KƏRBƏLADA ÇAXAN BİR ŞİMŞƏK

KİTAB HAQQINDA

Kitabın adı:Kərbəlada çaxan bir şimşək

Müəllif:Ustad Misbah Yəzdi

Naşir:Şəhriyar

Çap tarixi:2000 Qış

Səhifələrin sayı:288

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

İşarə

səh:2

Doktor Misbah Yəzdi

Əziz oxucular! Qarşınızda olan bu kitab görkəmli filosof doktor Misbah Yəzdinin Aşura hadisəsi barədə söylədiyi çıxışlardan hazırlanmışdır. Kitabda tarixin ən faciəli və eyni zamanda ən ibrətamiz və şanlı səhifələrindən biri olan Kərbəla qiyamı müxtəlif yönlərdən araşdırılmış, bu hadisə ilə bağlı irəli sürülən şübhə və suallara cavab verilmişdir. Uzun illər boyu bizim ölkəmizdə də Aşura ilə bağlı Məhərrəmlik mərasiminin keçirilməsini, bu tədbirə xalqımızın kütləvi şəkildə, yüksək rəğbət və hüznlə yanaşmasını nəzərə alaraq, onun mahiyyətinin açıqlanmasını, ictimai-siyasi, mə`nəvi və fikri baxımdan göstərdiyi dərin tə`sirlərin aydınlaşdırılmasını zəruri hesab edərək bu kitabı azərbaycan dilinə çevirib çapa hazırladıq.

Son illərdə bütün milli-mə`nəvi, dini-əqidəvi dəyərlərimiz amansız düşmənlər tərəfindən məqsədyönlü şəkildə dağıdılır; belə bir şəraitdə bu tədbirə qarşı da laqeyid yanaşılmır, hər gün yeni-yeni şübhələr yaymaqla bu misilsiz xalq hərəkatına qarşı da təxribatçılıq işləri aparılır. Əlbəttə, ölkəmizdə yuva qurmuş düşmənlərin, onların siyasətlərini canla-başla həyata keçirən öz xain muzdurlarımızın narahatlığını başa düşmək çətin deyildir. Milyonların qəlbindən, ruhundan süzülüb gələn bir məhəbbətin, bu hisslərdən doğan ümumxalq hərəkatının təbiiliyindən, coşğunluğundan və hərarətindən düşmənlərimiz nəinki qorxmalı və hətta kökslərində məkr və hiylə ilə döyünən ürəkləri belə partlamalıdır...

Sapı özümüzdən olan baltalara tam səmimiyyətlə bir açıqlama:

səh:3

Qəlbinin və vücudunun meyvəsi olan əziz cavanını əlindən verən bir valideyn bir neçə ildən sonra bu hadisəyə soyuqqanlıqla yanaşdığı bir halda, üstündün 1400 il keçmiş bir hadisənin ildönümü yaxınlaşanda ölkə təlatümə gəlir, yüz minləri, hətta milyonları əhatə edən bir hərəkat yaranır.

Bu barədə nə düşünürsünüz?!

Doğrudanmı bu adi bir hadisədir?! Görəsən bunu özgə bir şeylə əvəz etmək mümkündürmü?!

Müxtəlif biçimli təşkilatlar qurub, bu mərasimə qarşı “qununi mexanizm” hazırlayan mə`murlara:

Sizin özünüzün də mirası olduğunuz mənfur kommunist rejimi 70 il gecə-gündüz bu məqsəd yolunda çalışdı; minlərlə günahsız insanın qanını tökdü; dünyanı lərzəyə gətirəcək topu-tüfəngi ilə hər cinayətə əl atdı. Amma bu xalqın dinini əlindən ala bilmədi; onları İmam Hüseyndən ayırmağı bacarmadı. Nəticədə özü məhv olub, tarixin zibilliklərinə atıldı. İbrət götürün, fikirləşin! Onlar məhv olub aradan getdi, amma bu xalqın adət-ən`ənələri, əqidə və mə`nəviyyatı yaşadı! Unutmayın ki, xalqın qəzəbi Allahın qəzəbi kimidir, coşdusa, onu heç bir qüvvə yatıra bilməz!

Sözümüzü bir neçə qeydlə sona yetiririk:

Əvvəldə qeyd etdiyim kimi, bu kitab müəllifin öz qələmi ilə yazdığı bir əsər deyildir və onun çıxışlarının lent yazılarından köçürülmüşdür. Orjinallığı saxlamaq üçün onun mətninə əl vurulmamış, ədəbi və bədii cəhətdən redaktə olunmamışdır. Yə`qin ki, əziz oxucular qələmlə yazılmış bir əsərlə, şifahi nitq və danışıq əsasında hazırlanmış kitabın hədsiz dərəcədə

səh:4

fərqli olduğunu başa düşər və qarşılaşdıqları bə`zi ifadə və cümlələrin zəifliyinə məhz bu cəhətdən yanaşarlar.

Bu çıxışlar İran İslam Respublikasında keçirilən mərasimlərdə söylənmiş və oranın ictimai mühiti üçün nəzərdə tutulmuşdur. Buna görə də mümkündür ki, bə`zi məsələlər kimlər üçünsə anlaşılmaz görünsün.

Sonda hamınızı bağışlayan və mehriban Rəbbimizə tapşırır, xalqımıza İmam Hüseynin (ə) həqiqi ardıcılı olmaq, bütün çətinliklərini o həzrət kimi fədakarcasına həll etmək müvəffəqiyyəti arzulayıram.

səh:5

ÖN SÖZ YERİNƏ

Böyük ustadlardan biri belə deyir: Bir gün dərs əsnasında şagirdlərdən bə᾿ziləri sözlərimə irad tutaraq, imam Hüseyn əleyhissəlamın qiyamətdə öz əzadarlarına şəfaət edəcəyinə dəlil və sübut gətirməyimi istədilər. Nə qədər dəlil gətirdimsə də, sözümü qəbul etməyib başqa dəlillər tələb etdilər. Çarəsiz qalıb fürsət istədim və bir müddətdən sonra onlara qənaətbəxş cavab verəcəyimə və᾿d etdim. Məqsədim Kufəyə gedib «Səhlə» məscidində bir müddət ibadət etmək və Allah-taaladan bu sualın cavabını qəlbimə ilham etməsini diləmək idi. Nəcəfi-əşrəfdən Kufəyə tərəf yollandım. Təzəcə yola düşmüşdüm ki, bir nəfər seyyidin mənimlə yanaşı addımladığını gördüm və deyəsən o da Kufəyə gedirdi. Yol boyu həmən seyyid tez-tez suallar verir və sanki mənimlə həmsöhbət olmaq istəyirdi. Qəlbimdə Allahla razi-niyaz etdiyim üçün onun suallarına çox qısa cavab verir, bununla da söhbətdən yayınmaq istəyirdim. Amma bir qədər sonra başa düşdüm ki, bu seyyid həddindən artıq mə᾿lumatlı adamdır və ömrümdə eşitmədiyim elmi söhbətlər edir. Seyyid Kufəyə nə üçün getdiyimi soruşdu və mən də əhvalatı olduğu kimi danışdım. O, bir qədər fikirləşdikdən sonra – Bir əhvalat danışmaq istəyirəm, mümkündür sualının cavabı aydınlaşsın – deyə söhbətə başladı:

–Bir gün cavan bir şah öz vəzir-vəkillərini toplayıb ova çıxmaq istədiyini bildirdi. Hamı şahın fikrini bəyənib ov tədarükü görməyə məşğul oldular. Ertəsi gün onlar təbiətin qoynuna çıxıb ov üçün münasib yer

səh:6

axtarmağa başladılar. Şah ətrafındakılara onu, qarşılaşdıqları ilk ovla tək buraxmalarını tapşırdı. Bir qədər sonra yamacında dayandıqları təpənin üstündə bir ceyran gördülər, əmrə əsasən hamı yerində dayandı və şah öz ovunu qovmağa başladı. Günün ikinci yarısınadək şah ceyranın dalınca at qovdu və nəhayət bir də ayılıb gördü ki, hava qaralmağa başlayır, ətrafındakı adamlardan səs-sorağ yoxdur, özü də ac-susuz və yorğundur. Nə etməli? Hansı istiqamətə getməli? Harada gecələməli? Bu fikirlərlə bir qədər gəzib-dolandıqdan sonra uzaqdan alaçıqlar görünməyə başladı və şah atını oraya sürüb bir alaçığın qapısında dayandı. Burada yaşlı qadınla bir kişi yaşayırdı. Onlar yorğun atlını görcək tez irəliyə gəlib atın cilovundan yapışdılar, qonağı içəri gətirib ona qulluq etməyə başladılar. Qonaq həddindən artıq ac və taqətsiz olduğundan ona şam hazırlamaq lazım idi. Lakin bu miskin ailənin dünya malından var-yoxları yalnız südü ilə dolandıqları bir keçiləri var idi və yemək hazırlamaq üçün ondan başqa heç bir şeyə gümanları gəlmirdi. Ər-arvad öz aralarında götür-qoy etdikdən sonra kimliyindən xəbərləri olmadığı və lakin Allah qonağı hesab etdikləri bu qəribə qonağa lazımınca xidmət etməyi hər şeydən üstün tutub, yeganə ümidləri olan keçini kəsdilər və ətindən kabab bişirib qonağı yetərincə yedirtdilər. Bütün söhbətləri eşidib, işləri diqqətlə müşahidə edən şah bu yüksək qonaqpərvərliyə, xalislik və insaniyyət tamaşasına baxırmış kimi bu səhnələrdən mə᾿nəvi zövq alır, onların sadəliyinə məftun olurdu. Nəhayət səhər açıldı, şahın adamları uzun axtarışdan sonra gəlib onu burada sağ-

səh:7

salamat tapıb çox sevindilər. Şah əmr verdi ki, bu ər-arvadı mənim sarayıma gətirin.

Ertəsi gün sarayda böyük ziyafət təşkil edildi, bütün ə᾿yan-əşraf, vəzir-vəkil, münəccim və alimlər orada iştirak edirdi. Məclisin yuxarı başında şahla yanaşı həmin kişi ilə qadın da oturmuşdu. Şah üzünü məclis iştirakçılarına tutub əhvalatı olduğu kimi danışıb soruşdu: – Mən bunların yaxşılığının müqabilində nə etməliyəm? Hansı bir iş bunların mənə göstərdikləri xidmətin əvəzini ödəyə bilər? Bir nəfər «yeddi qoyun versən kifayət edər» – deyə dilləndi. Şah qəbul etmədi. İkincisi yetmiş qoyun, üçüncüsü yeddi sürü, kimisi yeddi kənd deyə təklif edirdi, amma şah hər dəfə – «olmadı» deyib başını e᾿tirazla yelləyirdi? Nəhayət onlar təəccüblə şahın üzünə baxıb bir söz demədilər. Saray alimi məclisdə toplaşanların təəccübünü izhar etmək üçün dilləndi: Şahım, olmaya bircə keçiyə görə bütün xəzinəni bunlara vermək istəyirsən?!

–Şah təmkinlə sözə başlayıb dedi:

–Həqiqəti bilmək istəsəniz, bütöv bir xəzinə də bunların yaxşılığını ödəməz. Çünki, onlar Allah qonağına xidmət etmək üçün hər bir şeylərindən keçiblər. Bunların var-yoxu təkcə bir keçi idi və onu da qurban ediblər və əgər mən də onun əvəzini vermək istəsəm, gərək bütün var-yoxumu və şahlığımı onlara təqdim edim.

Ustad deyir: Seyyid bu əhvalatı danışıb qurtardıqdan sonra söhbətini imam Hüseyn əleyhissəlamla əlaqələndirdi. O, sözlərini davam etdirib buyurdu: Bəşəriyyət içərisində Allah aşiqləri

səh:8

az deyildir. Onların hər biri öz səviyyəsi və eşqi dərəcəsində öz mə᾿şuqları yolunda fədakarlıq etmiş və tarixin ən şirin sətirlərini öz qanları ilə yazmışlar. Amma Rəbbimiz – bu Böyük Mə᾿şuq öz aşiqləri arasında sanki özgə bir şey arayır, Onun yolunda hər bir şeyindən keçməyə hazır olan öz aşiqini görmək istəyir. Bəli, belə bir səadət yalnız imam Hüseyn əleyhissəlama qismət olmuş, bu böyük və ağır imtahandan yalnız o həzrət alnıaçıq və üzüağ çıxmışdır. Allah yolunda malından, canından, əhli-əyalından, keçmişindən, gələcəyindən və ümumiyyətlə hər bir şeyindən keçmiş bu ilahi şəxsiyyət – mə᾿sum imam hansı məşəqqətləri görmədi! Dünyada hansı bir dərd-bəla vardır ki, o həzrətin müsibətində onun mütləq nümunəsini tapmayaq!

–Seyyid kövrələrək qəhər içində məndən soruşdu: Allah-taala imam Hüseyn əleyhissəlamdan Onun yolunda hər bir şeyindən keçməsini istədi və o həzrət də tam xalisliklə bütün varlığını öz Pərvərdigarına təqdim etdi. İndi söylə görüm, Allah-taala da onun bu misilsiz fədakarlığının əvəzini vermək istəsə nə etməlidir?

Ustad deyir: Mən bir anlığa duruxdum, dilimə gətirmək istədiyim sözün məs᾿uliyyətindən qorxub sükut etdim. Seyyid təbəssümlə dilləndi: Bilirəm qorxursan ki, deyəcəyin söz küfr və nasəza olsun. Amma mən deyim: Allah-taala da onun əvəzini vermək istəsə, öz mütləqiyyət və ilahi qüdrətini ona verməlidir. Lakin bu, qeyri-mümkün bir işdir və Allah

səh:9

heç kəsə öz ilahiyyətini verməz. Şəfaət necə? Pərvərdigari-aləm üçün imam Hüseyn əleyhissəlamın həqiqi mö᾿minlərə, öz aşiqlərinə şəfaət izni verməsi çətin bir işdirmi? Allah-taala İmam Hüseyn əleyhissəlam üçün şəfaət iznini əsirgəyərmi? Əlbəttə yox!

–Ustad deyir: Mən buradaca dayandım, çünki sualımın cavabını tapmışdım. Seyyidlə xudafizləşib geri döndüm və sonralar o seyyidin kim olmasını anladım...

Bəli, əzizlərimiz və Hüseyn aşiqləri!

Allah-taala Həzrət İbrahim əleyhissəlamdan öz övladını qurbangaha gətirməsini və onu Allah yolunda fəda etməsini istədi. O həzrət də bu əmri qəbul etdi, amma üçüncü əmrdən sonra və özü də yalnız bircə övladını...

Bu müqayisə ilə biz həzrət İbrahim xəlilüllahın məqamını kiçiltmək istəmirik (bizim ruhumuz o həzrətə fəda olsun!), əksinə imam Hüseyn əleyhissəlamın məqamının böyüklüyünü çatdırmaq istəyirik. O həzrət öz Mə᾿budu üçün zülm və zalımla mübarizədə, azadlıq və hürriyyət yolunda, İslam dininin inhiraf və azğınlıqlardan qorunması uğrunda öz cavan oğlanlarının tikə-tikə olunmuş bədənlərini əbasının arasına yığıb xeyməgaha gətirdi, gözləri önündə dilavər qardaşlarının necə amansızcasına şəhid edildiyinin, qolları üstə südəmər körpəsinin oxlandığının şahidi oldu! Bu səhnələr o həzrətin aşiqlərini daim yandırıb-yaxmışdır. Lakin bir səhnə daim o haqq aşiqinin ardıcıllarının qəlbini odlayır. İmam (ə) bilirdi ki, şəhadətindən sonra bu vəhşi qoşun

səh:10

onun xeyməgahına hücum çəkəcək, orada olan qız-gəlinlər yanan çadırlardan çıxıb hər tərəfə səpiləcək, atların ayağı altında o tərəf bu tərəfə qaçacaq və əsir götürülərək şəhərbə-şəhər gəzdiriləcək. Görəsən imam Hüseyn əleyhissəlam kimi mə᾿sum və qeyrətli bir kişini belə bir müsibəti qəbul etməyə nə vadar etdi?! Bu sualın cavabı çox genişdir və bu haqda kitablar yazmaq olar. Lakin qısaca demək lazımdır ki, o həzrət bu ağır və dözülməz müsibətləri qəbul etməklə bəşəriyyətə ən böyük dərsi öyrətdi. Zülmə, düşmənə, təcavüzkarlara qalib gəlmək üçün hər bir şeydən keçməyə hazır olmaq dərsi!

Əbəs deyildir ki, Hindistan azadlıq hərəkatının başçısı öz xalqına müraciətlə deyir:

–Mən bütün dünyanı gəzib-dolandım, müstəmləkə caynağından qurtarmaq üçün sizə böyük bir ərməğan gətirdim. Bu ərməğan İraqın Kərbəla şəhərində azadlıqsevərlərin qibləsinə çevrilmiş imam Hüseyn əleyhissəlamın böyük şəhidlik məktəbidir! Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır olmalıyıq.

Əziz həmvətənlilər! Xalqımız neçə ildir ki, erməni işğalçılarının təcavüzünə mə᾿ruz qalıb, torpaqlarımız işğal olunub, qız-gəlinlərimiz əsir aparılıb. Neçə illərdir ki, çarə axtarır, dünyanın böyük qüdrətlərindən, beynəlxalq təşkilatlardan kömək umuruq. Amma unutmuşuq və ya unutdurulmuşuq ki, bu xalq imam Hüseynçi xalqdır. Xalqımızın bu böyük sərmayəsindən lazımınca bəhrələnməliyik. Əgər həqiqi mə᾿nada «Hüseynçi» olmaq istəyiriksə, təkcə ağlamaq və əzadarlıqla kifayətlənməməli, o həzrət kimi öz dinimiz,

səh:11

azadlığımız, torpaqlarımız və insani dəyərlərimiz yolunda canımızı qurban verməyə hazır olmalıyıq!

İmam Hüseyn əleyhissəlam ömrünün son anlarında, saysız-hesabsız yaralar alıb düşmənlərin mühasirəsində olduğu zaman qoşunun xeymələrə hücum çəkdiyini, çadırlardan atəşin şö᾿lələndiyini, körpə uşaqların nalə-şivənlərini gördü. Döyüşü tərk edib xeyməgaha getmək istərkən ağır zərbəyə mə᾿ruz qalıb atdan yıxıldı, taqətsiz halda çadırlara tərəf bir qədər süründü və nəhayət başını isti qumlar üstə qoydu...

İlahi! Səni and veririk imamın o ağır və çətin anlarına! Millətimizin bütün çətinliklərini öz qüdrətinlə asan et! Cavanlarımıza qeyrət, qızlarımıza iffət nəsib et! Hüseyn bayrağı altında torpaqlarımızın azad olunması gününü bizlərə qismət et! Amin.

səh:12

Aşura məsələsi Ətrafında yaranmış şübhələr (1)

1.Görəsən nəyə görə Məhərrəmliyi əziz tutmalıyıq?

2.Nə üçün Kərbəla faciəsini elmi seminarlar və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

3.Aşura hadisəsi nəyə görə əzadarlıq mərasimi keçirməklə yad edilməlidir?

4.İmam Hüseynin (ə) düşmənləri nə üçün lə᾿nətlənməlidirlər?

səh:13

Bismillahir-rəhmanir-rəhim

Şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın əzadarlıq günlərinin yaxınlaşması münasibəti ilə İmam Zaman (ə.c.) həzrətlərinə, əziz rəhbərimizə, hörmətli alim və müctehidlərə və eləcə də İmam Hüseyn (ə) məktəbinin bütün ardıcıllarına başsağlığı verirəm! Allah-taala bizləri dünyada imam Hüseyn əleyhissəlamın ziyarət və himayəsindən, axirətdə şəfaətindən məhrum etməsin! Amin!

Bu günlər Aşura hadisəsi, eləcə də imam Hüseyn (ə) məktəbi haqda bilik və mə`lumatımızı artırmaq üçün əlverişli bir fürsətdir. Yaxşı olardı ki, bu fürsətdən istifadə edərək, imam Hüseyn əleyhissəlamın qiyamı ilə əlaqədar, əksəriyyətin, xüsusilə də yeniyetmə və gənclərin zehnində yaranan bir çox şübhə və suallara aydınlıq gətirək.

Ümid edirik, bu kimi araşdırmalarla imam Hüseyn (ə) və onun böyük qiyamı haqda mə`lumatlarımızı artıraq, gənclərin mühüm tarixi hadisələrlə tanışlıq səviyyəsini genişləndirək və bu mə`rifət dəryasına baş vurmaqla həm dünyamız, həm də axirətimiz üçün faydalı nəticələr əldə edək. İnşallah!

Mə`lum məsələdir ki, fikri inkişaf dövrünə yenicə qədəm qoymuş bir gənc, ətrafında baş verən ictimai məsələləri dərk etmək, onların səbəblərini öyrənmək və bu məsələlər barədə aydın təhlil aparıb, düzgün nəticələr əldə etmək istəyir. Yeniyetmələr Məhərrəm ayında hər yerdə məclislər təşkil olunduğunu, əhalinin qara paltarlar geyindiyini, qara bayraqların dalğalandığı və insanların dəstə-dəstə yığışıb əzadarlıq

səh:14

etdiyini müşahidə edirlər. Sinə döyən kim, zəncir vuran kim, dizinə vurub ağlayan kim... O başqa günlərdə, eləcə də digər cəmiyyətlərdə buna bənzər hadisələrin şahidi olmadığından, təbii olaraq, bə`zi suallarla rastlaşır: Görəsən bu mərasim hansı məqsədlə keçirilir? Nəyə görə insanlar qara paltar geyinməli və bu mərasimlərdə dizlərinə, sinələrinə döyməlidirlər? Bu qədər göz yaşı axıtmaq nəyə lazımdır? və s.

Gənclərin və yeniyetmələrin verdiyi bu kimi suallar adətən belə cavablandırılır: Şəhidlər sərvəri imam Hüseyn (ə) Allah yolunda, İslami dəyərlər uğrunda şəhid olmuşdur; bu səbəbdən də biz onun xatirəsini yad edib, göz yaşı axıtmalıyıq; imam Hüseynə (ə) matəm saxlamağın savabı vardır; o həzrət bu əzadarlıqların əvəzində Qiyamət günü bizə şəfaət edəcəkdir və s.

Bir anlığa özümüzü yeniyetmə fərz etsək, qarşılaşdığımız suallara verilən bu kimi bəsit cavablarla qane olmayacağıq.

Bu məsələ ətrafında qarşıya çıxan sualları ümumi şəkildə dörd hissəyə bölmək olar. Hər suala ayrı-ayrılıqda cavab verməklə, əziz gənclərimizi Aşura mərasimi ilə daha yaxından tanış etmək, onların bu mühüm məsələ barədə olan mə᾿lumatlarını artırmaq və bu hərəkat haqda baxışlarını aydınlaşdırmağa çalışacağıq.

Görösön nəyə görə Məhərrəmliyi Əziz tutmalıyıq?

Nəyə görə 1360 il bundan qabaq baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o

səh:15

hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?

Bu sualın cavabı elə də mürəkkəb deyildir. Hər hansı bir yeniyetməyə çox asanlıqla başa salmaq olar ki, bütün cəmiyyətlərdə baş verən mühüm hadisələr, həmin xalqın gələcək həyatında, müqəddəratında böyük izlər qoyub, mühüm rol oynaya bilər. O xatirələrin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, qarşılaşdıqları problemlərin həllində, gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur. Mə`lum məsələdir ki, həmin hadisə tarixin faydalı və şanlı səhifəsidirsə, onun yenidən yad edilib, canlandırılması insanlara şərəf, ləyaqət və ruh yüksəkliyi aşılayacaq.

Ümumiyyətlə, bütün xalqlarda bir növ keçmiş hadisələri xatırlamaq, uca tutub onları hörmətlə yad etmək adəti vardır. İstər cəmiyyətin inkişafında müsbət rol oynamış şəxsiyyətlər, böyük alimlər və tədqiqatçılar, istərsə də xalqının azadlığı uğrunda ictimai-siyasi səhnədə mübarizə aparmış millət qəhrəmanlarının xatirəsi şərəflə anılır, yad edilir. Dünyanın bütün ağıl və məntiq sahibləri belə şəxsiyyətlər üçün yubileylər, xatirə gecələri və müxtəlif tədbirlərin keçirilməsi zərurətini müsbət qəbul edirlər.

səh:16

Bu iş bütün insanların xarakterik xüsusiyyəti və ən müqəddəs fitri istəklərindən biri olub, “haqqı tanımaq hissi”nə əsaslanır. İnsanlar bəşəriyyətə, ayrı-ayrı cəmiyyətlərə və ya fərdlərə xidmət göstərmiş şəxslərin xatirələrini yad etməklə, bir növ onların haqlarını ödəyir, təşəkkür və minnətdarlıqlarını bildirirlər. Həmin xatirələr yad edilərkən, xüsusilə də əgər, həmin hadisələr cəmiyyətin səadət və xoşbəxtliyi yolunda tə᾿sirli olubsa, digər tə᾿sirli amillər də ona artırıla bilər. Bu halda, sanki o hadisələr yenidən canlanmış olur.

Bildiyiniz kimi, Aşura qiyamı İslam tarixinin böyük hadisələrindən biridir. Bu hadisənin müsəlmanların səadəti və eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm və həlledici rolu olmuşdur və olmaqdadır. Bizim nəzərimizdə bu adi bir faciə deyil, tarixin olduqca dəyərli və önəmli bir hadisəsidir. Onun bir daha yad edilib xatırlanmasının ictimaiyyətimizin qarşılaşdığı gərgin problemlərin həllində özünəməxsus rolu vardır.

Gənclərin verdikləri sualların qarşısında bu kimi cavabları gətirməklə, onları qane edə bilərik ki, keçmişdə baş verən bə᾿zi hadisələrin yenidən dirçəldilməsi tam mə`nada məntiqi bir işdir; belə bir tədbirin cəmiyyətin ümumi mənafeyinə uyğun olmasını bir kimsə inkar edə bilməz. Bu hadisə, baş verdiyi dövrdə həmin cəmiyyətə nə qədər böyük tə᾿sir göstərmişdisə, onun bu günümüzdə yad edilməsi də mövcud cəmiyyətlər üçün bir o qədər faydalı və tə᾿sirli ola bilər.

səh:17

Nə üçün Aşura hadisəsini elmi seminarlar, yubiley və konfranslar keçirib yad etməklə kifayətlənmirik?

Əvvəldə göstərdiyimiz ümumi sualın təhlilindən qarşıya çıxan ikinci məsələ budur ki, Aşura hadisəsini yad etmək, heç də yalnız sinə vurub ağlamaq, şəhəri, məscidləri qara örtüyə bürümək, əzadarlıq etmək və bütün işləri buraxıb, səhərdən axşama qədər mərasimlərdə iştirak etməkdən ibarət deyil. Bunun nəticəsi bir çox işlərə, xüsusilə də iqtisadi sahəyə zərər vurur. Halbuki, bu mərasimləri digər şəkildə də təşkil etmək olar.

Bu mərasimlərin kütləvi şəkildə keçirildiyi ölkələrdə xalqın əksəriyyəti müvəqqəti olsa da, iqtisadi və maddi məsələlərlə az maraqlanır və bu tədbirlərə daha artıq diqqət yetirirlər. Belə bir halda insanlar bu hadisəni iqtisadi, maddi zərər və mənafelər baxımından araşdırıb qiymətləndirirlər. Mümkündür ki, hələ kifayət qədər dini anlayışı və mə᾿lumatı olmayan bir yeniyetmə belə fikirləşsin: Bu kimi mərasimlər iqtisadiyyata və maddiyyata zərər vurur, istehsal azalır, vaxt itirilir. Gecələri sübhə qədər əzadarlıqla məşğul olduqda isə, səhəri gün iş görməyə qüvvə qalmır. Ardıcıl olaraq, iki ay bu hadisənin anılması cəmiyyətin iş rejimində fasilələr yaradır, ümumi göstəricilərin faizi aşağı enir. Halbuki, Məhərrəmliyin xatirəsini başqa yollarla da yad etmək olar. Məsələn, bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, yubiley və seminarlar da təşkil etmək olar. Əzadarlıq etmək təkcə ağlayıb-sızlamaq, baş-gözünə döyməkdən ibarətdirmi? Bir toplantı kifayət etmirsə,

səh:18

bir neçə yığıncaq təşkil olunsun, konfranslar keçirilsin. Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün hökmən camaat başına-sinəsinə vurmalı, özünə əziyyət etməlidir?

Aşura hadisəsi və imam Hüseyn əleyhissəlamın xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət tə᾿sir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir?

Bu sualın cavabı birinci sualdan daha çətindir. Cavab budur ki, əlbəttə, şəhidlər sərvəri imam Hüseyn əleyhissəlamın şəxsiyyəti barədə belə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi yığıncaqlar indi də keçirilir; o həzrətin adı ilə bağlı müxtəlif səviyyəli elmi söhbətlər olunur, tədqiqatlar aparılır və xalq da bunların nəticələrindən istifadə edir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir?

Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirməli, onların şüurlu rəftarlarına tə᾿sir edən amillərin yalnız dərketmə, yoxsa ictimai davranışlardan ibarət olmasını araşdırmalıyıq.

Bir qədər diqqət etsək görərik ki, bizim rəftar və davranışlarımızda daha çox iki növ tə`siredici amil mühüm rol oynayır. Birincisi, dərketmə amili olub, insana müəyyən mövzunun başa düşülüb qəbul edilməsində kömək edir. Təbiidir ki, nəzərdə tutulan

səh:19

mətləbin elmin hansı sahəsinə aid olmasından asılı olaraq, ona uyğun əqli, təcrübi dəlillər və ya digər yollardan istifadə edəcəyik. Şübhəsiz, dərketmənin bizim davranışlarımızda böyük tə᾿siri vardır. Amma e`tiraf etmək lazımdır ki, bu üsul yeganə tə᾿sirgöstərici amil deyildir. Rəftar və davranışımızda dərketmə amilindən daha çox tə᾿sirli olan digər amillər də mövcuddur. Belə amilləri ümumilikdə, təhrikedici hisslər, başqa ifadə ilə desək, duyğu hissləri, meyillilik, qəlbi yönəlmə və ya instinkt adlandırırlar; bunlar daxili, psixoloji amillər olub, davranışlarımıza əsaslı tə᾿sir göstərən məsələlərdəndir. Fərdi və ya ictimai olmasından asılı olmayaraq, gündəlik rəftar və davranışlarımıza diqqət yetirsək görərik ki, tə`sirinə daha çox mə`ruz qaldığımız amillər əsas e`tibarı ilə təhrikedici amillərdir.

Əvvəla, hər hansı bir işi görmək üçün insanın daxilində həmin işə qarşı maraq, şövq və həvəs olmalıdır. İkincisi, həmin işin yerinə yetirilməsi üçün qarşıya məqsəd qoyulmalıdır. “Bu işin faydası nədir?”, “Necə görülməlidir?” və bu qəbildən olan digər səbəblər dərketmə amilləridir. Bu amillər təcrübə yolu ilə və ya məntiqi dəlillərlə diqqətlə araşdırılıb öyrənilməlidir. Amma hər hansı bir işin icra edilməsi üçün təkcə məqsədin və tə`siredici amillərin bəlli olması kifayət etmir.

İmamın da öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən anlayışa malik olmaq, bizi onun işinə oxşar bir iş görməyə, yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya mə᾿lumat əldə etməklə, insanda belə bir meyl yaranmır.

səh:20

İnsandan yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Bu işlərin əməli olaraq həyata keçməsi həmin iki əsas amildən asılıdır. Elmi yığıncaq və çıxışlar birinci növdən olan amilləri tə᾿min edə bilər; yə᾿ni lazım olan bilik və mə᾿lumatı çatdırmaqda bizə yardımçı olar. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Mə`lum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, o hadisə haqqında eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyiniz hər hansı bir hadisə haqqında eşitdiyiniz mə`lumatın sizdə yaratdığı tə`sir ilə, həmin hadisəni öz gözlərinizlə görəcəyiniz zaman yaradacağı tə`sir arasında fərq olacaqdır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.

Buna misal olaraq, Qur᾿ani-Kərimdən hamınızın eşitdiyi bir əhvalatı qeyd etmək istərdim:

“Bildiyiniz kimi, həzrət Musa əleyhissəlam Allah tərəfindən, ibadət etmək üçün Tur dağına dəvət edilir. Əhaliyə də əvvəlcədən xəbər verilir ki, Musa əleyhissəlam orada bir ay qalacaq. Allah-taala sonradan bu müddəti artırıb qırx günə çatdırır. Xalq isə müddətin uzadılmasından xəbərsiz idi. Bu, Bəni-İsrail qövmünə, onların həqiqətdə imanlarında nə qədər sabit olduqlarını göstərmək üçün nəzərdə tutulmuş bir imtahan idi. Müddət başa çatan kimi Bəni-İsrail qövmü həzrət Musa əleyhissəlamın canişini və qardaşı olan Harunun yanına gedərək, onun nə üçün gəlib çıxmadığını soruşur. Harun isə cavabında belə deyir:

səh:21

“Gözləyirik, tezliklə gələr”. Səhər olur, Musa əleyhissəlam gəlib çıxmır. Yenidən soruşurlar: “Musa (ə) niyə gəlmədi? Gecikməyindən belə məlum olur ki, bizi tək qoyub, özü çıxıb gedibdir”. Samiri isə fürsətdən istifadə edərək bir buzov heykəli düzəldir və camaatı da ona ibadət etməyə dəvət edir: “ Bu həm sizin, həm də Musanın Allahıdır. Bu həmin Allahdır ki, Musa Tur dağında onunla münacat edirdi. Mənim düzəltdiyim bu buzov elə Musanı peyğəmbərliyə seçən Allahın özüdür”. Camaatın əksəriyyəti buzovun qarşısında səcdəyə düşüb, ona sitayiş etməyə başlayır. Allah-taala Musa əleyhissəlama vəhy göndərir ki, sənin qövmün arasında belə bir iş olubdur. Gecikdiyin bu on gün ərzində camaat inəkpərəst olublar. Musa əleyhissəlam bu sözləri eşitsə də, narahatlığını biruzə vermir. On gün başa çatdıqdan sonra Allahdan nazil olmuş lövhəni də götürüb camaatın yanına qayıdır ki, nazil olmuş ilahi hökm haqqında xəbər versin və onları ilahi şəriətə əməl etməyə çağırsın. Qayıdan zaman camaatın buzova ibadət etdiyini görür. Bu mənzərə onu o qədər mütəəssir edir ki, əsəbləşərək gətirdiyi lövhəni bir kənara atır. Qardaşı Harunun yanına gedir; onun yaxasından yapışır, özünə tərəf çəkir və camaatın yolundan azmasına niyə izn verdiyini soruşur”.

Həmin əhvalatı burada təfsilatı ilə nəql etmək istəmirəm. Sadəcə olaraq, hər hansı bir şey haqda mə᾿lumat və anlayışa malik olmaqla, onu müşahidə etməyin fərqini göstərmək istəyirdim. Allah-taala həzrət Musa əleyhissəlama qövmünün buzova pərəstiş etməsi məsələsini xəbər vermişdi. Həzrət Musa əleyhissəlamın da bu məsələdə heç bir şəkk-şübhəsi

səh:22

yox idi. Çünki, xəbər verən adi bir kimsə deyil, Allahın özü idi. Xəbəri eşidəndə o qədər də narahat olub əsəbləşmədi. Lakin camaatın buzova sitayiş etdiyini öz gözləri ilə müşahidə etdikdə, dərhal halı dəyişir və qəzəblənir. Qardaşının yanına gedərək, ona öz e᾿tirazını bildirir.

Allah-taala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu tə᾿sir və təəssürat, deyilənlər, eşidilənlər və mə᾿lumatlarla yaranan tə`sirlə kəskin şəkildə fərqlənir. Biz hər hansı bir hadisəni səhnələşdirsək, istər xalq folkloru formasında olsun, istərsə də müasir film və ya tamaşalar şəklində, bu səhnələr nəzərdə tutulan əhvalatı təcəssüm etdirə bilirsə, bunların insanda qoyduğu tə᾿sir digər üsullardan qat-qat üstündür. Aşura günü imam Hüseyn əleyhissəlamın necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimdə iştirak etdikdə, mərsiyəxanların xüsusi ahəng və hərəkətlə nümayiş etdirdiyi Kərbəla əhvalatını eşidərkən, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük tə᾿siri vardır. Bu səhnələrin nümayişi imam Hüseyn əleyhissəlamın qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq.

İnsanlar Məhərrəmliyin ilk günü evlərindən bayıra çıxarkən, şəhərdə ayrı bir görkəm və əhval-ruhiyyə görürlər. Bu da onlarda xüsusi tə᾿sir oyadır, ürəklərini

səh:23

riqqətə gətirir. Aşura gününün yaratdığı əhval-ruhiyyə və təəssüratı digər aylarda müşahidə etmirik.

Tarixdə bu hadisənin tə᾿siri ilə zalım rejimlərə qarşı neçə-neçə qiyamlar, çıxışlar olub. Elə buna görədir ki, İmam Xomeyni (r) dəfələrlə buyurmuşdur: “Bizim nəyimiz varsa, Məhərrəm və Səfər aylarının bərəkətindəndir.”

Nəyə görə əzadarlıqların məhz bu şəkildə keçirilməsinə israr edilir?

Çünki, artıq on üç əsrdir ki, bu səhnələrin, xalqların milli-dini hisslərinin təhrik edilməsində böyük rolu olduğu təcrübə olunmuşdur. Baş vermiş müharibələrdə qazanılan bir çox qələbələr, məhz xalqın Hüseyn adı və Hüseyn hərəkatından bəhrələnib, böyük şövq və şücaətlə vuruşması nəticəsində olmuşdur. Bunun tə᾿siri az deyildir; cəmiyyətdə belə bir ruhiyyə yaradan ikinci amil vardırmı? İnsanları dininin, millətinin tapdalanmış haqları yolunda mübarizəyə səsləyən və şəhadətə hazırlayan ikinci bir məktəb vardırmı?

Beləliklə, mə᾿lum oldu ki, əzadarlıq mərasimləri Aşura hadisəsi haqda müəyyən mə`lumat və anlayış yaratmaqdan əlavə, bizdə rəğbət, müsbət əhval-ruhiyyə və s. ülvi hisslərin oyanmasında da mühüm rol ifa edir. Aşura ilə əlaqədar nəzərdə tutulan mərasimlər də belə amillərdəndir.

Aşura hadisəsi üçün nə üçün əzadarlıq etməliyik?

Cəmiyyətin imam Hüseyn ruhunda tərbiyə olunub, bu hadisənin müsbət tərəflərini görmələri, bu növ işlərə təşviq olunmaları üçün, onların müvafiq

səh:24

hisslərinə tə᾿sir edən amillərin araşdırılması zəruri məsələlərdəndir. Amma burada diqqət edilməsi lazım olan digər bir mövzu da var. Görəsən bu hissləri təhrik etmək üçün əzadarlıq edib ağlamaq yeganə yoldurmu? Hətta bayram əhval-ruhiyyəli mərasimlərdə də insanların bu kimi duyğularına tə᾿sir edilməsi mümkündür. Biz imamlarımızın mübarək doğum günü münasibətilə keçirilən şənlik mərasimlərində də xalqın daxili duyğularının həyacana gəldiyini dəfələrlə müşahidə etmişik.

Üçüncü sual budur ki, duyğuların təhrik edilməsində bu kimi şən mərasimlərdən istifadə olunurmu? Niyə ağlamalıyıq, sinə vurmalıyıq? Gəlin bunların əvəzinə bayram məclisləri keçirək, şirni, noğul paylayaq, mədhnamə oxuyaq və s.

Cavabı budur ki, insanların qəlbi, duyğu və hissləri fərqli xüsusiyyətlərə malikdir. Hər növ hiss və duyğunu ona müvafiq mövzu ilə təhrikə gətirmək olar.

İslam tarixində ən böyük rol ifa edən hadisə Kərbəla faciəsi olmuşdur. İslam tarixinə istiqamət verən də imam Hüseyn (ə) olmuşdur. İnsanları Qiyamətə qədər haqq yoluna istiqamətləndirən, müqavimət göstərməyi öyrədən, mübarizə məktəbini quran da o olmuşdur. Həmin xatirələrin yenidən yaşanması üçün ancaq şənlik məclisləri, bayram tədbirləri yetərmi? Bunun üçün o hadisəyə münasib tədbirlər görülməlidir. Yə᾿ni, xalqı o hadisəyə uyğun hüzndə saxlayan işlər görülməli və bu xatirələrə təsəlli və təskinlik gətirən göz yaşları axıdılmalıdır. Bu hadisədə belə bir rolu ifa edəcək vasitə də həmin əzadarlıq mərasimləridir. Gülmək və şənlənməklə heç vaxt bu təəssüratı yarada

səh:25

bilmərik. Gülmək, heç vaxt insanı şəhidlik ruhunda saxlaya bilməz. Heç vaxt insanı Şələmçənin (Qarabağın) azadlığı uğrunda döyüşə səsləmir. Gülmək, heç vaxt xalqa müharibənin yaratdığı ağrı-acıya, müsibətlərə dözməkdə təskinlik ola bilməz. Belə fədakarlıqlar üçün göz yaşlarında suvarılan, sızlayan qəlblərdən qol-budaq atan ilahi eşq lazımdır. Bütün bunlar Aşura məktəbində yetişir.

İmam Hüseyn Əleyhissəlamın düşmənlərini niyə lə`nətləməliyik?

Bu sualın ardınca digər bir sualla da qarşılaşa bilərik. Hal-hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu mübahisələr yaranır. Bu söhbətlərin əksəriyyəti də münafiqlər tərəfindən qızışdırılır. Əlbəttə, zəmanəmizin münafiqlərini nəzərdə tuturam. Onlar deyirlər: “Çox gözəl, bura qədər biz sizinlə razılaşır, imam Hüseyn tarixinin tə᾿sir və faydalarını və bu xatirənin yaşadılması üçün lazım olan mərasimlərin keçirilməsinin vacibliyini də qəbul edirik. Amma belə əzadarlıqlarda siz başqa işlər də görürsünüz. İmam Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq və şəhadətinə acımaqla yanaşı, imamın düşmənlərinə də lə᾿nət deyirsiniz. Bu iş nəyə lazımdır? Niyə imam Hüseyn əleyhissəlamın düşmənlərini lə᾿nətləyirsiniz? Sizin bu işiniz bir növ kobudluqdur, bədbinlikdir. Bir növ mənfi hisslərdəndir və «modern insan» xisləti ilə uyuşmur. Sizin qəlbiniz riqqətə gəlir və kövrəlirsə, nə qədər istəyirsiniz ağlayın, əzadarlıq edin. Daha imamın düşmənlərini niyə lə᾿nətləyirisiniz? Niyə deyirsiniz: “Mən sənin düşmənlərinin cövrü-cəfasından Allaha

səh:26

pənah aparıram. Aşura ziyarətində imamın düşmənlərinə yüz dəfə lə᾿nət deməyi niyə tə᾿kid edirsiniz? Elə ziyarətdə olan yüz salamı verməklə kifayətlənmək olmazmı? Axı nə üçün bu lə᾿nətləri deməklə camaatı da başqalarına qarşı bədbin edir və ya onlara qarşı mənfi hisslər aşılayırsınız? Müasir dövrümüzdə mümkün qədər camaatla xoş, mehriban rəftar etməliyik. Bu günlər biz yaşamaqdan dəm vurmalı, deyib-gülməli, sülhdən, barışıqdan danışmalıyıq. Qarğış yağdırmaq, lə᾿nət demək, küsüb-küsüşmək insana yaraşmayan kobud işlərdəndir. Bunlar imam Hüseyn əleyhissəlamın şəhid edildiyi bir tarixdə, 1400 il bundan əvvəl baş verib. Bunlar o zamanın tərzi-təfəkkürünə bağlıdır. Artıq bu günlər cəmiyyət belə şeyləri qəbul etmir. Gəlin bunların yerinə barışıqdan danışın, düşmənlərinizə də məhəbbət göstərin, onlarla da deyin gülün. Məgər, İslam dini dostluq, məhəbbət dini deyilmi?”.

Əgər bir insan doğrudan da bunları bilmədən soruşarsa, onun suallarına cavab vermək o qədər də çətin bir iş deyildir. Amma güman edirik ki, bu sözləri deyənlərin məqsədləri tamam başqadır. Çox ehtimal ki, onlar ya başqalarının cızdığı plan əsasında bu sualları ortaya çıxardırlar, ya da özlərinin bu işdə güddükləri başqa bir siyasət vardır. Əgər bu suallar əqli və elmi şəkildə verilərsə, cavablarını da uyğun şəkildə təhlil edəcəyik.

Fərz edin ki, bu sualları bizdən yeniyetmə soruşur. Deyir: “İmamın düşmənlərinə niyə lə᾿nət edirsiniz? Bunların yerinə ziyarətdə salam verməklə kifayətlənmək olmazmı? Kifayət etməsə, yenə də təkrar

səh:27

olaraq yüz salam göndərin. Axı qarğış yağdırmaq, lə᾿nət demək nəyə lazımdır?

Bu sualın elmi cavabı budur ki, insanın xisləti təkcə dərketmə ünsüründən ibarət olmadığı kimi, onun qəlbi, duyğusu və hissləri də yalnız müsbət hisslərdən yaranmamışdır. İnsan həm müsbət, həm də mənfi duyğuya malik olan bir məxluqdur. Vücudumuzda sevinib-şənlənmək hissi olduğu kimi, qüssələnmək hissi də mövcuddur. Allah bizləri bu xislətlər üzrə yaratmışdır. Yaradan bizlərə gülmək qabiliyyəti verdiyi kimi, ağlamaq qabiliyyəti də vermişdir. Biz münasib şəraitə görə həm gülə, həm də ağlaya bilərik. Bu qüvvələrdən birini dayandırmaqla, Allahın bizə əta etdiyi ne᾿mətdən məhrum olur, nəticədə, fiziki və ruhi böhranlarla qarşılaşırıq. Belə bir xüsusiyyətin olmasına dəlil, bizlərin yeri düşəndə ağlaya bilməyimizdir. Görəsən, Allahın bizim vücudumuzda bu duyğunu qoymaqda məqsədi nə olmuşdur? Bu hiss nə üçün bizdə hüzn yaradır, gözlərimizi yaşardır? Mə`lum məsələdir ki, ağlamağın da insanın həyatında müəyyən rolu vardır. Allahın verəcəyi əzabın qorxusundan kövrələn qəlb və ya Allahın mərhəmətinə qovuşmaq üçün çırpınan ürəyin çeşməsindən qaynayan göz yaşları, insanın ilahi təkamülə çatmasında mühüm rol oynayır. İnsan öz məhbubunun hüzünlü halını gördükdə, qəlbi riqqətə gəlir. İnsanın şəraitə uyğun haldan-hala düşməsi, onun təbiətindən irəli gəlir.

Allah-taala bizlərdə məhəbbət və şəfqət hissi də yaradıb. Biz təbii olaraq insanlığa xidmət göstərir, həmçinin müxtəlif kamal sahiblərinə, istər fiziki olsun, istərsə də ruhi, əqli məhəbbət və ya hörmət izhar

səh:28

edirik. Bir yerdə mə᾿rifət və ya kamal sahibinin mövcudluğu haqqında xəbər eşitdikdə, qəlbimizdə təbii olaraq, ona qarşı məhəbbət hissi yaranır. Bundan başqa, insanın vücudunda məhəbbətlə ziddiyyət təşkil edən nifrət və kin vardır. İnsan ona xidmət göstərmiş hər hansı bir şəxsə məhəbbət izhar etdiyi kimi, fitri olaraq da ona zərər vuran insana nifrət bəsləyir. Əlbəttə, mö᾿min şəxs üçün maddi, dünyəvi zərərlərin elə bir əhəmiyyəti yoxdur. Amma insan dinini, əbədi səadətini ondan almış şəxsin əməllərinə göz yuma bilərmi?

Qur᾿ani-Kərim buyurur: “Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz”.

Şeytanın üzünə gülmək və onunla qol-boyun olmaq olmaz. Əks təqdirdə, insan şeytana çevrilər. Allah dostları ilə dost oluruqsa, gərək düşmənləri ilə də düşmən olaq. Belə bir mövqe insanın fitrətindən qaynaqlanır və insanı təkamülə, səadətə çatdırır. Əgər Allah düşmənləri ilə düşmənçilik olmasa, tədricən insan onlarla ünsiyyət tapar və bu əlaqələrin nəticəsində onların davranış və fikirlərini qəbul edər. Yavaş-yavaş onlardan biri kimi şeytana çevrilər.

Əgər bir kimsə bu sözü qəbul etməsə, onda Qur᾿ana müraciət etsin. İlahi kəlamda şəkk-şübhə yoxdur.

Qur᾿ani-Kərim buyurur: “Elə ki, gördün biri din haqqında pis danışır, istehza, məsxərə edir, onlara yaxınlaşma.. Söhbətlərini dəyişməyənə qədər dediklərinə qulaq asma!”.

səh:29

Başqa bir ayədə belə buyurur: “Əgər bu nəsihətə qulaq asmasalar, bilsinlər ki, sonda onlara qovuşacaqlar.”

Dinə istehza, məsxərə edənlərə məhəbbət, şəfqət göstərən, onlara xoş üzlə baxan kəslərin aqibəti onların tə᾿siri altına düşməsi ilə nəticələnəcək. Elə ki, tə᾿sir altına düşdülər, ürəklərində şəkk-şübhə yaranacaqdır. Ürəkdə şəkk yarandısa, imanda nifaq və ikiüzlülük edəcəklər. İnsanın qəlbində imanı olmayıb, müsəlman olduğunu desə, münafiq sayılır.

Qur᾿an buyurur: “Dünyada kafirlərlə həmsöhbət olanlar nəhayətdə münafiq, axirətdə də cəhənnəm odunda bir yerdə olarlar”.

Başqa ifadə ilə desək, düşmənlərin qarşısında düşmənçilik, təhlükə və zərər müqabilində müdafiə sistemini yaradır. İnsanın orqanizmi ona faydalı olan maddə və vitaminləri cəzb etdiyi kimi, onun digər müdafiə sistemi də sağlamlığına zərərli mikroblar və qalıqları də`f edir. İnsan bədəninin müdafiə sistemi zəifləsə, mikroblar üçün artıb inkişaf etməyə şərait yaranar. Bu, insanın xəstələnmə və hətta ölümü ilə nəticələnə bilər. Əgər biz mikrobların inkişafına şərait yaratsaq, bu vəziyyətdə bədənimizin sağlam qalacağına tə`minat verə bilərikmi? Mikrobla mübarizə aparmaq lazımdır. Bu ilahi bir qanun, ilahi hikmət və tədbirin hər bir canlı varlıq üçün qoyduğu sistemdir. Biri cəzbetmə, digəri isə, dəfetmə sistemidir. Hər bir canlı varlığın inkişafı üçün zəruri maddələrin lazımi orqanlara cəzb edilməsi vacib olduğu kimi, zərərlərin də`f edilməsi də zəruridir. İnsanın bə᾿zi orqanları bu vəzifələri adi şəkildə icra edirlər. Məsələn, böyrək,

səh:30

mə`də, qan dövranı sistemi və s. Bə᾿zən də xarici mühitdən bədənə hücum çəkən mikroblara qarşı bu sistem mübarizəyə başlayır. İnsanın ruhunda da belə bir xüsusiyyət olmalıdır. Psixoloji cəzbetmə amilinin vasitəsi ilə insanlara qarşı ehtiramla yanaşıb, məhəbbət izhar etməliyik. Biz onlardan elm, əxlaq, mə᾿rifət öyrənirik.

Görəsən, nə üçün insanlar tərbiyəli, əxlaqlı və savadlı şəxsləri sevirlər? Çünki, onlarla ünsiyyətdə olmaq insanlara xeyir gətirir. Cəmiyyətin tərəqqisində rolu olmuş, hikmət, kamal mənbəyi olan belə şəxslərə qayğı və ehtiram göstərmək bizim borcumuzdur. Bunun müqabilində cəmiyyəti bədbəxtliyə, rəzalətə sürükləyən şəxslərlə də düşmənçilik edilməlidir.

Qur᾿ani-Kərim buyurur: “Siz gərək İbrahim peyğəmbər və onun dostlarının yolunu tutasınız.”

Bildiyiniz kimi, İbrahim əleyhissəlamın İslam mədəniyyətində tutduğu mövqe həddən artıq yüksək və mühümdür. Peyğəmbərimiz Məhəmməd (s) da belə buyurmuşdur: “Mən İbrahim əleyhissəlama tabeyəm. İslam adını da bu dinə verən İbrahim (ə) olmuşdur”.

Allah-taala buyurur: “Siz gərək İbrahim əleyhissəlamın yolu ilə gedəsiniz”.

Görəsən, İbrahim (ə) nə iş görmüş və hansı yolla getmişdir? İbrahim (ə) və tərəfdarları, onlara düşmən kəsilmiş bütpərəstlərə, yurdundan, şəhərlərindən didərgin salanlara deyirdilər: “Biz sizdən bizarıq, sizin işlərinizdən uzağıq”. Sonra buna da qane olmayıb buyurmuşdu: “Bizimlə sizin aranızda olan düşmənçilik qiyamət gününə kimi davam edəcəkdir.

səh:31

Bir şərtlə ki, xəyanətdən əl çəkib, doğru yola qayıdasınız”.

Bizim də İslam düşmənləri və İmam Hüseyn əleyhissəlamın qatillərinə olan kin və qəzəbimiz İbrahimin tutduğu yolu davam etməyimizdən irəli gəlir. Qur᾿ani-Kərimdə bu barədə belə buyurulur: “Gərək sizlər İbrahim əleyhissəlamın yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e᾿lan edəsiniz”.

Hər vəziyyətdə xoşrəftar olub, xoş üz göstərmək olmaz. Bə᾿zi şəraitdə gərək cəsarətli olub, bəli, mən səninlə düşmənəm, öz xəyanətindən əl götürməyincə barışıq, danışıq yoxdur, deyə biləsən.

Görəsən günahsız, müdafiəsiz bir xalqı qanına qəltan edən, on minlərlə insanı evsiz-eşiksiz qoyan erməni quldurlarına məhəbbət izhar edib, onlarla bir araya gəlmək olarmı? Görəsən, tutduğu alçaq mövqe və xəyanətindən bir addım da geri dönmək niyyətində olmayan xalq düşmənlərinə xoş üz göstərib, bəşəri əxlaqdan danışmaq nə dərəcədə məqsədəuyğundur?! Və ya bunlarla sazişə can atan, daim barışıqdan dəm vuran şəxslər nə kimi müsbət nəticələr əldə etmişlər?! (Mütərcim)

Əvvəllər dinin şaxələri on idi. Sonra bunlara yeni bir qol da əlavə edildi. Əmr be mə᾿ruf, nəhy-əz münkərdən sonra iki şaxə də artırılıb; təvəlla və təbərra məsələsi də dinin əsas məsələlərindən hesab edildi. Yə᾿ni, müsəlmanlara əməli olaraq, vacib olan işlərdən biri də Allah dostları ilə dost olub, düşmənləri ilə düşmənçilik etməkdir.

Əsas məsələ bizim cəzb və dəfetməni yerində tətbiq edə bilməyimizdir. Bə᾿zən biz bunların yerini dəyişik

səh:32

salırıq. Cəzb edəcəyimiz yerdə də`f edirik. Bir kimsə səhvən bir söz söyləyərək, sonradan öz peşmançılığını bildirərsə, onu o dəqiqə düşmən e᾿lan etmək olmaz. Biz səbrlə onu başa salsaq, yəqin ki, öz səhvini başa düşüb günahını e`tiraf edəcəkdir. Bir günah işə görə həmin şəxsi cəmiyyətdən təcrid etmək olmaz. Biz onun islahına çalışmalıyıq. O, diqqətə ehtiyacı olan xəstə kimidir. Belə yerdə düşmənçilik yaramaz. Amma bir kimsə bilərəkdən hər hansı günahı cəmiyyətdə yaymaq istəsə, o xəbis və xəyanətkar bir insandır. Belə adamla düşmənçilik edilməlidir. Amma bilmədən günah iş tutmuşsa, onunla mehribanlıqla rəftar edilməli, səhvini başa salıb doğru yola qaytarmaq lazımdır. Belə şəxslərə kömək etməliyik, yardım əli uzatmalıyıq. Onun hansısa bir problem ucbatından belə bir iş tutmasını nəzərə almalı və islah edilməsinə çalışmalıyıq.

Düşmənçiliyinə and içmiş qəddar, kinli adam haqqında Allah-taala belə buyurur: “Siz öz haqq yolunuzdan əl götürmədiyiniz kimi, onlar da öz düşmənçiliklərindən əl çəkən deyillər”.

Bəli, biz öz haqq mübarizəmizdən əl çəkməyincə, ermənilər də bizdən əl çəkməyəcəklər. Hər gün dözməli və mübarizə aparmalıyıq. Bu cür xəbislərlə şiddətli qəzəblə, sərt şəkildə davranmalıyıq. Belələrinin başına ölüm şüarı yağdırılmalıdır. Çünki onlar bizim üçün ölümdən başqa heç nəyə razı deyillər. (Mütərcim)

Burada belə bir nəticəyə gəlmək olar ki, şəhidlər sərvərinə keçirilən mərasimlərin mahiyyəti, Hüseyn əleyhissəlamın məktəbinin yenidən dirçəldilməsidir. Bu məktəbdən daha yaxşı bəhrələnə bilməyimiz üçün sadəcə elmi bəhslər kifayət deyil. Çünki insan, öz

səh:33

duyğularının yaşadılmasına ehtiyac duyur. Bundan əlavə, biz ancaq şən və müsbət duyğularımızla qane ola bilmərik. Şəhidlər sərvərinin xatirəsini və məzlumiyyətini yaşadıb dirçəltmək, məhərrəmlik ayının öz ruhuna uyğun hüznlə, müsibət səhnələrinin canlandırılması ilə mümkündür. Biz bu mərasimlərdə Hüseyn əleyhissəlamın xatirəsini əziz tutmaq, ona salam göndərib məhəbbət izhar etməklə yanaşı, İmamın və eləcə də Allahın düşmənlərinə lə᾿nət yağdırıb, nifrətimizi bildirməliyik. Ancaq salam verməklə işlər həll olmur; əvvəlcə düşmənlərə qarşı qəzəb hissimizi izhar etməli, sonra dostlara salam göndərməliyik!

Qur᾿an belə buyurur: “Əşiddau ələl kuffar.“ (Yə`ni, kafirlərə qarşı kəskin.) “Ruhəmau beynəhum.” (Bir-birlərinə qarşı isə mehriban olarlar.)

Deməli, salamın yanında lə᾿nət, vilayətin yanında İslam düşmənlərinə qarşı düşmənçilik də olmalıdır. Məhz bu şəkildə həqiqi İmam Hüseyn ardıcılı hesab olunarıq.

səh:34

Aşura məsələsi Ətrafında yaranmış şübhələr (2)

1.Məhərrəmliyin İslamın qorunub saxlanılmasındakı rolu;

2.Məhərrəmliyin əhəmiyyəti və tə᾿siri;

3.Aşura qiyamının müqəddəsliyi və dəyişməzliyi.

səh:35

Keçən bəhsimizdə Məhərrəmlik ayında yas saxlayıb, əzadarlıq etməyin səbəbləri haqqında az da olsa, danışmışdıq. Qeyd etmişdik ki, Kərbəla qiyamının İslam tarixi və müsəlmanların həyatında tə᾿yinedici rolu olduğu kimi, bu xatirələrin yenidən dirçəldilməsinin də gələcəyimizdə müsbət tə᾿siri ola bilər.

Aşuranın İslamın qorunub-saxlanılmasında rolu

Sual oluna bilər ki, Kərbəla hadisəsinin İslam tarixi, müsəlmanların müqəddərati məsələləri və nəhayət, insanların səadətində rolu olması və ya ola biləcəyini necə bilmək olar? Bu sualın doğurduğu qaranlıqlara imkan daxilində aydınlıq gətirilməlidir.

Bildiyimiz kimi, bütün insanlar Kərbəla hadisəsini insaniyyət aləminin yeganə faciəsi olmasa da, çox nadir hadisələrdən hesab edirlər. Əlbəttə, imamlarımızdan bizə gəlib çatmış xəbərlərə əsasən, biz inanırıq ki, buna oxşar hadisə baş verməyəcəkdir. Amma bu barədə adəti üzrə sənəd və dəlil tələb edənlər üçün söz uzanmasın deyə, ehtiyat edib deyirik ki, bəşər tarixi ilə müəyyən qədər tanışlığı olan bütün tarixçilər bu hadisəni dünyada baş vermiş hadisələr içərisində çox nadir və qeyri-adi bir faciə kimi qiymətləndirirlər. Həqiqətən də, bu hadisə həm necə baş verməsi, həm müsibətinin əzəməti, həm xalq arasında xatirəsinin qorunub-yaşadılması və həm də cəmiyyətdə qoyduğu izlər baxımından digər hadisələrlə müqayisəolunmaz dərəcədə fərqlənir. Buna misal olaraq, hər il öz ölkəmizdə bu əzadarlığın təkrar olaraq keçirilməsi

səh:36

göstərir ki, heç bir hadisəni Kərbəla faciəsi ilə müqayisə etmək olmaz. Bu hadisə zamanı çəkilən zəhmətlər, təşkil edilən mərasimlər və tökülən göz yaşlarını sözsüz ki, digər hadisələrə müqayisədə daha çox müşahidə edirik.

İmam Hüseyn (ə) üçün keçirilən mərasimlərin tə`sir və əhəmiyyəti barəsində

Belə mərasimlər ancaq bizim ölkəmizdə keçirilmir. Dünyanın ən ucqar nöqtələrində belə, Məhərrəm və Səfər aylarında, xüsusilə də Aşura günündə bizim şəhərlərdə keçirilən mərasimlərə oxşar proqramlar təşkil edilir. Dünyanın iri şəhərlərindən biri olan Nyu-Yorkun özündə belə, Aşura günü o şəhərdə məskən salmış müxtəlif ölkələrdən olan müsəlmanlar bütün xalqın diqqətini özünə cəlb edəcək dərəcədə əzadarlıqlar keçirirlər. O gün Nyu-Yorkun ən böyük xiyabanları insanlarla dolu olur. Hətta şiələrdən əlavə, sünnü məzhəbli müsəlman ölklərində də Aşura günü bu cür mərasimlər keçirilir. Və ya şiələr təşkil etdiyi əzadarlıq mərasimlərində iştirak etməyi sünni qardaşlarımız da özlərinə borc bilirlər. Məsələn, Hindistan, Banqladeş və Pakistanda bu ölkələrin digər məzhəblərindən olan müsəlmanlar ehtiram əlaməti olaraq, Məhərrəmlik mərasimlərində iştirak edirlər.

