgər bir ayə və ya kəlməni düz oxuyub-oxumadığı barədə şəkk edərsə, məsələn; «Qul huvəllahu əhəd»i düzgün oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə etina etməyə bilər. Əgər ehtiyata əsasən o ayə və ya kəlməni yenidən səhih bir şəkildə oxuyarsa da eybi yoxdur. Əgər bir neçə dəfə şəkk edərsə, yenə də bir neçə dəfə düz şəkildə deyə bilər. Amma vəsvəsə dərəcəsinə çatarsa, yaxşı olar ki, təkrar etməsin.

Məsələ 1003: Müstəhəbdir ki, birinci rəkətdə Həmdi oxumamışdan əvvəl «Əuzu billahi minəş-şəytanir-rəcim» desin. Günorta və ikindi (zöhr və əsr) namazının birinci və ikinci rəkətlərində də «Bismillahir-rəhmanir-rəhimi» ucadan, habelə müstəhəbdir ki, həmd və surəni açıq-aydın desin, Həmd və surənin sonunda vəqf etsin, yəni onu sonrakı ayəyə

P:205

yapışdırmasın, Həmd və surəni oxuyan vaxtda onun mənasına diqqət yetirsin və əgər namazı camaatla qılırsa, imamın Həmdindən sonra və əgər tək qılırsa, öz Həmdindən sonra «Əlhəmdu lillahi rəbbil-aləmin» desin və Tovhid surəsini oxuyandan sonra bir, iki və ya üç dəfə «Kəzalikəllahu rəbbi», yaxud üç dəfə «Kəzalikəllahu rəbbuna» desin, surəni oxuyandan sonra bir az səbr edib sonra rükudan əvvəlki təkbiri desin və ya qunut tutsun.

Məsələ 1004: Bütün namazların birinci rəkətində «Qədr» və ikinci rəkətində «İxlas» surəsini oxumaq müstəhəbbdir.

Məsələ 1005: İnsanın gündəlik namazlarının heç birində «İxlas» surəsini oxumaması məkruhdur.

Məsələ 1006: «Tövhid» surəsini bir nəfəsə oxumaq məkruhdur.

Məsələ 1007: Birinci rəkətdə oxuduğu surəni ikinci rəkətdə oxumaq məkruhdur. Amma əgər «Tövhid» surəsini hər iki rəkətdə oxusa, məkruh deyil.

RÜKU

Məsələ 1008: Namaz qılan, hər rəkətdə qiraətdən sonra bütün barmaqlarının ucunu o cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.

Məsələ 1009: Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.

Məsələ 1010: Əgər rükunu qeyri-adi şəkildə yerinə yetirsə; məsələn; sola və ya sağa əyilsə, ya dizlərini qabağa gətirsə, əllərini dizlərinə qoysa da, səhih deyildir.

Məsələ 1011: Rükuya əyilmək, gərək rüku niyyəti ilə olsun. Deməli, başqa iş üçün; məsələn: hər hansı həşəratı öldürmək niyyəti ilə) əyilsə onu rüku hesab etmək olmaz; gərək ayağa qalxıb yenidən rükuya getsin və bu əməl vasitəsi ilə rükn artırılmamışdır, namaz da batil deyildir.

P:206

Məsələ 1012: Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn; qolu çox uzun olsa və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olsa və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.

Məsələ 1013: Oturan halda namaz qılan şəxs rüku üçün gərək o qədər əyilməlidir ki, üzü dizlərinin müqabilinə çatsın. Daha yaxşı olar ki, o qədər əyilsin ki, üzü səcdə etdiyi yerin yaxınlığına çatsın.

Məsələ 1014: İxtiyar halında, rükuda hər hansı zikrin kifayət etməsinə baxmayaraq üç dəfə «Subhanəllah» və ya bir dəfə «Subhanə rəbbiyəl-əzimi və bihəmdih» deməsi daha yaxşıdır. Ehtiyat-vacibə görə rüku zamanı, bu miqdarı söyləmək kifayətdir. Amma əgər vaxt dar olsa və ya məcburiyyət qarşısında qalsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. Sübhanə rəbbiyəl-əzimi və bihəmdihi yaxşı deyə bilməyən bir kəs başqa bir zikri, məsələn 3 dəfə subhanəllah deməlidir.

Məsələ 1015: Rükunun zikri bir-birinin ardınca (yəni fasiləsiz ) və ərəbcə səhih deyilməlidir. Müstəhəbdir ki, 3, 5, 7 dəfə və hətta daha artıq deyilsin.

Məsələ 1016: Rüku halında namaz qılanın bədəni gərək aram (hərəkətsiz) olsun, o gərək öz bədəninə ixtiyar halında o cür hərəkət verməsin ki, aram olan haldan xaric olsun. Hətta ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da. Əgər bu hərəkətsizliyə qəsdən riayət etməsə zikri aram olan halda yenidən təkararlasa belə, namaz ehtiyata əsasən batil olur.

Məsələ 1017: Əgər rükunun vacib zikrini dediyi halda səhvən, ya ixtiyarsız olaraq bir qədər hərəkət etsə və bədəni aramlıq halından çıxsa, bədəni aram olandan sonra, zikri ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni aramlıq halından çıxmasa, yaxud barmaqlara hərəkət versə, zərəri yoxdur.

Məsələ 1018: Əgər rüku həddinə əyilməzdən və bədəni aram tutmazdan əvvəl, qəsdən rükunun zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədənin aram olan halında desə, batil olmaz. Əgər səhvən olsa, onu yenidən deməsi lazım deyil.

P:207

Məsələ 1019: Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən deməsi lazım deyil.

Məsələ 1020: Əgər zikr demək miqdarında hətta bir dəfə sübhanəllah demək qədər hərçənd bədəni aram olmadıqda belə, rükuda qala bilmirsə, vacib deyil amma ehtiyat-müstəhəb budur ki, zikrin qalanını qalxdığı halda «mütləq qürbət» qəsdi ilə olsa belə desin və ya ondan əvvəl başlasın.

Məsələ 1021: Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda aram ola bilmirsə, namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən məsələdəki kimi desin.

Məsələ 1022: Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. Əgər söykənərkən də adi qaydada rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda da əyilə bilməsə, gərək rüku üçün başı ilə işarə etsin.

Məsələ 1023: Rüku üçün başı ilə işarə etməli olan şəxs, əgər başı ilə işarə etməyi bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, ehtiyat-vacibə əsasən öz qəlbində rüku niyyəti etsin, öz əli ilə rükuya işarə etsin onun zikrini desin. Bu halda mümkün olsa, ehtiyat-vacibə əsasən həm bunu etməlidir, həm də oturan halda rükuya işarə etməlidir.

Məsələ 1024: Ayaq üstə rüku edə bilməyən şəxs, oturan yerdə rüku üçün əyilə bilirsə, gərək ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Ehtiyat-müstəhəb budur ki, başqa bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin.

Məsələ 1025: Əgər rüku həddinə çatdıqdan sonra qəsdən başını qaldırıb və ikinci dəfə rüku ölçüsündə əyilsə, namazı batildir.

Məsələ 1026: Rükunun zikri qurtardıqdan sonra gərək qalxıb düz dursun və ehtiyat-vacibə görə bədəni aram olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan əvvəl səcdəyə getsə, namazı batildir. Həmçinin ehtiyat-vacibə görə bədəni aram olmamışdan əvvəl səcdəyə getsə, hökm eynidir.

P:208

Məsələ 1027: Əgər rükunu unutsa və səcdəyə çatmamışdan əvvəl yadına düşsə, gərək ayaq üstə dursun, sonra rükuya getsin, əyilmiş halda rükuya qayıtmaq kifayət etmir.

Məsələ 1028: Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşərsə qayıdaraq, qiyamdan sonra rükunu yerinə yetirsin. İkinci səcdədə yadına düşsə, ehtiyat-lazıma əsasən namazı batildir.

Məsələ 1029: Müstəhəbdir ki, rükuya getməzdən əvvəl, bədən düz olan halda təkbir desin, rüku halında dizlərini arxaya tərəf versin, kürəyini düz saxlasın, boynunu çəkib kürəyi ilə bir səviyyədə saxlasın, ayaqlarının arasına baxsın; zikrdən əvvəl və ya sonra salavat desin. Rükudan qalxıb düz durduqdan və bədəni aramlaşdıqdan sonra “Səmiəllahu limən həmidəh” desin.

Məsələ 1030: Müstəhəbdir ki, qadın rükuda əllərini dizlərindən yuxarı qoysun və dizlərini geriyə verməsin.

SƏCDƏ

Point

Məsələ 1031: Namaz qılan şəxs, müstəhəb və vacib namazların hər rəkətində rükudan sonra gərək iki səcdə etsin. Səcdə odur ki, alnı xüsusi formada xüzu qəsdi ilə yerə qoysun. Namazın səcdəsində vacibdir ki, iki əlin içi, iki diz, iki ayağın baş barmaqları yerə qoyulsun. Alın dedikdə ehtiyat-vacibə əsasən alnın ortasıdır ki, iki qaşın arasında, (alının ortasında) tük çıxan yerə qədər iki xəyali xətt çəkməklə alınan dördbucaqdır.

Məsələ 1032: İki səcdə birlikdə bir rükndür. Əgər bir kəs vacib namazda hərçənd yaddan çıxmış olsa da, ya məsələni bilmədiyinə görə olsa da, bir rəkətdə hər ikisini tərk etsə, namazı batildir. Həmçinin ehtiyat-lazıma əsasən, əgər bir rəkətdə iki səcdə unutqanlıq ya qasir cəhalət üzündən artırılmış olsa da, hökm eynidir. (Qasir cahil budur ki, cahil öz cəhlində üzrlü olsun).

Məsələ 1033: Əgər bilərəkdən bir səcdə az və ya çox etsə, namazı batildir. Əgər səhvən bir səcdə az və ya çox etsə, namazı

P:209

batil olmaz və az etdiyi surətdə hökmü səcdeyi səhvin hökmlərində deyiləcəyi kimi olar.

Məsələ 1034: Bir şəxs alnını yerə qoymağı bacarırsa, gərək yerə qoysun, əgər bilərəkdən və ya səhvən yerə qoymasa, başqa üzvlərini yerə çatdırsa da, səcdə etməmişdir. Amma əgər alnını yerə qoysa və səhvən başqa üzvlərini yerə çatdırmasa və ya səhvən zikr deməsə, səcdə səhihdir.

Məsələ 1035: Ən yaxşısı budur ki, ixtiyar halında, səcdədə üç dəfə «Subhanəllah», yaxud bir dəfə «Subhanə rəbbiyəl-ə`la və bihəmdih» desin. Gərək bu kəlmələr ardıcıl və ərəbcə düz deyilsin. Hər bir zikri demək kifayət edər, amma ehtiyat-lazıma əsasən, gərək bu miqdarda olsun. Müstəhəbdir ki, «Subhanə rəbbiyəl-ə`la və bihəmdih» üç, beş, yeddi və ya da daha çox deyilsin.

Məsələ 1036: Səcdə halında gərək namaz qılanın bədəni aram, (hərəkətsiz) olsun, o, gərək öz bədəninə ixtiyar halında hətta ehtiyat-vacibə əsasən, əgər vacib zikrə məşğul olmasa da, o cür hərəkət verməsin ki, aram haldan çıxsın.

Məsələ 1037: Əgər alnı yerə çatmamışdan və bədəni aram olmamışdan əvvəl bilərəkdən səcdənin zikrini desə, namazı batildir. Amma zikri yenidən, bədən aram olan halda desə, batil olmaz. Əgər zikri tamam etməzdən qabaq bilərəkdən başını səcdədən götürsə, namaz batildir.

Məsələ 1038: Əgər alnı yerə çatmazdan əvvəl səhvən səcdənin zikrini desə, başını səcdədən götürməzdən qabaq səhv etdiyini bilsə, gərək bədəni aram olduqdan sonra ikinci dəfə zikri desin. Amma əgər alnı yerə çatandan sonra, bədən aram olmamışdan əvvəl səhvən zikri desə, təkrar etmək lazım deyil.

Məsələ 1039: Əgər başı səcdədən götürəndən sonra başa düşsə ki, səcdənin zikri tamam olmazdan qabaq başını qaldırıb, namazı səhihdir.

Məsələ 1040: Əgər səcdənin zikrini dediyi vaxt yeddi üzvündən birini bilərəkdən yerdən götürsə, səcdədə şərt olan istiqrar (bədənin aram olması) ilə zidd olsa, namaz batil olar. Həmçinin ehtiyat-vacibə əsasən zikr deməyə məşğul deyilsə də hökm eynidir.

P:210

Məsələ 1041: Əgər səcdənin zikri tamam olmamışdan qabaq səhvən alnını yerdən qaldırsa, yenidən yerə qoya bilməz və gərək onu bir səcdə hesab etsin. Amma sair səcdə üzvlərini səhvən yerdən qaldırsa, gərək yenidən yerə qoyub zikri desin.

Məsələ 1042: Birinci səcdənin zikri qurtardıqdan sonra gərək otursun, bədəni aram olduqdan sonra ikinci dəfə səcdəyə getsin.

Məsələ 1043: Namaz qılanın alnının yeri, gərək dizlərinin və ayağının baş barmaqlarının yerindən dörd bağlı barmaqdan alçaq və ya uca olmasın. Hətta ehtiyat-vacib budur ki, alnının yeri, dayandığı yerdən dörd bağlı barmaqdan alçaq və ya uca olmasın.

Məsələ 1044: Başı aşağı yerdə (hərçənd ki, onun başı aşağı olması düzgün məlum olmasa da belə) əgər namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarından, dörd bağlı barmaqdan alçaq və ya uca olsa, namazı işkallıdır.

Məsələ 1045: Əgər alnını səhvən dizlərinin və ayaq barmaqlarının yerindən dörd bağlı barmaqdan yüksək olan bir şeyin üzərinə qoyarsa, əgər onun hündürlüyü «səcdə halındadır» deyilməyəcək qədər çox olarsa, başını onun üzərindən qaldırıb, hündürlüyü dörd bağlı barmaqdan çox olmayan bir şeyin üzərinə qoymalıdır. Amma əgər onun hündürlüyü «səcdə halındadır» deyiləcək qədərdirsə, vacib zikri dedikdən sonra fərqinə varsa, başını səcdədən qaldırıb namazı tamamlaya bilər; əgər vacib zikri oxumamışdan əvvəl fərqinə varsa, alnını onun üzərindən hündürlüyü dörd bağlı barmaq qədər və ya daha az olan bir şeyin üzərinə çəkməli və vacib zikri oxumalıdır. Əgər alnını çəkməsi mümkün deyilsə, o halda vacib zikri oxuyaraq namazını tamamlaya bilər. Namazını yenidən qılması da lazım deyil.

Məsələ 1046: Gərək alın ilə üzərinə səcdə edilməsi səhih olan şeyin arasında başqa bir şey fasilə olmasın. Demək əgər möhür, alnı möhürün özünə dəyməyəcək qədər çirk olsa, səcdə batildir, amma məsələn, möhürün rəngi dəyişsə eybi yoxdur.

Məsələ 1047: Səcdədə gərək əllərin içi yerə qoyulsun. Ehtiyat-vacibə əsasən mümkün olan təqdirdə əlin içinin hər yerini yerə qoysun. Amma çarəsizlik üzündən əllərin arxasının da qoyulmasının maneəsi yoxdur. Əgər əlin arxasını da qoymaq mümkün olmasa, ehtiyat-vacibə əsasən, əlin biləyini yerə

P:211

qoymalıdır. Onu da bacarmasa, dirsəyə qədər, hər yeri mümkünsə yerə qoysun, o da mümkün deyildirsə, qolu yerə qoymaq kifayətdir.

Məsələ 1048: Səcdədə gərək ayaqların iki baş barmaqlarını yerə qoysun, amma lazım deyildir ki, iki barmağın başını yerə qoysun, hətta onların altını və ya üstünü qoymaq kifayət edər. Əgər ayağın baş barmaqlarını deyil başqa barmaqlarını, yaxud ayağın üstünü yerə qoysa, ya dırnağın uzunluğu səbəbindən (baş barmaq) yerə çatmasa, namaz batildir. Təqsir (səhv) və ya məsələni bilmədiyinə görə, namazlarını bu cür qılan şəxs, gərək namazlarını ikinci dəfə qılsın.

Məsələ 1049: Ayağının baş barmağından bir qədəri kəsilən şəxs, gərək onun qalanını yerə qoysun və əgər ondan bir şey qalmamışdırsa və ya qalmış olsa da qalan hissə çox azdırsa və onu heç cür yerin üstünə və ya başqa bir şeyin üstünə qoymaq mümkün deyilsə, ehtiyat-vacibə əsasən, gərək qalan barmaqları qoysun. Lakin barmağı yoxdursa, nə qədər ayağında yer qalıbsa, onu yerə qoysun.

Məsələ 1050: Əgər bir şəxs qeyri adi halda səcdə etsə, məsələn, sinə və qarnını yerə yapışdırsa, yaxud ayaqlarını bir qədər uzatsa, bu halda «səcdə edir» deyilərsə, namazı səhihdir. Amma əgər «uzanıb və düzgün səcdə etmir» desələr, səcdə adlana bilməsə, onun namazı batildir.

Məsələ 1051: Möhür və ya səcdə edilən başqa şeylərin səcdə etdiyi miqdarı gərək pak olsun. Amma əgər məsələn, möhürü, nəcis xalçanın üzərinə qoysa və ya möhürün bir tərəfi nəcis olsa, alnını onun pak tərəfinə qoysa, yaxud möhürün üstünün bir hissəsi pak, bir hissəsi nəcis olsa, əgər alnı nəcis etməsə eybi yoxdur.

Məsələ 1052: Əgər alnında çiban, yara və ona oxşar şeylər olsa, alnını hərçənd sıxmadan olsa belə yerə qoya bilməsə, bu halda o çiban, məsələn, alnının bütün yerini tutmasa, gərək alnın sağlam yeri ilə səcdə etsin. Əgər alnın sağlam yeri ilə səcdə etmək, yeri qazıb çibanı deşiyə qoyaraq, alının sağlam tərəfindən səcdəyə yetəcək qədərini yerə qoymasına bağlı olarsa, bunu

P:212

etməsi lazımdır. (Alın dedikdə nəzərdə tutulan hissə səcdə fəslinin əvvəlində qeyd olundu.

Məsələ 1053: Əgər çiban və ya yara alnı (əvvəldə qeyd olunan mənada) tamamilə bürüsə, gərək ehtiyat-vacibə əsasən alnın qalan yeri olan iki tərəfini və ya onlardan birini bacardığı hər yolla yerə qoysun. Əgər bunu da edə bilməsə sifətinin bəzi üzvləri ilə səcdə etsin və ehtiyat-lazım budur ki, əgər bacarırsa çənə ilə səcdə etsin, bacarmırsa, alnın iki tərəfinin biri ilə səcdə etsin və əgər sifətlə səcdə etmək heç cür mümkün deyilsə, gərək səcdə üçün işarə etsin.

Məsələ 1054: Əgər bir kəs otura bilir, amma alnını yerə çatdıra bilmirsə, gərək ürfən səcdə adlana biləcək qədər əyilsin və möhür, ya səcdə edilməsi səhih olan başqa bir şeyi, hündür şeyin üstünə qoyaraq, alnını onun üzərinə qoysun. Amma gərək əllərin içi, dizlər və ayağın barmaqlarını adi qaydada yerə qoysun.

Məsələ 1055: Əgər qeyd olunan halda möhürü və ya səcdə edilməsi səhih olan başqa bir şeyi, üzərinə qoymaq üçün, yüksək bir şey tapılmazsa və onun səcdə etməsi üçün, möhürü yüksəkdə tutan bir şəxs də tapılmazsa, gərək möhürü qaldırsın və onun üzərinə səcdə etsin.

Məsələ 1056: Səcdə edə bilməyən şəxs və əyildiyi miqdara da səcdə deyilməzsə gərək səcdə üçün başı ilə işarə etsin. Əgər bacarmasa, gərək gözləri ilə işarə etsin, bunu da bacarmasa, gərək qəlbdə səcdə niyyəti edib, ehtiyat-lazıma əsasən, əl və bu kimi şeylərlə səcdə üçün işarə etsin və vacib zikri desin.

Məsələ 1057: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, mümkün olduğu təqdirdə səcdənin zikrini desə də, deməsə də, gərək ikinci dəfə alını səcdəyə çatmağa qoymasın və bu bir səcdə hesab olunur. Əgər başı saxlaya bilməsə, ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə çatsa, o da bir səcdə hesab olunur. Amma əgər zikri deməmiş olsa ehtiyat-vacib budur ki, onu «mütləq qürbət» qəsdilə desin və cüz olmaq qəsdi etməsin.

Məsələ 1058: İnsan təqiyyə saxlaması lazım olan yerdə xalça və bu kimi şeylərin üzərinə səcdə edə bilər. Lazım deyildir ki,

P:213

namaz üçün başqa yerə getsin və ya təqiyyə səbəbi aradan gedəndən sonra həmin yerdə namazı qılmaq üçün namazı təxirə salsın. Amma əgər həmin yerdə həsirə və ya üzərinə səcdə səhih olan başqa bir şeyə, təqiyyəyə xilaf olmamış şəkildə səcdə edə bilsə, xalçaya və onun kimi şeylərə səcdə etməməlidir.

Məsələ 1059: İçi dolu döşək və bu kimi şeylərin üzərində (dayanaraq) səcdə etmək, bədən onun üzərində aram olmayan surətdə batildir.

Məsələ 1060: Əgər insan əlacsız olub, palçıq yerdə namaz qılsa, belə ki, bədən və ya paltarının bulaşması onun üçün əziyyət olmasa, gərək səcdə və təşəhhüdü adi qaydada əmələ gətirsin. Əgər əziyyəti olsa, ayaq üstə dayanmış halda başı ilə səcdəyə işarə etməli, təşəhhüdü də ayaq üstə oxumalıdır. Bu cür namaz səhih olar.

Məsələ 1061: Birinci və üçüncü rəkətdə təşəhüd yoxdur (zöhr, əsr və işa namazlarının üçüncü rəkəti kimi). Ehtiyat-vacibə görə gərək ikinci səcdədən sonra bir az hərəkətsiz oturub, sonra qalxsın.

SƏCDƏ ETMƏYİN SƏHİH OLDUĞU ŞEYLƏR

Məsələ 1062: Yerə və yerdə bitən şeylərə, yeyiləcək və geyiləcək şeylərdən başqa məsələn, ağac və ağac yarpağının üzərinə səcdə caizdir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə səhih deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın pis bir növüdür) kimi şeylərin üzərinə səcdə etmək, üzərində səcdə səhih olmayan digər şeylərdən daha üstündür.

Məsələ 1063: Üzüm yarpağının üzərinə lətif (yumşaq) vaxtında və yeyilməsi adi olan vaxtında səcdə icazəli deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur.

Məsələ 1064: Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən şeylərin üzərinə səcdə səhihdir.

P:214

Məsələ 1065: Yeməli olmayan güllərin üzərinə səcdə səhihdir. Hətta yeməli dərmanların, yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili gülünün üzərinə səcdə səhihdir.

Məsələ 1066: Bəzi məntəqələrdə yeyilməsi adət olan, bəzi şəhərlərdə isə, yeyilən bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərinə və həmçinin yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən icazəli deyildir.

Məsələ 1067: Əhəng daşı və təbaşir üzərinə səcdə etmək səhihdir. Bişmiş təbaşirə, əhəngə, kərpicə və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin işkalı yoxdur.

Məsələ 1068: Səcdəsi səhih olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olsa da, hökm eynidir. Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olsa, onun üzərinə səcdə icazəli deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, üzərinə səcdə etməyin səhih olduğu şeylərdən düzəldilmiş olduğu məlum olsun.

Məsələ 1069: Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyidüş-Şühədanın (ələyhis-səlam) türbətidir. Ondan sonra adi torpaq, sonra daş və daha sonra bitkilərdir.

Məsələ 1070: Səcdə səhih olan şey olmasa, yaxud əgər olsa da, soyuq və ya istiliyin şiddətindən onun üzərinə səcdə edə bilmirsə, qıra və zəftə səcdə, o birilərinə səcdədən irəlidir. Amma əgər onların üzərinə səcdə mümkün olmasa, gərək paltarına və yaxud adi halda üzərinə səcdə etmək caiz olmayan hər bir şeyə səcdə edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, paltarına səcdə etmək mümkün olsa, başqa şeylərə səcdə etməsin.

Məsələ 1071: Üzərində alnın aramlaşmadığı palçıq və yumşaq torpağa səcdə batildir.

Məsələ 1072: Əgər birinci səcdədə, möhür alına yapışsa, gərək ikinci səcdə üçün möhürü götürsün.

Məsələ 1073: Əgər namaz əsnasında səcdə etdiyi şey itsə və səcdəsi səhih olan bir şeyi olmasa, 1070-ci məsələdə deyilən

P:215

tərtibə əməl edə bilər istər vaxt az olsun, istərsə namazı pozub yenidən qılmaq qədər geniş olsun.

Məsələ 1074: Əgər səcdə halında ikən, alnını səcdənin batil olduğu bir şey üzərinə qoyduğunu anlasa, vacib zikri söylədikdən sonra fərqinə varmışsa, səcdədən başını qaldırıb namazına davam edə bilər. Amma əgər vacib zikri söyləməmişdən əvvəl fərqinə varmışsa, alnını üzərinə səcdənin səhih olduğu bir şey üstünə çəkərək vacib zikri deməlidir. Əgər alnını çəkməsi mümkün deyilsə, elə o halda vacib zikri söyləyə bilər. Hər iki halda namazı səhihdir.

Məsələ 1075: Əgər səcdədən sonra başa düşsə ki, alnını səcdəsi batil olan şeyin üzərinə qoymuşdur, eybi yoxdur.

Məsələ 1076: Allahdan başqasına səcdə etmək haramdır. Avam camaatdan bəziləri, imamların (ələyhimus-səlam) qəbrlərinin qarşısında alnını yerə qoyurlar; əgər Allahın şükrünü yerinə yetirmək niyyəti ilə olarsa işkalı yoxdur, əks halda haramdır.

SƏCDƏNİN MÜSTƏHƏB VƏ MƏKRUHATI

Məsələ 1077: Səcdədə bir neçə şey müstəhəbbdir:

1-Ayaq üstə namaz qılan şəxs, rükudan qalxdıqdan və bədəni tam aram olduqdan sonra; oturan halda namaz qılan şəxs isə tam düz oturduqdan sonra səcdəyə getmək üçün təkbir desin;

2-Kişi, səcdəyə gedəndə, əvvəl əllərini; qadın isə əvvəl dizlərini yerə qoysun;

3-Burnu möhürün, yaxud səcdənin səhih olduğu şeyin üstünə qoysun;

4-Səcdə halında əlin barmaqlarını bir-birinə yapışdırsın və əllərini qulaqlarının müqabilində yerə elə qoysun ki, barmaqların ucu qibləyə tərəf olsun;

5-Səcdədə dua edib Allahdan hacətlərini istəsin. Səcdədə münasib olan dualardan biri budur:

P:216

یَاخَیْرَ الْمَسْؤُلِینَ وَیَا خَیْرَ الْمُعْطِینَ اُرْزُقْنِی وَارْزُقْ عِیَالِی مِنْ فَضْلِکَ فَإِنَّکَ ذُوالْفَضْلِ الْعَظِیمَ

“Ya xəyrəl-məsulinə və ya xəyrəl-mutinə urzuqni vərzuq əyali min fəzlikə fə innəkə zul-fəzlil-əzim”

“Ey hacət istənilənlərin ən yaxşısı və ey əta edənlərin ən yaxşısı! Mənə və mənim əhl-əyalıma Öz fəzlindən ruzi əta et. Çünki Sən, həqiqətən böyük fəzl və kərəm sahibisən.”

6-Səcdədən sonra sol budunun üstündə otursun, sağ ayağını sol ayağın üstünə qoysun;

7-Hər səcdədən sonra qalxıb otursun və bədəni aram olduqdan sonra təkbir desin;

8-Birinci səcdədən sonra, bədəni aram olduğu vaxt (ikinci səcdəyə getməzdən əvvəl) “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” desin;

9-Səcdəni uzatsın, oturanda isə əllərini budlarının üstünə qoysun;

10-İkinci səcdəyə getmək üçün bədən aram olan halda “Əllahu əkbər” desin;

11-Səcdələrdə salavat desin;

12-Qalxanda əlləri dizlərdən sonra yerdən götürsün;

13-Kişilər dirsəyi və qarnı yerə yapışdırmasınlar və qollarını bədəndən aralı saxlasınlar (qabırğalara yapışdırmasınlar); qadınlar isə dirsək və qarınlarını yerə qoysunlar, bədən üzvlərini bir-birinə yapışdırsınlar. Səcdənin sair müstəhəb əməlləri müfəssəl kitablarda bəyan olunmuşdur.

Məsələ 1078: Səcdədə Quran oxumaq, habelə toz-torpağı aradan qaldırmaq üçün üfürmək məkruhdur. Əgər üfürməyin təsirindən, ağızdan iki hərf qəsdən çıxsa, namaz ehtiyata əsasən batildir. Bunlardan başqa məkruhlar da vardır ki, müfəssəl kitablarda deyilmişdir.

P:217

QURANIN VACİB SƏCDƏLƏRİ

Məsələ 1079: Dörd surənin hər birində: «Vənnəcm», «İqrə», «Əlif-lam-mim tənzil» və «Ha-mim Səcdə» surəsində bir səcdə ayəsi vardır ki, əgər insan oxusa, yaxud qulaq assa, o ayəni tamam edəndən sonra, gərək dərhal səcdə etsin. Əgər yaddan çıxartsa, yadına düşdüyü vaxt səcdə etməlidir. İxtiyarsız eşitsə, səcdə etməsinin yaxşı olmasına baxmayaraq səcdə vacib deyildir.

Məsələ 1080: Əgər insan səcdə ayəsinə qulaq asan vaxt, özü də oxusa gərək iki səcdə etsin.

Məsələ 1081: Namazdan başqa hallarda əgər səcdə halında səcdə ayəsini oxusa və ya eşitsə, gərək səcdədən baş qaldırıb, ikinci dəfə səcdə etsin.

Məsələ 1082: Əgər insan yuxulu şəxsdən, dəlidən və ya Quranı müəyyən edə bilməyən uşaqdan səcdə ayəsini eşitsə və ya dinləsə, səcdə vacibdir. Amma əgər qramafon və ya kasetdən eşitsə, səcdə vacib deyildir. Həmçinin radiodan efirə buraxılan lent yazısından dinləsə, hökm eynidir. Amma əgər bir şəxs radiostudiyasında səcdə ayəsini oxusa və insan da ona radiodan qulaq asarsa səcdə vacibdir.

Məsələ 1083: Quranın vacib səcdəsində ehtiyat-vacibə əsasən, gərək insanın yeri qəsbi olmasın, ehtiyat-müstəhəb əsasən, alnının yeri dizlərinin, baş barmaqlarının yerindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmasın. Amma lazım deyildir ki, dəstəmazlı və ya qüsl etmiş və üzü qibləyə olsun və övrətini örtsün, yaxud bədən və alnının yeri pak olsun və habelə namaz qılanın paltarında olan şərtlər onun paltarında şərt deyildir.

Məsələ 1084: Ehtiyat-vacib budur ki, Quranın vacib səcdəsində alnı möhürə, yaxud səcdəsi səhih olan şeyə qoysun və ehtiyat-müstəhəb görə, namaz səcdəsində deyilənə əsasən, bədənin başqa üzvlərini də yerə qoysun.

Məsələ 1085: Əgər Quranın vacibi səcdələrində alın, səcdə niyyəti ilə yerə qoyulsa hətta zikr deyilməsə də, kifayətdir.

P:218

Amma zikri demək müstəhəbdir. Daha yaxşı olar ki, bu zikr deyilsin:

لاَإِلَهَ إِلاَّ اللهُ حَقًا حَقًا، لاَ إِلَهَ إِلاَّ اللهُ إِیمَانًا وَتَصْدیقًا، لاَإِلَهَ إِلاَّ اللهُ عُبُودِیَّهً وَرِقًّا سَجَدْتُ لَکَ یَارَبِّ تَعَبُّداً وَرِقًّا لاَ مُسْتَنْکِفًا وَلاَ مَسْتَکْبِراً بَلْ أَنَا عَبْدٌ ذَلِیلٌ ضَعِیفٌ خَائِفٌ مُسْتَجِیرٌ

“La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu iymanən və təsdiqa. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi, təəbbudən və riqqa. La mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”

TƏŞƏHHÜD

Məsələ 1086: Bütün vacib və müstəhəb namazların ikinci rəkətində, məğrib namazının üçüncü rəkətində, zöhr, əsr və işa namazlarının dördüncü rəkətində gərək insan ikinci səcdədən sonra oturub bədəni aram olan vaxt təşəhhüd desin, yəni:

أَشْهَدُ أَنْ لاَ إِلََهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلیَ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.” desin.

Əgər «Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alih əbduhu və rəsuluh» desə, kifayət edər, həmçinin «Vitr» namazında təşəhhüd lazımdır.

Məsələ 1087: Təşəhüdün kəlmələri gərək ərəbcə səhih və adi qaydada, bir-birinin ardınca deyilsin.

Məsələ 1088: Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin, ikinci dəfə ayağa qalxıb o rəkətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat-müstəhəbə

P:219

əsasən, namazdan sonra yersiz ayaq üstə durduğuna görə, iki səcdeyi-səhv yerinə yetirsin. Əgər rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından sonra ehtiyat-müstəhəbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış təşəhhüd üçün iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1089: Müstəhəbdir ki, namaz qılan şəxs təşəhhüd deyən halda sol budunun üstünə oturub, sağ ayağı sol ayağın üstünə qoysun. Təşəhüddən qabaq, “Əlhəmdu lillah” və ya “Bismillahi və billahi vəlhəmdu lillahi və xəyrul-əsmai lilllah” deyilsin. Həmçinin, müstəhəbdir ki, əlləri dizlərinin üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırıb, ətəyinə baxsın. Təşəhhüdün salavatından sonra isə “Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” desin.

Məsələ 1090: Müstəhəbdir ki, qadınlar təşəhhüd oxuyanda budlarını bir-birinə yapışdırsınlar.

NAMAZIN SALAMI

Məsələ 1091: Namazın axırıncı rəkətinin təşəhhüdündən sonra müstəhəbdir ki, oturan və bədənin aram olduğu halda deyilsin:

أَلسَّلاَمُ عَلَیْکَ أَیُهَاالنَّبِیُّ وَرَحْمَهُاللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələkə əyyuhən-Nəbiyyu və rəhmətullahu və bərəkatuh

Ondan sonra gərək desin:

أَلسَّلاَمُ عَلَیْکُمْ

Əssəlamu ələykum.

Ehtiyat-müstəhəb budur ki, əlavə edərək desin:

وَرَحْمَهُاللهِ وَبَرَکَاتُهُ

və rəhmətullahi və bərəkatuh,

P:220

Yaxud desin:

أَلسَّلاَمُ عَلَیْنَا وَعَلَی عِبَادِاللهِ الصَّالِحِینَ

Əssəlamu ələyna və əla ibadillahis-salihin desin. Amma bu salamı desə, ehtiyat-vacib budur ki, ondan sonra

أَلسَّلاَمُ عَلَیْکُمْ

Əssəlamu ələykkum da desin.

Məsələ 1092: Əgər bir şəxs namazın salamını unutsa və namazın surəti pozulmamış yadına düşsə, qəsdən və səhvən olması ilə namazı batil edən iş etməyibsə, qibləyə arxa çevirmək kimi, gərək salamı desin, namazı da səhihdir.

Məsələ 1093: Əgər namazın salamını unutsa və namazın şəkli pozulduqdan sonra yadına düşsə, yaxud namazı səhvən və ya qəsdən, batil edən bir iş görmüşdürsə məsələn; arxasını qibləyə çevirmişdirsə, namazı səhihdir.

TƏRTİB

Məsələ 1094: Əgər insan, namazın tərtibini bilərəkdən pozsa; məsələn: surəni Həmddən qabaq oxusa, yaxud səcdəlri rükudan qabaq etsə namazı batildir.

Məsələ 1095: Əgər namazın bir rüknünü unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, məsələn, rüku etməmişdən iki səcdə etsə, ehtiyat-vacibə əsasən namaz batildir.

Məsələ 1096: Əgər bir rüknü unutsa və ondan sonrakı rükn olmayan əməli yerinə yetirsə, məsələn, iki səcdəni yerinə yetirmədən təşəhhüd desə, gərək iki səcdəni yerinə yetirsin və ondan əvvəl səhvən oxuduğunu ikinci dəfə oxusun.

Məsələ 1097: Əgər rükn olmayan bir əməli unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, məsələn, Həmdi unudub rükuya getsə, namazı səhihdir.

P:221

Məsələ 1098: Əgər rükn olmayan bir əməli unutsa, belə ki, ondan sonra gələn və rükn olmayan bir əməli yerinə yetirsə, məsələn, Həmdi unudub, surəni oxumağa başlayarsa, gərək yaddan çıxan əməli yerinə yetirsin və ondan sonra səhvən qabaqca oxuduğunu, ikinci dəfə oxusun.

Məsələ 1099: Əgər birinci səcdəni ikinci səcdədir gümanı ilə və ya ikinci səcdəni birinci səcdə gümanı ilə yerinə yetirsə, namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi də ikinci səcdə hesab olunur.

MÜVALAT

Məsələ 1100: İnsan gərək namazı muvalat ilə qılsın, yəni namazın ruku, səcdələr və təşəhhüd kimi əməllərini ardıcıl, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduğu şeyləri də adi qaydada fasiləsiz oxumalıdır. Əgər onların arasında uzun fasilə versə və buna, «namaz qılır» deməsələr namazı batildir.

Məsələ 1101: Əgər namazda səhvən hərflərin və kəlmələrin arasında fasilə versə və fasilə namazın şəklini dəyişəcək qədər olmasa, sonrakı rüknə məşğul olmamış, gərək o hərfləri və kəlmələri adi qayda üzrə oxusun. Səhv oxuduğu hərflərdən sonra, oxuduqlarını təkrar etməlidir. Əgər sonrakı rüknə məşğul olubsa, namazı səhihdir.

Məsələ 1102: Rüku və səcdəni uzatmaq və böyük surələri oxumaq, namazın müvalatını pozmur.

QUNUT

Məsələ 1103: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan əvvəl, müstəhəbdir ki, qunut tutulsun. Amma «Şəf`» namazında gərək rəcaən əmələ gətirsin. «Vitr» namazında bir rəkətdə olduğuna baxmayaraq, rükudan qabaq, qunut tutmaq müstəhəbdir. «Cümə» namazında hər rəkətdə bir qunut vardır. «Ayət» namazında beş qunut vardır. «Fitr» və

P:222

«Qurban» bayramının namazında isə bir neçə qutut var ki, öz yerində qeyd olunacaq.

Məsələ 1104: Müstəhəbdir ki, qunutda əlləri üzün müqabilinə tutsun, onların içini göyə tərəf, bir-birinə yaxın saxlasın, baş barmaqdan başqa, o biri barmaqları bir-birinə birləşdirsin və əllərin içinə baxsın. Ehtiyat-vacibə əsasən, zərurət halı istisna olmaqla, əlləri qaldırmadan qunut səhih deyil.

Məsələ 1105: Qunutda hər zikri, hətta bir dəfə subhanəllah desə kifayətdir. Amma daha yaxşı olar ki, bu dua oxunsun:

لاَ إِلَهَ إِلاَّ الله الْحَلِیمُ الْکَرِیمُ لاَ إِلَهَ إِلاَّ اللهُ الْعَلِیُّ الْعَظِیمُ سُبْحَانَ الله رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِینَ السَّبْعِ وَمَا فِیهِنَّ وَمَابَیْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِیمِ وَالْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ

La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi Rəbbil-aləmin.

Məsələ 1106: Müstəhəbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı camaatla qılan şəxs əgər imam camaat onun səsini eşidərsə, qunutu ucadan oxuması müstəhəb deyildir.

Məsələ 1107: Əgər qəsdən qunut tutmasa, qəzası yoxdur və əgər unutsa, rüku qədərinə əyilməmişdən əvvəl yadına düşsə, qalxıb oxuması müstəhəbbdir. Əgər rükuda yadına düşsə, müstəhəbdir ki, rükudan sonra qəza etsin. Amma əgər səcdədə yadına düşərsə, namazın salamından sonra qəza etməsi müstəhəbdir.

P:223

NAMAZIN TƏRCÜMƏSİ

1 - “HƏMD” SURƏSİNİN TƏRCÜMƏSİ

بِِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ

“Bismillahir-rəhmanir-rəhim.”

Bismillah: Başlayıram Allahın adı ilə ki, bütün kəmallara sahib olan və hər nöqsandan pakdır.

اَلرَّحْمَنِ

“Ərrəhman”

Rəhməti genişdir, sonsuzdur.

الرَّحِیمِ

“Ərrəhim”

Rəhməti zati, əzəli və əbədidir.

أَلْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِینَ

“Əlhəmdu lillahi Rəbbil-aləmin”

Tərif, bütün yaranmışlara pərvəriş verən Allaha məxsusdur.

اَلرَّحْمَنِ الرَّحِیمِ

“Ərrəhmənir-rəhim”

Bunun mənası yuxarıda zikr olundu

مَالِکِ یَوْمِ الدِّینِ

“Maliki yəvmiddin”

Bir qüdrətli zatdır ki, cəza gününün hökmranlığı Onunladır.

إیَّاکَ نَعْبُدُ وإِیَّاکَ نَسْتَعِینُ

P:224

“İyyakə nə`budu və iyyakə nəstəin”

Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.

اِهْدِنَا الصِّرَاطَ المُسْتَقِیمَ

“İhdinəs-siratəl müstəqim”

Bizi doğru yola hidayət et ki, o, İslam dinidir.

صِرَاطَ الَّذِینَ أَنعَمْتَ عَلَیهِمْ

“Siratəl-ləzinə ənəmtə ələhim”

Nemət verdiyin şəxslərin yoluna ki, onlar peyğəmbərlər və peyğəmbərlərin canişinləridir.

غَیرِ المَغضُوبِ عَلَیهِمْ وَلاَ الضَّالِّینَ

“Ğəyril-məğzubi ələyhim vələzzallin”

Qəzəbin tutmuş və yoldan azmış adamların yoluna yox.

2 - “QUL HUVƏLLAH” SURƏSİNİN TƏRCÜMƏSİ

بِِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ

“Bismillahir-rəhmanir-rəhim.”

Onun mənası deyildi.

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

“Qul huvəllahu əhəd”

(Ey Peyğəmbər,) de ki: Allah, yeganə olan Allahdır.

اللَّهُ الصَّمَدُ

“Əllahus-səməd”

O Allah ki, bütün mövcudatlardan ehtiyacsızdır.

لَمْ یَلِدْ وَلَمْ یُولَدْ

“Ləm yəlid və ləm yuləd”

Övladı yoxdur və heç şəxsin də övladı deyil.

P:225

وَلَمْ یَکُن لَّهُ کُفُوًا أَحَدٌ

“Və ləm yəkun ləhu kufuvən əhəd”

Məxluqlardan heç bir şəxs, Onun misli, tayı-bərabəri deyil.

3 - RÜKU VƏ SƏCDƏ ZİKRLƏRİNİN TƏRCÜMƏSİ

سُبْحَانَ رَبِّیَ الْعَظِیمِ وَ بِحَمْدِهِ

Subhanə Rəbbiyəl-əzimi və bihəmdih,

Mənim böyük Rəbbim, hər eyb və nöqsandan pak və münəzzəhdir və mən də Ona həmd-sitayiş etməyə məşğulam.

سُبْحَانَ رَبِّیَ الْأَعْلَی وَ بِحَمْدِهِ

Subhanə Rəbbiyəl-əla və bihəmdih

Mənim hamıdan uca məqamlı Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir, mən də Ona həmd-sitayiş etməyə məşğulam.

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ

Səmi əllahu limən həmidəh

Allah, Ona sitayiş edənlərin həmd-sənasını eşitsin və qəbul etsin!

أَسْتَغْفِرُ اللهَ رَبِّی وَأَتُوبُ إِلَیْهِ

Əstəğfirullahə Rəbbi və ətubu iləyh

Bağışlanmaq və məğfirət tələb edirəm O Allahdan ki, məni bəsləyib və mən Ona tərəfin qaydıram.

بِحَوْلِ اللهِ وَقُوَّتِهِ أَقُومُ وَأَقْعُد

Bihəvlillahi və quvvətihi əqumu və əqud

Mütəal Allahın köməyi və hövl-qüvvəsi ilə oturub-dururam.

P:226

4 - QUNUTUN TƏRCÜMƏSİ

لاَ إِلَهَ إِلاَّ اللهُ الْحَلِیمُ الْکَرِیمُ

La ilahə illəllahul-həlimul-kərim

Kərəm və helm sahibi olan Allahdan başqa bir məbud, ibadətə layiq olan kimsə yoxdur.

لاَ إِلَهَ إِللَّهُ الْعَلِیُّ الْعَظِیمُ

La ilahə illəllahu-əliyyul-əzim

Böyük, uca mərtəbə əzəmətli olan Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur.

سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِینَ السَّبْعِ وَمَا فِیهِنَّ وَمَابَیْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِیمِ

Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim

Pak və münəzzəhdir O Allah ki, yeddi qat göylərin, yeddi qat yerlərin və onların arasında olanların, əzəmətli ərşin Rəbbidir.

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ

Vəlhəmdu lillahi Rəbbil-aləmin

Həmd və səna, aləmlərə pərvəriş verən, bütün mövcudları bəsləyən, Allaha məxsusdur.

5 - TƏSBİHATİ-ƏRBƏƏNİN TƏRCÜMƏSİ

سُبحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَکْبَر

Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu

vəllahu əkbər

P:227

Pak və münəzzəhdir Allah-təala, həmd yalnız Allaha məxsusdur, sitayişə layiq olan bir məbud yoxdur, tayı olmayan Allahdan başqa. Allah, Onu vəsf edənlərin vəsfindən daha böyükdür.

6 - TƏŞƏHHÜD VƏ SALAMIN TƏRCÜMƏSİ

أََلْحَمْدُ للهِ أَشْهَدُ أَنْ لاَ إِلََهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ

Əlhəmdu lillah, əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh

Sitayiş və həmd Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir, pərəstişə layiq məbud yoxdur. Yeganədir, şəriki yoxdur.

وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ

Və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh

Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Allahın bəndəsi və Onun Rəsulu, göndərdiyidir.

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Əllahumə səlli əla Muhəmmədin və Ali-Muhəmməd

Ey Allah! Rəhmət göndər Məhəmmədə və onun Əhi-beytinə.

وَتَقَبَّلْ شَفَاعَتَهُ وَارْفَعْ دَرَجَتَهُ

Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh

Peyğəmbərin şəfaətini qəbul et, o Həzrətin dərəcəsini Öz yanında ucalt!

أَلسَّلاَمُ عَلَیْکَ أَیُّهَا النَّبِیُّ وَرَحْمَهُ اللهِ وَبَرَکَاتُهُ

P:228

Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh

Salam olsun Sənə ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti Sənə olsun!

أَلسَّلاَمُ عَلَیْنَا وَعَلَی عِبادِ اللهِ الصَّالِحِینَ

Əssəlamu ələyna və əla ibadillahis-salihin

Allah tərəfindən salam biz namaz qılanlara və bütün yaxşı bəndələrə olsun!

أَسَّلاَمُ عَلَیْکُمْ وَرَحْمَهُ اللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Allahın salam, rəhmət və bərəkəti siz möminlərə olsun!

NAMAZIN TƏQİBATI

Məsələ 1108: Müstəhəbdir ki, insan namazdan sonra müəyyən qədər təqibatla məşğul olsun. Yəni zikr etsin, dua və Quran oxusun. Daha yaxşı olar ki, öz yerindən hərəkət etməmiş, dəstəmaz, qüsl və ya təyəmmümü batil olmamış, üzü qibləyə durub təqibatı oxusun. Təqibatın ərəbcə olması lazım deyil. Amma daha yaxşı olar ki, dua kitablarında qeyd olunanları oxusun. Daha çox tövsiyə olunan təqibatlardan biri, həzrəti Zəhranın (salamullahi ələyha) zikridir ki, bu tərtiblə deyilməlidir: 34 dəfə Əllahu Əkbər, 33 dəfə əlhəmdu lillah, 33 dəfə subhanəllah. Subhanəllahı əlhəmdu lillahdan qabaq da demək olar, amma daha yaxşı olar ki, sonra deyilsin.

Məsələ 1109: Müstəhəbdir ki, namazdan sonra şükür səcdəsi edilsin. Əgər alnı şükr etmək məqsədi ilə yerə qoysalar kifayətdir. Amma daha yaxşı olar ki, 100 dəfə, yaxud üç dəfə və ya bir dəfə şükrən lillah yaxud şükrən yaxud da əfvən deyilsin. Həmçinin, müstəhəbdir ki, insana hər vaxt nemət yetişsə, yaxud hər hansı bəla ondan uzaqlaşsa şükür səcdəsi etsin.

