Bizim dini əqidəmiz

Kitab haqqında

Kitabın adı:Bizim dini əqidəmiz

Müəllif:Ayətullahül-üzma Nasir Məkarim Şirazi

Naşir:Şəhriyar

Çap tarixi:2008

Səhifələrin sayı:108

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

Müəllif sözü

Müasir əsrimizdə dünyada böyük bir dəyişiklik və irəliləyişə sahibik. Bu dəyişiklik ən möhtəşəm və səmavi dinlərdən olan İslam dinindən qaynaqlanır.

İslam dini hazırki əsrdə yeni bir dirçəliş və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları ayılaraq, öz əslinə, kökünə qayıdıb, cavabsız qalmış problemlərin həllini İslam tə`limlərində axtarırlar.

Bəs bu dəyişikliklərin səbəbi nədir? Bu sualı ayrıca bir bəhsdə, müstəqil şəkildə araşdırmaq lazımdır. Ən əhəmiyyətlisi budur ki, biz İslamda yaranan bu qığılcımları, dəyişiklikləri bütün müsəlman ölkələrində müşahidə edirik. Elə bu səbəbdən də, dünya xalqları İslamın nə dediyini, nə kimi yeniliklər bəxş etdiyini anlamaq istəyirlər. Belə bir əhəmiyyətli və həssas bir zamanda bizim vəzifəmiz İslamı olduğu kimi, sadə ibarələrlə xalqa çatdırmaq, olduqca ali elmi terminlər və başa düşülməsi çətin olan kəlmələrdən istifadə etmədən, İslamı insanlara öyrətməkdir.

Bu yolla biz, İslamdan düzgün məlumatı olmayan digər şəxslərin bizim əvəzimizdə, dini əqidəmiz barəsində qərəzli şəkildə söz söyləməsinə, yanlış fikir yürütməsinə mane ola bilərik.

İnkar ediləsi deyildir ki, İslam dini digər dinlər kimi müxtəlif məzhəblərə bölünmüşdür. Və bu məzhəblər bir sıra əqidəvi və əməli məsələlərdə bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər. Amma bu təfavötlərin heç birisi müsəlmanların vəhdətinə mane olacaq həddə deyildir. Doğrusu, müsəlmanlar qarşılıqlı anlaşma və səmimiyyət yolunu seçərək, vahid bir ümmət şəklində Şərq və Qərbdən gələn qorxunc tufanların müqabilində dayana bilərlər.

Birlik və qardaşlıq yolunu seçən müsəlman xalqı öz müştərək müxaliflərinə çirkin niyyətlərini yerinə yetirməsinə yol verməməlidir.

Bütün bu söylədiklərimiz yalnız bir sıra qanunların riayət olunması ilə sıx bağlıdır. Onların ən əhəmiyyətlisi isə İslam məzhəblərinin bir-birini yaxşı tanıması, onların hər birinin hansı xüsusiyyətlərə malik olduğunu, olduğu kimi dərk etməsidir. Çünki müsəlman firqələri arasında qarşılıqlı anlaşma və etimad yalnız narahatlıqlara son qoyduqdan, bir-birlərini olduğu kimi tanıyaraq müxtəlif anlaşılmazlıqları aradan qaldırdıqdan sonra mümkündür. Deməli, bu məqdəs uğrunda ən doğru seçim, hər bir məzhəbin İslam dinindin əsli və fəri məsələlərində olan əqidəsini, yalnız və yalnız onların tanınmış, məşhur alimlərindən öyrənməkdir. Çünki hər hansı bir məzhəbin əqidəsini yanlış anlayan kəslərdən, yaxud onların müxaliflərindən və səlahiyyətsiz şəxslərdən öyrəniriksə bir-birimizi düzgün tanımayaraq, nəticədə yersiz düşmənçilik və dostluqla üzləşərək xoşagəlməz sonluğa düçar ola bilərik. Və bu da, ayrılıq, təfriqə, çəkişmə və şübhəsiz narahatlıqlara gətirib çıxara bilər. Bütün bunlara əsasən biz bu kitabda müxtəsər olaraq sizi İslam məzhəblərindən biri olan şiə məzhəbinin İslamın əsli və fəri məsələlərində malik olduğu xüsusiyyətlərlə tanış edəcəyik. Beləliklə “BİZİM DİNİ ƏQİDƏMİZ” kitabı aşağıdakı xüsusiyyətlərə malikdir:

1. Lazım olan mətləblərin qısa və müxtəsər şəkildə bəyanı, əziz oxucuları müxtəlif kitabları araşdırmaq zəhmətindən xilas etmişdir.

2. Bəhslərin aydın və sadə şəkildə açıqlanması, yalnız elmi hövzə mühitlərində yararlı olan kəlmələrin işlədilməməsi, bununla belə lazımi midarda bəhslərin dərinliyi qorunub saxlanılmışdır.

səh:2

3. Təqdim olunan kitabda məqsəd, yalnız sizi şiə əqidəsilə tanış etməkdir. Elə bu səbəbdən də, bir çox sübut və dəlillərdən istifadə olunmamışdır. Yalnız bir neçə yerdə imkan dairəsində Qur`ani-kərimdən bəzi ayələr, sünnə və əqli dəlillərə olduqca məhdud şəkildə yer verilmişdir.

4. Əqidələr olduğu kimi əsk etdirilmişdir. Heç bir tərəfkeşliyə, gözəl cilvələndirməyə və qapalılığa yol verilməmişdir. Bir sözlə məqsəd həqiqətləri olduğu kimi bəyan etməkdir.

5. Digər məzhəblərə son dərəcədə hörmət və ehtiramla yanaşılmışdır.

Əziz oxucu, gördüyünüz kitab, yuxarıda qeyd olunan nöqtələrə riayət edilməklə, Müqəddəs Həcc səfərində, ruhların ilahi eşqi ilə cəlalandığı səfalı bir ziyarət zamanı hazırlanmışdır. Sonra isə müxtəlif iclaslarda bir qrup alimlərin bəhs və araşdırması ilə təkmil edilərək tamamlanmışdır. Ümidvarıq ki, bu xeyirxah əməl söylənilən hədəflərə yetişməklə birgə, bizim üçün qiyamət gününün azuqəsi hesab olunsun. Elə buradaca əllərimizi uca və qüdrətli Xaliqin dərgahına qaldıraraq belə dua edirik:

“İlahi, biz sənin bizləri imana dəvət edən nidanı eşitdik ki: Öz Allahınıza iman gətirin! Və biz də iman gətirdik. İlahi, bizim günahlarımızı bağışla! Pis əməllərimizi ört! Bizi yaxşılarla birgə bu dünyadan apar!”

Məhərrəm ayı-1417 hicri qəməri.

Qum-“Əmirəl-möminin” mədrəsəsi Ayətullah Nasir Məkarim Şirazi.

səh:3

Birinci fəsil -Allahşünaslıq və Tövhid

1-Uca Allahın Varlığı

Biz, Allah-təalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq, Onun Əzəmətli, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur. Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib-tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.

Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi gün bəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz

səh:4

Cəlal və Cəmal sifətlərinin nuruna boyayır. Qur`ani-kərim buyurur:

“Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?” (Zariayat, 20-21)

Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: “Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.”

2-Allahın Cəlal və Cəmal sifətləri (xüsusiyyətləri)

Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır. Başqa bir sözlə desək, dünyada mövcud olan hər bir gözəlliyin və kamal bulağı Ondan çeşmələnmişdir. Qur`ani-kərim buyurur: “Odur yeganə Allah, Ondan başqa bir məbud yoxdur! Əsl hökmrandır! Pakdır, hər bir eyibdən uzaqdır. Heç bir kəsə zülm etməz, əmin-amanlıq bağışlayandır. Hər bir şeyi qoruyandır. Qüdrətli və məğlubedilməz bir Allahır ki, öz nüfuzlu iradəsi ilə hər bir işi islah edir. Cəbərudludur, əzəmətlidir, uludur! Ona ortaq-şərik edilən hər bir şeydən uzaqdır. O bir Allahdır ki, müsilsiz yaradan heç bir nümunə olmadan xəlq edəndir, misilsiz surət verəndir. Gözəl adlar Ona

səh:5

məxsusdur. Göylərdə və yerdə hər nə varsa Ona təsbih deyərlər. O, əziz və həkimdir.” (Həşr, 22-23)

3-Allahın Pak Zatı nəhayətsiz, hüdudsuzdur

Biz inanırıq ki, Allah-təala sonsuz və nəhayətsiz bir varlıqdır. İstər elm, istər qüdrət, istərsə də, əbədi həyat, əzəliyyət cəhətindən sonsuz və nəhayətsizdir. Elə bu səbəbdən də, zaman və məkan məhdudəsinə sığmazdır. Çünki zaman və məkan Onunla müqayisə olunmaz dərəcədə məhdud, naqis və təsəvvür olunma qabiliyyətinə malik deyildir. Allah-təala zaman və məkanı yaradan, ona hökm edəndir. Bununla belə O, eyni halda (zamana və məkana ehtiyacı olmadan) hər bir yerdə və zamanda mövcuddur. Çünki zaman və məkanı əhatə edərək, bunlardan daha uca və yüksəkdir. Qur`ani-kərim buyurur:

“O, həm yerdə Allahdır, həm də göydə Allahdır (məbuddur). Hikmətli və bilicidir.” (Zuxruf, 84)

Yaxud; “Hər bir yerdə olsanız, O, daim sizinlədir. Allah əncam verdiyiniz hər bir işi görür.” (Hədid, 4)

Bəli, uca Tanrı bizə bizim özümüzdən də, yaxındır. O, daim bizimlədir. Bizim fitrətimizdədir. O, məkana, zamana ehtiyacı olmadığı halda, hər bir yerdədir. (Ağıllar bu həqiqəti olduğu kimi dərk etməkdən acizdir.) Necə ki, Qur`ani-kərim buyurur: “Biz (Allah), insana onun şah damarından da, yaxınıq.” (Qaf, 16) Və ya; Əvvəl və axır Odur, zahir (aşkar) və batin (gizli) Odur! O hər şeyi bilir.”

Beləliklə, əgər biz Qur`ani-kərimdə: “Odur şərəfli ərşin sabihi.” Və ya; “Mehriban Allah ərşin üzərində qərar tutubdur” (Buruc, 15, Taha, 5) kimi ayələrə rast gəliriksə də, bu o demək deyildir ki, Allahın ərş adında

səh:6

xüsusi bir məkanı (taxtı) vardır və orada qalır. Əksinə “ərş”-dən məqsəd Allahın sonsuz və naməhdud hakimiyyətidir. Yəni Allahın nəhayətsiz qüdrət və hakimiyyəti bütün maddi cahanı və mənəvi aləmləri əhatə etmişdir. Əgər biz, Allah-təalanın xüsusi bir məkanda yerləşdiyini söyləsək, həqiqətdə, Onu məhdud bir varlıq saymış olarıq. Allaha məxluqatın xüsusiyyətlərini nisbət verməklə, uca Tanrını kiçiltmiş və məhdud etmiş olarıq. Bir halda ki, Qur`ani-kərim buyurur: “Heç nə Ona tay ola bilməz” (Şura, 11) yaxud, İsra surəsində 4-cü ayə; “Heç bir kəs Ona tay ola bilməz.”

4-Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz

Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)

Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qur`ani-kərim buyurur; “Gözlər Onu görməz. Lakin O, bütün

səh:7

gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)

Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:

“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143).

Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.

Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir.(1)

“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.” (“Nəhcul-bəlağə”, 179-cu xütbə).

səh:8


1- [1] Çünki Qur`anın bəzi ayələri digərlərini şərh edərək aydınlaşdırır.

Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

5-Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

(1)

Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəmiyyətlisi və əsası, Tövhidi olduğu kimi tanımaq və anlamaqdır. Həqiqətdə, Tövhid, yalnız dinin əsaslarının biri kimi deyil, əksinə bütöv İslam əqidələrinin bünövrəsi, kökü və dayaq nöqtəsi deməkdir. İslam dininin əsasları və fərləri(2) Tövhidə bağlı olaraq, onunla formalaşır.

Dinimizin hər bir bölməsi bir növ tövhidlə, Allahın yeganəliyiylə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin və fellərinin bir olması Tövhidə əsaslanır. İlahi peyğəmbərlərinin bir Allaha doğru çağırışları ilahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, ilahi qanun vericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, qiyamət gününə olan etiqadın birliyi də, Tövhiddən xəbər verir.

səh:9


1- [2] Tövhid: Allahı hər bir cəhətdən yeganə, misilsiz bilmək.
2- [3] Əməli əsasları.

Elə buna görə də, Qur`ani-kərim ilahi tövhiddən uzaq düşmək və şirkə doğru meyl etməyi bağışlanılmayan günah sayaraq buyurur:

“Allah-təala heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı) başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs yalan uydurmuş və böyük günah etmişdir.” (Nisa, 48)

Başqa bir ayədə buyurulur: “Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.” (Zümər, 65)

6-Tövhid və onun mərtəbələri

1.Tövhide-zati:

Tövhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim, onların ən əhəmiyyətlisidir.

1-Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.

2. Tövhide-sifati (sifətlərdə Tövhid):

2-Tövhide-sifati budur ki, Allah-təala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, “Allahın sifətləri isə Onun zatının eyni olması bəhsini” daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi

səh:10

zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.

3. Tövhide-əfali (fellərdə Tövhid):

3-Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-təalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qur`ani-kərim buyurur: “Allah-təala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!” (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: “Göylərin və yerin açarları Ona məxsusdur. (bütün işlər Onun qüdrətinə bağlıdır.)” (Şura, 12)

Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qur`ani-kərim buyurur: “Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!” (İnsan, 3) Yaxud; “Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.” (Nəcm, 39)

Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.

Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-təala, insanları imtahana çəkərək onları “mənəvi təkamül” yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, ilahi kamilliyə ucala bilər. Əgər

səh:11

Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.

Əslində əgər biz insanlar, əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; “İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; “Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.”

4. Tövhide-ibadi:

4-İbadətdə Tövhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız Onu ibadətə layiq saymaq, Tövhide-ibadi adlanır. Tövhidin bu qismi onun digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə olan tövhidə təkid etmişlər. Və insanları yalnız və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qur`ani-kərim buyurur: “Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini fəqəd Allaha ibadət etməklə xilas etmək (şirkdən tövhidə qayıtmaq) tapşırıldı. Və budur doğru-düzgün din.” (Bəyyinə, 5)

səh:12

İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, “Tövhid məsələsi” daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa bir ibarətlə desək; “Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür.” Dərəcəsinə yetişir.

Əziz oxucu, tövhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan başqa, digər bölümləri də, qeyd etmək olar; “Malikiyyətdə Tövhid,” (tövhide-malikiyyət-hər bir şeyin həqiqi maliki Allahdır), Qur`ani-kərim: “Göylərdə və yerdə hər nə vardırsa Allahındır” (Bəqərə, 284). Hakimiyyətdə Tövhid: (Tövhide-hakimiyyət: Həqiqi hakim və hökm edən yalnız Allahdır. Hökm yalnız ona məxsusdur.) (Maidə, 44)

7-Tövhid və möcüzələr

İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi, iznilə baş tutur. Və bu möcüzələrin tövhidi-əfali ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Qurani-kərim İsa (ə)-a buyurur: “Anadan gəlmə kora və (əlacı mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin. Və ölüləri mənim əmrimlə dirildirdin.” (Maidə, 110)

Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-kərimdə belə buyurulur: İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: “Sən gözünü qırpmamışdan öncə mən onu sənin yanına gətirərəm.” Süleyman (ə) taxtı öz

səh:13

yanında görcək dedi: “Bu, Tanrımın mərhəmətindəndir.” (Nəml, 40)

Beləliklə, Quran aşkar şəkildə əlacı mümkün olmayan xəstələrə şəfa vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə bağlayır. Və bu iş tövhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir.

8- Allahın mələkləri

Biz ilahi mələklərinin varlığına inanırıq. Və bu mələklər neçə qrupa, dəstəyə bölünürlər. Mələklərin hər bir dəstəsi özünə məxsus məmuriyyətə malikdir.

1-Bəzi mələklər peyğəmbərlərə Allahın vəhyini yetirməyə məmur olublar. (Bəqərə, 98)

2-Bəziləri insanların əməllərinə nəzarət edirlər. (İnfitar, 10)

3-Mələklərin bir dəstəsi insanların ruhunu almağa məmurdurlar. (Əraf, 37)

4-Başqa bir qrup mələklər müharibə zamanı mömin şəxslərə yardım edirlər. (Əhzab, 9)

5-Onların bir dəstəsi isə düz yolda olan möminlərə yardım edirlər. (Fussilət, 30)

6-Bəzi mələklər tuğyankar və dikbaş tayfaları cəzalandırmağa məmurdurlar. (Hud, 77)

7-Digər mələklər isə yaranış aləmində olan müxtəlif məmuriyyətlərə malikdirlər.

Şübhəsiz, mələklərin söylənilən məmuriyyətlərə malik olması Allahın icazəsi, razılıq və fərmanı ilə baş tutur. Və Tövhidlə (istər ibadi, istərsə də əfali) heç bir ziddiyyəti yoxdur. Həqiqətdə, bütün bunlar tövhidin aşkar nümunəsi və onu təyid edən bir sübutdur. Və elə buradaca aydın olur ki, peyğəmbərlərin, məsumların və mələklərin (layiqli) insanlara şəfaət (vasitəçilik) etməsi, birbaşa

səh:14

Allahın iradəsi və icazəsinə bağlı olduğundan, tövhidlə heç bir təzad daşımayaraq, tövhidin özü ilə eynidir. Qurani-kərim buyurur: “Allahın icazəsi olmadan heç bir kəs şəfaət edə bilməz.” (Yunus, 3) (Şəfaət və təvəssül məsələsinin geniş bəhsi “nübüvvət” bölümündə şərh ediləcəkdir.)

9-İbadət yalnız Allaha məxsusdur

İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyrisinə) ibadət edən şəxs “müşrik” adlanır. Qurani-kərim buyurur: “Allaha pərəstiş edin. Ondan başqa məbud yoxdur.”

Bu elə bir kəlamdır ki, Qurani-kərimdə dəfələrlə peyğəmbər tərəfindən nəql edilərək, daim təkid olunmuşdur.

Olduqca maraqlı və cəlbedicidir ki, biz müsəlmanlar həmişə öz gündəlik namazlarımızda “Həmd” surəsini oxuyarkən “İbadətdə Tövhidi” (tövhide-ibadi) təsdiqləyərək, onu təkrar edirik: “Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik.” (Həmd, 5)

Aydındır ki, Allahın iznilə “peyğəmbərlərin və mələklərin şəfaət edəcəklərinə” olan inam (ki, Qur`anda da, mövcuddur), onlara ibadət etmək mənasında deyildir.

Və həmçinin, Peyğəmbərlərə olunan “təvəssül” (yəni Peyğəmbərləri və Əhli-beyti (ə) Allah yanında vasitə qərar vermək, öz hacətlərini onlara söyləyərək, Allahın bu istəkləri tez yerinə yetirməsi üçün, onlardan dua etmələrini, Tanrıya xahiş etmələrini təmənna etmək) tövhidlə heç bir ziddiyyət-təzad daşımır. Təvəssül məsələsinin geniş şərhi “Nübuvvət” bölməsində sizə təqdim olunacaqdır.

səh:15

10-Allahın pak zatının həqiqəti hər bir kəsə məxfidir

Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli yaradanın varlığından söz açır. Lakin bununla belə Allahın zatının həqiqəti (Onun necə olduğu) heç bir kəsə məlum deyildir. İnsan Allahın pak zatını dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud, sonlu və hüdud çərçivəsində məhdudlaşan məxluqlarıq. Bizim məhdud və müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz, hər bir cəhətdən naməhdud sonsuz olan uca yaradanı dərk etmək qüvvəsinə qadir deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan uca Yaradanı hər hansı bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.)

Qur`ani-kərim buyurur:

“Agah olun! Onun hər bir şeyə əhatəsi vardır.” (Fussilət, 54) Yaxud: “Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir.” (Buruc, 20)

Məhəmməd Peyğəmbərin (s) tanınmış bir hədisində oxuyuruq: “İlahi, biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi (həqiqətini) tanıya bilmədik.” (“Biharül-ənvar”, c. 68, səh-23)

Lakin bütün bu söylədiklərimiz, o mənaya deyildir ki, biz Allahı heç bir formada tanıya bilmərik. (həqiqətdə insan öz Allahının cəlal və camal sifətlərindən agah olmaq imkanına məlikdir. Hətta, təbiətin özü də, bizə Allahı tanımağa gözəl yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini, gözəlliyini və s. dərk edirik.)

səh:16

Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, onun xüsusiyyətlərindən, sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir neçə mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətinin tətil olması deməkdir. Və qəbul olunası mümkün olmayan bir əqidədir. Çünki Qur`ani-kərim və digər səmavi kitablar məhz ilahi mərifətini bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur.

Bu barədə çoxlu oxşar misallar gətirmək olar. Məsələn; Biz “ruhun” həqiqətini olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq. Və onun əsərlərini (təsirlərini) müşahidə edərək çox yaxşı anlayırıq İmam Baqir (ə) özünün bir hədisində buyurur:

“Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq mənada və şəkildə etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır. (Yəni həqiqət deyildir). Və sizin özünüz kimi naqis və məhduddur. (Allah-təalanın həqiqəti bu xəyallardan daha uca və üstündür. (“Biharül-ənvar”, c. 66, səh, 393)

Həzrət Əli (ə)-dan nəql edilən başqa bir hədisdə ilahi mərifəti ən gözəl və aydın təbirlərlə bəyan olunmuşdur: “Allah-təala ağılları öz sifətlərinin (və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Və amma eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum da, etməmişdir. (Qürərul-hikəm)

11-Nə ağlın qüvvədən salınması və nə də “təşbih” (Allahı, Onun bəndəsinə oxşatmaq) düzgün deyildir

İlahi mərifətində ağlın qüvədən salınması olmadığı kimi, “təşbih” də, düzgün deyildir. Allahı, bəndələrinə oxşatmaq, bəndənin-məxluqatın sifətlərini Ona nisbət

səh:17

vermək doğru deyildir. Və eləcə də, Allahı tanıma yolunda insan ağlının tamamilə aciz və tətil olması da, qeyri-səhihdir. Bunların biri təfrit, digəri isə ifrata varmaq deməkdir.

səh:18

İkinci fəsil.

İlahi Peyğəmbərlərinin nübüvvəti

səh:19

Biz inanırıq ki, Allah-təala bəşəriyyətin hidayəti və insanları tələb olunmuş (nəzərdə tutulmuş) kamilliyə və əbədi səadətə yetirmək üçün peyğəmbərlər göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin hidayəti üçün göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetişməz, uca kamilliyə çatmaq hədəfilə yaradılan insan, azğınlıq yollarında sərgərdan olaraq, nəfsinin yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının insanı yaratmaqda olan məqsədinin, hədəfinin mənasız olması lazım gələrdi. Qur`ani-kərim buyurur: “(Allah) müjdə verən və qorxuzan peyğəmbərləri göndərdi ki, ondan sonra insanların Allaha qarşı dəlilləri olmasın. (Sədət yolunu insanlara göstərərək, onlar üçün bir üzr yeri qoymasın). Allah güclü və hikmət sahibidir!” Bizim etiqadımız budur ki, Peyğəmbərlərdən beş nəfəri “Ülul-Əzm” yəni şəriət-din sahibi və Allah tərəfindən verilmiş “müqədəs kitaba” malikdirlər. onların əvvəlincisi həzrət Nuh (ə), sonra İbrahim (ə), Musa (ə), İsa (ə) və sonuncusu isə həzrət Məhəmməd (s)-dir.

“Əhzab” surəsinin 7-ci ayəsində buyurulur: “Xatırla o zamanı ki, peyğəmbərlərdən əhdi-peyman aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musa və Məryəm oğlu İsadan əhdi-peyman aldıq!” Digər ayədə isə buyurulur: “Ulul-Əzm peyğəmbərlər kimi, səbirli və dözümlü olun!”

(Əhqaf, 35)

Biz inanırıq ki, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s) Ənbiyanın axırıncısı və ilahi peyğəmbərlərin sonuncusudur. Onun şəriəti bütün dünya üçündür və dünyanın sonuna qədər mövcud olacaq yeganə dindir. Yəni İslam təlimlərinin, hökmlərinin və İslam maarifinin hərtərəfli və universal olması, bir

səh:20

formada ki, dünyanın sonunadək bəşər övladlarının maddi və mənəvi cəhətlərdən olan bütün ehtiyaclarını təmin edəcək formada olması, bizə bu sözü söyləməyə haqq verir ki, İslam dini sonuncu din və İslam Peyğəmbəri (s) axırıncı peyğəmbərdir! Və o Həzrətdən sonra hər hansı bir kəsin etdiyi “peyğəmbərlik iddiası” puç və əsassızdır. Qur`ani-kərim buyurur: “Məhəmməd, siz kişilərdən heç birisinin atası deyildir. O, Allahın elçisi və peyğəmbərlərin axırıncısıdır. Və Allah hər bir şeydən xəbərdardır.” (Əhzab, 40)

13-Digər səmavi dinlərin ardıcılları ilə münasibət

Biz İslam dinini hazırkı zamanda Allahın yeganə həqiqi dini olaraq, qəbul edirik. Qur`anın əqidəsinə əsasən İslam dini Adlah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə biz, digər səmavi dinlərin ardıcılları ilə də, qarşılıqlı anlaşma, təfahumlə (istər İslam ölkələrinin daxilində, istərsə də, bu ölkələrdən qeyri yerlərdə) birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik (Lakin İslam və müsəlmanlarla mübarizəyə girişən digər dinlərin nümayəndələri istisna olunaraq buraya aid edilməməlidir). Qur`ani-kərim buyurur; “Allah sizi din “İslam” üstündə sizinlə vuruşmayan, və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.” (Muhəmməd, 8)

Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqətini və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. Və İslam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün

səh:21

şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız- hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır.

