İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

point

İzahlı şəriət hökmləri

Ayətullah əl-üzma

seyid Məhəmmədəli Ələvi Hüseyni Qorqani

d ----------------------------------------------- c

ªTərcümə etdi........................... Hacı Tərlan Seyfullayev

ª Naşir................................................... Fəqihe Əhli-beyt

ª Çap növbəsi......................................................... Birinci

ª Tiraj........................................................................ 3000

ª Tarix….................................................................... 2012

ISBN: 978-600-92316-6-9

d ----------------------------------------------- c

səh: 1

point

İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

Ayətullah əl-üzma

seyid Məhəmmədəli

Ələvi Hüseyni Qorqani cənablarının

“TOVZİHÜL-MƏSAİL” risaləsinin tərcüməsi

səh: 2

بسم الله الرحمن الرحیم

səh: 3

səh: 4

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ

أَلْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِینَ وَالْصلاهُ وَالسلامُ عَلی خَیْرِخَلْقِهِ مُحَمدٍ وَآلِهِ الطاهرِینَ وَ لَعْنَهُ اللهِ عَلی اَعْدائهِمْ اَجْمَعینَ اِلی قیامِ یَوْمِ الدین

TƏQLİDİN HÖKMLƏRİ

TƏQLİDİN HÖKMLƏRİ

Məsələ: 1. Hər bir müsəlmanın üsuli-dinə əqidəsi dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid edə bilməz. Yəni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul etmək olmaz. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şəri vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir. Məsələn, müctəhidlərin bəzisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bəzisi vacib, digərləri isə müstəhəb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir.

səh: 5

Məsələ: 2. Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, on iki İmam (ələyhimus-səlam) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla rabitədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. İnsanın təqlid etdiyi müctəhidin ələm olması daha yaxşıdır. Yəni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır. Ələmi seçməyin çətin olmasına baxmayaraq əgər bir müctəhidin ələmliyi sybut olunsa ondan təqlid etmək vacibdir. Amma ələm və qeyri ələmin fətvaları fərqli olmasa nəzərləri müvafiq olan məsələlərdə qeyri ələm müctəhiddən təqlid etmək olar.

Məsələ: 3. Müctəhid və ələm üç yoldan biri ilə tanınır:

1-ci: İnsan özü elm əhli olsun, yəqin və inama çatsın.

2-ci: İki nəfər alim, adil və təcrübəli şəxs şəhadət versinlər; bu şərtlə ki, başqa iki nəfər adil, onların əksinə şəhadət verməsinlər.

3-cü: Bir dəstə məlumatı olan, təcrübəli elm əhlinin sözlərindən, kimin ələm müctəhid olduğu bilinsin və onların sözlərindən əminlik hasil olsun.

Məsələ: 4. Əgər bir şəxsin ələm olması haqqında əminlik əldə etmək çətin olsa, ələm olması güman olunan şəxsin göstərişlərinə əməl olunmalıdır. Əgər güman da olmasa, ələm olması ehtimal olunan şəxsin göstərişlərinə əməl olunmalıdır. Əgər bu ehtimal bir neçə nəfər haqqında olsa ehtiyat-müstəhəb budur ki, onlardan daha təqvalı olanın göstərişinə əməl olunsun.

Məsələ: 5. Müctəhidin əməl olunması lazım olan göstərişlərini əldə etməyin dörd yolu var:

1-ci: Müctəhidin özündən eşitmək.

2-ci: Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək.

3-cü: Sözündən etimad, əminlik hasil olan şəxsdən eşitmək.

səh: 6

4-cü: Müctəhidin risaləsində görmək; (risalənin düzlüyünə əmin olmaq şərti ilə).

Məsələ: 6. İnsan, müctəhidin fətvasının dəyişilməsini yəqin etməyənəqək, risalədə yazılana əməl edə bilər. Əgər onun fətvasının dəyişilməsinə ehtimal verərsə, axtarış lazım deyil.

Məsələ: 7. Ələm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yəni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və «ehtiyat bu şəkildə əməl etməkdir» deyərsə, məsələn; ehtiyat budur ki, namazın üçüncü və dördüncü rəkətində üç dəfə təsbihati-ərbəəni oxusun, yəni “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.” deyərsə müqəllid ya ehtiyat-vacib deyilən bu ehtiyata əməl etməlidir və üç dəfə təsbihati-ərbəəni oxumalıdır yaxud ondan sonrakı mərhələdəki ələmlik dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o müctəhid bir dəfə oxumağı kifayət bilirsə, buna əsasən o, bir dəfə oxuya bilər. Həmçinin ə’ləm müctəhid bir məsələnin üzərində düşünülməli və ya iradlı olduğunu deyərsə, bu da eyni hökmdədir.

Məsələ: 8. Ələm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra o məsələdə ehtiyat edərsə, məsələn; «nəcis bir qab kürr suda bir dəfə yuyularsa, pakdır, amma ehtiyat budur ki, üç dəfə yuyulsun» deyirsə, onun müqəllidi bu ehtiyatı tərk edib başqa bir müctəhidin fətvasına müraciət edə bilməz. Gərək fətvaya və ya fətvadan sonrakı ehtiyata əməl etsin. Buna ehtiyat-müstəhəb deyilir.

Məsələ: 9. Əgər göstərişinə əməl etdiyi müctəhid, dünyasını dəyişsə, əgər diri müctəhidin ölü müctəhidən ələmliyini bilsə ehtiyat budur ki, diri müştəhiddən təqlid etsin. Əgər dünyasını dəyişən müctəhid ələm olsa əməl etdiyi məsələlərdə onun təqlidində qalması icazəlidir. Əgər bir səviyyədə olsalar təqlidi dəyişməsində ixtiyarlıdır. Amma diri müctəhidə müraciət etmək daha yaxşı və ehtiyata uyğundur.

Məsələ: 10. Əgər bir məsələdə bir müctəhidin göstərişinə əməl

səh: 7

etsə o, öldükdən sonra həmən məsələdə diri müctəhidin göstərişinə əməl etsə yenidən ölü müctəhidin fətvasına uyğun əməl edə bilməz. Həmçinin diri müctəhid bir məsələdə fətva verməyib ehtiyat etsə və müqəllid bir müddət o ehtiyata əməl etsə yenidən ölü müctəhidin fətvasına əməl edə bilməz. Məsələn, müctəhid namazın üçüncü və dördüncü rəkətində bir dəfə təsbihati-ərbəəni oxumağı, yəni “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.” yetərli (kafi) bilərsə və təqlid edən də bir müddət bu göstərişə əməl edib bir dəfə oxuyarsa o, müctəhid dünyasını dəyişərsə və diri müctəhid üç dəfə oxumağı yetərli bilərsə və təqlid edən də bir müddət bu göstərişə əməl edib üç dəfə oxuyarsa yenidən ölü müctəhidin fətvasına müraciət edib və bir dəfə oxuya bilməz.

Məsələ: 11. İnsanın, çox vaxt ehtiyacı olan məsələləri öyrənməsi vacibdir.

Məsələ: 12. Əgər insanın qarşısına hökmünü bilmədiyi bir məsələ çıxsa, daha yaxşı budur ələm müctəhidin fətvasını əldə edənə qədər səbr etsin. Yaxud ələm müctəhiddən elmi cəhətdən bir dərəcə aşağı olan müctəhidin fətvasına (nəzərlərin ixtilaflı olmamasını bilsə) əməl etsin. Yaxud bacarırsa ehtiyata uyğun olan şəkildə öz vəzifəsinə əməl etsin.

Məsələ: 13. Əgər bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə desə, sonra müctəhidin fətvası dəyişsə, ona fətvanın dəyişməsini xəbər verməsi lazımdır. Amma fətvanı dedikdən sonra səhv etdiyini başa düşsə, gərək mümkün olan halda o səhvini düzəltsin.

Məsələ: 14. Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri keçmişdə təqlid etməli olduğu və ya hal-hazırda onun təqlid edəcəyi müctəhidin fətvasına uyğun olsa və yaxud başqa bir yolla əməllərini düzgün yerinə yetirdiyini başa düşsə əməlləri səhihdir.

səh: 8

TƏHARƏTİN HÖKMLƏRİ

“MÜTLƏQ VƏ MÜZAF”

Point

Məsələ: 15. Su, mütləq (saf) və ya muzafdır (qarışıq). Muzaf su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:

1. Kürr suyu;

2. Az su;

3. Axar su;

4. Yağış suyu;

5. Quyu suyu;

1-KÜRR SUYU

Məsələ: 16. Uzunluğu, eni və dərinliyi hər biri üç qarış yarım olan qabı dolduran miqdarda olan və ya çəkisi 377.419 kq olan suya kürr suyu deyilir.

Məsələ: 17. Əgər sidik, qan, kimi eyni nəcis, kürr suya dəyərsə, o suyun iyi və ya rəngi, ya da dadı nəcasətin təsirindən dəyişərsə, kürr suyu nəcis olur; əgər dəyişməzsə nəcis olmaz.

Məsələ: 18. Əgər kürr suyun iyi, rəngi və ya dadı nəcasətdən

səh: 9

başqa bir şeylə dəyişərsə, nəcis olmaz.

Məsələ: 19. Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin iyi, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişərsə və dəyişməyən hissəsi kürr miqdarından az olsa, o suyun hamısı nəcisdir. Amma dəyişməyən hissə, kürr miqdarında və ya daha artıq olsa, yalnız iyi, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə isə pakdır.

Məsələ: 20. Fəvvarənin suyu, kürr suya birləşik olsa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülərsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər.

Məsələ: 21. Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya birləşmiş olsa və nəcasətin iyi, rəng və ya dadını almamışdırsa və nəcasətin özü də onda olmazsa, pakdır.

Məsələ: 22. Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasət dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir.

Məsələ: 23. Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk edilirsə, kürr su hökmündədir. Yəni nəcasəti pak edər və ona nəcasət dəydiyi vaxt (rəngi, dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır (kürr suyu hökmündə deyil).

Məsələ: 24. Suyun kürr olması üç yolla sübut olunur:

1. İnsanın özü bir suyun kürr olduğunu yəqin etsin.

2. İki adil şəxs suyun kürr olduğunu bildirsinlər.

3. Suyun ixtiyarı əlində olan bir şəxs suyun kürr olduğunu desin. Məsələn: Hamamçı hamamın hovuzunun suyunun kürr olduğunu desin.

səh: 10

2-AZ SU

Məsələ: 25. Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir.

Məsələ: 26. Az su nəcis bir şeyin üzərinə tökülərsə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma yuxarıdan nəcis bir şeyin üzərinə tökülərsə, nəcis şeyə çatan hissəsi nəcis, qalan hissəsi isə pakdır.

Məsələ: 27. Eyni-nəcisi (nəcisin özünü) az su ilə pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan su nəcisdir. Həmçinin daha üstün nəzərə əsasən, gərək eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan sudan da çəkinsinlər. Amma sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə pakdır:

1. Nəcasətin iyi, rəng və ya dadını almasın.

2. Kənardan başqa bir nəcis ona çatmasın.

3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasət gəlməsin.

4. Suyun içərisində ğait zərrələri olmasın.

5. Nəcasət məxrəc yerinin ətrafına adi qaydadan artıq yayılmamış olsun.

3-AXAR SU

Məsələ: 28. Axar su, o suya deyilir ki, yerdən coşub çıxsın və axmaqla hərəkətdə olsun. Yerdən çıxan çeşmə və kəhriz və s. kimi.

Məsələ: 29. Axar su kürr su miqdarından az belə olsa, ona nəcasət dəydiyi zaman iyi, rəngi və ya dadı nəcasət vasitəsilə dəyişməyincə, pakdır.

Məsələ: 30. Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin iyi, dadı və ya rəngi nəcasət dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə birləşən hissəsi kürr sudan az olsa belə, pakdır. Çayın digər tərəfinin suları əgər kürr miqdarında olsa, yaxud dəyişməmiş su vasitəsi ilə çeşmə

səh: 11

tərəfinə birləşsə pak, əks halda nəcisdir.

Məsələ: 31. Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, əgər camaat arasında mənbəyi var deyilərsə axar su hökmündədir. Yəni nəcasət dəyərsə, nə qədər ki, iyi və ya rəngi, yaxud dadı nəcasətin vasitəsi ilə dəyişməyib, pakdır.

Məsələ: 32. Arxın qırağında toplanmış və axar suya birləşmiş durğun su, axar su hökmündədir.

Məsələ: 33. Qışda coşan, yayda isə coşmayan və yaxud da əks şəkildə olan su, təkcə coşduğu zanan axar su hökmündədir.

Məsələ: 34. Suyu kürrdən az olan hamamın hovuzu, kürr miqdarında olan mənbəyə bağlı olsa axar su hökmündədir.

Məsələ: 35. Hamam və binaların krant və duşlarının borularından tökülən su, kürr suyuna bağlı olarsa axar su hökmündədir.

Məsələ: 36. Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, (26-cı məsələdə dediyimiz kimi) nəcasət dəyərsə nəcis olur. Amma yuxarıdan aşağıya axsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.

4 - YAĞIŞ SUYU

Məsələ: 37. Əgər üstündə nəcasətin eyni olmayan nəcis bir şeyə bir dəfə yağış yağsa, yağışın dəydiyi yerlər pak olur və xalça, paltar və bu kimi şeyləri (yağış dəyəndən sonra) sıxmaq lazım deyil. Amma iki-üç damcı yağış yağmasının faydası yoxdur. Yağış elə yağmalıdır ki, “yağış yağır” deyilsin.

Məsələ: 38. Əgər yağış nəcasətin eyninin üstünə yağıb başqa yerə sıçrasa, bu halda nəcasətin eyni o damcılarla birlikdə olmasa və nəcasətin iyi və ya rəngi yaxud da dadını özünə götürməsə, pakdır. Deməli, əgər yağış qanın üstünə yağıb başqa yerlərə sıçrasa, bu halda qanın zərrələri sıçrayan suda olarsa, yaxud o su, qanın iy və ya rəng, yaxud dadını özünə götürərsə, nəcisdir.

səh: 12

Məsələ: 39. Əgər bir binanın tavanı və ya damın üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir.

Məsələ: 40. Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər.

Məsələ: 41. Nəcis torpaq yağışın yağması ilə palçıq olarsa, pak olur.

Məsələ: 42. Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasətin iyi, rəng və ya dadını almazsa, nəcis şey pak olar.

Məsələ: 43. Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.

5 - QUYU SUYU

Məsələ: 44. Yerdən coşan quyu suyu, kürrdən az olsa da belə, nəcasət ona dəyəndə, nə qədər ki, iyi və ya rəngi, yaxud da dadı nəcasətin vasitəsi ilə dəyişməyibsə, pakdır. Amma müstəhəbdir ki, bəzi nəcasətlər quyu suyuna dəyəndə (düşəndə) sair kitablarda müfəssəl şəkildə deyilən qədər, o quyunun suyundan çəksinlər.

Məsələ: 45. Əgər quyuya nəcis tökülsə və onun iyini və ya rəngini, yaxud da dadını dəyişsə, suda baş verən dəyişiklik quyudan coşub çixan su ilə qarışıb aradan getsə pak olur.

Məsələ: 46. Əgər yağış suyu, yaxud başqa su, bir çalada yığışsa və kürrdən az olsa, nəcasətin ona dəyməsi ilə nəcis olur.

səh: 13

SULARIN HÖKMLƏRİ

Məsələ: 47. Mənası yuxarıda deyilən muzaf su nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qüsl batildir.

Məsələ: 48. Muzaf su, hər nə qədər çox olsa belə, əgər bir zərrə nəcasət ona dəysə, nəcis olur. Amma yuxarıdan aşağıya təzyiqlə yaxud təzyiq olmadan nəcis şeyin üstünə tökülsə, nəcis şeyə dəyən hissələr nəcis, ondan yuxarıdakı hissələr isə pakdır; məsələn: əgər gülab suyunu gülabdandan nəcis əlin üstünə töksələr, ələ dəyən hissələr nəcis, dəyməyən hissələr isə pakdır. Həmçinin, əgər fəvvarə suyu kimi aşağıdan yuxarıya getsə və yuxarı hissəsinə nəcis dəysə, nəcis olur, aşağı hissəsi pak qalır.

Məsələ: 49. Əgər nəcis olan muzaf su, kürr yaxud axar su ilə, daha ona muzaf su deyilməyəcək şəkildə qarışsa, pak olar.

Məsələ: 50. Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yəni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.

Məsələ: 51. Mütləq və ya muzaf olduğu məlum olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu məlum olmazsa, nəcasəti paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasət dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr miqdarında və ya ondan çox olarsa, nəcis ona dəyərsə, nəcis olmasına hökm etmək olmaz hətta pak olmasına hökm olunur.

Məsələ: 52. Nəcasətin eyni (qan, bövl və s. kimi) ilə aludə olan və rəngi və ya iyi, yaxud da dadı dəyişən su, hətta kürr, yaxud axar da olsa, nəcis olur. Amma suyun rəngi və ya iyi və yaxud da dadı, sudan çöldə olan bir şeyin; məsələn: su kənarında olan ölü heyvanın vasitəsi ilə dəyişsə, nəcis olmaz.

Məsələ: 53. Qan və sidik kimi eyni nəcisin tökülməsi

səh: 14

nəticəsində iyi, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın.

Məsələ: 54. Nəcis bir şeyi kürr və ya axar su içərisində yusalar, onun pak olduğu yuyulmadan sonra ondan tökülən su pakdır.

Məsələ: 55. Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir.

Məsələ: 56. İt, donuz və kafirin yeməyindən qalan artığ nəcis və onun yeyilməsi haramdır. Amma əti haram olan heyvanların artığı pak, yeyilməsi isə məkruhdur; pişiyin artığı isə istisnadır. Möminin artığında isə şəfa var.

TƏXƏLLİNİN HÖKMLƏRİ

Point

Məsələ: 57. Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, dəlidən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək lazım deyil.

Məsələ: 58. İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.

Məsələ: 59. Təxəlli zamanı bədənin ön tərəfi, yəni qarın və sinə yaxud arxası qibləyə olmasın.

Məsələ: 60. Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir şəxs, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Ehtiyat-vacib budur ki, təxəlli vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin.

Məsələ: 61. Ehtiyat-vacib budur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) istibrada, həmçinin ehtiyat-vacib

səh: 15

budur ki, sidik və ğaitin məxrəci yuyularkən üz və arxa, qibləyə tərəf olmasın.

Məsələ: 62. Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa mümkün olan halda arxası qibləyə oturmalıdır. Həmçinin, əgər başqa səbəblər üzündən də üzü, yaxud arxası qibləyə oturmağa məcbur olsa, daha üstün nəzər budur ki, mümkün olan halda arxası qibləyə oturmalıdır.

Məsələ: 63. Ehtiyat-vacibə görə, uşağı təxəlli halında üzü, yaxud arxası qibləyə oturtmasınlar. Amma uşağın özü otursa, qarşısını almaq vacib deyil.

Məsələ: 64. Dörd yerdə təxəlli etmək haramdır:

1. Sahibi icazə verməyən bağlı küçələrdə (dalanlarda) və bundan başqa, camaatın əziyyətinə səbəb olacaq küçələrdə və yollarda;

2. Təxəlliyə icazə verilməyən mülkdə.

3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bəzi mədrəsələrdə.

4. Möminin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və məzhəb müqəddəslərinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır.

Məsələ: 65. Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir:

1-Qaitlə birlikdə başqa nəcasət (qan kimi) çölə gələrsə.

2-Kənardan bir nəcasət ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə yetişməsi istisnadır.

3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa.

Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha yaxşıdır.

Məsələ: 66. Bövlün məxrəci sudan başqa şeylə paklanmır. Əgər bövl aradan getdikdən sonra kürr və axar su ilə bir dəfə

səh: 16

yuyulsa, kifayətdir. Amma az su ilə gərək iki dəfə yuyulsun.

Məsələ: 67. Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma rənginin və iyinin qalmasında heç bir maneə yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.

Məsələ: 68. Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə təsir etməyəcək şəkildə azacıq rütubətli olsa belə, heç bir maneəsi yoxdur. Amma ehtiyat-vacib budur ki, birinci və ya ikinci dəfəyə pak olmasına baxmayaraq, üç dəfədən az olmasın

Məsələ: 69. Ehtiyat-vacibə əsasən, qaitin təmizləndiyi daş ya parça, üç tikə olsun. Əgər üç tikə ilə nəcis aradan getməsə, nəcisin aradan getməsinə qədər daşları artırılmalıdır. Lakin gözlə görünməyən kiçik zərrələrin qalmasının eybi yoxdur.

Məsələ: 70. Allah və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcini paklamaq olmaz. Çünki sümük və təzəklə paklanması çətindir. Əgər bir şəxs bunlarla ğayitin məxrəcini təmizləsə günah etmişdir.

Məsələ: 71. Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır.

Məsələ: 72. Əgər namazdan sonra bir şəxs namazdan əvvəl övrətinin məxrəcini paklayıb-paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması lazımdır.

İSTİBRA

Məsələ: 73. İstibra, kişilərin sidikdən sonra, sidiyin sidik kanalında qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəb bir əməldir. İstibra bir neçə növdür: Onlardan ən yaxşısı

səh: 17

budur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti sünnət olunan yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır.

Məsələ: 74. Bəzən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bəzən sidikdən sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman sidik və ya bu üç sudan biri olmasında şəkk edərsə, pakdır.

Məsələ: 75. Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil.

Məsələ: 76. İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada sidiyin qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir.

Məsələ: 77. Əgər insan sidikdən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra özündə sidik, və ya məni olması ona məlum olan bir nəmlik müşahidə edərsə, bu halda ehtiyata əsasən qüsl edib dəstəmaz alması vacibdir. Amma dəstəmaz almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir.

Məsələ: 78. Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu nəmliyin sidik olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz.

səh: 18

TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI

Məsələ: 79. Müstəhəbdir ki, insan təxəlli vaxtında heç kəs onu görməyəcəyi yerdə otursun. Təxəlli yerinə (ayaq yoluna) sol ayaqla daxil olub sağ ayaqla çıxsın. Həmçinin müstəhəbdir ki, təxəlli halında başını örtsün, bədənin ağırlığını sol ayağının üstünə salsın. (Lakin bu müstəhəblərin bəzisi haqqında hədis müşahidə olunmayıb). Deməli, yaxşı olar ki, bu və yayılmış risalələrdə qeyd olunan digər hallarda, deyilənləri məşhur mustəhəblərdən olduğu üçün savab ümidi ilə yerinə yetirsin. Həmçinin, haqqında hədis olmayan bəzi məkruhları da, məşhur məkruhlardan olduğu üçün savab ümidi ilə tərk etsin.

Məsələ: 80. Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma övrətini bir şeylə örtsə məkruh deyil. Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl ilə yumaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma məcbur qalarsa və ya zikr edərsə eybi yoxdur.

Məsələ: 81. Ayaq üstə, bərk yerə, heyvanların yuvasına, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.

Məsələ: 82. Bövl və qaitin qarşısını almaq məkruhdur. Əgər qarşısını almaqla bədənə zərər çatsa, haramdır.

Məsələ: 83. İnsanın namazdan, yatmazdan, cinsi əlaqədən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbdir.

NƏCASƏTLƏR

Point

Məsələ: 84. Nəcasət on iki şeydən ibarətdir.

1. Sidik.

2. Ğait.

3. Məni.

4. Murdar olmuş heyvan.

səh: 19

5. Qan.

6. İt.

7. Donuz.

8. Kafir.

9. Şərab.

10. Piyvə.

11. Haramdan cünub olanın təri.

12. Nəcis yeyən heyvanın təri.

1 - 2 BÖVL VƏ ĞAİT (İFRAZAT)

Məsələ: 85. İnsanın və atıcı qanı olan (yəni, damarını kəsdikdə, qanı sıçrayışla gələn) haram ətli heyvanların sidik və ğaiti nəcisdir. Atıcı qanı olmayan heyvanların; məsələn: əti haram olan balığın sidik və ğaiti və kiçik canlıların; məsələn: əti olmayan ağcaqanad və milçəy kimi, həşəratın sidik və fəzləsi pakdır.

Məsələ: 86. Ehtiyat-vacibə əsasən əti haram olan quşların sidik və ğaitləri nəcisdir.

Məsələ: 87. Nəcasət yeyən heyvanın bövl və ğaiti nəcisdir. Həmçinin donuz südü əmən keçi balasının, həmçinin (nəuzu billah) insanın cinsi əlaqədə olduğu heyvanın sidik və ğaiti də eyni hökmü daşıyır.

3 - MƏNİ

Məsələ: 88. Atıcı qanı olan heyvanın mənisi, nəcisdir.

4 - MURDAR

Məsələ: 89. Atıcı qanı olan heyvanın ölüsü nəcisdir; istər özü ölmüş olsun, istərsə də başı, şəriətdə müəyyən olunmuş qaydaların əksinə olaraq kəsilmiş olsun. Balığ isə, atıcı qanı olmadığı üçün, hətta suda da ölsə, pakdır.

Məsələ: 90. Murdar olmuş heyvanın yun, tük, sümük və diş

səh: 20

kimi, ruhu olmayan hissələri pakdır.

Məsələ: 91. İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən, ət və ya ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir.

Məsələ: 92. İnsan dodağının və başqa bədən üzvlərinin kiçik dərilərinin, düşmə vaxtı çatanda qoparsa, pakdır. Lakin qopub düşmək vaxtı çatmadan qoparılmış dəridən, ehtiyat-vacibə görə, çəkinmək lazımdır.

Məsələ: 93. Toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa belə, pakdır. Amma gərək zahiri suya çəkilsin.

Məsələ: 94. Əgər quzu və ya çəpiş, ot yeyən olmamışdan qabaq ölsə, onun qursağında olan pendir mayası, pakdır. Amma onun zahiri gərək suya çəkilsin.

Məsələ: 95. İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun nəcis olduğuna əmin olmazsa, pakdır.

Məsələ: 96. Müsəlman bazarında satılan ət, piy və dəri pakdır; Həmçinin, bunlardan biri müsəlmanın əlində olsa, eyni qada ilə. Amma heyvanın şəriət qayda-qanunu ilə kəsilib-kəslməməsini araşdırmayan bir müsəlmanın kafirdən aldığını bilsə, pakdır. Əgər şəriət qayda-qanunu ilə kəslməməsini bilsə nəcisdir.

5 - QAN

Məsələ: 97. İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan heyvanların qanı pakdır.

Məsələ: 98. Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir.

Məsələ: 99. Ehtiyat-vacibə görə, gərək içində qan zərrələri olan yumurtadan çəkinilsin. Lakin əgər qan, yumurtanın sarısında olsa,

səh: 21

onun üzərindəki nazik pərdə parçalanmamışsa, onun ağı pakdır.

Məsələ: 100. Bəzən süd sağılarkən görünən qan nəcisdir və südü də nəcis edir.

Məsələ: 101. Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan gedirsə, pak udulması isə icazəlidir.

Məsələ: 102. Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, qan deyilməyəcək bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilərsə, xaricə çıxarsa, nəcisdir. Bu halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, təyəmmüm etməlidir.

Məsələ: 103. Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala gəldiyini bilməzsə, pakdır.

Məsələ: 104. Xörək qaynayan zaman içinə bir zərrə qan düşsə, xörək və onun qabı nəcis olur. Qaynamaq, hərarət və od, paklayıcı deyil.

Məsələ: 105. Sağalmaqda olan yaranın ətrafında olan sarı rəngli suyun qanla qarışması məlum olmasa, pakdır.

6 -7- İT VƏ DONUZ

Məsələ: 106. Quruda yaşayan it və donuz, hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və rütubəti nəcisdir. Amma su iti və su donuzu pakdır.

8 - KAFİR

Məsələ: 107. Kafir, yəni Allahı inkar edən və ya Allaha şərik qoşan, yaxud həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərliyini qəbul etməyən şəxs, nəcisdir. Həmçinin, dinin zəruri məsələlərindən birini; məsələn: müsəlmanların islamın bir hissəsi sayılan namaz və orucu inkar edən şəxs, inkar etdiyi şeyin dinin zəruri məsələlərindən olduğunu bilsə, nəcisdir; istər onun inkarı Allahı və ya tohidi, ya da nübüvvəti inkar etməklə

səh: 22

nəticələnsin, yaxud da onunla nəticələnməsin. Əgər inkar etdiyi şeyin, dinin zəruri məsələlərindən olduğunu bilməsə, ehtiyata görə, ondan qorunmaq lazımdır.

Məsələ: 108. Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir.

Məsələ: 109. Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, nəcisdir. Amma əgər yaxşı ilə pisi seçməyən uşağın ata, ana, baba, və nənəsindən biri müsəlman olarsa o uşaq pakdır. Amma yaxşı ilə pisi seçən uşaq kafir olduğunu bildirsə işkallıdır.

Məsələ: 110. Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir nişanə də olmayan şəxs pakdır. Lakin müsəlmanların sair hökmləri ona aid edilmir; məsələn: müsəlman qadınla evlənə, yaxud müsəlmanların qəbiristanlığında dəfn oluna bilməz.

Məsələ: 111. Əgər müsəlman şəxs, on iki İmamlardan (ələyhimus-səlam) birinə nalayiq söz desə və ya düşmənlik etsə nəcisdir. Həmçinin ğulat, navasib və mücəssəmələr əgər öz dinlərinə israrlı olsalar nəcisdirlər.

9 - ŞƏRAB

Məsələ: 112. Şərab və insanı məst edən hər bir şey, əgər öz-özlüyündə, zatən maye olsa nəcisdir; əgər (narkotik maddələrdən sayılan həşiş kimi) mahiyyətcə maye olmasa, hətta bir şeydə həll edilib məhlul halına salınmaqla da axıcı olsa, pakdır. Amma onun yeyilməsi haramdır.

Məsələ: 113. Əgər qapı, miz, stul və s-nin rənglənməsində işlənən texniki alkolun, məstedici və mayedən hazırlandığını insan bilməsə pakdır.

Məsələ: 114. Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsi ilə qaynayarsa pak içilməsi isə haramdır. Amma ehtiyat-müstəhəbə əsasən ondan da çəkinilsin.

səh: 23

Məsələ: 115. Xurma, mövüc və kişmiş, və onların suyu qaynasa ehtiyata əsasən yeyilməsi haram, özləri isə pakdır. Baxmayaraq ki, ehtiyat qeyri lazım budur ki, onlardan çəkinsin. Xurma, mövüc və kişmiş, əgər yağda bişsələr yeyilməsinin eybi yoxdur. Əgər mövüc və kişmişin qaynamasına yəqin etsə yeyilməsi haramdır. Onun əlaməti budur ki, su qaynayarkən onların daxilinə keçir və onları çartladır (paralayır).

10 - PİYVƏ

Məsələ: 116. Arpadan alınan və arpa suyu deyilən pivə, nəcisdir. Amma təbibin göstərişi ilə arpadan alınan və “mauş-şəir” adlanan su, pakdır.

11 -12 -HARAMDAN NƏCİS OLANIN VƏ NƏCASƏT YEYƏN DƏVƏNİN TƏRİ

Məsələ: 117. Haramdan cünub olanın təri ehtiyat-vacibə əsasən nəcisdir; istər yaxınlıq vaxtı tərləmiş olsun, istərsədə yaxınlıqdan sonra; istər kişi olsun istərsədə qadın; istər zina yolu ilə olsun istərsədə ləvat və ya heyvanlarla yaxınlıq yolu ilə yaxud da, istimna ilə(1).

Məsələ: 118. Əgər insan, qadınla yaxınlıq etməyin haram olduğu vaxt; məsələn: Ramazan ayı, oruc halda və ya qadın heyz olan halda onunla yaxınlıq etsə, ehtiyat-vacibə görə, öz tərindən qorunsun.

Məsələ: 119. Əgər haram yolla cünub olan şəxs, qüsl əvəzində təyəmmüm etsə və təyəmmümdən sonra tərləsə, ehtiyat-müstəhəbə əsasən o tərdən çəkinsin.

Məsələ: 120. Əgər bir şəxs, haram yolla cünub olsa və sonra öz halalı ilə yaxınlıq etsə və ya əvvəl öz halalı ilə yaxınlıq edib, sonra

səh: 24


1- . Onanizm-yəni, insan özü ilə sperma xaric olmasına səbəb olacaq bir iş görəməsinə deyilır.

haram yolla cünub olsa, ehtiyat-vacibə görə, öz tərindən çəkinsin.

Məsələ: 121. Ehtiyat-vacib budur ki, nəcasət yeyən dəvənin tərindən çəkinilsin.

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI

Məsələ: 122. Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar:

1- Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu güman edərsə, ondan çəkinməsi lazım deyil. Buna görə murdar və paklığa riayət etməyən, bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur.

2- Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, insanın həyat yoldaşı, nökəri, yaxud qulluqçu öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir.

3- İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, və ya sidiyə dəyməsi nəticəsində nəcis olmasını desələr. Əgər bir adil, yaxud etibarlı sayılan bir kişi xəbər versə və onun sözündən xatircəmlik hasil olmasa, ehtiyat-vacib budur ki, o şeydən çəkinsinlər.

Məsələ: 123. Əgər məsələni bilməməzlik üzündən müəyyən bir şeyin nəcis və ya pak olmasını; məsələn, haram yolla cünub olan şəxsin tərinin nəcis və ya pak olmasını bilməsə, məsələni soruşmalıdır. Amma məsələni bildiyi halda bir şeyin nəcis və ya pak olması barəsində şəkdə olsa; məsələn, bir şeyin qan olub-olmaması barəsində şəkk etsə, yaxud insanın və ya milçəyin qanı olmasını bilməsə, pakdır.

Məsələ: 124. İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak

səh: 25

olub-olmamasında şəkk edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa belə, axtarış lazım deyildir.

Məsələ: 125. Hər ikisindən istifadə etdiyi iki qab, yaxud iki paltardan birinin nəcis olmasını bilsə, amma müəyyən şəkildə hansının nəcis olmasını bilməsə, gərək hər ikisindən çəkinsin. Amma öz libasının, yaxud ümumiyyətlə istifadə etmədiyi və başqasının olan paltarın nəcis olması barəsində şəkk etsə, (ixtiyarında olarsa) ehtiyat-lazıma əsasən öz paltarından çəkinsin.

PAK ŞEYLƏRİN NƏCİS OLMASI YOLLARI

Məsələ: 126. Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr çoxaldığı halda nəcis olmur. Məsələn, sağ əl sidik dəyməsi nəticəsində nəcis olarsa və təzə bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş olan bir paltara dəyərsə, o paltar da nəcis olur. Amma o paltar ayrı bir rütubətli şeyə dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz.

Məsələ: 127. Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz.

Məsələ: 128. Əgər pak bir şey, insanın hansının pak, hansının nəcis olmasını bilmədiyi iki şeydən birinə rütubətli və ya islanmış halda dəysə, nəcis olmaz.

Məsələ: 129. Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər şeylər də eyni hökmü daşıyır.

səh: 26

Məsələ: 130. Şirə, yağ və buna bənzər şeylərdən, bir az götürüldükdə, yeri boş qalmayacaq qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan bir az götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur. Buna görə əgər siçanın füzləsi ona düşərsə, sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır.

Məsələ: 131. Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra, uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə nəcasət daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır.

Məsələ: 132. Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır.

Məsələ: 133. Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən yerlər isə pakdır.

Məsələ: 134. Altı dəlik olan aftafanı nəcis bir yer üzərinə qoysalar, əgər aftafanın suyu sızarsa və onun altında aftafadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, aftafanın suyu nəcis olur. Amma əgər aftafanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz.

Məsələ: 135. Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa, nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız suyu və burun suyu, bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır.

səh: 27

NƏCASƏTİN HÖKMLƏRİ

Məsələ: 136. Quranın yazısını və vərəqini nəcis etmək haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin.

Məsələ: 137. Əgər Quranın cildi nəcis olsa və bu, Qurana hörmətsizlik hesab edilsə, gərək onu suya çəksinlər.

Məsələ: 138. Quranı, nəcasətin eyni olan şeyin (qan, ölü heyvan və s.) üzərinə qoymaq, hətta nəcisin eynin quru da olsa, haramdır. Quranı o nəcis şeyin üzərindən götürmək vacibdir.

Məsələ: 139. Nəcis mürəkkəblə Quran yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, suya çəkmək, yonmaq, və ya buna bənzər bir yolla həmin yazını pozmaq lazımdır.

Məsələ: 140. Quranı kafirə vermək Quranın nəcis olmasına və ya Qurana hörmətsizlik olarsa haram və ondan almaq vacibdir. Amma öyrənmək üçün lazım olan şərtlərə riayət etməklə alsa vermək haram deyil, almaqda vacib deyil.

Məsələ: 141. Əgər Quranın vərəqi, yaxud Allahın, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) və imamların adı üstünə yazılan kağız kimi, hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin edilməyənə kimi ehtiyat-vacibə görə oraya getmək olmaz.

Məsələ: 142. Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi icazəlidir. Həmçinin uşağın və dəlinin özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra yeyərsə, onun qarşısını almaq lazım deyil.

Məsələ: 143. Paklanması mümkün olan nəcis bir şeyi qarşı tərəfə bildirməklə satmağın və ya başqasına icarəyə verməyin eybi

səh: 28

yoxdur.

Məsələ: 144. İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil.

Məsələ: 145. Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir şəxs, onun evinə girən şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini görsə, onda onun özü buna səbəb olmuşsa, əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni onlara deməlidir.

Məsələ: 146. Əgər ev sahibi yemək yiyərkən yeməyin nəcis olduğunu başa düşsə, qeyd etdiyimiz ikinci şərtlə gərək qonaqlara desin. Amma qonaqlardan biri başa düşsə, sair qonaqlara xəbər verməsi lazım deyil. Əgər, demədiyi təqdirdə onlarla ünsiyyəti nəticəsində özü də nəcisə bulanacaqsa, gərək qonaqlara desin.

Məsələ: 147. Bir şəxsin ariyə götürdüyü şey nəcis olsa, mal sahibi, həmin şeyi, şərti paklıq olan işdə istifadə edəcəksə və ondan istifadə etməyin, caiz olmasının şərti, onun həqiqi təharətli olmasındadırsa; (məsələn: yeyilməlilər yaxud qüsl və dəstəmaz suyu kimi,) onun nəcis olmasını ehtiyati-vacibə əsasən ona deməlidir.

Məsələ: 148. Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, sözündən xatircəmlik hasil olmayan təqdirdə sözü qəbul edilməməlidir. Amma təklif yaşına yaxın olan uşaq bir şeyi yuduğunu söyləyərsə, onun sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis olduğunu söyləyərsə yenə də hökm eynidir.

PAKLAYICILAR

Point

Məsələ: 149. On iki şey nəcasəti pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir:

1. Su.

2. Yer.

3. Günəş.

səh: 29

4. İstihalə (bir haldan başqa hala keçmə.)

5. Üzüm suyunun üçdə iksinin azalması.

6. İntiqal (bir yerdən başqa yerə nəql olunma.)

7. İslam.

8. Təbəiyyət.

9. Nəcasətin eyninin aradan qaldırılması.

10. Nəcasət yeyən heyvanın istibrası.

11. Müsəlmanın qaib olması.

12. İnqilab.

Bunların hökmləri sonrakı məsələlərdə müfəssəl şəkildə gələcəkdir.

1 - SU

Məsələ: 150. Su, dörd şərt daxilində nəcis şeyi pak edir:

1-ci şərt budur ki, mütləq olsun. Deməli, əgər gülab suyu, söyüd ağacının yağı və s. kimi muzaf olsa, nəcis şeyi pak etməz.

2-ci şərt budur ki, pak olsun.

3-cü şərt budur ki, su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son yuyulmada su nəcasətin iyi, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn: iki dəfə yuyulması lazım olan bir şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş su ilə paklasalar, o şey pak olar.

4-cü şərt budur ki, nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az su, yəni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq.

Məsələ: 151. Nəcis qabı qəlil su ilə üç dəfə yumaq lazımdır. Amma kürr, yaxud axar suda bir dəfə yumaq kifayətdir. İtin yaladığı, yaxud su və ya maye şeylər içdiyi qabı, gərək əvvəlcə pak torpaq ilə sürtüb sonra isə kürr və ya axar su ilə bir dəfə,

səh: 30

yaxud da qəlil su ilə iki dəfə yusun. Həmçinin, itin ağzının suyu tökülən qabı da, eyni qayda ilə.

Məsələ: 152. Əgər itin ağzını vurduğu qabın ağzı dar olsa və onu torpaqla sürtmək mümkün olmasa, bir çubuğa parça dolayıb onun vasitəsi ilə o qaba sürtsünlər. Belə olduğu halda da keçən məsələdə deyildiyi kimi, torpaq sürtülsün. Əgər bu mümkün deyilsə, gərək torpağı onun içinə töküb, torpaq, qabın hər tərəfinə dəyəcək tərzdə möhkəm hərəkət etdirsinlər.

Məsələ: 153. Donuzun yaladığı və ya maye içdiyi qab gərək qəlil su ilə yeddi dəfə, kür və axar su ilə isə bir dəfə yuyulsun. Onu torpaq ilə sürtmək lazım deyil. Baxmayaraq ki, ehtiyat-müstəhəb budur ki, torpaqla sürtülsün.

Məsələ: 154. Əgər şərab vasitəsilə nəcis olmuş qabı qəlil su ilə suya çəkmək istəsələr daha üstün nəzərə əsasən üç dəfə yuyulmasına baxmayaraq müstəhəbdir yeddi dəfə yuyulsun.

Məsələ: 155. Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, kürr və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır.

Məsələ: 156. Nəcis olmuş qabı, az su ilə iki cür yumaq olar:

1-ci budur ki, qabı üç dəfə doldurub-boşaltsınlar.

2-ci budur ki, üç dəfə onun içinə bir miqdar su töksünlər və hər dəfədə suyu bütün nəcis yerlərinə çatacaq şəkildə onun içində hərəkət etdirsinlər, sonra isə suyu boşaltsınlar.

Məsələ: 157. Böyük qab (boyük mis qazan və küp kimi) nəcis olsa və onu üç dəfə su ilə doldurub boşaltsalar, paklanar. Həmçinin üç dəfə ona yuxarıdan su töksələr, onun hər tərəfinə su dəysə və hər dəfə də onun dibində yığılan suyu çölə töksələr, paklanar. Ehtiyat-vacib budur ki, o böyük qabın içində yığılan suyu çölə tökmək üçün istifadə olunan qabı və öz əlini nəcis olarsa hər dəfə suya çəksin.

Məsələ: 158. Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri pak olur.

səh: 31

Məsələ: 159. İdrarla nəcis olmuş təndirə əgər iki dəfə onu bütünlükdə əhatə edəcək şəkildə yuxarıdan su töksələr pak olur. Əgər idrardan başqası ilə nəcis olarsa, nəcisi ondan kənarlaşdırdıqdan sonra deyilən qayda ilə bir dəfə ona su töksələr kifayətdir. Daha yaxşıdır ki, onun dibində tökülən suların yığılması üçün çala qazsınlar və onda yığılan suları çölə çıxardsınlar. Sonra da çalanı, pak torpaq ilə doldursunlar.

Məsələ: 160. Nəcis bir şey, (nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə), kürr və axar suya bir dəfə salınarsa, pak olar. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq, tapdalamaq lazım deyil.

Məsələ: 161. Sidik ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə sidik qalmazsa, pak olur. Amma paltar və bədənin pak olmaları üçün gərək onların üzərinə iki dəfə su töksünlər. Ancaq libas, xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün sıxılması lazımdır. (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, adi şəkildə ayrılan suya deyilir).

Məsələ: 162. Yemək yeməyə başlamamış, südəmər oğlan və uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də üzərinə su töksünlər. Libas və xalça kimi şeyləri sıxmaq lazım deyil.

Məsələ: 163. Sidikdən digər bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma paltar və buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır.

Məsələ: 164. Əgər iplə toxunmuş həsir nəcis olsa və onu kürr, yaxud axar suya batırsalar, nəcasətin eyni aradan gedəndən sonra pak olar. Əgər bövl ilə nəcis olsa, onu qəlil su ilə yumaq istəsələr gərək mümkün olan hər şəkildə; ayaqlamaqla da olsa belə, onu iki dəfə sıxsınlar ki, hər dəfədə onun ğüsaləsi çıxsın. Amma bövldən

səh: 32

başqa bir şeylə nəcis olarsa, bir dəfə sıxmaq kifayətdir.

Məsələ: 165. Əgər buğda, düyü, və buna bənzər şeylər nəcis olarsa, batinlərinin pak olması işkallıdır. Əgər kür və axar su nəcis dəydiyi miqdarda ona təsir edərsəpak edər. Amma az su ilə pak olmasını demək işkallıdır.

Məsələ: 166. Əgər insan nəcis suyun sabunun batininə keçib-keçməməsində şəkk etsə, batini pakdır.

Məsələ: 167. Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olar. Amma nəcis bir qaba qoyarlarsa, bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsini tökməlidirlər.

Məsələ: 168. Lil və buna bənzər bir rənglə boyanmış olan nəcis libası, kürr və ya axar suya batırsalar və su libasın rəngilə muzaf halını almazdan qabaq onun hər tərəfinə yetişərsə, libası sıxanda müzaf və rəngli suyun çıxmasına baxmayaraq o libas pak olur.

Məsələ: 169. Paltarı kürr və ya axar suda yuduqdan sonra onun üzərində su yosunu olduğu görünsə və onun, suyun paltarın içinə keçməsinə mane olduğu ehtimal olunmazsa, o paltar pakdır.

Məsələ: 170. Əgər libas və buna bənzər şeyləri yuduqdan sonra üzərində palçıq və ya sabun parçası olduğu görünsə, (onun, suyun libasa yetişməsinə mane olduğu ehtimalını verməsələr,) o libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə işləmişdirsə, onların zahiri pak, daxili isə nəcisdir. Bu o haldadır ki, pak su onların daxilinə keçəməsin. Əgər pak su onların daxilinə keçərsə pakdır.

Məsələ: 171. Nəcis bir şeydən, nə qədər ki, nəcasətin eyni aradan qaldırılmayıb, pak olmaz. Amma nəcasətin rəngi və ya iyi o şeydə qalsa eybi yoxdur. Deməli, əgər qanı paltardan təmizləyib suya çəkdikdən sonra qanın rəngi o paltarda qalsa paltar pakdır.

Məsələ: 172. Əgər bədənin nəcasətini kürr, yaxud axar suda

səh: 33

aradan qaldırıb təmizləsələr, bədən pak olur və sudan çölə çıxıb, yenidən suya girmək lazım deyil.

Məsələ: 173. Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxalanaraq nəcis yeməyin hər tərəfinə çatdırılsa, pak olar.

Məsələ: 174. Əgər baş və üzün tükü çox olsa və az su ilə suya çəksələr, ehtiyata əsasən onun ğüsaləsini çıxartmaq üçün, gərək sıxsınlar.

Məsələ: 175. Bədən və ya paltarın bir yeri az su ilə yuyulduqda, o yerə bitişik olub, yuyulma zamanı suyun adətən çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yəni nəcis yerin ətrafını ayrıca yumaq lazım deyil. Əksinə nəcis yer və onun ətrafı suya çəkilərkən birlikdə pak olurlar. Həmçinin nəcis bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su töküldükdə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq üçün barmaqların hamısının üzərinə su tökülsə, nəcis və pak su onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o biri barmaqlar da pak olur.

Məsələ: 176. Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. Suyun daxilinə keçməsinə maneə olmayacaq miqdarda, az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır.

Məsələ: 177. Nəcis olan bədən və ya qab, sonradan suyun yetişməsinə mane olacaq bir şəkildə yağlansa, o bədən və ya qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə yetişməsi üçün yağın aradan aparılması lazımdır.

Məsələ: 178. Üzərində nəcasətin eyni olmayan nəcis şey, kürr suya birləşmiş olan krantın altında bir dəfə yuyulsa, pak olar. Həmçinin, əgər nəcasətin eynini krantın altında və ya başqa bir vasitə ilə aradan qaldırılsa və o şeydən axan su nəcasətin iyini və ya rəngini, yaxud da, dadını özünə götürmədiyi halda, üzərində nəcasətin eyni olan qab da, krant suyu ilə pak olar. Amma, həmin nəcis şeydən axan su, nəcasətin iyini və ya dadını yaxud da rəngini özünə götürmüş olsa, gərək krantın suyu onun üzərinə o qədər axsın ki, nəcasətin iyi və ya rəngi, yaxud da dadı, ondan

səh: 34

ayrılan suda olmasın.

Məsələ: 179. Əgər bir şeyi suya çəkib pak olmasını yəqin etdikdən sonra nəcasətin eyninin ondan ayrılıb-ayrılmamasında şəkk etsə, yuyulduğu zaman nəcasətin kənar olmasına diqqət yetirdiyi təqdirdə o şey pakdır.

Məsələ: 180. Üzərində su axa bilməyən və ya ondan parça və ya sair şeylə olsa belə

suyun ayrılması mümkün olmayan torpaq nəcis olarsa, qəlil su ilə pak olmaz. Amma üstü çınqıllı və qumlu olan torpaq, su onun üstünə töküləndə ondan ayrılıb quma və çınqıla batdığına görə, qəlil su ilə pak olur. Amma, çınqılların altı nəcis qalır.

Məsələ: 181. Suyun batmadığı daş, kərpic döşənən yerlər, həmçinin bərk torpaq, nəcis olsa, qəlil su ilə pak olur. Amma, bu halda onun üzərinə o qədər su tökülməlidir ki, axmağa başlasın. Əgər onun üstünə tökülən su bir dəlikdən axıb çölə çıxsa, torpağ bütünlüklə pak olur. Amma axıb çölə çıxmasa, o suyun yığıldığı yer nəcis qalır. Oranı paklamaq üçün, gərək hər vasitə ilə mümkün olsa (pak qab ya pak parça kimi) ğüsaləsin çəksinlər. Onun pak olması üçün bir çala qazmaqla olsa belə, su çalaya yığılsın, sonra oranın suyunu çölə çəksinlər. Sonra həmin çalanın pak torpaq ilə doldursunlar.

Məsələ: 182. Duz daşı və buna bənzər şeylərin zahiri nəcis olsa, az su ilə də pak olur.

Məsələ: 183. Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya axar suya qoyulmaqla pak olmaz.

2 - TORPAQ

Məsələ: 184. Yer, üç şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər:

1. Yer pak olmalıdır;

2. Quru olmalıdır;

3. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi

səh: 35

eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan qaldırılmalıdır; əgər nəcasət qabaqcadan aradan qaldırılarsa, ehtiyat-lazıma əsasən ayaq və ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.

Məsələ: 185. Nəcis ayaq və ayaqqabının altının, asfalt və ya ağacla döşənmiş yer üzərində yeriməklə pak olması işkallıdır.

Məsələ: 186. Ayağın və ayaqqabının altında olan nəcasət on beş addımdan az yol getməklə və ya yerə sürtməklə aradan aparılsa belə, ayaq və ya ayaqqabının pak olması üçün, on beş addım və ya daha artıq yol getmək daha yaxşıdır.

Məsələ: 187. Ayağın və ayaqqabının altının nəcisinin yaş olması lazım deyil; əgər quru da olsa, yol getməklə paklanır.

Məsələ: 188. Nəcis olan ayağın və ayaqqabının altı, yol getməklə paklandıqdan sonra, adətən onun ətrafından palçığa bulaşan tərəfləri də pak olur.

Məsələ: 189. Əlləri və dizləri üzərində yeriyən şəxs, əl və ya dizləri nəcis olsa, onların yol getməklə pak olmaları işkallıdır. Həmçinin çəliyin, süni ayağın altı, heyvanların nalı, avtomobilin, faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır.

Məsələ: 190. Yol getdikdən sonra, ayağın və ya ayaqqabının altında nəcasətin gözlə görünməyən zərrəciklərinin, yaxud iyinin və ya rənginin qalmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bunların da qalmamaları üçün bir qədər yol getmək lazımdır.

Məsələ: 191. Ayaqqabınin içi və ayağın altının yerə dəyməyən hissəsi, yol getməklə pak olmur. Corabın altının yol getməklə paklanması işkallıdır.

səh: 36

3-GÜNƏŞ

Məsələ: 192. Günəş, beş şərt daxilində yeri, binanı və binada işlənən qapı-pəncərəni, həmçinin divara vurulan və binanın bir hissəsi sayılan mıxı (kəndir bağlamaq üçün vurulan mıx xaric olmaqla) pak edir:

1-Nəcis şey yaş olsun; (Günəşin onu qurutması üçün); hətta başqa şeyə toxunacağı təqdirdə, onu yaş etməyəcək qədər də olsa. Deməli, quru olsa, günəşin onu qurutması üçün, gərək onu bir vasitə ilə yaş etsinlər.

2-Nəcasətin eyni (zərrələri) o şeyin üstündə olsa, günəşin onun üzərinə saçmasından qabaq, onu aradan qaldırsınlar;

3-Günəş şüalarının qarşısını bir şey almasın; deməli, əgər günəş pərdə, bulud və s. kimi şeylərin arxasından düşüb nəcis şeyi qurutsa, pak olmaz. Amma bulud, çox nazik olub günəşin saçmasınin qabağını almazsa, eybi yoxdur.

4-Günəş təklikdə nəcis şeyi qurutmuş olsun; deməli, əgər, misal üçün, nəcis şey külək və günəşin vasitəsilə qurusa, pak olmaz. Amma külək çox az olsa və həmin “şeyin qurudulmasına cüzi kömək edib” deyilməsə, eybi yoxdur.

5-Günəş, nəcis hopmuş binanı və tikilini, bir dəfəyə qurutsun; deməli, nəcasət dəymiş bina və yerə günəş bir dəfə saçıb onun üst tərəfini və ikinci dəfə isə onun altını qurutsa, təkcə onun üst tərəfi pak olur və alt tərəfi isə nəcis olaraq qalır. Həmiçinin, yer ilə nəcis olmuş binanın aralarında fasilə olmaması şərtdir; məsələn: nəcis olmuş şeyin daxilinə, hava kimi bir şey və ya pak bir cism ilə fasilə düşməsin. Günəşin düşdüyü yerin, yaxud binanın üzü ilə daxili arasında hava və yaxud başqa pak bir şey fasilə salmasın.

Məsələ: 193. Nəcis həsirin günəş vasitəsi ilə pak olması, işkallıdır. Amma bitgi, ağac və meyvəsi günəş vasitəsi ilə pak olur.

Məsələ: 194. Əgər günəş, nəcis torpağa saçsa və insan günəşin düşdüyü vaxt həmin yerin yaş olub-olmamasında şəkk etsə və ya

səh: 37

onun nəminin günəş vasitəsilə quruyub-qurumamasında şəkk etsə, o torpaq nəcisdir. Həmçinin, əgər insan günəşin saçmasından qabaq nəcasətin eyninin aradan qalxıb-qalxmamasında, yaxud günəşin ona saçmasının qabağını alacaq maneənin olıb-olmamasında şəkk etsə, (o torpaq nəcisdir).

Məsələ: 195. Əgər günəşin şüası, nəcis divarın bir tərəfinə düşsə, onun düşmədiyi digər tərəfi pak olmur.

4- İSTİHALƏ ( BİR HALDAN BAŞQA HALA KEÇMƏK )

Məsələ: 196. Əgər nəcis şeyin cinsi (zatı), dəyişilib başqa bir pak şeyə çevrilsə, pak olar. Belə dəyişikliyə istihalə deyilir; məsələn: it duzlağa batıb duza çevrilsə, paklanar. Amma, cinsi dəyişilməsə; məsələn: nəcis buğdanı üyüdüb un etsələr, yaxud çörək bişirsələr pak olmaz. Əgər nəcis olmuş şey istihalə olarsa onun pak olması işkallıdır. Ehtiyat-vacibə görə ondan çəkinmək lazımdır. Məsələn, nəcis olmuş ağac yanıb kül olarsa ondan çəkinmək lazımdır.

Məsələ: 197. Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər şeylər nəcisdir. Ehtiyat-vacibə görə nəcis odundan əldə edilən kömürdən çəkinsinlər.

Məsələ: 198. İstihalə olub-olmaması məlum olmayan nəcis şey, öz nəcisliyində qalır.

5-ÜZÜM SUYUNUN ÜÇDƏ İKİ HİSSƏSİNİN AZALMASI

Məsələ: 199. Od üzərində qaynayan üzüm suyunun üçdə iki hissəsi azalınca qaynaylb bir hissəsi qalarsa, pak və halal olur. Amma 114-ci məsələdə deyildiyi kimi daha üstün nəzər budur ki, nəcis olmur. Əgər öz-özünə qaynayarsa ehtiyat-vacib budur ki, təkcə sirkəyə çevrilməsi ilə halal olur.

səh: 38

Məsələ: 200. Əgər üzüm suyunun iki hissəsi qaynamadan azalarsa, qalanı qaynadığı halda pak, içilməsi isə ehtiyata əsasən haramdır.

Məsələ: 201. Üzüm suyunun qaynayıb-qaynamaması məlum olmasa halaldır.

Məsələ: 202. Əgər misal üçün, bir qora salxımında bir-iki üzüm giləsi olsa, o salxımdan alınan suya qora deyilərsə və üzümün şirinliyindən onda əlamət qalmadığı halda qaynayarsa, pak və yeyilməsi halaldır.

Məsələ: 203. Əgər bir gilə üzüm ocaqda qaynayan bir şeyə düşüb qaynayarsa, yeyilməsinin haram olmasına baxmayaraq pakdır.

Məsələ: 204. Əgər bir neçə qabda şirə bişirmək istəsələr, kəfgiri, qaynanmış qazanlara salmağın eybi yoxdur.

Məsələ: 205. Qora, yaxud üzüm olması məlum olmayan giləmeyvə qaynasa, haram olmaz.

6-İNTİQAL ( BİR YERDƏN BAŞQA YERƏ NƏQL OLUNMA )

Məsələ: 206. İnsanın, yaxud atıcı qanı olan, yəni damarı şəxsildikdə qanı sıçrayışla çölə çıxan heyvanın qanı və həmçinin və s. nəcasətlər, atıcı qanı olmayan heyvanın bədəninə gedib o heyvanın qanı hesab olunsa, pak olur. Buna intiqal deyilir. Deməli, zəlinin insanın bədənindən çəkdiyi qana “zəli qanı deyil, insan qanıdır” deyildiyinə görə nəcisdir.

Məsələ: 207. Əgər bir şəxs, bədəninə qonmuş ağcaqanadı öldürsə və ondan çıxan qanın öz qanı, yaxud ağcaqanadın qanı olmasını bilməsə, pakdır. Həmçinin, əgər həmin qanı ondan əmdiyini bilsə, amma ağcaqanadın bədənindən hesab olunsa, yenə də pakdır. Amma ağcaqanadın onun qanını çəkməsi ilə öldürməsi arasındakı zaman fasiləsi çox az olsa, (nəticə etibarı ilə) insan qanıdır deyilsə, nəcisdir. Həmçinin, insan və ya ağcaqanadın qanı

səh: 39

olub-olmaması deyilidiyi məlum olmasa, nəcisdir.

7-İSLAM

Məsələ: 208. Əgər kafir olan bir adam kəlmeyi-şəhadəteyni (Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Mühəmmədən Rəsulullah) deyərsə, yəni Allahın yeganəliyinə və Xatəmül-Ənbiya həzrət Muhəmməd ibn Əbdullahın (səlləllahu ələyhi və alihi və səlləm) nübüvvətinə şəhadət versə, hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olur. Onun qabaqcadan hər nə qədər nəcis, olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, daha yaxşı olar onun yerini su ilə yusun.

Məsələ: 209. Əgər, kafir olduğu zamanda paltarı yaş halda bədəninə dəymişdirsə, istər müsəlman olduğu zaman o paltar üzərində olsun və ya olmasın, ehtiyat-vacibə əsasən o paltardan çəkinməlidir.

Məsələ: 210. Əgər kafir, şəhadəteyni desə və insan onun qəlbən müsəlman olub-olmamasını bilməsə, pakdır. Əgər qəlbən müsəlman olmadığını bilsə də pakdır.

8-TƏBƏİYYƏT

Məsələ: 211. Təbəiyyət odur ki, nəcis bir şey, başqa nəcis şeyin pak olması vasitəsi ilə paklansın.

Məsələ: 212. Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə olmasından sonra, ehtiyat-vacibə əsasən ondan çəkinmək lazımdır.

Məsələ: 213. Əgər üzüm suyu ocaqda qaynasa, üçdə ikisi azalmazdan qabaq onu bir yerə töksələr, ehtiyat-müstəhəbə əsasən

səh: 40

o yeri suya çəksinlər. Amma üzüm suyu qaynayan qazan və onu qaynatmaq üçün istufadə olunan kəfgir və onun kimi şeylər, üzüm suyunun üçdə ikisi azaldıqdan sonra, onu nəcis hesab etsək pak olur. Amma qeyd olundu ki, bütün hallarda pakdır.

Məsələ: 214. Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan sonra pak olur.

Məsələ: 215. Əgər bir şəxs əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla birlikdə yuyulan əli də pak olur.

Məsələ: 216. Paltar və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır.

Məsələ: 217. Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır.

9-NƏCASƏTİN ARADAN GETMƏSİ

Məsələ: 218. Əgər heyvanın bədəni, nəcisin eyni və ya (qan kimi), nəcis olmuş su ilə nəcis olsa, onlar aradan getdikdə, heyvanın bədəni pak olur. Həmçinin insanın bədəninin batini (içəri) tərəfi, ağızın, burnunun içi də eyni qayda ilə; məsələn: əgər dişin dibindən qan gəlsə və ağız suyunda həll olub aradan getsə, ağızın içini suya çəkmək lazım deyil. Amma süni diş ağızda nəcis olarsa ehtuyat-lazıma görə onu yusunlar. Əgər nəcasət daxili olarsa, pakdır.

Məsələ: 219. Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu nəcis etməz.

Məsələ: 220. Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn miqdarı, həmçinin bədənin daxili və ya xarici hissəsindən olduğunu bilmədiyi bir yerinə, nəcis dəyərsə, nəcasətin aradan getməsi ilə pak olur.

səh: 41

Məsələ: 221. Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa silkələdikdə toz və torpaq tökülürsə, o pakdır.

10-NƏCASƏT YEYƏN HEYVANIN İSTİBRASI

Məsələ: 222. İnsan nəcasətini yeməyə adət edən heyvanın bövlü və qaiti nəcisdir. Onların pak olması üçün, gərək heyvan istibra olunsun. Yəni, bir müddət nəcasət yeməsinin qabağı alınmalı, ona daha “nəcasət yeyən” deyilməyəcəyi müddət ərzində, pak yem verilməlidir. Nəcasət yeyən dəvənin ehtiyat-vacibə görə qırx gün, inəyin otuz gün, qeyri-mümkün deyil ki, inək otuz gün; iyirmi günün kifayət eyməsi də qeyri-mümkün sayılmaz. Qoyunun on gün, su quşları yeddi ya beş gün, ev toyuğunun üç gün, nəcasət yeməsinin qabağı alınmalı, pak yeməklər verilməlidir. Əgər bu müddətdən sonra da onlara “nəcasət yeyən” heyvan deyilsə, ehtiyat-vacibə görə gərək onların nəcasət yeyən heyvan deyilməyəcəyi mqddət qədəri nəcasət yeməklərinin qarşısını alsınlar.

11-MÜSƏLMANIN QAİB OLMASI

Məsələ: 223. Əgər baliğ və ya təharət və nəcasəti ağlıkəsən bir müsəlmanın bədəni, libası və ya xalça, qab və s. kimi, istifadə etdiyi bir şeyi nəcis olsa və o müsəlman bir müddət gözdən qeyb olsa, insan o müsəlmanın onu yuduğuna ağılı kəsən bir ehtimal versə pak olar.

Məsələ: 224. Əgər insanın özü, nəcis olan bir şeyin pak olduğuna yəqin etsə və ya xatircəm olarsa və yaxud iki adil şəxs şəhadət verərsə və onların şəhadəti pak olmasını göstərərsə, o şey pakdır. Məsələn bövl ilə nəcis olmuş paltarı iki dəfə yumasına şəhadət versələr. Həmçinin, əgər yalançılıqda ittiham edilməyən bir şəxs, öz ixtiyarında olan nəcis bir şeyin pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi paklamaq

səh: 42

məqsədi ilə yuyarsa onun düzgün şəkildə suya çəkib-çəkməməsi bilinməsə də, o şey pakdır.

Məsələ: 225. İnsanın libasını yumağı öz boynuna götürən (bu işə vəkil olan) bir şəxs, onu yuduğunu söyləyərsə və onun sözündən insana xatircəmlik gələrsə, o libas pakdır.

Məsələ: 226. Əgər insanda, nəcis bir şeyi yuyarkən onun pak edildiyinə yəqin etmədiyi bir hal vəsvaslıq halı varsa, camaatın yuduğu normal şəkildə yuyarsa kifayət edər.

12-İNQİLAB

Məsələ: 227. Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi şeyin qatılması səbəbi ilə çevrilib sirkəyə çevrilsə, pak olar.

Məsələ: 228. Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan şərab, və ya bir nəcisin dəydiyi şərab, dəyişib sirkə olsa pak olmaz.

Məsələ: 229. Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə nəcisdir.

Məsələ: 230. Əgər üzümün və xurmanın çör-çöpü onların içində olsa və eləcə sirkə tökülsə zərəri yoxdur. Amma ehtiyat-vacib budur ki, xurma, kişmiş və üzüm sirkə olmazdan qabaq onların içinə xiyar, badımcan və bunlara bənzər şeylər tökməsinlər.

QABLARIN HÖKMLƏRİ

Məsələ: 231. İtin, donuzun, yaxud murdar olmuş heyvanın dərisindən hazırlanan qablarda yeyib-içmək haramdır. Bir halda ki, rütubət nəticəsində, o, yeməli şeyin nəcis olmasına səbəb olsun. O qablar dəstəmaz, qüsl və pak şeylərlə yerinə yetirilməsi lazım olan sair işlərdə gərək istifadə edilməsin. Çünki qab odur ki, yemək və içmək üçün düzəldilmiş olsun. Deməli, onları şərti paklıq olmayan işlərdə istifadə etsələr eybi yoxdur.

səh: 43

Məsələ: 232. Qızıl və gümüş qablarda yeyib-içmək haramdır. Amma otağı zinətləndirmək, yığıb saxlamaq və s. məqsədilə o qablardan bəhrələnmək, haram deyil. Buna baxmayaraq ehtiyat-müstəhəb budur ki, bu iş tərk edilsin. Onları sındırmaq (qab şəklindən çıxarmaq) vacib deyil, ehtiyat-müstəhəbdir.

Məsələ: 233. Qızıl, gümüş qablar düzəltmək və onların düzəldilməsindən alınan muzd haram deyil, ehtiyat-müstəhəb budur ki, almasın.

Məsələ: 234. Qızıl və gümüş qabların alınıb-satılması üçün satıcının bunların müqabilində aldığı pul və hər hansı bir şey haram deyildir. Ehtiyat-müstəhəb budur ki, almasın.

Məsələ: 235. Əgər stəkanın tutacağı qızıl və ya gümüşdən hazırlansa, bu halda stəkanı götürdükdən sonra ona qab deyilərsə, həm təklikdə, həm də stəkanla birlikdə istifadə olunması haramdır. Amma ona (ayrılıqda) qab deyilməzsə, istifadə edilməsinin eybi yoxdur.

Məsələ: 236. Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur.

Məsələ: 237. Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin miqdarı, ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi yoxdur.

Məsələ: 238. Əgər insan, qızıl və gümüş qabda olan xörəyi onlarda yemək haram olduğuna görə başqa bir qaba töksə, eybi yoxdur. Əgər bu məqsədlə olmasa, yeməyin qızıl ya gümüş qabdan digər qablara tökülməsi haram deyil. Amma hər iki surətdə yeməyi ikinci qabdan yeyilməsinə maniə yoxdur.

Məsələ: 239. Qəlyanın üfürən yeri, qılıncın qını, bıçaq və Quranın qabı, qızıl və gümüşdən hazırlansa istifadə etməyin eybi yoxdur. Amma qızıl və gümüşdən hazırlanmış kül qabı, ətir və sürmə qabından istifadə edilməsin.

Məsələ: 240. Qızıl və gümüş qablardan məcburiyyət halında istifadə etməyin eybi yoxdur. Amma dəstəmaz və ya qüsl üçün

səh: 44

hətta çarəsizlik halında belə, qızıl və ya gümüş qablardan istifadə etmək olmaz.

Məsələ: 241. Qızıl-gümüşdən və ya digər bir şeydən hazırlandığı bilinməyən bir qabdan istifadə etməyin eybi yoxdur.

DƏSTƏMAZ

Point

Məsələ: 242. Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.

Məsələ: 243. Üz, (dəstəmaz üçün olan uzunluq miqdarına görə), gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az yusun.

Məsələ: 244. Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.

Məsələ: 245. Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa aradan qaldırmalıdır.

Məsələ: 246. Əgər üzün dərisi, tüklərin arasından görünərsə, gərək suyu dəriyə çatdırsın. Amma görünməsə, tükləri yumaq kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.

Məsələ: 247. Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, ehtiyat-vacibə əsasən saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.

Məsələ: 248. Burnun içini və qapadığı zaman göz və

səh: 45

dodaqların görünməyən yerini yumaq vacib deyil. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən şəxs əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir.

Məsələ: 249. Qollar və üz gərək yuxarıdan aşağıya doğru yuyulsun. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.

Məsələ: 250. Əgər insan əllərini isladıb üzünə və əllərinə çəksə və əlinin yaşlığı, əllərə çəkilməsi vasitəsilə onlardan su axacaq miqdardadırsa, kifayətdir.

Məsələ: 251. Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.

Məsələ: 252. Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün gərək dirsəyindən bir az yuxarıdan yusun.

Məsələ: 253. Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa, dəstəmazı batildir.

Məsələ: 254. Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə müstəhəbdir. (Ehtiyat-müstəhəb budur ki, sol əli bir dəfə yumaqla kifayətlənsin). Üçüncü və daha artıq dəfələrdə isə haramdır. Dəstəmazda deyilən “birinci, ikinci və üçüncü dəfə yumaq” dəstəmaz alan şəxsin niyyətinə bağlıdır. Deməli, birinci dəfə yumaq niyyəti ilə, on dəfə üzünə su töksə eybi yoxdur. (Amma gərək bir şəkildə olsun ki, “dəstəmazda suyu israf edir” deməsinlər). Bütün bunlar birinci dəfə hesab olunur. Əgər üç dəfə yumaq məqsədi ilə, üç dəfə su töksə və hər dəfə yuyulası yer tam şəkildə yuyulsa, onun üçüncü dəfəsi haramdır.

Məsələ: 255. Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə məsh edilməlidir. Ehtitat-vacib budur ki, gərək sağ əlin içi ilə və yuxarıdan aşağı məsh edilsin.

səh: 46

Məsələ: 256. Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.

Məsələ: 257. Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir.

Məsələ: 258. Başı məsh etdikdən sonra, gərək əldə qalan dəstəmaz suyu ilə ayaqların üstünə, barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh edilsin. Ehtitat-vacib budur ki, oynağa da məsh etsin.

Məsələ: 259. Ehtiyat-vacib budur ki, ayaqın üstünün hamısına məsh edilsin.

Məsələ: 260. Ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəksin. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə bilər. Amma birincisi ehtiyata uyğundur.

Məsələ: 261. Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əli çəkdiyi vaxtda ayaq, yaxud baş azacıq hərəkət etsə, eybi yoxdur.

Məsələ: 262. Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona təsir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində itəcək qədər az olarsa, eybi yoxdur.

Məsələ: 263. Əgər məsh üçün əldə rütubət qalmasa, əlini başqa su ilə islada bilməz. Gərək qaş, kipriklər və xüsusən üzün çərçivəsi daxilində olan saqqalın nəmindən götürsün.

Məsələ: 264. Əgər əlin rütubəti yalnız başın məshinə çatacaq

səh: 47

miqdardadırsa, ehtitat-vacib budur ki, əldə olan həmin rütubətlə başa məsh çəksin və ayaqların məshi üçün dəstəmazın başqa üzvlərindən qaş, kipriklər və xüsusən üzün çərçivəsi daxilində olan saqqalın nəmindən götürsün.

Məsələ: 265. Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir. Amma kəskin soyuq, oğru, yırtıcı heyvan, qorxu, və s. səbəblərə görə ayaqqabını, yaxud corabı çıxara bilməsə, onların üstünə məsh çəkməyin eybi yoxdur. Əgər ayaqqabının üstü nəcis olsa, ehtiyat budur ki, pak bir şeyi onun üzərinə salıb, o şeyə məsh etsin; ehtiyat-vacib budur ki, təyəmmüm də etsin.

Məsələ: 266. Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, gərək təyəmmüm etsin. Ehtiyat-vacib budur ki, cəbirədə etsin.

İRTİMASİ DƏSTƏMAZ

Məsələ: 267. İrtimasi dəstəmaz budur ki, insan üzünü, əllərini dəstəmaz almaq niyyəti ilə suya salsın və ya onları dəstəmaz niyyəti ilə suya salsın və çıxarsın. Əgər əllərini suya saldığı zaman, dəstəmaz niyyəti edib və onları sudan çıxaranadək və suyun tökülməsi qurtaranadək dəstəmaz niyyətində olsa, dəstəmazı səhihdir. Həmçinin sudan çıxardığı zaman, dəstəmaz niyyəti edib, su tökülüb qurtaranadək dəstəmaz niyyətində olsa, onun dəstəmazı səhihdir. Daha yaxşı olar ki, sol əli yuduğu zaman, yumaq niyyətini əlini sudan çıxardığı zaman etsin. Dirsəyinə tərəf olan suyun əlinin içində ki, suya qarışmamasına riayət etsin.

Məsələ: 268. Sol qolu batırarkən niyyət etməsi icazəli deyil. Onu çıxararkən niyyət etməlidir. Dirsəyin suyu əlin içinin suyuna qarışmamasına görə əlin içinə tökülməməlidir. Sağ əli ilə solu yumasa o da bu hökmü daşıyr.

Məsələ: 269. Əgər dəstəmaz üzvlərindən bəzilərini irtimasi, bəzilərini isə qeyri-irtiması yolla yerinə yetirsə, eybi yoxdur.

səh: 48

DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR

Məsələ: 270. Müstəhəbdir ki, dəstəmaz alan şəxs, suyu gördükdə desin:

بِسْمِ اللهِ وَبِاللهِ وَالْحَمْدُ للهِ الَّذِی جَعَلَ الْمَاءَ طَهُورًا وَلَمْ یَجْعَلْهُ نَجِساً

Bismillahi və billahi vəl-həmdu lil-lahilləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisa.

“Allahın adı ilə. Həmd olsun O Allaha ki, suyu paklayıcı qərar verib, onu nəcis qərar vermədi.”

Dəstəmazdan qabaq əllərini yuyanda desin:

أَللَهًمَّ اجْعَلْنِی مِنَ التَّوَّابِینَ وَاجْعَلْنِی مِنَ الْمُتَطَهّرِینَ

Əllahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mütətəhhirin.

“İlahi! Məni tövbə edənlərdən, pak olanlardan qərar ver!”

Ağzında suyu dolandıranda (yəni məzməzə edəndə) desin:

أَللَّهُمَّ لَقِّنِی حُجَّتِی یَوْمَ أَلقَاکَ وَأَطْلِقْ لِسَانِی بِذِکْرِکَ

Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.

“İlahi! Səninlə görüşdüyüm gün höccətimi mənə təlqin et və dilimi Sənin zikrinlə danışdır !”

İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin:

أَللَّهُمَّ لاَ تُحَرِّمْ عَلَیَّ رِیحَ الْجَنَّهِ وَاجْعَلْنِی مِمَّنْ یَشُمُّ رِیحَهَا وَرَوْحَهَا وَطِیبَهَا

Əllahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəcəlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha.

“İlahi! Mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!”

Üzünü yuyanda desin:

səh: 49

أَللَّهُمَّ بَیِّضْ وَجْهِی یَوْمَ تَسْوَدُّ فِیهِ الْوُجُوهُ وَلاَ تُسَوِّدْ وَجْهِی یَوْمَ تَبْیَضُّ فِیهِ الْوُجُوهُ

Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vücuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vücuh.

“İlahi! Üzlərin qara olduğu gün, mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma!”

Sağ əlini yuyanda desin:

أَللَّهُمَّ أَعْطِنِی کِتَابِی بِیَمِینِی وَالْخُلْدَ فِی الْجِنَانِ بِیَسَارِی وَحَاسِبْنِی حِسَابًا یَسِیرًا

Əllahummə ətini kitabi bi yəmini vəl-xüldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.

“İlahi! Mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!”

Sol əlini yuyanda desin:

أَللَّهُمَّ لاَ تُعْطِنِی کِتَابِی بِشِمَالِی وَلاَ مِنْ وَرَاءِ ظَهْرِی وَلاَ تَجْعَلْهَا مَغْلُولَهً إِلَی عُنُقِی وَ أَعُوذُ بِکَ مِنْ مُقَطَّعَاتِ النِّیرَانِ

Əllahummə la tutini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə müqəttiatin-niyran.

“İlahi mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə! Mən odun parçalarından Sənə pənah aparıram!”

Başına məsh çəkdiyi vaxt desin:

أَللَّهُمَّ غَشِّنِی بِرَحْمَتِکَ وَبَرَکَاتِکَ وَعَفْوِکَ

Əllahummə ğəşşini birəhmətikə və bərakatikə və əfvikə.

“İlahi ! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!”

Ayağına məsh edəndə desin:

أَلّلهُمَّ ثَبِّتْنِی عَلَی الصِّراطِ یَوْمَ تَزِلُّ فِیهِ الْأَقْدَامُ وَاجْعَلْ سَعْیِی فِی مَایُرضِیکَ عَنَّی یَاذَا

səh: 50

الْجَلاَلِ وَالْإِکْرَامِ

Əllahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdamu vəcəl səyi fima yurzikə ənni, ya zəl-cəlali vəl-ikram.

“İlahi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gün, məni Siratda sabit qədəm et və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!”

DƏSTƏMAZIN ŞƏRTLƏRİ

Dəstəmazın səhih olmasının on üç şərti var:

1-ci şərt budur ki, dəstəmazın suyu pak olsun.

2-ci şərt budur ki, dəstəmazın suyu mütləq olsun.

Məsələ: 271. Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və muzaf olmasını bilməsə, yaxud unutsa da batildir. Əgər bu sular ilə alınan dəstəmazla namaz qılsa, gərək o namazı yenidən, səhih dəstəmazla qılsın.

Məsələ: 272. Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu halda namazın vaxtı azdırsa, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını gözləməli və saf su ilə dəstəmaz almalıdır.

3-cü şərt budur ki, dəstəmazın suyu və ehtuyat-vacibə görə dəstəmaz aldığı fəza mübah olsun (qəsbi olmasın).

Məsələ: 273. Qəsb edilmiş və ya sahibinin razı olub-olmadığı məlum olmayan su ilə dəstəmaz almaq haram və batildir. Ehtiyat budur ki, dəstəmazın suyu tökülən yer mübah olsun. Həmçinin əgər dəstəmaz suyu töküldütü yer qəsbi olsa dəstəmaz batildir.

Məsələ: 274. Ümumi istifadə üçün və ya yalnız o mədrəsədə təhsil alanlar üçün vəqf olunduğu məlum olmayan hovuz, adətən camaatın o hovuzda dəstəmaz aldıqları surətdə, camaatın o əməli, onun ümumi istifadə üçün olduğunu bildirir. Bununlada onun vəqf olunmasına əminlik hasıl olsa, (orada dəstəmaz almağın) eybi yoxdur.

səh: 51

Məsələ: 275. Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o hovuzdan dəstəmaz alırsa və bir şəxs də bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər.

Məsələ: 276. Karvansara, səfərə çıxanxana və bu kimi yerlərin hovuzlarında dəstəmaz almaq, o yerin sakini olmayan şəxslər üçün, əgər oranın əhli olmayan dindar şəxslər də adətən orada dəstəmaz alırlarsa və camaatın oranın suyu ilə dəstəmaz alsalar, camaatın əməli və ya onun sahibinin qadağan etməməsi onun razılığını göstərirsə, səhihdir.

Məsələ: 277. Sahibinin razı olub-olmamasını bilməməsinə baxmayaraq böyük çaylarda (axar sularda) dəstəmaz almağın eybi yoxdur. Amma onların sahibi dəstəmaz almağı qadağan etsə, oranın suyu ilə dəstəmaz almasınlar.

Məsələ: 278. Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, səhihdir. Amma suyu özü qəsb etmiş olan şəxs onun qəsb etmiş olduğunu unudub həmin su ilə dəstəmaz alarsa, ehtiyat-vacibə əsasən dəstəmazı batildir.

4-cü şərt budur ki, dəstəmazın suyunun qabı da mübah olsun.

5-ci şərt budur ki, dəstəmazın suyunun qabı qızıl və ya gümüş olmasın.

Məsələ: 279. Əgər dəstəmazının suyu qəsbi və ya qızıl və gümüş qabda olsa suyu götürüb əl və üzünə töksə dəstəmazı səhihdir. Amma irtimasi şəkildə dəstəmaz almağın səhih olmasını demək çətin məsələdir.

Məsələ: 280. Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, (camaatın nəzərində o daşlardan və ya kərpicdən) istifadə etmək sayılmasa, tərtibi dəstəmaz almağın heç bir maneəsi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır.

Məsələ: 281. İmamlardan (ələyhimus-səlam) və ya imam

səh: 52

övladlarından birinə aid olan yer əvvəlcədən qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan arx axıdılarsa, insan o səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi yoxdur.

6-cı şərt: Dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.

Məsələ: 282. Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.

Məsələ: 283. Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, əgər sidik və ya ğaitin məhəllini yumamışsa, əvvəlcə onu paklasın və sonra dəstəmaz alsın.

Məsələ: 284. Əgər dəstəmaz üzvlərindən biri nəcis olsa və dəstəmazdan sonra, əvvəldə oranı suya çəkib-çəkməməsində şəkk etsə, belə bir surətdə dəstəmaz alan zaman o yerin pak, yaxud nəcis olmasına diqqət etməyibsə, dəstəmazı batildir. Amma diqqət etdiyini bilirsə və ya diqqət edib-etməməsində şəkk edirsə, dəsatəmaz səhihdir. Hər halda nəcis olan yeri gərək suya çəksin.

Məsələ: 285. Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir kəsik yer və ya yara olarsa, gərək kəsik və ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxsın. Sonra deyilən qayda üzrə irtimasi dəstəmaz alsın.

7-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.

Məsələ: 286. Dəstəmaz alacağı halda namazın hamısı və ya bir hissəsi öz vaxtından sonraya qalacaq qədər vaxt az olarsa, gərək təyəmmüm etsin. Amma dəstəmaz və ya təyəmmümün hər biri üçün eyni qədər vaxt olarsa, gərək dəstəmaz alsın.

Məsələ: 287. Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha yaxınlıq niyyəti ilə və ya Quran oxumaq kimi müstəhəb bir iş üçün dəstəmaz alarsa, dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir.

səh: 53

Əgər bu zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir.

8-ci şərt: Dəstəmazı qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin əmrlərini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

Məsələ: 288. Dəstəmazın niyyətini dildə demək, yaxud qəlbdən keçirtmək lazım deyil. Amma, dəstəmaz aldığı bütün müddət ərzində diqqəti dəstəmaz almaqda olmalıdır. Dəstəmazın bütün əməlləri Allahın əmrinni yerinə yetirmək niyyəti ilə olsun. Ondan “nə edirsən” deyə soruşduqları sürətdə, dəstəmaz alıram deyə bilsin.

9-cu şərt budur ki, dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. (Yəni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yusun. Ondan sonra başına, sonra isə ayaqlarına məsh etsin. Gərək sol ayağına, sağ ayaqdan əvvəl məsh etməsin. Əgər bu tərtiblə alınmasa, batildir.)

10-cu şərt: Dəstəmazın işlərini ardıcıl (fasiləsiz) olaraq yerinə yetirsin.

Məsələ: 289. Əgər dəstəmazın işləri arasında çoxlu fasilə düşsə, belə ki, bir yeri yuyub, yaxud məsh etdikdə, ondan əvvəlki yerin və ya məshin rütubəti qurusa, dəstəmaz batildir. Əgər bir üzvü yumaq istəyəndə, ondan əvvəl yuduğu və ya məsh etdiyi yerin rütubəti qurumuş olsa; məsələn: sol əli yumaq istəyəndə sağ əli qurusa, amma üzü yaş olsa, dəstamazı səhihdir. Baxmayaraq ki, ehtiyat-müstəhəb budur ki, o dəstəmazı pozub sonra yenidən başqa bir dəstəmaz alsın.

Məsələ: 290. Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyarsa, dəstəmaz səhihdir.

Məsələ: 291. Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Deməli, bir şəxs üzü və əlləri yuduqdan sonra bir neçə addım gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir.

səh: 54

11-ci şərt: Üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin. Başqası ona üçün dəstəmaz alsa və ya suyu onun üzünə və əllərinə tökməkdə yaxud da baş və ayaqlarına məsh etməkdə kömək etsə, dəstəmazı batildir.

Məsələ: 292. Əgər bir şəxsin özü dəstəmaz ala bilmirsə, dəstəmaz almaq üçün gərək özünə nayib tutsun. Əgər (nayib) muzd istəsə, verə biləcəyi təqdirdə gərək versin. Amma gərək onun özü dəstəmaz niyyəti etsin. Daha yaxşı olar ki, tutduğu nayib də dəstəmaz niyyəti etsin. Gərək öz əli ilə məsh çəksin. Əgər bunu edə bilməsə, nayibi gərək onun əlini tutub məsh yerlərinə çəksin. Bu da mümkün olmasa, nayib onun əlinin rütubətindən götürüb başına və ayaqlarına məsh etməlidir.

Məsələ: 293. Dəstəmazın bəzi əməllərini ozü (köməksiz) yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır.

12-ci şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneəsi olmamalıdır.

Məsələ: 294. Əgər bir şəxs dəstəmaz alarsa xəstələnəcəyindən, yaxud suyu dəstəmaz üçün istifadə edərsə özünün və ya digər bir şəxsin susuz qalacağından qorxsa, gərək dəstəmaz almasın. Amma suyun zərərli olub-olmamasını bilmədiyi halda dəstəmaz alıb sonradan zərərli olduğunu başa düşsə, ehtiyat-vacibə əsasən dəstəmazı batildir. Vəzifəsinə uyğun olaraq təyəmmüm etsin.

Məsələ: 295. Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır.

13-cü şərt: Dəstəmaz üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Məsələ: 296. Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ: 297. Dırnağın altının çirkli olmasının dəstəmaz üçün

səh: 55

eybi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, gərək dəstəmaz üçün onları təmizləsin. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, normadan artığının altındakı çirkləri təmizləmək gərəkdir.

Məsələ: 298. Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabar olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabar deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq lazım deyil. Amma soyulmuş dəri bəzən bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ: 299. Əgər insan, dəstəmaz üzvlərinə bir şey yapışıb-yapışmamasında şəkk etsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa; məsələn: palçıqla işlədikdən sonra, palçığın əlinə yapışıb-yapışmamasında şəkk etsə, gərək axtarış aparsin və ya əlini o qədər sürtsün ki, əminlik hasil olsun ki, olan halda o təmizlənib və ya olan halda su onun altına çatıb.

Məsələ: 300. Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və buna bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın.

Məsələ: 301. Əgər dəstəmazdan qabaq, dəstəmaz üzvlərinin bəzisində, suyun üzüvlərə çatmasının qarşısını alan maneə olduğunu bilib dəstəmazdan sonra, dəstəmaz alan vaxt suyun o hissələrə çatıb-çatmamasında şəkk etsə, dəstəmazı səhihdir. Əgər dəstəməz alan zaman dəstəmaza maneənin olmasına diqqət etmədiyini bilirsə, bu halda yenidən dəstəmaz alsın.

Məsələ: 302. Əgər dəstəmaz üzvlərindən bəzisində suyun bəzən onun altına keçdiyi, bəzən də keçmədiyi bir maneə olarsa

səh: 56

və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini nəzərdə tutmadığını bilirsə, ehtiyat-vacib budur ki,yenidən dəstəmaz alsın.

Məsələ: 303. Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir.

Məsələ: 304. Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

DƏSTƏMAZIN HÖKMLƏRİ

Məsələ: 305. Dəstəmazın əməllərində və şərtlərində suyun pak olması və qəsbi olmaması kimi, çox şəkk edən şəxs gərək öz şəkkinə etina etməsin.

Məsələ: 306. Əgər dəstəmazının batil olub-olmamasında şəkk etsə, dəstəmazlı olduğunu qəbul etməlidir. Amma bövldən sonra istibra etməmiş dəstəmaz alsa və dəstəmazdan sonra ondan rütubət xaric olsa, onun bövl və ya başqa şey olmasını bilməsə, dəstəmazı batildir.

Məsələ: 307. Dəstəmaz alıb-almamasında şəkk edən şəxs gərək dəstəmaz alsın.

Məsələ: 308. Əgər bir şəxs dəstəmaz aldığını və ondan hədəs baş verdiyini; məsələn, bövl etməsini bilsə, amma hansının qabaq və hansının sonra olduğunu bilməsə, əgər namazdan qabaqdırsa, gərək dəstəmaz alsın. Əgər namaz əsnasındadırsa, namazı pozub dəstəmaz alsın; əgər namazdan sonra olsa, qıldığı namazı səhihdir. Sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

Məsələ: 309. Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz üzvlərinin bəzi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər çox vaxt keçdiyindən o yerdən

səh: 57

öncə olan yerlərin rütubəti qurumuşsa, gərək yenidən dəstəmaz alsın. Amma qurumamışsa və ya havanın isti olması və buna bənzər bir səbəb üzündən qurumuşsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. Dəstəmaz aldığı zaman bir yerin yuyulmasında və ya məsh edilməsində şəkk edərsə, yenə də bu qaydaya əməl etməlidir.

Məsələ: 310. Əgər namazdan sonra dəstəmaz alıb-almamasında şəkk etsə, namaz səhihdir, lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

Məsələ: 311. Əgər namaz əsnasında dəstəmaz alıb-almamasında şəkk etsə, ehtiyata əsasən namazı tamamlayıb, dəstəmaz alsın və namazı yenidən qılsın.

Məsələ: 312. Namazdan sonra, dəstəmazının batil olduğunu bilərsə, amma namazdan qabaq və ya sonra batil olduğunda şəkk edərsə, qıldığı namaz səhihdir.

Məsələ: 313. İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya ğaitinin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, azan, iqamə və qunut kimi, müstəhəb olan əməlləri tərk etməlidir.

Məsələ: 314. Əgər dəstəmaz və namaz miqdarında vaxt tapmasa, belə ki, namaz əsnasında ondan bir neçə dəfə bövl və ya qait xaric olsa, onun hər dəfəsində dəstəmaz ala bilərsə və bu iş onun üçün çətin olmazsa, onda gərək öz yanında bir qabda su qoysun ki, hər vaxt bövl və ya qait ondan xaric olsa, dərhal dəstəmaz alıb namazın qalan hissəsini qılsın. Ehtiyat-müstəhəb budur ki, o namazı ikinci dəfə bir dəstamazla qılsın. Əgər namazın əsnasında dəstamazı batil olsa əhəmiyyət verməsin.

Məsələ: 315. Qaiti ya bövlü ardıcıl şəkildə xaric olan və hər dəfədən sonra, onun üçün dəstəmaz almaq çətin olan bir şəxs,

səh: 58

namazının müəyyən miqdarını dəstəmaz ilə qıla bilsə, gərək hər namaz üçün bir dəstəmaz alsın.

Məsələ: 316. Bövlu və ya qaiti ardıcıl olaraq xaric olan bir şəxs, əgər namazın heç bir miqdarını dəstəmazla qıla biləmsə ehtiyat-vacib budur ki, hər namaz üçün bir dəstamaz alsın.

Məsələ: 317. Əgər bir şəxs xəstəlik səbəbi ilə yel çıxmasının qarşısını ala bilməsə, bövl və ya qaitin çölə gəlməsinin qabağını ala biməyən şəxslər kimi əməl etməlidir.

Məsələ: 318. Əgər bir şəxsdən ardıcıl bövl və ya qait xaric olursa, gərək hər namaz üçün dəstəmaz alıb dərhal namaza başlasın. Amma yerinə yetirilməsi namazdan sonra olan, unudulmuş səcdə, təşəhhüd kimi işləri dərhal namazdan sonra yerinə yetirsə, dəstəmaz alması lazım deyil. Amma ehtiyat-lazıma əsasən ehtiyat namazı üçün dəstəmaz alsın.

Məsələ: 319. Əgər bir şəxsdən damcı-damcı bövl xaric olursa, namaz üçün, pambıq və başqa şey olan, bövlun və bədəninin başqa yerlərinə dəyməsinin qarşısını alan bir kisənin vasitəsi ilə, özünü qorumalıdır. Ehtiyat-vacib budur ki, hər namazdan qabaq, bövlun nəcis olmuş məxrəcini (suya çəksin) və kisəni suya çəksin və ya dəyişsin. Həmçinin qaitin çölə gəlməsinin qarşısını ala bilməyən şəxs, imkan daxilində, namaz qıldığı müddətdə qaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Ehtiyat-vacib budur ki, məşəqqəti olmayan halda hər namaz üçün qaitin məxrəcini suya çəksin.

Məsələ: 320. Əgər bir şəxs bövl və qaitin çölə çıxmasının qarşısını ala bilmirsə, mümkün olan halda gərək namaz qıldığı müddətdə, hətta xərci də olsa, bövl və qaitin çıxmasının qarşısını alsın. Ehtiyat-vacibə əsasən onun xəstəliyi asan yolla müalicə olunarsa gərək özünü müalicə etsin.

Məsələ: 321. Sidik və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi zamanında vəzifəsinə uyğun qıldığı namazlarını sağaldıqdan sonra qəza etməsi lazım deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, ehtiyata əsasən o,

səh: 59

vaxtda qıldığı namazı yenidən qılsın.

DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR

Məsələ: 322. Beş şey üçün dəstəmaz almaq vacibdir:

1.Meyyit namazından başqa sair vacib namazlar üçün. (Müstəhəb namazların səhihliyi üçündə dəstamaz şərtdir.)

2.Unudulmuş təşəhhüd və səcdə üçün; əgər onlar ilə qıldığı namaz arasında hədəs (bövl kimi) baş vermiş olarsa. Ehtiyat-vacibə əsasən səcdeyi-səhv üçün də dəstamaz alınsın.

3.Allah evinin (Kəbənin) vacibi təvafı üçün.

4.Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzr etsə.

5.Nəcisə bulaşmış Quranı suya çəkmək və ya onu (Quranı) hörmətsizlik olan yerdən (tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Quranın yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qurana hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Quranı bu kimi yerlərdən çıxarsın və ya nəcis olsa, suya çəksin.

Məsələ: 323. Dəstəmazı olmayan şəxslər üçün Quranın yazılarına məss etmək (yəni bədənin hər hansı bir hissəsini onun yazılarına vurmaq) haramdır. Ehtiyat-müstəhəb budur ki, öz tüklərini də quranın xəttinə vurmasın. Amma Quranı fars dilinə və ya başqa dillərə tərcümə etsələr məss etməyin eybi yoxdur.

Məsələ: 324. Uşaqların və dəlilərin Quran yazısına toxunmasının qarşısını almaq vacib deyil. Amma onların toxunması Qurana qarşı hörmətsizlikdirsə, gərək qarşısı alınsın.

Məsələ: 325. Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması ehtiyat-vacibə əsasən haramdır. Yaxşı olar ki, həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm), İmamların (ələyhimus-səlam) və həzrət Zəhranın (ələyha səlam) mübarək adlarına da dəstəmazsız toxunmasın.

səh: 60

Məsələn: 326. Əgər bir şəxs namaz vaxtından əvvəl, təharətli olmaq niyəti ilə dəstəmaz alsa, yaxud qüsl etsə, səhihdir. Namaz vaxtına yaxın olan vaxtlarda da namaza hazır olmaq niyyəti ilə dəstəmaz alsa, eybi yoxdur.

Məsələ: 327. Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir.

Məsələ: 328. Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da müstəhəbdir. Fəqihlərdən bəzisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan əhlini ziyarət etmək, məscidə və İmamların (ələyhimus-səlam) hərəmlərinə getmək, yanında Quran gəzdirmək, Quran oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq üçün dəstəmaz almaq müstəhəbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəb olması sübuta yetməyib. Amma əgər müstəhəb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir və dəstəmazla yerinə yetirilməli olan hər bir işi edə bilər. Məsələn: o dəstəmazla namaz qıla bilər.

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR

Məsələ: 329. Yeddi şey dəstəmazı batil edir:

1. Sidik;

2. Ğait;

3.Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli;

4.Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.

5.Əqli aradan aparan şeylər; dəlilik, sərxoşluq, huşdan getmək və s. kimi.

6.Qadının istihazəsi (sonrdan deyiləcək);

7. Yerinə yetirilməsı üçün qüslün gərəkli olduğu əməllər (cənabət kimi).

səh: 61

CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ

Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır.

Məsələ: 330. Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın.

Məsələ: 331. Əgər yara, çiban, yaxud sınıqlıq üzdə, əllərdə olsa və onların üstü açıq, suyun tökülməsinin də zərəri olsa, yaş əl ilə onların üstünə çəkilməsinin zərəri olmasa, ehtiyata-vacibə görə yaş əl ilə onun üstünə çəksin. Ehtiyat-müstəhəbə əsasən sonra pak bir parçanı yaranın üstünə qoyub yaş əl ilə o parçanın da üstünə çəksin. Əgər bu qədərin də zərəri olsa, yaxud yara nəcis olsa və suya çəkilməsi mümkün olmasa, bu halda, dəstəmazın qaydalarında deyildiyi kimi, yaranın ətrafını yuxarıdan-aşağı yusun. Ehtiyata-vacibə görə pak bir parçanı yaranın üstünə qoyub yaş əl ilə o parçanın üstünə çəksin. Əgər parça qoymaq mümkün olmazsa, yaranın ətrafını yusun və ehtiyat-müstəhəbə görə, təyəmmüm də etsin.

Məsələ: 332. Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa və onu məsh edə bilmirsə onun üzərinə pak parça qoyub əlində qalan dəstəmaz suyunun yaşlığı ilə məsh etsin. Ehtiyat-vacib budur ki, sonra təyəmmüm etsin. Əgər parça qoymaq mümkün olmasa təyəmmümlə kifayətlənsin.

Məsələ: 333. Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə olsun.

Məsələ: 334. Əgər yara, çiban və sınıq.üz və ya əllərdə olarsa onun üstünü açmaq mümkün olsa amma suyun onun üzərinə tökülməsinin zərəri olsa ancaq yaş əlin çəkilməsinin zərəri olmasa

səh: 62

ehtiyat-vacib budur ki, yaş əl ilə onun üzərinə məsh çəksin, sonra isə pak bir parça onun üzərinə qoyub parçanında üzərindən məsh çəksin.

Məsələ: 335. Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Əgər suyun yaraya zərəri olsa və ya suyu yaraya çatdırmaq mümkün deyilsə yaxud yara nəcisdirsə və onu yumaq mümkün deyilsə gərək yaranın ətrafını yusun. Əgər cəbirə pakdırsa gərək onun üzərinə məsh çəksin. Əgər cəbirə nəcisdirsə və ya yaş əl ilə onun üzərinə məsh çəkmək mümkün deyilsə məsələn, ələ yapışan dərmandırsa, cəbirə hesab olunan bir parçanı onun üzərinə qoysun yaş əl ilə onun üzərinə çəksin. Əgər bu da mümkün deyilsə ehtiyat-vacib budur ki, onun ətrafını yumaq ilə dəstəmaz alsın, təyəmmüm də etsin.

Məsələ: 336. Əgər cəbirə üzün, yaxud əllərdən birinin və ya hər ikisinin hər yerini tutmüş olsa, gərək cəbirə dəstəmazı alsın. Ehtiyat-vacibə görə, təyəmmüm də etsin.

Məsələ: 337. Əgər cəbirə, dəstəmaz üzvlərinin hamısını tutmuş olsa, ehtiyat-vacibə görə gərək cəbirə dəstəmazı alıb təyəmmüm də etsin.

Məsələ: 338. Əgər bir şəxsin əlinin içində və barmaqlarında cəbirə olsa, dəstəmaz alan zaman yaş əl ilə onun üstünə çəkibsə, gərək başına və ayaqlarına da həmin rütubətlə məsh etsin. Əgər əlin içi ilə məsh etmək mümkün deyilsə.

Məsələ: 339. Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.

Məsələ: 340. Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa,

səh: 63

gərək onların arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirə olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin.

Məsələ: 341. Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu qaldırmaq mümkün olmasa, cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni qoparmaq əziyyət vermirsə, gərək onu qoparsın. Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl etməlidir.

Məsələ: 342. Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir. Ehtiyat-müstəhəb budur ki, cəbirə dəstəmazıda alsın.

Məsələ: 343. Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin.

Məsələ: 344. Əgər dəstəmaz və qüsl yerlərinə qoparılması mümkün olmayan, yaxud qoparılması dözülməz dərəcədə məşəqqətli olsa, gərək cəbirə göstərişinə əməl etsin. Ehtiyat-müstəhəbə əsasən təyəmmüm də etməlidir.

Məsələ: 345. Cəbirə qüslü, cəbirə dəstəmazı kimidir. Ehtiyat-vacib budur ki, onu tərtiblə yerinə yetirsinlər.

Məsələ: 346. Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bəzisində yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında açıqlanan qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir.

Məsələ: 347. Əgər insan gözündə olan xəstəlik üçün gözünün kipriklərini yapışdırsa, gərək cəbirə dəstəmazı və ya qüslü almalıdır. Ehtiyata əsasən təyəmmüm də etsin.

Məsələ: 348. Əgər insan gözündə olan xəstəlik üçün gözünün

səh: 64

kipriklərini yapışdırsa, gərək cəbirə dəstəmazı və ya qüslü almalıdır. Ehtiyata əsasən təyəmmüm də etsin.

Məsələ: 349. Əgər bir şəxs vəzifəsinin təyəmmüm, yaxud cəbirə dəstəmaz olduğunu bilmirsə, ehtiyat-vacibə görə gərək hər ikisini yerinə yetirsin.

Məsələ: 350. İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları əgər vaxtın axırına qədər üzrü aradan qalxmasa səhihdir. Əgər vaxtın arasında üzrü aradan qalxsa yenidən dəstəmaz alması vacibdir. Əgər vaxt keçəndən sonra üzrü aradan qalxsa sonrakı namazlar üçün gərək dəstəmaz alsın.

VACİB QÜSLLƏR

Vacib qüsllər yeddidir:

1. Cənabət qüslü.

2. Heyz qüslü.

3. Nifas qüslü.

4. İstihazə qüslü.

5. Məssi-meyyit qüslü.

6. Meyyit qüslü.

7. Nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər.

CƏNABƏTİN HÖKMLƏRİ

Məsələ: 351. İnsan iki yolla cünub olur:

1. Cima (cinsi əlaqə) ilə;

2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə ayıqlıqda, istər az olsun, istərsə çox, istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız.

Məsələ: 352. Əgər insandan məni, ya sidik və ya başqa bir şey olduğunu bilməyən bir rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric

səh: 65

olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç nişanədən heç biri və ya onlardan bəziləri onda olmasa, məni hökmündə deyildir. Amma xəstə adamda o rütubətin sıçrayaraq xaric olması lazım deyil; əgər şəhvətlə xaric olsa və xaric olduğu zaman bədən süst olsa məni hökmünü daşıyır.

Məsələ: 353. Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə aid olan bir su çıxsa və başqa nişanələrin də onda olub-olmadığını bilməsə, o suyun çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstamazlı olmasa sidik üçündə istibra edibsə qüsül lazım deyil.Əgər dəstəmazı olubsa ona bir şey lazım deyil, dəstəmazı olmadığı təqdirdə isə təkcə dəstamaz alsın. Əgər istibra edibsə və xaric olan suyun sidik ya məni olduğunu bilirsə gərək ehtiyat edib həm qüsl etsin həmdə dəstəmaz alsın.

Məsələ: 354. İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilmədiyi bir nəmlik xaric olarsa, həmin nəmlik məni hökmündədir.

Məsələ: 355. Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, sünnət olunan yerə qədər və ya çox daxil olsa, istər qabaqdan olsun, istərsə arxadan, istər həddi-büluğa çatsın, istərsə çatmasın, məni xaric olmasa da, hər ikisi cünub olar.

Məsələ: 356. (Sünnət olunan miqdarda) daxil olub-olmadığında şəkk edən şəxsin qüsl etməsi vacib deyil.

Məsələ: 357. Əgər (nəuzu billah!) heyvanla yaxınlıq etsə və məni də gəlsə, təkcə qüsl kifayətdir. Amma məni gəlməsə, bu halda vətydən əvvəl dəstəmazlı olsa, yenə də qüsl kifayətdir. Əgər dəstəmazlı olmasa ehtiyat-vacib budur ki, qüsl edib dəstəmaz da alsın.

Məsələ: 358. Əgər məni öz yerindən hərəkət etsə, amma çölə gəlməsə; yaxud məninin çölə gəlib-gəlməməsində şəkk etsə, qüsl vacib deyil.

Məsələ: 359. Qüsl edə bilməyən, amma təyəmmüm etməsi

səh: 66

mümkün olan şəxs, namaz vaxtı daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər.

Məsələ: 360. Əgər bir şəxs öz paltarında məni görsə və onu, özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil.

CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR

Məsələ: 361. Cünuba beş şey haramdır:

1.Öz bədənindən hər hansı bir yeri Quranın yazısına və ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və həzrət Zəhranın (ələyhimus-səlam) da adlarına toxundurmaması daha yaxşıdır.

2.Məscidul-hərama və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.

3.Başqa məscidlərdə dayanmaq amma bir qapıdan daxil olub başqa qapıdan xaric olsa və ya bir şeyi götürməyə görə getsə heç bir maneəsi yoxdur. Ehtiyat-vacibə əsasən İmamların (ələyhimus-səlam) hərəmlərində dayanmaq da haramdır.

4.Bir şeyi məscidə qoymaq.

5.Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədən ibarətdidir:

32-ci «Səcdə» surəsi;

41-ci «Fussilət» surəsi;

53-cü «Nəcm» surəsi;

96-cı «Ələq» surəsi.

Bu dörd surənin bir hərfi olsa belə oxumaq haramdır. Əgər bismillahı bu surələrin bismillahı niyyəti ilə desə haramdır.

səh: 67

CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 362. Doqquz şey cünub şəxsə məkruhdur:

1-2.Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır.

3.Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.