P:229

PEYĞƏMBƏRƏ (SƏLLƏLLAHU ƏLƏYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) SALAVAT

Məsələ 1110: Hər vaxt insan, Həzrət Rəsul-Əkrəmin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını, məsələn, Muhəmməd, Əhməd (səlləllahu ələyhi və alihi və səlləm), yaxud ləqəb və ya künyəsini, məsələn, Mustəfa, Əbul-Qasim (səlləllahu ələyhi və alihi və səlləm) desə, yaxud eşitsə, namazda olsa da belə, müstəhəbdir ki, salavat desin.

Məsələ 1111: Həzrət Rəsulun (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını yazanda, salavatı da yazmaq müstəhəbbdir. Həmçinin daha yaxşı odur ki, hər zaman o Həzrəti yad etsə, salavat göndərsin.

NAMAZI BATİL EDƏN ŞEYLƏR

Məsələ 1112: On iki şey namazı batil edir və onlara mübtilat deyilir:

1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.

2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə; Belə ki, bu səhvən və ya çarəsizlikdən, namazın son səcdəsindən sonra meydana gəlsə belə, ehtiyat-vacibə əsasən namazı batil olur. Lakin, bövl və ya ğaitinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və ya ğait xaric olarsa, əgər dəstəmaz hökmlərində söylənən qaydalara görə əməl edərsə, namazı batil olmur. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa, əgər istihazənin göstərişinə əməl etsə, namazı səhihdir.

Məsələ 1113: İxtiyarsız şəkildə yatmış olan bir şəxs, namaz əsnasında, yaxud namazdan sonra yatdığını bilməzsə, qılmış olduğu miqdara ürfün nəzərində namaz söylənilərsə, namazı yenidən qılması lazım deyildir.

P:230

Məsələ 1114: Əgər ixtiyari şəkildə yatdığını bilsə, lakin namazdan sonra, yoxsa namaz əsnasında namazda olduğunu unudaraq, yatdığında şəkk edərsə, əvvəlki məsələdə açıqlanan şərtlə namazı səhihdir.

Məsələ 1115: Əgər səcdə halında yuxudan ayılsa və şəkk etsə ki, namazın axır səcdəsindədir, ya şükr səcdəsində, istər ixtiyarsız yuxuya getmiş olmasını istərsə ixtiyar üzündən yatmış olduğunu bilsə, namazın səhih olmasına hökm olunur və yenidən qılmaq lazım deyil.

3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq namazı batil edir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, onun haram olmasında şəkk yoxdur.

Məsələ 1116: Əgər unutqanlıqdan, çarəsizlikdən, təqiyyə, yaxud da əl qaşımaq və bu kimi başqa işlər üçün əlləri bir-birinin üstünə qoysa, eybi yoxdur.

4. Namazı batil edənlərdən biri Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun namazı batil etməyi, məmumdan başqasında ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə yetirmək qəsdilə olsa, haramlığında şəkk yoxdur. Amma «Amini» səhvən və ya təqiyyə üzündən desə, namazının eybi yoxdur.

5. Namazı batil edən şey, üzrsüz olaraq qiblədən dönməkdir. Amma əgər üzrlü olsa, məsələn, unutqanlıq, ya məcburi olaraq (şiddətli küləyin onu qiblədən döndərməsi kimi) qiblədən əyilsə, amma sağ və sol tərəfə çatmasa, onun namazı səhihdir, amma lazımdır ki, üzrü aradan qalxan kimi dərhal üzünü qibləyə çevirsin. Əgər sağ və sol tərəfə çatsa, ya arxası qibləyə olsa, əgər unutqanlıq üzündən və qəflətdən olsa, qibləni düz tapmamış olsa və elə bir vaxt yadına düşsə ki, namazı sındırar və ikinci dəfə üzü qibləyə qıla bilər, hərçənd ona bir rəkəti vaxt daxilində qılınmış olsa da, gərək namazı əvvəldən başlasın. Əks təqdirdə, o namazla kifayətlənər və qəza etməsi də lazım deyildir. Habelə onun qiblədən dönməsi məcburi olsa, gərək bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qılsın, hərçənd bir rəkəti vaxt daxilində olsa da gərək namazı əvvəldən başlasın. Əks

P:231

təqdirdə həmin namazı tamam etsin. Ona, namazı yenidən qılmaq və qəza etmək lazım deyildir.

Məsələ 1117: Əgər yalnız üzü qiblədən dönsə, amma bədəni qibləyə tərəf olsa, belə ki, arxasından bir miqdar görə biləcək qədər başını geriyə döndərmişdirsə, bu da əvvəldə zikr olunan qiblədən dönmə hökmünü daşıyır. Amma onun çevrilməsi bu qədər olmasa ürfən çox olsa ehtiyat-vacibə əsasən gərək yenidən qılsın. Əgər, boynunu az bir miqdarda çevirsə bu işin məkruh olmasına baxmayaraq, namazı batil olmaz.

6. Namazı batil edənlərdən biri də, qəsdən danışmaqdır. Danışan zaman kəlmə bir hərfli belə olsa, əgər ərəb dilində «qoru» mənasını verən «qi» hərfi kimi və ya əlifba hərflərindən ikincisi olan və sual edən şəxsin cavabında söylənilən «b» hərfi kimi, ayrı bir kəlmənin mənasını ifadə edərsə, namazı batil olur. Hər hansı bir mənanı ifadə etməyən, iki və ya daha çox hərfdən ibarət olarsa, yenə də ehtiyata əsasən, namazı batil edər.

Məsələ 1118: Əgər namaz əsnasında bir və ya daha çox hərfdən ibarət olan bir kəlmə səhvən ifadə edilərsə və o kəlmənin də mənası olsa, namazı batil olmaz. Amma ehtiyata əsasən, namazdan sonra səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1119: Namazda öskürmək və ya gəyirməyin eybi yoxdur. Ehtiyat-lazım budur ki, namazda ixtiyar halında «ah» çəkməsin və nalə etməsin. Amma “ah”, “ax” kimi kəlmələri qəsdən deyərsə, namaz batildir.

Məsələ 1120: Əgər zikr məqsədi ilə, məsələn, «Əllahu əkbər» desə və onu deyərkən başqasına bir şeyi başa salmaq üçün səsini ucaltsa, eybi yoxdur. Həmçinin zikr məqsədi ilə bir kəlmə desə, belə ki, bu iş bir mətləbə diqqət yetirməyə səbəb olsa, eybi yoxdur. Amma əgər zikr məqsədi olmasa və ya hər iki işi etmək məqsədi olsa, belə ki, sözü hər iki mənada işlətsə, namazı batildir. Amma əgər zikr qəsdi etsə və bu zikri deməkdə məqsədi başqasına bir şeyi anlatmaq olsa, namazı səhihdir.

Məsələ 1121: Namazda Quran oxumaq (vacib səcdəsi olan dörd ayənin hökmü 970-ci məsələdə «qiraətin» hökmlərində deyilmişdir) və həmçinin namazda dua etməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, dua ərəbcə olsun.

P:232

Məsələ 1122: Əgər Həmdin, surənin və ya namazın zikrlərindən bir şeyi qəsdən və ya ehtiyatən bir neçə dəfə desə, eybi yoxdur.

Məsələ 1123: Namaz halında insan gərək başqasına salam verməsin. Əgər başqası ona salam versə, gərək cavab versin. Amma cavab gərək salam mislində olsun, yəni salamın əslinə əlavə olunmasın, məsələn, gərək cavabda «Salamun ələykum və rəhmətullahi və bərəkatuh» deməsin. Hətta ehtiyat-lazıma əsasən, gərək «ələykum və ya ələykə» sözlərini, cavabda «salam» sözündən qabağa salmasın. Əgər salam verən kəs bu cür etməmiş olsa da, hətta ehtiyat-müstəhəb budur ki, cavabı bütünlüklə onun verdiyi kimi versin. Məsələn, əgər desə «səlam-ələykum», cavabda desin «salam ələykum» və əgər desə «əs-səlamu-ələykum», desin «əs-səlamu-ələykum» və əgər desə «səlam-ələykə», «səlam-ələykə» deməlidir. Amma «ələykumus-səlam»-ın cavabını hər hansı formada (yəni qrammatik formada) istəsə deyə bilər ələykumussəlam, əssəlamu ələykum, və ya salamun ələykum kimi.

Məsələ 1124: İnsan gərək salamın cavabını istər namazda, istərsə də başqa vaxtda, dərhal versin. Əgər qəsdən və ya unutqanlıq üzündən salamın cavabını, o salamın cavabı hesab olunmayacaq qədər gecikdirsə, əgər namaz halındadırsa, cavab verməlidir və əgər namaz halında olmasa, cavab verməsi vacib deyildir.

Məsələ 1125: Gərək salamın cavabını elə deyə ki, salam verən eşidə. Amma salam verən kar olsa, ya salam verib, tez ötüb keçsə, onda mümkün olsa salamın cavabını işarə və onun başa düşdüyü kimi vermək lazımdır. Əks təqdirdə, namazda deyilsə, cavab verməsi lazım deyil. Namazda olarsa da, cavab verməsi icazəli deyildir.

Məsələ 1126: Vacibdir ki, namaz qılan salamın cavabını, salamlamaq məqsədi ilə desin. Dua məqsədilə deməyin də maneəsi yoxdur, yəni Allah-təaladan salam verən, kəs üçün salamatlıq istəsin.

Məsələ 1127: Əgər qadın, naməhrəm kişi və ya ağlıkəsən uşaq, namaz qılana salam versə, namaz qılan gərək onun

P:233

cavabını versin. Əgər qadın salamı «salam ələyk» desə, cavabında «salam ələyki» deyə bilər, yəni «kaf» hərfinə «kəsrə» əlavə edərək cavab verə bilər.

Məsələ 1128: Əgər namaz qılan salamın cavabını verməsə, günah etməsinə baxmayaraq namazı səhihdir.

Məsələ 1129: Əgər bir kəs, namaz qılana səhv salam versə, ehtiyat-vacibə əsasən onun cavabını səhih verməlidir.

Məsələ 1130: Məsxərə, ya zarafat üçün salam verən kəsin cavabını, həmçinin, müsəlman olmayan kişi və qadının salamının cavabını vermək, zimmi olmasalar vacib deyil. Əgər zimmi olsalar, ehtiyat-vacibə əsasən «ələyk» kəlməsi ilə kifayətlənmək lazımdır.

Məsələ 1131: Əgər bir kəs bir yerdə olan bir neçə nəfərə salam versə, onun salamının cavabı onların hamısına vacibdir, amma onlardan biri cavab versə, kifayətdir.

Məsələ 1132: Əgər bir şəxs, bir dəstəyə salam versə və salam verənin qəsd etmədiyi bir şəxs ona cavab versə, onun salamının cavabı yenə də o dəstəyə vacibdir.

Məsələ 1133: Əgər bir şəxs bir dəstəyə salam versə, onların arasında namaza məşğul olan şəxs, salam verənin ona da salam verib-verməməsinə şəkk etsə, gərək cavab verməsin və habelə ehtiyat-vacibə əsasən bilsə ki, salam verənin məqsədi o şəxsə də salam vermək olub, lakin başqası onun salamının cavabını vermişdirsə, cavab verməsin. Amma əgər bilsə ki, məqsədi o da olmuşdur, lakin başqası cavab verməyib, yaxud cavabının verilib-verilməməsində şəkk etsə, gərək namaz qılan onun cavabını versin.

Məsələ 1134: Salam vermək müstəhəbbdir, çox tövsiyələr olub ki, süvari piyadaya, duran oturana və kiçik böyüyə salam versin.

Məsələ 1135: Əgər iki nəfər eyni zamanda bir-birinə salam versə, ehtiyat-vacibə əsasən, gərək hər biri digərinin salamının cavabını versin.

Məsələ 1136: Qeyri-namaz halında, salamın cavabını, salamdan yaxşı almaq müstəhəbbdir. Məsələn, əgər desə

P:234

«salamun ələykum», cavabında desin: «salamun ələykum və rəhmətullah».

7. Namazda qəsdən səslə gülmək namazı batil edən işlərdəndir. Hərçənd ixtiyarsız olsa da; əgər müqəddiməsi ixtiyari olsa da, hətta ehtiyat-vacibə əsasən müqəddiməsi ixtiyari olmasa da, belə ki namazı yenidən qılmağa vaxt olsa gərək yenidən qılsın. Amma əgər qəsdən səssiz və ya səhvən ucadan gülsə, namazının işkalı yoxdur.

Məsələ 1137: Əgər ucadan gülməyin qarşısını almaq nəticəsində halı dəyişsə, məsələn, rəngi qızarsa, ehtiyat-vacib budur ki, namazını ikinci dəfə qılsın.

8. Ehtiyat-vacibə əsasən namazı pozan şeylərdən biri də, dünya işləri üçün qəsdən ucadan və ya səssiz olaraq ağlamaqdır; amma əgər Allah qorxusundan ona şövq bəsləməkdən və ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneəsi yoxdur, üstəlik əməllərin də ən yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun dərgahında zəlillik göstərib ağlasa, işkalı yoxdur.

9. Namazı batil edən işlərdən biri, namazın surətini pozmaqdır. Məsələn, havaya tullanmaq və ya bu kimi hərəkətlər etmiş olsa, istər qəsdən olsun və yaxud unutqanlıq üzündən, namazı batil edər. Amma əl ilə işarə etmək kimi, namazın surətini pozmayan hərəkətlərin işkalı yoxdur.

Məsələ 1138: Əgər namaz əsnasında, “namaz qılmır” deyilə biləcək qədər sakit qalsa, namaz batildir.

Məsələ 1139: Əgər namaz əsnasında bir iş görə, yaxud bir müddət sakit dayana və şəkk edə ki, namazı pozulub ya yox, gərək namazı təzələsin. Amma daha yaxşı odur ki, onu tamam etsin və sonra təzələsin.

10. Namazı batil edənlərdən biri, yemək və içməkdir. Əgər namaz əsnasında «namaz qılmır» deyiləcək şəkildə, bir şey yeyərsə və ya içərsə, istər qəsdən olsun, istərsə də unutduğuna görə, namaz batil olur. Amma oruc tutmaq istəyən şəxs, əgər sübh azanından əvvəl müstəhəbb bir namaz qıldığı halda susuz olarsa, belə ki, namazı tamamladığı təqdirdə, sübh azanının olacağından qorxarsa və su onun qarşısında bir neçə addımlıqda

P:235

olarsa, namaz arasında su içə bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən bir şey etməməlidir.

Məsələ 1140: Qəsdən yemək və ya içmək, hətta namazın şəklini pozmasa belə; istər namazın ardıcıllığı pozulsun, istər pozulmasın, ehtiyat-vacibə əsasən o namazı yenidən qılmalıdır.

Məsələ 1141: Əgər namaz arasında ağzında, yaxud dişinin dibində qalan yeməyi udsa, namazı batil olmaz. Həmçinin əgər ağızda qənd, şəkər və bu kimi şeylər qalmış olsa və namaz halında az-az əridikcə onu udsa, eybi yoxdur.

11. Namazı batil edənlərdən biri də, iki rəkətli və üç rəkətli namazların rəkətində, yaxud dörd rəkətli namazların iki əvvəl rəkətlərində şəkk etməkdir. Bu hökm namaz qılanın şəkk halında qaldığı hala aiddir.

12. Namazı batil edən şeylərdən biri də, namazın rüknünü qəsdən və ya səhvən azaltmaq, yaxud rükn olmayan bir şeyi qəsdən azaltmaq və ya bir şeyi namazda qəsdən artırmaqdır. Həmçinin rüknü, məsələn, rüku və ya iki səcdəni bir rəkətdə səhvən artırsa, namazı ehtiyat-vacibə əsasən, batil olar. Amma səhvən «təkbirətül-ehramı» artırmaq namazı batil etməz.

Məsələ 1142: Əgər namazdan sonra şəkk etsə ki, namaz əsnasında namazı batil edən işlərdən edib ya yox, namazı səhihdir.

NAMAZDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 1143: Namazda əvvəl deyildiyi kimi, «qiblədən dönmüşdür» deyilməyəcək şəkildə, üzünü bir az sağa və ya sola çevirmək məkruhdur, belə ki, arxasından bir miqdarını görə bilməyəcək qədər dönərsə; Əks təqdirdə namaz batil olur. Həmçinin, namazda gözləri yummaq, ya sağa-sola döndərmək, əli və sağ qolu ilə oynamaq, barmaqlarını bir-birinə keçirtmək, ağzının suyunu çölə atmaq, Quranın, ya kitabın, ya da üzüyün yazısına baxmaq, Həmd, surə və zikr deyən vaxt bir nəfərin sözünü eşitmək üçün, sakit olmaq məkruhdur. Ümumiyyətlə xüzu və xüşunu aradan aparan işlərin hamısı məkruhdur.

P:236

Məsələ 1144: İnsanın yuxusu gəldiyi, habelə bövl və qaitin qarşısını aldığı vaxt namaz qılması məkruhdur. Həmçinin, ayağı sıxan dar corab geymək də məkruhdur. Bundan başqa sair məkruhatlar da vardır ki, müfəssəl kitablarda qeyd olunmuşdur.

VACİB NAMAZI POZMAĞIN MÜMKÜN OLDUĞU HALLAR

Məsələ 1145: İxtiyar üzündən vacib namazı pozmaq, ehtiyat-vacibə görə icazəli deyil. Amma malı qorumaq, mala və ya bədənə olan zərərin qarşısını almaq üçün maneəsi yoxdur. Hətta namaz qılanın dünya və axirəti üçün əhəmiyyətli olan hər işə görə olsa belə, maneəsi yoxdur.

Məsələ 1146: Əgər öz canını, yaxud canının qorunması vacib olan bir şəxsi, yaxud qorunub-saxlanması vacib olan əmlakı (malı) hifz etmək, namazı pozmadan mümkün olmazsa, gərək namazı pozsun.

Məsələ 1147: Əgər vaxt geniş olanda namaz qılsa və tələbkar öz tələbini ondan istəsə, belə ki, namaz əsnasında onun istədiyini verə bilərsə, gərək həmin halda ödəsin. Əgər namazı sındırmadan onu vermək mümkün deyilsə, gərək namazı sındırsın, onun istədiyini versin və sonra namazı qılsın.

Məsələ 1148: Əgər namazda başa düşsə ki, məscid nəcisdir, belə ki, vaxt dar olsa, gərək namazı tamam etsin. Əgər vaxt genişdirsə və məscidi pak etmək namazı pozmursa, gərək namaz əsnasında pak etsin, sonra namazın ardını qılsın. Əgər bu iş namazı pozacaqsa, namazdan sonra məscidi təmizləmək mümkündürsə, məscidi təmizləmək üçün namazı pozması caizdir. Əgər namazdan sonra məscidi pak etmək mümkün olmasa, gərək namazı sındırsın, məscidi pak etsin və sonra namazı qılsın.

Məsələ 1149: Namazı sındırmalı olan şəxs, namazı tamamlayarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir. Ehtiyat-müstəhəb budur ki, o namazı yenidən qılsın.

P:237

Məsələ 1150: Əgər qiraətdən qabaq və yaxud rükuya əyilməmişdən qabaq, yadına düşsə ki, azan və iqaməni və ya təkcə iqaməni yaddan çıxarıb, belə ki, namazın vaxtı genişdirsə, müstəhəbdir, onları demək üçün namazı sındırsın. Hətta əgər namazı tamam olmamışdan qabaq, yadına düşsə ki, onları yaddan çıxarıb, müstəhəbbdir ki, onları demək üçün namazı sındırsın.

ŞƏKKİYYAT

Namazın şəkkiyyatı 23 qismdir ki, onlardan səkkizi namazı batil edir, altısına etina olunmamalıdır, doqquzunda isə namaz səhihdir.

NAMAZI BATİL EDƏN ŞƏKLƏR

Məsələ 1151: Namazı batil edən şəklər aşağıdakılardan ibarətdir:

1-İki rəkətli namazların rəkətlərinin sayındakı şək; (sübh namazı və səfərdə olan şəxsin namazı kimi). Amma iki rəkətli müstəhəb namazların və ehtiyat namazlarının rəkətlərinin sayındakı şəkk, namazı batil etmir.

2-Üç rəkətli namazın rəkətlərinin sayındakı şəkk;

3-Dörd rəkətli namazda bir rəkət və ya daha artıq qılınmasındakı şəkk;

4-Dörd rəkətli namazlarda, ikinci səcdəyə daxil olmazdan qabaq, iki rəkətlə daha artıq arasındakı şəkk.

5-İki və beş, yaxud, iki və beşdən artıq rəkət arasındakı şəkk;

6-Üç rəkətlə altı rəkət və ya üç rəkətlə altı rəkətdən artıq arasındakı şəkk;

7-Neçə rəkət qıldığını bilmədiyi namazlardakı şəkk;

7. 8-Dörd rəkətlə altı və ya dörd rəkətlə altıdan artıq rəkətlərdəki şəkk, (sonra izah olunacaqdır).

P:238

Məsələ 1152: İnsan batil edən şəkklərlə qarşılaşarsa, şəkki bərpa olana qədər namazını pozmaması, namazın surəti pozuluncaya və ya yəqin və guman hasil etməkdən ümidsiz oluncaya qədər fikirləşməsi daha yaxşıdır.

ETİNA OLUNMAYAN ŞƏKKLƏR

Point

Məsələ 1153: Etina olunmayan şəkklər bunlardır:

1. Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk; məsələn: rükuda Həmdi oxuyub-oxumamasında şəkk etsə.

2. Namazın salamından sonrakı şəkk;

3. Namazın vaxtı keçəndən sonrakı şəkk;

4. Kəsirüş-şəkk, yəni çox şəkk edən şəxsin şəkki;

5. Camaat namazında məmum rəkətlərin sayını bilirsə, imamın, yaxud imam rəkətlərin sayını bilirsə, məmumun rəkətlərin sayında etdiyi şəkk;

6. Müstəhəb və ehtiyat namazlarındakı şəkk.

1 - YERİNƏ YETİRİLMƏ MƏHƏLLİ KEÇMİŞ OLAN ŞEYLƏRDƏKİ ŞƏKK

Məsələ 1154: Namazda ikən namazın vacibatından hər hansı birini edib-etmədiyində şəkk edərsə, məsələn, Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər şəri nəzərdən əvvəlki işi qəsdən tərk etdiyi təqdirdə, buna başlaması caiz olmayan bir işə başlamışsa, məsələn surəni oxuyarkən Həmdi oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə etina etməməlidir. Əks təqdirdə edib-etmədiyində şəkk etdiyi işi yerinə yetirməlidir.

Məsələ 1155: Əgər hər hansı ayəni oxuyanda, ondan qabaqkı ayəni oxuyub-oxumamasında şəkk etsə, yaxud ayənin axırını oxuyanda onun əvvəlini oxuyub-oxumamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

P:239

Məsələ 1156: Əgər rüku, yaxud səcdədən sonra onun vacibi işlərini (zikr, bədənin aram olması kimi) yerinə yetirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1157: Əgər səcdəyə gedən halda rüku edib-etməməsində, yaxud rükudan sonra ayağa qalxıb-qalxmamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1158: Əgər qalxan halda səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirməməsində şəkk etsə, gərək öz şəkkinə etina etməsin.

Məsələ 1159: Oturduğu, yaxud uzandığı yerdə namaz qılan şəxs, Həmd və ya təsbihatı oxuyan yerdə şəkk etsə ki, səcdə və ya təşəhhüdü yerinə yetirmişdir ya yox, gərək öz şəkkinə etina etməsin. Əgər Həmdi və ya təsbihatı deməmişdən əvvəl şəkk etsə ki, səcdə və ya təşəhhüdü demişdir ya yox, gərək yerinə yetirsin.

Məsələ 1160: Əgər namazın rüknlərinin birini yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, belə ki, ondan sonrakı işlə məşğul olmasa, gərək onu yerinə yetirsin. Məsələn, əgər təşəhhüdü oxumamışdan qabaq şəkk etsə ki, iki səcdəni əmələ gətirmişdir ya yox, gərək yerinə yetirsin. Sonradan yadına düşsə ki, o rüknü əmələ gətiribmiş, rükn artıq olduğuna görə, namazı ehtiyat-lazıma əsasən batildir.

Məsələ 1161: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə, belə ki, ondan sonrakı işlə mə üşğul olmayıbdırsa, gərək onu yerinə yetirsin. Məsələn, surəni oxumazdan qabaq Həmdi oxuyub-oxumadığına şəkk edərsə, gərək Həmdi oxusun. Əgər onu yerinə yetirəndən sonra yadına düşsə ki, onu yerinə yetiribmiş, rükn artıq olmadığı üçün namazı səhihdir.

Məsələ 1162: Əgər hər hansı rüknü yerinə yetirib-yetirməməsində şəkk etsə, məsələn, təşəhhüdə məşğuldursa və iki səcdəni yerinə yetitirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma, o rüknü yerinə yetirmədiyi yadına düşsə, bu halda sonrakı rüknə başlamayıbsa onu yerinə yetirməldir; əgər sonrakı rüknə başlayıbsa, ehtiyat-lazıma əsasən namazı batildir; məsələn: rükudan qabaq, əvvəlki iki səcdəni

P:240

yerinə yetirmədiyi yadına düşsə, onu yerinə yetirməlidir. Amma rükuda, yaxud ondan sonra yadına düşsə, deyildiyi kimi namazı batildir.

Məsələ 1163: Əgər şəkk etsə ki, rükn olmayan bir əməli yerinə yetirib ya yox, belə ki, ondan sonrakı işə məşğul olsa, gərək öz şəkkinə etina etməsin. Məsələn, surə oxumağa məşğul olarkən şəkk etsə ki, Həmdi oxuyubdur ya yox, gərək öz şəkkinə etina etməsin. Əgər sonradan yadına düşsə ki, onu yerinə yetirməyib, belə ki, sonrakı rüknə məşğul olmamışdırsa, gərək onu və ondan sonrakıları yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olmuşdursa, namazı səhihdir. Buna əsasən əgər qunutda yadına düşsə ki, Həmdi oxumamışdır, gərək oxusun və əgər rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ 1164: Namazın salamını deyib-demədiyində şəkk edərsə, əgər namazdan sonra, təqibə və ya başqa bir namaza başlamışdırsa, yaxud namazı pozacaq bir iş görərək, namaz halından çıxmışdırsa, şəkkinə etina etməməlidir. Amma əgər bunlardan əvvəl şəkk edərsə, salamı deməlidir. Lakin, salamı düzgün deyib-demədiyində şəkk edərsə, hər hansı halda olsa belə, şəkkinə etina etməməlidir.

2 - SALAMDAN SONRAKI ŞƏKK

Məsələ 1165: Əgər salamlardan sonra namazın səhih olub-olmamasında şəkk etsə; məsələn: rüku edib-etməməsində şəkk etsə, yaxud dörd rəkətli namazın salamından sonra dörd rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma şəkkinin hər iki tərəfi batil olsa; məsələn: dörd rəkətli namazın salamından sonra üç rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə namazı batildir.

P:241

3 - VAXT KEÇƏNDƏN SONRAKI ŞƏKK

Məsələ 1166: Namazın vaxtı keçdikdən sonra, namazı qılıb-qılmadığında şəkk edərsə və ya qılmadığını guman edərsə, qılması lazım deyil. Amma vaxt keçməzdən qabaq, namazı qılıb-qılmadığında şəkk edərsə, qıldığını guman etsə belə, o namazı yenidən qılmalıdır.

Məsələ 1167: Əgər namazın vaxtı keçdikdən sonra, onu düzgün qılmadığında şəkk edərsə, şəkkinə etina etməməlidir.

Məsələ 1168: Əgər zöhr və əsr namazının vaxtı keçəndən sonra dörd rəkət namaz qılıb, lakin onu zöhr, yoxsa əsr niyyəti ilə qıldığını bilməzsə, ona vacib olan namazın qəzası niyyəti ilə bir dörd rəkətli namaz qılmalıdır.

Məsələ 1169: Əgər məğrib və işa namazının vaxtı keçəndən sonra bir namaz qıldığnı bilsə, amma üç, yoxsa dörd rəkət qıldığını bilməsə, gərək məğrib və işa namazlarının qəzasını qılsın.

4 - KƏSİRÜŞ-ŞƏKK (ÇOX ŞƏKK EDƏN)

Məsələ 1170: Kəsirüş-şəkk, çox şəkk edən şəxsdir. Belə ki, hiss orqanlarının iğtişaş səbəbi olması və ya olmaması baxımından onu, onun kimi olan şəxslərlə müqayisə etdikdə adi qaydadan çox şəkk edirlər və bu təkcə çox şəkk etmək adəti olan şəxsə məxsus deyil. Əksinə şəkkin çoxluğu adət ərəfəsində olması kifayətdir.

Məsələ 1171: Çox şəkk edən şəxs, əgər namazın hissələrindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Məsələn; əgər rüku edib-etmədiyində şəkk edərsə, etdiyini qəbul etməlidir. Amma əgər yerinə yetirilməsi namazı batil edən bir şeyi yerinə yetirib-yetirmədiyində şəkk edərsə, məsələn; sübh namazını iki rəkət və

P:242

ya üç rəkət qılmış olduğunda şəkk edərsə, doğru tərəfi qəbul etməlidir.

Məsələ 1172: Namazın bir şeyində çox şəkk edən şəxsin şəkkləri, o şeyə məxsus hesab olarsa, belə ki, namazın başqa şeylərində şəkk etsə, gərək onun göstərişinə əməl etsin, məsələn, səcdə edib-etməməsində çox şəkk edən şəxs, əgər rükunun yerinə yetirilməsində şəkk etsə, gərək onun göstərişinə əməl etsin. Yəni əgər səcdəyə getməyibsə, rükunu yerinə yetirsin, əgər səcdəyə getmişdirsə, etina etməsin.

Məsələ 1173: Müəyyən bir namazda, məsələn; zöhr namazında çox şəkk edən şəxs, belə ki şəkk çoxluğu onun xüsusiyyətlərindən sayılsa, əgər başqa bir namazda, məsələn; əsr namazında şəkk edərsə, şəkk qaydalarına əsasən əməl etməlidir.

Məsələ 1174: Əgər bir kəs namazı məxsusi yerdə qılan zaman çox şəkk edirsə, əgər ondan başqa yerdə namaz qılsa və onun qarşısına şəkk çıxsa, gərək şəkkin göstərişinə əməl etsin.

Məsələ 1175: Kəsirüş-şəkk olub-olmadığında şəkk edən bir şəxs, şəkkin qaydalarına əsasən əməl etməlidir. Kəsirüş-şəkk olan şəxs isə, normal şəkk edən insanların halına çevrildiyinə yəqin edincəyə qədər, onun şəkkinin mənşəyi kəsiruş-şəkk mənasına olan şəkk deyil, öz halının dəyişməsində olsa, şəkkinə e`tina etməməlidir.

Məsələ 1176: Çox şəkk edən şəxs, əgər bir rüknü yerinə yetirib-yetirmədiyi barədə şəkk edib ona etina etməzsə, sonra da onu yerinə yetirmədiyini xatırlayarsa, belə ki, sonrakı rüknə başlamamışdırsa, onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə başlamışdırsa, ehtiyata əsasən namazı batildir. Məsələn; rüku edib-etmədiyi barədə şəkk edib buna etina etməzsə, ikinci səcdədən qabaq rüku etmədiyini xatırlayarsa, geri qayıdıb rüku etməlidir. Əgər ikinci səcdədə xatırlayarsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 1177: Çox şəkk edən bir şəxs, rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində şəkk edərsə və şəkkinə etina etməzsə, belə ki, sonradan da onu yerinə yetirmədiyini xatırlayarsa, onu yerinə yetirmə məhəlli keçməmişdirsə, onu və ondan sonrakı hissələri yerinə yetirməlidir. Əgər məhəlli

P:243

keçmişdirsə, namazı səhihdir. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə və buna etina etməzsə və qunut oxuyarkən, Həmdi oxumadığını xatırlayarsa, oxumalıdır. Əgər rükuda xatırlayarsa, namazı səhihdir.

5 - İMAM VƏ MƏMUMUN ŞƏKKİ

Məsələ 1178: Əgər imam, namazın rəkətlərinin sayında şəkk edərsə, məsələn; üç və ya dörd rəkətqıldığında şəkk edərsə, bu halda əgər məmum yəqin və ya gumani olaraq dörd rəkətqıldığını bilsə və dörd rəkətqıldığını imama başa sala bilərsə, imam namazı tamamlamalıdır və ehtiyat namazı qılması da lazım deyildir. Həmçinin imam, neçə rəkət qıldığını yəqin və ya gumani olaraq bilib, məmum namazın rəkətlərinin sayında şəkk edərsə, şəkkinə etina etməməlidir. Onların hər biri, səcdənin sayı kimi namazın işlərində də şəkk edərsə hökm eynidir.

6 - MÜSTƏHƏB NAMAZDAKI ŞƏKK

Məsələ 1179: Müstəhəb namazların rəkətinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Məsələn; əgər sübh namazının nafiləsində, iki rəkət, yoxsa üç rəkətqıldığı barədə şəkk edərsə, iki rəkətqıldığına qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, məsələn; bir rəkət, yoxsa iki rəkətqıldığında şəkk edərsə, şəkkinin hansı tərəfinə görə əməl edərsə, namazı səhihdir.

Məsələ 1180: Rüknün az olması nafiləni batil edər, amma rüknün çox olması onu batil etməz. Belə ki, əgər nafilənin işlərindən birini unutsa və sonrakı rüknə məşğul olan vaxtda yadına düşsə, gərək o işi yerinə yetirsin və ikinci dəfə olaraq o rüknü yerinə yetirsin. Məsələn; əgər rükuda Həmdi oxumadığını xatırlayarsa, qalxıb Həmdi oxumalı, sonra da rükunu yerinə yetirməlidir.

P:244

Məsələ 1181: Əgər nafilənin işlərindən birində şəkk etsə, istər rükn olsun, istərsə də qeyri-rükn, əgər məhəlli keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçmişdirsə, öz şəkkinə etina etməməlidir.

Məsələ 1182: Əgər iki rəkətli müstəhəb namazda gümanı üç, yaxud çox rəkətə getsə, gərək etina etməsin və namazı səhihdir. Əgər gümanı iki və ya az rəkətə getsə, ehtiyat-vacibə əsasən, gərək həmin gümana əməl etsin. Məsələn, bir rəkət qıldığını güman etsə, gərək ehtiyat-vacibə görə, bir rəkətdə qılsın.

Məsələ 1183: Əgər nafilə namazında, vacib namazlarda səcdeyi-səhvni vacib edən bir iş görərsə ya da bir səcdəni unudarsa, namazdan sonra səcdeyi-səhvni və ya səcdənin qəzasını yerinə yetirməsi lazım deyildir.

Məsələ 1184: Əgər müstəhəb bir namazı qılıb-qılmadığına şəkk edərsə, bu namaz Cəfəri-Təyyar namazı kimi müəyyən vaxtı olmayan bir namazdırsa, qılmadığını qəbul etməlidir. Amma əgər gündəlik nafilə namazları kimi, müəyyən vaxtları vardırsa, belə ki, vaxtı keçməzdən qabaq onu yerinə yetirib-yetirmədiyində şəkk edərsə, yenə də eyni hökmü daşıyır. Amma vaxtı keçdikdən sonra, belə bir şəkkə düşən şəxs, şəkkinə e`tina etməməlidir.

SƏHİH ŞƏKKLƏR

Məsələ 1185: Doqquz halda əgər namaz qılan şəxs, dörd rəkətli namazın rəkətlərinin sayında şəkk etsə, gərək fikirləşsin; əgər şəkkin bir tərəfinə yəqin və ya güman hasil olsa, həmin tərəfi əsas tutub namazı qurtarmalıdır. Əks halda isə, deyiləcək göstərişlərə əməl etməlidir. Bu doqquz hal aşağıdakılardan ibarətdir:

1. İkinci səcdəyə getdikdən sonra, iki rəkət, yaxud üç rəkət qıldığı barədə şəkk edərsə, üç rəkət qıldığını əsas götürməli və əlavə olaraq bir rəkətdə qılıb, namazı tamamlamalıdır. Namazdan sonra da ayaq üstə bir rəkət ehtiyat namazı qılmalıdır, ehtiyat-vacibə əsasən oturan halda iki rəkət kifayət deyil.

P:245

2. İkinci səcdəyə daxil olandan sonra iki və dörd arasında şəkk etsə, gərək dörd rəkətqıldığını əsas götürsün və namazdan sonra ayaq üstə iki rəkətehtiyat namazı qılsın.

3. İkinci səcdəyə daxil olandan sonra, iki, üç və dörd arasında şəkk etsə, gərək dörd rəkət qıldığını əsas götürsün və namazdan sonra iki rəkət ayaq üstə və sonra iki rəkətdə oturan yerdə ehtiyat namazı qılsın.

4. İkinci səcdəyə başladıqdan sonra dörd və beş arasında şəkk edərsə, dördü qəbul edib, namazı tamamlamalıdır. Namazdan sonra isə iki səcdeyi-səhv yerinə yetirməlidir. Dördlə altı arasında şəkk etmək kimi, az tərəfi dörd rəkət olan hər şəkkdə habelə, ikinci səcdəyə başladıqdan sonra, dörd rəkətlə, ondan az və ya daha çox qıldığında şəkk etdiyi zaman dörd rəkət qıldığını qəbul edib, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. Yəni dörd rəkətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılar və dörd rəkətdən çox kimi ehtimalı olduğundan iki səcdeyi-səhv yerinə yetirər. Hər bir halda birinci səcdədən sonra və ikinci səcdəyə başlamamışdan əvvəl, yuxarıda deyilən dörd şəkkdən birisi ilə qarşılaşsa, namazı batildir.

5. Üç və dörd arasında namazın hər hansı yerində olursa-olsun, gərək dörd rəkət qıldığını əsas götürsün və namazı tamam edib, namazdan sonra bir rəkət ayaq üstə, yaxud iki rəkət oturduğu yerdə ehtiyat namazı qılsın.

6. Ayaq üstə dörd və beş rəkət arasında şəkk etsə, gərək otursun və təşəhhüdü oxusun və namazın salamını versin. Bundan sonra bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan yerdə ehtiyat namazı qılsın.

7. Ayaq üstə üç və beş rəkət arasında şəkk etsə, gərək oturub təşəhhüdü oxusun və namazın salamını versin. Sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılsın.

8. Ayaq üstə üç, dörd və beş rəkət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. İki rəkət ayaq üstə və sonra iki rəkət oturan yerdə ehtiyat namazı qılsın.

9. Ayaq üstə beş və altı rəkət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. Sonra iki səcdeyi-səhv yerinə yetirsin.

P:246

Məsələ 1186: Əgər insanın qarşısına səhih olan şəkklərdən biri çıxsa, belə ki, namazın vaxtı dar olsa da, namazı başdan başlaya bilməsə, namazı sındırmamalı və deyilən göstərişə əməl etməlidir. Amma əgər namazın vaxtı geniş olarsa, namazı sındırıb yenidən başlaya bilər.

Məsələ 1187: Əgər insan namazda, ehtiyat namazı vacib olan şəkklərdən birilə qarşılaşarsa və bu halda namazı tamamlayarsa, ehtiyat-müstəhəb budur ki, ehtiyat namazı qılsın və ehtiyat namazını qılmadan namazı təzədən qılmasın. Əgər namazı batil edən işlərdən birini görmədən namazı başlasa, ikinci namazı da ehtiyat-vacibə əsasən batildir. Amma namazı batil edən işlərdən sonra ikinci namaza məşğul olsa, ikinci namazı səhihdir.

Məsələ 1188: İnsan batil şəkklərdən biri ilə qarşılaşdıqda, əgər sonrakı hala keçdiyi təqdirdə, yəqin və ya guman hasil olacağını bilirsə, onun batil şəkki namazın birinci iki rəkətindəndirsə, şəkk halı ilə namazına davam etməsi icazəli deyildir. Məsələn; əgər qiyam halında ikən bir rəkət və ya daha çox qıldığında şəkk edərsə və rükuya getdiyi təqdirdə, bir tərəfə yəqin ya guman edəcəyini bilirsə, bu halla rükuya getməsi icazəli deyildir. Amma qalan batil şəkklərdə yəqin və ya guman əldə etmək məqsədi ilə namazına davam edə bilər.

Məsələ 1189: Əgər əvvəl gümanı bir tərəfə çox olsa və sonradan nəzərində hər iki tərəf eyni olsa, gərək şəkkin göstərişinə əməl etsin. Əgər əvvəl nəzərində hər iki tərəf eyni olsa, vəzifəsi hansı tərəfədirsə, o tərəfə hesab etsin və sonra onun gümanı digər tərəfə getsə, gərək həmin tərəfi əsas tutsun və namazı tamam etsin.

Məsələ 1190: Gumaninin bir tərəfə çox, yoxsa hər iki tərəfə də bərabər olduğunu bilməyən şəxs, şəkkin göstərişinə əsasən əməl etməlidir.

Məsələ 1191: Əgər namazdan sonra, namazda ikən, məsələn; iki rəkət və ya üç rəkət qıldığına dair tərəddüd edib, bənanı üçüncü rəkətə qoyub, amma üç rəkət qıldığını guman etdiyini, yoxsa hər iki tərəfin (iki və ya üç rəkət) nəzərində bərabər olduğunu bilməzsə, ehtiyat namazı qılması lazım deyildir.

P:247

Məsələ 1192: Əgər ayağa qalxdıqdan sonra, iki səcdəni yerinə yetirib-yetirmədiyində şəkk edərsə və o halda iki səcdənin tamamlanmasından sonra, səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, məsələn; iki rəkət, yoxsa üç rəkət qıldığında şəkk edərsə, o şəkkin hökmünə görə əməl edərsə, namazı səhihdir. Amma əgər təşəhhüdü oxuduğu zaman bu şəkklərdən biri ilə qarşılaşarsa, əgər şəkki iki ilə üç arasındadırsa, namazı batildir. Əgər iki ilə dörd ya iki üç və dörd arasında olsa, namazı səhihdir və gərək şəkkin göstərişlərinə əməl etsin.

Məsələ 1193: Əgər təşəhhüdə başlamazdan əvvəl və ya təşəhhüdü olmayan rəkətlərdə ayağa qalxmazdan əvvəl, bir və ya iki səcdəni yerinə yetirib-yetirmədiyində şəkk edərsə və həmin zamanda iki səcdəni yerinə yetirdikdən sonra səhih olan şəkklərdən biri ilə qarşılaşarsa, namazı batildir.

Məsələ 1194: Əgər qiyamda ikən, üç ilə dörd və ya üç, dörd və beş rəkətlər arasında şəkk edərsə və həmin zamanda əvvəlki rəkətin bir və ya iki səcdəsini yerinə yeirmədiyini xatırlayarsa, namazı batildir.

Məsələ 1195: Bir şəkki aradan gedən şəxs, digər bir şəkk ilə qarşılaşarsa, məsələn; qabaqcadan iki, yoxsa üç rəkət qıldığında şəkk edən şəxs, daha sonra üç, yoxsa dörd rəkət qıldığında şəkk edərsə, ikinci şəkkinin hökmünə görə əməl etməlidir.

Məsələ 1196: Əgər namazdan sonra şəkk etsə ki, namazda, məsələn, iki ilə dörd rəkət arasında şəkk edib, yoxsa üç ilə dörd arasında, hər iki şəkkin göstərişinə əməl edə bilər və həmçinin namazı batil edən işlərdən sonra onu ikinci dəfə qılsın.

Məsələ 1197: Namazdan sonra, namazda bir şəkk ilə qarşılaşdığını bilərsə, lakin səhih şəkklərdən, yoxsa batil şəkklərdən olduğunu bilməsə gərək namazını yenidən qılsın. Əgər səhih şəkklərdən olsa da, onların hansı qismindən olduğunu bilməzsə, o namazı, yenidən qılması caizdir.

Məsələ 1198: Oturan halda namaz qılan bir şəxs, bir rəkət ayaq üstə və ya iki rəkət oturaq halda ehtiyat namazı qılmasını lazım edəcək şəkk ilə qarşılaşarsa, bir rəkət oturaq halda qılmalıdır. İki rəkət ayaq üstə ehtiyat namazı qılmasını lazım edən bir şəkk etdiyi təqdirdə də, iki rəkət oturaq halda qılmalıdır.

P:248

Məsələ 1199: Ayaq üstə namaz qılan bir şəxs, ehtiyat namazı qılındığı halda ayaq üstə dura bilməsə, namazı oturan halda qılan şəxslər kimi (hökmü əvvəlki məsələdə deyildi) ehtiyat namazını qılmalıdır.

Məsələ 1200: Oturan halda namaz qılan bir şəxs, ehtiyat namazı qılan zaman ayaq üstə dura bilsə, gərək namazı, ayaq üstə qılan şəxslərin vəzifəsinə əməl edərək yerinə yetirsin.

EHTİYAT NAMAZININ GÖSTƏRİŞİ

Məsələ 1201: Ehtiyat namazı vacib olan bir şəxs, namazın salamından sonra dərhal ehtiyat namazı niyyəti edib təkbir deməli, Həmdi oxuyub rüku və səcdəni etməlidir. Əgər bir rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüdü oxumalı, salamları deməlidir. İki rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra bir rəkət də (əvvəlki kimi) qılıb sonra təşəhhüdü və salamları deməlidir.

Məsələ 1202: Ehtiyat namazının surə və qunutu yoxdur. Ehtiyat-lazıma əsasən, onun Həmdi ahəstə oxunmalıdır. Onun niyyəti dillə deməməlidir. Ehtiyat-müstəhəb budur ki, «Bismillahı» da ahəstə deyilsin.

Məsələ 1203: Əgər ehtiyat namazını qılmazdan əvvəl namazını düzgün qıldığını anlayarsa, ehtiyat namazı qılması lazım deyil və əgər ehtiyat namazı qılarkən anlayarsa, onu tamamlaması lazım deyildir.

Məsələ 1204: Ehtiyat namazını qılmazdan qabaq namazın rəkətlərinin əskik olduğunu anlayarsa, belə ki, əgər namazı batil edən bir iş görməmişdirsə, namazda qılmadığı qismi qılmalı və yersiz salam verdiyi üçün ehtiyat-lazıma əsasən, iki səcdeyi-səhv yerinə yetirməlidir. Əgər namazı batil edən bir iş görmüşdürsə, məsələn; arxasını qibləyə çevirmişdirsə, namazı yenidən qılmalıdır.

Məsələ 1205: Ehtiyat namazını qıldıqdan sonra, namazdan əskik qalan rəkətlərin, qıldığı ehtiyat namazı qədər olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasındakı şəkkdə, bir rəkət

P:249

ehtiyat namazı qılıb, sonradan namazı üç rəkət qılmış olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 1206: Ehtiyat namazını qıldıqdan sonra, namazından əskik qalan rəkətlərin, ehtiyat namazından az olduğunu anlayarsa, məsələn; iki ilə dörd arasındakı şəkkdə, iki rəkət ehtiyat namazı qılıb, sonradan namazı üç rəkət qılmış olduğunu anlayarsa, namazı yenidən qılmalıdır.

Məsələ 1207: Ehtiyat namazını qıldıqdan sonra, namazın nöqsanının ehtiyat namazından çox olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasında şəkk edən şəxs, bir rəkət ehtiyat namazı qılıb, sonra da namazı iki rəkət qıldığını anlayarsa, bu surətdə ehtiyat namazından sonra, namazı batil edən bir iş etmişdirsə (arxasını qibləyə çevirmək kimi), namazı yenidən qılmalıdır. Amma əgər namazı batil edən bir iş görməmişdirsə, ehtiyat-lazıma əsasən bu təqdirdə də, namazı yenidən qılmalı və namazdan nöqsan qalan rəkəti əlavə etməklə kifayətlənməməlidir.

Məsələ 1208: İki, üç və dörd arasında şəkk edən şəxs, iki rəkətayaq üstə ehtiyat namazı qıldıqdan sonra, namazı iki rəkətqıldığını xatırlayarsa, iki rəkətdə oturaraq ehtiyat namazı qılması lazım deyildir.

Məsələ 1209: Əgər üç və dörd rəkət arasında şəkk etsə və bir rəkət ayaq üstə ehtiyat namazı qılarkən yadına düşsə ki, namazı üç rəkətqılmışdır, gərək ehtiyat namazını buraxsın, belə ki, rükuya daxil olmazdan əvvəl yadına düşsə, bir rəkəti ona bitişik qılsın, namazı səhihdir. Artıq salam üçün ehtiyat-lazıma əsasən iki səcdeyi-səhv etsin. Amma əgər rükuya gedəndən sonra yadına düşmüş olsa, namazı ikinci dəfə qılmalı və ehtiyata əsasən əvvəlki rəkətə əlavə etməklə kifayətlənməməlidir.

Məsələ 1210: Əgər iki, üç və dörd rəkət arasında şəkk etsə, ayaq üstə iki rəkət ehtiyat namazı qılarkən, namazı üç rəkət qıldığı yadına düşsə, keçən məsələdə deyilən, burada da icra olunur.