Elə bu səbəbdən də, İslam dinini insanlara məcbur etməklə yox, onun həqiqətini anlatmaqla qəbul etdirmək lazımdır! Qur`ani-kərimin Bəqərə surəsinin 256-cı ayəsində bu barədə belə buyurulur: “Dində heç bir məcburiyyət yoxdur. Doğru yol azğınlıqdan aydın şəkildə ayrılmışdır.”

Bizim əqidəmizə əsasən, müsəlmanların İslamın bütün əmrlərinə riayət etməsi İslam dininin dünyada tanınması üçün əlverişli amillərdən biridir. Deməli bir daha məcburiyyətə və təziqlərə ehtiyac yoxdur.

14-Ənbiya (ə) həyatları boyu məsumdurlar

Bizim əqidəmizə əsasən bütün Peyğəmbərlər məsumdurlar. Bu o deməkdir ki, onlar öz ömürləri boyu (istər peyğəmbər olmazdan əvvəl, istərsə də sonra) Allahın yardımı ilə xəta, günah və səhvdən uzaq olmuşlar. Əgər xalqı doğru yola çağıran bu insanlar, özləri də günah və xəta sahibləri olsaydılar, peyğəmbər üçün lazım olan etimadı (Allah və xalq tərəfindən) qazana bilməzdilər. Və xalq onları özləri ilə Allah arasında etimadlı bir vasitə saymaz, onları bütün əməllərində özlərinə nümunə seçməzdi.(1)

Elə buna görə də, diqqət etmək lazımdır ki, Qur`anın bəzi ayələrində müəyyən peyğəmbərlərə zahirdə bir sıra günahlar nisbət verilibdirsə də, günahın öz həqiqi

səh:22


1- [4] Günahkar və xalq arasında etimadı olmayan bir şəxsin Allah tərəfindən peyğəmbər seçilməsi qeyri-mümkündür.

mənasında deyil, başqa bir məna nəzərdə tutulmuşdur. Həqiqətdə bu ayələrdə, günah “tərki-ovla” mənasındadır. “Tərki-ovla” yaxşı və daha yaxşı (əməl, ibadət) iş arasında yol verilən səhvə deyilir. Yəni bu peyğəmbərlər bəzən daha yaxşı işi təxirə salaraq, əvəzində “yaxşı işi” əncam vermişlər. Onlar bu işi özləri üçün günah sayaraq ondan tövbə etmişlər. Bu da, bir növ onların uca əzəmətini, böyük şəxsiyyətini və Allah qarşısında həqiqi bəndə olduqlarını yetirir. Başqa bir ibarətlə desək; “Yaxşıların əncam verdiyi (yaxşı) işlər, Allaha daha yaxın olan gözəl insanlara nisbətən isə “günah” sayılır (həqiqətdə isə bu, günah deyildir). Çünki bu insanlara olan tələb və istək, (onların məqam və şəxsiyyətlərinə uyğun olaraq) daha üstündür.(1)

15- Peyğəmbərlər Allahın itaətkar bəndələridirlər

İlahi peyğəmbərlərin ən böyük iftixarı, onların Allah-təalaya itaətkar, müti bir bəndə olmalarıdır. Elə bu səbəbdən də, hər gün öz namazlarımızda İslam peyğəmbərinə xitab olaraq, belə söyləyirik: “Şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və elçisidir!”(2) Biz etidaq bəsləyirik ki, ilahi peyğəmbərlərdən heç biri Allahlıq iddiası etməmiş, peyğəmbərlərin heç biri xalqı onlara ibadət etməyə çağırmamışdır. Qur`ani-kərim buyurur: “Heç bir bəşər övladına layiq deyildir (ixtiyarı yoxdur) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verəndən sonra desin: “Allahın bəndələri deyil, mənim

səh:23


1- [5] Deməli Peyğəmbərlərə nisbət verilmiş günah öz həqiqi mənasında deyildir.
2- [6] Diqqət etmək lazımdır ki, Peyğəmbər (s.ə)-in bəndəlik məqamı elçilik məqamından əvvəl zikr olunmuşdur.

bəndələrim olun! (Mənə ibadət edin)” Halbuki, peyğəmbərlər Allahın kitabı Qur`andan öyrəndiyiniz və ondan oxuduğunuz kimi; “Yalnız Allaha pərəstiş edin!” deyirlər. (Ali-İmran, 79)

Hətta həzrət İsa (ə) da, heç vaxt insanları ona bəndə olmağa, ona pərəstiş etməyə çağırmamış, həmişə özünü Allahın məxluqu, bəndəsi və elçisi saymışdır. Nisa surəsinin 172-ci ayəsində buyurulur: “Əsla Məsih, Allahın bəndəsi olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər də, Allah bəndəsi olmaqdan imtina etmirlər.”

Hazırkı xristianlığın tarixinə nəzər salsaq, “Təslis-müqəddəs üçlük əqiqəsi”nin(1) birinci əsrdə mövcud olmadığını, sonradan uydurularaq meydana gəldiyini görərik.

16-Möcüzələr və elmi-qeybə olan agahlıq

Peyğəmbərlər Allahın bəndələri və Onun qullarıdır. Lakin onların Allaha bəndə olmaqları, “Allah-təalanın icazəsilə keçmişə, indi və gələcəyə aid olan bir sıra sirli (məxfi) işlərdən xəbərdar olmalarına mane deyildir (Allah sadiq bəndələrinə həmişə öz elmindən istədiyi qədər pay verir). Qur`ani-kərim buyurur: “Allah-təala qeybə agahlıq və öz qeybinin sirlərini seçilmiş (razı olduğu) peyğəmbərlərdən savayı heç kəsə açmaz.” (Cin, 26-27)

Həzrət Məsihin (İsa) möcüzələrindən biri də, insanlara qeybdən, gizli sirlərdən xəbər vermək idi. Ali-İmran surəsinin 49-cu ayəsində deyilir: “Allahın iznilə xalqı sizə

səh:24


1- [7] “Ata Allah-İsa (oğul allah) və Ruhul-Qüdüs”

nə yediyinizi və evlərinizdə nə saxladığınızı (qızıl əşyalarınızı) deyərəm.”

İslam Peyğəmbəri həzrət Məhəmməd (s) də, Allahın iznilə bir çox qeybi xəbərlərdən agah edirdi. Qur`ani-kərim ona müraciətlə buyurur: “Bunlar qeyb xəbərləridir ki, sənə vəhy etdik.” (Yusif, 102)

Sual: Gördüyünüz kimi, ilahi peyğəmbərlərin Allahın iznilə elmi-qeybdən agah olması və qeybi xəbərlər verməsi İslam dini tərəfindən qəbul olunmuşdur. Lakin Qur`ani-kərimin bəzi ayələri isə, zahirən bunun əksini söyləyir: “De ki, mən qeyb elmini bilməyirəm. Sizə mələk olduğumu da, söyləmirəm.” (Ənam, 50)

Cavab: Ayədə işarə olunan elmi-qeyb, Allahın icazəsi olmadan, Ona ehtiyac olmadan, müstəqil şəkildə qeyb aləmindən agah olmaqdır. Sözsüz ki, Allahın izni olmadan heç bir kəs müstəqil olaraq qeyb aləmindən agah ola bilməz. Çünki digər ayələrə müraciət etdikdə, yaradanın iznilə qeybdən xəbər verməyin mümkünlüyünə və Allahın icazəsilə qeybdən xəbər verən bir çox peyğəmbərlərə işarə olunduğunu görərik. Allahın iznilə əncam verilən möcüzələr və qeyb elmi, Ona olan bəndəliklə təzadlı deyildir. Və bu iş heç vaxt şirk sayılmayacaqdır. Həzrəti İsa (ə)-ın Allahın iznilə ölüləri diriltməsi, əlacı mümkün olmayan xəstələrə şəfa verməsi bir daha buna sübutdur. Qur`anda buyurulur: “İsa: Allahın iznilə anadangəlmə koru və alaca xəstəliyinə tutulmuşu sağaldaram. Onun iznilə ölünü dirildərəm. (Ali-İmran, 49)

səh:25

17-Peyğəmbərlərin şəfaəti

Bizim etiqadımıza əsasən, bütün ilahi peyğəmbərlər, məxsusən İslam Peyğəmbəri (s), şəfaət məqamına malikdir. Yəni Qiyamət günü bəzi günahkar insanların günahının Allah dərgahında və onun iznilə bağışlanacağına vasitəçi olacaqlar. Yunus surəsində buyurulur: “Heç kəs şəfaət edə bilməz, bu yalnız Allahın iznilə olar.” (55-ci ayə) Yaxud, Bəqərə surəsində buyurulur: “Kim Onun izni olmadan Onun yanında şəfaət edə bilər?!” (255-ci ayə)

Sual: “Qur`ani-kərimin bəzi ayələri şəfaəti mütləq şəkildə rədd edir. Məsələn; Bəqərə, 252: “Ey iman gətirənlər, alış-veriş, dostluq və şəfaət olmayan gün (Qiyamət günü) gəlib çatmamışkən, sizə ruzi olaraq verdiklərimizdən infaq edin.”

Cavab: Şəfaət Qur`anda sabit olunmuş və inkar olunmaz bir mövzudur. Və heç bir kəs onu inkar edə bilməz (Bəhsimizin əvvəlində bu ayələrə işarə olundu.) Lakin şəfaəti mütləq şəkildə rədd edən ayələrə gəldikdə isə;

1-Allahın icazəsi olmadan müstəqil olaraq hər hansı bir şəxsin etdiyi şəfaəti rədd etmək məqsədi daşıyır.

2-Şəfaətə layiq olmayan dəyərsiz insanları və bağışlanmaz pis əməl sahiblərinin barəsində olan şəfaəti rədd edir.

Şəfaət cəmiyyətin tərbiyə edilməsində, günahkar insanların doğru yola qayıtmasında və paklığa, haqqa doğru meyl edərək, bağışlanmağa ümidvar olmasında çox əhəmiyyətli bir amildir. Diqqət etmək lazımdır ki, şəfaət

səh:26

hesab-kitabsız bir iş olmayaraq, olduqca ölçülü-biçili bir məsələdir və yalnız şəfaət üçün layiqli insanlar şəfaət oluna bilərlər. Günah bataqlıqlarında boğulan, qərq olan şəxslər, şəfaət olunma hüququndan məhrumdurlar. Beləliklə, şəfaət günahkar insanlar üçün həm ümid, həm də, ciddi xəbərdarlıqdır. Günah sahibləri əncam verdikləri günahların bağışlanmasına ümidvar olmalı və eyni halda gələcək həyatlarında onları bir daha təkrar etməməyə çalışmalıdırlar.

18-Təvəssül

Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, “Allahın dostlarına-sevdiyi bəndələrə” (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş−yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qur`ani-kərim buyurur: “Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitən ilə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.” (Yusif, 97-98).

Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.” (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.” (Yusif, 98)

səh:27

Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.

Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qur`ani-kərim buyurur: “De ki; Allahın istədiyi (verdiyi-əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.” (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.

19-Bütün peyğəmbərlər Allaha doğru dəvət etmişlər

Bizim əqidəmizə əsasən, bütün ilahi peyğəmbərlər öz çağırışlarında vahid bir hədəfə, məqsədə qulluq etmişlər. Onların hədəfi, insanları Allaha və Qiyamət gününə olan inamla, ilahi dininin düzgün qavranılması və əxlaqi məsələlərin riayət olunması ilə əbədi səadətə yönəltmək idi. Elə bu səbəbdən də, bütün peyğəmbərlər biz müsəlmanlar üçün əziz və möhtərəmdir. Qur`ani-kərim bu əqidəni bizə öyrətmişdir: “Biz ilahi peyğəmbərlərin arasında heç bir ayrı-seçkilik (fərq) qoymuruq.” (Bəqərə, 285)

səh:28

Lakin dövran keçdikcə, zaman ötdükcə, insan elm və maddi imkanlar cəhətindən inkişaf edərək, daha üstün və dərin mənalı təlimləri qavramaq qabiliyyətinə malik oldu. Allah-təala da, öz sonuncu və ən kamil dini olan İslamı insanlara bəxş etdi. Qur`ani-kərimin Maidə surəsinin 3-cü ayəsində buyurulur: “Bu gün sizin dininizi kamil etdim, və nemətimi sizə tamamladım, və İslam dinini sizin üçün əbədi din seçdim!”

20-Keçmiş peyğəmbərlərin gələcəkdən verdiyi xəbərlər

Bir çox peyğəmbərlər özlərindən sonra gələcək peyğəmbərlərin barəsində xəbər vermiş və onların nişanələrini bəyan etmişlər. həzrət Musa (ə) və Həzrəti İsa (ə) da, Məhəmməd Peyğəmbərin (s) gələcəyi barəsində xəbərlar vermiş və onun nişanələrini, bəyan etmişlər. Bu xəbərlərdən bəzisi indi də, məsihilərin və yəhudilərin müqəddəs kitablarında (bibliyada) mövcuddur. Qur`ani-kərim buyurur: “Onlar ki, Tövrat və İncildə (barəsində) nişanələri yazılmış “dərs oxumayan Peyğəmbərə” tabe olurlar, səadətə çatan insanlardır.” (Əraf, 157)

Tarix kitablarında bu barədə belə yazılmışdır: “İslam Peyğəmbəri (s) peyğəmbərliyə yetişməzdən əvvəl, yəhudilərdən ibarət böyük bir dəstə Mədinə şəhərinə gəldilər. Onlar səbirsizliklə Məhəmməd adlı bir peyğəmbərin olacağını və onun dəvətini gözləyirdilər. Çünki öz müqəddəs kitablarında Məhəmmədin (s) məhz bu yerlərdə olacağını oxumuşdular. Lakin Məhəmməd Peyğəmbərin (s) dəvətindən sonra onlardan bir dəstə iman gətirdi, digərləri isə öz dinini şəxsi mənafelərinə qurban verərək, onunla müxalifətə çıxdılar.”

səh:29

21-Peyğəmbərlər

Bizim etiqadımız budur ki, peyğəmbərlərə nazil olan ilahi dinləri (məxsusən İslam dini) yalnız insanların şəxsi yaşayışlarında və həyatlarının islahında deyil, bütün ictimai məsələlərin həllinə yol açmışdır. Hətta ilahi dinlər insanların gündəlik həyatlarında lazım olan elmi bəhslərə də, toxunmuş, onları bu sahədən təmin etmişdir. Onların bəzisinə Qur`ani-kərim işarə etmişdir. İlahi peyğəmbərlərin ən mühüm hədəflərindən biri də, cəmiyyətdə ədalətin bərqərar olunması məsələsi olmuşdur. Qur`ani-kərim buyurur: “Biz öz peyğəmbərimizi aydın dəlillərlə göndərdik. Və onlara kitab və tərəzi (ədalətli qanunlar, haqqı-nahaqdan ayırmaq vasitəsi) də, göndərdik ki, insanlar ədalətlə iş görsünlər.” (Hədid, 25)

22-Tayfa və irqi ayrı-seçkiliklərin rədd edilməsi

Biz inanırıq ki, ilahi peyğəmbərlər və məxsusən İslam Peyğəmbəri (s) irqi ayrı-seçkiliyin dəyərsiz olduğunu söyləyərək onu rədd edibdir. Həqiqətdə, bütün dünya xalqlarının sahib olduqları müxtəlif tayfalar və yer üzərində yaşayan cür bəcür millətlərin irqi mənsubiyyətləri və ya dilləri onların nəzərində fərqsiz olaraq bir olubdur. Qur`ani-kərim bütün insanlara xitabən buyurur: “Ey insanlar, şübhəsiz biz sizi bir kişi və bir qadından yaratdıq. Və sizi tayfalar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız. (Lakin bütün bunlar bir-birinizdən üstünlük səbəbi deyildir.) Şübhəsiz Allah yanında ən əziz və hörmətliniz çox təqvalı olanınızdır.” (Hucurat, 13)

səh:30

İslam Peyğəmbərinin (s) məşhur bir hədisinə müraciət edək: “Həcc mərasimi zamanı Mina çölündə dəvəyə savar olan həzrət Məhəmməd (s) buyurdu: “Ey camaat, bilin ki, sizin Allahınız bir və ata-ananız da, birdir. Ərəbin qeyri-ərəbə üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbə üstün deyildir. Qaradərili sarı dəriliyə üstün deyildir. Fəqət üstünlük təqva ilədir! Mən Allahın əmrini sizə söylədimmi?” hamı cavab verdi: “Bəli!” Peyğəmbər buyurdu: “Bu sözləri eşidənlər, eşitməyənlərə yetirsinlər.” (Təfsiri Qurtubi, c. 9, səh. 61-62)

23-İslam və fitrət

Biz inanırıq ki, Allahın varlığına və birliyinə olan etiqad (Tövhid) bütün insanların fitrətində (yaranan gündən ölənədək) yerləşir. İlahi Peyğəmbərlər isə ruhumuzda olan fitrət çeşmələrinin sərçeşməsini hər gün maneədən təmizləyərək, vəhy təlimlərilə saflaşdırır. Qur`ani-kərimin Rum surəsinin 3-cu ayəsində buyurulur: “Üzünü pak dinə sarı tut. Elə bir fitrət ki, Allah hamını o fitrətdə yaradıbdır. Və Allahın bu yaradılışında dəyişmə yoxdur! (Bu fitrət hamı üçün sabitdir.) Pak və davamlı din budur. Lakin insanların çoxu bilməyirlər.”

Elə bu fitrətin nəticəsidir ki, tarix boyu din həmişə insanların arasında mövcud olmuşdur. Məşhur tarixçilərin fikrincə dinsizlik tarix boyu ancaq çox nadir hallarda olubdur. Hətta uzun illər din əleyhinə ən güclü təbliğatların aparıldığı yerlərdə belə, azadlıq bayrağı ucalandan sonra, Allaha doğru qayıdış və inam yenidən başlamışdır. Amma inkar ediləsi deyildir ki, mədəniyyətin aşağı olduğu keçmiş tayfaların arasında, bu fitrət müxtəlif xurafatlarla da, birgə olmuşdur. İlahi səh:31

peyğəmbərlərin öz vəzifələrində əsas rolu da, elə bu xurafatları aradan aparmaq, yox etmək olmuşdur.

səh:32

Üçüncü fəsil-Qur`an və səmavi kitablar

24-Səmavi kitabların nazil olmasının fəlsəfəsi

Biz inanırıq ki, Allah-təala bəşər övladlarını doğru yola hidayət etmək üçün ilahi peyğəmbərlərin vasitəsilə müqəddəs kitablar göndərmişdir. İbrahim və Nuh peyğəmbərin (ə) “Sühufu”(1), Musanın Tövratı, İsa (ə)-ın İncili, həmçinin daha kamil və hərtərəfli təlimlərə malik olan Qur`anı göndərmişdir.(2)

Əgər Allah-təala öz peyğəmbərləri ilə bu müqəddəs kitabları göndərməsəydi, İnsan Allahını tanımaqda və ona ibadət yolunda çoxlu çətinliklərə və xətalara düçar olardı. Uca yaradanın ona bu kitablar vasitəsilə bəxş etdiyi təqva, əxlaq, tərbiyə və ictimai qanunlardan məhrum olardı.

Allah-təalanın göndərdiyi bu müqəddəs kitablar rəhmət yağışı tək susuz qəlblərə yağaraq, onları çiçəkləndirdi. İlahi təqva, əxlaq, tanrı mərifəti, elm və hikmət nuru ilə qaranlıq və ölü qəlbləri, gülüstana çevirdi. Qur`ani-kərim buyurur: “Peyğəmbər Rəbbi tərəfindən nazil olana inanır və bütün möminlər Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inanırlar.” (Bəqərə, 285)

Təəssüflər olsun ki, zaman keçdikcə bir çox cahil və nadan adamların, öz maddi mənfəətlərini düşünən bəzi iki

səh:33


1- [8] Sühuf-səhifələr
2- [9] Davudun (ə) Zəburu

üzlü din nümayəndələrinin vasitəsilə bu müqəddəs kitablar əsaslı surətdə təhrifə uğramışdır. Lakin Qur`ani-kərim (qarşıda söyləniləcək dəlillərə əsasən) heç bir təhrifə uğramayaraq, öz həqiqət nuru ilə hər bir əsrdə və məkanda olan insanlara doğru yol göstərmişdir. Müqəddəs kitabımızın Maidə surəsinin 15-16-cı ayələrində oxuyuruq: “Allah tərəfindən nur və aydın (aşkar dəlillərə malik) bir kitab sizə nazil olmuşdur ki, Allah onun vasitəsilə Onun rizasının dalınca olanları salamat (və səadətli) yollara hidayət edə. Öz əmrilə onları qaranlıqdan işıqlığa çıxara və onları doğru yola yönəldə!”

25-Qur`an Həzrət Məhəmməd (s.ə)-in ən böyük möcüzəsidir

Qur`an İslam Peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir. Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi, axığı olması və yetiriciliyi cəhətindən deyil, həqiqətdə müxtəlif cəhətlərdən Qur`ani-kərim möcüzə sayılır (Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).

Maraqlıdır ki, heç kəs, Qur`an kimi bir kitab yarada bilməmişdir. Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır. 14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Qur`an kimi bir kitab yaratmağa qadir deyildirlər. halbuki, Qur`an 14 əsrə yaxındır ki, bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır. İsra surəsi, 88-ci ayədə buyurulur: “De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Qur`anın tayını (mislini) gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.” Yaxud başqa bir ayədə buyurulur:

səh:34

“Öz bəndəmizə nazil etdiyimiz Qur`ana şübhə edirsinizsə, siz də buna bənzər bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan sahiblərinizi də, çağırın!” (Bəqərə, 23)

Biz etiqadlıyıq ki, Qur`ani-kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə, bəşərin istedadı yüksəldikcə Qur`ani-kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır. İmam Sadiq (ə) buyurur: “Allah-təala Qur`anı yalnız müəyyən bir qrup (dəstə) və xüsusi bir zaman üçün göndərməmişdir. Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin) yanında qiyamət gününədək daha da, təravətlidir!” (“Biharül-ənvar”, c. 2, s. 280, hədis 44)

26-Qur`an təhrif olunmamışdır

Bütün dünya müsəlmanları fəqət bir Qur`ana inanırlar. (Başqa təhrif olunmuş səmavi kitabların əksinə olaraq, Qur`an bir vahid nüsxədir. İkinci “Qur`an” mövcud deyildir) onların inandığı bu Qur`ani-kərim İslam peyğəmbərinə nazil olan həmin “Qur`an”ın özü və eynidir. Qur`andan heç bir kəlmə azalmamış və ona heç bir kəlmə və ya cümlə və s. artırılmamışdır. Qur`anın nazil olduğu ilk günlərdən başlamış, onun tamamlanan gününədək müsəlmanlardan böyük bir qrupu onu yazmağa məşğul idilər. Müsəlmanların ən mühüm vəzifələrindən biri də Qur`an ayələrini gecə və gündüz oxumaqdan ibarət idi. Bundan əlavə onlar öz gündəlik namazlarında da, Qur`anı təkrar edərək, oxuyurdular. Müsəlmanların böyük bir dəstəsi Qur`an əzbərləməyə məşğul idilər. Belə ki, Qur`anı əzbər bilən şəxslər və onu gözəl oxumağı bacaranlar həmişə böyük hörmətə malik oldular. Və bu, indi də belədir. Bütün bunlar və mövcud

səh:35

olan digər cəhətlər səbəb oldu ki, Qur`anda hətta azacıq da olsun təhrifə yol verilməsin. Bunlardan əlavə, Allah-təala Qur`anın toxunulmazlığını qiyamət gününədək təmin etmişdir. Belə ki, bu vədəyə əsasən Qur`anda heç bir təhrif ola bilməz. Hicr surəsi 9-cu ayə: “Biz Qur`anı nazil etdik və biz də onun qoruyucusuyuq!”

Bütün İslam alimləri və tədqiqatçıları) istər şiə, istərsə də sünni) Qur`anda heç bir təhrifin olmadığına inanırlar. Lakin təkcə çox az bir dəstə, hər iki qrup (şiə və sünni) dan Qur`anda təhrifə etiqadlıdırlar. Onlar bir sıra hədisləri bu barədə şahid sayaraq, bu nəticəyə gəlmişlər. Lakin şiə və sünni qruplarının rəhbərləri, alim və görkəmli şəxsiyyətləri Qur`anda heç bir təhrifin olmadığına təkid edərək, müxaliflərin şahid gətirdikləri hədisləri əsassız sayırlar. Çünki bu hədislər “cə`li”-“qurama-saxta” hədislərdir və heç bir əsasa malik deyildir. Bu hədislərin bəzisi alimlərin qəti əqidəsinə əsasən “mənəvi təhrifi” Qur`anda mümkün sayır (“Mənəvi-təhrif” Qur`an ayələrinin düzgün olmayan şərhinə və təfsirinə deyilir. Və Qur`anın özünə aid deyildir.) Bəzi dar düşüncəli insanlar (bütün şiə və sünni alimlərinin əksinə olaraq) Qur`anda təhrifin olmasına olan inamları ilə, bu böyük səmavi kitabı təhqir etmiş olur və bir növ Allah düşmənlərinə xidmət edirlər.

