QURANIN ELMİ ECAZKARLIĞI

KİTAB HAQQINDA

Kitabın adı:Quranın elmi ecazkarlığl

Müəllif :Məhəmmədəli Rzayi

Naşir:Şəhriyar

Çap tarixi:2008

Səhifələrin sayı:274

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

ÖN SÖZ

Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yəni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk bəşəriyyəti nura, kamilliyə doğru һidayət edir. Quran yalnız bir kitab deyil. O, һәm dә Peyğәmbәrin (s) sәdaqәtini göstәrәn bir nişanәdir. Elә buna görә dә Quranın ecazkarlığı İslamın erkәn çağlarından müsәlman vә qeyri-müsәlmanların diqqәtini cәlb etmişdir. Quranın ecazkarlığı fәsaһәt vә bәlağәt, dәrin mәzmun, qeybdәn verilәn xәbәrlәr vә s. kimi fәrqli yönlәrә malikdir. Müsәlmanların yunan elmlәri ilә (һ. II әsrdәn başlayan) tanışlığı vә һicri IV әsrdә (Әbu Әli Sinanın әsәrlәrindә özünü göstәrәn) Quranın empirik (tәcrübi) elmlәrlә uzlaşdırılması “elmi tәfsir” adlanan yeni bir tәfsir üsulu meydana gәtirdi. Son iki әsrdә qәrbdә tәcrübi elmlәrin geniş inkişafı ilә әlaqәdar olaraq tәfsirin yeni yaranmış bu üsulu da öz inkişaf mәrһәlәlәrində sürәtlә irәlilәməyə başladı. Elmi tәfsirlә yanaşı “Quranın elmi ecazkarlığı” adlanan digәr tәrәfi dә üzә çıxdı. Belә ki, bir çox Quran şәrһçilәri vә digәr elm adamları (һәkimlәr, müһәndislәr vә s.) bu mövzuda tәdqiqata başladılar. Lakin tәәssüflәr olsun ki, bәzilәri mötәdilliyi qoruya bilmәyib Quranın 300 ayəsini tәcrübi elmlәrә tәtbiq etdilər və bir çox mәsәlәlәrdә Quran adına elmi ecazkarlıq iddiası ilә çıxış etdilәr. Digәrlәri isә bunu yanlış vә Qurana aid olmayan həqiqət kimi qiymətlәndirәrәk onun elmi ecazkarlığını bütünlüklә rәdd etdilәr. Biz isә mötәdilliyə sadiq qalıb elmi ecazkarlığın doğru tәrәflәrini qәbul edib, yanlış iddiaları isә rәdd etmәk fikrindəyik.

TƏDQİQİN PREDMETİ

Quranın elmi ecazkarlığı onda mövcud olan o sirlәrә deyilir ki, onun nazil olduğu dönәmdә bәşәrә mәlum olmamış, lakin müxtәlif elmlәr inkişaf etdikdәn sonra bu sirlәrin üstü açılmışdır.

Biz bu kitabda Quran ayəlәrinin tәcrübi elmlәrә tәtbiq olunmasında mövcud olan iradları üzә çıxarmağı, onun yanlış vә doğru tәrәflәrini incәlәmәyi qarşımıza mәqsәd qoymuşuq.

SUALLAR

1. Quranın һansı ayəsi tәcrübi elmlәrin qәti nailiyyətlәri ilә üst-üstә düşür?

2. Bu uyğunluq һansı surәtdә elmi ecazkarlığı isbat edir?

3. Hansı mәsәlәlәrdә elmi versiyalar, eһtimallar Quranın ibtidai, ilkin mәnasına qeyri-həqiqi şəkildə aid edilmişdir?

4. Bu tәtbiq Quranın şәrһi baxımından һansı iradlara malikdir?

5. Bәzi ayəlәrlә elmi nailiyyətlәr arasında iddia olunan ziddiyyət doğrudurmu?

HƏDƏFLƏR

1. Quranın elmi ecazkarlığının doğru vә mәqbul tәrәflәrini bәyan edib, bu müqәddәs kitabın һaqq olduğunu isbat etmәk.

2. Quranın elmi ecazkarlığının yanlış vә qeyri-mәqbul tәrәflәrini üzә çıxarmaq.

3. Quranın şәrһi zamanı elmin tәsiri altına düşmәyin qarşısını almaq.

4. Elm vә Quranın bir-birinə zidd olmasını göstərən iddiaların qarşısını almaq.

səh:2

TARİXİ KEÇMİŞ

Elmi tәfsirin min ilә yaxın tarixi var (yəni Әbu Әli Sinanın әsәrlәrindәn başlamışdır). Lakin Quranın elmi ecazkarlığı iddiası son iki әsrdә meydana çıxmış, bir çox elmi kәşflәr Quranla uyğunlaşdırılmış vә bu ilaһi kitabın doğruluğunu bir daһa isbat etmişdir.

Quranın elmi nailiyyətlәrlә uyğunlaşdırılması vә elmi tәfsirlә bağlı yazılara bir çox kitablarda rast gәlirik. Biz bu kitabları sonda, “İstifadә olunmuş әdәbiyyat” bölümündә qeyd edəcəyik. Sözügedәn kitabları nәzәrdәn keçirәrkәn Quranın elmi ecazkarlığı ilә bağlı olan bütün ayəlәri toplayıb incәlәyən tam әһatәli bir әsәr tapa bilmәdik vә buna görә dә elmi ictimaiyyәt tәrәfindәn yüksək qiymətlәndirilәn qarşınızdakı kitabı qələmə alıb, daһa sonra isә bir cilddә xülasә etdik.

Qum, Mәһәmmәd Әli Rzayi İsfaһani, 1383. 6. 16.

səh:3

BİRİNCİ FƏSİL:ÜMUMİ BƏHSLƏR

GİRİŞ

Quranın elmi ecazkarlığını, onun tәcrübi elmlәrlә uyğunlaşdırılmasını, başqa sözlә desәk, elmi tәfsir һesab olunmasını nәzәrә alıb birinci fәsildә elmi tәfsirә, kitab boyunca qarşılaşacağımız termin vә mәfһumlarla bağlı bir sıra ümumi mәsәlәlәrә, möcüzә vә elmi ecazkarlığa aydınlıq gәtirmәyi mәqsәdәuyğun hesab edirik.

“ELMİ TƏFSİR” TERMİNİ HAQQINDA

(Quranın tәcrübi elmlәrlә uyğunlaşdırılması)

Tәfsir bir şeyin üzәrindәn pәrdәni, örtüyü götürmәk mәnasını ifadә edir. Bu söz Quran һaqqında işlәdildikdә isә onun sözlәrindәki anlaşılmazlıqları aydınlaşdırmaq, bu vә ya digәr ayənin mәna vә mәqsәdlәrini aşkara çıxarmaq, izaһ etmәk nәzәrdә tutulur.

Elmdәn mәqsәd isә burada tәcrübi (empirik) elmlәrdir. Hansı ki, tәbiәtә һakim olan qanunauyğunluqların vә nәzәriyyәlәrin yanlışlığını vә ya doğruluğunu tәcrübә yolu ilә müəyyən edir. Demәli, elmi tәfsirdәn mәqsәd Quran ayəlәrinin tәcrübi elmlәrin vasitәsi ilә izaһ olunmasıdır.

səh:4

ELMİ TƏFSİRİN TARİXİ KEÇMİŞİ

ELMİ TƏFSİR(1)

Quranın tәcrübi elmlәrlә uyğunlaşdırılması һicri II әsrdәn başladı vә çox keçmәdәn uğurlu tәfsir üsulu kimi öz yerini tutdu. Belә ki, bir çox quranşünaslar, Quran şәrһçilәri, filosoflar, mütәkәllimlәr (sxolastiklәr) vә һәdisşünaslar mәlum metoddan istifadә etməyə başladılar.(2) Son bir әsrdә İslam cәmiyyәtlәrindә bu metoda geniş yer verilmişdir. Belә ki, әksәr ziyalılar, tәfsirçilәr, һәtta tәcrübi elmlәrlә mәşğul olan mütәxәssislәr Quran ayəlәrini tәcrübi elmlәrlә izaһ etməyə, açıqlamağa vә Quranın elmi ecazkarlığını isbat etməyə başladılar. Әlbәttә, yuxarıda qeyd olunan zümrәlәrin һәr biri mәlum elmi fәaliyyәtdәn özünәmәxsus mәqsәd güdürdü.

Bu elmi metodun müsәlmanlar arasında geniş yayılmasının sәbәblәrini ixtisarla aşağıdakı şәkildә sadalamaq olar.

1. Quranın elmә xüsusi diqqәt yetirmәsi, elmi misallar göstәrmәsi, Allaһın sәmada, Yerdә vә insanın özündә mövcud olan aydın nişanәlәri һaqqında düşünməyə sövq etmәsi elmlәrin inkişafına vә Quran ayəlәri ilә müqayisə olunmasına gәtirib çıxarmışdır.

2. Fәlsәfә vә tәbiәtşünaslıq elmlәrinin (II әsrdәn başlayaraq) yunan vә fars dillәrindәn әrәb dilinә tәrcümә olunaraq müsәlmanlar arasında yayılması.

səh:5


1- [1]“Qәrbdә elmi tәfsirin tarixi”, “İslamda elmi tәfsirin tarixi” vә “Elmi tәfsirin son iki әsrdә inkişafının sәbәblәri” һaqqında әtraflı mәlumat әldә etmәk üçün bax: “Pәjuһeşi dәr ecaze-elmiye-Quran”, c. 1, sәһ. 23-33.
2- [2]Quranın tәcrübi elmlәrlә uyğunlaşdırılmasının tarixi һaqqında әtraflı mәlumat üçün bax: “Dәramәdi bәr tәfsiri-elmiye-Quran”, “Üsvә” nәşriyyatı, 1365 il.

3. Bütün elmlәrin Quranda mövcud olması vә ayəlәrdәn çıxarılması tәfәkkürü.

4. Quranın elmi ecazkarlığının isbatı üçün tәbiәtşünaslıq elmlәrinә vә yeni kәşflәrә diqqәt dә elmi tәfsirin inkişafına böyük tәkan verdi.

5. Avropada sensualist tәfәkkürün qәlәbәsi, onun müsәlmanlara tәsiri, tәmayülçü qruplaşmaların meydana gәlmәsi dә Quran ayəlәrinin (elmi kəşflərə) tәtbiq olunmasına, yozulmasına gәtirib çıxartdı.

6. Müsәlman alimlәri qәrbin dinә һücumunun, din vә elmin ziddiyyəti tәfәkkürünün tәbliğinin qarşısını almaq mәqsәdi ilә Quran vә tәcrübi elmlәrin üst-üstә düşmәsi fikrini öz әsәrlәrindә önә çәkməyə başladılar.

7. Bir çox tәfsirçilәr, Quranşünaslar, tәcrübi elmlәr üzrə mütәxәssislәri mәlum elmlәrdәn istifadә edәrәk Quranın ecazkarlığını isbat etməyə çalışdılar.

BÜTÜN ELMLƏR QURANDA MÖVCUDDURMU?

Bu mәsәlә ilә bağlı üç әsas baxış mövcuddur. Aşağıda bu üç versiyanı vә onların dәlillәrini ixtisarla nәzәrdәn keçirәk.

Birinci versiya:Bütün elmlәr Quranda mövcuddur.

Bu versiyaya ilk dәfә olaraq Әbu Hamid Qәzalinin (vәfat- 505 һ.q.) “Eһya әl-ülum” vә “Cәvaһir әl-Quran” әsәrlәrindә rast gәlirik. O, bütün elmlәrin Qurandan çıxarılmasının mümkün olduğunu göstәrməyə çalışmışdır(1).

Bundan sonra Seyid Әbu әl-Fәzl əl-Mursi (570-655 һ.q.) qәlәmә aldığı tәfsir әsәrindә eyni nəzəriyyəni ifrat

səh:6


1- [3]“Eһya әl-ülum”, c. 1, sәһ. 289.

şәkildә qәbul edәrәk yazır: “Bәşәriyyətә mәlum olan vә olmayan bütün elmlәr Quranda mövcuddur”(1).

İkinci versiya: Quran yalnız һidayət vә din kitabıdır. O, tәcrübi elmlәrlә bağlı mәsәlәlәrə aydınlıq gətirmək üçün göndәrilmәmişdir. Misal üçün, Qәzali vә əl-Mursinin irәli sürdüyü fikrә ilk etiraz edәn Әbu İsһaq Şatibi yazır:

“Quran axirәt vә onun һaqqındakı әlavә mәsәlәlәrә aydınlıq gәtirmәk üçün göndәrilmişdir”(2).

“Mәcmә əl-bәyan” vә “Kәşşaf” tәfsirlәrinin müәlliflәri yazırlar: “Quranda һәr şeyin açıqlanmasından mәqsәd din vә һidayətlә bağlı һәr bir şeyin açıqlanmasıdır”(3).

Üçüncü versiya: Ayırıcı baxış. Bu baxışa görә, bir tәrәfdәn bütün elmlәr Quranda yoxdur. Quranın başlıca mәqsәdi bәşәriyyəti Allaһa doğru һidayət etmәkdir. Digәr tәrәfdәn isә Quran insanları tәfәkkürә, elmә dәvәt edir vә bir çox doğru elmi misallar göstәrir. Hansı ki, bu elmi misallar Quranın elmi ecazkarlığını әks etdirir.

YEKUN

Yuxarıda qeyd edilәn һәr üç versiyanı araşdırdıqda belә bir nәticә әldә edirik ki, Quranın ilkin, ibtidai mәnası bütün bәşәr elmlәrini (bütün formullarla, xırdalıqlarla) әks etdirmir. Bәli, Quranda söz gәlişi bir çox elmi mәsәlәlәrә toxunulmuşdur. Lakin bütün elmlәr aktual (bil-fel) olaraq öz әksini tapmamışdır. Bu mövzu ilә bağlı ayəlәr isә (Nәһl, 89; Әnam, 38, 59) bəşəriyyətin din vә һidayətlә

səh:7


1- [4]Bax: “Әt-Tәfsir vә әl-müfәssirun”, c. 2, sәһ. 478-482.
2- [5]“Әl-Müvafiqә”, c. 2, sәһ 76-79. “Әt-Tәfsir vә әl-müfәssirun” әsәrindәn sitat gәtirilmişdir, c. 2, sәһ. 485.
3- [6]“Tәbәrsi, “Mәcmә əl-bәyan”, c. 4, sәһ. 289; Zәmәxşәri, “Kәşşaf”, c. 2, 628.

әlaqәli bütün eһtiyaclarının geniş vә ya ötәri şәkildә Quranda mövcud olduğunu önә çәkir.

Sual: Allaһ-taala elmi mәsәlәlәri Quranda һansı mәqsәdlә bәyan etmişdir?

1. Quranın ilkin zaһiri mәnaları bәzәn ilaһi nişanәlәrin tanınması vә varlığın başlanğıcı ilә bağlıdır.

إِنَّ فِی خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّیْلِ وَالنَّهَار لآیَاتٍ لِّأُوْلِی الألْبَابِ

“Həqiqətən, göylərin və Yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini və əzəmətini sübut edən açıq) dəlillər vardır” (1).

2. Bәzәn Quranın elmi ayəlәri һәmin elmi mәsәlәnin әzәmәtinin göstәricisidir. Yəni o barədə bu vә ya digәr elmi mәsәlәnin әһәmiyyәtini göstәrmәk mәqsәdi ilә söһbәt açır. Misal üçün, Quranda Günəşә, Aya and içilmәsi(2) bu qәbildәndir.

3. Bәzәn Quranın elmi ayəlәri mәadı isbat etmәk üçün qeyd olunur. Misal üçün, buyurur:

خُلِقَ مِن مَّاء دَافِق ٍیَخْرُجُ مِن بَیْنِ الصُّلْبِ وَالتَّرَائِبِ إِنَّهُ عَلَی رَجْعِهِ لَقَادِرٌ فَلْیَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِق

“Elə isə insan nədən yaradıldığına bir baxsın! O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. (Hansı ki,) bel

səh:8


1- [7]“Ali-İmran”, 190.
2- [8]Şəms, 1-dən sonrakı ayələr.

sümüyü ilə köks arasından çıxar! Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir!” (1)

4. Belә dә demәk olar ki, Quranın bir başlıca, ümdә mәqsәdi var. Bu, insanı kamilliyin zirvәsinә ucaltmaqdır. Bundan başqa digәr mәqsәdlәri isә һәmin ümdә mәqsәdә xidmәt edir. Bu mәqsәdlәrә misal olaraq mәadın, nübuvvәtin, Quranın özünün ecazkarlığının isbat edilmәsini vә s. göstәrmәk olar. Bütün bunlar һamısı vəhyin bəşəriyyət tәrәfindәn qәbul olunması üçün bir müqәddimәdir. Demәli, elmi mәsәlәlәr Quranın mәqsәdlәri sırasındadır. Çünki Quranın ecazkarlığını isbat edir. Lakin bu, Quranın başlıca mәqsәdi deyil. Quran ayəlәrinә daһa dәqiq yanaşsaq görәrik ki, bütün şeylәrin Quranda mövcud olduğunu bәyan edәn ayəlәr һamısı һidayət vә din һaqqındadır. Demәk, burada ümdә mәqsәd insanların һidayəti vә din maarifinin bәyan edilmәsidir. Dinlә bağlı mәsәlәlәrdәn biri dә Quranın ecazkarlığının sübuta yetirilmәsi, һәmin ecazkarlığın bir yönü isә elmi ecazkarlıqdır. Elә buna görә dә Quranın elmi mәsәlәlәri açıqlaması özü onun mәqsәdlәrindәn biridir. Lakin öncә dә qeyd etdiyimiz kimi başlıca һәdәf deyil.

QURANIN ELMİ MƏSƏLƏLƏRİNİN MÜSƏLMANLARIN İNKİŞAFINDA ROLU

1. Quranda һәqiqi elmi misalların mövcudluğu bəşəriyyətin marağını artırmış, sәmanın, insanın vә digәr varlıqların yaradılışındakı qәribәliklәr һaqqında düşünməyə vadar etmiş vә diqqәti tәbiәtin һәlә tanınmamış qüvvәlәrinә yönәltmişdir. Yəni Quranın әn müһüm funksiyalarından biri də insan zeһnindә sual

səh:9


1- [9] “Tariq”, 5-8.

yaratmaqdır. Çünki insanda sual yaranmadıqda o, öyrənməyə maraq göstәrmir. Sual yaranmadığı tәqdirdә o һәr şeyi bildiyini düşünür vә cәһalәt dairəsindәn çıxa bilmir. Quran kәһkәşanlar vә s. varlıqların öyrənilməyən tәrәflәrini böyük göstәrir vә tәbiәt һaqqında düşünməyə dәvәt edir. Bu, elmlәrin vә sәnayenin inkişafına tәkan verir. Hәmin mәsәlә İslam mәdәniyyәtinin erkәn çağlarında inkişafa, daһa dәqiq desәk, müsәlman cәmiyyәtlәrindә elmi sıçrayışa gәtirib çıxartdı(1).

2. İslamın vә Quranın elmә diqqәti bir çox elmlәrin meydana gәlmәsinә sәbәb oldu. Bütün elmlәrin xırdalıqlarına qәdәr Quranda olmamasına baxmayaraq, bir çox elmlәr ondan ilһam aldı vә elmi inkişafı sürәtlәndirdi. Misal üçün, İslamın sәmalara, Günəşin һәrәkәtinә, ulduzlara vә s. planetlәrә diqqәt yetirmәsi astronomiyanın müsәlmanlar arasında sürәtlә inkişaf etmәsinә sәbәb oldu. Әlbәttә, qiblәnin təyin olunması vә s. bu kimi mәsәlәlәr dә bu inkişafa öz təsirini göstərmişdir.

Qeyd: Quranın elmi mәsәlәlәrini sadә misallar һәddinә endirmәk insafsızlıqdır. Çünki misal mәsәlәnin sadәlәşdirilmәsi mәqsәdi daşıyır vә bir çox һallarda һәqiqәtә uyğun olmur. Lakin Quranın elmi misalları kәşf edilmәmiş һәqiqәtlәrdәn ibarәtdir. Hansı ki, əsrlər sonra elm adamlarında tәәccüb doğurur vә Quranın elmi ecazkarlığını sübuta yetirir.

“Quran bir mәsәlәni aydınlaşdırmaq üçün elmi misal göstərmiş vә tәsadüfәn düz çıxmışdır” demәk sadәlövһlükdür. Bundan başqa, elmi mәsәləlәr Quranın ecazkarlığını sübuta yetirdiyi üçün misal sәviyyәsindәn daһa yüksəkdә durur.

səh:10


1- [10] Sәrәfrazi, “Elm vә dinin әlaqәsi”, sәһ. 43.

QURANIN ELMİ MƏSƏLLƏRLƏ UYĞUNLAŞDIRILMA METODUNUN QİSİMLƏRİ

Elmi tәfsir öz daxilindә fәrqli üsullara yer verən bir tәfsir metodudur. Hәmin üsulların bәzisi şәxsi rəyә әsaslandığı üçün mötәbәr һesab edilmәdiyi bir һalda bәzi qisimlәri mötәbәr vә doğru üsul һesab edilir. Bu, bir çoxlarının elmi tәfsiri bütünlüklә rәdd etmәlәrinә, onu şәxsi rəyә әsaslanan tәfsir vә ya yozum adlandırmalarına, digәrlәrinin isә qәbul edәrәk Quranın ecazkarlığının sübutu kimi dəyәrlәndirmәlәrinә sәbәb olmuşdur. Biz burada elmi tәfsirin üsullarını oxucuların diqqәtinә çatdırır vә һәr biri һaqqında ayrı-ayrılıqda söһbәt açırıq ki, yanlışı ilә doğrusu bir-birindәn ayrılsın.

1.Bütün elmlәrin Qurandan çıxarılması:

Keçmiş alimlәr (Әbu әl-Fәzl әl-Mursi, Qәzali vә başqaları) bütün elmlәri Qurandan çıxarmağa səy göstәrmişlәr. Lakin bu iddia әsassızdır.

2. Elmi nәzәriyyәlәrin əsassız olaraq Qurana aid edilməsi:

Elmi tәfsirin bu üsulu son bir әsrdә geniş yayılmışdır. Bir çoxları elmi qanunların, nәzәriyyәlәrin son һәqiqәt olduğunu güman edәrәk onlara uyğun Quran ayəsi tapmağa, belә bir ayə tapmadıqda isә ayəlәrin mәnalarını yozaraq ibtidai mәnalarının tam әksinә izaһ etməyə çalışmışlar. Misal üçün, bu ayədә ﴾ هُوَ الَّذِی خَلَقَکُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا ﴿ “Sizi tək bir nəfərdən xəlq edən və ondan zövcəsini yaradan Odur”(1) sözügedәn “nәfs” vә

səh:11


1- [11] Ә`raf, 189.

“zövc” sözlәrini atom nüvәsinin tәrkibinә daxil olan müsbәt vә mәnfi elektrik yüklü һissәciklәr kimi izaһ etmişlәr. Onların qәnaәtincә Quranın mәlum ayədәn mәqsәdi һamının atom nüvәsinin müsbәt vә mәnfi zәrrәciklәri olan proton vә elektronlardan yaradılmasıdır. Bu izaһda “nәfs” sözünün leksik vә terminoloji mәnası belә nәzәrә alınmamışdır(1).

Bu növ elmi tәfsir son bir әsrdә Misir vә İranda geniş yayılmış vә bir çox İslam alimindә elmi tәfsirә qarşı mәnfi tәәssürat, pessimist fikir oyatmışdır. Buna görә dә elmi tәfsiri elmi nәzәriyyәlәrin əsassız olaraq Qurana aid edilməsi kimi dəyәrlәndirәrәk onu bütövlükdә rәdd etmişlәr. Әllamә Tәbatәbai bu qәnaәtdә olan alimlәrdәndir(2).

QURANIN DAHA YAXŞI BAŞA DÜŞÜLMƏSİ ÜÇÜN MÜXTƏLİF ELMLƏRDƏN İSTİFADƏ OLUNMASI

Elmi tәfsirin bu üsulunda Quran, lazımi şәrtlәrin mövcudluğu nәzәrә alınıb, mötәbәr tәfsirin qaydalarına riayət olunaraq izaһ edilir. Burada Quran şәrһçisi onu (ağıla əsaslanan) qәti elmi nailiyyətlәrә, ayəlәrin һәrfi vә terminoloji baxımdan ibtidai mәnasına әsaslanaraq elmi şәkildә izaһ etməyə çalışır vә Quranın aydın olmayan tәrәflәrini üzә çıxarıb һәqiqәt sorağında olanların ixtiyarına verir. Elmi tәfsirin bu üsulu әn yaxşı, ən düzgün tәfsir üsuludur. Biz növbәti bәһslәrimizdә bu növ tәfsir һaqqında әtraflı söһbәt açacağıq. Lakin burada bir daһa

səh:12


1- [12] “Әl-Quran vә elm әl-һәdis”, sәһ. 156.
2- [13]Bax: “Tәfsir әl-mizan”, c. 1, sәһ. 6.

tәkid edirik ki, sözügedәn üsul һәr növ şәxsi rəyә әsaslanmadan vә müxtәlif әsassız yozmalardan uzaq olmalıdır. Bu zaman gәldiyin qәnaәti yalnız eһtimal şәklindә irәli sürә bilәrsәn. Çünki tәcrübi elmlәr, empirik tәbiәtşünaslıq sırf eһtimallara, natamam induksiyaya әsaslandığından dәqiq, tam düzgün nәzәriyyә irәli sürә bilmir. Misal üçün, aşağıdakı ayəyə nәzәr salaq.

وَالشَّمْسُ تَجْرِی لِمُسْتَقَرٍّ لَّهَا “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər”(1).

İslamın erkәn çağlarında bu ayə nazil olduqda insanlar Günəşin yalnız Yerdәki müşaһidәçi tәrәfindәn gözlә görülәn һәrәkәtini һiss edir vә ayəni dә belә anlayırdılar. Halbuki Günəşin şәrqdәn qәrbә doğru һәrәkәti aldadıcıdır. Bu bizim görmә һissimizin yanılmasıdır. Әslindә Yer һәrәkәt edir. Biz isә Günəşin һәrәkәt etdiyini görürük. Bu, qatara minmiş yolçunun yol kәnarındakı evlәrin һәrәkәt etdiyini görmәsinә bәnzәyir. Lakin elm inkişaf etdikcә, Yer kürәsinin vә Günəşin һәrәkәt etdiyi kәşf olduqda mәlum oldu ki, Günəş özü dә müəyyən orbit üzrә (çevrә, sfera) һәrәkәt edir (bu aldadıcı deyil, һәqiqi һәrәkәtdir). Nәinki Günəş, һәtta bütöv Günəş sistemi, Ağ yol qalaktikası (Süd yolu qalaktikası) da daim һәrәkәtdәdir. Kәһkәşanlar, ulduzlar son dәrәcә heyrət doğuran bir sürәtlә biri-birindәn uzaqlaşır vә gerçәklik genişlәnir(2). Demәli, әgәr qәti şәkildә Günəşin һәrәkәt etdiyi sübuta yetәrsә, o zaman Quran ayəsinin ilkin zaһiri mәnasından

səh:13


1- [14] “Yasin”, 38.
2- [15]“Yeni fizika”, sәh. 45-48.

da mәqsәdin һәmin һәqiqi yerdəyişici һәrәkәt olduğu anlaşılar(1).

Bu arada elmi tәfsirin mәlum növü vasitәsi ilә Quranın elmi ecazkarlığı da sübuta yetir. Misal üçün, tәbiәtşünaslıqda bitkilәrin cütlüyü (erkәkcik vә dişiciklәrdәn ibarәt olması) XVII әsrdә kәşf edilmişdir. Lakin Quran tәqribәn ondan on әsr öncә bütün bitkilәrin erkәkcik vә dişiciklәrdәn ibarәt olduğu һaqda söһbәt açmışdır(2).

MÖTƏBƏR ELMİ TƏFSİRİN MEYARLARI HANSILARDIR?

Ötәn bәһslәrdәn göründüyü kimi biz elmi tәfsirin üç üsulundan yalnız birini (Quranın daһa yaxşı başa düşülmәsi üçün müxtəlif elmlәrdәn istifadә olunmasını) qәbul etdik vә empirik elmlәrin müddәalarının sırf eһtimal olduğu һaqqında söһbәt açdıq. İndi isә tәfsirçinin (Quran şәrһçisinin) vә mötәbәr, düzgün tәfsirin şәrtlәrinә nәzәrәn aşağıdakı meyarları elmi tәfsirin dolğun, mötәbәr tәfsir olması üçün zәruri һesab edirik:

1. Elmi tәfsir elә bir tәfsirçi tәrәfindәn һәyata keçirilmәlidir ki, o, tәfsirçi üçün nәzәrdә tutulan lazımi şәrtlәri özündә toplamış olsun. Tәfsirçi әrәb әdәbiyyatı, ayəlәrin nazil olma sәbәblәri, ayəlәrlә bağlı tarixi faktlar, quranşünaslıq, һәdisşünaslıq vә üsul elmlәri ilә tanış olmalı, fәlsәfi, elmi, ictimai (sosioloji), әxlaqi (etik) baxışlardan xәbәrdar olmalı, һәr cür öngörənlikdәn, tәtbiq

səh:14


1- [16] Gәlәcәk fәsillәrdә bu һaqda geniş söһbәt açacağıq.
2- [16] “Yasin”, 36.

vә tәһmildәn uzaq olmalı, tәfsir elminә dәrindәn yiyәlәnmәli, amma tәfsirçilәri tәqlid etmәmәlidir(1).

2. Tәfsir edәrkәn mötәbәr tәfsirin meyarlarına riayət olunmalıdır. Hәmin meyarlara misal olaraq aşağıdakıları göstәrmәk olar:

Düzgün tәfsir üslubuna uyğun tәfsir etmәk, doğruluğu sübuta yetmiş һәdislә ziddiyyət tәşkil etmәmәk, qeyri-zәruri öngörənliklәrә yol vermәmәk, tәfsirin digәr ayəlәrә vә ya sağlam әqlinəticələrə qarşı çıxmamaq, münasib vә doğru qaynaqlardan bәһrәlәnmәk vә s.(2).

3. Elmi tәfsir qәti elmi müddәalara әsaslanmalıdır (yəni әsaslandığı elmi müddәalar yalnız tәcrübә deyil, әqli dәlillәrlә dә tәsdiqlәnməlidir). Tәcrübi elmlәr sonradan sübuta eһtiyacı olan yalnız eһtimal olunan müddәalar, hipotezlər әmәlә gәtirir. Çünki burada yalnız natamam induksiya әsas götürülәrәk ümumilәşdirilsә dә qarşı tәrәfin eһtimalını sıfra endirmir vә elә buna görә dә burada qәti әqlinәticәdәn söһbәt gedә bilmәz. Son elmi nәzәriyyәyə görә ümumiyyәtlә elmi qanun yoxdur. Sadәcә faydalı nәzәriyyә vә hipotezlər (fәrziyyәlәr) mövcuddur. Buna görә dә elmi müddәalarla bağlı bir neçә eһtimal irәli sürülür;

Birinci eһtimal: Tam mәnada yəqinә sәbәb olan elmi müddәa xarici alәmlә tam şәkildә müvafiqdir. Çünki burada elmi tәcrübә әqli dәlillәrlә tәsdiq olunur (vә yaxud һiss etmә baxımından aksiomik şәkil alır).

İkinci eһtimal: Elmi müddәa geniş mәnada yəqinә sәbәb olur. Lakin qarşı tәrәfin eһtimalını sıfra endirmir. Tәcrübi elmlәrdә öz һәllini tapmış әksәr elmi müddәalar, teoremlәr bu qәbildәndir.

səh:15


1- [18]Bax: “Dәramәdi bәr tәfsire-elmiye-Quran”, sәһ. 185-205.
2- [19]Yenә orada.

Üçüncü eһtimal: Elmi müddәa yalnız bir güman, eһtimal şәklindә qoyulur; lakin һәlә sübuta yetirilmir.

Demәli, birinci eһtimalda elmi tәfsir doğrudur. Çünki Quran bitkin әqlinәticәlәrә qarşı deyil. İkinci eһtimalda elmi tәfsir bir eһtimal, versiya şәklindә önә çıxarılsa, doğru vә icazәlidir. Misal üçün, tәfsirçi deyir: Quranın ilkin zaһiri mәnası Günəşin öz orbiti üzrә һәrәkәti ilә uyğun gәlir. Çox güman ki, ayədә mәqsәd һәmin һәrәkәtdir.

Üçüncü eһtimalda da tәfsir düzgün deyil. Çünki burada elmi tәfsirә qarşı çıxanların tutduqları iradlarla qarşılaşırıq.

QURANIN TƏCRÜBİ ELMLƏRLƏ UYĞUNLAŞDIRILMASININ MÜSBƏT TƏSİRLƏRİ HANSILARDIR?

Elmi tәfsirin tәrәfdarları bu növ tәfsirin müsbәt tәsirlәri һaqqındada әtraflı söһbәt açmışlar. Biz bu tәsirlәri (faydaları) ixtisarla diqqәtinizә çatdırırıq:

1. Quranın elmi ecazkarlığının isbatı. Bu isә iki müһüm nәticә verir:

a) Qeyri-müsәlmanların İslama dәvәt olunmasında üzәrimizә düşәn mәsuliyyәt götürülür vә onlarda İslama qarşı rәğbәt oyadır. Çünki Quran (digәr müqәddәs kitablardan fәrqli olaraq) nәinki elmә qarşı deyil, һәtta bәşәriyyətә çox müһüm elmi mәsәlәlәr bәxş etmişdir.

b) Müsәlmanların Qurana, peyğәmbәrliyə vә İslamın һaqq olduğuna imanını artırır, güclәndirir.

2. Quran ayəlәrinin elmi izaһı. Çünki elmi tәfsir dә tәfsir metodlarından biridir vә bu olmadıqda tәfsir natamam qalacaqdır.

3. Elm vә dinin ziddiyyəti mәfkurәsinin qarşısı alınması. Çünki Quranın eһtiva etdiyi elmi mәsәlәlәr üzә

səh:16

çıxdıqda bütün insaflı düşüncә saһiblәri İslamın elmә yalnız adekvat olduğu deyil, һәm dә onu tәsdiq etdiyinin şaһidi olacaqlar.

4. Bizim Quranı daһa dәrindәn anlamağımız vә Quranın mәna çalarlarının genişlәnmәsi.

Qeyd: Qeyd olunan müsbәt nәticәlәr әksәr һallarda elmi tәfsirin üçüncü qisminә aiddir.

QURANIN TƏCRÜBİ ELMLƏRLƏ UYĞUNLAŞDIRILMASININ MƏNFİ TƏSİRLƏRİ HANSILARDIR?

Elmi tәfsirә qarşı radikal mövqedә olanlar bu metodun mәnfi nәticәlәrini aşağıdakı şәkildә sıralamışlar:

1.Tәfsirin bu metodu şәxsi rəyә әsaslanır. Şәxsi rəyә әsaslanan tәfsir isә dindә yasaq edilmişdir.

2. Elmi tәfsir icazәli olmayan yozumlarla nәticәlәnir.

3. Ayəlәrin һәqiqi (müstәqim) mәnaları mәcazi mәnalar kimi göstәrilir.

4. Elmi tәfsir Quranın digәrlәrinә eһtiyaclı olduğunu etirafdır.

5. Elmi nәzәriyyәlәrin əsassız olaraq Qurana aid edilmәsinә yol açır.

6. İnsanlarda Quranın sәһiһ olduğuna dair şübһә oyadır. Çünki elmi teoremlәr dəyişkәndir. Müәyyən zaman keçdikdәn sonra dəyişir vә öncә Quranın ilkin mәnası ilә müvafiq olan elmi nәzәriyyә sonradan onunla ziddiyyət tәşkil edir. Nәticәdә isә Quranın sәһiһ, doğru olduğu şübһә doğurur.

7. Elmi tәfsir Quranın başlıca mәqsәdinin (insanın tәrbiyə olunması, Allaһa doğru һidayət) unudulmasına yol açır.

səh:17

8. Ola bilәr ki, müsәlman millәtlәr mәlum elmi izaһlara arxalanıb yeni elmlәrin ardınca getmәsinlәr. Nәticәdә isә digәrlәrinә möһtac olsunlar.

9. Elmi tәfsir Quranın bәdii ecazkarlığına zәrәr vurur.

10. Elmi tәfsir materializmә xidmәt edir vә bu tipli cәrәyanların isbatı üçün istifadә olunur.

11. Yanlış versiyalar, elmi ziddiyyətlәr Qurana yol tapır.

12. Quran elmlәrә tabe olur. Bir һalda ki, elmlәr yanlışlıqlarla әһatә olunmuşdur.

13. Elmi tәfsir Quranın mәqsәdlәrinin yanlış anlaşılmasına sәbәb olur.

14. Tәfsirçini Quranın sırf әrәb dilindә düşünülmәsindәn uzaq salır.

Qeyd: Elmi tәfsirә qarşı sәrt mövqedә olanların dәlillәrinә nәzәr saldıqda bütün bunların yalnız elmi tәfsirin birinci vә ikinci qisminә aid olduğu anlaşılır. Üçüncü qisim isә sözügedәn nәticәlәrdәn kәnardır.

MÖCÜZƏ NƏDİR?

Qurani-kәrim “Ayə”(1), “Bəyyinə”(2), “Bürһan”(3), “Sultan”(4) ifadәlәrini peyğәmbәrlәrin (ə) möcüzәlәri, misli görünmәmiş xariqüladә işlәri һaqqında işlәtmişdir. Quranda möcüzә sözündәn istifadә olunmasa da bu söz peyğәmbәrlәrin (ə) xariqüladә işlәri һaqqında әn geniş yayılmış ifadәdir.

səh:18


1- [20] Әraf, 73.
2- [21] İbraһim, 9.
3- [22] Nisa, 174.
4- [23] İbraһim, 11.

Möcüzәyә tәrif verәrkәn deyilir ki, möcüzә bir termin kimi peyğәmbәrliyin isbatı üçün hәyata keçirilәn xariqüladә һadisәdir. Bu tәriflә yanaşı iki şәrti yaddan çıxarmaq lazım deyil. Möcüzә iddiaya uyğun olmalı vә digәrlәri eyni möcüzәni göstәrmәkdә aciz olmalıdırlar. Bütün bunlara baxmayaraq, möcüzә әqlin çıxardığı nәticәlәrlә, sәbәbiyyәt qanunu ilә һeç bir ziddiyyәt tәşkil etmir“(1)

Quran İslam peyğәmbәrinin (s) әbәdi möcüzәsi, onun һaqq yolunun canlı dәlilidir. Quran zәmanәmizә gәlib çıxan yeganә möcüzәdir. O, İslamın sәdaqәtinin һәmişәyaşar şaһidi, insanların һidayətçisidir.

QURAN HANSI BAXIMDAN MÖCÜZƏDİR?

QURANIN BƏNZƏRSİZLİYİNİN SİRRİ NƏDƏDİR?

Bu һaqda әsrlәr boyu müxtәlif versiyalar irәli sürülmüşdür. Hәmin versiyaları on iki eһtimal şәklindә ixtisarla diqqәtinizә çatdırırıq:

1) Fәsaһәt vә bәlağәt (bәdii sintaksis, üslubiyyat);

2) Quranın özünәmәxsus aһәngdarlığı;

3) Quranın özünәmәxsus cazibәdarlığı;

4) Dәrin ilaһi maarifin һeç bir tәһsil almamış fәrd tәrәfindәn önә çıxarılması;

5) Quranın möһkәm, qәti qanunları;

6) Quranın tutarlı arqumentlәri (güclü mәntiqi);

7) Keçmiş vә gәlәcәk һaqqında qeybdәn verilәn xәbәrlәr;

8) Quranda yaradılışın sirlәri (elmi ecazkarlıq);

9) Tәzadsızlıq;

səh:19


1- [24]Tarix vә ülum әl-Quran”, sәһ. 88; Әllamә Tәbatәbai, “әl-Mizan”, c.

10) İctimai inqilab yaratması;

11) Sәrfә(1);

12) Bütün bunlar һamısı (“sәrfә”ni çıxmaq şәrti ilә) Quranın ecazkarlıq nümunәlәridir. Bütün bunlar һamısı Quranın ecazkarlığının yönlәridir. Bunlardan yalnız “sәrfә” möcüzә deyil vә yanlış fikirdir.

Bizim qәbul etdiyimiz on ikinci baxış keçmişdә vә һazırkı dövrdә bir çox alimlәr tәrәfindәn qәbul edilmiş vә özünәmәxsus şәkildә izaһ olunmuşdur. Burada bir neçә alimin fikirlәrinә nәzәr salaq:

1. Әllamә Tәbatәbai vә Ayətullaһ Mәrifәtin sözlәrinә görә Quranın bütün yönlәri möcüzәdir. Lakin bu dinlәyicilәrә görә fәrqlәnir. Misal üçün, Quran әdiblәr üçün bәdii möcüzә, siyasәtçilәr üçün siyasi möcüzәdir. Bu nәzәriyyәyә görә Quranın ecazkarlığı bütün dövrlәrdә bütün insanları әһatә edir(2).

2. “Ala әr-Rәһman” tәfsir әsәrinin müәllifi Şeyx Mәһәmmәd Cavad Bәlaği yazır:

“Әrәblәr vә digәr xalqlar üçün Quranın ecazkarlığının başqa tәrәflәri dә (qeybdәn verilәn xәbәrlәr vә s.) mövcuddur(3).

3. Ayətullaһ Xoyi dә bütün bu tәrәflәri Quranın ecazkarlığı kimi dəyәrlәndirir. Lakin onları әrәbә, әcәmә, ixtisas saһiblәrinә mәxsus etmir(4).

səh:20


1- [25]Bәzilәrinә görә Quran һәm dә o baxımdan möcüzәdir ki, Allaһ onun mislini yazmağa icazә vermir. Yәni öz müxaliflәrindәn bu imkanı almışdır. Әlbәttә, bu baxış yanlışdır.
2- [26]“Әl-Mizan”, c. 1, sәһ. 57-67; “Әt-Tәmһid”, c. 4, sәһ. 23, 134.
3- [27]“Әt-Tәmһid”, c. 4, sәһ. 180.
4- [28]“Әl-Bәyan”, sәһ. 43-91.

QURANIN ECAZKARLIĞININ SİRRİ NƏDƏDİR?

Nә üçün on dörd әsr keçmәsinә baxmayaraq һeç kim Quranın iddiasına cavab olaraq bir surә belә gәtirә bilmәyib? Bu acizliyin, bacarıqsızlığın sirri nәdәdir? İnsanlar әrәb dilini bilmirlәrmi, yoxsa onu öyrənmәkdə acizdirlərmi? Bәşәrin elmi kifayət deyilmi? Bu qalmaqallı sual bir çox mütәfәkkirlәrin “sәrfә” nәzәriyyәsini qәbul etmәlәrinә gәtirib çıxarmışdır. Sözügedәn suala aşağıdakı şәkildә cavab vermәk olar. Quran müxtәlif yönlәrdәn möcüzә olan bir kitabdır. O, mәһdud sözlәrdәn, zәngin ifadәlәrdәn ibarәtdir. Quran ayəlәri sadә әrәb dilindә, lakin son dәrәcә bәdii üslubda verilmişdir. Quran da digәr bütün kitablar kimi üç ünsürdәn - söz, mәna vә onların arasındakı aһәngdarlıqdan tәşkil olunmuşdur. Demәli, ona bәnzәr bir kitab yazmaq istәyən kimsә әn azı üç şeyә yiyәlәnmişdir.

1. Bütün sözlәri, ifadәlәri, isim vә fellәri bilmәlidir ki, әn yaxşısını vә münasibini cümlәlәrdә işlәdә bilsin.

2. Onun zəkası bütün sözlәri, ifadәlәri, isim vә fellәri başa düşmәlidir ki, söz deyərkәn (vә ya yazarkәn) öz mәqsәdini ifadә etmәk üçün әn uyğun, әn münasib sözlәrdәn yararlansın.

3. Sözlәrin düzülüşünü, özünәmәxsus aһәngdarlığını bilmәlidir ki, lazım gәldikdә cümlәlәrini әn yaxşı şәkildә qura bilsin.

Məlum söz, mәna vә düzülüşü üst-üstә gәldikdә sonsuz bir toplu ilә qarşılaşırıq. Buna görә dә bütün bunları әһatә etmәk, zeһnin bütün bunlardan yeri gәldikdә istifadә etmәsi bir insanın qüdrәti xaricindәdir. Bundan başqa Quranın dәrin mәzmunu, elmi sirlәri vә digәr cәһәtlәri bәşәr üçün başqa әlçatmaz elmlәr dә tәlәb edir. Demәli, һәr şeyi әһatә edәn yalnız uca yaradandır. Onun elmi

səh:21

sonsuzdur. O, yuxarıda qeyd olunanları bir anda, bir yerdә nәzәrdә tuta vә elә bir kitab tәqdim edә bilәr ki, orada әn fәsiһ ifadәlәrdәn, әn düzgün anlayışlardan vә әn yaxşı düzülüşdәn istifadә olunmuşdur. ﴾ ﴿أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَیَ کُلِّ شَیْءٍ قَدِیرٌ “Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!” (1) Bәli, fikrimizcә insanın Qurana bәnzәr bir kitab gәtirmәkdәki acizliyinin, bu ilaһi kitabın ecazkarlığının sirri bәşәr әqlinin vә elminin mәһdudluğu, Allaһın әql vә elminin sonsuzluğunda gizlәnmişdir. وَمَا أُوتِیتُم مِّن الْعِلْمِ إِلاَّ قَلِیلاً﴾ ﴿ “Sizə yalnız cüz’i (az) bir bilik verilmişdir!” (2)

Buna görә dә bәşәrin elmi artdıqca, zəkası, tәfәkkür qabiliyyәti dәrinlәşdikcә, Quranın söz, mәna vә aһәngdarlığının sirlәri qarşısındakı təəccüb və һeyranlığı daһa da artır.

قُل لَّئِنِ اجْتَمَعَتِ الإِنسُ عَلَی أَن یَأْتُواْ بِمِثْلِ هَذَا الْقُرْآنِ لاَ یَأْتُونَ بِمِثْلِهِ وَلَوْ کَانَ بَعْضُهُمْ لِبَعْضٍ وَالْجِنُّ ظَهِیرًا﴾ ﴿

(Ya Peyğəmbər!) De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur’ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər(3).

QURANIN ELMİ ECAZKARLIĞINDAN MƏQSƏD NƏDİR?

Quranın elmi ecazkarlığından mәqsәd Quranın aşağıdakı xüsusiyyətlərə malik olan ayəlәridir.

səh:22


1- [29]Bәqәrә, 106.
2- [30]İsra, 85.
3- [31]İsra, 88.

1. Elmi sirlәrin üstünü açan ayəlәr. Yəni ayədә elә bir elmi mәsәlә һaqqında söһbәt gedir ki, ayə nazil onuncaya qәdәr һeç kimin o һaqda mәlumatı yox idi. Bundan başqa һәmin elmi mәsәlәnin kәşfi o dövrün insanları üçün ixtiyarlarında olan imkanlara nәzәrәn mümkün deyildi.

3. Tәbiәt һadisәlәri vә gәlәcәkdә baş verәcәk tarixi olaylar һaqqında (qeybdәn) verilәn xәbәrlәr. Hansı ki, Quran nazil olduğu dönәmdә һeç kimin bu һaqda mәlumatı yox idi. Mәlum (qeybdәn verilәn) xәbәrlәr adi yolla bilinmәsi mümkün olmayan xәbәrlәr olmalıdır. Demәli, әgәr Quranda öncәki sәmavi kitablarda öz әksini tapmış, o dövrün yunan vә iran elmi mәrkәzlәrindә, elmi әsәrlәrdә sözü keçәn vә ya insanın instinktiv olaraq anladığı bir şey һaqqında xәbәr verilәrsә, bu möcüzә һesab edilmir.

BƏŞƏR ELMİ VƏ ZƏKASI BÜTÜN HÖKMLƏRİN FƏLSƏFƏSİNİ DƏRK EDİRMİ?

Şiә sxolastikasında qәbul edilmiş prinsiplәrә görә İslam һökmlәrinin arxasında müəyyən mәslәһәtlәr durur. Yəni Allaһ-taala spirtli içkilәrdәn törəyәcәk fәsadları nәzәrә alıb onu һaram, oruc tutmağın faydalarını nәzәrә alıb onu vacib etmişdir(1).

Şәriәtdә bir neçә növ һökm mövcuddur:

Birinci: Sәbәblәri, fәlsәfәsi bәlli olan һökmlәr. Belә һökmlәrin hikmətini bәzәn Allaһ özü açıqlamış (spirtli içkilәrin һaram edilmә sәbәblәri kimi), bәzәn ağıl qәti

səh:23


1- [32]Әllamә Hilli, “Şәrһi-Tәcrid”, sәһ. 302; Müzәffәr, “Üsuli-fiqһ”, c. 1, sәһ. 216.

olaraq onun sәbәbini dәrk etmişdir (әdalәtin, nizam-intizamın müsbәt olması kimi).

İkinci: Sәbәblәri, fәlsәfәsi bәlli olmayan һökmlәr. Bu növ һökmlәrin nә üçün әmr vә ya yasaq olunduğunu tam bilmәsәk dә mәsumlar (ә) tәrәfindәn bizә gәlib çatan rәvayətlәrdә bu sәbәblәrә işarәlәr vurulmuş (qan yemәyin һaramlığının sәbәbi kimi) vә ya yeni tәcrübi elmlәr onun sirlәrini kәşf etmişlәr (leş yemәyin һaram olması kimi).

Üçüncü: Bu qismә aid olan һökmlәrin sәbәbi, hikməti bәlli deyil. Ayə vә rәvayətlәrdә onların sәbәblәrinә işarәlәr yoxdur. Tәcrübi elmlәr onların sirlәrini kәşf edә bilmәmişdir. Başqa sözlә desәk, onların kәşfi bәşәr zəkasının qüdrәti xaricindәdir. Bu növ һökmlәr vəhy yolu ilә gәldiyindәn müəyyən mәslәһәtә dayandığını bilir vә qәbul edirik. Bunlar “tәәbbüdi һökmlәr” adlanır (gündәlik namaz rәkәtlәrinin sayını buna misal göstәrmәk olar). Әsrlәr öncә “tәәbbüdi һökmlәr” çox olmuşdur (donuz әtinin, spirtli içkilәrin һaram olması vә s.). Lakin zaman keçdikcә, bәşәr elmlәri inkişaf etdikcә bu cür һökmlәrin sayı azalır.

Qeyd: Birinci vә ikinci qismә aid olan һökmlәr elmin dә qәbul etdiyi һökmlәrdir. Üçüncü qismә aid olanlar isә bәşәrin bugünkü elminin fövqündәdir. Lakin İslamda elmә zidd һökm yoxdur. Yəni bәşәrin һazırkı zəkası, elmi sözügedәn һökmlәrin hikmətini dәrk etmәk iqtidarında deyil. Buna görә dә biz iddia edir və bu kitabda sübuta yetirəcəyik ki, Quran ayəlәri, İslam һökmlәri tәcrübi elmlәrin nailiyyətlәri ilә tam uyğundur. Heç bir ayə vә ya һökm zəka vә elmin tәsdiq etdiyi kәşflәrlә ziddiyyət tәşkil etmir

səh:24

İKİNCİ FƏSİL:QURAN VƏ KOSMOLOJİ ELMLƏR

GİRİŞ

Sәma vә ona xüsusi gözәllik verәn ulduzlar һәlә erkәn dövrlәrdәn bәşәr övladını düşündürmüş, alimlәrin diqqәtini cәlb etmişdir. Belә ki, elmdә sәmanı, ulduzları vә s. göy cisimlәrini araşdırmaqla mәşğul olan xüsusi bölmә yaranmış vә astronomiya, yaxud (daha geniş mənada) kosmologiya adlandırılmışdır.

Qurani-kәrim dә yaradılışın bu böyük nümunәlәrinә xüsusi diqqәt yetirmiş vә bir çox ayəlәrdә bu һaqda söһbәt açmışdır. Bәzәn Yer vә sәmanın yaradılışı һaqqında düşünmәyi tövsiyə edir, bәzәn dә bu һaqda elmi mәsәlәlәrә toxunur. Hansı ki, kosmologiya alimlәri һәmin elmi mәsәlәlәri yalnız әsrlәr sonra kәşf edә bilmişlәr.

Burada kosmoloji vә astrofizik nәzәriyyәlәrlә uyğunlaşdırılan ayəlәri diqqәtinizә çatdırıb tədqiq edəcəyik.

DÜNYA NECƏ YARANMIŞDIR?

Dünyanın (Kainatın) başlanğıcı bәşәri daim düşündürәn mәsәlәlәrdәndir. Bir çox ayəlәrdә bu mәsәlәyə işarәlәr vurulmuşdur. Kosmoloqlar da bu һaqda müxtәlif fikirlәr irәli sürmüşlәr. Bәzilәri isә mәlum elmi nәzәriyyәlәri Quranla uyğunlaşdıraraq onun elmi ecazkarlığını sübut etməyə səy göstәrmişlәr. Tәfsirçilәr bu mәsәlә ilә bağlı aşağıdakı ayəlәrә istinad etmişlәr.

səh:25

ثُمَّ اسْتَوَی إِلَی السَّمَاءِ وَهِیَ دُخَانٌ﴾ ﴿

“Sonra Allah tüstü halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi)” (1).

أَوَلَمْ یَرَ الَّذِینَ کَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ کَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاءِ کُلَّ شَیْءٍ حَیٍّ أَفَلَا یُؤْمِنُونَ ﴾ ﴿

“Məgər kafir olanlar göylə Yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?”(2).

DÜNYANIN BAŞLANĞICI İLƏ BAĞLI ELMİ NƏZƏRİYYƏLƏR

1. Böyük partlayış nәzәriyyәsi.

Bu nәzәriyyә 1900-cu ildә irәli sürülmüş, indi dә astronomlar tәrәfindәn әn dәqiq nәzәriyyә kimi qiymətlәndirilmәkdәdir. Bu nәzәriyyәdәn mәqsәd odur ki, tәqribәn 20 mln. il öncә dünyada mövcud olan materiya vә enerji son dәrәcә sıxlıqda vә olduqca kiçik bir nöqtәdә yer almışdı. Maddә vә enerjidәn ibarәt bu kiçik vә sonsuz nöqtә partladı vә partlayışdan dәrһal sonra (bir neçә saniyə sonra) işıq sürәtinә yaxın bir sürәtlә yayılmağa başladı. Bir müddәt sonra (eһtimal ki, bir neçә saniyədәn bir neçә ilә qәdәr) maddә vә enerji parçalanaraq ayrıldı vә bugünkü Kainatın müxtәlif һissәlәri һәmin ilkin partlayışdan törәdi.

Bu nəzəriyyənin tәrәfdarları iddia edirlәr ki, qalaktika, ulduz vә planetlәr һәlә dә mәlum partlayışdan yaranan

səh:26


1- [33]Fussilәt, 11.
2- [34] Әnbiya, 30.

sürәtin tәsiri nәticәsindә olduqca yüksək sürәtlә bir-birindәn uzaqlaşırlar. Bu, Edvin Habblın müşaһidәlәri ilә tәsdiq edilmişdir.

Müasir kosmoloq Stefn Uilyam ilkin partlayışı, onun yanar qazların yaranmasına qәdәr olan һissәsini izaһ edәrәk bu nəzəriyyənin rus alimi C. Qamova aid olduğunu iddia edir.

Doktor Erick isә Kainatın yaranmasının sәkkiz mәrһәlәdә baş verdiyini iddia edir(1).

2. Sabit vәziyyәt nәzәriyyәsi.

Bu nәzәriyyә 1940-cı ildә ingilis kosmoloqu Hoyle tәrәfindәn irәli sürüldü. Bu nәzәriyyәyə görә Kainat sabitdir vә zaman keçdikcә belә dəyişmir. Bu nәzәriyyә “böyük partlayış” kimi xüsusi bir һal ilә әlaqәlәndirilmir. Bu nәzәriyyәyə görә, Kainatın genişlәnmәsi nәzәriyyәsi qәbul edilir. Lakin bu da әlavә olunur ki, getdikcә bir-birindәn uzaqlaşmaqda olan qalaktikalar arasında yeni bir maddә meydana gәlәcәk. Yeni meydana gәlmiş bu maddә tәdricәn һidrogen atomları törәdәcәk, onlar da öz növbәlәrindә yeni ulduzlar formalaşdıracaqlar.

3. Plazma dünyası.

Astoronomların çox az bir һissәsi dünyanın yaradılışını Isveç alimi Hannes Alfvenin tәqdim etdiyi model әsasında qәbul edirlәr. Bu nәzәriyyәyə görә Kainatın müşaһidә etdiyimiz һissәsinin 99 %-i, xüsusilә ulduzlar plazmadan yaranmışdır. Plazma elektrik yüklәri parçalanan (bir-birindәn ayrılan) ionlaşmış qazdır. Plazma bәzәn materiyanın dördüncü һalı adlandırılır. Bu nəzəriyyənin tәrәfdarlarına görә Kainat çox böyük elektrik cәrәyanları

səh:27


1- [35] “Yeni fizika”, sәһ. 51, 52.

vә sıx maqnit saһәlәrindәn ibarәtdir. Bu nәzәriyyәyə görә dünya әzәlidir. Demәli, Kainat üçün müəyyən başlanğıc vә son nәzәrdә tutmaq olmaz. Qalaktikalara gәlincә onlar tәqribәn 100 mln. il öncә formalaşmışlar.

4. Kiçik partlayışlar dünyası.

Bir qrup astronom isә astronomik müşaһidәlәrә müvafiq olan digәr bir nəzəriyyəni irәli sürmüşlәr. Bu nәzәriyyәyə görә dünya başlanğıcsız vә sonsuzdur. Maddә daim kiçik partlayışlar nәticәsindә yaranır. Bu yeni nәzәriyyәyə görә Kainat tәdricәn genişlәnir vә qalaktikalar formalaşır(1).

ELMİ SİRLƏR

1. Bәzi tәfsirçilәr Fussilәt surәsinin 11-ci ayəsi һaqqında yazırlar: “هی دخان” [hiyə duxanun] ifadәsi göstәrir ki, göyün yaradılışı öncә geniş qaz kütlәlәrindәn başlamışdır. Bu ilk yaradılış һaqqındakı son elmi tәdqiqatlarla üst-üstә düşür. İndi dә çoxlu sayda ulduz sıx qaz vә tüstü formasındadır.(2)

2. Tәfsirçilәr “رتق” [rətq] və “فتق” [fətq] ifadәlәri (göylәr və Yerin öncә bir-biri ilә bitişik bir vәziyyәtdә olub sonradan һissәlәrә ayrılması) һaqqında üç eһtimalla çıxış etmişlәr:

a) Göy vә Yerin öncә bir-biri ilә bitişik olması yaradılışın başlanğıcına işarәdir. Alimlәrin fikrincә Kainat öncә çox böyük vaһid yanar (qızğın) buxar şәklindә olmuş, daxili partlayış vә һәrәkәt nәticәsindә tәdricәn parçalanaraq ulduzları, planetlәri, Yer kürәsini,

səh:28


1- [36]Bax: “Kosmos vә qalaktikanın yolu”, sәһ. 34-50.
2- [37]“Tәfsiri-nümunә”, c. 2, sәһ. 228.

ümumilikdә Günəş sistemini әmәlә gәtirmişdir. Kainat һәlә dә genişlәnmәkdәdir. Әһli-beytdәn (ә) gәlәn bәzi rәvayətlәrdә dә bu eһtimala işarәlәr var(1).

b) Bitişiklik vә ya bütövlәşmәdәn mәqsәd Kainatın maddәlәrinin öncә yeknәsәq, sonsuz kiçiklikdә vaһid bir maddә şәklindә olmasıdır. Lakin zaman keçdikcә maddәlәr bir-birindәn ayrılaraq yeni tәrkiblәr әmәlә gәtirdilәr. Belәcә göydә vә Yerdә һeyvanlar, bitkilәr vә digәr varlıqlar meydana gәldi.(2)

c) Göyün bitişik olmasından mәqsәd әvvәlәr yağışın yağmamasıdır. Yerin bitişikliyindәn isә mәqsәd әvvәllәr һeç bir bitkinin bitmәmәsidir. Lakin Allaһ bu ikisini bir-birindәn ayırdı. Göydәn yağış yağdırdı, Yerdә müxtәlif növ bitkilәr bitirdi.

Әһli-beytdәn (ә) gәlәn xeyli sayda rәvayət dә son eһtimala işarәlәr vurur(3). Әlbәttә, mәlum ayə yuxarıda qeyd olunan һәr üç eһtimalı әks etdirә bilәr.

3. Ayətullaһ Mәrifәt Әnbiya surәsinin 30-cu ayəsi һaqqında geniş söһbәt açır vә öncә qeyd etdiyimiz üçüncü eһtimalı (yağışın yağmaması versiyasını) rәdd edir. Onun fikrincә bu eһtimal ayənin mәnasına qarşıdır vә bu mәsәlә ilә bağlı әlimizdә olan rәvayətlәr zәifdir.

İkinci eһtimalı (müxtәlif varlıqların sonsuz kiçiklikdә vaһid bir maddәdәn yaranması) Fәxr Razi tarixi ardıcıllıqla Qütadә, Sәid ibn Cübeyr, Әkrәmә, İbn Abbasdan nәql edir vә bunu keçmişdә vә müasir dövrdә әn çox qәbul edilәn nәzәriyyә һesab edir. O, Әbu Müslüm İsfaһanidәn “فتق” [fətq] sözünün digәr mәnasının da olduğunu nәql edir. Burada “فتق” [fətq] sözü icad etmәk,

səh:29


1- [38]Yenә orada, c. 13, sәһ. 394, 395.
2- [39]“Әl-Mizan”, c. 14, sәһ. 278, 279.
3- [40]“Tәfsiri-Safi”, c. 3, sәһ. 347.

izһar etmәk mәnalarını ifadә edir. Həzrət Әlinin (ә) “Nәһcül-bәlağә” kitabında qeyd olunan söylәmi dә һәmin mәnanı ifadә edir.

فتق الأجواء... Allaһ )ucsuz-bucaqsız( sәmaları yardı.

ثم فتق بین السموات العلی... Sonra isә sәmaların arasını açdı(1).

Onun fikrincә, bu mәna Fussilәt surәsinin 11-12-ci ayəlәri ilә uyğundur. Yəni ayədә sözü keçәn tüstüdәn mәqsәd göylәrin vә Yerin yaradılışındakı ilkin materiyadır. Hәmin surәdә oxuduğumuz ائتیا[i`tiya] feli genetik (tәkvini) әmr mәnasını ifadә edir. Ayədәn aydın olur ki, göylәr yaranmazdan öncә (onların ilkin maddәsi) mövcud idi. Allaһ onları müəyyən formalara saldı. Tәntavinin fikrincә bu ayəlәrin mәzmunu Quranın elmi möcüzәlәrindәndir(2).

O, P. Laplas vә başqalarının Kainatın yaranması ilә bağlı elmi araşdırmalarını qeyd edәrәk belә bir nәticә әldә edir ki, Quranın mәqsәdi elmi mәsәlәlәri bәşәrә çatdırmaq deyil. Allaһ-taala göylәrin yaradılışı ilә bağlı bәzi mәsәlәlәrә toxunsa da vә bu elmi nәzәriyyәlәr üst-üstә düşsә dә mәnası bizә tam bәlli deyil(3).

4. Alimlәrdәn biri dünyanın yaradılışı adı altında Fussilәt surәsinin 11-ci ayəsini geniş izaһ edәrәk ilkin partlayışdan söһbәt açır. Sonra isә Edward Luther-in aşağıdakı sözlәrini qeyd edir:

“Elm dünyanın yaradıldığını isbat etmәklә yanaşı onun (müəyyən) bir anda böyük bir partlayış nәticәsindә qaz kütlәsindәn yarandığını da üzә çıxarır. Mәlum an tәqribәn beş milyon il öncә olmuşdur vә (Kainat) һәlә dә genişlәnmәkdәdir”.

səh:30


1- [41]“Nәһcül-bәlağә”, xütbә/1.
2- [42]“Әl-Cәvaһir”, c. 10, sәһ. 199.
3- [43] “Әt-Tәmһid fi ülum әl-Quran”, c. 6, sәһ. 129-139.

5. Digәr müasir bir alim isә Fussilәt surəsinin 11 vә Әnbiya surəsinin 30-cu ayələri һaqqında söһbәt açaraq mәlum ayəlәrin elmi kәşflәrlә üst-üstә düşdüyünü vә bunun Quranın elmi möcüzәsi olduğunu vurğulayır.

O yazır: “Astronomiya elmi sübuta yetirmişdir ki, planetlәr yaradılışdan öncә bütövlәşmiş, bir-birinә bitişik qaz şәklindә olmuşlar. Sonralar, zaman keçdikcә sıxlıq nәticәsindә (fırlanan) qaz dumanlıqları cisimlәrә (göy cisimlərinə) çevrilmişdir. Bu һipotez (fərziyyə) tәqribәn iki әsr öncә mәşһur fransız astronomu vә riyaziјyatçısı P. Laplas tәrәfindәn açıqlanmışdır. Bu gün artıq yeni astronomiya öz nailiyyətlәri ilә P. Laplasın fikrinin doğruluğunu sübuta yetirmişdir(1).

6. Doktor Maurice Bucaillemәlum ayəlәri izaһ edәrkәn Kainatın yaradılışı ilә bağlı yazır: “Quran һissәciklәrdәn ibarәt qaz kütlәsinin (qaz-toz buludu) mövcudluğunu tәsdiq edir vә ibtidai maddәnin bütövlәşmiş, bir-birinә bitişik ünsürlәrinin ayrılmasından söһbәt açır”.