Çünki, Qur᾿anda bu barədə belə qeyd olunub: “Ey Peyğəmbər de ki: Mən sizdən öz yaxınlarıma qarşı məhəbbətdən başqa bir şey istəmirəm.“

Bu ayəyə əsasən onlar bunu özlərinə borc bilib, Əhli-beyt əleyhimüssəlama məhəbbət, hörmət izhar edirlər.

səh:37

Hətta İslam şəriətinə e᾿tiqadı olmayan bə`zi bütpərəstlər belə, İmam Hüseyn əleyhissəlamın xatirinə təşkil edilən əzadarlıq mərasimlərindən gördükləri xeyir-bərəkət səbəbindən, bu cür mərasimlər keçirir, nəzir, ehsan paylayırlar. Qeyd etdiyim bu məsələlrin hamısı bütün dünyada müşahidə edilir və kafirlər də bu işdən xəbərdardırlar. Siz dünyada buna oxşar heç bir hadisəni göstərə bilməzsiniz ki, bu qədər geniş miqyasda keçirilsin və müxtəlif millətlərə bu qədər tə᾿sir göstərmiş olsun. Tə`sirinin davamlılığı baxımından, on üç əsrdən artıqdır ki, bu hadisə öz təravətini, təzəliyini qoruyub saxlamış, sanki dünən baş vermişdir. Elə bil, göz yaşı töküb sinə vuran xalq da bu hadisələri dünən yaşamışdır. Bəlkə də elə bir əzadarlıq mərasimləri, faciələri vardır ki, tarixi baxımdan kökləri daha qədim zamanlara gedib çıxır. Buna misal olaraq, həzrət İsa əleyhissəlamın dara çəkilmə günü münasibəti ilə xristianların keçirdikləri xatirə mərasimlərini göstərmək olar. Həzrət İsa (ə)-ın çarmıxa çəkilmə gününün ildönümü bahar fəslindədir. Əlbəttə, bizim e᾿tiqadımıza görə belə bir hadisə olmamışdır. Qur᾿anda buyurulur: “Onu öldürmədilər və dara da çəkmədilər, əksinə onlar anlaşılmazlığa düçar oldular.”

Amma onların əqidəsinə görə, həzrət İsa əleyhissəlamı dara çəkib, sonra dəfn etmişdilər. Üç gündən sonra isə dirilərək, qeybə çəkilmişdir. Buna görə də bu günün ildönümü münasibəti ilə mərasim təşkil edirlər.

Mənim Vatikana olan səfərim, təsadüfən həzrət İsa əleyhissəlamın əzadarlıq mərasimi günləri ilə üst-üstə

səh:38

düşmüşdü. Bu mərasim Rumun ən böyük kilsəsi Sen Piterdə, şəxsən Papanın öz iştirakı ilə keçirilirdi. Biz də bu mərasimdə iştirak etməli olduq. Aydındır ki, bu məclis, dünyanın müxtəlif yerlərindən toplaşmış şəxslərin izdihamı və ən böyük kilsədə keçirilən belə bir mərasimə görə həddən artıq təntənəli olmalı idi. Bu mərasimdə qara paltar geyinib şam yandırır və həzin səslə, bizim növhələrə oxşar mahnılar oxuyurlar. Lakin bu mərasimin adi alimlərdən birinin matəm məclisi üçün tutduğumuz əzadarlıq qədər həyəcan və coşqunluğu yox idi. Həzrət İsa əleyhissəlamın doğumundan 2000 min il keçməsinə əsasən, deyə bilərik ki, belə mərasimlərin keçirilmə tarixi 2000 ilə çatır. Bu mərasim hər il keçirilir və ehtiramla yad edilir. Amma olduqca adi və süst keçirilir. Siz əgər bu mərasimi müsəlman dünyasında keçirilən hər hansı əzadarlıq mərasimi ilə müqayisə etsəniz, onda görərsiniz ki, müsəlmanların tutduqları mərasimlərlə onların keçirdikləri mərasim arasında çox fərq var. Belə mərasimlərdə iştirak edənlər bilirlər ki, bu məclislər necə keçirilir. Şiələrin bu yoldakı fədakarlıqları belə mərasimlərin keçirilməsinə və şəhidlər sərvərinin ziyarətinin daim maraq dairəsində olmasına şərait yaratmışdır. Belə mərasimlərin keçirilməsi və o həzrətin ziyarətinə getmək heç də həmişə asan olmamışdır. Əlbəttə, indi də o qədər rahat deyil. Amma bir zamanlar imam Hüseyn əleyhissəlamın qəbrini ziyarət etmək istəyənlər, ölümlərini gözlərinin qabağına gətirməli idilər. Abbasi dövlətinin məmurları, xüsusilə də Mütəvəkkilin zamanında elə ciddi tədbirlər görülürdü ki, bir nəfər belə cürət edib, İmamın

səh:39

hərəminə yaxınlaşa bilmirdi. Sonda bu ziyarətgahlardan əsər-əlamət qalmasın deyə, imam Hüseyn əleyhissəlamın qəbrini uçurtmuş, daha sonra həmin əraziyə su buraxıb yerini şumlamışdılar. Lakin şiələr canları və qanları ilə, min cür əziyyətlər bahasına da olsa, o həzrəti yaxından ziyarət etmək üçün bu yoldan dönmürdülər. Belə bir şey harada görünüb? Ayrı cəhətlərində digər hadisələrlə oxşarlığı olsa belə, bu cəhətindən heç bir hadisəyə bənzəmir. Əlbəttə, bu xüsusiyyətlər təsadüfü işlər deyildir. Düzdür ki, bütün möminlərin qəlbində imam Hüseyn (ə) eşqi, məhəbbəti vardır və bu işdə qeybi səbəblər də mövcuddur. Amma Allahın da işləri zahiri şəraitlər olmadan baş vermir. Bəzən zahiri səbəblər olmadan baş verən işlər isə istisna xarakteri daşıyır. Şiələrin bu qətiyyət, iradə və əzmi təsadüfi olmamışdır. Bu işdən hətta digər məzhəblər də təsirlənmişlər. Ən əsası isə, Peyğəmbər və İmamlar tərəfindən xatirə və əzadarlıq mərasimlərinin keçirilməsi, o həzrətin qəbrinin ziyarəti barəsində təkid və vəsiyyətləridir. İmam Hüseyn əleyhissəlama göndərilən bir salamın savabının, həcc və ümrəyə getmək qədər olduğunu bildirmişlər. Səmimi qəlbdən və sidqi ürəkdən verilən hər bir salamın müstəhəbinin həcc qədər savabı vardır. İmam Hüseyn əleyhissəlamın ziyarətinin savabı olduqca çoxdur. Bu ziyarətnamələri oxuyanlara tarix boyu ehtiram göstərilmişdir. Məsələn, mərsiyə oxuyanlara və şer deyənlərə bəxşiş verər, tərifləyərdilər. Məhərrəmlik ayında öz evlərində əzadarlıq mərasimi keçirər, mərsiyəxanları çağırtdırıb məclis qurardılar.

səh:40

Beləliklə, dillə olan sifarişlər, əməli olaraq göstərdikləri yol, mərasim və ziyarətlər üçün qeyd olunmuş savablar, nəhayət Allahın bu məhəbbəti mö᾿minlərin qəlbində yerləşdirməsi, Kərbəla hadisəsini bəşər tarxinin misilsiz səhifəsinə çevirmişdir.

Qarşıya bir neçə sual meydana çıxa bilər. Bütün bunların insanların həyatında nə kimi tə᾿siri, rolu olmuşdur?

Biz bilirik ki, Peyğəmbər (s)-ın məqamı imamların məqamından yüksəkdir. Bəs nə üçün Peyğəmbər (s)-ın vəfatında belə əzadarlıqlar keçirmirik? Nə üçün İmam Hüseyn (ə) üçün deyilmiş sifarişlər Peyğəmbər (s) üçün edilməmişdir? Əgər imamlarımızın fəzilət dərəcələrinə baxsaq, onların özlərinin buyurduqlarına əsasən, görərik ki, Əmirəl-mö᾿minin Əli (ə)-ın məqamı hamısından üstündür. Elə bu səbəbdən də, biz Əli (ə)-ın şəhadəti münasibəti ilə əzadarlıq keçiririk. Lakin bu, imam Hüseyn (ə) üçün keçirilən əzadarlıqla müqayisədə çox zəifdir. Görəsən, imam Hüseyn (ə)-ın müsibətinin hansı xüsusiyyəti onun bu qədər əhəmiyyətli olmasına və belə mərasimlərin keçirilməsinə səbəb olmuşdur? Nəql olunan rəvayətlərə əsasən, İmam Hüseyn əleyhissəlamın zikri, onun müsibətinə göz yaşı axıtmaq hələ həzrət Adəm (ə)-ın zamanında olmuşdur. Hələlik bu kimi rəvayətlərlə işimiz yoxdur. Başqa bir rəvayətə əsasən, bütün peyğəmbər, övliya və mələklər imam Hüseyn (ə) üçün ağlayırlar. Bəs görəsən, o əziz imam haqqında Peyğəmbər (s)-ın buyurduğu nədir? Rəsuləllah (s) buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm”.

səh:41

“Hüseyn məndəndir” cümləsinin mə᾿nası aydındır. Amma “mən də Hüseyndənəm” cümləsinin mə᾿nası nədir? Yaxud, adətən məscid və hüseyniyyələrdə yazılıb vurulan məhşur bir rəvayətdə belə buyurulmuşdur: “Hüseyn hidayət çırağı, nicat gəmisidir.”

Bizim bütün imamlarımız hidayət çırağı olublar, onların hamısı nicat gəmisidirlər. “Camiə” ziyarətində oxuyuruq: “Sizin hamınız nicat gəmisisiniz. Hər kəs sizin ətəyinizdən yapışsa, nicat tapmışdır, hər kəs sizdən üz döndərsə, geri qalar və həlak olar”. Bütün imamlarımızda bu xüsusiyyət vardır. Bəs görəsən imam Hüseyn (ə)-ın xüsusi məziyyəti nədir?

Sözsüz ki, imam Hüseynin (ə) şəxsiyyəti, ilahi təqdirin onun həyatı üçün nəzərdə tutduğu şərait o həzrətə və onun şəhidlik məktəbinə xüsusi bir məziyyət verirdi. Bunlar özü bərəkət mənşəyi ola bilərlər. Eləcə də, imamlarımızın vahid nurdan xəlq edildiyinə e᾿tiqadımız var. İmam Hüseyn (ə)-ın yerinə hər hansı bir imam olsaydı, həmin məsləki, yə`ni, şəhidlik yolunu seçəcəkdi. Misal üçün, İmam Həsən (ə) ilk növbədə müharibə etdi, amma sonra sülh müqaviləsi imzaladı. İmam Həsən (ə)-ın imam Hüseyn (ə) ilə müqayisədə sülh simvolu olduğunu iddia edənlər çoxdur. Bu o demək deyil ki, bu şəxslərin İslamdan başa düşdükləri və ya çıxardıqları hökmlər fərqlidir. Yə`ni, belə başa düşülməməlidir ki, biri sülh, digəri müharibə və qiyam tərəfdarı olmuşdur.

Xeyr, bizim əqidəmizə görə, imam Hüseyn (ə) da imam Həsən (ə)-ın yerində olsaydı, onun kimi rəftar edərdi. Başqa imamlarımız da belədir. Rəftar və

səh:42

metodlarda olan fərq ayrılığı ictimai şəraitin onların öhdəsinə qoyduğu zəruriyyətdən doğurdu. Şəraitin xüsusiliyi və bu şəraitdən doğan tələblər imamın bəşəriyyətə doğru yolu göstərməsi üçün zəmin yaratmışdı; məhz belə bir şərait bəşər tarixində heç kəsə nəsib olmayan qeyri-adi bir rolu ifa etmək zəruriyyətini doğurmuşdu. Bu rəftarı tə᾿yin edən xüsusi şərait idi və ya dini tə᾿birlə desək, ilahi təqdir və Allah-taalanın istəyi bu imkanı yaratmışdı. Çünki, ictimai şəraitin özü də Allahın əlindədir. Bütün şeylərin silsilə səbəbləri Allahın iradəsində tamamlanır. Bu iki mətləb, bir sikkənin iki üzü kimidir. “Allah-taala bu xüsusi şəraiti imam Hüseyn əleyhissəlama bəxş etmişdir” və ya “Bu şərait İmam Hüseyn əleyhissəlamın yaşadığı mühitin tələblərindən doğan zərurət idi” ifadələri eyni mə`nanı əks etdirən müxtəlif tə`birlərdir. Çünki, şəraitin özü də Allahın iradəsinə bağlıdır və hər bir şey Onun təqdiri əsasında baş verir.

Araşdırmağa ehtiyac duyduğumuz başqa bir sual isə, İmam Hüseyn əleyhissəlamın bu nailiyyəti doğuran həmin xüsusiyyətlərə necə nail olmasıdır. İnsanlar bu əzadarlıqlardan dünya və axirət işlərində necə faydalanırlar? Çünki, mö᾿min üçün dünya, axirətə qovuşmağın təkamül pilləsidir. Biz burada yeni həyata hazırlaşan ana bətnindəki körpə kimiyik. Həqiqi həyat ölümdən sonra başlayır.“Həqiqi həyat bu dünyadan sonradır”.

Hər halda həm dünya, həm də axirət xeyrimiz imam Hüseyn əleyhissəlama üz tutub ona və uğrunda vuruşduğu haqqa bağlanmağımız, həmçinin, ona əzadarlıq edib, xatirəsini əziz tutmağımızdadır. Yə`qin

səh:43

özünüz bu kimi əzadarlıqlarda saysız-hesabsız kəramət və qeyri-adi işlər baş verdiyini eşitmiş və ya görmüsünüz. Mən bu barədə nə qədər danışsam da, kifayət etməz. Ona görə də bu məsələyə toxunmuram. Hətta belə əzadarlıqların birində mərasim iştirakçılarından birinin alnına çəkdiyi gil-türbətlə həzrət Ayətullahül-üzma Bürucirdinin uzun illər boyu sağalmaz gözü şəfa tapmışdır. O dövrdə ölkə müsəlmanlarının əksəriyyəti onun gözünün müalicəsi mümkün olmayan bir dərdə mübtəla olduğunu bilirdilər. Belə əzadarlıqların birində mərsiyə oxuyub sinə vuranlar dəstəsindən biri onun evinə gəlir. Mərhum Bürucirdi onların üzlərinə, alınlarına çəkdikləri türbət gildən götürüb bir miqdarını gözlərinə çəkir. Bununla da gözləri şəfa tapır və ömrünün sonuna qədər bir daha gözlərindən şikayətlənmir. Mərhum Bürucerdi qoca vaxtlarında belə, ən xırda yazıları eynəksiz oxuyardı. Belə kəramətlər sonsuzdur. Sizin hamınız belə mərasimlərdə tökülən bir damla göz yaşının nuraniyyətini əvvəl qəlbinizdə hiss edir, lakin neçə-neçə hacətlərinizin qəbulu və bəlaların üzərinizdən götürüldüyünü bilmirsiniz. Bunlar sonrakı mərhələlərdir.

Burada söhbətdən yayınaraq, bir məsələni xatırlatmaq istəyirəm. Biz, adətən Allahdan qəbul olunmuş istəklərimizi düşünürük. Lakin başımızın üstünü almış neçə-neçə bəlalardan nicat tapdığımızdan xəbərsizik. Bizə nazil olan bərəkətin on bərabəri qədər də bizdən uzaqlaşdırılan müsibət və təhlükələrdən ya xəbərimiz olmur, ya da onları hesaba almırıq. Əgər belə

səh:44

bir həqiqətlər varsa, xalqın bu əzadarlıqları keçirib, göz yaşı axıtmasına nə deyə bilərik?

Aşura qiyamının təhrifedilməzliyi və müqəddəsliyi

Bura qədər Aşura qiyamının əhəmiyyəti və əzəməti, cəmiyyətdə on üç əsrdən artıq qoyduğu tə᾿sir barədə söhbət açdıq.

Peyğəmbərlərin, övliyaların həyat tarixini mütaliə etdikdə, bir çox qaranlıq məsələlərlə qarşılaşırsınız. Hətta bu suallar mə`sumların öz zamanında da olmuş, ölümlərindən sonra bir az da dərinləşmişdir. Məsələn, bizim peyğəmbərimizə də digər peyğəmbərlər kimi saysız-hesabsız töhmətlər vurulmuşdur. O həzrətin ağlını itirdiyi, dəli, sehrbaz və ya cadugər olduğunu söyləyir, xüsusilə də, cavanlara peyğəmbərin söylədiklərinə qulaq asmamağı tövsiyə edirdilər. “Sehirbazdır, sözləri ilə sizi ofsunlayır” - deyə digərlərini ona yaxın buraxmırdılar. Peyğəmbərimizin özü də qabaqcadan xəbər vermişdi ki, vəfatımdan sonra adımdan çoxlu yalan söyləyib, mənə iftira yaxacaqlar.” Bu insanlar kafir düşmənlərdən deyil, o həzrətin öz ətrafındakılardan idi; onlar Peyğəmbərə (s) iman gətirdiklərini iddia edən münafiqlər idi. Peyğəmbər (s) buyurmuşdur: “Mənim adımdan çoxlu yalanlar söyləyirlər; tezliklə bir dəstə insan özlərindən yalan hədislər uydurub, mənə nisbət verəcəklər”.

Bu səbəbdən də Rəsuli-Əkrəm (s) hədisin səhih və ya qeyri-səhih olmasını ayırd etmək üçün me`yar, ölçü tə᾿yin etmişdi: “Eşitdiyiniz hər bir hədisi Qur᾿anla

səh:45

tutuşdurun; Qur᾿anla uyğun gəlməsə, bilin ki, onu mən söyləməmişəm.”

Bundan əlavə, mə`sum imamlarımız ilahi elmlərin mütəxəssisi olduqlarından, uydurulmuş hədisləri dəfələrlə yoxlayıb, süzgəcdən keçirmişdilər. Bir dəfə imam Riza əleyhissəlamın vaxtında nəql olunmuş rəvayətlərə düzəliş verilmiş və bu düzəliş əsasında Uyune-əxbar-Riza adlı kitab yazılmışdı. Daha sonra bu iş İmam Sadiq əleyhissəlamın dövründə də davam etdirilmişdi. İmam (ə) Əbul-Xəttab və digərləri tərəfindən uydurulmuş bə᾿zi hədisləri ayıraraq, səhih hədisləri tanıtdırmışdı. Hər halda siz qəti olaraq, peyğəmbərlərdən nəql olunmuş bütün hədisləri bir yerə yığmaq istəsəniz, bu hədislərin sayı çox olmayacaqdır. Bə᾿ziləri hətta bunları sayıb, toplamaq fikrinə düşürlər. Bir sözlə, belə hədislər çox azdır. Lakin uydurulmuş hədislər həddən artıqdır. Peyğəmbərin adından uydurulub söylənən rəvayətlər haqqında həm şiə, həm də sünnü alimləri tərəfindən çoxlu sayda kitablar yazılmışdır.

Peyğəmbərin (s) zamanında hamıya aydın olan məsələlərdən biri də, hələ həzrətin aşkar də᾿vətə başladığı gündən, Əli (ə)-ın özündən sonra canişini olaraq tə᾿yin etməsidir. Baxmayaraq ki, bizləri məzhəb təəssübkeşi adlandırırlar, amma həqiqəti danmaq olmaz.

Peyğəmbər (s) Qur᾿anın göstərişi ilə qurbanlıq qoyun kəsib, yaxın qohumlarını öz peyğəmbərliyini e`lan etmək üçün evinə də᾿vət edərkən belə buyurur: “Sizlərdən hansı biriniz mənə birinci iman gətirsə, mənim canişinim olacaqdır”. Heç kim yerindən

səh:46

tərpənmir. Birinci ayağa qalxan on-on üç yaşlı yetim bir uşaq, yə`ni Əli (ə) olur. Orada əyləşən Qüreyşin böyüklərindən bə᾿ziləri Əbu Talibə istehza edərək belə deyirlər: “Bundan sonra gərək öz oğluna itaət edəsən. Əli peyğəmbərin canişini oldu, sən də gərək onun sözünə baxasan”.

Bu məsələ Peyğəmbərin (s) həyatında dəfələrlə müxtəlif surətlərdə söylənilir və tə᾿kid edilirdi. Əziz Peyğəmbərimiz (s) buyurmuşdur:

“Ya Əli səninlə mənim aramdakı əlaqə həzrət Musa ilə Harunun əlaqəsi kimidir. Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.”

Peyğəmbər (s) vəfatından yetmiş gün əvvəl Ərəbistanın qızmar çölü olan “Qədir-Xum” adlı bir məntəqədə həcc mərasimindən qayıdan müsəlmanları bir yerə toplayaraq, Əli əleyhissəlamı özünə canişin və ümmətin rəhbəri tə`yin etdiyini e`lan etmişdi.

“Mən hər kəsin mövlası və ağasıyamasa, Əli də onun mövlasıdır.”

Qədir-Xum hadisəsindən yetmiş gün sonra Peyğəmbər (s) dünyadan köçür; Bədr və Hüneyn müharibəsində iştirak etmiş müsəlmanlar bir yerə yığışıb, o həzrətə canişin tə᾿yin etdilər. Bə᾿ziləri peyğəmbər canişininin mühacir və ənsardan olması, bə᾿ziləri isə, iki nəfər əmirin seçilməsi təklifini irəli sürdülər.

Yaddan çıxan şey, təkcə Peyğəmbərin (s) yetmiş gün əvvəl buyurduğu vəsiyyəti oldu. Peyğəmbərin (s) nə üçün onları qızmar bir havada Qədir-Xum çölündə toplayıb o sözləri deməsi və iyirmi il müddətində dəfələrlə Əli əleyhissəlamı canişin olaraq tə᾿yin etməsi

səh:47

haqqında təfəkkür etmədilər. Peyğəmbərin (s) rəftarı və buyurduqları təhrif edildi. Hətta bə᾿zi zövcələri həzrətə töhmət də vurdular. Qur᾿ani-Kərimdə o həzrətin bə᾿zi zövcələri barədə hansı ifadələrin işləndiyini Təhrim surəsində görə bilərsiniz.

Keçən bəhsimizdə Əli əleyhissəlam haqda söhbətə toxunmuşdum. Əli (ə) iki xüsusiyyəti ilə tanınır. İmamın adı çəkilərkən, zehnimizə gələn ilk şey onun ədaləti və ibadəti olur. O həzrət insanlar içrə ən abid və ən adil bir şəxs kimi tanınmışdır. Əli (ə) əkin sahəsində yer belləyərkən belə, nafilə namazı qılardı. Bir gün ərzində beş yüz və ya min rükət namaz qılardı. Hamı da bunu bilirdi. Əli əleyhissəlamın Kufə məscidində şəhid edilmə xəbəri Şam əhlinə çatanda, onlar təəccüblənərək belə demişdilər: “Əlinin məsciddə nə işi var idi?! Məgər Əli də namaz qılırdı?!” Digər imamlarımıza və din alimlərimizə də bu cür töhmətlər vururdular.

Bütün müsəlmanlar üçün ən böyük höccət və dəlil Qur᾿ani-Kərimdir. Həzrət Adəm əleyhissəlamın xəlq olunduğu gündən, yer üzündə insan ömrü sona çatana qədər Qur᾿andan daha aydın, daha dəqiq heç bir höccət və sübut olmayacaqdır. Lakin Qur᾿anın özünü də səhv mə᾿nalarla təfsir edirlər. Bütün müsəlman firqələri öz məzhəbi ixtilaflarını Qur᾿an ayələrinə əsaslanmaqla həll etmək istəyirlər. İstər cəbrə inananlar olsun, istərsə də ixtiyara; hər iki dəstə öz iddialarını Qur᾿an əsasında sübuta yetirməyə çalışırlar. Qur᾿an ayələrinin düzgün olmayan bir tərzdə təfsir edilməsi və ya müxtəlif mə᾿nalara yozulması ayrı bir söhbətin mövzusudur ki, onun geniş izaha ehtiyacı vardır. Amma bu arada sui-

səh:48

istifadə etmək istəyən amillərin də rolu az deyil. Yə`ni, bə᾿ziləri bilərəkdən Qur᾿an ayələrini öz məqsədlərinə uyğun şəkildə təfsir edirlər. Bu da nadanlıqdan qaynaqlanır. Bizim ən böyük dəlil və höccətimiz Qur᾿andır. Bu təfsirlərin yazılması isə Qur᾿ani-Kərim barədə şübhə yaratmaq məqsədini daşıyır. Kamil insan nümunəsi olan bu iki şəxsiyyət - Həzrəti Məhəmməd (s) və İmam Əli (ə) haqqında müsəlmanlar arasında fikir ayrılığı yaratmağa çalışırlar.

Bildiyiniz kimi, Rəsuləllahın (s) vəfatından 25 il sonra Əli (ə) xilafətə tə᾿yin edildikdə, onunla ilk bey᾿ət edən şəxslər Peyğəmbərin (s) yaxın səhabələri və Əli (ə)-ın bə᾿zi yaxın qohum-əqrəbaları idilər. Məsələn, Zübeyr həm Peyğəmbərin (s), həm də Əli (ə)-ın bibisi oğlu idi. Bunlar Əli (ə)-a bey᾿ət edən ilk səhabələr idi. Lakin onunla əvvəl bey`ət edib əhd-peyman bağlayadılar, sonradan xalqı azdıraraq, imam Əli (ə)-ı Osmanın qatili adlandırıb ona qarşı üsyana başladılar. Cəməl döyüşü və sonrakı neçə-neçə müharibələr buna əyani sübutdur.

Hal-hazırda sünni qardaşlarımızla İslam dini və ya Peyğəmbərin (s) buyurduqları, davranışı və göstərişləri barədə fikir mübadiləsi aparıldıqda, anlaşılmazlıq yaranır. Sizə sadə bir misal çəkmək istərdim.

Həzrət Peyğəmbər (s) 23 illik peyğəmbərliyi dövründə həmişə camaatla ünsiyyətdə olardı. O həzrət (s) insanlarla qaynayıb-qarışmaqda, bir rəhbər kimi xalqın problemlərinə can yandırmaqda və eləcə də təvazö`karlıq və sadəliyində digər peyğəmbər və rəhbərlərdən seçilirdi; səhabələri ilə məscidə daxil olarkən, kənardan baxanlar peyğəmbəri adi camaatdan

səh:49

ayıra bilməzdilər. Rəftarı, əməli xalqın gözü qarşısında idi. Görəsən camaat bu 23 il ərzində Peyğəmbərin (s) necə dəstəmaz aldığını görməmişdilər? Bu ki, camaat üçün gizli bir məsələ deyildi? Xüsusilə də Məkkə və Mədinə əhalisi ən azı on il ərzində Peyğəmbərin (s) necə dəstəmaz aldığını hər gün müşahidə etmişdilər. Çox vaxt o həzrətin (s) əlindən tökülən dəstəmaz suyunu təbərrük olaraq götürər, yerə tökülməyə qoymazdılar. Amma çox keçmədi ki, dəstəmaz aldıqda suyu necə tökmək üstündə problem ortaya çıxdı. Buna baxmayaraq, Peyğəmbərin (s) rəftar və yolunu davam etdirmək istəyənlər də var idi. Lakin araya şübhə toxumu səpmək istəyənlər buna imkan vermirdilər.

Bütün bu işlərin başında Şeytan və şeytan xislətli insanlar dururdu. Bütün bu hadisələr arasında təhrif edilməsi mümkün olmayan məsələ imam Hüseyn (ə)-ın din uğrunda şəhid edilməsidir Bu yolda bütün dostları, yaxınları, hətta südəmər körpəsi belə şəhid olmuşdur. Bu tarixi heç kəs təhrif edə bilməmişdir. Əlbəttə, bə᾿zi xırda məsələlərdə ixtilaf mövcuddur. Məsələn, Kufədən imam Hüseyn (ə)-ın üstünə gələn qoşunun sayı 30 min nəfər idi, ya 120 min nəfər? Az idilər ya çox? Təbii ki, ordunun dəqiq sayını göstərmək mümkün deyildir. Digər məsələlərdə də buna oxşar ixtilaflar vardır. Lakin hadisənin əsil mahiyyətində ixtilafdan söz gedə bilməz. İmam Hüseyn (ə) din uğrunda qiyam etmiş və son nəfəsinə qədər, dodaqları yanıqlı, susuz vəziyyətdə şəhid olmuş və bu yolda ailəsi əsir düşmüşdür. Bu hadisənin dünya malı ilə əlaqələndirilməsi də mümkün deyildir. Məgər dünya malını qazanmaq üçün imam Hüseyn (ə)-ın şəhadətdən

səh:50

başqa bir yolu yox idi? Vəzifə, kürsü davası edənlər öz canlarını, mallarını və digər mənafelərini təhlükə altında gördükdə, çıxış yolu olaraq sülhü seçirlər. Bu təklif Aşura axşamı imam Hüseynə (ə) təklif olunmuşdu. Lakin sülh və saziş seçimini o həzrətə şamil etmək olmaz. Necə ki, Aşuranın səhəri günü ona, Yezidə bey᾿ət etmək müqabilində canının amanda qalacağını və`d etmişdilərsə də, o həzrət qəbul etməmişdi. Buyurur:

“Zillət və xarlıq bizdən uzaqdır!”

Bu səhifələrə sığmayacaq qədər digər məsələlər, həmçinin Hürrün seçimi də sözü gedən mövzuya aydınlıq gətirir.

Bizim inancımıza görə, imam Hüseyn (ə) bu yolda şəhid olacağını əvvəlcədən bilirdi. Əgər bir kimsə imamət elmini və o həzrətə olunan ilhamları inkar edərsə, buna cavab olaraq, Peyğəmbərdən (s) imam Hüseyn (ə)-ın şəhid olacağını xəbər verən hədisləri və gördüyü yuxuları misal göstərmək olar. Həzrət nitqlərinin birində belə buyurmuşdur: “Sanki biyabanın yırtıcılarının və səhranın canavarlarının məni necə tikə-tikə etdiklərini görürəm”.

İmamın bu seçimini dünya malı və vəzifə tamahı ilə əlaqələndirmək ən azı məntiqsizlikdir. Bu işdən məqsəd öz cəddinin ən ağır əmanəti olan müqəddəs İslam dininin yenidən dirçəldiməsi idi. Əlbəttə, elə insanlar da vardır ki, imam Hüseyn (ə)-ın bu seçimində səhv etdiyini və bu işi görməyə haqqı olmadığını iddia etsələr də, eyni zamanda onun bu işi din uğrunda etdiyini qəbul edirlər. İslamda yaranmış bə`zi cərəyanları, o cümlədən Nasibiləri buna misal vurmaq

səh:51

olar. Bu hadisə bütün müsbət xüsusiyyətlərinə görə, yə`ni insanlara doğru yol göstərdiyi və fədakarlıq dərsi öyrətdiyi üçün düzgün bir hərəkətdir. Müsəlmanlar üçün buna bənzər bir şərait yaransa, onların da seçiminin imamın yolu olduğunu desək, heç də yanılmarıq. Hər halda imam Hüseyn (ə) hərəkatının əsas xüsusiyyəti və hədəfinin dünya malı deyil, din uğrunda barışmaz və qətiyyətli bir mübarizə olduğu aydınlaşdı. Elə bu səbəbdən də Kərbəla hadisəsinə diqqət edən hər bir kəsin ürəyində hidayət nuru parlayır, qəlbi oyanır, dini hissləri dirçəlir, öz üzərində millətə və dinə qarşı məs᾿uliyyət hissinin yarandığını müşahidə edir. Sizcə, imam Hüseyn (ə) kimi ilahi bir şəxsiyyətin öz ailə-uşaqları və hətta südəmər körpəsi ilə belə, İslam uğrunda şəhid olması bizim qarşımızda məs᾿uliyyət hissi yaratmamalıdır? “Bu insanların önündə qiyamətə qədər yanan bir çıraqdır. Hər kəs hər yerdən bu çırağa nəzər salsa, yol tapar” ifadəsi heç kimdə şübhə yarada bilməz. Bu səbəbdən də imamın şəhadətindən bir neçə müddət keçmiş, “Təvvabin hərəkatı” başlayandan bu günə kimi hamı bu qiyamın yad edilməsində sə᾿y göstərmişdir. İstər ağlamaqla olsun, istər fədakarlıq göstərməklə. Adi bir ovuc Kərbəla torpağını gətirərək, xüsusi ehtiramla imam Hüseyn (ə)-ı yad edirlər.

Digər tərəfdən, imam Hüseyn (ə)-ın adını tarixdən silmək üçün az işlər görülməmişdir. Axı onların imam Hüseyn (ə)-la düşmənçiliyi nə idi? Nə üçün o həzrətin adını əziz tutan, ziyarətinə gələn insanları öldürür və adının yaşadılması və yad edilməsinin ziddinə çıxırdılar? İmamın qəbrini şumlayıb onu yox etmək,

səh:52

müqəddəs məzarının üzərinə toxum səpərək oranı əkin sahəsinə döndərmək istəyirdilər? Görəsən bu düşmənçiliklərin faydası nədir? Çox uzağa getməyək. İndinin özündə də bə᾿zi yaşlı adamlar, pəhləvi hakimiyyətinin əvvəllərində əzadarlığın qadağan olunduğu günləri yaxşı xatırlayırlar. Ruhani libasının geyinilməsi, imamın adına məclislərin keçirilməsi və mərsiyələrin oxunuşuna izn verilmirdi.

Mənim yaxşı yadıma gəlir. O zamanlar beş yaşım olardı. Axşam məclis qurmaq istəyəndə, rövzəxan kostyumda gələr, dalanda paltarını dəyişərək ruhani paltarı geyinər, daha sonra içəri girərdi. Evin zirzəmisində ahəstə səslə rövzə oxuyardı ki, dövlət mə᾿murları səs eşidib bu məclisdən xəbər tutmasınlar.

Məgər imam Hüseyn (ə) adının pəhləvi hökuməti ilə nə kimi problemi ola bilərdi? Görəsən İmam Hüseyn adına olan bu düşmənçilik nədən qaynaqlanır? Bunlar ki, özlərini “dindar ziyalılar” adlandırırlar. Əlbəttə, bunları “dindar ziyalılar” deyil, “dinsiz zülmətfikirlilər” adlandırsaq daha düzgün olar! Çünki, bu kimi şəxslərin nə dində bir payları var, nə də ki, aydın fikirlilikdən əsər-əlamətləri. Bunların İmam Hüseynlə (ə) nə kimi düşmənçilikləri vardır? Görəsən nəyə görə imam Hüseyn (ə)-ın şəhadət məsələsini adi bir hadisə kimi qələmə verməkdə bu qədər israr edirlər? Və ya bu hadisəni Peyğəmbərin (s) etdiyi müharibələrin əvəzi kimi qiymətləndirirlər? Onlar öz fikirlərini belə əsaslandırırlar: “Bədr müharibəsində Peyğəmbər (s) Bəni-Üməyyə ilə düşmənçilik etmişdi. Əməvilər də müharibə alovunu qızışdırıb,

səh:53

Peyğəmbərin (s) nəvəsini və dostlarını öldürdülər. Bu, həmin düşmənçiliklərin nəticəsi idi!”

Əvvəla, Bədr müharibəsində həm müsəlmanlardan, həm də kafirlərdən ölənlər olmuşdu. Lakin kafirlər daha çox itkiyə mə`ruz qalmışdılar. Allah-taala özü bu müharibəni müsəlmanların qələbəsi ilə bitirdi. Onlar belə deyirlər: “Bədr döyüşündə Peyğəmbər (s) Bəni-üməyyə ilə kobudluqla rəftar etdiyi üçün, onların nəvəsi də onun nəvəsi ilə həmin rəftarı etdi. Bu təbii bir iş idi; həyatın hər gün müşahidə olunan adi əks-əməllərindən biri idi. Peyğəmbər (s) onları öldürməməliydi. Əvəzində, onların övladları da Rəsuləllahın (s) övladlarını öldürməzdilər”. Belə ziyalıların öz tə`birləri ilə desək, əgər kimsə Aşura hadisəsindən bir dərs öyrənib ibrət götürmək istəyirsə, gərək bilsin ki, heç kəslə kobud rəftar etməməlidir ki, sabah da onun özü və ya övladlarına qarşı həmin rəftar təkrarlanmasın. Onların məntiqinə görə, Aşura hadisəsindən məhz bu şeyləri öyrənib-öyrətməliyik. Belə adamların nəzərinə görə cihad, müdafiə, əmr be mə᾿ruf, nəhy əz münkər kimi mühüm məsələlər aradan götürülməlidir. Belə olsa, heç kimin heç kimlə işi olmayacaqdır. Yə᾿ni, Allahın Qur᾿anda buyurduğu “Siz (ey iman gətirənlər!) O kafirlərlə müharibəyə qalxın ki, Allah onları sizin əlinizlə əzaba çatdırsın və rüsvay etsin; sizi onlara qalib edib (qəm-qüssə ilə dolu olan) iman gətirmiş ürəklərə (qələbə və zəfərlə) şəfa bəxş etsin.” ayəsi (nəuzubillah) boş şeydir. Onların fikrincə - «Kafirlərlə vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin və sizlərə onlara qələbə çalmaqda kömək etsin. Beləliklə də, mö᾿minlərin qəlbi şad olsun”

səh:54

ayəsini buyurmaqla Allah-taala səhvə yol vermişdir. (Allaha pənah aparırıq belə bir həyasızlıqdan.)

Bunlar Qur᾿an ayələridir. Amma bə᾿zi ziyalılar deyirlər: “Qur᾿an nahaq yerə belə sözlər buyurub. Dava-dalaş, qan töküb müharibə etmək yaramaz bir işdir, Allah səhv edibdir! Peyğəmbər (s) Bədr savaşında iştirak etməyi ilə səhv iş tutubdur. Peyğəmbərin (s) səhv hərəkətinin nəticəsi bu oldu ki, onun övladını öldürdülər. Yazıq Yezid ata-babasının intiqamını alırdı. Burada Yezidin bir günahı yox idi... Birinin atasını öldürəndə, o da gedib qatilin oğlunu öldürəcək də!” Bu üzdəniraq sözlərin müəllifləri öz puç iddialarını “Modern İslam”, “İslamda yeni anlayışlar!” kimi ifadələrlə adlandırırlar. Bunlar qəzetlərdə çox çap olunur. Bu işləri görməklə İmam Hüseyn (ə)-ın haqq mübarizəsinin üzərinə kölgə salmaq, gəncləri bu müqəddəs yoldan döndərmək və onların zehnlərini öz cəfəngiyatları ilə doldurmaq məqsədi güdürlər. Görəsən onların İmam Hüseyn (ə)-la düşmənçilik etmələrinin səbəbi nədir? Cavabı aydındır: İmam Hüseyn (ə) hidayət çırağıdır. O, fəzanı qaranlıqlaşmağa qoymur. İnsanları yollarını azmaqdan saxlayır. O, gediləcək yolu aydınlaşdırır, insanların vəzifəsini müəyyənləşdirir. Din, millət, namus, qeyrət, vətən, torpaq və bu kimi müqəddəs dəyərlərin necə müdafiə olunacağını onlara anladır. İmam Hüseyn məktəbi insanlara mərdlik, cəsarət, fədakarlıq hisslərini aşılamaqla yanaşı, ictimai-siyasi mühitdən asılı olmayaraq, hər an zülmə qarşı mübariz olmağa, sazişçilikdən yaxa qurtarmağa sövq edir; camaatı

səh:55

qarşılıqlı anlaşma, saziş, sövdələşmə və bu kimi bəhanələrlə biqeyrət olmağa qoymur!

İmam Hüseyn (ə) buyurur: “Heyhat minəz-zillət!“

Belə bir eşqi tamah və ya pulla susdurmaq qeyri-mümkündür! Çünki, o həzrətin hədəfi məqam və vəzifə deyildi. Bu mübarizədən uzaqlaşdırmaq üçün onu ən son çıxış yolu olan ölümlə hədələyirdilər. İmamın cavabı bu oldu: “Mən hazıram!” Körpəsini də bu yolda qurban verdi. Ölümdən yuxarı bir sərhədd yoxdur ki?! Əgər bir şəxs Hüseyn (ə) məktəbinin həqiqi davamçısı olsa, onu nə pulla almaq olar, nə də ölümlə qorxutmaq. Qələbənin sirri də buradadır. Ölümdən qorxmayan kəs həmişə qalibdir!

İmam Hüseynin (ə) köməkçiləri Aşura gecəsi ölümlə öz mə`şuqlarının vüsalına qovuşmaq üçün yanıb-yaxılırdılar. Bu məktəb məğlubedilməzdir! Əlbəttə, təhrif edib ona arxadan zərbə vurmasalar.

Beləliklə, bütün bu söylənilənlərdən belə bir nəticəyə gəlmək olar ki, İmam Hüseyn (ə) aşiqləri çox aydın bir baxışla ona məhəbbət bəsləyirlər. O həzrətə müxalif olanların düşmənçiliklərinin səbəbi də aydınlaşdı. Çünki, İmam Hüseyn (ə) hidayət çırağı olub, insanları zəlalətdən qurtarır və onların azğınlığa düşmələrinin qarşısını alır. Bu nur, insanların qanını soran və onlardan hər bir şəkildə sui-istifadə edən istismarçıların planlarını əngəlləyir; buna görə də düşmənlər imkanları daxilində imam Hüseyn məktəbinə ləkə yaxmaq, bu mübarizənin nəticələrinin üzərinə kölgə salmaq və insanlar arasında təfriqə toxumu səpməyə çalışırlar.

səh:56

Aşura qiyamının şəraiti (1)

Aşura hadisəsinin tarixi şəraiti;

Cəmiyyətin yolunu azmasında tə`sirli olan ictimai şərait;

Cəmiyyətin yolunu azmasında tə᾿sirli olan amillər;

Bizim dövrümüzlə imam Hüseynin (ə) dövrü şəraitinin oxşarlığı;

Şeytani siyasətlərlə mübarizə yolları.

səh:57

Bismillahir-rəhmanir-rəhim

Keçən bəhslərimizdə qarşılaşdığımız suallara cavab verməklə, həm cavanların bu mövzu ilə əlaqədar mə`lumatlarını artırdıq, həm də Aşura mədəniyyətinə xidmət göstərmiş olduq.

Buna baxmayaraq, qaranlıq mətləblərinin araşdırılmasına ehtiyac duyulan suallar çoxdur. Bunlardan biri də - “Peyğəmbər (s)-ın vəfatından uzun müddət keçməsinə baxmayaraq, onun əziz nəvəsinin bu cür faciəli şəkildə qətlə yetirilməsinə şərait necə yaranmışdır?” - sualıdır.

Bu növ faciəli hadisələrə tarixdə çox az təsadüf olunur. Müəyyən səhnələrin üst-üstə düşməsi mümkün və təbii bir haldır, lakin bütövlükdə Kərbəla hadisəsinə bənzər bir faciə tapmaq çox çətindir. Bəzi məsələlərin mərsiyəxanlar tərəfindən şişirdildiyi və sənəd baxımından etibarlı olmadığı söylənilsə də, Kərbəla hadisəsinin faciəli olması faktı danılmazdır. Bu faciəyə az da olsa diqqət etsək, Kərbəlada insanlıqdan uzaq və hətta ərəb xarakterinə yaraşmaz vəhşiliklər törədilib.

Bildiyimiz kimi, ərəblər dünya xalqları arasında özlərinə nisbət verdikləri bir çox müsbət, insani xüsusiyyətləri ilə həmişə fəxr etmişlər. Məsələn, qonaqpərvərlik ərəblər arasında geniş yayılmış məşhur xüsusiyyətlərdəndir. Düzdür, başqa millətlərin də qonaqpərvərlik xüsusiyyəti vardır. Lakin bu xüsusiyyət ərəblərdə daha qabarıqdır. Məsələn, ərəbin evinə gələn qonağın süfrə başında heç bir ne`məti dadmaması

səh:58

onlara müharibə e᾿lan etmək kimi qiymətləndirilir. Təəccüblü burasıdır ki, bu cür qonaqpərvərliyi olan bir xalq on iki min məktub yazaraq, bir dəstə qonağı öz yerlərinə də᾿vət edir, lakin hətta altı aylıq körpəyə belə su verməkdən imtina edirlər. Belə bir rəhimsizliklə tarixin heç bir səhifəsində rastlaşmaq mümkün deyildir.

İndi də bu faciənin kim tərəfindən törədildiyinə nəzər yetirək. Məhəmməmd peyğəmbərin (s) əziz övladları ilə bu cür rəftar edən kimlər idi? Kafirlər, müşriklər, məsihilər və ya yəhudilər? Tarix cavab verir ki, yox! Bunların heç biri deyildi. Heç kəs indiyə qədər deməmişdir ki, Kərbəla hadisəsini törədənlər yəhudilər olmuşdur. Baxmayaraq ki, Maidə surəsinin 82-ci ayəsində buyurulur:

“Həqiqətən müsəlmanların ən qatı düşməni yəhudilər və müşriklərdir.”

Amma bu hadisəni törədənin, imam Hüseyn (ə)-ın qatilinin yəhudi olduğunu deyən yoxdur. Həmçinin də heç kim imam Hüseyn (ə)-ın qatillərinin məsihi, zürdüşt, müşrik olduğunu söyləmir. Necə oldu ki, müsəlmanlar özləri belə bir çirkin işə yol verərək, tarixin ən böyük bir faciəsini törətdilər?

Bu çox yerində verilən mühüm bir sualdır. Bu səbəbdən də suala aydın və hərtərəfli cavab verilməlidir. Kamil və dolğun cavab vermək üçün ilk növbədə İslam tarixinin heç olmasa, Peyğəmbərin (s) zühurundan o həzrətin (s) vəfatına qədər, daha sonra isə, xəlifələr hakimiyyəti dövrünə ötəri də olsa nəzər salmalı və bu tarixi dövrü təhlil etməliyik. Lakin bu cür təhlil və araşdırma söhbətin həcmindən və

səh:59

mövzusundan daha genişdir. Buna görə də bu tarixə icmali şəkildə nəzər salacağıq. Daha ətraflı mə`lumat əldə etmək istəyənlər bu barədə yazılan kitablara müraciət edə bilərlər.

Aşura hadisəsinin tarixçəsi

Peyğəmbərin (s) zühuru və həyatı dövründə məcburiyyət üzündən, müxtəlif səbəblərə görə zahirdə müsəlman olub, İslam dinini qəbul edənlər çox idi. Bu barədə Qur᾿anda ayələr də mövcuddur. Hətta “Münafiqlər” adlı surə də nazil olmuşdur. Onlar zahirdə iman gətirər, batində isə yalan danışarlar. Hətta imanlarının izharı üçün and da içərlər.

Qur᾿ani-Kərimin digər surələrində də müsəlmanlar arasında belə insanların olduğu və onların qəlbən iman gətirmədiklərinə işarə edilir. Qur᾿an hətta bə᾿zi yerlərdə zəif imanlıları, imanında süst olanları da bu dəstədən hesab edir. Məsələn, bir yerdə onlar haqqında belə buyurur:

“Münafiqlərin sifətlərindən biri də, namazda könülsüz iştirak etmələridir. Məsciddə namaz qılarlar, amma ibadət zamanı çox halsız və süst olarlar. Riyakarlıq üzündən namaza durar, lakin qəlblərində Allaha diqqət etməzlər.”

Hər halda bu ayədən görünür ki, müəyyən qədər də olsa, qəlblərində Allaha diqqət olubdur. Qur᾿anda imanları kifayət qədər yetərli olmayanlar, zəif imanlıların da münafiqlər dəstəsindən olduğuna dəlalət edən bir çox dəlillər mövcuddur. Əlbəttə, məqsədimiz bu ayələri araşdırmaq deyildir. Onlardan bir dəstəsi Məkkə fəth edildikdən sonra müsəlman

səh:60

olmuşdular. Peyğəmbərlə (s) uzun müddət düşmənçilik edib kin-küdurət saxlamalarına baxmayaraq, o həzrət (s) öz məhəbbət əlini onların başlarına çəkir, onları “tuləqa”, yə`ni azad olunmuşlar adlandırırdı. Bəni-Üməyyə tayfasının əksəriyyəti də bu dəstədəndirlər. Sonradan müsəlmanlara qaynayıb-qarışmış, əlaqə yaradıb, qız alıb, qız vermişdilər. Amma əksəriyyətinin doğru-düzgün imanı yox idi. İmansızlıqları bir tərəfə, qəlblərində Peyğəmbərə (s) nifrət hissi bəsləyir ona paxıllıq edirdilər.

Bunların bə᾿ziləri Qüreyş tayfasından idilər. Əlbəttə, adlarını çəkmədiyim üçün məni üzürlü hesab edin. Dediklərimi təsdiq edəcək çoxlu sənədlər vardır ki, Peyğəmbərin (s) adı azanda çəkiləndə, o adamlar narahat olurdular.

Qüreyş qəbiləsi arasında bir-birinə çox yaxın olan iki tayfa var idi; onlar əmioğlu kimi idilər. Peyğəmbər (s) haqqında isə belə deyirdilər: “Bu əmioğluna baxın siz; yetimin biri idi, kasıb ailədə böyümüşdü, indi iş o yerə çatıb ki, adını Allahın adının yanında çəkirlər”. Bu məsələdən çox narahat olurdular. Nə isə...

Bunlardan bə᾿ziləri Peyğəmbərin (s) vəfatından sonra 25 il müddətində İslam cəmiyyətində müxtəlif böyük vəzifə və məqamlara yiyələndilər. Nəhayət, növbə Əli (ə)-ın xilafət dövrünə çatdı.

Bildiyimiz kimi, Əli (ə) zahiri hökumətə yetişməzdən əvvəl, Müaviyə Şamda ikinci xəlifə tərəfindən oraya rəhbər tə᾿yin olunmuşdu. Necə deyərlər, Şamın icra hakimi və ya valisi idi. Üçüncü xəlifənin də zamanında öz hakimiyyətində qalmış, hətta üçüncü xəlifə ilə qohumluq əlaqələrinə görə əlavə səh:61

səlahiyyətlər də almışdı. Buna görə də Müaviyə Şamda özü üçün yeni bir icra aparatı qurmuşdu. Şam Mədinədən xeyli aralı idi və Rum ölkəsi sərhədlərində yerləşirdi. Özü də qismən Rumun nüfuz dairəsində idi.

Şam əhalisi fəthlərdən sonra islamı qəbul etmişdi və bir növ yeni müsəlman sayılırdı. Rabitələri də rumlularla idi və bir-birləri ilə sıx iqtisadi əlaqələri var idi. Şam camaatı yerləşdikləri coğrafi məntəqədən və on illərlə onlara hakimiyyət etmiş hakim rejimin tə᾿sirindən asılı olaraq, İslam maarifini yetərincə mənimsəyə bilməmişdilər. Müaviyə isə onların İslamı dərindən öyrənib, hökmlərin icra edilməsində maraqlı deyildi. Onun yeganə məqsədi hakimiyyət əldə edib, səltənətdə qalmaq idi. Ümmətin imanlı olub-olmaması onu bir o qədər də maraqlandırmırdı. Nəhayət, Əli (ə) xilafətə çatdıqdan sonra Müaviyə Osmanın qətlini bəhanə edərək, Əli (ə)-a qarşı üsyana başladı. Mən bütün baş vermiş hadisələri təfsilatı ilə danışmaq deyil, sadəcə mühüm nöqtələri göstərməklə, tarixin keçid mərhələlərinə işarə etmək istərdim.

Müaviyə bir müddət Əli (ə)-la müharibə şəraitində öz qanunsuz hakimiyyətini davam etdirdi. Nəhayət, Əmr Asın, İslamdan qabaq Qüreyş qəbiləsinin böyükləri olan digər qohum-əqrəbasının, dostlarının və müxtəlif hiylələrin yardımı ilə həlledici savaş olan Süffeyn müharibəsini Əli (ə)-ın zərəri hesabına xitam verdi. Həmin savaşda «həkəmiyyət» məsələsi meydana çıxdı və müharibə danışıqlar yolu ilə həll olundu. İki tərəf arasında tə᾿yin olunmuş hakim məharətlə aldadıldı və xilafət Müaviyəyə verildi. Nəhayət, Əmirəl-mö᾿minin Əli (ə) xəvaricin əli ilə şəhid edildi.

səh:62

O həzrətdən (ə) sonra növbə imam Həsənə (ə) çatır. İmam Həsən (ə) da bir müddət Əli (ə)-ın başladığı mübarizəni davam etdirdi. Müaviyə müxtəlif üsullardan istifadə edərək, imam Həsəni (ə) məcburi sülh danışıqlarına vadar etdi. Tarixin bu anından yavaş-yavaş Kərbəla hadisəsinə yaxınlaşırıq. Bundan sonra Müaviyənin hakimiyyətini əldə saxlamaq üçün çəkdiyi planlar olduqca məharətlidir. Əgər o zamanın bacarıqlı siyasətçilərinin adını çəkmək istəsək, deməliyik ki, şeytani siyasətdə Müaviyə birinci olacaqdır. Əlbəttə, bu təhlili bir araşdırmadır. Bu məsələni tarixi baxımdan geniş şərh etmək üçün mö`təbər mənbələr və sənədlər araşdırılmalıdır. Lakin bu vaxta qədər aprılan təhlillər bunu göstərir ki, Müaviyə öz hökumətinin qorunub-saxlanılması üçün bu işin xeyrinə olan bütün üsullardan istifadə edirdi. Onların hökuməti «xilafət» adlanırdı. Amma həqiqətdə rumda və farsda olduğu kimi, şahlıq üsul-idarəsi idi. Həqiqətdə onların arzusu krallıq, imperatorluq etməkdən ibarət idi. Onlar hökumətlərinin davamı üçün yaşadıqları cəmiyyətin imkan verdiyi bütün şəraitlərdən istifadə edirdilər.

Cəmiyyətin yolunu azmasında ictimai mühitin tə`siri

1.Cəmiyyətin mədəni-mə᾿nəvi səviyyəsi;

Cəmiyyəti uçruma sürükləyən ilk zəminə, onların mə᾿nəvi səviyyəsinin aşağı olmasıdır. İslam mədəniyyətinin cəmiyyətdə yer tutmasından 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq, din Mədinədən ucqar Rum sərhədlərinə qədər yayılıb

səh:63

möhkəmlənməmişdi. Hamının İslam mədəniyyəti ilə tərbiyə olunub, İslam maarifinə yiyələnmələri bizim düşündüyümüz qədər də sadə iş deyildi. Həmin ucqar ərazilərdə hakimiyyətin Müaviyə kimilərin əlində olması vəziyyəti bir neçə dəfə ağırlaşdırırdı. Bir sözlə, Müaviyənin öz siyasətində üzərində dayandığı mühüm nöqtələrdən biri, hakimi olduğu camaatın mədəni səviyyəsini inkişafdan saxlamaq, ümumi maarifləndirmə məsələsinə məqsədyönlü şəkildə zərbə vurmaq idi.

2.Qəbilə ruhlu həyat tərzi;

Müaviyənin öz siyasətində diqqət yetirdiyi mühüm məsələlərdən biri də, o zamankı həyat tərzinin qəbilə, tayfa ruhunda olması idi. Belə ki, bu cür qəbilə qanunlarının hakim olduğu bir cəmiyyətdə son qərarı çıxardıb, müqədəddəratı tə`yin edən qəbilə başçısı idi. Qəbilə üzvlərinin hamısı olmasa da, əksəriyyəti başçının göstərişləri əsasında hərəkət edərdilər. Bu xüsusiyyətin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır. Əgər bir qəbilə başçısı İslam peyğəmbəri həzrət Məhəmmədə (s) iman gətirirdisə, qəbilənin digər üzvləri də müqavimətsiz, çox sadəliklə müsəlman olurdular. Qəbilənin başçısı mürtəd olurdusa, qalan üzvləri də mürtəd olub dindən çıxırdılar. Necə ki, Peyğəmbərin (s) vəfatından sonra belə bir hadisə baş verdi; bə`zi qəbilələr İslamdan dönüb öz əvvəlki ayinlərinə qayıtdılar. İnsanlar qəbilə başçısına itaət etdiyindən Müaviyə bu fürsətdən yerində bəhrələnə bilirdi.

3.İmanın zəifliyi;

səh:64

Başqa bir məsələ də xalqda imanın zəifliyi idi. Xüsusilə də Şamda camaata düzgün tə᾿lim verəcək bir müəllim və tərbiyəçi yox idi. Buna görə də zəif imanlılıq Şamda daha çox hiss olunurdu. Hətta Mədinənin özündə; baxmayaraq ki, camaat Peyğəmbərin (s) şəxsən özünün nəzarəti altında İslami biliklərə yiyələnmişdilər, lakin o həzrətin (s) vəfatından az bir müddət sonra Qədir-Xum məsələsini unutdular. Cəhalətdə ad çıxarmış Şam camaatının vəziyyətini yəqin ki, təsəvvür etmək çətin deyildir. Bunlar ictimaiyyəti azğınlığa sürükləyən, o zamankı mühitin formalaşmasına zəmin yaradan amillər idi və Müaviyə məharətlə bunları öz siyasətinin xeyrinə yönəldə bilirdi. Sadaladığım bu amillər, yə᾿ni xalqın cəhalət və nadanlığı, mədəni səviyyəsinin aşağı olması, qəbilə ruhlu həyat tərzi sürmələri, imanın zəif olması qeyd olunan dövri şəraitin izahı idi.

Cəmiyyətin öz yolundan azmasına tə`sir göstərən amillər

Müaviyənin belə bir mühitdən lazımınca faydalana bilməsi üçün istifadə etdiyi üç mühüm amil çox tə᾿sirli idi. Əlbəttə, belə amillərdən istifadə etmək təzə bir şey deyil. Lakin Müaviyə bunları yaxşı başa düşür və onlardan yerindəcə istifadə edirdi. Adətən, qədim zamanlardan bu günümüzə qədər, elə indinin özündə də dünya siyasətçiləri bu üç amildən istifadə etmişdir:

1. Təbliğat;

Birinci amil təbliğat olub, siyasətçilərin xalqın fikrini dəyişməkdə, yeni ictimai fikir formalaşdırmaqda və onları istədikləri səmtə yönəltməkdə istifadə

səh:65

etdikləri əsas üsullardan sayılır. Müxtəlif cəmiyyətlər və mədəniyyətlər bir-birindən fərqləndiyi kimi, təbliğat amilindən istifadə yolları da fərqlidir. O vaxtkı İslam cəmiyyətində təbliğat amillərinin ortaya atdığı məsələlər, bu günlər tez-tez eşitdiyimiz humanizm, plüralizm, insan hüquqları, vicdan azadlığı kimi məsələlər deyildi. Həmin cəmiyyətdə hakim ideologiya İslam idi. Müsəlmanlar Allaha və Peyğəmbərə (s) inanırdı; müxtəlif məzhəblər və islami təfsirlər də yox idi. Amma başqa amillər var idi ki, təbliğatda onlardan istifadə edirdilər.

O zamanın təbliğat amillərindən biri, incəsənət və ədəbiyyat, xüsusilə də şe᾿r idi. O dövrdə ərəblər arasında şe᾿r xüsusi yer tuturdu. Hamınız eşitmisiniz ki, Müaviyə öz mədhində və eləcə də müxaliflərinin həcvində məşhur şe᾿rlər yazdırıb, camaatın arasında yayırdı. Belə şairlərdən ən çox tanınmışı Əxfəl Nəsrani idi; olduqca məharətli bir şair olan Əxfəl, bu kimi işlər üçün xüsusi şagirdlər də tərbiyə edirdi.

Amma İslama daha çox meyilli olan dindarlar arasında ən mö᾿təbər və mühüm məsələ Qur᾿an və hədis idi. Buna görə də Müaviyə bir sıra adamları bu sahədə ələ almaqla, onları yalandan hədis uydurmağa təşviq edirdi. Belə uydurma hədis söyləyənlərdən biri də Əbu Hüreyrə idi. Bu adam haqqında sünni qardaşlarımız bir neçə kitab da yazıblar. Əbu Hüreyrə özündən çox qəribə hədislər uydurur və onları Peyğəmbərə (s) nisbət verirdi. Sadə camaat da sadəlövlükləri üzündən ona inanardılar. Bundan başqa, o zamanlar bir sıra yaxşı Qur᾿an tilavət edən kəsləri “qurra” adlandırırdılar. Qari olmaq, yə᾿ni yaxşı Qur᾿an qiraət

səh:66

edə bilmək o zaman mühüm məqamlardan sayılırdı. Əlbəttə, qiraət ancaq Qur᾿anı gözəl səslə, təcvid qaydaları üzrə oxumaqla bitmirdi. Dinin böyük alimlərini o zaman “qari” adlandırırdılar. Bu adamlar həm Qur᾿anı yaxşı oxuyar, həm ayələri təfsir edər, həm də ayələrin mə᾿nalarını açıqlayardılar. Əksəriyyəti də bütün Qur᾿anı əzbər bilərdilər. Müaviyə xüsusi olaraq bu üç dəstədən – qari, şair və hədis söyləyənlərdən öz təbliğat maşınının güclənməsi və hərtərəfli olması üçün istifadə edərdi.

2. Təşviqat;

Müaviyə xüsusi bir dəstəni şe᾿r, hədis, Qur᾿an vasitəsi ilə aldatmağa müvəffəq olurdusa, xalqa ümumi şəkildə yalnız təbliğatın bu vasitəsi ilə tə᾿sir edə bilmirdi. Qəbilə başçılarına vəzifələr və᾿d etmək, müxtəlif bahalı hədiyyələr bağışlamaq və qızıl dolu kisələr verməklə də onları ələ alardı. Bir sikkə qızılın bu gün bizim üçün dəyəri çox böyükdür. İndi təsəvvür edin bir kisə qızıl, yüz min dinar qızıl və hətta bir milyon qızıl nə deməkdir. Bu rüşvət müqabilində razı olmayanlar çox az idi.

3. Təhdid.

Nəhayət, yerdə qalan camaatı da qorxutmaq və hədələməklə öz itaətində saxlayırdı. Müxalifət edənləri, ağızlarından Müaviyə əleyhinə bir söz çıxaranları tutub kötəkləyir, zindana salır və ya e`dam edirdilər. Müaviyə bu üç mühüm amilinin köməyi ilə cəmiyyəti öz şeytani hədəflərinə doğru istiqamətləndirə bilirdi.

Müaviyə Şam əhalisini bu amilllərin və öncə işarə etdiyimiz şəraitlərin vasitəsi ilə idarə edirdi. Bu işin nəticəsi nə oldu? Xalq necə yetişib tərbiyə olunurdu?

səh:67

İndi bunları geniş surətdə izah edəcək fürsətimiz yoxdur.