Əslində Qur`an ayələrinin toplanması tarixinə nəzər saldıqda Qur`anın təhrifin olmamağına bir daha əmin ola bilərik. Tarix şəhadət verir ki, müsəlmanların, Qur`anı yazmağa, əzbərləməyə, oxumağa onu qoruyub saxlamağa olan qeyri-adi həvəsləri və məxsusən vəhy nazil olan əvvəl gündən xüsusi katiblərin onu diqqət ilə yazması təhrifin qeyri-mümkünlüyünü yetirir.

Onu da qeyd etmək lazımdır ki, biz müsəlmanların müqəddəs kitabı olan Qur`an bir dənədir. Onunla ixtilaflı

səh:36

və fərqli olan ikinci “Qur`an) yoxdur! Bu barədə tədqiq etmək niyyətində olan hər bir kəsə bu həqiqət gün kimi aydındır. Çünki bizim hamımızın evində, məscidlərdə, ümumi kitabxanalarda, hətta qədim Qur`an nüsxələrində (muzeylərdə) mövcud olan Qur`anlar heç bir ixtilafa malik deyildir! Qur`an buyurur: “Müxtəlif sözləri eşidib, onların ən gözəlini seçən bəndələrimə müjdə ver!” (Zümər, 18)

Bizim elmi-hövzələrimizdə (tədris mərkəzi), Qur`an elmləri geniş və hərtərəfli surətdə tədris edilir. Bu bölmədə ən əhəmiyyətli dərslərdən biri də, Qur`anda təhrifin olmamağıdır!

27-Qur`an və insanların maddi-mənəvi ehtiyacları

Biz inanırıq ki, insanın öz həyatı boyu ehtiyaclı olduğu maddi və mənəvi istəklərinin həlli və bu yolda lazım olan əsillər, qayda-qanunlar Qur`ani-kərimdə zikr olunmuşdur. Cəmiyyətin idarə olunması, müsəlmanlar ilə başqa cəmiyyətlərin rabitəsi, qarşılıqlı anlaşma, müharibə, sülh, iqtisadi məsələlər, məhkəmə və s. bu kimi lazım olan qayda-qanunlar, ümumi formada (şəkildə) Qur`anda bəyan olunmuşdur. Qur`ani-kərim bu barədə buyurur: “Və biz hər şeyi açıqlayan (bəyan edən) və müsəlmanlara hidayət, rəhmət və bəşarət olan Qur`anı sənə nazil etmişik!” (Nəhl, 89) İslam dini müsəlmanları öz dini-mənəvi dəyərlərini qorumağa çağırır və müsəlman cəmiyyətinin bir surətdə tərbiyə olunmasını istəyir ki, istənilən mövqeydə ədalətli olaraq, daim ədaləti icra etsinlər. Qur`an hətta dost və düşmənə də eyni dərəcədə ədalətli olmağı tapşırır. Nisa surəsinin 135-ci ayəsində buyurulur: “Ey iman gətirənlər, kamilən ədalətli olun, hətta sizin ata-ananızın, qohumlarınızın, (istər varlı

səh:37

olsunlar, istər yoxsul) zərərinə də belə olsa (ədalətli olun) və Allah üçün şahidlik edin!” Yaxud; Maidə surəsinin 8-ci ayəsində belə əmr olunur: “Ey iman gətirənlər... başqa bir tayfa ilə düşmənçilik sizi ədalətsiz olmağa və günaha məcbur etməsin! Ədalətli olun ki, bu, təqvaya daha yaxındır!”

28-Qur`an oxumaq, onda təfəkkür etmək və onun əmrlərinə əməl etmək

Qur`an oxumaq ən üstün ibadətlərdən biridir. Çox az ibadətlər onun misli ola bilər. Çünki Qur`an oxumaq, onun ayələrində təfəkkür etmək gözəl və saleh əməllərin sərçeşməsi və səbəbidir. Qur`ani-kərim İslam Peyğəmbər (s.ə)-ə müraciətlə buyurur: “Gecə durub oyaq qal, bir azından başqa. Yarısını (oyaq ol) ya da, yarısından da azını (oyaq ol) və yaxud yarısına bir az artıq və Qur`anı aydın oxu!” (Müzzəmmil, 2)

Başqa bir ayədə müsəlmanlara xitab olunaraq, deyilir: “Hər nə qədər bacarırsınızsa Qur`an oxuyun! (Müzzəmmil, 20)

Söylənildiyi kimi, onun ayələrində təfəkkür edərək, onu anlayaraq oxumaq lazımdır. Bu anlayış və təfəkkürün özü də onun əmrlərinə, göstərişlərinə əməl etməyə səbəb olmalıdır. Qur`ani-kərimdə oxuyuruq:

“Qur`anın ayələrində (haqqında) fikirləşmirlər (düşünmürlər), ya ürəkləri qıfıllanıbdır!” (Məhəmməd, 24) Yaxud; “Və biz bu Qur`anı asanlaşdırdıq ki, ondan öyüd alsınlar, heç öyüd alan (əməl edən) varmı?!” (Qəmər, 17) və ya Ənam surəsinin 155-ci ayəsində buyurulur: “Bu, bərəkətlə dolu bir kitabdır ki, (sənə) nazil etdik, belə isə ona itaət edin!”

səh:38

Beləliklə, yalnız Qur`anı oxuyaraq, onu əzbərləməyə adət edən şəxslər, əgər onun ayələrində fikirləşib, bu müqəddəs kitabın göstərişlərinə əməl etmişsə, əslində uduzmuşdur. Çünki bu şəxslər üç əsas əmrin (oxumaq, düşünmək və əməl etmək) yalnız birini yerinə yetirmiş olurlar.

29-Azdırıcı bəhslər

Uzun illər, müsəlmanların Qur`an ayələri barəsində fikirləşərək, ondan ibrət almaq istəklərinin qarşısını almaq üçün, bəzi dinsiz və anlamaz insanlar bir sıra azdırıcı bəhsləri ortaya atmışlar. Məsələn; bəni-Üməyyə və bəni-Abbas hakimiyyəti dövründə Qur`an ayələrinin “qədim yaxud hadis”(1) olması(2) bəhsi meydana atılmışdı. Beləliklə də, müxtəlif müsəlman qrupları bir-birlərinin canına düşərək, nahaq qanlar axıtdılar. Lakin hazırkı dövrdə biz bu bəhslərin nə qədər lazımsız, dəyərsiz və utandırıcı olduğunu görürük. (Çünki əgər, Qur`an ayələrindən məqsəd onun yazılışıdırsa, məlumdur ki, bu sonradan meydana gələrək, yaranmışdır. Amma, əgər Qur`an ayələrindən məqsəd Allahın elmidirsə, məlumdur ki, Allahın elmi Onun pak zatının eynidir. Və onun pak zatıdır ki, o da qədimdir.) Peyğəmbərin və onun pak Əhli-beytinin (ə) düşmənləri olan bu zalım xəlifələr müsəlmanları belə azdırıcı bəhslərin vasitəsilə əsir edərək, onları istismar edirdilər. Müasir zamanda da müsəlmanlar arasında ixtilaf salmaq istəyən bəzi xarici qüvvələrin niyyətlərindən agah olmaq lazımdır.

səh:39


1- [10] Hadis−qədim, əzəli, sonradan yaranan
2- [11] Fəlsəfi bir bəhsdir

30-Qur`an təfsirinin qayda-qanunları

Qur`an ayələrini, kəlmələrini tərcümə edərkən, onları düşünərkən, ayə və kəlmələrin zahiri mənasını əsas tutmaq lazımdır. Belə ki, onların lüğəvi və ürfi mənaları nəzərdə tutulmalıdır. Lakin əgər, ayələrin tərkibində və ya onların xaricdə aşkar nişanələr mövcuddursa, ağlın hökm etdiyi, yaxud müxtəlif rəvayət və hədislərdən ələ gələn istisnalar vardırsa, (məcaz, təşbeh və s.) digər qeyri-zahiri mənalar nəzərə alınmalıdır. Bununla belə diqqət etmək lazımdır ki, söylənilən nişanələr güman, zənn üzündən yox, tutarlı dəlilə əsaslanmalıdır.

Məsələn, Qur`ani-kərimdə oxuyuruq: “Hər kəs bu dünyada kordursa, Axirət (qiyamət) günü də, kor və azğın olacaqdır!” (İsra, 72)

Bizim ağlımızın və aşkar nişanələrin hökmünə əsasən, ayədə söylənilən “kor” kəlməsindən məqsəd, gözü kor və görmək qabiliyyətinə malik olmayan insanlar yox, qəlbi, ağlı və bəsirət gözü kor olanlardır. Haqqı görüb qəbul etməyən, yaxud əsrarəngiz təbiətin, Qur`anın, İlahi peyğəmbərlərinin gün kimi aydın dəlillərini görməyən şəxslərdir.

Həmçinin, Qur`anda İslam dünmənlərinin barəsində deyilir: “Onlar kar, lal və kordurlar. Elə bu səbəbdən də heç bir şeyi anlamazlar!” (Bəqərə, 171) Məlumdur ki, onlar zahiri cəhətdən kar, lal və kor deyildilər. Onlar qəlbən və öz batini xüsusiyyətləri cəhətindən həqiqəti görmür, eşitmir və söyləmirdilər. Deməli, əgər Qur`anda Allah haqqında belə buyurulursa: “Allahın əlləri açıqdır! (hər iki əli)” Yaxud: “Ey Nuh, bizim gözümüzün önündə gəmi düzəlt!” (Maidə, 64, Hud, 37) Bu o demək deyildir ki, Allah ələ-qola və gözə malikdir! Çünki əvvəlki bəhslərdə söylədiyimiz kimi bütün bunlar cismin xüsusiyyətləridir. Müxtəlif hissələrə malik olan cisim isə

səh:40

öz hissələrinə ehtiyaclı olaraq, nəhayət faniliyə doğru yuvarlanacaqdır. Allah-təala isə bütün bu xüsusiyyətlərdən uca və pakdır. “Əllərdən” məqsəd Allahın qüdrəti və gücüdür. Bütün dünya onun iradəsinə bağlı olaraq, sonsuz qüdrətinə baş əyir. “Gözlər”dən məqsəd isə Allahın elmi və məlumatıdır. O, hər bir şeyə alimdir və hər şeyi görür!

Biz Qur`an barəsində əqli və nəqli nişanələrlə hökm edirik. Çünki dünyanın bütün bacarıqlı natiqləri də, bu növ nişanələrə etiqadlı olaraq, onlardan öz nitqlərində geniş şəkildə istifadə edirlər. Ərəb dilində də belədir. Qur`ani-kərim də belə nişanələrdən istifadə olunmasını bəyənərək, təsdiqləyir: “Biz heç bir peyğəmbəri öz tayfasının dilindən başqa dildə göndərmədik ki, Allahın çağırışını onlara çatdırsınlar!” (İbrahim, 4) (Bir daha yadınıza salaq ki, bu nişanələr qəti, köklü dəlillərə əsaslanmalıdır!)

31-Şəxsi əqidəyə əsaslanaraq Qur`anı şərh etməyin xətərləri

Şəxsi əqidəyə və meylə uyğun olaraq Qur`an ayələrini şərh etmək, ən xətərli bir iş və böyük günah sayılır. Belə əməlin sahibi Allah dərgahından uzaq düşmüş olur. Hədislərin birində buyurulur: “Hər kəs mənim sözlərimi öz meylinə (və nəfsinin tələbinə) uyğun olaraq şərh edə, mənə iman gətirməmişdir! (Mənə inanmamışdır)” (Vəsail, c. 18, s. 28, hədis-22) Şübhəsiz, Allaha həqiqi inamı olan hər bir kəs Qur`anı öz istədiyi kimi yox, olduğu kimi şərh etməlidir.

Məşhur kitabların bir çoxunda (Səhihi Termizi; Nisai; Əbi Davud...) Peyğəmbər (s.ə)-dən belə bir hədis nəql olunur; “Qur`anı öz meyli ilə, istədiyi kimi şərh edən

səh:41

(bilmədiyi sözü onun barəsində söyləyən) kəs, cəhənnəmdə yerləşən öz yeri üçün hazırlaşsın!”(1)

Qur`anı “şəxsi meyilə şərh etmək” budur ki, insan onun ayələrini heç bir dəlil-sübut və nişanə olmadan, könlünün istəyinə uyğun olaraq, yaxud kiminsə əqidəsinə əsasən şərh edə. Belə bir insan, həqiqətdə Qur`ana tabe deyildir. Daha doğrusu, Qur`anı öz istək və xəyallarına tabe etmək istəyir. Qur`ana inanan hər bir şəxs isə bu işi etməz!

Hər kəs öz rəyinə (dəlil-sübut olmadan) əsasən Qur`anı şərh etsə, Qur`an öz etibarını itirməli olacaqdır. Çünki hər bir şəxsin şərhi, ona, yeni bir xurafat, yeni bir inhiraf əlavə edəcəkdir. Deməli, Qur`anı şəxsi rəylə, istəklə təfsir etmək, yəni lüğət elminin, ərəb ədəbiyyatı və qrammatikasının əksinə olaraq, onu puç və əsassız xəyallarla, hər hansı bir şəxsin və ya bir dəstənin mənafelərinə uyğun olaraq şərh etməkdən ibarətdir.

Şəxsi rəylə olan şərhlərdən biri də, Qur`anın bəzi ayələrini ( o ayələr ki, şəxsin özünün əqidəsinə uyğundur) seçib qəbul etmək, lakin öz əqidə və xəyallarına uyğun olmayan digər ayələri isə kənara qoymaqdır.

Əziz oxucu, nəhayət məlum oldu ki, Qur`ana məxsus olan əqli və nəqli nişanələrdən üz çevirərək, onu fəqəd zahiri mənada qəbul etmək səhv bir əməl olduğu kimi, onu şəxsi rəylə şərh etmək də, olduqca qorxulu və günah bir işdir!

səh:42


1- [12] “Məbahisin fi ulumil-Qur`an” kitabı, müəllif; Mənnaul Xəlil Əl-Qəttan, səh. 304

32-Allahın kitabından nəşət tutan sünnə (rəftar-əməl-buyuruq)

Biz inanırıq ki, heç bir müsəlman yalnız Qur`ani-kərimlə kifayətlənə bilməz və “Yalnız Qur`an bizə bəsdir!”−deyə iddia edə bilməz! Çünki müxtəlif hədislər və Peyğəmbərin (s) sünnəsi (rəftar, əməl və buyuruqları) Qur`anın şərhində, ilahi həqiqətlərin bəyan olunmasında, nasix-mənsux(1) ümumi və xüsusi ayələri anlamaqda, üsulidd-in furuid-dinin təlimatlarında bizə ən əsaslı, ən gözəl yardımçıdır. Yalnız Qur`anla kifayətlənib müqəddəs hədisləri kənara qoyan şəxslərin nəzərinə çatdırmaq lazımdır ki, Qur`an ayələrinin özü Peyğəmbərin (s) rəftarını, əməlini və buyurduqlarını bütün müsəlmanlara vacib, və etibarlı sayır. Həşr surəsinin 7-ci ayəsində belə əmr olunur: “Peyğəmbər (s.ə) sizə hər nə verirsə (əmr edirsə) alın (əməl edin) və hər nədən uzaq olmanızı əmr edirsə uzaq olun!” Yaxud; Əhzab surəsinin 36-cı ayəsində buyurulur: “Heç bir mömin kişinin və qadının haqqı yoxdur ki, Allah və Peyğəmbərinin (s) hökm etdiyi bir işdə ixtiyar sahibi olsunlar! Hər kəs Allahın və Peyğəmbərinin (s) hökmündən boyun qaçırsa, aşkar azğınlığa düşmüşdür!”

Göründüyü kimi Peyğəmbərin (s) sünnəsinə (rəftar-əməl-buyuruq) etinasız olan müsəlmanlar, həqiqətdə Qur`ana etinasızlıq etmişlər. Aydındır ki, Peyğəmbərin (s) sünnəsi də, etibarlı mənbələrə əsaslanmalıdır. Peyğəmbərin (s) sünnəsi adlanan hər bir hədisi və rəvayəti qəbul etmək olmaz! Həzrət Əli (ə) öz çıxışlarından birində buyurur: “Peyğəmbər (s.ə) hələ sağ

səh:43


1- [13] Nasix-əvvəl gələn əmr (ayə) Mərsux-sonra nazil olaraq, onu qüvvədən salan hökm (ayə)

olarkən, onun adından çoxlu yalanlar uydurdular. İş o yerə yetişdi ki, Həzrət Məhəmməd (s.ə) ayağa qalxaraq (dözməyərək) belə bir xütbə oxudu: “Hər kəs bilərəkdən mənə yalan uydursa, mənim adımdan yalan hədis quraşdıra, özünün (cəhənnəmdə olan) odlu məkanına hazırlaşsın!” (“Nəhcul-bəlağə”, xütbə 210).(1)

33-Əhli-beyt imamlarının (ə) sünnəsi

Əhli-beyt (ə)-ın hədisləri də, Peyğəmbər (s.ə)-in əmrinə əsasən mötəbərdir. Bu hədislərə etiqad və onlardan itaət etmək vacibdir. Çünki;

1-Ən tanınmış (mütəvatir) bir hədisdə (ki, əhli sünnət və Şiə alimləri tərəfindən təsdiq edilərək, nəql olunmuş və Səhihi-Termizidə də gəlmişdir) buyurulur; “Ey camaat! Mən özümdən sonra sizin aranızda iki əmanət qoyuram! Əgər onlara üz gətirsəniz, onlardan kömək istəsəniz, heç vaxt azğınlığa düçar olmayacaqsınız! Biri Allahın kitabı (Qur`an), o biri də, mənim itrətim yəni Əhli-Beytimdir!”

2-Əhli-beyt imamları (ə) özlərinin söylədikləri bütün hədisləri Peyğəmbər (s.ə)-dən nəql edirlər. Və buyururlar ki, biz nə söyləyiriksə hamısı, atalarımızın (ə) babamız Peyğəmbər (s.ə)-dən bizə çatdırdıqlarıdır.

Bəli, İslam Peyğəmbəri (s) müsəlmanların gələcəyini qabaqcadan görmüş və onların üzləşəcəyi çətinlikləri (qiyamət gününədək) Qur`an və Əhli-beyt (ə)-in vasitəsilə həll etmək tövsiyəsi vermişdir. Sizcə, biz bu qədər tanınmış, hamı tərəfindən təsdiqlənmiş, (təvatur həddində olan), ən etibarlı sənədlərə malik olan bir hədisi

səh:44


1- [14] Buna oxşar hədis “Səhih-Buxari”də də gəlmişdir, c. 1, s. 38 (babi ismu mən kəzibə ələn-Nəbi)

qəbul etməməyə və kənara qoymağa haqlıyıqmı? Əgər biz bu məsələyə diqqətlə yanaşsaydıq müsəlmanların üzləşdiyi bir çox çətinliklər (əqidəvi məsələlərdə, təfsirdə və fiqhi məsələlərdə) asanlıqla həll olunmuş olardı!

səh:45

Dördüncü fəsil-Qiyamət günü və ölümdən sonrakı həyat

34-Məadsız həyat mənasızdır

(1)

Biz inanırıq ki, dünyasını dəyişən bütün insanlar bir gün (Qiyamət günü), yenidən Allahın əmrilə diriləcəklər. Və o gündə, onların əməllərinə baxılaraq, yaxşı və saleh əməl sahiblərini əbədi olaraq behiştə, pis əməl sahiblərini isə cəhənnəmə daxil edəcəklər. Qur`ani-kərim buyurur: “Allahdan başqa tanrı yoxdur. Şübhəsiz baş verəcəyində heç bir şəkk olmayan Qiyamət günündə sizin hamınızı bir yenə yığacaqdır.” (Nisa, 87) Yaxud Naziat surəsi 37-41 ayələrdə deyilir: “Tuğyan edən və bu dünya həyatını üstün tutanın yeri (yəqin bil) cəhənnəmdir. Lakin Rəbbinin əzəmətindən qorxub nəfsini (öz pis) istəyindən qoruyanın yeri (yəqin bil) behiştdədir!”

Bu dünya bir körpüyə bənzəyir ki, bütün insanlar ondan keçərək, axirət dünyasına qədəm qoymalıdırlar. Başqa bir ibarət ilə desək, bu dünya bir ticarət mərkəzinə (bazara), yaxud əkin yerinə oxşayır ki, onun mənfəətləri Qiyamət günü ələ gəlir, (bu dünyada əkdiklərini o dünyada biçirsən). Əli (ə) buyurur:

“Dünya, onunla sədaqətlə (düzgün şəkildə) rəftar edən kəslər üçün doğruluq və düzgünlük məkanıdır. Ondan azuqə götürənlər üçün ehtiyacsızlıq sarayıdır. Ondan ibrət alanlar üçün agahlıq və ayıqlıq məkanıdır! Dünya Allahın

səh:46


1- [15] Ölümdən sonra baş verənlər−Qiyamət günü

dostlarının məscididir! Dünya mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu yer, həqq sevərlərin ticarət məkanıdır! Yalnız bu dünyada əncam verilən saleh əməllərin vasitəsilə behişti qazanmaq mümkündür!” (“Nəhcul-bəlağə”−qısa kəlamlar, 131)

35-Məadın sübut və dəlilləri gün tək aydındır

Məadın dəlilləri hər bir kəsə gün tək aydındır. Çünki;

1-Bu dünyanın həyatı insan yaranışının son hədəfi ola bilməz! Necə ola bilər ki, bu dünyanın məhdud, bir neçə günlük müxtəlif əziyyətlər, çətinliklərlə dolu həyatını başa vuran insan yoxluğa-heçliyə doğru yuvarlana? İnsan həyatının bu qədər bihudə və mənasız olması, Allahın insanı belə bir dəyərsiz hədəflə yaratması, ağıla uyğun olan fikir deyildir.

Qur`ani-kərim bu barədə belə buyurur: “Belə güman edirsiniz (sanırsınız) ki, sizi boş yerə, bihudə yaratmışıq və Bizə tərəf qaytarılmayacaqsınız?!” Ayədən göründüyü kimi məlum olur ki, əgər qiyamət günü−məad olmasaydı yaşadığımız dünyanın yaranışı, həyatı bihudə və pis nəzərə gələrdi.

2-Allahın ədalətinin tələb etdiyinə görə, yaxşılar və pislər bir-birindən ayrılmalı, hər biri öz əməllərinin mükafatını və cəzasını almalıdır. Yaşadığımız dünyada isə yaxşılar və pislər bərabər şəkildə mükafatlandırılır. Casiyə surəsinin 21-ci ayəsində buyurulur: “Onlar ki, pis iş görürlər (pis əməl sahibləridirlər) yoxsa belə xəyal edirlər ki, onları, iman gətirən və yaxşı iş görənlər kimi qərar verəcəyik?! Necə də, pis qəzavət edirlər (hökm verirlər)!”

3-Allahın sonsuz Rəhmətinə əsasən Onun feyz və mərhəməti öz layiqli bəndələrindən heç vaxt

səh:47

kəsilməmişdir. Allahın dəyərli və gözəl bəndələri daim kamilliyə doğru irəliləmə imkanına malik olmalıdırlar (istər bu dünyada, istərsə də axirətdə). Qur`an buyurur: “Rəhməti özü üçün yazmışdır (Özünə vacib etmişdir). Şübhəsiz, (baş verəcək) Qiyamət günündə sizin hamınızı (bir yerdə) toplayacaqdır!” (Ənam, 12) Qur`an Qiyamət gününə tərəddüd edən, inanmaq istəməyən şəxslərə xitab edərək belə buyurur: “Necə də, Allahın ölüləri diriltməyə qadir olduğuna şəkk edirsiniz? Bir halda ki, O, sizi yoxdan yaratdı! Əvvəlcə sizi torpaqdan yaradan Allah, bir daha sizi diriltməyə qadirdir.” Qaf surəsinin 15-ci ayəsində buyurulur: “İlk yaradılışda (sizin ilk yaradılışınızda) acizmi olduq? (Nə üçün Qiyamət günündə şəkk edirsiniz?!) Yox. Onlar (bu aşkar dəlillərlə birgə) yenidən yaradılacaqlarında (diriləcəklərində) şübhədədirlər!” Başqa bir ayədə deyilir: “Öz yaradılışını unudaraq, bizə bir misal göstərirlər ki; “Bu çürümüş sümükləri kim dirildəcəkdir?” De ki; “Onları ilk dəfə yaradan (yoxluqdan var edən) dirildəcək! O hər şeyi yaratmağa qadirdir.” (Yasin, 78-79)

Əlavə etmək lazımdır ki, insanın yaradılışı, səmaların və yerin yaradılışı məsələsindən çox da əhəmiyyətli, mühüm deyildir. Bu geniş və əsrarəngiz sirlərlə dolu dünyanı yaradan Uca Xaliq şübhəsiz ölüləri diriltməyə də, qadirdir! Əhqaf surəsində buyurulur (33-cü ayə): “Görmürlərmi ki, göyləri və yeri yaradan və onları yaratmaqla aciz qalmayan vahid Allahdır?! Əlbəttə, O, ölüləri də, dirildə bilər! Bəli, O, hər şeyə qadirdir!”

səh:48

36-Cismani məad

(1)

Biz inanırıq ki, Qiyamət günü insanın ruhu və cismi (bədən üzvləri) əncam verdiyi əməllərə görə, birlikdə cavab verməli olacaqdır. Çünki insanın əncam verdiyi hər bir iş cismin və ruhun birlikdə olan tələbatı-istəyilə baş vermişdir. Elə bu səbəbdən də təkcə ruh yox, hər ikisi mükafat və cəza müqabilində qiymətləndiriləcəkdir (ölçüləcəkdir).