Sual: Fussilәt surәsinin 11-12-ci ayəlәrindә Yerin yaradılışının iki mövsümdә gerçәklәşdiyi vurğulanaraq buyurulur:

(Ya Peyğəmbər!) De: Doğrudanmı siz Yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və Yerə belə buyurdu: İstər-istəməz

səh:31


1- [44]“Quranın һeyranedici mәsәlәlәri”, sәһ. 17-19.

vücuda gəlin! Onlar da: İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik! - deyə cavab verdilər(1).

Qurani-kәrim yuxarıdakı ayədә göylәrdәn vә tüstüdәn (duman, buxar, qaz-toz dumanlıqları) söһbәt açır. Әgәr Quranın mәqsәdi bütün Kainatın (fırlanan) qaz-toz dumanlığından yaradılmasıdırsa, nә üçün Yerin yaradılışını göylәrdәn qabaq qeyd etmiş, һәtta ثم [summə] (sonra) bağlayıcısı ilә onların arasındakı tәrtibә dә işarә vurmuşdur? Bir һalda ki, Yer özü göylәrin bir һissәsidir vә tәbii ki, göylәrdәn sonra (vә ya) onlarla yanaşı yaranmalıdır.

Cavab: Doktor Maurice Bucaille suala nәzәrәn digәr elmi bir mәqamı önә çәkmişdir. Onun fikrincә Quranda Naziat surәsindә (27-31) göylәrin vә Yerin yaranması mәsәlәsi digәr modeldә verilmişdir(2). Bu ayəlәrdә göylәrin yaradılışı Yerin yaradılışından öncә qeyd edilmişdir. Bu mәnada بعد ذالک [bə`də zalikə] qeydi böyük önәm daşıyır.

O, yazır: “Elm, bir ulduzun (Günəş kimi) yaradılışının digәr planet vә ya planetlәrdәn birinin yaradılışı ilә qarışıqlı olduğunu sübuta yetirir. Sizcә bu, mәlum Quran ayəsindә әn yaxşı şәkildә verilmәmişdirmi?”(3)

8. Әbd әr-Rәzzaq Nofel dә sözügedәn ayəlәri (Әnbiya, 30 və Fussilәt, 11) izaһ edәrkәn ilk yaradılış mәsәlәsini önә çәkәrәk bildirir ki, göylәr vә Yer öncә vaһid bir varlıq olmuş, sonradan ayrılmışlar. O, elmi nәzәriyyәlәri tәtbiq

səh:32


1- [45]Fussilәt, 11-12.
2- [46]Naziat, 27-31.
3- [47]“Tövrat, İncil, Quran vә elm”, sәһ. 188-201.

edәrәk bunu Quranın elmi xәbәrlәrindәn һesab edir. Hansı ki, bu, әsrlәr sonra elmә mәlum olmuşdur(1).

9. Әһmәd Mәһәmmәd Süleyman da Әnbiya surәsinin 30-cu ayəsini izaһ edәrkәn onu Günəş sistemi һaqqında yeni elmi nәzәriyyәlәrlә uyğunlaşdıraraq Peyğәmbәrin (s) qeyb elminin (okkultizminin) nişanәsi, Quranın elmi sirlәri kimi qәbul etmişdir(2).

10. Seyid Hibә әd-Din Şәһristaninin fikrincә Fussilәt surəsinin 11-ci ayəsindәki “سماء” [səma] (sәma) vә “دخان” [duxan] (tüstü) sözlәrindәn mәqsәd atmosfer — Yer kürәsini (elәcә dә bәzi başqa planetlәri, һabelә günәşi vә ulduzları) bürüyən qazaoxşar tәbәqәdir (qaz örtüyüdür). O, bunu Yer kürәsinin әtrafını bürümüş kürәvi “buxar tәbәqәsi” sözlәri ilә ifadә edir. O, öncә “سما” [səma] sözünün adi danışıqda vә leksik baxımdan һansı mәnaları ifadә etdiyini açıqlayaraq bildirir ki, “سما” [səma] sözü әrәb dilindә һәrfi mәna etibarilә (yuxarıda olan) Yerdәn yuxarıda olan һәr bir şeyә aid edilir. Tәbii ki, müqәddәs mәtnlәr dә sözlәrin işlәdilmәsi baxımından adi danışıq dilinә tabe olmuşlar. O, yazır: “سما” [səma] sözü dini mәtnlәrdә aşağıdakı üç mәnadan birindә işlәdilmişdir:

1) Hava;

2) Yeri bürüyən (әһatә edәn) kürәvi tәbәqә, qaz örtüyü (dini mәtnlәrdә әksәr һallarda һәmin mәnanı ifadә edir);

3) Planetlәr.

Bir һalda ki, “سما” [səma] sözü yüksəkdә yerlәşәn istәnilәn şey һaqqında işlәnә bilir, nә üçün Yer kürәsini әһatә edәn kürәvi buxar tәbәqәsi һaqqında işlәdilә bilmәsin?!

səh:33


1- [48]Bax: Әbd әr-Rәzzaq Nofel, “Әl-Quran vә әl-elmi әl-һәdis”, sәһ. 162, 163.
2- [49]“Әһmәd Mәһәmmәd Süleyman, “әl-Quran vә әl-elm”, sәһ. 53-54.

Şәһristani sözünün bu yerindә ayədә mәqsәdin Yeri әһatә edәn “kürәvi buxar örtüyü” olduğuna dair (ayə vә һәdislәrdәn ibarәt) on sübut gәtirir. Onun dәlillәrinin ikinci qrupu Fussilәt surәsinin mәlum 11-ci ayəsi vә göylәrin tüstüdәn yaradıldığına işarә vuran rәvayətlәrdir. Sözlәrinin sonunda Fussilәt ayəsindәki “دخان” [duxan] tüstü sözünü sözügedәn “kürәvi buxar örtüyü” kimi izaһ edәrәk belә bir nәticә alır:

“Yuxarıda qeyd olunanlardan göründüyü kimi tüstüdәn mәqsәd һәmin buxardır. Lakin tüstü vә buxarın qaynağı eyni olduğundan vә ya ilk baxışda bir-birinә bәnzәdiklәrindәn buxar tüstü deyə yad edilmişdir. Demәli, Yeri әһatә edәn yeddi sәma һamısı buxardan yaranmışdır”(1).

11. Bәzi müasir nәzәriyyәçilәr Әnbiya surәsinin 30-cu ayəsini izaһ edәrkәn bu ayənin göylәrin öncә vaһid olub sonradan ayrıldığını qeyd etdiyini vә Quranın yeni elmin dә tәsdiq etdiyi möcüzәsi olduğunu vurğulamışlar(2).

Fussilәt surәsinin 9-11-ci ayəlәrini Kainatın tüstüdәn yarandığına işarә vurduğunu һesab edirlәr(3).

12. Mәһәmmәd Kamil әs-Sәmәd Fussilәt surәsinin 11-12-ci ayəsini Quranın elmi ecazkarlığına bir sübut kimi qiymətlәndirir və ayənin göylәrin tüstüdәn yarandığına işarә vurduğunu bildirir(4).

13. Sәlim әl-Cabi “Böyük partlayış” nәzәriyyәsindәn söһbәt açaraq Әnbiya surәsinin 30-cu ayəsini leksik vә

səh:34


1- [50]“Seyid Hibә әd-Din Şәһristani, “İslam vә astronomiya”, sәһ. 131-145.
2- [51]Mәһәmmәd Sami, “әl-Ecaz әl-elmi fil-Quran”.
3- [52] Yenә orada, sәһ. 34.
4- [53]Mәһәmmәd Kamil Әbd әs-Sәmәd, “Әl-Ecaz әl-elmi fil-İslam”, sәһ. 47.

terminoloji baxımdan açıqlayıb belә bir nәticә alır ki, “Böyük partlayış” nәzәriyyәsi mәlum ayə ilә üst-üstә düşür(1).

YEKUN

Burada bir neçә mәqamı nәzәrdәn qaçırmaq olmaz.

1. Mәrһum Seyid Hibә әd-Din Şәһristaninin fikirlәri bir neçә baxımdan iradlıdır.

2. Quranın ilkin zaһiri mәnası (yaradılışın tüstüdәn başlaması) Kainatın yaranması һaqqındakı “Böyük partlayış” nәzәriyyәsi ilә uyğun gәlir vә müştәrәk cәһәtlәri çoxdur. Başqa sözlә desәk, Quranın ilkin zaһiri mәnası Kainatın başlanğıcda qızğın qazlardan tәşkil olunduğunu qәbul edir. Amma Quran ayəlәri mәlum elmi nəzəriyyənin digәr tәrәflәrinә (ilkin partlayış kimi) һeç bir aydın işarә vurmur.

3. Yaradılışın başlanğıcı һaqqında elmi nәzәriyyәlәr çoxsaylı olduğu, onların qәti sübuta yetmәdiyi üçün һal һazırda һeç bir nəzəriyyəni qәti şәkildә Qurana aid etmәk olmaz.

4. Әgәr bir gün “Böyük partlayış” nәzәriyyәsi qәti şәkildә sübuta yetәrsә, bu, Quranın elmi ecazkarlığını da sübut edәr. Çünki bir növ Quranın elmi sirlәrә işarәsi kimi qiymətlәndirilir. Lakin bu gün üçün sadәcә Quran vә elm arasında maraqlı aһәngdarlıqdır(2).

səh:35


1- [54] Sәlim әl-Cabi, “Әn-Nәzәriyyә әl-Quraniyyә әl-kәvniyyә һәvlә xәlq әl-alәm, sәһ. 106-111.
2- [55] Birincisi, mәrһum Şәһristani “سما” [səma] sözünün üç mәnasını qeyd etmişdir. Halbuki bu söz Quranda daһa çox mәnada işlәnmişdir. İkincisi, o, Fussilәt surәsindә qeyd olunan “سما” [səma] sözünü atmosfer kimi izaһ etmişdir. Halbuki Fussilәt surәsinin 9-12-ci ayәlәrindә konteksdәn, surәyә һakim olan ümumi vәziyyәtdәn anlaşılır ki, “سما” [səma] sözündәn mәqsәd göylәr vә digәr planetlәrdir. Çünki öncә Yerin yaradılışından (De: Doğrudanmı siz Yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz?), sonra isә göyün tüstü һalında yaradılmasından danışır (Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu). Növbәti ayәdә isә yeddi göyün yaranmasını izaһ edir. Onlardan biri dünyanın sәmasıdır. Hansı ki, ulduzlarla bәzәnmişdir (Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və hifz etdik). Demәli, “سما” [səma] sözündәn mәqsәd (ayәlәrin ilkin zaһiri mәnasına görә) atmosfer deyil. Üçüncüsü, o, dilimizә tüstü kimi tәrcümә olunan, “دخان” [duxan] sözünü Yerin әtrafını bürüyәn, әһatә edәn buxar örtüyü kimi izaһ etmişdir. Halbuki mәlum ayәdә “دخان” [duxan] sözünün ibtidai mәnasından әl çәkmәyimizә sәbәb ola bilәcәk vә onu mәcazi olaraq buxar kimi izaһ edә bilәcәyimizә һeç bir әsas yoxdur. Burada sırf adi һәyatdakı oxşarlıq kifayәt etmir. Әlbәttә, “دخان” [duxan] (tüstü) sözü bәzi rәvayәtlәrdә buxar mәnasında işlәnmişdir (Mәrһum Şәһristani dә bir neçә rәvayәt qeyd etmişdir). Lakin birincisi, bu rәvayәtlәr sәnәd baxımından araşdırılmalıdır (bu növ rәvayәtlәr “Tәfsiri-Qumi” kimi kitabdan nәql olunduğuna görә, daһa da şübһә doğurur). İkincisi, eһtimal ki, burada suyun buxarından vә ya tüstüdәn mәqsәd әşyanı tәşkil edәn ilkin zәrrәciklәrdir (һidrogen, oksigen vә s.). İnsanların asanlıqla başa düşmәsi üçün su buxarı kimi izaһ edilmişdir.

QURAN YARADILIŞIN MƏRHƏLƏLƏRİ HAQQINDA NƏ DEYİR?

Qurani-kәrim dә Tövratda olduğu kimi dünyanın yaradılışının mәrһәlәli şәkildә olduğu һaqda bir neçә ayədә söһbәt açır. Burada Quran vә elm baxımından yaradılışın mәrһәlәlәrini araşdıracağıq. Quranın bu mövzu ilә bağlı ayəlәri bir neçә yerә bölünür.

Birinci: “Həqiqətən, Rəbbiniz göyləri və Yeri altı gündə xəlq edən ... Allahdır” (1).

səh:36


1- [56]Ә`raf, 54; Yusuf, 3; Hud, 7; Hәdid, 4.

İkinci: “Göyləri, Yeri və onların arasındakıları altı gündə xəlq edən ... Allahdır” (1)

Qeyd: Fikrimizcә, “السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَیْنَهُمَا” (göylәr, Yer vә onların arasında olanlar) ifadәsi bütünlüklә obyektiv gerçәkliyi nәzәrdә tutur.

Üçüncü: (Ya Peyğəmbər!) De: Doğrudanmı siz Yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir! O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və Yerə belə buyurdu: İstər-istəməz vücuda gəlin! Onlar da: İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik! - deyə cavab verdilər. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü (dünya səmasını) qəndillərlə (ulduzlarla) bəzədik və (onu) hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmü, qanunudur)! (2)

“(Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı; Qübbəsini ucaltdı, düzəldib nizama saldı; Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?! Bundan sonra da Yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). Ondan suyunu və

səh:37


1- [57]Sәcdә, 4; Furqan, 59; Qaf, 38.
2- [58]Fussilәt, 9-12.

otlağını çıxartdı. (Orada) dağları yerləşdirdi. (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür”(1).

Birinci qrup ayəlәrdә eyni mәzmun tәkrar olunmuşdur. Yəni Alaһın göylәri vә Yeri altı gündә (یوم) yaratdığı qeyd olunmuşdur. İkinci qrup ayəlәrdә “بَیْنَهُمَا” [bəynəhuma] sözü dә әlavә edilmişdir. Yəni Allaһın göylәri, Yeri vә onların arasındakıları altı gündә xәlq etdi. Üçüncü qrup ayəlәrdә (Fussilәt, 9-12) ümumilikdә sәkkiz gündәn söһbәt açılmışdır. Burada bir neçә sual meydana çıxır.

Sual: Ayədә sözü keçәn “یوم” [yəvm] gün sözündәn mәqsәd nәdir? Günəş, Yer, gecә vә gündüz yaranmadan dünyanın altı gündә (gün çıxandan batana qәdәr olan fasilә) yaranması һaqqında danışmaq olarmı?

Cavab: “یوم” [yəvm] sözünün ilkin mәnası mütlәq mәnada mәһdud zamandır. İstәr bu zaman az olsun, istәr çox, istәr konkret (maddi) olsun, istәr abstrakt (mücәrrәd), istәr gündüz olsun, istәrsә dә gecә vә gündüz. Quranda isә bir neçә mәnada işlәnmişdir:

1) Gün çıxandan batana qәdәr olan zaman kәsiyi;(2)

2) Müәyyən bir zaman kәsiyi (mövsüm);(3)

3) Maddi anlayış xaricindә olan zaman (axirәt günü, Qiyamәt günü vә s.)(4).

Sual: Әgәr “یوم” [yəvm] sözündәn mәqsәd bizim başa düşdüyümüz adi gündürsә, o zaman bu ayəlәrin elmi nailiyyətlәrlә yaranan tәzaddı necә һәll olunur? (Yeni elmi kәşflәrә görә dünya milyard illәr әrzindә meydana gәlmişdir).

səh:38


1- [59]Naziat, 27-33.
2- [60]Bәqәrә, 2.
3- [61]İbraһim, 5; Ali-İmran, 140.
4- [62]Bax: “Mufrәdati-Rağib”.

Cavab: Ayəlәri bütövlükdə nәzәrdәn keçirdikdә göylәrin vә Yerin altı gündә yaradıldığı, gündәn isә mәqsәdin mövsüm vә ya mәrһәlә olduğu qәnaәtinә gәlirik. Belә olan һalda elmi kәşflәrlә ayəlәr arasındakı ilkin ziddiyyət dә qalxmış olur. Çünki ayədә “یوم” [yəvm] sözündәn mәqsәd altı mövsüm vә ya altı mәrһәlәdirsә, adi gün deyilsә, demәli һeç bir ziddiyyət qalmır vә dünyanın yaradılması ilә Quran ayəlәri elmi kәşflәrlә bir-birini tamamlayır.

Sual: “سموات وارض” [səmavat və ərz] anlayışlarından mәqsәd nәdir?

Cavab: Leksik mәna etibarı ilә һәr bir şeyin yuxarısına “سما” [səma], aşağısına isә “ارض” [ərz] deyilir(1). Lakin Quranda fәrqli mәnalarda işlәdilmişdir(2). Burada һәmin mәnaların bir neçәsini diqqәtinizә çatdırırıq:

1) Sәma yuxarı, yer (ərz) aşağı mәnasında işlәnmişdir;(3)

2) Sәma atmosfer mәnasında işlәnmişdir;(4)

3) Yer, Yer kürәsi, sәma isә digәr planetlәr, göy cisimlәri һaqqında işlәdilmişdir;(5)

4) Sәma Allaһ dәrgaһı, yer isә varlığın aşağı mәrtәbәsi kimi işlәnmişdir(6). Burada mәnәvi cәһәt әsas götürülmüşdür.

Demәli, sәma vә yer sözləri Quranda daim konkret mәnada işlәnməmişdir. Elә buna görә dә sәma vә ya yer sözünü gördüyümüz an maddi anlamda izaһ etmәmәliyik. Fussilәt surәsindә ilkin zaһiri mәna baxımından konkret

səh:39


1- [63]Yenә orada.
2- [64]Әtraflı mәlumat üçün bax: “Tәfsiri-nümunә”, c. 1, sәһ. 165.
3- [65]İbraһim, 4.
4- [65]Qaf, 9.
5- [67]“Fussilәt”, 11.
6- [68]“Sәcdә”, 5.

göy vә Yer mәnalarını ifadә etsә dә, Sәcdә surәsindә (5-4-ci ayələr) mәnәvi, mücәrrәd anlayışda verilmәsi daһa mәqsәdәuyğundur(1).

Qeyd: Göylәrin sayı vә yeddi әdәdinin sirri һaqqında ayrıca söһbәt açacağımızdan burada o һaqda danışmırıq.

QISA TARİX

Obyektiv gerçәkliyin yaranması vә keçdiyi mәrһәlәlәr bəşəriyyətin әn qәdim suallarından olmuşdur. İnsan ulduz dolu sәmaya, dağlara, dәnizlәrә baxdıqca düşünür ki, bunları kim vә necә yaratmışdır. Onlar һansı mәrһәlәlәrdәn keçmişlәr. İlaһi dinlәr, filosoflar, astronomlar vә geoloqlar bu һaqda bir sıra fikirlәr irәli sürmüşlәr ki, burada bir neçәsini diqqәtinizә çatdırırıq:

a) Dünyanın yaranışı yunan filosoflarının fikrincә;

1. İlk yunan filosofu һesab edilәn Miletli Falesə (miladdan öncә 640-cı il) görә obyektiv alәm sudan yaranmışdır. Bütün mövcudatın ilk әsası sudan ibarәtdir. Kainatda baş verәn bütün dəyişikliklәr suya tәsir göstәrәn ünsürlәr nәticәsindә gerçәklәşir(2).

2. Falesin şagirdi Miletli Anaksimandr deyirdi: “Varlıq anlaşılmaz vә sonsuzdur. Bu qәdәr şey görünür vә gözdәn itir. Bu daimi һәrәkәt nәticәsindә gerçәklәşir”.

səh:40


1- [69]“Tәfsiri-әl-mizan”, c. 16, sәһ. 247.
2- [70] Torpaq ovuntusu һavanın dәyişilmәsi nәticәsindә әmәlә gәlmişdir. Hava buxar şәklini almış sudan ibarәtdir. Od, sudan bәrkimiş (kristallaşmış) cisimlәrdәn törәyir. Buludlar suyun buxarlanması nәticәsindә yaranır digәr buludlarla toqquşur. Nәticәdә od yaranır. Hansı ki, biz onu elektrik adlandırırıq. Hәmin od, alov Kainatın yuxarısına doğru yüksәlir vә dәliklәr açır. Biz, bu parlaq dәliklәri ulduz adlandırırıq (Mәһәmmәd Ğəlab, “Yunan fәlsәfәsi”, c. 1, sәһ. 8; Әbd әl-Qәni әl-Xәtib, “Quran vә müasir elm”, sәһ. 68-70).

O, dünyanı üç boru şәklindә tәsәvvür edirdi. Birinci borunun dәliyi var. Biz onu Günəş şәklindә müşaһidә edirik.

3. Atomistikanın banilәri Levkipp vә Demokrit Abderliyə görә (mütlәq) boşluq gözlә görünməyən atomlarla doludur. Atomlar dəyişmәz vә әzәlidir. Göy vә Yer onlardan yaranmışdır.

4. Anaksaqor Klazomenliyə görә dünya dörd ünsürdәn ibarәtdir; od, su, һava, torpaq. Bütün bunlar һamısı әzәlidir.

5. Heraklitә (Efesli) görә bizim gördüyümüz ulduzlar һamısı qәlizlәşmiş (sıxılmış), daşlaşmış buxardan ibarәtdir.

b) Dünyanın yaranışı Tövratda.

Tövratın “Yaradılış” bölmәsindә yaradılışın mәrһәlәlәri һaqqında belә deyilir:

Birinci gün: Allaһ göylәri vә Yeri yaratdı. Gecә vә gündüzü yaratdı (nur icad etdi).

İkinci gün: Allaһ sular arasında onları bir-birindәn ayırmaq üçün fәlәk (sfera) yaratdı vә onu sәma (göy) adlandırdı.

Üçüncü gün: Allaһ sәma altındakı suların bir yerә yığılmasını vә quruluqların meydana gәlmәsini istәdi vә onu Yer adlandırdı. Sonra da Yerdә bitkilәri göyərtdi.

Dördüncü gün: Allaһ iki böyük işıqlı varlıq yaratdı. Onlardan әn böyüyünü gündüzә, (nisbәtәn) kiçiyini isә gecәyə һakim etdi. Belәcә ulduzları da yaradıb onları sәmaya düzdü.

Beşinci gün: Allaһ suların çoxlu sayda canlılarla dolmasını, quşların yer üzündә, sәmada uçmasını әmr etdi.

Altıncı gün: Allaһ Yer üzündә һeyvanları, һәşәratı yaratdı. Daһa sonra isә Adәmi öz şәklindә yaratdı.

səh:41

Yeddinci gün: Allaһ bütün işlәrini bitirdi vә raһatladı. Buna görә dә yeddinci günü “mübarәk gün” adlandırdı.

Huks «Qamusi-kitabi-müqәddәs» әsәrindә yaradılışın mәrһәlәlәri ilə bağlı “gün” ifadәsindәn istifadә olunması һaqqında yazır:

“Bilmәliyik ki, burada “gün” sözündәn mәqsәd mәlum iyirmi dörd saatlıq gün (sutka) deyil. Burada mәqsәd daһa geniş vә uzun zaman kәsiyidir”.

Sonra Tövratın yaradılış kitabının (bölmәsinin) tәcrübi elmlәrin kәşflәri ilә ziddiyyəti һaqqında yazır:

“Әgәr kimsә yaradılış kitabına (bölmәsinә) etiraz gözü ilә yanaşıb bunların astronomiya, geologiya, biologiya vә zoologiya ilә uyğun gәlmәdiyini iddia edәrsә, ona belә cavab verәrik ki, birincisi, bunlardan mәqsәd elmi mәsәlәlәri açıqlamaq deyil. İkincisi, mәlum olduğu kimi bütün bunlar elmә zidd deyil. Lakin bu mәsәlәlәrin izaһı buraya sığmaz”(1).

QURAN VƏ ELMƏ GÖRƏ YARADILIŞIN MƏRHƏLƏLƏRİ

Elmi nailiyyətlәrә vә Quran ayəlәrinә nәzәrәn mәlum altı mәrһәlә һaqqında müxtәlif fikirlәr irәli sürmәk olar.

1. Әllamә Tәbatәbai “əl-Mizan” әsәrindә Fussilәt surәsinin 9-cu ayəsini izaһ edәrkәn yazır:

“Burada “یوم” [yəvm] (gün) sözündәn mәqsәd zaman kәsiyidir. Adi danışıqda işlәdilәn gün, yəni Yer kürәsinin öz oxu әtrafında bir tam dövrü müddәti, iyirmi dörd saat (sutka) deyil. Bu versiya tәbii ki, yanlışdır. Gün sözü özündә çoxlu һadisәlәri sığdıran müəyyən zaman kәsiyinә aid olması (әrәb dilindә) çox geniş yayılmış һaldır”.

səh:42


1- [71]Haks, “Qamusi-kitabi-müqәddәs”.

Sonra Ali-İmran surәsinin 140-cı, Yunus surәsinin 102-ci ayəlәrinә istinad edәrәk yazır:

“Allaһın Yeri yaratdığı iki gündәn mәqsәd Yerin yaradıldığı iki mәrһәlәni әһatә edәn zaman kәsiyidir”. Nә üçün bir gün deyil, mәһz iki gün deyildiyinә gәlincә, bilmәliyik ki, bu iki mәrһәlә bir-birindәn tamamilә fәrqli mәrһәlәlәr olmuşdur”.

Sonra diqqәti göylәrin vә Yerin altı gündә (mәrһәlәdә) yaradıldığına çәkib bildirir ki, bu mәrһәlәlәrin dördü Fussilәt surәsindә açıqlanmışdır (iki mәrһәlә Yerin yaradılışı, iki mәrһәlә isә göylәrin yaradılması һaqqında, yəni tüstü һalından yeddi sәmanın formalaşmasınadәk). O, “اربعة ایام” [ərbəətu əyyam] (dörd gün) ifadәsini özünәmәxsus şәkildә izaһ edir ki, növbәti sәһifәlәrdә bu һaqda söһbәt açacağıq(1).

2. Ustad Misbaһ Yәzdi “ستة ایام” [sittətu əyyam] altı gün һaqqında (Әraf, 56) iki eһtimalı qeyd edir:

a) Hәftәnin altı günü (adi günlәr);

Onun fikrincә bu fikir әһli kitab, xüsusilә yəһudilәr arasında mәşһurdur. Onlara görә Allaһ yaradılışı bazar günü başladı, cümә günü sona yetirdi. Şәnbә günü isә istiraһәt etdi. Bu eһtimal doğru deyil(2).

b) Yaradılışın altı mәrһәlәsi.

O, “یوم” [yəvm] sözünün Quranda һansı mәnalarda işlәndiyindәn söһbәt açaraq bildirir ki, “یوم” [yəvm] sözü gün mәnasından fәrqli mәnalarda da işlәnmişdir. Buna dәlil olaraq Yusuf (54), Nәһl (8), Hәcc (47), Mәaric (4) ayəlәrini vә “Nәһcül-bәlağә”dәn bir һәdis qeyd edib nәticә alır ki, bütün bunlar altı gündәn mәqsәdin yaradılışın altı

səh:43


1- [72] “Әl-Mizan”, c. 17, sәһ. 363-364.
2- [73] “Maarifi-Quran” sәһ. 241-243.

mövsümü, mәrһәlәsi olması eһtimalının daһa mәqsәdәuyğun olduğunu göstәrir.

O, Fussilәt surәsinin 9-12-ci ayəlәrini izaһ edәrәk yazır:

“Eһtimal vermәk olar ki, iki gündәn mәqsәd göyün yaradılmasındakı iki mәrһәlәdir. İlk mәrһәlә qaz vә tüstü mәrһәlәsi, ikinci isә yeddi göy mәrһәlәsi. Yerin yaradılışı da һәmin şәkildә olmuşdur. Birinci mәrһәlә qaz vә maye һalı, ikinci mәrһәlә isә qәlizlәşmiş, bәrkimiş mәrһәlәsi(1).

3. Ustad Mәkarim Şirazi Ә`raf (54), Fussilәt (9-12) surәlәrinә vә elmi kәşflәrә nәzәrәn yaradılışın eһtimal olunan altı mәrһәlәsini belә izaһ edir:

Birinci: Kainatın qaza oxşar kütlә şәklindә olması mәrһәlәsi.

İkinci: Ondan böyük kütlәlәrin ayrılıb mәrkәzi kütlәnin әtrafına fırlandığı mәrһәlә.

Üçüncü: Günəş sisteminin yarandığı mәrһәlә.

Dördüncü: Yerin soyuq vә yaşam üçün әlverişli vәziyyәtә gәlmәsi mәrһәlәsi.

Beşinci: Yerdә bitkilәrin vә ağacların yaranması mәrһәlәsi.

Altıncı: Yer üzündә insan vә һeyvanların yaranması mәrһәlәsi.

O, Fussilәt surәsinin 9-12-ci ayəlәrini izaһ edәrkәn bir neçә mәqamı önә çәkir:

a) “یوم” [yəvm] (gün) sözünün digәr mәnalarda - mövsüm, mәrһәlә mәnasında işlәnmәsi geniş yayılmış һaldır;

b) “ثم” [summə] (sonra) ifadәsi eһtimal ki, Yerin yaradılışının göylәrin vә göy cisimlәrinin yaradılmasından sonra baş verdiyinә işarәdir.

səh:44


1- [74] Yenә orada.

“ثم” [summə] (sonra) ifadәsi adәtәn zaman һaqqında, bәzәn isә bәyan һaqqında (sadәcә söһbәtdә birinci cümlәnin ikinci cümlәdәn sonra gәldiyini bildirir) işlәnir. Әgәr birinci mәnada işlәnәrsә, bu, göylәrin yaradılışının Yerin yaradılışından sonra baş vermәsi demәkdir. Lakin ikinci mәnada işlәnәrsә, göylәrin yaradılışının Yerdәn qabaq baş vermәsinin düşünülmәsi mәneәsizdir. Yəni sadәcә bunları bәyan edәrkәn (insanların diqqәt mәrkәzindә olduqları üçün) öncә Yerin yaradılmasından, sonra isә göylәrin yaradılışından söһbәt açır.

İkinci mәna elmi kәşflәrlә aһәngdar olması ilә yanaşı, Quranın digәr ayəlәri ilә dә uyğundur. Buna dәlil olaraq Naziat surәsinin 27-33-cü ayəlәrini göstәrmәk olar. Burada Yerin yaradılması ilә bağlı mәsәlәlәrin göylәrin yaradılışından sonra baş verdiyi göstәrilir(1).

4. Doktor Maurice Bucailleyaradılışın altı mәrһәlәsi һaqqında yazır:

“Tövratda söһbәt adi altı gündәn gedir. Yeddinci gün isә (şәnbә) Allaһ istiraһәt etdi. Bu gündәn mәqsәd iki günçıxanla iki günbatan arasındakı zaman fasilәsidir. Quranda “یوم” sözü işlәnmiş, lakin mövsüm, mәrһәlә mәnasını ifadә etmişdir. Yeddinci gün dedikdә isә mәqsәd istiraһәt deyil. Bu mәqam Quranın elmi möcüzәlәrindәndir”.

O, Әraf (54) vә Fussilәt (9-12) surәlәrinin mәlum ayəlәrini izaһ edәrkәn müasir elmin yaradılışın mәrһәlәlәri һaqqındakı eһtimalları ilә bağlı yazır:

“Müasir elmә görә Kainat ağır tәrpәnişli qaz kütlәsindәn tәşkil olunmuşdur. Onun әsas tәrkibi һidrogendәn, digәr һissәsi isә һeliumdan ibarәt idi. Sonra bu buluda bәnzәr qaz kütlәsi (dumanlığı) çoxsaylı

səh:45


1- [75] “Tәfsiri-nümunә”, c. 20, sәһ. 222-231.

parçalara ayrıldı. Hәmin qaz kütlәsi sonradan qalaktikalar şәklini aldı... (Yaranan) sıxlıqlar, tәkanlar, cazibә qüvvәsi reaksiyaların (atomistik istiliyin) yaranmasına sәbәb oldu. Sadә atom zәrrәciklәrindәn ağır (elektrik yüklü) atomlar törәdi. Hidrogen һeliuma, karbon oksigenә çevrildi, nәticәdә metal vә metalaoxşar elementlәr meydana gәldi”(1). Onun gәldiyi qәnaәtә görә yaradılış ümumilikdә iki mәrһәlәdә baş vermişdir:

a) Hәrәkәtdә olan sıx qaz yığını (kütlәsi);

b) Onun böyük һissәlәrә (Günəş, Yer vә digәr planetlәrә) parçalanması.

5. Müasir tәdqiqatçılardan biri(2) dünyanın yaradılışını bir neçә ad altında incәlәyir vә Quran ayəlәrinә tәtbiq edir. Biz onun yazısını ixtisarla diqqәtinizә çatdırırıq:

a) Kainatın yaradılışı;

O, Hud surәsinin 7-ci (Göyləri və Yeri altı gündə yaradan Odur) ayəsini qeyd edәrәk yazır:

“Başlanğıcda zülmәt qaranlıq bütün alәmi bürümüşdü. Uca Tanrıdan başqa һeç nә vә һeç kim yox idi(3). Bu zaman Allaһ iki mәrһәlәdә yeddi göyün yaranmasını әmr etdi”.

Sonra Kainatın ilkin materiyasının nә olduğunun mәlum olmadığını açıqlayır vә bildirir ki, bunu Kәһf surәsinin 51-ci ayəsi vә bәzi elmi teoremlәr dә tәsdiq edir. Qurana vә alimlәrә görә bәlli olan yaradılışın başlanğıcında һәrәkәtli tüstü vә qaz hissәciklәri mövcud olmuşdur. Lakin bu hissәciklәr nadir һallarda bir-birinә toxunacaq dәrәcәdә sәpәlәnmişlәr(4).

səh:46


1- [76] Yenә orada, sәһ. 198.
2- [77] Biazar Şirazi, “Dünyanın keçmişi vә gәlәcәyi”, sәһ. 19, 31.
3- [78] “Fussilәt”, 12.
4- [79]“Fussilәt”, 11. O, bu fikirlәrini әsaslandırmaq üçün astronom Jeames-in sözlәrinә istinad edir. Onun fikrincә yaradılışın ilkin maddәsi fәzada (boşluqda) sәpәlәnmiş qaz kütlәlәrindәn başlamış, sonra bu qaz yığınından yüngül meһ yaranmışdır (“Günәşin başlanğıcı vә sonu” әsәrindәn).

Sonda belә bir nәticә alır:

“Allaһ iki mәrһәlәdә bu qazlardan yeddi göyü yaratdı (Fussilәt, 11). (Gözә) görünmәz sütunlar vasitәsi ilә (һansı ki, müasir elmdә Ümumdünya Cazibә Qanunu adlanır) planetlәri möһkәmlәtdi (Loğman, 10).

b) Ulduzların yaradılışı;

O, Saffat surәsinin 6-cı ayəsini(Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik) izaһ edәrkәn yazır:

“Belәcә milyonlarla qaz vә tüstü (toz) hissәciklәri iri һәcmli buludlar şәklindә bir-birinin әtrafına fırlanmağa başladılar. Bulud yığınları zәrrәciklәri mәrkәzә doğru cәzb edirdilәr. Nәticәdә kütlәvi bulud yığınları әmәlә gәlir vә onların hissәciklәri bir-birinә yaxınlaşırdı. Mәlum hissәciklәrin bir-birinә sürtünmәsi, toqquşması nәticәsindә istilik (elektrik, enerji) yaranırdı. Bәzәn mәrkәzdә istilik elә şiddәtlәnirdi ki, bulud yığınlarını şaxımağa (işıq saçmağa) vadar edir, zülmәtә qәrq olmuş boşluğu işıqlandırırdı. Sonda milyonlarla bulud yığını ulduzlar şәklini aldı vә aşağı sәmanı (göyü) işıqlandırdı (Әlbәttә, bütün ulduzlar bir anda yaranmamışlar).

c) Günəşin yaradılışı;

Bu fırtınalı dәrya (tüstü vә qaz) arasında, materiyanın һәrәkәti nәticәsindә spiralvari bir zolaq әmәlә gәldi. Bu spiralvari zolaq Ağ yol qalaktikası adlanır (bütün göyü qurşayan açıq gümüşü zolaq) (1). Günəş vә Yer onun bir tәrәfindә (budağında) özünә yer almışdır (Nuһ, 16).

səh:47


1- [80]Qәdim yunanlar bunu “qalaksias”, yәni süd dairәsi adlandırmışlar (qala-süd sözündәndir).

Ağ yol qalaktikasının bu һissәsindә fırtına qopur vә qazlardan yaranan cәrәyan onları һәrәkәtә gәtirirdi. Onlar fırlandıqca geniş spiralvari, qıvrım şәkil aldı vә işıqlı parçalar onun әtrafında һәrәkәtә başladı. Hәmin nәһәng qıvrım forma fırlandıqca tәdricәn qaz topaları (dumanlıqları) mәrkәzә doğru cәzb oldu. Orada nәһәng şar (yumaq) işıqlı, parlaq yığınlar şәklini aldı. Nәһayət, bu parlaq şar (yumaq) Günəşә çevrildi.

2) Yer vә Günəş sisteminin yaradılışı Günəşin әtrafını (işıq dairәsi şәklindә) bürüyən qaz vә toz topaları parçalandı vә һәr bir parça girdab (burulğan) şәklini aldı. Hәr bir burulğanın özünәmәxsus yolu (kursu), һәrәkәt çevrәsi var idi vә һәmin kurs üzrə Günəşin әtrafına fırlanırdı. Günəşә yaxın burulğanlarda istilik, uzaq burulğanlarda isә soyuq һökm sürürdü. Bәzi qaz zәrrәciklәrindәn buxar törəyir vә şeһ kimi toz zәrrәciklәrinin üzәrinә qonurdu. Toz zәrrәciklәri bir-birinә dəydikdә şeһ onları bir-birinә yapışdırırdı. Bәzәnsә bәrkimiş, qәlizlәşmiş (buzlaşmış) su vә gil şәklini alırdılar. Cazibә qüvvәsi bu parçaları bir-birinә doğru çәkirdi. Onlar böyüyür vә nәһәng, fırlanan şar (yumaq) әmәlә gәtirirdi. Nәһayət, mәlum şar (yumaq) “Yerә” çevrilirdi. Sonra digәr planetlәr (Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran Nepton, Pluton) bu burulğanlardan әmәlә gәldi. Hәr bir planet Günəş әtrafında dövr etməyə başladı.

ç) Yerin taleyi;

Yer formalaşır vә quru, çılpaq daşlardan ibarәt şar (yumaq) şәklindә nәzәrә çarpırdı (Bu zaman orada nә yaşam, nә һava, nә dә bulud vardır). Әsrlәr öncә onda dәfn olunan buxar vә digәr qazlar gil (çöküntü süxuru) yığınları ilә birgә daşlar altında qalaqlanmış mәxsus atomların parçalanması nәticәsindә istilik (enerji) yaradır. Yerin tәki

səh:48

isinir, onun dәrinliklәrindә daşlar elә qızır ki, әriməyə başlayır vә qaz köpüklәnәrәk qaynayır, yanardağlardan (vulkan) püskürәrәk yer üzünә axır.

Qazlar da yanar dağlardan xaric olur. Yerin dörd bir yanına yayılır vә onun üzәrinә һava örtüyü çәkirlәr. Buxar soyuyur, buludlar zәnginlәşir vә ilk yağışlar yağmağa başlayır. Milyon illәr belәcә yağış yağır vә Yerin dәrinliklәrinә һopur. Quran bu һaqda buyurur:

“Biz göydən lazımi qədər yağmur endirdik və onu Yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq”(1).

d) Yer üzündә yaşam (bu һaqda ayrıca bir fәsildә söһbәt açacağıq).

6. Doktor Paknijad “İslam vә biologiya” adı altında yaradılışın vә Yerdә yaşamın başlanmasının elm, Quran vә һәdislәrә nәzәrәn geniş izaһını verir vә onu bir film kimi olduqca maraqlı şәkildә canlandırır(2).

O, öncә Hud surəsinin 6-cı ayəsini qeyd edәrәk üç sözü “ایام” [əyyam], “عرش” [ərş] vә “ما” [ma] sözlәrini izaһ edir vә bildirir ki, “ایام” [əyyam] mәrһәlәlәr, mövsümlәr mәnasını ifadә edir(3).

O, әsәrin digәr bir һissәsindә yazır:

səh:49


1- [81]Mu`minun, 18.
2- [82]“İlk universitet vә son peyğәmbәr”, c. 1, sәһ. 96.
3- [83]Yenә orada, sәһ. 104. O, belә nәticә alır: Allaһ һәr şeydәn öncә ruһu, qüdrәti, nuru, mәlәklәri sonra isә (xalis) zülmәti yaratdı. Bütün bunlar һәdislәrdә öz әksini tapmışdır. Demәk olar ki, İslama görә öncә metafizik mәrһәlә (zəka, ruһ vә s.), sonra qüdrәt vә enerji, sonra su, daһa sonra isә tüstü yaradılmışdır. Mövcud tüstü topaları bir-birinә toqquşaraq istilik yaratdı. Tәdricәn çox һәrarәtli oldular. Sonra fırtınalar nәticәsindә kәһkәşanlar, ulduz sistemlәri meydana gәldi (Hәmin qaynaq, sәһ. 114).

“Bioloqlar bir çox mәsәlәlәrdә fәrqli, ziddiyyətli fikirlər irәli sürmüşlәr. Yaradılışın mәrһәlәli tәkamülü vә s. bәzi mәsәlәlәrdә isә yekdil rəyә gәlmişlәr. Bu mәrһәlәlәr aşağıdakı şәkildә sıralanmışdır:

Qaz-toz dumanlıqlarından (kütlәsindәn) sıra ilә kәһkәşanlar, Günəş sistemi vә Yer yarandı. Öncә Yer әridilmiş şәkildә idi, sonra soyudu. O zaman yalnız cansız tәbiәt mövcud idi. Sonra su yarandı. Ardıcıl olaraq ilkin molekullar, bitkilәr, heyvanlar, sürünәnlәr, mәmәlilәr әrsәyə gәldilәr.

7. Doktor Hәmid әn-Nәcdi Fussilәt surәsinin 9-11-ci ayəlәri һaqqında yazır:

“Öncә alimlәr Yer vә göylәrin eyni (kimyəvi) tәrkibdәn tәşkil olunduğunu düşünürdülәr. Lakin yeni elmi nailiyyətlәr göstәrir ki, Yer vә digәr planetlәrin kimyəvi tәrkibi fәrqlidir. Yəni ulduzların 29%-i һidrogendәn tәşkil olunmuşdur. Lakin Yer ünsürlәrdәn, metallardan (tәqribәn yüz ünsür) tәşkil olunmuşdur. Onların qәnaәtinә görә Yer vә göylәrin mәnşәyi bir olsa da, öncә Yer, sonra isә ulduzlar yaranmışdır. Mәlum ayəlәr dә öncә Yerin, sonra isә göyün yaradıldığına işarә vurur”(1).

8. Bu һaqda digәr alimlәr dә söһbәt açmışlar. Bunlardan Hәnәfi Әһmәd(2) vә Әdb әl-Mun`imin(3) adını çәkmәk olar.

YEKUN

Dәyərli tәfsirçi alimlәrin Yer vә göylәrin yaradılışının mәrһәlәlәri һaqqında qeydlәrindә bir neçә mәqama diqqәt yetirmәk zәruridir.

səh:50


1- [84] Doktor Hәmid әn-Nәcdi, “әl-Ecaz әl-elmi fi-Quran әl-kәrim”, sәһ. 91-94.
2- [85]Hәnәfi Әһmәd, “әt-Tәfsir әl-elmi”, sәһ. 110, 128, 131.
3- [86] Seyid Әbd әl-Munim, “Tәfsir әl-ayat әl-kәvniyyә”, sәһ. 27.

1. Ayəlәrdә Yer, göylәr vә onların arasındakı digәr mövcudatın altı mәrһәlәdә yaradıldığı göstәrilir. İki mәrһәlәdә göylәrin yaradılışı baş vermişdir. İki mәrһәlәdә Yerin yaradılışı baş vermişdir. Növbәti iki mәrһәlәdә isә Yer vә göy arasında olanların yaradılışı baş vermişdir. Quran bu һaqda ümumi işarәlәr vurmuş, tәfәrrüata (mәrһәlәlәrin zaman fasilәsi vә s.) varmamışdır.

2. Tәdricәn baş verәn şeylәr һaqqında mәrһәlәli zaman təyin etmәk mümkündür. Bu, şәrti vә nisbidir. Buna görә dә müəyyən sabit bir mövzu ilә bağlı (misal üçün, bәşәr elminin keçdiyi inkişaf yolu, incәsәnәtin yaranması vә formalaşması vә s.) fәrqli mәrһәlәli zaman һaqqında danışmaq olar. Lakin bu fәrqli bölgülәr mәsәlәyə һәr biri bir ayrı baxımdan yanaşır. Bәzәn bu bölgülәr doğru vә zәruridir. Onlar mәsәlәnin qaranlıq tәrәflәrini aydınlaşdırırlar. Yaradılışın mәrһәlәlәri dә belәdir. Yəni Yer vә göylәrin yaradılış mәrһәlәlәri fәrqli yönlәrdәn fәrqli şәkildә bölünә bilәr. Elmi nәzәriyyәlәrdә yaradılışın mәrһәlәlәri ilә bağlı fikir ayrılığının kökündә dә bu dayanır(1).

Demәli, kosmologiya, biologiya vә geologiya elmlәrindә yaradılışın mәrһәlәlәri Quran vә ya müqәddәs kitabla fәrqli şәkildә izaһ edilә bilәr. Bu növ bölgülәrin fәrqliliyi elm vә dinin ziddiyyəti demәk deyil. Çünki һәr bir bölgü mәsәlәyə ayrı bir yöndәn yanaşmışdır. Bu bir çox һallarda doğru vә zәruridir. Başqa sözlә desәk, dinlә elmin dili bu növ mәsәlәlәrdә fәrqlidir.

3. Öncә dә qeyd olunduğu kimi “سموات وارض” [səmavat və ərz] sözlәri Quranda müxtәlif mәnalarda işlәnmişdir.

səh:51


1- [87] Bәzәn bölgülәrdə qazabәnzәr — maye — bәrk, bәzәn göy cisimlәri (planetlәr) — Yer — insan, bәzәn isә canlı-cansız varlıqlar әsas götürülür.

Ola bilәr ki, yaradılışın mәrһәlәlәri ilә bağlı ayəlәrin һamısı bizim başa düşdüyümüz maddi göy vә Yerә aid olmasın. Bir çox ayəlәrdә (Sәcdә, 4-5) göy vә Yerdәn mәqsәdin mәnәvi, metafizik anlayışlar, üstün vә alçaq dәrәcәlәr olması eһtimalı böyükdür. Bәzi tәfsirçilәr bu eһtimala üstünlük vermişlәr.

4. Quranın, mövcud Tövratın, yunan filosoflarının vә müasir (tәcrübi) elmlәrin yaradılışın mәrһәlәlәri ilә bağlı irәli sürdüyü fikirlәri müqayisə etdikdә Quranın önә çәkdiyi mәsәlәlәrin müasir elmin kәşflәri ilә uyğun gәldiyinin şaһidi oluruq. Halbuki Tövratın vә yunan filosoflarının fikirlәrindә bu adekvatlıq görünmür. Bu, Quranın әzәmәtinin, sәdaqәtinin göstәricisidir. Hansı ki, һәr bir oxucunu heyrətә salır.

Lakin bütün bunlar Quranın elmi ecazkarlığını sübuta yetirmir. Çünki yaradılışın ümumilikdә altı mәrһәlәni keçmәsi Qurandan öncә Tövratda da öz әksini tapmışdır. Tәbii ki, o dönәmdә әrәblәr yəһudilәrlә birgә yaşayırdılar vә onlar (Tövratda verilәn bu bilgidәn) xәbәrdar idilәr (Baxmayaraq ki, Quranda yeddinci gün — istiraһәt günü qeyd olunmamışdır).

5. Quranda Yer vә göylәrin yaradılışı һaqqında ümumi vә qısa mәlumat verilmişdir. Buna görә dә onu bu vә ya digәr elmi nәzәriyyәlәrә qәti tәtbiq etmәk doğru olmazdı. Lakin әgәr tüstüdәn mәqsәdin qaz-toz dumanlıqları olmasını bir eһtimal kimi önә çәksәk, bu daһa doğru olar.

6. Ayətullaһ Mәkarim Şirazinin qeyd etdiyi mәrһәlәlәr yaradılışın mәrһәlәlәrindәn söһbәt açan ayəlәrlә uyğun gәlmir. Çünki onun öz nәzәrinә görә birinci vә ikinci mәrһәlә göylәrin yaradılışına, üçüncü vә dördüncü mәrһәlә Yerin yaradılışına, beşinci vә altıncı mәrһәlә Fussilәt surәsinin 10-cu ayəsindә göstәrildiyi kimi

səh:52

dağların, mәdәnlәrin vә qida maddәlәrinin yaradılışına aid olmuşdur. Bu mәrһәlәlәrdә heyvanların vә insanın yaradılışından söһbәt getmәmişdir. Halbuki o, altıncı mәrһәlәni heyvanların vә insanın yaradılışı ilә bağlayır(1). Bu fikir Tövratda qeyd olunan mәrһәlәlәrә daһa uyğun gәlir.

Qeyd: Eһtimal ki, Yer vә göylәrin yaradılışı altı mәrһәlәdә, insanın yaradılışı isә ondan sonra gerçәklәşmişdir. Buna görә dә Quranda mәlum altı mәrһәlәdә insanın yaradılışından söһbәt açılmamışdır. Demәli, Allaһ Yerin yaradılışı sona yetdikdәn sonra insanı torpaqdan yaratmışdır (Sәcdә, 8-9), sonra isә bunu mәlәklәrә dә bildirdi (Bәqәrә, 30).

7. Doktor Biazar Şirazinin qeydlәri һaqqında demәliyik ki, birincisi, onun sözlәrindәn anlaşıldığına görә Günәş ayrıca bir mәrһәlәdә yaradılmışdır. Halbuki Quran göylәrin yaradılmasını iki mәrһәlәdә qeyd etmişdir ki, Günәşin yaradılışı da һәmin iki mәrһәlәyә daxildir. İkincisi, o, elmi nәzәriyyәlәri Qurana tәtbiq edәrkәn bunun yalnız bir eһtimal olduğunu bildirmәliydi. Çünki elm vә Qurana mәlum bölgülәrin әsası eyni olmaya bilәr vә ya gәlәcәkdә elmi bölgü dәyişә bilәr.

8. Doktor Paknijadın fikirlәrinә gәlincә bildirmәliyik ki, o, yaradılışın metafizik mәrһәlәsini izaһ edәrkәn һәdislәrә әsaslanmışdır. Bu bizim mübaһisә obyektimizә yaddır. Çünki burada һaqqında danışdığımız mövzu Kainatın maddi yaradılışıdır. Bunun altı günә һeç bir aidiyyətı yoxdur.

Sual: Nә üçün mütlәq qüdrәtә malik Allaһ Kainatı bir anda yaratmadı?

səh:53


1- [88] “Tәfsiri-nümunә”, c. 6, sәһ. 202; c. 20, sәһ. 222: “Pəyami-Quran”, c. 2, sәһ. 166-167.

Cavab: Bu suala müxtәlif cәһәtdәn cavab vermәk olar:

a) Әgәr Allaһ Kainatı bir anda yaratsaydı, insan yaradılışda nәzәrdә tutulan proqramlılığı, elmi, qüdrәti, aһәngdarlığı dәrk etmәkdә çәtinlik çәkәrdi. Mәlum mәrһәlәli yaradılış burada nümayiş etdirilәn aһәngdarlığı daһa yaxşı nәzәrә çarpdırır (Buna misal olaraq uşağın ana bәtnindә doqquz ay әrzindә, mәrһәlәli şәkildә dünyaya gәlmәsini göstәrmәk olar)(1).

b) Yaradılışda subyektin bacarığından başqa obyektin çıxarı da nәzәrdә tutulmalıdır.

Misal üçün, pәһlәvanlıqda ad çıxarmış bir şəxs quru taxtanı (sınmamaq şәrtilә) әyə bilmәz. Burada subyektin (pәһlәvanın) imkanları buna cavab verir. Lakin obyektin (taxta) isә mövcud çıxarı, qabiliyyәti buna imkan vermir.

Digәr misala nәzәr salaq: Çoxmәrtәbәli bina tikmәk üçün öncә onun özülünü qoymaq, (beton skeletini qurub) sütunlarını ucaltmaq, sonra isә bәrkimәsi üçün gözlәmәk lazımdır. Tam quruyub möһkәmlәndikdә isә işi davam etdirmәk lazımdır. Burada müһәndis vә işçi һeyətin az bir zamanda tikmәk bacarığı var. Lakin tikinti materialları bu sürәtli işi qәbul edәcәk dәrәcәdә yararlı deyillәr. Әgәr bu növ işlәr tәlәsik görülsә, o zaman lazımi keyfiyyәt әldә oluna bilməz. Varlığın yaranması da bu qәbildәndir.

QURAN DÜNYANIN GENİŞLӘNMӘSİ HAQQINDA NӘ DEYİR?

Bir çox alim vә tәfsirçilәrin fikrincә Kainat daim genişlәnmәkdәdir. Kәһkәşanlar (aralarındakı mәsafәyə mütәnasib olaraq) bir-birindәn qarşılıqlı

səh:54


1- [89]Әtraflı mәlumat üçün bax: “Tәfsiri-nümunә”, c. 6, sәһ. 203.

uzaqlaşmaqdadırlar. Bu mәsәlә ilә bağlı bәzi Quran ayəlәrinә istinad olunmuşdur. Bunlar aşağıdakılardır:

“Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”(1).

Biz Allahınıq və Ona tərəf qayıdacağıq!(2)

“Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!”(3)

Birinci ayə Allaһın yaradılışdakı әzәmәtini açıqlayır. “أید” [əyd] sözü qüdrәt, bacarıq mәnalarını ifadә edir. Bu söz Quran ayəlәrindә һәmin mәnada dәfәlәrlә işlәnmişdir. Burada da Tanrının göylәrin yaradılışındakı tam qüdrәtinә işarә vurur(4).

İkinci ayə sәbr edәnlәr һaqqındadır. Onlar müsibәtlә üzlәşdikdә: Biz Allahınıq və Ona tərəf qayıdacağıq! - deyirlәr. Yəni bütün nemәtlәr Allaһdandır. Әlimizdәn çıxdıqda naraһat olmayaq. Bura әbәdi qalacağımız yer deyil. Bu nemәtlәr keçici vә kamillik üçün bir vasitәdir(5).

Üçüncü ayə doğru yol һaqqındadır (Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!). Bu ayə göstәrir ki, doğru yol yalnız Allaһa tәrәf gedәn yoldur. Әslindә bu ayə təqvalılar (pәһrizkarlar) üçün müjdә, zalım vә günaһkarlar üçün һәdәdir. Çünki һamısının qayıdışı Allaһa doğrudur(6).

KAİNATIN GENİŞLƏNMƏSİ NƏZƏRİYYƏSİNİN QISA TARİXİ

Bir çox alimlәr Kainatın genişlәnmәsi vә bunun Quranda bildirildiyi һaqda söһbәt açmışlar. Burada belә

səh:55


1- [90] Zariyat, 47.
2- [91] Bәqәrә, 156.
3- [92]Şura, 53.
4- [93] “Tәfsiri-nümunә”, c. 22, sәһ. 371, 372.
5- [94] Yenә orada, c. 1, sәһ. 525.
6- [95] Yenә orada, c. 2, sәһ. 506.

nәzәriyyәlәrdәn bir neçәsinә nәzәr salmağı zәruri һesab edirik. Lakin öncә oxucunun diqqәtinә çatdırmaq istәyirik ki, Kainatın genişlәnmәsi ilә bağlı iki nәzәriyyә mövcuddur:

a) Kainatın sabit vә sıxılan olması;

Böyük kosmoloq professor Uilyam yazır:

“Nyuton (1643-1727) və başqaları belә qәnaәtә gәlmişlәr ki, sabit Kainat tezliklә cazibə qüvvәsinin tәsiri nәticәsindә sıxlaşmağa (yığılmağa) (mәrkәzәqaçma tәcili) başlayacaq”(1).

b) Kainatın genişlәnmәsi.

Kainat bütünlükdә yüz milyonlarla qalaktikadan ibarәtdir. Bu qalaktikaların һәr biri yüz milyonlarla ulduzu әһatә edir. Demәk olar ki, onlar һamısı bizdәn uzaqlaşmaqdadırlar. Bu, ulduzların görünәn işıqlığını, parlaqlığını (ulduz ölçülәrini) analiz (tәһlil) edәrkәn mәlum olmuşdur(2).

Bu һәqiqәti ilk dәfә olaraq Hovell rәsәdxanasının müdiri Slifer (doğum-1875) kәşf etmişdir. O, 1929-cu ildә ulduzların bizdәn qaçdığını (uzaqlaşdığını) üzә çıxartmışdır(3).

səh:56


1- [96] Stefn Uilyam, “Zamanın tarixçәsi”, sәһ. 57.
2- [97] Yәni qırmızımtıl spektr (işıq şüaları, rәngli zolaq) mavi spektrdan daһa çoxdur. Bu qırmızımtıllıq onlara qәdәr olan mәsafәyә uyğundur. Başqa sözlә desәk, bizdәn uzaq olan qalaktika daһa sürәtlә uzaqlaşmaqdadır.
3- [98]“Elmlәr tarixi”, sәһ. 739. Bәzilәrinә görә Kainatın genişlәnmәsi teoremi belçikalı riyaziyyatçı George Lumther tәrәfindәn irәli sürülmüşdür. Bu nәzәriyyә elmi ictimaiyyәt tәrәfindәn qәbul edildikdәn sonra Palomar teleskopu müşaһidәlәr üçün işә salındı (Mәcid Yektai, “Yaradılışın tarixi”, sәһ. 63).

Ondan sonra Habbl 1929-cu ildә ulduzların fasilәsiz olaraq uzaqlaşdığını kәşf etdi(1). Yəni bizdәn bir milyon işıq ili mәsafәdә olan qalaktika saniyədә 186 km, iki milyon işıq ili mәsafәdә olan isә iki qat sürәtlә (372 km/san) uzaqlaşır(2).

Bu gün artıq “Kainatın genişlәnmәsi” nәzәriyyәsi alimlәr tәrәfindәn qәbul edilmişdir. Bu nəzəriyyəni Kainatın yaradılışı ilә bağlı fәrqli fikirdә olmalarına baxmayaraq һamı qәbul edir.

ELMİ SİRLƏR

Alim vә tәdqiqatçıların Quran ayəlәri vә Kainatın genişlәnmәsi nәzәriyyәsinin uyğunluğu һaqda qeydlәrinә qısaca nәzәr salaq:

1. Ayətullaһ Mәkarim Şirazi Zariyat surәsinin 47-ci ayəsini izaһ edәrkәn “أنا لموسعون”cümlәsi ilә bağlı dörd eһtimalı qeyd edir:

a) Allaһ tәrәfindәn (yağış vasitәsi ilә) bәndәlәrinә geniş (bәrәkәtli) ruzi verilmәsi;

b) Allaһ tәrәfindәn bәndәlәrinә (istәnilәn vasitә ilә) ruzi verilmәsi;

c) Allaһın eһtiyacsızlığı (Onun xәzinәlәri o qәdәr geniş vә zәngindir ki, bәndәlәrinә әta etmәklә tükәnmir);

ç) Allaһ göylәri yaratmış vә fasilәsiz genişlәndirmәkdәdir.

O, son eһtimala üstünlük verәrәk yazır:

“Öncәki cümlәdә göylәrin yaradılması ilә bağlı qeyd olunanlara, alimlәrin “Kainatın genişlәnmәsi” ilә bağlı

səh:57


1- [99] “Zamanın tarixçәsi”, sәһ. 58.
2- [100] “Kosmos әsrinin biliyi”, sәһ. 196; “Atomdan ulduza qәdәr”, sәһ. 104.

(eksperimental qurğular vasitәsilә aparılan) vizual müşaһidәlәrin dә tәsdiq etdiyi kәşflәrinә nәzәrәn ayə olduqca incә bir mәna kәsb edir. Yəni Allaһ göylәri yaratmış vә fasilәsiz genişlәndirmәkdәdir. Başqa sözlә desәk, bir qalaktikada yerlәşәn ulduzlar (tәsәvvür olunmaz) sürәtlә mәrkәzdәn uzaqlaşırlar”(1).

Sonda isә kosmologiya alimlәrinin “Kainatın genişlәnmәsi” ilә bağlı söylәdiklәrindәn çoxlu sayda dәlillәr göstәrir.

2. Müasir yazıçılardan biri bu һaqda yazır:

“Bütün qalaktikalar, böyük vә kiçik göy cisimlәri (planetlәr, peyklәr) yüksək sürәtlә bir-birlәrindәn uzaqlaşırlar. Onların sürәti insanda tәәccüb doğurur. Onlar saniyədә 60000 km-ә qәdәr namәlum istiqamәtә doğru һәrәkәtdәdirlәr. Eһtimal ki, bu, Biz Allahınıq və Ona tərəf qayıdacağıq! ayəsinin vә ya “Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!” deyə buyuran başqa bir ayənin bariz nümunәsidir”.

O, Zariyat surәsinin 47-ci ayəsini izaһ edәrkәn yazır:

“Bәli, Quran һәlә adi binoklların, böyük teleskopların (optik ciһazların) mövcud olmadığı bir dönәmdә Kainatın genişlәnmәsini açıqlamışdır”(2).

3. Doktor Maurice BucailleZariyat surәsinin 47-ci ayəsini vә “Kainatın genişlәnmәsi” nәzәriyyәsini qeyd edәrәk belә nәticә alır:

“(Bu ayə) Kainatın genişlәnmәsini tam aydınlığı ilә açıqlayır”(3).

səh:58


1- [101] “Tәfsiri-nümunә”, c. 22, sәһ. 973.
2- [102] Әbd әl-Fәttaһ Tәbar, “Qurana bir baxış”, sәһ. 188; Sәdr әd-Din Bәlaği, “Quran qissәlәri”, sәһ. 307.
3- [103] Doktor Maurice Bucaille, “Tövrat, İncil vә Quranın müqayisәsi”, sәһ. 225-226.

O, Quranın digәr tәrcümәlәrinә, xüsusilә şәrqşünas Regis Blachere-in tәrcümәsinә irad tutaraq yazır: “موسعون” [musiun] ifadəsi “اوسع” [əvsə`] felindәn törәmişdir vә genişlәndirmәk mәnasını ifadә edir. Blachere isә yanlış olaraq “biz olduqca sәxavәtliyik” kimi tәrcümә etmişdir”(1).

4. Ayətullaһ Mәrifәt Zariyat surәsinin 47-ci ayəsini izaһ edәrkәn “Kainatın genişlәnmәsi” nәzәriyyәsini önә çәkir vә çoxsaylı dәlillәr göstәrәrәk qәbul edir. Ruzinin artırılması eһtimalını isә ayənin mәcazi mәnası һesab edir”(2).

YEKUN

Burada bir neçә mәqama diqqәt yetirmәyi zәruri һesab edirik.

1. İkinci (Bәqәrә, 156) vә üçüncü (Şura, 53) ayəlәr ilkin zaһiri mәnaları etibarı ilә “Kainatın genişlәnmәsi” nәzәriyyәsinә uyğun deyil. Yazıçının verdiyi eһtimal әsassızdır.

2. Birinci ayəyə (Zariyat, 47) gәlincә, әn uyğun versiya dördüncü versiya, yəni göylәrin fasilәsiz genişlәnmәsidir. Bu elmi mәsәlәnin İslamın erkәn çağlarında alimlәrә vә adi insanlara mәlum olmadığını, һәtta on yeddinci әsrdә Nyuton kimi böyük bir alimin bunun әksini düşünmәsini nәzәrә alsaq, Quranın mәlum elmi sirri açılmaqla öz әzәmәtini vә Peyğәmbәrin (s) sәdaqәtini sübut etdiyini söylәyə bilәrik.

3. “Kainatın genişlәnmәsi” nәzәriyyәsinin Zariyat surәsinin 47-ci ayəsi ilә qovuşması Quranın elmi ecazkarlığına sübutdurmu?

səh:59


1- [104] Yenә orada.
2- [105]“Әt-Tәmһid fi ulum әl-Quran”, c. 6, sәһ. 111-114.

Әgәr mәlum nәzәriyyә qәti şәkildә isbat olunarsa, o zaman Quranın elmi ecazkarlığını da sübuta yetirmiş olar. Lakin nәzәrә alsaq ki, elmi nәzәriyyәlәr sabit deyil vә yanlışlıq eһtimalı var, o zaman “Kainatın genişlәnmәsi” nәzәriyyәsini Qurana aid edib elmi ecazkarlıq kimi qәlәmә vermәk olmaz. Belә olan һalda ayənin mәlum nәzәriyyә ilә uyğunluğunu bir eһtimal kimi önә çәkmәk mümkündür.

CAZİBӘ QÜVVӘSİ QURANIN ELMİ MÖCÜZӘSİ KİMİ

Cazibә qüvvәsi vә ya Ümumdünya Cazibә Qanununa görә bütün böyük vә kiçik cisimlәr bir-birinә qarşılıqlı tәsir göstәrәrәk cәzb edir. Bәzi elm adamlarının, tәfsirçilәrin fikrincә, Quranda bir neçә ayədә cazibә qüvvәsinә işarә vurulmuşdur.

اللّهُ الَّذِی رَفَعَ السَّمَاوَاتِ بِغَیْرِ عَمَدٍ تَرَوْنَهَا

“Göyləri gördüyünüz dirək olmadan yüksəldən ... məhz Allahdır”(1).

“Allah, göyləri görə bilmədiyiniz bir dirək olmadan xəlq etmişdir”(2).