Dəfələrlə eşitmisiniz ki, Müaviyə öz arzuladığı cəmiyyəti Əli (ə)-ın şəhadətindən sonra, bir müddət də imam Həsənin (ə) vaxtında, təqribən iyirmi il müddət ərzində qura bilmişdi. Əli (ə)-ın şəhadətindən qabaq da təqribən iyirmi il Ömər ibni Xəttabın zamanında Şamda hakimiyyətdə olmuşdu. Bu müddət ərzində də həmin məqsəd uğrunda çalışmış, lazım olan şəraiti yarada bilmişdi. Belə işlər üçün kifayət qədər təcrübəsi var idi. Bir sıra şəxsləri yaxından tanıyıb, təcrübədən çıxarmışdı. İstədiyi planı həmin üç amilin köməyi ilə reallaşdırırdı. Ömrünün axırları yetişəndə, uzun illərin zəhməti nəticəsində qurub-yaratdığı padşahlığı öz oğluna ötürmək üçün bütün gücünü səfərbər etmişdi; vəsiyyət edərək, oğlu Yezidi öz yerinə canişin qoymaq istəyirdi. Özü bilirdi ki, Yeziddən hökumət başçısı çıxmaz. Amma bununla belə, ona idarəçilik işlərini öyrətmək üçün xüsusi müəllimlər və siyasətçilər tutmuşdu. Deyilənlərə görə öz vəsiyyətində Yezidə xitabən belə demişdi: “Mən sənin hakimiyyətdə qalmağın üçün heç bir atanın oğluna edə bilməyəcəyi bütün şəraiti hazırlamışam. Taxt-tac səni gözləyir, bunun üçün hər bir şey hazırdır. Amma bir neçə məsələyə diqqət yetirməlisən”. O, Yezidə Mədinə və Hicaz camaatını, oranın öz xarakterinə uyğun idarə etməsi üçün göstərişlər verərək deyir: “İraq camaatının xüsusiyyəti belədir ki, onlar tez-tez hakimlərinin dəyişməsini istəyirlər. Əgər onlar gündə bir dəfə belə bir fikrə düşsələr, qəbul et; onların hakimlərini tez-tez dəyişdir. Bu sənin üstünə yüz min siyirmə qılıncın

səh:68

çəkilməsindən daha yaxşıdır. Hicaz camaatına ehtiram və qayğı göstər. Çünki, onlar özlərini əsil İslam övladları hesab edirlər. Nə vaxt sənin yanına gəlsələr, onları yaxşı qarşıla, hədiyyələr ver. Yanına gəlməsələr, sən öz tərəfindən onlara baş çəkib, vəziyyətlərini xəbər alacaq nümayəndələr göndər”. Daha sonra əlavə edir: “Bir neçə nəfər vardır ki, asanlıqla sənə tabe olmazlar: Əbu Bəkrin oğlu, Ömərin oğlu, Zübeyrin oğlu və nəhayət, Əlinin oğlu. Bu dörd nəfərdən üçü xəlifə oğlu olublar. Onlardan biri xəlifə oğlu olmasa da, xəlifəliyə namizədin övladıdır. Zübeyr xəlifəliyə namizəd göstərilən altı nəfərdən biridir. Bu dörd nəfərdən özünü gözləməlisən”. Müaviyə bunların hər birisi haqqında necə rəftar etməli olacağını Yezidə başa salır. İmam Hüseynə (ə) çatanda belə deyir: “Heç vaxt Hüseyn ibn Əli ilə qarşıdurma yaratma! Bacardığın qədər ondan bey᾿ət almağa çalış. Bey᾿ət etməyib səninlə döyüşə başlasa, qalib gəlsən belə, yenə də onunla mehriban rəftar et. Onunla düşmənçilik sənə xeyir gətirməz. Hətta iş müharibəyə gətirib çıxarsa və sən müharibəni qazansan belə, onunla pis rəftar etməməlisən. Çünki o, Peyğəmbərin (s) əziz-xələf nəvəsidir. Xalq arasında xüsusi ehtiramı var və onun şəxsiyyəti digərlərindən fərqlənir”.

Baxmayaraq ki, Müaviyə nəsihət edərək, Yezidə bu kimi tövsiyələr etdi; amma bildiyimiz kimi, o, bunlara da riayət etmədi. Yezid xilafətə gələn kimi, Mədinə hakiminə bu dörd nəfərdən bey᾿ət alınmasını, əks təqdirdə, boyunlarının vurulmasını əmr etdi. Əlbəttə, bu hadisələri təfsilatı ilə söyləmək istəmirəm. Bütün tarixlərdə yazılmış bu hadisələri dəfələrlə eşitmisiniz.

səh:69

Mümkündür ki, yeniyetmələr bu məsələni bir o qədər də təfsilatı ilə bilməsinlər. Hər halda, bu barədə geniş surətdə danışmaq istəmirəm. Məqsədim, camaatın asanlıqla, qısa bir müddətdə İslamdan nə üçün üz döndərdiklərini təhlil edib göstərməkdir.

Bəli, həmin insanlar az bir müddət ərzində hər şeyi unudub, Peyğəmbərin (s) əziz nəvəsini qətlə yetirdilər. Özü də belə əziz və sevimli bir şəxsi. Elə bir şəxsi ki, zahirini görən heyran qalır, əxlaqını görən məftun olurdu. Əgər biri ondan bir şey istəsəydi, ona o şəkildə lütf edərdi ki, əl açan adam nə boynunu bükər, nə də xəcalət çəkərdi. Bu cür insanı vəhşicəsinə öldürdülər. Niyə belə olmalıydı?

Bütün bunları müqəddimə olaraq söylədik ki, o zaman xalqın necə bir mədəniyyətə sahib olduğunu və təfəkkür-tərzini biləsiniz. İmamət nuru qəlblərinin dərinliyinə nüfuz etmiş həqiqi mö᾿minlər nəinki o zamanda az idilər, bəlkə həmişə az olmuşlar və az olacaqlar da.

Rəhbərin cəmiyyətdə müvəffəqiyyəti budur ki, ümumi və orta səviyyəli təbəqənin əqidə və fikrinə cəhət və istiqamət verə bilsin. Ali səviyyəyə yüksəltmək əməli olaraq, mümkün deyildir. Ləyaqətli bir ölkə başçısının hünəri budur ki, günbəgün orta səviyyəli adamların fikrini müsbət, xeyirli səmtə yönəldə bilsin; onları hər gün haqqa doğru yaxınlaşdırsın. Hər halda, bütün şəraitlərdə imanlarını qoruyub-saxlaya biləcək kamil mö᾿minlər azdır. O zamanlar da belə şəxslər var idi.

səh:70

Əgər imam Hüseyn (ə), imam Həsən (ə) və yaxud digər bir imam bu şəraitdə Müaviyə ilə üz-üzə dayansaydı, ona gizli şəkildə sui-qəsd ediləcəkdi.

Sonra Müaviyə öz təbliğat vasitələrini işə salaraq, şe᾿rlər yazdırmaq və hədislər uydurmaqla imamlar əleyhinə ittihamlar, töhmətlər yağdıracaqdı. Bütün dövrlərdə olduğu kimi, o zamanda da bir sıra saray axundları, hökumət mollaları var idi ki, işləri xalqı azdırmaq, hakimlərin xeyrinə fikir formalaşdırmaq idi. Elə indi də belələri var. Həmişə və hər yerdə bunların zalım hökumətlərin siyasətini həyata keçirməkdə rolu digərlərindən daha çox olmuşdur. Xüsusilə də, dindar bir cəmiyyətdə camaatın gözü alimlərə dikildikdə bunların atı daha sür`ətli gedir.

Qur᾿anda bütün dinlərdə ortaya çıxan hər cür əxlaq və fəsadların, məhz belə satqın ruhanilərin əli ilə həyata keçirildiyi qeyd olunmuşdur.

Bütün ixtilaf, qarşıdurma, azğınlıq və fitnə-fəsad kələfinin ucu da bu işdə təcrübəli olanların əlində olmuşdur. Elə oğrular var idi ki, çıraqla gəlmişdilər və Müaviyə kimi hakimlər belələrini kəşf edib, pul və tamahlandırma yolu ilə ələ almışdılar. Əgər bu alimlərdən biri qeyrətli çıxsaydı, onu təhdid etmək və öldürməklə səhnədən xaric edirdilər. Necə ki, Əli (ə)-ın bir çox böyük səhabələri bir-birinin ardınca qətlə yetirilirdi.

Hücr ibni Ədi (Üdey), Meysəm Təmmar və imanlarında möhkəm olub, heç bir amilin tə᾿sirinə qapılmayan digər şəxslərin axırı ya zindan, ya da e᾿dam olurdu. Bu qətllər ya rəsmi, ya da terror şəklində icra olunurdu.

səh:71

Xalqın İslam qanunlarından üz döndərib yolunu azması, hətta dini heysiyyətlərini əldən verməsi, milli qürurunu itirməsi, tayfa əxlaqına belə məhəl qoymaması yuxarıda söylədiyim üç amilin tə᾿sirindəndir ki, Müaviyə onlardan məharətlə istifadə edirdi. Bütün zamanlarda bu üç amil həmişə fitnə-fəsada səbəb olmuş, olur və olacaqdır.

Əgər biz Məhərrəmlikdən dərs almaq istəyiriksə, gərək bu cür dərs alaq. Fikirləşək, necə ola bilər ki, camaat Peyğəmbərin (s) əlləri üstündə böyümüş imam Hüseyni (ə) qətlə yetirir? Həmin insanlar dəfələrlə müşahidə edib görmüşdülər ki, Peyğəmbər (s) minbərə çıxıb danışanda, imam Hüseyn (ə) minbərə yaxınlaşsaydı, uşağın qəlbi inciməsin deyə, bir anlığa sözünü saxlayıb aşağı enər, o həzrəti qucağına götürüb yenidən minbərə çıxar, onu öz dizləri üstündə oturdardı. Peyğəmbər (s) onun ağlamasına dözə bilmirdi. İmam Hüseyni (ə) dönə-dönə ümmətinə tapşırardı... Amma həmin ümmət imam Hüseynlə (ə) belə rəftar etdilər.

Bizim dövrümüzlə imam Hüseyn Əleyhissəlamın dövrünün oxşarlığı

Bu günün özündə də bir nəfər İslam cəmiyyətini öz həqiqi yolundan azdırmaq istəsə, həmin üç amil olan tamah, təhdid və təbliğ vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Siz elə fikirləşməyin ki, bir millətin taleyini dəyişmək üçün hökmən ayrı-ayrı dövlətlər rol oynamalıdır. Xeyr, o millətin öz arasında olan münafiqlər, İslamın əvvəllərində olan münafiqlərin imam Hüseynin (ə) başına gətirdikləri

səh:72

işdən az iş görmürlər. O zamanın özündə də ehtiyac yox idi ki, Rum, Çin və ya İrandan gəlsinlər. İmam Hüseyn əleyhissəlamın qatilləri öz əmioğlanları idi.

Qüreyş qəbiləsinə çatan tayfaları nəzərdə tutmuram. Bəni-Üməyyə və Bəni-haşimdən olanlar əmioğlu idilər. Bu günkü cəmiyyətdə özümüzkülərin xəyanəti az imiş kimi, xaricdən də bunlara kömək edirlər. Amma birbaşa rolu daxildəki amillər ifa edirlər. Düşünməyin ki, bir millətin dəyərlərini əzmək üçün hökmən kənardan kimsə gəlməlidir. Xaricilər daxili amilləri araşdırıb üzə çıxardıqdan sonra onlara təbliğatın himayəsi, maddi köməklik göstərmək və ya digər formalarda yardım edirlər; məsələn onu aranı qarışdırıb, suyu bulandırmaq və fitnə-fəsad törətməklə gücləndirirlər. Düzdür ki, belə fitnələrin çoxu daxili qüvvələrin əli ilə olur. Amma münafiqlər xarici deyillər? Elə burada doğulub, boya-başa çatan adamlardır. Bunların çoxu din və millətin xidmətçisi adı ilə ortalığa çıxıblar. Bu gün İslamın, imam Hüseynin (ə) əleyhinə çıxış edən düşmən öz cəmiyyətimizdə böyümüş adamlardan seçilir. Bu şəxslər bir müddət İslam adından danışıb, din və milləti müdafiə edən şəxslər olur. Amma bu gün bu dəyərləri inkar edir, ona qarşı çıxır! Deyir: “İslam dini bu günün tələblərinə cavab vermir”. Belə şəxslərin Amerikadan gəlməsi lazım deyil; özümüzdə də bu kimi mənfur simalar tapılır. Qeyd etdik ki, bunlar adi şəxslərdən olmur, onlar bir zaman millətin hamisi sayılırdılar. Belələri demokratiya adı, azadlıq şüarı ilə istədikləri xəyanəti edirlər. Əgər bu arada xarici qüvvələr də at oynadıb, meydan sulayırlarsa, məhz bu

səh:73

cür xainlərin hesabına olur. Təəssüflər olsun ki, belələri yüksək məqamlara asanlıqla yiyələnir, hökumət dairələrinə nüfuz edir, kütləvi informasiya vasitələrində tez-tez peyda olaraq, din haqqında öz qərəzli mövqeyini bildirirlər. Əgər İmam Hüseyn (ə) “hidayət nuru”dursa və bu nur xalqın ürəklərinə saçaraq, onların yolunu aydınlaşdırırsa, bu zamanda həmin nurdan istifadə olunmalıdır. İslam düşmənləri o zaman dinimizi necə təhrif edib, başqa cür qələmə vermiş, böyük şəxsiyyətlərə töhmət vurub, nəhayət İmam Hüseyn əleyhissəlamı qətlə yetirmişdilərsə, bu gün də İslam düşmənləri həmin üsulla zamanın Hüseynini öz yolundan döndərməyə çalışırlar. Bu gün də həmin amillərdən, vasitələrdən istifadə edirlər. Ümumi yolları da həmin təbliğ, təhdid və tamahlandırmadır. Mən nə qədər fikirləşdimsə də, dördüncü amili tapa bilmədim. Əlbəttə, şəraitlər mühitdən asılı olaraq, bir-birindən fərqlənir. Mümkündür, indi başqa şəraitlərdən istifadə olunur. Amma istifadə olunan amillər qeyd edilən üç amildir.

Görün İslam düşmənləri bu gün dünyada İslama qarşı hansı yollardan istifadə edirlər. Təbliğat üsullarına və məzmunlarına diqqət yetirin? Görəsən vurmadıqları iftira, töhmət qalıbdırmı? Bu xalqın büdcəsi hesabına əksər informasiya vasitələrində istədikləri iftira, töhməti yazıb-danışır, camaata yayırlar. Əksər xəbərsiz cavanlar da bunların tə᾿siri altına düşür. Sizcə bunların günahı imam Hüseyni qətlə yetirən adamların günahından azdırmı?

Bunların onlardan nə fərqi var ki? Bu adamların günahı Müaviyənin və tərəfdarlarının günahından azdırmı?

səh:74

Din pərdəsi altında bu cür fitnə-fəsad yayan şəxslərin Əbu Hüreyrə və onun kimilərdən nə fərqi var? Bəlkə də İslamın geniş yayıldığı, İslama diqqətin artıdığı bir vaxtda belə adamların günahı, eləcə də xalqına xidmət göstərən şəxslərin əcr və savabı daha çoxdur. Çünki, istər xidmət olsun, istərsə də xəyanət, hər ikisinin tə᾿sir əhatəsi çox böyükdür. Müaviyə hakimiyyətə gəldikdə, xalqın səviyyəsi də aşağı idi. Necə deyərlər, iki ulağın arpasını bölə bilmirdilər.

Müaviyə bəzən bu xalqın nadanlıq və ya “itaətkar”lığını sübuta yetirmək üçün cümə namazını çərşənbə günü qılır, heç kəs də ona etiraz etmirdi. Hətta Əməvi xəlifələrindən biri kefli halda camaat namazına durub, sübh namazını iki rəkət əvəzinə dörd rəkət qılmışdı; ona sübh namazının iki rəkət olduğunu söyləyəndə, belə demişdi: “Bu gün kefim kökdür, istəyirsiniz bir-iki rəkət də artıq qılım”. O zamanlar İslam düşmənləri bu cür avam kütlə üzərində hakimiyyət edirdilər. İndiki zamanda cavanları belə asanlıqla aldatmaq olmaz. Amma müasir dövrdə düşmənlərin hiylələri də insanların səviyyəsinə mütənasib şəkildə artmışdır.

Siz hətta İslamdan qabaqkı cahiliyyət dövrünə də nəzər salsanız görərsiniz ki, ərəblər arasında Hərmələdən daha rəhimsiz adam tapmaq olmaz. Son nəfəslərini yaşayan altı aylıq bir körpəni boğazından zəhərli oxla vuran belə yırtıcı harada tapmaq olar? İslamdan qabaq bu həddə qədər adam var idi? Mən inanmıram İslamdan qabaq törədilən vəhşiliklər arasında bundan alçaq bir hərəkət olsun.

səh:75

İslamın zühur və inkişafından sonra Yezid, Şimr və Hərmələ kimi şeytanlar meydana çıxaraq, İslam əleyhinə mübarizəyə başladılar. Çox qəribədir, Qur᾿an nazil olmağı ilə bir tərəfdən mö᾿minlər hidayət olunur, digər tərəfdən də zalımların zülm, küfr və azğınlığı daha da artırdı.

Yağış suyunun tə`siri də belədir. Bir yerdə xoş ətirli gözəl güllər bitirir, digər yerdə zəhərli ot və tikanlara can verib, qüvvətləndirir.

İslam cəmiyyətində bir tərəfdən salmanlar, əbuzərlər, əmmarlar, meysəm təmmarlar, səid ibni cübeyrlər kimi xalis mö᾿minlər yetişir. Elə kəslər ortaya çıxır ki, Aşura gecəsi deyirlər: “Bizi əgər yetmiş dəfə qanımıza qəltan edib yenidən diriltsələr, yenə də sənin bayrağın altında şəhid olmağı arzu edərik”. Digər tərəfdən də rəhimsiz və azğınlar baş qaldırır. Elələri tapılır ki, ilahi hidayəti ayaqlar altına salır, Allahın rəhmətindən üz döndərir, get-gedə azğınlaşıb, daha da qəddarlaşırlar.

Bizim özümüzdə də İran İslam İnqilabı bir tərəfdən elə ürəkaçan güllər yetişdirdi ki, İslam tarixi boyunca belələrinə rast gəlmək çox çətin olar. Tələbəlik illərində İslam tarixini yenicə öyrənməyə başladığım vaxtlarda, rast gəldiyim bir hadisə məni həddən artıq mütəəssir edib təəccübləndirmişdi. Dediyim hadisə Hənzəleyi Qəsil adlı bir nəfərdən bəhs edir:

İslamın əvvəllərində Hənzələ adlı bir cavan oğlan olur. Bu cavan özünə toy edir, toyun səhərisi qalxıb Ühüd müharibəsinə gedir. Toy axşamının səhərisi fürsət tapıb qüsl ala bilmədiyinə görə, elə cənabətli halda da şəhid olur. Peyğəmbər (s) onun şəhadəti

səh:76

zamanı bir anlığa ayağa qalxıb buyurur: “Bu anda mələklərin asimandan su endirib, Hənzələyə qüsl verdiklərini müşahidə edirəm”. Bu münasibətlə də ona tarixdə “mələklərin qüsl verdiyi Hənzələ” deyirlər. “Hənzəleyi-Qəsil” qüsl verilmiş Hənzələ deməkdir. Bir cavanın öz bəxt gecəsinin səhərisi müharibəyə gedib şəhid olması məni çox təəccübləndirdi. Amma bizim inqilabda yüzlərlə, minlərlə Hənzələ kimi cavanlarımız var idi. Neçə-neçə şəhidlərimiz vardır ki, şəhadətə yetişən zaman tikələrinin belə, tapılmamasını arzu edirdilər.

Mənim yaxın tələbə yoldaşlarımdan biri neçə il müharibədə vuruşduqdan sonra batalyon komandiri oldu. O deyirdi: “Allahdan ancaq bir arzum var; seyyid bir qızla evlənmək istəyirəm“. Nəhayət on min tümən borc tapıb, seyyid bir qızla toy edir. Neçə il müharibədə can qoymasına baxmayaraq, toyunun üçüncü günü cəbhəyə qayıdır və qayıdan kimi də şəhid olur. Allahdan arzu etmişdi ki, şəhid olan zaman tikə-tikə olsun, cəsədindən əsər-əlamət qalmasın...; belə də oldu...

Bu inqilabda bir tərəfdən elə cavanlar çıxırdı ki, ariflərin yüz ilə getdiyi yolu bir gecədə başa vururdular. Bunun müqabilində elə münafiqlər də üzə çıxırdı ki, nifaq salmaqda, şeytanlıqda tayı-bərabəri yox idi. Təəssüflər olsun ki, bu günlər belə münafiqlər cəmiyyətimizdə böyük ehtiramla yaşayıb fəaliyyət göstərirlər.

Niyə? Ona görə ki, əvvəldən təbliğat maşınını işə salıb zorakılığı pisləyir, demokratiyadan dəm vurub, azadlıqdan danışır, sazişçilik hisslərini aşılayaraq,

səh:77

xalqın qeyrətini süstləşdirib, istədikləri işi görürdülər ki, namərdcəsinə bütün dini əsaslara zərbə vura bilsinlər. Əgər bir nəfər cür᾿ət tapıb onlara e᾿tiraz etsə, o saat “mürtəce”, “zorakı”, “fundamentalist”, şovinist” adı ilə damğa vurub səhnədən silə bilsinlər.

Bu, təbliğatın ilkin mərhələsidir. Hələlik bu yol nəzərdə tutduqları son mərhələyə qədər davam etməkdədir. Bu Müaviyənin və bütün dünya şeytanlarının siyasət kürsüsünə çatdıqda, oynadıqları həmin roldur. Müxaliflərini zorakılıqda günahlandıran belələri, öz siyasətləri tələb etdikdə onları hər cür təhdid etmək və hər cür zorakılıq göstərməkdən belə çəkinmirlər. Eynən Müaviyənin apardığı siyasət kimi.

Şeytani siyasətlərlə mübarizə yolları

Əgər mübariz şəxslər bu növ siyasi oyunlar qarşısında dayanmaq istəsələr nə etməlidirlər?

Mübarizə və müqavimət yolu İmam Hüseyn əleyhissəlamın göstərdiyi yoldur. Bu cür siyasətbazların qarşısında durmağın birinci şərti, dünyaya bağlanmamaqdır. İmam Hüseyn (ə) öz övladlarını və dostlarını elə tərbiyə etmişdi ki, on üç yaşlı bir yeniyetmə şəhid olub-olmayacağını imamdan xəbər alır; həzrət buyurur: “Səncə ölümün dadı necədir?”. Cavan deyir: “Ölümün dadı mənim üçün baldan da şirindir”.

Bu zahirdə deyilmiş bir şüar deyildi. Qasim ibn Həsən öz əmisinin yanında öyünərək şüar demirdi. Söylədikləri qəlbinin dərinliyindən süzülüb gələn sözlər idi. Ölümün on üç yaşlı bir yeniyetmənin kamında baldan şirin olmasını təsəvvür edə

səh:78

bilirsinizmi? Ələbəttə, hər ölüm belə olmur. Vəzifə borcu, İslama xidmət yolundakı ölüm belə bir xüsusiyyətə malikdir. Heç ölümün də şirinliyi olarmı? Söhbət şəhadətdən getdiyi üçün həzrət soruşdu: “Ölümə necə baxırsan?”.

Biz İmam Hüseyn əleyhissəlamın yolu ilə getməyimiz üçün bu cür şeytani oyunlar qarşısında müqavimət göstərməliyik. Lakin ilk əvvəl bu ruhiyyəni özümüz üçün kəşf etməliyik.

Əgər Allahı sevirsinizsə, şəhadət arzusunda olun. Şəhadəti arzu edən, məhbubunun görüşünü arzu etməzmi? Biz gərək bunları öyrənək. Gərək bu yolla hərəkət edək. Dünya arzularına o qədər də bel bağlamamalı, bər-bəzəklərinə aldanmamalıyıq. Allah yolunda, müqəddəs amallar uğrunda şəhadəti ən böyük iftixar bilməliyik. Belə olan surətdə dini və milli dəyərlərimizi qoruya bilərik. Bu, imam Hüseyn əleyhissəlamın bizə öyrətdiyi dərsdir. Necə ola bilər ki, biz Hüseynçi olmaq istəyir, ona ehtiram göstərir, xatirəsini əziz tuturuq, amma bununla belə ondan bu cür dərsləri öyrənə bilmirik? Bizim yeniyetmələr arasında Qasim ibn Həsəndən nümunə götürəcək adamlar çoxdur. Eləcə də, Həbib ibn Məzahirə yoldaş olacaq yaşlılarımız da var. Biz bu karvandan geri qalmamalıyıq. Allah yolunda, millət uğrunda şəhadəti şərəf, iftixar bilmək bizim qəlblərimizin açarıdır. Əgər müharibə olsa, şəhadətə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu günlər belə dəyərləri unutdurmağa çalışırlar. Ancaq Hüseyn əleyhissəlamın adının bərəkətindən bu dəyərlər yenidən dirçəldilməlidir.

səh:79

səh:80

Aşura qiyamının şƏraiti (2)

1.Əli əleyhissəlamın ilahi hökmlərin icrasındakı diqqəti;

2.Əli əleyhissəlamın nümunəvi İslam dövlətinin qurulmasında hədəfi.

səh:81

Bismillahir-rəhmanir-rəhim

Əvvəlki bəhsimizdə müsəlmanların dinə e᾿tiqadlı olması, namaz qılıb-oruc tutması, cihad etməsinə baxmayaraq, birdən-birə Hüseyn ibn Əlini (ə) faciəli surətdə şəhid etmələrinin səbəbləri barədə söhbət etdik. Bu məsələnin daha da aydınlaşması üçün bir daha geri qayıdıb, İslam tarixinin ilk illərini səhifələməliyik. Bu məqsədlə keçən bəhsimizdə İslam ölkəsinin Əli əleyhissəlamın şəhadətindən sonra, Müaviyə zamanından başlamış, Yezidə qədər olan dövri vəziyyətinə qısa da olsa, işarə etmişdik. Söylədiklərimizin xülasəsi bu oldu ki, Müaviyə öz əsrinin tanınmış şəxsiyyətləri arasında fövqəladə, şeytani siyasətdə xüsusi iste᾿dada malik olan bir sima idi. Belə ki, ona “ərəbin dahisi” ləqəbi verilmişdi. Hətta siyasətdəki məharət və bacarığı o həddə dillər əzbəri olmuşdu ki, belə deyirdilər: “Müaviyədə olan siyasət Əli əleyhissəlamda yoxdur. Əgər olsaydı, Müaviyəyə qalib gələrdi! Hökumət də Müaviyənin əlinə keçməzdi”. Bəlkə də Əli əleyhissəlamın aşağıdakı sözləri deməsi bununla əlaqədardır: “Allaha and olsun ki, Müaviyə siyasətdə, tədbirdə, fərasətdə məndən üstün deyildir. Mənim yolumu kəsən təqvadır. Buna görə də istədiyim işləri görə bilmirəm”.

İlahi hökmlərin icrasında Əli əleyhissəlamın diqqəti

Burada söhbətdən yayınaraq bir məsələni də xatırlatmaq istərdim. Mümkündür, belə bir şübhə

səh:82

yaransın ki, əgər Əli (ə) Müaviyə və digər nüfuzlu adamlarla saziş etsəydi, bəlkə də iş bu yerə gəlib çıxmazdı. Bu günlər ümumi olaraq vilayət məqamını, xüsusən də Peyğəmbər (s) və imamların mə᾿sumluqlarına şübhə yaradaraq, gələcək nəsillərin onların ismətinə olan imanını şübhə altına almaq istəyirlər. Bu səbəbdən də belə deyirlər: “Bəlkə də daha yaxşı yollar var idi, amma mümkündür böyüklərimiz bə᾿zi məsələlərdə səhvə yol veriblər”. Bu “bəlkə” sözü də şübhə əlaməti olub, təfriqə yaratmaqda ən çox istifadə edilən sözlərdəndir. (Əlbəttə, şübhəni belə bir şəkildə təsvir etməyimi üzürlü sayın). Məsələn, deyirlər: “O zaman xalq Əli əleyhissəlama misli görünməmiş bir şəkildə bey᾿ət etdi. Hücum çəkib Əli əleyhissəlamı məscidə gətirdilər ki, mütləq xəlifə olmalısan”. Əli (ə) özü bu barədə belə buyurur: “Az qalmışdı Həsən və Hüseyn izdihamın içərisində həlak olsun.” Xalqın arasında o zamanın çox nüfuzlu şəxsiyyətləri var idi. Təlhə və Zübeyr heç də adi şəxsiyyət deyildilər. Bildiyimiz kimi, ikinci xəlifə vəfat etməzdən əvvəl altı nəfərdən ibarət şura tə᾿yin edərək, onlara aralarında məsləhətləşib bir nəfəri özlərinə xəlifə tə᾿yin etmələrini vəsiyyət etmişdi. Təlhə və Zübeyr də həmin altı nəfərdən idilər və xəlifəliyə namizəd sayılırdılar. Əli əleyhissəlama ilk bey᾿ət edənlərdən şəxslər də onlar oldu.

Bə᾿ziləri şübhə yaratmaq üçün belə deyirdilər: “Əli (ə) yaxşı olardı ki, həmin nüfuzlu şəxsləri də᾿vət edib ürəklərini ələ alardı. Onlara hədiyyə verər, görüş vaxtı istəyəndə həmin an qəbul edərdi. Bey᾿ət etdiklərinə görə onları öz başına toplayıb deyərdi ki, əziz

səh:83

qardaşlarım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz! Məni bu yerə çatdıran sizlər olmusunuz, siz olmasaydınız mən xəlifə ola bilməzdim. Sizə çox-çox təşəkkür edirəm! Bir az şirin söz deməyin nə eybi var idi ki? Əli (ə) ki, bunların ürəklərindən keçəni bilirdi. Demirəm imamət elminə əsasən gələcəyi bilirdi, ən azı bu adamları uşaqlıqdan tanıdığına görə, xasiyyətlərinə, istəklərinə bələd idi. Bilirdi ki, bunları razı salmasa, Cəməl müharibəsini törədəcəklər. Ən azı bu məsələni ehtimal verə bilərdi ki, bu qədər pul xərclənib, qan axıdılıb, müsəlmanların öldürülməsi əvəzinə, onlara bir az beytul-maldan pul verib, mənafelərini tə᾿min etməklə ölkənin daha da inkişaf etməsini tə`min edə bilərdi. Yaxşı olardı müharibəyə xərclənən pulları ölkənin iqtisadi inkişafına yönəldib, müsəlmanları işə cəlb edər, onlara da - gəlin əl-ələ verib, birgə dolanaq - deyərdi. Hansı şəhəri istəyirsinizsə, götürün idarə edin. Kufə, Şam, Misir və Bəsrə vilayətini istəyirsinizsə qurbandır sizə, mənim heç bir e᾿tirazım yoxdur. Gərək, onlarla belə söhbət edəydi. Sonra da beytul-malın bir miqdarını onların ixtiyarında qoyardı. Beytul-maldan bir az sui-istifadə etmək yaxşıdır, yoxsa beytul-malın yarısını müharibəyə xərcləyib qan axıtmaq?”.

Belə bir sazişçi təfəkkür o zamanın camaatı arasında geniş yayılmışdı və onlar Əli əleyhissəlama irad tutaraq deyirdilər: “Əli əleyhissəlamın siyasəti yoxdur və ya Müaviyə ondan daha siyasətçidir”. Bu cür sözlər o həzrəti narahat edirdi; hətta bə`zən yaxın dostlar belə, onunla razılaşmaq istəmirdi.

Müaviyəni yaxşı tanıyır, hansı xislət sahibi olduğunu çox yaxşı bilirdi. Bütün beytul-malı

səh:84

mənimsəyib, səxavətlə yaxın adamlarına dağıtdığından xəbərdar idi.

Bəs görəsən nəyə görə Əli (ə) həmin “üzə gülmək”, “yaltaqlanmaq” siyasətindən istifadə etmədi? Niyə bu qədər ciddi rəftar edirdi? O həzrət buyururdu: “Müaviyəyə bir gün də olsa belə, hökumətdə qalmağa icazə verməyəcəyəm. Nə qədər ki, mən xəlifəyəm, heç kim özbaşınalıq edə bilməz.” Bu suala aydınlıq gətirmək üçün sizə bir əhvalat nəql etmək istərdim.

Bir gün Təlhə və Zübeyr Əli əleyhissəlamın yanına qonaq gəlirlər. Əli (ə) onları qəbul edir, sonra mizin üstündə yanan çırağı söndürüb, başqa bir şam yandırır. Onlar bir çırağı söndürüb, digər çırağı yandırmağın səbəbini soruşduqda, Əli (ə) belə buyurdu: “Birinci yanan çıraq ümumi büdcədəndir, beytül-malındır; siz gələnə qədər mən dövlət büdcəsinin hesab işləri ilə məşğul idim, ona görə də dövlətin öz hesabından olan çıraqdan istifadə edirdim. Amma indi ki, siz gəlmisiniz, mənim qonağımsınız və mənimlə şəxsi söhbətiniz var, dövlət çırağından istifadə etməyə haqqım yoxdur.” Təlhə və Zübeyr bu cavabı eşitdikdə, bir-birinin üzünə baxıb duruxdular. Bir söz demədən, xudafizləşib getdilər. Yol boyu bir-birinə deyirlər: “Bizim kimi böyük şəxsiyyətlər gəlmişik ki, Əli ilə yüz mindən, yüz milyonlardan danışaq, İslam ölkəsinin müqəddəratından bəhs edək, dövləti, hökuməti bölüşdürək; bu rəhmətliyin oğlu isə, dövlətin üç qəpiklik çırağını da bir-iki dəqiqəliyə bizim üçün yanmağa qoymadı”.

Bu iki şəxs qabaqkı xəlifələrin zamanında beytül-maldan sui-istifadə etmiş, çoxlu sərvət, mal-dövlət

səh:85

toplaya bilmişdilər. Deyilənlərə görə çoxlu mülkləri, qulamları, kənizləri var idi. Lakin indi Əli əleyhissəlamın ciddi nəzarəti ilə üzləşmişdilər. Sizcə bütün bu sualların cavabı nədir? Əgər desək ki, Əli (ə) mə᾿sum idi, gördüyü bütün işləri Allahın göstərişi ilə edirdi; bununla məsələ bitmiş hesab olunardı. Lakin bə᾿zilərinin bununla qane olmayıb, daha aydın cavab tələb etmələri də mümkündür.

Mənim başa düşdüyüm cavab budur ki, Əli (ə) da onlar kimi siyasət yürütsəydi, o zaman biz Əli əleyhissəlamı necə tanıyacaqdıq? Bizə desəydilər ki, bir gün Təlhə və Zübeyr Əli əleyhissəlamın yanına gedib ölkənin idarə edilməsi barədə söhbət edərək belə qərara gəlirlər ki, İraq valiliyini birinə versinlər, Misiri də digərinə. O zaman Əli (ə) ilə Təlhə, Zübeyr, Müaviyə və Əmr As arasında nə fərq olacaqdı?

İlk növbədə birinci xəlifə Müaviyəni Şama vali tə᾿yin etmişdi. Onun ardınca digər iki xəlifə də bu qərarı təsdiq etdilər. İndi də Əli (ə) ürəyi istəsəydi, Təlhə və Zübeyri vali olaraq Bəsrəyə, Kufəyə göndərərdi. Belə olan təqdirdə milyonlarla müsəlman və qeyri-müsəlmanın qəlbində yer tutmuş Əli əleyhissəlamın digərləri ilə nə fərqi olacaqdı?

Neçə əsrlərdir ki, alimlərimiz bizə Əli əleyhissəlamın şəxsiyyəti, fəziləti, digər insanlarda olmayan və ya az tapılan xüsusiyyətlərindən danışırlar. Tarix Əli əleyhissəlamı məhz belə bir üstün fəzilətlərə malik bir şəxsiyyət kimi tanıtdırmışdır. Əli (ə)-ın nə vaxtsa bir neçə nəfərlə oturub hökumət bölüşdürdüyünü eşidənlərdə sizcə hansı təəssürat yarana bilərdi? Belə bir təqdirdə ya o həzrəti özündən

səh:86

əvvəlki xəlifələr, təlhələr, zübeyrlər, müaviyələrlə bir tutacaq, ya da ən yaxşı halda aralarında cüz`i fərqin olduğunu deyəcəkdilər. Əli (ə) Müaviyə ilə müqayisə olunduğuna görə nalə çəkirdi.

O zamanlar Peyğəmbərin (s) bə᾿zi səhabələri, hətta Əli (ə) ilə çiyin-çiyinə vuruşmuş bə᾿zi şəxslər belə deyirdilər: “Hər halda Müaviyənin də özünə görə müsbət xüsusiyyətləri vardır. Səxavətlidir, tədbirlidir, o boyda İslam ölkəsini idarə edir”.

Bu adamlar Əli əleyhissəlamdan inciyəndə Müaviyənin yanına gedirdilər. Hətta Əli əleyhissəlamın yaxın adamları belə, o həzrətdən bir şey istəyib, ala bilmədikdə küsür, Müaviyəyə üz tuturdular. Əgər Əli (ə) da hökuməti Müaviyə kimi idarə etsəydi, onun digər imperatorlarla nə fərqi olardı? Öz mənafeyi üçün siyasətin hər üzünə müraciət etsəydi, Əli əleyhissəlamın müasir hökumətlərlə nə fərqi olacaqdı? Bizim bu günlər İslam həqiqətini tanıyaraq, insanlıq məktəbinə sahib olmağımız, tarix boyu Əli əleyhissəlamın həqiqətə, ədalətə sadiq qalması sayəsindədir. Əli (ə) Müaviyəni məğlub edə bilməsə də, bizlərə insanlıq və şərəf yolunu bəxş etdi. Bizə insani dəyər, milli mənafe, vətən, xalqın talehi və bu kimi digər taleh yüklü məsələlrlə alver etməyin mümkünsüzlüyünü aşıladı. İslam yolunda bə᾿zi xırda mənafeləri böyük amallara qurban vermək olar. Amma müqəddərati məsələlər bu mənafelərə daxil deyildir. Əli (ə) zərrə qədər də olsa, onlara xətər yetirməmişdi.

Əgər Əli (ə) belə rəftar etməsəydi, bizlər haradan biləcəydik ki, İslamın də özünəməxsus hökumət proqramı vardır? Və qərb demokratiyasının İslam

səh:87

ölkəsində hakimiyyətinə icazə vermir? Haradan biləcəkdik ki, İslam yalnız ilahi qanunların icra olunmasına yol verir?

O dövrün insanları Əli əleyhissəlama bey᾿ət edərkən belə deyirdilər: “Sən də əvvəlki xəlifələrin yolu ilə get, məgər onlar müsəlman deyildilər? Məgər onlar Peyğəmbərin yaxın qohumları deyildi? Məgər müsəlmanlar onlara bey᾿ət etməmişdilər?”.

Həzrət Əli (ə) buyurur: “Mən siz dediyiniz şərtləri qəbul etmirəm. Əgər mənə bey᾿ət etmək istəyirsinizsə, gərək Allahın kitabına, Peyğəmbərin (s) əməllərinə uyğun şəkildə hökumət edəcəyimə bey᾿ət edəsiniz. Allahın hökmü olan yerdə, başqalarının nəzəri ilə işim yoxdur. Hətta siz müxalifət etsəniz belə, mən hökuməti Allah-taalanın buyurduğu şəkildə idarə edəcəyəm”.

Bu cür siyasət demokratik üsullarla uzlaşmır. Əli əleyhissəlamın bu cür rəftarı olmasaydı, bu gün biz - İslamın da özünə görə dövlət sistemi var - deyə bilməzdik. Əgər belə olmasaydı, İslam dini müxtəlif nəzər və fikirlərin çarpazlaşdığı bir din olardı. Birinci xəlifənin öz nəzəri, Əli əleyhissəlamın da öz nəzəri olardı. Belə bir vəziyyətdə necə iddia edə bilərdik ki, Əli əleyhissəlamın nəzəri düz, digərlərinin nəzəri isə batildir? Belə olan surətdə hansı əsasla deyə bilərdik ki, ixtiyarımızda mə᾿sum şəxsin İslamla tam uyğun olan nəzəri vardır?

Əvvəlki xəlifələr Müaviyəni, onların planlarına mane olmamaq və eləcə də öz rahatlıqları xatirinə Şama göndərmişdilər. Əli əleyhissəlama irad tutanlar deyirdilər: “Əli əleyhissəlam da gərək onlar kimi

səh:88

edəydi. Əvvəlki xəlifələr daha tədbirli, daha uzaqgörən idilər. Onların tədbiri nəticəsində Şamda və İraqda qan tökülmədi. Məgər İslam qardaşlıq, mehribanlıq, sülh dini deyilmi? Əli (ə) Cəməl, Nəhrəvan və Siffeyn müharibələrini aparmaqda səhv edibdir. Xəlifə olduğu dörd il doqquz ay ərzində ancaq müharibə edibdir. Buna görə də Əli əleyhissəlamın siyasəti düz deyildi.”

Unutmaq olmaz ki, Əli (ə) siyasətini təkcə öz zamanı üçün proqramlaşdırmamışdı. Onun məqsədi bütün dövranlar üçün, qiyamətə qədər İslami hökumət sistemini tanıtdırmaq idi. İslam ədalət tərəfdarıdır. Əgər ədalət sülhlə, barışıqla hasil olursa, belə olan şəraitdə bir damla belə, qan axıdılmamalı və eləcə də heç kəsə, azacıq da olsa, töhmət vurulmamalıdır. Əli (ə) həmin şəxsiyyət idi ki, bir nəfər müsəlmanın yəhudi qızını qarət etdiyini eşitdikdə belə buyurmuşdu: “Əgər belə bir biabırçılıqdan sonra müsəlmanın ürəyi partlayıb ölsə, yeri var.” Əli (ə) hətta yəhudi qızının haqqının tapdalanmasına dözə bilmirdi. (Əli (ə) yəhudi qızının iffət və namusuna qarşı edilən ehtiramsızlığa dözə bilmirdi, amma bu günlər bə`zi müsəlman ölkələrində on minlərlə qız-gəlin öz namusunu əcnəbilərə satır; hamı bu dəhşətli faciəni cansıxıcı soyuqqanlılıqla müşahidə edir və heç nə olmamış kimi sükut edir.)

Belə bir insan necə razı ola bilərdi ki, nahaq yerə yetmiş min nəfəri qılıncın altına göndərsin? Əgər biz bu günkü düşüncə tərzi ilə bu məsələyə yanaşsaydıq, Əli (ə) barəsində nə deyəcəkdik? Məgər o həzrəti daşürəklilik və siyasətsizlikdə ittiham etməyəcəkdikmi?

səh:89

Amma Əli (ə) təkcə öz hakimiyyətini düşünmürdü. O həzrət İslami bir dövlət qurmaq istəyən kəslərə qiyamətə qədər nümunədir.

İmam Xomeyni (r) Parisdə sürgündə olduğu günlərdə, dünyanın müxtəlif yerlərindən onun ətrafına toplaşmış jurnalistlər belə bir sualla müraciət etmişdilər: “Əgər siz qələbə çalsanız və şah rejimi devrilsə, İranda necə bir hökumət qurmaq istəyərdiniz? Cavabında buyurmuşdu: “Əli (ə) hökumətini. Bizə nümunə olacaq hökumət, yalnız Əli əleyhissəlamın hökumətidir.” Qələbədən sonra belə buyurmuşdu: “Çəkdiyimiz bu qədər zəhmətlərə baxmayaraq, hələlik İslamın qoxusunu duya bilməmişik. İdeal hökumət Əli əleyhissəlamın göstərdiyi hökumətdir; xalq bizi himayə etdiyi təqdirdə, şəraitin icazə verdiyi qədər ona doğru hərəkət edəcəyik”.

Əli (ə) beş il ərzində İslam hökumətini təkcə danışıqda deyil, əməldə tə`sis etmişdi. Müaviyə isə Əli əleyhissəlamın şəhadətindən sonra müxtəlif siyasi oyunlardan istifadə etməklə və cəmiyyətin zəif xüsusiyyətlərindən bəhrələnməklə bu təfəkkür tərzini başqa cür mə᾿nalandırmağa çalışırdı. Hakimiyyətdə olduğu iyirmi il müddətində xalqa saysız-hesabsız əziyyətlər verməklə yanaşı, beytül-malı xərcləyərək, müxtəlif adamları satın alırdı. Digər tərəfdən də, mübarizə əhval-ruhiyyəli insanları ya həbs edir, ya da öldürtdürürdü. Bir sözlə, camaatın nə bir söz deməyə, nə də bir iş görməyə cür᾿əti yox idi. Başqa tə`birlə desək, insanların gözünün odunu almışdı. Əlbəttə, bütün bu çətinliklərə baxmayaraq, Əli (ə)-ın səhabələrindən Müaviyə rejiminə qarşı çıxanlar da var idi. Lakin onlar

səh:90

azlıq təşkil edirdilər. Bu şəxslərin camaat arasında müəyyən qədər də olsa, ehtiramları var idi. Hətta özlərini imanda zəif bilən və dünyaya bağlı olan kəslər də bu cür şəxsiyyətləri yüksək fəzilətlərinə görə sevirdilər.

Bu insanların fitri hisslərindəndir. Günaha batmağımıza baxmayaraq, dindar, təqvalı insanları sevirik. Qanunlara riayət etmir, lakin nizam-intizamlı, sözü ilə əməli düz olan insanları gördükdə, fitri olaraq onlara hörmət bəsləyirik.

O zamanlar Əli əleyhissəlamın səhabələrindən bir neçə nəfəri bu adla tanınırdılar. Yə᾿ni, onlar əməli-saleh insanlardan idilər. Əlbəttə, Əli (ə)-ın bə᾿zi səhabələri vardır ki, ictimai mövqelərindən əlavə, həm də böyük mə᾿nəvi dəyərlə malik idilər. Adi insani keyfiyyətlərdən əlavə, zöhd, təqva sahibi idilər. Batinlərinin saf olması onların qeybdən xəbər verməsinə səbəb olurdu. Əli (ə)-ın bə᾿zi səhabələri həm özlərinin, həm də digərlərinin şəhadətini qabaqcadan bilib, bu barədə xəbər verirdilər. Belə səhabələrdən dörd nəfəri digərlərindən daha çox seçilirdi: Hücr ibni Ədi, Əmr ibni Həmiq Xəzai, Rüşeyd Həcəri və Meysəm Təmmar. Bu dörd nəfəri susdurmaq heç cür mümkün deyildi. Müaviyə bu dörd nəfəri ələ almaq üçün onlara nə qədər ehtiram göstərib, tə᾿rifləyib, hədiyyə təklif etmişdisə də, heç bir müvəffəqiyyət əldə edə bilməmişdi. Bu şəxsiyyətlər Peyğəmbəri (s) tanıyır və Əli əleyhissəlama da hədsiz məhəbbətlə bağlanmışdılar. Bütün vücudları Əli əleyhissəlamın məhəbbətindən yoğrulmuşdu. Hər zaman və hər yerdə Əli əleyhissəlamın fəzilətlərindən danışıb, xalqı oyatmağa çalışırdılar.

səh:91

Müaviyə bu cür insanları yollarından döndərə bilmədiyi üçün, onları öldürmək qərarına gəldi. Bir tərəfdə Hücrü öldürür, digər tərəfdə də Həmiqi. Həmiqin başını kəsib arvadına göndərir. Həmiqin mətanətli arvadı bunun müqabilində Müaviyəyə sərt cavab göndərir. Müaviyə bərk əsəbləşib əmr verir ki, həmin xanımı ölkədən sürgün etsinlər.

Bu cür insanların İmam Əli əleyhissəlama olan məhəbbət və vəfalarını çatdırmaq üçün bir rəvayət nəql etməyimiz yerinə düşərdi.

Günlərin bir günü Əmr ibni Həmiq Əli (ə)-ın yanına gələrək deyir: “Mənim Mövlam, sizin yanınıza xəlifə və ya əlinizdə geniş imkanlar olduğu üçün gəlməmişəm. Mən sizin yanınıza, Allah sizə itaət etməyi bizlərə vacib buyurduğu, sizi bizlərə rəhbər qərar verdiyi üçün gəlmişəm. Ya Əli! Əgər sizin əmrinizlə bütün dağları yerindən oynatsam və ya ömrüm boyu əlimdə qılınc sizin düşmənlərinizlə mübarizə aparsam, yenə də haqqınızı ödəyə bilmərəm. Sizin mənim boynumda olan haqqınız bunlardan daha böyükdür”. Əmirəl-mö᾿minin (ə) xoşhal olub, onun üçün dua edir və buyurur: “Kaş ki, müsəlmanlar arasında sənin kimi yüz nəfər olaydı”.

Müsəlmanlar arasında bu cür imanlı insanlar çox az idi. Müaviyə bu iki möhtərəm şəxsi, yə᾿ni Hücri və Həmiqi işgəncə ilə qətlə yetirdi. Onları öldürmək Müaviyəyə sərf etməsə də, ayrı çıxış yolu yox idi. Çünki o, müsəlmanlar arasında bədnam olmaqdan ehtiyat edirdi.

Əli (ə)-ın digər iki səhabəsi – Həcəri və Meysəm Təmmar sağ qalmışdılar. Müaviyə Şamda öləndə

səh:92

Meysəm Təmmar qeybi olaraq, bu hadisədən xəbərdar olub, dostlarına demişdi: ”Tufan baş qaldırmışdır və hiss edirəm ki, Müaviyə Şamda ölübdür”. Meysəmi tanıyanlar bilirdilər ki, o, heç vaxt yalan söz danışmazdı.

Bir müddətdən sonra Übeydullah ibn Ziyad Kufənin hakimi oldu və Meysəmin başına məlum hadisələr gətirildi. Meysəm bir tərəfə çəkilib, öz işi ilə məşğul idi. Əsas işi isə, Əli əleyhissəlamın fəzilətlərindən danışıb, xalqı Peyğəmbər (s) sülaləsinin itaətinə dəvət etmək idi. Übeydullah nə qədər səy göstərdisə də, onu yola gətirə bilmədi; məlum üsulların heç biri nəticə vermədi. İmam Hüseyn əleyhissəlamın İraqa daxil olmasına bir-iki gün qalmış, Müslüm Kufədə olduğu günlərdə Übeydullah Meysəmi öldürmək qərarına gəldi. Bu barədə belə nəql edirlər: “Günlərin bir günündə Meysəm və Həbib ibn Məzahir at üstündə səhrada bir-biri ilə rastlaşıb yaxınlaşır və söhbət etməyə başlayırlar. Onlar hərdən bir zarafatlaşırdılar da. Bir-birləri ilə qəribə zarafatları var idi. Meysəm Həbibə deyir: “Mən bir nəfər hənayi saçlarını hörükləyib iki çiyninə salmış adam tanıyıram ki, bir-iki gündən sonra öz peyğəmbərinin övladına kömək etdiyi üçün öldürüləcəkdir”. Məqsəd Həbib ibn Məzahir özü idi və o, bununla öz dostuna şəhid olacağı haqda müjdə verirdi. Həbib də cavabında deyir: “Mən də bir nəfər keçəl tanıyıram, başının qabağından tükləri tökülmüş və qarnı da bir az qarşıya çıxmışdır. Çox çəkməz ki, onu xurma ağacında dara çəkərlər; bir gün sonra ağzına yüyən vurarlar ki, daha danışa bilməsin; dilini kəsərlər ki, bir daha haqqı deməsin. Üçüncü gün

səh:93

isə nizəni qarnına soxub öldürərlər.” Bu iki böyük şəxsiyyət biri digərinin gələcəyindən xəbər verirdi. Onların da bir-biri ilə zarafatları bu cür idi. Dostlarından biri onların bu söhbətlərini eşitdikdən sonra Rüşeyd Həcərinin yanına gedib deyir: “Mən qəribə bir söhbətin şahidi oldum. Meysəm Həbib ibn Məzahir haqqında deyirdi: “Mən hənayi saçlarını hörükləyib iki çiyninə salmış bir nəfəri tanıyıram ki, tezliklə peyğəmbərin övladını müdafiə etdiyi üçün şəhid olacaqdır”. Rüşeyd deyir: “Allah Meysəmin köməyi olsun, elə də bir şeyi deməyibdir. O söhbətin davamı budur ki, sonra onun başını kəsib, hakimə göndərəcəklər və onun başını gətirən şəxsə mükafat alaraq yüz dirhəm pul təqdim edəcəklər.”

Əli (ə) belə şəxsiyyətlər yetişdirmişdi. Nəhayət, Übeydullah Meysəm Təmmarı və Rüşeydi qətlə yetirir. Niyə? Çünki bu iki nəfər təslim olmaq istəmirdilər. Tarixçilər, mühəddislər Meysəmdən belə nəql edirlər ki, Əmirəl-mö᾿minin (s) ona belə buyurmuşdu: “Səni xurma ağacına bağlayıb, dilini kəsəndə, daha sonra nizəni qarnına soxub şəhadətə yetirəndə nə düşünəcəksən?” Meysəm bu sözləri eşitdikdə o həzrətdən sual edir: “O anda mən müsəlman olaraq öləcəyəm? Həzrət Əli (ə) buyurur: “Bəli!”. Meysəm deyir: “Şad olaram!” Əli (ə) yenə buyurur: “Bil ki, səni məndən üz döndərməyə də᾿vət edəcəklər. Sən bu işi görəcəkmisən?” Meysəm deyir: “Allaha and olsun ki, nə qədər canımda nəfəs var, bu işi görməyəcəyəm. Əli (ə) ona müjdə verib buyurur: “Bil ki, behiştdə mənimlə bir yerdə olacaqsan!”

səh:94

Mənim bu barədə ruhani yoldaşlarımdan giley-güzarımim var. Biz “əmr be mə᾿ruf və nəhy əz münkər”, yə᾿ni “yaxşılıqlara də᾿vət və pisliklərdən çəkindirmə” məsələsində me᾿yarı o həddə qədər göstəririk ki, insanın həyatı üçün təhlükəsi olmasın. Əgər bu işdə insanın canı təhlükə altında olarsa, onun boynundan məs`uliyyət götürülmüş olur. Amma görəsən, Meysəm bilmirdi ki, insanın həyatı təhlükədə olduqda ehtiyatlı olmaq vacibdir? Və təqiyyə etmək lazımdır? Məgər deyilməyib ki, canın salamatlığı vacibdir? Bu məsələdə biz Hücr ibni Ədi, Rüşeyd ibni Həmiq və sonralar, Səid ibni Cubeyr və digər böyük şəxsiyyətlər barəsində də deyə bilərik.

Həccac ibni Yusif Səid ibni Cubeyr çağırıb belə deyir: “Əli (ə) ilə düşmənçiliyini e`lan et.” Cavab verir: “Mən heç vaxt belə bir iş tutmaram!” Dilini kəsib şəhadətə yetirirlər, lakin vilayətdən üz döndərmir. Rüşeyd Həcrinin əlini, ayaqlarını kəsirlər. Demişdi ki, mən öz mövlam Əli əleyhissəlamdan eşitmişəm ki, əvvəlcə əllərimi, ayaqlarımı, sonra isə dilimi kəsəcəklər. Bunun müqabilində Übeydullah ibn Ziyad belə demişdi: “Əlinin sözü yalan çıxsın deyə, belə etməyəcəyəm.” Rüşeydin əlini, ayaqlarını baltalayandan sonra, sakit durmayıb, aşiqanə Əli əleyhissəlamın fəzilətlərindən danışmağa başlayır. Übeydullah hirsindən məcbur olub, Rüşeydin dilinin qopardılmasına əmr verir. Əvvəlcə bu işi görmək istəmirdi; məqsədi də Əli əleyhissəlamın sözünü yalana çıxarmaq idi. Amma öz meylinin xilafına olaraq, bu işi görmək məcburiyyətində qalır.

səh:95

Maraqlıdır, görəsən biz hansı yerdə, hansı zamanda təqiyyə etməliyik? Hansı günaha təqiyyə vasitəsi ilə əl bulaşdırmaq cayizdir? Görəsən elə bir məsələ vardır ki, icra məqamında təqiyyə onun qarşısını ala bilməsin? Əgər varsa, hansı şərtlər əsasındadır? Nəhayət təqvada, imanda, batini və zahiri elmlərdə böyük məqamları olan, mə᾿sum imamların hikmət bulağından su içmiş neçə-neçə böyük şəxsiyyətlər hansı dəlilə əsasən Əli əleyhissəlamdan təqiyyə ilə olsa da, üz döndərmədilər və beləliklə də, canlarını təhlükədən qorumadılar? Məgər onlar bilmirdilər ki, canlarını qoruyub diri qalsaydılar, xalqa həqiqi yolu göstərməkdə, insanların tə᾿lim-tərbiyə məsələsində daha çox işlər görə bilərdilər? Bilmirdilərmi ki, öldürülməklə belə bir müqəddəs vəzifə imkanı onların əlindən çıxmış olur? Ən azı şəraitə görə təqiyyə etmək daha münasib idi. Bəs niyə bu şəxsiyyətlər təqiyyə etmədilər? Onların şər᾿i dəlilləri nə idi? Bəlkə təqiyyə məsələsindən xəbərləri yox idi? Bəs Əli (ə) niyə onların gələcək aqibətlərindən xəbər verəndə deməmişdi ki, sizi mənimlə qarşı-qarşıya qoymağa çalışsalar eybi yoxdur, canınız sağ qalsın deyə, bu işi görün! Təəssüflər olsun ki, biz bu məsələlərdə çox az iş görmüşük. Bu məsələdə ən çox tədqiqat aparıb, məsələni dərindən araşdıran İmam Xomeyni (r) olmuşdur. Onun həmin məsələdə ilk açıq fətvası bu oldu ki, mühüm işlərdə təqiyyə etmək haramdır!

Başqaları belə bir fətva vermirdilər. Çünki, bu məsələdə araşdırma aparmamışdılar və bu səbəbdən də belə bir fətvanı verməyə cür᾿ət etmirdilər. Həqiqətən də bu məsələdə çox az iş

səh:96

görülübdür. Belə bir cəsarət təkcə İmam Xomeynidə (r) var idi. Həm araşdırma aparmışdı, həm də sözünü cəsarətlə açıq deyə bilmişdi: “Əgər həyatınız təhlükədə olsa belə, hətta yüzlərlə, minlərlə insan öldürülsə belə, gərək İslamın müqəddərati məsələləri öz yerini tapa!”

İslamı məhv etmək istəyənlər, İslami əqidə və dəyərlərə düşmən kəsilən şəxslər məhv edilməlidir. Bu məsələdə təqiyyə haramdır!

Bunlar imam Xomeyninin (r) söylədikləridir. Amma onun şagirdləri olan biz ruhanilər - əlbəttə onun şagirdi olmağa ləyaqətimiz varsa – lazımınca sə`y göstərmirik, onun yolunu düz getmirik. Biz bu məsələnin fiqhi köklərini düzgün açıqlamalıyıq. Aydınlaşdırmalıyıq ki, hansı yerdə təqiyyə etmək caiz, hansı yerdə vacib və hansı yerdə haramdır? Bu suallar üzərində az-çox işlənilib, lakin mənim nəzərimə görə, bu barədə daha geniş araşdırmalar aparılmalı və xalqın ixtiyarına qoyulmalıdır. Məgər bunlar dini hökmlər sayılmırlarmı? Məgər bizim bu kimi məsələlərə ehtiyacımız yoxdurmu? Ehtimal vermək olarmı ki, bu kimi məsələlərə ehtiyac yoxdur və ya gələcəkdə bu problemlərlə rastlaşmayacağıq?

Əmirəl-mö`minin Əli əleyhissəlamın xilafəti zamanı valilərdən biri qanunsuz bir iş görsəydi, o saat Həzrətin yanına gəlib e᾿tiraz edirdilər.

səh:97

Yə᾿qin ki, bu macəranı eşitmiş olarsınız. Bir gün Əli (ə) namaza hazırlaşırdı; təzəcə iqaməni qurtarmışdı və namaza başlamaq istəyirdi. Bu halda uzaq vilayətlərin birindən gəlmiş bir qadın ona yaxınlaşıb deyir: “Ya Əli, mənim sizinlə bir işim var!” Həzrət Əli (ə) namazın təkbirini deməyib soruşur: ”Sözünü söylə, işin nədir?” Qadın deyir:” Şəhərimizə göndərdiyin vali bizə zülm edir. Göz yaşları Əli əleyhissəlamın gözlərindən bulaq kimi axır. Həmin anda buyurur: “Pərvərdigara! Sən bilirsən ki, mən razı deyildim bu xalqa zülm olunsun”. Kağız-qələm gətirilməsini əmr etdikdən sonra, məktub yazıb həmin valini işdən azad edir.

səh:98

Aşura qiyamının şəraiti (3)

Müaviyənin cəmiyyətin idarəçiliyində istifadə etdiyi metodlar;

Birinci dövr - Əli (ə)-ın xilafətindən əvvəlki illər;

İkinci dövr - Əli (ə)-ın xilafətdə olduğu illər;

Üçüncü dövr - Əli (ə)-ın şəhadətindən sonrakı illər;

Müaviyənin hakimiyyəti illərində İmam Hüseyn əleyhissəlamın gizli fəaliyyəti.

səh:99

Bismillahir-rəhmanir-rəhim

Əvvəlki söhbətlərimizdə müsəlmanların, hətta uzun illər Əli əleyhissəlamın hüzurunda tə᾿lim-tərbiyə görmüş, imam Hüseyn əleyhissəlamı vilayətin və İslam hakimiyyətini öhdəsinə götürməyə də᾿vət edən şəxslərin, qısa bir müddətdən sonra qılınclarını siyirərək o həzrəti şəhadətə yetirmələrinin səbəbləri barədə qısa da olsa, danışmışdıq. Bu əhvalatı hər il təkrar olaraq eşitməsəydik, baş verən hadisələrə bu sadəliklə inanmaq çətin olardı. Amma bu hadisə şəkk-şübhə doğurmayan danılmaz və tarixi bir faktdır. İndi isə həmin bəhslərin xülasəsini yad etməklə söhbətimizi davam etdirəcəyik.

O dövrdəki İslam cəmiyyətinin bir sıra zəif cəhətləri, Müaviyə kimi siyasətçilərə yaranmış vəziyyətdən öz mənafeləri üçün sui-istifadə etmək imkanı yaradırdı. Dediyimiz zəif cəhətlər özünü daha çox xalqın səthi dünyagörüşündə, mədəni səviyyəsinin aşağı olmasında, qəbilə ruhlu həyat tərzi sürməsində göstərirdi. Qəbilə başçısı hansı hökmü çıxarırdısa, qalanları da kortəbii şəkildə onun ardınca gedirdilər. Bu cür şərait o zamanın siyasətçiləri üçün məqsədəuyğun idi. Amma Müaviyənin bütün dünyapərəst siyasətçilər kimi istifadə etdiyi amillər üç şeydə xülasə olurdu. Hərçənd, bu amilləri ayrı-ayrılıqda bir neçə qismə bölmək olar:

1. Nüfuzlu və mühüm qəbilə başçılarnın satın alınması;

səh:100

Yə᾿ni pul, vəzifə vermək və müxtəlif imkanlar yaratmaqla nüfuzlu şəxsləri, tayfa başçılarını satın alıb, öz məqsədlərini onların vasitəsilə həyata keçirirdilər.

