ŞƏR’İ SUALLARA CAVAB

KİTAB HAQQINDA

Kitabın adı:Şəri suallara cavablar

Müəllif:Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani

Naşir:Şəhriyar

Çap tarixi:2006

Səhifələrin sayı:193

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

ÖN SÖZ

səh:2

HƏZRƏT AYƏTULLAHÜL-ÜZMA MƏHƏMMƏD FAZİL LƏNKƏRANİ

Hər bir düşüncə sahibi İslam Hüququnun incəliklərinə yiyələndikdən sonra şəriət hökmlərini başqalarına çatdıra bilər. Həyatın həm fərdi, həm də ictimai sahələrində fiqh elminin göstərişlərinə insanların ehtiyaclı olmaları inkarolunmazdır. Zamanın dəyişməsi, yeni mövzu və məsələlərin yaranması, baş verən hadisələr, cəmiyyətin inkişafı, əlaqələrin möhkəmlənməsi fiqh elminə olan ehtiyacı daha da artırır.

Bu elmin əsil sahibləri, İlahi Peyğəmbər və Vəsilərin əmanətlərini e’tibarlı şəkildə qoruyan şiə aləminin böyük alimləri, xüsusi ilə də hörmətli mərcəyi-təqlidlər bu sahədə əsrlər boyu yorulmadan çalışmaqdadırlar.

Şiələr Mə’sum İmamların göstərişlərinə əsasən, müxtəlif sahələrdə fiqh alimlərinə müraciət edirlər. Yaxşı bilirlər ki, bu alimlər İlahi hökmlərin mahir biliciləri olduqları üçün, çətinliklə qarşılaşacaqları zaman onlara müraciət etməli və onların «əməliyyə» risaləsindən istifadə etməlidirlər.

Bu alimlər mübarək «Tövbə» surəsinin 122-ci (nəfr) ayəsinin hökmü ilə Allahın əmrlərinə uyğun hökm etmək və xalqı İlahi hökmlərdən xəbərdar etmək üçün özlərinə hicrətin ağrı-acılarını rəva biliblər. Onlar “Bilmədiyiniz zaman bilənlərdən soruşun” ayəsinə əsasən Allahın hökmlərini soruşub öyrənmək istəyənlərin qarşısında özlərini mə’sul və vəzifəli bilirlər. Başqa bir tərəfdən Allah-Təalanın, bilmədiklərini soruşmayıb nəticədə onun əmrlərinə əməl etməyənləri cəzalandıracağı mə’lumdur. İmam Sadiq (əleyhi-səlam) buyurub: «Allah Qiyamət günü öz bəndəsindən soruşar: «Bilirdinmi?» Əgər bəli desə, ondan soruşar: Bildiyinə nə üçün əməl etmədin?» Desə ki, bilmirdim, buyurar: «Nə üçün öyənmədin ki, əməl edəsən?» Ondan sonra deməyə sözü olmayan bəndə Allah dərgahında məhkum olunacaq.»

Seyyidil-Füqəhanın qiymətli “Urvətul-Vusqa” kitabında vacib, haram, müstəhəbb, məkruh və mübah işlərdə təqlidin vacibliyi haqda verdiyi fətvaya diqqətlə yanaşsaq görərik ki, mükəlləf olan hər bir şəxsin qarşılaşdığı bütün məsələlərin hökmünü öyrənməsi vacibdir. Şeyx Ə’zəm Ənsari bu kimi məsələləri öyrənməyənlərin fasiq olduğunu buyurub.

səh:3

Möminlərin ixtiyarında olan “Camiul-Məsail” adlı bu kitab ölkənin hörmətli alimlərinin bir qrupunun təkrar xahişləri, çox saylı mö’minlərin və müqəllidlərin istəyi ilə şiə aləminin hörmətli Mərcəyi-Təqlidi Həzrət Ayətullah-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin suallara verdiyi cavablar və məsləhətlərindən ibarət olan məcmuədən seçilib. Bu məcmuə Höccətul-İslam vəl-Muslimin Hacı Şeyx Əli Ətayi tərəfindən hazırlanıb, qaydaya salınmışdır. Ümidvarıq ki, bu kitabdan faydalananların hamısı onlardan razı qalacaqlar. İnşaallah!

səh:4

TƏQLİD HÖKMLƏRİ

Sual 1. Risalədə buyurmusunuz: Üsulidində təqlid etmək düzgün deyildir, Üsulidin dəlillə isbat edilməlidir, yoxsa ona e’tiqad etmək kifayətdir?

Cavab: Üsulidinə hər yolla əqidə tapmaq kifayətdir.

Sual 2. Müctəhid olmayan bir kəs öz əməllərində ehtiyata əməl edib, təqlid etməyə bilərmi?

Cavab: Ehtiyata əməl etməyin düzgünlüyü haqqında alimlər arasında müxtəlif nəzəriyyələr mövcuddur. Ehtiyata əməl edən şəxs gərək ya müctəhid olsun və yaxud da ehtiyata əməl etməyin düzgün olub-olmamasında müctəhiddən təqlid etsin.

Sual 3. Ehtiyatdan məqsəd nədir və kimlər ehtiyata əməl edə bilərlər?

Cavab: Ehtiyat odur ki, insan öz əməllərini vəzifəsinə və təklifinə uyğun əməl etməsində yəqinlik tapıb bir qayda ilə yerinə yetirsin. Bütün məsələlərdə ehtiyat etmək istəyən şəxs gərək ya özü müctəhid olsun, yaxud da ictihada yaxın olsun ki, keçmiş və indiki alimlərin sözləri arasında ehtiyata müvafiq olan məsələləri müəyyən edə bilsin.

Sual 4. Təqlidin əməldən qabaq olması lazımdırmı və ya bir kəs təqlidə yaxın əməl etsə səhihdir, ya yox?

Cavab: Təqlid-müctəhidin fətvasına istinad edərək əməl etməkdir.

Sual 5. Müsəlmanlar Peyğəmbərin (s) və İmamların (ə) vaxtında təqlid etmişlərmi?

Cavab: Bəli, təqlid Peyğəmbərin (s) və İmamların (ə) vaxtında meydana gəlmişdir. Çünki, təqlid hökmləri bilməyənlərin alimə müraciət etməsi, onun başa düşdüyü şeylərə və verdiyi göstərişlərə əməl etməsidir. Aydındır ki, Həzrət Peyğəmbər (s) zamanında bütün müsəlmanların əli Həzrətə çatmamışdır. Buna görə də onlar şər’i vəzifələrə əməl etmək üçün Həzrət Rəsuldan (s) hökmləri öyrənən şəxslərə müraciət edirdilər. Onlar da hökm və məsələləri rəvayət əsasında onlar üçün bəyan edirdilər. İmamların (ə) vaxtında da belə olmuşdur. Bə’zən İmamlar (ə) fətvanı və şər’i məsələləri öyrənmək üçün səhabələrdən bə’zilərinə müraciət etməyi təklif edirdilər.

səh:5

Sual 6. Lütfən fətva və qəzavətin mə’nasını bəy’an edin.

Cavab: Fətva - nəzər vermək və müctəhidin istinbat elminə aid olan dəlillərlə ələ gətirdiyi ümumi hökmlərdən xəbər verməkdir. Fətva yalnız müctəhidin müqəllidləri üçün əsasdır.

Qəzavət - Camiuş-şərait qazinin insanlar arasında ədavət və düşmənçiliyi aradan qaldırmaq üçün hökm çıxarmasıdır. Məsələn deyir: “Bu mal Əmrə yox, Zeydə məxsusdur və ya bu gün ayın əvvəli - fitr bayramıdır və s. “ Camiuş-şərait olan qazinin hökmü bütün mükəlləflər üçün əsasdır.

Sual 7. Mərcəiyyət və ə’ləmiyyət ümumi insanlar üçün hansı yolla sabit olur?

Cavab: Ədalət sifətinə, şəhadətinə e’timad edilən əhli-xibrənin göstərdiyi yolla.

Sual 8. Qadın mərcəyi-təqlid tə’yin etməkdə müstəqildir, yoxsa ərinə tabe olmalıdır?

Cavab: Müstəqildir.

Sual 9. Qadının təqlid etdiyi müctəhid bir işi vacib və yaxud haram bilsə, ərinin təqlid etdiyi müctəhid isə o işi vacib və ya haram bilməsə əri o məsələdə həyat yoldaşını öz təqlid etdiyi müctəhidin fətvasına əməl etməyə vadar edə bilərmi?

Cavab: Xeyr, qadına vacibdir ki, özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.

Sual 10. Bir şəxsin atası dünyadan getmişdir. Onun təqlid etdiyi müctəhid vəlisi hesab edilən oğlunun təqlid etdiyi müctəhidlə fərqlənir. Oğlu ona aid olan əməllərə özünün, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?

Cavab: Meyyitin vəlisi, əməlləri öz müctəhidinin fətfasına uyğun yerinə yetirsin.

Sual 11. Yaxşını və pisi başa düşməyən körpə uşağın vəlisi kimin fətvası ilə onu məhrəm etsin və onun əməllərini yerinə yetirsin?

Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına uyğun əməl etsin və daha yaxşıdır ki, ixtilaflı məsələlərdə ehtiyat etsin.

Sual 12. Qızımın yaşı doqquza çatmışdır. Amma təqlid məsələsini və kimə təqlid etməsini bilmir. Onun vəzifəsi nədir?

Cavab: Təqlid və mərcəiyyət məsələsinə əsasən, ona yol göstərin və başa salın ki, təqlid hökümlərini bilməyən şəxslərin alimə müraciət etməsidir.

səh:6

Sual 13. Müctəhidin fətvasını bilən bir alimdən sual olunarsa, cavab verməsi vacibdirmi?

Cavab: Bilməyənləri başa salmaq və məsələləri bəyan etmək vacibdir, yalnız o halda imtina edə bilər ki, müəyyən üzrü olsun.

Sual 14. Mən mübarək Ramazan ayında (təbliğdə olarkən) bir məsələni səhv demişəm; indi səfərdən qayıtmışam, səhvimi başa düşəndən sonra vəzifəm nədir?

Cavab: Əgər bir hökmü məsələn, vacibi müstəhəbb yerinə, haramı məkruh yerinə demişsinizsə, camaat da sizin sözünüzə əməl edib vacibi tərk və ya harama mürtəkib olublarsa, imkan olan surətdə qayıdıb onları başa salmaq lazımdır.

Sual 15. Mən İmam Xomeyninin (r. ) vəfatından sonra həddi-büluğ olmuşam. İndi İmamın ə’ləm olmasına yəqinlik tapmışam. Həzrətdən təqlid etməyim düzgündürmü?

Cavab: Dünyadan köçmüş müctəhiddən təqlidə başlamaq ə’ləm olsa da belə, səhih deyildir.

səh:7

Ə’LƏM MÜCTƏHİDƏ TƏQLİD

Sual 16. Mərcəyi təqliddə ə’ləm olmaq şərtdirmi?

Cavab: Bəli, şərtdir.

Sual 17. Ə’ləm müctəhidin fətvası bir məsələdə (aydın olmasa), ə’ləm olmayan müctəhidə müraciət etmək olarmı?

Cavab: Əgər ə’ləm müctəhidin fətvasını ələ gətirmək mümkün deyilsə, ehtiyat etmək lazımdır.

Sual 18. Əgər iki müctəhiddən hansı birinin ə’ləm olması mə’lum olmasa vəzifə nədir?

Cavab: Gərək ə’ləm olması ehtimal verilənin fətvasına əməl etsin.

Sual 19. İki müctəhidin ə’ləm olmasını xəbər verən Əhli-Xibrənin şəhadəti bir-birinin əksinə olarsa vəzifə nədir?

Cavab: Verilən suala əsasən, müqəllid ixtiyar sahibidir və hər birindən istəsə təqlid edə bilər.

Sual 20. Ə’ləm müctəhiddən təqlid etmək vacibdirmi? Vacib olan surətdə fiqhdə ə’ləm olması əsasdır və ya zəmanə və hadisələrlə tanışlığı da şərtdir?

Cavab: Ə’ləmdən təqlid etmək vacibdir. Ə’ləmiyyətdən məqsəd İlahi hökmlərin mö’təbər mənbələrdən istinbatında daha kamil bacarığın və daha çox mə’lumat və biliyin olmasıdır.

Sual 21. Bir müctəhidin müqəllidi onun göstərişlərinə əməl etdikdən sonra başa düşmüşdür ki, onun elm və ədaləti digər müctəhidlərdən azdır. Onun keçmiş əməllərinin hökmü nədir?

Cavab: Əgər birinci seçimdə şər’i qaydalara riayət edilibsə, onun keçmiş əməlləri səhihdir.

Sual 22. Ə’ləm olmayan müctəhid öz nəzərlərinə əməl edə bilərmi, ya gərəg ə’ləmdən təqlid etsin?

Cavab: Müctəhid olan hər bir kəsin, istər ə’ləm olsun, istər qeyri ə’ləm, digər müctəhiddən təqlid etməsi düzgün deyildir.

Sual 23. Müctəhid olmayan şəxs Üsuli-Kafi və başqa mö’təbər kitablarda nəql olunan rəvayətlərə əməl edə bilərmi? (Yaxud, camata oxumaqla onların da əməl etməsini söyləyə bilərmi?)

səh:8

Cavab: Əgər mükəlləf insan ehtiyata əməl etmək istəməsə, ya gərək müctəhid olsun və ya öz ictihadına uyğun əməl etsin, yaxud da Camiuş-şərait müctəhiddən təqlid etsin.

Sual 24. Əgər insan təqlid etdiyi müctəhidin ölümündən sonra onun axır vaxtlarına kimi mərcəiyyət şəraitində qalıb-qalmamasında şəkk etsə, onun təqlidində qala bilərmi?

Cavab: Bəli, onun təqlidində qala bilər.

Sual 25. Təqlid etdiyi müctəhidi dünyadan getmiş bir şəxs başqa diri müctəhidə müraciət etmişdir. Onun yenidən həmən müctəhidə qayıdıb təqlid etməsi caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Sual 26. Bir şəxs əvvəllər Həzrət İmam Xomeynidən (r) təqlid etmiş, sonra sizə müraciət etmişdir. Təkrar olaraq bə’zi məsələlərdə (məs. hədiyyəyə xumsun vacib olmaması kimi ) o mərhuma müraciət etmək caizdirmi?

Cavab: Xeyr, caiz deyildir.

Sual 27. Mərhum Ayətullah Xoinin (r) zamanında işi səfər etməkdən ibarət olan bir şəxs əslən namaz qılmamışdır. İndi tövbə etmiş və namazlarını qəza etmək istəyir. Onları qəsr şəklində qəza etsin, ya tamam?

Cavab: Əgər onun təqlidində qalıbsa, öz namazlarını kamil surətdə qəza etsin. Amma əgər digər bir müctehidə təqlid edirsə, onun fətvalarına uyğun əməl etsin.

DİRİ MÜCTƏHİDDƏN BAŞQA DİRİ MÜCTƏHİDƏ KEÇMƏK

Sual 28. Bir müctəhidə təqlid etdikdən sonra digərinin ə’ləm olması mə’lum olsa, ona müraciət etmək olarmı?

Cavab: Ə’ləm olana müraciət etmək lazımdır.

Sual 29. Mərhum Ayətullah Ərakinin (r) vəfatından sonra bir şəxs əməllərini təqlidsiz yerinə yetirməsin deyə, tədqiq etmədən bir müctəhiddən təqlid etmişdir. İndi digər bir müctəhidə müraciət edə bilərmi?

Cavab: Əgər mərcəiyyət şəraiti onda mövcud olmasa, üdul etməsi (dəyişməsi) lazımdır.

Sual 30. Əhli-xibrə olması mə’lum olmayan iki adil şəxsin sözünə əsasən, bir nəfər bir müctəhidə müraciət etmişdir. Bu kimi müraciət səhihdirmi?

Cavab: Əgər Əhli-xibrə olmasa, onların şəhadətinin e’tibarı yoxdur.

səh:9

ÖLÜ MÜCTƏHİDİN TƏQLİDİNDƏ QALMAQ

Sual 31. Mərhum Ayətullah Ərakinin (r) vaxtı zamanı ondan təqlid etmək istəyirdim və özümü onun müqəllidi bilirdim. Amma onun fətvasını öyrənməyib ehtiyata uyğun əməl edirdim, bu surətdə onun təqlidində qalmağın hökmü nədir?

Cavab: Verilən suala əsasən onun təqlidində qalmaq caiz deyildir. Çünki, ondan təqlid etmək ölü müctəhiddən təqlidə başlamaq hesab olacaqdır.

Sual 32. Mən Həzrət İmam Xomeyninin (r) vəfatından sonra bir çox məsələlərdə Ayətullah Ərakiyə müraciət etmişəm. O məsələlərdə onun fətvasında qala bilərəmmi?

Cavab: Əgər İmamın ə’ləm olması sizin üçün sabit olubsa, gərək bütün məsələlərdə onun təqlidində qalasınız.

Sual 33. Ölü müctəhidin təqlidində qalmaq düzgündürmü? Diri müctəhidə keçmək olar, ya yox?

Cavab: Bütün məsələlərdə (hətta əməl etmədiyi məsələlərdə belə,) ölü müctəhidin təqlidində qalmaq caizdir. Ölü müctəhidin diri müctəhiddən ə’ləm olması fərz olunsa, onun təqlidində qalmaq vacibdir.

Sual 34. Sizin fətvanıza əsasən İmam Xomeyninin (r) təqlidində qalan şəxslər bə’zi məsələlərdə sizdən (yə’ni F. Lənkəranidən) təqlid edə bilərlərmi?

Cavab: Əgər İmam Xomeyninin (r) ə’ləm olması sizin e’tiqadınıza görə mənə nisbətdə sabit olmasa maneəsi yoxdur

Sual 35. Mən əvvəl Həzrət İmam Xomeyni (r) sonra Həzrəti Ayətullah Gülpayqani (r) və daha sonra Həzrət Ayətullah Ərakidən (r) təqlid etmişəm. İndi onlardan hər hansı birinin təqlidində qala bilərəmmi?

Cavab: Qala bilərsiniz və o üç böyük şəxsiyyətdən hər hansı birini ə’ləm bilsəniz, onun təqlidində qalmağınız lazımdır.

səh:10

TƏQLİDİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Sual 36: Bir müctəhidin fətvasına uyğun olaraq əməl etdiyim məsələlər sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, qayıtmaq lazımdırmı? Bir müctehidin fətvasına yuğun edilən əməllər, sonrakı müctəhidin fətvası ilə müxalif olarsa, əməlləri yenidən yerinə yetirmək lazımdırmı?

Cavab: Qayıtmaq lazım deyil.

Sual 37: Əcir tutulan şəxs əcir tutanın kimin müqəllidi olmasını soruşmalıdırmı?

Cavab: Xeyr, öz vəzifəsinə uyğun əməl etməlidir.

Sual 38: Bir şəxs mə’lumatlı mö’mindən bir məsələ soruşsa, cavab verən onun cavabını öz təqlid etdiyi müctəhidin fətvasına uyğun şəkildə verə bilərmi?

Cavab: Əgər özünün və sual edənin təqlid etdiyi müctəhidin bir olduğunu, həmçinin təqlid etdiyi öz müctəhidinin ə’ləm olması sabit olarsa, edə bilər. Amma ehtimal versə ki, sual verənin təqlidi səhihdir və özünün təqlid etdiyi müctəhidin ə’ləm olması sübuta yetməyib, gərək onun müctəhidinin fətvasını desin.

Sual 39: Həddi-büluğun ilkin vaxtlarında təqlid məsələsinə diqqət etməyən bir şəxs bir sıra əməllər yerinə yetirmişdir. Həmin şəxs hal-hazırda sizə təqlid edir. Onun vaxtilə yerinə yetirdiyi əməllərin hökmü necədir?

Cavab: Əgər onun əməlləri təqlidi lazım olan müctəhidin fətvası ilə uyğun olarsa, səhihdir.

Sual 40: Bir müctəhidə təqlid edən şəxs, onun ölümündən sonra diri müctəhidin icazəsi ilə onun təqlidində qalmışdır. Öz dini vergilərini (xüms, zəkat kimi ) gərək kimə ödəsin?

Cavab: Müraciət etdiyi diri müctəhidə ödəməlidir.

Sual 41: Atasının oruc və namazının qəzasını yerinə yetirən, təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir, yoxsa atasının təqlid etdiyi müctəhidin fətvasına?

Cavab: Özünün təqlid etdiyi müctəhidin fətvasına əməl etsin.

Sual 42: Namaz, oruc, həcc kimi ibadətlərin yerinə yetirilməsində naib tutulan şəxs özünün, yoxsa naib tutanın təqlid etdiyi müctəhidin fətvasına əməl etməlidir?

səh:11

Cavab: Əgər razılaşmada qeyd olunmayıbsa ki, naib tutanın mərcəyi-təqlidinin fətvasına əməl edilsin, gərək öz müctəhidinin fətvasına uyğun əməl etsin. İmkan olan surətdə bir cür əməl etməlidir ki, onların hər ikisinin fətvasına uyğun olsun.

Sual 43: Bir şəxs ibadətlərindən birini qürbət qəsdi ilə yerinə yetirmişdir. Amma təqlid etdiyi müctəhidin fətvasına uyğun olaraq batildir. Bu müctəhidin vəfatından sonra ə’ləm müctəhidə müraciət etmişdir. Qeyd olunan əməllər ikinci müctəhidin fətvasına uyğun olaraq səhih olsa, onları yenidən yerinə yetirmək lazımdırmı?

Cavab: Suala əsasən yenidən yerinə yetirmək lazım deyil.

Sual 44: Bir yerdə bir ruhani alimin camiuş-şərait müctəhiddən təqlid etmədiyinə yəqinimiz vardır. Ona camaat namazı, kəbin və dini vergilər kimi işlərdə müraciət etmək olarmı?

Cavab: Əgər onun əməlləri camaatın təqlid etdiyi müctəhidin fətvası ilə müvafiq olsa səhihdir və dini vergiləri camaatın təqlid etdiyi müctəhidin yanına göndərib onlar üçün qəbz alırsa, maneəsi yoxdur.

səh:12

HƏDDİ-BÜLUĞ NİŞANƏLƏRİ

Sual 45: Büluğ nişanələri hansılardır və insan neçə yaşında həddi-büluğa çatır?

Cavab: Oğlanda yetkinlik yaşına çatmaq üç şeydən birinin aşkar olması ilədir:

1. Qarnının altında qalın və cod tüklərin bitməsi (cinsiyyət üzvünün ətrafında).

2. Oyaq, ya yuxu halında spermanın xaric olması.

3. Hicri-qəməri təqvimi ilə 15 yaşın tamam olması(Miladi təqvimi ilə 15 ildən 163 gün 6 saat az).

QIZ UŞAĞININ YETKİNLİK YAŞINA ÇATMASI

1. Qarnının altında qalın və cod tüklərin bitməsi(cinsiyyət üzvünün ətrafında).

2. Spermanın xaric olması, istər yuxu, istərsə də oyaq halda.

3. Hicri-qəməri təqvimi ilə 9 yaşın tamam olması(Hicri-şəmsi təqvimi ilə 9 ildən 97 gün, 22 saat, 48 dəqiqə az).

Sual 46: On beş yaşından əvvəlki illərdə spermanın xaric olmasına yəqinlik tapan şəxs cahillik üzündən namaz qılmamışdır və oruc da tutmamışdır. İndi o zamankı ibadətlərinə görə onun vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən, spermanın xaric olmasına yəqinlik tapıbsa, həddi-büluğ olmuşdur. Əldən vermiş keçmiş namaz və oruclarını isə gərək qəza etsin. Yediyi orucları cahillik üzündən olubsa və məsələləri öyrənməkdə tənbəllik etməyibsə, kəffarəsi yoxdur.

Sual 47: Altı yaşında olan oğlan uşağında yetkinlik əlamətləri görünmüşdür. O cümlədən cinsiyyət üzvünün ətrafında tük bitməsi, səsin qalınlaşması, alt paltarlarında cənabət əlamətlərinin müşahidə olunması və s. O namaz, oruc və sair vacibatlarını mükəlləf olan şəxslər kimi yerinə yetirməlidir?

Cavab: Əgər qeyd olunan əlamətlərə əlavə olaraq, həddi-büluğla uyğun olan, yaxşını pisdən ayırmaq qabiliyyəti də varsa, yetkinlik dövrünə çatmış olur.

səh:13

Sual 48: Övladımın təvəllüd tarixi dəqiq mə’lum deyil, yetkinlik nəzərindən vəzifəsi nədir?

Cavab: Nə qədər ki, həddi-büluğ olub-olmamasında şəkk vardır və iki əlavə nişanələr yoxdursa, mükəlləf deyildir.

Sual 49: Qızım ramazan ayının onuncu günündə doğulmuşdur, hansı vaxtdan ona namaz və oruc vacib olur?

Cavab: Gərək hesablayasınız ki, ramazan ayının 10-cu gününün hansı saatında dünyaya gəlmişdir. Həmin gündən oruc və namaz ona vacib olur. Məsələn, doqquz il əvvəl ayın onunda sübh azanından qabaq doğulubsa, doqquz yaşı tamam olan və on yaşa daxil olduğu onuncu günün oruc-namazı (sübh namazı daxil olmaqla) və ondan sonrakılar vacib olur. Amma zöhr namazından əvvəl dünyaya gəlibsə, o günün orucu vacib deyil, amma zöhr namazı və ondan sonrakı namazlar vacibdir; orucu isə on birinci gündən vacib olur. Bunun üçün valideynlərə vəzifədir ki, övladlarının dəqiq təvəllüd tarixini onların mükəlləf olduqları gün və saatın mə’lum olması üçün qeyd etsinlər.

səh:14

TƏHARƏT VƏ NƏCASƏT

Sual 50: Paltarın ipi nəcis olmuşdur, günəş onu pak edirmi?

Cavab: Günəş onu pak etmir.

Sual 51: Əgər günəşin şüası güzgü vasitəsi ilə nəcis yerə düşürsə, pakedicidirmi?

Cavab: Xeyr, pakedici deyil.

Sual 52: Suyun rəngi, iyi və dadının dəyişilməsi, onun müzaf olmasına səbəb olurmu?

Cavab: Xeyr, qeyd olunan cəhətlərlə dəyişən su müzaf olmur. Doğrudur, əgər su ilə qatışmış bir şey o qədər ola ki, el arasında artıq ona su deyilməmiş olsa, müzaf sudur. Şərbət, ayran, çay və bu kimi şeylər.

Sual 53: Nəcis olan kürr suyunun rəngi, iyi və dadı kimyəvi maddələr vasitəsi ilə dəyişərsə pak olarmı?

Cavab: Xeyr, pak olmur.

Sual 54: Nəcis bir yerin üzərinə sərilmiş yorğan oradan nəm çəkib ağırlaşmışdır. Nəcisdirmi?

Cavab: Əgər yer rütubətli olubsa, yorğan nəm çəkərək ağırlaşıbsa nəcis deyildir. Lakin, əgər yer yaş olub və yaşlıq yorğana yetişibsə, nəcis olmuşdur.

Sual 55: Əl-üz yuyulan yerin və tualetin divarı bir metr hündürlükdə nəm çəkmişdir, nəcisdir, ya yox?

Cavab: Suala əsasən, divar nəcis deyildir.

Sual 56: Nəcislənmiş suyun və ya sidiyin buxarı nəcisdirmi?

Cavab: Buxar mütləq şəkildə pakdır.

Sual 57: Nəcis neftin, çubuğun və yaxud başqa nəcis olan şeylərin tüstüsü pakdırmı?

Cavab: Əgər qara his halında cəm olsa və onda nəcislə qarışmış zərrəciklər olmasa, pakdır.

Sual 58: Nəcis şey neçə vasitə murdarlayıcı olur?

Cavab: Üç vasitə murdarlayıcıdır.

Sual 59: Murdar sudan içmək və ya təharət üçün istifadə etmək olarmı?

Cavab: Caiz deyildir.

səh:15

Sual 60: Bə’zən, düşmək vaxtı çatan bədən dərisini qoparan zaman onunla yanaşı vaxtı çatmamış dəri də qoparılır. Qoparılan zaman qanaxma, göynəmə və ağrı olmasa, qopardıb atmağın eybi vardırmı və nəcis olurmu?

Cavab: Eybi yoxdur və nəcis olmur.

Sual 61: Ov iti, yaxud çoban iti başqa itlər hökmündədirmi?

Cavab: Nəcasət cəhətdən başqa itlərdən fərqi yoxdur.

Sual 62: Nəcis yeyən heyvanın əti və yumurtası nəcisdirmi?

Cavab: Xeyr, nəcis deyil, amma gərək onu yeməkdən çəkinsinlər.

Sual 63: Süd sağılan vaxt üstündə köpük yaranır. Əgər quru qan zərrəcikləri onun üstünə tökülərsə süd nəcis olurmu?

Cavab: Nəcis olur; lakin o qanı və köpükləri götürərkən südə toxunarsa və ya onu götürəndən sonra yenə südün üstündə köpük qalsa nəciz olmaz.

Sual 64. Əti halal olan heyvanın qanı nəcisdirmi?

Cavab: Nəcisdir. Amma bir dirhəm ölçüsündən az olsa onunla namaz qılmağın eybi yoxdur.

Sual 65. Əgər yumurtada bir miqdar qan müşahidə olunsa, hökmü necədir?

Cavab: Nəcis deyildir. Amma o qanı yeməkdən çəkinsinlər.

Sual 66. Südün içərisində bir miqdar qan olarsa, onu nəcis edirmi?

Cavab: Əgər mə’lum olsa ki, qan südün içərisindədir, bütövlükdə nəcis olur.

Sual 67. Sarı və ağ spirt nəcisdirmi?

Cavab: Texniki spirt və əczaçılıqda, iynə vurulanda və bu kimi şeylərdə istifadə olunan spirtlər nəcis deyildir.

Sual 68. İt və kafir kimi nəcisül-eyn olanların bədənindən bir hissə müsəlmanın bədəninə köçürülərsə, hökmü nədir?

Cavab: Müsəlman bədəninin hökmünü tapacaqdır.

Sual 69. Əgər insan üzvlərini verən kafir olsa, kəsilmiş üzv müsəlmanın bədənində ruh daxil olmamışdan əvvəl, ya sonra hansı hökmədir?

Cavab: Ruh daxil olandan sonra pak olur.

səh:16

KAFİRİN NƏCİS OLMASI

Sual 70. İslam dinində olmayanlar nə üçün nəcis hesab olunurlar. Belə ki, onların çox təmiz olmalarını görürük?

Cavab: Bu haqda mənim nəzəriyyəm budur ki, kitab əhli (məsihilər və yəhudilər) müşrik olmayan surətdə pakdırlar. Amma müşrik olsalar nəcisdirlər. Onların nəcis olmalarında bir hikmət vardır. O cümlədən, müsəlmanlar onlarla gediş-gəliş etməsinlər və cinsi əlaqədə olmasınlar, onların əxlaqi və davranışlarının tə’siri altına düşməsinlər. Onlar da müsəlmanların müqabilində zillət və təhqir olmalarını hiss edəcəklər. Başa düşərlər ki, səviyyəsiz və nəcisdirlər. Bundan başqa məsləhətlərdə İslam qanunlarında geniş şəkildə qeyd olunmuşdur.

Sual 71. Yəhudi və nəsrani kimi əhli kitabın yeməyindən istifadə etməyin hökmü nədir?

Cavab: Kitab əhli müşrik olmayan surətdə zatən nəcis deyildirlər. Buna əsasən onların yeməkləri nəcis deyildir. Qida maddələrinin murdar ətdən, yaxud şərab və bunun kimi şeylərin vasitəsi ilə hazırlanması mə’lum olsa, nəcisdir. Lakin kitab əhlini nəcis bilənlərin nəzərincə isə, onların yeməklə təmasda olduqlarını bildikləri üçün, yeməkləri nəcis hökmündədir.

Sual 72. Zərdüştilər də kitab əhli hesab olunurlarmı?

Cavab: Kitab əhli hökmündədirlər.

Sual 73. Sizdən yəhudi, nəsrani və məcusilərin müşrik olub-olmamaları haqqında sual ediblər. Buyurmusunuz ki, əgər müşrik olmasalar pakdırlar. Müşrik olmağın mə’nası nədir? İki Allaha (məcusilər) və üç Allaha (nəsranilər) e’tiqad etmək şirkdirmi?

Cavab: Əgər Allahın vahid olmasının ziddinə olsa şirkdir.

Sual 74: Yəhudi və nəsranilərin hər hansı birinin nəcis olmalarını haradan müəyyənləşdirmək olar?

Cavab: Müşrik olmadıqları mə’lum olsa və ya onların müşrik olmalarında şəkkiniz olsa, pakdırlar.

Sual 75: Mən həzrət İmam Xomeyninin (r) müqəllidi idim. Sizin icazənizlə onun təqlidində qalmışam. İndi sizin kitab əhlini pak bilməyinizi eşitmişəm. Kitab əhli ilə birgə çalışdığım üçün bu məsələdə sizə təqlid edə bilərəmmi?

səh:17

Cavab: Əgər İmam Xomeyninin (r) ə’ləm olması sizin üçün sabit olmasa, maneəsi yoxdur.

Sual 76: Özləri üçün xüsusi ayinləri olan «Əliallahlılar» pakdırlarmı? Onlarla ailə qurmağın hökmü necədir? Onlarla bir yerdə yemək yeməyin hökmü nədir?

Sual 77: Bir şəxs Allaha və Peyğəmbərə (ə) narahat və əsəbi halda nalayiq sözlər demiş, sonradan peşiman olmuşdur. Bu təhqir onun mürtəd və nəcis olmasına səbəb olarmı?

Cavab: Əgər onun əsəbiliyi özündən çıxmış həddə gəlib çatıbsa, bu halda nəcis və mürtəd deyildir. Amma əsəbiliyi bu halda olmayıbsa çətindir. Gərək tövbə etsin.

Sual 78: Sufilik, dərvişlik və şeyxilik kimi təriqətlərdə olanların əməllərində bidətlər müşahidə olunursa, onları pak hesab etmək olarmı?

Cavab: Pak hökmündədirlər. Amma daha yaxşıdır ki, onlarla az əlaqədə olsunlar.

Sual 79: Məsihi, yəhudi və hinduların evlərinin divarlarına və ya onlara aid olan əşyalara yaş əllə toxunmağın hökmü nədir? Nəcis olurmu?

Cavab: Nəcis olmasına yəqinliyiniz olmasa pakdır.

Sual 80: Müəllimlərin Bəhai şagirdləri ilə bir yerdə olması necədir? Onların ixtiyarında Qur’anın qoyulması düzgündürmü?

Cavab: Onların nəcis olmasını nəzərə alıb, Qur’ani-Kərimi onların öhdəsinə qoymaq caiz deyildir.

Sual 81: Namazı bilərəkdən qılmayan, amma inkar da etməyən adam kafir və nəcisdirmi?

Cavab: Namazı inkar etmirsə fasiq və günahkardır, kafir və nəcis deyil.

səh:18

Sual 82: Qur’ana ehtiramsızlıq edən müsəlman mürtəd olurmu? Bu kimi şəxslərə qarşı insanın vəzifəsi nədir?

Cavab: Əgər ehtiramsızlıq əsəbilik üzündən ola və əsəbiliyi bir həddə çata ki, özündən ixtiyarsız nalayiq sözlər söyləyə, gərək tövbə etsin. Amma Peyğəmbər (s) və İmamlara (ə) qəsdən ədavət, istək və naşılıq üzündən olsa, nəcasət hökmündədir. Əgər Peyğəmbərin risalətini inkar etsə nəcis olması ilə yanaşı həm də mürtəddir. Onun bu əməlini görən kəslər hakimi şər’in onun barəsində hökmü müəyyən edənə qədər onu bu yoldan çəkindirmək və ondan uzaq olmaq kimi vəzifələri vardır.

Sual 83: Altı İmamı qəbul edənlər müsəlmandırlarmı?

Cavab: Müsəlmandırlar.

Sual 84: Xüms və zəkat verməyə e’tiqadı olmayan bir kəs bə’zən bu məsələni məsxərə də edir. Bu şəxsin ibadət və əməlləri batil, yaşayışı da nəcisdirmi?

Cavab: Onun öz malından istifadə etməsi düzgün deyildir. Bu məsələyə aid olmayan ibadətləri səhihdir.

TƏHARƏT VƏ NƏCASƏTİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Sual 85:Xarici dövlətlərdən gələn sosiska və kolbasaların hökmü necədir?

Cavab: Əti haram və ya islam qaydalarına uyğun kəsilməyən heyvanın ətindən olsa, haramdır.

Sual 86: Xarici ölkələrdə bağlanmış balıq konservaları və xaricdən gələn balıq yağları pakdırmı? Onlardan istifadə etməyin hökmü nədir?

səh:19

Cavab: Onların sudan xaricdə, ya balıqçıların torunda və ya insan əlində ölməsi sabit olsa, pak və yeyilməsi də halaldır. Amma bu barədə təkcə kafirin xəbər verməsi kifayət etmir.

Sual 87: Pişiyin ağız vurduğu yemək nəcisdirmi?

Cavab: Nəcis deyildir.

Sual 88: Müsəlman bazarlarında alınıb satılan kafirin istehsal etdiyi dərmanlar pakdırmı?

Cavab: Pak hökmündədir.

Sual 89: Qeyri-müsəlman ölkələrdən heyvan dərisindən hazırlanmış gödəkcə və ayaqqabı gətirilərsə hökmü necədir?

Cavab: Əgər müsəlmandan alınsa pak hökmündədir, amma o müsəlman aldığı kafirdən heyvanı şər’i göstərişlə kəsib-kəsməməsini soruşmasa nəcis deyil; buna baxmayaraq onunla namaz qılmaq düzgün deyil.

Sual 90: Övrətin və qoltuğun altında tüklərin uzun olmasının nə hökmü vardır?

Cavab: Onları təmizləmək vacib deyil. Yalnız təharət və qusl etməyə mane olmamasına riayət olunsun.

Sual 91: Hamamda, ya ayaq yolunda bədən pak olandan sonra o yerlərin daxili hissələri də pak olurmu?

Cavab: Verilən sual bütün üzvlər barəsində eyni cavaba malik deyil.

Sual 92: Üzərində mə’sum İmamların adı yazılmış dəmir pullar tualetə düşərsə, onu çıxarmaq çoxlu xərc tələb etdiyi üçün mümkün deyil. Yalnız əl-üz yumaqla kifayətlənmək şərti ilə ondan istifadə etmək olarmı?

Cavab: Qeyd olunan halda eybi yoxdur.

Sual 93: Təharət və nəcasətdə vasvası olan bir şəxsin hökmü nədir; vasvası olmağın şər’i cəhətdən eybi varmı?

Cavab: Vasvasılıq həqiqətdə təharətə aid olan hallarda Allahın Rəsulunun hökmlərini qəbul etməməkdən ibarətdir. Bə’zən dəstəmazın batil olmasına səbəb olur. Buna görə də şəriət və əqli nöqteyi-nəzərdən bu cür şeytani xəyallardan çəkinmək lazımdır. Təkrar e’tinasızlıqla həmin halları özündən uzaqlaşdırmaq olar.

Sual 94: Xaricdən gətirilən ətir və bu qəbildən olan şeylərin pak və nəcis olmasını bilmədiyimiz halda onlardan istifadə etməyin hökmü nədir?

səh:20

Cavab: Nəcis şeydən düzəldiyini və ya nəcis şeylə qarışıq olduğunu bilməsə pakdır.

Sual 95: Əl dirsəyə qədər nəcis olsa, onu biləyə qədər suya salar və ya kranın altında saxlasalar, bu şərtlə ki, quruluqla yaşın əlaqəsi nəzərə alınsa, biləkdən aşağı pak olur, ya yox?

Cavab: Bəli, pak olmuşdur.

Sual 96: Qarpızın və ya yemişin bir tərəfi nəcis olubsa, o tamamilə nəcisdirmi?

Cavab: Xeyr, nəcis olmur. Bu şərtlə ki, nəcis olan hissənin suyu təmiz olan hissəyə dəyməsin.

Sual 97: İnsanın əli dirsəyə qədər nəcis olarsa, xörək yemək üçün əlini biləyinə qədər az su ilə yusa, pak olurmu, ya əlin yuxarı hissəsi ilə birləşmiş olduğu üçün təmizlənməzmi?

Cavab: Pak olur, çünki, nəcis olmasının səbəbi bağlılıq yox, həmin yerə çatmasıdır.

Sual 98: Əgər bütün paltar, ya bir parça nəcis olubsa, olar ki, onun bir hissəsini yuyub paklayasan digər hissəsini isə saxlayasan? Bu halda az su, kürr su və axar su ilə paklamağın fərqi vardırmı?

Cavab: Bəli, pak olur, az su ilə çox suyun fərqi yoxdur. Çünki, nəcis olmasının səbəbi bağlılıq deyil, nəcasətin həmin hissəyə axmasıdır.

Sual 99: Evin qapı, pəncərə və divarları nəcis rənglə rənglənmiş olsa pak hökmündədirmi?

Cavab: Bəli, quruyandan sonra onun zahiri pakdır.

Sual 100: Əgər dişin dibindən çıxan qan ağız suyu ilə qarışıb aradan gedərsə, ağızın içərisini su ilə paklamaq lazımdırmı?

Cavab: Lazım deyil.

Sual 101: Dişə fırça vuran vaxt dişin dibindən qan xaric olur, ağızın içərisində qanla qarışan fırçanı çölə çıxardanda qan bilinmirsə nəcis olurmu? Ağızı yaxalayarkən ağız suyu ilə qarışan, lakin gözlə seçilməyən qan olsa nəcisdirmi?

Cavab: Ağızın içində qanla qarışan su və diş fırçası bayıra çıxaranda qanla qarışmayıbsa nəcis olmayıb, pak etmək lazım deyil.

Sual 102: Xörək yemək və ya su içməklə dişlərinin ətindən çıxan qan ilə qarışan sü’ni dişlər nəcis olurmu? Yeməyi və suyu udmağın hökmü nədir?

səh:21

Cavab: Ümumi halda dişin dibindən gələn qan ağızı və ağızda olanları nəcis etmir. Buna əsasən yemək, su və sü’ni dişlər nəcis olmur. Yeməyi və suyu ağıza ötürməyin eybi yoxdur və həmçinin sü’ni dişlərin suya çəkilməsi də lazım deyildir.

Sual 103: Əgər dişi dolduran və ya çəkdirən zaman ağız qanla dolursa nə etmək lazımdır?

Cavab: Təkcə qanı aradan aparmaqla ağız paklanar.

Sual 104: Nəcis şeyi yeyəndən və ya içəndən sonra (qan kimi) ağızı suya çəkmək vacibdirmi?

Cavab: Nəcis bir şeyi udan ağız pak olur, onu suya çəkmək vacib deyil.

Sual 105: Üzürlü səbəbdən bir cənazəyə qusl əvəzinə təyəmmüm etsələr, yaş bir şey ona toxunsa nəcis olurmu?

Cavab: Qusl əvəzinə təyəmmüm olunan meyyitin pak olması şübhəlidir. Buna əsasən əgər ona rütubətli bir şey toxunsa ehtiyata görə suya çəksinlər.

Sual 106: Kitab əhli olan yəhudilər, məsihilər və zərdüştilər pakdırlarmı?

Cavab: Bəli, Mütəal-Allahın birliyinə Həzrəti Musa (ə), Həzrəti İsa(ə) və Zərdüştün peyğəmbərliyinə e’tiqad edib Tövratı, İncili və Avestanı öz kitabı bilib qəbul etsələr, kitab əhli hesab olunurlar və pakdırlar.

Sual 107: Yuxarıda qeyd olunan halda onlara e’tiqadımız olmasa, təkcə həmin qədər bilsək ki, onlar kitab əhli kimi tanınıblar, vəzifəmiz nədir?

Cavab: Bu halda da pak hökünmdədirlər. Əgər kitab əhli olmalarına yəqinlik hasil olmasa nəcis hökmündədirlər.

Sual 108: Yəhudi diş həkiminin yanında düzəldilən sü’ni dişlər pakdırmı? Onunla namaz qılmağın hökmü nədir?

Cavab: Kitab əhli müşrik olmasa pakdır, düzəldilən sü’ni dişlər nəcis olmur. Əgər sü’ni dişlər nəcis olsa belə, onunla namaz qılmağın maneəsi yoxdur.

Sual 109: Tovzihul-məsail risaləsinin 115-ci məsələsində buyurmusunuz: Kitab əhli olan yəhudi və nəsranilər nəcis deyillər. Digər tərəfdən buyurmusunuz ki, on iki İmama (ə) nalayiq sözlər deyən və ya düşmənçilik edən nəcisdir. Buna diqqət etməklə, onlar İslamın düşmənidirlər. Bu barədə hökm nədir?

səh:22

Cavab: Bu bəhsin geniş izahı fiqhi kitablara aiddir. Ümumi halda, kitab əhli müşrik olmasa pakdır və başqa tərəfdən pak İmamlara nalayiq sözlər deyən və ya onları təhqir edən kəs nəcis sayılır. Kitab əhlindən çoxu pak İmamlarımıza nisbətdə sakitdirlər və onlara qarşı nə sevgiləri, nə də qəzəbləri vardır. Bəli, əgər kitab əhli də İmamlara (ə) qarşı ehtiramsızlıq etsələr nəcis sayılırlar.

Sual 110: Müsəlman kişinin qeyri-müsəlman kişiyə əl verib görüşməsinin hökmü necədir?

Cavab: Maneəsi yoxdur, amma müşrik olsa və əli də yaş olsa, ona toxunanın əli də nəcis olar.

Sual 111: Əcnəbi ölkələrdən gətirilən piydən sabun düzəltsələr hökmü necədir?

Cavab: Pak hökmündədir, əgər əcnəbi ölkələr islam ölkələrindən alıb, sonra ixrac etsələr, hər bir surətdə ondan istifadə etməyin maneəsi yoxdur. Əgər islami qanunlarla kəsilmədiyini və ya donuz, it piyinin olduğunu bilsə nəcisdir.

Sual 112: Nəcis maddələrdən hazırlanan dərmanlar nəcisdirmi? Onların istifadəsi necədir?

Cavab: Bəli, nəcisdir. Onların istifadəsi də nəcis olur.

Sual 113: Mən bə’zi çörək sexlərinin çörəklərinin pak olmadığını bilirəm, vəzifəm nədir?

Cavab: Bütün çörək sexlərindən bə’zilərini nəcis bildiyiniz halda, şəhərdə olan bütün çörək sexlərindən tək-tək istifadə edirsinizsə, gərək hamısından çəkinəsiniz. Adətən hamısından istifadə etmək mümkün deyil, bu surətdə çəkinmək lazım deyil.

Sual 114: Paltarımın bir yerində bir az qan vardır, bu qanın haradan dəydiyini bilmirəmsə nəcasət hökmündədirmi?

Cavab: Hansı qanın olduğunu bilmədiyiniz halda, atıcı qanı olmayan heyvanın qanı olmadığı ehtimal verilsə və ya milçək qanı, onun kimi qan olsa pak hökmündədir.

Sual 115: Yaş nəcis əllə başqa bir şəxslə görüşən şəxs qarşı tərəfə mə’lumat verməlidirmi?

Cavab: Bəli, nəcis əl vasitəsi ilə onun əlini nəcis edirsə, o da o əllə yemək yeyərsə və ya namaz üçün təmizləməyib dəstəmaz alarsa, mə’lumat vermək lazımdır.

Sual 116: Başqasının əşyasını nəcis edən şəxs onun sahibinə mə’lumat verməlidirmi?

səh:23

Cavab: Həmin əşyanın sahibi onu paklıq şərt olan yerdə istifadə edirsə (yemək, içmək, dəstəmaz və qusl suyu kimi) onun nəcis olmasını sahibinə deməsi vacibdir. Amma onun istifadəsində paklıq şərt deyilsə (xalçanın nəcis olması kimi), deməsi vacib deyil, onun üstündə namaz qılmasını bilsə də belə.

Sual 117: Bir şeyin nəcis olmasına ehtimal verirəm;bu barədə axtarış və sual etmək lazımdırmı?

Cavab: Əgər nəcis və pak olmaq cəhətindən onun keçmiş halı bilinmirsə, onun pak və nəcis olması şübhəlidir, axtarış aparmaq lazım deyil, pak hökmündədir.

SİRKƏ VƏ ÜZÜM SUYUNUN HÖKMLƏRİ

Sual 118: Bir miqdar üzümü kişmiş olsun deyə, qurutmaq üçün günəşin altına qoyduqdan sonra onun dənələri şişmişdir. İndi ona nə kişmiş, nə də üzüm deyilir, onu yemək olarmı?

Cavab: Qaynamasında şəkkiniz vardırsa, onu yeməyin eybi yoxdur.

Sual 119: Kişmiş və xurmanı suda qaynatsalar və ya qızartsalar, nəcis olurmu? Onu yeməyin hökmü nədir?

Cavab: Nəcis olmur, onları yeməyin maneəsi yoxdur.

Sual 120: Üzümü üzüm üzərinə, xurmanı xurma üzərinə və bu kimi şeyləri sirkə olsun deyə bir-birinin üstünə nə vaxta qədər tökmək olar?

Cavab: Hər vaxt töksələr və sirkə olsa maneəsi yoxdur, sirkə olandan sonra, ya əvvəl fərqi yoxdur.

Sual 121: Sirkə düzəltmək üçün hər gün bir miqdar üzüm qaba tökürlər; hər dəfə tökəndə əvvəlki günün üzümü qaynayıbsa bu sirkənin hökmü nədir?

Cavab: Heç bir maneəsi yoxdur.

səh:24

Sual 122: Bir miqdar üzümü sirkə olsun deyə qaba tökmüşük. Qaynanmış, ya köpmüş halda onu başqa böyük bir qaba boşalda bilərikmi və artıq qalan hissəsi dolsun deyə üzüm əlavə edə bilərikmi?

Cavab: Qaynanmış üzümün qabını böyük qabla əvəz etməyin və dolsun deyə ona üzüm əlavə etməyin maneəsi yoxdur. Sirkə olandan sonra təmamilə pak və halaldır.

Sual 123: Sirkə hazırlamaq üçün bir miqdar kişmiş və bir neçə ədəd noxud da əlavə etmişlər; turş olandan sonra onlar da pakdırmı?

Cavab: Noxudu əlac məqsədi ilə tökdükləri üçün pakdır.

Sual 124: Bir miqdar üzümü sirkə olsun deyə bir qaba töküblər; neçə gündən sonra yenidən bir qədər üzüm və başqa şeyləri də (məsələn badımcan və s.) əvvəlki üzümlərin üzərinə əlavə ediblər, eybi varmı?

Cavab: Maneəsi yoxdur, bütün üzümlər sirkə olduqdan sonra onların yeyilməsi maneəsizdir və halaldır.

AYAQYOLU MƏSƏLƏLƏRİ

Sual 125: Bə’zən qaitin (ağır ifrazat) məxrəcindən rütubət xaric olur, pakdırmı?

Cavab: Pakdır, əgər nəcasətin zərrəcikləri ilə birlikdə olmasa.

Sual 126: Sidiyin məxrəcini necə pak etmək lazımdır?

Cavab: Kürr suya bitişik olan şlanq suyu ilə bir dəfə yumaq kifayət edər, amma az su ilə gərək iki dəfə yuyulsun. Əgər sidik kanalı sidikli olmasa az su ilə də bir dəfə yumaq kifayət edər, amma daha yaxşıdır ki, iki dəfə yuyulsun.

Sual 127: Ayaqyolunda üzü, ya arxası qibləyə oturan şəxsə bu işin haram olmasını xatırlamaq vacibdirmi?

Cavab: Hökmü və mövzunu bilirsə (yə’ni bu əməlin haram olduğunu bilirsə) və qibləni tanıyırsa bu halda əmr be mə’ruf və nəhy əz münkər baxımından yada salmaq vacibdir. Əgər cahillik üzündən olsa (yə’ni təxəlli halında üzü ya arxası qibləyə oturmağın haram olduğunu bilmirsə) bu halda doğru yol göstərmək üçün məsələni yada salmaq vacibdir. Əgər mövzunu bilmirsə (yə’ni məsələni bilir, amma qibləyə tərəf oturduğunu bilmirsə) o halda yada salmaq vacib deyil.

Sual 128: Binanın tualeti 7-10 dərəcə qiblədən sağa ya sola meyl etmişdir, bu qədər dönmə kifayət edərmi?

səh:25

Cavab: Ümumiyyətlə əgər, bu qədər yana dönmə camaat arasında üzü, ya arxası qibləyə oturmaq sayılmazsa, maneəsi yoxdur.

VASVASILIQ VƏ ONUN HÖKMLƏRİ

Sual 129: Hansı adamlara vasvası deyilir və onun hökmü nədir?

Cavab: Hamıya bəlli olan orta haldan xaric olan bir kəs vasvasıdır. Gərək vasvası adama e’tina olunmasın, vasvasılıq şeytandan olduğu üçün düzgün deyildir.

Sual 130: Vasvası adamın vəzifəsi və onun nicat yolu nədir?

Cavab: Onun vəzifəsi öz şəklərinə e’tinasız olmasıdır. Gərək nəcasətin paklanmasında, dəstəmaz və quslda adi camaat kimi əməl etsin. Şəkk-şübhələrə e’tinasızlıq göstərmək, onun aradan getməsinə səbəb olar. (Yə’ni artıq dərəcədə diqqət etməmək).

Sual 131: Çox şəkk edən bir şəxs hər şeyi nəcis bilir, qonaqlıqda yeməyi nəcis bilir, qapı və divarı nəcis bilir və s. bu cür əqidə və rəftar səhihdirmi?

Cavab: Gərək şəkkinə e’tina etməsin və niyyətini paklığa qoysun. Bu kimi rəftar şəriətin, ağlın və adət-ən’ənənin xilafına olan bir gediş, eyni zamanda şeytanın ardınca getməkdir. Müsəlman gərək İslam göstərişlərinə uyğun əməl etsin.

Sual 132: Bə’zi şəxslər dəstəmaz və quslda həddən artıq su tökür, əllərinə və bədənlərinə əl çəkir və bu kimi ehtiyat üçün etdiklərini deyirlər. Xanımlardan da bə’ziləri paltar və başqa şeyləri yuyub suya çəkəndə və ya dəstəmaz almaq üçün çoxlu su istifadə edirlər. Çox vaxt hər dəstəmaz və namazdan əvvəl ayaqlarını suya çəkir və deyirlər ki, ürəyimizə yatmır, ehtiyat yaxşıdır. Bu əməllər şəriətə uyğundur, üstünlüyü vardır və ya ehtiyatdırmı?

Cavab: Bir maenəsi yoxdur, öz-özlüyündə ehtiyata görə yaxşıdır və şər’i cəhətdən üstünlüyü vardır. Lakin bəzən bu kimi şeylər şəriətin və ağlın ziddinədir. Bu kimi hallarda ehtiyat etmək nəinki üstündür, hətta ehtiyat, ehtiyatı tərk etməkdədir. Məsələn: əgər ehtiyat adamı vasvasılığa vadar etsə, yə’ni əl çəkmək, suyu artıq tökmək, əli, ayağı və paltarı səbəbsiz suya çəkmək insanı vasvasılığa düçar edərsə, şəriətin ziddinədir və haramdır. Necə ki, bu mətləbi mərhum Seyyid (r) “Ürvətül-Vüsqa” əsərində və başqa böyük alimlər öz kitablarında buyurmuşlar. Xüsusilə, dəstəmazda diqqət olunsun. Əgər bir şəxs dəstəmaz aldıqda vasvası olsa, belə ki sol əlinə həddən artıq su

səh:26

tökərsə, onun dəstəmazının düzgünlüyündə işkal vardır. Çünki, yeni su ilə məsh etməsi lazım gəlir. Bəlkə əgər suyu çox tökməsə də, həddindən çox əlini sol əlinə çəkməsinin özündə də dəstəmazın düzgünlüyünə işkal gətirir. Çünki, bu iş onunla məsh edilən əlin rütubəti, dirsəyinin rütubəti ilə qarışır və məsh qarışıq su ilə yerinə yetirilir.(1)

Bundan əlavə, vasvasılıq nəfsani və şeytani xəyalın hallarındandır. Belə hallar özü-özlüyündə bəyənilməmişdir və insanın ağılsızlığının nişanələrindən sayılır. Çünki, bu kimi hallar vaxtın, ömrün hədərə getməsinə səbəb olur. Bəzən vacib və ya haram olan bir işin yerinə yetirilməməsinə bais olur. Bu səbəbə görə alimlərin bir çoxu buyurmuşlar ki; «Vasvasılığa əməl etməyin haram olmasını söyləməyin işkalı yoxdur.»

Bəziləri isə belə buyurmuşlar ki: “İnsanın özünü vasvasılıq astanasında qərar verməsi haramdır. Çünki, bu əməl şeytana itaət etmək deməkdir. Şeytana itaət etmək Allahın bəyənmədiyi işlərdəndir.” Bunlara əlavə olaraq, səhih rəvayətlərdə Abdullah ibn Sənan deyir: “İmam Sadiqin (ə) xidmətində dəstəmaz və namazda vasvasılığa düçar olmuş bir adamın adını çəkib dedim ki, o ağıllı şəxsdir. Həzrət buyurdu ki, şeytana itaət edən şəxs necə ağıllı ola bilər? Soruşdum: Şeytana necə itaət edir? Buyurdu: Özündən soruş, onda olan vasvasılıq halı haradan və nədəndir (yə’ni bunun əsl səbəbi nədir)? Deyəcək: Bu hal və gediş şeytan əməlidir.”(2).

Başqa bir hədisdə Həzrət buyurur: “Xəbis şeytanı özünüzə öyrəşdirməyin. Çünki, o xəbis bir şeyə öyrəşsə adətkar olar. Onun hədəf və istəyi ona itaət etməkdir.” Buna görə ağıllı və mömin şəxs gərək həddindən artıq əl sürtmək və yersiz su tökməkdən çəkinsin. Məbada şeytanın tələsinə düşməklə ömrünü zay edərək dəstəmazın düzgünlüyündə şübhə və israf etsin. Bəzən özünə ziyan, xəstəliyə, ayaq ağrısına, yaşayışdan geridə qalmaq və suyu hədərə vermək və s. kimi şeylərə səbəb olur. Xüsusilə, öz yaşayışını təmin etməkdən ötrü bir içim suya ehtiyacı olan şəhərlərdə və başqa yerlərdə yaşayan insanlar çoxdur. Allah bizi və bütün möminləri bu kimi şeytani vasvasılıqdan uzaq etsin və qorusun.

səh:27


1- [1] “Ürvətül-vüsqa fi əfğalil vuzu”, məs, 47.
2- [2] Vəsailüş-şiə cild 1 səh 46 bab 10.