Məsələ 1211: Ehtiyat namazını qılarkən, namazın nöqsanlı qisminin ehtiyat namazından az və ya çox olduğunu anlayarsa,

P:250

1210-cu məsələdə söylənən hökmün bənzəri burada da keçərlidir.

Məsələ 1212: Boynuna vacib olan ehtiyat namazını yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əgər namaz vaxtı keçmişdirsə, şəkkinə etina etməməlidir. Əgər vaxt vardırsa, şəkki ilə namaz arasında çox bir zaman keçməmişdirsə başqa bir işə başlayıbsa və qiblədən üzünü çevirmək kimi, namazı batil edən bir iş də etməmişdirsə, ehtiyat namazını qılmalıdır. Amma əgər namazı batil edən bir iş görmüşdürsə və ya başqa bir işə başlayıbsa yaxud namazla onun şəkki arasında uzun bir vaxt keçmişdirsə, ehtiyat-lazıma əsasən namazı yenidən qılmalıdır.

Məsələ 1213: Əgər ehtiyat namazında, bir rəkətin əvəzinə iki rəkət qılsa, ehtiyat namazı batil olar və gərək ikinci dəfə namazın əslini qılsın. Ehtiyat-lazıma əsasən, ehtiyat namazında bir rüknü artırsa da hökm eynidir.

Məsələ 1214: Ehtiyat namazı qılarkən onun işlərinin birində şəkk etsə, əgər məhəlli (yeri) keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçibdirsə, gərək öz şəkkinə etina etməsin. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər rükuya getməmişdirsə, oxumalıdır. Əgər rükuya getmişdirsə, şəkkinə etina etməməlidir.

Məsələ 1215: Əgər ehtiyat namazının rəkətlərinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfə qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, çox tərəfə qərar verməlidir. Məsələn; iki rəkət ehtiyat namazı qılarkən, iki rəkət, yoxsa üç rəkət qılmış olduğunda şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etdiyinə görə, iki rəkət qıldığına qərar verməlidir. Amma əgər bir rəkət, yoxsa iki rəkət qıldığında şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etmədiyinə görə, iki rəkət qılmış olduğuna qərar verməlidir.

Məsələ 1216: Əgər ehtiyat namazında rükn olmayan şeyi səhvən çoxaltsa və ya azaltsa, səcdeyi-səhv yoxdur.

Məsələ 1217: Ehtiyat namazının salamından sonra, onun hissələrindən və ya şərtlərindən birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, şəkkinə etina etməməlidir.

P:251

Məsələ 1218: Əgər ehtiyat namazında təşəhhüd, yaxud səcdənin birini yaddan çıxartsa və öz yerində tədarük görə bilməsə, Ehtiyat-vacib budur ki, namazın salamından sonra səcdəni qəza etsin. Lakin təşəhhüdün qəzası lazım deyil.

Məsələ 1219: Əgər ehtiyat namazı və iki səcdeyi-səhv ona vacib olsa, gərək əvvəl ehtiyat namazını qılsın. Həmçinin ehtiyat-vacibə görə əgər ehtiyat namazı və səcdənin qəzası da ona vacib olsa, hökm eynidir.

Məsələ 1220: Namazda rəkətlərə nisbətən gümanın hökmü, yəqinin hökmü kimidir. Məsələn; bir və ya iki rəkət qıldığını bilmədikdə, iki rəkət qıldığını guman edərsə, iki rəkət qıldığına qərar verməlidir. Əgər dörd rəkətli bir namazda dörd rəkət qıldığını guman edərsə, ehtiyat namazı yoxdur. Amma əməllərə nisbətən gumanin, şəkk hökmü vardır. Belə ki, əgər rüku etməsini guman edərsə, səcdəyə daxil olmayıbsa, onu yerinə yetirməlidir. Yaxud; əgər Həmd oxumadığını guman edərsə, əgər surəyə başlamışdırsa, gumanına etina etməməlidir və namazı səhihdir.

Məsələ 1221: Şəkk, səhv və gumanın hökmündə, gündəlik vacib namazlarla, digər namazlar arasında bir fərq yoxdur. Məsələn; ayət namazında, bir rəkət və ya iki rəkət qıldığında şəkk edərsə, şəkki iki rəkətli namazda olduğu üçün, namazı batildir. Əgər bir rəkət və ya iki rəkət olduğunu guman edərsə, o gumanına əsasən namazı tamamlamalıdır.

SƏCDEYİ-SƏHV

Məsələ 1222: İki halda namazın salamından sonra insan gərək iki səcdeyi-səhv sonradan deyiləcək göstərişlə yerinə yetirsin:

1. Təşəhhüdü unutsa.

2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığında şəkk edərsə.

Üç halda isə, ehtiyat-vacibə əsasən səcdeyi-səhv lazımdır:

P:252

1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.

2. Namaz əsnasında səhvən danışsa.

3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd oxuması lazım olan yerdə səhvən ayağa qalxarsa, ehtiyat-müstəhəb budur ki, iki səcdeyi-səhv etsin. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səcdeyi-səhv etməsin. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq.

Məsələ 1223: Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1224: Öskürəkdən yaranan səs üçün, səcdeyi-səhv vacib deyil. Amma səhvən nalə çəksə, ya «ah» çəksə və ya «ah» desə, gərək ehtiyat-vacibə əsasən səcdeyi-səhv etsin.

Məsələ 1225: Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səcdeyi-səhv vacib deyildir.

Məsələ 1226: Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səcdeyi-səhv kifayətdir.

Məsələ 1227: Əgər səhvən təsbihati-ərbəəni deməsə, ehtiyat-müstəhəb budur ki, namazdan sonra iki səcdeyi-səhv etsin.

Məsələ 1228: Namazın salamının verilməməli olduğu bir yerdə səhvən «Əssəlamu ələyna və əla ibadillahis-salihin» və ya «Əssəlamu ələykum» deyərsə, hərçənd «Və rəhmətullahi və bərəkatuh» deməsə də, ehtiyat-lazıma əsasən iki səcdeyi-səhv etməsi lazımdır. Amma əgər səhvən «Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh» deyərsə, ehtiyat-müstəhəbə əsasən, iki səcdeyi-səhv yerinə yetirməlidir. Amma əgər iki hərf yaxud salamdan artıq deyərsə, ehtiyat-vacibə əsasən iki səcdeyi səhv etsin.

P:253

Məsələ 1229: Əgər salam verməməli olduğu yerdə, səhvən hər üç salamı desə, iki səcdeyi-səhv kifayətdir.

Məsələ 1230: Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rəkətin rükusundan əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan sonra ehtiyat-müstəhəbə əsasən yersiz qiyam üçün bir cüt səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1231: Rükuda və ya rükudan sonra, əvvəlki rəkətin təşəhhüdünü və ya səcdəsinin birini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdəni qəza etməlidir. Təşəhhüd üçün isə iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1232: Əgər səcdeyi-səhvni namazın salamından sonra qəsdən yerinə yetirməsə, günah etmişdir. Ehtiyat-vacibə əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, əgər səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək təcili yerinə yetirsin. Namazı yenidən qılması lazım deyil.

Məsələ 1233: Əgər səcdeyi-səhvin vacib olub-olmamasında şəkk etsə, yerinə yetirməsi lazım deyil.

Məsələ 1234: Əgər insan, ona iki, yaxud dörd səcdeyi-səhv vacib olmasında şəkk etsə, ikisi kifayətdir.

Məsələ 1235: Əgər səcdeyi-səhvndən birini yerinə yetirmədiyini bilərsə və onu düzəltməsi aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki, səhvən üç səcdə yerinə yetirib, yenidən iki səcdeyi-səhv yerinə yetirməlidir.

SƏCDEYİ-SƏHVİN QAYDASI

Məsələ 1236: Səcdeyi-səhvin göstərişi belədir ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti etsin və alnını ehtiyat-lazıma əsasən səcdəsi səhih olan bir şeyin üzərinə qoysun. Ehtiyat-müstəhəb budur ki, səcdədə zikr deyilsin. Daha yaxşı olar bu zikr deyilsin: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, dediyi zikri yenidən oxuduqdan sonra oturmalı və təşəhhüdü dedikdən sonra

P:254

«Əssəlamu ələykum» deməlidir. Buna «Və rəhmətullahi və bərəkatuh»-u da əlavə etməsi daha yaxşıdır.

UNUDULMUŞ TƏŞƏHHÜD VƏ SƏCDƏNİN QƏZASI

Məsələ 1237: İnsan, unutduğu səcdənin qəzasını namazdan sonra edərkən, bədən və libasının pak olması, üzü qibləyə olmaq kimi, namazın bütün şərtlərinə sahib olması lazımdır.

Məsələ 1238: Əgər səcdəni bir neçə dəfə yaddan çıxarsa, məsələn, birinci rəkətdən bir səcdə yaddan çıxarsa və ikinci rəkətdən də bir səcdə yaddan çıxarsa, gərək namazdan sonra hər ikisinin qəzasını yerinə yetirsin və ehtiyat-müstəhəb budur ki, yaddan çıxan hər səcdə üçün iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1239: Əgər bir səcdə və təşəhhüdü yaddan çıxarsa, unudulmuş təşəhhüd üçün iki səcdeyi-səhv yerinə yetirsin. Amma unudulmuş səcdə üçün yaxşı olmasına baxmayaraq, lazım deyil.

Məsələ 1240: Əgər iki rəkətdən iki səcdə yaddan çıxarsa, qəza edən zaman tərtibə riayət etməsi lazım deyil.

Məsələ 1241: Namazın salamının və səcdənin qəzasının əsnasında, qəsdən və ya unutqanlıq üzündən namazı batil edən bir iş görərsə, məsələn; arxasını qibləyə çevirərsə, ehtiyat-müstəhəb budur ki, səcdənin qəzasını etdikdən sonra o namazı yenidən qılsın.

Məsələ 1242: Əgər namazın salamından sonra, son rəkətin bir səcdəsini unutduğunu xatırlayarsa, əgər hədəs kimi namazı pozan bir iş baş verməyibsə, onu və ondan sonra olan təşəhhüd və salamı yerinə yetirsin və ehtiyat-vacibə əsasən yersiz olan salam üçün iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1243: Əgər namazın salamı ilə səcdənin qəzası arasında səcdeyi-səhv vacib olan bir iş görsə, məsələn, səhvən danışsa, ehtiyat-vacibə əsasən, gərək əvvəlcə səcdənin qəzasını etsin və sonra bir cüt səcdeyi-səhv etsin.

P:255

Məsələ 1244: Əgər namaz əsnasında səcdəni, yoxsa təşəhhüdü unutduğunu bilməzsə, səcdənin qəzasını etməli və iki səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyat-müstəhəb budur ki, təşəhhüdü də qəza etsin.

Məsələ 1245: Səcdə və ya təşəhhüdü unudub-unutmadığında şəkk edərsə, qəza və ya səcdeyi-səhv vacib olmaz.

Məsələ 1246: Səcdəni unutduğunu bilib, sonrakı rəkətin rükusundan qabaq onu xatırlayıb və yerinə yetirib-yetirmədiyində şəkk edərsə, ehtiyat-müstəhəb budur ki, qəza etsin.

Məsələ 1247: Səcdəni qəza etməsi vacib olan bir şəxsə, başqa bir əməl səbəbindən də səcdeyi-səhv vacib olarsa, ehtiyat-vacibə əsasən namazdan sonra, əvvəl səcdəni qəza etməli və sonra səcdeyi-səhvi yerinə yetirməlidir.

Məsələ 1248: Namazdan sonra, unutmuş olduğu səcdənin qəzasını yerinə yetirib-yetirmədiyində şəkk edərsə, namazın vaxtı keçməmişdirsə, səcdəni qəza etməlidir. Hətta namazın vaxtı keçmiş olsa belə, ehtiyat-vacibə əsasən qəza etməlidir.

NAMAZIN HİSSƏLƏRİNİ VƏ ŞƏRTLƏRİNİ ARTIRIB-AZALTMAQ

Məsələ 1249: Əgər namazın vacibatından qəsdən bir şeyi azaltsa və ya çoxaltsa, bir hərf də olsa belə, namaz batildir.

Məsələ 1250: Əgər məsələni bilmədiyindən, namazın rükn olan vacibatından, bir şey azaltsa, namaz batildir. Amma qasir cahilin (etimad edilən bir şəxsin dediyinə, yaxud mötəbər risaləyə etimad edən sonra isə onun xətası, ya risalənin düz olmadığı məlum olan bir şəxs kimi) rükn olmayan vacibləri azaltması namazı batil etməz. Belə ki, məsələni bilmədiyindən, hərçənd təqsir üzündən olsa belə, sübh, məğrib və işa namazlarının Həmd və surəsini alçaqdan oxusa, yaxud zöhr və əsr namazlarının Həmd və surəsini hündürdən oxusa və ya

P:256

səfərdə zöhr, əsr və işa namazını dörd rəkət qılsa, namazı səhihdir.

Məsələ 1251: Əgər namaz əsnasında yaxud namazdan sonra başa düşsə ki, dəstəmaz və ya qüslü batil imiş və yaxud qüslsüz və dəstəmazsız namaza məşğul olubmuş, namazı ikinci dəfə dəstəmaz və ya qüsllə qılmalıdır. Əgər vaxt keçibsə, qəza etsin.

Məsələ 1252: Əgər rükuya çatdıqdan sonra əvvəlki rəkətdən hər iki səcdəni yerinə yetirmədiyini xatırlayarsa, ehtiyata əsasən namazı batildir. Əgər rükuya çatmazdan qabaq yadına düşərsə, qayıdıb iki səcdəni yerinə yetirməli, sonra da qalxıb Həmd və surəni və ya təsbihatı oxuyaraq namazı tamamlamalıdır. Namazdan sonra da ehtiyat-müstəhəbə əsasən yersiz qiyam üçün iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1253: Əgər «Əssəlamu ələyna» və «Əssəlamu ələykum» deməmişdən əvvəl yadına düşsə ki, son rəkətin iki səcdəsini yerinə yetirməyib, gərək iki səcdəni yerinə yetirsin və ikinci dəfə təşəhhüdü və namazın salamını versin.

Məsələ 1254: Namazın salamından qabaq, namazın sonundan bir rəkət və ya daha çox qılmadığını xatırlayarsa, unutduğu miqdarı yerinə yetirməlidir.

Məsələ 1255: Namazın salamından sonra namazın sonundan bir rəkətvə ya daha çox qılmadığını anlayarsa, əgər namazda unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) görərsə, namazı batildir. Əgər unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş görməyibsə, dərhal unutduğu miqdarı yerinə yetirməlidir. Ehtiyat-lazım budur ki, artıq salam verdiyi üçün iki səcdeyi-səhv etsin.

Məsələ 1256: Əgər namazın salamından sonra, namazda ikən unudaraq və ya qəsdən edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) gördükdən sonra, son iki səcdəni etmədiyini xatırlayarsa, namazı batildir. Əgər namazı pozan bir iş görmədən xatırlayarsa, unutduğu iki səcdəni yerinə yetirib təkrarən təşəhhüd oxuyaraq namazın salamını verməli və ehtiyat-vacib əsasən əvvəl verdiyi salam üçün iki səcdeyi-səhv yerinə yetirməlidir.

P:257

Məsələ 1257: Əgər namazı vaxtından qabaq qıldığını bilərsə, onu yenidən qılmalı, əgər vaxt keçmişdirsə də, qəza etməlidir. Əgər namazını qiblənin əksinə qıldığını, yaxud 90 dərəcədən artıq inhirafla qıldığını anlayarsa, vaxt keçməmişdirsə, yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, onda qiblənin o tərəfə olduğu xüsusunda şəkkli və ya cahil idisə, qəza etməlidir. Amma əgər şəkkli deyildisə, qəza etməsi lazım deyildir. Əgər qiblənin inhirafının 90 dərəcədən az olduğunu bilərsə, qiblədən dönməsində üzrlü olmasa, məsələn; qiblənin hansı tərəfə olduğunu araşdırmaq xüsusunda və ya məsələni bilmədiyində səhlənkarlıq etmişsə, ehtiyata əsasən, istər vaxtı keçsin, istərsə keçməsin o namazı yenidən qılması lazımdır. Əgər üzürlü olubsa, yenidən qılması lazım deyil.

MÜSAFİRİN NAMAZI

Müsafir gərək zöhr, əsr və işa namazını səkkiz şərt daxilində şikəstə, yəni iki rəkət qılmalıdır:

1. Onun səfəri səkkiz şəri fərsəxdən (təqribən 44 km-dən) az olmasın.

Məsələ 1258: Gedib-qayıtması birlikdə səkkiz fərsəx olan şəxs, istər gedişi və ya gəlişi dörd fərsəxdən az olsun, ya olmasın, gərək namazı şikəstə qılsın. Buna əsasən əgər gedişi üç fərsəx və qayıdışı beş fərsəx və ya əksinə olsa, gərək namazı şikəstə, yəni iki rəkət qılsın.

Məsələ 1259: Əgər gediş və qayıdışı səkkiz fərsəx olarsa, getdiyi gündə və ya o günün gecəsi qayıtmasa belə, namazını şikəstə qılmalıdır. Amma bu təqdirdə, ehtiyat edərək, namazını tam da qılması daha yaxşıdır.

Məsələ 1260: Səfəri səkkiz fərsəxdən bir qədər az olarsa və ya insan getdiyi yolun səkkiz fərsəx olub-olmadığını bilməzsə, namazını şikəstə qılmamalıdır. Əgər səfərinin səkkiz fərsəxə çatıb-çatmadığında şəkk edərsə, araşdırması lazım deyil və namazı tam qılmalıdır.

P:258

Məsələ 1261: Əgər bir adil və ya inanılmış bir şəxs xəbər verə ki, insanın səfəri səkkiz fərsəxdir, onun sözündən xatircəm olsa, gərək namazı şikəstə qılsın.

Məsələ 1262: Səfərinin səkkiz fərsəx olmasına yəqini olan kəs namazı şikəstə qılıb, sonra başa düşsə ki, səkkiz fərsəx olmayıb, gərək onu dörd rəkətli namaz kimi yerinə yetirsin. Əgər vaxtı keçibsə, qəza etsin.

Məsələ 1263: İstədiyi bir yerə səfərə çıxmaq əzmində olan şəxsin öz səfərinin səkkiz fərsəx olmamasına yəqinliyi olsa yaxud səkkiz fərsəx olub-olmamasında şəkk etsə, belə ki, yolda ikən başa düşsə ki, onun səfəri səkkiz fərsəx imiş, yolu bir az qalsa da, gərək namazı şikəstə qılsın və əgər tamam qılıbsa, gərək ikinci dəfə şikəstə qılsın. Amma vaxtı keçibsə qəza etmək lazım deyil.

Məsələ 1264: Ara məsafəsi dörd fərsəxdən az olan iki məhəllənin arasında bir neçə dəfə gedib-gəlməklə hamısı səkkiz fərsəx olsa da, namazını bütöv qılmalıdır.

Məsələ 1265: Əgər bir yerə iki yol olsa, biri səkkiz fərsəxdən az və o biri də səkkiz fərsəx və ya ondan çox olsa, insan səkkiz fərsəx olan yoldan oraya getsə, gərək namazı şikəstə qılsın və əgər səkkiz fərsəx olmayan yoldan getsə, gərək tamam qılsın.

Məsələ 1266: Səkkiz fərsəxin başlanğıcı, şəxsin müsafir sayılacağı bir yeri keçdikdən etibarən hesab edilməlidir. Belə ki, bu yer, əksər hallarda şəhərin sonu hesab olunan yerdir. Amma bəzi böyük şəhərlərdə məhəllənin son yerindən də hesab oluna bilər ki, onun axırı məqsəddir.

2. Səfərinin əvvəlindən etibarən qəsdi səkkiz fərsəx olmalıdır. Yəni səkkiz fərsəx gedəcəyini bilməlidir. Deməli əgər, səkkiz fərsəxdən az olan bir yerə səfər edərsə və oraya çatdıqdan sonra, gəldiyi yolla birlikdə səkkiz fərsəx olacaq bir yerə getməyə niyyət edərsə, əvvəlcədən qəsdi səkkiz fərsəx olmadığına görə, namazı tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəx getmək istəyərsə və ya məsələn; bir yerə getsə ki qayıtmağı ilə birlikdə səkkiz fərsəx olacaq, namazını şikəstə qılmalıdır.

Məsələ 1267: Səfərinin neçə fərsəx olacağını bilməyən şəxs, məsələn; bir itkini tapmaq üçün səfərə çıxırsa və onu tapmaq

P:259

üçün nə qədər yol gedəcəyini bilmirsə, gərək namazı tamam qılsın. Amma qayıdanda əgər vətəninə və ya on gün qalacağı yerə qədər səkkiz fərsəx, yaxud çox olsa, gərək namazı şikəstə qılsın. Əgər getdiyi zaman gedib-qayıtmağı ilə birlikdə səkkiz fərsəx yolu getməyi niyyət edərsə, namazını şikəstə qılmalıdır.

Məsələ 1268: Müsafir, səkkiz fərsəx yol gedəcəyinə qərarı olduğu təqdirdə, namazını şikəstə qılmalıdır. Deməli, əgər bir şəxs şəhərdən ayrılarsa və məsələn; dost tapacağı təqdirdə, səkkiz fərsəxlik səfərə çıxmağı qəsd edərsə, dost tapacağına əmin olarsa, namazı şikəstə qılmalıdır. Əgər əmin deyilsə, tam qılmalıdır.

Məsələ 1269: Səkkiz fərsəxlik səfərə geməyi niyyət edən bir şəxs, hər gün az miqdarda yol getsə belə, həddi-tərəxxüsə (mənası 1305-ci məsələdə deyiləcəyi kimi) çatanda namazını şikəstə qılmalıdır. Amma hər gün çox az bir miqdarda yol gedərsə, ehtiyat-lazım budur ki, namazını həm şikəstə, həm də tam qılsın.

Məsələ 1270: Səfərdə başqasının ixtiyarında olan qadın, övlad, nökər və məhbus kimi bir şəxs, səfərinin səkkiz fərsəx olduğunu bilərsə, namazını şikəstə qılmalıdır. Əgər bilməzsə, namazını tam qılmalıdır və soruşması lazım deyildir.

Məsələ 1271: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, əgər dörd fərsəxlik yerə çatmamış ondan ayrılıb səfər etməyəcəyini bilərsə və ya guman edərsə, namazını tamam qılmalıdır.

Məsələ 1272: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, dörd fərsəxlik bir yerə çatmazdan qabaq ondan ayrılmayacağına xatircəmliyi yoxdursa, namazını tam qılmalıdır. Amma əgər buna xatircəmliyi olarsa, namazını şikəstə qılmalıdır.

3. Yolda öz qəsdindən dönməsin. Deməli, əgər dörd fərsəxə çatmazdan əvvəl öz qəsdindən dönsə, yaxud tərəddüd etsə (şəkkə düşsə), getdiyi məsafə qayıtması ilə birlikdə səkkiz fərsəxdən az olsa, gərək namazı tamam qılsın.

Məsələ 1273: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və səfərdən daşınsa, belə qərara alsa ki,

P:260

orada qalsın və ya on gündən sonra qayıtsın və ya qayıtmağı ilə qalmağında tərəddüdü olsa, gərək namazı tamam qılsın.

Məsələ 1274: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və səfərdən daşınsa və qərara alsa ki, qayıtsın, on gündən az orada qalmaq istəsə də, gərək namazı şikəstə qılsın.

Məsələ 1275: Əgər səkkiz fərsəxlik səfərə getmək məqsədi ilə bir yerə doğru hərəkət edərsə və bir miqdar yol getdikdən sonra başqa bir yerə getmək istəyərsə, əgər birinci hərəkət etdiyi yerdən getmək istədiyi yerə qədər səkkiz fərsəx olarsa, namazını şikəstə qılmalıdır.

Məsələ 1276: Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-getməməkdə tərəddüdə düşərsə, tərəddüdlü olduğu zaman yol getməzsə və sonra qalan qismi də getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır.

Məsələ 1277: Səkkiz fərsəxlik yerə çatmadan, yolun qalan qismini gedib-getməməkdə tərəddüd edərsə, tərəddüdlü olduğu zaman bir miqdar yol gedərsə və sonradan, əlavə olaraq səkkiz fərsəx də getməyə və ya gediş-gəlişi səkkiz fərsəx olan bir yerə getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır.

Məsələ 1278: Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-getməməkdə tərəddüd edib tərəddüd edən zaman bir miqdar yol gedərsə və sonradan, qalan qismi getməyi qərara alarsa, əgər tərəddüdlə getdiyi məsafəni çıxmaqla, gedib-gəlməyin məcmusu səkkiz fərsəxdən az olarsa, namazı tamam qılmalıdır. Amma əgər ondan az olmasa, namazını şikəstə qılmalıdır.

4. Səkkiz fərsəxə çatmamış öz vətənindən keçib orada, ya da on gün və ya daha çox bir yerdə qalmağa qərar verməməsi lazımdır; o halda bir şəxs səkkiz fərsəxə yetişməmişdən vətəninə qayıdıb orada qalmaq (dayanmaq) istərsə, ya da on gün bir yerdə qalmaq istərsə, namazı bütöv qılmalıdır. Əgər vətənindən, dayanmadan keçərsə, ehtiyatən həm şikəstə, həm də bütöv qılmalıdır.

P:261

Məsələ 1279: Səkkiz fərsəxə çatmadan vətənindən keçib-getməyəcəyini və ya bir yerdə on gün qalıb-qalmayacağını bilməyən şəxs, namazını tamam qılmalıdır.

Məsələ 1280: Səkkiz fərsəxə çatmadan vətənindən keçərək və ya bir yerdə on gün qalmaq istəyən və həmçinin bir yerdə on gün qalmaq və ya vətənindən keçməyində tərəddüdlü olan bir şəxs, əgər on gün qalmaqdan və ya vətənindən keçmək fikrindən dönərsə, yenə də namazını tamam qılmalıdır. Amma qalan yol, qayıdışla birlikdə səkkiz fərsəx olarsa, belə namazını şikəstə qılmalıdır.

5. Səfəri haram bir iş üçün olmamalıdır; əgər oğurluq kimi haram bir iş üçün səfər edərsə, namazı tamam qılmalıdır. Həmçinin əgər səfərin özü haram olarsa məsələn; səfər onun ölməsinə, ya hər hansı üzvünün nöqsanlı olmasına səbəb olan bir zərəri olarsa və ya qadın, ərindən icazəsiz olaraq ona vacib olmayan bir səfərə gedərsə, hökm eynidir. Amma əgər həcc səfəri kimi vacib səfər olarsa, namazı şikəstə qılmalıdır.

Məsələ 1281: Vacib olmayan səfər, əgər ata-ananın mehribanlıq səbəbindən əziyyət çəkməsinə səbəb olarsa, haramdır. İnsan belə bir səfərdə namazını tamam qılmalı və orucunu da tutmalıdır.

Məsələ 1282: Səfəri haram olmayan və haram iş üçün səfər etməyən bir şəxs, səfərdə günah bir iş görsə də; məsələn: qeybət etsə və ya şərab içsə namazı şikəstə qılmalıdır.

Məsələ 1283: Əgər vacib olan bir işi tərk etmək üçün səfərə çıxarsa, istər səfərdə başqa məqsədi də olsun və ya olmasın, namazını tamam qılmalıdır. Buna görə, borclu olub borcunu verə biləcək halda olan şəxsin borcunu borc verən istəyərsə və o da səfər zamanı borcunu qaytarmağa imkanı olmadığından, borcu qaytarmaqdan boyun qaçırmaq üçün səfərə çıxarsa, namazını tamam qılmalıdır. Amma əgər səfəri başqa bir iş üçün olarsa, səfərdə vacib bir işi tərk etsə belə, namazını şikəstə qılmalıdır.

Məsələ 1284: Əgər səfərdə mindiyi heyvan, yaxud başqa bir minik qəsbi olsa və ya sahibindən qaçmaq üçün səfər etsə, yaxud qəsbi yerdə səfər etsə, gərək namazı tamam qılsın.

P:262

Məsələ 1285: Zalım şəxs ilə səfər edən kəs əgər naçar olmasa və onun səfəri zalıma kömək olsa, gərək namazı tamam qılsın. Əgər naçar olsa, yaxud məsələn, məzluma nicat vermək üçün onunla səfər etsə, namazı şikəstədir.

Məsələ 1286: Əgər əylənmək, ya gəzmək üçün səfər etsə, onun səfəri haram deyil və gərək namazı şikəstə qılsın.

Məsələ 1287: Xoş güzəran keçirib ləhv və əylənmək məqsədi ilə ova gedərsə, baxmayaraq ki, haram deyil amma gedən vaxt namazını tamam qılmalıdır. Qayıtdıqda isə, yolu şikəstə sayılmalı olan miqdarda olsa və gedişi kimi, məqsədi ovçuluq olmazsa, namazını şikəstə qılmalıdır. Amma əgər dolanışığını tə`min etmək üçün ova gedərsə, namazını şikəstə qılmalıdır. Həmçinin, malını çoxaltmaq və ticarət üçün ova gedərsə də hökm eynidir. Yalnız bu halda, ehtiyat-müstəhəb budur ki, namazını həm şikəstə, həm də tamam qılsın.

Məsələ 1288: Günah iş üçün səfərə gedən şəxs qayıdan zaman əgər təkcə qayıtmağı səkkiz fərsəxdirsə, gərək namazı şikəstə qılsın. Ehtiyat-müstəhəb budur ki, tövbə etməyibsə, həm şikəstə və həm də tamam qılsın.

Məsələ 1289: Səfəri günah olan şəxs, əgər yolda günah qəsdindən dönsə, yolun qalanı istər tənha, istərsə oradan gedib-gəlməyin cəmi səkkiz fərsəx olsa da, olmasa da, gərək namazı şikəstə qılsın.

Məsələ 1290: Günah iş üçün səfər etməyən şəxs, əgər yolda ikən yolun qalanını günah məqsədi ilə getsə, gərək namazı tamam qılsın. Amma şikəstə qıldığı namazlar səhihdir.

6. Səhrada səfər edib özləri və heyvanları üçün harada yemək və su tapılarsa, orada qalıb, bir müddət sonra başqa bir yerə gedən köçərilər kimi, müəyyən bir məkanları olmayan şəxslərdən olmamalıdır. Belə ki, bu kimi insanlar, bu səfərlərində namazlarını tamam qılmalıdırlar.

Məsələ 1291: Köçəri olan bir şəxs, mənzil və heyvanları üçün otlaq yeri tapmaq üçün səfər edərsə, onun bu səfəri çadır və digər vəsaitlərlə birlikdə olarsa, və «evi özü ilədir» deyilsə namazını tamam qılmalıdır. Əks təqdirdə, səfəri səkkiz fərsəxdirsə, namazını şikəstə qılmalıdır.

P:263

Məsələ 1292: Əgər səhranişin, yəni köçəri bir şəxs ziyarət, həcc, ticarət və bu kimi işlər üçün səfərə çıxsa, «evi özü ilədir» ünvanı ilə adlana bilməsə, gərək namazı şikəstə qılsın. Əgər adlana bilsə, tamam qılmalıdır.

7. Kəsirüs-səfər olmasın. Amma işi səfərlə bağlı olanlar, sürücü, gəmiçi, postçu, çoban, çox səfər edən şəxslərin işi ona bağlı olmasa belə, məsələn, həftədə üç gün səfər edənlər kimi, hərçənd əylənmək və ya səyahət üçün səfər etsələr belə, namazı tamam qılmalıdır.

Məsələ 1293: İşi səfərdə olan bir şəxs,, həcc və ya ziyarət kimi başqa bir iş üçün səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər ona ürfdə kəsirüs-səfər desələr belə (yəni çox səfər edən) məsələn, hər həftədə üç səfər edən şəxs kimi, gərək namazını tamam qılsın. Amma əgər sürücü öz maşınını ziyarət üçün kirayə verərsə və özü də onunla ziyarətə gedərsə, gərək namazını tamam qılsın.

Məsələ 1294: Karvanbaşı, yəni o şəxs ki, hacıları Məkkəyə aparmaq üçün səfər edir, əgər səfər onun işi olarsa, namazı tamam qılmalıdır. Amma səfər onun işi olmazsa və təkcə Həcc mövsümündə karvanbaşılıq üçün səfər edirsə, onun səfər müddəti az olsa, (məsələn, 2-3 həftə) namazı şikəstədir. Əgər çox olsa (3 ay kimi), namazı tamamdır. Əgər ona «kəsirüs-səfər» deyilib-deyilməməsində şəkk edərsə, ehtiyatən həm tamam, həm də şikəstə qılmalıdır.

Məsələ 1295: Sürücü və bu kimi ünvanın deyilə bilməsində şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı, sürücülərin adi istirahət müddətindən uzun olmasın. Deməli, misal üçün, həftədə bir gün səfər edən şəxsə, sürücü deyilməz. Amma «kəsirüs-səfər» ünvanı heç olmazsa həftədə üç gün, ya ayda on gün səfər edən şəxsə deyilə bilər, belə ki, heç olmazsa ildə altı ay, ya iki ildən artıqda üç ay bu vəziyyəti davam etdirmək qərarında olsun. (Əlbəttə, birinci ayda ehtiyatən həm şikəstə, həm də tamam qılmalıdır). Amma kəsirüs-səfər ünvanı həftədə bir gün səfərdə olana deyilməz. Əgər həftədə iki gün səfərdə olsa, ehtiyat-vacibə görə həm şikəstə, həm də tamam qılmalıdır.

P:264

Məsələ 1296: Avtomobilini yalnız yaz və ya qış mövsümündə kirayəyə verən sürücü kimi, ilin bir qismində işi səfər olan bir şəxs, bu səfərində namazını tam qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də tamam qılsın.

Məsələ 1297: Şəhərin ətrafında iki-üç fərsəxlik yolda gediş-gəliş edən sürücü və marşrut, bir səfərində təsadüfən səkkiz fərsəxlik yol gedərsə, namazını şikəstə qılmalıdır.

Məsələ 1298: Peşəsi səfər etmək olan şəxs, istər on gün və ya çox öz vətənində qalsın və əvvəldən qəsdi on gün qalmaq olsun, yaxud qəsdi olmadan qalsın, gərək həmən birinci səfərdə ki, on gündən sonra gedəcək, namazı tamam qılsın. Həmçinin əgər vətənindən başqa yerdə on gün qəsdilə və ya qəsdsiz qalsa da belə, hökm eynidir. Amma çarvadar (mal-qara alverçisi) və ya avtomobilini kirayə verən şəxsin xüsusunda, belə olarsa ehtiyat-müstəhəb budur ki, on gündən sonra getdiyi ilk səfərdə həm şikəstə, həm də bütöv qılsın.

Məsələ 1299: İşi səfər olan şəxsin namazının tamam olması üçün üç dəfə səfər etməsi, şərt deyil; elə sürücü və bu kimi ünvan ona deyilə bilsə hərçənd ilk səfərində olsa belə, namazı tamamdır.

Məsələ 1300: Mal-qara alverçisi və sariban kimi işi səfər olan şəxslərin normadan artıq səfər etmələri, onların çətinliyə düşmələrinə və yorğunluqlarına səbəb olarsa, namazlarını şikəstə qılmaları gərəkdir.

Məsələ 1301: Şəhərlərdə gəzməkdə olan və özü üçün vətən seçməyən şəxs, namazı tamam qılmalıdır.

Məsələ 1302: İşi səfər olmayan şəxs, əgər məsələn; bir şəhər və ya kənddə olan malını daşımaq üçün ardıcıl səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər onun səfərləri xalq arasında «kəsirüs-səfər» deyiləcək qədər çox olarsa, namazını tamam qılmalıdır (ki, bunun meyarı 1295-cı məsələdə deyildi).

Məsələ 1303: Vətənindən əl çəkib özü üçün başqa yerdə vətən seçmək istəyən şəxsin, əgər ona namazın tamam qılınmasına səbəb olacaq ünvan (kəsirüs-səfər, köçəri kimi) deyilməzsə, gərək öz səfərində namazı şikəstə qılsın.

P:265

8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə etibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.

Məsələ 1304: Həddi-tərəxxüs, şəhər əhlinin, hətta şəhərin ətrafında olanların müsafiri görmədiyi yerdir və onun nişanəsi isə, onun şəhər əhlini görməməsidir.

Məsələ 1305: Vətəninə qayıdan müsafir, vətəninə çatana qədər namazını şikəstə qılmalıdır. Həmçinin bir yerdə on gün qalmaq istəyən şəxs, oraya çatmayana qədər namazını şikəstə qılmalıdır.

Məsələ 1306: Əgər şəhər hündürlükdə olsa, oranın əhli uzaqdan görünərsə və ya çuxurluqda olsa, azacıq uzaqlaşdıqca oranın əhli görünməzsə, belə bir şəhərdən səfərə çıxan şəxs, əgər oradan, «o şəhər düz yerdə olsaydı, artıq oranın xalqı görünməzdi» deyiləcək qədər uzaqlaşdığı zaman, namazını şikəstə qılmalıdır. Həmçinin əgər yolun alçaq-ucalığı adi qaydadan çox olsa, adi halda olanlar nəzərdə saxlanılmalıdır.

Məsələ 1307: Gəmi və ya qatarda olub həddi-tərəxxüsə yetişmədən, tam qılmaq niyyəti ilə namaza başlayan şəxs, əgər üçüncü rəkətin rükusundan qabaq həddi-tərəxxüsə çatarsa, namazını şikəstə olaraq tamamlamalıdır.

Məsələ 1308: Yuxarıdakı məsələdə izah olunduğu kimi, əgər üçüncü rəkətin rükusundan sonra tərəxxüs həddinə çatsa, başqa bir namazı şikəstə qılmalıdır və birinci namazı tamamlamaq lazım deyil.

Məsələ 1309: Əgər bir şəxs həddi-tərəxxüsə yetişdiyinə əmin olub, namazını şikəstə qılarsa və sonra da namaz qılarkən həddi-tərəxxüsə yetişmədiyi anlaşılarsa, o namazı yenidən qılması gərəkdir. Əgər bu halda həddi-tərəxxüsə çatmamışdırsa, namazını tamam qılmalıdır. Əgər həddi-tərəxxüsdən keçmişdirsə, namazını şikəstə qılmalıdır. Əgər vaxt keçmişdirsə, namazını qəzaya getdiyi zamandakı vəzifəsinə əsasən qəza etməlidir.

Məsələ 1310: Gözü adi vəziyyətdə deyilsə, adi gözün şəhərin əhlini görmədiyi bir yerdə namazını şikəstə qılmalıdır.

P:266

Məsələ 1311: Səfərə getdiyi zamanı həddi-tərəxxüsə yetişib-yetişmədiyində şəkk edərsə, namazını tam qılmalıdır.

Məsələ 1312: Səfər zamanı vətənindən keçən bir müsafir, orada dayanarsa, namazını tam qılmalıdır. Əks təqdirdə, ehtiyat-lazıma əsasən, namazını həm şikəstə, həm də tam qılmalıdır.

Məsələ 1313: Səfər zamanı vətəninə çatıb orada dayanan şəxs, orada olduğu müddətdə namazını tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəxlik bir yola getmək istəyərsə və ya dörd fərsəxə gedib-qayıtmaq istəyərsə, (qayıdan baş) həddi-tərəxxüsə çatdığı zaman namazını şikəstə qılmalıdır.

Məsələ 1314: İnsanın yaşamaq və daimi qalmaq üçün seçdiyi yer onun vətənidir, istər orada dünyaya gəlsin və ata-anasının vətəni olsun, istərsə də özü oranı yaşamaq üçün qərar versin.

Məsələ 1315: Əgər məqsədi bir müddət əsil vətəni olmayan yerdə qalıb sonra başqa yerə getmək olsa, ora onun vətəni hesab olunmaz.

Məsələ 1316: İnsanın öz yaşayışı üçün seçdiyi yerdə daimi məskunlaşmaq niyyəti olmasa belə, əgər xalq arasında o, orada müsafir qəbul edilməzsə, belə ki, müvəqqəti olaraq on gün və ya daha çox bir müddət üçün başqa bir yerdə qalmağı qərara alsa birinci yeri onun yaşayış yeri olaraq görürsə, ora onun üçün vətən hökmünü daşıyır.

Məsələ 1317: İki yerdə yaşayan şəxs, məsələn, altı ay bir yerdə və altı ay da başqa yerdə qalsa, hər ikisi ona vətəndir. Habelə əgər iki yerdən artıq özünə yaşayış yeri seçsə, onların hamısı ona vətən hesab olunar.

Məsələ 1318: Fəqihlərin (müctəhidlərin) bəzisi, demişlər ki, əgər bir şəxsin bir yerdə məskunlaşdığı evi olsa və qalmağı qəsd edərək, ardıcıl altı ay orada qalarsa, o ev onun malı olduğu müddətə qədər, o yer onun vətəni hökmündədir belə ki, səfərdə oraya çatdığı hər vaxt namazını tamam qılmalıdır. Lakin bu hökm sübut olunmamışdır.

Məsələ 1319: Əvvəllər vətəni olub, fikrindən daşındığı bir yerə çatdıqda, özünə başqa bir vətən seçməmiş olsa belə, namazını tam qılmamalıdır.

P:267

Məsələ 1320: Bir yerdə ardıcıl on gün qalmağı qəsd edən və ya ixtiyarsız halda bir yerdə on gün qalacağını bilən bir müsafir, orada namazını tamam qılmalıdır.

Məsələ 1321: Bir yerdə on gün qalmaq istəyən müsafirin, birinci və ya on birinci günün gecəsini də orada qalmağı qəsd etməsi lazım deyildir. Əgər birinci günün sübh azanından, onuncu günün günəş batmasına qədər orada qalmağı qəsd edərsə, namazı tam qılmalıdır. Birinci günün zöhründən on birinci günün zöhrünə qədər orada qalmağı qəsd edərsə də, hökm eynidir.

Məsələ 1322: On gün bir yerdə qalmaq istəyən müsafir, əgər bütün on günü bir yerdə qalmaq istəyərsə, namazını tam qılmalıdır. Belə ki, on gün Nəcəflə Kufədə, yaxud Bakı və Sumqayıtda qalmaq istəyərsə, namazı şikəstə qılmalıdır.

Məsələ 1323: On gün bir yerdə qalmaq istəyən müsafir, qalacağı on gün ərzində o yerin camaat arasında ayrı bir yer hesab olunan və fasiləsi dörd fərsəxdən az olan ətrafına getməyi əvvəldən qəsd etmişdirsə, əgər gedib-gəlmək müddəti ürfün nəzərində on gün qalması ilə zidd olmayacaq miqdardadırsa, namazını tam qılmalıdır. Əgər on gün qalmaqla zidd olarsa, şikəstə qılmalıdır. Məsələn; əgər əvvəldən bir gündüzü və ya bir gecəni oradan ayrılmaq istəyərsə, bu onun iqamət məqsədi ilə ziddir və namazını şikəstə qılmalıdır. Amma əgər onun qəsdi bu olsa ki, məsələn, günün yarısını xaric olsun və sonra qayıtsın, hərçənd qayıtması gecə olduqdan sonra olsa belə, gərək namazı tamam qılsın. Amma əgər onun bu cür ayrılması, ürfdə «iki və ya daha çox yerdə iqamət edir» deyiləcək qədər təkrarlanırsa, namazını şikəstə qılmalıdır.

Məsələ 1324: Bir yerdə on gün qalmağı qərara almayıb, məsələn; əgər dostu gələrsə və ya yaxşı mənzil tapsa, on gün orada qalacağını qəsd edən müsafir, namazını şikəstə qılmalıdır.

Məsələ 1325: Bir yerdə on gün qalmağı qərara alan bir şəxs, əgər orada qalmasına bir şeyin mane olmasına ehtimal verirsə və bu ehtimal aqil şəxslərin nəzərində qəbul olunan bir ehtimal olarsa, namazını şikəstə qılmalıdır.

P:268

Məsələ 1326: Ayın sonuna on gün və ya daha çox qaldığını bilən şəxs, ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, namazını tam qılmalıdır. Amma əgər ayın sonuna bir neçə gün qaldığını bilməz və ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, hərçənd qərarlaşdırdığı zamandan ayın sonuna qədər on gün və ya daha çox qalmış olsa belə, namazını şikəstə qılmalıdır.

Məsələ 1327: Bir yerdə on gün qalmağı qərara alan müsafir, əgər dörd rəkətli bir namaz qılmadan qərarından dönərsə və ya orada qalmaqda və ya başqa bir yerə getməkdə tərəddüdə düşərsə, namazını şikəstə qılmalıdır. Amma əgər dörd rəkətli bir namaz qıldıqdan sonra qərarından dönərsə və ya tərəddüdə düşərsə, orada qaldığı müddətə qədər namazlarını tam qılmalıdır.

Məsələ 1328: Bir yerdə on gün qalmağı qərara alan bir müsafir, oruc tutarsa və zöhrdən sonra orada qalmaq fikrindən dönərsə, əgər dörd rəkətli bir namaz qılmışdırsa, orada qaldığı müddətə qədər orucları səhihdir və namazlarını tam qılmalıdır. Amma əgər dörd rəkətli bir namaz qılmamışdırsa, ehtiyata əsasən, o günün orucunu tamamlayıb sonradan qəza etməli, namazlarını da şikəstə qılmalıdır. Sonrakı günlərdə də oruc tuta bilməz.

Məsələ 1229: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, qərarından dönərsə və qərarından dönməzdən qabaq dörd rəkətli bir namaz qılıb-qılmadığında şəkk edərsə, namazlarını şikəstə qılmalıdır.

Məsələ 1330: Əgər müsafir şikəstə qılmaq niyyəti ilə namaza başlayarsa və namaz əsnasında on gün və ya daha çox qalmağı qərarlaşdırarsa, namazını dörd rəkətli olaraq tamamlamalıdır.

Məsələ 1331: On gün bir yerdə qalmağı qəsd edən müsafir, əgər birinci dörd rəkətli namazın əsnasında öz qəsdindən dönsə, əgər üçüncü rəkətə məşğul deyilsə, gərək namazı iki rəkətli tamam etsin və digər namazlarını şikəstə qılsın. Həmçinin əgər üçüncü rəkətə məşğul olsa və rükuya getməmiş olsa, gərək otursun və namazı şikəstə sona çatdırsın. Əgər rükuya getmişdirsə, namazını poza və ya tamamlaya bilər və gərək onu yenidən şikəstə qılsın.

P:269

Məsələ 1332: On gün bir yerdə qalmağı qərara alan bir şəxs, orada on gündən çox qalarsa, səfərə çıxana qədər namazını tam qılmalıdır. İkinci dəfə on gün qəsd etməsi lazım deyildir.

Məsələ 1333: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, vacib orucu tutmalıdır. Müstəhəb oruc da tuta bilər və zöhr, əsr və işa namazlarının nafiləsini də qıla bilər.

Məsələ 1334: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra və ya dörd rəkətli bir namazı tam olaraq qılmasa belə bir yerdə on gün qaldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə gedib-qayıdıb, təkrarən əvvəl qaldığı yerdə on gün və ya daha az bir müddət qalmaq istəyərsə, getdiyi zamandan qayıdacağı zamana qədər və qayıtdıqdan sonra namazını tam qılmalıdır. Amma əgər əvvəl qaldığı yerə qayıtması, yalnız səfərinin yolunda olmasına görə olsa və şəri bir məsafəyə səfər etmək istəyərsə, gedib-qayıtdıqda və qaldığı yerdə namazlarını şikəstə qılmalıdır.

Məsələ 1335: On gün bir yerdə qalmağı qərar alan bir müsafir, əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra, səkkiz fərsəxdən az olan başqa bir yerə gedib orada on gün qalmaq istəyərsə, səfəri zamanında və on gün qalmaq istədiyi yerdə namazını tam qılmalıdır. Amma əgər gedəcəyi yer səkkiz fərsəx və ya daha çox olarsa, səfər zamanı namazlarını şikəstə qılmalıdır. Əgər orada on gün qalmaq istəməzsə, orada qaldığı müddətdə də namazlarını şikəstə qılmalıdır.

Məsələ 1336: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə getmək istəyərsə, əgər əvvəlki yerinə qayıdıb-qayıtmayacağında tərəddüdlü olarsa və ya oraya qayıtmaqdan tamamilə qafil olarsa, yaxud qayıtmaq istədiyi halda, orada on gün qalıb-qalmayacağında tərəddüdlü olarsa, ya da orada on gün qalmaqdan və ya səfər etməkdən qafil olarsa, getdiyi vaxtdan qayıdana qədər və qayıtdıqdan sonra namazlarını tamam qılmalıdır.

Məsələ 1337: Dostlarının da on gün qalacağını xəyal edərək bir yerdə on gün qalmağı qərara alan və əda olan dörd rəkətli bir namaz qıldıqdan sonra, dostlarının qalmaq qərarına

P:270

gəlmədiklərini anlayarsa, özü də qalmaq fikrindən dönsə belə, orada qaldığı müddətə qədər namazlarını tam qılmalıdır.

Məsələ 1338: Əgər müsafir təsadüfən otuz gün bir yerdə qalsa, məsələn, otuz günün tamamında getmək ilə qalmağa tərəddüd edərsə otuz gün keçəndən sonra, hərçənd orada az bir müddət qalsa belə, gərək namazı tamam qılsın.

