Mübarək Aşura mehi

Kitab haqqında

Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış

Kitаbın аdı:.....................Mübarək Aşura mehi

Tәrcümә еdәn:............................İbrahim Mirzə

Nәşr еdәn:..................................Üfüqe-fərda

Çаp tаriхi:.................................................2013

Çаp növbәsi:..........................................Birinci

Tirаj:.........................................................3000

səh:1

İşarə

səh:2

Birinci fəsil: Məhərrəm mehi

Aşuranın mübarək mehi

Allah-Taalaya şükür edirik ki, yenidən bərəkətli məhərrəm və Aşura ərəfəsində yaşamaq, həm canımızı, həm elmi, ruhi və fiziki qüvvələrimizi Aşuranın mübarək mehindən və həzrət Əbu Abdullahın (ə) lütf mənbəyindən bəhrələndirmək səadətini bizə nəsib etdi. İnşallah bizim bütün xalqımız, o cümlədən böyük alimlər, möhtərəm ruhanilər və təbliğatçılar, xüsusən bu yola yeni qədəm qoymuş həvəskar və imanlı gənclər bu imkanlardan faydalana və daha artıq məsuliyyət daşıyanlar bu aydan daha çox bəhrələnə bilsinlər. Bu günlər mənim üçün də böyük bir fürsətdir.

Məhərrəm ayının əhəmiyyəti

Siz qardaş və bacılar özünüz məhərrəm ayının əhəmiyyətini yaxşı bilirsiniz; həm məhərrəmin hadisələri baxımından, həm məhərrəmin tarixdəki - istər qədim tarixdəki, istərsə də inqilab tarixindəki təsiri baxımından, həm də məhərrəmin həmişə din elminin daşıyıcıları üçün yaratdığı imkan baxımından. Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir. Mühüm olan bu imkandan necə istifadə olunmasıdır. Çoxlu fürsətlər insanın əlindən əbəs yerə xaric olur. Əgər biz öz işimizdə - istər fürsətlərdə, istər imkanlarda, istər Allahın bizə verdiyi nemətlərdə hesablama aparsaq, şübhəsiz, qədirbilməzlik etdiyimiz çoxlu yerlərlə rastlaşacağıq; bu neməti, bu fürsəti, bu imkanı, bu bilgini, bizdə olan bu nitqi və bu məsuliyyət hissini tələf etdik, onlardan maksimum bəhrələnmədik. Ölkənin ruhani cəmiyyəti və din alimləri üçün ən vacib işlərdən biri budur ki, bu

səh:3

fürsətlərdən ən yaxşı şəkildə istifadə etmək haqda düşünsünlər.

Böyük qəhrəmanlıq

Burada Aşura hadisəsinin təhlilinə dair bir məsələyə yalnız işarə vurmaq istəyirəm. Özü dəyərlərin təcəssümü olan Hüseyn ibn Əli (ə) kimi bir şəxs bu tənəzzülün qarşısını almaq üçün qiyam edir. Çünki bu tənəzzül artmaqda idi və heç bir şeyin qalmayacağı yerə çatacaqdı. Əgər nə zamansa bir xalq yaxşı və müsəlman yaşamaq istəsəydi, əllərində bir şey olmayacaqdı. İmam Hüseyn (ə) dayanır, qiyam edir, hərəkət edir və bu sürətli süqut qarşısında təkbaşına dayanır. Düzdür, bu yolda öz canını, əzizlərinin canını, Əli Əsğərinin canını, Əli Əkbərinin canını, Abbasının canını fəda edir, amma nəticə hasil olur: “Və mən Hüseyndənəm”; yəni bu Peyğəmbər (s) Hüseyn ibn Əli (ə) vasitəsi ilə dirilmişdir. Məsələnin o tərəfi bu idi; bu tərəfi Aşuranın əzəmətli hadisəsi, böyük qəhrəmanlığı və aşiqanə macərasıdır. Doğrudan da eşq məntiqi və aşiq gözü olmadan Kərbəla hadisələrini anlamaq olmaz. Hüseyn ibn Əlinin (ə) təxminən bu bir gecə və yarım gündə, yaxud Tasuanın axşamüstündən Aşuranın axşamüstünə qədərki təxminən bir sutkada nə etdiyini və necə əzəmət yaratdığını anlamaq üçün aşiq gözlə baxmaq lazımdır. Buna görə tarixdə yaşamışdır və əbədi olaraq yaşayacaq. Aşura hadisəsini unutdurmaq üçün çox çalışdılar, amma bacarmadılar.

Böyük və üzücü faciə

Hadisənin nə qədər böyük olduğunu anlamaq, sonra səbəblərini axtarmaq lazımdır. Kimsə deməsin ki, Aşura hadisəsi bir qətl hadisəsi idi və bir neçə nəfəri öldürdülər. Bizim hamımız Aşura ziyarətnaməsində oxuyuruq ki, bu çox

səh:4

böyük müsibətdir. Orada işlənən rəziyyə sözü çox böyük hadisə deməkdir. Bu hadisə çox əzəmətlidir. Bu faciə çox üzücü və bənzərsizdir.

Məhərrəm ayına diqqət

Qarşıdan məhərrəm ayı gəlir. Məhərrəm ayı iki cəhətdən diqqətəlayiqdir: Biri tarixin bənzərsiz bir xatirəsini anım cəhətidir. Bu yalnız müsibət, qəm və kədərdə yox - əlbəttə ki, bu belədir – həm də insanın və haqq tərəfdarının qəhrəmanlığında və üstün cəhətlərinin aşkara çıxmasında bənzərsiz bir hadisədir. Əgər siz İmam Hüseynin (ə) vəziyyətinə baxsanız, belə xüsusiyyətlərə malik olan bu hərəkətin və qiyamın bənzərsiz olduğunu görəcəksiniz. Qiyamlar çox olmuşdur, amma belə xüsusiyyətlərə malik olan bu qiyam misilsizdir. Çox daşürəkli, həyasız və haqsız hökmranlıq günbəgün güclənirdi. Heç bir yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək mümkün deyildi. Mühitdə qorxu və təzyiq o qədər güclü idi ki, yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirənlər bu ittihama məruz qalmamağa çalışırdılar.

Hətta Abdullah ibn Zübeyr kimi çox cəsarətli şəxslər də xilafət aparatı ilə baş-başa gəlməməyə çalışırdılar. Yəni şərait və vəziyyət bu qədər ağır idi. Əmirəl-mömininin (ə) qardaşı oğlu, kürəkəni və cənab Zeynəbin həyat yoldaşı olan Abdullah ibn Cəfər kimi bir şəxs də xilafətə yaxınlaşmağa çalışırdı. Çünki ümumiyyətlə bundan başqa bir şey təsəvvür olunmurdu.