4.Bədənindən hər hansı bir yerini Quranın cildinə, haşiyəsinə və ya yazılarının arasına toxundurmaq.

5.Quranı özü ilə gəzdirmək.

6.Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamasına görə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.

7.Həna və buna bənzər şeylərə boyanmaq.

8.Bədənə yağ çəkmək.

9.Möhtəlim olandan (yəni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.

CƏNABƏT QÜSLÜ

Məsələ: 363. Cənabət qüslü öz-özlüyündə müstəhəbdir, amma vacibi namazlar və s. kimi işlər üçün vacibdir. Amma meyyit namazı, şükr səcdəsi və Quranın vacibi səcdələri üçün cənabət qüslü lazım deyil.

Məsələ: 364. Qüsl edərkən vacib qüsl edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirməkdən ötrü qüsl edərsə, kifayətdir.

Məsələ: 365. Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niyyəti edərək qüsl edər və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir.

Məsələ: 366. Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir.

səh: 68

TƏRTİBİ QÜSL

Məsələ: 367. Tərtibi qüsldə, gərək qüsl niyyəti ilə, əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra isə sol tərəfini yumaq lazımdır. Əgər bir şəxs bilərəkdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu tərtibə riayət etməsə, qüslü batildir.

Məsələ: 368. Göbək və övrətin bir yarısını bədənin sağ tərəfi ilə, o biri yarısını isə sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbəyin və övrəti bütünlüklə hər iki tərəflə yusun.

Məsələ: 369. Bədənin üç hissəsini, yəni baş və boyun, sağ tərəf və sol tərəfini tamamilə qüsl etməsini yəqin etmək üçün, hər tərəfi yuyanda, başqa tərəfdən də bir miqdarını yusun. Hətta ehtiyat-müstəhəb budur ki, boyunun bütün sağ tərəfini, bədənin sağ tərəfi ilə, sol tərəfini isə bədənin sol tərəfi ilə yusun.

Məsələ: 370. Əgər qüsl alandan sonra bədəninin hər hansı bir yerinin yuyulmadığını başa düşsə, amma bədəninin hansı yerinin yuyulmadığını bilməsə, gərək yenidən qüsl etsin.

Məsələ: 371. Əgər qüsldən sonra bədənin bir hissəsinin yuyulmadığını başa düşsə, bu halda; yuyulmayan sol tərəfdən olsa, həmin miqdarı yumaq kifayətdir. Amma sağ tərəfdən olsa o miqdarı yuduqdan sonra yenidən sol tərəfi yumalıdır. Əgər baş və boyun tərəfdən qalmış olsa, həmin miqdarı yuduqdan sonra, yenidən bədənin sağ tərəfini və sonra sol tərəfini yumalıdır.

Məsələ: 372. Əgər qüsl qurtarmamışdan qabaq, sol tərəfin bir hissəsinin yuyulub-yuyulmamasında şəkk etsə, həmin miqdarı yumaq kifayətdir. Amma sağ tərəfin bir hissəsinində şəkk etsə, ehtiyat-vacibə görə həmin miqdarı yuyandan sonra gərək sol tərəfi də yusun. Əgər bir üzvü yuyarkən qabakı əzaların birinin yuyulub-yuyulmamasında şəkk etsə, şəkkinə əhəmiyyət verib həmən üzvü yusun.

səh: 69

İRTİMASİ QÜSL

Məsələ: 373. İrtimasi qüsldə gərək su bir anda (suya daxıl olmaq tədrici və ya bir dəfəlik olmasına baxmayaraq) bədənin hər yerini əhatə etsin. Deməli, əgər irtimasi qüsl niyyəti ilə suya daxil olsa, onun ayağı yerdə olduğu təqdirdə, gərək ayağını yerdən qaldırsın.

Məsələ: 374. İrtimasi qüsldə niyyət edəndə bədənin bir miqdarı sudan qıraqda olması vacib deyil.

Məsələ: 375. İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir.

Məsələ: 376. Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi qüsl etməlidir.

Məsələ: 377. Həcc və ya ümrə üçün ehram bağlayan şəxs irtimasi qüsl edə bilməz, amma əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir.

QÜSLÜN HÖKMLƏRİ

Məsələ: 378. İrtimasi qüsldə bədənin hər yeri pak olmalıdır. Amma tərtibi qüsldə bədənin hamısının pak olması lazım deyil. Hər hissəni qüsl etməmişdən qabaq suya çəksə, kifayətdir.

Məsələ: 379. Haram yolla cünub olan şəxs isti su ilə qüsl etmək istəsə tərləyəcək. Onun təri ehtiyat-vacibə görə nəcis olduğuna görə gərək soyuq su ilə qüsl etsin. Əgər soyuq su tapmasa və yaxud onun üçün zərəri olsa, sudan xaricdə tərtibi qüsl edə bilməzsə, bütün bədən suyun altında olduqdan sonra, tərtibi qüsl etsin. Əvvəl baş və boyun niyyəti ilə bədəni hərəkət etditsin, sonra sağ tərəf niyyəti ilə və ondan sonra sol tərəf niyyəti ilə bədəni hərəkət etdirsin, qüslü səhihdir.

Məsələ: 380. Əgər qüsldə, bədənin bir yerində tükün ucu qədər yuyulmamış yer qalsa, əgər irtimasidirsə, qüslu batildir. Əgər

səh: 70

tərtibi qüsl olsa, yuyulmamış yeri yumaq lazımdır. Həmçinin bədənin ondan sonra yuyulacaq yerlərini yumaq lazımdır. Amma bədənin görünməyən yerlərini və ya bədənin batini üzvlərindən sayılan, qulağın, burnun və gözün içi, kimi yerləri yumaq vacib deyil.

Məsələ: 381. Bədənin zahirindən və ya batinindən olmasında şəkk edilən yeri ehtiyat-vacibə görə yumalıdır.

Məsələ: 382. Əgər sırğanın dəliyi və s. kimi yerlər çox geniş olub daxili görünsə və bədənin zahiri hesab olunsa, gərək onu yusun. Əks halda yuyulması lazım deyildir.

Məsələ: 383. Suyun bədənə çatmasına mane olan şeylər gərək aradan qaldırılsın. Əgər aradan qaldırılmasına yəqin və əminlik hasil etmədən qüsl etsə, qüslü batildir.

Məsələ: 384. Qüsl edərkən bədənində suyun bədənə çatmasına maneə olan şeyin olub-olmadığına ağıl kəsən ehtimal versə, gərək axtarış aparıb maneənin olmadığına əmin olsun.

Məsələ: 385. Qüsl edərkən bədənin bir üzvindən sayılan qısa tüklər yuyulmalıdır, amma uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə suyu bədənin dərisinə çatdırarsa qüslü səhihdir. Amma əgər onları yumadan bədəninin dərisinə suyu çatdırmaq mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır.

Məsələ: 386. Dəstəmazın səhih olması üçün qeyd olunan bütün şərtlər (suyun pak olması, qəsbi olmaması) qüslün də səhih olmasında şərtdir. Amma qüsldə bədəni yuxarıdan aşağı yumaq vacib deyil, kifayət edəcək şəkildə yuyulmalıdır. Həmçinin tərtibi qüsldə, hər üç qisməti yuyandan sonra, növbəti hissəni dərhal yumaq lazım deyil. Baş və boyunu yuduqdan sonra bir az gözləyib sonra sağ tərəfi yusa, sonra müəyyən fasilədən sonra sol tərəfi yusa, eybi yoxdur.

Məsələ: 387. Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq niyyətində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir.

səh: 71

Məsələ: 388. Əgər hamamçı nisyə qüsül etməyə razı olsa, amma qüsl edən şəxsin məqsədi əvvəldən onun pulunu verməmək, yaxud haram puldan vermək olsa, qüslu işkallıdır (batildir).

Məsələ: 389. Əgər hamamçıya haram, yaxud xümsü verilməyən puldan vermək istəsə, (əgər xümsdə şəri zəminliyə əməl etməsə) qüslü batildir.

Məsələ: 390. Əgər qaitin məxrəcini hamamın ambarının suyu ilə paklayıb sonra, qüsldən qabaq hamamın suyundan pakladığı üçün hamamçının onun qüsl etməsinə razı olub-olmamasında şəkk etsə, onun qüslü batildir. Amma, qüsl almamışdan qabaq hamamçını razı etsə, batil olmaz.

Məsələ: 391. Qüsl edib-etmədiyində şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra etdiyi qüslün səhih olub-olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil.

Məsələ: 392. Əgər qüsl əsnasında insandan kiçik hədəs baş versə; məsələn: bövl etsə, o qüslü tərk edib yenidən qüsl etsin dəstəmaz da alsın.Yaxud o, qüslü tamamlayıb ikinci dəfə ehtiyat-vacibə görə tamam və ya itmam niyyəti qüsl etsin sonra dəstəmaz da alsın. Ehtiyat budur ki, ikinci qüslü birinci verdiyi qüsl kimi (yəni tərtibi və irtimasi olmaqda) yerinə yetirsin.

Məsələ: 393. Əgər qüsl və namaz üçün lazımi qədər vaxtın olduğunu güman edib, namaz üçün qüsl etsə, qüslü səhihdir.

Məsələ: 394. Cünub olan şəxs qusl edib-etməməsi barədə şəkk etsə, qıldığı namazlar səhihdir. Amma gərək sonrakı namazlar üçün qüsl etsin.

Məsələ: 395. Boynunda bir neçə vacibi qüsl olan bir şəxs onların hamısının niyyəti ilə bir qüsl ala bilər. Əgər onlardan biri cənabət qüslü olsa cənabəti təkcə niyyət etsə kifayətdir və dəstamaz da lazım deyil. Əgər cənabət qüslündən başqasın da niyyət etsə kifayətdir amma ehtyata görə dəstamaz da alsın.

Məsələ: 396. Cünub olan bir şəxsin bədəninin müəyyən yerində Quran ayəsi və ya Allah-təalanın adı yazılmış olsa, ehtiyat-vacibə görə mümkündürsə onu aradan qaldırsın. Əgər aradan qaldırmaq

səh: 72

mümkün deyilsə gərək qüsl və dəstəmazı irtimasi yerinə yetirsin. Əgər qüsl və dəstəmazı tərtibi yerinə yetirmək istəyərsə gərək suyu bəbənə elə çatdırsın ki, əli yazılara dəyməsin.

Məsələ: 397. Cənabət qüslü alan bir şəxs, namaz üçün gərək dəstəmaz almasın. Amma başqa qüsllər ilə namaz qılmaq olmaz gərək dəstəmaz da alınsın.

İSTİHAZƏ

Point

Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.

Məsələ: 398. Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.

Məsələ: 399. İstihazə üç qismdir:

1- Qəlilə (az).

2- Mütəvəssitə (orta).

3- Kəsirə (çox).

Qəlilə istihazə budur ki, qan, qadının övrətinin daxilinə qoyduğu pambığın bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.

Mütəvəssitə istihazə odur ki, qan qadının övrətinə qoyduğu pambığa hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.

Kəsirə istihazə budur ki, qan ora qoyulan pambıqdan keçib dəsmala da çatsın.

İSTİHAZƏNİN HÖKMLƏRİ

Məsələ: 400. Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya çəkməsi və ya dəyişdirməsi

səh: 73

ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, suya çəkməlidir.

Məsələ: 401. Mütəvəssitə istihazədə gərək qadın sübh namazından qabaq qüsl etsin. Amma mütəvəssitə istihazədə sübh namazından qabaq qüsl etsə, sonrakı günün sübhünə qədər hər namaz üçün (əvvəlki məsələdə deyilən) qəlilə istihazənin əməllərini yerinə yetirməlidir. Amma bilərəkdən, yaxud unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, zöhr və əsr namazları üçün qüsl etməlidir. Əgər onun üçün də qüsl etməsə, gərək məğrib və işa namazlarından qabaq qüsl edsin; İstər qan gəlsin ya kəsilmiş olsun. Qüsülsız qıldığı namazları gərək qüsl edib və dəstamaz alıb yenidən qılsın.

Məsələ: 402. Kəsirə istihazədə, (əvvəlki məsələdə deyilən) mütəvəssitə istihazənin əməllərindən əlavə, hər namaz üçün övrətinə qoyduğu dəsmalı dəyişməli, yaxud suya çəkməlidir. Sonra bir qüsl zöhr və əsr namazları üçün, bir qüsl da məğrib və işa namazları üçün etməli, zöhr və əsr namazları arasında fasilə salmamalıdır. Əgər fasilə salsa, gərək əsr namazı üçün də yenidən qüsl etsin. Həmçinin, əgər məğrib və işa namazları arasında fasilə salsa, gərək işa namazı üçün yenidən qüsl etsin.

Məsələ: 403. İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün dəstəmaz almamış və qüsl etməmişdirsə, namaz vaxtı dəstəmaz almalı və qüsl etməlidir.

Məsələ: 404. Dəstəmaz və qüsl almağın vacib olduğu mütəvəssitə və kəsirə qanı olan qadın, qüsl və dəstəmazdan hər hansını əvvəl yerinə yetirsə səhihdir. Amma daha yaxşı olar ki, əvvəl dəstəmaz alsın.

Məsələ: 405. Əgər qadının qəlilə istihazə qanı sübh namazından sonra mütəvəssitəyə çevrilsə, bu halda zöhr və əsr namazı üçün qüsl etməlidir; və əgər zöhr və əsr namazından sonra qəlilə mütəvəssitəyə çevrilsə, məğrib və işa namazları üçün qüsl etməlidir.

Məsələ: 406. Əgər qadının qəlilə və yaxud mütəvəssitə

səh: 74

istihazəsi sübh namazından sonra kəsirə olsa, gərək zöhr və əsr namazları üçün bir qüsl, məğrib və işa namazı üçün başqa bir qüsl almalıdır. Əgər zöhr və əsr namazından sonra kəsirə olsa, gərək məğrib və işa namazı üçün qüsl etsin.

Məsələ: 407. Kəsirə və ya mütəvəssitə qanı olan qadın, əgər vaxtın daxil olmasından əvvəl namaz üçün qüsl etsə, onun qüslü batildir. Hətta əgər sübh namazının vaxtına yaxın olan vaxtlarda gecə namazı üçün qüsl edib, gecə namazı qılsa vaxt daxil olandan sonra sübh namazı üçün ehtiyat-vacibə əsasən qüsl etsin.

Məsələ: 408. Müstəhazə qadın, gündəlik namazlardan başqa ki hökmü keçdi, istər vacib olsun, istərsə də müstəhəb, gərək hər namaz üçün dəstəmaz alsın. Həmçinin qıldığı namazı ehtiyatən yenidən, yaxud təklikdə qıldığı namazı yenidən camaatla qılmaq istəsə, gərək istihazədə deyilən bütün əməlləri yerinə yetirsin. Amma ehtiyat namazı, unudulmuş səcdə və təşəhhüdü, həmçinin səcdeyi-səhvi yerinə yetirmək üçün, əgər onları namazdan sonra dərhal yerinə yetirsə, istihazə işlərini təkrarlaması lazım deyil.

Məsələ: 409. Müstəhazə qadın, qanı dayandıqdan sonra qılacağı ilk namaz üçün iztihazənin işlərini yerinə yetirməlidir. Sonrakı namazlar üçün isə lazım deyil.

Məsələ: 410. Əgər bir qadın istihazəsinin hansı növdən olduğunu bilməsə, namaz qılmaq istədiyi vaxt, bir miqdar pambığı öz övrətinin daxilinə qoyub bir az gözlədikdən sonra çıxardıb istihazənin üç növdən hansının olduğunu bilməli, sonra həmin növün göstərişlərə əsasən əməl edilməlidir. Amma namaz qıldığı vaxtda istihazəsinin dəyişilməyəcəyini bilsə, vaxt daxil olmamışdan əvvəl də özünü yoxlaya bilər.

Məsələ: 411. Əgər müstəhazə qadın, özünü yoxlamadan namaza başlasa, bu halda qürbət qəsdi olsa və öz vəzifəsinə əməl etsə; məsələn: istihazəsi qəlilə olsa və qəlilə istihazənin göstərişlərinə əməl etsə, namazı səhihdir. Amma qürbət qəsdi olmasa, yaxud əməli öz vəzifəsinə müvafiq olmasa; məsələn: onun qanı mütəvəssitə olduğu halda qəlilə istihazə göstərişlərinə

səh: 75

əməl etsə, onun namazı batildir.

Məsələ: 412. Əgər müstəhazə qadın özünü yoxlaya bilməsə, gərək məlum olan vəzifəsinə əməl etsin; məsələn: əgər istihazəsinin qəlilə, yaxud mütəvəssitə olmasını bilməsə, gərək qəlilə istihazəsinin işlərini yerinə yetirsin. Əgər mütəvəssitə istihazəsinin işlərini yerinə yetirsə daha yaxşıdır. Əgər mütəvəssitə və ya kəsirə olduğunu bilməsə, gərək mütəvəssitə istihazəsinin işlərini yerinə yetirsin. Əgər kəsirə istihazəsinin işlərini yerinə yetirsə daha yaxşıdır. Amma qabaqcadan bu üç növdən hansının olduğunu bilsə, gərək onun vəzifəsinə uyğun əməl etsin.

Məsələ: 413. Əgər istihazə qanı fərcin daxilində olsa və ya çölə çıxsa, az olmasına baxmayaraq dəstəmaz və qüsl batil olur. Amma birincisində ehtiyat-vacibə əsasəndir.

Məsələ: 414. Əgər müstəhazə qadın namazdan sonra özünü yoxlayıb qan görməsə, ikinci dəfə qan gələcəyini bilsə də, aldığı dəstəmaz ilə namazı qıla bilər.

Məsələ: 415. Əgər müstəhazə qadın dəstəmaz, yaxud qüsl almağa başladığı vaxtdan etibarən qanın çölə və ya fərcin daxilinə gəlməyəcəyini bilsə, namazı təxirə sala bilər.

Məsələ: 416. Əgər müstəhazə qadın, namazın vaxtının keçməmişdən əvvəl tamamilə paklanacağını, yaxud namaz müddətində qanın dayanacağını bilsə, bu halda gözləməli, namazını pak olduğu vaxtda qılmalıdır.

Məsələ: 417. Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan dayanarsa və müstəhazə qadın, namazı təxirə salacağı halda dəstəmaz, qüsl və namazı yerinə yetirə biləcəyi müddətdə tamami ilə paklanacağını bilsə, gərək namazını təxirə salsın, tamamilə paklandıqdan sonra yenidən dəstəmaz, qüsl alıb namazını qılsın. Amma namazın vaxtı az olsa, dəstəmazı və qüslü yenidən təkrarlaması lazım deyil, əvvəlki qüsl və dəstəmazı ilə namazı qılsın.

Məsələ: 418. Kəsirə və mütəvəssitə istihazəsi olan qadın,

səh: 76

qandan tamamilə paklandıqda, gərək qüsl etsin. Amma qabaqkı namaz üçün, qüsl etdiyi vaxtdan ondan qan gəlmədiyini bilsə, yenidən qüsl alması lazım deyil.

Məsələ: 419. Qəlilə istihazəsi olan qadın, dəstəmazdan sonra, kəsirə və mütəvəssitə istihazəsi olan qadın isə qüsl və dəstəmazdan sonra, gərək dərhal namaza başlasın. Amma, azanı və iqaməni deməyin və namazdan əvvəl olan duaları oxumağın eybi yoxdur. Namazda da qunut və s. kimi müstəhəb işləri yerinə yetirə bilər.

Məsələ: 420. Əgər müstəhazə qadın, qüsl və namaz arasında fasilə salsa, gərək vəzifəsinə uyğun olaraq yenidən qüsl edib fasiləsiz namaza məşğul olsun.

Məsələ: 421. Əgər istihazə qadının qanı axsa və dayanmasa, bu halda zərəri olmazsa, gərək qüsldən qabaq və ondan sonra pambıq vasitəsilə qanın axmasının qarşısını alsın. Amma həmişə axmasa, yalnız dəstəmaz və qüsldən sonra qanın qabağını almalıdır. Əgər etinasızlıq etsə və qan xaric olsa, yenidən qüsl etməli və dəstəmaz da almalıdır. Namazı da qılmış olsa gərək yenidən qılsın.

Məsələ: 422. Əgər qüsl aldığı vaxtda qan dayanmasa, qüslü səhihdir. Amma qüsl əsnasında, mütəvəssitə istihazə kəsirəyə çevrilsə, vacibdir ki, qüslü yenidən başlasın.

Məsələ: 423. Ehtiyat-vacib budur ki, istihazəsi olan qadın oruc olduğu bütün gün ərzində mümkün qədər qanın çölə gəlməsinin qarşısını alsın.

Məsələ: 424. Qüslün ona vacib olduğu müstəhazə qadının orucu, o vaxt səhihdir ki, gündəlik namazlar üçün vacib olan qüslləri gün ərzində yerinə yetirsin. Həmçinin mütəvəssitə istihazəsi olan qadın orucu o vaxat səhihdir ki, sübh vaxtının qüslünü etsin. Hər iki surətdə ehtiyat-vacib budur ki, keçən gecənin qüsüllərini yerinə yetirmiş olsun.

Məsələ: 425. Əgər əsr namazından sonra müstəhazə olsa və qüruba qədər qüsl etməsə, orucu səhihdir.

Məsələ: 426. Əgər qadının qəlilə istihazəsi, namazdan əvvəl

səh: 77

mütəvəssitə və ya kəsirəyə çevrilsə, gərək mütəvəssitənin və ya kəsirənin qeyd olunan əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə istihazə kəsirəyə çevrilsə, gərək kəsirə istihazənin əməllərinin yerinə yetirməlidir. Əgər mütəvəssitə istihazəsi üçün qüsl almış olsa, faydası yoxdur; gərək kəsirə istihazə üçün yenidən qüsl alsın.

Məsələ: 427. Əgər namaz əsnasında qadının mütəvəssitə istihazəsi kəsirəyə çevrilsə, namazı pozmalı, kəsirə istihazəsi üçün qüsl edib dəstəmaz almalı və onun sair işlərini yerinə yetirib həmin namazı qılmalıdır. Əgər qüsl və dəstəmazdan heç biri üçün vaxt olmasa, gərək iki təyəmmüm etsin; biri qüsl əvəzində, digəri isə dəstəmaz əvəzində. Əgər bunlardan biri üçün vaxt olmasa, gərək onun əvəzində təyəmmüm etsin, digərini də yerinə yetirsin. Amma təyəmmüm üçün də vaxt olmasa, namazı poza bilməz; gərək namazı tamam etsin, ehtiyat-vacibə görə qəzasını qılsın. Həmçinin əgər namaz əsnasında onun qəlilə istihazəsi mütəvəssitəyə, yaxud kəsirəyə çevrilsə, (bu qaydaya əməl etsin).

Məsələ: 428. Əgər namaz əsnasında istihazəsi olan qadının qanı dayansa və onun batinində də dayanıb-dayanmadığını bilməsə, bu halda namazdan sonra (batinində də) dayandığını bilsə, gərək dəstəmaz, qüsl və namazı yenidən yerinə yetirsin.

Məsələ: 429. Əgər kəsirə istihazəsi olan qadının qanı, mütəvəssitəyə çevrilsə, bu halda birinci namaz üçün kəsirə, sonrakı namazlar üçün isə mütəvəssitə istihazənin əməllərini yerinə yetirməlidir; məsələn: əgər zöhr namazından qabaq kəsirə, mütəvəssitəyə çevrilsə, bu halda gərək zöhr namazı üçün qüsl etsin. Əsr, məğrib və işa namazları üçün yalnız dəstəmaz alsın. Amma zöhr namazı üçün qüsl etməsə və təkcə əsr namazı qılmaq miqdarında vaxt qalsa, gərək əsr namazı üçün qüsl etsin. Əgər əsr namazı üçün də qüsl etməsə, gərək məğrib namazı üçün qüsl etsin. Onun üçün də qüsl etməsə və təkcə işa namazı miqdarında vaxt qalsa, gərək işa namazı üçün qüsl etsin.

Məsələ: 430. Əgər hər namazdan qabaq kəsirə müstəhazənin qanı dayanıb yenidən gəlsə, gərək hər namaz üçün bir qüsl etsin.

səh: 78

Məsələ: 431. Əgər kəsirə istihazə qəliləyə çevrilsə, gərək birinci namaz üçün kəsirə, sonrakı namazlar üçün qəlilə istihazəsi əməllərini, yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə qəliləyə çevrilsə, gərək birinci namaz üçün mütəvəssitə, sonrakı namazlar üçün isə, qəlilə istihazəsi əməllərini yerinə yetirsin.

Məsələ: 432. Əgər istihazəli qadın, ona vacib olan əməllərdən hər hansı birini, hətta pambığı dəyişməyi tərk etsə, namazı batildir.

Məsələ: 433. Qəlilə istihazəsi olan qadın, namazdan başqa, dəstəmazla şərtlənən bir iş görmək istəsə; məsələn: bədəninin hər hansı yerini, Quranın yazısına vurmaq istəsə) namaz üçün dəstəmaz almış olsa belə, kifayət etmir.

Məsələ: 434. Əgər istihazəsi olan qadın özünə vacib olan qüslləri yerinə yetirsə, məscidə getmək, orada dayanmaq, vacibi səcdəsi olan surələri oxumaq, əri ilə yaxınlıq etmək və s. kimi işlər hətta namaz üçün vacib olan sair əməlləri (dəstəmaz almaq, pambığı dəyişmək və dəsmal qoymaq kimi) yerinə yetirməmiş olsa da, ona halal olur.

Məsələ: 435. Əgər kəsirə və ya mütəvəssitə istihazəsi olan qadın, namaz vaxtından qabaq, səcdyi-vacib olan Surəni oxumaq və ya məscidə getmək istəsə, ehtiyat-vacibə görə gərək qüsl etsin. Əgər əri onunla yaxınlıq etmək istəsə, eyni qayda ilə.

Məsələ: 436. Ayət namazı, müstəhazə qadına vacibdir və gərək ayət namazı üçün də, gündəlik namaz üçün vacib olan əməlləri yerinə yetirsin.

Məsələ: 437. Gündəlik namazı vaxtında, müstəhazə qadına ayət namazı vacib olsa, əgər hər ikisini bir-birinin ardınca qılmaq istəsə, ehtiyat-vacib budur ki, gərək ayət namazı üçün də, gündəlik namazı üçün vacib olan əməllərin hamısını yerinə yetirsin. Hər iki namazı bir qüsl və dəstəmazla yerinə yetirə bilməz.

Məsələ: 438. Ehtiyat-müstəhəb budur ki, müstəhazə qadın qəza namazı qılmasın amma qılmaq istəsə, gərək hər namaz üçün əda namazında vacib olan əməlləri yerinə yetirsin. Ehtiyat-vacib budur

səh: 79

ki, hər ikisini bir qüsl və dəstəmazla yerinə yetirməsin.

Məsələ: 439. Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilirsə və istihazə, heyz, yaxud nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şəri baxımdan heyz və nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə əməl etməlidir. Hətta əgər istihazə qanı və ya digər qanlar olduğunda şəkk edərsə, onların nişanəsini daşımırsa, ehtiyat-vacibə əsasən, istihazənin əməllərini yerinə yetirməlidir.

HEYZ

Point

Heyz, əksər halda, hər ayda, bir neçə gün müddətində, qadınların rəhimindən xaric olan bir qandır. Qadın heyz qanı gördüyü zaman, haiz adlanır.

Məsələ: 440. Heyz qanı əksər hallarda qəliz və istidir, rəngi qara yaxud qırmızıdır. Təzyiqlə və azacıq yandırıcılıqla xaric olur.

Məsələ: 441. Seyidə (Qüreyşiyyə) olan qadınların altmış, seyidə (Qüreyşiyyə) olmayan qadınlar isə əlli yaşları tamam olduqdan sonra yaisə olurlar, yəni heyz qanı görmürlər.

Məsələ: 442. Qızın (hicri-qəməri tarixilə) doqquz yaşı tamam olmamışdan əvvəl və qadının yaisə olduqdan sonra gördüyü qan heyz deyildir.

Məsələ: 443. Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür.

Məsələ: 444. Doqquz yaşının tamam olub-olmamasını bilməyən bir qız uşağı, heyzin əlamətləri olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri onda olsa, heyzdir və onun doqquz yaşının başa çatdığı məlum olur.

Məsələ: 445. Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir.

Məsələ: 446. Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az olsa da belə heyz deyildir.

səh: 80

Məsələ: 447. Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir.

Məsələ: 448. Tamam üç gün ərzində qanın çölə gəlməsi lazım deyil; Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç gün ərzində, azacıq pak olsa belə ki, üç gün ərzində fərcində qan olubdur desələr heyzdir.

Məsələ: 449. Birinci və dördüncü gecədə qan görməsi lazım deyil. Amma ikinci və üçüncü gecələrdə qan dayanmamalıdır. Deməli, əgər birinci günün sübh azanından üçüncü günün qürubunadək ardıcıl olaraq qan gəlsə; yaxud birinci günün ortalarında başlayıb dördüncü günün həmin vaxtında dayansa və ikinci və üçüncü günün gecələrində heç dayanmasa, heyzdir.

Məsələ: 450. Əgər üç gün ardıcıl olaraq qan görüb sonra pak olsa və yenidən qan görsə, bu halda qan gördüyü və arada pak olduğu günlər üst-üstə on günü keçməsə, daha üstün nəzərə əsasən arada pak olduğu günlərdə də heyzdir.

Məsələ: 451. Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın çiban və ya yara yaxud heyz qanı olduğunu bilməsə, qan gəlməmişdən qabaq pak idisə paklığı əsas götürməlidir. Əgər qan gələndən qabaqkı vəziyyəti məlum olmasa ehtiyat-vacib budur ki, haizin və qeyri-haizin əməllərini yerinə yetirsin.

Məsələ: 452. Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü yoxlamalıdır: yəni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər yerinə yetişibsə, heyz qanıdır.

Məsələ: 453. Əgər üç gündən az müddətdə qan görüb pak olsa və yenidən üç gündən sonra qan görsə, ikinci qan heyzdir. Birinci qan, adət günlərində olarsa hayizin tərk etməli əməllərini tərk etsin və müstəhazənin əməllərini yerinə yetirsin.

səh: 81

HAİZİN HÖKMLƏRİ

Məsələ: 454. Haiz qadına bir neçə şey haramdır:

1-Dəstəmaz, qüsl, yaxud təyəmmüm ilə yerinə yetirilməli olan ibadətlər; amma dəstəmaz, qüsl və təyəmmüm lazım olmadığı ibadətləri (meyyit namazı kimi) yerinə yetirməsinin eybi yoxdur.

2-Cünub şəxsə haram olan bütün şeylər; (Cənabətin hökmlərində deyilib).

3-Fərc ilə (cinsiyyət üzvü ilə) cima etmək; həm kişi, həm də qadın üçün, hətta əgər dəllək kəsən yerə qədər daxil olsa və məni gəlməsə də, haramdır. Ehtiyat-vacib budur ki, dəllək kəsən yerdən az da daxil etməsin və haiz qadınla arxadan (anal dəliyindən) yaxınlıq etmək işkallıdır.

Məsələ: 455. Qadının heyz olduğu qəti olaraq məlum olmadığı, amma şərən özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.

Məsələ: 456. Əgər qadının heyz günləri üç qismə bölünsə və kişi onlardan birinci qismdə, öz qadını ilə öndən cima etsə, ehtiyat-müstəhəbə görə gərək on səkkiz noxud qızıl, fəqirə kəffarə versin. Əgər ikinci qismdə cima etsə, doqquz noxud qızıl, üçüncü qismdə cima etsə, gərək dörd noxud yarım qızıl, kəffarə versin; məsələn: altı gün heyz görən qadının əri, onun birinci və ikinci gecəsi və ya güdüzündə, onunla yaxınlıq etsə, gərək on səkkiz noxud qızıl versin. Üçüncü və ya dördüncü gecəsi və ya güdüzündə, yaxınlıq etsə doqquz noxud, beşinci və ya altıncı gecəsi və gündüzündə, gərək dörd noxud yarım qızıl kəffarə versin.

Məsələ: 457. Ehtiyat-müstəhəbə görə heyz halında olan qadınla, arxadan yaxınlıq etməyin də gərək kəffarəsini versin.

Məsələ: 458. Ehtiyat-müstəhəb budur ki, on səkkiz noxud

səh: 82

kəffarəni qızıl sikkə versin, əgər mümkün olmsa onun qiymətini başqa puldan verə bilər.

Məsələ: 459. Əgər yaxınlıq etdiyi vaxtındakı qızılın qiyməti, kəffarəni fəqirə vermək istədiyi vaxtla fərqlənsə, gərək fəqirə vermək istədiyi vaxtın qiyməti ilə hesab etsin.

Məsələ: 460. Əgər bir şəxs heyzin həm birinci, həm ikinci, həm də üçüncü qismində, öz qadını ilə yaxınlıq etsə, müstəhəbdir hər üç kəffarəni versin ki, bu da otuz bir noxud yarıma bərabərdir.

Məsələ: 461. Əgər kişi heyz halında qadını ilə cima etsə və onun kəffarəsini verdikdən sonra, yenidən cima etsə, müstəhəbdir yenə kəffarə versin.

Məsələ: 462. Əgər heyz halında olan qadını ilə bir neçə dəfə yaxınlıq etsə və onların arasında kəffarə verməsə, ehtiyat-müstəhəb budur ki, hər yaxınlıq üçün bir kəffarə versin.

Məsələ: 463. Əgər kişi yaxınlıq halında qadının heyz olmasını başa düşsə, gərək dərhal ondan ayrılsın. Əgər ayrılmasa, müstəhəbdir kəffarə versin.

Məsələ: 464. Əgər bir kişi heyz halında olan qadınla zina etsə və ya heyz halında olan naməhrəm qadınla, öz əyalı olduğunu güman edərək cima etsə, ehtiyat-müstəhəb budur ki, kəffarə versin.

Məsələ: 465. Kəffarə verə bilməyən bir şəxs, ehtiyat-müstəhəbə görə gərək Allahdan bağışlanmaq istəsin və bir miqdar fəqirə sədəqə versin. Hər vaxt imkanı olsa, kəffarəni verməsi müstəhəbdir.

Məsələ: 466. Qadına heyz halında təlaq vermək (təlaq kitablarında deyildiyi kimi) batildir.

Məsələ: 467. Əgər qadın “heyzəm” və ya “heyzdən pak olmuşam” desə, gərək onun sözü qəbul edilsin.

Məsələ: 468. Əgər qadın namaz əsnasında heyz olsa, namazı batildir.

Məsələ: 469. Əgər qadın namaz əsnasında, heyz olub-olmamasında şəkk etsə, namazı səhihdir. Amma namazdan sonra,

səh: 83

namaz əsnasında heyz olduğunu başa düşsə, qılıdığı namaz batildir.

Məsələ: 470. Qadın heyzdən pak olduqdan sonra, namaz, habelə dəstəmaz, qüsl, yaxud təyəmmümlə yerinə yetirilməli olan sair ibadətlər üçün qüsl etməsi vacibdir. Bu qüslün göstərişi, cənabət qüslü kimidir. Amma ehtiyata əsasən namaz üçün, gərək qüsldən qabaq, yaxud sonra, dəstəmaz da alsın. Əgər qüsldən əvvəl alsa, daha yaxşıdır.

Məsələ: 471. Qadın heyzdən pak olandan sonra, qüsl etməmiş olsa da təlaq vermək səhihdir, əri də onunla yaxınlıq edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, qüsldən qabaq onunla yaxınlıq etməkdən çəkinsin; əgər onunla cima etmək istəsə, daha yaxşı budur ki, fərcini yuduqdan sonra cima etsin. Amma heyz vaxtında ona haram olan şeylər (məsciddə dayanmaq, Quranın yazısına əl vurmaq və s.) isə qüsl etməyincə ona halal deyil.

Məsələ: 472. Əgər suyun miqdarı, qüsl və dəstəmazın hər ikisi üçün kifayət deyilsə, qüsl və ya dəstəmazdan birini yerinə yetirəcək miqdarda olsa, gərək qüsl etsin və dəstəmazın əvəzində isə təyəmmüm etsin. Əgər təkcə dəstamaza kifayət edərsə və qüsl alacaq miqdarda olmazsa, gərək dəstəmaz alsın, qüsl əvəzində isə təyəmmüm etsin. Əgər bunlardan heç biri üçün su olmasa, gərək iki təyəmmüm etsin; biri qüsl əvəzində, digəri isə dəstəmaz əvəzində.

Məsələ: 473. Qadının heyz halında qılmadığı gündəlik namazların qəzası yoxdur. Amma, gərək vacibi orucların qəzasını tutsun.

Məsələ: 474. Hər vaxt namazın vaxtı daxil olsa və namazı təxirə salsa, heyz olacağını bilsə, gərək dərhal namazını qılsın.

Məsələ: 475. Əgər qadın, namazını təxirə salsa, namazın əvvəl vaxtından bir namaz qılmaq miqdarında vaxt keçsə və sonra haiz olsa, o namazın qəzası ona vacibdir. Bu bir haldadır ki, namazın əvvəl vaxtında, namaz üçün hədəsdən pak olub (qüsl və ya dəstəmaz yaxud da təyəmmüm edib) namaz qılmağa yetəcək

səh: 84

qədər vaxtı olsun. Amma, övrəti örtmək və xəbəsdən paklanmaq kimi namazın sair ibtidai əməlləri, şərt deyil. Amma namazın tez və ya gec qılmasında və s. işlərdə gərək öz halına diqqət etsin; məsələn: səfərə çıxan olmayan bir qadın, zöhrün əvvəlində namazını qılmasa, onun qəzası o halda vacib olur ki, dörd rəkət namaz qılmaq miqdarında (deyilən göstərişlərə əsasən) zöhrün əvvəlindən vaxt keçsin və o qadın da haiz olsun. Səfərdə olan qadın üçün isə iki rəkət namaz qılmaq miqdarında vaxt kifayətdir.

Məsələ: 476. Əgər qadın namazın axır vaxtında qandan paklansa, qüsl, dəstəmaz və namazın ibtidai işlərini görüb (paltar hazırlamaq, yaxud onu suya çəkmək kimi) və bir rəkət və daha artıq namaz qılmaq üçün vaxtı olsa, gərək namazı qılsın. Əgər qılmasa, qəzasını yerinə yetirməlidir.

Məsələ: 477. Əgər heyzli qadının, pak olandan sonra qüsl və dəstəmaz üçün vaxtı yoxdursa, amma namazı təyəmmüm ilə vaxtında qıla bilərsə, o namaz o qadına vacib deyildir. Ehtiyata əsasən təyəmmümlə qılsın. Əgər qılmasa, onun qəzasını qılsın. Amma vaxtın azlığından başqa, vəzifəsi də təyəmmüm etmək olsa; məsələn: suyun ona zərəri varsa gərək təyəmmüm edib o namazı qılsın.

Məsələ: 478. Əgər qadın heyzdən pak olandan sonra, namaz üçün vaxt olub-olmamasında şəkk etsə, gərək namazı qılsın.

Məsələ: 479. Əgər namazın müqəddimatı işlərini hazırlayıb bir rəkət namaz qılmaq üçün vaxt olmadığını güman edərək, namaz qılmasa və sonradan vaxt olduğunu başa düşsə, gərək o namazın qəzasını yerinə yetirsin.

Məsələ: 480. Müstəhəbdir ki, heyzli qadın namaz vaxtında qanlarını təmizləsin, pambığı və dəstmalı dəyişsin, dəstəmaz alsın, əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin və namaz qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin.

Məsələ: 481. Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin hər hansı yerini onun yazılarının arasına vurmaq və həmçinin həna və s. kimi şeylərlə rənglənmək, haiz qadına məkruhdur.

səh: 85

HAİZ QADINLARIN NÖVLƏRİ

Point

Məsələ: 482. Haiz qadınlar altı qismdir:

1-Vəqtiyyə və ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl olaraq iki ayda, hər ayın müəyyən vaxtlarında heyz görsün, heyz olduğu günlərin sayı da, hər iki ayda bir-birinə bərabər olsun; məsələn: iki ay ardıcıl olaraq, hər birində, ayın əvvəlindən yeddisinə qədər qan görsün.

2-Vəqtiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl olaraq, iki ayın müəyyən günlərində heyz qanı görsün. Amma hər iki ayda heyz gördüyü günlərin sayı bir-birinə bərabər olmasın; məsələn: ardıcıl olaraq iki ayda, hər ayın əvvəlindən qan görsün. amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci gün qandan paklansın.

3-Ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, heyz günlərinin sayı, ardıcıl olan iki ayda, bərabər olsun, amma o iki qanın görünmə vaxtı eyni olmasın; məsələn: birinci ayda, ayın beşindən onuna qədər, ikinci ayda isə on ikisindən on yeddisinədək qan görsün.

4-Müztəribə; o qadındır ki, bir neçə ayda qan görsün, amma müəyyən bir adəti olmasın, yaxud adəti pozulusun və təzə bir adət də tapmamış olsun.

5-Mübtədiə; o qadındır ki, ilk dəfə olaraq qan görsün.

6-Nasiyə; o qadındır ki, öz adətini unutmuş olsun.

(Bunların hər birinin özünə məxsus hökmləri vardır ki, gələcək məsələlərdə deyiləcək.)

1 - Vəqtiyyə və ədədiyyə adət sahibləri olan qadınlar

Məsələ: 483. Vəqtiyyə və ədədiyyə adəti olan qadınlar üç qismdir:

1-İki ayda ardıcıl olaraq eyni vaxtda heyz qanı görüb, eyni vaxtda da pak olanlar; məsələn: iki ayda, hər ayın birinci günü qan görüb, yeddinci günü pak olsa, onun heyz adəti hər ayın birindən

səh: 86

yeddisinə qədərdir.

2-O qadınlardır ki, qandan pak olmur, amma iki ay ardıcıl olaraq müəyyən günlərdə; məsələn: ayın əvvəlindən səkkizinə qədər gördüyü qanda heyzin əlamətləri vardır. Yəni qəliz, qara və istidir, təziqlə, yandırıcılıqla çölə çıxır. Onun qanının qalanında isə istihazənin əlamətləri vardırsa, adəti ayın əvvəlindən səkkizinə qədərdir.

3-O qadınlardır ki, iki ay ardıcıl olaraq müəyyən vaxtda heyz qanı görsün və üç gün, yaxud daha artıq qan görüb, sonra bir və ya bir neçə gün pak olsun və yenidən qan görsün. Bu halda qan gördüyü günlərlə arada pak olduğu günlərin cəmi on gündən keçməsə və iki ayda qan gördüyü günlərlə pak olduğu günlərin sayı üst-üstə eyni olsa, belə qadının adəti, qan gördüyü günlərlə arada pak olduğu günlərin cəminə bərabərdir. Arada pak olduğu günlərin hər iki ayda sayı bərabər olması lazım deyil; məsələn: əgər birinci ayda ayın birindən üçünə kimi qan görüb arada üç gün pak olsa və yenidən üç gün qan görsə, ikinci ayda da yenə üç gün qan görüb, sonra üç gündən artıq və ya az pak olsa və yenidən qan görsə, üst-üstə doqquz gündən çox olmasa, bütün bu günlərdə heyzdir və o qadının adəti, doqquz gündür.

Məsələ: 484. Vəqtiyyə adəti olan qadın (istər adəti-ədədiyyəsi də olsun, istərsə olmasın) əgər adət vaxtında bir gün və ya iki gün yaxud da çox qabaqcadan qan görsə «adəti qabaqa düşübdür» deyiləcək şəkildə bir neçə gün vaxtından qabaq qan görərsə o qanda heyz əlamətləri olmasa belə, heyzli qadınlar üçün deyilən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir.

Məsələ: 485. Vəqtiyyə və ədədiyyə adəti olan bir qadın, əgər adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan görərsə, bu müddət birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız öz adət günlərində gördüyü qan

səh: 87

heyzdir. Ondan qabaq və sonrakı günlərdə gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də adətindən qabaq qan görsə və hamısı birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız adət günləri heyz nişanələrini daşımasa belə heyzdir. Ondan qabaq gördüyü qanlarda heyzin əlamətləri olsa belə istihazədir. Belə ki, əgər o günlərdə ibadətlərini yerinə yetirməyibsə, gərək onları qəza etsin. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, adət günləri heyz, qalanı isə istihazədir.

Məsələ: 486. Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər bir miqdar adət günlərində və ondan əvvəl bir neçə gün qan görsə və üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olsa, adət günlərində gördüyü qan, adətindən bir neçə gün qabaq gördüyü qanın adəti miqdarına çatanı heyz, əvvəlki günləri isə istihazə hesab edilməlidir. Əgər adət günlərindən bir miqdarını və adətindən bir neçə gün sonra qan görsə və üst-üstə on gündən çox olmasa, hamısı heyzdir; əgər on gündən artıq olsa, adəti günlərində gördüyü qan ilə, sonrakı bir neçə gün gördüyü qanın adət günlərinə çatdığı qədərini, gərək heyz hesab etsin, qalanlarını isə istihazə hesab etməlidir.

Məsələ: 487. Adəti olan qadın üç gün, yaxud üç gündən daha artıq qan görüb paklansa və yenidən qan görsə, bu iki qan arasındakı zaman fasiləsi on gündən az olsa və qan gördüyü günlərin hamısı, arada pak olduğu günlərlə birlikdə on gündən artıq olsa; məsələn, beş gün qan görüb sonra beş gün pak olsa və yenidən beş gün qan görsə, bu halda bunun bir neçə şəkli vardır:

1-Birinci dəfə gördüyü qanın hamısı, yaxud bir miqdarı adət günlərində olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, gərək birinci dəfədəki qanın hamısını heyz, ikinci dəfədəkini isə istihazə hesab etsin.

səh: 88

2-Birinci qan adət günlərində olmasa və ikinci qanın hamısı, yaxud bir miqdarı adət dövrünə düşsə, gərək ikinci qanın hamısı heyz, birinci isə istihazə hesab etsin.

3-Birinci və ikinci qanın bir miqdarı adət vaxtına düşsə, adət vaxtına düşən birinci qan, üç gündən az olmasa və ortadakı paklıq və adət dövründə olduğu ikinci qanın bir miqdarı, adət günlərində olub, on gündən çox olmazsa, bu halda onların hamısı heyzdir. Birinci qanın bir miqdarı, adət günlərindən əvvəl olsa və ikinci qanın bir miqdarı, adət günlərindən sonra olsa, istihazədir; məsələn: əgər qadının adəti, ayın üçündən onuna qədər olsa, bu halda birinci ayın əvvəlindən altısınaqək qan görüb, iki gün paklansa və sonra ayın on beşinə kimi qan görsə, üçündən onuna qədər heyz, birindən üçünə və onundan on beşinə qədər istihazədir.

4-Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, amma adət günlərində olan birinci qan, üç gündən az olsa, bu halda gördüyü birinci və ikinci qanın hamısı və aradakı paklıq müddətində, haiz qadına haram olan işləri (əvvəldə deyildiyi kimi) gərək tərk etsin, istihazənin əməllərini yerinə yetirsin. Yəni müstəhazə qadın üçün deyilən göstərişlərə uyğun olaraq öz ibadətlərini yerinə yetirməlidir.

Məsələ: 488. Vəqtiyyə və ədədiyyə adəti olan qadın, adəti dövründə qan görməsə və ondan başqa vaxtlarda heyz günləri qədər qan görsə, əgər heyzin əlamətləri olsa, gərək onu heyz hesab etsin; istər adət vaxtından qabaq və ya sonra olsun. Əgər heyzin əlamətləri onda olmasa, ehtiyat-vacib budur ki, əvvəlinci üç günü haizə haram olan əməlləri tərk edib, istihazə əməllərini yerinə yetirsin.

Məsələ: 489. Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər öz adəti vaxtında qan görsə, amma onun günlərinin sayı, adətinin vaxtından az və ya çox olsa, pak olduqdan sonra da yenidən öz adətinin günlərinin sayı müddətində qan görsə, gərək hər iki qanı onların arasında olan paklıq müddəti ilə heyz hesab etsin. Bu bir

səh: 89

haldadır ki, bütün bu günlərin (yəni qan gördüyü və pak olduğu günlərin sayının) cəmi, on gündən artıq olmasın. Əgər on gündən artıq olsa, adət vaxtında gördüyü qan heyz və digərini isə istihazə hesab etsin. Əgər iki qanın arasında pak olduğu günlərin sayı, on gündən az olsa və paklıq günlərinin sayı on gün olsa, (yəni, pak olmaq üçün lazım olan minimum zaman fasiləsi olsa) adət günləri ilə üst-üstə düşməyən ikinci qan, heyzin nişanələrini göstərdiyi təqdirdə heyz sayılır. Əks təqdirdə, haizin tərk etməli işləri tərk etsin və müstihazənin əmələrini yerinə yetirsin.

Məsələ: 490. Vəqtiyə və ədədiyyə adəti olan qadın, əgər on gündən artıq qan görsə, adəti günlərində gördüyü qan, hətta heyzin əlamətləri onda olmasa da heyzdir; və adəti günlərindən sonra gördüyü qan, hətta heyzin əlamətləri də onda olsa, istihazədir; məsələn: bir qadının heyz adəti, ayın əvvəlindən yeddisinə qədər olsa, əgər ayın əvvəlindən on ikisinə qədər qan görsə, əvvəldəki yeddi günü heyz, qalan beş günü isə istihazədir.

2 - Vəqtiyyə adət sahibi olan qadınlar

Məsələ: 491. Vəqtiyyə adəti olan qadınlar üç qismdir:

1-Ardıcıl olaraq iki ayın hər birində müəyyən vaxtda heyz qanı görüb, bir neçə gündən sonra paklanan, amma qan gördüyü günlərin sayı, hər iki ayda bir-birinə bərabər olmayan qadın; məsələn: ardıcıl olaraq iki ayın hər birində ayın əvvəlindən qan görsə, amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci gün qandan paklansa, bu qadın gərək ayın birinci gününü özünün heyz adəti günü hesab etsin.

2-Qandan pak olmayan qadın, iki ayın hər birində müəyyən vaxta onda heyzin əlamətləri vardırsa (yəni qəliz, qara və isti olub, təzyiqlə, yandırıcılıqla çölə çıxır) və onun qalan qanlarında istihazə əlamətləri vardır. Heyzin əlamətləri olan günlərin sayı hər iki ayda eyni deyil; məsələn: birinci ayda, ayın əvvəlindən yeddisinə qədər, ikinci ayda isə ayın əvvəlindən səkkizinə qədər qanında heyz, qalan günlərdə isə istihazə əlaməti var. Gərək bu

səh: 90

qadınlar da ayın əvvəlini öz adətinin əvvəli hesab etsinlər.

3-O qadınlardır ki,ardıcıl olaraq iki ayın hər birində müəyyən vaxtda üç gün, yaxud daha artıq heyz qanı görüb, sonra pak olurlar, sonra yenidən qan görürlər. Qan gördüyü günlərlə, pak olduğu günlərin cəmi, on gündən keçmir. Amma ikinci ayda, birinci aydan çox və ya az olur; məsələn: birinci ayda səkkiz gün, ikinci ayda isə doqquz gün olsa, gərək bu qadın, ayın ilk gününü heyz adətinin ilk günü hesab etsin.

Məsələ: 492. Vəqtiyyə adəti olan qadın, əgər öz adətinin vaxtında, yaxud iki-üç gün adətdən qabaq və ya iki-üç gün adətindən sonra qan görsə, bu halda əgər ona “tez heyz olubdur” və ya “təxirə düşübdür” desələr, o qanda heyzin əlamətləri olmasa belə, gərək haiz qadınlar üçün deylən hökmlərə uyğun olaraq əməl etsin. Amma sonradan heyz olmamasını başa düşsə; məsələn: üç gündən tez dayansa, gərək yerinə yetirmədiyi ibadətlərin qəzasını etsin.

Məsələ: 493. Vəqtiyyə adəti olan qadın, əgər on gündən artıq qan görsə və heyzi, onun öz əlamətləri vasitəsilə ayırd edə bilməsə, gərək öz yaxınlarının adət günlərini, özü üçün heyz hesab etsin. Onun yaxınlarının istər ata tərəfdən, yaxud ana tərəfdən olmalarının, habelə diri və ya olü olmalarının bunda fərqi yoxdur. Ehtiyat-vacib budur ki, əgər oların adəti yeddi gündən az olsa, o adətin arxasınca yedi gün haizə haram olanları tərk etsin və müstəhazəyə vacıb olan əməlləri yerinə yetirsin. Əgər onların adəti yeddi gündən çox olsa, yeddi gün sonranın arxasınca adətin axrırınadək bu əməli yerinə yetirsın. Amma onların hamılıqla heyz olduqları günlərinin sayı eyni olduğu təqdirdə, onların adət günlərini özü üçün heyz vaxtı qəbul edə bilər. Əgər onların heyz olduqları günlərinin sayı müxtəlif olarsa: məsələn: onlardan bəzilərinin adəti beş gün və bəzilərinin də yeddi gün olarsa, onların adət vaxtlarını özünün heyz adəti vaxtı kimi qəbul edə bilməz. Əgər onların adət günlərinin sayı, bir-birlərindən sayılmayacaq dərəcədə çox az fərqlənərsə, gərək onların arasında

səh: 91

olan ən çox heyz günlərini özü üçün heyz adət vaxtı götürsün.

Məsələ: 494. Vəqtiyyə adəti olan və yaxınlarının adətini özü üçün adət götürən qadın, gərək hər ayda, onun adətinin əvvəli olan gününu özü üçün heyzin əvvəli hesab etsin; məsələn: əgər bir qadın hər ayda ayın ilk günü qan görürdüsə və bəzi hallarda yeddinci, bəzi hallarda isə səkkizinci gün pak olurdusa, bu halda birinci ayda on iki gün qan görsə və onun yaxınlarının adəti yeddi gün olsa, gərək əvvəlki ayın əvvəlinci yeddi günü heyz, qalan günləri isə istihazə hesab etsin.

Məsələ: 495. Öz yaxınlarının adətini öz heyz adəti götürməli olan qadının yaxını olmasa və ya yaxınlarının adət günlərinin sayı bir-biri ilə eyni olmasa, bu halda ixtiyarlıdır ki, hər ayda qan gördüyü günlərdən üç, yaxud altı, yaxud da yeddisini heyz, qalanlarını isə istihazə hesab etsin. Ehtiyat-müstəhəbə görə, yeddi gün hesab etsin. Amma yaxını olmasa və ya yaxınları var, adət günlərin bilsə və ya bilməsə, yeddi gündən on günə qədər ehtiyat etsin. əgər ehtiyat etməsə, öz ixtiyarı ilə əməl etsin. daha yaxşı budur ki, birinci ayda hesab etdiyi miqdarı, sonrakı aylarda da həmin minvalla heyz hesab etsin.

3 - Ədədiyyə adəti olan qadınlar

Məsələ: 496. Ədədiyyə adəti olan qadınlar da üç qismdir:

1-Heyz günlərinin sayı ardıcıl olaraq iki ayın hər birində eyni qədərdə olub, qan görməsi vaxtı hər iki ayda eyni olmayan qadınlar. Bu halda neçə gün qan görsə, hamısı onun adəti sayılır; məsələn: əgər birinci ay, ayın birindən beşinə qədər, ikinci ayda isə on birindən on beşinə qədər qan görsə, onun adəti beş gündür.

2-Qandan pak olmayan, amma ardıcıl olaraq iki ayın hər birində bir neçə gün gördüyü qanlarda heyzin, yerdə qalanlarında isə istihazənin əlamətləri olan qadınlardır. Belə ki, heyz əlamətləri olan günlərin sayı hər iki ayda eynidir, amma onların vaxtları eyni deyildir. Belə olan halda, qanında heyz əlaməti olan günlər onun adətidir; məsələn: əgər birinci ay, ayın birindən beşinə qədər,

səh: 92

sonrakı ay on birindən on beşinə qədər olan günlərdə heyz, yerdə qalan günlərin qanında isə istihazə əlamətləri olsa, onun adəti beş gündür.

3-Ardıcıl olaraq iki ayın hər birində üç gün, yaxud daha artıq qan görən, arada bir gün, yaxud daha artıq pak olub yenidən qan görən və qan gördüyü zamanın, birinci ayda ikinci aydakından fərqlənən qadınlardır. Əgər qan gördüyü və arada pak olduqları günlərin sayı üst-üstə toplandıqda on gündən çox olmazsa və onun günlərinin sayı eynidirsə, qan gördüyü bütün günlər, arasındakı pak olduğu günlərlə birlikdə onun heyz vaxtı sayılır. Ehtiyata ğörə pak olduğu günlərdə haizin tərk etməli əməllərini tərk edib, müstihazənin əməllərini yerinə yetirsin. (Bu deyilən üçün) arada pak olduğu günlərin sayının hər iki ayda eyni olması lazım deyil; məsələn: birinci ayda, ayın birindən üçünə qədər qan görüb iki gün paklansa və yenidən üç gün qan görsə, ikinci ayda da ayın on birindən on üçünə kimi qan görüb iki gün, yaxud az, yaxud da çox paklansa və yenidən qan görsə və üst-üstə səkkiz gündən çox olmasa, onun adəti səkkiz gündür. Mümükündür başqa bir qism də belə təsəvvür olunsun; bu o qadın dır ki, ardıcıl olaraq iki ay, say etibarı ilə bərabər qan görsün; məsələn: səkkiz gün qanın görən günlərinin sayı olsun, amma birinci ayda ardıcıl olaraq qan görsün və ikinci ay isə dörd gün qan gördükdən sonra paklansın və yenidən qan görsün. Arada olan pak günlərlə birlikdə deyilən günləri topladıqda səkkiz gün olsun. Bu halda da onun adəti səkkiz gün olur.

Məsələ: 497. Ədədiyyə adəti olan qadın, əgər öz adət günlərindən çox qan görsə və onun sayı on gündən çox olsa, bu halda gördüyü qanların hamısı eyni cür olsa, gərək qan gördüyü gündən etibarən adət günlərinə qədər heyz, qalanlarını isə istihazə hesab etsin. Baxmayaraq ki, onun üçün caizdir adət günlərinin sayını, orta və ya axır günlərdən hesab etsin. Əgər gördüyü qanların hamısı eyni olmayıb bir neçə günündə heyz, qalan günlərində isə istihazə əlaməti olsa, əgər heyz nişanələri olan

səh: 93

günlərinin sayı adət günləri ilə eyni olsa, gərək həmin günləri heyz, qalanlarını isə istihazə hesab etsin. Əgər qanda heyz nişanələri olan günləri adət günlərindən çox olsa, təkcə adət günləri qədəri heyz, qalanları isə istihazədir. Əgər qanın heyz əlamətləri olduğu günlərin sayı adət günlərindən az olsa, gərək o günlərə sonrakı bir neçə başqa günlərlə birlikdə heyz günlərinə çata bilən qədər əlavə edərək heyz hesab edib, yerdə qalanlarını isə istihazə saymalıdır.

4 - Müztəribə

Məsələ: 498. Müstəribə yəni bir neçə ay qan görüb, amma müəyyən adət tapmayan və ya adəti pozulan və yeni bir adət tapmayan qadına deyilir. Əgər bu qadın, on gündən artıq qan görsə və gördüyü qanların hamısı eyni olsa, bu halda onun yaxınlarının adəti eyni olsa, onların adəti ilə hesab etsin; istər onların adəti yeddi gün və ya yeddi gündən az, yaxud çox olsun. Əgər yaxınlarının adəti olmasa və ya müxtəlif olsa və ya adətlərin bilməyə, birinci və üçüncü surətdə üç gün heyiz hesab edib, ondan sonra on günə qədər ehtiyat etməlidir; ikinci surətdə onlardan birinə əməl edib on günə qədər ehtiyat etsin; yəni istihazə əməllərini yerinə yetirsin, haizə haram olan əməlləri isə tərk etsin.

Məsələ: 499. Əgər müztəribə qadın, on gündən artıq qan görsə və onun bir neçə günündə heyz, bir neçə günündə isə istihazə əlamətləri olsa, bu halda heyz əlamətləri olan qan üç gündən az, yaxud on gündən çox olsa, gərək qabaqkı məsələdə deyilənlərə əsasən əməl etsin. Heyz əlamətləri olan qan üç gündən az, yaxud on gündən çox olmasa, onun hamısı heyzdir. Amma heyz əlamətləri olan qandan on gün keçməmiş yenidən, heyz əlamətləri olan qan görsə; məsələn: beş gün qara qan, sonra doqquz gün sarı qan, daha sonra yenidən beş gün qara qan görsə, birinci gördüyü qanı heyz, iknci gördüyü qanı isə istihazə hesab etməlidir. Ehtiyat budur ki, heyz əlamətləri olan hər iki qanda, istihazə əməllərini yerinə yetirsin, haizə haram olan əməlləri isə tərk etsin.

səh: 94

5 - Mübtədiə

Məsələ: 500. Mübtədiə ilk dəfə qan görən qadına deyilir. Belə ki, on gündən artıq qan görsə və gördüyü qanların hamısı eyni olsa, gərək öz yaxınlarının adətlərinin günlərinin sayı qədər (vəqtiyyədə deyildiyi kimi) heyz, qalanlarını isə istihazə hesab etsin. Amma yaxınlarının adət günlərinin sayı müxtəlif olarsa, onlardan bəzilərinin adət günlərinin sayını özü üçün qəbul edib, on günədək ehtiyat etsin. Sonrakı aylarda, üç günü heyz sayıb əvvəlki ayda heyz saydığı günlərin sayı qədər ehtiyat etsin. Yaxın adamı olmadığı təqdirdə və ya adətlərini bilməsə, birinci ayda on günü heyz hesab etsin, digər aylarda isə üç günü heyz qəbul edərək yeddi gün haizin tərk etdikləri ilə müstəhazənin əməlləri arasında ehtiyat etsin.

Məsələ: 501. Əgər mübtədiə, on gündən artıq qan görsə və onun bir neçə günündə heyz, bir neçə günündə isə istihazə əlamətləri olsa, bu halda heyz əlamətləri olan qan üç gündən az və ya on gündən çox olmasa, bütünlüklə o heyzdir. Amma heyz əlamətləri olan qandan on gün keçməmişdən qabaq, yenidən heyzin əlamətləri olan qan görsə; məsələn: beş gün qara qan sonra isə doqquz gün sarı qan, daha sonra beş gün qara qan görsə, gərək birinci gördüyü və heyzin əlamətləri olan qanı, əvvəlindən yaxınlarının adət günlərinə uyğun heyz hesab edib, qalanlarını istihazə hesab etməlidir. Daha yaxşıdır ki, onların adət günlərində olan fərqin (sayı qədəri) və yeddi gün, haizə haram olanları tərk etsin, müstəhazəyə vacib olanları yerinə yetirsin.

Məsələ: 502. Mübtədiə on gündən çox qan görsə və onun bir neçə günündə heyzin, bir neçə günündə isə istihazənin əlamətləri olsa, bu halda heyzin əlamətləri olan qan üç gündən az, yaxud on gündən çox olsa, gərək heyz günlərinin sayını, öz yaxınlarının adət günlərinin sayı ilə uyğunlaşdırsın; heyzin əlamətləri olan qanın əvvəlini heyzin əvvəli hesab etsin, qalanları isə istihazə hesab etsin. Daha yaxşıdır ki, onların adət günlərində olan fərqin

səh: 95

sayı və yeddi gün haizə haram olanları tərk etsin, müstəhazəyə vacib olanları yerinə yetirsin.

6- Nasiyə

Məsələ: 503. Nasiyə, öz adətini unudan qadına deyilir. Belə qadın əgər on gündən artıq qan görsə, gərək bu qanın heyz əlamətləri olduğu günləri, heyz hesab etsin, qalanlarını isə istihazə hesab etsin. Amma heyzin, əlamətləri vasitəsilə ayırd edə bilməsə, ehtiyat-müstəhəbə görə, gərək ilk yeddi günü heyz, qalanını isə istihazə hesab etsin baxmayaraq ki, heyizin müddətini üç gündən on günə qədər müddətdə təyin etməsində ixtiyarlıdır. Təyin etdiyi müddəti heyz, qalanını isə istihazə hesab etsin.

HEYZİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 504. Mübtədiə, müztəribə, nasiyə və ədədiyyə adəti olan qadınlar, qan görsələr və bu qanda heyzin əlamətləri olsa, ya üç gün davam edəcəyinə yəqinləri olsa, gərək ibadətləri tərk etsinlər. Baxmayaraq ki, ikinci surətdə, heyzin əlamətləri olmasa, ehtiyata əməl etmək daha yaxşıdır. Sonradan heyz olmadığını başa düşsələr, gərək tərk etdikləri ibadətlərin qəzasını etsinlər. Amma üç gün müddətində davam edəcəyinə yəqinləri olmasa və heyzin əlamətləri də onda olmasa, ehtiyat-vacibə görə gərək üç günə qədər istihazənin əməllərini yerinə yetirib, haizə haram olan işləri tərk etsinlər. Əgər üç gündən əvvəl pak olmasalar, gərək heyz hesab etsinlər.

Məsələ: 505. Heyzində adəti olan qadın, istər heyzin vaxtında, istərsə də heyzin günlərinin sayında, yaxud həm vaxt, həm də sayında adəti olarsa, əgər ardıcıl iki ayın hər birində öz adətinin əksinə olaraq qan görsə və onun vaxtı, yaxud günlərinin sayı, yaxud həm sayı, həm də vaxtı eyni olsa, adəti bu iki ayda gördüyünə qayıdır; məsələn: əvvəlki ayın birindən yeddisinə qədər qan görüb pak olurdusa, bu halda ikinci ayın onundan on

səh: 96

yeddisinə qədər qan görüb pak olsa, bu halda ayın onundan on yeddisinə qədər onun adətidir.

Məsələ: 506. Bir aydan məqsəd, ayın əvvəlindən axırına qədər deyil, qanın görünməyə başlamasından otuz gün keçənə qədərdir.

Məsələ: 507. Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görsə və onda heyzin əlamətləri olsa, onda arada pak olduğu günlərin sayı on gündən az olmasa, gərək hər ikisini heyz hesab etsin.

Məsələ: 508. Əgər üç gün, yaxud üç gündən artıq heyzin əlamətləri olan qan görüb, sonra on gün, yaxud daha artıq istihazənin əlamətləri olan qan görsə və yenidən üç gün heyz əlamətləri olan qan görsə, gərək (heyzin əlamətləri olan) birinci və axırıncı qanları heyz hesab etsin.

Məsələ: 509. Əgər qadın on gündən qabaq pak olsa və batinində qan qalmadığını bilsə, hətta on gün tamam olmamışdan qabaq yenidən qan görəcəyinə gümanı olsa da, öz ibadətləri üçün gərək qüsl etsin. Amma on gün tamam olmamışdan qabaq yenidən qan görəcəyinə yəqini olsa, gərək qüsl etməsin; (namaz qıla bilməz və gərək özünü haiz hesab etsin).

Məsələ: 510. Əgər qadın on gündən qabaq pak olsa və batinində qan olmasına ehtimal versə, gərək bir miqdar pambığı övrətinin daxilinə qoysun, bir az gözləyib sonra çıxartsın; (zahiri görünüşcə) o qadının, deyilən mənada özündən xəbərdar olmadan namazı tərk, yaxud da qüsl edməsi, caiz deyil. Deməli, əgər pak olsa, qüsl edib ibadətlərini yerinə yetirsin. Əgər pak deyilsə, sarı rəngli suya bulaşmış olsa da, bu halda heyzində adəti yoxdursa və ya adəti on gündürsə, gərək gözləsin; əgər on gündən tez pak olsa qüsl etsin. Əgər (onuncu günün tamam olduğu vaxt) pak olsa, yaxud qanı on gündən keçsə, on günün tamam olduğu vaxt qüsl etsin. Əgər adəti on gündən azdırsa və ya on günü tamam olmamışdan qabaq, yaxud tamam olduğu vaxt pak olacağını bilsə, gərək qüsl etməsin. Əgər qanın on gündən keçəcəyini ehtimal versə, ehtiyat-vacib budur ki, bir gün ibadətlərini tərk etsin. əgər

səh: 97

qanın heyz olduğuna əmindirsə on günədək ibadətlərini tərk etsin. Amma buna əmin olmasa, bir gün keçdikdən sonra, on günədək istihazənin əməllərini yerinə yetirsin və haizə haram olanları tərk etsin. Deməli, on gün başa çatmazdan, yaxud on günün başlanğıcınadək qandan paklansa, bütün bu müddət heyz olmuşdur. Əgər on gündən keçsə, gərək öz adətini heyz sayıb, qalanını istihazə qəbul etsin. Adət günlərindən sonra yerinə yetirmədiyi ibadətlərini qəza etsin. Oruc tutduğu halda, onun qəzasını etsin.

Məsələ: 511. Əgər bir neçə günü heyz hesab edib ibadət etməsə, sonradan heyz olmadığını başa düşsə, gərək o gündə yerinə yetirmədiyi namaz və orucun qəzasını yerinə yetirsin.

Məsələ: 512. Əgər bir neçə günü heyz olmaması gümanı ilə ibadət edib sonradan heyz olmasını başa düşsə, o günlərdə oruc tutmuş olsa, tutduğu orucun qəzasını etməlidir.

NİFAS

Məsələ: 513. Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan etibarən, qadından gələn, on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır bu şərtlə ki, ona doğuş qanı deyilə bilsin. Nifas halında olan qadına nəfsa deyilir.

Məsələ: 514. Qadından, uşağın ilk üzvünün çölə gəlməsindən qabaq gördüyü qan, nifas deyildir.

Məsələ: 515. (Qanın nifas sayılmasında) uşağın xilqətinin kamil olması şərt deyil; hətta laxtalanmış qan surətində də bətndən xaric olsa və qadının özü bilsə, yaxud mamalardan dörd nəfəri əgər bətndə qalsaydı, insan olacaqdı desə, on gün müddətində gördüyü qan nifas qanıdır.

Məsələ: 516. Nifas qanı, bir anlıqdan artıq gəlməyə bilər. Amma on gündən də artıq ola bilməz.

Məsələ: 517. Əgər bir şeyin siqt olub-olmamasında şəkk etsə, yaxud siqt olan şeyin qalacağı halda insan olub-olmayacağında

səh: 98

şəkk etsə, axtarış aparması lazım deyil; ondan xaric olan qan şərən nifas qanı deyil.

Məsələ: 518. Haizə haram olan işlər, o cümlədən məsciddə dayanmaq, bədənin hər hansı yerini Quranın yazısına vurmaq və s. kimi işlər, nifaslı qadına da haramdır. Haiz qadına vacib, müstəhəb və məkruh olan əməllər, eynilə nifaslı qadına da vacib, müstəhəb və məkruhdur.

Məsələ: 519. Nifas halında olan qadına verilən təlaq batil və bu halda yaxınlıq etmək haramdır. Əgər əri onunla (nifas halında) yaxınlıq etsə, ehtiyat-müstəhəbə görə, heyz bölməsində deyilənlərə uyğun olaraq kəffarə versin.

Məsələ: 520. Qadın, nifas qanından pak olduqda, gərək qüsl edib, öz ibadətlərini yerinə yetirsin. Əgər yenidən qan görsə və onun qan görüb pak olduğu günlər üst-üstə on gün, yaxud on gündən az olarsa, o günlərin hamısı nifas sayılır. Əgər pak olduğu günlərdə oruc tutmuş olsa, qəzasını yerinə yetirsin.

Məsələ: 521. Əgər qadın nifas qanından pak olub, batinində qan qalmasına ehtimal versə, gərək bir miqdar pambığı övrətinə daxil edib bir az gözləsin. Sonra çıxarıb baxmalıdır; əgər pakdırsa, öz ibadətləri üçün qüsl etsin.

Məsələ: 522. Əgər qadının nifas qanı, on gündən keçsə, bu halda heyzdə adəti varsa, adətlərinin günü qədər nifas, qalanlarını isə istihazə hesab etsin. Amma heyzdə adəti yoxdursa, on günə qədər nifas, qalanları isə istihazə sayılır. Ehtiyat-müstəhəb budur ki, adəti olan şəxs adətindən sonrakı gündən, adəti olmayan isə doğuşun onuncu günündən sonrakı gündən (başlayaraq), on səkkizici gününə qədər istihazənin əməllərini yerinə yetirsin, nifaslı qadına haram olan işləri işə tərk etsin.

Məsələ: 523. Bir qadın ki, heyz adətinin müddəti on gündən az olsa, əgər adət günündən artıq nifas qanı görsə, gərək adət günləri miqdarını nifas qanı saysın. Ehtiyat-vacibə görə qanın on gündən çox olacağına güman tapana qədər qədər (heyizin hökmlərində qeyd olunduğu kimi) ibadətlərini tərk etsin.

səh: 99

Məsələ: 524. Əgər qan on günü keçərsə istihazədir. Gərək adət günlərindən sonra on gün müddəti (onuncu gün daxil olmaqla) istihazə təyin etsin və o, günlərdə yerinə yetirmədiyi ibadətləri qəza etsin.

Məsələ: 525. Heyzdə adət müddəti olan bir qadın, əgər azad olandan sonra (uşaq dünyaya gətirdikdən sonra) bir və ya bir aydan artıq müddətində davamlı olaraq qan görərsə, adət günü miqdarı nifas sayılacaqdır və nifasdan sonrakı on gün gördüyü qan, baxmayaraq ki, aylıq adət günlərinə düşsün, istihazə qanıdır. Misal olaraq; əgər bir qadın ki, aylıq adət günü, hər ayın iyirmisindən iyirmi yeddisinə qədərdir, ayın onunda azad olsa və bir ay və ya bundan çox davamlı olaraq qan görsə, on yeddinci günə kimi nifas qanı və on yeddisindən sonra on gün müdətinə gördüyü qan, baxmayaraq ki, öz aylıq adət günlərində olsa (yəni 20-dən 27-ədək) istihazə qanı olacaqdır. On gün keçdikdən sonra, əgər gördüyü qan aylıq adət günlərində olarsa, heyz sayılacaqdır. İstər heyz qanının əlamətləri onda olsun, istərsədə olmasın və həmçinin, əgər aylıq adət günlərində olmasa, amma heyz qanının əlamətləri onda olsa. Əgər nifas qurtardıqdan on gün sonra gördüyü qan, aylıq adət günlərində olmaya və heyz qanının əlamətləri onda olmasa, istihazə hesab olunacaqdır.

Məsələ: 526. Heyzdə adət müddəti olmayan bir qadın, əgər azad olduqdan sonra bir ay və ya çox qan görərsə, onun birinci on günü nifas, ikinci on günü istihazə və ondan sonra gördüyü qan, əgər heyz qanının əlamətləri olarsa və ya aylıq adət vaxtında olarsa, heyz sayılar. Əks təqdirdə, istihazə hesab olunacaqdır.

MƏSS-MEYYİT QÜSLÜ

Məsələ: 527. Əgər bir şəxs, bədəni soyumuş və qüslü verilməmiş bir meyyitə məss etsə, yəni bədəninin bir hissəsini o meyyitə toxundursa, gərək məss-meyyit qüslü etsin. İstər yuxu halında məss etsin, istərsə də ayıq; istər ixtiyari olaraq məss etsin,

səh: 100

istərsə də ixtiyarsız. Hətta, əgər onun dırnağı meyyitin dırnağına, sumüyü də meyyitin sümüyünə dəysə, gərək qüsl etsin. Amma ölmüş heyvana məss etsə, məss-meyyit qüsl vacib deyil.

Məsələ: 528. Bədəni tamamilə soyumamış ölüyə məss etdikdə, hətta bədəninin soyumuş hissələrinə məss etsə də, qüsl vacib deyildir.

Məsələ: 529. Əgər insan öz tüklərini meyyitin bədəninə vursa, yaxud öz bədənini meyyitin tüklərinə vursa və ya öz tüklərini meyyitin tüklərinə vursa, bu halda qüsl vacib deyil. Deyilən bu üç halın hər birində saç elə bir miqdarda uzun olsa ki, onun toxunması (məlum olan adi qayda üzrə) məss meyyit etməsini doğrultmasa, qüsl vacib deyil.

Məsələ: 530. Ölmüş uşağa, hətta dörd ayı tamam olan siqt olunmuş uşağa məss etdikdə, məss-meyyit qüslü vacibdir. Hətta ehtiyat-müstəhəbə görə, dörd ayı tamam olmazdan qabaq siqt olunan uşağa məss etdikdə də, gərək qüsl edilsin. Əgər dörd aylıq uşaq ölü halda dünyaya gəlsə, anası gərək məss-meyyit qüslü alsın. Hətta, əgər dörd aydan da az olsa, ehtiyat-müstəhəbə görə gərək onun anası qüsl etsin.

Məsələ: 531. Anası öləndən sonra dünyaya gələn uşaq, həddi-büluğa çatdıqdan sonra ehtiyat-vacibə əsasən məss-meyyit qüslü alsın.

Məsələ: 532. Əgər insan, üç qüslü tamamilə verilmiş bir meyyitə məss etsə, ona məss-meyyit qüslü vacib deyil. Amma üçüncü qüslü tamam olmamışdan əvvəl onun bədəninin bir hissəsinə məss etsə, hətta üçüncü qüsl həmin hissədə tamam olsa da belə, gərək məss-meyyit qüslü etsin.

Məsələ: 533. Əgər dəli, yaxud həddi-büluğa çatmamış uşaq, bir meyyitə məss etsə, dəli ağıllanandan, uşaq isə həddi-büluğa çatandan sonra gərək məss-meyyit qüslü etsin.

Məsələ: 534. Əgər diri insanın bədənindən, yaxud qüslü verilməmiş ölü insanın bədənindən ayrımış sümüklü olan bir hissəyə qüsl verilməzdən qabaq insan ona məss etsə, gərək məss-

səh: 101

meyyit qüslü etsin. Amma ayrılan hissənin sümüyü olmasa, onu məss etdikdə qüsl vacib deyil.

Məsələ: 535. Əti olmayan və qüsl verilməmiş sümük, əgər diri insandan olsa, ona məss etməyin qüslü yoxdur. Əgər ölü insandan ayrılan qüslü verilməmiş sümüyə məss etsə, ehtiyat-vacibə əsasən gərək qüsl etsin. Həmçinin, qüslü verilməmiş meyyitdən ayrılan dişə məss edildiyi təqdirdə də eyni qayda ilə; Amma diri insandan ayrılan əti olmayan və ya əti çox az olan dişə məss etdikdə, qüsl almaq vacib deyil.

Məsələ: 536. Məss-meyyit qüslü, gərək eynilə cənabət qüslü kimi alınsın. Amma məss-meyyit qüslü alan bir şəxs namaz qılmaq istəsə, ehtiyat-vacibə əsasən gərək dəstəmaz da alsın.

Məsələ: 537. Əgər insan bir neçə meyyitə məss etsə, yaxud bir meyyiti bir neçə dəfə məss etsə, bir qüsl kifayətdir.

Məsələ: 538. Meyyitə məss etdikdən sonra qüsl etməyən bir şəxsin məsciddə dayanması, cima etməsi, vacibi səcdəsi olan surələri oxumasının eybi yoxdur. Amma namaz və bu kimi işlər üçün, gərək qüsl etsin və ehtiyat-vacibə əsasən dəstəmaz da alsın.

MÖHTƏZİRİN HÖKMLƏRİ

Məsələ: 539. Ehtizar, yəni can verən halda olan müsəlmanı, istər kişi olsun, istərsə də qadın, istər böyük olsun istərsə də kiçik, ehtiyat-vacibə görə, gərək arxası üstə elə uzatsınlar ki, ayaqlarının altı qiblə tərəfə olsun. Əgər onu tamamilə bu qaydada uzatmaq mümkün olmasa, gərək mümkün olan qədər bu göstərişə əməl edilsin. Əgər onu, qeyd olunan kimi ümumiyyətlə uzatmaq mümkün olmazsa, üzü qibləyə əyləşdirməlidlər. Bu da mümkün olmasa onu sağ, yaxud sol böyrü üstə üzü qibləyə uzatmalıdırlar.

Məsələ: 540. Ehtiyat-vacib budur ki, nə qədər ki, meyyitin qüslü tamam olmayıb, onu üzü qibləyə uzatsınlar. Amma qüslü tamam olandan sonra, yaxşı olar ki, onu, meyyit namazı qılınan vaxtdakı kimi uzatsınlar.

səh: 102

Məsələ: 541. Can verən insanı üzü qibləyə döndərmək, hər müsəlmana vacibdir. Ehtiyat-vacibə əsasən imkan olsa, can verənin özündən icazə alınsın. Əgər mümkün olmasa ehtiyat-vücubi budur ki, visindən buda mümkün olmasa mümkün olan halda şəri hakimdən icazə alsınlar. Bu sadaladıqlarımız bu haldadır ki, meyyiti tərpətmək onun ölümünün sürətlənməsinə səbəb olmasın.

Məsələ: 542. Müstəhəbdir ki, can verən halda olan hər şəxsə, iki şəhadət kəlmələrini (kəlmeyi şəhadəti), on iki İmamın (ələyhis-səlam) adlarını və s. kimi haqq əqidələrini, elə təlqin etsinlər ki, başa düşsün. Həmçinin, müstəhəbdir ki, qeyd olunan əməlləri öldüyü ana qədər təkrar etsinlər.

Məsələ: 543. Müstəhəbdir ki, aşağıdakı duanı can verən şəxsə elə təlqin etsinlər ki, başa düşsün:

أَللَّهُمَّ

اغْفِرْلِیَ الْکَثِیرَمِنْ مَعَاصِیکَ وَاقْبَلْ مِنِّی الْیَسِیرَ مِنْ طَاعَتِکَ یَا مَنْ یَقْبَلُ الْیَسِیرَ وَیَعْفُ عَنْ الْکَثِیرَ إِقْبَلْ مِنِّی الْیَسِیرَ وَاعْفُ عَنِّی الْکَثِیرَ إِنَّکَ أَنْتَ الْعَفُوُّ الْغَفُورُ. أَللهُمَّ ارْحَمْنِی فَإِنَّکَ رَحِیم.

Məsələ: 544. Müstəhəbdir ki, çətin can verən insanı narahat olmadığı halda, namaz qıldığı yerinə aparsınlar.

Məsələ: 545. Müstəhəbdir ki, can verənin rahat olması üçün başının üstündə mübarək “Yasin”, “Saffat”, “Əhzab” surələrini, “Ayətəl-kürsi”, həmçinin “Əraf” surəsinin 54-cü yəni “İnnə rəbbəkumul-ləzi xələqəs-səmavati vəl-ərzə” ayəsini və “Bəqərə” surəsinin axırıncı üç ayəsini oxusunlar. Ümumiyyətlə, Qurandan mümkün olan qədər oxusunlar.

Məsələ: 546. Can verən şəxsi tək qoymaq, onun qarnının üstünə bir şey qoymaq, cənabətli, heyzli şəxslərin onun yanında olması, həmçinin onun yanında çox danışmaq, ağlamaq, qadınları can verənin yanında tək qoymaq məkruhdur.

səh: 103

ÖLÜMÜNDƏN SONRANIN HÖKMLƏRİ

Məsələ: 547. Ölümdən sonra müstəhəbdir ki, meyyitin ağzını, gözlərini, çənəsini bağlasınlar, əllərini və ayaqlarını uzatsınlar, onun üstünə parça çəksinlər. Əgər gecə ölübsə, öldüyü yerdə çıraq yandırsınlar və onu dəfn etmək üçün möminlərə xəbər versinlər. Onu dəfn etməkdə tələssinlər. Amma onun ölümünə yəqinlikləri olmasa, gərək gözləsinlər ki, məlum olsun. Əgər meyyit hamilə olsa və qarnındakı uşaq diri olsa, gərək dəfn işini o qədər təxirə salsınlar ki, onun sol tərəfdən qarnını yarıb uşağı çölə çıxartsınlar, əgər sol tərəfini yarmaq mümkün olmasa

qarnının hər bir yerini yarıb uşağı çıxarmaq mümkündürsə yarıb çıxartsınlar sonra yarılan yeri tiksinlər.

QÜSL, KƏFƏN, NAMAZ VƏ DƏFNİN HÖKMLƏRİ

Point

Məsələ: 548. Müsəlman şəxsə, hətta on iki İmama inanan şiə olmasa belə, qüsl verib, kəfənə bükmək, namaz qılıb, dəfn etmək hər bir mükəlləf şəxsə vacibdir. Əgər bir neçə nəfər bu işləri yerinə yetirsə, başqalarının öhdəsindən götürlər. Amma heç bir şəxs bu işi öhdəsinə götürməsə, hamı günah etmişdir.

Məsələ: 549. Əgər bir şəxs, meyyitin qüsl-kəfən işlərinə məşğul olsa, başqalarının bu işə başlaması vacib deyil. Amma biri bu işi başlayıb yarımçıq qoysa, gərək başqaları tamamlasınlar.

Məsələ: 550. Əgər insan başqasının meyyitin işlərinə məşğul olmasını yəqin etsə, bu işlərə başlaması vacib deyil. Amma şəkk və ya güman etsə, gərək bu işə başlasın.

Məsələ: 551. Bir şəxs meyyitin qüsl, kəfən, namaz və dəfninin batil yerinə yetirildiyini bilsə, gərək bu işləri yenidən yerinə yetirsin. Amma batil olmasını güman etsə, yaxud səhih olub-olmamasında şəkk etsə, bu işləri yerinə yetirməsi lazım deyil.

Məsələ: 552. Meyyitin qüsl, kəfən, namaz və dəfni üçün gərək onun qəyyumundan icazə alınsın.

səh: 104

Məsələ: 553. Qadının qəyyumu onun əridir. Ondan sonra meyyitdən irs aparan kişilər, irs aparan qadınlardan irəlidir.

Məsələ: 554. Əgər bir şəxs, “mən meyyitin canişini” və ya “vəsisiyəm” və ya “meyyitin vəlisi mənə icazə vermişdir ki, onun qüsl, kəfən və dəfn işlərini yerinə yetirəm” desə, əgər onun sözü üçün qərinə olsa və baqası da “mən meyyitin vəliy” və ya “vəsisiyəm” və ya “meyyitin vəlisi mənə icazə vermişdir” deməsə, bu halda meyyitin işləri onun öhdəsindədir. Əgər onun iddiasınin göstəricisi olmasa və baqası da “mən meyyitin vəliy” və ya “vəsisiyəm” və ya “meyyitin vəlisi mənə icazə vermişdir” desə, əgər iki adil şəxs, birincinin sözünə şəhadət versə gərək onun sözü qəbul olunsun.

Məsələ: 555. Əgər meyyit, əvvəlcədən özünün qüsl, kəfən, dəfn və namazı üçün qəyyumundan qeyri bir şəxsi təyin etsə, meyyit təyin etdiyi şəxs mühüm və onun icazəsi kifayətdir. Meyyitin bu işləri yerinə yetirməsini müəyyən etdiyi şəxs, bu vəsiyyəti vəsiyyət edənin diri olduğu vaxt qəbul etməsi lazım deyil. Əgər qəbul etsə və ya qəbul etməsə, amma qəbul etməməsi xəbəri, vəsiyyət edənə çatmasa, gərək ona əməl etsin. Əgər onun ölümündən sonra onun vəsiyyətindən agah olsa, gərək onun vəsiyyətinə əməl etsin.

MEYYİT QÜSLÜNÜN HÖKMLƏRİ

Məsələ: 556. Meyyitə üç qüsl vermək vacibdir:

1-Sidr qatılmış su ilə;

2-Kafur qatılmış su ilə;

3-Xalis su ilə;

Məsələ: 557. Sidr və kafur, gərək suyu müzaf edəcək qədər çox olmasin; habelə, həddindən artıq az da olmamalıdır ki, “ona sidr və kafur qatılmayıb” deməsinlər.

Məsələ: 558. Əgər sidr və kafur lazım olan miqdarda tapılmasa, ehtiyat-vacibə görə, gərək tapılan miqdarda suya töksünlər.

səh: 105

Məsələ: 559. Əgər həcc üçün ehram bağlayan bir şəxs, əgər həccdə (Səfa və Mərva arasındakı) “səy” əməlindən qabaq və “ümrə” zamanı “təqsir” əməlindən qabaq ölsə, gərək ona kafur qatılmış su ilə qüsl verməsinlər; gərək onun yerinə xalis su ilə qüsl versinlər.

Məsələ: 560. Əgər sidr və kafur, yaxud ikisindən biri tapılmasa, yaxud istifadəsi caiz olmasa; məsələn: qəsbi olsa, gərək mümkün olmayan hər birinin yerinə meyyitə xalis su ilə qüsl versinlər.

Məsələ: 561. Meyyitə qüsl verən şəxs, gərək müsəlman, on iki İmam şiəsi, aqil, həddi-büluğa çatmış və qüsl məsələlərini bilən olsun və ya məsələni bilənin göstərişi ilə ğüsl versin. Ehtiyat-vacibə əsasən baliğ olmayanın ğüsl verəməsi kifayət etmir.

Məsələ: 562. Meyyitə qüsül verən şəxs, gərək qürbət qəsdi ilə, yəni Allahın əmrini yerinə yetirmək niyyəti ilə yerinə yetirsin və ehtiyata görə ikinci və üçüncü qüslün əvvəlində də öz niyyətini təzələsin.

Məsələ: 563. Müsəlman uşağına, hətta zinadan da olsa qüsl vermək vacibdir. Kafir və onun övladına qüsl, kəfən, dəfn işlərini etmək caiz deyildir. Uşaqlıqda dəli olub, elə bu halda da həddi-büluğa çatıb ölən bir şəxsin ata-anası, yaxud onlardan biri müsəlman olsa, gərək ona qüsl verilsin. Əgər onlardan heç biri müsəlman olmasa, ona qüsl vermək caiz deyildir.

Məsələ: 564. Siqt olunmuş uşağa, dörd aylıq və daha artıq olarsa, gərək qüsl versinlər. Amma dörd ayı tamam olmasa, gərək bir parçaya büküb qüsl vermədən dəfn etsinlər.

Məsələ: 565. Əgər kişi qadına və ya qadın kişiyə qüsl versə, batildir. Amma arvad öz ərinə, ər də arvadına qüsl verə bilər.

Məsələ: 566. Kişi, yaşı üçdən keçməmiş ölü qız uşağına, qadın da yaşı üçdən keçməyən oğlan uşağına qüsl verə bilər.

Məsələ: 567. Əgər ölmüş kişiyə qüsl vermək üçün kişi tapılmazsa, ona qohumluq səbəbi ilə məhrəm olan qadınlar (ana, bacı, bibi, xala), yaxud süd verməklə məhrəm olan qadınlar, ona paltarla və ya onun bədənini örtən bir şeylə qüsl verə bilərlər.

səh: 106

Həmçinin, əgər ölmüş qadına qüsl vermək üçün qadın tapılmazsa, onunla qohumluq səbəbi ilə, yaxud süd vasitəsilə məhrəm olan kişilər, ona paltar və onun tək şeylərlə qüsl verə bilərlər.

Məsələ: 568. Əgər meyyit və ona qüsl verən hər ikisi kişi, yaxud hər ikisi qadın olsa, yaxşı olar ki, övrətdən başqa meyyitin başqa yerləri açıq olsun.

Məsələ: 569. Meyyitin övrətinə baxmaq haramdır. Ona qüsl verən şəxs, onun övrətinə baxsa, günah etmişdir, amma verdiyi qüsl batil olmaz.

Məsələ: 570. Əgər meyyitin bədəninin hər hansı bir yeri nəcis olsa, gərək qüsl verilməmişdən qabaq o yeri suya çəkilsin. Ehtiyat-müstəhəb budur ki, meyyitin bədəninin hər yeri qüslü başlamazdan qabaq pak olsun.

Məsələ: 571. Meyyitə verilən qüsl, cənabət qüslü kimidir. Ehtiyat-vacib budur ki, nə qədər ki, tərtibi qüsl mümkündür, irtimasi qüsl verməsinlər. Tərtibi qüsüldə, bədənin hər üç qismindən birini tərtib qaydasını qorumaqla kəsir suda suya batırıb qüsl verməyin eybi yoxdur.

Məsələ: 572. Heyz və ya cənabət halında ölən bir şəxsə, heyz və cənabət qüslü vermək lazım deyil, meyyit qüslü kifayətdir.

Məsələ: 573. Meyyitə qüsl vermək üçün muzd almaq haramdır. Əgər bir şəxs, muzd almaq üçün meyyitə qüsl versə, o qüsl batildir. Amma qüslün müqəddimati işləri üçün muzd almaq haram deyil.

Məsələ: 574. Əgər su tapılmasa və yaxud suyun istifadə olmasında maneələr olsa, gərək hər qüslün əvəzində o meyyitə bir təyəmmüm verilsin; ehtiyat-vacib budur ki, hər üç qüslün əvəzində bir təyəmmüm verilsin, sonra isə üç qüsülün hər biririnin əvəzində bir təyəmmüm verilsin.

Məsələ: 575. Meyyitə təyəmmüm edən şəxs, gərək öz əllərini yerə vurub, meyyitin üzünə və əllərinin üstünə çəksin. Əgər mümkün olsa, ehtiyat-müstəhəb görə meyyitin əlləri ilə də, ona təyəmmüm versin.

səh: 107

MEYYİTİN KƏFƏNİNİN HÖKMLƏRİ

Məsələ: 576. Müsəlman meyyiti, gərək “fitə” (long), “köynək” və “sərtasər” adlanan üç parça ilə kəfənə bükülsün.

Məsələ: 577. (Long) fitə, gərək bədəni göbəkdən dizlərə qədər örtsün. Ondan yaxşısı budur ki, sinəsindən ayağının üstünə qədər çatsın. Gərək köynək, çiyindən (saq) dizlə topuğun arasına qədər örtsün. Daha yaxşı olar ki, ayağın üstünə çatsın. Köynəyi arxadan qısaltmaq, necə ki, bəzi yerlərda adət şəklin alıb, onun haqqında bir dəlil nəzərə çarpmır. Sərtasərin uzunluğu gərək o qədər olsun ki, onun iki tərəfdən baş uclarını bağlamaq mümkün olsun. Eni də o gərək qədər olmalıdır ki, (meyyiti onunla) bükdükdə bir tərəfi o biri tərəfin üstünə gəlsin.

Məsələ: 578. Fitənin göbəkdən dizə qədər örtən bir miqdarı və köynəyin çiyinlərdən (saq) dizlə topuq arası qədər örtən miqdarı kəfənin vacib miqdarıdır. Keçən məsələdə bundan artıq deyilən miqdar, kəfənin müstəhəb miqdarıdır.

Məsələ: 579. Əgər meyyitin vərəsələri, həddi-büluğa çatmış olsalar və kəfənin (əvvəldəki məsələdə deyilən) vacibi miqdardan artığını onların irs paylarından götürülməsinə icazə versələr, eybi yoxdur. Ehtiyat-vacib budur ki, kəfənin vacib miqdarından artıq qədərini baliğ olmamış varisin payından götürməsinlər.

Məsələ: 580. Əgər bir şəxs kəfənin müstəhəb hissəsini (ki, iki məsələ bundan qabaq deyilidi) onun malının üçdə birindən götürülməsini, yaxud malının üçdə birinin onun özünə xərclənməsini vəsiyyət etsə, amma onun sərf olunacağı yerləri müəyyən etməsə, yaxud onun təkcə müəyyən miqdarını sərf olunacağı yerləri müəyyən etsə, bu halda kəfənin müstəhəb miqdarını onun malının üçdə birindən götrə bilərlər.

Məsələ: 581. Əgər meyyit kəfənini, malının üçdə bir hissəsindən götürülməsini vəsiyyət etməsə və malın əslindən götürmək istəsələr, ehtiyat-vacib büdür ki, kəfənin vacib miqdarını, mümkün olan ən ücüz qiymətlə əldə etsinlər. Amma

səh: 108

vərəsələrdən həddi buluğa çatmış şəxslərdən öz paylarından bir miqdarının götürülmasinə icazə versələr, icazə verdikləri miqdarda onların paylarından götürmək olar.

Məsələ: 582. Qadının kəfəni, hətta özünün malı da olsa, ərinin öhdəsinədir. Həmçinin təlaq kitablarında şərh olunduğu kimi, qadına “rici təlaq” versələr və iddəsi tamam olmamış ölsə, gərək onun əri kəfənini versin. Onun əri həddi-büluğa çatmamış və ya dəli olsa, ərinin qəyyumu gərək onun malından, o qadının kəfənini versin.

Məsələ: 583. Sağlığında yaşayış xərcləri qohumlarına vacib olan şəxs, öləndən sonra kəfəni, onlara vacib deyil.

Məsələ: 584. Ehtiyat-vacibə görə, kəfənin hər üç parçası, o qədər nazik olmamalıdır ki, meyyitin bədəni görünsün.

Məsələ: 585. Əgər başqa bir şey tapılmasa da, meyyiti murdar heyvanın dərisi və qəsbi şeylə kəfənə bükmək caiz deyildir. Əgər meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, hətta onu dəfn etmiş olsalar belə, gərək kəfəni onun bədənindən çıxarsınlar.

Məsələ: 586. Nəcis şeylə, xalis ipək, yaxud qızıldan toxunmuş parça ilə meyyiti kəfənə bükmək caiz deyildir, amma çarəsizlik halında eybi yoxdur.

Məsələ: 587. Meyyiti, əti haram olan heyvanların yunundan və yə tükündən və ya yunundan toxunmuş parça ilə kəfənə bükmək, ixtiyar halında caiz deyildir. Amma şəri göstərişə əsasən, kəsilmiş, əti halal olan heyvanın dərisi əgər paltar demək mümkün olsa kəfənləmək icazəlidir. Əgər kəfən, əti halal olan heyvanın tükündən və yunundan hazırlanıbsa, eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bu ikisi ilə də kəfənə bükməsinlər.

Məsələ: 588. Əgər meyyitin kəfəni, onun öz nəcisi, yaxud başqa bir nəcasətlə nəcis olsa, bu halda kəfən zay olmazsa, qəbrə qoymuş olsalar belə, gərək nəcis miqdarı yuyub, yaxud kəssinlər. Əgər onu yumaq və ya kəsmək mümkün olmazsa, dəyişdirilməsi mümkün olan halda, gərək dəyişdirsinlər.

Məsələ: 589. Həcc, yaxud ömrə üçün ehram bağlayan bir şəxs

səh: 109

ölsə, gərək başqaları kimi kəfənlənsin. Başının və üzünün örtülməsinin eybi yoxdur.

Məsələ: 590. Müstəhəbdir ki, insan sağlığında kəfən, sidr və kafurunu hazırlasın.

HƏNUTUN HÖKMLƏRİ

Məsələ: 591. Qüsldən sonra vacibdir ki, meyyitə hənut vursunlar, yəni alnına, əllərinin içinə, dizlərinin başına, ayaqlarının iki baş barmaqlarının ucuna kafur sürtsünlər. Ehtiyat-müstəhəbə əsasən sadalanan üzüvlərdə bir miqdar kafur da quysunlar. Müstəhəbdir ki, meyyitin burnunun ucuna da kafur sürtsünlər. Gərək kafur təzə və əzilmiş olsun. Əgər köhnəlmək səbəbilə ətri getsə, kifayət deyildir.

Məsələ: 592. Ehtiyat-vacib budur ki, əvvəl kafuru meyyitin alnına vursunlar. Amma meyyitin başqa üzvlərinə hənut vuranda tərtibə riayət etmək lazım deyildir.

Məsələ: 593. Daha yaxşı olar ki, kəfənə bükməmişdən əvvəl, meyyitə hənut vursunlar. Amma kəfənə bükmə əsnasında və ondan sonra da vurmağın maneəsi yoxdur.

Məsələ: 594. Həcc və ya ömrə üçün ehram bağlayan bir şəxs, “səy” və ya “təvaf” əməlini tamamladıqdan sonra ölsə, ona hənut vurmaq icazəlidir.

Məsələ: 595. Əri ölən və iddəsi tamam olmayan qadın özünü ətirləməsinin haram olmasına baxmayaraq, ölərsə, ona hənut vurmaq vacibdir.

Məsələ: 596. Ehtiyat-vacib budur ki, meyyitə müşk, ənbər, ud və s. ətirlər vurmasınlar, yaxud hənut edəndə onları kafura qarışdırmasınlar.

Məsələ: 597. Müstəhəbdir ki, həzrət Seyyidüş-şühədanın (ələyhis-səlam) türbətindən bir qədər kafura qarışdırsınlar. Amma gərək o kafurdan ehtiramsızlıq olan bədən üzvlərinə vurmasınlar. Həmçinin, gərək türbət o qədər çox olmasin ki, kafurla qarışanda

səh: 110

daha ona kafur deyilməsin.

Məsələ: 598. Əgər kafur tapılmazsa və ya təkcə qüsl miqdarında olarsa, hənut lazım deyil əgər qüsla istifadə olunan miqdardan çox olarsa, amma yeddi üzvün hənutuna çatmasa, gərək əvvəlcə alnına vursunlar. Əgər çox qalarsa, başqa üzvlərə vursunlar.

Məsələ: 599. Müstəhəbdir ki, iki ədəd tər-təzə çubuğu, meyyitlə yanaşı qəbrə qoysunlar.

MEYYİT NAMAZININ HÖKMLƏRİ

Məsələ: 600. Müsəlman meyyitə, hətta uşaq da olsa belə namaz qılmaq vacibdir, amma gərək uşağın ata-anası, yaxud onlardan biri müsəlman olsun və ya başqa bir dəlil o uşağın müsəlman olmasını göstərsin və altı yaşı da tamam olmuş olsun.

Məsələ: 601. Altı yaşı tamam olmayan uşağa namaz qılmaq müstəhəb, amma ölü dünyaya gəlmiş uşağa namaz qılmaq müstəhəb deyil.

Məsələ: 602. Meyyit namazı gərək, qusl, kəfən və hənut işlərindən sonra qılınsın. Əgər bu işlərdən qabaq və ya bu işlər əsnasında, unutqanlıq, yaxud məsələni bilməməzlik üzündən qılınmış olsa belə, kifayət deyildir.

Məsələ: 603. Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmaz, qusl, yaxud təyəmmüm alması üçün, bədəninin, yaxud paltarının pak olması lazım deyil. Hətta onun paltarı qəsbi də olsa, eybi yoxdur. Amma ehtiyat-müstəhəbə görə sair namazlarda riayət olunmalı şeylər bunda da riayət olunsun.

Məsələ: 604. Meyyitə namaz qılan şəxs, gərək üzü qibləyə dayansın. Həmçinin vacibdir ki, meyyiti onun qarşısında arxası üstə elə uzatsınlar ki, başı namaz qılanın sağ tərəfində, ayağı isə sol tərəfində olsun.

Məsələ: 605. Ehtiyat-vacibə görə namaz qılanın məkanı gərək qəsbi olmasın. Həmçinin meyyitin qoyulduğu yerdən alçaq və ya

səh: 111

uca olmasin. Amma azacıq alçaq və ya uca olsa, eybi yoxdur.

Məsələ: 606. Namaz qılan şəxs gərək meyyitdən uzaq olmasın. Amma meyyit namazını camaatla qılan şəxs, meyyitdən uzaq olsa və camaat namazının cərgələri bir-birinə bitişik olsa, eybi yoxdur.

Məsələ: 607. Meyyit namazı qılan şəxs, gərək meyyitlə üzbəüz dursun. Amma namaz camaatla qılınsa və camaat namazının cərgələri iki tərəfdən meyyiti ötüb keçsə, meyyitin müqabilində durmayan şəxslərin namazının eybi yoxdur.

Məsələ: 608. Meyyitlə namaz qılan şəxsin arasında gərək pərdə, divar və s. kimi şeylər olmasın. Amma meyyit, tabut və bu kimi şeylərin içində olsa, eybi yoxdur.

Məsələ: 609. Meyyit namazı qılınan vaxt, gərək meyyitin övrəti örtülsün. Əgər onu kəfənləmək mümkün olmazsa, gərək onun övrətini hətta taxta, kərpic və s. kimi şeylərlə də olsa örtsünlər.

Məsələ: 610. Meyyit namazını, gərək ayaq üstə və qürbət niyyəti ilə qılsın və niyyətdə meyyit müəyyənləşdirilməlidir; məsələn: “bu meyyitə namaz qılıram, qürbətən iləllah” deyə niyyət etsin.

Məsələ: 611. Əgər meyyitə ayaq üstə namaz qıla bilən bir şəxs tapılmazsa, oturan halda namaz qılan şəxs ona namaz qıla bilər.

Məsələ: 612. Əgər meyyit, müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət etmiş olsa, ehtiyat-vacib budur ki, o şəxs meyyitin qəyyumundan icazə alsın. Qəyyuma da vacibdir icazə versin.

Məsələ: 613. Bir meyyitə bir neçə dəfə namaz qılmaq məkruhdur. Amma meyyit elm və təqva əhli olarsa, məkruh deyil.

Məsələ: 614. Əgər meyyiti, bilərəkdən, yaxud unutqanlıq üzündən və ya müəyyən bir üzr səbəbi ilə namazsız dəfn etmiş olsalar, yaxud dəfn etdikdən sonra qılınan namazın batil olması məlum olarsa, nə qədər ki, onun cəsədi çürüməyib, vacibdir ki, meyyit namazında deyilən şərtlər daxilində onun qəbrinə namaz qılsınlar.

səh: 112

MEYYİTİN NAMAZININ QAYDALARI

Məsələ: 615. Meyyit namazının beş təkbiri vardır. Əgər namaz qılan beş təkbiri bu tərtiblə desə, kifayətdir: Niyyətdən və birinci təkbirdən sonra desin:

أَشهَدُ أَن لاَإِلَهَ إِلاَّاللهُ وَأَنَّ مُحَمَّداً رَسُولُ اللهِ

Əşhədu ənla ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah.

İkinci təkbirdən sonra desin:

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.

Üçüncü təkbirdən sonra desin:

أَللَّهُمَّ اغْفِرْلِلْمُؤْمِنِینَ وَالْمُؤْمِنَاتِ

Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.

Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin:

أَللَّهُمَّ اغْفِرْ لِهَذَا الْمَیِّتْ

Əllahumməğfir li hazəl-məyyit.

Əgər qadın olarsa, desin:

أَللَّهُمَّ اغْفِرْ لِهَذِهِ الْمَیِّتْ

Əllahumməğfir li hazihil-məyyit.

Ehtiyata görə, təkcə duanın sözlərini tələffüz etmək deyil, duada niyyət müəyyən olsun və sonra 5-ci təkbiri desin.