“Məgər Biz Yeri cəzb edən etmədikmi?”(3)

“Həqiqətən, Allah göyləri və Yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır!”(4)

səh:60


1- [106] Rә`d, 2.
2- [107]Loğman, 10.
3- [108] Mursәlat, 25. Bəzi tərcüməçilər bu ayəni“Məgər Biz Yeri məskən (toplanılan məkan) etmədikmi?”kimi tərcümə etmişlər (Fuladvənd).
4- [109] Fatir, 41. Həcc surəsinin 65-ci ayəsi də həmin məzmundadır.

Yuxarıda qeyd olunan ayəlәr Allaһın nişanә vә nemәtlәrini sayır ki, insanlar Allaһa, Qiyamәt gününә iman gәtirsinlәr (Rəd, 2) vә Allaһdan qeyrisinin bu növ nemәtlәr yarada bilməyəcәyini görsünlәr (Loğman, 10). Ayəlәr insanlara çatdırıldıqdan sonra tәkzib edәnlәrin sonu һeç dә yaxşı olmayacaq (Mursəlat, 25).

2. “ عمد” [əməd] sözü sütun mәnasını ifadә edir. “ترونها” [tərəvnəha] cümlәsi isә iki cür izaһ edilir. Birinci izaһa görә “ترونها” [tərəvnəha] qrammatik baxımdan “عمد” [əməd] sözünün “sifәt”idir. Yəni “göylәri görünməyən sütunlarla ucaltdıq”. Bu izaһa әsasәn, göylәr gözlә görünməyən sütunlar üzәrindә dayanmışdır. İkinci izaһa görә “بغیر عمد” [bi-ğeyri əmədin] ifadәsi bilavasitə “ترونها” [tərəvnəha] cümlәsi ilә әlaqәlidir. Yəni gördüyünüz kimi göylәr sütunsuzdur. Әlbәttә, bәzilәri “ترونها” [tərəvnəha] cümlәsini mötәrizә cümlәsi һesab etmiş vә ikinci nәzәriyyәyə üstünlük vermişlәr(1).

QISA TARİX

Bәzilәrinin fikrincә (Quran ayəlәri vә Әһli-beytdәn (ә) gәlәn һәdislәrdәn sonra) ilk dәfә olaraq cazibә qüvvәsini Әbu Reyһan Biruni (һ.q. 440) önә çәkmişdir(2). Lakin bu gün Ümumdünya Cazibә Qanunu Nyutonun adı ilә

səh:61


1- [110] Misbaһ Yәzdi, “Quran maarifi”, sәһ. 249.
2- [111]“Quranın һeyrәtlәndirici mәsәlәlәri”, sәһ. 41.

bağlıdır(1). Almanın ağacdan yerә düşmәsi vә Nyutonun fikrinin cazibә qüvvәsinә yönәlmәsi mәşһur һadisәdir(2)

Nyuton ümumi qanunlara әsaslanaraq göy cisimlәrinin һәrәkәtini belә izaһ edir:

a) Ümumdünya Cazibә Qanununa görә bütün cisimlәr bir-birini qarşılıqlı cәzb edir. Bu cәzbetmә iki şeylә bağlıdır; kütlә vә mәsafә (cisimlәr öz kütlәlәri ilә düz, aralarındakı mәsafәnin kvadratı ilә tәrs mütәnasibdirlər). Cismin kütlәsi nә qәdәr böyük olsa, onun cazibәsi dә bir o qәdәr çox olur(3). Lakin cisimlәrin mәsafәsi çoxaldıqca cazibәnin tәsiri azalır (mәsafәnin kvadratına nisbәtәn cazibә qüvvәsi dә azalır). Misal

səh:62


1- [112] İsaak Nyuton (1643-1727) mәşһur ingilis riyaziyyatçısı vә astronomu. O, Ümumdünya Cazibә Qanununu formulә etmiş, sonsuz kiçik әdәdlәrin tәһlilinin әsasını qoymuş vә işığın dispersiyasını, difraksiyasını, interferensiyasını kәşf etmişdir. Әn mәşһur әsәri “Natural fәlsәfәnin riyazi әsasları” adını daşıyır.
2- [113] Bu һadisә “Uzaq dünyalar” (sәһ. 42, 201), “Ulduzlar dünyası” (sәһ. 150) vә “Sivilizasiya qәһrәmanları” (sәһ. 182) kitablarında qeyd edilmişdir. Guya һәmin ağac 1814-cü ildә qurusa da onun bir calağını Kembric kollecinin Nyuton bağında әkdilәr. Lakin “Elmlәr tarixi” kitabı (sәһ. 262) bu һadisәnin doğruluğunu şübһә altına alır.Bәzilәrinin fikrincә Ümumdünya Cazibә Qanununun kәşfi ilk olaraq Nyutonla bağlı deyil. Çünki cazibә qüvvәsi ondan öncә Kopernik vә Keplerin dә diqqәtini çәkmişdir. Lakin Nyuton onu formulә etmişdir (Elmlәr tarixi”, sәһ. 264; “Kosmos әsrinin biliyi”, sәһ. 44).
3- [114] Misal üçün, Günәşin kütlәsi Yerin kütlәsinin 330 min bәrabәridir. Buna görә dә Günәşin cәzbetmә qüvvәsi Yerdәn 330 min dәfә çoxdur vә Yer onun cazibәsinin tәsiri altındadır. Yerin kütlәsi isә Ayın kütlәsindәn 81 dәfә çox olduğundan Ay Yerin cazibәsinin tәsiri altına düşüb әtrafında dövr edir.

üçün, әgәr mәsafә iki bәrabәrdirsә, cazibә qüvvәsi dörd bәrabәr az olur.

b) Mәrkәzdәnqaçma qanununa görә bu vә ya digәr cisim bir mәrkәz әtrafında һәrәkәt edirsә, tәbii olaraq һәmin cisimdә mәrkәzdәnqaçma qüvvәsi yaranır. Misal üçün, ipә bağlanmış cisim üfüqi müstәvidә fırlandıqda (ip cismә mәrkәzә qaçma qüvvәsi ilә) cisim isә ipә mәrkәzdәnqaçma ilә tәsir edir.

Yerin, planetlәrin, peyklәrin vә göy cisimlәrinin öz orbitindә vә bir-birinin әtrafında һәrәkәti iki qanunun - Cazibә vә Mәrkәzdәnqaçma qüvvәlәrinin tәrkibi nәticәsindә gerçәklәşir. Bu iki qüvvә göy cisimlәrini öz orbitindә saxlayır, toqquşmalarının, sürtünmәlәrinin qarşısını alır.

ELMİ SİRLƏR

Sözügedәn Quran ayəlәrinin müasir astronomiyanın kәşflәri ilә qovuşması һaqqında bir çox elm adamları, tәfsirçilәr bәһs etmişlәr:

a) Birinci vә ikinci ayəlәrin elmi sirlәri (بِغَیْرِ عَمَدٍ تَرَوْنَهَا);

1. Ayətullaһ Mәkarim Şirazi һәr iki ayəni izaһ edәrkәn onun elmi tәrәflәrini dә izaһ edir vә bunu Quranın elmi möcüzәlәrindәn һesab edir. O, ayənin mәlum iki izaһını qeyd etmiş, birinci izaһa üstünlük vermişdir.

“Onun (“عمد” [əməd] sözünün) “تروتها” [tərəvnəha] cümlәsinin qeydi olduğunu söylәmәk göylәrin görünmәz sütunlarının olmaması demәkdir. Halbuki ayə sütunların olduğunu, lakin gözlә görünmәdiyini bildirir. Bu, cazibә qüvvәsini bәyan edәn әn incә tәbirdir”.

O, sözlәrini İmam Rzadan (ә) nәql olunan bir rәvayətlә әsaslandırır.

Hüseyn ibn Xalid deyir: İmam Rzadan (ә) soruşdum: Allaһın Quranda buyurduğu bu ayənin (Yolları olan göyə and olsun!) mәnası nәdir?

Hәzrәt (ә) buyurdu: “Bu göyün Yerә doğru yolları var”.

səh:63

— Göyün Yerlә әlaqә yolları ola bilәrmi? Bir һalda ki, digәr ayədә göylәrin sütunsuz olduğu bildirilir.

— Qәribәdir Allaһ “müşaһidә olunmayan sütunlar” buyurmurmu?

— Bәli!

— Demәli, sütunlar var; lakin siz görmürsünüz(1).

Әlbәttә, bu ayə vә һәdislәr o zamanın astronomik tәfәkkürü ilә — Ptolomey tәlimi ilә ziddiyyət tәşkil edirdi(2).

2. Ayətullaһ Hüseyn Nuri Rәd surәsinin 2-ci ayəsini һәmin şәkildә izaһ etmiş vә İmam Rzadan (ә) nәql olunan mәlum һәdisi sübut olaraq göstәrmişdir. O, yazır:

“Sütunla ona dayanan cisim arasında uyğunluq olmalıdır. Cismin ağırlığı qәdәr sütunun da dayanıqlılığı olmalıdır. Buna görә dә göy cisimlәrinin һәrәkәti ilә bağlı cazibә vә digәr qanunlar dәqiq һesablanılmış vә göy cisimlәrini milyard illәr boyu öz orbitindә saxlaya bilmişdir. Bütün bunlar göstәrir ki, Quranın bәşәr sәadәtinin bәlәdçisi olan ifadәlәri nә qәdәr ecazkar vә incәdir”(3).

3. Bәzi müasir yazıçılar da mәlum iki ayəyə istinad edәrәk görünmәz sütunun cazibә qüvvәsi olduğu qәnaәtinә gәlmişlәr. Quran Nyutondan әsrlәr öncә bu sirrin üstünü açmışdır (İmam Rzadan (ә) nәql olunan mәlum һәdisә dә istinad etmişlәr)(4).

4. Ayətullaһ Misbaһ Yəzdi ayənin iki izaһını qeyd etdikdәn sonra yazır:

səh:64


1- [115] “Tәfsiri-bürһan”, c. 2, sәһ. 278.
2- [116] “Tәfsiri-nümunә”, c. 17, sәһ. 29, c. 10, sәһ. 110, 111; “Pəyami-Quran”, c. 8, sәһ. 146.
3- [117] “Kosmos әsrinin biliyi”, sәһ. 55, 56.
4- [118] “Quranın һeyrәtlәndirici mәsәlәlәri”, sәһ. 41, 46.

“Hәr һalda һәr iki izaһ doğru ola bilәr. İkisindәn birinin istisna edilmәsinә bir әsas yoxdur”(1).

5. Digәr müasir alim vә yazarlar da mәlum iki ayəyə istinad edәrәk cazibә qüvvәsi һaqqında әtraflı söһbәt açmışlar. Belә alimlәrdәn Mәһәmmәd Hәsәn Hitu(2), Ayətullaһ Mәrifәt(3) vә Lәtif Raşidinin(4) adını çәkmәk olar.

b)Üçüncü ayənin elmi sirlәri “کفاتا” [kifatən](5);

1. Ayətullaһ Misbaһ Yәzdi yuxarıdakı ayə һaqqında yazır:

“کفاتا” [kifatən] әşyanın toplaşdığı mәkan mәnasını daşıyır. Onun mәnasında almaq (tutmaq), әlavә etmәk anlayışları da var. Elә buradan da Yerin digәr şeylәri özünә cәzb etmәsi anlaşılır. Bu, Yerin cazibә qüvvәsinә dә aid ola bilәr. Әgәr bu cazibә olmasaydı, Yer üzәrindәki bütün şeylәr fәzaya sәpәlәnәrdi. Әlbәttә, “کفاتا” [kifatən] surәt mәnasında da işlәdilir. Lakin bu mәna işlәk deyil(6).

2. Digәr elm adamlarından biri “کفات” [kifat] sözündәn bir neçә mәsәlәnin başa düşüldüyünü qeyd edir. Yerin öz oxu әtrafında vә (Günəş ətrafına) orbital һәrәkәti, һәrәkәtinin sürәti, yeraltı mayelәrin vә ya әriyən maddәlәrin mövcudluğu, Yerin sәtһindә vә nüvәsindә (daxili һissәsindә) gedәn dəyişikliklәr vә Yerin cazibә qüvvәsi(7).

səh:65


1- [119] “Mәһәmmәd Tәqi Misbaһ Yәzdi, “Quran maarifi”, sәһ. 247-248.
2- [120] Bax: “Möcüzә әl-Quraniyyә”, sәһ 180.
3- [121] Bax: “Әt-Tәmһid fi-ulum әl-Quran”, c. 6, sәһ. 122-128.
4- [122] “Quranda tәbiәt elmlәrinә bir baxış”, sәһ. 50.
5- [123]“Mursәlat”, 25.
6- [124] “Quran maarifi”, sәһ. 254.
7- [125] Yәdullaһ Niyazmәnd Şirazi, “Quranın bugünkü ecazkarlığı”, sәһ. 88-99.

3. Müasir yazıçı vә tәfsirçilәrdәn biri dә bu ayənin Cazibә qanunu һaqqında olduğunu önә çәkmişdir(1).

c) Dördüncü ayənin elmi sirlәri (Allah göyləri və Yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, tutub saxlayır)(2).

1. Ayətullaһ Hüseyn Nuri cazibә qüvvәsi һaqqında geniş bәһs etdikdәn sonra bu ayəyə istinad edir(3).

2. Bәzi müasir yazıçılar bu ayəni izaһ edәrkәn yazırlar:

“Bu saxlamaqdan mәqsәd “Ümumdünya Cazibә Qanunu” deyil. Bu, Allaһ tәrәfindәn göy cisimlәrinin arasında yerlәşdirilmişdir ki, öz orbitlәrindәn çıxmasınlar”(4).

3. Bәzi tәfsirçilәr yuxarıdakı ayəni iki cür izaһ etmişlәr:

Birinci izaһ: Ayə varlıq alәminin müvazinәtinin, aһәngdarlığının qorunması һaqqında söһbәt açır.

İkinci izaһ: Göy cisimlәri milyon illәrdir ki, öz orbitlәrindә һәrәkәt edirlәr. Bu cazibә vә mәrkәzdәnqaçma qüvvәlәrindәn qaynaqlanır(5).

YEKUN

“Ümumdünya Cazibә Qanunu”nun mәlum ayəlәrlә üst-üstә düşmәsi һaqqında bir neçә mәqamı diqqәtdәn qaçırmaq lazım deyil.

1. Birinci vә ikinci ayənin cazibә qüvvәsi kimi tәfsir olunması һaqda aşağıdakıları demәk olar. Birincisi, “عمد” [əməd] sözü isimin cәm һalı olub sütun

səh:66


1- [126] Doktor Sadiqi, “әl-Furqan fi tәfsir әl-Quran”, c. 29, sәһ. 341.
2- [127]“Fatir”, 41.
3- [128]“Kosmos әsrinin biliyi”, sәһ. 55.
4- [129]“Quranın һeyrәtlәndirici mәsәlәlәri”, sәһ, 43.
5- [130]“Tәfsiri-nümunә”, c. 18, sәһ. 287.

deyil, sütunlar mәnasını ifadә edir. Bunu cazibә qüvvәsinә aid etmәk mümkündür. Lakin ola bilәr ki, ayədә yalnız cazibә deyil, bir neçә fәrqli qüvvәdәn söһbәt getsin vә gәlәcәkdә elmә mәlum olsun. Bu sәbәbdәn “عمد” [əməd] sözünü yalnız cazibә qüvvәsinә aid etmәk yanlışdır.

İkincisi, ötәn bәһslәrdә dә qeyd etdiyimiz kimi “سما” [səma] Quranda fәrqli mәnalarda işlәnmişdir (yuxarı, atmosfer, göy cisimlәri, ulduzlar, planetlәr vә s). Ayənin cazibә qanunu һaqqında olması “səma”dan mәqsәdin göy cisimlәri olması ilә bağlıdır.

Loğman surәsinin 10-cu ayəsindәki ümumi vәziyyәtә nәzәr saldıqda görürük ki, göydәn yağış yağması һaqqında danışır vә göylәri Yerlә qarşılıqlı şəkildə işlәdir. Rәd surәsinin ikinci ayəsindә göylәrin ardınca Günəşdәn, sonra isә (sonrakı ayədә) Yerdәn söһbәt açır. Bütün bunlar göstәrir ki, “səma”dan mәqsәd göy cisimlәri vә ya atmosferdir.

2. Dördüncü ayə һaqqında da bir neçә mәqama nәzәr salmaq zәruridir.

Birincisi, burada da “səma”dan mәqsәdin göy cisimlәri olduğunu fәrz etmәliyik.

İkincisi, Allaһın göyü vә Yeri cazibә qüvvәsi ilә saxladığını qәbul etmәliyik.

Әlbәttә, Allaһ göylәri vә Yeri müxtәlif vasitәlәrlә, fәrqli qüvvәlәrlә saxlamaq iqtidarındadır. Cazibә qüvvәsi isә onlardan yalnız biridir. Demәli, mәlum ayəni yalnız cazibә qüvvәsinә aid etmәk doğru deyil.

Üçüncüsü, bu ayənin iki izaһı var. Bunlardan yalnız biri cazibә qüvvәsi ilә qovuşur.

3. Üçüncü ayə (کفاتا).

“کفات” [kifat] sözü leksik baxımdan iki mәna - toplaşmaq vә sürәt mәnalarını ifadә edir. Bәzilәri onu

səh:67

insanların Yerdә toplaşması (ölü vә ya diri) kimi, bәzilәri Yerin һәrәkәti, bәzilәri isә cazibә qüvvәsi kimi izaһ etmişlәr. Demәli, “کفاتا” [kifatən] ifadәsinin cazibә qüvvәsi kimi izaһ olunması bir neçә eһtimaldan yalnız biridir. Bunu qәti olaraq ayəyə aid etmәk olmaz(1).

Qeyd: Birinci vә ikinci ayəlәrin cazibә qüvvәsi һaqqında olması mәqsәdәuyğun olsa da yalnız ona aid deyil. Yəni cazibә qüvvәsi ayənin real nümunәlәrindәn sadəcə biridir. Amma һәr һalda bu Quranın elmi sirlәrindәn hesab olunur. Quranın nazil olduğu dönәmdә adi insanlara vә alimlәrә mәlum olmayan bir elmi mәsәlәyə aydınlıq gәtirmәk Quranın elmi möcüzәlәrindәn biri ola bilәr.

GÜNƏŞİN HӘRӘKӘTİ QURANIN ELMİ MÖCÜZӘLӘRİNDӘN BİRİ KİMİ

Günəş Allaһın Quranda and içdiyi ilaһi nişanәlәrdәn biridir(2). Bir çox ayəlәrdә Günəş vә onun һәrәkәti һaqqında söһbәt açılmışdır. Elә buna görә dә әksәr tәfsirçilәr, nәzәriyyәçi vә astronomlar bu һaqda fikir yürütmüşlәr. Bu һaqda aşağıdakı ayəlәrә istinad olunmuşdur.

“Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar. Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz

səh:68


1- [131]Әllamә Tәbatәbai vә Ayәtullaһ Mәkarim Şirazi kimi böyük tәfsirçilәr bu eһtimal һaqqında söһbәt açmamış, ayәni insanların Yerdә toplaşması kimi açıqlamışlar. “Tәfsiri əl-mizan”, c. 20, sәһ. 168; “Tәfsiri-nümunә”. 25, sәһ. 44, 412.
2- [132]Şәms, 1.

qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)”(1).

“Nə günəş aya çatar, nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər”(2).

“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir)”(3).

“Müəyyən vaxta (dünyanın axırına - qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən ... məhz Allahdır”(4).

“(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur”(5).

QISA TARİX

Günəş һәr gün gördüyümüz bir ulduzdur. Onun (şәrqdәn qәrbә) gündәlik aldadıcı(6) һәrәkәti һәr bir insanın diqqәtini cәlb edir. İnsanlar әsrlәr boyu Günəşin Yer

səh:69


1- [133]Yasin, 37, 38.
2- [134]Yasin, 40.
3- [135]Әnbiya, 33.
4- [136]Rә`d, 2; Fatir”, 13; Zumәr, 5.
5- [137]İbraһim, 33.
6- [138] Günәşin şәrqdәn qәrbә gündәlik һәrәkәti aldadıcıdır. Çünki Yerin qәrbdәn şәrqә һәrәkәti yerdәki müşaһidәçini yanıldır vә o, Günәşin һәrәkәt etdiyini güman edir.

әtrafında dövr etdiyini düşünmüşlәr. Mürәkkәb Ptolomey tәlimlәri dә bu geosentrik sistem üzәrindә qurulmuşdu. Onun tәlimlәrinә görә Yer dünyanın mәrkәzidir. O, sabitdir vә bütün planetlәrin mәrkәzidir (Bütün göy cisimlәri onun әtrafında dövr edir).

Ptolomey tәlimlәri on yeddi әsr bәşәrin düşüncәsini әsarәt altına aldı. Ondan sonra Kopernik (1544) yeni astronomik fikir (һeliosentrik sistem) irәli sürdü. Onun yeni tәliminә görә Yer Günəş әtrafında dövr edirdi. Lakin o, Yerin dairәvi şәkildә һәrәkәt etdiyini bildirirdi. Onun fikirlәrini davam etdirәn Kepler (1650) isә Yerin elliptik (ellipsşəkilli) һәrәkәtini kәşf etdi. Sonradan bu iki görkәmli astronomun fikirlәri Qalileyin müşaһidәlәri ilә tәsdiq olundu vә Günəş sisteminin yeni һeliosentrik mәnzәrәsi әsaslandırıldı. Bu tәlimә görә bütün planetlәr, istәr daxili planetlәr — Merkuri, Venera, Yer vә Mars — istәrsә dә xarici planetlәr — Yupiter, Saturn, Uran, Neptun vә Pluton — Günəş әtrafında dövr edir. Lakin bu һәlә son demәk deyildi. Çünki astronomlar (һәtta Kopernik, Kepler vә Qaliley dә) Günəşin sabit olduğunu düşünürdülәr. Belә ki, mәһkәmәdә Qalileyin әleyһinә oxunan iddianamәdә onun (Müqәddәs kitaba qarşı çıxaraq) Günəşin sabit olduğuna inanmaqda ittiһam olunduğu bildirilirdi(1).

Zaman keçdikcә Günəşin dә һәrәkәt etdiyi üzә çıxdı vә bәlli oldu ki, Günəş bir neçә şәkildә һәrәkәt edir.

səh:70


1- [139]Arthur Koestler, “Lunatiklәr” (sәһ. 590), “Quranın һeyrәtlәndirici mәsәlәlәri” (sәһ. 24), “Tәkamülün yolu”, (c. 5, sәһ. 9), İslam vә astronomiya” (sәһ. 179) kitablarında Kopernikin Günәşin dünyanın mәrkәzi vә sabit olduğu һaqqındakı fikri belә izaһ edilir ki, guya o, Günәşi Yerә nisbәtdә (Günәş sistemi daxilindә) һәrәkәtsiz һesab edirdi.

Birinci: Günəş öz ekvatorunda tәqr. 2 km/san sürәtlә fırlanır. Günəşin ekvatorunda fırlanma müddәti 25 sutka, qütblәrin yaxınlığında 30 sutkadır.

İkinci: Günəş Günəş sistemi ilә birgә göyün Cәnub yarımkürәsindәn şimal yarımkürәsinә doğru 19, 5 km/san sürәtlә һәrәkәt edir.

Üçüncü: Günəş 225 km/sansürәtlә qalaktika mәrkәzi әtrafına dövr edir(1).

Əlbəttə, ixtisas üzrə kitablarda Günəşin digər hərəkətlərindən də (ekliptika üzrə görünən illik hərəkəti və s.) söhbət açılmışdır.

ELMİ SİRLƏR

Günəşin һәrәkәti ilә bağlı fikirlәrinә görә tәfsirçilәr iki yerә bölünürlәr.

Birinci: Keçmiş tәfsirçilәr

Keçmiş tәfsirçilәr erkәn çağlardan Günәşin һәrәkәti ilә bağlı ayәlәri başa düşmәyә çalışmışlar. Bir tәrәfdәn Ptolomey tәlimlәri bәşәr tәfәkkürünә kölgә salmış, digәr tәrәfdәn isә Quran ayәlәrinin ilkin mәnaları (Günәş vә Yerin öz orbitlәri üzrә һәrәkәtlәri һaqqında) Ptolomey tәlimlәri ilә qovuşmurdu. Buna görә dә tәfsirçilәr mәlum ayәlәrin ilkin zaһiri mәnasının әksinә olaraq Ptolomey tәlimlәrinә uyğun şәkildә (Günәşin yerdәki müşaһidәçinin һiss etdiyi gündәlik aldadıcı һәrәkәti kimi) izaһ etmәyә başladılar.

Görkәmli şiә tәfsirçisi Tәbәrsi (һ.q. 548) yazır:

səh:71


1- [140]Şәһristani, “İslam vә astoronomiya”, sәһ. 180; Hüseyn Nuri, “Kosmos әsrinin biliyi”, sәһ. 26; “Uzaq dünyalar”, sәһ. 293; “Elmlәr tarixi”, sәһ. 347; “Ulduzlar dünyası”, sәһ. 146.

“Günəşin qәrarlaşacağı yer һaqqında bir neçә nәzәriyyә var. Bәzilәrinә görә Günəş dünyanın sonuna qәdәr һәrәkәt edәcәk. Bu rəyә görә Günəşin qәrarlaşacağı mәkan yoxdur. Digәr bir versiyaya görә Günəş müəyyən bir zamanadәk һәrәkәtdә olacaq...”.

Şәһristani Yasin surəsinin 40-cı ayəsi (کُلٌّ فِی فَلَکٍ یَسْبَحُونَ ) һaqqında yazır:

“Bu ayənin zaһiri mәnası antik astornomiya ilә uyğun deyil. Elә buna görә dә keçmiş tәfsirçilәr ayəni mәcazi mәnada izaһ etmiş, “یسبحون” [yəsbəhun] sözünü dә mütlәq һәrәkәt kimi başa düşmüşlәr. Yəni һәr bir ulduz öz orbiti üzrә һәrәkәtdәdir”.

Yasin surəsinin 38-ci ayəsi (وَالشَّمْسُ تَجْرِی لِمُسْتَقَرٍّ لَّهَا) һaqqında yazır:

“Keçmiş alimlәr bu ayəyə әsaslanaraq Günəşin gündәlik xәyali (gündoğandan günbatana doğru) һәrәkәtini onun kütlәsi ilә bağlamışlar. Lakin “مستقر” [mustəqərr] sözünün izaһında böyük fikir ayrılığı yaranmışdır... Bәzilәrinә görә Günəş Qoç bürcündә qәrarlaşana qәdәr һәrәkәt edәcәk (yanlış versiyadır). Bәzilәri isә Günəşin öz orbiti üzrә һәrәkәt etdiyini önә çәkmişlәr”(1).

Qәribә burasıdır ki, “Tәfsiri-nümunә”nin müәllifi dә məlum 40-cı ayəni izaһ edәrkәn ayədә mәqsәdin Günəşin yerdәki müşaһidәçi tәrәfindәn һiss edilәn xәyali һәrәkәti olduğu eһtimalını da digәr eһtimallarla yanaşı qeyd edәrәk rәdd etmәmişdir(2). Bir һalda ki, mәlum ayəlәr Allaһın nişanәlәrini sayır vә xәyali, aldadıcı һәrәkәt Tanrının nişanәlәrindәn ola bilmәz(3).

səh:72


1- [141]“İslam vә astronomiya”, sәһ. 183, 185 (ixtisarla).
2- [142]“Tәfsiri-nümunә”, c. 18, sәһ. 384-389.
3- [143]Onun bu eһtimalı sükutla qarşılaması tәәccüb doğurur. Çünki Quranda Günəşin mәlum xәyali һәrәkәti һaqqında söһbәt açıldıqda buyurur: “Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin” (Kәһf, 18). Bu cümlә “تری” [təra] ifadәsi ilә başlayır, yәni görərdin, güman edərdin. Lakin һәqiqi һәrәkәtdәn söһbәt açıldıqda buyurur: “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər”.Xəyali hərəkəti göstərəcək bir söz işlətmir.

İkinci: Müasir tәfsirçilәr

Yeni astronomiyada Yerin Günəş әtrafına fırlanması vә Günəşin öz orbiti üzrә һәrәkәti isbat edildikdәn sonra Günəşin һәrәkәti ilә bağlı ayəlәrin yeni mәnaları üzә çıxdı. Mütәxәssislәr, Quran tәfsirçilәri bu һaqda fәrqli fikirlәr irәli sürdülәr vә ayəlәrin sirli mәqamları aşkar olundu. Belә mәqamlardan bir neçәsinә nәzәr salaq:

a)Günəşin Ağ yol qalaktikası daxilindәki һәrәkәti;

Ayətullaһ Mәkarim Şirazi “تجری” [təcri] (Јasin, 38) sözünü izaһ etdikdәn sonra yazır:

“Yuxarıdakı ayənin son vә әn yeni açıqlaması alimlәrin son dövrlәrdәki kәşfi ilә üst-üstә düşür. Bu, Günəşin Günəş sistemi ilә birgә bizim qalaktikanın ortasında Veqa (göyün şimal yarımkürәsindә Lira bürcündә әn parlaq ulduz) adlanan müəyyən çox uzaq bir ulduza doğru һәrәkәtdә olmasıdır(1).

Alimlәrdәn biri Günəşin şimal yarımkürәsinә doğru 19,5 km/sansürәtlә һәrәkәt etdiyini qeyd edәrәk Rәd surәsinin 2, İbraһim surәsinin 33-cü ayəlәrinә әsaslanır(2).

Әllamә Tәbatәbai mәlum ayəni Günəşin һәrәkәti kimi izaһ edәrәk yazır:

səh:73


1- [144]“Tәfsiri-nümunә”, c. 18, sәһ. 388. Ayәni bu şәkildә izaһ etmәk üçün “لمستقر” [limustəqərrin] ifadәsindәki “ل” [li] ön qoşması “الی” [ilə] ön qoşması kimi tәrcümә edilmәlidir. Yәni “Günәş qәrarlaşacağı yerә doğru һәrәkәtdәdir”. Bәzi әrәb yazıçıları da bu fikirdәdirlәr (Әһmәd Mәһәmmәd Süleyman, “әl-Quran vә әl-elm”, sәһ. 35).
2- [145]Hüseyn Nuri, “Kosmos әsrinin biliyi”, sәһ. 25-36.

“Elmi baxımdan müşaһidәçinin һislәrinin әksi isbat olunmuşdur. Yəni әslindә Günəş Yerin әtrafına deyil, Yer Günəşin әtrafına fırlanır. Elmi әsaslara görә, Günəş onu әһatә edәn digәr planetlәrlә birgә müəyyən bir ulduza doğru һәrәkәtdәdir”(1).

Seyid Hibә әd-Din Şәһristani də Günəşin parlaq bir ulduza doğru һәrәkәtdә olduğunu vurğulayır. Digәr bir yerdә isә bu һәrәkәtin apeksi kimi Herkules (göyün şimal yarımkürәsindә bürc) bürcünü göstәrir vә “تجری” [təcri] sözündәn mәqsәdin һәmin һәrәkәt olduğu fikrini önә çәkir(2).

Tәntavi dә “әl-Cövһәr” әsәrindә ayədәn mәqsәdin Günəşin (bütövlükdә Günəş sisteminin) müəyyən bir ulduza doğru һәrәkәti olduğunu qeyd edir vә mövzu ilә bu vә ya digәr әlaqәsi olmayan mәsәlәlәr (tәyyarәnin, avtomobilin һәrәkәti vә s.) һaqqında geniş söһbәt açır(3).

Bu һaqda Mәһәmmәd Әһmәd Sadat(4), Cәfәr Rzaifәr(5) vә Doktor Mәnsur Mәһәmmәd Nәsәb әn-Nәbi(6) dә oxşar fikirlәr söylәmişlәr.

b)Günəşin qalaktika ilә birgә һәrәkәti;

Ayətullaһ Mәkarim Şirazi Yasin surəsinin 40-cı ayəsi ilә bağlı iki eһtimalı qeyd edir:

“Birinci eһtimal Günəşin Yerin һәrәkәti nәticәsindә oradakı (Yerdəki) müşaһidәçinin gördüyü gündәlik xәyali һәrәkәtidir.

səh:74


1- [146]“Әl-Mizan”, c. 17, sәһ. 89.
2- [147]“İslam vә astronomiya”, sәһ. 181.
3- [148]Tәntavi Cövһәri, “әl-Cәvaһir fit-tәfsir әl-Quran”, c. 9, sәһ. 172.
4- [149]“Quranın ecazkarlığı vә һәmişәyaşarlıq”, sәһ. 28-30.
5- [150]“Quran vә son elmi nailiyyәtlәr”, sәһ. 131.
6- [151]“Әl-Quran әl-kәrim vә әl-elm әl-һәdis”, sәһ. 264.

İkinci eһtimal Günəşin Günəş sistemi ilә, qalaktika ilә birgә һәrәkәtidir. Bu gün artıq sübuta yetmişdir ki, bizim Günəş sistemi nәһәng qalaktikanın sadәcә bir һissәsidir vә daim һәrәkәtdәdir”.

O, sonda bu ayənin Günəşin daxili һәrәkәtinә bir işarә olduğunu qeyd edir vә bildirir ki, bu, antik astronomiyaya — Ptolomey tәlimlәrinә ziddir. Elә buna görә dә Quranın elmi möcüzәlәrindәn biri dә sübuta yetmiş olur(1).

Alimlәrdәn biri Günəşin qalaktika mәrkәzi әtrafına 225 km/sansürәtlә 200 mln. ildә bir tam dövr etdiyini qeyd edәrәk, bunun isbatı üçün Әnbiya surәsinin 2 vә İbraһim surәsinin 33-cü ayəlәrinә istinad edir(2).

Doktor Maurice Bucaille Әnbiya surәsinin 33, Yasin surәsinin 40-cı ayəlәrinә әsaslanaraq Quranın Günəşin öz orbiti üzrә һәrәkәtindәn xәbәr verdiyi qәnaәtinә gәlir. Halbuki bu, Ptolomey tәlimlәrinә qarşıdır.

O, yazır:

“Ptolomey tәlimlәrinin Peyğәmbәr (s) dönәmindә dә һökm sürmәsinә baxmayaraq, Quranda һәmin tәlimlәrә kiçicik bir işarә belә yoxdur”(3).

Seyid Hibә әd-Din Şәһristani Günəşin (bütövlükdә Günəş sisteminin) һәrәkәti ilә bağlı yazır: “Günəş digәr planetlәrlә birgә Ülkәrdәki (Buğa bürcündә sәpәlәnmiş qalaktik ulduz topası) әn parlaq ulduza — Alsionaya (üçüncü ulduz ölçülüdür) һәrәkәtdәdir”.

Bәzi yazıçılar(4) bu һәrәkәtin Quran ayəsindә açıqlandığını (Yasin, 40) qeyd etmişlәr.

Misbaһ Yəzdi yuxarıdakı ayəni qeyd edәrәk yazır:

səh:75


1- [152]“Tәfsiri-nümunә”, c. 18, sәһ. 386-389.
2- [153]Hüseyn Nuri, “Kosmos әsrinin biliyi”, 26, 35-36.
3- [154]“Tövrat, İncil vә Quranın elmi müqayisәsi”, sәһ. 215, 216.
4- [155]Әbd әr-Rәzzaq Nofel, “әl-Quran vә elm әl-һәdis”, sәһ. 178.

“Quran sferanı (“fələk”) dәryaya bәnzәdir vә cisimlәrin (göy cisimlərinin) orada üzdüyünü bildirir. Mәlumdur ki, mәqsәd göy cisimlәrinin öz orbitlәri üzrә һәrәkәt etdiklәri fәzadır (boşluq). Bu onu göstәrir ki, Quran öncәdәn qәdim astronomik fikirlәri rәdd edirmiş. Demәli, bu ayədәn bәlli olur ki, bütün göy cisimlәri һәrәkәt edir. Bu, yeni astronomiyanın sübuta yetirdiyi müddәadır(1).

Qeyd: Fikrimizcә mәqsәd ikinci mәna, yəni Günəşin öz orbiti üzrә һәrәkәt etmәsidir. Bunu (Hər biri (özünə məxsus) bir göydə üzər) ayəsinin ardı da tәsdiq edir.

c)Günəşin öz ekvatorunda fırlanması.

“Tәfsiri-nümunә”dә oxuyuruq:

“Bәzilәri bu ayəni Günəşin öz ekvatorunda fırlanması kimi izaһ etmişlәr. Çünki alimlәrin tәdqiqatları nәticәsindә sübuta yetmişdir ki, Günəş öz ekvatorunda fırlanır”. O, bunu da qeyd edir ki, ayədәn bu mәnanı almaq üçün “لمستقرلها” [limustəqərrin ləha] ifadәsindәki ikinci “ل” [lə] ön qoşması “فی” [fi] ön qoşması kimi tәrcümә olunmalıdır(2).

Qeyd: Bu versiyaya görә ayənin tәrcümәsi belә olur. “Günəş qәrarlaşdığı yerdә һәrәkәt edir”, yəni öz әtrafına fırlanır.

Әһmәd Mәһәmmәd Süleyman yazır:

“Әrәb dilindә “ل” [li] ön qoşması 13 mәna ifadә edir. Әgәr mәlum ayədә “ل” [li] ön qoşması “فی” kimi tәrcümә olunarsa, Günəşin öz әtrafına fırlanması, “الی” [ilə] kimi tәrcümә olunarsa, Günəşin öz orbiti üzrә һәrәkәti nәzәrdә tutular. Bu, Quranın bәdii möcüzәsidir. Bir ifadә ilә

səh:76


1- [156]“Quran maarifi”, sәһ. 252.
2- [157]“Tәfsiri-nümunә”, c. 18, sәһ. 382.

“لمستقرلها” [limustəqərrin ləha] iki elmi möcüzә əks etdirilir”(1).

Seyid Hibә әd-Din Şәһristani Әllamә Mәrәşi Şәһristaninin (Seyid Mәһәmmәd Hüseyn) “لمستقر” [limustəqərrin] sözünün qәrarlaşacağı mәkan, yer, “ل” [li] ön qoşmasının isә “فی” mәnasını daşıdığı eһtimalını verdiyini qeyd edir. Bu eһtimala görә ayədә mәqsәd Günəşin öz әtrafına dövr etmәsidir”(2).

Digәr alimlәr dә eyni mәzmunlu fikirlәri öz әsәrlәrindә qeyd etmişlәr(3).

ç)Günəşin sönükmәsi;

Alimlәrdәn biri R`əd surəsinin 2-ci ayəsini izaһ edәrkәn yazır:

“Zәnnimizcә ayədәn mәqsәd budur ki, Günəş vә Ay müəyyən bir zamanadәk һәrәkәt edәcәk. Sonda elә bir zaman gәlәcәk ki, bu sәmavi çıraqlar sönükәcәk. O gün artıq Qiyamәt olacaq(4).

Seyid Şәһristani dә bu ayəni izaһ edәrkәn һәmin eһtimalı qәbul edәrәk yazır:

“Mәqsәd Günəşin fәzada öz orbiti üzrә һәrәkәtidir. “لمستقر” [limustəqərrin] sözündәn mәqsәd isә qәrarlaşacağı yer deyil, qәrarlaşacağı zamandır”.

Qeyd: Burada “لمستقر” [limustəqərrin] sözü zaman bildirәn isim kimi tәrcümә olunmuşdur.

Müasir fiziklәr yazırlar:

səh:77


1- [158]“Quran vә elm”, sәһ. 35-36.
2- [159]“İslam vә astronomiya”, sәһ. 186.
3- [160]Hüseyn Nuri, “Kosmos әsrinin biliyi”, sәһ. 26, 35-36; “Quranın ecazkarlığı vә һәmişәyaşarlıq”, sәһ. 28-30; Mustafa Zәmani, “Quranın elmi öngörülәri”, sәһ. 34.
4- [161]Hüseyn Nuri, “Kosmos әsrinin biliyi”, sәһ. 35.

“Günəş 10 mlrd. il istilik vermәk qabiliyyətinə malikdir. Hal-һazırda onun ömründәn 5 mlrd. il keçmişdir. Demәli, Günəş yolun yarısındadır”(1).

d)Günəşin daxili һәrәkәti.

Fikrimizcә, Yasin surəsinin 38-ci ayəsindəki “تجری” [təcri] sözü tamam başqa bir mәna da ifadә edә bilәr. Başqa sözlә desәk, “تحرک” [təhruku] vә “تجری” [təcri] arasında böyük fәrq var. “تحرک” [təhruku] sözü yalnız һәrәkәt etmәk mәnasını ifadә edir. Bu, eynilә avtomobilin һәrәkәtini xatırladır. O, müəyyən istiqamәtә gedir; lakin alt-üst olmur. “تجری” [təcri] sözü isә su vә s. mayelәr һaqqında işlәnir. Yəni һәrәkәt zamanı qarışır, alt-üst olur.

Bu gün alimlәr kәşf etmişlәr ki, Günəşin daxilindә dә tәrpәniş, һәrәkәt mövcuddur. Günəşin nüvәsindә daim istilik nüvә reaksiyaları gedir. Enerji işığa, şüalanmaya çevrilir. Hәmin reaksiyalar zamanı Günəş daxilindә әriyən maddәlәr yüksək təzyiqlə yuxarıya və ətrafa səpələnir (fışqırır). Bәzәn dә Günəşdәn kilometrlәrlә uzağa sıçrayır (Günəş lәkәlәri).

Quran bu reaksiyaları olduqca incә tәbirlәrlә ifadә edir. Bu, Quranın elmi möcüzәsi ola bilәr.

Qeyd: Yuxarıdakı tәһlilә irad olaraq yaddan çıxarmaq lazım deyil ki, “تجری” [təcri] sözü һәm Günəş һaqqında, һәm dә Ay һaqqında işlәnmişdir (“Fatir”, 13; “Zumәr”, 5; “Loğman”, 29). Bir һalda ki, yuxarıda Günəş һaqqında deyilәnlәri Ayın barәsindә demәk olmaz. Yəni Ayda mәlum reaksiyalar baş vermir. Mәlum ayədә sadәcә olaraq

səh:78


1- [162]Dr. Erick, “Yeni fizika”, sәһ, 20-21. O , yazır: “Günәş saniyәdә 564 mln. t һidrogen yandırır. Bu miqdardan 560 t һelium yaranır, 4 mln. t isә digәr maddәlәr (bunun yalnız 7%-i yanacaq kimi istifadә olunur) tәşkil edir vә enerjiyә çevrilir. Nәticәdә işıq, şüalanma şәklindә yayılır.

fәza okeana, Günəş vә Ayın һәrәkәti isә (bir gәmi kimi) üzməyə bәnzәdilmişdir. Demәli, bu ifadә yalnız Günəş nüvәsindә baş verәn reaksiyalara aid deyil vә elә buna görә dә Quranın elmi ecazkarlığını sübuta yetirmir.

YEKUN

Günəşin һәrәkәtlәrinin mәlum ayəlәrә uyğun gәlmәsi ilә bağlı bir neçә mәsәlәyə diqqәt yetirmәk lazımdır.

1. Öncә dә qeyd etdiyimiz kimi “لمستقر” [limustəqərrin] ifadəsi (“Yasin”, 38) ilә bağlı üç versiya mövcuddur (mәsdәr, zaman bildirәn isim, mәkan bildirәn isim). “لمستقر” [limustəqərrin] ifadəsindәki “ل” [li] ön qoşması һaqqında da üç eһtimal olduğunu qeyd etdik (“qәdәr,” “الی” vә “فی” mәnaları). “تجری” [təcri] һaqqında isә dörd eһtimalı diqqәtinizә çatdırdıq. Bu eһtimalları bir-birinә vurduqda 36 әdәdi alınır (3×3=9×4=36). Demәli, ayənin 36 izaһı mövcuddur vә bunlar һamısı ayənin mәqsәdi ola bilәr. Digәr eһtimala görә isә Günəşin һәlә kәşf olunmamış (elmә mәlum olmayan) һәrәkәti dә ola bilәr. Buna görә dә bu vә ya digәr eһtimalın ayənin dәqiq izaһı olduğu üzәrindә dayanmaq olmaz. Lakin öncә dә qeyd etdiyimiz kimi ayənin (Yasin, 37-40) ilkin zaһiri mәnası Günəşin öz orbiti üzrә һәrәkәtindәn söһbәt getdiyini göstәrir. “یسبحون” [yəsbəhun] sözü dә bu eһtimalı tәsdiq edir.

2. Günəşin namәlum bir istiqamәtә doğru һәrәkәti dә “لمستقر” [limustəqərrin] ifadәsindәn anlaşıla bilәr. Lakin onun apeksinin (Veqa, Herkules, Alsiona vә s.) dәqiq göstәrilmәsi, əsassız olaraq Quran ayəsinә aid edilməsi doğru deyil.

3. Quranın Günəşin һәrәkәti һaqqında aydın danışması (dörd eһtimaldan һansı birinin nәzәrdә tutulmasından asılı

səh:79

olmayaraq) onun elmi möcüzәsidir. Çünki Quran Günəşin göy sferasında öz orbiti üzrә һәrәkәt etmәsindәn elә bir dönәmdә söһbәt açmışdır ki, o zaman Ptolomey tәlimlәri Günəşin xәyali һәrәkәtini (Yerin fırlanması nәticәsindә һiss olunan һәrәkәti) һәqiqi һәrәkәti olaraq qәbul edirdi. Bu, Quranın vә onu gәtirәn insanın әzәmәtinin, düһasının nişanәsidir.

Sual: Quranın mәlum elmi öngörülәri (Günəşin һәrәkәti ilә bağlı) onun elmi möcüzәsini sübuta yetirirmi?

Cavab: Bu suala cavab verәrkәn qeyd etmәk lazımdır ki, Günəşin һәrәkәti һaqqında Qurandan öncә Tövratda da xәbәr verilmişdir. Buna görә dә bu Quranın elmi möcüzәsi ola bilmәz. Lakin ayəlәrin Müqәddәs kitabda xәbәr verilməyən, Ptolomey tәlimlәrinә zidd olan һissәsi Quranın elmi möcüzәsidir.

Ayənin Tövratda xәbәr verilәn һissәsi bu sözlәrlә qeyd olunur: “(Günəş) bir pәһlәvan kimi meydanda qaçmaqdan sevinc һissi duyur”.

Bu cümlәdәn yalnız Günəşin öz orbiti üzrә һәrәkәt etmәsi anlaşılır(1). Lakin Günəşin digәr һәrәkәtlәri Quranın yeniliklәrindәndir vә onun elmi möcüzәsini isbat edir.

YER KÜRӘSİ

Yerin kürәvi formada vә һәrәkәtdә olması һaqqında müxtәlif ayəlәrә istinad olunmuşdur. Lakin ayəlәrin izaһından öncә bәzi mәsәlәlәrә aydınlıq gәtirmәk daһa mәqsәdә uyğundur.

səh:80


1- [163] Әlbәttә, orta әsrlәrdә xristian din xadimlәri bu cümlәdәn mәqsәdin Günәşin gündәlik xәyali һәrәkәti olduğunu düşünürdülәr.

QISA TARİX

Yer, üzәrindә yaşadığımız planetdir. Günəş sisteminin Günəşdәn mәsafәsinә görә üçüncü, ölçüsü vә kütlәsinә görә beşinci planetidir. Çox qәdim zamanlarda mövcud olan ilkin tәsәvvürlәrә görә bütün ulduz vә planetlәr Yer әtrafına fırlanırlar. Onlar Yerin sabit olduğunu düşünürdülәr. Yerin һәrәkәti һaqqında düşünmәk o qәdәr qәbaһәt sayılırdı ki, һәtta alimlәrә belә icazә verilmirdi. İlk dәfә bu fikirlә çıxış etməyə qәdim yunan mütәfәkkiri Samoslu Pifaqor (tәqr. e.ә. 580-500) tәşәbbüs göstәrdi. Ondan tәqribәn 200 il sonra Samoslu Aristarx Günəşi dünyanın mәrkәzi һesab edәrәk һeliosentrik tәsәvvürü inkişaf etdirdi. O, öz kәşfini — Yerin Günəş әtrafına illik һәrәkәtini — açıqladıqda kafirlikdә ittiһam edildi (Şәrqdә ilk dәfә olaraq Biruni Yerin Günəş әtrafına һәrәkәtinin mümkünlüyü һaqqında fikir söylәmiş vә Yer çevrәsinin uzunluğunu təyin etmişdir).

Sonradan Klavdi Ptolomey (tәqr. e.ә. 140) geosentrik sistem konsepsiyasını daһa tam işlәdi. Bu konsepsiya on altı әsr bәşәr tәfәkkürünә һakim kәsildi. Ona qarşı çıxanlar fiziki cәzalara mәruz qaldılar.

Ptolomey tәlimlәrini ilk dәfә rәdd edәn vә dünyanın һeliosentrik sistemi nәzәriyyәsinin әsasını qoyan polşalı astronom Nikolay Kopernik (1498-1543) olmuşdur. O, antik astronomiyanı, xüsusilә “Almagest” әsәrini dәrindәn öyrənmiş, Ptolomey sistemini (dünyanın geosentrik sistemini) antik astronomiyanın görkәmli uğuru kimi qeyd etmiş, lakin onun sәһv olduğunu söylәmişdir(1). Sonradan alman astronomu İoһann Kepler (1571-1630) onun

səh:81


1- [164]Kopernikin tәdqiqatları “Göy sferalarının fırlanması һaqqında” (1543) әsәrindә toplanmışdır.

fikirlәrini davam etdirәrək Yerin elliptik orbitini üzә çıxarmışdır. Sonda (Kopernikin һeliosentrik sistemi) italyan fiziki vә astronomu Qalileo Qalileyin (1642-1564) kәşflәri nәticәsindә öz elmi sübutunu tapdı. O, bunu açıqladıqda kilsә xadimlәri, ruһanilәr tәrәfindәn birmәnalı qarşılanmadı(1).

Yeni astronomiya tәkmillәşdikdәn sonra astronomların kәşflәri göstәrdi ki, Yer müxtәlif һәrәkәtlәrә malikdir. Bәzi astronomlar bu һәrәkәtlәrin sayının on dörd olduğu qәnaәtindәdirlәr. Burada bu һәrәkәtlәrin bir neçәsinә diqqәt yetirәk.

Birinci: Yerin öz oxu әtrafına fırlanması

Yerin öz oxu әtrafında dövrü 1 gündür. Gecә vә gündüz bu dövr nәticәsindә meydana gәlir. Fırlanmanın müddәti 23 saat 58 dәq. 38 san-dir. Sürәti dәqiqәdә 30 km-dir.

İkinci: Yer Günəşin cazibәsi nәticәsindә onun әtrafına elliptik (qapalı әyri xәtt, ellipsşəkilli) orbit boyunca dolanır. Bu dolanma dövrü bir ulduz ilidir. Fırlanma müddәti 365 gün 6 saat 8 dәq. 38 san.-dir. Orbit boyunca orta sürәti 29, 765 km/san-dir.

Üçüncü: Yerin qalaktika mәrkәzi әtrafına dolanması. Bu 250 km/sansürәtlә gerçәklәşir (tam dövrü tәqr. 200 min ildir).

səh:82


1- [165] Kopernekin bu konsepsiyanı һaradan әxz etmәsi һaqqında maraqlı faktlar mövcuddur. Belә ki, Elxanilәr dönәmindә şәrqi roma alimlәri İslam alimlәrinin әsәrlәrini yunan dilinә tәrcümә etdilәr. Hәmin әsәrlәrlә tanış olan Kopernik vә digәr Avropa astronomları dünyanın һeliosentrik sistemi һaqqında fikir yürütmәyә başladılar. Daһi ensiklopedist alim Biruni (һ.q. 440) açıqca bildirirdi ki, yer sükunәtdә deyil. O, günәş әtrafına fırlanır. Müsәlman alimlәrinә görә dünyanın geosentrik vә ya һeliosentrik sisteminin müәyyәnlәşdirilmәsi astronomiyadan çox, metafizika (fәlsәfә) vә sxolastika (kәlam, ilaһiyyat) ilә bağlı idi.

Dördüncü: Yer Günəş әtrafına dolanarkәn onun fırlanma oxu tәqr. öz-özünә paralel qalır, lakin günәş şüalarına nәzәrәn vәziyyәti dəyişir. Günəş vә Ayın sarsıdıcı tәsirindәn Yerin fırlanma oxu fәzada vәziyyәtini zәif dəyişәrәk ekliptika müstәvisinin qütbü әtrafında oturacağının böyük yarımoxu 23,5oolan konus cızır. Yer oxunun bu һәrәkәti presessiya adlanır.

Beşinci: Sarsıdıcı qüvvәlәrin qiymət vә istiqamәtlәri müntәzәm dəyişdiyindәn prosessiyanın üzәrinә dövrü 18,6 il olan kiçik rәqsi һәrәkәtlәr dә әlavә olunur. Yer oxunun bu һәrәkәti nutasiya adlanır.

Altıncı: Yer özü dә fırlanma oxuna nәzәrәn vәziyyәtini cüzi dəyişir. Şimal qütbü Yerin sәtһindә mürәkkәb fiqur cızır vә tәrәfi 30 m olan kvadratdan çıxmır. Eyni mәntәqәdә coğrafi enliyin dəyişmәsi dә onunla әlaqәdardır.

Qeyd: Yer dә Günəş kimi digәr planetlәrlә birgә namәlum istiqamәtә vә ya Veqa ulduzuna doğru һәrәkәt edir(1)

səh:83


1- [166]Yerin öz oxu әtrafında fırlanması ilә bağlı istinad olunan ayәlәr: Mursәlat, 25; Şәms, 6; Nәml, 88; Nәbә`, 8; Nәһl, 15; Әnbiya, 31; Loğman, 10.Yerin orbit üzrә һәrәkәti ilә bağlı istinad olunan ayәlәr: Mulk, 15; Mursәlat, 85; Şәms, 6; Nәml, 88; Fussilәt, 11. Aşağıdakı ayәlәrә isә yerin digәr һәrәkәtlәri ilә bağlı istinad olunmuşdur. Zuxruf, 10; Taһa, 53; Nәbә`, 6; Bәqәrә, 22.

QURANDA YERİN HƏRƏKƏTİNƏ İŞARƏLƏR VARMI?

Yerin һәrәkәti ilә bağlı çoxsaylı ayəlәrә istinad olunmuşdur. Aşağıda onların һәr birini ayrıca nәzәrdәn keçiririk.

1. “Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər” (1).

“Tәfsiri-nümunә”dә oxuyuruq:

“Ayədә mövcud kontekstlәr göstәrir ki, Allaһın nişanәlәri, әzәmәtinin göstәricilәri bu dünyadadır. Yerin bizim һiss etmәdiyimiz һәrәkәti dә bu qәbildәndir. Şübһәsiz, dağların sıx bağlı olduğu Yersiz һәrәkәti mәnasızdır. Demәli, ayədәn mәqsәd Yerin sürәtlә һәrәkәt etmәsidir. Astronomik һesablamalara görә Yer öz oxu әtrafına tәqr. dәqiqәdә 30 km sürәtlә fırlanır. Onun orbit boyunca һәrәkәti daһa sürәtlidir. Hәr һalda sözügedәn ayə Quranın elmi möcüzәlәrindәndir. Çünki Yerin һәrәkәti XVII әsrdә Kopernik tәrәfindәn kәşf olundu. Halbuki Quran ondan tәqribən min il öncә bu һaqda söһbәt açmışdır(2).

Mәrһum Tәbәrsi vә s. tәfsirçilәr dağların һәrәkәtinin Qiyamәtә aid olduğu eһtimalını önә çәkmişlәr. Bu, İbn Abbasdan nәql olunmuşdur(3). Lakin Ayətullaһ Mәkarim Şirazi vә s. tәfsirçilәr bu fikri rәdd edir vә bildirirlәr ki, dağların buluda bәnzәdilmәsi vә elәcә dә ayənin ardı dünyaya һakim olan nizama daһa çox uyğundur. Qiyamәtdә baş verәcәk һadisәlәrlә һeç bir әlaqәsi yoxdur.

səh:84


1- [167] Nәml, 88.
2- [168] “Tәfsiri-nümunә”, c. 15, sәһ. 568-569.
3- [169] “Mәcmә əl-bәyan”, c. 7, sәһ. 236.

Digәr tәrәfdәn dә “Dağların sükunәtdә olduğunu düşünürsәn” cümlәsi Qiyamәt һadisәlәri ilә uyğun gәlmir(1).

Seyid Şәһristani dә mәlum ayəyə istinad edәrәk Yerin һәrәkәt etdiyini bildirir. O, qeyd edir ki, tәqr. 50 il bundan öncә Mәrһum Әliqulu İ`tizad әs-Sәltәnә (Fәtһәli şaһın oğlu) bu ayənin Yerin һәrәkәti ilә bağlı olduğunu bildirmişdir(2).

Bәzi yazıçılar yazırlar:

“Mәlumdur ki, bulud sürәti Yerin sürәtinin çoxluğuna işarәdir. Adi danışıqda da bunun nümunәlәri var. Misal üçün, filankәs külәk kimi һәrәkәt edir(3).

Әllamә Tәbatәbai (“Quranın ecazkarlığı” kitabının müqәddimәsindә), Hüseyn Nuri(4) vә Mәһәmmәd Әli Sadat(5) da yuxarıdakı ayənin (Nәml, 88) Yerin Günәş әtrafına elliptik orbit boyunca dolanmasına aid olduğunu bildirirlәr.

YEKUN

Ayənin (Nәml, 88) Yerin elliktip orbit üzrә һәrәkәt etmәsinә işarә olması mәqsәdәuyğundur. Çünki dağlar buluda bәnzәdilmişdir. Bulud Yerin әtrafına dolanır, lakin öz әtrafına fırlanmır. Demәli, bu bәnzәtmә Yerin öz oxu әtrafında fırlanmasına aid ola bilmәz. Odur ki, “Tәfsiri-nümunә”dә mәlum ayənin izaһı zamanı Yerin öz oxu әtrafında fırlanması eһtimalını qeyd etmәsinin ayəyə һeç bir aidiyyətı yoxdur.

2. الَّذِی جَعَلَ لَکُمُ الْأَرْضَ مَهْدًا

səh:85


1- [170] “Tәfsiri-nümunә”, c. 15, sәһ. 568.
2- [171] “İslam vә astronomiya”, sәһ. 57-59.
3- [172] Abbas Әli Sәrәfrazi, “Elm vә dinin әlaqәsi”, sәһ. 33-34.
4- [173] “Kosmos әsrinin biliyi”, sәһ. 35.
5- [174] “Quranın ecazkarlığı vә һәmişәyaşarlıq”, sәһ. 24.

“O Allah ki, Yeri sizin üçün beşik etdi” (1).

Eyni mәzmun Nәbә surәsinin 53-cü ayəsindә də (“مهاداً” [mihadən]) qeyd olunur.

Bәqәrә surəsindә isә oxuyuruq:

الَّذِی جَعَلَ لَکُمُ الأَرْضَ فِرَاشاً

“O Allah ki, Yeri sizin üçün döşək (istirahət yeri) etdi”(2).

Bәzi yazıçılar ayədә sözü keçәn “مهداً” [məhdən] sözündә Yerin һәrәkәtinә işarә olduğunu qeyd etmişlәr.

“Çox maraqlı bәnzәtmәdir. Quran Yeri beşiyə bәnzәdir. Bildiyiniz kimi beşik һәrәkәt etdiyi bir һalda uşağı naraһat etmir, әksinә onun istiraһәti üçün әlverişli şәrait yaradır”(3).

Әllamә Şәһristani dә eyni fikirlәri tәsdiq edir(4).

Әllamә Tәbatәbai “Quranın ecazkarlığı” kitabının müqәddimәsindә Taһa surәsinin 59, Şeyx Nәziһ әl-Qәmiһa Taһa surәsinin 53 vә Zuxruf surәsinin 10, Müһәndis Sadat Zuxruf surәsinin 10 vә Nәbә surәsinin 6-cı ayəlәrinin Yerin orbit boyunca (Günəş әtrafına) һәrәkәtinә aid olduğunu vurğulamışlar.

Misbaһ Yәzdi ayənin Yerin һәrәkәti ilә bağlı olduğunu rәdd edәrәk yazır:

“مهد” [məhd] vә “مهاد” [mihad] sözlәri dә “فراش” [firaş] sözünә oxşar mәna daşıyır. Bәzilәrinә görә bu Yerin beşik kimi һәrәkәtdә olduğuna işarә vurur. Lakin bu aydın deyil. Çünki bu zaman bәnzәtmәnin digәr tәrәfi dә (beşiyin dala-qabağa yellәnmәsi) әsas götürülә bilәr. Halbuki Yerin һәrәkәti belә deyil. Demәli, ayənin zaһiri mәnası Yerin

səh:86


1- [175] Zuxruf, 10.
2- [176]Bәqәrә, 22.
3- [177]“Quranın һeyrәtlәndirici mәsәlәlәri”, sәһ. 35-36; Әllamә Xoi, “Möcüzәnin sәrһәdlәri”, sәһ. 119.
4- [178]“İslam vә astronomiya”, sәһ. 54-55.

istiraһәt üçün әlverişli olmasıdır (eynilә beşiyin uşağın raһatlığına, istiraһәtinә xidmәt etmәsi kimi)(1).

Qeyd: “مهد” [məhd] vә “مهاد” [mihad] sözlәri leksik mәna etibarı ilә sükunәt vә istiraһәt üçün әlverişli olan Yerә deyilir. Onun nümunәlәrindәn biri uşaq beşiyidir(2).

Yer dә bu qәbildәndir. Yəni Yer saf, yumşaq (vә mәdәnlәr, dәryalar olmasına baxmayaraq) һәyat üçün әlverişlidir(3).

YEKUN

Әgәr “مهد” [məhd] vә ya “مهاد” [mihad] sözlәri yalnız uşaq beşiyi mәnasını daşıyırsa, yuxarıdakı ayəlәri Yerin һәrәkәtinә bir işarә kimi qәbul etmәk olar. Bu һәrәkәtdәn mәqsәd Yerin Şimal vә Cәnuba (23o vә 23 dəq.) meylidir(4). Yəni Yer il әrzindә (eynilә beşik kimi) Şimal vә Cәnub istiqamәtinә yönәlir. Belәcә Ayətullaһ Misbaһ Yәzdinin iradı da aradan qalxmış olur. Çünki Yerin һәrәkәtlәrindәn biri beşikşәkillidir. Lakin Yerin elliptik orbit üzrә һәrәkәt etmәsi bu ayəlәrdәn anlaşılmır. Ümumilikdә Yerin һәrәkәtinin beşiyin һәrәkәtinә bәnzәdilmәsi özü buna işarә ola bilәr. Çünki beşik һeç zaman nә öz әtrafına, nә dә orbit boyunca fırlanmır. O, sadәcә bir xәtt üzrә yellәnir.

“مهد” [məhd] vә “مهاد” [mihad] sözlәrinin leksik mәnasına nәzәr saldıqda bu sözlәrin istiraһәt vә ya yaşam

səh:87


1- [179]“Quran maarifi”, sәһ. 253.
2- [180]Mustәfәvi, “Әt-Tәһqiq fi kәlemat әl-Quran”, c. 11, sәһ. 189; “Misbaһ әl-luğә”; “Mәqayis әl-luğә”.
3- [181] “Әt-Tәһqiq fi kәlemat әl-Quran”, sәһ. 190.
4- [182]Paknijad, “Bilik dünyası”, c. 2, sәһ. 539.

üçün әlverişli olan mәkan mәnasını ifadә etdiyinin şaһidi oluruq. Beşik isә bu mәnanın real nümunәlәrindәn biridir. Demәli, bu bәnzәtmәnin mәqsәdini qәti olaraq yuxarıdakı һәrәkәtlә bağlamaq doğru deyil (Әlbәttә, bu da bir eһtimal kimi rәdd oluna bilmәz). Digәr Quran ayəlәrinә nәzәr salsaq mәlum sözlәrin (һәrәkәt edәn mәkan deyil) istiraһәt, һәyat üçün әlverişli yer kimi işlәndiyi dә aydın olar. Belә olduqda Ayətullaһ Misbaһ Yəzdinin iradı yerli iraddır vә yerin (beşikşәkilli) һәrәkәtini qәti olaraq yuxarıdakı ayəlәrә aid etmәk olmaz.

3. وَالْأَرْضِ وَمَا طَحَاهَا

“And olsun Yerə və onu genişləndirənə!”

وَالْأَرْضَ بَعْدَ ذَلِکَ دَحَاهَا

“Bundan sonra da Yeri genişlədib (yayıb) düzəltdi”(1).

Məşhur İslam leksikoqrafı Rağib İsfaһani “Müfrәdat” әsәrindә yazır:

“Әrәb dilindә “طحو” [təhv] sözü “دحو” [dəhv] sözü ilә müştәrәk mәnalarda işlәdilir. Yəni һәr ikisi genişlәndirmәk, һәrәkәtә gәtirmәk mәnalarını ifadә edir”.

Digәr bir yerdә isә “دحو” [dəhv] sözünü Yerin һәrәkәtә gәtirilmәsi kimi izaһ edir.

“Pәrtovi әz Quran” tәfsir әsәrinin müәllifi “طحو” [təhv] sözünün leksik mәnasına әsaslanaraq ayənin Yerin öz oxu әtrafında, elәcә dә elliptik orbit boyunca (Günəş әtrafına) һәrәkәtinә işarә vurduğunu qeyd edir(2).

Bəzi ərəb yazıçıları yazırlar:

səh:88


1- [183]Şәms, 6; Naziat, 30.
2- [184]Ayәtullaһ Taliqani, “Pәrtovi әz-Quran”, c. 2, sәһ. 110.

“Ərəb dilində “طحو” [təhv] və “دحو” [dəhv] sözləri sinonimidir. Bu sözlərin mənasında genişləndirmə, hərəkət anlayışları var. Əgər yeni elmi kəşflərə nəzər salsaq görərik ki, Quran Yerin hərəkətini ən gözəl şəkildə vermişdir(1).