Məsələ 1339: Doqquz gün və ya daha az bir müddət üçün bir yerdə qalmaq istəyən müsafir, doquqz gün və ya daha az orada qaldıqdan sonra, yenidən orada doqquz gün və ya daha az qalsa və bu şəkildə orada otuz günə qədər qalarsa, otuz birinci gündən etibarən, namazlarını tam qılmalıdır.

Məsələ 1340: Müsafir bir yerdə otuz gün qalandan sonra gərək namazı tamam qılsın. Deməli otuz günün bəzisini bir yerdə, bəzisini başqa yerdə qalsa, otuz gündən sonra da namazı şikəstə qılmalıdır.

MÜXTƏLİF MƏSƏLƏLƏR

Məsələ 1341: Müsafir Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində eləcə də Həzrət Seyyidüş-şühədanın (ələyhissəlam) hərəmində qəbri-müqəddəsin 11,5 metr məsafəsinə qədər namazını tamam qıla bilər.

Məsələ 1342: Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir şəxs, əvvəlki məsələdə deyilən dörd məkandan başqa yerlərdə, namazını qəsdən bütöv qılarsa, namazı batildir. Həmçinin əgər müsafirin namazının şikəstə olduğunu unudaraq bütöv qılarsa da, hökm eynidir. Amma unutduğu təqdirdə, vaxt keçdikdən sonra xatırlayarsa, qəza etməsi lazım deyildir.

Məsələ 1343: Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir müsafir, əgər səhvən namazını bütöv qılarsa və vaxt daxilində yadına düşərsə, namazını yenidən qılması lazımdır. Əgər vaxt keçdikdən sonra yadına düşərsə, ehtiyata əsasən onu qəza etməlidir.

P:271

Məsələ 1344: Səfərdə namazını şikəstə qılmalı olduğunu bilməyən bir müsafir, əgər bütöv qılarsa, namazı səhihdir.

Məsələ 1345: Namazının şikəstə qılınmalı olduğunu bilən bir müsafir, əgər onun xüsusiyyətlərindən bəzisini bilməsə, məsələn; səkkiz fərsəxlik yolda şikəstə qılmalı olduğunu bilməzsə və bütöv qılarsa, vaxt keçmədən hökmü bilərsə, ehtiyat-lazıma əsasən namazını yenidən qılmalıdır. Əgər qılmasa, qəza etməlidir. Amma əgər vaxt keçdikdən sonra bilərsə, qəza etməsi lazım deyildir.

Məsələ 1346: Namazını şikəstə qılmalı olduğunu bilən bir müsafir, yolunun səkkiz fərsəxdən az olduğunu guman edərək bütöv qılarsa, yolun səkkiz fərsəx olduğunu anladığı zaman, bütöv qıldığı namazı təkrarən şikəstə qılmalıdır. Amma əgər vaxt keçdikdən sonra başa düşərsə, qəza etməsi lazım deyildir.

Məsələ 1347: Müsafir olduğunu unudub namazı bütöv qılarsa, belə ki, namaz vaxtı əsnasında xatırlayarsa, şikəstə qılmalıdır. Əgər vaxtı keçəndən sonra xatırlayarsa, o namazın qəzası ona vacib deyildir.

Məsələ 1348: Namazını tam qılmalı olan bir şəxs, namazını şikəstə qılarsa, hər hansı halda namazı batildir. Hətta bir yerdə on gün qalmağı qərara alan və məsələnin hökmünü bilmədiyindən namazını şikəstə qılmış olan bir müsafir olsa belə, ehtiyat-vacibə əsasən namazı batildir.

Məsələ 1349: Dörd rəkətli bir namazı qılarkən, müsafir olduğunu xatırlayarsa və ya səfərinin səkkiz fərsəx olduğunu bilərsə, belə ki, üçüncü rəkətin rükusuna getməmişdirsə, namazı iki rəkətli tamamlamalıdır. Əgər üçüncü rəkəti tamamlayıbsa, namazı batildir. Əgər üçüncü rəkətin rükusuna getmişdirsə, ehtiyata əsasən namazı batildir. Buna görə də, bir rəkət namaz qılınacaq qədər vaxt qalmış olsa belə, namazını yenidən şikəstə qılmalıdır. Əgər vaxt yoxdursa, qəzasını şikəstə qılmalıdır.

Məsələ 1350: Əgər müsafir, müsafir namazının bəzi xüsusiyyətlərini bilməsə məsələn; dörd fərsəxlik bir yola gedib-qayıdacağı təqdirdə, namazını şikəstə qılmalı olduğunu bilməsə, dörd rəkətli namaz niyyəti ilə namaza məşğul olsa və üçüncü rəkətin rükusundan əvvəl məsələni başa düşsə, gərək namazını

P:272

iki rəkətlə tamam etsin. Əgər rükuda anlayarsa, ehtiyata əsasən namazı batildir. Bir rəkət qılınacaq qədər vaxt qalsa belə, namazı yenidən şikəstə qılmalıdır.

Məsələ 1351: Namazını bütöv qılmalı olan bir müsafir, məsələni bilməməsi səbəbindən, iki rəkət qılmaq niyyəti ilə namaza başlayar və namazda ikən başa düşərsə, namazı dörd rəkətli tamamlamalıdır. Ehtiyat-müstəhəb budur ki, o namazı tamamladıqdan sonra, onu yenidən dörd rəkətli qılsın.

Məsələ 1352: Namazını qılmamış olan bir müsafir, vaxt keçmədən vətəninə və ya on gün qalacağı bir yerə çatarsa, namazını bütöv qılmalıdır. Müsafir olmayan bir şəxs də, vaxtın əvvəlində namaz qılmayıb səfərə çıxarsa, yolda namazını şikəstə qılmalıdır.

Məsələ 1353: Səfərdə ikən namazını şikəstə qılmalı olan bir müsafirin zöhr, əsr və ya işa namazı qəza olarsa, onları səfərdə olmasa belə qəza etmək lazım gəlirsə, iki rəkətli qəza etməlidir. Əgər müsafir olmayan bir şəxsdən də, bu üç namazdan biri qəzaya qalarsa, səfərdə ikən qəzasını qılmaq istəyərsə, dörd rəkətli qəza etməlidir.

Məsələ 1354: Müstəhəbbdir ki, müsafir şikəstə qıldığı hər bir namazdan sonra otuz dəfə desin: «Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər». Bu zikrin hər vacib namazdan sonra müstəhəb olmasına baxmayaraq qeyd olunan hallarda daha çox göstəriş verilmişdir. Daha yaxşı budur ki, bu yerlərdə bunu altmış dəfə desin.

QƏZA NAMAZI

Məsələ 1355: Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya sərxoşluq səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəza etməlidir. Öz vaxtında qılınmamış olan digər hər vacib namaz da eyni hökmü daşıyır. Hətta ehtiyat-lazıma əsasən, nəzr etməklə müəyyən bir vaxtda vacib olan namaz da eyni hökmdədir. Amma Fitr və Qurban bayramı namazlarının qəzası yoxdur. Habelə, istər gündəlik

P:273

namaz olsun, istərsə də başqa bir namaz olsun, qadının heyz və nifas halında qılmadığı namazların da qəzası yoxdur. Ayət namazının qəzasının hökmü sonradan deyiləcək.

Məsələ 1356: Əgər namazın vaxtından sonra, qıldığı namazın batil olduğunu başa düşsə, gərək onun qəzasını qılsın.

Məsələ 1357: Boynunda qəza namazı olan bir şəxs, onu qılmaqda səhlənkarlıq etməməlidir. Amma dərhal yerinə yetirməsi də vacib deyildir.

Məsələ 1358: Qəza namazı olan bir şəxs müstəhəb namazı qıla bilər.

Məsələ 1359: Boynunda qəza namazı olduğuna və ya qıldığı namazların səhih olmadığına ehtimal verən bir insanın, ehtiyata əsasən onları qəza etməsi müstəhəbdir.

Məsələ 1360: Bir günün zöhr və əsr namazları ilə, bir gecənin məğrib və işa namazları kimi, tərtiblə yerinə yetirilməsi vacib olan namazlardan başqa, gündəlik namazların qəzasını tərtibə əsasən yerinə yetirmək vacib deyildir.

Məsələ 1361: Ayət namazı kimi gündəlik olmayan bir neçə namazı və ya bir gündəlik və bir neçə gündəlik olmayan namazları qəza etmək istəyən şəxsin, onları tərtib üzrə qılması lazım deyildir.

Məsələ 1362: Bir dörd rəkətli namazı qılmadığını, amma onun zöhr, və ya işa namazı olduğunu bilməyən bir şəxs, qılmamış olduğu namazın qəzası niyyəti ilə bir dörd rəkətli namaz qılarsa, kifayətdir. Namazı ucadan və ya alçaqdan oxumasında isə ixtiyar sahibidir.

Məsələ 1363: Əgər bir şəxsdən, məsələn; bir neçə sübh namazı və ya bir neçə zöhr namazı qəza olarsa və onların sayını bilməzsə və ya unutmuş olarsa, məsələn; üç, dörd, ya beş namaz olduğunu bilməzsə, az miqdarı yerinə yetirərsə, kifayətdir. Amma hamısını qıldığına əmin oluncaya qədər namaz qılması daha yaxşıdır. Məsələn; əgər özündən bir neçə sübh namazının qəzaya qaldığını unutmuş olsa və eyni zamanda on namazdan artıq olmadığına əmindirsə, ehtiyata əsasən on sübh namazı qılsın.

P:274

Məsələ 1364: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib, sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir namaz və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, o günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır.

Məsələ 1365: Əgər namaz qılarkən həmin gündən bir və ya daha çox namazının qəzaya qaldığını və ya keçmiş günlərdən yalnız bir qəza namazının boynunda olduğunu xatırlayarsa, vaxt genişdirsə və niyyətini qəza namazına çevirməsi mümkündürsə, o günün namazının fəzilət vaxtı keçmədiyi təqdirdə, niyyətini qəza namazına çevirməsi daha yaxşıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rəkətin rükusundan qabaq, həmin günün sübh namazının qəzaya qaldığını xatırlayarsa, zöhr namazının fəzilət vaxtı daralmamışdırsa, niyyəti sübh namazına çevirib o namazı iki rəkətli tamamlaması və sonra zöhr namazını qılması daha yaxşıdır. Amma əgər fəzilət vaxtı dar olsa və ya niyyətini qəza namazına çevirməsi mümkün olmazsa, məsələn; üçüncü rəkətin rükusunda sübh namazını qılmadığını xatırlayarsa, niyyətini sübh namazına çevirdiyi təqdirdə, rükn hesab edilən bir rüku artıq olduğuna görə, niyyətini sübh namazının qəzasına çevirə bilməz.

Məsələ 1366: Əgər keçmiş günlərdən qəza namazları vardırsa və bir və ya daha çox namaz həmin gündən qəza olmuşdursa, əgər onların hamısını qəza etməyə vaxtı olmasa və ya hamısını o gündə qılmaq istəmirsə, müstəhəbdir ki, o günün qəza namazını əda namazından əvvəl qılsın.

Məsələ 1367: İnsan həyatda ikən öz qəza namazlarını qılmaqdan aciz olsa belə, başqası onun namazlarının qəzasını qıla bilməz.

Məsələ 1368: İstər imamın namazı əda olsun, istərsə qəza olsun, qəza namazını camaatla qılmaq mümkündür. Hər ikisinin eyni

P:275

namazları qılmaları da lazım deyildir. Məsələn; sübh namazının qəzasını, imamın zöhr və ya əsr namazı ilə qılmasının eybi yoxdur.

Məsələ 1369: Müməyyiz olan, yəni yaxşını və pisi anlayan uşağı namaz qılmağa və digər ibadətlər etməyə adət etdirmək müstəhəbdir. Hətta onu, qılmadığı namazları qəza etməyə vadar etmək belə, müstəhəbbdir.

ATANIN BÖYÜK OĞULA VACİB OLAN QƏZA NAMAZI

Məsələ 1370: Əgər ata öz namazını qılmamış olsa, və qəza edə bilərmişsə, bu Allahın əmrinə itaətsizlik ucbatından deyilmişsə, onun ölümündən sonra böyük oğul ehtiyat-vacibə əsasən bunları yerinə yetirməli və ya onun üçün əcir tutmalıdır. Ananın namazlarının qəzasını yerinə yetirmək daha yaxşı olduğuna baxmayaraq ona vacib deyildir.

Məsələ 1371: Əgər böyük oğul atasının qəza namazının olub olmamasında şəkk edərsə, ona bir şey vacib deyildir.

Məsələ 1372: Əgər böyük oğul atasının qəza namazları olduğunu bilib, onları yerinə yetirib-yetirmədiyində şəkk edərsə, ehtiyata əsasən onları qəza etməsi vacibdir.

Məsələ 1373: Əgər oğullardan hansının böyük oğul olduğu məlum olmasa, atanın namazını qəza etmək oğullardan heç birinə vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, onun namazlarını öz aralarında bölüşdürsünlər, yaxud da onları yerinə yetirəni təyin etmək üçün, aralarında püşk atsınlar.

Məsələ 1374: Əgər meyyit, namazlarının qəzası üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, əgər onun vəsiyyəti nüfuzludursa, (qanuni, keçərlidirsə) onların qəzası böyük oğula vacib olmaz.

Məsələ 1375: Əgər böyük oğul anasının qəza namazlarını qılmaq istəyərsə, namazı ucadan və ya alçaqdan oxumaqda öz təklifinə əməl etməlidir. Deməli anasının sübh, məğrib və işa namazlarının qəzasını gərək ucadan qılsın.

P:276

Məsələ 1376: Özünün də qəza namazı olan şəxs, əgər ata-anasının da namazlarını qəza etmək istəyərsə, hansını əvvəl yerinə yetirsə səhihdir.

Məsələ 1377: Əgər böyük oğul atası ölən vaxt nabaliğ (yəni həddi-büluğa çatmamış), ya dəli olsa, baliğ ya ağıllı olandan sonra, atanın qəza namazı ona vacib deyildir.

Məsələ 1378: Əgər böyük oğul atasının namazını qəza etməmişdən qabaq ölsə, ikinci oğula heç nə vacib deyil.

CAMAAT NAMAZI

Məsələ 1379: Gündəlik namazları camaat ilə qılmaq müstəhəbdir. Sübh, məğrib və işa namazlarını xüsusilə məscid qonşuluğunda olanlara və məsciddə verilən azanın səsini eşidənlərə daha çox aidiyyəti var. Həmçinin sair vacib namazları da camaatla qılmaq müstəhəbdir. Amma təvaf namazı və gün və ay tutulması istisna olmaqla sair ayət namazlarının camaat namazı şəklində qılınmasının məşruiyyəti (şəri, qanuni olması) sübuta yetməyib.

Məsələ 1380: Mötəbər rəvayətlərdə vardır ki, camaat ilə qılınan namaz, fərdi namazdan iyirmi beş dərəcə fəzilətlidir.

Məsələ 1381: Etinasızlıq üzündən camaat namazına hazır olmamaq icazəli deyildir. İnsanın üzrsüz olaraq camaat namazını tərk etməsi də düzgün deyildir.

Məsələ 1382: İnsanın səbr edib, camaatla namaz qılması müstəhəbdir. Müxtəsər qılınan camaat namazı, uzun qılınan fürada namazdan daha üstündür. Həmçinin camaat namazı, vaxtın əvvəlində fürada qılınan namazdan daha üstündür. Amma fəzilətli vaxtdan qeyri-vaxtda qılınan camaat namazının, fəzilətli vaxtda qılınan fürada namazdan daha üstün olması məlum deyil.

Məsələ 1383: Camaat namazı başladığı zaman, namazını fərdi qılmış olan şəxsin, ikinci dəfə namazını camaatla qılması müstəhəbdir. Əgər sonradan, fərdi qılmış olduğu namazın batil olduğunu anlayarsa, ikinci dəfə qıldığı namaz kifayətdir.

P:277

Məsələ 1384: Əgər imam və ya məmum camaatla qıldığı namazı təkrarən camaatla qılmaq istəyərsə, bunun müstəhəbliyi sübut olmasa da, savab ümidilə (yəni rəcaən) yerinə yetirilməsinin maneəsi yoxdur.

Məsələ 1385: Namazının batil olmasına səbəb olacaq qədər vəsvəsəyə düşən şəxs, əgər namazı yalnız camaatla qıldığı zaman vəsvəsədən rahat olarsa, namazı camaatla qılmalıdır.

Məsələ 1386: Əgər ata və ya ana öz uşağına namazı camaatla qılmasını əmr edərsə, ehtiyat-müstəhəb budur ki, namazını camaatla qılsın. Əlbəttə əgər atanın və ya ananın ona etdiyi əmr və nəhyi uşağına olan məhəbbətdən irəli gəlirsə, və ona qarşı çıxmaq onlara əziyyət olmasına səbəb olursa, uşağın ona qarşı çıxması, haramdır.

Məsələ 1387: Müstəhəb namaz ehtiyata əsasən heç bir şəkildə camaatla qılına bilməz. Amma yağış yağması üçün qılınan istisqa namazı camaatla qılına bilər. Həmçinin vacib olub, sonradan başqa bir səbəbə görə müstəhəb olan bir namazı məsələn; Həzrət İmamın (ələyhis-səlam) dövründə vacib olub, o Həzrət qeyb olduqdan sonra müstəhəb olan Fitr və Qurban bayramı namazlarını camaatla qılmaq caizdir.

Məsələ 1388: İmam camaat, gündəlik namazını qılanda, gündəlik namazlardan hər birini ona iqtida etmək olar.

Məsələ 1389: Əgər imam camaat, özünün və ya namazının qəzaya getməsi yəqin olan ölmüş bir şəxsin gündəlik namazlarının qəzasını qılırsa, ona iqtida etmək olar. Amma əgər öz namazını və ya başqasının namazını ehtiyatən yenidən qılırsa, ona iqtida etmək icazəli deyil. Amma əgər məmum da namazını ehtiyatən yenidən qılırsa və imamın ehtiyat etməsinin səbəbi, məmumun ehtiyat etməsinin səbəbi ilə eynidirsə, ona iqtida edə bilər. Amma məmumun ehtiyat etməsinə digər səbəbin olmaması lazım deyildir.

Məsələ 1390: Əgər insan imamın qıldığı namazın gündəlik vacib ya müstəhəb namaz olduğunu bilməsə, ona iqtida edə bilməz.

Məsələ 1391: Camaat namazının səhih olması üçün, imamla məmum arasında və eyni zamanda, imamla başqa məmumlar

P:278

arasında vasitə olan məmumla o biri məmumlar arasında bir şeyin fasilə olmaması şərtdir. Fasilədən məqsəd, onları bir-birindən ayıran bir şeydir. İstər pərdə, divar və ya bu kimi görməyə mane olan bir şey olsun, istər şüşə kimi görməyə mane olmayan bir şey olsun, fərq etməz. Belə ki, əgər namazın bütün və ya bəzi hallarında imamla məmum arasında və ya bağlantı (müttəsil olma) vasitəsi olan məmumla o biri məmumlar arasında bir fasilə olarsa, camaat namazı batildir. Amma irəlidə izah olunacağı kimi, qadın bu hökmdən müstəsnadır.

Məsələ 1392: Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər (birinci cərgədən başqa) sair cərgələrdən birinin də uzun olması səbəbilə, onun iki tərəfində duran şəxslər, öz önlərində olan cərgəni görməsələr, iqtida edə bilərlər.

Məsələ 1393: Əgər camaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgənin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Hətta iki tərəfdə olub, başqa məmum vasitəsi ilə camaatla bitişik olan şəxslərin də namazları səhihdir.

Məsələ 1394: Sütunun arxasında duran şəxs sağ və ya sol tərəfdən başqa bir məmumun vasitəsilə imamla birləşməsə, iqtida edə bilməz.

Məsələ 1395: İmamın durduğu yer məmumun durduğu yerdən gərək hündür olmasın. Amma əgər imamın yeri çox az miqdarda hündür olsa, eybi yoxdur. Həmçinin əgər bir yer mayili vəziyyətdə olarsa, belə ki, imam da onun yüksək tərəfində dayandıqda yer çox mayili olmasa, eybi yoxdur.

Məsələ 1396: Məmumun yeri imamın yerindən hündür olarsa, eybi yoxdur. Amma, “camaat ictima edib” deyilməyəcək qədər hündür olsa, camaat namazı səhih deyil.

Məsələ 1397: Bir sırada duranların arasında müməyyiz bir uşaq fasilə olarsa, onun namazının batil olduğu bilinməyənə qədər, iqtida edilə bilər. Həmçinin o, on iki imam şiəsi olmasa, belə ki, onun namazı öz məzhəbinə görə səhih olsa, hökm eynidir.

P:279

Məsələ 1398: İmamın təkbirindən sonra qabaqdakı cərgə, namaza hazır olsa və onların təkbir demələri yaxın olsa, sonrakı cərgədə dayanan şəxslər təkbir deyə bilər. Amma ehtiyat-müstəhəb budur ki, birinci cərgənin təkbiri qurtarana qədər gözləsin.

Məsələ 1399: Əgər öndəki cərgələrdən hər hansı birinin namazının batil olduğu məlum olsa, sonrakı cərgələr iqtida edə bilməz. Amma onların namazlarının səhih olub-olmaması məlum olmasa, iqtida edə bilərlər.

Məsələ 1400: Əgər bir şəxs, imamın namazının batil olmasını bilsə məsələn: onun dəstəmazsız olduğunu bilsə, hətta imamın özü bu işdən agah olmasa da, ona iqtida edə bilməz.

Məsələ 1401: Məmum, namazdan sonra imamın adil olmadığını və ya kafir olduğunu, yaxud başqa bir səbəbdən namazının batil olduğunu, məsələn; dəstəmazsız namaz qıldığını bilərsə, namazı səhihdir.

Məsələ 1402: Namazda ikən imama iqtida edib-etmədiyində şəkk edərsə, əgər bəzi nişanələr vasitəsilə iqtida etdiyinə xatircəm olarsa, namazını camaatla tamamlamalıdır. Əks təqdirdə, namazını fürada niyyəti ilə tamamlamalıdır.

Məsələ 1403: Əgər məmum namaz əsnasında üzrsüz olaraq, fürada niyyəti edərsə, onun camaat namazının səhih olması işkallı, lakin təklikdə qıldığı namazı səhihdir. Amma əgər fərdi namaz qılanın da vəzifəsinə görə əməl etməsə, ehtiyat-vacibə görə namazı yenidən qılmalıdır. Amma əgər üzrlü olduğu halda namazı batil etməyən bir şeyi artırsa və ya əskiltsə yenidən qılması lazım deyil. Məsələn, əgər namazın əvvəlindən fürada qəsdi olmasa, qiraət etməsə, amma rükuda olduğu zaman bu qəsdə düşərsə, bu təqdirdə namazını fərdi qəsdi ilə tamamlaya bilər və onu yenidən qılması lazım deyil. Həmçinin imama tabe olmaq üçün bir səcdəni artırsa hökm eynidir.

Məsələ 1404: Əgər imam Həmd və surəni oxuduqdan sonra, məmum bir üzr səbəbindən fürada niyyəti edərsə, Həmd və surəni oxuması lazım deyil. Amma əgər üzrsüz olsa və ya Həmd və surə tamamlanmazdan qabaq fürada niyyəti edərsə, ehtiyat-vacibə əsasən Həmd və surənin hamısını oxuması lazımdır.

P:280

Məsələ 1405: Əgər camaat namazı əsnasında fürada niyyəti etsə, ikinci dəfə (həmin namazda) camaat namazı niyyət edə bilməz. Həmçinin ehtiyat-vacib görə, əgər fürada niyyəti edib-etməməsində tərəddüd etsə və sonra namazı camaatla bitirmək qərarına gəlsə, hökm eynidir.

Məsələ 1406: İnsan namaz əsnasında fürada niyyəti edib-etmədiyində şəkk edərsə, fürada niyyəti etmədiyinə qərar verməlidir.

Məsələ 1407: Əgər imam rükuda olan vaxt iqtida etsə və imamın rükusuna çatsa, imamın zikri tamam olsa da, namazı səhihdir və bir rəkət hesab olunur. Əgər rüku qədər əyilsə və imamın rükusuna çatmasa, namazını fərdi niyyəti ilə tamam edə bilər, həm də sonrakı rəkətə çatmaq üçün namazı kəsə bilər.

Məsələ 1408: İmam rükuda ikən, iqtida edib, rükuya qədər əyilərsə və imama rükuda yetişib-yetişmədiyində şəkk edərsə, əgər bu şəkki rükunun tamam olmasından sonra olsa, qıldığı camaat namazı səhihdir. Əks təqdirdə, namazı fürada niyyəti ilə tamamlaya bilər, həm də sonrakı rəkətə çatmaq üçün namazın kəsə bilər.

Məsələ 1409: İmam rükuda ikən iqtida edərsə və rüku miqdarı qədər əyilməzdən qabaq, imam rükudan başını qaldırarsa, fürada niyyəti edib namazı tamamlamaq və ya imamla birlikdə mütləq qürbət qəsdi ilə səcdəyə gedib, sonra ayağa qalxdığı zaman, təkbirətül-ehram və ya mütləq zikrdən daha ümumi olan bir qəsd ilə təkbiri yenidən deyərsə, namazını camaatla tamamlamaq və ya sonrakı rəkətə çatmaq üçün namazı kəsmək arasında ixtiyar sahibidir.

Məsələ 1410: Əgər bir şəxs namazın əvvəlində, ya Həmd və surə əsnasında iqtida etsə və təsadüfən rükuya getməzdən əvvəl imam rükudan baş qaldırsa, onun namazı səhihdir.

Məsələ 1411: İmam, namazın son təşəhhüdünü oxuyarkən, camaat namazının savabına çatmaq istəyən şəxs, gərək niyyət və təkbirətül-ehramdan sonra otursun və təşəhhüdü mütləq qürbət qəsdi ilə imamla oxusun, amma salamı ehtiyat-vacibə əsasən deməsin və gözləsin, imam namazın salamını deyəndən sonra

P:281

qalxsın və təzədən niyyət və təkbir demədən Həmd və surəni oxusun və onu namazının əvvəlinci rəkəti hesab etsin.

Məsələ 1412: Məmum gərək imamdan qabaqda dayanmasın. Hətta ehtiyat-vacib budur ki, əgər məmum çox olsa, imamla bir sırada dayanmasınlar. Amma əgər məmum bir nəfər kişi olsa, onun imamla bərabər dayanmasının eybi yoxdur.

Məsələ 1413: Əgər imam kişi, məmum isə qadın olsa, onda qadınla imamın arasında və ya o qadınla imama bitişik olan digər bir kişi məmumun arasında pərdə və ya pərdəyə bənzər bir şeyin olmasının eybi yoxdur.

Məsələ 1414: Namaza başladıqdan sonra, imam və məmum arasında və ya məmumla, onun vasitəsi ilə imama bağlı olan başqa bir məmum arasında pərdə və ya başqa bir şey fasilə olarsa, camaat namazı batil olur və məmum fərdi vəzifəsinə görə əməl etməlidir.

Məsələ 1415: Ehtiyat-vacib budur ki, məmumun səcdə yeri ilə imamın durduğu yerin arasında ən iri bir addımdan artıq fasilə olmasın. Həmçinin, əgər insan qabağında duran məmum vasitəsilə imamla bağlansa da; ehtiyat-müstəhəb odur ki, məmumun dayandığı yer, yaxud onun qarşısında dayanan şəxsin yeri ilə, səcdə halında olan insanın bədəninin ölçüsündən artıq olmasın.

Məsələ 1416: Əgər məmum sağ və sol tərəfində duran şəxsin vasitəsilə imamla bağlansa və qabaqdan imama bağlı olmasa, ehtiyat-vacibə əsasən gərək sol və ya sağ tərəfində iqtida etdiyi şəxslə iri bir addımdan artıq fasilə olmasın.

Məsələ 1417: Əgər namazda imam ilə məmum arasında, yaxud imama bağlı olan məmum arasında bir addımdan artıq fasilə qalsa, o şəxs namazını fərdi qəsdi ilə davam edə bilər.

Məsələ 1418: Əgər birinci sırada dayananların hamısının namazı başa çatsa və dərhal başqa bir namaz üçün imama iqtida etməsələr, sonrakı sıranın camaat namazı batil olur, hətta dərhal iqtida etsələr də, sonrakı sıranın camaat namazının düzlüyü işkallıdır.

Məsələ 1419: Əgər şəxs ikinci rəkətdə iqtida etsə, Həmd və surəni oxumaq lazım deyildir, amma qunut və təşəhhüdü imamla

P:282

oxumalıdır. Ehtiyat-müstəhəb budur ki, təşəhhüd oxuyanda əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın və gərək təşəhhüddən sonra imamla qalxıb, həmd-surəni oxusun. Əgər surəni oxumağa vaxtı yoxdursa, Həmdi tamam edib özünü rükuda imama çatdırsın. Əgər Həmdin hamısını deməyə vaxtı yoxdursa, Həmdi kəsib imamla birlikdə rükuya gedə bilər. Amma bu surətdə ehtiyat-müstəhəb budur ki, namazı fürada niyyəti ilə tamamlasın.

Məsələ 1420: Əgər imam dörd rəkətli namazın ikinci rəkətində olarkən bir şəxs ona iqtida etsə, namazın ikinci rəkətində (bu zaman imam üçüncü rəkətdə olur) iki səcdədən sonra oturmalı və təşəhhüdü vacib miqdarında deyib qalxmalıdır. Əgər şəxsin üç dəfə təsbihat deməyə vaxtı yoxdursa, gərək bir dəfə desin və rükuda özünü imama çatdırsın.

Məsələ 1421: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa və məmum, iqtida etdiyi təqdirdə, Həmdi oxuyub rükuda imama çata bilməyəcəyini bilərsə, ehtiyat-vacib əsasən səbr etməli və imam rükuya gedəndən sonra iqtida etməlidir.

Məsələ 1422: Əgər üçüncü ya dördüncü rəkətdə imam qiyam halında ikən iqtida etsə, gərək Həmd və surəni oxusun. Əgər surə üçün vaxt yoxdursa, gərək Həmdi tamam etsin və rükuda özünü imama çatdırsın. Əgər Həmdi də tamamlamağa vaxtı yoxdursa, onu kəsib imamla birlikdə rükuya gedə bilər. Amma ehtiyat-müstəhəb budur ki, bu surətdə fürada qəsdi edərək, namazını tamamlasın.

Məsələ 1423: Surə və ya qunutu tamamladığı təqdirdə, rükuda imama çata bilməyəcəyini bilən bir şəxs, qəsdən surə və ya qunutu oxusa və rükuda imama çata bilməsə, onun camaat namazı batil olur və fürada vəzifəsinə uyğun əməl etməlidir.

Məsələ 1424: Surəni oxumağa başladığı və ya tamamladığı halda rükuda imama çatacağına əmin olan bir şəxsin, çox çəkməyəcəyi təqdirdə surəyə başlaması və ya başlamışdırsa, tamamlaması daha yaxşıdır. Amma əgər «imama uyğunlaşır» deyilməyəcək qədər çox çəkərsə, başlamamalı və başlamışdırsa, tamamlamamalıdır. Əks halda onun camaat namazı batildir,

P:283

amma əgər 1404-cü məsələdə deyildiyi kimi, öz fürada vəzifəsinə əməl etsə namazı səhihdir.

Məsələ 1425: Surəni oxuyub, imamın rükusuna çata biləcəyinə və imama tabeçiliyi aradan getməyəcəyinə yəqini olan şəxs surəni oxuyub rükuya yetişməzsə, onun camaat namazı səhihdir.

Məsələ 1426: İmam qiyamda ikən, məmum onun hansı rəkətdə olduğunu bilməsə, ona iqtida edə bilər. Amma ehtiyat-vacibə görə imamın sonradan birinci və ya ikinci rəkətdə olduğunu anlasa belə, qürbət (Allaha yaxınlıq) qəsdi ilə Həmd və surəni oxumalıdır.

Məsələ 1427: İmamın birinci və ya ikinci rəkətdə olduğu gumani ilə Həmd və surəni oxumazsa və rükudan sonra üçüncü və ya dördüncü rəkətdə olduğunu bilərsə, namazı səhihdir. Amma əgər rükudan qabaq bilərsə, Həmd və surəni oxumalı və əgər vaxt yoxdursa, 1422-ci məsələdə deyilən göstərişə əsasən əməl etməlidir.

Məsələ 1428: İmamın üçüncü və ya dördüncü rəkətdə olduğunu hesab edərək Həmd və surəni oxumasa, belə ki, rükudan qabaq və ya sonra, birinci və ya ikinci rəkətdə olduğunu bilərsə, namazı səhihdir. Əgər Həmd və surəni oxuduğu zaman bilərsə, onları tamamlaması lazım deyildir.

Məsələ 1429: Müstəhəb bir namazı qılarkən, camaat namazı bərqərar olarsa, namazı tamamladıqda camaat namazına çatacağına əmin deyildirsə, müstəhəbb namazı tərk edib, hətta camaat namazının birinci rəkətinə çatması üçün belə camaat namazına məşğul olması müstəhəbbdir.

Məsələ 1430: Əgər üç rəkətli, yaxud dörd rəkətli namazı qılan zaman camaat namazı bərqərar olsa, üçüncü rəkətin rükusuna getməyibsə və namazı tamam qılıb camaata çatacağına arxayın deyilsə, müstəhəbdir ki, müstəhəbbi namaz niyyəti ilə namazını iki rəkətli qurtarsın və özünü camaat namazına çatdırsın.

Məsələ 1431: Əgər imam namazı bitiribsə və məmum təşəhhüdə, yaxud birinci salama məşğuldursa, niyyəti fərdi etmək lazım deyil.

P:284

Məsələ 1432: İmamdan bir rəkət geriyə qalan bir şəxs, imam son rəkətin təşəhhüdünü oxuyarkən, əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldıraraq, imam namazın salamını verincəyə qədər səbr edib, sonra qalxması daha yaxşıdır. Əgər bu halda fürada qılmaq niyyəti etmək istəyərsə, maneəsi yoxdur.

İMAM CAMAATIN ŞƏRTLƏRİ

Məsələ 1433: İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düz qılan olsun. Əgər məmum kişidirsə, onun imamı da gərək kişi olsun. On yaşlı uşağa iqtida etməyin səhihliyi, yaxşı nəzər olsa da, işkalsız da deyil. Ədalət də budur ki vacibatı yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi, əgər insan onun əksi barədə məlumatlı olmasa zahirdə yaxşı olmasıdır.

Məsələ 1434: Adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida edə bilər.

Məsələ 1435: Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə iqtida edə bilməz.

Məsələ 1436: Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər. Amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq üstə olsun istər oturan halda istərsə də uzanan halda.

Məsələ 1437: Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar.

Məsələ 1438: Əgər imamın sidiyin və ğaitin xaric olmasının qarşısını ala bilməmək kimi xəstəliyi varsa, ona iqtida etmək olar. Həmçinin istihazəsi olmayan bir qadın da istihazəli qadına iqtida edə bilər.

Məsələ 1439: Cüzam və xora xəstəliyi olan bir şəxsin imam olmaması daha yaxşıdır. Ehtiyat-vacibə əsasən, üzərinə şəri hədd

P:285

(cəza qanunu) icra edilən və sonradan tövbə edən bir şəxsə də iqtida edilməməlidir.

CAMAAT NAMAZININ HÖKMLƏRİ

Məsələ 1440: Məmum niyyət edərkən gərək imamını müəyyən etsin. Amma adını bilməsi lazım deyil; məsələn: “bu hazır olan imama iqdtida edirəm” deyərək niyyət etsə, namazı səhihdir.

Məsələ 1441: Məmum gərək Həmd və surədən başqa namazın bütün hissələrini özü oxusun. Amma əgər məmumun birinci, yaxud ikinci rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, gərək Həmd və surəni oxusun.

Məsələ 1442: Əgər məmum sübh, məğrib və işa namazının birinci və ikinci rəkətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.

Məsələ 1443: Əgər məmum imamın Həmd və surəsinin bəzi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.

Məsələ 1444: Məmum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını guman edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu anlasa, namazı səhihdir.

Məsələ 1445: İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi olub-olmadığında şəkk edən bir məmum Həmd və surəni oxuya bilər.

Məsələ 1446: Məmum zöhr və əsr namazının birinci və ikinci rəkətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbdir ki, onun yerinə zikr desin.

Məsələ 1447: Məmum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat-müstəhəb budur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.

P:286

Məsələ 1448: Əgər məmum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.

Məsələ 1449: Məmumun təkbirətül-ehramdan başqa, digər hissələri imamdan qabaq deməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt dediyini bilərsə, ehtiyat-müstəhəb budur ki, imamdan qabaq deməsin.

Məsələ 1450: Məmum gərək namazda oxunan hissələrdən başqa sair əməlləri, məsələn; rüku və səcdələri imamla eyni vaxtda və ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe olmaq sayılmasa onun camaat namazı batil olur, amma fürada vəzifəsinə əməl etsə, namazı səhihdir (1403-cü məsələdə qeyd olunduğu kimi).

Məsələ 1451: Əgər məmum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fürada) namazı 1403-cü məsələdə qeyd olunana əsasən səhihdir. Amma əgər rükuya qayıtsa və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.

Məsələ 1452: Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.

Məsələ 1453: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu məlum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.

Məsələ 1454: Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən yaxud imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir.

Məsələ 1455: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın birinci səcdədə olduğunu hesab

P:287

edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.

Məsələ 1456: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması işkallıdır, amma (fürada) namazı 1403-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1457: Əgər məmum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fürada) namazı 1403-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1458: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fürada) namazı 1403-cü məsələdə deyilən tərzdə səhihdir.

Məsələ 1459: Əgər imam qunut olmayan rəkətdə səhvən qunut oxusa, yaxud təşəhhüd olmayan rəkətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, məmum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.

P:288

CAMAAT NAMAZINDA İMAM VƏ MƏMUMUN VƏZİFƏSİ

Məsələ 1460: Məmum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbdir.

Məsələ 1461: Əgər imam və məmum hər ikisi qadın olsa, ehtiyat-vacib budur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.

Məsələ 1462: Müstəhəbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.

Məsələ 1463: Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbdir.

Məsələ 1464: Müstəhəbdir ki, “qəd-qamətis-salat” deyiləndən sonra, məmumlar ayağa qalxsınlar.

Məsələ 1465: Müstəhəbdir ki, imam, məmumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın. Qunut, rüku və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının, buna meylli olduqlarını bildiyi hal isə istisnadır.

Məsələ 1466: Müstəhəbdir ki, imam-camaat, Həmd-surədə və ucadan oxunmalı zikrlərdə, səsini hamı eşidəcəyi qədər ucaltsın. Amma həddindən artıq ucaltmamalıdır.

Məsələ 1467: Əgər imam rükuda olanda, təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu

P:289

həmişəkindən ikiqat artırsın və sonra qalxsın. Hətta, daha başqa birinin də iqtida etməsini başa düşərsə (eyni qayda ilə).

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 1468: Əgər camaat namazının cərgələrində yer olsa, insanın təklikdə dayanması məkruhdur.

Məsələ 1469: Məkruhdur ki, məmum namazın zikrlərini, imamın eşidəcəyi tərzdə desin.

Məsələ 1470: Zöhr, əsr və işa namazlarını iki rəkət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.

AYƏT NAMAZI

Məsələ 1471: Qaydası sonradan deyiləcək ayət namazı, üç şey vasitəsilə vacib olur.

1. Günəşin tutulması;

2. Ayın tutulması, hətta onlar azacıq tutulsa və bir şəxs də qorxmasa;

3. Zəlzələ (ehtiyat-vacibə əsasən hətta bir şəxs qorxmasa da);

Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və s. kimi səma hadisələri baş versə və camaatın çoxu qorxsa, habelə yer batsa, dağlar uçmağa başlasa və bu, camaatın çoxunun qorxmasına səbəb olsa, ehtiyat-müstəhəbə əsasən, ayət namazı tərk olunmamalıdır.

Məsələ 1472: Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş versə, insan gərək onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər günəş tutularsa və zəlzələ olarsa, gərək iki ayət namazı qılınsın.

Məsələ 1473: Bir şəxsin boynuna bir neçə ayət namazının qəzası vacib olarsa, istər onların hamısı eyni səbəbdən onun boynuna vacib olsun (məsələn; üç dəfə günəş tutulsa və onların

P:290

ayət namazını qılmamış olarsa) istər bir neçə səbəbdən boynuna vacib olmuş olsunlar (məslən; günəş tutulması, ay tutulması və zəlzələ olması səbəbindən onun boynuna vacib olmuş olarlarsa) bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayət namazı qıldığını müəyyən etməsi vacib deyildir.

Məsələ 1474: Ayət namazı vacib olan şeylər harda baş versə və hiss olunsa, ancaq o yerin camaatı gərək ayət namazı qılsın və başqa yerin camaatı üçün bu vacib deyil.

Məsələ 1475: Ayət namazına başlama zamanı, günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edər. (Amma onların açılmağa başladıqları zamana qədər təxirə salınmaması yaxşıdır). Lakin ayət namazının tamamlanması, günəş və ayın açılmasından sonraya qədər təxirə salına bilər.

Məsələ 1476: Əgər ayət namazını günəş və ayın açılmağa başladığı zamana qədər təxirə salarsa, onu əda niyyəti ilə qılmağın eybi yoxdur. Amma əgər tamamilə açılmalarından sonra ayət namazını qılarsa, onu qəza niyyəti ilə qılmalıdır.

Məsələ 1477: Əgər Günəş və Ayın tutulması müddəti bir rəkət namaz qılmaq müddətində və ya az olsa, qıldığı namaz ədadır. Həmçinin onların tutulması çox olsa, (eyni qayda ilə). Amma insan namazı qılmasa və onun axırına bir rəkət namaz qılmaq qədər vaxt qalsa da, ayət namazı vacib və əda qılınmalıdır.

Məsələ 1478: Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman ehtiyat edərsə və əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində təxirə salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər təxirə salarsa, ehtiyat-müstəhəb budur ki, onu sonradan əda və ya qəza niyyəti etmədən qılsın.

Məsələ 1479: Əgər Ay və ya Günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, Günəş və ya Ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, ayət namazının qəzasını qılması lazımdır. Amma əgər onun bir miqdarının tutulmuş olduğunu anlayarsa, ayət namazının qəzası ona vacib deyildir.

P:291

Məsələ 1480: Əgər bir dəstə adam, Ayın və ya Günəşin tutulduğunu söylədikləri halda, onların sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayət namazını qılmasa, belə ki, sonradan doğru söyləmiş olduqlarını anlayarsa, Günəşin və ya Ayın tamam tutulmuş olduğu təqdirdə, ayət namazını qılmalıdır. Amma bir miqdarı tutulubmuşsa, ayət namazı qılmaq ona vacib deyildir. Günəş və Ayın tutulduğunu xəbər verən iki nəfərin adil olması məlum olmasa və sonradan onların adil olduqları məlum olarsa, bu zaman şəxs ayət namazı qılmalıdır.

Məsələ 1481: İnsan, elmi qaydalar yolu ilə Günəş və Ayın tutulma vaxtını bilən şəxslərin sözündən Günəş və ya Ayın tutulmasına xatircəm olarsa, ayət namazı qılmalıdır. Həmçinin əgər, «filan vaxt Günəş və ya Ay tutulacaq və bu, filan müddətə qədər çəkəcək» desələr və insan onların sözlərinə əmin olsa, gərək onların sözlərinə əsasən əməl etsin.

Məsələ 1482: Günəş və ya Ay tutulması üçün qıldığı ayət namazının batil olduğunu bilən bir şəxs, onu yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəza etməlidir.

Məsələ 1483: Əgər gündəlik namaz vaxtında ayət namazı da insana vacib olsa, belə ki, hər iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılsa, eybi yoxdur. Əks halda, hansının vaxtı dardırsa, əvvəl onu qılsın. Əgər hər ikisinin vaxtı dardırsa, gərək əvvəl gündəlik namazını qılsın.

Məsələ 1484: Gündəlik namazlardan birini qılarkən, ayət namazının vaxtının dar olduğunu bilərsə, bu halda gündəlik namazının da vaxtı dardırsa, onu tamamlayıb sonra ayət namazını qılmalıdır. Amma əgər gündəlik namazının vaxtı dar deyilsə, onu pozub əvvəl ayət namazını, sonra da gündəlik namazını qılmalıdır.

Məsələ 1485: Əgər ayət namazının əsnasında gündəlik namazın vaxtının dar olmasını başa düşərsə, gərək ayət namazını buraxıb, gündəlik namazını qılmağa məşğul olsun və namazı bitirəndən sonra namazı pozan bir iş görməzdən əvvəl, ayət namazının qalanını tərk etdiyi yerdən qılsın.

P:292

Məsələ 1486: Əgər qadın heyz və nifas halında olsa, Günəş və ya Ay tutulsa yaxud zəlzələ baş verərsə, ona ayət namazı vacib deyil və qəzası da yoxdur.

AYƏT NAMAZININ QILINMA QAYDASI

Məsələ 1487: Ayət namazı iki rəkətdir və hər rəkətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkətkimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.

Məsələ 1488: Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul əuzu birəbbil-fələq» desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rəkəti də birinci rəkətkimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır.

P:293

Məsələ 1489: Əgər ayət namazının bir rəkətində, beş dəfə Həmd-surə oxusa, o biri rəkətində isə Həmd oxuyub surəni beş yerə bölsə, eybi yoxdur.

Məsələ 1490: Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayət namazında da vacib və ya müstəhəbdir. Lakin ayət namazı camaatla qılınsa azan və iqamə əvəzinə qəbul olunma ümidi ilə üç dəfə «Əssalat» demək olar. Amma camaatla qılınmadıqda bu lazım deyil. Amma Günəş və Ay tutulması istisna olmaqla sair işlər üçün ayət namazının camaatla qılınmasının şəri sübut olunmayıb.

Məsələ 1491: Müstəhəbdir ki, rükudan qabaq və sonra təkbir desin. Beşinci və onuncu rükudan sonra təkbir müstəhəbb deyil, əksinə «Səmiəllahu limən həmidəh» demək müstəhəbdir.

Məsələ 1492: İkinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq qunut tutmaq müstəhəbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa, kifayətdir.

Məsələ 1493: Əgər ayət namazında neçə rəkət qıldığına şəkk etsə və fikrində də bir qənaətə yetişə bilməsə, namazı batildir.

Məsələ 1494: Əgər birinci rəkətin axırıncı rükusunda, yaxud ikinci rəkətin birinci rükusunda olmasında şəkk etsə və fikri də bir yerə çatmasa namaz batildir. Amma, misal üçün; dörd və ya beş rüku etməsində şəkk etsə, səcdəyə getmək üçün əyilməyibsə, şəkk etdiyi rükunu yerinə yetirməlidir. Amma səcdə üçün əyilmiş olsa, öz şəkkinə etina etməməlidir.

Məsələ 1495: Ayət namazının rükularının hər biri rükndür. Əgər qəsdən azaltsa və ya çoxaltsa, namaz batildir. Həmçinin əgər səhvən azaltsa və ehtiyata əsasən çoxaltsa namaz batildir.

FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI

Məsələ 1496: Fitr və Qurban bayramı namazları İmamın (ələyhis-səlam) hazır olduğu (qeybdə olmadığı) vaxt vacibdir və gərək camaatla qılınsın. İmamın (ələyhis-səlam) qaib olduğu (bizim zəmanəmizdə) isə müstəhəbdir. Onu camaatla da, fürada da qılmaq olar.

P:294

Məsələ 1497: Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir.

Məsələ 1498: Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbdir.

Məsələ 1499: Fitr və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Həmd və surəni oxuduqdan sonra, üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rükuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər.

Məsələ 1500: Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun:

أَللَّهُمَّ أَهلَ الْکِبْرِیاءِ وَالْعَظَمَهِ وَأَهْلَ الْجُودِ وَالْجَبَرُوتِ وَأَهْلَ الْعَفْوِ وَالرَّحْمَهِ وَأَهْلَ التَّقْوَی وَالْمَغْفِرَهِ أَسْأَلُکَ بَحَقِّ هَذَا الْیَوْمِ الَّذِی جَعَلتَهُ لِلْمُسْلِمِینَ عِیداً وَلِمُحَمَّدٍ صَلیَّ اللهُ عَلَیْهِ وَآلِهِ ذُخْراً وَشَرَفًا وَکَرَامَهً وَمَزِیداً أَنْ تُصَلِّیَ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تُدْخِلَنیِ فِی کُلِّ خَیْرٍ أَدْخَلْتَ فِیهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَأَنْ تُخْرِجَنِی مِنْ کُلِّ سُوءٍ أَخْرَجْتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَوَاتُکَ عَلَیْهِ وَ عَلَیْهِمْ أَللَّهُمَّ إِنِّی أَسْأَلُکَ خَیْرَ مَا سَأَلَکَ بِهِ عِبَادُکَ الصَّالِحُونَ وَأَعُوذُ بِکَ مِمَّا اسْتَعَاذَ مِنهُ عِبَادُکَ الْمُخْلصُونَ.