2. Cəmiyyətin qorxu altında saxlanılması;

Yə᾿ni, kütləvi həbslər, zülm etmək, çətinliklər yaratmaq, terrorlar və müxtəlif təzyiq vasitələri ilə xalqı qorxu içində saxlamaq.

3. Təbliğat;

Üçüncü amil çoxşaxəli olub, bir neçə bölümdən ibarətdir. Bu barədə əvvəlki bəhslərimizdə qısa da olsa, söhbət etmişdik.

Müaviyənin öz siyasətində istifadə etdiyi taktiki üsullar

İşarə

Müaviyənin idarəçilik işlərində istifadə etdiyi metodlar, hakimiyyətin müxtəlif dövr və şəraitindən asılı olaraq, fərqli üsullarla həyata keçirilirdi. Bu baxımdan onun hakimiyyət illərini üç dövrə ayırmaq olar:

Birinci dövr: Əli əleyhissəlamın xilafətindən əvvəlki illər;

O dövrdə şərait Müaviyə üçün olduqca əlverişli idi. Çünki, Müaviyənin hakim olduğu Şam vilayəti ucqar məntəqələrdən biri idi və mərkəzi hökumətlə əlaqəsi çox zəif idi. Başqa bir tərəfdən, oranın camaatı Peyğəmbəri (s) görməmişdilər və hətta böyük səhabələrlə tanışlıqları çox səthi idi. Digər tərəfdən də, öncəki xəlifələr, xüsusilə də üçüncü xəlifə Müaviyəyə sərbəst qərar çıxarmaqda həddən artıq geniş səlahiyyətlər vermişdi. Belə bir şəraitdə Müaviyə Şam

səh:101

əhalisini öz fikirləşdiyi cəhətə istiqamətləndirib, tərbiyə edə bilirdi.

İkinci dövr: Əli (ə)-ın xilafət illəri;

Bu illərdə Müaviyə siyasi taktikasını, xüsusilə də təbliğat mövzusunu dəyişməli olur. Üçüncü xəlifənin qətlə yetirilməsində Əli əleyhissəlamı və onun dostlarını ittiham edirdi. Deyirdi: “Əli (ə) Osmanın qatillərini təhvil verməlidir.” Bu iftira və şayiəni camaat arasında o qədər təbliğ etdi ki, axırda xalqın əksəriyyəti doğrudan da ona inanmağa başladı. Bu məsələ Müaviyənin bir sıra şəxsləri öz ətrafında birləşdirərək, Əli əleyhissəlama qarşı Siffeyn müharibəsini başlamasına zəmin yaratdı. Bu müharibədə hər iki tərəfdən on minə yaxın adam həlak oldu. O zamanın uzun sürən müharibələrində, xüsusilə də təkbətək vuruşmalarda bu qədər adamın öldürülməsi kiçik bir məsələ deyildi. Bu dövr həzrət Əli əleyhissəlamın şəhid edilməsi ilə sona yetdi.

Üçüncü dövr: Həzrət Əli əleyhissəlamın şəhadətindən sonrakı illər;

Üçüncü dövrdə yeni şərait meydana çıxır. Bu şəraitdə xalq artıq müharibədən yorulmuşdu. Hətta həzrət Əli əleyhissəlamın öz yaxın səhabələri üç böyük müharibəni – Cəməl, Siffeyn və Nəhrəvan savaşlarını arxada qoymuş və bir çox problemlərlə üzləşmişdilər. Müaviyə fürsəti qənimət bilib imam Həsənin (ə) qoşun başçılarını pul və müxtəlif və᾿dələr verməklə ələ aldıqdan sonra, o həzrəti sül müqaviləsi imzalamaq məcburiyyətində qoymuşdu. Bu illərdə Müaviyə bütün İslam ölkələrində qüdrəti öz əlinə almış, Şamdan əlavə, Misir, İraq, Hicaz, Yəmən və Şimali Afrikanı da öz

səh:102

hakimiyyəti altına keçirmişdi. Peyğəmbər (s) sülaləsinin ona maneəçilik törədən yeganə nümayəndəsi imam Həsən (ə) idi ki, onu da sülh yolu ilə siyasət meydanından kənarlaşdırmağa nail olmuşdu. Belə bir şəraitdə artıq Müaviyə hiss edir ki, vəziyyət onun arzu etdiyi formaya gəlib çatıb.

İmam Hüseyn əleyhissəlamın imam Həsən əleyhissəlamın şəhadətindən sonra on il müddətində çəkdiyi əzab-əziyyətlər Aşura gününün müsibətindən daha ürəkyandırıcı idi. Təəssüflər olsun ki, o mərhələ haqqında əlimizdə kifayət qədər mə᾿lumat yoxdur. Lakin bu sülaləyə nə kimi zülmlər olunduğunu əlimizdə olan mə`lumatlara əsasən deyirik. Müaviyə hətta bütün cümə namazlarında – nəuzubillah – rəsmi olaraq həzrət Əli əleyhissəlama lə᾿nət oxunmasını əmr vermişdi. Bu iş artıq bir növ xalq arasında ibadət hesab olunurdu. Hər cümə namazının xətibi sözünün əvvəlində də, axırında da həzrət Əli əleyhissəlama lə᾿nət oxumalı idi. Camaat namazını qurtaranda dua edib həzrət Əliyə (ə) lə᾿nət göndərirdilər. İmam Həsən (ə) və imam Hüseyn (ə) bunları müşahidə edir, ürəkləri qana dönür, amma bir şey edə bilmirdilər.

İmam Həsən (ə) həyatda olduğu müddətdə, iki qardaş bir-birinə yaxın sirdaş olub, təsəlli tapır, dərdlərini bölüşə bilirdilər. Bir-birinin ürək sirdaşı idilər. Amma imam Həsən əleyhissəlamın şəhadətindən sonra imam Hüseyn (ə) hədsiz dərəcədə qüssələnib, xiffət edirdi. O qədər tənhalıq hiss edirdi ki, hətta dərdini söyləyəcək adam tapa bilmirdi. O həzrət (ə) Müaviyənin ömrünün axır on ili başa çatana qədər Mədinədə qaldı və bu müddəti sonsuz bir dərd,

səh:103

kədərlə yaşadı. Həzrət Əli (ə)-ın şəhadətindən Kərbəla hadisəsinə qədər iyirmi il vaxt keçdi. Tarixdə İmamın yaxın silahdaşlarının, hətta bə`zən imam Hüseyn əleyhissəlamın özünün Müaviyə ilə olan yazışmaları, yaxından görüşmələri barəsində sənədlər mövcuddur. Bu yazıların, görüşlərin mətninə diqqət etdikdə, imam Hüseyn əleyhissəlamın nə qədər əzab-əziyyət və nisgil çəkdiyini daha yaxından müşahidə edirik. Müaviyə iki dəfə Hicaz torpaqlarına səfər edir və bu səfərində özü ilə Şamdan bir dəstə qoşun aparır. Qoşunun müşayiəti ilə Məkkə və Mədinə şəhərlərinə daxil olur və bir müddət bu şəhərlərdə qalıb, Yezidin canişin olması üçün hazırlıq işləri aparır. Bir sıra nüfuzlu şəxslərlə görüşüb, Yezidin vəliəhdliyi məsələsində onları razı salır. Bu səfərlərində Müaviyənin imam Hüseyn əleyhissəlamla da görüşləri olmuşdur. Həmçinin, Mədinənin ona təslim olmayan bir neçə möhtərəm şəxsiyyətləri ilə də danışıqlar aparmışdı. Bu şəxslər Yezidin Müaviyədən sonra hakimiyyətə gəlməsi ilə heç cür razılaşa bilmirdilər. Müaviyə isə, israrla onlardan bey᾿ət almağa çalışırdı.

Yezidin vəliəhdliyi məsələsində Müaviyə ilə imam Hüseyn (ə) arasında olan belə danışıqlardan birində, Müaviyə imam Hüseyn əleyhissəlamı də᾿vət edərək - mənim səninlə xüsusi söhbətim var, təklikdə danışmalıyıq - deyir. İmam Hüseyn (ə) qəbul edərək onunla söhbətə etməyə razılıq verir.

Müaviyə:

Siz dörd nəfərdən başqa, Mədinə əhalisi bütünlüklə Yezidin vəliəhdliyini qəbul edir. Bu şəxslərin başçısı sənsən. Sən Yezidin canişinliyini qəbul edib bey᾿ət

səh:104

etsən, yerdə qalanlar da qəbul edəcəklər. Bununla da İslam ümmətinin vəhdəti tə᾿min ediləcək, qardaş qanının axıdılmasının qarşısı alınacaq. Gəl, sən daşı ətəyindən tök, Yezidə bey᾿ət et. Axı mən başa düşə bilmirəm ki, sən niyə Yezidin canişinliyi ilə razı deyilsən?

İmam Hüseyn (ə):

Sən ki, bu qədər ömür sürüb hökumət etmisən, bu qədər qanlar axıdıb, fəsad törədib ölkəni, milləti, dini bərbad günə qoymusan, hələ də doymamısan?! Heç olmasa, ömrünün axırlarında özündən sonra dərd-bəla qoyub getmə! Bu qədər müsibət kifayət edər. Günahların özünə bəsdir, daha Yezidi də hakimiyyətə gətirib, onun da günahlarını boynuna yükləmə! Hansı əsasla onu xalqa hökmran tə`yin etmək istəyirsən? Xalq arasında elə oğullar var ki, özləri Yeziddən, ataları atasından, anaları da anasından daha ləyaqətli, daha şərəfli, hakimiyyət üçün daha yararlıdırlar. Sən hansı ağılla, hansı məqsədlə hakimiyyəti məhz Yezidə təhvil vermək istəyirsən?

Müaviyə:

Deyəsən, özündən danışmaq istəyirsən? Yə᾿ni, demək istəyirsən ki, atan, anan Yezidin ata-anasından üstündür, özün də Yeziddən üstünsən, hə?! İmam Hüseyn (ə):

Lap tutaq ki, elə deyirəm, sonra?

Müaviyə:

O ki, deyirsən anan Yezidin anasından üstündür, düz deyirsən. Çünki, onun üstün olmasına Fatimənin (s) Qüreyş qəbiləsindən olması kifayətdir. Yezidin anası Qüreyşdən deyil. (Düşüncəyə bir baxın! Bu söz həmin

səh:105

milli təəssübkeşlikdən, qəbiləpərəstlik əhval-ruhiyyəsindən doğur.) Əlbəttə, sənin anan Qüreyşdən olmasından əlavə, həm də Peyğəmbərin (s) qızı idi. Aydındır ki, sənin anan daha üstündür. Amma deyirsən sənin atan, Yezidin atasından yaxşıdır; artıq çox uzağa gedirsən, burada saxla! Bilirsən ki, Yezidin atası ilə sənin atan bir-birləri ilə mübarizə apardılar və Allah-taala üstünlüyü, qələbəni Yezidin atasına verdi. (Fikir verin, cəbrilik əqidəsi buradan doğur. Guya, Allah belə istəmişdir. İnsan nə qədər həyasız olmalıdır ki, Hüseyn ibni Əlinin qarşısında özünün həzrət Əli əleyhissəlamdan olan üstünlüyünü isbat etsin). Amma özünün Yeziddən üstün olmağına gəldikdə də yox, sən düz demirsən! Yezid hökumətə səndən daha faydalıdır.

İmam Hüseyn (ə) təəccüblə:

Deyirsən, şərab içən Yezid məndən daha yaxşıdır?

Müaviyənin siyasətinə diqqət edin, həzrətin cavabında deyir:

Xahiş edirəm, əmioğlunun qeybətini etmə! (Hər ikisi Qüreyş qəbiləsinin iki şaxəsindən idilər. Tayfaca ayrı olsalar da, kökləri bir-birinə çatdığından, bir-birinə əmioğlu deyirdilər.)

Müaviyə imam Hüseyn (ə)-a nəsihət edir:

Dava-dalaş salma! Əmioğlunun qeybətini etmə! Yezid heç vaxt sənin dalınca danışmır. Buna görə də o səndən daha üstündür.

İtbaz, qumarbaz, şərabxor, şəxsiyyətsiz Yezidi, şərəf və insaniyyət cövhəri olan Hüseyn ibni Əli (ə) ilə müqayisə edərək, oğlunun daha üstün olmasını iddia edir. Din pərdəsi altına girərək, sözünə əqidəvi don

səh:106

geyindirir; deyir ki, sən onun qeybətini edirsən, amma o sənin qeybətini etmir.

Əgər yadınızdadırsa, şah zamanı Ələm deyirdi: “Əlahəzrət şahənşahın axşam namazı heç vaxt qəzaya getmir, həmişə qılır.” O bədbəxt eşidibmiş ki, mö᾿minlər gecə namazı (nafilə namazı) qılmağın daha mühüm olduğunu deyirlər; bu da müstəhəbbi olan həmin gecə namazını şam namazı ilə səhv salıb. Ona görə də deyirdi: “Bu üləmalara nə olub? Elə hey deyirlər, şah dinsizdir, fasiqdir. Əlahəzrət axşam namazını heç vaxt tərk etmir!”

Buna oxşar mətləblərə hər bir mühitdə və hər bir ölkədə rast gəlmək olar. Bə᾿zi şeytansifət insanlar zahirdə müsəlman, həqiqətdə isə İslamın qatı əleyhidarı olan rəhbər şəxslərin haqqında müsbət fikir formalaşdırmaq üçün deyirlər: ”O, Qur᾿an oxuyur, namaz qılır! Məkkəyə gedib, hacı olub! Ehsan verir, yetim-yesirə əl tutur!” Nə isə, siyasət həmin siyasətdir. Tarix boyu belə olmuşdur; həqiqətləri təhrif etmək, məfhumların yerini dəyişdirmək, müqəddəs dəyərlərlə oyun oynamaq.

İmam Hüseyn (ə) Müaviyə kimi həyasız bir şəxsin qarşısında nə etməli, hansı məntiqlə danışmalı idi? Müaviyə deyir: “Yezidin atası sənin atandan daha üstün idi, çünki Allah qələbəni ona verdi”. Bəni-Üməyyə öz batil əməllərinə haqq qazandırmaq üçün bu bəhanəni yayırdı. Hökuməti fırıldaqla, zülmlə ələ keçirir, sonra isə - Allahın istəyi belə idi - deyirlər. Buna oxşar təhrifləri başqa hədislərdə də görürük.

Həzrət Əli (ə) xəlifələrlə birlikdə heç bir döyüşdə iştirak etmirdi. Düzdür, oğlanlarını göndərirdi, amma

səh:107

özü heç bir müharibəyə getmirdi. Müharibələrin birində ikinci xəlifə deyir: “həzrət Əli (ə) da döyüşə gəlsin.” Həzrət belə cavab verir: “Mənim Mədinədə işim var, gələ bilmərəm.” Xəlifə, ibni Abbasa deyir:

-Bilmirsən əmioğlu niyə müharibəyə gəlmək istəmir?

İbni Abbas:

-Yox.

-Xəlifə:

-Əli (ə) Mədinədə xəlifə olmaq istədiyinə görə qalır. Bunun üçün də öz namizədliyinə hazırlıq işləri aparır.

-İbn Abbas:

-O belə bir işə ehtiyac duymur, çünki o, Peyğəmbərin (s) özündən sonra onu imam (xəlifə) tə᾿yin etdiyinə e᾿tiqadı var.

-Xəlifə:

-Bəli, düzdür ki, Peyğəmbər (s) Əlini (ə) özündən sonra xəlifə olmasını istəyirdi, amma Allah istəmədi!

Bu yunan sufistlərinə məxsus bir məntiqdir; o zamanlar istifadə olunmuşdur. Müaviyə də yeri gəldikcə, bu səfsətədən istifadə edirdi. Ona görə də belə deyirdi: “Allah-taala Əli ilə mənim aramda qəzavət etdi; mənim xeyrimə hökm verdi. Çünki, məndən qabaq öldü və xəvaricin əli ilə qətlə yetirildi.” Yezid də imam Hüseyn əleyhissəlamı qətlə yetirəndən sonra qurduğu məclisdə Zeynəbi-kubraya demişdi: “Gördün, Allah qardaşının başına nə oyun açdı? Bizi onun üzərində qələbəyə çatdırdı.”

İyirmi illik hakimiyyət dövründə Müaviyənin imam Əli əleyhissəlama qarşı istifadə etdiyi təbliğat metodlarından biri də, cəmiyyəti o həzrətə qarşı hazırlamaq idi. İmam Əli əleyhissəlamla ziddiyyət və

səh:108

müxalifətçiliyi olmayan insanları azdırmaq üçün belə deyirdi: “Baxın görün, hökumətdə olduğu beş ildə Əli (ə) ölkənin başına nə oyun açdı. Nə qədər uşaqlar yetim qaldı. Əkinə-biçinə vaxtında yetişmədiyiniz üçün təsərrüfatınıza nə qədər zərər dəydi. Başınız müharibələrə qarışdı, ticarətlə məşğul ola bilmədiniz. İqtisadi cəhətdən nə qədər geri qaldınız. Bütün bunların səbəbkarı kimdir? Əgər Əli əvvəldən bizimlə sülh etsəydi nə müharibə olar, nə qan axıdılar, nə də bu qədər bədbəxtçiliklər baş verərdi.”

Bu çox tə᾿sirli amillərdən biridir; bu üslubdan həzrət Əli əleyhissəlamın öz zamanında da ona qarşı istifadə edilirdi. Nəhcül-bəlağəyə diqqət etsəniz, həzrət Əli əleyhissəlamın öz dostlarından necə gileyləndiyini görərsiniz. Buyurur: “Yayda sizə deyirəm gedək müharibəyə, deyirsiniz hava istidir. Qışda deyirəm gedək, deyirsiniz hava soyuqdur, səbr edin havalar qızsın, əkin-biçin yerdə qalıbdır.” Həzrət Əli (ə) Nəhcül-bəlağənin neçə yerində camaatdan şikayət etmişdir. Bütün bunlar Müaviyənin apardığı təbliğatın nəticəsi idi. İraq ərazisində və onun ətraf məntəqələrində bu təbliğatı Müaviyənin gizli casusları yayır və xalqı həzrət Əli əleyhissəlama qarşı üsyana təhrik edirdilər.

Məgər müasir dövrdə bu cür təbliğatdan az istifadə edilir?! Qəzetlərdə oxumursunuz ki, yazırlar: “Əgər imam Xomeyni (r) Xürrəmşəhrin fəthindən sonra müharibəni dayandırsaydı, bu gün belə problemlərimiz olmazdı”.

Bütün ölkələrdə bu kimi təbliğat üsullarından istifadə olunur; düşmən və rəqib tərəf təbliğat

səh:109

şəbəkələri yaradaraq, xalqın mübarizə və müqavimət əhval-ruhiyyəsinə öldürücü zərbələr vurur. Onların bə᾿ziləri ancaq adlarını dəyişiblər, bə᾿ziləri də elə həmin ad altında öz mənfur siyasətlərini həyata kesirirlər. Deyirlər: “Əgər müharibə olmasaydı, ölkədə bu qədər problemlər yaranmazdı. Bu müharibədə müqəssir kimlərdir? Əlbəttə ki, ruhanilər! Bunlar hakimiyyətə gəlməsəydi, qərb ölkələri və hegemon qüdrətlər İraqı qızışdırıb müharibəyə sövq etməzdilər. Əgər sülh danışıqlarını tezləşdirsəydilər, iş bu yerə gəlib çıxmazdı. Amerika ilə əlaqələri kəsmək saysız-hesabsız iqtisadi problemlərin yaranması ilə nəticələndi. Hal-hazırda da qərb ölkələri ilə münasibətlərimizi normallaşdırsaq, vəziyyətimiz yaxşılaşar.” Bunlara dəfələrlə aydınlıq gətirilib, məsələnin həqiqi mahiyyəti açıqlanıb. Bu gün öz ölkələrini tamamilə Amerika və digər ölkələrin ixtiyarında qoyan bə`zi müsəlman dövlətlərinin vəziyyətinə baxın. Heç olmasa onlardan bir ibrət alın.

Müaviyə yaxşı bilirdi ki, açıq-aşkar bir yalanı təkrar-təkrar söyləməklə, insanlarda ona qarşı inam hissi aşılamaq olar. O bu üslubu dəfələrlə təcrübədən keçirmişdi. Əlbəttə, Müaviyənin zamanında Amerika məsələsi yox idi, onun əlində alət olan təbliğat oyunu da “demokratiya” və “insan hüquqları” məsələsi deyildi. Amma siz oxşarlıqlara bir baxın, təbliğatın tə`siri haqda fikirləşin. (Məsələn, torpaqlarımız işğal olunub, bir milyona yaxın dinc əhali yurdundan-yuvasından didərgin düşüb. On ilə yaxındır ki, sülh müzakirələri aparılır, məsələnin müharibə yolu ilə həlli qətiyyətlə pislənir, digər tərəfdən də xalqın mübarizə

səh:110

əhval-ruhiyyəsi öldürülür. Ermənilərə işğal olunmuş ərazilərdə abadlıq işləri aparmaq üçün külli miqdarda beynəlxalq yardımlar edilir, didərginlərə isə müvəqqəti sığındıqlırı şəhərlərdə daimi məskunlaşmaq hissi aşılanır; Hər şey unutdurulur, sülh, qardaşlıq, qarşılıqlı həmkarlıq, iqtisadi əlaqələr, birgə keçirilən mədəni-ictimai tədbirlər mübarizə və müharibə amalını zəiflədir. Bu münasibətlərə qarşı çıxanlar isə terrorist və sülh danışıqlarının düşməni e`lan olunur, pislənir və hər yerdə tə`qib və təzyiqlərə mə`ruz qalır. Red.) Xülasə, Həzrət Əlini (ə) müharibəyə vadar edir, sonra onu mübarizə aparıb qan tökməkdə suçlayırlar. Bu zaman müharibənin ziddinə çıxır, İslami hökmlərin icrasına e᾿tiraz edirdilər.

Həzrət Əli (ə) deyirdi: İslam hökumətinin ilkin vəzifəsi İslam hökmlərinin icra edilməsi və insani dəyərlərin qorunmasıdır. Daha sonra iqtisadi və digər məsələlərə diqqət edilməlidir. İndi isə onların dediklərinə diqqət edin: Əvvəlcə düşmənlə sülh edək, sonra ticarət və təsərrüfat işləri ilə məşğul olaq. Sonra imkanımız olsa, vətəni qorumaq lazım gələrsə, döyüşə də gedərik!

Bu gün Müaviyə və Həzrət Əli (ə) məntiqinin tərəfdarlarının kimlər olduğuna diqqət edin. Müaviyənin bu təbliğatdan güddüyü məqsəd, xalqın Peyğəmbər (s) və həzrət Əli (ə) yolundan uzaqlaşdırılması idi.

səh:111

Müaviyə zamanında İmam Hüseynin (ə) gizli fəaliyyəti

Belə bir şəraitdə imam Hüseyn (ə) nə edə bilərdi? Gördüyü iş, gizli şəkildə inanmış şəxsləri ətrafında toplayaraq, onları hidayət etməsi idi. Xüsusilə də Həcc mərasimi zamanı müxtəlif ölkələrdən toplaşmış insanlarla ya Mina, ya da Ərəfatda görüşür, qaranlıq və ixtilaflı məsələlərə aydınlıq gətirir, onlara yol göstərirdi.

Əgər yanılmıramsa, Minada təşkil olunmuş yığıncaqların birində imam Hüseyn (ə) sözünün onlar üzərində tə᾿siri olacağını ehtimal verdiyi adamları Müaviyənin mə`murlarının gözündən uzaq bir yerdə topladıqdan sonra belə buyurmuşdu: “Sözümü eşidin, amma onu gizli saxlayın. Sözümü hər yerdə danışıb faş etməyin. Gördüyünüz bu hökumət, İslam hökuməti deyil. İslam peyğəmbəri (s) Allahın göstərişi ilə özündən sonra hökumətə Əli əleyhissəlamı tə᾿yin etdi, amma müsəlmanlar onu qəbul etmədilər. Onlar yaranmış vəziyyətin və aparılan təbliğatın tə`sirinə mə`ruz qaldılar. Sonra Müaviyə iş başına gəldi və heç nəyə riayət etmədi. Müaviyənin nə zülmlər etdiyini, İslam hökmləri unutdurduğunu, İslami dəyərlərə hörmətsizlik etdiyini görmürsünüzmü?! Mənim sizə çatdırmaq istədiyim söz budur ki, bu haqq hökumət deyildir. Demirəm qiyam edin. Sözümü eşidin, amma heç kəsə deməyin ki, bu sözləri bizə Hüseyn dedi. Sirr saxlayan olun. Qayıdın öz ölkənizə, sirr saxlamasına əmin olduğunuz, inandığınız adam tapsanız, mənim

səh:112

sözlərimi haqq bilib qəbul etdikləri təqdirdə, söylədiklərimi onlara da çatdırın!”

Belə bir sual meydana çıxır: İmam Hüseyn (ə) nəyə görə bu qədər gizli və ehtiyatlı davranırdı? Bəlkə hakimiyyətə gəlməsi üçün şərait hazırlayırdı? Xeyir! İmam vəziyyəti çox gözəl bilirdi.

Bu şəraitdə hökumət Müaviyənin ixtiyarında idi və imam Hüseyn (ə) müqavimət göstərib mübarizə apara bilmirdi. Yə᾿ni, vəziyyət o qədər gərgin idi ki, azacıq da olsa, onun danışığından xəbərdar olsaydılar, o həzrətə qarşı sui-qəsd edəcəkdilər. İmam Hüseynin (ə) terror edilməsi heç bir nəticə verməyəcəkdi. Bu səbəbdən də İmam (ə) müxtəlif şəxslərlə tək-tək görüşür, onlara haqqı bəyan etməyə çalışırdı. Bu barədə buyururdu: “Mən qorxuram ki, yer üzündə haqq-ədalət birdəfəlik unudula, heç kim haqqı tanımaya!”

Əgər cəmiyyət həqiqəti başa düşsə, hətta şəhvət, nəfs və ya dünya malı üzündən ona əməl etməsə belə, vəziyyəti qənaətbəxş hesab etmək olar. Çünki, xalqa höccət tamamlanır; alimlərin da Allah yanında üzrü, xalqın haqqı tanıyaraq, ona əməl etməmələri olur. Amma haqqın unudulub, batillə ayırd edilə bilmədiyi yerdə, alimin də vəzifəsi çətinləşir. Əgər açıq fəaliyyət göstərmək imkanı olsa, öz vəzifəsini yerinə yetirir və ya Şeyx Fəzlüllah kimi dara çəkilib öldülür. Bu vəziyyətdə təklifin üzərindən götürüldüyü üçün

səh:113

rahatlaşır. Məgər şeyx Fəzlüllah Nuri e᾿dam oldunduğu üçün nigaran idi? Xeyr, öz vəzifəsini yerinə yetirdiyi üçün qarşıya çıxan heç bir çətinlikdən qorxmurdu.

Lakin imam Hüseyn (ə) tamamilə başqa bir mühitdə mübarizə aparırdı. Bu halda danışmalı olsa, aqibəti öldürülməklə nəticələnəcəkdi. Haqq sözü izhar edə bilməməyi İmam Hüseynə (ə) ruhi əzab verirdi və məhz buna görə də məcburiyyət qarşısında qalıb dözürdü. Sizcə, bu cür daxili iztirablar yaxşıdır, yoxsa Aşura günü şəhid edilmək? İmam Hüseyn (ə) düz iyirmi il və xüsusi ilə də imam Həsənin (ə) şəhadətindən sonra bu cür mə᾿nəvi iztirablar keçirirdi. Buyururdu: “Əlbəttə, mən Allahın və᾿dəsinə inanıram. Amma Bəni-Üməyyənin millətin başına gətirdiyi fəlakətlər nəticəsində haqq unudulub, məhv olmaqdadır.”

Diqqət edin, imam Hüseyn (ə) öz evində, ana vətəni Mədinədə - hansı ki, camaat onu Peyğəmbərin (s) qoynunda böyüyən görüb - danışmaq imkanından belə məhrum idi. Bunun üçün həcc mərasimini gözləməli olur, Minada bə᾿zi adamları toplayıb, onlarla xüsusi söhbətlər aparırdı.

Başqa bir nümunə də onun həcc səfərində bə᾿zi nüfuzlu şəxsiyyətlərlə olan söhbətidir. Həzrət bu səfərdə fürsət tapıb, hazırlıq görür, dostlarının və tanıdığı insanların arasından e᾿tibarlılarını seçib, gizli yığıncaq təşkil edir, onlarla həmsöhbət olurdu. Sonrakı bəhsimizdə həzrətin bu söhbətləri barədə daha ətraflı danışacağıq. İndi isə onun bə᾿zi hissələrinə toxunub, bəhsimizi davam etdiririk.

səh:114

İmam Hüseyn (ə) əvvəldə cəmiyyətin alimləri kimi tanınan bu şəxsləri danlayıb nəsihət edirdi: “Siz malınızdan, canınızdan qorxduğunuz üçün öz vəzifənizə əməl etmir, əmr be mə᾿ruf və nəhy əz münkər etməkdən çəkinirsiniz.” İnanıram ki, siz bu sözləri dəfələrlə eşitmisiniz. Həzrət əllərini yuxarıb qaldırıb dua etdi: “İlahi, sən özün şahidsən ki, biz atamdan üzü bəri, dünya malı və hakimiyyət üstündə başqaları ilə mübarizə aparmamışıq. Bizim istəyimiz, özümüzə dünyanın kol-kolsunu yığıb artırmaq deyildir. Birinci dərəcədə bu işdən məqsədimiz, xalqa dinin tə᾿sir və köklərini anlatmaq, onlara dini dəyərləri tanıtmaqla özümüzün hidayətçilik vəzifəmizə əməl etməkdir. Bununla da, xalq haqqı batildən seçə bilsin və haqq qara buludların arxasında, bulanıq suların altında itib batmasın. İkinci dərəcədə amalımız, cəmiyyətdə olan xarabalıqları islah etmək, batil işlərin qarşısını almaqdır. Bu vəzifələrin yerinə yetirilməsindəki hədəfimiz bu idi ki, sitəm görmüş xalq əmin-amanlığa çıxsın”.

Diqqət edin, Müaviyə imam Hüseynə (ə) deyir: “Əgər sən Yezidə bey᾿ət etsən, cəmiyyətdə əmin-amanlıq yaranar.”. İmam Hüseyn (ə) isə cavabında: “Millətin əmin-amanlığını əlindən alan sən olmusan. Xalqın malına, canına, namusuna təcavüz etmisən.”

Busr ibn Ərtat Mədinəyə gələrkən, mühacir və ənsarın qızlarına təcavüz etmişdi. Peyğəmbərin (s) vəfatından bir neçə il keçməmiş Peyğəmbər xəlifəsi adı ilə xalqın qızlarına təcavüz edirlər. Bununla belə, Müaviyə İmam Hüseynə (ə) deyir: “Sən Yezidə bey᾿ət

səh:115

etsən, xalqın irzi-namusu qorunar.” Görəsən, Müaviyənin məntiqində əmin-amanlıq nə deməkdir?

İmam Hüseyn (ə) buyurmuşdur: “Mən ona görə qiyam edirəm ki, məzlumlar əmin-amanlığa çıxsınlar. Bizim hədəfimiz cəmiyyətdə ilahi hökmləri icra etməkdir. Biz pula, vəzifəyə görə qiyam etməmişik.”

Həyatı təhlükəyə salmaq, eyş-işrətə çatmaq üçün deyildir. Allahına, dininə görə canından keçən insanın hədəfi heç vaxt pul, vəzifə olmaz. Öləndən sonra pul, vəzifə kimə lazımdır?!

İmam Hüseynin (ə) hansı şəraitdə söhbət etdiyini nəzərə alın. O həzrət (s) xalqın alimlərini, seçilmiş şəxsiyyətlərini bir yerə yığıb söhbət əsnasında onlara belə buyurmuşdu: “Əgər bizlərə kömək etməsəniz, zalımlar sizə qələbə çalıb, qanınızı sovuracaqlar. Onlar sə`y göstərib peyğəmbərlərin (s) yandırdığı çırağı söndürmək istəyirlər. Siz belə bir işin baş verməsinə razısınızmı? Əgər istəmirsinizsə, bu qədər bizi tək qoymayın, ən azı dilinizlə, sözünüzlə edə biləcəyiniz köməyi əsirgəməyin. Əgər kömək etməsəniz, elə bir bəlaya mübtəla olacaqsınız ki, sözünüzü eşidən olmayacaq.”

İmam Hüseyn (ə) iyirmi il bu vəziyyətdə fəaliyyət göstərməli oldu. Cümə namazında ona xütbə deməyə belə icazə vermirdilər. Əgər İmam bu şəraitdə qiyam etsəydi, aqibəti, terror edilib öldürülməklə nəticələnəcəkdi.

Gəlin, tarixə nəzər salaq. Məgər Əmr ibn Həmiq, Rüşeyd, İmam Zeynəl-abidinin (ə) oğlu Zeyd və digərlərinin İslam tarixində rolu az olub?! Əmr ibn Həmiq və Rüşeydin şəhadəti haqqında əvvəlki

səh:116

bəhslərimizin birində qısa da olsa, mə`lumat vermişdik. Zeydə gəldikdə isə, o da qiyam etmişdi. Onu da faciəli şəkildə dara çəkib, şəhid etmişdilər. Adlarını çəkdiyim şəxsiyyətlərin tarixini mütaliə etmisinizmi? Onların haqqında mə`lumatınız vardırmı və ya onlara əzadarlıq edirsinizmi?! Onlar da şəhid olublar. Ölümlərindən sonra az bir müddət fədarakarlıqları ilə yad olunub xatırlanmışlar. Lakin müəyyən müddət keçdikdən sonra unudulmuş, yaddaşlardan silinmişlər. Əgər imam Hüseyn (ə) da Müaviyə zamanı qiyam etsəydi, onun da aqibəti bu cür olacaqdı. Əvvəla, camaat onu himayə etməyəcəkdi, çünki Müaviyə bütün işlərini xüsusi hiylə ilə görürdü. Müaviyəni Yezid ilə müqayisə etmək olmaz. Müaviyə tədbirli və hiyləgər idi. Yezidin isə siyasəti yox idi və əməllərində hissə qapılırdı. Müaviyə imam Hüseyni (ə) qeybət etməkdə suçlayaraq, o həzrətin nüfuzuna xələl gətirmək, məqamını xalqın gözündə aşağı salmaq məqsədini güdürdü.

Yadıma gəlir, İslam inqilabının əvvəllərində İmam Xomeyni (r) şahın haqqında danışıb onun siyasətlərini tənqid edəndə, bə᾿zi “müqəddəslər” belə deyirdilər: “Biz hələ bilmirik ki, bu qeybəti eşitmək caizdir, yoxsa yox!” İndinin özündə də bu kimi bə᾿zi dardüşüncəli şəxslər xalqa hansı şəraitdə əmr be mə᾿ruf və nəhy əz münkər edəcəklərini bilmirlər.

İmam Hüseynin (ə) də Müaviyə zamanında qiyam etməməsinin əsas səbəbi, tarixi zəminin olmaması, bu hadisənin ən azı xalqın ictimai fikrində dönüş yarada biləcək bir tə`sir buraxması üçün şəraitin olmaması idi. Amma Yezid zamanında bunların hamısı araşdırılmış,

səh:117

bütün cəhətlər mülahizə edilmişdi. Bütün planlar məqsədyönlü şəkildə həyata keçirilirdi və imam Hüseyn (ə) nə etdiyini yaxşı bilirdi. Dəfələrlə, hətta yol boyu bu işin axırının şəhadətlə nəticələnəcəyini buyurmuşdu. Beləliklə, xalqın bu sadəliklə imam Hüseynin (ə) qətlinə razı olmalarının əsas səbəbi, onların bə᾿zilərinin pulla tamahlandırılıb, vəzifə və᾿d edilməklə satın alınmaları idi. İndinin özündə də belədir.

Ümumiyyətlə, tarix boyu bu siyasətdən geniş istifadə olunmuş, həmin üslub hər dövr və cəmiyyətin tərəqqi və təfəkkürünün inkişaf səviyyəsinə uyğun olaraq tətbiq edilmişdir. Sadəcə olaraq, müəyyən terminlər dəyişilmişdir. Məsələn, xəlifələr öz qanunsuz hakimiyyətlərinə qanunilik qazandırmaq üçün qəbilə başçılarını, məşhur siyasətçiləri və ayrı-ayrı nüfuzlu şəxsləri rüşvət və vəzifə verməklə öz tərəflərinə çəkmiş, yaxud bu kimi maneələri həbs, sürgün, ölüm və digər təzyiq vasitələri ilə aradan aparmışlar. Müasir dövrdə isə, günün tələbinə uyğun olaraq, saxta seçkilər keçirilir, səslər satın alınır, müxaliflər isə müxtəlif adlarla damğalanaraq həbs olunur və ya öldürülürlər. Daha sonra həmişə olduğu kimi, sadə insanların diqqəti digər məsələlərə cəlb edilir, cinayətlərin üzəri örtülür, xalq yavaş-yavaş unutqanlığa alışdırılır. Tarixin bir çox səhifələri silinsə də, imam Hüseyn eşqi, Aşura faciəsi bu qəbildən olmadı. Çünki bu səs, haqqın səsi idi.

Müslüm ibn Əqil imam Hüseyndən (ə) əvvəl Kufəyə gəlib camaat qarşısında çıxış edir, mövcud vəziyyət barədə danışıqlar aparırdı. Onlar da qəbul

səh:118

edib, bey᾿ət edirdilər. Günün birinci yarısında bey᾿ət edən şəxslər, ikinci yarısında öz bey᾿ətlərindən döndülər. Bu gedişlə İmam Hüseynə (ə) məktub yazıb, onu hakimiyyəti öz üzərinə götürməyə də᾿vət edən kəslər, səhəri gün qılınc çəkib, o həzrəti (ə) şəhid etdilər. Həmin şəxslər Kərbəlaya yetişərkən imam Hüseynin (ə) qanını axıtmaqda sanki yarışa girişmişdilər. Aşura günü səhər Ömər Sə`d camaatı İmamın xeymələrinə sarı hərəkətə təşviq edəndə, əvvəlcə namaz qılmış, daha sonra isə belə demişdi: “Ey Allahın süvariləri! (İmam Hüseynin (ə) qanını axıtmağa gedən orduya “Allahın ordusu” - deyə xitab edirdi.) Atlarınıza minin və Hüseyni öldürməklə behiştə gedin! Behiştə getməyin yolu Hüseyni öldürməkdir!” Ömər Sə`din bu cür canfəşanlıq etməsindən güddüyü məqsəd, Rey şəhərinə vali tə`yin ediləcəyi haqda sərəncam alması idi. Bəli, Ömər Sə`d vəzifə əldə etmək üçün imam Hüseyni (ə) öldürməyi behiştə getmək, Yezid ordusunu da Allah ordusu hesab edirdi.

Biz tarixin bu səhnələrindən indiki həyatımız üçün ibrət götürməliyik. İmam Hüseyn (ə) 1300 il bundan qabaq şəhadətə yetişib və Yezid də cəhənnəmə vasil olubdur. Amma biz bu günkü əzadarlıqlardan istifadə edib nə edəcəyimizi, necə həyat sürəcəyimizi düşünməliyik. Nə qədər ki, həyat var, insan var, nə yezidlərin yolu, nə də ömərsə`dlərin təfəkkürü tamam olub, nə də siyasətləri dəyişibdir. İnsanlar bir-birini əvəz edir, amma siyasətlər və şeytansifətliklər dəyişmir. Bunun üçün də Allahla olmalısınız ki, Allah da sizinlə olsun!

səh:119

Əgər dünya səadətini istəyirsinizsə, Allah ipindən möhkəm yapışın. Əgər axirət səadətini istəyirsinizsə, yenə də Allahın ipinə sarılın. Dünya və axirət səadəti imam Hüseyn (ə) bayrağının kölgəsi altındadır!

səh:120

Aşura qiyamının şəraiti (4)

Müaviyənin cəmiyyətə tə`sir edə bilməsinin səbəbləri;

Dini fəaliyyətlərə qarşı diqqətsizlik;

Tayfabazlıq və qohumbazlığın göstərdiyi tə`sirlər;

Cəmiyyəti azğınlığa sürükləyən amillərlə mübarizə yolları;

Xalqın düzgün və yüksək səviyyədə mə`lumatlandırılması;

İmanın və mə`nəviyyatın gücləndirilməsi.

səh:121

Müaviyənin cəmiyyətə tə`sir edə bilməsinin səbəbləri

Tarixin müəyyən fərqlərlə təkrar olunduğunu və onun oxşar cəhətlərinin müxtəlif dövrlərdə cüz`i dəyişikliklərlə baş verdiyini nəzər alsaq, qarşıya başqa bir sual meydana çıxır. Müaviyə təbliğat aparıb xalqı aldadırdı və xalq da sadəlövhcəsinə aldanırdı. Görəsən, xalqın belə rahatlıqla tə`sir altına düşməsinin səbəbi nə idi?

Tarix bizə dərs olmalıdır. Biz ondan təcbürə götürməli, ibrət almalıyıq. Müsəlmanların, eləcə də ayrı-ayrı xalqların etdiyi səhvləri təkrarlamamalıyıq. Bu silsilənin davam etməməsi üçün özümüzü yad ünsürlərin, nahaq sözlərin tə`siri altına düşməkdən qorumalıyıq. Nəzərdən qaçırmaq olmaz ki, o zamanın şəraitinə oxşar bir vəziyyətlə biz də üzləşə bilərik. Əlbəttə, bu o demək deyil ki, hökmən ayrı bir Müaviyə, Yezid, Şimr və ibni Ziyad kimi adamlar ortalığa çıxmalıdır. Tarixi hadisələr olduğu kimi təkrarlanmır. Onun oxşarı olan hadisələr baş verir. Mö`təbər sənədlərə əsaslanan, həm sünnü, həm də şiə mənbələrində Peyğəmbərdən (s) nəql olunmuş belə bir rəvayəti eşitməmiş olmazsınız. Peyğəmbər (s) buyurur: “Bəni-İsrail qövmünün başına gələnlər, mənim də ümmətimin başına gələcəkdir.” Sonra o həzrət (s) belə bir cümləni də artırır: “Əgər Bəni-İsrail kərtənkələ yuvasına girməli olsa, siz də girəcəksiniz.”

Bu rəvayətin mə᾿nası o demək deyil ki, hökmən bizim də zamanımızda bir nəfər Fir᾿on peyda olacaq və deyəcəkdir ki, mən sizin allahınızam.

səh:122

Yə᾿ni, Peyğəmbərin də ümməti ya Fir᾿on kimi bir bəlaya düçar olacaq və ya Qarun kimi birisi peyda olacaq, ya da bir nəfər Samiri kimisi bir buzov düzəldib, camaatı ona sitayiş etməyə də᾿vət edəcəkdir. Mə`lum məsələdir ki, bu hadisələr eynilə təkrar olunmayacaq. İslam peyğəmbəri həzrət Məhəmmədin (s) zamanında baş verən hadisələr mümkündür sonralar da baş versin. Lakin, bu o demək deyildir ki, Şamda yenidən Müaviyə adlı bir diktator meydana çıxacaq, özündən sonra oğlunu vəliəhd tə`yin edəcəkdir. Yə`ni, hədəf və məqsədi eyni olan hadisələr baş verə bilər. Müaviyəni o faciələri törətməyə vadar edən amillər başqalarında da tapıla bilər. Onun öz məqsədinə çatmaq üçün istifadə etdiyi üsullardan digərləri də eyni məqsəd üçün istifadə edə bilərlər. O dövrdə cəmiyyətdə yaranmış süstlük, iradəsizlik, məs`uliyyətsizlik, biganəlik mümkündür sonrakı zamanlarda da yaransın.

Bu mövzunu o zamanın şəraitindən başlayaraq, təhlil edib araşdırmaq olardı. Güman edirəm nəzərdə tutulan nəticəni əldə etmək üçün sadə yollardan biri, imam Hüseyn əleyhissəlamın bu sözlərindən istifadə etməkdir.

İmam Hüseyn əleyhissəlamın həcc mərasimi zamanı Minada nüfuzlu şəxslər, sayılıb-seçilən bə᾿zi alimlərlə olan söhbətinin bir hissəsini ötən bəhslərimizdə qeyd etmişdik. İndi də onun nəzərdə tutulan məsələ ilə bağlı olan hissələrinə toxunmaq istərdim. İmam İmam Hüseyn (ə) söhbət əsnasında belə buyurur: “Baxmayaraq ki, Allah sizə bu cür ali ictimai

səh:123

mövqe nəsib etmişdir, amma öz mövqeyinizdən istifadə edib iş görmürsünüz.”

İmam Hüseyn (ə) bu insanları, xalq arasında hörmət-izzət sahibi olmalarına baxmayaraq, öz nüfuz və elmlərindən haqq yolunun göstərilməsində onlardan gözlənilən sə`yi göstərməmək və yığdıqları mal-dövlətdən Allah yolunda xərcləməməkdə ittiham edirdi.

Adətən, imamın həmsöhbət və ünsiyyətdə olduğu insanlar xüms, zəkat və digər vacib şər᾿i xərcləri vaxtı-vaxtında ödəyirdilər. İmamın - maddi yardım göstərmirsiniz - deməsində məqsədi bunlardan daha artıq şeylərdir. Çünki, bə᾿zən dinin qorunması üçün şəxsi var-dövlətdən xərcləmək zəruri olur.

Demək olmaz ki, mən vacibi vegilərimi ödəmişəm, daha boynumda heç bir şər`i borc yoxdur. Bizim ilk addımımız, dinin qorunub-saxlanılması, ona qarşı yönəlmiş təcavüzlərin qarşısının alınması yolunda maddi-mə`nəvi imkanlarımızdan yetərincə istifadə etməyimiz olmalıdır.

Dini fəaləyyətlərə qarşı diqqətsizlik

Bə`zi alimlərin nəzərinə görə, insanın boynunda olan vacibi təkliflər ona zərər vuracaq həddə yetişərsə, bu təklifin vacibliyi aradan gedir. Bu barədə imam Hüseyn (ə) həmin alimlərə buyurur: “Siz öz canınızı, onu yaradanın yolunda təhlükəyə salmaq istəmədəniz.” Yə᾿ni, din təhlükədə olarkən, özünüzü qorumaq üçün, ilahi hökmləri deyil, öz canınızı müdafiə etdiniz. Əvvəldə də demişdim ki, bizim zəmanəmizdə ancaq İmam Xomeyni (r) bu məsələni lazımınca təhlil edib

səh:124

açıqlamış, mühüm işlərdə təqiyyənin mümkün olmadığını buyurmuşdu. Təqiyyə, əmr be mə᾿ruf və nəhy əz münkərin adi məsələlərinə aiddir. Belə adi hallarda insan özünə qarşı təhlükə hiss etsə, təqiyyə etməlidir. Amma İslam dünyası və müsəlman bir cəmiyyətin taleyüklü məsələlərində təqiyyədən söhbət belə gedə bilməz. Bu məsələlərdə təqiyyə haramdır; hətta iş ölümlə nəticələnsə belə. Əvvəldə də mən öz həmkarlarımdan gileylənmişdim ki, İmam Xomeyninin (r) bu cür qətiyyətli buyuruğundan sonra təqiyyə məsələsi ətrafında təhlil aparıb, bu mühüm məsələyə öz mövqelərini bildirməli, onun sərhəddini müəyyənləşdirməli idilər. Bununla da, təqiyyə ətrafında dolaşan şübhələrə aydınlıq gətirmiş olardılar.

İmam Hüseyn (ə) görüş zamanı tayfanın nüfuzlu şəxslərinə öz e`tirazını bildirir, bu məsələdə göstərdikləri süstlüyü onlara nöqsan tuturdu: “Əvvəla, Müaviyənin İslamı öz həqiqi mehvərindən çıxartmaq üçün apardığı siyasətin, xərclədiyi milyardlarla pulun qarşısında, sizlər öz malınızdan xərcləmək istəmədiniz. İkincisi, düşmən öz batil yolunda canını təhlükəyə saldığı halda, sizlər haqq yolunda öz təhlükəsizliyini xətərə salmaq istəmədiniz. Sizi bir az təhdid edən kimi, geri çəkildiniz”.

Tayfabazlıq və qohumbazlığın göstərdiyi tə`sirlər

Cəmiyyətin, yaradılan müsibətlər qarşısında acizlik göstərməsinin səbəbləri, sözü gedən cəmiyyətdə kök salmış tayfabazlıq və yerlibazlıqdan qaynaqlanır.

səh:125

İmam Hüseyn (ə) buyurur: “Sizlər haqq yolunun mübarizəsində Allahın razılığını qazanmaq üçün, batil yolda olan qohum-əqrəbalarınızla, yaxınlarınızla üz-üzə gəlmək istəmədiniz.”

O zamanlar ərəb mədəniyyətində tayfa və qəbilə bağlılığı köklü məsələlərdən idi. Bu günün özündə də bə᾿zi xalqlar arasında bu əhval-ruhiyyə gözə dəyməkdədir. Qohumbazlıq, tayfabazlıq sanki bir xəstəlik olub, insanları sağlam düşünməyə, müstəqil qərar çıxarmağa qoymur.

Həmin dövrlərdə də öz tayfasına havadar çıxmaq qəbilələr arasında hakim olan adət-ən`ənələrdən biri sayılırdı. Bu günlər buna oxşar halları biz daha çox millətçilik cərəyanlarında, ayrı-ayrı partiya, cəmiyyət, təşkilat və kriminal qruplaşma tərəfdarları arasında müşahidə edirik. Belə bir əqidəyə malik olan şəxslər daha çox siyasi cəhətdən vahid cəbhədə birləşirlər. Bu, o dövr əhalisinin təfəkküründə olan qəbilə təəssübkeşliyinin müasir təzahür formasıdır. Bu günlər qəbilə şəklində yaşamasaq da, həmin boşluğun yerini siyasi qruplaşmalarla və mənsub olduğumuz partiyanın təəssübünü çəkməklə doldurmuş oluruq.

Fikrimizi daha aydın ifadə etmək üçün sizə sadə bir misal çəkmək istərdim. Məsələn, qohum-əqraba üzvlərindən biri nöqsanlı, xoşagəlməz bir əməl, daha qabarıq desək, cinayət törədərsə, bunu tez ört-basdır etməyə çalışırıq. Əgər bu iş, bizimlə heç bir qohumluq əlaqəsi olmayan başqa biri tərəfindən görülərsə, ona töhmət vurar, qeybətini edərik. Əgər bu əməl sahibi ilə düşmənçiliyimiz vardırsa, artıq başqa tədbirlərə əl atır, onun cəmiyyətdə rəzil, rüsvay olması və üzərində

səh:126

üstünlük əldə etməyə çalışarıq. İşlətdiyi əməl və ya törətdiyi cinayətdən öz məqsədlərimiz üçün sui-istifadə edərik.

Müaviyənin dövründə də vəziyyət belə idi. Onun cinayətləri qohumluq əlaqəsi olan şəxslər tərəfindən ört-basdır edilirdi. Sözsüz ki, bu işdə satın alınmışların rolu da az deyildi. Bu səbəbdən imam Hüseyn (ə) o zamanın alimlərinə belə buyururdu: “Sizlər Allah xatirinə öz qohumlarınızla, müxalifət etmək istəmədiniz.”

Bə᾿zən insanın şər᾿i vəzifəsi ondan öz qohumları, yaxınları ilə müxalifətçilik etməyi tələb edir. Düzdür, İslamda “sileyi rəhm”, yə`ni qohumlara, yaxınlara baş çəkib, yoxlamaq, ehtiram və qayğı göstərmək vacib, bu işi tərk etmək isə haramdır. Amma bu iş haqqın zəifləməsi, kiminsə hüququnu tapdamaq hesabına olacaqsa nə edilməlidir? Belə yerdə haqqı üstün tutmalısan, yoxsa qohumluq əlaqələrini? Əgər haqqın əleyhinə fəaliyyət aparsalar necə? Yenə də haqqı tapdalayıb qohum-əqrəbalarımızın, övladlarımızın mənafeyinə üstünlük verməliyikmi?

Qohumbazlıq və tayfabazlıq düşmənlərin bu məsələdən sui-istifadə etməsinə imkan yaradır. İmam Hüseyn (ə) öz xütbəsində bu cür halları pisləyir, cəmiyyəti uçuruma sürükləyən bu bəlanı haqqın, ədalətin ən aşkar düşməni adlandırır; ictimai ədalətin bərpasında onu əsas maneələrdən biri hesab edir.

Belə şəraitdə xalqın haqqı tapdanır, yeraltı-yerüsütü sərvəti talanıb, bir dəstə adamın əlinə keçir, dövlət malından sui-istifadə olunur. İnsanların Müaviyənin əks-təbliğatının tə᾿siri altına düşməsinin səbəblərindən

səh:127

biri də, onların mal-dövlətə, tayfalarına olan hədsiz bağlılıqları idi.

Bütün bunların məcmusuna İslam mədəniyyətində «dünya məhəbbəti» deyilir. Dünya məhəbbəti dedikdə nə nəzərdə tutulur? Görəsən ulduzları, günəşi, dənizi, gözəl təbiəti və ya Allahın yaratdığı məxluqatı sevmək günahdırmı?

Müsəlmanların Əməvilərin şeytani təbliğatlarının tə᾿siri altına düşmələrinin əsas səbəbi də, onların dünya malına olan hədsiz bağlılıqları idi.

Dünya məhəbbətinin əsas nişanələrindən biri də budur ki, insanın həyatı müəyyən təhlükə ilə üzləşdikdə, artıq, gözü heç nəyi görmür. Belə insan yalnız təhlükəsizliyi təmin olunduqda xalqına, ailə-uşağına xidmət edir, fədakarlıq göstərir. Buna görə də həm Qur᾿ani-Kərim, həm Peyğəmbər (s), həm də imamların kəlamlarında xudpəsəndlik, dünyapərəstlik və bu kimi digər xüsusiyyətlər kafirlərin əsas xisləti, fədakarlıq, şəhadəttələblik, əliaçıqlıq, səxavət isə mö᾿minlərin əsas sifətləri kimi göstərilmişdir. Yə᾿ni, ölümlə üzləşmək mö`minlərin öz hədəflərinə qovuşmasında maneçilik törətmir. Dünya həyatı onlar üçün əsas hədəf sayılmır. Əgər səadətləri, amalları, ürəkdən bağlı olduqları müqəddəs dəyərləri onlardan bu yolda ölüm tələb edərsə, rahatlıqla canlarını qurban verər, zərrə qədər də olsa, tərəddüd etməzlər.

Əli (ə) buyurur: “Allaha and olsun ki, Əlinin ölümə olan bağlılığı, südəmər körpənin ana südünə olan bağlılığından daha şiddətlidir.” Sizcə, Əli əleyhissəlamın sözlərində qeyri-həqiqi bir məqam tapmaq olarmı?

səh:128

Aşura gecəsi şəhidlər sərvəri öz əziz bacısı Zeynəbə (ə) belə buyurmuşdu: “Mənim silahdaşlarım da belədirlər.” Yə᾿ni, Allah yolunda ölməyi özləri üçün böyük şərəf bilirlər.

Diqqət edin, İmam Hüseyn (ə) necə insanlar tərbiyə etmişdi. Düzdür ki, iyirmi il müddətində çox mə᾿nəvi əzablara mə᾿ruz qalmışdı. Lakin o həzrət Aşura üçün belə şəxsiyyətlər də yetişdirə bilmişdi. Əgər bu şücaətli insanlar olmasaydı, Aşura hadisəsi tarixə yazılmaz və biz də İmam Hüseyni (ə) lazımınca tanıya bilməzdik. Əgər o həzrəti təklikdə, gizli şəkildə terror etsəydilər, bu gün şahidi olduğumuz Aşura hadisələrinin xatirə mərasimləri də olmayacaqdı.

Diqqət edin, Aşura gecəsi imamın silahdaşları öz rəhbərlərinə nə deyirlər. Anlayanda ki, sabah şəhadət günüdür, hamı şəhid ediləcək, qardaşının yanına gedib deyir: “Qardaşım, ətrafında toplaşmış dostlarının sənə vəfadar qalacaqlarına əminsənmi?”. Həzrət imamın mübarək gözlərində yaş gilələnib, mübarək yanaqlarına süzüldü. İmam buyurur: “Allaha and olsun, mən onları sınayıb yoxlamışam. Nəinki sınamaq, bəlkə dəfələrlə onları bu işin nəticəsindən xəbərdar edib, özümdən uzaqlaşdırmağa çalışmışam. Demişəm, ailənizi götürün çıxın gedin, burada qalmayın. Bunlar mənim qanımı axıtmaq istəyirlər, sizinlə işləri yoxdur.”. İmamın bu sözlərlə dostlarını sınamaq istədiyi aydın bir məsələdir. İmam Hüseyn (ə) öz bacısı həzrət Zeynəbə (ə) xitabən buyurur: “Öz dostlarımı sınamışam. Qalanlar imanları xalis, əqidələri möhkəm olanlardır. Allaha and olsun ki, mən onları sınayıb yoxladım, özümdən

səh:129

uzaqlaşdırmağa çalışdım, amma gördüm onlar mənimla qalıb şəhid olmağı daha üstün tuturlar. Ölümə olan bağlılıqları körpənin ana südünə olan hərisliyindən daha şiddətlidir. Bunlar mənim gözlərim önündə, yanımda şəhid olmağı daha üstün tuturlar və artıq heç vaxt məndən ayrılmazlar.” Aşura gecəsi imamın silahdaşları o həzrətə belə deyirlər: “Əgər yetmiş dəfə öldürülsək, yandırılıb külümüz göyə sovrulsa və təzədən dirilməli olsaq da belə, yenə də sənin yanına qayıdıb, səninlə birlikdə qalarıq ki, yenidən şəhid olaq!”

İmam Hüseyn (ə) 20 il əziyyət çəksə də, belə insanlar tərbiyə etməkdə müvəffəq olmuşdu. Bunların müqabilində elə kəslər də var idi ki, imam (ə) onlardan gileylənirdi: “Sizin probleminiz dünyaya bağlılığınızdandır. Əlinizi, qolunuzu bağlayan isə, ölümdən qorxmağınızdır.” Üzünü öz əsrinin alimlərinə, ağsaqqallarına tutaraq deyir: “Sizlər zalımları razı salaraq, hakimiyyəti ələ keçirmələrinə imkan yaratdınız. Allahın işlərini onların öhdəsinə qoydunuz. Allahın əmirlərini, Onun saleh bəndələrinə tapşırmalı olduğunuz halda, Allah düşmənlərinə tapşırdınız. Onlara səs verib, dövlət başına gətirdiniz. Dövlət başına gətirdiyiniz adamlar işlərini düzgün və qanuni izahı olmayan, şübhəli şəkildə aparırlar. Onlar öz şəxsi istəklərinin tə᾿min edilməsi üçün çalışırlar. Bununla da, yolu dünya düşkünlərinin üzünə açmış olurlar.”

Müxtəlif mədəniyyət mərkəzləri yaratmaqla, həqiqətdə günah və fəsad mərkəzləri açırlar. Bu adla xalqın büdcəsindən öz şəxsi maraqları üçün

səh:130

milyonlarla pul xərcləyir, günah işləri təşviq və təbliğ edən mətbuat dərgilərinə, informasiya vasitələrinə maddi-mə᾿nəvi yardımlar göstərirlər. “Bunların qarşısında nə etmək lazımdır?” sualının çox sadə bir cavabı vardır. Necə ki, 13 əsrdən bəri əzadarlıq etmək, qara geyinməklə imam Hüseyn (ə) yaddaşlarda yaşadılıb, siz də bu yoldan istifadə edin. Düzdür, bundan başqa üsullar da vardır. Lakin yuxarıda qeyd etdiyimiz üsul, hər halda daha tə`sirli olub, ən çox təcrübədən keçirilmişdir və nəticəsi də mə`lumdur.

Bu üsul sizin İslama, Hüseyn məktəbinə olan hədsiz bağlılıq və məhəbbətinizi nümayiş etdirir. Çirkin üsullardan istifadə etmək, biz müsəlmanlara yaraşmaz. Bu işlərin əvəzində İmam Hüseynə (ə) olan məhəbbətinizi izhar etməyiniz kifayətdir. Bu tarixi hadisədən lazımınca yararlanmalı və özünüzdə cəsarət, şücaət, fədakarlıq kəşf etməlisiniz; gələcək nəsillərə də bu gözəl hissləri aşılamalı, müsəlmanların qarşılaşa biləcəyi bu növ hadisələrdə daha tədbirli olmaları üçün gəncləri hərtərəfli hazırlamalısınız. İslam yolunda öz canınızdan, övladınızdan, yaxınlarınızdan və mal-dövlətinizdən keçməyə hazır olmalısınız.

Qur᾿ani-Kərimin Ənfal surəsinin 60-cı ayəsində buyurulur: “Bacardığınız qədər hərbi və nizami güc toplayın.” Sözü gedən ayədən məqsəd, heç də bu gücün hamısından istifadə edilməsi deyildir. Burada məqsəd vardır: «Bu gücü və təchizatı, düşmən qorxuya düşsün deyə, toplayın. Siz şəhid olmağa hazırlığınızı e᾿lan edin ki, düşmən də qorxub geri

səh:131

çəkilsin. Onlar heç vaxt öz canlarını təhlükəyə salmazlar.”

Bir içimlik şərab üçün qarışıqlıq törədən insanlar, heç vaxt canlarını xətərə salmaq istəməzlər. Əgər sizlər mərdi-mərdanə meydanda dursanız, onlar qurd görmüş dovşan kimi qaçıb canlarını qurtarmağa çalışarlar. Bu cür insanlar mətanət, əzmkarlıq hissindən məhrumdurlar. Bu səbəbdən də öz amalları uğrunda şəhid olmağa hazır olan mərd insanlar qarşısında müqavimət göstərə bilmirlər.

Ümumiyyətlə, insanları öz məqsəd, amal və yollarından döndərmək üçün ya rüşvət vasitəsindən istifadə edir, ya da ölümlə hədələyirlər. Əgər bu şəraitdə düşmənlərə əzmkarlıq nümayiş etdirilsə, sonda müvəffəqiyyət qazanmaq olar. Çünki ölümü, şəhadəti özlərinə nicat, iftixar, səadət vasitəsi bilən cəsarətli insanları yollarından döndərmək üçün başqa bir təhrikedici üsul qalmayacaqdır; bu yolda ölüm də, sağ qalaraq müvəffəqiyyət əldə etmək də qələbədir. Haqq yolunda məğlubiyyət yoxdur. Bu ideya və iradə sahibləri insanların yaddaşlarında yaşadılmağa layiqdirlər. Bu səbəbdən də üstündən 13 əsr keçməsinə və unutdurulması naminə saysız-hesabsız sə`ylərin göstərilməsinə baxmayaraq, imam Hüseyn (ə) məhəbbəti insanların qəlbindən silinməmişdir.