Həmçinin Abdullah ibn Abbas kimi bir şəxs təcrid halında yaşayırdı, cəmiyyətdən kənarlaşıb təkliyə qapılmışdı. Nəinki adi camaat, heç natiq və danışan dillər, dəyərli şəxsiyyətlər, Bəni-Haşimin və Qüreyşin böyüklərinin övladları, erkən İslam çağının məşhur gəncləri və hər birinin fəxrli keçmişi olan

səh:5

şəxslər də meydana girməyə cürət etmirdilər. Təkcə Şamda yox, hətta Mədinədə də vəziyyət belə idi. İndi siz Mədinənin vəziyyətini mərkəz olmayan digər yerlərlə müqayisə edin. Bu şərait qəribə şəkildə qorxunc və qaranlıqdır. O zaman İmam Hüseynin (ə) qiyamı bu hökmranlığı sındırmaqdan ötrü baş verdi, hakimiyyətə yiyələnmək məqsədi ilə yox. Bəzi şəxslər qiyam edirlər, vururlar, öldürürlər ki, hakimiyyəti ələ keçirsinlər. Amma İmam Hüseynin (ə) qiyamı bundan ötrü yox, yaxşı işlərə dəvət etməkdən və pis işlərdən çəkindirməkdən ötrü baş verdi.

Bu iş üçün iki nəticəni öngörənlik etmək olar: biri budur ki, qələbə çalsın, digəri budur ki, o həzrətin imam elmi olmadan da ehtimal etdiyi faciəli şəkildə öldürülsün. Bəli, aydındır ki, onlar heç nəyi nəzərə almırdılar. İmam Hüseyn (ə) belə bir şəraitdə əziz Peyğəmbərin (s) Mübahilə günü məsihilərlə gördüyü işi görür. Qurana əsasən, o, övladlarını, qadınlarını və özlərini meydana gətirmişdi. İmam Hüseyn (ə) də həqiqəti müdafiə və Allah üçün qiyam etmək məqsədi ilə özünün ən əzizlərini və bütün varlığını meydana gətirdi və buna dözdü. İmam Hüseynin (ə) bu dözümü çox əhəmiyyətlidir.

Məhərrəm - Allah yolunda mücahidliyin öyrədildiyi ay

Allah yolunda mücahidliyin ən üstün məxluqlardan olan həzrət İmam Hüseyn (ə) tərəfindən öyrədildiyi ay olan məhərrəm ayı ərəfəsindəyik. Ümidvarıq ki, biz onun yaxşı ardıcıllarından və şagirdlərindən olaq, bu zamanda boynumuza düşən vəzifələrə uyğun olaraq o həzrətə ardıcıllıq və davamçılıq borcumuzu yerinə yetirək, onun Allah dinini, İslamı və müsəlman ümmətini müdafiə etmək yolunda böyük mücahidlik və fədakarlıq göstərdiyi, Allahın razılığını

səh:6

qazanmaqdan başqa bir şeyə göz dikmədiyi kimi, biz də bu yola qədəm qoyaq, bizim də niyyətimiz və məqsədimiz meyarlardan anladığımıza və təyin etdiyimizə uyğun şəkildə Allahın razılığını qazanmaq olsun.

Məhərrəm - fədakarlıq və şəhadət ayı

İmam Hüseyn (ə) ayı, fədakarlıq və şəhadət ayı, ən üstün əxlaqi keyfiyyətlərin aşkara çıxması ayı olan bu ayın sayəsində möhkəm, əsaslı və xalqın müxtəlif təbəqələrinin ehtiyac duyduğu mətləblərlə cəmiyyətimizi və xalqımızı yüksəliş və təkamülə bir addım da yaxınlaşdırıb Allahın razılığını qazana biləsiniz.

“Biz məhərrəmin nəticələrini öz həyatımızda görürük!”

Biz inqilab məhərrəmi və İmam Hüseyn (ə) məhərrəmi ərəfəsindəyik. Bu hərəkatın məhsullarından biri İslam Respublikası quruluşudur. İnqilab dövrünün məhərrəmi inqilabdan öncə bizim dövrümüzdəki və bizdən qabaqkı məhərrəmlərlə fərqlənir. Bu məhərrəmlər mənəviyyatın, ruhun və düzgün məqsədlərin aydın hiss olunduğu məhərrəmlərdir. Biz öz həyatımızda məhərrəmin nəticələrini görürük. İslam hakimiyyəti, İslam sözünün ucalığı, İslamın sayəsində dünya məzlumlarının qəlbində ümid yaranması məhərrəmin təsirlərindəndir.

Biz öz dövrümüzdə məhərrəmə onun məhsulu ilə birgə sahib olmuşuq. Bu məhərrəmlə necə rəftar etməliyik? Cavab budur ki, biz ruhanilər, bütün din alimləri, bütün təbliğatçı və məddahlar Aşura məsələsinə və Hüseyn ibn Əlinin (ə) müsibətlərinə ciddi, əsaslı və şüardan uzaq bir məsələ kimi diqqət yetirməlidirlər. Doğrudan, əgər məsələyə ciddi yanaşmaq istəyiriksə, bunun yolu nədir?

səh:7

Məhərrəmi anmaq

Yeni il (novruz) günləri Aşura ilə eyni vaxta təsadüf etdiyindən, yeni ildən bir müddət öncədən bütün məqsədləri bizim şücaətli və mömin xalqımızı özünün həqiqi mövqeyindən daşındırmaq olan mərkəzlərdə öz təbliğat maşınlarını var gücləri ilə məhərrəmi və Aşuranı xalqın gözündə kiçiltmək üçün işə saldılar. Lakin xalq əzadarlıq məclislərində iştirakı və builki Aşura mərasimində göstərdiyi təntənəli çıxışla bir daha sübut etdi ki, İran xalqı öz yolunu məlumatlı və agah şəkildə seçmişdir. Müxtəlif bölgələrdən mənə verilən məlumatlara əsasən, bu il əzadarlıq mərasimləri digər illərdən daha izdihamlı və daha təntənəli keçməsə də, zəif olmamışdır. Bunun mənası o deyil ki, xalq baharın gəlişinə və ilin əvvəlinə diqqət yetirmir. Xeyr, bu il bizim novruzumuzun əynində əza libası vardı. Bu il bizim ilk baharımız aşuraçı idi. Aşuranın özü də insanlarda həvəskarlıq, hərəkət, fəallıq, təfəkkür və düşüncə yaradan bir mərasimdir. Aşura quru və boş bir mərasim deyil, onda fikir, proqram, məqsəd, agahlıq və bilgi vardır. Xalq Seyyidüş-şühədaya (şəhidlər ağasına) aid mərasimin qədrini bildi.

Bahar da var, təbiətin və insanın doğuşu da var, fiziki təravət və gümrahlıq da var. Bunlar bizim əziz xalqımızın rəftarında çox harmonik və qarşılıqlı göründü. Bundan ötrü mömin və böyük xalqımıza təşəkkür etmək lazımdır.