Sual 133: Həyat yoldaşım təharət, dəstəmaz və qüsulda ehtiyat edir və yavaş-yavaş vasvası olmağından qorxuruq. Xahiş edirik bu qəbildən olan ehtiyatları bəyan edəsiniz.

Cavab: Ehtiyat öz-özlüyündə və öz yerində bəyənilmişdir. Lakin diqqət etmək lazımdır ki, onun müqabilində danlanan və bəyənilməyən nəfsani hallardan olan vasvasılıq durur. Vasvası olan şeytana itaət edəndir. Mö’min ömrünü və vaxtını hədər edib şeytana tabeçilik etmir. Xüsusilə ibadət işlərində. Buna əsasən, başlanğıcı vasvasılıq olan və ya vasvasılığa gətirib çıxaran ehtiyat haramdır. Gərək bu qəbildən olan ehtiyatlardan çəkinsinlər.

Sual 134: Təharət və dəstəmaz məsələlərində vasvası olan bə’zi şəxslər başqa adamların sözlərinə qulaq asmırlar, bunların əməlləri necədir?

Cavab: Düzgün deyil. Əgər dəstəmazda sol əli iki dəfədən artıq yuyub su töksələr səhih deyildir.

Sual 135: Nəcasət və ya bir şeyin nəcis olmasında vasvası adamın sözünə e’timad etmək olarmı?

Cavab: Xeyr, bu işdə onun sözünə e’timad düzgün deyil. Onun sözünə qulaq asmaq əsassızdır.

Sual 136: Vasvası adama vasvasılığı qadağan etmək lazımdırmı?

Cavab: Bəli, hamıya vacibdir, nəhy əz münkərə riayət etməklə, onu vasvasılıqdan çəkindirsinlər.

səh:28

DƏSTƏMAZ

Dəstəmazın qaydası

Sual 137: Dəstəmazda hər dəfə yumaq bir ovuc su ilə başa gəlirmi ki, üçüncü ovuc haram sayılsın?

Cavab: Bir dəfə yumaq təkcə su tökməklə deyil, tamam üzvü kamil şəkildə yumaqla başa gəlir. Buna əsasən mümkündür ki, dəstəmaz məqsədi ilə bir neçə ovuc su tökülsün, üzv tamam yuyulsun. Bu da bir dəfə (yuyulmuş) hesab olunur. İkinci dəfə də həmin şəkildə təkrar olunur. Əgər sol əl iki dəfədən artıq yuyularsa məsh etmək üçün dəstəmaz suyundan yox, başqa sudan istifadə etmək lazım gəlir. O da dəstəmazın batil olmasına səbəb olar.

Sual 138: Əgər üzü və sağ əli üç dəfə, məsh zamanı bir maneə yaranmasın deyə sol əli iki dəfə yusalar dəstəmaz düzgündürmü?

Cavab: Əgər məqsədi şəriət nöqteyi-nəzərindən və şər’i göstərişin əksinə bu cür dəstəmaz almaqdırsa, dəstəmaz qeyri-qanunidir. Amma belə bir məqsədi yoxdursa, dəstəmaz düzgündür.

Sual 139: Əgər bir nəfər uzun müddət dəstəmazda üzünü və iki əlini üç dəfə yuyubsa və məsh etməsinin nöqsanlı olduğunu bilməyibsə, bu halda qıldığı namazları batildirmi?

Cavab: Bəli, verilən suala əsasən, sol əli də üç dəfə yuyubsa dəstəmazı batildir və qıldığı namazları da gərək təkrar qılsın.

Sual 140: Əgər əlləri kranın altında saxlasaq, ya suya salsaq və dəstəmaz niyyəti ilə çıxarsaq əl vurmadan dəstəmaz düzgündürmü?

Cavab: Nöqsanı yoxdur. Həmin yaş əllə başı və ayaqları məsh edin.

Sual 141: Bə’zilərinin dəstəmazda üzün yuyulması barəsində fikirləri budur ki, başın qabaq hissəsində sağda və solda tük bitməyən yer, üzün sərhədlərinə aid deyil. Bu məsələ təsadüfidir, ya yanaqların üzə aid olması kimi mübahisəlidir?

Cavab: Başın qabaq hissəsində sağ və sol tərəfdə tük bitməyən yerlərin üzün sərhədlərinə aid olmaması fikrində bütün İmamiyyə şiələri həmrəydilər və onu yumaq lazım deyil. Təkcə əhli-sünnə alimlərindən bə’zisi dəstəmazda onu yumağı vacib bilirlər.

səh:29

Sual 142: Bir nəfər xəstəlik ucbatından və ya taqətsizlikdən ucbatından dəstəmaz üzvlərindən birini və ya bir neçəsini tərpədə bilmirsə, yaxud çətinlik çəkirsə quslu, təyəmmümü və dəstəmazı yerinə yetirməkdə vəzifəsi nədir?

Aşağıdakı hallarda onlar necə yerinə yetirilməlidir:

1. Sol əlin hərəkətsiz olması;

2. İki əlin hərəkətsiz olması.

Cavab: 1) Qusl barəsində bir çətinlik yoxdur, dəstəmaz üçün isə sağ əllə üzü yuyar və sağ əli suya batırmaqla irtimasi dəstəmaz alar. Mümkün olmasa köməkdən istifadə edər. Sol əli sağ əllə yuyur. Başı, sağ ayağı sağ əllə məsh edir. Əgər köməkliklə də olsa sol ayağı məsh etmək üçün sol əldən istifadə etmək lazımdır. Bu mümkün olmasa sağ əllə sol ayağı məsh olunsun. Təyəmmüm etmək üçün isə sağ əli yerə vursun, mümkün olan halda köməkliklə də olsa sol əli sağ əllə birgə yerə vursun. Bir yerdə alnına sürtsün. Əgər mümkün olmasa sağ əli bütün alnına sürtsün. Sonra sağ əlin üstünü yerə sürtsün, ondan sonra isə sol əlin üstünü sağ ələ sürtsün.

2) Hər iki əl işləmədikdə üzü suya batırmaqla yumaq, əlləri yumaq və məsh etmək üçün kömək istəməlidir. Təyəmmümdə deyilən formada əməl olunmalıdır.

Sual 143: Namaz vaxtının daxil olmasını nəzərə almaqla dəstəmazı namaz qəsdi ilə yox, qürbətən iləllah niyyəti ilə alsalar, düzgündürmü?

Cavab: Bəli, maneəsi yoxdur. O dəstəmazla namaz da qıla bilərlər və düzgündür.

Sual 144. Bir şəxs bir müddət məsələni bilməməzlik üzündən namaz vaxtından əvvəl namaz üçün dəstəmaz almışdır və o dəstəmazla namaz qılmışdır. Qıldığı namazlar səhihdirmi?

Cavab: Verilən suala əsasən qürbət qəsdi olmuşdur. Namazlar səhihdir və qəzası da yoxdur.

Sual 145. Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi?

Cavab: Dəstəmazın öz-özlüyündə müstəhəb olması mə’lum deyil. Amma qürbət qəsdi ilə təharətli olmaq üçün dəstəmaz alınarsa düzgündür və maneəsi yoxdur. Nə qədər ki, dəstəmaz pozulmayıb dəstəmaza aid olan işləri onunla yerinə yetirmək olar. Baxmayaraq ki, dəstəmaz alarkən müəyyən bir məqsəd nəzərdə tutulmamışdır.

səh:30

Sual 146. İrtimasi dəstəmazda sağ əli suya salsalar və sol əli də suya aparıb beləcə irtimasi dəstəmaz alsalar və sağ əli sol ələ çəkməsələr, belə halda sağ ələ toxundursalar, başa və ayağa məsh etmək üçün işkalı varmı?

Cavab: İşkalı yoxdur, başı və sağ ayağı yaş olan sağ əllə, sol ayağı sol əllə məsh etsinlər və dəstəmaz da səhihdir.

Sual 147. Tovzihul-məsaildə buyurmusunuz ki, üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü dəfə haramdır. Bu mətləb yalnız tərtibi dəstəmaza aiddir, yoxsa irtimasi dəstəmaz da belə olur?

Cavab: İkinci dəfə yumağın düzgün olması və üçüncü dəfə yumağın düzgün olmamasında tərtibi və irtimasi dəstəmazda heç bir fərq yoxdur.

Sual 148. Dəstəmaz aldığım vaxt səhvən əlimi aşağıdan yuxarı çəkdim, dəstəmaz pozulurmu?

Cavab: Camaat arasında deyilsə ki, yuxarıdan aşağıya yuyulmuşdur, maneəsi yoxdur.

Sual 149. Dəstəmaz vaxtı təsadüfən əlimi yuxarı apardım və dəstəmaz suyu dirsəyimə tərəf getdi, dəstəmaz batil olmuşdurmu?

Cavab: Dəstəmaz batil deyil.

Sual 150. Üzü sağ əllə yumaq vacibdirmi?

Cavab: Dəstəmazda üzü sağ əllə yumaq vacib deyil.

MƏSH

Əli başa və ayaqlara sürtmə

Sual 151: Başa məsh zamanı əlin içində su çox qalarsa, suyu azaltmaq lazımdırmı?

Cavab: Ehtiyat budur ki, suyu azaltsınlar.

səh:31

Sual 152: Başına tük əkdirən bir şəxs başa məsh çəkmək üçün nə etməlidir?

Cavab: Verilən suala əsasən, əgər tük onun bədəninin bir hissəsidirsə və başın tükü hesab olunursa təbii surətdə başqaları kimi o da məsh etsin. Əgər tüklər başa bir vasitə ilə yapışdırılıbsa və onu götürmək çətindirsə, dərinin üst qatını yapışdırıcı maddə tutubsa, həmin yapışdırıcı maddənin, yaxud da tüklərin dibinə məsh etsin; ehtiyata əsasən təyəmmüm də etsin.

Sual 153: Sağ əli dirsəkdən kəsilən bir şəxs başa və sağ ayağa sol əllə məsh çəkə bilərmi?

Cavab: Daha yaxşıdır ki, kəsilmiş olan sağ əlin yaşlığı ilə məsh etsin. Amma sol əllə məsh çəksələr də kifayət edər.

Sual 154: Ayağını iki dəfə məsh edən şəxsin dəstəmazı batildirmi?

Cavab: Dəstəmaz batil deyil, ikinci məsh hesaba alınmır.

Sual 155: Bir şəxs tüklərinin dibinə məsh etmək üçün onları kənarlaşdırır, nəticədə tüklər islanırsa bu məsh üçün zərərlidirmi?

Cavab: Məsh zamanı əlin yaşlığı quru tüklərin dibinə çatarsa məsh səhihdir və həm də əlin yaşlığı birinci yaşlığa üstün gəlsə, məshə aid olan yaşlıqdır desələr, bu halda da dəstəmaz səhihdir.

Sual 156: Təqiyyə vacib olduğu yerdə, bir şəxs təqiyyə etməyib, onun ziddinə dəstəmaz alsa, səhihdirmi?

Cavab: Daha üstün rə’yə əsasən onun dəstəmazı səhihdir, amma şəriətin xilafına mürtəkib olmuşdur.

Sual 157: Təvaf halında olan bir qadın camaatın sıxlığından, qabağından yel xaric olduğunu hiss edir. Onun təvaf və dəstəmazı batil olurmu?

Cavab: Ümumi halda qabaqdan yelin çıxması dəstəmazı, təvafı hətta namazı da batil etmir.(1)

Sual 158: Ürvətül-Vüsqa əsərində 45-ci məsələdə buyurublar: “Dəstəmaz suyunda israf etmək məkruhdur. “ İsraf haram olduğu halda bu ibarətdən məqsəd nədir?

Cavab: Müstəhəbdir ki, dəstəmaz suyu 750 qram olsun. Necə ki, rəvayətdə gəlmişdir: “O miqdardan artıq bir az çox olsa da belə, israf

səh:32


1- [3] “Ürvətül-Vüsqa“, Namazın vacibatları bəhsi.

hesab edilir və məkruhdur. “İmam Sadiq (ə) buyurmuşdur: “Mütəal Allahın dəstəmazda israfçılığı və nöqsanları yazan bir mələyi vardır.(1)

Həzrəti Peyğəmbərdən (s) nəql ediblər ki, buyurub “Dəstəmaz suyunun miqdarı bir müdd (yə’ni 750 qram), qusl suyunun miqdarı isə bir sa’dır.(2) Məndən sonra bir qrup insanlar suyun bu miqdarını az bilərlər. Bu adamlar mənim qoyduğum qayda-qanunların ziddinə olacaqlar. Mənim qayda-qanunlarıma əməl edən (dəstəmazı bir müdd (750,) və quslu bir sa’ (3 kq) ilə alan) şəxslər müqəddəs behiştdə mənimlədirlər.”(3) Zahirən Ürvətül-Vüsqanın sahibi də buyurmuşdur: “Dəstəmaz suyunda israf etmək o zaman məkruhdur ki, su üçün qiymət qail olunmasın. Qiymətli sayılan və ya su tapılmayan yerlərdə istifadəsi öz miqdarından çox olarsa, israf və haramdır. Başqa şeylərdə israf olduğu kimi.”

Sual 159: Vaxtın darlığına görə vəzifəsi təyəmmüm olan şəxs vəzifəsinin xilafına əməl edərək dəstəmaz alarsa, onun dəstəmazı səhihdirmi?

Cavab: Bəli, verilən suala əsasən, qəsdi qürbət olmuşdur. Onun dəstəmazı səhihdir.

Sual 160: Gözü görməyən şəxslər üçün Qur’ani-Kərimi xırda nöqtələr vasitəsilə deşərək yazırlar. Belə şəxslər bu nöqtələrin üzərinə əllərini sürtməklə oxuyurlar. Bu nöqtələr Qur’an xəttinin hökmündədirmi? Onun üzərinə dəstəmazsız məsh etmək caizdirmi?

Cavab: Soruşulan suala əsasən, Qur’an adını daşıyan bu nöqtələr də Qur’an ayələri qəsdi ilə tənzim olunmuş və hazırlanmışdır. Qur’an xəttinin hökmündə olduğu üçün ona dəstəmazsız məsh etmək caiz deyildir.

Sual 161: Qur’an ayəsi və səhifəsinin üzərinə şəffaf plastik vərəq çəkilmişdir. Cünub və ya dəstəmazsız bir şəxsin onun üzərinə əlini qoymasının hökmü nədir?

Cavab: Heç bir eybi yoxdur.

Sual 162: Zəhmət olmasa buyurun: Bir nəfərdən yel xaric olmuşdur. Lakin onun, iki mə’lum yeldən hansının olduğunu və ya

səh:33


1- [4] “Vəsailüş-şiə” cild. 1 səh. 340
2- [5] Yə’ni 3 kq.
3- [6] “Vəsailüş-şiə” cild. 1 səh. 339

onlardan başqa bir yelin olduğunu bilmir. Belə bir yel dəstəmazı pozurmu və ya əgər qeyri-təbii kanaldan xaric olarsa, hökmü nədir?

Cavab: Ümumiyyətlə, mə’də və bağırsaqdan xaric olan hava dəstəmazı pozur. Əgər qeyri-təbii kanaldan (məsələn: mə’də və ya bağırsağa birləşdirilmiş şlanqdan) xaric olarsa və yel adətən həmin yerdən xaric olursa (təsadüfi olmasın), bu da qaitin məxrəcindən xaric olması hökmündədir və dəstəmazı batil edir. Bəli, bağırsaqdan sonrakı hissədə yaranan hava, (xaricdən məxrəcə daxil və xaric olur) batiledici deyildir. Belə ki, bir şəxsdən dəstəmazlı olduğu halda yel xaric olsa və onun hansı növdən olmasında şəkk etsə, birinci qisimdəndir. Dəstəmazı batildir ya ikinci fikir verməsin və dəstəmazı təzələməyə ehtiyac yoxdur.

Sual 163: Suda israf etmək xüsusən üzdə su az olarsa dəstəmazı və quslu batil edirmi?

Cavab: Batil etmir, bəli əgər sol ələ miqdarından çox tökülən dəstəmaz suyu məsh üçün düzgün hesab olunmasa məsh yeni su ilə çəkilsə dəstəmaz batildir. Hər halda vasvasılıqdan və suyu çox israf etməkdən pəhriz etmək lazımdır.

Sual 164: Baş və ayağın üstü bir qədər nəm olarsa, onların üstünə məsh çəkmək üçün qurudulmalıdır, ya kifayət edər?

Cavab: Əgər nəmlik o qədər az olsa ki, məsh edəndən sonra əlin yaşlığıdır deyilsə və əlin yaşlığı başın və ayaqların məsh yerinin nəmliyindən artıq olsa qurutmaq lazım deyil. Əks təqdirdə, gərək qurudulsun.

Sual 165: Əgər bir nəfər başı məsh etməzdən əvvəl üzərində su damlaları olan kranı bağlasa, sonra isə məsh etsə dəstəmazı necədir?

Cavab: Əgər kranın üzərində olan nəmlik az olsa və ələ keçməsə eybi yoxdur.

Sual 166: Əgər dəstəmazda ayağın üstünü bir dəfə məsh etsək, amma su ona yaxşı dəyməsə nə etməliyik?

Cavab: O yeri qurudub ikinci dəfə məsh edin. Yaxud da quru qalan yeri ayaq barmaqlarından birinin ucundan hündür yerə məsh edin.

Sual 167: Başın qabaq tərəfində çox tük olarsa, onların üstünə məsh etmək düzgündürmü?

Cavab: Deyilən halda başın qabaq hissəsinin tüklərini aralayıb onların dibini məsh edin.

səh:34

Sual 168: Başı məsh etdikdə əl, alına dəyərsə dəstəmaz düzgündürmü?

Cavab: Başın məsh edilməsi düzgündür. Lakin ayağı məsh etmək üçün əlin ovucu ilə məsh etmək lazımdır ki, üzün suyu ilə qarışmış olsun.

Sual 169: Əgər ayağın üstü nəcis olsa və onu məsh etmək üçün yuya bilməsə vəzifəsi nədir?

Cavab: Gərək namaz üçün təyəmmüm etsin.

DƏSTƏMAZDA OLAN MANEƏLƏRIN ARADAN GÖTÜRÜLMƏSİ

Sual 170: Əlin üstündə olan rəng və ya avtoqələmin mürəkkəbi dəstəmazın düzgünlüyünə maneə yaradırmı? Sürmə və qadınların işlətdiyi rənglər necə?

Cavab: Əgər qatıdırsa və çöküntüsü varsa, dəstəmazın düzgünlüyündə nöqsan əmələ gətirər. Amma təkcə rəngin eybi yoxdur.

Sual 171: Dəstəmaz üzvləri yağlı olsa dəstəmaz düzgündürmü?

Cavab: Əgər yağlılıq az olsa və suyun dəriyə dəyməsinə maneçiliyi olmasa eybi yoxdur.

Sual 172: Bir nəfər dəstəmaz alandan sonra xəbərdar olsa ki, az miqdarda bir şey dəstəmaz əzalarına yapışıb, dəstəmazı təzələməlidirmi?

Cavab: Dəstəmazdan əvvəl olsa, həcmi az da olsa yapışmaq səbəbindən suyun dəyməsinə maneçilik etsə, gərək təmizləsin və təzədən dəstəmaz alsın.

Sual 173: Qadınların saçlarını boyamaq üçün istifadə etdikləri rənglərin suyun dəriyə çatmasına maneəsi varmı?

səh:35

Cavab: Əgər yağlı olsa maneçilik törədər, təkcə rəng olsa eybi yoxdur.

DƏSTƏMAZDA BAŞQASININ KÖMƏK ETMƏSİ

Sual 174: Bir nəfər dəstəmaz almaq üçün hazırlaşarkən başqası onun üçün su kranını açsa və ya şlanqı tutub saxlasa, həmin şəxs də dəstəmaz alsa, bu şəxsin dəstəmazı düzgündürmü?

Cavab: Verilən sualda dəstəmazın işləri dəstəmaz alan şəxsə aid olduğu üçün eybi yoxdur.

Sual 175: Ürəyi xəstə olanlar tam rahatlıqda olmaları üçün əllərini də tərpədə bilmirlər. Dəstəmaz almaqda onların vəzifəsi nədir?

Cavab: Başqalarının köməkliyi ilə də olsa əllərini tərpədə bilsələr, gərək öz əlləri ilə islatmaqla da olsa üzünə və əllərinə vursun və başını və ayaqlarını məsh etsin. Əgər bacarmırsa, ya zərəri varsa (kömək etməyə səlahiyyəti olan şəxs) naib onun dəstəmazını icra etsin. Əlini isladıb onların üzünə və əllərinə vursun. Naib öz əli ilə onların ovucunun nəmindən başlarını və ayaqlarını məsh etsin. Belə də mümkün olmasa və əziyyət çəksə onlara təyəmmüm etsinlər. Əlləri hərəkət edən halda öz əllərini torpağa, quma ya da təyəmmüm səhih olan hər bir şeyə vurub xəstəyə təyəmmüm etsinlər. Əgər bu mümkün olmasa, naib öz əllərini yerə vurub onların alınlarına və əllərinin üstünə sürtsün.

Sual 176: Bir nəfər aftaba, ya ona oxşar bir şeylə dəstəmaz alarkən başqası onun üçün su töksə, bu dəstəmaz səhihdirmi?

Cavab: Su tökən şəxs suyu dəstəmaz alan şəxsə dəstəmaz məqsədi ilə tökməsə eybi yoxdur.

VAXTINDAN ƏVVƏL DƏSTƏMAZ ALMAQ

Sual 177: Namaz qılmaq niyyəti ilə vaxtından əvvəl dəstəmaz almaq düzgündürmü?

Cavab: Təharətli olmaq məqsədi ilə dəstəmaz alsa düzgündür. Həm də namaza yaxın vaxtda namaza hazır olmaq üçün dəstəmaz alsa eybi yoxdur.

Sual 178: Bir nəfər dəstəmazı təzələmək məqsədi ilə yenidən dəstəmaz alıb namaz qılır. Sonra yadına düşür ki, əvvəlki dəstəmazı batil olub.

səh:36

Bu təzə dəstəmazla qılınan namaz düzgündürmü?

Cavab: Bu sualda qeyd olunan namaz düzgündür. Həmin dəstəmazla başqa namaz və dəstəmazla icra olunan işlərini yerinə yetirə bilər.

NAMƏHRƏMİN QARŞISINDA DƏSTƏMAZ ALMAQ

Sual 179: Naməhrəm qadının baxdığı yerdə kişinin dəstəmaz almasının hökmü nədir?

Cavab: Dəstəmaz düzgündür, lakin qadın baxmamalıdır.

Sual 180: İmam Riza(ə) hərəminin meydanlarında, bə’zi İmamzadə və ümumi məscidlərdə qadınlar hovuzun kənarında naməhrəmlərin yanında dəstəmaz alırlar. Onların dəstəmazı düzgündürmü?

Cavab: Öz bədənlərini naməhrəmlərdən örtmələri lazımdır. Lakin hər halda dəstəmazları düzgündür.

SARĞILI DƏSTƏMAZ

Sual 181: Bir nəfər bir müddət əlini sarğılı dəstəmaz almaq üçün bir plastik kisəyə salıb və əlini suya batırmaqla dəstəmaz alıb. Yaxud da əl sürtmək əvəzinə onu yuyub namaz qılıb. Onun namazları düzgündürmü?

Cavab: Bu sualda qeyd olunan dəstəmaz batildir. Bu dəstəmazla qıldığı namazları qəza etməli, vaxt olduğu halda isə təkrar qılmalıdır.

Sual 182: Əli tamamilə gipsdə olan şəxs necə dəstəmaz almalıdır?

Cavab: Əvvəl üzünü kranın altında saxlamaqla, ya suya batırmaqla ya da sol əli vasitəsi ilə yusun. Sonra sağ əli üçün sarğılı dəstəmazın hökmlərini icra etsin, sonra isə sol əlini suya batırmaq, ya da kranın altında saxlamaqla dəstəmaz alsın. Sol əlin nəmi ilə başı və ayaqların üstünü məsh etsin.

Sual 183: Əli yara olan bir şəxs sarğılı dəstəmaz almalıdır. Biləyə və ya dirsəyə qədər olan yaranı plastik bir kisəyə salıb dəstəmaz alsa necə olar?

Cavab: Eybi yoxdur. Lakin yuyula biləcək hissələri kisə örtməməlidir. Dəstəmaz niyyəti edib salamat əl ilə kisənin üstünə sürtməlidir. Onu yumaq isə olmaz.

səh:37

Sual 184: Xəstə zərərdən qorxaraq sarğılı dəstəmaz alır, namazdan sonra mə’lum olur ki, onun qorxusu əbəs olubdur. Onun vəzifəsi nədir?

Cavab: Dəstəmazı təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.

DƏSTNƏMAZ ÜZVLƏRİNDƏ OLAN YARA

Sual 185: Əgər dəstəmaz üzvlərinin birində suyun zərər etməyəcəyi, qanı dayanmayan bir yara olarsa, dəstəmaz almaq üçün nə etməlidir?

Cavab: Bu sualda qeyd olunan yara yerini kürr suda, ya da kranın altında saxlayıb əl sürtmək lazımdır ki, qan yuyulsun. Əli onun üstünə sıxmaq lazımdır ki, qanın çıxmasının qarşısı alınsın. Fasiləsiz dəstəmaz niyyəti ilə suyu həmin yerə axıtmaq lazımdır. Ondan sonra üzvün qalan hissəsini dəstəmaz üçün yusun.

XƏSTƏNİN VƏ BİR BƏDƏN ƏZASI KƏSİLƏN ŞƏXSİN DƏSTNƏMAZI

Sual 186: Bir nəfər elə bir xəstəliyə düçar olub ki, düz bağırsağın çıxacağı tutulub. (Qəbz olub) Bağırsağı qarından çıxarıb bir kisəyə birləşdiriblər. Namaz üçün dəstəmaz alanda nə etməlidir?

Cavab: Əgər nəcis və sidik fasiləsiz olaraq xaric olursa və dəstəmazla namazın heç bir hissəsini qıla bilmirsə, namazları bir dəstəmazla qıla bilər.

Sual 187: Bir nəfərin əli dirsəkdən yuxarı kəsilibsə, sağ ayağı məsh etməlidirmi?

Cavab: Verilən sualın şərtinə əsasən sol əllə sağ ayağı əvvəl, sonra sol ayağı məsh etməlidir.

Sual 188: Əli və ayağı olmayan, ya bir əli və bir ayağı olmayan necə dəstəmaz alsın?

Cavab: Əgər hər iki əli dirsəkdən yuxarı kəsilibsə bacardığı halda dəstəmaz almaq üçün üzünü yusun. Məsələn üzünü suya salsın dəstəmaz niyyəti ilə tərtiblə, yə’ni yuxarıdan aşağı sudan çıxarmaqla yusun. Ya da kranın altında saxlasın. Başı və ayaqları məsh etmək üçün köməkçi tutsun ki, onun üzünün nəmi ilə onun başını və ayaqlarını məsh etsin. Əgər üzünü suya sala bilmirsə, məsələn

səh:38

köməkçi aftafa olan su ilə onun üzünü yusun və başını və ayaqlarını məsh etsin. Dirsəkdən aşağı bir hissə qalıbsa onu özü dəstəmaz niyyəti ilə yusun və həmin hissə ilə başını və ayaqlarını məsh etsin. Ehtiyat budur ki, dəstəmazdan əlavə təyəmmüm də etsin. Belə ki, alnını yerə özü məsh etsin. Köməkçi də öz əllərini yerə vurub onun alnını məsh etməlidir. Əgər iki ayağı topuqdan yoxdursa, bu təklif ondan götürülmüşdür. Əgər ayağın üstündən bir hissə qalıbsa onu məsh etməlidir. Əgər bir əli dirsəkdən yuxarı yoxdursa, o əli yumaq onun öhdəsindən götürülüb.

O biri əli qabaqda deyilən qaydada dəstəmaz üçün yumalı və həmin əllə başı və ayaqları məsh etməlidir. Əgər dirsəkdən aşağı bir miqdar qalıbsa, dirsəyə qədər qalan hissəni və digər əli də dəstəmaz niyyəti ilə yusun yusun. Məsh üçün sağ əl naqisdirsə həmin qalan hissə ilə başı və sağ ayağı məsh etsin. Sol əllə də sol ayağı məsh etsin. Əgər bir ayaqda məsh olunan yerin bir hissəsi qalıbsa, həmin hissəni məsh etsin. Qalmadığı halda məsh etmək lazım deyil. Yalnız o biri ayağı məsh etsin.

Sual 189: Əgər bir xəstənin damarına sistem köçürülmək üçün xüsusi iynə bağlanıbsa üç növ təharəti (qusl, təyəmmüm, dəstəmaz) necə yerinə yetirməlidir?

Cavab: Verilən suala əsasən belə xəstənin vəzifəsi cəbirə hökmündədir. Lazımdır ki, cəbirə dəstəmazı və cəbirə quslu alınsın.(1)

Sual 190: Yuxarıda qeyd olunan əksər hallarda, plastik boruların içində və onların xarici hissəsində qan toplanır. Qanın olmasının namaz üçün bir maneəsi varmı?

Cavab: Əgər çətinliyi yoxdursa borunu dəyişin, yaxud da boşaldıb təmizləyin. Əks təqdirdə həmin vəziyyətdə namaz qılsa düzgündür

DƏSTNƏMAZ HAQQINDA OLAN BAŞQA MƏSƏLƏLƏR

Sual 191: Dəstəmaza başlamazdan əvvəl əl-üzümü yumuşam. Dəstəmaz almaq üçün onları qurutmalıyammı?

Cavab: Qurutmaq lazım deyil.

səh:39


1- [7] Ətraflı mə’lumat üçün Tövzihül-məsail kitabının 288 və 710-cu məsələlərinə müraciət etsin.

Sual 192: Bir nəfər su təşkilatının xəbəri olmadan qonşudan əlavə boru çəkib. Suyun pulunu isə qonşuya verir. Həmin su ilə dəstəmaz və quslun hökmü nədir?

Cavab: Əgər boru xəttini müvəqqəti istifadə niyyəti ilə çəkibsə hələlik maneəsi yoxdur, əks halda istifadə etmək düzgün deyil. Qusl və dəstəmazın düzgünlüyü müşküldür.

Sual 193: İmamzadə kənarında ölülərin dəfn olunduğu bir yerdə hovuz düzəldiblər. Orada dəstəmaz almağın hökmü nədir?

Cavab: Verilən suala əsasən, zahirən orada dəstəmaz almaq düzgündür.

Sual 194: Bir nəfər dəstəmazdan sonra üzündə bir qan görür. Bilmir ki, dəstəmaz əsnasında olub, ya dəstəmazdan sonra. Dəstəmazı düzgündürmü?

Cavab: Aldığı dəstəmaz düzgündür

Sual 195: Dəstəmaz suyu saflaşdırılmış su olmalıdırmı?

Cavab: Saflaşdırılması lazım deyil. Mütləq su olması lazımdır.

Sual 196: Qəsbi ayaqqabı ilə alınan dəstəmazın hökmü nədir?

Cavab: Eybi yoxdur.

Sual 197: Dəstəmazın düzgün icra olunub-olunmamasındakı şəkkin hökmü nədir?

Cavab: Əgər dəstəmaz alandan sonra şəkk edərsə əhəmiyyət vermək lazım deyil, dəstəmazı düzgündür. Amma dəstəmaz aldığı əsnada şəkk edərsə, şəkki aradan qaldırmalı (yəni şəkk etdiyi yeri yenidən yumalı), ondan sonra ardıcıllıqla dəstəmazı tamamlamalıdır.

Sual 198: Əgər insan namaz əsnasında şəkk etsə ki, dəstəmaz alıb ya yox, nə etməlidir? Cavab: Əgər əvvəlki vəziyyətini bilməsə, namazı yarıda qoymalıdır. Dəstəmaz alandan sonra əvvəldən namazı qılmalıdır. Daha yaxşı olar ki, namazı şəkk etdiyi halda başa vurub, sonra dəstəmaz alıb namazı təzədən qılsın. Əvvəlki vəziyyətini bilirsə, onu əsas tutmalıdır. Deməli namazdan əvvəlki vəziyyəti dəstəmazlı olmaqdırsa, namazı davam etsin, təkrar namaz qılmaq lazım deyil.

Qabaqkı vəziyyətində dəstəmazsız olduğunu bilirsə və sonra dəstəmaz aldığını ehtimal edirsə, namazı yarıda qoyub, dəstəmaz alsın və namazı əvvəldən qılsın.

Sual 199: Həddi-büluğa çatmayan uşağın dəstəmazı düzgündürmü? Onun əlinə Qur’an vermək olarmı?

səh:40

Cavab: Bəli, dəstəmazı düzgündür, onun əlinə Qur’an verməyin eybi yoxdur.

QUSLƏ AİD OLAN MƏSƏLƏLƏR

200: Yaraları qarın yaraları kimi açıq olub, ardıcıl kənara sıçrama verən xəstələr necə yuyunub namaz qılsınlar?

Cavab: Suyun onlara zərəri yoxdursa, sağlam adamların hökmündə olub adi qaydada yuyunmalıdırlar. Əgər zərəri varsa, yaraların ətrafını qusl məqsədi ilə yusunlar. Yaş əli yaraların üstünə çəkməyin zərəri yoxdursa, ehtiyat odur ki, yaş əli onların üstünə sürtsün, sonra isə təmiz bir parçanı yaranın üstünə qoyub yaş əli parçaya da çəksin. Əgər bu cür əməl etməyin zərəri olsa, ya yara nəcis olsa və su vurmaq mümkün olmasa gərək yaraların ətrafını adi qaydada və ardıcıllıqla - əvvəl baş və boyunu sonra sağ, ondan sonra sol tərəfi yusunlar, ehtiyat üçün qusl əvəzinə təyəmmüm də etməlidirlər.

201: Qocalıq, ya bə’zi başqa səbəblərdən bədənin zahiri tərəfinin bir hissəsi bədənə aid olan dərinin bir hissəsi ilə örtülüb. Qusl etmək üçün örtülən hissəni yumalıdırlar, ya onu bədənin daxili hissəsi hesab etməlidirlər?

Cavab: Bəli, əvvəl bədənin zahiri hesab olunan hissə hal-hazırda şübhəli olarsa, gərək yuyulsun.

202: Vacibi qusl etmək başqa vacibi quslun əvəzinə kifayət edirmi? (Məsələn, cənabət və məssi meyyit quslu kimi).

Cavab: Bəli, vacibi qusl etmək başqa vacibi quslun əvəzinə kifayət edir.

203: Müstəhəbbi quslun əvəzinə vacibi qusl kifayət edərmi? Əksi necə?

Cavab: Əgər müstəhəbbi qusl niyyəti olmasa, vacibi qusllər müstəhəbbi qusullara kifayət etmir.

204: Müstəhəbbi bir qusl, digər bir müstəhəbbi quslun əvəzinə kifayətdirmi?

səh:41

Cavab: Xeyr kifayət etmir, amma qusulların hamısını niyyət etsə olar.

205: Qadınların saçları üçün istifadə etdikləri rəng suyun dəriyə yetişməsinə maneçilik törədirmi?

Cavab: Qeyd olunan rəng qatıdırsa suyun dəriyə yetişməsinə maneçilik törədər. Çünki, vacibi ehtiyata əsasən qusl üçün saçlar yuyulmalıdır. Buna görə qatı olan rəngi təmizləmək lazımdır. Amma rəng olsa eybi yoxdur.

206: Əgər xəstə zərərdən qorxub cəbirə quslu etsə və namazdan sonra mə’lum olsa ki, qorxusu əsassız olub, onda onun vəzifəsi nədir?

Cavab: Təkrarlamaq vacib deyil, amma yaxşı olar ki, təkrarlasın.

QUSULA SƏBƏB OLAN HALLAR

207. Bə’zi adamlar sperma xaric olan kanalı tibbi cərrahiyyə yolu ilə bağlayırlar. Cinsi yaxınlıq vaxtı yapışqan su xaric olursa, bu suyun sperma hökmü varmı? Bu kimi şəxslərin möhtəlim olması necədir?

Cavab: Söylənilən tibbi cərrahlıq yolu ilə kanalın bağlanması spermanın xaric olmamasına səbəb olmaz. Sperma olmasa da belə, bu maye adi surətdə onların bədənindən xaric olur və cənabətə səbəb olur. Əgər şəkk etsə, cənabət üçün qeyd olunan üç əlamət varsa onun sperma olmasına hökm verilir.

208: Ağ rəngdə yapışqan bir su insandan xaric olub; Ehtimal vardır ki, bu maye sperma olsun. Qusul vacibdirmi?

Cavab: Xeyr. Spermaya oxşasa da, onda qeyd olunan nişanələr olmasa və bədəndən xaric olmasına yəqinlik tapılmasa vacib deyil.

209: Xəstəlik səbəbindən bir şəxsdən ixtiyarsız sperma xaric olur; bu vəziyyət qusula səbəb olurmu?

Cavab: Bəli. Qusula səbəb olar.

Sual 210: Bir şəxsin yumurtalarından iynə vasitəsi ilə sperma çəkiblər. Kərək qusl etsin?

Cavab: Verilən suala əsasən sperma öz kanalından xaric olmadığından qusulun vacib olması şübhəlidir. Amma ehtiyat yaxşıdır. Qusl edəndən sonra namaz üçün dəstəmaz da alsın.

Sual 211: Yuxudan oyanan bir şəxs öz paltarında spermaya oxşar bir rütubət görür. Cənabətə səbəb olan bir yuxu da görməmişdir. Onun vəzifəsi nədir?

səh:42

Cavab: Əgər o rütuətin sperma olmasına və ondan xaric olmasına yəqinliyi varsa, gərək qusl etsin. Əks halda bir bir şey lazım deyil.

Sual 212: Cənabətli olmasını ehtimal edən bir şəxs qusl etməlidirmi?

Cavab: Şəkk və ehtimalla qusl vacib olmur. Yəqinlik və arxayın olmaq əsasdır.

Sual 213. Qadın və əri namaz üçün qusl etməyə çatmayacaqlarını bilsələr ya etməyə bir maneə yaransa və ya onlardan biri qusl edə bilməsə namaz vaxtının daxil olmasından əvvəl yaxınlıq etmələri düzgündürmü?

Cavab: Əgər təyəmmüm edə bilsələr, hər iki halda maneəsi yoxdur. Amma vaxt daxil olubsa və təyəmmümə imkan yoxdursa, yaxınlıq etmək düzgün deyildir.

CƏNABƏTİN HÖKMLƏRİ

Sual 214. Cənabətli şəxsin üstündə Qur’anın olmasının (və ya onu cibində gəzdirməsinin) maneəsi var, ya yox?

Cavab: Maneəsi yoxdur.

Sual 215. Cənabətli və heyzli olanların Kumeyl duasını oxumaları düzgündürmü?

Cavab: Maneəsi yoxdur. Amma ehtiyata əsasən duada olan Qur’anın mübarək ayəsini (əfə mən kanə muminən kə mən kanə fasiqən) oxumasınlar. Çünki, bu ayə Qur’anın (Əlif-lam Səcdə) surəsinin ayələrindəndir.

Sual 216. Qur’an ayəsi yazılan səhifənin üzərinə vərəq və plastik çəkilmişdir. Yazılan Qur’an ayəsi aydınlıqla görünür. Cənabətli və dəstəmazsız şəxs onun üzərinə əl vursa hökmü nədir?

Cavab: Maneəsi yoxdur.

Sual 217. Cənabətli və heyzli şəxslər İmamzadələrin hərəminin ziyarətinə gedə bilərlərmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual 218. Haramdan cənabətli olan bir şəxs qusl edən zaman haramdan bu işin olduğunu niyyət etməlidirmi?

Cavab: Xeyr, lazım deyil.

səh:43

QUSULUN NECƏLİYİ

Sual 219. Hamamda təzyiqlə axan duşun altında irtimasi qusl etmək olarmı?

Cavab: İrtimasi quslda su bir dəfəyə bütün bədəni tutmalıdır. Duş altında bu iş çətindir.

Sual 220. Qusulda bədənə əl çəkmək lazımdırmı?

Cavab: Əl çəkmək lazım deyil, əgər su qusl niyyəti ilə bütün bədənə çatsa, kifayətdir.

Sual 221. Cənabət quslunda bir şəxs əvvəl sağ tərəfi başdan ayağa qədər yuyub, sonra sol tərəfi yumuşdur. Onun quslu səhihdirmi?

Cavab: Verilən suala əsasən onun quslu batildir, çünki tərtibi quslda gərək əvvəl başı və boyunu qusl niyyəti ilə yusunlar, sonra sağ tərəfi daha sonra sol tərəfi yusunlar.

Sual 222. Bir şəxsin bədənində suyun dəriyə çatmasına bir maneə var imiş; bu maneə qusl zamanı yadından çıxmış, qusldan sonra isə maneə aradan getmişdir. Onun quslu səhihdirmi?

Cavab: Suala əsasən qusl zamanı həmin maneəyə diqqətsizlik etmişsə gərək quslunu təkrarlasın.

Sual 223. Bədən üzvlərindən birinə çəkilən rəngin suyun dəriyə çatıb-çatmamasında maneə yaratması haqqında şəkk edən şəxsin vəzifəsi nədir?

Cavab: Suyun dəriyə çatmasına arxayınlıq tapana qədər yoxlanış aparması lazımdır.

Sual 224. Rəngsaz bir şəxs əl və üzündən rəngin zərrələrini təmizləməkdə çətinlik çəkir. Dəstəmaz və quslda onun vəzifəsi nədir?

Cavab: Rəngin zərrələrini təmizləmək bir narahatçılıq və çətinlik yaradırsa, gərək cəbirə dəstəmazının göstərişinə əməl etsin (o halda dəstəmaz alsın). Ehtiyata görə təyəmmüm də etsin. Namazın vaxtı azdırsa və rəngi təmizləməyə fürsət olmasa, həmin göstərişə əməl etsin ki, namazı qəzaya getməsin. Bu cəhətə əsasən dəstəmaz və qusl arasında heç bir fərq yoxdur.

səh:44

Sual 225. Yağlı əl və bədənlə dəstəmaz və qusl almağın hökmü nədir?

Cavab: Əgər bədənin dərisinə suyun çatmasına maneə yaradan yağın miqdarı çox olsa, qusl və dəstəmaz səhih deyildir. Gərək əvvəl yağlılığı təmizləsinlər, amma maneə olmasa, yə’ni yağlılıq az olsa, dəstəmaz və qusl səhihdir.

Cavab: Dəstəmaz və quslda su gərək üzüyün altına çatsın, üzüyü çıxartmaq lazım deyil. Amma təyəmmümdə çıxarmaq lazımdır.

Sual 227. İflic və şikəst bir şəxs qusl edə bilmədiyi üçün başqaları onu yuyundururlar; qusl üçün onun vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən başqa bir şəxs suyu onun başına, boynuna, sağ və sol tərəfinə töksün. İflic və şikəst adam da qusl niyyəti etsə kifayət edər.

Sual 228. Qusl niyyəti ilə hamama gedən bir şəxs bir gün sonra qusl edib-etməməsində şəkk etsə vəzifəsi nədir?

Cavab: Qıldığı namazlar səhihdir, amma sonrakı namazlar üçün qusl etsin.

Sual 229. Boynunda bir neçə quslu olan bir şəxs cənabət, heyz, məss-meyit quslu yerinə yetirməklə yanaşı cümə quslu da vermək istəyir. Onlara ayrı-ayrı niyyət və qusl etsin, ya heç bir fərqi yoxdur?

Cavab: Heç bir fərqi yoxdur. Onların hamısına bir niyyət edib qusl edə bilər.

Sual 230. Qusl əsnasında ondan sidik xaric olub-olmamasında şəkk edən şəxsin vəzifəsi nədir?

Cavab: Öz şəkkinə e’tina etməsin.

Sual 231. Dövlət idarələrinin hamamlarında qusl etməyin hökmü necədir?

Cavab: İdarə qanunlarının ziddinə olmasa maneəsi yoxdur.

Sual 232. Nadanlıq və qəflət üzündən mənzilimin boru, su qızdırıcı və su kranlarını qəsbi və haram pulla almışam. Xahiş edirəm buyurun: Onlardan istifadə edib, dəstəmaz və qusl almağın hökmü nədir?

Cavab: Verilən suala əsasən onları həmin haram və qəsbi pulla almısınız, haram iş görmüsünüz; gərək tez bir zamanda pul sahibinin razılığını əldə edəsiniz və onları (boru, kran və su qızdırıcı) qəsbi olmaqdan xaric edəsiniz. Borunun suyu mübah olduğundan qəsbi

səh:45

sayılmır, dəstəmaz və qusl almaq batil deyildir; su kranını açıb bağlamaqla haram iş görmüş olsınız da belə.

QADINLAR HAQQINDA OLAN HÖKMLƏR

Sual 233. Bir qadın adəti üzrə beş gündən sonra pak olaraq qusl edib. Səkkizinci gün bir damla qan görür, bunun hökmü nədir?

Cavab: Gördüyü qan heyz qanıdır, gərək yenidən qusl etsin.

Sual 234. Adəti altı və ya yeddi gün olan qadın adətindən sonra pak olur, lakin ondan sonra yenə də sarı rəngli qan görür və şəkk edir ki, heyz qanıdır, ya yox. Bu qan on gün ərzində kəsilsə, yaxud kəsilməsə vəzifəsi nədir?

Cavab: Əgər on gün müddətində qan görsə heyz qanıdır.

Sual 235. Cənabətli bir qadın quslundan əvvəl heyz qanı görsə, heyzdən paklanmamış cənabət quslu edə bilərmi? Başqa qusllar necə?

Cavab: Bəli edə bilər. Cənabət quslu önəmlidir. Cümə quslu kimi başqa qusllar da düzgündür.

Sual 236. Bir qadın altı gündən sonra heyzdən paklanır və başqa qan görmür. Doqquzuncu gün çox az miqdarda qan görür və sonra tamami ilə paklanır. Bu qanın hökmü nədir?

Cavab: Verilən sualda doqquzuncu gün görülən qan heyz qanıdır. Ara günlərdə pak olmasının hökmü heyzdir. Əgər adətən belə vəziyyətlə üzləşirsə, qan gəlməsinə yəqini varsa, vacibi ehtiyata əsasən heyz görən qadına haram olan işləri tərk etsin. Yaxşı olar ki, istihazə qanı görən qadınlara aid olan işləri icra etsin.

Sual 237. Bir qadın heyz qanı görür, heyzin ikinci günü uşaqlığını cərrahiyyə yolu ilə çıxarırlar. Heyz üç gün olmadığı üçün heyz quslu vacibdirmi?

Cavab: Xeyr, heyz quslu vacib deyil, çünki heyz qanı üç gündən az ola bilməz. Bu halda istihazə quslu etsin.

Sual 238. Bir qadının uşaqlığını cərrahiyyə əməliyyatı vasitəsi ilə götürürlər, sonradan gördüyü qanların hökmü nədir?

Cavab: Əgər yaisə deyilsə, qanda heyz əlamətləri varsa ehtiyata görə onun üçün heyz hökmlərini icra etsin.

Sual 239. Heyz görmüş qadın ramazan ayında təşkil olunan Qur’an məclislərində iştirak edib Qur’ana qulaq asa bilərmi və o halda səcdə ayəsi olan surələri oxuya bilərmi?

səh:46

Cavab: Eybi yoxdur. Lakin səcdəsi olan surələri oxumağa icazəsi yoxdur. Amma onlara qulaq asa bilər, əgər səcdə ayəsini eşitsə başqaları kimi səcdə etməlidir.

Sual 240. Bə’zən qadınlar məsciddə keçirilən hüzür məclislərində aylıq adətləri vaxtı iştirak edirlər. Onun hökmünü isə bilmirlər, nə etmək lazımdır?

Cavab: Onları başa salmaq lazımdır ki, bu halda məscidə daxil olmasınlar. Bilmədikləri halda günah etməyiblər.

Sual 241. Qadınlar adət halında İmamzadələrin hərəminə gedə bilərlərmi?

Cavab: Maneəsi yoxdur.

Sual 242. Uşağı ana bətnindən cərrahiyyə əməliyatı vasitəsi ilə çıxardıblar. Amma qan öz təbii yolu ilə axır. Bu qan nifas hökmündədirmi?

Cavab: Verilən suala əsasən belə halda qan nifas hökmündədir.

Sual 243. Heyz və cənabət halında olanın İmam Rza (ə) hərəminə bitişik olan yerlərə daxil olmasına icazə varmı?

Cavab: Əgər məscid deyilsə eybi yoxdur.

Sual 244. Bir qadın vacib olduğu halda heyz quslu etməyi unudub və bir müddət bu halda namaz qılıb. Təbii ki, öz namazları üçün dəstəmaz alıb. Əgər bu müddətdə müstəhəbbi qusl edibsə namazlarını qəza etməlidir?

Cavab: Vacibi quslun yerinə müstəhəbbi qusl kifayət etmədiyi üçün heyz quslu etməli və namazlarını qəza qılmalıdır.

Sual 245. Rüşeyimin naqis şəkildə düşməsindən sonra müşahidə olunan qanın hökmü nədir?

Cavab: Tovzihul-məsail kitabının 510-cu məsələsində olduğu kimi bu qan nifas qanıdır.

Sual 246. Bir qadın cənabətli olduğunu unudub, bir müddət bu halda namaz qıldıqdan sonra yadına düşür ki, boynunda cənabət quslu var. Amma bu arada heyz quslu edibmiş. Keçmiş namazlara görə hökmü nədir?

Cavab: Heyz quslundan sonra nə qədər namaz qılıbsa, təkrarı və qəzası yoxdur.

Sual 247. Şəkk edilir ki, görəsən görülən qan nifas qanıdır, ya yara qanı:

1) Bu halda qadının vəzifəsi nədir?

səh:47

2) Xəstənin paltarı qana bulaşıbsa, nifas qanı hökmündədir, ya yara qanı?

Cavab: 1) Bu sualda qan nifas hökmündədir.

2) Bu libasla namaz qılınarsa, onda olan qan yara qanı hökmündədir. Əgər dirhəmdən böyük deyilsə eybi yoxdur.

Sual 248. Bir qadın hamiləliyin qarşısını almaq üçün IUD cihazından istifadə edir. Əgər bu halda qanaxma baş verərsə vəzifəsi nədir?

Cavab: Əgər yəqin bilsə ki, bu qan yaraya aiddir, namaz üçün paklanmalıdır. Xüsusi bir hökmü yoxdur. Bundan sonrakı hallarda əgər heyz olma imkanı olsa, belə ki, adət vaxtında üzə çıxıbsa, ya heyz xüsusiyyətləri onda olmuş olsa, ən azı qabaqkı heyzlə bu qan arasında paklıq fasiləsi mövcuddursa, heyz qanı hökmündədir və bundan başqa hallarda istihazə hökmündədir.

Sual 249. Bir qadının bətnində olan uşağı (rüşeymi) saldırmaq üçün cərrahiyyə əməliyyatı aparırlar. Qadından təbii yolla çıxan qanın hökmü nədir?

Cavab: Əgər qan doğuş və uşaqsalma (abort) ilə əlaqədardırsa nifas hökmündədir.

QADINLARIN CƏNABƏTLİ OLMA HÖKMLƏRİ

Sual 250. İstimna edən qadının hökmü nədir? Boynuna qusl gəlirmi?

Cavab: Bu iş haramdır və əgər spermanın xaric olmasına yəqinliyi varsa gərək qusl etsin.

Sual 251. Qadınlar da yuxuda möhtəlim ola bilərlərmi?

Cavab: Bəli mümkündür.(1)

səh:48


1- [8] “Vəsailüş-şiə” c. 1 səh. 473 bab. 7 .

Sual 252. Mümkündür ki, qadınlar yaxınlıq olmadan cənabətli olsunlar?

Cavab: Bəli mümkündür və əgər mə’lum kanandan spermanın çıxmasına yəqinlik tapsa ona qusl vacib olur. Amma yəqinlik tapmasa qusl vacib olmur.

Sual 253. Qadın həyat yoldaşı ilə əylənən vaxtı ehtirasları təhrik olur, özündən maye xaric olduğunu hiss edir, cənabət olduğunu zənn edir. Bu halla ona qusl vacib olurmu?

Cavab: Əgər spermanın çıxmasına yəqinlik hasil olsa qusl vacibdir. Əks halda başqa bir vəzifəsi yoxdur.

Sual 254. Qadın yuxuda olan vaxt həyat yoldaşı onunla yaxınlıq etmişdir. Bunu qusl və namaz üçün ona deməlidirmi?

Cavab: Namaz üçün gərək ona desin.

Sual 255. Əri ilə yaxınlıqdan sonra qusl edən bir qadından bir az sonra bir miqdar sperma xaric olur, özündən ya ərindən olduğunu bilmirsə onun vəzifəsi nədir?

Cavab: Verilən cuala əsasən sperma olmasına yəqinliyi olduğu üçün nəcisdir. Amma özündən ya ərindən olmasına şəkki olduğu üçün qusl etməsi lazım deyil.

Sual 256. Bə’zən qadınlar və nişanlı qızlar bir az ləzzət üçün öz həyat yoldaşları ilə yaxınlıq edirlər, bu zaman rütubət xaric olursa bu sperma hökmündədirmi?

Cavab: Qeyd olunan rütubət sperma hökmündə deyil, şəhvətlə xaric olsa bu surətdə sperma hökmü vardır.

İSTİHAZƏYƏ AİD MƏSƏLƏLƏR

Sual 257. İstihazə-kəsirə(1) quslu ilə dəstəmaz da lazımdırmı? Mutəvəssitə-istihazə(2) ilə necə?

Cavab: Bəli, gərək dəstəmaz alsın. İstihazə kəsirə və mütəvəssitə arasında bir fərq yoxdur.

səh:49


1- [9] Yə’ni qan istifadə olunan parçadan paltara keçərsə hər namaz üçün alınan qusl.
2- [10] Yə’ni qan istifadə olunan parçanın orta hissəsinə keçərsə sübh namazından əvvəl bir dəfə alınan qusl.

Sual 258. Bir xanım neçə aydır öz adət günlərində iki gün qan görür, ondan sonra yeddinci günə qədər nə zahirdə, nə də batində qan görür, daha sonra yeddinci gün bir az qan müşahidə edir və tamam olur. Yalnız iki gününü heyz hesab etsin, ya bütün yeddi günün hamısını? İki gündən sonra qusl edib namaz qılmasına diqqət etməklə, əri onunla yaxınlıq etsə kəffarəsi varmı?

Cavab: O iki gün və ondan sonrakı günlər də heyz hökmündə deyildir. İstihazə hökmü vardır, onun ərinə kəffarə vacib deyil.

Sual 259. Xəstəlik ucbatından bir qadının istihazə müddəti çox olur, bir gündə üç qusl etməsi çətinlik yaradırsa onun vəzifəsi nədir?

Cavab: Bacardığı qədər, çətinlik və əziyyət olmasa qusl etsin. Əgər çətinlik olsa qusl yerinə təyəmmüm etsin.

Sual 260. Bir qadın öz ərinə pak olduğunu demiş, sonra onunla yaxınlıq etmiş və qan görəndən sonra pak olmadığı mə’lum olmuşdur. Kəffarə lazımdırmı?

Cavab: Verilən suala əsasən kəffarə lazım deyil.

səh:50

YAİSƏLİYİN TƏRİFİ

Sual 261. Yaisəliyin mə’nası nədir? Yaisəlik yaşında qadının hamilə olması mümkündürmü?

Cavab: Qadının yaisəliyi budur ki, daha heyz hökmündə olan qan görməsin, qan görsə və ya heyz qanına oxşasa belə şər’i cəhətdən onun üçün heyzin hökmü yoxdur. Yaisəlik, seyyidə qadınlarda qəməri təqvimi ilə 60 yaşında, seyyidə olmayanlarda isə 50 yaşında müşahidə olunur. Çünki, qadının uşaqlığı yaisəlik dövründə nütfə bağlamaq qabiliyyətində deyildir. Belə qadınlar çox nadir hallarda hamilə olurlar.

Sual 262. Yaisəlik yaşına çatıb-çatmamasında şəkk edən bir qadının vəzifəsi nədir?

Cavab: Yaisəlik həddinə çatmaqda şəkk etməklə yaisəlik hökmü ona aid edilmir.

Sual 263. Bir qadın yaisəlik dövründə heyz qanına oxşar qan görüb, bu heyz ya istihazə qanı hökmündədirmi?

Cavab: İstihazə qanı hökmündədir, heyz qanına oxşasa da belə.

YAİSƏLİK YAŞI

(Qadınlarda doğum imkanlarının kəsilməsi)

Sual 264. Zəhmət olmasa deyin, qadın neçə yaşa qədər heyz qanı görür? Şəmsi və ya qəməri ili ilə necə hesablanır? Bunu da nəzərə alın ki, pasportda tarix şəmsi təqvimi ilə göstərilib.

Cavab: Seyyidə olan qadınlar qəməri təqvimi ilə 60 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablandıqda 58 il 77 gün 12 saatdır. Seyyidə olmayan qadınlar qəməri təqvimi ilə 50 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablaqdıqda 48 il 179 günə bərabərdir.

Sual 265. Bir qadın yaisəlik yaşına çatıb-çatmamasında şəkk edir. Qan görür, amma üç gün davam edib-etməməsində yəqinliyi yoxdur. Namaz və oruc barədə vəzifəsi nədir?

səh:51

Cavab: Verilən bu sualda, əgər qanı adət günlərində görürsə, ya o qanda heyz nişanələri varsa, heyz hökmündədir. Digər hallarda isə istihazə hökmündədir.

HEYZİN QARŞISINI ALMAQ ÜÇÜN DƏRMANLARDAN İSTİFADƏ ETMƏK

Sual 266. Bir qadın aylıq adətinin qarşısını almaq üçün dərman atıb. Arada dərman atmadığı üçün bir az qan görüb. Lakin üç gündən tez kəsilib. Adət günlərində olan bu qan heyz qanıdırmı?

Cavab: Əgər ardıcıl üç gün olmayıbsa heyz hökmündə deyil.