Tarixə nəzər salsaq, qələbələrin əksəriyyətinin də bu cür əldə edildiyini görərik. Bu şərtlə ki, onlar hiss etməlidirlər ki, siz meydanı tərk etmək niyyətində deyilsiniz. Bu çox önəmli bir məsələdir. İmam Hüseyn (ə) da buyurur: “Əgər xalq Bəni-Üməyyənin onlara hökumət etməyini istəmirsə və dinlərinin salamat

səh:132

qalmalarını arzulayırlarsa, üç mühüm amilə diqqət etməlidirlər:

Din yolunda öz mallarından, pullarından xərcləməli;

Haqq uğrunda canlarından qorxmayıb, şəhadətə hazır olmalı;

Tərəfkeşliyi buraxıb haqqı tutmalı, qohumbazlıq, yerlibazlıq, təəssübkeşlik hisslərindən uzaq olmalı.

Yə`ni, müsəlmanlar diqqəti Allahın, peyğəmbərin, vəliyyi-fəqihin əmrlərinə yönəltməli, onun hər əmrinə «Ləbbeyk» deyərək, itaət göstərməlidirlər.

Bu amillər bizim təhlükəsizlik və birliyimizi möhkəmlədib, düşmənlərin sıralarımıza nüfuz etməsinin qarşısını alar.

Həzrət İmam hüseyn (ə) buyurur: “Əməviləri qüdrətli edən sizin arının şirəyə yapışdığı kimi, dünyaya bağlılığınız oldu. Bu bağlılıq sizlərin igidcəsinə meydanda durmağınıza maneçilik törətdi. Sizin bu zəifliyiniz düşməni tamaha saldı. Dünyaya ürək bağlamasaydınız, axirət dünyasına inamınız olsaydı və əbədi səadətə qovuşmaq üçün dünyanın ötəri ləzzətlərindən əl çəksəydiniz, düşmən sizə qələbə çala bilməzdi. Sonda Allahın razılığını əldə etmiş olardınız.”

Cəmiyyəti azğınlığa sürükləyən amillərlə mübarizə yolları

Bu mövzu ilə əlaqədar qarşıya - “Əgər o dövrdə xalqı Əməvilərin zülmünə düçar edən zəifliklərin bizim də zamanımızda baş verməsini istəmiriksə nə

səh:133

etməliyik?” və ya “Belə zəifliklər varsa, hansı yolla aradan qaldırmalıyıq?” - sualları çıxır.

Əvvəldə qeyd etdik ki, zalımların üç növ fəaliyyəti var idi:

Azdırıcı və yalançı təbliğat;

Təhdid edib qorxu yaratmaq;

Tamahlandırmaq.

Bu sualların cavabı, xalqın düzgün və yüksək səviyyədə mə`lumatlandırılması, imanın və mə`nəviyyatın gücləndirilməsindədir ki, gələcək bəhslərimizdə bu mövzuları ətraflı şəkildə araşdırmağa çalışacağıq.

Xalqın düzgün və yüksək səviyyədə mə`lumatlandırılması

Azdırıcı təbliğatın qarşısında nə etməliyik?

Bunun üçün İslama, imam Hüseyn (ə) məktəbinə və bu günlər imam Xomeyninin (r) xəttinə olan mə᾿lumatımızı genişləndirməli, bu məsələlərlə əlaqəli biliyimizi artırmağa çalışmalıyıq. Bununla düşmənlərin fürsət tapıb, öz batil fikirlərini zehnimizə yeritmələrinin qarşısını almış olarıq. Bu cür işləri Müaviyə öz zamanında etmişdi, indi də dövrün müaviyələri bu üsuldan istifadə etməkdədirlər.

Müasir dövrdə də İslami hərəkata və onun aparıcı liderlərinə arxadan zərbə vurmaq üçün bu üsullardan istifadə edir, gözqamaşdırıcı əlvan sözlərlə insani dəyərlərlə hər yerdə mübarizə aparırlar. Hal-hazırda daha çox istifadə edilən metod azadlıq, insan hüquqları, söz və mətbuat toxunulmazlığı şüarlarıdır. İslam əleyhinə ürəkləri istəyən sözləri danışırlar, onlara

səh:134

qarşı tənqidi fikirlər söyləyənlərə isə azadlıq düşməni damğası vururlar. Bir gün Tehranda keçirilən Cümə namazının xütbələrindən qabaqkı çıxışlarımın birində qeyd olunan təxribat sahiblərinə iradımı bildirərək, axı bunların istəyi nədir? - dedim. Bundan sonra əleyhimə onlarla məqalə yazmaqla məni, guya imam Xomeyninin xalqa bəxş etdiyi azadlığın ziddinə çıxmaqda ittiham etdilər. İranın Zərdüştlikdən qalma adət-ən`ənələrini dirçəltməyə çalışırlar, bunun üçün ümumi büdcədən kifayət qədər pul da ayırırlar. Bununla kifayətlənmir, hələ üstəlik iddia edirlər ki, imam Xomeyni də elə bunları istəyirdi. Bu insanlar imamın azadlıq, istiqlal şüarlarının öz nəzərlərindəki məfhumlarla bir olduğunu zənn edirlər. Məgər imam (r) bunlar üçün inqilab etmişdi. Səhv fikirdədirlər; imam (r) düşmən əlindən azad olmaq istəyirdi, Allahdan, dindən, müqəddəs dəyərlərdən uzaqlaşmaq yox! İmam uşaqlıq çağlarından başlayaraq son nəfəsinə qədər bütün ömrünü İslami dəyərlərin qorunub-saxlanılması üçün sərf etmişdi. Onun qiyamı bu dəyərləri qorumaq üçün idi, xalqı bu dəyərlərdən azad etmək üçün yox!

Bu günlər bə᾿zi dövlət məs᾿ulları bizə minnət qoyurlar. Onlara irad tutanda ki, siz mədəniyyət işlərində İslami dəyərlərə, me᾿yarlara riayət etmirsiniz, deyirlər: “Azadlıqdan daha yaxşı bir dəyər vardırmı!”

Bu söz Müaviyənin imam Hüseynə (ə) qarşı işlətdiyi həmin məntiqdir. Müaviyə də deyirdi: “Sən Yezidin qeybətini edirsən, xalqın azadlığını istəmirsən!”

səh:135

Danışıqda müğalitə və cədəl üslubundan istifadə etmək belə olur. Belə müğalitələrin tə᾿sirinə düşməmək üçün xalqın dini-elmi mə`lumatlarını genişləndirmələri lazımdır. Əziz cavanlar! Hər gün vaxtınızdan heç olmasa bir saatın da dini maarifə və dini elmləri öyrənməyə sərf edin. Dinin dəyər və əhəmiyyətinin yeyib-içməkdən, filmlərə baxmaqdan, idman etməkdən o qədər də az bilməyin. Dini elmləri öyrənmək üçün xüsusi proqram tutmalı, məclislər təşkil etməli, günün müəyyən vaxtını bu sahəyə ayırıb mütaliə etməlisiniz. Allaha şükürlər olsun ki, bu sahədə son zamanlar kifayət qədər kitab yazılmışdır. Yığıncaq təşkil edib, elmi bəhslər də aparmaq olar. Lazım deyil, hökmən müəllim ya da ruhani də᾿vət edəsiniz. Ustad Mütəhhəri kimi şəxsiyyətlərin kitablarını istədiyiniz mövzu üzrə mütaliə üçün seçib müzakirə edə bilərsiniz. Hər mövzu ətrafında elə öz aranızda fikir mübadiləsi aparmaqla, istənilən qaranlıq məsələni aydınlaşdıraraq düzgün nəticə əldə edə bilərsiniz. Həllini tapa bilmədiyiniz qaranlıq məsələyə rast gəlsəniz həftədə, ya da ayda bir dəfə bu məsələlərdə daha elmli olan münasib bir şəxsi də᾿vət etməklə, suallarınızın cavablandırılmasına nail ola bilərsiniz. Bu boşluqları dini yığıncaqlarda iştirak etməklə də doldurmaq mümkündür. Bu azdırıcı və şeytani təbliğatın qarşısında mütaliə və dərs lazımdır. Bunsuz insanın müxtəlif məsələlər haqda olan tanışlığı inkişaf etməz. Dini özümüzə əziz və lazımlı biliriksə, ona vaxt ayırmalıyıq. Din özünə məcburiyyətlə qəlblərdə yer açmaz, iman da öz-özünə yetişməz. İctimai amillər iman yaratmırlar, əksinə imanı dağıdırlar. Xüsusilə də, indiki mədəni əlaqələr və

səh:136

humanitar yardımlar adı altında müxtəlif siyasətli iş adamlarının ölkəmizə ayaq açdığı bir zamanda.

Bir sıra mədəni-ictimai birliklər adı altında əslində xalqı öz mədəniyyətindən, kökündən uzaqlaşdırıb, dini uçruma sürükləyir, ictimaiyyətin milli, dini köklərini, həqiqi çöhrəsini yabanı fikri kol-koslarla örtürlər. Müntəzəm olaraq bu təbliğatı aparır və xalqı öz dinindən uzaqlaşdırırlar.

İmanın və mə`nəviyyatın gücləndirilməsi

İkinci amilin, yə᾿ni təhdid və tamahlandırmanın qarşısında imanı gücləndirmək lazımdır. İnsanın bu amillərin tə᾿siri altına düşməsinin əsas səbəbi imanın zəif olmasıdır. İmanı zəif olan insanlar haqq səslərini ucaldacağı təqdirdə, öz mövqelərini itirəcəklərindən qorxur, işlərində maneələrin yaranacağından ehtiyat edirlər. Bu neçə ildə haqqı tələb etdiklərinə görə neçə-neçə universitet rəhbərliyi vəzifədən azad edilib. Bə᾿zi yerlərdə hətta bütün idarənin işçilərini, süpürgəçisindən tutmuş rəisinə qədər, işdən kənarlaşdırıblar. Nə üçün? Çünki, bunlar hakimiyyətdə olanlarla eyni siyasi xətdə deyillər! Bu bəlaların hamısı imanın zəifliyi, iradəsizlik və süstlükdən qaynaqlanır. Axı nə vaxta qədər sizinlə belə rəftar edəcəklər? Əlbəttə, müqavimət görsəydilər, sizinlə bu şəkildə rəftar etməzdilər. Biz süstlük edib zəiflik göstərdik ki, arzuolunmaz şəxslər də bizə hakim kəsildilər. Səhv başa düşülməsin, mən bütün dövlət idarələrini nəzərdə tutmuram. Nazirlik və idarələrdə bə᾿zi üzdəniraq ünsürlərin apardığı siyasət eynilə Amerikanın apardığı

səh:137

siyasəti tamamlayır. İndi bu işdən ya başqalarının xəbəri yoxdur, ya onları bir cür aldadırlar, ya da özlərini aldadılmış kimi göstərirlər.

Bütün bu bəlaların qarşısını almaq üçün imanımızı gücləndirməliyik. İmanın gücü təkcə mütaliə deyil, əməl ilə də bağlıdır. Əlbəttə, ilkin növbədə öyrənib mə᾿lumat əldə etmək lazımdır. Lakin öyrəndiklərinizi real həyatda tətbiq etməsəniz, bir nəticə əldə etməyəcəksiniz. Əksinə, elmləri mənimsəmək üçün sərf etdiyiniz enerjini israf kimi qiymətləndirəcəksiniz. Əgər bir insan namaz qılmasa, namaz haqqında nə qədər kitab oxusa belə, imanı güclənməyəcəkdir. Hətta bu sahədə yüzlərlə kitab mütaliə etsə belə, imanına heç bir tə᾿siri olmayacaqdır. İman əməlin, tə`limin sayəsində qüvvət tapır. Özünüzə təlqin etməlisiniz ki, millətim, dinim məndən onun yolunda canımı fəda etməyimi istəsə, mən bu şəhadətə hazıram.

Bu yerdə yaxşı olardı ki, imam Hüseynin (ə) öz tə᾿limatından istifadə edək. Həzrət (ə) Aşura günü səhabələrinə belə buyurdu: “Ey azad insanların övladları və ey şərafət sahibləri, dözümlü olun!” Əvvəl xitab edir ki, sizlər şərəfli və böyük şəxsiyyətlərin övladlarısınız. Daha sonra buyurur: “Ey igidlərin qəhrəman övladları! Bir az səbr edin, bu ölüm sizi hər cür çətinliklərdən, dərdlərdən, pisliklərdən qurtarıb ucsuz-bucaqsız cənnətlərə, tükənməz ne᾿mətlərə çatdıracaqdır.”

Bu cümlələr üzərində az da olsa, fikirləşin! Sizcə, ölüm sizi mö᾿minlərin zindanı olan bu dünyadan çıxarıb behişt qəsrlərinə çatdırarsa, bu işi sevmək lazımdır, ya ondan qaçmaq? Bundan qorxmalı, yoxsa

səh:138

ona tərəf tələsməliyik? Ölümün siz müsəlmanlara nəsib etdiyi ne`mət cənnət, düşmənlərinizə nəsib etdiyi isə, cəhənnəmdir. Çünki bu dünya, axirətlə müqayisədə mö᾿minə necə zindan olduğu halda, kafir üçün də bütün bədbəxtliklərinə, çətinliklərinə baxmayaraq, cənnət yerindədir. Çünki kafirin axirətdəki əzabı bu dünyanın əzabı ilə müqayisədə şiddətli və çətin olduğundan, bu dünyanın əzablarına dözmək onun nəzərində cənnətə bərabərdir. Kafirlərə görə, ölüm onları cənnətlərindən çıxardıb cəhənnəmə götürür. Lakin mö`min üçün ölüm, cənnətə yetişmək üçün bir vasitədir. Bu halda qorxub, çəkinmək nəyə gərəkdir?

İmam Hüseyn (ə) bu sözlərlə öz dostlarının ruhiyyəsini gücləndirirdi. Cavan bir yeniyetmənin bu sözləri deməsi dəlilsiz deyildi: “Ölüm mənim üçün baldan da şirindir.” O, İmam Hüseynin (ə) əli altında böyümüşdü. Biz də əgər özümüzü Hüseyndən (ə) hesab ediriksə, bu tə᾿limlərdən istifadə etməli, zillət altında yaşamaqdansa, ölümün üstün olduğuna iman gətirməliyik.

Törədilən sitəm və zülmlərə, uydurulan bid᾿ətlərə, çıxarılan hoqqabazlıqlara nə qədər dözməliyik? Əgər bütün bunlara son qoyacaq ölümdürsə, şərəfli, ləyaqətli bir ömür yaşaya bilmiriksə, onda ölüm yaşadığımız həyatdan daha yaxşıdır.

İmam Hüseyn (ə) buyurur: “Mənim cəddimə, atama, qardaşıma qovuşmaq istəyim necə də çoxdur! Yusif peyğəmbərin qardaşları tərəfindən quyuya salınıb çətinliklərə mə᾿ruz qaldığı günlərdə atası Yəqub onu görməkdə nə qədər həvəsli idisə, mənim

səh:139

də cəddimə, atama qovuşduracaq ölümə şövqüm bir o qədərdir.”

Elə şah dövründə də imam Xomeyninin (r) ürəklərə can verib, qəlblərdə inqilab yaradan sözləri, onun ruhunun dərinliyindən coşan həyatverici kəlamları idi. Biz Peyğəmbərin (s) və imamların həyatından bu dərsləri öyrənib, başqalarına da öyrətməliyik. Biz Allah yolunda ölümə hazır olduğumuz təqdirdə, heç kəs bizim üzərimizdə hökmranlıq əldə edə bilməz.

səh:140

Aşura qiyamının hədəfləri (1)

1.Cəmiyyəti bürümüş ictimai qanunsuzluqların islahı;

2.İslahatın mə᾿nası;

3.İslahatın tə᾿rifində dəyərləndirmə sisteminin tə᾿siri;

4.Münafiqlərin islahat haqqındakı nəzərləri;

5.Həqiqi islahat.

səh:141

Bismillahir rəhmanir rəhim

Keçən bəhslərimizdə Aşura hadisəsi və imam Hüseynin (ə) qiyamı barədə müəyyən sualları açıqlayıb, imkan daxilində bu mövzu ətrafında söhbətlər aparmışdıq. Belə əzəmətli və misilsiz bir tarixi hadisə ətrafında yaranan suallardan biri də, imam Hüseynin (ə) bu qiyamdakı hədəfləri barəsindədir. “O həzrətin bu qiyamı etməkdə məqsədi, dinin dirçəldilməsi və ümmətin islah olunması idi” sözlərini dəfələrlə eşitmişik. Amma ümumi şəkildə qarşıya çıxan bu sualdan doğan bir neçə qaranlıq nöqtələr də mövcuddur ki, onların haqqında da bəhs etmək zəruridir. Onlar aşağıdakılardan ibarətdir:

İmam Hüseynin (ə) bu hərəkatının tə`siri ilə sonradan hansı islahatlar baş verdi?

Bu islahatların həyata keçirməlisi məhz bu yolla olmalı idimi?

Belə bir üslubun həyata keçirilməsi dinin dirçəldilməsində rol oynadımı?

Görəsən imam Hüseyn (ə) öz hədəfinə, məqsədinə nail ola bildimi?

Öz qiyamı ilə İslam hökumətini və müsəlman ümmətini islah edə bildimi?

İctimai qanunsuzluqların qarşısını ala bildimi?

Bu suallar ətrafında imkan daxilində bəhs etməyə çalışacağıq.

İmam Hüseynin (ə) qiyamının səbəbini o həzrətin öz kəlamlarından eşidib başa düşək deyə, əvvəlcə bir neçə cümlə o həzrətin buyurduqlarından yad edəcək,

səh:142

daha sonra qeyd olunan məsələlər haqda geniş söhbətə başlayacağıq.

İmam Hüseyn (Ə) qiyamının Əsas hƏdƏfi - CƏmiyyƏti bürümüş ictimai qanunsuzluqların islahı

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur: “Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür.”

Buna oxşar tə᾿biri o həzrət alimlərlə olan xüsusi görüşündə də buyurmuşdu: “Mən islahat fikrindəyəm, onu həyata keçirmək üçün çalışıram.” Diqqət etsək görərik ki, hər bir yerdə “islahat” kəlməsi xüsusi vurğu ilə gətirilmiş, hər dəfə xüsusi mə᾿na qeyd edilmişdir.

İmam bu çıxışı etdiyi zaman hələ Yezid əleyhinə mübarizə və qiyamdan əsər-əlamət belə, yox idi. O həzrət bu çıxışının axırında dua edir və Allaha xitabən belə deyir: “Pərvərdigara! Sən özün bilirsən ki, bizim mübarizəmizin məqsədi Sənin dininin nişanələrini və İslami me᾿yarları xalqa tanıtdırıb göstərməkdir. Yə᾿ni, dinin nə olduğunu göstərək və hansı nişanələrlə, hansı me᾿yarlarla dindar adamı dinsizindən ayırd edib seçə bilməyi tanıtdıraq. Həmçinin bizim hədəflərimizdən biri də, Sənin ölkəndə islahat işləri aparıb, həqiqəti üzə çıxarmaqdır.

səh:143

“İslah” kəlməsinin iki mə᾿nası ola bilər.

Biz gələcək bəhslərimizdə onun hər iki mə`nasına aydınlıq gətirməyə çalışacağıq.

İslahın mə`nası

“İslah” kəlməsinin gündəlik siyasi ədəbiyyatımızda çox işlədilən kəlmələrdən biri olduğunu və əziz rəhbərimizin son çıxışlarında bu termini xüsusi şəkildə vurğuladığını nəzərə alaraq, onun üzərində dayanmaq istəyirəm. Əvvəlcə bu kəlmənin leksik mə᾿nasını, daha sonra Qur᾿anda və rəvayətlərdə istifadə edildiyi nöqtələri açıqlayacağam. Bundan sonra isə, günümüzdə daha çox qarşılaşdığımız mətləbləri izah etməyə çalışacağam.

Ərəb kəlməsi olan “islah” sözünün kökü üç samit hərfdən (s, l, h) təşkil olunmuşdur və əsasən iki mə᾿na verir; birincisi, “sülh”, ikincisi isə “səlah”. Bə`zi sözdüzəldici şəkilçilər artırmaqla “sülh” kəlməsindən götürülən “islah” sözünün mə᾿nası, barışıq, iki nəfər, ya da iki dəstə arasında olan çəkişməni, ixtilafı aradan qaldırmaq mə`nasını daşıyır. Bu mə᾿nada anlaşılan islah kəlməsindən Qur᾿anda, kişi ilə qadın arasında barışıq yaratmaq ifadəsi kimi istifadə olunmuşdur. Qur᾿anda buyurulur: Bir-biri ilə ixtilafları olan kişi və qadın arasında bir nəfər hakim qadın tərəfindən, bir nəfər də kişi tərəfindən tə᾿yin edin. Əgər kişi və qadın həqiqətən barışmaq istəsələr, Allah onların arasında sülh qərar verəcəkdir.

Başqa bir ayədə kişi və qadının barışığı barədə buyurulur: “Barışıq daha yaxşıdır...”

səh:144

Buna oxşar başqa tə᾿birləri yəqin ki, dəfələrlə eşitmisiniz və Qur᾿anda da vardır. Bu həmin “zatul-beyn” arasında olan islahdır. Bu növ islah, mübahisələri olan iki dəstəni barışdırmağa deyilir.

Hədislərdə də bu iş barəsində çoxlu savab zikr edilmişdir. Əgər iki mö᾿min və ya iki dəstəni, ya da bir ailəni bir-biri ilə küsülü görsəniz, onları barışdırmağa çalışın. Bu işin savabı namazın, orucun savabından üstün göstərilmişdir. Münaqişəli tərəflər arasında sülh yaratmaq məsələsi Qur᾿anda geniş əhəmiyyət kəsb edir. Ayənin ardı cihad məsələsinə aid olduğundan, hələlik bu barədə bəhs etmək istəmirəm.

Deməli aydın oldu ki, islah kəlməsi sülh anlamında, iki fərd və ya iki dəstə arasında olan münaqişəni barışıq yolu ilə həll etməyə deyilir. “Səlah” sözündən alınan “islah” kəlməsi isə “fəsad» sözünün antonimidir. Yə᾿ni, bu sözü fəsad və qanunsuzluq sözünün qarşısında gətirirlər. Adətən bizim dildə bu söz “bəyənilmiş”, “ləyaqətli” kimi tərcümə edilir. İslah bu anlamda bəyənilən bir iş görüb, fəsadı aradan qaldırmağa deyilir. Belə bir ləyaqətli işi öhdəsinə götürüb eyblərə, naqisliklərə, fəsadlara qarşı mübarizə edən adama “müslih”, fəsad törədib qarışıqlıq yaradan insana isə “müfsid” deyirlər.

“Yer üzünün müfsidi” tə᾿biri də buradan götürülmüşdür. Bu mə᾿nada olan islah sözü ilə iki münaqişəli tərəf arasında barışıq mə᾿nasında işlədilən islah sözü arasında fərq vardır. Fəsadı aradan qaldırıb ləyaqətli iş görmək istəyən şəxslərin qarşısında xüsusi bir fərd olmur. Deməli, “səlah” maddəsindən olan islah kəlməsinin özü iki mə`na daşıyır: Biri ləyaqətli,

səh:145

bəyənilən iş görmək, digəri fəsad, möhtəkirlik, cəmiyyətdə hər cür pozğunluq əleyhinə mübarizə aparmaq anlamı. Bu sözün hər iki mə᾿nasından Qur᾿anda istifadə edilmişdir. Məsələn: “O kəslər ki, tövbə və islah etdilər.” Yə᾿ni, əvvəldə etdikləri günahların əvəzində tövbə etdilər. Əvvəldə gördükləri səhv və batil işlərin yerinə əməllərini islah edib, yaxşı işlər gördülər.

Amma islah sözünün ictimai anlamda və həmçinin imam Hüseynin (ə) buyurduqlarında, eləcə də bu günümüzdə, xüsusilə də siyasi ədəbiyyatda, xalq arasında daha çox işlədilən mə᾿nası fəsad və qanunsuzluqların islahıdır. Bura qədər “islah” kəlməsinin ərəb lüğəti baxımından, Qur᾿anda və dini ədəbiyyatda istifadə edildiyi mə᾿nalarını aydınlaşdırdıq.

Amma bu günümüzdə islah kəlməsi yeni bir mə`nada işlənərək, siyasi istilahda özünə yeni mə᾿na kəsb etmişdir. Bu söz yeni məfhumda “reforma” (Reform) sözünün sinonimi kimi başa düşülür və “inqilab” sözünün qarşısında işlədilir.

Cəmiyyətdə baş verən dəyişikliklər bə`zən tədrici şəkildə, zəif gedişatla həyata keçirilir ki, bu halda ona “reforma” deyilir. Cəmiyyətdə bu üsulla dəyişiklik aparmaq istəyən şəxsləri “islahatçı” adlandırırlar. Müasir istilahda belələrinə “reformist” (Reformist) deyilir. Bunun müqabilində ölkənin siyasi-ictimai durumunu birdən-birə, partlayış formasında dəyişmək istəyən kəslərə “inqilabçılar” deyirlər. İnqilab, gözlənilməz ictimai-siyasi çevriliş mə᾿nasında olub, sür᾿ətli və şiddətli halda olması ilə yanaşı, bə`zən fiziki

səh:146

güc tətbiq etmək və zor gücündən istifadə etməklə də baş verir.

İslah sözü bu mə᾿nasında siyasi istilah kimi inqilab sözünün qarşılığı olub, xüsusi mə᾿nada işlədilir. Bu istilahın lüğəti kökü yoxdur və dini termin də sayılmır. Aydındır ki, bu yeni bir istilahdır, Qur᾿anda və rəvayətlərdə də həmin söz bu mə᾿nada işlədilməmişdir. İmam Hüseynin (ə) kəlamında gətirilən söz də bu mə᾿nada deyilməmişdir. Onun apardığı mübarizə də tədrici və sakit olmamışdır. Əziz rəhbərimiz də öz çıxışlarında bu nöqtəyə işarə edərək deyirdi: “Biz islah deyəndə, bu sözün bu günkü siyasi istilahını nəzərdə tutmuruq.” Bu sözü söyləməkdə, nəzərimiz onun hər cür fəsad və qanunsuzluqlara qarşı mübarizə olan mə᾿nasıdır. İstər tədrici şəkildə olsun, istərsə də inqilabi şəkildə. Ona görə də buyururdu: “İran İslam İnqilabının özü ən böyük islah idi”. Hərçənd bu günkü siyasi istilahda ona islah demirlər. Demək istəyirdi ki, biz Qur᾿an istilahına əsasən islah kəlməsindən bəhs edəndə, nəzərimizdə bu sözün ümumi mə᾿nasını nəzərdə tuturuq. Buna görə də İslam İnqilabı böyük islah idi. Çünki cəmiyyətdə bir sıra fəsadların aradan getməsinə səbəb olmuşdu. Baxmayaraq ki, bu iş inqilabi şəkildə baş verdi, amma bu hərəkat on beş il mübarizədən sonra qələbəyə çatdı. Əlbəttə, inqilab qələbə çalan anda ölkənin keçmiş dövlət sistemi bir andaca devrildi və ölkənin dövlət orqanları gözlənilməz şəkildə dəyişikliyə uğradı. Yeni konsititusiya yarandı və yeni amallar əsasında dövlət quruldu.

səh:147

İslahın tə`rifində dəyər sisteminin tə`siri

Qeyd etdik ki, Qur᾿anda göstərilən “islah” kəlməsi ya “sülh”, ya da “səlah” mə᾿nasındadır. Bizim üzərində dayandığımız islah sözü “səlah” mə᾿nasında olub, fəsadın əks mə`nası kimi işlənir. Səlah və fəsad Qur᾿anda ən geniş istifadə olunan dəyər məfhumlarından sayılır. Əksər oxucuların bu istilah haqqında mə᾿lumat məhdudluğunu nəzər alaraq, dəyər məfhumu barəsində qısa izah vermək istərdim.

Bizim rastlaşdığımız əksər məfhumların həyatda varlığı və mövcudluğu vardır. Bə`zən də bir sıra məfhumlara rast gəlirik ki, xaricdə vücudu olmur və biz belə məfhumlar haqqında danışarkən “belə olmalıdır” və “olmamalıdır” sözlərindən istifadə edirik ki, bu kimi mə᾿naları doğuran məfhumlara dəyər məfhumları deyilir.

Səlah mə`nasının daşıyıcısı olan söz, görülməsi və olması ləyaqətli, bəyənilən və müsbət olan bir işdir. Fəsad isə qarşısı alınası, görülməsi və həyata keçirilməsi bəyənilməyən mənfi bir işdir. Səlah və fəsad dəyər məfhumlarındandır. Yə`ni, onları təhlil etdiyimiz zaman mə᾿nalarını “gərək olsun” və “gərək olmasın” kimi inkar və ya təsdiq formasında olan köməkçi fe᾿llərin vasitəsi ilə dərk edirik. Bu cür dəyər məfhumları hərdən məhdud olub, xüsusi hallarda işlədilir, hərdən də geniş olub, bütün yaxşı və pis işləri əhatə edirlər. Bütün yaxşı və pis işləri özündə əhatə edən məfhumlara ümumi dəyər məfhumları deyilir. Qur᾿anda mövcud olan “səlah” və “fəsad” kəlmələri də ümumi dəyər məfhumlarındandır. Qur᾿anda digər

səh:148

ümumi dəyər məfhumu “mə᾿ruf” və “münkər” məfhumlarıdır. Mə᾿ruf, bütün yaxşı, münkər isə hər hansı bir pis işdir. “Xeyr” və “şər” də Qur᾿anda bu qəbildən olan məfhumlar sırasında durur.

Dəyər məfhumlarının xüsusiyyətlərindən biri, onların təcrübi me᾿yarlarının olmasıdır. Məsələn, hava istidir və ya bura işıqlıdır, dedikdə, sözlərimizi təcrübədə göstərə bilirik. Havanın istiliyindən bədənimizdə hərarət artır, tərləyirik və bir növ narahat oluruqsa, deməli havanın istiliyini duyur və təsdiq edirik. Eyni zamanda üşüyür və titrəyiriksə, bunu da havanın soyuqluğundan bilirik. Bu tərtiblə anlatmaq, çatdırmaq istədiyimiz bə᾿zi məfhumları təcrübədə müşahidə etməklə, göstərməklə digərlərinə çatdırmış oluruq.

Amma dəyər məfhumları belə deyillər. Biz hansı hisslə bir işin yaxşı və ya pis olmasını təcrübə edə bilərik? Deyirlər yaxşı və pis, səlah və fəsad, mə᾿ruf və münkər dəyər sisteminə daxildirlər. Hər cəmiyyətin, hər dəstənin özünün e᾿tiqadlı olduğu belə dəyər sistemləri vardır. Yə`ni, bir sıra işləri yaxşı və dəyərli, digərlərini isə, pis bilirlər. Mümkündür, bir iş bir cəmiyyətdə yaxşı hesab edilsin, amma digər bir cəmiyyətin dəyər sistemində həmin işə pis baxılsın. Məsələn, bir cəmiyyətdə digərlərinə ehtiram göstərmək xüsusi şəkildə həyata keçirilir; halbuki, həmin işi başqa cəmiyyətdə mənfi qarşılayırlar. Buna görə də səlah və fəsad məsələsi hər cəmiyyətin dəyər sistemində bir-birindən fərqli şəkildə başa düşülür.

Səlah və fəsadın dəyər məfhumlarından olduğunu nəzərdə alaraq, yerindəcə soruşa bilərik ki, əgər bu

səh:149

kəlməni müəyyən bir məsələdə istifadə etməli olsaq, islahı hansı dəyər sisteminə əsasən açıqlamalıyıq? Amerika islahı baxımından, yoxsa İslami islah nəzərindən? Nəyə görə inqilab rəhbəri buyururdu: “Bizim cəmiyyətimizdə İslami islahı hər kəs qəbul edir, amma Amerika tipli islahı heç kəs qəbul etmir.” Görəsən, bu iki islah arasında nə fərq vardır? Buna görədir ki, hər ölkənin dəyər sistemində, mədəniyyətində islah kəlməsini, bu kəlmənin tabe olduğu dəyər sisteminə əsasən istifadə edirlər. Onların hansı işi yaxşı və bəyənilən, hansı işi isə pis və ləyaqətsiz adlandırmalarına diqqət etməliyik ki, yaxşılığı və pisliyi ölçmək üçün hansı meyarları əsas götürürlər. Buna görə də, hər hansı bir işin pis və ya yaxşı olmasını bilmək üçün əvvəl ölçü meyarlarımızı təyin etməli və hansı dəyər sistemini qəbul etdiyimizi araşdırmalıyıq. Görəsən İslami dəyər sistemini qəbul etmişikmi və islahatı bu dəyər sistemi əsasında aparmaq istəyirikmi? Biz İslamın müsbət hesab edərək əmr etdiyi işləri həyata keçirmək və pis buyurduğu işlərə qarşı mübarizə aparmaq istəyirikmi?

Bunu da xatırladaq ki, əksər xalqlar bütün şəraitlərdə, adət-ən᾿ənələri, mədəniyyətləri arasında olan ixtilaflara baxmayaraq, ümumi olaraq, bə᾿zi şeylərin pis olmasını anlayır və qəbul edirlər. Məsələn, əgər bir adam yersiz olaraq kimisə incitsə, vursa, heç nəyə görə bir nəfərə xəsarət varid etsə, öldürsə və yaxud digərinin malını səbəbsiz mənimsəsə, başqasının namusuna təcavüz etsə, kimliyindən asılı olmayaraq, hamı onun pis iş tutduğunu söyləyər.Həqiqətdə, hər kəs zülmün bu kimi nişanələrini başa düşür və bütün

səh:150

xalqlar arasında da bu cür işlərə pis baxılır. Eynilə, bir sıra işlərin yaxşı olmasını bütün xalqlar qəbul edir. Məsələn, xalqın sağlamlığını nəzərdə tutan xidmət növləri kimi. Əgər bir adam hər hansı xəstəliyin əlacında yeni bir dərman növü kəşf etsə və xalqın ixtiyarına qoysa, hamı onu tə᾿rifləyər və yaxşı iş gördüyünü deyər. Buna oxşar məsələlərdə ixtilaf yaranmır. Amma bütün yaxşı və pis işlər bu cür deyil. Bu günlər bizim ehtiyac duyduğumuz bə᾿zi məsələlər müxtəlif cəmiyyətlərdə fərqli baxışlarla qarşılanır.

Son vaxtlar yəqin ki, “svilizasiyalar arasında dialoq”, “vahid svilizasiya”, “mədəniyyətin dünyəviləşdirilməsi” və bu kimi digər sözlərlə rastlaşmısınız. Bu qərb siyasəti olub, xalqların milli-mədəniyyətlərinin aradan aparılması məqsədilə həyata keçirilir. “Qərb inteqrasiyasına qovuşmaq” ifadəsi də bu qəbildəndir.

Onların nəzərinə görə İslamın bə᾿zi cəza qanunları - məsələn, əl kəsmək, şallaq vurmaq, e᾿dam etmək kimi kəskin cəza tədbirləri pis və bəyənilməzdir. Müasir ifadələrlə desək, insanlığa ziddir. Buna görə də “Beynəlxalq İnsan Hüquqlarının Bəyannaməsi”ndə göstərilir ki, bütün ölkələr bu cür ağır cəza növlərini ləğv etməlidirlər. Yə`ni, İslamın bütün cəza hökmləri onların nəzərində vəhşilik və qeyri-insani qayda-qanunlar sayılır. Xüsusi ilə də şallaq vurmaq, e᾿dam etmək məsələlərində. İnsan hüquqları bəyyənnaməsində belə qeyd olunmuşdur: “Bütün ölkələr çalışıb, bu kimi ağır cəzaları ləğv etməlidirlər.” Onlara görə bu kimi cəza tədbirləri fəsad hesab edilir və islah olunmalıdır. Hansı mə᾿nada islah olunmalıdır?

səh:151

Biz İslam mədəniyyətinə əsasən deyirik: ”Qur᾿anın buyurduğu hər bir şeyə əməl edilməlidir. Əgər əməl edilməsə fəsaddır.” Fəsad ilahi hökmlərin dayandırılması deməkdir. Onların dediklərinə nəzər salaq: “İslami hökmlərin icrası fəsaddır. Onunla mübarizə edilməli, bu qəbildən olan hökmlərin icrasının qarşısı alınmalıdır. Bu təqdirdə islahat həyata keçmiş olur.”

Bu qərb mədəniyyəti əsasında olan islahatdır. İnsan hüquqlarının bəyənnaməsində, “Biz hər cür vəhşiliklə mübarizə aparırıq” deyəndə, bunları nəzərdə tuturlar. Yoxsa hər hansı cəmiyyətdə törədilən adi zorakılıqları hamı pisləyir və onların pis iş olmasını da hamı qəbul edir. Yersiz söyüş söyməyi, əxlaqsız hərəkətlər etməyi kim yaxşı iş hesab edir ki?! Lakin onlar İslamın cəmiyyətin sağlam mühitinin qorunub-saxlanılmasında nəzərdə tutduğu və icrasına tə᾿kid etdiyi cəza tədbirlərini bəyənmirlər. Deyirlər: “Belə cəza tədbirləri qeyri-insani hərəkətdir, indiki zamanda müasir dünyamız belə şeyləri qəbul etmir. İslahatın aparılması üçün onları tərk edib, belə qanunlara qarşı mübarizə aparılmalıdır. Əgər hər hansı bir qanun toplusunda bu cür hökmlərə yer verilmişdirsə, həmin qanun toplusu qərbin svilizasiyalı həyat tərzinə layiq deyildir. Buna görə də islah edilməlidir.” Amma bizim dediyimiz islah bunun tam əksinədir. Əgər bir qanun İslam qanunun ziddinə olarsa, dəyişdirilməlidir ki, islah edilmiş olsun. Əgər qanun İslamla müvafiq olarsa islah, əgər İslamın ziddinə olarsa fəsad sayılır.

səh:152

Münafiqlərin islahat haqqındakı nəzərləri

Qədim zamanlardan üzü bəri bu kimi çoxmə`nalı kəlmələrdən sui-istifadə etmək, onları düzgün mə᾿nasında işlətməmək, mə᾿nalarında müğalitə etmək münafiqlərin əsas metodlarından biri olmuşdur. Münafiqlər ikiüzlüdürlər. Həmişə elə danışırlar ki, sözlərini hər iki tərəfə yozmaq mümkün olsun. Nifaq, həmin ikiüzlülükdür. Onlar həmişə haqq və batil arasında sərhəd üzərində hərəkət edirlər. Nə sırf batili tuturlar, nə də sırf haqqı. Əgər işin nəticəsi haqqın xeyirinə tamamlanarsa, özlərini bu dəstənin adamı kimi tanıtdıraraq deyirlər: “Məgər biz sizinlə deyildikmi?! Əlbəttə ki, biz sizinlə olmuşuq və mö᾿minik.” Əgər işin qarşı tərəfin xeyirinə qurtardığını görərlərsə, tez deyərlər: “Biz də elə əvvəldən siz deyəni deyirdik. Onlara da bu işləri görməmələrini deyirdik, amma bizə qulaq asmadılar.

Haqq və batil arasında sərhəd zolağında hərəkət etmək münafiqlərin əsas xüsusiyyətlərindən biridir. Qur᾿an bu barədə belə buyurur:

”(Onlar həmişə) iki fikirli və tərəddüdlü olarlar; nə mö`minlərin yanına sabit bir fikirdə gedərlər və nə də ki, kafirlərin; Allah hər kəsi yolundan azdırsa, heç vaxt hidayət yolunu tapa bilməz.”

Bu cür adamlar həmişə münasib fürsət gözləyirlər. Həqiqətdə nə bu tərəfi qəbul edirlər, nə də o biri tərəfi. Öz xeyirlərini güdürlər. Əgər bu gün külək bu tərəfdən əssə, mö᾿min olurlar; sabah iş başına başqa dəstə gəlsə, özlərini islahatçı adlandırır və qarşı tərəfə keçirlər. Gündə bir dona girirlər. Şəraitin, vəziyyətin tələbinə

səh:153

uyğun olaraq rəngdən-rəngə düşürlər. Bunlar hamısı nifaqın xüsusiyyətlərindəndir. Nifaqın digər xüsusiyyətlərindən biri də, onların özlərini səlah əhli bilmələridir. Qur᾿ani-Kərimdə bu barədə buyurulur:

“Münafiqlərdən bir dəstəsi deyərlər ki, biz Allaha və qiyamət gününə iman gətirmişik, halbuki iman gətirməyiblər.”

“Onlar Allahı və mö`minləri aldatmaq istəyirlər, halbuki onlar yalnız özlərini aldadırlar və nadanlıq üzündən bunu başa düşmürlər.”

Bə᾿zi insanlar deyirlər: “Biz Allaha və qiyamət gününə iman gətirdik, bizim də dinimiz, imanımız vardır.” Lakin yalan deyirlər. Münafiqlərin digər iddialarından biri də budur. Qur᾿anda bu barədə belə buyurulur:

“Elə ki, (mö`minlər) onlara deyər: Yer üzündə fəsad etməyin, deyərlər ki, biz yalnız islahat aparırıq.”

Əgər onlara deyilsə, fəsad etməyin, cinayət törətməyin, qanunu pozmayın, camaata yersiz töhmət vurmayın, gizli işlərə əl atmayın, deyərlər: “Biz islah əhliyik; biz islahatçıyıq.” Bunların “islah”dan məqsədləri tamam başqa şeydir. Allah onlara buyuranda ki, fəsad etməyin, onlar öz bildiklərini edərlər. Allah onların işlərini ilahi dəyər sistemində və Qur᾿anda fəsad adlandırır və buyurur: “Fəsad etməyin.” Ancaq onlar digər dəyər sistemini qəbul edirlər. Bu günlər onların bəyəndikləri dəyər sistemini Amerikanın və qərbin dəyər sistemində mücəssəm etmək olar. Peyğəmbərin (s) dövründə də İslam dəyərləri müqabilində batil nəzəriyyələr mövcud idi. Heç bir fərqi yoxdur, İslamdan qeyri bütün

səh:154

nəzəriyyələr küfr və batildir. İstər ingilisin olsun, istərsə də qeyri millətlərin, heç bir fərqi yoxdur. İslam olmasa, bütün kafirlər vahid millət sayılırlar.

Qur᾿an - yer üzündə İslamın fəsad hesab etdiyi işləri görməyin - dedikdə, onlar - bizim gördüyümüz işlər fəsad deyil, islahdır - deyərlər. Bu məsələnin sirri, hər iki nəzəriyyənin öz bünövrəsi və qaynağı olmasındadır. Allah bir şeyi islah hesab edir, onlar da ayrı bir şeyi. Allah bir şeyi fəsad qəbul edir, onlar başqa bir şeyi. Elə buna görədir ki, Qur᾿an onların qarşısında cavab verir: “Həqiqi müfsidlər (fəsad edənlər) münafiqlərdir. Həmin o kəslərdir ki, özlərini islahatçı adlandırırlar. Belələri zahirdə özlərini dindar göstərirlər: “Biz də Allaha inanırıq, bizim də imanımız var, ziyalı olmaqla yanaşı, həm də dindarıq.” Həqiqətdə isə, dindən xəbərsizdirlər.

Vəhydən söhbət düşdükdə deyərlər: “Ümumiyyətlə, din, bir adamın öz şəxsi işlərindəndir, dinin ictimai işlərə heç bir aiddiyyatı yoxdur. Dinin nə iqtisadiyyat haqqında nəzəri var, nə də siyasət işləri barədə görüşləri. Heç əxalaqi dəyərləri də yoxdur! Belə dəyərlərin dinlə heç bir əlaqəsi yoxdur! Bəs din nədir? Hər xalqın öz arasında tə᾿yin etdiyi bir sıra adət-ən᾿ənələr toplusu. Şəxsin ibadət ünvanı ilə fikirləşdiyi şey, onun Allahıdır! Bu məfhum bütpərəstlik çərçivəsində də ola bilər, Allah çərçivəsində də. Mümkündür, bir nəfər iki şeyi Allah bilsin, digəri üç şeyi, din deyilən şey budur. Bunların bir-birindən heç bir fərqi yoxdur. Bu ayrı sirati müstəqimdir, o da ayrı bir yol. Daşdan yonulmuş bütə pərəstiş etmək bir

səh:155

yoldur, İslamın dediyi Allaha ibadət etmək isə başqa bir yol. Heç bir fərqi də yoxdur!”

Necə yə`ni fərqi yoxdur? Mə`lum məsələdir, onların nəzərinə görə, bunların heç birinin həqiqəti yoxdur. Bütün dinləri yalan hesab edəndə, daha onların arasında bir fərq qalmır ki! Bu cür adamlar dindarlıq iddiası edirlər: “Biz rəhbərik, yol göstərənik! Başqalarına yol göstərib, onlara din öyrədirik.” Belələri islahatçılıq iddiası da edirlər. Görəsən, hansı dəyər sisteminə əsasən islahat aparmaq istəyirlər?! Özləri, aləmdə sabit, daimi olacaq heç bir dəyər sistemi olmadığını iddia edirlər. Əlbəttə, İslam hökmlərindən söhbət gedəndə, başqalarının gözündən pərdə assınlar deyə, deyirlər: “Bəli, bu İslamın buyurduğu hökmdür, lakin 1400 il bundan qabaqkı cəmiyyət üçün gəlmişdir. Bu gün şərait dəyişib, zamanın öz tələbləri var. İslam da mütəhərrik, dəyişkən din olduğu üçün hər bir zamanın tələbinə uyğun olaraq, öz şəklini dəyişir. Əgər İslam varsa, biz də onun tərəfdarıyıq və İslam sisteminin bərpasını istəyirik.” Amma hansı İslamı deyirlər? 1400 il bundan öncəki Peyğəmbərin (s) buyurduğu İslamı, yoxsa Amerikadan gətirdikləri İslamı? Görəsən yüz minlərlə şəhidin canını qurban verdiyi din sizin dediyiniz dindir? Yoxsa adını İslam qoyduğunuz kafirliyə din deyirsiniz? Bəlkə, islahat adı ilə törətdiyiniz bu fəsad və pozğunluqları din adlandırırsınız?! Qız-gəlinləri yarıçılpaq vəziyyətdə küçələrə salıb mədəniyyət adı ilə səhnələrə çıxarmağı islahat, cürbəcür spritli içkilərin küçə vitrinlərini bəzəməsini inkişaf adlandırırsınız?! Sizin arzusunda olduğunuzu azadlıq cavan oğlan və qızların küçə və

səh:156

xiyabanlarda çıxartdıqları hoqqabazlıqlardımı?! Mənə deyirlər niyə belə şeyləri danışırsınız? Bəs indi danışmasam, nə vaxt danışmalıyam? Bu bəylərin həyata keçirmək istədikləri islahatdan yeganə məqsədləri, kafirlərin 2500 illik adət-ən᾿ənələrinin yenidən dirçəldilməsidir. Bu da olur islahat! İlahi hökmlərin yığışdırılıb, yerində şeytani oyunları hakim etməsini islahat adlandırırlar! Qur᾿an qanunlarının dəyişdirilməsini islahat adlandırırlar!

Müsbət islahat

İndi görək imam Hüseyn (ə) niyə qiyam etdi? Zamana, şəraitə görə dəyişən yeni dövlət yaratmaq istəyirdi. İslahat bu idimi? Buyurur: “Cəddimin gətirdiyi hökmlərə əməl edin!”

Xilafət iddiasında olan isə şərab əhli idi. Hətta bu xəstəliyə o qədər aludə olmuşdu ki, camaat namazına belə içkili halda gəlirdi. İmam Hüseyn (ə) isə başqalarından fərqli olaraq onun bu əməlinə göz yummur və buyururdu: “Şərabxora cəza verilməlidir!”

İmam Hüseyn (ə) buyurmuşdur: “Mən cəddimin ümməti arasında islahat aparmaq üçün xüruc etmişəm.” Gəlin imamın bu sözləri deyərkən hansı məqsəddə olduğunu araşdıraq və “İslahat nədir?” sualını aydınlaşdıraq. İlk növbədə o həzrətin çıxışından bə᾿zi hissələri qeyd etmək istərdim.

Kərbəla yolunda çıxışlarının birində həzrət buyurur: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq,

səh:157

peyğəmbərin (s) əmrlərinə itaət etmədiyini və xalqla rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola də᾿vət etməsə, onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlər cərgəsində qərar tutsun.”

Yə᾿ni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir. Həmin zalım zülmə əl atdı, bu şəxs də sükut etdi. Xilaf işin müqabilində sükut etmək, onun gördüyü işi imzalamaq deməkdir. Bununla da o, həmin işi təsdiq etmiş olur və onların həmdəminə çevrilir. Sonra buyurur: “Mənim qarşı-qarşıya dayandığım adamlar (Bəni-üməyyə) şeytanın itaətinə keçib, onun həmdəmi olublar. Allah-taalanın öz bəndələri ilə əhdi bu idi: “Şeytana ibadət etməyin ki, o sizin aşkar düşməninizdir.” Bu əhdin əksinə əməl etdilər. Şeytana itaət edib, Allahdan üz döndərdilər; onlar fəsadı üzə çıxartdılar.”

Bu kəlmələr mənim sözlərimin əsas dəlilidir. Fəsadı zahir edib, cəmiyyətdə aşkara çıxartdılar; ilahi hökmlərin icrasını dayandırdılar. Allahın hökmlərinin ziddinə getdilər. Bunlar fəsad və qanunsuzluqlardır. Hüseyn (ə) məktəbində də fəsad bunlara deyilir: “Beytül-malı ata malı bilib, öz yaxınları, qohumları arasında bölüşdürdülər. Bütün müsəlmanlara məxsus olan dövlət büdcəsini, ixtiyarlarında olan ümumi imkanlarını öz tərəfdarlarının ixtiyarına qoydular.”

Allahın haram buyurduqlarını halal etdilər. Allahın haram buyurduğu şeylər haqqında belə deyirlər: “Nə haram? Bir az istifadə etməyin eybi yoxdur! Ya da indi

səh:158

eybi yoxdur, dolanmaq olmur, acından öləsi deyilik ki? İslam da şəraitə, zamana görə dəyişir, yeni şəkil alır. Bizə fəal din lazımdır, dünən haram idi, bu gün halal!” İşi elə yerə gətirib çıxarıblar ki, hətta dindar cavanlar belə soruşurlar: “Nə vaxt oğlanın qızla dostluğu caiz olacaq? Hələ müctehidlər icazə verməyiblər?” Onlara deyəndə ki, bunlar halal olacaq işlər deyil, Allah haram buyurduğu şeylər haramdır. Cavabında deyirlər: “Yox, çox şeylər var idi ki, haram idi, lakin indi halaldır.” Dinin zamana görə dəyişməsini bu cür fikirləşirlər; yə᾿ni, bir gün yetişəcək ki, Allahın hökmləri əvəz olunacaqdır. Kim əvəz edəcəkdir? Hakimin qüdrətimi!

İmam Hüseyn (ə) zalım qarşısında e᾿tiraz etməyin hər müsəlmanın borcu olduğunu xatırladıb, sözünü belə davam etdirir: “Məgər Allahın Rəsulu (s) deməyibdir ki, zalım hakimin rəftarına e᾿tiraz edib, onu doğru yola səsləməyənin yeri cəhənnəmdir?! Belə bir zamanda zalımlar əleyhinə qiyam etməyə məndən ləyaqətli daha kim olacaqdır? Bu islahatları aparmağa hamıdan çox mənim haqqım vardır. Mənim xürucumun səbəbi bu islahatlar üçündür.”

Mən cəddimin ümməti arasında islahat aparmaq istəyirəm – deyə buyurduqda, aşağıdakı mətləbləri nəzərdə tuturdu:

İlahi hökmlər əvvəlki vəziyyətinə qayıtmalıdır;

Beytül-mal və ümumi imkanlar müsəlmanların arasında ədalətli şəkildə bölünməlidir;

İnsanların hamısı bərabər hüquqa malik olmalıdır;

İqtisadi, idari, hüquqi imtiyazlardan bərabər şəkildə istifadə edilməlidir.

səh:159

Qohum-əqrəbalara, dost-tanışlara üstünlük veriməməlidir. Bunlar hamısı fəsad və qanunsuzluqlardır. Belə fəsadların qarşısını almaq lazımdır, qiyam edilməlidir. İmam Hüseyn (ə) bu cür fəsadların kökünü kəsmək üçün qiyam etmişdi. Əgər islahatçıların nəzəri bu növ islahat olarsa, elə biz də bunu istəyirik. Bu növ islahatın düzgün olduğunu hamı qəbul edir. Əlbəttə, müxalif olanlar da var. Onlar ya müsəlman deyillər və ya müsəlman olsalar da, Allaha və ilahi hökmlərə imanları yoxdur. Onların İslam dini iddiasında olmaları gözdən pərdə asmaq üçündür. İslamın dəyər sisteminə əsaslanan islah, yaxşı əməldir. Bütün kafirlər bir zümrədəndirlər. İslami dəyərlərlə müxalifətçilik edən hər bir şəxs bizim düşmənimizdir. Biz İslami dəyərlərin həyata keçməsi və ilahi qanunların icra olunmasını istəyirik. Amerika və onun əlaltıları isə, bütün bunların insan hüquqlarına zidd olduğunu iddia edirlər. İddialarında hansı dəyər sisteminə əsaslandıqları da mə`lumdur.

Biz Avropa parlamenti, Amerika konqresi və buna bənzər qurumların deyil, Qur᾿anın, Allah Rəsulunun sünnəti üzrə əməl edirik.

İmam Hüseyn (ə) başqa bir çıxışında buna oxşar məsələ haqqında buyurur: “Bunlar Allahın qanunlarını batil etdilər.”

Qanunu batil etmək, onun icrasını dondurmaqdan daha pisdir. Müasir İslam iddiasında olanlar İslam hökmlərinin yersiz, insani dəyərlərə zidd və ya mövcud şəraitlə uyğunlaşmadığı fikrini irəli sürürlər. Daha doğrusu, fikir yox, cəfəngiyat uydururlar. İslamın hökmləri daimi olub, bütün dövrlər üçün nəzərdə

səh:160

tutulmuşdur. Bu iddia sahiblərinə məsləhətim budur ki, hökmlərin Allah-taala tərəfindən verildiyini nəzərdən qaçırmasınlar. Bu hökmlər insan təfəkkürünün nəticəsi deyildir ki, icrası müəyyən dövrə münasib olsun. Bu sizin qəbul etdiyiniz aktlar, qərarlar deyil ki, gilavar küləyi kimi hər saatdan bir istiqamətini dəyişsin. İlahi hökmlər dövrün tələblərinə uyğun dəyişdirilməməlidir. Əksinə, hər dövrün problemlərinin həlli Qur᾿ana, ilahi hökmlərə əsaslandırılmalıdır.

Bir zamanlar milli cəbhə “Qisas” layihəsi haqqında da bu sözləri deyirdilər. Berlin konfransında rəsmi surətdə - “Bu qanunlar dəyişilməlidir!” - şüarı ilə çıxış edənlər İslam hökmlərini məhkum etmək istəyirlər. Təəssüflər olsun ki, adını ruhani qoyan bə᾿ziləri də belə biabırçılıqlara səbəb olurlar. Özünü konstitusiya tərəfdarı adlandıranlar, heç olmasa həmin qanunlara hörmət qoyub, belələrini mühakimə etməlidirlər. Siz İslamın vacib buyurduqlarını inkar etdiniz! Siz xarici ölkələrdə İslamın, müsəlmaların nüfuzuna xələl gətirdiniz. Bəs insafınız, şərəfiniz harada qaldı? Görəsən e᾿tiqadlı olduğunuz konstitusiya bunlar barədə bir söz demirmi? Qəzetlər və s. kütləvi informasiya vasitələrində xalqın heysiyyatına toxunaraq, bu əməlləri “Söz və mətbuat azadlığı” adlandırırlar.

İmam Hüseyn (ə) buyurur: “Mən Allahın dininə yardımçı olmaqda, şəriəti dirçəltməkdə hər kəsdən daha öndəyəm, bu işə hər kəsdən daha çox mənim səlahiyyətim çatır. Bunlar Allahın şəriətini bir tərəfə qoyub onu təhqir etdilər. Mən Peyğəmbərin (s) övladı olduğum üçün ilahi şəriəti dirçəltməkdə hamıdan

səh:161

artıq məs`uliyət daşıyıram. Mən Allah yolunda cihad etməliyəm!”

İmam Hüseyn (ə) başladığı hərəkatı “Allah yolunda cihad” adlandırır. Bu hədəflə cihad edir ki, ən uca, ən üstün söz Allahın sözü olsun! Bir kimsə ilahi kəlamdan yüksək söz danışmaq iddiasında olmasın. Allah sözü gələndə heç kəs dillənməsin. Deməsinlər ki, nəuzubillah, Allahın buyurduqları 1400 il bundan əvvəlki dövr üçün yaxşı idi. Bu gün biz özümüz hər şeyi Allahdan da yaxşı başa düşürük!

İmam Hüseyn (ə) qardaşına yazdığı vəsiyyətnaməsində hədəfini belə açıqlayır: “Mən cəddimin ümməti arasında islah tələbi ilə xüruc etmişəm!” Mümkündür ki, bu cümlədə imam Hüseyn (ə) tələb sözünə işarə etməklə nəzərində bu mətləbləri tuturdu: “Mən demirəm hökmən bu işin öhdəsindən gələcək, bütün problemləri həll edib, fəsadı aradan qaldıracağam. Amma bu yolda addım atıb, əlimdən gələni edəcəyəm. Əgər xalq da öz vəzifəsinə əməl edib, mənə köməklik göstərsə, bu iş baş tutacaqdır. Məqsədimizə nail olub, fəsadı islah edəcəyik. Amma xalq kömək göstərməsə, yenə də mən öz vəzifəmə əməl etmiş oluram.”

Görəsən, bu insanın və ya kiçik bir dəstənin əlindən bundan artıq nə iş gələ bilərdi? Öz inqilabı ilə elə bir oyanışa səbəb oldu ki, üstündən 1300 il keçməsinə baxmayaraq, dünyanın əksər xalqları bu əzəmətli hərəkatdan ilham alıb zülmə, ədalətsizliyə qarşı mübarizə aparırlar. Xüsusi şövqlə, həyəcanla qərbdən tutmuş, şərqə qədər İmam Hüseyn (ə) müsibətinə göz yaşı axıdırlar. Bu məktəbin bəhrələrindən biri də İran

səh:162

İslam İnqilabıdır. Buna oxşar nailiyyətlərə İslam tarixində çox rast gəlmək olar. Düzdür, tarix boyunca baş vermiş belə hadisələrin heç biri İran İslam İnqilabı qədər şövkətli, bərəkətli olmayıb; belə də olmalı idi. Çünki təcrübələr təkrar olunur, xalq olub-keçənlərdən daha çox ibrət götürür.

səh:163

Aşura qiyamının hədəfləri (2)

Əmr be mə᾿ruf və nəhy əz münkər;

Əmr be mə᾿ruf və nəhy əz münkərin əhəmiyyəti;

Pisliklər qarşısında müsəlmanların vəzifəsi;

Əmr be mə᾿ruf və nəhy əz münkəri tərk etməyin nəticəsi.

səh:164

Keçən bəhsimizdə söhbət açdığım məsələlərdən biri də, imam Hüseynin (ə) dinin dirçəldilməsi üçün qiyam etməsi idi. Bu barədə az da olsa, eşitmişik. Lakin bu hadisəni təfsilatı ilə bilmirik; aydınlaşdırmaq lazımdır ki, imam Hüseyn (ə) dinin dirçəldilməsində necə qiyam edibdir. Bu qiyam dinin dirçəldilməsində nə kimi rol oynamışdır? Həzrət (ə) öz hədəfinə nail ola bilmişdir, ya yox?

Əvvəlki bəhsimizdə imam Hüseynin (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsindən bə᾿zi hissələri sizə qiraət etdik. “Mən cəddimin ümməti arasında islah tələbi ilə xüruc etmişəm” cümləsi ətrafında açıqlamalar verdik. İndi həmin çıxışın ardınca söhbətimizi davam etdirəcəyik. İnşallah!

Yaxşılığa əmr etmək və pisliklərdən çəkindirmək

Həzrət İmam Hüseyn (ə) sözünü belə davam etdirir: “Mənim qiyamımın səbəblərindən biri də, yaxşılığa əmr edib, pisliklərdən çəkindirməkdir.”

Dini ədəbiyyatda bu məsələ “əmr be mə᾿ruf və nəhy əz münkər” adı ilə gətirilir və biz də bundan sonra bu addan istifadə edəcəyik.

Yə᾿qin ki, “əmr be mə᾿ruf və nəhy əz münkər” tə᾿birini dəfələrlə eşitmisiniz. Həmçinin - “Aşura qiyamı əmr be mə᾿ruf üçün idi” - mətləbinə rast gəlmisiniz. Burada qarşıya əksəriyyəti düşündürəcək bir sual çıxa bilər. Soruşa bilərsiniz ki, görəsən bizim dini ədəbiyyatlarda rast gəldiyimiz və alimlərin haqqında bəhs edərək xüsusi şəkildə vurğuladıqları «əmr be

səh:165

mə᾿ruf»la, imam Hüseynin (ə) çıxışında söylədiyi və əməl etdiyi «əmr be mə᾿ruf» arasında nə kimi fərq vardır?

Gəlin, imam hüseynin (ə), şəriətin vacibi hökmlərindən olan əmr be mə`rufun icrasındakı sə`ylərinə diqqət yetirək. Həzrət İmam kimlərinsə dini hökmləri, xüsusilə də əmr be mə`rufu icra etmədiklərinə görə, ailəsi ilə birlikdə otsuz-ələfsiz, susuz bir səhraya yola düşür. Onlar islahatı qəbul etmədikləri üçün həzrət onlarla cihad etməli olur. İmam hüseyn (ə) “əmr be mə᾿ruf” hökmünün dirçəldilməsi uğrunda şəhid olur. Bu biz müsəlmanlara bir örnək olmalıdır.

Bir tərəfdən də eşitmişik ki, «əmr be mə᾿ruf»un xüsusi şərtləri vardır. Şəraitə, vəziyyətə görə onun həyata keçirilməsi müxtəlif mərhələlərə bölünür və hər mərhələnin də özünəməxsus şərtləri var. Əsas şərt insana qorxu, təhlükə törətməməsidir. Halbuki, imam Hüseyn (ə) Kərbəlada şəhid ediləcəyini bildiyi halda bu işə əl atdı. Onda görəsən imam Hüseynin (ə) bu əməli, bizim əhkam kitablarında oxuduğumuz əmr be mə᾿rufla - dinin o biri vacib əməllərindən biri sayılan bu məsələ ilə - necə uzlaşır?