Məhərrəmin və novruz bayramının yanaşı olması

İki həftədən sonra yeni hicri şəmsi (günəş) ili yeni hicri qəməri (ay) ili, yəni məhərrəm ayı ilə birgə başlayacaq. Mən əminəm ki, İran xalqı öz ənənələrinə əhəmiyyətli yanaşmaqla, onları və novruz bayramını sevməklə yanaşı - biz də inqilabdan sonra bu günə qədər bütün illərdə həmişə novruz

səh:8

bayramını milli və mübarək bir bayram bilmişik - bu il Hüseyn (ə) Aşurası və məhərrəm günləri ilə bir zamana təsadüf etdiyinə görə İmam Hüseynə (ə), Aşuraya və Kərbəla şəhidlərinin qanına hörmət göstərib məhərrəmi uca tutacaq. Bilirsiniz ki, bəzi şəxslər bizim ölkəmiz daxilində müxtəlif təmayüllər arasında savaş yaratmaq istəyirlər; ürəkləri istəyir ki, xalqı iki yerə parçalayıb, təşvişə salsınlar. Onlara əhəmiyyət verməyin. Bizim ölkəmizdə şiə və sünni, müsəlman və qeyri-müsəlman söhbəti yoxdur.

Aşuraya hamı hörmətlə yanaşır. Bizim ölkəmizdə hətta müsəlman olmayan şəxslər də Aşuraya hörmət göstərirlər. Məzhəbi bağlılıqları çox da güclü olmayan şəxslər də İmam Hüseynə (ə), Əbülfəzlə, Əli Əkbərə, Əli Əsğərə, Zeynəb-Kübraya və o pak qanlara hörmət və dəyər tanıyırlar. Bizim ölkəmiz Əhli-beyt (ə) və İmam Hüseyn (ə) ölkəsidir.

Ümidvarıq ki, yeni Günəş ilinin və baharın başlanması Aşura günlərinə təsadüf etdiyindən bu bayram elə keçirilsin, xalq, məmurlar, idarələr, informasiya vasitələri elə işləsinlər ki, Aşuranın və İmam Hüseynin (ə) hörməti qorunsun.

İslamın yaşaması və məhərrəm

İslamın yaşamasının amillərinə nəzər salın. Bu amillərin biri Aşuradır. Başqa bir amil yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirməkdir.

səh:9

İkinci fəsil: Məhərrəm və təbliğat

Təbliğat peşəsinin şərəfliliyi

Əgər hər bir sənətin şərəfliliyinin onun məqsədinin şərəfli olmasına bağlı olduğu düzgün olsa, deməliyik ki, şərəfli fənlərin biri din təbliğatı, din və İslam bilgilərinin natiqlik sənətidir; bizim ənənəmizdə moizə və minbər kimi məşhur olan məsələ. Çünki din təbliğatının və natiqlik sənətinin məqsədi xalqı mənəvi cəhətdən paklamaq üçün moizə etməkdən, onların dini bilgi səviyyəsini yüksəltmək məqsədi ilə dini bilgiləri izah etməkdən və həzrət Əbu Abdullahın (ə) müsibətlərini və mərsiyələrini söyləməkdən, yəni böyük məqsədlərə sarı hərəkəti keyfiyyətli etmək üçün xalqa örnək təqdim etməkdən ibarətdir. Bunların hamısı ən şərəfli məqsədlərdəndir; həm mənəvi cəhətdən paklamaq, həm xalqın düşüncə və məlumatlarını yüksəltmək, həm cihad və Allah yolunda çalışmaq üçün örnək göstərmək.

Bu sənəti kiçik saymaq olmaz; minbər etmək, din haqda danışmaq ən şərəfli işlərdəndir. Ən şərəfli insanlar, İslam elmlərində ən məlumatlı və ən alim olanlar, şəriət hökmlərindən ən məlumatlı olanlar bu yola qədəm qoymalı və bunu özlərinə fəxr bilməlidirlər. Bu işə onlar layiqdirlər. Keçmişdə də belə olmuşdur. Böyük əxlaq alimi olan Şeyx Cəfər Şüştəri kimi şəxslərin özləri minbər adamı olmuşlar. Yaxud Hədiyyə ən-nəmlə kitabının müəllifi olan mərhum Hacı ağa Rza Həmədani Vaizin özü bir vaiz və din natiqi olmuşdur; o mərhumun oğlu və alim şəxslərdən olan mərhum ağa Mirzə Məhəmməd Həmədani və digər şəxslər də həmçinin. Keçmişdə elmi şəxsiyyətlər, təqva və dinlə məşğul olan simalar bu xüsusiyyətə malik olmuş və bu sənətlə fəxr etmişlər. Bu dövrdə Allahın lütfü ilə biz də təbliğat və minbər sahəsində görkəmli şəxsiyyətlər görmüşük. Belə şəxsiyyətlərdən əvvəllər də olmuşdur, indi də var.

səh:10

İki növ təbliğ

Bir neçə əsrdir İranda və bəlkə dünyanın Əhli-beyt (ə) məzhəbini seçən digər yerlərində də mühüm məhərrəm ayında təbliğat ənənəsi davam edir. İslam hakimiyyətindən öncə aparılan təbliğatın İslam hakimiyyəti dövründəki təbliğatla əsaslı bir fərqi var. İslam hakimiyyəti dövründə dinin hər bir hissəsinin təbliği məhz öz yerində aparıla bilər; yəni xalqın həyatının idarəsi üçün lazım olan məcmunun bir hissəsini bəyan etmək. Halbuki İslam hakimiyyəti olmadıqda belə deyil, hissələr bir-birindən ayrıdır, bir-birinə bağlı və kompleks şəkildə kamil deyil.

Misal üçün, əgər kimsə İslam hakimiyyəti dövründə fiqh hökmləri üzərində işləyirsə, o hökmləri iki növ araşdıra bilər. Biri dünyanın harasında yaşamasını çıxmaq şərti ilə bir fərdin idarəsinə aid olan fiqh hökmləridir. Bəzən də insan həmin fiqh hökmünü bir cəmiyyətin idarə tərzinin kiçik, yaxud böyük bir hissəsi kimi araşdırır. Bunlar bir-biri ilə fərqlənir. Hətta fiqh hökmünün əldə edilməsində də fərqlər yaranır; hətta paklıq və murdarlıq məsələsində və şəxsi məsələlərdə də; bəzən İslam hakimiyyətində fərdi və cəmiyyəti idarə edən məcmunun bir hissəsi kimi ortaya qoyulur, bəzən də xeyr, İslam ümmətindən ayrı və yalnız bir fərd üçün irəli sürülən bir hökm olur. Kaş aydın baxışlı hövzə alimləri bu fərqləri elmi hövzələrin tədqiqatçıları üçün təfsilatı ilə izah edəydilər.

Əxlaq məsələsi də belədir. Misal üçün, öz xeyrindən keçmək və dözümlülük barədə danışırıq. Bu bəzən yalnız şəxsi bir məsələdir və İslam əxlaqı, bir əxlaq göstərişi və sırf fərdə aid psixoloji reaksiya kimi bir dəyər sayılır: Faciələr qarşısında dözümlü olaq! Bu bir növdür. Bəzən də

səh:11

dözümlülük öz işində və yolunda rastlaşdığı müxtəlif problemlərlə, təzyiqlərlə, əngəl və maneələrlə birgə və cəmiyyət miqyasında irəli sürülür: İnsanlar bu maneə və çətinliklərin qarşısında dözümlü olmalıdırlar! Burada dözümlülük başqa formada ortaya qoyulur. Dözümlülüyün özü bir şeydir, məsələnin ortaya qoyulma tərzi isə (fərqli bir şey və) mühüm məsələdir.