Daha yaxşı olar ki, birinci təkbirdən sonra bu duanı oxusun:

أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّاللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ وَ أَشْهَدُ أَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ أَرْسَلَهُ بِالْحَقِّ بَشِیرًا وَنَذِیرًا بَیْنَ یَدَیِ السَّاعَهِ

İkinci təkbirdən sonra bu duanı oxusun:

səh: 113

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِکْ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارْحَمْ مُحَمَّدًا وَآلَ مُحَمَّداً کََأَفْضَلِ مَاصَلَّیْتَ وَبَارَکْتَ وَتَرَحَّمْتَ عَلَی إِبْرَاهِیمَ وَآلِ إِبْراهِیمَ إِنَّکَ حَمِیدٌ مَجِیدٌ وَصَلِّ عَلَی جَمٍیعِ الْأَنْبِیَاءِ وَالْمُرْسَلِینَ وَ الشُّهَدَاءِ وَالصِّدِّیقِینَ وَجَمِعِ عِبَادِللهِ الصَّالِحِینَ.

Üçüncü təkbirdən sonra bu duanı oxusun:

أَللَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِینَ وَالْمُؤْمِنَاتِ وَالْمُسْلِمِینَ وَالْمُسْلِمَاتِ الأَحْیَاءِ مِنْهُمْ وَالْأَمْوَاتِ ِتَابِعِ بَیْنَنَا وَبَیْنَهُمْ بِاالْخَیْرَاتِ إِنَّکَ مُجِیبُ الدَّعَوَاتِ إِنَّکَ عَلَی کُلِّ شَیءٍ قَدِیرٍ.

Dördüncü təkbirdən sonra meyyit kişidirsə, bu duanı oxusun:

أَللَّهُمَّ إِنَّ هَذَا عَبْدُکَ وَابْنُ عَبْدِکَ وَابْنُ أَمَتِکَ نَزَلَ بِکَ وَأَنْتَ خَیْرُ مَنْزُوُلٍ بِهِ ، أَللَّهُمَّ إِنَّا لاَ نَعْلَمُ مِنْهُ إِلاَّ خَیْرًا وَأَنْتَ أَعْلَمُ بِهِ مِنَّا، أَللَّهُمَّ إِنْ کَانَ مُحْسِنًا فَزِدْ فِی إِحْسَانِهِ وَ إِنْ کَانَ مُسِیئًا فَتَجَاوَزْ عَنْهُ وَاغْفِرْ لَهُ، أَللَّهُمَّ اجْعَلْهُ عِنْدَکَ فِی أَعْلَی عِلِّیِّیِنَ وَاخْلُفْ عَلَی أَهْلِهِ فِی الْغَابِرِینَ وَارْحَمْهُ بِرَحْمَتِکَ یَاأَرْحَمَ الرَّاحِمِینَ.

Dördüncü təkbirdən sonra meyyit qadındırsa, bu duanı oxusun:

أَللَّهُمَّ إِنَّ هَذِهِ أَمَتُکَ وَابْنَتُ عَبْدِکَ وَابْنَتُ أَمَتِکَ نَزَلَتْ بِکَ وَأَنْتَ خَیْرُ مَنْزُولٍ بِهِ ، أَللَّهُمَّ إِنَّا لاَ نَعْلَمُ مِنْهَا إِلاَّ خَیْرًا وَأَنْتَ أَعْلَمُ بِهَا مِنَّا، أَللَّهُمَّ إِنْ کَانَتْ مُحْسِنَهً فَزِدْ فِی إِحْسَانِهَا وَإِنْ کَانَتْ مُسِیئَهً فَتَجَاوَزْ عَنْهَا وَاغْفِرْلَهَا، أَللَّهُمَّ اجْعَلْهَا عِنْدَکَ فِی أَعْلَی عِلِّییِّنَ وَاخْلُفْ عَلَی أَهْلِهَا فِی الْغَابِریِنَ وَارْحَمْهَا بِرَحْمَتِکَ یَا أَرْحَمَ الرَّاحِمِینَ.

Sonra beşinci təkbiri desin.

Məsələ: 616. Meyyit namazının təkbirləri və duaları elə ardıcıl oxunmalıdır ki, gərək namaz, öz surətindən çıxmasın.

Məsələ: 617. Meyyit namazını camaatla birlikdə qılan şəxs gərək təkbirləri və duaları oxusun.

MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI

Məsələ: 618. Bir neçə şey meyyit namazında müstəhəbdir:

səh: 114

1-Meyyit namazını qılan şəxs, dəstəmaz yaxud qusl və ya təyəmmüm almış olsun; ehtiyat-müstəhəbə görə, o vaxt təyəmmüm almalıdır ki, dəstəmaz və qüsl almaq mümkün olmasın, yaxud dəstəmaz və ya qüsl alacağı təqdirdə meyyit namazına çata bilməsin.

2-Əgər meyyit kişidirsə, camaata imamlıq edən, yaxud ona namazı təklikdə qılan şəxs, cənazənin orta hissəsinin; və əgər meyyit qadındırsa, sinəsinin müqabilində dursun;

3-Ayaqyalın namaz qılsın; Yəni ayaqqabısız namaz qılsın amma corabla olsa eybi yoxdır.

4-Hər təkbiri deyəndə iki əlini qaldırsın;

5-Onunla meyyitin arasındakı məsafə çox az olsun; belə ki, əgər külək onun paltarını hərəkət etdirsə, cənazəyə toxunsun;

6-Meyyit namazı camaatla qılınsın;

7-Meyyit namazına imamlıq edən şəxs, təkbiri və duaları ucadan, onunla birlikdə namaz qılanlar isə astadan desinlər;

8-Meyyit namazı, camaatla qılınanda, hətta iqtida edən (məmum) bir nəfər olsa da, imamın arxasında dayansın;

9-Namaz qılan şəxs meyyitə və möminlərə çoxlu dua etsin;

10-Namazdan qabaq üç dəfə “əs-səlat” desin;

11-Namazı, camaatın əksərən meyyit namazını qılqıları yerdə qılsın;

12-Haiz qadın camaat namazına dayansa, bir cərgədə tək dayansın.

Məsələ: 619. Meyyit namazını məscidlərdə qılmaq məkruhdur, amma Məscidül-Həramda məkruh deyildir.

DƏFNİN HÖKMLƏRİ

Məsələ: 620. Ehtiyat-vacib budur ki, meyyit elə dəfn edilsin ki, onun iyi çölə gəlməsin və yırtıcı heyvanlar onun bədənini çölə çıxara bilməsin. Amma yırtıcı heyvanların onun bədənini çıxarmasından qorxu yaransa, gərək qəbri kərpic və s. kimi

səh: 115

şeylərlə möhkəmlətsinlər.

Məsələ: 621. Əgər meyyiti torpaqda dəfn etmək mümkün olmazsa, dəfn etmək yerinə, onu binada və ya tabuta qoyamaq vacibdir.

Məsələ: 622. Gərək meyyiti qəbirdə sağ çiyni üstə elə uzatsinlar ki, bədəninin qabağı üzü qibləyə olsun.

Məsələ: 623. Əgər bir şəxs gəmidə ölsə, bu halda cəsədi çürüməzsə və gəmidə qalmasının maneəsi olmazsa, gərək gözləsinlər ki, gəmi quruya çatsın və onu torpaqda dəfn etsinlər. Əks halda gərək, gəmidə qüsl verib, hənut-kəfən etməli, namaz qıldıqdan sonra ağır bir şeyi ayağına bağlayıb dəryaya buraxmalı, yaxud onu böyük bir xumrəyə(1)qoyub ağzını bağlamalı, dəryaya atmalıdırlar. Mümkün olan surətdə, ehtiyat-müstəhəbə əsasən, əvvəl bu yolu seçsinlər (yəni bir xumrəyə qoyub ağzını bağlayıb, dəryaya atsınlar). Mümkün olsa, elə yerdə atsınlar ki, dərhal heyvanlara yem olmasın.

Məsələ: 624. Əgər düşmən, qəbri açıb meyyiti çıxaracağından və sonra qulağını, burnunu və ya başqa üzvlərini kəsəcəyindən qorxsalar, onda mümkün olan surətdə, gərək əvvəlki məsələdə deyildiyi qaydada, onu dəryaya atsınlar.

Məsələ: 625. Meyyitin dəryaya atılmasının və ya qəbrinin möhkəmləndirilməsinin xərcləri lazım olan surətdə gərək meyyitin malının əslindən götürülsün.

Məsələ: 626. Əgər kafir bir qadın ölsə və onun bətnindəki uşaq da ölmüş olsa və ya hələ ruh onun bədəninə daxil olmayıbsa, uşağın atası müsəlman olduğu surətdə, gərək qadını qəbirdə sol böyrü üstə arxası qibləyə tərəf elə uzatsınlar ki, uşağın üzü qibləyə olsun.

Məsələ: 627. Müsəlmanın kafir, kafirin də müsəlman qəbiristanlığında dəfn edilməsi caiz deyildir.

Məsələ: 628. Müsəlmanı, ehtiramsızlıq olacağı yerlərdə;

səh: 116


1- . Küp.

məsələn: toz-torpaq və zibil tökülən yerlərdə dəfn etmək caiz deyildir.

Məsələ: 629. Meyyit, qəsbi yerdə dəfn olunmamalıdır. Meyyiti, dəfndən qeyri işlər üçün (vəqf olunan məscid kimi) yerlərdə dəfn etmək, caiz deyildir.

Məsələ: 630. Başqa ölünün qəbrində meyyiti dəfn etmək icazəli deyil, amma qəbir köhnəlib və birinci meyyit tamamilə aradan gedibsə və başqasının mülkü deyilsə caizdir. Əgər başqasının mülkü olarsa malikinin razılığı lazımdır.

Məsələ: 631. Meyyitdən ayrılan şeylər, hətta tük, dırnaq, diş kimi olsa da belə, gərək onunla dəfn olunsun. Əgər qəbri açmaqa səbəb olarsa, ayrıca dəfn etsinlər. İnsanın sağlığında ondan ayrılan dırnağı və dişi yerə basdırmaq müstəhəbdir.

Məsələ: 632. Əgər bir şəxs quyuya düşüb ölsə və onu çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını bağlayıb o quyu onun üçün qəbir edilsin.

Məsələ: 633. Əgər uşaq, ana bətnində ölsə və onun bətndə qalması ana üçün təhlükə doğursa, gərək onu ən asan yolla çıxartsınlar. Əgər onu doğrayıb çıxarmağa naçar olsalar, eybi yoxdur. Amma ərinin vasitəsi ilə (əgər əri bu sahədə mütəxəssisdirsə), yaxud mütəxəssis qadının vasitəsi ilə çölə çıxarılmalıdır. Əgər bu da mümkün olmasa, mütəxəssis olan məhrəm kişilər, bu da mümkün olmasa, mütəxəssis olan naməhrəm kişi, onu çölə çıxarmalıdır. Bu da mümkün olmasa və mütəxəssis tapılmazsa, mütəxəssis olmayan bir şəxs də uşağı çölə çıxara bilər.

Məsələ: 634. Hər vaxt əgər ana ölsə və uşaq onun bətnində diri olsa, hətta onun (çıxarılmasından sonra) sağ qalmasına ümid olmasa da, gərək əvvəlki məsələdə deyilən şəxslərin vasitəsi ilə, onun sol böyrünü yarılıb uşağı çıxarmalı, sonra isə yarılan yeri tikməlidirlər. Bu bir haldadır ki, onun sol tərəfinin yarılması, uşaqın həyatında (diri qalması üçün) təsiri olacağına ehtimal verilsin. Belə olmayan halda, hər tərəfdən uşaqın sağ qalması

səh: 117

ehtimal verilirsə, gərək yarıb uşağı götürsünlər.

DƏFNİN MÜSTƏHƏBBATI

Məsələ: 635. Müstəhəbdir ki, qəbri normal insan boyunda qazsınlar və ya dərinliyi normal insanın boğazına qədər olsun. Meyyiti ən yaxın qəbiristanlıqda dəfn etsinlər. Amma uzaqda olan qəbiristan müəyyən səbəblərə görə yaxşı olsa; məsələn, yaxşı insanlar o qəbiristanlıqda dəfn edilirsə, yaxud camaat qəbiristan əhlinə Fatihə oxumaq üçün oraya daha çox gəlirlərsə oraya aparsınlar. Həmçinin, meyyiti qəbirin bir neçə metrliyində yerə qoysunlar və üç dəfə yerə qoyub-götürməklə, tədricən qəbirə yaxınlaşdırsınlar. Dördüncü dəfə isə qəbrə daxil etsinlər. Əgər meyyit kişidirsə, üçüncü dəfə onun başı qəbrin aşağı tərəfinə qalacaq şəkildə yerə qoysunlar. Dördüncü dəfədə başı tərəfindən qəbrə daxil etsinlər. Əgər qadındırsa, üçüncü dəfə qəbrin qiblə tərəfinə qoyub, eninə qəbrə daxil etsinlər. Qəbrə qoyarkən, qəbrin üstünə bir parça tutsunlar. Həmçinin, cənazəni aramlıqla tabutdan götürüb, qəbrə qomaq müstəhəbdir. Dəfndən qabaq və dəfn zamanı göstəriş verilmiş duaları oxusunlar. Meyyiti ləhədə qoyduqdan sonra kəfənin düyünlərini açıb üzünü torpağa qoysunlar, başının altında torpaqdan balış kimi düzəltsinlər, arxasına xam kərpic, yaxud kəsək qoysunlar ki, arxaya aşmasın. Ləhədi örtməzdən əvvəl sağ əli meyyitin sağ çiyninə vurub, sol əli qüvvətlə meyyitin sol çiyninə qoysunlar, ağızı onun qulağına yapışdırıb möhkəm silkəlkələyib və üç dəfə desinlər:

إِسْمَعْ إِفْهَمْ یَافُلاَنَ ابْنَ فُلاَن

“İsmə ifhəm ya Fulanəbnə fulan”

“Fulan” kəlməsinin yerinə meyyitin adını və atasının adını desinlər; məsələn: əgər meyyitin adı Məhəmməd, atasının adı Əli olarsa, üç dəfə desinlər:

səh: 118

إِسْمَعْ إِفْهَمْ یَا مُحَمَّدَ بْنَ عِلِیّ

“İsmə ifhəm, ya Məhəmmədəbnə Əli”

Ondan sonra desinlər:

هَلْ أَنْتَ عَلَی الْعَهْدِ الَّذِی فَارَقْتَنَا عَلیْهِ مِنْ شَهَادَتِ أَنْ لاَ إِلَهَ إِلاَّاللَّهُ وَحْدَهُ لاَ شَرِیکَ لَهُ وَأَنَّ مُحَمَّدًا صَلَّی اللَّهُ عَلَیْهِ وَآلِهِ عَبْدُهُ وَرَسُولُهُ وَسَیِّدُ النَّبِیَّینَ وَخَاتَمُ الْمُرْسَلِنَ وَأَنَّ عَلِیًّا أَمِیرُ الْمُؤمِنِینَ وَسَیِّدُ الْوَصِیِّینَ وَإِمَامٌ إِفْتَرَضَ اللهُ طَاعَتَهُ عَلَی الْعَالَمِینَ وَأَنَّ الْحَسَنَ وَالْحُسَیْنَ وَعَلِیَّ بْنَ الْحُسَیْنِ وَمُحَمَّدَ بْنَ عَلِیٍّ وَجَعْفَرَبْنَ مُحَمَّدٍ وَمُوسَی بْنَ جَعْفَرٍ وَعَلِیَّ بْنَ مُوسَی وَمُحَمَّدَ بْنَ عَلِیٍّ وَعَلِیَّ بْنَ مُحَمَّدٍ وَالْحَسَنَ بْنَ عَلِیٍّ وَالْقَائِمَ الْحُجَّهَ الْمَهْدِیَّ صَلَوَاتُ اللهِ عَلَیْهِمْ أَئِمَّهُ الْمُؤِْمِنِینَ وَحُجَجُ اللهِ عَلَی الْخَلْقِ أَجْمَعِینَ وَأَئِمَّتُکَ أَئِمَّهُ هُدًی بِکَ أَبرَارٌ یَا فُلانَ بْنَ فُلان.

«Həl əntə ələl-əhdilləzi, farəqtəna ələyhi min şəhadəti ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən səlləllahu ələyhi alihi əbduhu və rəsuluh və səyyidun-nəbiyyinə və xatəmul-mursəlinə, və ənnə Əliyyən əmirul-mu`mininə və səyyidul-vəsiyyinə və imamun iftərəzəllahu taətəhu ələl aləmin, və ənnəl Həsənə vəl-Husəynə və Əliyyəbnəl-Husəyni və Muhəmmədəbnə Əliyyin və Cə`fərəbnə Muhəmmədin və Musəbnə Cə`fərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl Qaiməl huccətəl Məhdi səlavatullahi ələyhim ə`immətul mu`mininə və hucəcullahi ələl-xəlqi əcməin və ə`immətukə ə`immətu hudən bikə əbrar, ya fulanəbnə fulan».

“Fulan ibni fulan” kəlməsinin yerinə meyyitin adını və atasının adını deyib sonra desinlər:

إِذَا أَتَاکَ الْمَلَکَانِ الْمُقَرَّبَانِ رَسُولَیْنِ مِنْ عِنْدِاللهِ تَبَارَکَ وَتَعَالیَ وَسَأَلَاکَ عَنْ رَبِّکَ وَعَنْ نَبِیِّکَ وَعَنْ دِینِکَ وَعَنْ کِتَابِکَ وَعَنْ قِبْلَتِکَ وَعَنْ أَئِمَّتِکَ فَلاَ تَخَفْ وَلاَ تَحْزَنْ وَقُلْ فِی

səh: 119

جَوَابِهِمَا اللهُ رَبیّ وَمُحَمَّدٌ صَلَّی اللهُ عَلَیهِ وَآلِهِ وَ سَلَّم نَبِیِّ وَالْإِسْلامُ دِینِی وَ الْقُرْآنُ

کِتَابِی وَالْکَعْبَهُ قِبْلَتی وَأَمِیرُ الْمُؤْمِنِینَ عَلِیُّ بْنُ أَبِی طَالِبٍ إِمَامِی وَالْحَسَنُ بْنُ عَلِیٍّ الْمُجْتَبَی إِمَامِی وَالْحُسَیْنُ بْنُ عَلِیٍّ الشَّهِیدُ بِکَرْبَلاَ إِمَامِی وَعَلِیٌّ زَیْنُ الْعَابِدِینَ إِمَامِی وَمُحَمَّدٌ الْبَاقِرُ إِمَامِی وَجَعْفَرٌ الصَّادِقُ إِمَامِی وَمُوسَی الْکَاظِمُ إِمَامِی وَعَلِیٌّ الرِّضَا إِمَامِی وَمُحَمَّدٌ الْجَوَادُ إِمَامِی وَعَلِیٌّ الْهَادِی إِمَامِی وَالْحَسَنُ الْعَسْکَرِیُّ إِمَامِی وَالْحُجَّهُ الْمُنْتَظَرُ إِمَامِی هَؤُلاءِ صَلَوَاتُ اللهِ عَلَیْهِمْ أَئِمَّتِی وَسَادَتِی وَقَادَتِی وَشُفَعَائِی بِهِمْ أَتَوَلَّی وَمِنْ أَعْدَائِهِمْ أَتَبَرَّءُ فِی الدُّنْیَا وَالْآخِرَهِ ثُمَّ إِعْلَمْ یَا فُلاَنَ بنَ فُلاَن.

«İza ətakəl mələkanil muqərrəbani rəsuləyni min indillahi təbarəkə və tə`ala və sə`əlakə ən rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən ə`immətikə fəla təxəf və la təhzən və qul fi cəvabihima Əllahu rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi. Vəl islamu dini vəl Qur`anu kitabi. Vəl kə`bətu qibləti və Əmirul-mu`mininə Əliyyubnu Əbi Talibin imami vəl Həsənubnu Əliyyin əl muctəba imami vəl-Husəynubnu Əliyyin əş-şəhidu bi Kərbəla imami və Əliyyun Zəynul-abidinə imami və Muhəmmədun Baqiru imami və Cə`fərunissadiqu imami və Musəl Kazimu imami və Əliyyur-riza imami və Muhəmmədul Cəvadu imami və Əliyyul Hadi imami vəl Həsənul Əskəri imami vəl Huccətul muntəzəru imami haulai sələvatullahi ələyhim ə`imməti və sadəti və qadəti və şufə`ai bihim ətəvəlla və min ə`daihim ə`təbərrə`u fiddunya vəl axirə, summə i`ləm ya fulanəbnə fulanin».

“Fulanəbnə fulan” kəlmələrinin yerinə meyyitin və atasının adını deyib sonra desinlər:

إِنَّ اللهَ تَبَارَکَ وَتَعَالَی نِعْمَ الرَّبُّ وَأَنَّ مُحَمَّداً صَلًی اللهُ عَلَیْهِ وَآلِهِ وَ سَلَّم نِعْمَ الرَّسُولُ وَأَنَّ عَلِیَّ بْنَ أَبِی طَالِبٍ وَأَوْلاَدَهُ الْمَعْصُومِینَ الْأَئِمَّهَ الْإِثْنیَ عَشَرَ نِعْمَ الْأَئِمَّهُ وَأَنَّ مَاجَاءَ بِهِ مُحَمَّدٌ صَلَّی اللهُ عَلَیهِ وَ آلِهِ وَ سَلَّم حَقٌّ وَأَنَّ الْمَوْتَ حَقٌّ وَسُؤالَ مُنْکَرٍ وَنَکِیرٍ فِی الْقَبْرِ

səh: 120

حَقٌّ وَالْبَعْثَ حَقٌّ وَالنُّشُورَ حَقٌّ وَالصِّرَاطَ حَقٌّ وَالْمِیزَانَ حَقٌّ وَتَطَایُرَ الْکُتُبِ حَقٌّ وَأَنَّ الْجَنَّهَ حَقٌّ وَالنَّارَ حَقٌّ وَأَنَّ السَّاعَهَ آتِیَهٌ لاَرَیْبَ فِیهَا وَأَنَّ اللهَ یَبْعَثُ مَنْ فِی الْقُبُورِ.

«İnnəllahə təbarəkə və tə`ala ni`mərrəb, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi ni`mərrəsul, və ənnə

Əliyyəbnə əbi Talibin və ovladəhul mə`suminəl-ə`immətəl isna əşərə ni`məl ə`immə və ənnə ma ca`ə bihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl movtə həqqun. Və sualə munkərin və nəkirin fil-qəbri həqqun Vəl bə`sə həqqun vənnuşurə həqqun vəssiratə həqqun, vəlmizanə həqqun. Və tətayurəl kutubi həqqun, və ənnəl cənnətə həqqun, vənnarə həqqun, və ənnassaətə atiyətun la rəybə fiha və ənnəllahə yəb`əsu mən fil qubur».

Sonra desin:

أَفَهِمْتَ یَا فُلان

Əfəhimtə ya fulan

“Fulan” kəlməsinin yerinə meyyitin adını deyib, sonra isə bunu desin:

ثَبَّتَکَ اللهُ بِالْقَوْلِ الثَّابِتِ وَهَدَاکَ اللهُ إِلَی صِرَاطٍ مُّسْتَقِیمٍ عَرَّفَ اللهُ بَیْنَکَ وَبَیْنَ أَوْلِیَائِکَ فِی مُسْتَقَرٍّ مِنْ رَحْمَتِهِ

«Səbbətəkəllahu bil-qovlissabiti və hədakəllahu ila siratin mustəqim, ərrəfəllahu bəynəkə və bəynə ovliyaikə fi mustəqərrin min rəhmətih»

Sonra bunu desin:

أَللَّهُمَّ جَافِ الْأَرْضَ عَنْ جَنْبَیْهِ واصْعَدْ بِرُوحِهِ إِلَیْکَ وَلَقِّهِ مِنْکَ بُرْهَانًا أَللَّهُمَّ عَفْوَکَ عَفْوَکَ.

«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id biruhihi iləykə vələqqihi minkə burhanən. Əllahummə əfvəkə əfvək».

səh: 121

Məsələ: 636. Müstəhəbdir ki, meyyiti qəbrə qoyan şəxs təharətli, başı açıq, ayaqyalın olsun və meyyitin ayaq tərəfindən qəbirdən çıxsın. Meyyitin qohumlarından başqa, orada olan şəxslər, əllərinin arxası ilə torpağı qəbrə töküb, “inna lillahi və inna iləyhi raciun” desinlər. Əgər meyyit qadın olsa, onu, məhrəm olanlardan biri qəbrə qoysun. Əgər məhrəmi olmazsa, sair qohumları onu qəbrə qoysun.

Məsələ: 637. Müstəhəbdir ki, qəbri dördbucaq və düzbucaqlı dördbucaq şəkldə düzəltsinlər, dörd barmaq miqdarında yerdən ucaldıb üstünə müəyyən əlamət qoysunlar ki, səhv olunmasın və qəbrin üstünə su səpsinlər. Su səpəndən sonra orada olanlar əllərini qəbrin üstünə qoyub barmaqları açıq halda torpağa batırsınlar, belə ki, bir az miqdarda barmaqlarının izi qalsın və mübarək “İnna ənzəlnahu” surəsini yeddi dəfə oxuyub sonra meyyit üçün Allahdan bağışlanmaq diləyib, bu duanı oxusunlar.

أَللَّهُمَّ جَافِ الْأَرْضَ عَنْ جَنْبَیْهِ وَاَصْعِدْ إِلَیْکَ رُوحَهُ وَلَقِّهِ مِنْکَ رِضْوَانًا وَاَسْکِنْ قَبْرَهُ مِنْ رَحْمَتِکَ مَاتُغْنِیهِ بِهِ عَنْ رَحْمَهِ مَنْ سِوَاکَ.

«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id iləykə ruhəhu və ləqqihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivakə.»

Məsələ: 638. Cənazənin dəfn mərasimində iştirak edənlər gedəndən sonra müstəhəbdir ki, meyyitin vəlisi, yaxud vəlisinin tərəfindən icazəsi olan bir şəxs göstərişi verilən duaları meyyitə təlqin etsin.

Məsələ: 639. Dəfndən sonra müstəhəbdir ki, matəm sahiblərinə başsağlığı verilsin. Amma müəyyən müddət keçsə və başsağlığı vermək, baş verən müsibəti onlara xatırlatmağa səbəb olarsa, onu etməmək daha yaxşıdır. Həmçinin müstəhəbdir ki, üç gün meyyitin ev əhlinə (ailə üzvlərinə) yemək göndərilsin. Onların yanında və mənzillərində yemək yemək məkruhdur.

Məsələ: 640. Müstəhəbdir ki, insan qohumlarının, xüsusilə də

səh: 122

övladının ölümündə səbirli olsun, hər vaxt meyyiti yad edəndə, “İnna lillahi və inna iləyhi raciun” desin; meyyit üçün Quran oxusun, ata-ananın qəbrinin yanında Allahdan hacətlərini istəsin. Qəbri, tez xarab olmaması üçün möhkəm düzəltsinlər.

Məsələ: 641. İnsanın bir şəxsin ölümündə üzünü, yaxud bədənini cırmaqlaması ilə özünə xəsarət vurması caiz deyildir.

Məsələ: 642. Əgər kişi, arvadının yaxud övladının ölümündə paltarının yaxasını cırsa, yaxud qadın meyyitin matəmində üzünü cırsa və ya öz saçlarını yolsa, gərək bir qul azad etsin, yaxud on fəqirə təam versin, yaxud da onları geyimlə təmin etsin. Əgər qadın öz saçlarını bıçaq, qayçı və bunun kimi şeylərlə kəsərsə, gərək bir qul azad etsin, yaxud altımış nəfərə yemək versin və ya iki ay oruc tutsun.

Məsələ: 643. Ehtiyat-vacib budur ki, meyyitə ağlamaqda səsi çox ucaltmasınlar.

VƏHŞƏT NAMAZI

Məsələ: 644. Müstəhəbdir ki, meyyitin dəfn olunduğu ilk gecə, onun üçün iki rəkət vəhşət namazı qılsınlar. Onun qılınması qaydası belədir: Birinci rəkətdə Həmd surəsindən sonra bir dəfə “Ayətul-kürsünü” oxusun. Ehtiyat budur ki, “Ayətəl-kürsünü” “hum fiha xalidun”-a qədər oxusunlar. İkinci rəkətdə isə Həmd surəsindən sonra on dəfə “İnna ənzəlnahu” surəsi oxunsunlar, namazın salamından sonra desinlər:

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَدٍ وَابْعَثْ ثَوَابَهَا إِلَی قَبْرِ فُلان

“Əllahummə səlli əla Mühəmmədin və ali Mühəmməd vəbəs səvabəha ila qəbri fulan”.

Fulan kəlməsinin yerinə mərhumun adını desinlər.

Məsələ: 645. Vəhşət namazını, mərhumun dəfn olunduğu ilk gecənin hər saatında olsa, qılmaq olar. Amma daha yaxşı olar ki, işa namazından sonra gecənin əvvəlində qılınsın.

səh: 123

Məsələ: 646. Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa səbəblərə görə onun dəfni təxirə düşsə, bu halda gərək vəhşət namazını onun qəbrə qoyulduğu ilk gecəyə qədər təxirə salsınlar.

QƏBRİN AÇILMASI

Məsələ: 647. Müsəlmanın qəbrini açmaq hətta uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürüyüb aradan getsə və torpağa çevrilsə, eybi yoxdur.

Məsələ: 648. İmamzadələrin (yəni İmam övladlarının), şəhidlərin, alimlərin, saleh bəndələrin qəbrini açmaq hətta illər ötüb keçsə də belə haramdır.

Məsələ: 649. Bir neçə halda qəbri açmaq haram deyildir:

1-Meyyit qəsbi torpaqda dəfn olunsa və yerin sahibi də onun orada qalmasına razı olmasa;

2-Meyyitin dəfn olunduğu kəfən, yaxud onunla birlikdə dəfn olunan başqa şeylər qəsbi olsa, sahibi də qəbirdə qalmasına razı olmasa. Həmçinin əgər meyyitin vərəsələrinə çatacaq bir şey onunla birlikdə dəfn olunsa, vərəsələr də o şeyin qəbirdə qalmasına razı olmasalar; amma meyyit dua kitabı və Quran, yaxud üzüyünü onunla birlikdə dəfn olunmasını vəsiyyət etsə onları çıxarmaq üçün qəbri açmaq olmaz;

3-Meyyit qüslsüz və ya kəfənsiz dəfn olunsa, yaxud qüslünun batil olmasını bilsələr və ya şəriət qanunlarına uyğun olmayaraq kəfənləmiş olsalar, yaxud da qəbirdə onu üzü qibləyə qoymamış olsalar;

4-Müəyyən bir haqqı sübut etmək üçün meyyitin bədənini görmək istəsələr;

5-Meyyiti, ehtiramsızlıq olan bir yerdə, məsələn: kafirlərin qəbristanlığında, yaxud toz-torpaq, zibil tökülən yerlərdə dəfn etmiş olsalar;

6-Qəbrin açılmasından daha çox əhəmiyyətli, olan şəri bir

səh: 124

mətləb üçün qəbri açsalar; məsələn: diri uşağı ölmüş anasının bətnindən çıxartmaq istəsələr;

7-Vəhşi heyvanların meyyitin bədənini parçalamasından, sel aparmasından, düşmənlərin çıxartmasından qorxslar;

8-Meyyitin, onunla birlikdə dəfn olunmayan əzasını dəfn etmək üçün; amma ehtiyat-müstəhəb budur ki, bədənin o əzasını, qəbrə elə qoysunlar ki, meyyitin bədəni görünməsin.

MÜSTƏHƏB QÜSÜLLƏR

Məsələ: 650. Müqəddəs İslam şəriətində müstəhəb qüsüllər çoxdur, o cümlədən;

1-Cümə qüslü: Onun vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə və ya su tapmayacağından qorxsa, cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. Cümə axşamı gecəsində “rəca”(1) niyyəti ilə və “tələb olunma” niyyəti ilə etsin. Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun:

أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِیکَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِی مِنَ التَّوَّابِینَ وَاجْعَلْنِی مِنَ الْمُتَطَهِّرِینَ.

2-Mübarək Ramazan ayının birinci gecəsinin, həmçinin bu mübarək ayın tək günlərinin gecəsinin qüslü; məsələn 3, 5, 7-ci gecələr. Amma 21-ci gecədən etibarən müstəhəbdir ki, bütün gecələrdə qüsl etsin. Həmçinin 1, 15, 17, 19, 21, 23, 25, 27, 29-cu

səh: 125


1- . Allah-təalanın əmrini yerinə yetirməsi ümidi ilə yerinə yetirsin.

gecələrdə qüsl etməyə daha artıq tövsiyə olunmuşdur. Mübarək Ramazan ayının gecələrinin qüslünün vaxtı, bütün gecədir və daha yaxşı olar ki, günəşin qürubuna yaxın olan vaxtlarda yerinə yetirilsin. Amma 21-ci gecədən ayın axırınadək olan qüsüllar, yaxşı olar ki, məğrib və işa namazları arasında yerinə yetirilsin. Həmçinin müstəhəbdir ki, 23-cü gecədə birinci qüsldən əlavə, gecənin axırında da bir qüsl etsin.

3-Fitir və Qurban bayramı gününün qüslü; Bunun vaxtı sübh azanından Günəş batana qədərdir. Daha yaxşı olar ki, onu bayram namazından qabaq etsinlər. Zöhrdən qürubadək olan vaxtda etsələr, daha yaxşıdır ki, rəca niyyəti ilə yerinə yetirsinlər.

4-Fitr bayramının gecəsinin qüslü; onun da vaxtı məğribin əvvəlindən sübh namazınadəkdir. Daha yaxşı olar ki, gecənin əvvəlində yerinə yetirilsin.

5-Zil-Həccənin 8-ci və 9-cu günlərinin qüslü; 9-cu günün qüslü, daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin.

6-Rəcəb ayının 1, 15, 27 və axırıncı günlərinin qüslü; bu qüsüllərın vaxtı sübh azanından günəşin ğürub etməsinədəkdir.

7-Qədir-Xum bayramının qüslü; bu da yaxşı olar ki, zöhrdən qabaq yerinə yetirilsin.

8-Zil-Həccənin 24-ci gününün qüslü.

9-Novruz bayramı, şəbanın 15, Rəbiül-əvvəlin 9 və 17 və Zilqədənin 25-i.

10-Təzə dünyaya gələn uşağa verilən qüsl; onun vaxtı uşağın dünyaya gəlməsindən iki–üç gün sonrayaqəkdir, belə ki, “uşaq təzə dünyaya gəlib” desinlər. Əgər təxirə salsalar rəca niyyəti ilə ğüsl versinlər.

11-Ərindən başqası üçün ətir vuran qadının qüslü;

12-Məstlik halında yatan insanın qüslü;

13-Bədənin hər hansı bir yerini, qüslü verilmiş meyyitə vuran şəxsin qüslü;

14-Günəş, yaxud Ay tutulan vaxtda bilərəkdən ayət namazını qılmayan bir şəxsin qüslü; bu, Günəş və yaxud Ay tamammilə

səh: 126

tutulandadır. Ehtiyat-vacib budur ki, bu qüsl tərk olunmasın.

15-Dara asılan şəxsə tamaşa etmək üçün gedən və onu görən şəxsin qüslü. Amma təsadüfən, yaxud naçarlıq üzündən gözü ona düşsə və ya (misal olaraq), şəhadət vermək üçün getsə, qüsl alması müstəhəb deyil.

Məsələ: 651. Məkkənin hərəminə, Məkkə şəhərinə, Məscidül-hərama, Kəbə evinə, Mədinənin hərəminə, Mədinə şəhərinə, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə, İmamların (ələyhimus-salam) hərəminə daxil olmamışdan qabaq müstəhəbdir ki, insan qüsl etsin. Əgər bir gündə bir neçə dəfə o yerlərə müşərrəf olsa, bir qüsl kifayətdir. Bu deyilənlərdən başqa, (o yerlərə daxil olmaq üçün) rəca niyyəti ilə qüsl etsin. Bir şəxs bir gündə Məkkəyə, Məscidül-hərama və Kəbə evinə daxil olmaq istəsə, bunların hamısı üçün bir qüsl etsə, kifayətdir; habelə, əgər bir gündə Mədinə hərəminə, Mədinə şəhərinə, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə daxil olmaq istəsə, onların hamısı üçün bir qüsl kifayətdir. Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və İmamları uzaqdan və yaxud yaxından ziyarət etmək, Allahdan hacət istəmək üçün, habelə tövbə etmək, ibadət səbəbilə şadlıq, səfərə, xüsusilə həzrət Seyyidüş-şühədanın (ələyhis-səlam) ziyarətinə səfər etmək üçün qüsl etmək müstəhəbdir. Bu məsələdə deyilən qüsüllərdən birini edib, sonradan dəstəmazı batil edən bir iş görsə; məsələn: yatsa onun qüslü batil olur. Müstəhəbdir yenidən qüsl alsın.

Məsələ: 652. Ehtiyat-vacib budur ki, insan müstəhəb qüsl ilə, dəstəmazla şərtlənən əməli (namaz kimi) yerinə yetirə bilməz.

Məsələ: 653. Əgər bir şəxsə bir neçə qüsl müstəhəb olsa və onların hamısının niyyəti ilə bir qüsl etsə, kifayətdir.

TƏYƏMMÜM

Point

Yeddi yerdə dəstəmaz və qüsl əvəzi olaraq, gərək təyəmmüm edilsin.

səh: 127

BİRİNCİ YER

Dəstəmaz və qüsl almaq üçün lazım olan qədər suyu tapmaq mümkün olmasa;

Məsələ: 654. Əgər insan abadlıq yerdə olsa, gərək dəstəmaz və qüsl suyunu tapmaq üçün o qədər axtarış aparsın ki, daha onu tapmağa ümüdü qalmasın. Amma çöldə, (biyabanda) olsa, eyni zamanda o məntəqə eniş-yoxuşlu olsa və ya orada ağacların çox olması yol getməyi çətinləşdirərsə, gərək hər dörd tərəfə, qədimdə kamandan atılan bir oxun qət etdiyi məsafə miqdarında suyu axtarmaq üçün getsin(1). Amma yer, eniş-yoxuşlu deyilsə, gərək hər tərəfə iki oxun qət etdiyi məsafə miqdarında axtarış aparılsın.

Məsələ: 655. Əgər dörd tərəfdən bir qismi düzənlik, digər yerlər isə eniş-yoxuşlu olsa, gərək düzənlik tərəflərdə iki ox, düzənlik olmayan tərəfdə isə bir ox miqdarda axtarış aparılsın.

Məsələ: 656. Su olmadığına yəqin etdiyi hər tərəfdə, axtarış aparmaq lazım deyil.

Məsələ: 657. Namazın vaxtı az olmayan və su əldə etmək üçün vaxtı olan bir şəxs, axtarması gərəkli olduğu məkandan uzaq bir yerdə su olmasına yəqin etsə, bu halda məşəqqəti və ya başqa maneə olmayan surətdə, gərək su tapmaq üçün getsin. Əgər su olmasına gümanı olsa, o yerə getməsi lazım deyil; amma ehtiyat-müstəhəbə görə, su tapmaq üçün o yerə getməsi tələb olunur. Amma əgər gümanı güclü olsa, ehtiyat-vacibə görə gərək su əldə etmək üçün o yerə getsin.

Məsələ: 658. İnsanın özünün su axtarmaq üçün getməsi lazım deyil, sözünə etimad etdiyi başqa bir adamı (onun naibi olmamasına baxmayaraq) göndərə bilər.

Məsələ: 659. Əgər səfər yüklərinin arasında, ya mənzilində, yaxud da karvanda, su olmasına ehtimal versə, gərək o qədər axtarış aparsın ki, suyun olmamasına yəqinlik hasil olsun və ya

səh: 128


1- . Məhəmməd Təqi Məclisi “Mən la yəhzuruhul-fəqih” adlı kitabın şərhində oxun uçma miqdarını iki yüz addım təyin edib.

onu tapmağa ümüdü qalmasın.

Məsələ: 660. Əgər namaz vaxtı daxil olmamışdan əvvəl axtarış aparıb su tapmasa, namaz vaxtına qədər həmin yerdə qalsa və ehtimal versə ki, su tapacaq, ikinci dəfə su axtarmağa getməsi lazım deyil. Əgər suyun tapılmasına güclü ehtimal versə su axtarmağa getməlidir.

Məsələ: 661. Əgər vaxt daxil olduqdan sonra axtarış edib su tapmasa, növbəti namazın vaxtınadək orada qalsa, keçmiş axtarışından sonra o ətrafda su yarandığına ehtimal versə, ehtiyat-vacib budur ki, yenidən su axtarmağa getsin.

Məsələ: 662. Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmaq dözülməz dərəcədə çətin olsa axtarış aparması lazım deyil.

Məsələ: 663. Əgər namazın vaxtı qisalanadək su axtarmağa getməsə günah etmişdır, amma namazı təyəmmümlə səhihdir. Ehtiyat-müstəhəb budur ki, qəzasını qılsın, xüsusən axtardıldığı halda su tapmasını bildiyi surətdə.

Məsələ: 664. Su tapmayacağına yəqini olan bir şəxs, su axtarmaq üçün getməyib təyəmmümlə namaz qılsa və namazdan sonra axtarış aparacağı halda su tapacağını bilsə, namazı batildir.

Məsələ: 665. Əgər axtarış apardıqdan sonra, su tapmayıb təyəmmümlə namazı qılsa və sonradan başa düşsə ki, axtarış apardığı filan yerdə su var imiş, əgər vaxt qalibsa, ehtiyat-vacib budur ki, namazı yenidən qılsın. Əgər vaxt keçibsə qəza vacib deyil.

Məsələ: 666. Namaz vaxtının qısalığına yəqini olan şəxs, əgər su axtarmadan təyəmmümlə namaz qılarsa və namazdan sonra axtarış üçün vaxtın olduğunu başa düşərsə, ehtiyat-vacib budur ki, namazını ikinci dəfə qılsın.

Məsələ: 667. Əgər namaz vaxtı daxil olduqdan sonra dəstəmazı olsa və öz dəstəmazını batil edəcəyi halda su tapmaq mümkün olmayacağını, ya dəstəmaz ala bilməyəcəyini bilsə dəstəmazını saxlasın, gərək onu batil etməsin.

səh: 129

Məsələ: 668. Əgər namaz vaxtindan qabaq dəstəmazlı olsa, əgər bilsə ki, namazdan qabaq dəstəmazını batil edəcəyi halda onun üçün su tapmaq mümkün deyil, əgər bacararsa dəstəmazını saxlasın və ehtiyat-vacıb budur ki, onu batil etməsin.

Məsələ: 669. Bir şəxsin dəstəmaz ya qüsl edəcək miqdarda suyu varsa və bilirsə ki, onu yerə töksə su tapmayacaq və ya iki adil şahid bunu xəbər versə, namazın daxil olan vaxtı onu tökmək haramdır. Ehtiyat-vacib budur ki, namaz vaxtından qabaq da onu tökməsin.

Məsələ: 670. Bir şəxs bilirsə ki, su tapmayacaq və ya iki adil şahid bunu xəbər versə, əgər namaz vaxtı daxil olduqdan sonra dəstəmazını batil edərsə və ya ozündə olan suyu tökərsə, günah etmişdır. Amma təyəmmümlə namazı səhihdir, baxmayaraq ki, ehtiyat-müstəhəb budur ki, onun qəzasını yerinə yetirsin.

İKİNCİ YER

Məsələ: 671. Əgər bir şəxs qocalıq səbəbilə, yaxud oğrudan, yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə, gərək təyəmmüm etsin. Həmçinin, suyu əldə etmək və ya ondan istifadə etmək onun üçün dözülməz dərəcədə məşəqqətli olsa, gərək təyəmmüm etsin.

Məsələ: 672. Əgər suyu quyudan çəkmək üçün ip vedrə və s. kimi şeylərə ehtiyac duyulsa və onları almağa, yaxud kirayə etməyə məcbur olsa, hətta onların qiyməti, adi vaxtdakı qiymətdən bir neçə dəfə baha olsa da, onu almalıdır. Həmçinin, əgər suyu öz qiymətindən bir neçə qat baha qiymətə satsalar da eyni qayda ilə, (yəni almalıdır). Amma onları almaq üçün çoxlu pul istəsələr, belə ki, alanın vəziyyətinə zərər yetirsə, alması vacib deyil.

Məsələ: 673. Əgər bir şəxs su əldə etmək üçün borc almağa naçar olsa, gərək borc alsın.

Məsələ: 674. Borcunu verə bilməyəcəyini bilən, yaxud güman

səh: 130

edən və ya borcu ödəmək onun üçün çətin olan şəxsə borc etmək vacib deyildir.

Məsələ: 675. Əgər quyu qazmaq məşəqqətli olmasa, gərək su əldə etmək üçün quyu qazsın.

Məsələ: 676. Əgər bir şəxs ona minnətsiz bir miqdar su bağışlasa, gərək onu qəbul etsin.

ÜÇÜNCÜ YER

Məsələ: 677. Əgər bir şəxs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə olunacağından qorxsa, gərək təyəmmüm etsin. Amma isti suyun zərəri olmasa, gərək isti su ilə dəstəmaz və ya qüsl etsin.

Məsələ: 678. Suyun insana zərəri olmasını yəqin etmək lazım deyil; hətta əgər zərər ehtimalı da versə və onun ehtimalı, camaatın nəzərində yerli ehtimal olsa və bu ehtimaldan onun üçün qorxu hasil olsa, gərək təyəmmüm etsin.

Məsələ: 679. Göz ağrısı xəstəliyinə düçar olan və sudan istifadə etmək şəxsə zərərlidirsə, gərək təyəmmüm etsin.

Məsələ: 680. Əgər zərərin baş verəcəyinə yəqini olsa, yaxud zərərdən qorxub təyəmmüm etsə və namazdan qabaq onun zərəri olmadığını başa düşsə, onun təyəmmümü batildir. Amma namazdan sonra başa düşsə, namazı səhihdir.

Məsələ: 681. Suyun ona zərəri olmamasını bilən bir şəxs, qüsl yaxud dəstəmaz alıb sonradan zərərli olduğunu başa düşsə, aldığı qüsl və dəstəmaz səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, qüsl və ya dəstəmazı yenidən alsın.

DÖRDÜNCÜ YER

Məsələ: 682. Əgər insan, suyu dəstəmaz və qüsl üçün istifadə edəcəyi halda hal hazırda və ya sonradan özü, əyalı, övladları,

səh: 131

dostu və ona aid olan şəxslərin (nökər və ya külfət) susuzluqdan öləcəklərindən, yaxud xəstələnəcəklərindən, yaxud da dözülməsi məşəqqətli olan qədər susayacaqlarından qorxsa, gərək dəstəmaz və qüsl əvəzində təyəmmüm etsin. Həmçinin özünün, yaxud başqasının malı olan heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, gərək suyu onlara verib, təyəmmüm alsın. Həmçinin, yemək üçün kəsilməsi adət olmayan; məsələn: at və qatır kimi heyvanlarda da (əqva) (daha yetərlisi) budur ki, təyəmmüm etsin, hətta digər heyvanlar üçün də bu hükm qüvvəsini itirməyir. Əgər canının hifzi vacib olan bir şəxs, çox susuz olsa və suyu ona verməyəcəyi halda tələf olacaqsa, (gərək suyu ona verib təyəmmüm etsin).

Məsələ: 683. Əgər qüsl və dəstəmaz üçün olan pak sudan başqa, özünün və ona aid olan şəxslərin içəcəyi qədər bir miqdar nəcis suyu da olsa, gərək pak suyu içmək üçün versin və təyəmmümlə namaz qılsln. Amma suyu öz heyvanına vermək istəsə, nəcis suyun ona zərəri olmasa, gərək nəcis suyu ona versin, pak su ilə dəstəmaz və qüsl alsın.

BEŞİNCİ YER

Məsələ: 684. Bədəni, yaxud paltarı nəcis olan bir şəxsin bir qədər suyu varsa, dəstəmaz və qüsl aldıqda, bədənini və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, gərək bədən və ya paltarını suya çəkib təyəmmümlə namaz qılsın. (Bu o haldadır ki,) əgər əvvəlcə bir qabda dəstəmaz alıb ğüsalə (dəstəmazın suyu) ilə nəcis yeri suya çəkmək mümkün olmasın. Amma təyəmmüm almaq üçün bir şeyi olmasa, gərək o suyu dəstəmaz və qüsl üçün istifadə edib, nəcis bədən və ya paltarla namaz qılsın.

ALTINCI YER

Məsələ: 685. Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı olmazsa; məsələn: suyu, yaxud qabı qəsbi olsa

səh: 132

və ondan da başqa su və yaxud qabı olmasa, suyu qabdan boşaltmaq şəri cəhətdən cayiz deyilsə, gərək dəstəmaz və ya qüsl yerinə təyəmmüm etsin.

YEDDİNCİ YER

Məsələ: 686. Əgər vaxt, dəstəmaz və ya qüsl alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarına yetməyəcək qədər az olsa, gərək təyəmmüm edib namazı bütünlüklə vaxtında qılsın.

Məsələ: 687. Əgər bilərəkdən namazı çox təxirə salsa və qüsl, yaxud dəstəmaz üçün vaxt olmasa, günah etmişdir, amma onun namazı təyəmmümlə səhihdir. Təkid olunan ehtiyat budur ki, o namazın qəzasını qılsın.

Məsələ: 688. Bir şəxs dəstəmaz və ya qüsl edəcəyi təqdirdə namaz üçün vaxt qalıb-qalmacağına şəkki etsə, gərək təyəmmüm etsin.

Məsələ: 689. Bir şəxs, vaxtın az olması səbəbi ilə təyəmmüm edərsə, əgər namazdan sonra ixtiyarında olan su əlindən çıxsa, təyəmmümü pozulmadığı halda, vəzifəsi təyəmmüm olduğu surətdə sonrakı namazlar üçün yenidən təyəmmüm almalıdır. Əgər dəstəmaz alacaq qədər vaxtı olmayıb və su əlindən çıxıbsa, yenidən təyəmmüm etməsi lazım deyil.

Məsələ: 690. İxtiyarında su olan şəxs, vaxtın azlığına ğörə təyəmmüm edib namaza başlasa və namaz əsnasında ixtiyarında olan su əlindən çıxsa, vəzifəsi təyəmmüm olduğu təqdirdə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməsi lazım deyil.

Məsələ: 691. Əgər bir şəxsin vaxtı varsa, dəstəmaz və ya qüsl alıb namazı müstəhəb əməllərini (iqamə, qunut kimi) yerinə yetirmədən namazı qıla bilərsə, gərək qüsl edib və ya dəstəmaz alsın və namazı onun müstəhəb əməllərini yerinə yetirmədən qılsın. Hətta surəni oxumağa vaxt olmasa belə, gərək qüsl və ya dəstəmaz alıb namazı surəsiz qılsın.

səh: 133

TƏYƏMMÜMÜN SƏHİH OLDUĞU ŞEYLƏR

Məsələ: 692. Təyəmmüm torpağa, quma, kəsəyə, daşa səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, torpaq olduğu halda başqa şeyə təyəmmüm etməsin.

Məsələ: 693. Təbaşir və əhəng daşlarına təyəmmüm etmək səhihdir. Ehtiyata görə bişmiş təbaşir və əhəngə təyəmmüm etməyin işkalı vardır. Əqiq kimi mədən daşlarına təyəmmüm etmək batildir.

Məsələ: 694. Əgər torpaq, qum, kəsək və daş tapılmasa, gərək xalça, paltar və s. kimi şeylərin üstündə olan tozlara təyəmmüm edilsin. Əgər toz tapılmasa, gərək palçığa təyəmmüm etsin. Əgər palçıq da tapılmasa, namazı təyəmmümsüz qılmalı, sonra qəzasını da yerinə yetirməlidir.

Məsələ: 695. Əgər xalça və s. bu kimi şeyləri silkələməklə torpaq əldə edə bildiyi halda torpaq əldə edə bilərsə, toza təyəmmüm etmək batildir. Əgər palçığı qurudub torpaq əldə etmək mümkün olduğu halda, palçığa edilən təyəmmüm batildir.

Məsələ: 696. Suyu olmayan bir şəxsin qarı və ya buzu varsa, mümkün olan surətdə gərək onu əridib su etməli və onunla dəstəmaz və ya qüsl almalıdır. Amma mümkün olmasa və təyəmmümün səhih olduğu şeylər də tapılmasa, dəstəmaz və ya qüsl üzvlərini qar və ya buz ilə nəmləsin. Əgər bu da mümkün olmasa buza və ya qara təyəmmüm etsin. Amma axrıncı iki surətdə ehtyat-vacibə görə, gərək qıldığı namazın sonradan qəzasını qılsın.

Məsələ: 697. Əgər torpağa və quma təyəmmümün batil olduğu şeylər (saman kimi) qarışsa, ona təyəmmüm edə bilməz. Amma həmin qarışıq çox az olub torpaqda və ya qumda aradan getmiş hesab olunsa, o torpağa və quma təyəmmüm etmək səhihdir.

Məsələ: 698. Təyəmmüm etmək üçün bir şey olmazsa, imkan daxilində gərək almaqla və s. yollarla əldə etsin.

Məsələ: 699. Palçıq divara təyəmmüm etmək səhidir. Amma

səh: 134

ehtiyat-müstəhəb budur ki, quru yer və quru torpaq olan halda, nəmli torpağa və yerə təyəmmüm olunmasın.

Məsələ: 700. Üstünə təyəmmüm edilən şey gərək pak olsun. Əgər təyəmmümün səhih olduğu pak şey olmazsa, ehtiyat-vacib budur ki, namazını təyəmmümsiz qılsın və sonra qəzasını da yerinə yetirsin.

Məsələ: 701. Əgər bir şeyə təyəmmümün səhih olduğunu yəqin etdikdən sonra təyəmmüm edib, sonradan o şeyə təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o təyəmmümlə qıldığı namazları gərək yenidən qılsın.

Məsələ: 702. Üstünə təyəmmüm edilən şey və təyəmmümün yeri gərək qəsbi olmasın. Deməli, qəsb olan torpaqda təyəmmüm etsə və ya öz mülkü olan torpağı icazəsiz olaraq başqasının mülkünə qoyub ona təyəmmüm edərsə, batildir.

Məsələ: 703. Fəzası qəsbi olan yerdə edilən təyəmmüm batilir. Deməli, bir şəxs öz mülkündə əllərini yerə vurub icazəsiz başqasının mülkünə daxil olaraq əllərini alnına çəksə, onun təyəmmümü batildir.

Məsələ: 704. Qəsbi şeyə və ya qəsbi fəzada ya da qəsbi mülkdə olan şeyə təyəmmüm etmək, insanın onun qəsbi olduğunu bildiyi və bilərəkdən təyəmmüm etdiyi halda batildir. Belə ki, bilməsə və ya unudursa, onun təyəmmümü səhihdir. Amma özünün qəsb etdiyi halda, qəsb etdiyini unudub ona təyəmmüm edərsə və ya bir mülkü qəsb edib, qəsb etdiyini unudsa və təyəmmüm edəcəyi şeyi oraya qoysa və ya o mülkün fəzasında təyəmmüm etsə, ehtiyat-vacibə görə dəstəmaz bölməsində deyildiyi kimi, yenidən yerinə yetirsin.

Məsələ: 705. Qəsbi yerdə məhbus olan bir şəxs, o yerin suyu və torpağı qəsbi olarsa, gərək təyəmmümlə namaz qılsın. Əgər dəstəmazla qəzasını yerinə yetirsə ehtiyata uyğundur.

Məsələ: 706. Müstəhəbdir ki, üstünə təyəmmüm edilən şeyin tozu olsun ki, əllərdə qalsın. Əlləri ona vurduqdan sonra müstəhəbdir ki, bir az hərəkət etdirsin, tozları tökülsün.

səh: 135

Məsələ: 707. Çuxur yerə, yolların torpağına, üzərini duz örtməyən şoran yerə təyəmmüm etmək məkruhdur. Amma duz onun üstünü tutmuş olsa, batildir.

DƏSTƏMAZ ƏVƏZİNƏ OLAN TƏYƏMMÜMÜN QAYDASI

Məsələ:708. Dəstəmaz əvəzində olan təyəmmümdə dörd şey vacibdir:

1-Niyyət;

2-Hər iki əlin içini birlikdə, təyəmmümün səhih olduğu şeyə vurmaq;

3-İki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə; tüklər bitən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. Ehtiyat-vacib budur ki, gərək əllər qaşların da üstünə çəkilsin.

4-Sol əlin içini sağ əlin üstünün hər yerinə, sonra sağ əlin içini sol əlin üstünün hər yerinə çəkmək.

QÜSL ƏVƏZİNƏ OLAN TƏYƏMMÜMÜN QAYDASI

Məsələ: 709. Qüsl əvəzində olan təyəmmüm zamanı niyyət etdikdən sonra, keçən məsələdə deyilən qayda üzrə, əlləri yerə vurub alına çəksin. Ehtiyat-vacibə görə, ikici dəfə də, əlləri yerə vurub əllərin arxasına çəksin. Ehtiyat-müstəhəb budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzində olan təyəmmümü, bu tərtiblə yerinə yetirsin; bir dəfə əlləri yerə vurub alına və əllərin arxasına çəksin və başqa bir dəfə də əlləri yerə vurub əllərin arxasına məsh etsin.

TƏYƏMMÜMÜN HÖKMLƏRİ

Məsələ: 710. Əgər alın və ya əllərin üstünün kiçik bir yerinə məsh etməsə, istər qəsdən, istərsə də məsələni bilməməzlik və ya unutqanlıq üzündən olsun, təyəmmüm batildir. Amma, artıq

səh: 136

diqqət etmək də lazım deyil;“bütün alnına və əllərinə məsh çəkildi” desələr, kifayətdir.

Məsələ: 711. Əllərin üstünün bütünlüklə məsh etməsini yəqin etmək üçün gərək biləkdən bir az yuxarı da məsh etsin, amma barmaqların arasına məsh etmək lazım deyil.

Məsələ: 712. Alın və əllərin üstü, gərək yuxarıdan-aşağı məsh edilsin, gərək onun işlərini ardıcıllıqla (fasiləsiz) yerinə yetirsin. Əgər onların arasına “təyəmmüm edir” deyilməcək qədər fasilə salarasa, təyəmmümü batildir.

Məsələ: 713. Niyyət edən zaman, təyəmmümü qüsl və ya dəstəmaz əvəzində almasını qəsd etməsi lazım deyil, Amma əgər bir neçə təyəmmüm etməli olsa məsələn, həm qüsl əvəzində və həm dəstəmaz əvəzində təyəmmüm etməli olsa hansını yerinə yerdiyini təyin etməsi lazımdır. Bir neçə təyəmmümün tədaxül etməsinin hökmü (395-ci məsələdə deyildiyi kimi) bir neçə qüslün tədaxül etməsi hökmü kimidir.

Məsələ: 714. Təyəmmümdə gərək alın, əllərin içi və üstü pak olsun. Əgər əllərin içi nəcis olsa, onu suya çəkmək mümkün olmasa və o nəcasət sirayət edən olmasa, nəcis əllə təyəmmüm etməsi kifayətdir. Amma əlin içindəki nəcasət sirayət edən olsa, bu halda əlin üstü ilə təyəmmüm etmək kifayətdir.

Məsələ: 715. İnsan təyəmmüm üçün, gərək əlindəki üzüyü çıxarsın, əgər alnında, əllərinin üstündə, içində maneə olsa; məsələn: bir şey yapışmış olsa, gərək aradan götürsün.

Məsələ: 716. Əgər alın və ya əllərin üstü yara olsa və üstünə bağlanan parça və ya başqa şeyi aça bilməsə, gərək əli onun üstünə çəksin. Həmçinin əgər əlin içində yara olsa və parça (və bu kimi şeylər) ilə bağlanmış olsa, onu da aça bilməsə, gərək əli həmin parça ilə təyəmmümün səhih olduğu şeyin üstünə vurub alına və əllərin üstünə çəksin. Daha layiqlisi budur ki, başqa bir dəfə də əllərinin üstü ilə təyəmmümün səhih olduğu şeyə vurub, alnına və əllərinin üstünə çəksin.

Məsələ: 717. Əgər alında, əllərin üstündə tük olsa, eybi yoxdur.

səh: 137

Amma başın tükü alına tökülmüş olsa, gərək onları arxaya çəksin.

Məsələ: 718. Əgər alnında və əllərinin içində və yə əllərinin üstündə bir maneənin olmasına ehtimal versə, əgər onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa, maneənin olmamasına əminlik hasil olanadək, gərək axtarış aparsın.

Məsələ: 719. Əgər bir şəxsin vəzifəsi təyəmmüm olan halda təyəmmüm ala bilməsə, başqasını naib tutmalıdır. Naib tutulan şəxs gərək ona, onun öz əlləri ilə təyəmmüm versin. Əgər mümkün olmasa, gərək naib öz əllərini təyəmmümün səhih olduğu şeylərə vurub onun alnına və əllərinin üstünə çəksin.

Məsələ: 720. Əgər bir şəxs təyəmmüm əsnasında onun hər hansı yerinin, unudub-unutmamasında şəkk etsə, əgər onun yerinə yetiriləcək yerdən keçməyibsə, gərək o hissəni, ondan sonra yerinə yetiriləcək hissə ilə yerinə yetirsın. Əgər yeri keçdikdən sonra şəkk etsə; məsələn: sol əli məsh edəndə alnina məsh edib-etməməsində şəkk etsə, ehtiyat-vacibə əsasən şəkkinə etina etsin.

Məsələ: 721. Əgər sol ələ məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etməməsində şəkk etsə, təyəmmümü səhihdir.

Məsələ: 722. Vəzifəsi təyəmmüm olan bir şəxs, ehtiyat-vacibə əsasən namaz vaxtından qabaq, namaz üçün təyəmmüm edə bilməz. Amma başqa bir vacib, yaxud müstəhəb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər həmin üzrü yerində qalsa, su tapmasına da ümüdsüz olsa, o təyəmmümlə namaz qıla bilər.

Məsələ: 723. Vəzifəsi təyəmmüm olan bir şəxs, namaz vaxtının axırına qədər üzrünün qalacağını bilsə və ya üzrün aradan qalxmasına ümidsiz olsa, vaxt geniş olan zaman təyəmmümlə namaz qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağını bilsə, gərək gözləsin, dəstəmaz və ya qüsl ilə namaz qılsın. Əgər ümüd etsə ki, üzrü aradan qalxacaq ehtiyat-müstəhəbə görə, gərək gözləsin, dəstəmaz və ya qüsl ilə namaz qılsın, yaxud da vaxtın az olduğu zaman təyəmmümlə namaz qılsin.

Məsələ: 724. Əgər bir şəxs dəstəmaz və ya qüsl ala bilməyirsə, üzrünün tezliklə aradan qalxmasına ehtimal verməsə, öz qəza

səh: 138

namazlarını təyəmmümlə qıla bilər. Amma üzrün tezliklə aradan qalxacağına ehtimal versə, qəza namazlarını təyəmmümlə qılmağın işkalı var.

Məsələ: 725. Əgər bir şəxs dəstəmaz və ya qüsl ala bilməyırsə, gecə-gündüzün nafilə namazları kimi müəyyən vaxtda qılınan müstəhəb namazları təyəmmümlə qıla bilər. Amma onların axır vaxtınadək üzrün aradan qalxacağına ehtimal versə, gərək onları əvvəl vaxtlarında yerinə yetirməsin.

Məsələ: 726. Ehtiyata görə cəbirə qüslü və təyəmmüm alan şəxs; məsələn: kürəyində yara olan qüsl və təyəmmüm edib namaz qılandan sonra ondan kiçik hədəs baş versə; məsələn: bövl etsə, ehtiyat-vacibə görə sonrakı namazlar üçün gərək qüslün əvəzində təyəmmüm edib və dəstəmaz da alsın.

Məsələ: 727. Əgər bir şəxs su olmaması, yaxud başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qalxdiqdan sonra təyəmmümü batil olur.

Məsələ: 728. Dəstəmazı batil edən şeylər, dəstəmazın əvəzində olan təyəmmümü də batil edir və qüslü batil edən şeylər, qüsl əvəzində olan təyəmmümü də batil edir.

Məsələ: 729. Qüsl edə bilməyən bir şəxsə bir neçə qüsl vacib olarsa, onların hamısının əvəzidə bir təyəmmüm etsə, kifayətdir. 395-ci məsələdə qeyd olunduğu kimi bir qüsül bir neçə qüslün əvəzində kifayət edir.

Məsələ: 730. Qüsl edə bilməyən bir şəxs, qüsl ilə yerinə yetirilməsi vacib olan bir iş görmək istəsə, gərək qüsl əvəzində təyəmmüm etsin. Əgər dəstəmaz ala bilməsə və dəstəmaz alınması vacib olan bir iş görmək istəsə, gərək dəstəmaz əvəzində təyəmmüm etsin.

Məsələ: 731. Əgər cənabət qüslü əvəzində təyəmmüm etsə, namaz üçün dəstəmaz alması lazım deyil. Amma sair qüsllərin əvəzində təyəmmüm etsə, (namaz üçün) gərək dəstəmaz alsın. Əgər dəstəmaz da ala bilməsə, gərək onun əvəzində də başqa bir təyəmmüm etsin.

səh: 139

Məsələ: 732. Əgər qüsl əvəzində təyəmmüm etdikdən sonra dəstəmazı batil edən bir şey qarşıya çıxsa, bu halda sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat-müstəhəbə görə, qüsl əvəzində təyəmmüm etsin. Əgər dəstəmaz ala bilməsə, ehtiyat-müstəhəbə görə, gərək iki təyəmmüm etsin; biri qüsl əvəzində, digəri dəstəmaz əvəzində. Amma onun təyəmmümü cənabət qüslünün əvəzində olsa, vəzifəsini yerinə yetrmək niyyəti ilə bir təyəmmüm etsə, kifayətdir.

Məsələ: 733. Haiz, nəfsa (yenicə doğmuş qadın) və meyyitə toxunan şəxs, bir işi yerinə yetirmək üçün; məsələn: namaz qılmaq üçün dəstəmaz və qüsl əvəzində təyəmmüm etsin. Ehtiyat-vacib budur ki, o işi ğörmək qəsdilə üçüncü təyəmümmü də etsin. Amma birinci təyəmmümü dastəmaz və ya qüsl əvəzində, ikinci təyəmmümü isə vəzifəsini yerinə yetirmək məqsədi ilə edərsə, üçüncü təyəmmüm lazım deyil.

Məsələ: 734. Vəzifəsi təyəmmüm olan bir şəxs, müəyyən bir iş üçün təyəmmüm etsə, təyəmmümü və üzrü yerində qaldıqca dəstəmaz və ya qüsl ilə yerinə yetirilməli olan işləri yerinə yetirə bilər. Əgər onun üzrü vaxtın azlığıdırsa və ya su olduğu halda meyyit namazı, yaxud yatmaq üçün təyəmmüm etsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər.

Məsələ: 735. Aşağıdakı hallarda təyəmmümlə qılınan namazların yenidən qılıması müstəhəbdir:

1-Sudan istifadə etdiyi halda zərər törənəcəyindən qorxub, bilərəkdən özünü cünub etsə və təyəmmümlə namaz qılsa;

2-Su tapmayacağını bilib, yaxud güman etdiyi halda qəsdən özünü cünub etsə və təyəmmümlə namaz qılsa;

3-Vaxtın axırına qədər qəsdən su axtarmağa getməyib, namazı təyəmmümlə qılsa və sonradan bilsə ki, əgər su axtarmağa getsəydi, tapacaqdı;

4-Qəsdən namazı təxirə salıb, vaxtın axırında təyəmmüm ilə qılsa;

5-Su tapa bilməyəcəyini bilib, yaxud güman etdiyi halda əlində

səh: 140

olan suyu yerə töksə;

6-Camaata əziyyət vermək qorxusundan və camaat namazına çata bilmədiyi üçün cümə namazını təyəmmümlə qılmış olsa, onu zöhr namazı niyyətilə yenidən yerinə yetirsin.

səh: 141

NAMAZIN HÖKMLƏRİ

Point

Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah-təalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; əgər qəbul olunmazsa, sair əməllər də qəbul olunmaz. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi, beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Daha yaxşı olar ki, insan namazı vaxtın əvvəlində qılsın. Hər şəxs namazı alçaq və yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri-Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) buyurub: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan şəxs, axirət əzabına layiqdir”.

Günlərin birində, həzrəti Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məsciddə idi. Bir kişi məscidə daxil olub namaza başladı, amma rüku və səcdəni layiqincə yerinə yetirmədi. Həzrət buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə, mənim dinimdə dünyadan getməyib”.

Deməli, insan gərək çalişsın ki, namazı əlüstü və təcili halda qılmasın. Namaz halında Allahı yad etsin, xüzu və xüşu və vüqarlı olsun. Xatırlasın ki, kiminlə danışır. Özünü Allahın böyüklüyü və əzəməti qarşısında çox zəlil və əhəmiyyətsiz görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə, özündən xəbərsiz olar. Necə ki, namaz halında Əlinin (ələyhis-salam) mübarək ayağından oxu çıxardılar və o həzrət bunu hiss etmədi.

səh: 142

Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın Allah dərgahında qəbul olmasının qarşısını alan günahları (həsəd, təkəbbür, qeybət, haram mal yemək, məstedici şeylər içmək, xüms-zəkat verməmək, ümumiyyətlə hər günahı) tərk etsin. Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan işləri də etməsin; məsələn: yuxulu halda, bövlün qabağını zorla saxladığı halda namaza dayanmasın, namazda göylərə tərəf baxmasın. Həmçinin, namazın savabını artıran əməlləri yerinə yetirsin, məsələ, əqiq üzük taxsın, pakizə paltarlar geysin, başını darayıb, dişlərini yusun, özünü ətirləsin.

VACİB NAMAZLAR

Point

Vacibi namazlar altıdır:

1. Gündəlik namazlar.

2. Ayət namazı.

3. Meyyit namazı.

4. Kəbə evinin vacibi təvaf namazı.

5. Ata-ananın (böyük oğula vacib olan) qəza namazı.

6. İcarə, nəzr, and və əhd ilə vacib olan namaz.

GÜNDƏLİK VACİB NAMAZLAR

Gündəlik vacib namazlar beşdir: zöhr və əsr (hər biri dörd rəkət), məğrib (üç rəkət), işa (dörd rəkət), sübh (iki rəkət).

Məsələ: 736. Səfərdə dörd rəkətli namazlar, gələcəkdə deyilən şərtlərlə iki rəkət qılınmalıdır.

ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTI

Məsələ: 737. Əgər çubuq və bu kimi şeyi düz yerə şaquli vəziyyətdə batırsalar, Günəş çıxanda, onun kölgəsi günbatan tərəfə düşür. Günəş yuxarı qalxdıqca, onun kölgəsi azalır və bizim

səh: 143

şəhərlərdə zöhrün əvvəlinci şəri vaxtı(1), ən az dərəcəyə çatır. Günortadan keçdikdən sonra kölgə, məşriqə (günçıxana) üz qoyaraq çoxalır. Günəş qüruba yaxınlaşdıqca, çubuğun kölgəsi də uzanır. Buna görə də, kölgə, ən az (minimum) nöqtəyə çatıb və yenidən çoxalmağa üz qoyduğu vaxt, şəri vaxtla zöhr olması məlum olur. Amma bəzi şəhərlərdə (Məkkə kimi), bəzi vaxtlar zöhr olanda, çubuğun kölgəsi tamamilə yox olur. Kölgə yenidən görünməyə başlayanda məlum olur ki, zöhr olmuşdur.

Məsələ: 738. Zöhrü müəyyən etmək üçün yerə batırılan çubuq və s. kimi şeylərə “şaxis” deyilir.

Məsələ: 739. Zöhr və əsr namazlarının hər birinin məxsus və müştərək vaxtları vardır. Ehtiyata görə zöhr namazının məxsus vaxtı zöhrün əvvəlindən, zöhr namazı qılınadək keçən vaxt qədərdir. Əgər bir şəxs səhv üzündən butun əsr (namazını) bu vaxtda qılsa, namazı səhihdir. Bəli, ehtiyata görə onu, niyyətində zöhr (namazı) qərarlaşdıraraq (qılsın), başqa bir namaz da (ma fi zimmə) “öhdəsində olanı” niyyət edərək, yəni zöhr ya əsri niyyət etmədən qılsın. Əsr namazının məxsus vaxtı isə məğribə, əsr namazı qılmaq miqdarında vaxt qalandadır. Əgər bir şəxs, bu vaxta qədər zöhr namazını qılmasa qəza olur və gərək əsr namazını qılsın. Zöhr namazının məxsus vaxtı ilə əsr namazının məxsus vaxtı arasında olan vaxt, zöhr və əsr namazların müştərək vaxtıdır. Əgər bir şəxs müştərək vaxtda səhvən bütün əsr namzını, zöhr namazından qabaq qılsa, namazı səhihdir. Gərək zöhr namazını ondan sonra yenidən yerinə yetirsin.

Məsələ: 740. Əgər müştərək vaxtda zöhr namazını qılmazdan əvvəl səhvən əsr namazına başlasa və namaz əsnasında səhvini

səh: 144


1- . Şəri zöhr, günün yarısının keçməsindən ibarətdir; məsələn: əgər gün on iki saatdırsa, Günəş doğadan altı saat sonra şəri zöhrdür. Əgər gün on üç saatdırsa, Günəş doğduqdan altı saat yarım sonra, şəri zöhrdür. Əgər gün on bir saat olsa, Günəşin doğduğundan beş saat yarım keçdikdən sonra qürubadək olan vaxtdır. İlin bəzi vaxtlarında, saat on ikidən bir-neçə dəqiqə qabaq, bəzən də on ikidən bir-neçə dəqiqə sonradır.

başa düşsə, bu halda niyyəti gərək zöhr namazına döndərsin. Yəni niyyət etməlidir ki, bu vaxta qədər qılmış olduğum, hal-hazırda qıldığım və bundan sonra qılacaqlarım, zöhr olsun. Onu qurtardıqdan sonra əsr namazını qılsın. Əgər zöhr namazının xüsusi vaxında olsa və zöhr namazının xüsusi vaxtında başa düşsə namazı səhihdir, sonra keçən məsələdə qeyd olunana əməl etsin. Əgər müştərək vaxta başa düşsə zöhr namazının xüsusi vaxtında namaza başlamasına baxmayaraq niyyəti çevirməsi səhihdir.

Məsələ: 741. İmam (ələyhis-salam) hüzuru dövründə vacibdir ki, cümə günü, zöhr namazının yerinə iki rəkət cümə namazı qılınsın. Amma bu zamanda hər kim cümə namazını tələb olma niyyəti ilə qılsa zöhr namazını qılması vacibdir.

Məsələ: 742. Cümə namazının vaxtı zöhrün əvvəli, şaxisın gölgəsinin özü qədər olandadır.

MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI

Məsələ: 743. Məğrib o vaxtıdır ki, gün batandan sonra məşriq tərəfdən zahir olan qızartı, insanın başının üstündən (məğribə tərəf) keçmiş olsun, (yəni kənarlaşıb məğribdə görünməyə başlasın).

Məsələ: 744. Məğrib və işa namazlarının hər birinin həm məxsus, həm də müştərək vaxtı vardır. Məğrib namazının məxsus vaxtı, məğribin əvvəlindən başlayır və məğribdən üç rəkət namaz qılmaq qədər vaxt keçəndəkdir. Məsələn: əgər bir şəxs səfərdə olsa və səhv üzündən bütünlüklə işa namazını bu vaxtda qılsa, namazı səhihdir, ehtiyat isə budur ki, məğrib namazını qılsın işa namazını isə (yenidən) qəsr şəkildə qılsın. İşa namazının məxsus vaxtı isə onu qılmaq miqdarında gecənin yarısına vaxt qalmış olsun. Əgər bir şəxs bu vaxta qədər məğrib namazını qılmasa, əvvəlcə gərək işa namazını, sonra isə məğribi qılsın. Məğrib namazının məxsus vaxtı ilə işa namazının məxsus vaxtları arasındakı vaxt, məğrib namazı ilə, işa namazının müştərək

səh: 145

vaxtıdır. Əgər bir şəxs səhvən işa namazını məğrib namazından əvvəl qılsa və namazdan sonra, əvvəl qılmasını bilsə, namazı səhihdir və məğrib namazını ondan sonra qılmalıdır.

Məsələ: 745. Mənası qabaqkı məsələdə deyilən məxsus və müştərək vaxt, müxtəlif şəxslər üçün fərqlidir; məsələn, əgər iki rəkət namaz qılmaq müddəti miqdarında zöhrün əvvəlindən keçsə, səfərdə olan şəxsin zöhr namazının məxsus vaxtı tamam olur və müştərək vaxtda daxil olur. Səfərə çıxan olmayan şəxs üçün, gərək zöhrün əvvəlindən dörd rəkət namaz qılmaq müddəti qədər vaxt keçsin.

Məsələ: 746. Əgər məğrib namazını qılmamışdan əvvəl səhvən işa namazına başlasa və namaz əsnasında səhvini başa düşsə, bu halda əgər dördüncü rəkətin rükusuna getməyibsə, (qıldıqlarının hamasını və ya bir miqdarını müştərək vaxtda qılıbsa) gərək niyyətini məğrib namazına çevirib namazı tamamlasın, sonra isə işa namazını qılsın. Əgər dördüncü rəkətin rükusuna gedibsə, gərək işa namazını tamamlayıb sonra məğrib namazını qılsın. Əgər qıldıqlarının hamısını məğrib namazının xüsusi vaxtında qılıbsa və dördüncü rəkətin rükusuna daxil olmazdan qabaq yadına düşsə namazı səhihdir və niyyətini məğrib namazına çevirsin. Amma yenidən qılması ehtiyata uyğundur.

Məsələ: 747. İşa namazının axır vaxtı gecə yarısıdır. Gərək gecəni qürubun əvvəlindən günəş çıxan vaxta qədər deyil, sübh azanına qədər hesab etsin.(1)

Məsələ: 748. Əgər günah və ya bir üzrlü səbəbə görə məğrib, yaxud işa namazını kecə yarısına qədər qıla bilməsə, gərək sübh azanına qədər qılsın. Ehtiyat-vacibə görə gərək sübh azanından qabaq əda və qəza niyyəti etmədən qılsın.

səh: 146


1- . Buna əsasən, təqribən on bir saat, on beş dəqiqə zöhrün şəri vaxtından sonra, məğrib və işa namazlarının axır vaxtıdir.

SÜBH NAMAZININ VAXTI

Məsələ: 749. Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı üzü yuxarı tərəfə hərəkət edir ki, buna birinci fəcr deyilir. Bu ağartının yayılıdıqdan sonrakı vaxta ikinci fəcr deylir ki, bu da sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı isə günəşin çıxdığı vaxtdır.

NAMAZ VAXTININ HÖKMLƏRİ

Məsələ: 750. İnsan o vaxt namaz qılmağa başlaya bilər ki, vaxtın daxil olduğunu yəqin etsin, yaxud iki nəfər adil kişi vaxtın daxil olmasını xəbər versin.

Məsələ: 751. Əgər, bulud, toz, korluq və ya zındanda olmaq səbəbilə namaz vaxtının daxil olmasını yəqin edə bilməsə, daha yaxşı budur ki, vaxtın daxil olduğunu yəqin edənədək namazı təxirə salsın. Xüsusi ilə də özü bu işə səbəb olubsa.

Məsələ: 752. Əgər vaxtın daxil olmasını iki adil kişi xəbər versələr və ya insan başqa yollarla namaz vaxtının daxil olmasını yəqin etsə, yaxud da azan vasitəsi ilə əminlik hasil etsə, namaz qılmağa məşğul olub namaz əsnasında vaxtın olmamasını başa düşsə, onun namazı batildir. Həmçinin, əgər namazdan sonra bütün namazı vaxtından qabaq qıldığını başa düşsə, (onun namazı batildir). Amma namaz əsnasında namaz vaxtının daxil olduğunu başa düşsə və ya namazdan sonra namaz qıldığı əsnada vaxtın daxil olduğunu başa düşsə, onun namazı səhihdir.

Məsələ: 753. Əgər şəxs, namaz üçün, vaxtın daxil olmasını yəqin etməyin gərəkli olmasından xəbəri olmadan namaza başlasa, əgər namazdan sonra, namazını vaxtında qıldığını başa düşsə, onun namazı səhihdir. Bütün namazı, vaxtından əvvəl qıldığını başa düşsə, yaxud vaxtında və ya vaxtından əvvəl qıldığını başa düşməsə, namazı batildır. Hətta namazdan sonra başa düşsə ki, namaz qıldığı əsnada vaxt daxil olmuşdur, gərək namazını yenidən qılsın.

səh: 147

Məsələ: 754. Əgər vaxtın daxil olmasını yəqin edib namaza başlasa və namaz əsnasında vaxtın daxil olub-olmamasında şəkk etsə, namazı batildir. Amma namaz əsnasında vaxtın daxil olmasına yəqin edib, qıldığı miqdarın vaxt daxilində olub-olmamasında şəkk etsə, namazı səhihdir.

Məsələ: 755. Əgər namazın vaxtı az olsa və onun bəzi müstəhəblərinin yerinə yetirilməsi nəticəsində, namazın bir miqdarını vaxtdan xaricdə qılacağına səbəb olsa, gərək o müstəhəbləri yerinə yetirməsin; məsələn: əgər qunutu yerinə yetirmək səbəbilə namazın bir miqdarı vaxtdan xaricdə qılınacaqsa, gərək qunutu oxumasın.

Məsələ: 756. Bir şəxsin bir rəkət namaz qılmaq miqdarında vaxtı olsa, gərək namazı əda niyyəti ilə qılsın. Amma, gərək namazı qəsdən bu vaxta qədər təxirə salmasın.

Məsələ: 757. Səfərə çıxan olmayan bir şəxsin məğribədək beş rəkətlik namaz miqdarında vaxtı qalsa, gərək zöhr və əsr namazının hər ikisini qılsın. Amma bundan az vaxt qalarsa, gərək təkcə əsr namazını qılsın, sonra isə zöhrün qəzasını etsin. Həmçinin, gecə yarısınadək beş rəkətlik namaz qılmaq miqdarında vaxt qalsa, məğrib və işa namazının hər ikisini qılmalıdır. Əgər bundan az miqdarda vaxt qalsa gərək təkcə işa namazını qılıb, sonra məğrib namazını qılsın. Daha yaxşısı budur ki, “öhdəsində olan vəzifəni yerinə yetirmək” (ma fiz-zimmə) niyyəti ilə qılsın.

Məsələ: 758. Səfərdə olan bir şəxsin, əgər məğribə qədər üç rəkət namaz qılmaq miqdarında vaxtı olsa, gərək zöhr və əsr namazının hər ikisini qılsın. Əgər bundan az miqdarda vaxt olsa, gərək təkcə əsr namazını qılıb sonra isə zöhr namazının qəzasını etsin. Həmçinin, əgər gecə yarısına qədər dörd rəkət namaz qılmaq miqdarında vaxt olsa, gərək məğrib və işa namazının hər ikisini qılsın. Amma bundan az miqdarda vaxtı olsa, işa namazını qılıb sonra məğribi qılsın. Daha yaxşısı budur ki, namazını əda və qəza niyyəti etmədən qılsın. İşa namazını qıldıqdan sonra bir rəkət

səh: 148

və ya daha artıq miqdarda gecə yarısına qədər vaxt qaldığı məlum olarsa, gərək dərhal məğrib namazını əda niyyəti ilə qılsın.

Məsələ: 759. Müstəhəbdir ki, insan namazı onun əvvəl vaxtında qılsın. Bu barədə çoxlu tövsiyələr olunmuşdur. Namaz nə qədər vaxtın əvvəlinə yaxın vaxtlarda qılınsa daha yaxşıdır. Amma namazı daha yaxşı müəyyən bir cəhətə ğörə təxirə salmaq olar; məsələn: gözləsin ki, namazı camaatla birlikdə qılsın.

Məsələ: 760. Əgər insan əvvəl vaxtda namaz qılmaq istəsə, müəyyən üzr səbəbilə çarəsiz qalıb; məsələn: təyəmmümlə və ya nəcis paltarla qılmalı olsa, bu halda, vaxtın axırına qədər üzrünün qalacağını bilsə, əvvəl vaxtda namaz qıla bilər. Amma üzrün aradan qalxmasına ehtimal versə, gərək üzrünün aradan qalmasına qədər gözləsin.

Məsələ: 761. Namazın məsələlərini, şəkkiyyatı, səhviyyatını bilməyən şəxs, bunlardan hər hansının namazda qarşıya çıxacağına ehtimal verirsə, gərək onları öyrənmək üçün namazı əvvəl vaxtdan təxirə salsın. Amma namazı səhih tərzdə tamamlayacağına əmindirsə, əvvəl vaxtda namazı qıla bilər. Deməli, əgər namazda hökmünü bilmədiyi bir məsələ, irəli gəlməsə, namazı səhihdir. Amma hökmünü bilmədiyi bir məsələ irəli gəlsə, cayizdir ki, ehtimal verdiyi iki tərəfdən birinə əməl edərək, namazını qılıb qurtarsın. Amma, gərək namazdan sonra məsələni soruşmalıdır ki, batil olubsa, yenidən qılsın. Əgər səhih olsa, o, namazla kifayətlənsin.

Məsələ: 762. Əgər namazın vaxtı çox olsa və borclu da öz borcunu istəsə, mümkün olan surətdə, gərək əvvəl borcunu verib, sonra namaz qılsın. Həmçinin, əgər dərhal yerinə yetirilməsi vacib bir iş qarşıya çıxsa; məsələn: məscidin nəcis olduğunu görsə, gərək əvvəlcə məscidi təmizləsin, sonra namazı qılsın. Baxmayaraq ki, əvvəl namazını qılarsa günah etmişdir, amma namazı səhihdir.

səh: 149

TƏRTİBLƏ QILINMALI OLAN NAMAZLAR

Məsələ: 763. İnsan gərək əsr namazını zöhrdən, işa namazını isə məğribdən sonra qılsın. Əgər qəsdən əsr namazını zöhrdən və işa namazını məğribdən əvvəl qılsa, batildir.

Məsələ: 764. Əgər zöhr niyyəti ilə namaza başlasa və namaz əsnasında, zöhr namazını qıldığı yadına düşsə, niyyəti əsrə döndərə bilməz. O namazı pozub əsr namazını qılmalıdır. Məğrib və işa namazında da bu qayda ilə.

Məsələ: 765. Əgər əsr namazı əsnasında zöhr namazını qılmadığını yəqin edib niyyəti zöhr namazına çevirsə və yenidən zöhr namazını qıldığını xatırlasa, ehtiyat-müstəhəbə görə niyyətini əsrə çevirsin, namazı tamamladıqdan sonra əsr namazını yenidən qılsın. Bu o haldadır ki, niyyəti çevirdikdən sonra bir əməli yerinə yetirməsin. Əgər niyyətini çevirdikdən sonra bir əməli yerinə yetirsə ehtiyat-vacib budur ki, əsr namazı yenidən qılsın.

Məsələ: 766. Əgər əsr namazı əsnasında, zöhrü qılıb-qılmaması barədə şəkk etsə, öz şəkkinə əhəmiyyət verməsin. Zöhr namazını qıldığını əsas götürsün. Həmçinin, namazının qurtaracağı təqdirdə məğrib namazının vaxtının yetişəcəyi qədər vaxt az olsa, gərək əsr namazı niyyəti ilə namazı qurtarsın. Zöhr namazını qəza və əda niyyəti etmədən qılması daha yaxşıdır.

Məsələ: 767. Əgər işa namazı əsnasında dördüncü rəkətin rükusuna getməmişdən əvvəl, məğrib namazını qılıb-qılmaması barədə şəkk etsə, bu halda vaxt çox az olsa, belə ki, namazı qurtarandan sonra gecə yarısı olacaqsa, gərək işa namazı niyyəti ilə namazı tamamlasın. Amma vaxtı çox olsa, gərək niyyəti məğribə döndərsin, namazı üç rəkətlə qurtarıb sonra işa namazını qılsın.

Məsələ: 768. Əgər işa namazında dördüncü rəkətin rükusuna çatandan sonra məğrib namazını qılıb-qılmaması barədə şəkk etsə, gərək namazı qurtarıb sonra məğrib namazını qılsın və ehtiyat-müstəhəb budur ki, məğrib namazını “mafizzimmə” niyyəti ilə

səh: 150

qılsın.

Məsələ: 769. Əgər insan, qıldığı namazı ehtiyat üzündən yenidən qılsa və namaz əsnasında ondan qabaq qılmalı olduğu namazı qılmadığı yadına düşsə, niyyəti həmin namaza çevirə bilməz; məsələn: əsr namazını ehtiyatən qıldığı vaxtda, zöhr namazını qılmamadığı yadına düşsə, niyyəti zöhrə çevirə bilməz.

Məsələ: 770. Niyyəti, qəza namazından əda namazına və müstəhəbdən vacibə döndərmək caiz deyil.

Məsələ: 771. Əgər əda namazının vaxtı çox olsa, şəxs, namaz əsnasında niyyətini qəza namazına çevirə bilər. Amma qəzanin olduğunu bildiyi və xatırladığı surətdə əda namazına başlasa, ehtiyat budur ki, niyyətini çevirməkdən daşınsın. Amma gərək niyyəti qəza namazına çevirmək mümkün olsun; məsələn: zöhr namazını qılmağa məşğul olsa, üçüncü rəkətin rükusuna daxil olmamış, niyyətini sübhün qəzasına çevirə bilər.

MÜSTƏHƏB NAMAZLAR

Point

Məsələ: 772. Müstəhəb namazlar çoxdur, onlara nafilə deyilir. Müstəhəb namazlar arasında, gecə-gündüz naflə namazlarının qılınmasına daha çox tövsiyə olunubdur. Onlar, cümə günü istisna olmaqla, 34 rəkətdən ibarətdir ki, səkkizi zöhrün, səkkizi əsrin, dördü məğribin, ikisi işanın, on biri gecə namazının, ikisi sübh namazının nafiləsidir. İşa namazının nafiləsini, ehtiyat-vacibə əsasən oturan yerdə qılınmalı olduğuna görə, bir rəkət hesab olunur və onun ehtiyat-lüzumi hökmündə olmadığını demək də qeyri-mümkün deyil. Amma cümə günündə zöhr və əsrin on altı rəkət nafiləsinə dörd rəkət də əlavə olur.

Məsələ: 773. Gecənin on bir rəkət nafilə namazının səkkiz rəkəti, gərək gecənin nafilə namazı niyyətilə, iki rəkəti “şəf” namazı, bir rəkəti də vətr namazı niyyəti ilə qılınmalıdır. Həmçinin gecə namazının qılınmasının kamil qaydası da, dua kitablarında deyilmişdir.

səh: 151

Məsələ: 774. Nafilə namazlarını oturan halda qılmaq olar. Amma daha yaxşı olar ki, iki rəkət oturan halda qılınan nafilə namazı, bir rəkət hesab olunsun; məsələn: zöhr namazının səkkiz rəkət nafiləsini oturan yerdə qılmaq istəyən şəxs, daha yaxşı olar ki, on altı rəkət qılsın. Əgər vətr namazını oturduğu halda qılmaq itəsə, iki ədəd bir rəkətli namazı oturduğu halda qılsın.

Məsələ: 775. Səfərdə zöhr və əsrin nafiləsi qılınmamalıdır. Amma işa namazının nafiləsini (rəcai-mətlubiyyət) “tələb olunmaq ümüdü” ilə yerinə yetirə bilər.

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI

Məsələ: 776. Zöhr namazının nafiləsi onun özündən əvvəl qılınır. Onun vaxtı, zöhrün əvvəlindən başlayıb, əmələ gələn kölgənin şaxisin uzunluğunun yeddidə ikisini keçənədəkdir; məsələn: əgər şaxisin uzunluğu yeddi qarış olsa, günortadan sonra görünən kölgənin uzunluğu, iki qarışa çatdığı zaman, zöhr namazı nafiləsinin axır vaxtıdır.

Məsələ: 777. Əsr namazının nafiləsi əsrdən əvvəl qılınır. Onun vaxtı isə şaxisin zöhrdən sonra əmələ gələn kölgəsinin şaxisin uzunluğunun yeddidə dördünə çatdığı vaxtadəkdir. Əgər zöhrün, yaxud əsrin nafiləsini ondan sonra qılmaq istəsə, gərək zöhrün nafiləsini zöhr namazı, əsrin nafiləsini də əsr namazını qıldıqdan sonra qılsın. Ehtiyat-vacibə görə əda və ya qəza niyyəti etməsin.

Məsələ: 778. Məğrib nafiləsinin vaxtı məğrib namazı tamam olandan sonra başlayaraq, məğribdən sonra Günəş qürub etdiyi zaman günbatan tərəfdə əmələ gələn qızartının aradan getdiyi vaxta qədər davam edir.

Məsələ: 779. İşa namazının nafiləsinin vaxtı, işa namazı başa çatdıqdan sonra başlayaraq, gecə yarısına qədər davam edir. Daha yaxşı olar ki, işa namazından sonra dərhal qılınsın.

Məsələ: 780. Sübh namazının nafiləsi sübh namazından qabaq qılınır və onun vaxtı birinci fəcrdən sonra başlayaraq məşriq

səh: 152

tərəfdə qızartı yarananadəkdir. Birinci fəcrin nişanəsi “sübh namazının vaxtı” bölməsində deyildi və sübhün nafiləsini, axşam nafiləsıninin arxasınca fasiləsiz olaraq qılmaq mümkündür.

Məsələ: 781. Gecə nafiləsinin vaxtı, gecə yarısından başlayaraq sübh azanına qədərdir. Daha yaxşı olar ki, sübh azanına yaxın vaxtlarda qılınsın.

Məsələ: 782. Səfərə çıxan və o şəxs ki, gecə nafiləsini gecə yarısından sonra qılmaq onun üçün çətindir, onu gecənin əvvəlində qıla bilər.

ĞÜFEYLƏ NAMAZI

Məsələ: 783. Müstəhəb namazlardan biri də ğüfeylə namazıdır ki, məğrib və işa namazları arasında qılınır. Onun vaxtı, etiyata ğörə, məğrib tərəfdəki qızartı aradan gedməmişdən qabaqdır. Onun birinci rəkətində həmddən sonra gərək surənin yerinə bu ayə oxusun:

وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِباً فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَیْهِ فَنَادَی فِی الظُّلُمَاتِ أَنْ لاَ إِلهَ إِلاَّ أَنْتَ سُبْحَانَکَ إِنِّی کُنْتُ مِنَ الظَّالِمینَ. فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّیْنَاهُ مِنَ الغَمِّ وَکَذَالِکَ نُنْجِی الْمُؤْمِنِینَ.

Və zənnuni iz zəhəbə muğazibən fə zənnə ən lən nəqdirə ələyhi fə nada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəzzaliminə, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin.

İkinci rəkətdə isə həmddən sonra surənin yerinə bu ayəni oxumalıdır:

وَعِنْدَهُ مَفَاتِحُ الْغَیْبِ لاَ یَعْلَمُهَا إِلاَّ هُوَ وَیَعْلَمُ مَا فِی الْبَرِّوَ الْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَهٍ إِلاَّ یَعْلَمُهَا وَلاَحَبَّهٍ فِی ظُلُمَاتِ الْأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ یَابِسٍ إِلاَّ فِی کِتابٍ مُبِینٍ.

Və indəhu məfatihul-ğəybi la yələmuha illa huvə və yələmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin

səh: 153

mubin. Onun qunutunda isə belə deyilməlidir:

أَللَّهُمَّ إِنَّی أَسَأَلُکَ بِمَفَاتِحِ الْغَیْبِ الَّتِی لاَیَعْلَمُهَا إِلاَّ أَنْتَ أَنْ تُصَلِّیَ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تَفْعَلَ بِی کَذَا وَ کَذَا

Əllahummə inni əsəlukə bi məfatihil-ğəybilləti la yələmuha illa əntə, ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmmədin və ən təf`ələ bi kəza və kəza;

“Kəza və kəza” kəlmələrinin yerinə öz hacətlərini deyib sonra desin:

أَللَّهُمَّ أَنْتَ وَلِیُّ نِعْمَتِی وَالْقَادِرُ عَلَی طَلِبَتیِ تَعْلَمُ حَاجَتِی فَأَسْأَلُکَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَیْهِ وَعَلَیْهِمُ السَّلاَمُ لَمَّا قَضَیْتَهَا لِی

Əllahummə əntə vəliyyu neməti, vəl-qadiru əla təlibəti, tələmu hacəti, fə əsəlukə bi həqqi Muhəmmədin və Ali-Muhəmməd, ələyhi və ələyhimussəlam ləmma qəzəytəha li.

QİBLƏNİN HÖKMLƏRİ

Məsələ: 784. Qiblə, əzəmətli Məkkə şəhərində yerləşən Kəbə Evidir ki, yerin sonundan göylərin nəhayətinədək qiblədir. Gərək namaz, onunla üzbəüz duraraq qılınsın. Amma oradan uzaqda olan şəxs üzü qibləyə dursa, belə ki, “üzü qibləyə namaz qılır” desələr, kifayətdir. Həmçinin başqa işlər də (heyvan başının kəsilməsi kimi) gərək üzü qibləyə yerinə yetirilsin.

Məsələ: 785. Vacibi namazı ayaq üstə qılan bir şəxs, gərək elə dayansın ki, üzü, sinəsi, qarnı və ayaqlarının qabağı üzü qibləyə olsun. Ayaqların barmağlarının da üzü qibləyə olması lazım deyil, müstəhəbdir.

Məsələ: 786. Oturan yerdə namaz qılmalı olan bir şəxs, əgər adi qaydada otura bilmirsə və oturduğu zaman ayaqlarının altını yerə qoyur, gərək onun üzü, sinəsi, qarnı və ayaqlarının qabağı üzü qibləyə olsun.

səh: 154

Məsələ: 787. Oturan halda namaz qıla bilməyən bir şəxs, namaz halında sağ böyrü üstə elə tərzdə uzanmalıdır ki, bədəninin qabaq tərəfi üzü qibləyə olsun. Əgər bu mümkün olmasa sol böyrü üstə elə uzanmalıdır ki, bədəninin qabaq tərəfi üzü qibləyə olsun; bu da mümkün olmasa arxası üstə elə uzanmalıdır ki, ayaqlarının altı qibləyə tərəf olsun.

Məsələ: 788. Ehtiyat namazı, unudulmuş səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat-vacibə görə səcdeyi-səhvi də üzü qibləyə yerinə yetirilsin.

Məsələ: 789. Müstəhəb namazı yol gedərkən və minikdə qılmaq olar. Əgər insan bu iki halda müstəhəb namazı qılsa, üzü qibləyə olması lazım deyil.

Məsələ: 790. Namaz qılmaq istəyən bir şəxs, qibləni tapmaq üçün və onun hansı tərəfdə olduğunu yəqin edənədək çalışmalıdır. İki adil şahidin hissi nişanələr üzündən verdiyi şəhadətə, yaxud elmi qaydalar üzündən qibləni tanıyan və sözündən sübut və əminlik hasil olan şəxsin dediyinə əməl edə bilər. Deməli, iki adil və təcrübəli bilik adamının sözü, zənn və gümandan irəlidir. Əgər yəqin və sadalananlar olmasa, gərək müsəlman məscidin mehrabından, onların qəbirlərindən və digər yollarla hasil olan gümana əməl etsin. Hətta, əgər elmi qaydalar üzrə qibləni tanıyan fasiq və ya kafirin dediyinə əsasən, qibləni tanıya bilsə, kifayətdir.

Məsələ: 791. Qiblənin müəyyən istiqamətdə olduğuna gümanı olan bir şəxs, ondan daha güclü bir güman tapsa, öz gümanına əməl edə bilməz; məsələn, əgər qonaq, ev sahibinin dediyindən qiblənin istiqamətinə güman hasil etsə, bu halda başqa bir yolla daha güclü bir güman tapsa, ev sahibinin dediyinə əməl etməməlidir.

Məsələ: 792. Əgər qibləni müəyyən etmək üçün vasitə yoxdursa və ya səy göstərməsinə baxmayaraq heç bir tərəfə güman əldə edə bilməsə, namazın vaxtı çox olduğu təqdirdə, ehtiyat-vacibə görə dörd tərəfə dörd namaz qılsın. Əgər dörd namaz miqdarında vaxt yoxdursa, gərək vaxtı olduğu miqdarda

səh: 155

namaz qılsın; məsələn: əgər təkcə bir namaz miqdarında vaxtı varsa, gərək hər tərəfə olursa olsun, bir namaz qılsın. Namazları da elə qılmalıdır ki, yəqini olsun onlaradan biri üzü qibləyə olub və ya qıblədən əyri olduğunu; sağ və ya sol tərəfdən qibləyə çatmadığını bilsın.

Məsələ: 793. Əgər bir şəxs, iki tərəfdən birinin qiblə olduğunu yəqın və ya güman etsə, gərək hər iki tərəfə namaz qılsın. Amma ehtiyat-müstəhəb budur ki, güman etdiyi halda dörd tərəfə namaz qılsın.

Məsələ: 794. Bir neçə tərəfə namaz qılmalı olan şəxs, əgər iki namaz qılmaq istəsə (zöhr və əsr kimi) gərək ikincini, birincinin arxasınca qılsın. Ehtiyat-müstəhəb budur ki, birinci namazı hər neçə tərəfə lazımdırsa qılsın, sonra ikincinini başlasın.

Məsələ: 795. Qiblənin istiqamətinə yəqini olmayan bir şəxs, namazdan başqa, üzü qibləyə yerinə yetirilməli olan sair işləri; məsələn: heyvanın başını kəsmək kimi, görmək istəsə, gümana əməl etməlidir. Əgər güman da mümkün olmasa, heyvanı kəsməyə zərurət olsa (heyvanın ölmə qorxusu kimi) hər hansı tərəfə yerinə yetirsə səhihdir.

NAMAZDA BƏDƏNİN ÖRTÜLMƏSİ

Məsələ: 796. Kişi gərək namaz halında, hətta əgər bir şəxs onu görməsə də, övrəteynini örtsün. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədəri də örtsün.

Məsələ: 797. Qadın, namaz halında bütün bədənini, hətta başını və tüklərini örtməlidir. Amma üzünü, dəstəmazda yuyulan miqdarda, əllərini biləyə qədər, ayaqlarını topuğa qədər ötrməsi lazım deyil. Amma vacib miqdarın örtülməsinə yəqin etmək üçün üzünün ətrafını və biləkdən bir miqdar aşağı hissəni də örtməlidir. Ehtiyat-vacib budur ki, ayaqlarının altını da örtsün.

Məsələ: 798. İnsan, unudulmuş səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirdiyi vaxt, ehtiyat-vacibə görə, hətta səcdeyi-

səh: 156

səhvi də yerinə yetirdiyi vaxt, özünü namaz halında olduğu kimi örtməlidir.

Məsələ: 799. Əgər insan namazda qəsdən və ya məsələni bilməməzlik üzündən övrətini örtməsə, namazı batildir.

Məsələ: 800. Bir şəxs namaz əsnasında övrətinin göründüyünü başa düşsə, gərək onu dərhal örtsün. Ehtiyat-müstəhəb budur ki, namazı qurtarıb yenidən qılsın. Amma namazdan sonra, namazda övrətinin göründüyünü başa düşsə, namazı səhihdir.

Məsələ: 801. Əgər bir şəxs ayaq üstə olanda övrətini örtən paltarı, mümkündür ki, başqa hallarda; məsələn: rükuya, səcdəyə gedəndə o paltar örtə bilməsin. Belə olduqda, övrəti görünərkən əlindən başqa bir şeylə onu örtsə, namazı səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, belə paltarla namaz qılmasın.

Məsələ: 802. İnsan namaz halında özünü ot və yarpaqla örtə bilər, amma ehtiyat-müstəhəb budur ki, başqa şey tapılmayan halda bu kimi şeylərlə özünü örtsün.

Məsələ: 803. Ehtiyat-vacibə əsasən insan çarəsiz halda qalsa belə, namaz üçün özünü palçıqla örtə bilməz. Ehtiyat-vacib budur ki, bir namaz özünü palçıqla örtmüş halda digər bir namaz isə çılpaq halda qılsın.

Məsələ: 804. Əgər özünü namazda örtmək üçün bir şeyi yoxdursa və tapacağına ehtimal versə, gərək namazı təxirə salsın. Amma bir şey tapmasa, gərək namaz vaxtının axırında öz vəzifəsinə uyğun olaraq namazı qılsın. Bu halda, əgər vaxtın əvvəlində namaza başlasa və vaxtın axırınadək üzrü yerində qalmaqda davam edərsə, namazı səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, namazın qəzasını da qılsın.

Məsələ: 805. Namaz qılmaq istəyən bir şəxsin özünü ortmək üçün, hətta ağac yarpağı, ot, içində durmaq üçün bir çala tapmasa və vaxtın axrınadək də özünü örtmək üçün bir şey tapacağına ehtimal verməsə, naməhrəm şəxsin onu görəcəyini ehtimal versə, gərək oturan halda namaz qılsın, rüku və səcdə üçün övrəti görünməz olacaq miqdarda əyilsin. Səcdə üçün, rüku üçün

səh: 157

əyildiyindən bir az çox əyilsin, möhrü götürüb yuxarı qaldıraraq alnını ona qoysun. Əgər naməhrəmin onu görməyəcəyinə əmindirsə, ehtiyat-vacib budur ki, ayaq üstə iki namaz qılsın və ehtiyat budur ki, ayaq üstə duran zaman öz əli ilə arxasını örtsün. O iki namazdan birinin rüku və səcdələrini yerinə yetirsin, digərində isə başı ilə işarə etsin.

NAMAZ QILANIN PALTARININ ŞƏRTLƏRİ

Point

Məsələ: 806. Namaz qılanın paltarında altı şərt vardır:

1. Pak olsun.

2. Mübah olsun.

3. Paltar, ölü heyvanın üzvlərindən olmasın.

4. Əti haram olan heyvanlardan olmasın.

5 və 6. Əgər namaz qılan kişidirsə, paltarı xalis ipəkdən və ya qızıldan toxunmuş olmasın. Bunların təfsilatı gələcək məsələlərdə bəyan olunacaq.

BİRİNCİ ŞƏRT

Məsələ: 807. Namaz qılanın paltarı pak olamalıdır; əgər bir şəxs qəsdən nəcis paltar və ya bədənlə namaz qılsa, namazı batildir.

Məsələ: 808. Nəcis paltar və nəcis bədənlə qılınan namazın batil olmasını bilməyən bir şəxs, nəcis paltar və ya nəcis bədənlə namaz qılsa, namazı batildir.

Məsələ: 809. Əgər məsələni bilmədiyi üçün, nəcis şeyin nəcis olmasını; məsələn, haramdan cünub olan şəxsin tərinin nəcis olduğunu bilməsə, onunla namaz qılsa, namazı batildir.