Bu suala cavab olaraq, bə᾿ziləri bu növ əmr be mə᾿rufun ancaq imam Hüseynə (ə) aid olmasını iddia edirlər; bu qərarı asimandan ona nazil olmuş xüsusi bir hökm kimi qiymətləndirilər. Bə᾿ziləri də belə deyirlər: “Ümumiyyətlə, hər imamın Allah tərəfindən özü üçün nəzərdə tutulmuş xüsusi vəzifələri vardır. Bu cür xüsusi vəzifələr onlara Allah tərəfindən tə᾿yin olunur. Bu əməllər ancaq imamlara aid olub, digər cəmiyyət üzvlərinə şamil ola bilməz.” Sizcə, bu cavab düzgün və

səh:166

qənaətbəxş ola bilərmi? Görəsən imam Hüseynin (ə) Kərbəla çölündə o şəkildə həyata keçirmək istədiyi əmr be mə᾿ruf ancaq onun özünə aid idimi? Bu qərar xüsusi xarakter daşıyırdımı və nə vaxtsa belə bir zərurət qarşıya çıxsa, digərləri də bu üsuldan yararlanmamalı idilərmi? Mümkündür, belə suallar kimisə düşündürsün və hətta ilkin olaraq bu suallara müsbət ya mənfi şəkildə cavab da verilsin. Amma sual diqqətlə araşdırılmalı, cavabı da aydın və məntiqi olmalıdır.

Bu cavabın şərhinə başlamazdan əvvəl əmr be mə᾿rufun Qur᾿an və rəvayətlərdə buyurulmuş əhəmiyyətinə işarə etmək istərdik.

Əmr be mə`ruf və nəhy əz münkərin əhəmiyyəti

İslam cəmiyyətində, ailədə, məktəblərdə uşaqlara öyrədilən ilkin dərslərdən biri də üsulidin və füruidin məsələləridir; dinin e`tiqadi əsasları və əməli bölmələri. Dinin əsasları onun kökü və gövdəsi, bölmələri isə onun şaxələri misalındadır. Bu şaxələrin sayı ondur. Onun yeddinci və səkkizinci şaxəsi “Əmr be mə᾿ruf və nəhy əz münkər” adlanır və onların icrası hər bir müsəlmana vacibdir. Yə᾿ni, bu hökmlər hər bir müsəlmanın boynunda olan vacib əməllərdən biridir.

Beləliklə, əmr be mə᾿ruf və nəhy əz münkərin vacib olması məsələsi hamıya aydınlaşdı və hər bir şəxs bunun dinin zəruri əməllərdən biri olduğunu bilir. Kimsə bəhanə edib deyə bilməz ki, mənim bu iki məsələdə baxışlarım fərqlidir, mən bunları vacib əməllərdən saymıram. Hətta balaca uşaqlara deyəndə ki, dinin vacibatlarını, yə᾿ni şaxələrini say,

səh:167

fikirləşmədən deyir: Namaz, oruc, həcc və s. və nəhayət əmr be mə᾿ruf və nəhy əz münkər.

Bir şeyin dinin zəruri məsələlərindən olması o deməkdir ki, həmin şeyi bilərəkdən inkar etmək İslamı inkar etməyə bərabərdir və insanın mürtədliyinə dəlalət edir. Həmçinin, həmin şeyi iqrar etmək Qur᾿anı, peyğəmbəri (s), Allahı təsdiq etmək deməkdir.

Bu barədə çoxlu sayda Qur᾿an ayələrinin mövcudluğu, dediklərimizə aşkar sübutdur. Onun barəsində kifayət qədər hədis, rəvayət də söylənilmişdir. Mən bu barədə deyilmiş rəvayətlərdən bir-ikisini nümunə olaraq söyləməklə, sizi məsələ ilə daha da yaxından tanış etmək istəyirəm.

Mərhum Şeyx Tusi “Təhzib” və mərhum Kuleyni “Üsuli-kafi” kitabında belə rəvayət edirlər: “Həzrət Baqir (ə) Cabirə belə buyurur: “Axirəz-zamanda bir xalq olacaq ki, xüsusi bir dəstənin ardınca gedəcək, o dəstənin sözlərinə, əməllərinə e᾿timad edib, onları haqq biləcəklər.”

Xalqın e᾿timadını qazanmış həmin dəstəni cəmiyyət arasında alim və sözü-əməli doğru-dürüst adam kimi tanıyar, onların sözlərinə qulaq asarlar. Həmin şəxslər bu sifətlərə malik olarlar: yətəqərrun və yətənəssəkun.

“Yətəqərrun” kəlməsinin kökü “qiraət” sözündən götürülmüşdür. İslamın ilkin vaxtlarında Quranı və Quran elmlərini bilib digərlərinə təlim edənləri, ən böyük alim bilirdilər. Belə şəxslərə “qürra” deyirdilər. Məsələn, təzə müsəlmanlığı qəbul etmiş bir qövmə, ya bir ölkəyə Quranı öyrədəcək mübəlliğ (təbliğatçı) göndərmək istəyəndə, həmin qürralardan birini seçirdilər. Bu insanlar xalqa İslami hökmləri başa salar,

səh:168

Quranı təlim edər, bununla da onları hidayət edərdilər. Buna görə də bu şəxslər İslamın əvvəlində xalq arasında ən tanınmış, hörmətli şəxslər sayılırdılar. Amma bəzi adamlar bu məqamdan sui-istifadə edərək, yalandan özlərini qürra kimi qələmə verirdilər. Yəni, bu mühüm işə səlahiyyətləri çatmadığı halda, alim adı ilə zahir olub, öz şəxsi mənafelərini güdürdülər.

İmam Baqir (ə) buyurur: “Axirəz-zəmanda camaat bu cür qondarma ruhanilərin ardınca gedərlər.” Bu insanlar özlərini ruhani, alim kimi qələmə verməkdən əlavə, yalançı abid donuna da girərlər.

“Yətənəssəkun” sözünün kökü “nüsük sözündəndir və faili “nasik”dir. Nasik ibadət əhli, ibadət edən mə`nasındadır. Tənəssük isə, özünü zahirdə ibadət edən kimi göstərmək deməkdir.

Axirəz-zamanda bu cür ruhanilərin sözünə inanıb arxasınca düşənlərin əksəriyyəti sadəlövh və dünyagörüşləri səthi olan adamlar olacaqdır.

Xalqın e᾿timad etdiyi həmin alimlər əmr be mə᾿ruf və nəhy əz münkər məsələsinə diqqət yetirməzlər. Xalqa belə deyərlər: “Əmr be mə᾿ruf və nəhy əz münkər vacib deyil. Amma bir təhlükə, zərər yetişməzsə, əməl etmək olar. Əmr be mə᾿ruf və nəhy əz münkər o zaman vacib olur ki, onun deyilib-deyilməməyi sizin üçün problem yaratmasın. Yox, əgər sizin üçün kiçicik problem yaradarsa, vacib deyildir.”

Bu sözlər, əmr be mə`ruf və nəhy əz münkər məs`uliyyətindən yaxa qurtarmaq üçün bir bəhanədir. Təbiidir ki, pisliklərdən çəkindirmək istədiyiniz insan, sizin sözlərinizin deyiliş formasından asılı olaraq, inciyə bilər. Bunu sizə biruzə verməsə də, tezliklə

səh:169

sizdən uzaqlaşar. Üzdəniraq ruhanilərin də qorxduğu bu amildir, yə`ni xalqın onlardan uzaqlaşması. Çünki, bu cür ruhanilər xalqa qazanc mənbəyi kimi baxırlar. Həqiqi ruhaniləri xalqın gözündən salmağa, onların nüfuzlarına xələl gətirməyə, beləliklə də, cəmiyyət arasında özlərinə yer etməyə çalışırlar. Bunun üçün həqiqi ruhanilərin söhbətlərini diqqətlə dinləyir, xırda bir səhv müşahidə edən kimi, onu cəmiyyət arasında yayaraq, bu nöqsandan öz mənafeləri üçün sui-istifadə edirlər. Onu elimsizlikdə, günah əhli olmaqda ittiham edir və nüfuzuna zərər gətirirlər. Bu kimi çirkin xislətli insanların xalqa, məscidə rəhbərlik etməyə, özlərini alim adlandırmağa səlahiyyətləri çatmır. Bunu mən demirəm; Şeyx Tusinin “Təhzib”ində və həmçinin, “Üsuli-kafi”də nəql olunmuşdur. İmam Baqir (ə) Cabirə belə buyurdu: “Yalançı ruhanilər doğru alimlərin izində olub, onların etdikləri səhvi güdərlər.”

Camaatın gözündə yaxşı görünən, canlarına və mallarına zərər verməyəcək namaz, oruc və s. işlərə üz tutarlar. Yə᾿ni, dini işlərdən elələrini seçərlər ki, canlarına, mallarına xətər dəyməsin və bu iş onlar üçün problem yaratmasın. Mə`lumdur ki, əmr be mə᾿ruf və nəhy əz münkər insandan cəsarət, malından, canından keçməsini istəyir. Biri əmr be mə᾿ruf etmək istəsə, bu ən azı tərəf müqabilinin ona göstərdiyi köməklərindən məhrum ola bilər. Adətən, maddi ehtiyacları ödənilmiş, sərvət, vəzifə sahiblərinin günaha düşmək imkanları da çox olur. İstər-istəməz əmr be mə᾿ruf edəndə onların hisslərinə toxunulur və bu da bir növ qarşılıqlı münasibətlərə mənfi tə᾿sir göstərə bilər. Buna görə də,

səh:170

özlərini ruhani, alim adlandıran belələri əmr be mə᾿ruf edəndə pul, vəzifə sahibləri ilə üz-üzə dayanmış olurlar. Onlarla da qarşı-qarşıya durmaq müəyyən problemlər, ixtilaflar yaradır. Bu səbəbdən də, özlərini ruhani kimi göstərənlər elə dini məsələləri, ibadətləri seçirlər ki, canlarına və maddi maraqlarına zərəri olmasın.

Əgər bir vaxt şərait dəyişsə, namaz qılmağın özü də canına, malına təhlükə yaratsa, namazı da buraxarlar. Çünki, belə bədbəxtlərin bir şeyi tutub digərini buraxmasında əsas me`yarları zərərdir. Əmr be mə᾿ruf, nəhy əz münkəri tərk etməklərinin səbəbi də, bundan qaynaqlanır. Bunlar mallarına zərər dəyə biləcəyindən qorxaraq əmr be mə᾿rufu tərk edirlər.

O həzrət daha sonra buyurur: “Onlar mallarının qorxusundan fərizələrin, ibadətlərin ən kamili, ən şərəflisi olan əmr be mə᾿rufu tərk etdilər.” Həzrət bu kəlamında əmr be mə᾿rufun əhəmiyyətini göstərərək, hətta onun namazdan da üstün olduğunu bildirir.

Əmr be mə᾿ruf və nəhy əz münkər İslamın ən böyük vacibi əmrlərindən biridir. Əgər əmr be mə᾿ruf unudulsa, digər vacibi əmrlərə də əməl edilməz və get-gedə cəmiyyətdə azğınlıq yaranar. Dinin davamı, əmr be mə᾿ruf və nəhy əz münkərdən asılıdır. Bu iki vacibata əməl edilmədikdə, digər vacib əməllər də yavaş-yavaş tərk edilir. Alim cilidinə girmişlər də belə olurlar. Cəmiyyətdə özünü alim və abid hesab edən şəxslərin bariz xüsusiyyətlərindən biri, onların əmr be mə᾿ruf və nəhy əz münkəri tərk etmələridir. Əlbəttə, əgər heç bir qorxusu olmasa, bu əməli də yerinə yetirirlər. Həzrət (ə) buyurur: “Axirəz-zamanda bu

səh:171

xüsusiyyətdə olan insanlar çox olacaq.” Sonra sözünə davam edib belə nəticə çıxarır: “Elə ki, camaatın işi bu yerə gəlib çatdı, bu kimi şəxslərin arxasınca düşdülər, Allah öz qəzəbini belə xalqa şamil edər və bütün xalq qəzəbə düçar olar. Elə ki, Allahın ümumi əzabı bir xalqa nazil oldu, yaxşısını da, pisini də birlikdə bəlaya düçar edər.”

Deməli, hər hansı cəmiyyətdə belə bir vəziyyət yaranarsa, yə᾿ni əmr be mə᾿ruf və nəhy əz münkər tərk edilərsə, həmin cəmiyyəti bu cür ağır bəla gözləyir və bir kimsə bu bəladan istisna olunmayacaqdır.

İmam (ə) sözünə davam edib, yenə də əmr be mə᾿ruf və nəhy əz münkər haqqında nəsihət verir: “Əmr be mə᾿ruf və nəhy əz münkər peyğəmbərlərin yoludur. Bu yolu getmək istəyənlər, əmr be mə᾿ruf və nəhy əz münkər əhli olmalıdırlar. Əgər belə olmasalar, digər yolun yolçusu olarlar. Peyğəmbərin getdiyi yoldan çıxmış hesab olunarlar.”

Saleh insanların qarşılarına qoyduqları mühüm vəzifələrdən biri də əmr be mə᾿ruf və nəhy əz münkərdir.

Həzrət (ə) təkrar olaraq buyurur ki, digər vacibi əmrlərin kökü bu məsələyə əsaslanır və əmr be mə᾿ruf və nəhy əz münkərdən asılıdır. Yolların əmin-amanlığı bu əməlin, yə᾿ni əmr be mə᾿ruf və nəhy əz münkərin sayəsində hasil olur. Alış-verişin də halallığı bu əməl ilədir. Əgər xalq alış-verişlərinin halal olmalarını istəyirlərsə, əmr be mə᾿ruf və nəhy əz münkəri həyata keçirməyə çalışmalıdırlar. Əks təqdirdə, yavaş-yavaş riba, sələm onların ticarətlərinə yol tapar və əgər bir kimsə buna e᾿tiraz edib nəhy əz münkər etməzsə, xalq

səh:172

artıq halalını haramından ayıra bilməz. Belə olduqda, halal harama qarışar. Əmr be mə᾿ruf və nəhy əz münkərin sayəsində məzlum öz haqqına çatar. Əgər biri digərinin haqqını əlindən almış olsa, əmr be mə᾿ruf və nəhy əz münkərin cəmiyyətdə bərqərar olunması, haqqın öz sahibinə qaytarılmasına səbəb olur. Ölkənin abadlığı da bu əməl sayəsindədir. Çünki, əmr be mə᾿rufa aid olduğu sahələr o qədər genişdir ki, hətta mənfəət xatirinə təbiətə, ekologiyaya zərər vuran təşkilatların da qarşısını almış olur. Nə üçün bə᾿zi zavodlar və nəhəng sənaye mərkəzləri ekoloji göstəricilərə riayət etmirlər? Bu sual yəqin ki, sizi maraqlandırır. Əlbəttə, bu onların maddi maraqları ilə uyğun gəlmir. Əmr be mə᾿ruf və nəhy əz münkərlə bu cür əməllərin qarşısı alınır, təbiət sağlam qalır və yer üzü abadlaşır. Məcburiyyət qarşısında qalıb insafa gəlirlər. Yə᾿ni, insaflı olmağa vadar edilirlər. Qüdrət sahibləri əmr be mə᾿ruf və nəhy əz münkər əhli olsalar, artıq düşmənlərin zülm etməyə cür᾿əti çatmaz. Bir şərtlə ki, əmr be mə᾿ruf cəmiyyətdə geniş vüs᾿ət tapsın, yoxsa bir nəfərin əmr be mə᾿ruf etməsilə, heç bir nəticə əldə etmək olmaz. Amma bütün cəmiyyət buna rəvac versə, düşmənlər ehtiyat edib mö᾿minləri sancmaqdan, incitməkdən çəkinərlər. Nəhayət, İmam (ə) buyurur: “Bütün işlər əmr be mə᾿ruf və nəhy əz münkər sayəsində səliqə-sahman tapır.” Bu iş, bizim əvvəldə söhbətini etdiyimiz islahatdır. Onun köməkliyi ilə azğın işlərə son qoyulur və bütün işlər öz qaydasına düşür.

İmam (ə) bir tərəfdən xəbərdarlıq edir ki, axirəz-zamanda əmr be mə᾿ruf və nəhy əz münkər rövnəqdən

səh:173

düşəcək və ona əməl edən çox az olacaq. Özü də azlıqda olan bu qrup bu hökmə bir şərtlə əməl edərlər ki, sözü gedən işin onlar üçün can və mal qorxusu olmasın. Bu vəziyyətdə əmr be mə᾿ruf və nəhy əz münkər məsələsi tamamilə unudular. İmam (ə) xəbərdarlıq edir ki, əgər belə bir vəziyyət yaranmış olsa, Allahın qəzəbinə düçar olacağınızdan qorxun. Elə bir əzab nazil olar ki, nə qurusuna baxar, nə də yaşına, nə böyüyünə baxar, nə də kiçiyinə, hamısını bir yerdə yandırar. Başqa bir tərəfdən, həzrət (ə) bu xəbərdarlığı edəndən sonra nəsihət edib buyurur: “Yaxşı, belə olmasın deyə nə etmək lazımdır? Belə bir gün gələcəkdir. Siz ki, mənə tabesiniz, onda nəsihətlərimi yaxşı yadda saxlayın ki, belə bir bəlaya düçar olmayasınız.”

Azğınlıq qarşısında müsəlmanların vəzifəsi

Sizin ilk vəzifəniz cəmiyyətdə baş vermiş hər hansı bir mənfi hadisəyə qarşı nifrət bəsləməyiniz, qəlbinizdə ona qarşı e᾿tiraz hissi oyatmağınızdır. Günah işlərin qarşısında görüləcək ilk iş ürəkdən bu işlərə nifrət yaratmaqdır, həqiqətən narahat olmaqdır.

Əgər ətrafınızda, məhəllədə, məktəbdə mənfi hallarla qarşılaşarsınızsa, soyuqqanlılıq göstərməyin. Unutmayın ki, bu hadisələrlə müntəzəm olaraq qarşılaşsanız, artıq bu məsələyə adət edəcək və onu adi qarşılayacaqsınız. Bu isə sonda sizin əxlaqınızın pozulmasına səbəb olacaqdır. İnsanların əksəriyyəti bu tipli hadisələri dəfələrlə müşahidə etdiklərindən, onlarda bir növ saymamazlıq, cəmiyyətdə baş verən

səh:174

mənfi hallara qarşı məs`uliyyətsizlik yaranmışdır. Bə`zilərinin, “müasir dünyadır”, “televiziyada pis film göstərsələr də, baş qarışdırmağa yaxşı şeydir” demələri qeyd etdiyim soyuqqanlılıq, məs`uliyyətsizlik hissindən irəli gəlir. Cavanlara qarşı məs`uliyyətsiz yanaşmaq isə, sonda cəmiyyəti uçuruma aparar. Bə`ziləri belə deyirlər: “Uşaq yazıq neyləsin? Bir işlə məşğul olmalıdır, ya yox? Bekarçılıqdır, cavan cavanlığını etməlidir. Kafelərə, kazinolara, gecə barlarına gedəndə nə olar ki? Bir az oynayırlar, bir az içirlər, arada da əylənirlər. Şənlənmək, əylənmək məgər pis işdir?!” İnsanlarda bu cür fikirlərin yaranması gələcəkdə baş verəcək əxlaqsızlıqlardan xəbər verir. Əgər cəmiyyətin üzvləri yeniyetmənin əxlaqsızlıq yuvalarında əylənməyinə razı olurlarsa, bu o cəmiyyətin fəlakətidir. Ən azı yeniyetmələrin bizim gələcəyimiz olduqlarını nəzərə almalı və bu hallara qarşı bacardıqları qədər mübarizə aparmalıdırlar.

Digər bir tərəfdən, mənfi hallarla mübarizə aparmaq dinin vacibi hökmlərindəndir, onun icra edilməsi hər kəs üçün zəruridir. Əgər hər hansı günahı gördükdə, qəlbən o işdən narahat olmursa, bu onda nifaqın birinci mərhələsi hesab edilir. Yə`ni o, Allahın hökmünə razı deyildir. Allahın hökmünün düzgün icra olunmasının əleyhinədir.

Nəyə görə millətin gözü önündə günün günorta çağı parklarda, ümumi nəqliyyat vasitələrində, ictimai yerlərdə kimlərsə ürəyi istədiyi hərəkəti etməlidir? Heç kimin də nəfəs çəkib e᾿tiraz etməyə haqqı olmamalıdır? Bə᾿zi yerlərdə həqiqətən əxlaqsızlıq ifrat dərəcəyə yetişib. Bu da onlarda həya hissinin aradan

səh:175

getməsindən irəli gəlmişdir. Böyük-kiçik, namus-qeyrət bir tərəfə, axı heç olmasa insanın heyvandan bir fərqi olmalıdır. Camaat ya üzə vurmur, ya da özünü görməməzliyə vurub deyirlər: “Mənə nə, mən onu adam edən deyiləm ki!” İnsan belə biganə ola-ola o yerə gəlib çatır ki, xasiyyətini, şəxsiyyətini belə əldən verir. İndi çox rahat bütün ailə üzvləri ata-bala, qız-qardaş bir yerdə oturub gözlərini belə qırpmadan, kollektiv surətdə televiziyada verilən erotik filmləri seyr edirlər. Nə ailə başçısı qalxıb televizoru söndürür, nə də uşaqlar qalxıb gedir. Bu valideynlərin əxlaqsızlığı və övladların tə`lim-tərbiyələrində olan boşluqlardan irəli gəlir.

İkinci mərhələ, ürəkdən sözü dilə gətirmək, e᾿tirazını açıq şəkildə bildirməkdir. Mümkündür, dillə deyiləcək söz çox yumşaq və mülayim tərzdə mehribanlıqla söylənilsin. Əvvəl, bu şəkildə deyilsə, daha məsləhətə uyğundur. Bə`zi hallarda isə yumşaq dillə, niyə bu işi görürsən, dedikdə, nəsihət etdiyin pis əməl sahibi xəcalət çəkmək, utanmaq əvəzinə üzünə bozarır və səni günahkar çıxartmağa çalışır: “Özüm bilərəm, ürəyim belə istəyir! Sən kimsən mənim işimə müdaxilə edəsən? Məgər azadlıq deyil!” Bu hallardan və bu cür insanlardan Allaha pənah aparıram!

Göründüyü kimi bu halda öyüd-nəsihət fayda vermir, mülayimlik yaramır. Bəs nə etməliyik? Bu sualın cavabını imamın sözlərində tapmaq olar. Həzrət (ə) deyir: “Onunla sərt danışmalı, alnından ilişdirməlisən.”

Əlbəttə, burada məqsəd əl ilə vurmaq deyil, bəlkə sözlə onun alnından vurmaqdır. Yə᾿ni, onun qarşısında

səh:176

elə sərt mövqe tutmalısan ki, sözün o dərəcədə kəskin olmalıdır ki, sanki onun alnından vurmağa hazırlaşdığını düşünsün. Artıq sən də üzünü bozartmalı və ona tam ciddiyyətlə e`tirazını bildirməlisən; başqa tə`birlə desək, qorxutmalısan. Artıq, “xahiş edirəm, ictimai yerlərdə belə işlər görməyin” deməməli, daha sərt şəkildə belə qabarmalısan: “Sənə demirəm özünü yığışdır?!” Bu anda o əvvəlki müraciətinlə sonrakı ciddiyyətinin mə`nasını başa düşəcək, sözündə tələbkarlıq hiss edəcək. Əlbəttə, indiki zamanda qeyrətlərin süstləşib, həya-abrın üzlərdən çəkildiyi bir vaxtda bu işi görmək hər kəsin işi deyil. Xüsusilə də, cəmiyyətdə qarşıya çıxan belə azğınlıqları müasirlik və svilizasiya nişanələri hesab edənlərin, mədəniyyəti tumanların qısalmasında, şalvarların daralmasında görənlərin işi deyildir. Bə᾿zi sözləri demək olmur. O saat adamın yaxasından tutub deyirlər: “Fundamentalist, mürtəce fikirli adam! Bunlar svilizasiyadan geri qalıblar!” Ya da adamı borclu çıxarıb deyirlər: ”Mərdimazarlıq etmə, sənə nə var kim neyləyir, kim kiminlə nə iş görür”. Hətta insana xəsarət belə yetirə bilərlər. Elə ki, insan əmr be mə᾿ruf və nəhy əz münkər eləyənlərin aqibətini görür, bu işi görməkdən ehtiyat edir. Həqiqətən də haqqı söyləmək çox çətin işdir.

İmam (ə) buyurur: “Mümkündür, bu rəftarınızdan sonra sizə başağrısı versinlər və ya danlayıb desinlər ki, niyə belə acıqlı rəftar edirsiniz, niyə kobud davranırsınız?” Hətta bə᾿zən ətrafınızda olan dostlarınız da sizi bu işinizə görə məzəmmət edib

səh:177

desin: “Çəkil bu tərəfə, sənə nə var kim-kimi çaldı-çapdı; dünyanın dərdi sənə qalmayıb ki?!”

Belə deyə-deyə hər şeyə biganə olmuşuq; hətta özümüzə də. Artıq iş o yerə gəlib çatıb ki, evdə valideyn övladının əxlaqsızlığa qurşandığını bildiyi halda, heç bir tədbir görmür. Biganəlik adamın evini belə yıxır. Dünən yolda baş verənlərə biganə qalırdı, bu gün artıq ailəsində baş verənlərə. Sabah nə olacaq, bunu ancaq Allah bilir!

İmam sözünü davam edərək buyurur: “Əgər istəmirsinizsə, sizə göydən bəla nazil olsun və yaşınızı da qurunuzu da bir yerdə yandırsın, sizi danlayanların məzəmmətindən qorxmayın. Hatta yaxın dostlarınız belə, sizi danlasa, çəkinməməlisiniz.”

Çox yaxşı, əmr be mə᾿ruf, nəhy əz münkər edəndə, biz əvvəl xoş dillə, mülayim rəftarla söhbət edib, nəsihət veririk. Xahiş və təmənna ilə nalayiq iş görəndən öz pis əməlini tərk etməsini istəyirik. Amma görsək ki, sərt davranmağımız belə tə᾿sir etmədi, bəs onda nə etməliyik? Əgər bu iş peyğəmbərin (s) zamanında baş vermiş olsaydı, çox rahat olardı. O zaman camaat imanın ləzzətini təzə-təzə dadırdılar, iman hələ öz təravətini itirməmişdi. Amma indiki zamanda bu işi görmək həqiqətən çətindir. İnsanı təhqir edə, söyə, hətta döyə də bilərlər. Belə olan surətdə nə etmək lazımdır?

Hər halda məsələ iki haldan xaric deyil; sizin nəsihətləriniz qarşısında xətakar adamın əks əməli iki haldan biri olacaqdır. Ya sizin sözləriniz ona tə᾿sir qoyub müsbət addım atmasına səbəb olacaq, öz işinin

səh:178

çirkinliyini anlayıb, həmin işdən əl çəkəcək, üzürxahlıq eləyib doğru yola qayıdacaqdır. Bu halda artıq sizin onun üzərində heç bir höccətiniz qalmır, gərək ona mehribanlıq göstərəsiniz. Çünki, səhv etmişdi, əmr be mə᾿ruf vasitəsi ilə öz səhvini anladı və doğru yola qayıtdı.

Sizin nəsihətinizi saya salmasalar, öz cinayət və günahlarında israr etsələr, sizin vəzifəniz də başqa şey olacaqdır. Onların qarşısında başqa cür rəftar etməlisiniz. Artıq sizin vəzifəniz danışmaqdan, danlamaqdan, acıqlanmaqdan keçibdir. İmam (ə) buyurur: “Belə yerdə artıq siz cihad məqamına qədəm qoymalısınız.” Belələri İslamın düşməni sayılırlar və onlarla mübarizə aparıb, vuruşmaq lazımdır. Onları ürəkdən düşmən bilin. Bu cür həyasızlaşıb açıq-aşkar İslam əleyhinə qiyam edən, İslam hökmlərini danan, müqəddəs ayinləri məsxərə edən adamlarla mübarizə aparılmalıdır. Deməyin, İslam məhəbbət dinidir! Sülh dinidir! İslam həm də düşmənçilik dinidir. Məhəbbəti, rəhməti nəhayət dərəcədədir. Lakin yeri gələndə, tələb olunan yerdə sərt davranmağı da əmr edir. Amma belə adamlarla mübarizəyə qalxmaq istəsəniz, ehtiyatlı olmalısınız. Niyyətinizi yoxlayıb araşdırmalısınız. Bu yerdə şeytan insanı tovlamağa çalışır. Şeytan namaz qılmayan bir kimsəni riyakarlığa təşviq etmir. Buna heç ehtiyac da yoxdur. Namaz qılmırsa, riyakarlıq niyə etsin? Amma elə ki, bir nəfər namaza qılır, xüsusilə də, məsciddə camaatın gözü qabağında, o zaman onu vəsvəsə etməyə başlayır. Deyir: “Fatihə” surəsini oxuyarkən, “vələzzallin”ə çatanda onu bir az şiddətli elə, azacıq da uzat ki, eşidənlər desin, əcəb yaxşı qiraəti

səh:179

var!” Şeytanın, başını keyfə, eyş-işrətə qatanlarla nə işi var? Onsuz da onlar batil yolu tutub cəhənnəmə doğru gedirlər. Amma elə ki, əzadarlıq məclisinə gedir, şeytan qəlbinə girib vəsvəsə eləyir və deyir ki, gəl sən də qatıl məclisə, yalandan da olsa ağla-sızla. Özünü ürəyi yanmış kimi göstər, görənlər də desin ki, din və imam təəssübü çəkirsən. İnsan haqq yolda olarkən şeytan daha tez-tez gəlir onun yanına.

Əmr be mə’ruf və nəhy-əz münkər əhli olmayınca, şeytanın bizimlə işi olmayacaqdır. Çünki, bu halda biz onunla rəfiq və yoldaş olmuşuq. Bu vəziyyətdə bizim özümüz də elə bir növ şeytan sayılırıq. Şeytan xislətli insan. Amma elə ki, əmr be mə’ruf və nəhy əz münkər etmək fikrinə düşdük, artıq yolumuz şeytanın yolundan ayrılır. Şeytan cəbhəyə getmək istəyən şəxslərin sorağına gedir. Belələrini vəsvəsə edib deyir: “Çalışın özünüzə bir gün ağlayın. Ölən-öləcək, qalan-qalacaq. Nə qədər insan cəbhəyə gedib vuruşar! Çalışıb vəzifəyə keçmək lazımdır.” Adətən bu vəsvəsə qarşısında insan iki yol seçir: Ya şeytanı özündən uzaqlaşdırır, ya da şeytanın vəsvəsəsinə qapılaraq, cihaddan imtina edir və başını dünya işlərinə qatır.

Buna görə də mübarizə aparmazdan əvvəl niyyətimizi xalis etməliyik. Kiminsə gözünə xoş görünmək, mal-dövlət ələ gətirmək üçün mübarizə aparmaq fikrində olmamalıyıq. Əgər belə olsa, həm bu dünyamız, həm də axirətimizdən olarıq. Canınmızı əldən verməyimiz bir tərəfə, axirət savabından da məhrum olarıq. Çünki, şeytani düşüncələr və nəfsin təhriki ilə işə qatılmışdıq. Buna görə də savabı yoxdur.

səh:180

İbadət o zaman dəyər tapır ki, Allah rizası və saf niyyətlə edilmiş olsun.

Nə vəzifəyə keçmək üçün, nə də mal-dövlət yığmaq üçün çalışın. Eləcə də qürur üzündən, nahaq olaraq başqasına qələbə çalmayın. Qələbə bizim istəyimizdir. Lakin səhih yol və şəriətin icazə verdiyi qaydada olsa, məqbuldur.

Hər bir əməldə ilahi hökmlər və onun hüdudlarına riayət edilməlidir. Niyyətimizi xalis edib, əmr be mə’rufu Allah razılığı üçün etməliyik.

İndi əmr be mə’ruf və nəhy əz münkərin qarşısında müqavimət göstərənlərlə hansı məqsədlə mübarizə edilməlidir? Həzrət (ə) buyurur: “Əmr be mə’ruf və nəhy əz münkəri icra edin. Əgər iş gəlib mübarizəyə və cihada çıxsa, müxaliflərlə vuruşun. O vaxta qədər onlarla vuruşun ki, öz müxalifətçiliklərindən əl çəksinlər və Allahın əmrinə itaət etsinlər.”

ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏRİ TƏRK ETMƏYİN AQİBƏTİ

Yuxarıda deyilənlər İmam Baqirin (ə) buyuruqları idi. Rəvayətin axırında imam əmr be mə’ruf məsələsinə hədsiz diqqət etməyimiz, bu böyük ilahi təklifi unutmamağımız üçün başqa bir əhvalatı nəql edir: “Allah-taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: “Sənin qövmündən yüz min nəfərə yaxın adamı həlak edəcəyəm. Bu yüz min nəfərin adamın arasında qırx min nəfəri günah əhlidir, yerdə qalan altımış min nəfəri isə, bu qövmün yaxşı adamlarıdır.” Həzrəti Şüeyb (ə) təəccüb edir və deyir: “Günah əhli olan qırx min nəfəri həlak etmək istədiyini başa düşdüm. Çox

səh:181

gözəl, əzaba düçar olmaq onların haqqıdır. Amma yaxşıları niyə?“ Allah-taala buyurur: “Yaxşılarınızı ona görə həlak edəcəyəm ki, pislərinizlə müdahinə edirdilər.”.

Heç bilirsinizmi müdahinə nədir? Yə’ni ört-basdır etmək, vecinə almamaq, özünü görməməzliyə vurmaq. “Müdahinə” sözünün kökü “dühn” sözündən olub, mə’nası “yağlamaq” deməkdir. Maşının bir hissəsi ilə digər bir hissəsi arasında sürtüşmə, çəkişmə yaranmasın deyə, həmin hissəni yağlayırlar. Burada da tərəflər arasında çəkişmə düşməsin və bir-birləri ilə mehriban olsunlar deyə, pis əməllərin üstünü ört-basdır edirlər. Bu cür rəftara “müdahinə” deyilir. Əzab veriləcək altımış min nəfər “yaxşı»nın da günahı bunun üçündür ki, həmin qırx min nəfər günahkarla saziş edirdilər. Onlarla yumşaq davranıb, e’tirazlarını bildirmirdilər. Günah əhlinə qarşı əmr be mə’ruf və nəhy əz münkər etmirdilər. Allah-taala bu barədə buyurur: “Mən xalqa qəzəbləndiyim işlərdə, bunlar qəzəb göstərmirdilər.”

Bə’zi yerlərdə qəzəblənmək insana vacib olur. Əgər lazım bilinmədiyi yerdə insan qəzəblənərsə, Allah ona əzab göndərər. İslam ki, məhəbbət, rəhmət dinidir! Bəs nə üçün Allah, sizin altmış min yaxşılarınız mənə görə qəzəblənmədiyi üçün onlara əzab verəcəyəm – deyə buyurmuşdur? Buradan mə’lum olur ki, bə’zi işlərdə biz qəzəb əhli də olmalıyıq. Həmişə üzə gülməklə, yumşaq davranmaqla yaşamaq olmaz. Allah da bizdən həmişə belə olmağımızı istəməyib. Bə’zi yerlərdə buyurur: “Sərt olun, acıqlı görsənin.” Yə’ni, günah əhli ilə acıqlı danışın. Bə’ziləri məndən soruşurlar: “Hərdən,

səh:182

minbərdə niyə acıqlı və əsəbi olursunuz?” Yəqin ki, yuxarıdakı izahla sualınızın cavabı aydınlaşmış olar. Sualın cavabını mən deyil, İmam Baqir (ə) bu rəvayət əsnasında verdi.

İcazə verin, bu barədə başqa bir neçə hədis də oxuyum. Bu hədisi İmam Sadiq (ə) Əmirəl-mö’minin Əli əleyhissəlamdan nəqlən buyurur: Əgər nəhy əz münkər barəsində heç bir iş görə bilməsəniz, heç olmasa günahkarın qarşısında qaş-qabaq sallayıb acıqlı olun. Artıq bu təklifi heç kim boynundan ata bilməz. Əlbəttə, taktiki olaraq mehribançılıq da göstərə bilərsiniz. Yə’ni, əgər bilsəniz günah edən adam, səhv olaraq o işi görür, məsələdən xəbəri yoxdur, onu hidayət etmək məqsədi ilə evinizə qonaq çağırıb mehribançılıq və hətta ona maddi yardım da göstərə bilərsiniz. Belə rəftarın müsbət tə`sirini kimsə inkar edə bilməz. Taktiki olaraq qarşı tərəfi doğru yola yönəltmək üçündür. Amma əməlindən əl çəkməyən, həyasız günahkarlar qarşısında acıqlı və sərt rəftar edilməlidir.

Başqa bir rəvayət də var, onu da xatırlatmaq yerinə düşər. Həzrət (ə) buyurur: “Allah-taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Bə’zən Allahın əzabı bu cür olur. Necə ki, Allahın əmri ilə mələklər Lut qövmünün yaşadığı şəhəri alt-üst etmişdilər. Allah bu şəhərin camaatına əzab vermək üçün iki mələk göndərir. Çünki, şəhərin sakinləri arasında fasiqliklərində həddən artıq inadcıl olan şəxslər var idi. Bu adamlar heç vəhclə tövbə etmir,

səh:183

günahlarından əl götürmürdülər. Həmin iki mələk şəhər camaatına əzab vermək üçün gələndə, görürlər ki, camaat arasında həddən artıq dua və ibadət əhli olan bir nəfər müqəddəs şəxsiyyət var. Mələklərdən biri digərinə deyir: “Mən belə ibadət əhli olan adama əzab verməyə cür’ət etmirəm, şəhəri onun başına uçura bilmərəm. Allahdan bir daha soruşaq, sual edək”. O biri mələk deyir: “Sən vəzifəni icra et!”. Əvvəlki mələk deyir: ”Qorxuram, Allahın əmri dəyişsin.” Bəlkə də mələk düşünüb ki, Allahın əzab vermək əmri alınanda bu adam hələ tövbə etməmişdi. Mümkün idi ki, əmrin verildiyi vaxt ərzində həmin abid də tövbə etsin. Bir daha deyir: “Bəlkə əmr dəyişdirilib? Yenidən soruşmağın eybi yoxdur.” Ona görə də həmin mələk qayıdıb Allaha xitab edir ki, mən əmrinizi icra etmək üçün həmin şəhərə getdim, amma camaat arasında ibadət və duaya məşğul bir nəfər abid gördüm. Təklifə əməl etməliyəm, yoxsa əmr dəyişdirilmişdir? Allah buyurur: “Əmr öz qüvvəsində qalmaqdadır, gedin şəhəri viran edin!” Daha sonra Allah-taala mö’min abidin də olduğu şəhəri bütövlükdə əzaba düçar etməsinin səbəbini açıqlayır: “Düzdür ki, bu adam ibadət və dua əhlidir, amma heç vaxt üzünün rəngi mənə görə bozarıb, qeyzlənib, dəyişməyibdir. Yə’ni, bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində e’tiraz əlaməti olaraq qəzəb, narazılıq

səh:184

görünməyibdir. Mənə görə qəzəblənib, e’tiraz etmədiyi üçün digər camaatla birlikdə ona da əzab olunmalıdır.”

səh:185

Əmr be mə`ruf və nəhy əz münkər (1)

Əmr be mə`rufu tərk etməyin aqibətinə aid başqa nümunələr;

Əmr be mə`ruf və nəhy əz münkərin mə`na genişliyi;

Cihad kəlməsinin mə`na genişliyi.

səh:186

Keçən bəhslərimizdə, ayələrdə və rəvayətlərdə göstərilmiş əmr be mə’ruf və nəhy əz münkər məfhumu ilə tanış olmaq üçün bir neçə rəvayət qiraət etdim. Əmr be mə’ruf və nəhy əz münkər məfhumları ilə az da olsa, tanış olmağımızı nəzərə alaraq, bəhsin davamını nisbətən təhlili şəkildə davam etdirmək istərdim. Mümkündür, bu cür bəhslər bə’ziləri üçün nisbətən ağır olsun, amma çalışacağam məsələləri aydın və izahlı şəkildə çatdırım. Əgər hərdən bə’zi elmi terminlərdən istifadə etməli olsam, məni üzürlü hesab edin.

Bilirik ki, əmr be mə’ruf və nəhy əz münkər risalələrdə ümumi təklif kimi göstərilmişdir və hökmləri izah edən şəxslər bunu məclislərdə açıqlayarkən, onun şərtlərini və yerlərini də zikr edirlər. Bu şərtlərə və mərhələlərə əsasən belə bir sual verilir ki, İmam Hüseynin (ə) atdığı addım hansı növ əmr be mə’ruf idi? Bu hərəkətin bizim başa düşdüyümüz əmr be mə’rufa oxşarlığı vardırmı?

Əməli risalələrdə göstərilən qaydalara əsasən, əgər əmr be məruf zərərə və hətta zərər qorxusuna səbəb ola bilərsə, təklif insanın boynundan götürülür. Amma İmam Hüseyn (ə) atdığı bu addımın onun zərərinə başa gələcəyinə yəqini olduğu halda bu işi görür. Bu necə əmr be mərufdur? Əmr be mərufun rəvayətlərdə nəzərdə tutulan məfhumunu və təcrübədə tətbiqini nəzərə alaraq, diqqət edilməlidir ki, əmr be məruf digərlərini yaxşı işlər görməyə vadar etmək deməkdir. Əgər həmin yaxşı işin görülməsi vacib əməllərdən sayılarsa, ona əmr etmək də vacib sayılır, əgər müstəhəb olarsa, onun əmri də müstəhəb sayılacaqdır.

səh:187

Amma əmr be məruf şəri “vacib” olması baxımından ancaq “vacib təkliflər” barəsindədir. Yəni digərlərini öz vacib əməllərini əncam verməsinə vadar etmək. Vadarın da dərəcələri vardır. Əgər bir nəfəri hansısa işi görməyə vadar etmək istəsəniz, bu işi müxtəlif mərhələlərdə görməlisiniz. Daha çox üzləşəcəyiniz şəxslər mümkündür yeniyetmələr olsun. O kəslər ki, həddi-büluğ yaşına təzəcə qədəm qoyublar. Siz əmr be məruf etmək məqsədi ilə təzə təklif həddinə qədəm qoymuş və hələ namaz qılmağı doğru-düzgün öyrənməyən bir yeniyetməyə namaz qılmağı öyrətmək istəyirsiiz. Bu növ əmr be mərufa “cahilin təlimi” deyilir. Amma həmin yeniyetmə namazını öyrənəndən sonra, hərdən namazında süstlük, tənbəllik etsə, məsələn bəzi vaxtlar namazını qəzaya versə, səhərlər gec dursa, siz onu təşviq edib, ruhlandırmalısınız ki, namazını vaxtında qılsın. Bu da əmr be mərufun başqa bir növüdür. Deməli, əmr be mərufun iki aydın nümunəsi vardır. Birincisi, elmi olmayan adamın qarşısındadır ki, siz bu yerdə ona öyrətməlisiniz. Öyrədəcəyiniz adamın təklifini bilib-bilməməsi, icrasını bacarıb-bacarmaması arasında fərq yoxdur. Bu cür şəri məsələ və hökmün təlim–tərbiyəsi əmr be mərufun digər bir növü sayılır. Amma əmr be məruf istilahi mənasında təkcə cahilin təliminə şamil olmur. Əgər cahilin təlimi geniş vüsət taparsa, bu genişliyi əmr be məruf üçün meyar qərar verirlər. Yəni, həmin meyar xatirinə Allah–taala bir növ elmi olmayan adama təlim verməyi də vacibi əmr be məruflardan hesab etmişdir.Əlbəttə, əmr be mərufun əsil məfhumu bu deyil.

səh:188

Başqa bir tərəfdən də namaz qılmaq bə’zi cəmiyyətlərdə yüksək insani dəyərlərdən sayılır və onun tərki böyük günahlardan, mənfi insani keyfiyyətlərdən hesab olunur. Belə şəraitdə əgər bir nəfərə “binamaz” desələr, ona pis tə`sir bağışlayar.

Mənim yaxşı yadıma gəlir, uşaqlıq vaxtlarımda o zamanın ən qatı söyüşlərindən biri camaat arasında həmin bu söz idi. Deyirlər: “Filankəs binamazdır (yə`ni namaz əhli deyildir). İnanın ki, bu söz o zaman hər bir cinayətdən də pis sayılırdı. Necə ki, indi bir adama “biqeyrət”, “bişərəf” desələr, özünə bu sözü ən ağır təhqir hesab edər. Hərdən cəmiyyətin şəraiti belə olur. Əgər bir nəfərə desələr, namaz qılmayıbdır, başını aşağı salıb, xəcalət təri tökər ki, niyə namaz qılmadığımı başa düşdülər. Əgər ona bu sözü desələr, üzürxahlıq edib, deyər: “Bağışlayın, yadımdan çıxıb.” Və ya başqa bir üzr gətirər. Nəticədə, sizin sözünüz ona tə’sir qoyub, nəsihət olunmasına səbəb olar. Rəvayətdə belə deyilir:

Bə`zən mö’minə əmr be mə’ruf olunur və o da mütəəssir olub nəsihəti qəbul edir; bə`zən cəhalət üzündən öz vəzifəsini bilmir. Əgər ona deyilsə, öyrənər. Amma hərdən də bə’zi qeyri-islami cəmiyyətlərdə fəza, şərait, cəmiyyətə hakim kəsilən mədəniyyət və dəyərlər tamam başqa cürdür. İcrasına də’vət etmək istədiyiniz vacib əməl həmin cəmiyyətdə dəyər hesab edilmir. Həmin əməlin tərki də eyib, mənfi insani keyfiyyət sayılmır. Şərait elə olub ki, əgər bir nəfərə desək ki, niyə bu işi görürsən, o saat başını qaldırıb deyər: “Ürəyim belə istəyir, sənə nə? Başqasının işlərinə müdaxilə etmə!” Deyirsən, axı ayıbdır, gedən var, görən var, günahdır, camaat dinc yaşamaları üçün qan töküb,

səh:189

zəhmət çəkiblər, sənin kimi cavanlar vətən yolunda canını qoyub, şəhid olublar. Cavab verir: “Şəhid olmayaydılar! Onlardan xahiş edən olmuşdu ki, bu işi görsünlər?” Bir az da israr etsən, söyüb təhqir edər. Artıq şərait o yerə gəlib çıxıb ki, islamla müxalifətçilik etmək eyib sayılmır. İslami dəyərlərlə açıq-aşkar müxalif olduqlarını bildirirlər.

İmam Hüseynin (ə) zamanında da cəmiyyətdə hakim olan şərait bu cür idi. İslamın qəti hökmləri tərk olunmuşdu, ilahi qayda-qanunlar icra edilmirdi. Xilafətə namizəd olan adamın özü şərabxorluqda, qumarbazlıqda ad çıxarmışdı. Müaviyə oğlu Yezid peyğəmbər xəlifəsi kimi təbliğ edilib tanıtdırılırdı. Yə’ni, o, peyğəmbərdən (s) sonra İslam cəmiyyətinin ikinci şəxsiyyəti kimi təqdim olunurdu. Camaat hamısı onun yüngül əxlaqlı bir şəxs olmasını bilirdi, eyş-işrət düşkünlüyündən xəbərdar idi. Söhbət bir-iki dəfədən getmir. O, bu adla məşhurlaşmışdı. İslam qanunları biri digərindən sonra inkar olunurdu və onunla açıq-aşkar müxalifətçilik edilirdi. Müsəlmanların qanının axıdılması adi bir iş olmuşdu. Əgər bir nəfər hökumətlə müxalifətçilik edirdisə, rahatlıqla onu aradan götürürdülər. Ölkəni başdan-başa fitnə-fəsad bürümüşdü. Belə şəraitdə İmam Hüseyn (ə) camaat arasına gəlib desəydi ki, camaat, zəkat verin, Allahın qanunlarına əməl edin, şərab içməyin, bu sözlərin günahda şöhrət tapmış adama nə tə’siri olacaqdı? Camaat bilə-bilə günahda, əxlaqsızlıqda ad çıxarmış bir adama bey’ət etmişdilər. Təkcə içkili olub, qumar oynamağı deyildi. Yezid, indi bizim İslami cəmiyyətdə təzə-təzə mod olan meymunbazlıq, itbazlıq kimi yüngül

səh:190

hərəkətlər sahibi idi. Bir anlığa təsəvvür edin ki, insanlıqdan uzaq olan alçaq bir insan peyğəmbərin yerində oturmaq istəyirdi. Öz əmrlərini də peyğəmbərin əmrləri kimi itaəti vacib olan hökm sanırdı. Elə bunun üçün də Həzrət (ə) buyururdu:

Müaviyə hökumətinin axır illərində İslamın zahirindən başqa bir şey qalmamışdı, amma hər necə olsa, camaat açıq-aşkaa fəsad işlər görmürdü ki, digərləri də baxıb o yola düşsünlər. Bir nəfər şərabxor insan müsəlmanların xəlifəsi olarsa, həmin adam şərab içənlərlə mübarizə apararaq, ilahi hökmlərin icrasına əmr edərmi?

Yaxşı, belə bir vəziyyətdə bir nəfər əmr be mə’ruf etmək istəsə, nə etməlidir? Qeyd etməliyik ki, hər hansı bir cəmiyyətdə günah iş rəvac taparsa, bütün insanlar məs’uliyyət daşıyır. Çünki, əmr be mə’ruf şər’i baxımdan vacibi-kifayi sayılan bir əmrdir. Yə’ni, əgər on nəfər günah iş baş verdiyini görərsə, bu on nəfərin hamısı onun qarşısını almaqda məs’uliyyət daşıyır. Və əgər on nəfərdən biri əmr be mə’ruf etsə, digərlərinin üzərindən təklif götürülmüş olur. Amma heç biri bu işi görməsə, on nəfərin hamısı məs’uliyyət daşıyır. Bu məsələnin mə’nası budur ki, cəmiyyətdə böyük günahlardan hər hansı biri açıq şəkildə baş verirsə, bundan xəbəri olan şəxslər əmr be mə’ruf etməyə mükəlləfdirlər. Və əgər bu işi görməsələr, onların hamısı cəhənnəmlikdir.

Əmr be mə`rufu tərk etməyin aqibətinə aid başqa nümunələr

Əvvəlki bəhsimizdə Şüeyb peyğəmbərin qövmünün başına gələnləri nəql etmişdik. Bu qövmün qırx min

səh:191

nəfəri günahkar olduğu üçün, Allah qalan altımış min nəfər günahsızı da əmr be mə’ruf etmədikləri üçün onlarla birlikdə əzaba düçar etmişdi. Buna oxşar hadisələri başqa qövmlərin də tarixində görmək olar. Sibt qövmünün başına gələnləri yə’qin ki, eşitmisiniz. Həzrəti Musanın (ə) şəriətində şənbə günü balıq ovu qadağan olunmuşdu. Əlbəttə, bundan ağır təklifləri də var idi. İndinin özündə də yəhudiliyə e’tiqadı olan yəhudilər şənbə günü yemək hazırlamır, ocaq yandırmır, qurban kəsmir, ov ovlamır və digər işlər görmürlər. Qədim adət-ən’ənələrə e’tiqadı olan yəhudilər indi də həmin qanunlara riayət edirlər. Allah-taala o zaman belə bir qanunu göndərməklə onları imtahan etmək istəyirdi. Qur᾿ani-Kərimdə də bu barədə ətraflı mə`lumat verilmişdir.

Yəhudilərdən bir dəstəsi dərya və ya çay qırağında yaşayırdı. Şənbə günü balıqlar sahilə yığılırdı və o zaman onları ovlamaq çox rahat olurdu. Halbuki, həftənin digər günləri belə deyildi, balıqlar sahildə çox seyrək olurdu. Başqa bir tərəfdən də şənbə günü balıq ovlamaq qadağan idi. Sonda camaatın bə’ziləri buna davam gətirmir, fikirləşib hiyləyə əl atırdılar. Sahil qırağında balaca hovuzlar düzəldirdilər. Şənbə günləri hovuzların ağzını açıq saxlayırdılar; çayın suyu balıqlarla birlikdə hovuzlara daxil olduqdan sonra, onların ağzını bağlayır və suyun qabağını kəsirdilər. Gözləyib həmin balıqları bazar günü tuturdular. Allah da bu əməllərinə görə onları məsx etmişdi. (İnsan qiyafəsindən çıxarıb meymun şəklinə salmışdı.) Əgər bunu Qur’an ayəsi açıqca söyləməsəydi, bəlkə də rəvayət yolu ilə inanılması çətin olardı. Buyurulur ki,

səh:192

Allah-taala onları meymun şəklinə saldı. Bu adamların hamısı Allahın əmrindən çıxıb, şənbə günü ovu qadağan edilmiş balıq ovlayanlar deyildi. Bunların arasında həm də qadağan olunmuş gündə balıq ovlamayanlar da var idi. Onlar da digər qanunu pozanlarla bir yerdə əzaba düçar oldular. Bu qövm üç dəstədən ibarət idi. Birinci dəstə şənbə günü ov edənlər idi. İkinci dəstə isə, ov etmirdilər, amma birinci dəstəni də nəsihət edib əyri yoldan çəkindirmirdilər. Üçüncü dəstə ov etmir, başqalarını da ov etməkdən çəkindirərək deyirdilər: “Niyə ov edirsiniz, bu iş günahdır?!” İkinci dəstə ov etməsə də, birinci dəstəyə e’tiraz edib, mane olmurdu. Bu işə mane olan üçüncü dəstəyə deyirdilər: “Sizin e’tiraz etməyinizin nə xeyri var? Onsuz da onlar öz bildiklərini edəcəklər.”

Bunları söyləməkdə mənim nə demək istədiyimi yə’qin ki, başa düşürsünüz. Yə’ni, onlar demək istəyirdi ki, əmr be mə’rufun bir faydası olmadığı üçün bu işi görmürük. Nəsihətlərinin tə’sir etməyəcəyini bilə-bilə əmr be mə’ruf edən kəslərə isə belə deyirdilər: “Boş yerə çənə vurub onlarla bəhs etməyin, onsuz da bir faydası olmayacaq. Onsuz da Allah onları həlak edəcəkdir, belə olan halda onlara nəsihət etmək nəyə lazımdır?”

Birinci dəstə Allahın hökmünə itaət etmədikləri üçün, ikinci dəstə isə əmr be mə`rufun bir nəticə verməyəcəyini əldə əsas tutaraq bu təklifdən boyun qaçırtdıqlarına görə meymuna çevrildilər. Bu rəvayət bizə dərs olmalıdır. Yə`ni, biz də ikinci dəstə kimi ümidsizliyə qapılmamalı və istənilən vəziyyətdə boynumuzda olan vacibi hökmləri yerinə yetirməliyik.

səh:193

Hər halda üç dəstəyə ayrılmış bu qövmün arasından ancaq nəsihətlərinin tə’sir etməməsinə baxmayaraq, əmr be mə’ruf edən dəstə nicat tapır. Qalan iki dəstə əzaba mübtəla olub, meymuna dönür.

Əmr be mə`ruf və nəhy əz münkərin mə`na genişliyi

Allah-taala belə bir ictimai mə’suliyyətə çox yüksək dəyər verir. Ötən bəhsimizdə əmr be mə’ruf və nəhy əz münkərin əhəmiyyətini göstərən bir neçə rəvayət zikr etmişdik. İndi isə - əmr be mə’ruf bir yerdə tə’sir göstərməsə, həmin işdə əmr be mə’ruf və nəhy əz münkər etmək lazımdır, ya yox? - sualına cavab verməklə, söhbətimizi davam etdirməyə çalışacağıq.

Bunun ən pis forması isə haqq sözü qəbul etməmələri ilə yanaşı, düşmənçilik də etmələri idi. Əmr be mə’ruf edənə əziyyət edir, vurur, hətta öldürürlər də. İndi əmr be mə’ruf edəni öldürən şəxslərlə necə davranmalıyıq? Əgər yadınızdadırsa, bir qədər əvvəl söylədiyim rəvayətlərdə bu cür adamların təklifi çox aydın verilmişdi. Orada, əgər iş gəlib bu yerə çıxarsa, onlarla cihad etmək lazım olduğu göstərilmişdi.

Yə`qin ki, bu mətləbi nə üçün söylədiyimi başa düşürsünüz. Bunları ona görə xatırladıram ki, bir tərəfdən əmr be mə’rufun mə’na genişliyi o qədər əhatəli olur ki, cahil adamın tə’liminə də şamil olur. Siz əgər öz övladınıza namazı öyrətmək istəsəniz, bu işiniz cahilin tə’limi ilə, əmr be mə’rufun əhatə dairəsinə aid olur. Baxmayaraq ki, bu məsələ də əmr be mə’ruf sayılır. Göstərilir ki, bunun özü də bir növ əmr be mə’ruf sayılır. Rəvayətlərdə göstərilən moizə və nəsihət etmək,

səh:194

mülayim rəftar, şirin dil həmin məsələnin bariz nümunələrindəndir. Ayələrə diqqət etdikdə də eyni nəticəyə gəlmək olur. Düzdür ki, bə’zi fəqihlər buyururlar: “Əmr be mə’ruf xahiş və təmənna kimi deyil, əmr formasında deyilməlidir.” Başqa bir tərəfdən də bu işin əhatə dairəsi o qədər genişlənir ki, cihad etməyin özü belə, əmr be mə’rufun əhatə dairəsinə şamil olur. Ruhani alimlərin diqqət yetirmələri üçün bu məsələni də xatırladım ki, əvvəllər əksər hədis kitabları arasında əmr be mə’ruf adlı bir bölmə olmayıb. “Əl-cihad” kitabı olub ki, onun sonunda sadəcə “Əmr be mə’ruf və nəhy əz münkər” adlı fəsil gətirilib. Şeyx Tusinin «Təhzibül-üsul» kitabı həmin nümunələrdəndir. Fəqət cihad bəhsinin axırında son bab olaraq «əmr be mə’ruf» da göstərilmişdir. Yə’ni, əmr be mə’rufun məfhumu iki cür anlaşılır. Biri həmin risalələrdə göstərilən xüsusi istilahi anlamdır. Bu mə’nada əmr be mə’ruf cihada aid edilmir. Çünki, zərər qorxusu olmayacaq cihadımız yoxdur. Bir yerdə ki, insan qılınc çəkib, qan tökəcək, başqa tə`birlə desək, “ölüb-öldürəcək”, nə mə’nası vardır ki, deyilsin: “O vaxt cihad edə bilərsən ki, sənə zərər qorxusu olmasın.” Müharibədə insana halva-çörək paylamırlar ki! Ümümiyyətlə, cihad, zərər ehtimalı, bəlkə də zərərinə yüz faiz yəqini olan bir məsələdir. Deməli, cihadın nümunəsi olduğu əmr be mə’rufun bir növü də o yerdədir ki, nəinki orada zərər ehtimalı var, bəlkə də bu zərərin olmasına qəti yə’qinlik də var.

Bu məsələnin başqa bir nümunəsi də var ki, orada artıq məsələnin əmr be mə’rufa şamil olub-olmamasında ixtilaf vardır. Fəqihlər arasında bəhs

səh:195

olunur ki, cahilin tə’limi əmr be mə’rufun əsas hissələrindəndir və ya başqa müstəqil bir babdır. Bə’zi fəqihlər “Yəd`unə iləl xəyri və yə`mrunə bil mə`rufi” ayəsindəki cümlənin birinci hissəsini xeyir işə də’vət hesab edib, cahilin tə’limi məsələsinə də şamil edirlər. Deməli, əmr be mə’rufun bir mə’nası çox aydındır və bunu hamı başa düşür. Belə əmr be mə’ruf adi işlərə şamil olur.

İslami dəyərlərin hakim olduğu cəmiyyətlərdə hökumət iqtidar sahibidir və əgər birinə - niyə bu pis işi görürsən? - deyə müraciət olunsa, həmin adam xəcalət çəkib, başını aşağı salar və ya üzürxahlıq edər, ya onu təqsirləndirən şəxsin səhv iddiada olduğunu söyləyər. Belə bir şəraiti olan islami cəmiyyətdə əmr be mə’ruf həmin adi əmr be mə’rufdur. Amma əmr be mə’rufun digər dərəcələri bu cür deyildir.

Keçən bəhslərimizdə işarə edib demişdik ki, heç olmasa bizim əsrimizdə İmam Xomeyni (r) kimi bir şəxsiyyət çox cəsarətlə bildirmişdi ki, əmr be mə’ruf və nəhy əz münkərin bə’zi məsələlərində təqiyyə etmək cayiz deyil; hətta bu iş təhlükəyə gətirib çıxarsa belə. Belə anlarda işin nəticəsinin nə ilə qurtarmasından asılı olmayaraq, əmr be mə’ruf edilməlidir. Hətta bu iş yüz min nəfərin həyatına son qoysa belə. Əgər əmr be mə’rufu ümumi mə’nada götürsək, bir tərəfdən cahilin tə’liminə şamil olacaq, digər tərəfdən də axırıncı mərhələyə, yə`ni cihada qədər çatacaqdır. Çünki, cihad Allah qanunlarının üstünlüyünü həyata keçirmək üçündür.

Əgər İmam Hüseyn (ə) - mən əmr be mə’ruf və nəhy əz münkər etmək istəyirəm – deyə buyurursa,

səh:196

nəzərində bizim düşündüyümüz əmr be mə’rufun məhdud mə’nasını tutmur. Nəzərdə tutduğu məsələ, əmr be mə’rufun ümumi mə’nasıdır. Deməli, əmr be mə’ruf və nəhy əz münkərin iki istilahi mə’nası var. Biri xüsusi istilah olub, bizim risalələrdə rastlaşdığımız mə’nasıdır. Bu mə’nada əmr be mə’ruf adi məsələ və şəraiti nəzərdə tutur. İstisnai hallarda, mühüm işlərdə əmr be mə’ruf digər ümumi mə’naya aid edilir və biz əmr be mə’rufun başqa sahələrində belə bir şəraitlə üzləşirik. İndi burada belə bir sual qarşıya çıxır ki, İmam Hüseyni (ə) ölüm ayağına qədər aparan əmr be mə’ruf hansı növ əmr be mə’ruf idi? Xüsusilə də bə’ziləri bu əqidədədirlər ki, İmam öldürüləcəyini yəqin bilirdi. Biz də imamın öz aqibətinin nə ilə qurtaracağını bildiyinə, bu işdən əvvəlcədən xəbərdar olduğuna inanırıq. Əlbəttə, hal-hazırda bu məsələ ətrafında söhbət aparmaq istəmirik, amma yəqinimiz var ki, İmam Hüseyn (ə) Kərbəlada öldürüləcəyini əvvəlcədən bilirdi. Əgər o həzrət bu işdən xəbərdar olmasaydı belə, ən azından belə bir ehtimalı verə bilərdi. Bir sıra adamlar ona nəsihət edib İraqa getməsinə mane olmaq istəmişdilər. Deyirdilər: ”İraqa getmə! Kufə əhalisinin atanın və qardaşının başına nə oyun açdığını bilmirsənmi?! Getsən həlak olacaqsan!” İmam (ə) cavab verirdi: “Allah hamınızdan razı olsun ki, mənə ürəyiniz yanır, nəsihət edirsiniz, amma mənim üzərimdə əməl etməli olacağım bir vəzifə var.” Ətrafdakı adamlar belə bir şeyi başa düşürdülərsə, İmamın özü belə bir ehtimal verə bilməzdimi?! Bu söz heç də inandırıcı deyildir. Deməli, qəti olaraq can və malının təhlükəyə düşəcəyini bilməsə də, ən azından belə bir ehtimalı verə bilərdi.

səh:197

Bəs bu necə əmr be mə’ruf idi? Cavabı budur ki, əmr be mə’rufun bu növü ümumi mə’naya aid olub, bizim başa düşdüyümüz xüsusi mə’nadan fərqlənmişdir.