Qeyd etdiyimiz iki növ təbliğat arasında əsas fərq budur ki, İslam hakimiyyəti dövründə din siyasətin də daxil olduğu, hökumət idarəsinin də daxil olduğu, xarici münasibətlərin və müsəlmanların dünyanın müxtəlif cinahları qarşısında mövqelərinin də daxil olduğu, iqtisadi məsələlərin də daxil olduğu, şəxslərin bir-biri ilə münasibətlərinin və həyatın müxtəlif işlərində əxlaqa riayət olunmasının da daxil olduğu həyat məsələlərinin məcmusundan ibarətdir. Din şəxsi məsələlərə, ictimai məsələlərə, ümumi şəkildə yerinə yetirilməsi lazım olan məsələlərə, ictimai olmasa da, lakin hər bir fərdin yerinə yetirə bildiyi məsələlərə, dünyanın, yaxud o ölkənin taleyinə aid olan məsələlərə şamil olan bir məcmudur. Biz təbliğat zamanı bunların hamısını təbliğ etməliyik.

Sözün təsirinin və məna genişliyinin dərki

Baxın, bu təbliğat bizim keçmişdə haqq və ilahi hökumətin bərpasından öncə etdiyimiz təbliğat növü ilə çox fərqlidir. O zaman bizim təbliğ etdiyimiz mövzunu düzgün bilməyimiz kifayət idi; bununla yaxşı bir təbliğatçı olurduq. Bu gün əgər dünyanı, yaxud ən azı öz cəmiyyətimizi düzgün tanımasaq, o məsələni nə qədər yaxşı bilsək də yaxşı bir təbliğatçı ola bilmərik. Biz danışdığımız sözün haraya aid olduğunu bilməliyik; ölkə miqyasında yox, hətta dünya miqyasında hansı cinahı gücləndirir, hansı cinahı zəiflədir. Bu bir döyüş cəbhəsinə bənzəyir. Bəzən bir insan bir düşmənlə qarşılaşır və

səh:12

özünü müdafiə etmək istəyir. Bu bir növ müdafiədir. Bəzən də insan bir neçə kilometrlik bir cəbhənin səngərində durub müdafiə olunmaq istəyir. Bu müdafiə ayrı cürdür. Bəzən məsləhətlə irəliyə getmək, bəzən də məsləhətlə geriyə çəkilmək lazımdır. Bəzən insan güman edir ki, düşmənə hücum edir, lakin birdən görür ki, özününkülərə atəş açır. Bu quruluşun təşkil edilməsindən bu günə qədər ətrafda oturub daim bu quruluşa və onun həqiqətlərinə tənqid yağdıran bəzi şəxslər olmuşdur və indi də var. Onların əsas səhvi budur ki, öz səngərlərində yuxulamış insanlar kimidirlər. Sonra cəbhənin ətrafında bəzi irəliləyişlər olur; bəziləri irəliyə gedir və düşmənin öndəki mövqeyini ələ keçirirlər. Bu cənab isə indi yuxudan ayılır və özününkülərin tutduğu yerə atəş açır; elə bilir ki, orada düşmən var. Oradakılar özümüzünkülərdir, amma bu cənab yuxuya qalıb, xəbəri yoxdur. Siyasi məsələlərdə yuxuya qalmaq bəzən belə nəticələrə səbəb olur. Təbliğat bu qədər əhəmiyyətlidir.

Təbliğatda yaradıcılıqlar və yeniliklər

Möhtərəm ruhaniləri, böyük alimləri, təbliğatçıları, minbər adamlarını, vaizləri, təbliğat yolunu tutmuş və gələcəkdə inşallah böyük işlər görməli olan gəncləri ziyarət edirəm. Sizin cəminiz mənim üçün çox əziz bir cəmdir; çünki Hüseyn (ə) sözünü ucalda və bu faydalı yolu inşallah yenidən qura bilən cəmdir. Düzdür, Hüseynin (ə) yolu bizim ölkəmizdə və bizim xalqımız arasında bir neçə əsr boyu heç zaman bağlanmayıb; müxaliflər və düşmənlər olsa da, bir iş görə bilməyiblər. Bununla yanaşı bu yolun faydaları olduqca çoxdur. Əgər həqiqətən ruhanilər, təbliğatçılar və söz sahibləri məhərrəm ayına layiqli şəkildə bu yola qədəm qoyub, bu yolda dəyərli fikir və elm işləri ilə yanaşı ixlaslı yaradıcılıqlar, yeniliklər etsələr, səylər göstərsələr, bu yolun faydaları

səh:13

indiyədək olanlardan bir neçə dəfə artıq ola bilər. Odur ki, bu sahədə imkan daxilində müştərək fəaliyyət göstərmək lazımdır.

Təbliğatda dinləyicini tanımaq

Biz öz dinləyicilərimizi tanımalı, kimin qarşısında dayandığımızı bilməliyik. Əgər bu gün öz dinləyicilərimizlə, misal üçün, 40-50 il öncə alimlərin və din təbliğatçılarının söhbət etdiyi dillə danışsaq, bu böyük səhv olar. Məfhumların çoxu yenilənmişdir, sözlərin çoxu yenilənmişdir, düşüncələrin çoxu o zamandan indiyə qədər kamilliyə doğru dəyişmişdir. Bu günün gəncinin, bu günün dinləyicisinin öz sualları və şübhələri var. Bunlara cavab verilməli, həqiqətlər aydınlaşmalıdır. Bu gün gəncin o zaman mövcud olmayan hazırlığı var. Bu gün haqq və İslam hökumətinin qurulmasından irəli gələrək o zaman mövcud olmayan gözləntilər vardır. Danışarkən bu məsələlərə diqqət yetirmək lazımdır. Buna əsasən, mühüm işlərin biri öz dinləyicimizi tanımaqdır. Biz əlimizdə olan mətləblər məcmusundan onun ehtiyacına uyğun olanı seçməli və münasib dillə söyləməliyik. Kimsə deyə bilər ki, mənim münasib dilim yoxdur. Ola bilsin hamının yaxşı nitqi, bu bacarığı və dili olmasın; hər kəs bir cür yerinə yetirə bilər. Mühüm budur ki, kiminlə danışdığını və kimə cavab verdiyini bilsin. Bu çox önəmlidir.