Qur`anın məad barəsində olan ayələrinin çoxu cismani məada təkid edir. Qur`an, “Bu çürümüş sümüklər yenidən necə həyata qaytarılacaqdır?”−deyə təəccüb edən müxaliflərə belə cavab verir: “Əvvəlinci dəfə onu torpaqdan yaradan kəs (Allah), bu işə (ona yenidən həyat verməyə) qadirdir!” (Yasin, 79) Və ya buyurur “İnsan elə güman edir ki, onun (çürümüş) sümüklərini toplaya (dirildə) bilməyəcəyik?! Bəli, biz onun barmaqlarının (başının) cizgilərini də, düzəltməyə (əvvəlki kimi düzəltməyə) qadirik!” (Qiyamət, 3-4) Göründüyü kimi bu ayələr cismani məadı, ruhla birgə bədənin (cismin) də, Qiyamət günü cavab verməli olacağına təkid edir.

“Siz öz qəbirlərinizdən ayağa qaldırılacaqsınız!”−mövzusunda olan ayələr də cismani məada inamı vacib edir. (Məsələn; Yasin, 51-52; Qəmər, 7; Məaric, 43)

37-Ölümdən sonrakı aləm

İnsan dünyasını dəyişdikdən sonra, onun sürəcəyi həyat, Qiyamət, Behişt və Cəhənnəm, bizim təsəvvür

səh:49


1- [16] Yəni insanın ruhu və bədəni Qiyamət günü Allah qarşısında birlikdə cavab verəcəkdir. Nəinki təkcə ruh!

etdiyimiz kimi deyil, həqiqətdə ondan daha da, üstün şəkildədir. Qur`an buyurur: “Heç kəsin xəbəri yoxdur ki, gördüyü yaxşı işlərə görə onun üçün (yaxşılar üçün) qeyb aləmində gözləri işıqlandıran necə mükafat yığılıbdır!” (Səcdə, 17) Peyğəmbər (s.ə)-in məşhur hədisində belə buyurulur: Allah-təala buyurur: “Mən öz saleh əməlli bəndələrim üçün gözlərin indiyədək görmədiyi, qulaqların eşitmədiyi və indiyədək ürəklərə dammayan nemətlər hazırlamışam! (Axirət nemətləri)(1)

Doğrusu, biz bu məhdud dünyada, ana bətnində olan uşağa bənzəyirik. Ana bətnində olan uşaq, əgər ağıla və düşüncəyə malik olsa, anasının bətnindən kənarda olan varlıqlar. Həqiqətlər haqqında (məsələn; günəş, ay, sərinlik, əsrarəngiz güllər, dəniz ləpələri) düzgün fikir yürüdə bilməz! Yaşadığımız dünya da, axirət dünyası ilə müqayisədə, belədir.

38-Məad və əməl kağızlarımız

Bizim etiqadımıza əsasən Qiyamət günü, əməl namələrimizi (nameyi-əməl)−yaxşı və pis əməllərin yazıldığı kağız-səhifələr) əllərimizə verərək, etdiyimiz işlərə görə sorğu-sual edəcəklər.

Yaxşı əməl sahiblərinin əməl kağızını, onların sağ əlinə, pis əməlli insanların əməl naməsini isə sol əlinə verəcəklər. Saleh möminlər öz əməl namələrini oxuduqda çox şad, lakin pis insanlar isə əməl namələrini oxuduqda narahat olacaqlar. Əl-haqqə surəsi, 19-25-ci ayələrdə oxuyuruq: Nameyi-əmalı sağ əlinə verilən kəs deyər:

səh:50


1- [17] Məşhur hədis söyləyənlər: Buxari-Müslim və məşhur Qur`an şərhçiləri Təbərsi, Alusi, Qeytəbi bu hədisi öz kitablarında yazmışlar.

“Mənim naməmi alın oxuyun! Mən qəti bilirdim ki, öz hesabımı görəcəyəm” O gözəl bir yaşayışda olacaqdır!... Lakin hər kəsin nameyi-əmalını sol əlinə versələr, deyər; “Kaş mənim naməmi əlimə verməyəydilər! Və bilməyəydim mənim hesabım nədir.”

Amma nameyi-əmal nədir? Necə bir yazıdır ki, heç kəs onun möhtəvasını inkar edə bilməz? Bütün bunların həqiqəti bizə tam şəkildə aydın deyildir. Əslində, əvvəldə işarə etdiyimiz kimi məad və Qiyamətin bir çox həqiqətlərinin, xüsusiyyətlərinin bəzi məsələləri bizə tam aşkar deyildir. Və onları olduğu kimi anlamaq qeyri-mümkündür. Amma ümumi surətdə, biz, Məad və Qiyamətin hadisələrindən (məlumatlıyıq) xəbərdarıq.

39-Əməlləri müşahidə etmək və onların Qiyamət günü verdiyi şəhadət

Qiyamət günü Allah-təala bizim bütün əməllərimizə şahiddir. Amma bundan əlavə bəzi şahidlər də, məsələn; bəzi əməlimiz, ayaqlarımız, üzərində addımladığımız yer, hətta bədənimizin dərisi də, bizim əncam verdiyimiz yaxşı və pis əməllərə şahidlik edəcəklər. Qur`ani-kərim buyurur: “Bu gün (Qiyamət günü) biz onların ağızlarını möhürləyərik. Əncam verdikləri əməlləri barəsində isə əlləri bizimlə danışaraq, ayaqları şəhadət verəcəkdir!” (Yasin, 65) yaxud başqa bir ayəyə nəzər saldıqda;

“Odun (cəhənnəm odunun) kənarına gəldikdə, qulaqları, gözləri və dəriləri gördükləri işlərlə əlaqədar onlara qarşı şəhadət verərlər. (onlar) Öz dərilərinə deyərlər: “Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz?” (dərilər) deyərlər: “O Allah ki, hər şeyi danışdırar, bizi danışdırdı! (Sizin əməllərinizi ifşa etməyi bizə tapşırdı.)” (Fussilət, 20-21)

səh:51

Zəlzələ surəsinin 2-3-cü ayələrində buyurulur: “O gün, yer öz xəbərlərini söylər. O şeydən ki, Pərvərdigarın ona vəhy etmişdir!” (ki, bu vəzifəni yerinə yetirsin).

40-Sirat körpüsü və əməl tərəzisi

Biz Qiyamət günündə Sirat körpüsünün və əməl tərəzisinin olacağına inanırıq.

Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qur`ani-kərim: “Sizin hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (Nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!” (Məryəm, 71-72) Sirat körpüsündən keçmək olduqca çətin və çox xətərlidir. Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır. Məşhur bir hədisdə oxuyuruq: “Bəzi insanlar bu körpüdən ildırım kimi keçib gedərlər. Bəzi şəxslər isə sürətli atlar kimi, bir dəstə insanlar isə diz-dizi (iməkləyərək) Sirat körpüsündə irəliləyərlər. Bir qrup insanlar piyada kimi gedərlər. Digərləri isə Siratdan asılı olan halda onu keçmək istəyər və cəhənnəm alovu onları yalayaraq, bəzi bədən üzvlərini ağzına alar!”(1)

Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi

səh:52


1- [18] Bu hədis azacıq fərqlə Şiə və Sünnünün tanınmış mənbələrində, məs, Kənzul-ummal; hədis 39036, Qurtubi; c. 6; səh. 175, Məryəm surəsinin şərhi, Şeyx Səduqun “Əl-amali) kitabında bu hədisi İmam Sadiq (ə)-dan rəvayət edir. Və həmçinin Səhihi Buxari “Əs-sirati cisri cəhənnəm”, c. 8, s. 146.

deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: “Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!” Yaxud Qariə surəsinin 6-9-cu ayələrində buyurulur; “Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!”

Bəli, bizim etiqadımıza əsasən Qiyamət günündə ancaq insanların yaxşı əməlləri onlara nicat verəcəkdir. Heç bir kəsin istəyi, arzusu və xəyalları onu, cəhənnəm əzabından qurtara bilməz. Hər kəsin aqibəti öz əməllərinə bağlıdır. Yalnız təqva və paklıq insana nicat bağışlayacaqdır. Qur`ani-kərim buyurur: “Hər kəs (in aqibəti) öz əməllərinə bağlıdır!” (Muddəsir, 38)

Bütün bunlar “Sirat” və “Tərəzi” barəsində kiçik bir şərhlər idi. Əvvəldə işarə etdiyimiz kimi, Qiyamət gününün bəzi xırdalıqları bizə aydın olmasa da, onun yaşadığımız dünyadan daha üstün və təsəvvür edilməz olduğunu bilirik. Qiyamət günün bütün həqiqətləri bizim maddi dünyamızın xəyallarından daha ucadır.

41-Qiyamət günü “şəfaət” məsələsi

Biz inanırıq ki, Qiyamət günü peyğəmbərlər, məsum imamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-təala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, heç də, hesab-kitabsız deyildir. Şəfaət də, bir

səh:53

növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: “Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!” (28-ci ayə) Nübuvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri (s) Həzrət Məhəmməd (s.ə) “Əzəmətli şəfaət” məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum imamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qur`ani-kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir. İmam Sadiq (ə) buyurur: “Bütün insanlar Qiyamət günü Məhəmməd Peyğəmbər (s.ə)-in şəfaətinə ehtiyaclıdırlar!” (Bihar; c. 8, s. 42) “Kənzul-ummal” kitabında Peyğəmbər (s.ə)-dən nəql edilən bir hədisdə buyurulur: “Qiyamət günü beş şəfaətçi vardır: Qur`an, sileyi-rəhim (qohumlarla əlaqəni kəsməmək), əmanətdar olmaq, sizin Peyğəmbəriniz (s) və onun pak Əhli-beyti (ə)!” (Kənzul-ummal hədis 39041, c. 14, s. 390)

İmam Sadiq (ə) özünün digər hədisində buyurur: “Qiyamət günü “alim” və “abid” (ömrünü yalnız ibadətlə keçirən şəxs) birlikdə Allahın “hüzurunda” olar. Abidə deyilər: “Cənnədə gir!” Alimə isə deyilər: “Dayan! Və xalqa (onlara verdiyin gözəl tərbiyəyə görə) şəfaətçi ol!” (Bihar, c. 8, səh. 56, hədis 66) Bu hədis şəfaətin fəlsəfəsinə gözəlincə şəkildə işarə edir.

səh:54

42-“Bərzəx” aləmi. (dünyası)

Biz inanırıq; bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, “Bərzəx” adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məzh Bərzəxdə yerləşdirilir. Və qimət gününə qədər orada qalırlar. Qur`ani-kərim bu barədə buyurur: “Onların arxasında (ölümdən sonra) Qiyamət gününədək Bərzəx vardır!” (Muminun, 100)

Əlbəttə, biz Bərzəx aləmi barəsində (onun necə bir aləm olduğuna) dəqiq məlumata malik deyilik. Amma bilirik ki, yaxşıların və mömin insanların ruhu (şəhidlər kimi) Bərzəx aləmində müxtəlif nemətlərə qərq olmuşdur! Ali-İmran surəsi, 169-cu ayədə oxuyuruq; “Allah yolunda öldürülənləri (şəhidləri) əsla ölü sanma, onlar diridirlər. Və Rəblərinin yanında onlara ruzi (nemətlər) verirlər!”

Həmçinin zalım, tağut və günahkar insanlar və onları müdafiə edənlərin ruhları Bərzəx aləmində əzabdadırlar. Qur`ani-kərim buyurur: “Onların əzabı (Bərzəxdə cəhənnəm) odudur! Hər sübh və şam vaxtı onunla cəzalanarlar. Qiyamət günü gəlib çatdıqda isə (buyurular): “Ali-Fironu ən şiddətli əzabla cəzalandırın!” (Ğafir, 46)

Amma günahları az olan insanlar isə, yuxarıda söylədiyimiz qrupların heç birisinə daxil deyildir. Bu insanlar cəzalandırılmayaraq, Bərzəx aləmində yuxu halətində oxşar bir halda olacaqlar. Qiyamət günü gəldikdə isə ayağa qaldırılacaqlar. Qur`ani-kərimdə buyurulur: “Qiyamət qopan gün, günahkarlar and içərlər ki, bir saatdan artıq Bərzəxdə yatmayıblar... Bilik və iman sahibləri isə deyərlər; “Siz Allahın kitabında olduğu kimi, Qiyamət gününədək Bərzəxdə yatmışsınız. İndi isə Qiyamət günüdür və siz bilmirdiniz!” (Rum, 55-56)

səh:55

İslami rəvayətlərdən birində Həzrət Məhəmməd (s.ə) buyurur: “Qəbr, ya behişt bağlarından biri, ya da, cəhənnəm quyularından biridir (əmələ bağlı olaraq).”(1)

43-Mənəvi və maddi mükafatlar

Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə buna görə də, Axirətdə insanlara bəxş olunacaq mükafatlar, həm mənəvi, həm də cismi olacaqdır.

Qur`ani-kərimdə buyurulan bu ayələr: “Ağaclarının altından arxlar axan behişt bağları” (Tövbə, 89), “Behişt bağları, onun kölgə və meyvəsi qurtaran deyil” (Rəd, 35) “İmanlı şəxslər üçün pak zövcələr” (Ali-İmran, 15) və həmçinin, “cəhənnəmin qaynar-yandırıcı odu və ağır əzabları” barəsində gələn ayələr maddi mükafatın, maddi cəzanın nümunələridir. Lakin bunlardan daha əhəmiyyətlisi mənəvi ləzzətlərdir; ilahi mərifətinin nuru, Allah-təalaya mənəvi yaxınlıq, onun Cəlal və Cəmal sifətlərinin cilvələridir. Bütün bunlar vəsf oluna bilməyən dərəcədə ləzzətbəxş və gözəldir.

Qur`ani-kərimin bəzi ayələrində Behiştin maddi nemətlərini (təravətli bağlar, rak məskənlər və s...) bəyan etdikdən sonra buyurulur: “Allahın razılığı, rizası bunların hamısından üstündür. Və ən böyük qələbə Allahın razılığıdır!” (Tövbə, 72)

Bəli, bundan da gözəl ləzzət ola bilməz ki, insan öz məbudu və Allahının tərəfindən qəbul olunduğunu anlasın və Onun razılığını əldə etmiş olsun!

səh:56


1- [19] Səhih-Termizi; c. 4, 26-cı fəsil: “Sifatul-Qiyamət”, hədis 2460. “Biharül-ənvar”, c. 3, s. 214-218.

İmam Səccad (ə) buyurur: “Allah-təala möminlərə buyurur: “Mənim sizdən razı olmağım və sizə olan məhəbbətim, bəxş etdiyim nemətlərdən daha üstündür”... Onlar bu sözü eşidərək, hamılıqla təsdiq edirlər.” (“Təfsiri-əyyaşi”, Tövbə, 72-ci ayənin şərhi, “Əl-mizan”, c. 9-a uyğun olaraq)

Doğrusu, bundan daha ləzzətli nə ola bilər ki, insana Allah tərəfindən belə xitab olunsun: “Ey aram (rahat) olmuş ruh! Allahdan razı olub, Onun razılığını qazandığın halda Pərvərdigarına doğru qayıt! Və mənim bəndələrimin sırasına keç. Və mənim behiştimə daxil ol!” (Fəcr, 27-30)

səh:57

Beşinci fəsil-İmamət

44-İmamət nədir?

Allah-təalanın hikməti bunu tələb edir ki, insanları doğru yola yönəltmək üçün yer üzərinə müxtəlif peyğəmbərlər göndərsin. Eləcə də, Allahın hikmətinə əsasən bu peyğəmbərlərdən sonra hər bir əsrin və zamanın özünəməxsus “imamı” olmalıdır. Bu imamların vasitəsilə peyğəmbərlərin gətirdiyi din və şəriət müxtəlif təhriflərdən qorunur. Onların rəhbərliyi və köməkliyi ilə hər bir zamanın dini ehtiyacları ödənir, insanlar ilahi peyğəmbərlərin şəriətinə doğru hidayət olunurlar. Əgər ilahi peyğəmbərlərdən sonra imamlar göndərilməsə, Allahın dini müxtəlif təzyiqlərə məruz qalacaq cürbəcür xurafatlara bulanacaqlır. Və beləliklə də, uca kamilliyə yetişmək hədəfilə yaranmış insan, Tanrı tərəfindən kömək olunmadığına (hidayət olunmadığına) görə öz yaranış hədəfini itirərək, zəlalətə doğru yuvarlanacaqdır.

İlahinin göndərdiyi sonuncu din olan İslam dini, müxtəlif xurafatlardan qurtulmaq üçün imamlara daim ehtiyaclıdır. Elə bu səbəbdən də, biz İslam Peyğəmbərindən (s) sonra hər bir əsrdə və zamanda imamın mövcud olduğuna inanırıq. Qur`ani-kərim Tövbə surəsinin 119-cu ayəsində buyurur: “Ey iman gətirən şəxslər! Təqvalı olun və Sadiqlərlə (doğru söz danışanlarla) birgə olun!” Bu ayə müəyyən bir zamana məxsus deyildir. Və daim sadiqlərlə birgə olmağı əmr edir. Heç bir qeyd-şərt olmadan sadiqlərlə olmaq, onlara itaət etmək isə hər bir zamanın özünə məxsus imamı

səh:58

olduğunu yetirir. Və bu imamlara itaət etməyin vacib olduğunu çatdırır. Belə ki, Sünni və Şiə müfəssirlərinin(1) əksəriyyəti yuxarıdakı ayənin şərhində, ona işarə ediblər. Fəxr Razi bu ayənin barəsində ətraflı bəhs etdikdən sonra, yazır: “Ayə hər “səhv edə biləcək” bir şəxsin “məsum, günahsız” bir şəxsə itaət etməsinin vacibliyini yetirir. Məsum şəxslər isə həmin Allahın “Sadiqlər” adlandırdığı insanlardır! Bu o deməkdir ki, hər “səhv edə biləcək” şəxs, məsum bir şəxslə birgə olmalı və ona itaət etməlidir ki, məsum şəxs onu səhvlərdən uzaqlaşdırsın. Və bu müəyyən bir zamana məxsus olmayaraq, hər bir zamanda olmalıdır! Deməli, hər bir zamanın özünəməxsus “Məsumu” vardır. (“Təfsiri-kəbir”, c. 16, səh. 221)

45-İmamət məqamının həqiqəti

İmamət təkcə zahiri bir hakimiyyət deyil, uca və əlçatmaz bir mənəvi, ruhani məqamdır (rütbədir). Məsum imam, müsəlmanların hakimi−dünyəvi rəhbəri olmaqdan əlavə, onların mənəvi cəhətdən din və dünyasının hidayət edənidir. İmam insanların ruhunu və təfəkkürünü islah edərək, doğru yola yönəldir. Peyğəmbər (s.ə)-in dinini hər cür təhrifdən qoruyaraq, hədəfinə yetirir. Xatırlayın ki, bu, Allah-təalanın, İbrahim Xəlil (ə) peyğəmbərlərə peyğəmbərlik məqamından sonra, uzun-uzadı imtahanlara qalib gəldikdə, bəxş etdiyi bir məqamdır. Lakin Həzrət İbrahim (ə) Allahdan bu rütbəni (imamət məqamını) öz övladları və nəsli üçün istədikdə, Allah ona bu məqamın zalım və günahkarlara qismət olmayacağını söylədi. Qur`ani-kərim bu barədə buyurur: “İbrahimin Rəbbi onu bir neçə işlə sınadı. O (İbrahim) da, onları bütünlüklə səh:59


1- [20] Qur`an şərhçisi.

yerinə yetirdi (imtahanlardan üzü ağ çıxdı). Allah dedi: “Mən səni insanların imamı etdim!” (İbrahim) dedi: “Nəslimidəmi?” Allah-təala buyurdu: “Mənim əhdim (imamət) zalımlara yetişməz!” Yəni sənin nəslindən ancaq məsumlara yetişər.”

Qeyd: Göründüyü kimi imamət yalnız və yalnız xalqa hakimiyyət etmək demək deyildir! Çünki imamət fəqət “hakimiyyətdə olmaq” kimi mənalandırılarsa, yuxarıda söylənilən “imamət rütbəsi”, Həzrət İbrahim (ə) üçün mənasız və bihudə olardı. Diqqət etmək lazımdır ki, həzrət İbrahim (ə) heç vaxt hakimiyyətdə olmamışdır.

Biz inanırıq ki, bütün Ulul-Əzm peyğəmbərlər imamət rütbəsinə sahib olmuşlar. Onlar xalqın maddi və mənəvi rəhbəri idilər. Xüsusilə, İslam Peyğəmbəri (s) Allah tərəfindən peyğəmbərlik rütbəsinə layiq görülən anda, imamət məqamına da, yüksəlmişdi. Onun vəzifəsi təkcə risalətin təbliği ilə sona yetişmirdi. O, xalqın maddi və mənəvi rəhbəri idi. Və Peyğəmbər (s.ə)-dən sonra imamət məqamı onun nəslindən olan məsum şəxslərə yetişdi.

Qeyd; “İmam”ın tərifinə diqqət etdikdə, aydın olur ki, bu məqama yüksəlmək bir sıra dəyərli, lakin olduqca ağır şərtlər tələb edir. İmam istər təqva (məsum-hər bir günahdan uzaq və pak olmaq), istər elm (bütün İslam maarifinə və göstərişlərinə ali şəkildə bələd olmaq və insanları, onların ehtiyaclarını hər bir zamanda və məkanda olduğu kimi dərk edərək, tanımaq) cəhətindən kamil olmalıdır.

səh:60

46-İmam bütün xəta və günahlardan rakdır

İmam hər bir səhv və günahdan uzaq və pak olmalıdır. Yuxarıda söylənilən ayədən (Bəqərə, 124) aydın olduğu kimi, məsum olmayan şəxs imam ola bilməz. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Peyğəmbərin dininin mühafizi olan (hər bir təhrif və xurafatdan qoruyan) imam, mütləq, şəkildə, tam etimadlı bir şəxs olmalıdır. Çünki dinimizin bütün əsaslar və fərləri onun vasitəsilə (Peyğəmbər (s.ə)-dən sonra) xalqa təqdim olunur. Məhz elə bu səbəbdən də, imamın hər bir “sözü”, “əməli” və təqriri-“razılığı”(1) dini və şəri cəhətdən hər bir şəxsə dəlil (sübut) sayılır.

47-İmam dinin mühafizəçisidir

İmam, heç bir vaxt “yeni din və şəriət” yaratmır. Həqiqətdə, onun vəzifəsi İslam Peyğəmbərinin (s) şəriətini olduğu kimi qoruyub saxlamaq, onu təbliğ və təlim etməkdir! İmam (ə) insanları Məhəmməd Peyğəmbər (s.ə)-in dininə doğru çağıraraq, onları bu müqəddəs dinlə yaxından tanış edir.

48-İmam ən elmli şəxsdir

İmam dinin bütün əsaslarını, fərlərini, hökmlərini, Qur`anın məna və şərhini olduğu kimi bilməli və anlamalıdır. Deməli, imam Allah tərəfindən ona bəxş olunan elmə və Peyğəmbər (s.ə)-in vasitəsilə öyrətdiyi təlimlərə əsasən ən elmli bir şəxs olmalıdır. Bəli, yalnız

səh:61


1- [21] Təqrir-imamın qarşısında əncam verilən əmələ, onun razılıq əlaməti olan sükutuna deyilir.

belə bir elmin sahibi insanların etimadını qazanaraq, İslamın həqiqətini anlatmaqda ən gözəl yardımçı və rəhbər ola bilər.

49-İmam Peyğəmbərin vasitəsilə təyin olunur

İmam “mənsus” olmalıdır. Yəni Peyğəmbər (s.ə)-in açıq-aşkar bəyanı və kəlamı ilə təyin olunmalıdır (sonrakı imamlar da, əvvəlki imamın vasitəsilə təyin edilir). Başqa bir sözlə desək, imam da, Peyğəmbər (s.ə) kimi Allah-təala tərəfindən (Peyğəmbər (s.ə)-in vasitəsilə) seçilir. Necə ki, Bəqərə surəsi 124-cu ayədə imamın yalnız Allah tərəfindən seçildiyinə işarə olundu: “Mən səni insanların imamı etdim!”

Bütün bunlardan əlavə imamın malik olduğu şərtlərin keyfiyyətindən (məsumluq, ilahi elm, və s...) yalnız Allah-təala və onun Peyğəmbəri (s) xəbərdar ola bilər. Elə buna görə də, imamı fəqəd Allah Özü, Peyğəmbərin vasitəsi ilə elan edərək seçir. Bu səbəbdən də, Məsum imam seçki yolu ilə yox, birbaşa Allahın əmrilə təyin olunur.

50-Bizim imamlarımız (ə) İslam Peyğəmbərinin (s) vasitəsilə təyin olunmuşdur

Bildiyiniz kimi, İslam Peyğəmbəri Məhəmməd (s.ə) özündən sonra gələcək imamları ümumi şəkildə “Səqəleyn” hədisində təyin etmişdir.