Məsələ: 810. Əgər bədən və ya paltarınım nəcis olduğunu bilməsə və namazdan sonra nəcis olmasını başa düşsə, namazı səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, əgər vaxtı varsa namazı yenidən qılsın.

səh: 158

Məsələ: 811. Əgər bədən və ya paltarının nəcis olduğunu unudsa və namaz arasında və ya namazdan sonra xatırlasa, gərək namazını yenidən qılsın. Əgər vaxt keçmişsə, qəzasını yerinə yetırsın.

Məsələ: 812. Əgər bir şəxs namaz vaxtının çox olduğu vaxtda namaza məşğul olub namaz əsnasında bədəni və ya paltarı nəcis olsa və namazın hər hansı bir əməlini bu halda qılmazdan əvvəl nəcis olmasından xəbərdar olsa, yaxud bədən və ya paltarının nəcis olmasını başa düşsə, həmin vaxt, yaxud əvvəldən nəcis olmasında şəkk etsə, (bu halda) bədən və ya paltarı suya çəkmək, dəyişdirmək və ya bədəndən çıxarmaq namazın surətini pozmazsa, gərək namaz əsnasında bədən və ya paltarını suya çəksin və ya dəyişsin; yaxud da başqa bir şey övrətini örtmüş olsa, paltarını çıxartsın. Amma bədən və ya paltarını suya çəkəcəyi və ya paltarını dəyişəcəyi, yaxud da çıxaracağı təqdirdə namazın surəti pozulacaq, yaxud paltarını çıxaracağı təqdirdə çılpaq qalacaqsa, gərək namazı pozsun, pak bədən və ya paltarla namaz qılsın.

Məsələ: 813. Namaz vaxtının az olduğu bir vaxtda, namaz qılmaqğa məşğul olan bir şəxs, namaz əsnasında bədən və ya paltarı nəcis olsa və namazın hər hansı bir hissəsini o nəcasətlə qılmamışdan qabaq nəcis olmasını başa düşsə, yaxud onun paltarının nəcis olmasını görüb həmin vaxt nəcis olduğu, yoxsa əvvəldən nəcis olduğunda şəkk etsə, bu halda onu suya çəkmək, dəyişmək və ya çıxartmaq namazın surətini pozmursa və paltarını çıxara bilərsə, paltarını çıxarıb suya çəkməli və ya dəyişdirməli, yaxud bir şey onun övrətini örtmüşsə paltarını çıxartmalı və namazı tamamlamalıdır. Amma başqa bir şey övrətini örtməmişsə, paltarını da suya çəkə, yaxud dəyişə bilmirsə, naməhrəm görməzsə paltarı çıxartsın qəzasını da qılsın. Amma paltarını suya çəkdikdə, yaxud dəyişdikdə namazın surəti pozulursa, yaxud soyuq və s. səbəbilə paltarını çıxara bilmirsə, elə həmin halda namazını qurtarmalıdır və namazı da səhihdir, qəzası da lazım

səh: 159

deyil.

Məsələ: 814. Namaz vaxtının az olduğu zaman, namaz qılan bir şəxsin namaz əsnasında bədəni nəcis olsa və namazın hər hansı hissəsini həmin halda qılmamışdan əvvəl nəcis olduğunu bilsə, yaxud nəcis olduğunu başa düşsün və həmin vaxtda, yaxud namazdan əvvəl nəcis olmasında şəkk etsə, bu halda bədənini suya çəkəndə namazın surəti pozulmayacaqsa, gərək suya çəksin; yox əgər namazın surəti pozularsa, gərək çılpaq olsun və namazı qılsın. Ehtiyata əsasən o namazı qəza etsin. Əgər üzürlü səbəbə görə çılpaq ola bilməsə o vəziyyətdə namazını qılsın, namazı səhihdir.

Məsələ: 815. Öz paltar və ya bədəninin pak olmasında şəkk edən bir şəxs, namaz qıldıqdan sonra bədən və ya paltarının nəcis olmasını başa düşsə, namazı səhihdir.

Məsələ: 816. Əgər paltarını suya çəkib pak olduğunu yəqin etsə və onunla namaz qılıb sonradan pak olmadığını başa düşsə, onun namazı səhihdir və müstəhəbdir ki, yenidən pak paltarla namazı yerinə yetirsın.

Məsələ: 817. Əgər öz bədənində, yaxud paltarında qan görüb nəcis qanlardan olmadığını yəqin etsə; məsələn: ağcaqanad qanı olduğunu bilsə), amma namazdan sonra onunla namaz qılmağın səhih olmadığı qan olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 818. Əgər yəqin etsə ki, bədənində və ya paltarında olan bir qandır ki, onunla namaz qılmaq səhihdir; məsələn: yara qanı və ya çiban qanı namazdan sonra, həmin qanla namazın batil olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 819. Əgər hər hansı bir şeyin nəcis olmasını unutsa və rütubətli bədəni, yaxud rütubətli paltarı ona toxunsa, bunu unudub namaz qılsa, namazdan sonra yadına düşsə, namazı səhihdir. Amma bədəni, rütubətli halda, nəcis olduğunu unutduğu şeyə dəysə və onu suya çəkmədən qüsl edib namaz qılsa, qüslü və namazı batildir. Həmçinin dəstəmaz üzvlərindən biri, rütubətli halda, nəcis olduğunu unutduğu bir şeyə dəysə və o yeri suya

səh: 160

çəkib dəstəmaz almadan namaz qılsa, dəstəmazı və namazı batildir.

Məsələ: 820. Əgər bir nəfərin təkcə bir paltarı olsa və bədəni, paltarı nəcis olsa, onların birini suya çəkmək miqdarında suyu olsa, gərək bədənini suya çəkib, 813-cü məsələdə qeyd olunan qaydada namaznı qılsın. Əgər soyuq və ya hər hansı səbəbə görə paltarını çıxara bilməsə, gərək bədənini yusun. Əgər nəcasətın biri bövldürsə, onu qəlil su ilə suya çəkmək istəsə, gərək onun üzərinə iki dəfə su töksün. Digər nəcasət qandırsa, onun üzərinə bir dəfə su tökmək kifayətdır və gərək bövl ilə nəcis olanı suya çəksın.

Məsələ: 821. Nəcis paltarından başqa paltarı olmayan bir şəxs, namazı çılpaq qılsın, ehtiyata görə namazı yenidən qılsın. Amma soyuq, yaxud başqa səbəbdən paltarını çıxara bilməsə, o nəcis paltarla namaz qılsa, namazı səhihdir, yenidən qılması da lazım deyil.

Məsələ: 822. Əgər bir şəxsin iki paltarı olsa və ikisindən birinin nəcis olmasını bilsə və hansının nəcis olmasını bilməsə, vaxt olan halda gərək hər ikisində namaz qılsın; məsələn: əgər zöhr və əsr namazlarını qılmaq istəyirsə, hər paltarda bir zöhr və bir əsr namazı qılmalıdır. Amma vaxt az olsa, onlardan biri ilə namaz qılsın. Əgər, övrətini naməhrəmdən örtüb çılpaq halda namaz qıla bilsə, çılpaq qılmasın və ehtiyat-müstəhəbə görə pak paltarda (həmin namazın) qəzasını qılmalıdır.

İKİNCİ ŞƏRT

Məsələ: 823. Namaz qılan şəxsin paltarı, gərək mübah olsun. Qəsbi paltarı geyməyin haram olmasını bilən bir şəxs qəsdən qəsbi paltarda, yaxud sapı, düyməsi, yaxud başqa şeyləri qəsbi olan bir paltarda namaz qılsa, namazı batildir.

Məsələ: 824. Qəsbi paltarı geyməyin haram olduğunu bilən, amma namazı batil etdiyini bilməyən bir şəxs, qəsdən qəsbi paltarda namaz qılsa, namazı batildir.

Məsələ: 825. Əgər paltarının qəsbi olduğunu bilməsə və ya

səh: 161

unudsa və o paltarla namaz qılsa, namazı səhihdir. Amma şəxs, bir paltarı qəsb edib, qəsb etdiyini unudaraq onunla namaz qılarsa, ehtiyat-vacibə əsasən namazı yenidən qılsın. Əgər bu, diqqətsizlikdən, yəni yadına düşdüyü halda etinasızlıq göstərməsilə olubsa, daha güclü nəzərə əsasən namazı batildir.

Məsələ: 826. Əgər bir şəxs paltarının qəsbi olmasını bilməsə, yaxud unutsa və namaz əsnasında başa düşsə, onda başqa bir şey onun övrətini örtmüş olsa, onu dərhal və ya namazın müvalatına xələl yetirmədən yəni ardıcıllığını pozmadan onu çıxara bilirsə, kərək onu çıxarsın və namazı səhihdir. Amma övrətini bir şey örtmürsə, yaxud qəsbi paltarı dərhal bədənindən çıxara bilmirsə və ya bədənindən çıxaracağı halda namazın ardıcıllığı pozulacaqsa, bu halda hətta bir rəkətlik namaz üçün də vaxt varsa, namazı pozub qəsbi olmayan paltarla yenidən qılmalıdır. Əgər bu qədər də vaxt olmazsa, namaz üstündə paltarını çıxarıb, çılpaq şəxsin namazında deyilən göstərişlərə əməl edərək namazı tamamlamalıdır.

Məsələ: 827. Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarda namaz qılsa, yaxud misal üçün, qəsb olunmuş paltarı, oğru aparmasın deyə, o paltarda namaz qılsa, namazı səhihdir.

Məsələ: 828. Əgər xümsü verilməmiş və şəri zəmanəti də edilməmiş pulun (eyni) ilə paltar alsa və o paltarla namaz qılsa namazı batildir. Amma zakatı verilməmiş paltarla namaz qılsa böyük günah etməsinə baxmayaraq namazın səhih olması qeyri mümkün sayılmaz.

ÜÇÜNCÜ ŞƏRT

Məsələ: 829. Namaz qılanın paltarı, gərək atıcı qanı olan (yəni damarını şəxsdikdə qanı sıçrayışla gələn) (murdar) ölu heyvan hissələrindən olmasın. Hətta əgər atıcı qanı olmayan (pulcuqları olan balıq və ilan kimi) heyvanların ölüsündən paltar hazırlasalar, ehtiyat-vacib budur ki, onunla namaz qılınmasın.

Məsələ: 830. Əgər murdar olmuş heyvanın ruhu olan ət, dəri və

səh: 162

s. kimi üzvləri, namaz qılanın üstündə olsa, hətta onun paltarı da olmasa belə ehtiyat-vacibə görə namazı batildir.

Məsələ: 831. Əgər əti halal olan heyvanın murdar olmuş ruhu olmayan hissələri (tükü, yunu və s.) namaz qılanın üstündə olsa, yaxud onlardan hazırlanmış paltarda namaz qılsa, namazı səhidir.

DÖRDÜNCÜ ŞƏRT

Məsələ: 832. Namaz qılanın paltarı, əti haram olan heyvanlardan hazırlanmamalıdır. Əgər o heyvanların, hətta bir tükü belə namaz qılanın üstündə olsa, namazı batildir.

Məsələ: 833. Əgər əti haram olan heyvanların, pişik kimi ağzının, burnunun suyu, yaxud başqa rütubəti, namaz qılanın bədənində, yaxud paltarında olsa, əgər yaş olsa namazı batildir. Quru və eyni aradan qaldırılmış olsa, namazı səhihdir.

Məsələ: 834. Əgər bir şəxsin tükü, təri, yaxud ağzının suyu namaz qılanın bədənində və ya paltarında olsa, həmçinin, namaz qılanın üstündə mirvarid, mum, bal olsa, (eybi yoxdur).

Məsələ: 835. Əgər paltarının əti halal olan, yaxud haram olan heyvandan hazırlanmasında şəkk etsə, istər islami ölkələrdə istehsal olunanlardan olsun, istərsə də xaricdə, onunla namaz qılmaq səhihdir.

Məsələ: 836. Sədəf əti haram olan heyvanlardan sayılmır, onunla namaz qılmaq səhihdir. Həmçinin namaz qılanın üstündə mum və bal, qarışıq (xalis olmayan) əbrişəm, arı, bit, ağcaqanad və əti olmayan hər bir heyvan olarsa eybi yoxdur.

Məsələ: 837. Xalis xəzdən hazırlanan paltarda namaz qılmağın eybi yoxdur. Amma sincabın dərisi ilə namaz qılmaq işkallıdır.

Məsələ: 838. Paltarın, əti haram olan heyvanlardan olmasını unudub namaz qılsa, ehtiyat-vacibə görə gərək namazı yenidən qılsın, vaxtı keçmişsə qəzasını yerinə yetirsın. Əgər əti haram heyvandan olduğunu bilmədiyi paltarla namaz qılarsa, namazı səhihdir.

səh: 163

BEŞİNCİ ŞƏRT

Məsələ: 839. Qızıldan toxunmuş paltar geymək kişiyə haramdır və onunla namaz qılsa, batildir. Amma qadın üçün namaz və s. hallarda eybi yoxdur.

Məsələ: 840. Sinədən qızıl həmayil asmaq, ipək paltar geyinmək, barmağa qızıl üzük taxmaq və qızıl saat taxmaqla bəzənmək, kişilər üçün haram və onlarla namaz qılmaq batildir. Ehtiyat-vacib budur ki, qızıl eynəkdən də istifadə etməkdən çəkinilsin. Amma qadının namaz və ya qeyri-namazda, qızılla bəzənməsinin eybi yoxdur.

Məsələ: 841. Əgər bir kişi üzük və ya paltarının qızıldan hazırlandığını bilməyib və ya unudub, yaxud da şəkk etsə, onunla namaz qılsa, namazı səhihdir.

ALTINCI ŞƏRT

Məsələ: 842. Namaz qılan kişinin paltarı, hətta araqçını, şalvarının bağı (kəmər) və ya bunun kimi və təklikdə övrətini örtməyə kifayət etməyən şeylər, gərək xalis ipəkdən olmasın. Namazdan başqa vaxtlarda da onun geyilməsi, kişiyə haramdır.

Məsələ: 843. Əgər paltarın astarının hamısı, yaxud bir hissəsi xalis ipəkdən olsa, onun geyilməsi kişi üçün haram, onunla qılınan namaz da batildir.

Məsələ: 844. Paltarın, xalis ipəkdən və ya başqa şeydən hazırlandığını bilməyirsə, namazda və namazdan qeyri halda geyinilməsinin eybi yoxdur.

Məsələ: 845. İpək dəsmal və bu kimi şeylər kişinin cibində olsa eybi yoxdur, namazı da batil etmir.

Məsələ: 846. Qadının namazda və qeyri-namazda ipək paltar geyməsinin eybi yoxdur.

səh: 164

NAMAZ QILANIN PALTARININ HÖKMLƏRİ

Məsələ: 847. Çarəsizlik üzündən qəsbi, xalis ipəkdən və ya qızıldan toxunan, murdardan hazırlanan paltar geyməyin maneəsi yoxdur. Həmçinin, paltar geyinməsi gərəkli olan bir şəxs, bunlardan başqa paltarı yoxdursa, namaz vaxtının axırınadək də olmasa, bu paltarlarla namaz qıla bilər.

Məsələ: 848. Əgər qəsbi və ölmüş heyvandan hazırlanmış paltardan əlavə paltarı olmasa və paltar geyməyə naçar olmasa, çılpaqların hökmündə deyilənlərə uyğun olaraq namaz qılmalıdır.

Məsələ: 849. Əgər əti haram olan heyvandan hazırlanmış paltardan başqa paltarı olmasa, əgər bu paltarı geyməyə məcbur olsa, həmin paltar ilə namaz qıla bilər. Amma naçar olmasa, çılpaqların namazında deyilən göstərişlərə əsasən namaz qılısın və ehtiyat-vacib budur ki, bir dəfə də həmin paltarda namaz qılmalıdır.

Məsələ: 850. Əgər kişinin xalis ipək və ya qızıldan toxunmuş paltardan başqa paltarı olmasa, bu halda həmin paltarı geyməyə məcbur olmasa, çılpaqların namazında deyilən göstərişlərə əsasən namaz qılmalıdır.

Məsələ: 851. Əgər namazda övrətini örtmək üçün bir şey olmasa, vacibdir ki, kirayə və (pulla) almaqla da olsa, paltar əldə etsin. Amma həmin paltarı almaq üçün çoxlu pul tələb olunursa və bu pullar onun var-dövlətinə nisbətən çoxdursa, yaxud bu pulları həmin paltarı almağa xərcləsə, (madi) vəziyyətinə zərər yetirəcəksə, bu halda gərək çılpaqların namazının göstərişlərinə əsasən namaz qılsın.

Məsələ: 852. Paltarı olmayan bir şəxsə başqası paltar bağışlasa və yaxud ariyə versə, bu halda onu qəbul etmək o şəxs üçün məşəqqətli deyilsə, qəbul etməlidir. Hətta, əgər ariyə götürmək, yaxud bəxşiş istəmək onun üçün çətin deyilsə, paltarı olan şəxsdən bəxşiş istəməli və yaxud ariyə almalıdır.

Məsələ: 853. Parçası, rəngi və tikilişi onun üçün adi olmayan

səh: 165

məsələn, elm əhlinin hərbi paltar geyinməsi kimi, əgər özünü onlara oxşatsa və onun şənində olmasa haramdır. Amma hər hansı bir üqəlayi iş üçün olarsa eybi yoxdur. O paltarla namaz qılmamağın müstəhəb olmasına baxmayaraq, o paltarla namaz qılsa eybi yoxdur.

Məsələ: 854. Ehtiyat-vacibə görə əgər özünü oxşatmaq olarsa kişi qadın paltarı, qadın da kişi paltarı geyməsin. Amma o paltarda namaz qılsalar, eybi yoxdur. Baxmayaraq ehtiyat-müstəhəb budur ki, o paltarda namaz qılmağı tərk etsinlər.

Məsələ: 855. Uzanan halda namaz qılmalı olan bir şəxs, çılpaq olsa və onun yorğan-döşəyi nəcis, yaxud xalis ipəkdən və ya əti haram olan heyvanlardan olsa, ehtiyat-vacibə görə, gərək namazda özünü onlarla örtməsin. Amma əgər onlara libas deyərlərsə özünü onlarla örtməsin.

NAMAZ QILANIN PALTAR VƏ BƏDƏNİNİN PAK OLMASININ LAZIM OLMADIĞI HALLAR

Məsələ: 856. Təfsilatı sonrakı məsələdə deyiləcək üç halda, namaz qılanın bədəni və ya paltarı nəcis olsa, onun namazı səhihdir:

1-Bədənində olan yara, (cərahət) və ya çiban səbəbilə paltarı və ya bədəni qana bulaşarsa;

2-Onun paltarı və ya bədəni, dirhəmdən az təqribən, əlin içinin çökəkliyi miqdarında qana bulaşarsa;

3-Nəcis paltar və ya bədənlə namaz qılmağa naçar olsa; əgər namaz qılanın təkcə paltarı nəcis olsa, iki halda namazı səhihdir:

1) Onun kiçik paltarı (corab və arağçın kimi) nəcis olarsa;

2) Oğlan uşaqını saxlayan qadının paltarı nəcis olarsa. Amma ehtiyat edib pak paltarla namaz qılsa, daha yaxşıdır. Bu beş halın hökmləri, sonrakı məsələdə təfsilatı ilə deyiləcək.

Məsələ: 857. Əgər namaz qılanın bədənində və paltarında yara,

səh: 166

(cərahət) yaxud çiban qanı olsa, bu halda bədənin və paltarın suya çəkilməsi, yaxud dəyişdirilməsi əksər camaat üçün çətindir. Nə qədər ki, onun yarası, yaxud çibanı sağalmayıb, başqaları üçün çətin sayılmamasına baxmayaraq, o şəxsin özü üçün çətin olsa, o qanla namaz qıla bilər. Həmçinin qanla birlikdə çölə gələn çirk, yaxud yaranın üstünə qoyulan dərman nəcis olub bədənində, yaxud paltarında olsa da (namaz qıla bilər).

Məsələ: 858. Əgər qanlı kəsik və tezliklə sağalan, yuyulması asan olan yara, namaz qılanın bədənində yaxud paltarında olsa, o bədən və ya paltarla namaz qıla bilməz, gərək pak olsun. Əgər namaz qılsa namazı batildir.

Məsələ: 859. Əgər bədənin, yaxud paltarın yara yerdən aralı olan hissəsi yaranın rütubəti ilə nəcis olsa, onunla namaz qılmaq caiz deyil. Amma bədənin və ya paltarın adətən yaranın rütubətinə bulaşan hissələri, onun rütubəti ilə nəcis olsa, onunla namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 860. Əgər ağız, burun və bu kimi üzvlərin içindən bədənə və ya paltara qan dəysə ehtiyat-vacibə görə onunla namaz qılmasın. Həmçinin babasil içəridə olarsa hökm eynidir. Amma babasil xaricdə olsa, onunla namaz qılmaq olar.

Məsələ: 861. Bədəni yara olan bir şəxs, bədənində, yaxud paltarında dirhəmdən çox qan görüb yara qanı və ya başqa qan olduğunu bilməsə, ehtiyat-vacibə görə onunla namaz qılmasın.

Məsələ: 862. Əgər bədənin bir neçə yerində yara olsa və onlar bir-birinə çox yaxın olub bir yara hesab olunsalar, nə qədər ki, hamısı sağalmayıb, onlarla namaz qılmağın eybi yoxdur. Amma bir-birindən çox aralı olsalar və hər biri bir yara hesab olunsa, ehtiyat-vacibə görə hər biri sağalanda, namaz üçün bədən və paltarını, suya çəksin.

Məsələ: 863. Əgər heyz, nifas, istihazə, it, donuz, murdar, kafir və ya əti haram olan heyvanın, (onlardan hər hansı birinin) qanı, iynənin ucu qədər namaz qılanın bədən və ya paltarında olsa, onun namazı batildir. Amma başqa qanlar (insanın, yaxud əti halal olan

səh: 167

heyvanın qanı) paltarın bir neçə yerində olmasına baxmayaraq, əgər üst-üstə dirhəmdən az olsa, (təqribən əlin içinin çökəyliyi miqdarındadır) onunla namaz qılmağın eybi yoxdur.

Məsələ: 864. Əgər qan astarsız paltara tökülüb o biri tərəfinə keçsə, bir qan hesab olunur. Amma onun arxası ayrılıqda qana bulaşsa, ayrılıqda hesab etmək lazımdır. Deməli, paltarın üstündə və astarında olan qan, üst-üstə dirhəmdən az olsa, namaz səhih, çox olduqda isə batildir.

Məsələ: 865. Əgər qan astarlı paltarın üstünə tökülüb, astarına keçsə, yaxud astara tökülüb paltarın üstünə çıxsa, hər birini ayrılıqda hesab etmək lazımdır. Deməli, paltarın üstündə və astarında olan qan, üst-üstə dirhəmdən az olsa, onunla namaz səhih, çox olsa batildir.

Məsələ: 866. Bədəndə, yaxud paltarda olan qan dirhəmdən az olsa və ona rütubət dəyməsi nəticəsində qan və ona dəyən rütubət dirhəm miqdarında, yaxud ondan çox olsa və ətrafını bulaşdırsa onunla qılınan namaz batildir. Hətta, əgər rütubətlə qan birlikdə dirhəm miqdarında olmasa və ətrafına bulaşmasa da, onunla namaz qılmağın eybi var. Amma rütubət quru və nəcisin eyni aradan getsə, namaz qılmağın eybi yoxdur.

Məsələ: 867. Əgər bədən, yaxud paltar qanlı olmasa, amma qana dəymək səbəbilə nəcis olsa, hətta nəcis olan miqdar dirhəmdən az olsa da, onunla namaz qılmaq olmaz.

Məsələ: 868. Əgər bədəndə, yaxud paltarda olan qan, dirhəmdən azdırsa və ona başqa bir nəcasət dəysə; məsələn: üstünə bir damcı bövl düşsə), onunla namaz qılmaq caiz deyil.

Məsələ: 869. Əgər namaz qılanın, övrəti örtə bilməyən kiçik paltarları araqçın və corab kimi nəcis olsa, bu halda murdardan, əti haram olan heyvandan hazırlanmış olmasa, onunla namaz qılmaq səhihdir. Əlbəttə öz yerində işlədilərsə. Əks halda nəcis olmuşun hökmünü daşıyır. Həmçinin nəcis üzüklə namaz qılmağın eybi yoxdur.

Məsələ: 870. Dəsmal, açar və bıçaq kimi nəcis şeylərlə namaz

səh: 168

qılmaq səhihdir.

Məsələ: 871. Oğlan uşağına baxan qadının (xidmətçi) birdən artıq paltarı olmasa və başqa paltar ala bilməsə, kirayə və ariyə(1) kimi də paltar əldə edə bilməsə; gecə-gündüz ərzində paltarını bir dəfə suya çəksə, sonrakı günə qədər paltarı uşağın bövlu ilə nəcis olsa da belə, onunla namaz qıla bilər. Amma daha yaxşı olar öz paltarını əsr vaxtlarına yaxın; zöhr və əsr namazları üçün suya çəksin. Həmçinin, birdən artıq paltarı olsa və çarəsiz qalıb onların hamısını geyinsə, bu halda, gecə-gündüz ərzində bütün paltarlarını bir dəfə suya çəksə, kifayətdir.

Məsələ: 872. Uşağa baxan qadının (xidmət edən) paltarı, qız uşağının bövlü ilə nəcis olsa, gündə bir dəfə suya çəkməsinə baxmayaraq, sonra yenə də nəcis olsa, ehtiyat-vacibə görə o paltarla namaz qılmasın.

NAMAZ QILANIN PALTARINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR

Məsələ: 873. Namaz qılanın paltarında bir neçə şey müstəhəbdir. O cümlədən; təhtül-hənəki(2) olan əmmamə qoymaq, əba geymək, ağ və ən pak paltarları geymək, xoş qoxulu ətirdən istifadə etmək, əqiq üzük taxmaq.

NAMAZ QILANIN PALTARINDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 874. Namaz qılanın paltarında bir neçə şey məkruhdur. O cümlədən: qara, çirkli, dar paltar geymək; şərab içənin və

səh: 169


1- . Ariyə budur ki, insan öz malını istifadə etmək üçün başqasına versin, əvəzində də heç nə almasın.
2- . Əmmamənin açıq bir ucunun boğazın ətrafına dolanaraq çiyinə tərəf asılan hissəsinə deyilir.

nəcasətdən pərhiz etməyən şəxsin paltarını, üstündə şəkil olan paltar geymək; həmçinin paltarın düymələrinin açıq olması, üstündə şəkil olan üzüyün taxılması da məkruhdur.

NAMAZ QILANIN YERİ

Point

Namaz qılanın məkanının on şərti vardır:

BİRİNCİ ŞƏRT

Mübah olsun.

Məsələ: 875. Əgər bir şəxs qəsbi mülkdə namaz qılırsa, hətta xalça, taxt və s. kimi şeylərin üstündə də olsa, namazı batildir. Amma qəsbi tavan və qəsbi xeymənin (çadırın) altında namaz qılmağın, maneəsi yoxdur.

Məsələ: 876. Mənfəəti başqasına məxsus olan yerdə, mənfəət sahibinin icazəsi olmadan namaz qılmaq batildir; məsələn: icarə olunmuş evdə, evin sahibi, yaxud başqa bir şəxs, icarə edən şəxsin icazəsi olmadan namaz qılsa, namazı batildir. Həmçinin, başqasının haqqı olan bir mülkdə namaz qılsa, namazı batildir; məsələn: əgər meyyit, malının üçdə birini müəyyən yerə xərc edilməsini vəsiyyət etsə, onun üçdə biri ayrılmayınca, onun mülkündə namaz qılmaq olmaz.

Məsələ: 877. Əgər bir şəxs məsciddə otursa, başqası onun yerini qəsb edib orada namaz qılsa, namazı batildir.

Məsələ: 878. Əgər qəsbi olmasını bilmədiyi yerdə namaz qılıb namazdan sonra başa düşsə, yaxud qəsbi olduğunu unutsa və namazdan sonra yadına düşsə, namazı səhihdir. Amma özü bir yeri qəsb etmiş olduğu halda unutsa, orada namaz qılsa, ehtiyat-vacibə görə namazını yenidən qılsın.

Məsələ: 879. Əgər bir yerin qəsbi olduğunu bilsə, amma qəsbi yerdə namazın batil olduğunu bilməyib orada namaz qılsa, (cahili müqəssir olarsa) namazı batildir.

səh: 170

Məsələ: 880. Vacibi namazını süvari halında qılmağa məcbur olan bir şəxsin mindiyi heyvan və ya onun yəhəri qəsbi olsa, namazı batildir. Həmçinin, o heyvanda müstəhəb namaz qılmaq istəsə də eyni qayda ilə.

Məsələ: 881. Əgər bir şəxs müəyyən bir mülkdə başqası ilə şərik olsa, şərikinin payı ayrılmasa, onun icazəsi olmadan o mülkdən istifadə edə bilməz və orada namaz qıla bilməz.

Məsələ: 882. Xümsü verilməmiş pulun (eyni) ilə müəyyən bir mülk alınsa, şəri hakimə icazə almaq üçün əli çatdığı halda icazə almasa və xümsü vermək fikri olmasa o mülkdən istifadə edilməsi haram, onda qılınan namaz batildir. Amma zəkatda müamilənin səhih olması qeyri mümkün sayılmaz və orada namaz qılmağın heç bir maneəsi yoxdur. Amma böyük günah etmişdir.

Məsələ: 883. Əgər mülkün sahibi dildə namaz qılmaq icazəsi versə və insan onun qəlbən razı olmadığını bilsə, o mülkdə namaz qılmaq batildir; əgər icazə verməsə və insan onun qəlbən razı olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 884. Xüms və ya zəkat borcu olan meyyitin mülkündən istifadə etmək haram, onda namaz qılmaq batildir. Amma onun, borclarını verib və ya onu ödəməyə zamin olsalar, onun mülkündən istifadə etmək və orada namaz qılmağın eybi yoxdur.

Məsələ: 885. Camaata borclu olan ölmüş şəxsin mülkündən istifadə etmək haram, onda namaz qılmaq batildir. Amma borclu olduğu şəxslər və ya meyyitin vəsisi(1) yaxud şəri hakim icazə versələr onun mülkündən istifadə etmək və orada namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 886. Əgər meyyitin borcu olmasa, amma vərəsələrindən bəzisi səğir (azyaşlı), dəli və ya qaib olsalar, onun mülkündən istifadə etmək haram, namaz qılmaq da batildir.

Məsələ: 887. Mehmanxana, hamam və s. kimi yerlərədə ki,

səh: 171


1- . Vəsiyyəti icra etmək üçün təyin olunmuş şəxs.

oraya gələnlər üçün nəzərdə tutulub və malikin namaz qılmağa icazəsinə qərinələr olsa namaz qılmağın eybi yoxdur. Amma bu qəbildən olmayan digər yerlərdə, namaz qılmaq üçün, oranın sahibinin icazə verməsi ilə və ya danışığından məlum, olmalıdır. Misal üçün; bir şəxsə onun mülkündə oturmağa və yatmağa icazə verilməsindən, onun namaz qılmağa da icazə verməsi başa düşülür.

Məsələ: 888. Namaz vaxtı, çox geniş yerdən digər yerə camaat üçün getmələri müşkül olan yerdə, sahibinin icazəsi olmadan, namaz qılmaq olar.

İKİNCİ ŞƏRT

Məsələ: 889. Namaz qılanın məkanı hərəkətsiz olmalıdır. Əgər vaxtın azlığı, yaxud başqa səbəbə görə, çarəsizlikdən namaz qılanın tərpənməsinə səbəb olan yerdə (avtomobil, gəmi və qatar kimi) namaz qılmalı olsa, mümkün olduğu qədər hərəkət etdiyi halda bir şey oxumasın. Əgər onlar qiblədən digər tərəfə dönsələr, o, qibləyə tərəf dönsün.

Məsələ: 890. Avtomobil, gəmi, qatar və bu kimi şeylər dayanmış olsalar, onda namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 891. Üstündə dayanmaq mümkün olmayan, arpa, buğda xırmanlarında və s. bu kimi yerlərdə namaz batildir.

ÜÇÜNCÜ ŞƏRT

Məsələ: 892. Namazınını tamam qıla biləcəyinə əmin olduğu yerdə namaz qılınsın. Külək, yağış, camaatın çox olması və bu kimi şeylərin ehtimal verilməsi səbəbilə namazın tamam qıla bilməsinə əmin olmayan yerdə, namaz qılmasın. Amma namaz qılsa və namazın bütün şərtlərini yerinə yetirsə, namazı sıhihdir.

DÖRDÜNCÜ ŞƏRT

Durulması haram olduğu yerdə; məsələn, yıxılmaq üzrə olan

səh: 172

tavanın altında namaz qılınmasın.

BEŞİNCİ ŞƏRT

Üzərındə oturulub-durulması haram olan yerdə, üstündə Allahın adı yazılmış xalça kimi namaz qılınmasın.

ALTINCI ŞƏRT

Tavanı alçaq olan və düz dayanmaq mümkün olmayan yerlərdə, yaxud rüku və səcdə üçün yer olmayacaq olçüdə kiçik olan yerlərdə namaz qılmasın. Əgər belə yerlərdə namaz qılmağa məcbur olsa qiyam, rüku və səcdəni, mümkün olan qədər yerinə yetirməlidir.

YEDDİNCİ ŞƏRT

Məsələ: 893. Ehtiyat-vacibə görə, gərək Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm), İmamların (ələyhimüs-səlam) qəbrindən qabaqda və onlarla bərabər namaz qılmasın.

Məsələ: 894. Əgər namazda divar kimi bir şey onunla məsumun mütəhhər qəbri arasında olsa və bunun səbəbi ilə ehtiramsızlığ olmasa, eybi yoxdur. Amma (qəbrin üstünə qoyulan) şərif sandığın və zərihin, habelə qəbrin üstünə salınan parçanın arada olması (fasilə salması) kifayət deyildir.

SƏKKİZİNCİ ŞƏRT

Namaz qılanın yeri nəcis olarsa, o qədər yaş olmamalıdır ki, rütubəti bədəninə, yaxud paltarına sirayət etsin. Amma alının qoyduğu yer nəcisdirsə, hətta quru da olsa, namaz batildir. Ehtiyat-müstəhəb budur ki, namaz qılanın məkanı ümumiyyətlə nəcis olmasın.

DOQQUZUNCU ŞƏRT

Məsələ: 895. Ehtiyat-müstəhəbə görə namazda, qadın kişidən

səh: 173

arxada dayanmalıdır və qadının səcdə yeri kişinin dayandığı yerdən bir az arxada olmalıdır.

Məsələ: 896. Əgər qadın kişi ilə bərabər və ya ondan qabaqda dursa və hər ikisi birlikdə namaza başlasalar, məkruh olmasına baxmayaraq onların namazları səhihdir. Bu o, haldadır ki, fasilə bir qarışdan az olmasın. Əgər bir qarışdan az olarsa namazın batil olmasını demək qeyri mümkün sayılmaz.

Məsələ: 897. Əgər qadınla kişi arasında divar, pərdə, yaxud başqa bir şey olsa ki, bir-birini görməsinlər, yaxud aralarında minimum on zira(1) fasilə olsa, əgər qadın kişi ilə bərabər və ya ondan qabaqda dursa, hər ikisinin namazları səhihdir; kərahət də aradan gedir. Həmçinin, onlardan birinin yeri o qədər hündür olsa, deməsinlər ki, qadın kişidən irəlidə yaxud onunla bərabər dayanıb.

ONUNCU ŞƏRT

Namaz qılanın alnının yeri dizlərindən və ayaq barmaqlarının ucundan dörd bağlı barmaq qədər uca, yaxud alçaq olmamalıdır. Bu məsələ, təfsilatı ilə “səcdənin hökmlərin”də deyiləcək.

Məsələ: 898. Naməhrəm kişi və qadının, başqa bir şəxsin olmadığı və başqalarının daxil ola bilmədikləri otaqda olmaları, haramdır. Orada namaz qılmaq işkallıdır. Amma onlardan biri namaza başlasa və digər naməhrəm ora daxil olsa, onun namazı düzdür.

Məsələ: 899. Tar və başqa bu kimi alətlərin çalındığı yerdə qalmaq haram, qılınan namaz isə ehtiyata görə batildir.

Məsələ: 900. Ehtiyat-vacibə görə, Kəbə evində və onun damında ixtiyarlı halda vacib namaz qılınmasın, əgər çarəsiz qalıb qılsa, eybi yoxdur.

Məsələ: 901. Kəbə evində və onun damında müstəhəb namaz qılmağın eybi yoxdur. Hətta Kəbə evinin hər (rüknü) guşəsi müqabilində iki rəkət namaz qılmaq müstəhəbdir.

səh: 174


1- . 10 zira- beş zərdir, hər zər təqribən 104 sm-dir.

NAMAZ QILMAĞIN MÜSTƏHƏB OLDUĞU YERLƏR

Məsələ: 902. Müqəddəs İslam şəriətində, namazın məsciddə qılınmasına aid çoxlu tövsiyə olunmuşdur. Məscidlərdən ən yaxşısı Məscidül-Həram, sonra Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, ondan sonra hər şəhərin came məscidi, sonra məhəllə məscidi, nəhayət bazar məscididir.

Məsələ: 903. Qadınlar namazı evdə, hətta evin arxa otaqında qılmaları, məsciddə qılmalarından daha yaxşıdır. Amma özlərini naməhrəmlərdən kamil şəkildə qoruya bilsələr, yaxşı olar ki, məsciddə namaz qılsınlar.

Məsələ: 904. İmamların (ələyhimus-səlam) hərəmlərində namaz qılmaq müstəhəbdir, hətta məsciddən daha yaxşıdır. Əmirəl-möminin Əlinin (ələyhis-səlam) mütəhhər hərəmində qılınan namaz, iki yüz min namaz bərabərdir.

Məsələ: 905. Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuluğunda olanın bir üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması məkruhdur.

Məsələ: 906. Müstəhəbdir ki, məscidə getməyən bir şəxslə yemək yeməsin, işlərində onunla məşvərət etməsin, onunla qonşu olmasın və ona qız verib qız almasın.

NAMAZ QILMAĞIN MƏKRUH OLDUĞU YERLƏR

Məsələ: 907. Bir neçə yerdə namaz qılmaq məkruhdur, o cümlədən:

1-Hamamda.

2-Şoran torpaqda.

3-İnsanın qabağında.

4-Açıq qapı ilə üzbəüz.

5-Böyük yollarda, küçə və xiyabanlarda (əgər oradan keçənlərə

səh: 175

əziyyət verməsə; amma zəhmətinə səbəb olsa haram, namazı da batildir).

6-Odun və çırağın müqablində.

7-Aşpazxanada, ümumiyyətlə od yandırılan hər yerdə.

8-Bövl, qait, zibillik yeri olan çirkin quyu və ya çalanın müqabilində.

9-Şəkillə üzbəüz, ruhu olan şeylərin heykəlinin qarşısında (amma onun üstünə pərdə çəksələr, eybi yoxdur).

10-Cünub şəxsin, yaxud şərabın ya da itin olduğu otaqda.

11-Şəkil olan otaqda (hətta əgər namaz qılanla üzbəüz olmasa da).

12-Qəbrin müqabilində.

13-Qəbrin üstündə.

14-İki qəbrin arasında.

15-Qəbiristanlıqda.

Məsələ: 908. Bir şəxs camaatın get-gəl etdiyi yerdə namaz qılsa, yaxud bir şəxs namaz qılanla üzbəüz olsa, müstəhəbdir ki, öz qabağına bir şey qoysun. Əgər çübüq və ya ip də olsa kifayətdir. Hətta bir xətt çəksə belə, kifayət edər.

MƏSCİDİN HÖKMLƏRİ

Məsələ: 909. Məscidin yerini, tavanını, damını, içəri tərəfdən divarını, nəcasətə bulaşdırmaq haramdır. Məscidin nəcasətə bulaşdığı surətdə bunu başa düşən hər şəxs, dərhal nəcasəti aradan qaldırmalıdır. Ehtiyata görə məscidin divarını çöl tərəfdən də nəcasətə bulaşdırmaq olmaz və əgər bulaşarsa, nəcasəti aradan qaldırmalıdırlar.

Məsələ: 910. Əgər bir şəxs məscidi paklaya bilməsə və ya yardımçı lazım olduğu halda tapa bilməsə, məscidi paklamaq ona vacib deyil. Amma başqa birinin paklaya biləcəyinə ehtimal versə ona xəbər verməlidir.

Məsələ: 911. Əgər məscidin müəyyən yeri nəcis olsa və onu

səh: 176

qazmaqdan, uçurmaqdan başqa yolla paklamaq mümkün olmasa, gərək oranı qazsınlar yaxud uçursunlar. Qazdıqları yeri doldurmaq yaxud uçurduqları yeri düzəltmək vacib deyil. Amma məscidin kərpici kimi bir şey nəcis olsa mümkün olan halda, ehtiyat-vacibə görə gərək suya çəkib öz əvvəlki yerinə qoysunlar.

Məsələ: 912. Əgər hər hansı məscidi qəsb edib yerində ev və s. tiksələr, yaxud ora, namaz qılmaq mümkün olmayacaq dərəcadə xarab olsa, oranı nəcisləmək, haram, (nəcis olduqda) paklamaq isə lazım deyil.

Məsələ: 913. İmamların (əlyhimus-səlam) hərəmini nəcis etmək haramdır. Əgər onlardan biri nəcis olsa və nəcasətin orada qalması ehtiramsızlığa səbəb olsa, onu paklamaq vacibdir. Hətta ehtiyat-müstəhəbə görə ehtiramsızlığa səbəb olmasa da paklasinlar.

Məsələ: 914. Əgər məscidin həsiri nəcis olsa, gərək onu suya çəksinlər. Amma həsir yuyulduqda xarab olacaqsa, nəcis yerin kəsilməsi daha yaxşıdır və gərək onu kəssinlər.

Məsələ: 915. Nəcasətin eynini (qan və s.) məscidə aparmaq ehtiramsızlıga səbəb olarsa, haramdır. Həmçinin nəcis olmuş şeyləri, məscidə ehtiramsızlığa səbə olacağı təqdirdə aparmaq haramdır.

Məsələ: 916. Əgər rövzəxanlıq üçün məsciddə çadır fərş və qara vursalar, çay avadanlığı aparsalar, əgər bu işlərdən məscidə zərər dəyməsə və namaz qılmağa mane olmazsa, eybi yoxdur.

Məsələ: 917. Ehtiyat-vacibə görə məscidi qızılla bəzəmək haramdır. Ehtiyat-vacibə görə gərək insan, ruhlu heyvan və bunlar kimilərin şəkillərini məsciddə nəqş etməsin. Ruhu olmayan şeylərin (gül və kol kimi) məsciddə nəqş olunması məkruhdur.

Məsələ: 918. Əgər məscid xarab da olsa, onu sata bilməzlər; yola və ya mülkə aid edə bilməzlər.

Məsələ: 919. Məscidin qapı, pəncərə və s. şeylərini satmaq haramdır. Əgər məscid xarab olarsa, gərək bunları onun təmirinə sərf etsinlər. Əgər o məscidin işinə yaramasa, gərək digər məscid

səh: 177

üçün istifadə olunsun. Amma başqa məscidlərin də işinə yaramasa onu sata bilərlər və onun pulunu mümkün olduğu təqdirdə o məscidin təmirinə sərf etsinlər. Əks təqdirdə başqa məscidin təmiri üçün sərf etsinlər.

Məsələ: 920. Məscid tikmək və xarab olmaq üzrə olan məscidi təmir etmək müstəhəbdir. Əgər məscid təmirlə düzəlməyəcək şəkildə xarab olubsa, onu yıxıb yenidən tikə bilərlər. Hətta, xarab olmamış məscidi camaatın ehtiyacını nəzərə alıb, yəni onda namaz qılmaları üçün yıxıb, ondan daha böyüyünu tikə bilırlər.

Məsələ: 921. Məscidi təmizləmək və onun çırağını yandırmaq müstəhəbdir. Məscidə getmək istsəyən şəxs, müstəhəbdir ki, özünü xoş qoxu ilə ətirləsin, pak və qiymətli paltar geyinsin, ayaqqabısının altını, nəcasətin olmamasını bilmək üçün yoxlasın. Məscidə daxil olduğu zaman əvvəl sağ ayağını, xaric olanda isə sol ayağını qoyaraq çıxsın. Həmçinin, müstəhəbdi ki, hamıdan tez məscidə gəlsin və oradan hamıdan gec çıxsın.

Məsələ: 922. İnsan məscidə daxil olan zaman, təhiyyət və ehtiram niyyəti ilə iki rəkət namaz qılsın. Əgər vacib və ya başqa müstəhəb namaz da qılsa, kifayətdir.

Məsələ: 923. Məsciddə yatmaq (əgər çarəsizlik üzündən olmazsa) dünya işləri barəsində söhbət etmək, bir işlə məşğuı olmaq, öyüd-nəsihəti olmayan şerlər oxumaq və bunun kimi (əməllər) məkruhdur. Həmçinin ağızın, burun suyunu, sinədən gələn bəlğəmi məscidə atmaq, itmiş şeyi tələb etmək, öz səsini ucaltmaq məkruhdur. Amma azan üçün səsi ucaltmağın maneəsi yoxdur.

Məsələ: 924. Uşağı və dəlini məscidə buraxmaq məkruhdur. Sarmısaq, soğan və bu kimi şeyləri yeyən şəxs, ağzından gələn qoxu ilə camaata əziyyət verərsə, məscidə getməsi məkruhdur.

AZAN VƏ İQAMƏ

Point

Məsələ: 925. Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik

səh: 178

vacib namazlardan əvvəl azan və iqamə desinlər. Amma gündəlik vacibdən qeyri namazlarda, (ayət namazları kimi), ondan qabaq müstəhəbdir ki, üç dəfə “əs-səlat” deyilsin.

Məsələ: 926. Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.

Məsələ: 927. Azan on səkkiz cümlədən ibarətdir: Dörd dəfə - Əllahu əkbər; Əşhədu ən la ilahə illəllah, əşəhədu ənnə Mühəmmədən Rəsulullah, həyyə ələssəlat, həyyə ələlfəlah, həyyə əla xeyril əməl, Əllahu əkbər, la ilahə illəllah, bunlarım hər biri, iki dəfədir.

İqamə də on yeddi cümlədən ibarətdir: Yəni, iki dəfə - Əllahu əkbər azanın əvvəlindən, bir dəfə La ilahə illəllah onun axrından azalır. Həyyə əla xeyril-əməl-dən sonra gərək iki dəfə qəd qamətis-səlat əlavə olaraq deyilsin.

Məsələ: 928. Əşəhədü ənnə Əliyyən vəliyyullah azan və iqamənin hissələrindən deyil. Amma yaxşı olar ki, əşhədü ənnə Mühəmmədən Rəsululah dedikdən sonra mütləq qürbət qəsdi ilə deyilsin.

AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ

أَللهُ أَکبَر

Əllahu əkbər -Allah, vəsf olunduğundan çox böyükdür.

أَشْهَدُ أَن لاَ إِلهَ الاّ الله

Əşhədu ənla ilahə illəllah-şəhadət verirəm ki, yeganə və misilsiz olan Allahdan başqa, heç bir pərəstiş olunacaq məbud yoxdur.

أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ الله

Əşədu ənnə Muhəmmədən Rəsulullah-şəhadət verirəm ki,

səh: 179

həzrət Mühəmməd ibni Əbdillah (səlləllahu ələyhi və alihi və səlləm) Allahın peyğəmbəri və elçisidir.

أَشْهَدُ أَنَّ أَمِیرَ الْمُؤْمِنِینَ عَلِیًّا وَلِیّ الله

Əşhədu ənnə Əmirəl-mumininə Əliyyən vəliyyullah -şəhadət verirəm ki, həzrət Əli (sələvatullahu və səlamuhu ələyh) möminlərin əmiri, Allahın bütün məxluqatı içərisidə vəlisi, dostudur.

حَیَّ عَلَی الصَّلَوهِ

Həyyə ələs-səlat-namaza tələsin!

حَیَّ عَلَی الْفَلاَحِ

Həyyə ələl-fəlah-nicat tapmaq üçün tələsin!

حَیَّ عَلَی خَیْرِ الْعَمَلِ

Həyyə əla xəyril-əməl-işlərin ən yaxşısı olan namaz üçün tələsin!

قَدْ قَامَتِ الصَّلَاهِ

Qəd qamətis səlat-həqiqətən namaz bərqərar olub!

لاَ إِلَهَ إِلاَّ الله

La ilahə illəllah-yeganə və misilsiz olan Allahdan başqa pərəstiş olunacaq məbud yoxdur.

Məsələ: 929. Azan və iqamənin cümlələri arasında gərək çox zaman fasiləsi olmasin. Əgər onların arasında adi qaydadan artıq fasilə düşsə, gərək onu yenidən desin.

Məsələ: 930. Əgər azan və iqamədə səsi boğaza salıb “ğina”ya çevirsə, yəni, oyun-əyləncə (toy-şadlıq) məclislərində olan avazlar kimi olsa, haram və əgər qina da olmasa, məkruhdur.

Məsələ: 931. Beş namazda azan deyilmir:

1-Cümə günü əsr namazının azanı.

2-Zil-Həccənin 9-cu günü olan Ərəfə gününün əsr namazının

səh: 180

azanı.

3-Məşərül-həramda olan bir şəxsin Qurban bayramı gecəsinin işa namazının azanı.

4-Müstəhazə qadının əsr və işa namazı.

5-Bövl və qaitin (ifrazatın) çölə çıxmasının qarşısını ala bilməyən bir şəxsin əsr və işa namazların azanı.

Bu beş namazda azan, o vaxt saqit olur ki, əvvəlki namazla fasiləsi olmasın, yaxud bu fasilə çox az olsun. Amma, nafilə və təqib qılmaqla zaman fasiləsi çox düşərsə azanın oyundan götürülməsi saqit olması işkallıdır.

Məsələ: 932. Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir şəxs, öz namazı üçün azan və iqamə deməməlidir.

Məsələ: 933. Əgər camaat namazı qılmaq üçün yaxud da fərdi namaz qılmaq üçün məscidə gedib orada təşkil olunan camaat namazının qurtardığını görsə, cərgələr pozulmayıb və camaat dağılışmayanadək, gərək öz namazı üçün azan və iqamə deməsin.

Məsələ: 934. Əgər bir yerdə, bir dəstə camaat namazına məşğul olsa, yaxud onların namazı təzəcə qurtarmış, cərgələri pozulmamış olsa və insan namazını fərdi, yaxud başqa camaatla təşkil olunacaq camaat namazı ilə qılmaq istəsə, altı şərt daxilində ondan azan və iqamə saqit olur.

1-Camaat namazı məsciddə olsun. Əgər məsciddə olmasa, azan və iqamənin saqit olmasının eybi vardır, (rəcai-mətlubiyyət) rəca qəsdi(1) ilə yerinə yetirə bilər.

2-Əvvəlki camaat namazı üçün azan və iqamə deyilmiş olsun;

3-Camaat namazı batil olmasın;

4-Onun namazı, camaat namazı ilə eyni məkanda olsun. Deməli, əgər camaat namazı məscidin içində olsa və insan məscidin damında namaz qılmaq istəsə müstəhəbdir ki, azan və iqamə desin.

səh: 181


1- . Allah-təalanın əmr etməsi ehtimalı ilə yerinə yetirsin.

5-Onun namazı ilə camaat namazının hər ikisi, əda olsun.

6-Onun namazı ilə camaat namazının vaxtı müştərək olsun; məsələn: hər ikisi zöhr və ya hər ikisi əsri qılsın; yaxud camaatla qılınan namaz zöhr namazı, onun namazı isə əsr namazı olsun; yaxud o zöhr namazını qılsın, camaat namazında isə əsr namazı qılınsın. Əgər vaxt eyni olmasa tələb olma ümüdü ilə azan və iqamə desin.

Məsələ: 935. Əgər üçüncü şərtdə, keçən məsələdə deyilən şərtlərdə, yəni camaat namazının səhih olub-olmamasında şəkk etsə, azan və iqamə ondan saqitdir. Amma qalan beş şərtdən birində şəkk etsə, ehtiyat budur ki, azan və iqaməni tələb olma ümüdü ilə desin.

Məsələ: 936. Əgər bir şəxs başqasının dediyi azan və iqaməni eşidirsə, müstəhəbdir ki, eşitdiyi hissələri desin.

Məsələ: 937. Bir şəxs başqasının azan və iqaməsini eşitsə, istər (azan və iqamənin sözlərini) onunla desin, istərsə də deməsin, o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çox fasilə düşməsə, öz namazı üçün azan və iqamə deməyə bilər.

Məsələ: 938. Əgər kişi, qadının azanını ləzzət məqsədi ilə, eşitsə, azan ondan saqit olmur. Amma qadının azanı harama səbəb olmayacaq şəkildə olsa, azan saqit olur.

Məsələ: 939. Camaat namazının azan və iqaməsini kişi deməlidir. Amma qadınlardan ibarət olan camaat namazında azan və iqaməni qadın desə, kifayətdir.

Məsələ: 940. İqamə, azandan sonra deyilməlidir. Əgər ondan əvvəl deyilsə, səhih deyildir.

Məsələ: 941. Əgər bir şəxs azan və iqamənin cümlələrini tərtibsiz (ardıcıllıq olmadan) desə; məsələn: “həyyə ələl-fəlah”-ı “həyyə ələs-səllat”-dan qabaq desə, gərək tərtibi pozduğu yerə qayidıb yenidən desin.

Məsələ: 942. Azan və iqamə arasında fasilə salınmamalıdır. Əgər onların arasında çox fasilə düşsə və deyilən azan, arxasınca deyilən iqamənin azanı hesab olunmazsa, müstəhəbdir ki, yenidən

səh: 182

azan və iqamə deyilsin. Həmçinin əgər azan-iqamə ilə namaz arasında çox fasilə düşsə və o namazın azan və iqaməsi hesab olunmasa, müstəhəbdir ki, həmin namaz üçün yenidən azan və iqamə deyilsin.

Məsələ: 943. Azan və iqamə, gərək səhih ərəbcə deyilsin. Əgər ərəbcə səhv desələr, yaxud hər hansı hərfin yerinə başqa bir hərf desələr və ya onun tərcüməsini başqa dildə desələr, səhih deyildir.

Məsələ: 944. Azan və iqamə, namaz vaxtı daxil olandan sonra deyilməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən namaz vaxtından qabaq deyilsə, batildir.

Məsələ: 945. Əgər bir şəxs iqamədən əvvəl azanı deyib-deməməsində şəkk etsə, azanı deməlidir. Amma iqamə deməyə başlayandan sonra azanı deyib-deməməsində şəkk etsə, azanı demək lazım deyil.

Məsələ: 946. Əgər azan və ya iqamə deyən əsnada, müəyyən bir hissəni deməmişdən əvvəl, ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə, gərək şəkk etdiyi hissəni desin. Amma azanın, yaxud iqamənin müəyyən hissəsini deyən halda ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə, həmin hissəni demək lazım deyil.

Məsələ: 947. Müstəhəbdir ki, insan azan deyən vaxt üzü qibləyə dursun, dəstəmaz, qüsl almış olsun, əllərini, yəni iki şəhadət barmaqlarını, qulağına qoyub səsini ucaldsın. Azanın cümlələri arasında azacıq fasilə versin və cümlələrin arasında danışmasın.

Məsələ: 948. Müstəhəbdir ki, insanın bədəni, iqamə dediyi vaxt aram olsun və onu azandan (aşağı səslə) ahəstə desin, cümlələrini bir-birinə yapışdırmasın. Amma azanın cümlələri arasındakı fasilə qədər iqamədə fasilə salmasın.

Məsələ: 949. Müstəhəbdir ki, azan və iqamə arasında bir addım irəli getsin, yaxud müəyyən qədər otursun, səcdə etsin və ya zikr desin, yaxud da dua oxusun, yaxud bir qədər sakit olsun, yaxud müəyyən bir söz danışsın, yaxud iki rəkət namaz qılsın. Amma

səh: 183

sübh namazının azanı ilə iqaməsi arasında danışmaq, məğrib namazının azanı ilə iqaməsi arasında namaz qılmaq müstəhəb deyil; səcdə etməsi, daha yaxşı olardı.

Məsələ: 950. Müstəhəbdir ki, azan demək üçün müəyyən olunan şəxs adil, vaxt tanıyan, səsi uca olsun, azanı uca yerdə desin.

NAMAZIN VACİBATI

Point

Namazın vacibatı 11-dir:

1-Niyyət,

2-Qiyam (yəni ayaq üstə durmaq),

3-Təkbirətül-ehram, (yəni namazın əvvəlində Əllahu əkbər demək);

4-Rüku;

5-Səcdə;

6-Qiraət;

7-Zikr ;

8-Təşəhhüd;

9-Salam;

10-Tərtib;

11-Müvalat; (yəni namazın hissələrini bir-birinin arxasınca, fasiləsiz demək);

Məsələ: 951. Namazın vacibatının bəzi qismləri rükndür. Yəni, əgər insan onu yerinə yetirməsə, yaxud namazda artırsa “istər qəsdən olsun istərsə də səhvən” namaz batil olur. Digər qismləri isə rükn deyil. Yəni, əgər qəsdən azaldılıb-artırılsa, namaz batil olur. Amma səhvən azaldılıb-artırılsa batil olmaz. Amma niyyəti uzatmaq, həmçinin araxasınca rüku olan qiyamı (rükuya birləşən qiyam) çox uzatmaqı, rükunu uzatmadan təsəvvür etmək müşküldür. Namazın rüknləri beşdir:

1. Niyyət.

2. Təkbirətül-ehram.

səh: 184

3. Təkbirətül-ehram dediyi vaxt, həmçinin arxasınca rüku olan qiyam, (yəni rükudan qabaq durmaq.)

4. Rüku.

5. İki səcdə.

NİYYƏT

Məsələ: 952. İnsan gərək namazı qürbət qəsdi ilə (yəni, Allah-təalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.) Niyyəti qəlbdən keçirmək və ya misal üçün, dildə “dörd rəkət zöhr namazı qılıram, qürbətən iləllah” demək, lazım deyil. Məqsədi Allah üçün qılmaq olsa kifayətdir.

Məsələ: 953. Əgər zöhr və ya əsr namazında “dörd rəkət namaz qılıram” deyə niyyət edərək, onlardan zöhr və ya əsr olduğunu müəyyənləşdirməsə, namazı batildir. Həmçinin zöhr namazının qəzası vacib olan bir şəxs, zöhr namazı vaxtında, onun qəzasını və ya zöhr namazını qılmaq istəsə, gərək qıldığı namazı niyyətdə müəyyənləşdirsin.

Məsələ: 954. İnsan namazın əvvəlindən axırına qədər öz niyyətində sabit qalmalıdır. Deməli, əgər namaz əsnasında özündən xəbərsiz (qafil) olarsa, belə ki, “nə edirsən?” deyə soruşsalar nə deyəcəyini bilməsə, namazı batildir.

Məsələ: 955. İnsan namazı yalnız Allahın əmrini yerinə yetirmək üçün qılmalıdır. Deməli, əgər bir şəxs riya etsə, yəni özünü camaata göstərmək üçün namaz qılsa, namazı batildir, istər təkcə camaata göstərmək üçün olsun, istərsə də, həm Allah üçün, həm də camaata göstərmək üçün olsun (yəni hər ikisini nəzərdə tutsun).

Məsələ: 956. Əgər namazın bir hissəsini Allahdan qeyrisi üçün yerinə yetirsə; yerinə yetirdiyi hissə namazın vacib hissəsi olsa (həmd və surə kimi,) namazı batildir. Müstəhəb hissəsi olsa (qunut kimi) namazı ehtiyata görə batildir. Əgər istəsə qunutu yerinə yetirsin sonra namazı yenidən qılsın. Əgər bütün namazı Allah

səh: 185

üçün qılsın, amma camaata göstərmək üçün məscid kimi xüsusi yerdə, yaxud əvvəl vaxt kimi xüsusi bir vaxtda və ya xüsusi bir tərzdə məsələn, camaatla qılsa, namazı batildir.

TƏKBİRƏTÜL-EHRAM

Məsələ: 957. Hər namazın əvvəlində Əllahu əkbər demək vacib və rükndür. Gərək Allah və əkbər kəlməsinin hərflərini, ardıcıl desin. Həmçinin bu iki kəlmə, səhih ərəb dilində deyilsin. Deməli, bir şəxs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini başqa bir dildə desə, səhih deyil.

Məsələ: 958. Ehtiyat-müstəhəb budur ki, namazın təkbirətül-ehramı ondan əvvəl deyilən hissələrə (iqaməyə, yaxud təkbirətül-ehramdan əvvəl oxunan duaya) birləşdirilməsin. Ehtiyat-vacib budur ki, gərək Əllahu əkbər Bismillahir-rəhmanir-rəhimə birləşilməsin.

Məsələ: 959. Əgər namaz qılan, Əllahu əkbər kəlməsini ondan sonra oxuduğu kəlməyə; məsələn, Bismillahir-rəhmanir-rəhimə birləşdirmək istəsə, baxmayaraq ki, ehtiyatın əksinədir gərək əkbər kəlməsinin “re” hərfini zəmmə ilə tələffüz etsin.

Məsələ: 960. Təkbirətül-ehram deyən vaxt gərək bədən aram olsun. Əgər bir şəxs təkbirətül-ehramı bilərəkdən hərəkət halında desə, batildir. Əgər səhvən hərəkət etsə, ehtiyata görə gərək namazı tamamlayıb sonra yenidən qılsın.

Məsələ: 961. Təkbir, həmd, surə, zikr və duanı gərək elə oxusun ki, özü eşitsin və ona söz deyilsin. Əgər qulağın ağırlığı, karlığı və ya səs-küyün çoxluğu səbəbi ilə eşitməsə, elə deməlidir ki, mane olmazsa eşidə bilsin.

Məsələ: 962. Lal və ya dili xəstə olan bir şəxs Əllahu əkbəri düzgün deyə bilməsə, gərək necə bacarırsa, elə də desin. Əgər ümumiyyətlə deyə bilməsə, gərək qəlbindən keçirsin, təkbir üçün işarə etsin. Əgər bacarırsa dilini də tərpətsin.

Məsələ: 963. Müstəhəbdir ki, təkbirətül-ehramdan sora bu

səh: 186

duanı oxunsun:

یَامُحْسِنُ قَدْ أَتَاکَ الْمُسِیئُ وَقَدْ أَمَرْتَ الْمُحْسِنَ أَنْ یَتَجَاوَزَ عَنِ الْمُسِیئ أَنْتَ الْمُحْسِنُ وَأَنَا الْمُسِیئُ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَتَجَاوَزْ عَنْ قَبِیحِ مَاتَعْلَمُ مِنِّی

Yəni,“ey bəndələrinə ehsan edən Allah! Sənin günahakar bəndən Sənin dərgahına gəlmişdir. Sən də ehsan edənə əmr etmisən ki, günahkarın günahından keçsin. Sən ehsan edən, mən isə günahkaram. Səni and verirəm Mühəmməd və Ali-Mühəmmədin hörmətinə, Öz rəhmətini Mühəmməd və Ali-Mühəmmədə göndər, mənim pis əməllərimdən keç !”

Məsələ: 964. Müstəhəbdir ki, namazın birinci təkbirini, həmçinin, namaz əsnasındakı sair təkbirləri deyəndə, əlləri qulaqların bərabərinə qədər qaldırsın.

Məsələ: 965. Əgər təkbirətül-ehramı deyib-deməməsində şəkk etsə, bu halda qiraətə məşğuldursa, öz şəkkinə etina etməməlidir; əgər bir şey oxumamışdırsa, ehtiyata görə gərək təkbiri desin.

Məsələ: 966. Əgər təkbirətül-ehramı deyəndən sonra, onu düzgün deyib-deməməsində şəkk etsə, əgər qiraəti oxumağa başlamayıbsa, ehtiyat budur ki, namazı tamamlayıb sonra yenidən qılsın. Əgər qiraəti oxumağa başlayıbsa namazı səhihdir.

QİYAM

Məsələ: 967. Təkbirətül-ehram deyilən vaxtdakı və rükudan əvvəlki qiyam (buna rükuya müttəsil olan qiyam deyilir) rükndür. Amma həmd-surənin oxunduğu və rükudan sonrakı qiyam rükn deyildir. Bir şəxs unudaraq onu tərk etsə, namazı səhihdir.

Məsələ: 968. Vacibdir təkbiri deyəndən əvvəl və sonra bir az dayansın ki, durduğu halında təkbir deməsinə yəqin etsin.

Məsələ: 969. Əgər rükunu unutsa və Həmd-surəni deyib oturandan sonra rüku etmədiyi yadına düşsə, gərək ayağa qalxıb

səh: 187

yenidən rükuya getsin. Amma ayağa durmadan, oturduğu yerdən birbaşa rükuya qalxsa, rükuya müttəsil olan qiyamı yerinə yetirmədiyi üçün, namazı batildir.

Məsələ: 970. Namaz qılan şəxs ayaq üstə olan halda bədənini hərəkət etdirməməli, hər hansı tərəfə əyilməməli, bir şeyə söykənməməlidir. Amma çarəsizlik üzündən olsa və rükuya əyiləndə ayaqlarını hərəkət etdirsə, eybi yoxdur.

Məsələ: 971. Ayaq üstə durduğu vaxt unudaraq bədənini hərəkət etdirsə və ya hər hansı tərəfə əyilsə, yaxud bir şeyə söykənsə eybi yoxdur. Amma təkbirətül-ehram dediyi qiyamda və rükuya müttəsil olan qiyamda unutqanlıq üzündən olsa da, ehtiyat-vacibə görə gərək namazı qurtarıb yenidən qılsın.

Məsələ: 972. Ehtiyat-vacib budur ki, ayaq üstə olan vaxt hər iki ayağ yerdə olmalıdır. Amma bədənin ağrılığının hər iki ayağın üstünə düşməsi lazım deyil, ehtiyat budur ki, ağırlığı bir ayağın üstünə salmasın.

Məsələ: 973. Düz dayana bilən bir şəxs ayaqlarını çox aralı qoysa və adi ayaq üstə durmaq halında olmasa, namazı batildir.

Məsələ: 974. İnsan namaz qılan vaxtında hətta namazın müstəhəb zikrlərini deyəndə də, gərək bədəni aram olsun, azacıq dala və ya qabağa getmək yaxud bədənini sağa-sola hərəkət etdirmək istəsə, hərəkət halında gərək heç nə deməsin. Amma “Bihəvlillahi və quvvətihi əqumu və əqud” cümləsini ayağa qalxanda deməlidir.

Məsələ: 975. Əgər bir şəxs bədəni hərəkət edən halda zikr desə; məsələn: rükuya, yaxud səcdəyə gedən halda təkbir desə, bu halda əgər onu namazda deyilməsi göstəriş verilmiş zikr niyyəti ilə desə, ehtiyata görə gərək namazını yenidən qılsın. Amma bu niyyət ilə deməsə (ümumiyyətlə zikr demək istəsə) namazı səhihdir.

Məsələ: 976. Həmd oxuyan zaman əli və barmaqları hərəkət etdirməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, onları da hərəkət etdirməsin.

Məsələ: 977. Əgər həmd-surəni, yaxud təsbihatı oxuyanda

səh: 188

ixtiyarsız olaraq müəyyən qədər hərəkət etsə və bədəni aramlıq halından çıxsa, ehtiyat-vacib budur ki, bədən aram olandan sonra hərəkət halında dediklərini yenidən desin.

Məsələ: 978. Əgər bir şəxs namaz əsnasında ayaq üstə dura bilməsə, gərək otursun, otura da bilməsə, gərək uzansın. Amma bədəni aramlaşmayınca gərək heç nə deməsin.

Məsələ: 979. Nə qədər ki, insan ayaq üstə namaz qıla bilir, gərək oturan halda qılmasın; məsələn: bir şəxs ayaq üstə duranda bədəni hərəkət edirsə, yaxud məcburiyyət üzündən müəyyən bir şeyə söykənərsə və ya bədənini əyərsə, yaxud (qaməti bükülü) əyri durarsa, ayaqlarını adi haldan artıq aralı qoyarsa, gərək dura biləcəyi hər hansı şəkildə namazını qılsın. Amma heç bir vəchlə, hətta rüku halında belə ayaq üstə dayana bilmirsə, düz oturmalı, namazı oturan halda qılmalıdır.

Məsələ: 980. İnsan nə qədər ki, otura bilir, uzandığı yerdə namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, onda necə otura bilsə, elə də oturmalıdır. Ümumiyyətlə heç vəchlə otura bilmirsə, qiblənin hökmündə deyildiyi kimi, gərək sağ tərəfi üstə uzansın; bunu da edə bilməsə, sol tərəfi üstə uzansın. Bu da mümkün olmasa arxası üstə elə uzanmalıdır ki, ayaqlarının altı üzü qibləyə olsun.

Məsələ: 981. Oturan halda namaz qılan bir şəxs həmd-surəni oxuduqdan sonra ayağa durub rükunu ayaq üstə yerinə yetirə bilsə, gərək ayağa dursun və ayaq üstə olan halda rükuya getsin. Əgər bunu da edə bilməsə, gərək oturan halda rüku etsin.

Məsələ: 982. Uzanan halda namaz qılan bir şəxs, əgər namaz əsnasında otura bilsə, gərək mümkün olan miqdarı oturduğu yerdə qılsın. Həmçinin, əgər ayaq üstə dura bilsə, gərək bacardığı qədər ayaq üstə durub namazı ayaq üstə qılsın, bədəni aramlaşmayınca gərək heç nə deməsin.

Məsələ: 983. Oturaq halda namaz qılan şəxs əgər namazın arasında dura bilsə, gərək qüvvəsi miqdarında ayaq üstə namaz qılsın, amma gərək bədəni aramlaşmayınca bir şey oxumasın.

səh: 189

Məsələ: 984. Əgər ayaq üstə qalxa bilən şəxs, əgər durmaqla xəstələnəcəyindən və ya bir zərəri olmasından qorxsa, oturaq halda namaz qıla bilər. Əgər oturaq halda da qorxarsa, uzanaraq namazını qıla bilər.

Məsələ: 985. Əgər insan ehtimal versə ki, axır vaxtda namazı ayaq üstə qıla bilər, gərək namazı təxirə salsın. Deməli, əgər ayaq üstə dura bilməsə, axır vaxtda vəzifəsinə uyğun olaraq namazını qılsın.

Məsələ: 986. Müstəhəbdir ki, ayaq üstə duran halda bədəni düz saxlasın, çiyinlərini aşağı salsın, əllərini budlarının üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırsın, səcdə etdiyi yerə baxsın, bədənin ağırlığını ayaqlarına bərabər halda salsın, xüzu və xüşu halında olsun, ayaqlarını önə-arxaya qoymasın; əgər kişidirsə ayaqlarını üç barmaqdan bir qarışa qədər aralı qoysun; əgər qadındırsa, ayaqlarını bir-birinə yapışdırsın.

QİRAƏT

Məsələ: 987. Gündəlik vacibi namazların birinci və ikinci rəkətində əvvəlcə Həmd, sonra isə, gərək bütöv bir surə oxusun.

Məsələ: 988. Əgər namazın vaxtı az olsa, bir işə tələsərsə, yaxud insan surəni oxumamağa məcbur olsa; məsələn: surəni oxuyacağı təqdirdə oğru və ya yırtıcı heyvan, yaxud başqa bir şey ona xəsarət yetirəcəksə, gərək surəni oxumasın.

Məsələ: 989. Əgər bilərəkdən surəni, Həmd surəsindən qabaq oxusa, namazı batildir. Əgər səhvən surəni, Həmd surəsindən qabaq oxusa və bu əsnada yadına düşsə, gərək onu boşlayaraq Həmd surəsini oxuduqdan sonra yenidən surəni əvvəldən oxusun.

Məsələ: 990. Əgər Həmd surəsini və surəni, yaxud onlardan birini unutsa və rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ: 991. Əgər rükuya əyilməmişdən qabaq həmd və surəni oxumadığını bilsə gərək oxusun. Əgər təkcə surəni oxumaması yadına düşsə, gərək təkcə onu oxusun. Amma Həmd surəsini

səh: 190

oxumadığı yadına düşsə, gərək “həmdi” oxusun, sonra isə surəni yenidən oxusun. Həmçinin müəyyən qədər əyilsə və rükuya çatmamışdan qabaq “Həmd-surəni”, yaxud onlardan birini oxumadığını bilsə, gərək qalxıb həmin göstərişə əməl etsin.

Məsələ: 992. Əgər namazda vacibi səcdəsi olan surələrdən birini (361-ci məsələdə deyilib) bilərəkdən oxusa namazı batildir.

Məsələ: 993. Əgər səhvən vacibi səcdəsi olan surəni oxumağa məşğul olsa, səcdə ayəsinə çatmazdan öncə başa düşsə, gərək o surəni kəsib başqa surəni oxusun. Əgər səcdə ayəsini oxuduqdan sonra agah olsa və vacib səcdə üçün işarə etsə, namazı tamamlasın (namazı) səhihdir. Səcdəni etməmiş anlasa gərək işarə ilə səcdə etsin namazı səhihdir. Ehtiyata əsasən hər iki halda namazdan sonra sədə də etsin. Əgər üsyan edib səcdəni yerinə yetirməsə ehtiyat-vacib budur ki, namazı tamamlasın sonra yenidən qılsın.

Məsələ: 994. Əgər namazda səcdə ayəsini eşitsə namazı səhihdir və ehtiyat-vacib budur ki, namazdan sonra səcdəni yerinə yetirsin və namazın əsnasında səcdənin əvəzinə başı ilə işarə etsin.

Məsələ: 995. Müstəhəb namazda surə oxumaq, hətta o namaz nəzr etmək səbəbilə vacib də olsa, lazım deyil. Əgər məşhur bir namazı nəzr etsə, gərək Surəni oxusun. Amma bəzi müstəhəb namazlarda (məxsus surəsi olan vəhşət namazı kimi), əgər o namazın göstərişlərinə əməl etmək istəsə, gərək onun surəsini oxusun.

Məsələ: 996. Cümə namazında, həmçinin cümə gününün zöhr namazında müstəhəbdir ki, birinci rəkətdə Həmd surəsindən sonra “Cümə” surəsi, ikinci rəkətdə isə Həmd surəsindən sonra “Münafiqun” surəsi oxunsun. Əgər bir şəxs bunlardan birini oxumağa başlasa, ehtiyat-vacibə görə, onu kəsib başqa surə oxuya bilməz.

Məsələ: 997. Əgər Həmd surəsindən sonra “Qul huvəllah”, yaxud “Qul ya əyyuhəl kafirun” surəsini oxumağa başlasa, onu kəsib başqa surə oxuya bilməz. Amma cümə namazında və cümə gününün zöhr namazında, əgər unudaraq “Cümə” və “Münafiqun”

səh: 191

surələrinin yerinə qeyd olunan iki surədən birini oxusa, yarısına çatmadığı vaxta qədər onu kəsib “Cümə” və ya “Münafiqun” surəsini oxuya bilər.

Məsələ: 998. Əgər cümə namazında, yaxud cümə gününün zöhr namazında bilərəkdən “Qul huvəllah” yaxud “Qul ya əyyuhəl kafirun” surəsini oxusa, hətta yarısına çatmamış olsa da, ehtiyat-vacibə görə, onu kəsib “Cümə” və “Münafiqun” surəsini oxuya bilməz.

Məsələ: 999. Əgər namazda “İxlas” və “Kafirun” surələrindən başqa bir surə oxuya, yarısına çatmadan qabaq o surəni tərk edib başqa surə oxuya bilər.

Məsələ: 1000. Əgər surənin müəyyən hissəsi yadından çıxsa, yaxud çarəsizlik üzündən; məsələn: vaxtın az olması və yaxud başqa səbəblərə görə onu qurtara bilməsə hətta yarısından keçmiş olsa da, o surəni kəsib başqa surə oxuya bilər. Əgər oxuduğu surə “Qul huvəllah” və ya “Qul ya əyyuhəl kafirun” olsa da,( o surəni kəsib başqasını oxuya bilər).

Məsələ: 1001. Kişi üçün vacibdir sübh, məğrib, işa namazının (əvvəldəki iki rəkətində həmd və surəni ucadan oxusun. Həmçinin, kişi və qadının hər ikisinə vacibdir ki, zöhr və əsr namazının həmd və surəni astadan oxusunlar. Ucadan oxumaq yəni onun yanında bir şəxs olsa onun səsini eşitsin. Astadan oxumaq yəni səs-küy olmazsa özü öz səsini eşitsin.

Məsələ: 1002. Kişi, gərək diqqətli olsun ki, sübh, məğrib və işa namazlarında həmd və surənin bütün kəlmələrini, hətta onların axırıncı hərflərini belə ucadan desin.

Məsələ: 1003. Qadın sübh, məğrib və işa namazının həmd və surəni uca səslə və ya ahəstə səslə oxuya bilər. Amma naməhrəm onun səsini eşitsə, ehtiyat-vacibə görə, gərək ahəstə qılsın.

Məsələ: 1004. Əgər namazı ucadan qılmalı olduğu yerdə bilərəkdən ahəstə və ya ahəstə qılmalı olduğu yerdə bilərəkdən ucadan qılsa, namazı batildir. Amma unutqanlıq, yaxud məsələni bilməməzlik üzündən olsa, səhihdir. Həmd və surəni oxuduğu

səh: 192

vaxtda səhv etdiyini başa düşsə, oxuduğu miqdarı yenidən oxuması lazım deyil.

Məsələ: 1005. Əgər namaz qılan şəxs “həmd-surəni” oxuduğu zaman səsini adi haldan ucaya qaldırsa; məsələn: qışqıra-qışqıra oxusa namazı batildir.

Məsələ: 1006. İnsan namazı öyrənməlidir ki, gərək səhv oxumasın. Əgər bir şəxs namazı heç bir vəchlə düzgün şəkildə öyrənə bilmirsə, gərək bacadığı hər hansı şəkildə qılsın; ehtiyat-müstəhəb budur ki, namazı camaatla qılsın.

Məsələ: 1007. Əgər bir şəxs namazın “həmd-surəni” və ya başqa hissələrini yaxşı bilmirsə və öyrənə bilirsə, namazın vaxtı geniş olduğu halda gərək öyrənsin. Amma namazın vaxtı az olsa ehtiyat-vacibə görə, gərək mümkün olan halda namazını camaatla qılsın.

Məsələ: 1008. Namazın vacibatını öyrtmək üçün muzd almaq haramdır, amma müstəhəbatı üçün eybi yoxdur.

Məsələ: 1009. Əgər bir şəxs “Həmd və surənin” kəlmələrindən birini bilməsə, yaxud onu bilərəkdən deməsə və ya bir hərfin yerinə başqa hərf desə; məsələn: “zad” hərfinin yerinə “za” desə), yaxud fəthə və kəsrə ilə oxunmamalı yerdə fəthə və kəsrə desə, yaxud da təşdidi deməsə, namazı batildir.

Məsələ: 1010. Əgər insan bir kəlməni səhih bislə, namazı həmin tərzdə oxuduqdan sonra səhv oxuduğunu başa düşsə, ehtiyat-vacib budur ki, namazı ikinci dəfə qılsın və əgər vaxtı keçibsə, qəza etsin. Əgər əzab əziyyətə düşməsinə səbəb olsa qəza etməsi lazım deyil.

Məsələ: 1011. Əgər müəyyən bir kəlmənin fəthə və kəsrəsini bilməsə, həmçinin əgər kəlməni “س” və ya “ص” ilə olmasını bilməsə gərək öyrənsin.

Əgər iki, yaxud daha artıq tərzdə qılsa; məsələn: “İhdinəs-siratəl-müstəqim” kəlməsində “sirat” sözünü bir dəfə “س” bir dəfə isə “ص” ilə oxusa namazı batildir.

Məsələ: 1012. Əgər bir kəlmədə “vav” olsa və ondan qabaqkı

səh: 193

kəlmənin zəmməsi olsa, “vav” dan sonrakı hərfin “həmzə”-si (ء) olsa; məsələn: “سوء” kəlməsi kimi ehtiyat-müstəhəbə görə, “vav”-a mədd verilsin, yəni uzadılsın. Həmçinin, əgər bir kəlmədə əlif olsa və ondan qabaqkı hərfin fəthəsi olsa, əlifdən sonra isə həmzə olsa (“جاء” kəlməsi kimi), gərək onun əlif hərfi uzadılsın. Həmçinin əgər bir kəlmədə (ی) olsa və ondan əvvəlki hərf kəsrəli, yeydən sonrakı hərf isə (ء) olsa (“جیءَ” kəlməsi kimi), ehtiyat-vacibə görə, “ی” mədd ilə oxunsun. Əgər vav əlif və yeydən sonra həmzənin yerinə, sakin olan başqa (fəthə, kəsrə və zəmməsi olmayan) bir hərf olsa, yenə də gərək bu üç hərf mədd ilə oxunsun; məsələn: “vələzzallin” kəlməsində əlifdən sonra lam hərfi sakinlə olduğundan, onun əlifi uzadılsın (məddlə oxunsun). Əgər bu deyilən göstərişə əməl olunmasa, namazı batildir.

Məsələ: 1013. Ehtiyat-vacib budur ki, namazda hərəkə ilə vəqf, sükun ilə vəsl etməsin. Hərəkə ilə vəqf etməyin mənası budur ki, kəlmənin axırıncı hərfinin fəthə, kəsrə və ya zəmməsini deyib, o kəlmə ilə sonrakı kəlmə arasında fasilə salsın; məsələn: “Ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin mim hərfinə kəsrə versin, sonra bir az fasilə salıb “Maliki yəvmiddin” desin. Sükun ilə vəsl etməyin mənası budur ki, bir kəlmənin fəthə, kəsrə və zəmməsini demədən, həmin kəlməni sonrakı kəlməyə birləşdirsin; məsələn: “Ər-rəhmanir-rəhim” deyib, “rəhim” kəlməsinin mim hərfinə kəsrə vermədən, dərhal “Maliki yəvmiddin” desin.

Məsələ: 1014. Namazın üçüncü və dördüncü rəkətlərində ya təkcə həmd deyilməlidir, ya da (bir dəfə deyilməsinin kifayət etməsinə baxmayaraq) ehtiyat-müstəhəbə görə üç dəfə “təsbihati-ərbəə” deyilməlidir, yəni:

سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَکْبَر

“Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.”

səh: 194

Həmçinin, birinci rəkətdə Həmd surəsini, o biri rəkətdə isə təsbihatı demək olar. Daha yaxşı olar ki, hər iki rəkətdə təsbihat deyilsin.

Məsələ: 1015. Vaxtın az olduğu hallarda gərək təsbihat bir dəfə deyilsin.

Məsələ: 1016. Kişi və qadına vacibdir ki, namazın üçüncü və dördüncü rəkətlərində Həmd surəsini, yaxud “təsbihati-ərbəəni” ahəstə oxusunlar.

Məsələ: 1017. Namazın üçüncü və dördüncü rəkətlərində həmd oxunsa, ehtiyat-vacibə görə gərək onun bismillahı da ahəstə deyilsin.

Məsələ: 1018. Təsbihati-ərbəəni öyrənə, yaxud düzgün şəkildə deyə bilməyən şəxs, gərək üçüncü və dördüncü rəkətlərdə Həmd surəsini oxusun.

Məsələ: 1019. Əgər namazın əvvəlinci iki rəkətində, axrıncı iki rəkət fikri ilə təsbihatı desə, əgər rükudan əvvəl başa düşsə, gərək həmd və surəni oxusun; əgər rükuda və ya rükudan sonra başa düşsə namazı səhihdir.

Məsələ: 1020. Əgər namazın axrıncı iki rəkətini əvvəldəki iki rəkət güman edərək həmd oxusa, yaxud əvvəldəki iki rəkətdə namazın axırıncı iki rəkət olduğunu güman edərək həmdi oxusa, istər rükudan əvvəl, istərsədə rükudan sonra yadına düşsə, namazı səhihdir.

Məsələ: 1021. Əgər namazın üçüncü və dördüncü rəkətində həmd oxumaq istəsə, təsbihat dilinə gəlsə, yaxud əksinə olsa (təsbihat oxumaq istədiyi halda niyyət etmədən həmd dilinə gəlsə), gərək həmdi və ya təsbihatı kəsib, yenidən həmdi və ya təsbihatı oxusun. Amma adəti üzrə oxuduğu dilinə gəlsə, oxuduğunu tamamlaya bilər, namazı da səhihdir.

Məsələ: 1022. Namazın üçüncü və dördüncü rəkətində adəti təsbihat oxumaq olan bir şəxs, əgər oxumağa adət etdiyini unudub öz vəzifəsini icra etmək niyyəti ilə həmd oxumağa başlayıbsa, kifayətdir. Amma niyyət etmədən həmd oxumağa başlayıbsa,

səh: 195

gərək onu kəsib yenidən təsbihatı və ya həmdi oxusun.

Məsələ: 1023. Namazın üçüncü və dördüncü rəkətində təsbihatdan sonra istiğfar etmək; məsələn: “Əstəğfirullahə rəbbi və ətubu iləyh” yaxud “Əllahumməğfir li” demək) müstəhəbdir. Əgər istiğfar deməyə məşğul olan bir şəxs, Həmd surəsini və ya “təsbihat”-ı deyib-deməməsində şəkk etsə, əgər adəti namazda istiğfarı təkcə təsbihatdan sonra demək olsa, gərək şəkkinə etina etməsin. Əgər Həmd surəsini və ya təsbihata başlamamışdan qabaq və ya onların arasında da istiğfar edirdisə, gərək Həmd surəsini ya təsbihatı oxusun. Həmçinin, əgər namaz qılan şəxs rüku üçün əyilməkdən qabaq, istiğfara məşğul olmayan halda, Həmd surəsini, yaxud təsbihatı oxuyub-oxumamasında şəkk etsə, gərək Həmd surəsini ya təsbihatı oxusun.

Məsələ: 1024. Əgər üçüncü və ya dördüncü rəkətlərin rükusunda həmd və ya təsbihatı oxuyub oxumamasında şəkk etsə, gərək öz şəkkinə etina etməsin.

Məsələ: 1025. Əgər hər hansı ayə və ya kəlməni səhih deyib-deməməsində şəkk etsə, bu halda ondan sonrakı kəlmə və ya ayəni deməyə başlamayıbsa, ehtiyat-vacibə görə gərək həmin ayə və kəlməni səhih tərzdə desin; əgər ondan sonrakı hissəyə başlayıbsa, ehtiyat məqsədi ilə yenidən deyə bilər.

Məsələ: 1026. Müstəhəbdir ki, birinci rəkətdə həmddən qabaq “Əuzu billahi minəş-şəytanir-rəcim” deyilsin. Zöhr və əsr namazının birinci və ikinci rəkətində bismillahı ucadan desinlər; Həmd və surəni kəlmə-kəlmə oxusunlar, hər ayənin axırında vəqf etsinlər, (yəni tələffüzdə onu, sonrakı ayəyə birləşdirməsinlər.) Həmd və surəni oxuyan zaman mənalarına diqqət etsinlər. Əgər namazı camaatla birlikdə qılırsa, imam həmdi qurtarandan sonra; əgər fərdi qılırsa, öz Həmd surəsini qurtarandan sonra “Əl-həmdu lillahi Rəbbil-aləmin” desin. “Qul huvəllah” surəsini qurtarandan sonra isə bir, iki və ya üç dəfə “Kəzalikəllahu Rəbbi” yaxud üç dəfə “Kəzalikəllahu Rəbbuna” desin. Surəni oxuyandan sonra azacıq dayanıb rükudan əvvəlki təkbiri desin, yaxud da qunut

səh: 196

tutsun.

Məsələ: 1027. Müstəhəbdir ki, bütün namazların birinci rəkətində İnna ənzəlnahu, ikinci rəkətində isə Qul huvəllah surəsi oxunsun.

Məsələ: 1028. Məkruhdur ki, insan bir gecə və gündüz (bir gün ərzində olan) namazlarında qulhuvəllah surəsini oxumasın.

Məsələ: 1029. Qul huvəllah surəsini birnəfəsə oxumaq məkruhdur.

Məsələ: 1030. Birinci rəkətdə oxunan surəni, ikinci rəkətdə də oxumaq məkruhdur. Amma Qul huvəllah surəsini hər iki rəkətdə oxumaq məkruh deyildir.

RÜKU

Məsələ: 1031. Namaz qılan, hər rəkətdə qiraətdən sonra, gərək əllərini dizinə qoya biləcək qədər əyilsin. Bu əmələ rüku deyilir. Əgər barmaqların ucu da çatsa kifayətdir.

Məsələ: 1032. Ehtiyat budur ki, əllər dizlərə qoyulsun.

Məsələ: 1033. Əgər rükunu qeyri-adi şəkildə yerinə yetirsə; məsələn: sağa, sola tərəf əyilsə əllərinin dizinə çatmasına baxmayaraq, rükusu səhih deyildir.

Məsələ: 1034. Rükuya əyilmək, gərək rüku niyyəti ilə olsun. Deməli, başqa iş üçün; məsələn: hər hansı həşəratı öldürmək niyyəti ilə) əyilsə onu rüku hesab etmək olmaz; gərək ayağa qalxıb yenidən rükuya getsin və bu əməl vasitəsi ilə rükn artırılmamışdır, namaz da batil deyildir.

Məsələ: 1035. Əgər bir şəxsin əli və dizləri normal insanın əl və dizlərindən fərqlənsə; məsələn: qolları çox uzun olsa və azacıq əyiləndə dizlərinə çatsa, yaxud dizləri normal dizdən aşağıda olsa və çox əyildikdə belə, əlləri dizlərinə çatmasa gərək normal insanın əyildiyi qədər əyilsin.

Məsələ: 1036. Oturan halda namaz qılan şəxs rüku üçün o qədər əyilməlidir ki, üzü dizlərinin müqabilinə çatsın. Daha yaxşı

səh: 197

olar ki, o qədər əyilsin ki, üzü səcdə etdiyi yerin yaxınlığına çatsın. Daha yaxşı olar beli düz olana qədər əyilsin.

Məsələ: 1037. Ehtiyat-vacib budur ki, rükuda üç dəfə subhanəllah yaxud bir dəfə subhanə Rəbbiyəl əzimi və bi həmdih desin. Hər zikri demək kifayət etmir. Vaxtın az olduğu zaman və yaxud naçar olanda bir dəfə subhanəllah demək işkallıdır. Ehtiyat edib bir dəfə subhanə Rəbbiyəl əzimi və bi həmdih desin.

Məsələ: 1038. Rükunun zikri bir-birinin ardınca (yəni fasiləsiz) və ərəbcə səhih deyilməlidir. Müstəhəbdir ki, 3, 5, 7 dəfə və hətta daha artıq deyilsin.

Məsələ: 1039. Rükuda gərək vacibi zikr miqdarında bədən aram olsun. Müstəhəb zikrdə də, əgər onu rükunun göstərişlərində deyilən zikr niyyəti ilə desə, ehtiyat-vacibə görə bədənin aram olması lazımdır.

Məsələ: 1040. Əgər rükunun zikrini deyən vaxt, ixtiyarsız olaraq müəyyən qədər hərəkət edib aramlıq halından çıxsa, gərək bədən aramlaşandan sonra həmin zikri yenidən desin. Amma çox az hərəkət etsə və bədən aramlıq halından çıxmasa, yaxud barmaqlarını tərpətsə, eybi yoxdur.

Məsələ: 1041. Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini bilərəkdən desə, namazı batildir.

Məsələ: 1042. Əgər vacibi zikr qurtarmazdan əvvəl bilərəkdən başını rükudan qaldırsa, namazı batildir. Amma səhvən qaldırsa və rüku halından çıxmamışdan qabaq, zikri axıra qədər demədiyi yadına düşsə, gərək rükunun zikrini bədənin aram olduğu halda yenidən desin. Əgər rüku halından çıxandan sonra yadına düşsə, namazı səhihdir.

Məsələ: 1043. Əgər zikri demək miqdarında rükuda qala bilməsə, ehtiyat-vacib budur ki, zikrin qalanını qalxan halda qürbət qəsdi ilə desin.

Məsələ: 1044. Əgər xəstəlik və s. kimi səbəblər üzündən rükuda aramlaşa bilməsə, namazı səhihdir. Amma gərək rüku

səh: 198

halından xaric olmazdan qabaq vacibi zikri yəni bir dəfə subhanə Rəbbiyəl əzimi və bihəmdih yaxud üç dəfə subhanəllah desin.

Məsələ: 1045. Əgər rüku miqdarında əyilə bilməsə, gərək müəyyən bir şeyə söykənib rüku etsin. Əgər söykənərək, adi qaydada rüku edə bilməsə, gərək mümkün olduğu qədər əyilib, rükuya işarə etsin. Əgər ümumiyyətlə əyilə bilməsə, gərək rüku vaxtı otursun, oturan halda rüku etsin. Ehtiyat-vacib budur ki, başqa bir namaz da qılıb, onun rükusu üçün başı ilə işarə etsin.

Məsələ: 1046. Əgər bir şəxs ayaq üstə namaz qıla bilirsə ayaq üstə, yaxud oturan halda rüku edə bilməsə, gərək ayaq üstə namaz qılıb rüku üçün başı ilə işarə etsin. Əgər işarə də edə bilməsə, rüku niyyəti ilə gözlərini yumub zikri desin, rükudan qalxmaq niyyəti ilə gözlərini açsın. Əgər bunu da edə bilməsə, qəlbində rüku niyyəti edib zikrini deməlidir.

Məsələ: 1047. Bir şəxs ayaq üstə, yaxud oturan halda rüku edə bilmirsə və rüku üçün yalnız oturan halda azacıq əyilə, ya da ayaq üstə başı ilə işarə edə bilirsə, oturan halda namaz qılıb azacıq olsa da rüku üçün əyilsin. Ehtiyat-müstəhəb budur ki, ayaq üstə başqa bir namaz qılıb rükusunda başı ilə işarə etsin.

Məsələ: 1048. Əgər rüku həddinə çatandan və bədən aramlaşandan sonra, başını qaldırsa və ikinci dəfə rüku həddində əyilsə namazı batildir. Amma əgər rüku həddinə əyilsə və bədəni aram olsa belə ki, rüku həddini keçənə qədər əyilsə və yenidən rükuya qayıtsa rüku artıq olmadığına görə namazı batil deyil.

Məsələ: 1049. Rükunun zikri tamam olduqdan sonra gərək qalxıb düz dayansın, bədən aram olandan sonra səcdəyə getsin. Əgər bilərəkdən ayağa qalxmadan, yaxud ayağa qalxıb bədəni

aram olmamışdan qabaq səcdəyə getsə, namazı batildir.

Məsələ: 1050. Əgər rükunu unutsa və səcdəyə çatmazdan qabaq yadına düşsə, gərək ayağa qalxıb sonra rükuya getsin. Əgər əyilmiş halda rükuya qayıtsa, namazı batildir.

Məsələ: 1051. Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşsə, ayağa qalxıb rükunu yerinə yetirsin, namazı

səh: 199

tamamlasın, sonra artıq səcdə etdiyi üçün iki səcdeyi-səhv etsin. Ehtiyat budur ki, namazı yenidən qılsın.

Məsələ: 1052. Ehtiyat-vacib budur ki, rükuya getməzdən əvvəl, bədən düz olan halda təkbir desin. Müstəhəbdir rüku halında dizlərini arxaya tərəf versin, kürəyini düz saxlasın, boynunu çəkib kürəyi ilə bir səviyyədə saxlasın, ayaqlarının arasına baxsın; zikrdən əvvəl və ya sonra salavat desin, amma onu rükunun zikri niyyəti ilə deməsin. Rükudan qalxıb düz durduqdan və bədəni aramlaşdıqdan sonra “Səmiəllahu limən həmidəh” desin.

Məsələ: 1053. Müstəhəbdir ki, rükuda qadınlar əllərini dizlərindən yuxarıya qoysunlar və dizlərini dala verməsinlər.

SƏCDƏ

Məsələ: 1054. Namaz qılan şəxs vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə etməlidir. Səcdə, xüzu niyyəti ilə alnı, iki əlin içini, iki dizin başını və iki ayağın baş barmağının ucunu yerə qoymaqan ibarətdir.

Məsələ: 1055. İki səcdə, bir rəkətdə birlikdə bir rüknü təşkil edir. Bir şəxs vacibi namazda bilərəkdən və ya unudaraq hər ikisini tərk etsə, yaxud onlara iki səcdə əlavə etsə, namazı batildir.

Məsələ: 1056. Əgər bilərəkdən bir səcdəni artırıb-azaltsa, namazı batildir. Amma səhvən etsə, bunun hökmü sonrakı məsələlərdə deyiləcək.

Məsələ: 1057. Əgər alnı bilərəkdən və ya səhvən yerə qoymasa, hətta sair səcdə əzalarını yerə qoysa da, səcdə etməmişdir. Amma alnını yerə qoyub sair səcdə üzvlərini səhvən yerə qoymasa, yaxud səhvən səcdənin zikrini deməsə, səcdə səhihdir.

Məsələ: 1058. Səcdədə üç dəfə “sübhanəllah” və ya bir dəfə “sübhanə rəbbiyəl ə`la və bihəmdih” desin. Hər zikri demək kifayət etmir. Gərək bu kəlmələri ardıcıl və səhih ərəbcə desin. Müstəhəbdir ki, “sübhanə rəbbiyəl ə`la və bihəmdih” zikrini üç,

səh: 200

beş və ya yeddi dəfə desin.

Məsələ: 1059. Səcdədə, vacib zikri deyilən miqdarda bədənin aram olması gərəkdir. Müstəhəb zikrdə əgər onu səcdə üçün göstəriş verilən zikr niyyəti ilə desə, bədənin aram olması lazımdır.

Məsələ: 1060. Əgər alnı yerə çatmazdan və bədən aramlaşmamışdan qabaq bilərəkdən səcdənin zikrini desə, yaxud zikr tamam olmamışdan qabaq bilərəkdən başını səcdədən götürsə, namazı batildir.

Məsələ: 1061. Əgər alnı yerə çatmazdan və bədən aramlaşmamışdan qabaq, səhvən səcdənin zikrini desə və başını səcdədən götürməzdən qabaq səhv etdiyini bilsə, gərək yenidən, bədəni aram olan halda zikri desin.

Məsələ: 1062. Əgər zikri, başını səcdədən götürdükdən sonra bədənin aram olmadığı halda dediyini, yaxud səcdənin zikri tamam olmamışdan qabaq başını qaldırdığını bilsə, namazı səhihdir.

Məsələ: 1063. Səcdənin zikrini dediyi vaxt, əgər yeddi səcdə üzvündən birini qəsdən yerdən qaldırsa, namazı batildir. Amma zikr demədiyi vaxt alından başqa, sair üzvləri yerdən qaldırıb yenidən yerə qoysa, eybi yoxdur.

Məsələ: 1064. Əgər səcdənin zikri tamam olmamışdan qabaq səhvən alnını yerdən qaldırsa, yenidən yerə qoya bilməz və gərək onu bir səcdə hesab etsin. Amma sair səcdə üzvlərini səhvən yerdən qaldırsa, gərək yenidən yerə qoyub zikri desin.

Məsələ: 1065. Birinci səcdənin zikri qurtarandan sonra gərək qalxıb otursun, bədən aram olduqdan sonra yenidən səcdəyə getsin.

Məsələ: 1066. Namaz qılanın alnının yeri, gərək ayaq barmaqlarının yeri ilə bərabər olsun. Əgər dörd bağlı barmaqdan alçaq və ya uca olsa eybi yoxdur.

Məsələ: 1067. Çala-çuxur olan və çala-çuxur olması dəqiq şəkildə məlum olmayan yerlərdə, namaz qılanın alnını qoyduğu

səh: 201

yer, ayaqlarını və dizlərini qoyduğu yerdən dörd bağlı barmaqdan azca çox olsa eybi yoxdur.

Məsələ: 1068. Əgər alnını, ayaq barmaqlarının ucundan dörd bağlı barmaqdan hündür olan yerə qoysa və onun ucalığı “səcdə halındadır” deyilməyəcəyi miqdardırsa, bu halda gərək başını qaldırıb ucalığı dörd bağlı barmaq, yaxud ondan az olan şeyin üstünə qoysun. Əgər onun hündürlüyü “səcdə halındadaır” deyiləcəyi miqdarda olsa, vacib budur ki, alnını onun üzərindən (sürüşdürərək) hündürlüyü dörd bağlı barmaq və ya ondan da az olan şeyin üstünə çəksin. Əgər alnı çəkmək mümkün olmasa, ehtiyat-vacibə görə, gərək başını qaldırıb hündürlüyü qeyd olunan münasib miqdarda olan yerə qoysun və namazı qurtarıb yenidən qılsın.

Məsələ: 1069. Gərək alın ilə səcdə edilən şeyin arasında bir şey olmasın. Deməli möhür, alnın ona dəyməyəcəyi miqdarda çirkli olsa, səcdə batildir. Amma, misal üçün, möhürün rəngi dəyişibsə, eybi yoxdur.

Məsələ: 1070. Səcdədə gərək əllərin içini yerə qoysun. Amma çarəsizlik halında əllərin üstünü yerə qoymağın maneəsi yoxdur. Əgər əllərin üstünü yerə qoymağ mümkün olmasa, onda bilək yerə qoyulmalıdır; bu da mümkün olmasa gərək dirsəyə qədər olan hər yer mümkün olsa, onu yerə qoysun; bu da mümkün olmasa qolun qoyulması kifayətdir.

Məsələ: 1071. Ehtiyat-vacibə görə, ayağın iki baş barmağının ucu yerə qoyulmalıdır. Əgər başqa barmaqlar, yaxud ayağın üstü yerə qoyulsa və ya dırnağın uzun olması səbəbilə barmağın ucu yerə dəyməsə, namaz batildir. Məsələni bilməməzlik üzündən öz namazlarını bu cür qılan bir şəxs, gərək onları yenidən qılsın.

Məsələ: 1072. Əgər bir şəxsin ayağının baş barmağının bir miqdarı kəsilibsə, gərək onun qalan hissəsini yerə qoysun. Amma ondan bir şey qalmayıbsa, yaxud qalanlar çox qısadırsa, gərək sair barmaqları qoysun. Əgər ümumiyyətlə barmağı olmasa, gərək ayağından qalanı yerə qoysun. Daha yaxşı olar baş barmağın

səh: 202

kəsildiyi yeri yerə qoysun.

Məsələ: 1073. Əgər bir şəxs qeyri-adi halda səcdə etsə; məsələn: qarnını və sinəsini yerə yapışdırsa və ya ayaqlarını uzadsa, əgər ona “səcdə” desələr və yeddi səcdə üzvü yerdə olsa da ehtiyat-vacibə görə, namazı yenidən qılsın.

Məsələ: 1074. Möhür, yaxud səcdə olunan sair şeylər gərək pak olsun. Amma misal üçün, möhürü nəcis palazın üstünə qoysalar, yaxud möhürün bir tərəfi nəcis olsa və alını onun pak tərəfinə qoysa, eybi yoxdur.

Məsələ: 1075. Əgər alında çiban və s. kimi şeylər olsa, mümkün olan surətdə alının sağlam yerləri ilə gərək səcdə etsin. Əgər mümkün olmasa, gərək yeri bir az çala edib çibanı çalaya salıb və alının səcdə üçün kifayət edən sağlam miqdarını, səcdə etmək üçün yerə qoysun.

Məsələ: 1076. Əgər çiban, yara alının hər yerini tutmuş olsa, gərək alının iki tərəfindən biri ilə səcdə etsin. Ehtiyat-müstəhəb budur ki, sağ tərəfi sol tərəfədən qabağa salsın. Əgər bu da mümkün olmasa çənə ilə; çənə ilə də mümkün olmasa

üzün mümkün olan hər yeri ilə və ya mümkün olan halda başın qabaq tərəfi ilə səcdə etsin. Ehtiyat-vacib budur ki, əyilsin qaşları ilə səcdə etsin. Əgər qaşları ilə mümkün olmasa burnunu yerə qoysun. Əgər buda mümkün olmasa üzün mümkün olan hər yeri ilə səcdə etsə kifayətdir.

Məsələ: 1077. Alnını yerə çatdıra bilməyən bir şəxs bacardığı qədər əyilib möhürü, yaxud səcdənin səhih olduğu başqa bir şeyi uca bir şeyin üstünə qoyub, alnını da onun üstünə elə qoymalıdır ki, “səcdə edir” desinlər. Amma gərək əllərin içini, dizləri, ayaq barmaqlarını adi qaydada yerə qoysun.

Məsələ: 1078. Ümumiyyətlə əyilə bilməyən bir şəxs, gərək səcdə üçün yerə oturub başı ilə işarə etsin. Əgər bunu da edə bilməsə, gözləri ilə işarə etməlidir. Hər iki halda ehtiyat-vacib budur ki, mümkün olarsa, möhürü qaldırıb alnını onun üzərinə qoysun. Əgər başı və gözləri ilə də işarə edə bilməsə, qəlbində

səh: 203

səcdə niyyəti etməli və ehtiyat-vacibə görə əli və s. ilə səcdəyə işarə etməlidir.

Məsələ: 1079. Otura bilməyən bir şəxs gərək ayaq üstə səcdə niyyəti etsin. Əgər mümkündürsə, başı ilə səcdə üçün işarə etsin. Bunu da edə bilməsə gözləri ilə işarə etməlidir və əgər bunu da edə bilməsə, qəlbində səcdə niyyəti edib ehtiyat-vacibə görə əli və s. ilə səcdəyə işarə etməlidir.

Məsələ: 1080. Əgər alın, ixtiyarsız olaraq səcdə yerindən qalxsa, mümkün olarsa, gərək yenidən səcdə yerinə qoymasın; bu, bir səcdə hesab olunur, istər səcdənin zikrini demiş olsun, istərsə də deməmiş olsun. Əgər başını saxlaya bilməsə və ixtiyarsız olaraq yenidən səcdə yerinə qoysa, üst-üstə bir səcdə hesab olunur. Əgər zikri deməmişdirsə gərək desin.

Məsələ: 1081. İnsan təqiyyə etməli olduğu yerlərdə xalça və bu kimi şeylərə səcdə edə bilər. Namaz üçün başqa yerə getməsi lazım deyil. Amma o məkanda həsir, yaxud səcdənin səhih olduğu sair şeylər mövcud olsa, zəhmətə düşmədən səcdə edə bilərsə gərək xalça və onun kimilərin üstünə səcdə etməsin.

Məsələ: 1082. Əgər (quş tükündən) hazirlahmış döşəyin və ya üstündə bədənin aramlaşmadığı bir şeyin üstünə səcdə etsə, batildir.