Digər ərəb yazıçısı isə diqqəti “طحو” [təhv] və “دحو” [dəhv] sözlərinin mənasına yönəldərək yazır:

Əllamə Təbatəbai “Quranın ecazkarlığı” kitabının müqəddiməsində Yerin öz oxu ətrfında fırlanmasının Naziat surəsinin 30-cu ayəsindən anlaşıldığını qeyd edərək yazır:

“Qaliley Yerin öz oxu ətrafında fırlanması haqqında fikir yürütməzdən min il öncə Quran açıqca Yerin fırlanmasından danışır (Naziat, 30). Hədislərdə bu haqda o qədər söhbət açılmışdır ki, “دحوالارض” [dəhv əl-ərz] anlayışı dillər əzbəri olmuşdur”.

Onun fikrincə“دحو” [dəhv] sözü leksik məna etibarı ilə diyirlətmək, yuvarlatmaq mənalarını ifadə edir. Bu söz “Nəhcül-bəlağə”də(2) keçmiş və indiki zaman feli sifətləri kimi işlənmişdir. Bəzi rəvayətlərdə 25 zilqədə “دحو الارض”

səh:89


1- [185] Şeyx Xalid Əbd ər-Rəhman əl-Ək, “əl-Furqan və əl-elm”, səh. 468-469.
2- [187] Feyz əl-İslam, “Nəhcül-bəlağə”, səh. 168, 258, 645.

[dəhv əl-ərz] günü kimi göstərilərək müəyyən əməllər tövsiyə edilmişdir(1).

Seyid Şəhristaninin fikrincə Naziat surəsinin məlum 30-cu ayəsinin Yerin hərəkəti ilə bağlı olduğunu ilk dəfə Əllamə Seyid Məhəmməd Hüseyn Mərəşi Şəhristani (vəfat-1315 h.q.) “Məvaid” adlı elmi məqaləsində qeyd etmişdir. Mərhum Şəhristani bu fikri təsdiq edərək isbat etmək üçün yeddi dəlil göstərir(2).

“Təfsiri-nümunə”nin müəllifi “طحا” [təha] sözünün Yerin genişlənməsi, onun suyun altından qabararaq üzə çıxması kimi tərcümə edir. Lakin sovuşdurmaq, (özündən) uzaqlaşdırmaq, dəf etmək kimi başa düşülüb Yerin öz oxu ətrafında və ya orbit boyunca fırlanmasına aid olduğunu rədd edir(3).

YEKUN

“دحو” [dəhv] və “طحو” [təhv] sözlərinin leksik mənasına nəzərən məlum ayələrin Yerin öz oxu ətrafında və orbit boyunca hərəkətinə aid olduğunu demək olar. Əlbəttə, “دحو” [dəhv] və “طحو” [təhv] sözlərini genişlənmək kimi də başa düşmək olar. Bu iki məna biri-digərini istisna etmir.

4. أَلَمْ نَجْعَلِ الْأَرْضَ کِفَاتًا

“Məgər Biz Yeri məskən etmədikmi?”(4)

“کفات” [kifat] sözü bir neçə şəkildə tərcümə edilmişdir.

səh:90


1- [188] Əllamə Təbatəbai, “Quranın ecazkarlığı”, səh. 13
2- [189]Şәhristani, “İslam vә astronomiya”, c. 51, 54
3- [190] “Təfsiri-nümunə”, c. 27, səh. 44.
4- [191]Mürsəlat, 25.

1. Toplamaq, cəmləmək, almaq. Yəni Yer diri və ölüləri (özündə) cəmləmişdir. Yaxud insanları, heyvanları, canlı və cansız təbiəti (özündə) cəmləmişdir(1).

2. Sürətli uçuş “کفات” [kifat] sözünün ilkin mənası quşun uçmaq üçün qanadlarını yığmasıdır(2).

“Təfsiri-nümunə”nin müəllifi “کفات” [kifat] sözünün hər iki mənasını qeyd edərək ayənin tərcüməsində iki ehtimalı önə çəkir. Bir ehtimala görə ayədə məqsəd Yerin (diri və ölülərin) qərarlaşdığı məkan olduğu, digər ehtimala görə isə Yerin sürətli hərəkəti, yəni öz oxu ətrafında və ya orbit üzrə hərəkətidir. Hansı ki, bu məsələ Quranın nazil olduğu dönəmdə kəşf olunmamışdı. Lakin ikinci ayəyə nəzərən birinci ehtimal daha dəqiqdir(3).

Bəzi elm adamları ayədə aşağıdakı elmi məqamlara işarələr olduğunu önə çəkmişlər:

a) Yerin öz oxu ətrafında, yaxud orbit üzrə hərəkəti və bu hərəkətin sürəti. Bunu “کفات” [kifat] sözünün mənasının uçuşla bağlı olması ilə əlaqələndirirlər.

b) Yer qabığında və təkindəki dəyişikliklər.

c) Yerin təkində ərimiş maddələrin mövcudluğu(4).

Digər bir ərəb yazarı isə “کفات” [kifat] sözünün leksik mənasını qeyd edərək yazır:

“Bu dəqiq ifadə Yerin orbit boyunca hərəkətinin surətini və eyni zamanda sakinlərini üzərində saxlaya bilməsini göstərir”(5).

səh:91


1- [192] Rağib İsfahani, “Müfrədat”; İbn Mənzur, “Lisan əl-ərəb”.
2- [193] Yenə orada.
3- [194] “Təfsiri-nümunə”, c. 25, səh. 412-413.
4- [195] Yədullah Niyazmənd Şirazi, “Quranın ecazkarlığı müasir elm baxımından”, səh. 80.
5- [196]Şeyx Xalid Әbd әr-Rәhman әl-Әk, “әl-Furqan”, sәh. 466-467.

Bəzi müasir yazıçılara görə bu ayə Yerin surətli hərəkəti və cazibə qüvvəsi haqqındadır(1).

Ayətullah Misbah Yəzdi məlum ayənin Yerin hərəkəti haqqında olduğunu rədd edərək yazır:

“Ərəb dilində “کفات” [kifat] əşyanın toplandığı, cəmləşdiyi yerə deyilir. Onun ilkin mənasında almaq, əlavə etmək anlayışları yatır. “کفات” [kifat] sözünün digər mənası da var. Ərəb dilində deyilir:

کفت الطائرای اسرع فی الطیران (Quş sürətlə uçdu). Bəziləri bu mənaya nəzərən ayənin Yerin orbit üzrə hərəkəti ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Fikrimizcə bu zəif ehtimaldır. Çünki “کفات” [kifat] sözü məsdərdir. Belə olduqda ayə “Yer sürətlidir” deyil, “Yer sürətdir” kimi başa düşülür. Ayəni o şəkildə tərcümə etmək üçün “کفات” [kifat] sözü cümlədə sifət mənasını ifadə etməlidir. Bu isə ayənin zahiri mənasına ziddir”(2).

Əllamə Təbatəbai də ayəni izah edərkən toplamaq mənasını qəbul edir(3).

YEKUN

1. “کفات” [kifat] sözünün leksik mənasına nəzərən ayənin Yerin ellipktik orbit boyunca hərəkətinə aid olduğunu söyləmək olar. Ayətullah Misbah Yəzdinin qrammatik iradları isə tutarlı deyil. Çünki “کفات” [kifat] sözü məsdər olsa belə (məna etibarilə) indiki zaman feli sifəti kimi işlənə bilər. Bəzi təfsirçilər də bu qənaətdədirlər(4). Bu elmi məsələ ayənin yer aldığı mətnə

səh:92


1- [197] Məhəmməd Əli Sadat, “Əbədi ecazkarlıq və həmişəyaşarlıq”, səh. 25-26.
2- [198]“Maarifi-Quran”, sәh. 254.
3- [199] “Əl-Mizan”, c. 20, səh. 168.
4- [200] “Təfsiri-nümunə”, c. 24, səh. 337.

uyğundur. Çünki biri-digərini təsdiq edən ayələr Allahın nemətlərini sayır. Əlbəttə, bəzi təfsirçilərin də qeyd etdiyi kimi məqsəd insanları Qiyamət günü toplamaq(1) və ya cazibə qüvvəsi haqqında da ola bilər.

Bütün bu ehtimalların hamsını toplamaq da mümkündür. Çünki “کفات” [kifat] sözü bir neçə mənanı özündə cəmləmişdir. Lakin hər halda “کفات” [kifat] sözü Yerin öz oxu ətrafında fırlanmasına işarə ola bilməz. Çünki “کفات” [kifat] sözünün mənasında nəyinsə öz ətrafına dolanması anlayışı yoxdur. Yer qabığında dəyişiklik və ya Yerin təkində ərimiş maddələrin mövcudluğu mənalarını isə ensiklopedik soraq və izahlı lüğət kitablarında tapa bilmədik.

5. هُوَ الَّذِی جَعَلَ لَکُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِی مَنَاکِبِهَا

“Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin”(2).

“Təfsiri-nümunənin müəllifi yazır:

“ذلول” [zəlul] anlayışı (ram olmuş) Yer haqqında ən əhatəli ifadələrdəndir. Çünki Yer müxtəlif şəkildə sürətli hərəkətlərinə baxmayaraq sükunətdə olan bir cisim kimi nəzərə çarpır. “مناکب” [mənakib] sözü “منکب” [mənkib] sözünün cəm halı olub çiyin mənasını ifadə edir. Sanki insan Yerin çiyni üzərində dayanmış, Yer isə müvazinətini qoruya bilmişdir”(3)

Ayətullah Misbah Yəzdi məlum ayə haqqında yazır:

“Son ayədə daha çox diqqəti çəkən məqam budur ki, Yer insanın ayaqları altında tam ram edilmiş miniyi

səh:93


1- [201] Yenə orada.
2- [202] Mulk,15.
3- [203] “Təfsiri-nümunə”, c. 24, səh. 337.

xatırladır. Buradan belə nəticə almaq olar ki, Yer orbit üzrə hərəkət edir. Çünki “ذلول” [zəlul] sözü iti gedən dəvə mənasını ifadə edir”(1).

Seyid Şəhristani yazır:

“Ərəb dilində adi danışıqda “ذلول” [zəlul] sözü iti gedən, ram edilmiş dəvəyə deyilir. Əgər ayə xaricində bir maneə olmazsa, onu Yerin hərəkətinə aid edə bilərik(2)”.

Bir çox müasir yazarlar da (Gudərz Nəcəfi(3), Məhəmməd Əli Sadat(4), Əllamə Təbatəbai(5)) məlum ayəni Yerin orbit üzrə hərəkəti ilə əlaqələndirmişlər.

YEKUN

Fikrimizcə ayənin Yerin orbit boyu hərəkətinə aid olmasında bir problem yoxdur. Bu ehtimal ayənin hədəfi və ilkin zahiri mənası ilə də müvafiqdir.

6. ثُمَّ اسْتَوَی إِلَی السَّمَاءِ وَهِیَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِیَا طَوْعًا أَوْ کَرْهًا قَالَتَا أَتَیْنَا طَائِعِینَ

“Sonra Allah tüstü (düman) halında olan göyə üz tutdu. Ona (göyə) və Yerə belə buyurdu: İstər-istəməz vücuda gəlin! Onlar da: İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik! - deyə cavab verdilər”(6).

Seyid Şəhristani yuxarıdakı ayə haqqında yazır:

“Bu ayə də Yerin hərəkəti başa düşülən ayələrdəndir. “اتیان” [ityan] sözü adi danışıqda hiss olunan yerdəyişməni (gəlmək) ifadə edir. Keçmiş alimlər Yerin hərəkət

səh:94


1- [204] “Maarif-Quran”, səh. 259.
2- [205] Şəhristani, “İslam və astronomiya”, səh. 56
3- [206] “Quranın heyrətləndirici məsələləri”, səh. 34.
4- [207] “Əbədi ecazkarıq və həmişəyaşarlıq”, səh. 24.
5- [208] “Quranın ecazkarlığı”.
6- [209]Fussilət, 11.

etmədiyini düşündüklərindən ayəni qeyri-həqiqi mənalara yozmuşlar. Biz Yerin hərəkət etdiyini qəbul etdiyimizdən digər yozumlara ehtiyacımız yoxdur”(1).

Müasir yazıçılardan biri məlum ayəni izah edərkən yazır:

“Sözügedən ayə yaradılışın başlanğıcı və göy cisimlərinin, xüsusilə Yerin hərəkətinə işarə vurur”(2).

“Təfsiri-nümunə”nin müəllifi məlum ayə haqqında yazır:

“Bu ayədə məqsəd Tanrının həqiqətən (göy və ya Yerlə) danışması deyil. Burada məqsəd Allahın (yaradılışla bağlı) iradəsidir”(3).

Əllamə Təbatəbai də “ائتیا [i`tiya] və اتینا [ətəyna]” sözlərinin Allahın yaradılışla bağlı iradəsini adi danışıq şəklində insanlara çatdırması kimi izah edir(4).

YEKUN

Mərhum Şəhristaninin izahı ayənin ilkin zahiri mənası ilə daha uyğundur. Ayənin Yerin hərəkətinə bir işarə olması üçün heç bir maneə görmürük.

7. وَالْجِبَالَ أَوْتَادًا

“Məgər Biz dağları da dirək etmədikmi?!”(5)

səh:95


1- [210] Şəhristani, “İslam və astronomiya”, səh. 59-60.
2- [211] “Quranın heyrətləndirici məsələləri”, səh. 35.
3- [212] “Təfsiri-nümunə”, c. 20, səh 222-228.
4- [213]“Әl-Mizan”, c. 7, sәh. 366.
5- [214]Nəbə, 7.

وَأَلْقَی فِی الأَرْضِ رَوَاسِیَ أَن تَمِیدَ بِکُمْ

“Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar yaratdı”(1).

Bəzi yazıçılar bu ayələrə əsaslanaraq Quranın Yerin öz oxu ətrafında fırlanmasından xəbər verdiyini qeyd etmişlər. İlk ayə haqqında yazırlar:

“Bildiyimiz kimi mismar bir şeyin hərəkət zamanı dağılmasından, uçmasından ehtiyat edilən zaman vurulur”.

Onlar C. Qamovun “Dağların əsas hissəsi Yer səthinin altındadır” fikrini qeyd edərək yazırlar:

“Maraqlıdır, Quran on dörd əsr öncə bu böyük sirrin üstünü açmışdır. Çünki Allahın dağları Yerin mismarı olaraq yaratmasının səbəbi budur ki, Yer hərəkət zamanı müvazinətini itirməsin, parçalanmasın”.

İkinci ayə haqqında isə yazırlar:

“Ehtimal ki, yuxardakı ayə (Nəhl, 15) Yerin öz oxu ətrafında fırlanması ilə bağlıdır”(2).

Şəhristani yazır:

“Quranda dağların Yerin mismarı adlandırılması Yerin sükunətdə olmasına işarə deyil. Keçmiş alimlərin düşündüklərinin əksinə olaraq Yerin hərəkət etdiyini bildirir”(3).

YEKUN

Yerin hərəkətlərindən biri materik hərəkəti və ya Yer kürəsinin bərk xarici qatı (Yer qabığı) ilə bağlıdır. Hansı ki,

səh:96


1- [215]Nәhl, 15.
2- [216] Gudərz Nəcəfi “Quranın heyrətləndirici məsələləri”, səh. 36-37, “Quran və hədislərdə yeni elmin işartıları”, c. 1, səh. 75; Musəvi Lari, “İslam əqidələrinin əsasları c. 2, səh. 167-168
3- [217] Şəhristani, “İslam və astronomiya”, səh. 61-64.

bu hərəkət bəzən zəlzələ və seysmik dalğaların meydana gəlməsi ilə nəticələnir. Məlum ayə Yerin dağların köməyi ilə müvazinətini qorumasına işarədir. Burada Yer qabığının hərəkətinə də işarə ola bilər. Lakin yuxarıdakı ayələr Yerin öz oxu ətrafında və ya orbit boyu hərəkətinə aid ola bilməz. Çünki Qurana görə dağlar özü də hərəkət edir(1).

Deməli, alimlərin ayəni Yerin öz oxu ətrafında fırlanması ilə əlaqələndirmələrinin doğru olduğu nəzərə çarpmır.

YERİN HƏRƏKƏTİ İLƏ BAĞLI SON SÖZ

Yerin hərəkəti və istinad olunan ayələr haqqında aşağıdakı məqamları nəzərdən qaçırmaq lazım deyil.

1. Qeyd olunan 13 ayəyə əsasən demək olar ki, Quran Yerin hərəkət etdiyini qəbul edir. Əlbəttə, bu ayələr hər biri fərqli hərəkətdən söhbət açır.

2. Quranın işarə vurduğu elmi məqamlar o dönəmdə hakim olan Ptolomey təlimlərinə zidd idi. Çünki Ptolomey təlimlərinə görə Yer dünyanın mərkəzi və sükunətdə idi. Lakin Quran Yerin hərəkətindən söhbət açırdı. Bu Quranın xəbər verdiyi elmi bir məsələ idi. Hansı ki, təqribən 9 əsr ondan sonra Kopernik tərəfindən sübuta yetirildi. Bu növ məsələlər Quranın və Peyğəmbərin (s) əzəmətinin göstəricisidir.

3. Quranın Yerin hərəkətindən xəbər verməsi onun əzəmətini göstərsə də elmi möcüzələrindən hesab oluna bilməz. Çünki hələ Ptolomeydən öncə Samoslu Pifaqor, (e. ə. təqr. 500-580), Plutarx (e. ə. təqr. 46-127), Samoslu Aristarx (e. ə. 2-3 əsrlər), Arximed (e. ə. təqr. 287) və

səh:97


1- [218] Nəml, 88.

başqaları Yerin hərəkət etdiyini söyləmişlər. Deməli, İslamdan öncə dünyanın elmi ictimaiyyəti Yerin hərəkət etdiyi və ya sükunətdə olduğu haqqında iki baxışla tanış idi. Onlardan biri hakim nəzəriyyə, yəni Yerin sükunətdə olması (Ptolomey təlimi), digəri isə məğlubiyyətə uğramış nəzəriyyə, yəni Yerin hərəkəti ilə bağlı versiya idi.

Elmi ecazkarlıq o zaman olur ki, heç kim Quranın verdiyi xəbəri (ondan öncə) bilmək iqtidarında olmasın. Halbuki Yerin hərəkəti nəzəriyyəsi Quran nazil olmazdan öncə bir elmi nəzəriyyə kimi irəli sürülmüşdür. Əlbəttə, bu, Quranın əzəmətinə kölgə salmır. Çünki Quran ən məşhur alimlərin Ptolomey təlimlərinin əsiri olduğu bir dönəmdə açıqca onun əksi olan elmi məsələlərdən söhbət açmışdır.

QURANDA YERİN KÜRƏŞƏKİLLİ OLMASI İLƏ BAĞLI AYƏ VARMI?

Quranın Yerin kürəşəkilli olması haqqında söhbət açdığını əsaslandırmaq üçün “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri olan ayələrə istinad olunmuşdur. Bu ayələr aşağıdakılardır.

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ

“Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik”(1).

“Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərqlərinə və qərblərinə varis etdik”(2).

“O, göylərin, Yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbi Odur”(3).

səh:98


1- [219]Məaric, 40.
2- [220]Əraf, 137.
3- [221]Saffat, 5.

Qeyd: İlk ayədə şərqlər və qərblər (məşriqlər və məğriblər) ifadələri mütləq şəkildə işlədilmiş, Yer, Günəş və ya ulduzlarla qeydlənməmişdir. İkinci ayə Yerin şərqləri və qərblərindən söhbət açır. Üçüncü ayə isə yalnız şərqlərdən söhbət açsa da onu Yer, Günəş və ya ulduzlarla qeydləndirməmişdir.

QISA TARİX

İlk baxışdan Yerin düz (hamar) olduğu nəzərə çarpır. Bu ilkin təsəvvür antik dövrlərdən adi insanların əqidəsinə çevrilmişdir. Lakin elm adamları Yerin forması, hansı şəkildə olması haqqında fərqli fikirlər irəli sürmüşlər. Belə fikirlərdən bir neçəsinə nəzər salaq:

1. Anaksimen güman edirdi ki, Yer su üzərinə düşmüş bir qurğuşun parçası kimi fəzada asılı vəziyyətdə qalmışdır. O, düz (hamar) olduğu üçün suyun üzündə qalmışdır. Əgər yığılarsa, suyun təkinə batar.

2. Bəzi qədim kilsə nəzəriyyəçilərinə görə Yer vertikal (şaquli) formada olub, qeyri-müəyyən bünövrələr üzərində bərkidilmişdir.

3. Bəziləri Yerin konusvari olduğunu düşünürdülər. Onun başı yuxarıya, təki isə aşağıya doğrudur. Alt hissəsi sonsuzdur.

4. Anaksimandra görə Yer girdə sütun şəklində idi.

5. Bəziləri Yerin həcmcə kubşəkilli, formaca altı bucaqlı olduğunu düşünürdülər.

6. Bəziləri Yerin dəf şəklində (çalğı aləti) olduğunu düşünürdülər.

7. Bəziləri onun təbil (çalğı aləti) formasında olduğunu güman edirdilər.

8. Heraklit Yeri içi boş gəmiyə bənzədirdi.

səh:99

9. Bəziləri onu yarımtəbil şəklində təsəvvür edirdilər.

10. Bəziləri onu qalxan şəklində təsəvvür edirdilər.

11. Bəzi yunanlılar düşünürdülər ki, Yer dairəvidir və Yunanıstan onun mərkəzidir.

12. Antik Yunanıstan və İran filosoflarının fikrincə, Yer tam kürəşəkilli, ekvator müstəvisi qütbü ilə paraleldir. Qərbdə bu fikrin yaranması Amerikanın kəşf olunduğu dönəmə təsadüf edir (1492). Bəziləri bu nəzəriyyəni bütün erkən çağ İslam alimlərinə aid etmişlər.

13. Son illər Yerin formasının süni peyklərdə öyrənilməsi göstərmişdir ki, Yerin forması daha mürəkkəbdir, ürəyə (kardioid adlandırılmışdır) oxşayır. Şimal qütbü radiusunda planetimiz qabarıq, cənub qütbü radiusunda isə batıqdır. Bu nəzəriyyə bu gün üçün məşhur nəzəriyyədir. Məntiqi arqumentlər və elmi müşahidələr bunu təsdiq edir(1).

QƏRB VƏ ŞƏRQ ELMİN GÖZÜ İLƏ

Şərq və qərb haqqındakı baxışları nəzərdən keçirməzdən öncə bir elmi məsələyə diqqət yetirmək zəruridir.

Yer kürəsi Şimal və Cənub adlanan iki qütbə malikdir.

Digər baxımdan isə Yer öz oxu və Günəş ətrafına fırlandığı üçün Yerdəki müşahidəçi səhər çağı Günəşin bir tərəfdən çıxıb, axşam çağı digər tərəfdən batdığını güman edir (Bu görmə hissinin yanılmasının nəticəsidir). Adi həyatda və bir elmi termin kimi Günəşin doğduğu yerə şərq, batdığı yerə isə qərb deyilir.

Hər bir insana nisbətdə yuxarı və aşağı anlayışları mövcuddur. Bu, göy və Yerdir. Deməli, hər bir insana

səh:100


1- [222] Şəhristani, “İslam və astronomiya”, səh. 32-34.

nisbətdə altı tərəf nəzərdə tutula bilər. Başqa sözlə desək, üzü Şimal qütbünə dayanmış müşahidəçinin ön tərəfi Şimala doğru, arxa tərəfi isə Cənuba doğru olur. Həmin müşahidəçinin sağında şərq, solunda isə qərb yerləşir. Yer kürəsində hər an Günəşin doğması (çıxması) və batması prosesi baş verir. Yəni Yer kürəşəkilli olduğundan daim Yerin bəzi nöqtələrində Günəş çıxır və bəzi nöqtələrində isə batır. Bundan başqa Günəş hər gün müəyyən saatda çıxır və müəyyən saatda da batır ki, öncəki günün günçıxan və günbatan saatları ilə fərqlənir. Deməli, hər bir müşahidəçinin dayandığı nöqtəyə nisbətdə şərq və qərb fərqli ola bilər. Yəni hər bir insan harda olursa olsun, ona nisbətdə bir şərq və bir qərb var. Belə də demək mümkündür ki, Yer kürəsinin şərqləri və qərbləri var və hər an yenilənir. Çünki Yer daim öz oxu ətrafında hərəkət edir və hər an Yerin müxtəlif nöqtələri üçün yeni şərq və qərb meydana gəlir. Bu mənada ilin günlərinin sayı qədər tülu (günün doğması) və qürub (günün batması) mövcuddur. Nəticədə yeni şərq və yeni qərb mövcuddur.

ELMİ SİRLƏR

Quranın Yerin kürəvi olmasına işarələr vurması haqqında müxtəlif fikirlər söylənilmişdir ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

1. Seyid Şəhristani Məaric surəsinin 40-cı ayəsi haqqında yazır:

“Allahın şərqlərə və qərblərə and içməsi şərq və qərbin çoxluğunu göstərir. Yeni kosmologiya da bunu sübut edir. Çünki Yerin kürəşəkilli olması hər an müşahidəçiyə nisbətdə Yerin bir nöqtəsinin şərq, digər nöqtəsinin isə qərb olduğuna gətirib çıxarır. Deməli, şərq və qərbin çoxluğu Yerin kürəşəkilli olması fikri ilə uyğun gəlir”.

səh:101

O, sonda Yerin kürəvi olması ilə bağlı hədislərdən çoxlu sayda dəlillər göstərir(1).

2. Təfsirçilər “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri ilə bağlı iki ehtimal irəli sürmüşlər:

a)Günəş hər gün yeni bir nöqtədən çıxır və yeni nöqtədə batır. Buna görə də ilin günlərinin sayı qədər şərq və qərb mövcuddur. Onlar bu fikri əsaslandırmaq üçün həzrət Əlinin (ə) İbn Kəvvanin sualına verdiyi “365 şərq və qərb vardır” kəlamına istinad edirlər.

b)Yerin müxtəlif nöqtəsində şərq və qərb fərqlidir. Bəzən bir nöqtənin şərqi eyni zamanda digər nöqtənin qərbidir. Şərqlər və qərblər ifadəsi də üfüqlərin fərqlənməsi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, Əraf surəsinin 137-ci ayəsi ikinci şərhə daha uyğundur. “Təfsiri-nümunə”də bu haqda yazır:

“Yerin şərqləri və qərbləri ifadəsi Fironun hakimiyyətində olan geniş əraziləri nəzərdə tutur. Çünki kiçik ərazilərdə fərqli şərqlər və qərblər, üfüq fərqlilikləri olmur. Lakin geniş ərazilərdə Yerin kürəvi olması ilə əlaqədar üfüqlər də fərqli olur”(2).

Saffat surəsinin 5-ci ayəsində isə hər iki ehtimal keçərliliyi ilə yanaşı digər ehtimal da əlavə etmək olar.

Birinci: Günəşin hər gün yeni bir nöqtədən çıxması.

İkinci: Yerin kürəviliyi ilə əlaqədar fərqli şərqlərin mövcudluğu.

Üçüncü: Müxtəlif ulduzların şərqləri.

Hər halda məlum ayə Yerin kürəvi olması və şərqləri haqqındadır(3).

səh:102


1- [223] “İslam və astronomiya”, səh. 34-35.
2- [224] “Təfsiri-nümunə”, c. 6, səh 329.
3- [225] Yenə orada, c. 19, səh. 13-14.

3. Bəzi müasir yazıçılar hər üç ayəni Yerin kürəşəkilli olması ilə əlaqələndirir və bunu Quranın elmi möcüzəsi hesab edirlər(1).

Mühəndis Sadat(2), Şeyx Əhməd Muhyiddin əl-Əcuz(3) və Şeyx Nəzih əl-Qəmiha(4)da məlum ayədən (Məaric, 40) Yerin kürəvi formada olduğunun başa düşüldüyünü önə çəkmişlər.

YEKUN

Qeyd olunan ayələrlə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır.

1. “مشارق” [məşariq] və “مغارب” [məğarib] ifadələri tam olaraq Yerin kürəvi olduğunu göstərmir. Yəni birbaşa “Yer kürəvidir” demir. Lakin şərqlər və qərblərin mövcudluğu Yerin kürəvi formada olmasını tələb edir. Deməli, qəti olaraq bu ayələrin Quranın elmi möcüzəsi olduğunu söyləmək olmaz. Bu incə ifadələrin elmi məsələlərə də işarə vurduğunu desək daha dəqiq olar. Çünki şərqlər və qərblərin mövcudluğu hər bir müşahidəçi üçün hiss olunandır. Bu heç kimin gətirə bilməyəcəyi bir möcüzə deyil.

səh:103


1- [226] Gudərz Nəcəfi, Quranın heyrətləndirici məsələləri”, səh. 28-30; Əhməd Əmin, “Təkamülün yolu”, c. 7, səh. 145; Yədullah Niyazmənd, “Quranın elmi ecazkarlığı müasir elm baxımından”, səh. 189.
2- [227]“Әbәdi möcüzә vә hәmişәyaşarlıq”, sәh. 27-28.
3- [228] “Məalim əl-Quran fi əvalim əl-əkvan”, səh. 38.
4- [229]“Әl-Quran yәtәcәlla fi әsr әl-elm”, sәh. 147.

GÖYLƏRDƏ CANLI VARLIQLAR MÖVCUDDURMU? (YERDƏNKƏNAR SİVİLİZASİYA)

Göy daim bəşər fikrini özünə məşğul edən varlıqlardandır. Göydə (Günəş sisteminin digər cisimlərində) həyatın mövcud olub-olmaması daim insanları düşündürmüşdür. Bəzi ayələrdə göydə (Kainatın planet tipli digər səma cisimlərində) həyat olduğuna işarələr var. Təfsirçilər bu mövzu ilə bağlı aşağıdakı ayələrə istinad etmişlər.

وَمِنْ آیَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِیهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَی جَمْعِهِمْ إِذَا یَشَاءُ قَدِیرٌ

“Göyləri, Yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!”(1)

QISA TARİX

İnsanlar əsrlər boyu Ptolomey təlimlərinə əsaslanaraq ulduzları göyün tavanına vurulmuş mismarlar hesab edirdilər. Lakin Kopernikin astronomik devrimindən və yeni nailiyyətlərdən sonra Yerdənkənar sivilizasiya haqqında düşünməyə başladılar. İnsanların digər göy cisimlərinə səfər etmək arzusu da mövcudluğu fərz olunan Yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaqla bağlıdır.

Asimov “XX əsrin kəşfləri” əsərində yazır:

“Kosmik uçuşlar vasitəsilə əldə etdiyimiz məlumatlar göstərir ki, biz mütləq ulduzları ələ keçirməliyik (onlara

səh:104


1- [230]Şura, 29.

səfər etməliyik). Biz mütləq üstündə dostu, düşməni, nəhəngləri daşıyan planet tipli səma cisimlərini təsir altına almalıyıq”(1).

İlk insan Aya endikdən sonra bu maraq daha da çoxaldı(2). Bu haqda geniş tədqiqat işləri, müşahidələr göstərir ki, yalnız bizim qalaktikada (Ağ yol) 600 həyat mövcud olan səma cismi var. Bu ulduz və planet tipli cisimlərdə Yerdəki həyat formasına, sivilizasiyaya oxşar sivilizasiya mövcuddur. Hesablamalara görə bütövlükdə Kainatda 600 milyon həyat forması olan cisim var.

ABŞ və keçmiş SSRİ astronomunun birgə işləyib hazırladığı “Biz tək deyilik” tədqiqat əsərində göstərilir ki, bizim qalaktikada minimum 1 milyard həyat üçün əlverişli olan (planet tipli) cisim var.

Bir çox astronomlara görə, Yeri Kainatda insan yaşayan yeganə cisim, Yerdəki həyat formalarını isə yaşayışın mümkün vahid formaları hesab etmək olmaz(3).

Əbd ər-Rəzzaq Nofel alimlərin Yerdənkənar sivilizasiya haqqında görüşlərini qeyd edir və digər səma cisimlərində həyat olması ehtimalına üstünlük verir(4).

Əbd əl-Qəni Yerdənkənar sivilizasiyanın mövcudluğunu üç aspektdən açıqlayır (elm, əql və Quran baxımından).

O, əqli baxımdan fikirlərini belə əsaslandırır: Əgər digər səma cisimlərində həyat mövcud olmasa, bu, Allahın

səh:105


1- [231] “XX əsrin kəşfləri”, səh. 67-68.
2- [232] Amerika astronavtları H. Armstronq və E. Oldrin ilk dəfə Aya enmiş (“Apollon-11” gəmisi ilə) adamlardır (21. 7. 1969). “Apollon”un sonrakı buraxmışlarında daha 10 adam Ayda olmuşdur.
3- [233] “Kosmos əsrinin biliyi”, səh. 168.
4- [234] “Əl-Quran və əl-elm əl-hədis”, səh. 200-214.

hikmətinə ziddir. Geniş göy cisimləri yaradıb onları boş qoymaq sağlam ağıla müvafiq deyil(1).

Elmi baxımdan isə fikrini belə izah edir: Bütün varlıq aləmi (kimyəvi) tərkib, quruluş və ahəngdarlıq baxımından eynidir. Bu göstərir ki, bütün Kainatın vahid yaradıcısı var. Onların ilkin maddəsi eynidir və olarda mövcud həyat forması da Yerdəki həyat forması kimidir. Əgər bu gün alimlər Yerdənkənar sivilizasiyalar haqqında məlumat əldə edə bilməmişlərsə bu, digər səma cisimlərində həyatın mövcud olmaması demək deyil. Ehtimal ki, gələcəkdə digər alimlər yeni texniki imkanlar hesabına planet tipli digər səma cisimlərində həyatın mövcudluğunu sübuta yetirə biləcəklər(2).

ELMİ SİRLƏR

Təfsirçilərin məlum ayə (Şura, 29) haqqında söylədiklərinə nəzər salaq.

Əllamə Təbatəbai yuxarıdakı ayə haqqında yazır:

“Təfsiri-nümunə”də oxuyuruq:

“دابة” [dabbə] sözü ən kiçik həşəratdan başlayaraq nəhəng heyvanlara qədər bütün varlıqları əhatə edir. Məlum ayədən göylərdə canlı varlıqların yaşadığı anlaşılır. Alimlər isə bu haqda hələ də qəti bir söz deyə bilmirlər.

səh:106


1- [235] “Quran və müasir elm”, səh. 221-222.
2- [236] Yenə orada, səh. 222-223.

Onlar sadəcə bəzi planetlərin həyat üçün əlverişli olduğu ehtimalını irəli sürürlər”(1).

Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə deyilir:

“Səmada müşahidə etdiyiniz ulduzlarda da Yerdə olduğu kimi şəhərlər mövcuddur”(2).

Əbd ər-Rəzzaq Nofel bu haqda geniş söhbət açaraq yazır:

“Quranda əsrlər öncə göylərdə də canlı varlıqların yaşadığı bildirilir”.

O, bunun sübutu üçün Şura surəsinin 29-cu ayəsinə əsaslanır və bildirir ki, Allah göylərdə və Yerdə mövcud olan canlı varlıqların hamısını bir yerə toplaya bilər(3).

Əbd əl-Qəni əl-Xətib məlum ayə haqqında danışarkən göy cisimlərində həyat olduğu haqda fikirləri qeyd edir.(4)

Zəməxşəri öz təfsirində yazır:

“Çox güman ki, göylərdə də Yerdə yaşayan canlıların bənzəri yaradılmışdır”(5).

Əbu Səid öz təfsirində yazır:

“Göy cisimlərində də Yerdə olduğu kimi canlılar mövcuddur”.

Fəxr Razi yazır: “Ehtimal ki, Allah göylərdə müxtəlif heyvanlar yaratmışdır”(6).

Ayətullah Hüseyn Nuri yazır:

“Son zamanlar sovet alimləri bizim qalaktikada milyardlarla həyat üçün əlverişli olan cisim olduğunu kəşf

səh:107


1- [237]“Tәfsiri-nümunә”, c. 20, sәh. 58.
2- [239] “Səfinə əl-bihar”, c. 2, səh. 574.
3- [240] “Әl-Quran vә әl-elm әl-hәdis”, sәh. 214-216.
4- [241]“Quran vә günün elmi”, sәh. 229.
5- [242] “Əl-Kəşşaf, c. 4, səh. 225.
6- [243] “Təfsir əl-kəbir”, c. 27, səh. 171.

etmişlər. Maraqlı burasıdır ki, Quran 14 əsr öncə elmin bu nailiyyətindən xəbər verir”.

O, məlum ayədə iki mühüm məqamın mövcudluğunu qeyd edir.

1. Göylərdə də Yerdə olduğu kimi canlı varlıqlar mövcuddur.

2. Allah istədiyi zaman bu varlıqlar bir-birindən xəbərdar olacaqlar (bir-birlərini görəcəklər)(1).

Əllamə Təbatəbaiyə aid edilən “Quranın ecazkarlığı” adlı kitabda məlum ayəyə (Şura, 29) istinad olunaraq göy cisimlərində də həyat olduğu açıqlanır.

Bir çox yazarlar yuxarıda qeyd olunan ayələrə əsaslanaraq (Şura, 29; Nəhl, 53; Nur, 45) göy cisimlərində canlıların, hətta bitkilərin və abadlıqların (Buruc, 2) mövcudluğu ehtimalını irəli sürmüşlər(2).

YEKUN

Məlum ayəni (Şura, 29) Yerdənkənar sivilizasiya ilə uyğunlaşdırmaqla bağlı bir neçə məqamı diqqətdən qaçırmaq olmaz.

1. “سماء” [səma] və “سموات” [səmavat] ifadələri Quranda bir neçə fərqli mənada işlənmişdir. Sözügedən açıqlama (təfsir) o zaman doğru olar ki, ayədə qeyd olunan “سموات” [səmavat] sözündən məqsədin göy cisimləri olduğu isbat edilsin. Bir halda ki, “سماء” [səma] sözündən məqsəd Yeri əhatə edən qaz örtüyü (atmosfer), “دابة” [dabbə] sözündən məqsəd isə adi gözlə görülməyən kiçik varlıqlar (mikroblar) və ya göydə uçan quşlar olduğu fikri də irəli sürülə bilər. Lakin buna baxmayaraq, ayənin hər iki açıqlamaya aid olduğu istisna edilmir.

səh:108


1- [244] “Kosmos əsrinin biliyi”, səh. 168-169.
2- [245]“Abbas Әli Mahmudi, “Quranda sәma sakinlәri” sәh. 95-99.

2. Əgər Yerdənkənar sivilizasiyanın mövcudluğunun elmi baxımdan isbat edilmədiyini, hələ də güclü bir ehtimal olduğunu nəzərə alsaq, bu fikri qəti olaraq Qurana aid edib onun elmi möcüzəsi hesab edə bilmərik.

3. Əgər ikinci ehtimalın üzərində dayansaq, o zaman ayədə hamının müşahidə etdiyi real həyatdan söhbət açıldığının şahidi olacağıq. Bu, Allahın nişanələrindəndir. Yəni Allah havanı elə bir şəraitdə yaratmışdır ki, quşlar orada sərbəst hərəkət edə bilirlər. Mikroblara gəldikdə isə erkən çağ ərəblərinin bu haqda məlumatsızlığını nəzərə alsaq, buna elmi rəng verib Quranın möcüzələrindən hesab etmək olar.

QURANA GÖRƏ DÜNYANIN SONU NƏ ZAMAN VƏ NECƏ BAŞ VERƏCƏK?

Quran Qiyaməti dünyanın sonu, yeni bir dünyanın başlanğıcı hesab edir. Bu səmavi kitab bir çox ayələrdə Qiyamət öncəsi baş verəcək hadisələrdən söhbət açır ki, bunların bəziləri Qiyamətin nişanələrindən hesab olunur.

Quran şərhçiləri və astronomlar mövcud Kainatın sonu ilə bağlı ayələri bir neçə qismə ayırırlar:

a) Günəş və ulduzların sönükməsinə işarə vuran ayələr;

وَإِذَا النُّجُومُ انکَدَرَتْ إِذَا الشَّمْسُ کُوِّرَتْ

“And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); And olsun (günəşin) ardınca çıxan aya!”(1)

“Müəyyən vaxta qədər (səmada) dolanan Günəşi və Ayı ram edən məhz Allahdır”(2).

b) Ayın parçalanmasından söhbət açan ayələr;

səh:109


1- [246]Təkbir, 1-2.
2- [247]Rəd, 2.

“O saat (qiyamət) yaxınlaşdı və ay parçalandı”(1).

c) Səma və ulduzların mövcud düzümünün pozulması ilə bağlı ayələr;

“Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman”(2).

“Günəşlə ay birləşəcəyi zaman”(3).

ç) Yerdə böyük zəlzələlərin baş verəcəyindən xəbər verən ayələr;

“Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!(4)

d) Dağların parçalanmasından söhbət açan ayələr;

“Dağlar isə didilmiş yun kimi olacaqdır!(5)

e) Dənizlərin od tutub yanmasından söhbət açan ayələr;

“Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman(6)”.

ə) Səmanı tüstü bürüməsi haqqında danışan ayələr;

“Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə!(7)

səh:110


1- [248]Qəmər, 1.
2- [249]İnfitar, 1-2 (Haqqə, 16; Furqan, 25; Mürsəlat, 9; Tur, 9; İnşiqaq, 1).
3- [250]İnfitar, 1-2 (Haqqә, 16; Furqan, 25; Mürsәlat, 9; Tur, 9; İnşiqaq, 1).
4- [251] Həcc, 1 (Muzzəmbil, 14; Vaqiə, 4; Zilzal, 1-2; Naziat, 6-7).
5- [251]Qariә, 5 (Nәbә, 20; Vaqiә, 5-6; Müzzәmmil, 14; Haqqә, 14; Tur, 10).
6- [253] Təkvir, 6 (İnfitar, 3).
7- [254]Duxan, 10.

DÜNYANIN SONU HAQQINDA ELMİ FİKİRLƏR

Kosmologiyada dünyanın sonu ilə bağlı iki məsələ müzakirə olunur:

Birinci: Kainatın genişlənməsinin sonu varmı?

Dünya daim genişlənməkdədir. Qalaktikalar sürətlə bir-birlərindən ayrılmaqdadır. Bu genişlənmə prosesi daim davam edəcəkmi? Bu genişlənmə bir gün sona yetəcəkmi? Alimlər bu suallara cavab olaraq üç ehtimal irəli sürürlər:

a) Dünyanın genişlənməsi daimidir (sonsuzdur);

b) Sonda dünya cazibə qüvvəsinin təsiri ilə sıxılaraq (yumularaq) bir nöqtəyə qayıdacaq;

c) Dünya daim partlayışlarla qarşı-qarşıyadır.

Rus fiziki Aleksandr Fridman (1888-1925) 1920-ci ildə göstərirdi ki, bu sualların cavabı Kainatın kütləsi ilə bağlıdır(1).

İkinci: Günəş, Yer və ulduzların sonu necə olacaq?

Bəzi fizik və astronomların fikrincə, Günəş 10 mlrd. il istilik vermәk qabiliyyətinə malikdir. Hal-һazırda onun ömründәn 5 mlrd. il keçmişdir(2). Deməli, planetimiz (Yer)

səh:111


1- [255] Əgər dünyanın kifayət qədər kütləsi olarsa, sonda cazibə qüvvəsi onun genişlənməsini saxlayacaq, göy cisimləri bir-birinə doğru hərəkət edəcək və nəhayət, onlar hamısı bir nöqtəyə toplaşacaq. Əks təqdirdə (yəni kifayət qədər kütlə olmadıqda) dünya genişlənməyini davam etdirəcək.Alimlər dünyanın kütləsini müəyyənləşdirməklə hansı variantın mümkün olduğunu üzə çıxarmaq istəyirlər (Kosmos və qalaktika yolu, səh. 50-52).
2- [256] Dr. Erick “Yeni fizika”, sәһ, 20-21. O , yazır: “Günәş saniyәdә 564 mln.t һidrogen yandırır. Bu miqdardan 560 t һelium yaranır, 4 mln.t isә digәr maddәlәr (bunun yalnız 7%-i yanacaq kimi istifadә olunur) tәşkil edir vә enerjiyә çevrilir. Nәticәdә işıq, şüalanma şәklindә yayılır.

hələ 5 milyard il Günəş ətrafında fırlanacaqdır. Günəş ömrünün son günlərində hava balonu tək şişərək nəhəng bir ulduz şəklini alacaq və günəş sisteminin iki planeti – Venera (Karvanqıran) və Merkuri ilə birləşəcəkdir.

Yer 1000 dərəcə istiliyə malik olacaq. Həyat izləri silinəcək. Bütün okeanlar buxara çevriləcək”(1).

Bəzi nəzəriyyəçilər ulduzların sönükməsi haqqında yazırlar:

“Bütün ulduzlar istilik-nüvə reaksiyaları hesabına şüalandığından nəhayət bu şüalanma sona yetəcəkdir. Ulduzlar genişlənəcək və bundan yaranan parlaq qazlar (ulduzların üst qabığı) nağılvari şəkildə fəzaya səpələnəcək. Bunlar, “planetşəkilli dumanlıqlar” adlanır. Ulduzların nüvə ehtiyatı bitdikdə cazibə qüvvəsi onları öz təsiri altına salacaq və çox isti kül təpəciklərinə çevriləcəklər. Çox böyük ulduzlar baş verəcək bir partlayış nəticəsində öz parlaqlıqlarını itirəcəklər. Daxilində nüvə partlayışı baş verən ulduzların üst qabıqları kənara sıçrayacaq. Can verməkdə olan ulduz yalnız bir neçə saat enerji yayacaq”(2).

ELMİ SİRLƏR

Bəzi təfsirçilər məlum ayələrin dünyanın sonu ilə bağlı kosmoloji nailiyyətlərlə üst-üstə düşdüyü haqqında söhbət açmışlar.

1. Ayətullah Məkarim Şirazi, “Pəyami-Quran” adlı təfsir əsərində dünyanın sonu ilə bağlı ayələri təhlil edərkən “Təkvir” surəsinin 1-2-ci ayələri haqqında yazır:

“کورت” [kuvvirət] sözü, bükülmək, yığılmaq (sıxılmaq) mənalarını ifadə edir. Bəzən isə sönükmək kimi tərcümə

səh:112


1- [257] Yenə orada, 54-55.
2- [258] “Kosmos və qalaktika yolu”, səh. 25-26.

olunur. Ehtimal ki, Günəşə nisbətdə hər iki məna keçərlidir. Belə ki, günəş tədricən sıxılaraq (büzüşərək) parlaqlığını itirəcək (sönükəcək).

“انکدرت” [inkədərət] sözü sönükmək, qaralmaq, çökmək, parçalanmaq mənalarını ifadə edir. Deməli, Qurana görə dünyanın sonunda Günəş sisteminin ən parlaq cismi sönükəcək. Digər ulduzların da taleyi belədir.

Alimlərin fikrincə Günəşin enerjisi onun daxilində gedən istilik-nüvə reaksiyalarından törəyir. Onun çəkisi hər gün 1 milyard ton azalır və bu onun tədricən sönükməsinə, parlaqlığını itirməsinə gətirib çıxarır”(1).

O, Günəş və Ayın cəmləşməsi (“Qiyamət”, 8) haqqında yazır:

“Çox güman ki, Günəş və Ayın cəmləşməsindən məqsəd Ayın cazibə müvazinətinin pozulması nəticəsində mərkəzə, yəni Günəşə doğru cəzb olunmasıdır(2).

“İnfitar” surəsinin 1-2-ci ayələri haqqında yazır:

“Ulduzların da düzümü, cazibə müvazinəti pozulacaqdır. Çox güman ki, Quran da buna işarə vurur”(3).

O, “İnfitar” surəsinin 3 və “Təkvir” surəsinin 6-cı ayələrini izah edərkən üç ehtimalı qeyd edir:

Birinci ehtimal: Su iki ünsürdən - oksigen və hidrogendən təşkil olunmuşdur. Bunlar hər ikisi yanmaq qabiliyyəti olan qazlardır. Suyun tərkibi ayrılacaq və böyük yanğınlar törənəcək.

İkinci ehtimal: Qiyamət öncəsi böyük zəlzələlər nəticəsində Yer yarılacaq və dənizlər bir-birinə qovuşacaq.

Üçüncü ehtimal: Dağların parçalanaraq dənizlərə tökülməsi və yaxud göydən yağan bərk cisimlərin

səh:113


1- [259] “Pəyami- Quran”, c. 6, səh. 33-34.
2- [260] Yenə orada, səh. 35.
3- [261] “Pəyami-Quran”, c. 6, səh. 35

okeanlara düşməsi suyun daşmasına və bütün quru əraziləri su basmasına gətirib çıxaracaqdır.

2. Yazıçılardan biri Qiyamət surəsinin 9-cu ayəsinə toxunaraq gerçəkliyə hakim olan mövcud düzümün pozulması haqqında yazır:

“Atom nüvəsi ilə onun ətrafına fırlanan elektronlar arasındakı boşluq onların kütlələrinə nisbətdə çox genişdir. Əgər bir atomun 1 kmolduğunu şərtləşsək, onun yalnız 1 m-ini nüvə və proton tutur. Elektron isə 1 km-lik fasilədə nüvə ətrafında hərəkət edir (fırlanır).

Əslində bütün varlıqlar (canlı və ya cansız) atomlardan təşkil olunmuşdur. Əgər atomlar arasındakı məsafə və boşluq aradan getsə, bütün varlıqlar öncəki çəkilərini qorumaq şərtilə olduqca kiçik varlıqlara çevrilər və bu zaman bütöv maddi aləm bir göz qırpımında dağılar. Yer kürəsi kiçik bir narınc şəklini alar(1).

Sonra göy cisimləri kiçik yumaq (şar) şəklinə düşərək bir-biri ilə toqquşacaqlar. Bu elmi həqiqət (böyük Köpək bürcündə) Sirius adlanan çox böyük bir ulduzun bir anda kiçik bir ulduza çevrilməsi zamanı isbat olundu”(2).

3. Bəziləri Təkvir, 3 ayəsini suyun tərkibində oksigen atomunun hidrogendən ayrılması kimi izah edirlər(3).

4. Bəzi müasir yazıçılar Təkvir surəsinin 1, İnfitar surəsinin 1 və 2-ci ayələrinə toxunaraq Günəş və ulduzların sönükməsi haqqında bir neçə nəzəriyyəni qeyd etmişlər:

səh:114


1- [262] Joliot adlı bir alim yazır: “Əgər insan bədəninin atomlarının məsafələri aradan qalxarsa, o, çəkisini qorumaqla, misal üçün, 70 kq çəkili insan 70 kq mikrob şəklinə düşər. Belə ki, onu yalnız mikroskopla görmək mümkün olar.
2- [263] “Quranın heyrətləndirici məsələləri”, səh. 129-131.
3- [264]“Tәkamülün yolu”, sәh. c. 3, sәh. 189; “Quranın heyrәtlәndirici mәsәlәlәri”, sәh. 132.

a) Doktor C. Qamov yazır:

“Elə bir gün gələcək ki, Yer (eləcə də digər planetlər) böyük bir partlayış nəticəsində qaz-toz şəklinə düşəcəklər”(1).

b) Professor A. Maseviç yazır:

“Bir gün Günəşin hidrogen ehtiyatı nüvə reaksiyaları nəticəsində bitəcək”(2).

c) Elm adamlarından biri yazır:

“Termodinamik prinsiplərə görə bütün cisimlər getdikcə hərarətini itirir. Elə bir gün gələcək ki, bütün cisimlərin hərarəti bərabər səviyyəyə enəcək və bu, bütün varlıqların, göy cisimlərinin məhvinə gətirib çıxaracaq”(3).

5. Bəzi yazıçılar Ayın parçalanması (Qəmər, 1) haqqında yazır:

“Son dövrlərdə astronomlar belə bir nəticəyə gəlmişlər ki, bir gün Ay iki və ya daha çox hissəyə bölünəcək. Bunlar da öz növbəsində partlayaraq min dəfələrlə bölünəcəklər.

Avropa astronomuJeames göstərir ki, gələcəkdə Ay Yerə son dərəcə yaxınlaşacaq. Bu zaman Yer çökmək təhlükəsi ilə üzləşəcək”(4).

6. Əbd ər-Rəzzaq Nofel də dünyanın sonu, Günəş və Ayın taleyi haqqında bir neçə nəzəriyyənin mövcud olduğunu göstərir.

7. Əhməd Məhəmməd Süleyman məlum ayələr haqqında bir neçə ehtimalı qeyd etdikdən sonra Duxan surəsinin 10-cu ayəsində sözügedən “دخان” [duxan] sözünü

səh:115


1- [265] “Günəşin sonu”, səh. 163.
2- [266] “Quranın heyrətləndirici məsələləri”, səh. 134.
3- [267] Məhdi Bazərqan, “Sonsuz yol”, səh. 490; “Təkamülün yolu”, səh. 183.
4- [268] “Dünyanın keçmişi və gələcəyi”, səh. 183.

alov kimi tərcümə edir və dünyanın sonu ilə əlaqələndirir. Sonra Günəşin partlaması və sönükməsi ehtimallarını qeyd edərək bildirir ki, Yer ya Günəşin istisindən törənən alov, ya da onun sönükməsindən qaynaqlanan şaxta nəticəsində məhv olacaq(1).

8. Bəzi alimlər Duxan surəsinin 10-cu ayəsini ilahi möcüzə hesab edir və bildirirlər ki, dünya Qiyamətdə “دخان” [duxan] (tüstü) olacaq və bu elmi bir həqiqətdir(2).

YEKUN

Qeyd olunan fikirlərin dünyanın sonu ilə uyğun olduğuna baxmayaraq, bir neçə məqama diqqət yetirmək lazımdır.

1. Ayın parçalanması haqqında (Qəmər, 1) qeyd olunanlar iki cəhətdən tənqid oluna bilər.

Birincisi, qeyd olunan elmi məsələlər qəti olaraq sübuta yetirilməmişdir. Ayın parçalanacağının elmi səbəbləri qeyd olunmayıb, sadəcə onun Yerə yaxınlaşması önə çəkilmişdir. Bu versiya doğru olsa belə Ayın Yerə cəzb olunması nəticəsində baş verir. Bir halda ki, Quran Qiyamət öncəsi Günəş və Ayın bir yerə toplaşmasından söhbət açır (Qiyamət, 9).

İkincisi, təfsirçilər Ayın parçalanması haqqında iki ehtimalı qeyd edirlər:

a) Ayədən məqsəd Peyğəmbər (s) dönəmində baş vermiş məşhur “Şəqq əl-qəmər” (Ayın bölünməsi) möcüzəsidir. Hansı ki, bu möcüzə özü Qiyamətin yaxınlaşmasını göstərən nişanələrdəndir. Necə ki, sonuncu

səh:116


1- [269] “Quran və elm”, səh. 68-71
2- _ftnref270

Peyğəmbərin (s) gəlişi özü də Qiyamətin yaxınlaşmasının əlamətlərindəndir.

b) Ayədən məqsəd Ayın Qiyamət zamanı parçalanmasıdır.

2. “Duxan” surəsinin 10-cu ayəsi haqqında təfsir kitablarında üç ehtimal irəli sürülmüşdür.

Birinci ehtimal: Ayədə məqsəd odlu tüstüdür. Hansı ki, Qiyamətin əzablarından biridir.

İkinci ehtimal: Ayədə məqsəd tüstü sözünün məcazi mənasıdır. Yəni məqsəd Peyğəmbər (s) dönəmində kafirləri əhatə edən quraqlıqdır.

Üçüncü ehtimal: Məqsəd Qiyamət öncəsi hər yeri bürüyəcək tüstüdür.

Təfsirçilərə görə ilk iki ehtimal zəifdir. Üçüncü ehtimal isə daha məqsədəuyğundur. Bunu təsdiq edən çoxsaylı rəvayətlər də mövcuddur(1).

Hər halda Əhməd Məhəmməd Süleymanın irəli sürdüyü fikir (tüstüdən məqsədin alov olması fikri) leksik və hədis baxımdan təsdiq olunmur.

3. Quranda Günəş və ulduzların sönükməsi, onların düzümünün dağılması haqqında ümumi işarələr olsa da bu haqda qəti elmi nəzəriyyə mövcud olmadığı üçün bu və ya digər versiyanı Qurana aid etmək yanlışdır.

4. “فجرت” [fuccirət] və “سجرت” [succirət] ifadələrinin suyun tərkibindəki atomların partlaması ilə bağlı olması haqqında heç bir tutarlı dəlil yoxdur. Oksigenin hidrogendən ayrılmasını da yalnız bir ehtimal olaraq önə çəkmək olar. Digər açıqlamalar da “فجرت” [fuccirət] və “سجرت” [succirət] ifadələrinə yaddır.

səh:117


1- [271] “Pəyami-Quran”, c. 6, səh. 25-27; “Təfsir əl-kəbir”, c. 27, səh. 242; “Ruh əl-məani”, c. 25, səh. 107; “Bihar əl-ənvar”, c. 52, səh. 209; “Dürr əl-mənsur”, c. 6, səh. 29.

5. Quranın Günəşin, ulduzlar və digər planetlərin sonu haqqında işarələri mövcud elmi nəzrəiyyələrə müəyyən qədər uyğundur. Bu bir növ elmi sirlərin üstünün açılması hesab olunur. Lakin bir gün bu qəti olaraq öz elmi sübutunu taparsa o zaman Quranın elmi möcüzəsi hesab oluna bilər.

səh:118

ÜÇÜNCÜ FƏSİL

QURAN VƏ RİYAZİ ELMLƏR

Son illərdə qələm sahibləri Quranın ecazkarlığının digər tərəfi, ədədlərlə bağlı möcüzələri haqqında fikir yürütməyə başlamışlar. Onların fikrincə Quranda riyazi bir ahəngdarlıq mövcuddur. Əlbəttə, bu fikrin izlərinə ilk olaraq Syutinin “əl-İtqan” əsərində rast gəlirik(1).

Son illərədək bu elmi sirrin üstü açılmamışdı. Kompyuterin meydana gəlməsi bu yeni yaranmış fikrin inkişafına təkan verdi və Quranın ecazkarlığını bir daha sübuta yetirdi. Sözügedən qələm sahibləri bu vasitə ilə digər nəticələr də əldə edirlər ki, qarşıda bu haqda söhbət açacağıq. Bu sahədə tədqiqat aparan elm adamlarının önündə gedən adlar Rəşad Xəlifə, Əbd ər-Rəzzaq və başqalarıdır.

Qarşıda isə bu fikirləri qəbul etməməkdə israrlı olan digər Quran şərhçiləri var. Belə ki, bəziləri bu hesablamaları yanlış, bəziləri isə daha da irəli gedərək Bəhailiyin fitnəsi, yanlış yolda olan təmayülçü bir cərəyan

səh:119


1- [272] Bizim bu kitabda tədqiq etdiyimiz mövzu Quranın elmi ecazkarlığıdır. Elmdən isə məqsədimiz təcrübi elmlərdir. Deməli, Quranın ədədlərlə bağlı ecazkarlığı bizim mübahisə obyektimizdən kənardır; çünki riyaziyyat rasional (əqli) elimlərdəndir. Lakin bu məsələ böyük əhəmiyyət daşıdığı üçün Quranın elmi ecazkarlığı ilə bağlı bir çox kitablarda haqqında söhbət açılmışdır. Digər tərəfdən də elmi ecazkarlıq sözün geniş mənasında bütün elmləri (rasional, ənənəvi, empirik, intuitiv və s.) əhatə edir. Bütün bunları nəzərə alıb Quranın ədədlərlə bağlı möcüzələrinə də qısaca toxunduq.

hesab edir və buna dəlil olaraq Rəşad Xəlifənin peyğəmbərlik iddia etdiyi üçün öldürüldüyünü göstərirlər.

Biz öncə hər iki fikrin tərəfdarları və onların kitabları haqqında məlumat verəcək və sonda yekun fikrimizi diqqətinizə çatdıracağıq:

a) Quranın ədədlərlə bağlı ecazkarlığını qəbul edənlər;

Bu haqda çoxlu sayda elm adamları kitab yazmışlar. Burada bir neçə mühüm əsəri diqqətinizə çatdırırıq.

1. “Möcüzə əl-Quran əl-kərim”, Doktor Rəşad Xəlifə.

Doktor Rəşad Xəlifə Misirin “Təntə” şəhərində sufi ailəsində dünyaya göz açdı. O, 1971-ci ildə Məkkədə rəsmi şəkildə təsəvvüf xələfləri cərgəsinə qoşuldu.

Yeni təhsilini Qahirə “Eyn əş-şəms” Kənd Təsərrüfatı Universitetində başa vurdu. Sonradan Arizona universitetində aspiranturanı (1959-1961), Kaliforniya universitetində isə doktoranturanı (1962-1964) Bitki Biologiyası fakültəsində bitirdi.

O, üç il müddətində kompyuterdən istifadə edərək Quran haqqında tədqiqat apardı. Bu tədqiqatın nəticəsini 1351 h. ş. ilində dünya mediyasına açıqladı. Onun “Möcüzə Quran əl-Kərim” əsəri 1983-cü ildə çapdan çıxdı. Çox keçmədən Amerikada ingilis variantı çap olundu.

Rəşad Xəlifənin bütün səyi Quranda “müqəttəə” hərflərin sirlərini açmağa yönəlmişdir. O, sübut edir ki, surələrin başlanğıcında yerləşən “müqəttəə” hərflər həmin surənin hərfləri ilə sıx əlaqədədir. O, bu hesablamaları aparmaq üçün kompyuterdən kömək almış və bildirmişdir ki, Quranın 29 surəsində “müqəttəə” hərf

səh:120

var. Bu hərflərin məcmusu ərəb əlifbasının 28-hərfini təşkil edir.

O, bu hərflərin 114 surəyə nisbətini tədqiq etmiş və maraqlı nəticələr əldə etmişdir.

“ن” hərfi “ن و القلم ” surəsində digər surələrə nisbətdə çoxluq təşkil edir.

O, 19 ədədinin (Müddəssir, 30) Quranda özünəməxsus yeri olduğunu qeyd edir və bəzi ayə və sözlərin sayını ona tətbiq edərək riyazi bir düzüm qarşıya qoyur. O, çoxsaylı hesablamalarla, riyazi cədvəllərlə bunu isbat etməyə çalışır və aşağıdakı nəticəni əldə edir:

a)Quran Allah kəlamıdır. “Müqəttəə” hərflər özünəməxsus yerlərində yerləşdirilməklə əlifba hərflərinin Quran boyunca dəqiq paylanmasını göstərir. Belə bir inkişaf etmiş üslubun bəşər tərəfindən təqdim oluna biləcəyini heç kim iddia edə bilməz.

O, Quranın ecazkarlığını bu yolla sübut etməyə çalışır. Hətta həzrət Musa (ə) və İsanın (ə) da möcüzələrini Quranla sübut edir.

b)Quran surələrinin mövcud tərtibi bilavasitə Allahın ilhamıdır;

c)Quran surələrinin bugünkü ardıcıllıqla Allah tərəfindən nazil olması;

ç)Surələrin nazil olduğu məkanın (Məkkə və ya Mədinə) təsdiqlənməsi;

d)Quranda sözlərin məxsus qaydada yazılması bilavasitə Allahın göstərişidir. Buna görə də Quranda sözlərin yazılışının dəyişilməməsini tövsiyə edir;

e)Surələrin ayələrə bölünməsi Allahın əmri ilə gerçəkləşmişdir;

səh:121

ə) بسم الله الرحمن الرحیم ayəsi hər bir surənin ayrılmaz hissəsidir (Tövbə surəsindən başqa). O, bunu da riyazi yollarla sübut edir.

2. “Quranın ecazkarlığı”, müqəttəə hərflərin statistik təhlili”.

Kitabın Müəllifi Rəşad Xəlifədir. Tərcümə və əlavələr isə Seyid Məhəmməd Təqi Ayətullahiyə məxsusdur. Tərcüməçi bu kitabı ingiliscədən çevirmiş, bəzi əlavələr də etmişdir.

3. “XX əsrin möcüzəsi”, İbn Xəlifə.

O, 110 səhifədən ibarət əsərində Quranın əmrlərinin 90%-nin yeddi, üç və ya bir olduğunu və təkrarlanması zəruri olduğunu qeyd etmişdir.

Misal üçün, اعبدوا (ibadət edin) əmri üç dəfə ümumkütləyə müraciətlə qeyd olunmuşdur. Eyni ifadə ilə üç dəfə məkkəlilərə, üç dəfə İslam peyğəmbərinə (s) müraciət olunmuşdur. Şüeyb (ə), Nuh (ə), Hud (ə), Saleh (ə) və İsa (ə) hər biri üç dəfə öz qövmünə bu ibarə ilə müraciət etmişdir. Bu, çox qəribə bir sirdir.

O, bu ədəd düzümünü Quranın elmi möcüzəsi hesab edir.

4. “Əl-Mənzumat əl-ədədiyyə fil-Quran”, Mustafa Əbu Yusif Bədran.

Bu kitab 88 səhifədən ibarətdir. Əsasən müqəttəə hərflərin riyazi əlaqələrini və “الله” sözünün müxtəlif variantlarını tədqiq edir.

5. “Əl-Ecaz əl-ədədi lil-Quran əl-kərim”, Əbd ər-Rəzzaq Nofel.

Bu kitab üç cilddə çap olunmuş, sonradan Mustafa Hüseyni Təbatəbai tərəfindən tərcümə edilmişdir. O, Quranda sözlərin təkrar olunmasının ümumi bir qayda ilə həyata keçirildiyini iddia edir. Misal üçün, dünya sözü 115, axirət sözü də 115

səh:122

dəfə işlənmişdir. Şeytan və Məlaikə sözləri hər biri 68 dəfə işlənmişdir. Həyat və ölüm sözləri 145 dəfə işlənmişdir.

O, bunu bir möcüzə kimi qiymətləndirir və bildirir ki, Quranın sözlərindəki bu ahəngdarlıq onun vəhydən başqa bir şey olmadığının sübutudur. Çünki bu insan qüdrətinin, bəşər ağlının fövqündədir.