Səhihi-Müslimdə belə oxuyuruq: “Peyğəmbər (s.ə) Məkkə və Mədinənin arasında yerləşən “Xum” adlanan vadidə ayağa qalxaraq xütbə oxudu. Sonra isə belə buyurdu: “Mən sizin aranızda iki qiymətli (böyük)

səh:62

əmanət qoyub gedirəm. Onun əvvəlincisi nur və hidayətə sahib olan Allahın kitabı... digəri isə “Əhli-beytim” dir! (İmamlar) Əhli-beytimin barəsində Allahı unutmayın! (Yəni Allahı unudaraq Əhli-beytimi kənara qoymayın)” Və bu cümləni 3 dəfə təkrar etdi” (Səhih Müslim, c. 4, səh. 1873)

Bu hədis “Səhih-Termizi”də də, yazılaraq aşkarcasına belə söyləyir: “Əgər bu iki əmanətə sarılsanız heç vaxt azğınlığa düşməyəcəksiniz!” (Səhihi-Termizi, c. 5, s. 662) söylənilən hədis (Sünəni-Darəmi, c. 2, s. 432), (Xəssasu-Nisai, səh 20), (Müstədi-Əhməd, c. 5, s. 182), və İslam aləminin digər tanınmış və məşhur kitablarında (Kənzul-ümmal, c. 1, s. 185, hədis 945) da qeyd olunmuşdur. Və bu hədisin düzgünlüyündə heç bir şəkk-şübhə yoxdur. Həqiqətdə “Səqəleyn” hədisi “Mütəvatir” hədislərdən biri sayılır. Və heç müsəlmanın onu inkar etməyə haqqı yoxdur. İslam Peyğəmbəri (s) bu hədisi müxtəlif yerlərdə dəfələrlə təkrarlamışdır.

Aydındır ki, hədisdən məqsəd Peyğəmbər (s.ə)-in Əhli-beytinin hamısı deyil, yalnız “məsum imamlar” (ə)-dır. Çünki yalnız və yalnız bu böyük imamət məqamı Qur`anla bərabər tutularaq, onunla birlikdə zikr oluna bilər. Yalnız bəzi zəif və şəkli mənbələrə əsaslanan hədislər “Əhli-beyt” kəlməsini “Sünnə” ilə əvəz edibdir.

Biz, Peyğəmbər (s.ə)-dən sonra 12 imamın canişin olduğunu sübut edən məşhur bir hədisə isnad edirik. Bu hədis hətta əhli-sünnətin ən məşhur hədis kitablarında qeyd olunmuşdur; (Səhih-Buraxi, Səhih-Müslim, Səhih-Termizi, Səhihi Əbu Davud, Müstədi Hənbəl və s...) “Peyğəmbər (s.ə) buyurur: “İslam dini hamısı Qüreyş tayfasındandır 12 xəlifənin sizə imaməti, Qiyamət gününə

səh:63

qədər bərpadır!”(1) Bu rəvayətin şərhi şiənin etiqadlı olduğu “12 imamdan” başqa bir şərhə malik deyildir. Sizin fikrinizcə Peyğəmbər (s.ə)-in söylədiyi bu hədis “12 imam (ə)” dan savayı, digər təfsirə malik ola bilərmi?

51-Həzrət Əli (ə)-ın İslam Peyğəmbəri (s) tərəfindən imam təyin olunması

İslam Peyğəmbəri (s) dəfələrlə (Allahın əmrilə) Həzrət Əli (ə)-ı özünün canişini kimi bəyan etmişdir. Vida-həccindən qayıdarkən Qədir-Xum adlanan bir vadidə (“Cöhfə”nin yaxınlığında) əshabından ibarət izdihamlı bir cəmiyyətin arasında xütbə oxudu. Və bu məşhur kəlməni buyurdu: “Ey camaat! Mən sizə sizin özünüzdən artıq

səh:64


1- [22] Bu ibarə Səhih-Müslimdə c. 3, səh. 1453; Cabir ibn Səmərinin vasitəsilə Peyğəmbər (s.ə)-dən rəvayət olunur. Və azacıq fərqlərlə sadalanan mənbələrdə də qeyd olunmuşdur: Səhih-Buxari c. 3, səh. 101; Səhih-Termizi, c. 3, səh. 501; Səhihi-Əbu Davud, c. 4, “Kitabul-Məhdi”.

ixtiyar sahibi deyiləmmi?!” Dedilər: “Bəli, elədir!” Buyurdu: “Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir!” Bu hədis müxtəlif vasitələrlə Peyğəmbər (s.ə)-dən nəql olunmuşdur. Bu hədisi səhabədən 110 nəfər, tabeindən 84 nəfər rəvayət etmişdir. O, İslam dünyasının tanınmış, məşhur 360 kitabında yazılmışdır. Təəssüflər olsun ki, bu barədə geniş şərh vermək imkanına malik deyilik, əlavə məlumat toplamaq üçün “Pəyami Qur`an” c. 9, səh. 181-ə müraciət edin.

Qeyd olunan bu mübarək hədisin ətrafında uzun-uzadı bəhslər açmaq fikrində deyilik. Yalnız bunu demək kifayətdir ki, “Qədir-xum” hədisi (Peyğəmbər (s.ə)-in təkidlərini nəzərə almaqla) sadəliklə kənara qoyulası və fəqət Əli (ə)-ın “məhəbbəti-ehtiramı” kimi şərh olunası bir hədis deyildir.

Diqqət etmək lazımdır ki, besətin 3-cü ili, Allah-təala Peyğəmbər (s.ə)-ə öz dəvətini aşkar şəkildə xalqa çatdırmağa əmr etdikdə bu ayə nazil oldu: “Ey Peyğəmbər! Ən yaxın qohumlarını qorxut!”

Peyğəmbər (s.ə) bəni-Haşim tayfasının böyük şəxsiyyətlərini (qohumlarını) bir yerə yığaraq, onları İslama dəvət etdi. Sonra buyurdu: “Sizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər? Hər kəs mənə kömək etsə, məndən sonra sizin üzərinizdə mənim canişinim və vəsim olacaqdır!”

Bu söz üç dəfə təkrar olundu. Amma heç kəs Peyğəmbərin (s) sözünü qəbul etmədi. Hər üç müraciətin cavabında isə yalnız Həzrət Əli (ə) ona kömək etməyə hazır olduğunu elan etdi. Və dedi: “Ey Peyğəmbər! Mən bu işdə sənin köməkçim və vəzirin olacağam!” Bu zaman Peyğəmbər (s.ə) buyurdu: “Bu cavan, mənim qardaşım və

səh:65

məndən sonra sizin üzərinizdə canişinim və xəlifəmdir!”(1) İbn Əsirin “Kamil” adlı kitabında söylədiyi bu hədis, “Qədir-Xum” hədisinin mütabiqi deyildirmi? Yaxud həzrət Əli (ə)-ın “imamətə təyin olunma məsələsi” deyildimi ki, Peyğəmbər (s.ə)-in ömrünün axır saatlarında da, onu bəyan etmək niyyətində idi? Və məhz bu məsələdə öz əshabından bir daha əhd-peyman almaq istəmişdimi? Səhih-Buxaridə yazılır: “Peyğəmbər ömrünün axır saatlarında belə buyurdu: “Mənə kağız və qələm verin. Sizə bir namə yazım ki, (məndən sonra) heç vaxt azğınlığa (ixtilafa) düçar olmayasınız!”−Peyğəmbər (s.ə)-in bu kəlamından sonra bəziləri onunla müxalifətçilik edərək, Həzrət (s.ə)-in bu əmrinin yerinə yetməsinə mane oldular. Və hətta elə oradaca onun haqqında təhqiramiz sözlər dedilər.(2)

52-Hər imamın özündən sonra gələcək imamı təyin etməsi

12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdur. Onların əvvəlincisi (Peyğəmbər (s.ə) tərəfindən təyin olunmuş) Həzrət Əli (ə), sonra onun oğlu imam Həsən Müctəba (ə), sonra onun qardaşı İmam Hüseyn ibn Əli Seyyidüş-şühəda (ə) (şəhidlərin ağası) sonra onun övladı Əli ibn Hüseyn (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Baqir (ə), sonra onun oğlu Cəfər ibn

səh:66


1- [24] “Kamil” ibn Əsir, c. 2, s. 63, beyrut çapı. Eyni mənanı azacıq təfavütlə “Müsnədi-Əhməd”, c. 1, s. 11; “Şərhi-nəhcül-bəlağə”, İbn Əbil-Hədid, c. 13, s. 210.
2- [25] Bu hədisi hətta Səhih-Buxari 5-ci cilddə, səh. 11, fəsl; “Mərəzin-Nəbi” nəql etmişdir. Səhih-Müslim isə daha aydın şəkildə, c. 3, s. 125-də onu qeyd etmişdir.

Məhəmməd Sadiq (ə), sonra onun oğlu Musa ibn Cəfər (ə), sonra onun oğlu Əli ibn Musa Rza (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Təqi (ə), sonra onun övladı Əli ibn Məhəmməd Nəqi (ə), sonra oğlu Həsən Bin Əli Əsgəri (ə), və sonnuncu Məhəmməd ibn Həsən Mehdi (ə) Sahibəz-zəmandır. Biz etiqadlıyıq ki, o hələ də, sağdır.

Əlbəttə, Həzrət Məhdi (ə)-ın varlığına etiqad (dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq bir şəxsə olan etiqad) təkcə bizə məxsus deyildir. Həqiqətdə bütün müsəlmanlar bu əqidəyə sahibdirlər. Əhli-sünnə alimlərindən bəziləri İmam Məhdi (ə) barəsində söylənilən hədislərin mütəvatir (yəqin) olması barəsində müstəqil kitablar da, yazmışlar. Və hətta bir neçə il əvvəl “Rabitətül-aləmül-islami” tərəfindən yazılan risalədə Həzrət Məhdi (ə)-ın vücudu barəsində olan suala, cavab verərkən onun (ə) zühurunun-gələcəyinin aydın bir məsələ olmasına təkid olunmaqla bərabər-Həzrət (ə)-in barəsində tanınmış və mötəbər kitablardan (mənbələrdən) Peyğəmbər (s.ə)-ə nisbət verilmiş hədislər nəql edilmişdir.(1) Amma onlardan əksəriyyəti Məhdi (ə)-ın hələ dünyaya gəlmədiyinə təkid edərək, onun Axirəz-zamanda (Dünyanın axırına yaxın) doğulacağına inanırlar. Lakin bizim əqidəmizə əsasən həzrət Məhdi (ə) 12-ci imamdır, hal-hazırda həyatda olaraq, diridir. Allahın ona əmr etdiyi bir vaxt zülmü yer üzərindən silmək və ədaləti dünyada bərpa etmək üçün zühur edəcəkdir.

səh:67


1- [26] Bu namə 1396/24 şəvvalda “Rabitətül-aləmül-islami” tərəfindən “idarətu müctəməul-fiqhul-islami”nin müdiri vasitəsilə (Muhəmməd Əl-Müntəsir-əl-Kətani) sadir olmuşdur.

53-Əli (ə) səhabələrin ən fəzilətlisi idi

Həzrət Əli (ə) səhabələrin ən üstünü və ən fəzilətlisi idi. O, İslam Peyğəmbərindən (s) sonra İslam ümmətinin birinci şəxsiyyətidir. Amma bununla belə, onun barəsində həddindən artıq olan bəzi xurafatlar boş, əsassız və haramdır. Həzrət Əli (ə)-a Allahlıq nisbəti verən, onu Allaha oxşar(1) sayan hər bir şəxs kafirdir, müsəlmanların cərgəsindən xaric olmuşdur. Biz belə şəxslərin küfr dolu etiqadlarından bizarıq. Təəssüflər olsun ki, bu şəxslərin küfrlə dolu etiqadları bəzən “şiə” adı ilə qarışıq düşərək, səhv anlayış bağışlayır. Şiələrin pak etiqadlarının “Ğuluvv” (Əliallahı) edən şəxslərin etiqadı ilə səhv salınması bəzən bir çox xoşagəlməz hallara səbəb olur. Bir halda ki, bütün şiə alimləri öz kitablarında belə şəxslərin (Əli-Allahı) müsəlman olmadığını, İslamdan xaric olduğunu dəfələrlə təkid etmişlər.

54-Səhabələr ağlın və tarixin mühakiməsi qarşısında

Tarixə baxdıqda Peyğəmbərin (s) köməkçiləri və əshabının arasında böyük, fədakar və ləyaqətli insanların olduğunu görərik. Hətta Qur`ani-kərimdə və İslami rəvayətlərdə bu səhabələrin haqqında, onların fəziləti barəsində çoxlu bəhslər mövcuddur. Lakin bu o demək deyildir ki, biz, Peyğəmbərin (s) bütün səhabələrini məsum (günahsız-pak) saymalıyıq. Səhabələrin hamısının əməllərini istisnasız olaraq doğru-düzgün saymaq, yanlış fikir deyildirmi? Diqqət etmək lazımdır ki, Qur`ani-kərimin müxtəlif ayələri (bir çox ayələri; Bəraət surəsi,

səh:68


1- [27] Rəbb-kiçik Allah

Nur surəsi və Munafiqin surəsi) Peyğəmbərin (s) əshabının arasında yer tutan ikiüzlü, mənfur niyyətli səhabələrdən söhbət açaraq, onları şiddətli şəkildə tənqid atəşinə tutur. Başqa bir cəhətə diqqət etdikdə isə, İslam Peyğəmbərinin (s) vəfatından sonra müsəlmanlar arasında müharibə alovunu yandıran, öz beyətini dövrün xəlifəsi və imamı ilə namərdcəsinə sındıran və minlərlə müsəlmanın qanını axıdan səhabələri görürük! Sizcə biz bu səhabələri pak və müqəddəs hesab edə bilərikmi?!

Necə ola bilər ki, müharibə edən hər iki tərəfin haqlı və düzgün yolda (məsələn; Cəməl-Süffeyn müharibələrində) olduğunu söyləyək?(1) Müharibə edən (hər biri-digərini nahaq və düşmən sayan) iki tərəfin hər ikisinin haqlı olması açıq-aşkar “ziddiyyət” deməkdir. Və bu “ziddiyyət” bizim üçün qəbul olunmaz bir məsələdir.

Bir çoxları bu ziddiyyəti ört-basdır etmək məqsədilə “ictihad” bəhsini bəyan edərək belə söyləyirlər; “Müharibə edən iki əshabın biri doğru yolda olmuş, digəri isə xətakardır! Amma bu xətakar öz ictihadına (ağlının düşündüyünə) əməl etdiyi üçün, Allah yanında üzrlü, bəlkə də, savaba malikdir. Həqiqətdə zikr olunan əqidə ağlın və şəriətin qəbul etmədiyi, əsassız bir etiqaddır. Necə olur ki, öz etiqadına əməl edərək Peyğəmbərin (s) canişini ilə beyəti sındıran, müharibə alovunu müsəlmanların arasında şölələndirərək, günahsız insanların qanını tökən bir şəxs savab sahibi olsun?

səh:69


1- [28] Bir halda ki, müharibə edən hər iki tərəf Peyğəmbər (s.ə)-in səhabələrindəndir. (Mütərcim)

Əgər bütün bu günahsız axan qanları “ictihad-şəxsi düşüncə” ilə yumaq mümkündürsə, hansı pis və fasiq əməlləri ictihadla yumaq mümkün deyildir?(1)

Biz inanırıq ki, bütün insanlar, həmçinin Peyğəmbər (s.ə)-in səhabələri də, “öz əməllərinin girovundadır.” (Müddəsir, 38) Və Qur`anın bu böyük qanunu: “Şübhəsiz, Allah yanında ən çox əziziniz, ən çox təqvalı olanınızdır!” (Hücürat, 13) Səhabələrə də, şamildir! Deməli, səhabələrin şəxsiyyəti onların əməllərilə ölçülür. Əgər belə olarsa, onların barəsində daha da məntiqli şəkildə hökm vermiş olarıq. Və söyləyərik: “Peyğəmbər (s.ə)-in dövründə əshabın sırasında yer alan və Peyğəmbər (s.ə)-ə sədaqətli olan, Onun (s) vəfatından sonra da İslam dini üçün çalışan, Qur`anla olan, əhd-peymana sadiq qalan şəxslər dəyərli insanlardır. Onlar vəfadar və layiqli səhabələrdir. Lakin Peyğəmbər (s.ə)-in zamanında münafiqlərdən sayılan, onun qəlbini sındıran və Həzrət Peyğəmbər (s.ə)-in vəfatından sonra da, haqq yoldan uzaqlaşaraq İslamın, müsəlmanların mərafelərinin əksinə çalışan şəxslər sevgi və məhəbbətə (ehtirama) layiq deyildirlər. Qur`ani-kərim bu barədə buyurur: “Elə bir qövmü tapmazsan ki, Allaha və Qiyamət gününə iman gətirmiş olsunlar, lakin Allah və onun peyğəmbəri ilə müxalifət edənlərlə dostluq etsinlər. Hətta müxaliflər, onların ataları, övladları, qardaşları və ya qəbilələri olsa da (onlarla dostluq etməzlər) Allah (bu şəxslərin) könüllərinə iman yazmışdır!” (Mücadilə, 22) Bəli, Peyğəmbər (s.ə)-in zamanında və ya onun vəfatından sonra İslam Peyğəmbərini (s) incidərək, onu narahat etmiş şəxslər hörmətə layiq deyildirlər.

səh:70


1- [29] Hətta şeytanın da, əməlini ictihadla doğru sabit etmək olar ki, bu da qeyri səhihdir.

Amma unutmaq olmaz ki, Peyğəmbər (s.ə)-in əshabının bir dəstəsi İslamın inkişafı yolunda ən çətin və böyük imtahanlarda iştirak etmiş və Allah-təala tərəfindən müxtəlif formalarda mədh olunmuşlar. Həmçinin, əshabdan sonra onların yolunu davam etdirmiş şəxslər və İslam dininin inkişafı yolunda addım atacaq hər bir kəs, mədhə və ehtirama layiqdir. Qur`ani-kərim buyurur: “Mühacir və ənsardan öndə olan (İslama iman gətirməkdə və yaxşı işlərdə əvvəlinci olan) şəxslərdən və yaxşı işlərdə onların yolu ilə gedən kəslərdən Allah-təala razı olmuşdur. Onlar da Allahdan razı olmuşlar!” (Tövbə, 100)

55-Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır

Mütəvatir(1) rəvayətlərə əsasən Peyğəmbər (s.ə), Qur`an və Əhli-beyt (ə)-dan uzaq düşməməyi və onlara itaət etməyi bizə əmr etmişdir. Və İslam Peyğəmbəri (s) hidayət yolunu məhz Qur`an ilə Əhli-beyt (ə)-in əmrlərinə tabe olmaqda görmüşdür. Peyğəmbər (s.ə)-in Əhli-beyti (ə) məsum insanlar olaraq, onların hər bir sözü, əməli və təqriri(2) biz müsəlmanlar üçün möhkəm bir dəlil, etimad və nümunədir. Elə bu səbəbdən də Qur`an və Peyğəmbər (s.ə)-in sünnəsindən sonra Əhli-beyt (ə)-ın (imamların) buyurduğu, əməli və təqriri fiqhin ən etimadlı mənbələrindən biri hesab edilir.

səh:71


1- [30] Mütəvatir hədis, müxtəlif yollar və rəvayətçilər vasitəsi ilə nəql olunduğuna görə, adətən haqqında yəqin edilən və saxta sayılması ehtimalı verilməyən hədislərə deyilir.
2- [31] İmamın qarşısında əncam verilən əmələ onun razılıq əlaməti olan sükutu

Əhli-beyt imamların (ə), ən mötəbər və çoxlu sayda olan rəvayətlərə əsasən; “Biz hər nə söyləyiriksə, atalarımızın vasitəsilə Peyğəmbər (s.ə)-dən söyləyirik!”−deyə buyururlar. Deməli onların rəvayət və hədisləri əslində Peyğəmbər (s.ə)-in buyurduğu kəlamlardır. Və “siqə” (etimadlı və doğru danışan) şəxsin Peyğəmbər (s.ə)-dən rəvayət etdiyi hədislərin bütün İslam alimləri tərəfindən qəbul edildiyini də bilirik.

İmam Muhəmməd ibn Əli Baqir (ə) Cabir adlı səhabəsinə belə buyurur: “Ey Cabir! Əgər biz öz nəfsimizin istəklərinə uyaraq və öz şəxsi rəyimizə əsasən sizə bir hədis söyləsək, həqiqətdə həlak olmuş (azğın) insanlardan olarıq. Amma sizə söylədiyimiz bütün hədislər Həzrət Peyğəmbər (s.ə)-in seçilmiş kəlamlarıdır! (“Cameu-əhadisiş-şiə”, c. 1, s. 18, hədis 116)

İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)-ın hədislərinin birində oxuyuruq: “Bir nəfər İmam (ə)-dan sual etdi. Həzrət Sadiq (ə) ona cavab verdi. Sual edən şəxs imamın nəzərini əvəz etmək üçün onunla mübahisəyə görişdi. İmam (ə) buyurdu: “Bu sözləri kənara qoy! Soruşduğun şeyin (sualın) barəsində sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə)-in buyurduqlarındandır. (Mübahisəyə yer yoxdur!”)” (“Üsuli-kafi”, c. 1, s. 58, h 121)

Diqqət: Biz müsəlmanların “Kafi”, “Təhzib”, “İstibsar” və “Mən la yəhzəruhul-fəqih” və s. bu kimi etibarlı hədis mənbələrimiz, kitablarımız vardır. Lakin bu kitabların etibarlı mənbə sayılması, onlarda yazılmış bütün hədislərin sorğu-sualsız qəbul edilməsi demək deyildir. Biz rəvayət-hədis kitablarından əlavə “Rical” kitablarına da sahibik. Rical kitablarında, hədisin sənəd silsiləsi boyu mövcud olan ravilərin vəxsiyyəti (Şəxsiyyəti-sadiq şəxs olub-olmadığı) aydınlaşmışdır. Və yalnız o hədis qəbul olunmalıdır ki, onun raviləri səh:72

“siqə”−etimadlı və doğru danışan şəxslər olsun. Deməli, biz söylənilən mötəbər kitablarda yalnız etimadlı və doğru danışan ravilərə malik olan hədisləri qəbul etməliyik. Bütün bunlardan əlavə hətta söylənilən şərtlərə malik olan bəzi hədislər, onlarda mövcud olan digər çatışmamazlıqlara görə böyük alimlər və fəqihlər tərəfindən (İslam tarixi boyu, əvvəldən-axıradək) qəbul olunmamış və daim kənara qoyulmuşdur. Belə hədisləri, biz, “Murəzin ənha” adlandırırıq. Və bu hədisləri etibarsız sayırıq!

Elə buradaca aydın olur ki, bizim əqidəmizi öyrənmək niyyətində olan hər şəxs, heç bir axtarış və tədqiq etmədən söylənilən kitablarda yazılmış bəzi hədislərə istinad edirsə, sözsüz ki, uğursuzluğa düçar olacaqdır. Və bizim əqidəmizi olduğu kimi, düzgün şəkildə əldə edə bilməyəcəkdir.

Başqa bir təbirlə desək, bəzi İslam məzhəblərinin malik olduğu “Sihah” adlı kitablar, mövcuddur. Onlarda yazılmış hədislərin səhihliyi yalnız bu kitabların müəlliflərinin tərəfindən təzmin olunmuşdur. (Bir halda ki, onlarda mövcud olan bir çox hədislər etibarsızdır.−Mütərcim) Amma bizim sahib olduğumuz kitabların müəllifləri tanınmış və etibarlı şəxsiyyətlərdir. Bununla belə biz müəllifin təzmininə kifayətlənməyərək, onlarda mövcud olan hədislərin doğru olub-olmadığını öyrənmək üçün “Rical” kitablarına da müraciət edirik.

Söylədiyimiz həqiqətlərə diqqət edən bir şəxs, bizim əqidəmizin ətrafında olan bir çox suallara cavab tapmış olur. Bu həqiqətlərə diqqət etmədən hər hansı bir nəticəyə gəlmək isə, bizim əqidəmiz barəsində çoxlu anlaşılmamazlıqlara və səhvlərə gətirib çıxara bilər.

Bir sözlə desək, Qur`ani-kərim və Peyğəmbər (s.ə)-in hədislərindən sonra Əhli-beytin və məsum imamların (ə) səh:73

rəvayətləri bizim üçün çox etibarlı və əsasdır. Bir şərtlə ki, bu hədislərin dəqiqən məsum imamlarımızdan (ə) nəql olunduğu mötəbər ravilərlə sübuta yetsin.

səh:74

Altıncı fəsil-Müxtəlif məsələlər

56-Ağlın yaxşı və pisi dərk etməsi

İnsan ağlı yaxşı işi pis işdən seçmə qüvvəsinə, yaxşı və pisi dərketmə səlahiyyətinə malikdir. Və bu qüvvə Qur`ani-kərimin insana bəxş etdiyi “yaxşını və pisi ayırd etmə bacarığ”ından sərçeşmə tutur. Deməli, ilahi dinlər göndərilməzdən öncə bir çox ictimai və fərdi məsələlər bəşər övladına öz ağlının vasitəsilə məlum idi. Yaxşılığın və ədalətin gözəlliyi, zülmün və etinasızlığın çirkinliyi, bəzi əxlaqi xüsusiyyətlər, məsələn “doğru danışmaq”, “əmanətdarlıq”, “şücaət”, “səxavətli olmaq” və s. ağlın dərk etdiyi məsələlərdəndir. Həmçinin, “yalan”, “xəyanət”, “paxıllıq” və “simiclik” və s. də, insan ağlının dərk etdiyi məsələlərdəndir. Amma insan ağlı bütün işlərin yaxşı və pis olmasını kamil şəkildə dərk edə bilmədiyinə görə, yaxud məhdud şəkildə qavradığına əsasən, ilahi dinlər, səmavi kitablar və peyğəmbərlər ona bu yolda kömək olaraq göndərilmişdir. İlahi peyğəmbərlər, səmavi dinlər və müqəddəs kitablar insana anlamadığı digər həqiqətləri açıqlamış və həm də, ağlın dərk etdiyi gerçəklikləri təkid etmişlər.