Məsələ: 1083. Əgər insan, palçıqlı torpaqda namaz qılmağa məcbur olsa və bədən, yaxud paltarının palçığa bulaşmasının onun üçün məşəqqəti olmazsa, səcdə və təşəhhüdü adi qaydada yerinə yetirməlidir. Əgər məşəqqəti olsa, ayaq üstə olan halda səcdə üçün başı ilə işarə edib, təşəhhüdü də ayaq üstə oxuya bilər. Lakin məşəqqəti olan halda təşəhhüdü və səcdəni adi qaydada da yerinə yetirsə, namazı səhihdir.

Məsələ: 1084. Birinci və üçüncü rəkətdə təşəhüd yoxdur (zöhr, əsr və işa namazlarının üçüncü rəkəti kimi). Ehtiyat-vacibə görə gərək ikinci səcdədən sonra bir az hərəkətsiz oturub, sonra qalxsın.

səh: 204

SƏCDƏ ETMƏYİN SƏHİH OLDUĞU ŞEYLƏR

Məsələ: 1085. Gərək yerə, çubuq və ağac yarpağı kimi yerdən çıxan və yeyilməyən şeylərə səcdə edilsin. Yeyilməli, geyilməli və mədən şeylərinə səcdə etmək səhih deyildir.

Məsələ: 1086. Ehtiyat-vacib budur ki, üzüm yarpağına səcdə olunmasın.

Məsələ: 1087. Yerdən göyərən və heyvanların yemi olan şeylərə (ot, saman kimi) səcdə etmək səhihdir.

Məsələ: 1088. Yeyilməyən güllərə səcdə etmək səhihdir. Amma, yerdən göyərən və yeyilən dərman bitkilərinə, maldili kimi səcdə etmək səhih deyildir.

Məsələ: 1089. Bəzi şəhərlərdə yeyilməsi adi olan və bəzi şəhərlərdə yeyilməsi adi olmayan yarpağa və həmçinin kal meyvəyə, yeməli olsa, səcdə etmək səhih deyildir.

Məsələ: 1090. Əhəng daşına, gəc daşına səcdə etmək səhihdir. Həmçinin bişmiş gəcə, əhəngə, kərpicə, palçıq kuzəyə və bu kimi şeylərə səcdə etməyin eybi yoxdur. Ehtiyat budur ki, ixtiyar halında bişmiş gəcə, əhəngə, kərpicə, palçıq kuzəyə və bu kimi şeylərə səcdə etməsin.

Məsələ: 1091. Əgər kağızı səcdənin səhih olduğu şeydən düzəltsələr məsələn samandan düzəltsələr ona səcdə etmək səhihdir. Hətta kağız panbıq və onun kimi şeylərdən hazırlansa da ona səcdə etmək səhihdir. Amma səcdə səhih olmayan şeylərdən hazırlandığını bilsə səcdə etmək səhih deyildir.

Məsələ: 1092. Səcdə üçün hər şeydən yaxşı həzrət Seyyidüş-şühədanın (ələyhis-səlam) türbətidir. Ondan sonra adi torpaq, sonra daş və daha sonra bitkilərdir.

Məsələ: 1093. Əgər səcdə edilməsi səhih olan bir şey olmasa və ya olsa amma çox soyuq yaxud isti və bu kimi səbələrə görə ona səcdə etmək mümkün olmasa, əgər onun paltarı kətan və ya panbıqdandırsa, gərək paltarına səcdə etsin. Amma ehtiyat-müstəhəb budur ki, onun yanında əqiq üzük kimi mədndən ələ

səh: 205

gələn bir şey olsa paltarına səcdə etsin, əqiqə səcdə etməsin. Əgər paltarı başqa bir şeydən olsa, gərək əlinin üstünə səcdə etsin. Amma ehtiyat budur ki, əlin üstünə səcdə imkan olduğu halda mədəni şeylərə səcdə etməsin.

Məsələ: 1094. Üzərində alnın aramlaşmadığı yumşaq palçıq və torpağa səcdə batildir.

Məsələ: 1095. Əgər birinci səcdədə möhür alına yapışa gərək möhrü ayırsın. Əgər möhürü götürmədən ikinci səcədəyə getsə ehtiyat-vacib budur ki, namazı yenidən qılsın.

Məsələ: 1096. Əgər namazın əsnasında, səcdə edilməsi səhih olan şey itsə və səcdə edilməsi səhih olan bir şey olmasa, vaxt çox olsa, gərək namazı kəssin. Əgər vaxt azdırsa, gərək 1093-cü məsələdə qeyd edilən göstərişə əməl etsin.

Məsələ: 1097. Hər vaxt səcdə halında, üzərinə səcdənin batil olduğu şeyə alnını qoyduğunu başa düşsə, əgər mümkün olsa, gərək alnını onun üzərindən səcdə səhih olan şeyə çəksin. Əgər mümkün olmasa və namazın vaxtı da çox olsa, gərək namazı kəssin. Əgər vaxt azdırsa, gərək 1093-cü məsələdə qeyd edilən göstərişə əməl etsin.

Məsələ: 1098. Əgər səcdədən sonra alnını səcdə edilməsi batil olan şeyə qoyduğunu anlasa, işkalı yoxdur. Ehtiyata görə namazını yenidən qılsın.

Məsələ: 1099. Allahdan başqasına səcdə etmək haramdır. Avam camaatdan bəziləri, imamların (ələyhimus-səlam) qəbrlərinin qarşısında alnını yerə qoyurlar; əgər Allahın şükrünü yerinə yetirmək niyyəti ilə olarsa işkalı yoxdur, əks halda haramdır.

SƏCDƏNİN MÜSTƏHƏB VƏ MƏKRUHATI

Point

Məsələ: 1100. Səcdədə bir neçə şey müstəhəbdir:

1-Ayaq üstə namaz qılan şəxs, rükudan qalxdıqdan və bədəni tam aram olduqdan sonra; oturan halda namaz qılan şəxs isə tam düz oturduqdan sonra səcdəyə getmək üçün təkbir desin;

səh: 206

2-Kişi, səcdəyə gedəndə, əvvəl əllərini; qadın isə əvvəl dizlərini yerə qoysun;

3-Burnu möhürün, yaxud səcdənin səhih olduğu şeyin üstünə qoysun;

4-Səcdə halında əlin barmaqlarını bir-birinə yapışdırsın və əllərini qulaqlarının müqabilində yerə elə qoysun ki, barmaqların ucu qibləyə tərəf olsun;

5-Səcdədə dua edib Allahdan hacətlərini istəsin. Səcdədə münasib olan dualardan biri budur:

یَاخَیْرَ الْمَسْؤُلِینَ وَیَا خَیْرَ الْمُعْطِینَ اُرْزُقْنِی وَارْزُقْ عِیَالِی مِنْ فَضْلِکَ فَإِنَّکَ ذُوالْفَضْلِ الْعَظِیمَ

“Ya xəyrəl-məsulinə və ya xəyrəl-mutinə urzuqni vərzuq əyali min fəzlikə fə innəkə zul-fəzlil-əzim”

“Ey hacət istənilənlərin ən yaxşısı və ey əta edənlərin ən yaxşısı! Mənə və mənim əhl-əyalıma Öz fəzlindən ruzi əta et. Çünki Sən, həqiqətən böyük fəzl və kərəm sahibisən.”

6-Səcdədən sonra sol budunun üstündə otursun, sağ ayağını sol ayağın üstünə qoysun;

7-Hər səcdədən sonra qalxıb otursun və bədəni aram olduqdan sonra təkbir desin;

8-Birinci səcdədən sonra, bədəni aram olduğu vaxt (ikinci səcdəyə getməzdən əvvəl) “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” desin;

9-Səcdəni uzatsın, oturanda isə əllərini budlarının üstünə qoysun;

10-İkinci səcdəyə getmək üçün bədən aram olan halda “Əllahu əkbər” desin;

11-Səcdələrdə salavat desin, amma onu səcdədə göstərişi verilən səcdə zikri niyyəti ilə deməsin;

12-Qalxanda əlləri dizlərdən sonra yerdən götürsün;

13-Kişilər dirsəyi və qarnı yerə yapışdırmasınlar və qollarını

səh: 207

bədəndən aralı saxlasınlar (qabırğalara yapışdırmasınlar); qadınlar isə dirsək və qarınlarını yerə qoysunlar, bədən üzvlərini bir-birinə yapışdırsınlar. Səcdənin sair müstəhəb əməlləri müfəssəl kitablarda bəyan olunmuşdur.

Məsələ: 1101. Səcdədə Quran oxumaq məkruhdur. Həmçinin, səcdə yerinin toz-torpağını təmizləmək üçün üfürmək də məkruhdur. Əgər üfürmə nəticəsində ağızdan iki hərf tələffüz olunarsa, namaz batildir. (Səcdədə məkruh olan sair işlər müfəssəl kitablarda deyilmişdir.)

QURANIN VACİB SƏCDƏLƏRİ

Məsələ: 1102.

1. “Nəcm”.

2. “Ələq”.

3. “Fussilət”.

4. “Səcdə”.

Bu dörd surənin hər birində bir səcdə ayəsi vardır ki, əgər insan onu oxuyarsa və ya qulaq asarsa, yaxud eşidərsə, ayə tamam olduqdan sonra gərək dərhal səcdə etsin. Əgər yaddan çıxarsa, hər vaxt xatırlasa, gərək səcdə etsin. Əgər namaz arasında eşıtsə, 994-ci məsələdə qeyd edilən göstərişə əməl etsin.

Məsələ: 1103. Əgər insan səcdə ayəsini oxuyan vaxt başqasından da səcdə ayəsini eşitsə, ehtiyat-vacibə görə gərək iki səcdə etsin.

Məsələ: 1104. Bir şəxs namazdan başqa hallarda bu ayələri səcdə halında oxusa, yaxud onu eşitsə, gərək başını səcdədən qaldırıb yenidən səcdə etsin.

Məsələ: 1105. Əgər insan yaxşını və pisi bilməyən uşaqdan və ya quran oxumaq niyyəti olmayan bir şəxsdən səcdə ayəsini eşitsə, səcdə etməsi lazım deyil. Həmçinin səcdə ayəsini qramafon valından və ya radiyo vasitəsi ilə eşitsə səcdə etməsi lazım deyil. Amma ehtiyat budur ki, səcdə etsin.

Məsələ: 1106. Quranın vacib səcdəsində, gərək insanın yeri

səh: 208

qəsbi olmasın. Ehtiyat-vacibə əsasən, alnın yeri dörd bağlı barmaqdan artıq dizlərin və barmaqların yerindən yuxarı olmasın. Amma dəstmazlı və ya qüsüllü olması, üzü qibləyə olması, övrətini örtməsi və ya bədənin və alnının yerinin pak olması lazım deyildir. Həmçinin, namaz qılanın paltarında olan şərtlər, onun paltarında şərt deyil. Amma onun paltarı qəsbi olsa və o paltardan istifadə etməklə səcdə edərsə, səcdə batildir.

Məsələ: 1107. Ehtiyat-vacibə əsasən quranın vacib səcədsində alnı möhür və ya səcdə səhih olan şeylərə qoyub, bədənin digər üzvlərini, namazın səcdəsində deyilən göstərişlərə əsasən yerə qoysun.

Məsələ: 1108. Əgər Quranın vacibi səcdələrində alın, səcdə niyyəti ilə yerə qoyulsa hətta zikr deyilməsə də, kifayətdir. Amma zikri demək müstəhəbdir. Daha yaxşı olar ki, bu zikr deyilsin:

لاَإِلَهَ إِلاَّ اللهُ حَقًا حَقًا، لاَ إِلَهَ إِلاَّ اللهُ إِیمَانًا وَتَصْدیقًا، لاَإِلَهَ إِلاَّ اللهُ عُبُودِیَّهً وَرِقًّا سَجَدْتُ لَکَ یَارَبِّ تَعَبُّداً وَرِقًّا لاَ مُسْتَنْکِفًا وَلاَ مَسْتَکْبِراً بَلْ أَنَا عَبْدٌ ذَلِیلٌ ضَعِیفٌ خَائِفٌ مُسْتَجِیرٌ

“La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu iymanən və təsdiqa. La ilahə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi, təəbbudən və riqqa. La mustənkifən və la mustəkbirən bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”

TƏŞƏHHÜD

Məsələ: 1109. Bütün vacibi namazların ikinci rəkətində, (bundan əlavə,) məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının dördüncü rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxunmalıdır. Yəni deməlidir ki:

أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلیَ

səh: 209

مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu

ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.”

Ettiyat-vacib budur ki, bu tərtiblə desin. Bundan az kifayət deyildir. Vitr namazında da təşəhüd lazımdır.

Məsələ: 1110. Təşəhüdün kəlmələri gərək ərəbcə səhih və adi qaydada, bir-birinin ardınca deyilsin.

Məsələ: 1111. Əgər bir şəxs təşəhüdü unudub ayağa qalxsa və rükudan əvvəl yadına düşsə, gərək oturub təşəhhüdü desin, yenidən ayağa durub həmin rəkətdə yerinə yetirməli olan şeyləri oxuduqdan sonra namazı qurtarsın. Ehtiyat-vacibə görə, namazdan sonra iki səcdeyi-səhv yersiz durduğuna görə yerinə yetirsin. Daha yaxşı olar ki, qiyam halında artıq dediyi zikrə görə də, iki səcdeyi-səhv etsin. Amma rükuda və ya ondan sonra yadına düşərsə, gərək namazı qurtarsın, namazın salamıdan sonra təşəhhüdü qəza etsin. Unudulmuş təşəhhüd üçün iki səcdeyi-səhv etsin.

Məsələ: 1112. Müstəhəbdir ki, namaz qılan şəxs təşəhhüd deyən halda sol budunun üstünə oturub, sağ ayağı sol ayağın üstünə qoysun. Təşəhüddən qabaq, “Əlhəmdu lillah” və ya “Bismillahi və billahi vəlhəmdu lillahi və xəyrul-əsmai lillah” deyilsin. Həmçinin, müstəhəbdir ki, əlləri dizlərinin üstünə qoysun, barmaqlarını bir-birinə yapışdırıb, ətəyinə baxsın. Təşəhhüd qurtarandan sonra isə “Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” desin.

Məsələ: 1113. Müstəhəbdir ki, qadınlar təşəhhüd oxuyanda budlarını bir-birinə yapışdırsınlar.

NAMAZIN SALAMI

Məsələ: 1114. Namazın axırıncı rəkətinin təşəhhüdündən sonra

səh: 210

müstəhəbdir ki, oturan və bədənin aram olduğu halda deyilsin:

أَلسَّلاَمُ عَلَیْکَ أَیُهَاالنَّبِیُّ وَرَحْمَهُاللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələkə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh

Ondan sonra gərək

أَسَّلاَمُ عَلَیْکُمْ وَرَحْمَهُاللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh, yaxud

أَسَّلاَمُ عَلَیْنَا وَعَلَی عِبَادِاللهِ الصَّالِحِینَ

Əssəlamu ələyna və əla ibadillahis-salihin desin. Salamın bu iki siğəsindən biri, kifayətdir. Amma bu salamı desə, ehtiyat-müstəhəb budur ki, ondan sonra

أَسَّلاَمُ عَلَیْکُمْ وَرَحْمَهُ اللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələykkum və rəhmətulahi və bərəkatuh da desin.

Məsələ: 1115. Əgər bir şəxs namazın salamını unutsa və namazın surəti pozulmamış yadına düşsə, qəsdən və səhvən olması ilə namazı batil edən iş etməyibsə, (qibləyə arxa çevirmək kimi), gərək salamı desin, namazı da səhihdir.

Məsələ: 1116. Əgər namazın salamını unutsa və namazın surəti pozulandan sonra yadına düşsə, namazın surəti pozulmazdan qabaq, qəsdən və səhvən olması ilə namazı batil edən iş etməyibsə, (qibləyə arxa çevirmək kimi), namazı səhihdir. Amma namazın surəti pozulmamışdan əvvəl, səhvən və ya qəsdən edilməsi namazı batil edən işlərdən görübsə, namazın səhihliyi işkallıdır. Ehtiyat-vacib budur ki, iki səcdeyi-səhv unudulmuş təşəhüd üçün edib və namazı yenidən qılsın.

TƏRTİB

Məsələ: 1117. Əgər insan, namazın tərtibini bilərəkdən pozsa; məsələn, surəni həmddən qabaq oxusa, yaxud səcdəlri rükudan

səh: 211

qabaq etsə namazı batildir.

Məsələ: 1118. Əgər namazın rüknündən birini unudub sonrakı rüknü yerinə yetirsə; məsələn, rükunu yerinə yetirməmişdən əvvəl, iki səcdə etsə namazı batildir.

Məsələ: 1119. Əgər bir rüknü unudub ondan sonrakı, rükn olmayan bir əməli yerinə yetirsə; məsələn, iki səcdəni yerinə yetirməmişdən qabaq təşəhhüd oxusa, unutduğu rüknü yerinə yetirməli, ondan qabaq səhvən qıldıqlarını, yenidən yerinə yetirməlidir.

Məsələ: 1120. Əgər rükn olmayan bir əməli unudub, ondan sonrakı rüknü yerinə yetirərsə, misal olaraq; Həmdi yaddan çıxarıb rükuya gedərsə, namazı səhihdir.

Məsələ: 1121. Əgər rükn olmayan əməli yaddan çıxarıb, ondan sonrakı rükn olmayan əməli yerinə yetirsə, misal olaraq: həmdi yaddan çıxarıb surəni oxuyarsa, sonrakı rüknə daxil olduğu təqdirdə; məsələn, rükuda, həmdi oxumamasını xatırlasa, gərək ötürsün və namazı səhihdir. Amma, sonrakı rüknə daxil olmayıbsa, gərək yaddan çıxardığını yerinə yetirsin və ondan sonra səhvən əvvəldə oxuduğunu ikinci dəfə oxusun.

Məsələ: 1122. Əgər birinci səcdəni ikinci səcdədir gümanı ilə və ya ikinci səcdəni birinci səcdə gümanı ilə yerinə yetirsə, namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi də ikinci səcdə hesab olunur.

MÜVALAT

Məsələ: 1123. İnsan gərək namazı müvalat ilə oxusun. Yəni, namazın hissələrini (rüku, səcdə, təşəhhüd kimi) bir-birinin ardınca, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduqları, adi qaydada bir-birinin ardınca, fasiləsiz olmalıdır. Əgər bunların arasında müəyyən qədər fasilə salsa və “namaz qılır” deyilməsə, bilərəkdən olarsa namazı batildir. Amma bilməməzlik üzündən olarsa namaz batil olmur gərək kəlmə və ya ayəni təkrarlasın.

səh: 212

Məsələ: 1124. Əgər namazda səhvən, hərflərin, yaxud kəlmələrin arasında fasilə salsa və bu fasilə, namazın surətini poza biləcəyi qədər də olmasa, sonrakı rüknə başlamayıbsa, gərək o hərifləri və ya kəlmələri adi qaydada oxusun. Amma sonrakı rüknə daxil olubsa, namazı səhihdir.

Məsələ: 1125. Rüku və səcdəni uzatmaq və böyük surələri oxumaq, namazın müvalatını pozmur.

QUNUT

Məsələ: 1126. Qurban və fitr bayramlarının namazlarından başqa bütün vacibi və müstəhəbi namazlarda, ikinci rəkətin rükusundan qabaq müstəhəbdir ki, qunut tutulsun. Amma şəfi namazında ehtiyat budur ki, tələb olma niyyəti ilə yerinə yetirilsin. Vitr namazının bir rəkət olmasına baxmayaraq, onun rükusundan qabaq qunut tutmaq müstəhəbdir. Cümə namazının hər rəkətində bir qunut vardır; birinci rəkətdə rükudan əvvəl, ikinci rəkətdə isə rükudan sonra tutulur. Ayət namazının beş qunutu vardır. Fitr və qurban bayram namazlarının isə hər birinin birinci rəkətində beş, ikinci rəkətində isə dörd qunut vardır. Bu iki namazda qunutun tutulması ehtiyata əsasəndir.

Məsələ: 1127. Müstəhəbdir namaz qılan, əllərini üzünün müqabilinə qaldırıb, əllərin içini səmaya doğru tutub və əllərini bir-birinin yanında (qoşa) tutsun, baş barmaq istisna olmaqla, sair barmaqlarını bir-birinə yapışdırıb əllərinin içinə baxsın.

Məsələ: 1128. Qunutda hər zikri, hətta bir dəfə subhanəllah desə kifayətdir. Amma daha yaxşı olar ki, bu dua oxunsun:

لاَ إِلَهَ إِلاَّ الله الْحَلِیمُ الْکَرِیمُ لاَ إِلَهَ إِلاَّ اللهُ الْعَلِیُّ الْعَظِیمُ سُبْحَانَ الله رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِینَ السَّبْعِ وَمَا فِیهِنَّ وَمَابَیْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِیمِ وَالْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ

La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-

səh: 213

əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi Rəbbil-aləmin.

Məsələ: 1129. Müstəhəbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı camaatla qılan bir şəxsin səsini imam eşidərsə, qunutu ucadan oxması müstəhəb deyil, məkruhdur.

Məsələ: 1130. Əgər bilərəkdən qunut tutmasa, qəzası yoxdur. Amma unutsa və rüku qədərinə əyilməzdən qabaq yadına düşsə, müstəhəbdir ki, qayıdıb qunut tutsun. Əgər rükuda yadına düşsə, müstəhəbdir ki, rükudan sonra qəzasını etsin; əgər səcdədə yadına düşsə, müstəhəbdir ki, namazın salamından sonra qəza etsin.

NAMAZIN TƏRCÜMƏSİ

1-“HƏMD” SURƏSİNİN TƏRCÜMƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ

“Bismillahir-rəhmanir-rəhim.”

Başlayıram dünyada həm möminə, həm də kafirə, axirətdə isə yalnız möminə rəhm edən Allahın adı ilə.

أَلْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِینَ

“Əlhəmdu lillahi Rəbbil-aləmin”

Həmd və səna yalnız o Allaha məxsusdur ki, bütün mövcudatı, aləmləri tərbiyə edəndir.

اَلرَّحْمَنِ الرَّحِیمِ

“Ər-rəhmanir-rəhim”

Dünyada həm möminə, həm də kafirə, axirətdə isə yalnız möminə rəhm edəndir.

səh: 214

مَالِکِ یَوْمِ الدِّینِ

“Maliki yəvmiddin”

O Allah Qiyamət gününün padşahı və ixtiyar sahibidir.

إیَّاکَ نَعْبُدُ وإِیَّاکَ نَسْتَعِینُ

“İyyakə nə`budu və iyyakə nəstəin”

Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.

اِهْدِنَا الصِّرَاطَ المُسْتَقِیمَ

“İhdinəs-siratəl müstəqim”

Bizi doğru yola hidayət et!

صِرَاطَ الَّذِینَ أَنعَمْتَ عَلَیهِمْ

“Siratəl-ləzinə ənəmtə ələhim”

O şəxslərin yoluna hidayət et ki, onlara nemət vermisən (və onlar peyğəmbərlər və onların canişinləridir).

غَیرِ المَغضُوبِ عَلَیهِمْ وَلاَ الضَّالِّینَ

“Ğəyril-məğzubi ələyhim vələzzallin”

O şəxslərin yoluna hidayət etmə ki, onlara qəzəb etmisən; və onların yoluna yox ki, yollarından azıblar.

2-“QUL HUVƏLLAH” SURƏSİNİN TƏRCÜMƏSİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ

“Bismillahir-rəhmanir-rəhim.”

Başlayıram dünyada həm möminə, həm də kafirə, axirətdə isə yalnız möminə rəhm edən Allahın adı ilə.

səh: 215

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

“Qul huvəllahu əhəd”

(Ey Peyğəmbər,) de ki: Allah, yeganə olan Allahdır.

اللَّهُ الصَّمَدُ

“Əllahus-səməd”

O Allah ki, bütün mövcudatlardan ehtiyacsızdır.

لَمْ یَلِدْ وَلَمْ یُولَدْ

“Ləm yəlid və ləm yuləd”

Övladı yoxdur və heç şəxsin də övladı deyil.

وَلَمْ یَکُن لَّهُ کُفُوًا أَحَدٌ

“Və ləm yəkun ləhu kufuvən əhəd”

Məxluqlardan heç bir şəxs, Onun misli, tayı-bərabəri deyil.

3-RÜKU VƏ SƏCDƏ ZİKRLƏRİNİN TƏRCÜMƏSİ

سُبْحَانَ رَبِّیَ الْعَظِیمِ وَ بِحَمْدِهِ

Subhanə Rəbbiyəl-əzimi və bihəmdih

Mənim böyük Rəbbim, hər eyb və nöqsandan pak və münəzzəhdir və mən də Ona həmd-sitayiş etməyə məşğulam.

سُبْحَانَ رَبِّیَ الْأَعْلَی وَ بِحَمْدِهِ

Subhanə Rəbbiyəl-əla və bihəmdih

Mənim hamıdan uca məqamlı Pərvərdigarım hər eyb və nöqsandan pak və münəzzəhdir, mən də Ona həmd-sitayiş etməyə məşğulam.

səh: 216

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ

Səmi əllahu limən həmidəh

Allah, Ona sitayiş edənlərin həmd-sənasını eşitsin və qəbul etsin!

أَسْتَغْفِرُ اللهَ رَبِّی وَأَتُوبُ إِلَیْهِ

Əstəğfirullahə Rəbbi və ətubu iləyh

Bağışlanmaq və məğfirət tələb edirəm O Allahdan ki, məni bəsləyib və mən Ona tərəfin qaydıram.

بِحَوْلِ اللهِ وَقُوَّتِهِ أَقُومُ وَأَقْعُد

Bihəvlillahi və quvvətihi əqumu və əqud

Mütəal Allahın köməyi və hövl-qüvvəsi ilə oturub-dururam.

4 -QUNUTUN TƏRCÜMƏSİ

لاَ إِلَهَ إِلاَّ اللهُ الْحَلِیمُ الْکَرِیمُ

La ilahə illəllahul-həlimul-kərim

Kərəm və helm sahibi olan Allahdan başqa bir məbud, ibadətə layiq olan kimsə yoxdur.

لاَ إِلَهَ إِللَّهُ الْعَلِیُّ الْعَظِیمُ

La ilahə illəllahu-əliyyul-əzim

Böyük, uca mərtəbə əzəmətli olan Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur.

سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِینَ السَّبْعِ وَمَا فِیهِنَّ وَمَابَیْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِیمِ

Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim

səh: 217

Pak və münəzzəhdir O Allah ki, yeddi qat göylərin, yeddi qat yerlərin və onların arasında olanların, əzəmətli ərşin Rəbbidir.

وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ

Vəlhəmdu lillahi Rəbbil-aləmin

Həmd və səna, aləmlərə pərvəriş verən, bütün mövcudları bəsləyən, Allaha məxsusdur.

5-TƏSBİHATİ-ƏRBƏƏNİN TƏRCÜMƏSİ

سُبحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَکْبَر

Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər

Pak və münəzzəhdir Allah-təala, həmd yalnız Allaha məxsusdur, sitayişə layiq olan bir məbud yoxdur, tayı olmayan Allahdan başqa. Allah, Onu vəsf edənlərin vəsfindən daha böyükdür.

6-TƏŞƏHHÜD VƏ SALAMIN TƏRCÜMƏSİ

أََلْحَمْدُ للهِ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ

Əlhəmdu lillah, əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh

Sitayiş və həmd Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir, pərəstişə layiq məbud yoxdur. Yeganədir, şəriki yoxdur.

وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ

Və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh

Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Allahın bəndəsi və Onun Rəsulu, göndərdiyidir.

səh: 218

أَللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Əllahumə səlli əla Muhəmmədin və Ali-Muhəmməd

Ey Allah! Rəhmət göndər Məhəmmədə və onun Əhi-beytinə.

وَتَقَبَّلْ شَفَاعَتَهُ وَارْفَعْ دَرَجَتَهُ

Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh

Peyğəmbərin şəfaətini qəbul et, o həzrətin dərəcəsini Öz yanında ucalt!

أَلسَّلاَمُ عَلَیْکَ أَیُّهَا النَّبِیُّ وَرَحْمَهُ اللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh

Salam olsun Sənə ey Peyğəmbər! Allahın rəhmət və bərəkəti Sənə olsun!

أَلسَّلاَمُ عَلَیْنَا وَعَلَی عِبادِ اللهِ الصَّالِحِینَ

Əssəlamu ələyna və əla ibadillahis-salihin

Allah tərəfindən salam biz namaz qılanlara və bütün yaxşı bəndələrə olsun!

أَسَّلاَمُ عَلَیْکُمْ وَرَحْمَهُ اللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Allahın salam, rəhmət və bərəkəti siz möminlərə olsun!

NAMAZIN TƏQİBATI

Point

Məsələ: 1131. Müstəhəbdir ki, insan namazdan sonra müəyyən qədər təqibatla məşğul olsun. Yəni zikr etsin, dua və Quran oxusun. Daha yaxşı olar ki, öz yerindən hərəkət etməmiş, dəstəmaz, qüsl və ya təyəmmümü batil olmamış, üzü qibləyə durub təqibatı oxusun. Təqibatın ərəbcə olması lazım deyil.

səh: 219

Amma daha yaxşı olar ki, dua kitablarında qeyd olunanları oxusun. Daha çox tövsiyə olunan təqibatlardan biri, həzrəti Zəhranın (salamullahi ələyha) zikridir ki, bu tərtiblə deyilməlidir: 34 dəfə Əllahu Əkbər, 33 dəfə əlhəmdu lillah, 33 dəfə subhanəllah. Subhanəllahı əlhəmdu lillahdan qabaq da demək olar, amma daha yaxşı olar ki, sonra deyilsin.

Məsələ: 1132. Müstəhəbdir ki, namazdan sonra şükür səcdəsi edilsin. Əgər alnı şükr etmək məqsədi ilə yerə qoysalar kifayətdir. Amma daha yaxşı olar ki, 100 dəfə, yaxud üç dəfə və ya bir dəfə şükrən lillah yaxud şükrən yaxud da əfvən deyilsin. Həmçinin, müstəhəbdir ki, insana hər vaxt nemət yetişsə, yaxud hər hansı bəla ondan uzaqlaşsa şükür səcdəsi etsin.

PEYĞƏMBƏRƏ (S) SALAVAT

Məsələ: 1133. Hər vaxt insan Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) mübarək adını (Mühəmməd, Əhməd), yaxud ləqəbini, künyəsini (Mustəfa, Əbul-Qasim və s.) desə, yaxud eşitsə, hətta namaz üstündə də olsa müstəhəbdir ki, salavat desin.

Məsələ: 1134. Həzrət Rəsulun (səlləllahu ələyhi və alihi və səlləm) adını yazanda, müstəhəbdir ki, salavat da yazılsın. Həmçinin, daha yaxşı olar ki, hər vaxt o Həzrəti yad etsə, salavat göndərsin.

NAMAZI BATİL EDƏN ŞEYLƏR

Point

Məsələ: 1135. 12 şey namazı batil edir (və onlara mübtilat deyilir):

1-Namaz əsnasında onun şərtlərindən hər hansı birinin pozulması; məsələn, namaz qılan, namaz əsnasında özünü örtdüyü paltarın qəsbi olduğunu başa düşə.

2-Namaz əsnasında qəsdən, səhvən, yaxud çarəsizlikdən dəstəmazı, qüslü batil edən şeylərin baş verməsi; məsələn, insandan bövl xaric olsa. Amma bövl və qaitin çölə gəlməsinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və qait

səh: 220

xaric olarsa və dəstəmaz bölməsində deyilən göstərişlərə əsasən əməl edərsə, namazı batil olmaz. Həmçinin, əgər namaz əsnasında istihazəli qadından qan xaric olarsa və istihazədə göstərilən qaydaya əməl edərsə, namazı səhihdir.

Məsələ: 1136. Əgər bir şəxs ixtiyarsız olaraq yuxlasa və namaz əsnasında, yaxud ondan sonra yuxladığını bilməsə, gərək namazı yenidən qılsın.

Məsələ: 1137. Əgər öz ixtiyarı ilə yatdığını bilsə amma, namazdan sonra və ya namaz əsnasında, namaz qılmasını unudaraq yatdığını bilməsə, namazı səhihdir.

Məsələ: 1138. Əgər səcdə halında yuxudan ayılıb namazın axırıncı səcdəsi və ya şükür səcdəsində olmasında şəkk etsə, gərək namazı yenidən qılsın.

3-Şiə olmayan bəzi şəxslər kimi əlləri bir-birinin üstünə qoymaq.

Məsələ: 1139. Əgər namaz qılan şəxs ədəb üçün əlləri bir-birinin üstünə qoysa, hətta onlar (şiə olmayan bəzi şəxslər) kimi də olmasa, ehtiyat-vacibə görə, gərək namazı yenidən qılsın. Amma unutqanlıq, naçarlıq və ya təqiyyə üzündən, yaxud da, başqa işlər (əli qaşımaq və s.) üçün əlləri bir-birinin üstünə qoysa, eybi yoxdur.

4-Həmdi oxuyandan sonra amin demək. Amma səhvən və ya təqiyyə üzündən desə, namazı batil olmaz.

5-Qəsdən və ya unudaraq qiblədən arxaya, sağa, yaxud sola dönmək. Hətta əgər qəsdən bir az dönsə və “üzü qibləyədir” deməsələr, sağ tərəfə, sol tərəfə tamamilə dönməsə də, namazı batildir.

Məsələ: 1140. Əgər qəsdən başını, arxasını görə biləcək qədər döndərsə, namazı batildir. Əgər bilməyərək başını bu miqdar çevirsə, ettiyat-vacibə budur ki, namazı tamamlayıb ikinci dəfə qılsın. Amma başını azacıq sağa və ya sola döndərsə, istər qəsdən, istərsə də səhvən olsun, namazı batil deyil.

6-Qəsdən, iki və ya ondan çox hərflili olan, məna daşımasa da,

səh: 221

bir söz demək. Amma səhvən desə, namazı batil olmaz.

Məsələ: 1141. Əgər bir hərfli mənası olan kəlmə desə (ərəb dilində, “saxla” mənasını daşıyan “ق” kimi ), Əgər onun mənasını bilib və onu qəsd etsə, namazı batildir. Hətta, əgər onu qəsd etməsə də, mənasını bilirsə, gərək namazı yenidən qılsın.

Məsələ: 1142. Namazda öskürmək, ah çəkmək və gəyirməyin eybi yoxdur. Amma “ah”, “ax” kimi, iki hərfli kəlmələri qəsdən deyərsə, namaz batildir. Amma “ah” demək Allah yanında şikayət olarsa namazı batil etmir.

Məsələ: 1143. Əgər müəyyən bir kəlməni zikr qəsdi ilə desə; məsələn, zikr qəsdi ilə Əllahu əkbər desə amma onu deyən vaxt səsini ucaldaraq başqasına bir şey anlatmaq istəsə, eybi yoxdur. Amma müəyyən bir şeyi bir şəxsə başa salmaq üçün onu desə, hətta zikr qəsdi ilə deyilsə də, namazı batildir.

Məsələ: 1144. Vacibi səcdəsi olan dörd surədən başqa, (361-ci məsələdə, cənabət hökmləri bölməsində deyildiyi kimi), namazda Quran oxumaq, həmçinin dua etməyin eybi yoxdur. Ehtiyat-vacib budur ki, dua ərəb dilindən başqa dildə oxunmasın.

Məsələ: 1145. Əgər həmd və surə, namazın zikrlərini, qəsdən (tələffüzdə) cüzi hissələrini qəsd etmədən və ya ehtiyatən bir neçə dəfə təkrar etsə, eybi yoxdur. Amma vasvaslıq üzündən bir neçə dəfə desə, namazın səhih olmasını demək çətindir.

Məsələ: 1146. İnsan gərək namaz halında, başqasına salam verməsin. Amma biri salam versə, o da namaz halında, o salam verdiyi kimi cavabını versin; məsələn, əgər “salamun ələykum” deyərsə, cavabda “slamun ələykum” desin. Ehtiyat-vacib budur ki, namaz və onun cavabının arasında tək, ikilik cəm və s. qrammatik göstərişlərə əməl olunsun.

Məsələ: 1147. İnsan salamın cavabını istər namaz halında olsun, istərsə də başqa vaxtlarda, dərhal deməlidir. Əgər qəsdən, yaxud unudaraq salamın cavabını yubanaraq versə, (belə ki, artıq cavab hesab olunmasa) bu halda namaz halındadırsa daha cavab

səh: 222

verməməlidir; yox əgər namaz üstə olmasa, cavabını vermək vacib deyil.

Məsələ: 1148. Gərək salamın cavabını elə desin ki, salam verən eşitsin, Amma salam verən kar olsa insan adi şəkildə onun cavabını versə kifayətdir.

Məsələ: 1149. Namaz qılan, salamın cavabını dua niyyəti ilə (yəni Allah təaladan salam verən üçün salamatlıq istəyə) deməsi vacib deyil. Daha yaxşı olar dua niyyəti ilə desin.

Məsələ: 1150. Əgər naməhrəm kişi və ya qadın, yaxud müməyyiz bir uşaq (yaxşını və pisi başa düşən uşaq), namaz qılana salam versə, namaz qılan gərək onun cavabını versin. Amma qadının salamında ehtiyat-vacib budur ki, kaf hərfinə kəsrə, fəthə və ya zəmmə verməsin.

Məsələ: 1151. Əgər namaz qılan şəxs salamın cavabını verməsə günah etmişdir, amma namazı səhihdir.

Məsələ: 1152. Əgər bir şəxs namaz qılana salam hesab olunmayan bir şəkildə salam verərsə, onun cavabı vacib deyildir.

Məsələ: 1153. İstehza (ələsalmaq) və ya zarafat üzündən salam verən şəxsin cavabını vermək vacib deyldir.

Məsələ: 1154. Əgər bir şəxs (bir yerdə olan) bir neçə nəfərə salam versə onun salamının cavabı hamısına vacibdir. Amma biri cavab verərsə, kifayətdir.

Məsələ: 1155. Əgər bir şəxs, bir neçə nəfərə salam versə və salam verənin qəsd etmədiyi bir nəfər cavabını versə, o salamın cavabı, yenə də oradakıların hamısına vacibdir.

Məsələ: 1156. Əgər bir şəxs bir neçə nəfərə salam versə və onların arasında namaz qılmağa məşğul olan bir şəxs, salam verənin salamda onu da qəsd edib-etməməsində şəkk etsə, cavabını verməməlidir. Həmçinin, ehtiyat-vacibə görə əgər onu da qəsd etdiyini bilsə, amma salamın cavabını başqası versə, cavab verməməlidir; əgər onu da qəsd etdiyini bilsə və başqası onun cavabını verməsə, namaz qılan şəxs gərək cavabını versin.

Məsələ: 1157. Salam vermək müstəhəbdir. Bu barədə çoxlu

səh: 223

tövsiyələr edilmişdir ki, süvari piyadaya, ayaq üstə olan oturana və kiçiklər böyüklərə salam versinlər.

Məsələ: 1158. Əgər iki nəfər (eyni zamanda) bir-birinə salam versə, hər birinə, digərinin cavabını qaytarması vacibdir.

Məsələ: 1159. Namazdan başqa hallarda, müstəhəbdir ki, salamın cavabı, verildiyindən daha yaxşı verilsin; məsələn, əgər bir şəxs “səlamun ələykum” deyə salam versə, cavabında “səlamun ələykum və rəhmətullah” deyilsin.

7-Namazı batil edənlərdən yeddincisi qəsdən və səslə gülməkdir. Əgər səhvən səslə gülsə və namazın surəti pozulmazsa namazı səhihdir. Amma təbəssüm namazı batil etmir.

Məsələ: 1160. Əgər gülüş səsinin qarşısını almaq istədikdə halı dəyişsə; məsələn, rəngi qızarsa, bu, namazın surətini pozacaq şəkildə olsa, ehtiyat-vacibə görə gərək namazını yenidən qılsın.

8-Namazı batil edənlərdən səkkizincisi dünya işləri üçün bilərəkdən uca səslə ağlamaqdır. Ehtiyat-vacib budur ki, dünya işləri üçün astadan da ağlamasın. Amma Allah xövfündən, yaxud qiyaməti yada salıb ağlasa istər alçaq səslə olsun, istərsə də uca səslə, eybi yoxdur. Üstəlik bu, daha yaxşı əməllərdən hesab olunur.

9-Namazın surətini pozan işləri etmək; məsələn, əl çalmaq, havaya tullanmaq və s. bu kimi işlər, istər az olsun, istərsə də çox; istər qəsdən, istərsə də unutqanlıq üzündən. Amma namazın surətini pozmayan işlərin; məsələn, əl ilə bir şeyə işarə etmək kimi eybi yoxdur.

Məsələ: 1161. Əgər namaz əsnasında, “namaz qılmır” deyilə biləcək qədər sakit qalsa, istər bilərəkdən olsun istərsə də səhvən namaz batildir.

Məsələ: 1162. Əgər namaz əsnasında müəyyən bir iş görsə, yaxud müəyyən qədər sakit qalıb sonra namazın pozulub-pozulmamasında şəkk etsə, namazı səhihdir.

10-Yemək və içmək namazı batil edənlərdəndir. Əgər namazda, “namaz qılır” deyılməyəcək şəkildə yesə və ya içsə, istər

səh: 224

bilərəkdən olsun, istərsə də unutqanlıq üzündən, namazı batildir. Amma oruc tutmaq istəyən bir şəxs, əgər sübh namazından əvvəl vitr namazı qılan halda susuz olsa, belə ki, namazı qurtaracağı halda sübh olacağından qorxsa, əgər su onun qarşısında və üç addımlıqında olsa, namaz arasında su içə bilər. Amma, gərək namazı batl edən əməllərdən etməsin; məsələn, qiblədən üz çevirməsin.

Məsələ: 1163. Əgər qəsdən yemək və içməkliklə namazın müvalatı pozulsa, yəni, “namazı ardıcıl qılır” deyilməsə, gərək namazını yenidən qılsın.

Məsələ: 1164. Əgər namaz əsnasında ağızda, yaxud dişlərin dibində qalan yemək qalıqlarını udsa, namaz batil olmaz. Həmçinin qənd, şəkər tozu və bunun kimi şeylər ağzında qalsa və namaz halında o yavaş-yavaş həll olub udulsa, eybi yoxdur.

11-İki rəkətli və üç rəkətli namazlarda, həmçinin dörd rəkətli namazların ilk iki rəkətində şəkk etmək.

12-Namazın rüknünü qəsdən və ya səhvən artırıb-azaltmaq, yaxud rükn olmayan şeyləri qəsdən artırıb-azaltmaq.

Məsələ: 1165. Əgər bir şəxs namazdan sonra, namaz əsnasında onu batil edən işlərdən edib-etməməsində şəkk etsə, namazı səhihdir.

NAMAZDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 1166. Namazda üzü, azacıq sağa və ya sola, “üzünü qiblədən çevirib” deyilməyəcək tərzdə döndərmək, məruhdur. Əks təqdirdə namazı batildir. Gözləri yummaq, yaxud sağa, sola döndərmək, saqqal və əllərlə oynamaq, barmaqları bir-birinə keçirtmək, ağızın suyunu yerə atmaq, Quranın, kitabın, üzüyün yazılarına baxmaq məkruhdur. Həmçinin, Həmd və surəni oxuyan və zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq məkruhdur. Ümumiyyətlə, xüzu və xüşunu aradan qaldıran hər hansı bir işlə məşğul olmaq məkruhdur.

səh: 225

Məsələ: 1167. İnsanın yuxusu gəldiyi, habelə bövl və qaitin qarşısını aldığı vaxt namaz qılması məkruhdur. Həmçinin, ayağı sıxan dar corab geymək də məkruhdur. Bundan başqa sair məkruhatlar da vardır ki, müfəssəl fiqhi kitablarda qeyd olunmuşdur.

VACİB NAMAZI POZMAĞIN MÜMKÜN OLDUĞU HALLAR

Məsələ: 1168. İxtiyar üzündən vacibi namazı pozmaq haramdır. Amma can və malın hifz olunması, cana və mala dəyən zərərin qarşısını almaq üçün pozmağın eybi yoxdur.

Məsələ: 1169. Əgər öz canını, yaxud canının qorunması vacib olan bir şəxsi, yaxud qorunub-saxlanması vacib olan əmlakı (malı) hifz etmək, namazı pozmadan mümkün olmazsa, gərək namazı pozsun. Amma çox əhəmiyyəti olmayan bir şeyi qoruyub-saxlamaq üçün namazı pozmaq məkruhdur.

Məsələ: 1170. Əgər bir şəxs, namaz vaxtının çox olduğu vaxtda namaza başlasa və borc sahibi öz borcunu ondan istəsə, onda namaz üstündə verə bilərsə, o halda verməlidir; əgər namazı pozmadan verə bilməzsə, namazı pozub borcunu qaytardıqdan sonra namazını qılmalıdır.

Məsələ: 1171. Əgər namaz əsnasında məscidin nəcis olduğunu bilsə, vaxtın az olduğu halda namazı qılıb qurtarmalıdır; əgər vaxt çox olsa və namazı pozmadan məscidi paklamaq mümkün olarsa, gərək namaz əsnasında məscidi təmizləyib sonra qalan hissəsini qılsın. Amma məscidi paklamaq namazın pozulmasına səbəb olarsa, namazı tamamlamaqla namazı pozub məscidi təmizləyib sonra namazı qılmaq arasında ixtiyarlıdır.

Məsələ: 1172. Namazı pozmalı olan bir şəxs, onu tamamlasa (axıra çatdırsa), günah etmişdir; amma namazı səhihdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, namazı yenidən qılsın.

Məsələ: 1173. Əgər rüku miqdarında əyilməzdən qabaq azan

səh: 226

və iqaməni unutduğu yadına düşsə, namazın vaxtı çox olan halda müstəhəbdir ki, onları demək üçün namazı pozsun (və yenidən azan və iqamə ilə qılsın).

ŞƏKKİYAT

Point

Namazın şəkkiyyatı 23 qismdir ki, onlardan səkkizi namazı batil edir, altısına etina olunmamalıdır, doqquzunda isə namaz səhihdir.

NAMAZI BATİL EDƏN ŞƏKKLƏR

Məsələ: 1174. Namazı batil edən şəklər aşağıdakılardan ibarətdir:

1-İki rəkətli namazların rəkətlərinin sayındakı şək; (sübh namazı və səfərdə olan şəxsin namazı kimi). Amma iki rəkətli müstəhəb namazların və ehtiyat namazlarının rəkətlərinin sayındakı şəkk, namazı batil etmir.

2-Üç rəkətli namazın rəkətlərinin sayındakı şəkk;

3-Dörd rəkətli namazda bir rəkət və ya daha artıq qılınmasındakı şəkk;

4-Dörd rəkətli namazlarda, ikinci səcdənin qurtarmasından qabaq, iki rəkətlə daha artıq arasındakı şəkk.

5-İki və beş, yaxud, iki və beşdən artıq rəkət arasındakı şəkk;

6-Üç rəkətlə altı rəkət və ya üç rəkətlə altı rəkətdən artıq arasındakı şəkk;

7-Neçə rəkət qıldığını bilmədiyi namazlardakı şəkk;

8-Dörd rəkətlə altı və ya dörd rəkətlə altıdan artıq rəkətlərdəki şəkk, ikinci səcdənin qurtarmasından əvvəl namaz batildir. Amma ikinci səcdə qurtarandan sonra ehtiyat-vacib budur ki, niyyətini dördüncü rəkətə qoyub namazı qurtarsın. Sonra iki səcdeyi-səhv yerinə yetirib namazı da yenidən qılsın.

Məsələ: 1175. Əgər batil şəkklərdən biri insanın qarşısına

səh: 227

çıxsa, namazını poza bilməz. Gərək şəkk tam öz yerini tutana qədər fikirləşsin, sonra namazı pozsun.

ETİNA OLUNMAYAN ŞƏKLƏR

Point

Məsələ: 1176. Etina olunmamalı şəklər aşağıdakılardan ibarətdir:

1. Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk; məsələn, təşəhhüdə səcdəni edib-etməməsində şəkk etsə.

2. Salamdan sonrakı şəkk.

3. Namazın vaxtı keçəndən sonrakı şəkk.

4. Kəsirüş-şəkk, yəni çox şəkk edən şəxsin şəkki.

5. İmam-cəmaət, namazın rəkətlərinin sayında etdiyi şəkk. Əgər məmum, onların sayını bilirsə. Həmçinin, məmumun namazının rəkətlərinin sayında etdiyi şəkk; əgər imam onların sayını bilirsə;

6. Müstəhəb namazındakı şəkk.

1-YERİNƏ YETİRMƏ MƏHƏLLİ KEÇMİŞ OLAN ŞEYLƏRDƏKİ ŞƏKK

Məsələ: 1177. Əgər bir şəxs namaz əsnasında onun vacibi əməllərindən birini yerinə yetirib-yetirməməsində; məsələn, həmdi oxuyub-oxumamasında şəkk etsə, bu halda ondan sonra yerinə yetirilməli olan əmələ başlamamış olsa, şəkk etdiyi hissəni yerinə yetirməlidir. Amma ondan sonra yerinə yetirilməli olan işə məşğul olsa, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1178. Əgər hər hansı ayəni oxuyanda, ondan qabaqkı ayəni oxuyub-oxumamasında şəkk etsə, yaxud ayənin axırını oxuyanda onun əvvəlini oxuyub-oxumamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1179. Əgər rüku, yaxud səcdədən sonra onun vacibi işlərini (zikr, bədənin aram olması kimi) yerinə yetirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir.

səh: 228

Məsələ: 1180. Əgər səcdəyə gedən halda rüku edib-etməməsində, yaxud rükudan sonra ayağa qalxıb-qalxmamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1181. Əgər ayağa qalxan halda səcdəni yerinə yetirib yetirməməsində şəkk etsə, qaydıb səcdəni yerinə yetirməlidir. Əgər ayağa qalxan halda təşəhhüdü deyib-deməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1182. Oturan, yaxud uzanan halda namaz qılan bir şəxs, həmdi, yaxud təsbihatı oxuyan vaxt səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir. Əgər həmd və ya təsbihatı oxumamışdan qabaq səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirməməsində şəkk etsə, ehtiyat-vacib budur ki, onları mütləq qürbət qəsdi ilə yerinə yetirsin.

Məsələ: 1183. Əgər namazın rüknlərindən hər hansı birini yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda ondan sonrakı işə başlamayıbsa, onu yerinə yetirməlidir; məsələn, əgər təşəhhüdü yerinə yetirməmişdən qabaq, iki səcdəni edib-etməməsində şəkk etsə, gərək yerinə yetirsin. Amma sonradan yerinə yetirmiş olduğu məlum olsa, rükn artıq olduğuna görə, namazı batildir.

Məsələ: 1184. Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda ondan sonrakı işə məşğul olmayıbsa, onu yerinə yetirməlidir; məsələn: əgər surəni oxumamışdan qabaq, həmdi oxuyub-oxumasında şəkk etsə, həmdi oxumalıdır. Əgər surəni oxuyandan sonra, yerinə yetirmiş olduğu məlum olarsa, rükn artıq olmadığı üçün, namaz səhihdir.

Məsələ: 1185. Əgər hər hansı rüknü yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda təşəhhüdə məşğuldursa və iki səcdəni yerinə yetitirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma, o rüknü yerinə yetirmədiyi yadına düşsə, bu halda sonrakı rüknə başlamayıbsa onu yerinə yetirməldir; əgər sonrakı rüknə başlayıbsa, namazı batildir; məsələn: rükudan

səh: 229

qabaq, əvvəlki iki səcdəni yerinə yetirmədiyi yadına düşsə, onu yerinə yetirməlidir. Amma rükuda, yaxud ondan sonra yadına düşsə, namazı batildir.

Məsələ: 1186. Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda ondan sonrakı əmələ başlayıbsa öz şəkkinə etina etməməlidir; məsələn: surəni oxuyanda həmdi oxuyub-oxumamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir. Əgər sonradan onu yerinə yetirmədiyi yadına düşsə, sonrakı rüknə başlamayıbsa, yerinə yetirməlidir. Amma rüknə başlamış olsa, namazı səhihdir. Misal üçün; qunutda həmdi oxumadığı yadına düşsə, gərək oxusun. Əgər rükuda yadına düşsə, namazı səhihdir.

Məsələ: 1187. Əgər namazın salamını düz deyib-deməməsində şəkk etsə, hər bir halda olsa öz şəkkinə etina etməsin. Əgər salamı deyib-deməməsində şəkk etsə namazın təqibatına, yaxud başqa bir namaza başlayıbsa, yaxud namazın surətini pozan işlə məşğul olmaqla namaz halından çıxsa, öz şəkkinə etina etməməlidir. Amma bu kimi işlərdən əvvəl şəkk etsə, salamı deməlidir.

2-SALAMDAN SONRAKI ŞƏKK

Məsələ: 1188. Əgər salamlardan sonra namazın səhih olub-olmamasında şəkk etsə; məsələn, rüku edib-etməməsində şəkk etsə, yaxud dörd rəkətli namazın salamından sonra dörd rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma şəkkinin hər iki tərəfi batil olsa; məsələn, dörd rəkətli namazın salamından sonra üç rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə namazı batildir.

3-VAXTI KEÇƏNDƏN SONRAKI ŞƏKK

Məsələ: 1189. Əgər bir şəxs, namazın vaxtı keçəndən sonra namaz qılıb-qılmamasında şəkk etsə, yaxud qılmadığını güman etsə, onu qılmaq lazım deyil. Amma vaxtı keçməmişdən qabaq namaz qılıb-qılmamasında şəkk etsə, yaxud qılmadığını güman

səh: 230

etsə, o namazı qılmalıdır. Hətta, əgər qıldığını güman etsə də, gərək yenidən qılsın.

Məsələ: 1190. Əgər namazın vaxtı keçəndən sonra onu düzgün qılıb-qılmamasında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1291. Əgər zöhr və əsr namazının vaxtı keçəndən sonra dörd rəkət namaz qılıb, lakin onu zöhr, yoxsa əsr niyyəti ilə qıldığını bilməzsə, ona vacib olan namazın qəzası niyyəti ilə bir dörd rəkətli namaz qılmalıdır.

Məsələ: 1192. Əgər məğrib və işa namazının vaxtı keçəndən sonra bir namaz qıldığnı bilsə, amma üç, yoxsa dörd rəkət qıldığını bilməsə, gərək məğrib və işa namazlarının qəzasını qılsın.

4-KƏSİRÜŞ-ŞƏKK (ÇOX ŞƏKK EDƏN)

Məsələ: 1193. Əgər bir şəxs bir namazda üç dəfə, yaxud üç namazda ardıcıl olaraq; məsələn, sübh, zöhr və əsr namazında şəkk etsə, ona kəsirül-şəkk deyilir. Əgər onun çox şəkk etməsi qəzəb, qorxu, halının pərişan olması səbəbi ilə olmazsa, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1194. Çox şəkk edən şəxs, əgər bir şeyi yerinə yetirməsində şəkk etsə, bir halda ki, onu yerinə yetirmək namazı batil etməzsə, gərək (niyyətində), onu yerinə yetirmiş olduğu qərarına gəlsin; məsələn, əgər rüku edib-etməməsində şəkk etsə, gərək (niyyətində), rükunu yerinə yetirməsini qərarlaşdırsın. Amma onu yerinə yetirmək namazı batil edərsə, gərək onu yerinə yetirməmiş olduğu qərarına gəlsin; məsələn, bir yaxud birdən artıq rüku etməsində şəkk etsə, rükunun artıq olması namazı batil etdiyi üçün, gərək birdən artıq rüku etməməsi qərarına gəlsin.

Məsələ: 1195. Namazın bir əməlində çox şəkk edən şəxs, onun başqa hissələrində də şəkk etsə, onun göstərişinə uyğun olaraq əməl etsin; məsələn, səcdə edib-etməməsində çox şəkk edən bir şəxs, rükunu yerinə yetirib-yetirməməsində şəkk etsə, onun göstərişinə müvafiq əməl etməlidir. Yəni, əgər ayaq üstədirsə,

səh: 231

rükunu yerinə yetirsin, səcdəyə gedibsə, şəkkinə etina etməsin.

Məsələ: 1196. Məxsusi namazda; məsələn, zöhr namazında çox şəkk edən bir şəxs, başqa namazda da; məsələn, əsr namazında şəkk etsə, öz şəkkinin göstərişinə müvafiq olaraq əməl etsin.

Məsələ: 1197. Əgər bir şəxs xüsusi bir yerdə namaz qılanda çox şəkk edirsə, ordan qeyri yerdə namaz qılanda şəkk yaranırsa, öz şəkkinin göstərişinə uyğun olaraq əməl etsin.

Məsələ: 1198. Əgər insan, kəsirüş-şəkk olub-olmamasında şəkk etsə, gərək şəkkin hökmünə əməl etsin. Kəsirüş-şəkk, camaatın adi halına qayıtmasına yəqin etməyənədək, gərək öz şəkkinə etina etməsin.

Məsələ: 1199. Çox şəkk edən şəxs, müəyyən rüknü yerinə yetirib-yetirməməsində şəkk edib etina etməsə və sonradan onu yerinə yetirmədiyi məlum olsa, bu halda sonrakı rüknə daxil olmayıbsa, onu yerinə yetirməlidi. Əgər sonrakı rüknə başlayıbsa, namazı batildir; məsələn, əgər rüku edib-etməməsində şəkk edib etina etməsə və ikinci səcdədən əvvəl etmədiyini xatırlasa, gərək rüku etsin və ehtiyat-müstəhəb budur ki, namazı yenidən qılsın. Əgər ikinci səcdədə yadına düşsə, namazı batildir.

Məsələ: 1200. Çox şəkk edən insan rükn olmayan bir şeyi yerinə yetirib-yetirməməsində şəkk etsə və öz şəkkinə etina etməyib sonradan yerinə yetirməməsi məlum olsa, bu halda onun yerinə yetirilməsi məhəlli keçməyibsə, yerinə yetirməlidir. Əgər məhəllindən keçibsə, namazı səhihdir; məsələn: əgər Həmdi oxyub-oxumamasında şəkk edib etina etməsə və qunutda oxumadığı yadına düşsə, Həmdi oxumalıdır. Əgər rükuda yadına düşsə namazı səhihdir.

5-İMAM VƏ MƏMUMUN ŞƏKKİ

Məsələ: 1201. Əgər camaat namazının imamı, namazın rəkətlərinin sayında şəkk etsə; məsələn: üç və ya dörd rəkət qılmasında şəkk etsə, bu halda məmum dörd rəkət qıldığını yəqin, yaxud güman edib imama başa salsa, imam namazı qurtarmalıdır.

səh: 232

Ehtiyat namazı da qılmaq lazım deyil. Həmçinin, əgər imam neçə rəkət qıldığın yəqin, yaxud gümanla bilsə, məmum da rəkətlərin sayında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

6-MÜSTƏHƏB NAMAZDAKI ŞƏKK

Məsələ: 1202. Əgər bir şəxs müstəhəb namazların rəkətlərinin sayında şəkk etsə, bu halda şəkkin çox tərəfi namazı batil edirsə, niyyəti az tərəfə qoymalıdır; məsələn: əgər sübh namazının nafiləsində, iki rəkətlə üç rəkət arasında şəkk etsə, niyyəti iki rəkət qıldığına qoymalıdır. Amma şəkkin çox tərəfi namazı batil etmirsə; məsələn, iki rəkətlə bir rəkət arasında şəkk etsə) şəkkin hər tərəfinə əməl etsə səhihdir.

Məsələ: 1203. Rüknün az olması, nafilə namazını batil edir. Amma artıq olması batil etmir. Deməli, əgər nafilənin işlərindən hər hansı birini unutsa və sonrakı rüknə başladığı vaxt yadına düşsə, o işi yerinə yetirib yenidən həmin rüknü yerinə yetirməlidir; məsələn, əgər rükuda surəni oxumadığı yadına düşsə, qayıdıb surəni oxumalı, yenidən rükuya getməlidir.

Məsələ: 1204. Əgər nafilə namazının işlərinin hər hansı birində şəkk etsə, istər rükn olsun, istərsə də qeyri-rükn, əgər məhəlli keçməyibsə, yerinə yetirməlidir. Əgər məhəlli keçibsə öz şəkkinə etina etməməlidir.

Məsələ: 1205. Əgər iki rəkətli müstəhəb namazda gümanı üç rəkətə, yaxud daha artığa getsə, gərək etina etməsin və namazı səhihdir. Əgər iki rəkətə və az tərəfə getsə, həmin gümana əməl etsin; məsələn, əgər gümanı bir rəkətə gedirsə, ehtiyat-vacibə görə, gərək bir rəkət də qılsın.

Məsələ: 1206. Əgər nafilə namazında səcdeyi-səhvin vacib olduğu bir iş etsə, yaxud bir səcdəni və ya bir təşəhüdü unutsa, namazdan sonra səcdeyi-səhv, yaxud səcdə və təşəhüdün qəzasını etməsi lazım deyil.

Məsələ: 1207. Bir şəxs müstəhəb namazı qılıb-qılmamasında şəkk etsə, bu halda o namaz “Cəfəri-təyyar” namazı kimi vaxtı

səh: 233

müəyyən olmayan namazlardan olsa, qılmadığını niyyət etməlidir. Həmçinin, əgər gündəlik namazların nafiləsi kimi vaxtı müəyyən olsa və vaxtının keçməsindən əvvəl, yerinə yetirib-yetirməməsində şəkk etsə, (də eyni qayda ilə). Amma vaxtı keçəndən sonra şəkk etsə, şəkkinə etina etməməlidir.

SƏHİH ŞƏKKLƏR

Məsələ: 1208. Doqquz halda əgər namaz qılan şəxs, dörd rəkətli namazın rəkətlərinin sayında şəkk etsə, ehtiyat-vacib budur ki, tez fikirləşsin; əgər şəkkin bir tərəfinə yəqin və ya güman hasil olsa, həmin tərəfi əsas tutub namazı qurtarmalıdır. Əks halda isə, deyiləcək göstərişlərə əməl etməlidir. Bu doqquz hal aşağıdakılardan ibarətdir:

1-İkinci səcdənin vacib zikri tamam olandan sonra, iki rəkətlə üç rəkət arasında şəkk etsə; bu halda niyyəti üç rəkətə qoyub bir rəkət də qılaraq namazı tamamlamalı, namazdan sonra ehtiyat-vacibə görə bir rəkət ayaq üstə, ehtiyat namazı qılmalıdır. Ehtiyat edib namazı yenidən qılsın. Əgər ikinci səcdədən baş qaldırdıqdan sonra şəkk etsə namazı yenidən qılmaq lazım deyil.

2-İki rəkətlə dörd rəkət arasında, ikinci səcdədən başını qaldırdıqdan sonra şəkk etsə; bu halda niyyəti dörd rəkətə qoyub namazı tamamlamalı, namazdan sonra ayaq üstə iki rəkət ehtiyat namazı ayaq üstə qılmalıdır.

3-İkinci səcdədən başını qaldırdıqdan sonra iki, üç və dörd rəkət arasında şəkk etsə; bu halda niyyəti dördə qoyub namazı tamamlamalı, sonra iki rəkət ayaq üstə və iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.

4-İkinci səcdədən başını qaldırdıqdan sonra dörd rəkətlə beş rəkət arasında şəkk etsə; bu halda niyyəti dördə qoyub namazı tamamlamalı, namazdan sonra iki səcdeyi-səhv etməlidir.

5-Üç rəkətlə dörd rəkət arasında olan şəkk; bu şəkk, namazın hər yerində olsa, niyyəti dördə qoyub namazı qurtarmalı, sonra isə

səh: 234

bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, iki rəkət oturan halda olana əməl etsin.

6-Ayaq üstə olanda, dörd rəkətlə beş rəkət arasında olan şəkk; bu halda yerə oturub təşəhüdü, salamları deyib, bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, iki rəkət oturan halda olana əməl etsin.

7-Ayaq üstə olanda üç rəkətlə beş rəkət arasındakı şəkk; bu halda yerə oturub namazın təşəhüd və salamı deyib, sonra namazı qurtarmalı; ayaq üstə iki rəkət ehtiyat namazı qılmalıdır.

8-Ayaq üstə olanda üç, dörd, beşinci rəkətlər arasındakı şəkk. Bu halda yerə oturub təşəhüd və salamı deməli, iki rəkət ayaq üstə, sonra isə iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.

9-Ayaq üstə olanda, beşinci rəkətlə altıncı rəkətdəki şəkk; bu halda yerə oturmalı, təşəhhüd və salamları deyib namazı qurtarmalı, sonra isə iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ: 1209. Əgər səhih şəklərdən biri, insanın qarşısına çıxsa, namazı pozmamalıdır; əgər pozsa, günah etmişdir. Deməli, əgər namazı batil edən işlərdən birini etməzdən qabaq (üzü, qiblədən döndərmək kimi) namazı yenidən başlasa, ikinci namazı da batildir. Amma namazı batil edən işlərdən birini etdikdən sonra namaza başlasa, ikinci namazı səhihdir.

Məsələ: 1210. Əgər ehtiyat namazı vacib olan şəklərdən biri, namaz əsnasında qarşıya çıxsa, bu halda insan namazı qurtarsa və ehtiyat namazı qılmayaraq, namazı yenidən başlasa, günah etmişdir. Amma namazı batil edən işlərdən birini görmədən namazı başlasa, ikinci namazı da batildir. Əgər namazı batil edən işləri etdikdən sonra, ikinci namaza başlasa, ikinci namazı səhihdir.

Məsələ: 1211. Əgər səhih şəklərdən hər hansı biri insanın qarşısına çıxsa, (qeyd olunduğu kimi,) dərhal fikirləşməlidir; əgər iki tərəfdən birinə yəqin və ya güman hasil etməsi üçün bir vasitə mövcud olmasa və ondan azacıq sonra fikirləşsə, eybi yoxdur;

səh: 235

məsələn: əgər səcdədə şəkk etsə, fikirləşməyi səcdədən sonraya qədər təxirə sala bilər.

Məsələ: 1212. Əgər əvvəldə gümanı iki tərəfdən birinə çox olsa, sonra isə hər iki tərəfə bərabərləşsə, şəkkin göstərişinə əməl etməlidir. Əgər şəkk əvvəldə hər iki tərəfə bərabər olsa və niyyəti vəzifəli olduğu tərəfə qoysa, sonradan gümanı başqa tərəfə getsə, həmin tərəfi əsas götürüb namazı tamamlamalıdır.

Məsələ: 1213. Gümanın bir tərəfə artıq olduğunu, yaxud hər iki tərəfə bərabər olduğunu bilməyən şəxs, gərək şəkkin göstərişinə əməl etsin.

Məsələ: 1214. Əgər namazdan sonra, namaz əsnasında tərəddüddə olduğunu başa düşsə; məsələn, iki rəkət, yaxud üç rəkət qılmasında tərəddüddə olub və niyyəti üç rəkətə qoyubsa, amma bu niyyətin üç rəkət qılmağa güman üzündən ya hər iki tərəf onun nəzərində bərabər olması əsasında olduğunu bilməsə, gərək ehtiyat-vacibə görə ehtiyat namazı qılsın.

Məsələ: 1215. Əgər təşəhhüd oxuyan vaxtda, yaxud ayağa qalxandan sonra iki səcdəni yerinə yetirib-yetirməməsində şəkk etsə və həmin vaxt iki səcdənin tamam olmasından sonra baş verəndə səhih olan şəkklər irəli gəlsə; məsələn, iki rəkətlə üç rəkət arasında şəkk etsə, o şəkkin göstərişinə əsasən əməl etsin, namazı səhihdir.

Məsələ: 1216. Əgər təşəhhüdə başlamamışdan, yaxud təşəhhüdü olmayan rəkətlərdə ayağa qalxmamışdan əvvəl, iki səcdəni yerinə yetirməsində şəkk etsə və həmin vaxt iki səcdənin tamam olmasından sonra səhih olan şəkklərdən biri baş versə, namazı batildir.

Məsələ: 1217. Əgər ayaq üstə olan halda üçlə dörd, yaxud üç, dörd və beş rəkət arasında şəkk etsə və əvvəlki rəkətin iki səcdəsini yerinə yetirmədiyi yadına düşsə, namazı batildir.

Məsələ: 1218. Əgər insanın şəkki aradan getsə, amma başqa bir şəkk yaransa, (məsələn, əvvəl iki rəkətlə üç rəkət arasında şəkk etsə, sonra isə üçlə dörd arasında şəkk etsə), ikinci şəkkin

səh: 236

göstərişinə əməl etməlidir.

Məsələ: 1219. Əgər namazdan sonra, namaz vaxtı; məsələn, iki ilə dörd arasında, yoxsa üç ilə dörd arasında şəkk etdiyində şəkk etsə, ehtiyat-vacib budur ki, hər ikisinin göstərişinə əməl etsin, namazı da yenidən qılsın.

Məsələ: 1220. Əgər namazdan sonra, namaz əsnasında şəkk irəli gəldiyini bilsə, amma batil şəkklərdən, yoxsa səhih şəkklərdən olmasını bilməsə; Həmçinin, səhih şəkklərdən olmuşsa, hansı qismdən olmasını bilməsə, gərək iki rəkət ehtiyat namazı ayaq üstə və iki rəkət ehtiyat namazı oturduğu yerdə qılıb, iki səcdeyi-səhv etməlidir.

Məsələ: 1221. Oturan halda namaz qılan bir şəxsə, bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmasına səbəb olan bir şəkk baş versə, gərək iki rəkət oturan halda qılsın. İki rəkət ayaq üstə ehtiyat namazı qılmalı olan bir şəkk qarşıya çıxsa, iki rəkət oturan halda qılmalıdır.

Məsələ: 1222. Ayaq üstə namaz qılan bir şəxs, ehtiyat namazı qılındığı halda ayaq üstə dura bilməsə, namazı oturan halda qılan şəxslər kimi (hökmü əvvəlki məsələdə deyildi) ehtiyat namazını qılmalıdır.

Məsələ: 1223. Oturan halda namaz qılan bir şəxs, ehtiyat namazı qılan zaman ayaq üstə dura bilsə, gərək namazı, ayaq üstə qılan şəxslərin vəzifəsinə əməl edərək yerinə yetirsin. Bu üç məsələdə ehtiyat-müstəhəb budur ki, namazı yenidən qılsın.

EHTİYAT NAMAZI

Məsələ: 1224. Ehtiyat namazı vacib olan bir şəxs, namazın salamından sonra dərhal ehtiyat namazı niyyəti edib təkbir deməli, həmdi oxuyub rüku və səcdəni etməlidir. Əgər bir rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüdü oxumalı, salamları deməlidir. İki rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra bir rəkət də (əvvəlki kimi) qılıb sonra təşəhhüdü

səh: 237

və salamları deməlidir.

Məsələ: 1225. Ehtiyat namazının surəsi və qunutu yoxdur və ahəstə qılınmalıdır. Niyyəti də dildə deyilməməlidir. Ehtiyat-vacib budur ki, bismillahı da ahəstə deyilsin.

Məsələ: 1226. Əgər ehtiyat namazını qılmamışdan qabaq qıldığı namazın səhih olduğunu başa düşsə, ehtiyat namazı qılması lazım deyilı. Əgər ehtiyat namazı əsnasında başa düşsə, onu tamamlaması lazım deyil.

Məsələ: 1227. Əgər ehtiyat namazı qılmamışdan qabaq namazının rəkətinin az olduğunu başa düşsə, bu halda namazı batil edən işlərdən görməyibsə, qılmadıqlarını qılmalı, yersiz salam dediyinə görə, iki səcdeyi-səhv etməlidir. Amma namazı batil edən işlərdən görübsə; məsələn, arxasını qibləyə çeviribsə namazı yenidən qılmalıdır.

Məsələ: 1228. Əgər ehtiyat namazından sonra, namazının kəsirinin ehtiyat namazı qədər olduğunu bilsə; məsələn: üçlə dörd arasında şəkk edib bir rəkət ehtiyat namazı qılsa və sonradan namazını üç rəkət qıldığını başa düşsə namazı səhihdir.

Məsələ: 1229. Əgər ehtiyat namazını qıldıqdan sonra namazının kəsirinin ehtiyat namazından az olduğunu bilsə; məsələn, iki ilə dörd arasında şəkk edib iki rəkət ehtiyat namazı qılsa və sonra namazı üç rəkət qıldığını bilsə namazı yenidən qılmalıdır.

Məsələ: 1230. Əgər ehtiyat namazı qılandan sonra namazın kəsirinin ehtiyat namazından artıq olduğunu bilsə; məsələn, üçlə dörd rəkət arasındakı şəkkdə, bir rəkət ehtiyat namazı qılıb sonradan namazın iki rəkət qıldığını bilsə, bu halda ehtiyat namazından sonra namazı batil edən işlərdən görmüş olsa; məsələn, arxası qibləyə dönmüş olsa namazı yenidən qılmalıdır. Əgər namazı batil edən işlərdən görməyibsə, namazın iki rəkət kəsirini yerinə yetirməli, ehtiyat-vacibə görə namazı da yenidən qılmalıdır.

Məsələ: 1231. Əgər iki, üç, dörd arasında şəkk edib iki rəkət

səh: 238

ayaq üstə ehtiyat namazı qılandan sonra, namazı iki rəkət qıldığını başa düşsə, iki rəkət oturan halda ehtiyat namazı qılması lazım deyil.

Məsələ: 1232. Əgər üç və dördün arasında şəkk etsə, iki rəkət oturduğu yerdə ehtiyat namazı qıldığı zaman, üç rəkət qıldığını xatırlasa, əgər rükudan qabaq olsa gərək ehtiyat namazını pozub çatışmayan bir rəkəti qılsın, namazın salamını artıq oxuduğuna görə iki səcdeyi-səhv etsin. Ehtiyat-vacib budur ki, namazı yenidən qılsın. Əgər ehtiyat namazı ayaq üstə olsa onu tamamlasın. Ehtiyat-vacibə görə, namazını da yenidən qılsın.

Məsələ: 1233. İki, üç, dörd rəkət arasında şəkk etsə və iki rəkət ayaq üstə ehtiyat namazı qılan vaxt, ikinci rəkətin rükusuna getməzdən qabaq namazı üç rəkət qıldığını bilsə, gərək otursun və namazı tamamlasın, namazın salamını artıq deiyi üçün iki səcdeyi-səhv etsin. Ehtiyat-vacibə görə, namazını da yenidən qılmalıdır.

Məsələ: 1234. Əgər ehtiyat namazı əsnasında namazın işlərinin ehtiyat namazından az, yaxud çox olduğunu başa düşsə, bu halda ehtiyat namazını, namazın kəsirinə müvafiq tamam edə bilməsə, onu pozub namazının kəsirini yerinə yetirməlidir, məsələn, əgər üçlə dörd arasındakı şəkkdə, iki rəkət oturan halda ehtiyat namazı qılan vaxt, namazını iki rəkət qıldığını başa düşsə, iki rəkət oturan haldakı namaz, iki rəkət ayaq üstə olan namaz hesab edilə bilmədiyinə görə, oturan halda ehtiyat namazını boşlayıb iki rəkət namazının kəsirini qılmalıdır. Namaza yersiz salam verdiyinə görə iki səcdeyi-səhv etsin. Ehtiyat-vacib budur ki, namazını da yenidən qılsın.

Məsələ: 1235. Əgər vacib olan ehtiyat namazını yerinə yetirib-yetirməməsində şəkk etsə, bu halda namazın vaxtı keçibsə, öz şəkkinə etina etməməlidir. Amma vaxtı olsa, başqa işə başlamayıbsa və namaz yerindən qalxmayıbsa, həmçinin, namazı batil edən işlərdən qiblədən dönmək kimi etməyıbsə ehtiyat namazını qılmalıdır. Əgər başqa işə məşğuldursa, və ya namazla şəkk arasında çox vaxt keçibsə, ehtiyat-vacib budur ki, ehtiyat

səh: 239

namazını yerinə yetirib, namazı da yenidən qılsın. Əgər namazı batil edən işlərdən birini edibsə gərək namazı yenidən qılsın.

Məsələ: 1236. Əgər ehtiyat namazında hər hansı rüknü artırsa, yaxud misal üçün, bir rəkət əvəzinə iki rəkət qılsa, ehtiyat namazı batildir. Bu halda namazın özünü və ehtiyat namazını yenidən qılmalıdır.

Məsələ: 1237. Ehtiyat namazını qılmağa məşğul olan vaxt, onun işlərindən hər hansı birində şəkk etsə, bu halda onun məhəlli keçməyibsə, yerinə yetirməlidir. Amma məhəlli keçmiş olarsa, gərək öz şəkkinə etina etməsin; məsələn, rükuya getməmişdən əvvəl həmdi oxuyub-oxumamasında şəkk etsə, onu oxumalıdır. Amma rükuya gedibsə, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1238. Əgər ehtiyat namazının rəkətlərinin sayında şəkk etsə, bir halda ki, şəkkin çoxu namazı batil olması tərəfədirsə, gərək niyyəti aza qoysun. Amma şəkkin çoxu namazı batil edən tərəfə olmasa, gərək niyyəti çoxa qoysun. Misal olaraq; iki rəkət ehityat namazına məşğul olarkən, iki və ya üç rəkət qılmasında şəkk edərsə, şəkkin çox tərəfi namazı batil etdiyi üçün, gərək niyyətində iki rəkət namaz qıldığını qəbul etsin. Əgər bir və ya iki rəkət qılmasında şəkk etsə, şəkkin çox tərəfi namazı batil etmədiyi üçün, gərək niyyəti qoysun ki, iki rəkət qılmışdır. Ehtiyat-vacib budur ki, namazın özünü və ehtiyat namazını yenidən qılsın.

Məsələ: 1239. Əgər ehtiyat namazında rükn olmayan bir şeyi səhvən artırıb-azaltsa, ehtiyat-vacib budur ki, iki səcdeyi-səhv etsin.

Məsələ: 1240. Əgər ehtiyat namazının salamından sonra onun hissələrini, yaxud şərtlərini yerinə yetirib-yetirməməsində şəkk etsə, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1241. Əgər ehtiyat namazında təşəhhüdü və yaxud bir səcdəni unutsa, ehtiyatən salamdan sonra onu qəza etsin.

Məsələ: 1242. Əgər bir şəxsə ehtiyat namazı və bir səcdənin, yaxud bir təşəhhüdün qəzası, yaxud iki səcdeyi-səhv vacib olsa,

səh: 240

gərək əvvəl ehtiyat namazını qılsın.

Məsələ: 1243. Gümanın hökmü namazın rəkətlərin sayında yəqinin hökmü kimidir; məsələn, əgər insan dörd rəkətli namazda namazı dörd rəkət qılmasını güman etsə, ehtiyat namazı qılmamalıdır. Gümanın hökmü namazın işlərində də yəqinin hökmü kimidir; məsələn, bir əməli etməsinə güman etsə, gərək namazı tamamlasın, ehtiyat-müstəhəbə görə, namazı yenidən qılsın; əgər məhəlli keçəndən sonra, bir əməli etməməsinə güman etsə, gərək qayıdıb o əməli yerinə yetirsin, ehtiyat-müstəhəbə görə, namazı yenidən qılsın.

Məsələ: 1244. Şəkk, səhv və gümanın hökmünün gündəlik vacib namazlarında və s. vacibi namazlarda heç bir fərqi yoxdur; məsələn, əgər ayət namazında bir rəkətlə iki rəkət arasında şəkk etsə, iki rəkətli namazda şəkk batil olduğundan, onun namazı batildir.

SƏCDEYİ-SƏHV

Point

Məsələ: 1245. Beş şey üçün, namazın salamından sonra (qaydası sonradan deyiləcək göstərişə əsasən) iki səcdeyi-səhv yerinə yetirilməlidir:

1-Namaz əsnasında səhvən danışsa;

2-Namazın salamını verməli olmadığı yerdə; məsələn, birinci rəkətdə səhvən salam desə;

3-Bir səcdəni unutsa;

4-Təşəhüdü unutsa;

5-Dörd rəkətli namazın ikinci rəkətindən sonra dörd rəkətlə beş rəkət arasında şəkk etsə və ya durmalı yerdə otursa; məsələn, həmd və surə oxumalı yerdə səhvən otursa və ya təşəhüd kimi oturması gərəkli olduğu yerdə, səhvən dursa, ehtiyat-vacibə görə, gərək iki səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyat-vacib budur ki, namazda hər əməlin səhvən azalıb çoxalması üçün iki səcdeyi-səhv yerinə yetirsin. Bu neçə məsələnin hökmləri, gələn

səh: 241

məsələlərdə deyiləcək.

Məsələ: 1246. Əgər insan səhvən, yaxud namazını tamam olmuş hesab edərək danışsa, iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ: 1247. Ah çəkmək və öskürmək səbəbilə yaranan bir hərf üçün, səcdeyi-səhv vacib deyil. Amma məsələn, səhvən “ah” və ya “ax” desə, səcdeyi-səhv etməlidir.

Məsələ: 1248. Əgər səhv oxuduğu bir şeyi yenidən düzgün surətdə oxusa, səcdeyi-səhv vacib deyil.

Məsələ: 1249. Əgər namazda səhvən bir müddət danışsa və onun hamısı bir dəfə hesab olunsa, salamdan sonra iki səcdeyi-səhv kifayətdir.

Məsələ: 1250. Əgər səhvən təsbihati-ərbəəni deməsə və ya çox desə, ehtiyat-vacib budur ki, namazdan sonra iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1251. Əgər namazın salamını deməli olmadığı yerdə, səhvən “əssəlamu ələyna və əla ibadillahis-salihin”, yaxud “əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” desə, iki səcdeyi-səhv etməlidir. Əgər səhvən də bu iki salamın bir miqdarını desə, ehtiyat-vacibə görə iki səcdeyi-səhv etməlidir. Əgər “əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” desə, iki səcdeyi-səhv lazım deyil.

Məsələ: 1252. Əgər salam verməməli olduğu yerdə, səhvən hər üç salamı desə, iki səcdeyi-səhv kifayətdir. Ehtiyat-müstəhəb budur ki, səcdə ilə salamı təkrar etsin.

Məsələ: 1253. Əgər bir səcdəni və ya təşəhhüdü unutsa və sonrakı rəkətin rükusuna çatmamışdan qabaq yadına düşsə, qayıdıb yerinə yetirməlidir və ehtiyat-vacibə görə, namazdan sonra yersiz durduğu üçün iki səcdeyi-səhv etməlidir.

Məsələ: 1254. Əgər rükuda, yaxud ondan sonra, əvvəlki rəkətdən bir səcdəni, yaxud təşəhhüdü unutduğu yadına düşsə, namazın salamından sonra səcdəni və ya təşəhhüdü qəza edib sonra iki səcdeyi-səhv etməlidir.

Məsələ: 1255. Əgər səcdeyi-səhvi namazın salamından sonra

səh: 242

qəsdən etməsə, günah etmişdir. Amma namazı batil olmur. Vacibdir ki, dərhal onu yerinə yetirsin. Əgər səhvən yerinə yetirməsə, hər vaxt yadına düşsə dərhal yerinə yetirsin. Namazı yenidən qılmaq lazım deyil.

Məsələ: 1256. Əgər səcdeyi-səhvin vacib olub-olmamasında şəkk etsə, yerinə yetirməsi lazım deyil.

Məsələ: 1257. Əgər insan, ona iki, yaxud dörd səcdeyi-səhv vacib olmasında şəkk etsə, ikisi kifayətdir. Müstəhəbdir dörd səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1258. Əgər iki səcdeyi-səhvdən birini yerinə yetirmədiyini bilsə, onda iki səcdeyi-səhv etməlidir. Əgər səhvən üç səcdə yerinə yetirdiyini bilsə, yenidən iki səcdeyi-səhv etməlidir.

SƏCDEYİ-SƏHVİN QAYDASI

Məsələ: 1259. Səcdeyi-səhvin qaydası budur ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti edib ehtiyat-vacibə görə alını səcdənin səhih olduğu şeyin üstünə qoyub desin:

بِسْمِ اللهِ وَبِاللهِ أَلسَّلاَمُ عَلَیْکَ أَیُّهَا النَّبِیُّ وَرَحْمَهُ اللهِ وَبَرَکَاتُهُ

“Bismillahi və billahi, əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh” desin, sonra səcdədən qalxıb otursun, yenidən səcdəyə gedib qeyd olunan zikri deyib otursun və təşəhhüdü oxuyandan sonra salamı desin.

UNUDULMUŞ TƏŞƏHHÜD VƏ SƏCDƏNİN QAZASI

Məsələ: 1260. İnsanın unutduğu və namazdan sonra qəzasını yerinə yetirdiyi təşəhhüd və səcdədə, namazda olan bütün şərtlər bədən və paltarın pak olması, üzü qibləyə olmaq və digər şərtlər olmalıdır.

Məsələ: 1261. Əgər təşəhhüdü və səcdəni bir neçə dəfə unutsa; məsələn, bir səcdəni birinci rəkətdən, birini də ikinci rəkətdən

səh: 243

unutsa, gərək namazdan sonra hər birinin qəzasını, onlar üçün

lazım olan səcdeyi-səhv ilə birlikdə yerinə yetirsin. Hansının yerinə yetirdiyini müəyyən etməsi lazım deyil, amma ehtiyat-müstəhəb budur ki, müəyyən etsin.

Məsələ: 1262. Əgər bir səcdə və bir təşəhhüdü unudubsa, ehtiyat-vacibə görə hansını birinci unudubsa, əvvəlcə onun qəzasını yerinə yetirsin. Amma, hansını əvvəlcə unutduğunu bilməsə, ehtiyatən bir səcdə və bir təşəhhüd, sonra isə başqa bir səcdə yerinə yetirsin, yaxud bir təşəhhüd və bir səcdə, onların ardınca isə başqa bir təşəhhüd yerinə yetirsin ki, tərtibini unutduğu səcdə və təşəhhüdün qəzasını tərtiblə yerinə yetirməsinə yəqin etsin.

Məsələ: 1263. Əgər əvvəlcə səcdəni unutmasını fikrləşərək onun qəzasını yerinə yetirib təşəhhüdü oxuduqdan sonra, əvvəlcə təşəhhüdü unutduğunu bilsə, ehtiyat-vacib budur ki, yenidən səcdənin qəzasını etsin. Həmçinin, əgər əvvəlcə təşəhhüdü unutduğunu güman edərək əvvəlcə onun qəzasını yerinə yetirsə və səcdədən sonra, əvvəlcə səcdəni unutması yadına düşsə, ehtiyat-vacibə görə, yenidən təşəhhüd oxumalıdır.

Məsələ: 1264. Əgər namazın salamı ilə səcdə və ya təşəhhüdün qəzası arasında həm qəsdən, həm də səhvən baş verməsi namazı batil edən işlərdən birini görsə; məsələn, arxası qibləyə çevrilsə, ehtiyat-vacibə görə, səcdə və təşəhhüdün qəzasını yerinə yetirdikdən sonra, namazı yenidən qılsın.

Məsələ: 1265. Əgər namazın salamından sonra axrıncı rəkətin bir səcdəsini yaddan çıxardığını xatırlasa, bir halda ki, qiblədən üz çevirmək kimi, səhvən və ya bilərəkdən namazı batil edən əməllərdən yerinə yetirməsə, qəza səcdə niyyəti ilə səcdə etsin və iki səcdeyi-səhv yerinə yetirsin. Həmçinin, əgər axrıncı rəkətin təşəhhüdünü unutduğunu xatırlasa, bu niyyətlə ki, öz vəzifəsini yerinə yetirmişdir, təşəhhüdü oxusun və ondan sonra salam versin və iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1266. Əgər namazın salamı ilə səcdə və ya təşəhhüdün

səh: 244

qəzası arasında səcdeyi-səhvin vacib olduğu bir iş etsə; məsələn, səhvən danışsa, ehtiyat-vacibə görə, gərək səcdənin, yaxud təşəhhüdün qəzasını etsin. Səcdə və ya təşəhhüdün qəzası üçün etdiyi səcdeyi-səhvdən başqa, iki səcdeyi-səhvdə yerinə yetirsin.

Məsələ: 1267. Əgər təşəhhüd və səcdədən hansını unutduğunu bilməsə, hər ikisinin qəzasını etməlidir. Hər birini əvvləcə yerinə yetirsə, eybi yoxdur.

Məsələ: 1268. Əgər səcdəni, yaxud təşəhhüdü unudub-unutmamasında şəkk etsə, qəza etməsi vacib deyil.

Məsələ: 1269. Əgər səcdə və ya təşəhhüdü unutduğunu bilsə, amma sonrakı rəkətin rükusundan əvvəl yerinə yetirib-yetirməməsində şəkk etsə, ehtiyatən onu qəza etsin.

Məsələ: 1270. Səcdə və ya təşəhhüdü qəza etməli olan bir şəxs, əgər başqa bir iş üçündə səcdeyi-səhv ona vacib olarsa, gərək namazdan sonra səcdə və ya təşəhhüdün qəzasını yerinə yetirsin və sonra səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1271. Əgər namazdan sonra, unudulmuş səcdə və ya təşəhhüdün qəzasını edib-etməməsində şəkk etsə, bu halda əgər namazın vaxtı keçməyibsə, təşəhhüdün və ya səcdənin qəzasını etməlidir; əgər namazın vaxtı keçmiş olsa onun qəzası müstəhəbdir.

NAMAZIN HİSSƏLƏRİNİ VƏ ŞƏRTLƏRİNİ ARTIRIB-AZALTMAQ

Məsələ: 1272. Əgər namazın vacibatından bir şeyi qəsdən artırıb azaltsa, hətta bir hərf olsa belə, namaz batildir.

Məsələ: 1273. Əgər məsələni bilməməzlik üzündən namazın hissələrindən birini artırıb-azaltsa, namazı batildir. Amma məsələni bilməməzlik üzündən sübh, məğrib və işa namazlarının həmd və surəsini asta oxusa və ya zöhr və əsr namazlarının həmd və surəsini uca səslə oxusa və ya səfərdə zöhr, əsr və işa

səh: 245

namazlarını dörd rəkətli oxusa, namazı səhihdir.

Məsələ: 1274. Əgər namaz əsnasında dəstəmaz və ya qüslünun batil olduğunu, yaxud da dəstəmazsız və ya qüslsuz namaza başladığını başa düşsə, namazı pozub yenidən, dəstəmaz və ya qüsl alıb qılmalıdır. Əgər namazdan sonra başa düşsə, namazı dəstəmaz və qüsllıə yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəzasını etməlidir.

Məsələ: 1275. Əgər rükuya çatandan sonra qabaqdakı rəkətin iki səcdəsini unutduğu yadına düşsə, namazı batildir. Amma rükudan əvvəl yadına düşsə, qayıdıb iki səcdəni etməli, sonra ayağa qalxıb həmdi və surəni yaxud da təsbihatı deyib namazı qurtarmalıdır. Namazdan sonra ehtiyat-vacibə görə, yersiz qalxdığına görə iki səcdeyi-səhv etsin.

Məsələ: 1276. Əgər “əssəlamu ələyna” və ya “əssəlamu ələykum” deməmişdən qabaq axırıncı rəkətin iki səcdəsini yerinə yetirmədiyi yadına düşsə, gərək iki səcdəni edib yenidən təşəhhüdü və salamları oxusun. Vacibdir təşəhüdün coxluğu üçün iki səcdeyi-səhv etsin.

Məsələ: 1277. Əgər namazın salamından qabaq, namazın axırından bir rəkət, yaxud daha artıq qılmadığını başa düşsə, unutduğu qədəri yerinə yetirməlidir.

Məsələ: 1278. Əgər salamdan sonra namazın axırından bir rəkət, yaxud daha çox qılmadığı yadına düşsə, əgər qəsdən və səhvən baş veribsə, namaz batil olur; məsələn, arxası qibləyə dönübsə namazı batildir. Amma namazı batil edə biləcək qəsd və səhv üzündən bir iş etməyibsə, gərək dərhal unutduğu hissəni yerinə yetiririb və yersis dediyi salam üçün iki səcdeyi-səhv etsin.

Məsələ: 1279. Əgər namazın salamından sonra namazı batil edə biləcək qəsd və səhv üzündən bir iş edibsə, namazı batildir; məsələn, arxası qibləyə dönüb sonra axırıncı iki səcdəni etmədiyi yadına düşsə, namazı batildir. Əgər namazı batil edən işlərdən etmədiyi halda yadına düşsə, ehtiyat-vacib budur ki, unutduğu iki səcdəsini, gərək yerinə yetirib yenidən namazın təşəhhüd, və

səh: 246

salamını desin. Əvvəldə dediyi salam üçün iki səcdeyi-səhv etsin.

Ehtiyat-vacib budur ki, namazı yenidən qılsın.

Məsələ: 1280. Əgər namazı, vaxt daxil olmamışdan qabaq, yaxud qiblənin əksinə, qılsa namazı batildir. Əgər qiblənin sağ və ya sol tərəfinə qılsa və vaxt daxilində başa düşsə gərək yenidən qılsın. Əgər vaxtı keçibsə qəzasını etməməlidir.

MÜSAFİRİN NAMAZI

Səfərə çıxan zöhr, əsr və işa namazını səkkiz şərt daxilində şikəstə, yəni iki rəkət qılmalıdır:

1-Onun səfəri səkkiz şəri fərsəxdən az olmasın. Hər bir şəri fərsəx, təqribən beş kilometr yarım (5.5 km)-dır.

Məsələ: 1281. Bir şəxs ki, onun gedib qayıtması səkkiz fərsəxdir, əgər bir gecə və gündüzdə gedib qayıda; məsələn: əgər gündüz gedə həmin gün və ya gecə qayıda, bir halda ki, onun getməsi dörd fərsəxdən az olmasa, gərək namazını şikəstə qılsın. Buna əsasən, əgər getməyi üç fərsəx və qayıtmağı beş fərsəx olarsa, gərək namazını tamam, yəni dörd rəkət qılsın.

Məsələ: 1282. Əgər gedib qayıtmaq səkkiz fərsəx olarsa, amma getdiyi gün və ya gecə qayıtmasa, misal olaraq; bu gün gedib sabah qayıtsa, gərək namazını şikəstə qılsın və orucunu da tutmasın.

Məsələ: 1283. Əgər bir şəxsin səfəri səkkiz fərsəxdən bir müxtəsər az olsa, yaxud səfərin səkkiz fərsəx olub-olmaması məlum olmasa, namazı şikəstə qılmamalıdır. Əgər səfərin səkkiz fərsəx olub-olmamasında şəkk etsə, gərək namazını tamam qılsın.

Məsələ: 1284. Əgər bir nəfər adil şəxs, səfərin səkkiz fərsəx olduğunu xəbər versə, və onun dediyindən əminlik hasil olsa, gərək namazı şikəstə qılıb orucunu da tutmasın.

Məsələ: 1285. Səfərinin səkkiz fərsəx olmasına yəqini olan bir şəxs, namazı şikəstə qılıb sonradan səkkiz fərsəx olmadığını başa düşsə, gərək onu dörd rəkətli qılsın; vaxtı keçmişsə, qəzasını etsin.

səh: 247

Məsələ: 1286. Müəyyən bir məqsədi onan şəxs, səfərinin

səkkiz fərsəx olmamasına yəqin edən, yaxud o qədər olub-olmamasında şəkk edən bir şəxs, yolda səfərinin səkkiz fərsəx olmasını anlasa, hətta yolun az bir hissəsi qalmış olsa da, namazı şikəstə qılmalıdır. Əgər bütöv qılmış olsa, yenidən şikəstə qılmaldır.

Məsələ: 1287. Əgər aralarındakı fasilə dörd fərsəxdən az olan iki yer arasında bir neçə dəfə gedib-gəlsə, üst-üstə səkkiz fərsəx olmasına baxmayaraq, gərək namazı bütöv qılsın.

Məsələ: 1288. Əgər bir məntəqəyə iki yol olsa və onlardan biri səkkiz fərsəxdən az, digəri isə səkkiz fərsəx, yaxud ondan çox olsa, bu halda bir şəxs həmin yerə səkkiz fərsəx olan yolla getsə, gərək namazı şikəstə qılsın. Amma səkkiz fərsəx olamayan yolla getsə, namazı bütöv qılmalıdır.

Məsələ: 1289. Əgər şəhərin divarı olsa, onda səkkiz fərsəxin əvvəlini şəhərin divarından; divarı olmasa şəhərin axırıncı evlərindən hesab etməlidir.

2-(Səfər edən), səfərin əvvəlindən səkkiz fərsəx getmək niyyətində olsun. Deməli, əgər səkkiz fərsəxdən az olan yerə səfər edərsə və ora çatdıqdan sonra, gəldiyi yerlə birlikdə səkkiz fərsəx olan bir yerə getmək niyyətində olsa, əvvəldən səkkiz fərsəx niyyəti olmadığı üçün, gərək namazını tamam qılsın. Amma oradan (çatdığı yerdən) səkkiz fərsəx getmək istəsə və ya dörd fərsəx gedib qayıtsa, gərək namazını şikəstə qılsın.

Məsələ: 1290. Səfərinin neçə fərsəx olacağını bilməyən; məsələn, itmiş şeyi axtarmaq üçün səfər edən, itirdiyini axtarmaq üçün nə qədər yol gedəcəyini bilməyən bir şəxs, namazı tamam qılmalıdır. Amma qayıdan vaxt, vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə qədər səkkiz fərsəx və ya daha artıq olsa, gərək namazı şikəstə qılsın. Həmçinin, əgər getdiyi vaxt dörd fərsəx gedəcəyini qəsd etsə, əgər gedib qayıtması səkkiz fərsəx olsa gərək namazı şikəstə qılsın.

Məsələ: 1291. Səfər edən şəxs, o halda namazını şikəstə

səh: 248

qılmalıdır ki, səkkiz fərsəx getməyi qərara almış olsun. Deməli,

bir şəxs. şəhərdən çölə çıxsa və məqsədi yoldaş tapacağı halda səkkiz fərsəx getmək olsa, bu halda yoldaş tapacağına əmin olarsa, namazı şikəstə, əks halda isə bütöv qılmalıdır.

Məsələ: 1292. Səkkiz fərsəx getmək qəsdində olan bir şəxs, hətta əgər hər gün bir az yol getsə də, şəhərin divarları görünməyən, yaxud azanı eşidilməyən bir yerə çatsa, gərək namazını şikəstə qılsın. Amma hər gün çox az miqdarda yol getsə və ona artıq “səfər edən” deyilməzsə, namazını bütöv qılmalıdır.

Məsələ: 1293. Səfərdə başqasının ixtiyarında olan bir şəxs; məsələn, öz ağası ilə səfərə gedən nökər, səfərinin səkkiz fərsəx olduğunu bilsə, namazını şikəstə qılmalıdır. Əgər bilməsə, ehtiyat-vacib budur ki, ondan soruşsun; əgər səkkiz fərsəxdirsə, namazını şikəstə qılsın.

Məsələ: 1294. Səfərdə başqasının ixtiyarında olan bir şəxs, dörd fərsəxə çatmamışdan qabaq ondan ayrılacağını və səfər etməyəcəyini bilsə yaxud güman etsə, namazını bütöv qılmalıdır.

Məsələ: 1295. Səfərdə başqasının ixtiyarında olan bir şəxs, əgər dörd fərsəxə çatmamışdan qabaq ondan ayrılıb-ayrılmayacağında şəkk etsə, gərək namazı bütöv qılsın. Amma onun şəkki, səfəri üçün maneə irəli gələcəyinə ehtimaldan irəli gəlsə, onun ehtimalı camaatın nəzərində yerli ehtimal olmasa, gərək namazı şikəstə qılsın.

3-Yolda öz məqsədindən dönməsin. Deməli, əgər dörd fərsəxə çatmamışdan qabaq öz niyyətindən dönsə, yaxud tərəddüddə qalsa, namazı bütöv qılmalıdır.

Məsələ: 1296. Əgər dörd fərsəxə çatandan sonra səfər niyyətindən dönsə, bu halda həmin yerdə qalmağı, yaxud on gündən sonra qayıdacağını qərara alsa və ya qayıtmaqda, yaxud qalmaqda tərəddüddə olsa, namazını bütöv qılmalıdır.

Məsələ: 1297. Əgər dörd fərsəxə yetişdikdən sonra səfər fikrindən yayınsa, həmin gün və ya gecəsi qayıtmaq məqsədi olarsa, gərək namazını şikəstə qılsın. Həmçinin həmin gün və ya

səh: 249

gecəsi qayıtmasa və on gündən az orada qalmaq istəsə gərək namazını şikəstə qılsın.

Məsələ: 1298. Əgər müəyyən bir yerə getmək üçün hərəkət etsə, və bir qədər yol getdikdən sonra başqa yerə getmək istəsə, bu halda hərəkət etdiyi ilk yerdən, getmək istədiyi yerə qədər səkkiz fərsəx olsa, namazı şikəstə qılmalıdır.

Məsələ: 1299. Əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını gedib-getməkdə tərəddüddə qalsa və tərəddüdə qaldığı vaxt yol getməsə, sonra yolun qalan hissəsini getmək qərarına gəlsə, gərək səfərin axırınadək namazı şikəstə qılsın.

Məsələ: 1300. Əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını gedib-getməkdə tərəddüddə qalsa və tərəddüdə qaldığı vaxt bir qədər yol getməsə, sonra səkkiz fərsəx yol getmək qərarına gəlsə və ya dörd fərsəx gedib və on gündən qabaq dörd fərsəx qayıtsa, gərək səfərin axırına kimi namazı şikəstə qılsın.

Məsələ: 1301. Əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını gedib-getməkdə tərəddüdə düşsə və tərəddüddə olduğu vaxt bir az yol gedib sonradan yolun qalanını da getməyi qərara alsa, bu halda onun səfərinin qalan hissəsi dörd fərsəx və ya çox olsa, qayıtmazadan qabaq on gün qalmaq istəməsə gedərkən və qayıdarkən gərək namazı şikəstə qılsın. Əgər tərəddüdə düşməmişdən qabaqkı və ondan sonra getdiyi yol, üst-üstə səkkiz fərsəx olsa, ehtiyat-vacibə görə, namazı həm şikəstə, həm də tamam qılmalıdır.

4-Səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçmək, yaxud on gün və ya ondan artıq bir yerdə qalmaq istəməsin. Deməli, səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçmək istəyən, yaxud müəyyən bir yerdə on gün qalmaq istəyən bir şəxs, namazını bütöv qılmalıdır.

Məsələ: 1302. Səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçib-keçməyəcəyini bilməyən, yaxud müəyyən bir yerdə on gün qalıb-qalmayacağını bilməyən bir şəxs, namazını bütöv qılmalıdır.

səh: 250

Məsələ: 1303. Səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçmək, yaxud müəyyən yerdə on gün qalmaq istəyən, habelə vətənindən keçib-keçməyəcəyində, yaxud müəyyən bir yerdə on gün qalmaqda tərəddüddə qalan bir şəxs, on gün qalmaq, yaxud vətənindən keçmək niyyətindən dönsə, yenə də namazı bütöv qılmalıdır. Amma yolun qalan hissəsi səkkiz fərsəx olsa, yaxud dörd fərsəx olsa, amma həmin yolu gedə və on gündən qabaq qayıtmaq istəsə, namazı şikəstə qılmalıdır.

5-Haram iş üçün səfər etməsin. Əgər bir şəxs(oğurluq kimi) haram işlər üçün səfər etsə, namazı bütöv qılmalıdır. Həmçinin əgər, səfərin özü haram olsa; məsələn: şəri cəhətdən onu yerinə yetirmək haram olmaqla yanaşı onun üçün zərərli olsa, yaxud qadın əri ilə müxalifət edib

“naşizə”(1) olmasına dəlalət edərsə, və övlad ata-ananın qadağan etdikləri halda onlarla müxalifət edib vacib olmayan səfərə getsələr, namazı tamam qılmalıdırlar. Amma həcc kimi vacib səfər olsa, namazı şikəstə qılmalıdırlar.

Məsələ: 1304. Səfər, ata-ananın əziyyətə düşməsinə səbəb olarsa, haramdır. Belə səfərlərdə insan namazı bütöv qılmalı, orucu da tutmalıdır.

Məsələ: 1305. Səfəri haram olmayan və haram iş üçün səfər etməyən bir şəxs, səfərdə günah bir iş görsə də; məsələn, qeybət etsə, şərab içsə namazı şikəstə qılmalıdır.

Məsələ: 1306. Əgər vacib bir işi tərk etmək üçün səfər etsə, istər bu səfərdə başqa məqsədi olsun və ya olmasın, namazı tamam qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də bütöv qılsın. Deməli, borclu olan bir şəxs öz borcunu verə bildiyi halda borc sahibi də istəsə, səfərdə borcunu verə bilməsə və xüsusən borcu verməkdən boyun qaçırmaq üçün səfər etsə, gərək namazı bütöv qılsın. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də bütöv qılsın. Amma səfəri vacib bir əməli tərk etmək üçün olmasa gərək namazı şikəstə qılsın.

səh: 251


1- . Ərinə itaət etməyən qadın.

Məsələ: 1307. Əgər bir şəxsin səfəri haram olmasa, amma, mindiyi heyvan və ya başqa minik vasitələri qəsbi olsa və ya qəsbi torpaqda səfər edərsə, namazı şikəstə qılsın. Ehtiyat-müstəhəb budur ki, namazı həm şikəstə, həm də tamam qılsın.

Məsələ: 1308. Zülmkar şəxs ilə səfər edən bir şəxs, çarəsizlikdən olmasa və onun səfəri zalıma kömək olsa, yaxud zalımın hökmünü gücləndirməyə səbəb olsa, zalıma kömək olmasa da, gərək namazını tamam qılsın. Amma çarəsizlikdən; məsələn, hər hansı bir məzlumu xilas etmək üçün onunla səfər etsə, namazı şikəstə qılmalıdır.

Məsələ: 1309. Əgər əyləncə və gəzinti üçün səfər etsə, haram deyildir və namazı şikəstə qılmalıdır.

Məsələ: 1310. Əgər bir şəxs keyf və xoşgüzəranlıq üçün ova gedsə, namazı bütövdür. Amma dolanışıq əldə etmək üçün ova gedərsə, namazı şikəstədir. Əgər gəlir və malını artırmaq üçün ova gedsə, ehtiyat-vacib budur ki, namazını həm şikəstə həmdə tam qılsın, amma orucunu tutmasın. Əgər orucda da ehtiyat etsə çox yaxşıdır.

Məsələ: 1311. Günah etmək üçün səfərə gedən bir şəxs, səfərdən qayıdanda tövbə etdiyi təqdirdə gərək namazını şikəstə qılsın. Əgər tövbə etməsə, belə namazı şikəstə qılsın. Əgər səfərdən qayıdarkən günah etmək niyyəti olsa və ya o səfərin davamı hesab olunsa namazı bütöv qılmalıdır.

Məsələ: 1312. Bir şəxs ki, səfəri günah səfəri olsa, əgər yolda günah fikrindən yayınsa, bu halda qalan yol səkkiz fərsəx olsa, yaxud dörd fərsəx olsa ki, gedib qayıtmaq istəsə, mübah səfərə başladıqdan sonra gərək namazını şikəstə qılsın.