Sual 267. Bə’zi qadınlar ramazan ayının orucunu tutmaq üçün, ya həccdə həcc əməllərini yerinə yetirə bilsinlər deyə bə’zi həblərdən istifadə edirlər. Bə’zən dərman atmalarına baxmayaraq adət vaxtlarında bir-iki gün qan görürlər. Bu qanın hökmü nədir?

Cavab: Ardıcıl olaraq üç gün qan görməsələr və adət günlərində olmasalar belə, heyz hökmündə deyil. Orucları düzgündür və həcc əməllərini də yerinə yetirə bilərlər. Bu qan istihazə hökmündədir. Ardıcıl üç gün olmadığını bildiyi halda heyzin hökmlərinə riayət etməməlidir.

QADININ BAŞQA ŞƏXSLƏR ÜÇÜN ÖZÜNÜ ƏTİRLƏMƏSİ

Sual 268. Özünü ərindən başqası üçün ətirləyən bir qadına qusl etməsi lazımdırmı?

Cavab: Verilən suala əsasən müstəhəbdir ki, qusl etsin.

MÜQƏDDƏS ADLARA VƏ QURAN AYƏLƏRİNƏ TOXUNMAQ

Sual 269. Kağız pulların, biletlərin və digər şeylərin üzərində olan İran İslam respublikasının gerbinin şəklinə dəstəmazsız toxunmaq olarmı?

Cavab: Onlara dəstəmazsız toxunmamaq daha yaxşı olar. Bəli onlara toxunmaq ehtiramsızlığa səbəb olarsa icazə verilmir.

Sual 270. Allah kəlməsinə aid olan Abdullah, Həbibullah və buna oxşar olan adlara dəstəmazsız toxunmaq olarmı? Həmçinin dəstəmazsız qadınlar üzərində Allah kəlməsi həkk olunmuş boyunbağıları boyunlarına asır, bə’zən Allah sözü onların bədənlərinə

səh:52

yapışır. Peyğəmbərlərin və İmamların adlarını da buna əlavə etmək olar. Bu məsələlərin hökmü necədir?

Cavab: Yaxşı olar ki, Allah-Təalanın adına harada, necə və hansı dildə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunulmasın. Yə’ni bədənin hər hansı bir yerini dəstəmazsız ona toxundurmasınlar; peyğəmbərlərin və imamların da adları belədir. Əgər bu ehtiramsızlığa səbəb olarsa (dəstəmazsız toxunmağa) icazə verilmir.

Sual 271. Qur’anda olan İblis və ona oxşar olan sözlərə dəstəmazsız və təharətsiz əl vurmaq olarmı?

Cavab: Bir halda ki, Qur’an və onun hekayətlərindən söhbət gedir, icazə verilmir.

Sual 272. Cənabətli olan şəxs əlini İslam respublikasının gerbi üzərinə, yaxud üzərində Allah sözü nəqş edilmiş digər əşyaların üstünə qoya bilərmi? Üzərində Allah kəlməsi yazılmış kağız pullar və biletlər necə? Bu məsələdə peyğəmbərlərin və imamların adlarının hökmü nədir?

Cavab: Cənabətli olan şəxsə haramdır ki, bədəninin bir yerini Allahın adına vursun. Ehtiyat vacibə görə bu hökm peyğəmbərlərin və imamların adına da aiddir. Bu barədə bir fərq yoxdur.

Sual 273. Boynunda Allah kəlməsi nəqş edilmiş boyunbağı olan bir qadın heyz qanı görür. Bə’zən ixtiyarsız olaraq boyunbağının Allah kəlməsi olan tərəfi onun bədəninə yapışır. Bu cür boyunbağını asmağa icazə varmı?

Cavab: Əgər bilirsə ki, Allah kəlməsi olan tərəfi bədəninə yapışır, icazə yoxdur.

Sual 274. Elə şəxslər var ki, onlar Allahın adlarının və Qur’an ayələrinin bə’zisini öz bədənlərinə yazıb döydürürlər. Zəhmət olmasa bu cür şəxslərin təharət, cənabət və dəstəmazsız öz bədənlərinə toxunmalarının hökmünü və onların vəzifələrinin nədən ibarət olduğunu bildirəsiniz?

Cavab: Əgər Qur’an ayələrini bədəninin üzərinə döydürübsə, həmin yerə dəstəmazsız və qüsulsuz toxunmağa icazə yoxdur. Dəstəmaz və qusl üçün ayələri yox etmək vacibdir. Əgər mümkün deyilsə, suyu bədənin üstünə axıtmaqla irtimasi şəkildə dəstəmazı və quslu yerinə yetirsin. Hədəs baş verməzdən əvvəl ayələrin yox edilməsi danılmaz bir işdir. Həm də cənabətli olduğu zaman Allahın adlarına toxunmaq haramdır. İmkan daxilində onları yox etmək

səh:53

lazımdır. Ya irtimasi şəkildə, ya da suyu tökməklə qusl etsin. Hədəs baş verən kimi qusl etsin, ya dəstəmaz alsın. Əgər döymə dərinin altındadırsa və ehtiramsızlığa səbəb olmazsa, maneçiliyi yoxdur.

Sual 275. Mədrəsədə Qur’an siniflərində oxuyan tələbələr Qur’ana toxunurlar. Amma onlar dəstəmazın bütün şərtlərinə əməl etmirlər, bunun hökmü və tərbiyəçilərin vəzifəsi nədir?

Cavab: Öz-özlüyündə bunun bir maneəsi yoxdur. Əgər adət-ən’ənəyə ehtiramsızlıq olarsa, onların tərbiyəçisi qayda-qanuna əməl etməyə, ya da dəstəmaz almağa göstəriş versin. Onların toxunması ehtiramsızlıqdırsa, gərək onlara toxunmağı qadağan edilsin.

səh:54

TƏYƏMMÜMÜN HÖKMLƏRİ

Sual 276. Cənabətli bir şəxs gecə qusl etmək üçün su tapmamışdır, gecə namazı üçün təyəmmüm edə bilərmi?

Cavab: Bəli, sübh azanına kimi qusl edə bilməyəcəyini bilən surətdə təyəmmümlə gecə namazlarını qıla bilər.

Sual 277. Naibin təyəmmüm verməsinin necəliyini bəyan edin.

Cavab: Naib təyəmmüm edə bilməyən kəsin əllərini imkan olan surətdə yerə, ya təyəmmümün səhih olduğu şeylərə vursun. Sonra onun əllərini təyəmmüm edən şəxsin alnına, ələrinin arxasına çəksin. Onun əllərini hərəkət etdirmək olmasa, naib öz əllərini yerə vursun və onun alnına, əllərinin arxasına çəksin.

Sual 278. Mozaika və ya mərmər daşlara təyəmmüm etmək səhihdirmi?

Cavab: Torpağa, daşa və quma təyəmmüm etmək səhihdir. Bunlar olmayan halda mozaikaya təymmüm etməyin maneəsi yoxdur.

Sual 279. Xəstəlik ucbatından təyəmmüm edən bir kəs namaza başlamazdan əvvəl qusl və dəstəmaz ala bilsə vəzifəsi nədir?

Cavab: Əgər namaza başlamazdan əvvəl insanın üzrü aradan getsə təyəmmüm batildir. Gərək dəstəmaz alsın.

Sual 280. Xəstəlik üzündən bir şəxs dəstəmaz və quslu yerinə yetirmək üçün soyuq sudan istifadə edə bilmir. İsti su əldə olmadığından təyəmmüm etmişdir. İsti su tapıb istifadə edəndən sonra aşağıdakı iki halda vəzifəsi nədir?

1) Sübh namazından əvvəl.

2) Namazdan sonra.

Cavab: 1) Təyəmmüm batildir.

2) Namaz səhihdir.

Sual 281. Əgər xəstə zərərdən qorxaraq cəbirə təyəmmümü yerinə yetirsə və namazdan sonra onun qorxusunun əsassız olduğu mə’lum olsa vəzifəsi nədir?

Cavab: Qıldığı namazları təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.

Sual 282. Həkimin, tibb bacısının məsləhəti xəstəyə orucun, bədən üzvlərinin tərpədilməsinin, dəstəmaz üçün suyun istifadəsinin zərərli olduğunu bildirsə şər’i cəhətdən əsaslıdır, ya yox?

səh:55

Cavab: Əgər mütəxəssis və e’tibarlı şəxs olsa, onun dediyini qəbul etmək lazımdır.

Sual 283. Cənabət quslunun yerinə təyəmmüm edən bir şəxs məscidə daxil ola bilərmi və ya camaat namazında iştirak edə bilərmi?

Cavab: Üzürlü səbəb olduqda məscidə girib camaat namazında iştirak etməyin maneəsi yoxdur. Amma vaxtın azlığına görə təyəmmüm edibsə, vacibi namazı qılmaq müddətində məsciddə qala bilər.

Sual 284. Vəzifəsi həm dəstəmaz, həm də təyəmmüm olan bir kəs əvvəl təyəmmüm etsin, ya heç bir fərqi yoxdur?

Cavab: Heç bir fərqi yoxdur.

Sual 285. Vəzifəsi təyəmmüm etmək olan bir kəs namaz vaxtının daxil olmasından əvvəl təyəmmüm edə bilərmi?

Cavab: Vacib ehtiyata əsasən namazdan əvvəl namaz üçün təyəmmüm etməsin. Bəli, əgər vacibi və ya qəza namazı kimi müstəhəbbi işlər üçün təyəmmüm etsə, namaz vaxtına qədər üzrü aradan getməsə həmin təyəmmümlə namaz qıla bilər.

Sual 286. Qusl yerinə təyəmmüm edən bir şəxsə dəstəmaz alması da lazımdırmı?

Cavab: Cənabət quslu yerinə olunan təyəmmümə dəstəmaz lazım deyil. Başqa quslların yerinə olunan təyəmmümə gərək dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə başqa bir təyəmmüm də dəstəmazın yerinə alsın.

Sual 287. Cənabət quslu almağa üzrü olan bir şəxs təyəmmüm edərsə və üzrü neçə gün qalarsa, sonrakı namazlar üçün dəstəmaz kifayətdir, ya hər namaz vaxtında quslun yerinə təyəmmümü təkrar etsin?

Cavab: Əgər dəstəmazı batil edən bir iş görübsə, gərək dəstəmaz alsın, amma təyəmmümü təkrarlamaq lazım deyil.

Sual 288. Şəhərdən uzaqda işləyən şəxslər adətən su tapmırlar; nəcis olan bədən və sidik yerlərini təmizləmək üçün şəhərə, ya su olan digər yerlərə getsələr namaz qəza olacaqdır, onların vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən təyəmmüm etsin və həmin nəcis bədənlə namaz qılsın, onların namazı səhihdir və qəzası da yoxdur.

Sual 289. Əgər sağlam bir bədən üzvü nəcis olsa və onu paklamaq mümkün olmasa, ya çətin olsa nə etmək lazımdır?

səh:56

Cavab: Əgər nəcisin özü olmasa vəzifəsi təyəmmüm etməkdir. Bəli, əgər nəcasətin özü bədənin üstündə olsa və onu təmizləmək mümkün olmasa, həmçinin onu təmiz ləmək qeyri-mümkün olsa cəbirə dəstəmazı alsın və yaxşı olar ki, təyəmmüm də etsin.

Sual 290. Sübh qusla ehtiyacı olan bir şəxs xəcalət üzündən təyəmmüm edir, bu səhihdirmi?

Cavab: Şəriət məsələlərində xəcalət çəkmək təyəmmüm üçün əsas vermir. Amma vaxt az olsa təyəmmüm etmək vacibdir, namaz qılsa namazı səhihdir və qəzası da yoxdur.

Sual 291. Bir şəxsin əli biləkdən kəsilmişdir, lakin qolu yerindədir. Xahiş edirik bu qəbildən olan şəxslərin necə təyəmmüm etməsini bəyan edəsiniz.

Cavab: Verilən suala əsasən sağlam əlini yerə vursun və bütöv alnını məsh etsin. Ehtiyat müstəhəbb budur ki, əlavə olaraq sağ əl və sol əlin kəsilmiş hissəsi ilə birgə yerə vurub hər iki əli ilə alnını məsh etsin və sonra sağ əl sağlamdırsa sağlam olan əlin arxasını yerə çəksin, sol qolun bilək hissəsini də yerə vursun və sonra həmin əllə sağ əlin arxasına və sonra sağ əllə sol qolunun bilək hissəsinə çəksin. Əgər sol əl sağlamdırsa, yenə də bu qaydaya riayət etməklə təyəmmümü yerinə yetirsin.

Sual 292. Xahiş edirik iki əli biləkdən kəsilən, amma biləkdən yuxarı hissəsi qalan adamın necə təyəmmüm etməsini buyurasınız.

Cavab: Əvvəl öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin, sonra qolunun kəsilmiş hissəsini yerə vurub hər əlin kəsilmiş yerləri ilə öz alnına çəksin. Sonra əlinin biləkdən kəsilən yerini digərinin üzərinə çəksin. Sağ və sol əlin tərtibinə riayət olunsun.

Sual 293. Xahiş edirik hər iki əli dirsəkdən yuxarı kəsilən bir kəsin təyəmmüm etməkdə vəzifəsini bəyan edəsiniz?

Cavab: Öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin və bir naib tutsun ki, naib əllərini yerə vurub onun alnına çəksin.

CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ

Sual 294. Vəzifəsi təyəmmüm olan bir şəxsin əllərinin bə’zi yerlərində sarğı mövcuddur. Dəstəmazda cəbirənin hökmləri vardırmı?

Cavab: Bəli, verilən suala əsasən sarğılı təyəmmüm etsin. Sarğılı təyəmmümlə, sarğılı qusl arasında heç bir fərq yoxdur.

səh:57

Sual 295. Bir əli sarğılı olan bir şəxs bir müddət dəstəmaz üçün onu bir plastik kisəyə salmış və onu yuyurmuş və ya irtimasi dəstəmaz alırmış, onun hökmü nədir?

Cavab: Cəbirə dəstəmazında gərək sağlam əli dəstəmaz niyyəti ilə yaş edib sarğının üstünə və ya kisənin üzərinə çəksin. (Onu yumaq və ya suya aparmaq lazım deyil). Çünki, verilən suala əsasən gərək o dəstəmazla qılınan namazları qəza etsin. Yeri gəlmişkən qusl da həmin hökmdədir.

Sual 296. Cəbirə dəstəmazını cəbirə niyyəti ilə almaq lazımdırmı?

Cavab: Lazım deyil, hazırkı vəzifəsinə əməl etməmək qəsdi ilə yerinə yetirsə kifayət edir.

Sual 297. İki əlindən biri biləyə qədər sarğılı olan bir kəs təyəmmüm üçün nə etməlidir?

Cavab: Sarğılı əlin içini yerə vursun və sağlam əlin arxasına çəksin və sağlam əli də sarğılı əlin arxasına və üstünə çəksin.

Sual 298. Bir şəxsin əli tamam gips ilə tutulmuşdur. Əgər cənabətli olarsa vəzifəsi nədir? Məscidə gedə bilərmi?

Cavab: Cəbirə quslu edə bilirsə gərək qusl etsin, çətinlik yaranarsa təyəmmüm etsin, ondan sonra məscidə gedə bilər.

Sual 299. Bir şəxs cərrahiyyə yolu ilə öz üzünə və əllərinə plastik çəkdirmişdir, plastik də dərinin üstünü tutmuşdur. Dəstəmaz və qusl etmək üçün onun vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən plastik, camaat arasında bədənin bir hissəsi hesab olunsa dəstəmaz və quslu adi qaydada yerinə yetirsin və ehtiyata əsasən təyəmmüm də etsin.

Sual 300. Bir şəxs öz vəzifəsinə üyğün olaraq cəbirə quslu və dəstəmazı yerinə yetirmişdir. Cəbirəni (sarğını) götürəndən sonra dəstəmazı və quslu təkrarlamaq lazımdırmı?

Cavab: Təkraralamaq (quslu və dəstəmazı) lazım deyil.

Sual 301. Bir şəxsin barmağının üstü zərbə nəticəsində qaralmış, amma yara bağlamamışdır, cəbirə dəstəmazı alsın, ya sağlam hökmündədir?

Cavab: Əgər su onun üçün zərərli deyilsə sağlam hökmündədir.

Sual 302. Əldə dərinin altında qan quruyubsa dəstəmaz üçün vəzifəsi nədir?

səh:58

Cavab: Verilən suala əsasən qan dərinin altında olduğu üçün onun üstünü yumaq dəstəmaz üçün kifayətdir.

Sual 303. Cəbirə yerinin bir tərəfi yara olmuşdur. Amma onun üstünə bağlanmış parça sağlam tərəfi də tutmuşdur. Dəstəmaz və qusl üçün o tərəfi də yumaq lazımdırmı?

Cavab: Əgər hamıya bəlli olan ölçüdə olsa, onun altını yumaq lazım deyil, yaş əli onun üstünə çəksələr kifayət edər.

Sual 304. Bir şəxsin barmağında yara vardır və su ona zərər yetirir, qusl və dəstəmaz, üçün plastik barmağı onun üstünə çəkirsə vəzifəsi nədir?

Cavab: Plastikin üzərinə dəstəmaz ya qusl niyyəti ilə yaş əlini çəksin, dəstəmaz və qusl səhihdir.

Sual 305. Əli sarğılı olan bir şəxs dəstəmaz vaxtı başı və ayaqları məsh etmək üçün əlində yaşlıq qalmırsa vəzifəsi nədir?

Cavab: Başqa dəstəmaz üzvlərindən yaşlıq alsın və o da kifayət etməsə ehtiyata əsasən həmin quru əllə məsh çəksin. Ondan sonra əlini başqa su ilə yaşlayıb məsh çəksin və sonra təyəmmüm də etsin.

səh:59

MƏSS MEYYİT QUSLU

Sual 306. Meyyitin bədəninin soyumasında şəkkimiz olsa, ona əl vurmaq qusla səbəb olarmı?

Cavab: Verilən suala əsasən qusul vacib olmur.

Sual 307. Şəhidə əl vurmaq məss-meyyit qusluna səbəb olurmu?

Cavab: Xeyr, şəhidə meyyit quslu vacib olmadığına görə ona toxunmaq da məss-meyyit qusluna səbəb olmaz.

Sual 308. Quslu verilməyən bir şəhidin bədəni və cəbhədən gətirilən bir neçə il bundan qabaq şəhid olanların sümükləri pakdırmı?

Cavab: Bəli, zahirən pak hökmündədir. Ona əl vurmaq nəcasətə səbəb olmaz, ona toxunmaqla məss-meyyit qusluna səbəb olmaz.

Sual 309. Bir şəxs cənazənin paltarından tutub onu sudan çıxartmışdır, amma meyyitin bədəninə əl toxunmamışıdır, onun vəzifəsi nədir?

Cavab: Sudan çıxardan şəxsin əli meyyitin paltarının yaşlığı ilə nəcis olub, gərək pak etsin. Amma verilən suala əsasən, əli meyyitin bədəninə toxunmadığı üçün məss-meyyit quslu vacib deyil.

Sual 310. Bir şəxsin ayağı topuqdan kəsilmişdir, ona əl vurmaq məss-meyyit qusluna səbəb olarmı?

Cavab: Bəli, əgər insanın bədənindən kəsilən bədən üzvü sümük və ətlə birgə olsa məss-meyyit qusluna səbəb olar.

Sual 311. Bir şəxsin qarnından sümüyü olmayan əzalardan bəzisini çıxardıblar. Sümüksüz əzaya toxunmaq məssi-meyyit qusluna səbəb olarmı, təharət və nəcasət baxımından onun hökmü nədir?

Cavab: Verilən suala əsasən məss-meyyit qusluna səbəb olmaz, amma nəcisdir.

Sual 312. Əgər kafirin cənazəsinə meyyit quslu verdikdən sonra ona əl vursalar məss-meyyit quslu vacib olurmu?

Cavab: Qeyri müsəlmana qusl vermək, istər mürtəd olsun, şər’i cəhətdən düzgün deyildir. Əgər qusl versələr də belə o qusl hesablanmır, ona toxunmaq məss-meyyit quslunun vacib olmasına səbəb olar.

Sual 313. Ölmüş kafirin nəcisliyi meyyit quslu ilə aradan gedirmi?

səh:60

Cavab: Qeyri müsəlmanın cənazəsinin nəcisliyi haldan-hala keçməklə, ya torpağa qarışmaqla aradan gedib pak olar.

Sual 314. Meyyitə qusl verən şəxs əlcəkdən istifadə etsə və əli meyyitin bədəninə toxunmasa məssi-meyyit quslü vacib olarmı?

Cavab: Verilən suala əsasən qusl vacib deyil.

Sual 315. Bir şəxs meyyitə təyəmmüm vermişdir, məss-meyyit quslu ona vacibdirmi?

Cavab: Bəli, ona məss-meyyit quslu vacibdir.

Sual 316. Üzrlü səbəbdən qusl yerinə meyyitə təyəmmüm etmişlər, təyəmmümdən sonra əl vurmaq məssi-meyyit qusluna səbəb olurmu? Meyyitin bədəni təyəmmümlə pak olur, ya xeyir?

Cavab: Ona toxunmaq ən güclü rə’yə əsasən məss-meyyit qusluna səbəb olmaz. Amma ehtiyat yaxşıdır. Ən güclü rə’yə əsasən meyyitin bədəni təyəmmümlə pak olmur.

Sual 317. Məssi-meyyit edən bir şəxsin namaz üçün dəstəmaz da alması lazımdırmı?

Cavab: Dəstəmaz lazım deyil, ehtiyat yaxşıdır.

səh:61

MEYYİTİN HÖKÜMLƏRİ

Qusl, kəfən və dəfn

Sual 318. Namaz və oruc əhli olmayan bir şəxs namaz və orucu inkar da etmirsə, müsəlmanlara aid olan meyyitin hökmləri ona da aiddirmi?

Cavab: Bəli, bütün hökmlər aiddir, hətta meyyit fasiq olsa da belə.

Sual 319. Boynunda məss-meyyit quslu olan bir şəxs ikinci bir meyyitə qusl verə bilərmi? Meyyid quslunda nə üçün sidr və kafur istifadə olunur?

Cavab: Bəli, boynunda məss-meyyit quslu olan bir şəxs başqa meyyitə qusl verə bilər. Sidr və kafurun istifadə olunmasının xüsusi bir təmizliyi vardır.

Sual 320. Körpə uşaqları olan bir şəxs vəsiyyətsiz vəfat etmişdir. Amma özü üçün vacibi miqdarından artıq kəfən hazırlamışdır. Vəsiyyət etmədiyi və körpə uşaqları olduqları üçün kəfənin vacib hissələrini istifadə edib müstəhəbbi hissələrini saxlamaq olarmı? Yoxsa müstəhəbbi hissələri də gərək ona geyindirsinlər?

Cavab: Kəfən vəsiyyətə əsasən təyin olunur və əgər malının üçdə birindən çox olmasa müstəhəbbi hissələri ayırmasınlar.

Sual 321. Hamilə qadının özü və bətnindəki uşağı ölmüşdür. Uşağı çölə çıxardıb ayrı qusl vermək lazımdırmı?

Cavab: Gərək ananı o halda qusl edib kəfənə büksünlər. Hamilə olmayan qadınlar kimi dəfn etsinlər və uşağı çölə çıxarmaq düzgün deyildir.

Sual 322. Ağzında sü’ni dişləri olan bir şəxs vəfat edərsə, onun dişlərini ağzından çıxartsınlar, ya o halda qusl verib dəfn etsinlər.

Cavab: Meyyitə əziyyət olmayan surətdə sü’ni dişləri çıxarda bilərlər, amma əgər yarma və hörmətsizlik olarsa o halda qusl etsinlər.

Sual 323. Bir şəxsin cərrahiyyə yolu ilə ayağına qızıldan olan bir mil salırlar, ölümdən sonra həmin mili onun ayağından çıxartmaq olarmı? Qızıl qapaq, ya qızıl diş olan surətdə hökm necədir?

Cavab: Əgər qızıl mili ayağı yarmadan çıxartmaq mümkün olmasa, onu çıxartmaq caiz deyildir. Qızıl dişin hökmü də belədir.

səh:62

Əgər sü’ni dişlər olarsa və rahatlıqla meyyitin ağzından çıxarılarsa maneəsi yoxdur.

Sual 324. Hamilə bir qadın vəfat etmişdir. Amma bətndə olan uşağın ölü ya diri olmasına yəqinlik yoxdursa, vəzifə nədir?

Cavab: Gərək səbr etsinlər, əgər uşağın diri olmasına ehtimal verilsə, ananın bətnini yarsınlar və uşağı çıxartsınlar. Çünki, möhtərəm nəfsi (ruhu) qorumaq vacibdir.

Sual 325. Üzərində Yasin və Qur’andan başqa surələr yazılan parça ilə meyyiti kəfənə bükməyin maneəsi varmı? Əgər nəcis olmasına ehtimal da verilsə?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual 326. Ölümün fiqhi tə’rifi haqqında nəzəriniz necədir?

Cavab: Ölümün fiqhi tə’rifi onun adi qaydada tə’rifi ilə heç bir fərqi yoxdur.

Sual 327. Əgər xüsusi cihazların köməyi ilə bir şəxsin beyninin ölmüş olduğu sabit olsa, onun həyatını sona çatmış hesab etmək olarmı?

Cavab: Xeyir, fiqhi və adi cəhətdən meyyit hesab olunmur?

Sual 328. Zərbə almış bir şəxsin beyninə qan sızmışdır, həkim onun öldüyünü deyirsə, onun sözünə e’timad edib o şəxsi dəfn etmək olarmı?

Cavab: Gərək ölümə yə’qinlik ya arxayınçılıq hasil olsun. Əgər həkimin dediyindən yəqin və arxayınçılıq hasil olsa, dəfn etsinlər. Əks halda, ölümə yəqinlik tapana qədər səbr etsinlər.

Sual 329. Tovzihul-məsail risaləsində buyurmusunuz: Qusl, kəfən və dəfn üçün gərək meyyitin varisindən icazə alsınlar. Əgər meyyitin vəlisi olmasa nə etmək lazımdır?

Cavab: Vəlinin razılığına və icazəsinə şahid olan mö’təbər bir şəxs tapılsa meyyitə aid olan işləri yerinə yetirə bilərlər, əks halda vəli gələnə qədər səbr etsinlər. Əgər dəfni gecikdirməklə meyyitə hörmətsizlik olarsa, vacib ehtiyata əsasən gərək şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə alıb meyyitin işlərini yerinə yetirsinlər. Əgər icazə almaq mümkün olmasa, icazə və iznə ehtiyac yoxdur.

Sual 330. Yanğın hadisəsi zamanı neçə müsəlman, bəhayi və erməni yanmışdır, heç birini tanımaq mümkün deyilsə, onların qusl və

səh:63

dəfninin hökmü nədir? Əgər həmin halda onların arasında bir qadın varsa və o da tanınmırsa vəzifə nədir?

Cavab: Verilən suala əsasən müsəlmanları tanımaq mümkün deyil, onların arasında müsəlman olduğuna yəqinlik varsa, gərək onların hamısını qusl etsinlər, kəfənə büküb hənut vursunlar. Aralarında müsəlman olduğu üçün bir yerdə müsəlman niyyəti ilə onlara namaz qılsınlar və onları islam göstərişlərinə uyğun dəfn etsinlər. Aralarında qadın olduğu üçün gərək o qadının əri onlara qusl versin. Əgər qadının əri, ya məhrəm adam yoxdursa, gərək bir kişi əlcək vasitəsi ilə libasın altında onlara qusl versin və bir qadın da onlara əlcək vasitəsi ilə libasın altında qusl versin ki, vəzifəyə əməl olunmasına yəqinlik hasil olsun.

Sual 331. Bir nəfər intihar etmişdir, meyyitə aid olan hökmlər ona da aiddirmi?

Cavab: Bəli, meyyitə aid olan bütün hökmlər ona da aiddir.

Sual 332. Tövbə edəndən sonra ölən mürtədin hökmü necədir?

Cavab: Mürtəd tövbə vasitəsi ilə müsəlman hökmünü tapır, onun quslu vacibdir.

MEYYİT QUSLU

Sual 333. Meyyitin sümükləri bir neçə ildən sonra ələ gəlmişdir, qusl, kəfən və namaz vacibdirmi?

Cavab: Sümüklərin hamısı ələ gəldiyi üçün meyyitə aid olan bütün hökmləri yerinə yetirmək vacibdir. Yə’ni üç qusl versinlər, kəfənə büksünlər, hənutdan sonra namaz qılıb dəfn etsinlər.

Sual 334. Diri insanın bədənindən bir tikə ayrılmışdır, o meyyit hökmündədirmi?

Cavab: Bəli, əgər o tikənin sümüyü olsa ehtiyata əsasən qusl verib bir parçaya büksünlər, əgər hənut yerlərindəndirsə hənut edib

səh:64

dəfn etsinlər. Amma əgər sümüyü olmasa qusl lazım deyil, onu bir parçaya büküb dəfn etsinlər.

Sual 335. Meyyit quslu üçün nə qədər su lazımdır?

Cavab: Meyyitə verilən üç qusl suyu müstəhəbdir altı tuluq miqdarında olsun, bu miqdar su təkcə vacibat üçün deyil, tamam vacibat və müstəhabbatın istifadəsi üçündür.

Sual 336. Əgər su olsa, amma sidr və kafur olmasa vəzifə nədir?

Cavab: Bu halda gərək xalis su ilə üç qusl verilsin, birinci quslu sidr suyu niyyətinə, ikinci quslu kafur suyu niyyəti ilə yerinə yetirin.

Sual 337. Əgər qusl əsnasında, ya qusllardan sonra meyyitin bədəni nəcis olsa və ya ondan qan, sidik və bir nəcasət xaric olsa quslları təkrarlamaq lazımdırmı?

Cavab: Təkrarlamaq vacib deyil, amma müstəhəbdir təkrarlasınlar.

Sual 338. Əgər qusllardan sonra və dəfndən əvvəl meyyitin bədəni onun öz nəcasəti (qan, sidik və s. kimi) vasitəsi ilə murdarlansa nə etmək lazımdır?

Cavab: Nəcasəti aradan aparıb bədəni paklamaq vacibdir. Təmizləmək çətin olarsa, ya meyyitin hörmətsizliyinə səbəb olarsa paklamaq lazım deyil, meyyiti təmizlənməmiş dəfn edə bilərlər.

Sual 339. Bədəni yara olan meyyitin qanı kəsilmirsə cəbirə quslu edilməlidir, ya təyəmmüm?

Cavab: Meyyit qusluna cəbirə qeyd olunmamışdır, əslində mə’nası da yoxdur. Verilən suala əsasən gərək qan kəsilənə qədər səbr etsinlər və əgər quslu gecikdirmək meyyitə hörmətsizlik gətirərsə, mümkün olan hər vasitə ilə qanı saxlasınlar və qusl versinlər, yaxud da boruya və kür suyuna bitişik olan sidr və kafur suyu ilə qusl versinlər. Əgər mümkün olmasa təyəmmüm etsinlər.

Sual 340. Bir meyyitin cəsədi bir neçə gündən sonra tapılmışdır. Çox üfunətli olduğu üçün qusl verən şəxs əziyyət çəkər, ikincisi də bədənin parçalanıb dağılması mümkündür. İndi vəzifə nədir?

Cavab: İmkan olan surətdə üfunət və iydən qorunmaq üçün bir şeydən istifadə edib meyyiti paklasınlar. Sidr, kafur və xalis suyu əl sürtmədən meyyitin bədəninə töksələr meyyit parçalanmaz. Gərək bu yolla meyyitə qusl versinlər, əks halda ona təyəmmüm edib dəfn etsinlər.

səh:65

Sual 341. Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?

Cavab: Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.

Sual 342. Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?

Cavab: Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafan çəksinlər və onun üzərinə təyəmmüm versinlər.

Sual 343. Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?

Cavab: Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.

Sual 344. Dörd aylıq uşaq siqt(1) olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?

Cavab: Bəli, hünut da lazımdır.

HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU

Sual 345. Sürücü avtomobil qəzası nəticəsində vəfat etmişdir. Qusl üçün bədəninin qanı heç yolla dayanmırsa vəzifə nədir?

Cavab: İmkan olan surətdə qan dayanana qədər səbr etsinlər, əgər dayanmasa qan axan yerləri yapışqan, ya başqa şeylərin vasitəsi ilə bağlasınlar, qanaxmanın qarşısını alıb qusl etsinlər. Əgər mümkün olmasa, o halda axar, ya kürr su ilə qusl etsinlər. Sidr və kafur suyunu bir qaba töküb axar su hökmündə olan krant suyunu şlanq vasitəsi ilə o qaba birləşdirsinlər. Sonra meyyitin bədəninə töküb qusl etsinlər. Ya bir miqdar sidr və kafuru kürr suyuna töksünlər, bir şərtlə ki, müzaf suya çevrilməsin və meyyiti onun içərsinə salsınlar və tovziul-məsail

səh:66


1- [11] Siqt–uşağın ana bətnindən vaxtından tez düşməsinə deyilir.

risaləsində qeyd olunan tərtibə riayət edib qusl versinlər. Ehtiyat budur ki, qusldan sonra təyəmmüm yerlərini qurudub təyəmmüm də etsinlər.

Sual 346. Hadisə zamanı yaralanmış bir cəsədin qanı nə yapışqan, nə gips nə də başqa vasitələrlə saxlamaq mümkün deyil. Belə cəsədi salafan bir kisəyə salıb kəfənləsək səhihdirmi? Çünki, belə etməsək kəfən qanlı olar.

Cavab: Başqa cür mümkün olmayan surətdə bu işi qusl və təyəmmümdən sonra yerinə yetirsinlər.

Sual 347. Yol qəzası nəticəsində bir şəxsin sinə, baş və qarın nahiyələri təmamilə məhv olmuşdur, vəzifə nədir?

Cavab: İçərsində sümüyü olan hissələrinə qusl verib, bir parçaya büküb dəfn etsinlər və içərsində ürək olan sinə tapılsa qusl və kəfəndən sonra namaz da qılsınlar.

Sual 348. Bir şəxs yol qəzasında ölmüş, başı dağılıb və bədəni əzilmişdir; onu bir kisəyə qoymuşlar, indi onun quslu necə olmalıdır?

Cavab: Əgər ona qusl verən zaman bədən üzvləri ayrılıb düşmürsə, qusl versinlər. Əks halda, əgər əlləri varsa əllərinə təyəmmüm versinlər və yaxud başı, əlləri təyəmmüm və qusla yararsızdırsa qusl və təyəmmüm hər ikisi ondan götürülür. Həmin kisəyə namaz qılıb dəfn etsinlər.

Sual 349. Bir şəxs suda boğulmuş və bir müddət suda qaldığı üçün şişmişdir. Qusl zamanı nə etmək lazımdır?

Cavab: Əgər qusl verməklə bədəni qopub tökülmürsə qusl versinlər, əgər qopub tökülürsə təyəmmüm etsinlər.

Sual 350. Çarəsizlik üzündən ana bətnində 4 aylığından çox olan uşağı doğrayıb çıxartmışlar, vəzifə nədir?

Cavab: Sümüyü olmayan doğranmış tikələri o halda bir parçaya büküb dəfn edin, amma sümüyü olan tikələri və onda olan sinə və ürəyi qusl edin, kəfənə büküb dəfn edin.

Sual 351. Bir cənazəni cərrahiyyə yolu ilə yarıb, sonra isə tikiblər. Dərinin bir miqdarı tikilən zaman içəridə qalıb, əgər su tamamilə dəriyə çatmırsa nə edilməlidir?

Cavab: Sualda fərz olunan halda meyyitə olduğu kimi qusl versinlər və ehtiyat üçün təyəmmüm də etsinlər.

səh:67

MEYYİTƏ TƏYƏMMÜM VERMƏYİN QAYDASI

Sual 352. Meyyitə təyəmmüm necə verilir? Xahiş edirik açıqlayasınız.

Cavab: Meyyitə təyəmmüm vermək istəyən kəs gərək öz əlini yerə vursun və meyyitin üzünə və əllərinin arxasına çəksin. Vacib ehtiyata əsasən əgər mümkündürsə meyyitin öz əli ilə də ona təyəmmüm versinlər.

MEYYİT NAMAZI

Sual 353. Əgər meyyitə namaz qılınan zaman başqa bir cənazə gətirilsə, ikinci meyyiti birinci meyyitin qalan təkbirlərinə qoşmaq caizdirmi?

Cavab: Bəli caizdir, amma gərək hər biri üçün məxsus olan dualar oxunsun. Birinci meyyitin namazı tamam olandan sonra ikinci meyyitə aid olan qalan təkbirləri və duaları desinlər.

Sual 354. Əgər meyyit həddi-büluğ olmasa, İmam Xomeyni (r) buyurmuşdur ki, dördüncü təkbirdən sonra bu dua oxunsun: «Əllahummə inna la nə’ləmu minhu illa xəyra.» Sizin də nəzəriniz belədirmi?

Cavab: Sualın cavabı budur ki, təkbirdən sonra (sualın mətnində) qeyd olunan duanı oxuyun və sonra beşinci təkbiri deyib namazı tamamlayın.

Sual 355. Günahkar və namaz qılmayan bir şəxs dünyadan getmişdir, onun cənazə namazında dördüncü təkbirdən sonra: «Əllahummə inna la nə’ləmu minhu illa xəyra.» duası oxunsa namaz səhih və caizdirmi? Ya gərək başqa dua oxunsun?

Cavab: Bu cümləni deməyin heç bir maneəsi yoxdur və səhihdir.(1)

Sual 356. Əgər meyyitə namaz cəmiyyətlə qılınsa imamın arxasında duranların iqtida etmələri lazımdırmı? İmam-camaatda ədalət şərtdirmi?

səh:68


1- [12] Zahirən yuxarıdakı cümlədə mə’na İslam və qiblə əhli olmaqdır. (küfr və kafirin müqabilində) namaz qılan dua zamanı bağışlanmaq tələb edib deyir: Pərvədigara mən bu meyyitdən xeyrdən başqa yə’ni İslam və qiblə-əhli olmaqdan başqa bir şey bilmirəm. Yə’ni bilirəm ki, müsəlmandır, kafir deyil.

Cavab: Bəli, meyyit namazının da gündəlik yovmiyyə namazları kimi camaatla qılınması müstəhəbbdir. Burada iqtida etmək camaat namazı niyyəti ilə namaza daxil olmaqdır. Lakin namazı camaatla qılan bir kəs gərək onun təkbir və dualarını oxusun. Əlbəttə müstəhəbbdir ki, imam-camaat təkbir və duaları ucadan, onunla namaz qılanlar isə ahəstə oxusunlar. Aydındır ki, İmam-camaat meyyit namazı qılanda camaat namazında deyilən İmam-camaat şərtlərinə malik olmalıdır.

MEYYİTİN DƏFNİ

Sual 357. Bir şəxs vəsiyyət etmişdir ki, onun Qu’ranını təbərrük qəsdi ilə onunla qəbrə qoysunlar. Bu cür vəsiyyət səhih və yerinə yetirilməsi lazımdırmı?

Cavab: Bəli, Qu’ran onun malının üçdə birindən artıq olmasa, ya əgər artıq olsa vərəsə icazə versə vəsiyyət səhihdir və yerinə yetirilməsi lazımdır.

Sual 358. Bir şəxsi vəsiyyətinə əsasən məsciddə dəfn ediblər. Bu vəsiyyət və dəfn düzgündürmü?

Cavab: Məsciddə meyyitləri dəfn etmək məscidə bağlı olan hissələrdə düzgün deyil. Bu cür vəsiyyət də səhih deyil. Çünki, vəqfin ziddinə olan bir işdir. Suala əsasən əgər cənazəni təzə dəfn ediblərsə, iylənməyibsə gərək qəbri açsınlar cənazəni çıxardıb başqa bir yerdə dəfn etsinlər. Bu iş o halda düzgündür ki, bir şəxs öz mülkünü məscidə vəqf edir və öz dəfni üçün əvvəldən bir yeri tə’yin edir. Bu surətdə onun dəfni o yerdə, ya o məscidin kənarında və yaxud məscidin yolu üstündə olsa heç bir maneəsi yoxdur.

Sual 359. Meyyitin sü’ni dişlərini (əgər qızıl olsa) çıxartmağın hökmü nədir?

Cavab: Əgər meyyitin əziyyətinə səbəb olmazsa heç bir maneəsi yoxdur.

səh:69

Sual 360. Qəbirlərin üzərində məqbərə, otaq tikdirmək və ya qəbir ətrafına hasar çəkdirmək caizdirmi?

Cavab: Bu cür işlər adi insanlar üçün düzgün deyil və şər’i üstünlüyü də yoxdur. Əlavə olaraq, ümumi dəfn üçün vəqf olunan qəbrstanlıqlarda ölülərin dəfninə mane olan hər cür zəbt etmə də səhih deyildir və vəqfin xilafınadır. Meyyitə heç bir faydası da yoxdur. Daha yaxşıdır ki, bu cür işlərə sərf olunan pullar meyyitin niyyəti ilə ona xeyri olan sədəqə, başqa xeyirli və savab işlərə sərf olunsun.

QƏBİRLƏRİN AÇILMASI

Sual 361. Tovzihul-məsail risaləsində buyurmusunuz: Meyyiti əvvəl sidr suyu ilə, ikinci kafur suyu ilə və üçüncü xalis su ilə qusl versinlər. Səhvən bir nəfər birinci kafur, sonra sidr suyu ilə qusl verib, dəfndən sonra səhvini başa düşüb. Qəbri açıb quslu tərtiblə təkrarlamaq lazımdırmı?

Cavab: Əgər meyyitin cəsədi aradan getməyibsə və qəbrin açılması meyyitin əziyyətinə və ya iy cəhətdən camaatın əziyyətinə səbəb olmayacaqsa vacibdir ki, qəbri açsınlar və quslları səhih halda təkrarlasınlar, əks halda lazım deyil.

Sual 362. Qusldan əvvəl kafur su nəcis olub, cənazəni həmin nəcisli kafur su ilə qusl verib və dəfndən sonra başa düşüblərsə, vəzifə nədir?

Cavab: Verilən suala əsasən, meyyitin bədəni iylənməyibsə qəbri açmaq və quslları təkrarlamaq çətinliyə səbəb olmazsa vacibdir ki, qəbri açsınlar, kafur və xalis su ilə quslu təkrarlasınlar, kəfəni paklasınlar, ya dəyişdirsinlər, təkrar hənut və namazdan sonra dəfn etsinlər. Amma əgər meyyitə hörmətsizlik olarsa, ya iylənmişdirsə heç bir vəzifəsi yoxdur.

Sual 363. Dəfndən sonra mə’lum olmuşdur ki, meyyiti hənutsuz dəfn ediblər, qəbri açıb hənut vurmaq lazımdırmı?

səh:70

Cavab: Qəbri açmaqda çətinlik yaranmazsa, qəbri açsınlar və qəbrin içində meyyitə hənut vursunlar və cənazəni çölə çıxartmaq lazım deyil.

Sual 364. Bir şəxsi müsəlman qəbristanlığında dəfn ediblər, sonradan müsəlman olmadığı mə’lum olub (bəhai, ya kafir). Qəbri açıb onu müsəlman qəbristanlığından xaric etmək lazımdırmı?

Cavab: Onun qəbrini açmaq camaata əziyyət olmazsa və müsəlmanlara çətinlik yaratmazsa qəbri açıb onun cəsədini başqa yerdə dəfn etsinlər. Əgər onun müsəlman qəbristanlığında olması müsəlmanlara hörmətsizlik gətirərsə qəbri açıb, cəsədi başqa yerdə dəfn etmək vacibdir.

Sual 365. İcra başçısı qədim qəbristanlığı yol çəkmək səbəbi ilə xarab edir və torpağını da götürür. Onun bir hissəsində neçə il əvvəl meyyit dəfn edilib; qəbri açıb meyyitin sümüklərini başqa bir yerdə basdırmaq caizdirmi?

Cavab: Qəbri açmaq və xarab etmək caiz deyildir, amma hörmətsizliyə və xarabalığa mə’ruz qalsa maneəsi yoxdur.

Sual 366. Əgər müsəlman qeyri-müsəlman qəbristan-lığında dəfn olunsa qəbri açmaq və cənazənin yerini dəyişmək caizdirmi?

Cavab: Hörmətsizlik sayılsa qəbri açmaq və cənazəni münasib yerə dəyişmək vacibdir.

Sual 367. Qədim qəbristanlıqda köhnə qəbirdə sümüklərin çürüyüb torpağa qarışdığını güman edərək qəbri qazıblar. Təsadüfən əvvəlki sümüklərin çürümədiyinin şahidi olublar, vəzifə nədir? Açılan qəbirdə hazırkı cənazəni dəfn etmək caizdirmi? Əlbəttə qəbristan ümumi və qədimdir, qəbir sahibi də namə’lumdur.

Cavab: Birincisi cənazə və sümüklərin çürüyüb torpağa qarışmağına yəqinlik hasil olmayınca qəbri açmaq düzgün deyil. Amma bir halda ki, belə bir hadisə baş verib, verilən suala əsasən gərək əvvəlki meyyitin sümüklərini dəfn etsinlər və hazırkı cənazəni də həmin qəbirdə dəfn etməyin heç bir maneəsi yoxdur.

Sual 368. Əgər on nəfəri bir qəbirdə dəfn etsələr və dəfndən sonra onlardan birinin quslsuz dəfn olunduğu mə’lum olsa təklif nədir?

Cavab: Qeyd olunan halda qəbri açmaq hörmətsizlik gətirər, heç bir vəzifəniz yoxdur.

Sual 369. Böyük şəxsiyyətlərdən birinin qəbri qeyri-münasib yerdə qərar tutub, yol üstündədir. Onun qəbrinin ətrafını boşaldıb

səh:71

qəbri açmadan müasir avadanlıqlarla qəbri münasib yerə köçürmək caizdirmi?

Cavab: Verilən suala əsasən qəbir açılmırsa maneəsi yoxdur. O yerdə qəbrin qalması meyyitə hörmətsizlik gətirərsə, qeyd olunan iş üstün və bə’zi hallarda lazımdır.

DƏFN, QƏBRİN AÇILMASI VƏ QƏBRİN TƏMİRİNƏ AİD MƏSƏLƏLƏR

Sual 370. İllərcə bundan qabaq dəfn olunan bir şəxsin qəbrində meyyit dəfn etmək (ehtimal budur ki, birinci meyyit aradan getmiş, təkcə sümükləri qalmışdır) düzgündür, ya yox?

Cavab: Başqa şəxsin qəbrində meyyit dəfn etmək qəbrin açılmasına, cəsədin görsənməsinə və ehtiramsızlığa səbəb olan surətdə caiz deyil. Qəbir sahibinin sümüklərinin çürüyüb torpağa qarışmasına yəqinlik hasil olmasa onun qəbrini açmaq caiz deyildir. Əgər qanunsuz yolla açılıbsa, şəriət baxımından başqa bir meyyiti orada dəfn etməyin eybi yoxdur, lakin xoşagəlməz bir haldır.

Sual 371. Zərbə və təcavüz nəticəsində dünyadan gedən bir şəxs dəfn olunmuşdur. Cənazənin ölüm səbəbini müayinə etmək üçün qəbri açmaq caizdirmi?

Cavab: Bir halda ki, haqqı sübut etmək qəbrin açılmasına bağlıdır, eybi yoxdur.

Sual 372. İki təbəqəli qəbirlərin aşağı təbəqəsində qadın dəfn olunubsa, yuxarı təbəqədə qadına məhrəm olmayan başqa bir kişini dəfn edə bilərlərmi?

Cavab: Əgər aşağı təbəqədə olan meyyitin qəbrini açmaq lazım olmasa heç bir maneəsi yoxdur.

Sual 373. Tanınmış kəndlərin birində Pirğeyb adlı bir məqbərə vardır, yaşlıların dediyinə əsasən orada ziyarətgah tikilmişdir. Şəcərənaməsi olmadığı halda onun üstündə ziyarətgah tikdirməyin bir maneəsi varmı?

Cavab: Əgər yuxarıda qeyd olunan şəxslərin qəbir sahibinin saleh imamzadələrdən birinin olduğuna yəqinlikləri varsa, onun üzərində ziyarətgah tikdirməyin maneəsi yoxdur.

Sual 374. Qəbirləri ağ, ya qara mərmərlə zinətləndirməyin maneəsi varmı?

Cavab: Haram deyil.

səh:72

Sual 375. Yol çəkmək, ya geniş meydan salınması nəticəsində qəbristanlıq aradan getmişdir. Su arxının kənarında bir qəbir tapılmışdır. Ona hörmətsizlik olmasın deyə qəbrin qalan hissəsini açıb onu ümumi qəbristanlığa aparmaq caizdirmi?

Cavab: Əgər suyun axarını dəyişmək mümkün olmasa qeyd olunan halda yer dəyişmək düzgündür.

Sual 376. Bir şəxs vəsiyyət edib ki, öləndən sonra onu dəfn olunduğu yerdən müqəddəs torpağa (yə’ni imamların dəfn olunduğu yerlərə) aparsınlar. Bu caizdirmi?

Cavab: Müqəddəs yerlərə aparmaq üçün qəbri açmaq, əgər vəsiyyət etsə də belə, ehtiyatın ziddinədir? Əgər vəsiyyəti dəfndən əvvələ aid olsa vəsiyyətinə düzgün əməl olunmayıbsa, qəbri açmaq caiz, bəlkə də vacibdir. Qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, ya meyyit çürüyüb aradan getməyibsə, qəbri açıb cənazəni vəsiyyət etdiyi yerə aparsınlar.

Sual 377. Qəbrin açılmasının haramlığı hansı səbəblər əsasındadır?

Cavab: Qəbrin açılmasının haram olması səbəbi cəsədin görünməsinin və ona qarşı hörmətsizliyin haram olmasıdır. Əgər qəbrin torpağından bir miqdar götürsələr cəsəd üzə çıxmasa və camaat arasında hörmətsizlik hesab olunmasa qəbir açılmayıb və (bu iş) haram deyil. Xülasə qəbrin açılmasının haram olma səbəbi cəsədin görünməsi və ona qarşı hörmətsizlikdir. Ola bilsin ki, bu iki səbəbin hər ikisi bir yerdə və tək-tək olsun. Cəsədin görünməsi səbəb olsun, ya da tək hörmətsizlik səbəb olsun.

MEYYİTƏ AİD OLAN MÜXTƏLİF MƏSƏLƏLƏR

Sual 378. Meyyitə qusl verməmişdən əvvəl məscidə qoymaq düzgündür, ya yox?

Cavab: Əgər məscidin nəcis olmasına səbəb olmazsa, heç bir maneəsi yoxdur.

Sual 379. Dünyadan gedən bir şəxsin çox imkansız və kasıb olan qohum və yaxın adamları üç, yeddi və qırx günündə xərc çəkirlər, bu xərcin hökmü nədir?

Cavab: Bu cür xərc çəkmək vacib deyil, hətta şübhəlidir. Çünki, kasıbları zəhmətə salırlar və həm də onların abır-həyası gedir.

səh:73

Sual 380. Yeddi və qırx mərasimində hansı əməlləri yerinə yetirmək lazımdır və bahalı təbii gülləri qəbir üstə aparmaq israfdırmı?

Cavab: Daha yaxşı olar ki, mərhum şəxs üçün xeyirli işlər görülsün və faydasız işlərdən çəkinib ehtiyat edilsin.

Sual 381. Yəhudi və xristian qəbristanlığının yanından keçəndə fatihə oxumaq olarmı?

Cavab: Onları nəzərdə tutub fatihə oxumaq olmaz. (Yə’ni onların ruhuna hədiyyə etmək olmaz.)

Sual 382. Tanınmayan bir cənazəni BehiĢti-Zəhrada dəfn ediblər. Onun qohumları tapılıb və Ģəhərdən kənarda yaĢayırlar. Onlar üçün qəbir üstə gediĢ-gəliĢ çətinlik yaradır, anası rahatlıq tapmır. Belə olan surətdə qəbri açıb cənazənin yerini dəyiĢmək caizdir, ya yox?

Cavab: Verilən suala əsasən əgər qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, heç bir maneəsi yoxdur.

VƏHŞƏT NAMAZI

Sual 383. Vəhşət namazında Ayətəl-kürsü hara qədər oxunmalıdır?

Cavab: Vacib ehtiyata əsasən «xalidun» kəlməsinə qədər oxunsun.

Sual 384. Vəhşət namazında «Ayətəl-kürsü» və «Qədr» surəsinin yerinə «Qul-huvəllah» oxuna bilərmi?

Vəhşət namazı üçün əcir olunmuş şəxs, əgər bu namazı vəfatın 1-ci gecəsi oxumasa, onun qəzasını yerinə yetirə bilərmi?

Cavab: Dəfn gecəsi qılınan namazın göstərişi risalədə yazılan kimidir, onu dəyişmək ya başqa cür oxumaq səhih deyil. Əgər əcir tutulan şəxs unutqanlıq və ya başqa səbəbdən dəfnin birinci gecəsində vəhşət namazını qılmasa, gərək pulu əcir tutana qaytarsın və onun razılığını ələ gətirsin. Onun qəzaya getməsinə aid bir dəlil nəzərə çatmamışdır.

Əgər birinci rəkətdə Ayətəl-kürsünü yaddan çıxartsa, ya ikinci rəkətdə İnna-ənzəlna surəsini on dəfədən az oxusa, vəhşət namazı caiz deyil, əcir tutulduğuna görə gərək həmin gecə təkrar etsin.

səh:74

NAMAZIN ŞƏRTLƏRİ

Namazın vaxtı

Sual 385. Aylı gecələrdə sübh azanından sonra sübh işığı ay işığına qalib gələn vaxta kimi sübh namazını təxirə salmaq olarmı?

Cavab: Bizim nəzərimizə görə sübh namazının vaxtı(1) dan yeri sökülən zamandır, istər dan yerinin sökülməsi görünsün, ya görünməsin və aylı gecəylə qaranlıq gecə arasında bu cəhətdən bir fərq yoxdur. Əlbəttə, dan yerinin sökülməsinə yəqinlik olmalıdır. Şübhə ilə sübh namazına başlamaq olmaz.

Sual 386. Zöhr və əsr namazlarının vaxtı qüruba qədərdir, ya məğrib azanına qədər?

Cavab: Məğrib azanına qədər.

Sual 387. Namaz və Orucun vaxtı barəsində İran İslam Respublikası tele-radiosundan yayımlanan azana əməl etmək olarmı?

Cavab: Yayımlanan ərazidə və yaxın üfüqdə olanlar İran İslam Respublikasından adından yayımlanan azana əməl edə bilərlər.

Sual 388. Siz İran universitetinin hazırladığı şər’i saatlara əməl etməyə icazə verirsinizmi?

Cavab: Sübh vaxtı ilə əlaqədar olan vaxtla radio proqramının düzgünlüyünə yəqini olan şəxslərin, ona əməl etməyinin eybi yoxdur.

Sual 389. İsveçrənin bə’zi yerlərində 52 gün müddətində günəş qürub etmir. Bə’zi məntəqələrdə isə günün uzunluğu 23 saatdır.

Digər məntəqələrdə günün uzunluğu 17 saatdır. Bu məntəqələrdə müsəlmanların namaz və oruc barədə vəzifələri nədir?

Cavab: Birinci halda namaz və oruc vaxtları ölçü üçün olaraq gecə və gündüzləri təqribən bərabər olan tanınmış ölkə və şəhərləri (Məkkə və Mədinə ) qərar versin. Yə’ni zöhr və əsr namazını qılsın və altı saatdan sonra məğrib və işa namazlarını qılsın. On bir saatdan sonra sübh namazını qılsın. Orucu da həmin ölçüyə əsasən tutsun.

səh:75


1- [13] Fəcri sadiqin göründüyü zaman (fəcri sadiq–gecə və qaranlıq pərdənin qiblə tərəfdən üfüqü surətdə ağarmasına deyilir.)

Həmin halda vətənini və şəhərini ölçü götürə bilər. Məsələn, əgər Tehrandan gedibsə zöhr və əsr namazını Tehranın zöhr azanı ilə, sübh namazını sübh azanı ilə, məğrib və işa namazlarını məğrib və işa azanı ilə qılsın. Orucu da həmin ölçü ilə tutsun.

Eyni halda həmin məntəqəyə olan səfər lazımı bir səfər deyilsə, elə bir məntəqəyə səfər etsin ki, ibadətləri öz şər’i vaxtlarında icra edə bilsin.

İkinci və üçüncü halda sübh namazını günəşin qalxmasından əvvəl qılsın. Zöhr və əsr namazlarını günün ikinci hissəsində (günortadan sonra) qılsın. Məğrib və işa namazlarını isə qürubdan sonra qılsın. Orucu da vaxt uzun olsa da sübh azanından əvvəl qüruba qədər tutsun. İkinci halda günün uzunluğu 23 saatdır. Əgər səfər lazımı bir səfər deyilsə, mümkündür ki, bir məntəqəyə səfər etsin ki, gecə daha uzun olsun və namazlar arasında daha böyük fasilə ilə namaz qılsın və oruc tutsun.

Sual 390. Sübh namazı nə vaxt qəzaya gedir?

Cavab: Günəş üfüqü namaz qılınan yerdə görünən vaxt sübh namazı qəza olur.

Sual 391. Əgər insan sübh namazına yaxın bir vaxtda oyansa, bilsə və ya ehtimal versə ki, ikinci dəfə yatsa namazı qəzaya gedəcəkdir, onun yatması caizdirmi?

Cavab: Verilən suala əsasən, əgər yatmaq namaza e’tinasızlıq və onu yüngül saymaq olmasa, təkrar yatmağın heç bir maneəsi yoxdur və haram deyil.

Sual 392. Qonağı və ailə üzvlərini namaza oyatmaq lazımdırmı?

Cavab: Yuxu halında vəzifə götürülür. Amma onları oyatmamaq namaza ehtiramsızlıq və yüngüllük gətirərsə, onları oyatsın və əgər onların özü razılaşsa oyatmağın heç bir maneəsi yoxdur.

Sual 393. Zöhr namazının vaxtının keçdiyini güman edən bir şəxs əsr namazı niyyət edib, namazdan sonra zöhr namazı üçün ən azı bir rəkət namaz qılmaq miqdarında vaxt qalıb. Qıldığı namazı zöhr niyyətinə döndərib əsr namazını təkrarən qılsın, ya başqa bir vəzifəsi vardır?