Əgər bir insan ağlının həqiqətləri anlamaqda mütləq şəkildə aciz olduğunu söyləsək, “Tövhid”, “Allah tanıma”, “İlahi Peyğəmbərlər” və “səmavi dinlər”-ə olan etiqad tamamilə ləğv və mənasız olacaqdır. Çünki Allahın varlığını sabit etmək və Peyğəmbərlərin haqq

səh:75

olaraq göndərildiyini sabit etmək yalnız ağlın vasitəsilə mümkündür. Aydındır ki, şəriətin hökmləri, “Tövhid və Nübuvvət”, fəqəd ağlın hökmü ilə qəbul olunduğundan sonra etibarlıdır. Və bu yolda təkcə şəri dəlillərə kifayət etmək mümkün deyildir.

57-Allahın ədaləti

Biz Allahın ədalətli olduğuna inanırıq.(1) Və belə söyləyirik: “Allahın öz bəndələrinə zülm etməsi, heç bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Allah-təalanın öz vədəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə nübüvvət (peyğəmbərlik) məqamı bəxş etməsi və onun ixtiyarında müxtəlif möcüzələr qoyması da, qeyri-mümkündür. Onu da qeyd etmək lazımdır ki, Allah səadət yolunda ucalmaq üçün, xəlq etdiyi ilahi kamilliyə çatmaq hədəfilə yaratdığı bəndələrini rəhbərsiz və imamsız qoymamışdır! 12 imamın vücudu buna sübutdur. Allah-təala hər bir nöqsandan pak və münəzzəhdir!

58-İnsan və azadlıq

Allah insanı azad yaratmışdır. İnsan əncam verdiyi işlərdə yalnız öz iradəsinə bağlı olaraq, seçim zamanı tam ixtiyar sahibidir. Əgər belə olmasa idi, yəni; insan öz əməllərində məcbur olsa idi (insan vasitə-alət olaraq, bütün işlər fəqəd Allah tərəfindən bir başa əncam verilsə idi) pis əməl sahibləri, ədalətsiz, zalım şəxslərin cəzalandırılması və həmçinin, yaxşı əməl sahiblərinin

səh:76


1- [32] Ağlımızın yaxşı və pisi ayırd etdiyinə görə.

mükafatlandırılması bihudə və mənasız olardı. Allah-təala isə hikmətsiz işlərdən pak və uzaqdır!

Xülasə; ağlın yaxşı və pis işləri dərk etməsi, insan təfəkkürünün müstəqil şəkildə bir çox həqiqətləri anlaması İslam dininin və şəriətinin, Nübüvvət və müqəddəs kitablarının əsası və köküdür! Amma onu da yadda saxlamaq lazımdır ki, bəzən idrakı və anlayışı məhduddur. Təkcə insan ağlının vasitəsilə uca kamilliyə və səadətə yetişmək yolunda lazım olan bütün həqiqətləri ələ gətirmək mümkün deyildir. Bu çətin yolda ilahi dinlərə və Peyğəmbərlərə ehtiyac duyulur.

59-Fiqh mənbələrindən biri də “Ağlın” dəlilidir

İslam dininin əsaslı, köklü mənbələrindən biri də, “Ağlın dəlili”dir. “Ağlın dəlili” dedikdə “insan ağlının qəti şəkildə və dəqiq surətdə yəqin edərək bir şeyi dərk etməsi, onun haqqında hökm verməsi” nəzərdə tutulur. Məsələn, əgər Qur`an və sünnədə(1) zülm, xəyanət, yalan, qətl, oğurluq, insan hüquqlarının pozulmasının pis olması barəsində fikrin yoxluğunu fərz etsək, ağlın hökmü ilə bu əməllərin pis bir iş olduğunu dərk edərik. Allah-təalanın bu işləri haram etdiyini və razı olmadığını asanlıqla anlayarıq. Deməli, “ağlın hökmü” bizim üçün ilahi höccətdir.

Qur`ani-kərim ağlın əhəmiyyəti və onun hökmünün mötəbər olması barəsində olan müxtəlif ayələrə malikdir. Qur`an ağıl və düşüncə sahiblərini, Tövhid yolunu ötmək üçün, göylərdə və yerdə mövcud olan ilahi nişanələri müşahidə etməyə, onların barəsində fikirləşməyə çağırır; Ali-İmran 190: “Şübhəsiz, göylərin və yerin yaradılışında

səh:77


1- [33] Peyğəmbər (s.ə) və Əhli-beyt (ə)-ın sözü-əməli və razılığı.

və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün ibrətlər vardır!”

Müqəddəs kitabımız başqa bir cəhətdən isə ilahi nişanələrin bəyan olunmasının, insanların ağıl və düşüncəsinin artması üçün olduğunu buyurur. Ənam surəsi, 68: “(Gör!) Nişanələri (ayətləri) necə çeşidli (müxtəlif təbirlərlə) bəyan edirik! (Ki,) bəlkə qavrayıb anlayalar!”

Qur`ani-kərim digər cəhətdən bütün insanları yaxşıları pislərdən (yaxşını-pisdən) ayırmaq üçün təfəkkür etməyə dəvət edir. Ənam, 50: “De ki; kor və görən (nadan və aqil) birdirmi? Nə üçün düşünməyirsiniz?!”

Səmavi kitabımız öz gözündən, qulağından, dilindən və ağlından istifadə etməyən (düzgün istifadə etməyən) şəxsləri aləmin (dünyanın) ən pis heyvanları adlandırır. Ənfal, 22: “Allaha yanında heyvanların ən pisi kar və kor kəslərdir ki, anlamırlar!” Bütün bu söylədiklərimizə əsasən “Ağlın hökmünü” və “təfəkkür qüvvəsini” İslamın əsas və fəri məsələlərində kənara qoymağa haqlıyıqmı?

60-Bir daha Allahın ədaləti barəsində

Əvvəldə işarə etdik ki, biz Allah-təalanın ədalətli olduğuna etiqadlıyıq. Və onun heç bir vaxt öz bəndələrini zülmü rəva görmədiyinə inanırıq. Çünki zülm bəyənilməz və iyrənc bir əməldir! Uca yaradan bu əməldən pak və uzaqdır! Qur`ani-kərim buyurur: “Sənin Allahın heç kəsə zülm etməz!” (Kəhv, 49) Yaxud: “Həqiqətən, Allah heç kəsə zərrə qədər də olsun, zülm etməz!” (Nisa, 40)

Dünyada baş verən cəzalar, xoşa gəlməz və ağrı-acılı hadisələrin əsl səbəbkarı elə insanların özüdür: “Allah onlara (ilahi əzaba düçar olan tayfalara) zülm etmədi! Onlar özləri-özlərinə zülm edirdilər!” (Tövbə, 70)

səh:78

Allah-təala təkcə insanlara deyil, dünyada mövcud olan heç bir varlığa zülm etməz: “Allah dünya əhalisinə (dünyadakılara) zülm etməz!” (Ali-İmran, 108) (Bu ayələr, “Ağlın hökmünə” olunan bir təkiddir!)

İnsana qadir olmadığı və bacarmadığı iş əmr olunmamışdır;

Allahın ədalətinə əsasən, bəşər övladına bacarmadığı və qüdrəti çatmadığı iş əmr olunmamışdır. Qur`ani-kərim buyurur: “Allah heç kimsəyə imkanından artıq (bacarmadığı) təklif (əmr) etməz!” (Bəqərə, 286)

61-Xoşagəlməz və acı hadisələrin fəlsəfəsi

Yer üzündə baş verən müxtəlif xoşagəlməz və acı hadisələr (zəlzələ, təbii fəlakətlər, müxtəlif bəlalar və s.) bəzən Allah-təalanın öz bəndələrini öz pis əməllərinə görə cəzalandırmasıdır. Necə ki, Lut (ə) peyğəmbərin tayfası beləcə cəzalandırıldı; “Bizim hökmümüz (əzab etmək üçün) çatanda, oranı alt-üst edib, arası kəsilməyən daş-kəsək yağışı yağdırdıq!” (Hud, 82)

Qur`ani-kərim naşükür və üsyançı (tüğyangər) “Səba” camatı barəsində buyurur: “Onlar Allahın itaətindən üz çevirdilər və bir viranedici seli onlara göndərdik!”

Bəzi xoşagəlməz hadisələr isə insanları qəflət yuxusundan ayıltmaq məqsədi daşıyır: “Xalqın pis işləri nəticəsində quruluqda və dənizdə fəsad törəndi. Allah istəyir ki, onlara bəzi əməllərinin cəzasını dadızdırsın, bəlkə (Ona doğru) qayıdalar!” (Rum, 41)

Bəzi müsibətlər və ağrı-acılı hadisələr isə insanın öz əlilə yaranır, başqa bir ibarətlə desək; bu müsibətlər insanların öz əməllərinin nəticəsidir; “Allah xalqın bir şeyini özləri dəyişdirmək istəməyənədək dəyişməz!” (Rəd, 11) Yaxud Nisa surəsinin 79-cu ayəsində

səh:79

buyurulur: “Sənə yetişən hər bir xeyir Allahın tərəfindəndir və sənə yetişən hər bir şər sənin özünün tərəfindəndir!”

62-Varlıq dünyası ən gözəl nizama malikdir

Yaranış dünyası ən gözəl nizama malikdir. Yəni: dünyada mövcud olan nizam-intizam, varlıq dünyasına hakim ola bilən ən gözəl nəzmdir.

Hər bir şey hesab-kitab üzərində qurulmuşdur. Haqq-ədalətin və gözəlliyin əleyhinə olan heç bir nöqsan xəlq olunmamışdır. Cəmiyyətdə mövcud olan çatışmamazlıqlar, pisliklər isə insanların özlərinin yaratdığı problemlərdir.

Təkrar etmək lazımdır ki, “Allahın ədalətli olması” məsələsi İslam dünya görüşünün əsaslarından biridir. “İlahi ədalət”inə inam olmadan, “Tövhid”, “Nübüvvət” və “Məad” məsələsi öz həllini tapmayaraq, cürbəcür tənqidlərə məruz qalacaqdır.

Bir hədisdə oxuyuruq; İmam Sadiq (ə): “Dinin əsası Tövhid və Ədalətdir!” Deyə təkid etdikdən sonra buyurdu: “Tövhid budur ki, (bunu tələb edir ki) özünə nibət verdiyini Allaha nisbət verməyəsən! (O, bəndələrinin xüsusiyyətlərindən pak və uzaqdır!) Amma ədalət budur ki, (Allahın ədaləti bunu tələb edir ki,) Allaha elə bir əməli nisbət vermə ki, əgər sən onu əncam versən səni danlayarlar!” (“Biharül-ənvar”, c. 5, s. 17, hədis. 23)

63-Fiqhin dörd mənbəsi

Şiə fiqhinin mənbələri (ictihad etdiyi şeylər) aşağıdakılardan ibarətdir:

səh:80

1-Allahın kitabı olan Qur`an. İslam maarifinin və hökmlərinin əsas mənbəyi.

2-Peyğəmbər (s.ə) və Əhli-beytin-məsum imamların (ə) sünnəsi.

3-İcma (Alim və fəqihlərin rəy birliyi), Məsum (ə)-ın nəzərini yetirməklə.

4-Ağıl. Ağlın dəlili-sübut kimi tanınmasından məqsəd, onun qəti şəkildə, yəqin edərək verdiyi hökmdür! Zənn və güman (“Qiyas” və “İstehsan” kimi) edən surətdə isə ağlın hökmü qəbul edilməyəcəkdir.

Beləliklə, fəqih heç vaxt Qur`anda və sünnədə bəyan olunmayan bir əməl barəsində öz şəxsi məsləhətilə, güman və zənnə arxalanaraq hökm edə bilməz. O, bu hökmü ilahi qanunu adlandırmağa ixtiyarlı deyildir! Şəriət hökmlərinə əl tapmaq üçün, zənnə-gümana arxalanan “Qiyas”-a etibar etməklə hökm vermək doğru deyildir. Və bu iş qadağan olunmuşdur.

Amma insan öz ağlının yəqin etdiyi hökmə əsasən, qərar qəbul edərsə, məsələn; zülmün, yalanın, oğurluq və xəyanətin pis və haram sayılmasına yəqin edərək onun günah olduğuna hökm edərsə, bu hökm etibarlıdır. Və “Ağlın hökm etdiyi hər bir şeyə, şəriət də, hökm etmişdir− qanununa əsasən, ağıl da, şərin etdiyi hökmü bəyan edir.

Danılmaz bir həqiqətdir ki, müsəlmanların ehtiyaclı olduğu şəri hökmlər barəsində (istər siyasət, ibadət və istərsə də, iqtisadiyyat və ictimai məsələlərə aid olan) Peyğəmbərin (s) və Əhli-beytin (ə) buyurduqları hədislər kifayət qədər mövcuddur. Zənn və gümanla dolu dəlil-sübutlara müraciət etməyə isə ehtiyac yoxdur. Müasir dünyaya qədəm qoyduqca isə yeni yaranan məsələlər barəsində Qur`an və hədislərdə ümumi qaydalar zikr olunmuşdur. Bu qaydalara müraciət etməklə hər bir fəqih,

səh:81

müasir zamanın vücuda gətirdiyi tələblərə (məs; kosmik uçuşlar, teleradio, və s...) İslam dininin buyurduqlarına əsasən cavab verməyə qadirdir.(1)

64-Fəqihlərin üzünə ictihad qapısı daim açıqdır

Keçən bəhslərdə söylədiyimiz kimi Qur`an, sünnə, ağıl və icmadan dini hökmlərin (müvafiq qaydalara uyğun olaraq) çıxarılması “ictihad” adlanır. Fəqihlərin üzünə ictihad qapısı bütün dini məsələlərdə daim açıqdır. Bütün nəzər sahibi olan bacarıqlı fəqihlər, fiqhin bu dörd mənbəyinə əsaslanaraq ilahi hökmlərini kəşf edir və onu müsəlmanlara(2) təqdim edir. Hətta fəqihlərin ictihat yolu ilə ələ gətirdikləri hökmlər, onlardan əvvəl yaşamış keçmiş fəqihlərin hökmlərilə fərqli də, ola bilər. İctihad bacarığı olmayan şəxslər öz dövrünün diri (zaman və məkanın tələb etdiyi məsələlərə agah olan) fəqihlərinə müraciət etməlidir. Başqa bir sözlə desək, ictihad bacarıqlı fəqihlərə “təqlid” etməli və onların hökmlərinə əməl etməlidir. Çünki fiqh elmində ictihad bacarığına malik olmayan şəxsin, bu elmdə mütəxəssis olan şəxslərə müraciət etməsi labüddür.

Biz ictihad bacarığına malik olan fəqihləri “Mərcəyi-təqlid” adlandırırıq. Həmçinin qeyd etmək lazımdır ki, (ibtidai təqliddə) dünyasını dəyişmiş fəqihlərdən təqlid etməyə icazə verilmir!

səh:82


1- [34] Bu məsələnin izahı çox geniş olduğundan bizim bəhsimizdən xaricdir. Əlavə məlumat toplamaq istəyənlər “Məsailil-müstəhdisə” kitabına müraciət etsinlər. Söylənilən kitabda bu barədə geniş və ətraflı şərh verilmişdir.
2- [35] İctihad bacarığı olmayan şəxslərə.

İctihad bacarığı olmayan hər müsəlman zaman və cəmiyyətin tələbilə ayaqlaşan diri fəqihə müraciət etməlidir. Elə buna görə də, şiə fiqhi daim hərəkətdə, inkişafdadır və müxtəlif şəraitlərə uyğunlaşaraq, daim müasir zamanla ayaqlaşır.

65-İslamda qanun boşluğu yoxdur

Biz inanırıq ki, insanların ehtiyaclı olduğu bütün məsələlər barəsində lazım olan hökmlər (hətta qiyamət gününədək, bəzən xüsusi və bəzən də ümumi şəkildə) islamın köklü mənbələrində bəyan olunmuşdur. Elə bu səbəbdən də, heç bir fəqihin öz şəxsi rəyinə əsasən hökm verməyə ixtiyarı yoxdur! Onlar yalnız Qur`an, sünnə, ağıl və icma əsasında ictihad edərək, dini hökmləri bu dörd mənbədən ələ gətirir və onları müsəlmanlara təqdim edirlər. Çünki islam dini kamil bir dindir və heç bir alimin fəqət özünün şəxsi rəyinə əsaslanaraq verdiyi hökmə ehtiyaclı deyildir.

Qur`ani-kərim, (axırıncı nazil olmuş surələrdən sayılan) Maidə surəsinin 3-cü ayəsində buyurmuşdur ki; “Bu gün sizin dininizi kamil etdim və nemətimi sizə tamamladım və sizin üçün İslam dinini seçdim!” Belə olan halda İslam dini bütün əsrlərin ehtiyaclarına cavab verə biləcək, kamil və hər tərəfli bir “fiqhə” malik olmazsa, onu kamil din adlandırmaq olarmı?

İslam Peyğəmbəri (s) “həccətül-vida”da, özünün ən tanınmış hədisində söyləmirmi ki, “Ey camaat! Sizi behiştə yaxınlaşdıran və cəhənnəm atəşindən uzaqlaşdıra biləcək hər bir şeyə əmr etdim! Və sizi cəhənnəm alovuna yaxınlaşdıran və behiştdən uzaqlaşdıran hər bir şeyi qadağan etdim!” (“Üsuli-kafi”, c. 2, s. 7, “Biharül-ənvar”, c. 687, s. 96) İmam Sadiq (ə) buyurur: “İmam Əli (ə)

səh:83

İslam dininin bütün hökmlərini (Peyğəmbərin imlası və əmrilə) yazdı. Hətta kiçik bir canlının diyəsinin hökmünü belə yazdı!”

66-Təqiyyə və onun fəlsəfəsi

Qur`ani-kərimin göstərişlərinə əsasən, insan qərəzli, məntiqsiz, təəssübkeş şəxslərin əhatəsində olduqda, öz əqidəsini zahir etməklə canı, malı və abır-heysiyyəti təhlükəyə düşərsə və öz əqidəsini izhar etməyin heç bir faydası olmazsa, bu zaman o, öz əqidəsini gizlətməlidir. Müqəddəs dinimizdə bu əməl “Təqiyyə” adlanır. Qur`ani-kərimin göstərişlərindən əlavə, insan ağlı da “təqiyyə”nin məntiqə uyğun zəruriyyət olduğunu təsdiq edir. Qur`an Ali-Firondan olan bir mömün şəxsin barəsində buyurur: “Firon xanədanından olan, inancını (əqidəsini) gizlədən bir mömin kişi dedi: “Mənim Rəbbim vahid Allahdır” deyən və Rəbbiniz tərəfindən aydın dəlillərlə gələn bir kişini öldürürsünüzmü?!” (Ğafir, 28)

“İnancını (əqidəsini) gizlədən” ibarəsi aydın şəkildə “təqiyyə” məsələsinə işarə edir. Firon xanədanından olan bu mömin şəxsin öz əqidəsini aşkar edərək, heç bir mənfəət olmadan, canını təhlükə qarşısında qoymasına dəyərdimi?

İslamın ilkin çağlarında qərəzkar və dikbaş müşriklərin əhatəsində olan bəzi imanlı və cəsur müsəlmanlara, Qur`ani-kərim “təqiyyəni” əmr edərək, buyurur: “Möminlərin (öz) mömin qardaşlarından başqa, kafirləri də dost tutması rəva deyildir! Və bu cür əməl edən şəxs Allahla öz rabitəsini kəsmişdir. Onların şərindən xilas olmaq üçün, zahirdə onlarla (kafirlərlə) dostluq izhar edənlərdən (Təqiyyə edənlərdən) başqa.” (Ali-İmran, 28)

səh:84

Beləliklə, təqiyyəyə (əqidənin gizlədilməsi) yalnız müsəlman şəxsin canı, malı, ya abırı radikal və qərəzli düşmənlərin qarşısında təhlükəyə düşən zaman (əqidəni izhar etməyin faydasız olduğu zaman) riayət olunmalıdır. Çünki bihudə və lazımsız olaraq müsəlmanların malını, canını və heysiyyətini hədərə vemək məntiqə uyğun bir iş deyildir. Elə bu səbəbdən də, İmam Sadiq (ə) buyurur: “Təqiyyə möminin özünü müdafiə etdiyi qalxandır!” (Vəsail, c 11, s. 461, fəsl 24, hədis 6) “Qalxan” (sipər) kəlməsi xüsusi incəliklə təqiyyənin müsəlmanlar üçün, həqiqətdə, zalım və rəhimsiz düşmənlərin müqabilində müdafiə vəsiləsi olduğunu yetirir. Təqiyyə Qur`ani-kərim tərəfindən də təsdiq olunmuşdur; Nəhl, 106, Ğafir, 28, Ali-İmran, 28-Mütərcim.

Əmmar Yasirin (Peyğəmbər (s.ə)-in ən yaxın səhabələrindən biridir) müşriklər müqabilində təqiyyə etməsi və İslam Peyğəmbərinin (s) bu işi təyid etməsi, ən məşhur hədislərdə nəql olunmuşdur.(1) Təqiyyə şəriətin və ağlın tələbi olaraq, təkcə şiə tərəfindən deyil, bütün dünya müsəlmanlarının, bütün ağıllı şəxslərin lazım olan zaman istifadə etdikləri bir əməldir.

Təəccüblüdür ki, bəzi şəxslər təqiyyə məsələsini təkcə şiə müsəlmanlarına və Əhli-beyt (ə) ardıcıllarına nisbət verərək, onlara qarşı müxtəlif iradlar irəli sürürlər. Bir halda ki, təqiyyənin Qur`ani-kərim, Peyğəmbər (s.ə) və imamlar (ə) tərəfindən (həmçinin ağlın tələbi olaraq)

səh:85


1- [36] Bu barədə olan hədislər hədis elminin tanınmış alimləri, tarixçilər, Qur`an şərhçilərinin məşhur kitablarında qeyd olunmuşdur. Vahidi “Əsbabi nuzul”da, Təbəri, Qurtubi, Zəməxşəri, Fəxri Razi, Beyzavi, Nişaburi və s.. hər biri Nəhl surəsinin 106-cı ayəsinin şərhində bu barədə geniş bəhslər açmışlar.

aydın bir məsələ olduğu hamıya məlumdur. Bu dünyanın bütün ağıllılarının əməl etdikləri bir vəzifədir. Təqiyyə dinin tələbi və zamanın reallığıdır.

67-Təqiyyənin haram (qadağan olan) yerləri

Söylənilən anlaşılmazlıqların əsası, kökü və şiə əqidəsindən yetərincə məlumatın olmamağı, bu əqidənin bəzi nadan və ifratçı (qərəzli) mənbələrdən öyrənilməsidir. Ümidvarıq ki, yuxarıda dini mənbələrə əsaslanaraq, söylədiklərimiz şərhlər məsələni olduğu kimi aydınlaşdırdı.

Əlbəttə inkar ediləsi deyildir ki, bəzi vaxtlarda təqiyyə etmək haramdır. İslam dininin əsasları və Qur`ani-kərim təhlükə qarşısında olan zaman təqiyyə etmək lazım deyildir. Hətta insanın canı, malı və abrı təhlükəyə düşsə də, öz əqidəsini izhar etməklə, onun qurbanına çevrilsə də, dinin təhlükədə olduğu bir vaxt təqiyyə etməməlidir! İmam Hüseyn (ə) Kərbəla çölündə, aşura günü məhz bu hədəfi əsas tutaraq şəhid oldu. Çünki Peyğəmbərin (s) və İslamın düşməni olan Bəni-Üməyyə dinimizin əsaslarını ayaq altına alaraq, İslamı yer üzündən silmək niyyətində idilər. İmam Hüseyn (ə) isə öz şəhadətilə onların bu fitnəsini faş edərək, İslamı ən böyük təhlükədən qorudu.

68-İslamda ibadət

Biz Qur`an və sünnədə təkid olunmuş bütün ibadətlərə etiqadlıyıq. Gündəlik namazlar (ki, insanla Tanrının ən əhəmiyyətli rabitəsidir), Ramazan ayının orucu (ki, iman qüvvəsinin gücləndirməsi və ruhun paklanmasına, nəfsani istəklərlə olan ən gözəl mübarizədir) etiqadlı olduğumuz ən əhəmiyyətli ibadətlərdəndir.

səh:86

Biz Həcc ziyarətini təqvanın ən təsirli amillərindən biri kimi tanıyaraq, onu müsəlmanlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi səbəbi (vəhdəti) və bütün dünya müsəlmanlarının izzəti hesab edirik. İmkanı olan hər bir müsəlmanın ömründə bir dəfə “Allahın evi” adlanan “Kəbəni” ziyarət etməsi vacibdir.