Məsələ: 1313. Günah üçün səfər etməyən bir şəxs, əgər yolda qalan miqdarı günah etmək üçün səfər etsə, namazını bütöv qılmalıdır. Amma şikəstə qıldığı namazlar səhihdir.

6-Səhralarda köçəri həyat tərzi keçirən, hər yerdə özü və mal-qaraları üçün su, yem tapdıqda, orada qalıb bir müddətdən sonra başqa yerlərə köçənlərdən olmasın. Səhrada köçəri həyat tərzi

səh: 252

keçirənlər, bu səfərlərdə namazlarını bütöv qılmalıdırlar.

Məsələ: 1314. Əgər köçərilərdən biri ev və heyvanları üçün otlaq tapmaq məqəsdi ilə səfər etsə, bu halda onun səfəri səkkiz fərsəx olarsa, çadır və bütün yaşayış əşyaları yanında olmasa, gərək namazını şikəstə qılsın. Əks təqdirdə, ehtiyat-vacib budur ki, həm şikəstə həm də tamam qılsın.

Məsələ: 1315. Əgər köçəri həyat tərzi keçirən bir şəxs ziyarət, həcc, ticarət və s. üçün səfər etsə, namazını şikəstə qılmalıdır.

7-Onun işi, peşəsi və yaxud işi və peşəsinin ibtidai işləri səfər olmasın. Deməli, dəvəçi, sürücü, qoyun alıb-satan, gəmiçi və s. kimi şəxslər, öz mənzil vəsaitlərini aparmaq üçün səfər etsələr belə, namazı tamam qılmalıdırlar.

Məsələ: 1316. İşi səfər olan bir şəxs, başqa bir iş üçün; məsələn, ziyarət, həcc və digər səfər etsə, namazı şikəstə qılmalıdır. Amma sürücü, öz maşınını ziyarət üçün kirayəyə verib, özü də onunla birlikdə ziyarətə getsə, namazını tamam qılmalıdır.

Məsələ: 1317. Karvanbaşı, yəni o şəxs ki, hacıları Məkkəyə aparmaq üçün səfər edir, əgər səfər onun işi olarsa, namazı tamam qılmalıdır.

Məsələ: 1318. Sənəti karvanbaşı olan bir şəxs, və hacıları uzaq yerlərdən Məkkəyə aparırsa, əgər bütün il boyu, yaxud ilin çoxunu yolda olsa, namazı tamam qılmalıdır.

Məsələ: 1319. Əgər bir şəxsin işi ilin müəyyən fəslində səfər olsa (qışda və ya yayda öz maşını kirayə verən bir sürücü kimi) işi səfər olan vaxtlarda namazını tamam qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də tamam qılsın.

Məsələ: 1320. Şəhərin iki-üç fərsəxliyinə gəl-get edən sürücü və səyyar satıcı, təsadüfən səkkiz fərsəx getsələr, namazı şikəstə qılmalıdırlar.

Məsələ: 1321. İşi səfər olan bir şəxs, əgər vətənində on gün qalsa, istər əvvəldə on gün qalmaq niyyəti olsun, istərsə də qəsdi olmadan qalsın, on gündən sonra getdiyi ilk səfərdə namazını şikəstə qılmalıdır.

səh: 253

Məsələ: 1322. İşi səfər olan bir şəxs, əgər vətənindən başqa bir yerdə on gün qalsa, əvvəldən on gün qalmaq niyyətində olduğu təqdirdə, on gündən sonrakı birinci səfərində, gərək namazını şikəstə qılsın. Amma əvvəldən on gün qalmaq niyyətində olmasa ehtiyat-vacib budur ki, həm şikəstə həmdə tamam qılsın.

Məsələ: 1323. İşi səfər olan bir şəxs, əgər öz vətənində, yaxud başqa yerdə on gün qalıb-qalmadığında şəkk etsə, namazını bütöv qılmalıdır.

Məsələ: 1324. Şəhərlərə səyahət edən və özü üçün vətən seçməyən bir şəxs, namazını tamam qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə həm bütöv qılsın.

Məsələ: 1325. İşi səfər olmayan bir şəxsin bir şəhərdə, yaxud kənddə müəyyən qədər malı varsa və o malı daşımaq üçün ardıcıl səfərlər edirsə, namazını şikəstə qılmalıdır.

Məsələ: 1326. Vətənindən üz çevirən şəxs özü üçün vətən seçmək istəyərsə, namazı bütöv qılmaq şəraitlərindən (çoxlu səfər etmək kimi,) qarşıya çıxmazsa gərək namazını səfərdə şikəstə qılsın.

8-Həddi-tərəxxüsə çatsa, yəni öz vətənindən və ya on gün qalacağını niyyət etdiyi yerdən o qədər uzaqlaşsın ki, evlərin divarlarını görməsin və azan səsini eşıtməsin. Amma, gərək havada, divarı görməyə və azanı eşıtməyə mane olan toz və başqa bir şey olmasın. Minarələri və günbədi görməmək və ya divarların tamamilə məlum olmaması miqdarında uzaqlaşmaq lazım deyil, divarlatın tam şəkildə görünməməsi miqdarında kifayət edir.

Məsələ: 1327. Səfərə gedən bir şəxs, əgər bir yerə çatıb şəhərin divarlarını görsə, amma azanın səsini eşitməsə və orada namaz qılmaq istəsə, ehtiyat edib həm şikəstə, həm də bütöv qılmalıdır. Əgər şəhərin divarlarını görməsə, amma azanın səsini eşitsə və orada namaz qılmaq istəsə, eyni qayda ilə. Amma bu iki qeyd olunan şərtlərdən biri olsa və o birinin olub-olmamasını bilməsə namazı şikəstə qılmaq üçün kifayətdir. Amma ehtiyat budur həm şikəstə, həm də bütöv qılsın.

səh: 254

Məsələ: 1328. Vətəninə qayıdan bir şəxs, öz vətəninin divarını görsə və azan səsini eşitsə, gərək namazını bütöv qılsın. Amma divarı görüb azanı eşitməsə, azanı eşidənədək gərək namazı şikəstə qılsın. Amma müəyyən bir yerdə on gün qalmaq istəyən bir səfərə çıxan, o yerin divarını görsə və azan səsini eşitsə, ehtiyat-müstəhəb budur ki, tərəxxüs yerində namaz qılmaq istəsə namazı həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1329. Əgər şəhər uca yerdə olsa və uzaqdan görünsə; yaxud çuxur yerdə olsa və azacıq uzaqlaşanda divarları görünmürsə, bu halda həmin şəhərdən səfər edən bir şəxs, o şəhərdən müəyyən miqdarda uzaqlaşsa, belə ki, o şəhər düzənlikdə olsaydı, divarlar həmin yerdən görünməyəcəkdi, onda namazı şikəstə qılmalıdır. Həmçinin, əgər evlərin alçaq-ucalığı adi qaydadan çox olsa, adi halda olanlar nəzərdə saxlanılmalıdır.

Məsələ: 1330. Əgər bir şəxs evi və divarı olmayan yerdən səfər edib bir yerə çatsa ki, əgər o yerin divarı olsaydı, həmin yerdən görünməyəcəkdi, onda namazı şikəstə qılmalıdır.

Məsələ: 1331. Əgər müəyyən qədər uzaqlaşsa və eşitdiyi səsin azan və ya başqa səs olmasını bilməsə, ehtiyat-vacibə görə namazı şikəstə qılmalıdır. Amma azan olduğunu başa düşüb kəlmələrini ayırd edə bilməsə, ehtiyat-vacibə görə namazı həm bütöv həm şikəstə qılmalıdır. Əgər heç səs eşitməsə namazı şikəstə qılmalıdır.

Məsələ: 1332. Əgər müəyyən qədər uzaqlaşsa və şəhərin evlərinin azan səsini eşitməsə, amma şəhərin adətən uca yerindən deyilən azan səsini eşitsə, namazı şikəstə qılmamalıdır.

Məsələ: 1333. Əgər müəyyən bir yerə çatsa və şəhərin adətən uca yerində deyilən azan səsini eşitməsə, amma daha uca yerdə deyilən azan səsini eşitsə, namazı şikəstə qılmalıdır.

Məsələ: 1334. Əgər səfər edən şəxsin gözü, qulağı və ya azanın səsi qeyri-adi olsa, namazı normal gözün o evlərin divarlarını gördmədiyi, normal qulağın adi azan səsini eşitmədiyi yerdə, şikəstə qılmalıdır.

səh: 255

Məsələ: 1335. Əgər səfərə getdiyi zaman həddi-tərəxxüs yəni azanı eşitmədiyi və divarı görmədiyi yerə çatıb-çatmamasında şəkk etsə, namazını bütöv qılmalıdır. Amma qayıdanda tərəxxüs həddinə çatıb-çatmamasında şəkk etsə, əgər gedəndə bütöv qıldığı müəyyən bir nöqtə olmasa namazı şikəstədir. Əks halda ehtiyat-vacib budur ki, oradan qıraq bir yerə getsin və ya namazı həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1336. Səfərində öz vətənindən keçib gedən bir səfərə çıxan öz vətəninin divarlarını görüb, azan səsini eşitdiyi yerə çatanda namazı bütöv qılmalıdır.

Məsələ: 1337. Səfərə çıxan, səfər əsnasında öz vətəninə çatsa orada olduğu müddətdə namazlarını bütöv qılmalıdır. Amma o yerdən səkkiz fərsəx getmək və ya dörd fərsəx gedib on gündən qabaq qayıtmaq istəsə, vətəninin divarlarını görmədiyi, azan səsini eşitmədiyi bir yerə çatanda namazı şikəstə qılmalıdır.

Məsələ: 1338. İnsanın qalmaq və yaşamaq üçün təyin etdiyi yer, onun vətənidir. İstər orada dünyaya gəlmiş olsun və ata- anasının vətəni olsun və ya özü oranı yaşayış üçün təyin etsin.

Məsələ: 1339. Əgər əsil vətəni olmayan bir yerdə qalmaq niyyəti olsa və sonra vətəni sayılan başqa bir yerə gedsə, ora onun vətəni hesab olmur. Əgər iki ildən artıq orada qalmaq istəsə vətənin hökmünü daşıyır.

Məsələ: 1340. İnsanın özü üçün yaşayış yeri təyin etdiyi yer, orada yaşayan sakin kimi, ora vətənidir, əgər hər hansı səfərə getmək qarşıya çıxsa, yenə həmin yerə qayıdarlar. Həmişəlik orada qalmaq fikrində olmamasına baxmayaraq onun üçün vətən hökmündədir.

Məsələ: 1341. Bir şəxs iki yerdə yaşarsa; məsələn, altı ay bir şəhərdə, altı ay da başqa şəhərdə qalsa, hər iki yer onun vətənidir. Əgər ikidən artıq yeri yaşamaq üçün seçsə, onların hamısı, onun vətəni hesab olunur.

Məsələ: 1342. Mülkün olmasına və altı ay qalmasına baxmayaraq üz çevrilən yerə vətənin hökmü icra olunmur.

səh: 256

Məsələ: 1343. Əgər vətəni olduğu və oradan üz cevirdiyi bir yerə yetişərsə, özü üçün başqa bir vətən seçməməsinə baxmayaraq, gərək namazlarını tamam qılmasın.

Məsələ: 1344. Əgər bir şəxs müəyyən yerdə on gün ardıcıl olaraq qalmağı qəsd etsə, yaxud ixtiyarsız olaraq on gün qalacağını bilsə, orada namazını tamam qılmalıdır.

Məsələ: 1345. Səfər edən, on gün bir yerdə qalmaq istəsə, birinci və ya on birinci gecəni qalmaq niyyəti etməsi lazım deyildir. Birinci günün sübh azanından onuncu günün qürubunadək qalmasını niyyət etsə, gərək namazını tamam qılsın. Həmçinin, əgər misal olaraq; birinci günün günortasından on birinci günün günortasınadək qalmaq niyyətində olarsa, gərək namazını tamam qılsın.

Məsələ: 1346. Səfərə çıxan şəxs, bir yerdə on gün qalmaq istədiyi halda, əgər orada bütün on günü qalacaqsa, o halda namazı bütöv qılmalıdır. Deməli, əgər on günü; məsələn, Nəcəflə Kufədə qalmaq istəsə, namazı şikəstə qılmalıdır.

Məsələ: 1347. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, əgər əvvəldən on gün müddətində oranın ətrafına getmək niyyətində olsa, getmək istədiyi yerdə o məntəqənin azanının səsini eşitməsə getdiyi gün qayıtmaq istəməsinə baxmayaraq gərək on gün namazını şikəstə qılsın. Ehtiyat-müstəhəb budur ki, namazını həm bütöv həm şikəstə qılsın. Əgər bu qədər uzaq olmasa gərək namazını bütöv qılsın.

Məsələ: 1348. Bir yerdə on gün qalmağı qərara almayan bir şəxs; məsələn, məqsədi dostu gələrsə, yaxud yaxşı mənzil taparsa, on gün qalmaq olsa namazı şikəstə qılmalıdır.

Məsələ: 1349. Bir şəxs bir yerdə on gün qalmaq niyyətində olsa, baxmayaraq ki, onun qalmağı üçün bir maneə olacağına camaatın etina etmədiyi ehtimal versə, gərək namazını tam qılsın.

Məsələ: 1350. Əgər səfərə çıxan, ayın axırına on gün və ya ondan artıq qaldığını bilib ayın axırına qədər müəyyən bir yerdə qalmağı qərara alsa, namazı bütöv qılmalıdır. Amma ayın axırına

səh: 257

nə qədər qaldığını bilmədiyi halda, ayın axırınadək qalmağı qəsd etsə, nəzərdə tutduğu vaxtdan ayın axırına qədər on gün, yaxud daha artıq qalsa həqiqətən on günü niyyət etmişsə namazı bütöv qılmalıdır. Əgər ayın axırına qədər qalmağı niyyət etsə amma ayın tamam olduğunu bilməsə on gün tamam olanadək namazı şikəstə qılsın. Axırıncı iki surətdə ehtiyat edib həm şikəstə həm bütöv qılmaq müstəhəbdir.

Məsələ: 1351. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, dörd rəkətli bir namaz qılmazdan əvvəl, qalmaq fikrindən dönsə və ya orada qalıb və ya başqa yerə getməsində tərəddüddə olsa, gərək namazı şikəstə qılsın. Əgər bir dörd rəkətli namazı qıldıqdan sonra orada qalmaq fikrindən dönsə və ya tərəddüddə olsa, orada olduğu müddətdə gərək namazı tamam qılsın.

Məsələ: 1352. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, əgər oruc tutsa və günortadan sonra orada qalmaq fikrindən dönsə, bu halda əgər dörd rəkətli bir namaz qılıbsa orucu səhihdir; orada olduğu müddət boyu, namazlarını bütöv qılmalıdır. Əgər dörd rəkətli bir namaz qılmamış olsa, tutduğu oruc səhihdir, ehtiyat-müstəhəb budur ki, orucunun qəzasını tutsun. Amma namazlarını şikəstə qılmalıdır. Sonrakı günlərdə də oruc tuta bilməz.

Məsələ: 1353. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, həmin yerdə qalmaq fikrindən dönsə və qalmaq məqsədindən dönməmişdən qabaq dörd rəkətli namaz qılıb-qılmaması barədə şəkk etsə, öz namazlarını şikəstə qılmalıdır.

Məsələ: 1354. Əgər səfərə çıxan, namazı şikəstə qılmaq niyyəti ilə namaza başlasa və namaz əsnasında on gün və ya daha artıq qalmaq qərarına gəlsə, namazı dörd rəkətlə tamamlasın.

Məsələ: 1355. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, əgər dörd rəkətli namazın arasında öz fikrindən yayına, üçüncü rəkətə məşğul olmayıbsa, gərək namazı iki rəkətli tamamlasın və qalan namazlarını şikəstə qılsın. Amma üçüncü

səh: 258

rəkətə məşğul olarsa və rükuya getməyibsə, namazı şikəstə qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, o namazdan sonra namazını şikəstə olaraq yenidən qılsın. Orada qalan müddətdə, gərək namazını şikəstə qılsın. Amma üçüncü rəkətin rükusuna gedərsə, ehtiyat-vacibə görə namazı tamamlasın, yenidən şikəstə qılsın. Orada olan müddətdə namazını şikəstə qılmalıdır.

Məsələ: 1356. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, on gündən artıq orada qalsa nə qədər ki, səfər etməyibdir namazını bütöv qılmalıdır və yenidən on gün qalmasını qəsd etməsi lazım deyil.

Məsələ: 1357. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, vacib orucu tutmalıdır. Həmçinin müstəhəb oruc da tuta bilər, cümə namazını, zöhr, əsr və işa namazlarının nafilələrini də qıla bilər.

Məsələ: 1358. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, əgər bir dörd rəkətli namaz qıldıqdan sonra dörd fərsəx məsafədən az olan bir yerə gedib qayıtmaq istəsə və ikinci dəfə əvvəlki yerində on gün qalsa, getdiyi vaxtdan qayıdanadək və qayıtdıqdan sonra, gərək namazını tam qılsın. Amma qayıtdıqdan sonra on gün qalmaq istməsə, dörd fərsəxdən az olan yerə getdiyi zaman, orada qaldığı müddətdə, qayıdan zaman və qayıtdiqdan sonra, qaldığı yerdən çıxana qədər gərək namazını tam qılsın. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə həm bütöv qılsın.

Məsələ: 1359. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, əgər bir dörd rəkətli namaz qıldıqdan sonra səkkiz fərsəxdən az olan bir yerə getmək istəsə və on gün orada qalsa, gərək gedərkən və on gün qalacağı yerdə namazını tam qılsın. Amma gedəcəyi yer səkkiz fərsəx və ya çox olarsa və orada on gün qalmaq istəməzsə, gərək gedərkən və orada qalacağı müddətdə namazını şikəstə qılsın.

Məsələ: 1360. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, dörd rəkətli bir namaz qıldıqdan sonra dörd fərsəxdən az olan bir yerə gedib, sonra əvvəlki yerinə qayıtmaqda

səh: 259

tərəddüd etsə, yaxud ümumiyyətlə oraya qayıtmağını bilməsə və ya qayıtmaq istəsə, amma orada on gün qalıb-qalmayacağında tərəddüd etsə, yaxud orada on gün qalmasından və o yerdən səfər etməsindən xəbərsiz olsa, gərək getdiyi vaxtdan qayıtdığı vaxtadək və qayıdandan sonra namazlarını tamam qılsın. Ehtiyat-müstəhəb budur ki, axırıncı surətdə həm şikəstə həm bütöv qılsın.

Məsələ: 1361. Əgər dostlarının bir yerdə on gün qalacaqlarını güman edib, o da on gün qalmağı qəsd etsə və qəsdi onların qəsdinə asılı olmasa, bir dörd rəkətli namaz qıldıqdan sonra onların bu fikirdə olmadıqlarını başa düşsə, hətta özü də qalmaq fikrindən dönsə, gərək orada olduğu müddətdə namazlarını bütöv qılsın. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə həm bütöv qılsın.

Məsələ: 1362. Səfərə çıxan, əgər səkkiz fərsəxə çatandan sonra 30 gün bir yerdə qalsa və 30 günün hamısında gedib, yaxud qalmaqda tərəddüddə olsa, 30 gün keçəndən sonra hətta orada az miqdar qalsa belə, gərək namazını bütöv qılsın. Amma, səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını getməkdə tərəddüddə olsa, tərəddüdə düşdüyü vaxtdan başlayaraq namazını bütöv qılmalıdır.

Məsələ: 1363. Səfərə çıxan, doqquz gün, yaxud az müddət bir yerdə qalmaq istəsə, orada doqquz gün, yaxud ondan az qalandan sonra yenidən doqquz gün, yaxud ondan da az qalmaq istəsə və bu qayda ilə 30 gün keçsə, 31-ci gündən etibarən, namazlarını bütöv qılmalıdır.

Məsələ: 1364. Səfərə çıxan, 30 gün müddətində tərəddüddədirsə, 30 gün bir yerdə qalacağı təqdirdə, namazını gərək bütöv qılsın. Deməli, əgər onlardan bir miqdarını bir yerdə, qalanlarını isə başqa yerdə qalsa, 30 gün tamam olandan sonra da, gərək namazlarını şikəstə qılsın.

MÜXTƏLİF MƏSƏLƏLƏR

Məsələ: 1365. Səfərə çıxan Məscidül-həramda, Peyğəmbər

səh: 260

(səlləllahu ələyhi və alihi və səlləm) məscidində namazını tamam və ya şikəstə qıla bilər. Amma tamam qılmaq daha fəzilətli, şikəstə qılmaq isə ehtiyata uyğundur. Məkkə və Mədinə şəhərinin rayonlarında və Kufə məscidində müsafir namazını tamam və şikəstə qılmaq arasında ixtiyarlıdır. Amma, əvvəl Kufə məscidinin bir hissəsi olmayan və sonradan ona artılıran bir yerdə namaz qılmaq istəsə, daha yaxşı olar şikəstə qılsın. Həmçinin, səfərə çıxan, həzrət Seyyidüş-şühədanın (ələyhis-səlam) hərəmində; istər hərəmdə olsun istərsə də eyvanında və ya rövzəsində (həyət-bağında) olsun, namazı tamam qıla bilər. Amma ehtiyat-vacib budur ki, müqəddəs zərihdən uzaqda, namazını şikəstə qılsın.

Məsələ: 1366. Səfərdə olan və namazını şikəstə qılacağını bilən bir şəxs, əvvəlki məsələdə deyilən dörd məkandan başqa yerlərdə qəsdən tamam qılsa, namazı batildir. Həmçinin səfərə çıxan, namazının şikəstə olduğunu unudub tamam qılsa, vaxt keçmədən başa düşsə gərək yenidən qılsın. Əgər yenidən qılmasa, vaxtı keçəndən sonra qəzasını qılsın. Əgər vaxtı keçəndən sonra başa düşsə, ehtiyat-vacib budur ki, qəzasını qılsın.

Məsələ: 1367. Səfərədə olan və namazını şikəstə qılacağını bilən bir şəxs, əgər unutsa adətinə uyğun olaraq namazı tamam qılsa, əgər namaz vaxtında xatırlasa gərək yenidən qılsın. Əgər yenidən qılmasa vaxtı keçəndən sonra qəzasını qılsın. Əgər vaxtı keçəndən sonra başa düşsə, ehtiyat-vacib budur ki, qəzasını qılsın.

Məsələ: 1368. Səfərə olan, namazı şikəstə qılacağını bilməyirsə, əgər tamam qılsa, namazı səhihdir.

Məsələ: 1369. Səfərdə olan, namazının şikəstə olduğunu bilirsə, əgər onun xüsusiyyətlərindən bəzisini bilməyib; məsələn, səkkiz fərsəxlik səfədə şikəstə qılacağını bilməyib tamam qılsa, namazı batildir.

Məsələ: 1370. Səfərədə olan və namazını şikəstə qılacağını bilən, səfərinin səkkiz fərsəxdən az olmasını güman edib namazını bütöv qılsa və sonradan səfərinin səkkiz fərsəx olduğunu başa düşsə, bütöv qıldığı namazı, gərək yenidən şikəstə qılsın. Əgər

səh: 261

vaxtı keçəndən sonra başa düşsə, gərək qəzasını qılsın.

Məsələ: 1371. Əgər səfərdə olduğunu unudub namazını bütöv qılsa, bu halda namaz vaxtında yadına düşsə, gərək yenidən şikəstə qılsın. Əgər namaz vaxtından sonra yadına düşsə, ehtiyat-vacib budur ki, qəzasını qılsın.

Məsələ: 1372. Namazını tamam qılmalı olan bir şəxs, şikəstə qılsa, hər halda namazı batildir. Səfərə çıxan, bir yerdə on gün qalmaq niyyətində olsa, məsələnin hökmünü bilməməzlik üzündən namazı bütöv qılaq əvəzinə şikəstə qılsa, ehtiyat-vacib budur ki, yenidən qılsın.

Məsələ: 1373. Əgər dörd rəkətli namaz qılmağa başlayıb, namaz əsnasında səfərdə olduğu yadına düşsə, yaxud səfərinin səkkiz fərsəx olduğu yadına düşsə, üçüncü rəkətin rükusuna getməmişdirsə, namazı iki rəkətlə qurtarmalıdır. Amma üçüncü rəkətin rükusuna getmiş olsa, namazı batildir. Bir rəkət qılmaq miqdarında vaxtı olsa, gərək namazı şiksətə qılsın.

Məsələ: 1374. Əgər səfərə çıxan namazının bəzi xüsusiyyətlərini bilməsə; məsələn, əgər dörd fərsəx gedib və on gündən qabaq qayıdsa, namazın şiksətə qılınmağının gərəkli olmasını bilməsə dörd rəkətli namaz niyyəti ilə namaza başlayıb üçüncü rəkətin rükusundan qabaq məsələni başa düşsə, namazı iki rəkətli tamam etməlidir. Amma rükuda başa düşsə, namazı batildir. Hətta bir rəkət miqdarında vaxtından qalmış olsa belə, gərək namazı yenidən başlayıb şikəstə qılsın.

Məsələ: 1375. Səfərə çıxan, namazı tamam qılmalı olduğu təqdirdə, məsələni bilməməzlik səbəbi ilə iki rəkətli namaz niyyəti ilə namaza başlasa və namaz əsnasında məsələni başa düşsə, namazını dörd rəkətli tamam etməlidir. Ehtiyat-müstəhəb budur ki, namaz qurtarandan sonra o, namazı yenidən dörd rəkətli qılsın.

Məsələ: 1376. Səfərə çıxan, namazını qılmamışdırsa, vaxt tamam olandan qabaq vətəninə, yaxud on gün qalmaq istədiyi yerə çatsa, gərək namazını tamam qılsın. Səfərdə olmayan bir şəxs, əgər namazın əvvəl vaxtında namaz qılmayıb səfər etsə,

səh: 262

səfərdə namazını şikəstə qılmalıdır.

Məsələ: 1377. Əgər səfərə çıxanın, şikəstə qılmalı olan zöhr, əsr, yaxud işa namazını qəzaya versə, hətta səfərdən qeyri yerlərdə də qəzasını yerinə yetirmək istəsə, gərək qəzasını iki rəkətlə qılsın. Əgər səfərdə olmayan bir şəxsin, bu üç namazından biri qəza olsa, hətta onun qəzasını səfərdə də qılmaq istəsə, onu dörd rəkətli qəza etməlidir.

Məsələ: 1378. Müstəhəbdir ki, səfərə çıxan şikəstə qıldığı hər namazdan sonra 30 dəfə “subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” desin. Zöhr, əsr və işa namazlarının təqibində, buna çoxlu tövsiə olunub. Daha yaxşı olar ki, bunu 60 dəfə desin.

QƏZA NAMAZI

Point

Məsələ: 1379. Öz vacibi namazını, onun öz vaxtında qılmayan bir şəxs, hətta vaxtın hamısında yuxuda olsa, yaxud məstlik səbəbi ilə namaz qılmamış olsa da, (məstliyin ixtiyarlı olub olmaması və haram və ya halal ilə olması arasında fərq yoxdur) gərək qəzasını yerinə yetirsin. Amma dəlinin dəlilik zamanında, uşağın uşağlıq çağlarında, kafirin də kafir olduğu halda, qadının heyz və ya nifas halında qılmadığı namazların qəzası yoxdur. Amma mürtəd, tövbə edəndən sonra, mürtəd olduğu vaxtlar qılmadığı namazlarının qəzasını qılması vacibdir. Əqvaya əsasən mürtədi-fitri olsa da namazı səhihdir. Əhvət budur ki, huşsuz olan şəxs huşsuzluğu üç gündən az olarsa huşsuzluq halında qılmadığı namazların qəzasıni qılmalıdır.

Məsələ: 1380. Əgər namazın vaxtı qurtarandan sonra, qıldığı namazın batil olduğunu başa düşsə, gərək qəzasını qılsın.

Məsələ: 1381. Boynunda qəza namazı olan bir şəxs onu qılmaqda süstlük, səhlənkarlıq etməməlidir. Amma dərhal yerinə yetirməsi vacib deyil.

Məsələ: 1382. Qəza namazı olan bir şəxs müstəhəb namaz qıla

səh: 263

bilər.

Məsələ: 1383. Əgər insanın qəza namazı olduğuna və ya qıldığı namazların səhih olmadığına ehtimalı olsa, ehtiyata görə onların qəzasını yerinə yetirmək müstəhəbdir.

Məsələ: 1384. Vacibdir gündəlik vacib namazların qəzası qəzaya getdiyi ardıcıllıqla qılınsın bir günün zöhr və əsr, namazları kimi. Ardıcıllıq lazım olmayan yerdə tərtib lazım deyil.

Məsələ: 1385. Əgər gündəlik namazından başqa bir neçə namazın; məsələn, ayət namazının qəzasını qılmaq istəsə, yaxud bir gündəlik və bir neçə gündəlik olmayan namazın qəzasını qılmaq istəsə, qəzaya getməsi tərtibi ilə qılması lazım deyil.

Məsələ: 1386. Bir şəxs ki, qılmadığı namazların ardıcıllığını unutsa ehtiyat-müstəhəb budur ki, gərək namazları elə qılsın ki, qəza olmuş ardıcıllığı ilə yerinə yetirdiyinə yəqinliyi olsun; məsələn, əgər bir zöhr və bir məğrib qəzası ona vacibdirsə və hansı birinin əvvəl qəza olduğunu bilməsə, ehtiyat edib əvvəl bir məğrib namazı sonra bir zöhr namazı və ondan sonra yenidən məğrib namazını qılsın; yaxud da, əvvəl zöhr namazını sonra isə məğrib namazını və ondan sonra yenidən zöhr namazını qılsın ki, birinci qəza olan hər hansı namazın, əvvəl qılındığına yəqini olsun. Amma tərtibini uutduğu qəza namazları, tərtiblə qılacağı təqdirdə çox məşəqqətə düşəcək qədər çox olsa, onları tərtiblə yerinə yetirməsi lazım deyil.

Məsələ: 1387. Əgər bir günün zöhr namazı və başqa günün əsr namazı və ya iki zöhr namazı və ya iki əsr namazı qəza olsa və hansı birinin əvvəl qəza olmasını bilməsə, tərtibə riayət etmək istəsə ehtiyat-müstəhəb budur ki, iki dəfə dörd rəkətli namazı, birincisi birinci günün namazının qəzası və ikincisi ikinci günün namazının qəzası niyyəti ilə qılsa, kifayət edər.

Məsələ: 1388. Əgər bir zöhr və bir işa namazı və ya bir əsr və bir işa namazı qəza olsa və hansı birinin əvvəl qəza olduğunu bilməsə, ehtiyat-müstəhəb budur ki, onları tərtiblə qıldığına yəqin edəcəyi şəkildə qılsın; məsələn, əgər bir zöhr və bir işa namazı

səh: 264

qəza olub və onların əvvəlincisini bilməsə, gərək əvvəl bir zöhr namazı sonra bir işa namazı, daha sonra isə təkrar bir zöhr namazı qılsın; yaxud da, əvvəl bir işa namazı qılsın sonra bir zöhr namazı qılsın və daha sonra yenidən bir işa namazı qılsın.

Məsələ: 1389. Bir şəxs dörd rəkətli namazlardan birini qılmadığını bilirsə, amma onun zöhr və ya əsr namazı olduğunu bilməsə, bir dörd rəkətli namaz, qəza niyyəti ilə qılmadığı namazın yerinə qılsa, kifayətdir.

Məsələ: 1390. Ardıcıl olaraq beş namazı qəza olan şəxs, onların hansının birinci olduğunu bilmirsə, ehtiyat-müstəhəb budur ki, tərtiblə doqquz namaz qılsın; məsələn, sübh namazından başlayaraq zöhr, əsr, məğrib və işanı qıldıqdan sonra sübh, zöhr, əsr və məğrib namazlarını ikinci dəfə qılsın. Amma ardıcıl olaraq onun altı namazı qəza olsa və onların birincisini bilməsə, gərək on namaz tərtiblə qəza etsin. Bu qayda ilə hər bir namaz ki, onun qəza namazlarına artsa ardıcıl qəza olarsa gərək bir namaz onlara artırsın. Məsələn yeddi namazı qəza olsa və onların hansının birinci olduğunu bilməsə (təkrar etməsinin lazım olmamasına baxmayaraq) gərək on bir namaz tərtiblə yerinə yetirsin.

Məsələ: 1391. Bir şəxs özünün gündəlik namazından beşinin və onların hər birinin bir gündən qəza olduğunu bilsə, amma onların tərtibini bilməsə, gərək beş gecə-gündüz namaz qılsın. Əgər altı namaz qəza olubsa gərək altı gecə-gündüz namaz qılsın. Həmçinin, onun qəza namazlarına əlavə olan hər namaz üçün, gərək bir gecə-gündüz çox qılsın ki, tərtiblə yerinə yetirməsinə yəqin etsin; məsələn, yeddi gün müddətində yeddi namaz qılmasa, ehtiyat-müstəhəbə görə gərək yeddi gecə-gündüz qəza etsin təkrar etməsidə lazım deyil.

Məsələ: 1392. Bir şəxsin; məsələn, bir neçə sübh və ya zöhr namazı qəza olubsa və onların sayını bilməyirsə məsələn, üç, dörd yaxud beş namaz olduğunu bilməyirsə, əgər az miqdarı qılsa kifayət deyil bütün namzları qılıb qurtardığına yəqini olanadək namaz qılsın; həmçinin əgər onların sayını bilirdisə amma

səh: 265

sonradan unudubsa bütün namzları qılıb qurtardığına yəqini olanadək namaz qılsın; məsələn, onun neçə sübh namazı qəza olduğunu unudub, amma on namazdan artıq olmamasına yəqini varsa, gərək on sübh namazı qılsın.

Məsələ: 1393. Bir şəxsin ötən günlərdən təkcə bir qəza namazı olarsa, ehtiyat-müstəhəbə əsasən əgər imkan olarsa, gərək əvvəl onu yerinə yetirsin, sonra o günün namazlara məşğul olsun. Həmçinin, keçən günlərin qəzası olmasa, amma həmin günün bir və ya birdən çox namazı qəza olarsa, mümkün olan surətdə ehtiyat-vacibə əsasən, gərək həmin günün qəza namazını əda namazından qabağa qılsın.

Məsələ: 1394. Əgər namaz əsnasında yadına düşə ki, həmin günün bir və ya bir neçə namazı qəza olmuşdur və ya ötən günlərdən təkcə bir qəza namazı vardır, vaxt çox olan halda və namazın niyyətini qəzaya çevirmək mümkün olarsa, ehtiyat-vacibə görə, gərək qəza niyyəti etsin; məsələn, zöhr namazında ikinci rəkət tamam olmazdan əvvəl, həmin günün sübh namazının qəza olmasını xatırlasa, (zöhr namazının vaxtı az olmayan halda) ehtiyat-vacibə görə, gərək niyyətini sübh namazına qaytarsın və onu, iki rəkətli tamamlasın. Sonra zöhr namazını qılsın. Amma vaxt az olarsa və ya niyyəti qəzaya çevirmək mümkün olmazsa; məsələn, zöhr namazının üçüncü rəkətinin rükusunda, sübh namazını qılmaması yadına düşə, əgər niyyəti çevirmək istəsə, rükn olan bir rüku artırılmış olduğu üçün, gərək sübh namazı niyyətinə çevirməsin.

Məsələ: 1395. Əgər ötən günlərdən qəza namazı olsa və həmin gündən də bir və ya artıq qəza namazı olsa, əgər qəzaların hamısına vaxt olmasa və ya onların hamısını o gün qılmaq istəməsə, ehtiyat-vacib budur ki, o günün qəza namazını əda namazından əvvəl qılsın.

Məsələ: 1396. Nə qədər ki insan diridir, hətta öz qəza namazlarını qıla bilməsə də, başqası (naibi) onun qəza namazlarını qıla bilməz.

səh: 266

Məsələ: 1397. Qəza namazını camaat namazı ilə birlikdə qılmaq olar. İstər imamın namazı əda olsun, istərsə də qəza. Hər ikisinin də (imam və məmum) eyni namazı qılmaları lazım deyil; məsələn, sübh namazının qəzasını imamın zöhr və ya əsr namazı ilə birlikdə qılsa, eybi yoxdur.

Məsələ: 1398. Müməyyiz, yəni yaxşını pisdən ayıra bilən uşağa namaz qılmağa və başqa ibadətlərə adət etdirmək müstəhəbdir. Müstəhəbdir onu qəza namazlarınada vadar etsinlər.

ATA-ANANIN BÖYÜK OĞULA VACİB OLAN QƏZA NAMAZI

Məsələ: 1399. Əgər ata, namazını qılmamış olsa, (bilərəkdən itaət etməməzlik üzündən olmadığı təqdirdə) və qıla bilərdisə, böyük oğula vacibdir ki, onun vəfatından sonra onların qəzasını etsin, yaxud da həmin namazları qılmaq üçün əcir tutsun. Ehtiyat-vacibə görə, bilərəkdən qılmayıbsa və ya səhv qılıbsa, onların da qəzalarını qılsın. Ehtiyat-vacibə görə ananın da qəza namazlarını qılsın. Ehtiyat-vacib budur ki, atanın tutmadığı orucları meyyitin vəlisi tutsun. Amma xəstəlik üzündən tutmadığı orucların qəzasını tutmaq lazım deyil. Onlarında qəzasını tutmaq vəlisinə müstəhəbdir. Ehtiyat-müstəhəb budur ki, ananın da tutmadığı orucların qəzasını tutsun. Amma səfərdə olduqları zaman tutmadıqları orucları, özləri qəzasını tuta bilməyibsələr, gərək böyük oğlan onların qəzasını tutsun və ya onların qəzasını tutmaq üçün əcir tutsun.

Məsələ: 1400. Əgər böyük oğul ata və anasının qəza namaz və oruclarının olub olmamasında şəkk edərsə, ona bir şey vacib deyildir.

Məsələ: 1401. Əgər böyük oğul ata və anasının qəza namazlarının olduğunu bilsə, qəzasını yerinə yetirib-yetirməməsində şəkk etsə, ehtiyat-vacibə görə, gərək qəzalarını qılsın.

səh: 267

Məsələ: 1402. Övladlardan hansının böyük oğul olması məlum olmazsa, ata-ananın qəza oruc-namazlarını yerinə yetirmək, onların heç birinə vacib deyil. Amma ehtiyat-müstəhəb budur ki, ata-ananın oruc-namazlarını öz aralarında bölsünlər, yaxud da püşk atmaqla onlardan biri, bu işləri yerinə yetirmək üçün təyin edilsin.

Məsələ: 1403. Əgər meyyit, onun qəza oruc-namazları üçün əcir tutulmasını vəsiyyət etmiş olsa, əcir tutulan şəxs də onun oruc-namazlarını səhih tərzdə yerinə yetirsə, böyük oğula heç nə vacib deyil.

Məsələ: 1404. Əgər böyük oğul, ata-ananın namazlarını qılmaq istəsə, gərək öz təklifinə əməl etsin; məsələn, anasının sübh, məğrib və işa namazlarının qəzasını gərək ucadan qılsın. Həmçinin namazın digər əməlləri və şərtlərində gərək qəza edərkən öz təklifinə uyğun əməl etsin. Əgər qadın kişinin əməllərini yerinə yetirmək üçün naib olsa ehtiyat-vacibə görə qiratdə kişinin vəzifəsinə (harama səbəb olmazsa) əməl etsin.

Məsələ: 1405. Özünün qəza oruc-namazı olan bir şəxs, əgər ata-anasının qəza oruc-namazları da ona vacib olarsa, hər hansı birini əvvəldə yerinə yetirsə səhihdir.

Məsələ: 1406. Böyük oğul, atanın, yaxud ananın vəfatı zamanı həddi-büluğa çatmasa və ya dəli olsa, həddi-büluğa çatandan və ya ağıllı olandan sonra, gərək ata və ananın qəza oruc və namazlarını yerinə yetirsin. O, həddi-büluğa çatmazdan və ya ağıllı olmazdan qabaq ölsə, ikinci oğlana vacib deyil.

Məsələ: 1407. Əgər böyük oğul, ata və anasının qəza namaz və oruclarını yerinə yetirməzdən öncə vəfat edərsə, ikinci oğula bir şey vacib deyil.

CAMAAT NAMAZI

Point

Məsələ: 1408. Müstəhəbdir ki, vacib namazlar, xüsusilə gündəlik vacib namazlar camaatla birlikdə qılınsın. Sübh, məğrib

səh: 268

və işa namazlarında, xüsusən məscidə qonşu olan və məscidin azan səsini eşidənlər üçün camaat namazında iştirak etmək daha çox tövsiyə olunub.

Məsələ: 1409. Əgər bir nəfər imam-camaətə iqtida etsə, onların namazlarının hər rəkətinin 150 rəkət namaz savabı vardır. Əgər iki nəfər iqtida etsə, hər rəkətinin 600 rəkət namaz savabı var. İqtida edənlər nə qədər artsa, namazlarının savabı da bir o qədər artacaq. Əgər onların sayı 10 nəfərdən keçsə, bütün asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, cin, ins və mələklər yazan olsalar, o namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.

Məsələ: 1410. Etinasızlıq üzündən camaat namazında iştirak etməmək caiz deyildir. İnsanın üzrü olmadan camaat namazına getməməsi layiq deyil.

Məsələ: 1411. Müstəhəbdir ki, insan gözləsin və namazı camaatla qılsın. Camaatla qılınan namaz, əvvəl vaxtda təklikdə qılınan namazdan daha yaxşıdır. Həmçinin, müxtəsər və qısa şəkildə qılınan camaat namazı, təklikdə uzun-uzadı qılınan namazdan daha yaxşıdır.

Məsələ: 1412. Camaat namazı təşkil olunanda müstəhəbdir ki, təklikdə namaz qılan bir şəxs, namazı yenidən camaatla qılsın. Əgər sonradan birinci namazının batil olduğunu başa düşsə, ikinci namazı kifayətdir.

Məsələ: 1413. Əgər imam və yaxud məmum, camaatla qıldığı namazı yenidən camaatla qılmaq istəsə, işkallıdır.

Məsələ: 1414. Bir şəxsin namazda olan vasvası, namazının batil olmasına səbəb olacaq qədər çoxdursa, namazı yalnız camaatla qıldıqda vasvaslıqdan xilas olursa, gərək namazı camaatla qılsın.

Məsələ: 1415. Əgər ata və ya ana öz övladına, namazı camaatla qılmasını əmr etsələr, gərək onların əmrinə itaət edib namazı camaatla qılsın.

Məsələ: 1416. Yağış yağması üçün qılınan istisqa namazı, habelə bəzi səbəblərə görə müstəhəb olmuş (camaatla qılınması)

səh: 269

vacib olan namazlardan; o cümlədən İmamın (ələyhis-səlam) dövründə vacib olub, o həzrətin qaib olmasına görə müstəhəb olan (Fitir və Qurban namazları kimi) namazlardan başqa, müstəhəb namazları camaatla birlikdə qılmaq olmaz.

Məsələ: 1417. Pişnamaz, gündəlik namazını qılanda, gündəlik namazlardan hər birini ona iqtida edib qılmaq olar. Amma imam, gündəlik namazını ehtiyatən ikinci dəfə qılırsa, ona iqtida etmək icazəli deyil.

Məsələ: 1418. Əgər imam özünün gündəlik namazının qəzasını qılsa ona iqtida etmək olar. Amma namazını ehtiyatən qəza edirsə, yaxud başqa bir şəxsin namazının ehtiyatən qəzasını edirsə, ona iqtida etmək icazəli deyil.

Məsələ: 1419. Əgər insan imamın qıldığı namazın vacib ya müstəhəb olduğunu bilməsə, ona iqtida edə bilməz.

Məsələ: 1420. Əgər imam mehrabda olsa və bir nəfər də onun arxasında olub iqtida etməsə, mehrabın iki tərəfində durub mehrabın divarının səbəbilə imamı görməyən şəxslər ona iqtida edə bilməzlər. Amma imamın araxasında bir şəxs iqtida etmiş olsa, onun iki tərəfində duran şəxslər, imamı mehrabın divarının vasitəsilə görməsələr namazlarının işkalı yoxdur.

Məsələ: 1421. Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər (birinci cərgədən başqa) sair cərgələrdən birinin də uzun olması səbəbilə, onun iki tərəfində duran şəxslər, öz önlərində olan cərgəni görməsələr, iqtida edə bilərlər.

Məsələ: 1422. Əgər camaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgənin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Həmçinin onun iki tərəfində durub qabaqdakı cərgəni görməmələrinə baxmayaraq əgər cərgələr bir-birlərinə birləşibsə namazları səhihdir.

Məsələ: 1423. Sütunun arxasında duran bir şəxs, əgər sağ, yaxud sol tərəfdən başqa məmumun vasitəsilə imama birləşməsə,

səh: 270

iqtida edə bilməz.

Məsələ: 1424. İmamın dayandığı yer məmumun dayandığı yerdən gərək uca olmasın. Amma imamın dayandığı yer azacıq uca olsa; məsələn: bir qarışdan az olsa ) eybi yoxdur. Həmçinin əgər namaz qılınan yer, alçaqlı-ucalı yer olsa və imam uca olan yerdə dayansa, bu halda onun alçaqlığı-ucalığı çox olmasa, belə ki, “düz yerdir” deyilsə, maneəsi yoxdur.

Məsələ: 1425. Əgər məmumun yeri imamamın durduğu yerindən uca olsa, eybi yoxdur. Amma, “camaat ictima etməyib” deyiləcək qədər uca olsa, camaat namazı səhih deyil.

Məsələ: 1426. Əgər bir cərgədə dayanan şəxslərin içərisində müməyyiz (yaxşını və pisi başa düşən) uşaq fasilə salsa və onun namazının batil olmasını bilməsələr, iqtida edə bilərlər.

Məsələ: 1427. İmamın təkbirindən sonra qabaqdakı cərgə, namaza hazır olsa və onların təkbir demələri yaxın olsa, sonrakı cərgədə dayanan şəxslər təkbir deyə bilər.

Məsələ: 1428. Əgər öndəki cərgələrdən hər hansı birinin namazının batil olduğu məlum olsa, sonrakı cərgələr iqtida edə bilməz. Amma onların namazlarının səhih olub-olmaması məlum olmasa, iqtida edə bilərlər.

Məsələ: 1429. Əgər bir şəxs, imamın namazının batil olmasını bilsə; məsələn, onun dəstəmazsız olduğunu bilsə, hətta imamın özü bu işdən agah olmasa da, ona iqtida edə bilməz.

Məsələ: 1430. Əgər məmum, namazdan sonra imamın adil olmadığını, yaxud kafir olduğunu, yaxud müəyyən səbəblər üzündən namazının batil olduğunu bilsə; məsələn, dəstəmazsız namaz qıldığını bilsə, namazı səhihdir.

Məsələ: 1431. Əgər namaz əsnasında iqtida edib-etməməsində şəkk etsə, hər bir halda gərək namazı fürada niyyəti ilə tamamlasın.

Məsələ: 1432. Camaat namazının hər yerində (məmum) fürada niyyəti edə bilər.

Məsələ: 1433. Əgər məmum imamın həmd və surəsindən sonra

səh: 271

fürada niyyəti edərsə, həmd və surəni oxuması lazım deyil. Amma həmd və surə qurtarmazdan əvvəl fürada niyyəti edərsə, gərək imam oxumadığı miqdarı oxusun. Ehtiyat-müstəhəb budur ki, qiraəti yenidən oxusun.

Məsələ: 1434. Əgər bir şəxs, camaat namazı əsnasında fürada niyyəti etsə, yenidən camaat namazı niyyəti edə bilməz. Amma fürada niyyəti edib-etməməsində tərəddüddə qalsa və sonradan namazı camaatla birlikdə tamamlamaq qərarına gəlsə, namazı səhihdir.

Məsələ: 1435. Əgər fürada niyyəti edib-etməməsində şəkk etsə, gərək niyyətini, fürada niyyəti etməməsində qərarlaşdırsın.

Məsələ: 1436. Əgər imam rükuda olan zaman iqtida edərsə və imamın rükusuna çatsa, imamın zikrinin qurtarmasına baxmayaraq namazı səhihdir və bir rəkət hesab olunur. Amma rüku miqdarında əyilsə və imamın rükusuna çatmasa, namazı batildir.

Məsələ: 1437. Əgər imam rükuda olan zaman iqtida etsə, rüku miqdarında əyilsə və imamın rükusuna çatıb-çatmamasında şək etsə, namazı batildir. Ehtiyat budur ki, namazını tamamlasın və ikinci dəfə yenidən qılsın.

Məsələ: 1438. Əgər imam rükuda olan zaman iqtida edə və rüku həddində əyilməzdən öncə imam rükudan qalxarsa, fürada niyyəti edə bilər və ya imam sonrakı rəkət üçün qalxanadək gərək dursun və onu öz namazının birinci rəkəti hesab etsin. Amma imamın qalxması, “bu şəxs camaat namazı qılır” deyilməyəcək qədər uzansa, gərək fürada niyyəti etsin.

Məsələ: 1439. Əgər namazın əvvəlində, yaxud həmd-surə oxunan vaxt iqtida etsə və rükuya getməmişdən qabaq imam başını rükudan qaldırsa, onun namazı səhihdir.

Məsələ: 1440. Əgər axırıncı rəkətin təşəhhüdünü oxuduğu vaxt imama çatsa, bu halda camaat namazının savabını qazanmaq istəyərsə, gərək niyyət edib, təkbirətül-ehram dedikdən sonra oturub təşəhhüdü imamla birlikdə oxusun. Amma salamları

səh: 272

deməyib gözləməlidir ki, imam namazın salamını desin, sonra ayağa qalxıb yenidən niyyət etmədən, təkbir demədən, həmd-surəni oxumalıdır. Bunu, öz namazının birinci rəkəti hesab etməlidir.

Məsələ: 1441. Məmum gərək imamdan qabaq durmasın. Ehtiyat-vacib budur ki, onunla yanaşı (bərabər) da durmasın. Onun boyu imamın boyundan uca olduğu təqdirdə, ehtiyat-vacibə görə, gərək elə dursun ki, rüku və səcdədə imamdan qabaq olmasın.

Məsələ: 1442. Camaat namazında, gərək məmumla imam arasında pərdə və onun kimi arxası görünməyən şeylər fasilə salmasın. Həmçinin insanla başqa məmum ki, insan onun vasitəsi ilə imama birləşir, fasilə olmasın. Amma imam kişi, məmum isə qadın olsa, əgər o qadınla imam arasında və ya o qadınla, sair kişi məmum arasında pərdə və onun kimi şey fasilə salsa, belə ki, qadın onun vasitəsi ilə imama birləşsə eybi yoxdur.

Məsələ: 1443. Əgər namaza başladıqdan sonra imamla məmum arasında və ya o məmumun onun vasitəsilə imama birləşən şəxs arasında pərdə və onun kimi şeylər fasilə salsa, camaat namazı batil və məmumun namazı füradaya çevrilir.

Məsələ: 1444. Vacib budur ki, məmumun səcdə yeri ilə imamın durduğu yerin arasında, bir böyük addımdan çox məsafə olmasın. Həmçinin, əgər insan, qabağında dayanan məmumun vasitəsilə imama müttəsil olsa, onun səcdə yeri ilə imamın durduğu yerin arasında, bir böyük addımdan çox məsafə olmasın. Ehtiyat-müstəhəb budur ki, məmumun səcdəsinin yerinin, onun qabağında duran şəxsin dayandığı yerlə, ümumiyyətlə fasiləsi olmasın.

Məsələ: 1445. Əgər məmum, sağında və ya solunda olan şəxsin vasitəsilə imama müttəsil olub amma qabaqdan müttəsil olmasa, ehtiyat-vacibə görə, gərək sağında və ya solundakı iqtida edən şəxslə bir açıq addımdan artıq fasiləsi olmasın.

Məsələ: 1446. Əgər namazda məmumla imam, yaxud

səh: 273

məmumla onun imama müttəsil olduğu şəxs arasında bir addımdan artıq fasilə düşsə, tez fürada niyyəti etməsədə camaat namazı batildir. Fürada vəzifəsinə əməl edərsə onun namazı fürada olur.

Məsələ: 1447. Əgər birinci sırada duranların hamısının namazı qurtarsa və ya hamısı fürada niyyət etsələr, əgər fasiləsiz olaraq başqa namazı imama iqtida edərlərsə, sonrakı sıranın camaat namazı səhihdir. Bundan qeyri halda, sonrakı sıraların camaat namazı fürada olar.

Məsələ: 1448. Əgər bir şəxs ikinci rəkətdə iqtida etsə, həmd və surəni oxuması lazım deyil. Amma qunutu və təşəhhüdü imamla birlikdə oxumalıdır. Ehtiyat budur ki, təşəhhüdü oxuyan zaman əllərin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini qaldırsın, təşəhüddən sonra gərək imamla birlikdə qalxıb həmd və surəni oxusun. Əgər surə üçün vaxt qalmasa, təkcə həmdi oxuyub rükuda və ya səcdədə özünü imama çatdırsın, əgər səcdədə özünü imama çatdırsa ehtiyat budur ki, fürada niyyət etsin.

Məsələ: 1449. Əgər imam dörd rəkətli namazın ikinci rəkətində olanda iqtida etsə, namazın ikinci (imamın üçüncü) rəkətində iki səcdədən sonra oturub, əgər imamın qiyamına çatmamasından qorxsa təşəhhüdün vacibi qədərini oxumalıdır əks halda müstəblərini də oxusa heç bir eybi yoxdur, sonra ayağa qalxmalıdır. Əgər təsbihatı üç dəfə deməyə vaxt olmazsa, bir dəfə deyib rükuda və ya səcdədə özünü imama çatdırsın.

Məsələ: 1450. Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa və məmum iqtida edib Həmdi oxuyacağı surətdə imamın rükusuna çatmayacağını bilsə, ehtiyat-vacibə görə gözləməlidir ki, imam rükuya getsin, sonra iqtida etsin.

Məsələ: 1451. Əgər imamın üçüncü və ya dördüncü rəkətində iqtida etsə, gərək həmd-surəni oxusun. Əgər surə oxumağa vaxt olmasa, gərək həmdi tamamlayıb, rüku və ya səcdədə

özünü imama çatdırsın. Amma imama səcdədə çatsa, ehtiyatən niyyətini füradaya çevirsin.

səh: 274

Məsələ: 1452. Surəni və ya qunutu yerinə yetirdiyi surətdə rükuda imama çatmayacağını bilən bir şəxs, bilərəkdən surə ya qunutu oxuyub rükuya çatmasa, namazı səhihdir.

Məsələ: 1453. Bir şəxs, əmin olsa ki, əgər surəni başlasa və ya tamamlasa imamın rükusuna çatacaqdır, ehtiyat-vacib budur ki, surəni başlasın və ya başlayıbsa tamamlasın.

Məsələ: 1454. Bir şəxsin yəqini olsa ki, əgər surəni oxusa, imamın rükusuna çatacaqdir, əgər surəni oxusa və rükuya çatmasa, namazı səhihdir.

Məsələ: 1455. İmam ayaq üstə olanda, məmum onun hansı rəkətdə olduğunu bilmirsə, ona iqtida edə bilər. Amma gərək həmd-surəni qürbət qəsdi ilə oxusun. Sonradan imamın birinci, yaxud ikinci rəkətdə olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 1456. Bir şəxs imamın birinci, yaxud ikinci rəkətdə olduğunu güman edərək həmd-surəni oxumasa, rükudan sonra onun üçüncü, yaxud dördüncü rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Amma rükudan qabaq başa düşsə, həmd-surəni oxumalıdır. Vaxtı olmasa, təkcə həmdi oxumalı, rükuda özünü imama çatdırmalıdır. Belə olmayan təqdirdə fürada niyyəti etsin.

Məsələ: 1457. İmamın üçüncü, yaxud dördüncü rəkətdə olmasını güman edən bir şəxs, həmd-surəni oxusa və rükudan əvvəl və ya sonra onun birinci, yaxud ikinci rəkətdə olduğunu başa düşsə, namazı səhihdir. Amma həmd-surə əsnasında başa düşsə, onları axıra çatdırması lazım deyil.

Məsələ: 1458. Əgər bir şəxs müstəhəbi namaza məşğul olduğu vaxt camaat namazı təşkil olunsa, bu halda namazını qurtararsa camaat namazına çatacağına əmin deyilsə, müstəhəbdir ki, namazı kəsib camaatla birlikdə namaz qılsın. Hətta əgər birinci rəkətə çatacağına əmin olmasa da, müstəhəbdir ki, həmin göstərişə əməl etsin.

Məsələ: 1459. Üç, yaxud dörd rəkətli namazı qılmağa məşğul olan zaman camaat namazı təşkil olunsa, bu halda üçüncü rəkətin rükusuna getməyibsə və namazı axıra qədər qılacağı təqdirdə

səh: 275

camaat namazına çatacağına əmin deyilsə, müstəhəbdir ki, namazı müstəhəb namaz niyyətinə çevirib, iki rəkətlə qurtarsın və özünü camaat namazına çatdırsın.

Məsələ: 1460. Əgər imamın namazı qurtarsa, məmum da təşəhhüdü və ya birinci salamı deməyə məşğuldursa, fürada niyyəti etməsi lazım deyil.

Məsələ: 1461. İmamdan bir rəkət geri qalan bir şəxs, onun axırıncı rəkətinin təşəhhüdünü oxuduğu vaxt, qalxıb namazını qurtara bilər və ya əllərinin barmaqlarını, ayaqlarının pəncəsini yerə qoyub, dizlərini yerdən aralayaraq, imamın namazın salamını deməsini gözləməli, sonra isə ayağa qalxsın.

İMAM-CƏMAƏTİN ŞƏRTLƏRİ

Məsələ: 1462. Camaat namazının imamı, gərək baliğ, aqil, 12 İmam şiəsi, adil, halazadə olmalı, namazı səhih tərzdə oxumalıdır. Əgər məmum kişidirsə, gərək imam-cəmaət da kişi olsun. Yaxşı və pisi başa düşən müməyyiz uşağın, başqa bir yaxşı və pisi başa düşə bilən müməyyiz uşağa iqtida etməsinin maneəsi yoxdur. Amma baliğ şəxsin müməyyiz uşağa iqtida etməsinin işkalı vardır.

Məsələ: 1463. Bir şəxs əvvəlcə imamın adil olduğunu bilib, sonradan ədalətində qalıb-qalmamasında şəkk etsə, ona iqtida edə bilər.

Məsələ: 1464. Ayaq üstə namaz qılan bir şəxs oturan, yaxud uzanan halda namaz qılana iqtida edə bilməz. Həmçin, oturan halda namaz qılan bir şəxs, uzanan halda namaz qılana iqtida edə bilməz.

Məsələ: 1465. Oturan və ya uzanan halda namaza qılan şəxs, oturan halda namaz qılan şəxsə iqtida edə bilər və uzanan halda namaz qılan şəxs, uzanan halda namaz qılan şəxsə iqtida edə bilər.

Məsələ: 1466. Əgər pişnamaz, üzürlü səbəbdən nəcis paltarla və ya təyəmmümlə yaxud da cəbirə dəstəmazla namaz qılarsa, ona iqtida etmək olar.

səh: 276

Məsələ: 1467. Əgər imam, xəstəlik üzündən bövl və ğaitinin qarşısını ala bilmirsə, ona iqtida etmək olar. Həmçinin, müstəhazə olmayan qadın müstəhazə qadına iqtida edə bilər.

Məsələ: 1468. Ehtiyat-müstəhəbə əsasən, gərək cüzam və bərəs(1) xəstəliyi olan adam imam-camaət olmasın.

CAMAAT NAMAZININ HÖKMLƏRİ

Məsələ: 1469. Məmum niyyət edərkən gərək imamını müəyyən etsin. Amma adını bilməsi lazım deyil; məsələn, “bu hazır olan imama iqdtida edirəm” deyərək niyyət etsə, namazı səhihdir.

Məsələ: 1470. Məmum gərək həmd-surə istisna olmaqla, namazın qalan hissələrinin hamısını özü deməlidir. Amma onun birinci və ya ikinci rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, gərək həmd-surəni oxusun.

Məsələ: 1471. Əgər məmum sübh, məğrib və işa namazının birinci və ikinci rəkətlərində imamın həmd-surəsinin səsini eşitsə, onun kəlmələrini bir-birindən ayırd edə bilməsə, gərək həmd-surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbdir ki, həmd-surəni oxusun. Lakin, gərək ahəstə oxusun; səhvən ucadan oxusa, eybi yoxdur.

Məsələ: 1472. Əgər məmum, imamın həmd-surəsinin bəzi kəlmələrini eşitsə, ehtiyat-vacib budur ki, həmd-surəni oxumasın.

Məsələ: 1473. Əgər məmum səhvən həmd-surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını güman edərək həmd-surə oxuyub sonradan onun səsi olduğunu başa düşsə, namazı səhihdir.

Məsələ: 1474. Əgər imamın səsini eşidib-eşitməməsində şəkk etsə, yaxud bir səs eşidib, imamın, yaxud başqa bir şəxsin səsi olduğunu bilməsə, ehtiyat budur ki, həmd-surəni oxumasın.

Məsələ: 1475. Ehtiyat-vacib budur ki, məmum zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində həmd-surəni oxumasın.

səh: 277


1- . Dəri xəstəliyi.

Müstəhəbdir ki, onun yerinə zikr desin.

Məsələ: 1476. Məmum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat-vacib budur ki, onun təkbirətül-ehramı qurtarmayınca, təkbir deməsin.

Məsələ: 1477. Əgər məmum, imamın salamlarını eşitsə və ya onun nə vaxt salam deyəcəyini bilsə, ehtiyat-müstəhəb budur ki, ondan qabaq salamları deməsin. Əgər qəsdən və ya səhvən imamdan qabaq desə, namazı səhihdir və salamları yenidən imamla deməsi lazım deyil.

Məsələ: 1478. Məmumun, namazın təkbirətül-ehramdan başqa, qalan hissələrini imamdan qabaq deməsinin heç bir eybi yoxdur. Ancaq, onları eşitsə və ya imamın onları nə vaxt deməsini bilsə, ehtiyat-müstəhəb budur ki, imamdan qabaq deməsin.

Məsələ: 1479. Məmum, namazda təkcə oxunulmalılardan başqa, rüku və səcdələr kimi sair əməlləri imamla birlikdə, yaxud ondan bir az sonra yerinə yetirməlidir. Əgər qəsdən imamdan qabaq, yaxud ondan bir müddət sonra yerinə yetirsə, günah etmişdir və ehtiyat-müstəhəb budur ki, namazı qılıb qurtarandan sonra yenidən qılsın.

Məsələ: 1480. Əgər səhvən başını rükudan qaldırıb imamın rükuda olduğunu görsə, gərək rükuya qayıtsın və imamla birlikdə qalxsın. Bu halda, rükn olan rükunun artıq olduğuna görə, namazı batil olmur. Amma rükuya çatmamış, imam rükudan qalxsa, namazı batildir.

Məsələ: 1481. Əgər məmum, səhvən başını səcdədən qaldırıb, imamın hələ səcdədə olduğunu görsə, gərək səcdəyə qayıtsın. Əgər hər iki səcdədə bu iş təkrar olarsa, rükn olan iki səcdənin artıqlığı ilə namaz batil olmur.

Məsələ: 1482. İmamdan qabaq, səhvən başını səcdədən qaldıran bir şəxs, səcdəyə qayıtsa və səcdəyə çatmamış imam başını səcdədən qaldırsa, namazı səhihdir. Amma bu iş, bir rəkətin hər iki səcdəsində baş versə, ehtiyat-vacib budur ki, namazı qılıb qurtardıqdan sonra yenidən qılsın.

səh: 278

Məsələ: 1483. Əgər səhvən rükudan və ya səcdədən qalxarsa, səhvən və ya imama çatmayacağını güman edərək yenidən rükuya, yaxud səcdəyə getməsə, namazı səhihdir.

Məsələ: 1484. Əgər başını səcdədən qaldırıb imamın səcdədə olduğunu görsə və imamın birinci səcdəsi olduğunu güman edərək imamla birlikdə səcdəyə getməyi qəsd edib səcdəyə getsə, sonra onun ikinci səcdəsi olduğunu başa düşsə, onun ikinci səcdəsi hesab olunur. Əgər imamın ikinci səcdəsi olduğunu güman edərək səcdəyə getsə və imamın birinci səcdəsinin olduğunu başa düşsə, o səcdəni imama iqtida etmək qəsdi ilə tamamlamalı və sonra (ikinci səcdə üçün) yenidən imamla birlikdə səcdə etməlidir. Amma hər iki halda, ehtiyat-müstəhəb budur ki, namazı camaatla tamamlayıb yenidən qılsın.

Məsələ: 1485. Əgər səhvən imamdan qabaq rükuya getsə və rükudan qalxacağı halda imamın qiraətindən bir hissəsinə çatsa bilərsə, əgər qalxıb yenidən imamla birlikdə rükuya getsə, namazı səhihdir. Əgər qəsdən qayıtmasa, namazı səhihdir. Ehtiyat-müstəhəb budur ki, namazı qılıb qurtarandan sonra yenidən qılsın.

Məsələ: 1486. Əgər səhvən, imamdan qabaq rükuya getsə, təkrar qiyama qalxarsa, imamın qiraətindən bir miqdarına çatmayacağı halda, imamın ona çatmasını gözləyərsə, namazı səhihdir.

Məsələ: 1487. Əgər səhvən imamdan qabaq səcdəyə getsə ehtiyat-vacibə görə qayıtsın imama tabe olsun, əgər imamın ona çatmasını gözləsə, (imam tez çatarsa) namazı səhihdir. Əks halda namazı fürada tamamlamalıdır.

Məsələ: 1488. Əgər imam, qunutu olmayan bir rəkətdə qunut tutsa, yaxud təşəhhüdü olmayan rəkəktdə təşəhhüd oxumağa başlasa, məmum gərək qunutu və təşəhhüdü yerinə yetirməsin. Ancaq imamdan qabaq rükuya gedə bilməz, yaxud ondan əvvəl ayağa dura bilməz. Gərək səbr etsin imam qunut və təşəhhüdü tamamlasın və namazın qalanınmı onunla birgə qılsın.

səh: 279

CAMAAT NAMAZINDA MÜSTƏHƏB OLAN ŞEYLƏR

Məsələ: 1489. Əgər məmum bir kişi olsa, müstəhəbdir ki, imamın sağ tərəfində dayansın. Əgər bir qadın olsa, müstəhəbdir ki, imamın sağ tərəfində elə dursun ki, səcdəsinin yeri, imamın dizləri, yaxud ayaqları ilə bərabər olsun. Əgər məmum bir kişi və bir qadın, yaxud bir kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişi imamın sağ tərəfində, qadınlar isə imamın arxa tərəfində dursunlar. Əgər bir neçə kişi və ya bir neçə qadın olsa, müstəhəbdir ki, imamın arxasında dursunlar. Əgər bir neçə kişi və bir neçə qadın olsa, müstəhəbdir ki, kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar.

Məsələ: 1490. Əgər imam və məmum hər ikisi qadın olsalar, daha yaxşı olar bir cərgədə dursunlar, imam başqalarından qabaq durmasın.

Məsələ: 1491. Müstəhəbdir ki, imam cərgənin ortasında, elm, kamal və təqva sahibi olan sair şəxslər isə, birinci cərgədə dayansınlar.

Məsələ: 1492. Müstəhəbdir ki, camaat namazının cərgələri nizam-intizamlı olsun, bir cərgədə duran şəxslərin aralarında fasilə düşməsin, çiyinləri bir xətt boyunca olsun.

Məsələ: 1493. Müstəhəbdir ki, “qəd-qamətis-salat” deyiləndən sonra, məmumlar ayağa qalxsınlar.

Məsələ: 1494. Müstəhəbdir ki, imam, məmumların arasında halı başqalarına nisbətən zəif olanları nəzərə alsın. Qunut, rüku və səcdələri uzatmasın. Amma ona iqtida edənlərin hamısının, buna meylli olduqlarını bildiyi hal isə istisnadır.

Məsələ: 1495. Müstəhəbdir ki, imam-camaət, həmd-surədə və ucadan oxunmalı zikrlərdə, səsini hamı eşidəcəyi qədər ucaltsın. Amma həddindən artıq ucaltmamalıdır.

Məsələ: 1496. Əgər imam rükuda olanda, təzə gələnlərin ona iqtida etmək istədiklərini başa düşsə, müstəhəbdir ki, rükunu həmişəkindən ikiqat artırsın və sonra başını qaldırsın. Hətta, daha

səh: 280

başqa birinin də iqtida etməsini başa düşərsə (eyni qayda ilə).

CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 1497. Əgər camaat namazının cərgələrində yer olsa, insanın təklikdə dayanması məkruhdur.

Məsələ: 1498. Məkruhdur ki, insan namazın zikrlərini, imamın eşidəcəyi tərzdə desin.

Məsələ: 1499. Səfərdə olanın, zöhr, əsr və işa namazlarını iki rəkət qılarkən, bu namazlarda səfərdə olmayanlara iqtida etməsi məkruhdur. Səfərdə olmayan şəxs, bu namazlarda səfərdə olana iqtida etməsi məkruhdur.

CÜMƏ NAMAZI VƏ ONUN HÖKMLƏRİ

Cümə namazı siyasi ibadətlərdən biridir, müsəlmanların problemləri cümə namazının xütbələrində deyilər və həll ola bilər. Buna görədə cümə namazında iştirak etmək çox yaxşıdır və buna çox tövsiyə olunubdur.

Məsələ: 1500. Cümə namazı, sübh namazı kimi iki rəkətdir. Sübh namazından fərqi budur ki, əvvəlində iki xütbə vardır. Bu zamanda cümə namazı tələb olma ümüdü ilə qılınmalıdır. Zöhr və əsr namazlarını da qılmaq vacibdir. Onun vacib olmasının bir neçə şərti vardır.

1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtından azanın deyilməsi, iki xütbənin oxunması və cümə namazının qılnmasına kimidir. Əgər cümə namazını bu vaxtdan gecikdirərsə, ehtiyat-vacibə görə cümə namazı qıla bilməz.

2. Fərdlərin sayı, imamla birlikdə 7 nəfər olmalıdır. Əgər 7 nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz. Bəli imamla birlikdə beş nəfərlə qılınan cümə namazı səhihdir.

3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazında imam-camaətin, ədalət və digər sifətlərə malik olması kimi.

səh: 281

Cümə namazının səhih olmasının bir neçə şərti vardır:

1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər məmum cümə namazının ikinci rəkətində rükudan əvvəl imama yetişib, iqtida edərsə kifayət edər, bundan qeyri hallarda işkallıdır.

2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qurandan bir surə oxunur. Sonra oturulur və yenidən qalxılır. İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və müsəlmanların imamlarına (on iki imama) salavat göndərməlidir, mömin kişi və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazım deyil. Əgər iki xütbədən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zöhrdən (zöhr azanından) qabaq oxunması caiz deyil. Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa səhih deyildir. Həmçinin iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazım və vacibdir. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni oxuyan və imam-camaət bir nəfər olmalıdır. Ehtiyat budur ki, xütbəni təharətli halda oxusun. Xütbənin vacib miqdarı ərəb dilində olmalıdır. Amma yerdə qalanların ərəb dilində olması şərt deyildir. Əgər namazda hazır olanlar ərəbcə bilmirlərsə, onlar üçün tərcümə edə bilər.

3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir.

Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, işkalı yoxdur. İstər cümə namazının vaxtında məlum olsun istərsədə cümə

səh: 282

namazının vaxtı keçdikdən sonra. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. Səhih olmayan namazın maneə olması işkallıdır.

Məsələ: 1501. Şərtlərə mövcud olan cümə namazı qılınarsa iştirak etmək olar. Zahir budur ki, zöhr namazını əvəz etmir. İştirak etmək istəyənlərdə aşağadakı şərtlər mövcud olmalıdır.

Birinci; mükəlləf kişi olsun. Çünki qadınların cümə namazına getmələri vacib deyil.

İkinci; azad olsun. Deməli cümə namazı qula vacib deyil.

Üçüncü; ağıllı olsun.

Dördüncü; xəstə və kor olmasın.

Beşinci; qoca olmasın.

Altıncı; hava yağışlı olmasın.

Yeddinci; şəxslə cümə namazı qılınan yerin arasında iki fərsəxdən çox məsafə olmasın.

Səkkizinci; iştirak etmək onun üçün çətin olmasın.

Məsələ: 1502. Cümə namazında iştirak etməyən üçün zöhr namazını fəzilət vaxtında qılmasının işkalı yoxdur. Amma təxirə salmaq ehtiyata riayət etmək üçün daha yaxşıdır.

Məsələ: 1503. Xütbə oxunan zaman söhbət etmək həm imam həm də məmum üçün caiz deyil. Əgər danışılsa haram edilməsinə baxmayaraq xütbə batil olmur.

Məsələ: 1504. Ehtiyata əsasən iki xütbəyə qulaq asmaq vacibdir. Çünki iki xütbə iki rəkət namazın yerinədir. Baxmayaraq ki, qulaq asmamaq namazı batil etmir.

Məsələ: 1505. Cümə gününün ikinci azanı bidət və haramdır. Bu camaat arasında üçüncü azan adlanır və əksəriyyət ona əməl edirlər.

Məsələ: 1506. Ehtiyat-müstəhəb budur ki, cümə namazına çağırış vaxtı al-ver tərk olunsun.

səh: 283

AYƏT NAMAZI

Point

Məsələ: 1507. Qaydası sonradan deyiləcək ayət namazı, dörd şey vasitəsilə vacib olur:

1-Günəşin tutulması;

2-Ayın tutulması (hətta onların azacıq tutulsa və bir şəxs də qorxmasa);

3-Zəlzələ (hətta bir şəxs qorxmasa da);

4-Göy gurultusu, şimşək və yaxud qara-qırmızı küləklər və s. kimi asimani əlamətlərdə, camaatın əksəriyyəti qorxarsa, namaz vacib olur.

Məsələ: 1508. Əgər ayət namazının vacib olcağına səbəb hadisələrdən bir neçəsi baş versə, insan onun hər biri üçün bir ayət namazı qılmalıdır; məsələn: həm Günəş tutulsa, həm də zəlzələ baş versə, iki ayət namazı qılınmalıdır.

Məsələ: 1509. Bir şəxsə bir neçə ayət namazının qəzası vacib olsa və onların hamısı eyni hadisə üçün vacib olsa, (məsələn, üç dəfə Günəş tutulsa) və onları qılmamış olsa, qəzasını yerinə yetirdiyi vaxt onların hansı üçün qılmasını müəyyən etməsi lazım deyil. Həmçinin, əgər bir neçə ayət namazı göy gurlaması, şimşək, qara-qırmızı küləklər və bunun kimilər üçün insana vacib olsa (eyni qayda ilə). Amma Günəşin və Ayın tutulması, zəlzələ baş verməsi, yaxud bunlardan ikisi üçün namaz vacib olsa, ehtiyat-vacibə görə, gərək niyyət edərkən, ayət namazını hansı üçün qıldığını müəyyənləşdirilsin.

Məsələ: 1510. Ayət namazının vacib olduğu şeylər, hər bir şəhərdə baş versə, təkcə o şəhərin əhalisi ayət namazı qılmalıdır. Başqa yerlərin əhalisinə isə vacib deyil. Amma onların məntəqələri bir-birinə çox yaxın olsa və ikisi bir şəhər hesab olunsa, onlara da vacib olur.

Məsələ: 1511. Günəş və ya ay tutulmağa başlayanda, insan gərək ayət namazı qılmağa başlasın. Ehtiyat-vacibə görə, gərək o qədər təxirə salınmamalıdır ki, açılmağa başlasın.

səh: 284

Məsələ: 1512. Əgər bir şəxs, ayət namazını çox təxirə salsa və günəş, yaxud ay açılmağa başlasa, əda niyyəti edə bilər. Amma ehtiyat-vacib budur ki, əda və qəza niyyəti etməsin. Amma onun hər yerinin açılmasından sonra namaz qılsa, gərək qəza niyyəti etsin.

Məsələ: 1513. Əgər ay və günəşin tutulması müddəti bir rəkət namaz qılmaq müddətində olsa, qıldığı namaz ədadır. Həmçinin onların tutulması çox olsa, amma insan namazı qılmasa və onun axırına bir rəkət namaz qılmaq qədər vaxt qalsa (qıldığı namaz ədadır). Əgər bir rəkət qılmaqdan az vaxt varsa ehtiyatən əda və qəza niyyəti etməsin.

Məsələ: 1514. Zəlzələ, göy gurultusu, şimşək və s. baş verəndə insan dərhal, ayət namazı qılmalıdır. Qılmasa günah etmişdir və ömrünün axırına kimi ona vacibdir. Hər vaxt qılsa, ədadır. Əgər ayət, bir rəkət ayət namazı qılmaq miqdarında olsa namazı itaətsizlik üzündən təxirə salsa ehtiyat-vacib budur ki, gərək əda və qəza niyyəti etməsin.

Məsələ: 1515. Əgər ayın, günəşin açılmasından sonra, onun bütünlüklə tutulmuş olduğunu bilsə, gərək o ayət namazının qəzasını qılsın. Amma hamısı deyil, bir miqdarının tutulduğunu bilsə, qəzasını qılmaq vacib deyil.

Məsələ: 1516. Əgər bir dəstə adam, ay və ya günəşin tutulmasını xəbər versə, bu halda əgər insan onların sözündən yəqinə çatmayıb ayət namazını qılmasa, sonradan düz dedikləri məlum olsa, Ay və ya Günəş bütünlüklə tutulmuş olsa, gərək ayət namazı qılsın. Hətta onların bir miqarının tutulması məlum olsa, ehtiyat-müstəhəb budur ki, ayət namazı qılmaq lazımdır. Əgər adil olmaları məlum olmayan iki nəfər günəşin və ya ayın tutulmasını xəbər versə, sonra isə adil olmaları məlum olsa, ehtiyat-vacibə görə gərək ayət namazı qılınsın.

Məsələ: 1517. Əgər bir şəxs, elmi qaydalar üzrə günəş və ya ayın tutulmasını xəbər verən şəxslərin sözündən əminlik hasil etsə, ehtiyat-vacibə görə gərək ayət namazını qılsın. Həmçinin,

səh: 285

əgər “filan vaxt ay və ya günəş tutulub, filan qədər davam edəcək” desələr və insan da onların sözlərindən əminlik hasil etsə, ehtiyat-vacibə görə, gərək onların sözlərinə əsasən əməl etsin. Məsələn, əgər “günəş filan saatda açılmağa başlayacaq” desələr, ehtiyatən, ayət namazını o vaxta qədər təxirə salmasın.

Məsələ: 1518. Əgər qıldığı ayət namazının batil olduğunu bilsə, gərək yenidən qılsın. Vaxtı keçmiş olsa, qəzasını etməlidir.

Məsələ: 1519. Əgər gündəlik namazı vaxtında ayət namazı da insana vacib olsa və hər ikisini qılmaq üçün vaxt olsa, onda hər birini əvvəldə qılsa, eybi yoxdur. Əgər onlardan birinin vaxtı az olsa, onu əvvəlcə qılmalıdır. Hər ikisinin vaxtı az olsa, əvvəlcə gündəlik namazını qılmalıdır.

Məsələ: 1520. Əgər gündəlik namazı əsnasında ayət namazının vaxtının az olduğunu başa düşsə, bu halda gündəlik namazının da vaxtı az olsa, onu qurtarıb sonra ayət namazını qılmalıdır. Əgər gündəlik namazın vaxtı az olmasa, onu pozub əvvəlcə ayət namazı sonra isə gündəlik namazı qılmalıdır.

Məsələ: 1521. Əgər ayət namazını qılarkən, gündəlik namazının vaxtının az olduğunu başa düşsə, ayət namazını yarıda saxlayıb gündəlik namazı qılmalıdır. Namazı qurtarandan sonra onu batil edən bir iş görməsin, ayət namazını, qaldığı yerdən qılsın.

Məsələ: 1522. Əgər qadın, heyz və ya nifas olduğu halda günəş, yaxud ay tutulsa və onların açılmasına qədər nifas və ya heyz halında qalsa, ayət namazı ona vacib deyil. Əgər qadın, günəş yaxud ayın tutulma müddətinin hamısında nifas və ya heyz halında olmasa, ehtiyat-vacib budur ki, ayət namazını mafiz-zimə niyyəti ilə yerinə yetirsin. Həmçinin, əgər zəlzələ, göy gurultusu, şimşək və s. kimi hadisələr baş versə, ehtiyat-vacib budur ki, pak olandan sonra ayət namazını mafiz-zimə niyyəti ilə qılsın.

səh: 286

AYƏT NAMAZININ QILINMA QAYDASI

Məsələ: 1523. Ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku vardır. Onun qılınma qaydası belədir:

Niyyətdən sonra təkbir deyib bir Həmd və bir surəni tam oxumalı, rükuya getməli, rükudan qalxıb yenə də bir Həmd və bir surə oxumalı, sonra rükuya getməlidir. Beləliklə bu işi beş dəfə təkrar etməlidir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə etməli, ayağa qalxıb ikinci rəkəti də, eynilə birinci rəkət kimi yerinə yetirməli, təşəhhüd və salamı deyib namazı qurtarmalıdır.

Məsələ: 1524. (Ayət namazını başqa cür də qılmaq olar); niyyət, təkbirətül-ehram və həmddən sonra bir surəni beş yerə bölsün, bir və ya birdən artıq ayəsini oxuyub rükuya getsin, sonra qalxıb həmdi oxumadan o surənin ikinci hissəsini oxusun, sonra rükuya getsin. Bu qayda ilə beşinci rükudan əvvəl surəni qurtarmalıdır; məsələn, “Qul huvəllah” surəsi niyyəti ilə “Bismillahir-rəhmanir-rəhim” deyib rükuya getsin, sonra qalxıb “Qul huvəllahu əhəd” deyib yenidən rükuya getsin. Sonra qalxıb “Əllahus-səməd” deyib rükuya getsin, sonra qalxıb “Ləm yəlid və ləm yuləd” deyib rükuya getsin, sonra qalxıb “Və ləm yəkun ləhu kufuvən əhəd” deyib beşinci rükuya getsin. Rükudan qalxıb iki səcdə etsin. İkinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd və salamları deyib namazı qurtarsın.

Məsələ: 1525. Əgər ayət namazının bir rəkətində, beş dəfə həmd-surə oxusa, o biri rəkətində isə həmd oxuyub surəni beş yerə bölsə, eybi yoxdur.

Məsələ: 1526. Gündəlik namazlarda vacib və müstəhəb olan əməllər ayət namazında da eynilə vacib və müstəhəbdir. Amma ayət namazında müstəhəbdir ki, azan və iqamənin yerinə üç dəfə, əs-səlat deyilsin.

Məsələ: 1527. Müstəhəbdir ki, beşinci və onuncu rükudan sonra “səmiəllahu limən həmidəh” deyilsin. Həmçinin hər

səh: 287

rükudan əvvəl və sonra, təkbir deyilsin. Amma beşinci və onuncu rükudan sonra təkbir demək müstəhəb deyil.

Məsələ: 1528. Müstəhəbdir ki, 2, 4, 6, 8 və 10-cu rükulardan qabaq qunut tutulsun. Əgər 10-cu rükudan qabaq bir qunut tutulsa kifayətdir.

Məsələ: 1529. Əgər ayət namazında neçə rəkət qıldığına şəkk etsə və fikrində də bir qənaətə yetişə bilməsə, namazı batildir.

Məsələ: 1530. Əgər birinci rəkətin axırıncı rükusunda, yaxud ikinci rəkətin birinci rükusunda olmasında şəkk etsə və fikri də bir yerə çatmasa namaz batildir. Amma, misal üçün; dörd və ya beş rüku etməsində şəkk etsə, səcdəyə getmək üçün əyilməyibsə, şəkk etdiyi rükunu yerinə yetirməlidir. Amma səcdə üçün əyilmiş olsa, öz şəkkinə etina etməməlidir.

Məsələ: 1531. Ayət namazının hər rükusu rükndür, əgər qəsdən və ya səhvən azaldılıb-artırılsa, namaz batildir.

FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI

Məsələ: 1532. Fitr və Qurban bayramı namazları İmamın (ələyhis-səlam) hazır olduğu (qeybdə olmadığı) vaxt vacibdir və camaatla qılınmalıdır. İmamın (ələyhis-səlam) qaib olduğu (bizim zəmanəmizdə) isə müstəhəbdir. Onu camaatla da, fürada da qılmaq olar.

Məsələ: 1533. Fitr və Qurban bayramı namazlarının vaxtı, gün çıxan vaxtdan zöhrə qədərdir.

Məsələ: 1534. Müstəhəbdir ki, Qurban bayramı namazını günəş qalxandan sonra qılsınlar; Fitr bayramında isə, müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonra, bayram namazı qılsınlar.

Məsələ: 1535. Fitr və Qurban bayramı namazları iki rəkətir. Birinci rəkətdə, həmd-surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə, bir təkbir deyib rüku və iki səcdəni yerinə yetirib ayağa qalxmalı,

səh: 288

ikinci rəkətdə isə (həmd-surədən sonra) dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib, təşəhüd və namazın salamımı desin.

Məsələ: 1536. Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:

أَللَّهُمَّ أَهلَ الْکِبْرِیاءِ وَالْعَظَمَهِ وَأَهْلَ الْجُودِ وَالْجَبَرُوتِ وَأَهْلَ الْعَفْوِ وَالرَّحْمَهِ وَأَهْلَ التَّقْوَی وَالْمَغْفِرَهِ أَسْأَلُکَ بَحَقِّ هَذَا الْیَوْمِ الَّذِی جَعَلتَهُ لِلْمُسْلِمِینَ عِیداً وَلِمُحَمَّدٍ صَلیَّ اللهُ عَلَیْهِ وَآلِهِ ذُخْراً وَشَرَفًا وَکَرَامَهً وَمَزِیداً أَنْ تُصَلِّیَ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأَنْ تُدْخِلَنیِ فِی کُلِّ خَیْرٍ أَدْخَلْتَ فِیهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَأَنْ تُخْرِجَنِی مِنْ کُلِّ سُوءٍ أَخْرَجْتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَوَاتُکَ عَلَیْهِ وَ عَلَیْهِمْ أَللَّهُمَّ إِنِّی أَسْأَلُکَ خَیْرَ مَا سَأَلَکَ بِهِ عِبَادُکَ الصَّالِحُونَ وَأَعُوذُ بِکَ مِمَّا اسْتَعَاذَ مِنهُ عِبَادُکَ الْمُخْلصُونَ.

Əllahummə əhləl-kibriya`i, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

Məsələ: 1537. İmamın (ələyhis-səlam) ğaib olduğu zaman, fitr və qurban namazlarından sonra iki xütbə oxunması müstəhəbidir. Daha yaxşı olar ki, fitr bayramının xütbəsində, fitr zəkatının hökmləri və qurban bayramımım xütbəsində, qurbana aid olan hökmlər deyilsin.

Məsələ: 1538. Bayram namazının xüsusi surəsi yoxdur. Amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms” (91-ci surə), ikinci

səh: 289

rəkətdə isə “Ğaşiyə” surəsini (88-ci surə) oxunsunlar. Yaxud birinci rəkətdə “Səbbihismə” surəsi (87-ci surə) və ikinci rəkətdə isə “Şəms” surəsini oxunsunlar.

Məsələ: 1539. Müstəhəbdir ki, bayram namazı səhrada qılınsın. Məkkədə isə müstəhəbdir ki, Məscidül-həramda qılınsın.

Məsələ: 1540. Müstəhəbdir piyada, ayaq yalın və vüqarla bayram namazna getsinlər. Namazdan qabaq güsl edib, ağ əmmamə başlarına qoysunlar.

Məsələ: 1541. Müstəhəbdir ki, bayram namazında yerə səcdə etsinlər. Təkbirləri deyəndə, əlləri yuxarı qaldırsınlar. Bayram namaznı qılan şəxs, imam-cəmaətdirsə və ya fürada namaz qılırsa, namazı ucadan qılmalıdır.

Məsələ: 1542. Fitr bayramının gecəsi, məğrib və işa namazından sonra; bayram günü, sübh namazından sonra; həmçinin, Fitr bayramının namazından sonra, müstəhəbidir ki, bu təkbirləri desinlər:

أَللهُ أَکْبَرُ أَللهُ أَکبَرُ لاَ إِلَهَ الاَّ اللهُ وَاللهُ أَکْبَرُ أَللهُ أَکبرُ وَلِلَّهِ الْحَمْدُ أَللهُ أَکْبَرُ عَلَی مَا هَدَانَا

Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər və lillahil-həmd, əllahu əkbər, əla ma hədana.

Məsələ: 1543. Müstəhəbdir ki, insan Qurban bayramında, əvvəlincisi bayram gününün zöhr namazı və axrıncısı isə, ayın 12-ci günündə olan sübh namazından ibarət olan on namazdan sonra əvvəlki məsələdə deyilən təkbirləri deyib sonra isə bunları desin:

أَللهُ أَکْبَرُ عَلَی ماَ رَزَقَنَا مِنْ بَهِیمَهِ الْأَنْعَامِ وَالْحَمْدُ لِلَّهِ عَلَی مَاأَبْلاَنَا

Əllahu əkbər, əla ma rəzəqəna min bəhimətil ən`am vəlhəmdu lillahi əla ma əblana.

Amma bir şəxs Qurban bayramında Minada olsa, müstəhəbdir ki, bu təkbirləri, əvvəli Qurban bayram gününün zöhr namazı və axırı isə Zil-hiccənin on üçüncü gününün sübh namazıdan ibarət

səh: 290

olan 15 namazdan sonra, desin.

Məsələ: 1544. Ehtiyat-müstəhəb budur ki, qadınlar bayram namazlarına (qurban və fitr namazı) getməkdən çəkinsinlər. Amma bu ehtiyat, qoca qadınlar üçün deyil.

Məsələ: 1545. Bayram namazlarında məmum, gərək digər namazlar kimi, həmd və surədən başqa bütün əməlləri özü yerinə yetirsin.

Məsələ: 1546. Əgər məmum, imam təkbirlərin bir miqdarını dedikdən sonra çatsa, imam rükuya getdikdən sonra, gərək imamla demədikləri təkbir və qunutları özü desin. Əgər hər qunutda bir dəfə “sübhanəllah” və ya “Əlhəmdu lillah” desə, kifayətdir.

Məsələ: 1547. Əgər bayram namazına, imam rükuda olan zaman çatsa, niyyət edə bilər və birinci təkbiri deyib rükuya getsin. Əgər təkbirlərin heç birinə və ya bir Sübhənəllaha çatmasa daha yaxşı olar fürada qılsın. Hətta bir təkbirə çatsa da daha yaxşı olar fürada qılsın.

Məsələ: 1548. Əgər bayram namazında bir səcdəni, yaxud təşəhhüdü unutsa, ehtiyata görə, namazdan sonra yerinə yetirsin. Əgər səcdeyi-səhvə səbəb olan işlərdən birini görsə, ehtiyat budur ki, namazdan sonra iki səcdeyi-səhv yerinə yetirsin.

NAMAZ ÜÇÜN ƏCİR TUTMAQ

Məsələ: 1549. İnsanın sağlığında yerinə yetirmədiyi ibadətlərin qəzasını, öləndən sonra yerinə yetirmək üçün bir nəfəri əcir edə bilərlər. Yəni, həmin ibadətləri meyyit tərəfdən yerinə yetirmək üçün ona muzd verə bilərlər. Əgər bir şəxs muzd almadan yerinə yetirsə, səhihdir.

Məsələ: 1550. İnsan bəzi müstəhəb işlər üçün (Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və İmamların (ələyhimüs-səlam) qəbrini ziyarət etmək kimi) diri şəxsin tərəfindən əcir oluna bilər. Həmçinin, hər hansı müstəhəb işi muzd almadan diri adamlar

səh: 291

tərəfindən yerinə yetirə bilər.

Məsələ: 1551. Meyyitin qəza namazları üçün əcir olan şəxs, gərək müctəhid olsun və ya namazın məsələlərinni təqlid üzündən səhih tərzdə bilsin.

Məsələ: 1552. Əcir tutulan şəxs, niyyət etdiyi vaxt, gərək meyyiti müəyyən etsin. Meyyitin adını bilməsi lazım deyil. Əgər “əcir olunduğum şəxs tərəfindən namaz qılıram” deyə niyyət etsə, kifayətdir.

Məsələ: 1553. Əcir tutulan şəxs, özünü meyyitin yerinə fərz etməli, ibadətlərinin qəzasını onun naibi olaraq yerinə yetirməlidir. Əgər müəyyən bir əməli yerinə yetirib savabını meyyitə hədiyyə etsə, kifayət deyil.

Məsələ: 1554. Elə bir şəxsi əcir tutmalıdırlar ki, əməlləri səhih tərzdə yerinə yetirəcəyinə elmləri olsun və ya ehtimal versinlər. Əməlləri səhih tərzdə yerinə yetirməsində şəkk etməsinlər.

Məsələ: 1555. Meyyitin namazları üçün başqasını əcir tutan bir şəxs, onun əməli yerinə yetirmədiyini, yaxud batil yerinə yetirdiyini başa düşsə, gərək yenidən əcir tutsun.

Məsələ: 1556. Əcir tutduğu şəxsin əməli yerinə yetirib-yetirməməsində şəkk etsə, yerinə yetirmişəm desə, kifayət edir. Əgər qılmaması üçün müəyyən bir sübut olsa, o əməllər üçün yenidən əcir tutulmalıdır. Amma yerinə yetirdiyi əməlin səhih olub-olmamasında şəkk etsə, yenidən əcir tutmaq lazım deyil.

Məsələ: 1557. Müəyyən üzrü olan; məsələn: təyəmmümlə, yaxud oturan yerdə namaz qılan şəxsi, meyyitin namazları üçün əcir tutmaq olmaz. Hətta, meyyitdən də həmin tərzdə qəza olmuşsa da.

Məsələ: 1558. Qadın kişi üçün, kişi də qadın üçün əcir ola bilər. Namazı ucadan, yaxud astadan qılmaqda isə, öz vəzifəsinə əməl etməlidir.

Məsələ: 1559. Aralarında tərtibə riayət edilməsi lazım olan namazlarda, tərtib şərtdir; məsələn, bir günün zöhr və əsr, yaxud bir gecənin məğrib və işa namazlarında, tərtibə riayət etmək

səh: 292

lazımdır. Əgər onların tərtibini bilməsə əcir tutan, əcir olunla şərt etsin tərtib hasil olana qədər namaz qılsın. Amma tərtib lazım olmayan namazlarda tərtibə riayət etmək vacib deyil.

Məsələ: 1560. Əgər əcir olan ilə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etsələr, o şəkildə yerinə yetirməlidir. Amma əgər həmin şəkildə edilən əməlin batil olmasını bilsə, bu istisnadır. Əgər şərt etməmişlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma özünün və ya meyyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona uyğun əməl etsin. Məsələn; meyyitin vəzifəsi təsbihati ərbəəni üç dəfə oxumaq olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxusun ki, ehtiyata uyğun olsun.

Məsələ: 1561. Əgər əcir tutulan şəxs ilə müstəhəb əməllərin nə qədər yerinə yetirəcəyi barədə şərt etməsələr, onun müstəhəbatını adi qaydada olduğu qədər yerinə yetirməlidir.

Məsələ: 1562. Əgər insan, bir neçə nəfəri meyyitin qəza namazını qılmaq üçün əcir tutsa, ehtiyat-müstəhəbə əsasən, hər biri üçün vaxt müəyyən etmək lazımdır, məsələn onların biri ilə qərarlaşdırsa ki, sübhdən zöhrə qədər qəza namazı qılsın digəri ilə zöhrdən gecəyə qədər namaz qılmasını qərarlaşdırsın. Həmçinin müstəhəbdir hər dəfə başladığı namazı müəyyən etsin, məsələn, qərarlaşdırsın birinci qıldığı namaz sübh və ya zöhr yaxud əsr namazı olsun və gərək onlarla qərar qoysun bir gecə-gündüzün namazlarının hamısını qılsınlar. Əgər yarsını (bir neçəsini) qılsalar qıldıqları namazları hesablamasınlar, sonrakı dəfədə qıldıqları namazları ikinci dəfə qılsınlar. Bu o, haldadır ki, çatışmamazlıq zöhr ilə əsr və ya məğrib ilə işa arasında olsun ki, onların arasında tərtib vacibdir.

Məsələ: 1563. Əgər bir şəxs, meyyitin bir ildəki namazlarını qılmaq üçün əcir olsa və il tamam olmamışdan əvvəl ölsə, onun yerinə yetirmədiyini bildikləri namazlar üçün, gərək başqa bir şəxsi əcir tutsunlar. Əgər yerinə yetirmədiyinə ehtimal versələr ehtiyat-vacib budur ki, başqa bir şəxsi əcir tutsunlar.

səh: 293

Məsələ: 1564. Meyyitin namazları üçün əcir tutulan şəxs, onun namazlarını qurtarmamışdan qabaq ölsə və muzdun hamısını almış olsa, bu halda namazların hamısını onun özünün qılmasını şərt etmiş olsalar, qılmadığı namazların muzdunu onun malından götürüb, meyyitin qəyyumuna verməlidirlər; məsələn, əgər onların yarısını qılmış olsa, aldığı pulun yarısını onun malından göyürüb, meyyitin qəyyumuna verməlidirlər. Amma bunu şərt etməmiş olsalar, vərəsələri onun malından əcir tutmalıdırlar. Əgər malı olmasa, vərəsələrinə heç nə vacib deyil.

Məsələ: 1565. Əgər əcir tutulan şəxs, meyyitin namazlarını qılıb qurtarmamışdan qabaq ölsə, özünün də qəza namazı olsa və namazları, onun özünün yerinə yetirməsi şərt olunmasa, onda əcir tutulduğu namazlar üçün, onun malından, başqasını əcir tutmalıdırlar. Əgər onun özünün bir başa yerinə yetirməsini şərt etsələr icarə qalanları üçün batil olur. Əgər (malı) artıq qalsa, bu halda onun bütün namazları üçün əcir tutulmasını vəsiyyət etmiş olsa və vərəsələri də icazə versələr, bütün namazları üçün əcir tutulmalıdır. Əgər icazə verməsələr, malının üçdə birindən namazlarına sərf etməlidirlər. Əgər icazə versələr də malının üçdə birindən əcir tutmaq olar. Əgər malın əslindən götürlməsini vəsiyyət etsə malının üçdə birindən artıqı götürmək vərəsənin icazəsinə bağlıdır.

səh: 294

ORUCUN HÖKMLƏRİ

Point

Oruc budur ki, aləmlərin Rəbbinin əmrini yerinə yetirmək üçün insan, sübh azanından məğrib azanınadək, sonradan şərh olunacaq orucu pozan şeylərdən çəkinsin.

NİYYƏT

Məsələ: 1566. İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn: “sabahın orucunu tuturam” deməsi, lazım deyildir. Aləmlərin Rəbbinin əmrini yerinə yetirmək üçün, sübh azanından məğrib azanına qədər orucu batil edən əməllərdən çəkinməsi, kifayətdir. Bütün müddəti oruc olduğunu yəqin etmək üçün, gərək bir az sübh azanından qabaq və bir az da məğrib azanından sonra orucu batil edən əməllərdən qorunsun.

Məsələ: 1567. İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər.Yaxşıdır ayın əvvlində, bütün ayın orucunu niyyət etsin.

Məsələ: 1568. Ramazan ayının orucunun niyyəti, gecənin əvvəlindən sübh azanına qədərdir.

Məsələ: 1569. Müstəhəb oruc üçün niyyət vaxtı, gecənin əvvəlindən başlayaraq məğrib vaxtınadək niyyət edə biləcək bir zaman qalanadəkdir. Əgər bu müddətə orucu batil edən

səh: 295

əməllərdən etməyibsə, müstəhəb orucu niyyət edə bilər və orucu səhihdir.

Məsələ: 1570. Bır şəxs, sübh azanından qabaq orucu niyyət etmədən yatmışsa, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, onun orucu istər vacib olsun istərsə də müstəhəb, səhihdir. Əgər zöhrdən sonra oyanarsa, vacib orucu niyyət edə bilməz.

Məsələ: 1571. Əgər Ramazan ayının orucundan qeyri bir orucu tutmaq istəsə, gərək onu müəyyən etsin; məsələn, “qəza orucu”, yaxud “nəzr orucu tuturam” deyə niyyət etsin. Amma Ramazan ayınında, “bu ayın orucunu tuturam” deyə niyyət etməsi, lazım deyil. Əgər Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc niyyət edərsə, onun orucu Ramazan ayının orucundan sayılır.

Məsələ: 1572. Əgər bir şəxs Ramazan ayı olduğunu bilsə və qəsdən Ramazan ayından başqa orucu niyyət etsə, onun orucu nə Ramazan ayının orucu hesab olunur, nə də niyyət etdiyi oruc.

Məsələ: 1573. Əgər məsələn, Ramazan ayının birinci gününün niyyəti ilə oruc tutub sonradan ikinci, yaxud üçüncü gün olduğunu başa düşsə, orucu səhihdir.

Məsələ: 1574. Əgər sübh azanından qabaq niyyət edib bihuş olsa və günün əsnasında ayılsa, ehtiyat-vacibə görə o günün orucunu axıra çatdırısın. Əgər orucun açsa, sonradan qəzasını tutmalıdır. Əgər orucunu axıra çatdırsa da ehtiyat-vacib budur ki, qəzasını tutsun.

Məsələ: 1575. Əgər sübh azanından qabaq niyyət edib məst olarsa və gün əsnasında ayılarsa, ehtiyat-vacibə görə o günün orucunu tamamlamalı və onun qəzasını da tutmalıdır.

Məsələ: 1576. Əgər sübh azanından qabaq niyyət edib yatsa və məğribdən sonra oyansa, orucu səhihdir.

Məsələ: 1577. Əgər Ramazan ayı olduğunu bilməsə, yaxud unutsa və günortadan qabaq başa düşsə, bu halda orucu batil edən işlərdən görməyibsə, niyyət etməlidir, orucu da səhihdir. Əgər orucu batil edən işlərdən etmişsə, yaxud zöhrdən sonra Ramazan

səh: 296

ayı olduğunu başa düşsə, onun orucu batildir. Lakin məğribə qədər orucu batil edən işlərdən çəkinməlidir. Ramazan ayından sonra qəzasını tutmalıdır.

Məsələ: 1578. Uşaq, Ramazan ayının sübh azanından qabaq həddi-büluğa çatsa, gərək oruc tutsun. Amma sübh azanından sonra həddi-büluğa çatsa, o günün orucu vacib deyil. Əgər savab qazanmaq üçün oruc niyyəti edibsə gərək o günün orucunu sona çatdırsın.

Məsələ: 1579. Meyyitin orucunun qəzasını tutmaq üçün əcir tutulan bir şəxs, əgər müstəhəb oruc tutsa, eybi yoxdur. Amma qəza orucu olan bir şəxs müstəhəb oruc tuta bilməz. Başqa vacib orucun qəzası olsa, müstəhəb oruc tuta bilməz. Əgər unutsa və müstəhəb oruc tutsa, bu halda zöhrdən qabaq yadına düşsə, müstəhəb orucu pozulur və öz niyyətini vacibi oruc niyyətinə döndərə bilər.

Məsələ: 1580. Əgər Ramazan ayının orucundan başqa müəyyən bir oruc insana vacib olsa; məsələn, müəyyən bir günü oruc tutmağı nəzr edibsə, qəsdən sübh azanına kimi niyyət etməsə, orucu batildir. Amma o günün orucunun ona vacib olduğunu bilməsə, yaxud unutsa və günortadan əvvəl xatırlasa, orucu batil edən əməllərdən etmədiyi halda, niyyət etsə, onun orucu səhihdir. Əks halda batildir.

Məsələ: 1581. Əgər kəffarə orucu kimi qeyri müəyyən vacib oruc üçün qəsdən günortaya yaxın vaxta qədər niyyət etməsə, işkalı yoxdur. Əgər niyyətdən qabaq, oruc tutmamaq qərarına gəlsə və ya oruc tutacaq-tutmayacağında tərəddüddə olsa, orucu batil edən əməllərdən yerinə yetirməsə və zöhürdən qabaq oruc niyyəti etsə, onun orucu səhihdir.

Məsələ: 1582. Əgər kafir, Ramazan ayında zöhrdən qabaq müsəlman olsa onun orucu səhih deyil.

Məsələ: 1583. Əgər xəstə, Ramazan ayı günortadan qabaq sağalsa və sübh azanından o vaxta qədər orucu batil edən işlərdən görməmiş olsa, bir şey yeməməzliyin onun üçün zərəri olmazsa,

səh: 297

ehtiyat-müstəhəb budur ki, oruc niyyəti edib, o günü oruc tutsun. Amma zöhrdən sonra sağalsa, o günün orucu ona vacib deyil.

Məsələ: 1584. İnsan, Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etsə, oruc tutması vacib deyil. Amma oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz; əgər Ramazandırsa, Ramazan ayının orucu əgər Ramazan deyilsə, qəza orucu və onun kimi oruc hesab olsun deyə niyyət etsə onun orucu ehtiyata əsasən səhih deyil. Amma Allah-taalanın hal-hazirda ondan istədiyini niyyət etsə

orucu səhihdir, sonradan Ramazan ayı olduğu məlum olsa, Ramazandan hesab olur.

Məsələ: 1585. Şəbanın axırı, yaxud Ramazanın əvvəli olmasında şəkk etdiyi halda qəza, müstəhəb və bu kimi sair oruc tutub, gün əsnasında Ramazan olduğunu başa düşsə, gərək Ramazan ayının orucunu niyyət etsin.

Məsələ: 1586. Əgər, Ramazan ayının orucu kimi vacib olan müəyyən bir orucda, orucunu batil etsin ya yox; və ya orucunu batil etmək niyyətini etsə, orucu batil olur. Etdiyi qəstinə görə tövbə etməsinə və orucu batil edən işlərdən etməməsinə baxmayaraq (orucu batil olur).

Məsələ: 1587. Vaxtı müəyyən olmayan müstəhəb və vacib oruclarda, kəffarə orucu kimi, əgər orucu batil edən əməllərdən yerinə yetirmək qəsdində olsa və ya orucu tutub-tutmayacağında tərəddüdə olsa, yerinə yetirmədiyi halda zöhrdən qabaq yenidən oruc niyyəti etsin, onun orucu səhihdir.

ORUCU BATİL EDƏN ŞEYLƏR

Point

Məsələ: 1588. Doqquz şey orucu batil edir:

1-Yemək və içmək.

2-Cima.