Cavab: Zöhr namazını əda niyyəti ilə qılsın və qəza olmamışdır. Lakin müstəhəbb ehtiyat odur ki, əda və qəza niyyəti etməsin.

səh:76

Yaxşıdır ki, zöhr, ya əsr niyyəti də etməsin, dörd rəkət qürbət qəsdi ilə qılsa kifayətdir.

Sual 394. Adətən işə vaxtında hazır olan fəhlələr vaxtın daxil olmasına yəqinlik tapmadan təkcə saata baxmaqla, ya azanı eşitməklə namazlarını qılırlar, bu səhihdirmi?

Cavab: Əgər vaxtın daxil olmasına yəqinlik tapsalar, ya iki adil şəxs şahid olub vaxtın daxil olmasına şəhadət versə, ya vaxtı tanıyan inanılmış müəzzin azan versə namaz qıla bilərlər, amma vaxtın daxil olmasına şəkk etsələr gərək səbr etsinlər.

Sual 395. Namazdan əvvəl, ya namaz vaxtında qonaq gəlsə namazı əvvəl vaxt qılmağa hazırlığı yoxdursa, ya bir səbəbə görə namaza hazır deyilsə ev sahibi onu qəbul edib onunla söhbət edir. Bu vaxt ev sahibi namazı vaxtında qılsın, ya daha yaxşıdır ki, qonağı qəbul etməyə məşğul olsun və namazı vaxtından sonraya saxlasın?

Cavab: Ümumi halda bütün namazlarda fəzilət budur ki, namaz ya əvvəl vaxtında, ya əvvəl vaxtına yaxın qılınsın (xüsusi hallar istisna olmaqla). Bunun üçün namazı qabağa salıb vaxtında qılmaq fəzilətlidir. Amma bir müsəlmanın istəyini yerinə yetirən vaxtda namazı qabağa salmaq əfzəl deyil, bu vaxt qonaq və başqaları arasında heç bir fərq yoxdur.

Sual 396. Namazını axır vaxtda qılan bir şəxs namazını aram və müstəhəbbi işləri yerinə yetirməklə qılsa namazın bir hissəsi vaxtdan keçir. Bu halda vəzifə nədir?

Cavab: Verilən suala əsasən vaxt az olduğu üçün gərək namazın müstəhəbbilərini tərk etsin, ən azı vacibatla kifayətlənsin və namaza qalan vaxtda namazı yerinə yetirsin. Müstəhəb işləri yerinə yetirsə günah etmişdir, amma namazı batil deyil.

NİYYƏT

Sual 397. Namaz qılan bir şəxs namaz əsnasında namazı kəsməyi ya şəkk etməyi qərara alsa, lakin bu niyyətindən yayınsa və namazı tamamlasa namazında bir səhv varmı, ya düzgündürmü?

Cavab: Verilən suala əsasən namazı kəsmək, ya şəkk etmək qəsdindən yayınsa, sonradan qıldığı hissələri əvvəlki niyyətlə qılıb tamamlasa səhihdir. Yaxşı olar ki, namazı tamamladıqdan sonra onu təkrarlasın.

səh:77

Sual 398. Bir şəxs namaza başlamazdan əvvəl niyyət etsə ki, məsələn telefon zəng çalsa, ya qapını döysələr və ya uşaq başqa bir yerə getsə namazını kəssin. Bu niyyətlə namaza başlayıb namazını tamamlasa səhihdirmi? İbrahim (ə) məqamı kimi camaatın çox olduğu müəyyən izdihamlı yerlərdə ki, adətən namaz tez-tez kəsilir, namaz qılmaq səhihdirmi?

Cavab: Verilən suala əsasən “rəcaən”, yəni maneə yaranmaması niyyəti ilə namaza başlasa və bir maneə qarşıya çıxmasa, namaz tamamlansa səhihdir.

Sual 399. Əgər namaz halında bir şəxs qıldığı namazın zöhr, əsr, məğrib ya işa namazı olduğuna şəkk etsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən niyyətini zöhr, ya məğrib namazına qoysun və namazı tamamlasın; məxsusi vaxtda olmasa sonrakı namazını qılsın.

QİBLƏ

Sual 400. Mən dostumun mənzilinə daxil oldum, namaz qılmaq üçün qibləni soruşdum. O bir tərəfi müəyyənləşdirdi. Mən qibləni dəqiq müəyyənləşdirməli olduğumu bilmədən namaz qıldım. İndi namazın hökmü nədir? Gələcəkdə belə bir iş qarşıya çıxsa mənim vəzifəm nədir?

Cavab: Əgər ev sahibinin dediyindən xatircəmlik əldə etmisinizsə, namazınız düzgündür. Hər halda, imkan daxilində bunun əksinə bir şey bilsəniz bu halda istisnadır.

Qibləni tapmaq vacibdir. İmkansızlıq və namaz vaxtı dar olduqda yüksək zənn ilə kifayətlənin. Əgər ev sahibinin dediyindən qiblənin tapılmasında güman əldə etsəniz, lakin başqa yolla məsələn, qiblənamə ilə, daha güclü güman əldə etsəniz ev sahibinin sözü ilə kifayətlənə bilməzsiniz.

Sual 401. Qibləyə tərəf olması ixtilaflı olan və istiqamətini dəyişmək çətin olan bir taxtın üstündə namaz qılmağın hökmü nədir?

Cavab: Sualda deyilən halda mümkün qədərində qibləyə tərəf namaz qılsın. Lakin namazı bir istiqamətə qılsa və deyilməsə ki, üzü qibləyə qılındı, namazı üzü qibləyə təkrarlasın və ya qəza etsin.

Sual 402. Əgər xəstə dəyəcək zərərin qorxusundan namazı qibləyə tərəf qılmasa və namaz başa çatandan sonra bilsə ki, lazımsız halda qorxub, onun vəzifəsi nədir?

səh:78

Cavab: Gərək təkrarlasın.

Sual 403. Xəstə üçün qiblə istiqamətində namaz qılmaq mümkün deyilsə, başqa istiqamətlərin onun üçün fərqi varmı?

Cavab: Verilən sualda qibləyə yaxın olan hər hansı bir istiqamətə namaz qılsın Hər halda qibləyə qılmadığı namazları təkrarlayıb qəza etsin.

Sual 404. Xəstəlik nəticəsində bir nəfərin başı təmamilə çevrilib üzü arxaya dönüb. Namazda onun vəzifəsi nədir?

Cavab: Gərək üzü qibləyə olsun və üzü qiblədən dönməyən halda ruku və səcdələri işarə ilə yerinə yetirsin.

Sual 405. Xəstəlik ucbatından həmişə üzü üstə yatan bir şəxsin namazda üzü qibləyə olmasında vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən başı qibləyə tərəf olan halda yatsın.

Sual 406. Qiblə barəsində sözü e’tibarlı olan mənzil sahibinin sözünə kifayətlənib namaza başlamaq olarmı?

Cavab: Əgər onun dediyinə xatircəmlik hasil olsa, ona əməl etməyin bir maneəsi yoxdur.

NAMAZ QILANIN BƏDƏNİ VƏ PALTARI

Sual 407. Bir nəfər xüms vermir və özü üçün xüms ili tə’yin etməyib. Aldığı paltarla namazı səhihdirmi?

Cavab: Xüms düşən pulun xümsünü verməsə onunla aldığı paltarda namaz batildir. Qəsbi paltar hökmündədir.

Sual 408. Qadın namaz qılmaq üçün çadra geyməlidirmi? Ya çadranı əvəz edən yaylıq və adi paltarla namaz düzgündürmü?

Cavab: Qadın namaz qılmaq üçün Tovzihul-məsaildə deyildiyi kimi bədənini örtməlidir. Örtüyün çadra olması şərt deyil. Amma çadra daha yaxşıdır. Əgər çadrasız bədənin quruluşu görünərsə, icazə müşküldür. İstər namazda, istərsə də başqa hallarda qadınların çadradan istifadə etməsi layiqlidir. Xüsusən çadra İran İslam ölkəsində İslamın nişanələrindəndir.

Sual 409. Bir nəfər nəcis olmuş paltarını yuyub və onun pak olmasını yəqin edib. Namaz qılandan sonra başa düşüb ki, təmiz olmayıb. Namaz düzgündürmü?

Cavab: Vacibi ehtiyata görə namazı təkrarlasın, əgər vaxtı keçibsə qəza etsin.

səh:79

Sual 410. Əgər qadın kofta, şalvar, corab və yaylıqla (çadrasız və örtüksüz) namaz qılsa namazı düzgündürmü?

Cavab: Çadradan istifadə etməsi daha yaxşı olar. Başqa halda əgər kofta, şalvar, və onlara oxşar şeylər bədəninin formasını üzə çıxarsalar, baxmayaraq ki, naməhrəmin olmadığı bir yerdədir, bu işdə icazə çətin məsələdir.

Sual 411. Bir nəfər iynə vurub, yerindən bir qədər qan gəlib, onu pambıqla təmizləyib və qurudub. Namaz vaxtı onu yumağı yaddan çıxarıb. Namazı duzgündürmü?

Cavab: Əgər qanı pambıq və quru parça ilə qurudubsa, nəcis olan yer dirhəmdən artıq deyilsə, eybi yoxdur. Yox əgər qanı spirtli pambıqla və ya yaş əskiylə təmizləsə, namaz əsnasında ya da namazdan sonra yadına düşsə, gərək yuduqdan sonra namazı təkrarlasın.

Sual 412. Bir nəfər müəyyən səbəbdən sidiydən sonra özünü yuya bilmir. Bir parça ilə təmizləsə namaz qıla bilərmi?

Cavab: Suyun ona zərəri olduğu halda qurutmaqla namaz qıla bilər. Lakin həmin yer nəcisdir, yalnız su ilə təmizlənər.

Sual 413. Sü’ni dişlər ağız qanı ilə nəcis olubsa, namaz üçün onu təmizləmək lazımdır, ya yox?

Cavab: Əgər ağız bayır tərəfdən təmizdirsə, namaz düzgündür.

Sual 414. Dişimi düzəltdirərkən ağzım nəcis olub, namaz üçün ağzımı yumalıyammı?

Cavab: Əgər ağız xaricdən təmizdirsə namaz düzgündür.

Sual 415. Bir nəfər xəstəlik üzündən hər axşam möhtəlim olur(1). Hər gün qusl edib paltarını dəyişə bilmir. Təyəmmüm edib nəcis paltarla namaz qıla bilərmi?

Cavab: Qusl etməyə imkanı olmadıqda uzun bir müddət olsa da, vəzifəsi təyəmmüm etməkdir. Lakin namaz üçün paltarını dəyişib pak paltarla namaz qılmalıdır. Əgər nəcis paltardan başqa paltarı olmasa Tovzihul-məsailin 803-cü məsələsində lüt halda namaz qılmaq barəsində göstərişə əməl etsin. Əgər soyuq və başqa bir səbəbdən lüt halda namaz qıla bilməsə həmin nəcis paltarla namaz qılması düzgündür.

səh:80


1- [14] Yə’ni öz başına yuxuda olarkən cənabətli olur.

Sual 416. Xaricdən bir hissəsi dəri olan paltar və ayaqqabılar gətirilir. Lakin sü’ni və təbii dəri olmasını, əti haram və ya halal olan heyvanların dərisi olmasını bilmirik. Belə paltarları geymək və onlarla namaz qılmağın hökmü nədir?

Cavab: Verilən sualda sü’ni dəri olması ehtimal olunursa pak hökmündədir. Onlarla namaz qılmağın maneəsi yoxdur.

Sual 417. Bədənin formasını göstərən paltarla qadınların namaz qılmağı səhihdirmi?

Cavab: Qadınların bu cür paltarla namaz qılmaları səhih deyil.

Sual 418. Əgər qadın qolu qısa köynəklə namaz qılsa, amma çadrası onun qolların örtürsə eybi varmı?

Cavab: Eybi yoxdur.

Sual 419. Namaz halında bir qadının baş tükü görünürsə və özü xəbərdar deyilsə ona demək lazımdırmı? Namazı düzgündürmü?

Cavab: Ona demək vacib deyil, tükünün göründüyünü bilməyənə qədər namazı səhihdir.

Sual 420. Əgər bədən və paltar nəcis olsa, paklamaq üçün vaxt olmasa vəzifə nədir?

Cavab: Verilən suala əsasən əgər bədən və libası paklamaq, ya dəyişməklə namaz qəzaya gedərsə, nəcis paltar və bədənlə övrətini örtməklə namazı qılsın və səhihdir. Əgər libasını təmizləsə, ya dəyişsə ən azı namazın bir rəkəti vaxtında qılınarsa, gərək əvvəl libasını paklayıb, ya dəyişdirib sonra namaz qılsın.

Sual 421. Bir şəxsin biri nəcis və biri pak olan iki libası vardır. Səhvən pak libasın yerinə nəcis libas geyinib namaz qılıb, sonradan səhvi mə’lum olub, onun namazının nə hökmü vardır?

Cavab: Verilən suala əsasən qıldığı namazlar səhihdir.

Sual 422. Döşək ağı, paltar, və xəstənin yanında olan tibbi vəsaitlər nəcisdir və ya nəcis olmaları ehtimal olunursa, xəstə üçün onları əvəz etmək qeyri-mümkün və çətindirsə onlarda namaz qılmağın hökmü nədir?

Cavab: Bu halda onlarla namaz qılmaq Tovzihul-məsailin 860-cı məsələsinə uyğun olaraq eybi yoxdur və düzgündür.

Sual 423. Dəri altından qanaxma narahatlığına düçar olan bir xəstədə hərdən bir müxtəlif səbəblərdən qan dərinin üstündən axır. Qan axan halda namazın və 3 növdə olan paklığın hökmü nədir?

səh:81

Cavab: Bu cür qanaxmanın namazın düzgünlüyünə maneçiliyi yoxdur. Təharəti də qan axmayan bir vaxtda yerinə yetirsin. Qanaxma baş verdikdə isə təkrar etsin.

Sual 424. Qalstukla namaz qılmağın hökmü nədir?

Cavab: Qalstuk xaçpərəstlərə aiddir, onların nişanəsi olduğu üçün müsəlmanların ondan çəkinməsi daha yaxşıdır. Baxmayaraq ki, müsəlmanlar arasında yayılması ilə o keyfiyyətini itirib. Buna görə də indi onunla namaz qılmağın eybi yoxdur.

Sual 425. Qızıl dişin zinət üçün vurulması halaldır, ya haram?

Cavab: Kişinin qızılla bəzənməsi bütün hallarda haramdır. Onunla namaz qılmaq qeyri-qanunidir.

Sual 426. Kişilərin dişlərinə qızıl qalpaq salmalarının bir maneəsi varmı? Bu cür şəxslərin namazının hökmü nədir?

Cavab: Əgər bəzək üçün yox, dişləri düzəltmək üçündürsə eybi yoxdur.

Sual 427. Kişilərin platin üzükdən istifadə etməsi haramdırmı? Onunla namaz qılmaq düzgündürmü?

Cavab: Əgər platin qızıl olmayan başqa bir filiz hesab olunursa, ya da onun qızıl olması şübhəlidirsə ondan istifadə etməyin maneəsi yoxdur, onunla namaz qılmaq da düzgündür. Əgər qızıl növündən olsa kişilərin ondan istifadə etməsi haram və namazı batildir.

Sual 428. Aşkardır ki, bir çox ailələr səhv adətə görə öz kürəkənlərinə qızıl üzük, qızıl saat, qızıl boyunbağı ya da xaç hədiyyə verirlər. Onlar da bu hədiyyələrdən istifadə edirlər. Zəhmət olmasa deyin bu şeyləri düzəltmək və onları hədiyyə etməyin nə hökmü var?

Cavab: Kişilərin qızıl üzükdən və başqa qızıl bəzək əşyalardan istifadə etməsi haram və onlarla namaz qılmaq batildir. Onların düzəldilməsi kişilərlə qadınların müştərək istifadəsi üçün deyilsə, onların alqı-satqısı və hədiyyə verilməsi haramdır.

NAMAZ QILARKƏN NƏCİS BİR ŞEYİN İNSANDA OLMASI

Sual 429. Əgər xumsu verilməmiş pul dəsmal və bu kimi şeylər ya namaz qılanın üstündə olsa onun namazı batildirmi?

Cavab: Batil olmaz.

Sual 430. Ana, bədəni nəcis olan uşağını namaz qıldıqda qucağına alsa namazında çatışmazlıq meydana gələrmi?

səh:82

Cavab: Uşağın bədənində nəcasət və ya təklikdə eyib yerlərini örtə biləcək nəcis bir paltar olmasa eybi yoxdur.

Sual 431. Sü’ni əl və ya ayağın nəcis olmasının namaza maneçiliyi varmı?

Cavab: Eybi yoxdur.

NAMAZ QILANIN YERİ

Sual 432. Atam xums vermir. Onun evində və ya palazının üstündə namaz qıla bilərəmmi?

Cavab: Əgər xumsun evin torpağına, ya palaza aid olub-olmadığını bilməsəniz namaz qılmağın eybi yoxdur.

Sual 433. Bir nəfər indiyə qədər xums verməyib və indi də vermir. Onun evinə daxil olub mənzilində olan palazın üstündə namaz qılmağımıza, ya evində dəstəmaz alıb qusl etməyimizə icazə varmı?

Cavab: Qohumluq əlaqələrinə görə, düz yola çağırmaq və yaxşı işlərə əmr etmək üçün daxil olmağın heç bir maneəsi yoxdur. Əgər mənzilində, palazında və həyətində xumsun olmasına yəqinlik olmasa orada namaz qılmağın eybi yoxdur. Su da mübah olsa onunla dəstəmaz və qusl almaq düzgündür.

Sual 434. Bir qadın lazımi vəzifələrindən boyun qaçırdığı üçün naşizə (itaətdən boyun qaçıran) olub. Şəriətin hökmünə uyğun olaraq xərclik, paltar və məskən haqqı olmadığı halda ərinin evində ərinin aldığı paltarla namaz qılması düzgündürmü?

Cavab: Bu halda əgər əri razı olmasa namazı batildir.

Sual 435. Bir mənzil bir neçə varisə aiddir. Digər varislərin razılığı olmadan varislərdən birinin orada namaz qılması düzgündürmü?

Cavab: Ümumiyyətlə müştərək olan ev və mülklərdə başqa şəriklərin icazəsi olmadan namaz qılınmasına və başqa şəkildə istifadə etməsinə icazə verilmir, orada namaz qılmaq batildir.

Sual 436. Qardaşlarım mənim və digər bacılarımın miras payımızı verməyiblər. Razı olmadığımız halda bütün evdən istifadə edib orada oturublar. Onların həmin evdə namaz qılması düzgündürmü?

Cavab: Digər şəriklərin razılığı olmadan müştərək maldan istifadə etməyə və orada namaz qılmağa icazə yoxdur. Orada qılınan namaz da batildir.

səh:83

Sual 437. Qəbristanlıqda namaz qılmağa icazə varmı?

Cavab: Maneəsi yoxdur, amma məkruhdur.

Sual 438. Ümumi və ya dövlət namazxanalarında namaz qılmağa icazə varmı?

Cavab: İcazə verilir.

Sual 439. Xəstəxana taxtı üzərində namaz qılmaq düzgündürmü?

Cavab: Bir halda ki, taxt tərpənmir, səcdə yeri sabit və dəyişməzdirsə onun üzərində namaz qılmağın heç bir maneəsi yoxdur.

Sual 440. Bir müddət əvvəlki rejimin əsil sahiblərindən alıb əkinçilərə verdiyi torpaqda bu məsələyə diqqət vermədiyim halda namaz qılmışam. İndi isə xəbərdar olmuşam, keçmiş namazların hökmü nədir?

Cavab: Əgər hamılıqla məsələnin hökmündən xəbərsiz olmusunuzsa keçmiş namazlar düzgündür və qəzası yoxdur.

İndi isə bilirsiniz riayət edin və namaz yeri üçün icazə əldə edin. Həzrət İmam Xomeyninin (r) vaxtında əkinçilərin yuxarıdakı torpaqlara sahibkarlığı təkrar hökümlə bəyənildi. Ondan sonra qılınan namazlar düzgündür.

Sual 441. Üzərində Qur’an ayələri yazılmış səccadə və xalçaların üzərində namaz qılmağın hökmü nədir? Çünki, oturduqda və ya səcdəyə gəldikdə Qur’an ayələri ayaq altında qalır.

Cavab: Əgər bilərəkdən və e’tinasızlıq üzündən onu ayaqlayırsa Qur’anı təhqir etməkdir. Buna icazə verilmir. Bundan əlavə namazın da eybi var.

Sual 442. Musiqi səsi eşidilən yerdə namaz qılmaq düzgündürmü?

Cavab: Tar və başqa əyləncə alətlərindən istifadə olunan (namaz qılanın eşitdiyi halda belə) yerdə namaz qılmaq batildir. Əgər namaza başladıqdan sonra əyləncə məclislərinə münasib olan həyəcanlandırıcı musiqi səsi eşidilsə və namaz qılan şəxs qulaq asmasa namazı düzgündür. Amma namaza başlamazdan əvvəl başqa yerdən səs eşidilsə imkan daxilində namazı başqa yerdə qılmalıdır.

Sual 443. Mənzilin yeri və xalça mübahdır, amma xalçanın altında olan qəsbidir, onun üzərində namaz qılmağın hökmü nədir?

Cavab: Qəsbi bir şeyin üzərində əgər bir vasitə ilə olsa da oturmaq və qalxmaq caiz deyil. Onun üzərində namaz batildir.

səh:84

Sual 444. Mənim qeyri-şər’i (haram) yolla pul qazanan dostum və bir qohumum vardır. Həmin pulla mənzil və xalça alıb, bizi də’vət edir, ya qohumluğa görə onun mənzilinə gedirik. Onun mənzilində namazımızın nə hökmü vardır?

Cavab: Yerin və xalçanın haram olmasını bilməsəniz namaz qılmağın eybi yoxdur.

Sual 445. Bir şəxs məsciddə camaat namazında yer saxlayıb və çölə çıxıb. Camaat namazı başlayana kimi qayıtmamışdır, camaat namazı başlananda onun haqqı o yerdən götürülürmü və başqaları o yerdən istifadə edə bilərmi?

Cavab: Camaat namazı başlayandan sonra ehtiyat odur ki, İmam birinci rəkətin rükusuna gedənə qədər onun yerini tutmasınlar. Bəli, əgər birinci cərgədə yer tutubsa birinci rükuya qədər səbr etmək cərgənin birləşməsində ixtilafa səbəb olar, bu surətdə səbr etmək lazım deyil.

səh:85

MƏSCİDİN HÖKMLƏRİ

Sual 446. Məscidə bitişik olan bir torpağı məscid tikmək üçün tə’yin ediblər. Tə’yin edənlər peşman olmasın deyə, bir nəfər orada iki rəkət namaz qılıb. Bu torpaq məscidin bir hissəsi hesab olunur, ya yox?

O yerin altında əl-üz yuyulan yer düzəltmək və ya məscidin xərclərini ödəmək üçün icarəyə vermək olar, ya yox?

Cavab: Məscid üçün ayrılmış torpağı məscid olması məqsədi ilə hasar çəkib namaz qılanların öhdəsində qoyublarsa, bir nəfər vəqf edən və ya vəqf edənlərin icazəsi ilə orada namaz qılsa vəqf olunma dəqiqləşir. Bu halda ondan yalnız məscid kimi istifadə etməyə icazə var. Onun altında əl-üz yuyulan yer və başqa şeylər düzəltmək olmaz. Amma vəqf edən şəxs əvvəldən məscid üçün vəqf etməyibsə, bu hal istisnadır.

Əgər vəqf edən icazə verməyibsə və həmin şəxs icazəsiz namaz qılıbsa namazı düzgün olmayıb, vəqf dəqiqləşməyib. Bu halda ixtiyar vəqf edən və məscidin şura üzvlərinindir. İstədikləri kimi ondan istifadə edə bilərlər. Edə bilərlər ki, bir mərtəbəsini məscid üçün və zirzəmisini isə əl-üz yuyulan yer və başqa şeylər üçün istifadə etsinlər.

Sual 447. Vəqf olunmuş yeri icarə edib məscid tikmək düzgündürmü?

Cavab: Heç bir maneəsi yoxdur, əgər elə tiksələr ki, adətə uyğun ona məscid desinlər, zahirən icarə müddətində məscid hökmündədir.

Sual 448. Bir yeri uzun müddətə icarə edib orada məscid tikmək səhihdirmi? Səhih olan halda məscidin hökmləri ona aid olurmu?

Cavab: Namazxana məqsədi ilə yer icarə etməyin eybi yoxdur. Camaat arasında ona məscid deyilsə, zahirən icarə müddətində məscid hökmləri ona aiddir. Uzun müddətlə qısa müddət arasında bir fərq yoxdur.

Sual 449. Bir qədim qəbristanlıq vardır və daha orada heç kimi dəfn etmirlər, orada məscid tikmək caizdirmi? Əgər tikilsə orada namaz qılmaq səhihdirmi?

Cavab: Əgər qəbristanlığın ölülərin dəfni üçün vəqf olunduğu sabit olsa, orada məscid tikmək caiz deyil. Orada məscid adı altında

səh:86

bir bina tiksələr də belə məscidin hökmləri ona aid deyil. Həmin binada namaz qılmağın maneəsi yoxdur, amma məsciddə qılınan namazın savabı da orada keçirilən ibadətlərə aid olmur.

Sual 450. Bir şəxs neçə il əvvəl öz torpağında məscid tikib, orada camaat namazı və başqa işlər yerinə yetirilib. İndi camaat çoxalıb məscidi genişləndirməyə ehtiyac var. Amma məscidi tikən özünü məscid sahibi bilir və deyir ki, məscidin yeri mənim adımdadır, icazə vermirəm. Şər’i cəhətdən icazə verməməyə haqqı varmı?

Cavab: Verilən suala əsasən vəqf dəqiqləşib və istifadəyə qoyulub. Vəqf edənin daha onda bir ixtiyarı yoxdur. Məscid torpağının sənədinin kimin adına olması haqq, ya ixtiyar sahibi olmasına səbəb olmur. Məscidi genişləndirmək və yenidən tikmək zərurətdirsə, söküb və genişləndirməyin eybi yoxdur. Hətta yaxşı və savablı bir işdir. Vəqf edənin də mane olmağa haqqı yoxdur.

Sual 451. Əhali bir yeri alıb onun zirzəmisini məscid adına düzəldiblər. Neçə ildən sonra zirzəmidə qılınan namazı onun üst təbəqəsinə köçürüb və neçə il də üst təbəqədə namaz qılıblar. Məscidin zirzəmisini anbar adı ilə icarə veriblər, onun icarə haqqını alıb məscidə sərf ediblər. Məscidin xüsusi sahibinin olmadığını nəzərə alaraq o məkanda namaz qılmaq olarmı? Bu binanın məscid hökmü varmı və məscidin hökmləri ona aiddirmi? Həmçinin onun alt təbəqəsini icarəyə vermək səhihdirmi?

Cavab: Bəli, verilən suala əsasən məscid adıyla tikildiyinə görə məscid hökmündədir.

1. Suala əsasən oranı məscid adı ilə tikdikləri üçün məscid hökmü daşıyır.

2. Məscid adıyla tikilən zirzəmini icarəyə vermək səhih deyil.

3. Vücuhatdan(1) xərclənən şeylərə görə icarə verən ehtiyata əsasən razılıq edib, halal etsin, ehtiyata əsasən qalan şeylər də onun icazəsi ilə həmin məscidə çatsın. Əgər icarə verən bu xərclərə razı olmasa icarəyə götürən şəxs hər yolla onun razılığını ələ gətirsin.

səh:87


1- [15] Xums.

Sual 452. Məscidin damında kitabxana ya müxtəlif işlər üçün bir otaq və ya məscidin altını qazıb məscid üçün anbar və ya çayxana tikmək caizdirmi?

Cavab: Məscidin damı və onun zirzəmisi adətə görə məscidə aid olan yerlər hesab olunur və məscid hökmündədir. Buna görə də qeyd olunan işlərdən heç birini görmək caiz deyil. Bəli, əvvəldən bir yeri məscid, kitabxana və başqa şeylər üçün hazırlamaq istəsələr, məsələn, bir mərtəbəsi məscid, bir mərtəbəsi kitabxana və onun zirzəmisi anbar və ya dəstəmaz almaq üçün yer düzəltmək istəsələr və bu adla tikib və vəqf etsələr eybi yoxdur və səhihdir. Bu surətdə hər yerin özünə məxsus hökmü vardır.

Sual 453. Xiyabanın kənarında bir məscid var. Yolu genişləndirmək qərara alınıb. Məscidin bir hissəsini sökmək caizdirmi?

Cavab: Məscidi sökmək heç cür caiz deyil. Məscidi məscid hökmündən çıxara bilməzlər. Əgər zərurət irəli gəlsə və ümumi müsəlmanlar məscidin sökülməsinə icazə versələr, bu surətdə camiuş-şərait müctəhidin izni ilə olsa heç bir maneəsi yoxdur.

MƏSCİDLƏ BAĞLI YENİLİKLƏR...

Məscidlə bağlı yeniliklər, tə’mir olunma, binanın təzələnməsi, genişləndirilməsi və azaldılması

Sual 454. Zəlzələ nəticəsində bir məscid dağılıb. Məscid əhli ondan iki kilometr aralıqda yeni bir məscid tikib ora köçüblər. Birinci məscidin tə’miri üçün nəzərdə tutulan vəqflər vardır. Onlardan başqa məsciddə istifadə etmək olarmı?

Cavab: Dağılmış məscidi tə’mir etmək lazımdır. Bə’zi münasib vaxtlarda o məsciddə əzadarlıq və camaatın toplanması üçün məclislər qurmaq lazımdır ki, məscidə gediş-gəliş olsun.

Sual 455. Mədrəsə, məscid və ya hüseyniyyə tikildiyi zaman yerin altından bir meyyitin sümükləri tapılıb. Sümüklərin tapılması həmin yerdə köhnə qəbristanlıq olmasına sübutdurmu?

Cavab: Bir sümüyün tapılması o yerin qəbristanlıq olmasına sübut deyil. Deyilən halda sümüyü torpağın altında və ya başqa yerdə basdırın.

Sual 456. Məscidi tikərkən bir neçə metr icra hakimiyyətinin qərarı ilə yola düşür, bu iş caizdirmi?

Cavab: Əgər bir zərurət olmasa caiz deyil.

səh:88

Sual 457. Məscid və Hüseyniyyəni bir-birinin kənarında tikiblər. Məscidin binasını təzələyəndə Hüseyniyyənin bir otağını məscidə qatıblar. Bu iş şə’rən caizdirmi? Bu otaq məscidin bir hissəsi hesab olunurmu, məscid hökmü varmı?

Cavab: Hüseyniyyəni məscidə qatmağın eybi var, məscidin bir hissəsi hesab olunmur və məscid hökmü də yoxdur.

Sual 458. Came məscidin yüz metrliyində istifadə olunmayan dağıdılmış bir məscid vardır. Bu məscidə nəzir-niyaz vermək səhihdirmi?

Cavab: Bu məscidi tə’mir etmək lazımdır. Orada namaz qılmağa riayət etmək daha yaxşıdır.

Sual 459. Bu məscidi tə’mir etmək Came məscidinə zərər yetirərsə, tə’mir və orada camaat namazı qılmağın nə hökmü vardır?

Cavab: Sə’y olunsun ki, Came məscidinə heç cür zərər yetirilməsin.

Sual 460. Bir məscidi genişləndirməyə ehtiyac var. Onun bir tərəfi ümumi küçədir. Məhəllə camaatı küçənin məscidə qatılmasına razıdırlar. Başqa tərəfi əvvəllər məscid üçün alınmış yaşayış evidir. Ümumi küçənin istiqamətini dəyişib yolu o evdən salmaq caizdirmi?

Cavab: Daha yaxşıdır ki, alınmış evi məscidin bir hissəsi etsinlər və ümumi küçəni öz keçmiş vəziyyətində olduğu kimi saxlasınlar.

Sual 461. Tə’mirə çox ehtiyacı olan bir məscid vardır. Fitrə-zəkatı onun tə’mirinə sərf etmək olarmı?

Cavab: Daha yaxşıdır ki, fitrəni məhəllə fəqirlərinə sərf etsinlər, amma zəkatı məscidə və onun kimi yerlərdə xərcləməyin maneəsi yoxdur.

MƏSCİDİ BAŞQA YERƏ DƏYİŞMƏK

Sual 462. Sahiblərinin gücünə bir məscidin tikilməsi iddia olunur, onun yeri də çox soyuqdur, Sentyabr ayından sonra orada namaz qılmaq olmur, onu qızdırmaq da mümkün deyil. Bu məsciddən iki yüz metr aralı başqa bir münasib məscid vardır. Məscidi söküb onun yerini əkin yeri edib, gələn gəliri yeni məscidə sərf etmək olarmı?

səh:89

Cavab: Məscidi heç bir adla və heç bir şərait altında sökmək düzgün deyil və daha yaxşıdır imkan olan surətdə namaz o məsciddə qılınsın.

Sual 463. Heç bir ehtiyac və zərurət olmadan yaşıl meydan yaratmaq üçün məscidi sökmək isətyirlər. Qeyd olunan halda məscidin qalması mümkündürsə, bu iş caizdirmi?

Cavab: Verilən suala əsasən məscidi sökməyə heç bir zərurət yoxdur, məqsəd meydan düzəltməkdir, şər’i göstərişlərə əsasən məscidi sökmək caiz deyil.

Sual 464. Bir kəndin içməli suyu yoxdur. Su qazma idarəsi bir yerdə dərin bir quyu qazmışdır. Sonradan mə’lum olub ki, o yerdə məscid olub və zəlzələ nəticəsində dağılıb, aradan gedib. İndi məscidin yerindən istifadə olunmur, quyudan istifadə etmək caizdirmi?

Caiz olan halda onu qorumaq üçün ətrafını hasara almaq olarmı?

Cavab: Verilən suala əsasən sudan istifadə etmək caizdir. Yerdə və quyuda boru və su motorları birləşdirmək üçün şəriət hakiminə müraciət olunsun.

Sual 465. Keçmiş vaxtlarda məscid və Hüseyniyyəni mədrəsə ediblər. Bu iş caizdirmi?

Cavab: Keçmiş vəziyyətinə qaytarmaq lazımdır.

CƏNABƏTLİ VƏ HEYZ HALINDA MƏSCİDƏ DAXİL OLMAQ

Sual 466. Şəhərlərin bə’zisində böyük salonların olmamasına görə tələbələrin imtahanlarını məsciddə təşkil edirlər. Diqqət etmək lazımdır ki, iştirak edənlərin əksəriyyəti qızlardır, onlardan da bə’ziləri aylıq-adət halında olurlar. Həmin imtahanlarda iştirak etmək məcburidir, imtahanda iştirak etməsələr onların bir illik zəhməti zay olacaqdır. Lütfən buyurun:

Məscidi qızların imtahanları üçün təşkil etmək düzgündürmü? Məsciddə təşkil olunan surətdə aylıq adəti olan qızlar orada iştirak edə bilərlərmi?

Cavab: 1) Qızların imtahanlarını təşkil edənlərə bu cəhətə riayət etmələri lazımdır. İmtahanları məsciddə yox, ən azı Hüseyniyyələrdə təşkil etsinlər.

2) Yuxarıda qeyd olunan halda, zərurət varsa məscidin içərisinə girməyin heç bir maneəsi yoxdur.

səh:90

Sual 467. Qusl edə bilməyən cənabətli şəxs təyəmmümlə məscidə daxil olub namazını camaatla qıla bilərmi?

Cavab: Əgər şər’i üzrü olan surətdə xəstəlik və ya su tapılmaması kimi hallara görə vəzifəsi təyəmmüm etmək olsa, təyəmmümlə məscidə daxil ola bilər və başqaları kimi məsciddə qala bilər. Amma əgər üzrü vaxtın azlığıdırsa, təkcə namazı qılmaq müddətində məscidə daxil ola bilər.

QEYRİ-MÜSƏLMANIN MƏSCİDƏ DAXİL OLMASI

Sual 468. Əhli-kitabdan olan dost-tanışların əzadarlıq məclislərində iştirakı üçün məscidə daxil olması caizdirmi?

Cavab: Əgər məscidə hörmətsizlik gətirməzsə onların qabağını almaq vacib deyil.

Sual 469. Bir müsəlman və xristian arasında şərikli torpaq mövcuddur, onların ikisinin razılığı ilə həmin yer məscidə verilmişdir. Qeyd olunan xristian müsəlmanların məclislərində iştirak edir, hətta atasının əza məclisini məsciddə tutmuşdur. Şər’i nöqteyi-nəzərdən bu düzgündürmü və məscidə hörmətsizlik deyilmi?

Cavab: Erməni və qeyri-müsəlmanın əza məclisini məsciddə tutmaq caiz deyil.

MƏSCİDƏ VERİLƏN NƏZİRLƏR, HƏDİYYƏLƏR VƏ VƏQF OLUNMUŞ ŞEYLƏR

Sual 470. Məscid və Hüseyniyyəyə vəqf olunmuş qabları qədim olduğu üçün yenisi ilə dəyişmək, ya satıb təzə qablar almaq olarmı?

Cavab: İstifadəyə yararsız olduğuna görə onları ehtiyac olan qablara dəyişməyin maneəsi yoxdur.

Sual 471. Bir şəxs məscid və bir kiçik mədrəsə tikib, öz əmlakında olan bə’zi şeyləri ona vəqf edir, sonradan dünyasını dəyişib. Başqa bir şəxs o ikisinin yerinə böyük bir məscid və mədrəsə tikir, ona vəqf olunmuş şeyləri bu ikisinə sərf etmək olarmı? Ya gərək fəqirlərə verilsin?

Cavab: Əgər təzə məscid və mədrəsə həmin mədrəsə və məsciddirsə, yalnız formasını dəyişibsə, vəqf olunmuş şeyləri ona sərf etmək lazımdır.

səh:91

Sual 472. Məscidin xidmətçisi iki namaz arasında məscidə kömək adı ilə pul yığır, həmin pulu İmam camaata, ya dini söhbət edənə və ya başqa cəhətlərə sərf etmək olarmı?

Cavab: Əgər pul verənlərin məqsədi məscidə aid olan xərclərə görə olsa maneəsi yoxdur.

Sual 473. Sərinkeş, çilçıraq, stəkan, nəlbəki kimi şeylər məscidə nəzir niyyəti ilə verilir. Əgər bunlara ehtiyac olmasa artıq şeyləri satıb, məscidə lazım olan sair xərcləri ödəmək olarmı?

Cavab: Başqa məscidin də ehtiyacı olmasa heç bir maneəsi yoxdur.

Sual 474. Köhnəlmiş Hüseyniyyəni tə’mir etməyə camaatın imkanı yoxdur. Ona vəqf olunmuş şeyləri onun tə’mirinə istifadə etməyə icazə verirsinizmi?

Cavab: Qeyd olunan vəqflər yalnız mərsiyə oxumaq, əzadarlıq və bu kimi işlərə xərclənmək üçün vəqf olunmayıbsa, bəlkə heç bir maneəsi yoxdur. Onlardan qeyd olunmuş Hüseyniyyə binasını tə’mir və təzələməyə sərf etmək olar.

MƏSCİDƏ AİD OLAN ƏŞYALAR

Sual 475. Qədim bir məscidi təzədən tikmək üçün sökdük; yeni məscidi tikəndən sonra iki yüz min tümən borclu qaldıq. Artıq qalan gips və dəmiri, ya məscidin ehtiyacı olmayan ağac və xalçaları məscidin borcunu ödəmək üçün satmaq olarmı?

Cavab: Artıq qalan şeyləri məscidin borcunu ödəmək üçün satmağın heç bir maneəsi yoxdur, amma keçmiş məscidin ağac və xalçalarını başqa ehtiyacı olan məscidə istifadə üçün versinlər. Heç bir məscidə ehtiyac olmayan surətdə onları da satmağın heç bir maneəsi yoxdur.

Sual 476. Kömür samovarı bir şəxs tərəfindən məscidə vəqf olunub; indi ondan istifadə olunmur. Onu satıb yerinə xalça almaq olarmı?

Cavab: Əgər başqa məscidin belə samovara ehtiyacı olsa oraya verilsin və əgər bu cür olmasa onu qazla işləyən samovara döndərsinlər. Ehtiyac olmayan surətdə onu satıb pulunu məscidin çayxanasına sərf etsinlər.

Sual 477. Məscidə və Hüseyniyyəyə aid olan əşyaları başqa bir yerə camaatın ümumi istifadəsinə aparmaq olarmı?

səh:92

Cavab: Əgər məscid və Hüseyniyyəyə aid olsa onu dəyişmək və başqa yerə aparmaq caiz deyil.

Sual 478. Bir məsciddə bə’zən namaz qılınır. Onun ləvazimatını (kərpic, dəmir, xalça kimi ) başqa məscidə aparmaq olarmı?

Cavab: Caiz deyil, gərək həmin məscidi tə’mir etsinlər. Mö’minlərə lazımdır ki, məscidin hörmətini hifz etsinlər.

Sual 479. Bir məscidin yalnız bir telefon xətti vardır və o da xadimin otağındadır. Əgər xadim olmasa heç kim camaatın zənglərinə cavab verə bilmir. O xətdən həmişə istifadə olunsun deyə, onu yaxında olan mağazaya çəkmək olarmı?

Cavab: Məscidin icma üzvləri razılaşsalar heç bir maneəsi yoxdur.

Sual 480. Came məscidi köhnəlmişdir, indi binanı təzədən tikirik. Hələlik o məsciddən və onun ləvazimatından istifadə olunmur. Məscidin əşyalarından yaxınlıqda olan məhdiyyədə istifadə etmək olarmı?

Cavab: Heç bir maneəsi yoxdur, bir şərtlə ki, təkcə məscidə istifadə olunan imkandan oraya verilsin.

Sual 481. Məscidin xalçaları köhnəlmişdir, dəyişməyən surətdə aradan gedir, onları satıb təzəsi ilə əvəz etmək düzgündürmü?

Cavab: Əgər xalçalar məscidə hədiyyə və ya mülk kimi verilibsə, onları ehtiyac olan surətdə dəyişməyin maneəsi yoxdur. Amma məscid üçün vəqf ediblərsə, şər’i icazə olmadan onu dəyişmək düzgün deyil.

Sual 482. Çay, qənd, və bu kimi şeylər məscidə çox gətirilib, bu şeylər çox qalarsa xarab olma ehtimalı vardır; onları satıb pulunu həmin məscidə sərf etmək olarmı, ya gərək başqa məscidə aparılsın?

Cavab: Əgər başqa məsciddə və ya başqa vaxt istifadə olunsa saxlamaq münasibdir.

Sual 483. Əlli il əvvəl tikilən bir məscid vardır. İndi axar selin yaxınlaşdığı yerdə olduğu üçün tə’mirə imkan yoxdur, başqa məscid tikmək və köhnəlmiş məscidin imkanlarından istifadə etmək olarmı?

Cavab: Əlli il əvvəl tikilən məscidin qalması onun köhnəlməsinə dəlalət etmir. Selin üstündə olduğu üçün selin istiqamətini dəyişmək mümkün olmayan surətdə və selin məscid üçün təhlükəli olduğu bilinsə, onun imkanlarından başqa məscid üçün istifadə edə bilərlər.

səh:93

Sual 484. Məsciddən evə möhür gətirmək və onun üstündə namaz qılmaq caizdirmi?

Cavab: Caiz deyil.

Sual 485. Məscid üçün bir torpaq sahəsi vəqf olunub ki, onun gəliri məscidə sərf olunsun. İndi yolu genişləndirərkən həmin torpaq sahəsinin bir hissəsi aradan gedib. Əgər qalan hissəsində bir ticarət, ya yaşayış binası tikilsə, tikililər də vəqfə aid olacaqmı? Ya vəqf təkcə yerə aiddir?

Cavab: Vəqf torpağın özünə aiddir. İcarəni məscidin işıqlandırılmasına sərf etmək lazımdır.

MƏSCİDDƏ NAMAZ ÜÇÜN YER TUTMAQ

Sual 486. Bir şəxs namaz qılmaq üçün məsciddə yer tutub dəstəmaz almağa gedir və başqa birisi onun canamazını kənara verib, onun yerində namaz qılmağa məşğul olur. Onun namazı səhihdirmi?

Cavab: Vacib ehtiyata əsasən namazını ikinci dəfə başqa yerdə qılsın.

MƏSCİDİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Sual 487. Yay dərslərini və kino-filmlərin nümayişini məsciddə təşkil etmək caizdirmi?

Cavab: Məscidə ehtiram lazımdır, gərək riayət olunsun. Dini dərsləri təşkil etmək məscidin hörmətinə müxalif deyil, amma bə’zi filmləri nümayiş etdirmək münasib deyil.

Sual 488. Əgər məsciddə əzadarlıq məclislərinin təşkili namaz qılanlara və namazın müstəhəbbi əməlləri ilə məşğul olanlara maneə yaradırsa, şər’i cəhətdən nə hökmü vardır?

Cavab: Namazın müstəhəbbi əməlləri həddindən artıq uzun çəkməsə düzgün deyil.

Sual 489. Bir məsciddə mədəni fəaliyyətlər və idman məşqləri yerinə yetirilir. Onun zirzəmisində kitabxana və dini kaset yerləri tə’sis olunub, vəqfə və ona vəqf olunmuşlara heç bir maneçiliyi yoxdur. Namazdan ayrı vaxtlarda qeyd olunmuş fəaliyyətlər, o cümlədən idman onun zirzəmisində yerinə yetirilir. Bu işlər haqqında öz mübarək rə’yinizi bildirəsiniz.

səh:94

Cavab: Məscidə ehtiramsızlıq və hörmətsizlik olmayan surətdə heç bir maneəsi yoxdur.

Sual 490. Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsi caizdirmi?

Cavab: Mövlud və bayramların məscid və hüseyniyyələrdə keçirilməsinin maneəsi yoxdur. Amma əl çalmaq ehtimalı olan halda qadağan edin. Çünki, bu cür müqəddəs məkanlarda əl çalmaq onların şə’ninə (yə’ni məscid və hüseyniyyələrə) hörmətsizlik gətirər.

Sual 491. Məsciddə şəkil qoymaq, insan və ya heyvan şəkli çəkməyin nə hökmü vardır?

Cavab: Məsciddə namaz qılındığına görə şəkil qoymaq məkruhdur, ehtiyat vacib odur ki, ruhu olan canlıların təsvirini məsciddə çəkməsinlər.

Sual 492. Bir məscidi təzədən genişləndirib tikiblər. Mühəndis öz malından bir miqdar xərc edib, fəhlə və bənnanın haqqı da ödənilməyib. Onlar deyirlər ki, bizim pulumuzu ödəməyənə qədər o məsciddə namaz qılınmasına razı deyilik. Xahiş edirik öz mübarək rə’yinizi bildirəsiniz.

Cavab: Məsciddə namaz qılmaq kiminsə icazəsi ilə deyil. Məscidin vəqf olunmuş şeyləri varsa, borcu ondan versinlər, əgər yoxdursa mö’minlər ödəsinlər.

Sual 493. Məscidin eyvanında yaradılan kitabxananın pilləkənləri narahat tikilib, onu düzəltmək üçün sökdük. Əlbəttə yeni formada tikmək üçün məsciddin bir hissəsini sökməli olduq. İndi başa düşürük ki, bu iş hakimi şər’in icazəsi ilə olmalıdır, Siz nə buyurursunuz?

Cavab: Pilləkəni qanuni formada düzəldin və çalışın məsciddin sökülməsinin qarşısı alınsın.

Sual 494. Bir şəxs neçə il bir məsciddə camaat namazına pişnamazlıq etmiş və ölümündən sonra oğlu bu işi davam etdirmişdir. İndi şəhərin İmam cüməsi məscidi genişləndirib və oraya təzə İmam-camaat tə’yin etmişdir. Keçmiş İmam-camaat bu işə öz narazılığını bildirir. Bu məsciddə namaz qılmağın nə hökmü var?

Cavab: Məscidin İmamı olmaq barədə heç bir kəs hüquq tapmır, kiminsə razı ya narazı olması mö’təbər deyil.

Sual 495. Məsciddə mərsiyə oxunun zaman onu kasetə yazmaq üçün məscidin elektrik xəttindən istifadə etmək olarmı?

səh:95

Cavab: Sərf etdiyi enerjinin pulunu verməmiş olsa caiz deyil.

Sual 496. Neçə il əvvəl 12 nəfər ziyarət üçün Kərbəlaya getmişlər. Müctəhid məscid hey’ətinə yadigar olaraq Həzrət Əbülfəzl (əleyhissalam) adının verilməsi hökmünü verir. Amma indi müctəhid və hey’ət üzvləri dünyalarını dəyişiblər, onların övladlarının məscidin he’yəti olmağa iddiaları varmı?

Cavab: Onların övladlarının bir haqqı yoxdur.

Sual 497. Qırx ildir məsciddə xidmətçiyəm, məscidin girişində dəfn olunmağımı vəsiyyət edə bilərəmmi?

Cavab: Caiz deyil.

Sual 498. Bir yeri məscid tikmək camaatın ixtiyarına qoydum. Bu şərtlə ki, yerin qiymətinin yarısını mənə versinlər. Amma divar götürəndən sonra işi dayandırdılar. Namaz qılanların öhdəsinə qoyulmadığı və məscid siğəsinin oxunmamasını nəzərə alsaq, o yeri keçmiş vəziyyətinə qaytara bilərlərmi?

Cavab: Qeyd olunan xüsusiyyətlərə diqqət etməklə daha yaxşıdır ki, tədricən məscid formasına gətirsinlər və ondan istifadə etsinlər.

Sual 499. Bə’zi məscidlərdə xətm və fatihə məclisləri zamanı səs paylayıcını çölə çıxardırlar. Nəzərə almaq lazımdır ki, xəstələr və qocalar səsdən əziyyət çəkirlər, bu iş düzgündürmü?

Cavab: Eybi var. (Xoşagəlməz haldır)

Sual 500. Tə’mir etmək məqsədi ilə məscidin üzərində Qur’an ayələri olan yerləri sökməyin nə hökmü vardır? Sökülən halda onların torpağını və artığını hansı yolda istifadə etmək olar?

Cavab: Tə’mir və təzədən tikmək lazım olan surətdə heç bir maneəsi yoxdur. Artıq qalan torpağını bir yerə töksünlər ki, ehtiramsızlıq olmasın, ya axar suya töksünlər və ya dəfn etsinlər və yaxud da əl çatmaz səhralara töksünlər.

Sual 501. Toy mərasimlərinin yalnız yemək məclisini məsciddə, ya Hüseyniyyədə təşkilinin eybi varmı?

Cavab: Ümumi halda məscidə ehtiramsızlıq gətirən hər bir iş haramdır. Bunun üçün təkcə kəbin və məhrəm siyğəsini oxumaq üçün məclis təşkil olunsa bir maneəsi yoxdur. Amma bu gün məşhur olan toy və nişan mərasimlərini məsciddə keçirmək caiz deyil.

Sual 502. Bir şəxs öz mülkündə məscid tikmişdir. Məscid binasının xərclərinin də çoxunu özü vermişdir və ona başçılıq etməyi

səh:96

öz üzərinə götürmüşdür. Onun nəzərinə görə səlahiyyəti olmayan bir şəxs ondan icazəsiz o məsciddə namaza imamlıq edir. Bu İmamın və ona iqtida edənlərin nə hökmü vardır, məscidi vəqf edən və başçılıq edən şəxs onu camaat namazına İmamlıq etməkdən çəkindirib, başqasını tə’yin edə bilərmi?

Cavab: Mə’mumlar İmam-camaatı adil bilsələr və ona iqtida etsələr namazları səhihdir. Məsciddə İmamlıq etməyə və namaz qılmağa görə icazəyə ehtiyac yoxdur. Heç kimin məsciddə namaz qılmağın qarşısını almağa haqqı yoxdur. İstər İmam-camaat olsun, istər qeyri İmam-camaat.

Sual 503. Üzərində göyərçin, tovuz quşunun və bu kimi heyvanların heykəlləri olan ələmi məsciddə qoymağın nə hökmü vardır. Bu ələmi satmağın və onun qarşısında namaz qılmağın hökmü nədir?

Cavab: Heykəlləri alıb-satma və saxlamaq məkruhdur. Heykəl və şəkil olan yerdə namaz qılmaq da məkruhdur.

Sual 504. İslam hökuməti qanunlarına uyğun olaraq, məscid kimi ümumi yerlər də su və işıq pulunu ödəməlidir. Su məsələsi xüsusi şirkətin olduğu üçün imkanı olmayan məscidlər su pulunu ödəməkdə çətinlik çəkirlər. Xahiş edirik buyurun:

1) İslam dövlətinin qanunlarının xilafına əməl etmək düzgündürmü?

2) Tam və ya müəyyən ölçüdə imkanı olmayan məscidlərdə məscidin suyundan istifadə edən şəxslərin hökmü nədir. İstifadə etdikləri ölçüdə məscidə kömək etmələri lazımdırmı?

3) Bə’zi şəxslər su və bu kimi vergiləri ödəsələr başqalarının boynundan götürülərmi?

Cavab: 1) İslam respublikasının qanunlarının xilafına əməl etmək düzgün deyil. 2) Qeyd olunan halda məscid suyu ilə dəstəmaz alan şəxslər gərək niyyət etsinlər ki, istifadə etdikləri miqdarda suyun pulunu versinlər. Əgər bilsələr ki, heç kəs su pulunu ödəməyib və özlərinin də su pulu ödəmək niyyəti olmasa, onların dəstəmazı səhih deyildir. 3) Bəli, başqalarının öhdəsindən götürülür.

Sual 505. Bə’zən camaat namazında iqtida edənlər Qur’anı öz yanlarında qoyurlar və bu da qabaq sırada duranların arxasında qalır. Bu iş haramdırmı və namazın düzgünlüyünə zərər gətirirmi?

səh:97

Cavab: Təkcə Qur’anı arxada qoymaq haram deyil. Bəli, ehtiramsızlıq olsa caiz deyil və hər surətdə namaz batil olmur.

Sual 506. Məscid və Hüseyniyyədə təşkil olunan dini bayramlarda və İmamların (ə) mövlud günlərində əl çalmaq caizdirmi?

Cavab: Əl çalmağın öz-özlüyündə eybi yoxdur. Amma möminlərə lazımdır ki, bu işi məscid, Hüseyniyyə və müqəddəs yerlərdə etməsinlər. Həmçinin müqəddəs İmamların mövlud günlərində əl çalmaq hörmətsizliyə səbəb olar, ondan çəkinmək lazımdır. Möminlər müsəlmanların həmişəki şüarları olan salavatdan istifadə etsinlər.

səh:98

AZAN VƏ İQAMƏ

Sual 507. İran İslam Respublikasının televiziya-radiosu ilə yayımlanan azan səsi dəlildirmi, onunla namaz qılmaq və orucu iftar etmək olarmı?

Cavab: Bəli, yayımlanan şəhər əhalisinə və o şəhərə yaxın bir üfüqdə olan ətraf əhaliyə dəlildir. Həmin vaxtla namaz qılmağın və iftar etməyin heç bir maneəsi yoxdur.

Sual 508. İqaməni azanla demək şərtdirmi? Onu azansız demək olarmı?

Cavab: İqamənin müstəhəbliyi azan deməklə şərt deyil.

Sual 509. Zöhr namazını İmam-camaatın əsr namazına iqtida edən bir kəs, ondan sonra əsr namazı üçün iqamə desinmi? Camaat namazının sıraları dağılmayıbsa, iqamə demək lazımdırmı?

Cavab: Verilən suala əsasən iqamə demək lazımdır.

Sual 510. Məscidin səspaylayıcısı azanı kaset vasitəsi ilə ətrafa yayır. Həmin azanla namaz qılmaq düzgündürmü və savabı varmı, ya gərək əlavə azan deyilsin?

Cavab: Maqnitafon kasetlərindən verilən azan namaz azanı üçün səhih deyildir.

Sual 511. Əşhədu ənnə Əliyyən vəliyullah cümləsi azan və iqamənin bir hissəsidirmi? Azan və iqamədə “Əşrəful-ənbiyayi vəl mursəlin,, demək səhihdirmi?

Cavab: Qeyd olunan cümlələr azan və iqamənin cümlələrindən deyil, onları azan və iqamənin bir hissəsi olmadan deməyin bir maneəsi yoxdur, hətta üstünlüyü vardır.

Sual 512. Azan və başqa tədbirlərdə səsi ucaltmaq qonşuların əziyyətinə səbəb olan surətdə nə etmək lazımdır?

Cavab: Camaat namazında azan səsini ucaltmağın maneəsi yoxdur, başqa halda caiz deyil.

Sual 513. Gündəlik namazlarda azanı radiodan eşitsələr və özləri iqamə desələr, namazın hökmü nədir?

Cavab: Namaz üçün azan vacib deyil, amma müstəhəbbi əməllər baxımından, radio azanı kifayət edə bilər.

Sual 514. Bi’dətin tə’rifi nədir? Həmçinin azanda üçüncü şəhadətin nə hökmü vardır?

səh:99

Cavab: Bi’dət – dində olmayan şeyləri dini bir əmr adıyla dinə daxil etmək və ya ona əməl etməkdir. Amma üçüncü şəhadət azan və iqamədə müstəhəbbi bir əmrdir. Əlbəttə azanın tərkib hissəsi olmayan bir zikr adıyla; çünki bu şəhadət mərhum əllamə Məclisinin (r) Biharul-ənvar kitabında ən şərafətli zikrlərdəndir. Azan, iqamə və namaz arasında zikr deməyin maneəsi yoxdur. Bu məsələnin bi’dətlə heç bir əlaqəsi yoxdur.

Sual 515. Azan və iqamədə Əmirəl-mö’minin Əlinin (ə) vilayətinə şəhadət hansı məqsədlə verilir. Təşəhhüddə nübuvvətə şəhadət verəndən sonra vilayətə şəhadət vermək səhihdirmi?

Cavab: Tovzihul-məsail risaləsinin 938-ci məsələsində qeyd olunduğu kimi, vilayətə şəhadət vermək azan və iqamənin hissəsi deyil, amma yaxşıdır qürbət qəsdi ilə deyilsin və namazın təşəhhüdünü də tovzihul-məsailin 1122-ci məsələsində bəyan olan surətdə oxusunlar.

QİRAƏT

Sual 516. Dişi düşən, ya onu çəkdirən bir kəs qiraətə düzgün riayət edə bilmir. Namazı səhih qılsın deyə, sü’ni diş qoya bilərmi?