Din təbliğində ruhani və natiqlərin elm səviyyəsinin əhəmiyyəti

Məhərrəm ayında düzgün İslam və Quran maarifi olan Hüseyn (ə) və Əli (ə) təlimlərini xalqa söyləyin. Mən dəfələrlə demişəm ki, mütaliəsiz minbər etməyin. İnsan görək nə deyirik deyə minbərə getsə və minbərdə ağzına gələni danışsa, bəzən zəif, bəzən səhv və bəzən Allah eləməmiş,

səh:14

məzhəbə hörmətsizlik sayılan bir söz desə, bu, Aşuraya qarşı nankorluqdur. Möhtərəm cənablar! Əziz, zəhmətkeş və dəyərli ruhanilər, alimlər və natiqlər! Bu gün bizim gənclərimizin diqqətli beyinlərinin sualları var. Bu sualları səhv axtarmaq kimi başa düşmək olmaz. Bir gənc bir sual verən kimi deməyək ki, sakit ol; sanki küfr söyləyir. Gəncdir, gəncin beyni diqqətlidir. Bu gün bütün dünyada mövcud olan səsli və görüntülü əlaqələr səbəbindən səhv fikirlər və düzgün olmayan əsaslandırmalar geniş yayılmışdır. Bizim gəncimiz üçün sual yaranır. Bunu kim aradan qaldırmalıdır? Mən və siz aradan qaldırmalıyıq. Əgər siz gedib həmin fikir boşluğunu düzgün şəkildə doldurmasanız, yaxud o sualı və iradı aradan qaldırmasanız, başqa bir nəfər gedib yanlış formada ona cavab verəcək. Ruhanidə əsl İslam düşüncəsinin ən yaxşısı, ən əsaslısı və ən güclüsü olmalıdır. Bizim belə düşüncə və sözlərimiz çoxdur. Şəhid Mütəhhəri kimi bir nəfər bir universitet toplumunu öz qarşısında etirafa və təslimə vadar edirdi. Onun tədris etdiyi həmin kafedrada açıq şəkildə din əleyhinə təbliğat aparan və dərs deyən şəxslər vardı. O gedib onlarla dava etmədi, yaxalaşmadı, danışdı, fikir irəli sürdü, həqiqətləri dedi, düzgün düşüncədən istifadə etdi və söz sahibi oldu.

İnqilabdan öncə belə idi. İnqilabdan öncə universitetlərlə, gənclərin fikir mərkəzləri ilə, bəzən də əcnəbi fikirlərlə təmasda olan ruhanilərin onlara güc və qüvvə verəcək vasitələri yox idi. Amma mühit onların əlində idi. Bir məsciddə bir ruhani dayanıb xalqa söhbət edərkən görürdü ki, universitetdə siniflər tətil edilir, yaxud boşalır və gedib o cənabın söhbətində iştirak edir, dörd kəlmə təfsir eşitmək, yaxud Nəhcül-bəlağənin şərhini öyrənmək istəyirlər.

səh:15

Növhə oxumaq - yüksəliş yolunda bir addım

İnqilabdan öncə belə idi. Biz özümüzü belə təchiz etməliyik. Minblərlər belə olmalıdır. Əlbəttə, bu, təkcə minbərlərə məxsus deyil. Mən əzadarlıq mərasiminin bütün işlərini deyirəm; növhəxanlıq da belədir, rövzəxanlıq da belədir. Mərhum Hacı Nuri rövzəxanlığın şəraiti barədə kitab yazdı: “Rövzəxanların minbərinin birinci və ikinci pilləsinin şərtləri haqda mirvari və mərcan”. Onun kitabının adı budur. Rövzəxanlığın da şərtləri var, məddahlığın da şərtləri var, sinəzən növhəsi oxumağın da şərtləri var. Bu işləri görənlər, yazanlar və oxuyanlar ehtiyatlı olsunlar. İslam maarifinə tam uyğun şəkildə danışsınlar ki, bu sinəzənlik, bu rövzəxanlıq və bu növhəxanlıq xalqın İslam düşüncələrinin zirvəsinə doğru yüksəlişi üçün bir addım olsun. Bu gün bizə bu lazımdır. Nahaq sözlərdən, səhv mətləblərdən, nalayiq işlərdən və məzhəbə hörmətsizlik sayılan, həqiqətən də Hüseyn ibn Əlinin (ə) mərasiminə yaraşmayan bəzi işlərdən çəkinməyə çalışmalıdırlar.

“Biz öz haqq sözümüzü köhnə üsulla deyə bilmərik!”

Bu gun dünya xalqın ehtiyacı olan ən aktual məsələ və elmlərdə hər saat yeni üsullar tapır. Siz bu gün mübadilə səhnəsində olan elmlərin çoxunda bir nəzəriyyə oxusanız, bir aydan sonra son nəzəriyyə kimi ona istinad edə bilməzsiniz. Üsullar daim dəyişir və yeni sözlər meydana çıxır.

Biz nə üçün bu gün öz haqq sözümüzü əlli, yaxud yüz il öncə deyilən tərzdə və üslubda demək istəyirik? Bu gün hətta iniqlabdan öncə ilə də fərqlənir. İnqilabdan öncəki günlərdə, 1976, 77 və 78-ci illərdə faydalı və təsirli olan bir çıxış bu gün hər yerdə o qədər faydalı və təsirli olmaya bilər. Düzdür, bəzi bilgilər hər hansı bir dillə və hər hansı bir şəraitdə bəyan

səh:16

olunsa da, cəlbedici olur, amma bu ümumi qayda deyil. Bu, minbər məsələləri və minbər adamları barədə demək istədiyim əsas məqamdır. Qısası budur ki, bu şərəfli peşəni məzmun, forma və üslub baxımından inkişaf etdirmək lazımdır.

Haqqın xəncəri və Əlinin (ə) zülfüqarı təbliğatçıların əlində

Minbər adamı olan - istər peşələri bu olan, istərsə də əsl peşələrinin kənarında bununla məşğul olan şəxslərə lazım olan budur ki, biz xalqa moizə etmək istəyiriksə, birinci növbədə öz nəfsimizin nəsihət alması lazımdır. Din natiqliyi ilə məşğul olan şəxs üçün nəfsin paklığı vacib şərtdir. O, ürəkdən

səh:17

danışmalı, sözü təsirli olmalı, əməli sözünü gücləndirməli və ona şahidlik etməlidir.

Təbliğatçının məlumat genişliyi

Təbliğatçı xalqın dini düşüncə səviyyəsini yüksəltmək istədiyindən özünün geniş və rəngarəng dini məlumatı və baxışı olmalı, Quranla ünsiyyət qurmalı, hədislərin dərin mənasını bilməli, məzhəbə və dinə dair yeni fikirlərlə tanış olmalı, dini məsələ və düşüncələr barədə tədqiqat aparmalıdır; yalnız dinlə tanışlıq yox, dini məsələlərin yanında bəzi fəlsəfi fikirlər və ictimai baxışlar haqda da bir qədər məlumatı olmalıdır; cihad və mübarizə nümunəsini xalqa təqdim etmək istədiyindən bu işdə çox diqqətli olmalıdır. Çünki Hüseyn ibn Əlinin (ə) həyatı və o həzrətin Kərbəladakı bir neçə günlük macərası bizim tariximizin əzəmətli bir dönəmidir. Onun həcmi az, mənası isə çox geniş və dərindir.