Biz zəkat, xüms, yaxşılığa əmr etmək və pislikdən çəkindirməyi vacib əməllərdən sayırıq.

Doğrudur, bu əməllərin bəzi xırdalıqlarında bizimlə digər məzhəblər arasında fərqlər mövcuddur. Necə ki, Əhli-sünnətin dörd məzhəbi arasında da ibadət və digər bölmələrdə fikir ayrılıqları mövcuddur.

69-Gündəlik namazlar

Bizim əqidəmizə əsasən zöhr və əsr yaxud məğrib və işa namazlarını müştərək bir vaxtda ardıcıl qılmaq caizdir. Və bu isə Peyğəmbər (s.ə) tərəfindən zəhmət və əziyyətə düşən şəxslərə namazın asan-zəhmətsiz olması üçün icazə verilmişdir.

Səhihi-Termizidə ibni Abbasdan belə nəql olunur: “Peyğəmbər (s.ə) Mədinə şəhərində, zöhrlə əsr, həmçinin məğrib və işa namazlarını birlikdə qıldı. Bir halda ki, nə (düşməndən, oğrudan və s.) qorxu və nə də yağış (təbii fəlakət) var idi!” İbni Abbasdan soruşdular: “Peyğəmbər nə üçün bu namazları birlikdə qıldı?” Dedi: “Bunu öz ümmətini çətinliyə (zəhmətə) salmamaq üçün etdi.” (Yəni bu namazları ayrı-ayrı vaxtda qılmaq zəhmətə səbəb olarsa, onları birlikdə qıla bilərsiniz) (Sünəni-Termizi, c. 1, səh 954, fəsl 138, Sünəni-Beyhəqi” c. 3, s. 167)

Xüsusilə müasir dövrdə, ictimai həyatda müxtəlif idarələr, fabrik, zavodlar və cürbəcür fəaliyyət mərkəzlərində aktiv iş rejimi geniş vüsət almışdır.

səh:87

Gündəlik namazların beş müxtəlif vaxtda, ayrı-ayrı qılması bəzi müsəlmanların namazı tərk etməsinə səbəb olur. İslam Peyğəmbərinin (s) gündəlik namazlar barəsində verdiyi bu icazə, uzun müddətli iş prosesindən yorulan bir çox müsəlmanlara öz namazlarında daha diqqətli və davamlı olmaq imkanı verir.

70-Möhürlə səcdə olunması

Namaz qılarkən yerə (torpağa) və ya yerdə bitən (yeyilməyən və geyilməyən) şeylərə səcdə etmək lazımdır. (Məsələn; yarpaq, taxta, bitkilər) Bunlardan başqasına səcdə etmək düzgün deyildir. Həmçinin, xalçaya və s. səcdə etmək qadağandır. Namaz halında torpağa səcdə etmək, digər şeylərə səcdə etməkdən daha üstündür. Elə bu səbəbdən də, şiə müsəlmanlarının əksəriyyəti təmiz torpaqdan düzəldilmiş “möhürə” səcdə edirlər. Biz şiələrin bu işinə səbəb Peyğəmbərin (s) ən məruf və tanınmış hədisidir: “Yer mənim üçün (məscid) səcdəgah və pakedici qərar verilmişdir!”(1) Bu hədis müxtəlif Əhli-sünnət və şiə kitablarında nəql olunmuşdur.

səh:88


1- [37] Yəni Allahın qarşısında səcdə edərək, öz alınlarını (hər gün üzərində addımlayaraq keçdikləri, alçaq saydıqları torpağa qoyur, öz bəndəliklərini, aciz olduqlarını Uca Yaradana bu yolla bəyan edirlər. Mütərcim) “Səhihi-Buxari”, c. 1, s. 91. Cabir ibn Abdullah Ənsaridən “təyəmmüm” fəslində; Nisai öz “Səhih”ində Cabir ibn Abdullah Ənsaridən “Ət-təyəmmum bis-səid” fəslində; “Müsnədi-Əhməd” ibn Abbasdan, c 1, s 301, də qeyd olunmuşdur. Şiə mənbələrində isə müxtəlif təriqələrlə bu barədə çoxlu sayda hədislər mövcuddur.

İrad: Hədisdə “Məscid” kəlməsindən məqsəd “Səcdəgah” nəzərdə tutulmamışdır. Əksinə Allahın evi sayılan məscidlər qəsd edilmişdir.

Cavab: Bir başa “təyəmmümə” aid olan “Təthir”-“Pakedici” kəlməsinə diqqət etdikdə “Məscid” kəlməsindən məhz “Səcdəgahın” nəzərdə tutulduğu aydınlaşır. Yəni-torpaq həm pakedici, həm də səcdəgah sayılır!

Əhli-beyt (ə)-dan çoxlu sayda olan müxtəlif hədislər də, namazda torpağı, daşı və s... səcdəgah kimi tanıtdırır.

71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti

Peyğəmbər (s)-in, Əhli-beyt imamlarının (ə), böyük alimlərin və şəhidlərin qəbirlərini ziyarət etmək dinimizdə təkid olunmuş, müstəhəb və savablı işlərdəndir. Əhli-sünnət və şiənin böyük alimlərinin müxtəlif kitablarında qəbirlərin ziyarət olunması barəsində saysız-hesabsız rəvayətlər, hədislər mövcuddur. Əgər bu rəvayətləri bir yerə cəmləsək, ayrıca bir kitab yaranmış olar.(1)

Tarix boyu İslam dünyasının tanınmış, məşhur alimləri və cəmiyyətin müxtəlif təbəqələri müqəddəs qəbirləri ziyarət etməyə xüsusi əhəmiyyət vermişlər. Və müqəddəs qəbirləri (Peyğəmbər (s) və s...) ziyarət edən şəxslərin maraqlı əhvalatları müxtəlif kitablarda mövcuddur. (“Əl-qədir, c 5, s 93-207) Bu məsələ, doğrusu bütün

səh:89


1- [38] Bu rəvayət və hədislər barəsində əlavə və ətraflı məlumat toplamaq üçün və həmçinin, böyük alimlərin bu barədə olan kəlamlarını eşitmək üçün “Əl-qədir”, c 5, s. 93-207-ə müraciət edin.

müsəlmanların qəbul etdiyi (vəhabilər istisna olaraq) aşkar bir həqiqətdir. Lakin diqqət etmək lazımdır ki, “ziyarət”, “ibadət” demək deyildir. Şübhəsiz, heç bir kəs bu iki ibadətin eyni məna daşıdığını təsəvvür etmir (edə də bilməz). Çünki “ibadət” yalnız Allaha məxsusdur. Amma “ziyarət” isə İslam dininin böyük şəxsiyyətlərinə qarşı qoyulan ehtiram deməkdir. Və onların vasitəsilə Allah dərgahından şəfaət tələb etmək mənasındadır. Hətta çoxlu rəvayətlərdə Peyğəmbərin (s) qəbiristanlara və “Bəqi”yə (Bəqi-Mədinə qəbiristanlığı) getdiyi, onlara salam verdiyi yazılmışdır.(1)

72-Əzadarlıq mərasimləri və onun fəlsəfəsi

İslam şəhidləri, xüsusilə “Kərbəla şəhidləri” üçün keçirilən əzadarlıq mərasimləri onların xatirələrinin əbədi qalması, İslam dini uğrunda etdiyi fədakarlıqların daim yaşaması üçündür. Elə buna görə də, aşura əyyamında (Məhərrəm ayının ilk on günü), yəni İmam Hüseyn (ə)-ın, behişt cavanlarının sərvəri olan,(2) İmam Əli (ə)-ın və Peyğəmbərin (s) əziz qızı Fatimeyi-Zəhra (ə)-ın övladı üçün yas saxlayır, əzadarlıq mərasimləri keçiririk. Onların həyatını, nə üçün və necə şəhid olduqlarını təhlil səh:90


1- [39] Səhihi-Müslim, Əbu-Davud, Nisai, Müsnədi-Əhməd, Səhihi-Termizi, Sünəni Beyhəqi və s... müraciət oluna bilər.
2- [40] “İmam Həsən və İmam Hüseyn behişt cavanlarının sərvəridirlər!”−Peyğəmbər (s) Bu hədis “Səhihi-Termizi”də Əbu Səid Xudri və Hüzeyfə (c. 1, s. 306-307) və “Səhihi-ibn Macə”də “Peyğəmbərin səhabələrinin fəziləti” fəslində və həmçinin “Müstədrəkü-Səhiheyn”, “Hilyətul-əvliya”, “Tarixi Bəğdad”, “Əsabe-ibn-Hicr”, “Kənzül-ümmal”, “Zəxairul-ədəbi” və s... qeyd olunmuşdur.

edirik. Onların pak ruhlarına dualar oxuyuruq. Bəni-Üməyyə tayfası qorxunc və zalım bir hakimiyyət yaradaraq, Peyğəmbərin (s) sünnəsini ayaq altına alır, dinə müxtəlif bidət və xurafatlar qatır, İslamın mənəvi dəyərlərinin məhvinə çalışırdılar.

İmam Hüseyn (ə) hicrətin 61-ci ili Yezidin əleyhinə qiyam etdi. Yezid fasiq, təkəbbürlü və İslama düşmən, yad olan bir adam idi. Təəssüflər olsun ki, zamanın gərdişi ona Peyğəmbərin (s) minbərində yer vermişdi. İmam Hüseyn (ə) özünün bütün əshabı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid oldusa da, ailəsi və yaxınları əsir düşdüsə də, lakin onların bu əməli, Yezid dövrünün qəflət yuxusuna dalmış müsəlmanlarını ayıltdı. Müsəlmanlar dinin müdafiəsinə qalxaraq, ardıcıl olaraq qiyamlar yaratdılar. Bəni-Üməyyə hakimiyyətini kökündən laxlatdılar. Onlar zamanın heçliyinə yuvarlandılar. Maraqlıdır ki, Aşura hadisəsindən sonra baş vermiş bütün qiyamlar “Ali-Məhəmmədin razılığı naminə! Hüseynin qanı naminə!”−ünvanlı şüarlarla baş verirdi. Və ya bu şüarların bir çoxu hətta Bəni-Abbasın zalım və dinsiz hökuməti dövründə də səslənirdi.

İmam Hüseyn (ə)-ın qanlı qiyamı bütün müsəlmanlar üçün, hətta qeyri-müsəlmanlar üçün də, bir nümunə olaraq qalmaqdadır. Onun “Zillət bizdən uzaqdır!”, “Həyatın həqiqəti iman və cihaddır!” kimi şüarları, zülmdən və azğın düşməndən qurtuluş yolunda, vətənin və din düşmənlərinin müqabilində müqavimət yolunda ən gözəl ideyalardır. Biz İmam Hüseyn (ə)-dan mərdlik, qeyrət, isar, şəhadət, şücaət, əqidə, iman və s. bu kimi əhəmiyyətli ibrətlər aldıq. Biz Həzrət Hüseyn (ə)-dan başı uca yaşayaraq, zülmə və düşmənə boyun əymədən mərdanə həyat sürmək, yaxud mərd kimi ölməyi öyrəndik!

səh:91

Mümkündür bəzi şəxslər “Kərbəla şəhidlərinə” keçirilən əzadarlıq mərasimlərini sırf olub-keçilmiş tarixi bir hadisə kimi təsəvvür etsinlər. Biz isə bu faciəni unutmamaqla öz dini vəzifəmizi yerinə yetirərək, onun yaşayışımızın müxtəlif zamanlarında necə əhəmiyyət daşıdığını bilirik. Bu işin dini cəhətdən düzgün olub-olmadığına gəldikdə isə, təkcə bütün müsəlman dünyasında məşhur olan –“Həzrət Məhəmmədin (ə) əshabının Seyyidüş-şühəda Həmzəyə (ə) yas saxlaması, əzadarlıq mərasimləri keçirməsi”ni yada salmaq kifayətdir. Bütün məşhur tarix kitablarında yazılmışdır: “Allahın Rəsulu Məhəmməd (s) Ənsardan birinin evinin yanından keçərkən ağlamaq və vay-şivən səsləri eşitdi. Gözləri yaşla dolan Peyğəmbər (s) buyurdu: “Lakin Həmzə üçün ağlayan yoxdur!” Bu sözü eşidən Səid ibn Məaz “Bəni-Əbdul-Əhməd” tayfasının qadınlarına Peyğəmbərin (s) əmisi həmzənin evinə getməyi və onun üçün əzadarlıq etməyi tapşırdı!” (Kamile-ibn-Əsir, c. 2, səh. 163; Sireye-ibn Hişam, c 3, səh 104)

Aydındır ki, əzadarlıq təkcə Həmzə üçün deyil, doğrusu bütün müsəlman şəhidlərinə aid edilir. Biz şəhidlərin xatirəsini daim indiki və gələcək nəsillər üçün qoruyub saxlamalıyıq.

73-Müvəqqəti nikah

Müvəqqəti nikah şəri bir qanun olaraq İslam fiqhində “Mütə” adlanır. Deməli, İslama əsasən iki növ evlənmə-nikah düzgündür: 1-Daimi nikah (müddətsiz); 2-Müvəqqəti nikah (hər iki tərəfin razılığı əsasında müddət təyin olunmaqla). Bu nikah, “daimi nikahla” “müxtəlif məsələlərdə oxşardır; mehriyyə, qadının kəbindən boş olması, dünyaya gələn övlad, ayrıldıqdan sonra iddə

səh:92

saxlanılması və s. Bir sözlə, müvəqqəti əqd, daimi evlənməklə eyni mahiyyət daşıyır. Hər ikisinin bir çox hökmləri eynidir.

Əlbəttə, daimi nikahla müvəqqəti nikah arasında bir sıra fərqlər də, mövcuddur. Müvəqqəti nikahda; 1-Qadına nəfəqə vermək vacib deyildir. 2-Ər-arvad heç biri, digərindən irs apara bilməz. (Amma onların övladları ata-analarından və bir-birlərindən irs apara bilər).

Hər bir halda biz bu hökmü Qur`ani-kərimdən öyrənmişik: “Qadınlarla mütə (siğə) əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin!” (Nisa 24) Qur`an müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, söylənilən ayə müvəqqəti nikahdan bəhs edir. “Təfsiri-Təbəridə” bu ayənin kənarında çoxlu sayda olan müxtəlif hədislər, onun müvəqqəti nikaha aid olduğunu təsdiqləyir. Peyğəmbərin (s) səhabələrinin böyük bir hissəsi də bu fikirdədirlər.(1)

“Səhihi-Buraxi”, “Müsnədi-Əhməd”, Səhihi-Müslim “və müxtəlif kitablarda, müvəqqəti əqdin Peyğəmbər (s)-in zamanında da, mövcud olduğunu təsdiq edən rəvayətlər mövcuddur. (Onlara müxalif olan rəvayətlər tapılsa da, belə)(2)

Əhli-sünnət alimlərinin bir qrupunun fikrinə əsasən müvəqqəti nikah Peyğəmbərin (s) dövründə mövcud olmuş qanunu bir iş idi. Lakin sonradan o, ləğv edildi. Bir halda ki, başqa bir qrup müvəqqəti nikahın Peyğəmbərin (s) ömrünün sonuna kimi ləğv edilmədiyini, yalnız uzun

səh:93


1- [41] “Təfsiri-Təbəri”, c. 5, s. 9) “Dürrül-mənsur” təfsirində və “Sunəni-Beyhəqi” də bu barədə cürbəcür rəvayətlər zikr olunmuşdur. (“Əd-durrul-mənsur”, c. 2, s. 140; c. 7, s. 206)
2- [42] “Müstədi-Əhməd”, c. 4, s. 436; “Səhihi-Buxari”, c. 7, s. 16; “Səhihi-Müslim”, c. 2, s. 1022 “Babu-nikahul-mütə”.

illərdən sonra xəlifə Ömər tərəfindən qarşısı alındığını iddia edirlər. Onlar yalnız xəlifə Ömərin dediyi bu sözləri əsas tutaraq, müvəqqəti nikahı ləğv olunmuş hesab edirlər: “Ey camaat! Peyğəmbərin (s) dövranında icazə verilən iki mütəni mən qadağan edirəm! Və onları əncam verən kəsləri cəzalandıracağam. Onlar adi mütə (müvəqqəti nikah) və həcc mütəsindən ibarətdir!”(1) Şübhəsiz, müvəqqəti nikah barəsində olan nəzərlər Əhli-sünnət rəvayətlərinə əsasən digər hökmlər kimi ixtilaflıdır (müxtəlifdir). Bir qrup Əhli-sünnət onun Peyğəmbərin (s) dövründə qadağan olduğunu (qüvvədən salındığını), digər bir qrup, onun xəlifə Ömərin vasitəsilə qüvvədən salındığını deyir, kiçik bir dəstə isə müvəqqəti nikahın ümumiyyətlə, qadağan olunduğunu iddia edirlər. Belə ixtilafların olması isə fiqh elmində təbii və labüddür. Amma şiə fəqihlərinin birgə rəyinə əsasən müvəqqəti nikah Peyğəmbərin (s) dövründə mövcud olmuş və qadağan edilməmişdir. Və heç bir kəs Peyğəmbərdən (s) sonra onu qüvvədən sala bilməz!

Bizim əqidəmizə əsasən, əgər müvəqqəti nikahdan sui-istifadə edilməsə, o, cəmiyyətin bir çox ictimai və sosioloji böhranlarının həllinə müsbət cavab verəcəkdir. Belə ki, daimi nikaha imkanı olmayan cavanların cinsi

səh:94


1- [43] Bu hədis söylənilən ibarət ilə, yaxud məzmun və məna cəhətindən ona oxşar ibarətlə “Sünəni-Beyhəqi”də c. 7, s. 206 və bir çox kitablarda mövcuddur. “Əl-Qədir” kitabının müəllifi 25 hədis (“Sihah” kitablarından və “Müsnəd”lərdən) nəql edir ki, mütə-müvəqqəti nikah İslam hökmünə əsasən halal, Peyğəmbər (s) və birinci xəlifənin dövründə, hətta ikinci xəlifənin zamanından bir miqdar müddətdə halal olmuşdur. Lakin Ömər şəxsən onu haram (qadağan) etdi! (“Əl-Qədir”, c. 3, s. 332)

həyat problemləri, ticarət, iqtisadi və ya təhsili hacətlər üzündən öz ailəsindən uzaqlarda qalan şəxslərin cinsi ehtiyacları müvəqqəti nikah vasitəsilə təmin edilmiş olur. Müvəqqəti nikah həm də, bu qrupların arasında fahişəliyə olan meyli aradan aparır. Müasir dövrdə cinsi istəklərin müxtəlif vasitələrlə təhrik olunması (televiziya, internet, film, qəzet və s) insanların (məxsusən cavanların) ya fahişəliyə ya da, fahişəyə doğru üz tutmasına səbəb olur. Müvəqqəti nikah isə hətta bəzən bütün bunları isti ailə ocağı ilə əvəz etmiş olur.

Bir daha təkrar etmək istəyirəm ki, biz müvəqqəti nikahdan sui-istifadə olunmasının, qadınların iyrənc yollara doğru çəkilməsinin, bu ilahi qanunun şəhvətpərəst şəxslərin oyuncağına çevrilməsinin əleyhinəyik. Lakin ondan sui-istifadə olunmasının qarşısını almaqla, bu ilahi qanunundan doğru-düzgün şəkildə istifadə etmək olar.

74-Şiənin tarixi

“Şiə”nin yaranma tarixi Peyğəmbərin (s) dövrünə qayıdır. Belə ki, biz Həzrət Məhəmmədin (s.ə) kəlamlarında da dəfələrlə “şiə” barəsində olan müxtəlif mövzularla rastlaşırıq. Və bu barədə (cürbəcür) mənbələrə əsaslanaraq) aydın dəlil-sübutlar mövcuddur.

Qur`an müfəssirlərinin (şərhçiləri) əksəriyyəti Bəyyinə surəsinin 7-ci ayəsinin: “İman gətirənlər və yaxşı işlər görənlər yaranmışların ən yaxşısıdır”- kəlamının şərhində Peyğəmbərdən (s) olan bu hədisi qeyd edirlər; “Bu ayədən məqsəd Əli (ə) və onun şiələridir!”

Həmçinin məşhur Qur`an müfəssiri “Siyuti” özünün “Əd-dürrül-mənsur” (“Əd-dürrül-mənsur”, c. 6, s 379) kitabında ibn Əkasirin vasitəsilə Cabir ibn Abdullahdan belə nəql edir; “Biz Peyğəmbərin (s) yanında idik. Elə bu

səh:95

vaxt Həzrət Əli (ə) bizə yaxınlaşdı. Peyğəmbər (s) onu gördükdə buyurdu: “And olsun Tanrıya ki, canım onun əlindədir, Əli və onun şiələri Qiyamət günü qurtuluşda olanlardandır!” Sonra isə yuxarıda qeyd olunan Bəyyinə surəsinin 7-ci ayəsi nazil oldu. Sonralar hər vaxt Həzrət Əli (ə) Peyğəmbərin (s) əshabının yanına gəldikdə, onlar belə söyləyirdilər: “Allahın yaratdıqlarının ən yaxşısı gəldi”. Bütün bunları ibn Abbas, Əbu-Bərzə, ibn Mərdiyə, Ətiyye Ufidə, azacıq fərqlə rəvayət etmişlər.(1) Elə buna əsasən də, “şiə” adının Həzrət Əli (ə)-ın davamçılarına Həzrət Peyğəmbərin (s) dövründə nisbət verilməsi aydın olur.

İslam Peyğəmbəri (s) şəxsən özü onları şiə adlandırmışdır. Və bu adın xəlifələr dövründə yaxud səfəvilər dövründə yarandığını iddia etmək əsassız olaraq, heç bir sübut-dəlilə arxalanmır.

Biz İslam dünyasında mövcud olan başqa firqələrə, məzhəblərə ehtiram edir və onlara nəhayət dərəcədə hörmətlə yanaşırıq. Onlarla birlikdə “camaat namazı” qılır, birlikdə həcc mərasimlərində iştirak edir, İslam dinində müştərək olduğumuz mövqelərdə və hədəflərdə birgə çıxış edirik. Lakin bununla belə biz, Əli (ə)-ın məktəbinin çoxlu üstün xüsusiyyətlərə malik olduğunu, ona Peyğəmbər (s) tərəfindən xüssusi diqqət və əhəmiyyət verildiyinə görə şiə məktəbini seçmişik.

Qeyd: Bəzi müxalif qüvvələr idda edirlər ki, “şiə məktəbi” Abdullah ibn Səba ilə sıx bağlıdır. Və şiələrin Abdullah ibn Səbanın davamçıları olduğuna təkid edirlər.

Əslində Abdullah ibn Səba bir yəhudi idi və sonradan İslamı qəbul edərək, zahirdə müsəlman olmuşdu. Bu

səh:96


1- [44] Əlavə məlumat üçün “Pəyami-Qur`an”, c. 9, s. 259-a müraciət edin.

şəxsin şiə məktəbinin rəhbəri kimi tanıtdırılması çox qəribə və təəccüblüdür. Çünki şiə dünyasının bütün tanınmış kitablarında bu adam barəsində heç bir rəğbət hissi oyadan söz yoxdur. Doğrusu, şiənin bütün “rical” kitabları onu azğın, yolunu azmış bir şəxs kimi tanıtdırır. Hətta bizim bəzi rəvayətlərimizə əsasən Həzrət Əli (ə) onun mürtəd olduğuna görə, ölümünə fərman vermişdi!(1)

Onu da qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr də, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə “Abdullah ibn Səba” adlı şəxsiyyət olmamışdır. Necə ola bilər ki, xəyali bir fərd şiənin banisi olsun?!(2)

Ümumiyyətlə, o uydurulmuş əfsanə olmasa da, biz Abdullah ibn Səbanı mürtəd, azğın bir şəxs hesab edirik.

75-Şiə məzhəbinin coğrafi əhatəsi

Diqqət etmək lazımdır ki, şiə mərkəzləri (həmişə) fəqət İranda olmamışdır. Əsl həqiqətdə İslamın əvvəl əsrlərindən, qərnlərindən başlayaraq şiə, Kufə, Yəmən, hətta Mədinə şəhərinin özü və Əli (ə)-a qarşı bəni-Üməyyə tərəfindən daim zəhərli təbliğatlar aparılan Şam (Dəməşq) şəhərlərində də, müxtəlif mərkəzlərə malik olmuşdur. Hərçənd İraq ölkəsində mövcud olan geniş vüsət almış şiə mərkəzlərilə müqayisə oluna bilməsə də, bu şəhərlər şiələrə məxsus mərkəzlərə şahid olmuşdur.

Geniş Misir torpağı da, həmişə şiə qruplarına malik olmuşdur. Hətta Fatimiyyə xəlifələri dövründə

səh:97


1- [45] “Tənqiuhul-məqal fi ilmur-rical”, “Abdullah ibn Səba” bölməsi və həmçinin, digər məşhur rical kitabları.
2- [46] “Abdullah ibn Səba”, müəllif: Əllamə Əsgəri.

hakimiyyət şiələrə məxsus idi. İndi dünyanın müxtəlif ölkələrində şiə müsəlmanlarından ibarət çoxlu sayda qruplar, tayfalar yaşayır.