3-İstimna.

4-Allah, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun canişinlərinin (ələyhimus-salam) adından yalan demək.

səh: 298

5-Qəliz tozu boğaza çatdırmaq.

6-Başın hər yerini suya batırmaq.

7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq.

8-Axıcı (maye) şeylərlə imalə etmək.

9-Qusmaq.

Bunların hər birinin hökmü, sonrakı məsələlərdə deyiləcək.

1-YEMƏK VƏ İÇMƏK

Məsələ: 1589. Əgər oruc tutan şəxs qəsdən bir şey yesə və ya içsə, orucu batil olur. İstər adətən yeyilib-içilənlərdən olsun çörək və su kimi, istərsə də adət olmasın torpaq, ağacın şirəsi kimi; istər az olsun, istərsə də çox. Hətta, əgər diş fırçasını ağzının suyu ilə isladaraq ağzından çıxarsa və yenidən ağzına qoyaraq onun rütubətini udsa, orucu batil olur. Amma fırçanın rütubəti, ağzının suyunda və (ayrılıqda) ona, ağız suyundan sayılmayan rütubət deyilməyəcək şəkildə aradan getsə, (batil etmir).

Məsələ: 1590. Əgər bir şəxs yemək əsnasında sübhün açıldığını başa düşsə, ağzındakı tikələri çıxarmalıdır. Əgər qəsdən udsa, orucu batildir və sonrakı deyləcək göstərişlərə əsasən kəffarə də vacibdir.

Məsələ: 1591. Əgər oruc tutan şəxs səhvən bir şey yesə və ya içsə, orucu batil olmaz.

Məsələ: 1592. Oruc tutan şəxsin dərman və yemək əvəzinə istifadə olunan iynələrdən istifadə etməkdən çəkinməsi lazım deyil. Zərurət olmayan halda dərman və yemək əvəzinə istifadə olunan iynələrdən istifadə etməkdən çəkinməsi yaxşıdır.

Məsələ: 1593. Əgər oruc olan şəxs, dişinin dibində qalan şeyi bilərəkdən udsa, orucu batil olar. Gərək kəffarə də versin.

Məsələ: 1594. Oruc tutmaq istəyən bir şəxsin azandan qabaq dişlərini təmizləməsi (xilal) lazım deyil. Amma dişinin dibində qalan yemək qalıqlarının gündüz boğazına gedəcəyini bilsə, bu halda dişlərini təmizləməsə (xilal etməsə) və o şey boğazına getsə,

səh: 299

orucu batil olar.

Məsələ: 1595. Ağız suyunu udmaq, hətta əgər turşluq və s.-ni xəyala gətirməklə ağıza yığılsa da, orucu batil etmir.

Məsələ: 1596. Başdan, sinədən gələn suyu (bəlğəm və burun suyunu), ağız boşluğuna çatmayanadək, udmağın eybi yoxdur. Amma ağız boşluğuna daxil olsa, ehtiyat-vacibə görə, gərək onu udmasın.

Məsələ: 1597. Əgər oruc tutan şəxs həddindən artıq susuz olsa və susuzluqdan ölüm təhlükəsi gözlənilsə, vacibdir ölümdən nicat tapacaq qədər su içsin. Lakin orucu batil olur. Əgər (bu iş) Ramazan ayında baş versə, günün qalan hissəsində orucu batil edən işlərdən çəkinməlidir.

Məsələ: 1598. Uşaqlar və ya quş üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq və bunun kimi işlərdə ki, adətən boğaza çatmayır, təsadüfən boğaza çatsa da, oruc batil etmir. Amma insan əvvəldən onun, boğaza çatacağını bilsə, bu halda boğazına getsə, orucu batil olur. Onun qəzasını tutmalıdır, kəffarə də verməlidir.

Məsələ: 1599. İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi həddindən artıq olsa və adətən dözülməz halda olsa, orucu yeməsinin eybi yoxdur.

2-CİMA

Məsələ: 1600. Cima, orucu batil edir. (Hərçənd ki, xütnəyədək daxil olub və məni xaric olmasın).

Məsələ: 1601. Əgər xütnədən az daxil olsa və məni gəlməsə oruc batil olmur.

Məsələ: 1602. Əgər xütnəyədək daxil olub-olmamasında şəkk etsə, orucu səhihdir.

Məsələ: 1603. Əgər bir şəxs oruc olduğunu unudub cima etsə və ya onu cimaya məcbur etsələr; belə ki, onun heç bir istək və iradəsi olmasa orucu batil olmaz. Amma cima əsnasında yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, gərək dərhal cima

səh: 300

halından xaric olsun; əgər xaric olmasa, orucu batildir. Hətta qəza və kəffarə də vacib olur.

3-İSTİMNA

Məsələ: 1604. Əgər oruc tutan şəxs istimna etsə, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə orucu batildir.

Məsələ: 1605. Əgər məni ixtiyarsız olaraq gəlsə, oruc batil deyil. Əgər bir iş görsə və bilsə ki, bu işlə məni ixtiyarsız xaric olacaq, məni ixtiyarsız xaric olsa orucu batildir.

Məsələ: 1606. Əgər oruc tutan şəxs, gündüz yatacağı surətdə möhtəlim olacağını (yəni, məni xaric olacağını) bilsə, ehtiyat-müstəhəb budur ki, yatmasın.

Məsələ: 1607. Əgər oruc tutan şəxs məni gələn halda yuxudan ayılsa, məninin gəlməsinin qarşısını almaq vacib deyil.

Məsələ: 1608. Oruc tutan şəxs möhtəlim olsa, qüsldən qabaq bövl edib 73-ci məsələdə deyilən qaydada istibra edə bilər. Bövl və ya istibra vasitəsi ilə kanaldakı məninin qalanının çölə gələcəyini bilsədə.

Məsələ: 1609. Oruc tutan şəxs möhtəlim olsa və məninin kanalda qaldığını bilib, qüsldən qabaq bövl etmədiyi təqdirdə qüsldən sonra məni gələcəksə, ehtiyat-vacibə əsasən, gərək qüsldən əvvəl bövl etsin.

Məsələ: 1610. Əgər bir şəxs, bilərəkdən məni xaric olmasının orucu batil edəcəyini bilirsə, məninın xaric olması qəsdi ilə bir şəxslə oynayıb zarafat etsə, məni ondan xaric olmasa da, ehtiyata əsasən onun orucu batil olur.

Məsələ: 1611. Əgər oruc tutan şəxs məninin çölə gəlməsi qəsdi olmadan, bir şəxslə oynasa və zarafat etsə, ondan məni xaric olmayacağına əmin olduğu təqdirdə, təsadüfən məni xaric olsa, ehtiyat-müstəhəb budur ki, o günün orucunun qəzasını tutsun. Amma məninin ondan xaric olmayacağına əmin olmasa və bu işi etsə gərək orucu qəza etsin.

səh: 301

4-ALLAH VƏ PEYĞƏMBƏRİN (S) ADINDAN YALAN DANIŞMAQ

Məsələ: 1612. Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və o həzrətin canişinlərinin (ələyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi vasitələrlə yalan desə, hətta əgər dərhal “yalan deyirəm” desə və ya tövbə etsə də, orucu batildir. Ehtiyat-vacib budur ki, həzrət Zəhraya (ələyha səlam) da yalan istinad olunmasın.

Məsələ: 1613. Əgər səhih və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, ehtiyat-vacibə görə, gərək o xəbəri deyən şəxsdən, yaxud o xəbər yazılan kitabdan nəql etsin.

Məsələ: 1614. Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək Allahın və ya Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu batil olmaz.

Məsələ: 1615. Əgər Allah və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adından yalan deməyin orucu batil etdiyini bilsə və yalan hesab etdiyi bir şeyi onlara aid edib sonradan düz olduğunu başa düşsə, ehtiyat budur ki, orucu tamamlayıb, qəzasını da yerinə yetirsin.

Məsələ: 1616. Əgər başqasının uydurduğu yalan xəbəri Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və onların canişinlərinin adından desə, orucu batildir. Amma, o yalanı uyduran şəxsin adından nəql etsə, eybi yoxdur.

Məsələ: 1617. Əgər oruc tutan şəxsdən “Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) filan şeyi buyurubmudur” deyə soruşsalar və o, yox deməli olduğu halda, qəsdən bəli desə, yaxud əksinə, bəli deməli, olduğu yerdə qəsdən yox desə, orucu batil olur.

Məsələ: 1618. Əgər Allah və ya Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adından düz bir şey deyib, sonradan “yalan deyirəm” desə, yaxud gecə hər hansı bir yalanı onların adından deyib, sabahı gün oruc halında “dünən dediyim düzdür” desə, orucu batil olur.

səh: 302

5-QƏLİZ TOZU BOĞAZA ÇATDIRMAQ

Məsələ: 1619. Qəliz (qatı) tozu boğaza çatdırmaq, istər həmin qəliz şeyin yeyilməsi halal olsun (un kimi), istərsə də haram (torpaq və s. kimi) olsun, orucu batil edir. Ehtiyat-vacibə əsasən, qəliz olmayan tozu da boğazına çatdırmasın. Əgər qorunmaq çətin olsa orucu səhihdir.

Məsələ: 1620. Külək vasitəsi ilə qatı toz yaranarsa və insan (məsələnin hökmünü) bildiyi halda, qorumasa və boğazına getsə, orucu batildir.

Məsələ: 1621. Ehtiyat-vacib budur ki, oruc tutan şəxs, qəliz buxarı, siqaret və tənbəki və s. kimi şeylərin tüstüsünü də, boğazına çatdırmasın.

Məsələ: 1622. Əgər bir şəxs özünü gözləməsə və toz, buxar, tüstü və s. kimi şeylər boğazına daxil olsa, bu halda əgər boğaza çatmayacağına əmin imişsə, orucu səhihdir. Əgər əmin deyilmişsə, ehtuyat-vacib budur ki, qorunsun və o günün orucunu da qəza etsin.

Məsələ: 1623. Əgər bir şəxs, oruc olduğunu unudub özünü gözləməsə, ixtiyarsız olaraq toz və s. kimi şeylər boğazına daxil olsa, orucu batil olmur. Əgər mümkün olsa onu boğazından çıxartsın.

6-BAŞI SUYA SALMAQ

Məsələ: 1624. Əgər oruc tutan şəxs başının hər yerini qəsdən suya batırsa, hətta bədəni sudan çöldə olsa da, orucu batil olur. Amma bədəninin hamısı suyun altında, başının bir qədəri isə çöldə olsa, oruc batil olmaz.

Məsələ: 1625. Əgər bir şəxs başının bir yarısını, sonra isə digər yarısını suya batırsa, orucu batil olmaz.

Məsələ: 1626. Əgər başının bütövlüklə suyun altına girib-girməməsində şəkk etsə, orucu səhihdir.

Məsələ: 1627. Əgər başın hamısı suyun altına batsa, amma

səh: 303

tüklərin bir miqdarı çöldə qalsa, oruc batildir.

Məsələ: 1628. Ehtiyat-vacib budur ki, başı gülaba və başqa qarışıq olan (müzaf) sulara da batırmasınlar. Amma sair maye şeylərə batırmaqla oruc batil olmaz. Amma ehtiyat-müstəhəb budur ki, başını onlara da batırmasın.

Məsələ: 1629. Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə və başı bütövlüklə suya batsa; yaxud oruc olduğunu unudub başını suya batırsa, orucu batil olmaz.

Məsələ: 1630. Əgər bir şəxs, su onun başını bütöv tutmayacağı ümüdü ilə özünü suya atsa və su onun başını bütöv əhatə edsə, orucunun işkalı vardır. Əgər su onun başını bütöv tutmayacağına əmin olsa, özünü suya atsa və su onun başını bütöv əhatə edsə, orucunun eybi yoxdur.

Məsələ: 1631. Əgər oruc olduğunu unudub başını suya batırsa, yaxud bir şəxs, zorla onun başını suya batırsa, bu halda suyun altında oruc olması yadına düşsə və ya məcbur edən şəxs əl çəksə, dərhal başını sudan çıxartmalıdır. Əgər sudan çıxartmasa, orucu batildir.

Məsələ: 1632. Əgər bir şəxs oruc olduğunu unudub, qüsl niyyəti ilə başını suya batırsa, orucu və qüslü səhihdir.

Məsələ: 1633. Əgər oruc olduğunu bilib, qüsl üçün qəsdən başını suya batırsa, bu halda əgər onun orucu Ramazan ayının orucu kimi vaxtı müəyyəndirsə, oruc və qüslü hər ikisi batildir. Amma müstəhəb, yaxud kəffarə orucu kimi, vaxtı müəyyən olmayan başqa oruc tutmuş olsa, qüslü səhih, orucu isə batildir.

Məsələ: 1634. Əgər suda boğulan bir şəxsi xilas etmək niyyəti ilə suya batsa, ona xilas etməyin vacib olmasına baxmayaraq, orucu batildir.

7-SÜBH AZANINA QƏDƏR CƏNABƏT, HEYZ VƏ NİFAS HALINDA QALMAQ

Məsələ: 1635. Əgər cünub şəxs, Ramazan ayında və ya onun

səh: 304

qəzasında, qəsdən sübh azanına qədər qüsl etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməsə, orucu batildir. Ehtiyat-vacib budur ki, başqa vacib olan oruclarda, da bu hökm icra olunur.

Məsələ: 1636. Əgər Ramazan ayının orucu kimi, vaxtı müəyyən olan vacibi orucda, sübh azanına qədər qüsl almasa və təyəmmüm də etməsə, amma bu işlər qəsdən olmasa; məsələn, başqası onu qüsl, təyəmmüm etməyə qoymasa, orucu səhihdir.

Məsələ: 1637. Cünub olan və Ramazan ayı kimi, vaxtı müəyyən olan vacibi oruc tutmaq istəyən bir şəxs, qəsdən qüsl etməsə və vaxt azalsa, gərək təyəmmüm edib oruc tutsun. Hərçənd qüslu təxirə salmaqla günah etmişdir.

Məsələ: 1638. Əgər cünub olan şəxs Ramazan ayında qüslü unutsa və bir gündən sonra yadına düşsə, həmin günün qəzasını etməlidir. Əgər bir neçə gündən sonra yadına düşsə, gərək cünub olduğuna yəqini olan hər günün qəzasını etsin. Məsələn, əgər üç və ya dörd gün cünub olduğunu bilməsə, üç günün orucunu qəza etməlidir.

Məsələ: 1639. Ramazan ayının gecəsində qüsl və təyəmmümün heç biri üçün vaxtı olmayan bir şəxs, özünü cünub etsə, orucu batildir, qəzası və kəffarəsi də vacibdir. Amma təyəmmüm üçün vaxtı olan halda özünü cünub etsə, günah etmişdir, amma gərək təyəmmüm edib orucu tutsun.

Məsələ: 1640. Əgər vaxtın olub-olmamasını bilmək üçün axtarış aparıb, qüsl etmək miqdarında vaxtın olduğu gümanı ilə özünü cünub etsə, sonra, vaxtın az olduğunu anlasa, əgər təyəmmüm etsə, orucu səhihdir. Əgər axtarış aparmadan, qüsl etmək miqdarında vaxtın olduğu gümanı ilə özünü cünub etsə, sonra vaxtın az olduğunu anlasa və təyəmmümlə oruc tutsa, orucu səhihdir.

Məsələ: 1641. Bir şəxs, Ramazan ayının gecəsində cünub olsa və yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, qüsl etmədən yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa,

səh: 305

orucu batildir. Qəza və kəffarə də vacibdir.

Məsələ: 1642. Əgər cünub olan şəxs, Ramazan ayının gecəsində yatıb sonra ayılsa, ehtiyat-müstəhəbə görə qüsldən qabaq yatmasın. Əgər yenidən yatarsa sübh azanından qabaq oyanacağına ehtimal versə də eyni qayda ilə.

Məsələ: 1643. Ramazan ayının gecəsində cünub olan şəxs, yatsa sübh azanından qabaq oyanacağını bilsə, yaxud ehtimal versə, bu halda oyanandan sonra qüsl alacağını qərara alsa və bu niyyətlə yatıb azana qədər yuxuya qalsa, orucu səhihdir.

Məsələ: 1644. Ramazan ayının gecəsində cünub olan şəxs, yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağını bilsə, yaxud ehtimal versə, bu halda oyandıqdan sonra, qüsl edəcəyindən xəbərsiz olub yatsa və sübh azanınadək yuxuda olsa, orucu səhihdir. Ehtiyat-müstəhəb budur ki, qəzasını tutsun.

Məsələ: 1645. Ramazan ayının gecəsində cünub olan şəxs, yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağını bilsə, yaxud ehtimal versə, bu halda oyandıqdan sonra qüsl etmək istəməsə, yaxud qüsl edib-etməyəcəyində tərəddüd edib yatsa və oyanmasa, orucu batildir. Qəza və kəffarə verməsi lazımdır.

Məsələ: 1646. Əgər cünub şəxs Ramazan ayının gecəsində yatıb oyansa və yenidən yatarsa, sübh azanından qabaq oyanacağını bilsə, yaxud ehtimal versə, habelə oyanandan sonra qüsl edəcəyini qərara alıb, yenidən yatsa və sübh azanına qədər oyanmasa, o günün qəzasını etməlidir. Həmçinin əgər ikinci dəfə yatıb-ayıldıqdan sonra yenidən, üçüncü dəfə yatsa, sübh azanına qədər oyanmasa, o günün qəzası ona vacib olur. Ehtiyat-vacibəbə görə, kəffarə də verməlidir.

Məsələ: 1647. Möhtəlim olduğu yuxu, birinci yuxu hesab olunmur. (Əgər yuxudan oyansa, sonra yenidən yatsa, onun birinci yatmağı hesab olunur). Cünub olan şəxs, yatacağı zaman, oyanacağını bilsə, yaxud ehtimal versə, bu halda oyandıqdan sonra qüsl almaq qərarında olsa və bu niyyətlə yatıb azana qədər yuxuya qalsa, orucu səhihdir. Qəza və kəffarə yoxdur. Əgər

səh: 306

yenədən yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağını bilsə, yaxud ehtimal versə, bu halda oyanandan sonra qüsl almaq qərarında olsa və yatıb azana qədər yuxuya qalsa, gərək o günün qəzasını tutsun. Həmçinin, üçüncü dəfə yatsa qeyd olunan şəraitlə sübh azanına qədər oyanmasa o günün qəzasını tutsun, ehtiyat-vacibə görə kəffarə də versin. Orucun qəza edilməsi gərəkli olan iki halda iftar edə bilməz.

Məsələ: 1648. Əgər oruc tutan şəxs, gündüz möhtəlim olsa, dərhal qüsl alması vacib deyil.

Məsələ: 1649. Əgər bir şəxs Ramazan ayında, sübh azanından sonra ayılıb möhtəlim olduğunu bilsə, hətta sübh azanından qabaq möhtəlim olduğunu bilsə də, orucu səhihdir.

Məsələ: 1650. Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanına qədər cünub halında qalsa, hətta qəsdən olmasa da, orucu batildir.

Məsələ: 1651. Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, orucun qəzasının vaxtı genişsə orucu batildir. Əgər orucun qəzasının vaxtı az olsa ehtiyat-vacib budur ki, o günün orucunu tutsun və onun əvəzini Ramazan ayından sonra oruc tutsun.

Məsələ: 1652. Əgər Ramazan ayının və onun qəzasından başqa vacibi orucda sübh azanına qədər cünub halında qalsa, amma bu iş qəsdən olmasa, əgər onun vaxtı müəyyən olsa, məsələn o günü oruc tutmağı nəzr etsə, orucu səhihdir. Əgər kəffarə orucu kimi vaxtı müıyyən olmazsa, ehtiyat-müstəhəb budur ki, o gündən başqa günü oruc tutsun.

Məsələ: 1653. Əgər qadın, Ramazan ayında sübh azanından qabaq heyz və ya nifasdan paklanıb qəsdən qüsl etməsə, yaxud vəzifəsi təyəmmüm olduğu halda qəsdən təyəmmüm etməsə, orucu batildir.

Məsələ: 1654. Əgər qadın, sübh azanından qabaq heyz və ya nifasdan paklansa, amma qüsl üçün vaxtı olmasa, bu halda

səh: 307

Ramazan ayının orucunu, oruc tutmaq istəsə, gərək təyəmmüm etsin və ehtiyat-müstəhəbə əsasən, sübhə qədər oyaq qalsın. Əgər müstəhəb, yaxud Ramazan ayının orucundan başqa vacibi oruc tutmaq istəsə, təyəmmüm etməsə də orucu səhihdir.

Məsələ: 1655. Əgər qadın, sübh azanına yaxın vaxtlarda heyz, yaxud nifasdan paklansa, amma qüsl və təyəmmümün heç biri üçün vaxtı olmasa, yaxud azandan sonra, azandan qabaq pak olduğunu başa düşsə, onun tutduğu oruc, istər Ramazan ayının orucu olsun istərsədə qeyrisi səhihdir. Amma vaxtı geniş olan vacib oruc olsa ehtiyat budur ki, orucu batildir.

Məsələ: 1656. Əgər qadın, sübh azanından sonra heyz və ya nifas qanından paklansa, yaxud gün ərzində heyz və ya nifas qanı görsə, hətta məğribə yaxın vaxtlarda da olsa, orucu batildir.

Məsələ: 1657. Əgər qadın heyz və ya nifas qüslünu unutsa və bir və ya bir neçə gündən sonra yadına düşsə, tutduğu oruclar səhihdir. Ehtiyat-müstəhəb budur ki, tutduğu orucların qəzasını yenidən tutsun.

Məsələ: 1658. Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas qanından qabaq pak olub qüsl etməkdə səhlənkarlıq etsə və sübh azanına qədər qüsl etməsə, orucu batildir. Amma səhlənkarlıq etməsə; məsələn, qadınların hamamın açılmasını gözləsə, hətta üç dəfə yatıb sonra ayılsa azana qədər qüsl etməsə onun orucu səhihdir. Əgər vaxt varsa təyəmmüm etsin. Əks halda təyəmmümiz də orucu səhihdir.

Məsələ: 1659. Əgər istihazə halında olan bir qadın, öz qüsllərini istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu səhihdir.

Məsələ: 1660. Meyyitə məss edən şəxs, məss-meyyit qüslü almadan, oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz.

səh: 308

8-İMALƏ

Məsələ: 1661. Maye şeylərlə imalə etmək, hətta məcburiyyət üzündən və ya müalicə üçün olsa da, orucu batil edir.

9-QƏSDƏN QUSMAQ

Məsələ: 1662. Əgər oruc tutan şəxs qəsdən qussa, hətta xəstəlik və s. səbəb üzündən qusmağa naçar olsa, orucu batildir. Amma səhvən, yaxud ixtiyarsız olaraq qussa, eybi yoxdur.

Məsələ: 1663. Əgər gecə bir şey yesə və onu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə, ehtiyat-vacib budur ki, o günün orucunun qəzasını tutsun.

Məsələ: 1664. Əgər oruc tutan şəxs qusmağın qarşısını ala bilərsə və bunun da zərəri və çətinliyi olmazsa, gərək qabağını alsın.

Məsələ: 1665. Əgər milçək, oruc tutan şəxsin boğazına getsə, əgər mümkün olarsa, onu çıxarmaq lazımdır, orucu da batil olmur. Amma onu çıxarmaq qusmağa səbəb olsa, onu çıxarmaq vacib deyil və onun orucu səhihdir.

Məsələ: 1666. Əgər bir şeyi səhvən udsa və mədəsinə çatmamış oruc olduğu yadına düşsə, mümkün olsa onu çıxarsın, orucu da səhihdir.

Məsələ: 1667. Əgər gəyirmək səbəbilə bir şeyin, boğazına gələcəyinə yəqini olsa, qəsdən gəyirməməlidir. Amma yəqini olmasa, eybi yoxdur.

Məsələ: 1668. Əgər gəyirsə və ixtiyarsız olaraq bir şey ağzına gəlsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız olaraq udulsa, orucu səhihdir.

ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ

Məsələ: 1669. Əgər insan qəsdən və ixtiyalı halda orucu batil edən işlərdən etsə, orucu batil olur. Qəsdən olmadığı təqdirdə,

səh: 309

eybi yoxdur. Amma cünub şəxs yatsa və 1646-cu məsələdə deyildiyi kimi, sübh azanına qədər qüsl etməsə, orucu batildir.

Məsələ: 1670. Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini etsə və orucunun batil olmasını güman edərək bilərəkdən o işlərdən yenə də etsə, orucu batildir.

Məsələ: 1671. Əgər bir şeyi zorla oruc tutanın boğazına töksələr və ya başını zorla suya batırsalar orucu batil olmaz. Amma onu orucunu batil etməyə məcbur etsələr; məsələn, “orucunu yeməsən, mal-dövlətinə və ya canına zərər yetircəyik” desələr, zərərin qarşısını almaq üçün özü bir şey yesə, orucu batil olur.

Məsələ: 1672. Oruc tutan şəxs, orucunu özünün batil etməsinə məcbur edəcəklərini bildiyi yerə getməməlidir. Əgər getsə və çarəsizlik üzündən orucu batil edən işlərdəş etsə, onun orucu batildir. Amma getmək niyyəti edib getməsə orucu səhihdir.

ORUC TUTAN ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 1673. Bir neçə şey oruc tutana məkruhdur:

1-Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa).

2-Zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi).

3-Burunotu çəkmək (əgər boğaza çatacağını bilməsə; amma əgər bilsə, caiz deyildir).

4-Ətirli gülləri, bitkiləri iyləmək.

5-Qadının suda oturması.

6-Qeyri-maye şeylərlə imalə etmək.

7-Bədəndəki paltarları islatmaq.

8-Diş çəkdirmək və ağızdan qan gəlməsinə səbəb olan bütün işlər.

9-Yaş çubuqdan diş fırçası kimi istifadə etmək məkruhdur.

10-Mənasız yerə su və ya bir şeyi ağıza qoymaq. Həmçinin,

səh: 310

insan məninin çölə gəlməsi qəsdi olmadan öz qadınını öpsə, yaxud şəhvətini təhrik edən bir iş görsə; Amma məninin çölə gəlməsi qəsdi ilə olsa, orucu batildir, ehtiyata görə orucu tutsun, qəzasını da yerinə yetirsin.

QƏZA VƏ KƏFFARƏ VACİB OLAN YERLƏR

Məsələ: 1674. Əgər bir şəxs Ramazan ayının orucunda qəsdən qussa, gərək o günün qəzasını tutsun və ehtiyat-vacibə əsasən kəffarə də verməlidir. Əgər gecə cünub olub 1646-ci məsələdə deyildiyi kimi, ikinci dəfə oyanıb yatsa və sübh azanına qədər oyanmasa, təkcə o günün orucunu tutmalıdır, ehtiyat-müstəhəbə əsasən kəffarə də verməlidir. Amma bunlardan başqa, orucu batil edən sair işləri qəsdən etsə, o işin orucu batil etdiyini bildiyi halda həm qəza, həm də kəffarə vacibdir. Amma imalə, Allaha və Onun Rəsuluna yalan nisbət verəndə kəffarə vermək ehtiyata əsasəndir.

Məsələ: 1675. Əgər məsələni bilməməzlik üzündən orucu batil edən işlərdən birini etsə, bu işin halal olduğunu bilirdisə və məsələni öyrənə bilərdisə, ehtiyata görə kəffarə ona vacib olur.

ORUCUN KƏFFARƏSİ

Məsələ: 1676. Ramazan ayının orucunun kəffarəsi vacib olan bir şəxs, bir qul azad etməli və ya sonrakı məsələdə deyilən göstərişə uyğun olaraq iki ay oruc tutmalı, yaxud da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müdd (təqribən 10 sir təqribən bir kilonunu dordə üçünə deyilir) təam yəni buğda, arpa və bu kimi şeylər versin. Əgər bir şəxs üçün bunlar mümkün olmasa, on səkkiz gün ardıcıl oruc tutmaqla mümkün olan (müdd) miqdarda, fəqirə təam vermək arasında (ixtiyar sahibidir). Ehtiyat-müstəhəb budur ki, fəqirlərə yemək verməyi seçsin. Əgər oruc tuta bilməsə və yaxud təam verə bilməsə, bir dəfə “əstəğfirullah”

səh: 311

deməklə də olsa, istiğfar etməlidir. Hər vaxt imkanı olsa, kəffarəni verməsi vacibdir.

Məsələ: 1677. Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir şəxs, onun 31 gününü ardıcıl, arada fasilə salmadan tutmalıdır. Amma yerdə qalan günlər ardıcıl olmasa, eybi yoxdur.

Məsələ: 1678. Ramazan ayının orucunun kəffarəsi kimi, iki ay oruc tutmaq istəyən bir şəxs, əvvəldə ardıcıl tutmalı olduğu 31 günü elə gündə başlamalıdır ki, bu 31 günün içində oruc tutulması haram olan günlərdən (Qurban bayramı günü kimi ) olmasın. Əgər bilməsə, eybi yoxdur.

Məsələ: 1679. Ardıcıl oruc tutmalı olan bir şəxs, arada üzrsüz səbəbə görə bir gün oruc tutmasa, yaxud tutmağa başladığı zaman, oruc günləri arasında, orucu vacib olan bir günə təsadüf edəcəyini bilsə; məsələn, oruc tutmağı nəzr etdiyi günə təsadüf etsə, gərək orucları əvvəldən başlasın.

Məsələ: 1680. Əgər ardıcıl oruc tutmalı olan günlər əsnasında heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan qalxandan sonra günləri əvvəldən başlaması vacib deyil; orucun qalanını, üzrü aradan qalxandan sonra tutmalıdır.

Məsələ: 1681. Əgər bir şəxs orucu haram şeylə batil etsə, istər bu şey ümumiyyətlə haram olsun (şərab və zina kimi), istərsə də bir cəhətə görə haram (zərəri olan halal yemək və ya öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi) olsun, ehtiyat-vacibə görə ona cəm kəffarəsi vacib olur. Yəni, həm bir qul azad etməli, həm iki ay oruc tutmalı, həm də 60 fəqiri doyuzdurmalıdır (yaxud da onların hər birinə bir müdd (təqribən kilonun dördə üçü qədər) təam verməlidir). Əgər bu üçünün hamısını yerinə yetirmək mümkün olmazsa, mümkün olan qədərini yerinə yetirməlidir.

Məsələ: 1682. Əgər oruc tutan şəxs, bilərəkdən Allah və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) adından yalan danışsa, ehtiyat-vacibə əsasən cəm kəffarəsi vacib olur.

səh: 312

Məsələ: 1683. Əgər oruc tutan şəxs, Ramazan ayının bir günündə, bir neçə dəfə cima etsə, ehtiyata əsasən, o qədər də kəffarə vacibdir. Əgər onun ciması haram cima olsa, hər dəfə üçün, bir cəm kəffarəsi vacib olur.

Məsələ: 1684. Əgər oruc tutan şəxs, Ramazan ayının bir günündə bir neçə dəfə (cimadan başqa) orucu batil edən sair işlər görsə, onların hamısı üçün bir kəffarə kifayətdir.

Məsələ: 1685. Əgər oruc tutan şəxs, cimadan başqa orucu batil edən sair işlər görsə, sonra isə öz halalı ilə cima etsə, hər biri üçün ayrıca kəffarə vacibdir.

Məsələ: 1686. Əgər oruc tutan şəxs, (cimadan başqa) orucu batil edən halal işlərdən görsə; məsələn, su içsə, sonra isə (cimadan başqa) orucu batil edən haram işlərdən görsə; məsələn, haram yemək yesə, bir kəffarə kifayətdir.

Məsələ: 1687. Əgər oruc tutan, gəyirdiyi vaxt ağzına bir şey gəlsə və onu qəsdən udsa, orucu batildir. Gərək qəzasını tutsun kəffarəsini də versin. Əgər o şeyin yeyilməsi haram olsa: məsələn, gəyirdiyi zaman ağzına gələn şey, qan və ya öz şəkildən çıxmış yemək olsa və qəsdən onu udsa, gərək o günün qəzasını tutsun. Ehtiyata görə cəm kəffarəsi də vacibdir.

Məsələ: 1688. Əgər bir şəxs müəyyən gündə oruc tutacağını nəzr etsə və həmin günü oruc tutub qəsdən batil etsə, gərək ya bir qul azad etsin, ya iki ay ardıcıl oruc tutsun, ya da 60 fəqirə təam versin.

Məsələ: 1689. Vaxtı ayırd edə bilən bir şəxs, “məğrib olmuşdur” deyən bir şəxsin sözünə inanıb iftar etsə və sonradan hələ məğrib olmadığı məlum olsa, qəza və kəffarə ona vacib olur.

Məsələ: 1690. Öz orucunu qəsdən batil edən bir şəxs, zöhrdən sonra səfərə çıxsa, yaxud zöhrdən qabaq kəffarədən qaçmaq üçün səfər etsə, kəffarəsi boynundan götürülmür; hətta əgər zöhrdən qabaq qarşıya çıxan səfərə getsə kəffarə ona vacibdir.

Məsələ: 1691. Əgər bir şəxs qəsdən orucunu batil etsə və sonradan heyz, nifas və ya başqa xəstəlik kimi, üzr qarşıya çıxsa,

səh: 313

ehtiyat-vacibə əsasən kəffarə ona vacibdir.

Məsələ: 1692. Əgər Ramazan ayının əvvəl günü olduğunu yəqin edib bilərəkdən öz orucunu batil etsə, sonra Şəban ayının axırı olduğu məlum olsa, kəffarə ona vacib deyildir. Ehtiyat-müstəhəbə görə kəffarə versin.

Məsələ: 1693. Əgər insan Ramazanın axırı ya Şəvvalın əvvəli olmağında şəkk edib öz orucunu batil etsə və sonradan Şəvvalın əvvəli olduğu məlum olsa, kəffarə ona vacib deyil.

Məsələ: 1694. Əgər oruc tutan şəxs, Ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, bu halda arvadını cimaya məcbur etmişsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma qadın cimaya razı olsa, hər birinə bir kəffarə vacibdir.

Məsələ: 1695. Əgər qadın, oruc tutmuş ərini cimaya, yaxud orucu batil edən başqa bir işə məcbur etsə, ərinin kəffarəsini verməsi vacib deyildir.

Məsələ: 1696. Əgər oruc tutan şəxs, Ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, bu halda qadını, özündən ixtiyarı olmayan halda məcbur etsə və cima əsnasında da qadın razı olsa, ehtiyat-vacibə görə, kişi iki, qadın isə bir kəffarə verməlidir.

Məsələ: 1697. Əgər oruc tutan şəxs, Ramazan ayında, oruc tutmuş arvadı yuxuda olan halda onunla cima etsə, kişiyə bir kəffarə vacibdir. Qadının orucu səhihdir, kəffarə də vacib deyildir.

Məsələ: 1698. Əgər kişi, qadınını cimadan başqa, orucu batil edən sair işlərə məcbur etsə, qadının kəffarəsini verməməlidir, qadının özünə də kəffarə vacib deyil.

Məsələ: 1699. Səfərdə olmaq və ya xəstəlik səbəbi ilə oruc tutmayan bir şəxs, oruc tumuş qadınını cimaya məcbur edə bilməz. Amma məcbur edərsə, kişiyə kəffarə vacib deyil.

Məsələ: 1700. İnsan kəffarəni verməkdə səhlənkarlıq etməməlidir. Amma onu dərhal verməsi lazım deyil.

Məsələ: 1701. Əgər bir şəxsə kəffarə vacib olsa və bir neçə il onu verməsə, üstünə bir şey əlavə olunmur.

Məsələ: 1702. Bir günün kəffarəsi üçün 60 fəqirə təam verməli

səh: 314

olan bir şəxs, 60 fəqir tapa bilsə, gərək tapdığının hər birinə bir müddən artıq təam verməsin, yaxud bir fəqiri bir dəfədən artıq doyuzdurmasın. Amma fəqirin ailəsi olsa, insan onun fəqir ailə üzvlərinin hər biri üçün, hətta səğir olsalar da, bir müdd təam verə bilər .

Məsələ: 1703. Ramazan ayının orucunun qəzasını tutan bir şəxs, zöhrdən sonra qəsdən orucu batil edən bir iş görsə, 10 fəqirin hər birinə bir müdd təam verməlidir. Əgər bunu edə bilməsə, üç gün oruc tutmalıdır.

ORUCUN TƏKCƏ QƏZASI VACİB OLAN YERLƏR

Məsələ: 1704. Bir neçə halda orucun təkcə qəzası vacib olur və kəffarə vacib deyil:

1-Oruc tutan şəxs, mülaibə və bu kimi yolla məninin xaric olmasını qəsd etmədən məni xaric edərsə və məninin xaric olması adət olmazsa ehtiyat-vacib budur ki, qəzasını tutsun, kəffarə isə

yoxdur.

2-Ramazan ayının gecəsində cünub olsa (boynuna cənabət qüslü gəlsə) 1646-cı məsələdə deyildiyi kimi.

3-Orucu batil edən əməllərdən görməsə, amma oruc niyyəti etməsə və ya riya etsə, yaxud oruc olmamasını qəsd etsə; yaxud da orucu batil edən bir şeyi niyyət etsə. Sonuncuda ehtiyata əsasəndir.

4-Ramazan ayında cənabət qüslünu unudub bir və ya bir neçə gün cənabətli halda oruc tutsa.

5-Ramazan ayında sübhün açılıb-açılmamasını təhqiq etmədən, orucu batil edən işlərdən etsə və sonradan sübh olduğu məlum olsa; həmçinin, əgər təhqiq etdikdən sonra, sübh olmasını güman etdiyi halda, orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, ehtiyat-vacibə görə, o günün qəzası ona vacibdir. Əgər təhqiq etdikdən sonra, sübh olub-olmamasında şəkk etsə və orucu batil edən işlərdən görsə, sonra da sübh olması məlum olsa,

səh: 315

ehtiyat-vacibə görə, gərək o günün qəzasını yerinə yetirsin.

6-Bir şəxs sübhün açılmadığı barədə xəbər versə və başqası da onun dediyinə əsasən, orucu batil edən işlərdən görsə, sonradan sübhün daxil olduğu məlum olsa.

7-Bir şəxs “sübh olmuşdur” desə və insan onun sözünə yəqini olmasa, yaxud zarafat etdiyini güman edərək orucu batil edən işlərdən etsə və sonra sübhün açıldığı məlum olsa.

8-Kor və s. kimi şəxslər, başqa şəxsin dediyinə istinad edərək iftar etsə və sonradan hələ iftar vaxtı olmadığı məlum olsa.

9-Bir şəxs, açıq havada qaranlıq səbəbi ilə məğrib olmasını yəqin edib iftar etsə, sonradan məğrib olmaması məlum olsa; ehtiyat-vacib budur ki, qəzasını tutsun. Amma buludlu havada məğrib olmasını güman edərək iftarını açsa və sonradan məğrib olmadığı məlum olsa, qəzası lazım deyildir.

10-Sərinləmək və ya heç bir səbəb olmadan suyu ağzında qar-qara etsə və ixtiyarsız olaraq qarnına getsə; (amma oruc olduğunu unudub suyu udsa, yaxud vacib namazın dəstəmazı üçün suyu qar-qara edəndə, ixtiyarsız olaraq udsa, onun qəzası vacib deyil. Həmçinin qar-qara, nafilə namazı üçün olsa, qəza lazım deyil.

Məsələ: 1705. Əgər bir şəxs, sudan başqa bir şeyi ağzına aparıb ixtiyarsız udsa, yaxud burnuna su çəkəndə ixtiyarsız olaraq udsa, qəzası vacib deyildir. Amma ehtiyat-müstəhəb budur ki, bu iki surətdə qəzasını tutsun.

Məsələ: 1706. Oruc tutan şəxsin su ilə çox məzməzə etməsi məkruhdur. Məzməzədən sonra ağzının suyunu udmaq istəsə, yaxşı olar ki, üç dəfə ağzının suyunu çölə töksün.

Məsələ: 1707. Əgər məzməzə edəcəyi halda ixtiyarsız, yaxud unutqanlıq üzündən suyun boğazına gedəcəyini bilsə, məzməzə etməməlidir.

11-Əgər bir şəxs məcburiyyət, iztirab və ya təqiyyə üzündən iftar etsə, qəzası lazımdır və kəffarəsi yoxdur.

Məsələ: 1708. Əgər Ramazan ayında təhqiq edib, sonra sübh olmadığını yəqin etdərək, orucu batil edən işlərdən birini etsə və

səh: 316

sonradan sübh olduğu məlum olsa, qəzası lazım deyil.

Məsələ: 1709. Əgər insan məğrib olub-olmamasında şəkk etsə, iftar edə bilməz. Amma sübh olub-olmamasında şəkk etsə, təhqiq etməzdən qabaq, orucu batil edən işlərdən edə bilməz.

QƏZA ORUCUNUN HÖKMLƏRİ

Məsələ: 1710. Əgər dəli insan ağıllansa, dəli olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil.

Məsələ: 1711. Əgər kafir müsəlman olsa, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Əgər müsəlman kafir olsa və yenidən müsəlman olsa, kafir olduğu günlərin orucunun qəzası vacibdir.

Məsələ: 1712. İnsandan məstlik səbəbi ilə fövtə gedən oruc qəza edilməlidir. Onu məst edən şeyi müalicə məqsədi ilə qəbul etsə də gərək onu qəza etsin.

Məsələ: 1713. Əgər müəyyən üzr üçün, bir neçə gün oruc tutmayıb sonradan üzrünün nə vaxt aradan qalxdığında şəkk etsə, ehtimal verdiyi az günlərin orucunu qəza edə bilər. Ehtiyat-müstəhəb budur ki, ehtimal verdiyi çox günlərin orucunu qəza etsin; məsələn: Ramazan ayından qabaq səfər edib ayın beşində, yoxsa altısında qayıtmasını bilməyən bir şəxs, beş gün qəza orucu tuta bilər. Ehtiyat-müstəhəb budur ki, altı gün qəza orucu tutsun. Həmçinin, üzrün nə vaxt yarandığını bilməyən bir şəxs az miqdarı qəza edə bilər; məsələn, Ramazan ayının axırlarında səfərə gedib, Ramazan ayından sonra səfərdən qayıtsa və 25-ində, yoxsa 26-ında səfər etdiyini bilməsə, az miqdarı, yəni beş günü qəza edə bilər. Amma ehtiyat-müstəhəb budur ki, çox günlərin yəni altı günün orucunu qəza etsin.

Məsələ: 1714. Əgər bir neçə Ramazan ayının qəzaları qalmış olsa, hər birinin qəzasını əvvəl tutarsa, maneəsi yoxdur. Amma axırıncı Ramazanın orucunun qəzasının vaxtı az olsa; məsələn, Ramazanın başlamasına beş gün qalsa və onun da axırıncı

səh: 317

Ramazan ayından beş gün qəzası qalmış olsa gərək axırıncı Ramazanın qəzasını tutsun.

Məsələ: 1715. Əgər bir neçə Ramazan ayının oruclarının qəzası bir şəxsə vacib olsa, niyyətdə də tutduqlarının hansının qəzası olmasını müəyyənləşdirməsə, tutduqları oruc birinci ilin Ramazan ayının qəzası hesab olunur.

Məsələ: 1716. Bir şəxs Ramazan ayının orucunun qəzasını tutsa, bu halda əgər o orucların qəzasının vaxtı az olmasa, zöhrdən qabaq öz orucunu batil edə bilər.

Məsələ: 1717. Əgər bir şəxs bir meyyitin oruclarının qəzasını tutubsa, ehtiyat-vacib budur ki, onu zöhrdən sonra batil etməsin.

Məsələ: 1718. Əgər xəstəlik, yaxud heyz və ya nifas səbəbilə Ramazan ayının orucunu tutmasa və Ramazan ayı qurtarmamışdan qabaq ölsə, tutmadığı günləri, onun üçün qəza etmələri lazım deyil.

Məsələ: 1719. Əgər müəyyən xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmasa və onun xəstəliyi gələn ilin Ramazan ayına kimi davam etsə, oruc tutmadığı günlərin qəzası ona vacib deyil. Amma, gərək hər gün üçün bir müdd təam (buğda, arpa və s. kimi şeylər) fəqirə versin. Ehtiyat-müstəhəb budur ki, sağalandan sonra qəzasını tutub kəffarəsini versin. Amma başqa üzr səbəbilə; məsələn, səfərə getdiyi üçün oruc tutmamış olsa və onun üzrü, gələn Ramazan ayına qədər davam etsə oruc tutmadığı günlərin qəzasını etməlidir. Ehtiyat-müstəhəb görə, gərək hər gün üçün bir müdd təam da fəqirə versin.

Məsələ: 1720. Əgər müəyyən xəstəlik səbəbilə Ramazan ayının orucunu tutmasa və Ramazandan sonra xəstəliyi sağalsa, lakin tapılan başqa bir üzr səbəbilə sonrakı Ramazan ayına qədər oruclarının qəzasını tuta bilməsə, gərək oruc tutmadığı günlərin qəzasını tutsun. Həmçinin, əgər Ramazan ayında xəstəlikdən başqa, bir üzrü olsa və Ramazandan sonra üzrü aradan qalxsa, amma gələn ilin Ramazan ayına qədər xəstəlik səbəbilə oruclarının qəzasını tuta bilməsə, qəza etməlidir. Birinci fərziyədə

səh: 318

kəffarə verməsi müstəhəbdir. Amma ikinci fərziyədə ehtiyat-vacibə görə, kəffarə verməlidir.

Məsələ: 1721. Əgər Ramazan ayında müəyyən üzr səbəbilə oruc tutmasa və Ramazan ayından sonra üzrü aradan qalxsa, amma növbəti Ramazan ayına qədər onların qəzasını qəsdən tutmasa, gərək onların qəzasını etsin, hər gün üçün də bir müdd təam arpa, buğda və s. kimi şeylər fəqirə versin.

Məsələ: 1722. Əgər orucun qəzasında səhlənkarlıq etsə və nəticədə vaxt az qalsa, vaxtın azlığında da bir üzrlü iş qarşıya çıxsa, qəzaları tutmalı, hər gün üçün də bir müdd təam fəqirə verməlidir. Üzrlü olduğu vaxt, əgər üzrü aradan qalxandan sonra oruclarının qəzasını tutmaq qərarında olsa və qəza etməmişdən qabaq, belə bir vaxtın azlığında, bir üzr tapılsa, gərək onun qəzasını tutsun. Ehtiyat-vacib budur ki, hər gün üçün bir müdd təam fəqirə versin.

Məsələ: 1723. Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağalandan sonra, növbəti Ramazan ayına qədər qəzaları tutmaq miqdarında vaxt olsa, gərək bacardığı qədər axırıncı Ramazan ayının qəzasını tutsun. Əvvəlki illərin qəzaları üçün də hər gün üçün bir müdd təam; buğda, un və bu kimi şeylər, fəqirə versin.

Məsələ: 1724. Hər gün üçün fəqirə bir müdd təam verməli olan bir şəxs, bir neçə günün kəffarəsini bir fəqirə verə bliər.

Məsələ: 1725. Əgər Ramazan ayının oruclarının qəzasını bir neçə il təxirə salsa, gərək qəza edib və hər gün üçün də bir müdd təam fəqirə versin.

Məsələ: 1726. Əgər bir şəxs, Ramazan ayının orucunu qəsdən tutmasa, onların qəzalarını yerinə yetirdikdən sonra hər gün üçün iki ay oruc tutmalı, yaxud 60 fəqirə təam verməli və ya bir qul azad etməlidir. Əgər növbəti Ramazana qədər onların qəzasını tutmasa, hər gün üçün bir müdd təam da verməlidir.

Məsələ: 1727. Əgər Ramazan ayının orucunu qəsdən tutmasa və gün ərzində bir neçə dəfə cima etsə, ehtiyat-vacibə əsasən, həmin qədər kəffarə verməsi lazımdır. Amma orucu bir neçə defə

səh: 319

batil edən digər işlərdən etsə; məsələn, bir neçə dəfə yemək yesə, bir kəffarə kifayətdir.

Məsələ: 1728. Atanın vəfatından sonra böyük oğul, onun oruc-namazlarını qəza namazı bölməsində deyilən təfsilat ilə yerinə yetirməlidir. Ehtiyat-müstəhəbə görə, ananın da orucunun qəzasını, deyilən təfsilat ilə yerinə yetirməlidir.

Məsələ: 1729. Əgər ata, Ramazan ayının oruclarından başqa vacibi orucları; məsələn, nəzr orucu kimi, tutmamışsa ehtiyat-vacibə görə, böyük oğul onu da qəza etməlidir. Həmçinin ehtiyat-müstəhəbə görə ananın orucunu da qəza etməlidir.

MÜSAFİRİN ORUCUNUN HÖKMLƏRİ

Məsələ: 1730. Dörd rəkətli namazları səfərdə iki rəkət qılmalı olan müsafir, oruc tutmamalıdır. Amma namazını bütöv qılan müsafir; məsələn, işi səfər olan, yaxud səfəri haram olan şəxs səfərdə orucunu tutmalıdır.

Məsələ: 1731. Ramazan ayında səfərə çıxmağın eybi yoxdur. Amma orucdan boyun qaçırmaq üçün səfər etmək məkruhdur.

Məsələ: 1732. Əgər Ramazan ayının oruclarından əlavə, vaxtı müəyyən olan digər bir oruc insana vacib olsa; məsələn, müəyyən gündə oruc tutmağı nəzr etsə, səfər edə bilər. Əgər səfərdə olsa, on gün bir yerdə qalmasını niyyət edib o, günü oruc tutması vacib deyil. Amma ehtiyat budur ki, səfər etməsin və ya səfərdədirsə qəsdi iqamə edib nəzr etdiyi orucu tutsun.

Məsələ: 1733. Əgər bir şəxs, oruc tutmağı nəzr edib, amma gününü müəyyən etməsə, onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir günü oruc tutmağı nəzr etsə, onu səfərdə tutmalıdır. Həmçinin, əgər səfərdə olub-olmamasından asılı olmayaraq müəyyən bir günü oruc tutmağı nəzr etsə, hətta səfərdə də olsa, o günü oruc tutmalıdır.

Məsələ: 1734. Müsafir, Allahdan hacətlərini istəmək üçün şərafətli Mədinə şəhərində, üç gün müstəhəb oruc tuta bilər. Daha

səh: 320

yaxşı olar ki, bu üç gün çərşənbə, cümə axşamı və cümə günləri olsun.

Məsələ: 1735. Müsafirin orucunun batil olduğunu bilməyən bir şəxs, əgər səfərdə oruc tutsa və gün əsnasında məsələni başa düşsə, orucu batil olar. Əgər məğribə qədər başa düşməsə, orucu səhihdir.

Məsələ: 1736. Əgər səfərdə olduğunu, yaxud müsafirin orucunun batil olduğunu unudub səfərdə oruc tutsa, orucu batildir.

Məsələ: 1737. Əgər oruc tutan şəxs, zöhrdən sonra səfər etsə, orucunu axıra çatdırmalıdır. Əgər zöhrdən qabaq səfər etsə, tərəxxüs həddinə (yəni, şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi yerə) çatanda, öz orucunu batil etməlidir. Əgər o həddə çatmamışdan qabaq batil etsə, kəffarə ona vacib olur. Amma müsafir zöhrdən qabaq öz şəhərindən səfər etsə, zöhrdən sonra, tərəxxüs həddinə çatsa onun orucu səhihdir. Amma zöhrdən qabaq tərəxxüs həddinə çatsa, amma zöhrdən sonra öz şəhərinə daxil olsa, ehtiyat-vacibə görə qəzasını da tutmalıdır.

Məsələ: 1738. Əgər müsafir, zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işlərdən görməyibsə, o günü oruc tutmalıdır; əgər orucu batil edən işlərdən birini edibsə, o günün orucu ona vacib deyil.

Məsələ: 1739. Əgər müsafir zöhrdən sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, gərək o günü oruc tutmasın.

Məsələ: 1740. Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin, Ramazan ayının gündüzlərində cima etməsi habelə, doyunca yeyib-içməsi məkruhdur.

ORUC VACİB OLMAYAN ŞƏXSLƏR

Məsələ: 1741. Əgər bir şəxs, qocalıq səbəbi ilə oruc tuta bilməsə, yaxud ona məşəqqətli olsa, oruc ona vacib deyil. Amma ikinci halda, (məşəqqəti olan halda) hər gün üçün bir müdd təam (təqribən on sir) buğda, arpa və bunun kimi şeylər fəqirə

səh: 321

verməlidir. Daha yaxşı olar təqribən on sir buğda versin. Birinci surətdə ehtiyat-vacib budur ki, təqribən on sir buğda versin.

Məsələ: 1742. Qocalıq səbəbi ilə oruc tuta bilməyən bir şəxs, Ramazan ayından sonra oruc tuta bilərsə, ehtiyat-vacib budur ki, gərək tutmadığı günlərin qəzasını tutsun.

Məsələ: 1743. Çox susamaq xəstəliyi olan və bu susuzluğa dözə bilməyənə və ya (buna dözmək) məşəqqətli olarsa, oruc tutmaq ona vacib deyil. Amma hər iki halda hər gün üçün bir müdd təam buğda, arpa və bunun kimi şeylər fəqirə verməlidir. Ehtiyat-vacib budur ki, ehtiyacı olduğu miqdardan artıq su içməsin. Əgər sonradan oruc tuta bilsə, ehtiyat-vacib budur ki, tutmadıqlarının qəzasını tutmalıdır.

Məsələ: 1744. Doğum vaxtı yaxınlaşan və oruc tutmağın bətnindəki uşağa zərəri olan qadına, oruc vacib deyil. Gərək hər gün üçün bir müdd təam buğda, arpa və bunun kimi şeylər fəqirə versin. Həmçinin, əgər orucun onun özü üçün də zərəri olsa, oruc ona vacib deyil. Gərək hər gün üçün bir müdd təam buğda, arpa və bunun kimi şeylər fəqirə versin. Hər iki halda tutmadığı günlərin qəzasını tutmalıdır.

Məsələ: 1745. Uşağa süd verən və südü az olan qadın, istər uşağın anası olsun, istər dayəsi, istərsə də uşağa muzd almadan süd verən bir şəxsin oruc tutması, süd verdiyi uşağa zərəri olsa, oruc ona vacib deyil. Gərək hər gün üçün bir müdd təam buğda, arpa və bunun kimi şeylər fəqirə versin. Həmçinin, əgər özü üçün də zərəri olsa, oruc ona vacib deyil, gərək hər gün üçün bir müdd təam fəqirə versin. Hər iki halda isə tutmadığı orucların qəzasını etməlidir. Amma uşağa muzd almadan süd verən bir şəxs tapılsa, yaxud uşağa süd vermək üçün onun ata-anasından və ya onun muzdunu başqa şəxs verərsə, gərək uşağı ona verib oruc tutsun.

AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU

Məsələ: 1746. Ayın əvvəli beş yolla sübut olunur:

səh: 322

1-İnsanın özü ayı görsün.

2-Sözlərindən yəqin hasil olan bir neçə nəfər, “ayı gördük” desələr, həmçinin, yəqinlik hasil olan hər şey vastəsi ilə.

3-İki adil kişi, “gecə ayı görmüşük” deyə xəbər versələr, amma ayın xüsusiyyətlərini bir-birinin əksinə deməsinlər. Əgər Ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, ayın əvvəli olması sübuta yetmir.

4-Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud, Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda Şəvval ayının olması sübut olunur.

5-Şəriət hakimi, ayın əvvəli olmasına dair hökm versə.

Məsələ: 1747. Əgər şəriət hakimi, ayın əvvəli olmasını hökm etsə, hətta ona təqlid etməyən şəxslər də, onun hökmünə əməl etməlidirlər. Amma şəriət hakiminin səhv etdiyini bilən bir şəxs, onun hökmünə əməl edə bilməz.

Məsələ: 1748. Ayın əvvəli, astronomların qabaqcadan verdikləri xəbərə əsasən, sübuta yetmir. Amma bir şəxs üçün onların dediklərindən yəqin hasil olsa, gərək ona əməl etsin.

Məsələ: 1749. Ayın yuxarıda olması, yaxud gec batması, keçən gecənin ayın əvvəli olmasına dəlil ola bilməz.

Məsələ: 1750. Əgər bir şəxs üçün, Ramazan ayının əvvəli olması sübuta yetməsə və oruc tutmasa, sonradan iki adil kişi, “keçən gecə ayı görmüşük” deyə xəbər versələr, o şəxs həmin günün qəzasını tutmalıdır.

Məsələ: 1751. Əgər bir şəhərdə ayın əvvəli olması sübuta yetsə, onun başqa şəhər camaatı üçün faydası yoxdur. Amma o iki şəhər bir-birinə çox yaxın olarsa, yaxud insan, o şəhərlərin üfüqlərinin bir olmasını bilsin .

Məsələ: 1752. Ayın əvvəli teleqraf yolu ilə sübuta yetmir. Amma bir şəhərdən, başqa şəhərə teleqrafla xəbər verilsə və bu iki şəhər bir-birinə yaxın, yaxud üfüqləri eyni olsa, insan da teleqrafın şəriət hakiminin hökmü, yaxud iki adil şəxsin şəhadəti əsasında

səh: 323

olduğunu bilsə, sübuta yetir.

Məsələ: 1753. Ramazan ayının axırı, yaxud şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən qabaq, Şəvvalın əvvəli olduğunu bilsə, gərək orucunu açsın.

Məsələ: 1754. Əgər zindanda olan bir şəxs, ayın əvvəli olmasına yəqin hasil edə bilməsə, gərək öz gümanına əməl etsin. Bu da mümkün olmasa, hər ayı oruc tutsa, səhihdir. Oruc tutduğu aydan 11 ay keçdikdən sonra, gərək yenidən bir ay oruc tutsun.

HARAM VƏ MƏKRUH ORUCLAR

Məsələ: 1755. Fitr və Qurban bayramları günündə oruc tutmaq haramdır. Həmçinin, Şəbanın axırı ilə Ramazanın əvvəli olması məlum olmayan gündə, Ramazan ayının əvvəli niyyəti ilə oruc tutmaq haramdır.

Məsələ: 1756. Əgər qadının müstəhəb oruc tutması səbəbilə ərinin haqqı aradan gedərsə, oruc tutması haramdır. Ehtiyat-müstəhəb budur ki, hətta ərinin haqqı aradan getməsə də, ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.

Məsələ: 1757. Övladın müstəhəb oruc tutması, ata-ananın, yaxud babanın əziyyətə düşməsinə səbəb olsa, haramdır.

Məsələ: 1758. Əgər oğul atanın icazəsi olmadan müstəhəb oruc tutsa və gün əsnasında ata, onu bu işdən çəkindirsə, gərək orucunu açsın.

Məsələ: 1759. Orucun ona zərəri olmadığını bilən bir şəxs, hətta həkim “zərəri var” desə də, oruc tutmalıdır. Orucun onun üçün zərərli olmasına yəqini, yaxud gümanı olan bir şəxsə, hətta həkim “zərəri yoxdur” desə, gərək oruc tutmasın. Əgər oruc tutsa, səhih deyildir. Əgər qürbət niyyəti ilə oruc tutsa sonradan zərərinin olmadığı məlum olsa orucu səhihdir.

Məsələ: 1760. Əgər insan orucun zərərli olmasını ehtimal versə və bu ehtimaldan onun üçün qorxu törənsə, bu halda onun ehtimalı, camaatın nəzərində yerli ehtimal olsa, gərək oruc

səh: 324

tutmasın. Əgər oruc tutsa, səhih deyildir.

Məsələ: 1761. Bir şəxs, orucun ona zərərli olmamasına əqidəsi olan halda, oruc tutub məğribdən sonra zərərli olmasını başa düşsə, orucu işkallıdır, ehtiyat-vacib budur ki, o günün qəzasını tutmalıdır.

Məsələ: 1762. Qeyd olunan günlərdən başqa, yenə də oruc tutulması haram olan günlər var ki, müfəssəl fiqhi kitablarda deyilmişdir.

Məsələ: 1763. Aşura günü və Ərəfə günü ilə Qurban bayramı arasında şəkk olunan bir gündə, oruc tutmaq məkruhdur.

MÜSTƏHƏB ORUCLAR

Məsələ: 1764. Məkruh və haram günlərdən başqa, ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Bəzi günlərdə oruc tutmağa daha artıq tövsiyə olunmuşdur. O cümlədən:

1-Hər ayın birinci və axırıncı cümə axşamı günləri, ayın 10-dan sonra olan birinci çərşənbə; əgər bir şəxs bunları tuta bilməsə, müstəhəbdir ki, qəza etsin. Əgər qayda üzrə oruc tuta bilməsə, müstəhəbdir ki, hər gün üçün bir müdd təam, yaxud 12,6 noxud gümüş (və ya onun pulunu) fəqirə versin.

2-Hər ayın 13, 14, 15-ci günləri;

3-Rəcəb və Şəban aylarının hamısı və onlardan bəzi günlər, hətta bir gün də olsa belə;

4-Novruz bayramı günü.

5-Şəvval ayının dördündən döqquzuna qədər.

6-Zil-qədənin 9 və 25-ci günü.

7-Zil-həccənin 1-dən 10-dək, Ərəfə günü. Amma zəiflik səbəbilə Ərəfə gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur.

8-Qədir-Xum bayramında (18 Zil-həccə).

9-Mübahilə günü (24 Zil-həccə).

10-Məhərrəm ayının 1, 3, 7-si .

səh: 325

11-Peyğəmbəri Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm)-in səadətli təvəllüdü (17 Rəbiül-əvvəl), 15 Cəmadiul-ula, besəti günü (27 Rəcəb). Əgər bir şəxs müstəhəb oruc tutsa, onu axıra çatdırması vacib deyil. Hətta əgər mömin qardaşı onu yeməyə dəvət etsə, müstəhəbdir ki, onun dəvətini qəbul edib, günün ortasında iftarını açsın.

ORUCU BATİL EDƏN İŞLƏRDƏN ÇƏKİNMƏYİN MÜSTƏHƏB OLDUĞU YERLƏR

Məsələ: 1765. Altı nəfər üçün Ramazan ayında oruc tutmamalarına baxmayaraq, müstəhəbdir ki, orucu batil edən işlərdən çəkinsinlər.

1-Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən qabaq vətəninə və ya 10 gün qalmaq istədiyi yerə çatan şəxs.

2-Zöhrdən sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatan müsafir.

3-Zöhrdən qabaq sağalan və orucu batil edən işlərdən birini görən xəstə.

4-Zöhrdən sonra sağalan xəstə.

5-Gün əsnasında heyz və ya nifas qanından pak olan qadın.

6-Ramazan ayı günləri əsnasında müsəlman olan kafir.

Məsələ: 1766. Müstəhəbdir ki, oruc tutan şəxs, məğrib və işa namazını iftardan qabaq qılsın. Amma bir şəxs onu gözləyirsə, yaxud yeməyə daha çox meyli varsa və nəticədə hüzuri-qəlb ilə namaz qıla bilməzsə, yaxşı olar ki, əvvəl iftar etsin. Mümkün olduqca, namazı onun fəzilətli vaxtında qılsın.

səh: 326

XÜMSÜN HÖKMLƏRİ

Point

Məsələ: 1767. Yeddi şeydə xüms vacibdir:

1-Qazanc mənfəəti.

2-Mədən.

3-Xəzinə.

4-Harama qarışmış halal mal.

5-Suda üzmək, yəni, dənizə dalmaq vasitəsilə əldə edilən cəvahirat.

6-Müharibə qənimətləri.

7-Zimmi kafirin müsəlmandan aldığı torpaq. Bunların hər birinin hökmü müfəssəl deyiləcək.

1-QAZANC MƏNFƏƏTİ

Məsələ: 1768. Əgər insan ticarətdən, sənətkarlıqdan, yaxud sair qazanc yerlərindən müəyyən qədər qazanc əldə etsə; məsələn: meyyitin namaz, orucunun qəzasını muzdla yerinə yetirsə və ona verilən muzddan müəyyən sərvət əldə etsə, özünün və ailəsinin illik xərclərindən artıq olsa, onda xümsünü, yəni beşdən birini, sonradan deyiləcək göstərişlərə əsasən versin.

Məsələ: 1769. Əgər qazancdan başqa bir şey insanın əlinə gəlsə, məsələn, ona bir şeyi bağışlasalar xümsünü verməlidir.

səh: 327

Məsələ: 1770. Qadının aldığı mehriyyənin xümsü yoxdur. İnsana çatan irsin hətta atadan övlada olsada xümsü yoxdur. Amma insanın bir şəxslə qohumluğu olsa və belə bir qohumun olduğunu bilməsə əqva budur ki, ondan çatan irs illik xərclərindən çox olsa, xümsünü versin.

Məsələ: 1771. Əgər bir şəxsə müəyyən miqdarda mal irs çatsa, və malın sahibinin öz malının xümsünü vermədiyini bilsə, gərək onun xümsünü versin. Həmçinin, əgər o malın özündə xüms olmasa, amma mal sahibinin xüms borcu olduğunu bilsə, gərək xümsü, onun malından versin ki, meyyitin xümsə olan borcu öhdəsindən götürülsün.

Məsələ: 1772. Əgər qənaət etməklə müəyyən bir şey illik xərclərdən artıq qalsa, onun da xümsünü verməlidir.

Məsələ: 1773. Əgər bir şəxsin xərclərini başqaları verirsə, gərək əldə etdiyi bütün malın xümsünü versin.

Məsələ: 1774. Əgər bir şəxs, hər hansı bir mülkü müəyyən şəxslərə; məsələn, öz övladlarına vəqf etsə və o mülkdə ağac, əkin əkilib müəyyən gəlir əldə olunsa və illik xərclərdən artıq qalsa, xümsü verilməlidir. Əgər başqa şəkildə də oradan mənfəət əldə etsə; məsələn, kirayə versələr, onun illik xərcindən artıq qalan miqdarın xümsünü verməlidir.

Məsələ: 1775. Əgər fəqirin xüms, zəkat və ya müstəhəb sədəqə kimi aldığı şeylər illik xərclərindən çox olsa, ehtiyat-müstəhəbə əsasən, onun xümsünü versin. Amma ehtiyat-vacibə əsasən müstəhəb sədəqənin xümsü vardır.

Məsələ: 1776. Əgər bir şəxs xümsü verilməmiş pulun eyni ilə müəyyən bir şey alsa, yəni, satıcıya “bu malı, bu pul ilə alıram” desə, xümsunu müamilədən sonra versə müamilə səhihdir. Əgər xümsunu verməsə şəriət hakimi müştərinin əlində olan malın özündən xümsu ala bilər. Çünki ondan istifadə etmək haramdır. Əgər qabaqcadan o, maldan istifadə etmək üçün icazə alıbsa bu hal istisnadır.

Məsələ: 1777. Əgər bir şəxs xümsü verilməmiş pulun eyni ilə

səh: 328

müəyyən bir şey alsa, etdiyi müamilə səhihdir. Xümuslu puldan satıcıya verdiyinə görə, aradan getmeyibsə şəriət hakimi, onun beşdə bir hissəsini almalıdır. Əgər aradan gedibsə xümsün əvəzini satıcıdan yaxud da alıcıdan tələb edəcək.

Məsələ: 1778. Bir şəxs, xümsü verilməmiş bir şeyi alsa şəriət hakimi, o malın beşdə birini ala bilər. Əgər satıcı xümsünü verməmişsə.

Məsələ: 1779. Əgər xümsü verilməyən bir şeyi bir şəxsə bağışlasa, o şeyin beşdə biri, həmin şəxsin malı deyildir.

Məsələ: 1780. Əgər insanın əlinə kafirdən, yaxud xüms verməyə etiqadı olmayan bir şəxsdən müəyyən qədər mal düşsə, onun xümsünü verməsi vacib deyil. Əgər zimmi kafirdən torpaq alsa, o da müsəlmandan almış və xümsü verilməmiş olsa, gərək xümsünü versin.

Məsələ: 1781. Tacir, qazanc əldə edən, sənətkar və s. kimi şəxslər, işə başladığı vaxtdan bir il keçdikdən sonra, gərək illik xərclərindən artıq qalanın xümsünü versinlər. Amma peşəsi qazanc-ticarət olmayan bir şəxs, təsadüfən müəyyən qədər mənfəət əldə etsə, ondan bir il keçdikdən sonra, illik xərclərindən artıq qalan hissəsinin xümsünü verməlidir.

Məsələ: 1782. İnsan, ilin əsnasında hər vaxt mənfəət əldə etsə, (illik xərcindən arıq qalmasına əmin olsa) onun xümsünü verə bilər. Xüms verməyi, ilin axırına qədər təxirə salmaq da caizdir. Əgər bir şəxs şəmsi ili xümsü vermək üçün, başlanğıc götürsə, şəriət hakimi və ya onun vəkilinin razılığı ilə maneəsi yoxdur.

Məsələ: 1783. Tacir və qazanc əldə edən şəxs kimi, xüms üçün, il təyin etməli olan bir şəxs, mənfəət əldə edib, ilin əsnasında ölsə, ölənə qədər olan xərclərini, o mənfəətdən çıxıb, yerdə qalanın xümsünü verməlidirlər.

Məsələ: 1784. Əgər bir şəxsin ticarət üçün aldığı mallarının qiyməti bahalaşsa və onu bilməməzlik üzündən satmasa, yenidən, ilin ortasında qiyməti aşağı düşsə, qiymətlər bahalanan miqdarın xümsü ona vacib deyil. Amma, o malı satmaması, bilərəkdən

səh: 329

olarsa ehtiyata görə, gərək qiyməti qalxan miqdarın xümsünü versin.

Məsələ: 1785. Əgər ticarət üçün aldığı malın qiyməti qalxa, bu niyyətlə ki, onun qiyməti bir daha qalxsın il qurtarandan sonraya qədər satmaya və malların qiyməti ucuzlaşa, o qədər saxlaya ki, adətən tacirlər malın qiyməti qalxmaq üçün saxlayırlar bahalaşan miqdarın xümsü ona vacib deyil. Əgər qeyri adi şəkildə saxlaya və onun ili keçərsə ehtiyata görə gərək onun xümsünü versin.

Məsələ: 1786. Əgər ticarət malından başqa malı olarsa onun xümsünü verib və ya xümsü olmazsa, məsələn, irs ona çatıb və ya öz xərcliyi üçün bir şeyi alsa bu halda qiymıti bahalanarsa o qiymətinə artan miqdarın xüms yoxdur. Amma onu satsa qiymtə artan miqdar satış əgər illik xərclərindən çox olarsa gərək onun xümsünu versin. Əgər onun ilə ticarət üçün bir şey alsa və o, şeyin qiyməti bahalaşsa (satmasa belə) gərək bahalaşan miqdarın xümsünu versin. Əgər bir şeyi saxlamaq üçün alsa və onun qiyməti bahalaşsa qiyməti qalxan miqdarın xümsü yoxdur. Əgər satarsa xümsünü verməlidir.

Məsələ: 1787. Əgər qiyməti bahalanandan sonra satmaq məqsədi ilə bağ salsa, onun meyvəsinin və ağaclarının artımının və bağın qiymətinin artıq qalan miqdarının xümsünü verməlidir. Amma əgər məqsədi meyvəsindən istifadə etmək olmuşsa, ilin xərci sayılmazsa təkcə meyvələrin xümsünü verməlidir.

Məsələ: 1788. Əgər söyüd, çinar və s. kimi ağac əkib hətta onların satılmalı vaxtına çatdığı ildə satmasa da xümsünu verməlidir. Amma əgər, misal üçün, hər ildə adətən qırılan budaqlardan istifadə etsə və onlar təklikdə və ya illik mənfəətlərlə birlikdə illik xərclərindən artıq olsa, ilin axırında onun xümsünü verməlidir.

Məsələ: 1789. Bir neçə işidən, kəsbi olan bir kəs ilin axırında illik xərclərindən artıq qalan hissənin xümsünü verməlidir. Amma əgər iki müxtəlif işi olsa birindən mənfəət qazanıb, digərindən isə zərərə düşsə, bu iki iş bir yerdə hesablanarsa gərək mənfəətin

səh: 330

xümsunu zərəri çıxdıqdan sonra versin. Əgər ayrı olarsa birinin zərərini obirinin mənfəətdən ödəyə bilməz. Məsələn ticarət və əkinçilik kimi, gərək ayrı hesablansın.

Məsələ: 1790. Fayda əldə etmək (dəllallıq, yükdaşıma və s.) üçün insanın etdiyi xərclər illik xərclərindən hesab olunur.

Məsələ: 1791. İl boyunda qazanc mənfəətindən yeyib-içmək, geymək, mənzil və mənzil avadanlığı almaq, toy etmək, cehizlik almaq, ziyarət və s. kimi şeylərə məsrəf olunan miqdar əgər həmin şəxsin şəxsiyyətinə uyğun miqdardan çox olmasa və adətən ehtiyacı olan vaxt hazırlayıb ifrat etməmiş olsa, onların xümsü yoxdur.

Məsələ: 1792. İnsanın nəzrə, kəffarəyə məsrəf etdiyi mal, illik xərclərindən hesab olunur. Həmçinin, bir kəsə bağışladığı, hədiyyə və mükafat verdiyi şeylər onun şəxsiyyətinə uyğun miqdardan artıq olmasa, illik xərclərindən hesab olunur.

Məsələ: 1793. Əgər insan qızının cehizliyini bir yerdə ala bilməsə və hər il müəyyən miqdarını almağa məcbur olsa, yaxud adətən hər il cehizliyin müəyyən miqdarı alınan bir şəhərdə olsa və onları da hazırlamağa ehtiyac duyulursa və onları hazırlamamaq onun şəxsiyyətinə uyğun olmasa bu halda il boyu o ilin mənfəətlərindən cehizlik alsa, onun xümsünü verməməlidir. Əgər o ilin mənfəətindən gələsi il cehiz alsa, onun xümsünu verməlidir

Məsələ: 1794. Həcc səfəri və başqa ziyarətlər üçün etdiyi xərclər, minik və digər avadanlıqlar (səfəri sonrakı ilədək çox çəksə də) onun səfərə başladığı ilin xərclərindən hesab olur.

Məsələ: 1795. Kəsb və ticarətdən müəyyən qədər gəlir əldə edən bir kəsin xümsü vacib olmayan başqa malı da olsa, illik xərclərini təkcə həmin kəsb-ticarətin gəlirindən götürüb istifadə edə bilər.

Məsələ: 1796. Əgər qazanc mənfəətindən illik məsrəf olunan azuqə alsa və ilin axırında artıq qalsa, artıq qalanın xümsünü verməlidir. Əgər onun qiymətini hesablayıb pulunun xümsünü

səh: 331

vermək istəsə və qiyməti, aldığı vaxtdakı qiymətdən artıq olarsa, ilin axırındakı qiymətlə hesab etməlidir.

Məsələ: 1797. Əgər qazancın mənfəətindən xümsü verməmişdən qabaq (eyni qalan) ev əşyaları alsa, ilin əsnasında aldığı əşyalara ehtiyacı olmasa, onun xümsü yoxdur. Qadın zinət əşyaları da, onlardan istifadə olunma müddəti keçdiyi təqdirdə (eyni qayda ilə.) Amma ehtiyat-müstəhəb budur ki, onların xümsünü versin.

Məsələ: 1798. Əgər bir ildə mənfəət əldə edə bilməsə o ilin xərclərini sonrakı ildən əldə edəcəyi mənfəətdən çıxa bilməz.

Məsələ: 1799. Əgər bir şəxs ilin əvvəlində mənfəət əldə edə bilməsə və sərmayədən xərc etsə, il tamam olmazadan qabaq mənfəət əlinə gəlsə sərmayədən götürdüyü miqdarı mənfəətdən götürə bilər.

Məsələ: 1800. Əgər sərmayənin bir miqdarı aradan gedərsə, qalan miqdar ilə əldə etdiyi mənfəət illik xərcini ödiyəcək miqdardan artıq olarsa, sərmayədən azalan miqdarı o mənfəətdən götürə bilər. Əgər sərmayənin aradan gedən miqdarı o ilin olarsa.

Məsələ: 1801. Əgər sərmayədən başqa mallar xarab ola (aradan gedə) əldə etdiyi mənfəətdən o şeyləri alabilməz. Amma əgər həmən il o şeylərə ehtiyacı olsa ilin yarısında qazanc mənfəətindən onları ala bilər.

Məsələ: 1802. Əgər ilin əvvəlində öz xərcliyi üçün borc etsə və il tamam olmamışdan mənfəət əldə edərsə, öz borcunun miqdarını o mənfəətdən götürə bilər.

Məsələ: 1803. Əgər il boyu heç bir mənfəəti olmaya öz xərclərini borc edə, sonrakı illərin gəlirindən öz borcların ödəyə bilər.

Məsələ: 1804. Əgər malların çoxaltmaq və ya ehtiyacı olmadığı bir mülkü almaq üçün borc edə, qazanc mənfəətindən o borcu verə bilər. Amma aldığı şeyin gərək xümsünü versin. Amma əgər borc etdiyi mal və borc ilə aldığı şey aradan getsə, borcunu ödəməyə məcbur olsa ehtiyat-vacibə görə gəlir mənfəətindən borcunu verə

səh: 332

bilməz.

Məsələ: 1805. Hər şeyin xümsünü o malın özündən vermək olar. Yaxud xümsə borclu olduğu şeyin pulunu və ya digər cinsdən verə bilər.

Məsələ: 1806. Əgər bir şəxsin əlinə mənfəət gələrsə və xümsünü vermək istəməsə şəriət hakiminin icazəsi olmadan ilin sonunadək ondan istifadə edə bilməz.

Məsələ: 1807. Xüms borclu olan şəxs onu öz öhdəsinə götürə bilməz, yəni özünü xüms əhlinin borclusu bilə və bütün maldan istifadə edə bilməz, əgər istifadə etsə və o mal tələf olsa gərək onun xümsünü versin. Əgər şəriət hakimi ilə əldən ələ dolandırsa və ya ondan icazə alsa bu hallar istisnadır.

Məsələ: 1808. Xüms borclu olan şəxs əgər hakimi şər ilə razılaşsa, bütün maldan istifadə edə bilər. Hakimi şərin razılığından sonra o maldan əldə edilən qazanc onun öz malıdır.

Məsələ: 1809. Başqası ilə şərik olan şəxs öz gəlirinin xümsünü versə, şəriki isə verməsə və sonrakı il xümsü verilməmiş maldan şəriklik üçün sərmayə qoysa zahir budur ki, xümsünü verən istifadə edə bilər, xümsünü verməyən isə istifadə edə bilməz.

Məsələ: 1810. Əgər səğir uşağın sərmayəsi ola və ondan mənfəət əldə edə ehtiyat-vacibə əsasən onun xüms düşür onun vəlisi xümsünü verməlidir.

Məsələ: 1811. İnsan xümsü verilmədiyinə yəqini olduğu maldan istifadə edə bilər. Onun xümsü malı ona verilən şəxsin öhdəsindədir və xümsünü verməsi vacibdir. Xümsünün verilib verilmədiyində şəkk edilən malda eyni hökmdədir.

Məsələ: 1812. Əgər bir şəxs təklifinin əvvəlindən xüms verməsə, əgər bir mülk alsa və onun qiyməti bahalaşa, o, mülkü bahalaşdıqdan sonra satacaq niyyətilə almayıbsa; məsələn, bir yeri əkin üçün alıbsa, xümsü verilməmiş puldan onun qiymətini versə, gərək aldığı qiymətin xümsünü versin. Amma məsələn, xümsü verilməmiş pulu satıcıya verib və ona “bu mülkü bu pula alıram” desə, şəri hakim onun beşdə birinin müamiləsinə icazə versə,

səh: 333

(xümüs sahiblərinin haqqı aradan getməmək şərti ilə) alıcı gərək o mülkün hal-hazırdakı qiymətinin xümsünü versin.

Məsələ: 1813. Əgər bir şəxs təklifinin əvvəlindən xüms verməyə, əgər gəlirinin mənfəətindən ehtiyacı olmadığı bir şey ala gərək onun xümsünu versin. Əgər ehtiyacı olduğu ev əşyaları və başqa şeyləri öz vəziyyətinə uyğun alarsa, əgər bilə fayda əldə etdiyi ildə onları alıb onların xümsünü vermək lazım deyil. Əgər ilin ortasında alıb və ya il tamam olandan sonra aldığını bilməsə ehtiyat-vacibə əsasən gərək hakimi şərlə razılaşsın.

2-MƏDƏN

Məsələ: 1814. Əgər mədəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, füruzə, əqiq, mineral maddələr, duz və ümumiyətlə mədən qazıntıları adlana bilən hər şey əldə olunsa, nisab həddinə çatanda xümsü verilməlidir.

Məsələ: 1815. Mədəndən çıxarılan şeylərin nisabı 15 misqal adi qızıl miqdarındadır; Yəni mədəndən çıxarılan şeylərin nisabı, 15 misqal qızıla çatsın. Hətta xərcləri çıxmazdan qabaq da olsa xümsünü verməlidir. Hamısının xümsünü xərcləri çıxdıqdan sonra verilməlidir.

Məsələ: 1816. Mədəndən əldə olunan mənfəətin əgər qiyməti 15 misqal qızıla çatmaya onun xümsü o halda lazımdır ki, təklikdə və ya onun başqa gəlirlərinin mənfəətləri illik xərclərindən çox olsun.

Məsələ: 1817. Ehtiyat-müstəhəbə əsasən gəc, əhəng, baş yumaq üçün istifadə olunan gil (gilabı), qırmızı gil mədən qazıntılarından hesab olunur. Əgər nisab miqdarına çatmasa, bunları çıxardan şəxs bu halda gərək onların xümsünü versin ki, çıxartdığı şey təklikdə ya başqa gəlir mənfəətləri ilə birlikdə illik xərcindən cox qalsın.

Məsələ: 1818. Əgər bir şəxs mədəndən bir şey əldə etsə, xümsünü verməlidir. İstər mədən yerin səthində olsun, istərsə də

səh: 334

dərinliyində; istər mülkdə olsun, istərsə də sahibi olmayan bir yerdə.

Məsələ: 1819. Əgər bilməyə mədəndən çıxardığı şeyin qiyməti 15 misqal qızıla çatıb ya yox ehtiyat-vacib budur ki, onu çəkmək və ya başqa bir yolla qiymətini təyin etsin.

Məsələ: 1820. Əgər bir neçə nəfər birlikdə mədəndən bir şey çıxartsalar, onun qiyməti 15 misqal qızıla çatsa, baxmayaraq hər hansının payı bu miqdara çatmasada ehtiyat-vacib əsasən gərək onun xümsünü versinlər.

Məsələ: 1821. Başqasının mülkündə olan bir mədəni, (sahibinin icazəsi olmadan) istixrac etsələr əldə olunan şeylər mülkün sahibinə məxsusdur. Mülkün sahibi onların çıxarılmasına bir şey xərcləmədiyindən, nisab həddinə çatsa mədəndən çıxarılanların hamısının xümsünü verməlidir.

3-XƏZİNƏ

Məsələ: 1822. Xəzinə o mala deyilir ki, yerdə, ağacda, dağda, divarda gizlədilmiş olsun və bir kəs də onu tapsın. Elə olmalıdır ki, ona xəzinə deyilsin.

Məsələ: 1823. Əgər insan heç kəsin mülkü olmayan yerdə xəzinə tapsa onun özünün malıdır, xümsünü da verməlidir.

Məsələ: 1824. Xəzinənin nisabı qızıl və gümüşün zəkatdakı birinci nisabıdır. Yəni əgər xəzinədən əldə edilən şeyin qiyməti, onu əldə etmək üçün sərf olunan xərcləri çıxdıqdan sonra nisab həddinə çatsa xümsü verilməlidir.

Məsələ: 1825. Əgər insan başqasından aldığı torpaqdan müəyyən qədər xəzinə tapsa və əvvələr o yerin maliki olan şəxslərin olmadığını bilsə, onun özünün malı olur, xümsünü da verməlidir. Amma əgər onun əvvəlki sahiblərindən birinin malı olduğunu ehtimal versə ona xəbər verməlidir. Onun da malı olmadığı məlum olsa həmin yerə qabaqca malik olduğu kəsə xəbər verməlidir və bu qayda ilə ondan qabaq həmin torpağın

səh: 335

sahibi olan şəxslərin hamısına xəbər verməlidir. Əgər onlardan heç birinin olmadığı məlum olsa, öz malı hesab olunur və xümsünu da verməlidir.

Məsələ: 1826. Əgər bir yerdə basdırılmış bir neçə qabda müəyyən qədər xəzinə tapsa və onların qiyməti üst-üstə xəzinə qiymətinə çatsa, xümsünü verməlidir. Amma bir neçə yerdə xəzinə tapsa onlardan hər birinin qiyməti xəzinə qiymətinə çatsa, onun xümsü vacibdir, qiyməti bu miqdara çatmayan xəzinənin isə xümsü yoxdur.

Məsələ: 1827. Əgər iki nəfər birlikdə müəyyən qədər xəzinə tapsalar və onun qiyməti 20 misqal qızıla çatsa, onların hər birinin payının ayrılıqda bu miqdara çatmamasına baxmayaraq ehtiyat-vacibə görə xümsünü verməlidirlər.

Məsələ: 1828. Əgər bir şəxs bir heyvan alıb, qarnından müəyyən mal tapsa və satıcının malı olduğunu ehtimal versə gərək ona xəbər versin. Onun malı olmaması məlum olarsa tərtiblə əvvəlki sahiblərinə xəbər verməlidir. Onlardan heç birinin malı olmadığı məlum olarsa digər gəlirləri ilə birlikdə illik xərclərindən artıq qalarsa gərək onun xümsün versin.

4-HARAMA QARIŞAN HALAL MAL

Məsələ: 1829. Əgər halal mal, haram mala, ayrıd edilə bilinməyəcəyi tərzdə qarışsa və haram malın sahibi və miqdarının heç biri məlum olmasa, bütün malın xümsü verilməlidir. Xümsü verildikdən sonra qalan mal halal olur.

Məsələ: 1830. Əgər halal mal harama qarışsa və insan haram malın miqdarını, bilsə, ancaq sahibini tanımasa, o miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir. Ehtiyat-vacib budur ki, şəriət hakimindən də icazə alsın.

Məsələ: 1831. Əgər halal mal, harama qarışsa və insan haram malın miqdarını bilməsə, ancaq sahibini tanısa, gərək razılaşsınlar. Amma malın sahibi razı olmasa və insan müəyyən bir şeyin onun

səh: 336

olduğunu bilib ondan artığının da onun malı olub-olmamasında şəkk etsə, yəqini olduğu miqdarı ona qaytarmalıdır, məsələn pul olarsa əks halda qürə ilə təyin olunması qeyri mümkün sayılmaz. Ehtiyat-müstəhəb budur ki, onun olmasını ehtimal verdiyi artıq malı da ona versin.

Məsələ: 1832. Əgər bir şəxs, harama qarışan halal malın xümsünü verib, sonradan haram malın miqdarının xümsdən artıq olduğunu bilsə, ehtiyat-vacibə görə, gərək xümsdən artıq olduğunu bildiyi miqdarı, şəriət hakiminin icazəsi ilə onun sahibi tərəfindən sədəqə versin.

Məsələ: 1833. Əgər harama qarışan halal malın xümsünü versə və ya sahibini tapmadığı bir malı, onun niyyətilə sədəqə versə, sonra o malın sahibi tapılsa bir şey onun öhdəsində deyil. Xüsusi ilə də şəriət hakiminin icazəsi ilə verərsə. Ehtiyat-müstəhəb budur ki, onun haqqını versin.

Məsələ: 1834. Əgər halal mal harama qarışsa və haram malın miqdarı məlum olarsa, insan da onun sahibinin bir neçə nəfərdən başqası olmadığını bilib, amma dəqiq şəkildə hansının olduğunu bilməzsə, mümkün olan təqdirdə onların hamısını razılaşdırsın. Əgər mümkün olmazsa və ya çoxlu zərərə səbəb olarsa gərək qürə ilə mal sahibini təyin etsinlər.

5-ÜZGÜÇÜLÜK VASİTƏSİLƏ DƏNİZDƏN ÇIXARILAN CƏVAHİRAT

Məsələ: 1835. Əgər üzgüçülüklə yəni, dənizin içinə girmək vasitəsilə lölö, mərcan, yaxud dənizdən çıxarılan başqa cəvahir istər göyərənlərdən olsun, istərsə də mədən şeylərindən, ehtiyat-vacibə əsasən onun qiyməti 18 noxud qızıla çatarsa, gərək xümsünü versinlər; istər onu bir dəfəyə, istərsə də bir neçə dəfəyə dəryadan çıxarmış olsunlar; istər çıxardığı şey bir növdən olsun, istərsə də bir neçə növdən; istər bir nəfər çıxarsın və ya bir neçə

səh: 337

nəfər birlikdə çıxarmış olsalar.

Məsələ: 1836. Əgər dənizə girmədən, müəyyən vasitələrlə cəvahir çıxarılsa, ona sərf olunan xərclər çıxıldıqdan sonra, qiyməti 18 noxud qızıla çatarsa, ehtiyata görə xümsü vacibdir. Amma suyun üzündən, yaxud sahildən cəvahir tapsa, əldə etdiyi mal təklikdə və yaxud başqa gəlirləri ilə birlikdə illik gəlirindən artıq olsa, onun xümsünü verməlidir.

Məsələ: 1837. İnsanın, dənizə girməyərək və ya girməklə əldə etdiyi balıq və s. heyvanların xümsü, o vaxt vacibdir ki, onları təklikdə, yaxud sair qazanc mənfəətləri ilə birlikdə, illik xərclərindən çox olsun.

Məsələ: 1838. Əgər insan, dənizdən bir şey çıxarmaq qəsdi olmadan dənizə girsə və təsadüfən cəvahir tapsa, ehtiyata əsasən, xümsünü verməlidir.

Məsələ: 1839. Əgər insan dənizə girib müəyyən bir heyvanı tutsa və onun qarnından cəvahir tapsa, o cəvahirin qiyməti 18 noxud miqdarında qızıl, yaxud ondan çox olsa, bu halda o heyvan, qarnında adətən cəvahir olanlardan (sədəf kimi) olsa, xümsünü verməlidir. Amma o heyvan təsadüfən cəvahiri udmuş olsa, onun xümsü o vaxt vacibdir ki, onlar təklikdə, yaxud sair qazanc mənfəətləri ilə birlikdə, illik xərclərindən çox olsun. Ehtiyat-müstəhəb budur ki, xümsünü versin.

Məsələ: 1840. Əgər Dəclə və Fərat kimi böyük çaylara girib, cəvahir çıxartsa, həmin çaylarda adətən cəvahir əldə olunursa, onun xümsünü verməlidir.

Məsələ: 1841. Əgər insan suya girib müəyyən miqdar ənbər çıxartsa və onun qiyməti 18 noxud miqdarında olan qızıl qədər, yaxud ondan çox olsa, xümsünü verməlidir. Amma suyun üzündən, yaxud sahildən tapsa, bu halda qiyməti 18 noxud miqdarında olan qızıl çatmasa da, ehtiyata görə, gərək onun xümsünü versin.

Məsələ: 1842. Əgər bir şəxsin qazancı üzgüçülük, yaxud mədən şeyləri çıxarmaqla təmin olursa, onların xümsünü versə və

səh: 338

illik xərclərindən artıq qalsa, yenidən onların xümsünü verməsi lazım deyil.

Məsələ: 1843. Əgər uşaq, mədəndən müəyyən bir şey çıxartsa və ya onun harama qarışmış halal malı olsa, yaxud da müəyyən xəzinə tapsa, ya da dəryaya girib cəvahir əldə etsə, onun vəlisi, onların xümsünü onun malından verməlidir.

6-QƏNİMƏT

Məsələ: 1844. Əgər müsəlmanlar, imamın (ələyhis-səlam) əmri ilə kafirlərlə müharibə etsələr, o müharibədən ələ gələn şeylərə “qənimət” deyilir. Qənimət üçün ayrılan xərclər (qəniməti saxlamaq və daşımaq üçün olan xərclər kimi) də, imamın (ələyhis-səlam) məsləhət bildiyi şəkildə olmalıdır. İmama (ələyhis-səlam) məxsus olanlar, gərək kənara qoyulsun və qalanın xümsünü versinlər.

7-ZİMMİ KAFİRİN MÜSƏLMANDAN ALDIĞI TORPAQ

Məsələ: 1845. Əgər zimmi kafir(1) müsəlmandan müəyyən qədər torpaq alsa, onun xümsünü həmin torpaqdan və yaxud başqa malından verməlidir. Həmçinin, əgər ev, mağaza və s. kimi şeyləri müsəlmandan alsa, onun torpağını ayrıca alıbsa xümsünü verməlidir. Əgər torpaq deyil ev və ya dükanı alıbsa xümsu vacib deyil. Bu xümsü verməkdə, qürbət qəsdi lazım deyil. Hətta, şəriət hakimi də xümsü aldığı vaxt, qürbət qəsdi etməsi lazım deyil.

Məsələ: 1846. Əgər zimmi kafir müsəlmandan aldığı torpaq sahəsini başqa müsəlmana satmaq istəsə, gərək onun xümsunu versin. Həmçinin, əgər o ölsə və bir müsəlman, o torpağı irs

səh: 339


1- . Allahı, sonuncu peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) risalətini və ya məadı inkar edən və yaxud Allah, onun rəsulunda şəkk edən, yaxud Allaha şərik qoşan və ya Allahın yeganəliyinə şəkk edən şəxs.

aparsa, onun xümsünü həmin torpaqdan, yaxud başqa malından verməlidir.

Məsələ: 1847. Əgər zimmi kafir yeri alan zaman xüms verməyəcəyini, yaxud satıcının onun xümsünü verməsini şərt etsə, onun şərti səhih deyil və xümsünü verməlidir. Amma satıcının, xüms miqdarını, onun tərəfindən xüms sahiblərinə verməsini şərt etsə, eybi yoxdur. Xüms ödənilməyənə qədər xüms haqqı torpaqdan götürülmür.

Məsələ: 1848. Əgər bir müsəlman müəyyən bir torpaq sahəsini al-ver qəsdi olmadan zimmi kafirin mülkünə keçirsə və onun əvəzini alsa; məsələn, onunla razılaşsa, ehtiyata əsasən, zimmi kafir onun xümsünü verməlidir.

Məsələ: 1849. Əgər zimmi kafir azyaşlı uşaq olsa və onun qəyyumu onun üçün torpaq sahəsi alsa, gərək onun xümsünü versin.

XÜMSÜN SƏRF OLUNMA YERLƏRİ

Məsələ: 1850. Xüms iki yerə bölünməlidir: Bir qismi seyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Amma insan İmamın (ələyhis-salam) payını təqlid etmədiyi bir müctəhidə vermək istəsə, o müctəhid, təqlid etdiyi müctəhidlə eyni tərzdə, İmamın (ələyhis-səlam) payından istifadə edərsə bu surətdə verə bilər.

Məsələ: 1851. Xüms verilən yetim seyid, fəqir olmalıdır; ancaq səfərdə yolda qalan seyid, hətta öz vətənində fəqir olmasa da, ona xüms vermək olar.

Məsələ: 1852. Səfər zamanı yolda qalan bir seyidin səfəri günah səfəri olsa və yaxud özü günahda olsa, ehtiyat-vacibə görə, ona xüms verilməməlidir.

Məsələ: 1853. Adil olmayan seyidə xüms vermək olar; amma

səh: 340

12 İmamı (ələyhis-səlam) qəbul etməyən seyidə xüms vermək olmaz.

Məsələ: 1854. Əgər günahkar seyidə xüms verilməsi, onun günahlarına kömək olarsa, ona xüms vermək olmaz. Aşkar surətdə günah edən seyidə verilən xüms, onun günah etməsinə kömək etməsə də, daha üstün nəzər budur ki, ona xüms verilməsin.

Məsələ: 1855. Əgər bir şəxs “seyidəm” desə, ona xüms vermək olmaz. Amma iki nəfər adil şəxs, onun seyid olmasını təsdiq etsələr və ya camaat arasında məhşur olsa və nəticədə insan onun seyid olmasına yəqinlik tapsa, eybi yoxdur.

Məsələ: 1856. Bir şəxs öz şəhərində seyid olması ilə məhşur olarsa, belə ki, onun seyid olmasına əmin olsa, xüms vermək olar.

Məsələ: 1857. Arvadı seyid olan bir şəxsə, ehtiyat-vacibə görə, xüms verilməməlidir ki, öz xərclərinə sərf etsin. Amma başqalarının xərci ərinə vacib olmayıb o qadına vacib olsa, və onların xərclərini təmin edə bilməsə, xümsü o qadına vermək caizdir ki, onlar üçün sərf etsin.

Məsələ: 1858. Əgər arvadı olmayan seyidə bir qadının xərcləri, insana vacib olarsa, ehtiyat-vacibə əsasən, xümsdən onun yemək, geyim və digər nəfəqeyi-vacibə olanı, verə bilməz. Bəli, nəfəqeyi-vacibəyə aid olmayan başqa şeylərə sərf etməsi üçün ona xüms verməyin maneəsi yoxdur.

Məsələ: 1859. Əgər fəqir seyidin xərcləri başqa şəxsə vacib olarsa, o şəxs də onun xərclərini təmin edə bilməsə, xüms vermək olar.

Məsələ: 1860. Ehtiyat-vacib budur ki, bir seyid fəqirə, bir illik xərclərindən artıq miqdarda xüms verilməsin.

Məsələ: 1861. Əgər insanın yaşadığı şəhərdə müstəhəq seyid tapılmasa və tapılmasına da ehtimal verilməsə; yaxud müstəhəqqin tapılmasınadək xümsü saxlamaq mümkün olmasa, onu başqa şəhərə aparıb müstəhəqlərə çatdırmalıdır. Onu aparmaq üçün lazım olan yol xərcini xümsdən götürə bilməz. Əgər xüms tələf olsa, bu halda onu saxlamaqda səhlənkarlıq edibsə, onun əvəzini verməlidir. Amma səhlənkarlıq etməmiş olsa, ona bir şey

səh: 341

vacib deyil.

Məsələ: 1862. Əgər xüms verməli olan şəxs öz şəhərində müstəhəq tapmasa və tapılmasına ehtimal versə, müstəhəq tapılanadək xümsü saxlamaq mümkün olsa da, başqa şəhərə apara bilər. Əgər onu saxlamaqda səhlənkarlıq etməsə və tələf olsa, bir şey verməməlidir. Amma xümsü aparmağın xərcini, xümsdən götürə bilməz.

Məsələ: 1863. Əgər bir şəxsin öz şəhərində müstəhəq tapılsa, yenə də xümsü başqa şəhərə aparıb müstəhəqqə çatdıra bilər. Amma bu halda, onun yol xərclərini özü verməlidir və xüms tələf olsa, hətta onu saxlamaqda səhlənkarlıq etməsə də, zamindir.

Məsələ: 1864. Əgər şəri hakimin icazəsi ilə xümsü başqa şəhərə aparsa və tələf olsa, yenidən xüms verməsi lazım deyildir. Həmçinin, əgər o şəhərdən başqa şəhərə aparmaq üçün şəri hakim tərəfindən vəkil olan şəxsə xümsü versələr, (eyni qayda ilə).

Məsələ: 1865. Əgər xümsü, malın özündən deyil başqa maldan versə, o malın həqiqi qiyməti ilə hesablanmalıdır. Əgər öz qiymətindən baha hesablasa, müstəhəqqin o qiymətə razılaşmasına baxmayaraq, artıq hesabladığı miqdarı verməlidir.

Məsələ: 1866. Müstəhəq şəxsdən alacağı olan bir şəxs, öz borcunu xümsdən hesab etmək istəsə ehtiyat-vacib budur ki, xümsü ona verdikdən sonra, müstəhəq özü, borcunu ona qaytarsın.

Məsələ: 1867. Müstəhəq şəxs, xümsü alıb onu verənə bağışlaya bilməz. Amma çoxlu miqdarda xüms borcu olan fəqir bir şəxs, xüms əhlinə də borclu olmaq istəmirsə, əgər müstəhəq, xümsü alıb yenidən ona bağışlamağa razı olsa, eybi yoxdur.

səh: 342

ZƏKATIN HÖKMLƏRİ

Point

Məsələ: 1868. Doqquz şeyə zəkat vacibdir:

1-Buğda.

2-Arpa.

3-Xurma.

4-Kişmiş.

5-Qızıl.

6-Gümüş.

7-Dəvə.

8-İnək.

9-Qoyun.

Əgər bir şəxs, bu doqquz şeydən hər hansına sahib olsa, gərək sonradan deyiləcək şərtlər daxilində, bir miqdarını müəyyən olunan yerlərə sərf etsin.

Məsələ: 1869. Dənli bitkilərdən olan “sültün” (buğdanın yumşaqlığı və arpanın xüsusiyyətində olan) və buğda kimi dənli bitkilərdən olan “ələsin” (Səna əhalisinin yemək məhsuludur) zəkatı, ehtiyat-vacibə görə verilməlidir.

ZƏKATIN VACİB OLMASININ ŞƏRTLƏRİ

Məsələ: 1870. Zəkat o halda vacib olur ki, mal (sonradan

səh: 343

deyiləcək) nisab həddinə çatsın və onun maliki həddi-büluğa çatmış, aqil və azad olsun, öz malından istifadə edə bilsin.

Məsələ: 1871. Əgər insanın 11 ay müddətində inək, qoyun, dəvə, qızıl və gümüş sahibi olsa, 12-ci ayın əvvəlində onun zəkatını verməlidir. Amma sonrakı ilin əvvəlini 12-ci ay tamam olandan sonra hesab etməlidir.

Məsələ: 1872. Əgər inək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin əsnasında həddi-büluğa çatsa, gərək ilin əvvəlini, həddi-büluğun əvvəlindən hesab etsin.

Məsələ: 1873. Buğda və arpanın zəkatı o vaxt vacib olur ki, dən bağlamış olsun. Kişmişin zəkatı ehtiyata görə, qora olanda, xurmanın da rəngi sarı və ya qırmızı olub yeyilə biləndə ehtiyata görə, zəkatı vacib olur. Amma arpa və buğdada, zəkatın verilməsi vaxtı, xərməndə samandan ayrıldığı, xurma və kişmişdə isə, quruduqları vaxtdır.

Məsələ: 1874. Əgər buğda, arpa, kişmiş və xurmanın zəkatının vacib olduğu vaxt (keçən məsələdə qeyd olundu) onların sahibi olsa, zəkatını verməlidir.

Məsələ: 1875. Əgər inək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, bütün il boyu dəlilik halında olsa, zəkat vacib deyil. Ancaq ilin müəyyən hissəsini dəli olub ilin axırında ağıllansa, dəli olduğu vaxt çox az olsa da, zəkat vacib olmur. Ağıllanmağın əvvəl vaxtını (zəkat üçün) ilin əvvəli təyin etsin.

Məsələ: 1876. Əgər inək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin bir miqdarını məst və bihuş halda olsa, zəkat ondan düşmür. Həmçinin, əgər buğda, arpa, kişmiş və xurmanın vacib olduğu vaxt, məst və ya bihuş olsa, (eyni qayda ilə).

Məsələ: 1877. Bir şəxsin qəsb etdiyi və ondan istifadə edə bilmədiyi malın zəkatı yoxdur. Həmçinin, əkini qəsb edsələr, onun zəkatı vacib olan vaxt qasbçinin əlində olsa, hər vaxt ki, sahibinə qaytarsalar, onun zəkatı yoxdur.

Məsələ: 1878. Əgər bir şəxs zəkatın vacib olduğu qızıl, gümüş və başqa şeyləri borc alsa və bir il onun yanında qalsa, zəkatını

səh: 344

verməlidir. Borc verənə isə heç nə vacib deyil.

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI

Məsələ: 1879. Buğda, arpa, xurma və kişmişin zəkatı, nisab həddinə çatdığı zaman vacib olur. Bunların nisabı, 288 Təbriz mənindən 45 misqal azdır; təqribən 847 kilo 207 qramdır.

Məsələ: 1880. Əgər zəkat verməmişdən qabaq, zəkatı vacib olan üzüm, xurma, arpa, buğdadan, özü və əhli-əyalı adi qaydadan artıq yesə, yaxud zəkat niyyəti olmadan fəqirə versələr, sərf olunan miqdarın zəkatıni verməlidir.

Məsələ: 1881. Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olandan sonra onun sahibi ölsə, zəkatını onun malından verilməlidir. Amma zəkat vacib olmamışdan qabaq ölsə, bu halda vərəsələrin hər birinin payı nisab həddinə çatsa, o öz payının zəkatını verməlidir.

Məsələ: 1882. Cameüş-şərait müctəhidin tərəfindən zəkatı yığmağa vəzifəli olan bir şəxs, xərmən vaxtı (buğda və arpanı samandan ayıldığı vaxt) və üzümün kişmiş, yaş xurmanın qurumasından sonra, zəkatı tələb edə bilər. Əgər sahibi verməsə və zəkatı vacib olan şey tələf olub aradan getsə, əvəzini verməlidir.

Məsələ: 1883. Əgər xurma, üzüm ağaclarını, yaxud buğda və arpa əkin sahələrinə malik olandan sonra zəkat vacib olsa; məsələn: xurma onun mülkündə sarı və qırmızı olsa, zəkatını verməlidir.

Məsələ: 1884. Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olandan sonra əkini və ağacı satarsa, satıcı onun zəkatını verməlidir.

Məsələ: 1885. Əgər insan buğda, arpa, xurma və üzüm alıb, satıcının onların zəkatlarını verdiyini bilsə, yaxud verib-verməməsində şəkk etsə, ona heç nə vacib deyil. Amma zəkatı vermədiyini bilsə, bu halda cameüş-şərait müctəhid, zəkatı

səh: 345

alıcıdan ala bilər və müamilənin səhihliyi şəriət hakiminin icazəsinə bağlı deyil. Həmçinin satıcı və ya alıcı o, miqdarın qiymətini versə müamilə səhihdir. Əgər onun qiymətini alıcı satıcıya vermiş olsa, geri alıb və müstəhəqqinə verə bilər.

Məsələ: 1886. Əgər buğda, arpa, xurma və kişmişin yaş olan vaxtdakı çəkisi nisab həddinə çatsa, (288 məndən 45 misqal aza) amma quruyandan sonra bu miqdardan az olsa, zəkat vacib deyil.

Məsələ: 1887. Əgər bir şəxs buğdadan və arpadan, xurmanı qurumamışdan qabaq istifadə etsə, quruyanda nisab həddinə çatacaqdısa, gərək zəkatın versin.

Məsələ: 1888. Təzəliyi vaxtı yeyilən xurma, əgər qaldıqda çox azalarsa və ya quruyandan sonra ona xurma deyilməzsə, nisab həddinə 288 məndən 45 misqal aza çatsa, zəkatı vacibdir.

Məsələ: 1889. Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş, bir neçə il insanın əlində qalsa, üstünə zəkat gəlmir.