Təbliğat işinin böyük şəxsiyyətlərinin təcrübələrindən istifadə etmək

Allaha şükür olsun ki, möhtərəm cənabların, böyük alimlərin, xüsusən də gənc, həvəskar, mömin və əxlaqlı tələbələrin vücudunda bütün yaxşılıqlar mövcuddur. Həmin təbəqənin bu hərəkatı genişləndirdiyi və o şərafətli hədisdən istifadə edərək səhabələrini bal arısına bənzətdiyi ilk gündə də bu ayə insanın gözü qarşısında canlanırdı: Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik, sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!. Həqiqətləri sorub xalis balı həqiqət təşnələrinə verirdilər: “İnsanların şəfası ondadır”.

Bu gün də elədir. Bu gün də tələbələr, gənc alimlər və təbliğatçılar bu sənətin müəllimlərinin və böyük

səh:18

şəxsiyyətlərinin təcrübələrindən istifadə edərək öz xurcunlarını möhkəmlətsinlər, Allaha ümidlə, Allah üçün, Allah yolunda və qürbət qəsdi ilə gedib bu həqiqətləri ölkənin hər bir tərəfində, bu ölkənin və dünyanın hər bir yerində münasib dillə bəyan etsinlər.

Allahın şiə dəvətçilərinə rəhməti

Şiəliyi bizim ölkəmizə gətirən və bizi bu həqiqətlərlə tanış edən şəxslərə Allah rəhmət eləsin! Əgər olmasaydı, çox çətin olardı. Allah o dil xəncərlərinə, qələm xəncərlərinə və müxtəlif meydanların xəncərlərinə rəhmət eləsin! Onlar bu həqiqətləri aydınlaşdırıb bizi bu yola çıxara bildilər ki, görək və anlayaq. Çünki bu aydın dəlillər çoxlarının qarşısında var, amma anlamırlar, dərk etmirlər, təəssübkeşlik imkan vermir. Bu baxımdan bizim bəxtimiz gətirib. Biz gözəl nemət olan Əhli-beyt (ə) vilayəti ilə tanış olduğumuza görə gecə-gündüz Allaha şükür etməliyik.

“Bu gün bir çox sahələrdə qayda-qanun yoxdur!”

Təxminən yüz il öncə mərhum Hacı Mirzə Hüseyn Nuri Rövzəxanların minbərinin birinci və ikinci pilləsinin şərtləri barədə mirvari və mərcan adlı bir kitab yazdı. O zaman qayğıkeş, aydın və agah olan bir hədisşünas bu fikrə düşdü ki, minbərin birinci və ikinci pilləsinin hər birinin şərtləri var. Bu meydana şərtsiz daxil olmaq olmaz. Bəlkə həmin gün rövzəxanlar və mərsiyəçilər birinci pillədə, vaizlər isə ikinci pillədə otururdular.

O zaman o böyük insan həmin dövrün baxış dairəsini görürdü. Amma bu gün siz daha geniş bir dairəni görürsünüz və ona əməl edə bilərsiniz. Kim icazəli formada minbərə getsin və bu işə nəzarət edən cəmiyyət tərəfindən qəbul

səh:19

olunsun? Nə desin? Harada və nə zaman desin? Bu, mətləb yazıb onun-bunun əlinə vermək deyil. Digər müsəlman ölkələrində belədir; dövlət məmurları bir şeyi yazıb cümə imamına verir və deyirlər ki, bunu oxu. Xeyr, təfəkkür, mütaliə, araşdırma, sənətin müəllimlərindən və bu sahənin korifeylərindən istifadə etmək lazımdır. Bəzi meyarlara əsasən, münasib danışmaq, düzgün oxumaq, islah etmək məqsədi ilə oxumaq və demək işi də baş tutmalıdır.

İslam həqiqətlərinin bəyanı

Hüseyn ibn Əlinin (ə) öz cihadı ilə İslamı diriltdiyi kimi - İslam həqiqətən Hüseyn ibn Əlinin (ə) qanı və qiyamı ilə dirilib azad olmuşdur - bu gün də siz o həzrətin xatirəsi, adı və minbəri ilə İslam həqiqətlərini bəyan edin, Quranı və Hüseyni (ə) tanıtdırın, Nəhcül-bəlağəni xalqa oxuyun, İslam həqiqətləri, o cümlədən bu gün haqq hökumətində, yəni İslam Respublikasının Əli (ə), vilayət və Peyğəmbər (s) quruluşunda təcəssüm olunan bu mübarək həqiqəti xalqa bəyan edin. Bu ən üstün İslam təlimlərindəndir. Elə bilməsinlər ki, bu gün bu məmləkətdə yaranmış İslam hakimiyyətindən üz çevirib ona etinasızlıq göstərməklə İslamı izah etmək olar. Bizim siz əzizlərə tövsiyəmiz budur.

Təbliğat və məhərrəm

İkinci mövzu məhərrəm və təbliğat mövzusudur. Dinin əsası Aşura ilə bağlanmış və Aşuranın sayəsində qalmışdır. Əgər Hüseyn ibn Əlinin (ə) böyük fədakarlığı olmasaydı - bu fədakarlıq bütün tarixin vicdanını oyatmışdır - elə hicrətin birinci əsrində, yaxud ikinci əsrin ortasında İslamın kitabı bütünlüklə bağlanmışdı. Şübhəsiz belədir. Tarixə müraciət edən və tarixi həqiqətləri nəzərdən keçirən hər bir şəxs bunu təsdiqləyər. O zaman İslam cəmiyyətinin vicdanını oyadan və

səh:20

sonrakılar üçün nümunə və örnək olan məsələ o günə qədər İslamda analoqu olmayan həmin qəribə hadisə idi. Düzdür, ondan sonra çoxlu nümunələr peyda oldu, lakin, onların heç biri orijinala uyğun deyildi. İslam ümməti çoxlu şəhidlər verdi, kütləvi şəhidlər verdi, amma heç biri Aşura hadisəsinə çatmadı. Aşura hadisəsi fədakarlığın zirvəsində qaldı və qiyamətə qədər də qalacaq: “Sənin müsibətli günün kimi bir gün yoxdur, ey Əbu Abdullah!” Biz şiələr bu hadisədən çox bəhrələnmişik. Əlbəttə, şiə olmayanlar da istifadə etmişlər. Bu gün Misirdə Rəs əl-Hüseyn məscidi (o həzrətin müqəddəs başının dəfn olunduğu güman edilən yer) Misirin əhlibeytsevər xalqının hisslərinin cəm olduğu yerdir. Misir xalqı yaxşı bir xalqdır. O ölkənin rejimi və hökuməti ilə işimiz yoxdur, xalq Əhli-beyti (ə) sevir. Dünyanın hər yerində bu hadisədən təsirlənirlər, lakin Şiə bu hadisədən möhtəşəm şəkildə istifadə etmişdir. Biz dini bu hadisənin vasitəsi ilə qorumuşuq, hökmləri xalqa bəyan etmişik, xalqın hisslərini dinin və imanın xidmətinə yönəltmişik. Biz dedikdə ötən bir neçə əsrin ruhani və təbliğatçılarını nəzərdə tuturuq. Kərbəla hadisəsinin son əzəmətli faydası bizim möhtəşəm inqilabımızdır. Əgər Kərbəla hadisəsi və ondan örnək götürmək olmasaydı, bu inqilab qələbə çalmazdı. Bunu “qanın qılınca qələbə çaldığı ay” adlandıran Böyük İmamımız məhərrəmdən istifadə edib bu xətti və bu dərsi təlim etdi. Müharibəyə də getsəniz, budur.