Əllahummə əhləl-kibriya`i, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə

P:295

Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

Məsələ 1501: İmam (ələyhis-salam) qayib olan zamanda, əgər Fitr və Qurban bayramlarının namazı camaatla qılınsa, ehtiyat-lazım budur ki, ondan sonra iki xütbə oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun.

Məsələ 1502: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci rəkətində «Şəms» (91-ci surə) surəsini və ikinci rəkətində «Ğaşiyə» (88-ci surə) surəsini oxusun və yaxud birinci rəkətdə «Səbbihismə» (87-ci surə) surəsini və ikinci rəkətdə «Şəms» (91-ci surə) surəsini oxunsun.

Məsələ 1503: Müstəhəbdir ki, bayram namazı səhrada qılınsın. Məkkədə isə müstəhəbdir ki, Məscidül-Həramda qılınsın.

Məsələ 1504: Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar.

Məsələ 1505: Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini qaldırmaları və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər fürada qılsın, həmd-surəni uca səslə oxuması müstəhəbdir.

Məsələ 1506: Fitr bayramı axşamının məğrib və işa namazından, sübh namazından və Fitr bayramının namazından sonra bu təkbirləri demək müstəhəbdir.

أَللهُ أَکْبَرُ أَللهُ أَکبَرُ لاَ إِلَهَ الاَّ اللهُ وَاللهُ أَکْبَرُ أَللهُ أَکبرُ وَلِلَّهِ الْحَمْدُ أَللهُ أَکْبَرُ عَلَی مَا هَدَانَا

Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər və lillahil-həmd, əllahu əkbər, əla ma hədana.

Məsələ 1507: Müstəhəbdir ki, insan Qurban bayramında, əvvəlincisi bayram gününün zöhr namazı və axrıncısı isə, ayın

P:296

12-ci günündə olan sübh namazından ibarət olan on namazdan sonra əvvəlki məsələdə deyilən təkbirləri deyib sonra isə bunları desin:

أَللهُ أَکْبَرُ عَلَی ماَ رَزَقَنَا مِنْ بَهِیمَهِ الْأَنْعَامِ وَالْحَمْدُ لِلَّهِ عَلَی مَاأَبْلاَنَا

Əllahu əkbər, əla ma rəzəqəna min bəhimətil ən`am vəlhəmdu lillahi əla ma əblana.

Amma bir şəxs Qurban bayramında Minada olsa, müstəhəbdir ki, bu təkbirləri, əvvəli Qurban bayram gününün zöhr namazı və axırı isə Zil-həccənin on üçüncü gününün sübh namazıdan ibarət olan 15 namazdan sonra, desin.

Məsələ 1508: Ehtiyat-müstəhəb budur ki, qadınların bayram namazına getməkdən çəkinsinlər. Amma bu ehtiyat, qoca qadınlara aid deyil.

Məsələ 1509: Bayram namazlarında məmum, gərək digər namazlar kimi, Həmd və surədən başqa namazın bütün zikrlərini özü oxusun.

Məsələ 1510: Əgər məmum, imam təkbirlərdən bir neçəsini dedikdən sonra özünü çatdırarsa, imam rükuya əyildikdən sonra, imamla birlikdə söyləmədiyi təkbir və qunutları özü deməlidir. Əgər hər qunutda bir «Subhanəllah», ya bir «Əlhəmdu lillah» desə kifayətdir. Əgər buna da fürsət olmasa, təkcə təkbirləri desin. Əgər buna da fürsət olmasa, kifayətdir ki, imama qoşulub rükuya getsin.

Məsələ 1511: Əgər bayram namazında bir şəxs namaza yetişərkən, imamın rükuda olduğunu görərsə, niyyət edib, namazın birinci təkbirini deyərək rükuya gedə bilər.

Məsələ 1512: Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə yetirməsi lazımdır. Həmçinin, əgər gündəlik namazda səcdeyi-səhvi vacib edən bir əməl qarşısına çıxarsa, iki səcdeyi-səhv etməsi lazımdır.

P:297

NAMAZ ÜÇÜN ƏCİR TUTMAQ

Məsələ 1513: İnsan öləndən sonra, onun sağlığında yerinə yetirmədiyi namaz və başqa ibadətlər üçün başqasını əcir tutmaq olar. Əgər bir kəs muzd almadan özü onları yerinə yetirsə, səhihdir.

Məsələ 1514: İnsan bəzi müstəhəbb işlər üçün məsələn; Həcc, Ümrə, Peyğəmbər və imamların (ələyhimus-səlam) qəbirlərini ziyarət etmək üçün diri adamlar tərəfindən əcir ola bilər. Habelə müstəhəbb iş görüb onun savabını dirilərə və ölülərə hədiyyə edə bilər.

Məsələ 1515: Meyyitin qəza namazları üçün əcir olunmuş şəxs, gərək müctəhid olsun və ya namazı təqlid edilməsi səhih olan müctəhidin fətvasına uyğun olaraq yerinə yetirsin, yaxud ehtiyatın əsaslarını kamil bilərsə ehtiyata əməl etsin.

Məsələ 1516: Əcir tutulan şəxs, gərək niyyət etdiyi vaxt, meyyiti müəyyən etsin. Meyyitin adını bilməsi lazım deyil. Əgər “məni əcir edən şəxs tərəfindən namaz qılıram” deyə niyyət etsə, kifayətdir.

Məsələ 1517: Əcir gərək meyyitin öhdəsində olanı, onun tərəfdən yerinə yetirməyini niyyət etsin. Əgər bir əməli yerinə yetirib savabını meyyitə hədiyyə etsə, kifayət deyil.

Məsələ 1518: Əməli yerinə yetirəcəyinə əmin olduqları və səhih yerinə yetirməsinə ehtimal verdikləri bir şəxsi əcir tutmalıdırlar.

Məsələ 1519: Meyyitin namazları üçün əcir tutmuş olduqları şəxsin onları yerinə yetirmədiyini və ya batil yerinə yetirdiyini anlayarlarsa, gərək ikinci dəfə əcir tutsunlar.

Məsələ 1520: Əgər əcrin əməlləri yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əcir əməlini yerinə yetirdiyini etiraf etsə belə, onun sözünə xatircəmliyi olmazsa, gərək yenidən əcir tutsunlar. Amma əgər onun əməlinin düzgün olub-olmadığında şəkk edərsə, düzgün olduğunu qəbul edə bilər.

Məsələ 1521: Üzrü olub, məsələn; təyəmmümlə və ya oturaq halda namaz qılan bir şəxs, meyyitin namazları da bu cür qəza

P:298

olmuş olsa belə, ehtiyata əsasən mütləq şəkildə meyyitin namazlarını qəza etmək üçün əcir tutula bilməz. Amma cəbirə dəstəmaz və ya qüsl ilə namaz qılan şəxsin əcir tutulmasının eybi yoxdur. Əli, ya ayağı kəsilmiş olan şəxsin əcir tutulması da belədir.

Məsələ 1522: Qadın kişi üçün, kişi də qadın üçün əcir ola bilər. Namazı ucadan, yaxud astadan qılmaqda isə, əcir olan şəxs öz vəzifəsinə əməl etməlidir.

Məsələ 1523: Bir günün zöhr ilə əsr və məğrib ilə işa namazları kimi, tərtiblə qılınması lazım olan namazlardan başqa, meyyitin namazlarının tərtiblə qəza edilməsi lazım deyil. Amma əgər onu əcir etsələr ki, meyyitin mərcəsinin fətvasına uyğun, ya vəlisinin dediyi kimi yerinə yetirsin, əgər o mərcə tərtibi lazım bilərsə, gərək tərtibə riayət etsin.

Məsələ 1524: Əgər əcir olan ilə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etsələr, o şəkildə yerinə yetirməlidir. Amma əgər həmin şəkildə edilən əməlin batil olmasına yəqinləri olsa, bu istisnadır. Əgər şərt etməmişlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma özünün və ya meyyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona görə əməl etməsi ehtiyat-müstəhəbdir. Məsələn; meyyitin vəzifəsi təsbihati ərbəəni üç dəfə oxumaq olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxuyar.

Məsələ 1525: Əgər əcir tutulan şəxs ilə müstəhəb əməllərin nə qədər yerinə yetirəcəyi barədə şərt etməsələr, onun müstəhəbbatını adi qaydada olduğu qədər yerinə yetirməlidir.

Məsələ 1526: Əgər insan bir neçə nəfəri meyyitin qəza namazı üçün əcir tutsa, 1523-cü məsələdə deyilənlərə əsasən onların hər biri üçün bir vaxt müəyyən etməsi lazım deyil.

Məsələ 1527: Əgər bir şəxs məsələn; bir il müddətində meyyitin namazlarını qılmağa əcir olsa və həmin müddət tamamlanmadan ölərsə, onun yerinə yetirmədiyi məlum olan namazlar üçün gərək başqasını əcir tutsunlar. Ehtiyat-vacib budur ki, yerinə yetirmədiyinə ehtimal verdikləri üçün də əcir tutsunlar.

P:299

Məsələ 1528: Bir meyyitin namazları üçün əcir tutulan şəxs onların hamısının zəhmət haqqını alsa və namazları qılıb qurtarmamış ölərsə, bütün namazları özü qılmasını şərt etmişdirlərsə, qılınmayan namazların qarşılığını ala bilərlər və ya icarəni pozub və məbləğın qalanını qaytara bilərlər. Əgər bütün namazları özü qılmasını şərt etməmişdirlərsə, vərəsələri gərək onun malından əcir tutsunlar. Amma əgər meyyitin malı olmasa vərəsələrə bir şey vacib deyil.

Məsələ 1529: Əgər əcir, meyyitin namazları qılıb qurtarmamış ölərsə, özünün də qəza namazı olsa, əvvəlki məsələdə deyilən göstərişə əməl etdikdən sonra, əgər meyyitin malı artıq olsa, belə ki, vəsiyyət etmiş olsa və vərəsələr icazə versə onun bütün namazları üçün əcir tutmaları gərəkdir. Əgər icazə verməsələr, onun üçdə birini namazına sərf etməlidirlər.

P:300

ORUCUN HÖKMLƏRİ

Point

Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh azanından məğrib azanına qədər, sonradan izah olunacağı kimi, səkkiz şeydən çəkinməsidir.

NİYYƏT

Məsələ 1530: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və Onun əmrinə itaət etmək üçün, sübh azanından məğrib azanına qədər orucu pozan şeylərdən özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək üçün, gərək sübh azanından bir az qabaq və məğrib azanından bir az sonraya qədər orucu batil edən işlərdən özünü saxlasın.

Məsələ 1531: İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.

Məsələ 1532: Ramazan ayı orucunun ən son niyyət vaxtı, anlayan şəxs üçün, sübh azanı vaxtıdır. Yəni ehtiyat-vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır.

Məsələ 1533: Orucu batil edən işləri görməyən şəxs, məğrib azanına az bir vaxt qalmış olsa belə, günün hər hansı vaxtında müstəhəbb bir oruc niyyət edərsə, orucu səhihdir.

Məsələ 1534: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət

P:301

edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən «mütləq qürbət» niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir.

Məsələ 1535: Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs, onu niyyətində müəyyən etməlidir. Məsələn; «qəza orucu və ya kəffarə orucunu tuturam» deyə niyyət etməlidir. Amma Ramazan ayında «Ramazan ayının orucunu tuturam» deyə niyyət etməsi lazım deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi oruclarda nəzir qəsdi etmək lazım deyil.

Məsələ 1536: Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmır və həmçinin Ramazan ayının orucu kimi də sayılmır əgər o qəsd qürbət (yəni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa; hətta ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmur.

Məsələ 1537: Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, yaxud üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

Məsələ 1538: Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və günün əsnasındaayılsa, ehtiyat-vacibə əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun qəzasını yerinə yetirməlidir.

Məsələ 1539: Əgər sübh azanından qabaq niyyət edib, sonra məst olarsa və həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da yerinə yetirməlidir.

Məsələ 1540: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və məğribdən sonra ayılsa, orucu səhihdir.

Məsələ 1541: Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. Amma məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyat-vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu

P:302

anlayarsa, rəcaən oruc niyyəti etməli, Ramazandan sonra qəzasını etməlidir. Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti etsin və orucu səhihdir.

Məsələ 1542: Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. Amma əgər müstəhəbb oruc tutmaq qəsdi etsə, ehtiyat-müstəhəbə əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır.

Məsələ 1543: Meyyitin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan bir şəxs, müstəhəbb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza orucu olan bir şəxs, müstəhəbb oruc tuta bilməz. Əgər unudaraq müstəhəbb bir oruc niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəbb orucu pozular, lakin niyyətini qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra anlayarsa, ehtiyata əsasən orucu batildir. Əgər məğrib azanından sonra xatırlayarsa, orucu səhihdir.

Məsələ 1544: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib olmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir.

Məsələ 1545: Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn; kəffarə orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta əgər niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və zöhrdən əvvəl niyyət etsə, orucu səhihdir.

Məsələ 1546: Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından o vaxta kimi, orucu batil edən bir iş eyməyibsə, ehtiyat-vacibə əsasən gərək «mafizimmə»

P:303

niyyəti ilə orucu tamam etsin. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin.

Məsələ 1547: Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat-vacibə əsasən oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyildir, gərək sonradan qəza etsin.

Məsələ 1548: İnsanın, Şəbanın son günü və ya Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi gün oruc tutması vacib deyil. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun niyyətini edə bilməz. Amma əgər «Ramazan ayı olduğu təqdirdə, Ramazandan və Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın» deyə niyyət edərsə, orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha yaxşıdır. Əgər sonradan Ramazan ayı olduğu məlum olarsa, Ramazandan hesab olunur. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu məlum olarsa, yenə də kifayətdir.

Məsələ 1549: Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu kimi sair oruc tutub, gün əsnasında Ramazan olduğunu başa düşsə, gərək Ramazan ayının orucunu niyyət etsin.

Məsələ 1550: Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) «orucumu batil edim, yoxsa etməyim» deyə tərəddüddə olsa və müəyyən qərara gələ bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, əgər yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat-vacib budur ki, o günün orucunu tamamlayıb sonradan da qəzasını tutsun.

Məsələ 1551: Müstəhəb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ qədər və müstəhəbb orucda, məğrib azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, orucu səhihdir.

P:304

ORUCU BATİL EDƏN ŞEYLƏR

Point

Məsələ 1552: Səkkiz şey orucu batil edir:

1. Yemək və içmək.

2. Cima.

3. İstimna. İstimna, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir. Onun qadında gerçəkləşməsi isə 345-ci məsələdə qeyd olundu.

4. Ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isnad vermək (onların adından yalandan bir söz demək).

5. Ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək.

6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.

7. Axıcı şeylərlə imalə etmək.

8. Qəsdən qusmaq.

Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır.

1. YEMƏK VƏ İÇMƏK

Məsələ 1553: Əgər oruc tutan şəxs oruc tutduğunu bilə-bilə qəsdən bir şey yesə və ya içsə orucu batil olur, istər çörək və su kimi yeyilməsi adət olan şeylərdən olsun, istərsə də torpaq və ağac şirəsi kimi yeyilməsi adət olmayan şeylərdən olsun; istər az olsun, istərsə də çox, hətta əgər diş fırçasını ağızdan çıxarıb yenə ağızına daxil etsə və onun rütubətini udsa, oruc batil olur. Amma əgər fırçanın rütubəti «xarici rütubətdir» deyilməyəcək şəkildə ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur.

Məsələ 1554: Yeməyə məşğul olarkən, sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib olur.

P:305

Məsələ 1555: Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz.

Məsələ 1556: İynə və sistem orucu batil etmir, hərçənd iynə bədəni gücləndirmək üçün, yaxud sistem qəndli-duzlu olsa belə. Həmçinin təngənəfəslik üçün istifadə olunan isperi də eynilə; əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı boğaza çatsa belə. Əgər dərmanı buruna tökslər və o, boğaza çatmasa orucu batil etmir.

Məsələ 1557: Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar.

Məsələ 1558: Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım deyildir. Amma əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına gedəcəyini bilirsə, gərək təmizləsin.

Məsələ 1559: Ağız suyunu udmaq, (hətta əgər turş və digər şeyləri xəyala gətirməklə ağıza yığılsa da), orucu batil etmir.

Məsələ 1560: Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar.

Məsələ 1561: Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, ehtiyat-lazıma əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.

Məsələ 1562: Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu batil etməz. Amma əgər insan, əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil olur və qəzasının tutması, həmçinin kəffarə də verməsi ona vacibdir.

P:306

Məsələ 1563: İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Amma əgər onun zəifliyi adətən dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur.

2 . CİMA

Məsələ 1564: Cima orucu batil edir; hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və məni gəlməsə belə.

Məsələ 1565: Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, orucu batil olur.

Məsələ 1566: Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında şəkk edərsə, bunun hökmü 1550-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən bir iş etməyibsə ona kəffarə vacib deyil.

Məsələ 1567: Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma əgər cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir.

3 . İSTİMNA

Məsələ 1568: Əgər oruc tutan istimna etsə (istimnanın mənası 1552-cü məsələdə deyilmişdir) orucu batil olar.

Məsələ 1569: Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir.

Məsələ 1570: Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yəni yuxuda ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər yataraq mühtəlim olarsa, orucu batil olmaz.

P:307

Məsələ 1571: Əgər oruc tutan, məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının qarşısını alması vacib deyildir.

Məsələ 1572: Oruc tutub mühtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər.

Məsələ 1573: Oruc tutan şəxs möhtəlim olsa və məninin kanalda qaldığını bilib, qüsldən qabaq bövl etmədiyi təqdirdə qüsldən sonra məni gələcəksə, ehtiyat-müstəhəbə əsasən, gərək qüsldən əvvəl bövl etsin.

Məsələ 1574: Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan şəxsdən məni gəlməsə, yenidən oruc niyyəti etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, ehtiyat-lazıma əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır.

Məsələ 1575: Əgər oruc tutan bir şəxs, məni çıxarmaq məqsədi olmadan, məsələn; öz qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Amma əgər məninin gəlməyəcəyindən əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur.

4 . ALLAH VƏ PEYĞƏMBƏRƏ (s) YALAN İSNAD VERMƏK

Məsələ 1576: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir yolla Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və on iki imamlardan (ələyhimus-salam) birinə qəsdən yalan olan bir şeyi nisbət verərsə, hətta sonra dərhal «yalan dedim» deyərək tövbə etsə belə, ehtiyat-lazıma əsasən orucu batil olur. Həmçinin həzrət Zəhraya (səlamullahi ələyha), digər peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək, ehtiyat-müstəhəbə əsasən eyni hökmü daşıyır.

P:308

Məsələ 1577: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili olmayan bir rəvayəti nəql etmək istəsə, ehtiyat-vacibə əsasən gərək o rəvayəti birbaşa Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və imamlara (ələyhimus-salam) nisbət verməsin.

Məsələ 1578: Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək Allahın və ya Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Məsələ 1579: Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil etdiyinə bilirmişsə ehtiyat-lazıma əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ gətirsin.

Məsələ 1580: Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) nisbət versə, ehtiyat-lazıma əsasən orucu batil olur. Amma əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur.

Məsələ 1581: Əgər oruc tutandan «Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) belə bir söz buyurmuşdurmu» deyə soruşsalar «yox» əvəzinə qəsdən «bəli» desə, yaxud «bəli» əvəzinə qəsdən «yox» desə, ehtiyat-lazıma əsasən orucu batil olur.

Məsələ 1582: Əgər Allahın və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adından düz sözü desə də, sonra «yalan demişəm» desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün oruc olub desə ki, «dünən gecə dediyim söz düzdür» ehtiyata əsasən, orucu batil olur. Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur.

P:309

5 . TOZU BOĞAZA ÇATDIRMAQ

Məsələ 1583: Ehtiyat-vacibə əsasən, qatı tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.

Məsələ 1584: Qatı olmayan tozu boğaza çatdırmaq orucu batil etmir.

Məsələ 1585: Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı halda qorunmasa və həmin toz boğaza yetişsə, ehtiyat-vacibə əsasən orucu batil olar.

Məsələ 1586: Ehtiyat-vacib budur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.

Məsələ 1587: Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu səhihdir. Amma əgər boğazına yetişməyəcəyini guman etmişdirsə, o günün orucunu qəza etməsi daha yaxşıdır.

Məsələ 1588: Əgər oruc olduğunu unudub, diqqətsizlik edərsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər onun boğazına çatarsa, orucu batil olmaz.

Məsələ 1589: Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli kərahəti var.

6 . SÜBH AZANINA QƏDƏR CƏNABƏT, HEYZ VƏ NİFAS HALINDA QALMAQ

Məsələ 1590: Əgər cünub olan şəxs, Ramazan ayında qəsdən sübh azanına qədər qüsl etməsə və ya vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yaxud üqubət (cəza) orucu olması məlum olmadığından həm o günün orucunu Ramazan ayından, həm də o günün yerinə

P:310

tutacaq orucu mafizzimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir.

Məsələ 1591: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs sübh azanına qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir.

Məsələ 1592: Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəb orucda, cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər.

Məsələ 1593: Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir.

Məsələ 1594: Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç, ya dörd gün cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin.

Məsələ 1595: Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan şəxs, özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir.

Məsələ 1596: Əgər qüsl üçün vaxt olmadığını bilsə və özünü cünub etsə, yaxud vaxt ola-ola qəsdən vaxt daralıncaya qədər qüslü təxirə salsa, günahkar olmasına baxmayaraq təyəmmüm etsə, orucu səhihdir.

Məsələ 1597: Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana bilməyəcəyini bilərsə, ehtiyat-vacibə görə qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, qəza və kəffarə də ona vacib olur.

Məsələ 1598: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, əgər yenidən yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına ehtimal versə, yata bilər.

Məsələ 1599: Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına yəqini olsa,

P:311

yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə qərarında olub, bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir.

Məsələ 1600: Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə olarsa, əgər yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona vacib olur.

Məsələ 1601: Ramazan ayı gecəsində cünub olan və yatarsa, sübh azanından qabaq oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyanacağından sonra qüsl etmək istəməzsə, əgər yatarsa və sonra oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində tərəddüdü olduğu təqdirdə də ehtiyat-lazım əsasən eyni hökmü daşıyır.

Məsələ 1602: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan sonra ikinci dəfə yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olarsa və ya ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmazsa, o günün orucunu qəza etməlidir və ehtiyat-müstəhəb budur ki, kəffarə də versin.

Məsələ 1603: İnsanın möhtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna əsasən, əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki məsələdə deyildiyi kimi, gərək o günün orucunu qəza etsin.

Məsələ 1604: Əgər oruc tutan gündüz möhtəlim olsa, dərhal qüsl etməsi vacib deyil.

Məsələ 1605: Ramazan ayında, sübh azanından sonra oyanıb möhtəlim olduğunu görərsə, azandan qabaq möhtəlim olduğunu anlasa belə, orucu səhihdir.

Məsələ 1606: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görərsə və sübh azanından qabaq möhtəlim olduğunu

P:312

anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər.

Məsələ 1607: Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya təyəmmüm etməsə, ehtiyat-vacibə görə o günü oruc tuta bilməz.

Məsələ 1608: Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir.

Məsələ 1609: Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü eynidir.

Məsələ 1610: Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak olsa və qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir.

Məsələ 1611: Əgər qadın, sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud gün arasında heyz ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir.

Məsələ 1612: Əgər qadın, heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir.

Məsələ 1613: Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməzsə və vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da etməlidir. Amma əgər səhlənkarlıq etməzsə və məsələn; qadınlar hamamının açılmasını gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq etməzsə, orucu səhihdir.

Məsələ 1614: Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə hökmlərinə, 393-cü məsələsində

P:313

deyildiyi şəkildə əməl etməsə də belə, orucu səhihdir. Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir.

Məsələ 1615: Məss-meyyit edən şəxs, yəni bədəninin bir yerini meyyitin bədəninə toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyyitə məss etsə də, orucu batil olmaz.

7 . İMALƏ ETMƏK (KLİZMA)

Məsələ 1616: Axıcı şeylə imalə etmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil edir.

8 . QUSMAQ

Məsələ 1617: Əgər oruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəb üzündən qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.

Məsələ 1618: Əgər gecə, gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi yeyərsə, orucu səhihdir.

Məsələ 1619: Əgər oruc tutan qusmasının qarşısını alsa, vəziyyəti dəyişib öz normal halından çıxarsa qarşısını alması lazım deyil.

Məsələ 1620: Oruc tutan şəxsin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və orucu da səhihdir. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə çıxarmalıdır. Amma əgər qusmanın ona zərəri və ya artıq məşəqqəti olsa, xaricə çıxarması lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu qusaraq çıxarsa da orucu batil olur.

Məsələ 1621: Əgər oruc tutan səhvən bir şeyi udsa və mədəsinə çatmamışdan əvvəl oruc olduğunu yadına salsa, onu mədəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq

P:314

qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir.

Məsələ 1622: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur.

Məsələ 1623: Əgər oruc tutan bir şəxs, gəyirdiyi zaman boğazına və ya ağzına bir şey gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir.

ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ

Məsələ 1624: Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə və bu barədə bir şübhəsi də olmasa ya da, şəri bir dəlilə istinadı olsa və o işi edərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.

Məsələ 1625: Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini etsə və belə xəyal etsə ki, orucu batil olubdur və qəsdən ikinci dəfə o işlərdən etsə, keçən məsələdəki hökm ona da aid olur.

Məsələ 1626: Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. Amma əgər onu, orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn; əgər ona «yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik» desələr, o da zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında da ehtiyat-vacibə görə batil olur.

Məsələ 1627: Oruc tutan, kiminsə bir şeyi onun boğazına tökəcəyini və ya özünün orucunu batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdən etsə, onun orucu batil olar.

P:315

Əgər boğazına zorla bir şey tökərlərsə, ehtiyat-lazıma əsasən, eyni hökmü daşıyır.

ORUC TUTANA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ 1628: Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır:

1. Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa).

2. Zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi).

3. Buruna dərman tökmək, əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını bilsə, icazəli deyildir.

4. Ətirli bitkiləri iyləmək.

5. Qadının suda oturması.

6. Fitil işlətmək.

7. Bədəndəki paltarı islatmaq.

8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək.

9. Yaş çöplə dişləri təmizləmək.

10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi axan şey almaq.

Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya şəhvətini qaldıran hər hansı bir iş görsün.

QƏZA VƏ KƏFFARƏ VACİB OLAN YERLƏR

Məsələ 1629: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh azanına qədər) cünub qalması ilə batil edərsə, bunu öz ixtiyarı və iradəsi ilə qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə də ona vacib olur. Ehtiyat-müstəhəb budur ki, bu söylənənlərdən qeyrisi ilə batil edərsə, qəza etməyə əlavə olaraq kəffarə də verməlidir.

P:316

Məsələ 1630: Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq etiqadı olduğu halda edərsə, ona kəffarə də vacib olmaz. Həmçinin, həddi-büluğun əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü eynidir.

ORUCUN KƏFFARƏSİ

Məsələ 1631: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən 750 qram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma ehtiyat-vacibə əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.

Məsələ 1632: Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.

Məsələ 1633: İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır.

Məsələ 1634: Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs, əgər onların arasında üzrsüz olaraq bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl tutmalıdır.

Məsələ 1635: Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan qalxmasından sonra orucları yenidən tutması vacib deyildir. Üzrün aradan qalxmasından sonra orucların qalanını yerinə yetirər.

Məsələ 1636: Əgər orucunu haram şeylə batil etmişsə, istər o şey şərab və zina kimi əslində (zatən) haram olsun, istərsə də insana külli zərər yetirən halal xörəyi yemək və ya öz əyalı ilə

P:317

heyz halında yaxınlıq etmək kimi müəyyən bir səbəb üzündən haram olsun, bir kəffarə kifayətdir, amma ehtiyat-müstəhəb budur ki, cəm kəffarəsi versin, yəni bir qul azad etsin, iki ay oruc tutsun və altmış fəqiri doydursun, yaxud onların hər birinə bir müdd miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin.

Məsələ 1637: Əgər oruc tutan, Allaha və Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma ehtiyat-müstəhəb budur ki, kəffarə versin.

Məsələ 1638: Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir.

Məsələ 1639: Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini görsə, sonra isə öz halalı ilə yaxınlıq etsə, hər ikisi üçün bir kəffarə kifayətdir.

Məsələ 1640: Əgər oruc tutan, orucu batil edən halal işlərdən birini görsə, məsələn su içə və sonra orucu batil edən haram bir işi görsə, məsələn, haram yemək yesə, (hər ikisi üçün) bir kəffarə kifayətdir.

Məsələ 1641: Əgər oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, ehtiyat-vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya yemək halından çıxmış bir yemək maddəsi gələrsə və o, onu udarsa, yaxşı olar ki, cəm kəffarəsi versin.

Məsələ 1642: Müəyyən bir gündə oruc olacağını nəzr etsə, əgər o günün orucunu qəsdən batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzrin pozması kəffarəsində izah olunacaq.

Məsələ 1643: Əgər oruc tutan, sözünə əmin olmadığı bir şəxsin «iftar oldu» deməsi ilə orucunu yeyərsə, sonra da iftar olmadığını bilərsə və ya iftar olub-olmadığında şəkk edərsə, qəza və kəffarə ona vacib olur. Əgər onun sözünün höccət olmasına etiqadı varmışsa yalnız qəza etməsi lazımdır.

P:318

Məsələ 1644: Qəsdən orucunu batil edən şəxs, əgər zöhrdən sonra səfərə çıxsa, yaxud kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə yenə də vacibdir.

Məsələ 1645: Oruc tutan şəxs, qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik kimi bir üzrlə qarşılaşarsa, ehtiyat-müstəhəb budur ki, kəffarə versin, xüsüsilə dərman vasitəsilə heyz, yaxud xəstəliyi icad etmiş olarsa.

Məsələ 1646: Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə, sonra Şəbanın son günü olması məlum olsa, ona kəffarə vacib deyildir.

Məsələ 1647: Əgər insan, Ramazanın son günü və ya Şəvval ayının əvvəl günü olduğunda şəkk etdiyi bir gündə, qəsdən orucunu pozarsa, əgər sonradan Şəvvalın əvvəl günü olduğu məlum olarsa, ona kəffarə vacib deyil.

Məsələ 1648: Oruc tutan şəxs, Ramazan ayında oruc olan xanımı ilə cima edərsə, əgər xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir kəffarə vacib olur.

Məsələ 1649: Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, ərinin orucunun kəffarəsini vermək ona vacib deyil.

Məsələ 1650: Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Ehtiyat-müstəhəb budur ki, kişi iki kəffarə versin.

Məsələ 1651: Əgər oruc tutan, Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyildir.

Məsələ 1652: Əgər kişi öz arvadını, yaxud arvad öz kişisini cimadan başqa orucu batil edən işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir.

Məsələ 1653: Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil.

P:319

Məsələ 1654: İnsan kəffarəni verməkdə səhlənkarlıq etməməlidir. Amma onu dərhal verməsi lazım deyil.

Məsələ 1655: Əgər bir şəxsə kəffarə vacib olsa və bir neçə il onu verməsə, üstünə bir şey əlavə olunmur.

Məsələ 1656: Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan bir şəxs, əgər altmış fəqirin hamısını tapmağa imkanı olarsa, onların sayını azaldıb həmin qədər kəffarəni onlara verə bilməz, məsələn, otuz fəqirin hər birinə iki müdd təam verərək buna kifayət edə bilməz. Lakin, fəqirin hər bir əhli-əyalı üçün, səğir (kiçik) olsalar da, bir müdd təam o fəqirə verə bilər. Fəqir şəxs də ailənin vəkaləti və ya onlara (səğir olsa) vilayət (qəyyumluq) haqqına əsasən, qəbul edə bilər. Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat-vacibə görə hər vaxt imkanı olsa, digər otuz fəqir də hər birinə bir müdd təam versin.

Məsələ 1657: Ramazan ayının orucunun qəzasını tutan şəxs, əgər zöhrdən sonra qəsdən orucu batil edən işlərdən birini görsə, gərək on fəqirin hər birinə bir müdd təam versin və əgər verə bilməsə, üç gün oruc tutsun.

ORUCUN TƏKCƏ QƏZASI VACİB OLAN YERLƏR

Məsələ 1658: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) təkcə orucun qəzası insana vacibdir və kəffarə vacib deyildir:

1. Ramazan ayı gecəsində cünub olan şəxsə, 1602-ci məsələdə deyildiyi kimi, sübh azanına qədər ikinci yuxudan durmasa.

2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc olmamasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd etsə, 1551-ci məsələdə izah olundu;

3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, yaxud bir neçə gün oruc tutarsa.

P:320

4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;

5. «Sübh olmayıb» deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən sonra, sübh olduğu məlum olarsa;

6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu məlum olarsa;

7. Sözü onun üçün şərən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra məğrib olmadığı məlum olarsa;

8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa; amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu guman edib iftar edərsə, sonradan məğrib olmadığını anlayarsa, o orucun qəzasının vacib olması ehtiyata əsasəndir.

9. Susuzluq cəhətindən məzməzə edərsə, yəni, ağzında suyu dolandırarsa və bu əsnada ixtiyarsız olaraq udarsa, amma əgər oruc olduğunu unudaraq suyu udarsa və ya susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin müstəhəbb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası yoxdur.

10. Bir kəs ikrah, zərurət və ya təqiyyə üzündən iftar etsə əgər ikrah və təqiyyə üzündən yemək, içmək və ya cima olsa; həmçinin bunlardan qeyrisində ehtiyat-vacibə əsasən (qəza vacibdir).

Məsələ 1659: Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyildir.

Məsələ 1660: Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha yaxşıdır.

Məsələ 1661: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə boğazına su gedəcəyini bilsə,

P:321

məzməzə etməməlidir, amma əgər bu halda məzməzə etsə, su boğazına getməsə, ehtiyat-vacibə görə onun qəzası lazımdır.

Məsələ 1662: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir.

Məsələ 1663: İnsan məğrib olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma əgər sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir iş görə bilər.

QƏZA ORUCUNUN HÖKMLƏRİ

Məsələ 1664: Əgər dəli ağıllansa, dəli olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil.

Məsələ 1665: Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Əgər müsəlman kafir olsa və yenidən müsəlman olsa, kafir olduğu günlərin orucunun qəzası vacibdir.

Məsələ 1666: Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir. (Hətta məstedici olan şey müalicə üçün qəbul olunsa belə.)

Məsələ 1667: Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün nə zaman aradan qalxdığında şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi vacib deyildir. Məsələn; Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü və ya altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya məsələn; Ramazanın sonunda səfərə çıxıb, Ramazandan sonra müsafirətdən qayıdarsa, amma Ramazanın iyirmi beşində, yaxud iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı, yəni altı günü qəza etmək ehtiyat-müstəhəb olsa belə, hər iki təqdirdə, ən azı, yəni beş günü qəza edə bilər.

Məsələ 1668: Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa, hansının qəzasını əvvəl tutsa, maneəsi yoxdur. Amma əgər sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, məsələn; sonuncu Ramazan ayından beş gün qəzası qalmış olsa və beş gün də

P:322

Ramazan ayına qalarsa, daha yaxşısı budur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun.

Məsələ 1669: Boynunda bir neçə Ramazan ayı orucunun qəzası vacib olan bir şəxs, tutduğu orucun hansı Ramazan ayının qəzası olduğunu niyyətində müəyyən etməzsə, son ilin Ramazan ayının qəza orucu hesab olunmur ki, təxir kəffarəsi ondan götürülsün.

Məsələ 1670: Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə bilər, amma əgər orucunun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin.

Məsələ 1671: Daha yaxşı olar ki, meyyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra orucunu batil etməsin.

Məsələ 1672: Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o orucların qəzası yoxdur.

Məsələ 1673: Əgər şəxs, bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazanına qədər uzansa, tutmadığı orucların qəzası ona vacib deyil və gərək hər gününə bir müdd təam, yəni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma başqa bir üzrə görə, məsələn; səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa kimi qalsa, tutmadığı orucları qəza etməlidir və ehtiyat-vacib budur ki, hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Məsələ 1674: Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi, Ramazandan sonra sağalsa, amma sonra başqa bir üzrün çıxması nəticəsində sonrakı Ramazana qədər qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir və ehtiyat-vacibə əsasən hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Həmçinin əgər Ramazan ayında xəstəlikdən qeyri bir üzrü olsa və Ramazandan sonra o üzr aradan qalxarsa, xəstəlik səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, hökm eynidir.

Məsələ 1675: Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü aradan getsə və gələn

P:323

Ramazana kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin.

Məsələ 1676: Əgər orucun qəzasında səhlənkarlıq etsə və vaxt dar olsa və vaxt darlığında bir üzr peyda olsa, gərək qəzasını tutsun və ehtiyat-vacibə əsasən, hər bir gün üçün fəqirə bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü belədir.

Məsələ 1677: Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam verməlidir.

Məsələ 1678: Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs, bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.

Məsələ 1679: Ramazan orucunu bir neçə il təxirə salsa, gərək qəza etsin. Əvvəlki illərin təxirinə görə, hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə illərin təxiri üçün ona heç bir şey vacib deyil.

Məsələ 1680: Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad etsin. Əgər gələn Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, ehtiyat-lazıma əsasən, hər gün üçün bir müdd təam kəffarə fəqirə verməlidir.

Məsələ 1681: Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima, ya istimna etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər orucu batil edən digər işlərdən bir neçə dəfə görsə, məsələn; bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir.

Məsələ 1682: Ata vəfat edəndən sonra ən böyük oğul, gərək ehtiyat-lazıma əsasən onun qəza orucunu, namaz hökmündə (1370-ci məsələdə) deyilən qayda ilə yerinə yetirsin və əgər vərəsələr razı olsa, hətta meyyitin malından olsa belə, hər gün üçün bir müdd (750 qram) təam fəqirə versin.

P:324

Məsələ 1683: Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir olub tutmasa, onun qəzası böyük oğula lazım deyildir.

MÜSAFİRİN ORUCUNUN HÖKMLƏRİ

Məsələ 1684: Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazını tamam qılan müsafir, işi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.

Məsələ 1685: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun qaçırtmaq üçün olsa, məkruhdur və həmçinin Ramazan ayında mütləq səfər həmin hökümdədir. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır.

Məsələ 1686: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana vacib olsa, belə ki, icarə və ya bu kimi şeylə vacib olmuş olsa, yaxud etikafın üçüncü günü olsa, o gündə səfər edə bilməz və əgər səfərdə olsa, belə ki, mümkündürsə, gərək on gün bir yerdə qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün orucu, nəzirlə vacib olmuş olsa, zahir budur ki, o gün səfər etməyi caizdir və qəsdi-iqamət (on gün dayanmaq məqsədi) vacib deyildir. Hərçənd daha yaxşı budur ki, əlacsız olmayana kimi səfər etməsin və əgər səfərdədirsə, qəsdi-iqamət etsin. Amma əgər and içmək və ya əhd etməklə vacib olubsa, ehtiyat-vacibə görə gərək səfər etməsin, əgər səfərdə olsa, qəsdi-iqamət etsin.

Məsələ 1687: Əgər şəxs müstəhəbb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən bir gündə oruc olacağını nəzir etsə, gərək onu səfərdə yerinə yetirsin, həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa, oruc tutsun.

P:325

Məsələ 1688: Müsafir hacət istəmək üçün Mədineyi-təyyibədə üç gün müstəhəb oruc tuta bilər, əhvət budur ki, bu üç gün çərşənbə, cümə axşamı və cümə günləri olsun.

Məsələ 1689: Müsafirin orucunun batil olduğunu bilməyən bir şəxs, əgər səfərdə oruc tutsa və gün əsnasında məsələni başa düşsə, orucu batil olar. Əgər məğribə qədər başa düşməsə, orucu səhihdir.

Məsələ 1690: Əgər müsafir, müsafir olduğunu unutsa və ya müsafir orucunun batil olmasını unutsa və səfərdə oruc tutsa, orucu ehtiyata əsasən batildir.

Məsələ 1691: Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək ehtiyata əsasən orucunu tamamlasın, bu halda onun qəzası lazım deyil. Əgər zöhrdən qabaq səfər etsə, ehtiyat-vacibə görə xüsusilə gecədən səfər niyyəti olsa, o günü oruc tuta bilməz. Amma bütün hallarda gərək, həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Əks təqdirdə, ona kəffarə vacib olar.

Məsələ 1692: Müsafir, zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməmişdirsə, ehtiyat-vacəbə əsasən o gün oruc tutmalıdır, bu halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir iş görmüşdürsə, o günün orucu ona vacib deyildir, gərək (sonradan) onu qəza etsin.

Məsələ 1693: Əgər müsafir zöhrdən sonra öz vətəninə və ya on gün qalmaq istədiyi bir yerə çatsa, ehtiyat-vacibə görə orucu batildir və gərək onu qəza etsin.

Məsələ 1694: Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin, Ramazan ayının gündüzlərində cima etməsi habelə, doyunca yeyib-içməsi məkruhdur.

ORUC VACİB OLMAYAN ŞƏXSLƏR

Məsələ 1695: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyildir.

P:326

Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin.

Məsələ 1696: Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, ehtiyat-müstəhəb budur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.

Məsələ 1697: Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə, yaxud ona çox çətin olsa, oruc ona vacib deyildir. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər sonradan tuta bilsə, qəza etməsi vacib deyil.

Məsələ 1698: Doğum vaxtı yaxınlaşan və oruc tutmağın özünə və ya bətnindəki uşağa zərəri olan qadına oruc vacib deyil, gərək hər gün üçün fəqirə bir müdd təam versin və gərək hər iki halda tutmadığı orucların qəzasını tutsun.

Məsələ 1699: Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat-vacibə əsasən bu hökm, uşağa ancaq bu yol ilə süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, yaxud əmzik və şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması işkallıdır.

AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU

Məsələ 1700: Ayın əvvəli dörd yolla sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir dəstə şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə.

3. İki adil kişinin, «gecə Ayı gördük» demələri ilə; Amma ayın xüsusiyyətini bir-birinin əksinə deyərlərsə, ayın ilk günü

P:327

sübut olunmur. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa yaxud onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir şəxs Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və yaxşı görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud, Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.

Məsələ 1701: Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Amma əgər onun hökmündən və ya ayın (əvvəli) olmasını sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).

Məsələ 1702: Ayın əvvəli astronomların deməyi ilə sübut olmur, amma əgər insan onların dediklərindən yəqinlik hasil edərsə yaxud əmin olarsa, onların sözünə əməl etməlidir.

Məsələ 1703: Ayın yüksəkdə olması və ya gec batması, qabaqkı gecənin ayın ilk gecəsi olmağına dəlil deyil; həmçinin əgər ayın kənarında şəfəqin olması ayın ikinci gecəsi olmasına dəlil deyildir.

Məsələ 1704: Əgər bir şəxs üçün Ramazan ayının əvvəli olması sübuta yetməsə və oruc tutmasa sonradan qabaqkı gecənin ayın əvvəli olduğunu anlayarsa, o günün orucunu qəza etməlidir.

Məsələ 1705: Əgər bir şəhərdə ayın əvvəli sübut edilsə, bu, üfüqü həmin şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün müttəhid olmasından məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə

P:328

olmasa, görünəcəkdir. Bu da o zaman gerçəkləşər ki, ikinci şəhər birinci şəhərin qərbində yerləşərsə, en xəttində ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, en xəttinin yaxın olmasından ələvə üfüq xəttindən çox fərqi olmasın.

Məsələ 1706: Ramazanın axırı, yaxud Şəvvalın əvvəl günü olduğunu bilməyən şəxs gərək oruc tutsun. Amma əgər gün ərzində Şəvvalın əvvəl günü olduğunu anlayarsa, orucu açmalıdır.

Məsələ 1707: Əgər həbs olunan şəxs, Ramazan ayı olmasını yəqin edə bilməsə, gərək gümanına əməl etsin. Amma əgər daha güclü güman tapa bilsə, zəif gümana əməl edə bilməz. Ən güclü ehtimalı əldə etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər heç bir yolla mümkün olmasa, püşk atmaqdan axırıncı yol kimi istifadə etməlidir (əgər ehtimalın qüvvətlənməsinə səbəb olarsa). Əgər öz gümanına əməl etməsi mümkün deyilsə, Ramazan ayı olduğunu ehtimal verdiyi bir ayı oruc tutmalıdır. Amma o ayı nəzərində saxlamalıdır, belə ki, əgər sonradan o ayın Ramazan ayı və ya ondan sonra olduğu məlum olarsa, ona bir şey vacib olmaz. Amma əgər Ramazan ayından qabaq olduğu məlum olarsa, gərək qəzasını etsin.

HARAM VƏ MƏKRUH ORUCLAR

Məsələ 1708: Fitr və Qurban bayramları günündə oruc tutmaq haramdır. Həmçinin, Şəbanın axırı ilə Ramazanın əvvəli olması məlum olmayan gündə, Ramazan ayının əvvəli niyyəti ilə oruc tutmaq haramdır.

Məsələ 1709: Əgər qadının müstəhəb oruc tutması vasitəsilə ərinin ondan ləzzət almaq haqqı aradan getsə, oruc o qadına haramdır. Həmçinin, vacib olan, amma vaxtı müəyyən olmayan orucda, məsələn vaxtı müəyyən olmayan nəzir orucu kimi, bu halda da ehtiyat-vacibə görə (ərin haqqı aradan gedərsə) orucu batildir; tutarsa da, nəzir orucunun əvəzini verməz. Habelə, ehtiyat-vacibə görə, əgər əri onun müstəhəbb, yaxud vaxtı müəyyən olmayan vacib orucu tutmasını qadağan edərsə, hətta

P:329

ərinin haqqı ilə ziddiyyəti olmasa belə, hökm eynidir. Ehtiyat-müstəhəb budur ki, ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.

Məsələ 1710: Övladın müstəhəb oruc tutması, əgər ata-ananın (övlada şəfqət və ürəyi yananlıq üzündən) əziyyətinə səbəb olsa, haramdır.

Məsələ 1711: Əgər oğul, atanın və ya ananın icazəsi olmadan müstəhəbb oruc tutsa və gün ərzində atası ona icazə verməsə, əgər onlarla müxalifət etmək şəfqətdən yaranan əziyyətinə səbəb olacaqsa, gərək iftar etsin (orucunu açsın).

Məsələ 1712: Orucun etina ediləcək bir zərər verməyəcəyini bilən şəxsə, həkim «sənə orucun zərəri vardır» desə belə, oruc tutmamalıdır. Əgər bir şəxs, orucun ona etina ediləcək bir zərər verəcəyinə yəqin və ya guman edərsə, həkimin «zərəri yoxdur» deməsinə baxmayaraq, oruc tutması vacib deyil.

Məsələ 1713: Əgər insan orucun ona etina ediləcək bir zərər yetirəcəyini yəqin etsə və ya xatircəmlik olsa yaxud ehtimal versə və o ehtimaldan qorxu hasil olsa, belə ki, onun ehtimalı əql sahiblərinin nəzərində haqlı olsa, oruc tutması vacib deyil. Hətta o zərər şəxsin həlak olmasına, yaxud hər hansı üzvünün nöqsanlı olmasına səbəb olarsa, oruc tutması haramdır. Bundan başqa hallarda əgər rəcaən oruc tutsa və sonradan etina ediləcək bir zərəri olmadığı məlum olsa, orucu səhihdir.

Məsələ 1714: Orucun ona zərəri olmadığına inanan şəxs, oruc tutarsa və axşamdan sonra orucun ona etina ediləcək dərəcədə zərər verdiyini başa düşsə, ehtiyat-vacibə əsasən, gərək onun qəzasını yerinə yetirsin.

Məsələ 1715: Qeyd olunan oruclardan başqa, digər haram oruclar da vardır ki, izahı müfəssəl kitablarda deyilmişdir.

Məsələ 1716: Aşura gününün orucu və «Ərəfə», və ya Qurban bayramı olmasına şəkk edilən gününün orucu məkruhdur.

P:330

MÜSTƏHƏB ORUCLAR

Məsələ 1717: İlin bütün günlərinin orucu, deyilmiş olduğu haram və məkruh olan günlərdən başqa, müstəhəbdir. Aşağıda sadalayacağımız günlərdə oruc tutmaq daha çox tövsiyə olunmuşdur:

1. Hər ayın birinci və sonuncu cümə axşamı günü və ayın onundan sonra birinci çərşənbə günü. Bu günlərdə oruc tuta bilməyən şəxsin həmin günlərin orucunu qəza etməsi müstəhəbdir. Əgər insan əsla oruc tuta bilmirsə, müstəhəbbdir ki, hər bir günü üçün fəqirə bir müdd təam, və ya 12/6 noxud sikkəli gümüş versin.

2. Hər ayın 13, 14 və 15-ci günləri.

3. Rəcəb və Şəban ayı tamamilə, ya bu iki ayın bir qədərini, hətta bir gün də olsa belə;

4. Novruz bayramı günü.

5. Şəvvalı ayının dördündən doqquzuna qədər.