Cavab: Bəli, qadir olan surətdə vacibdir.

Sual 517. Namazın müstəhəbbi zikrlərini səhv oxumaq, ya məxrəcindən düzgün əda etməmək namazın batil olmasına səbəb olarmı?

Cavab: Əgər səhv oxumaq aşkar bilinməsə və mə’nanın dəyişilməsinə səbəb olmasa namaz batil deyil, amma bilərəkdən səhv oxusa, ehtiyata görə namazı qılandan sonra onu təzədən təkrar qılsın.

Sual 518. Namazın zikrlərini, həmd və surənin bə’zi kəlmələrini təkrarlamaq caizdir, ya yox?

Cavab: Onların səhih olmasında şəkk olunan surətdə təkrarlamağın eybi yoxdur, vaxtı keçməyibsə o kəlməni təkrarlasınlar ki, onun səhih olmasına yəqinlik olsun. Amma bu şərtlə ki, şəkk vasvasılıqla olmasın.

Sual 519. (ض) “zad,, hərfinin tələffüzü namazda necədir, tələffüz müşkül olan surətdə vəzifə nədir?

Cavab: Zad hərfinin tələffüzü bu cürdür:

səh:100

Dili sağ və ya sol dişlərə tərəf aparırlar, onlara söykəməklə əda edilir, imkan olmayan surətdə, yaxud həmin surətdə çətin olsa adi qaydada tələffüz etməyin maneəsi yoxdur.

Sual 520. Əgər (və ləm yəkun ləhu) cümləsində olan ن (nun) hərfi idğam halında tələffüz olunmasa səhihdir, ya yox?

Cavab: Daha yaxşıdır qeyd olunan hallarda idğam etsinlər. Amma idğam olunmadan da səhihdir. Hər halda nun hərfi ya idğam halında, ya idğamsız ə’da olunmalıdır.

Sual 521. Əgər bir kəs “təsbihatu-ərbəədə,, Şəkk etsə ki, onu 3 dəfə, ya 2 dəfə demişdir, vəzifəsi nədir?

Cavab: İki dəfə deməsini əsas tutub bir dəfə də əlavə etsin.

Sual 522. Əgər üçüncü və dördüncü rəkətlərdə səhvən “təsbihate-ərbəəni,, dörd dəfə desək vəzifəmiz nədir?

Cavab: Maneəsi yoxdur.

Sual 523. Bir şəxsin öz namazını səhv oxuduğunu bilsək, onu xəbərdar etmək lazımdırmı?

Cavab: Lazım deyil.

Sual 524. Cümə günü öz namazını tək halda qılan şəxsə müstəhəbbidirmi ki, həmd və surəni ucadan oxusun? Cümə günündə namazını camaatla qılan İmam-camaat necə?

Cavab: Bəli, müstəhəbdir ki, cümə gününün zöhr namazının həmd və surəsi ucadan oxunsun. İstər namaz tək olsun, ya camaatla.

Sual 525. Zöhr və əsr namazlarında həmd və surədən əlavə namazın zikrlərinin də ahəstə oxunması lazımdırmı?

Cavab: Yalnız həmd və surəni ahəstə oxumaq vacibdir.

Sual 526. Namazın qiraət və sair zikrlərini oxuyan zaman başı hərəkət etdirməyin eybi vardırmı?

Cavab: Əgər hərəkət az olsa bir maneəsi yoxdur.

Sual 527. Bəqərə surəsi kimi uzun surələri vacibi namazlarda oxumaq, namaz qılanı namaz halından çıxartmağa səbəb olurmu? Hətta hər rəkəti bir saat çəksə belə?

Cavab: Xeyr, uzun surələri oxumaq namazdan xaric olmağa səbəb olmur.

Sual 528. Bir ayağı üstə duran bir şəxs namazı ayaq üstə qılmaq istəsə əlinə əsa alması vacibdirmi? Ya oturan halda namaz qıla bilərmi?

Cavab: Verilən suala əsasən ayaq üstə namaz qılması vacibdir.

səh:101

Sual 529. Bir qadın şiddətli bel və diz ağrılarına görə aşağıdakı iki haldan birində namaz qılmağa qadirdir:

1) Ayaq üstə namaz qılsın və səcdə etmək üçün stula otursun və qarşısında qoyulan mizə səcdə etsin; bu halda onun dizləri, ya barmaqlarının ucu yerə toxunmur və ayağının içi yerin üstündədir.

2) Oturan halda namaz qılsın və səcdəni səhih şəkildə yerinə yetirsin. Bu iki haldan hansı biri səhihdir?

Cavab: Birinci halın üstünlüyü vardır, gərək birinci halda göstərilən şəkildə namazını qılsın. Amma ehtiyat budur ki, namazını hər iki surətdə qılsın.

Sual 530. Qunutu, ya namazın müstəhəbbi zikrlərini səhv oxumaq namazı batil edirmi?

Cavab: Əgər səhv oxumaq zikri, ya Qur’anı və ya duanı düzgün qaydadan xaric etmirsə və mənanı dəyişmirsə batil etmir.

Sual 531. Vacibi namazlarda həmddən sonra bütöv bir surə yerinə, həmin həmd surəsini təkrarlamaq səhihdirmi?

Cavab: Həmddən başqa surələr oxumaq lazımdır.

Sual 532. Namaz qılan müəyyən surəni oxumağı qərarlaşdırmamış Bismillah desə, sonra Qədr surəsini oxumağı qərarlaşdırsa, ikinci dəfə Bismillah desinmi?

Cavab: Ehtiyat vacib odur ki, təkrar olaraq Bismillahı Qədr surəsi niyyəti ilə desin. Tə’yin etməmişdən əvvəl dediyi Bismillahla kifayətlənməsin.

Sual 533. Xüsusi surə və ayə oxunması tələb olunan namazlarda o surə və ayəni əzbərdən bilməyənlər kitab üzündən oxuya bilərlərmi?

Cavab: Verilən suala əsasən səhihdir.

Sual 534. Vacibi namazlarda surəni deyərkən bir ayəni səhv oxusa onu bir neçə dəfə təkrar edə bilərmi?

Cavab: Bəli, vacibi və müstəhəbbi namazlarda ayəni təkrarlamağın maneəsi yoxdur.(1)

Sual 535. Namazın zikrlərini və kəlmələrini təkrarlamaq caizdirmi?

Cavab: Əgər ayə və kəlmənin düzgün əda edib-etməməsində şəkk etsə, sonrakı ayə və cümləni oxumağa başlamayıbsa, təkrarlamaq vacibdir. Əgər sonrakı ayə və cümləni oxumağa başlayıbsa, ehtiyat

səh:102


1- [16] “Vəsailüş-şiə, c. 4, səh. 813. ,,

qəsdi ilə təkrarlamaq caizdir. Bu şərtlə ki, vasvasılıq olmasın və vasvasılıq həddinə çatmasın; əks halda təkrarlamağın düzgün və səhih olması çətin məsələdir.

Sual 536. Namazda bir kəlmə səhv oxunsa, ya onun düzgünlüyünə şəkk olunsa və ya insanın nəfəsi kəsilsə və kəlmə naqis qalsa, həmin kəlməni təkrarlamaq kifayətdir, ya gərək ayə və cümlə əvvəldən oxunsun? Məsələn “müstəqim,, - kəlməsini səhv oxusa, ya onun səhih olmasında şəkki olsa və ya bədənin hərəkəti vaxtı əda etsə gərək “ihdina,, - kəlməsindən təkrarlasın?

Cavab: Ayəni əvvəldən təkrarlamaq lazım deyil, amma kəlmə ondan əvvəlkinə bağlanıbsa, məsələn, “Siratəl-müstəqim” ayəsini deyəndə “müstəqim” kəlməsini səhv deyib və ya onun əlif və lam-nı deyib nəfəsi tutulub. Bu halda əvvəlki cümləni ehtiyata əsasən təkrar etsin və “ihdinəs-siratəl-müstəqim” desin. Əgər izafət, ya ön qoşmalardan deyilsə, ehtiyat odur ki, birinci tərəfi təkrarlasın. Məsələn, əgər “məğzub” kəlməsini səhv desə və ya şəkk etsə, “ğəyr” kəlməsini də təkrar etsin.

Sual 537. Namazın bir kəlməsinin səhih olmasında şəkk etsək və onu iki dəfə desək səcdeyi-səhvə səbəb olurmu?

Cavab: Xeyr, səcdeyi-səhvə səbəb olmur.

Sual 538. Mən neçə il namaz qılmışam. İndi mə’lum olub ki, məsələni bilmədiyimə görə namazın həmd və surəsinin qiraəti səhih olmayıb, namazları qəza etməliyəmmi?

Cavab: Əgər məsələni bilmədiyinizi bilirmişsinizsə və sual verməkdə, öyrənməkdə e’tinasızlıq göstərmisinizsə müqəssirsiniz, gərək səhih qılmadığınız namazları qəza edəsiniz. Amma əgər düzgün oxumadığınızı bilməmisinizsə və namazların səhih olduğuna e’tiqad etmisinizsə qəzası yoxdur.

Sual 539. Vəqfdə (dayanmaqda) əsas səbəb nəfəsi təzələməkdir, yoxsa bir az dayanmaq kifayət edər?

Cavab: Bir az dayanmaq kifayət edər, nəfəsi təzələmək lazım deyil.

Sual 540. Namazı ucadan və alçaqdan oxumaqda səbəb nədir?

Cavab: Ucadan oxumaqda səbəb səsi zahir edib açıq demək və alçaqdan oxumaqda səbəb isə səsi zahir etməməkdir. İnsanın ətrafında olan adamlar səsi eşitsələr də belə.

səh:103

RÜKU VƏ SƏCDƏ

Sual 541. Döşəmə üçün sementdən hazırlanmış beton metlaqlara səcdə etmək səhihdirmi?

Cavab: Sement bişməklə daş olma halından xaric olmayıbsa ona səcdə səhihdir. Beton metlaqlar da belədir.

Sual 542. Namaz möhürlərinin iki tərəfindən biri saf deyil, bir az naxışlıdır. Saf olmayan tərəfə səcdə etmək səhihdir?

Cavab: Lazım deyil səcdə saf tərəfə olsun, alın iki riyal dəmir pul həcmində olan möhürə qoyulsa səcdə düzgün hesab edilir və namaz səhihdir.

Sual 543. Səcdə halında əlin içini yerə qoyanda barmaqlara da şamil olurmu?

Cavab: Əlin içi barmaqlara da aiddir.

Sual 544. Əlin içi səcdə halında yerə qoyulsa, amma əl barmaqları hərəkət etdirilsə eybi varmı?

Cavab: Cü’zi hərəkət olsa maneəsi yoxdur.

Sual 545. Rüku və səcdəni işarə ilə yerinə yetirən xəstə rüku və səcdə halında olmasına şəkk etsə vəzifə nədir?

Cavab: Verilən suala əsasən niyyətini rüku halında olduğuna döndərir və rükunun zikrini deyir, sonra namazın qalan əməllərini yerinə yetirir.

Sual 546. Səcdə halında alını möhürə qoyan zaman insanın baş tükündən bir azı alının möhürə yapışmasına maneə yaradırsa nə etmək lazımdır? Gərək başı möhürdən qaldırıb, ikinci dəfə möhürə qoysunlar ya həmin halda zikr etsinlər?

Cavab: Səcdə halında lazımdır ki, alın möhürün üstündə qərar tutsun. Başın tükü maneə yaradırsa, maneəni bir yolla kənarlaşdırsınlar ki, alını çəkməklə ya maneə yaradan tükləri çəkməklə səcdələrin sayı çoxalmasın.

Sual 547. Bə’zən insanın alnında yara, çiban, sızaq və bu kimi narahatçılıqlar olur və səcdə vaxtı ağrıyır. Səcdə üçün insan üzünü əyri halda möhürə qoya bilərmi? Əgər başı qaldırandan sonra möhür qana bulaşsa namazın hökmü nədir?

Cavab: Verilən suala əsasən, alının iki tərəfindən birini möhürün üzərinə qoyun və əgər başı möhürdən qaldırandan sonra alında olan səpgilər hesabına möhürün üstünün bir az qanlı olduğunu

səh:104

bilsəniz, namazınız səhihdir. Amma sonrakı səcdələr üçün qana bulaşmış möhürün həmin hissəsinə səcdə edilməsin.

Sual 548. Bə’zi səccadə və möhürlərin üzərində İmamların (əleyhissalam) hərəminin şəkili çəkilmişdir. Bu kimi şeylərin üzərində namaz qılmaq caizdirmi?

Cavab: Namaz qılmağın eybi yoxdur, amma diqqət edilməlidir ki, bə’zi müxalif və qərəzli insanlar şiələrə töhmət vuraraq bu qəbildən olan işləri bir ayrı cür yozurlar. Onlar deyirlər ki, şiələr günbəzə və məqbərələrə səcdə edirlər. Bunun üçün daha yaxşıdır ki, səccadə və möhr sadə və naxışsız olsun, belə şeylər insanın diqqətini yayındırır.

Sual 549. Bə’zi vaxtlar birinci səcdədə insanın alını iki dəfə möhürə dəyir, bu iki səcdə hesab olunurmu?

Cavab: İkinci dəfə ixtiyarsız olsa cəmi bir səcdə hesab olunur, əks halda iki səcdə sayılır.

Sual 550. Dırnaqlara səcdə etmək olarmı?

Cavab: Dırnaq səcdə yeri deyil, bəlkə səcdə yeri əlin üstüdür. O da torpaq, bitki, pambıq, kətan və sair libaslar olmadığı surətdədir.

Sual 551. Bir şəxs adi qaydada rüku və səcdəyə getsə dəstəmazı batil olar. Rüku və səcdəni ayaq üstə işarə ilə yerinə yetirə bilərmi? Ya dəstəmazı batil olsa da mütləq adi qaydada rüku və səcdə etməlidirmi?

Cavab: Əgər dəstəmazın batil olması yelin xaric olması səbəbi ilədirsə və onun qarşısını ala bilmirsə, gərək qaitin qabağını ala bilməyən şəxsin vəzifəsinə uyğun əməl etsin. (Tovzihul-məsail risaləsinin 314-cü məsələsində bəyan edilmişdir.) Rüku və səcdəni adi qayda ilə yerinə yetirsin, amma ehtiyat müstəhəbbi budur ki, iki dəfə namaz qılsın.

Sual 552. Mən çarəsizlik üzündən dəsmalla alını və onun iki tərəfini bağlamışam, səcdə üçün vəzifəm nədir?

Cavab: Onu vacibi səcdə üçün götürmək mümkün deyilsə, ya zərəri və çətinliyi varsa, həmin dəsmalla səcdəni yerinə yetirsin (yə’ni alnını həmin dəsmalla səcdə səhih olan əşyalara qoysun.)

Sual 553. Ayağı və beli ağrıdığına görə otura bilməyən bir qadın adi qaydada səcdə edə bilmir. Səcdəni ayaq üstə işarə ilə yerinə yetirə bilərmi, ya bir stul üstə oturub qarşısına qoyulan stolun üzərinə səcdə etmək olarmı? Yoxsa oturan halda səcdəni yerinə yetirməlidir? Belə olduğu halda dizləri və ayaq barmaqları yerə dəyir.

səh:105

Cavab: Birinci surətdə əgər səcdə edə bilməsə, stulun üzərinə oturub qarşısındakı stola səcdə etsin. Lakin ehtiyat müstəhəbbi budur ki, hər iki surətdə namaz qılsın.

Sual 554. Rüku və səcdədə zikr əvəzinə salavat demək kifayət edərmi?

Cavab: Zikr qəsdi ilə salavat göndərsə kifayət edər.

Sual 555. Bir şəxs ayaq və diz ağrılarına tutulub. Buna görə də camaat namazında iştirak edəndə iki səcdə arasında yarımoturaq halda təkbir deyir və yenidən İmam-camaatla birgə səcdəyə gedir. Onun camaat namazında iştirak etməsinin eybi varmı?

Cavab: Oturmaq onun üçün çətinlik yaradırsa (istər camaat namazında, istər tək) camaat namazında onun iştirak etməsinin eybi yoxdur. Bəli əgər tək namaz qılanda iki səcdə arasında otura bilsə gərək namazını camaatla qılmasın.

QURANIN VACİB SƏCDƏSİ

Sual 556. Əgər heyzli qadın səcdə ayəsini eşitsə səcdə etməsi lazımdırmı?

Cavab: Bəli, gərək səcdə etsin.

SƏCDƏ YERİ (SƏCDƏGAH)

Sual 557. Solfetkaya səcdə səhihdirmi?

Cavab: Bəli səhihdir.

Sual 558. Əskinasa (kağız pullara) səcdə səhihdirmi?

Cavab: Əgər kağız pullar səcdə səhih olan saman, pambıq və ya ağacdan hazırlansa, onlara səcdə etmək olar və səhihdir. Əgər bu kimi şeylərdən olmasa səhih deyil. Hər halda yaxşı olar ki, mümkün surətdə kağız pullara səcdə etməsinlər.

Sual 559. Kağızların bə’ziləri kimyəvi maddələrdən düzəlir, onlara səcdə etməyin hökmü nədir?

Cavab: Verilən suala əsasən onlara səcdə səhih deyildir.

Sual 560. Qabı plastikdən olan bir möhr düzəldiblər. Hər dəfə alını ona qoyanda rəqəm dəyişilir və namazın rəkətlərinin sayını göstərir. Ona səcdə etmək səhihdirmi və ona e’timad göstərmək olarmı?

səh:106

Cavab: Əgər səcdə səhih olan şeylərin şəraitinə malik olsa və arxayınçılığa səbəb olsa eybi yoxdur və ona e’timad etmək olar.

QUNUT

Sual 561. Birinci rəkətdə səhvən qunut tutulsa səcdeyi-səhv etmək lazımdırmı?

Cavab: Vacib deyil. Amma müstəhəbdir.

Sual 562. İkinci rəkətdə qunut yaddan çıxsa və rükuda yada düşsə, rükudan qalxandan sonra qunut tutmaq olarmı?

Cavab: Bəli, tutmaq olar.

Sual 563. Bə’ziləri qunut zamanı öz əqiq üzüklərinin qaşını öz üzlərinə tərəf çevirirlər, bu işin savabı varmı?

Cavab: Sualda verilən əməl üçün, xüsusi ilə qunuta görə bir rəvayət ələ gəlməmişdir, amma Həzrəti Peyğəmbər (səllallahu əleyhi və alihi vəsəlləm)-dən səhih rəvayətlərə görə nəql edilir ki, əqiqə baxmaq tə’riflənmişdir.(1)

Sual 564. Vacibi namazların qunut və səcdəsində başqa dildə (məsələn, azərbaycanca, farsca, rusca və s.) dua etmək caizdirmi?

Cavab: Vacib-ehtiyatın ziddinədir. (Yə’ni ehtiyat vacib budur ki, başqa dildə olmasın.)

BİR NAMAZDAN BAŞQA NAMAZA KEÇMƏK

Sual 565. Zöhr namazının nafiləsinə məşğul olan bir şəxsin yadına düşüb ki, sübh namazını qılmamışdır. Nafilə namazını sübh namazına döndərə bilərmi?

Cavab: Xeyr, müstəhəbbi namazı vacibi namaza döndərmək səhih deyil.

NAMAZIN TƏQİBATI (NAMAZDAN SONRAKI İŞLƏR)

Sual 566. Bə’ziləri namazdan sonra öz barmaqlarını gözlərinin üstünə qoyub Ayətəl-kürsü oxuyurlar, bu əməl haqqında bir rəvayət, ya hədis gəlibmi?

səh:107


1- [17] “Müstədrəkül-vəsail”, c. 3, səh. 297.

Cavab: Xatunabadinin (r) “Cənnatil-xülud” adlı kitabında (səh. 58) göz ağrıları haqqında Mə’sum İmamlardan (ə) nəql olunub ki, göz ağrıyan vaxtı bu duanı oxuyun:

«Uizu nurə bəsəri bi-nurilləhil- ləzi la yutfə» və Ayətəl-kürsünü şəfa tapmaq üçün oxusun. Həmçinin Məfatihul-cinan kitabının haşiyəsində (səh. 409.) İmamlardan (əleyhimussalam) nəql olunub ki, göz ağrıları üçün Ayətəl-kürsünü sağalmaq niyyəti ilə oxusun və ondan əvvəl əli gözün üzərinə qoyub sağalmağı üçün mənfəətli olan bu duanı zikr etsin:

«Uizu nurə bəsəri bi nurillahil-ləzi la yutfə» Gözləri zəif olanlar üçün oxumaq yaxşıdır.(1)

ŞƏKKİYYAT

Sual 567. Əgər namaz qılan “səmiəllahu” kəlməsini deyən zaman rükunu yerinə yetirib-yetirməməsində şəkk etsə vəzifəsi nədir? Həmçinin qunutda həmd və surənin deyib-deməməsində şəkk etsə öz şəkkinə e’tina etməlidir, ya yox?

Cavab: Verilən suala əsasən rükunu yerinə yetirsin, bu şəkkin vaxtı keçməmişdir. Amma qunut halında həmd və surənin oxuyub-oxumamasında şəkk etsə, e’tina etməməliir, onun şəkki vaxtı keçəndən sonradır.

Sual 568. Çox şəkk edən şəxs iki və üç rükətli namazların rəkətlərində öz şəkkinə e’tina etməməlidirmi? Dörd rəkətli namazların birinci və ikinci rükətlərində şəkk edərsə hökmü nədir?

Cavab: Bəli (kəsiruş-şəkk) çox şəkk edən şəxs, gərək e’tina etməsin. Namazlar və rəkətlər arasında heç bir fərq yoxdur.

Sual 569. Bir şəxs öz namazlarında şəkk edir, şəkkiyyat məsələlərini də öyrənməyə hazır deyil, namazı pozub əvvəldən başlayır, onun sonrakı namazı səhihdirmi?

Cavab: Bəli, namazı pozub təzədən qılandan sonra səhihdir. Lakin verilən suala əsasən məsələni öyrənməyə qüdrəti vardır amma öyrənməyə çalışmayıb namazını pozursa, günah etmişdir. Bu məsələnin hökmü ilə bağlı Tovzihul-məsail risaləsinin 1223-cü məsələsinə müraciət olunsun.

səh:108


1- [18] Bax: səh, 104, cild. 1.

Sual 570. Namaz əsnasında bir şəxs namazın səhih olub-olmamasında şəkk edir, o namazı saxlayıb fasiləsiz namazı batil edən bir iş görmədən ikinci namaza başlayır. Namazı səhihdirmi?

Cavab: Birincisi, şəkkə görə namazı sındırmaq caiz deyil və lazımdır ki, Tovzihul-məsail kitabında bəyan olunan şəkkiyyat məsələlərini öyrənsinlər, şəkk qarşıya çıxan zaman onlara uyğun əməl etsinlər.

İkincisi, namazın batil olmasına səbəb olan işləri görmədən niyyəti sındırmaq namaz qılanı məşğul olduğu namazdan xaric etmir. Buna görə də namazını sındırıb başqa namaza məşğul olmaq istəyən şəxs gərək bir fasilə yaratsın. Məsələn, danışsın, ya qibləyə arxa çevirsin və sonrakı namaza başlasın.

EHTİYAT NAMAZI

Sual 571. Ehtiyat namazı qılan bir şəxs unutqanlıq üzündən başqa namaza daxil olub, vəzifəsi nədir?

Cavab: Əgər fasiləsiz nafilə, ya vacib bir namaza daxil olubsa namazını kəssin və ehtiyat namazını yerinə yetirsin və onun namazı səhihdir. Amma daha yaxşıdır ehtiyat namazından sonra namazını təkrarlasın. Əgər birinci namazdan sonra qılınan namaza başlayıbsa, (məsələn, ehtiyat namazı zöhr namazına aid olub, əsr namazına başlayıbsa) bu halda əgər vaxtı keçibsə, (məsələn, vəzifəsi bir rəkət ehtiyat namazı qılmaq olduğu halda əsr namazının ikinci rəkətinin rükusuna daxil olub) namazını sındırsın və ehtiyat namazı qılsın. Ondan sonra əsr namazına əvvəldən başlasın. Amma vaxtı keçməyibsə, (məsələn, əsr namazının birinci rəkətindədirsə) bu halda ehtiyat budur ki, niyyətini əsr namazından zöhr namazına döndərib, ehtiyat namazını qılsın və sonra əsr namazını əvvəldən başlasın. Hər iki halda zöhr namazını təkrarlamaq daha yaxşıdır.

Sual 572. Bir şəxsə ehtiyat namazı vacib olub, amma namazdan sonra unudub və namazın surətini pozub. Gərək əsl namazı təkrarlasın ya, həmin ehtiyat namazı ilə kifayətlənə bilər?

Cavab: Ehtiyat budur ki, ehtiyat namazını qılsın və əsl namazını da təkrarlasın.

səh:109

MÜXTƏLİF MƏSƏLƏLƏR

Sual 573. Mən sünnilərin yaşadığı məhəllə məscidində şiə qanunlarının göstərişi ilə namaz qılıram. Əllərimin açıq halda qoyulmasına, dəstəmaz almağıma və kağız dəsmala səcdə etməyimə güclü iradlar tutulur. Şiələrin dəstəmaz və namaz qılmaları haqqında dəlillər və mə’lumatlar göndərməyinizi xahiş edirəm.

Cavab: İrad tutmaq şiddətli də olsa ilahi vəzifəni dəyişmir. (Zəruri hallar (məsələn, qorxu və çətinlik) istisna olunmuşdur.)

Hər bir halda ibadət şər’i əmrlərdən ibarətdir, onun yerinə yetirmə göstərişləri Allah, Peyğəmbər (səllallahu-əleyhi və səlləm) və onun tə’yin etdiyi şəxslər tərəfindən tə’yin edilir. Mə’lumdur ki, Allahın Rəsulu (s) buyurub: Sizin aranızda iki qiymətli şeyi əmanət qoyuram, Allahın kitabı və itrətim olan Əhli-beyt (ə). Peyğəmbər (səlləllahu əleyhi və ali vəssələm) və onun Əhli-beytindən gələn mö’təbər rəvayətlərə uyğun şiələrin arasında yerinə yetirilən dəstəmaz, namaz və ibadətlərin göstərişləri təşəkkül tapmışdır. Məsələn, şiə fiqhində sabitdir ki, torpağa, yeyiləsi və geyiləsi olmayan şeylərə səcdə səhihdir. Həzrəti Peyğəmbərdən (səlləllahu əleyhi və alihi vəsəlləm) nəql olunub ki, buyurub: Yer mənim üçün səcdəgah və pak qərar verildi.

Mə’lumdur ki, xalça və onun kimi şeylər camaat arasında səcdə yeri sayılmaz. Səhih olmamaqda əsas budur ki, xalça və onun kimi şeylər insanların istifadəsi ilə əlaqədə olan şeylərdir. Onlara səcdə təbii olaraq Allaha diqqətdən insanı saxlayır. Bu da xalis niyyəti azaldır.

Sual 574. Bir şəxs namazda bilməyərəkdən “bihəvlil-lahi və quvvətihi əqumu və əq’ud” cümləsinin yerinə “ya həyyu, ya qəyyum” demişdir. Onun namazlarında irad vardırmı?

Cavab: Verilən suala əsasən qıldığı namazlar batil deyil, amma gərək diqqət etsin ki, namazda “ bihəvlillah” demək təklif olunub. Başqa kəlmə demək caiz deyil.

Sual 575. Vəzifəsi oturan halda namaz qılmaq olan bir şəxsin ikinci rəkətdə həmd və surəyə başlamazdan əvvəl “bihəvlillahi və qüvvətuhu əqumu və əqud” deməyi müstəhəbdirmi? Üçüncü və dördüncü rəkətdə necə?

səh:110

Cavab: Ümumi halda bu cümlə ayaq üstə namaz qılana aiddir. Daxil olmaq qəsdi ilə desə səhih deyil. Bəli, bilməyərəkdən desə namazı batil olmaz.

Sual 576. Bir şəxs səcdeyi-səhvi unutmuşdur. Sonrakı namaza daxil olandan sonra yadına gəlsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən başladığı namazı tamamlayandan sonra səcdeyi-səhvi yerinə yetirsin.

Sual 577. Namaz halında qusmaq namazı batil edirmi?

Cavab: Əgər namazın surəti pozulmasa, namaza işkal gətirməz və namaz səhihdir.

Sual 578. Namazlardan sonra Peyğəmbəri-Əkrəm(s) və Mə’sum İmamlara (əleyhissəlamlar) salam göndərmək rəsmi şəkil almışdır. Bu əməl üçün bir sənəd varmı?

Cavab: Bəli, çoxlu sayda rəvayətlərdə gəlib ki, Peyğəmbərin (s), Fatimeyi Zəhranın (ə) və Mə’sum İmamların (ə) qəbirlərinin yanında olub onları yaxından ziyarət edə bilmirsinizsə, uzaqdan onların qəbirlərinə işarə edərək salam verib ziyarət edin. (Bu haqda Vəsailüş-şiə, cild 10, səh. 263, 452 müraciət edin. Həmçinin Cəvahirul-kəlam, cild 20 səh. 100) Onlara bütün hallarda salam vermək və ziyarət etməyin müstəhəbbiliyi haqqında dəlil və rəvayətlər vardır. Hətta hər vacibi namazdan sonra Həzrət Rəsuləllaha (s) salam vermək və onu ziyarət etmək bəyənilmişdir. Necə ki, böyük alim Bəzənti yazır: Həzrəti İmam Rizaya (ə) ərz etdim. Həzrət Peyğəmbərə (s) necə salam verim? Həzrət buyurdu: “Əssəlamu əleykə ya Rəsuləllah və rəhmətullahi və bərəkatuh. Əssəlamu əleykə ya Muhəmməd əbnə Əbdillah. Əssalamu əleykə ya Həbibullah. Əssəlamu əleykə ya Səfvətəllah. Əssəlamu ələykə ya Əminəllah, Əşhədu ənnəkə Muhəmməd əbnə Əbdillah və əşhədu ənnəkə qəd nəsəhətə liummətin və cahədtə fi səbili rəbbik.

QƏZA NAMAZI

Sual 579. Bir qadın yuxuda qadınların boynuna cənabət quslu gəlmə məsələsini və onların cənabətli olmasının mümkünlüyünü bilməmiş, öz namaz və orucunu qüsulsuz yerinə yetirmişdir. İndi məsələdən agah olubsa vəzifəsi nədir?

səh:111

Cavab: Əgər cənabətli olmasına yəqinliyi yoxdursa, namazlarının qəzası yoxdur və hər iki surətdə orucları səhihdir və qəzası lazım deyildir.

Sual 580. Dırnaqlarının üzərinə lak çəkən bir qadın bunun dəstəmaz və qusl üçün maneəsi olmamasını güman etmişdir. Bir müddət həmin qusl və dəstəmazla namaz qılıb oruc tutmuşdur. Keçmiş ibadətlər barədə nisbət onun vəzifəsi nədir?

Cavab: Həmin dəstəmaz və qüsulla qıldığı namazların qəzası vardır, orucları isə səhihdir, qəzası da yoxdur.

Sual 581. Məss-meyyit quslu vacib olan bir şəxs qusl verməmişdir. Onun namaz və orucunun hökmü necədir?

Cavab: Onun orucları səhihdir, amma o halda qıldığı namazlar batildir, gərək təkrar qəza qılsın.

Sual 582. Əhli-sünnət təriqətindən olan bir qadın dönüb şiə olmuşdur. Qadınların həddi-büluğ məsələsinə diqqət etməklə, onlar qəməri təqvimi ilə doqquz yaşın tamam olması ilə yox, ümumi halda qadınlıq adətlərini görməklə həddi-büluğ olurlar. Bunun üçün o doqquz yaşla adət gördüyü müddət arasında olan fasilədə namaz qılmamış və orucları da tutmamışdır. İndi onları qəza etməlidirmi?

Cavab: Bəli, bu müddət ərzində qılmadığı namazları və tutmadığı orucları gərək qəza etsin.

Sual 583. Bir şəxsin boynunda qəza namazları var. Onları tərtiblə yerinə yetirməlidirmi?

Cavab: Zöhr və əsr namazı kimi tərtiblə qılınan namazların qəzasında da tərtibə riayət etmək lazımdır. Bundan başqa qalan namazlarda tərtibə riayət etmək vacibi ehtiyatdır.

Sual 584. Qəza namazının miqdarını bilməyən şəxsin vəzifəsi nədir?

Cavab: Yəqin etdiyi miqdarı qəza etsin. Yaxşıdır ki, şəkk etdiyi miqdarı da qəza yerinə yetirsin.

Sual 585. Mən diqqətsizlik üzündən libaslarımı xumsu verilməmiş pulla almışam və onlarla namaz qılmışam. Namazlarımı qəza etməliyəmmi?

Cavab: Ümumi halda bu cür libasla namazın batil olmasına diqqətsiz olmusunuzsa və ehtimal da verməmisinizsə, qıldığınız namazlar səhihdir və qəzası da yoxdur.

səh:112

Sual 586. Bir şəxs bilmir ki, onun namaz və orucdan qəzası var, ya xeyr? Vəzifəsi nədir?

Cavab: Namaz və orucun qəzaya gedib-getməməsində şəkk olunan halda onun boynuna bir şey gəlməz.

Sual 587. Bir şəxsin bir müddət qəzası vardır, öz vacibi namazını əda edəndə bir, ya iki qəza namazını da yerinə yetirə bilərmi? Ya öz qəza namazını ardıcıl qılmalıdır?

Cavab: Hər iki halda səhihdir. Əgər qəza namazlarının tərtibini bilsə, tərtiblə qəza etməsi lazımdır.

Sual 588. Bir şəxs məğrib namazını qılıb, amma işa namazını unudub ya yuxuya gedərək qəzaya verib. O gecənin sabahısı günü ona oruc vacibdirmi?

Cavab: Əgər yuxu aparsa və işa namazı qəzaya getsə, müstəhəbbi ehtiyat odur ki, sabahısı oruc tutsun.

Sual 589. Bir şəxs öz namazlarını qəza etmək istəyir, azan və iqamə demək lazımdırmı?

Cavab: Vacib deyil, müstəhəbbdir. Hər dəfə qəzaya başlasa və bir azan və bir iqamə desə, sonra hər bir namaz üçün bir iqamə desə müstəhəbbə əməl etmiş olur.

Sual 590. Bir çoxları mübarək Ramazan ayının qədr gecələrində qəza namazlarını camaatla qılırlar. Qədr gecələrinin nafilələrini qılmaq fəzilətlidir, ya qəza namazını, onu camaatla qılmaq səhihdir, ya xeyr?

Cavab: Qəza namazlarını qılmaq daha mühümdür. Xüsusilə ehtimal verilsə ki, sonradan namazların qəzalarını qılmağa tovfiq tapmayacaq. Qəza namazı nafilə namazının yerini tutmur. Onu camaatla qılmaq o halda səhihdir ki, İmam-camaatın da qəza namazı olmuş ola, yaxud vəfat edən bir şəxsin niyyəti ilə namaz qılsın.

Sual 591. Ramazan ayının 19-21-23-cü gecələrində məscidə yığışan camaat adətən öz qəza namazlarını camaatla qılırlar. İmam-camaat da meyyitin isticari namazlarının qəzasını, ya öz namazlarını ehtiyata əsasən təkrar qılır. İmamın və mə’mumların ehtiyat etməsini onların keçmiş namazlarına xələl gətirməsinə ehtimal veriləcəyini fərz etsək, bu əməl səhihdirmi?

Cavab: Verilən suala əsasən nə təkcə səhih və işkalsızdır, hətta daha fəzilətli və daha üstündür. Mə’mumlar müəyyən olunmuş qəza

səh:113

namazlarını, İmam isə ehtiyata görə öz namazını təkrar qılırsa, iqtida etmək müşküldür.

Cavab: Bəli bu niyyətlə yerinə yetirilən namaz və hər hansı bir ibadət zahirən səhihdir, iqtida edib camaatla qılmağın da işkalı yoxdur, amma İmam-camaat bu niyyətlə qala bilməz. Əvvəlki sualın cavabında deyilən yerlərdən başqa.

Sual 593. Yatağa düşən bir xəstənin özünü paklamağa hərəkəti yoxdur. Həmin nəcis paltar və bədənlə təyəmmüm edib namaz qılmışdır. Sağalandan sonra qıldığı namazları qəza etməlidirmi?

Cavab: Verilən suala əsasən öz vəzifəsinə əməl etmişdir, qəza lazım deyil.

Sual 594. Bir şəxs dörd gün huşsuz olub, bu müddət ərzində qılmadığı namazların qəzası varmı?

Cavab: Bütün gün ərzində huşsuz olubsa və huşsuz olmağa özü səbəb olmayıbsa, qəzası yoxdur

Sual 595. İnfarkt keçirən bir şəxsin hərəkətsizlik üzündən fikri özündə olmayıb. Bu müddət ərzində qılmadığı namazların qəzası varmı?

Cavab: Əgər namazın vaxtını fikri özündə olmaması ucbatından müəyyən edə bilməyibsə, qılmadığı namazların qəzası yoxdur, amma əgər huşu özündə olub və səhlənkarlıq edibsə, namazın qəzalarını yerinə yetirməlidir. Əgər dünyadan gedibsə onun üçün qəza etsinlər.

Sual 596. Mən bir mərcəyi-təqliddən təqlid edirdim. Onun fətvası ilə cümə quslu ilə namaz qılmaq səhih idi. İndi isə sizə təqlid edirəm, buyurmusunuz ki, cümə quslu ilə dəstəmazsız namaz düzgün deyil. İndi cümə quslu ilə qıldığım namazları qəza etməliyəmmi?

Cavab: Səhihdir, təkrarlamaq lazım deyil, amma indi cümə quslu ilə yanaşı dəstəmaz da alın.

Sual 597. Bir şəxs namazın qiraətindən mə’lumatı olmayıb, başqası da ona deməyib. İndi namazlarının səhv olduğunu başa düşüb, gərək namazlarını qəza etsin?

səh:114

Cavab: Əgər öyrənməyə çalışıbsa və öz namazlarını səhih bilibsə, sonradan səhv olduğunu başa düşsə təkrarlamaq lazım deyil.

Sual 598. Bir şəxs neçə illərdir namaz qılır, indi başa düşüb ki, namazlarını səhv qılırmış, keçmiş namazlarının qəzası lazımdırmı?

Cavab: Əgər səhih oxumağı öyrənə bilərdisə, amma səhlənkarlıq edib səhv qılıbsa gərək onları qəza etsin.

Sual 599. Səfərdən qayıdan müsafir zöhr və əsr namazlarını yolda qılmamışdır. Günün batmasına bir saat qalmış vətəninə çatmış, amma zöhr və əsr namazını qılmağı unutmuşdur. Onların qəzasını qəsr, ya bütöv yerinə yetirməlidir?

Cavab: Verilən suala əsasən, vətəninə çatanda zöhr və əsr namazının vaxtından qalmışdır. Zöhr və əsr namazını bütöv qəza etsin. (Yə’ni dörd rəkət qılsın).

Sual 600. Bir şəxs zöhr namazının əvvəl vaxtında vətənində olub, namazını qılmayıb səfərə gedib. Səfərdə də namazını müəyyən səbəblərə görə qılmadığı üçün namazı qəza olmuşdur. İndi vətəninə qayıdıb həmin namazı qəsr qəza etsin, ya tamam?

Cavab: Namazın qəzaya getdiyi axır vaxtda səfərdə olmuşdur. Bunun üçün onun qəzasını qəsr qılsın.

ATA-ANANIN QƏZA NAMAZI

Sual 601. Atası əhli-sünnətdən olan bir şəxsin böyük oğlu şiədir. Atanın qəza namazı bu oğula vacibdirmi?

Cavab: Bəli, şiə və sünni arasında bir fərq yoxdur. Buna əsasən əgər ata öz namazını müəyyən üzr səbəbindən yerinə yetirməyibsə, böyük oğluna vacibdir ki, onun vəfatından sonra yerinə yetirsin, ya onun üçün əcir tutsun, hətta bilərəkdən belə qılmamış olsa da vacib ehtiyata əsasən böyük oğul onun qəza namazlarını yerinə yetirməlidir.

Sual 602. Atam isticarə namazı və orucu götürmüş, onları qılıb qurtarmamış dünyasını dəyişmişdir. Mən onun böyük oğluyam, həmin namazlar mənə də vacibdirmi?

Cavab: Atanızın öhdəsində olan isticarə namaz və orucları sizə vacib deyil, amma borc olduğu üçün gərək onun qoyub getdiyi malından verəsiniz. Əgər onlar atanızın şəxsən özünün bu işi yerinə yetirməsini şərt etməyiblərsə, başqa bir şəxsi onları yerinə yetirmək üçün əcir tutun. Əgər yalnız atanızın bu işi yerinə yetirməsini qeyd ediblərsə, icarə pozulmuşdur, gərək onların pulunu meyyitin

səh:115

vərəsəsinə, ya vəsisinə qaytarasınız. Əgər mə’lum olmasa, ya tanınmasa ehtiyat budur ki, həmin pulu sədəqə kimi fəqirə verəsiniz və o da həmin namazları qılıb, orucları da tutsun. Bu halda siz də namaz və orucların boynunuzda məs’uliyyəti qalmasın deyə, yerinə yetirsəniz, meyyitin öhdəsindən götürülür.

Sual 603. Mən ailənin kiçik oğluyam və atam vəsiyyət edib ki, onun qəza namazlarını mən yerinə yetirim. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz.

Cavab: Əgər namazları qılmaq üçün malının üçdə birindən sizə muzd verməyi vəsiyyət edibsə, gərək vəsiyyətə uyğun muzdu götürüb onun namazlarını qılasınız. Əgər imkan yoxdursa bu işi yerinə yetirmək üçün başqasını əcir tutun. Və əgər bu vəsiyyəti boynundan götürmək məqsədi ilə edibsə, bu cür vəsiyyət faydasızdır və sizə vacib deyil. Təkcə böyük oğluna vacibdir ki, onun namazlarını qəza etsin.

Sual 604. Böyük oğul hələ həddi-büluğ olmamışdır, amma namaz və sair ibadətləri düzgün və şəraiti ilə yerinə yetirir, orucu da səhih qaydada tutur. Həddi-büluğ olandan sonra qılınması vacib olan atasının qəza namazlarını indi qıla bilərmi? Orucları necə?

Cavab: Ümumiyyətlə yaxşı ilə pisi başa düşən uşağın ibadətləri şər’ən düzgündür. Buna görə də əgər düzgün yerinə yetirərsə kifayətdir.

Sual 605. Heç bir məs’uliyyət daşımadığı təqdirdə, bir nəfər namaz və oruclarını qəza etsə boynundan götürülsün deyə şər’ən onun öhdəsindən götürülürmü?

Cavab: Bəli, caiz və səhihdir, öhdəsindən də götürülür.

Sual 606. Əkiz oğlan uşağı birlikdə dünyaya gəldikə hansı atasının vəlisi hesab olunur və atasının qəza namazlarını hansı qılmalıdır?

Cavab: Verilən suala əsasən dünyaya birinci gələn vəlidir və atanın qəza namazları da ona vacibdir.

Sual 607. Əgər böyük oğul hər hansı bir səbəbə görə atanın qəza namaz və oruclarını yerinə yetirməsə, başqa oğluna vacibdirmi?

Cavab: Xeyr, vacib deyil. Əlbəttə yerinə yetirsə savab iş görmüş olar və böyük qardaşın da öhdəsindən götürülər.

Sual 608. Mən ailənin böyük qızıyam, atam dünyadan getmişdir, bilirəm ki, qəza namazı vardır. Xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz?

səh:116

Cavab: Əgər atanız öz oruc və namazı haq da vəsiyyət edibsə, gərək vəsiyyətə əməl olunsun (malının üçdə birindən bu iş üçün xərclənsin). Amma vəsiyyət etməyibsə, böyük oğlana vacibdir ki, atasının qəza namaz və oruclarını yerinə yetirsin. Qız övladına bir şey vacib deyil. Bəli, əgər böyük oğlan yerinə yetirməsə siz atanızın qəza namazlarını qəza edə bilərsiniz və ya öz pulunuzla onun üçün əcir tutasınız. Bu işin çoxlu savabı vardır, amma sizə vacib deyil.

Sual 609. Mənim ata-anam ömürlərinin axırına qədər namazlarını səhv qılıblar, vəsiyyət də etməyiblər. Onların böyük oğlu olduğum üçün mənə onların bütün namazlarını qəza etmək vacibdirmi?

Cavab: Əgər ehtimal versəniz ki, onların səhv oxumaları səhih oxumağa qüdrətləri olmadığındandır və öyrənməyə də səhlənkarlıq etməyiblər, qəzası yoxdur.

Sual 610. Böyük qardaşım atamın ölümündən sonra dünyasını dəyişdi. Onun ömrü fürsət vermədi ki, atamın namazlarını qəza etsin. Mən ondan bir il yarım kiçiyəm. Mənə atamın namazlarını qəza etmək vacibdirmi?

Cavab: Xeyr, Sizə vacib deyil, amma qəza etsəniz savabı var.

Sual 611. Böyük qardaşım atamın sağlığında dünyasını dəyişib. Atam dünyasını dəyişəndə mən böyük övladı idim; atamın qəza namazları mənim öhdəmdədirmi?

Cavab: Bəli, ata-ananın qəza namazları vəfat edən zaman böyük oğluna aiddir.

Sual 612. Əgər ata-ana ayət namazlarını tərk edib, ya unudublarsa, böyük oğluna onların ölümündən sonra ayət namazlarını qəza etməsi vacibdirmi?

Cavab: Bəli, gündəlik vacibi namazlarla ayət namazı arasında fərq yoxdur.

Sual 613. Həddi-büluğa çatmayan oğlan uşağı öz ata-anasının qəza namazlarını qıla bilərmi?

Cavab: Əgər yaxşını pisdən ayıra bilərsə (yə’ni muməyyiz), dəstəmaz və namaz məsələlərini səhih bilirsə, ata və anasının qəza namazlarını qılsa caiz və səhihdir.

Sual 614. Ömrünün axırlarında Bəhayi olan bir şəxs o halda dünyadan köçüb. Böyük oğluna onun namazlarını qəza etmək vacibdirmi?

səh:117

Cavab: Xeyr, vacib deyil, hər kəs namaz və orucu inkar etsə və o halda dünyadan getsə onun namazları heç kəsə aid deyil və qəzası da yoxdur.

Sual 615. Ata-anamdan əvvəl bir böyük qardaşım vəfat edib. İndi atam dünyadan gedib, onun qəza namazları mənə vacibdir, ya xeyr?

Cavab: Verilən suala əsasən sizin böyük qardaşınız atanızdan əvvəl dünyasını dəyişib. Hal-hazırda siz böyük oğlan övladısınız və atanızın namazlarının qəzası sizə vacibdir, oruclarını da tutmalısınız.

Sual 616. Bir müsəlman 45 il əvvəl kafir bir qadınla evlənib və bir oğlan uşağına sahib olub. Sonra onları atıb və 35 il əvvəl ikinci dəfə başqa bir qadınla evlənib yenə bir oğlan uşağına sahib olub. İndi dünyasını dəyişib, onun birinci arvadı və oğlundan əldə heç bir mə’lumat yoxdur. Onun qəza namaz və orucu ikinci arvadından olan oğluna vacibdir, ya xeyr?

Cavab: Verilən suala əsasən ikinci arvadından olan oğlu birinci arvadından olan oğlundan böyük deyilsə, vacib deyil. Buna baxmayaraq yaxşıdır ki, boynundan məs’uliyyəti götürmək üçün yerinə yetirsin.

İSTİCARƏ NAMAZI

Sual 617. İsticarə namazında gərək qəzaya gedən tərtibdə qılınsın, ya lazım deyil?

Cavab: Əgər qəzaya gedən namazların tərtibini bilirsə riayət etməsi lazımdır.

Sual 618. Ata-anasının qəza namazları və orucu vacib olduğu halda qılmayan bir şəxs başqası üçün əcir tutula bilərmi?

Cavab: Valideynlərinin namaz və oruclarının gecikməsinə səbəb olmasa maneəsi yoxdur. Bu surətdə valideyninin namaz və orucunu qabağa salsın.

Sual 619. Özünün qəza namazı və orucu olan bir şəxs başqasının namaz və orucu üçün əcir tutula bilərmi?

Cavab: Namaz üçün eybi yoxdur. Ancaq oruc üçün elə bir vaxtı müəyyən etməlidir ki, özünün vacibi oruclarını tutmağa vaxtı olsun.

Sual 620. Mənim atam 75 il ömür edib və namaz qılan idi. Eyni halda vəsiyyət edib ki, malının üçdə biri kəfən və dəfn xərclərindən sonra artıq qalsa, onun namaz və orucları üçün xərclənsin. İndi kəfən

səh:118

və dəfn xərclərini ödəmişik. Artıq qalan pul o qədərdir ki, 80 ya 85 il namaz və orucu üçün əcir tuta bilərik. Hesab edək ki, əgər namaz qılan olmasaydı, onun namaz və orucu 60 il edərdi. Onun vəsiyyətinə əməl edib pulun hamısını namaz və orucun isticarəsinə verək, ya 60 il kifayətdir? Əgər 60 il kifayət olsa, pulun qalanını hara və nə şəkildə sərf edək?

Cavab: Bu məsələnin müxtəlif yolları vardır:

1) Əgər meyyitin məqsədi malının üçdə birini özü üçün xərc olunması olubsa, artıq qalan pulu onun niyyəti ilə xeyr işlərə sərf edin.

2) Əgər ehtimal verilsə ki, özünün namaz və orucundan əlavə, başqa namaz və oruc, ya kəffarə və bu kimi işlər öhdəsində olubsa gərək pulun qalanını isticarə namaz və oruca verəsiniz

3) Əgər ehtimal verilə ki, bu cür vəsiyyət etməkdən onun məqsədi arxayınçılıq olubsa (yə’ni boynunda olan namaz və orucu tamami ilə qılsınlar deyə bu cür vəsiyyət edibsə) mütləq surətdə bu iş yerinə yetirilməlidir. Bəlkə fikirləşib ki, bə’zi əcir tutulanlar öz vəzifələrinə düzgün əməl etmirlər, ya səhih qılmırlar, bu surətdə də gərək pulun qalanını namaz və orucun isticarəsinə verəsiniz.

4) Əgər vərəsələr yuxarıda qeyd olunanların heç birisinin olmadığına və meyyitin məqsədsiz bu cür vəsiyyət etməsinə yəqinlik tapıblarsa, artıq qalan miqdarı öz aralarında bölsünlər; əlbəttə ehtiyat budur ki, vərəsənin icazəsi ilə meyyitin niyyətinə yaxşı işlər üçün xərcləsinlər.

Sual 621. Mənim çoxlu qəza namaz və orucum vardır, ömrümün axırına qədər özüm onları qəza edə bilmərəm, icazə verirsiniz naib ya əcir tutam?

Cavab: Nə qədər ki, sağsınız, namaz və oruc üçün əcir tutmaq səhih deyil. Gərək vəsiyyət edəsiniz özünüz qılmadığınız miqdarda vəfatınızdan sonra sizin üçün naib tutsunlar, ya qəza etsinlər.

Sual 622. Öhdəsində özünün qəza namazı olan bir şəxs meyyitin qəza namazları üçün əcir tutula bilərmi?

Cavab: Bəli, verilən suala əsasən başqası üçün əcir tutulmağın bir maneəsi yoxdur. Amma öz qəza namazlarında səhlənkarlıq etmək caiz deyildir.

Sual 623. Dəstəmaz almaqda üzürlü olan bir şəxs öz namazlarını təyəmmümlə qılır, əcir tutula bilərmi?

səh:119

Cavab: Edə bilməz, lazımdır ki, əcir qusl, dəstəmaz və namazda üzürlü olmasın.

Sual 624. Qadını meyyitin namazları üçün əcir etmək olarmı?

Cavab: Əgər qiraəti və namazı batil edən məsələləri bilsə və bu işi görməklə qadınlıq vəzifəsinə və hüquqlarına maneə yaratmazsa işkalı yoxdur.

Sual 625. Sağlığında başqası üçün əcir tutulan bir şəxs sonradan üzürlü səbəbdən namazı cəbirə quslu və dəstəmazla, ya təyəmmümlə qılmalıdırsa vəzifəsi nədir?

Cavab: Gərək üzrü aradan qalxana kimi isticarə işlərini gecikdirsin və əgər vaxt azdırsa əcir tutulması pozulur.

Sual 626. Ramazan ayında Qur’an oxumaq üçün bir məbləğ pul alan şəxs Qur’andan bir miqdar oxuyub və qalanı da müəyyən səbəbdən qalmışdır. Həmin şəxs bir qədər isticarə namaz və oruc da götürüb onu müəyyən edilmiş vaxtda qılmamışdır. Onun vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən əgər əcir tutan şəxsi tanıyırsa ona müraciət edib icarə vaxtını uzatsın, ya qılmadığı ibadətin miqdarında pulu qaytarsın. Əgər əcir tutan şəxsi tanımırsa həmin miqdar pulu sahibi tərəfindən sədəqə versin. Etiyat budur ki, sədəqə vermək hakimi-şər’inin icazəsi ilə olsun və həmçinin ehtiyat budur ki, Qur’anın qalanını namazın qalanı ilə oxusun və orucları da tutsun.

səh:120

CAMAAT NAMAZININ HÖKÜMLƏRİ

Sual 627. İmamın məğrib, ya işa namazının üçüncü rəkətində ona iqtida edən mə’mumun vəzifəsi həmd və surəni oxumaqdır; onları ucadan oxusun, ya ahəstə?

Cavab: Ahəstə oxusun.

Sual 628. Camaat namazı qılınan məscidlərdə namaz qılanlar bir-birinin ardınca cərgə şəklində İmama birləşiblər. Əgər məscidin ikinci mərtəbəsində qadınlar da camaat namazı qılırlarsa, onların aşağı mərtəbədə olan camaat namazına birləşmələrinin hökmü necədir?

Cavab: Onların birləşməsi bu şəkildədir ki, əgər yuxarıda olmasaydılar və yuxarı məkanın bərabərliyi ilə aşağı mərtəbədə olsaydılar birləşmə hasil olardı.

Sual 629. Məscidlərin balkonlarında qoyulan dəmir arakəsmələr camaat namazının cərgələrində fasilə hesab olurmu?

Cavab: Arakəsmələr bütöv divar şəklində deyil, naxışlı millərlə olarsa, balkonda qılınan camaat namazı - istər iqtida edənlər qadın olsun, istərsə də kişi - səhihdir. Əgər arakəsmələr belə olmasa və imamı görməyə mane yaratsa, qadınların iqtida etməsi səhihdir, kişilərin iqtida etməsi isə düzgün deyildir.

Sual 630. Əgər camaat namazı vaxtı İmam-camaatın e’tibarsızlığını göstərmək məqsədi ilə həmin məsciddə tək halda namaz qılınsa bu şəxsin namazında işkal varmı?

Cavab: Əgər onun bu işi İmam-camaata hörmətsizlik məqsədi ilə olsa, yaxud camaatın və İmamın hörmətsizliyinə səbəb yaratsa caiz deyildir. Tək namaz qılmaq İmamın fasiqliyini göstərmək məqsədilə olarsa namaz da işkallıdır.

Sual 631. Əgər İmam ardıcıl üç səcdə yerinə yetirsə, onun namazına nöqsan daxil olurmu?

Cavab: Bilərəkdən olmazsa, namaz səhihdir.

Sual 632. Camaat namazı haqqında deyilən savab, iqtida edənləri təkbir vasitəsi ilə xəbərdar edən şəxslərə də çatırmı?

Cavab: Ümid var ki, Allah mə’mumların savabını ya ondan artığını mükəbbir olanlara verəcəkdir.

Sual 633. Əgər camaat namazında mükəbbir olmasa, mə’mumlardan biri zikr qəsdi ilə təkbirləri ucadan deyə bilərmi?

səh:121

Cavab: İşkalı yoxdur.

Sual 634. Camaat namazının üçüncü və dördüncü rəkətinə çatsalar necə iqtida etməlidirlər?

Cavab: Əgər rükudan əvvəl iqtida etsə, həmd və surəni oxuması vacibdir. Əgər surəni oxumağa fürsət olmasa təkcə həmdi oxusun. Əgər bilsə ki, iqtida edən surətdə həmdi oxumağa möhlət yoxdur, ehtiyat vacibə əsasən gərək İmam rükuya gedəndən sonra iqtida etsin.

Sual 635. Taxt üstündə, ya şikəst adamlar üçün düzəldilən əlil arabasında namaz qılan xəstələr camaat namazında dursalar cərgələri bir-birindən ayırırlar, ya yox?

Cavab: Xeyr, eybi yoxdur.

Sual 636. Bir şəxs təklikdə namaz qılanda daha çox hüzur-qəlblə qılır, amma camaatla qılanda bəzi səbəblərə görə halsız olur. Hansı birini seçməlidir?

Cavab: İmkan olan surətdə camaat namazında iştirak etsin. Səy etsin hüzur-qəlbi camaat namazında tapsın.

Sual 637. Dostlarımdan və yoldaşlarımdan bə’ziləri camaat namazına əhəmiyyət vermir və iştirak da etmirlər. Bu iş dostluğun və gediş- gəlişin pozulmasına səbəb olurmu? Əgər qohum olsa necə?

Cavab: Ümumi halda camaat namazına əhəmiyyət vermək açıq-aşkar məsələlərdən, bəlkə İslam dininin zərurətlərindəndir. Namaz ilk çağlardan camaatla qılınıb. (Peyğəmbər (salavatullah), Həzrəti Əli (ə) və Həzrəti Xədicə (ə) ilə Məscidul-haramda namazı birlikdə qıldılar). Bunun üçün camaat namazında üzürsüz səbəbdən iştirak etməmək caiz deyil. Allahın Peyğəmbərindən (s) nəql olunub ki, camaat namazına hazır olmayanlarla əlaqə yaratmayın, onlarla gediş-gəlişi də tərk edin.

Bu məsələdə qohum və başqaları arasında bir fərq yoxdur. Sileyi-rəhm baxımından, hətta xəbər və ya salamla sileyi-rəhm etmək olar.

Sual 638. Evdar bir qadına həmd və surəni səhih öyrənmək rahat deyil, amma camaat namazında iştirak edə bilir. Bu işə də əri icazə vermir. Gərək ərinə itaət etsin, ya icazəsiz camaat namazında iştirak etsin?