6. “Ecazatun hədisətun elmiyyətun və rəqəmiyyətun fil-Quran”, Doktor Rafiq Əbu əs-Süud.

O, kitabının bir fəslində Quranın ədədlərlə bağlı möcüzələrindən söhbət açır və Əbd ər-Rəzzaqın fikirlərinə bənzər fikirlər söyləyir. Misal üçün, diqqəti aşağıdakı sözlərin Quranda işlənməsinə yönəldir.

ər- Rəhman 57, ər-Rəhim 114 dəfə;

əl- Cəza 117, əl- Məğfirə 234 dəfə;

əl- Fuccar 3, əl-Əbrar 6 dəfə;

əl- Üsr 12, əl- Yüsr 36 dəfə;

Qul 332, Qalu 332 dəfə;

İblis 11, İstəazəllah 11 dəfə;

əl- Müsibət 75, əş- Şükr 75 dəfə;

əl- Cəhr 16, əl- Əlaniyə 16 dəfə;

əş- Şiddə 102, əs- Səbr 102 dəfə;

əl- Məhəbbə 83, ət-Taət 83 dəfə;

7. “Sistemlər metodunun işlədilməsi”, L. Rossel. O, kitabın bir fəslində Rəşad Xəlifənin qeydlərini tərcümə edir.

8. “Quranda 19 möcüzəsi”, Bəssam Nahad Cərrar. O, Rəşad Xəlifənin riyazi hesablamalarını izah edərək ona iradlarını bildirir və 19 ədədinin ecazkarlığının yeni izahını verir. Quranda sözü gedən 38 ədəd mövcuddur. Bu 19 ədədinin toplanmasından alınan ədəddir. Quranda düzgün

səh:121

şəkildə işlənən ədədlərin sayı 285- dir. Bu da 19 ədədinin toplanması nəticəsində meydana gəlir (15 x 19 = 285).

9. “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi.

O, təfsir əsərinin ikinci cildində Ali-İmran surəsinin birinci ayəsini izah edərkən Doktor Rəşad Xəlifənin fikirlərini geniş şəkildə qeyd edir, haqqında fikir yürütmək üçün isə ətraflı tədqiqata ehtiyac olduğunu vurğulayır.

O, Rəşad Xəlifənin fikirlərini qeyd etdikdən sonra aşağıdakı nəticələri alır:

a) Quranın orijinal yazı xəttini qoruyun;

b) Bunlar Quranın təhrif olunmadığını bir daha təsdiq edir;

c) Dolğun mənalı işarələr (Müqəttəə hərflərdən sonra Quranın haqq tərəfindən göndərildiyi qeyd olunur);

O, yekun olaraq yazır: “23 il ərzində Peyğəmbərə (ə) nazil olan Quranda o qədər dəqiq hesablamalar mövcuddur ki, onları qorumaq yalnız elektron beyinlərin bacaracağı işdir(1).

10. Quranın ədədlərlə bağlı ecazkarlığı və iradlara cavab”, Mahmud Əhmədi.

O, Əbd ər-Rəzzaq və Rəşad Xəlifəyə ünvanlanan iradlara cavab verməyə çalışır.

11. “Əl- Möcüzə”, Ədnan Rəfai.

Burada da Əbd Ər-Rəzzaq Nofelin və Rafiq Əbu Səidin fikirlərinə oxşar fikirlər qeyd edir.

12. “Əl-Ecaz əl-ədədi fi surəti əl-fatihə”, Təlhə Cövhər.

O, əsasən 19 ədədindən söhbət açır və بسم الله الرحمن الرحیم ayəsini “ تسعة عشر” (Muddəssir, 30) ayəsi ilə müqayisə edir. Sonda isə 19 hərfdən ibarət ayələri toplamış və

səh:124


1- [273] “Təfsiri-nümunə”, c. 2, səh. 303-309.

Quranın ədədlərlə bağlı riyazi ecazkarlığını sübut etməyə çalışmışdır.

13. “Quranda tək və cüt möcüzəsi”, Kuruş Cəmnişan.

O, Fəcr surəsinin cüt və təkə and içilən üçüncü ayəsinə əsaslanaraq Quranda tək və cüt ədədlər sistemi olduğu fikrinə düşmüşdür. Nəticədə cüt ədədlərin tam olaraq Quran ayələrinin sayına bərabər, yəni 6236, tək ədədlərin isə bütün surələrin sayının cəminə bərabər, yəni 6555 olduğu anlaşılmış və beləcə Quranın ecazkarlığının digər tərəfi də üzə çıxmışdır.

14. “Mavərai-ehtimal”, Abdullah Ərik.

Bəzi yazıçılar yuxarıdakı kitaba əsaslanaraq بسم الله المفقودة adlı məqalə yazmış və Tövbə surəsində بسم الله الرحمن الرحیم ayəsinin olmaması, Nəml surəsində isə təkrar olunmasının çox hikmətli bir fakt və Quranın ecazkarlığına sübut olduğunu vurğulamışlar.

15. “Minəl-ecaz əl-bəlaği və əl-ədədi”, Doktor Əbu Zöhrə Nəcdi.

b) Quranın ədədlərlə bağlı ecazkarlığını qəbul etməyənlər.

Bu haqda bir neçə kitab və məqaləyə rast gəldik. Burada onlara qısa nəzər salacaq və dəlilləri ilə tanış olacağıq.

1. “Tisətu əşərə məlikən” (Quranın ədədlərlə bağlı ecazkarlığının Bəhailiyin hiyləsi olduğu haqqında), Hüseyn Naci Məhəmməd Muhyiddin.

səh:125

O, 19 ədədini Quranın möcüzəsi və sirlərindən hesab edənlərə qarşı çıxır və onların Allahın adından yalan danışdıqlarını iddia edir.

O, 19 ədədinin Bəhailiyin şüarlarından olduğunu qeyd edir və bildirir ki, onlar müsəlmanlara görə mürtəd və kafirdirlər. Onlara görə hər il 19 ay, hər ay 19 gündür. “Əl-Bəyan” adlanan kitabları 19 fəsildən, hər fəsil 19 hissədən ibarətdir. Onların gündəlik namazlarının sayı 19 rəkətdir.

O, kitabın digər hissəsində 19 ədədinin Qurana xas olmadığını bildirir və Quranın ədədlərlə bağlı möcüzəsi haqqında yazanların yanlışlıqlarından nümunələr göstərir.

2. “Əl-Möcüzə əl-Quraniyyə”, Doktor Məhəmməd Həsən Hitu.

O da Hüseyn Nacinin fikirlərini təkrar və təsdiq edir.

3. “Quranda 19 möcüzəsi”, Bəssam Nəhad Cərrar.

O özü Quranda 19 ədədi ilə bağlı möcüzəni qəbul etsə də Rəşad Xəlifənin yanlış fikirlərini açıqlayaraq yazır:

“Hərflərin surələrdə təkrar olunmasını araşdırdıqdan sonra gördüm ki, Rəşad Xəlifə istədiyi nəticəni almaq üçün bilərəkdən yalan danışmışdır”.

4. “Quranın ədədlərlə bağlı möcüzəsi və riyazi düzümü”, Abbas Yəzdani.

O, uyğun məqaləsində Quranın ədədlərlə bağlı riyazi ecazkarlığını qəbul edənlərin yanlışlıqları haqqında danışır və bu təmayülçü cərəyanın insanlarda çaşqınlıq yaratdığını bildirir.

Rəşad Xəlifə yazırdı: بسم الله الرحمن الرحیم ayəsi 19 hərfdən ibarətdir. Bu ilk ayənin bütün sözləri 19-a bölünəndir. Belə ki, ümumilikdə “بسم الله” 19, الله 2698, رحمن 57, رحیم 114 dəfə işlənmişdir. Halbuki bu rəqəmlərdən yalnız 57 rəqəmi doğrudur. Əgər الله sözündən məlum nəticəni almaq istəsək فالله، لله، تالله، بالله اللهم sözlərini

səh:126

də hesablamalıyıq. اللهم sözü isə hesablanmamalıdır. اسم sözü Quranda 22 dəfə, بسم isə yalnız 7 dəfə işlənmişdir.

O, Ədnan Rəfainin یوم [yəvm] (gün) sözünün Quranda 365 dəfə işlənməsi fikrinə cavab olaraq yazır: “O, یوم [yəvm] sözünün tək şəklini nəzərdə tutmuş, یومئذ ، یومکم ، یومهم ifadələrini hesablamadığı bir halda بالیوم ، فا لیوم sözlərini nəzərdən qaçırmamışdır”.

Ümumilikdə bu növ hesablamalarda məntiqi üsluba riayət olunmamışdır.

O, Kuruş Cəmnişana cavab olaraq yazır:

“Bu fikrin əsaslı iradı ondadır ki, Quranın ecazkarlığını sübuta yetirmir. Çünki istənilən qələm sahibi kitab yazıb onun fəsillərinin, cümlələrinin sayında belə bir düzüm nəzərdə tuta bilər”.

Əbd ər-Rəzzaq Nofelə irad tutaraq yazır:

“İblis sözünün Quranda 11 dəfə işlənməsi doğru olsa da استعاذه sözü 17 dəfə deyil, 7 dəfə işlənmişdir. Bundan başqa hər biri 75 dəfə işlənən müsibət və şükür anlayışları arasında nə əlaqə olduğu aydın deyil. Əgər söylənilən riyazi ahəngdarlıqlar doğru olsa belə bu Quranın bəşər qüdrəti xaricində bir kitab olduğunu isbat etmir. Çünki istənilən şəxs bu kimi riyazi düzümə malik bir kitab yaza bilər”(1).

O, sonda aşağıdakı nəticələri qeyd edir:

1. Rəşad Xəlifənin önə çəkdiyi riyazi ecazkarlığın izləri Syutinin “əl-İtqan” əsərində mövcuddur.

səh:127


1- [274]Bu әsaslandırma yanlışdır. Öncәdәn bir alim tәrәfindәn riyazi mәqsәdlә yazılan kitabı Quranla müqayisә etmәk olmaz. Çünki Quran 23 il әrzindә tәhsilsiz bir şәxs tәrәfindәn tәqdim olunmuşdur. Bundan başqa әgәr hәqiqәtәn bu riyazi düzümün möcüzә olduğu sübut olunarsa, gәlәcәkdә belә bir işin görülә bilәcәyi ehtimalı indiki möcüzәni istisna etmir. Çünki bu cür uzaq ehtimallar daim olmuşdur.

2. Bu yanlış cərəyandır və Quran maarifinin yayılmasına heç bir xidmət etməmişdir. Rəşad Xəlifə məlum yanlış fikirləri nəticəsində Qiyamətin vaxtını dəqiqləşdirdi (h. q. 1709) və peyğəmbərlik iddiası etdi (sonda isə öldürüldü).

3. Quranın riyazi düzümü haqqında verilən statistik rəqəmlər bir çox hallarda yanlışdır.

4. Söz və hərflərin sayılmasında vahid bir metod nəzərdə tutulmayıb.

5. Əgər Quranda sözlərin təkrar olunmasında xüsusi bir ahəngdarlıq varsa da bu Quranın ecazkarlığını isbat etmir. Çünki bu dəqiq yazılar bəşər yazı nümunələrində də mövcuddur.

6. Alınan nəticələr arasında məntiqi əlaqə yoxdur.

7. Bu təmayülçü cərəyan Quranın təhrif olunduğunu söyləyənlər üçün dayaq nöqtəsidir. Onlar, riyazi hesablamalar nəticə etibarı ilə yanlış olduqda bunu Quranın təhrif olunduğuna dəlil kimi göstərirlər.

8. Bəzi bu kimi uyğunluqlardan şairanə istifadə yol veriləndir. Lakin bunu elmi şəklə salmaq olmaz.

9. Quran və hədislərdə Quranın riyazi düzümü haqqında heç bir işarə yoxdur. Quran hidayət və əməl kitabıdır.

10. Quranın ecazkarlığını anlamaq üçün ərəb dilinin incəliklərini bilmək, davamlı tilavət edərək düşünmək lazımdır(1).

YEKUN

səh:128


1- [275] “Quranda 19 möcüzəsi”, səh. 21, 140. Bəzilərinə görə Doktor Rəşad Xəlifəyə qarşı radikal mövqelərin kökündə onun bəzi məzhəblərə meyilli olması dururdu. Çox güman ki, onun öldürülməsinə səbəb də bu radikal mövqelər olmuşdur.

Quranın ədədlərlə bağlı riyazi möcüzəsi haqqında bir neçə məqama diqqət yetirmək zəruridir.

1. Öncə də qeyd etdiyimiz kimi bir çox müsəlman alimləri Quranın riyazi düzümü haqqında tədqiqatlar aparmış və maraqlı nəticələr əldə etmişlər. Təbii ki, bəzən yanlış nəticələr də alınmışdır. Müxalif və müvafiqlərin söylədiklərinə nəzər saldıqda görürük ki, Quranın riyazi möcüzəsi müəyyən mənada hamı tərəfindən qəbul olunur. Daha dəqiq desək xüsusi iqrari şəkildə qəbul, ümumi iqrari şəkildə isə rədd olunur.

2. Öncə də qeyd olunduğu kimi Quranda 19 ədədinin təməl prinsip olması fikri yanlışdır. Amma bu həmin fikirdə olan müsəlman mütəfəkkirlərin bəhai və ya təmayülçü olduğunu söyləməyə əsas veriri. Fikrimizcə elmi məsələlərdə bu şəkildə davranmaq doğru deyil. Maraqlı burasıdır ki, Rəşad Xəlifəni yanlış təfəkkürə malik təmayülçü adlandıranlar özləri bu və ya digər şəkildə Quranın riyazi möcüzəsini qəbul edirlər.

3. Quranın riyazi düzümü (hər iki tərəfin qəbul etdiyi məhdud vəziyyət) heyrətləndiricidir. Çünki heç bir təhsil görməyən, oxumaq, yazmaq bilməyən bir şəxs 23 il ərzində, fərqli şəraitdə -döyüş zamanı, sülh və əminamanlıq zamanı belə bir kitab təqdim edilmişdir (yəni adətən kitab yazan alimlər kimi hər şeydən kənarda tam sakit kitabxana şəraitində yazmayıb). Bu çox heyrətləndiricidir. Lakin mövcud riyazi düzüm Quranın ecazkarlığını isbat edirmi?

Burada iki əsaslı irad mövcuddur. Birincisi, bu məsələ kiçik müqəddimə (fərdi hökm) baxımından natamamdır. Çünki xüsusi iqrari şəkildə qəbul olunur. İsbat olunan məsələlər Quranın ecazkarlığını sübuta yetirəcək qədər çox deyil.

səh:129

İkincisi, böyük müqəddimə (ümumi hökm) baxımından da natamamdır. Çünki Quranın insanları mübarizəyə çağırması ümumi bir iddia deyil və Quranın bütün tərəflərinə aid olmur. Bu iddianın əhatəsində olan tərəflər içində isə ədədlərlə bağlı ecazkarlıq yoxdur (yəni Quranda buyurulmamışdır).

Biz birinci fəsildə ikinci irada cavab verərərək bildirdik ki, Quranın məlum iddiası ümumi olub bütün tərəfləri əhatə edə bilər. Lakin birinci irad hələ də öz qüvvəsində qalır.

4. Yuxarıdakı qeyd olunanlara əsasən Quranın riyazi ecazkarlığı qəti olaraq isbat edilməmişdir və Rəşad Xəlifənin əldə etdiyi nəticələr qəbulolunmazdır.

5. Quranın riyazi ecazkarlığını qəbul edən bəziləri onu Quranın təhrif olunmamasının dəlili kimi göstərirlər. Halbuki göstərilən sadəcə riyazi düzümdür. Lakin bu riyazi düzümün necə olmalı olduğu bəlli deyil. Deməli, Quranın mövcud riyazi düzümü onun təhrif olunub olunmamasına dəlil ola bilməz.

səh:130

DÖRDÜNCÜ FƏSİL:QURAN VƏ BİOLOJİ ELMLƏR

YERDƏ HƏYATIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI (ÜZVİ ALƏMİN İNKİŞAFI)

Yerdə həyatın necə meydana gəlməsi daim bəşər övladını düşündürmüşdür. Bu haqda bir çox alimlər, ekspertlər rəy vermiş, fikir söyləmişlər. Quran da bu məsələdən yan keçməmiş, bəzi məsələlərə aydınlıq gətirmişdir. Bu, son qəti elmi nailiyyətlərlə üst-üstə düşdüyündən Quranın elmi möcüzəsi hesab olunur. Burada mövzu ilə bağlı ayələri və təfsirçilərin baxışlarını incələcəyik.

ELMİ SİRLƏR VƏ ŞƏRH

1. Ayətullah Məkarim Şirazi Ənbiya surəsinin 30 (وَجَعَلْنَا مِنَ الْمَاءِ کُلَّ شَیْءٍ حَیٍّ) və Nur surəsinin 45-ci (وَاللَّهُ خَلَقَ کُلَّ دَابَّةٍ مِن مَّاءٍ) ayələri haqqında üç ehtimal irəli sürür:

a) Ayədə “ماء” [ma`] ifadəsindən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma)(1). Bu ehtimal bir çox rəvayətlərdə də təsdiqlənir.

səh:131


1- [276] Bu açıqlama yanlışdır. Çünki bütün canlılar nütfədən yaranmır. Misal üçün, birhüceyrəli orqanizmlər (amyöblər, infuzorlar və s.) və “دابة” [dabbə] sözünün əhatə etdiyi digər canlılar hüceyrələrin bölünməsi yolu ilə artırlar. Lakin əgər ayədəki hökmü ümumi hökm kimi qəbul etməsək, o zaman məlum ehtimal öz qüvvəsində qalır.

b) Ayədə məqsəd yaradılan ilk varlıqdır. Çünki rəvayətlərə görə Allah ilk olaraq suyu yaratdı. İnsanları da sonradan sudan yaratdı. Son elmi araşdırmalar da göstərir ki, ilk həyat nişanələri suda (dənizlərdə) meydana gəlmişdir.

c) Ayədə məqsəd budur ki, hal-hazırda canlı varlıqları ayaqda saxlayan başlıca maddə sudur. Su olmadan heç bir canlı varlıq həyat sürə bilməz(1).

O, Hud surəsinin 7-ci ayəsini (وَکَانَ عَرْشُهُ عَلَی الْمَاءِ) izah edərkən Ənbiya surəsinin 30-cu ayəsi haqqında dördüncü ehtimalı qeyd edərək yazır:

“عرش” [ərş] sözü kök etibarı ilə tavan və ya tavanlı bir şey haqqında işlənir. “عرش” [ərş]sözünün digər mənası isə padşah taxtıdır. Sonradan iqtidar (qüdrət) mənasını kəsb etmişdir.

“ماء” [ma`] sözünün ilkin mənası sudur; lakin sonradan hər bir axıcı, maye haqqında işlənməyə başlanmışdır.

Yaradılış öncəsi obyektiv gerçəklik ərimiş vəziyyətdə (maye halında) idi. Deməli, varlıq aləmi öncə maye halında olmuşdur. Buna Ənbiya surəsinin 30-cu ayəsində də işarə vurulmuşdur”(2).

2. Əllamə Təbatəbai Hud surəsinin 7-ci ayəsini izah edərkən yazır:

“Gördüyümüz bütün canlı varlıqlar sudan yaranmışdır. İlkin həyat maddəsi sudur. Ayədə də məqsəd Allahın iqtidarının (yaradılış zamanı) suya hakim olmasıdır”(3).

səh:132


1- [277] “Təfiri-nümunə”, c. 13, səh. 396; c. 14, səh. 508-509.
2- [278] Yenә orada, c. 9, sәh. 25-26.
3- [279]“Tәfsir әl-mizan”, c. 10, sәh. 155

3. Ayətullah Mərifət yaradılışla bağlı bir neçə rəvayət nəql edərək yazır:

“Şəri dəlillər göstərir ki, ilk yaranan varlıq su olmuşdur. Hud surəsinin 7-ci ayəsi də göstərir ki, hətta yer və səma yaranmazdan öncə su mövcud olmuşdur”. Digər ayələr də (Ənbiya, 30; Nur, 45; Furqan, 54) həyatın sudan başlanğıc aldığını bildirir”(1).

O, Ənbiya surəsinin 30-cu ayəsi haqqında yazır:

“Ayədə məqsəd suyun bütün canlı varlıqların inkişaf prosesində oynadığı mühüm roldur. Necə ki, digər ayədə “Allah hər bir canlını sudan yaratmışdır” (Nur, 45) deyə buyurur. Bunu elm də sübut edir”(2).

4. Müasir yazıçılardan biri Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini izah edərək yazır:

“Elmi nailiyyətlərə görə bütün canlı varlıqlar sudan başlanğıc almışlar. Quran isə buna əsrlər öncə bir neçə ayədə işarə vurmuşdur. Bu, Quranın əsrlər öncə bir neçə ayədə işarə vurduğu məsələdir. Bu, Quranın elmi möcüzələrindən biridir”(3).

5. Doktor Paknijad məlum ayəni izah edərkən yazır:

“Suda aminturşu molekulları və jelatin zərrəcikləri meydana gəlir və kimyəvi reaksiya yaranır. İki quru cismin biri-digərində heç bir təsir buraxmır. Başqa sözlə desək, kimyəvi reaksiya həyat mövcud olan yerdə gedir. Kimyəvi reaksiya olduqda suyun mövcudluğu zəruridir. Çünki su həyat mənbəyidir. Su canlı varlıqların ayrılmaz hissəsidir”.

O, ilk canlı maddə (aminturşu molekulları) haqqında yazır:

səh:133


1- [280] “Ət-Təmhid”, c. 6, səh. 31-33.
2- [281]“Әt-Tәmhid”, c. 6, sәh. 34.
3- [282] “Quran və hədisdə yeni elmin işartıları”, c. 1, səh. 104

“Yaradılışın başlanğıcında dəhşətli ildırımlar çaxır, gur yağışlar yağır, dənizlər dolur, daşır və yavaş-yavaş meydana gələn molekullar bir-birinə qovuşurdu. Bu qovuşmaya səbəb cazibə qüvvəsi deyildi. Onları qovuşduran, bir-birinə doğru çəkən elektirik yükü və kimyəvi reaksiya idi(1).

Atomlar sıxlaşdı, molekullar əmələ gəldi. Dənizlər molekullarla doldu. Molekullar bir-birinə qovuşaraq yapışqan məhlula çevrildi və jelatin zərrəcikləri meydana gəldi. Zaman keçdikcə jelatin qatılaşdı (kristallaşdı), nəticədə qıtlıq yarandı və zərrəciklərin böyük əksəriyyəti funksiyasını itirərək ölgünləşdi. Onlarda yaşıl rəngli maddə (xlorofil) əmələ gəldi və günəş enerjisindən güc aldı. Bunlar ilk bitkilər idi. Araşdırmalar zamanı əldə olunan bəzi (daşlaşmış) bitki qalıqlarının yaşının 3 milyard olduğu təyin olunmuşdur.

İlk bitkilər, yəni xlorofil bir çox hallarda böyük jelatin zərrəsi tərəfindən yeyilirdi. Bu bitki yeyənlər yer üzündə ilk canlı heyvanlar hesab olunurlar”(2).

6. Doktor Maurice Bucaille Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini qeyd edərək yazır:

səh:134


1- [283]Onun yazdığına görә bәzi labaratoriyalarda suya elektrik tәkanı vermәklә aminturşu molekullarının әldә olunması tәcrübә olunmuşdur.
2- [284] O, Nur surəsinin 44-cü ayəsini izah edərkən yazır:“Canlıların dənizdə meydana gəlməsi sübuta yetmişdir. Çünki canlı varlıqların enerjiyə ehtiyacı labüddür. Erkən yaradılış dönəmində bu enerji fermentasiya, sonra isə oksidləşmə yolu ilə təmin edilirdi. Oksigeni sonra da ultrabənövşəyi şüaları cəzb edən (udan) azotun meydana gəlməsi canlıların dənizdən çıxıb quruda yaşamalarına imkan yaratdı. Bu gün də məlum yaradılış prosesi okeanlarda mövcuddur. Daim hər bir guşədə həyat yaranır, inkişaf və təkamül edir (İlk universitet və son peyğəmbər, c. 1, səh. 135-144).

“Ehtimal ki, ayədə məqsəd hər bir canlının ilkin maddə olaraq sudan yaranması və ya hər bir canlının əvvəlinin su olmasıdır. Hər iki halda elmi nailiyyətlərə tam uyğundur. Çünki həyat sudan başlanğıc almışdır”.

O, “ماء” [ma`] sözünün iki mənasına (su, maye) toxunaraq digər bir versiyanı da qeyd edir (heyvan mayası). Onun fikrincə, hər üç açıqlama elmi nailiyyətlərlə üst-üstə düşür və Quranda cahillik dönəmində həyatın yaranması haqqında yayılmış miflərə yer yoxdur(1).

7. Seyid Qütb Nur surəsinin 45 və Ənbiya surəsinin 30-cu ayələrini qeyd edərək onlardan iki məqamın anlaşıldığını vurğulayır. Birincisi, həyat ilk olaraq sudan (dənizlərdən) başlamışdır. İkincisi, canlıların tərkibində başlıca ünsür sudur(2).

8. Bəzi yazıçılar məlum ayələri izah edərkən insan orqanizminin su ilə əlaqəsindən söhbət açır və bildirirlər ki, insan orqanizminin 70%-ni su təşkil edir.

YEKUN

İzah olunan ayələrdən (Ənbiya 30 və Nur 40) anlaşıldı ki, həyat ilk olaraq sudan (ماء) başlanğıc almışdır. “ماء”[ma`] ifadəsi haqqında ümumilikdə dörd ehtimal mövcuddur.

1. “ماء” [ma`]sözündən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma). Bu ehtimal Nur surəsinin 45-ci ayəsinə müvafiqdir. Çünki ayənin davamında deyilir: “Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir”. Ayədən məqsədin sürünənlər, dördayaqlılar və insanlar olduğu

səh:135


1- [285] “Tövrat, İncil, Quran və elmin müqayisəsi”, səh. 250-251.
2- [286] “Fi zilali-Quran”, c. 6, səh. 111; “Ət-Təmhid”, c. 6, səh. 34-35.

anlaşılır (hansı ki, nütfə yolu ilə çoxalırlar). Bu ehtimalı şübhə altına alan bütün canlıların nəsil artımının nütfə yolu ilə olmamasıdır. Ənbiya surəsinin 30-cu ayəsindən də göründüyü kimi ayə bütün canlıları əhatə edir(1).

2. Canlıların təşkil olunduqları başlıca maddə sudur. Bu ehtimal Ənbiya surəsinin 30-cu ayəsinə uyğun olsa da Nur surəsinin 45-ci ayəsinə uyğun deyil. Nur surəsində yaradılışın başlanğıcından söhbət açılır.

3. İlk varlığın sudan yaranması. Bu ehtimal hər iki ayəyə uyğundur. Elmi nailiyyətlər də bunu təsdiq edir.

4. Məqsəd suyabənzər mayedir ki, dünya ondan yaradılmışdır.

Bu ehtimal “ماء” [ma`]sözünün hərfi mənası, eləcə də ayələrin ilkin zahiri mənası ilə uyğun gəlir. Lakin öncə də qeyd olunduğu kimi, yalnız Nur surəsinin 45-ci ayəsində ilkin zahiri məna etibarı ilə məqsədin nütfə olduğunu düşünmək olar.

Qeyd: Diqqətinizə çatdırdığımız ehtimalların hamısı ayələrin məqsədi ola bilər. Bəzi təfsirçilər də bu fikirdədirlər(2).

2. Sözügedən ayələrin fərqli izahları olduğuna görə, bu və ya digər ehtimalı qəti olaraq ayəyə aid edib, digər ehtimalları isə rədd etmək olmaz. Lakin ayələrdən məqsədin dörd ehtimaldan hansı olmasından asılı olmayaraq, Quranın elmi sirlərindəndir. Bu elmi işarələr Quranın əzəmətinin sübutudur. Lakin bu fikirlər antik yunan filosofları tərəfindən də səsləndiyinə görə elmi möcüzə hesab olunmur.

səh:136


1- [287]İnsanın yaradılışı haqqında ayrıca ayә mövcuddur ki, onun “atıcı su”dan yarandığını bildirir. Növbәti bәhslәrdә bu haqda söhbәt açacağıq.
2- [288] “Təfsiri-nümunə”, c. 14, səh. 509.

İLK İNSANIN YARANMASI VƏ TƏKAMÜL HİPOTEZİ

Yer kürəsində ilk insanın (ondan öncə də bitki və heyvanların) mənşəyi daim sual doğuran məsələlərdən olmuşdur. Müqəddəs kitabda (Tövrat) və Quranda bu haqda söhbət açılmış və (suallara) cavab verilmişdir. Dövrümüzdə bioloji elmlərin inkişafı, Jan Batist Lamark (1744-1829) və Çarlz Robert Darvinin (1809-1882) nəzəriyyələri bu bəhsi daha da rövnəqləndirdi. Belə ki, din alimləri və təcrübi elmlər üzrə mütəxəssislər bir-birlərinin baxışlarını tənqid atəşinə tutdular. Bəzi müsəlmanlar təkamül nəzəriyyəsini (transformizm) qəbul edib bunun isbatı üçün müəyyən ayələrə istinad etdilər. Bəziləri isə Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edir və Quranın digər ayələrinə əsaslanırlar. Hətta (zahirən təkamül təlimi ilə uyğun gələn) bəzi ayələri Quranın ecazkarlığının sübutu kimi dəyərləndirmişlər. Biz burada Təkamül və ya Növlərin dəyişməzliyi nəzəriyyəsini rədd və ya isbat etməyi qarşımıza məqsəd qoymamışıq. Çünki bu bizim mübahisə obyektimiz xaricindədir(1). Burada hər iki tərəfin Qurana istinadını diqqətinizə çatdıracaq və tənqidi yanaşacağıq.

TƏKAMÜL HİPOTEZİNİN QISA TARİXİ VƏ ALİMLƏRİN BAXIŞLARI

Burada Təkamül nəzəriyyəsinin qısa tarixinə nəzər salacaq, hər iki nəzəriyyənin izahını verəcək və dəlillərinə toxunacağıq.

Bəzi mütəfəkkirlər yazırlar:

səh:137


1- [289] “Ət-Təmhid”, c. 6, səh. 34-35.

“Təkamül nəzəriyyəsi hələ miladdan öncə mövcud olmuşdur. Miladdan sonra da ərəb alimləri, (sonralar İslam alimləri) bu haqda fikir yürütməyə başladılar. Müsəlmanlardan Farabi “İdeal cəmiyyət baxışları”, Qəzvini, “Əcaib əl-məxluqat” və “İxvan əs-səfa, İbn Misqəveyh “Təhzib əl-əxlaq” və “əl-Fəvz əl-əsğər” əsərlərində bu haqda söhbət açmışlar”. Təkamül nəzəriyyəsi elm tarixində müxtəlif formalarda mövcud olmuşdur. Lakin XIX əsrdə Lamark və Darvindən sonra təkamül haqqında müzakirələr daha da genişləndi(1).

Təkamül nəzəriyyəsinin tərəfdarları əsasən iki katiqoriyaya ayrılırlar:

1. Təkamülü bütün varlıqlara, hətta maddə və enerjiyə aid edərək ümumiləşdirənlər;

2. Təkamülü yalnız canlı varlıqlara, üzvi aləmə (mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar) aid edənlər.

Birinci katiqoriyaya aid olan alimlər arasında da fikir ayrılığı mövcuddur. Bəziləri təkamülün hərəkətverici qüvvəsinin təbiətin fövqündə durduğu (materiyanın mütləq inert (təsirsiz) olub “canlanmaq” üçün hərəkət verilməsi lazım gəldiyi), bəziləri isə materiyaya hərəkət verilməsi lazım olmadığı qənaətindədirlər.

səh:138


1- [290]Fikrimizcə “Təkamül” termini bəzən dar mənada (birhüceyrəli orqanizmlərdən insana doğru təkamül və ya ibtidai həyatı formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişmə) işlənir. Bəzən isə geniş mənada (fiziki, psixi, mənəvi, elmi, ictimai, əxlaqi və s. təkamül) işlənir ki, birinci mənanı da əhatə edir. Lamark və Darvindən öncə təkamül sözün geniş mənasında, onlardan sonra isə dar mənada işlənməyə başladı.

TƏKAMÜL VƏ NÖVLƏRİN DƏYİŞMƏZLİYİ KONSEPSİYALARININ İZAHI

Öncə də qeyd olunduğu kimi təbiətşünaslıq elmləri ilə məşğul olan alimlər arasında həyatın və insanın (canlı təbiətin) mənşəyi haqqında iki nəzəriyyə mövcuddur.

1. Növlərin təkamülü və ya transformizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmdə mövcud olan növlər sabit deyil. İndi yaşayan növlər əvvəl yaşayan növlərdən təbii yolla əmələ gəlmişdir. Deməli, indiki bütün üzvi aləm, bitkilər, heyvanlar və insan özü də milyon illər davam edən inkişaf prosesinin məhsuludur. Başlanğıcda ibtidai formalar, birhüceyrəlilər okeanlarda xüsusi şəraitdə (cansız varlıqdan) törəmişdir. Bu mikroskopik varlıqlar ibtidai həyati formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişməyə başladılar. Okeanlardan sahilə, sahildən havaya keçdilər. Təkamül prosesinin ən kamil nümunəsi bugünkü insanlardır. Onlar insanabənzər meymunların təkamülü nəticəsində meydana gəlmişlər.

2. Növlərin dəyişməzliyi nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmi təşkil edən növlər indiki şəkildə yaradılmış və dəyişməzdir. Heç bir növ digər növə çevrilməmişdir. İnsan da ayrıca yaradılmış və dəyişməmişdir.

Hər iki nəzəriyyənin tərəfdarları öz fikirlərini qətiyyətlə müdafiə etmiş və elmi dairələrdə dərin çəkişmələr müşahidə olunmuşdur. Lamark və Darvin Təkamül nəzəriyyəsini yeni dəlillərlə elmi ictimaiyyətə təqdim etdikdən sonra mövcud çəkişmələr daha da şiddətləndi

səh:139

(1). Şübhəsiz, təbiətşünaslıq elmi dairələrində Təkamül təlimini müdafiə edən elm adamları çoxluq təşkil edir.

TRANSFORMİSTLƏRİN DƏLİLLƏRİ

Təkamül nəzəriyyəsini müdafiə edənlərin qarşıya qoyduğu dəlilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar.

Birinci dəlil: Təkamül nəzəriyyəsinin başlıca dəlili paleontoloji nailiyyətlər, qazıntı qalıqları üzərində aparılan tədqiqatlardır. Canlı varlıqların daşlaşmış skeletləri üzərində aparılan müqayisəli tədqiqatlar göstərir ki, canlılar (növlər) ibtidai formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişilmişdir. Qalıqların bu fərqliliyini yalnız Təkamül nəzəriyyəsi ilə izah etmək olar.

İkinci dəlil: Burada müqayisəli müşahidələr əsas götürülür. Müxtəlif heyvan skeletlərinin müqayisəli tədqiqatı nəticəsində növ əlamətlərində çox geniş dəyişkənlik olduğu üzə çıxmış və bəlli olmuşdur ki, heyvanların mənşəyi birdir.

Üçüncü dəlil: Burada embrioloji tədqiqatlar əsas götürülür. Hələ təkmilləşməmiş heyvan rüşeymlərini (embrionları) müqayisə etsək, onlarda böyük bənzərlik olduğunun şahidi olarıq. Bu, onların mənşəyinin ümumi olduğunun göstəricisidir.

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ TƏLİMİNİN TƏRƏFDARLARININ CAVABLARI

Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edənlər bütün bu dəlillərə bir ümumi cavab verirlər. Onlara görə, bu dəlillər qənaətbəxş deyil. Qeyd olunan hər üç dəlil insanda təkamül haqqında ilkin təsəvvür (ehtimal, zənn) yaratsa da onu qəti şəkildə sübut etmir. Daha dəqiq desək,

səh:140


1- [291] Qeyd etmək lazımdır ki, Lamarkizm və Darvinizm təkamülü büsbütün bir-birinə əks olaraq şərh edir. Lamarkizm təkamülü uyğunlaşma (adaptasiya) ilə, darvinizm isə uyğunlaşmanı təkamüllə izah edir.

Təkamül nəzəriyyəsinin isbatı, onun bir hipotez (fərziyyə) şəklindən qəti elmi qanun şəklinə keçməsi konkret əqli (rasional) arqument və ya təcrübi, sensual fakt tələb edir. Lakin rasional biliklər, fəsəfə bu kimi mövcudlar haqqında fikir yürüdə bilmir. Təcrübələr isə kökü milyon illər öncəyə gedib çıxan məsələlər haqqında dəqiq nəticə əldə etməkdən acizdir. Bizim müşahidə etdiklərimiz zaman keçdikcə bitki və heyvanlarda baş verən qəfil dəyişkənlikdir (mutasiya(1)). Misal üçün, adi qoyun cinsindən qəflətən yeni qoyun tipi törəyir ki, yunu adi qoyunlarla fərqlənir. Yəni adi qoyun cinsinə nisbətdə daha zərif olur. Bu yeni törəyən qoyun tipindən merinos adlanan yeni qoyun cinsi formalaşır. Həmin mütasiyalar gözün, dırnağın rəngində, dərinin formasında da özünü göstərir. Lakin hələ başlıca bədən üzvlərində baş verən mühüm dəyişiklik və ya növdən növə keçid (çevrilmə) müşahidə olunmamışdır. Deməli, biz qəfil sıçrayışlar nəticəsində növ dəyişmələrinin, misal üçün, sürünən heyvanların uçuş qabiliyyətinə malik quşa çevrilməsini zənn etsək də bu, ehtimaldan başqa bir şey deyil. Çünki biz bunu təcrübi olaraq müşahidə etməmişik. Bütün bunlar göstərir ki, transformistlərin qarşıya qoyduğu dəlillər Təkamül təliminin yalnız bir hipotez (fərziyyə) olduğunu sübuta yetirə bilər. Buna görə də təkamül bir nəzəriyyə deyil, hipotez (fərziyyə) adlandırılmalıdır.

səh:141


1- [292] Genetik aparatda genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların sayının və quruluşunun müxtəlif dəyişilməsini birləşdirməklə qəflətən baş verən davamlı (sabit) dəyişkənliklər.

TƏKAMÜL TƏLİMİ VƏ TEOLOGİYA

Bir çoxları Təkamül hipotezi ilə teologiya (və ya metafizika) arasında böyük bir uçurum olduğunu göstərməyə çalışırlar. Çünki darvinizmin meydana gəldiyi dönəmdə kilsə ruhaniləri ilə bu təlimin tərəfdarları arasında şiddətli çəkişmələr baş verdi. Dövrün siyasi-ictimai şəraitinin təsiri altında elə təsəvvür yarandı ki, guya darvinizm teologiyaya qarşıdır. Lakin bu gün artıq məlum olmuşdur ki, darvinizm və teologiya heç də qarşı-qarşıya deyillər. Yəni biz darvinizmi qəbul və ya rədd etməyimizdən asılı olmayaraq teoloji inanc sahibi ola bilərik. Əgər Təkamül təlimi hipotez olmaqdan çıxıb bir elmi nəzəriyyə (qanun) kimi qəbul olunsa, səbəbiyyət qanununu isbat etmiş olacaq. Üzvi aləmdə mövcud olan səbəbiyyət qanunu qeyri-üzvi təbiətə hakim olan səbəbiyyət qanunundan heç də fərqlənmir. Təbiət hadisələrinin (yağış, zəlzələ və s.) səbəblərini dəqiqləşdirmək teoloji baxışların qarşısına sədmi çəkir? Təbii ki, yox. Buna görə də növlər arasında dəyişkənlik və ya təkamül əlaqələrinin kəşfi də teoloji baxışlara zidd ola bilməz. Bütün bunlar nəinki teoloji baxışlara qarşı deyil, əksinə bu növ baxışların isbatı üçün yeni dəlillər ortaya çıxarır(1).

TƏKAMÜL HİPOTEZİ VƏ İNSANIN MƏNŞƏYİ

Antik dövrlərlə bağlı tədqiqat aparan bəzi arxioloqların fikrincə Yerdə həyat 500 mln. il bundan öncə başlamışdır. Məməlilər 80 mln. il, insan isə 3 mln. il öncə meydana

səh:142


1- [293]“Təfsiri-nümunə”, c. 11, səh. 81-85

gəlmişdir. Onların qənaətinə görə, bu (insanın yaradılışı) qədim Daş dövrünə (Paleolit) təsadüf edir.

Doktor Paknijad yazır:

“Məməlilərin nə zaman yaranması haqqında dəqiq məlumat əldə olunmamışdır. Bu gün onların tarixinin sürünənlər qədər qədim olduğu söylənilir. Onlardan bəziləri ağaclarda yaşayırdılar. Aralarında qəribə yaradılışa malik (baş barmaqlı) pişiyəbənzər, iri gözlü Samur adlanan heyvan cinsi var idi. Bunları meymuna qədərki canlılar adlandırırlar. Zaman keçdikcə onların burnu qısaldı və ilkin meymunlar şəklinə düşdü. Sonradan meymunlar bugünki dörd əsas tipdə formalaşdılar (qorilla, oranqutan, hibban, şimpanze - sonuncu, təkmilləşmə baxımından hamısından öndədir). Növbəti mərhələdə bir neçə meymun insanabənzər şəkilə düşməyə başladı. 1962-ci ildə Keniyada tapılan insan qalığının (kəllə və ətraf sümükləri) 14 mln. öncəyə aid olduğu müəyyən edilmişdir. Şərqi Afrikada (Tanzaniyada) tapılan digər insan qalığının (kəllə) 1,7 mln. il yaşı olduğu müəyyən edilmişdir. Digər qədim hominid isə Efiopiyada aşkar edilmişdir. Təyin edilmişdir ki, onların nitq ünsiyyəti ibtidai inkişaf mərhələsini keçirdi. Ehtimallara görə bir neçə yüz sözdən ibarət dildə danışırmışlar. Qəbilə şəklində yaşayır və 40 il ömür sürürmüşlər (alim və arexoloqlar digər insan növləri də aşkar etmişlər ki, bu haqda davamlı olaraq dövri mətbuatda oxuyuruq).

Qədim insanlar 500 min il tarixə malikdirlər. Lakin müasir insanın tarixi yalnız 50 min ildir. Ondan öncəki dövr haqqında isə hər hansı bir məlumat yoxdur. Ən məşhur qədim insanlar avstralopiteklər, titekantroplar, neoantroplar, və kromanyonlardır ki, ardıcıl olaraq 35, 150, 300, 550 min il öncəyə təsadüf edirlər. Onlar insan

səh:143

idilər və insan həyatı sürürdülər. İtiuclu, dəstəli kəsici alətlər düzəldir, oddan istifadə edirdilər. Neoantroplar öz ölülərini dəfn edirdilər. Onların arasında dini inanclar mövcud olmuşdur. Onlar 600 il öncə mağarada yaşadıqları, ölümdən sonrakı həyata etiqad bəslədikləri aşkar olunmuşdur.

Kamil insanlar 50 min il öncә geniş artımla müşayiәt olunmuşlar. Lakin onların primatlardan, yoxsa digәr insanabәnzәr meymunlardan әmәlә gәlmәsi mәlum deyil (1)Bu insanların düzәltdiyi bәzi alәtlәr hәlә dә istifadә olunmaqdadır (tilov, ox, yay vә s.). Onlar proqramlı dini ayinlәr icra edirdilәr. Lakin buna baxmayaraq hәlә dә mağarada yaşayırdılar. Tәqribәn 10 min il öncә mağaradan çıxaraq çıraq vә geyimdәn istifadәyә başladılar. Biologiyaya görә bu (mağaradan uzaqlaşmaq) bәşәr sivlizasiyasının başlanğıcı olmuşdur (2)

TƏKAMÜL HİPOTEZİ VƏ QURAN

Təkamül təliminin isbatı üçün istinad olunan ayələr.

Bu ayələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1. Hər bir şeyin sudan başlanğıc aldığını bildirən ayələr.

səh:144


1- [294]Doktor Paknijad insan vә meymun orqanizmlәrinin oxşar vә fәrqli tәrәflәri haqqında geniş söhbәt açmışdır. Misal üçün, onların qanı 4 qrupa – AB, O, B, A,- bölünür. Şimpanze meymunlarının qanını insana vurmaq olar. Lakin meymunların südünü uşağa içirmәk olmaz (halbuki digәr heyvanların südünü - inәk vә s. - uşağa içirmәk olar). Bir kişinin beyni erkәk meymun beynindәn üç dәfә böyükdür. Meymunların boğazlıq dövrü insanda olduğu kimi 270 gündür (“İlk universitet, son peyğәmbәr”, c. 1, sәh. 171-174).
2- [295]Yenә orada, c. 1, sәh. 166-178.

﴾ وَجَعَلْنَا مِنَ الْمَاءِ کُلَّ شَیْءٍ حَیٍّ ﴿ “Hər bir canlını sudan yaratdıq” (Ənbiya, 30).

Ayətullah Meşkini yuxarıdakı ayəni qeyd edərək yazır:

“Məlum ayə canlı təbiətin (nəbatat, heyvanat və s.) sudan yaradıldığına aydınlıq gətirir. Belə olduqda Təkamül təliminin bəzi müddəaları sübuta yetmiş olur”(1).

Seyid Qütb də məlum ayənin suyun həyatın başlanğıcı olmasına işarə vurduğunu qəbul edir və bildirir ki, müasir elm üzvi aləmin sudan başlanğıc aldığını dəstəkləyir. Həyatın mənşəyi dəniz suyu olmuşdur. Sonradan bütün cins və növlər ondan törəmişdir. Deməli, Darvinə şöhrət qazandıran nəzəriyyə əsrlər öncə Quranda öz əksini tapmışdır(2).

Bəzi yazıçılar Yerdə həyatın mənşəyi haqqında yazır:

“Yerin ömründən 1500 il keçdikdən sonra tədricən soyumağa başladı. Yer təkində reaksiyalar getdi, təkanlar, zəlzələlər baş verdi. Nəticədə Yerdəki buxarlanma buludlara çevrildi. Yağış yağdı. Yer səthini su basdı və dənizlər əmələ gəldi. Təqribən 500 mln. il dənizlərdə ibtidai həyat formaları mövcud idi. Sonra birhüceyrəli varlıqlar, müxtəlif bitki və heyvanlar meydana gəldi. Bu, təqribən 175 mln. il öncəyə təsadüf edir”(3).

Ötən bəhslərdə hər şeyin sudan başlanğıc aldığı haqqında elm adamlarının baxışlarını diqqətinizə çatdırdıq (Yerdə həyatın mənşəyi).

YEKUN

səh:145


1- [296] “Quranda təkamül”, səh. 23-24.
2- [297] “Fi zilal əl-Quran”, c. 6, səh. 111.
3- [298]Әbd әl-Qәni әl-Xәtib, “Quran vә müasir elm”, sәh. 129-130.

Məlum ayə haqqında növbəti fəsildə geniş söhbət açacağıq. Lakin diqqətinizə çatdıraq ki, bu ayə haqqında dörd ehtimal mövcuddur (İnsanın nütfədən yaranması, ibtidai varlıqların sudan başlanğıc alması, canlı varlıqların əsasən, sudan təşkil olunmaları və dünyanın ilkin maddəsinin suyabənzər maye olması). Yalnız birinci ehtimal ayəyə nəzərən məqsədəuyğundur. Buna görə də ehtimal olaraq ayənin üzvi aləmin mənşəyinin sudan (dəniz və okeanlardan) başlanmasına işarə vurduğunu qəbul etmək olar. Lakin bu, ayənin yeganə izahı deyil.

2. ﴾ وَمِنْهُم مَّن یَمْشِی عَلَی رِجْلَیْنِ وَمِنْهُم مَّن یَمْشِی عَلَی أَرْبَعٍ وَاللَّهُ خَلَقَ کُلَّ دَابَّةٍ مِن مَّاءٍ فَمِنْهُم مَّن یَمْشِی عَلَی بَطْنِهِ ﴿

“Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir” (Nur, 45).

Ayətullah Meşkini sözügedən ayə haqqında yazır:

“Ayədə sözü keçən “ماء” [ma`] ifadəsinin nütfə (sperma) kimi izah olunması ayənin ilkin mənasına ziddir. Deməli, ayə canlıların sulu gildən yaranması haqqında rəyə uyğundur). Ayədə sürünənlərin (reptililər) əvvəl qeyd olunmasına səbəb çox güman ki, bu növ canlıların ən bariz nümunəsi olan balıqların zaman baxımından daha əvvəl yaradılmasıdır. Quruda yaşayan bu növ heyvanlar isə daha sonra yaradılmışlar. İkiayaqlılardan məqsəd insan, quşlar və bəzi meymun növləridir. “İki ayaq üzərində” ümumi ifadəsi bəzilərinin insan və digər canlıların ayrı növə aid olduqlarını iddia edən baxışının yanlışlığını üzə çıxarır.

Doktor Biazar Şirazi Nur surəsinin 45-ci ayəsini paleontologiyada göstərilən heyvanların mərhələli yaradılışına tətbiq edərək yazır:

səh:146

“Birinci mərhələ (dövr): Bu mərhələdə müxtəlif növ mərcan polipləri, axçalı (pulcuqlu) balıqlar, kərtənkələlər, ilanlar, bağalar, timsahlar və digər sürünənlər meydana gəldi.

﴾ فَمِنْهُم مَّن یَمْشِی عَلَی بَطْنِهِ ﴿

İkinci mərhələ (dövr): Bu dövrdə quşlar meydana gəldi. Onların ən qədim nümunəsi göyərçin balasına oxşayan at olmuşdur. Lakin uçmaq qabiliyyətini itirmişdir. Bu heyvanlar ayədə sözü gedən﴾ وَمِنْهُم مَّن یَمْشِی عَلَی رِجْلَیْنِ ﴿ qisminə daxildirlər.

Üçüncü mərhələ (dövr): İlkin məməlilərin izləri ikinci dövrün sonlarından başlayaraq görünməkdə idi. Bu dönəmdə at, inək, dəvə, fil, müxtəlif meymun növləri və s. məməlilər meydana gəldi(1) ﴾ وَمِنْهُم مَّن یَمْشِی عَلَی أَرْبَعٍ ﴿”.

Doktor Paknijad birhüceyrəli canlıların yaranması haqqında ətraflı söhbət açır və növbəti üç mərhələ arasındakı fasilə haqqında yazır:

“Birinci: Suda yaşayanlarla quruya çıxanlar arasında fasilə yarandı. Bu əsasən, qan dövranı, tənəffüs orqanı inkişaf etmiş balıq və sürünənlərə aid idi ﴾ فَمِنْهُم مَّن یَمْشِی عَلَی بَطْنِهِ ﴿.

İkinci: Quşların təkmilləşərək havada uçması ﴾ وَمِنْهُم مَّن یَمْشِی عَلَی رِجْلَیْنِ ﴿.

Üçüncü: Məməlilər. Heyvanlar təkamül nəticəsində yumurtamaqla çoxalmadan diridoğmaqla çoxalmaya keçdilər. Bunlar daha çox dördayaqlılar idi ﴾ وَمِنْهُم مَّن یَمْشِی عَلَی أَرْبَعٍ ﴿”.

səh:147


1- [299]“Dünyanın gәlәcәyi vә keçmişi”, sәh. 39-42.

O, Quranın tədricən təkmilləşən heyvanlar haqqında verdiyi ecazkar xəbərlərə toxunaraq Nur surəsinin 45-ci ayəsini sözügedən mərhələlərə tətbiq edir. Onun fikrincə təkamül nəzəriyyəsi dinlə heç də ziddiyyət təşkil etmir(1).

YEKUN

1. Ayənin ilk ﴾ وَاللَّهُ خَلَقَ کُلَّ دَابَّةٍ مِن مَّاء ﴿ hissəsi haqqında üç versiya mövcuddur (Nütfədən yaranma, ibtidai varlıqların sudan başlanğıc alması və canlı varlıqların əsasən, sudan təşkil olunması)(2).

2. Fikrimizcə, bitki və heyvanların yaradılışının ayənin üç hissəsinə tətbiq olunması doğru deyil(3). Ayə hazırki canlı varlıqların bölgüsü kimi izah edilsə daha məqsədəuyğun olar. Maraqlıdır ki, ayənin ikinci və üçüncü hissəsini “və” bağlayıcısı ayırır. Bu, ayənin mərhələli yaradılışa aid olmadığını göstərir. Yəni hər üç qismin sudan (nütfədən) yaradılması istisna edilmir.

Digər diqqət çəkən məqam isə ayədəki bölgünün bütün heyvanları əhatə etməməsidir. Sadəcə olaraq bir neçə nümunə qeyd olunmuşdur. Buna sübut ayədə dörddən çox ayağı olan və ya üzən heyvanlara heç bir işarə vurulmamışdır.

3. Məlum ayənin yaradılışın mərhələli inkişafı ilə bağlı elmi nailiyyətlərə tətbiq olunmasının Quranın əzəmətini göstərməsinə baxmayaraq, Quranın ecazkarlığını isbat etməsi doğru deyil.

səh:148


1- [300] “İlk universitet və son Peyğəmbər (s)”, c. 1, səh. 150-154.
2- [301] “Təfsiri-nümunə”, c. 14, səh. 508-509.
3- [302] Bu, müasir elmi nailiyyətlərə də müvafiq deyil. Bioloji elmlərə görə meymun üçüncü mərhələdə yaranmışdır. Təkamül nəzəriyyəsinə görə isə insan məlum meymun nəslindən törəmişdir. Halbuki ayədə (insan daxil olmaqla) iki ayaqlılar ikinci mərhələyə aid edilir.

2. Yaradılışın üç mərhələsinə işarə vuran ayələr.

Təkamül nəzəriyyəsinin müdafiəçiələrinin istinad etdiyi digər ayələr aşağıdakılardır.

وَلَقَدْ خَلَقْنَاکُمْ ثُمَّ صَوَّرْنَاکُمْ ثُمَّ قُلْنَا لِلْمَلآئِکَةِ اسْجُدُواْ لآدَم ﴾ ﴿

“Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: Adəmə səcdə edin! – dedik” (1).

Ayətullah Meşkini Əraf surəsinin 11-ci ayəsini izah edərək yazır:

“Sözügedən ayə Təkamül nəzəriyyəsini isbat etmək üçün ən uyğun ayədir. Çünki ayəyə görə Allah öncə insanı yaratmış, naməlum müddətdən sonra ( ثم[summə] bağlayıcısı buna sübutdur) onu bugünkü insan şəklinə salmışdır. Uzun müddət sonra isə mələklərə insan növünün bir fərdinin önündə səcdə etməyə əmr etmişdir”.

O, ayəni insanın üç mərhələdə yaradılışı istiqamətində izah edərək yazır:

“Birinci mərhələ: Yaradılışdan sonra və insan şəklinə salınmazdan öncəki mərhələ.

İkinci mərhələ: İnsan surəti verildikdən sonra və həzrət Adəmin (ə) insan növünün bir fərdi olaraq seçilməsindən öncəki mərhələ.

Üçüncü mərhələ: Adəmin seçilməsi və mələklərə ona səcdə etmələrinin əmr olunması mərhələsi”.

O, Hicr surəsinin 28-29-cu ayələrini və eləcə də Sad surəsinin 71-ci ayəsini izah edərək bildirir ki, ayədə sözü keçən “بشر” [bəşər]ifadəsindən məqsəd ümumilikdə insan növüdür. Yəni “Adəm” və ya hər hansı bir seçilmiş fərd deyil. “تسویه” (سویته) ifadəsi isə insanın təkamül yolunu

səh:149


1- [303] Əraf, 11. Hicr, 28-29 və Səcdə 8-9 ayələri də eyni məzmundadır.

keçərək insan şəklini alması və ruhun üfürülməsi üçün hazır vəziyyətə düşməsinə işarədir(1)

Maraqlı burasıdır ki, müasir təfsir alimlərindən Ayətullah Məkarim Şirazi Hicr surəsinin 26, 28 və 29-cu ayələrini “Növlərin dəyişməzliyi” nəzəriyyəsinin ən tutarlı dəlili kimi dəyərləndirmişdir(2).

YEKUN

1. Ayətullah Meşkininin məlum ayəni (Əraf, 11) insanın yaradılışının üç mərhələsi ilə əlaqələndirməsi qəribədir. Çünki ayədə üçüncü mərhələyə hər hansı bir işarə yoxdur.

2. Hər iki tərəfin dəlillərinə nəzərən demək olar ki, məlum ayələrin “Təkamül nəzəriyyə”sinə heç bir aidiyyətı yoxdur.

3. İnsanın yaradılışının ilkin mərhələsindən (ilkin maddədən) söhbət açan ayələr.

a) İnsanın torpaqdan yaradılması;

هُوَ الَّذِی خَلَقَکُمْ مِنْ طِینٍ ثُمَّ قَضَی أَجَلاً وَأَجَلٌ مُسَمّیً عِنْدَهُ ﴾ ﴿

səh:150


1- [306]Әraf, 11. Hicr, 28-29 vә Sәcdә 8-9 ayәlәri dә eyni mәzmundadır.
2- [305] Hicr surəsinin məlum 28-29-cu ayəsindən dərhal sonra 30, 31-ci ayələrdə mələklərin səcdə etməsindən söhbət açılması (İblisdən başqa hamısı – bütün mələklər – səcdə etdi) göstərir ki, insan və ya bəşərdən məqsəd həzrət Adəmdir (ə). Ayələrdəki ümumi vəziyyət göstərir ki, Adəmin torpaqdan yaradılması ilə indiki insan surətinə düşməsi arasında digər növlər mövcud olmamışdır”.O, “Təkamül nəzəriyyəsi”nin tərəfdarlarına cavab olaraq yazır: “Əraf surəsinin 11-ci ayəsində sözügedən “ثم” [summə] bağlayıcısı ərəb dilində tərtib və fasilə mənasını ifadə edir. Lakin bu heç də fasilənin milyon illər olduğu demək deyil. Çünki “ثم” [summə] bağlayıcısı ən qısa fasilələri belə ifadə edir” (“Təfsiri-nümunə”, c. 11, səh. 88-89).

“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir müəyyən əcəl təyin edən Odur. Müəyyən əcəl onun yanındadır” (Ənam, 2)(1).

إِنَّا خَلَقْنَاهُم مِّن طِینٍ لَّازِبٍ﴾ ﴿ “Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq” (Saffat, 11).

إِنِّی خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ ﴾ ﴿ Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!” (Hicr, 28).

Ayətullah Meşkini məlum ayələr haqqında yazır:

“Bütün bu ayələr insanın indiki şəkilə düşməzdən öncəki vəziyyətini açıqlayır. Burada məqsəd bütün fərdlər deyil. Çünki bütün fərdlər torpaqdan yaranmır. “Bir vaxt (əcəl) təyin etdik” cümləsindən məqsəd budur ki, Allah insanın yaradılışını müəyyən müddət ərzində tamamladı. Bu müddət yalnız onun özünə məlumdur. Bu zamandan məqsəd insanın yaradılışı ilə indiki şəklə düşməsi arasındakı fasilə də ola bilər”(2).

Bəzi yazıçılar Muminun surəsinin 12-ci ayəsi﴾ وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِینٍ﴿ “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” haqqında yazırlar:

“Məlum ayə insanın birbaşa torpaqdan yaranmadığını açıqca bəyan edir”(3).

Sözügedən ayə haqqında digər maraqlı fikirlər də irəli sürülmüşdür. Bəziləri ayənin darvinizmi rədd etdiyini(4),

səh:151


1- [306] Sad, 71; Səcdə, 8 və Muminun, 12 ayələri də həmin məzmundadır.
2- [307] “Quranda təkamül”, səh. 26-27.
3- [308] Doktor Mustafa Mahmud, “Quran, muhavələtun li-fəhmi əsri”, səh. 53-55.
4- [309] “Əl-Kəvn vəl-insan bəynəl-elmi vəl-Quran”, səh. 152.

bəziləri insanın su və torpaqdan yarandığına bir işarə olduğunu(1), bəziləri isə hər halda Quranın elmi möcüzəsi olduğunu bildirmişlər(2).

YEKUN

1. “İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən onun torpaqdan yaradılması ilə bağlı ətraflı söhbət açacağıq və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında iki əsaslı şərh mövcuddur.

Birinci: Bütün insanlar nütfədən yaradılmışdır. Nütfə qida maddələrindən yaranmış, qida maddələri isə torpaqdan əmələ gəlmişdi(3).

İkinci: Yalnız həzrət Adəm (ə) torpaqdan yranmış, digər insanlar isə nütfədən yaranmışlar. Deməli, insanların kökü həzrət Adəmin vasitəsi ilə torpağa gedib çıxır(4).

Bütün bunlara nəzərən ayənin qəti olaraq təkamül nəzəriyyəsinə aid olduğunu söyləmək doğru deyil. Çünki birinci şərhi (nütfənin torpaqla əlaqəsi) qəbul etsək, növlərin təkamülü ilə heç bir əlaqəsi olmadığı anlaşılacaq. İkinci şərhi (Adəmin torpaqdan yaranması) qəbul etsək, növlərin dəyişməzliyi haqqındakı fikirləri dəstəkləmiş olacağıq.

Əgər vəziyyətdən çıxış üçün “اجل” [əcəl] ifadəsinin insanın torpaqdan yaranması ilə indiki insan surətinə düşməsi arasındakı zaman fasiləsi kimi izah etsək, o zaman tamamilə yeni bir mövzu açılmış olacaq.

səh:152


1- [310] Yenə orada.
2- [311] “Əl-İşarat əl-elmiyyə fil-ayat əl-kəvniyyə”, səh. 11.
3- [312] “Təfsiri-nümunə”, c. 14, səh. 23; c. 17, səh. 125; c. 20, səh. 165.
4- [313] “Maarif əl-Quran”, səh. 330.

2. “سلالۃ” [sulalə] ifadəsi seçilmiş (süzülmüş), bir şeyin yığcam forması mənalarını ifadə edir. Bəzilərinin fikrincə Muminun surəsinin 12-ci ayəsində məqsəd nütfədir. Hər halda bu ayə zaman fasiləsinə heç bir işarə vurmur.

3. Ayə haqqında irəli sürülən şərh və ehtimallar çox və fərqli olduğu üçün burada elmi ecazkarlıqdan söhbət gedə bilməz (Növbəti bəhslərdə bu haqda ətraflı söhbət açacağıq).

b) İnsanın sudan yaradılması;

“İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur”(1).

“İnsanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi”(2).

Ayətullah Meşkini Furqan surəsinin 54-cü ayəsini şərh edərək yazır:

“Bu ayə insanın indiki şəklə (kamil insan surətinə) düşmədən öncəki halını bəyan edir”(3).

YEKUN

Sonra da söhbət açacağımız kimi yuxarıdakı ayə haqqında iki əsas ehtimal mövcuddur.

Birinci: İnsanın sudan yaradılmasından məqsəd budur ki, onun bədəninin böyük bir hissəsini (70%) su təşkil edir(4).

səh:153


1- [314]Furqan, 54.
2- [315]Sәcdә, 7-8.
3- [316]“Quranda tәkamül”, sәh. 27.
4- [317] “Quran maarifi”, səh. 320-320.

İkinci: İnsan nütfədən yaradılmışdır(1).

Bütün bunlar göstərir ki, məlum ayənin insanın mərhələli təkamülü və darvinizimlə heç bir əlaqəsi yoxdur.

c)İnsanın nütfədən yaranması.

إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِیهِ

“Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik”(2)

Ayətullah Meşkini Dəhr surəsinin 2-ci ayəsi haqqında yazır:

“Ayədə “nütfə”dən məqsəd su və onun qarışıq tərkibidir ki, palçıq şəklinə salınmışdır. Bu ilkin həyat maddəsindən öncə hüceyrələr, sonra ibtidai həyati formalar, daha sonra isə ali həyati formalar yaradıldı”(3).

Əbəsə surəsinin 19-cu ayəsi haqqında yazır:

“Əgər “nütfə”dən məqsədin su olduğunu qəbul etsək ayə belə bir məna kəsb edəcək: Allah insanı məxsus sudan yaratdı. Onun bir haldan digər hala düşəcəyini qərara aldı (təkamül). Nəticədə bugünkü insan şəklinə düşdü”.

O, sonda ayənin ikinci mənası haqqında söhbət açır ki, burada nütfədən məqsəd hər bir insanın mənşəyi olan spermadir(4).

YEKUN

“İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən qeyd edəcəyik ki, nütfə leksik baxımdan zəif axıcılığa malik hər bir şeyə aid edilir. Qatqısız suya, kişi və qadın

səh:154


1- [318]Yenә orada, 329-330.
2- [319]Dәhr, 2. Әbәsә surәsinin 19-cu ayәsi dә hәmin mәnanı daşıyır.
3- [320] “Quranda təkamül”, səh. 39.
4- [321] Yenər orada, səh. 42

toxumuna (sperma) da axıcı olduğu üçün nütfə deyilir. Sonra isə Quranda nütfə termininin hansı mənalarda işləndiyini incələyəcək və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında on üç baxış mövcuddur(1).

Lakin təfsirçilər arasında “nütfə” dən məqsəd yalnız “su” olduğu qənaətində olan təfsirçi yoxdur. Ayədə qeyd olunan “امشاج” [əmşac] sözü nütfədən məqsədin su olmadığını göstərən konteksdir. Nütfənin sulu palçıq mənasını isə heç bir leksikoloji qaynaqda tapa bilmədik. Deməli, ayədə “nütfə” dən məqsəd ya kişi nütfəsi (toxumu), ya da qadın və kişi toxumlarının qarışığıdır. Ayətullah Meşkininin izahı isə heç bir hərfi və ya terminoloji məna ilə düz gəlmir.

4. İnsanın yaradılışının ikinci mərhələsinə işarə vuran ayələr (insan surəti verilməsindən sonra, Adəmin (ə) seçilməsindən öncə).