6. Zilqədənin 25-ci və 29-cu günü.

7. Zilhiccənin 1-dən 9-cu gününə (Ərəfə gününə) qədər. Amma əgər zəiflik səbəbindən Ərəfə gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur.

8. Qədir bayramı günü (Zilhiccənin 18-ci günü).

9. Mübahilə günü (Zilhiccənin 24-cü günü).

10. Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günü.

11. Peyğəmbəri-Əkrəmin, (səlləllahu ələyhi və alihi və səlləm) mövlud günü (Rəbiul-əvvəlin 17-si).

12. Cəmadiyul-əvvəlin on beşinci günü;

13- Həmçinin Həzrət Peyğəmbərin besət günü (27 Rəcəb)

Müstəhəb oruc tutan şəxsin, onu sona çatdırması vacib deyil. Hətta əgər mömin qardaşı onu yeməyə dəvət edərsə, dəvəti qəbul edib gün ərzində zöhrdən sonra olsa belə, iftar etməsi müstəhəbdir.

P:331

İNSANIN ORUCU BATİL EDƏN İŞLƏRDƏN ÇƏKİNMƏSİ MÜSTƏHƏB OLAN YERLƏR

Məsələ 1718: Beş nəfər üçün, Ramazan ayında oruc tutmasalar da orucu batil edən işlərdən çəkinmələri müstəhəbdir:

1. Səfərdə orucu batil edən işlərdən edib zöhrdən əvvəl vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatan müsafir;

2. Zöhrdən sonra vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatan müsafir;

3. Zöhrdən sonra sağalan xəstə və həmçinin zöhrdən əvvəl sağalıb, hərçənd, orucu batil edən bir iş görübsə də; Amma əgər orucu batil edən bir iş görməyibsə, ehtiyat-vacibə görə oruc tutmalıdır.

4. Gün ərzində heyz və nifas qanından təmizlənən qadın.

5. Əvvəlcə orucu batil edən bir iş görüb sonra müsəlman olan kafir.

Məsələ 1719: Oruc tutan şəxsin məğrib və işa namazlarını iftardan əvvəl qılması müstəhəbdir. Amma əgər bir şəxs onu gözləyərsə və ya yeməyə meyli çox olduğundan hüzuri-qəlblə namaz qıla bilmirsə, əvvəlcə iftar etməsi daha yaxşıdır. Ancaq mümkün olan qədər namazı fəzilətli vaxtında qılması daha yaxşıdır.

P:332

XÜMSÜN HÖKMLƏRİ

Point

Məsələ 1720: Yeddi şeydə xüms vacib olur:

1. Qazanc.

2. Mədən.

3. Xəzinə.

4. Harama qarışmış halal mal.

5. Üzgüçülüklə (yəni dənizə batmaq vasitəsi ilə) əldə edilən cəvahirat.

6. Müharibə qəniməti.

7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer. Bunların hər birinin hökmü müfəssəl deyiləcək.

1 . QAZANC MƏNFƏƏTİ

Məsələ 1721: Əgər insan ticarət, sənət və ya digər kəsb qazanc yolları ilə mal əldə edərsə, hətta əgər bir meyyitin oruc və namazını yerinə yetirərək muzd alıb bir mal əldə etsə belə, bu, onun özünün və ailəsinin illik xərclərindən çox olarsa, çox olan qismin xümsü (beşdən biri) aşağıda deyiləcək üsulla verilməlidir.

Məsələ 1722: Əgər qazancdan qeyri bir yol ilə mal əldə edərsə, növbəti məsələdə istisna olunan hallardan başqa məsələn; ona bir şey bağışlanarsa, illik xərcindən artıq qaldığı təqdirdə, onun xümsünü verməlidir.

Məsələ 1723: Qadının aldığı mehriyyənin və kişinin xül talaqın əvəzində aldığı malın xümsü yoxdur. Həmçinin, alınan diyənin (qan pulunun) da xümsü yoxdur. Həmçinin irs bəhsində mötəbər olan qanunlara əsasən, insana yetişən miras da eyni hökmü daşıyır. Amma şiə olan bir müsəlmana, bu deyilən

P:333

yoldan əlavə, məsələn; təsib yolu ilə miras olaraq bir mal yetişərsə, o mal mənfəətdən hesab olunur və onun xümsünü verməsi gərəkdir. Həmçinin əgər ona, ata və oğuldan qeyri, ümidi olmayan bir yerdən irs çatarsa, ehtiyat-vacibə əsasən, illik xərcindən artıq qaldığı təqdirdə, o malın xümsünü verməlidir.

Məsələ 1724: Əgər bir şəxsin əlinə irs yolu ilə bir mal yetişsə və insan irs qoyan şəxsin o malın xümsünü vermədiyini bilərsə, gərək onun xümsünü versin. Həmçinin əgər o malın özündə xümsü yoxdursa, amma irs qoyan şəxsin xümsdan borcu olduğunu bilərsə, irsdən onun borclu olduğu xümsü verməlidir. Lakin hər iki təqdirdə, əgər irs qoyan şəxsin xüms verməyə əqidəsi yoxmuşsa və ya əsla xüms vermirsə, varisin onun boynunda vacib olan xümsü verməsi lazım deyil.

Məsələ 1725: Əgər insan qənaət yolu ilə illik xərcindən bir şey artırarsa, gərək onun xümsünü versin.

Məsələ 1726: Bütün xərcləri başqası tərəfindən verilən şəxs, əldə etdiyi bütün malların xümsünü verməlidir.

Məsələ 1727: Əgər bir şəxs, bir mülkü müəyyən şəxslərə, məsələn; öz övladlarına vəqf edərsə, əgər onlar o mülkdə ağac əkmək və ya əkinçilik yolu ilə bir mal əldə etsələr və illik xərclərindən artıq qalsa, gərək onun xümsünü versinlər. Həmçinin əgər o mülkdən icarə haqqı almaq kimi, başqa şəkildə faydalanarlarsa, illik xərclərindən artıq qalanının xümsünü verməlidir.

Məsələ 1728: Fəqirin kəffarə, məzalim qaytarılması kimi vacib, eləcə də müstəhəb sədəqə olaraq aldığı mal, onun illik xərclərindən artıq qalarsa və ya ona verilən maldan bir mənfəət əldə etsə, məsələn; ona verilən bir ağacdan meyvə əldə etsə və illik xərclərindən artıq qalsa, ehtiyat-vacibə əsasən onun xümsünü verməlidir. Amma ona zəkat və ya xüms olaraq müstəhəqq olduğuna görə verilən malın özünün xümsünü vermək lazım deyildir. Amma əgər onların mənfəəti illik xərclərindən artıq qalsa xüms düşür.

P:334

Məsələ 1729: Əgər bir şəxs xümsü verilməmiş pul ilə bir şey alarsa, yəni satıcıya «Mən malı bu pulla alıram», deyərsə və satıcı da 12 imam şiəsi olan bir müsəlman olarsa, bütün mala olan nisbətdəki müamilə səhihdir və bu pulla alınan malın üzərinə xüms gəlir. (Bu müamilələrin səhih olmasında) şəriət hakiminin icazə və imzasına ehtiyac yoxdur.

Məsələ 1730: Əgər bir şəxs, bir malı alıb müamilədən sonra, onun qiymətini xümsü verilməmiş puldan versə, etdiyi müamilə səhihdir. Satıcıya verdiyi pulun xümsünü xüms sahiblərinə borclu qalır.

Məsələ 1731: Əgər on iki imam şiəsi olan bir müsəlman, xümsü verilməmiş bir malı alsa, onun xümsü satıcının boynundadır və alıcının üzərinə heç nə düşmür.

Məsələ 1732: Əgər xümsü verilməmiş bir şeyi, 12 imam şiəsi olan bir müsəlmana bağışlayarsa, onun xümsü bağışlayanın öz üzərindədir. Malın bağışlandığı şəxsin üzərinə bir şey gəlməz.

Məsələ 1733: Əgər kafirdən və ya xümsa əqidəsi olmayan, yaxud xüms verməyən bir şəxsdən insanın əlinə bir mal gələrsə, onun xümsünü verməsi vacib deyil.

Məsələ 1734: Tacir, işçi, sənətkar, dövlət qulluqçusu və bu kimi şəxslər işə başladıqları tarixdən bir il keçdikdən sonra, illik xərclərindən artıq qalan qazanclarının xümsünü verməlidirlər. Həmçinin, mənbərçi (təbliğçi) və bu kimi şəxslərin qazancları ilin məxsus vaxtlarında olsa belə, əgər ilin əksər hissəsini təmin edərsə, həmçinin, məişət xərclərini təmin edə biləcək bir işi, sənəti olmayan, dövlət və ya camaatın yardımından istifadə edən, yaxud təsadüfi olaraq müəyyən gəlir əldə edən şəxslər də bir mənfəət əldə edərsə, fayda götürdüyü vaxtdan bir il keçdikdən sonra, illik xərcindən artıq qalan qazancının xümsünü verməlidir. Deməli, hər bir mənfəət üçün ayrıca olaraq bir il hesab edə bilər.

Məsələ 1735: İnsan, ilin ortasında hər zaman qazanc əldə edərsə, onun xümsünü verə bilər, onun xümsünü ilin sonuna qədər təxirə salması da mümkündür. Amma əgər ilin axırına qədər ona ehtiyacı olmayacağını bilirsə, ehtiyat-vacibə görə

P:335

onun xümsünü gərək dərhal versin. Xüms vermək üçün şəmsi (günəş) ilini ölçü qərar verirsə, bir maneəsi yoxdur.

Məsələ 1736: Əgər qazanc əldə etdikdən sonra, ilin ortasında ölərsə, ölüm zamanına qədərki xərcini qazancından götürüb, yerdə qalanının xümsünü verməlidirlər.

Məsələ 1737: Əgər ticarət üçün aldığı bir malın qiyməti qalxarsa və onu satmazsa və ilin ortasında qiyməti düşərsə, yüksələn miqdarın xümsü ona vacib deyildir.

Məsələ 1738: Əgər ticarət üçün aldığı malın qiyməti qalxdığı halda daha da qalxma ümidi ilə il bitdikdən sonraya qədər onu satmazsa və onun qiyməti düşərsə, qalxan miqdarın xümsü ehtiyata əsasən ona vacib olar.

Məsələ 1739: Əgər ticarət malından başqa bir malı satın alarsa və ya bu kimi bir yolla əldə edərsə və xümsünü verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə, qiymətinə əlavə və illik xərcindən artıq qalmış olan miqdarın xümsünü verməlidir. Həmçinin, əgər məsələn; ağac meyvə verərsə və ya ətindən istifadə etmək üçün saxlanılan qoyun kökələrsə, gərək artan miqdarın xümsünü versin.

Məsələ 1740: Əgər xümsünü verdiyi, yaxud xüms düşməyən bir pul ilə qiyməti yüksəldikdən sonra satmaq niyyəti ilə bir bağ salarsa, meyvələrin, ağacların və əkilən, yaxud öz-özünə əmələ gələn cavan ağacların, (tinglərin), kəsilib istifadə olunmağa yararlı olan quru budaqların, eləcə də bağın qiymətinin artan hissəsinin xümsünü verməlidir. Amma əgər məqsədi o ağacların meyvələrini sataraq faydalanmaq olsa, qiymətin artan miqdarına xüms vacib deyil, amma yerdə qalanların xümsünü verməlidir.

Məsələ 1741: Əgər bir şəxs söyüd, çinar və bu kimi başqa ağaclar əkərsə, hər il onun artan hissəsinin xümsün verməlidir. Həmçinin, əgər adətən hər il budanan budaqların da illik xərclərindən çox olarsa, gərək onun xümsünü versin.

Məsələ 1742: Bir neçə ticarət sahəsi olan, məsələn; öz sərmayəsi ilə bir qədər qənd, bir qədər də düyü alan şəxs, əgər o ticarət işlərinin hamısı mədaxil-məxaric, hesabdarlıq, qazanc və ziyan kimi ticarət işlərində bir olsa, ilin sonunda onun xərclərindən artıq qalan qismin xümsünü verməlidir. Bu

P:336

təqdirdə, əgər bir bölümdən mənfəət, digər bölümdən isə zərər edərsə, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilər. Amma əgər iki müxtəlif işdə çalışırsa, məsələn; ticarət və əkinçilik edirsə, yaxud bir sahədə də olsa, mədaxil-məxaric hesabları bir-birindən ayrıdırsa, bu iki təqdirdə, ehtiyat-vacibə əsasən, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilməz.

Məsələ 1743: İnsan qazanc əldə etmək üçün xərclədiyi kommersiya və daşıma xərci kimi məsrəfləri, həmçinin onun iş vasitələrinə dəyən xəsarəti qazancdan çıxa bilər və o miqdarın xümsünü vermək lazım deyildir.

Məsələ 1744: İnsanın qazanclarından il əsnasında yemək, geyim, ev və ev əşyaları, oğlunu evləndirmə, qızın cehizi, ziyarət və bu kimi işlər üçün etdiyi xərclərin, öz mövqeyindən (şənindən) yüksək olmadığı təqdirdə xümsü yoxdur.

Məsələ 1745: İnsanın nəzir və kəffarə üçün xərclədiyi məsrəflər, onun illik məxaricindən hesab olunur. Həmçinin, başqasına hədiyyə etdiyi və ya mükafat olaraq verdiyi bir mal onun ictimai mövqeyindən yuxarı olmadığı təqdirdə onun illik məxaricindən hesab olunur.

Məsələ 1746: El arasında olan adətə görə qızın cehizliyini bir neçə ilə, tədricən hazırlayarsa və bu halda qızı üçün cehizlik tədarükü görməməsi onun ictimai mövqeyi (şəni) ilə zidd olarsa, hətta vaxtında hazırlaya bilmədiyinə görə olsa belə, əgər il boyu həmin ilin qazancından, öz şənindən artıq olmamaq şərti ilə bir miqdar cehizlik alsa və camaat arasında o miqdarın bir ildə tədarük görülməsi onun adətən illik xərclərindən sayılsa onun xümsünü vermək lazım deyildir. Amma əgər şənindən yuxarı olsa və ya bu ilin qazancından sonrakı ildə cehiz alarsa, gərək onun xümsünü versin.

Məsələ 1747: İnsanın həcc səfəri və digər ziyarətlər üçün xərclədiyi mal, o il xərclədiyi, illik xərcindən hesab edilir, amma əgər onun səfəri, sonrakı ildən bir müddətə qədər davam edərsə, sonrakı ildə xərclədiyi miqdarın xümsünü verməlidir.

P:337

Məsələ 1748: Ticarət, iş və ya bu kimi yolla mənfəət əldə edən bir şəxsin, xümsü vacib olmayan başqa bir malı da olsa, illik xərclərini, yalnız əldə etdiyi mənfəətlərdən hesab edə bilər.

Məsələ 1749: İllik məsrəfi üçün qazancından aldığı yeyinti maddələri ilin sonunda artıq qalsa, gərək onun xümsünü versin və əgər onların qiymətini vermək istərsə, əgər satın aldığı zamana nisbətlə qiymətləri artıq qalarsa, gərək il sonundakı qiymətini hesablasın.

Məsələ 1750: Əgər qazancından, xümsü verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili keçdikdən sonra ehtiyacı qalmazsa, onun xümsünü vermək lazım deyildir. Həmçinin əgər ilin ortasında ehtiyacı aradan qalxsa, amma o şey qışlıq və yaylıq paltarı kimi adətən sonarkı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə xümsü yoxdur. Bu kimi şeylərdən başqasında il boyu ona ehtiyacı aradan qalxsa, ehtiyat-vacib budur ki, xümsünü versin. Qadınların zinət əşyaları da, qadının onlardan zinət kimi istifadə etməsi zamanı keçdiyi təqdirdə, xümsü yoxdur.

Məsələ 1751: Əgər bir il qazanc mənfəəti götürülməzsə, o ilin məsrəfini gələn ilin qazancından çıxıla bilməz.

Məsələ 1752: Əgər ilin əvvəlində mənfəət götürməyib sərmayədən xərcləyərsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, sərmayədən xərcləmiş olduğu miqdarı qazancdan çıxa bilər.

Məsələ 1753: Əgər sərmayənin bir miqdarı ticarət və bu kimi şeylərdə aradan gedərsə, sərmayədən azalan miqdarı həmin ilin mənfəətindən çıxa bilər.

Məsələ 1754: Əgər sərmayədən qeyri mallarından başqa bir şey əlindən çıxsa, həmin il boyunca o şeyə ehtiyacı olarsa, qazancdan il ortasında onu təmin edə bilər və xümsü də yoxdur.

Məsələ 1755: Əgər il boyunca qazanc əldə edə bilməsə və məsrəfləri üçün borc edərsə, borcunu gələcək illərin mənfəətindən çıxaraq onun xümsünü verməyə bilməz. Amma il boyu xərcləri üçün borc etsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, borcunu o qazancdan çıxa bilər. Həmçinin, birinci təqdirdə də, borcunu il boyu əldə etdiyi mənfəətlərdən ödəyə bilər və o miqdarın xümsü yoxdur.

P:338

Məsələ 1756: Malını çoxaltmaq və ya ehtiyacı olmayan bir mülkü almaq üçün borc edərsə, əgər il ərzində əldə etdiyi qazancdan xümsünü verməzdən o borcu ödəsə, gərək xüms ili gəlib çatandan sonra o malın xümsünü versin. Amma əgər borc aldığı mal və ya borcla aldığı bir şey il boyunda əlindən gedərsə, (xümsü yoxdur).

Məsələ 1757: İnsan, xümsü vacib olan şeylərin xümsünü o şeylərdən, eləcə də vacib olan xümsün qiyməti miqdarında xümsü verilmiş pul da verə bilər. Amma əgər üzərinə xüms vacib olmayan bir mal vermək istəsə, bu şəriət hakiminin icazəsilə olmadığı təqdirdə işkallıdır.

Məsələ 1758: Malının üzərinə xums gəlib və üzərindən bir il keçdiyi halda, xümsünü verməyincəyə qədər o maldan istifadə edə bilməz.

Məsələ 1759: Xüms borcu olan şəxs, onu öz öhdəsinə götürə bilməz, yəni özünü xüms əhlinə borclu qəbul edib, malın hamısından istifadə edə bilməz. Əgər istifadə edərsə və mal tələf olarsa, gərək onun xümsünü versin.

Məsələ 1760: Xüms borcu olan şəxs, şəriət hakimi ilə əldən-ələ dolandırsa və xümsü öz öhdəsinə götürsə, malın hamısından istifadə edə bilər, əldən-ələ dolandırdıqdan sonra o maldan əldə edilən qazanclar da onun özünündür. Borcunu da tədrici olaraq, səhlənkarlıq sayılmayacaq şəkildə qaytarmalıdır.

Məsələ 1761: Bir kəslə şərik olan bir şəxs, əgər öz qazancının xümsünü versə və onun şəriki öz xümsünü verməsə və gələn il üçün xümsünü vermədiyi maldan şirkətə sərmayə qoyarsa, birinci şəxs on iki imam şiəsi olan müsəlmandırsa, şərikli maldan istifadə edə bilər.

Məsələ 1762: Həddi-büluğa çatmamış (səğir) uşaq üçün bir qazanc əldə edilsə, hərçənd hədiyyə olsa belə, əgər il boyunda onun məişət xərclərinə sərf olunsa onun üzərinə xüms gəlir və o uşağın vəlisinə (qəyyumuna) onun xümsünü verməsi vacibdir. Əgər verməsə, uşağın özünə həddi-büluğa çatdıqdan sonra, onun xümsünü verməsi vacibdir.

Məsələ 1763: Başqa şəxsdən, xümsünü verib-vermədiyində şəkk etdiyi bir mal əldə edən şəxs, o maldan istifadə edə bilər.

P:339

Hətta əgər onun xümsünü vermədiyinə yəqini olsa da, o, xüms verən adam deyilsə, alan şəxs də on iki imam şiəsi olan müsəlmandırsa, o maldan istifadə edə bilər.

Məsələ 1764: Əgər bir şəxs il arasında qazancından illik vəsait və xərclərindən sayılmayan bir şey alarsa, il tamam olandan sonra onun xümsünü verməsi vacibdir. Əgər o şeyin xümsünü verməsə və qiyməti yüksələrsə, onun hal-hazırdakı qiymətinə görə xümsü ödənilməlidir.

Məsələ 1765: Əgər bir şəxs bir şey alıb onun pulunu, üstündən bir il keçdiyi və xümsünü vermədiyi puldan versə, və onun qiyməti qalxsa, əgər onun məqsədi qiyməti qalxandan sonra satmaq deyilsə, məsələn; əkin əkmək üçün almış olsa və onu almaq üçün verdiyi pulun xümsünü verməlidir. Amma əgər məsələn; xümsü verilməmiş pulu satıcıya verərək və ona «bu mülkü bu pulla alıram» deyərsə, gərək o mülkün hal-hazırdakı dəyərinin xümsünü versin.

Məsələ 1766: Təklifinin əvvəlindən, yaxud müəyyən müddət, məsələn bir neçə il xüms verməyən şəxs, əgər il arasında qazancından ehtiyacı olmayan bir şeyi satın almış olsa və o ticarətdən bir il vaxt keçsə, əgər ticarətçi deyilsə, qazanc əldə etdiyi vaxtdan bir il keçsə, gərək onun xümsünü versin. Amma əgər ictimai mövqeyinə uyğun olaraq ev əşyaları və ehtiyacı olan şeyləri alıbsa, bu şəraitdə əgər onları qazandığı ilin ərzində və o ilin qazancından aldığını, elə o ildə də ondan istifadə etdiyini bilirsə, onların xümsünü vermək lazım deyildir. Əgər bunu bilmirsə, ehtiyat-vacibə əsasən ehtimal verdiyi nisbətdə şəriət hakimi ilə razılaşmalıdır. Yəni əgər, misal üçün onun xümsünün vacib olmasına 50 faiz ehtimal versə, onun 50 faizinin xümsünü versin.

2 . MƏDƏN

Məsələ 1767: Qızıl, gümüş, qurğuşun, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq, kükürd, duz və digər mədən əşyaları ənfaldan sayılır, yəni Məsum İmamındır (ələyhis-səlam). Amma

P:340

əgər bir şəxs, onlardan bir şey istixrac edərsə, şəri bir maneə olmadığı təqdirdə, onu öz mülkiyyətinə daxil edə bilər. Əgər nisab miqdarında olarsa, gərək onun xümsünü versin.

Məsələ 1768: Mədəndən çıxarılan şeylərin nisabı, on beş misqal normal sikkəli qızıldır. Yəni mədəndən çıxarılan şeyin qiyməti, onun təmizlənməsi kimi işlərinə çəkilən xərclər çıxıldıqdan sonra, on beş misqal sikkəli qızıla çatarsa, gərək yerdə qalanın xümsünü versin.

Məsələ 1769: Mədəndən əldə etdiyi şeyin dəyəri 15 misqal sikkəli qızıla çatmazsa, yalnız onun özü və digər qazanclarıyla birlikdə illik xərclərindən artıq qalarsa, onun xümsünü vermək lazımdır.

Məsələ 1770: Ehtiyat-lazıma əsasən əhəng və gəc, mədən hökmündədir. Əgər nisab həddinə çatarsa, illik xərclərini çıxmadan gərək onun xümsünü versin.

Məsələ 1771: Mədəndən bir şey əldə edən şəxs, istər mədən torpağın altında olsun, istər üstündə, istər öz mülkü olan bir yerdə olsun, istər sahibi olmayan bir yerdə, gərək onun xümsünü versin.

Məsələ 1772: Mədəndən əldə etdiyi şeyin qiymətinin on beş misqal sikkəli qızıla yetişib-yetişmədiyini bilməzsə, ehtiyat-lazıma əsasən, çəkməklə və ya başqa bir yolla onun qiymətini məlum etməlidir. Əgər bu da mümkün olmasa, ona xüms vacib deyil.

Məsələ 1773: Əgər bir neçə nəfərin mədəndən çıxardıqları şeyin qiyməti 15 misqal sikkəli qızıla yetişərsə, amma onlardan hər birinin payı bu qədər olmazsa, xümsü yoxdur.

Məsələ 1774: Əgər bir şəxs, başqasının mülkündə olan mədəni onun icazəsi olmadan yeri qazaraq çıxararsa, məşhur nəzərə əsasən, hər nə əldə edilmişsə, yer sahibinindir. Amma bu hökm işkalsız deyildir. Ehtiyat budur ki, bir-birləri ilə razılaşsınlar. Əgər sazişə (müsalihəyə) razı olmasalar, onların mübahisəsini həll etmək üçün şəriət hakiminə müraciət etməlidirlər.

P:341

3 . XƏZİNƏ

Məsələ 1775: Xəzinə adət üzrə olmayan yerdə (torpaqda), ağacda, dağda və ya divarda saxlanan mənqul (daşına bilən) və bir kəsin asanlıqla tapa bilmədiyi maldır.

Məsələ 1776: İnsan, bir şəxsin mülkü olmayan, yaxud istifadəsiz (ölü) olan və özünün becərməsi ilə sahib olduğu bir yerdə xəzinə taparsa, onu özünə götürə bilər. Amma onun xümsünü verməlidir.

Məsələ 1777: Xəzinənin nisabı, yüz beş misqal sikkəli gümüş və ya on beş misqal sikkəli qızıldır. Yəni xəzinədən əldə etdiyi şeyin qiyməti, bu ikisindən birisinin qiymətinə bərabər olarsa, onun xümsünü vermək vacibdir.

Məsələ 1778: Başqasından satın aldığı, yaxud icarə və s. yolla təsərrüf etdiyi mülkdə şərən hər hansı bir müsəlman və ya zimmi kafirə aid olmayan bir mülkdə, yaxud əgər aid olsa da, çox qədim zamanlarda aid olsa, belə ki, çox qədim olması onun üçün bir varisin olmadığına səbəb olsa, orada xəzinə tapsa xəzinəni özünə götürə bilər. Amma gərək onun xümsünü versin. Lakin, əvvəlki sahibinə aid olduğuna ağıl kəsən bir ehtimal verirsə, əgər mülkə, yaxud xəzinəyə və ya onun olduğu yerə (torpaq sahəsinə) sahiblik hüququ çatırsa, ona xəbər verməlidir. Əgər onun öz malı olduğunu iddia etsə, ona təhvil verməlidir. Əgər onun malı olmasını iddia etməzsə, ondan əvvəlki yerin sahibi olub, ona sahiblik hüququ çatan şəxsə xəbər verməlidir. Bu qayda ilə ondan əvvəl o yerin sahibi olub, o yerdə əli olan şəxslərin hamısına xəbər verməlidir. Əgər onların heç birisi onun malı olmasını iddia etməzsə, onun bir müsəlmana və ya zimmiyə aid olmasını da bilməsə, onu özünə götürə bilər. Amma gərək onun xümsünü versin.

Məsələ 1779: Əgər eyni zamanda bir neçə yerdə basdırılmış bir neçə qab xəzinə tapılarsa və birlikdə qiymətləri yüz beş misqal gümüş və ya on beş misqal qızıla çatarsa, gərək onun xümsünü versin. Amma əgər bir neçə vaxtda xəzinə taparsa, onların arasında çox zaman fasiləsi olmazsa, birlikdə

P:342

hesablanmalıdır. Əgər zaman fasiləsi çox olsa, hər biri ayrılıqda hesablanmalıdır (və qiyməti bu miqdara çatan hər birinin xümsünü vermək vacibdir. Qiyməti bu miqdara çatmayan xəzinənin isə xümsü yoxdur).

Məsələ 1780: Əgər iki şəxs bir xəzinə tapsalar və onun qiyməti yüz beş misqal gümüş və ya 15 misqal qızıla yetişsə, amma hər birisinin payı bu qiymətə yetişməsə, onun xümsünü vermək lazım deyildir.

Məsələ 1781: Əgər bir şəxs bir heyvan alıb, qarnından mal tapsa, əgər o malın, satıcının və ya heyvanın əvvəlki sahibinin malı olduğuna ehtimal verib və onların da heyvana və qarnından tapılan malda əli (mülkiyyət hüququ) olarsa, onlara xəbər verməlidir. Əgər onun üçün bir sahib tapmasa, o, xəzinə nisab miqdarına yetişsə, onun xümsünü verməlidir. Ehtiyat-vacibə budur ki, əgər ondan az da olsa, xümsünü versin və yerdə qalanı onun malı olur. Bu hökm xas bir yerdə yetişdirilən bir şəxsin onların yeməyini öhdəsinə aldığı balıq və bu kimi heyvanlara da aiddir. Amma əgər dəniz və ya çaydan tutulmuş olsa, heç bir şəxsə xəbər vermək lazım deyildir.

4 . HARAMA QARIŞAN HALAL MAL

Məsələ 1782: Əgər halal mal, haram mala, ayrıd edilə bilinməyəcəyi tərzdə qarışsa və haram malın sahibi və miqdarının heç biri məlum olmasa, eləcə də haram malın miqdarının xümsdan az və ya çox olduğu da bilinməzsə, malın xümsünü verdikdən sonra, qalan hissəsi halal olur. Ehtiyat-vacibə görə, (onun xümsünü) xümsa və məzalim verilməsinə müstəhəqq olan şəxsə verməlidirlər.

Məsələ 1783: Əgər halal mal harama qarışsa və insan haram malın miqdarını, xümsdən az və ya çox olduğunu bilsə, ancaq sahibini tanımasa, o miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir. Ehtiyat-vacib budur ki, şəriət hakimindən də icazə alsın.

P:343

Məsələ 1784: Əgər halal mal haramla qarışsa və insan haram miqdarını bilməsə, amma sahibini tanısa, bir-birlərini razı sala bilməsələr, gərək o şəxsin malı olduğunu yəqin etdiyi miqdarı ona versin. Hətta əgər o iki malın halal və haramın qarışmasında özü günahkardırsa, ehtiyata əsasən onun malı olduğunu ehtimal etdiyi artıq miqdarı da ona verməlidir.

Məsələ 1785: Harama qarışmış halal malın xümsünü verdikdən sonra, haramın miqdarının xümsdən çox olduğunu başa düşərsə, gərək çox olduğunu bildiyi miqdarı da sahibinin adından sədəqə versin.

Məsələ 1786: Əgər harama qarışmış halal malın xümsünü versə və ya sahibini tanımadığı təqdirdə malı onun niyyətilə sədəqə verərsə və sahibi tapıldıqdan sonra buna razı olmasa, ehtiyat-lazıma əsasən gərək onun malının miqdarını özünə versin.

Məsələ 1787: Əgər halal mal haramla qarışsa və haramın miqdarı məlum olsa, insan onun sahibinin bir neçə nəfərdən başqası olmadığını bilərsə, lakin kimin olduğunu bilməsə, gərək onlara xəbər versin. Belə ki, onlardan biri «mənim malımdır» deyərsə və o biriləri isə onların malı olmadığını desələr və ya birincinin sözünü təsdiq etsələr, onu «mənim malımdır» deyən şəxsə verməlidirlər. Amma iki və daha çox adam «mənim malımdır» deyərlərsə, onların mübahisəsi razılaşma və bu kimi yolla həll olunmazsa, mübahisələrinin həll edilməsi üçün, şəriət hakiminə müraciət etsinlər. Əgər onların hamısı məsələdən xəbərsiz olduğunu bildirib razılaşmaya hazır olmasalar, zahirə əsasən o malın sahibi püşk ilə təyin edilər. Ehtiyat budur ki, şəriət hakimi və ya onun nümayəndəsi püşk işini icra etsin.

5 . ÜZGÜÇÜLÜK VASİTƏSİLƏ DƏNİZDƏN ÇIXARILAN CƏVAHİRAT

Məsələ 1788: Əgər üzgüçülük, yəni dənizə girmək vasitəsilə mirvari, mərcan və bu kimi cəvahirat əldə edilərsə, istər göyərən, istərsə də mədəni olsun, onun qiyməti 18 noxud qızıla çatarsa,

P:344

onun xümsü verilməlidir. Onun bir dəfəyə və ya neçə dəfəyə çıxarılması arasında bir fərq yoxdur. Amma birinci dəfə ilə ikinci dəfə arasında zaman fasiləsi çox olmamalıdır. Əgər iki dəfə arasında çox fasilə olarsa, məsələn, iki fəsildə suyun altına girərsə, hansının qiyməti 18 noxud qızıla yetişməsə, onun xümsünü vermək vacib deyildir. Həmçinin üzgüçülükdə iştirak edən bir neçə şəxsdən hansının payı 18 noxud qızıla çatmazsa, onun xümsünü vermək vacib deyildir.

Məsələ 1789: Əgər dənizə girmədən başqa müəyyən vasitələrlə cəvahirat əldə edilərsə, ehtiyata əsasən onun xümsü vacibdir. Amma əgər dənizin suyu üzündən və ya dənizin kənarından cəvahirat əldə edilərsə, yalnız o təklikdə və ya başqa qazancları ilə birlikdə, illik xərclərindən artıq qalarsa, gərək onun xümsü verilsin.

Məsələ 1790: İnsanın, dənizə girməyərək əldə etdiyi balıq və s. heyvanların xümsü, o vaxt vacibdir ki, təklikdə, yaxud sair qazanc mənfəətləri ilə birlikdə, illik xərclərindən çox olsun.

Məsələ 1791: Əgər insan dənizdən bir şey çıxarmaq məqsədi olmadan dənizin dibinə girib, təsadüfən cəvahirat əldə edib, ona sahib olmağı qəsd edərsə, gərək onun xümsünü versin. Hətta ehtiyat-vacib budur ki, hər təqdirdə onun xümsünü versin.

Məsələ 1792: Əgər insan dənizin dibinə girib bir heyvan çıxarıb, onun qarnından cəvahirat tapsa (sədəf kimi heyvan bunlara aiddir, çünki adətən onun qarnında cəvahir olur), əgər nisab həddinə yetişərsə, gərək onun xümsünü versin. Amma əgər təsadüfən cəvahiri udmuşsa, ehtiyat-lazım budur ki, onun nisab miqdarına çatmasa da, xümsü verilsin.

Məsələ 1793: Əgər Dəclə və Fərat kimi böyük çayların dibinə girib cəvahirat çıxartsa, gərək onun xümsünü versin.

Məsələ 1794: Əgər suya girib qiyməti 18 noxud qızıl və ya daha çox olan bir ənbər çıxartsa, gərək onun xümsünü versin. Hətta əgər suyun üzündən və ya dəniz kənarından da ələ gətirsə, eyni hökmü daşıyır.

Məsələ 1795: Əgər bir şəxsin qazancı üzgüçülük, yaxud mədən şeyləri çıxarmaqla təmin olursa, onların xümsünü versə

P:345

və illik xərclərindən artıq qalsa, yenidən onların xümsünü verməsi lazım deyil.

Məsələ 1796: Əgər bir uşaq mədən çıxarsa və ya bir xəzinə tapsa, yaxud da dənizə girməklə bir cəvahir əldə edərsə, gərək vəlisi onun xümsünü versin. Əgər vəlisi verməsə, özü həddi-büluğa çatdıqdan sonra onun xümsünü verməlidir. Həmçinin əgər uşağın harama qarışmış bir halal malı varsa, gərək vəlisi qarışıq malda deyilən hökmə əməl etsin.

6 . QƏNİMƏT

Məsələ 1797: Əgər müsəlmanlar, İmamın (ələyhis-səlam) əmri ilə kafirlərlə müharibə etsələr, o müharibədən ələ gələn şeylərə “qənimət” deyilir. Qənimətdən, İmama (ələyhis-səlam) məxsus olan əşyalar ayrıldıqdan sonra yerdə qalanının xümsü verilməlidir. Qənimətə xümsün vacib olması xususunda, onun mənqul və qeyri-mənqul olması arasında bir fərq yoxdur. Amma ənfaldan olmayan ərazilər, döyüş İmamın (ələyhis-səlam) əmrilə olmasa da, müsəlmanların hamısına aiddir.

Məsələ 1798: Əgər müsəlmanlar, İmamın (ələyhis-səlam) icazəsi olmadan kafirlərlə döyüşüb, onlardan qənimət ələ keçirsələr, ələ gətirdikləri qənimətlərin hamısı İmamındır (ələyhis-səlam) və döyüşə gedənlərin onda heç bir haqqı yoxdur.

Məsələ 1799: Kafirlərin əllərində olan malların sahibləri, malının qorunması lazım olan şəxslərdən olarsa, yəni müsəlmanın, yaxud İslamın zimməsində olan bir kafirin, yaxud əhd (müqavilə) bağlanan kafirin malı olsa, o mallara qənimət hökmü cari deyildir.

Məsələ 1800: Hərbi kafirin malını oğurluq və bu kimi yolla əldə etmək, xəyanət və amannaməni pozma sayılarsa, haramdır. Bu yollarla onlardan alınan əşyalar da, ehtiyata əsasən gərək qaytarılsın.

Məsələ 1801: Məşhur nəzərə əsasən, mömin olan bir şəxs, nasibi olan (Əhli-beytlə düşmənlik edənlər) şəxslərin malını

P:346

özünə götürüb xümsünü verə bilər. Amma bu hökm işkalsız deyildir.

7 . ZİMMİ-KAFİRİN MÜSƏLMANDAN ALDIĞI TORPAQ

Məsələ 1802: Əgər zimmi kafir, müsəlmandan bir yeri alsa, məşhur nəzərə əsasən, onun xümsünü həmin yerdən və ya başqa malından verməlidir. Amma xümsün (məşhur mənasıyla) bu yerdə vacib olması işkallıdır.

XÜMSÜN SƏRF OLUNMA YERLƏRİ

Məsələ 1803: Xüms iki yerə bölünməlidir: Bir qismi seyyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Ehtiyat-lazıma əsasən o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.

Məsələ 1804: Xüms verilən yetim seyyid, fəqir olmalıdır; ancaq səfərdə yolda qalan seyyid, hətta öz vətənində fəqir olmasa da, ona xüms vermək olar.

Məsələ 1805: Səfərdə çətinliyə düşmüş seyyidin səfəri, günah olan bir səfər olarsa, ehtiyat-vacibə əsasən, gərək ona xüms verilməsin.

Məsələ 1806: Ədalətli olmayan seyyidə xüms vermək olar. Amma on iki imama (ə) inanmayan seyyidə gərək xums verilməsin.

Məsələ 1807: Xümsu günah işdə sərf edən seyyidə xüms vermək olmaz, hətta, xüms vermək onun günah etməsinə kömək edərsə, ehtiyat-vacibə görə gərək ona xüms verməsinlər, hətta onu günaha sərf etməyəcəksə belə. Həmçinin ehtiyat-vacib

P:347

budur ki, şərab içən, namaz qılmayan və ya aşkar günah edən bir seyyidə xüms verməsinlər.

Məsələ 1808: «Seyyidəm» deyən şəxsə, bu sözünə əsasən, xüms verilə bilməz. Amma əgər iki adil şəxs onun seyyid olduğunu təsdiq edərsə və ya insan onun seyyid olmasına yəqin və ya əmin olarsa, ona xüms verilə bilər.

Məsələ 1809: Öz şəhərində seyyid olması ilə məşhur olan şəxsə, əgər insan onun seyyid olmamasına xatircəmliyi və ya yəqinliyi olmasa da, xüms verə bilər.

Məsələ 1810: Xanımı seyyidə olan bir şəxs, ehtiyat-vacibə əsasən, öz xümsünü onun özünün xərcləməsi üçün ona verə bilməz. Amma əgər başqalarının xərcini ödəmək o qadına vacib olsa, o da onların xərcini ödəyə bilməsə, onlara xərcləməsi üçün, əri ona xüms verə bilər. Həmçinin vacibdən qeyri-nəfəqələrə sərf etməkdən ötəri ona xüms verilə bilər.

Məsələ 1811: Əgər bir kişi seyyidin və ya insanın öz arvadı olmayan bir qadın seyyidin xərclərini təmin etmək insana vacib olsa, ehtiyat-vacibə əsasən onun yeməyini, paltarını və digər vacib xərclərini xümsdan verə bilməz. Amma vacib olmayan məsrəflərinə xərcləməsi üçün ona bir miqdar xüms verməsinin maneəsi yoxdur.

Məsələ 1812: Xərci başqasının üzərinə vacib olan bir fəqir seyyidə, əgər o şəxs xərcini vermə gücünə sahib olmasa və ya vermə gücünə sahib olduğu halda verməsə, ona xüms vermək olar.

Məsələ 1813: Ehtiyat-vacib budur ki, bir fəqir seyyidə, bir illik xərclərindən artıq miqdarda xüms verilməsin.

Məsələ 1814: Əgər insan, yaşadığı şəhərdə müstəhəqq bir seyyid tapmasa gərək başqa şəhərə aparsın. Hətta əgər öz məntəqəsində müstəhəqq olsa da, başqa şəhərə apara bilər, bu şərtlə ki, xümsu verməkdə səhlənkarlığa yol verməsin. Hər halda, əgər tələf olsa, hərçənd onu qoruyub saxlamaqda səhlənkarlıq etməsə belə, zamindir və onu aparmaq xərcini xümsdan götürə bilməz.

Məsələ 1815: Əgər şəriət hakiminin və ya onun vəkilinin tərəfindən vəkil olaraq xümsü alsa, onun öhdəsindən götürülür.

P:348

Əgər ikisindən birinin əmri ilə xümsü alıb bir şəhərdən başqa şəhərə aparsa və səhlənkarlıq olmadan tələf olsa, zamin deyil.

Məsələ 1816: Malı həqiqi qiymətindən artıq hesab edib xüms olaraq vermək icazəli deyildir. 1757-ci məsələdə də qeyd olunduğu kimi, şəriət hakiminin icazəsi olmadan puldan başqa, digər bir malı xüms olaraq vermək mütləqən işkallıdır.

Məsələ 1817: Müstəhəqqdən tələbkar olan, (ona borc vermiş olan şəxs) öz tələbini xums əvəzi hesab etmək istəsə, ehtiyat-vacibə əsasən, ya gərək şəriət hakimindən icazə alsın, yaxud xümsü müstəhəqqinə verməli və sonra müstəhəqq olan şəxs onu öz borcunun əvəzinə ona geri qaytarmalıdır. Müstəhəqq olan şəxsdən vəkaləti olaraq xümsü onun tərəfindən götürüb, borcun əvəzinə geri də ala bilər.

Məsələ 1818: Mal sahibi, xümsu müstəhəqqinə verib ona, xümsü özünə qaytarmasını şərt qoya bilməz.

P:349

ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MÜNKƏR

(YAXŞILIQLARA ƏMR ETMƏK VƏ PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏK)

Əmr bil-məruf və nəhy ənil-münkər dinin ən böyük vaciblərindəndir. Allah-təala Qurani-kərimdə buyurur:

وَ لْتَکُنْ مِنْکُمْ أُمَّهٌ یَدْعُونَ إِلَی الْخَیْرِ وَ یَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ یَنْهَوْنَ عَنِ الْمُنْکَرِ وَ أُولئِکَ هُمُ الْمُفْلِحُونَ.

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir .

Həzrət peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: Mənim ümmətim nə qədər ki, əmir bil-məruf və nəhy ənil-münkər edir, bir-birlərini yxşılıqa dəvət edirlər, yaxşı yaşayacaqlar. Əgər belə olmazsa bərəkət onlardan götürüləcək və onlardan bəziləri bəzilərinə zülm ilə hökümranlıq edəcək.

Həzrət Əmirəl-möminin Əlidən (ələyhis-səlam) belə nəql olunur: Əmir bil-məruf və nəhy ənil-münkəri tərk etməyin. Əgər tərk etsəniz ən pis insanlar sizə hökumət edəcəklər və sizin dualarınız qəbul olmayacaq.

Məsələ 1: Əmir bil-məruf və nəhy ənil-münkər, mərufu və münkəri yerinə yetirmək haram olduğu halda vacibdir. Belə olan surətdə əmr bil-məruf və nəhy ənil-münkər vacibi-kifaidir. Əgər bir şəxs bu vəzifəyə əməl etsə, başqalarının boynundan götürülür. Amma hər bir şəxs haram bir iş və ya vacib bir işin tərk olunması ilə üzləşərsə öz narahatlığını söz və ya rəftarı ilə bildirməlidir. Bu miqdar vacibi-eynidir.

P:350

Həzrət Əmirəl-möminin Əlidən (ələyhis-səlam) belə nəql olunur:

Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) bizə belə buyurdu: Günah əhli ilə qaşqabaqla rəftar edək.

Mərufu yerinə yetirmək vacib deyil, müstəhəb olduğu yerlərdə və münkəri etmək haram deyil məkruh olduğu yerlərdə, əmir bil-məruf və nəhy ənil-münkər də müstəhəbdir.

Əmir bil-məruf və nəhy ənil-münkərdə gərək səhv edən şəxsin şəxsiyyəti nəzərə alınsın ki, ona əziyyət və hörmətsizlik olmasın. Həmçinin çox pis rəftar etmək olmaz ki, din və dinin proqramlarından inciyər.

Məsələ 2: Əmr bil-məruf və nəhy ənil-münkərdə gərək aşağadakı şərtlər olsun:

1. Məruf və münkəri müxtəsər şəkildə olsa da, tanımaq; Deməli məruf və münkəri tanımayan və onları bir-birindən seçə bilməyən şəxsə əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Bəli bəzi vaxtlar əmr bil-məruf və nəhy ənil-münkəri öyrənmək və tanımaq vacibdir.

2. Əmr və nəhyinin təsirli olacağına ehtimal versin; Deməli, onun sözünün təsirli olmayacağını bilsə fəqihlərin arasında məşhur budur ki, onun öhdəsində bir təklif yoxdur və əmr bil-məruf və nəhy ənil-münkər ona vacib deyil. Amma ehtiyat-vacib budur ki, öz narahat və incidiyini hər bir mümkün olan vasitə ilə hətta onda təsir etmədiyini bilsədə, günhkara bildirsin.

3. Günahkarın pis işləri davam etdirməsinə qəsdi olsun; Deməli günahkar pis işləri davam etdirmək istəməsə əmr bil-məruf və nəhy ənil-münkəri etmək vacib deyil.

4. Günahkar pis və xilaf işlərdə üzürlü olmasın; Bu etiqadla ki, etdiyi pis iş haram deyil bəlkə mübah və ya tərk etdiyi yaxşı iş vacib deyildi.

Bəli əgər münkər müqədəs Şarinin edilməsinə razı olmadığı işlərdən olsa ehtiramı olan şəxsin öldürülməsi kimi, hətta işi edən üzürlü olub və mükəlləf olmasa da onun qarşısını almaq vacibdir.

5. Can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa; Bir şəxs əmr bil-məruf və nəhy ənil-münkər edəni təhdid

P:351

etməsin. Çətinlik və məşəqqət dözülməz dərəcədə olmasın. Əgər yaxşı və pis iş müqədəs Şarinin yanında çox əhəmiyyətli olsa gərək onun yolunda zərər və çətinliklərə dözülsün.

Əgər əmr bil-məruf və nəhy ənil-münkər edənə zərər olmasa amma digər müsəlmanlara can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Belə olan surətdə zərər və o, işin əhəmiyyəti müqaisə olunur ki, bəzi vaxlar zərər olan halda da əmr bil-məruf və nəhy ənil-münkər tərk olunmur.

Məsələ 3: Əmr bil-məruf və nəhy ənil-münkərin bir neçə mərhələsi var:

1. Qəlbən incidiyini və narahat olduğunu bildirmək. Günah edən şəxslə danışmamaq və üz çevirmək kimi.

2. Sözlə moizə və nəsihət etmək.

3. Əməli mərhələ, vurmq və həbs etmək kimi.

İlk dəfə birinci və ya ikinci mərhələdən başlamaq lazımdır. Əvəl əziyyəti az və təsiri çox olanı sekmək lazımdır. Əgər nəticəsi olmasa sonrakı çətin və əziyyətli olan mərhələlərə əl atıb və sonrakı dərəcələri seçsin. Əgər qəlbən və dillə inciməyi bildirmək birinci və ikinci mərhələlərdə təsir etməsə növbə əməli mərhələyə çatır. Ehtiyat-vacib budur ki, üçüncü mərhələni (əməli) seçməkdə şəriət hakimindən icazə alsın. Əməli əziyyət və narahatlıq az olan yerdən başlasın. Əgər nəticəsi olmasa şiddətli və ağır əməllərdən etsin. Amma gərək bədən üzvünün sınıb və ya yaralanması ilə nəticələnməsin.

Məsələ 4: Əmr bil-məruf və nəhy ənil-münkərin vacib olması hər bir mükəlləfə nisbətən öz yaxınlarına şiddətli olmalıdır. Deməli əgər bir şəxs öz ailə və qohumlarında dini vaciblərə nisbətən namaz, oruc, xüms və s... diqqətsizlik və yüngül saymaq hiss etsə və günah etməyə qeybət, yalan və pis rəftarlar görsə gərək çox əhəmiyyət verib əmr bil-məruf və nəhy ənil-münkərin üç mərhələsinə riayət etməklə onların qarşısını alsın və onları yaxşı işlər görməyə dəvət etsin. Amma ata və anaya nisbətən ehtiyat-vacib budur ki, gözəl əxlaq və rəftarla onlara yol göstərsin. Heç vaxt ədəbsizcəsinə onlarla rəftar etməsin.