Məsələ: 1890. Əgər buğda, arpa, xurma və üzüm çay, yaxud yağış suyundan suvarılsa və ya Misirdə olduğu kimi, yerin rütubətindən (suvarılmağa ehtiyacı olmadan) məhsul verərsə, zəkatı, məhsulun onda biri qədərdir. Əgər vedrə, su motoru və s. kimi vasitələrlə, (hal-hazırda mövcud olan dərin, yaxud nisbətən dərin quyulardan) suvarılarsa, zəkatı məhsulun iyirmidə biri qədərdir. Əgər məhsul, torpağın bir hissəsindən yağış, çay suyu və yerin rütubətindən istifadə edilərək, elə həmin miqdar da vedrə, su motoru və s. kimi vasitələrlə suvarılaraq əldə edilirsə, birinci yarısının zəkatı onda bir, ikincinin zəkatı iyirmidə birdir. Yəni, bütün məhsulun qırx hissəsindən üç hissəsini, zəkat kimi verməlidir.

Məsələ: 1891. Əgər buğda, arpa, xurma və üzüm həm yağış və çay suyundan, həm də vedrə, motor və s. kimi şeylərdən istifadə edilərək suvarılarsa, bu halda camaat arasında “yağış suyu ilə deyil, motor və vedrə ilə suvarılıb”, desələr, onun zəkatı iyirmidə birdir. Əgər camaat arasında “vedrə ilə deyil, yağış suyu ilə suvarılıb” deyilsə, zəkatı onda birdir. Əgər (yağış, çay, vedrə,

səh: 346

motorla suvarılıb deyilməsə, bunların hər ikisi ilə suvrarılıb deyilsə, onun zəkatı qırxda üçdür. Əgər (ürf) camaat arasında deyilənin doğruluğunda şəkk etsə və ya suvarmanın yağış və çay suyu ilə olması, vedrə və motorla suvarmaqdan çox olsa, ehtiyat-vacibə görə, zəkatı onda bir versin.

Məsələ: 1892. Əgər suvarılması yağış suyu ilə, yaxud vedrə ilə bərabər şəkildə olmasında və ya yağış suyunun çox olmasında şəkk olsa, yarsını iyirmidə bir, ikinci yarsını isə, onda bir qədər zəkat verə bilər. Ehtiyat-müstəhəb budur ki, onda bir qədər verilsin.Əgər onların suvarılmasını bir həddə olmasında şəkk etsə və ya vedrə ilə suvarmaq çox olarsa, onarın hamısını, iyirmidə bir verə bilər. Ehtiyat-müstəhəb budur ki, onda bir qədər verilsin.

Məsələ: 1893. Əgər buğda, arpa və üzüm, yağış yaxud çay suyu ilə suvarılsa və vedrə, motor kimi şeylərə ehtiyac olmasa, eyni zamanda vedrə ilə suvarılsa da, vedrə ilə suvarmanın məhsulun artımında təsiri olmasa, onun zəkatı onda birdir. Əgər vedrə və bu kimi şeylərlə suvarılsa və çay, yağış suyuna ehtiyacı olmasa, çay və yağış suyu ilə də suvarılsa, amma məhsulun artımında yağış və çay suyunun təsiri olmasa, zəkatı iyirmidə birdir.

Məsələ: 1894. Əgər müəyyən əkin sahəsi, vedrə və bu kimi vasitə ilə suvarılsa və onun yanında olan sahədə də əkilən əkin sahəsi həmin yerin rütubətini cəzb edib, daha suvarılmasına ehtiyac olmasa, ehtiyat-vacib budur ki, vedrə ilə suvarılan əkin sahəsinin zəkatı iyirmidə bir, onun yanında olan əkin sahəsənin isə zəkatı onda birdir.

Məsələ: 1895. Arpa, buğda, xurma və üzüm nisab həddinə çatsa, onlar üçün xərclədiyi, hətta o əkinə görə azalan ləvazimat və paltarların qiymətini, onlardan azaldıb və qalan hissəsinin zəkatını versin.

Məsələ: 1896. Əkin üçün istifadə etdiyi toxum özünün olarsa, o miqdarı məhsuldan azalda bilər. Əgər alsa, onun üçün xərc etdiyi miqdarı xərclərinin bir hissəsi hesab edib ondan çıxsın.

səh: 347

Məsələ: 1897. Əgər əkin yeri və əkinçilik avadanlıqları, yaxud bu ikisindən biri, şəxsin öz mülkü olsa, onların kirayəsini xərclərdən hesab etməməlidir. Həmçinin, özünün yaxud başqasının pulsuz gördüyü işlər üçün, məhsuldan bir şey çıxmamalıdır.

Məsələ: 1898. Əgər bir şəxs üzüm və ya xurma ağacını alsa, onun qiyməti xərclərdən deyil. Amma xurmanı və ya üzümü yığımdan əvvəl alsa və zəkat müştərinin mülkündə ona vacib olsa ona verdiyi pulu çıxartsın. Amma zəkat satıcının mülkündə vacib olsa pul verib onları alsa çıxa bilməz.

Məsələ: 1899. Əgər bir nəfər müəyyən torpaq sahəsi alıb buğda və ya arpa əksə, yerin alınması üçün verilən pul, xərclərdən hesab olunmur. Amma əkin sahəsini, zəkat vacib olmamışdan qabaq alsa, onun alınmasına verdiyi pulu, xərclərdən hesab edib məhsuldan çıxa bilər. Əldə edilən samanın qiymətini isə, əkin sahəsi üçün verdiyi puldan çıxmalıdır; məsələn: əgər əkin sahəsini 500 tümənə alsa və onun samanının qiyməti alınan vaxt 100 tümən olsa, yalnız 400 tüməni xərclərdən hesab edə bilər.

Məsələ: 1900. Bir şəxs əkinçiliyə lazım olan heyvan və başqa texniki avadanlığ olmadan əkinçilik edə bilərsə, əgər onları alsa, gərək onları almaq üçün xərc etdiyi pulları, xərclərindən hesab etməsin.

Məsələ: 1901. Bir şəxs əkinçiliyə lazım olan heyvan və başqa texniki avadanlığ olmadan əkinçilik edə bilmirsə, əgər onları alsa və əkinə görə onların hamısı əkinçilik vasitəsi ilə xarab olarsa, onların bütün qıymətlərini xərclərindən hesab edə bilər. Əgər onlardan bir miqdar azalarsa və ya azalmazsa o miqdarı xərclərindən hesab edə bilməz.

Məsələ: 1902. Əgər bir torpaqda arpa, buğdadan əlavə zəkatı vacib olmayan düyü və lobya kimi şeylər də əkilsə, əgər niyyəti əkindən zəkatı olmayan şeylər olsa və sonradan zəkatı olanlardan əksə, xərclərini birindən hesab edə bilməz, gərək nisbət etibarı ilə hesablansın. Əgər əkindən niyyəti, zəkatı olan şeylər olsa və

səh: 348

sonradan zəkatı olmayanlardan əksə, bütün xərclərini nisbət etibarı ilə hesab edib məhsuldan çıxa bilər.

Məsələ: 1903. Əgər şumlamağa, yaxud bir neçə il əkinçilik üçün faydalı olan işlərə xərc etsə, əgər birinci il üçün olsa ki, əkinin ona ehtiyacı var, sonrakı illər üçün də faydalı olmasına baxmayaraq, onun xərclərini, birinci ilin gəlirindən azalda bilər. Əgər bir neçə il üçün faydalı olsa, onun xərclərini bir neçə ilə bölsün.

Məsələ: 1904. Əgər insanın, fəsilləri bir-biri ilə fərqlənən və əkin məhsulları və meyvəsi eyni vaxtda hasil olmayan bir şəhərdə buğda, arpa, xurma, yaxud üzümü olsa, onların hamısı bir ilin məhsulu hesab olunduğu təqdirdə, birinci yetişən şey nisab (288 məndən 45 misqal az) həddinə çatsa, onun zəkatını yetişdiyi vaxt versin. Qalanlarının zəkatını isə, gərək yetişdiyi vaxtlarında versin. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, bu halda sonradan əldə olunan məhsullarla birlikdə nisab həddinə çatmasına yəqini olsa, yenə də yetişənlərin zəkatını həmin vaxtda, qalanlarını isə, yetişdikləri vaxtda vermək vacibdir. Əgər hamısının birlikdə nisab həddinə çatacağına yəqini olmasa, bu halda qalanlarının da yetişməsini gözləməlidir; əgər üst-üstə nisab həddinə çatarsa, zəkatı vacibdir. Əks halda isə, vacib deyil.

Məsələ: 1905. Əgər üzüm və ya xurma ağacı bir ildə iki dəfə meyvə versə, birlikdə nisab həddinə çatsa, ehtuyata əsasən, onun zəkatı vacibdir.

Məsələ: 1906. Əgər bir miqdar təzə xurma və ya üzümü vardır ki, onların da qurumuşları nisab həddinə çatırsa, bu halda zəkat niyyətilə onların təzəsindən quruduqda, ona vacib olan zəkat miqadarında olacaq miqdarda zəkata sərf etsə, eybi yoxdur.

Məsələ: 1907. Əgər bir şəxsə quru xurma və ya kişmişin zəkatı vacib olsa, onun zəkatını təzə xurma və ya təzə üzümdən verə bilməz. Həmçinin, təzə xurma və ya təzə üzümün zəkatı ona vacib olan halda, zəkatını quru xurma və ya kişmişdən verə bilməz. Amma bunlardan birini, yaxud başqa bir şeyi zəkatın dəyər

səh: 349

qiyməti niyyəti ilə versə, maneəsi yoxdur.

Məsələ: 1908. Həm borclu, həm də zəkatı vacib olan malı olan bir şəxs ölərsə, əvvəlcə zəkatı vacib olan malın hamısının zəkatını verməli, sonra isə onun borclarını qaytarmalıdırlar.

Məsələ: 1909. Həm borclu olan, həm də buğda arpa və xurma, üzümü olan bir şəxs ölsə və onların zəkatı vacib olmamışdan qabaq vərəsələri onun borclarını başqa maldan versələr, bu halda hər birinin payı nisab həddinə (288 məndən 45 misqal aza) çatsa, zəkatını verməlidir. Əgər onların zəkatı vacib olmamışdan qabaq ölənin borcunu verməsələr, bu halda meyyitin malı təkcə borcları miqdarında olsa, onların zəkatını vermələri vacib deyil. Əgər meyyitin malı borclarından artıq olsa, bu halda əgər onun borclarını verəcəkləri təqdirdə, bir miqdar buğda, arpa, xurma, kişmişi də borc sahibinə verməli olacaqlarsa, borc sahibinə verdiklərinin zəkatı yoxdur. Yerdə qalanlar da vərəsələrindir; hər birinin payı nisab həddinə çatsa, zəkatını verməlidir.

Məsələ: 1910. Əgər zəkatı vacib olan buğda, arpa, kişmiş və xurmanın həm yaxşısı, həm də pisi olsa, ehtiyat-vacib budur ki, hər birinin zəkatını onun özündən (yaxşıların zəkatını yaxşıdan, pislərinkini pisdən), versin. Daha yaxşı olar ki, hamısının zəkatını yaxşıdan versin.

QIZILIN NİSABI

Məsələ: 1911. Qızılın iki nisab həddi vardır:

Birincisi: İyirmi şəri misqaldır hər misqal, 18 noxud miqdarındadır; əgər qızılın miqdarı 20 şəri misqala (15 adi misqala) çatsa, lazım olan sair şərtlər də mövcud olarsa, onun qırxda birini (9 noxud) zəkat verməlidir. Əgər bu həddə çatmasa, zəkatı vacib deyil.

İkincisi: Dörd şəri misqaldır ki, üç adi misqala bərabərdir. Deməli, əgər 15 (adi) misqala üç (adi) misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatını qırxda birini verməlidirlər. Əgər üç

səh: 350

misqaldan az olsa, təkcə 15 misqalın zəkatı verilməlidir. Onun artıq qalan hissəsinin zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarı getsə, yəni üç misqal-üç misqal artsa, (15, 18, 21, 24), onların hamısının zəkatı verməlidirlər. Əgər üç misqaldan az əlavə olunsa, artan hissənin zəkatı yoxdur.

GÜMÜŞÜN NİSABI

Məsələ: 1912. Gümüşün iki nisabı vardır:

Birincisi: 105 adi misqaldır. Əgər gümüş 105 adi misqala çatsa, qadaqda deyilən sair şərtlər də mövcud olsa, insan onun qırxda birini (2 misqal və 15 noxud) zəkat verməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.

İkincisi: 21 misqaldır. Yəni, 105 misqala 21 misqal əlavə olunsa, bütün 126 misqalın zəkatı qeyd olunduğu kimi verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, təkcə 105 misqalın zəkatı verilməlidir. Artıq qalan hissənin zəkatı yoxdur. Həmçinin, bu qayda ilə nə qədər yuxarı getsə (yəni, 21-21 misqal əlavə olunsa), hamısının zəkatı verilməlidir. Amma əlavə olunan miqdar 21 misqaldan az olsa, zəkatı yoxdur. Deməli, əgər insan malik olduğu qızıl və gümüşün qırxda birini zəkat versə, ona vacib olan zəkatı ödəmiş olur. Bəzi hallarda isə, vacib olan miqdardan artıq vermiş olur; məsələn, 110 misqal gümüşü olan bir şəxs, onun qırxda birini zəkat versə, onun 105 misqalının vacib olan zəkatını vermişdir. Qalan beş misqal üçün də verdiyi bir miqdar, vacib deyildir.

Məsələ: 1913. Qızılı və ya gümüşü nisab halına çatan bir şəxs, onun zəkatını versə də, birinci nisabdan azalmadıqca, hər il onun zəkatını verməlidir.

Məsələ: 1914. Qızıl və gümüşün zəkatı o vaxt vacib olur ki, sikkə vurulmuş və onunla al-ver yayılıb tanınmış olsun. Əgər onun sikkəsi aradan getmiş olsa da, zəkatı verilməlidir.

Məsələ: 1915. Qadınların bəzək üçün istifadə etdikləri sikkəli

səh: 351

qızıl və gümüş, hətta əgər onunla al-ver etmək geniş şəkildədirsə onun zəkatı vacib deyil. Əgər zəkatdan boyun qaçırmaq olmazsa və onlara ehtiyacı olarsa gərək zəkatını versin. Əgər onların müamiləsi rəvacdan düşübsə, amma qızıl və gümüş pul deyilirsə ehtiyat-vacib budur ki, onun zəkatını versin.

Məsələ: 1916. Bir şəxsin qızılı və gümüşü olsa və heç biri nisab həddinə çatmasa; məsələn, 104 misqal gümüşü və 14 misqal qızılı olsa, ona zəkat vacib deyil.

Məsələ: 1917. Əvvəldə qeyd olunduğu kimi, qızıl və gümüşün zəkatı o vaxt vacib olur ki, insan 11 ay müddətində nisab həddində olanlara malik olsun. Əgər 11 ay içində onun qızıl və gümüşü nisab həddindən azalsa, ona zəkat vacib deyil.

Məsələ: 1918. Əgər 11 ay içində malik olduğu qızıl və gümüşü başqa qızıl və gümüşlə, yaxud başqa şeylə dəyişdirsə, və ya əritsə, zəkat vacib olmaz. Amma zəkat verməkdən boyun qaçırmaq üçün bu işləri görsə, ehtiyat-müstəhəb budur ki, zəkatını versin.

Məsələ: 1919. Əgər qızıl və gümüş pulunu 12-ci ayda əritsə, zəkatını verməlidir. Əgər əritməklə onların çəkisi, yaxud qiyməti azalsa, əridilməmişdən qabaq vacib olan zəkatı verməlidir.

Məsələ: 1920. Əgər qızıl və gümüşünün həm yaxşısı, həm də pisi olsa, hər birinin zəkatını onun özündən (yaxşının zəkatını yaxşıdan, pisinkini pisdən) verə bilər. Amma yaxşı olar ki, hamısının zəkatını yaxşı qızıl və yaxşı gümüşdən versin. Amma ehtiyat-vacib budur ki, onların hamısının zəkatını pis qızıl və pis gümüşdən verməsin.

Məsələ: 1921. Adi qaydadan artıq başqa metallarla qarışan (qızıl və gümüşün xalisi nisab həddinə çatarsa, onun zəkatı verilməlidir. Əgər onun xalisinin nisab həddinə çatıb-çatmamasında şəkk etsə, ehtiyat-vacibə görə, onun xalisinin miqdarını təyin etsin. Əgər zərər etməzsə təyin etməzdən qabaq zəkatın öhdəsin götürülməsi niyyəti ilə verə bilər.

Məsələ: 1922. Əgər malik olduğu qızıl və gümüş adi qaydada başqa metallarla qarışıq olsa, onun zəkatını adi haldan artıq qarışıq

səh: 352

olan başqa qızıl və gümüşdən verə bilməz. Amma onda (verdiyində) xalis qızıl və gümüşün, zəkatın vacib olan miqdarında olmasına yəqini olasa, eybi yoxdur.

DƏVƏ, İNƏK, VƏ QOYUNUN ZƏKATI

Məsələ: 1923. Dəvə, inək və qoyunun zəkatda qeyd olunan şərtlərdən əlavə, iki şərti də var:

1-Həmin heyvanlar bütün il boyu işsiz olsunlar. Əgər il boyunca 1-2 gün işlədilsə, onun zəkatı vacibdir.

2-Bütün il boyu çölün otlarından yesin. Deməli, əgər bütün ili, yaxud ilin müəyyən müəddətində biçilmiş otdan, onların malikinin, yaxud başqasının mülkü olan əkin yerindən otlasa, zəkatı yoxdur. Amma il boyunca 1-2 gün malikinin otundan yesə, ehtiyata əsasən, onun zəkatı vacibdir.

Məsələ: 1924. Əgər insan öz inəyi, dəvəsi və qoyunu üçün heç kəsin əkmədiyi bir otlaq alsa yaxud icarə etsə və ya orada otarmaq üçün vergi versə, gərək zəkatını versin.

DƏVƏNİN NİSABI

Məsələ: 1925. Dəvənin 12 nisabı vardır:

1). 5 baş dəvə; onun zəkatı bir qoyundur. Nə qədər ki, dəvələrin sayı beşə çatmayıb, zəkatı yoxdur.

2). 10 baş dəvə; zəkatı iki qoyundur.

3). 15 baş dəvə; zəkatı üç qoyundur.

4). 20 baş dəvə; zəkatı dörd qoyundur.

5). 25 baş dəvə; zəkatı beş qoyundur.

6). 26 baş dəvə; zəkatı iki yaşına daxil olmuş bir dəvədir.

7). 36 baş dəvə; zəkatı üç yaşına daxil olan bir dəvədir.

8). 46 baş dəvə; zəkatı dörd yaşına daxil olmuş bir dəvədir.

9). 61 baş dəvə; zəkatı beş yaşına daxil olmuş bir dəvədir.

səh: 353

10). 76 baş dəvə; zəkatı üç yaşına daxil olmuş iki dəvədir.

11). 91 baş dəvə; zəkatı dörd yaşına daxil olmuş iki dəvədir.

12). 121 baş dəvə və ondan yuxarıdır ki, 40-40 hesab olunmalıdır. Hər 40 başın zəkatı üç yaşına daxil olmuş bir dəvədir; yaxud 50-50 hesablanmalıdır ki, hər 50 dəvənin zəkatı dörd yaşına daxil olmuş bir dəvədir. Yaxud 40-50, 40-50 hesab etməlidir. Amma elə hesab olunmalıdır ki, bir şey qalmasın; qalsa da 9-dan artıq olmasın; məsələn: əgər bir nəfərin 140 dəvəsi olsa, 100 dəvə üçün dörd yaşına daxil olmuş iki dəvə, 40 dəvə üçün üç yaşına daxil olmuş dəvə verməlidir. Zəkatda verilən dəvə, dişi olmalıdır.

Məsələ: 1926. İki nisab arasında olan say üçün zəkat vacib deyil. Deməli, əgər dəvələrin sayı birinci nisabdan (beşdən) keçib, ikinci nisaba (ona) çatmasa, təkcə 5 dəvənin zəkatını verməlidir. Sair nisablarda da eyni qayda ilə.

İNƏYİN NİSABI

Məsələ: 1927. İnəyin iki nisabı vardır:

1-Otuzdur: inəklərin sayı 30-a çatanda qeyd olunan şərtlərə malik olarsa, iki yaşına daxil olmuş bir dana zəkat verilməlidir.

2-Qırxdır: onun da zəkatı üç yaşına daxil olmuş dişi danandır. 30-la 40 arasında olanların zəkatı vacib deyil; məsələn: bir şəxsin 39 inəyi olsa, yalnız 30-un zəkatını verməlidir. Həmçinin əgər 40-dan artıq inəyi olsa, nə qədər ki, 60-a çatmayıb yalnız 40-ın zəkatını verməlidir. 60-a çatandan sonra, birinci nisab ikiqat olduğundan, iki baş iki yaşına daxil olmuş dana verməlidir. Həmçinin, yuxarı getdikcə ya 30-30, ya 40-40, ya da 30-40-la hesablanmalı, qeyd olunan göstərişə əsasən, zəkatını verməlidir. Elə hesab edilməlidir ki, bir şey qalmasın; qalsa da 9-dan artıq olmasın; məsələn: əgər 70 baş inəyi olsa, 30-40-la hesab etməlidir. 30 baş üçün 30-un, 40 baş üçün 40-ın zəkatını verməlidir. Çünki, əgər 30-30 hesab etsə, 10 baş inək zəkatsız qalır.

səh: 354

QOYUNUN NİSABI

Məsələ: 1928. Qoyunun beş nisabı var:

1). 40 baş qoyun; zəkatı bir qoyundur. Qoyunların sayı 40-a çatmayınca, zəkat vacib deyil.

2). 121 baş qoyun; zəkatı 2 qoyundur.

3). 201 baş qoyun; zəkatı 3 qoyundur.

4). 301 baş qoyun; zəkatı 4 qoyundur.

5). 400 baş və ondan artıqdır ki, onları yüz-yüz hesab etməli, hər yüz baş üçün bir qoyun verməlidir. Zəkatı, qoyunların özündən verməsi lazım deyil. Hətta başqa qoyun da, yaxud onun qiymətinə uyğun pul versə, kifayətdir.

Məsələ: 1929. İki nisab arasında olanlar üçün zəkat vacib deyil. Deməli, əgər bir şəxsin qoyunlarının sayı birinci nisab olan 40-dan artıq olub 121 olan ikinci nisaba çatmasa, təkcə 40 başın zəkatını verməlidir. Ondan artıq qalanın zəkatı yoxdur. Sonrakı nisablarda da eyni qayda ilə.

Məsələ: 1930. Nisab həddinə çatan dəvə, inək və qoyunun zəkatı vacibdir. İstər hamısı erkək olsun, istərsə də dişi, yaxud bəzisi erkək olsun, bəzisi dişi.

Məsələ: 1931. Zəkatda inəklə camış, ərəb dəvəsi ilə qeyri-ərəb dəvəsi, keçi ilə qoç və şişək zəkatda eyni cinsdən hesab olunur və bir-birilə fərqi yoxdur.

Məsələ: 1932. Əgər zəkat üçün qoyun versə, ən azı iki yaşlı, keçi versə, üç yaşına daxil olmuş olmalıdır.

Məsələ: 1933. Zəkat kimi verilən qoyunun qiyməti, sair qoyunlardan azacıq az olsa, eybi yoxdur. Amma daha yaxşı olar ki, qiyməti sair qoyunların qiymətindən çox olanı zəkat kimi versin. Həmçinin, inək və dəvədə də eyni qayda ilə.

Məsələ: 1934. Əgər bir neçə nəfər şərik olsalar, hər birinin payı birinci nisab həddinə çatsa, zəkatını verməlidir. Payı birinci nisab həddindən az olan şəxsə, zəkat vacib deyil.

Məsələ: 1935. Əgər bir nəfərin bir neçə yerdə inəyi, dəvəsi,

səh: 355

yaxud qoyunu olsa və üst-üstə nisab həddinə çatsalar, onların zəkatını verməlidir.

Məsələ: 1936. Əgər inək, dəvə, yaxud qoyunların içərisində xəstə, yaxud eyblisi də olsa, zəkatlarını verməlidir.

Məsələ: 1937. Əgər bir şəxsin inək, dəvə, qoyunlarının hamısı xəstə, yaxud eybli və ya qoca olsalar, hər birinin zəkatını onların özündən verə bilər. Amma hamısı sağlam, eybsiz və cavan olsalar zəkatlarını xəstə, eybli və qocalardan verə bilməz. Hətta əgər onların bəziləri sağlam, bəziləri xəstə; bəziləri eybli və bəziləri isə eybsiz; bəziləri qoca və bəziləri cavan olsalar da, ehtiyat-vacib budur ki, onların zəkatını sağlam, eybsiz və cavanlardan versin.

Məsələ: 1938. Əgər 11-ci ay tamam olmamışdan qabaq qoyun, inək və dəvələrini başqa şeylə dəyişsə, yaxud nisab miqdarında olanları həmin cinsdən olan nisab miqdarında dəyişsə; məsələn: 40 qoyun verib başqa 40 qoyun alsa, onun zəkatı vacib deyil.

Məsələ: 1939. İnək, qoyun, dəvənin zəkatını verməli olan bir şəxs, onların zəkatını başqa maldan versə, nə qədər ki, onların sayı nisabdan azalmayıb, hər il zəkatını verməlidir. Əgər onların özündən versə və birinci nisabdan azalsa, ona zəkat vacib deyil; məsələn, bir nəfərin 40 qoyunu olsa və zəkatını başqa malından versə, nə qədər ki, onun qoyunları 40-dan azalmayıb, hər il bir qoyun verməlidir; əgər onların özündən versə, nə qədər ki, 40-a çatmayıbdır, zəkat ona vacib deyildir.

ZƏKATIN SƏRF OLUNMA YERLƏRİ

Məsələ: 1940. İnsan zəkatı 8 yerə sərf edə bilər:

1-Fəqirə. (Fəqir özünün və ailəsinin illik xərclərini təmin edə bilməyən kəsdir. Sənət və ya mülk yaxud da sərmayəsi olan şəxs, sərmayənin mənfəətlərindən öz illik xərclərini təmin edə bilirsə, fəqir deyil).

2-Miskinə. (Miskin, vəziyyəti fəqirdən də ağır olan kəsdir).

3-İmamın (ələyhis-səlam), yaxud onun naibinin tərəfindən zəkatı

səh: 356

yığıb saxlamağa onun mühasibəçisinə, onu İmama (ələyhis-səlam), yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə.

4-Zəkat verilərsə İslam dininə yönələn, yaxud müharibədə müsəlmanlara kömək edən kafirlərə, həmçinin zəkat verilərsə, imanları güclənən zəif imanlı müsəlmanlara.

5-Qulların alınıb azad olunmasına.

6-Öz borcunu verə bilməyən borclulara. (Bu şərtlə ki, o borcu günah işdə sərf etməmiş olsun.)

7-Allah yolunda. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi vəs-səlləm) tərəfindən yerinə yetirməsinə şövqləndirilmiş ümumi dini mənfəəti olan işlər yəni məscid və dini elmlərin tədris olunması üşün mədrəsə tikmək, səfərdə olanlar və ziyarətçilərin sığınması üçün mənzil tikmək, yetimlər evi tikmək, dini şüarları yüksəltmək, dini kitabları çap etmək, islam müarifini yaymaq, möminlərin arasında olan qalmaqalı aradan qaldırmaq (mal sərf olunması bahasına olsa da). Ümumiyyətlə qürbət qəsdi ilə yerinə yetirə bilinən hər xeyir iş şəhərin nəzafəti, yolların asfalt olunması və genişləndirilməsi, cəmiyyətin ümumi xeyri üçün körpü tikmək. Həmçinin, islama xeyri olan hər hansı bir iş; məsələn: islami elm hövzəsindən fəsadı dəf etmək, mümkün olan hər vasitə ilə müqəddəs dini yaymaq.

8-“İbnüs-səbil”-ə. Yəni, səfərdə (müəyyən səbəbə görə) çarəsiz yolda qalan şəxs. Bunların hökmləri, sonrakı məsələdə deyiləcək.

Məsələ: 1941. Ehtiyat-müstəhəb budur ki, fəqir və miskin, zəkatdan özünün və əhli-əyalının illik xərclərindən artıq götürməsin. Əgər müəyyən miqdarda pul və yaxud malı varsa, bu halda illik xərclərinin çatmayan miqdarını götürməlidir.

Məsələ: 1942. Əgər bir şəxsin illik xərcləri qədər malı olsa və bu miqdarı sərf etdikdən sonra yerdə qalanının illik xərclərinə çatıb-çatmayacağında şəkk etsə, zəkat ala bilməz.

Məsələ: 1943. Qazancı illik xərclərindən az olan sənətkar, yaxud mülk sahibi, yaxud tacir öz xərclərinin kəsiri üçün zəkat ala bilər. Özünün iş avadanlıqlarını, əmək alətini, mülkünü, yaxud

səh: 357

sərmayəsini, xərclərinə sərf etməsi lazım deyil.

Məsələ: 1944. Özünün və ailəsinin bir illik xərcini təmin edə bilməyən bir fəqirin, öz mülkü olan bir evi varsa və orada oturubsa, yaxud minik heyvanı varsa, əgər bunlarsız yaşaya bilməzsə, hətta abırının hifz olunması üçün də olsa, zəkat ala bilər. Həmçinin, ehtiyacı olduğu ev əşyaları, qab-qacaq, qış və yay paltarları və sair şeyləri də bu qayda ilə. Əgər fəqir qeyd olunlara malik olmasa və onlara ehtiyacı olsa, zəkatdan ala bilər.

Məsələ: 1945. Müəyyən peşəni, sənəti öyrənmək ona çətin olmayan bir fəqir, öyrənməyi də çox bir müddət tutmazsa, zəkatla güzəranını təmin edə bilər. Nə qədər ki, öyrənməyə məşğuldur, zəkat ala bilər.

Məsələ: 1946. Əvvələr fəqir olan və “fəqirəm” deyən bir şəxsin sözündən əminlik hasil olmasa da, ona zəkat vermək olar.

Məsələ: 1947. Əgər bir şəxs “fəqirəm” desə və əvvələr fəqir olmasa, sözündən əminlik hasil olmasa ehtiyat-vacib budur ki, ona zəkat verilməsin. Amma əvvəl fəqir olması məlum olmasa, “fəqirəm” desə bu halda onun sözündən əminlik hasil olmazsa, düz dediyinə güman etməsədə zəkat verə bilər.

Məsələ: 1948. Zəkat verməli olan bir şəxsin fəqirdə borcu olsa, ona verməli olduğunu əgər günahda istifadə etməmişsə zəkatdan hesab edə bilər.

Məsələ: 1949. Əgər fəqir şəxs ölsə və onun malı borcuna çatmasa, insan, ona vermiş olduğu borcu zəkatdan hesab edə bilər. Əgər onun malı borcu miqdarında olsa, amma vərəsəsi onun borcunu verməsə, yaxud başqa səbəblərə görə insan öz borcunu ondan ala bilməsə, ona verdiyi borcu zəkatdan hesab edə bilər.

Məsələ: 1950. İnsanın fəqirə zəkat kimi verdiyi şeyin zəkat olduğunu deməsi lazım deyil. Əgər onun zəkat olduğunu bilsəydi qəbul edəcəyini bilsin. Fəqir xəcalət çəkməsin deyə, müstəhəbdir ki, “peşkəş” adı ilə versin. Amma gərək zəkat niyyəti ilə versin və fəqirin malı ümumi şəkildə, zəkatda olsa qəbul etdiyini bilsin. Əgər zəkatı qəbul etmədiyini bilərsə ehtiyat-vacib budur ki, zəkatı

səh: 358

ona verməsin.

Məsələ: 1951. Əgər bir şəxsin fəqir olduğuna inanaraq ona zəkat versələr və sonra fəqir olmadığı məlum olsa; yaxud məsələni bilməməzlik üzündən fəqir olmadığını bildiyi bir şəxsə zəkat versələr, ona verdikləri şey qalırsa geri almalıdırlar. Onu alan şəxs, zəkat olduğunu bilibsə, gərək insan əvəzini ondan alıb və müstəhəqqə çatdırılsın. Əgər zəkat olduğunu bilməyibsə, onda bir şey ala bilməz. Gərək öz malından zəkatı müstəhəqqə versin.

Məsələ: 1952. Borclu olan və öz borcunu verə bilməyən şəxs, hətta illik xərclərini təmin edə bildiyi halda da öz borcunu vermək üçün zəkat ala bilər. Amma gərək borc etdiyi malı günah yolunda xərcləməmiş olsun. Əgər günah üçün xərcləmiş olsa, o günahdan tövbə etmiş olsun. Günah edib tövbə etməmişsə, borcluların payından ona vermək olmaz. Amma fəqirlərin payından ona vermək olar.

Məsələ: 1953. Əgər insan borclu olan və borcunu verə bilməyən bir şəxsə zəkat verib, sonradan borcunu günah üçün xərclədiyini bilsə, bu halda o borclu şəxs fəqirdirsə, ona verdiklərini zəkat hesab edə bilər. Əgər o, günahdan tövbə etməmiş olsa, ehtiyat-vacibə görə, ona veriləni zəkatdan hesab etməməlidir.

Məsələ: 1954. Borclu olan və öz borcunu verə bilməyən şəxs, hətta fəqir olmasa da, insan ona verdiyi borcu zəkatdan hesab edə bilər.

Məsələ: 1955. Səfərdə olanın xərcliyi qurtarsa, yaxud minik vasitəsi xarab olsa, onun səfəri günah üçün deyilsə və borc almaqla, yaxud bir şeyini satmaqla özünü mənzilə çatdıra bilməsə, hətta öz vətənində fəqir olmasa da, zəkat ala bilər. Amma başqa bir yerdən borc etmək, yaxud bir şey satmaqla səfər xərcini (adına uyğun və zəhmətə düşmədiyi şəkildə) təmin edə bilərsə, yalnız həmin yerə çatması üçün lazım olan qədər zəkat ala bilər.

Məsələ: 1956. Səfərdə olan şəxs yolda çarəsiz qalıb, zəkat götürsə, vətəninə çatdıqdaq sonra zəkatdan artıq qalsa, qalan

səh: 359

miqdarı cameüş-şərait müctəhidə verib zəkat olmasını deməlidir.

ZƏKATA MÜSTƏHƏQ OLAN ŞƏXSLƏRİN ŞƏRTLƏRİ

Məsələ: 1957. Zəkatı alan şəxs 12 İmam (ələyhimus-səlam) şiəsi olmalıdır. Əgər insan bir nəfərin şiə olduğunu bilib ona zəkat versə, sonradan şiə olmadığı məlum olsa, gərək yenidən 1951-ci məsələdə deyildiyi kimi, zəkat versin.

Məsələ: 1958. Əgər şiə olan uşaq, yaxud dəli fəqir olsa, insan onun qəyyumuna bu məqsədlə zəkat verə bilər ki, o, verdiyini uşağın və ya dəlinin mülkünə keçirsin.

Məsələ: 1959. Əgər uşağın və ya dəlinin qəyyumunu tapa bilməsə, özü yaxud əmanətdar şəxsin vasitəsilə öz zəkatını uşağa və ya dəliyə xərcləyə bilər. Zəkatı onlara xərclədiyi zaman, zəkat niyyəti etməlidir.

Məsələ: 1960. Dilənçilik edən fəqirə, zəkat vermək olar. Amma zəkatı günah yolunda sərf edənə zəkat vermək olmaz.

Məsələ: 1961. Böyük günahları aşkar surətdə edənlərə, zəkat verməmək günahı tərk etməsinə səbəb olacağsa zəkat verilməməlidir.

Məsələ: 1962. Borclu olan və borcunu ödəyə bilməyən bir şəxsə, onun xərclərinin insana vacib olmasına baxmayaraq, borcunu ödəməsi üçün ona zəkat verə bilər. Əgər borc insanın nəfəqəsinə nisbətən vacibi-nəfəqə olsa verə bilməz.

Məsələ: 1963. İnsan, xərcləri özünə vacib olan şəxslərə övlad kimi zəkatını verə bilməz. Amma onların xərclərini verməsə, başqaları onlara zəkat verə bilərlər.

Məsələ: 1964. Əgər insan öz oğluna zəkat versə ki, (o da öz növbəsində) özünün həyat yoldaşına, nökərinə və külfətinə xərcləsin, eybi yoxdur.

Məsələ: 1965. Əgər oğulun dini-elmi kitablara ehtiyacı olsa, ata

səh: 360

onları almaq üçün zəkatı ona verə bilər.

Məsələ: 1966. Ata zəkatını öz fəqir oğluna verə bilər ki, özü üçün arvad alsın, oğul da atasının arvad alması üçün öz zəkatını ona verə bilər.

Məsələ: 1967. Bir qadının xərclərini öz əri versə, yaxud xərcini verməsə, lakin xərcini verməyə məcbur etmək mümkün olsa, o qadına zəkat vermək olmaz.

Məsələ: 1968. Siyğə olunmuş qadın fəqir olsa, əri və başqa şəxslər ona zəkat verə bilərlər. Amma əri əqddə, onun xərclərini verməyi şərt etsə, yaxud başqa səbəblərə görə, onun xərcləri ərinə vacib olsa, o qadının xərclərini verə biləcəyi təqdirdə, verməli və köməkdə etməlidir. Əgər kömək etməs mümkün olan halda onu vacib nəfəqəyə kömək etməyə məcbur etsinlər. O qadına zəkat vermək olmaz.

Məsələ: 1969. Qadın öz fəqir ərinə zəkat verə bilər. Hətta, əgər əri, həmin zəkatı qadının xərclərinə sərf etsə də belə.

Məsələ: 1970. Seyid, qeyri-seyiddən zəkat ala bilməz. Əgər xüms və sair vücuhatlar seyidin xərclərinə kifayət etməsə və nəticədə zəkat almağa məcbur olarsa, onda qeyri-seyiddən də zəkat ala bilər. Məcbur olmaq ehtiyata əsasən buna deyilir ki, xüms və sair vücuhatlara əli çatdığı halda, xərclərinə kifayət etməsin. Amma ehtiyat-vacib budur ki, gündəlik xərcləri üçün naçar olduğu miqdarda zəkatdan ixtisar etsin.

Məsələ: 1971. Seyid olub-olmaması məlum olmayan şəxsə, zəkat vermək olar.

ZƏKATIN NİYYƏTİ

Məsələ: 1972. İnsan zəkatı qürbət yəni, Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə verməlidir. malın zəkatı, yaxud fitrə zəkatı olduğunu da, niyyətdə müəyyənləşdirməlidir. Amma bir şəxsə buğda və arpa zəkatı vacib olsa, verdiklərinin buğdanın, yaxud arpanın zəkatı olmasını müəyyənləşdirməsi lazım deyil.

səh: 361

Məsələ: 1973. Bir neçə malın zəkatı vacib olan şəxs, yaxşı olar ki, öz niyyətində hansı malın zəkatı olduğunu müəyyən etsin. Əgər müxtəlif cinslər olsa hər cins özünə aid olur. Məsələn buğda və arpa nisab həddinə çatsa və onların hər ikisindən zəkat versə hər biri öz cinsinə (buğda buğdaya, arpa isə arpaya) aid olur. Deməli müxtəlif cinslər olsa niyyətində müəyyən etsin.

Məsələ: 1974. Əgər bir nəfər başqasını, malının zəkatını verməyə vəkil etsə və vəkil, zəkatı fəqirə verəndə, gərək malikin tərəfindən zəkat niyyəti etsin. Ehtiyat-vacib budur ki, malik də zəkatı vəkilə verərkən niyyət etsin.

Məsələ: 1975. Əgər malik, yaxud onun vəkili, qürbət niyyəti etmədən zəkatı fəqirə versə və mal aradan getməmişdən qabaq malikin özü zəkat niyyəti etsə, zəkat hesab olunur.

ZƏKATIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 1976. Buğda və arpa samandan ayrılanda; üzüm və xurma quruduqda, insan onların zəkatını fəqirə verməli, yaxud öz malından ayırmalıdır. Qızıl, gümüş, inək, dəvə və qoyunun zəkatını 11-ci ay tamam olandan sonra fəqirə verməli, yaxud öz malından ayırmalıdır. Əgər müəyyən bir fəqiri gözləsə, yaxud müəyyən cəhətdən üstünlüyü olan fəqirə vermək istəsə, zəkatı ayırmaya bilər.

Məsələ: 1977. Zəkatı ayırandan sonra, dərhal müstəhəqqə vermək lazım deyil. Amma müstəhəq tapsa, ehtiyat-müstəhəb budur ki, zəkat verməyi təxirə salmasın.

Məsələ: 1978. Əgər zəkatı müstəhəqqə çatdıra bilən bir şəxs, onu verməsə və tələf olub aradan getsə, əvəzini verməlidir.

Məsələ: 1979. Zəkatı müstəhəqqə çatdıra bilən bir şəxs, zəkatı verməsə, tələf olub aradan getsə, bu halda zəkatı verməyi çox təxirə salsa və “dərhal veribdir” deyilməsə, ehtiyat-vacibə görə, onun əvəzini verməlidir. Əgər bu qədər təxirə salmasa; məsələn, 2-3 saat təxirə salsa və elə həmin vaxt ərzində tələf olsa,

səh: 362

müstəhəqqin olmadığı təqdirdə, ona bir şey vacib deyil. Amma müstəhəq hazır olubsa, ehtiyat-vacibə görə, onun əvəzini verməlidir.

Məsələ: 1980. Əgər zəkatı malın özündən ayırsa, malın qalan hissəsindən istifadə edə bilər. Əgər başqa maldan ayırsa, malın hamısından istifadə edə bilər.

Məsələ: 1981. İnsan öz malından ayırdığı zəkatı, özü üçün götürüb yerinə başqa şey qoya bilməz.

Məsələ: 1982. Əgər zəkat üçün ayırdığı maldan müəyyən qədər mənfəət qazansa; məsələn, zəkat üçün ayırdığı qoyun, doğsa, o, fəqirin malıdır.

Məsələ: 1983. Əgər zəkatı malından ayırdığı vaxt müstəhəq yanında olsa, yaxşı olar ki, zəkatı ona versin. Amma müəyyən cəhətdən üstünlüyə malik olan bir şəxsi nəzərdə tutmuş olsa, bu halda (yanında olana) verməyə bilər.

Məsələ: 1984. Əgər şəri hakimin icazəsi olmadan zəkat üçün ayırdıqı mal ilə ticarət edib və zərər etsə, gərək zəkatdan bir şey azaltmasın. Amma gəlir əldə etsə, ehtiyat-vacib budur ki, o gəliri fəqirə versin. Hətta şəri hakimdən icazə alıb müstəhəqqə versin. Əgər zəkatı ayırmadan ticarət etsə zərəri özünün olduğu kimi, gəliri də özünündür. Zəkata isə zamindir.

Məsələ: 1985. Əgər zəkat vacib olmamışdan qabaq, zəkat kimi müəyyən bir şeyi fəqirə versə, zəkat hesab olunmur. Zəkat vacib olandan sonra, əvvəldə fəqirə verdiyi şey qalmış olsa və həmin fəqir də öz fəqirliyində qalmış olarsa, ona verdiyi şeyi zəkatdan hesab edə bilər.

Məsələ: 1986. Əgər fəqir, zəkatın bir şəxsə vacib olmadığını bilsə, əgər bir şeyi zəkat adı ilə alsa və onun yanında tələf olsa, zamindir. Deməli, zəkat insana vacib olan vaxt, o fəqir fəqirliyində qalarsa, ona verdiyi şeyi, zəkat hesab edə bilər.

Məsələ: 1987. Bir fəqir zəkatın şəxsə vacib olmamağını bilməsə, əgər zəkat adı ilə bir şey alsa və onun yanında tələf olsa, zamin deyildir. İnsan da onun əvəzini zəkat hesab edə bilməz.

səh: 363

Məsələ: 1988. Müstəhəbdir ki, inək, qoyun və dəvənin zəkatını abırlı, ismətli fəqirlərə versinlər. Habelə, zəkatı verəndə, öz qohumlarını başqalarına, elm və kamal əhlini qeyrilərinə, bir şey istəyənləri istəməyənlərdən qabağa salsınlar. Amma zəkatı, başqa bir fəqirə vermək bir cəhətdən daha yaxşı olsa, müstəhəbdir ki, zəkatı ona versin.

Məsələ: 1989. Daha yaxşı olar ki, zəkat aşkar, müstəhəb sədəqə isə gizli verilsin.

Məsələ: 1990. Əgər zəkat vermək istəyən şəxsin yaşadığı şəhərdə müstəhəq tapılmasa və zəkatı müəyyən olunmuş başqa yerlərdə sərf edə bilməsə, bu halda sonradan müstəhəq tapılacağına ümidi olmasa, gərək zəkatı başqa şəhərə aparıb sərf olunası yerlərə xərcləsin. O şəhərə aparmağın xərclərini həmin zəkatdan götürə bilməz. Əgər zəkatı ayırsa və tələf olarsa, zamin deyil.

Məsələ: 1991. Əgər şəxsin öz şəhərində müstəhəq şəxs tapılsa, zəkatı başqa şəhərə apara bilər. Bu halda lazım olan xərcləri özü verməlidir və zəkat tələf olarsa zamindir. Amma hakimi-şərin icazəsi ilə olsa və ya zəkatı yığıb paylamaqda hakimi-şərin naibi olsa zamin deyil.

Məsələ: 1992. Zəkat kimi verilən buğda, arpa, kişmiş və xurmanın ölçülməsində alınan muzd, (zəkat verənin) özünün öhdəsinədir.

Məsələ: 1993. Əgər bir şəxsin 2 misqal və 15 noxud gümüş, yaxud daha artıq zəkat borcu olsa, ehtiyat-müstəhəbə görə, gərək bir fəqirə 2 misqal və 15 noxuddan az gümüş verməsin. Həmçinin, əgər gümüşdən başqa şey də (buğda və arpa kimi) zəkat borcu olsa və onun qiyməti iki misqal və 15 noxud gümüşə çatsa, ehtiyat-müstəhəb budur ki, gərək bir fəqirə o miqdardan az verməsin.

Məsələ: 1994. İnsanın müstəhəqqə verdiyi zəkatı, onun özünə satmasını xahiş etməsi məkruhdur. Əgər müstəhəq aldığı şeyi satmaq istəsə, qiymət qoyulduqdan sonra, zəkatı ona verən şəxs,

səh: 364

həmin şeyi almaqda başqalarından üstündür.

Məsələ: 1995. Əgər bir şəxs vacib olan zəkatı verib-verməməsində şəkk etsə, hərçənd onun şəkki qabaqkı illərin zəkatında da olsa, zəkatı verməlidir.

Məsələ: 1996. Fəqir, zəkatın qiymətindən az qiymətlə razılaşa bilməz; və ya ondan daha qiymətli bir şeyi (zəkat kimi) qəbul edə bilməz; yaxud da zəkatı mal sahibindən alıb yenidən ona bağışlaya bilməz. Əgər fəqirin öz istək və razılığı ilə olsa fəqir bağışlaya, malik də ala bilər. Amma çoxlu zəkat borcu olan, fəqir olub zəkatını verə bilməyən bir şəxs, tövbə etmək istəsə, fəqir, zəkatı ondan alıb yenidən onun özünə bağışlaya bilər.

Məsələ: 1997. İnsan zəkatdan, müsəlmanların ehtiyacı və istifadə edəcəkləri miqdarda

Quran, yaxud dini, dua kitabları alıb (öz övladı, yaxud xərci onun özünə vacib olan şəxslərə də olsa) vəqf edə bilər. Həmçinin, vəqfin öhdədarlığını öz öhdəsinə ala bilər, yaxud övladlarını bu işə təyin edə bilər.

Məsələ: 1998. Ehtiyat-vacibə görə insan zəkatdan müəyyən əmlak alıb öz övladına, yaxud xərclərinin ona vacib olduğu şəxslərə, “onun gəlirini öz xərclərinə istifadə etsinlər” deyə, vəqf edə bilməz.

Məsələ: 1999. Həcc, ziyarət və s. kimi yerlərə getmək üçün fəqir, zəkat ala bilər. Amma illik xərcləri miqdarında zəkat almış olsa, ziyarət və bu kimi işlər üçün yenidən fəqirlərin payından zəkat ala bilməz. Ancaq “səbilillah” payından alıb bu yolda istifadə etməsinin maneəsi yoxdur.

Məsələ: 2000. Əgər malik müəyyən bir fəqiri, onun malının zəkatını verməyə vəkil etsə, bu halda fəqir, malikin qəsdinin o fəqirin həmin zəkatdan götürməməsi olduğunu ehtimal versə, ondan özü üçün götürə bilməz. Amma malikin məqsədinin bu olmadığına yəqin etsə, özünə götürə bilər.

Məsələ: 2001. Əgər fəqir zəkat olaraq dəvə, inək, qoyun, qızıl və gümüşü alsa və zəkatın vacib olması üçün deyilən şərtlər onlarda mövcud olsa, onun zəkatını verməlidir.

səh: 365

Məsələ: 2002. Əgər iki nəfər zəkatı vacib olan müəyyən bir malda bir-biri ilə şərik olsalar onlardan biri öz payının zəkatını versə, o şərikinin malının zəkatını vermədiyini bilsə, öz malından istifadə edə bilər.

Məsələ: 2003. Xüms və ya zəkat borcu olan şəxsə, kəffarə, nəzr və bu kimi şeylər də vacibdirsə, bununla yanaşı borcu da olsa, bu halda onların hamısını verə bilməsə, xüms və ya zəkatı vacib olan mal aradan getməmiş olsa, xümsünü və zəkatını verməlidir. Amma o mal aradan getmiş olsa, xümsü və zəkatı verməklə kəffarə, nəzr, borc və s. kimi şeyləri vermək arasında ixtiyar sahibidir.

Məsələ: 2004. Xüms və ya zəkat borcu olan, nəzr və s. kimi şeylər də vacib olan, habelə borcu da olan bir şəxs ölsə və onun var-dövləti bunların hamısına kifayət etməsə, bu halda xüms və zəkatı vacib olan mal aradan getməmiş olsa, xümsünü və zəkatını verib yerdə qalan malı da vacib olan sair işlərə bölməlidirlər. Əgər xümsü və zəkatı vacib olan mal tələf olub aradan getmiş olsa, gərək onun malını xüms, zəkat, borc, nəzr və bu kimi şeylərə bölsünlər; məsələn: əgər 40 tümən xüms vacib olsa, 20 tümən də bir şəxsə borclu olsa, malının da hamısı 30 tümən olsa, gərək 20 tümən xümsa, 10 tüməni isə borcuna verilsinlər.

Məsələ: 2005. Elm öyrənməyə məşğul olan bir şəxs elm öyrənmədiyi təqdirdə, öz məişəti üçün kəsb-qazanc əldə edə bilərsə, bu halda o elmi öyrənmək vacib, yaxud müstəhəb olsa, ona zəkat vermək olar. Amma o elmin öyrənilməsi vacib və ya müstəhəb olmasa, ona zəkat verməyin işkalı var. Ehtiyat-vacibə görə gərək almasın.

FİTRƏ ZƏKATI

Məsələ: 2006. Fitr bayramı gecəsinin qürubunda baliğ və aqil şəxs, huşsuz, fəqir və bir şəxsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü,

səh: 366

qarğıdalı və s. kimi şeylərdən bir sa(1) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.

Məsələ: 2007. Əgər bir şəxs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün də bir şəxsi olmazsa fəqirdir və fitrə zəkatı vermək ona vacib deyil.

Məsələ: 2008. Hər şəxs, Fitr bayramı gecəsində qürub vaxtı, gərək onun çörək yeyənləri hesab olunanların fitrəsini versin; istər böyük olsunlar, istərsə də kiçik; istər müsəlman olsunlar istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

Məsələ: 2009. Əgər insanın çörək yeyənləri başqa şəhərdə olsa, öz malından fitrəsini verməyə vəkil tutsa, bu halda fitrəsini verəcəyinə əmindirsə, özü onun fitrəsini verməsi lazım deyil.

Məsələ: 2010. Fitr bayramı gecəsində, qürubdan qabaq ev sahibinin razılığı ilə evə daxil olub, onun çörək yeyəni hesab olunanın fitrəsi (ev sahibinə) vacibdir.

Məsələ: 2011. Fitr bayramı gecəsi qürubdan qabaq ev sahibinin razılığı olmadan gəlib, bir müddət onun yanında qalan qonağın fitrəsi, ehtiyat-vacibə əsasən (ev sahibinə) vacibdir. Həmçinin, insanı onun xərcini verməyə məcbur etdikləri şəxsin fitrəsi də.

Məsələ: 2012. Fitr bayramı gecəsində məğribdən sonra gələn qonağın fitrəsi, ev sahibinə vacib deyil.

Məsələ: 2013. Əgər bir şəxs fitr bayramı gecəsi qürub zamanı, dəli və ya bihuş olsa, ona fitrə zəkatı vacib deyil.

Məsələ: 2014. Əgər qürubdan qabaq və ya qüruba yaxın vaxt uşaq həddi-büluğa çatsa; dəli ağıllansa; fəqir varlansa; və fitrənin vacib olma şərtlərinə malik olsalar, gərək fitrə zəkatını versinlər.

Məsələ: 2015. Fitr bayramı gecəsi qürub vaxtı, fitrə zəkatı vacib olmayan bir şəxs, bayram günü zöhrə qədər fitrənin vacib olması şərtlərinə malik olsa, fitrə zəkatının verilməsi müstəhəbdir.

Məsələ: 2016. Fitr bayramı gecəsi, məğribdən sonra müsəlman

səh: 367


1- . Təqribən 3 kq.

olan kafirə fitrə zəkatı vacib deyil. Amma şiə olmayan müsəlman, ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatı versin.

Məsələ: 2017. Əgər fəqir olan bir şəxsin bir sa (təqribən 3 kq) miqdarında buğda və bu kimi şeyləri olsa, müstəhəbdir ki, fitrə zəkatı versin. Əgər əhli-əyalının da fitrəsini vermək istəsə, fitrə niyyəti ilə o bir sa buğdanı, öz ailə üzvlərindən birinə verə bilər və o da həmin məqsədlə digər ailə üzvünə verib, bu qayda ilə axırıncıya çatsın. Daha yaxşı olar ki, axırıncı nəfər aldığı şeyi özlərindən olmayan bir şəxsə versin. Əgər onlardan biri azyaşlı uşaq olsa, ehtiyat-vacib budur ki, onun vəlisi onun yerinə alsın və özü malik olsun. Ehtiyat budur ki, azyaşlı uşaq üçün aldığını başqa şəxsə verməsin.

Məsələ: 2018. Əgər fitir bayramı gecəsində qürubdan sonra uşaq dünyaya gəlsə, yaxud bir şəxs insanın çörək yeyənlərindən hesab olunsa, onun fitrəsini vermək vacib deyil. Baxmayaraq ki, müstəhəbdir bayram gecəsi, qürubdan başlayaraq bayram günü zöhrədək, onun çörək yeyəni hesab olunanların fitrə zəkatını versin.

Məsələ: 2019. Bir şəxsin çörək yeyəni, qürubdan əvvəl və ya qüruba yaxın vaxtda başqa şəxsin çörək yeyəni olsa, onun fitrəsi çörəyini yediyi şəxsə vacibdir; məsələn, əgər qız qürubdan qabaq ər evinə göçsə, gərək əri onun fitrəsini versin.

Məsələ: 2020. Fitrəsini başqası verməli olan bir şəxsin, öz fitrəsini verməsi vacib deyil.

Məsələ: 2021. Əgər bir şəxsin fitrəsi başqasına vacib olsa və o, fitrəni verməsə, şəxsin özünə vacib olmaz. Müstəhəbdir ehtiyatən fitrəsini versin.

Məsələ: 2022. Fitrəsi başqasına vacib olan bir şəxsin özü, fitrəni versə, fitrənin vacib olduğu şəxsdən saqit olmur.

Məsələ: 2023. Xərclərini əri verməyən bir qadın, başqa bir şəxsin çörək yeyəni olsa, fitrəsi həmin şəxsə vacibdir. Əgər başqa kəsin çörək yeyəni deyildirsə, fəqir olmadığı halda öz fitrəsini verməlidir.

səh: 368

Məsələ: 2024. Seyid olmayan bir şəxs, hətta seyid onun çörək yeyəni olsa da, seyidə fitrə verə bilməz. Onun fitrəsini, başqa bir seyidə verə bilməz.

Məsələ: 2025. Anasından, yaxud dayəsindən süd əmən uşağın fitrəsi, ananın və ya dayənin xərclərini verən şəxsin öhdəsinədir. Amma ana, yaxud dayə, öz xərclərini uşağın malından götürsə, uşağın fitrəsi heç kəsə vacib deyil.

Məsələ: 2026. İnsan, ailəsininn xərclərini haramdan verməsinə baxmayaraq, gərək onların fitrəsini halaıdan versin.

Məsələ: 2027. Əgər insan bir şəxsi, onun xərclərini verməsini şərt edərək əcir

tutubsa, (ürfən ailəsi hesab olarsa) gərək onun fitrəsini versin. Amma onun xərclərinin bir miqdarını verməyi şərt etsə; məsələn, başqa xərcləri üçün pul versə) onun fitrəsini verməsi vacib deyil.

Məsələ: 2028. Əgər bir şəxs, Fitr bayramı gecəsi qürubdan sonra ölsə, gərək onun özünün və ailə üzvlərinin fitrəsini, onun malından versinlər. Amma qürubdan qabaq ölsə, özünün və ailə üzvlərinin fitrəsini, onun malından vermək vacib deyil.

FİTRƏ ZƏKATININ İSTİFADƏSİ

Məsələ: 2029. Əgər fitrə zəkatını, əvvəldə (malın zəkatında) deyilən 8 yerdən birinə sərf etsələr, kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, yalnız fəqir şiələrə versinlər.

Məsələ: 2030. Əgər bir şiə uşaq, fəqir olsa, insan fitrəni onun şəri qəyyumunun icazəsi ilə, ona xərcləyə bilər və ya onun qəyyumuna verməklə, uşağın mülkünə də keçirə bilər.

Məsələ: 2031. Fitrə verilən fəqirin adil olması lazım deyil. Amma ehtiyat-vacib budur ki, şərab içənə, namaz qılmayana və aşkar günah edənə, fitrə verilməsin.

Məsələ: 2032. Fitrə, günah yolunda istifadə edən şəxsə verilməməlidir.

Məsələ: 2033. Ehtiyat-vacib budur ki, bir fəqirə, bir sadan

səh: 369

(təqribən üç kq) az fitrə verilməsin. Amma çox versələr, eybi yoxdur.

Məsələ: 2034. Əgər qiyməti adi haldakı qiymətindən iki qat artıq olan bir şeydən; məsələn, dəyəri, adi buğdadan iki dəfə çox olan, əla növ buğda yarım sa (mənası keçən məsələdə deyildi) verilsə, kifayət deyildir. Əgər onu, fitrənin qiyməti məqsədilə versələr, işkalı vardır.

Məsələ: 2035. İnsan, sanın yarısını bir maldan; məsələn, buğdadan, yarısını isə başqa şeydən; məsələn, arpadan verə bilməz. Əgər onu fitrə qiyməti məqsədilə versə, kifayət etmir.

Məsələ: 2036. Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə, fəqir qohumları, başqalarından önə çəksin. Sonrakı mərhələdə, fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Amma başqaları müəyyən cəhətə görə üstün olsalar, müstəhəbdir ki, onları qabağa salsın.

Məsələ: 2037. Əgər bir şəxsin fəqir olmasına inanıb ona fitrə versə və sonra fəqir olmadığı məlum olsa, bu halda ona verilən mal aradan getməmiş olsa, gərək geri alıb müstəhəqqə versin. Əgər ala bilməsə, gərək öz malından fitrə versin. Əgər aradan getmiş olsa, bu halda onu alan şəxs, fitrə olduğunu bilsə, gərək onun əvəzini qaytarsın ki, (müstəhəqqə verilsinlər). Əgər bilmirdisə, onun əvəzini qaytarmaq ona vacib deyil. O şəxs, gərək yenidən fitrə versin.

Məsələ: 2038. Əgər bir şəxs “fəqirəm” desə, ona fitrə vermək olmaz. Amma onun fəqir olmasına əminlik hasil olsa, yaxud əvvəllər fəqir olmasını bilsin, (ona fitrə vermək olar).

FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 2039. İnsan fitrə zəkatını qürbət qəsdi ilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək məqsədilə verməlidir. Onu verdiyi vaxt, fitrə niyyəti etməlidir.

Məsələ: 2040. Əgər mübarək Ramazan ayından qabaq fitrəni

səh: 370

versə, səhih deyil. Ehtiyat-müstəhəb budur ki, Ramazan ayında da fitrəni verməsinlər. Amma Ramazandan əvvəl, yaxud Ramazan ayında fəqirə borc versə və fitrə vacib olandan sonra öz borcunu fitrədən hesab etsə, maneəsi yoxdur.

Məsələ: 2041. Fitrə üçün verilən buğda və digər şeylər, başqa məhsul yaxud torpaq ilə qarışıq olmamalıdır. Əgər qarışıq olarsa, onun xalisi bir sa-ya təqribən üç kq-dır çatsın və yaxud nəzərə çarpmayacaq dərəcədə qarışıq olarsa, eybi yoxdur.

Məsələ: 2042. Əgər fitrəni eybli şeydən versə, kifayət deyil.

Məsələ: 2043. Bir neçə nəfərin fitrəsini verən bir şəxs, onların hamısını bir növdən verməsi lazım deyil. Bəzilərinin fitrəsini buğdadan, digərlərini isə arpadan versə, kifayətdir.

Məsələ: 2044. Bayram namazı qılmırsa, fitrəni verməyi bayram günü zöhrə qədər təxirə sala bilər. Fitr bayramı namazını qılan bir şəxs, ehtiyat-vacibə görə, gərək fitrəni, bayram namazından qabaq versin. Ehtiyat-vacibə görə, fitrəni bayram günü zöhürdan sonraya təxirə salmaq caiz deyil.

Məsələ: 2045. Əgər öz malının bir miqdarını fitrə niyyəti ilə ayırsa və bayram günü zöhrə qədər müstəhəqqə verməsə, ehtiyat-vacib budur ki, hər vaxt verərsə, o zaman fitrə niyyəti etsin.

Məsələ: 2046. Əgər fitrə zəkatının vacib olduğu vaxt fitrə verməsə və ayırıb kənara da qoymasa, sonradan əda və qəza niyyəti etmədən, fitrəni versin.

Məsələ: 2047. Əgər fitrəni ayırıb bir tərəfə qoysa, onu özü üçün götürüb yerinə başqa mal qoya bilməz.

Məsələ: 2048. Əgər insanın, qiyməti fitrədən artıq olan bir malı olsa, fitrəni verməsə və o malın bir miqdarının fitrə olmasını niyyət etsə, işkalı var.

Məsələ: 2049. Əgər fitrə üçün ayırıb kənara qoyduğu mal (tələf olub) aradan getsə, bu halda fəqir mövcud olduğu halda fitrəni verməyi təxirə salıbsa, gərək onun əvəzini versin. Amma fəqir tapa bilməyibsə zamin deyil.

Məsələ: 2050. Əgər bir şəxs, özünün yaşadığı yerdə

səh: 371

müstəhəqq(1) tapsa, ehtiyat-müstəhəb budur ki, fitrəni başqa yerlərə aparmasın; Əgər başqa yerə aparsa və tələf olsa, əvəzini verməlidir.

səh: 372


1- . Xüms, zəkat və bu kimi şeyləri almaq üçün lazım olan şərtlərə malik olan şəxs.

HƏCCİN HÖKMLƏRİ

HƏCCİN HÖKMLƏRİ

Məsələ: 2051. Həcc, Allah evinin ziyarəti və orada göstəriş verilmış əməllərin yerinə yetirilməsindən ibarətdir. Bütün ömür boyu, aşağıdakı şərtlərə malik olan bir şəxsə, həcc bir dəfə vacib olur:

1-Həddi-büluğa çatmış olsun.

2-Aqil və azad olsun.

3-Həccə getmək səbəbilə, şəriətdə (tərk olunmasının) əhəmiyyəti həccdən daha artıq olan haram bir işi etməyə məcbur olmasın. Deməli, məsələn çox əhəmiyyət daşıdığı halda qəsbi yolla getməyə məcbur olsa və başqa yol da olmasa, gərək həccə getməsin.

4-Müstəti olsun; müstəti olmaq, bir neçə şeylədir:

1) Yol azuqəsi və öz halına münasib olaraq səfərdə ehtiyaclı olduğu şeylərə (bunlar kitablarda müfəssəl deyilib) malik olsun. Həmçinin, minik vəsaiti, yaxud hazırlaya biləcəyi malı olsun.

2) Səhhəti sağlam və Məkkəyə gedib Həcc əməlini yerinə yetirməyə qüdrəti olsun və fövqəladə şəkildə çətinliyə düşməsin.

3) Yolda, getməyi üçün maneə olmasın; (Əgər yol bağlı olsa, yaxud insan yolda canının və ya abrının yaxud da malının

səh: 373

təhlükəyə düşəcəyindən qorxsa, Həcc ona vacib deyil. Əgər başqa yolla gedə bilərsə, hətta uzaq da olsa, çox qeyri-adi olmasa, o yol ilə getməlidir. Deməli, qeyri-adi və çox uzaq yollarla getməsi, vacib deyil.

4) Həcc əməllərini yerinə yetirə biləcəyi qədər vaxtı olsun.

5) Xərclərinin ona vacib olduğu; arvad, uşaq və camaatın xərclərinin verməsini ona lazım bildikləri və dolanışıqda ona ehtiyacı olanların (nökər və külfəti kimi) xərclərinin verilməsi.

6) Qayıdandan sonra, məişətini təmin etməsi və zəhmətə düşməməsi üçün qazanc, əkin yaxud mülkünün gəliri olsun ki, zəhmətlə dolanmağa məcbur olmasın.

Məsələ: 2052. Şəxsi evi olmadan ehtiyacları təmin olmayan bir şəxsə həcc o vaxt vacibdir ki, ev almaq üçün də pulu olsun.

Məsələ: 2053. Məkkəyə gedə bilən bir qadının, qayıdandan sonra özünün malı olmasa, əri də (misal üçün) fəqir olub onun xərclərini verə bilməsə və nəticədə güzəranının çətinliyə düşməsinə səbəb olsa, həcc ona vacib deyil.

Məsələ: 2054. Əgər bir şəxsin yol azuqəsi, minik vasitəsi olmasa və başqası “həccə get, mən sənin və əhli-əyalının, ailənin xərcini səfərdə olduğun müddətdə verəcəyəm” desə, onun xərclərini verməyinə əmin olsa, həcc ona vacib olur.

Məsələ: 2055. Əgər Məkkəyə getmək-gəlmək və gedib-qayıtdığı müddətdə ailəsinin xərclərini bağışlayaraq onun həccə getməsini şərt etsələr ehtiyat-vacib budur ki, qəbul etsin, həcc ona vacib olur. Borclu olsa da və qayıtdıqdan sonra güzəranı üçün lazımi qədər malı olmamasına baxmayaraq, (həcc ona vacib olur).

Məsələ: 2056. Əgər bir şəxsin Məkkəyə gedib-qayıtdığı müddətdə yol xərclərini və əhli-əyalının xərclərini verib “həccə get” desələr, amma o pulu onun mülkünə keçirməsələr, (verdikləri xərci) geri götürməyəcəklərinə əmin olduğu təqdirdə, həcc ona vacib olur.

Məsələ: 2057. Əgər həcc üçün kifayət edən qədər malı bir şəxsə versələr və onunla Məkkə yolunda malı verən şəxsə xidmət

səh: 374

etməsini şərt etsələr, həcc ona vacib olmur.

Məsələ: 2058. Əgər bir şəxsə müəyyən qədər mal versələr və həcc ona vacib olsa, bu halda həccə getsə, hətta sonradan özünün malı olsa da yenidən həcc ona vacib olmur.

Məsələ: 2059. Əgər ticarət və ya başqa məqsədlə Cəddəyə gedib orada mal əldə etsə, belə ki, əgər oradan Məkkəyə getmək istəsə, həccə getməyə müstətiy olarsa, gərək həcc əməlini yerinə yetirsin. Həccə getdiyi təqdirdə, sonradan öz vətənindən Məkkəyə getməsinə kifayət edən qədər mal əldə etsə də, daha həcc ona vacib deyil.

Məsələ: 2060. Əgər insan başqası tərəfindən həccə getməyə əcir olunsa, bu halda özü gedə bilməyib başqasını öz tərəfindən göndərmək istəsə, onu əcir edən şəxsdən icazə almalıdır. Əgər özü və ya bu işdə səbəb olmaqla əcir tutmaq kimi ümumi şəkildə

əcr olunsa icazə almaq lazım deyil.

Məsələ: 2061. Əgər bir şəxs həccə getmək imkanlarına malik olub Məkkəyə getməsə, sonra fəqir olsa, hətta çətinliyə düşməklə də olsa belə, sonradan həccə getməlidir. Əgər heç bir şəkildə həccə gedə bilməsə belə ki, bir şəxs onu həccə getmək üçün əcir etsə, gərək Məkkəyə gedib əciri olduğu şəxsin həcc əməlini yerinə yetirib və gələn ilə qədər Məkkədə qalıb öz həccini yerinə yetirsin. Amma əcir olub və əcir pulunu nəqd almaq mümkün olsa və onu əcir edən şəxs onun həccini gələn il yerinə yetirilməsinə razı olsa, gərək birinci il öz həccini və sorakı ili isə onu əcir edən şəxsin həccini yerinə yetirsin.

Məsələ: 2062. Əgər həccə getmək imkanlarına malik olduğu birinci ildə Məkkəyə getsə və müəyyən olunmuş vaxtda Ərəfata və Məşərül-hərama çatmasa, bu halda sonrakı illərdə həccə getmək imkanlarına malik olmasa, həcc ona vacib deyil. Amma əvvəlki illərdə həccə getmək imkanlarına malik olduğu halda getməyibsə, zəhmətə düşməsinə baxmayaraq gərək həcc əməlini yerinə yetirsin.

Məsələ: 2063. Əgər həccə getmək imkanlarına malik olduğu

səh: 375

birinci ildə həccə getməsə və sonradan qocalıq, xəstəlik yaxud qüdrətsizlik səbəbinə görə həccə gedə bilməsə və həccə getməyə ümidi olmasa, gərək başqasını onun üçün həcc əməlini niyabətən yerinə yetirməsi üçün öz tərəfindən göndərsin. Hətta əgər həccə getmək qədərində mal əldə etdiyi birinci ildə qocalıq, xəstəlik, yaxud qüdrətsizlik səbəbi ilə həccə gedə bilməsə, ehtiyat-vacib budur ki, bir şəxsi həcci yerinə yetirmək üçün öz tərəfindən göndərsin.

Məsələ: 2064. Əgər bir şəxs başqası tərəfindən həcc üçün əcir olunsa nisa təvafını da onun tərəfindən yerinə yetirməlidir. Əgər yerinə yetirməsə, əcir olana qadın haram olur.

Məsələ: 2065. Əgər nisa təvafını düzgün yerinə yetirməsə, yaxud unutsa və bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə, səhihdir. Əgər onun üçün çox çətin olsa naib tuta bilər, işkalı yoxdur.

səh: 376

AL-VERİN HÖKMLƏRİ

Point

AL-VERDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR

Məsələ: 2066. Beş şey al-verdə müstəhəbdir.

1-Onun hökmlərini ümumi şəkildə öyrənmək, amma kəsbin hökmlərin ehtiyacı olduğu qədər öyrənmək lazımdır” məsələn, əgər etdiyi al-verlərin içində bir müamilə vardır ki, onun hökmünü bilmədiyi təqdirdə harama düşəcək. İmam Sadiq (ələyhis-səlam) buyurur: “Al-ver etmək istəyən, gərək onun hökmlərini öyrənsin. Əgər onun hökmlərini öyrənməmişdən qabaq al-ver etsə, şübhəli və batil al-verlərə görə, özünü həlak edir.”

2-Malın qiymətində, müsəlman müştərilərinin arasında fərq qoymasın. Amma elm və təqvada fərq qoyması tələb olunur.

3-Malın qiymətində (qiyməti salmaqda) dönməz olmasın.

4-Satıcı şeyi çox çəkib, alanda az alsın.

5-Bir şəxs onunla etdiyi al-verdən peşiman olub al-veri pozmaq istəyərsə, onunla razılaşsın.

Məsələ: 2067. Əgər insan etdiyi müamilənin səhih və ya batil olmasını bilməsə, aldığı maldan istifadə edə bilməz. Amma müamilə batil də olsa belə, tərəf müqabilin maldan istifadə etməsinə razı olduğunu bildiyi təqdirdə, maldan istifadə etmək caizdir.

Məsələ: 2068. Malı olmayan və (arvad-uşağının xərcləri kimi)

səh: 377

xərcləri vacib olan bir şəxs gərək qazanc əldə etsin. Müstəhəb işlər üçün (öz ailəsinin güzəranını yaxşılaşdırmaq, fəqirlərin əlindən tutmaq və s.) qazanc etmək müstəhəbdir.

MƏKRUH MÜAMİLƏLƏR

Məsələ: 2069. Məkruh müamilələrin ümdəsi aşağıdakılardan ibarətdir:

1-Mülk satmaq;

2-Qəssablıq;

3-Kəfən satmaq;

4-Şəxsiyyətsiz adamlarla al-ver etmək;

5-Sübh azanından gün çıxan vaxtadək olan al-ver;

6-Buğda, arpa və s. kimi şeylərin al-veri ilə məşğul olmaq;

7-Başqasının almaq istədiyi bir şeyi almaq üçün müamiləyə daxil olmaq;

HARAM MÜAMİLƏLƏR

Məsələ: 2070. Haram müamilələr altı növdür:

1-Nəcisin eynini satmaq, sidik və ğait kimi. Ğaiti satmağ ehtiyatın xilafına olmasına baxmayaraq qeyri mümkün sayılmaz. Kafir qul və ov itinin eyni nəcis olmasına baxmayaraq al-veri caizdir.

2-Qəsbi malın al-veri; əgər digərinin malında təsərrüf olarsa. Amma təsərrüf etmədən əqdi nə batildir nədə ki, haram, füzulidir. Malikin icazəsinə bağlıdır.

3-Mal olmayan şeylərin al-veri; məsələn, yırtıcı heyvanların al-veri. Əgər ağıl sahiblərinin nəzərində mənfəəti olmazsa.

4-Adi mənafeyi haram olan şeylərin (qumar alətləri kimi) müamiləsi;

5-Riba (sələm) müamiləsi.

səh: 378

6-Müamilə olan şeyə bir şey qatmaq, yəni başqa şeylə qarışan malı satmaq; Qatılan şey məlum olmasa və satıcı da alıcıya demədiyi təqdirdə (piy qatılmış yağ kimi) haramdır. Bu əmələ, ğəş(1) deyilir. Peyğəmbəri Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: Müsəlmanlarla müamilədə ğəş edən, onlara zərər vuran, saxtakarlıq edən, yaxud hiylə edən kəs bizdən deyil. Hər kəs öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah onun ruzisinin bərəkətini götürər, məişətinin, güzəranının yolunu bağlayar və onu öz başına buraxar. Bəzi yerlərdə haramdan məqsədimiz müamilənin batil olmasıdır, qeyd etdiyimiz üçüncü yer kimi.

Məsələ: 2071. Suya çəkilməsi mümkün olan nəcis şeyi satmağın eybi yoxdur. Amma müştəri, o şeyi şərti pak olan şey üçün istəsə; məsələn, geyim kimi onunla namaz qılacaqsa ehtiyat-vacib budur ki, satıcı onun nəcis olduğunu müştəriyə desin.

Məsələ: 2072. Əgər suya çəkilməsi mümkün olmayan pak şeylər yağ və neft kimi nəcis olsa və onu, şərti pak olan şey üçün alsalar; məsələn, nəcis yağı yemək üçün alıcıya versə və nəcis olduğunu müştəriyə desə caizdir. Amma pak olması şərt olmayan işlər üçün satırsa; məsələn: nəcis neft yandırılmaq üçün satılsa, eybi yoxdur. Nəcis olmasını müştəriyə demək lazım deyil.

Məsələ: 2073. Yeməli və içməli nəcis dərmanların al-veri, haramdır. Amma digər yolla istifadə etmək mümkün olsa yandırmaq və ya bədənə sürtmək kimi heç bir maneəsi yoxdur. Nəcis olmasını da müştəriyə demək lazım deyil.

Məsələ: 2074. Qeyri islami ölkələrindən gətirilən ətir yağ və maye dərmanların alış-verişi, onların nəcis olması məlum olmadığı təqdirdə eybi yoxdur. Amma heyvanlar öldükdən sonra onlardan alınan yağlar, kafir şəhərində və kafir əlindən alındığı təqdirdə və ya müsəlman şəhərində və kafir əlindən alındığı təqdirdə, əgər kafirin müsəlmandan aldığını bilməsə damarı kəsdikdə qanı sıçrayan heyvanlardan olarsa, nəcis və onun al-veri

səh: 379


1- . Satılan şeyə başqa bir şey qatmaq.

batildir. Əgər kafirin müsəlmandan aldığını bilsə heç bir maneəsi yoxdur.

Məsələ: 2075. Əgər tülkünü şəriətdə təyin olunmuş tərzdən qeyri bir şəkildə kəssələr və ya özü ölsə, onun dərisinin alış-verişi haram və batildir.

Məsələ: 2076. Qeyri islami ölkələrdən gətirilən və yaxud kafirlərin əlindən alınan ət, piy və dərinin al-veri batildir. Əgər insan onların şəri qayda ilə kəsilməsini və ya kafirin onu müsəlmanlardan almasını bilsə, onların al-verinin eybi yoxdur.

Məsələ: 2077. Müsəlmanın əlindən alınmış ət, piy və dərinin al-veri hətta o müsəlmanın onları kafirin əlindən aldığını bilsə də eybi yoxdur. Əgər kafir bazarında və kafirdən alsa ehtiyat budur ki, onlardan çəkinsin.

Məsələ: 2078. Məstedici şeylərin al-veri haram, müamiləsi isə batildir.

Məsələ: 2079. Qəsbi malı satmaq batildir, amma başqasının malını satmaq füzuli müamilədir. Əgər malda təsərrüf etməsə nə günah edib nədə ki, müamilə batildir. Əgər malın sahibi sonradan müamiləyə icazə versə satıcı onun qiymətini alıcıdan ala bilməz.

Məsələ: 2080. Əgər alıcının niyyəti malın pulun verməmək olsa, əgər malın pulunu verməməsi niyyəti, müamilə etməmək mənasını daşıyırsa, bu surətdə müamilənin işkalı vardır.

Məsələ: 2081. Əgər alıcı malın pulunu, sonradan haram puldan vermək istəsə (boynunda olsun deyə alsa) müamilə səhihdir. Amma borclu olduğu miqdarı gərək halal maldan versin.

Məsələ: 2082. Ləhv alətlərinin, tar və saz kimi, hətta kiçik sazların al-veri haramdır.

Məsələ: 2083. Əgər bir şeydən halal yolda istifadəsi mümkün olan halda haram yolda istifadə məqsədi ilə; məsələn, üzümü, şərab hazırlanması üçün satsalar, onun müamiləsi haram və batildir.

Məsələ: 2084. Heykəllərin al-veri çox şiddətli şəkildə məkruhdur. Amma üzərində heykəl olan sabunlar, məqsəd

səh: 380

sabunun müamiləsi olduğu təqdirdə məkruh deyildir.

Məsələ: 2085. Qumar, oğurluq, yaxud batil müamilədən əldə olunan şeyin al-veri səhih deyil. Əgər malın əsl sahibi razılaşmasa, müamilə batil və istifadə etmək də haramdır. Əgər bir kəs onu alsa, əsl sahibinə qaytarmalıdır.

Məsələ: 2086. Əgər (bir şəxs) piy ilə qatışmış yağı satsa, amma onu müəyyən etsə; məsələn, “bu bir “mən”(1) yağı satıram” deyərsə, müamilə, piy onda olan miqdarda batildir. Piyin müqabilində aldığı pul alıcının, alıcının da aldığı piy satıcınındır. Alıcı xalis yağ olan miqdarda da müamiləsini poza bilər. Əgər onu müəyyən etməsə “bir “mən” yağ satıram” deyərsə, sonra piy ilə qatışmış yağı satsa müştəri o yağı qaytarıb xalis yağ tələb edə bilər.

Məsələ: 2087. Çəki və ya peymanə ilə al-ver olunan malı ondan çox miqdara satsa məsələn, bir “mən” buğdanı, bir mən yarım buğdaya satsalar, sələm və haramdır. Bir dirhəm sələm, 70 dəfə öz məhrəmi ilə zina etməkdən böyükdür. Əgər iki maldan biri yaxşı, digəri isə eyibli və ya birinin cinsi yaxşı digərinin cinsi pis olsa, yaxud bir-birləri ilə qiymət fərqləri olsa, verdiyi miqdardan çox olsa, yenə də sələm və haramdır. Deməli, əgər sağlam mis verib onun əvəzində ondan çox sınıq mis alsa, sədr düyü verib ondan çox, başqa yumru düyü alsa, emal olunmuş qızıl verib ondan artıq emal olumamış qızıl alsa, sələm və haramdır.

Məsələ: 2088. Əgər artıq aldığı şey satdığının cinsindən başqa olsa; məsələn, bir mən buğdanı bir mən buğda və bir riyal pula satsa yenə də riba və haramdır. Hətta əgər üstündə bir şey almasa, amma alıcının müəyyən bir iş görməsini şərt etsə, yenə də riba və haramdır.

Məsələ: 2089. Əgər bir şəxs az miqdar verib bir şeyi artıq verirsə; məsələn, bir mən buğda və bir dəsmalı bir mən yarım buğdaya satsa, eybi yoxdur. Əgər hər iki tərəfdə bir şeyi çoxalda; məsələn: bir mən buğda və bir dəsmalı bir mən yarım buğda və bir

səh: 381


1- . Çəki vahidi.

üzüyə satsa, yenə də eybi yoxdur.

Məsələ: 2090. Əgər zira, yaxud metrlə ölçülən parça kimi, yaxud say ilə müamilə olunan qoz və yumurta kimi, bir şeyi satıb əvəzində artıq alsa; məsələn, 10 ədəd yumurta verib 11 ədəd alsa eybi yoxdur.

Məsələ: 2091. Bir cins bəzi şəhərlərdə çəki və ya peymanə, bəzi şəhərlərdə isə say ilə al-ver olunursa, əgər heç biri digərinə üstün olmazsa, hər şəhərin hökmü o şəhərin özünə aid olan qanunlarına əsasəndir. Əgər biri üstün olarsa onun hökmü daha irəlidir.

Məsələ: 2092. Əgər satdığı və əvəzində aldığı şey eyni növdən olmasa, artıq almağın eybi yoxdur. Deməli, bir mən düyü satıb iki mən buğda alsa, müamilə səhihdir.

Məsələ: 2093. Əgər satdığı və əvəzində aldığı şey eyni cinsdən düzləldilsə, deməli bunları fərqləri zahiri görünüşlərində olsa məsələn, buğdanı un edərlərsə və ya süddən pendir düzəldərlərsə, zahir budur ki, bunlar eyni cinsdəndirlər müamilədə artıq almaq olmaz. Amma bir şeyi digər bir şeydən alarlarsa məsələn, süddən yağ alarlarsa onlar iki cins hesab olunurlar müamilədə onları artıq verib almağın eybi yoxdur. Ehtiyat-müstəhəb budur ki, müamilədə bunlarıda artıq verib almağı tərk etsinlər.

Məsələ: 2094. Buğda və arpa, riba məsələsində bir növdən hesab olunur. Deməli, bir mən buğda verib 1,5 mən arpa alsa riba və haramdır. Həmçinin, əgər on mən arpa alıb müqabilində xərmən vaxtı on mən buğda vermək istəsə, arpanı nəqd aldığına və bir müddətdən sonra buğdanı vermək istədiyinə görə artıq almaq kimidir və haramdır.

Məsələ: 2095. Əgər müsəlman bir şəxs islamın sığınacağında olmayan kafirdən riba alsa, eybi yoxdur. Ata-oğul, ər-arvad bir-birindən riba ala bilərlər.

səh: 382

SATICININ VƏ ALICININ ŞƏRTLƏRİ

Məsələ: 2096. Satıcı və alıcı üçün altı şərt vardır:

1-Baliğ olsunlar;

2-Aqil olsunlar;

3-Səfeh olmasınlar, yəni öz mallarını lazımsız yerə xərc etməsinlər;

4-Al-ver niyyətləri olsun (deməli, əgər; məsələn, zarafatyana öz malımı “satdım” desə, müamilə batildir;

5-Bir kəs onları al-verə məcbur etməsin;

6-Verdiyi və yaxud əvəzində aldığı mal, özünün malı olsun, yaxud onun tərəfindən vəkaləti və ya onlara başçılığı olsun; məsələn, səğir uşağın atası, babası kimi malının ixtiyarı onların əlində olsun; bunların hökmləri sonrakı məsələlərdə gələcək.

Məsələ: 2097. Həddi-büluğa çatmamış uşaqla edilən müamilə, ata və babasının icazə verməsinə baxmayaraq batildir. Amma müamilə onun vəlisi ilə olsa və müməyyiz olan uşaq yalnız müamilədə bir vasitə olarsa, müamilə səhihdir.

Məsələ: 2098. Əgər həddi büluğa çatmayan uşaqdan, müamilə onunla səhih olmayan surətdə (məsələn uşağın icazəsi olmasa) bir şey alsa və ya ona bir şey satsa, gərək ondan aldığı malı və ya pulu sahibinə versin, yaxud sahibindən razılıq istəsin. Əgər qabaqda deyilən şərt daxilində sahibindən icazəsi olsa bu hal istisnadır, bu surətdə müamilə səhihdir. Əgər uşağın icazəsi olmasa onun sahibini tanımır və onu tanımaq üçün də bir vasitə yoxdursa, gərək uşaqdan aldığı malı sahibi tərəfindən məzalimə(1) versin.

Məsələ: 2099. Əgər bir şəxs uşaqla, müamilə səhih olmadığını bildiyi halda müamilə etsə və uşağa verdiyi mal və ya pul aradan getsə, uşaq və ya onun himayəçisindən onu tələb edə bilməz.

Məsələ: 2100. Əgər satıcını və ya alıcını müamiləyə məcbur

səh: 383


1- . İnsanın öhdəsində olan və sahibini tanımadığı, yaxud sahibini tapa bilmədiyi şeylərə deyilir.

etsələr, bu halda müamilədən sonra razılıqlarını bildirib “razıyıq” desələr, müamilə səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, yenidən müamilə siyğəsini oxusunlar.

Məsələ: 2101. Əgər insan bir şəxsin malını, sahibinin icazəsi olmadan satsa, mal sahibi onun satışına razı olmasa və icazə də verməsə müamilə batildir.

Məsələ: 2102. Uşağın atası və (ata tərəfindən olan) babası, onun malını, onun üçün zərəri olmayacağı təqdirdə sata bilərlər. Atanın vəsisi və ata tərəfindən olan babasının vəsisi, yəni ata və ya ata tərəfindən olan baba, vəsiyyətdə uşağ üçün qəyyum təyin etdiyi şəxs, məsləhət olarsa uşağın malını sata bilər. Həmçinin adil müctəhid dəlinin, yetim uşağın və ya qaib olanın malını sata bilərlər. Ehtiyat bu qeyd olunan yerlərdə məsləhətə riayət etməklədir.

Məsələ: 2103. Əgər bir şəxs bir malı qəsb edib satsa və sonradan malın sahibi müamilənin özü üçün olduğuna icazə versə, müamilə səhihdir. Qəsb edənin qəsb edib müştəriyə verdiyi şey və onun mənfəəti müamilə vaxtından müştərinin malı, müştərinin verdiyi mal və onun mənfəəti, müamilə vaxtından malı qəsb olunan şəxsindir.

Məsələ: 2104. Əgər bir kəs bir malı, pulunu özünə götürmək məqsədi ilə qəsb edib satsa, bu halda malın sahibi müamiləyə icazə verməsə batildir. Əgər müamiləni qəsb edən şəxs üçün icazə versə, müamilə işkallıdır.

MAL VƏ ONUN ƏVƏZİNİN ŞƏRTLƏRİ

Məsələ: 2105. Satılan və onun əvəzində alınan malın beş şərti var:

1-Onun miqdarı çəki, peymanə, say və bu kimi şeylərlə məlum olsun;

2-Onu təhvil vermək mümkün olsun; bu şərtlə ki, (özlüyündə onun) maliyyat və qiyməti olsun; deməli, qaçmış atı onu tapa

səh: 384

bilməyən şəxsə satmaq səhih deyil. Əgər müştəri aldığını (əldə edib ondan) istifadə edə bilərsə (səhihdir). Həmçinin, əvəzində verilən də bu hökmdədir. Amma qaçan atı hər hansı bir şey ilə təhvil verərsə və o şeyin maliyyəti və qiyməti də olsa; məsələn, bir xalça ilə (birlikdə) satsa o at tapılmadığı halda al-ver səhihdir.

3-Mal və onun əvəzinin xüsusiyyətləri, həmçinin, camaatın müamiləyə fərq qoymalarına səbəb olan xüsusiyyətləri müəyyən etsin;

4-Mal hər bir istifadə üçün məxsus olmamalıdır; deməli, insanın vəqf etdiyi bir malı satması caiz deyil. Amma bir neçə halda satmq olar və həminin, malda və ya onun əvəzində (rəhn kimi) haqqı olmasın. Deməli, insanın bir şəxsin yanında girov qoyduğu malı onun icazəsi olmadan satmaq olmaz. Əgər rəhn qoyan mamiləni rədd etsə müamilə batil olur; təsdiq etdiyi təqdirsə isə müamilə səhihdir. Sahibi girov qoyulmuş malı satsa və müştərinin bundan xəbəri olmasa, müamiləni pozub-pozmamamqda ixtiyarlıdır. Əgər satsa, rəhni qoyanın icazəsi olmadan müştəri ondan istifadə edə bilməz. ümumi olaraq, alici aldığı şeydən istifadə edə biləcəksə və əvəzini alan şəxs üçün də bu mümkündürsə, müamilə səhihdir.

5-Malın qazancını deyil özünü sastsın. Deməli; məsələn, evin bir illik gəlirini satsa, səhih deyil. Əgər alıcı pul yerinə, mülkünün qazancini versə; məsələn, bir kəsdən xalça alıb əvəzində evinin bir illik qazancını oun ixtiyarına versə, eybi yoxdur. (Bunların hökmləri gələcək məsələlərdə deyiləcək.)

Məsələ: 2106. İnsan bir şəhərdə çəki və peymanə ilə satılan malı həmin şəhərdə çəki və peymanə ilə görməklə (ölçmədən) müamilə edilən şəhərdə isə görməklə almalıdır.

Məsələ: 2107. Çəki ilə al-ver olunan bir şeyi peymanə ilə müamilə etmək olar. Əgər çəkisi məlum olsa; məsələn: 10 mən buğdanı peymanə ilə satmaq istəsələr, bir tutumu mən olan peymanə ilə 10 ədəd verməlidirlər.

Məsələ: 2108. Əgər dördüncü şərt istisna olmaqla qeyd olunan

səh: 385

şərtlərdən biri mövcud olmasa, müamilə batildir. Amma alıcı və satıcı bir-birinin malından istifadə etməyə razı olsalar, bu istifadə etmənin eybi yoxdur.

Məsələ: 2109. Vəqf olunan şeyin müamiləsi batildir. Amma xarab olsa, malın vəqf olunduğu sahədə istifadə olunması mümkün olmasa; məsələn, məscidin həsiri çox cırılsa və üstündə namaz qılmaq mümkün olmasa, onun satılmasının işkalı yoxdur. Ehtiyat-vacib budur ki, mümkündürsə onu satmaq üçün şəriət hakiminə müraciət etsin. Əhvət budur ki, onun pulunu həmən məscidə istipadə etsinlər ki, vəqf edənin məqsədinə daha yaxın olsun.

Məsələ: 2110. Əgər malın, vəqf olunduğu şəxslər arasında ixtilaf düşsə və vəqf olunan malları satmayacaqları halda malın, yaxud kiminsə canının tələf olacağı gözlənilirsə, onu sata bilərlər və vəqf edənin məqsədinə daha uyğun yerlərə istifadə etsinlər.

Məsələ: 2111. Bir şəxsə icarə verilən mülkün al-verinin eybi yoxdur. Amma o mülkdən icarə müddətində istifadə etmək icarəyə götürən şəxsindir. Əgər alıcı mülkün icarəyə verildiyini bilməsə, yaxud icarə müddətinin az olduğunu güman edərək mülkü alsa, məsələdən xəbərdar olandan sonra müamiləni poza bilər.

AL-VER SİĞƏSİ

Məsələ: 2112. Al-ver siyğəsinin ərəbcə oxunması lazım deyil; məsələn, əgər satıcı hər hansı bir dildə “bu malı bu pulun müqabilində satdım”, müştəri də “qəbul etdim” desə, müamilə səhihdir. Satıcı və alıcının inşa qəsdi olmalıdır. Yəni bu iki cümləni deməklə məqsədləri al-ver etmək olmalıdır.

Məsələ: 2113. Əgər müamilədə siyğəni oxumasalar, amma satıcı, alıcıdan aldığı mal müqabilində öz malını onun mülkünə keçirsə və o da alsa, müamilə səhihdir; hər ikisi malik olurlar.

səh: 386

MEYVƏLƏRİN AL-VERİ

Məsələ: 2114. Xurmadan başqa gülləri tökülən və tum bağlayan meyvələrin yığılmazdan qabaq al-veri səhihdir. Həmçinin üzüm budağında olan qoranı satmağın eybi yoxdur. Amma xurmanın müamiləsi gərək qızarandan və saralandan sonra olsun.

Məsələ: 2115. Ağacda olan meyvələri tum bağlamamışdan və gülləri tökülməmişdən qabaq satmaq istəsələr gərək torpaqdan hasil olanlarla birlikdə məsələn yerdə bitən bitkiləri onunla birlikdə satsınlar və ya bir ildən çoxun meyvəsini satsınlar və ya müştəri ilə meyvələri həmən zamanda yığılmasını şərt etsinlır.

Məsələ: 2116. Saralmış və ya qızarmış xurmanı ağacın üstündə satmağın eybi yoxdur. Amma onun əvəzində xurma ala bilməzlər. Amma bir şəxsin bir xurma ağacı başqasının həyətində və ya bağında olsa, təxminən onun miqdarını bilirsə, ağacın sahibi, onu evin və ya bağın sahibinə satıb, əvəzində digər xurma ala bilər. Aldığı xurma təxminən bildiyi miqdardan çox və ya az olmasa, müamilənin eybi yoxdur.

Məsələ: 2117. Bir ildə bir neçə dəfə məhsul verən xiyar, badımcan, göyərti və bu kimi şeylərin yetişdikdə və müştərinin ildə onu neçə dəfə yığmasını müəyyən etdikləri halda satmağın eybi yoxdur

Məsələ: 2118. Əgər buğda və arpa sünbülünü, tum bağlayandan sonra, buğda və arpadan başqa bir şey müqabilində satsalar, eybi yoxdur.

NƏQD VƏ NİSYƏ

Məsələ: 2119. Əgər bir mal nəqd satılmışsa, alıcı və satıcı müamilədən sonra bir-birlərindən malı və pulu istəyib ala bilərlər. Torpaq və ev kimi daşınmaz şeylərin verilməsi mal sahibinin onlardan əlini çəkib, tərəfin istədiyi zaman onlardan istifadə edə

səh: 387

biləcəyi şəkildə onun ixtiyarında qoyması ilə ola bilər. Döşənəcək və libas kimi daşına bilən şeyləri təhvil vermək belədir ki, əgər onu başqa yerə aparmaq istəsə satıcı qarşısını almasın.

Məsələ: 2120. Nisyə müamilədə gərək müddət dəqiq şəkildə məlum olsun. Deməli, müəyyən bir şeyi xərmən vaxtında pulunu almaq niyyəti ilə satsa, vaxt dəqiq şəkildə müəyyən olunmadıqda müamilə batildir.

Məsələ: 2121. Əgər bir şəxs müəyyən bir malı nisyə satsa, qərar qoyulan müddət tamam olmamışdan qabaq onun əvəzini alıcıdan tələb edə bilməz. Amma alıcı ölsə və özünün də malı olsa, satıcı müddətin vaxtı tamam olmamışdan qabaq onun vərəsələrindən tələb edə bilər.

Məsələ: 2122. Əgər müəyyən bir şeyi nisyə satsalar, qərar qoyulan vaxt tamam olandan sonra onun əvəzini alıcıdan tələb edə bilər. Amma alıcı versə bilməsə, ona möhlət verməli və ya müamiləni pozmalıdır.

Məsələ: 2123. Əgər malın qiymətini bilməyən bir şəxsə müəyyən qədər nisyə verib qiymətini ona deməsələr, müamilə batildir. Amma malın nəqd qiymətini bilən bir şəxsə nisyə verib baha hesablasalar; məsələn, “sənə nisyə verdiyim malı, nəqd satdığım qiymətin hər tümənində bir riyal baha hesablayacağam” desə və o da qəbul etsə, eybi yoxdur.

Məsələ: 2124. Müəyyən malı nisyə satan və onun pulunu almaq üçün vaxt müəyyən edən bir şəxs, müddətin yarısı keçdikdən sonra öz alacağının bir miqdarını azaldıb qalan yarısını nəqd alsa, eybi yoxdur.

SƏLƏF MÜAMİLƏSİ

Point

Məsələ: 2125. Sələf müamiləsi budur ki, satılan şey külli olsun, müştəri də pulu verib müəyyən müddətdən sonra malı təhvil alsın. Əgər “bu pulu verirəm ki, altı aydan sonra filan malı alam” desə, satıcı da “qəbul etdim” desə və yaxud satıcı pulu alıb “filan malı

səh: 388

satdım ki, altı aydan sonra təhvil verəm” desə, müamilə səhihdir.

Məsələ: 2126. Əgər qızıl və gümüşdən olan pulu, sələf kimi satıb əvəzini qızıl və gümüş puldan alsa, müamilə batildir. Amma əskinas, mis və nikkel kimi olarsa eybi yoxdur. Əgər müəyyən bir malı sələf olaraq satsa satsa əvəzində digər mal və ya pul alarsa, müamilə səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, satıcı malın əvəzində pul alsın başqa mal almasın.

SƏLƏF MÜAMİLƏSİNİN ŞƏRTLƏRİ

Məsələ: 2127. Sələf müamiləsinin altı şərti vardır:

1-Malın qiymətinin fərqlənməsinə səbəb olan xüsusiyyətləri müəyyən etsinlər. Amma həddindən artıq diqqət etmək lazım deyil: camaat “bunun xüsusiyyəti məlumdur” desə, kifayətdir. Deməli, çörək, ət, heyvan dərisi və s. kimi şeylərdə onun xüsusiyyətlərinin müştəri üçün naməlum qalmayacağı surətdə müəyyən etmək mümkün olmasa sələf müamiləsi batildir.

2-Satıcı və alıcı bir-birindən ayrılmamışdan qabaq alıcı pulun hamısını satıcıya versin, yaxud müəyyən bir miqdar satıcıda borcu olsa, pulun bir miqdarını satıcıya nağd verib və öz borcunu malın qiymətindən hesab edə bilər, o da qəbul etməlidir. Bu şərtlə ki, borcu ödəmək vaxtı çatmış olsun. Əgər onun qiymətinin müəyyən miqdarını versə, müamilənin həmin miqdarda səhih olmasına baxmayaraq, satıcı həmin miqdarın müamiləsini poza bilər.

3-Müddət dəqiq şəkildə müəyyən olsun; məsələn, “xərmənin əvvəlinədək malı təhvil verəcəyəm” desə, müddət dəqiq məlum olmadığından, müamilə batildir.

4-Malın təhvil verilməsi üçün təyin olan vaxt, (tapılmadığına görə) satıcınin onu təhvil verə bilməyəcəyi ölçüdə olmamalıdır.

5-Əgər yerlərin müxtəlif olması zərərə səbəb olsa və yaxud onu çatdırmaqın zərərə səbəb olarcaq şəkildə zəhməti olsa, malın təhvil veriləcəyi yeri müəyyən etsinlər. Amma onların danışıqlarından təhvil veriləcəyi yer məlum olsa, həmin yerin

səh: 389

adını demələri lazım deyil.

6-Malın çəkisini, peymanəsini, yaxud sayını müəyyən etsinlər. Adətən görməklə müamilə olunan malı sələf kimi satsalar, eybi yoxdur. Amma gərək qoz və yumurtanın bəzi qismlərində olduğu kimi onun növlərinin fərqi, camaat arasında ona əhəmiyyət verilməyəcək dərəcədə az olsun.

SƏLƏF MÜAMİLƏSİNİN HÖKMLƏRİ

Məsələ: 2128. İnsan, sələf kimi aldığı malı, müddəti qurtarmamışdan qabaq başqasına sata bilməz. Müddət tamam olandan sonra, onu təhvil almamasına baxmayaraq, satmasının eybi yoxdur. Amma taxılı (buğda və arpa kimi) təhvil almamışdan qabaq satmaq məkruhdur.

Məsələ: 2129. Sələf müamiləsində əgər satıcı qərara alınan malı vədə verdiri vaxtda təhvil versə, müştəri gərək qəbul etsin. Əgər qərara alınan maldan yaxşısını versə və əgər vədə verdiyi növdən hesab olunsa, müştəri gərək qəbul etsin. Bu o, haldadır ki, müamilə vaxtı yaxşı mal verməyəcəyini qərar qoymasınlar.

Məsələ: 2130. Əgər satıcının verdiyi mal qərara aldıqlarından pis olsa, müştəri qəbul etməyə bilər.

Məsələ: 2131. Əgər satıcı, müştərinin razı olduğu halda qərara alınan malın yerinə başqa mal versə, eybi yoxdur.

Məsələ: 2132. Əgər sələf kimi satılan mal, təhvil verilməli olduğu vaxtda tapılmasa və onu tapa bilməsə müştəri, satıcı tapana qədər gözləyə bilər, yaxud (gözləməyib) müamiləni pozub və verdiyi şeyi geri ala bilər.

Məsələ: 2133. Əgər müəyyən malı satıb və bir müddətdən sonra təhvil verib pulunu da bir müddətdən sonra alacağını qərar qoysa, müamilə batildir.

səh: 390

QIZIL-GÜMÜŞÜN QIZIL-GÜMÜŞƏ SATILMASI

Məsələ: 2134. Əgər qızılı qızıla, gümüşü də gümüşə satsalar; istər sikkəli olsun, istərsə də sikkəsiz, onlardan birinin çəkisi o birisindən artıq olsa, müamilə haram və batildir.

Məsələ: 2135. Qızılı gümüşə, gümüşü qızıla satsalar müamilə səhihdir; çəkilərinin də bərabər olması ilzami deyil.

Məsələ: 2136. Əgər qızılı və ya gümüşü qızıla, yaxud gümüşə satsalar, satıcı və alıcı bir-birindən ayrılmazdan qabaq malı və onun əvəzini gərək bir-birinə təhvil versinlər. Əgər qərar qoyduqları şeydən heç bir miqdarını təhvil verməsələr, müamilə batildir.

Məsələ: 2137. Əgər satıcı və ya alıcı qərar qoyduğu şeyin hamısını, digəri isə bir miqdarını təhvil verib bir-birindən ayrılsalar, müamilənin həmin miqdarda səhih olmasına baxmayaraq, malın hamısı əlinə çatmayan tərəf müamiləni poza bilər.

Məsələ: 2138. Əgər bir miqdar mədən gümüş torpağını, həmin miqdar xalis gümüşə, yaxud bir miqdar mədən qızıl torpağını həmin miqdar xalis qızıla satsalar, müamilə batildir. Amma gümüş torpağını qızıla, qızıl torpağını gümüşə satmağın heç bir eybi yoxdur.

MÜAMİLƏNİ POZMAĞIN MÜMKÜN OLDUĞU YERLƏR

Məsələ: 2139. Müamiləni pozmaq haqqına “xiyar” (ixtiyar) deyilir. Satıcı və alıcı on bir halda müamiləni poza bilərlər.

1-Müamilə məclisindən dağılmamış olsunlar. Buna məclis ixtiyarı deyilir.

2-Müştəri, yaxud satıcı al-verdə, yaxud müamilənin iki tərəfindən biri başqa müamilələrdə “aldadılmış” olsalar. Buna ğübn ixtiyarı deyilir.

səh: 391

3-Müamilədə müəyyən müddətə qədər hər ikisinin, yaxud birinin müamiləni poza bilməsini qərara alsınlar. Buna şərt ixtiyarı deyilir.

4-Satıcı, yaxud alıcı öz malını, həqiqətdə olduğundan daha yaxşı cilvələndirməsi səbəbi ilə, malın qiyməti camaatın nəzərində çox olsun. Buna tədlis ixtiyarı deylir.

5-Satıcı və ya alıcı müəyyən bir iş görməyi şərt edib, sonra şərtə əməl etməsin yaxud verdiyi malın məxsus halda olmasını şərt edib sonra şərtə əməl etməsin, bu halda tərəf müqabili müamiləni poza bilər. Buna şərtə təxəllüf ixtiyarı deyilir.

6-Malda, yaxud onun əvəzində müəyyən eyb olsun. Buna eyb ixtiyarı deyilir.

7-Satılan malın müəyyən miqdarının işaə surətində başqasının olduğu məlum olsa. Əgər onun sahibi müamiləyə razı olmasa, alıcı, müamiləni poza, yaxud o midarın pulunu, satıcıya ödəyibsə ondan ala bilər. Həmçinin, alıcının aldığı şeyin qarşılığınında əvəz olaraq verdiyi şeyin bir miqdarının başqasının malı olduğu, sahibinin də razı olmadığı məlum olsa, satıcı müamiləni poza bilər, yaxud həmin miqdarın əvəzini alıcıdan ala bilər. Əgər qarışdırılmış və ümumi mülkiyyət olsa buna şirkət ixtiyarı deyilir. Əgər belə olmazsa təbəüzüz səfəqə ixtiyarı deyilir.(1)

8-Satıcı, müştərinin görmədiyi müəyyən olunmuş malın xüsusiyyətlərini ona deyəndən sonra, dediyi kimi olmadığı məlum olsa; bu halda müştəri müamiləni poza bilər. Həmçinin, əgər müştəri (verəcəyi) müəyyən olunmuş əvəzin xüsusiyyətlərini desə, sonradan dediyi kimi olmadığı məlum olsa, satıcı müamiləni poza bilər. Buna röyət