Cihad kəlməsinin mə`na genişliyi

Bu məsələnin oxşarını biz cihad barəsində də görə bilərik. İndi bizlər cihad barəsində nə bilərik? Adətən fiqhi kitabları oxuyanlardan, şəriət məsələlərində söz sahibi olanlardan soruşanda, deyirlər: “Cihad üç qismdir: ibtidai cihad, müdafiə xarakterli cihad, azğın üsyankarlara qarşı olan cihad.”

Deməli, cihad üç hissəyə ayrıldı. Birinci növü ibtidai olub, imamın əmri ilə həyata keçirilir. Yə’ni, Allahın vəlisi hidayət yollarını kəsmiş maneələri aradan qaldırmaq, İslam hökumətinin İslamı dünyada genişləndirə bilməsi üçün ibtidai cihad əmri verə bilər. Əlbəttə bu, kafirləri zorla İslamı qəbul etməyə vadar etmək deyildir, məqsəd hidayət yollarını açmaqdır. Qur᾿ani-Kərimdə bu barədə buyurulur:

“Küfr və azğınlıq rəhbərləri ilə müharibə edin...”

Bu ibtidai cihaddır. Cihadın başqa bir növü müsəlmanlar düşmən tərəfindən həmləyə mə’ruz qaldıqları zaman müdafiəyə qalxdıqları cihaddır. Üçüncü növ cihad da budur ki, iki dəstə müsəlman tərəfləri arasında müharibə baş verər və münaqişəni sülh yolu ilə həll etmək mümkün olmazsa, onda məzlum tərəfə kömək qəsdi ilə cihada qalxırlar. Belə cihad üsyankar dəstə ilə “cəng cihadı” adlanır. Və ya hakim fərman verir ki, azğın dəstə ilə mübarizə etsinlər. Cihadın sadaladığım bu üç növündən hamının az-çox xəbəri var.

səh:198

İmam Hüseyn (ə) buyurmuşdur: “Mən mübarizəyə qalxmışam və Allah yolunda cihadı davam etdirəcəyəm”. Görəsən, imamın nəzərindəki cihad, həmin üç növ cihadın hansı qismindən sayılır? Kərbəlada baş vermiş cihad hansı növ cihada aid edilməlidir?

Aydındır ki, nə kafirlərlə olan ibtidai və nə də müdafiə xarakterli cihad deyildi. Çünki, müdafiə üçün edilən cihad da kafirlərin müsəlmanlara həmlə etdiyi vaxt baş verir. Əlbəttə, şəxsi müdafiə məsələsi var. Amma bu müdafiə cihad adlanmır. Üsyankar dəstə ilə olan müharibə də deyildi. Belə müharibədə Cəməl döyüşündə olduğu kimi, müsəlmanların rəhbəri üsyankar tərəflə mübarizə aparır. Bəs onda bu necə cihad idi ki, imam ailəsi ilə birlikdə Kərbəlaya gəlir və axıra qədər də müqavimət göstərir. Hətta südəmər körpəsi də öldürülür.

Bu sualın cavabı budur ki, əmr be mə’ruf məsələsində olduğu kimi, cihad da müxtəlif istilahi mə’nalara şamil edilir. Bir tərəfdən cihad elə geniş mə’na kəsb edir ki, mal-dövlət, İslamın yayılması yolunda pul xərc etmək, kafirlər əleyhinə iqtisadi mübarizəyə qalxmaq və düşmənin təbliğat kompaniyasının qarşısını almaqla aparılan mübarizə də cihada şamil edilir. Qur᾿ani-Kərim bu barədə buyurur:

“Allah yolunda malınızla, canınızla cihad edin...”

Bu mə’nada malla edilən cihad da, cihadın bir növü sayılır və cihad məfhumunun əhatə genişliyini göstərir.

Əlbəttə, cihad sözü lüğətdə olan mə’nası baxımından bütün deyilənlərə şamil olur. Çünki, cihad lüğətdə “çalışıb-vuruşmaq”, “sə’y etmək” mə’nasındadır. Bu

səh:199

mə’naya diqqət etsək, düşmən və ya hər hansı maneə qarşısında sə’y edib çalışmaqdır. Bu vəzndə olan sözün tələb etdiyi mə’na budur. Amma bu o demək deyildir ki, hökmən həmin maniə qılınc olmalıdır. Mümkündür ki, maniə düşmənin iqtisadi və ya təbliğat qurğusu olsun. Bu yerlərdə də mübarizə cihada aid olur. Qur᾿anda bu barədə buyurulur:

“Allah mücahidləri və malları ilə canları ilə fədakarlıq edənləri (fəaliyyət etməyib) yerlərində oturanlardan üstün qərar vermişdir.”

Cihadın bir növü də canla olan cihaddır. Yə’ni, canı bu yolda fəda etmək, ölüm təhlükəsinə salmaq. Başqa bir cihad da nəfslə edilən cihaddır. Yə’ni, şeytani və nəfsani istəklər əleyhinə mübarizəyə qalxmaq. Bu cihada “böyük cihad” deyilir. “Böyük cihad” kitabı əxlaqi məsələlər və nəfslə mübarizə yolları barədədir. Elə bu səbəbdən də “Vəsailüş-şiə” kitabında Hürr ibn Amili cihad fəslinin ardınca əxlaqi məsələlərə və nəfslə olan cihada başlayır.

Deməli, aydın oldu ki, cihad məfhumu geniş mə’na ifadə edib mal-dövlət, dil, qələm və hətta insanın öz nəfsi ilə olan cihada da şamil olur. Bu cihad məfhumunun mə’na genişliyidir. Amma əhkam kitablarında, dini tə’limat və şəriətdə rastlaşdığımız cihad məfhumu İmam Hüseynin (ə) gördüyü işlərə şamil olmur, ancaq qeyd etdiyim üç növ cihadı əhatə edir. Bu iki misalı çəkməklə demək istəyirəm ki, bə’zən məfhumlar iki cür mə’na olunur: Ümumi və xüsusi mə’nada. Hər hansı bir istilahi məfhumun xüsusi mə’nası xüsusi şərait və xüsusi bir cəmiyyətdədir. Lakin ümumi mə’na mümkündür leksik mə’na daşıyaraq cəmiyyətdəki

səh:200

dəyişikliklərdən tə’sirlənsin, yeni məfhumlar kəsb etməklə daha da genişlənsin.

Hər halda cihadın ümumi mə’nasını, yə’ni düşmən əleyhinə Allah yolunda çalışmağı nəzərdə tutsaq, əmr be mə’rufun əksər nümunələrini cihad saymaq olar. Başqa bir tərəfdən, əgər əmr be mə’ruf və nəhy əz münkərin ümumi mə’nasını nəzərə salsaq, təqribən cihadın bütün növlərini, nəfslə olan cihaddan başqa, öz əhatə dairəsinə alır. Çünki biri, digərini yaxşı işlərə də’vət edir, o birisi onları pis işlərdən çəkindirir. Ona görə də bu iki məfhum çox yerdə üst-üstə düşür. Belə məfhumlar barəsində deyilir: Birlikdə olduqda ayrı-ayrı mə`nalar, ayrı-ayrı olduqda isə eyni mə`nalar kəsb edir. Əmr be mə’rufu cihadın yanında zikr edəndə, sanki demək istəyirik ki, firuiddin ondur. Altıncısı cihaddır, yeddincisi əmr be mə`ruf. Yə’ni, əmr be mə’ruf cihaddan fərqlidir. Bu iki məfhum bir-birinin yanında zikr olunanda, mə’naları da bir-birindən ayrılmış olur və artıq cihad əmr be mə’rufa şamil edilmir. Eləcə də, əmr be mə’ruf cihada aid edilmir. Ruhani tələbələr bu kimi məfhumlar barəsində belə bir istilahı işlədirlər: Birlikdə olduqda ayrı-ayrı mə`nalar, ayrı-ayrı olduqda isə eyni mə`nalar kəsb edir. Yə’ni elə ki, yanaşı yad edilirlər, mə’naları bir-birindən fərqlənir, amma onlardan biri təklikdə istifadə edilsə, biri digərinə şamil olacaqdır. Yə’ni, əmr be mə’ruf cihada və cihad da əmr be mə’rufa şamil ediləcək.

Mümkündür ki, bu məsələ müqəddimə olaraq, əksər məsələlərdə istifadə edilsin. İmam Hüseyn (ə) - mən əmr be mə’ruf və nəhy əz münkər üçün qiyam etmişəm – deyə buyurduqda, o həzrət yalnız istilahi və məhdud

səh:201

mə’nada olan əmr be mə’rufu nəzərdə tutmur. Çünki, belə əmr be mə’rufun şərtlərindən biri budur ki, arada can təhlükəsi olmasın. Bu, nəzəri əmr be mə’rufun ümumi mə’nası ilə daha uyğun gəlir. Bu mə’nada hətta təhlükəsini bilə-bilə, canı bahasına başa gələcək, ölümünə səbəb olacaq təhlükəli bir əmr be mə’ruf qarşıya çıxır. Bu barədə əmr be mə’rufun vacibi növləri də var, lakin bu istilah daha ümumi olub, bizim başa düşdüyümüz istilahdan fərqlidir. Belə incə nöqtələrə çox az gəlirik. Baxmayaraq ki, mən bu sözü artıq bir-iki dəfə demişəm, yenə də təkrar edirəm. İmam Xomeyni buyurmuşdur: “Əmr be mə’rufun bə’zi məqamlarında təqiyyə etmək haramdır; hətta ölümlə nəticələnsə belə.” İmam Xomeyni (r) öz risaləsində, mühüm və önəmli işlərdə təqiyyə olunmamalıdır – deyə buyurmuşdur. Bu barədə bir neçə misal da çəkmişdir. O cümlədən buyurur: “Əgər müsəlmanların qibləgahı olan Kə`bə evi xarab olub, uçmaq təhlükəsi qarşısındı qalsa, düşmən Kəbəni dağıtmaq istəsə, belə yerdə artıq durub araşdırmamalısan ki, birdən əmr be mə’ruf etsək, canımız xətərə düşər, zərər görərik. Əmr be mə’ruf etməyək. Əksinə, nəyin bahasına olursa-olsun, düşmənlə mübarizə aparıb, əmr be mə’ruf edilməlidir. Hətta insanın canı bahasına başa gəlsə də. Kə`bəni qorumaq adi vacibatlar kimi deyil. Əgər peyğəmbərlərdən və ya imamlardan birinin həyatı təhlükədə olsa, düşmənlər peyğəmbəri öldürmək istəsə mö’minlər deməlidirlər ki, birdən qabağa getsək, yaralanarıq, başımız yarılar?! [Bağışlayın, risalədə imamın tə`biri belə deyil. Buyurur:] Onda deməlidirlər ki, arada can qorxusu var, qabağa getmək haramdır!

səh:202

Qoy peyğəmbəri öldürsünlər! İslam maarifi ilə azacıq tanışlığı olan bir kimsə bilir ki, belə deyil. Gedib peyğəmbərə nicat verməlisən, hətta min nəfər adam həlak olsa belə, mə’sum imamı təhlükədən qurtarmalısan.”

İmam bu misalı başqa bir misalla yanaşı çəkərək, ümumilikdə bə’zi vaxtlarda İslamın əsaslarını, vəhdətini sarsıdacaq təhlükə qarşıya çıxarsa, əmr be mə’ruf etməyin vacibliyini və təqiyyə etməyin caiz olmadığını bildirmişdir. Mən ictihad və təhqiq əhli olanlardan imamın işini davam etdirmədikləri üçün narazıyam. Bu kimi həyati məsələlərin dəqiq şərtləri və hüdudları tə’yin edilməlidir. İmam Xomeyni (r) bu baxımdan bir-neçə mühüm məsələni aydınlaşdırıb, lakin digər nöqtələr də araşdırılıb, üzə çıxarılmalıdır. Yaxşı olardı ki, bu məsələlər günün tələblərinə uyğun araşdırılsın. Bu gün peyğəmbəri və imamı öldürmək ancaq qılıncı əlinə alıb kimi isə öldürməkdən fərq edir. Bu günlər peyğəmbəri yox, peyğəmbərliyi qılınclayırlar, imaməti və vilayəti məhv etmək itəyirlər. Bu gün İslam cümhuriyyətində ölkənin birinci dərəcəli şəxsiyyətlərinin xüsusi ehtiram etdiyi adamlar çəkinmədən yazırlar ki, peyğəmbərin ölümü ilə vilayət də qurtardı. Həmin iddianın sahibi belə deyir: “Vəhy şəxsi bir təcrübədir və biz heç bir zaman kiminsə peyğəmbərliyini isbat edə bilmərik. Deyə bilmərik ki, filankəs həqiqətən peyğəmbərdir, ya yox. Peyğəmbər də digər adi insanlar kimi hətta vəhyin dərkində belə səhvə yol verə bilər. Hətta vəhyi anlamaqda! Peyğəmbərin ölümündən sonra artıq vilayət də yoxdur”. Məhərrəmlikdə, aşura gecəsində həmin bu

səh:203

şəxsi İslam alimi adı ilə də’vət edirlər ki, tələbələr və müəllimlər üçün söhbət etsin. Bu il də də’vət etmişdilər. Sizcə bu daha pisdir, yoxsa peyğəmbəri öldürmək? Əgər bir peyğəmbər öldürülsə, hədəfi daha çox davamlı olub, qorunub saxlanılacaq. Necə ki, İmam Hüseyn (ə) şəhid ediləndə, bəşəriyyətə örnək olacaq hədəfi, həmin qanı ilə qorunub yaşandı. Amma peyğəmbərin peyğəmbərliyini öldürəndə, artıq ortada bir şey qalmır. Belə olan halda, bu gün biz bu məsələnin qarşısında deyə bilərikmi ki, qorxuram başıma bir iş gələ, bir söz deyərəm, sonra məni təhqir edərlər?

Sizcə bütün bu bəhanələr üzürlü sayıla bilərmi? Bizim dövlət və din xadimlərimizin bu məsələdən xəbərləri yoxdur? Bu cür adamlar tərəfindən ortaya çıxacaq xətərləri görmürlər? Yoxsa əhəmiyyət vermirlər? Bu axır işlərdə günbəgün cəmiyyətimizdə dinin zəiflədiyini bilməyən varmı? Bu məsələdən xəbəri olmayan kimdir?

Allah şahiddir, hərdən xarici ölkələrə gedirəm. İngiltərədə, Amerikada və digər xarici ölkələrdə yaşayan müsəlmanlara deyə biləcək cavabımız yoxdur. Deyirlər: “Biz sizin ölkənizi keçən il də görmüşdük, bu il də gəlib gördük. İnana bilmirik ki, bu bizim keçən il gördüyümüz həmin ölkədir.”

Bu tənəzzülün səbəbkarı kimdir, nədir? Niyə bu gün vəziyyət bu yerə gəlib çıxıb? Əgər siz bu məsələnin səbəblərini araşdırmalı olsanız, iki növ amillə üzləşəcəksiniz: Birincisi, mətbuat, nəşriyyat və məzmunca azdırıcı olan kitablar. Bunların məsuliyyəti mədəniyyət nazirliyinin öhdəsindədir. İkincisi isə, ölkədə günahı müsbət şəkildə cilvələndirməyə çalışan

səh:204

bəzi orqanların fəaliyyətidir. Bu fəaliyyətlərin nəticəsində camaat günaha təşviq edilir, fəsada zəmin yaradılır, cavanlara dəyər, qiymət vermək adı ilə onları günaha doğru istiqamətləndirirlər, onlar üçün “yaşıl işıq” yandırılır. Günah dedikdə, gizli şəkildə evdə edilən işləri demirəm, bəlkə bunu açıq şəkildə edirlər. Bu “alim”lərdən başqa hansı alimi göstərmək olar: İmkan olan, əl çatan yerdə xarici televiziya şəbəkələrində yayınlanan verilişlər, əxlaqsız video kasetlər qaçaq olaraq gətirilir. Bu cür filmlərin bəzilərinin hətta İrşad nazirliyi tərəfindən icazə sənədi də var. Dini cəmiyyəti zəiflədən başqa amillərdən xəbəriniz vardırmı? Sadaladığım nöqtələrin məsuliyyəti ancaq mədəniyyət nazirliyinə aid deyil. Başqa nazirliklərdə də bu işlərin məsuliyyətinə öhdədar şəxsləri tanıyırıq. Bəzi digər nazirliklərdə bu kimi məsələlərdə marağı olanlar var. Hər halda bu məsələdə hər bir şəxsin öz payı vardır. Müxtəlif biçimli mədəniyyət sarayları təşkil etməklə, əslində oralarda ya günah təlim edilir, ya da günaha təşviq edirlər. Vəliyyi-fəqihin buyurduğu kimi, bu adla fəaliyyət göstərən bəzi teatr qruplarının əksəriyyəti nəinki mədəniyyətə xidmət etmir, hətta onların bəziləri 100% islamın ziddinə fəaliyyət göstərirlər. Digər məsələlər də bunun kimidir. Bu işlərə kim cavabdehdir?

Məgər Allah şeytan yoluna, günaha də’vət edən bir kəsə haqq verərmi? Bir kəs ki, günahı təsdiq edir, günahın yollarını hamarlayır, günah işlərə vəsait ayırır, günahda xüsusi hünər göstərmiş şəxslərə xatirə gecələri keçirib billur vazalar təqdim edir, İslam əleyhinə 20 il çalışmış ağalara qonaqlıq təşkil edib yubiley keçirir,

səh:205

hədiyyələr verir, belələrinə necə haqq qazandırmaq olar? İmam Hüseynin (ə) əleyhinə vuruşan şəxslər də İslamdan dəm vurur, özlərini peyğəmbər xəlifəsi adlandırırdılar; zahirdə İslamın əleyhinə olduqlarını demirdilər.

Əgər bu hökumətin başında vəliyyi-fəqih durmasa, bu hökumət bizim üçün artıq İslam hökuməti olmayacaqdır. Biz bu hökumətdə o mə’sullara ehtiram edirik ki, vəliyyi-fəqih onları təsdiq və tə’yid etmiş olsun. Bu mətləb imamın sözlərində də öz əksini tapıb. “Səhifeyi-nur”da, vəsiyyətnamələrində dəfələrlə buyurur: “Əgər vəliyyi-fəqihin icazəsi olmadan, onun tə’yin etmədiyi hər hansı bir quruluş hökumət başına gələrsə, həmin hökumət tağutdur”. Niyə bu məsələləri cəmiyyətin fikrində qarışdırırlar? Ona görə ki, vəliyyi-fəqih məqamını yox etmək, nüfuzuna xələl gətirmək istəyirlər. Niyə bu qədər demokratiyadan, sekolarizmdən dəm vururlar? Ona görə ki, sabah kimsə desə, biz İslamı istəmirik, deyərlər xalqın rə’yi me’yardır; Berlin konfransında niyə deyirdilər ki, Xomeyni tarixin muzeyinə getməlidir? Amerikanın mə’sul şəxsləri bildirir və ümid edirlər ki, əgər parlament vilayəti-fəqih məsələsini həll etsə, bizim işimiz xeyli asanlaşar. Bunlar gözlərini dikib nə vaxtsa referendum yolu ilə vəliyyi-fəqihin aradan götürülməsini gözləyirlər.

Hələlik, bu işin müqəddimə və proqramını hazırlayırlar. Lə’nət olsun bu işə qol qoyan şəxslərə! Bunlar imam Hüseynin (ə) və yüz minlərlə şəhidin qanını payimal edirlər. Nəyin vasitəsilə? Xaricdən maliyyələşdirilən bu mətbuatın vasitəsi ilə.

səh:206

Mümkündür sual edəsiniz ki, mən bu sözləri niyə görə danışıram? Hər bir cəmiyyətin əsas problemi onun mə’lumat səviyyəsinin aşağı olmasından asılıdır. Bunların bu neçə ildə namərdcəsinə əl-qol açmalarına səbəb, bizlərin öz vəzifəmizə düzgün əməl etməməyimizdir. Bir sıra adamları sərt rəftarı məzəmmət etməklə aldatdılar, İslami dəyərləri əksinə yozmaqla əksər camaatı çaş-baş saldılar. Camaat da ağzını açıb danışmağa qorxdu ki, birdən onları sərt rəftarda günahkar sayarlar. Bir sıra nəcib, dindar adamlar da qorxdular birdən e’tiraz etsələr, araya qatışıqlıq düşər, düşmənlər də fürsətdən istifadə edib, öz xeyirlərinə bəhrələnərlər. Və ya sözləri birdən hökumətin məsləhətinin, rəhbərin mövqeyinin əksinə olar. Belə şəxslər elə indi də az deyillər! İndi də gərək gözümüz rəhbərin mübarək ağzına dikilsin! Onun hər sözü, hər kəlməsi bizim üçün qanun olmalıdır. Bizim əvvəlcədən hazırlığımız olmalıdır. Əgər bir gün mübarizə, cihad, hərəkət əmri verilsə, son damla qanımıza qədər meydanda qalmağı bacarmalıyıq.

Xalq bilməlidir ki, düşmən onlar üçün nə plan hazırlayıb, başlarına nə oyun açmaq istəyir; necə hiylələr qurublar. Bilməlidirlər ki, necə dörd kəlmə ilə, dörd dənə sözlə, dörd dənə şüarla İslamın min dörd yüz illik zəhmətini dağıtmaq istəyirlər. Açıqca deyirlər: “Peyğəmbərin (s) gedişi ilə vilayət də getdi! Başqa bir yerdə deyiblər: “Peyğəmbərin (s) öz peyğəmbərliyi də mə’lum deyil! Allahın öz varlığını da isbat etmək mümkün deyil!” Həmin bu bəylər deyiblər! Biz hələ də xam-xam baxırıq və başa düşmürük nə iş görürlər. Cəmiyyətə, ali məktəbə yeni qədəm qoymuş cavanlar

səh:207

hələ İslam maarifini əməlli-başlı öyrənməmiş, imanları möhkəmlənməmiş bu cür üstü zərli, içi zəhərli fikirlərlə qarşılaşırlar. Vəliyyi-fəqih dəfələrlə işarə edib bildirib ki, ayıq olun! Düşmən camaatın imanını hədəf seçib. Heç inandınız? Neçə ildir rəhbər xəbərdarlıq edir ki, düşmən öz hücumunu xalqın mədəniyyətinə, köklü adət-ən’ənələrinə qarşı yönəldib, ayıq olun! Mədəniyyət, müasirləşmək adı ilə zərbələr endirirlər. Başqa hansı dillə deməlidir?

Mən sıravi bir vətəndaş kimi ölkənin mə’sul şəxslərinə nəsihət edirəm ki, sizin tutduğunuz bu yol heç özünüzə də xeyirli deyil. Bu xalq dəfələrlə isbat edib ki, dinin təhlükədə olduğunu duysalar, canlarını belə qurban verməyə hazırdırlar. İslama, Peyğəmbərə (s), Allaha e’tiqadlı olan mənsəb sahibləri çalışaraq ətraflarına toplaşmış belə şeytansifətləri özlərindən uzaqlaşdırmalıdılar. Bu şəxsləri dövlət orqanlarında bir dəqiqə belə saxlamaq olmaz. İmamın nəsihətlərini həmişə yadınıza salın. Əgər bu deyilənlər olmazsa, özlərini imam Hüseynin (ə) Kərbəlada daşıdığı təklifin, onun canişininin öhdəsinə düşəcəyi gündən gözləsinlər. Və unutmasınlar o kəslər ki, min dörd yüz il fəryad edib «ya ləytəni kuntu mə`əkum fə`əfuzə mə`əkum» deyən şəxslər şəhid olmaq üçün fürsət axtarırlar; onlar belə bir gündən qorxmalıdırlar. Hələ ki, gec deyil, getdikləri səhv yoldan geri qayıtsınlar və səhvlərini düzəltməyə çalışsınlar. Əgər günahları olmuşdursa, Allah dərgahında, şəhidlər önündə, müsəlman milləti qarşısında tövbə etsinlər.

səh:208

Əmr be mə`ruf və nəhy əz münkər (2)

Ümumi mə`na kəsb edən əmr be mə`rufun aid edildiyi ünvanlar;

Cahilin tə`lim və tərbiyəsi;

Təzəkkür və nəsihət;

Düşmənin məkirli planlarına qarşı ictimai mübarizə;

Cəmiyyətin oyanış və dirçəlişi üçün edilən cihad.

səh:209

Keçən bəhsimiz əmr be mə’ruf və nəhy əz münkər barəsində oldu. Soruşulurdu ki, imam Hüseynin (ə) icra etmək istədiyi əmr be mə’ruf necə bir əmr be mə’ruf idi ki, biz onun oxşarına tarixdə rast gəlməmişik və hökmünü da bilmirik? Əvvəlki bəhsimizdə müqəddimə olaraq bə’zi sözlərin hərdən ümumi mə’nada, bə’zən də xüsusi mə’nada işlədilməsinə aid müxtəsər izah vermişdik. Əmr be mə’rufun Qur’anda və rəvayətlərdə nəzərdə tutulan mə’nasına əsasən, belə nəticəyə gəldik ki, əmr be mə’rufun da iki istilahi mə’nası var. Onlardan biri ümumi, digəri isə, xüsusi mə’nadır. Əmr be mə’rufun xüsusi mə’nası onun həmin istilahi mə’nası olub, bizim şər`i məsələlərdə rastlaşdığımız əmr be mə’rufa şamil edilir və onun üçün xüsusi şərtlər nəzərdə tutulur. Əmr be mə’rufa əməl etməyin şərtlərindən biri də, qarşıda zərər təhlükəsinin olmamasıdır. Amma əmr be mə’rufun daha geniş mə’naları da vardır; onlar həm şər`i məsələlərə, həm də digər başqa ünvanlara şamil olur, hətta bə’zən cihad məsələlərinə də aid edilir. Hazırkı bəhsimizdə əmr be mə’rufun aid edildiyi ünvanları yığcam şəkildə izah edəcək, imkan daxilində onların hər birinin hökmləri haqda ayrı- ayrılıqda müxtəsər açıqlamalar verməyə çalışacağıq.

Ümumi mə`na kəsb edən əmr be mə`rufun aid edildiyi ünvanlar

Ümumi mə’nada göstərilən əmr be mə’ruf və nəhy əz münkər, bir şəxsin digər şəxsə tə’sir etməsi üçün göstərdiyi hər cür fəaliyyət sahəsi deməkdir. Bu fəaliyyətdən məqsəd, fərdi və ya vacibi əmrlərə sövq

səh:210

etmək, ya da onu pis əməllərdən çəkindirməkdir. Bu fəaliyyət müxtəlif yollarla məsələn, hökmün tə’limi, ya da nəzərdə tutulan əməlin mövzusunun tə’limi olaraq həyata keçirilə bilər. Yə’ni, hər hansı bir şəxsə müəyyən bir əmrin İslamda vacibliyini başa salmaq və ya həmin vacibi həyata keçirməyin necəliyini öyrətmək kimi ola bilər.

Mümkündür, tə’lim-tərbiyənin özü ümumi mə’na kəsb edən əmr be mə’rufun ən mühüm ünvanlarından biri olsun. Başqa bir tərəfdən, ümumi mə’nada olan əmr be mə’rufun, imam Hüseynin (ə) Kərbəlada şəhadəti ilə nəticələnən digər bir ünvanını da tanıyırıq. Beləliklə, ünvan baxımından əmr be mə’ruf üçün üç qism başlıq nəzərdə tutmaq olar.

Cahilin tə`lim və tərbiyəsi

Əmr be mə’ruf və nəhy əz münkərin şamil olduğu ünvanlardan biri tə’lim və tərbiyədir. Bə’zən bir fərd müxtəlif səbəblər üzündən öz şər`i vəzifəsini bilmir. Və ya həddi-büluğa yaşına yenicə çatıbdır və hələ kifayət qədər İslam qanunları ilə tanışlığı yoxdur; və yaxud da ümumiyyətlə yaşadığı mühütün şəraiti ona bu imkanları verməmişdir. Məsələn, yerləşdiyi ictimai mühit ya İslami mərkəzlərdən uzaq olmuşdur, ya da kafir qüvvələrin tə’siri altında düşmüşdür. Bu şəxs İslam hökmlərinə nisbətdə “qasir cahil” adlanır. Yə’ni, bu şəraitdə olan bir kəs ya hökmü, ya da onun icra yollarını bilmir. Onun üçün İslam maarifini öyrənmək mümkün olmamışdır və bu işdə onun bir günahı da yoxdur. Belə bir adama İslami hökmləri tə’lim edib öyrətmək vacibdir. Amma bu şəxslərin tə’lim-tərbiyəsi

səh:211

kimlərə vacibdir, neçə növ tə’lim yolları var, bu tə’limlər fərdi və ya ictimai şəkildə olmalıdır, rəsmi və ya qeyri-rəsmi olmalıdır və s. Bu qəbildən olan suallara cavab vermək bəhsimizin genişlənməsinə gətirib çıxarar və hələlik bu kimi məsələlərə imkan yoxdur.

İcmali olaraq, aydın olan məsələ burdur ki, qasir cahilin tə’limi vacibdir. Belə bir tə’lim olduqca mülayimlik, səbr və mehribanlıqla həyata keçirilməlidir. Çünki, tərbiyə olunan tərəfin öz mə`lumatsızlığında heç bir təqsiri olmamışdır. Həmçinin, bu tə`lim-tərbiyədə maarifləndirilən tərəfin yaşına, cinsinə, həyat şəraitinə, iste`dadına uyğun tə’lim metodu seçilməlidir. Belə olduqda, yenəyetmə mövzuları daha yaxşı və sür’ətlə qavrayar. Dediklərim əmr be mə’rufun bir qismidir. Deməyin ki, biz indiyə qədər belə bir əmr be mə’ruf eşitməmişik.

Qarşıda duran məsələ, ümumi mə’na kəsb edən əmr be mə’rufun ünvanlarını araşdırmaqdır. Bu cəhətdən, cahilin tə’limi də əmr be mə’rufa şamil olur.

Başqa bir məsələ da budur ki, cahil öz mə`lumatsızlığında müqəssir olsun. Yə’ni öyrənmək, mə`lumat əldə etmək, maariflənmək imkanları olduğu halda ya tənbəllik, ya da bu elmlərə əhəmiyyət verməmək ucbatından cahillik damğasının alnına vurulmasına razı olub. Bu çox dəhşətli, faciəvi bir haldır. Bu cür insanların maarifləndirilməsi üçün ilk görüləcək iş, diqqəti nəzərdə tutulan məsələlərə yönəltmək, onda elmlərə və bəndə kimi boynunda vacib olduğu hökmlərə qarşı maraq hissi oyatmaqdır. Yə’ni, müqəssir bilinən cahilin tərbiyələndirilməsindən əvvəl bu iş üçün hazırlıq işləri aparılmalıdır. Müqəssir

səh:212

cahilə edilən əmr be mə’ruf metod baxımından olduqca mürəkkəb bir işdir.

Əmr be mə’rufun tə’lim qisminin başqa bir halı da budur ki, bir nəfər öz xəyalında hökmü bildiyini və onun yerinə yetirilməsi qaydalarına da düzgün əməl etdiyini düşünür. Amma həqiqətdə səhv edir. Məsələn, fərdi məsələlərdə bə’zi adamlar namazda qiraətləri səhv olduğu halda, onun düzgün olduğunu güman edirlər. Və ya bir başqası ictimai vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki səhv yoldadır. Məsələn, götürək üzərində bəhs etdiyimiz əmr be mə’ruf vəzifəsinə necə ynaşılmasına.

Yaxşı xatırlayıram, şah zamanında cəmiyyətin dini, ictimai, mədəni baxışları bu günkündən çox fərqlənirdi. Yadıma bə’zi şeylər düşür ki, əlbəttə buna oxşar hadisələri indinin özündə də müşahidə etmək olar. Bə’zi adamlar əmr be mə’ruf etdiklərini düşünərək, başqalarına çox acıqla, üz-gözlərini turşudaraq, əsəbi halda yanaşır, bə’zən hətta təhqir və söyüşlə pis əməl sahiblərini tutduqları pis yoldan çəkindirməyə çalışırdılar. Bu zavallı, öz vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki bilmədən əmr be mə’ruf kimi vacib təklifi yerinə yetirməklə yanaşı, həm də günaha batır. Bu iş mö’mini alçaltmaq, təhqir etmək sayıldığı üçün haram hesab edilir, hətta həmin mö’min şəxs günahkar olsa belə. Belə bir vəziyyətdə - həmin şəxs cəhl- mürəkkəbdədir – deyirlər. Yə’ni, öz vəzifəsini bilmir və bu mə`lumatsızlığından da xəbəri yoxdur, şər`i hökmləri bildiyini zənn edir. Beləsinin tədrisə ehtiyacı var. Lakin bu cür adamın maarifləndirilməsi yolu, əvvəldə söylədiyimiz iki metoddan daha mürəkkəbdir.

səh:213

Belə şəxslərlə incəliklə, mülayimliklə davranmaq lazımdır ki, qarşı tərəf bu kimi işlərə özündə hazırlıq və maraq hissi etsin. Öncə ehtimal versin ki, səhv etmişdir. Çünki, bizim fərz etdiyimiz məsələdə öz vəzifəsinə düzgün əməl etdiyini zənn edir. Bu səbəbdən əvvəlcədən elə bir iş görülməlidir ki, həmin adam vəzifəsini yerinə yetirdiyi zaman səhvə yol verdiyini ehtimal edə bilsin. Sonra düzgün yolu ona başa salıb, öyrətmək olar.

Hamınız eşitmiş olarsınız. İmam Həsən (ə) və imam Hüseyn (ə) haqqında belə rəvayət edirlər ki, uşaqlıq dövründə qoca bir kişinin düzgün dəstəmaz almadığını müşahidə edirlər. Dəstəmazın düzgün yolunu ona demək istəyirlər. Amma görürlər ki, bu adam yaşlıdır və ona nə isə birbaşa bir şey öyrətmək nəzakətdən kənardır. İslamda ədəb qaydaları vardır; ona əsasən yaşlılara başqalarından daha artıq ehtiram göstərilməlidir. Hər iki qardaş qocanın yanına gedib salam verirlər. Deyirlər: “Biz iki qardaşıq və dəstəmaz almaq istəyirik. Siz baxın görün bizlərdən hansı birimiz daha düzgün dəstəmaz alır.” İmamların qocaya yanaşma üsuluna diqqət yetirin. Əstəğfirullah, kobudluq edərək demirlər, sənin aldığın dəstəmaz səhvdir, niyə bu vaxta qədər öyrənməmisən? Ona ehtiram göstərib, salam verirlər. Sonra deyirlər ki, biz dəstəmaz alaq, siz baxın görün hansımız daha yaxşı dəstəmaz alır. Qoca dayanıb baxır. Yaşlı kişi onların dəstəmazını müşahidə etdikdə, özünün səhv dəstəmaz aldığını başa düşür. Başa düşür ki, onlar bu yolla ona dəstəmazın düzgün qaydasını öyrətmək istəyirlər. Qoca hər iki qardaşa deyir: “Əhsən, siz hər ikiniz çox yaxşı

səh:214

dəstəmaz alırsınız, deyəsən səhv eləyən elə mən özüməm.”

Hər üç məsələnin – qasir, müqəssir və mürəkkəb cahilin tə’limə ehtiyacı var. Onlara bu məsələləri öyrtmək lazımdır. Amma tə’limin metodları bu üç növə aid olan insanların cinsi, yaşı, iste’dadı, yaşadıqları ictimai mühit və s. tə`siredici amilləri nəzərə alınmaqla tətbiq edilməlidir. Əks təqdirdə, əmr be mə’ruf işində müvəfəqiyyət əldə edilməyəcəkdir.

İslami cəmiyyətdə bu işi öhdəsinə götürmüş xüsusi adamlar və ya orqanlar olmalıdır ki, tə’limi münasib metodlarla apara bilsinlər. İşarə edilən məsələlərin hər biri mühit və şəraitə görə fərq edir. Tə’lim-tərbiyə işini kim aparmalıdır? Kimlərə tə’lim-tərbiyə edilməlidir? Bu orqanların məs`ul şəxsləri kimlər olmalıdır? Hansı üsullarla və necə icra edilməlidir?

Hər hansı təşkilat bu işi boynuna götürərsə, bütün deyilən şəraitə riayət etməli, tə’lim-tərbiyədə hərtərəfli və ümumi bir metod seçməlidir. Bütün bu işlərdən məqsəd öyrənməkdir. Yol düzgün seçilərsə, öyrənən də düzgün öyrənəcəkdir. Hədəf cahilin tə’limidir. Yoxsa, insanın bir sözü deyib, höccəti tamamlamaqla işi bitmir. Bunların hər üç qismi əmr be mə’ruf və nəhy əz münkərdir ki, hər üçünün də adı “cahilin tə’limi” adlanır. Qasir cahil, müqəssir cahil, mürəkkəb cahil barəsində kəskin, sərt rəftardan, fiziki təzyiqlərdən istifadə etməyə ehtiyac yoxdur. Belə məsələlərdə cahilə kömək göstərib tə’lim-tərbiyə verilməli və metodoloji qaydalara düzgün riayət edilməlidir.

səh:215

Təzəkkür və nəsihət

Əmr be mə’rufun digər qisminə dəlalət edən növlərindən biri də, moizə və nəsihət etməkdir. Bu qismin bir neçə forması vardır və onun nümunələri bir-birindən fərqlənir. Məsələn, siz təsadüfən bir nəfərin bilərəkdən, lakin xəlvətdə günah etdiyindən xəbər tutursunuz. Həmin adam əslində heç kəsin onun nə kimi günah iş gördüyündən xəbərdar olmasını istəmir. Hətta əgər onun işindən xəbər tutmanızı bilsə, narahat olub utanar. Belə yerdə siz ona əmr be mə’ruf və nəhy əz münkər etməlisiniz. Amma bu iş elə aparılmalıdır ki, o xəcalət çəkməsin. Çünki, başqasına xəcalət vermək, həmin adama əziyyət etmək kimi bir şeydir və mö’minə də əziyyət vermək haramdır. Onunla elə rəftar edilməlidir ki, o, sizin onun günahından xəbərdar olduğunuzu bilməsin. Məsələn, ümumi şəkildə danışmaqla ona nəsihət edə bilərsiniz. Lakin siz qətiyyən, əsla onun etdiyi pis əməli başqalarının yanında aşkar etməməlisiniz. Başqasının günahlarını faş edib yaymağın özü böyük günahdır. Və ya onu başqalarının yanında əmr be mə`rufa də`vət etməklə digərlərini də etdiyi günahdan agah edirsiniz. Bu təqdirdə həmin adam xəcalət çəkəcək ki, bunun özü də digər bir günahdır. İkincisi, başqalarını da onun günahından agah etdiyiniz üçün daha böyük bir günaha batmış olursunuz. Mümkündür ki, o sadə bir günaha batmışdı, amma siz vacib təklifə əməl etmək adı ilə iki böyük günaha mürtəkib oldunuz.

Deməli, əgər bir kəs xəlvətdə günah etmiş olsa, hətta böyük günah olsa belə, əvvəla sizin haqqınız yoxdur onun sirrini faş edib, başqasına deyəsiniz. Hətta sizin

səh:216

haqqınız yoxdur ki, onun sirrini atasına və anasına deyəsiniz. Çünki, həmin adam xəcalət çəkəcək, abır-həyası gedəcəkdir. Mö’minin abrını aparmaq haramdır. Bu məsələdə ancaq bir istisnai hal ola bilər. O da budur ki, həmin günahkar şəxsin islah yolu, düzəlməsinin çarəsi ancaq başqasına deyilməklə mümkün olsun. Yə’ni, heç bir yolla günahından əl çəkmək istəməsə və onu bu işdən çəkindirmək başqasının əli ilə mümkün olsa, deyə bilərsiniz, o da aram-aram günahkar şəxsin islahı ilə məşğul olsun. Ancaq bu yerdə bir kəsin günahı başqası üçün açıqlana bilər. Ancaq mümkün qədər səbr edib, özünüz onun islahı ilə məşğul olmalı, onu tutduğu əyri yoldan çəkindirməlisiniz. Amma onun islahına elə məharətlə çalışmalısınız ki, sizin vəziyyətdən xəbərdar olduğunuzu bilməsin. Bununla siz onun abır-həyasını qorumuş olursunuz. Allah-taala «Səttar-əl-uyub»dur (eyibləri örtəndir). Və razı olmaz ki, mö’minin sirri başqasının yanında faş olsun.

Əksəriyyətin bu məsələdən xəbəri yoxdur. Elə bilirlər ki, bir kəs günaha batmışsa, həmin saat ifşa olunmalıdır. Tez gedib əlaqədar orqanlara xəbər verməli, ya da günahına görə yerindəcə məhkum olunmalıdır. Və ya şəriətdə nəzərdə tutulan qanunlarla cəzalanmalı, tutduğu işə görə xalq arasında məhkum olunmalıdır. Mə`lum məsələdir ki, fiziki cəzalara səbəb olan günahı bu sadəliklə ifşa etmək caiz deyildir. Bunun üçün həmin günahı dörd nəfər şəxsin bir yerdə görməsi lazımlı şərtlərdən sayılır. Bu halda həmin dörd nəfərin əhvalatı səlahiyyətli orqanlara bildirməyə haqqı çatır. Amma əgər üç nəfər mö’min bilsələr ki, bir nəfər günah işi görübdür və bu işə görə də cəza düşür, gedib

səh:217

məhkəmədə məsələni açıqlayıb şəhadət versələr, əgər bunların sözünü təsdiqləyən dördüncü şəxs olmazsa, qazi həmin üç nəfərin özünü cəzalandırmalıdır. İslam bu dərəcədə xalqın sirrinin faş olmasına diqqət yetirir. Əlbəttə, əgər rüsvayçılıq o həddə çatmış olsa ki, günahı dörd nəfər adil şəxs birlikdə görmüş olsalar, özü də elə bir halda ki, dörd nəfərin heç birində azacıq da olsa, şübhə yeri qalmasın, belə olan surətdə günahkar tərəfə ilahi hədd icra olunmalıdır. İlahi hədd və cəza icra edilməlidir.

Əmr be mə’ruf və nəhy əz münkərin başqa bir növü də budur ki, günahkar şəxs ipə-sapa yatmaz bir adamdır. Düzdür ki, indi günahı xəlvətdə edir, amma əgər başqaları da onun işindən xəbər tutsalar, nə həya edər və nə də xəcalət çəkər. Belə adamın haqqında öz günahından xəcalət çəkən adamda olduğu kimi sirri saxlamaq lazım deyil. Amma yenə də onu tutduğu pis işdən elə çəkindirmək lazımdır ki, xəbəri olmayanlar bu işdən agah olmasınlar. Onunla xüsusi şəkildə söhbət edilməlidir. Hay-küy salıb, xəbəri hər tərəfə yaymaq lazım deyil. Düzdür ki, onu belə işlər narahat etmir, amma siz yenə də xəbəri yaymaqdan çəkinməlisiniz. Əvvəlki məsələdə günahkar başqalarının onun tutduğu işdən agah olmasını istəmirdisə və açıqca günaha yol vermirdisə, siz də çalışıb onun sirrini gizli saxlamalısınız. Ehtiramını gözləmək şərti ilə ona nəsihət edib doğru yola yönəltməlisiniz. Məsələn, hədis söyləməklə, əxlaqi məclislərə də’vət etməklə onu tutduğu işin pis bir əməl olmasından agah etməlisiniz.

Amma bir nəfər utanmadan, açıqcasına camaatın gözü qarşısında günah edirsə, belə adam barəsində

səh:218

nəzərdə tutulan əmr be mə’ruf daha kəskin şəkildə qoyulmalıdır. Bununla belə onunla necə rəftar etməyin də müəyyən mərhələləri vardır. Bu yerdə artıq sirrin qorunması əsas məsələ sayılmır. Sözünüzü ona xəlvətdə deməyiniz və ya sizin də onun tutduğu günahı bilməyinizi gizləməniz lazım deyil. Çünki o, günahını aşkar edir, ictimai yerlərdə yaramaz işlər görür; özü öz həyasını aparır. O camaatın hüzürunda günah etməkdən çəkinmir. Burada da əmr be mə’ruf işini mərhələli şəkildə aparmanızı nəzərdən qaçırmamalısınız. Əvvəl mülayimliklə, ehtiramla ona nəsihət edib, tutduğu günahı tərk etməsinə çalışmalısınız. Tutduğu əməlin dünya və axirət tə’sirlərini ona aydınlatmaqla, aqibətinə diqqət yetirməklə, təşviq vasitəsilə günahının tərkinə sə’y edilməlidir. Hətta dillə edilən təşviqdən əlavə, əməli yollarla da onu doğru yola cəzb etmək olar. Əlbəttə, bu, hər kəsin bacara biləcəyi iş deyil. Amma bə’zi imkanlı şəxslər həmin adama maddi köməklik göstərməklə, müxtəlif əməli tə’sirlərlə, onu əyri yoldan döndərə bilərlər. Məsələn, qonaq çağırıb könlünü almaqla, səfərə aparmaqla və s.

Bu kimi təşviqlərin özü də ayrı-ayrı şəxslərin hansı növ günaha və mə’lumata sahib olmalarından asılıdır. Bu tip adamların əmr be mə’ruf və nəhy əz münkər edilməsi birinci mərhələdə çox aram, yumşaqlıqla, ədəbli və təşviqlə yanaşı aparılır.

Əgər birinci mərhələ tə’sir etməzsə, ikinci mərhələdə nisbətən sərt üsuldan istifadə edilir. Yə’ni, bu mərhələdə qaş-qabaqlı davranıb, qarşı tərəfə nisbətən sərt e’tirazını bildirirsən. Əvvəldə qeyd etdiyimiz rəvayətdə

səh:219

oxuduğumuz “ləm yətəmə`ər vəchuhu ğəyzən li qəttu” cümləsi məhz bu kimi şərait üçün nəzərdə tutulur.

Elə ki, gördünüz yumşaq dillə qəbul etmir, qaş-qabaqlı və acıqlı tərzdə ondan tələb edin. Bu kimi yerlərdə günahkar şəxsin qarşısında kəskin mövqe tutmaq lazımdır. Məsələni onlara amiranə şəkildə deməlisiniz. Deyin ki, bu işi etməməlisən! Əgər görsəniz sizin amiranə sözünüz də ona tə’sir etmir, onu, əməlindən əl götürməzsə, səlahiyyətli orqanlara müraciət edəcəyinizlə hədələyə bilərsiniz. Amma günahı gördüyünüz ilk addımda gedib şikayət etmək lazım deyil. Əvvəl xoş dillə, sonra sərt danlamaqla, daha sonra isə təhdid etməklə xəbərdarlıq edin. Bu tədbirlər nəticə verməsə, onda gedib lazımi yerlərə şikayət edə bilərsiniz. Yə’ni, əmr be mə’ruf və nəhy əz münkər işində mərhələləri gözləmək lazımdır. Yersiz heç kəsi danlayıb, təhqir etmək olmaz.

Əlbəttdə, işinizdə ifrat və təfritə yol verməməyi yaddan çıxarmamalısınız. Bizim əksər problemlərimiz bu iki məsələyə düzgün əməl edə bilməməyimizdən doğur. Hərdən bə’ziləri ifrata, başqa bir tərəfdən isə bə’ziləri təfritə varırlar. Əksər hallarda hadisələr başqa işlərin əks-reaksiyasından yaranır. Buna görə də hərdən birinin ləngiməyi, digərinin sür’ətli hərəkətinə səbəb olur. Və ya bə’zilərinin yersiz rəftarı, qarşı tərəfi vacib sayılan islami əməlin inkarına gətirib çıxarır. Lakin İslam hər şeyi öz həddində qərar vermişdir. Mümkün olduğu qədər sülhlə davranılmalıdır. Amma bu o demək deyil ki, bir nəfər islah olunmaq niyyətində olmayan günahkara görə cəmiyyətin asayişi pozulmalıdır. Cəmiyyətin məsləhət bilinən nizam-

səh:220

intizamı hər şeydən və hər kəsdən üstündür. İslam cəmiyyətində müqəddəs qayda-qanunlar qorunmalıdır. İslam cəmiyyəti elə olmalıdır ki, bu cəmiyyətdə günah iş tutan şəxs xəcalət çəksin. Əgər bu dəyərlərə əməl edilməzsə, İslam cəmiyyətində başqa problemlər ortaya çıxacaqdır. Hər halda söylədiklərimiz təqribən moizə və nəsihətin nümunələridir.

Moizə, bir kəsi dillə yaxşı işlərə də’vət və təşviq etməkdir. Yaxşı işin nəticəsi olaraq, faydası və ya tərk edildiyi surətdə insana verdiyi zərərlərini bə’yan etməkdir. Eləcə də, bir çox günah işlərin sonda insanı bədbəxtliyə sürüklədiyini tutarlı dəlillərlə izah etməkdir.

Lakin əmr - təhrik etmək, o şəxsi məcbur etmək mə`nasına gəlir. Bütün müsəlmanlar xətakar şəxsə əmr verməlidirlər. Bu məsələdə onunla söhbət etməyin, ona moizə oxumağın yeri deyil. Bəlkə bir cümlədə konkret olaraq ona deməlisən ki, bu işi tərk etməlisən. Bu əmr be mə’ruf və nəhy əz münkərin aşkar nümunəsidir. Burada «üluvv» və «istila» şərtdir. «Üluvv» və «istila» yuxarıdan, uca məqamdan, yüksəkdən aşağıya doğru əmr etmək deməkdir. Bu mərhələ başa çatarsa və günahkar şəxs yenə də öz işindən əl götürməzsə, onda məxsus şərtləri olan başqa bir mərhələ başlanır.

DüşmƏnin mƏkirli planlarına qarşı ictimai mübarizƏ

Bə’zən şəriətin, İslam cəmiyyətinin ziddinə olan bir iş adi və sadə bir şəkildə, hansısa bir şəxsin fərdi istəyi ilə həyata keçirilir. Bə’zən də şəriətin xilafına olan bu işlər fərdi və sadə şəkildə deyil, çox mürəkkəb və planlı

səh:221

şəkildə, məqsədyönlü və düşünülmüş surətdə həyata keçirilir. Söhbət bir nəfərin camaat qarşısında günaha batıb əxlaqız hərəkətlərə qurşanmasından getmir. Bu daha tədbirli bir plan əsasında həyata keçirilir. İslam cəmiyyətini sarsıdıb dağıtmaq üçün məhz bu cür işləri idarə edən, bu kimi dağıdıcı şəraitə zəmin yaradan kəslər var. Məqsəd, İslam dinini və onun qüdrətini zəiflətməkdir. Məsələn, deyirlər ki, əxlaqsız işləri cəmiyyət arasında o qədər yayıb genişləndirin ki, nəhayət bu işlər camaatın gözündə adi hala çevrilsin. Bunu qabaqcadan proqramlaşdırırlar və artıq bu proses fərdi xarakter daşımır.

Bu hücumlar şeytancasına düşünülmüş və planlaşdırılmışdır. Qarşılıqlı olaraq bu hücumların dəf edilməsi üçün planlı şəkildə iş aparılmalıdır. Mümkündür bu hücumlar iqtisadi çərçivədə aparılsın. Yəqin ki, «tənbəki» əhvalatını və buna oxşar hadisələri çoxunuz eşitmisiniz. Buna aid çoxlu misallar çəkmək olar ki, hətta onlardan bə’ziləri olduqca mürəkkəb məsələlərdir; ancaq həmin sahənin mütəxəssisləri bu kimi məkirli planları təhlil edə bilmişlər. Məsələn, belə məkirli oyunlardan biri, bu günlərdə İslam düşmənləri tərəfindən müsəlmanlara iqtisadi təzyiq olsun deyə, neftin qiymətinin dünya bazarlarında aşağı endirilməsidir. Bu məsələ sadə insanların baş çıxara biləcəyi bir iş deyil. Bu məsələ qarşısında necə mövqe tutmalıyıq? Bu iş ictimai, iqtisadi, dünya miqyasında planlaşdırılan bir münkərdir. Hətta bir ölkə təklikdə belə münkərə mütəkib ola bilməz. Müsəlmanlar əleyhinə bu növ iri miqyaslı planı həyata keçirmək üçün gərək müxtəlif ölkələrin “şeytan”ları bir-biri ilə ittifaqa girsinlər. Bu məsələ bir ölkənin xalqına, bəlkə də bütün müsəlmanlara endirilmiş zərbədir və bunun qarşısını almaq lazımdır. Bu münkəri həyata keçirməklə kafirlərin müsəlmanlar üzərindəki üstünlüyü, onların bazarları üzərindəki gücü sübuta yetir. «Allah-taala heç vaxt kafirlərin mö`minlərə müsəllət olması üçün bir yol qoymamışdır.» Yə`ni, Allah-taala heç vaxt kafirlərin müsəlmanlar üzərindəki üstünlüyünə icazə vermir.

səh:222

Bu kimi məsələlərdə bütün müsəlmanlar bir araya gəlib, yekdil qərar çıxarmalıdırlar. Əlbəttə, bu sadə qərar olmamalıdır. Bu qəbildən olan münkərlərin nəhyi elmi araşdırmalara ehtiyac duyur. Münasib yollar tapmaq üçün xüsusi mütəxəssislər uzun müddət tədqiqat aparmalıdırlar. Əgər bu münkərin qarşısında duracaq münasib həlli yolu tapılarsa, bütün müsəlmanlar onun həyata keçirilməsində sə’y etməlidirlər. Xüsusilə də, bu planın siyasətlə işləndiyi nəzərə alınmalıdır.

Məsələn, bir çıxış yolu budur ki, müsəlmanlar da öz ölkələrində Amerika məhsullarının satışına qadağalar tətbiq etsinlər. Bu əmrin icrası bütün müsəlmanlara vacibdir. Amerika mallarının alınması haram sayılsın. Hətta qadağan edilən malı başqa dövlətdən iki qat qiymətə əldə etsək belə, yenə də düşməndən alınmamalıdır. Bu mühasirəni yaratmaq nəhy münkər ünvanı ilə bütün müsəlmanlara vacib olur. İslami cəmiyyətdə əmr be mə’ruf və nəhy əz münkər bu qədər geniş sahəni əhatə edə bilər.

Hər halda cəmiyyətdə günahla mübarizə aparılmalıdır. Bu iş fərdi deyil, ictimai şəkildə həyata keçirilməlidir. İlk növbədə bu sahənin mütəxəssisləri məşvərət edib, ümumi mübarizə planı hazırlamalıdırlar. Sonra həmin planın icrası İslam dövləti tərəfindən xalqa çatdırılmalıdır. Bu mərhələdən sonra hazırlanmış plana əməl etmək bütün xalqa vacib olur. Bu layihəyə əməl etmək həm nəhy münkər, həm də İslam dövləti və müsəlmanların rəhbərinə itaət etmək deməkdir.

Deməli, müsəlmanlar xarici, ya daxili düşmənlər tərəfindən cəmiyyətin müxtəlif sahələrinə yönəldilmiş təhlükədən agah olduqda, bütün xalq öz alimlərinin elmindən, mütəxəssislərinin təcrübəsindən

səh:224

bəhrələnərək həmin təhlükə qarşısında mübarizəyə qalxmalıdırlar. Bu təhlükələrdən ən qorxulusu, müsəlmanların mədəni-ictimai hücumlara mə’ruz qalmasıdır. Əlbəttə, biz məsələnin adını əcnəbi mədəniyyətlərin hücumu qoymuşuq. Biganə mədəniyyətlərin hücumlarına mə’ruz qalmağımızın əsas səbəblərindən biri, müəyyən dərəcədə öz mədəniyyətimizin zəifliyidir. Bu zəiflik həm özümüzdə, həm də cəmiyyətimizdə mövcuddur. Mədəniyyətə olunan hücum dinə edilən hücum kimi qiymətləndirilməlidir. Vəliyyi-fəqihin buyurduğu kimi, düşmənlər xalqın imanını hədəf götürüblər. Bu zarafat deyil; bu kimi məsələləri hər kəsdən daha yaxşı bilən bir mütəxəssisin sözüdür. Bu şəraitdə mən deyə bilərəm ki, mənə nə var, mən namazımı qılıb, dərsimi oxuyuram! Bu çox səhv bir fikirdir. Bu cür vacib məsələləri tək dövlətin və ya vəliyyi-fəqihin öhdəsinə buraxmaq ədalətsizlikdir. Müsəlmanların rəhbəri nə qədər fəryad edib - ey millət, mədəni-ictimai həyatınıza olan hücumlar barədə düşünün, universitetlərdə yaranmış vəziyyət barədə fikirləşin, bizim təhsil ocaqlarımız hələ də İslami rəng almayıb – deməlidir. Bu qədər tə’kiddən sonra biz heç bir məs’uliyyət hiss etməməliyik? Bilə-bilə özümüzü uçuruma sürükləyirik.

Çox qəribədir, insanlar şəxsi işlərində daha ayıq olurlar. Sadə bir misal çəkmək istərdim. Məsələn, siz evinizdə oturduğunuz vaxt, birdən kimsə məhəllənizdə fəryad çəkib, küçənizi su basdığı və ya zəlzələ baş verəcəyini deyir. Bu anda nə edəcəksiniz? Əlbəttə, məsələyə ciddi yanaşacaqsınız. Tez evlərinizdən çıxaraq təhlükəni sovuşdurmağa, həlli yollarını tapmağa

səh:225

çalışacaqsınız. Daha sonra fəryad çəkib, işin təhlükəsini xəbər verən insana öz təşəkkürünüzü bildirəcəksiniz. Baş verəcək təhlükənin aradan qaldırmasında o şəxsin rolunu e`tiraf edərək, ona dəyər verəcəksiniz. Bəs nə üçün vəliyyi-fəqih sizə xəbərdarlıq etdiyi təqdirdə bu dəyəri ona vermir, sözlərini qulaqardına vurursunuz? Axı maddi zərərin boşluğunu doldurmaq mümkündür, lakin bu sözləri mə`nəvi zərərlərə aid etmək olmaz.

Biz mə’nəvi təhlükələrə qarşı həssas deyilik. Nəzərimdə ancaq mö’minləri tutmuram. Əslində insanın təbiəti daha çox dünyəvi işlərlə ünsiyyətdədir. İnsan öz hisslərinin fövqündə dayanan şeylərə bu asanlıqla inana bilmir. Bizə deyəndə ki, dinimizə qarşı əks hücuma keçiblər, deyirik hanı? Bir şey olmayıbdır ki! Əgər malımızı aparsalar, o saat inanırıq. Amma əgər desələr dinimizi aparırlar, deyirik: “Xeyr, biz ki, namaz qılırıq, oruc da tuturuq?!” Diqqət etsək görərik ki, keçən ilki imanımız bu ilkindən fərqlənir. Fikirləşirik ki, ola bilər axundların sözü doğru olmasın? Kəmiyyət və keyfiyyətcə olan dəyişikliklərə qarşı tez reaksiya veririk. Çünki, bunu canlı şəkildə müşahidə edirik. Lakin dində və imanda olan dəyişikliklərin, zahirdə olanlar istisna olmaqla, əksəriyyəti gözlə müşahidə edilmir. Bu səbəbdən də insanlar qəflət içərisində olurlar. Ayıldıqda dindən əsər-əlamətin qalmadığı görülür.

Uzaqgörən insanlar isə, düşmənin silahını hansı hədəfə tuşladığını tə’yin edə, müəyyən qədər də olsa, gələcək fəaliyyəti barədə ehtimal verə bilirlər.

Hər halda bu da nəhy münkərin bir növüdür. Fəryad edənlərin çağırışını hüsnü niyyətlə qarşılamaq və bu çağırışlara qoşulmaq lazımdır. Əks təqdirdə,

səh:226

müəyyən müddətdən sonra iman əldən gedəcək, əxlaqsızlıq cəmiyyətdə vüs`ət tapacaqdır. Gənclər sərxoşluq, narkomaniya və bu kimi digər bəlalara tutulacaq, beləliklə də, cəmiyyət süqut edəcəkdir.

Bu onların dünyəvi əzablarıdır. Məsələn, ailələrin dağılması, qadın kişi arasında daimi ixtilafların yaranması, uşaqların tərbiyəsiz böyüməsi, murdar adətlər, narkomaniya və neçə-neçə bu cür bədbəxt və çarəsi olmayan bəlalar.

İman əldən gedərsə, ardınca da sadaladığım problemlər gələcəkdir. Cəmiyyətin belə uçurumlara yuvarlanmasını istəmirsinizsə, əvvəldə onun qarşısını almalısınız. Cəmiyyətdə mədəni-ictimai, tə’lim-tərbiyə işlərinə xüsusi diqqət yetirməlisiniz. Deməyin ki, hər şeyin başında pul durur, hər şey iqtisadi vəziyyətdən asılıdır. İctimai problemlərin həllini ancaq iqtisadi problemlərin aradan qaldırılmasında görənlər, çox böyük səhv edirlər. Əlbəttə, öz yerində iqtisadi məsələlərə də diqqət yetirilməlidir. Çünki, cəmiyyətdə baş verən əxlaqsızlıqlar adətən iki səbəbdən baş verir. Birinci səbəb ehtiyac üzündən yaranır. İnsanlar öz nəfsani, şəhvani və maddi ehtiyaclarını tə`min etmək üçün müxtəlif əxlaqsız əməllərə qurşanır, cəmiyyətdə günahın geniş vüs`ət tapmasına şərait yaradırlar. Digər bir səbəb isə bə`zi sərvət, pul meyilli insanların maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün qeyri-qanuni, haram yollardan istifadə etmələridir. Məsələn, kriminal qruplaşmalar, uyuşdurucu maddələrin ticarəti, qadınlardan gəlir mənbəyi kimi istifadə edilməsi və s. Bu mənfi hallar cəmiyyət üzvləri tərəfindən törədilir.

səh:227

Xarici qüvvələrin rolunu yuxarıda qeyd etdiyim üçün bu səbəbin izahına ehtiyac duyulmadığını zənn etdim.