Cavab: Namazı bildiyi qaydada qılsın və camaat namazında iştirak etmək vacib deyil, baxmayaraq ki, müstəhəbdir ərinin icazəsi ilə camaat namazında iştirak etsin.

səh:122

CAMAAT NAMAZININ AZANI

Sual 639. Əgər camaat namazında İmam-camaat gəlməmişdən qabaq azan deyilsə, İmam-camaat gələndən sonra həmin azan kifayət edir, yoxsa ikinci dəfə azan deyilməlidir?

Cavab: Həmin azan kifayətdir.

Sual 640. Camaat namazında iştirak etməyən mükəbbir üçün deyilən azan və iqamə kifayət edir, ya xeyr?

Cavab: Onun kifayət etməsi müşküldür. Əgər savab qazanmaq istəsələr, imamın özü, ya iqtida edənlərdən biri ahəstə də olsa azan desinlər.

İMAM-CAMAATIN ƏDALƏTİ

Sual 641. Qərib bir şəxs bir şəhərə daxil olub, namazını qılmaq üçün məscidə gedib. Məsciddə camaat namazının hazır olduğunu görən bu şəxs İmam-camaatı tanımır, bu halda İmam-camaata iqtida edə bilərmi?

Cavab: İmam-camaatın adilliyini sabit etməyincə iqtida düzgün deyil, amma təqvalı mö’minlərin İmama iqtida etməsindən onun ədalətli olmasına yəqinlik tapılırsa caizdir.

Sual 642. Elm əhlindən olan bir nəfər bir şəhərə, ya kəndə daxil olur. Onu tanımayan əhali ona iqtida edə bilərmi?

Cavab: İqtidanın səhih olmasında ədalətə məsələsində arxayınçılıq tapmaq lazımdır. Mümkündür, onunla əlaqə yaratmaqla arxayınçılıq hasil olsun və ya araşdırılsın.

Sual 643. Nikah şö’bəsinin rəisi olmaq İmam-camaatın ədalətinə zərər gətirərmi?

Cavab: İran İslam Respublikasında zərəri yoxdur.

Sual 644. Məşhəd və Qum kimi ziyarət şəhərlərinə daxil olan bir müsafir camaat namazına imamlıq edənləri tanımırsa və mə’lumat almaq üçün yəqini olan şəxsləri də tapa bilmirsə, camaat namazında iştirak edə bilərmi?

Cavab: Bir neçə tanınmış və e’tibarlı mə’mumların vasitəsi ilə İmamın ədalətinə yəqinlik hasil etsə iqtida caiz, başqa bir halda müşküldür.

Sual 645. Namazda qadının imamlıq etməsi səhihdirmi?

səh:123

Cavab: Qadının kişilər üçün imamlıq etməsi düzgün deyil, amma qadınlar üçün imamlıq etməsi vacibi-ehtiyatın xilafınadır.

Sual 646. Bir şəxs şər’i cəzaya layiq görülüb, cəza icra olunmamışdan qabaq tövbə edib, ya sürgün olunub, yaxud şər’i cəza icra olunub və ya zindana salınıb. Amma indi tövbə etmişdir, bu şəxs İmam-camaat ola bilərmi? Biz ona iqtida edə bilərikmi?

Cavab: Bəli, verilən suala əsasən bir maneəsi yoxdur, amma şər’i cəzaya layiq görülən bir şəxs vacib ehtiyata əsasən, gərək İmam-camaat olmasın.

Sual 647. Bir şəxsin İmam-camaatı tanımadığı halda onun adil, ya fasiq olduğu haqda mə’lumatı yoxdursa, ona iqtida etməsi səhihdirmi? Ədaləti isbat etmək üçün nə kifayətdir?

Cavab: Ədalət sabit olmasa iqtida səhih deyil. Onunla davranan zaman ondan şəriətin ziddinə bir iş görünməsə bu ədalət üçün bir nişanədir. Yə’ni, bir şəxslə dəfələrlə gediş-gəlişi olduğu zamandan şəriətin ziddinə bir iş görməyib.

Sual 648. Cümə günü zöhr namazını İmam-cümənin əsr namazına iqtida edib qılmaq səhihdirmi?

Cavab: Səhihdir.

Sual 649. Mən İmam-camaatı adil bilmədiyim halda ona iqtida etmirəm. Başqalarına deyib onları da İmam-camaatın ədalətsizliyindən xəbərdar etməyim caizdirmi?

Cavab: Xeyr, caiz deyil, bu iş qeybət və haramdır.

Sual 650. Mən özümü adil bilmirəm, İmam-camaat ola bilərəmmi?

Cavab: İmam-camaatın şərtlərindən biri ədalətdir, amma mə’mumlar sizi adil bilirlərsə İmam-camaat ola bilərsiniz. Namaz da səhihdir. Diqqət etməlisiniz ki, İmam-camaat olmaq müstəhəbbi tövbə etmək və ədalətli olmaq vacibdir. Buna əsasən çalışın siz həqiqi tövbə etməklə ədalət sifətini ələ gətirəsiniz.

Sual 651. Bir şəxs mərcəi-təqlid tərəfindən nümayəndə və həsbiyyə (xums-zəkat hesablama) işlərində icazə almışdır. Həmin icazənin verilməsi onun ədalətli olmasına dəlalət edirmi və ona iqtida edə bilərəmmi?

Cavab: Camaat namazına iqtida edənlər gərək imam camaatın ədalətli olmasına yəqinlik etsinlər. Buna görə də, əgər bir şəxs bu icazədən onun ədalətli olmasına yəqinlik tapsa, ona iqtida edə bilər.

səh:124

Əks təqdirdə, yəqin tapmayana qədər ona iqtida edə bilməz. Sadəcə, icazə və nümayəndəliyin olması ədalətə və adilliyə dəlil ola bilməz.

Sual 652. Özünü müctəhid bilən bir şəxsə iqtida etmək səhihdirmi?

Cavab: İmam-camaatın şərtlərinə malik olsa və onun namazı mə’mumların təqlid etdiyi müctəhidin fətvasına uyğun səhih olsa ona iqtida etmək səhihdir. Müctəhid olmasına e’tiqad bağlamaq ədalətə zərər gətirmir.

Sual 653. İmam-camaat bir günaha mürtəkib olub ədalətdən düşmüşdür. Amma eşitdik ki, namazdan əvvəl və namaz əsnasında istiğfar edib. Bu istiğfar tövbənin düzgün olmasına və yenidən adil olması üçün və iqtida etməyin düzgünlüyünə kifayət edirmi?

Cavab: Diqqət yetirmək lazımdır ki, tövbənin həqiqi mənası günahdan peşiman olmaqdır, o da zahirdə yox, qəlbən yerinə yetirilməlidir. Bunun üçün tövbə təkcə «istiğfar»i tələffüz etməklə kifayət etmir. Sualın qoyuluşuna əsasən, onun ədalətli olmasına yəqinlik tapmasanız ona iqtida etmək səhih deyil.

Sual 654. İmam-camaat və mə’mum arasında fətva və mərcəyi-təqlid baxımından fikir ayrılığı olsa, imamın təqlidinə görə onun İmamlıq etməsi işkalsız və onunla camaat namazı qılmaq səhihdir. Mə’mumların mərcəyi-təqlidinin nəzərinə əsasən isə səhih deyil. (İşi səfər olan, ya naqis üzvlü şəxslər kimi, namazlarını üzrlü qılırsa). Bu halda İmam-camaata e’lan etməsi lazımdırmı?

Cavab: E’lan etmək lazım deyil, mə’mumların namazı səhihdir, namazdan sonra bilsələr də belə.

İMAM-CAMAATA HAQQ VERMƏK

Sual 655. İdarənin namazxanasında zöhr və əsr namazını qılmaq üçün gələn İmam-camaatın gediş-gəliş xərcini ödəmək caizdirmi?

Cavab: Maneəsi yoxdur.

Sual 656. Dövlət orqanlarının bə’ziləri orada namazı qılmaq və şər’i məsələlərdən söhbət etmək üçün ruhanilərdən bə’zilərinə haqq verirlər, bunun hökmü necədir?

Cavab: Əgər qürbətən iləllah versələr və o da qürbətən iləllah namaz qılsa, eybi yoxdur və gediş-gəlişi üçün də ona pul versələr maneəsi yoxdur.

səh:125

RUHANİ OLMAYAN ŞƏXSİN İMAMLIQ ETMƏSİ

Sual 657. İmam-camaatın şərtlərini bilən qeyri-ruhaninin vasitəsi ilə camaat namazını bərpa etmək necədir?

Cavab: Ruhani ola-ola el arasında ruhani olmayan şəxsin imamlıq etməsi, ruhaniyyətə hörmətsizlik hesab olunarsa, caiz deyil.

Sual 658. Şəhər məscidlərində ruhani olmayan şəxslərin camaata imamlıq etmələrinin hökmü nədir?

Cavab: İmkan olan surətdə ruhanilərdən istifadə etsinlər.

İMAM-CAMAATIN NAMAZINDA NÖQSANIN TAPILMASI

Sual 659. Müəyyən səbəblərə görə İmam-camaatın namazı batil olubsa, mə’mumlara mə’lumat vermək lazımdır ki, onlar öz namazlarını təzələsinlər?

Cavab: Əgər namazdan sonra namazının batil olduğunu başa düşsə, mə’mumların namazı səhihdir. İmamın aşkar etməsi lazım deyil.

Sual 660. Namaz əsnasında İmam-camaatdan hədəs xaric olsa, hökmü nədir?

Cavab: İmamın namazı batil olur, mə’mumlara lazımdır ki, namazı furada niyyəti, ya başqasının imamlığı ilə tamamlasınlar.

Sual 661. Bir İmam-camaat salamları deyəndən sonra yadına düşür ki, namazını qəsr qılmaq əvəzinə bütöv qılmışdır. Ona iqtida edən və namazı bütöv qılan mə’mumların vəzifəsi nədir? Gərək təzədən qılsınlar, ya əgər vaxt keçibsə qəza etsinlər?

Cavab: Təkrarlamaq və qəza etmək lazım deyil.

BƏDƏN ÜZVLƏRİ ƏLİL OLAN ŞƏXSLƏRİN İMAMLIQ ETMƏSİ

Sual 662. İmam-camaatın ayağı sındığına görə düzgün yığılmır, səcdə və təşəhhüd halında onu çəkmək məcburiyyətində qalır. Amma sair şərtlər öz qaydasındadır. Onun imamlığı səhih və caizdirmi?

Cavab: Barmağının, ayağının və dizlərini ucu yerə dəyirsə onun imamlığı caiz və ona iqtida etmək də səhihdir; ayağının ucunu fərqli surətdə yerə qoysa və təşəhüddə adi qaydada oturmasa da.

Sual 663. Risalənin 1473-cü məsələsində yazılmışdır: «Vacib ehtiyata əsasən xora xəstəliyi olan bir şəxs İmam-camaat olmasın.» Sual bundan ibarətdir ki, birincisi, əgər xora görünməsə, ya az olsa və

səh:126

camaat bilməsə, ya görməsələr (paltarın altındadır) təkcə özü bilsə, gərək İmam-camaat qalmasınmı? İkincisi, əgər xora xəstəliyi olan şəxs camaata imamlıq etsə mə’mumların namazı işkal tapırmı?

Sual 664. Beli bir azacıq əyilmiş bir şəxs camaata imamlıq edə bilərmi?

Cavab: Əyrilik rüku həddinə çatmırsa işkalı yoxdur.

Sual 665. İmam-camaatın naqis üzvlü olması camaat namazında işkal yaradırmı?

Cavab: Üzvün naqis olması namazın xüsusiyyətləri ilə bağlı olmasa, məsələn İmam-camaat görmə qabiliyyətindən məhrumdursa camaat namazında bir işkal yaratmır, ayağı, ya əli kəsilmiş olsa, belə ki, səcdədə yeddi üzvü yerə qoysun, ehtiyat vacibin zərurətinə görə ona iqtida etməsinlər

Sual 666. Ayağı topuqdan kəsilən bir şəxs mə’mumlara mə’lumat vermədən İmam-camaat ola bilərmi? Mə’mumların mə’lumatı olmayan surətdə necə?

Cavab. Xeyr, caiz deyil.

Sual 667. Yuxarıda qeyd olunan halda, mə’lumat vermədən imamlıq etsə, namazdan sonra mə’mumlara namazlarını təzələmək üçün mə’lumat verməsi lazımdırmı?

Cavab: Verilən suala əsasən bilmədikləri üçün namazın təkrarı və qəzası yoxdur. Mə’lumat verməsi lazım deyil.

Sual 668. Mən müharibə əliliyəm, əlim yaralandığına görə namazda sağ əlimin içini kamil surətdə yerə qoya bilmirəm. İmam-camaat ola bilərəmmi?

Cavab: Əgər əlinizin içini adi şəkildə yerə qoya bilmirsinizsə İmam-camaat ola bilməzsiniz.

Sual 669. Barmaqlarının bə’zilərindən məhrum olmuş bir şəxs İmam-camaat ola bilərmi?

Cavab: Düzgün olması çox da iradlı deyil, amma ehtiyat odur ki, tərk etsin.

səh:127

ƏHLİ-SÜNNƏTƏ İQTİDA

Sual 670. Əhli-sünnət məğrib namazını məğribdən əvvəl qılırlar. Həcc mərasimi, ya başqa vaxtlar onlara iqtida edib həmin namazla kifayətlənə bilərikmi?

Cavab: Təqiyyə olan zaman maneəsi yoxdur və səhihdir.

Sual 671. Məkkə və Mədinədə, xüsusilə Məscidul-həram və Məscidun-Nəbidə Əhli-sünnətə iqtida zamanı möhür qoyaq, ya möhürsüz caizdir?

Cavab: Möhür qoymaq lazım deyil, məscidin həsir və daşlarından da istifadə etmək olar.

Sual 672. Fasiləyə riayət etməyən surətdə əhli-sünnətə iqtida etmək caiz və kifayətdirmi?

Cavab: Siz tərəfdən riayət etmək lazımdır.

RUHANİLƏRƏ İQTİDA ETMƏK

Sual 673. Çox savadlı qardaşlardan bə’ziləri hələ ruhani libası geyinməyiblər. Onların camaata imamlıq etməsi düzgündürmü?

Cavab: Əmmaməli şəxslər olmayan surətdə əmmaməsiz şəxslərin imamlıq etmələrinin işkalı yoxdur. Ancaq əmmaməli şəxs olan təqdirdə işkalı vardır. Xüsusilə məscidlərdə, əgər əmmaməli olmayan şəxsin imamlıq etməsi hörmətsizliyə səbəb olarsa, haramdır və caiz deyildir.

Sual 674. Bə’zi vaxtlar İmam-camaat namaza hazır olmur, sıravi mö’minlərdən birini İmam-camaatın yerinə seçə bilərlərmi?

Cavab: Bəli, əgər İmam-camaatın şərtlərinə malik olsa və başqa bir ruhani də olmasa maneəsi yoxdur.

səh:128

QADININ İMAMLIQ ETMƏSİ

Sual 675. Namazda qadının imamlıq etməsi səhihdirmi?

Cavab: Qadının imamlıq etməsi kişilər üçün düzgün deyildir, qadınlar üçün isə ehtiyat-vacibin xilafınadır.

Sual 676. Bir müctəhid, qadının qadınlar üçün İmam-camaat olmasına icazə verirsə, Sizə və imam Xomeyniyə (r) təqlid edənlər o qadına iqtida edə bilərlərmi?

Cavab: Hər kəsin vəzifəsidir ki, öz təqlid etdiyi müctəhidin fətvasına əməl etsin. Bunun üçün İmam Xomeynidən və məndən təqlid edən şəxslər vacib ehtiyata əsasən o xanıma iqtida edə bilməzlər. Çünki, bu məsələ fətva deyildir. Qadının imamlığını caiz və səhih bilən ələm müctəhidə ə’ləmiyyət qaydalarına riayət etməklə müraciət etmək olar.

Sual 677. Qız ya oğlan olması müəyyən olmayan bir şəxs evlənibdir. Bu adam müəyyən miqdar cinsi əlaqədə olmağa qadirdir. Lakin batində qadınlıq əlamətləri çoxdur. Bu şəxs ruhani libası geyinə bilərmi, imam-camaat ola bilərmi, başqası üçün əcir tutula bilərmi? Məğrib, işa ya sübh namazını ahəstə qılsın ya ucadan?

Cavab: Bu şəxsin qadınlıq, ya kişilik əlamətindən biri daha aşkar müəyyən olsa, əgər cərrahlıq yolu ilə aydın olan müəyyən cinsə salsalar, müəyyən olan öz cinsi hökmündədir. Amma onun kişi ya arvad olmasını ayırd etmək müşkül olsa, gərək geyim və sair işlərdə ehtiyat etsin, ruhani libası kimi kişilərə aid olan geyimləri geyinə bilməz və İmam-camaat da ola bilməz. Namaz və oruc üçün əcir tutulsa maneəsi yoxdur.

İMAM-CAMAATA BİRLƏŞMƏK

Sual 678. Neçə mərtəbəli binaların birinci mərtəbəsində camaat namazı qılınırsa, yuxarı təbəqələrdə olanların iqtida etmələrinin hansı hökmü vardır?

Cavab: İqtidanın səhih olması camaatın yığılması və sıraların bir-birinə birləşməsi ilə mötəbər sayılır. Buna görə yuxarı təbəqədə olanlar çox yuxarıda olmasalar, cərgələrin birləşməsi və vəhdət pozulmayıb desələr, iqtida səhihdir. Əks halda səhih deyildir.

Sual 679. Birinci cərgədə yaxşını pisdən ayırd edə bilən iki uşaq iqtida etsə, birləşmə pozulurmu?

səh:129

Cavab: Onların namazlarının batil olmalarını bilməsə İmam-camaatla əlaqə kəsilmir.

Sual 680. Camaat namazının birinci sırasında bir nəfər namazını tək qılırsa rabitə pozulurmu? Və bu fasilə sayılırmı?

Cavab: Bir nəfər adətən cərgələrin pozulmasına və bir-birinə dəyməsinə maneə ola bilməz. Bəli, İmamı görməsə, ya imamı görən mə’mum üçün mane yaradarsa, fasilə sayılır və maneçilik törədir.

Sual 681. Təqiyyə olmayan halda əvvəlki cərgələrdə duran əhli-sünnətdən olan mə’mumların vasitəsi ilə İmam-camaata birləşmək olarmı?

Cavab: Verilən suala əsasən səhih deyil.

İQTİDANIN SƏHİH VAXTI

Sual 682. Mə’mumun İmam-camaatla eyni vaxtda təkbirətul-ehram deməyi səhihdirmi?

Cavab: Ehtiyat-vacib odur ki, İmamın təkbiri tamamlanmamış təkbir deməsinlər.

Sual 683. Əgər səhvən bir kəs İmam-camaatla eyni vaxtda təkbir desə vəzifəsi nədir?

Cavab: Ehtiyat- vacib odur ki, bu halda namazını camaatla tamamlasın və sonra yenidən qılsın.

Sual 684. Əgər mə’mum səhvən, ya İmamın namaza daxil olduğunu güman edib təkbirətul-ehram desə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən namazı tək halda səhihdir. Onu tək niyyəti ilə tamamlaya bilər, əgər camaatla qılmaq istəsə niyyətini müstəhəbbi namaza döndərsin. Onu tamam edəndən sonra iqtida etsin, ya onu saxlayıb namazı batil edən bir iş görüb (danışmaq, qibləyə arxa çevirmək) yenidən iqtida etsin.

Sual 685. İmam rükuya getməmişdən əvvəl iqtida etmək işkallıdırmı?

Cavab: Əgər birinci və ikinci rəkətlərdə rükuya gedən halda olan İmama iqtida etsə işkalı yoxdur. Amma üçüncü və dördüncü rəkətlərdə iqtida etmək istəsələr və İmam rükuya getməmişdən əvvəl ən azı həmdi oxumağa fürsət qalmadığını bilsələr, vacib-ehtiyata əsasən səbr etsinlər, İmam rükuya çatan vaxt iqtida etsinlər.

Sual 686. Bir şəxs rükudan qalxandan sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk etsə, vəzifəsi nədir?

səh:130

Cavab: Rüku halında İmamın rükusuna çatmasına yəqinlik tapıbsa, şəkkinə etina etməsin, amma qəflətdə olubsa ehtiyata görə namazını camaatla tamamlasın və ikinci dəfə təzədən qılsın.

Sual 687. Camaat namazında qadınlar və kişilər arasında kərpicdən ya dəmirdən nazik bir divar çəkmək səhihdirmi?

Cavab: Camaatın vəhdəti və namaz qılınan yer qarışmasa, qadınlar da İmamın hansı halda olduğunu bilsələr maneəsi yoxdur.

TABELİK

Sual 688. Gözündə cərrahiyyə əməliyyatı aparılan bir şəxs səcdəni uzada bilmirsə, camaat namazında iştirak edə bilərmi və İmamdan tez səcdədən qalxa bilərmi? Yaxud səcdəsi çox çəkməsin deyə, İmamdan sonra bir miqdar səbr edib sonra səcdəyə gedib İmamla birlikdə qalxa bilərmi?

Cavab: İmamdan tez səcdədən qalxmaq düzgün deyil, İmamdan bir az sonra səcdəyə gedib onunla birlikdə qalxa bilər.

Sual 689. Mə’mum rükuya gedəndən sonra İmamın səhvən qunuta məşğul olduğunu bilsə vəzifəsi nədir?

Cavab: Gərək o qədər rükuda qalsın ki, imam qunutunu tamamlayıb rükuya getsin.

Sual 690 İmam-camaat surədən bir miqdar unudub rükuya getsə bu işə diqqət yetirən mə’mumların vəzifəsi nədir?

Cavab: Əgər mə’mum rükuya gedəndən sonra başa düşsə ki, İmam surənin bir miqdarını unudub, namazı səhihdir. Lakin rükudan əvvəl başa düşsə gərək furada niyyət etsin, İmamın unutduğu hissəni özü oxuyub furada niyyəti ilə namazını tamamlasın.

Sual 691. Əgər mə’mum səhvən ikinci rəkətdə qunutdan əvvəl rükuya getsə, sonradan İmamın qunuta məşğul olduğunu başa düşsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən, gərək rükudan qalxsın və İmamla birlikdə qunut tutub, sonra onunla birlikdə rükuya getsin. Bu surətdə etdiyi artıq rüku İmama tabeçilik üzündən olduğu üçün namaza zərər yetirmir, namaz səhihdir.

Sual 692. Risalədə buyurmusunuz: Əgər mə’mum İmamdan əvvəl rüku və səcdədən başını qaldırsa, gərək rükuya, ya səcdəyə getsin. Rüku, ya səcdənin artıq olması namazı batil etmir. Xahiş edirik

səh:131

buyurun: Artıq rüku və səcdə üçün səcdeyi-səhv yerinə yetirmək lazımdırmı?

Cavab: Verdiyiniz sual səcdeyi-səhvə aid deyil, habelə camaat namazının başqa yerlərində də tabeçilik üzündən artıq olsa səcdeyi-səhvə səbəb olmaz.

CAMAAT-NAMAZININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Sual 693. Vacibi namazlarını təklikdə qılan İmam və ya mə’mum ikinci dəfə namazı camaatla təkrar qıla bilərlərmi?

Cavab: Müşküldür, amma namazını qılmayan bir şəxs onlarla camaat-namazı qılsa işkalı yoxdur.

Sual 694. Vacibi namazını camaatla qılan İmam ikinci, ya üçüncü dəfə başqa şəxslərlə təkrar qıla bilərmi?

Cavab: Qeyd olunan halda ikinci dəfə maneəsi yoxdur.

Sual 695. Mərcəyi-təqlidi mə’mumların mərcəyi təqlidindən ayrı olan İmam-camaatın arxasına namaz qılmağın hökmü nədir?

Cavab: Mə’mumların mərcəyi-təqlidinin fətvası ilə onun namazı səhih olsa iqtida etməyin maneəsi yoxdur.

Sual 696. Namazı qəsr olan bir nəfər İmam-camaat olur, ikinci rəkətdən sonra mə’mumlar furada surətdə namazı tamamlamaq məsələsini bilmirlər. Bura da İmam-camaatın vəzifəsi nədir?

Cavab: Gərək namaza başlamamışdan əvvəl mə’mumları agah etsin. Yaxud da salamları deyəndən sonra fasiləsiz mə’mumlara xatırlatsın.

Sual 697. Camaat namazı qılınan vaxt bir nəfər yatmışdır, onu oyatmaq olarmı?

Cavab: Əgər camaat namazına mane olursa onu oyatmağın maneəsi yoxdur.

Sual 698. Namazdan sonra mə’mumların bir-birinə salam verib görüşməsinin savabı varmı?

Cavab: Qeyd olunan iş üçün savab sabit olmamışdır, amma savab ümidi ilə olsa maneəsi yoxdur.

Sual 699. İmam-camaat bir gündə bir, ya bir neçə məsciddə camaat namazı bərpa edə bilərmi? Əgər edə bilsə namazını necə niyyət etsin?

Cavab: Mə’mumların müxtəlif olması ilə iki dəfə İmamlıq edə bilər, ikinci namazını müstəhəbb adıyla yerinə yetirsin.

səh:132

Sual 700. Bir şəxs İmamın rükusuna çatacağını güman edib iqtida etsə, amma rükuya çatmasa, sonra namazını kəsib namazı batil edən bir iş görmədən təkrar təkbirətul-ehram deyərək namazını camaatla, ya furada tamamlayarsa vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən gərək namazı təkrarlasın. Bu məsələdə camaat, ya furada arasında bir fərq yoxdur.

Sual 701. Camaat namazının axırıncı rəkətində İmam-camaat təşəhhüdə məşğul olduğu halda özünü çatdıran bir şəxsə camaat namazının savabını ələ gətirmək üçün bir yol vardırmı?

Cavab: Bəli, camaat namazının savabını bu yolla ələ gətirə bilər: camaat namazı niyyətini etsin və təkbirətul-ehramı iqtida qəsdi ilə desin, camaat namazının cərgələrinin birində oturub təşəhhüdü camaatla birgə oxusun. Amma namazının salamını verməsin və İmam öz salamını deyənə qədər səbr etsin, sonra qalxıb niyyət və təkbirətul-ehram demədən öz namazını həmdin əvvəlindən başlasın; bu surətdə camaat namazının savabını ələ gətirmiş olur.

Sual 702. Məscidə daxil olan bir şəxs yəqinlik tapdı ki, İmam-camaat namazın axırıncı təşəhhüdündədir. O, camaat namazının fəzilətini ələ gətirmək üçün təkbir deyib oturdu və təşəhhüdü camaatla oxudu. Sonra axırıncı təşəhhüdün olmadığı mə’lum oldu, vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən namaza daxil olmuşdur, namazı səhihdir. Camaat namazının üçüncü rəkəti onun birinci rəkəti hesablanır. Niyyəti təzələmədən və təkbir demədən həmd və surə oxuyub namazını camaatla davam etsin. Ehtiyata əsasən iki səhv-səcdə yerinə yetirsin. Yaxşıdır ki, namazını təzələsin.

Sual 703. İmamın təkbirdən sonra həmdi deməyib rükuya getdiyini başa düşsək vəzifəmiz nədir?

Cavab: Əgər rükudan əvvəl bilsəniz ki, gərək furada niyyət edəsiniz, həmd və surəni deyin və namazı tamamlayın. Amma rükuda başa düşsəniz ki, namazı camaatla tamamlamalısınız, müstəhəbb ehtiyat odur ki, namazı təzədən qılasınız.

Sual 704. Camaat namazında tabeçilik üzündən mə’mum bir rükn artıq yerinə yetirmişdir. Namazdan sonra da mə’lum olmuşdur ki, İmam-camaatın namazı təharət, ya başqa işlərin olmadığı səbəbindən batil olub. Mə’mumun namazı səhihdir, ya gərək təzədən qılsın?

səh:133

Cavab: Verilən suala əsasən batil olma məsələsi namazdan sonra mə’lum olmuşdur. Mə’mumun namazı düzgün və camaat namazı səhihdir, təkrarlamaq lazım deyil.

Sual 705. Namaz əsnasında İmam-camaat öz namazının batil olduğunu bilsə vəzifəsi nədir? Lüzum halında namazı pozmağa xəcalət çəkərsə, bu şəkildə namazı davam etdirməsi caizdirmi?

Cavab: Verilən suala əsasən namazını buraxsın, imkan olan surətdə imamət şərtlərini bilən mə’mumlardan birini öz yerinə tə’yin etsin və o namazı camaatla davam etdirsin. Əks halda mə’mumlara mə’lumat versin ki, onlar öz namazlarını furada niyyəti ilə davam edib, tamamlasınlar. Namaza davam etməsi vacib-ehtiyatın xilafınadır. Xəcalət çəkmək şər’i hökmü və vəzifəni dəyişmir. Bunun üçün lazımdır ki, burundan qan gəlmə bəhanəsi ilə dəsmalı burnuna aparıb namazını saxlayıb camaat namazından xaric olsun. Əgər namazı zahirdə davam etdirsə, mə’mumların namazı batil olmur və bu surətdə onlara mə’lumat vermək lazım deyil.

Sual 706. Əgər bir ruhaninin vəzifəsi namazı cəm (yə’ni həm qəsr və həm bütöv) qılmaq olsa, ona iqtida etmək səhihdirmi?

Cavab: Mə’mumların da vəzifəsi cəm qılmaqdırsa iqtida edə bilərlər. Əgər mə’mumların vəzifəsi cəm qılmaq deyilsə iqtida edə bilməzlər. O halda ki, onun hər iki namazına iqtida etsinlər. Məsələn, iki zöhr namazı qılsınlar, ancaq imamı qəsr qıldığı namazda mə’mumlar qılan iki rəkəti furada şəkildə tamamlasınlar.

Sual 707. Müsafir şəxslər zöhr, ya əsr, ya işa namazında İmam-camaata iqtida edirlər. İkinci rəkətdə salamları deyib təkrar ehtiyat qəza namazı niyyəti ilə İmamın üçüncü və dördüncü rəkətinə iqtida edirlər. Bu əməl səhihdirmi?

Cavab: Verilən suala əsasən iqtida etməyin işkalı yoxdur və namaz səhihdir.

Sual 708. Adi şəxslər sübh namazı üçün camaat namazı dağılmasın deyə bir nəfəri İmam tə’yin edə bilərlərmi? Bu halda daimi tə’yin olunmuş İmam-camaatın razılığı şərtdirmi?

Cavab: İşkalı yoxdur. Onun İmamlıq etməsi səhihdir. Daimi gələn İmam-camaatın razılığı səhih olmasına şərt deyildir.

Sual 709. İmam-camaat onun yerinə tə’yin olunan bir şəxsə maneçilik törədə bilərmi?

Cavab: İmam-camaatın buna ixtiyari yoxdur və düzgün deyil.

səh:134

Sual 710. Buyurublar ki, İmam-camaat mə’mumların ən zəifinin halını riayət etsin. Bu mə’mumun cismi zəifliyi və xəstəliyi olan yerdədir, ya ümumi haldadır?

Cavab: Məxsusi olaraq qeyd olunan yerə aid deyil, yalnız müstəhəbbdir ki, İmam-camaat kiçik surələri seçsin, səcdənin və rükunun zikirlərinə vacibi miqdarda kifayətlənsin. Əgər bə’zi mə’mumların tələsdiyini və işləri olduğunu hiss etsə və ya namazı uzatmaqla onlardan bə’zilərinin camaat namazına rəğbətsiz olmasına və namazdan qaçmasına səbəb olsa, müstəhəbbdir namazı müxtəsər şəkilə qılıb ən azı vaciblə kifayətlənsin. Bəli, əgər namazı uzatmağa bütün mə’mumların razı olduğunu bilsə, razı olan miqdarda namazı uzada bilər.

Sual 711. Camaat namazında İmam-camaat həmdi tamamlayandan sonra mə’mumun «Əlhəmdu-lillahi- rəbbil aləmin» deməsi müstəhəbbdir. Sual budur ki, İmam zöhr və əsr namazında həmdi ahəstə deyirsə, bu müstəhəbbilik qalırmı? Halbuki mə’mum o vaxt xəbərdar olur ki, İmam həmdi qurtarıb surəni oxumağa başlayır.

Cavab: Verilən suala əsasən, onu vürud(1) qəsdi ilə deməsi müşküldür, amma mütləq zikr qəsdi ilə olsa maneəsi yoxdur.

Sual 712. Səccadənin və möhürün qarşısına təsbeh qoymağın şər’i dəlili varmı?

Cavab: Bəli, namaz qılan şəxsin qarşısında camaat cərgə yaratmasa, ya divar olmasa və onun qarşısında gediş-gəliş yaranırsa müstəhəbbdir, təsbeh, ya əsa kimi şeyləri öz möhür və ya səccadəsinin qabağına qoysun. Onunla gediş-gəliş yaradanlar arasında fasilə, ya bir maneə olsa və əgər onun qarşısında bir şəxs dayansa, bu halda da müstəhəbdir ki, möhür və səccadənin qabağına bir şey qoysun.

Sual 713. Öz namazlarını qılan İmam və mə’mum namazlarının səhih olmasına yəqinlik tapan surətdə ikinci dəfə namazlarını təkrar qılmaları caizdirmi? Caiz olan surətdə bu iş müstəhəbbdir, ya xeyr?

Cavab: Bəli, xüsusi ilə gündəlik vacibi namazları bir dəfə təkrar qılmaq müstəhəbbdir.

səh:135


1- [19] Vürud–buna dəlalət edən şər’i-nəqli dəli olsun.

BÖYÜK GÜNAHLAR

Sual 714. Lütfən xahiş edirik bəyan edəsiniz: Böyük günahlar dedikdə məqsəd nədir və böyük günahlar hansılardır?

Cavab: Böyük günahlar elə günahlardır ki, aşkar ya gizli yerinə yetirənə Mütəal-Allah cəhənnəm və’dəsi vermişdir. Dəlillərdən belə istifadə olunur ki, onlardan bə’ziləri öz-özlüyündə mütləq şəkildə böyük, bəlkə daha böyük günahlardandır, bə’ziləri isə özündən aşağı dərəcədə olan günahlarla müqayisədə böyük günah hesab olunur.

Onlardan bə’zilərini Qur’ani-Kərimdə olan ayələrlə qeyd olunduğu üçün yada salırıq. Ümidvarıq ki, möminlər bütün günahlardan pəhriz etsinlər:

1) Allaha şərik qoşmaq;

«Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə böyük günah etmiş olur.»(1)

2) Qətli haram olan bir kəsi öldürmək;

«Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar.»(2)

«Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz tezliklə onu cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu iş Allah üçün çox asandır.»(3)

3) Valideynə hörmətsizlik;

«O, həmçinin məni anama qarşı olduqca nəvazişkar etdi, zülmkar və asi eləmədi.»(4)

Bu ayəyə diqqət yetirməklə: ,,Hər bir inadkar təkəbbür sahibini isə ziyana uğratdı.

səh:136


1- [20] Nisa surəsi, ayə 48.
2- [21] Nisa surəsi, ayə 93.
3- [22] Nisa surəsi, ayə 29-30.
4- [23] Məryəm surəsi, ayə 32.

«Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. Və irinli və pis qoxulu sudan içirdiləcəkdir.»(1)

«Amma bədbəxt olanların hamısını həsrətdən ah-fəryad çəkə-çəkə cəhənnəm oduna atacaqlar.»

4) Cihaddan qaçmaq;

«Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədi ilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.»(2)

5) Yetimin malını yemək;

«Həqiqətən, yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə ) alovlu Cəhənnəmə girəcəklər.»(3)

6) Riba yemək;

«Riba yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş və dəli olmuş kimi qalxarlar (özünü ayaq üstə saxlamağa qadir deyil, belə ki, gah yıxılar və gah da dururlar.) Bunların belə olmaları: “Alış-veriş də riba kimi bir şeydir.“- dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, riba almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.»(4)

7) İffətli qadınlara zina töhməti vurmaq;

«Zinadan xəbəri olmayan namuslu, ismətli hər növ çirkinliklərdən uzaq olan mö’min qadınları zinada ittiham edənlər dünya və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.»(5)

8) Zina;

səh:137


1- [24] İbrahim surəsi, ayə 15, 16.
2- [25] Ənfal surəsi, ayə 16.
3- [26] Nisa surəsi, ayə 10.
4- [27] Bəqərə surəsi, ayə 275.
5- [28] Nur surəsi, ayə 23.

«Onlar zina etməzlər, Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o əzab) içində zəlil olub qalar.»(1)

9) Əlaqəni kəsmək (qohumluq, ya yoldaşlıq əlaqəsi);

«Fasiqlər o kəslərdir ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır.»(2)

10) Zülm;

«Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri hər bir tərəfdən onları bürüyəcəkdir. Onlar su istədikdə onlara qızmış dəmir kimi üzlərini biryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir.»(3)

11) Allah bəndələrini Allah yolundan azdırmaq;

«O, boynunu Allah yolundan çıxartmaq məqsədi ilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, Qiyamət günü isə ona Cəhənnəm odunun əzabını daddıracağıq.»(4)

12) Allaha yalan bağlamaq;

«Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?»(5)

«De! Allaha qarşı yalan uyduranlar, (sözsüz ki,) nicat tapmazlar.»

«Onlar üçün dünyadan bir azacıq mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq.»(6)

13) Təkəbbür;

«Girin Cəhənnəm qapılarından və həmişəlik orada qalın. Ora təkəbbürlülərin sığınacağı üçün necə də pis məkandır.»(7)

14) İsraf;

səh:138


1- [29] Furqan surəsi, ayə 69.
2- [30] Bəqərə surəsi, ayə 27.
3- [31] Kəhf surəsi ayə 29.
4- [32] Həcc surəsi, ayə 9.
5- [33] Zumər surəsi, ayə 60.
6- [34] Yunus surəsi, ayə 69-70.
7- [35] Ğafir surəsi, ayə 76.

«Biz həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir.»(1)

15) Malı əbəs yerə səpələmək;

«Heç vaxt (mal-dövlətini əbəs yerə) səpələmə.

Həqiqətən (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur.»(2)

16) Zalımlara arxalanmaq;

«Zülm edənlərə meyl etməyin, yoxsa sizi də atəş bürüyər.»(3)

17) Mütəal Allahın rəhmətindən ümidsiz olmaq;

«Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.»(4)

18) Alış-verişdə çəki və ölçüdə aldatmaq;

1) Vay olsun çəkidə və ölçüdə aldadanlara.

2) O kəslər ki, özləri insanlardan bir şey aldıqları zaman onu tam ölçüb alar.

3) Onlar üçün ölçüldükdə və ya çəkdikdə isə (onu əskildərlər).

4) Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlər?..

5) Özü də böyük bir gündə?..

6) O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbi olanın (Allahın) hüzurunda duracaqlar..(5)

19) Allahın qəzəbindən qorxmamaq;

«Məgər Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allah (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına (cəzalanmayacağına) zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz.»(6)

20) Oğurluq;

«Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq əllərini kəsin. Allah yenilməz qüvvət, hikmət sahibidir...»

səh:139


1- [36] Taha surəsi, ayə 127.
2- [37] Bəni- İsrail surəsi, ayə 26-27.
3- [38] Hud surəsi ayə 113.
4- [39] Yusif surəsi ayə 87.
5- [40] Əl-Mütəffifin ayə 1-6.
6- [41] Ə’raf surəsi, ayə 99.

«Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Bu cəzadan əfv olunar, çünki həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.»(1)

21) Sehr;

(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman heç vaxt (əlini sehrə bulamadı) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək (o iki mələk sehr və onu batil etməyin yolunu camaata öyrədirdilər) kafir oldular. Halbuki, (o iki mələk) “Biz Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq) sən gəl kafir olma..“- deməmiş heç kəsə (sehr) öyrətmirdilər. Bu öyrəndiklərindən adi istifadə etmə. Ancaq onlar o iki mələkdən mətləblər öyrənirdilər ki, onun vasitəsi ilə ər-arvad arasına ayrılıq salsınlar. Lakin onlar heç vaxt Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər.(2)

22) Ğina və bihudə əyləncə işlərlə tar, nağara kef və əyyaşlıq məclisinə uyğun olan musiqi ilə məşğul olmaq;

«İnsanlar içərisində eləsi də vardır ki, nadanlıq üzündən Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın alar. Məhz belələri üçün rüsvayedici bir əzab vardır.»(3)

23) Bilərəkdən yalandan xəbər vermək, onu isbat və ya tə’kid etmək üçün Allaha and içmək.

«Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz. Onlar şiddətli bir əzaba düçar olarlar...»(4)

CÜMƏ NAMAZI

Sual 715. Cümə namazının İmam Zamanın (ə) qeybət dövründə hökmü nədir?

səh:140


1- [42] Maidə surəsi ayə 38-39.
2- [43] Bəqərə surəsi ayə 102.
3- [44] Loğman surəsi ayə 6.
4- [45] Ali-İmran surəsi ayə 77.

Sual 716. Cümə namazını müsafir olan şəxsin İmam-camaat olması ilə qılmaq düzgündür, ya xeyr?

Cavab: Ehtiyatın xilafınadır.

Sual 717. Müsafir şəxslərin cümə namazında iştirak edib İmam-cüməyə iqtida etmələri səhihdirmi? Yoxsa, onlar öz zöhr namazlarını ayrılıqda qılsınlar?

Cavab: İştirak etmələri düzgün, hətta müstəhəbbidir və zöhr namazını qılmaq lazım deyil.

Sual 718. Cümə namazı təşkil olunan vaxt bir qrup insanlar ayrı-ayrı məscidlərdə və başqa yerlərdə zöhr namazını təklikdə və ya camaatla qılırlarsa bunun işkalı varmı?

Cavab: Maneəsi yoxdur, üzürlü səbəb olmadığı halda cümə namazında iştirak etsələr daha yaxşıdır.

Sual 719. Cümə namazının xütbələri oxunan zaman mə’mumlar namaz halında oturduqları kimi oturmalıdır, ya ətrafa baxmaq düzgündürmü?

Cavab: Ətrafa baxmağın işkalı yoxdur.

Sual 720. Cümə namazı tamamlanandan sonra zöhr namazını təkrar qılmağın hökmü necədir? Əsr namazını qılan İmam-cüməyə ehtiyata görə zöhr namazını qılan şəxsin iqtida etməsi necədir?

Cavab: Təkrar qılmağın maneəsi yoxdur və hər bir halda əsr namazını İmam-cüməyə iqtida edib qılmaq səhihdir.

Sual 721. Xarici ölkələrdə cümə namazını qılmağa icazə verirsinizmi?

Cavab: Şərait olan surətdə maneəsi yoxdur.

Sual 722. Mə’mum cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdikdən sonra başa düşüb ki, camaatla birgə səcdəyə getməliymiş. Buna görə də o, rükudan qalxıb səcdəyə gedir. Bu artıq rüku namazı batil edirmi?

Cavab: Bəli, verilən suala əsasən onun cümə namazı rükunun artıq olması vasitəsi ilə batildir, çünki, bu halda tabeçilik yoxdur, bu şəxs gərək zöhr namazını qılsın.

Sual 723. Cümə namazının birinci rəkətində mə’mum səhvən rükuya getsə və rükuda olanda İmamın qunuta məşğul olduğunu başa

səh:141

düşsə rükudan qalxıb qunutu İmamla birlikdə oxuyub sonra yenidən rükuya gesə, bu rükunun artıq olması namazı batil edirmi?

Cavab: Verilən suala əsasən tabeçilik qəsdi ilə rükudan qalxmışdır, rükunun artıq olması namazı batil etmir.

Sual 724. Cümə namazının xütbələrinə qulaq asmaq mə’mumlara vacibdir, ya xeyr? Xütbə oxunan zaman müstəhəbbi, ya vacibi namaz qılmaq səhihdirmi?

Cavab: Vacibdir ki, xütbələrə qulaq assın və namaz qılmaqdan çəkinsin.

Sual 725. Cümə xütbələrinə çatmayıb təkcə namazına iqtida edən bir şəxsdən zöhr namazı saqit olurmu?

Cavab: Bəli, saqit olur.

Sual 726. Namaz qılan cümə namazının təkcə bir rəkətinə çatsa vəzifəsi nədir? Gərək ikinci rəkəti furada qılsın və ya batildir və yaxud zöhr namazını da qılmalıdır?

Cavab: Namazın qalanını özü furada yerinə yetirsin, müstəhəbbdir ki, ehtiyata əsasən zöhr namazını da qılsın.

Sual 727. Cümə namazında İmam cümə xütbələri zəval vaxtı daxil olmamışdan qabaq başlayıb, zəval vaxtı daxil olandan sonra qurtarsa xütbələrdən sonra cümə namazı üçün azan və iqamə demək müstəhəbdirmi?

Cavab: Bəli, müstəhəbdir, çünki namazın fəzilətini qazanmaq üçün azan demək lazımdır. Azanı vaxtın əvvəlində demək yox, namaza başlayanda və ya namazdan əvvəl desinlər.

Sual 728. İmam cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdi, namazda artıq rükn yerinə yetirdiyi üçün onun namazı batildirmi? Əgər batildirsə ona iqtida edən mə’mumların vəzifəsi nədir?

Cavab: İmamın namazı rüknün çoxluğu səbəbinə batildir. İmam, ya mə’mumlar öz aralarından bir nəfəri seçib qabağa salsınlar və ona iqtida edib namazın qalan hissəsini onunla tamamlasınlar. Əks halda, cümə namazını furada niyyəti ilə olsa da tamamlasınlar və zöhr namazını da qılsınlar.

Sual 729. Bir şəxs cümə namazının ikinci rəkətində təkbir deyib rükuya gedəndən sonra İmamın rükusuna çatıb-çatmamasında şəkk edirsə, vəzifəsi nədir?

Cavab: Namazı batildir və gərək zöhr namazını qılsın.

səh:142

Sual 730. Cümə namazından sonra mə’lum olsa ki, İmamın namazı təharətin və başqa işlərin olmaması səbəbindən batil olmuşdur. Mə’mumların cümə namazı səhihdirmi və ya zöhr namazını qılmağa ehtiyac var?

Cavab: Zahirən mə’mumların namazı səhih və kifayətdir, təkrarlamaq lazım deyil.

Sual 731. İki mahal və əyalət arasında iki yol vardır. O iki yolun biri bir fərsəxdir. Ancaq o biri yolun fasiləsi azdır. Hər iki şəhərdə cümə namazı qılmaq olarmı?

Cavab: Əgər hər iki yol işlək yoldursa və gediş-gəliş onlarda adi sayılırsa, səhih deyil. Ancaq o iki yolun biri əsli və mütəarif olsa, digəri isə onun əksi olarsa və iki cümə namazı arasında olan əsil yolun fasiləsi bir fərsəxdən çox olsa, habelə onlar arasında hava yolu ilə məsafə bir fərsəxdən az olsa da belə, hər iki namaz səhihdir. Əgər əsas yol bir fərsəxdən az olsa, birinci cümə namazından sonra başlayan ikinci cümə namazı batildir.

AYƏT NAMAZI

Sual 732. Ayət namazı ucadan qılınsın, ya ahəstə? Bu cəhətdən təklikdə, ya camaatla qılınan namaz arasında bir fərq varmı?

Cavab: Mükəlləf ayət namazını ahəstə ya ucadan qılmaqda ixtiyar sahibidir. Furada ya camaatla qılınmasında bir fərq yoxdur.

Sual 733. Qadın heyz ya nifas halında olan zaman ayət namazını vacib edən səbəblərdən biri baş verərsə bu qadının vəzifəsi nədir?

Cavab: Əgər günəş ya ay açılana qədər, yə’ni axır vaxta kimi qadın pak olmasa adət halında olduğu üçün namaz qıla bilməz, müstəhəbb ehtiyata əsasən pak olandan sonra qılsın. Ayət namazına səbəb olan sair şeylərə görə də belədir.

Sual 734. Bir ay bundan əvvəl baş verən zəlzələdən bu gün xəbər tutmuşam. Mənim öhdəmə ayət namazının məs’uliyyəti, günün və ayın tutulmasının qəzası gəlir ya yox?

Cavab: Vacib ehtiyata görə zəlzələ kimi, ayət namazını da qılmaq lazımdır.

Sual 735. Zəlzələdən sonra baş verən kiçik titrəyişlərə görə ayət namazı lazımdır, yoxsa hamısı üçün bir namaz kifayət edər?

Cavab: Kiçik titrəyişlər həmin zəlzələnin davamıdırsa və ilk təkandan sonra el arasında onlar bir zəlzələ hesab olunsa, bir namaz

səh:143

kifayət edər. Amma el arasında iki, ya üç dəfə zəlzələ oldu–desələr, bu halda hər bir zəlzələ üçün bir namaz vacib olar.

Sual 736. Beynəlxalq mətbuat bürolarından elmi, ya astronomik hesablamalara görə ayın, ya günəşin tutulması haqqında mə’lumat alınsa, təsadüfən onlar tutulan zaman insan xəbərsiz ya yuxuda olsa tamamilə açılandan sonra yadına gəlsə, ya yuxudan oyansa, ayət namazını qılmaq lazımdırmı?

Cavab: Verilən suala əsasən əgər günəş ya ay tamam tutulubsa gərək ayət namazının qəzasını qılsın, əks halda vacib deyil. Bəli, əgər əvvəlcədən günəşin ya ayın tutulmasında xəbərdar olsaydı və o vaxt da unutsa və ya yuxuda olsa, bu halda ehtiyata əsasən ayət namazının qəzasını hətta onlar tamam tutulmasa da belə qılsın.

FİTR BAYRAMI NAMAZI

Sual 737. İmam camaat iki məsciddə camaat namazı qılır, fitr namazını da hər iki məsciddə qıla bilərmi?

Cavab: Vacib ehtiyatın xilafınadır.

Sual 738. Ruhani bir şəxs fitr bayramı namazını iki dəfə iki kənddə, ya iki məsciddə qıla bilərmi? Əgər caiz olmasa bu şəkildə əvvəllər qılınan namazların hökmü necədir?

Cavab: Bir İmam üçün bir neçə məsciddə fitr bayramı namazını qılmaq düzgün deyil, amma əvvəldə bu cür qıldığı namazlar səhihdir. Buna əlavə olaraq bayram namazını furada niyyəti ilə də qılmaq olar. Bir şəxs İslam dinində bir İmamın iki bayram namazı qıla bilməsinin mümkünlüyünü bilib, namazı iki dəfə qılsa caiz deyildir.

Sual 739. Zöhrdən sonra fitr bayramının olması sabit olsa, bayram namazını sonrakı gün qılmaq düzgündürmü?

Cavab: Bəli, rəvayətdə gəlmişdir ki, əgər ayın əvvəli zöhrdən sonra sabit olsa, bayram namazını ertəsi günü qılsınlar.

səh:144

HƏDDİ-TƏRƏXXÜS

MÜSAFİRİN HÖKMLƏRİ

Sual 740. «Həddi-tərəxxüs» nədir?

Cavab: Şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi bir yerdir. Həddi-tərəxxüs, yerlərin müxtəlifliyi cəhətindən yerin hamar və maneənin olub-olmaması baxımından məsələn, dağın olması kimi fərq edir.

Sual 741. Əvvəllər ayrı olan iki yaşayış məntəqəsi hal-hazırda genişlənərək bir-birinə birləşmişdi. Amma onların adları dəyişilməyib. Bu iki yerin əhalisi tərəxxüs həddini haradan hesablasınlar?

Cavab: Əgər onlar bir yaşayış yeri kimi tanınarsa, hətta iki ad daşısalar da belə, həddi-tərəxxüsü bir yerdən hesablasınlar.

Sual 742. Tehranda yaşayan bir şəxs Qum şəhərinə doğru gedərsə harada namazını qəsr qılmalı və orucunu iftar etməlidir? Əgər Rey şəhərinə çatsa namazı hansı hökmdədir?

Cavab: Vətəni Tehran olan surətdə, Tehranın axırıncı evlərindən Qum və Rey şəhərinə tərəf hərəkət edirsə, Tehranın axırıncı evlərinin görünmədiyi və sonuncu məhəllələrinin azan səsini eşitməsə namazını qəsr qılmalı və orucunu iftar etməlidir.

Sual 743. Əvvəllər bizim kəndimizin şəhərlə fasiləsi var idi. Amma indi inkişaf nəticəsində birləşərək bir olmuşlar. Səfər zamanı tərəxxüs həddini haradan hesablayaq? Habelə səfərdən qayıdanda şəhərə çatanda namazımız bütövdürmü?

Cavab: Ümumi halda həddi-tərəxxüsdə bir neçə kənd və şəhərin, ya iki şəhərin bir və ya bir neçə olması el arasında müəyyən olunur. Verilən suala əsasən, əgər kənd şəhərin bir hissəsi olsa və camaat - bu kənd şəhərə qarışıb, artıq bir şəhər hesab olunur - desələr, tərəxxüs həddi şəhərin axırından ölçülür. Amma camaat arasında iki müstəqil yer hesab olunursa, (Rey şəhəri və Baqirabad kəndi kimi) bu surətdə tərəxxüs həddi kəndin axırından hesablanır.

Sual 744. Bir şəxs səfər qəsdi ilə tərəxxüs həddindən kənarda yerləşən aeroporta gedir. Bilir ki, təyyarə havaya qalxandan sonra şəhərin üstündən keçəcəkdir. Aeroportda onun namaz və orucunun hökmü necədir?

səh:145

Cavab: Verilən suala əsasən aeroportda bu şəxsin namazı qəsrdir və oruc tutmağı da səhih deyil. Qayıdan vaxtda da bu qayda ilədir.

ŞƏR’İ MƏSAFƏ

Sual 745. Şər’i məsafə nə qədərdir?

Cavab: Şər’i məsafə səkkiz fərsəxdir; bu da 45 kilometrdən ibarətdir. Bir şəxsin gedib-qayıtması səkkiz fərsəx olsa, bu şərtlə ki, onun getməyi dörd fərsəxdən az olmasa, gərək namazını şikəstə qılsın.

Sual 746. Şər’i məsafə haradan haraya kimi hesab edilir?

Cavab: El arasında axırıncı yer hesab olunan məkandan əvvəlinci yerin başlanğıcına qədər hesab olunur.

Sual 747. Mənim vətənim İsfahan şəhərinin ətrafındadır. İsfahana gedəndə şəhərin əvvəlinə kimi dörd fərsəx deyil, lakin mənim məqsədim olan (İsfahan bazarı kimi) yerə qədər dörd fərsəxdir. Namaz və orucum hansı hökmdədir? Əlbəttə həmin gün qayıtmaq fikrindəyəm.

Cavab: Verilən suala əsasən namaz tamam və oruc da səhihdir.

Sual 748. Kəndlə şəhər arasında məsafə var, amma yolun kənarında yarım kilometri əhatə edən mağaza və iş yerləri tikiblər. Buna görə şər’i məsafə az hesablanır. Buyurasınız ki, bu yerlərdə şər’i məsafə necə hesablanır və me’yar nədir?

Cavab: Ümumiyyətlə me’yar kəndlə şəhər, ya iki şəhər arasında olan fasilədir. Onlar arasında məsafə olsa namaz qəsrdir. Bu işdə me’yar iki şəhərin sonuncu evlərinin arasında olan fasilədən ibarətdir və qeyd olunan maqazalar, zavodlar və tikinti obyektləri me’yar deyil və hesablanmır.

Sual. 749. Səfərdə gərək başlanğıc (yə’ni vətən) və məqsəd arasındakı məsafə 22, 5 km olsun. Sual budur ki, bu məsafə boş bir düzənlik olsun, ya əgər bu məsafəni başqa bir şəhər doldurursa, yə’ni başlanğıc və məqsəd arasında bir şəhər yaransa kifayət edirmi? (Tehran və Baqirabad kimi ki, Rey şəhəri onların arasında yerləşib və şər’i məsafəni doldurub.)

Cavab: Me’yar iki yer arasında olan fasilədir. Bu fasilənin çöl, ya səhra olmasının heç bir fərqi yoxdur. Hətta orada şəhər, ya kənd də yerləşmiş olsa da.

səh:146

Sual 750. Bir şəxs araşdırma aparandan sonra iş yeri ilə vətəni arasında olan məsafənin 4 fərsəxdən az olmasını yəqinləşdirir. Buna əsasən öz namazını tamam qılmış və orucunu da tutmuşdur. Bir neçə müddətdən sonra öz səhvini başa düşmüşdür ki, şər’i məsafə 4 fərsəxdən çoxdur. Tamam qıldığı namazların və tutduğu orucların qarşısında vəzifəsi nədir?

Cavab: Bu şəxs səfərdə tamam qıldığı namazları qəsr qəza etsin və səfərdə tutduğu orucların da qəzasını tutsun.

ŞƏR’İ MƏSAFƏ QƏSDİ

Sual 751. Bir şəxs hər gün yaşadığı yerdən şər’i məsafədən az olan yerdə yerləşən iş yerinə gedib gəlir. Amma bə’zi vaxtlar işdən sonra İsfahana gedəcəyini qəsd edir, iş yeri ilə İsfahan arasında olan yol 5 fərsəxdən ibarətdir. Bu halda işlədiyi yerdə namaz qılmağının hökmü nədir? Əgər işlədiyi yerdən şər’i məsafəsi az olan yerə getsə, amma yaşadığı yerdən getdiyi yerə qədər 45 kilometrdirsə, bu halda hökm necədir?

Cavab: Qeyd olunan halda vətənində işdən sonra İsfahana gedəcəyini qəsd edibsə şər’i məsafə hesablanır. İş yerində və İsfahanda namazı qəsrdir. Səfər qəsdinin me’yarı vətəndəndir. Buna görə ikinci fərzdə namaz qəsr və oruc səhih deyil. Amma vətəndən hərəkət zamanı qəsdi olmasa, iş yerinə çatandan sonra başqa yerə gedəcəyini qərara alsa, əgər iş yerinin məsafəsi o yerədək və o yerdən vətəninə qədər cəmi bir yerdə 8 fərsəx, ya çox olsa, namazı şikəstədir. Əks təqdirdə namazı tamamdır.

Sual 752. Bir şəxs Qum şəhərindən iki fərsəx aralıda yerləşən bir kəndə gedir. Orada üç gün qalacağını və on fərsəxlik bir yolla geri qayıdacağını qəsd edir. O kəndə gedəndə və qalacağı üç gün ərzində namazı tamamdırmı?

Cavab: Verilən suala əsasən, gedilən məsafə dörd fərsəxdən az da olsa bütün səfər boyu namazı şikəstədir.