Təbliğatçının öz canı ilə hərəkəti

Təbliğatçı öz dili, qəlbi, canı, ruhu, iradəsi və aydın baxışı ilə hərəkət edir.

İndi cənab Buşəhrinin çox gözəl formada dediyi çərçivə bizim tərəfimizdən məqbuldur. Təbliğatçılar bu üsulla, bu tərzlə, bu ruhiyyə ilə, bu məqsədlə öz ilahi hərəkətlərini

səh:21

davam etdirməlidirlər. İnqilab da belə qələbə çaldı. Siz gənclərin çoxu o günləri görməmisiniz. O zaman da din təbliğatçıları – həmin namsız-nişansız, iddiasız tələbələr gedib İslam dünyasını, ölkəni, kəndləri, şəhərləri, məscidləri, məhəllələri, evlərin daxilini işıqlandırdılar. Haraya getdilərsə, bütün bu şüaların mərkəzi olan Böyük İmamımızın - onun özü də İmam Hüseynin (ə) işıqlı günəşinin bir şöləsi idi - işıqlı şöləsindən bir çıraq yandırıb hər yeri nura boyadılar. Ürəklər işıqlandıqda, canlar oyandıqda bədənlər və dillər hərəkətə başlayır və iradələr işləyir. Bu gün də belədir, sabah da belə olacaq. Lakin hər bir dövrdə din təbliğatçısının hünəri budur ki, tərəf-müqabilini onun ehtiyacı olan məsələ ilə tanış etsin. Odur ki, dövrün ehtiyacını bilmək lazımdır.

İmam Hüseynin (ə) pak qanı və faydalı təbliğatın davamı

İslam tarixində hər bir baxımdan bənzərsiz olan məhərrəm məsələsində bariz bir cəhət təbliğat cəhətidir. Bu, Hüseyn ibn Əlinin (ə), o həzrətin səhabələrinin və ailəsinin pak və nahaq tökülmüş qanı və onların məzlum hadisəsi sayəsində xalqın, bu pak qanların tökülmə səbəbi olan din həqiqətlərilə tanış və agah olması üçün bir imkandır. Bu da Kərbəla hadisəsinin əbədi faydalarından biridir. Bunun qədrini bilmək lazımdır.

Minbərin üç sahəsi

Minbər sənətinə aid üç işin - yəni moizə, məlumatlanıdırmaq, örnək və nümunə göstərmək işlərinin hər biri üçün minbər edənin və danışanın özündə bəzi xüsusiyyətlərə ehtiyac var və ondan bəzi şeylər tələb edir. Deməli, bu işi asan saymaq olmaz. Keçmişdə bizim bəzilərimizin beynində yanlış təsəvvür var idi, Allaha şükür olsun ki, sonralar aradan qalxdı. Biz düşünürdük ki, əgər

səh:22

kimsə elm adamı və müctəhid olsa, minbər adamı, yaxud rövzəxan ola bilməz. Bunların iki ayrı səviyyəyə xas olduğunu düşünürdük. Bu üç vəzifəni öhdəsinə götürmək istəyən şəxs çox yaxşı olar ki, dini elmləri, İslam fiqhini və elmi hövzələrdə olan elmləri - meyar hökmləri anlamaqdır - yüksək və hətta ali səviyyədə bilsin. Minbərə bu gözlə baxmalıyıq.

Minbərin araşdırılmamış təsiri

Bizim cəmiyyətimizdə minbərin təsiri hələ araşdırılmamış bir mövzudur. Siz bizim cəmiyyətimizə baxın; görün İmam Hüseynin (ə) adına bir minbərin təşkil edilmədiyi yer varmı?! Böyük şəhərlərdən, izdihamlı mərkəzlərdən tutmuş ucqar bölgələrə, kəndlərə, hətta kiçik və çox uzaq kəndlərə, universitetlərə, alim məclislərinə, yeni elmlər üzrə təhsilli alimlərin birliklərinə, ölkənin ən uzaq nöqtələrində, dövrün aktual elm və bilgilərindən uzaq olan xalqın arasına qədər harada Əbu Abdullahın (ə) minbəri yoxdur və nə zamansa orada bir natiq minbər edib danışmır?! Deməli, bizim bütün cəmiyyətimiz şiə təfəkkürlü və əqidəli bir toplum olaraq, İmam Hüseynin (ə) çətri altındadır. Əlbəttə, bu yalnız şiələrə məxsus deyil. Dünyanın müxtəlif yerlərində şiə və hətta müsəlman olmayanlar da müəyyən həddə bu süfrədən bəhrələnirlər.

“Bu gün minbər qarşısında yeni bir vəzifəmiz var!”

Bu gün bu informasiya orqanı Quran təfsirinin, İslam maarifinin, fəlsəfi və irfani məsələlərin və Əhli-beyt (ə) bilgilərinin sözünün daşıyıcısıdır. Deməli, bir tərəfdən bu, din natiqləri üçün yeni bir imkandır. Digər tərəfdən, biz ruhani və natiqlər bir vəzifə formasında İslam bilgilərini bütün cəhətləri ilə azad şəkildə xalqa incələmək imkanı əldə etmişik.

səh:23

Keçmişdə belə deyildi; bəzi sözləri demək olardı, bəzi sözləri olmazdı, qoymurdular. Bu gün isə elə deyil.