P:352

ZƏKATIN HÖKMLƏRİ

Point

Məsələ 1819: On şeyə zəkat vacibdir:

1) Buğda;

2) Arpa;

3) Xurma;

4) Kişmiş;

5) Qızıl;

6) Gümüş;

7) Dəvə;

8) İnək;

9) Qoyun;

10) Ehtiyat-lazıma əsasən ticarət malı (sərmayə);

Əgər bir şəxs, bu on şeydən hər hansına sahib olsa, gərək sonradan deyiləcək şərtlər daxilində, müəyyən olunan miqdarını, müəyyən olunan yerlərə sərf etsin.

ZƏKATIN VACİB OLMASININ ŞƏRTLƏRİ

Məsələ 1820: Zəkat əvvəldə deyilən on şeydə, ancaq malın sonradan deyiləcək nisab (ölçü) miqdarına çatdığı, insanın şəxsi malı olduğu və sahibinin azad olduğu təqdirdə vacib olur.

Məsələ 1821: Əgər insan 11 ay müddətində inək, qoyun, dəvə, qızıl və gümüş sahibi olsa, 12-ci ayın əvvəlində onun zəkatını verməlidir. Amma sonrakı ilin əvvəlini 12-ci ay tamam olandan sonra hesab etməlidir.

Məsələ 1822: Zəkatın qızıl, gümüş və ticarət malında vacib olması onun sahibinin bütün il boyu ağıllı və həddi-büluğa yetmiş olması ilə şərtlənir. Amma buğda, arpa, xurma, kişmiş,

P:353

dəvə, inək və qoyunda onların sahibinin həddi-büluğa çatması və ağıllı olması şərt deyildir.

Məsələ 1823: Buğda və arpaya zəkat o vaxt vacib olur ki, onlara buğda və arpa deyilsin. Kişmişin zəkatı isə, onun üzüm olduğu zaman vacib olur. Xurmanın zəkatı da, ərəb ona «təmr» dediyi vaxt vacib olur. Amma onun nisabını nəzərə almaq (və zəkatını vermək) zamanı quruduğu vaxtdır; buğda və arpanın zəkatının vacib olması xərməndə samandan ayrıldığı vaxtdır; xurma və kişmişdə isə onları dərmə zamanıdır. Əgər bu vaxtda üzürlü səbəb olmadan, eləcə də müstəhəqq ola-ola zəkatı verməyi təxirə salsa və tələf olsa, malik ona zamindir.

Məsələ 1824: Əvvəlki məsələdə deyilən buğda, arpa, kişmiş və xurmaya zəkatın vacib olmasında, onların sahibinin onlardan istifadə (təsərrüf) edə bilməsi şərt deyildir. Deməli, əgər mal sahibinin, yaxud onun vəkilinin əlində olmasa da, məsələn; bir şəxs onları qəsb etmiş olsa, hər vaxt əlinə çatsa, zəkatı vacib olar.

Məsələ 1825: İnək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin bir hissəsində sərxoş və ya bihuş olarsa, zəkat ondan saqit olmaz. Həmçinin əgər buğda, arpa, xurma və kişmiş zəkatının vacib olduğu zaman sərxoş və ya bihuş olarsa da, hökm eynidir.

Məsələ 1826: Buğda, arpa, xurma və kişmişdən başqa şeylərə zəkatın vacib olmasında, sahibinin şərən və təkvinən onda təsərrüf etməyə qüdrətli olması şərtdir. Deməli, əgər bir şəxs onu etina olunacaq bir zaman ərzində qəsb etmiş olsa və sahibi şərən onu təsərrüf etməkdən məhrum edilərsə, onun zəkatı yoxdur.

Məsələ 1827: Əgər qızıl, gümüş və ya bunlar kimi zəkat vacib olan bir şeyi borc alsa və bir il saxlayarsa, gərək onun zəkatını versin. Borc verən şəxsə isə bir şey vacib deyildir. Amma əgər borc verən şəxs onun zəkatını versə, borc alanın üzərindən götürülür.

P:354

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI

Məsələ 1828: Buğda, arpa, xurma və kişmişin zəkatı nisab həddinə çatdıqları vaxt vacib olur. Onların nisabı üç yüz sadır. Bəzilərinin dediklərinə əsasən, təqribən 847 kiloqramdır.

Məsələ 1829: Zəkatı vacib olmuş buğda, arpa, xurma və üzümün zəkatını verməzdən əvvəl, ondan bir miqdarını özü və ailəsi yeyərsə və ya zəkat niyyəti olmadan fəqirə verərsə, sərf etdiyi miqdarın da zəkatını verməlidir.

Məsələ 1830: Əgər buğda, arpa, xurma və kişmişin zəkatı vacib olduqdan sonra onun sahibi ölərsə, onun malından zəkat miqdarı verilməlidir. Amma əgər zəkat vacib olmazdan əvvəl ölərsə, varislərdən hansı birinin hissəsi nisab miqdarında olarsa, o öz payının miqdarını verməlidir.

Məsələ 1831: Şəriət hakiminin tərəfindən zəkatı toplamağa məsul edilən şəxs, buğda və arpanın samandan ayrıldığı xərmən zamanı, xurma və üzümün də quruduğu vaxt zəkatı tələb edilə bilər. Bu təqdirdə əgər bunların sahibi zəkat verməsə və zəkatı vacib olan şey tələf olub aradan gedərsə, onun əvəzini verməyə borcludur.

Məsələ 1832: Əgər xurma və üzüm ağacına və ya buğda və ya arpa əkininə sahib olduqdan sonra, onların zəkatı vacib olarsa, onun zəkatını verməlidir.

Məsələ 1833: Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olduqdan sonra, əkini və ya ağacı satarsa, gərək satıcı onların zəkatını versin. O, zəkatı verərsə, alıcıya bir şey vacib deyil.

Məsələ 1834: Əgər insan buğda, arpa, xurma və ya kişmiş alıb satanın onların zəkatını verdiyini bilsə və ya verib-vermədiyində şəkk edərsə, ona bir şey vacib deyildir. Amma əgər onların zəkatını vermədiyini bilərsə, gərək özü onların zəkatını versin. Amma əgər satıcı onu aldadarsa, zəkatı verdikdən sonra, zəkatın miqdarını ondan tələb edə bilər.

P:355

Məsələ 1835: Əgər buğda, arpa, xurma və kişmişin yaş olan vaxtdakı çəkisi nisab həddinə çatsa, amma quruyandan sonra bu miqdardan az olsa, zəkat vacib deyil.

Məsələ 1836: Buğda, arpa və xurma qurumazdan əvvəl sərf edilərsə, onların qurusunun ölçüsü nisab miqdarında olarsa, gərək onları zəkatı verilsin.

Məsələ 1837: Xurma üç qismdir:

1. Qurudulan xurma; onunla bağlı zəkat hökmü əvvəldə deyildi.

2. Yaş ikən istifadə edilə bilən xurma.

3. Yetişməzdən əvvəl yeyilən xurma.

İkinci qism xurmanın qurusu nisab miqdarına yetişəcək miqdarda olarsa, ehtiyat-müstəhəb budur ki, onun zəkatı verilsin. Zahir budur ki, üçüncü qismin zəkatı vacib deyil.

Məsələ 1838: Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş insanın yanında bir neçə il qalarsa, zəkatı yoxdur.

Məsələ 1839: Əgər buğda, arpa, xurma və kişmiş yağış, yaxud çay suyu ilə suvarılarsa və ya Misirdəki tarlalar (əkin sahələri) kimi, yerin rütubətindən istifadə edərsə, onun zəkatı onda birdir. Amma əgər vedrə və bu kimi şeylərlə suvarılarsa, onun zəkatı iyirmidə birdir.

Məsələ 1840: Əgər buğda, arpa, xurma və üzüm həm yağış suyu ilə, həm də vedrə və bu kimi şeylərlə suvarılarsa, bu təqdirdə, ürfün nəzərində «vedrə və bu kimi şeylərlə suvarıldığı» sayılarsa, onun zəkatı iyirmidə birdir. Əgər «çay və yağışla suvarıldı» deyərlərsə, onun zəkatı onda birdir. Əgər «hər ikisilə də suvarılırdı» deyərlərsə, onun zəkatı qırxda üçdür.

Məsələ 1841: Əgər camaatın sözündən onların nə söylədiyində şəkk edərsə və suvarma işini, xalqın hər ikisilə də suvarılmışdır və ya məsələn; yağışla suvarılmışdır dediyi şəkildə olduğunu bilməzsə, qırxda üç verməsi kifayətdir.

Məsələ 1842: Əgər bir nəfər ürfün nəzərində hər ikisilə suvarılıb və ya vedrə və bu kimi şeylərlə suvarılmasında, şəkk edərsə və bilməzsə, iyirmidə birini zəkat olaraq verərsə, kifayətdir. Həmçinin əgər camaat nəzərində «yağış suyu ilə sulanmışdır» deyildiyinə ehtimal verilirsə, hökm eynidir.

P:356

Məsələ 1843: Əgər buğda, arpa, xurma və kişmiş yağış və çay suyu ilə suvarılarsa, vedrə və bu kimi şeylərlə suvarılmaya ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma vedrə və bu kimi şeylərlə edilən suvarma onun məhsulunun çoxalmasına kömək etməzsə, onun zəkatı onda birdir. Əgər adı çəkilən məhsullar vedrə və bu kimi şeylərlə suvarılarsa, yağış və çay suyuna ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma onlarla edilən suvarmanın onun məhsulunun çoxalmasına bir köməyi olmasa, zəkatı iyirmidə birdir.

Məsələ 1844: Vedrə və bu kimi şeylərlə suvarılan tarlanın yanında başqa bir əkin olarsa və onun rütubətindən istifadə edib ayrıca suvarmaya ehtiyac qalmasa, vedrə ilə suvarılan əkinin zəkatı iyirmidə birdir, onun yanında olub rütubətindən istifadə edən əkin yerinin zəkatı isə, ehtiyata əsasən onda birdir.

Məsələ 1845: Buğda, arpa, xurma və üzüm üçün sərf etdiyi xərcləri məhsuldan çıxıb, sonra nisab mülahizə edə bilməz. Bununla belə, əgər onlardan biri xərclənən məsrəflər mülahizə edilməzdən əvvəl nisaba çatarsa, gərək onun zəkatını versin.

Məsələ 1846: İnsan, əvvəl tarlaya əkdiyi toxumu (istər özündən olsun, istər almış olsun) məhsuldan götürüb sonra nisabı mülahizə edə bilməz, əksinə nisabı məhsulun məcmusuna nisbətən mülahizə etməlidir.

Məsələ 1847: Dövlətin malın əslindən aldığı şeyə zəkat vacib olmaz. Məsələn; əgər əkinin məhsulu 2000 kq olsa və dövlət onun 100 kq-nı vergi olaraq alarsa, yalnız 1900 kq-nın zəkatı vacib olar.

Məsələ 1848: İnsan, ehtiyat-vacibə əsasən, zəkatın vacib olmasından əvvəl etdiyi xərcləri məhsuldan götürüb, fəqət yerdə qalanının zəkatını verə bilməz.

Məsələ 1849: Zəkat vacib olandan sonra etdiyi xərclərdən zəkat miqdarı üçün xərclədiyini onu xərcləməkdə şəriət hakimi və ya onun nümayəndəsindən icazə almış olsa da, ehtiyata əsasən məhsuldan götürə bilməz.

Məsələ 1850: Buğda və arpanın xərmən həddinə yetişməsini, üzüm və xurmanın quruma vaxtına yetişməsini gözləyib sonra zəkat verməsi vacib deyildir. Zəkat vacib olan vaxt zəkat

P:357

miqdarının qiymətini məlum edib, qiymətini zəkat olaraq, vermək caizdir.

Məsələ 1851: Zəkat vacib olandan sonra, əkini dərmədən və ya xurma və üzümü toplamadan müstəhəqq olan şəxsə, yaxud şəriət hakiminə ya da onların nümayəndəsinə müşaən (müştərək) təslim edə bilər. Təslim edərsə, ondan sonra edilən xərclərdə ortaqdırlar.

Məsələ 1852: Mal sahibi əkinin və ya xurma və üzümün özünü şəriət hakiminə və ya zəkata müstəhəqq olan şəxsə, ya da onların vəkilinə təslim etdikdə, onları başqa mallar ilə birlikdə pulsuz və müşaən öz tarlasında saxlaması lazım deyildir. Onların yığılma və ya quruma vaxtına qədər tarlasında qalması üçün muzd istəyə bilər.

Məsələ 1853: Əgər bir insanın iqlimləri dəyişkən olub, əkin və meyvələri eyni zamanda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, üzüm kimi məhsulları olsa və onların hamısı bir ilin məhsulu sayılırsa, əvvəl yetişənin miqdarı nisab miqdarına çatarsa, onun zəkatını yetişdiyi an verməlidir. Qalanlarını isə yetişdiyi vaxt verməlidir. Amma əgər əvvəl yetişənin ölçüsü nisaba çatmazsa, məhsulun sonrakı qismləri yetişənə qədər səbr edər. Əgər hamısı birlikdə nisab miqdarına yetişərsə, onun zəkatı vacib olar, nisab miqdarına yetişməzsə, vacib olmaz.

Məsələ 1854: Əgər üzüm və ya xurma ağacı bir ildə iki dəfə meyvə versə, birlikdə nisab həddinə çatsa, ehtuyata əsasən, onun zəkatı vacibdir.

Məsələ 1855: Quruduğu vaxt nisab miqdarına yetişəcək qədər təzə xurma və ya üzümü olarsa, əgər onun təzəsindən quruduğu vaxt ona vacib olan zəkat miqdarı zəkat qəsdilə verilərsə, eybi yoxdur.

Məsələ 1856: Quru xurma və ya üzümün zəkatı vacib olan şəxs, onların zəkatını təzə xurma və ya təzə üzümdən verə bilməz. Hətta onun qiymətini müəyyən edib, təzə olan ayrı bir üzüm və ya quru xurmanı zəkatın qiyməti olaraq verərsə də, işkallıdır. Həmçinin üzərinə təzə xurma və ya təzə üzüm zəkatı vacib olsa, onun zəkatını quru xurmadan və ya kişmişdən verə

P:358

bilməz. Hətta zəkatın qiyməti olaraq başqa bir xurma və üzümü verərsə, hərçənd təzə olsa da, işkallıdır.

Məsələ 1857: Borclu olan şəxs, üzərinə zəkat vacib olan mal olduğu halda ölərsə, əvvəlcə zəkata vacib olan maldan onun zəkatı bütünlüklə verilməli, sonra da onun borcu ödənilməlidir. Amma əgər zəkat onun zimməsində vacib olmuşsa, sair borcları kimidir.

Məsələ 1858: Borclu olan bir şəxsin buğda, arpa, xurma və ya üzümü də olsa və o, ölsə və bunların zəkatı vacib olmazdan əvvəl, varisləri onun borcunu başqa mallarından ödəyərlərsə, hansının payı nisab miqdarına yetişərsə, gərək onun zəkatını versin. Amma əgər, bunların zəkatı vacib olmazdan əvvəl onun borcunu ödəməzlərsə, belə ki, ölən şəxsin malı yalnız borcuna çatarsa, bunların zəkatını vermək vacib deyildir. Əgər ölən şəxsin malı borcundan çox olarsa və əgər onun borcunu ödəmək istədikləri halda tələbkara buğda, arpa, xurma və üzümdən də bir miqdar verməli olsalar, tələbkara verilən miqdarın zəkatı yoxdur. Yerdə qalanında isə varislərin hansının payı nisab miqdarına yetişərsə, gərək zəkatını versin.

Məsələ 1859: Əgər zəkatı vacib olmuş buğda, arpa, xurma və kişmişin yaxşısı və pisi vardırsa, ehtiyat-vacib budur ki, yaxşının zəkatını pisdən verməsinlər.

QIZILIN NİSABI

Məsələ 1860: Qızılın iki nisabı var:

Birincisi: 20 şəri misqaldır ki, hər misqal 18 noxuddur. Qızıl 20 şəri misqala 15 adi misqala çatarsa, deyilən başqa şərtlərə də sahib olarsa, insan onun qırxda birini ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu miqdara çatmazsa, onun zəkatı vacib deyildir.

İkincisi: Dörd şəri misqaldır ki, üç adi misqala bərabərdir. Deməli, əgər 15 (adi) misqala üç (adi) misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatını qırxda birini verməlidirlər. Əgər üç misqaldan az artsa, təkcə 15 misqalın zəkatı verilməlidir. Onun

P:359

artıq qalan hissəsinin zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarı getsə, yəni üç misqal üç misqal artsa, onların hamısının zəkatı verməlidirlər. Əgər üç misqaldan az əlavə olunsa, artan hissənin zəkatı yoxdur.

GÜMÜŞÜN NİSABI

Məsələ 1861: Gümüşün iki nisabı vardır:

Birincisi: 105 adi misqaldır. Əgər gümüş 105 adi misqala çatsa, qadaqda deyilən sair şərtlər də mövcud olsa, insan onun qırxda birini (2 misqal və 15 noxud) zəkat verməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.

İkincisi: 21 misqaldır, yəni əgər 105 misqalın üzərinə 21 misqal artarsa, gərək deyildiyi kimi tamamilə 126 misqalın zəkatı verilsin və 21 misqaldan az artarsa, fəqət 105 misqalın zəkatını verməlidir, artığı üçün zəkat yoxdur. Həmçinin, nə qədər artarsa, hökm eynidir; yəni, əgər 21 misqal artarsa, hamısının zəkatını verməlidir. Əgər az əlavə edilərsə, 21 misqaldan az olan qismin zəkatı yoxdur. Əgər nisab həddinə çatıb-çatmamasında şəkk edərsə, ehtiyat-vacibə görə axtarış etməlidir.

Məsələ 1862: Nisab miqdarına çatan qızıl və gümüşü olan bir şəxs, onun zəkatını vermiş olsa da, birinci nisabdan azalmayanadək, gərək hər il onun zəkatını versin.

Məsələ 1863: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alverin rəvac olduğu təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa, amma onunla alver rəvacdadırsa zəkatı verilməlidir. Amma əgər rəvacdan düşmüş olsa, sikkəsi qalmış olsa belə, zəkatı yoxdur.

Məsələ 1864: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də işlədilirsə, yəni yenə də qızıl və gümüş pul olduğu qüvvədədirsə, ehtiyata əsasən onun zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz.

P:360

Məsələ 1865: Qızıl və gümüşü olan bir şəxsin, əgər onların heç biri ilk nisab miqdarında olmasa, məsələn; 104 misqal gümüşü və 14 misqal qızılı olarsa, zəkat ona vacib deyil.

Məsələ 1866: Əvvəldə deyildiyi kimi, qızıl və gümüşün zəkatının vacib olması üçün, onların nisab miqdarına çatdıqdan sonra, sahibinin əlində 11 ay qalmalıdır. Əgər on bir ay ərzində qızıl və gümüş ilk nisab miqdarından aşağı düşərsə, zəkat vacib olmaz.

Məsələ 1867: Əgər on bir ay ərzində əlində olan qızıl və ya gümüşü, digər bir şeylə dəyişdirərsə yaxud onları əridərsə, ona zəkat vacib olmaz. Amma əgər, zəkat verməkdən qaçmaq üçün onları başqa bir qızıl ya gümüşlə dəyişdirərsə, yəni qızılı, qızıl və ya gümüşlə, gümüşü, gümüş və ya qızılla dəyişdirərsə, ehtiyat-vacib budur ki, onun zəkatını versin.

Məsələ 1868: Əgər on ikinci ayda qızıl və gümüş pulu əridərsə, gərək onların zəkatını versin. Ərimə vasitəsilə onların qiymət və ya çəkisi azalarsa, gərək əritməzdən əvvəl vacib olan zəkatı versin.

Məsələ 1869: Adi ölçüdən daha çox digər filiz qarışığı olan gümüş və qızıl pulu olsa, ona qızıl pul və ya gümüş pul deyilirsə, nisab miqdarına yetişənədək, onun saf (xalis) miqdarı nisab həddinə yetişməsə də, zəkatı vacib olur. Amma əgər, ona qızıl və gümüş pul deyilmirsə, onun saf (xalis) miqdarı nisab həddinə çatsa belə, zəkatı vacib deyil.

Məsələ 1870: Əlində olduğu qızıl və gümüş pulun adi miqdarda digər filiz qarışığı olursa, əgər onun zəkatını adi miqdardan daha çox başqa filizi olan pul ilə ya qızıl və gümüş puldan qeyri puldan versə eybi yoxdur, amma o pul ona zəkat vacib olan miqdarın qiymətində olmalıdır.

DƏVƏ, İNƏK VƏ QOYUNUN ZƏKATI

Məsələ 1871: Dəvə, inək və qoyunun zəkatının, deyilən şərtlərdən başqa, bir başqa şərti də vardır. O da, bütün il boyu çöl otundan otlamasıdır; buna görə də əgər ilin tamamını və ya

P:361

bir qismini toplanmış otdan yeyərsə, yaxud sahibinin və ya başqasının mülkü olan əkindən otlarsa, zəkatı yoxdur. Amma əgər ilin bütün günlərində bir gün və ya iki gün sahibinin mülkü olan otdan yeyərsə, ürfün nəzərində «il boyu çöldə otlayıb» deyilsə, ona zəkat vacib olur. Dəvə, inək və qoyunun zəkatının vacib olmasında, onların il boyunca işləməyən bir heyvan olması şərt deyildir. Hətta əgər bu heyvanlardan suvarmada, şumlamada və bu kimi işlərdə işlədərlərsə də, ürfün nəzərində «işsizdirlər» deyilsə, onların zəkatını verməlidir. Hətta əgər «işsizdir» deyilməsə də, gərək ehtiyat-vacibə əsasən gərək onların zəkatı verilsin.

Məsələ 1872: Əgər insan özünün dəvə, inək və qoyunların otlaması üçün bir şəxsin əkmədiyi bir otlağı satın alarsa və ya icarəyə götürərsə, onların zəkatının vacib olması mübahisəlidir. Amma əhvət zəkatı verməkdir. Əgər orada otarmaq üçün vergi verirsə, gərək zəkat versin.

DƏVƏNİN NİSABI

Məsələ 1873: Dəvənin on iki nisabı vardır:

1. 5 dəvə: zəkatı bir qoyundur. Dəvənin sayı bu miqdara yetişməzsə, zəkatı yoxdur.

2. 10 dəvə: zəkatı iki qoyundur.

3. 15 dəvə: zəkatı 3 qoyundur.

4. 20 dəvə: zəkatı 4 qoyundur.

5. 25 dəvə: zəkatı 5 qoyundur.

6. 26 dəvə: zəkatı 2-ci ilinə daxil olmuş 1 dəvədir.

7. 36 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 1 dəvədir.

8. 46 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 1 dəvədir.

9. 61 dəvə: zəkatı 5-ci ilinə daxil olmuş 1 dəvədir.

10. 76 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 2 dəvədir.

11. 91 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 2 dəvədir.

12. 121 və daha çox dəvə.

Bunların zəkatını ya 40 - 40 hesab edilib, hər 40 dənə üçün 3-cü ilinə daxil olmuş bir dəvə verməlidir ya da 50 - 50 hesab

P:362

edilib, hər 50 dənə üçün 4-cü ilinə daxil olmuş 1 dəvə versin ya da 40 və 50 hesab etsin. Bəzi yerlərdə 200 dəvəyə sahib olan hal kimi, 40-40, yaxud 50-50 hesab etməkdə ixtiyar sahibidir. Lakin hər iki halda gərək hesabı elə etsin ki, yerdə bir şey qalmasın, əgər qalsa da, 9-dan artıq olmasın. Məsələn; əgər 140 dəvəsi varsa, 100 dəvəsi üçün 4-cü ilinə daxil olmuş 2 dəvə, 40 dəvə üçün də 3-cü ilinə daxil olmuş bir dəvə versin. Zəkat olaraq verilən dəvə dişi olmalıdır. Amma əgər altıncı nisabda iki yaşlı dişi dəvə tapmasa, üç yaşlı erkək dəvə kifayətdir. Əgər bu da olmasa, hər birini almaqda ixtiyar sahibidir.

Məsələ 1874: İki nisab arasında zəkat vacib deyildir. Deməli, əgər dəvələrinin sayı 5 ədəd olan birinci ölçüdən keçsə, 10 ədəd olan 2-ci ölçüyə çatmasa, yalnız 5-nin zəkatını verməlidir. Həmçinin, sonrakı ölçülər də belədir.

İNƏYİN NİSABI

Məsələ 1875: İnəyin iki nisabı var:

1. Otuz inək üçün: İnəyin sayı otuza çatarsa, başqa şərtlərə də malik olarsa, insan, ikinci ilinə daxil olmuş bir ədəd dana zəkat verməlidir. Ehtiyat-vacib budur ki, gərək dana erkək olsun.

2. Qırx inək üçün: Zəkatı üçüncü ilə daxil olmuş dişi danadır. 30 ilə 40 arasında olan inəyin zəkatı vacib deyil. Məsələn: 39 ədəd inəyi olan bir şəxs, yalnız bunların 30-nun zəkatını verməlidir. Həmçinin əgər 40-dan çox inəyi olarsa, 60-a çatmayanadək, yalnız 40-nın zəkatını verməlidir. 60-a yetişdikdən sonra, birinci nisabın iki bərabəri olduğuna görə 2-ci ilə girmiş iki dananı zəkat verməlidir. Hər nə qədər çoxalırsa, ya 30-30 hesab etməli, ya da 40-40 hesab etməli və ya 30-40 olaraq hesab etməli və göstərilmiş qaydaya əsasən, zəkatı verməlidir. Amma gərək elə hesab etsin ki, bir şey artıq qalmasın, ya əgər bir şey artıq qalsa da 9-dan artıq olmasın. Məsələn; 70 inəyi olan bir şəxs, onları 30 və 40 hesabı ilə hesablamalıdır. Çünki, əgər 30 hesabıyla hesablarsa, on ədədin zəkatı verilməmiş olaraq

P:363

qalar. Bəzi hallarda, 120 inəyi olduğu hal kimi, necə hesablamaqda ixtiyar sahibidir.

QOYUNUN NİSABI

Məsələ 1876: Qoyunun 5 nisabı vardır:

1. Qırx qoyun: zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayanadək zəkatı yoxdur.

2. 121 qoyunun: zəkatı 2 qoyundur.

3. 201 qoyunun: zəkatı 3 qoyundur.

4. 301 qoyunun: zəkatı 4 qoyundur.

5. 400 ədəd və ondan yuxarı olanda gərək 100 ədəd 100 ədəd hesab etsin və onların hər bir 100 ədədinə 1 qoyun versin. Zəkatı qoyunların özündən vermək lazım deyil, hətta əgər digər qoyun versə və ya qoyunun qiymətinə uyğun pul versə, kifayətdir.

Məsələ 1877: İki nisab arasında zəkat vacib deyildir. Əgər birinin qoyunlarının sayı 40 ədəd olan birinci ölçüdən çox olub, 121 ədəd olan ikinci nisaba çatmayıbsa, yalnız 40 ədədinin zəkatını verməlidir. Artığının zəkatı isə yoxdur. Sonrakı ölçülərdə də belədir.

Məsələ 1878: Nisab miqdarına çatmış dəvə, inək və qoyunun zəkatı vacibdir. İstər hamısı erkək və ya dişi olsun yaxud bəzisi erkək, bəzisi dişi olsun.

Məsələ 1879: Zəkatda inəklə camış, ərəb dəvəsi ilə qeyri-ərəb dəvəsi, keçi ilə qoç və şişək zəkatda eyni cinsdən hesab olunur və bir-birilə fərqi yoxdur.

Məsələ 1880: Əgər zəkat üçün qoyun versə, ehtiyat-vacibə görə, ən azı iki yaşlı, keçi versə, ehtiyata görə üç yaşına daxil olmuş olmalıdır.

Məsələ 1881: Zəkat kimi verilən qoyunun qiyməti, sair qoyunlardan azacıq az olsa, eybi yoxdur. Amma daha yaxşı olar ki, qiyməti sair qoyunların qiymətindən çox olanı zəkat kimi versin. Həmçinin, inək və dəvədə də eyni qayda ilə.

P:364

Məsələ 1882: Əgər bir neçə nəfər şərik olsalar, hər birinin payı birinci nisab həddinə çatsa, zəkatını verməlidir. Payı birinci nisab həddindən az olan şəxsə, zəkat vacib deyil.

Məsələ 1883: Əgər bir nəfərin bir neçə yerdə inəyi, dəvəsi, yaxud qoyunu olsa və üst-üstə nisab həddinə çatsalar, gərək onların zəkatını versin.

Məsələ 1884: Əgər inək, qoyun və dəvəsi xəstə və eybli olsalar da, gərək onların zəkatını versin.

Məsələ 1885: Əgər xəstə və ya eybli yaxud qoca inəyi, qoyunu və dəvəsi varsa, zəkatını onların özündən verə bilər. Lakin onların hamısı sağlam, eybsiz və cavan olsa, xəstə, eybli və ya qocasını verə bilməz. Hətta əgər onların bəzisi sağlam, bəzisi xəstə, bir dəstəsi eybli, başqa dəstəsi eybsiz, bir miqdarı qoca və bir miqdarı cavan olsa, ehtiyat-vacib budur ki, onların zəkatı sağlam, eybsiz və cavan heyvandan verilsin.

Məsələ 1886: On bir ay tamam olmazdan əvvəl sahibi olduğu inəyi, qoyununu və dəvəni başqa şeylə əvəz etsə, yaxud nisabı olanı nisab miqdarı ilə həmən cinsdən əvəz etsə, məsələn; 40 qoyun verib və başqa 40 qoyun alsa, əgər bu iş zəkatdan boyun qaçırmaq məqsədilə olmasa, ona zəkat vacib olmaz. Amma əgər bu məqsədlə olmuş olarsa, belə ki, hər ikisinin də mənfəəti bir çeşiddə olarsa, məsələn; hər iki qoyun süd verən qoyun olarsa, ehtiyat-lazım budur ki, onun zəkatını versin.

Məsələ 1887: İnək, dəvə və qoyunun zəkatını verməli olan şəxs onların zəkatını başqa malından versə, onların sayı nisabdan az olmayana qədər, gərək hər il zəkatını versin. Əgər onların özündən versə və birinci ölçüdən az olsa, zəkatı vacib deyil. Məsələn; 40 qoyunu olan əgər başqa malından onların zəkatını versə, qoyunları 40-dan azalmayana qədər hər il gərək bir qoyun versin. Əgər onların özündən versə, 40-a çatmayana qədər ona zəkat vacib deyildir.

P:365

TİCARƏT MALININ ZƏKATI

İnsan müavizə (qarşılıqlı olaraq dəyişdirmə) əqdi ilə sahib olduğu və ticarət və qazanc əldə etmək üçün saxladığı malın ehtiyat-vacibə əsasən bir neçə şərtlə zəkatını verməlidir. Onun zəkatı isə qırxda birdir.

1. Sahibi ağıllı və həddi-büluğa çatmış olmalıdır.

2. Mal ən azı 15 misqal sikkəli qızıl, yaxud 105 misqal sikkəli gümüş qədərində (dəyərində) olmalıdır.

3. Onunla ticarət etməyi qəsd etdiyi vaxtdan bir il keçməlidir.

4. Bir il boyunca ondan mənfəət götürmək niyətində qalmalıdır. Buna əsasən əgər ilin ortasında məqsədindən dönərsə və məsələn; onu xərcləri üçün sərf etmək istərsə, onun zəkatını vermək lazım deyildir.

5. O malın sahibi bütün il boyunda onda təsərrüf etmək imkanına qadir olsun.

6. İlin tamamında, sərmayənin miqdarına və ya daha artıq bir miqdarla müştərisi olmalıdır; buna əsasən əgər ilin bir qismində onun sərmayədən az müştərisi olarsa, onun zəkatını vermək vacib deyildir.

ZƏKATIN SƏRF OLUNMA YERLƏRİ

Məsələ 1888: Zəkat səkkiz yerdə sərf olunur:

1. Fəqirə. (Fəqir özünün və ailəsinin illik xərclərini təmin edə bilməyən kəsdir. Sənət və ya mülk yaxud da sərmayəsi olan şəxs, sərmayənin mənfəətlərindən öz illik xərclərini təmin edə bilirsə, fəqir deyil).

2. Miskinə. (Miskin, vəziyyəti fəqirdən də ağır olan kəsdir).

3. İmamın (ələyhis-səlam), yaxud onun naibinin tərəfindən zəkatı yığıb saxlamağa onun mühasibəçisinə, onu İmama (ələyhis-səlam), yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə.

P:366

4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (səlləllahu ələyhi və alihi vəs-səlləm) gətirdiyi şəriətin bəzisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud həzrət Əmirəl-möminin Əlinin (ələyhis-səlam) vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.

5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).

6. Borcunu verə bilməyən borcluya;

7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.

8. İbni-səbil; yəni səfərdə çətinliyə düşmüş müsafir.

Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ələyhis-səlam) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Ehtiyat-lazıma əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır. Bu yerlərə aid hökmlər sonrakı məsələlərdə deyiləcək.

Məsələ 1889: Ehtiyat-vacib budur ki, fəqir və ya miskin özünün və əhl-əyalının illik xərclərindən çox zəkat almasın. Əgər bir miqdar pulu və malı olsa, yalnız bir illik xərcinin miqdarına yetişmədiyi qədəri zəkat alsın.

Məsələ 1890: İllik xərci olan şəxs, əgər ondan bir miqdarını xərcləyib, qaldığı miqdarın il xərclərinə çatası olub-olmamasına şəkk etsə, zəkat ala bilməz.

Məsələ 1891: Gəliri illik xərclərindən az olan sənətkar, malik və ya tacir xərclərinin çatışmayan hissəsi üçün zəkat ala bilər və iş alətlərini, ya mülk yaxud sərmayəsini xərclərinə sərf etməsi lazım deyil.

Məsələ 1892: Özünün və ailə fərdlərinin illik məsrəflərinə sahib olmayan bir fəqirin, əgər içərisində oturduğu və mülkiyyətində olduğu bir evi və ya bir minik vasitəsi olarsa, belə

P:367

ki, onlarsız yaşaya bilməzsə, abrını qorumaqdan ötrü olsa da zəkat ala bilər. Ev əşyaları, qab-qacaq, qış və yay paltarı və ehtiyacı olduğu şeylər də bu kimidir. Bunlara sahib olmayan fəqir, bunlara ehtiyacı olmuş olsa, bu şeyləri zəkatla ala bilər.

Məsələ 1893: Kəsb (ticarət) edərək özünün və ailəsinin xərclərini təmin edə bilən bir fəqir tənbəllik üzündən bu işləri etməzsə, zəkat alması icazəli deyil. Kəsb-ticarət elm öyrənməsinə mane olan bir dini tələbə heç bir halda fəqirlərin səhmindən zəkat ala bilməz. Amma əgər təhsil almaq ona vacibi-eyni olarsa, onda ala bilər və onun təhsil alması ümumi mənfəətə malik olsa, ehtiyat-lazıma əsasən şəriət hakiminin icazəsi ilə səbilullah səhmindən alması caizdir. Sənət öyrənməsi çətin olmayan bir fəqir, ehtiyat-vacibə əsasən, zəkat almaqla yaşaya bilməz. Lakin sənət öyrənməklə məşğul olduğu müddətdə zəkat ala bilər.

Məsələ 1894: Əvvəli fəqir olmuş, indi «fəqirəm» deyən şəxsə, insana onun sözündən xatircəmlik gəlməsə də, zəkat verə bilər. Amma ehtiyata əsasən, əvvəldən fəqir olub-olmadığı bir şəxsə məlum olmasa, fəqir olduğuna xatircəm olmayanadək, zəkat verə bilməz.

Məsələ 1895: Əvvəli fəqir olmamış, indi «fəqirəm» deyən şəxsin sözündən xatircəmlik hasil olmasa, ona zəkat vermək olmaz.

Məsələ 1896: Zəkat verən şəxs, əgər bir fəqirdən tələbkardırsa, öz tələbini həmin fəqirdən zəkat əvəzi hesab edə bilər.

Məsələ 1897: Əgər bir fəqir ölsə və onun malı borcuna çatmasa, insan onda olan alacağını zəkat olaraq hesab edə bilər. Hətta, əgər onun malı borcu miqdarınca olsa, varisləri onun borcunu verməsələr və ya başqa cəhətə görə insan öz alacağını ala bilməsə, onda olan alacağını zəkat olaraq hesab edə bilər.

Məsələ 1898: İnsanın fəqirə zəkat olaraq verdiyi şeyin zəkat olmasını ona deməsi lazım deyil. Hətta əgər fəqir xəcalət çəkərsə, zəkat məqsədilə verilən malın zəkat olduğunu aşkar etməməsi müstəhəbbdir.

P:368

Məsələ 1899: Bir şəxsi fəqir hesab edərək, ona zəkat verib, sonra onun fəqir olmadığını anlayarsa və ya şəri hökmü bilmədiyindən fəqir olmayan bir şəxsə zəkat verərsə, kifayət deyildir. Bu halda əgər verilən şey qalırsa, ondan alıb müstəhəqqə verməlidir. Əgər verilən şey yox olub aradan getmişdirsə, onu alan şəxs, onun zəkat olduğunu bilirdisə, onun əvəzini ondan alıb müstəhəqq olana verə bilər. Amma əgər zəkat olduğunu bilmirdisə, ondan heç bir şey ala bilməz. Öz malından zəkatın əvəzini müstəhəqq olana verməlidir. Hətta ehtiyat-vacibə əsasən, fəqiri tanımaqda təhqiqat aparmış olsa, yaxud şəri höccətə istinad etmiş olsa belə hökm eynidir.

Məsələ 1900: Borclu olub, borcunu verə bilməyən şəxs, özünün illik xərclərinə malik olmasına baxmayaraq, borcunu ödəmək üçün zəkat ala bilər. Lakin o, borc aldığı malı gərək günah işlərdə xərc etməmiş olsun.

Məsələ 1901: Borclu olub, borcunu verə bilməyən şəxsə zəkat versə, sonra o borcu, günah işlərdə xərclədiyini bilsə, əgər o borclu fəqir olsa, ona verdiyini fəqirlərə verilən qismindən hesab edə bilər.

Məsələ 1902: Borclu olub borcunu ödəyə bilməyən şəxsin fəqir olmamasına baxmayaraq insan ondan olan öz tələbini zəkat əvəzi hesab edə bilər.

Məsələ 1903: Xərci qurtarmış, yaxud miniyi işdən düşmüş müsafir belə ki, onun səfəri günah iş üçün olmasa və borc almaqla, ya bir şeyini satmaqla məqsədə çata bilməsə, öz vətənində fəqir olmasa belə, zəkat ala bilər. Amma əgər başqa yerdə borc almaqla, yaxud bir şey satmaqla səfər xərcini təmin edə bilirsə, yalnız ora çatmaq miqdarında zəkat ala bilər. Ehtiyat-vacibə görə, əgər öz vətənində olan bir malı satmaq və ya icarəyə verməklə yol xərcini hazırlaya bilərsə, gərək zəkat almasın.

Məsələ 1904: Səfərdə əlacsız qalmış və zəkat almış müsafir vətəninə çatdıqdan sonra zəkatdan bir şey artıq qalmış olsa, əgər onu zəkat verən şəxsə qaytarmaq mümkün deyilsə, gərək onu şəriət hakiminə verib, zəkat olmasını da desin.

P:369

ZƏKATA MÜSTƏHƏQ OLAN ŞƏXSLƏRİN ŞƏRTLƏRİ

Məsələ 1905: Mal sahibinin zəkatını verə bilən şəxs, gərək on iki imam şiəsi olsun. Əgər insan bir şəxsi, on iki imam şiəsi bilib, ona zəkat versə və sonra da şiə olmadığı məlum olsa, gərək ikinci dəfə zəkat versin. Hətta ehtiyat-vacibə görə əgər bu barədə təhqiqat aparmış olsa və ya şəri höccətə istinad etmiş olsa belə, hökm eynidir.

Məsələ 1906: Əgər şiə olan uşaq, ya bir dəli fəqir olsa, insan onun vəlisinə zəkat versin, bu məqsədlə ki, verilmiş zəkat, uşaq və dəlinin mülkiyyətində olsun. Həmçinin özü və ya əmin bir şəxsin vasitəsi ilə zəkatı, fəqir uşaq və ya dəliyə sərf edə bilər. Zəkatın onlara sərf edildiyi zaman, zəkat niyyəti edilməlidir.

Məsələ 1907: Dilənçilik edən fəqirə, fəqir olması sübut olunsa, zəkat vermək olar. Lakin zəkatı günah işlərdə xərcləyənə zəkat vermək olmaz. Hətta verilən zəkatın özünü günah işdə xərcləməsə də, zəkat verilməsi onu günah işlətməyə rəğbətləndirərsə, ehtiyat-vacibə əsasən, həmin şəxsə zəkat vermək olmaz.

Məsələ 1908: Şərab içən, ya namaz qılmayan və həmçinin aşkarda böyük günah edən şəxsə, ehtiyat-vacib budur ki, zəkat verilməsin.

Məsələ 1909: Borclu olub borcunu verə bilməyən şəxsə, onun xərcləri insana vacib olsa da, insan onun borcunu zəkatdan verə bilər.

Məsələ 1910: İnsan, xərcləri ona vacib olan övlad kimi şəxslərin xərclərini zəkatdan verə bilməz. Lakin əgər onların xərclərini verməsə, başqaları onlara zəkat verə bilər. Əgər xərcləri ona vacib olan şəxslərin xərclərini verməyə qadir deyilsə, zəkat da ona vacib olsa, onların nəfəqəsini (xərclərini) zəkatdan verə bilər.

Məsələ 1911: Əgər insan öz oğluna zəkat versə ki, (o da öz növbəsində) özünün həyat yoldaşına, nökərinə və külfətinə xərcləsin, eybi yoxdur.

P:370

Məsələ 1912: Ata, zəkatın Allah yolunda olan qismindən oğlunun möhtac olduğu elmi və dini kitabları alaraq ona verə bilməz. Amma əgər ümumi məsləhət bunu tələb edirsə o halda bunu edə bilər və ehtiyata əsasən gərək şəriət hakimindən icazə alsın.

Məsələ 1913: Ata zəkatını öz fəqir oğluna verə bilər ki, özü üçün arvad alsın, oğul da atasının arvad alması üçün öz zəkatını ona verə bilər.

Məsələ 1914: Xərci əri tərəfindən verilən qadına habelə əri, xərclərini verməyən, amma hərçənd onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə müraciət etməklə xərclərini ala bilən qadına zəkat vermək olmaz.

Məsələ 1915: Siğə olunmuş bir qadın, fəqir olarsa, əri və başqaları ona zəkat verə bilər. Lakin əri ilə əqd zamanı onun xərclərini verməyə şərt edərsə, ya başqa cəhətdən onun xərcləri ərinə vacib olsa, əri onun xərclərini verdiyi təqdirdə, ona zəkat vermək olmaz.

Məsələ 1916: Qadın öz fəqir ərinə, hərçənd, ər zəkatı o qadının xərclərinə sərf etsə belə, zəkat verə bilər.

Məsələ 1917: Seyyid, seyyid olmayandan zəkat ala bilməz. Amma zərurət halı istisnadır. Ehtiyat-vacibə görə zərurət də elə bir həddə olmalıdır ki, xüms və sair vücuhatdan xərclərini təmin edə bilməsin. Həmçinin ehtiyat-vacibə görə imkan olan surətdə hər gün o günün xərclərinə kifayət edəcək qədər almaqla o kifayətlənməlidir.

Məsələ 1918: Seyyid olub-olmadığı məlum olmayan şəxsə zəkat vermək olar. Amma əgər özü seyyid olmasını iddia etsə və mal sahibi zəkatını ona versə, onun öhdəsindən (zəkat vermək) götürülməz.

ZƏKATIN NİYYƏTİ

Məsələ 1919: İnsan, zəkatı qürbət qəsdi ilə, yəni Allah-təalaya bəndəçilik və Onun əmrini yerinə yetirmək məqsədi ilə verməlidir. Əgər qürbət qəsdi olmadan versə günah etməsinə baxmayaraq kifayətdir. Niyyətində verdiyi şeyin mal zəkatı və

P:371

ya fitrə zəkatı olduğunu da müəyyən etməlidir. Hətta əgər məsələn; buğda və arpanın zəkatı ona vacib olarsa və pulu zəkatın qiymət ünvanında vermək istəsə gərək arpa və ya buğda zəkatının olduğunu müəyyən etsin.

Məsələ 1920: Bir neçə malın zəkatı ona vacib olan şəxs, əgər bir miqdar zəkat verib, onların heç birisi üçün niyyət etməsə, əgər verdiyi şey onlardan birinin cinsindən olarsa, o cinsin zəkatı sayılır. Məsələn; 40 qoyun və 15 misqal qızılın zəkatı ona vacib olan şəxs, zəkat olaraq bir qoyun verib, onlardan heç birisinə niyyət etməzsə, qoyunların zəkatı hesab olunur. Amma əgər onların heç birinin cinsindən olmayan bir miqdar gümüş və ya əskinas pul verərsə, alimlərdən bəzisi onun, onların hamısına bölündüyünü demişlər. Lakin bu hökm işkalsız deyildir. Onun heç birisinə hesab olmayıb, mal sahibinin mülkiyyətində qalmağı ehtimalı da vardır.

Məsələ 1921: Əgər zəkat vermək üçün birini vəkil etsə, zəkatı o vəkilə verən vaxt gərək niyyət etsin. Ehtiyat müstəhəbb budur ki, onun niyyəti zəkatın fəqirə yetişən zamanına qədər davam etsin.

ZƏKATIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ 1922: İnsan, buğda və arpanın samandan ayrıldığı vaxt və xurma ilə üzümün quruduğu vaxt, gərək zəkatı fəqirə versin və ya malından ayırsın. Qızıl, gümüş, inək, qoyun və dəvənin zəkatını isə 11-ci ay tamam olandan sonra, ya fəqirə verməli, ya da malından ayırmalıdır.

Məsələ 1923: Zəkatı ayırandan sonra, onu müstəhəqqə dərhal verməsi lazım deyil. Əgər əql sahiblərinin nəzərində düzgün sayılan bir məqsədlə təxirə salsa, eybi yoxdur.

Məsələ 1924: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər onu çatdırmasa və səhlənkarlıq üzündən aradan gedərsə, gərək onun əvəzini versin.

Məsələ 1925: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər zəkatı verməsə və mühafizəsində səhlənkarlıq etdiyi halda

P:372

aradan gedərsə, zəkatı gecikdirməkdə səhih bir məqsədi yoxdursa, gərək onun əvəzini versin. Hətta əgər səhih bir məqsədi olsa, məsələn; müəyyən bir fəqiri nəzərə alıbsa və ya tədricən fəqirlərə çatdırmaq istəyirsə, ehtiyat vacibə görə zamindir.

Məsələ 1926: Əgər zəkatı malın özündən ayırsa, qalan malı işlədə bilər və əgər başqa maldan kənara qoysa, bütün malı işlədə bilər.

Məsələ 1927: İnsan ayırıb kənara qoyduğu zəkatı özü üçün götürüb yerinə başqa şey qoya bilməz.

Məsələ 1928: Əgər ayırıb kənara qoyduğu zəkatdan mənfəət hasil olsa, məsələn; zəkat üçün kənara qoyduğu qoyun doğsa, zəkat hökmündədir.

Məsələ 1929: Əgər zəkatı ayırıb kənara qoyan vaxt bir müstəhəqq hazır olsa, yaxşı olar ki, zəkatı ona versin. Amma əgər başqa bir nəfər nəzərdə tutmuş olsa və zəkatı ona vermək müəyyən bir cəhətdən daha yaxşı olsa, gərək zəkatı nəzərdə tutduğu şəxsə versin.

Məsələ 1930: Əgər şəriət hakiminin icazəsi olmadan, zəkat üçün ayırıb kənara qoyduğu mal ilə ticarət edərsə və zərər etsə, zərər adı ilə zəkatdan çıxa bilməz, amma əgər mənfəət etsə, ehtiyat-lazıma əsasən, gərək onu müstəhəqqə versin.

Məsələ 1931: Əgər zəkat ona vacib olmazdan əvvəl, zəkat əvəzi fəqirə bir şey versə, zəkat hesab edilmir və zəkat ona vacib olandan sonra fəqirə verdiyi şey aradan getməyibsə və o fəqir də öz fəqirliyində qalıbsa, ona verdiyini zəkat hesab edə bilər.

Məsələ 1932: Zəkatın bir adama vacib olmadığını bilən fəqir, əgər o adamdan bir şeyi zəkat adı ilə alsa və o şey yanında məhv olsa, zamindir. Belə ki, insana zəkat vacib olan vaxtda, əgər o fəqir öz fəqirliyində qalmış olsa, ona verdiyi şeyi zəkat əvəzində hesab edə bilər.

Məsələ 1933: Zəkatın bir adama vacib olmadığını bilməyən fəqir, əgər o zəkat olaraq bir şey alsa və onun yanında tələf olarsa, zamin deyil və insan onun əvəzini zəkat hesab edə bilməz.