Sual 753. Bir şəxs hər gün işlə əlaqədar 16 kilometr yol gedir. Əgər bir gün işlədiyi yerdən şəxsi, ya dövlət işi üçün bir miqdar getsə, getdiyi yerlə vətəninə qayıtdığı yolun fasiləsi şər’i məsafə qədərdirsə və iş yerinə qayıdıb oradan vətəninə qayıtmağı niyyət edibsə, onun namaz və orucunun hökmü necədir?

səh:147

Cavab: Verilən suala əsasən işlədiyi yerdə belə qərara gəlibsə, işlədiyi yerdən getmək istədiyi yer arasındakı məsafə dörd fərsəxdən az olmasa gedib vətəninə qayıdana qədər namazı qəsrdir və orucu da səhih deyil. İş yerinə, ya birbaşa vətəninə qayıtması arasında heç bir fərq yoxdur. Amma işlədiyi yerdən getdiyi yerə qədər məsafə dörd fərsəxdən az olarsa (yə’ni getməyi dörd fərsəx olmasa ) müsafir hesab olunmur, (baxmayaraq ki cəmi, şər’i məsafə qədərində ola) namazı bütöv və orucu səhihdir.

VƏTƏN

Sual 754. Tovzihul-məsail risaləsində əsas vətənlə bağlı bəyan etdiyiniz hökmlər nədir?

Cavab: Əsas vətəndən məqsəd insanın doğulduğu və atasının diyarı olan yerdir.

Sual 755. Təzə bir yeri vətən tə’yin etdikdə neçə müddət orada qalmaq lazımdır ki, ona vətən deyilsin?

Cavab: Daimi vətən qəsdi edəndən sonra el arasında “oranın sakinidir” deyilsə kifayətdir; zahirən 6 ay müddətində orada qalsa kifayət edər.

Sual 756. O yerin camaatının «bura onun vətənidir» deməsi me’yarının zaman müddəti nə qədərdir?

Cavab: Me’yar el arasında deyilən müddətdir.

Sual 757. Tovzihul-məsailin 1353-cü məsələsində buyurmusunuz: “Əsl vətəni olmayan və bir yerdə həmişəlik qalmaq istəməyən bir şəxs üçün o yer onun vətəni hesab olunmur. Amma qalmaq qəsdi olmadan çox qalsa, nəticədə oranın camaatı “bura onun vətənidir” desələr, bu halda vətəni hesab olunur”. Mən səkkiz ildir ki, Qum şəhərində təhsil alıram və burada da ailə həyatı qurmuşam. Qum şəhərində daimi qalmaq niyyətim yoxdursa vəzifəm nədir? Əlbəttə, getməyim də mütləq deyil, hələlik gələcək üçün ayrı bir qərara gəlməmişəm.

Cavab: Gələcək illərdə getməyi qərara almadığınıza baxmayaraq, camaat sizi Qum əhli hesab etsələr, həmişəlik qalmaq qəsdiniz olmasa da, Qum sizin üçün vətən hökmündədir.

Sual 758. Mən Tehran sakiniyəm. Tehrandan 36-km. aralıda dağlıq ərazilərin birində bağ evim vardır. Bə’zən istirahət və gəzmək

səh:148

üçün oraya gedirəm. Orada dünyaya gəlmədiyim surətdə həmin yerdə namaz və orucumun hökmü necədir?

Cavab: Verilən suala əsasən on gün orada qalmağı və ya oranı daimi vətən sevməyi niyyət etməsəniz, sizin namazınız qəsrdir, orucunuz da səhih deyil. (İl ərzində neçə ay olsa da.)

Sual 759. Uşaq atasının birinci vətənində dünyaya gələrsə, bir müddət orada qaldıqdan sonra başqa bir yerə köçüb oranı özü üçün yaşayış yeri tə’yin etsə, hansı yer onun vətəni hesab olunur?

Cavab: İkinci yer.

Sual 760. Əgər müsafir zöhrdən sonra öz vətənindən şər’i məsafəyə tərəf hərəkət edirsə, onun namaz və orucunun hökmü necədir?

Cavab: O günün orucu səhihdir, amma namazını səfərdə qılmaq istəsə, gərək qəsr qılsın.

Sual 761. Öz əsli vətənindən üz döndərib-döndərməməsinə diqqət etməyi bilməyən qadınlar başqa şəhərə öz həyat yoldaşlarının evinə gedirlər. Məsələyə diqqət edəndən sonra niyyət edirlər ki, əgər ailə həyatı ömürlərinin axırlarına qədər davam edərsə ərlərinin vətənində qalacaq, əks halda öz vətəninə qayıdacaqlar. Buyurasınız ki, öz əsli vətənlərinə gələn vaxt bu qadınların namaz və orucunun hökmü necədir?

Cavab: Nə qədər ki, öz əsli vətənlərindən imtina etməyiblər, vətən hökmü öz yerində qalır və orada namazlarını tamam qılmalıdırlar.

Sual 762. Ürvətül-Vüsqa kitabında qeyd olunub ki, “Yeni tə’yin etdiyi vətəndə bir miqdar orada qalandan sonra el arasında bura onun vətənidir - deyilsə, e’tibarlı sayılır. Qeyd olunan e’tibar camaatın nəzərinə və xüsusiyyətlərinə əsasən müxtəlifdir. Belə də ola bilər ki, daimi qalmaq niyyəti edəndən sonra bir ay, ya ondan az müddət qalandan sonra bu e’tibar hasil olar.“ Sualımız budur ki, camaat və onların xüsusiyyətlərinin müxtəlif olmalarında hansı səbəb nəzərdə tutulur, onu tə’yin etmək hansı hesab və me’yarladır?

Cavab: Adətən insanın yeni yaşayış üçün seçdiyi yer, sadəcə vətən qəsdi, ya orada daimi qalacağını niyyət etməklə onun üçün vətən hökmünü daşımır. Gərək bir müddət orada qalsın və el arasında “bura onun vətəni və yaşayış yeridir” deyilsin. Bu müddət də camaatın fikrinə əsasən uyğunlaşır. Mümkündür ki, bu nisbət bir şəxs üçün qısa

səh:149

bir müddət qalandan sonra, başqa bir şəxs üçün isə uzun müddət qalandan sonra hasil olsun.

Ümumiyyətlə me’yar el arasında hasil olduğu üçün hər miqdar qalmaqla “bura onun vətəni və yaşadığı yerdir deyilsə“ o yer vətən hökmündədir. Qeyd etmək lazımdır ki, şəkk olunan vaxtlar qalmaq qəsdi edilməyibsə, ehtiyata əməl olunsun; namazını həm bütöv, həm də qəsr qılsın.

Sual 763. Mən tehranlıyam, Qum şəhərində evlənib orada qalmışam və indi övlad sahibi olmuşam. Bə’zi vaxtlar qohum-əqrəbaya baş çəkməyə ya başqa bir iş üçün öz övladımla Tehrana gedirik. Özüm oradan imtina etmədiyim üçün namazımı bütöv qılıram. Övladım da mənə tabe olduğu üçün namazını tamam qılmalıdırmı?

Cavab: Verilən suala əsasən sizin övladınız Qum şəhərində dünyaya gəlib və orada boya-başa çatmışdır. Heç vaxt sizin vətəninizdə qalıb yaşamadığı üçün orada müsafir hökmünü daşıyır. Sizin namazınız tam olsa da, onun namazı qəsrdir. Fərz olunan halda tabeçilik lazım deyil.

ÖZ VƏTƏNİNDƏN KEÇƏN MÜSAFİR

Sual 764. Ərak şəhərindən olan bir müsafir Qum şəhərinə gəlib, sonra Qumdan Bürucerd şəhərinə getməyi qəsd edib yola düşmüşdür. Ərak şəhərinə həddi-tərəxxüsdən az olan (Ərakın evlərinin divarlarını görür və şəhərin azan səsini eşidir) özünün əkin sahələrinin yanından keçəndə namaz üçün dayanmışdır. Onun namazı orada qəsrdir, ya bütöv?

Cavab: Verilən suala əsasən onun namazı bütövdür.

Sual 765. Vətənim Qum şəhəridir, amma Ərak şəhərində sakinəm. Səfər zamanı Qumdan keçsəm və Qumdan on kilometr aralıda yerləşən qəsd etdiyim yerə çatsam, orada namazım tamamdırmı? Bu halda şər’i məsafəni Qumdan hesablayım, yoxsa Ərakdan?

səh:150

Cavab: Verilən suala əsasən sizin namazınız bütövdür, şər’i məsafəni gərək Qumdan hesab edəsiniz.

VƏTƏNDƏN İMTİNA ETMƏK

Sual 766. «Vətəndən imtina etmək» nədir?

Cavab: «Vətəndən imtina etmək» vətəni tərk etmək və oraya bir daha qayıtmamağı qərara almaqdır. Belə ki, bir daha orada yaşamaq fikrində olmasın.

Sual 767. Mənim işim ayrı bir şəhərdədir. Öz vətənimə qayıdanda namazımın hökmü necədir?

Cavab: Əgər öz vətəninizdən imtina etməmisinizsə, namazınız bütövdür.

Sual 768. Öz şəhərində doğulub boya-başa çatan qız, başqa bir şəhərə ərə gedib. Hal-hazırda ərinin vətənində yaşayır. Öz vətəninə qayıtdıqda onun namaz və orucunun hökmü necədir?

Cavab: Əgər öz əsli vətənindən bir dəfəlik imtina edib və həmişəlik ərinin vətənində yaşamağı qərara alıbsa, ərinin vətəni onun vətəni hesab olunur. Bə’zi vaxtlarda öz əsli vətənində yaşayan qohumlarına baş çəkməyə gələrsə, on gün qalmağı qəsd etməmiş olsa, namazı qəsrdir və orucu da səhih deyil.

VƏTƏNDƏ QADIN VƏ ÖVLADIN TABEÇİLİYİ

Sual 769. Qadın vətən məsələsində ərinə tabedirmi?

Cavab: Qadın tabe deyil, öz niyyəti və qərara gəlməsi me’yardır.

Sual 770. Övladın valideyndən namazı bütöv, ya qəsr qılmaqda tabeçilik etməsi barəsində: Birinci, övlad ata-anasının hər ikisinə tabedir, yoxsa təkcə atasına? Anasının vətəni atasının vətənindən ayrı olduğu təqdirdə övladın vəzifəsi nədir? (Nəzərə alınsın ki, atası anasının vətənində müsafirdir.)

İkinci: Bu tabeçilik nə vaxta qədərdir?

Üçüncü: Övlad bir şəhərdə doğulmuşdur, lakin bu şəhər nə atasının, nə də anasının vətəni deyilsə, bura onun vətəni hesab olunurmu?

Cavab: Tabeçilik müstəqil şəkildə yaşaya bilməyən bir şəxsin digər bir şəxsin iradə və himayəsində yaşamasına deyilir. Bu cəhətdən kiçik və böyük, ata və həyat yoldaşı və özgələr arasında heç bir fərq

səh:151

yoxdur. Buna görə də əgər övlad anasına tabedirsə, istər-istəməz anası ilə və anasının vətənində yaşayıb orada böyüsə, anasının vətəni onun da vətəni hesab olunacaq. Əgər ora atasının vətəni hesab olunmasa və atası orada müsafir olsa da belə. Bu tabeçilik o vaxta qədərdir ki, övlad yaşayışında müstəqil olsun və orada qalıb-qalmayacağını öz meylinə uyğun qərara alsın.

Sual 771. Qadın öz ərinə və uşaq atasına bir yerdə məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik etməkdə məcburdur, yoxsa yox? Qərarlaşma və niyyət qadın və övladın özlərinə aiddir, ya xeyr?

Cavab: Qadın və övladın bir yerdə məskunlaşma və köçüb getmə məsələsində tabeçiliyi yoxdur. Amma qadın «ərim harada yaşasa məndə orada yaşayacağam», övlad da «atam harada yaşasa məndə orada yaşayacağam» desə və özünün müstəqil qərarı olmasa məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik adi qayda üzrədir. Amma orada müstəqil qərara almaq vardırsa və qadın öz əsli vətənindən üz çevirməyibsə, əri fikrindən dönsə də köçüb getmək məsələsi həqiqiləşmir. Övlad da həmin qayda ilədir. Övlad müstəqil olandan sonra tabeçilikdən xaricdir.

Sual 772. Bir şəxs Qum şəhərindən Tehrana köçüb, orada ailə qurub yaşamağa başlamışdır. Amma vətəni olan (Qum) şəhərindən imtina etməməmişdir. İndi buyurasınız: Əgər həyat yoldaşını Quma iki, ya üç günlük ziyarətə və qohum-əqrəbaya baş çəkmək üçün gətirərsə, öz namazı Qumda tamam oluğu halda həyat yoldaşının vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən Quma gələn zaman həyat yoldaşının namazı qəsrdir. Əlbəttə orada on gün qalmaq niyyəti olmasa.

Sual 773. Ərə gedən bir qız özünə vətən tə’yin etməkdə ərinə tabedirmi, yoxsa gərək özü müstəqil şəkildə qərara gəlsin. Əgər öz əsli vətəninə gedərsə vəzifəsi nədir?

Cavab: Qadın vətən tə’yin etməkdə ərinə tabe deyil, öz əsli vətənindən imtina etmədiyi surətdə orada öz namazını tamam qılmalı və orucunu da tutmalıdır.

Sual 774. Qadın vətən tə’yin etmək və ya vətəndən imtina etmək məsələsində ərinə tabedir, ya müstəqil ola bilər?

səh:152

Cavab: Vətən məsələsində qadın ərinə tabe deyil və əri ilə bir yerdə onun yaşadığı yerdə yaşamaq istədiyi surətdə ərinin vətəni onun da vətəni hesab olur. Amma ərinin razılığı ilə, ya hətta ərinin razılığı olmadan başqa bir yerdə daimi yaşamaq istəsə, o yer onun vətəni sayılır.

Sual 775. Övlad vətən məsələsində, ya köçüb getməkdə atasının tabeçiliyindədir, yoxsa müstəqildir?

Cavab: Övlad müstəqil olmayana qədər vətən məsələsində öz hamisinə tabedir. Amma nə vaxt müstəqil yaşamağa başlasa özü üçün vətən tə’yin edə bilər və ya bir yerdən imtina edər.

Sual 776. Əgər insan başqa bir şəhərdən evlənsə, qadının vətəni öz şəhəridir, yoxsa ərinin yaşadığı şəhər?

Cavab: Ərinin niyyəti ömrünün axırına qədər öz vətənində yaşaması olsa və qadının da qəsdi ömrünün axırına qədər həyat yoldaşı ilə birgə onun şəhərində yaşamaq olsa, ərinin vətəni onun da vətəni hesab olunur, qadının öz şəhəri daha onun vətəni hesablanmaz.

BİR YERDƏ QALMAQ NİYYƏTİ

Sual 777. Bir şəxs namaz və orucu tamam olsun deyə, bir yerdə on gün qalmağını qərara alsa, öz niyyətini dilə gətirməsi lazımdırmı?

Cavab: Bir yerdə on gün qalacağını qərara aldığı surətdə namaz və orucu səhihdir, dilə gətirmək, ya qəlbdən keçirtmək lazım deyil.

Sual 778. Həddi-büluğ olmayan bir uşaq on gün qalmaq niyyəti ilə Müqəddəs-Məşhəd şəhərinə gəlmiş, gəldiyi gündən beş gün sonra həddi-büluğa çatmışdır. İndi qalan beş günün namazını qəsr qılmalıdırmı?

Cavab: Əvvəldən on gün qalacağını qəsd etdiyi üçün gərək namazını tamam qılsın.

Sual 779. Səfərdə olan qadın adət günlərində Müqəddəs-Məşhəd şəhərinə daxil olmuşdur və hələ onun adətindən üç gün qalmışdır. İndi bu şəhərdə on gün qalmaq qəsdi vardır. Bu qadın pak olana qədər səbr edib sonra qəsd etməli, yoxsa şəhərə daxil olan gündən on gün qalmaq niyyət etməlidir? İlk üç günü bu on gündən hesablamalıdırmı?

Cavab: Təkcə on gün qalmaq niyyəti (baxmayaraq ki, bundan bir miqdarı adət günlərinə düşəcəkdir) kifayət edir. Hətta daxil olduğu

səh:153

gündən onuncu günə qədər heyz olsa da, on gün qəsdi kifayətdir. Ondan sonra bir gün də qalsa namazı bütöv qılmalıdır.

Cavab: Məşhəd şəhərinə çatdıqda namazı tamam qılmalıdır. Amma Müqəddəs Məşhəd şəhərinə çatmamışdan əvvəl şəhərin divarları görünən və azan səsi eşidilən bir yerdə namaz qılmaq istəsə, ehtiyat vacib budur ki, namazını həm qəsr və həm də tamam qılsın.

Sual 781. Bir yerdə on gün qalmağı niyyət edən bir şəxs müəyyən səbəb üzündən qaldığı yerdən neçə dəfə və neçə saat xaric olarsa (uzaqlaşdığı məsafə 22, 5 kilometrdən azdırsa), onun niyyətinə zərər gətirirmi?

Cavab: Etdiyi niyyətə zərər gəlməz, hətta əvvəldən qəsd etsə də belə; bu şərtlə ki, gecələr qəsd etdiyi yerdə qalsın və gedib-qayıtması altı saatdan az olsun.

Sual 782. Bir şəxs qarşıya çıxan səbəblər üzündən on gün qala bilməyəcəyinə ehtimal versə vəzifəsi nədir, niyyət edə bilərmi? Qarşıya bir iş çıxsa öz niyyətindən dönə bilərmi?

Cavab: Qeyd olunan ehtimal gözlənilməz bir iş olsa, etdiyi on gün qalma niyyətinə zərər vurmaz.

Sual 783. Bir yerdə on gün qalacağını qəsd edən müsafir on gün orada qalandan sonra, on birinci gün qaldığı yerlə fasiləsi iki fərsəx olan bir kəndə gedib orada gündüz ya gecəni qalsa, qaldığı bir gün, ya gecədə namazı qəsrdir ya xeyr? Qaldığı yerə qayıtdıqdan sonra yenidən on gün qalmaq qəsdi etməlidirmi?

Cavab: O yerə gedən zaman yeni səfər qəsdi olmasa və əvvəl qalmaq üçün niyyət etdiyi yerə qayıtmaq fikri olsa, orada və əvvəl qaldığı yerdə namazı bütövdür, yenidən qəsd etməyə ehtiyac yoxdur.

Sual 784. Bir yerdə on gün qalacağını niyyət edən tələbə dərsinin ləğv olmasına görə cümə axşamı günü səfərə getmək istəyir. Bu səfər caizdirmi?

Cavab: Maneəsi yoxdur.

Sual 785. Tələbələr ramazan ayında bir kənddə qalacaqlarını qəsd ediblər. Əvvəldən qərara alıblar ki, bu kənddən beş və ya on beş kilometr aralıda yerləşən kəndlərə də bir neçə saatlıq təbliğ üçün getsinlər. Bə’zən gecələr də orada qalırlar. Lütfən xahiş edirik ki, namazı bütöv qılmağın və oruc tutmağın yolunu bəyan edəsiniz.

səh:154

Cavab: Bir yerdə on gün qalacaqlarını qəsd etdikləri surətdə orada bir dörd rəkətli namaz qılandan sonra, onu başqa yerlərə də’vət etsələr, qəsd etdiyi yer və gedəcəyi kəndlər dörd fərsəxdən uzaqda olmasa namaz tamam və səhihdir, hətta gecələr o kəndlərdə qalsalar da belə. Eləcə də on gün niyyəti ilə bir yerdə qalsa, on birinci gündən sonra dörd fərsəxdən uzaq olmayan ətraf kəndlərə də gedib qayıda bilər. Onların namaz və orucu orada gecələr qalsalar da belə, tamam və səhihdir.

Sual 786. Mən təbliğ üçün bir-birinə yaxın olan iki kənddə qalıram. Bu iki kənddə niyyət etməyim düzgündürmü?

Cavab: O iki kənd el arasında bir kənd hesab olunsa səhihdir. Amma onlar bir kənd sayılmasa o iki kənddən birində qalmağı niyyət etsəniz, o biri kəndə hər gün gedib-qayıtmaq niyyətiniz olduğu halda etdiyiniz qəsdə zərər gəlməz. Bu şərtlə ki, gecə orada qalmayasınız. Bu surətdə etdiyiniz qəsd həqiqiləşir, amma dörd fərsəx getmək istəsəniz də qalmaq qəsdi həqiqiləşmir.

Sual 787. Öz əsli vətənindən başqa bir yerdə yaşayan bir şəxs öz iş yerinə getmək üçün tərəxxüs həddini keçir. Onun namaz və orucunun hökmü yaşadığı və işlədiyi yerdə necədir?

Cavab: Əgər müvəqqəti yaşadığı yerdə on gün qalmaq qəsdi etməyibsə hər iki yerdə onun namazı qəsr və orucu batildir.

Sual 788. Bir şəxs təhsil almaq üçün əsas vətəni olmayan bir şəhərə gəlmişdir. Bu şəxs təhsil aldığı şəhərdə on gün qalmaq qəsdi etsə, qaldığı müddət ərzində təhsil aldığı şəhərə yaxın olan başqa şəhərlərə səfər edə bilərmi?

Cavab: Əgər şər’i məsafəyə qədər səfər etsə niyyəti pozulur, amma şər’i məsafədən az olan bir yerə bir-iki saatlıq qalmaq üçün getsə etdiyi qəsd pozulmur.

Sual 789. Mən öz əsli vətənimdən Tehrana gəlmişəm və on gün qalmaq qəsdi də etmişəm. Əvvəldən niyyətim bu olub ki, bütün günü iş üçün “Behişti-Zəhra”-ya gedəm. Mənim namaz və orucum səhihdirmi?

Cavab: Namaz qəsr və oruc səhih deyil, çünki bir yerdə on gün qalmaq qəsdi yoxunuzdur.

Sual 790. Bir şəxs Müqəddəs-Məşhəd şəhərində qalmaq üçün gələn həftənin cümə gününə kimi on gün olduğunu güman edib qəsd etmişdir. Namazları tamam qılmış və orucu da tutmuşdur. Sonra cümə

səh:155

gününə kimi doqquz gün olduğunu bilmişdir. Namaz və orucunun hökmü necədir?

Cavab: Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmamışdır və güman etmişdir ki, on gün qalacaqdır. Qıldığı namazları gərək qəsr qəza etsin və tutduğu orucları da qəza etməlidir.

Sual 791. Bir şəxs Məşhəd şəhərində on gün qalacağını qəsd etmişdir. Güman etmişdir ki, onun on günü ayın 28-i cümə günü sona çatacaq. Buna görə namazlarını tamam qılmış, orucunu da tutmuşdur. Sonradan başa düşmüşdür ki, onun on günü ayın 29-u şənbə günü başa çatacaq. Bu gümana əsasən onun namaz və orucunun hökmü necədir?

Cavab: Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmuşdur. Onun oruc və namazları səhihdir.

Sual 792. Bir şəxs öz yoldaşlarının bir yerdə on gün qalmaq üçün niyyət etdiklərini güman edib qəsd etmiş və namazını tamam qılmışdır. Sonradan mə’lum olub ki, yoldaşları on günü niyyət etməmişlər. Onun tamam qıldığı namazlar səhihdirmi və qalmaq qəsdi həqiqiləşibmi?

Cavab: Məsələnin iki yolu vardır:

Birinci yol, əgər yoldaşlarının on gün qalacaqlarını xəyal edib özü də on gün qalacağını qəsd etsə, bu halda etdiyi qəsd həqiqiləşir, qıldığı namazlar səhihdir və qalan günlərdə də namazı tamam qılsın.

İkinci yolu budur ki, yoldaşlarının on gün qalacağını güman edib, onların qalacaqları müddətə qədər qalmağı qəsd etsə, bu surətdə onun etdiyi qəsd həqiqiləşmir, tamam qıldığı namazları səhih deyil, qalan günlərdə də namazlarını qəsr qılsın. Bundan əvvəl tamam qıldığı namazları da qəsr şəklində qəza etsin.

Sual 793. Karvan rəisi zəvvarların Məkkə və Mədinə şəhərlərində on gündən az qalacağını bilə-bilə zəvvarlara on gün qalacaqlarını e’lan etmişdir. Zəvvarlar da bu sözə e’timad edib namazlarını tamam qılıb və oruc tutublar. Amma on gündən tez oradan yola düşüblər. Bunu e’lan edən karvan rəisinin və zəvvarların namaz və orucunun şər’i hökmü necədir?

Cavab: Mənim nəzərimcə Məkkə və Mədinə şəhərlərinin bütün yerlərində mükəlləf namazlarını tamam və qəsr qılmaqda ixtiyar sahibidir. Buna görə də verilən suala əsasən, onların namazları səhihdir, amma orucları vacib idisə, qəza etsinlər.

Sual 794. Müsafir şəxs on gün qəsd etməyi qərara alıb:

səh:156

a) Gərək on günü bütövlükdə sübh azanının vaxtından qəsd etsin, yoxsa gün çıxan vaxt kifayət edər?

b) On gün qəsd etməyi birləşdirməklə kifayət edirmi? (Məsələn: Əgər zöhr vaxtı çatsa və on birinci günün zöhr vaxtına qədər qalacağını qəsd edib namazını tamam qılsın.)

Cavab: a) Ən güclü rə’yə görə günün başlanması gün çıxan vaxt deyil, sübh namazı vaxtı məşriq tərəfdən ağartı görünən vaxtandır. Buna əsasən əgər müsafir sübh vaxtı ağartı görünən zaman şəhərə daxil olsa və onuncu günün məğrib vaxtına qədər qalacağını qəsd etsə (yə’ni on gün və doqquz gecə ) namazı tamam qılmalıdır. Əgər günəş çıxan vaxt şəhərə daxil olsa və on birinci günün günəş çıxan vaxtına kimi qalacağını qəsd etsə namazını tamam qılmalıdır, amma əgər onuncu günün məğrib vaxtında hərəkət etmək istəsə namazı qəsr qılmalıdır. (Çünki, sübh azanından günəş çıxana qədər on gündən az qəsd etmişdir.)

b) Bəli günün ortasında çatsa və istəsə 24 saat, yaxud çox qalsın, qalmaq qəsdi həqiqələşir və namazı tamamdır. Amma əgər 24 saatdan az qalmaq istəsə, qalmaq qəsdi həqiqiləşmir və namazı qəsrdir.

İŞ YERİ VƏ YA TƏHSİLİ VƏTƏNİNDƏN BAŞQA YERDƏ OLAN ŞƏXSLƏR

Sual 795. Ətraf şəhərlərdən Tehrana təhsil almaq üçün gələn tələbələr kimi işi səfər olan şəxslər adətən cümə günü vətəninə qayıdırlar. Eləcə də Tehrandan yaxın şəhərlərə tədris üçün gedən müəllimlər adətən əsr vaxtı vətənlərinə qayıdırlar. Bu şəxslər əvvəllər Həzrəti İmam Xomeyninin (r) müqəllidləri idilər. Onun vəfatından sonra Ayətullah Əraki, Ayətullah Gülpayiqani və Ayətullah Xoinin icazəsi ilə ilə İmamın təqlidində baqi qalmışlar, bunların namaz və oruc haqda vəzifələri necədir?

Cavab: Bu məsələdə nəzəriyyə Həzrəti İmam Xomeyninin (r) buyurduğu kimidir. Amma işi həmişə səfər olan bu kimi insanlar bu məsələdə yuxarıda adları qeyd olunan bu üç alicənab şəxsiyyətlərin (rizvanullahi ələyhim) fətvasına əməl edib namazlarını tamam qılıb oruclarını da tuta bilərlər.

Sual 796. Çoxlu səfərlə, daimi səfərdə olmağın hökmü birdirmi? Yə’ni məsələn təhsil üçün bir şəhərdən başqa şəhərə gedənlər işi səfər olanlarla namazı bütöv qılmaqda və orucu tutmaqda bərabərdirlərmi?

səh:157

Cavab: Namazın bütöv qılınmasında və orucun səhih olmasında me’yar budur ki, onun peşəsi səfər olsun, (sürücü, təyyarəçi və bu qəbildən olan şəxslər kimi) və işi səfər olmayan şəxslər üçün uzun müddətli səfərin heç bir əsəri yoxdur, ehtiyat vacibə əsasən bu şəxslərin namazı qəsr və orucları səhih deyil.

Sual 797. Mən İsfahan şəhərində qulluqçu işləyirəm, vətənim isə Gülpayqan şəhəridir. Hər həftənin şənbə günündən bazar ertəsi gününə kimi iş yerində, qalan günləri isə öz vətənimdə oluram. Mənim namaz və orucumun hökmü nədir?

Cavab: İş yerində və yolda sizin namazınız ehtiyat vacibə görə qəsrdir və orucunuz da səhih deyil.

Sual 798. Bir şəxs il boyu on beş gün bir yerdə işləyir və on beş gün vətənində qalır. Onun namaz və orucunun hökmü necədir?

Cavab: Vətəndə onun hökmü mə’lumdur, iş yerində isə əgər bir yerdə on beş gün qalsa namazı tamamdır.

Sual 799. Vətənindən uzaqda işləyən bir şəxs, yə’ni hər həftə bir, ya bir neçə dəfə iş yerinə gedib qayıdırsa, getdiyi yolda namazı tamamdırmı? Müəllimlərdən bə’ziləri vətənlərindən kənarda tədrislə məşğuldurlar və hər həftə bir dəfə universitetə dərs oxumaq üçün gedirlərsə, onların namazlarının hökmü necədir?

Cavab: Hər iki halda namazları ehtiyat vacibə əsasən qəsrdir və orucları da səhih deyil.

Sual 800. Metallurgiya zavodunda bə’zən iyirmi ildən çox işləyən işçi və fəhlələr olur. Onların iş yerləri ilə vətənləri arasında fasilə dörd fərsəx, ya ondan çox olursa, hər gün bu yolu gedib gəlirlərsə, onların namaz və oruclarının hökmü iş yerində necədir?

Cavab: Verilən suala əsasən ehtiyat vacibə görə namazları qəsrdir və orucları da səhih deyil.

Sual 801. Bir müəllim vətənindən səkkiz fərsəx uzaqda yerləşən iki şəhərə gedib gəlir, bir şəhərdə tədrislə, digər şəhərdə isə təhsillə məşğuldur. Hər iki yer onun iş yeri hesablanırmı?

Cavab: Bəli, hər ikisi iş yeri hesablanır, onun namazı bu iki şəhərin birində və həmçinin yolda ehtiyat vacibə əsasən qəsrdir və orucu da səhih deyil.

Sual 802. Həftədə bir-iki dəfə şər’i məsafəni qət edən tələbə (məsələn, beş gün təhsil almaq üçün bir şəhərdə məskunlaşmışdır və

səh:158

həftənin son iki günlərini öz şəhərinə qayıdır), «daimus-səfər» hökmündədirmi?

Cavab: Verilən suala əsasən onun namazı vacib ehtiyata görə qəsrdir və orucu da səhih deyil.

PEŞƏSİ SƏFƏR OLAN ŞƏXS

Sual 803. Mən avtobus şirkətinin sürücüsüyəm. İndi on iki günlük icazə almışam, ailəm ilə birlikdə bir həftə müddətində Müqəddəs Məşhəd şəhərinə getməyi qərara almışam. Məşhəd şəhərinə səfər zamanı namazım qəsrdir, yoxsa tamam? On iki gündən sonra işə qayıdanda birinci səfərimdə namazım qəsrdir, yoxsa tamam?

Cavab: Verilən suala əsasən Müqəddəs Məşhəd şəhərinə edilən səfər zamanı namazınız qəsrdir. Amma iş yerinə qayıdandan sonra bir yerdə on gün qalmadığınız üçün birinci səfərinizdə namazınız tamamdır. Əgər öz vətənində, ya başqa bir yerdə on gün qalmağı qəsd edib qalsanız, birinci səfərinizdə namazınız qəsrdir.

Sual 804. Bir sürücünün maşını yolda xarab olmuşdur. Məcburdur ki, maşına lazım olan hissələri almaq üçün başqa bir maşınla beş fərsəx aralıda olan şəhərlərin birinə gedib qayıtsın. Buna diqqət yetirsək ki, maşın onun peşə vasitəsidir, maşına lazım olan hissələri almaq üçün getdiyi səfərdə onun namazı qəsrdirmi? Bu səfəri işi üçün edilən səfərdən hesablanırmı?

Cavab: Bu səfər peşə səfəri hesablanmır və müsafir hökmü nədir.

Sual 805. Risalədə buyurmusunuz: İşi səfər etmək olan bir kəs on gün, ya artıq öz vətənində qalsa istər on gün qalmaq və ya qalmamağı qəsd edərsə birinci səfərində namazını qəsr qılsın. İndi əgər bir nəfər öz vətəni olmayan bir yerdə on gün qalsa, birinci səfərində vəzifəsi nədir? Bu işdə on gün qəsd edib-etməməsi arasında bir fərq varmı?

Cavab: Əgər vətəni olmayan yerdə on gün qalmaq qəsdi edibsə, on gündən sonra etdiyi birinci səfərdə namazı qəsrdir, amma vətəni olmayan yerdə on gün qalmaq qəsdi etmədən qalsa, birinci səfərində ehtiyat vacibə əsasən namazını həm tamam və həm də qəsr qılsın.

Sual 806. Mən Qum şəhərinin sakiniyəm, peşəm sürücülükdür, Tehran şəhərinə sərnişin aparıram. Səfərlərimin birində on gün qalmaq qəsdi ilə Tehranda qaldım, yenidən Qum şəhərinə sərnişin

səh:159

gətirdim, yenə sərnişin aparmaq niyyətim vardır. Buyurasınız ki, mənim birinci səfərim harada sona çatır?

Cavab: Tehrandan səfəriniz başladığı və Quma çatacağınız zaman sizin birinci səfəriniz gerçəkləşir və həmin qayda ilə Qumda on gün qalmaq qəsdi etmədən Tehrana qayıtsanız ikinci səfəriniz başlayır, namazınız tamam və orucunuz da səhihdir.

Sual 807. İşi səfər olan bir şəxs vətəndə on gün qalandan sonra bir miqdar malı satmaq üçün öz şəhərindən fasiləsi səkkiz fərsəxdən çox olan İsfahan şəhərinə apardı. Apardığı malları orada sata bilmədiyi üçün onu Kürd şəhərinə apardı. Kürd şəhərinə getməsi, onun ikinci səfəri hesablanırmı və namazı tamam qılmalıdırmı?

Cavab: Vətəndən birinci səfərinin məqsədi İsfahandır. Oradan başqa məqsədə getmək (Kürd şəhəri) ikinci səfər hesab olunur, gərək namazını tamam qılsın.

Sual 808. Peşəsi səfər olan bir şəxs Abadan şəhərindəndir; iş üçün Bəndər Abbas şəhərinə getmiş, bir ay orada qərarsız qalmış və gəmi gələndən sonra onunla dəniz səfərinə çıxmışdır. Birinci səfərində namazı qəsrdir, yoxsa tamam?

Cavab: Verilən suala əsasən birinci səfərində namazı qəsrdir. (Çünki, otuz gün qərarsız qalmaq on gün iqamət qəsdi və səfəri qətiləşdirmək kimidir.)

Sual 809. Yuxarıdakı suala əsasən əgər qəsd etmədən on gün qalsa, birinci səfərində vəzifəsi nədir?

Cavab: Bu surətdə birinci səfərdə namazını həm qəsr və həm də tamam qılması ehtiyata daha müvafiqdir.

Sual 810. Hər gün, ya hər həftə səfərdə olan xırda alverçilərin işi xırdavatçılıqdır, onların namaz və oruc barədə nisbətdə vəzifələri nədir?

Cavab: Xırda alverçilərin hökmü sürücülərin hökmü kimidir.

Sual 811. Bir əsgər şəhərdən Tehran qarnizonlarından birinə gəlmişdir. Vəzifəsi Tehran ətrafında şər’i məsafədən artıq olan bir yerə gəzib nəzarət etməkdir. İqamətgahı isə Tehrandadır. Onun namaz və orucunun hökmü necədir? Onun əvvəl səfəri nə vaxt və harada sona çatır ki, ikinci səfərindən namazını tamam qılsın və orucunu tutsun?

Cavab: Verilən suala əsasən öz şəhərindən Tehrana hərəkət edib qarnizona çatsa birinci səfəri gerçəkləşir. Tehran ətrafına gəzməklə

səh:160

nəzarət etməyə başlasa ikinci səfəri başlayır, gərək namazını tamam qılsın və orucunu da tutsun.

Sual 812. Mən postların birində gözətçi işləyirəm, bir qrup dörd fərsəxdən çox olan iş sahəsinə gəzib nəzarət etməyə məşğuldurlar. Lütfən namaz və oruc barədə olan vəzifəmizi açıqlayın?

Cavab: İşi postlarda gözətçilik olan şəxslər vətənləri dörd fərsəx, ya artıq fasilə olan surətdə gedib-gəlirlərsə müsafir hökmündədir. Postda olarkən on gün qalmaq qəsdi etməyiblərsə, namazları qəsrdir. Amma öz iş yerlərində peşələri gəzib nəzarət etmək olan şəxslərin dörd fərsəx, ya artıq nəzarət etdikləri yerlərdə namazları tamam və orucları səhihdir.

Sual 813. Müəyyən hərbi bir hissədə olanların işi maşınla şəhərdən kənarda dörd fərsəxdən çox olan bir ərazini gəzib nəzarət etməkdir. Onların namaz və oruclarının hökmü necədir?

Cavab: İşləri ətraf yerləri gəzib nəzarət etməkdirsə, namazları tamam və orucları da səhihdir.

Sual 814. Şər’i məsafədə məktubları paylayan poçt işçiləri, telefon, ya qaz xətlərini və bu kimi iş yerlərində tə’mirlə məşğul olan şəxslər və yaxud dəmir yol xətlərinə gəzib nəzarət etmək üçün şər’i məsafədə olanların namaz və orucunun hökmü necədir?

Cavab: Poçtalyon və hazırlıq işlərinə mə’sul olan şəxslər kimi uzaq yerlərə nəyi isə aparan şəxslərin namazları tamam və orucları da səhihdir. Dəmir yol fəhləsi, ya mühəndisi və yollara nəzarət edən başqa şəxslərin də işi səyyari iş sayılırsa, namazları tamam, orucları da səhihdir.

Sual 815. (İsfahan) sakini olan bir şəxs iyirmi fərsəx aralıda yerləşən rayondan bir bağ almış, orada özü üçün yaşayış şəraiti yaratmışdır. İl ərzində istirahət günləri oraya gedir, bə’zən də cümə gecələrini orada qalır? Oraya yalnız gəzmək və havasını dəyişmək üçün gedirsə namaz və orucunun hökmü nədir?

Cavab: Onun işi səfər olmadığı üçün namazı qəsrdir və orada orucunu da gərək iftar etsin.

Sual 816. Əgər bir şəxs səfərə ehtiyacı olmadan “kəsirus-səfər” sayılsın deyə, çox səfər etsə “kəsirus-səfər” hökmündədirmi?

Cavab: Namazı tamamdır və qəsr qılmaqda əsas şərt budur ki, səfər şəxsin peşəsi hesab olunsun. (Namazı tamam qılan sürücülər kimi). Amma peşəsi səfər olmasa, müəllimlər, tələbələr və zavod

səh:161

işçiləri kimi işi səfərdə olanların namazı ehtiyat vacibə əsasən qəsrdir. Hətta çoxlu səfər etsələr də belə.

Peşəsi səfər olan

Sual 817. İl ərzində üç ay yayı şər’i məsafədə sürücülük edən bir şəxsin namazının hökmü necədir?

Cavab: Üç aydan az olmasa, sürücülük etdiyi müddət ərzində namazı tamamdır.

Sual 818. İşi səfər etmək olan bir şəxs işini yerinə yetirdiyi müddətdən sonra orada bir ya bir, neçə gün başqa bir iş üçün qalsa, əvvəldən səfəri iş qəsdi olduğu halda artıq qaldığı neçə gündə vəzifəsi nədir?

Cavab: Həmin neçə gündə də namazı tamam qılmalıdır.

Peşəsi səfər olmayan

Sual 819. Sürücü olan bir şəxs peşəsi səfər olan halda Qum şəhərinə gəlmişdir. İstirahət, ya qohumlarına baş çəkmək üçün iki-üç günlük oradan Kaşan şəhərinə gedib-qayıtmış və yenə də öz peşəsinə davam etməyə başlamışdır. Bu halda qəsr, ya tamam olması baxımından onun namazı necədir?

Cavab: Verilən suala əsasən, peşəsi səfər olmadığı üçün Qumdan, hərəkət etsə, müsafir hökmündədir və namazı da qəsrdir. Qum şəhərinə qayıtdığı zaman yenə də namazı qəsrdir. Peşəsi səfərlə əlaqədar olaraq Qum şəhərindən hərəkət etsə müsafir hökmündə deyil və namazı tamamdır.

Birinci səfər

Sual 820. Birinci səfərdən məqsəd nədir? Yə’ni, birinci səfər nə zaman sona çatır?

Cavab: Birinci səfərdə vətənə qayıtmaq ilə tamamlanır. Yə’ni öz vətənində on gün qalmışdır. Vətənindən müəyyən bir yerə gedib, oraya qayıtmaqla birinci səfəri tamamlanır. Öz vətənindən başqa bir yerdə on gün qalsa, vətəninə qayıtmaqla birinci səfəri tamamlanır. Bəli vətənindən, vətəninə qayıtmaq qəsdi ilə bir yerə getsə və ora çatan zaman fikrindən dönsə və sonra başqa yerə getmək istəsə, o şəhərdən hərəkət etməklə ikinci səfəri başlanır.

Sual 821. İşi səfər etmək, ya səyyarçılıq və yaxud da ətrafları gəzib nəzarət edən şəxs bir yerdə on gün, ya az qaldığını şəkk etsə, birinci peşə səfərində vəzifəsi nədir?

səh:162

Cavab: Belə bir şəxsin bundan sonra getdiyi birinci peşə səfərində də namazı tamamdır.

KƏSİRUS-SƏFƏR

Sual 822. Təhsil almaq üçün öz şəhərlərindən başqa şəhərə gedənlər adətən, cümə günü öz vətənlərinə qayıdan tələbələr və ya öz vətənlərindən iş üçün şər’i məsafəyə gedib əsr vaxtı qayıdan fəhlə və işçilər kimi işləri çox səfər etmək olan şəxslərin namaz və orucunun hökmü nədir?

Cavab: Ehtiyat vacibə əsasən bu şəxslərin namazı qəsrdir və onların orucları da səhih deyil.

Sual 823. Bir şəxsin çoxlu sayda səfərləri vardır, amma peşəsi səfər etmək deyil (məsələn: görüş ya istirahət və ya bir şəhərdə müəyyən qədər malı qaldığı üçün bir neçə dəfə səfər edən şəxslər kimi...) vəzifəsi nədir?

Cavab: Bütün bu səfərlərdə müsafir hökmündədir və namazı qəsrdir.

BİR YERDƏ NEÇƏ GÜN QALCAĞINI BİLMƏYƏN MÜSAFİR

Sual 824. Bə’zən bir kəsi tutub şəhərindən 45-km aralıda yerləşən həbsxanaya göndərirlər. Nə qədər həbsdə qalacağını bilmirsə, onun namaz və orucunun hökmü nədir?

Cavab: Əgər məhbus hara aparıldığını bilmirsə namazı tamamdır. Əgər hara aparıldığını bilirsə, amma onu ixtiyarsız maşına qoyub aparıblarsa, ehtiyata əməl etsin, namazını həm tamam və həm də qəsr qılsın. Orada otuz gün tərəddüddə qalandan sonra namazını tamam qılsın.

Namazını tamam qıldığı vaxtlarda orucunu da tutmalıdır. Namazı həm şikəstə və həm də tamam qılan vaxtlarda da Mübarək Ramazan ayının orucunu tutsun və sonra qəzasını da etsin.

Sual 825. Əgər həbsxana şəhərdən 22, 5 km uzaqda yerləşirsə, orada olan məhbusun namaz və orucunun hökmü necədir?

Cavab: Bütün hallarda namazı tamam qılmalı və orucu da tutmalıdır. Çünki, səfər qəsdi etməmişdir.

Sual 826. Əgər həbsxana 22 km.-dən az bir məsafəyə yerləşsə hökmü necədir?

səh:163

Cavab: Namazı tamam qılmalı və orucu da tutmalıdır.

Sual 827. Bir məhbusu həbsxanadan aralıda olan xəstəxana kimi başqa bir yerə aparsalar və iki dəfə onu qaytarsalar, namaz və orucunun hökmü necədir?

Cavab: Xəstəxana və həbsxana arasında məsafə səkkiz fərsəx olsa və onu da oraya ixtiyarsız aparıblarsa, ehtiyata əməl edib namazını həm tamam, həm də qəsr qılsın və orucu da qeyd olunan qayda ilə tutsun. Orada otuz gün tərəddüddə qalsa, ya əvvəlcədən on gün qalacağını bilsə namazı tamamdır.

Sual 828. Bir şəxs vətəni olmayan başqa bir şəhərdə xəstəxanaya düşmüşdür. Xəstəxanaya düşdüyü gündən bir ay vaxt keçir, müalicə müddəti nə qədər çəkəcəyi mə’lum deyilsə, namaz və orucun hökmü necədir?

Cavab: Otuz gün keçəndən sonra onun namazı tamamdır və orucu da səhihdir.

BİLADE-KƏBİR

Sual 829. Bilade-kəbirədən məqsəd nədir?

Cavab: Bilade-kəbirə həddən artıq çox böyük olan şəhərlərə deyilir. Belə ki, onun şimalından cənubuna, ya məşriqindən məğribinə hərəkət etmək səfər hesab olunsun.

Sual 830. Tehran şəhəri “bilade-kəbirə” sayılırmı?

Cavab: Mənim nəzərimcə Tehran “biladu-kəbirə”

deyil və İranda belə bir şər’i ad daşıyan şəhər yoxdur

GÜNAH SƏFƏRİ

Sual 831. Dövlətin maşınından şəxsi istifadə etmək düzgün olmamasına diqqət etməklə, dövlət işçisi dövlət maşınından öz şəxsi səfərləri üçün istifadə etsə, onun səfəri günah səfərdirmi? Səfər üçün bir şəxsin biletini qəsb edib, həmin biletlə səfər edən şəxsin hökmü necədir?

Cavab: Yuxarıda qeyd olunan halda onun əməli düzgün deyil, amma onun səfəri günah səfəri sayılmır və namazı da qəsrdir.

Sual 832. Əgər səfərdə başqasının bilet növbəsindən istifadə olunsa, ya sahibinin razılığını ələ gətirmədən onun aldığı biletdən

səh:164

istifadə edilsə, istifadə edən şəxsin namaz və orucunun hökmü necədir?

Cavab: Başqasının növbəsindən istifadə olunan surətdə biletin pulunu özü ödəsə namazı qəsrdir və gərək oruc tutmasın. Eləcə də başqasının biletindən istifadə etsə, qəsbi minik vasitəsi hökmündədir, ehtiyat müstəhəbbə əsasən gərək namazı həm tamam və həm qəsr qılsın və orucu da tutsun, sonradan onların qəzasını da yerinə yetirsin.

SƏFƏRLƏ BAĞLI MÜXTƏLİF MƏSƏLƏLƏR

Sual 833. Tehrandan olan bir nəfər Baqirabad kəndinə gəlib-qayıtsa, Tehranla Baqirabadın məsafəsinin dörd fərsəxdən çox olmasını nəzərə alsaq, onun namaz və orucunun vəzifəsi necədir?

Cavab: Əgər Tehranın axırından getdiyi Baqirabadın əvvəlinə qədər olan məsafə dörd fərsəx olsa namazı qəsrdir, orucu da gərək iftar etsin. Bunların arasındakı fasilə az olarsa namazı tamam və orucu da səhihdir.

Sual 834. Tehran şəhərindən olan bir şəxs Qum şəhərinə gəlsə, qayıtdıtı zaman Həzrəti İmam Xomeyninin Müqəddəs məzarına ya “Behişti-Zəhra” adlanan yerə çatarsa, bu iki yerdə onun namazının hökmü necədir, tamamdır, yoxsa qəsr?

Cavab: Nə qədər ki, Tehrana çatmamışdır namazı qəsrdir.

Sual 835. Müsafir namazının niyyəti necədir?

Cavab: Səfərdə olmayan şəxslərin namazının niyyəti kimidir və heç bir fərqi yoxdur. Namazın niyyətində tamam, ya qəsr demək lazım deyil.

NAMAZLA BAĞLI MÜXTƏLİF MƏSƏLƏLƏR

Sual 836. Bir şəxs namaz üçün ayaq üstə durmağa qadir deyil, amma mümkündür başqaları onu qaldırsınlar, ya əsa tutmaqla və yaxud divardan tutmaqla qalxsın. Bə’zən bir şeyə söykənmədən qiraət və qiyam zamanı bədəni titrəyir. O şəxsi namaz üçün qaldırsınlar, ya bir şeyə söykənib namazını ayaq üstə qılsın və yaxud namazını oturan halda qıla bilərmi?

Cavab: Hər iki surətdə namazı ayaq üstə qılmaq vacibdir.

səh:165

Sual 837. Vacibi namaz üçün qonağı, qonşunu və başqa şəxsləri oyatmaq necədir? Şər’i cəhətdən işkalı varmı? Övladla başqaları arasında bir fərq vardırmı?

Cavab: Başqalarını oyatmaq lazım deyil, amma övladı namaza adət etsin deyə, oyatmaq düzgün hətta lazımdır da.

Sual 838. Namaz halında namaz qılınan yerdə musiqi səsi gəlsə, namaz qılanın vəzifəsi nədir?

Cavab: Əgər qulaq asmasa, işkalı yoxdur. Əgər namazdan əvvəl haram musiqi səsinin ucalmasını bilsə, imkan olan surətdə namaz üçün başqa bir yerə getsin.

Sual 839. Gecə namazını, ya başqa müstəhəbbi namazları hərəkət halında qılmaq olarmı?

Cavab: Maneəsi yoxdur.

Sual 840. Bir şəxs gecənin axırına qədər oyaq qalsa və sübh namazına oyana bilməyəcəyini bilsə, oyaq qalması caizdirmi?

Cavab: Verilən suala əsasən sübh namazına oyana bilməyəcəyinə yəqinlik tapsa, daha çox ehtiyata əsasən oyaq qalmağı tərk etməlidir.

a) Qusl və dəstəmaz yerinə təyəmmüm etsə.

b) Üç növ təharəti cəbirə qaydası ilə yerinə yetirsə.

v) Namazı oturan halda, ya işarə ilə qılsa.

q) Qiblənin əksinə namaz qılsa.

Cavab:

a) təkrar qılmaq lazım deyil.

b) təkrar qılmaq vacib deyil, amma təkrarlasa daha yaxşıdır.

v) təkrarlamaq lazımdır.

q) təkrarlamaq lazımdır.

Sual 842. Müəyyən səbəblər, ya çətinliklər üzündən üç növ təharətini naib tutduğu şəxsin vasitəsi ilə yerinə yetirən bir kəsin vəzifəsi nədir? Bu cür qıldığı namazları təkrar qılması lazımdırmı?

Cavab: Verilən suala əsasən namazları təkrar qılması lazımdır.

Sual 843. Zəruri hallarda namaz halında olan xəstəyə dərman içirdirlər, imkan olan surətdə namazı təkrar qılmaq lazımdırmı?

səh:166

Cavab: Namazın surəti pozulubsa batildir və təkrarlamaq lazımdır; namazın surəti pozulmasa da ehtiyat vacib odur ki, namazı təkrar qılsın

Sual 844. Mənim əqidəmə görə namaz Peyğəmbərimizə ərəbcə nazil olmuşdur. O həzrətin dili ərəb dili olduğu üçün onu dərk edirdi. Amma bizim dilimiz fars dili olduğuna görə nə üçün onu daha yaxşı başa düşmək üçün öz dilimizdə qılmayaq?

Cavab: Əziz övladım,(1) sizin sözünüzün birinci hissəsi təmamilə doğrudur, amma şər’i dəlil baxımından Həzrət Peyğəmbərin (s) bizə verdiyi göstərişi budur ki, ana dilləri ayrı olan şəxslər də hamılıqla namazı ərəbcə qılsınlar. Sizin çətinliyinizin həlli yolu budur ki, ən azı ərəbcə qıldığınız namazın mə’nasını öyrənəsiniz və onun mə’nasını başa düşəsiniz. Onun ərəbcə qılınmasının bir səbəbi də budur ki, əgər bütün müsəlmanlar namazı ərəb dilində qılsalar, İlahi vaciblərin ən mühümü olan namazda kamil bir həmrəylik və əqidə uyğunluğu yaranacaqdır. Buna əlavə olaraq, Qur’an dili ilə də tanışlıq yaranacaqdır.

MÜSTƏHƏBBİ NAMAZLAR

Sul 845. Gecə nafilələrindən yalnız bə’zi rəkətləri qılmaq səhihdirmi? Məsələn, iki rəkət şəf’i və bir rəkət vətr namazını qılaq?

Cavab: Bəli, hər miqdar istəsəniz qıla bilərsiniz və hətta bir rəkət «vətr» namazını da qıla bilərsiniz.

Sual 846. Üzürlü səbəbə, ya çətinliyə görə, gecə namazını vaxtında qıla bilməyən bir şəxs, ya müsafir gecənin əvvəlində qıla bilərmi və ya sonradan onun qəzasını yerinə yetirmək olarmı?

Cavab. Daha yaxşıdır ki, qəzasını yerinə yetirsin.

Sual 847. (Urvətul-Vusqa fi ovqatil-rəvatib, məsələ 72)-də buyurmusunuz: Necə ki, gecə namazından dörd rəkət, ya artıq qılan bir şəxs sübh azanının səsini eşitsə, onun qalanını muxəffəfətən(2) qılsın. Sualım budur ki, qalanını əda, yoxsa qəza niyyəti ilə qılmalıdır?

səh:167


1- [46] (Bu cavab orta məktəb şagirdlərindən birinin verdiyi suala əsasən verilmişdir.)
2- [47] “Muxəfəfətən”-dən məqsəd budur ki, təkcə “həmd” surəsinə kifayət etməli və tələsik qılmaqdır. Çünki, surə tələsik halda saqitdir.

Cavab: Verilən suala əsasən (əgər qalan hissəni fasiləsiz qılsa) əda, niyyəti ilə qılsın.

Sual 848. Bə’zən camaat namazına adamların toplaşmasından ötrü zöhr və əsr namazlarını bir az gecikdirirlər və əsr namazının nafilələrini qılmağa fürsət yaranıbsa əsr namazının nafilələrini zöhr namazının nafilələrindən əvvəl qılmaq caizdirmi?

Cavab: Onları qılmağın maneəsi yoxdur və səhihdir.

Sual 849. Zöhr və əsrin nafilələrini zöhrdən əvvəl qılmaq səhihdirmi? Başqa günlərlə cümə günü və cümə namazında iştirak edib-etməmək arasında bir fərq vardırmı?

Cavab: Cümə günü zöhr və əsrin nafilələrini zöhrdən qabaq qılmağın maneəsi yoxdur və səhihdir, istər cümə namazında iştirak etsinlər, istərsə də iştirak etməsinlər. Amma cümə günündən başqa günlərdə ən güclü nəzəriyəyə əsasən zöhrdən əvvəl qılmaq caiz deyil. Əgər nafilələri vaxtında qıla bilməyəcəyini bilən bir şəxs zöhrdən əvvəl qılmaq istəsə ehtiyata əsasən “rəca” qəsdi ilə qılsın.

Sual 850. Nafilə namazlarını uca, ya ahəstə səslə qılmağın hökmü necədir?

Cavab: Zöhr və əsr namazlarının nafilələrini ahəstə, məğrib, işa, sübh və gecə nafilələrini isə ucadan qılmaq müstəhəbbdir. Başqa nafilələri (ayın əvvəlində qılınan namaz, Cəfər-Təyyar, vəhşət namazı, ramazan ayının gecə nafilələri və sair) isə uca, ya ahəstə qılmaqda insan ixtiyar sahibidir.

Sual 851. Bir şəxs zöhrdən təqribən yarım saat sonra zöhr və əsr namazını furada, ya camaatla qılmışdır. Ondan sonra zöhr və əsrin nafilələrini qılmaq istəsə əda, yoxsa qəza niyyəti ilə qılsın? Nafilələri bilərəkdən, ya bilməyərəkdən gecikdirmək arasında bir fərq vardırmı?

Cavab: Xeyr, heç bir fərq yoxdur, əda niyyəti ilə qıla bilər.

Sual 852. Oturan halda iki rəkət qılınan nafilə ayaq üstə qılınan bir rəkətə bərabərdirsə, vəzifəsi xəstələr kimi oturan halda namaz qılmaq olan bir şəxsin nafilələr barədə vəzifəsi nədir?

Cavab: Müstəhəbbdir ki, oturan halda qıldığı hər iki rəkəti sağlam adamlar kimi bir rçkət hesablasın.

Sual 853. Nafilə namazının bir rəkətini ayaq üstə, digər rəkətini isə oturan halda qılmaq səhihdirmi?

Cavab: Bəli, səhihdir.

səh:168

Sual 854. Səfərdə namazları tamam qılan şəxslərin zöhr və əsr nafilələrinin hökmü necədir?

Cavab: Hər cəhətdən namazlarını bütöv qılan şəxslər üçün gündəlik nafilələrin müstəhəbliyi sabitdir, onları qılmaq şəriətə uyğun və səhihdir.

Sual 855. “Rəca” qəsdi dedikdə nə nəzərdə tutulur?

Cavab: Yə’ni savab ümidi ilə.

Sual 856. “Məfatihul-cinan“ kitabında, rəcəb ayının əvvəl cüməsində zikr olunan “rəğaib-namazı“ nın və həmçinin ondan qabaq cümə axşamı günü oruc tutmağının müstəhəbliyi nə dərəcədə səhihdir?