Təəssüflər olsun ki, son zamanlar müxtəlif informasiya vasitələri ilə bizə təlqin edirlər ki, bizim iqtisadi problemlərimiz həll olarsa, qalan problemlərin həlli yollarını tapmaq asan olar. Xeyr, heç də belə deyil. Bu sözləri deyənlər ancaq özlərini aldatmış olurlar; siz aldanmayın. İqtisadi vəziyyətin düzəlməsi bütün çətinliklərin həll olunması demək deyildir. Hamı bilir ki, Amerika dünyada ən dövlətli ölkələrdən biridir. Ölkəsinin illik gəliri əksər dövlətlərdən çoxdur. İqtisadi inkişaf baxımından da bütün dövlətlərdən irəlidədir. Ən azı iqtisadi inkişafına görə Amerika qabaqcıl ölkələrdən biridir. Sizcə bu ölkənin ictimai və əxlaqi problemləri yoxdur? Amerikanın mətbuat xidmətlərinin verdiyi mə`lumatlara əsasən, bu ölkədə hər saniyədə bir cinayət baş verir. Məktəbli uşaqlar dərsə xüsusi mühafizə dəstəsinin müşayəti ilə gedirlər. Amerikanın bütün məktəblərində silahlı polislər təhlükəsizliyə nəzarət edirlər. Son vaxtlarda zorlama faktlarının çoxalması dediklərimizə əyani bir sübutdur.

Mən bununla əksər ictimai problemlərin maddi çətinliklərdən doğduğunu inkar etmək istəmirəm. Ən azı fəqirlik bu problemləri daha da şiddətli edir. Lakin belə də təsəvvür etməyin ki, iqtisadi çətinliklər həll edilərsə, yerdə qalan problemlər özü-özlüyündə aradan gedəcəklər. Hərdən pulun çoxluğundan da problemlər yaranır.

səh:228

Cəmiyyətin oyanış və dirçəlişi üçün edilən cihad

Tutaq ki, bə`zi şəxslər və ya İslam dövləti yuxarıda söhbəti gedən problemlərin həllini öz üzərinə götürdülər. Və ya İslam dövləti olmasa belə, müsəlman xalqın özü bu problemlərin həllinə qalxdı, çətinlikləri aradan qaldırıb İslam düşmənləri ilə mübarizə apardılar və düşmənin planlarını alt-üst etdilər, çox gözəl. Lakin heç bir iş görülməsə, dediyimiz münkərlə mübarizə aparmaq müsəlmanların öhdəsinə düşür. Amma həmişə müsəlmanlar öz vəzifələrini dərk edib onları yerinə yetirirlərmi? Görəsən elə bir gün olacaqmı ki, müsəlmanlar öz İslami vəzifələrinə süst yanaşmasınlar? Məgər bizim tarixdə müsəlmanların vəfasızlığına aid nümunələrimiz azmı olub?

Əmirəl-mö’minin Əli əleyhissəlamın şəhadətindən İmam Hüseynin (ə) şəhadətinə qədər iyirmi il vaxt çəkdi. Bu müddət ərzində İmam Hüseyn (ə) Mədinədə nə edirdi? Hakimiyyətdə olanlar bütpərəst idilər, ya zahirdə Allahı, Rəsulallahı (s) və şəriəti danırdılar? Xeyr, belə deyildi. Onlar özlərini həzrəti Məhəmmədin (s) xəlifəsi bilirdilər, ibadət edirdilər, cümə günləri cümə namazı qılır, xalqa pişnamaz olurdular. Ancaq bə`zən də çaşıb cümə namazını cümə axşamı qılırdılar! Hərdən də camaat namazına kefli halda dayanırdılar! Mə’lum olan budur ki, namaz qılırdılar. Hətta Aşura günü Ömər ibn Sə’d əvvəl namaz qılır, sonra deyir: “Ya xəyləllahi irkəbi və bil cənnəti əbşiri.”

İmam Hüseyn (ə) dövründə yaşayan camaatın hamısı namaz qılırdı. Müsəlmançılıq iddiasında idilər. Necə deyərlər hökumət, İslam hökuməti idi. Amma

səh:229

İmam Hüseyn (ə) iyirmi il müsibətlər çəkdi və anlada bilmədi ki, bu hökumət nahaqdır. Az bir dəstə istisna olmaqla, əksəriyyət bu kimi məsələləri anlaya bilmədi.

Digər imamların məsələn, həzrət Musa ibn Cəfər (ə) və İmam Sadiq (ə) və digərlərinin zamanında açıqca deyə bilirdilərmi ki, hökumətimiz batil hökumətdir? Bəs bu böyük şəxsləri nə üçün zindana salır, sürgün edir, şəhadətə yetirirdilər? Xəlifələr dini inkar etsələr də, zahirdə müsəlman görsənir, Allah rəsulunun xəlifəsi adı ilə hakimiyyət edirdilər. Əksər rövzəxanların nəql etdiyi belə bir əhvalatı yəqin ki, eşitmiş olarsınız: “Harun ər-Rəşid Həzrət Musa ibn Cəfəri (ə) zindana salmaq istəyəndə peyğəmbərin (s) qəbri üstünə gəlir və üzürxahlıq edərək deyir: “Ey peyğəmbər, mən sənin övladını zindana salmaq məcburiyyətindəyəm. Bunu məndən İslam cəmiyyətinin əmin-amanlığı tələb edir! Ölkədə əmin-amanlıq olsun, ixtilaf düşməsin deyə, bu işi görməliyəm!” Peyğəmbərdən (s) bu işinə görə üzr istəyirdi.

Elə düşünməyin ki, bu hökumətlər kafir və dinsiz idilər. Yaxşı, belə vəziyyətdə nə etmək lazımdır?

Bə’zi pərakəndə ictimai-mədəni fəaliyyətlər sayəsində dinin əslini qorumaq olur. Bu ümidlə ki, bir gün gələr xalqın səviyyəsi yüksələr və daha mühüm işlərə gücləri çatar. İmam Səccadın (ə) vaxtından müxtəlif səbəblər üzündən bütün imamlarımızın proqramı bu tərtiblə olmuşdur. Xüsusi şəkildə hazırlanmış bir qrup müsəlman İmam Hüseynin (ə) qanının bərəkətindən haqqı tanıyıb, İslam ölkələri ətrafında pərakəndə şəkildə yaşayırdılar. Müxtəlif yerlərdə rast gəldiyimiz imamzadələr həmin əhli-beyt

səh:230

məktəbində tərbiyə almış kəslərdir ki, xalqın hidayəti ilə məşğul idilər. Onların əksəriyyəti Peyğəmbər (s) sülaləsindən idilər. Bu şəraitdə ancaq xalqın maarifləndirilməsi işi ilə kifayətlənirdilər. Çünki, başqa sahələrdə fəaliyyət göstərmək imkanı yox idi. Görə biləcəkləri iş ancaq bundan ibarət idi və bununla da dinin əslini qoruyub saxlaya bilirdilər. Lakin Minada İmam Hüseyn (ə) görkəmli şəxsiyyətlərlə görüşəndə, onlara buyurduğu fərmanın bir hissəsi belə idi: “Mən qorxuram haqqın əsli itsin!” Söhbət bir hökmün itməsi məsələsi deyil. Düşünün, mən haqqın özəyinin itməsindən qorxuram. Qorxuram ki, xalq artıq haqla batili bir-birindən ayıra bilməsin. Haqla batili bir-birindən ayıracaq başqa bir yol qalmamışdır!”

Bu şərait artıq xüsusi iş tələb edir. Nə təbliğat işləri, nə pulla iş görmək, nə də hərbi qoşun toplamaq mümkündür. Haqq cəbhəsinin tərəfdarı yoxdur, güc batil cəbhənin əlindədir və pul da onların ixtiyarındadır. Saysız-hesabsız təzyiqlər xalqı süst etmişdi. Müxalifət edənləri ya dara çəkir, ya terror edirdilər. Bu səbəbdən də xalqın mübarizə ruhu ölmüşdü. Bir kəsin nə qiyam etməyə cür’əti çatırdı və nə də bu işə qüdrəti qalmışdı; təbliğat da tə’sir etmirdi. Bütün təbliğat mexanizmi əməvilərin əlində idi. Çox az adam imamın fəryadını eşidirdi. Əlbəttə, söhbət etməyə də qoymurdular. İyirmi ildə onu bu imkandan da məhrum etmişdilər.

Belə bir şəraitdə nə etmək lazımdır? İmam Hüseynin (ə) gördüyü iş İslam cəmiyyətində elə bir təəssürat yaratdı ki, qiyamət gününəcən öz tə’sirini saxlayacaqdır. Bu titrəyiş həmişəlik qalacaq, sakitləşməyəcəkdir. Bu

səh:231

hərəkatı nə təhrif etmək olur, nə də başqa yerə yozmaq. Hədis olsa deyə bilərlər ki, məsələn yalandı və ya qondarmadır. Ya da ən azı deyərlər ki, bu sizin nəzərinizdir! Alimlərə də deyərlər: “Siz öz anlayışlarınızı mütləq şəkildə cilvələndirməyin. Başqa nəzərlər də ola bilər!” Allah yolunda, dinin dirçəlişi üçün bir dəstə insan öz canlarını və əzizlərini fəda etmişdilər. İndiyə qədər nə bir tarixçi, nə alim və nə də bir insaflı şəxs Kərbəla faciəsini başqa cür təfsir etməmişdir.

Bəli, bu günlər mümkündür kimsə Kərbəla hadisəsinə təzə rəng verməyə çalışsın! Nəuzubillah desinlər: ”Hüseyn (ə) çox yersiz iş görübdür! Kərbəla hadisəsi bir çox kobud hərəkətlərin əks-reaksiyası idi! Burda yezidlərin təqsiri yoxdur. Hüseynin (ə) babası vaxtilə onların atasını öldürmüşdü, onlar da Kərbəlada əvəzini çıxıb peyğəmbərin (s) övladını öldürdülər!”

Bu növ izah indiyə kimi Kərbəla hadisəsi haqqında edilən təfsirlərin bəlkə də ən alçağıdır ki, eşidirik. Belə təfsiri ancaq şeytanın özü edə bilər. Belə bir təfsir hələ indiyə qədər görünməmiş bir şeydir. Müsəlman da, kafir də, müşrik və bütpərəst də Kərbəla hadisəsi qarşısında ehtiramla tə’zim edirlər. Bu səbəbdən Hüseyn (ə) hidayət çırağı olmuşdur. Bu elə bir çırağdır ki, heç vaxt sönməz. Bunun əleyhinə görüləcək bir iş də yoxdur. Bu hadisə İslam cəmiyyətinin nicat tapmasına səbəb oldu.

Bu da ümumi mə’nada olan nəhy əz münkərin başqa bir nümunəsidir. O həzrət buyurmuşdur: “Mən əmr be mə’ruf və nəhy əz münkər etmək üçün qiyam etdim”. Əgər kimsə, “Öz hədəfinə çatdımı?” sualını versə,

səh:232

cavab budur: Bəli! İstədiyini etdi və niticəyə də çatdı. Bu işin nəticəsi nə oldu? Bu oldu ki, xalq haqla-batili bir-birindən ayıra bildi.

İlahi peyğəmbərlərin və övliyaların əsas vəzifəsi hidayət edib yol göstərməkdir. Hidayətdən sonra xalq hazır olub onların rəhbərliyini qəbul edərsə, hökumət də təşkil olunar. Hökumətin təşkili onların vəzifəsidir, bir şərtlə ki, xalq da yardım etsin. Necə ki, Əli (ə) Şiqşiqiyyə xütbəsində buyurur: “Xalq hazır olub köməklik göstərsə, mən də öz vəzifəmə əməl edəcəyəm.” Hazır olmasalar, hökumət qurmaq vəzifəsi qüvvədən düşür; hidayət vəzifəsi qüvvədə qalır. Hidayət etmək peyğəmbərlərin və övliyaların vəzifəsidir. Onların qeybəti zamanı bu vəzifə başqalarının üzərinə düşür. Onlar (üləmalar) peyğəmbərlərin varisləridir. Bu vəzifə həmişə var və heç bir halda heç kimin üstündən götürülmür.

İmam Hüseynin (ə) şəhidlik məktəbi tədris olunmalıdır. Hər hansı bir insaflı şəxs onu təhlil edə bilsə, bu nəticəyə çatacaq ki, o həzrət öz dini vəzifəsini yerinə yetirmək üçün bu işi görmüşdür. Deməli, əmr be mə’ruf və nəhy əz münkərin belə bir nümunəsi də ola bilər. Amma bu cür hallar çox nadir olur. İkincisi də, belə bir vəzifə borcunu müəyyənləşdirmək olduqca böyük agahlıq tələb edir. İnsanın hər bir şeyindən keçməsi çox böyük fədakarlıq tələb edir ki, vəzifədən boyun qaçırmaqdan ötrü öz işlərinə yalandan şər’i don biçməsin, əmr be mə’rufu tərk etməkdən ötəri bəhanə axtarmasın. Belə bir şəxsiyyət çox nadir hallarda olur. Amma hər halda Allah-taala öz höccətini bizim

səh:233

hamımıza tamam etmişdir. Heç kəs olmasa da, Hüseyn ibn Əli (ə) var idi.

Bizim canımız, övladlarımız sənə qurban, ey Hüseyn! Hidayət çırağını bu dünyada yenidən sən alışdırdın. Dünya durduqca bu çıraq sönməyəcəkdir!

səh:234

Qun`anda əmr be mə`ruf və nəhy əz münkər

Əmr be mə’ruf və nəhy əz münkərin istilahi mə’nası;

Əmr be mə’ruf və nəhy əz münkərin mərhələləri;

Başqalarına qarşı mə’suliyyət hiss etmək;

Qur’an niyə mö`minlərin qarşısında münafiq tə’birini işlətmişdir.

səh:235

Bismillahir rəhmanir rəhim

Qur’ani-Kərimdə əmr be mə’ruf və nəhy əz münkər barəsində müxtəlif tə`bir və ifadələrlə onlarla ayə nazil olmuşdur. Bu ayələr arasından Tövbə surəsindən iki ayə`ni seçdim və imkan daxilində həmin ayələr ətrafında bəhs edəcəyəm.

Əlbəttə, söhbətimizin mövzusu ətrafında bu ayələrdə mətləblər olduqca çox olduğundan, onları tərtiblə söyləməyə çalışacağam.

Əmr be mə`ruf və nəhy əz münkərin istilahi mə`nası

“Əmr be mə’ruf və nəhy əz münkər” anlamı nədir? Əmr be mə’ruf və nəhy əz münkərin mə’nası bizim üçün çox aydındır. Əmr be mə’ruf yaxşılıqlara də’vət və əmr etmək, nəhy əz münkər isə, pisliklərdən çəkindirib, yaramaz işlərin qarşısını almaq deməkdir. Amma sözlərin dəyişilmə axarında onların mə’nası gah genişlənir, gah da qısalır. Bə’zi hallarda bir kəlmənin işlədilməsi ilə onun məfhumu öz əsli tələblərindən daha geniş mə’na kəsb edir. Burada da onun kimidir. Fəqihlər və alimlər əmr be mə’ruf və nəhy əz münkər mövzusu ətrafında bəhs edərkən deyirlər, əmr kəlməsində «üluvv» (ali məqam) və ya «istila» (yüksəklik) məfhumu gizlənmişdir. Yə’ni, əmr edən adam ya əmr edilən adamdan üstün olmalıdır, ya da belə bir məqamda qərar verməlidir və yüksək mövqedən əmr etməlidir. Xahiş və də’vət əmr sayılmır. Məsələn, “mən xahiş edirəm bu işi görün” cümləsi əmr deyildir. Əmr forması amiranəliklə danışmağı tələb edir. Hətta bə’zi

səh:236

fəqihlər ehtiyat edib deyirlər: ”Əmr be mə’ruf və nəhy əz münkəri o zaman etmək olar ki, əmr edən sözünü istilasız (yə’ni mülayim şəkildə, səsini yüksəltməmək şərti ilə) desin.

ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏRİN MƏRHƏLƏLƏRİ

Əmr bu mə’ruf və nəhy əz münkərin qarşıya çıxma fəlsəfəsi və onun tətbiq edildiyi hallarda Qur’an və rəvayətlərə diqqət etsək, bu kəlmənin bir növ geniş mə’na kəsb etdiyinin şahidi olacağıq. Misal olaraq, əmr be mə’ruf və nəhy əz münkərin rəvayətlərdə göstərilən bə’zi mərhələlərindən danışacağam.

1.Atifi hiss;

Əmr be mə’ruf və nəhy əz münkərin mərhələlərini rəvayətlərdə araşdırarkən görürük ki, bu vəzifənin ilkin mərhələsi nəhy əz münkərin qəlblə olunan inkarıdır. Yə’ni, insan cəmiyyətdə bir günah əməli, azğınlığı gördüyü zaman ürəyində o əməli pisləyib, narahatçılıq hissi keçirməlidir. Bu nəhy əz münkərin ilkin mərhələsidir.

2.Narahatçılığı biruzə vermək;

Hədis və rəvayətlərə əsasən, insan sonrakı mərhələdə öz narahatçılığını üzdə biruzə verməlidir. İnsan cəmiyyətdə azğın bir əməllə üzləşərsə, daxili inkardan əlavə, öz narahatlığını izhar etməlidir. Rəvayətlərdə göstərilir ki, insan günah bir əməllə üzləşdikdə küskün vəziyyət alıb e’tirazını zahirdə biruzə verməzsə, alnında qəzəbdən qırışlar yaranmazsa, həmin adamın alnı cəhənnəm atəşində qırışacaqdır. Deməli, qəlbi inkardan sonra ikinci mərhələdə e’tirazı üzdə biruzə verməkdir.

səh:237

3.İnkarı dildə izhar etmək;

Üçüncü mərhələ e’tirazı dilə gətirib, təzəkkür verməkdir. Bunun da öz mərhələləri var. Birinci mərhələdə şərait münasib olarsa, sözün qarşı tərəfə necə tə’sir edəcəyini nəzərə alıb şirin dillə və yumuşaqlıqla mə’ruf və münkər edilməlidir. Amma mülayimliklə nəticə hasil olmasa bir qədər şiddətli formada yeni bir mərhələni başlamaq lazımdır.

4.Fiziki müqavimət;

Şifahi şəkildə edilən nəsihət günahkar şəxsə tə`sir etməsə, sonrakı mərhələdə fiziki tə`sir göstərmək lazımdır. Bu da əmr be mə`ruf və nəhy əz münkərin digər bir mərhələsidir.

5.Cihad;

Bu vaxta qədər qeyd olunan mərhələlər əmr be mə`ruf və nəhy əz münkərin adi dərəcələrindəndir. Amma onun digər mərhələləri də vardır ki, cihada da şamil olur. Ümumi olaraq cihadın bütün növləri, əmr be mə’ruf və nəhy əz münkərin nümunələrindən sayıla bilər. Hətta xalqın hidayəti yolunda maneələrin qaldırılması üçün nəzərdə tutulan ibtidai cihad növü də həqiqətdə əmr be mə’rufun bir növüdür. Çünki, ibtidai cihadda cəmiyyət haqq yola istiqamətləndirilir və doğru yola hidayət olunur. Həmçinin müdafiə ünvanı ilə aparılan cihad da münkərdən çəkindirməyin bir növüdür. Müdafiə xarakterli cihadda haqqın cəmiyyətdə küfrdən müdafiə olunması nəzərdə tutulur. Cihadın başqa bir növü də üsyankar tayfa, haqq əleyhinə qiyama qalxmış dəstə ilə edilən cihaddır. Üsyankarlar o kəslərə deyilir ki, onlar İslam ölkəsində təfriqə ilə məşğul olub, adam öldürməklə, qarışıqlıq

səh:238

salmaqla ölkənin nizam-intizamını pozurlar. Bu dəstə ilə müharibə aparılmalıdır. Bu da nəhy əz münkərin bir başqa nümunəsidir. Cəmiyyətdə öz azğın əməlləri ilə fəsad törədən kəslərlə mübarizə aparılmalıdır, onun qarşısı alınmalıdır.

Cihadın xüsusi bir nümunəsi də var. Bu cihad çox nadir hallarda meydana çıxır. Məsələn, dünyanın bir yerində, xüsusi şəraitdə İslamın əsasları təhlükəyə düşərsə, İslam dövləti və müsəlmanlar həmin fəsadın qarşısını almalıdırlar.

Hansı hallarda xalq fiziki gücdən istifadə edə bilər?

Əgər hansısa bir ölkədə İslam dövləti olmazsa, ya mövcud İslam dövləti zəifləyib əlindən bir iş gəlməzsə və xalq dinin ciddi təhlükə ilə üzləşdiyini hiss edərsə, belə yerdə həmin xalq münkər əleyhinə qiyama qalxmalıdır. Bu qiyam İslam həqiqətlərinin, İslam hökmlərinin qorunub saxlanması və insani dəyərlərin cəmiyyətdə dirçəldilməsi üçündür.

Ola bilər ki, cəmiyyətdə istər əqidədə olsun, istərsə də əməldə zülmün qarşısını alacaq qədər güclü İslam dövləti olmasın. Və ya dövlət kafir və ya islami dövlət adı altında hökumət edənlər əslində münafiq olsunlar. Ya hakim qüvvəyə əmr be mə’ruf və nəhy əz münkəri həyata keçirməyə maneə yaratsınlar. Həmçinin, cəmiyyətdə sağlam islahat aparıb, fəsadın qarşısını almaq istəyən bə’zi insanların güclü təzyiqlər qarşısında mübarizə gücləri çatmasın. Belə şəraitdə mümkündür ki, bu vacib əməli həyata keçirmək üçün elə hərəkətə əl

səh:239

atsınlar ki, hərəkətləri onların məzlum şəkildə şəhadətə yetişib, islamın nicat tapması ilə nəticələnsin.

Bu hərəkətin bariz nümunəsi İmam Hüseynin (ə) etdiyi hərəkatdır. O həzrət buyurmuşdur: “Mən bu qiyamı ondan ötəri etdim ki, cəmiyyəti əmr be mə’ruf və nəhy əz münkər vasitəsi ilə islah edim.”

İmam Hüseynin (ə) şəhadəti ilə nəticələnən belə bir hərəkat əmr be mə’ruf və nəhy əz münkərin kamil bir nümunəsidir. Bu cür əmr be mə’ruf və nəhy əz münkər ancaq qaş-qabaq sallamaq, öyüd-nəsihət etmək və ya məhdud fiziki güc göstərməklə olmayıb, əslində tarixdə dərin izlər qoymuş, yeni səhifələr açmış əzəmətli, şövkətli bir hərəkat idi. Bəşəriyyət durduqca bu izlər də duracaqdır. Əlbəttə, bu cür hadisələr tarixdə çox nadir hallarda baş verir.

Başqalarına qarşı məs`uliyyət hiss etmək

İkinci bir məsələ insanların cəmiyyətdə bir-birinə qarşı məs’uliyyətli olmalarıdır; bir-birinin rəftarına bir növ nəzarət etmələridir. Bu məsələ az-çox sivilizasiyalı cəmiyyətlərdə mədəni inkişaf fərqi və aralarındakı ixtilafa baxmayaraq, həmişə mövcud olmuşdur. Elə bir cəmiyyət tapmaq olmaz ki, mədəni inkişafa qədəm qoysun, lakin o xalq arasında qarşılıqlı həmkarlıq və məs’uliyyət hissi olmasın. İnsan başqalarının hərəkət, rəftar və davranışlarına qarşı məs’uliyyətli olmalıdır. Amma müxtəlif cəmiyyətlərdə bu məsələ həmin cəmiyyətlərin hakim olduğu dəyər sisteminə görə bir-birindən fərqlənir. Müxtəlif cəmiyyətlərdə “yaxşı” və “pis” anlayışı həmin cəmiyyətlərin dəyər sisteminə görə

səh:240

fərqli olduğu kimi, başqalarının rəftarına qarşı məs’uliyyətin keyfiyyəti də hər xalqın dünyagörüşündən asılı olub, onların cəmiyyətə və insana baxışlarına əsaslanır. Bu məsələ geniş açıqlama tələb etdiyi üçün onun haqqında da tərtibi ardıcıllıqla danışacağam.

Fərdyönlü və ictimayönlü dəyər sistemi

Həyatda bə’zi insanlar ancaq özlərini düşünürlər; rahatlıq iddiasındadırlarsa, bunu ancaq özləri üçün tələb edirlər. İnkişafı, tərəqqini dəstəkliyərlərsə, bunu da ancaq özləri üçün nəzərdə tuturlar. Onların fikir və fəaliyyətlərinin mehvəri şəxsi mənafeyinə qarşı olan zərərin dəf edilməsi və mənfəətin cəzb olunmasıdır.

Digər bir dəstənin nümayəndələri özlərini ictimai həyatda başqaları ilə şərik bilirlər; onların e’tiqadına görə, cəmiyyət vahid bir toplumdur. Cəmiyyətin bütün fərdləri bir-birinə bağlı olub, vahid bir ictima yaradırlar. Bu baxımdan onlar, yalnız özlərini fikirləşmirlər. Bu dəstəyə mənsub olanlar xeyr və mənfəət tələb edirlərsə, bunu hamı üçün istəyirlər. Hətta mə’nəvi inkişaf və axirət səadətini də ümumi xalq üçün arzu edirlər.

İslam dininin insana baxışı

Peyğəmbərlər və xüsusilə də müqəddəs İslam dini ictimayönlü nəzəriyyəni təsdiq edib qüvvətləndirir. Bu

səh:241

din insanı elə tərbiyə etmək istəyir ki, onun tə`siri altında insan öz həyatının bütün mərhələlərində bütün bəşəriyyətə, və eləcə də İslam cəmiyyətinə qarşı məs’uliyyət dərk etsin. Misal üçün, bilirik ki, namaz fərdi bir ibadətdir. Bütün insanlar öz əqidələrinə uyğun olaraq, Allah qarşısında bəndəçiliklərini izhar edirlər. Amma biz müsəlmanlar Allah qarşısında öz bəndəçiliyimizi namaz şəklində izhar edirik. Namaz qılanda həmd surəsini oxuyan şəxs ibadət məqamında bəndəçiliyini bildirərkən Allaha xitab olaraq demir: “Mən sənə ibadət edirəm.” Deyir: “Biz sənə ibadət edirik”. Əgər bir nəfər gecə də olsa, tək ibadətə dayanıb namaz qılmaq istəsə, deməlidir: “Biz sənə ibadət edirik.” Bir nəfər müsəlman, insan olmayan səhrada da tək namaz qılsa, deməlidir: «İyyakə nə`budu və iyyakə nəstəin» Namazda heç vaxt demək olmaz: «İyyakə ə`budu və iyyakə əstəin» (Yə`ni, mən sənə ibadət edirəm və mən səndən yardım diləyirəm.) Hökmən, «biz sənə ibadət edir və biz səndən kömək istəyirik» - deməlidir. Bu o deməkdir ki, mö’minlər bir-birlərini həmişə öz ətrafında bilməlidirlər. İnsan namaz qıldıqda davamlı olaraq, mö’minləri öz kənarında görür. Həmçinin namazdan xaric olanda da bütün mö’minlərə salam verməlidir. Bu İslam tərbiyəsidir. Bütün İslam göstərişlərində - istər fərdi və ictimai ibadətlərdə, istərsə də iqtisadi və ictimai-tərbiyəvi məsələlərdə, hətta cihad və müdafiə məsələlərində müsəlman özünü digər mö’minlərə şərik və bağlı bilməlidir. Bu İslam dininə məxsus olan bir tərbiyədir.

səh:242

QƏRBİN İNSANA BAXIŞI

Amma qərb ölkələrində hakim olan tərbiyə üsulu- xüsusilə də axırıncı iki əsrdə - fərdyönlü dəyər sisteminə əsaslanır. Ona görə də bu cəmiyyətlərdə insanın yalnız öz xeyrini güdməsi normal hal hesab olunur. Bu cəmiyyətlərdə ən yaxın insani əlaqələr, qarşılıqlı münasibətlər çox soyuq olur. Ailələr dağılır, qadın və kişi çox vaxt müstəqil yaşayıb, müstəqil hərəkət edirlər. Ata və oğul da bə’zən yad münasibətdə olurlar. Qonşunun-qonşudan xəbəri olmur. Bu xüsusiyyətin hakim olduğu cəmiyyətlərdə insani əlaqələr zəif olur. Bu məktəbdə insanın fikri mehvəri, şəxsi mənafe ətrafında fırlanır.

Başqalarının əməllərinə ictimai nəzarətin zəruriliyi

Amma özündə olan çirkinliklərə və çatışmazlıqlara baxmayaraq, fərdiyönlü nəzəriyyə sahibləri yaxalarını başqalarının əməllərinə nəzarət və məs’uliyyətdən tamamilə kənara çəkə bilməzlər. Çünki, praktiki olaraq xaricdə insanların mənfəəti, ləzzəti, acılıq və şirinlikləri cəmiyyətin digər fərdləri ilə sıx şəkildə bağlıdır. İnsan nə qədər öz şəxsi mənafeyini düşünsə də, axırı anlayır ki, onun şəxsi problemləri digərlərinin mənafeyinə kömək etmədən tə’min olunmur. İnsan həyatdan ləzzət almaq istəsə, təklikdə bu hissini doyura bilmir. Bunun üçün başqa fərdə də ehtiyac duyur. İnsan ictimai, iqtisadi, ticarət və digər sahələrdə irəliləyiş əldə etmək istəyəndə də təklikdə müvəffəqiyyət əldə edə bilmir. Başqaları ilə əməkdaşlıq etmək məcburiyyətindədir.

səh:243

İnsan sağlam mühitdə yaşamasını arzu edəndə də, təklikdə bu işi tənzim etməyi bacarmır. Mühit o zaman sağlam qalır ki, başqaları da bu sahədə köməklik göstərsinlər. Bildiyiniz kimi, bu gün dünyada hər bir şəxs siqaretin insana necə zərərlər vurduğunu dərk edir. Əksər yerlərdə siqaretin ümumi ictimai mühitdə, bağlı salonlarda çəkilməsi qadağan edilib. Bir kəs siqaret çəkmək istdikdə, salonu tərk edib, siqareti açıq fəzada çəkir. Çünki, qapalı mühitlərdə siqaretin çəkilməsi digərlərinin də müəyyən qədər həmin tüstünü udması deməkdir və bunun da onlar üçün zərəri vardır. Ona görə də siqaret çəkən şəxslər bunu nəzərə alıb, onların sağlamlıq hüquqlarına riayət etməlidirlər. Fərdyöndü əhval-ruhiyyəyə baxmayaraq, onların arasında bu kimi məsələlər mövcuddur və ona tabe olmaq məcburiyyətindədirlər.

Əmr be mə’ruf və nəhy əz münkər barəsində çox gözəl bir misal var: Bir dəstə adam gəmiyə minir. Sərnişinlərdən biri öz oturduğu yeri deşməyə başlayır. Başqaları ona irad tutub deyirlər: “Niyə gəmini deşirsən?” Deyir: ”Gəminin bu yeri mənim ixtiyarımdadır, bu yerə pul verib oturmuşam, mən öz oturduğum yeri deşirəm, sizin yerinizlə heç bir işim yoxdur.” Sərnişinlər ona e`tiraz edib deyirlər: “Düzdür ki, sən öz oturduğun yeri deşirsən, ancaq su gəmiyə dolanda artıq sənə, mənə baxmayacaq, hamımızı batıracaq.”

İctimai həyatda da insan ancaq öz xeyrini güdə bilməz. “Qoy mən salim olum, cümlə cahan batsa da batsın!» deməklə, heç kəs canını qurtara bilməz. İnsan bir kimsənin cəmiyyətə zərər vurduğunu görəndə, onu

səh:244

həmin işdən çəkindirməlidir. Cəmiyyət üzvləri baş verəcək zərərin hamıya toxunacağını hiss etdikdə, şəxsi maraqlarını güdmələrinə baxmayaraq, bu təhlükənin aradan qaldırılmasında güclərini səfərbər edirlər. Deməli, fərdyönlü nəzəriyyənin də tam hakim olduğu cəmiyyətlərdə az-çox xalq nəzarəti mövcuddur.

Cəmiyyətin başqalarının əməllərinə nəzarətinin həddi

Qərb ölkərində bu nəzarət o həddədir ki, kimsə cəmiyyətə zərər yetirmək istədikdə, hamı onun əməllərinə nəzarət etməyə başlayır. Daha doğrusu, bu işi görməyə məcburdurlar. Çünki, əks təqdirdə zərər onların özünə də toxunacaq. Bu səbəbdən də cəmiyyət bu hallarda başqasının işinə dəxalət edir. Əgər bu işin onlarla heç bir bağlılığı olmasa, onların maddi mənafeyinə təhlükə törətməsə, məsələyə qarışmırlar. Bu adamların e’tiqadına görə pis əməllə məşğul olan insan sonda özü zərər çəkəcəkdir və belə yerdə cəmiyyət həmin işə biganə qalıb deyir: “Mənə nə, sənə nə!”. Bu tə’birlər həmin fərdyönlü cəmiyyətin sözləridir. Amma bu zərər başqalarına da yönəldikdə, əks-reaksiya göstərirlər.

Mə`nəvi işlərə nəzarətdə qərbin baxışı

Bura qədər söylənilənlər ictimayönlü və fərdyönlü məktəblərin insanın maddi işlərinə qarşı olan baxışları idi. Amma görəsən onlar mə’nəvi məsələlərə necə baxırlar? Əgər bir rəftar cəmiyyətin mə’nəviyyatına

səh:245

zərər vursa, burada da başqalarının işinə nəzarət olunmalıdır, ya yox?

İndiyə qədər söhbət maddi məsələlərdən gedirdi. Fərdyönlü cəmiyyətin iqtisadi görüşləri bu idi ki, bir kəsin gördüyü işin xeyrinin və ya zərərinin bizə aidiyyəti yoxdursa, həmin adama mane olmaq lazım deyil. Bu məsələ az-çox qərb cəmiyyətinə hakim baxışlardır. Elmi dildə buna individualizm deyilir. Qərb ictimaiyyətçiləri başqalarının işinə nəzarəti ancaq maddi məsələlərdə düzgün bilirlər; mə’nəvi məsələlərdə, yə’ni iman, küfr, haqq, batil kimi işlərdə bu dəstə deyir: “Sənə nə! Bu artıq başqasının işinə dəxalət etməkdir!”

Qərbdə ayrı-ayrı fərdlərin işi dini, əxlaqi və digərlərinin mə’nəviyyatına aid olduqda, bunu tamamilə onların toxunulmaz haqqı bilirlər. Və heç kəsin həmin məsələyə dəxalət etməyə haqqı yoxdur.

Mə`nəvi işlərə nəzarətdə İslamın görüşləri

İslam yuxarıda deyilən hər iki baxışla müxalifdir. İslam dini insanları elə tərbiyə edir ki, fərdlər təkcə özlərinin deyil, başqalarının da fikrində olsunlar. Hətta namazda fərdlə Allahın arasında olan rabitədə belə müsəlmana “biz” demək buyurulur. “Mən” deməməlidir. Maddi işlərdə olduğu kimi, insanlar bir-birlərinin mə’nəvi işlərinə diqqət yetirməlidirlər.

Bir kəs cəmiyyətdə mə’nəvi pozğunluğa səbəb olacaq bir iş görərsə, onu həmin işdən çəkindirmək lazımdır. Bəlkə də mə’nəvi məsələlərdə nəhy əz münkər etmək daha vacibdir. Çünki, insan ruhunun maddiyyatdan

səh:246

daha üstün dərəcəsi var. Maddiyyat fanidir, amma mə’nəviyyat əbədidir və heç zaman itmir. Günaha batıb əbədi əzaba məhkum olmuş şəxsi, maddi atəşdə yanan birisi ilə müqayisə etmək olmaz. Bir nəfərin özünü yandırmaq və ya suda boğmaq istədiyini gördükdə, vicdanımız bu işə razı olurmu? Deyəcəksiniz ki, ürəyi belə istəyir, özü bilər?! Deməli, özünü odun içərisinə atmaq istəyən şəxsi zorla tutub saxlamalısınız. Bu ki, dünyəvi atəşdir və yaxıb-yandırmağı da bir neçə saatlıqdır. Bir neçə saatlıq əzab-əziyyətdən sonra yanıb məhv olursan və ağrılar da ölümlə qurtarır. Amma əbədi olaraq yanmağa səbəb olan bir işin qarşısını almaq daha vacib və zəruridir.

Qur᾿an bu barədə buyurur: “Onların dəriləri yanıb qurtardıqca, əzabı dadsınlar deyə, yeni dərilərlə əvəz edərik.”

Allah-taala buyurur ki, kafirləri cəhənnəmdə yandıranda dəriləri yanar və külə dönər. Yenidən əzab təkrarlansın deyə, onların bədənində yeni dəri bitirilər. Bu halın sonu olmaz; yandıqca yanarlar. Görəsən, bu insanların günahı nə imiş? Rəbbimiz buyurur: Onlar mənim buyurduğumdan boyun qaçıranlardır, günahkarlardır. Siz görəndə ki, bir nəfər belə əzaba səbəb olacaq günah iş tutur, vicdanınız onun əlindən tutub saxlamağa, günahdan çəkindirməyə vadar etməyəcəkmi? İslamda əmr be mə’ruf, nəhy əz münkər ancaq maddi zərərlərə aid edilmir. İslam günahın da qarşısının alınmağını tələb edir. Çünki, günahkar şəxs əbədi axirət əzabına düçar olur.

səh:247

Qur᾿anın əmr be mə`ruf və nəhy əz münkər haqqında baxışları

Əmr be mə’ruf və nəhy əz münkər haqqında Qur’anda olan ayələr arasında Tövbə surəsində olan 67 və 71-ci ayələr xüsusi yer tutur.

Allah-taala bu ayələrdə buyurur: Mö’min kişilər və mö’minə qadınların bir-birinə vilayət haqları var. Üzərilərində olan bu haqqa görədir ki, əmr be mə’ruf və nəhy əz münkər edirlər. “Vilayət” kəlməsini hansı mə’nada götürsək, istər məhəbbət, dost, istərsə də, qanuni qüdrət və üstünlük, rəhbər mə’nasında və ya hər hansı digər mə’nada, bu, başqalarını pis əməllərdən çəkindirmək üçündür. İnsan hər hansı bir şəxsi günahdan çəkindirmək istəsə, gərək həmin adam üzərində bir növ qanuni haqqı olsun.

Qərb mədəniyyətində bu haqqı heç kimə vermirlər. Heç kim qalxıb günaha mane olmur və ya başqalarının maddi və mə’nəvi işlərinə dəxalət etməyə haqqı yoxdur. Əgər bir nəfər bu işi görmək istəsə, deyirlər: “Sənə nə!” Lakin İslam hamının bir olması iddiasındadır. Bir nəfər özünü günahdan, zərərdən qoruduğu kimi, başqalarını da qoruyub, çəkindirməlidir. İslam özünü yandırmaq istəyənin əlindən tutub saxlamağı insanların ilahi vəzifəsi bilir. Bu iş bəlkə də vaciblərin vacibidir: “Həqiqətən əmr be mə`ruf və nəhy əz münkər böyük vaciblərdən biridir ki, onun vasitəsilə digər vaciblər də həyata keçirilir.” Bundan əlavə, insanlıq hissləri də bu kimi işlərə laqeyid yanaşmamağı tələb edir.

Allah-taalanın öz bəndələrinə buyurduğu ən vacib vəzifələrdən biri, əmr be mə’ruf nəhy əz münkərdir. Əgər əmr be mə’ruf və nəhy əz münkər vəzifəsinə əməl

səh:248

edilməzsə, insan digər vəzifələrini də tərk edər. Deməli, bu vəzifəsini icra etmək istəyən şəxsin bir növ qanuni haqqı olmalıdır ki, pis əməlin qarşısını ala bilsin. Əmr edənin qarşı tərəfə vilayət haqqı çatır. Allahın buyurduğu “vəl mu`minunə vəl mu`minatu bə`zuhum əvliyau bə`zin” ayəsindən əsas məqsəd, bəlkə də müsəlmanların bir-birinə əmr be mə’ruf və nəhy əz münkər edə bilmələri üçün verdiyi vilayət haqqıdır.

Vilayət üçün nəzərdə tuta bilmədiyimiz mə’nalardan biri də, tez-tez zikr edilən “dost” mə’nasıdır. Yə’ni, mö’minlər bir-birinin dostudur, bir-birinə məhəbətləri olduğu, ürəkləri yandığı üçün kimsənin günaha düşməsini istəmirlər. Dostlarının sonu əbədi əzabla qurtaran bir işə qol qoymasına razı olmurlar.

Amma Allah-taala mö‘minlərin qarşısında münafiqlərdən söhbət edəndə buyurur: “Əl munafiqunə vəl munafiqatu bə`zuhum min bə`zin.” Diqqət yetirsəniz görərsiniz ki, “bə`zuhum əvliyau bə`zin” sözlərini demir. Eləcə də “vəyə`murunə və bil mə`rufi” kəlməsinin yerinə “yə`murunə bil munkəri və yənhəvnə ənil mə`rufi” sözlərini deyir. Burada qarşıya çıxan bir neçə sual var ki, imkan daxilində onları təhlil edəcəyik.

Qur`an nə üçün mö`minlər qarşısında münafiq tə`birini işlətmişdir?

Sual yaranır ki, Qur’an nə üçün mö’minlər qarşısında “kafir kişilər və kafir qadınlar” demir? Yə’ni, “Mö’min kişilər və mö’minə qadınlar hər zaman yaxşılığa də’vət edib, pisliklərdən çəkindirirlər” ayəsinin qarşısında “kafir kişilər və kafir qadınlar isə pisliyə əmr edib, yaxşı

səh:249

işlərdən çəkindirərlər” tə’birini işlətməmişdir? Kafir sözünün yerinə münafiq sözündən istifadə etmişdir.

Mə`lum məsələdir; münafiqlər müsəlman cəmiyyətində yaşayıb, fəaliyyət göstərir və zahirdə müsəlmançılığın bütün şərtlərini qəbul edirlər. Üzdə bütün İslami dəyərləri qəbul edir, amma qəlblərində həmin dini inancların heç birinə e’tiqad bəsləmirlər. Zahirdə müsəlmanlarla həmrə’ydirlər, lakin gizlində düşmənçilik edirlər. Münasib zamanda əllərinə fürsət düşəndə, müsəlmanlara zərbə endirirlər.

Amma kafirlər İslam cəmiyyətinə qarışmırlar. Əgər müsəlmanlar arasında yaşamalı olsalar, İslam əleyhinə öz mövqelərini açıq şəkildə e’lan edirlər. Ona görə də müsəlmanlar onları tanıyır, onlarla olan münasibətlərinin həddi-hüdudunu müəyyənləşdirə bilirlər. Kafir cəmiyyətdə əksəriyyət kafir olur və açıqca İslami dəyərləri qəbul etmədiklərini bildirirlər. Buna görə də yalandan özlərini müsəlman göstərməyə ehtiyacları da olmur. Münafiqlər isə İslam cəmiyyətinə nüfuz etmək üçün zahirdə bütün İslami dəyərləri e’tiraf edirlər, amma əslində hədəfləri dinə qarşı mübarizə aparıb, ona arxadan zərbə vurmaqdır. Ona görə də Qur’an buyurur: “Mö’minlər öz dinlərindən muğayat olsunlar, münafiqlərin əsas işi pisliyə də’vət edib, yaxşılıqlardan çəkindirməkdir.”

Mö`minlərin bir-birinə olan vilayəti

Yuxarıdakı bəhslərdən aydın oldu ki, mö’minlərin bir-birlərinin üzərində vilayət haqqı var. Allah onlar üçün bu qanuni haqqı qərar vermişdir ki, bir-birlərinin əməllərinə nəzarət edib, mə’suliyyət hissi daşısınlar.

səh:250

Amma münafiqlər “pisliyə çağırış” (əmr be münkər) və “yaxşılıqdan çəkindirmə” (nəhy əz mə’ruf) vasitəsi ilə xalqın dini əsaslarına həmlə etdikləri üçün Allah onlara vilayət haqqı verməmişdir. Münafiqlərin vilayətə ehtiyacları da yoxdur. Çünki, vilayət qanuni bir haqdır və qanun heç bir cəmiyyətdə “münkərin əmrinə” icazə vermir. Münafiqlər mö’minlər kimi bir-birinə məhəbbət bəsləməzlər. Onlardan hər biri öz mənfəətini düşünür. Qur᾿ani-Kərimdə bu barədə buyurulmuşdur:

“Təhsəbuhum cəmiən və qulubuhum şətta”

Qur’ani-Kərim bu ayədə münafiqlər barəsində buyurur ki, siz onları müştərək bir cəbhədə yığışmış görərsiniz. Zahirdə onların arasında birlik, həmrə`ylik müşahidə olunur. Amma qəlbləri bir-birindən ayrıdır. Onlar ürəklərində bir-birinə yanmaz, məhəbbət bəsləməzlər. Hətta şəxsi mənafeləri tə’min olmayanda bir-birini məhv etməkdən belə, çəkinməzlər. Çünki, hər kəs ancaq öz xeyrini düşünər. Bir yerə yığışıb təşkilat yaratmaq istəsələr və ya bə’zi işlərdə birlikdə fəaliyyət göstərsələr də, həqiqətdə bunu öz mənafelərinə çatmaq xatirinə tələ olaraq qururlar. Bunların təşkilatında, birliyində hər hansı birinin şəxsi mənafeyinə qarşı problem meydana çıxarsa, hər şeyi alt-üst edib kənara çəkilərlər. Deməli, münafiqlərin bir-birinə məhəbbəti olmaz, əmr və nəhy etmək üçün də onlara qanuni qüdrət verilməmişdir.

Münafiqlər ancaq batil işlərdə birləşib, batil əməllərdə iş birliyinə girərlər.

səh:251

İslam cəmiyyətində yaramaz işlərə əmr etmək və bəyənilən işlərin qarşısını almaq mümkündürmü?

Qarşıya çıxan müəmmalı suallardan biri də budur: Necə olur ki, hər hansı bir cəmiyyətdə bə’zi adamlar münkər və pis işlərə əmr edirlər? Halbuki, hər bir cəmiyyətdə münkər pis və alçaq iş mə’nasındadır. Hər bir cəmiyyətdə, xüsusilə də İslam ölkələrində müsəlmanlar müqəddəs dəyərlərə, insani keyfiyyətlərə e’tiqadlı olduqlarını e’tiraf edirlər.

Necə olur ki, İslam cəmiyyətində kimlərsə cür’ət tapıb, xalqa pis əməllərlə məşğul olmaq göstərişi verirlər. Yəqin ki, belə adamların öz hədəfləri olur və inanırlar ki, bu sözü deyəndə onların sözünə dəstək verəcək adamlar da tapılacaq. Çünki bilsələr ki, onların sözünün ardınca gedənlərə - oğurluq edin, fəsad törədin - deyilsə, qulaq asan olmayacaq, bütün bu zəhmətlərə qatlaşmazlar. Labüd gördükləri işin cəmiyyətdə tə’sir qoyacağına ümidvardırlar. Müəmmalı sual da budur ki, cəmiyyətdə alçaq işlərə zəmin yaradan belələri necə müvəffəqiyyət qazanırlar? Niyə bu işləri görürlər? Və xalq niyə bu üzdəniraq təklifləri qəbul edir?

Burada aydınlaşdırmaq lazımdır ki, əmr be mə’ruf və nəhy əz münkər dedikdə nə nəzərdə tutulur? Yə’ni, bir adamın xalq arasında - gəlin pis işlər görün, yaxşı işlərdən çəkinin - deməsi ilə aydındır ki, şüur sahibilərinin belə işi görməsi və camaatın da onun sözünü qəbul etməsi ehtimalı sıfra bərabərdir. Çünki, xalq bütün müqəddəs dəyərlərə inanır və bir kəsin gəlib açıqcasına belə sözləri deməsinə icazə vermir. Qur’anda münafiqlərdən bəhs edib - onlar münkər işlərə əmr edərlər - dedikdə, nəzəri münkər sözünün ilkin məfhumu deyil. Məqsəd budur ki,

səh:252

münafiqlər münkərin aldadıcı nümunələrinə əmr edərlər. Yə’ni, münkərin məfhumuna yox, onun aid olduğu həyati bir işə əmr edərlər. Onlar xalqı üzü yaxşı işlə pərdələnmiş, batini isə həqiqətdə münkər olan işlərə əmr edərlər.

Münafiqlər xalqı aldadıcı təbliğat işlərindən, gözqamaşdırıcı variantlardan istifadə etmək və məfhumların yerini dəyişməklə münkər işlərə sövq etdirərlər. Əvvəl zəmin yaradıb xalqa bə’zi işləri “yaxşı” göstərərlər, daha sonra onları həmin işi görməyə təşviq edərlər. Başqa bir tərəfdən, bə’zi yaxşı əməlləri xalq arasında pis cilvələndirər, davamlı təbliğ etməklə, xalqı həmin işlərdən çəkinməyə də’vət edərlər. Heç vaxt birbaşa cəmiyyət arasında, pis işlər görün, yaxşı işlərdən çəkinin, deməzlər. Mə’lumdur ki, hər bir ağıllı insan nə belə işlər görər, nə də belə sözü qəbul edər.

Məsələyə aydınlıq gətirmək üçün bir neçə kiçik misal çəkəcəyəm. Əvvəllər bizim cəmiyyətdə qadınlar arasında “həya” deyilən bir dəyər məfhumu var idi. Hamımız yaxşı bilirik ki, qadın üçün xüsusi imtiyaz və üstünlük sayılan sifətlərdən biri də həyadır. Əlbəttə həyalı olmaq kişi üçün də yaxşı sifət sayılır, amma qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Qur’anda da bu kəlmə yeri gəldikcə işlədilmiş və yüksək qiymətləndirilmişdir. Hətta Şüeyb peyğəmbərin qızlarının əhvalatında qızların ataları tərəfindən Həzrəti Musanı evlərinə də’vət etmələri məsəlində Qur’an belə buyurur:

“Fəcahəthu ihdahuma təmşi əla istihyain...”

Qızlardan biri utancaq və həyalı halda Musanın (ə) yanına gəldi. Başı aşağı yavaşca dedi: “Atam sizi çağırır, çəkdiyiniz zəhmətin haqqını ödəmək istəyir. Allah-taala bu yerdə qızın həyasını xüsusi bir tərzdə bəyan edir.

səh:253

Buyurur: “Həzrəti Musanın (ə) yanına utancaq və həyalı halda gəldi.”

Həyanın bizim mədəni adət-ən’ənələrimizdə öz yeri var. Münafiqlər həya barəsində belə deyirlər: ”Sizin dediyiniz bu utancaqlıq və həya həmin xəcalət hissidir.” Onlara görə, bir qadının həyalı olması, onun xəcalət çəkib geri çəkilməsi, cəsarətsizliyi deməkdir. Deyirlər: “Utancaq adamın dünyada əlindən heç bir iş gəlməz. Ona görə də utancaq adamlar fərsiz olurlar. Və psixologiya elmi də utancaqlığın insan üçün mənfi və pis xüsusiyyət olduğunu bildirir. Hər hansı bir qızın yad bir oğlan qarşısında utanıb çəkinməsini normal hal hesab etmirlər. Çünki, o, ürəyindən keçənləri ona söyləməyi bacarmır, öz haqqını ondan ala bilmir. Beləliklə, qız oğlandan utanıb, çəkinməməlidir. O ki, camaat arasında deyirlər, insanda gərək həya, abır olsun, qız yad kişilərin yanında gərək özünü həyalı aparsın, bütün bunlar cəfəngiyatdır; səhv fikirdir. Qız üzlü olmalıdır ki, başqalarının qabağında da sözünü deyə, öz haqqını müdafiə edə bilsin. Qız və oğlanlara qaynayıb-qarışmaları üçün şərait yaradılmalıdır.” Hətta öz axmaq fikirlərini əsaslandırmaq üçün tarixdən, həzrəti Zeynəbin (ə) mübarizə hərəkətini nümunə də gətirirlər. Deyirlər: “Həzrəti Zeynəb (ə) Şamda düşmən qarşısında necə mətanət göstərib, öz haqqını müdafiə etmək üçün çıxışlar edirdisə, bizim qızlarımız da eynilə öz şər`i vəzifələrini bilib, haqqlarını qorumağı bacarmalıdırlar”.

Dediklərim, münafiqlərin nəzərində müsbət cəhətlər sayılır. Ailə həyatı qurmamış qız, yad kişi qarşısında həyalı davranmalıdır. Bu özü bir dəyərdir. Münafiqlər bu ikisini qatıb-qarışdırırlar. Həyalı olmağı utancaqlıq, yə’ni fərsizlik adlandırırlar. Deməli, münafiqlər əvvəl qız və

səh:254

oğlan arasında olan əlaqələri mədəniyyət kimi cilvələndirir, həyanın xəcalətlilik və fərsizliyə gətirib çıxardığını ictimaiyyət arasında yaymağa çalışırlar. Hətta əgər münafiqlər hökumət dairələrinə nüfuz edə bilsələr, həmin dairələr tərəfindən bu kimi işlərin yayılması üçün sifariş edərlər. Məsələn deyirlər, filan tarixi mərasim hətta küfr olsa belə, mədəni keçmişimizin qorunub-saxlanması üçün lazımdır. Münafiqlər heç vaxt gəlib birbaşa “pis iş tutun” deməzlər. Əvvəlcə zəmin hazırlayaraq mənfi halları xalqın gözündə müsbət kimi qələmə verərlər. Sonra xalqı həmin işə də’vət edərlər.

Deməli, cəmiyyətdə mədəni zəmin yaranmayınca, münkərə əmr də mə’na kəsb etmir. Başqa bir tərəfdən, cəmiyyətdə elə dəyərlərə, mədəniyyətlərə rəvac verirlər ki, artıq əmr be mə’rufa da yer qalmır. Yə’ni qəzetlərdə, çıxışlarda və digər informasiya vasitələrində xalqın beyninə yeridirlər ki, başqasının e’tiqadı, ictimai, əxlaqi işlərinə qarışmaq düzgün iş deyil. Bu sözdən sonra xalq da pis əməllərə qurşanmaqda cəsarət tapır. Kimsə onlarda nöqsan tutmağa cəhd göstərsə, onlardan ictimaiyyətdə etika qaydalarına riayət etməyi tələb etsə, üzlərinə bozararaq, deyəcəklər: “Məgər, azadlıq, demokratiya deyil, sən kimsənki mənim şəxsi işlərimə dəxalət edib, haqqımı tapdalayasan. Mən azad insanam, istədiyim kimi geyinib gəzə bilərəm. Sərbəst olmaq, istədiyim kimi hərəkət etmək mənim haqqımdır. Sən kimsən ki, mənim insanlıq haqqımı əlimdən alasan!”

Əvvəl cəmiyyətdə belə mədəniyyət normalarının vüs`ət tapması üçün şərait yaradır, daha sonra xalqı mə’ruf işlərdən nəhy edirlər. İş o yerə çatır ki, bütün insani dəyərlər öz yerini, insana zidd olan dəyərlərə verir. Vay o

səh:255

kəslərin halına ki, cəmiyyətdə belə şəraitə zəmin yarardırlar.

səh:256

MÜNDƏRİCAT

ÖN SÖZ YERİNƏ ...... 6

AŞURA MƏSƏLƏSİ ƏTRAFINDA YARANMIŞ ŞÜBHƏLƏR (1) ............. 13

GÖRƏSƏN NƏYƏ GÖRƏ MƏHƏRRƏMLİYİ ƏZİZ TUTMALIYIQ? ....................... 15

NƏ ÜÇÜN AŞURA HADİSƏSİNİ ELMİ SEMİNARLAR, YUBİLEY VƏ KONFRANSLAR KEÇİRİB YAD ETMƏKLƏ KİFAYƏTLƏNMİRİK? ....................... 18

AŞURA HADİSƏSİ ÜÇÜN NƏ ÜÇÜN ƏZADARLIQ ETMƏLİYİK? ....................... 24

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN DÜŞMƏNLƏRİNİ NİYƏ LƏNƏTLƏMƏLİYİK? ............ 26

AŞURA MƏSƏLƏSİ ƏTRAFINDA YARANMIŞ ŞÜBHƏLƏR (2) ............. 35

AŞURANIN İSLAMIN QORUNUB-SAXLANILMASINDA ROLU ........................... 36

İMAM HÜSEYN (Ə) ÜÇÜN KEÇİRİLƏN MƏRASİMLƏRİN TƏSİR VƏ ƏHƏMİYYƏTİ BARƏSİNDƏ 37

AŞURA QİYAMININ TƏHRİFEDİLMƏZLİYİ VƏ MÜQƏDDƏSLİYİ ...................... 45

AŞURA QİYAMININ ŞƏRAİTİ (1) .................... 57

AŞURA HADİSƏSİNİN TARİXÇƏSİ ................................ 60

CƏMİYYƏTİN YOLUNU AZMASINDA İCTİMAİ MÜHİTİN TƏSİRİ .................... 63

CƏMİYYƏTİN ÖZ YOLUNDAN AZMASINA TƏSİR GÖSTƏRƏN AMİLLƏR ..... 65

BİZİM DÖVRÜMÜZLƏ İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN DÖVRÜNÜN OXŞARLIĞI ............................. 72

ŞEYTANİ SİYASƏTLƏRLƏ MÜBARİZƏ YOLLARI....... 78

AŞURA QİYAMININ ŞƏRAİTİ (2) .................... 81

İLAHİ HÖKMLƏRİN İCRASINDA ƏLİ ƏLEYHİSSƏLAMIN DİQQƏTİ ................. 82

AŞURA QİYAMININ ŞƏRAİTİ (3) .................... 99

MÜAVİYƏNİN ÖZ SİYASƏTİNDƏ İSTİFADƏ ETDİYİ TAKTİKİ ÜSULLAR ...... 101

ÜÇÜNCÜ DÖVR: HƏZRƏT ƏLİ ƏLEYHİSSƏLAMIN ŞƏHADƏTİNDƏN SONRAKI İLLƏR; . 102

MÜAVİYƏ ZAMANINDA İMAM HÜSEYNİN (Ə) GİZLİ FƏALİYYƏTİ .............. 112

AŞURA QİYAMININ ŞƏRAİTİ (4) .................. 121

MÜAVİYƏNİN CƏMİYYƏTƏ TƏSİR EDƏ BİLMƏSİNİN SƏBƏBLƏRİ 122

DİNİ FƏALİYYƏTLƏRƏ QARŞI DİQQƏTSİZLİK ........ 124

TAYFABAZLIQ VƏ QOHUMBAZLIĞIN GÖSTƏRDİYİ TƏSİRLƏR ..................... 125

CƏMİYYƏTİ AZĞINLIĞA SÜRÜKLƏYƏN AMİLLƏRLƏ MÜBARİZƏ YOLLARI133

XALQIN DÜZGÜN VƏ YÜKSƏK SƏVİYYƏDƏ MƏLUMATLANDIRILMASI ... 134

İMANIN VƏ MƏNƏVİYYATIN GÜCLƏNDİRİLMƏSİ ........................................... 137

AŞURA QİYAMININ HƏDƏFLƏRİ (1) ......... 141

İMAM HÜSEYN (Ə) QİYAMININ ƏSAS HƏDƏFİ - CƏMİYYƏTİ BÜRÜMÜŞ İCTİMAİ QANUNSUZLUQLARIN İSLAHI .................. 143

İSLAHIN MƏNASI ............... 144

İSLAHIN TƏRİFİNDƏ DƏYƏR SİSTEMİNİN TƏSİRİ . 148

MÜNAFİQLƏRİN İSLAHAT HAQQINDAKI NƏZƏRLƏRİ ................................... 153

MÜSBƏT İSLAHAT .............. 157

səh:257

AŞURA QİYAMININ HƏDƏFLƏRİ (2) ......... 164

YAXŞILIĞA ƏMR ETMƏK VƏ PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏK ....................... 165

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN ƏHƏMİYYƏTİ .............................. 167

AZĞINLIQ QARŞISINDA MÜSƏLMANLARIN VƏZİFƏSİ .................................... 174

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİ TƏRK ETMƏYİN AQİBƏTİ ........... 181

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR (1) ........................................ 186

ƏMR BE MƏRUFU TƏRK ETMƏYİN AQİBƏTİNƏ AİD BAŞQA NÜMUNƏLƏR191

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN MƏNA GENİŞLİYİ ....................... 194

CİHAD KƏLMƏSİNİN MƏNA GENİŞLİYİ .................. 198

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR (2) ........................................ 209

ÜMUMİ MƏNA KƏSB EDƏN ƏMR BE MƏRUFUN AİD EDİLDİYİ ÜNVANLAR210

CAHİLİN TƏLİM VƏ TƏRBİYƏSİ .................................. 211

TƏZƏKKÜR VƏ NƏSİHƏT 216

DÜŞMƏNİN MƏKİRLİ PLANLARINA QARŞI İCTİMAİ MÜBARİZƏ ................. 221

CƏMİYYƏTİN OYANIŞ VƏ DİRÇƏLİŞİ ÜÇÜN EDİLƏN CİHAD ......................... 229

QUNANDA ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR ....................... 235

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN İSTİLAHİ MƏNASI ...................... 236

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏRİN MƏRHƏLƏLƏRİ .......................... 237

HANSI HALLARDA XALQ FİZİKİ GÜCDƏN İSTİFADƏ EDƏ BİLƏR? ............... 239

BAŞQALARINA QARŞI MƏSULİYYƏT HİSS ETMƏK ............................................ 240

FƏRDYÖNLÜ VƏ İCTİMAYÖNLÜ DƏYƏR SİSTEMİ 241

İSLAM DİNİNİN İNSANA BAXIŞI ................................. 241

QƏRBİN İNSANA BAXIŞI .. 243

BAŞQALARININ ƏMƏLLƏRİNƏ İCTİMAİ NƏZARƏTİN ZƏRURİLİYİ ............. 243

CƏMİYYƏTİN BAŞQALARININ ƏMƏLLƏRİNƏ NƏZARƏTİNİN HƏDDİ ....... 245

MƏNƏVİ İŞLƏRƏ NƏZARƏTDƏ QƏRBİN BAXIŞI .... 245

MƏNƏVİ İŞLƏRƏ NƏZARƏTDƏ İSLAMIN GÖRÜŞLƏRİ ..................................... 246

QURANIN ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR HAQQINDA BAXIŞLARI248

QURAN NƏ ÜÇÜN MÖMİNLƏR QARŞISINDA MÜNAFİQ TƏBİRİNİ İŞLƏTMİŞDİR? ...................... 249

MÖMİNLƏRİN BİR-BİRİNƏ OLAN VİLAYƏTİ ........... 250

İSLAM CƏMİYYƏTİNDƏ YARAMAZ İŞLƏRƏ ƏMR ETMƏK VƏ BƏYƏNİLƏN İŞLƏRİN QARŞISINI ALMAQ MÜMKÜNDÜRMÜ? ... 252

səh:258

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109