P:373

Məsələ 1934: Müstəhəbdir ki, inək, qoyun və dəvənin zəkatını abırlı fəqirlərə versin və zəkat verməkdə öz qohumlarını başqalarından, elm-kamal əhlini, elm-kamala sahib olmayanlardan, dilənçi olmayanları, dilənçilərdən üstün tutsun. Amma ola bilsin ki, bir fəqirə zəkatı vermək müəyyən bir cəhətdən daha yaxşı olsun.

Məsələ 1935: Yaxşı olar ki, zəkatı aşkar, müstəhəbbi sədəqə isə gizli verilsin.

Məsələ 1936: Zəkat vermək istəyən şəxsin şəhərində bir müstəhəqq olmasa və zəkatı müəyyən olunmuş digər yerlərdə sərf edə bilməsə, onu başqa bir yerə apara bilər. Bu halda əgər onun saxlanmasında səhlənkarlıq etməsə və tələf olsa, zamin deyil. O, şəriət hakimindən vəkalət alıb, onun vəkili adı ilə zəkatı götürərək onun icazəsi ilə başqa şəhərə apara bilər. Əgər zəkat tələf olsa, zamin deyildir. Aparma xərcini zəkatdan götürə bilər.

Məsələ 1937: Əgər öz şəhərində müstəhəqq tapılsa, zəkatı başqa şəhərə apara bilər. Amma o şəhərə aparmaq xərclərini özündən verməlidir və əgər zəkat məhv olsa, zamindir. Şəriət hakiminin icazəsi olsa, bu hal istisnadır.

Məsələ 1938: Zəkat kimi verilən buğda, arpa, kişmiş və xurmanın ölçülməsində alınan muzd, (zəkat verənin) özünün öhdəsinədir.

Məsələ 1939: İnsan verdiyi zəkatı müstəhəqqindən ona geri satmağını istəməyi məkruhdur, amma əgər müstəhəqq götürdüyü şeyi satmaq istəsə, o şeyə qiymət qoyandan sonra, o kəs ki, zəkatı ona vermişdir, onu almaqda başqalarından irəlidir.

Məsələ 1940: Əgər bir şəxs vacib olan zəkatı verib-vermədiyində şəkk edetsə, zəkat vacib olan mal mövcuddursa, onun şəkki keçmiş illərin zəkatı xüsusunda olsa belə, zəkatı verməlidir. Amma əgər o malın eyni tələf olmuşdursa, həmin ilin zəkatı olsa belə, ona heç bir şey vacib deyildir.

Məsələ 1941: Fəqir zəkatı almamışdan qabaq onu miqdarından az qiymətə sülh edə (razılaşa) bilməz, ya bir şeyi onu qiymətindən bahasına zəkat əvəzi qəbul edə bilməz. Həmçinin malik verdiyi zəkata, geri qaytarmaq şərtini qoya

P:374

bilməz, amma əgər müstəhəqq zəkatı aldıqdan sonra onu malikə qaytarmağına razı olsa maneəsi yoxdur. Məsələn; bir kəs çox zəkat verməyi borcludur, özü də fəqir olub və zəkatı verə bilmir, hal-hazırda da tövbə etmişdir. Əgər fəqir razı olsa ki, onu götürsün və ona bağışlasın, işkalı yoxdur.

Məsələ 1942: İnsan, zəkatın Allah yolunda xərclənən qismindən Quran, dini və dua kitabları alıb vəqf edə bilməz. Amma əgər ümumun məsləhəti bunu lazım bilirsə ala bilər və ehtiyat-lazıma əsasən, gərək şəriət hakimdən icazə alsın.

Məsələ 1943: İnsan zəkatdan müəyyən əmlak alıb öz övladına, yaxud xərclərinin ona vacib olduğu şəxslərə, “onun gəlirini öz xərclərinə istifadə etsinlər” deyə, vəqf edə bilməz.

Məsələ 1944: İnsan fəqir olmasa da və ya illik xərcləri miqdarında zəkat almış olsa da, həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkatın Allah yolunda xərclənən qismindən zəkat ala bilər. Amma bu, onun həccə, ziyarətə və bu kimi yerlərə getməsi ümumi bir mənfəət olduğu təqdirdədir. Ehtiyata əsasən, zəkatın bu kimi işlərdə xərclənməsi üçün şəriət hakimindən icazə alınmalıdır.

Məsələ 1945: Əgər malik müəyyən bir fəqiri, onun malının zəkatını verməyə vəkil etsə, bu halda fəqir, malikin qəsdinin o fəqirin həmin zəkatdan götürməməsi olduğunu ehtimal versə, ondan özü üçün götürə bilməz. Amma malikin məqsədinin bu olmadığına yəqin etsə, özünə götürə bilər.

Məsələ 1946: Əgər fəqir zəkat olaraq dəvə, inək, qoyun, qızıl və gümüşü alsa və zəkatın vacib olması üçün deyilən şərtlər onlarda mövcud olsa, onun zəkatını verməlidir.

Məsələ 1947: Əgər zəkatı vacib olmuş bir malda iki nəfər şərik olsa, onlardan biri öz payının zəkatını verib, sonra malı bölsələr, belə ki, şərikinin öz payının zəkatını vermədiyini və həmçinin, sonradan da verməyəcəyini bilsə də onun öz payında təsərrüf etməsinin maneəsi yoxdur.

Məsələ 1948: Xüms və ya zəkat borcu olanın üzərinə kəffarə, nəzr kimi şeylər də vacib olsa, həm də başqa bir borcu olsa, belə ki, hamısını verə bilməsə, əgər xüms, ya zəkat vacib olan mal aradan getməmiş olsa, gərək xüms və zəkatını versin. Əgər

P:375

aradan getmiş olsa, zəkat, xüms və borcu vermək, kəffarə və nəzri verməkdən əvvəldir.

Məsələ 1949: Xüms, ya zəkat borcu olan və İslam həcci ona vacib olan şəxs, həm də borcu olub ölsə və onun qalan malı bu borcların hamısına kifayət etməsə, belə ki, xüms və zəkatı vacib olmuş mal aradan getməmiş olsa, xüms və zəkatını verməli və qalan malını da borcuna sərf etməlidir. Amma əgər xüms və zəkatı vacib olan mal aradan getmişsə, onun malını borclarının ödənməsinə sərf etməlidirlər. Əgər bir şey qalarsa, həcc üçün sərf etməlidirlər. Əgər başqa bir şey də qalarsa, xüms ilə zəkatın arasında bölməlidirlər.

Məsələ 1950: Elm öyrənməyə məşğul olan bir şəxs, əgər təhsil almasa, dolanışığı üçün işləyə bilərdisə, belə ki, o elmi öyrənmək vacibi-eyni olsa, ona fəqirlərin səhmindən zəkat vermək olar. Əgər təhsil aldığı elm, ümumi məsləhət olarsa, ehtiyata əsasən şəriət hakiminin icazəsilə zəkatın Allah yolunda xərclənən (səbilillah) paydan ona vermək caizdir. Bu iki surətdən başqa hallarda ona zəkat vermək icazəli deyil.

FİTRƏ ZƏKATI

Məsələ 1951: Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Ehtiyat-lazım budur ki, öz şəhərində adi olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.

Məsələ 1952: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini təmin edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.

P:376

Məsələ 1953: İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun və ya böyük, istər müsəlman olsunlar, istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin.

Məsələ 1954: Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun fitrəsini verməsi lazım deyildir.

Məsələ 1955: Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olur.

Məsələ 1956: Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.

Məsələ 1957: Fitr bayramı axşamı, gün batdığı vaxt, dəli olan şəxsin dəliliyi bayram gününün zöhrünə qədər qalarsa, ona fitrə zəkatı vermək vacib deyildir. Əks təqdirdə ehtiyat-vacibə əsasən fitrəni verməsi lazımdır.

Məsələ 1958: Əgər gün batmazdan əvvəl, uşaq həddi-büluğa çatarsa, dəli ağıllanarsa və ya fəqir dövlətli olarsa, fitrənin vacib olma şərtlərinə malik olduğu təqdirdə gərək fitrə zəkatı versin.

Məsələ 1959: Fitr bayaramı axşamı, gün batdığı vaxt, fitrə zəkatı vacib olmayan şəxs, əgər bayram gününün zöhrünə qədər, fitrənin vacib olma şərtləri onda mövcud olsa, ehtiyat-vacib budur ki, fitrə zəkatını versin.

Məsələ 1960: Fitr bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib deyil, amma şiə olmayan müsəlman Ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatını versin.

Məsələ 1961: Fəqət bir sa (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə, müstəhəbbdir ki, fitrə zəkatı versin.

P:377

Ailəsi olub, onların da fitrə zəkatını vermək istəsə, o bir sa`nı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətlə bir başqasına verib, bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri dəli, yaxud səğir uşaqdırsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat-müstəhəb budur ki, onun niyyətinə deyil, özü üçün götürsün.

Məsələ 1962: Fitr bayramı gecəsi, gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan əvvəl uşağı doğulsa, yaxud izdivac etsə, əgər onun çörək yeyəni sayılsa, gərək onların da fitrəsini versin. Əgər başqasının çörək yeyəni olsalar, ona vacib deyil. Əgər başqa bir kəsin çörək yeyəni deyillərsə, qadının fitrəsi onun özünə vacibdir, uşağa isə bir şey vacib deyil.

Məsələ 1963: Əgər insan birinin çörək yeyəni olub, gün batmazdan əvvəl başqasının çörək yeyəni olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn; əgər qız, gün batmazdan əvvəl ər evinə getsə, gərək əri onun fitrəsini versin.

Məsələ 1964: Fitrəsinin başqası tərəfindən verilməsi lazım olan şəxsin öz fitrəsini verməsi vacib deyil. Amma əgər o fitrəni verməsə və ya verə bilməsə, ehtiyat-vacibə görə onun özünə vacib olur. Əgər 1951-ci məsələdə deyilən şərtlərə malik olsa, gərək öz fitrəsini versin.

Məsələ 1965: Fitrəsi başqasına vacib olan şəxs, öz fitrəsini versə, onun fitrəsi başqasına vacib olan şəxsin boynundan saqit olmur.

Məsələ 1966: Seyyid olmayan şəxs, seyyidə fitrə verə bilməz. Hətta əgər bir seyyid onun çörək yeyəni olsa, onun fitrəsini başqa seyyidə verə bilməz.

Məsələ 1967: Ana və ya dayədən süd əmən uşağın fitrəsi, ana, yaxud dayənin xərclərini verən şəxsə aiddir. Lakin əgər ana və ya dayə öz xərclərini uşağın malından götürsələr, uşağın fitrəsi heç kəsə vacib deyil.

Məsələ 1968: İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal maldan versin.

P:378

Məsələ 1969: Əgər insan bənna, xərrat və xidmətçi kimi əcir tutduğu şəxsin, onun çörəyini yeyən hesab olunacaq şəkildə xərclərini verərsə, gərək onun fitrəsini də versin. Amma əgər, fəqət onun işinin ücrətini verərsə, onun fitrəsini vermək ona vacib deyildir.

Məsələ 1970: Əgər bir şəxs, Fitr bayramı gecəsi, gün batmazdan əvvəl ölərsə, onun və ailə üzvlərinin fitrəsini onun malından vermələri vacib deyildir. Amma əgər gün batandan sonra ölərsə, üləmanın çoxu, buyurmuşlar ki, gərək onun və ailə üzvlərinin fitrəsini onun malından versinlər. Amma bu hökm işkalsız deyildir. Ehtiyatın tələbi gərək tərk edilməsin.

FİTRƏ ZƏKATININ İSTİFADƏSİ

Məsələ 1971: Fitrə zəkatı ehtiyat-vacibə əsasən, yalnız fəqirə verilməlidir. Məqsəd budur ki, fitrə zəkatı mal zəkatına müstəhəqq olanların şərtlərini özündə cəm edən şiə fəqirlərə verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-Beytlə düşmənlik edənə) verilməsin.

Məsələ 1972: Əgər bir şiə uşağı fəqir olsa, insan fitrəni ona xərcləyə və ya uşağın vəlisinə verməklə uşağın mülkü edə bilər.

Məsələ 1973: Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin ehtiyat-vacibə əsasən, şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin.

Məsələ 1974: Fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin.

Məsələ 1975: Ehtiyat-müstəhəb budur ki, bir fəqirə bir sadan (təqribən 3 kq) az fitrə verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Amma çox verilsə, eybi yoxdur.

Məsələ 1976: Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn; adi buğda qiymətindən iki dəfə artıq olan buğdadan yarım sa versə, kifayət deyildir. Hətta əgər onu fitrə qiyməti məqsədi ilə də versə, kifayət deyildir.

P:379

Məsələ 1977: İnsan yarım sanı bir cinsdən, məsələn; buğdadan və onun başqa yarısını isə arpadan verə bilməz, əgər onu fitrə qiyməti məqsədilə də versə, kifayət deyildir.

Məsələ 1978: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından üstün tutmaq müstəhəbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün tutmaq daha yaxşıdır.

Məsələ 1979: Əgər insan birinin fəqir olmasını xəyal edib ona fitrə versə, sonra fəqir olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, gərək geri alıb müstəhəqqə versin, əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini verməsi lazımdır. Əgər bilmirdisə onun əvəzini vermək ona (fəqirə) vacib deyil və insan gərək fitrəni yenidən versin.

Məsələ 1980: Bir şəxsin «mən fəqirəm» deməsi ilə ona fitrə vermək olmaz. Amma onun sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəllər onun fəqir olduğunu bilirdisə, ona fitrə verilə bilər.

FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ 1981: İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin.

Məsələ 1982: Əgər Ramazan ayından əvvəl fitrə versə, səhih deyildir və yaxşısı odur ki, Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə və ondan sonra fitrə ona vacib olsa, öz borcunu fitrə əvəzi hesab etsə, maneəsi yoxdur.

Məsələ 1983: Fitrə üçün verdiyi buğda və ya başqa bir şey, başqa bir malla, yaxud torpaqla qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun safı bir sa olsa və ayırmadan istifadəsi mümkün olsa və ya ayırmaq fövqəladə artıq bir zəhmət istəməzsə, yaxud

P:380

da qarışıq olan şey etina edilməyəcək qədər az olarsa, eybi yoxdur.

Məsələ 1984: Əgər fitrəni eybli bir şeydən versə, ehtiyat-vacibə əsasən, kifayət deyil.

Məsələ 1985: Bir neçə nəfərin fitrəsini verən adamın hamısının bir maldan verməsi lazım deyildir. Məsələn; bəzisinin fitrəsini buğdadan və bəzisinin fitrəsini arpadan versə, kifayətdir.

Məsələ 1986: Fitr bayramı namazını qılan, ehtiyat-vacibə əsasən, gərək bayram namazından əvvəl fitrəni versin. Lakin əgər bayram namazı qılmasa, fitrəni zöhrə qədər gecikdirə bilər.

Məsələ 1987: Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü zöhrə qədər müstəhəqqə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər təxirə salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur.

Məsələ 1988: Əgər bayram günü zöhrə qədər fitrəni verməsə və kənara da qoymasa, ehtiyat-vacibə əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin.

Məsələ 1989: Əgər fitrəni ayırıb kənara qoysa, onu özü üçün götürə bilməz və başqa malı fitrə üçün onun yerinə qoya bilməz.

Məsələ 1990: İnsanın fitrəsinin qiymətindən artıq olan bir malı olsa, fitrə verməyib, bu malın bir qisminin fitrə üçün olmasını niyyət edərsə, ehtiyat-vacibə görə kifayət deyil.

Məsələ 1991: Əgər fitrə üçün ayırıb qoyduğu malı aradan getsə, belə ki, fəqir tapıbsa və o fitrəni gecikdiribsə və ya qorumaqda səhlənkarlıq edibsə, gərək əvəzini versin. Əgər fəqirə əli çatmamışsa və ya qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyil.

Məsələ 1992: Əgər öz yerində müstəhəqq tapsa, ehtiyat-vacib budur ki, fitrəni başqa yerə aparmasın, əgər başqa yerə aparıb müstəhəqqə versə kifayətdir. Əgər başqa yerə aparsa və tələf olsa, gərək onun əvəzini versin.

P:381

HƏCCİN HÖKMLƏRİ

Məsələ 1993: Həcc, Allah evinin ziyarəti və orada göstəriş verilmış əməllərin yerinə yetirilməsindən ibarətdir. Bütün ömür boyu, aşağıdakı şərtlərə malik olan bir şəxsə, Həcc bir dəfə vacib olur:

1. Hədd-büluğa çatmış olsun.

2. Aqil və azad olsun.

3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.

4. Müstəti olsun; Müstəti olmaq, bir neçə şeylədir:

1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa və ya bunları əldə etməyə imkan verən malı olarsa;

2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun.

3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa və ya yolda insanın canının, yaxud namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, «həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin.

P:382

4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır.

5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək ona vacib olan şəxslərin və ya xərcliyin tərk olunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır.

6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.

Məsələ 1994: Özünə məxsus evi olmadan ehtiyacını ödəməkdə çətinliyə düşən bir şəxsə, həcc, yalnız evin puluna sahib olduğu təqdirdə, vacibdir.

Məsələ 1995: Məkkəyə gedə bilən qadın, qayıdandan sonra özünün malı olmasa və əri də məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona vacib deyildir.

Məsələ 1996: Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi «sən həccə get, sənin həcc səfərində olduğun müddətdə sənin və ailənin təminatını mən ödəyəcəyəm» deyərsə, onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar.

Məsələ 1997: Bir şəxsə həccə getməsi üçün, həccə gediş-qayıdış məsrəflərini və bu müddət ərzində ailəsinin yaşayışını təmin edəcək qədər mal bağışlanarsa, hərçənd borclu olsa və həccdən qayıtdıqdan sonra yaşayışını təmin edəcək qədər malı olmasa da, həcc ona vacib olar. Amma əgər həcc günləri onun qazanc və iş günləri ilə eyni günlərə təsadüf olunarsa, belə ki, həccə getdiyi təqdirdə borcunu vaxtında qaytara bilməzsə və ilin digər günlərində məişət xərclərini, təmin edə bilməzsə, ona həcc vacib deyildir.

Məsələ 1998: Əgər Məkkəyə gedib-gəlmə müddətində gedib-gəlməsinin və ailəsinin xərcini ona verib, ona «həccə get» desələr, lakin onun mülkü etməsələr, əgər geri almayacaqlarına xatircəm olarsa, həcc ona vacib olur.

Məsələ 1999: Əgər bir şəxsə həccə kifayət edəcək qədər mal verilsə və Məkkə yolunda malı verənə xidmət etməsini şərt edərlərsə, həcc o şəxsə vacib olmur.

P:383

Məsələ 2000: Əgər bir şəxsə müəyyən qədər mal versələr və həcc ona vacib olsa, bu halda həccə getsə, hətta sonradan özünün malı olsa da yenidən həcc ona vacib olmur.

Məsələ 2001: Ticarət üçün, məsələn; Cəddəyə qədər gedib orada bir miqdar mal əldə etsə, istədiyi təqdirdə, oradan Məkkəyə getməyə müstəti olarsa, həcc etməlidir. Bu şəkildə həcc etdikdən sonra vətənindən Məkkəyə gedəcək qədər malı olsa belə, ona artıq həcc vacib deyil.

Məsələ 2002: Əgər insan başqası tərəfindən şəxsən həccə getməyə əcir olunsa, bu halda özü gedə bilməyib başqasını öz tərəfindən göndərmək istəsə, onu əcir edən şəxsdən icazə almalıdır.

Məsələ 2003: Əgər bir şəxs müstəti olsa və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda Ərəfata və Məşərül-harama çatmasa, belə ki, əgər sonrakı illərdə müstəti olmasa, həcc ona vacib deyil, lakin əgər qabaqkı illər müstəti olub və həccə getməyibsə, bu halda əgər zəhmət olsa belə, gərək həccə getsin.

Məsələ 2004: Əgər müstəti olan bir şəxs həccə getməsə və sonra qocalığına, ya xəstəliyinə, ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Sonradan əgər qüdrəti olsa, özü də həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan qüdrətli olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, ehtiyat-müstəhəb budur ki, naib «sərurə» olsun. Yəni ilk dəfə həccə gedən şəxs olsun.

Məsələ 2005: Başqası tərəfindən həccə getməyə əcir olunmuş şəxs, gərək onun tərəfindən nisa təvafını da yerinə yetirsin və əgər yerinə yetirməsə, qadın o əcirə haram olur.

Məsələ 2006: Əgər nisa təvafını düzgün yerinə yetirməsə, və ya unutsa, belə ki, bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər qayıtmaq onun üçün çətin olsa, naib tuta bilər.

P:384

AL-VERİN HÖKMLƏRİ

Point

Məsələ 2007: Kəsb edən (alver edən) şəxs, gərək al-verin, gündəlik qarşıya çıxan halların hökmlərini öyrənsin. Hətta əgər öyrənmədiyinə görə harama düşməsi, yaxud vacibi tərk etməsi gözlənilirsə, hökmü öyrənmək lazımdır. Həzrət İmam Sadiqdən (ələyhis-səlam) rəvayət olunur: Al-ver etmək istəyən şəxs, gərək onun hökmlərini öyrənsin və əgər onun hökmlərini öyrənməzdən əvvəl al-ver etsə, batil və şübhəli müamilələrin vasitəsilə həlakətə düşər.

Məsələ 2008: İnsan bir məsələni bilmədiyi üçün etdiyi al-verin düzgün, yaxud batil olduğunu bilməsə, nə aldığı nə də təhvil verdiyi maldan istifadə edə bilməz. Üstəlik məsələni öyrənməli, ya da hətta razılaşma yolu ilə olsa belə, ehtiyat etməlidir. Amma hərçənd müamilə batil olsa belə tərəfin onun o malı istifadə etməsinə razı olduğunu bilərsə, istifadə etməsi caizdir.

Məsələ 2009: Malı olmayan və vacib xərcləri olan şəxs (ailə və uşağının xərcləri kimi), işləyib qazanc əldə etməsi lazımdır. Ailənin yaşayışını daha da firavan etmək və fəqirlərə əl tutmaq və bu kimi müstəhəb işlər üçün, kəsb etmək müstəhəbdir.

AL-VERDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR

Bir neçə şey alqı-satqıda müstəhəbb sayılmışdır:

1. Gərək şəxs malın qiymətində müştərilər arasında fərq qoymasın. Lakin fəqir və yoxsullar istisnadır.

2. Ticarət üçün oturmasının əvvəlində kəlmeyi-şəhadəti, müamilə etdikdə isə təkbir desin.

3. Satdığı şeyi artıq versin, aldığını az götürsün.

P:385

4. Müamilə etdiyi adam peşman olduqda və müamiləni pozmaq istədikdə, müamiləni pozmağa hazır olsun.

MƏKRUH MÜAMİLƏLƏR

Məsələ 2010: Müamilə də bir neçə şey məkruhdur. Onların bəziləri bunlardır:

1.Mülk satmaq; onun pulu ilə başqa bir mülk alıdığı təqdirdə məkruh deyil;

2.Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənəd seçmək);

3. Kəfən satmaq;

4. Şəxsiyyətsiz adamlarla al-ver etmək;

5. Sübh azanından gün çıxan vaxtadək olan al-ver;

6. Buğda, arpa və s. kimi şeylərin al-veri ilə məşğul olmaq;

7. Başqasının almaq istədiyi bir şeyi almaq üçün müamiləyə daxil olmaq.

HARAM MÜAMİLƏLƏR

Məsələ 2011: Haram müamilələr çoxdur. Bunlardan bəziləri aşağıdakılardır:

1. Kefləndirici içkiləri, ov iti olmayan it, donuz və həmçinin nəcisin murdarını alıb-satmaq ehtiyat-vacibə əsasən haramdır; Bundan qeyri hallarda əgər eyni nəcisdə halal istifadə etmək mümkün olarsa, məsələn; nəcis ğaitin gübrə kimi alqı-satqısı caizdir.

2. Qəsbi malın al-veri; əgər onda təhvil verib təhvil almaq kimi təsərrüf olsa;

3. Müqabil tərəfin nəzəri cəlb olunmadığı halda etibardan düşmüş, yaxud qəlp (saxta) pullarla al-ver etmək; Amma əgər saxta və ya etibarsız olduğunu bilsə, müamilə caizdir.

4. Büt, xaç, haram musiqi və qumar alətləri kimi müəyyən formada hazırlanan və adətən yalnız haram yolda istifadə olunan və dəyəri onun haram istifadəsi səbəbi ilə olan bir şeyin al-veri;

P:386

5. Tərkibində ğəşş (aldatma) olan müamilə; Həzrət Rəsulullah (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: «Müamilə edərkən müsəlmanlara ğəşş edən (onları aldadan), şəxs bizdən deyildir. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah-təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar».

Ğəşşin bir neçə müxtəlif növləri var:

1-Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq, məsələn, südə su qatmaq.

2-Olduğunun əksinə olaraq zahirini gözəl cilvələndirmək, məsələn, köhnəlmiş göyərtilərə su vurub təzə göstərmək.

3-Bir malı başqa mal kimi göstərmək; məsələn, müştərinin xəbəri olmadan bir şeyin yalnız üzünə qızıl çəkmək.

4- Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda malın eybini gizlətmək.

Məsələ 2012: Yuyulması mümkün olan, nəcis olmuş pak bir şeyi satmağın eybi yoxdur, palaz-xalça və qab kimi. Həmçinin yuyulması mümkün olmasa da, amma onun halal və adi olan mənfəəti neft kimi pak olmaqla şərtlənməməlidir, hətta əgər pak olmasına bağlı olsa da, əgər halal və etina olunacaq mənfəəti olsa, yenə də satmaq caizdir.

Məsələ 2013: Əgər bir şəxs nəcis bir şeyi satmaq istəsə, gərək onun nəcis olduğunu alıcıya o halda desin ki, əgər deməsə, alıcı harama düşə, yaxud vacibi tərk edə bilər, məsələn; nəcis suyu, dəstəmaz və qüsl almaqda işlədər, onunla vacib namazını qılar və ya nəcis şeydən yemək və içməkdə istifadə edər. Əlbəttə deməyin faydası olmadığı şəxslərə; məsələn, nəcasət və paklığa riayət etməyən laqeyd bir şəxs olsa bildirməsi lazım deyildir.

Məsələ 2014: İçməli olan və içməli olmayan nəcis dərmanları alıb-satmağın caiz olduğuna baxmayaraq, onun nəcis olduğunu əvvəlki məsələdə verildiyi kimi, gərək müştəriyə desinlər

Məsələ 2015: Qeyri islami ölkələrdən gətirilən yağların nəcis olduğu məlum olmazsa, alınıb-satılmaların eybi yoxdur. Amma heyvanın ölməsindən sonra ondan alınan yağ, jelatin kimi və sair maddələr kafirin əlindən alınsa və ya qeyri-islami ölkələrdən gətirilsə, əgər şəri üsullara əsasən kəsilmiş olan bir heyvana aid

P:387

olduğuna ehtimal verilərsə, alqı-satqısı caiz və pakdır. Amma yeyilməsi haramdır və satıcının müştəriyə onun keyfiyyətini deməsi lazımdır. Əgər deməsə, 2013-ci məsələdə deyildiyi kimi, onun harama düşməsi, ya vacibi tərk etməsi ehtimalı vardırsa, satıcı vəziyyəti ona söyləməlidir.

Məsələ 2016: Şəriətdə təyin edilən göstərişə görə kəsilməyən və ya özü ölmüş olan tülkü və buna bənzər heyvanın dərisinin alqı-satqısı ehtiyata əsasən icazəli deyildir. Amma əgər şəkk olunsa, işkalı yoxdur.

Məsələ 2017: Qeyri islami ölkələrdən gətirilən və ya kafirin əlindən alınan dərinin, şəri göstərişə görə kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilirsə, onun al-veri caizdir. Həmçinin onda namaz qılmaq da səhihdir.

Məsələ 2018: Heyvanın ölməsindən sonra ondan əldə edilən yağ və sair maddələr və ya dəri müsəlmanın əlindən alınıbsa və insan onun, şəri göstərişə görə kəsilmiş olan heyvana aid olub-olmadığını araşdırmadan bir kafirdən aldığını bilirsə, hərçənd onun paklığına və alqı-satqısının caiz olmasına hökm olsa da, o yağı və bu kimi şeyləri yemək icazəli deyil.

Məsələ 2019: Şərab və sair məstedici içkilərin müamiləsi haram və batildir.

Məsələ 2020: Qəsbi malı satmaq batildir, amma sahibi icazə versə, düzdür və satıcı gərək alıcıdan aldığı pulu ona (sahibinə) qaytarsın.

Məsələ 2021: Əgər alıcı ciddi müamilə etmək qəsdi olduğu halda, aldığı şeyin pulunu verməmək niyyətində olarsa, onun bu niyyəti müamilənin səhih olmasına bir zərər yetirməz, amma o şeyin pulunu satıcıya verməsi gərəkdir.

Məsələ 2022: Əgər alıcı zimmə ilə aldığı malın pulunu sonradan haram maldan vermək istəsə, müamilə səhihdir. Amma ona borclu borcunu halal maldan verməlidir ki, borcu ödənmiş olsun.

Məsələ 2023: Haram əyləncə alətlərinin al-veri, icazəli deyil. Amma müştərək alətlər, məsələn; radio, maqnitofon, video kimi əşyaların alıb-satmağın maneəsi yoxdur. Özü və ailəsinin

P:388

onlardan haram yolda istifadə etməyəcəyinə əmin olan şəxs üçün onları saxlamaq caizdir.

Məsələ 2024: Əgər halal istifadəsi mümkün olan bir şeyi haramda işlətmək qəsdi ilə satsa, məsələn, üzümü, şərab istehsal etmək üçün satsa, istər müamilə zamanı bunu qərara almış olsun, istərsə ondan əvvəl və müamiləni də o əsasda yerinə yetirsələr, bu müamilə haramdır. Amma bu qəsd ilə satmasa, sadəcə bilsə ki, müştəri üzümdən şərab düzəldəcək, müamilənin eybi yoxdur.

Məsələ 2025: Canlıların heykəlini düzəltmək ehtiyata əsasən, haramdır, amma onları alıb-satmağın maneəsi yoxdur. Canlıların şəklini çəkmək caizdir.

Məsələ 2026: Qumardan, oğurluqdan və ya batil müamilədən əldə edilmiş şeyi, onda təsərrüf etməyi tələb edirsə, almaq haramdır və bir kəs onu satandan alsa, gərək onu əsl sahibinə qaytarsın.

Məsələ 2027: Piy ilə qarışdırılmış bir yağı satan şəxs, əgər onu müəyyən edərsə, məsələn; «bu iki batman yağı satıram» deyərsə, onda olan piy ona yağ deyilməyəcək qədər çoxdursa, müamilə batildir və əgər onda olan piy, ona piy ilə qarışdırılmış yağ deyiləcək qədər azdırsa, müamilə səhihdir. Amma müştəri, nöqsanlığa görə müamiləni ləğv etmə haqqına sahibdir və öz pulunu geri ala bilər. Amma əgər yağ piydən ayrılsa (seçilirsə), yağın tərkibindəki piyin miqdarına mütənasib olaraq müamilə batil olur və satıcı o piy üçün aldığı pul müştərinin malı və piy satıcının malıdır və müştəri onun tərkibində olan xalis yağın müamiləsini də poza bilər. Amma əgər onu müəyyən etməsə və zimməsində olan iki batman yağı satsa, sonra piy ilə qarışmış yağı versə, müştəri o yağı geri qaytarıb və xalis yağı tələb edə bilər.

Məsələ 2028: Əgər malın bir miqdarını, çəki ya peymanə ilə satsalar, həmin maldan daha çox miqdarına satarsa, məsələn; bir batman buğdanı bir batman yarım buğdaya satsa, riba və haramdır. Hətta əgər iki maldan biri salim, o biri eybli, ya malın biri yaxşı, o biri pis olsa, ya qiymətdə bir-biri ilə fərqli olsalar, belə ki, verdiyi miqdardan çox alsa, yenə də riba və haramdır. Əgər sınıq olmayan misi verib və ondan çox sınıq mis alsa, ya

P:389

uzun düyünü verib, ondan çox yumru düyü alsa, ya düzəlmiş qızılı verib, ondan çox düzəlməmiş qızıl alsa, riba və haramdır.

Məsələ 2029: Əgər artıq aldığı şey satdığından başqa bir şey olsa, məsələn; bir batman buğdanı, bir batman buğdaya və bir qəpik (riyal) pula satsa, yenə də riba və haramdır. Hətta artıq bir şey almasa, amma şərt etsə ki, alıcı onun üçün bir iş görsün, riba və haramdır.

Məsələ 2030: Əgər miqdarı az verən şəxs bir şey əlavə etsə, məsələn; iki batman buğda və bir dəsmalı iki batman yarım buğdaya satsa, eybi yoxdur. Belə ki, onların qəsdi bu olsa ki, dəsmal o çox miqdarın müqabilində olsun və həm də müamilə nəqd olsun. Həmçinin hər iki tərəfdən bir şey artırsalar, məsələn; bir batman buğdanı və bir dəsmalı bir batman yarım buğdaya və bir dəsmala satsa, belə ki, qəsdləri bu ola ki, birinci tərəfdə dəsmal və yarım batman buğda, ikinci tərəfdəki dəsmalın müqabilində olsa, eybi yoxdur.

Məsələ 2031: Parça kimi metrə və zira ilə satılan bir şeyi və ya qoz və ya toyuq yumurtası kimi ədədlə satılan bir şeyi satıb müqabilində daha artıq alarsa, eybi yoxdur. Amma hər ikisi də eyni cinsdən olarsa və müamilə də müddətli olarsa, onun səhih olması bu halda işkallıdır. Məsələn, on ədəd qozu nağd verib bir aydan sonra on iki qoz alarsa. Kağız pulu da satmaq bunun kimidir, məsələn; manatı digər cinsdən olan dinar, ya dollar kimi kağız pula nəqd, yaxud müddətlə satsa, maneəsi yoxdur. Amma əgər istəsə ki, öz cinsinə satsın və çox götürsün, gərək müamilə müddətli olmasın və belə olmadıqda onun səhih olması işkallıdır. Məsələn; 100 manat nəqd verib, altı aydan sonra 110 manat alması kimi.

Məsələ 2032: Şəhərlərin çoxunda və ya bir şəhərdə çəki və peymanə ilə, bəzi şəhərlərdə isə ədəd ilə satılan malların, ədəd ilə müamilə olunan şəhərdə artığına satmağı caizdir.

Məsələ 2033: Çəki ya peymanə ilə satılan şeylərdə, əgər bir şeyi satarsa və əvəzini bir maldan olmayan şeydən götürsə və müamilə nəqd olsa, çox götürməyin eybi yoxdur, amma müamilə müddətli olsa, işkallıdır. Deməli, əgər bir batman düyünü iki

P:390

batman buğdaya bir aya qədər satsa, o müamilənin səhihliyi işkalsız deyil.

Məsələ 2034: Yetişmiş meyvəni, yetişməmiş meyvə ilə artığına müamilə etmək icazəli deyil. Əgər bərabər olsalar və nəqdi olsa, məkruhdur. Əgər nisyə olsa, işkallıdır.

Məsələ 2035: Arpa və buğda, faiz (riba) xüsusunda bir cinsdən hesab edilir; Belə ki, bir batman buğda verib əvəzində bir batman iki yüz əlli qram arpa alarsa, riba və haramdır. Həmçinin xərmən vaxtı on batman buğda vermək qəsdi ilə on batman arpa satın alarsa, arpanı nəqd alıb, buğdanı bir müddət sonra verdiyi üçün çox almış kimi olur və haramdır.

Məsələ 2036: Ata və oğul, qadın və əri bir-birlərindən faiz (riba) ala bilərlər. Həmçinin müsəlman bir şəxs İslamın mühafizəsi altında olmayan bir kafirdən faiz ala bilər; amma İslamın mühafizəsi altında olan kafirlə faizli müamilə etmək haramdır. Müamilə tamam olduqdan sonra əgər faiz vermək onun şəriətində caizdirsə, ondan faiz ala bilər.

Məsələ 2037: Ehtiyat-vacibə görə, üzü (dibdən) qırxmaq və buna görə zəhmət haqqı almaq icazəli deyil. Zərurət (çıxılmaz) halı, eləcə də onun tərk edilməsi (qırxılmaması) adətən dözüləsi olmayan bir çətinlik və ya zərər törədərsə, hərçənd başqalarının istehza və təhqir etməsi cəhətində olsa belə, bu iki hal istisnadır.

Məsələ 2038: Ğina haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləəb (kef) məclislərinə məxsus olan tərzdə avazla oxunan batil mətləblərdir. Həmçinin, Quran, dua və bu kimi şeyləri də o cür oxumaq icazəli deyil. Ehtiyat-vacibə görə qeyd olunanlardan başqa sözlər də gərək bu səslə (ğina ilə) oxunmasın. Həmçinin ğinaya qulaq asmaq da, eləcə də ğina üçün əmək haqqı (ücrət) almaq da haramdır. O, alsa belə, alanın mülkü olmur. Onu öyrətmək və öyrənmək də icazəli deyil. Musiqi də, yəni xüsusi musiqi alətlərində çalmaq da əgər ləhv-ləəb məclislərinə məxsus olacaq tərzdədirsə, haram, əks təqdirdə haram deyil. Haram musiqi çalmaqla ücrət almaq da haramdır, alanın mülkü olmur, onu öyrənib öyrətmək də haramdır.

P:391

SATICININ VƏ ALICININ ŞƏRTLƏRİ

Məsələ 2039: Satıcı və alıcı üçün altı şərt vardır:

1. Baliğ olsunlar;

2. Aqil olsunlar;

3. Səfeh olmasınlar; yəni öz mallarını lazımsız yerə xərc etməsinlər;

4. Al-ver niyyətləri olsun (deməli, əgər; məsələn: zarafatyana öz malımı “satdım” desə, müamilə batildir);

5. Bir şəxs onları məcbur etməsin;

6. Satdıqları və əvəzində verdikləri mala malik olmalıdırlar;

Bu şərtlərlə bağlı hökmlər sonrakı məsələlərdə izah olunacaqdır.

Məsələ 2040: Özü alış-verişdə müstəqil olan həddi-büluğa çatmamış bir uşqla edilən müamilə batildir. Lakin həddi-büluğa yetməmiş ağlı kəsən uşaqların adətən qiyməti az bir şeyin müamiləsini etməsinin eybi yoxdur. Amma əgər uşağın vəlisi ilə müamilə edilsə və həddi-büluğa yetməmiş ağlı kəsən uşaq sadəcə olaraq müamilənin əqdini oxusa, bütün hallarda müamilə səhihdir; hətta əgər satılan mal və ya pul başqasının olsa və o uşaq yalnız sahibinin vəkili olaraq o malı satarsa və ya o pulla bir şey alarsa, zahir budur ki, ağlı kəsən uşaq təsərrüf etməkdə müstəqil belə olsa, müamilə səhihdir. Həmçinin əgər uşaq pulu satıcıya verib, malı alıcıya çatdırmaqda və ya malı alıcıya verib, pulu satıcıya çatdırmaqda yalnız bir vasitəçi olsa, uşaq ağlı kəsən belə olmasa müamilə səhihdir. Çünki, həqiqətdə iki baliğ şəxs bir-birilə müamilə etmişlər.

Məsələ 2041: Baliğ olmayan bir uşaqdan onunla müamilənin səhih olmadığı təqdirdə bir şey satın alsa və ya ona bir şey satarsa, o uşaqdan aldığı malı və ya pulu, o uşağın öz malıdırsa, onun vəlisinə verməlidir. Başqasının malıdırsa, o malı sahibinə verməli, ya da onu razı salmalıdır. Əgər onun sahibini tanımırsa və ya onu tanımaq üçün bir imkanı yoxdursa, uşaqdan aldığı şeyi sahibi tərəfindən məzalim haqqı olaraq fəqirlərə verməlidir.

P:392

Ehtiyat-lazıma əsasən bu işi görmək üçün şəriət hakimindən icazə alması da lazımdır.

Məsələ 2042: Bir şəxs ağlı kəsən uşaqla onunla müamilənin səhih olmadığı təqdirdə müamilə edərsə və uşağa verdiyi mal və ya pul tələf olarsa, o uşağın həddi-büluğa yetişməsindən sonra onun özündən və ya vəlisindən tələb edə bilər. Amma əgər uşaq ağlı kəsən olmazsa, yaxud ağlıkəsən olsa da, malı özü tələf etməmiş olsa, əksinə, onun yanında özü tələf olmuş olsa, hərçənd təfrit və ifrat nəticəsində olsa belə zamin deyil.

Məsələ 2043: Alıcı və ya satıcının bir müamiləyə məcbur edildiyi zaman əgər müamilədən sonra müamiləyə razı olarsa və razı olduğunu söylərsə, müamilə səhihdir; amma ehtiyat-müstəhəb budur ki, müamilə əqdini yenidən oxusunlar.

Məsələ 2044: Bir şəxs başqa birinin malını sahibinin icazəsi olmadan satarsa, mal sahibi onun satmasına razı olmayıb və icazə verməzsə, müamilə batildir.

Məsələ 2045: Uşağın atası və ata tərəfdən olan babası, həmçinin atasının və ya ata tərəfdən olan babasının uşağın işləri ilə bağlı təyin etdiyi vəsisi uşağın malını sata bilər. Onların heç biri olmadıqda isə, adil müctəhid də, məsləhət tələb etdikdə dəlinin, yetim uşağın və ya qaib olan bir şəxsin malını sata bilər.

Məsələ 2046: Bir şəxs bir malı qəsb edərək satarsa və müamilədən sonra mal sahibi müamiləni imzalarsa, müamilə səhihdir; qəsb edən şəxsin müştəriyə verdiyi şey və onun mənfəətləri, müamilə etdiyi andan etibarən müştərinin malı, müştərinin də verdiyi şey və onun mənfəətləri müamilə anından etibarən malı qəsb edilən şəxsin malı olur.

Məsələ 2047: Bir şəxs qəsb etdiyi malı, pulu özünün olmaq qəsdilə satarsa, mal sahibi bu müamiləni imzalarsa, müamilə səhihdir; amma pul qəsb edənin deyil, mal sahibinin olar.

P:393

MAL VƏ ONUN ƏVƏZİNİN ŞƏRTLƏRİ

Məsələ 2048: Satılan və onun əvəzində alınan malın beş şərti var:

1. Onun miqdarı çəki, peymanə, say və bu kimi şeylərlə məlum olsun.

2. Təhvil verilməsi mümkün olmalıdır; Amma əgər onu təslim etməsi mümkün olan başqa bir şeylə satarsa, müamilə səhihdir. Amma alıcının özünün satın aldığı şeyi ələ gətirməsi mümkünsə, hərçənd satıcının satdığı şeyi ona təslim etmə imkanı olmasa da, müamilə səhihdir. Məsələn; alıcının tapmaq imkanı olan qaçmış bir atı satarsa, müamilənin bir eybi yoxdur və səhihdir. Bu halda zəmiməyə (yəni bir malın o biri malın üstündə əlavə satışına), ehtiyac yoxdur.

3. Satılan və əvəzində alınan şeydəki camaatın müamiləyə meyllərinin dəyişməsinə səbəb olan xüsusiyyətlər göstərilməlidir.

4. Sahibinin mülkiyyətindən çıxarkən tərəfin haqqı zay olacaq şəkildə başqa bir şəxs onun üzərində haqq sahibi olmamalıdır.

5. Malın qazancını deyil özünü sastsın. Deməli; məsələn: evin bir illik gəlirini satsa, səhih deyil. Əgər alıcı pul yerinə, mülkünün qazancini versə; məsələn: bir kəsdən xalça alıb əvəzində evinin bir illik qazancını oun ixtiyarına versə, eybi yoxdur.

Bunların hökmləri gələcək məsələlərdə deyiləcək.

Məsələ 2049: İnsan bir şəhərdə çəki və peymanə ilə satılan malı həmin şəhərdə gərək çəki və peymanə ilə alsın. O malı görməklə (ölçmədən) müamilə edilən şəhərdə isə görməklə almalıdır.

Məsələ 2050: Alqı və satqısı çəki ilə edilən bir mal ölçü ilə də müamilə edilə bilər. Belə ki, məsələn; on batman buğda satmaq istəyən bir şəxs, bir batman buğda tutan bir ölçü qabı ilə on qab buğda verə bilər.

P:394

Məsələ 2051: Əgər müamilə dördüncü şərtdən başqa söylənən şərtlərdən birisinin mövcud olmaması üzündən batil olarsa, amma satıcı və alıcı bir-birilərinin malından istifadə etməyə razı olarlarsa, istifadə etmələrinin eybi yoxdur.

Məsələ 2152: Vəqf olunmuş bir şeyin müamiləsi batildir. Amma vəqf edildiyi cəhətdə istifadə olunma imkanı qalmayacaq qədər xarab olmuşsa və ya bu həddə yetişmək üzrədirsə, məsələn; məscidin həsiri üzərində namaz qılına bilməyəcək şəkildə xarab olmuşsa, məscid mütəvəllisinin və ya onun hökmündə olan şəxsin onu satmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, gərək mümkün olan surətdə onu həmin məscidə, vəqf edənin məqsədinə daha yaxın olan işlərə sərf etsinlər.

Məsələ 2053: Əgər özlərinə mal vəqf edilən şəxslər arasında, vəqf edilən malı satmasalar, mal və ya can tələfatına yol açacaq şəkildə ixtilaf meydana çıxarsa, o vəqfi satmaq işkallıdır. Lakin vəqf edən şəxs, vəqf edilən şeyin satılmasını məsləhət lazım etdiyi təqdirdə satılmağı şərt qoymuşsa, bu təqdirdə onun satılmasının bir maneçiliyi yoxdur.

Məsələ 2154: Başqasına kirayə verilmiş olan bir mülkün al-verinin eybi yoxdur; ancaq o mülkün mənfəəti kirədə olduğu müddətdə kirayəçiyə aiddir. Əgər alıcı o mülkün kirayə verildiyini bilməzsə və ya kirayə müddətinin az olduğunu güman edərək almışsa, vəziyyətdən xəbərdar olduqdan sonra müamiləni poza bilər.

AL-VER ƏQDİ

Məsələ 2055: Al-ver işlərində əqdi ərəbcə oxumaq lazım deyil. Məsələn; satıcı öz dilində, «bu malı bu pula satdım» desə və alıcı da, «qəbul etdim» deyirsə, müamilə səhihdir. Amma alıcı və satıcının bu iki cümləni söyləməkdə məqsədləri inşa qəsdi olmalıdır. Yəni bu iki cümləni dedikdə qəsdləri al-ver olmalıdır.

P:395

Məsələ 2056: Əgər müamilə zamanı əqd oxunmazsa, amma satıcı alıcıdan aldığı mal əvəzində öz malını onun mülkü edərsə, müamilə səhihdir və hər ikisi aldığı şeyin sahibi olur.

MEYVƏLƏRİN AL-VERİ

Məsələ 2057: Çiçəyini töküb, dənə bağlamış meyvənin əgər məlum olsa ki, xəsarət görmə müddəti keçmişdir ya yox, o ağacın məhsulunun miqdarı təxminən bilinərsə yığılmamışdan əvvəl də satılması səhihdir. Hətta əgər məlum olmasa ki, meyvənin xəsarət görmə müddəti keçmişdir ya yox, əgər iki il və ya daha çox müddətin meyvələri satılırsa, ya da indi çıxmış olan miqdarı (etina edilən mali dəyəri olmaq şərti ilə) satarlarsa, müamilə səhihdir. Həmçinin əgər tarlanın məhsulundan bir şeyi ya da ayrı bir şeyi onunla birlikdə satarlarsa, müamilə səhihdir. Amma ehtiyat-lazıma əsasən, bu təqdirdə elə bir şey əlavə edilməlidir ki, tumurcuqlar meyvə olmasa belə, alıcının sərmayəsini qorumalıdır.

Məsələ 2058: Ağacda olan meyvə dənə bağlamamışdan və çiçəyini tökmədən əvvəl satılması caizdir. Amma, ya əvvəlki məsələdə izah olunduğu şəkildə bir şeylə birlikdə satılmalıdır, ya da bir ildən çoxun meyvəsi satılmalıdır.

Məsələ 2059: Ağac üstündə istər yetişmiş, istərsə yetişməmiş olan xurmanı satmağın eybi yoxdur. Amma onun əvəzini istər o ağacdan olsun və ya başqasından, xurma təyin etməmələri lazımdır. Amma əgər onu yetişmiş, ya hələ xurma sayılmayan rütəblə birlikdə satsalar, işkalı yoxdur. Lakin bir şəxsin, başqa birisinin bağçasında bir dənə xurma ağacı varsa, onu becərmək o şəxs üçün çətindirsə, bu halda əgər onun miqdarını təxmin edərək ev sahibinə satarsa və əvəzini xurma qərar verərsə, heç bir maneəsi yoxdur.

Məsələ 2060: İldə bir neçə dəfə toplanan xiyar, badımcan, göyərti və buna bənzər bitkilərin satılması onların məhsulunun aşkar, zahir olduqları və alıcının i