Cavab: Əllamə Məclisi (r.) «Bihar» kitabının 98-ci cildi, səh. 395-də, 25-ci fəsldə, seyyidin icazəsi ilə və sənədi Ənəs ibn Malikə çatan hədisdə Həzrət Peyğəmbər (s)-dən “Rəğaib gecəsi və ondan qabaq cümə axşamı gününün orucunun fəziləti», həmçinin Rəğaib gecəsinin namazı və onun zikrlərinin necəliyi barədə «İqbal» kitabında müvafiq hədis rəvayət olunmuşdur. Lakin, bu iki rəvayətin e’tibarına diqqət yetirilməsi gərəkdir. Zənnimcə «Məfatih»də zikr olunanlar yuxarıda işarə olunan iki rəvayətin bir-biri ilə yaxın məzmunudur ki, “Bihar“ kitabından götürülmüşdür. Buna əsasən, “Rəğaib“ gecəsinin namazına və ondan qabaq oruc tutmağın müstəhəbb olmasına hökm etmək müşkül məsələdir. Bəli rəca (savab) niyyəti ilə onları yerinə yetirməyin eybi yoxdur. Allah alimdir.

Sual 857. Belə məşhurdur ki, gecə namazında qırx mö’minə dua edirlər. Bu barədə bir hədis zikr olunubmu və şər’i dəlili vardırmı? Yaxud, qırx mö’minə dua etmək lazımdır? Ümumiyyətlə dua etmədən gecə namazı qılmaq olarmı?

Cavab: Bu barədə xüsusi bir hədis gəlməmiş və qarşıya çıxmamışdır. Ancaq mərhum Şeyx Bəhayi, Kəfhəmi və Sahib Cəvahir (qəddəssəllahu əsrarəhum) öz kitablarında bir sıra cümlələr gətirmişlər ki, bu mövzuda xüsusi hədisin olmasını və eynilə onun bizim əlimizə gəlib çatmamasını anladır. Zənnimcə qeyd olunan şöhrətin mənşəyi elə həmin ibarətlər olsun. Bundan əlavə mö’təbər rəvayətlərdə gəlibdir ki, hər kəs qırx mö’minə dua edəndən sonra özünə dua etsə, duası müstəcab olar. Buna görə də vətr namazının qunutunda qırx mö’mini dua etməyin şər’i əsası var və işkalsızdır. Ancaq elə də zərurəti yoxdur, duasız da namaz səhihdir.

səh:169

Sual 858. Qırx mö’minə dua edəndə olar ki, iyirmi mö’min kişiyə və iyirmi mö’min qadına dua edək?

Cavab: Bəli, deyə bilərsiz, bu cəhətdən mömin və möminə arasında bir fərq yoxdur.

Sual 859. Qırx mö’minə dua edəndə dirilərin də adını çəkib dua etmək olarmı?

Cavab: Bəli, olar.

Sual 860. Bir şəxs üçün dua etmək istəyirik, o günahkar olsa dua ona kifayət edərmi?

Cavab: Bəli, onların duaya daha çox ehtiyacları vardır.

səh:170

ORUCUN NİYYƏTİ

ORUCUN HÖKMLƏRİ

Sual 861. Mübarək Ramazan ayının əvvəlində niyyət etmək kifayətdirmi?

Cavab: Bəli, Ramazan ayının birinci gecəsində Allahın əmrinə itaət etmək üçün bu ayı oruc tuturam deyə, niyyət etsə kifayət edir, amma ehtiyat odur ki, hər gecə sabahın niyyətini də etsin.

Sual 862. Bir şəxs mübarək Ramazan ayında bir ay oruc tutmaq üçün niyyət edir, amma ayın axırına kimi hamısını tuta bilməsə hökmü necədir?

Cavab: Maneəsi yoxdur.

Sual 863. İftar və oruc yemək qəsdində olmaq orucun batil olmasına səbəb ola bilərmi? Qəza və kəffarəsi vardırmı?

Cavab: Yemək və iftar niyyətində olmaq orucun batil olmasına səbəb olmur, amma əgər oruc olmamasını niyyət etsə, onun orucu batildir və təkcə həmin günün qəzası ona vacibdir və kəffarəsi də yoxdur. Çünki, kəffarə o vaxt vacib olur ki, orucu batil edən işlərdən birinə mürtəkib olsun.

Sual 864. Əgər bir şəxs fəcrdən əvvəl bilərəkdən oruc qəsdi etməsə və gün ərzində orucu batil edən işlərdən görməyibsə kəffarə və qəza ona vacibdirmi?

Cavab: Əvvəlki məsələdə deyildiyi kimi təkcə qəzası ona vacibdir.

Sual 865. Zöhrdən əvvəl isticarə orucunun niyyətini etmək olarmı?

Cavab: Orucu batil edən işlərdən birini yerinə yetirməyibsə maneəsi yoxdur.

Sual 866. Fəcrdən sonra möhtəlim olan bir şəxs zöhrdən əvvəl qusl edibdir və bir şey də yeməmişdirsə, isticarə orucu niyyəti edə bilərmi?

Cavab: Əgər zöhrdən əvvəl niyyət etsə orucu səhihdir.

Sual 867. Bir şəxs Ramazan ayından başqa aylarda oruc tutmağı qəsd etsə və sonra fikrindən dönsə və ancaq heç bir şeydə yeməsə,

səh:171

ikinci dəfə zöhrdən əvvəl Ramazan ayının qəza orucu niyyətini tuta bilərmi?

Cavab: Əgər zöhrdən əvvəl niyyət etsə orucu səhihdir.

Sual 868. Qəza orucu olduğuna ehtimal verən bir şəxs oruc tutmuşdur, niyyəti də bu olmuşdur ki, “əgər öhdəmdə qəza varsa vacibi qəza, yoxdursa müstəhəbb olsun”, belə oruc tutmaq səhihdirmi?

Cavab: Əgər «ma fi zimmə» qəsdi etsə eybi yoxdur.

Sual 869. Tovzihul-Məsail risaləsinin 1632-ci məsələsi ilə şər’i suallara cavablar olan Camiül-məsail kitabında o həzrətdən soruşulan məsələ arasında ziddiyyət vardır. Camiul-Məsail kitabında orucu yemək niyyətində olmağı orucu batil edənlərdən bilmisiniz, Risalədə bu cür olmadığı üçün xahiş edirik bəyan edəsiniz ki, bu iki fətvadan hansı birini səhih bilirsiniz?

Cavab: Bir az düşünməklə ziddiyyət aradan gedir. Məqsəd budur ki, oruc tutan şəxs orucu batil edən işin yerinə yetirməsini niyyət etsə, nə qədər ki, bu işi yerinə yetirməyib orucu batil olmur, amma əgər oruc tutan şəxs daha oruc olmamağı niyyət etsə, orucu batil edən bir iş görməsə də orucu batil edir.

Sual 870. Bir Mərcəyi-Təqlid üçün ayın görünməsi və fitr bayramının olması sabit olmuşdur. Ondan bu barədə soruşanda deyir ki, mənim üçün ayın əvvəli sabit olmuşdur. Amma o, buna aid hökm vermir. Ona təqlid edən şəxs ondan aldığı məlumata əsasən iftar edə bilərmi?

Cavab: Me’yar elmin, ya xatircəmliyin hasil olmasıdır. Suala əsasən əgər elm və xatircəmlik sabit olsa, (adətən belədir) iftar etsə, bundan başqa surətdə gərək risalənin 1780-cı məsələsində qeyd olunan yollardan birinin vasitəsi ilə ayın əvvəli sübut olana qədər oruc halında qalsın.

ORUCU BATİL EDƏN ŞEYLƏR

Sual 871. Əgər vacibi, ya müstəhəbbi orucda səhvən batil edən işlərdən biri görülərsə orucun hökmü necədir? Ramazan və başqa oruclar arasında bir fərq varmı? Vaxtı geniş olan orucla başqa oruc arasında fərq vardırmı?

Cavab: Səhvən batil edən işlərdən birini yerinə yetirmək heç bir orucu batil etmir və oruc da səhihdir.

səh:172

Sual 872. Ramazan ayının günlərində dişə fırça vurmağın eybi vadırmı?

Cavab: Eybi yoxdur, amma gərək dişi fırçalayandan sonra ağızda olan su boğaza getməsin deyə, tamamilə çölə atsınlar.

Sual 873. Boğazdan gələn bəlğəmi udmaq orucu batil edirmi?

Cavab: Əgər ağız boşluğuna daxil olmayıbsa onu udmaq orucu batil etmir.

Sual 874. Ramazan ayında sübh namazına 15 dəqiqə qalmış oyanan bir şəxs cənabətli olmuşdursa, bu müddət yemək və qusl etmək üçün kifayət deyilsə, onun vəzifəsi nədir?

Cavab: Əgər yemək yeməyib oruc tuta bilərsə qusl etsin, amma yemək yeməsə oruc tuta bilməyəcəyindən və zərəri olduğundan qorxsa yemək yesin və azandan əvvəl təyəmmüm etsin.

Sual 875. İsticari oruc tutan şəxs fəcrdən əvvəl oyanıb möhtəlim olduğunu bilsə orucu səhihdirmi?

Cavab: Bəli, səhihdir.

Sual 876. Ramazan ayında Qur’anı səhv oxumaq orucu batil edirmi?

Cavab: Xeyr, orucu batil etmir. Ancaq səy edin Qur’anı düzgün oxuyun.

Sual 877. Risalədə buyurduğunuz orucu batil edən şeylərdən biri olan qatı buxar dedikdə məqsəd hansı buxardır?

Cavab: Tüstüyə oxşar buxardır və yaxından gözlə görünür. Qaynar halında olan samovar və onun kimi şeylərdən qalxan buxar buna aiddir. Amma hamamın içərisində olan adi buxarın maneəsi yoxur.

Sual 878. Heç bir mö’təbər kitablarda olmayan rövzə və şe’rləri oxumaq orucu batil edirmi?

Cavab: Əgər uyğunluğu olsa və imamlara (ə) nisbət verilməsə batil etməz və əgər onların düzgün olmasına xatircəm olmasalar, onları nəql edən kitabın adını çəkib o kitabdan nəql etsinlər.

Sual 879. Mən oruc tuta bilərəm, amma nəfəs almaq üçün boğaza buxar surətində çatan bir vasitədən istifadə edirəm. Mənim orucum səhihdirmi?

Cavab: Bəli, verilən suala əsasən ondan istifadə etməkdə məcbur olduğunuz üçün orucunuz səhihdir.

səh:173

Sual 880. Bir şəxs “asma“ və şiddətli nəfəs çatışmazlığı xəstəliyinə tutulmuşdur. Tibbi dərmandan istifadə edir, həmin dərman qaz srətində burun yolu ilə ağ ciyərlərinə çatır və rahatlığa səbəb olur. Bə’zən gün ərzində rahat nəfəs ala bilmədiyi üçün ondan bir neçə dəfə istifadə edir. Onsuz rahatlıqla nəfəs ala bilmirsə bu halda onun orucu batil olurmu?

Cavab: Sualda qeyd olunan şəraitdə adı çəkilən dərmanın istifadəsi zamanı ona yemək və içmək deyilməzsə orucu batil etmir.

Sual 881. Mə’dənin şəklini çəkmək üçün daxil edilən cihaz orucu batil edən şeylərlə birlikdə olmasa onun mə’dəyə daxil olması orucu batil edirmi?

Cavab: Batil edici deyil. Əgər o tibbi cihazı mə’dəyə salmaq orucu batil edən işlərə mürtəkib olma zərurətində olarsa, orucu batil edər. Məsələn, onun borusuna ağız, ya boğaz suyu yapışarsa və ağızdan xaric olandan sonra yenidən həmin rütubətlə boğaza salına.

Sual 882. Ağız boşluğuna yığılan baş və sinə bəlğəmi ixtiyarsız boğaza gedərsə orucu batil edirmi?

Cavab: İxtiyarsız boğaza getsə orucu batil etmir.

Sual 883. Mübarək Ramazan ayında aşağıda qeyd olunan şəkildə musiqi çalmaq orucu batil edirmi? Qəza və kəffarəsi vardırmı?

a) Bir sıra musiqi alətləri dilin altına qoyulub çıxarılır və yenidən ağıza aparılır. Belə ki, ağız suyunu çölə atmaq yaxud da rütubəti paklamaq üçün fürsət yoxdur.

b) Musiqi alətlərinin başqa bir qismi isə dodağın üzərinə qoyulur və gərək ardıcıl olaraq dil toxunsun; dodaqdan götürüb yenidən dodağa qoymaq nəticəsində musiqi alətinin içərisində qalmış su hər dəfə ağzına apardıqca gəlir və onu çölə atmağa imkan olmadığı üçün çarəsizlikdən udmalıyam.

Cavab: Ümumiyyətlə, musiqi aləti ağız suyu ilə yaş olsa və ağızdan çıxarıldıqdan sonra yenidən ağıza aparılsa və onun rütubətini udsalar oruc batil olar. Belə olan surətdə qəsdən və öz ixtiyarı ilə bu işi etsə qəza və kəffarəsi vardır. Ancaq məcburi halda bu işi görsə qəzası var, kəffarəsi yoxdur. Bəli onun rütubəti ağız suyu ilə qarışıb aradan getsə və ona xaricdən gələn rütubət deyilməsə batil deyil. Oruc səhih, qəza və kəffarə yoxdur.

Sual 884. Ordu başçısının əmri ilə şagirdlər və musiqi kollektivi yuxarıda qeyd olunan çətinliyə məcbur olsalar vəzifələri nədir?

səh:174

Cavab: Verilən suala əsasən, sə’y etsinlər yenidən ağıza qayıdan suyu, ağız suyu ilə qarışdıraraq aradan elə aparsınlar ki, ona xaricdən qarışan rütubət deyilməsin. Bu halda oruc səhihdir; əks təqdirdə, kəffarəsi olmamasına baxmayaraq, qəzası vardır.

Sual 885. Namaz əsnasında oruc tutan şəxsin ağzına başdan, ya sinədən gələn bəlğəm yığılır. Onu udsa orucu batil olar və yaxud kənara atmaq istəsə gərək namazını sındırsın, belə hallarda vəzifəsi nədir?

Cavab: Mümkün olsa namazı sındırmadan ağızda olan bəlğəmi çölə atsın, ya ağızında saxlayıb namazı qılıb qurtarsın. İmkan olmayan surətdə, əgər o qədər vaxt ola ki, namazı sındırıb əvvəldən başlasa ən azı namazın bir rəkəti vaxtın daxilinə düşərsə, gərək namazını sındırıb ağızda olan bəlğəmi çölə atsın və sonra namazını qılsın. Amma bu miqdarda da vaxt olmasa bəlğəmi udub namazı tamamlasın və sonradan orucun qəzasını tutsun.

Sual 886. Qur’anı səhv oxuduğunu bilən bir şəxsin Qur’an oxuması düzgündürmü? Oruc olan halda orucunun batil olmasına səbəb varmı?

Cavab: Qur’anı səhv oxumaq öz-özlüyündə haram deyil, orucun batil olmasına səbəb olmaz. (Halbuki, möminlərin Qur’anı düzgün oxuması lazımdır) Bəli, bir şəxsin istədiyi hissələri oxumağa ümumi elmi olsa və mə’nası dəyişilən tərzdə oxusa və məqsədi əks mə’na yaratmaq və Allaha yalan nisbət vermək olsa, bu halda oxumaq haramdır və orcu da batildir. Əgər bilsə ki, Allaha yalan bağlamaq orucu batil edənlərdəndir, qəzadan əlavə ona ehtiyata görə kəffarə də vacib olar. Hətta bilsə ki, səhv oxuduğu kəlmələri bilsə, mə’nanın dəyişdiyi tərzdə olmasa da və qəsd etsə ki, Allah bu cür nazil etmişdir. Bu halda da oxumaq haramdır, orucun da yuxarıda qeyd olunan hökmü vardır.

Sual 887. Dişi düzəldən və qəlib tutan zaman ağız suyunda həll olan bir növ dərmandan istifadə olunur; ağız suyu onun dadını götürürsə, oruc zamanı onun hökmünü bəyan edin.

Cavab: O dərman ağız suyuna qarışıb aradan getsə və ona yemək deyilməsə işkalı yoxdur, baxmayaraq ki, onun dadını hiss edir.

Sual 888. Oruc halında diş çəkdirməyin, ya qanaxmaya səbəb olan dişdə, ya diş ətində cərrahlıq işi aparmağın hökmü necədir?

Cavab: Əgər boğaza bir şey getməsə oruc üçün zərəri yoxdur.

səh:175

Sual 889. Oruc halında dəriyə kosmetik yağlar çəkməyin hökmü necədir? Vitaminli pomada ilə başqa yağlar arasında fərq varmı?

Cavab: Bədənin dərisinə sürtülən yağlar orucun batil olmasına səbəb olmaz, vitaminli, ya vitaminsiz pomada arasında bir fərq yoxur.

Sual 890. Qadının (qabaq hissədən) maye imalə etməsi orucu batil edir, ya yox? Qadın bu işi (aşağıda sadalanan) qaydada: 1-Hökmü bilə-bilə, qəsdən, ya səhvən imalə etmişdirsə? 2-Hökmü bilməsə? 3-Batil etməsində şəkk etsə, qəza və kəffarəsi vardırmı?

Cavab: Zənnimcə bu iş imalə etmək hesab olunarsa və bu işi qəsdən yerinə yetirsə, bu zaman muftir və orucunun batil olmasına səbəb olar. Amma səhvən etsə xeyr. Qəsdən batil etməklə alim, cahilin iki qismi (qasir və müqəssir) və şübhəli hal arasında heç bir fərq yoxdur. Bütün bu surətlərdə, onun üçün təkcə qəza vacibdir. Əgər qəsdən etsə, daha çox vacib ehtiyata görə kəffarə də ona vacib olar. Kəffarənin vacib olmasında hökmü bilən ilə cahil-müqəssir arasında heç bir fərq yoxdur. Bəli, nəzərimcə cahil-qasir olan qadına kəffarə vacib olmaz. Həmçinin kəffarənin vacibliyində şəkk etmək, cahili-müqəssir kimidir. Yə’ni onun hökmü (cahil-müqəssirin) hökmüdür. Allah alimdir.

Sual 891. Oruc tutan şəxsə qan vurmağın işkalı vardırmı?

Cavab: Bəli, ümumi halda gücləndirməyə səbəb olan və yemək hökmündə olan hər bir şeyi vurmağın işkalı vardır; əgər çarəsizlik üzündən vursalar orucu tuta bilərlər. Həmçinin qəzasını da tutsunlar.

Sual 892. Sperma xaric etmək qəsdi ilə istimna etsə, amma bu işi bacarmasa orucu batildirmi?

Cavab: Onun orucu batil deyil.

Sual 893. Əgər bir şəxs dərman içsə, ya bilərəkdən sübhə qədər cənabətli halda qalsa və yaxud istimna etsə, lakin bu cür işlərin orucu batil etməsini bilməsə vəzifəsi nədir?

Cavab: Gərək orucu qəza etsin, əgər cahili-müqəssirdirsə, yə’ni məsələni öyrənə bilərdi, amma öyrənməyib, vacibi ehtiyata görə kəffarə də sabitdir. Amma cahili qasir olsa, yə’ni məsələni öyrənmə imkanı olmayıbsa, kəffarəsi yoxdur.

səh:176

CƏNABƏTLİ HALDA ORUC TUTMAQ

Sual 894. Əgər bir gecə cənabətli olan şəxs, məsələn gecə saat üçdə oyanıb boynuna cənabət quslu gəldiyini bilsə və ikinci dəfə yatıb səhər saat doqquzda oyansa qəza və kəffarəsi varmı?

Cavab: Əgər bu niyyətlə ki, məsələn bir saatdan sonra oyanıb qusl verməyə gedəcək, səhvən oyanmasa orucu qəza etsin, kəffarəsi yoxdur. Amma e’tinasızlıq üzündən olubsa orucu batildir, qəza və kəffarə də vardır.

Sual 895. Mən dini hökmləri və təbliğatı az olan bir kənddə idim. Bunun üçün şər’i məsələlərdən xəbərsiz qalmışam. Təkcə namaz və orucun vacib olduğunu bilirdim, amma cənabət və qusldan mə’lumatım olmadığımdan bir müddət namaz və orucu qüsulsuz yerinə yetirmişəm. İndi məsələdən xəbərdar olmşam, vəzifəm nədir? Əlbəttə, cənabətli halda namaz və orucları yerinə yetirdiyimə yəqinim vardır.

Cavab: Verilən suala əsasən məsələləri öyənməkdə təqsiriniz olmayıbsa, tutduğunuz oruclar səhih və qəzası da yoxdur. Amma cənabət halında qıldığınız namazları bilirsinizsə gərək qəza edəsiniz.

Sual 896. Mübarək Ramazan ayında bir şəxsə qusl vacib olmuşdur, onu yerinə yetirməyə imkanı olmasa nə etməlidir?

Cavab: Verilən suala əsasən onun vəzifəsi quslun əvəzinə təyəmmüm etməkdir və onun orucu təyəmmümlə səhihdir.

Sual 897. Mübarək Ramazan ayında bir şəxs nəcis su ilə qusl etsə və üç gündən sonra suyun nəcis olmasını başa düşsə, bu müddətdə qıldığı namazların və tutduğu orucların hökmü necədir?

Cavab: Orucları səhihdir, gərək qusldan sonra namazlarını qəza etsin.

Sual 898. Mübarək Ramazan ayında qadın öz əri ilə mazaqlaşsa və sonradan özündə yaşlıq görsə vəzifəsi nədir?

Cavab: Qeyd olunan yaşlıq spermadırsa və qadın bu əməlin spermanın gəlməsinə səbəb olmasını bilsə orucu batildir.

Sual 899. Qadın öz əri ilə eşqbazlıq edib yatsa və özündə yaşlıq görürsə vəzifəsi nədir?

Cavab: Qadın da kişilər kimi möhtəlim olur, amma o yaşlığın sperma olmasına yəqinlik tapmayana qədər qusl etməsi lazım deyil.

səh:177

Sual 900. Bir şəxs sübh azanından əvvəl cənabətli olmuşdur və bundan xəbəri olmadığı üçün sübh azanından sonra həmin halda Ramazan ayının qəza orucunu, ya başqa oruc niyyəti edə bilərmi?

Cavab: Güclü rə’yə əsasən bilməyərəkdən Ramazan ayının qəza orucunda cənabətli qalmaq orucun batil olmasına səbəb olar. Verilən suala əsasən, Ramazan ayının qəza orcunu niyyət edə bilməz və səhih deyil. Amma başqa oruclara zərər yetirməz və batil edən deyildir. Buna əsasən sualda qeyd olunan şəraitdə başqa orucun niyyətini tuta bilər və səhihdir.

Sual 901. Cənabətli olan bir şəxs bilərəkdən sübh azanına kimi bu handa qalmış, yaxud cənabətli olub yuxuya getmişdir. Günortadan əvvəl isticarə orucu niyyəti edə bilərmi?

Cavab: Verilən suala əsasən zahirən, isticarə orucunu niyyət etməyin işkalı yoxdur. Amma ehtiyatın xilafınadır.

HEYZ VƏ HAMİLƏLİYİN QARŞISINI ALAN DƏRMANLARDAN İSTİFADƏ ETMƏK

Sual 902. Qadın orucunu axıra qədər tutsun deyə, aylıq adətinin qarşısını alan dərmanlardan istifadə edir. Onun orucu səhihdirmi?

Cavab: Əgər dərmanı istifadə etməklə aylıq adətini görmürsə orucu səhihdir.

Sual 903. Mübarək Ramazan ayında hamiləliyin qarşısını alan dərmandan istifadə etməsinin hökmü nədir?

Cavab: Əgər mühüm bir zərəri olmasa işkalı yoxdur. Bu işdə Ramazan və başqa aylar arasında heç bir fərq yoxdur.

XƏSTƏLƏRİN VƏ ZƏİFLƏRİN ORUCU

Sual 904. Mən sinə xəstəliyinə düçar olmuşam, bə’zən dözülməz dərəcədə zəifliyə mə’ruz qalıram. Bu halda orcumu açmağa razı olmuramsa, oruc tutsam səhihdirmi?

Cavab: Əgər oruc tutmağınız xəstəliyin yaranmasına, ya şiddətlənməsinə səbəb olursa səhih deyil və gərək orucu iftar edəsiniz.

Sual 905. Mən göz zəifliyi xəstəliyinə tutulmuşam, oruc tutmağa çox meyilliyəm, amma gözlərimə zərər olacağından qorxuramsa, oruc tutummu?

səh:178

Cavab: Göz üçün zərər verəcəyindən qorxan surətdə oruc tutmaq səhih deyil.

Sual 906. Oruc tutmaqla qan azlığına və şiddətli baş ağrısına tutulan bir şəxs oruc tuta bilərmi?

Cavab: Əgər zəiflik, qan azlığı və baş ağrısı adətən dözülməz dərəcədə olsa oruc vacib deyil.

Sual 907. Qızım doqquz yaşına çatmışdır, amma onun üçün oruc tutmaq çətinlik yaradır və bə’zən şiddətli zəifliyə düçar olur; o iftar etməlidirmi? Orucunu açarsa sonradan qəzasını yerinə yetirmək lazımdırmı?

Cavab: Əgər oruc tutması dözülməz dərəcədə zəifliyə səbəb olarsa və onun üçün çətinlik yaradarsa oruc tutmasın, amma sonradan imkanı və qüdrəti olan surətdə qəza etsin.

Sual 908. Həkim mənə oruc tutmağı qadağan edib və orucun mənə zərəri olduğunu bildirib. Onun dediyinə əsasən orucumu iftar etməliyəmmi?

Cavab: Əgər zərər qorxusu olsa gərək oruc tutmayasınız.

Sual 909. Həkim bir şəxsə oruc tutmağı qadağan etsə, onun sözünə əməl olunmalıdırmı?

Cavab: Əgər mütəxəssis həkim olsa və onun dediyindən xatircəmlik hasil olsa onun sözü höccətdir.

MÜSAFİRİN ORUCU

Sual 910. Namazını qəsr qılan müsafir, qəza namazını tamam qılıb oruc tuta bilərmi?

Cavab: Səfərdə qəza orucu tutmaq səhih deyil, amma qəza namazlarını tamam qıla bilər.

Sual 911. Səfərdə olan bir şəxs zöhrdən əvvəl öz vətəninə çatacağını və oruc niyyəti edəcəyini qəsd etmişdir. Amma yolda olarkən səhvən bir şey yesə o günün orucunu tuta bilərmi?

Cavab: Müşküldür.

Sual 912. Zöhrdən əvvəl şər’i məsafəyə səfər edən bir şəxs zöhrdən qabaq öz vətəninə qayıtmışdırsa, vəzifəsi nədir?

Cavab: Əgər səfədə orucu batil edən işlərdən görməyibsə oruc niyyəti etməsi vacibdir.

Sual 913. Səfərdən qayıdan bir şəxs zöhrdən əvvəl vətəninin tərəxxüs həddinə çatarsa, o günün orucu ona vacibdirmi?

səh:179

Cavab: Verilən suala əsasən, ehtiyat vacib odur ki, həmin günün orucunu tutsun və sonra da qəza etsin.

Sual 914. Günah iş üçün edilən səfərdə namaz tamam qılınırsa oruc da tutulmalıdır?

Cavab: Bəli, gərək oruc tutsun.

Sual 915. Mübarək Ramazan ayında zöhrdən əvvəl vətənindən, ya iqamə qəsdi etdiyi yerdən hərəkət etsə, tərəxxüs həddini keçməsi zöhrdən sonraya düşərsə, o günün orucu ona vacibdir, ya xeyr?

Cavab: Səfərə başlaması zöhrdən əvvəl olsa, tərəxxüs həddindən keçməsi zöhrdən sonra olarsa ehtiyat vacib odur ki, orucu tutsun və sonra qəzasını da yerinə yetirsin.

Sual 916. Mübarək Ramazan ayında səfərdən qayıdan bir şəxs zöhrdən əvvəl öz vətəninin və ya on gün qalmaq istədiyi bir yerin tərəxxüs həddinə çatsa, amma zöhrdən sonra vətəninə, ya on gün qalmaq istədiyi bir yerə çatsa, oruc batil edən bir iĢ görməyibsə,həmin günün orucu ona vacibdir, ya yox?

Cavab: Verilən suala əsasən, vacib ehtiyata görə oruc tutsun və sonra qəzasını da yerinə yetirsin.

Sual 917. Mübarək Ramazan ayında müsafir olan şəxs oruc tutsun deyə tərəxxüs həddinə zöhrdən əvvəl gəlib oruc niyyəti etsə, zöhr olan kimi oradan yenidən səfərə başlasa, onun orucu səhihdir, ya xeyr?

Cavab: Orucunun səhih olmasını istəyirsə gərək zöhrdən əvvəl vətəninə daxil olsun və zöhrdən sonra vətəndən xaric olsun. Əks halda vacib ehtiyata əsasən orucu tutub sonradan da qəza etməsi lazımdır.

Sual 918. Həddi-tərəxxüs fasiləsində səfərdə olan şəxsin namaz və orucunun hökmü fərqlidirmi?

Cavab: Bəli, xüsusi ilə vətəndən səfərə başlayanda; əgər vətən və tərəxxüs həddi arasında olan məsafədə namaz qılmaq istəsə namazı hökmən tamam qılmalıdır. Amma bu məsafədə, orucla iki məsələdə əvvəldə qeyd olunduğu kimi, gərək ehtiyat etsin. Amma iqamət qəsdi etdiyi yerdən səfər etsə və tərəxxüs-həddinə çatmamışdan əvvəl namaz qılmaq istəsə, vacib ehtiyata əsasən gərək namazını həm qəsr və həm də tamam qılsın. Orucunu da vacib ehtiyata əsasən gərək tutsun və qəzasını da yerinə yetirsin.

səh:180

Sual 919. Ramazan ayında ölkədən xaricə səfər edən bir şəxs gərək İran azanı vaxtı ilə iftar etsin, yoxsa getdiyi ölkənin azan vaxtı ilə? Onun namazı necədir?

Cavab: Gərək getdiyi ölkənin azan vaxtına uyğun iftar etsin və namaz qılsın.

Sual 920. Əgər mübarək Ramazan ayında öz vətəninə tərəf hərəkət edən bir müsafir zöhr azanı vaxtı öz vətəninə çatsa, amma vətənə daxil olub-olmamasında şəkk etsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən şəhərə daxil olub-olmamasında şəkk etsə və o vaxta qədər oruc batil edən bir iş görməyibsə ehtiyata əsasən oruc niyyəti edib orucu tutsun və sonradan onun qəzasını da yerinə yetirsin.

Sual 921. Bir şəxsin Ramazan ayının qəza orucunu səfərdə tutmağı nəzir etməsi səhihdirmi?

Cavab: Səfərdə vacib, ya nəzr oruclarının səhih olması sabit olmayıb və kifayət deyil. Ramazan ayının orucu, ya onun qəzası, kəffarə, isticarə və valideyn, ya başqaları üçün olmasının fərqi yoxdur. Bəli, bir şəxs öz vətənində olan zaman səfərdə müstəhəbbi oruc tutmağı nəzr etsə, ya müəyyən bir günü - istər səfərdə, istərsə öz vətənində olsun - müstəhəbb oruc tutmağı nəzr etsə, onun nəzri düzgündür və orucu səfərdə də tutmaq səhihdir.

SƏFƏR VƏ QEYR-SƏFƏRDƏ ORUC TUTMAĞI NƏZR ETMƏK

Sual 922. İnsan Ramazan ayının orucunu səfərdə tutmağı nəzr edə bilərmi?

Cavab: Düzgün deyil.

Sual 923. Bir şəxs Rəcəb və Şə’ban ayının bütün cümə günlərini oruc tutmağı nəzr edib. Qarşıya bir səfər çıxsa bu nəzrə əməl etmək vacibdirmi?

Cavab: Əgər səfərdə olsa belə, bu günləri oruc tutmağı nəzr etsə, gərək orucu tutsun; başqa surətdə nəzr orucunun qəzası kifayətdir. Ona müxalifət kəffarəsi də gəlmir.

Sual 924. Səfərdə müstəhəbbi oruc tutmaq olarmı?

Cavab: Səfərdə oruc tutmağı nəzr etsə, yaxud da müəyyən bir günü - istər səfərdə ola istər vətəndə - oruc tutmağı nəzr etsə olar, qalan hallarda isə yox.

səh:181

Sual 925. Səfərdə müstəhəbbi oruc tutmağı nəzr etmək olarmı? Məsələn Müqəddəs-Məşhəd şəhərinə gedəndə, ya oraya çatandan sonra iqamət qəsdi etməmiş, müstəhəbbi orucu nəzr etsin.

Cavab: Xeyr.

Sual 926. Öhdəsində Ramazan ayının qəza orucu olan bir şəxs nəzr orucu tuta bilərmi?

Cavab: Müəyyən bir günü nəzr etsə, öz oruclarının qəzasını ondan əvvəl tutmaq mümkün olsa, maneəsi yoxdur.

İSTİCARƏ ORUCU

Sual 927. Öhdəsində Ramazan ayının qəza orucu olan bir şəxs başqası üçün əcir tutula bilərmi? Yaxud boynundan məs’uliyyət götürülsün deyə, başqa oruclardan tuta bilərmi? Atasının qəza orucunu necə?

Cavab: Atasının qəza orucunu tuta bilər. Amma o halda əcir ola bilər ki, özünün vacib oruclarının tutmağının vaxtına imkan olsun.

Sual 928. Həddi-büluğ olmayan uşaq oruc tutmaq üçün əcir tutula bilərmi?

Cavab: Ehtiyatın xilafınadır.

Sual 929. Mərhumun böyük oğlu həddi-büluğ olmayıbsa, öz atasının qəza oruclarını tuta bilərmi?

Cavab: Əgər müməyyiz olsa (yə’ni yaxşını pisdən ayıra bilirsə) və orucun şərtlərinə səhih riayət etsə maneəsi yoxdur.

Sual 930. Öhdəsində orucun kəfarəsi olan bir şəxs üçün onu ardıcıl tutmaq mümkün deyilsə, isticarə orucu tuta bilərmi?

Cavab: Maneəsi yoxdur.

Sual 931. İsticarə orucu tutan bir şəxs zöhrdən sonra iftar etsə kəffarəsi vardırmı?

Cavab: Kəffarə yoxdur.

ORUCUN QƏZA VƏ KƏFFARƏSİ

Sual 932. Həddi-büluğun əvvəllərində məsələni bilməməzlik üzündən oruclarını yeyən şəxslərə qəzadan əlavə qəsdən iftar etdiklərinə görə kəffarə vardırmı?

Cavab: Ümumi halda əgər məsələni bilməyiblərsə və öyrənməkdə qəflətdə olublarsa, onlara təkcə qəza vacibdir. Əgər

səh:182

məsələyə diqqətli olublarsa və məsələni öyrənməyə qüdrətləri olduğuna ehtimal verilirsə, e’tinasızlıq və səhlənkarlıq üzündən soruşub öyrənməyiblərsə, qəzadan əlavə kəffarə də onların öhdəsindədir.

Sual 933. Qəza orucu olan bir şəxs müstəhəbbi oruc tuta bilərmi?

Cavab: Xeyr, tuta bilməz.

Sual 934. Öz qəza orclarını tuta bilməyən bir şəxsin hökmü nədir?

Cavab: Hər vaxt bacarsa tutsun.

Sual 935. Bir şəxs mübarək Ramazan ayında zöhrdən əvvəl səfərə gedəcəyini bildiyi halda hərəkət etməmişdən əvvəl sübh çağı iftar etsə (səhər yeməyi yesə), təkcə o günün orucunu tutmalıdır, ya kəffarəsi də vardır?

Cavab: Orucu gərək qəza etsin və kəffarə də versin. İftar etməsinə ehtimal vermirdisə, bu halda təkcə qəza vacibdir.

Sual 936. Əgər insan vacibi orucda səhvən bir şey yesə və orucunun batil olduğunu güman edib iftar etsə, qəzadan əlavə kəffarə də ona vacibdirmi?

Cavab: Əgər cahili-müqəssir olubsa, yə’ni, məsələni öyrənməkdə səhlənkarlıq edibsə, sual olunan oruc Ramazan ayının orucu olduğu üçün qəza və kəffarə vacibdir.

Sual 937. Ramazan ayının orucunu xəstəlik səbəbindən tutmayan bir şəxs onun kəffarəsinin pulunu fəqirə verə bilərmi?

Cavab: Pul vermək kifayət etmir, amma fəqirə həmin pulla onun tərəfindən təam alıb özü üçün götürməyə icazə versə, maneəsi yoxdur. Əlbəttə gərək fəqir e’tibarlı adam olsun.

Sual 938. Bir şəxs hicri-qəməri tarixi ilə on beş yaşa çatmışdır. Ona mükəlləf olduğunu başa salmışlar, lakin o inanmayıb və güman etmişdir ki, həddi-büluğ olmaq şəmsi tarixi ilə on beş yaşdır. Buna əsasən həmin ilin orucunu tutmamışdır. İndi onun vəzifəsi nədir?

Cavab: Əgər soruşmaqda və təhqiq etməkdə səhlənkarlıq və e’tinasızlıq edibsə, qəzadan əlavə kəffarə də vacibdir.

Sual 939. Öhdəsində orucun kəffarəsi olan bir şəxs atasının himayəsində yaşadığı üçün qazancı yoxdursa onu necə verməlidir?

Cavab: Hər vaxt qüdrət tapsa versin.

səh:183

Sual 940. Ramazan ayının orucunun qəzası üçün əcir tutulan bir şəxs zöhrdən sonra orucunu açsa kəffarəsi vardırmı?

Cavab: Xeyr, kəffarə yoxdur.

Sual 941. Üzürlü səbəb olmadan mübarək Ramazan ayının orcunu batil edən bir şəxs kəffarə adıyla altmış fəqirə verdiyi təamın pulunu hesablayıb onlara verə bilərmi?

Cavab: E’tibar etdiyi fəqirə verə bilər. Onu (yə’ni fəqiri) öz tərəfindən çörək alıb istifadə etməyə vəkil etsin.

Sual 942. Bir qız dörd il öz oruclarını tutmamışdır, başqa tərəfdən də özü üçün gərək cehiz alsın. Əgər altmış fəqirə təam vermək istəsə cəmi nə qədər verməlidir? Kəffarəni əvvəl ödəməlidir, yoxsa cehiz almağı?

Cavab: Tutmadığı orucların qəzasını yerinə yetirsin və hər günün kəffarəsi üçün 45-kq buğda, ya o miqdarda olan buğdanın pulunu tədricən fəqirlərə çörək almaq üçün ödəsin və kəffarəni gecikdirmək e’tinasızlıq və diqqətsizlik qəsdi ilə olmayıbsa, maneəsi yoxdur.

Sual 943. Seyyid olmayan bir şəxs öz orucunun kəffarəsini seyyidə verə bilərmi?

Cavab: Müstəhəbb ehtiyatın xilafınadır, müstəhəbdir vacibi sədəqələri, o cümlədən oruca aid olan və olmayan kəffarələri seyyid olmayan şəxs, seyyidə verməsin.

Sual 944. Kəffarədə unun, ya çörəyin və buğdanın yerinə fəqirə düyü vermək olarmı?

Cavab: Bəli, düzgündür. Amma düyünün miqdarı gərək çəki cəhətdən buğdada lazım olan miqdar qədər olsun. Yə’ni bir müdd(1) buğdanın yerinə bir müdd düyü versinlər.

Sual 945. Çörəkçidən bir müdd çörək alıb orucun kəffarəsi üçün fəqirə vermək olarmı? Ya mütləq bir kiloqram olmalıdır?

Cavab: Bəli, bir müdd (750 qram) çörək kifayət edir, amma yaxşıdır ki, bir kiloqram versin.

Sual 946. Öz cənabət quslunu bir müddət batil yerinə yetirən bir şəxsin oruclarının hökmü necədir?

Cavab: Orucları səhihdir, qəza və kəffarəsi yoxdur.

səh:184


1- [48] Müdd–təqribən 750 qram, bir sir 75 qram, 10 sir 750 qram.

Sual 947. Bir şəxs nəcis, ya müzaf su ilə qusl edib və bu kimi bir neçə gündən sonra başa düşmüşdür. Onun oruc və namazları səhihdirmi?

Cavab: Oruc səhihdir, amma namazları batildir.

Sual 948. Bir şəxs güman etmişdir ki, istimna etsə, ya yemək yesə bir günün oruc qəzasını yerinə yetirəcəkdir. Bu halda onun vəzifəsi nədir?

Cavab: Əgər bu işin orucu batil etdiyini bilirdisə orucdan əlavə kəffarə də lazımdır.

Sual 949. Ramazan ayının orucunu bilərəkdən yeyən bir şəxs həmin qayda ilə Ramazan ayının qəza orucunu da zöhrdən sonra iftar etmişdir və kəffarə vacib olduğunu bilməmişdirsə vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən Ramazan ayının orucunu bilərəkdən yediyi üçün kəffarədən əlavə onun qəzası və zöhrdən sonra yediyi Ramazan ayının orucunun qəzasının kəffarəsi də vacibdir.

Sual 950. Xəstəlik, ya səfər kimi üzürlü səbəbdən Ramazan ayının orucunu tutmayan bir kəs gələn Ramazana kimi bu orucların qəzasını tuta bilməyəcəyini bilirsə, Ramazan ayından sonra onun fidyə və kəffarəsini verməsi səhihdirmi?

Cavab: Xeyr, verilən suala əsasən hələlik onun öhdəsində kəffarə yoxdur. Bəlkə onun şər’i vəzifəsi budur ki, sonrakı ilin Ramazanına kimi orucları qəza etsinlər və əgər o vaxta qədər etməsələr və gecikdirsələr kəffarə vermək öhdələrinə gəlir. Buna əsasən əgər ondan əvvəl ödəsələr hesablanmır və gərək təkrar olaraq ödəsinlər.

Sual 951. Oruc vacib olmayan qoca kişi və qoca qadın gərək fidyə, yə’ni müdd təam versinlər. Bu şəxslər Ramazan ayından sonra fidyə versinlər ya gərək gələn ilin Ramazan ayına kimi səbr etsinlər?

Cavab: Xeyr, səbr etmək lazım deyil. Orucu yedikləri həmin ayda və həmin gündə fidyə versinlər. Ondan əvvəl vermək səhih və düzgün deyil.

QƏZA ORUCU

Sual 952. Keçən və bu ildən qəza orucu olan bir şəxs hansı ilin qəzasını tutduğunu müəyyən etməlidirmi?

Cavab: Tə’yin etmək lazım deyil. Öhdəsində olan orucları qəza etdiyini niyyət edə bilər.

səh:185

MÜXTƏLİF MƏSƏLƏLƏR

Sual 953. Əgər həkimlər bir xəstənin oruc tutması haqqında müxtəlif fikirlər desələr, vəzifə nədir?

Cavab: Gərək insan özü bir neçə gün oruc tutsun. Əgər zərəri olmasa gərək orucu davam etdirsin. Əgər zərər versə o şəxsə oruc vacib deyil, həmçinin sonrakı ilin Ramazan ayına kimi sağalsa gərək tutmadığı orucları qəza etsin, yox əgər sağalmasa qəza vacib deyil. Amma gərək hər gün üçün bir müdd, yə’ni on sir (buğda, düyü, ya çörək, arpa) fəqirə versin.

AYIN GÖRÜNMƏSİ

Sual 954. Astronomların hesablamalarına əsasən xüsusi ilə, hazırkı dövrdə dəqiq imkanları olan cihazlarla ayın əvvəli sabit olurmu?

Cavab: Hər kəs onların dediklərindən xatircəmlik tapsa gərək ona əməl etsin.

Sual 955. Əgər şərq ölkələrində ay görünərsə qərb ölkələri üçün bu höccətdirmi?

Cavab: Bəli, şərq ölkələrində görünən ay qərb ölkələri üçün höccətdir və öz-özünə sabit olur. Amma qərbdə görünən ay şərq ölkələri üçün höccət deyil.

Sual 956. Əgər İran İslam Respublikasında ay görünərsə və İranın şərqində yerləşən Əfqanıstanın bə’zi yaşayış məntəqələrində (Tehran üfüqü ilə günəşin çıxıb batmasında bir saat fərq vardır) yaşayanlar üçün də ayın görünməsi sabit olurmu? Əgər sabit olmursa, indiyə qədər İran radiosu ilə yayımlanan göstərişlə iftar ediblərsə qəza və kəffarəyə, yaxud təkcə qəzaya səbəb olurmu?

Cavab: Ümumi halda bir şəhərdə ayın əvvəli sabit olsa, o şəhərlə bir üfüqdə olan. yaxud ona yaxın olan başqa şəhərin camaatı üçün də ayın əvvəli sabitdir və həmçinin ayın əvvəli Tehranda sabit olsa Tehranın qərbində yerləşən şəhərlər üçün də höccətdir. Amma Tehranın şərqində yerləşən şəhərlər üçün höccət deyil. Əgər əksinə əməl ediblərsə, gərək öz oruclarını qəza etsinlər və əgər məsələni öyrənməkdə səhlənkarlıq ediblərsə kəffarəsi də vardır.

Sual 957. Uzaq ölkələrdə ayın görünməsi sair ölkələr üçün kifayətdirmi?

səh:186

Cavab: Əgər yaxın üfüqdə olsalar kifayətdir.

Sual 958. Fitr bayramının olması şübhəli olsa və Ramazan ayının 29-30 gün olması mə’lum olmasa, şəriət hakiminin hökmü də gec çatarsa, vəzifə nədir?

Cavab: Ayın əvvəli Tovzihul-Məsailin 1780-cı məsələsində bəyan olduğu kimi neçə şeylə sabit olur. İnsan Ramazan ayının axırı, ya Şəvval ayının əvvəli olmasını bilməsə vacibdir oruc tutsun.

Sual 959. İranda fitr bayramı e’lan olunan gün Əfqanıstan camaatı bayramı qeyd edə bilərmi? Əgər olmazsa nə üçün Tehranda bayram günü qeyd olunanda Xürrəmşəhr, Abadan və Bəndərabbas şəhərlərinin camaatı bayramı qeyd edirlər?

Cavab: Şəriət hakiminin hökmü e’lan olunan şəhərdə və o şəhərlə bir üfüqdə, yaxud yaxın üfüqdə olan şəhərlər üçün kifayətdir. Həmçinin o şəhərin qərb tərəfində yerləşən şəhərlər üçün də kifayətdir. Hətta o şəhərin şərqində yerləşən şəhərlərdə yaşayan həmin şəriət hakiminin müqəllidləri üçün sabit olmur. Buna əsasən Tehranda ayın görünməsi e’lan olunsa Bəndərabbas, Buşehr və Abadanda ayın əvvəli sabit olur. Amma İranın şərqində, məsələn Məşhəd və Əfqanıstan kimi yerlərdə sabit olmur.

Sual 960. Ayın hündürdə, ya alçaqda olması ikinci gecəyə dəlalət edirmi?

Cavab: Şər’i cəhətdən bu dəlil deyil.

Sual 961. Əgər İranda ay görünsə Əfqanıstanda da ayın əvvəli sabit olur, ya xeyr?

Cavab: Əgər ay İranda görünsə Əfqanıstan üçün sabit deyil. Bəli, əgər ay İranın şərq tərəfində görünsə İranın şərqində yerləşən şəhərlərlə bir üfüqdə, ya yaxın üfüqdə olan Əfqanıstanın qərb şəhərləri üçün sabit olur.

Sual 962. Mö’təbər bir şəxs telefon vasitəsi ilə sabah bayram günü olduğunu desə qəbuldurmu?

Cavab: Əgər onun dediyindən xatircəmlik hasil olsa qəbuldur.

səh:187

MÜNDƏRİCAT

TƏQLİD HÖKMLƏRİ ............................................................................. 5

ƏLƏM MÜCTƏHİDƏ TƏQLİD ............................................................... 8

DİRİ MÜCTƏHİDDƏN BAŞQA DİRİ MÜCTƏHİDƏ KEÇMƏK ................ 9

ÖLÜ MÜCTƏHİDİN TƏQLİDİNDƏ QALMAQ ..................................... 10

TƏQLİDİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ ................................................. 11

HƏDDİ-BÜLUĞ NİŞANƏLƏRİ ............................................................. 13

QIZ UŞAĞININ YETKİNLİK YAŞINA ÇATMASI ................................... 13

səh:188

TƏHARƏT VƏ NƏCASƏT .................................................................... 15

KAFİRİN NƏCİS OLMASI .................................................................... 17

TƏHARƏT VƏ NƏCASƏTİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ ...................... 19

SİRKƏ VƏ ÜZÜM SUYUNUN HÖKMLƏRİ ........................................... 24

AYAQYOLU MƏSƏLƏLƏRİ ................................................................. 25

VASVASILIQ VƏ ONUN HÖKMLƏRİ .................................................. 26

DƏSTƏMAZ ........................................................................................ 29

DƏSTƏMAZIN QAYDASI .................................................................... 29

MƏSH .................................................................................................. 31

(ƏLİ BAŞA VƏ AYAQLARA SÜRTMƏ) ................................................. 31

DƏSTƏMAZDA OLAN MANEƏLƏRİN ARADAN GÖTÜRÜLMƏSİ ..... 35

DƏSTƏMAZDA BAŞQASININ KÖMƏK ETMƏSİ .................................. 36

VAXTINDAN ƏVVƏL DƏSTƏMAZ ALMAQ ........................................ 36

NAMƏHRƏMİN QARŞISINDA DƏSTƏMAZ ALMAQ .......................... 37

SARĞILI DƏSTƏMAZ .......................................................................... 37

DƏSTƏMAZ ÜZVLƏRİNDƏ OLAN YARA ........................................... 38

XƏSTƏNİN VƏ BİR BƏDƏN ƏZASI KƏSİLƏN ŞƏXSİN DƏSTƏMAZI ... 38

DƏSTƏMAZ HAQQINDA OLAN BAŞQA MƏSƏLƏLƏR ...................... 39

QUSL ................................................................................................... 41

QUSLƏ AİD OLAN MƏSƏLƏLƏR ........................................................ 41

QUSULA SƏBƏB OLAN HALLAR ........................................................ 42

CƏNABƏTİN HÖKMLƏRİ ................................................................... 43

QUSULUN NECƏLİYİ .......................................................................... 44

QADINLAR HAQQINDA OLAN HÖKMLƏR ....................................... 46

QADINLARIN CƏNABƏTLİ OLMA HÖKMLƏRİ.................................. 48

İSTİHAZƏYƏ AİD MƏSƏLƏLƏR ......................................................... 49

YAİSƏLİYİN TƏRİFİ ............................................................................. 51

YAİSƏLİK YAŞI .................................................................................... 51

(QADINLARDA DOĞUM İMKANLARININ KƏSİLMƏSİ) ..................... 51

HEYZİN QARŞISINI ALMAQ ÜÇÜN DƏRMANLARDAN İSTİFADƏ EDİLMƏSİ ............................................................................................ 52

QADININ BAŞQA ŞƏXSLƏR ÜÇÜN ÖZÜNÜ ƏTİRLƏMƏSİ ................. 52

səh:189

MÜQƏDDƏS ADLARA VƏ QURAN AYƏLƏRİNƏ TOXUNMAQ .......... 52

TƏYƏMMÜMÜN HÖKMLƏRİ ............................................................. 55

CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ ............................................... 57

MƏSS MEYYİT QUSLU ......................................................................... 60

MEYYİTİN HÖKMLƏRİ........................................................................ 62

QUSL, KƏFƏN VƏ DƏFN ..................................................................... 62

MEYYİT QUSLU ................................................................................... 64

HADİSƏ NƏTİCƏSİNDƏ ƏZİLƏNLƏRİN VƏ YARALANANLARIN QUSLU ................................................................................................ 66

MEYYİTƏ TƏYƏMMÜM VERMƏYİN QAYDASI ................................... 68

MEYYİT NAMAZI ................................................................................ 68

MEYYİTİN DƏFNİ ................................................................................ 69

QƏBİRLƏRİN AÇILMASI ..................................................................... 70

DƏFN, QƏBRİN AÇILMASI VƏ QƏBRİN TƏMİRİNƏ AİD MƏSƏLƏLƏR ............................................................................................................ 72

MEYYİTƏ AİD OLAN MÜXTƏLİF MƏSƏLƏLƏR .................................. 73

VƏHŞƏT NAMAZI............................................................................... 74

NAMAZ ............................................................................................... 75

NAMAZIN ŞƏRTLƏRİ ......................................................................... 75

NAMAZIN VAXTI ................................................................................ 75

NİYYƏT ............................................................................................... 77

QİBLƏ .................................................................................................. 78

NAMAZ QILANIN BƏDƏNİ VƏ PALTARI ........................................... 79

NAMAZ QILARKƏN NƏCİS BİR ŞEYİN İNSANDA OLMASI ................ 82

NAMAZ QILANIN YERİ ...................................................................... 83

MƏSCİDİN HÖKMLƏRİ ....................................................................... 86

MƏSCİDLƏ BAĞLI YENİLİKLƏR, TƏMİR OLUNMA, BİNANIN TƏZƏLƏNMƏSİ, GENİŞLƏNDİRİLMƏSİ VƏ AZALDILMASI ............... 88

MƏSCİDİ BAŞQA BİR YERƏ DƏYİŞMƏK ............................................. 89

CƏNABƏTLİ VƏ HEYZ HALINDA MƏSCİDƏ DAXİL OLMAQ ............ 90

QEYRİ-MÜSƏLMANIN MƏSCİDƏ DAXİL OLMASI .............................. 91

səh:190

MƏSCİDƏ VERİLƏN NƏZİRLƏR, HƏDİYYƏLƏR VƏ VƏQF OLUNMUŞ ŞEYLƏR ............................................................................................... 91

MƏSCİDƏ AİD OLAN ƏŞYALAR ......................................................... 92

MƏSCİDDƏ NAMAZ ÜÇÜN YER TUTMAQ ......................................... 94

MƏSCİDİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ................................................. 94

NAMAZ ............................................................................................... 99

QİRAƏT ............................................................................................. 100

RÜKU VƏ SƏCDƏ .............................................................................. 104

QURANIN VACİB SƏCDƏSİ .............................................................. 106

SƏCDƏ YERİ (SƏCDƏGAH) ............................................................... 106

QUNUT ............................................................................................. 107

BİR NAMAZDAN BAŞQA NAMAZA KEÇMƏK ................................. 107

NAMAZIN TƏQİBATI (NAMAZDAN SONRAKI İŞLƏR)..................... 107

ŞƏKKİYYAT ....................................................................................... 108

EHTİYAT NAMAZI ............................................................................ 109

MÜXTƏLİF MƏSƏLƏLƏR .................................................................. 110

QƏZA NAMAZI ................................................................................. 111

ATA-ANANIN QƏZA NAMAZI ......................................................... 115

İSTİCARƏ NAMAZI ........................................................................... 118

CAMAAT NAMAZININ HÖKMLƏRİ ................................................. 121

CAMAAT NAMAZININ AZANI ......................................................... 123

İMAM-CAMAATIN ƏDALƏTİ ........................................................... 123

İMAM-CAMAATA HAQQ VERMƏK .................................................. 125

RUHANİ OLMAYAN ŞƏXSİN İMAMLIQ ETMƏSİ .............................. 126

İMAM-CAMAATIN NAMAZINDA NÖQSANIN TAPILMASI ............. 126

BƏDƏN ÜZVLƏRİ ƏLİL OLAN ŞƏXSLƏRİN İMAMLIQ ETMƏSİ ........ 126

ƏHLİ-SÜNNƏTƏ İQTİDA .................................................................. 128

RUHANİLƏRƏ İQTİDA ETMƏK ........................................................ 128

QADININ İMAMLIQ ETMƏSİ ............................................................ 129

İMAM-CAMAATA BİRLƏŞMƏK ........................................................ 129

İQTİDANIN SƏHİH VAXTI ................................................................ 130

TABELİK ............................................................................................ 131

səh:191

CAMAAT-NAMAZININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ .......................... 132

BÖYÜK GÜNAHLAR ......................................................................... 136

CÜMƏ NAMAZI ................................................................................ 140

AYƏT NAMAZI ................................................................................. 143

FİTR BAYRAMI NAMAZI ................................................................... 144

MÜSAFİRİN HÖKMLƏRİ ................................................................... 145

HƏDDİ-TƏRƏXXÜS ........................................................................... 145

ŞƏRİ MƏSAFƏ ................................................................................... 146

ŞƏRİ MƏSAFƏ QƏSDİ ....................................................................... 147

VƏTƏN .............................................................................................. 148

ÖZ VƏTƏNİNDƏN KEÇƏN MÜSAFİR ............................................... 150

VƏTƏNDƏN İMTİNA ETMƏK ........................................................... 151

VƏTƏNDƏ QADIN VƏ ÖVLADIN TABEÇİLİYİ.................................. 151

BİR YERDƏ QALMAQ NİYYƏTİ ......................................................... 153

İŞ YERİ VƏ YA TƏHSİLİ VƏTƏNİNDƏN BAŞQA YERDƏ OLAN ŞƏXSLƏR ........................................................................................... 157

PEŞƏSİ SƏFƏR OLAN ŞƏXS ............................................................... 159

KƏSİRUS-SƏFƏR ............................................................................... 163

BİR YERDƏ NEÇƏ GÜN QALCAĞINI BİLMƏYƏN MÜSAFİR ............. 163

BİLADE-KƏBİR .................................................................................. 164

GÜNAH SƏFƏRİ ................................................................................ 164

SƏFƏRLƏ BAĞLI MÜXTƏLİF MƏSƏLƏLƏR ...................................... 165

NAMAZLA BAĞLI MÜXTƏLİF MƏSƏLƏLƏR .................................... 165

MÜSTƏHƏBBİ NAMAZLAR .............................................................. 167

ORUCUN HÖKMLƏRİ ....................................................................... 171

ORUCUN NİYYƏTİ ............................................................................ 171

ORUCU BATİL EDƏN ŞEYLƏR .......................................................... 172

CƏNABƏTLİ HALDA ORUC TUTMAQ .............................................. 177

HEYZ VƏ HAMİLƏLİYİN QARŞISINI ALAN DƏRMANLARDAN İSTİFADƏ ETMƏK ............................................................................. 178

XƏSTƏLƏRİN VƏ ZƏİFLƏRİN ORUCU .............................................. 178

MÜSAFİRİN ORUCU .......................................................................... 179

səh:192

SƏFƏR VƏ QEYR-SƏFƏRDƏ ORUC TUTMAĞI NƏZR ETMƏK ........... 181

İSTİCARƏ ORUCU ............................................................................. 182

ORUCUN QƏZA VƏ KƏFFARƏSİ ...................................................... 182

QƏZA ORUCU ................................................................................... 185

MÜXTƏLİF MƏSƏLƏLƏR .................................................................. 186

AYIN GÖRÜNMƏSİ ........................................................................... 186

səh:193

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109