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir”(2).

səh:155


1- [322]Bu versiyaların әn mühümü aşağıdakılardır:Qadın və kişi spermasının qatışığı; 2. İrsiyyət və genetik amillər; 3. Nütfənin (spermanın) tərkibi və s. (“əl-Mizan”, c. 20, səh. 209, 210; “Təfsiri-nümunə”, c. 25, səh. 334).
2- [323]Bәqәrә, 213.

Yunus surəsinin 19-cu ayəsi də bu məzmundadır. Ayətullah Meşkininin fikrincə insana surət verildikdən sonra və Adəm (ə) onların arasından seçilməzdən öncə insanlar uzun müddət vahid bir toplum şəklində həyat sürmüşlər. O, yuxarıda sözügedən iki ayəni bu zaman fasiləsinə (mərhələyə) aid edir(1).

Ayətullah Məkarim Şirazi də Bəqərə surəsinin 213-cü ayəsini bəşər həyatının 4 mərhələsinə aid olduğunu bildirir(2).

Onun fikrincə dinin göndərilməsi insanın yaranması ilə eyni dövrə təsadüf etmir. Dinin göndərilməsi sinifli cəməiyyətə keçid dönəminə təsadüf edir. Deməli, ilk ulul-əzm peyğəmbərin Adəm (ə) deyil, Nuh (ə) olduğunu desək yanılmarıq(3).

YEKUN

Qeyd olunan ayələrdən iki nəticə çıxarmaq olar:

1. İnsan Yer kürəsində yarandıqda iki mərhələdən keçmişdir. Birinci mərhələdə heç bir din və ya peyğəmbər olmamışdır. Sonradan həzrət Adəm (ə) seçilmiş və insanlar dinli cəmiyyət şəklində yaşamağa başlamışlar. Deməli, həzrət Adəm (ə) ilk yaranan insan deyil (Bu, Darvinin Təkamül nəzəriyyəsi ilə üst-üstə düşür).

2. Peyğəmbərlərin (ə) göndərilməsi iki cür olmuşdur. Birinci mərhələdə Adəm (ə) yaradıldığından və onun nəsli artdıqdan sonra heç bir şəriət və ya kitab verilməyən peyğəmbərlər göndərilmiş və bəşərə ibtidai fərdi həyatlarında bələdçilik etmişlər. İkinci mərhələdə sinifli cəmiyyət formalaşmış və insanlar qanuna ehtiyac

səh:156


1- [324] “Quranda təkamül”, səh. 27-28.
2- [325] “Təfsiri-nümunə”, c. 2, səh. 58.
3- [326] Yenə orada.

duymuşlar. Bu zaman həzrət Nuh (ə) kimi şəriət və kitab sahibi peyğəmbərlər göndərilmişlər. Deməli, ikinci nəticəyə görə Adəm (ə) Yerdə yaranmış ilk insan olmuşdur (Bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə də üst-üstə düşür).

Ayətullah Meşkini birinci versiyanı əsas götürmüş, Ayəullah Məkarim Şirazi isə ikinci versiyaya üstünlük vermişdir. Qeyd olunan iki versiyaya nəzərən qəti olaraq ayənin hansı nəzəriyyəni (növlərin təkamülü, yoxsa dəyişməzliyi) təsdiq etdiyini demək mümkün deyil.

5. Üçüncü mərhələyə (Adəmin (ə) insanların arasından seçilməsinə) işarə vuran ayələr.

“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş etdi”(1).

Doktor Yədullah Səhabi məlum ayə haqqında yazır:

“Bu ayələrə (Ali-İmran, 33; Əraf, 11; Səcdə, 7-9) görə Adəm (ə) öncədən birgə yaşadıqları insanların arasından seçildi. Buna görə də insanın Adəmdən törəməsi fikri Qurana görə əsassızdır”(2)

Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 33-cü ayəsini növlərin təkamülünə aid edənlərə cavab olaraq yazır:

“Ayədə “العالمین” ifadəsindən məqsədin həzrət Adəmin (ə) müasirləri olduğuna heç bir əsas yoxdur. Əksinə bu tarix boyu mövcud olan bütün cəmiyyətlərə aiddir. Buna görə də Adəm dönəmində çoxlu sayda insan olduğunu və

səh:157


1- [327]Ali-İmran, 33.
2- [328]“İnsanın yaradılışı”, sәh. 108.

həzrət Adəmin (ə) onların arasından seçilməsini əsassız olaraq ayəyə aid etməyə lüzum yoxdur”(1)

Ayətullah Misbah Yəzdi Ali-İmran surəsinin 33-cü ayəsini izah edərkən “Adəmin (ə) insanların içindən seçilməsi fikri” haqqında yazır:

“Ayəni belə izah etmək olar ki, bir insan özündən sonra gələcək bütün insanlardan üstün hesab edilmişdir. Əgər bir az mülayim mövqedən çıxış edib Adəm dönəmində cəmiyyətin mövcudluğunu qəbul etsək, bu, onun öz övladlarıdır”(2).

YEKUN

Ali-İmran surəsinin 33-cü ayəsi haqqında da iki fərqli ehtimal olduğu üçün qəti olaraq müəyyən ehtimal üzərində dayanmaq olmaz. Təbii ki, belə olduqda ayənin iki nəzəriyyədən (növlərin təkamülü, yoxsa dəyişməzliyi) hansının təsdiqi olduğu da qaranlıq olaraq qalır.

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ NƏZƏRİYYƏSİNİN İSBATI ÜÇÜN İSTİNAD OLUNAN AYƏLƏR

1. Bütün insanların vahid bir candan yaradıldığını bildirən ayələr.

وَهُوَ الَّذِیَ أَنشَأَکُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ

səh:158


1- [329]“Tәfsiri-nümunә”, c. 2, sәh. 321.
2- [330] “Quran maarifi”, səh. 345.

“Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli), bir də bir əmanət yeri (qəbir) vardır”(1).

Bundan başqa “بنی آدم” [Bəni-Adəm] (Adəm övladları) deyə müraciət edən ayələrə(2) də istinad olunmuşdur.

Ayətullah Meşkini “Növlərin dəyişməzliyi” nəzəriyyəsindən söhbət açarkən Adəmin (ə) Allah tərəfindən yaradılan ilk insan olduğunu, sonra Həvvanın yaradıldığını və digər insanların isə bu iki nəfərdən törətdiklərini bildirir.

O, yazır:

“Bu nəzəriyyənin isbatı üçün istinad olunan ayələr bütün insanların vahid candan (bir fərddən) yaradıldığını bildirən ayələrdir. Bəzi ayələrdə isə onun cütü də yad edilmişdir. Bunun Həvva olduğu şübhəsizdir”.

Ənam surəsinin 98-ci ayəsini izah edərkən yazır:

“Ayədən məqsəd budur ki, Allah sizi Adəmdən yaratmışdır. Bəziləriniz hələ atalarınızın belində (مستقر), bəziləriniz isə Qiyamətə qədər qəbirlərdə əmanət olaraq (مستودع) saxlanılırsınız”.

Onun qənaətincə birinci izahı da qəbul etsək, Növlərin təkamülü nəzəriyyəsi ilə heç bir ziddiyyət təşkil etmir. Ehtimal ki, bütün insanlar Adəm (ə) və Həvvadan yaradılmışlar. Onlardan öncə də varlıqlar olmuş, lakin onların nəsli tükənmişdir. Bu arada seçilmiş nəsil, yəni yetkin zəkaya malik Adəm nəsli qalmışdır(3).

Ayətullah Məkarim Şirazi “نفس واحدۃ” [nəfsin vahidə] ifadəsi haqqında yazır:

səh:159


1- [331] Ənam, 98. Nisa, 1; Əraf, 189; Zümər, 6 ayələri də həmin məzmundadır.
2- [332] Əraf, 27-35; Yasin, 60; İsra, 70.
3- [333]“Quranda tәkamül”, sәh. 48.

“Ayələrdə “نفس واحدۃ” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid şəxsdir. O, Quranın bugünkü insanların atası kimi təqdim etdiyi Adəmdir (ə). Bir çox ayələrdə sözü keçən “بنی آدم” [Bəni-Adəm] ifadəsi də buna işarədir. Növ baxımından vəhdət ehtimalı isə zəif ehtimaldır”(1).

YEKUN

“نفس” [nəfs] Quran ayələrində ruh və can (bəzən də insanın orqanizmi) mənalarını ifadə edir(2). Ayətullah Meşkininin fikirlərini (“نفس”-dən məqsədin insandan öncəki varlıqlar olması fikrini) qəbul etsək, ayənin iki izahı olduğu anlaşılacaq. Biri bütün insanların Adəmdən (ə) törəməsi, digəri isə Adəm (ə) və digər insanların özlərindən öncə mövcud olmuş varlıqlardan törəməsi. Birinci izah “Növlərin dəyişməzliyi”, ikinci izah isə “Növlərin təkamülü” nəzəriyyəsi ilə uyğun gəlir. Deməli, heç bir izahı ayələrin tam şərhi hesab etmək olmaz.

2. Adəmin (ə) torpaqdan yaradıldığını bildirən ayələr.

إِنَّ مَثَلَ عِیسَی عِندَ اللّهِ کَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ کُن فَیَکُونُ

“Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: (Bəşər) ol! - dedi, o da oldu”(3).

“İnsanı (Adəmi) saxsı kimi quru palçıqdan O yaratdı”(4).

Doktor Əbu Həcər yuxarıdakı ayələri(5), Doktor Ədnan Şərif isə insanın torpaqdan yaradıldığını göstərən bütün

səh:160


1- [334] “Təfsiri-nümunə”, c. 3, səh. 245.
2- [335] Yenə orada, c. 5, səh. 367.
3- [335]Ali-İmran, 59.
4- [337]Ər-Rəhman, 14.
5- [338] “Ət-Təfsir əl-elmi lil-Quran fil-mizan”, səh. 400.

ayələri darvinizmə zidd hesab edir(1).Çünki ayələr insanın öncəki canlı varlıqlardan deyil, torpaqdan yarandığını göstərir.

Ayətullah Meşkini Ali-İmran surəsinin 59-cu ayəsi haqqında iki ehtimal irəli sürür.

Birinci ehtimal: Bu ehtimala görə ayə “Növlərin dəyişməzliyi” nəzəriyyəsini təsdiq edir. Yəni insanın bilavasitə ata-anadan yaradılmadığını önə çəkir və bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə tam üst-üstə düşür.

İkinci ehtimal: Bu ehtimala görə ayə Təkamül nəzəriyyəsini təsdiq edir. Çünki İsanın (ə) torpaqdan (qida maddələri - nütfə - laxtalanmış qan) yaradılmaqda Adəmə (ə) bənzədilməsində heç bir irad yoxdur. Əgər Allahın həzrət İsaya (ə) Adəm (ə) kimi həyatının ilk anlarından başlayaraq fövqəladə zəka, metafizik iradə verdiyini söyləsək də yanılmarıq. Ayədə iki peyğəmbər yaradılış və elm baxımından bir-birinə bənzədilmişdir. “کن” [kun] (ol) əmri isə “fövqəladə zəka, bilik və ya peyğəmbərliyə malik ol” kimi anlaşılır.

Torpaqdan yaranmaq baxımından bənzədilmələri isə xristian təfəkkürünü rədd edir. Çünki xristianlar Adəm (ə) və İsanın (ə) yaradılışının ilahi ənənə yolu ilə baş vermədiyini iddia edirlər (yəni onlar peyğəmbər olmalarına, metafizik zəkaya malik olmalarına baxmayaraq, bioloji tərkibcə digər insanlardan fərqlənmişlər)(2).

Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 59-cu ayəsinin nazilolma səbəbini açıqladıqdan sonra yazır: “Adəmin yaradılışı ilə bağlı “خلقه من تراب” ifadəsindən

səh:161


1- [339] “Minəl-ülum əl-ərziyyə Quraniyyə”, səh. 207.
2- [340] “Quranda təkamül”, səh. 55-56.

məqsəd onun bədəni, maddi tərəfidir. Bu, ayənin ardına diqqət yetirdikdə daha aydın olur. Çünki sonra ona həyat verilməsindən, ruh bəxş edilməsindən söhbət açılır(1) (Sonra ona: (Bəşər) ol! - dedi, o da oldu”).

YEKUN

Fikrimizcə, burada bir neçə məqama diqqət yetirmək lazımdır.

1. Adəm (ə) və İsanın (ə) ataları olmaması baxımından.

2. Hər ikisinin vasitəli şəkildə torpaqdan yaranması baxımından (yəni qida maddələri nütfəyə çevrilir). Həzrət İsada (ə) bu proses Məryəm (ə) vasitəsi ilə, Adəmdə (ə) isə özündən öncəki insan və ya meymun nəsli vasitəsi ilə baş verdi.

3. Hər ikisinin peyğəmbərlik baxımından bənzədilməsi.

4. Bioloji tərkib baxımından bənzədilməsi. Çünki xristianlar İsanın (ə) bioloji tərkibinin digər insanlardan fərqli olduğunu iddia edirdilər.

5. Hər ikisinin fövqəlada biliyə, ecazkar zəkaya malik olmaları baxımından bənzədilməsi. Yalnız ikinci və dördüncü bənzətmələr ayənin özündə də açıqlanmışdır.

Həzrət İsanın (ə) torpaqdan yaradılması haqqında da iki ehtimal mövcuddur.

1. Bilavasitə torpaqdan yaradılması.

2. Vasitəli şəkildə yaradılışının torpağa gedib çıxması (bu iki ehtimal həzrət Adəm (ə) haqqında da mövcuddur).

səh:162


1- [341] Məlum ayə Nəcran xristianları haqqındadır. Onlar həzrət İsanın (ə) atasız dünyaya gəldiyini əsas götürərək, onun Allah olduğunu iddia edirdilər. Ayə onlara cavab verdi. Qəbul etmədikdə isə “mübahiləyə” dəvət olundular (Təfsiri-nümunə”, c. 2, səh. 435-436).

Birinci ehtimal (bilavasitə torpaqdan yaradılması) doğru deyil. Deməli, ikinci ehtimal məqsədəuyğundur (vasitəli şəkildə torpaqdan yaradılması). Bu, “Növlərin təkamülü” nəzəriyyəsini təsdiq edir.

3. Hər iki nəzəriyyəyə uyğun izah olunan ayələr.

“Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi”(1).

“Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?(2)

“O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi”(3).

“O, insanı laxtalanmış qandan yaratdı” (خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ )(4).

“علق” [ələq]sözündən məqsəd yapışqan torpaq və ya bətndə formalaşan laxta (bərkiyib qatılaşmış) qandır(5).

YEKUN

Məlum ayələrin hər iki nəzəriyyəyə aid edilməsinin yanlış olmasına baxmayaraq, bəzi ayələr haqqında keçən

səh:163


1- [342] Nəhl, 4. Yasin, 77; Nəcm, 66 ayələri də həmin məzmundadır.
2- [343] Kəhf, 37. Fatir, 11 də həmin məzmundadır.
3- [344] İnfitar, 7-8.
4- [345] Ələq, 21.
5- [346]“Quranda təkamül”, səh. 63-66.

səhifələrdə ətraflı söhbət açdığımız üçün, digər ayələrə isə sözügedən nəzəriyyələrin isbatı üçün istinad olunmadığına görə bu bəhsi uzatmağa ehtiyac duymuruq.

QURANDA TƏKAMÜL NƏZƏRİYYƏSİ HAQQINDA YEKUN SÖZ

Müasir elmi dairələrdə elmi nəzəriyyələr əvəz oluna biləcək versiyalar şəklində qəbul olunur(1). Başqa sözlə desək, elmi nəzəriyyələr faydalı fikirlər kimi qəbul olunur və onu əvəz edə biləcək yeni və dəqiq bir nəzəriyyə irəli sürülənədək öz elmi dəyərini itirmir. Təkamül nəzəriyyəsi qəti olaraq isbat olunmasa da o hal-hazırda elmi ictimaiyyət tərəfindən (təcrübi elmlər nəzərdə tutulur) məqbul nəzəriyyə kimi dəyərləndirilir. Eləcə də “Növlərin dəyişməzliyi” nəzəriyyəsi bir ehtimal olaraq irəli sürülmüşdür. Gördüyünüz kimi Quran ayələri hər iki nəzəriyyənin xeyrinə şərh oluna bilər. İki nəzəriyyədən birini tam təsdiq edən aydın bir ayə mövcud deyil. Belə olduqda təbii ki, heç bir nəzəriyyəni qəti olaraq Qurana aid etmək olmaz.

Qeydlər:

1. Quranın hər hansısa bir nəzəriyyəni isbat və ya rədd etməsi bir zərurət deyil. Çünki Quran hidayət kitabıdır və onun elmi məsələlərə toxunması da hidayət məqsədi daşıyır.

2. Təkamül nəzəriyyəsini qəbul və ya inkar etməkdə dinə etiqad heç bir rol oynamır. Yəni Təkamül nəzəriyyəsini qəbul etməyib dinə etiqad bəsləmək mümkün olduğu kimi, eyni nəzəriyyəni qəbul edərək dinə

səh:164


1- [347] Burada məlum, fərz edilən və naməlum terminləri xarakterikdir.

etiqad bəsləmək də mümkündür. Bəzi etiqadlı təbiblər bu yolu getmişlər(1).

3. Təkamül nəzəriyyəsini qəbul etmək və onu Quran ayələrinə tətbiq etmək heç də Quranın elmi möcüzəsi deyil. Çünki bir tərəfdən istinad olunan ayələr haqqında fərqli ehtimallar, müxtəlif şərhlər mövcuddur, digər tərəfdən isə növlərin (üzvi aləmin) mərhələli təkamülünün (birhüceyrəlidən insana qədər) ayələrə tətbiqi dəqiq deyil (Nur surəsinin 45-ci ayəsi haqqında danışarkən bunun şahidi olduq).

BİTKİ VƏ ƏŞYALARIN CÜTLÜYÜ (ERKƏK VƏ DİŞİ CİNSİ HÜCEYRƏLƏRƏ - QAMETLƏRƏ MALİK OLMASI)

Cütlükdən məqsəd erkək və dişidən (bitkilərdə erkəkcik və dişicik) ibarət olmaqdır. Quran bir çox ayələrə nəinki bitkilərin, hətta bütün əşyaların cüt olduğuna (yəni erkək və dişi cinslərindən ibarət olmasına) işarələr vurur.

وَمِن کُلِّ الثَّمَرَاتِ جَعَلَ فِیهَا زَوْجَیْنِ اثْنَیْنِ یُغْشِی اللَّیْلَ النَّهَارَ إِنَّ فِی ذَلِکَ لَآیَاتٍ لِّقَوْمٍ یَتَفَکَّرُونَ

“Bütün meyvələrdən (erkək-dişi olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!(2)

“Məgər onlar yer üzünə baxıb orada gözəl cütlər yetişdirdiyimizi görmürlərmi?(3)

səh:165


1- [348] “İlk universitet, son peyğəmbər”, c. 1, səh. 154.
2- [349] Rəd, 3. Ər-Rəhman, 52 və Taha, 53 ayələri də həmin məzmundadır.
3- [350] Şüəra, 7. Həc, 5; Loğman, 10; Qaf, 7 və Taha, 53 ayələri də eyni məzmundadır.

“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)(1)”.

“Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!(2)

“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur(3)”.

Məqamlar:

1. Fikrimizcə yuxarıdakı ayələri aşağıdakı şəkildə sıralamaq olar.

Bəzən Quran meyvələrin cütlüyündən, növbəti mərhələdə isə bitkilərin cütlüyündən söhbət açır. Sonra insanların bilmədiyi şeylərin cütlüyündən, daha sonra isə dünyada mövcud olan bütün əşyaların cütlüyündən danışır.

2. Bütün bunlardan məqsəd diqqəti ilahi nişanələrə yönəltmək və insanı düşünməyə vadar etməkdir.

“Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!” (Rəd, 3)

“Bəlkə, bir düşünüb ibrət alasınız!” (Şüəra, 7)

3. “زوج” [zəvc]sözü leksik baxımdan aşağıdakı mənaları ifadə edir:

1. Heyvanlarda erkək və dişi cinsin hər birinə “زوج” [zəvc] deyilir.

səh:166


1- [351] Yasin, 36.
2- [352] Zariyat, 49.
3- [353]Əraf, 189.

2. Qeyri-heyvanlarda biri-birinə yaxın olan hər bir şeyə (ayaqqabı tayı və s.) “زوج” [zəvc] deyilir.

3. Biri-birinə yaxın və oxşar olan hər bir şeyə “زوج” [zəvc]deyilir.

4. Biri-birinə yaxın və zidd olan hər bir şeyə “زوج” [zəvc] deyilir.

QISA TARİX

İnsanlar tarix boyu erkək və dişi cinsinin yalnız insan, heyvan və xurma kimi bəzi bitkilərə aid olduğunu düşünürdülər. Lakin İsveç botaniki Karl Linney (1707-1727) 1731-ci ildə bitkilərin də erkək və dişi cinslər üzrə bölündükləri haqqında fikrini açıqladı. Bu nəzəriyyə elmi ictimaiyyət tərəfindən müsbət qarşılandı(1).

Sonralar kəşf olundu ki, maddə son dərəcə kiçik zərrəciklər şəklində olan enerji yığınından, yəni atomdan təşkil olunmuşdur. Çox keçmədən cütlük məsələsi hər şeyə aid edildi. Çünki artıq varlıqların əsasını təşkil edən atomun (mənfi yüklü) elektron və (müsbət yüklü) protonlardan ibarət olduğu aşkarlanmışdı.

“XX əsrin görkəmli fiziki Maks Plank “hər maddi cisim elektron və protonolardan ibarətdir” deyə bildirirdi(2). Zaman keçdikcə atomda neytron adlanan üçüncü elmentar zərrəcik aşkar olundu. Neytron neytral (elektrik yükünə malik olmayan) elementar zərrəciklər.

Son fiziklər kvark adlanan digər əsaslı zərrəcik kəşf etmişlər. Elektron, proton və neytron kvarkdan təşkil

səh:167


1- [354] Bir müddət keçdikdən sonra kilsə ruhaniləri tərəfindən K. Linneyin fəaliyyəti donduruldu. Onun əsərləri dinə zidd kitablar elan olundu (“Ziyalıların sovqatı”, səh.73).
2- [355] Maks Plank, “Yeni fizikada dünyanın mənzərəsi”, səh. 95.

olunmuş və onlarda müsbət, mənfi və neytral elektrik yüklərinin meydana gəlməsini təmin edir(1).

ELMİ SİRLƏR

Bir çox təfsirçilər və elm adamları nəinki bitkilərin, hətta bütün şeylərin (erkəkcik və dişicik olmaqla) cüt olmaları ilə bağlı qeyd olunan ayələrə əsaslanmışlar. Aşağıda belə fikirlərdən bir neçəsini diqqətinizə çatdırırıq.

1. Mərhum Təbərsi təqribən 9 əsr bundan öncə Quran ayələrini əsas götürərək (“Məcmə əl-bəyan” təfsir əsərində) bitkilərin, heyvanların, hətta əşyaların (erkək və dişi olmaqla) cüt-cüt yaradıldıqları fikrini önə çəkir və qəbul edir(2).

Ayətullah Məkarim Şirazi Yasin surəsinin 36-cı ayəsini şərh edərkən yazır:

“Aydındır ki, “ازواج” [əzvac]sözü “زوج” [zəvc]sözünün cəm formasıdır və adətən erkək və dişi cinslərin cütlüyünə deyilir. Sonradan bu söz daha geniş mənada, bir-birinə yaxın olan və ya biri-digərinin əksi olan hər bir varlıq haqqında işlənməyə başladı. Quran nazil olduğu dönəmdə yalnız xurma və s. bəzi bitkilərin (erkək və dişi olmaqla)

səh:168


1- [356]İndiyәdәk U vә D adi, S qәribә vә s. heyranedici kvarkın varlığı aşkar edilmişdir. U vә D adi kvarklar stabil elementar zәrrәciklәrin tәşkilindә mühüm rol oynayır. U kvarkı 2/3 elektrik yükünә, D kvarkı isә 1/3 elektrik yükünә malikdir. Müsbәt elektrik yükünә malik proton iki U vә bir D kvarkından tәşkil olunmuş vә müsbәt elektrik yükü hasil olmuşdur. 2/3 + 2/3 – 1/3 = +1 Bunun әksinә olaraq neytronlar iki D vә bir U kvarkdan tәşkil olunmuşdur. Buna görә dә neytral yüklüdür. - 1/3 – 1/3 + 2/3 =0 (“Yeni fizika”, sәh. 34-35).
2- [357] “Mәcmә әl-bәyan”, c. 8, sәh. 424.

cüt olduqları məlum idi. Lakin Quran bu qanunun hər bir şeyi əhatə etdiyini aşkara çıxartdı. Son dövrlərdə cütlük məsələsinin ümumilikdə bütün bitkiləri (nəbatat aləmini) əhatə etdiyi elmi yollarla sübuta yetirilmişdir”.

Zariyat surəsinin 49-cu ayəsini şərh edərkən “زوج” [zəvc] sözünü növ və ya digər mənalara yozanlara cavab olaraq yazır:

“Ərəb dilində “زوج” [zəvc]sözü adətən erkək və dişi cinslərə deyilir. Bu baxımdan nəbatat və ya heyvanat aləmi arasında fərq qoyulmur. Əgər həmin ifadəni daha geniş mənada götürsək bütün mənfi, müsbət yükləri əhatə edir. Əgər yuxarıdakı ayədə “فی کل شیء” (hər bir şeydən) ifadəsinə nəzər salsaq, bunun nəinki canlı varlıqlara, hətta dünyada mənfi və müsbət yüklü zərrəciklərdən ibarət hər şeyə aid olduğunu görərik. Artıq elmi baxımdan atomların müxtəlif zərrəciklərdən ibarət olduğu isbat olunmuşdur. Bu zərrəcikləri mənfi elektrik yüklü elektronlar və müsbət elektrik yüklü protonlar təşkil edir. Ayədə sözügedən “شیء” [şey`] ifadəsini isə növ və ya fəsilə kimi başa düşməyə məcbur deyilik”(1).

3. Əllamə Təbatəbai “Quranın ecazkarlığı” kitabının ön sözündə yazır:

“Dünya cəhalətə qərq olduğu bir dönəmdə Quran on ayədə bitkilərin cütlüyündən söhbət açır və bildirir ki, bitkilər cüt yaradılmışlar (Rəd, 3; Şüəra, 7 və s.)(2).

4. Bəzi yazıçılar Yasin surəsinin 36-cı ayəsindən belə nəticə alırlar:

“Tam aydındır ki, ayə bitkilərin (erkəkcik və dişicik olmaqla) cütlüyünə aiddir. Bundan başqa, ayə bizim

səh:169


1- [358] “Təfsiri-nümunə”, c. 22, səh. 376.
2- [359] “Quranın ecazkarlığı”, səh. 15.

bilmədiyimiz şeylərin də cüt-cüt yaradıldığını bildirir. Buradan ayənin mənfi və müsbət elektrik yüklərinə və s. aid olduğunu da söyləmək olar”(1).

5. Digər yazıçılar da məlum ayələrin nəinki bitkilərin, hətta atomun tərkibini təşkil edən elektron və protonları da əhatə etdiyini vurğulamışlar(2).

6. Əhməd Məhəmməd Süleyman da sual-cavab şəklində tənzimlədiyi kitabda Zariyat surəsinin 49-cu ayəsinə əsaslanaraq maddənin cütlüyü qənaətinə gəlmişdir(3).

7. Məhəmməd Əli Sadat atomun tərkibi haqqında ətraflı söhbət açaraq atom barəsindəki bəhslərin tarixi keçmişinə toxunur və Zariyat surəsinin 49-cu ayəsinə əsaslanır(4).

8. Müasir yazarlardan biri maddənin cütlüyündən (Puality of Matter) söhbət açarkən Zariyat, 49; Ər-Rəhman, 52 və Taha, 53 ayələrinə istinad edir(5).

9. Məhəmməd Təqi Şəriəti sözügedən ayələri Quranın ecazkarlığının nümunələri hesab edərək hər bir şeyin (erkək və dişi olmaqla) cüt-cüt yaradıldığını bildirir(6).

10. Əbd ər-Razzaq Nofel Əraf surəsinin 189-cu ayəsi haqqında yazır:

“Bu gün kəşf olunan məlum elmi həqiqət (bütün varlıqların eyni zərrəciklərdən ibarət olması) 1400 il öncə Quranda açıqca bildirilmişdir. “نفس واحده” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid elektrik yüklü (mənfi və müsbət olmaqla) elektron və protonlardır”.

O, “لیکسن الیها” ibarəsi haqqında yazır:

səh:170


1- [360]“Elm vә dinin әlaqәsi”, sәh. 35-36
2- [361]“Quranın heyrәtlәndirici mәsәlәlәri”, sәh. 57-60.
3- [362] “Quran və təbabət”, səh. 27-28.
4- [363] “Əbədi möcüzə və həmişəyaşarlıq”, səh. 39-43.
5- [364] Lətif Raşidi, “Quranda təbiətşünaslıq elmlərinə bir baxış”, səh. 24.
6- [365]“Tәfsiri-novin”, sәh.

“Ayədə “نفس واحده”-in təskinliyinə səbəb kimi “زوج” [zəvc] göstərilmişdir. Bu gün elmdə sübuta yetirilmişdir ki, elektron və protonların stabilliyi onlarda mövcud olan elektrik yükünün bərabərliyi və ya fərqliliyindən asılıdır”(1).

11. Təntavi bitkilərin cütlüyü haqqında geniş söhbət açaraq bitki və heyvanları müxtəlif bölgülərini, onların cinslərini tədqiq etmişdir. Lakin bunların məlum ayə ilə (Zariyat, 49) heç bir bağlılığı yoxdur.

YEKUN

Burada bir neçə məqama toxunmağı zəruri hesab edirik.

1. Əbd ər-Rəzzaq Nofelin Əraf surəsinin 189-cu ayəsini şərh edərkən irəli sürdüyü fikirlər iki cəhətdən tənqid oluna bilər.

Birincisi, “نفس” [nəfs]və “زوج” [zəvc] sözləri istər leksik, istərsə də terminoloji məna baxımından elektron və protonlar haqqında işlədilmir.

İkincisi, protonun elektrondan əmələ gəlməsi elmi baxımdan yanlışdır. Öncə də qeyd olunduğu elektron və proton hər biri adi U və D kvarklarından təşkil olunmuşdur.

Üçüncüsü, ayədəki ümumi vəziyyət və məsələnin qoyuluşu göstərir ki, onun açıqlaması ayəyə uyğun deyil. Çünki ayədə oxuyuruq:

“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi

səh:171


1- [366] “Quran və hədisşünaslıq”, səh. 154-157.

Allaha dua edib: Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu ne’mətə görə Sənə) şükür edənlərdən olarıq! – dedi(1)”.

Ayə qadının kişidən uşağa qalması (Həvvanın Adəmdən) və uşaq dünyaya gətirməsi haqqında danışır. Deməli, “نفس” [nəfs] və “زوج” [zəvc]sözlərindən də məqsəd elektron və proton deyil, kişi və qadındır.

2. Digər ayələr (Rəd, 3; Şüəra, 7; Yasin, 36) meyvə və bitkilərin cüt-cüt (erkəkcik və dişicik cinsi hüceyrələr şəklində) yaradıldığını bildirir. Öncə də qeyd etdiyimiz kimi, təbiətdə hakim olan bu qanun 18-ci əsrdə kəşf olunmuşdur. Ondan öncə isə cütlük məsələsinin yalnız xurmaya aid olduğu düşünülürdü. Deməli, bu bir növ elmi sirdir və Quranın ecazkarlığını göstərir.

3. Cütlük məsələsini ümumiləşdirilərək hər şeyə aid edilməsi Zariyat surəsinin 49-cu ayəsində açıqca göstərilir. Lakin bunun elektron və protonlar kimi izah olunması ayənin tam mənası demək deyil.

4. Zariyat surəsinin 49-cu ayəsində “زوجین” [zəvcəyn] sözünün real nümunələri tam dəqiqliyi ilə göstərilməmişdir. Lakin buna baxmayaraq, cütlük məsələsinin ümumiləşdirilərək hər bir şeyə aid edilməsi İslamın erkən çağlarında heç kimin təsəvvür belə etmədiyi elmi sirlərdəndir və elə ona görə də Quranın elmi möcüzələrindən sayılır.

5. Bəziləri varlıqların cütlüyünün ümumiləşdirilməsi bəzi birhecüyrəlilərin qarşı cinsə ehtiyac olmadan çoxalması ilə ziddiyyət təşkil etdiyini iddia edə bilərlər. Qeyd etməliyik ki, bu haqda növbəti bəhslərdə ətraflı söhbət açacaq və ziddiyyətin olmadığını aydınlaşdıracağıq.

səh:172


1- [367] Əraf, 189.

TOZLANDIRMA, QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ

Hər bir erkək və dişi varlıq mayalandıqda (tozlandıqda) məhsuldar olur. Onların mayalanması erkək və dişi cinsi hüceyrələrin (qametlərin) birləşməsi nəticəsində baş verir(1).

Quran bitki və buludların mayalanmasına (tozlanmasına) işarə vuraraq buyurur:

وَأَرْسَلْنَا الرِّیَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَیْنَاکُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِینَ

“Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz!”(2)

“Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”(3).

QISA TARİX

Burada iki tarixçəyə nəzər salaq:

1. Bəşər hələ İslamdan öncə bilirdi ki, əgər bitkilərin erkəkcik tozcuğu tozlanma əməliyyatı üçün çiçəkli meyvə

səh:173


1- [368] Hər bir növün məlum (cinsi) ünsiyyəti digər növlərdən fərqlənir. Misal üçün, bitkilərdə tozlanma, buludlarda müsbət və mənfi yüklü buludların toqquşması, insan və hevanlarda isə spermanın xüsusi yolla ötürülməsi vasitəsi ilə baş verir.
2- [369]Hicr, 22.
3- [370]Rum, 48. Fatir, 9 ayəsi də həmin məzmundadır.

ağaclarına ötürülməsə az məhsul əldə olunacaq. Misal üçün, Ərəbistanda bağçılar xurma ağaclarının erkəkcik salxımlarını tozlanma üçün çiçəkli budaqlara səpərək süni tozlanma üsulundan istifadə edirdilər. Lakin 18-ci əsrin sonlarında, 19-cu əsrin əvvəllərində yeni tədqiqat vasitələri (mikroskop və s.) meydana çıxdıqca kəşf olundu ki, heyvanlarda və bitkilərdə mayalanma və tozlanma olmadıqda çoxalma, artım mümkün deyil(1) (Bu, yalnız bəzi bitki və heyvanlarda mümkündür. Hansı ki, onların çoxalması (artımı) hüceyrələrin bölünməsi və s. yollarla gerçəkləşir).

2. Əsrlər boyu bəşər yağışın buludlardan yağdığı haqqında dəqiq məlumata malik deyildi. Lakin son dövrlərdə fizika sahəsində əldə olunan nailiyyətlər, meteorologiya kimi yeni elmi sahələrin təsis olunması buludların mayalanmasını (mənfi və müsbət yüklü buludların toqquşmasını) üzə çıxardı (hətta süni yolla yağış yağdırılması da tədqiqatların obyektinə çevrildi). Bu zaman bəlli oldu ki, buludların mayalanmasında küləklər mühüm rol oynayır. Bir tərəfdən havanın tərkibindəki su buxarının kondensasiyası nəticəsində yaranmış su damlalrı, buz kristalları və ya onların qarışığının atmosferdə yığılmasında, digər tərəfdən isə elektrik yükü ilə yüklənməsində və həmin yükün boşaldılmasında əvəzsiz roll oynayır(2).

səh:174


1- [371] Sonralar mәlum oldu ki, örtülütoxumlularda iki cür tozlanma – öz-özünә tozlanma (avtoqamiya) vә çarpaz tozlanma (geytenoqamiya, yaxud ksenoqamiya) olur. Çarpaz tozlanma heyvan (zoofiliya), külәk (anemofiliya), su (hidrofiliya) vasitәsi ilә olur. Çiçәkli bitkilәrin әksәr növlәri heyvanlar vasitәsi ilә әsasәn, cücülәrlә (entomofiliya), bir qism quşlarla (ornitofikiya), az hissәsi mәmәlilәrlә (yarasalar, gәmiriçilәr vә s.) tozlanır.
2- [372] “Quranda yağış”, səh. 59.

ELMİ SİRLƏR

Təfsirçilər Hicr surəsinin 22-ci ayəsini şərh edərkən sözügedən tozlanma haqqında geniş söhbət açmışlar. Ayə ilə bağlı üç fərqli baxış mövcuddur. Hər bir baxış tozlanmanın bir növünə yönəlmiş və elmi açıqlamalar verilmişdir.

Ayə ilə bağlı məlum baxışlara nəzər salaq.

a) Bitkilərin tozlanması.

Müasir yazıçılardan biri yazır:

“Ayə bitkilərin küləklər vasitəsilə tozlanmasını (anemofiliya) aydın şəkildə bəyan edir. Ayrıca, bitkilərin erkəkcik və dişicik olmaqla cütlərdən ibarət olduqları da anlaşılır”(1).

Fəthullah Kaşani bitkilərin tozlanmasını ayə haqqındakı iki ehtimaldan biri hesab edir(2).

Bəzi yazıçılar yuxarıdakı ayənin bitkilərlə bağlı olduğunu bildirərək yazırlar:

“Bitki və güllər bir-birinə yetmək üçün yerlərini dəyişə bilmədiklərinə görə onlarda (çarpaz) tozlanma cücülər (entomofiliya), əsasən də külək vasitəsilə (anemofiliya) baş verir”(3).

Onların fikrincə Qurana görə evlilik yalnız insan və heyvana məxsus deyil.

Əhməd Məhəmməd Süleyman məlum ayəni (Hicr, 22) şərh edərkən onun bitkilərin tozlanması ilə bağlı olduğunu bildirir. O, tozlanma vasitələrini əsas (cücülər və s.) və qeyri-əsas (su və s.) olmaqla iki yerə bölür və küləyin də tozlanma əməliyyatında mühüm rolu olduğunu qeyd edir.

səh:175


1- [373] “Din və elmin əlaqəsi”, səh. 36.
2- [374] “Mənhəc əs-sadiqin”, c. 5, səh. 157.
3- [375] “Quran və hədisdə yeni elmin işartıları”, c. 2, səh. 23.

O, göstərir ki, suda-quruda bitən bitkilərin böyük əksəriyyəti külək vasitəsi ilə tozlanır və elə buna görə də Quran tozlanma vasitələrindən yalnız külək haqqında söhbət açmışdır. Bu, Quranın möcüzəsidir. Çünki bəşər yalnız 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində tozlanma haqqında bilgi əldə edə bildiyi halda Quran əsrlər öncə bu məsələyə aydınlıq gətirmişdir(1).

Bəzi ərəb nəzəriyyəçiləri heç bir şərh vermədən məlum ayənin ağacların tozlanmasına aid olduğunu bildirmişlər(2).

b) Buludların tozlanması (toqquşması).

Mərhum Təbərsi (h. q. 548) məlum ayəni buludların toqquşmasına aid edən ilk təfsirçidir. O, ayəni izah edərkən yazır:

“وَأَرْسَلْنَا الرِّیَاحَ لَوَاقِحَ yəni külək buludların tozlanma (toqquşma) vasitəsidir. فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً yəni yağış yağdırdıq”(3).

Mühəndis Bazərqan həmin izahı qəbul edərək yazır:

“Ayə buludların yüklənməsi və tozlanması (toqquşması) ilə bağlıdır. Hansı ki, bunun nəticəsində yağış yağır”.

O, əsərinin digər hissəsində yazır:

“Qeyd etmək lazımdır ki, qeyd olunan iki şərtin (havanın tərkibində su buxarının kondensiyası nəticəsində yaranmış su damlaları və havanın soyuyaraq su buxarları ilə doyma vəziyyətinə yaxınlaşması) təmin olunması buludun əmələ gəlməsi və yağış yağması üçün kifayət deyil. Burada üçüncü şərt də zəruridir. Bu, buludların tozlanma əməliyyatıdır (Germination Stimulatio). Deməli,

səh:176


1- [376] “Quran və təbabət”, səh. 24-26.
2- [377] “Əl-Furqan və əl-Quran”, səh. 511.
3- [378]“Mәcmә әl-bәyan”, c. 3, sәh. 334.

buludun əmələ gəlməsi heç də yağış və ya qar yağması üçün kifayət deyil. Küləyin təhriki və dəxaləti mütləqdir”(1).

Əhməd Əmin yazır:

“Ayədə məqsəd küləyin müsbət elektrik yüklü bulud parçasının mənfi elektrik yüklü bulud parçası ilə toqquşmasındakı (ünsiyyətə girməsindəki) roludur. Bu, ayənin həmişəyaşar bir möcüzə olduğunun göstəricisidir. Çünki ayə təqribən 1390 il öncə bugünkü elmi araşdırmaların nəticəsini açıqlamışdır”(2).

Ayətullah Məkarim Şirazi də buludların tozlanması ehtimalını qəbul, bitkilərin tozlanması ehtimalını isə rədd edir(3).

Əhməd Ömər Əbu Həcər də məlum ayəni (Hicr, 22) buludların toqquşması kimi izah etmişdir(4).

c) Buludların və bitkilərin tozlanması .

Bəzi yazıçılar Hicr surəsinin 22-ci ayəsini nəbatat aləmində baş verən tozlanma və buludların toqquşması kimi izah etmişlər (yəni hər iki ehtimalı qəbul etmişlər)(5)”.

Digər yazıçı isə haqqında söhbət açdığımız ayələri (Hicr, 22 və Rum, 47) qeyd edərək buludları təhrik edən (hərəkətə gətirən) diyar-diyar dolandıraraq yağışa çevirən küləklər kimi izah edir(6).

Məhəmməd Əli Sadat məlum ayəni (Hicr, 22) şərh edərək yazır:

səh:177


1- [379]“Külәk vә yağış Quranda”, sәh. 59, 126.
2- [380] “Tәkamülün yolu”, sәh. 57.
3- [381] “Təfsiri-nümunə”, c. 11, səh. 61.
4- [382]“Әt-Tәfsir әl-elmi lil-Mizan”, sәh. 461-463.
5- [383] “Quranın heyrətləndirici məsələləri”, səh. 62.
6- [384] Mustafa Zəmani, “Quranın elmi öngürülmələri”, səh. 91-93

“Yeni elmi nailiyyətlər göstərir ki, ayə açıqca küləyin tozlanma vasitələrindən biri (bitki və buludların tozlanmasında) olduğunu qeyd edir”(1).

O, ayədə “فاء” bağlayıcısının mövcud olduğu bir halda onu yalnız bitkilərə aid etməyin yanlış olduğunu bildirərək yazır:

“Ayənin mətninə azacıq diqqət yetirsək və onu digər ayələrlə müqayisə etsək görərik ki, ayənin birinci hissəsi ümumi məqsəd daşıyır və burada heç bir inhisardan söhbət gedə bilməz. Misal üçün, Quranın özündən bir neçə nümunəyə nəzər salaq:

“Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq”(2).

Eləcə də Əraf surəsinin 57-ci ayəsində oxuyuruq:

“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk”.

Ayələrin hər birində suyun ayrı bir funksiyasından və yalnız bir təsirindən (bitkilərin göyərməsi) söhbət açılmışdır. Halbuki suyun enməsinin (yağışın yağmasının) faydası bununla bitmir (Yaddan çıxarmayaq ki, ayələrin hər ikisində أخرجنا [əxrəcna] felindən öncə “فاء” bağlayıcısı gəlmişdir)”(3).

səh:178


1- [385] “Əbədi möcüzə və həmişəyaşarlıq”, səh. 35-36.
2- [386]Ənam, 99.
3- [387] Yenə orada, səh. 39.

YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir.

1. Ayədə sözügedən “لواقح” [ləvaqih] ifadəsindən dörd məna nəzərdə tutula bilər:

1. Küləkləri (buludların) yükü olaraq göndərdik.

2. Küləkləri (bitkilərin) tozcuğu olaraq göndərdik.

3. Küləkləri (buludları) tozlandıran olaraq göndərdik.

4. Küləkləri (bitkiləri) tozlandıran olaraq göndərik.

“لواقح” [ləvaqih] ifadəsi qeydsiz işləndiyi üçün onun təsirli və ya təsirsiz fel kökündən olduğu məlum deyil. Elə buna görə də dörd ehtimaldan heç birini istisna etmək olmaz. Lakin ayənin ardından, yəni yağışın nəticəsi kimi göstərilən فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً cümləsindən birinci və üçüncü ehtimalların məqsədəuyğun olduğu anlaşılır.

2. Sözügedən ayədə yer alan “لواقح” [ləvaqih] ifadəsindən məqsəd bitki və ya buludların tozlanmasından daha geniş məna ola bilər. Belə ki, bitki və buludların tozlanması isə həmin geniş anlayışın iki nümunəsidir. Elm inkişaf etdikcə ayənin mənası daha da genişlənə bilər.

3. Quranın Hicr surәsinin 22-ci ayәsindә buludların toqquşmasına işarә vurması elmi möcüzә hesab oluna bilәr. Çünki bu son illәrә qәdәr bәşәrә bәlli deyildi. Lakin bitkilәrin tozlanmasına işarә vurması elmi möcüzә hesab oluna bilmәz. Çünki hәtta İslamdan öncә belә bitkilәrin tozlanması insanlara bәlli idi.

səh:179

BİRİNCİ HİSSƏ: QURAN VƏ GİGİYENA

GİRİŞ

Quranda bir çox məsələlərə toxunulmuşdur ki, gigiyenik baxımdan böyük əhəmiyyət daşıyır. Başqa sözlə desək, Quranda qeyd olunan bir çox dini hökmlər tibb və gigiyena baxımından çox faydalıdır. Zaman keçdikcə, təbabət inkişaf etdikcə, bu sirlər daha da aydınlaşır. Quranın önə çəkdiyi bu məsələlər İslamın erkən çağlarında adi ağılla, günün təbabəti ilə düşünülə bilmirdi. Bu Quranın elmi ecazkarlığı deməkdir.

Aşağıda qısa da olsa bəzi ayə və hökmləri, onların tibbi faydalarını diqqətinizə çatdırırıq.

QİDALANMA GİGİYENASI: 1. TƏMİZ ƏRZAQ MƏHSULLARI

İŞARƏ

“طیب” =TƏYYİB

Quranda oxuyuruq:

1. یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ کُلُواْ مِن طَیِّبَاتِ مَا رَزَقْنَاکُمْ

“Ey iman gətirənlər! Sizə verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!” (1)

səh:180


1- [389] Bəqərə, 172. Bəqərə, 75; Maidə, 4-5; Əraf, 157-160 və Muminin, 51 ayələri də həmin məzmundadır.

2. یَا أَیُّهَا النَّاسُ کُلُواْ مِمَّا فِی الأَرْضِ حَلاَلاً طَیِّباً

“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin”(1).

3. (Ya Peyğəmbərim!) De: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?(2)

QURANIN TƏKLİF ETDİYİ YEMƏK REJİMİ

Quranda bir sıra ayələr insana necə deyərlər, özünəməxsus yemək rejimi (yemək pəhrizi) təklif edir. Bu Quran ayələrində bir neçə mərhələdə əks olunmuşdur.

Birinci: Təmiz (ürəyəyatan) yeməklər (ərzaq məhsulları) yeyin.

İkinci: Təmiz və halal yeməklər yeyin.

Üçüncü: Təmiz yeməkləri özünüzə haram etməyin (təmiz yeməkləri özlərinə haram edənləri bu işdən çəkindirin).

Dördüncü: Təmiz (ürəyəyatan) ərzaq məhsullarını tanıtdırır (ət, süd, bal və s.)

Beşinci: İyrənc (ikrah doğuran) qida məhsullarının insan üçün haram olduğunu bildirir(3).

Altıncı: İyrənc (ikrah doğuran) ərzaq məhsullarının (qan, leş və s.) adını çəkir və haram olduğunu bildirir.

səh:181


1- [390] Bəqərə, 168. Maidə, 8 Ənfal, 69; Nəhl, 114 ayələri də həmin məzmundadır.
2- [391] Əraf, 32. Maidə, 87 də eyni məzmundadır.
3- [392]Ə`raf, 157.

İnsan təbii olaraq bir çox ərzaq məhsullarını xoşlayır. İslam dini insanın fitrətinə uyğun olduğu üçün bizə təmiz (ürəyəyatan, ürəkoxşayan) yeməklərlə qidalanmağı əmr edir. Lakin bəzi cərəyanlar doğru yoldan sapındıqlarına görə bəzi təmiz (ürəyəyatan) qida məhsullarını yeməyə qadağa qoymuşlar(1).

HÖKMLƏR

İslamda insanın qidalanması ilə bağlı bir neçə başlıca hökm mövcuddur.

1. Qida pak olmalıdır (yəni murdar olmamalıdır).

2. Qida təmiz olmalıdır (yəni iyrənc, ikrah doğuran olmamalıdır).

3. Yemək halal olmalıdır (yəni haram olmamalıdır).

4. İki növ qida haramdır:

Birinci: Quranda və ya əhli-beytdən (ə) gələn rəvayətlərdə haram olduğu bildirilən qida məhsulları (qan və s.).

İkinci: Şəriətdə göstərilən yollarla əldə olunmayan qida məhsulları (sahibi olmadığımız və ya istifadə iznimiz olmadığı qida məhsulları).

ELMİ SİRLƏR

Murdar ərzaq məhsullarının haram edilməsinin səbəbləri haqqında ətraflı söhbət açacağıq (qan, leş və s.).

səh:182


1- [393] Budizim qəti olaraq öz tərəfdarlarına ət yeməyi qadağan etmişdir. Hindlilər (hindu) inəyi müqəddəs hesab etdiklərindən onun ətini yemirlər. Digər məzhəblər də mövcuddur ki, öz tərəfdarlarına ümumilikdə heyvan ətini və heyvandan alınan digər məmulatların (yumurta, süd, pendir və s.) yeyilməsini ildə 40 və ya 90 gün qadağan edir (Doktor Əbd əl-Həmid, “Quranda təbabət”, səh. 163).

Digər qadağalar haqqında elm adamlarının söyləmlərinə nəzər salaq:

Quran bir tərəfdən insanı ziyanlı və iyrənc ərzaq məhsullarını yeməkdən çəkindirir, digər tərəfdən isə pak və faydalı qidalarla qidalanmağı tövsiyə edir. İslam insanın psixi dincliyini, ictimai saflığını da unutmur və “halal” prinsipinin önə çəkir. Çünki insan öz alın təri ilə, halal zəhməti ilə qidalanarkən xüsusi zövq alır və böyük xoşbəxtlik hissi keçirir(1).

YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir:

1. Quranın təmiz və halal qida məhsulları haqqındakı tövsiyələri insanın cisim və ruhunda gigiyenik iz buraxmışdır. Bu, Quranın bəşəriyyətə ən böyük xidmətidir.

2. Təmiz və pak qida məhsullarına meyl insanın təbiətindən qaynaqlandığı üçün İslamın bu növ hökmləri “bələdçilik” xarakteri daşıyır. Belə olan halda bunu elmi möcüzə hesab etmək olmaz. Əlbəttə, qida məhsullarının halal olması ilə bağlı bəzi məsələlər var ki, ilahi bələdçilik olmadan insan ağılı onları mənimsəyə bilməz.

3. Qida məhsullarının “təmiz” və ya “halal” olması ilə bağlı söylənilənlər məlum hökmlərin səbəblərinin yalnız kiçik bir hissəsini aydınlaşdırır. Çox güman ki, bu göstərişlərin arxasında digər səbəblər də dayanır.

səh:183


1- [394] Yenə orada.
2. QEYRİ-GİGİYENİK ƏRZAQ MƏHSULLARI
İŞARƏ

“خبیث” [xəbis] dedikdə iyrənc, ikrah doğuran mənaları nəzərdə tutulur (yəni insan təbiətinə uymayan, qüsurlu, iyrənc şeylər).

Quranda oxuyuruq:

“(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər”(1).

Ayədə peyğəmbərlərin missiyalarından biri haqqında söhbət açılır və bildirilir ki, onlar pak, təmiz şeyləri halal, qüsurlu, iyrənc şeyləri isə haram etmək (haram olduğunu çatdırmaq) üçün göndərilmişlər. Pak, təmiz şeylərin halal, iyrənc şeylərin haram edilməsi bütün ilahi dinlərdə mövcud olan fitri məsələlərdəndir.

QISA TARİX

İnsanda təbii olaraq bəzi qida məhsullarına qarşı nifrət var. İslam fitrət dini olduğundan bu növ qida məhsullarını haram etmişdir. İslamdan öncəki ilahi dinlərdə də qan, leş və donuzun yeyilməsinə qadağa qoyulmuşdur.

HÖKMLƏR

Məlum ayəyə və Əhli-beytdən (ə) gələn hədislərə əsasən bəzi iyrənc (ürəyə yatmayan, qüsurlu) qida məhsulları haram olunmuşdur. Bu qəbildən olan haramlara diqqət yetirək.

səh:184


1- [395]Әraf, 157.

1. İyrənc qida məhsullarını (hansı ki, insan təbiəti onlara qarşı nifrət hissi bəsləyir, onlardan iyrənir - iylənmiş meyvə və s.) yemək haramdır.

2. Murdar şeyləri yemək haramdır.

3. Burun suyunu (selikini) udmaq haramdır.

4. Sinə bəlğəmini (tənəffüs yollarının ifraz etdiyi patoloji sekret) udmaq haramdır.

5. Torpaq yemək (bir-iki istisna ilə) haramdır.

6. Ölümlə nəticələnən şeyləri yemək haramdır.

7. İnsana ümumilikdə ziyanı olan şeylərin yeyilməsi haramdır.

8. İnsan ifrazatı ilə qidalanan heyvanın ət və südünü yemək haramdır.

9. Əti halal heyvanların bəzi hissələri (qan, ifrazat, erkək və dişi cinsi orqanları, sperma, sidik kisəsi və s.).

10-13. Qan, leş, donuz əti və spirtli içki haramdır. Bunlar haqqında Quranda xüsusi ayələr mövcuddur.

ELMİ SİRLƏR

Elm adamlarından biri yazır:

“خبیث [xəbis] o şeylərə deyilir ki, insanlar ondan iyrənir (xoşagəlməz, iylənmiş, xarab olmuş şeylər).

Qidanın xarab olması, kiflənməsi və iylənməsinə səbəb onun üzərinə qonan mikrob və zəhərli göbələklərdir. Məlumdur ki, bu növ qida məhsullarında müxtəlif xəstəliklər mövcuddur. Qida insan orqanizmində canlı hüceyrəyə çevrilir. Çirkin, iylənmiş qidalar funksiyasını itirmiş hüceyrələrə çevrilir. Hüceyrələr az ömürlüdür. Bəzən yeddi gündən qırx günədək, bəzənsə yeddi ilə qədər orqanizmdə qala bilirlər”(1).

səh:185


1- [396]“Hökmlərin fəlsəfəsi”, səh. 319.

YEKUN

1. Qeyri-gigiyenik ərzaq məhsullarının istifadəsinə qadağa qoyulması ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir. Çünki hələ mikroblar kəşf olunmadığı, natəmiz qida məhsullarının törədə biləcəyi xəstəliklər aşkarlanmadığı bir dönəmdə bu növ qidalanmaya qadağa qoyulmuşdur. Bu həm də insanların sağlamlığına çox böyük xidmətdir.

2. Bu qadağalar Qurana məxsus deyil. Öncə də qeyd etdiyimiz kimi keçmiş dinlərdə də bu qadağalara rast gəlirik.

3. İnsanın iylənmiş, kiflənmiş və s. qida məhsullarına nifrəti təbii və daxili bir prosesdir. Elə buna görə də Quranın məlum hökmləri “bələdçilik” xarakteri daşıyır (“irşadi” hökmdür) və ilahi dinlərin, yaxud da Quranın elmi möcüzəsi hesab olunmur.

4. Bu növ qida məhsullarının gigiyenik ziyanları olduğu üçün haram olunması doğrudur. Lakin bu, heç də tam səbəb deyil. Digər səbəblərin də mövcudluğu istisna olunmur.

3.QİDALANMADA İSRAFA QADAĞA QOYULMASI
İŞARƏ

İsraf hər bir şeyin həddini aşmasıdır. Qidalanmada isə israfdan məqsəd həddən artıq çox yemək, ifrata varmaqdır. Bu növ israf Quranda məzəmmət olunmuşdur (pislənmişdir). Allah Quranda buyurur:

səh:186

“Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”(1)

İsraf çox geniş anlayışdır. Belə ki, hər növ ifratçılığı (kəmiyyətdə, keyfiyyətdə), vaxt itirməni və s. əhatə edir. Bu, Quranın özünəməxsus üslubudur. İlahi nemətlərdən istifadəyə səsləyərkən sui-istifadələrin qarşısını almaq üçün dərhal mötədilliyini tövsiyə edir(2).

Bəzi təfsirçilər burada dörd termin haqqında söhbət açmışlar.

1. “Təqtir” (yaşam üçün zəruri şeylərdən istifadəyə etinasızlıq göstərmək. Bu Allahın qəzəbinə səbəb olan xüsusiyyətdir).

2. “Təbzir” (öz malını ağıla müvafiq olmayan, şəriətə zidd məqsədlər uğrunda xərcləmək. Bu, haramdır).

3. “İqtisad” və ya etidal (öz malını ağıla müvafiq və şəriətə uyğun məqsədlərə mötədil şəkildə xərcləmək. Bu, tərifəlayiqdir).

4. “İsraf” (istifadədə ifratçılığa yol vermək). Quran ayələri israfçılığı məzəmmət etmişdir. “(Allah) israf edənləri sevməz!” ayəsi də bu qəbildəndir. Allahın sevgisinin yoxluğu Onun qəzəbi deməkdir(3).

İnsan orqanizminin qida maddələrinə (kalori, zülallar (protein), yağlar (lipid), karbohidratlar, vitaminlər, mineral maddələri və s.) təlabatı (təbii ehtiyacı) yaşa, cinsə və fəaliyyət növünə (işinin xarekterinə) görə fərqlənir. İnsanın qidalanmada mötədilliyi aşması orqanizmin sağlamlığı üçün təhlükəlidir (yəni az və ya çox yemək hər ikisi ziyanlıdır)(4).

səh:187


1- [397]Əraf, 31.
2- [398] “Təfsiri-nümunə”, c. 6, səh. 147.
3- [399] “Ətyəb əl-bəyan”, c. 5, səh. 306.
4- [400] “İslam, dərmansız həkim”, səh. 307.

İsrafın müxtəlif nümunələri mövcuddur(1).

Qeydlər:

1. İsraf fərdlərə, zamana görə fərqlənir və müxtəlif şəkillərə düşür. Bəzən eyni anlayış müəyyən şəraitdə bir nəfər üçün israf hesab olunur, digəri üçün isə israf hesab olunmur.

2. İsrafın mənfiliyini hamı fitri və əqli olaraq başa düşür. Deməli, şəriətin israfla bağlı hökmləri “bələdçilik” xarakteri daşıya bilər.

HÖKMLƏR

1. Yol gedərkən yemək məkruhdur.

2. Çox yemək məkruhdur.

3. Çox su içmək məkruhdur.

4. Üç növ israf daim haramdır:

Birinci: Malı korlayıb yararsız hala salmaq.

İkinci: Maldan bədənə zərər vuracaq məqsədlər üçün istifadə etmək.

Üçüncü: Maldan şəriətdə qadağa qoyulan məqsədlər üçün istifadə etmək.

səh:188


1- [401] Bəzi həkimlər (qidalanmada) israfın aşağıdakı nümunələrini qeyd etmişlər.1.Həddən artıq yemək və ya içmək. 2.Qidanı tam çeynəmədən udmaq. 3.Bir növ yeməkdən çox yemək. 4.Nəfsin bütün istəklərini həyata keçirmək. 5.Halal qida məhsullarını aşıb haramlarla qidalanmaq (“Quranda təbabət”, səh. 137).
ELMİ SİRLƏR

Mötədillik hər bir işdə müsbətdir. Qidalanmada mötədillik isə xüsusi əhəmiyyətə malikdir. Quran ümumi şəkildə qidalanmada israfa qadağa qoyur. Müasir profilaktikada buna böyük dəyər verilir. Qida, insan orqanizminin təlabatını təmin edir. Hansı ki, insanın sağlamlığı onun nəticəsində gerçəkləşir. Lakin həmin qidadan istifadədə israfa yol verilərsə, orqanizmin sağlamlığı təhlükəyə düşər və müxtəlif xəstəliklər əmələ gələr.

Bəziləri qidalanmada israfın acı nəticələrini aşağıdakı şəkildə sıralamışlar.

1. Həzm sisteminin pozulması və mədənin genişlənməsi.

2. Mədənin həddindən artıq böyüməsi (genəlməsi - bu, çox təhlükəli xəstəlikdir. Əgər vaxtında müalicə olunmazsa ölümlə nəticələnə bilər).

3. Qastrit (mədənin selikli qişasının iltihabı).

4. Ürək göynəməsilə müşayiət olunur.

5. Çox yemək xəstəlik törədici mikrob və virusların qida maddələri vasitəsi ilə mədə-bağırsaq yolunda bağırsaq divarından qana və limfaya (eləcə də digər hissələrə) sorulması nəticəsində vəba, qarın yatalağı və s. xəstəliklər törəyir. Çünki qidanın çoxluğu nəticəsində qəbul edilən (mədəyə yığılan) qida turş mədə şirəsi ilə qarışıb, şirəni özünə hopdura bilmədiyi üçün həzm prosesi düzgün getmir (adətən qidanın tərkibindəki virus və mikroblar mədə şirəsi vasitəsi ilə məhv edilir).

6. Mədənin zədələnməsi ehtimalı böyükdür.

7. Piylənmə ilə orqanizmdə artıq piy toxumasının yığılması müşayiət olunur (piylənmədə irsi amillərin də rolu böyükdür).

səh:189

8. Dişin çürüməsi. Qənnadi məmulatlarından həddən artıq istifadə olunduqda baş verir.

9. Ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi).

10. Podaqra (oynaq və toxuma xəstəliyi). Uzun müddət bir növ qida məhsullarından (ətdən) istifadə nəticəsində yaranır.

11. Nefrolitiaz (böyrəkdaşı və ya sidikdaşı xəstəliyi).

12. Həddən artıq çox yemək psixi pozuntularla da müşayiət olunur. Misal üçün iradənin zəifləməsi, yatağanlıq, son dərəcə tənbəllik, cinsi tələbatın insanı heyvana çevirməsi və s.

13. Ehtiras və tamahdan doğan çoxyemə məhrumiyyətdən qaynaqlanır. Bəzən sonsuz həzz almaq və ya digərlərini təqlid etmək hissindən də doğur. Qadınlarda isə bir çox hallarda instinktiv olaraq hamiləlik dövründə (ağız dadının azması - yerikləmək nəticəsində) baş verir(1).

14. İfrat dərəcədə ət yemək aşağıdakı xəstəlikləri törədir:

Şəkər diabeti, apendisit, bağırsaq vərəmi, xərçəng, apopleksiya (beyinə qan sızması nəticəsində iflic), ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), qanın tərkibində xolesterinin çoxalması və nəticədə vaxtsız qocalma, podaqra (oynaq və toxuma xəstəliyi)(2).

Bəzi təfsirçilər yazırlar:

“Fikrimizcə ayədə çox mühüm gigiyenik məsələyə toxunulmuşdur (“Yeyin-için, lakin israf etməyin”). Bu, ilk baxışdan sadə görünsə də bu gün artıq mühüm bir gigiyenik tədbir olduğu sübuta yetirilmişdir. Artıq, alimlərin tədqiqatları göstərir ki, bir çox xəstəliklər

səh:190


1- [402] “Quranda təbabət”, səh. 137-140.
2- [403] “Hökmlərin fəlsəfəsi”, səh. 317

orqanizmdə tam sorula bilməyən qida maddələrindən törəyir”(1).

Doktor Seyid əl-Cəmili Əraf surəsinin 31-ci ayəsini qeyd edərək Quranın xərçəng xəstəliyinin (konserin) müalicəsini və ya profilaktikasını verdiyini iddia edir. O, yazır:

“Gün ərzində 35 və daha çox siqaret çəkmək ağ ciyər xərçəngi törədir. Halbuki Quran israfa qadağa qoymuşdur”(2).

Doktor Sadiq Əbd ər-Rza Əli də məlum ayəni izah edərkən qidalanmada israfdan yaranan xəstəliklər haqqında söhbət açmışdır(3).

Əbd ər-Rəzzaq Nofel məlum ayəni şərh edərkən bütün tibb elminin bu ayədə xülasə olduğunu bildirir(4).

YEKUN

1. Qidalanmada ümumi bir qanun göstərmək Quranın elmi məsələlərindən biridir və insanın sağlamlığında mühüm rola malikdir. Bu, eyni zamanda Quranın möcüzələrindən də hesab oluna bilər. Çünki Quran bu məsələni elə bir dönəmdə, elə bir şəraitdə açıqlamışdır ki, hamı acı nəticələrindən xəbərsiz halda çox yeməyə meyilli idi. Lakin tibb elmi inkişaf etdikcə bu hökmlərdə yatan elmi sirlərin üstü açılmağa başladı.

2. Qeyd olunan gigiyenik ziyanlar sözügedən hökmün tam səbəbi deyil. Hələ bizə bəlli olmayan digər səbəblər də ola bilər.

səh:191


1- [404] “Təfsiri-nümunə”, c. 6, səh. 152.
2- [405]“Quranda tibbi ecazkarlıq”, sәh. 146.
3- [406] “Quran və yeni tibb”, səh. 110-115.
4- [407]Yenә orada.

3. Qeyd olunan bir çox xəstəliklərin (nefrolitiaz və.) tam səbəbi çox yemək deyil. Çox yemək sözügedən xəstəlikləri törədən amillərdən yalnız biridir. Bütün bu xəstəliklərin qidalanmada israfla əlaqələndirilməsi mübaliğədir.