Səudiyyə Ərəbistanının “Məntəqətüş-şərqiyyə” adlanan bölməsində şiələrdən ibarət böyük bir əhali yaşamaqdadır ki, başqa müsəlman qrupları ilə sıx rabitəyə və mehriban əlaqəyə malikdirlər. Bu bir haldadır ki, İslam və insaniyyət düşmənləri, daim dünya müsəlmanları arasında təfriqə salmaq, şiə və qeyri-şiə qrupları arasında düşmənçilik, ədavət, ixtilaf, münaqişə, müharibə alovunu şölələndirmək üçün gecə-gündüz çalışmaqdadırlar. Onların məqsədi yalnız müsəlmanları parçalayaraq, onları real qüvvədən heçliyə doğru sürükləməkdir.

Müasir əsrdə maddəpərəst Şərq və Qərbin müqabilində əzəmətli və danılmaz qüdrətə malik olan İslam dünyası, Qərb mədəniyyətinin yalan vədlərindən usanmış insanları özünə doğru çəkir. İslamın və insaniyyətin düşmənlərinin İslam dünyasının inkişafı müqabilində yeganə silahı müsəlman qrupları arasında ixtilaf, çəkişmə, toqquşma, münaqişə alovunu yaradaraq onları zəiflətməkdir. Şübhəsiz, əgər bütün İslam məzhəblərinin ardıcılları ayıq-sayıq olarsa və özlərinin hər bir addımlarında düşünülmüş şəkildə hərəkət edərlərsə, çox asanlıqla düşmənin bu hiyləsini dəf edə bilərlər.

Sözsüz ki, şiə məktəbinin özü də, əhli-sünnət məzhəbi kimi, müxtəlif firqələrə bölünmüşdür. Şiə məktəbinin ən məşhur və tanınmış firqəsi “12 imamçı şiə-Cəfəri məzhəbi”dir ki, şiələrin əksəriyyətini təşkil verir.

Şiələrin dəqiq sayı və onların digər müsəlmanlara nisbət olan miqdarı məlum olmasa da, bəzi mənbələrə əsasən, dünyada 200 yaxud 300 milyon şiə vardır. Və bu rəqəm dünya müsəlmanlarının 1/4–ü deməkdir.

səh:98

76-Əhli-beyt (ə)-ın mirası

Şiə məktəbinin davamçıları İslam Peyğəmbər (s)-dən Əhli-beyt (ə)-ın vasitəsilə çoxlu hədislər rəvayət etmişlər. Həmçinin çoxlu sayda hədislər Əli (ə) və digər imamlardan rəvayət olunmuşdur ki, bunlar şiə fiqhinin və maarifinin əsil mənbələrindən sayılır. O cümlədən, bu dörd tanınmış kitabı (ki, “kutubi-ərbəə” adı ilə məşhurdur) nümunə olaraq qeyd edə bilərik: “Kafi”, “Mən la yəhzuruhul-fəqih”, “Təhzib” və “İstibsar”.

Bir daha təkrar etmək məqsədə uyğundur ki, söylədiyimiz məşhur kitablarda və yaxud digər mötəbər mənbələrdə mövcud olan hər bir hədis mütləq şəkildə dəyərli və etibarlı sayılmamalıdır.

Həqiqət budur ki, hər hədisin özünəməxsus “sənəd silsiləsi” vardır. Və bu hədisi rəvayət edən hər bir şəxsin barəsində “Rical kitabları”nda ayrıca olaraq bəhs edilmişdir. Əgər hədisin sənədinin silsiləsi, yəni onu rəvayət edən bütün şəxslər etibarlı sayılarsa, o hədis “səhih” dəyərli və mötəbər hesab olunacaqdır. Belə olmayan hədislər isə, zəif və şəkli olduqlarına görə kənara qoyulacaqdır. Bütün bunlar yalnız “Rical elmi”ndən agah olan böyük alim və mütəfəkkirlər (mütəxəssislər) tərəfindən əncam verilməlidir.

Deməli, buradan aydın olur ki, şiə hədis kitabları, əhli-sünnət hədis mənbələrilə əsaslı şəkildə fərqlənir. Çünki əhli-sünnətin arasında ən məşhur olan “sihah” kitablarının, xüsusilə “Səhihi-Buxari” və “səhihi-Müslim”in müəllifləri öz etiqadlarına əsasən, yəni əhli-sünnət əqidəsini məbna və əsas tutaraq doğru-düzgün saydıqları hədisləri bu kitablarda cəmləmişlər. Elə bu səbəbdən də, “Səhih” kitablarında yazılmış hər bir hədis

səh:99

əhli-sünnətin etiqadlarından xəbər verir.(1) Amma şiə hədisçilərinin məbna və əsası Əhli-beyt (ə)-in hədislərini cəmləmək, eyni halda bu hədislərin hansının doğru və hansının yalan olduğunu “Rical elmi”nin öhdəsinə buraxmaqdır.

77-İki əzəmətli kitab

Etimadlı və mühüm mənbələrdən hesab olunan “Nəhcül-bəlağə” kitabı şiənin ən əhəmiyyətli elmi irsindən biridir. Bu kitabı Seyyid Rəzi təqribən min il əvvəl yazmışdır. O, bu kitabda fəqəd Həzrət Əli (ə)-ın kəlamlarını üç fəslə ayıraraq: “Xütbələr-məktublar-qısa kəlamlar” şəkilində bir yerə cəmləmişdir. Bu kitab o qədər ali məzmuna və gözəl ləfzlərə malikdir ki, dindən və məzhəbdər asılı olmayaraq onu diqqətlə oxuyan hər bir kəs, həmin kitabın ali məzmununun təsiri altına düşür. Biz arzu edirik ki, təkcə müsəlmanlar deyil, müsəlman olmayanlar da, “Nəhcul-bəlağə” oxuyaraq, onunla yaxından tanış olsunlar. Çünki bu kitabın vasitəsilə onlar, İslamın “Tohid”, “yaranış və məad”, “əxlaqi və ictimai məsələlər”də malik olduğu dəyərli maarifilə ətraflı olaraq məlumat əldə edərlər.

Şiənin digər böyük elmi irslərindən biri də, “Səhifeyi Səccadiyyə” kitabıdır. “Səhifeyi Səccadiyyə” olduqca ali, əzəmətli və dərin məzmunlu bir kitabdır. Bu cəhətdən o, “Nəhcul-bəlağə” kitabı ilə müştərək mövqeylərə və dəyərlərə malikdir. “Səhifeyi Səccadiyyə” olduqca gözəl ifadələr və dərin mənalar daşıyan duaları özündə cəmləyir. Bu kitab insana öz Yaradanı ilə necə münacat

səh:100


1- [47] “Səhihi Müslim” kitabının müqəddiməsi və “Fəthul-bari fi şərhi Səhihi-Buxari” kitabına müraciətlə.

etməyin və ibadətin tərzini öyrədərək, onun ruhunu və mənəviyyatını saflaşdıran ən ali bir vasitədir.

Adından məlum olduğu kimi “Səhifeyi Səccadiyyə” “Səccad” ləqəbi ilə məşhur olan (Səccad-“çoxlu səcdə edən” deməkdir) dördüncü İmamımız Əli ibn Hüseyn (ə)-ın dualarının məcmuəsidir. Biz Tanrı dərgahında onun əsl bəndəsi tək dua etmək istədikdə, Onun pak Zatının eşqini qəlbimizdə yaratmaq və bu yolda daha diqqətli olmaq üçün “Səhifeyi Səccadiyyə”yə müraciət edirik. Həqiqətdə, biz imamın müdrik dualarından, yenicə baş qaldıran yaşıl çəmənin və gülzarın, bahar səmasının yağmurlu buludları ilə daha da təravətləndiyi kimi, feyz alırıq.

Şiənin malik olduğu hədislərin əksəriyyəti ki, on minlərlə hədisi əhatə edir, beşinci və altıncı imamlarımız (İmam Məhəmməd Baqir (ə); İmam Cəfər Sadiq (ə)) tərəfindən və böyük bir qismi də, səkkizinci imamımız (İmam Rza (ə)-ın vasitəsilə nəql edilmişdir. Çünki onlar o biri məsum imamlarımıza nisbətən azad şəraitə sahib olaraq, İslam maarifinin təbliğində daha əlverişli mühitə malik idilər. Belə ki, düşmənlərin, bəni-Üməyyə və bəni-Abbas hakimlərinin onları mütləq şəkildə təsir dairəsinə almaq, onlara əziyyət vermək imkanı az olduğundan, bu üç imamımız öz atalarının vasitəsilə İslam Peyğəmbərindən (s) çoxlu hədislər nəql edə bilmişlər. Onlar İslam maarifi, mədəniyyəti və fiqhi hökmlərdə misilsiz xidmət göstərərək müxtəlif hədislər söyləmişlər. Söylənilən hədislərin əksəriyyəti İmam Cəfər Sadiq (ə)-a məxsus olduğundan şiə məzhəbini “Cəfəri məzhəbi” də adlandırırlar. İmam Cəfər Sadiq (ə)-ın yaşadığı dövr zalım bəni-Üməyyə hakimlərinin zəiflədiyi və bəni-Abbas tayfasının xalqı kifayət qədər əsarətdə saxlamaq imkanından məhrum olduğu bir dövr idi. Dövrünün

səh:101

əvəzsiz dahisi sayılan İmam Cəfər Sadiq (ə) bu əlverişli şəraitdən ən gözəl formada istifadə etdi. Belə ki, o Həzrət (ə) İslam fiqhi, hədis elmi, İslam maarifi və s... şöbələrdə 4000-ə yaxın şagird tərbiyə edə bildi.

Əhli-sünnətin “Hənəfiyyə məzhəbinin” tanınmış imamı və rəhbəri “Əbu-Hənifə” qısa bir cümlədə İmam Cəfər Sadiq (ə)-ı belə vəsf edir: “Mən İmam Cəfər Sadiqdən güclü olan bir fəqih görmədim!” (“Təzkirətul-Huffaz zəhəbi”, c. 1, s. 166) Əhli-sünnətin “Malikiyyə məzhəbi”nin rəhbəri Malik ibn Ənəs özünün xütbələrinin birində belə söyləyir: “Mən uzun bir müddət İmam Cəfər Sadiq (ə)-ın yanına get-gəl edirdim. Və həmişə onu bu üç halətdən birində görürdüm: Ya namaz qılırdı, ya oruc tuturdu, ya da Qur`an oxumaqla məşğul idi. Mənim etiqadıma görə İmam Cəfər Sadiq (ə)-dan istər elm, istərsə də, ibadət nəzərindən daha üstün-fəzilətli bir şəxsin olduğunu heç kim görməmiş və eşitməmişdir!” (“Təhzibut-təhzib”, c. 2, səh 104; Əsəd Heydərinin “İmam Sadiq (ə) adlı kitabına (c 1-səh 53) istinad edilmişdir.)

Təəssüflər olsun ki, bəhslərimiz çox müxtəsər və qısa şəkildə qurulduğuna görə, digər İslam alimlərinin bizim məsum imamlarımız barəsində söylədikləri kəlamlardan bəhs etmək ixtiyarında deyilik.

78-Şiənin İslam elmlərində rolu

Şiə İslam elmlərinin yaranmasında mühüm və tə`siredici rol oynamışdır. Bə`zi alimlərin nəzərinə əsasən İslam elmləri “şiə”dən nəş`ət və sərçeşmə tutmuşdur. Hətta bu barədə müxtəlif kitablar yazılmış, çoxlu sənəd və dəlil-sübutlar aşkarlanmış, ortaya qoyulmuşdur. Amma biz belə deyirik: “Ən azı, şiə, İslam elmlərinin

səh:102

yaranmasında olduqca əhəmiyyətli və tə`siredici səhmə malikdir!” Və bizim bu əqidəmizə ən gözəl şahid və tutarlı dəlil şiə alimlərinin müxtəlif İslam elmlərində yazdıqları kitablar, və yaratdıqları misilsiz elmi əsərlərdir. Fiqh və üsul elmində olan minlərlə kitablar, həmçinin təfsir və Qur`an elmində, əqaid, kəlam və s... elmlər barəsində yazılmış xüsusi dəyərə malik olan minlərlə kitablar bir daha şiənin İslam elmində olan əzəmətli mövqeyini təsdiq edir. Bu kitabların bir çoxu bizim elmi kitabxanalarımızda və dünyanın tanınmış kitabxanalarında qorunub saxlanılır. Bizim iddiamızın doğru olub-olmadığında tərəddüd edən hər bir şəxs bu kitabxanalara müraciət edə bilər. Şiənin elmi kitabları daim göz önündədir. Şiə dünyasının tanınmış alimlərindən biri qeyd olunan sahələrdə yazılmış kitabların mündəricatını 26 cildlik bir kitabda bir yerə toplamışdır.(1) Onu da qeyd etmək lazımdır ki, söylənilən kitab on illər bundan qabaq yazılmış əsərlər haqqındadır. Müasir dövrdə yaradılan rəngarəng elmi əsərlər, həmçinin keçmiş alimlərin dəyərli və qiymətli əsərlərinin öyrənilməsi, başqa bir cəhətdən öz dövründə tayı-bərabəri olmayan əl yazmaların kəşf edilməsindən yaranan İslam elminin yeni-yeni incəlikləri bu mündəricata daxil edilməmişdir!

səh:103


1- [48] Bu kitab “Əz-zəriətu ila təsanifiş-şiə” adlanır. Onun müəllifi məşhur müfəssir, mühəddis “Şeyx Ağa Bozorg Tehrani”dir. O adı çəkilən kitabda 68 min cild kitabın ünvanını qeyd etmişdir.

79-Haqqa doğru

Biz inanırıq ki, doğruluq, düzgünlük, əmanətdarlıq, vəfa, haqq, ədalət, səmimiyyət, humanistlik və insanpərəstlik İslam dininin ən başlıca və əhəmiyyətli əsaslarından biridir. Qur`ani-kərim buyurur; “Bu (Qiyamət günü) doğru danışanlara sözlərinin doğruluğunun fayda verdiyi gündür!” (Maidə, 119)

Qur`anın bir çox ayələrindən mə`lum olduğu kimi, Qiyamət günü insan üçün ən yüksək mükafat, onun doğru və düzgün imana malik olduğuna görə, Allahın əhd-peymanlarına vəfalısına xətir veriləcəkdir; “Allahın hədəfi Sadiqlərə (doğruçulara) düzgünlüklərinə görə mükafat verməkdir!” (Əhzab, 24)

Əvvəlki bəhslərimizdə qeyd olunduğu kimi Qur`anın əmrinə əsasən müsəlmanlar özlərinin bütün yaşayışında mə`sum şəxslər və sadiq insanlarla birlikdə olmalıdırlar: “Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birgə olun!” (Tövbə, 119)

İslam dinində düzgünlüyə verilən əhəmiyyət Peyğəmbərə (s) olunan bu əmrdə öz əksini tapır: “De, ey mənim Rəbbim, məni doğruçular-sadiqlərlə içəri daxil et və sadiqlərlə-doğruçularla birgə dışarı çıxart (tanıtdır!)” (İsra, 80) Elə bu səbəbdən də, İslami rəvayətlərdə insanlara doğru göndərilmiş bütün peyğəmbərlərin hər əməlinin doğruluq, düzgünlük, əmanətdarlıq, ədalət və vəfa ilə doğrulduğu, sadiqlik və həqiqətlə dolu proqramlarla çıxış etdikləri daim vurğulanır. İmam Sadiq (ə) buyurur: “Allah-təalanın göndərdiyi hər peyğəmbər doğru danışmağa, pis və yaxşıya qarşı əmanətdar olmağa əmr olunubdur.” (“Biharül-ənvar”, c. 2, s. 104 və c. 68, s 2)

Biz də, Qur`ani-kərimin və İslam rəvayətlərinin göstərişlərinə tabe olaraq, bu kitabın bəhs etdiyi

səh:104

mövzuları doğru-düzün şəkildə həqiqəti araşdıraraq, sizlərə bəyan etmək üçün nəhayət dərəcədə çalışırıq. Ümidvarıq ki, Uca Yaradanın sonsuz rəhməti bizi bu yolda müvəffəq edəcəkdir. O, müvəffəqiyyət bağışlayanların ən yaxşısıdır!

80-Son söz

Oxuduğunuz bu kitab Əhli-beyt (ə) davamçılarının və şiələrin dini e`tiqadlarından ibarət qısa və müxtəsər mə`lumatları özündə cəmləyir. Bəhslərin olduqca müxtəsər və yığcam şəkildə qurulmasına baxmayaraq, şiələrin İslam dininin əsas və fərlərində olan əqidələri azacıq da olsa belə, təhrifə yol verilmədən bəyan edilmişdir. Oxuculara təqdim olunan hər bir əqidənin mənbə və sənədləri Qur`ani-kərimin ayələrinə, cürbəcür rəvayətlərə və İslam dünyasının tanınmış alimlərinin müxtəlif kitablarına əsaslanır. Lakin bəhslərin qısa və ixtisarlı olması bizi, bütün sənəd və mənbələrin sizə təqdim etmək imkanından məhrum etmişdir.

Əziz oxucu, bu kitabda bəhs olunan mətləblərdən aşağıdakı nəticələrə yetişmək olar:

1-Gördüyünüz kitab şiənin e`tiqadlarını müxtəsər şəkildə sizə təqdim etmiş ən gözəl mənbədir. Oxuduğunuz bəhslər o qədər aydın, xüssusi diqqət və sadəliklə bəyan edilmişdir ki, məzhəbindən asılı olmayaraq hər bir kəs, hətta qeyri-müsəlmanlar belə, bu kitabçanın vasitəsilə şiə məzhəbinin əqidə prinsipləri ilə müxtəsər şəkildə tanış ola bilər. Onu da qeyd edək ki, bu kitab çoxlu zəhmətlər və ardıcıl sə`ylərin nəticəsində tərtib olunmuşdur.

2-Unutmayın ki, bu kitab hər bir şəxsə höccəti tamamlayır. Deməli, bizim əqidəmizdən kifayət qədər

səh:105

mə`lumatı olmayan, qərəzli və bədxah mənbələrin fitnəsinə uyaraq özləri də, bilmədən şiə məzhəbinə töhmət vuranlar üçün heç bir bəhanə qalmamışdır.

3-Kitabda qeyd olunan “şiənin əqidə əsasları” bu firqənin digər İslami firqələr ilə olan fərdinin, onlarla birgə həmkarlığa mane olmadığını, aydınlaşdırır! Çünki bu firqələr arasında olan müştərək nöqtələr olduqca çoxdur. Bə`zi məsələlərdə olan fikir ayrılıqları və şəxsi zövqlər isə insan təbiətinin adi xüsusiyyətlərindəndir.

4-Biz bilirik ki, mənfur niyyətli düşmən daim müsəlman məzhəbləri arasında mövcud olan fikir ayrılıqlarını, ixtilafları qızışdıraraq və şişirdərək, Allahı, peyğəmbəri, Qur`anı, qibləsi və s. bir olan müsəlmanları müharibə alovuna doğru aparmaq istəyirlər. hazırkı dövrdə İslam ən müasir və kamil bir din olaraq dünyanın böyük bir hissəsini öz tə`sir dairəsinə almışdır. Kommunizmin süquta uğramasından sonra əlacı mümkün olmayan müxtəlif problemlər İslam dininin vasitəsilə öz həllini tapmaqdadır. Bu da, təbii ki, fənfur və bəd niyyətli şəxslər üçün heç də ürək açan bir məsələ deyildir. Müsəlmanlar daim ayıq olmalı və pis niyyətli düşmənə öz çirkin məqsədinə yetişmək imkanını verməməli, daim vəhdət yolunda irəliləməlidirlər. Yalnız bu yolla biz həqiqi İslamı dünya xalqlarına tanıtdıra bilər və İslam dininin düzgün yayılması, tədrisi üçün yaranmış fürsətlərdən istifadə edə bilərik.

5-Biz inanırıq ki, İslam dünyasında mövcud olan məzhəblərin tanınmış alimləri təfriqə və ayrılığa səbəb olan bir sıra e`tiqadi-fiqhi məsələləri səfa-səmimiyyətlə dolu, aram bir mühitdə birgə əyləşərək, elmi müzakirələr və qarşılıqla anlaşma yolu ilə həll edə bilərlər. Bütün təfriqə doğuran məsələlərin bu yolla həll olunmasının mümkünlüyünü iddia etməsək də, bir çox ixtilaflı

səh:106

məsələlərdə mövcud olan anlaşılmazlıqların aradan qaldırılacağını söyləyə bilərik. Belə ki, bir sıra müsəlman ölkələrində əhli-sünnət və şiə alimlərinin birgə keçirdiyi konfranslar, elmi yığıncaqlar bir sıra ixtilaflı məsələlərə son qoya bilmişdir.

Və sonda əllərimizi Uca Yaradanın dərgahına uzadaraq belə dua edirik: “Ey Tanrı, bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla. Və iman gətirənlərə qarşı könlümüzdə düşmənçiliyə öyüc üçün yer vermə!” (Həşr, 10).

“12 imam”ın yalnız ikisinin xəlifə olması isə aydırdır. Çünki “xilafət” dedikdə hədisdə “imamət” nəzərdə tutulmuşdur. İmamət isə zahiri hakimiyyətlə şərtlənmir. Həqiqətdə, “mənəvi hakimiyyət”-“ləyaqət” əsas tutulur. (Mütərcim)

səh:107

səh:108

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Ön söz:
İsfahan Qaimiyyə kompüter araşdırmalar müəssisəsi 2006-cı ildən Mərhum Ayətullah Seyyid Həsən Fəqih İmaminin nəzarəti altında,elmi mərkəzlərdə tanınan görkəmli tələbələrin vasitəsi ilə məzhəb,mədəniyyət və elmi sahələrdə öz fəaliyyətinə başlamışdır.
Məramnamə:
İsfahan Qaimiyyə kompüter araşdırmalar müəssisəsi təhqiqatçıların dini biliklərə rahət və tez bir zamanda yiyələnmələri üçün hər bir xidməti onların ixtiyarında qərar vermişdir.Və bu sahədə təəssübkeşlikdən,ictimai,siyasi,fərdi cəryanlardan uzaq duraraq yalnız və yalnız elmi sahədə ixlasla öz xidmətini həyata keçirməkdədir.Bu səbəbdən adı çəkilən müəssisə layihəsini həyata keçirmiş.Və tədqiqat üçün nəzərdə tutulmuş kitabları,məqalələri mütəxəssislər və müxtəlif təbəqələrdən olan insanlar üçün,bir neçə dillərdə və formalarda hazırlayaraq,heç bir məbləğ tələb etmədən sosial medyada istifadəçilərin ixtiyarında qoymuşdur.
Hədəflər:
1.Quran və Əhli beyt mədəniyyətini və maarifini yaymaq
2.İnsanları,xüsusən gəncləri tam dəqiq şəkildə dini məsələləri araşdırmağa sövqləndirmək
3.Telefon,tablet və kompüterlərdə olan faydasız,yararsız mövzuların yerini faydalı,mənəviyyatlı mövzularla doldurmaq
4.Təhqiqatla məşğul olan tələbələrə xidmət etmək.
5.Kitab və elmi əsərlər oxumaq mədəniyyətini yaymaq.
6.Müəlliflərin öz elmi əsərlərini digital formada yaymaq üçün onlara şərait yaratmaq.
İcraçılıq:
1.Qanunla icazəli olan lisenziyaya malik əsərlərin yayımı.
2.Bu mərkəz kimi xidmət göstərən oxşar mərkəzlərlə əlaqə.
3.Paralel xidmətlərdən çəkinmək (başqalarının etdiklərini təkrarlamamaq).
4.Yalnız və yalnız elmi məsələləri yaymaq.
5.Nəşriyyatın mənbələrini qeyd etmək.
Qeyd:Kitabda olanlara görə məsüliyyət o kitabı yazan müəllifin öhdəsindədir.
Müəssisənin fəaliyyəti:
1.Kitabların çapı və nəşri.
2.Kitab oxumaq müsabiqələrinin təşkili.
3.Məcazi sərgilərin istehsalı.
4.Kompüter oyunlarının istehsalı.
5.Qaimiyyə internet saytının yaradılması:www.ghaemiyeh.com
6.Sərgi məhsullarının və moizələrin istehsalı.
7.Şər'i,əxlaqi və etiqadi suallara cavab.
8.Mühasibat,mətbuat yaratmaq və sms... sistemlərinin layihəsi.
9.Təlim kurslarının həyata keçirilməsi.
10.Tərbiyəçi şəxslər hazırlamaq üçün təlim kurslarının təşkili
11.Kompüterdə,tabletdə və telefonlarda icrası mümkün olan minlərlə proqramların dünyada məşhur olan səkkiz formada istehsalı
1.JAVA
2.ANDROID
3.EPUB
4.CHM
5.PDF
6.HTML
7.CHM
8.GHB
v.Qaimiyyə kitab bazarı adına dörd market.
1.ANDROID
2.IOS
3.WINDOWS PHONE
4.WINDOWS
deyilənlər müəssisənin veb saytında Fars,Ərəb,İngilis və Azərbaycan dillərində pulsuz istifadəyə verilmişdir.
Sonunda:
Mərcəi təqlid müctəhidlərin dəftərxanalarından (ofis),müəssisələrdən,nəşriyyatçılardan,müəlliflərdən və əməyi olan bütün şəxsiyyətlərdən bizlərə hədəfə çatmaqdan ötrü yardım etdikləri üçün səmimi qəlbdən təşəkkür edirik.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109