4. LEŞ ƏTİNİN (YEYİLMƏSİNİN) QADAĞAN OLUNMASI
İŞARƏ

Leş insan və ya heyvan ölüsünə (cəsədinə) deyilir. Şəriətdə isə özü ölmüş, yaxud da şəri qaydalarla kəsilməyən heyvana deyilir.

إِنَّمَا حَرَّمَ عَلَیْکُمُ الْمَیْتَةَ

“O (Allah) sizə ölmüş heyvanı haram etmişdir”(1).

Yuxarıdakı ayə dörd surədə təkrarlanmışdır. Bu bənzərsiz təkrarlanmanı müxtəlif səbəblərlə əlaqələndirmişlər:

1. Mövzunun əhəmiyyəti (orqanizm üçün təhlükəsi).

2. O dövrün insanlarının bu məsələyə aludə olmaları(2).

QISA TARİX

Leşin iyrənc olduğu hələ İslamdan öncə Tövratda təsdiqlənmişdir.

Zərdüşt dinində də bu haqda qəti hökmlər mövcuddur.

HÖKMLƏR

İslam dinində leş haqqında bir neçə ayrıca hökm mövcuddur.

səh:192


1- [408]Bəqərə, 173; Maidə, 3; Ənam, 145; Nəhl, 115.
2- [409] “Təfsiri-nümunə”, c. 1, səh. 588.

Birinci: Leş yeyilməsi qadağan olunmuş qida məhsulları sırasındadır. Leş ətini yemək haramdır və günah hesab olunur.

İkinci: Atıcı qanı olan heyvanın ölüsü (leşi) murdardır.

Üçüncü: Müsəlmanın cəsədini dəfn etmək vacibdir. Hər bir müsəlmana onu iyi yayılmayacaq, heyvanların eşə bilməyəcəyi şəkildə dəfn etmək vacibdir. Əlbəttə, kafirlərin və ya iylənmiş hevanların ölüsünün basdırılması da zəruridir. Çünki ətraf mühitin çirklənməsinə, xəstəliklərin törəməsinə gətirib çıxarır.

Dördüncü: “Məss-meyyit” qüslü ölüyə (insan cəsədinə) əl vuranlara (müəyyən şərtlərlə) vacibdir.

Beşinci: Müsəlman qəbrinin açılması (hətta uşaq, yaxud dəli belə olsa) haramdır.

ELMİ SİRLƏR

Əhli-beytdən (ə) gələn bəzi rəvayətlərdə məlum ayədə mövcud olan sirlərə toxunulmuşdur. Bir çox təfsirçi və tibb mütəxəssisləri də ayə ilə bağlı elmi məqamları qeyd etmişlər.

1. Hədislər

İmam Sadiq (ə) bütün bu məsələlərin (hökmlərin) insanların xeyrinə olduğunu vurğulayaraq buyurur:

“Leş yeyənin bədəni zəifləyir, gücü azalır, nəsli kəsilir. Bunu davam etdirən şəxs qəfil ölümlə (infarkt və s.) dünyadan köçür”(1).

İmam Rza (ə) buyurur:

“Leş yemək bədəndə pis iy əmələ gətirir. Tündməcazlığa, əsəbiliyə, qəlbin daşlaşmasına və ülfətin

səh:193


1- [410] “Vəsail əş-şiə”, c. 16, səh. 310.

azalmasına səbəb olur. Leş yeyən şəxsin öz övladını, atasını, dostunu öldürməyəcəyini söyləmək çətindir”(1).

İmam Sadiqdən (ə) nəql olunan digər rəvayətdə oxuyuruq:

“Leşdən qan xaric olmur, qatılaşaraq (daxildə) qalır. Buna görə də leş əti ağırdır”(2).

Qeyd: Rəvayətlərdə leş yeməyin orqanizm üçün törətdiyi fəsadlardan başqa mənəvi zərərləri də açıqlanmışdır. Müasir tibdə də bu məsələlərə diqqət yetirilir.

2. “Təfsiri-nümunə”də oxuyuruq:

“Həzm sistemi leşi yararlı qana çevirə bilmir. Bundan başqa leş mikrob yığınıdır. Buna görə də İslam leş yeməyi haram etməklə yanaşı, onun murdar olduğunu da bildirmişdir ki, müsəlmanlar tam uzaqlaşsınlar”(3).

Bəzi həkimlər yazırlar:

“Qan, tərkibinə nəzərən (ölümdən öncə bədənin ən yaxşı müdafiəçisi olmasına baxmayaraq) ölümdən sonra mikrobların inkişafı üçün əlverişli məkana çevrilir. Leşin qanı, öldükdən 1 saat sonra bədəninə hopur. 3-4 saatdan sonra əzələlər sıxılır və (fosfor, fermium və s.) turşularının mövcudluğu nəticəsində quruyur. Sonra orqanizm qələviləşir, quruluqdan çıxır və mikroblar fəaliyyətə başlayır. Nəticədə bədən parçalanır və iylənir. Qanın daxildə qalması mikrobların çoxalmasını sürətləndirir. Lakin heyvan şəriətdə göstərilən qaydada kəsildikdə (vena və arteriyanın kəsilməsi ilə) qan bədəndən tam çıxır. Kəsilən heyvanın çapalaması qanın tam çıxışına kömək edir”.

səh:194


1- [411] “Bihar әl-әnvar”, c. 65, sәh. 165.
2- [412]Yenә orada , sәh. 162.
3- [413] “Təfsiri-nümunə”, c.1, səh. 585.

Elm adamlarından biri yazır:

“Leş hansı heyvana aid olmasına baxmayaraq, onda olan üzvi maddələr tez sıradan çıxır və iylənir. Hava nə qədər isti olsa, onun təsirli iyi və vəba vibrionları o qədər tez yayılır. Bədəndə olan mikroblar orqanizmin fəaliyyəti və mövcud antibakteriyaları (leykosit - ağ qan cisimciyi – kürəciyi) təsiri nəticəsində məhv edilir. Ölümdən sonra isə mikrobların fəaliyyəti başlayır və bütün bədəni əhatə edir. Buna görə də cəsəd murdardır və ona toxunduqda mütləq, qüsl verilməlidir”(1).

YEKUN

1. İlahi dinlərin bəşər mədəniyyətinə xidmətlərindən biri leş (ölü heyvanın) ətinin yeyilməsi ilə mübarizə, meyidin dəfn olunması və ətraf mühitin çirklənməsinin qarşısı alınmasıdır. Bu, İslam dinində ağıla müvafiq şəkildə və mötədillik çərçivəsində verilmişdir.

2. Leşin (heyvan ölüsünün) yeyilməsini qadağan edən ayələr Quranın elmi möcüzəsi deyil. Çünki hələ Qurandan öncə səmavi kitablar bu hökmə toxunmuşlar. Lakin bu məsələ (leşin yeyilməsinin gigiyenik fəsadlarının bəlli olmadığı bir dönəmdə qadağan olunması) ilahi peyğəmbərlərin haqq olduğunu göstərən bir möcüzə hesab oluna bilər.

3. Quranda sözügedən hökmlərin səbəbi açıqlanmadığından gigiyenik fəsadları yeganə səbəb olaraq göstərmək olmaz. Bu yalnız hökmün ardında duran səbəblər silsiləsinin kiçik bir hissəsidir. Çox güman ki, leşin yeyilməsinin haram olması, murdarlığı, “məssi-meyyit” qüslu və ölünün dəfn olunması zərurətinin digər

səh:195


1- [414]“Hökmlərin fəlsəfəsi”, səh. 151-153.

sirli səbəbləri də mövcuddur. Hansı ki, elm inkişaf etdikcə bu sirlərin də üstə açılacaq. Buna misal olaraq, leşin yeyilməsinin psixi və mənəvi ziyanlarını göstərmək olar.

Müsəlman cəsədinin dəfn olunmasında müsəlmana göstərilən hörmət də xüsusi qeyd olunmalıdır. Bu məlum hökmlərin səbəblərinin yalnız gigiyenik olmadığını göstərir.

4. Leş vəba vibrionları törətmir. O, xəstəlik törədici bakteriyaları, o cümlədən vəba vibrionlarını inkişaf etdirir.

5. DONUZ ƏTİNİN (YEYİLMƏSİNİN) QADAĞAN OLUNMASI
İŞARƏ

Donuz, cütdırnaqlılar dəstəsindən gövşəməyən məməli heyvan fəsiləsidir. Ət və südündən məişətdə istifadə olunur. İslama görə qadağan olunmuş heyvanlar sırasındadır. Allah Quranda buyurur:

إِنَّمَا حَرَّمَ عَلَیْکُمُ الْمَیْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِیرِ

“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”(1).

Qan və leş haqqında olduğu kimi burada da eyni məzmunlu ayə dörd dəfə təkrar olunmuşdur (İki dəfə Məkkədə, iki dəfə Mədinədə).

Quranın bu məsələ haqqında xüsusi təkidlə çıxış etməsi nə qədər əhəmiyyət daşıdığını göstərir. Donuz ətinin orqanizmə və ruha vurduğu bənzərsiz ziyanlara baxmayaraq, bir çox dünya ölkələrində hələ də rəsmi qida məhsulu kimi istifadə olunur.

səh:196


1- [415]Bəqərə, 173; Maidə, 3; Ənam, 145; Nəhl, 115.
QISA TARİX

Donuz ətindən qida məhsulu kimi istifadə olunması neçə min il tarixə malikdir. Onun həzrət Musa (ə) şəriətində haram olunması dövrün yəhudiləri tərəfindən adi ərzaq məhsulu kimi istifadə olunduğundan xəbər verir. İncildə isə günahkarlar donuza bənzədilir və nəql olunan hadisələrdə donuz şeytan simvolu kimi verilir. İlahi dinlərin bu qədər təkid etməsinə (və bu növ qida məhsulunun törədə biləcəyi fəsadların aşkar olduğuna) baxmayaraq, hələ də bir çox ölkələrdə geniş yayılmışdır.

HÖKMLƏR

İslam şəriətində donuz haqqında bir neçə hökm mövcuddur:

Birinci: Donuz əti yemək haram və günahdır.

İkinci: Donuz südü içmək haramdır.

Üçüncü: Quruda yaşayan donuz heç bir şəraitdə pak olmayacaq murdardır (napak).

Dördüncü: Əgər donuz, qabdan maye halında olan bir şey içsə və ya qabı yalasa, həmin qab yeddi dəfə suya çəkilməlidir (yuyulmalıdır).

Beşinici: Donuz alqı-satqısı icazəli deyil (tam murdar olduğu üçün).

ELMİ SİRLƏR

Donuz ətinin haram və murdar olması haqqında iki baxımdan danışmaq olar.

Birinci: Psixi, mənəvi və əxlaqi təsirləri. Bəzi təfsirçilər yazırlar:

səh:197

“Donuz, hətta Avropada belə qeyrətsizlik simvolu və çirkin heyvandır. O, cinsi münasibətlərə laqeyiddir. Donuz ətinin bu laqeyidliyi onu yeyən insana da təsir qoyur”(1).

İkinci: Gigiyenik səbəblər.

Donuz ətinin törətdiyi xəstəliklər iki yerə bölünür:

a) Törədici səbəblərindən biri donuz əti olan xəstəliklər;

1. Dizenteriya (qanlı ishal)(2).

2. Tarenximatoz sarılıq(3).

3. Amyöblü dizenteriya (Amyöbiaz)(4).

4. Ergpeloid

5. Donuz ətinin tərkibində yağlılıq və sidik turşusu çox olduğundan bir çox xəstəliklərə yoluxmada mühüm rol oynayır. Belə xəstəliklərdən ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), oynaq ağrıları, zəhərlənmə və s.-nin adını çəkmək olar.

6. Donuz natəmiz və çirkli şeyləri, hətta öz nəcisini belə yeməkdən çəkinmir. Elə buna görə də onun mədəsi müxtəlif xəstəlik törədici mikrobların yuvasına çevrilir, oradan da onun ətinə, qanına və südünə keçir.

b) Yalnız donuz ətinin törətdiyi xəstəliklər.

1. Soliterlər (lentşəkilli qurdlar dəstəsi). Taenia solium növü insanın mədə-bağırsağında parazitlik edir. Uzunluğu

səh:198


1- [416] “Təfsiri-nümunə”, c. 1, səh. 586.
2- [417] Əsasən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan, residiv verən, kəskin, yaxud xronik yoluxucu xəstəlik.
3- [418] İnfeksiya, yaxud qaraciyər hüceyrələrinin toksiki zədələnmələrindən (bilirubinin əmələ gəlməsi və bağırsağa ifraz olunması pozulur) baş verir. Tarenximatoz sarılıq çox zaman Botik xəstəliyində müşayiət olunur.
4- [419] İnsanın yoğun bağırsağı və s. daxili orqanlarında dizenteriya amyöbünün törətdiyi xəstəlik.

2-3 m, bəzən 8 m-ə çatır. İnsanlar yaxşı bişirilməmiş və ya qızardılmamış donuz əti yedikdə yoluxurlar(1).

2. Trixin (trixinella) Trichinellidae fəsiləsindən parazit, həlqəvi qurd. Uzunluğu 3-5 mm-dir. Bişirilməmiş və ya yaxşı bişirilməmiş donuz əti yedikdə insan bədəninə daxil olur. Trixin qurdu insanda trixinellyoz (nematodozlar qrupuna daxildir) xəstəliyi törədir. 10-25 gündən sonra tempraturla keçən titrəmə, göz qapaqlarında və üzdə ödem, əzələlərdə ağrı, dəridə səpki, bağırsaq pozğunluğu və başağrısı olur. Bəzən xəstəlik ağır keçir və ölümlə nəticələnir.

Trixin qurdu mədəyə daxil olduqdan sonra heç bir antibakteriya onu məhv etməyə qadir deyil. Bir ayda 15 min bala çıxarır. 1 kq donuz ətində 400 min trixin toxumu ola bilər. Sözügedən qurdlar hətta ət ən yüksək tempraturda bişirildikdə belə məhv olmurlar(2).

3. Donuz əti ağır həzm edilir və nəticədə mədə zədələnir. Donuz əti mədədə özünəməxsus zəhərlənmə əmələ gətirir(3).

YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir.

1. İlahi dinlәrin insanlara töhfәlәrindәn biri dә psixi vә cismani xәstәliklәrә qarşı profilaktik tәdbirlәrdir. Donuz әtinin haram vә murdar edilmәsi ilahi dinlәrin möcüzәlәrindәn biridir. Çünki bu hökm verildiyi zaman

səh:199


1- [420] Cırtdan soliter (Hymenolepsnana) növü və exinokkok (Echinococcus granulosus) da insan üçün qorxulu parazit sayılır. Soliterin bütün növləri insanı (və heyvanı) həddindən artıq arıqladır; bəzən ölümlə də nəticələnə bilir.
2- [421] “Quranda təbabət”, səh. 146-147.
3- [422] “İslam, dәrmansız hәkim”, sәh. 52-53.

hәlә bәşәr donuz әtinin gigiyenik fәsadlarından xәbәrsiz idi.

2. Donuz ətinin haram olması Qurana məxsus elmi ecazkarlıq nümunəsi deyil. Bu, Qurandan öncə digər səmavi kitablarda da mövcud olduğu üçün ilahi peyğəmbərlərin möcüzələrindən hesab olunur.

3. Öncə də qeyd olunduğu kimi donuz ətinin haram olmasının səbəbləri qeyd olunan gigiyenik səbəblərlə bitmir. Quranda bu hökmün səbəbi açıqlanmadığı üçün konkret olaraq bu və ya digər səbəbin üzərində dayanmaq doğru deyil.

4. Donuz ətinin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlara irad oluna bilər. Çünki bir çox hallarda (donuz əti müxtəlif sanitar üsullarla qaynadıldıqda və s.) sözügedən xəstəlik törədici bakteriyalar məhv edilir və bu zaman məlum hökm üçün bir səbəb qalmır. Lakin trixinlərin heç bir şəraitdə məhv olunmadığı isbat olunarsa, artıq bu irada da yer qalmaz.

5. Donuz ətinin insana psixi təsirlər (qeyrətsizlik və s.) göstərməsi hələ elmi qaynaqlar tərəfindən təsdiqlənməmiş güclü ehtimaldır. (Çünki dəqiq təcrübi yollarla isbat olunmamışdır).

Qeyd: Bütün bunlar göstərir ki, qeyd olunan əxlaqi və gigiyenik fəsadlar məlum hökmün tam səbəbi deyil. Yeni elmi kəşflər hələ çox şeylər aşkara çıxaraq.

6. QANIN (YEYİLMƏSİNİN) HARAM OLMASI
İŞARƏ

Allah-taala Quranda buyurur:

إِنَّمَا حَرَّمَ عَلَیْکُمُ الْمَیْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِیرِ

səh:200

“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”(1).

Qanın yeyilməsinin haram olması Quranda dörd surədə müxtəlif ibarələrlə öz əksini tapmışdır. Üç surədə (Nəhl, Bəqərə və Maidə) tam oxşar ibarələrlə verilmişdir. Ənam surəsində isə oxuyuruq:

إِلاَّ أَن یَکُونَ مَیْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِیرٍ فَإِنَّهُ رِجْسٌ قُل لاَّ أَجِدُ فِی مَا أُوْحِیَ إِلَیَّ مُحَرَّمًا عَلَی طَاعِمٍ یَطْعَمُهُ

(Ya Rəsulum!) De: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”(2).

Ayədə “دمامسحوفا” (axar qan) ifadəsi qeyd olunmuşdur. Bu, qanın kapillyarlarda qalan hissəsini istisna edir. “فانه رجس” ibarəsindəki “ه” əvəzliyi üçüncü şəxsin təkinə məxsus olmasına baxmayaraq, hər üçünə (yəni yalnız donuza deyil, ölü heyvan və qana da) aid olur. Bir çox təfsirçilərə görə bu ayənin ilkin mənasına uyğundur. Belə ki, ayədən hər üçünün natəmiz, insan təbiətinə zidd olduğu anlaşılır.

Nəhl və Ən`am surələri Məkkədə, Bəqərə və Maidə surələri isə Mədinədə nazil olmuşdur. Qanın haram olduğunu bildirən ayələrin dəfələrlə təkrar olunması onun

səh:201


1- [423] Nəhl, 115; Bəqərə, 173; Maidə, 3.
2- [424] Ən`am, 145.

insan orqanizmi üçün təhlükəli olduğunu və cahillik dönəmində qanın yeyilməsinin geniş yayıldığını göstərir(1).

QISA TARİX

Qanın yeyilməsi dünya xalqları arasında çox qədim tarixə malikdir. Belə ki, bəzi antik qaynaqlarda ləzzətbəxş qida məhsulu kimi göstərilir. Qədimdə Şimali Amerikada qanla qidalanırmışar(2). Cahillik dönəmində də insanlar qanla qidalanır və onu rəsmi qida məhsulu kimi qiymətləndirirdilər(3).

Yəhudilikdə də qandan qida məhsulu kimi yararlanmaq haram edilmişdir.

HÖKMLƏR

İslam şəriətində qanla bağlı bir neçə hökm mövcuddur.

Birinci: Qan qadağan edilmiş qida məhsulları sırasındandır. Onu yemək (içmək) haramdır və günah hesab olunur.

səh:202


1- [425] Qan insanın, bütün onurğalı heyvanların və bəzi onurğasızların (məsələn, həlqəvi qurdlar, nemertiklər) qapalı qan dövranı sistemində axan duru toxumadır. Qan duru hissədən - plazmadan və formalı elementlərdən - qan hüceyrələrindən ibarətdir. Formalı elementlər qanın 40-50%-ni, plazma isə 55-60 %-ni təşkil edir. Plazmanın tərkibində zülallar (albumin, qlobulin, A1, A2, B, Y, fibrinogen), onların lipidlərlə və karbohidratlarla kompleksləri, fermentlər, hormonlar, vitaminlər, mineral maddələr, maddələr mübadiləsinin aralıq və son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatin və kreatinin, purin əsasları və s.) olur. Qanın miqdarı insanlarda bədənin orta çəkisinin 1/11 – 1/13 hissəsini (təqr. 7%), onurğalı heyvanlarda 2-10%, onurğasız heyvanlarda isə 20-60%-ini təşkil edir. İnsanın 1 mm3 qanında 4,5-5,5 miln. eritrosit (qırmızı qan cisimciyi) olur.
2- [426]“İslam sivilizasiyası”, səh. 185.
3- [427]“Hökmlәrin fәlsәfәsi”, sәh. 145.

İkinci: İnsan və atıcı qanı olan hər bir heyvanın qanı murdardır.

Üçüncü: Tam murdarların alqı-satqısı yalnız onlardan faydalı istifadə mümkün olduğu zaman icazəlidir. Qan tam murdardır; lakin buna baxmayaraq alqı-satqısı icazəlidir. Çünki ondan halal, faydalı və ağıla müvafiq istifadə (xəstələrə, yaralılara qan köçürülməsi və s.) mümkündür.

ELMİ SİRLƏR

Qanın haram və murdar olması haqqında tibb elmləri mütəxəssisləri tərəfindən müxtəlif ehtimallar irəli sürülmüşdür. Mövzu ilə bağlı çoxsaylı rəvayətlər də nəql olunmuşdur.

1. Rəvayətlər.

Bir kişi İmam Sadiqdən (ə) soruşdu: Nə üçün Allah-taala qanı yeməyi haram etmişdir? İmam (ə) buyurdu: “Çünki qan yemək qəlbi daşlaşdırır, sevgini, mərhəməti aradan aparır. Qan yemək bədəndə pis iy yaradır, rəngini dəyişir”(1).

Digər rəvayətdə oxuyuruq: “Qan yeyənlər öz valideynlərini, övladlarını öldürə biləcək dərəcədə daşürəkli olurlar”(2).

2. Doktor Əbd əl-Həmid və başqaları yazırlar:

“Qan insan üçün faydalı qida məhsulu deyil. Çünki plazma tərkibindəki zülallar (albumin, qlobulin, fibrinogen) olduqca azdır (təqr. 6-8 mq). Qanın tərkibi gec həzm olur və ya bağırsağa böyük çətinliklə sovrulur.

Qanın əsas vəzifələrindən biri maddələr mübadiləsinin lazımsız (aralıq və son) məhsullarını (sidik cövhəri, sidik

səh:203


1- [428] “Bihar əl-ənvar”, c. 65, səh. 162.
2- [429] “Vəsail əş-şiə”, c. 16, səh. 310.

turşusu, kreatin və kreatinin, purin əsasları və s.) toxumalardan çıxarmaqdır. Qan yedikdə həmin lazımsız maddələr insan orqanizminə daxil olur. Qan mikrobların inkişafı üçün əlverişli vasitədir. Mikroblar kəsici alətlər, əllər, hava, milçək və qan tökülən qab vasitəsilə yayılır. Xüsusilə xəstəliyə yoluxmuş heyvanın qanı daha təhlükəlidir (yoluxucu xəstəliklər xüsusi qeyd olunmalıdır).

Qan yedikdə zülalların (protein) parçalanması nəticəsində sidik cövhərinin miqdarı artır və insanın komaya düşməsi ehtimalı çoxalır.

Bəzilərinin fikrincə qan, tərkibində dəmir olduğu üçün yeyilməsi faydalıdır. Lakin bu yanlış fikirdir. Çünki qanın tərkibində olan dəmir üzvi dəmirdir və qeyri-üzvi dəmirə nisbətdə çox böyük çətinliklə həzm olunur.

Şəriətə görə halal heyvanların qaraciyər və dalağını yemək icazəlidir(1). Çünki insan orqanizminə lazımi dəmir ötürə bilər. Tibbi baxımdan da bu iki hissənin yeyilməsi maneəsizdir. Elmdə sübut olunmuşdur ki, bu iki üzv bir çox qida maddələri ehtiva etdiyindən olduqca faydalıdır (xüsusi qlikogen, protein və vitaminlər).

Bütün bunlar tibb elmlərinin şəriət hökmlərini tam təsdiq etdiyini aşkara çıxarır”(2).

3. Doktor Paknijad yazır:

“Qan yeməyin cisimdən çox ruha ziyanı var. Çobanlar daim itlərinin quduzlaşması, şiddət göstərməsi üçün ona qan içirdirlər”(3).

Bəzi təfsirçilər yazırlar:

səh:204


1- [430] Şiə fiqhində dalaq yemək haramdır. Müəllif əhli-sünnə fiqhinə əsaslanmışdır.
2- [431]“Quranda təbabət”, səh. 144-145.
3- [432]“İlk universitet, son peyğəmbər”, c. 8, səh. 208.

“Bu gün artıq elm sübut etmişdir ki, qida məhsulları vəzilərə (endokrin, yaxud sekresiya vəzilərinə) təsir göstərir, nəticədə hormonlar (inkretlər) hasil olur və bu özünü insanın davranışında göstərir”(1).

YEKUN

Burada bir neçə məqama diqqət yetirməyi zəruri hesab edirik.

1. İlahi dinlərin vəhyə dayanaraq xəstəliklərin qaynağı olan bu hökmü verməsi fəxr ediləsi bir faktdır. İlahi dinlərin qan yeməyi insanaməxsus qida məhsulları cərgəsindən çıxarması peyğəmbərlərin bəşər sivilizasiyasına göstərdiyi ən böyük xidmətlərdəndir.

2. Qan yeməyin haram olması ilahi peyğəmbərlərin (ə) möcüzələri sırasındadır.

3. Qan yeməyin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlar həmin səbəblərin yalnız bir hissəsidir.

4. Qanla bağlı bir çox məsələlər qaranlıq olaraq qalır və gələcək tədqiqatlar üçün gözəl mövzudur. Misal üçün, axar qanın (دماء مسحوفا) haram və murdar, orqanizmdə qalan qanın isə pak olmasının səbəbləri, qan yeməyin psixi təsirləri (daşürəklilik və s.) aydın deyil. Sırf ehtimal və ya çobanların itləri quduzlaşdırma metodu elmi əsas ola bilməz.

7. SPİRTLİ İÇKİLƏRİN QADAĞAN OLUNMASI
İŞARƏ

“خمر” [xəmr] nədir? “خمر” [xəmr] örtmək mənasını ifadə edir. Bir termin kimi isə kefləndirici içkilərə deyilir.

səh:205


1- [433]“Tәfsiri-nümunә”, c.1 , sәh. 2.

Bu heç də təsadüfi deyil. Çünki spirtli içkilər insan ağlının üstünü örtür və yaxşını pisdən ayırmağa imkan vermir.

QURANIN ALKOQOLİZMƏ QARŞI MƏRHƏLƏLİ MÜBARİZƏSİ

Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur.

Birinci mərhələdə buyurur:

“Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz”(1).

Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir.

İkinci mərhələ:

“Səndən içki və qumar haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır”(2).

Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır.

Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir.

İkinci: Quranın tərbiyə üsulu çox maraqlıdır. Çünki iki çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır.

Üçüncü mərhələ:

“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman -

səh:206


1- [434]Nәhl, 67.
2- [435]Bəqərə, 219.

yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın”(1).

Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur.

1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra kefləşdikdə (sərxoş vəziyyətdə) namaza yaxın durmasınlar. Bunun iki faydası var:

a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır. Kefli ikən Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır.

b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi(2).

2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır(3).

Digər təfsirçilər isə bu baxışı rədd edir və bildirirlər ki, ayədə məqsəd ümumiyyətlə tam oyaq olmaqdır. “Nə dediyinizi biləsiniz deyə” ifadəsindən aydın olur ki, insanın tam oyaq olmadan (istər yuxudan, istərsə də spirtli içkilərin təsirindən) namaz qılması doğru deyil(4).

3. Ayədə “صلوه” [səlat] sözündən məqsəd namaz qılınan məkan, yəni məsciddir. Buna dəlil “الاعابری سبیل” ibarəsidir. Deməli, ayə kefli halda məscidə yaxın getməyi qadağan edir(5).

Dördüncü mərhələ:

səh:207


1- [436]Nisa, 42.
2- [437]“Tәfsiri-nümunә”, c. 3, sәh. 395-396.
3- [438]“Nur әs-siqlәyn”, c. 1, sәh. 483.
4- [439]“Tәfsiri-nümunә”, c, 3. sәh. 50.
5- [440]“Məcmə əl-bəyan”, c. 2, səh. 50.

“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”(1)

Ayədə bir neçə məqamın üzərində dayanmaq lazımdır.

Birincisi: Ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا “artıq içməyəcəyik” sözləri oldu(2).

Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi.

İkinci: Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır.

QISA TARİX

İslamdan öncə spirtli içkilərin içilməsi gündəlik adi həyatın bir hissəsini təşkil edirdi.

Çünki insanlar onun törədə biləcəyi xəstəliklərdən xəbərsiz idilər. Tədqiqatımızın nəticəsinə görə şərab ilk dəfə İslamda qadağan olunmuşdur. Belə ki, bu qadağadan sonra İslama doğru etiraz səsləri ucalmağa başladı. Bu hökm bir çoxlarına qəribə gəldi və səbəblərini araşdırmağa başladılar

səh:208


1- [441]Maidə, 90-91.
2- [442]“Quranda təbabət”, səh. 161; “Təfsiri-nümunə”, c. 5, səh. 68.

Fransa tarixçisi Rhenan yazır:

“İslam dini öz ardıcıllarını bir çox təhlükədən, o cümlədən donuz, itin artığı və şərabdan xilas etmişdir”.

HÖKMLƏR

Quranda və əhli-beytdən (ə) gələn rəvayətlərdə spirtli içkilərlə mübarizə məqsədi daşıyan bir neçə hökm var.

1. Hər növ spirtli içkini içmək haramdır.

2. Maye halında olan kefləndirici maddələr murdardır (texniki spirt istisnadır).

3. Spirtli içkilərlə murdar olmuş qab az su ilə (bəzi müctehidlərə görə kürr və axar su ilə də) 3 dəfə yuyulmalıdır (7 dəfə yuyulması isə müstəhəbdir - daha yaxşıdır).

4. Spirtli içki içdiyi sübut olunan şəxsə məhkəmə tərəfindən 80 qamçı kəsilir.

ELMİ SİRLƏR

Spirtli içkilərin haram və murdar olmasına bir neçə baxımdan yanaşmaq olar. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, tibb elmləri üzrə mütəxəssislərin açıqlamalarında spirtli içkilərin mənəvi, ictimai və gigiyenik zərərləri haqqında maraqlı faktlar var. Aşağıda bu faktları diqqətinizə çatdırırıq.

a) Rəvayətlərdə şərabın mənfi təsirləri.

Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir:

“Şərab çirkinliklərin, cinayət və səviyyəcə alçaq işlərin törədicisidir”(1).

İmam Baqir (ə) buyurur:

səh:209


1- [443] “Müstədrək əl-vəsail”, c. 1, səh. 139.

“Daim şərab içən (alkoqolik) bütpərəst kimidir. Şərab insanda bədənin əsməsinə gətirib çıxarır. Onun kişiliyini, insafını məhv edir. Şərab, ona qurşanmış insanı yaxınlarına qəsd etməyə, yaxın qohumları ilə intim münasibətə sürükləyir. Sərxoş insan öz məhrəmləri ilə zina etməyə belə cəsarət edir. O, sərxoş vəziyyətdə nə etdiyini bilmir. Şərab onu istənilən təhlükəli işə vadar edir”(1).

b) Mənəvi və ictimai təsirləri.

1. Spirtli içkilər insanlığı əldən alır.

Spirtli içkilər insanların ağılını əlindən alır. Onlar sərxoş vəziyyətdə təhlükəli hal alırlar.

2. Alkoqolizmin ictimai ziyanları.

Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər” (Maidə, 90-91).

Alkoqoliklər onlarda yaranan (sərxoş ikən) yırtıcılıq əhval-ruhiyyəsinin təsiri ilə hər bir cinayəti törətməyə hazır olurlar(2). Statistik məlumatlara görə alkoqoliklərin ictimai cinayətləri olduqca çoxdur(3).

3. Alkoqolizmin iqtisadi ziyanları.

Alimlərdən biri yazır:

“Əgər hakimiyyət dairələri meyxanaların yarısının bağlanacağına zəmanət versələr, xəstəxana və

səh:210


1- [444] “Bihar əl-ənvar”, c. 65, səh. 164.
2- [445] Amerkada h.q. 1363- cü ildə təqribən 10 min alkoqolik var idi. Habelə 25000 ölümlə nəticələnən yol qəza hadisəsi, 15000 qətl və intihar, eləcə də 2500000 polis saxlamaları alkoqolizmin nəticəsi olmuşdur.
3- [446]Qәtl 50%, ağır travmalarla nәticәlәnәn münaqişәlәr 77, 8 %, alkoqoliklәrin törәtdiklәri oğurluqlar 88, 5 %, namusa tәcavuz 88, 8 % (“Tәfsiri-nümunә”, c. 2, sәh. 75).

dəlixanaların yarısına ehtiyac olmayacağına zəmanət veririk”(1).

Deməli, spirtli içkilərin dövlətə keçəri xeyiri (şərabçılardan alınan vergi və s.) olsa belə, ziyanı daha çoxdur. Bu, Quranın əsrlər öncə xəbər verdiyi həqiqətdir (Bəqərə, 219).

4. Alkoqolizmin mənəvi ziyanları.

Spirtli içkilər ümumilikdə insanı dindən çıxarır. Quran xüsusi olaraq onun Allahı xatırlamağa, namaz qılmağa mane olduğunu bildirir (Maidə, 90-91).

Spirtli içkilərin mühüm ziyanlarından biri də özünü ictimai davranış qaydalarında, etik normalarda göstərir. Alkoqolikin ailəyə, övlada qayğısı, sevgisi son həddə enir. Bir çox hallarda bu katiqoriyalı insanların öz övladlarına belə qəsd etdikləri müşahidə olunmuşdur(2).

c) Alkoqolizmin tibbi ziyanları.

İçilmiş alkoqol (ağız, mədə və ağciyər selikli toxumaları vasitəsi ilə) asanlıqla qana sorularaq mərkəzi sinir sistemində bir sıra pozğunluqlar törədir. Əgər hamilə qadın alkoqol içərsə, içilən alkoqolun müəyyən hissəsi bətndəki uşağa ötürülür və birbaşa beyin hüceyrələrinə təsir göstərir.

Spirtli içkilərin törətdiyi xəstəlikləri əsasən iki hissəyə ayırmaq olar.

Birinci: Narkotik sərxoşluq.

Böyük dozada alkoqol içənlərdə baş qaldırır. Sərxoş şəxs dərin yuxuya gedir, onun vətər, dəri və başqa refleksləri zəifləyir, hətta ürək fəaliyyəti və tənəffüsü həyat üçün qorxu törədəcək dərəcədə pozula bilər.

səh:211


1- [447] “Təfsiri-nümunə”, c. 2, səh. 76.
2- [448] “Tәfsiri-nümunә”, c. 2, sәh. 75.

Əgər müntəzəm şəkildə alkoqol içilərsə, bu xroniki alkoqolizmə səbəb olur. Nəticədə xəstənin əmək qabiliyyəti pozulur və ya itir, iradəsi zəifləyir. Onlar özlərini normal idarə edə bilmir. Xroniki alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertoniya xəstəliyinin sürətlənməsinə, qaraciyər və böyrəklərin funksiyasının pozulmasına, ağır psixi və somatik pozğunluqlara və s. səbəb olur. Xroniki alkoqolizm ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzi hallarda alkoqol psixozları ilə nəticələnə bilər.

Bəziləri etiraz edirlər ki, az miqdarda spirtli içkinin qəbul olunması xəstəliyə səbəb olmur. Bu etiraza cavab olaraq bildirmək lazımdır ki, “Sərxoşluq” adlanan xəstəlik (içkinin az və ya çox qəbul olunmasından asılı olmayaraq) baş verir və kəskin ağıl pozğunluğu ilə müşyiət olunur.

İkinci: Kəskin alkoqol intoksikasiyası (spirtli içkilərin alkoqolu ilə zəhərlənmə).

Bu xəstəlik əsas sinir proseslərini, ilk növbədə, insanın düzgün davranışına, təfəkkür və danışığına həlledici təsir göstərən tormozlanmanı gücləndirir. Alkoqol sərxoşluğun ilk mərhələsində sanki adama qüvvət gəlir, iş qabiliyyəti artır. Halbuki müəyyən edilmişdir ki, hətta cüzi miqdarda alkoqol belə, insanın fiziki və zehni iş qabiliyyətini xeyli azaldır. Sərxoş adam ilk anlar qayğısızlaşır, kefi durulur, şənlik edir və s. Sərxoşluq gücləndikcə bütün bunlar əsəbilik, ədəbsizlik və kobudluqla əvəz olunur. Sərxoş adam cəmiyyətdə davranış qaydalarına riayət edə bilmir. Ailədə narazılıq törədir və uşaqların tərbiyəsinə mənfi təsir göstərir.

səh:212

ALKOQOL PSİXOZLARI

(Xronik alkoqolizm nəticəsində baş verən psixi xəstəliklər qrupu)

1. Alkoqol delirisi (Kəskin alkoqol psixozlarının ən çox təsadüf olunan forması).

Alkoqol delirisi, adətən 3 – 7 gün davam edir. Xəstəlikdən 2 – 3 gün əvvəl ümumi narahatlıq başlayır, xəstə səbəbsiz vahimələnir, yuxusu pozulur, daha sonra hallüsinasiya müşahidə edilir (gözünə bədheybət adamlar, qorxunc heyvanlar, həşərat və s. görünür). Alkoqol delirisi, bəzən ürək fəaliyyətinin pozulmasından ölümlə nəticələnir.

2. Alkoqol hallüsinozu (alkoqol qarabasması).

Alkoqol hallüsinozu da kəskin və xronik olur. Ən çox eşitmə hallüsinasiyasına təsadüf edilir. Bu zaman xəstəyə elə gəlir ki, üstünə qışqırırlar, hərəkətlərini pisləyirlər, onu hədələyirlər, ləkələmək, yaxud nahaq yerə cəzalandırmaq istəyirlər. Xəstənin ağlı özündə olsa da onda hallüsinasiya qalır.

3. Qısqanclıq sayıqlaması.

Qısqanclıq sayıqlaması xronik alkoqol psixozlarının ən xarakterik formasıdır. Bu zaman xəstədə əsassız qısqanclıq hissi baş qaldırır, onu heç vəchlə bu fikirdən daşındırmaq olmur. O, hətta şübhələndiyi adamın, eləcə də yaxın tanışlarının həyatına qəsd edə bilər.

4. Korsakov psixozu.

Korsakov psixozu alkoqol psixozlarının beynin alkoqolla zəhərlənməsi nəticəsində baş verən xüsusi formasıdır. Səciyyəvi əlamətləri: xəstənin yaddaşı və oriyentasiyası kəskin pozulur, gün ərzində baş verən hadisələri, hətta yeyib-yemədiyini xatırlaya bilmir və s.

5. Dipsomaniya (yun. dipsa – həvəs + mania – ağılsızlıq).

səh:213

Dipsomaniya alkoqolizm nəticəsində baş verən xüsusi xəstəlik formasıdır. Belə hallarda xəstə yalnız xəstəlik tutması zamanı sərxoşluq edir. Tutmalar arasındakı müddətdə isə spirtli içkiyə həvəsi olmur, hətta ondan ikrah edir. Tipik hallarda, xəstə bədbinlikdən şikayətlənərək içməyə başlayır. Sonralar isə içkiyə aludəlik xəstənin onsuz da pozulmuş iradəsinə hakim kəsilir. O, iş qabiliyyətini itirir, hərəkətlərinə nəzarət edə bilmir.

Qeyd: Bundan başqa spirtli içkilərin istifadəsindən törənən bir çox xəstəliklər də var ki, ixtisas üzrə yazılmış kitablarda öz əksini tapmışdır. Bu xəstəlikləri aşağıdakı şəkildə sıralamaq olar:

Əsəb xəstəlikləri.

Həzm xəstəlikləri (buraya ağız-boğaz selikli qişalarının zədələnməsi, qida borusu iltihabı, ağır qanqusma, qida borusu xərçəngi, kəskin mədə iltihabı, xronik mədə iltihabı, mədə xərçəngi, mədə yarası, mədəaltı vəzi iltihabı, qaraciyər xəstəlikləri və s. daxildir).

Ürək xəstəlikləri (ürək əzələlərinin zəifliyi və s.)

Yoluxucu xəstəliklər.

Qan çatışmazlığı (qanda dəmir, B12 vitamini və s. azalır).

Xərçəng xəstəlikləri.

YEKUN

1. Spirtli içkilərə qadağa qoyulması Quranın elmi möcüzələrindən biridir. Bu hökm açıqlandıqda bəşəriyyət çox böyük iştahla bu növ içkiləri içir və onun gigiyenik fəsadlarından xəbərsiz idi.

səh:214

2. Bəzi yazıçılara görə Quranın ecazkarlıq nümunələrindən biri cahillik dönəminin ərəb cəmiyyətində apardığı qısamüddətli dəyişiklikdir(1).

Şərabın mərhələli şəkildə qadağan olunması bunun ən bariz nümunəsidir.

3. Şərabın haram və murdar olunmasının səbəbləri qeyd olunanlarla bitmir.

Sonda qeyd olunan xəstəliklər haqqında iki məqamı nəzərdən qaçırmaq lazım deyil. Birincisi, bu xəstəliklər ümumi xarakter daşımır. Yəni bütün alkoqoliklər bu xəstəliklərə yoluxmur. Çünki insanların orqanizminin dayanıqlılığı müxtəlifdir. İkincisi, sonda qeyd olunan xəstəliklərin bir çox amilləri mövcuddur ki, onlardan yalnız biri spirtli içkilərdir. Yəni heç şərab içməyənlər belə bu xəstəliklərə yoluxa bilərlər.

ŞƏXSİ SAĞLAMLIQ

DƏSTƏMAZ

Dəstəmaz, üzü, iki əli yumaq, başa və ayaqlara məsh çəkməyə deyilir. Müəyyən şəraitdə ibadət sayılır.

İslamda vacib edilən bir çox ibadət və dini ayinlər iki cəhətdən böyük əhəmiyyət daşıyır. Birinci cəhət onun insanı Allaha yaxınlaşdırması, mənəvi yetkinliyi, ikinci cəhət isə ictimai mühitə və ya insanın öz sağlamlığını təmin etməsidir. Namaz, oruc, dəstəmaz, qüsl və s. bu qəbildəndir.

Quranda dəstəmaz haqqında oxuyuruq:

səh:215


1- [449]Məhəmməd Baqir Həkim, “Quranşünaslıq”, səh. 129.

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun... Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!”(1)

ELMİ SİRLƏR

Dəstəmazın elmi və mənəvi faydaları haqqında hədislərdə və bir çox elmi əsərlərdə mühüm məqamlara toxunulmuşdur.

1. Rəvayətlər.

İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir:

“Dəstəmaz bunun üçündür ki, bəndə Allah qarşısında pak, danışmağa hazır olsun. Mövlasının əmrinə tabe olub çirkinliklərdən, murdarlardan təmizlənsin. Əzginliyi aradan getsin. Yuxusu qaçsın...”(2).

2. Şəxsi təmizliyi nizama salmaq.

Bəzi həkimlər yazırlar:

“Bir çoxlarının fikrincə təmizlik zövqə, fərdin iqtisadi durumuna bağlıdır. Quranda isə müntəzəm surətdə təmizlik işi aparmaq bir dini zərurət olaraq göstərilmişdir”(3).

3. Dəstəmazın insan sağlamlığında rolu.

Bəzi həkimlər yazırlar:

“Əgər dərinin sağlamlığı haqqında son elmi nailiyyətlərə nəzər salsaq, o zaman dəstəmazın əhəmiyyəti anlaşılacaq. Dərinin sağlamlığı ilk növbədə bədənin, xüsusilə açıq yerlərin yuyulmasından, təmiz

səh:216


1- [450]Maidə, 6.
2- [451] “Eləl əş-şərai”, səh. 279-281.
3- [452] “Quranda təbabət”, səh. 128.

saxlanılmasından aslıdır. Dərinin davamlı olaraq yuyulması tər vəzilərin tər ifrazını asanlaşdırır”(1).

Dəstəmazın gigiyenik faydaları haqqında yazırlar:

“Dəstəmaz əllərin çirklənməsindən törəyən bir çox həzm xəstəliklərinin qarşısını alır. Bu xəstəliklərin ən təhlükəlisi yolxucu xəstəliklərdir (vəba, qarın yatalağı, mədə iltihabları, qida məhsullarından zəhərlənmələr və s.). Bundan başqa, qan dövranına və s. müsbət təsir göstərir”(2).

Alimlərdən biri yazır:

“İslamda göstərilən dəstəmaz eynilə masaj (isveç masajı) xarakterinə malikdir. Çünki bədənə soyuq su dəydikdə, həmin üzv soyuyur. Qan soyuyan üzvə doğru sürətlə hərəkət edir və bədənin itirilən təbii hərəkətini qorumağa çalışır. Qan dövranını sürətləndirir, nəticədə insan gümrah və sağlam olur”(3).

4. Dəstəmazın hansı su ilə (soyuq, pak və s.) alınması, burunu, ağzı yaxalamaq, dəstəmazdan öncə dişləri yumaq və s. bu kimi məsələlər haqqında hədislərdə maraqlı gigiyenik məqamlara toxunulmuşdur ki, ixtisar məqsədi ilə burada qeyd etmirik(4).

YEKUN

1. Dəstəmaz hökmünün zəruri dini ayin olaraq vacib olunması səmavi dinlərin insanlara təmizliklə yanaşı, daxili nurluluğu, səciyyəvi mənəviyyatı da özündə cəmləşdirən ərməğanıdır.

2. Öncə də qeyd olunduğu kimi əlləri və üzü yumaq insanların gündəlik proqramlarında mövcud olmuş, bəzi

səh:217


1- [453] Yenə orada, səh. 130.
2- [454] Yenə orada, səh. 128-129.
3- [455] “Hökmlərin fəlsəfəsi”, səh. 232-235.
4- [456] “Hökmlərin fəlsəfəsi”, səh. 242-246.

dinlər tərəfindən isə dəstəmaz olaraq vacib edilmişdir. Deməli, bunu Quranın elmi möcüzəsi hesab etmək olmaz (Qeyd etmək lazımdır ki, İslamda göstərilən dəstəmaz, digər dinlərdə göstərilən dəstəmazla müəyyən baxımlardan fərqlidir).

3. Dəstəmaz bir dini ibadətdir. Onu sadə masaj və ya yuyunma həddinə düşürmək yolverilməzdir. Doğrudur, onun gigiyenik xüsusiyyətlərinə göz yummaq olmaz. Lakin bu dəstəmaza bir tərəfli yanaşmaya səbəb olmamalıdır.

4. Dəstəmazın elmi sirləri onun vacib olunması səbəblərindən ola bilər. Lakin bu heç də tam səbəb deyil. Burada digər səbəblərin (xüsusilə mənəvi səbəblərin) mövcudluğu da ehtimal olunur.

QÜSL

Qüsl İslamda bir ibadәt olaraq göstәrilmişdir. Öncә dә qeyd olunduğu kimi bu növ ibadәtlәrin iki mühüm cәhәti spesifikdir; ibadәt vә sağlamlıq. Quranın bir çox ayәlәrindә pak insanlar mәdh olunur vә Allahın istәklisi kimi göstәrilir. Qüsl “tәharәt” (paklıq) deyә anılır. Quranda bir neçә vәziyyәtdә qüsl etmәyin zәruri olduğu bildirilir.

Birinci: Cənabətli olduqda (cinsi əlaqə və ya istənilən şəkildə məni xaric olduqda).

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman... Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)... Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan

səh:218

ne’mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!”(1)

Yuxarıda qeyd olunan ayə bir daha göstərir ki, ilahi göstərişlər insanların mənafeyinə xidmət edir. Allah bu göstərişlərlə insanların mənəvi və cismani paklığını təmin edir.

İkinci: Heyz (qadınların aybaşı adəti - menstruasiya) olan qadınlar.

“Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın! Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!”(2)

Bu haqda növbəti bəhslərdə (heyz haqqında olan qadınlarla cinsi əlaqənin yasaq olunmasının səbəbləri bəhsində) ətraflı söhbət açacağıq.

Qeyd: Əlbəttə, İslamda digər qüsllər də mövcuddur (Buraya Nifas (doğuş qanı görən qadınlar üçün), İstihazə (müəyyən şəraitdə qan görmələr zamanı) vacib, cümə, bayram və s. müstəhəb qüsllər daxildir).

ELMİ SİRLƏR

1 Qüslün səbəbləri hədislərdə.

İmam Rza (ə) Məhəmməd ibn Sənanın sualının cavabı olaraq buyurur:

“Cənabət qüslündən məqsəd təmizlikdir. İnsan qüsl zamanı özünü çirkdən təmizləyir, bədəni paklayır. Çünki

səh:219


1- [457]Maidә, 6.
2- [458]Bəqərə, 222.

məni bütün bədəndən xaric olur. Buna görə də bütün bədəni təmizləmək lazımdır”.

Qeyd: Hədisin elmi izahı haqqında növbəti səhifələrdə söhbət açacağıq.

2. Qüslün mənəvi rolu.

Qüsl insanın daxilən nurluluğuna səbəb olur. Onda mənəvi əhval-ruhiyyə yaradır. Ruha paklıq bəxş edir.

3. Qüslün gigiyenik faydaları

Bəzi həkimlər qüslün gigiyenik faydaları haqqında yazırlar:

“Spermanın orqanizmdən xaric olması (sidik və s. kimi) yalnız bir üzvlə bağlı deyil. O, bütün orqanizmə təsir göstərir. Bütün hüceyrələr sperma xaric olduqda süstləşir.

Alimlərin tədqiqatına görə insan orqanizmində mövcud olan veketativ sinir sistemi – simpatik və parasimpatik olmaqla iki hissəyyə bölünür. Simpatik sinir sisteminin funksiyasi orqanizmin fəalliyətini sürətləndirmək, çoxaltmaq, parasimpatik sinir sisteminin funksiyası isə tam əksinə orqanizmin fəaliyyətini ləngitməkdir. Veketativ sinir sisteminin bu iki hissəsi orqanizmdə tarazlığı qoruyur. Bəzən orqanizmdə baş verən fəaliyyət nəticəsində məlum tarazlıq pozulur. Bu tarazlığı pozan amillərdən biri də orqazm aktıdır. Bu zaman parasimpatik sinir sistemi simpatik sinir sistemini üstələyir və məlum tarazalıq mənfi şəkildə pozulur. Sübuta yetirilmişdir ki, simpatik sinir sistemini işə salan və itirilmiş tarazlığı bərpa edən amillərdən biri də bədənin suya toxunmasıdır. Orqazm zamanı simpatik və parasimpatik sinir sistemlərinin tarazlığı pozulduğu üçün cinsi əlaqədən və ya məni xaric olduqdan sonra su ilə yuyunmaq (qüsl etmək) vacib edilmişdir”(1).

səh:220


1- [459] “Təfsiri-nümunə”, c. 4, səh. 284.

Elm adamlarından biri yazır:

“İnsan bədəninin xarici örtüyündə 2 milyona yaxın məsamə mövcuddur. Dəri bu məsamələr vasitəsilə xarici aləmlə qaz mübadiləsinə girir. Yəni oksigenin orqanizmə daxil olmasını təmin edir (Orqanizmin tənəffüsünün 7%-i bu yolla baş verir). Tər və zəhərli qazlar da bu məsamələrdən xaric olur. Bədəndən xaric olan tərin davamlı buxarlanması nəticəsində qazlı maddələr buxara çevrilir, zəhərli, mineral maddələr isə dərinin üzərində qalır. Bu oturumlar (çöküntülər) məsamələri tutur və parazitlərin inkişafı üçün əlverişli şərait yaradır. Cinsi əlaqə zamanı insan daha çox tərləyir. Nəticədə məsamələrin üzərində daha çox çöküntü oturur (İnsan hər 24 saatda orta hesabla 1 litr tərləyir. Əgər məsamələr bu və ya digər vasitələrlə tutularsa, çox keçmədən ölümlə nəticələnər). Buna görə də şəriətdə cənabət qüslü vacib edilmişdir ki, bədənin üzərində parazit yuvacıqları məhv edilsin.

Qabaqlar məninin yalnız müəyyən bir üzvdən xaric olduğu zənn olunurdu. Yalnız zaman keçdikcə məninin bütün bədəndən xaric olması isbat olundu”(1).

4. Qüslün ictimai rolu.

Bəzi alimlər həkimlərə istinad edərək yazırlar:

“Bilməliyik ki, (cinsi əlaqədən sonra) bədən tam yuyulmazsa, insanın tündməzac olmasına gətirib çıxarır. Bundan başqa, ünsiyyət, sevgi azalır, onlardan pis iy gəlir, iy bilmə hisləri azalır”(2).

5. “Məss-meyyit” qüslünün faydaları.

Bəzi yazıçılar “məssi-meyyit qüslü haqqında yazırlar:

səh:221


1- [460] “Hökmlərin fəlsəfəsi”, səh. 252-259.
2- [461] “Hökmlərin fəlsəfəsi”, səh. 252-259.

“Xəstənin dəri örtüyündə çoxlu miqdarda mikrob olur (təqr. hər santikvadratda 40,000). Bəzi mikroblar xəstə öldükdən sonra güclənərək artır. Bu zaman dəri örtüyü yoluxucu xəstəliklərin yayıcısına çevrilir. İslamda meyit yuyulmazdan öncə çirkin hesab olunur və ona toxunanların xəstəliyə yoluxmamaları üçün qüsl etməyi tövsiyə edilir”(1).

YEKUN

Burada bir neçə məqama toxunmağı zəruri hesab edirik.

1. Qüsl ayini ilahi dinlərin insana töhfələrindəndir. Hansı ki, onun mənəvi və cismani sağlamlığına yol açır. İlahi dinlər bu növ məsələlərdə insana düzgün həyat yolunu göstərmişlər. Lakin bunun təbii bu instinktiv kökləri öncədən insanda mövcud olduğu üçün səmavi kitabların elmi möcüzəsi hesab oluna bilməz. Bu, sadəcə insanın təbii əməlinin təsdiqidir.

2. Qüsl namaza giriş üçün bir ibadətdir. Onu sırf gigiyenik tədbir səviyyəsinə endirmək doğru deyil. Təbii ki, onun gigiyenik faydaları da danılmazdır.

3. Bir çox elm adamlarının fikrincə cənabət qüslünün vacib olmasının səbəbi gigiyenik məsələlərdir. Halbuki cənabət qüslü özlüyündə müstəhəbdir. Lakin namazın müqəddiməsi olduğu üçün vacib olur. Deməli, gigiyenik səbəbləri bu növ hökmlərin tam səbəbi kimi göstərmək doğru deyil.

4. Qeyd olunan gigiyenik faydalar bədənin adi qaydada yuyulması zamanı da özünü göstərir. Bu bir daha məlum faydaları İslamın əsl məqsədi olmadığını aşkara çıxarır.

səh:222


1- [462]“Hökmlәrin fәlsәfәsi”, sәh. 252-259.
GEYİMİN PAK OLMASI

Geyimin pak və təmiz olması insanın təbii istəklərindən biridir ki, İslamda da buna böyük yer verilmişdir.

Quran Peyğəmbərə (s) müraciət edərək buyurur:

“Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə!”(1)

Ayədə geyimin paklığından məqsədin nə olduğu haqqında 6 versiya irəli sürülmüşdür.

1. Ayədə məqsəd onun ilkin zahiri mənası, yəni geyimin murdarlardan paklanmasıdır.

2. İnsan əməllərinin islah olunması. Çünki əməl nəfsin geyimi misalındadır.

3. Nəfsin saflaşdırılması.

4. Geyimi güdəltmək. Çünki yerdəki murdarların geyimə toxunmasının qarşısını alır.

5. Həyat yoldaşlarını küfr və günahdan pak etmək. Çünki (digər ayələrdə) qadın geyimə bənzədilmişdir.

6. Əxlaqi sərvətlərə yiyələnmək.

Əllamə Təbatəbai birinci və ikinci versiyaları məqsədə uyğun hesab edir(2).

HÖKMLƏR

İslamda geyimin pak olması haqqında çoxlu sayda hökm və tövsiyələr mövcuddur.

1. Namaz qılarkən paltar pak olmalıdır (burada xüsusi şəraitdə istisna mövcuddur). Əks təqdirdə namaz batildir.

səh:223


1- [463] Müddəssir, 4.
2- [464] “Əl-Mizan”, c. 2 səh. 160-161.

2. Geyimin pak olması bəzi həcc əməllərində (təvaf və s.) zəruri şərtdir.

3. Namaz qılarkən, ziyarət edərkən, dini yığıncaqlarda və s. iştirak edərkən təmiz geyinmək müstəhəbdir. Bu haqda çoxlu hədislər mövcuddur(1).

ELMİ SİRLƏR

1. Bəzi həkimlər yazırlar:

“İslamda geyimin pak olması ibadətin düzgünlüyünün şərtlərindəndir. Bu, müsəlmanı geyiminin təmizliyinə xüsusi əhəmiyyət verməyə vadar edir. Bu məsələnin əhəmiyyəti heç kimə sirr deyil”(2).

2. Namaz zamanı geyimin pak olması şərti müsəlmanın ən azı gündə beş dəfə geyiminin təmizliyi, paklığı haqqında düşünməyə vadar edir. Beləcə bir çox gigiyenik tədbirlər də həyata keçirilmiş olur.

YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir.

1. İlahi dinlərin geyimin paklığına əhəmiyyət verməsi dinin bəşəriyyətə gigiyenik xidmətlərindəndir. Lakin geyimin paklığı, təmizliyi insanın təbii və instinktiv meylləri sırasında olduğundan Quranın elmi möcüzəsi hesab oluna bilməz. İslamın bu göstərişi insanın instinktiv meyllərinin təsdiqi olub bələdçilik məqsədi daşıyır.

2. Quranın şəxsən Peyğəmbərə (s) ünvanlanan “ثیابک فطهر” göstərişi fərdi hökmdür. Bu, bir çoxlarında ayənin digərlərinə aid olmadığı təsəvvürünü yarada bilər. Lakin

səh:224


1- [465] “Furu əl-kafi” c. 6, səh. 441-444; “Mizan əl-hikmə”, c. 10, səh. 92-94.
2- [466] “Quranda təbabət”, səh. 130-131.

bu heç də belə deyil. Çünki ayəni bir neçə yolla ümumiləşdirmək olar.

Birinci: Əhzab surəsinin 21-ci ayəsində (Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!) qeyd olunduğu kimi Peyğəmbər (s) hamıya örnəkdir. Deməli, hamı ilk ayədə Peyğəmbərə (s) aid olunan hökmə əməl edərək ikinci ayəyə (Əhzab, 21) sadiq qalmalıdır.

İkinci: Ayədə Peyğəmbərə (s) müraciət olunsa da geyimin paklığının yalnız Peyğəmbərə (s) aid ola biləcək heç bir cəhəti yoxdur.

Üçüncü: Geyimin paklığı haqqında nəql olunan rəvayətlər göstərir ki, bu hökm yalnız Peyğəmbərə (s) aid deyil (fərdi hökm deyil, ümumi hökmdür).

3. Ayə haqqında irəli sürülən 6 ehtimaldan yalnız biri geyimin pak olmasıdır. Buna görə də qəti olaraq ayənin məlum mövzuya aidiyyətını iddia etmək olmaz.

4. Namaz qılanın şərtlərindən olan geyimin paklığının gigiyenik faydaları bu hökmün yalnız spesifik səbəbi ola bilər. Bunun tam səbəb olduğunu hesab etmək yanlışdır. Ehtimal ki, bu hökmə səbəb olan digər mənəvi, ictimai və s. amillər də mövcuddur.

ƏTRAF MÜHİTİN (ÇİRKLƏNMƏDƏN) MÜHAFİZƏSİ

Ətraf mühitin təmiz, pak olması (şəxsi mənzil, küçələr, prospektlər, ictimai obyektlər, bizi əhatə edən hava, su və s.) insanın sağlamlığında mühüm rol oynayır. Quranda oxuyuruq:

وَطَهِّرْ بَیْتِیَ لِلطَّائِفِینَ وَالْقَائِمِینَ وَالرُّکَّعِ السُّجُودِ

səh:225

Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq: Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!(1)

Məlum ayə həzrət İbrahim (ə) haqqındadır. Kəbə ibadət üçün təyin edildikdən sonra ona belə vəhy olundu:“Evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün təmizlə!”

Ayədə sözü keçən “طهر” [təhhir] ifadəsi haqqında iki ehtimal mövcuddur.

Birinci ehtimal: Allahın evini pak etməkdən məqsəd oranı mənəvi napaklıqdan qorumaqdır. Yəni bu ev Allaha ibadətə məxsusdur, şirk və bütpərəstlikdən uzaq olmalıdır.

İkinci ehtimal: Allahın evini pak etməkdən məqsəd, onu mənəvi və maddi çirkinlikdən uzaq tutmaqdır. Əllamə Təbatəbai birinci mənaya üstünlük verir(2).

İkinci ehtimalı qəbul edəriksə, ayə məscidlərin pak saxlanılmasına da aid olur.

ELMİ SİRLƏR

1. İslamda məscidlərlə bağlı xüsusi hökmlər mövcuddur.

A) Məscidi murdarlamaq icazəli deyil.

B) Məscid murdarlanarsa, onu təmizləmək (paklamaq) hamıya vacibdir.

İbadət məkanının paklanması ibadət edənlərin mənəviyyatında çox mühüm iz buraxır.

2. Ətraf mühitin paklanması.

səh:226


1- [467] Həcc, 26.
2- [468] “Əl-Mizan”, c. 14, səh. 368.

Bəzi həkimlər yazırlar:

“Bu ayə ətraf mühitin, xüsusilə məscidin pak saxlanılmasına aiddir. Namazın düzgünlüyünün şərtlərindən biri onun pak yerdə qılınmasıdır”(1).

3. Mənzil və ictimai obyektlərin təmizliyi.

Bəzi elm adamları rəvayətlərə əsaslanaraq ayəni daha geniş mənada izah etməyə çalışırlar.

“Adab əş-şəriə” kitabında mənzillərlə bağlı 47 hökm qeyd olunmuşdur ki, onun 7 hökmü bu mövzuya aiddir. Həmin 7 hökm açıqca insanın yaşadığı mühitin təmiz, pak olmalı olduğunun zərurətini göstərir. Məlum 7 hökm aşağıdakılardır.

1. Evdə namaz üçün ayrıca yer ayırın.

2. Evin döşənəcəyi pak olmalıdır.

3. Evdə it saxlamaq olmaz.

4. Ev (vaxtlı-vaxtında) süpürülməlidir.

5. Evə qapı qoyulmalı və pərdələnməlidir.

6. Yemək qablarının ağzını açıq qoymaq olmaz.

7. Evdə axar və ya kürr su olmalıdır.

Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: “Zibili evdə, yaşadığınız mühitdə saxlamayın. Çünki şeytan (mikrob) yığnaqıdır”.

Digər rəvayətdə isə oxuyuruq:

“Toz qaldırmayın; çünki tənəffüsü ağırlaşdırır”(2).

Qeydlər:

a) 1 q toza mikroskopla baxdıqda 750 000 – 2 100 000 mikrob görmək olar.

b) Rəvayətlərdə mikrob şeytan deyə yad edilmiş və ziyanları xatırladılmışdır. Öncə də qeyd etdiyimiz kimi İslamda hər bir çirkin, xəbis varlığa şeytan deyilir(3).

səh:227


1- _ftnref469
2- [470] “Hökmlərin fəlsəfəsi”, səh. 223.
3- [471] Yenə orada, 226.

YEKUN

Burada bir neçə məqama toxunmaq lazımdır.

1. İlahi dinlərin, xüsusilə İslam və Quranın paklıq məsələsinə diqqəti dinin bəşəriyyətə elmi xidmətlərindən biridir.

2. Təharət və paklıq məsələsi (insanın instinktiv meyli olmaqla yanaşı) öncəki dinlərdə də diqqət mərkəzində olduğu üçün Quranın elmi möcüzəsi sayıla bilməz.

3. Ayənin həzrət İbrahimə (ə) Kəbənin paklanması ilə bağlı xüsusi hökmdən ibarət olduğunu və qeyd olunan iki ehtimalın mövcudluğunu nəzərə alsaq, qəti olaraq ətraf mühitin (çirklənmədən) qorunması ilə bağlı olduğunu deyə bilmərik.

CİNSİ SAĞLAMLIQ

MENSTRUASİYA HALINDA CİNSİ ƏLAQƏNİN YASAQ OLUNMASI

Menstruasiya (heyz, aybaşı) qadınlarda hər 21-30 gündən bir uşaqlıqdan qan gəlməsi ilə müşayiət edilən mürəkkəb fizioloji prosesdir. İslama görə qadınlar aybaşı adətləri keçirdikləri zaman onlarla intim münasibət yasaqdır. Quranda bu haqda oxuyuruq:

Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!(1)

səh:228


1- [472] Bəqərə, 222.

Bugünkü yəhudilik və xristianlıqda bu növ qadınlarla intim münasibət qurulması haqqında ziddiyyətli hökmlər mövcuddur. Bir çox yəhudilərə görə bu cür qadınlarla hər hansı bir ünsiyyət haramdır. Bu fikirdə olanlara cavab olaraq bəzi xristianlar qeyd edirlər ki, qadının aybaşı adətində olub-olmaması arasında heç bir fərq yoxdur. Onlarla istənilən növ ünsiyyət, hətta cinsi əlaqə belə maneəsizdir. Ərəb müşrikləri, xüsusilə Mədinədə yaşayanlar yəhudilərdən təsirlənərək heyz halında olan qadınlarla onlar kimi davranırdılar. Bəzi müsəlmanlar Peyğəmbərdən (s) bu haqda soruşdular. Onlara cavab olaraq sözügedən ayə nazil oldu(1).

Qadınlar heyz halında olduqları zaman cinsi əlaqəyə qarşı ikrah hissi duyduqlarından Quran kişilərə müraciət edir. Onlarla öz istəklərini qadınlara təhmil etməmələrini və bu vəziyyətdə qadınlardan uzaq olmağı tapşırır.

QISA TARİX

Heyz halında qadınlardan uzaq durmaq bəşər həyatında qədim tarixi keçmişə malikdir. Qədim iranlılar aybaşı adəti zamanı qadınla cinsi əlaqəni yasaq edirdilər(2). Bugünkü Tövratda həmin məsələ daha ifrat şəkildə qoyulmuşdur.

Bu gün heyz halında olan qadınlarla cinsi əlaqənin gigiyenik zərərləri bəlli olduğu bir halda bu hökmə riayət olunmur. Hətta xristianların bunu icazəli hesab etdikləri söylənilir.

səh:229


1- [473] “Təfsiri-nümunə”, c. 2, səh. 91-92
2- [474]Şәhid Mütәhhәri, “Hicab mәsәlәsi”, sәh. 35.
HÖKMLƏR

İslam dinində heyz halında olan qadınlar haqqında bir neçə fiqhi hökm mövcuddur.

1. Cinsi əlaqə haramdır (hər iki tərəf üçün).

2. Dəstəmaz, qüsl və təyəmmümlə həyata keçirilən ibadətlər heyz halında olan qadına haramdır.

3. Cənabətli fərdə haram olan bütün şeylər heyz halında olan qadına da haramdır.

4. Qadını heyz halında ikən boşamaq (talaq vermək) talaqı batil edir.

5. Heyz halında olan qadınla intim münasibət quran şəxsə kəffarə (günaha qarşılıq nağd ödənc) vacib olur.

6. Heyz dövrü bitdikdən sonra namaz və s. ibadətlər üçün qüsl verilməlidir.

Qeyd: Bu hökmlərin bəzisi Quran ayəsindən, bəzisi isə Əhli-beytdən (ə) gələn rəvayətlərdən çıxarılmışdır.

ELMİ SİRLƏR

Heyz halında olan qadınlarla cinsi əlaqədə olmaq haqqında rəvayətlərdə bir çox məqamlara toxunulmuş və bu bəzi xəstəliklərin törədicisi kimi göstərilmişdir. Bir çox həkim və mütəxəssislər də bu haqda söhbət açmışlar. Onların fikirləri ilə tanış olaq.

1. Bu hökm bir tərəfdən kişilərlə bağlıdır, yəni onları səbrə, cinsi münasibətdə israfdan çəkinməyə dəvət edir. Digər tərəfdən isə qadınlarla bağlıdır, yəni aybaşı adəti zamanı qadınlar gərgin anlar keçirirlər. Cinsi əlaqə isə onların bu gərginliyini, narahatlığını daha da şiddətləndirir.

2. Qadınlarla bağlı mötədil mövqe.

Bəzi təfsirçilər məlum ayəni izah edərkən yazırlar:

səh:230

“İslam hər yerdə mötədil mövqedən çıxış edir. Burada da həmin prinsipə sadiq qalaraq bu halda qadınlarla cinsi əlaqə xaricində istənilən növ ünsiyyəti icazəli hesab edir (Bu yəhudilərin ifrat, xristianların isə çox mülayim mövqeyinin yanlışlığını aşkara çıxarır). Beləcə qadına qarşı bu və ya digər hörmətsizliyə, təhqirə yol vermədən onun sağlamlığını da təmin etmiş olur(1).

3. Bu hökmün hikmətlərindən biri qadın və kişinin xəstəliklərdən amanda qalmasıdır. Həkimlərdən biri bu haqda yazır:

“Adi halda qadının uşaqlıq yolu ifrazat vasitəsilə yumşalır və qorunur. Süd turşusu xasiyyətli bu ifrazat uşaqlıq yolunu mikroblardan qoruyur. Uşaqlıq yolunda qan olduqda isə vəziyyət dəyişir. Aybaşı adəti zamanı cinsi əlaqəyə girmək çirklənməni çoxaldır, qadın və kişinin sağlamlığını şübhə altına salır. Cinsi əlaqə zamanı iltihablaşmış uşaqlıq yolunda sıyrıntı əmələ gəlir (səth təbəqəsi - funksional qat - qopmuş) uşaqlığın selikli qişası mikrobların təsiri altına düşür. Nəticədə uşaqlıqda şiddətli ağrılar baş verir. Qadında yorğunluq, süstlük, qızdırma müşahidə olunur. İltihab ağır olduqda digər hissələrə də keçib, qadında sonsuzluq yaradır. Bu halda cinsi əlaqədə olmaq qan axmanı çoxaldır. Kişinin də xəstəliyə yoluxma ehtimalı çoxalır. Sidik kanalında iltihab yaradır. Bəzən bu iltihab digər hissələrə, xüsusilə xayalara da keçir”(2).

Bəzi təfsirçilər “Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: Heyz əziyyətli bir haldır” ayəsini qeyd edərək yazırlar:

“Əslində bu cümlə sonrakı cümlənin - heyz halında olan qadınlarla cinsi əlaqənin yasaq olunmasının - səbəbini

səh:231


1- [475] “Təfsiri-nümunə”, c. 2, səh. 93-94.
2- [476] “Quranda təbabət”, səh. 50-51.

açıqlayır. Çünki bu vəziyyətdə qadınlarla yaxınlıq etmək ikrah hissi oyatmaqla yanaşı çoxlu ziyanlar da törədir. Bu gün artıq onun ziyanları sübuta yetirilmişdir. Buna misal olaraq, kişi və qadının sonsuzluq (nəsil vermə qabiliyyətinin itirilməsi), sifilis, süzənək və s. zöhrəvi xəstəliklərin törəməsi orqanizmin mikrob yığnağı olan heyz qanının kişi cinsiyyət orqanına daxil olması və s. göstərmək olar. Buna görə də həkimlər heyz halında cinsi əlaqəyə icazə vermirlər”(1).

Alimlərdən biri yazır:

“Heyz və eləcə də doğum qanında orqanizmdə olan digər qanlarda olmayan mikroblar da mövcuddur. Prinsipcə kişi nütfəsi (yaxud nütfə tərkibindəki spermatozoidlər) və ya qadının yumurtalığı çox təmiz və mikrobsuz olur. Orada yeni bir varlıq formalaşacağı üçün Allah oranı təmiz yaratmışdır. Əgər təsadüfən yumurtalığa bir mikrob düşərsə spermatozoid özü onu məhv edərək sıradan çıxarır. Lakin heyz zamanı qan vasitəsi ilə çoxlu sayda mikrob yumurtalığa keçir ki, onları sıradan çıxarmaq spermatozoidlərin qüdrəti xaricindədir. Beləcə mikroblar böyük qalibiyyət qazanır və nəticədə döl nöqsanlı olur”(2).

4. Qadınların heyzdən sonra qüsl vermələrinin hikməti.

Bəzi elm adamları bu haqda yazırlar:

a)Qadın aybaşı adətləri zamanı həyat yoldaşı (və digər ünsiyyətdə olduğu insanlarda) ikrah hissi doğurur (iyrənc vəziyyət alır). Buna görə də heyz dövrü bitdikdən, qan kəsildikdən sonra qüsl - bədəni tam yumaq ona vacib olur ki, yaranmış ikrah hissi aradan getsin və qadın tam ürəyəyatan vəziyyətə düşsün.

səh:232


1- [477] “Təfsiri-nümunə”, c. 2, səh. 92-93.
2- [478] “Hökmlərin fəlsəfəsi”, səh. 258, 280.

b)Nisbətən uzun çəkən heyz dövründə dəri məsamələrinin üzərini tərdən yaranan çöküntülər tutur. Qüsl zahiri təmizliklə yanaşı məsamələrin üstünü açır və parazitlərin yuva salmasını əngəlləyir.

c)Heyz dövründə qanda mövcud olan mikrobların bədənin digər hissələrinə də sirayət etməsi ehtimalı böyükdür. Buna görə də qüsl verərək tam təmizlənmək zəruridir(1).

TƏDQİQ

1. Heyz halında qadınlarla yaxınlıq etməyin yasaq, eləcə də heyz dövrü bitdikdən sonra qüsl etməyin vacib edilməsi ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir.

2. Öncə də qeyd olunduğu kimi bu göstəriş İslamdan qabaq da mövcud olmuşdur. Elə buna görə də Quranın elmi möcüzəsi hesab oluna bilməz.

3. Qeyd olunan hikmətlər spesifik səbəblərdir. Bunları tam səbəb kimi qiymətləndirmək doğru deyil.

4. Səbir və cinsi əlaqələrdə israfa yol verilməməsinin bu hökmün səbəbi kimi göstərilməsi düzgün deyil. Çünki İslam heyz dövründəki boşluğu doldurmaq üçün digər yollar təklif etmişdir. Misal üçün, bir kişinin bir neçə qadınla daimi ailə qurması və s.

ZİNANIN YASAQ OLUNMASI

Zina kişi və qadının qeyri-qanuni əlaqəsidir. Bu növ əlaqə Quranda فاحشة [fahişə] (çirkin əməl) kimi yad edilmiş və qarşısını almaq üçün ailə qurmaq, qadınların hicaba riayət etməsi və s. yollar göstərilmişdir. Zina

səh:233


1- [479] “Hökmlərin fəlsəfəsi”, səh. 257-258.

Quranda bir neçə mərhələdə məzəmmət olunaraq (pislənərək) qadağan olunmuşdur.

Birinci mərhələ:

“Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”(1)

Bu ayədə zina “çirkin əməl” və bəyənilməz yol kimi göstərilərək məzəmmət olunmuşdur.

Bəzi təfsirçilərə görə bu ayədə üç məqama toxunulmuşdur:

a) Ayədəki yasaq “zina etmək” deyil, zinaya yaxın düşmək şəklində verilmişdir. Bu səbəbsiz deyil. Çünki zina bir çox hallarda nikahdan yayınmaq, naməhrəmə baxmaq və s. müqəddimələrdən doğur. Ayə çox incə şəkildə bunlara da toxunmuşdur.

b) “انه کان فاحشة” ibarəsi üç təkidlə müşayiət olunur. “إن” [innə] təkid ədatı “کان” [kanə] keçmiş zaman köməkçi feli və “فاحشة” [fahişə] ifadəsi.

c) “ساء سبیلا” ibarəsi zinanın cəmiyyətdə digər pozğunluqalara da yol açdığını göstərir(2).

İkinci mərhələ: Quran Allah bəndələrinin özəlliklərini açıqlayarkən buyurur:

“Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər”(3).

Burada namusluluq Allahın xüsusi bəndələrinin səciyyəvi xüsusiyyətlərindən biri kimi göstərilmiş və bu çirkin əmələ qurşananları ilahi əzab gözlədiyini bildirmişdir.

səh:234


1- [480] İsra, 32.
2- [481] “Təfsiri-nümunə”, c. 12, səh. 102.
3- [482] Furqan, 68.

Üçüncü mərhələ: Məkkənin fəthindən sonra qadınlar Peyğəmbərə (s) beyət etdikdə sazişdə göstərilən bəndlərdən biri zina ilə bağlı idi. Quran bu haqda buyurur:

“Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”(1)

Dördüncü mərhələ: Allah-taala Nur surəsində buyurur:

“Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir). Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir”.(2)

Bu, zinakarlara qarşı tutulan son mövqedir. Çünki Quran öncəki ayələrdə müsəlmanları son mərhələdə göstəriləcək ağır hökmü eşitmək üçün hazırladı. Bu Ayə

səh:235


1- [483] Mumtəhinə, 12.
2- [484]Nur, 2-3.

Mədinədə, İslam dövləti yarandıqdan sonra nazil olmuşdur.

Qeyd: Quranın bu mərhələli mövqeyi tərbiyəvi baxımdan çox maraqlıdır və ictimai məsələlərlə qarşılaşdıqda bu metoddan istifadə etmək məqsədəuyğundur.

QISA TARİX

Qadınlarla qeyri-qanuni əlaqə bəşər tarixində və öncəki ilahi dinlərdə də mənfi hal kimi qiymətləndirilmişdir. Yəhudilikdə də bu əməl yasaq edilmişdir. Bugünkü Tövratda da öz əksini tapmış “on göstəriş”dən biri zina etməklə bağlıdır.

İncildə də zina çirkin əməl kimi qiymətləndirilmişdir. Hansı ki, İncildə talaqın qadağan olmasına baxmayaraq, zina səbəbi ilə talaq verməyə icazə verilmir.

HÖKMLƏR

İslamda zina ilə bağlı çox ağır hökmlər var.

1. Zina etmək böyük günahlardandır.

2. Zinakar üçün müәyyәn cәza tәdbirlәri tәyin edilmişdir. Misal üçün, mәhrәmlәri ilә zina edәnin cәzası qәtldir. Ailәli zinakarın cәzası daşqalaqdır. Subay zinakarın cәzası yüz qamçı zәrbәsidir vә s. Bu haqda әtraflı mәlumat geniş izahlı fiqh kitablarında verilmişdir.

ELMİ SİRLƏR

Hәr bir insanın qarşı cinslә qeyri-qanuni cinsi әlaqәsi, mәnәvi, ictimai vә gigiyenik fәsadlarla nәticәlәnir. Әhli-beytdәn (ә) gәlәn rәvayәtlәrdә, tәbabәtlә bağlı elmi

səh:236

Hər bir insanın qarşı cinslə qeyri-qanuni cinsi əlaqəsi, mənəvi, ictimai və gigiyenik fəsadlarla nəticələnir. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, təbabətlə bağlı elmi əsərlərdə bu məsələlərə toxunulmuşdur. Aşağıda bunlardan bir neçəsinə nəzər salaq.

1. Rəvayətlər.

Rəvayətlərdə zinakarın imanın hüdudlarından kənara çıxdığı bildirilir. Nümunə üçün aşağıdakı hədisə nəzər salaq.

“Zinakar şəxs bu çirkin əmələ qurşandığı zaman mömin deyil. Oğurluq edən də eyni katiqoriyaya aiddir. Çünki o, bu əməli həyata keçirdiyi zaman köynək əynindən çıxan kimi iman da ondan xaric olur (imanını itirir).

2. Mənəvi fəsadları.

İnsan öz həyat fəaliyyətini ağıl, düşüncə və din çərçivəsində proqramlaşdıran varlıqdır. Zina isə iki insanın qeyri-qanuni cinsi münasibətidir, hansı ki, bir çox hallarda kobud cinsi təcavüzlə müşayiət olunur. Fərd zina edərkən insanlıq hüdudlarını aşaraq heyvan şəklini alır. Buna görə də zina insanlığa sığmayan əməldir. Ehtimal ki, Quranın bu əməli “ساء سبیلا” və “فاحشة” adlandırmasına səbəb də budur.

3. Zinanın ictimai fəsadları.

Bəzi təfsirçilər zinanın yasaq olunmasının fəlsəfəsi haqqında yazırlar:

1. Ailə qurluşunda hərc-mərclik yaranması, ata və övladlar arasında soyuq münasibət yaranması.

2. Bu rüsvayçı əməl fərdi və ictimai zəmində dava-dalaşa, düşmənçiliyə yol açır.

3. Təcrübə göstərir ki, bu əməl müxtəlif xəstəliklər törədir (elm də sübut etmişdir).

4. Bu əməl adətən uşağın abort olunmasına və s. bais olur.

5. Ailə qurmaqda məqsəd yalnız cinsi tələbatın ödənilməsi deyil. Burada müştərək yaşam, ruhi təskinlik,

səh:237

övlad yetişdirmək və s. amillər də mövcuddur. Bütün bunlar yalnız sağlam, möhkəm ailə mühitində gerçəkləşir(1).

4. Zöhrəvi xəstəliklərin yayılması.

Zöhrəvi xəstəliklər hansılardır?

Zöhrəvi xəstəliklər ən mühüm veneroloji xəstəliklər sayılan olduqca təhlükəli və yolxucu xəstəliklərdir.

Zöhrəvi xəstəliklər dedikdə aşağıdakılar nəzərdə tutulur:

1. Sifilis (Syphilis)

2. Süzənək (Gonorrhea)

3. Yumşaq şankr (Chancroid)

4. Qasıq limfoqranulmatozu (Donovania granulomatis)

Bəzi həkimlər zöhrəvi xəstəliklərin yayılması haqqında yazırlar:

“Zöhrəvi xəstəliklərin yayılmasının başlıca səbəbi təsadüfi yaxınlıqlardır”.

John Bisston bu haqda yazır:

“Araşdırmalar göstərir ki, əksər zöhrəvi xəstəliklər qanuni nikah xaricində baş verən cinsi yaxınlıqlar vasitəsi ilə yoluxur”(2).

səh:238


1- [485] “Təfsiri-nümunə”, c. 12, səh. 102.
2- [486] Son 20 ildə Penisillin preparatının kəşf olunmasına və zöhrəvi xəstəliklərin azalmasına baxmayaraq, alimlər bəşəriyyətin qarşılaşdığı bu böyük təhlükəni hiss etdilər. Buna görə də 1964-cü ildə Amerikada 50 ölkədən 1500 mütəxəssisin iştirakı ilə zöhrəvi xəstəliklər mövzusunda qlobal seminar keçirildi. Seminarda oxunan məqalələr ayrıca kitab şəkilində çap olundu. Seminarda təqdim olunan statistikaya görə 1950 - 1960-cı illərdə araşdırılan 105 ölkədən 71-də bu növ xəstəliklər artmışdır. Bu ölkələr arasında Avropa ölkələri çoxluq təşkil edir. Yəni 20 Avropa ölkəsindən 19-da zöhrəvi xəstəliklər artmışdır. Ən az artım müşahidə olunan isə Şərq ölkələridir. Burada 12 ölkədən yalnız 6-da artım qeydə alınmışdır.Həmin seminarda məlum oldu ki, 1957-ci ildə Amerikada siflisə yoluxanların sayı 7600 nəfər olmuşdur. Bu rəqəm 1961-ci ildə 20800-ə yüksəlmişdir. Yəni 4 ildə 3 dəfə artmışdır. Süzənək xəstəliyinə yoluxanların sayı yalnız Amerikada ildə 1 mln. nəfərə çatır. Dünyada siflisə yoluxanların sayı isə 1953-cü ildə 20 mln.–a çatırdı (“Quranda təbabət”, səh. 181-182).

5. QİÇS(1) xəstəliyinin yayılması.

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) əsasən cinsi əlaqə yolu ilə yayılan xəstəliklərdəndir. Bu xəstəlik son on ildə dünyada xüsusilə, Amerika və Avropada ciddi şəkildə yayılmışdır. Müsəlman ölkələrində isə çox yayılmamışdır. Ehtimal ki, bu müsəlman ölkələrində təsadüfi cinsi əlaqələrin nisbi azlığının nəticəsidir.

İSLAMIN ZÖHRƏVİ XƏSTƏLİKLƏRİN QARŞISININ ALINMASINDA GÖSTƏRDİYİ DAHİYANƏ METOD

Nə üçün müsəlman ölkələrində (gigiyenik tədbirlərin nisbətən zəif olmasına baxmayaraq) zöhrəvi xəstəliklərə yoluxma halları az inkişaf etmiş ölkələrdə isə daha çoxdur?

Bu sualın cavabını İslamın bu məsələyə münasibətində axtarmaq lazımdır. Quran zinanın müqəddimələrindən başlayaraq onları yasaq etmişdir. Sonra zinanı mərhələli şəkildə (4 mərhələdə) qadağan etmişdir.

səh:239


1- [487] Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing:Acquid Immune Deficiency Syndrom) İİV (İnsanda İmmun çatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahür formaları özlərini çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə büruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

Bəzi həkimlər bu haqda yazırlar:

“Bu təhlükəli xəstəliklərin kontrol olunmasına səbəb olan metod hansıdır? Axı bütün yollar təcrübədən keçirilmişdir. Onlar Penisillin preparatını sınaqdan keçirdilər; lakin uğursuzluqla qarşılaşdılar. Əxlaqsızlıq yuvalarını nəzarət altına aldılar; lakin bunun da faydası olmadı. Düzgün cinsi əlaqə mədəniyyətini təbliğ etdilər; lakin bu da yaralarını sağaltmadı. Bütün bu metodlar təcrübə olundu; lakin heç bir nəticə vermədi. İslamın göstərdiyi mübarizə üsulu isə sınaqdan uğurla keçməsinə baxmayaraq, unuduldu”(1).

YEKUN

1. Təsadüfi, qeyri-qanuni cinsi əlaqənin yasaq olunması ilahi dinlərin bəşərə xidmətlərindən biridir. Bu hökmün elmi sirləri qədim dövrlərdə insanlara məlum olmadığı üçün onu ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar.

2. Zina yəhudilikdə də qadağan olunduğu üçün bunu Qurana məxsus elmi möcüzə hesab etmək olmaz.

3. Zinanın gigiyenik və ictimai fəsadları onun yasaq olunmasına spesifik səbəb ola bilər. Çünki hələ bu hökmün bütün sirləri açılmamışdır.

4. Zöhrəvi xəstəliklərin yayılmasının müxtəlif səbəbləri var. Onlardan yalnız biri təsadüfi cinsi əlaqədir. Hər zinada xəstəlik axtarmaq doğru deyil. Bir çox hallarda gigiyenik tədbirlər nəticəsində təsadüfi cinsi əlaqə zamanı belə xəstəliklərin qarşısı alınır.

Deməli, zinanın yasaq olunmasının tam səbəbini göstərmək olmaz. Bu yalnız gigiyenik səbəblərlə izah edilməməlidir.

səh:240


1- [488] “Quranda təbabət”, səh. 188-190.
LİVATIN YASAQ OLUNMASI

(1)

Livat cinsi təmin olunmanın qeyri-adi üsulla yerinə yetirilməsidir. Bu, insan təbiətinə, instinktiv meylinə ziddir. Ilahi peyğəmbərlər (ə) bu çirkin adətə qarşı mübarizə aparmışlar. Quran bir neçə ayədə Lut peyğəmbərin (ə) qövmü haqqında söhbət açır və bu qeyri-adi cinsi təmin olunmanı pisləyərək qadağan edir.

Birinci:

“Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!(2)

İkinci:

Bir zaman o öz tayfasına demişdi: Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!(3)

Birinci ayədə bu əməlin rüsvayçı, çirkin əməl olmasını qeyd etməklə yanaşı, buna öncəki ümmətlərdə təsadüf edilmədiyini vurğulayır. Bu məlum əməlin çirkinliyini daha da artırır. Çünki bu gün əsası qoyulan pis adət sabah gələcək nəsillərə örnək olacaq(4).

Üçüncü:

səh:241


1- [489] İslama görə bütövlükdə homoseksualizm və eləcə də cinsiyyət pozğunluğunun digər növləri (sadizm, mazohizm, pedofiliya və s.) qəti şəkildə yasaqdır.
2- [490] Şüəra, 165-166.
3- [491] Əraf, 80-81.
4- [492] “Təfsiri-nümunə”, c. 6, səh. 242.

Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?(1)

Dördüncü:

“Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz!) Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız! (Lut) tayfasının cavabı yalnız: Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır! - deməkləri olmuşdu”(2).

“فاحشة” [fahişə] qəbahətli olduğu aydın olan işlərə deyilir. Burada məqsəd livatdır.

Beşinci:

Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu, çox çətin (başabəlalı) bir gündür! - dedi. (Qonaq gəldiyini bilən) tayfası tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan

səh:242


1- [493]Әnkәbut, 28.
2- [494] Nəml, 54-56.

qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur? Onlar dedilər: Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!(1)

Hədislərdə bu hadisə belə anılır. Həzrət Lut (ə) tarlada işlədiyi zaman yaraşıqlı gənclərin ona doğru gəldiklərini, qonağı olmaq istədiklərini gördü. O, bir tərəfdən qonaqpərvərlik hislərinin çağırışına səs vermək istəyir, digər tərəfdən də yaraşıqlı gənclərin cinsi pozğunluğa aludə olan şəhərə girməsinin hansı rüsvayçılıqlara səbəb ola biləcəyini düşünürdü.

Altıncı: Qəmər (34) və Zariyat (32-37) surələrində də Lutun (ə) qövmünün məruz qalacağı əzabdan söhbət açılır.

QISA TARİX

Qurana görə bu çirkin əməl ilk olaraq həzrət Lutun (ə) qövmü tərəfindən həyata keçirilmişdir. İslam bu cinsi pozğunluğa qarşı çıxmış və ona qurşananlara edam cəzası kəsmişdir.

İslamdan öncə Tövratda da Lutun (ə) qövmü haqqında ətraflı məlumat verilir.

O zamandan uzun əsrlər keçməsinə baxmayaraq, dünyanın bir çox ölkələrində cinsi pozğunluğun bu növü hələ də müşahidə olunmaqdadır. Bir çox Avropa ölkələrində isə seksual azlıqlar rəsmi fəaliyyət göstərirlər. Statistik məlumatlara görə təkcə İngiltərədə 40 min uşaq bu yolla pul qazanır(2).

səh:243


1- [495]Hud, 77-79.
2- [496] “Quranda təbabət”, səh. 191-192.
HÖKMLƏR

İslamda bu çirkin əməllə bağlı bir neçə hökm mövcuddur.

1. لواط haram və böyük günahdır.

2 Bu əməli həyata keçirən hər iki tərəf müəyyən şəraitdə edam olunmalıdır.

3. Fərd cinsi əlaqədə olduğu partnyorunun ana, nənə, bacı, qız və oğul nəvəsi ilə ailə qura bilməz.

ELMİ SİRLƏR

1. Bu çirkin əməl insanın instinktiv meyllərinə ziddir. Onun mənəvi düşgünlüyünə, insanlıq hüdudlarından kənarlaşmasına yol açır. Quranda da bu məsələyə toxunulmuşdur.

2. Livatın gigiyenik zərərləri.

Anal yaxınlıq, tərəf müqabilinin kişi və ya qadın olmasından asılı olmayaraq davamlı olduqda xroniki hal alır. Bundan doğan fəsadlara aşağıdakıları misal göstərmək olar:

1. Bütün zöhrəvi xəstəliklər bu yolla yayılır (sifilis, süzənək, yumşaq şankr və s.).

2. Anus dəliyinin əzələlərinin funksiyası pozulur və ifrazat (ekskpement) kontroldan çıxır.

3. Cinsi əlaqəyə məruz qalmış kişi psixi sarsıntı keçirir və kişi olmadığını təsəvvür edir. Bu, özünü onun davranışında göstərir və onda sadizm, mazohizm və s. psixi xəstəliklər yaradır.

4. Kişinin öz həyat yoldaşına meyl göstərməməsi nəticəsində nikah pozulması ilə müşayiət olunur.

5. Qadın və kişi arasında psixi gərginliklər yaranır.

6. QİÇS xəstəliyinin yaranması və inkişafına yol açır.

səh:244

YEKUN

Burada bir neçə məqama nəzər salmaq zəruridir.

1. Livatın psixi və gigiyenik fəsadlarına nəzərən yasaq olunması ilahi dinlərin bəşəriyyətə xidmətlərindən biridir.

2. Bu Quranın elmi möcüzəsi sayıla bilməz. Çünki Qurandan öncə Tövratda da bu məsələyə toxunulmuşdur.

3. Livatın gigiyenik fəsadları onun yasaq edilməsinin spesifik səbəbidir.

ONANİZMİNYASAQ OLUNMASI

(1)

Onanizm (kəfləmə) orqazm yaratmaq məqsədi ilə erogen nahiyələrin (çox vaxt cinsi orqanların) süni qıcıqlandırılması prosesinə deyilir. Bu əməl İslamda haram və yasaq olunmuşdur. Quranda bu haqda oxuyuruq:

“O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”(2).

Bu ayələr Quranda iki dəfə təkrar olunmuşdur. Nəql olunduğuna görə İmam Sadiqdən (ə) bu əməl haqqında soruşulduqda həzrət (ə) buyurdu:

“Çox böyük günahdır. Bu işi görən özü ilə izdivac etmişə bənzəyir. Kimsənin bu işi gördüyünü bilsəm onunla bir süfrə arxasında əyləşmərəm”. Rəvayətçi soruşdu: Quranda bu haqda ayə varmı? Həzrət bu ayələri oxudu: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;

səh:245


1- [497] İslama görə bütövlükdə masturbasiya qəti yasaq olunmuşdur.
2- [498]Muminun 5-7; Məaric, 29-31.

Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)”.

Qeyd: Sözügedən ayə ümumi bir hökm açıqlayır. Yəni cinsi tələbatını qeyri-adi üsulla təmin edənləri təcavüzkar adlandırır. Diqqətinizə çatdırılan rəvayətdə isə İmam (ə) bu təcavüzkarlığın nümunələrindən biri haqda söhbət açmışdır. Başqa sözlə desək, ayədə konkret onanizm deyə qeyd vurulmamışdır.

HÖKMLƏR

1. Onanizm haram olmaqla yanaşı böyük günahlardandır.

2. Oruc olduğu halda süni qıcıqlanma yolu ilə orqazm yaranarsa oruc batil olar.

3. Onanizmlə məşğul olduğu isbat olunan fərd hakim tərəfindən cəzalandırıla bilər.

ELMİ SİRLƏR

Tibb elmləri üzrə mütəxəssis alimlər Onanizmin böyük fəsadlar törətdiyini bildirmişlər ki, aşağıda diqqətinizə çatdırırıq.

1. Psixi və etik fəsadları.

Bəzi yazıçılar onanizmin törətdiyi zərərlər haqqında yazırlar:

“İnsanın əxlaqı təsəvvür olunmaz dərəcədə mənfiyə doğru dəyişir. Paxıllıq (dargözlük), qəm-qüssə, malxülya

səh:246

(səbəbsiz ruh düşkünlüyü) və guşənişinlik cinsi pozğunluğun bu növünə qurşanmağın acı nəticəsidir”(1).

2. İctimai fəsadları.

Bəzi alimlər “Cinsi zəiflik” kitabından sitat gətirərək yazırlar:

“Onanizm cinsi aktın qeyri-normal keçməsinə - cinsi zəifliyə (impontesiyaya) səbəb olur. Fərdi qorxaq, süst edir, cəsarətini əlindən alır. Bəzən cinsi yetginlik dövründə davamlı Onanizmlə məşğul olmaq fərdi narkotik maddələrin belə bacarmadığı şəkildə zəiflədir”(2).

3. Fiziki (cismani) ziyanları.

Doktor Hobin-in müşahidələri sübuta yetirmişdir ki, cinsiyyət orqanı ilə bağlı bütün xəstəliklər masturbasiya nəticəsində meydana gəlir. Bundan başqa gözün tor qişasında, eləcə də xovlu qişasında xəstəlik törədir. Bu iyrənc əməl davamlı olduqda üz öz rəngini itirir və solğun görünür. Çöhrədə tutqun hal yaranır. Göz yaşıl halqa ilə əhatə olunur. Bundan sonra müxtəlif üzvlərdə süstlük, əzginlik müşahidə olunur. Hafizə zəifləyir, iştah azalır, həzm çətinləşir, nəfəs təngiyir.

Cinsi pozğunluğun məlum növünün digər əlamətləri isə qan azlığı, baş gicəllənmə, arıqlama süstləşmə və s.-dır”(3).

Alimlərdən biri yazır:

“Onanizm gənclik təravətini, yaraşığı azaldır. Davamlı olduqda isə impatensiya ilə nəticələnir. Saçlara dən salır, vaxtsız qocalığa yol açır. Orqazmın tezləşməsi onanizmin acı nəticələrindəndir(4).

səh:247


1- [499] “İslam, dərmansız həkim”, səh. 63-64.
2- [500] “Böyük günahlar”, c. 2, səh.312-313.
3- [501] “İslam dərmansız həkim”, səh. 63-64.
4- [502]“İslam mәdәniyyәti”, sәh. 288.

YEKUN

Bir neçə məqama aydınlıq gətirək.

1. Onanizmin yasaq olunması dinin bəşəriyyətə, xüsusilə gənclərə xidmətlərindəndir. Bəşər hələ onanizmin ziyanları haqqında hər hansı bir məlumata malik olmadığı bir dönəmdə İslam bu iyrənc əməli haram etdiyini elan etmişdir. Bu, həm də İslam hökmlərinin müasir elmi nailiyyətlərlə üst-üstə düşdüyünün göstəricisidir.

2. Quranda açıqca onanizmdən söhbət açılmamışdır. Öncə də qeyd etdiyimiz kimi, ayədə ümumi bir hökm (cinsi təlabatın qeyri-adi üsulla təmin olunmasının yasaq olunması) verilmişdir. Onanizm isə bu ümumi hökmün nümunələrindən biridir. Elə buna görə də Quranın elmi möcüzəsi hesab oluna bilməz.

3 Onanizmin törətdiyi ziyanlar məlum yasaq hökmünün tam səbəbi deyil. Ehtimal ki, İslama görə bu yasaqın arxasında digər sirlər də mövcuddur.

4. Qeyd olunan xəstəliklərin səbəblərindən yalnız biri onanizmdir. Çünki sözügedən xəstəliklərin (qan çatışmazlığı və s.) digər törədici səbəbləri də var.

QURAN VƏ İNSANIN PSİXİ SAĞLAMLIĞI

Bir çox Quran ayələrinin ehtiva etdiyi ideoloji, etik göstərişlər insanın psixi təskinliyinə, ruhi tarazlığının qorunmasına müsbət təsir göstərir və nəticədə insanın psixi sağlamlığını təmin edir. Bu mövzuya üç cəhətdən yanaşmaq olar. Birincisi, Quranın özünü “şəfa” adlandırması. Ikincisi, Quranın tarixi baxımdan şəfavericiliyi (tarixi faktlar). Üçüncüsü, tibb elmlərinin bu şəfavericiliyi təsdiq etməsi.

Quranın şəfavericiliyi ilə bağlı ayələr.

Bu məsələ ilə bağlı bir neçə ayəyə istinad edilmişdir.

səh:248

1. “Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”(1).

2. “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərə bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!”(2)

3. De: O, iman gətirənlərə hidayətdir və şəfadır”(3).

1. “شفاء” [şifa] sözü xəstəliklərə, eyb və nöqsanlara qarşılıq olaraq işlənir. Deməli, Quran ilk növbədə insanı əxlaqi xəstəliklərdən, qüsurlardan sağaldır. “رحمة” [rəhmət] sözü əxlaqi sərvətlərlə zinətlənməyə, Quranın nəzarəti altında tərbiyə olunmağa işarədir.

2. Bəzi təfsirçilər “Quran necə şəfa verir?” sualına cavab olaraq yazırlar:

“Şübhəsiz, əxlaqi xəstəliklər bir çox cəhətdən fiziki xəstəliklərə bənzəyir. Hər iki xəstəlik dağıdıcıdır, hər ikisinin təbibə, müalicəyə ehtiyacı var, hər ikisi bəzən yolxucudur. Çox maraqlı və mənalı bənzətmədir. Bəli, Quran cəhalətə, qürura, həsədə, nifaqa qarşı mübarizəyə qalxmaq istəyənlər üçün həyatverici nüsxədir. Quran dünyanın dörd bir yanında alovlanan müharibə odunu söndürə biləcək yeganə doktrinadır”.

3. Bir çox hədislərdə Quranın şəfavericiliyi öz əksini tapmışdır.

4. Nə üçün Quran zülümkarlara mənfi təsir göstərir?

Bu suala cavab olaraq bildirmək lazımdır ki, Quran saf, təmiz yağış suyunu xatırladır. Hansı ki, bağda lalə, şoranlıqda tikan bitirir. Quran vitamin dolu qida

səh:249


1- [503]İsra, 82.
2- [504]Yunus, 57.
3- [505]Fussilət, 44.

məhsuluna bənzəyir. Alim daddıqda təlim-tərbiyə üçün güc alır. Zülümkar daddıqda isə daha da həddini aşır”(1).

QURANIN ŞƏFAVERİCİLİYİ TARİXİN GÖZÜ İLƏ (TARİXİ FAKTLAR)

Quranın şəfavericiliyinin ən yaxşı göstəricisi cahiliyyət dövrü ərəblərinin İslam tərbiyəsi görmüşlərlə müqayisəsidir. İslam günəşi doğmazdan öncə Ərəbistan yarımadasında cəhalət hökm sürürdü. Müxtəlif ictimai, əxlaqi xəstəliklər baş alıb gedirdi. Lakin İslamdan sonra nəinki şəfa tapdılar, hətta dünyanın böyük qüdrətlərini (super güclərini) diz çökdürdülər(2).

Quranın nazil olmasından 200 il keçməmiş sivilizasiyalı cəmiyyət quruldu. Təfriqələr, qarətçiliklər ali hakimiyyətlə əvəz olundu. Kölə vəziyyətində yaşayan, diri ikən gömülən, ən adi hüquqlardan belə məhrum olan qadınlar xilas oldular. Belə ki, valideynlərindən qalan irsdən onlara da pay ayrılır, ictimai fəaliyyət göstərirdilər. Çox az sayda insanın yazıb-oxumaq bildiyi Ərəbistan yarımadası əsrlər boyu dünyanın elmi mərkəzinə çevrildi.

QURANIN ŞƏFAVERİCİLİYİ VƏ TİBB ELMLƏRİ

Bir çox psixoloq və sosioloqlar Quran ayələrinin məzmununu incələmiş, onun insan psixikasına təsirindən söhbət açmış və bunu təcrübi elmlərlə isbat etmişlər. Bu tədqiqatçılar öz araşdırmalarını iki əsas xətt üzrə açıqlamışlar:

səh:250


1- [506] “Tәfsiri-nümunә”, c. 12, sәh. 237-238.
2- [507] “Təfsiri-nümunə”, c.12 , səh. 241.

a)Quran oxumağın ağrıların, iztirab və solğunluğun azalmasında rolu;

Bu yöndə çoxsaylı tədqiqatlar aparılmış və maraqlı nəticələr əldə olunmuşdur ki, aşağıda diqqətinizə çatdırırıq.

1. Əlirza Nikbəxt Nəsrabadi öz dissertasiyasını “Quran avazının qarın nahiyəsində cərrahi müdaxilədən (operasiya) sonra baş verən ağrıların azalmasındakı rolu” mövzusuna həsr etmiş və sübuta yetirmişdir ki, Quran səsi qarın nahiyəsindən cərrahi müdaxilə üsulu ilə müalicə olunan xəstələrin operasiya sonrası ağrılarının azalmasında böyük rol oynayır.

2. Tehranda “İztirab testi” üsulu ilə aparılan tədqiqat göstərir ki, 60 orta məktəb şagirdindən 6 ayda minimum yarım saat Quran oxuyan qız uşaqlarında iztirab, solğunluq, ruh düşgünlüyü, digərlərinə nisbətdə olduqca azdır.

3. Digər statistik araşdırma isə davamlı Quran oxumağın stresin (gözlənilməz gərgin şəraitin törətdiyi emosional vəziyyət) aradan qaldırılmasında mühüm rol oynadığını aşkara çıxarmışdır. Əlbəttə, Quranın düşünülməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır.

b)Quran təlimlərinin fərdi və ictimai psixikanın sağlamlığında rolu.

Bir çox mütəxəssislər bu haqda araşdırmalar aparmış və Quran təlimlərinin (göstərişi və tövsiyələrinin) fərdi-ictimai psixikanın sağlamlığındakı rolunu incələmişlər. Burada bu tədqiqatların nəticələrini diqqətinizə çatdırırıq.

1. Şəxsiyyətin səbatı və onun tövhidlə əlaqəsi.

Alimlərdən biri bu haqda yazır:

“İnsanın psixi sağlamlığı haqqında araşdırmalar göstərir ki, sağlam şəxsiyyətdə başlıca rolu psixi bütövlük

səh:251

(tarazlıq) və dini öhdəçilik oynayır. Dəyərlər sisteminə sədaqət həyata məna verir. Insan şəxsiyyətinə səbat bəxş etmək iqtidarında olan dəyərlər sistemi yalnız dindir. İslam dini tövhid, səbatlılıq, bütövlük, bölünməzlik üzərində qurulmuşdur. Tövhidin bariz nümunəsi və təzahürü müqəddəs yaradandır(1).

2. Quranda optimizmin aşılanması, pessimizmə yasaq qoyulmasının insanın solğunluğunun azalmasında rolu.

Quranda oxuyuruq:

“Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (2)

Dini kitablar, xüsusilə Quran insana Allaha təvəkkül, Onun rəhmətindən naümid olmamaq aşılayır, ümidsizliyi, bədbinliyi pisləyir. Ümidsizlik İslamda ən böyük günahlardan hesab olunur. Buna görə də möminlər özlərini daim şən, gümrah hiss edir və nikbin olurlar.

Alimlərdən biri bu haqda yazır:

“Araşdırmalar göstərir ki, dini etiqadı güclü olan, dini ayinləri icra edən xəstələr sağlamlıqlarına daha tez qovuşurlar”(3).

3. Quranın insanları səbrə(4) dəvət etməsi və onun psixi gərginliklərin aradan qaldırılmasında rolu.

4. Quranın insanları Allaha təvəkkül etməyə(5) dəvət etməsi və bunun problemlərin həllində, ruhi təskinlikdə rolu.

səh:252


1- [508] “Dinin psixi sağlamlıqda rolu” məqaləsindən.
2- [509] Yusuf, 87
3- [510] “Psixiatriya və kiliniki psixologiya” jurnalından.
4- [511] Bəqərə, 153, 154; Ali-İmran, 200.
5- [512]Әhzab, 3; Ali-İmran, 159.

5. Allahı yad etməyin iztirab və gərginliyin aradan qaldırılmasındakı rolu(1).

6. Dində intiharın yasaq olunması və bunun müsəlman cəmiyyətlərində intihar sayının sıfra enməsində rolu.

Gartner və həmkarları tərəfindən aparılan çoxsaylı araşdırmalar dini etiqadla intihar arasında mənfi əlaqə olduğu aşkar edilmişdir.

Stock“nə üçün dindarlar intihar etmirlər?” sualına cavab olaraq müxtəlif dəlillər göstərir. Bu dəlillər sırasında izzəti-nəfs, əxlaqi məsuliyyət, Allahın rəhmətinə ümid və s. amillər böyük əhəmiyyət daşıyır(2).

7. Valideynlərə sevgi göstərmək və onun sağlam ailə mühitində təsiri.

8. Hicab və qadınların psixi sağlamlığı.

9. Axirətə inam və psixi sağlamlıq.

10. Namazın ruhi təskinlikdə rolu.

11. Ailə qurmaq və onun fərdi-ictimai təskinliyə təsiri və s.

YEKUN

Burada bir neçə məqama aydınlıq gətirmək faydalıdır.

1. Quranın qeyd olunan şəfavericiliyi hələ nazil olduğu dönəmdə müşahidə olunur və ilahi kitab olduğunu isbatlayırdı. Psixoloji biliklər inkişaf etdikcə bu motivlər daha aydın olacaq.

2. Unutmaq lazım deyil ki, Quranın göstərişlərinin hikməti psixi sağlamlığa göstərdiyi müsbət təsirlərlə

səh:253


1- [513] Bəqərə, 155.
2- [514] “Düşüncə və davranış” jurnalından.

bitmir. Burada digər (mənəvi) amillər də mövcuddur. Bir çox amillər isə hələ də aşkar olunmamışdır.

3. Quranın şəfavericiliyi, psixi sağlamlığa müsbət təsiri onun elmi ecazkarlığını sübuta yetirmir. Çünki bu təsirlər iki cürdür.

Birinci: Quranın ehtiva etdiyi dəyərlərin təsiri. Bu dəyərlər öncəki dinlərdə də mövcud olmuşdur və buna görə də möcüzə ola bilməz.

İkinci: Qeyd edilən təsirlər Quranın avazı ilə bağlıdır. Yəni Quran oxuyanın xüsusi avazı və ya Quranın özünə məxsus musiqisi xəstələrin müalicəsinə müsbət təsir göstərir və onların ağrılarını azaldır. Fikrimizcə bu Quranın əzəmətini göstərsə də onun ecazkarlığına sübut ola bilməz. Çünki bu növ müsbət təsirlər hər bir musiqidə müşahidə olunur. Lakin Quranın bu növ təsirinin (mənəviyyatla birgə olduğu üçün) daha çox olduğu iddia olunarsa, bunun ətraflı və dəqiq araşdırmalara ehtiyacı olduğunu bildirərik.

4. Quranın fərdi-ictimai psixikaya göstərdiyi müsbət təsirlərin aşkar olunması bizə Quranı daha yaxşı tanımaqda, psixi xəstələrin müalicəsində istifadə etməkdə kömək edir. Başqa sözlə desək, bu istiqamətdə aparılan tədqiqatlar mənəvi keyfiyyətləri təcrübi kəmiyyət olaraq insanların ixtiyarına verir və ilahi vəhydən istifadə etmək üçün yeni qapılar açır. Ümidvarıq ki, bu yeni başlanmış tədqiqatlar davam etdiriləcək, insanlar mənəviyyata daha çox maraq göstərəcəklər.

səh:254

İKİNCİ HİSSƏ: QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ

İŞARƏ

A) Quran və psixi xəstəliklərin müalicəsi;

Öncə də qeyd etdiyimiz kimi Qurana görə xəstəliklər fiziki xəstəliklərlə bitmir. Bəzən insanın ruhu xəstə olur. Belə hallarda Quran mahir bir təbib kimi insanı xəstəlikdən xilas edir. Allah Quranı şəfa olaraq təqdim edir.

“Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”(1)

B) Quran və fiziki (cismani) xəstəliklərin müalicəsi.

BAL

Bal, (işçi) arıların bal verən bitkilərin çiçək nektarından hazırladığı və yem ehtiyacı kimi istifadə etdiyi şəkərli mayedir. Quranda bir çox qida məhsullarının adı çəkilmiş, lakin “شفاء” [şifa] sözü yalnız bala aid edilmişdir.

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: Rəbbinin yollarını itaətlə tut!) (O arıların) qarınlarından insanlar üçün şəfa

səh:255


1- [515]İsra, 82.

olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”(1)

QISA TARİX

Bal qədim dövrlərdən başlayaraq diqqət mərkəzində olmuşdur. Ondan hələ Hipokrat dövründə qida məhsulu olmaqla yanaşı dəri xəstəliklərinin və yaraların sağaldılmasında antibakteriya kimi istifadə olunurdu. Tövratda da bal haqqında söhbət açılmışdır.

ELMİ SİRLƏR

Bir çox həkim və mütəxəssislər balın qiymətli qida məhsulu olmaqla yanaşı müalicəvi əhəmiyyətindən söhbət açmışlar. Burada bal haqqında aparılan ən əhatəli tədqiqatlardan birini diqqətinizə çatdırırıq.

Doktor Əbd əl-Həmid Diyab və doktor Əhməd قرقوز dünya alimlərinin, xüsusilə Rusiya və Amerika mütəxəssislərinin tədqiqatlarının nəticəsini aşağıdakı şəkildə toplayaraq elmi ictimaiyyətin diqqətinə çatdırmışlar:

Birinci: Balın (kimyəvi) tərkibi.

Bal 70 müxtəlif maddədən ibarətdir.

1. Bal təbii şəkər maddələrinin ən mühüm qaynağıdır. İndiyə qədər balın tərkibində 15 növ şəkər aşkar olunmuşdur (Araşdırmalar göstərir ki, balın tərkibində 80%-dən artıq karbohidrat, əsasən qlükoza və fruktoza; bundan başqa saxaroza, maltoza və s. mövcuddur).

2. Balın tərkibində çoxsaylı vitaminlər (B, B2, B5, B6, C, K, E, A vitaminləri) mövcuddur. Bu vitaminlər bal

səh:256


1- [516]Nəhl, 68-69.

tərkibinin az miqdarını təşkil etməsinə baxmayaraq olduqca faydalıdır.

3. Balın tərkibində müxtəlif zülallar, üzvi turşular (qlükon və s.), fermentlər (amilaza, katalaza, invertaza və s.) mövcuddur.

4. Balın tərkibində fermentlər (enzimlər) olduğu üçün maddələr mübadiləsi və qidanın asanlıqla həzm olunmasına kömək edir.

5. Balın tərkibində sodium, maqnezium, potasium, kalsium, natrium-xlor, fosfor, dəmir, kükürd və s. kimi aromatik və mineral maddələr də mövcuddur (0/002%).

Bunlardan başqa balın tərkibində alkaloidlər və boyayıcı maddələr də mövcuddur.

6. Bir çox tədqiqatçılara görə bal antibakterial və antienflamatuar xüsusiyyətlərə malikdir. Bundan başqa balın tərkibində bitki hormonları, eləcə də bir növ cinsiyyət hormonu (estrogen bölmələrindən) olduğu bildirilir. Qeyd etmək lazımdır ki, balın kimyəvi tərkibi bitkinin növünə və hava şəraitinə görə dəyişir.

İkinci: Balın antibakterial xüsusiyyəti. Alimlər bildirirlər ki, insan orqanizmində xəstəlik törədən mikroblar balın tərkibinə daxil olduqda funksiyalarını itirirlər.

Üçüncü: Bal və uşaq xəstəlikləri.Bal uşaq üçün həm əlverişli qida məhsulu, həm də onları xəstəlikdən qoruyan dəyərli dərmandır.

Dördüncü: Bal və xərçəng xəstəliklərinin profilaktikası.

Beşinci: Balın müalicəvi əhəmiyyəti. Balın müalicəvi əhəmiyyəti فیه شفاء للناس (Onda insanlar üçün şəfa var) ayəsindən aydın başa düşülür. Bu ilahi dərmanın bir çox xəstəliklərin, xüsusilə hələ elmin təsirli dərmanını tapa

səh:257

bilmədiyi xəstəliklərin müalicəsində oynadığı məharətli rol insanı heyrətləndirməyə bilmir. Balı digər dərman və pereparatlardan ayıran onun müalicəvi funksiyası ilə yanaşı mənfi təsirinin olmamasıdır. Balın müalicəsində xeyirli olduğu xəstəlikləri nəzərdən keçirək.

1. Bal və dəri xəstəlikləri (dermatologiya). Hələ Hipokrat dönəmində dəri xəstəliklərinin müalicəsində baldan istifadə olunurdu. Günümüzdə də həkimlər aparılan təcrübələr nəticəsində balın bu qəbildən olan xəstəliklərin müalicəsindəki əhəmiyyətini isbat etmişlər(1).

2. Bal və həzm xəstəlikləri.Balın tərkibində mövcud olan çoxsaylı kimyəvi elementlər həzm xəstəliklərinə müsbət təsir göstərir(2).

3. Bal və tənəffüslə bağlı xəstəliklər. Bal tuprekulyoz (vərəm), qara öskürək, boğaz iltihabı, ağ ciyər iltihabı, astma (təngənəfəslik) və pnevmaniya (sətəlcəm) xəstəliklərinin müalicəsində çox faydalıdır.

4. Bal və göz xəstəlikləri. Hələ qədim dövrlərdən göz xəstəliklərinin müalicəsində baldan istifadə edilərək müsbət nəticələr əldə olunmuşdur.

5. Balın qadın və doğuş xəstəliklərinin müalicəsindəki misilsiz rolu.

6. Balın qulaq, boğaz və burun xəstəliklərinin müalicəsindəki bənzərsiz rolu.

7. Balın ürək xəstəliklərinin müalicəsindəki rolu.

8. Bal və böyrək xəstəlikləri.

9. Bal və sinir sistemi.

səh:258


1- [517] Ətraflı məlumat üçün bax: Doktor Ədnan əş-Şərif, “Quran təbabətindən”, səh. 219.
2- [518] Ətraflı məlumat üçün bax: “Quranda təbabət”, səh. 205-206.

10. Bal və qan çatışmazlığı. Bal eritrositləri (qırmızı qan kürəciyi) artırır və orqanizmdə K vitamini çatışmazlığını aradan qaldırır.

Sonda qeyd etmək lazımdır ki, bu möcüzəli nemətdən müalicəvi istifadə həkim nəzarəti ilə aparılmalıdır. Əks təqdirdə gözlənilən nəticə əldə olunmaya bilər.

YEKUN

1. Balın müalicəvi əhəmiyyəti şübhəsizdir. Bu Quranda da öz əksini tapmışdır فیه شفاء للناس (Onda insanlar üçün şəfa var).

2. Hələ erkən təbabətdə balın müalicəvi əhəmiyyətinin dərk olunmasını, hətta Tövratda da yad edilməsini nəzərə alsaq, bunun Quranın elmi möcüzəsi olmadığı anlaşılar. Quranda verilən bu ibarə (Onda insanlar üçün şəfa var) sadəcə bal haqqında mövcud olan fikirlərin təsdiqidir.

3. Balın kimyəvi tərkibi bitkinin növündən və hava şəraitindən asılıdır. Elə buna görə də qeyd olunan xüsusiyyətlər (balın mədə-bağırsaq, qaraciyər, öd yolu, böyrək, ürək-damar, sinir və s. xəstəliklərin müalicəsindəki rolu) hər balda olmaya bilər.

ORUC

Oruc, obaşdandan ilk axşam saatlarınadək qidalanmadan çəkinməyə deyilir. Bu əməl insan orqanizminə, eləcə də onun psixoloji durumuna olduqca müsbət təsirlər göstərir. Quranda bu əməl haqqında bir neçə mərhələdə söhbət açılmışdır.

səh:259

İlk mərhələdə oruc tutanlara böyük mükafat vəd edilir.

“Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”(1)

Növbəti mərhələdə oruc müsəlmanlara vacib edilmişdir.

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola

səh:260


1- [519] Әhzab, 35.

yönəltməsinə görə Ona (Allahu əkbər deməklə) tə’zim və şükür edəsiniz”(1).

QISA TARİX

Oruc İslama qədərki dinlərdə müəyyən şəkildə (sükut orucu və s.) mövcud olmuşdur. Quran orucun tarixi haqqında iki ayədə söhbət açır. İlk dəfə orucu vacib edərkən buyurur:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”(2)

Digər bir ayədə isə həzrət Məryəmin (ə) orucuna işarə vuraraq buyurur:

Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!(3)

Müqəddəs kitabda da yəhudi və xristianlara oruc tutmaq tövsiyə olunur və həzrət Musanın, eləcə də İsanın (ə) oruc tutması yad edilir. “Musa (ə), İliya və İsanın (ə) qırx gün oruc tutması möcüzəli şəkildə olmuşdur”(4).Həzrət İsa (ə) şagirdlərinə onun vəfatından sonra oruc tutmalarını tapşırardı(5). O həzrətin həvariləri lazım gəldikdə oruc tutardılar. Lakin bu onlara vacib olunmamışdı(6).

səh:261


1- [520] Bəqərə, 183-185.
2- [521] Bəqərə, 183.
3- [522] Məryəm, 26. Həzrət Məryəm sükut orucu tutmuşdu. Ayədən anlaşılır ki, orucun bu növü dövrün cəmiyyəti tərəfindən qəbul edilirmiş. İslamda isə bu növ oruc yoxdur (“Təfsiri-nümunə”, c. 13, səh. 45).
4- [523] Samuil, 7/6; Hakimlər, 19/8.
5- [524]Luka, 5/34, 35.
6- [525] Matfey, 6/16, 18.
ELMİ SİRLƏR

Orucun elmi sirləri, bəzi xəstəliklərin profilaktika və müalicəsindəki rolu haqqında bir çox həkimlər, elm adamları fikir söyləmiş, əsər yazmışlar. Əhli-beytdən gələn rəvayətlərdə də bu haqda söhbət açılmışdır ki, aşağıda diqqətinizə çatdırırıq.

1. Rəvayətlər.

Bir çox hədislərdə orucun faydaları, xüsusilə mənəvi faydası haqqında söhbət açılmışdır. Burada bir hədisi qeyd etməklə kifayətlənirik.

Peyğəmbər (s) buyurmuşdur: صوموا تصحوا “Oruc tutun ki, sağlam olasınız”(1).

2. Oruc insanın iradəsini gücləndirir.

Bəzi həkimlər bu haqda yazırlar:

“Oruc cismani faydaları ilə yanaşı insanın ruhuna, psixikasına da müsbət təsir göstərir. Belə ki, onda emosionallıq, xeyirxahlıq, təmkin müşahidə olunur. Oruc tutan transsendental ruha, fövqəladə zəkaya malik olduğunu hiss edir”(2).

Bundan başqa oruc insana cinsi meyllərini cilovlamaqda da böyük dayaqdır. O, günahdan çəkinməyin ən uğurlu metodlarından biridir. Peyğəmbər (s) ailə qurmaqdan boyun qaçıran gənclərə müraciətlə buyurur:

“Ey gənclər! Ev tədarükü olanlarınız ailə qursun. Buna gücü çatmayanlar isə oruc tutsun. Oruc onun üçün günahlara qarşı sipərdir”.

3. Orucun xəstəliklərə müsbət təsiri.

Bəzi həkimlər yazırlar:

səh:262


1- [526] “Bihar əl-ənvar”, c. 96, səh. 255.
2- [527] “Quranda təbabət”, səh. 213.

“Günümüzdə artıq orucun bir çox xəstəliklərə müsbət təsiri sübuta yetirilmişdir. Bu xəstəliklərə aşağıdakıları misal göstərmək olar:

Həzm sistemi ilə bağlı xəstəliklər. Xüsusilə kəskin mədə iltihabı, piylənmə, ateroskleroz, qan təzyiqi, inaq, xroniki böyrək iltihabı, astma, etik və psixi anomaliya və s(1).

4. Orucun profilaktik faydaları.

Bəzi həkimlər yazırlar:

“Oruc insan yaşamının müxtəlif tərəflərini nizamlayan dövri ayindir. Burada insan ildə bir dəfə bu ayinə əməl etməyi zəruri hesab edir və bu onun ruhunda, orqanizmində dərin iz buraxır.

Oruc pəhriz rejimi, müalicə üsuludur. Çox güman ki, ondan ən çox yararlanan həzm sistemidir. Çünki qidalanma prossi qidanı udmaqla bitmir. Əslində bu qidalanmada ilkin mərhələdir. Qida udulduqda bütün orqanizm onu ən yaxşı şəkildə həzm etmək, sovurmaq üçün fəaliyyətə keçir. Buna görə də orqanizmdə ən işlək sistem həzm sistemidir. Digər orqanların istirahəti zəruri olduğu kimi həzm sistemi üçün də istirahət həyati əhəmiyyət daşıyır. Bu istirahətin bir ay sabit pəhriz rejimi çərçivəsində baş verməsi bir çox müsbət nəticələr verir. Bunlar aşağıdakılardır.

Orqanizmdə yığılıb qalmış artıq piylərin əriməsi (əks təqdirdə piylənmə xəstəliyi törədir).

Orqanizmdə mövcud olan zəhərli artıq maddələrin aradan getməsi.

Orqanizmdə mövcud hüceyrə və vəzilərə funksiyalarını ən yaxşı şəkildə həyata keçirmə fürsəti verir.

Böyrək və sidik kisəsinin nisbi istirahəti.

səh:263


1- [528] “Quranda təbabət”, səh. 214.

Arteriyalarda piy yığıntılarının azalması və aterosklerozun profilaktikası.

Aclıq oruc müddəti bitdikdən sonra orqanizmin reaksiyasına səbəb olur. Bu reaksiya özünü qidalanmaya meyl, gümrahlıq, aktivlik şəklində göstərir. Halbuki bundan öncə qidalanma yorucu vəziyyət almışdı. Oruc şəriətdə göstərildiyi qaydada həyata keçirilsə, ən yaxşı müalicə metoduna çevrilər. Hansı ki, bu gün Avropa alimləri müəyyən şəraitdə ac qalmağı müalicə üsulu kimi dəyərləndirirlər. Avstraliyalı həkim Barselius yazır:

“Aclığın müalicəvi funksiyası pereparatlardan istifadəni üstələyir”. Helba adlı digər həkim isə ona müraciət edən xəstələri bir neçə gün ac saxlayar, sonra yüngül qida məhsullarından istifadə etməyə icazə verərdi”.

Oruc funksiyasını itirmiş toxumalara yeni həyat bəxş edir. Elə buna görə də doktor Bachwitn “Oruc gəncliyi geri qaytara bilər” deyə bildirir.

YEKUN

Bir neçə məqama nəzər salaq.

1. Orucluq ayini və orucun vacib edilməsi peyğəmbərlərin (ə) bəşərə təqdim etdiyi ilahi hədiyyədir.

Orucun müalicəvi və profilaktik əhəmiyyəti tam aydındır. Bu elmi məslədir və ilahi dinlərdə də mövcud olmuşdur. O dönəmdə insanların orucun elmi hikmətini bilmədikləri halda icbari şəkildə tutmalarını nəzərə alsaq, bunun ilahi dinlərin elmi möcüzəsi hesab etmək olar. Əlbəttə, belə bir ehtimal da mövcuddur ki, qidalanma ilə bağlı pəhriz rejimi daim müalicəvi üsul kimi həyata keçirilmişdir. Oruc isə bu tibbi metodun təsdiqi kimi göstərilmişdir. Lakin bu ehtimal yanlışdır. Çünki ilahi dinlərə görə oruc sağlam insanlara vacibdir. Xəstələr isə

səh:264

bu hökmdən istisnadır. Halbuki pəhriz rejimi tibdə xəstələrə tətbiq olunur.

2. Oruc Qurana məxsus elmi möcüzə deyil. Çünki qeyd etdiyimiz kimi İslamdan öncə də mövcud olmuşdur.

3. Orucun adı çəkilən bir çox xəstəliklərə müsbət təsiri həkim nəzarətindən asılıdır. Ola bilər ki, oruc həkim məsləhətlərinə görə bir çoxlarına ziyan olsun. Belə olduqda oruc haramdır. Deməli, orucun qeyd olunan xəstəliklərə müsbət təsiri yalnız bəzi hallarda özünü göstərir.

səh:265

ÜÇÜNCÜ HİSSƏ: QURAN VƏ İNSANIN YARADILIŞININ SİRLƏRİ

GİRİŞ

Quran nazil olduğu dönəmdə tibb elmi ilkin addımlarını atırdı. Həkimlər orqanizmin daxili orqanlarından, onların funksiyalarından xəbərsiz idilər. Yunan və İran təbabətinin elmi dairələrə hakim olmasına baxmayaraq, hələ lazımi inkişaf yolunu keçməmişdi. İnsanın bütünlükdə orqanizmini, habelə onu təşkil edən ayrı-ayrı sistem və orqanların forması və quruluşu haqqında biliklər son yüz ildə ciddi şəkildə inkişaf etmiş və anatomiyanın müstəqil antropotomiya bölməsi (insan anatomiyası) yaradılmışdır.

Cahiliyyə dönəmində, ərəb cəmiyyətinin tibb haqqında heç bir anlayışı olmadığı bir halda Quran insan orqanizminin yaradılışına üstüörtülü işarələr vurmuşdur. Bu ayələrdən bir neçəsinə nəzər salaq.

İNSANIN YARADILIŞ MƏRHƏLƏLƏRİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ

Quranda insanın yaradılışı və bu yaradılışın hansı mərhələlərdən keçdiyi haqqında bir çox ayələr mövcuddur. Bu ayələrin hidayət məqsədi daşıması ilə yanaşı elmi məsələlərə də toxunması tibb mütəxəssislərinin təəccübünə səbəb olmuşdur. Belə ki, onların nəinki elmi möcüzə, hətta bədii sintaksisin ecazkar nümunəsi hesab etmişlər(1).

səh:266


1- [529] “Quranda təbabət”, səh. 84.

Quran ayələrinə əsasən insanın yaradılışının mərhələlərini başlanğıcdan dünyaya gələnədək (və dünyadan köçənədək) aşağıdakı şəkildə sıralamaq olar.

1. Torpaq mərhələsi (تراب، طین).

2. Su mərhələsi. (ماء، ماء دافق، ماء مهین).

3. Nütfə mərhələsi (نطفة من منی).

4. Qarışıq nütfə mərhələsi (نطفة أمشاج).

5. Laxtalanmış qan mərhələsi (علقة).

6. Bir parça ət mərhələsi (مضغة).

7. Şəkilə salma, formalaşdırma mərhələsi (تسویة، تصویر).

8. Sümüklərin formalaşması mərhələsi (عظاما).

9. Sümüklərin ətlə örtülməsi mərhələsi (فکسونا العظام لحما).

10. Cinsiyyətin təyin olunma mərhələsi (مذکر و مؤنث).

11. Ruh verilməsi mərhələsi (خلقا آخر). Qulaq və gözün yaranması haqqında da bəzi məsələlərə toxunulmuşdur.

12. Uşağın dünyaya gəlməsi (نخرجکم طفلا).

13. Həddi-büluğ (yetkinlik) dövrü.

14. Yaşlılıq dövrü.

15. Həyatın sonu (ölüm).

Qeyd etmək lazımdır ki, bəzi həkimlər Quran ayələrini başqa şəkildə sıralamış və Qurana görə yaradılışın yeddi mərhələsi olduğunu bildirmişlər(1).

Doktor Maurice Bucaille yazır:

“Quranın bu halda buyurduqlarını nəzərdən keçirdikdə görürük ki, elm bu (elmi) məsələləri yalnız XIX əsrdə kəşf edə bilmişdir. Quran nazil olduğu dönəmdə isə insanlar bu növ elmi məsələlərdən uzaq idilər.

YEKUN

səh:267


1- [530] “Təfsiri-nümunə”, c. 20, səh. 165; c. 14, səh. 23.

Biz insanın yaradılış prosesini 14 mərhələyə böldük. Təcrübi elmlərin də təsdiq etdiyi bu 15 mərhələnin hər biri ayrı-ayrılıqda Quranın əzəmətinin göstəricisidir. Lakin onların heç biri təklikdə Quranın elmi möcüzəsinə sübut ola bilməz.

Burada belə bir sualla qarşılaşırıq. Qeyd olunan 15 mərhələ bütövlükdə Quranın ELMİ möcüzəsi ola bilərmi?

Fikrimizcə, Quranın qeyd olunan mərhələli yaradılışla bağlı ayələri (xüsusilə Həcc, 12; Muminun, 12-14; Ğafir, 76) nazil olduğu dönəmdə insanlar onun bənzərini gətirməkdə aciz idilər. Deməli, məlum ayələri bütövlükdə Quranın elmi möcüzəsi hesab etmək olar.

səh:268

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109