Mənim fikrim budur ki, bu gün bizim minbər qarşısında yeni bir vəzifəmiz var; bir idarəçilik və bir qayda lazımdır. Bu qayda bu sənətin təcrübəli şəxsləri, bu meydanın mütəxəssisləri və uzun illər bu yolda çalışmış və onun müxtəlif cəhətlərini ölçmüş şəxslərin, həmçinin dövrün şəraiti haqda məlumatlı olan dəyərli alimlərin vasitəsi ilə hazırlanmalıdır. Hər bir zəif söz deyilməməli, hər bir faydasız, yaxud az faydalı bilgi çox faydalı bilgilərin yerini tutmamalı, dövrün tələbi və xalqın dini bilgilərə ehtiyacı diqqətdə saxlanmalı, cihad və Allah yolunda mübarizə məsələsində bilgilərin başı və bizim inqilabımızın əsas təməli olan Aşura hadisəsi təmiz şəkildə bəyan olunmalı, onun gözəl cəhətləri görsənməli, hərdən bəzi yerlərdə bəzi dillərdən, yaxud qələmlərdən sızan, eşidilən və oxunan əlavələr kənarlaşdırılmalıdır. Aşura məsələsi zarafat deyil. Belə əzəmətli bir hadisəni xurafatla qarışdırdıqdan sonra tam təsir gözləmək olmaz. Bu gün bu işləri görmək zamanıdır.

səh:24

Üçüncü fəsil: Qiyamın zəminləri, fəlsəfəsi və məqsədləri

İmamət ərməğanı

İmamət - xalq üçün ilahi başucalığı gətirən bir institutdur; xalqa elm və bilgi verir, onların arasında mehribanlığı və dostluğu artırır, düşmən qarşısında İslam və müsəlmanların heybətini qoruyur. Zalım şahlar və hökumətlər isə onun qarşı tərəfidir. Bu gün dünyanın bir çox ölkələrində hakimiyyət başçılarının adı padşah deyil, amma əslində padşahdırlar; adları sultan deyil, demokratiyanın zahiri cəhətləri görünür, amma əslində şahlıqdır. Yəni xalqa qarşı düşmən, başları üstündəki hər bir gücə qarşı isə zillətli rəftarları var. Hətta böyük və iqtidarlı bir ölkənin siyasi başçıları da öz növbəsində kompaniya sahiblərinin, gizli beynəlxalq şəbəkələrin, mafiya mərkəzlərinin və sionistlərin əlindədirlər, onların ürəkləri istəyən formada danışmağa və mövqe seçməyə məcburdurlar. Bu şahlıqdır. Zirvədə xarlıq və zəbunluq mövcud olduqda aşağılarda da xarlıq və zəbunluq olacaq. İmam Hüseyn (ə) buna qarşı qiyam etdi.

Daxili azğınlıq

İndi isə Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr barədə. Nə oldu ki, 50 ildən sonra İslam cəmiyyəti o vəziyyətdən bu vəziyyətə düşdü? Məsələnin məğzi budur. Burada tarixə baxmaq lazımdır. Əlbəttə, Peyğəmbərin (s) yaratdığı quruluş bu tezlikdə dağılan bir quruluş deyildi. Peyğəmbərin (s) vəfatından sonrakı ilk illərə baxdıqda görürsünüz ki, canişinlik məsələsindən başqa hər şey öz yerindədir: yaxşı ədalət var, yaxşı zikr var, yaxşı bəndəlik var. Əgər insan həmin ilk illərdəki İslam cəmiyyətinin ümumi

səh:25

quruluşuna baxsa, görər ki, zahiri baxımdan geriləməmişdir. Düzdür, hərdən bəzi məsələlər qarşıya çıxırdı, lakin zahiri forma Peyğəmbərin (s) tərəfindən əsası qoyulanı göstərir. Lakin bu vəziyyət qalmır, zaman ötdükcə İslam cəmiyyəti tədricən zəifləyir və məhvə doğru irəliləyir.

Düşmənin planı

Erkən İslam çağında İslama vurulan ən böyük və ən mühüm zərbə İslam hökumətinin imamətdən şahlığa çevrilməsi idi. İmam Həsənin (ə) və Əli ibn Əbu Talibin (ə) hökuməti Şam şahlığına çevrildi. İmam Həsən Müctəba (ə) o zaman İslamın özünü qorumaqdan ibarət olan daha böyük bir məsləhət üçün buna dözməyə məcbur oldu; hökuməti İmam Həsəndən (ə) aldılar. Hökumət özünün dini mərkəzindən xaric olub dünyagirlərin və dünya sahiblərinin ixtiyarına keçdikdə, bəllidir ki, sonra da Kərbəla hadisəsi baş verəcək; bu zaman Kərbəla hadisəsi qarşısıalınmaz və qaçılmaz bir hadisə olacaq. İslam hökuməti əsas mərkəzindən, yəni imamətdən alınandan 20 il sonra Peyğəmbərin (s) övladı olan İmam Hüseyni (ə) Kərbəlada faciəli vəziyyətdə qətlə yetirdilər. Düşmənin əsas hücumu və planı budur ki, hökuməti əsl mərkəzindən, yəni imamət və din mərkəzindən xaric etsin; əmindir ki, sonra istədiyi işi görə biləcək.

Geriyə qayıdış

Necə oldu ki, əzəmətli Peyğəmbərin (s) mərkəzliliyi ilə yaranmış İslam cəmiyyəti - xalqın ona eşqinin, dərin inamının, başdan-ayağa dini qəhrəmanlığın və fəallığın olduğu, sonralar barəsində bir qədər danışacağım hökmlərlə qurulmuş cəmiyyət, həmin xalq və hətta Peyğəmbərə (ə) yaxın dövrləri görmüş bəzi şəxslər 50 ildən sonra elə bir həddə çatdılar ki, toplaşıb həmin Peyğəmbərin (s) övladını ən faciəli vəziyyətdə

səh:26

öldürdülər? Bundan artıq yayınma, geriləmə və geriyə qayıdış necə ola bilər?!

Zeynəb-Kübra Kufə bazarında özünün əzəmətli xütbəsini əsasən bu mövzu ətrafında qurdu. Kufə əhalisi İmam Hüseynin (ə) mübarək başını nizə üstündə və Əli (ə) qızının əsir olduğunu gördükdə faciəni dərindən duydular, ağlayıb nalə etməyə başladılar. Buyurdu ki, ağlayırsınız? Ağlamağınız bitməsin!

Bu, sözügedən qayıdışdır: geriyə qayıdış. Siz cəhrə ilə yun və pambıq əyirən, saplar hazır olduqdan sonra onu yenidən pambığa çevirən bir qadın kimisiniz. Siz həqiqətən öz hazır saplarınızı pambıq etdiniz. Bu, sözügedən qayıdışdır. Bu, ibrətdir.

Yezidin vasitəsi ilə şahlığın bərpası

Hüseyn ibn Əlinin (ə) qarşısında kim durmuşdu? Cəmiyyətdə Allah bəndələrinə qarşı günah və təcavüzlə rəftar edən fəsadlı və zalım hökumət. O, hakimiyyəti altında olan cəmiyyətdə Allahın bəndələrinə və insanlara qarşı zülmlə, ədavətlə, qürurla, təkəbbürlülüklə, xudpəsəndliklə və eqoistliklə rəftar edirdi. Bu həmin hökumətin əsas səciyyəsi idi. Onun üçün əhəmiyyəti olmayan məsələ mənəviyyat və insanların hüquqları idi. İslam hökumətini İslamdan öncə və müxtəlif dövrlərdə dünyada mövcud olan tağut hökumətinə çevirmişdilər. Halbuki İslam quruluşunun ən bariz xüsusiyyəti hökumətdir. İslamın qurmaq istədiyi ideal cəmiyyətin ən diqqətəlayiq cəhətləri hakimiyyət forması, növü və hakimin rəftarıdır. Ozamankı böyüklərin təbirincə desək, imaməti şahlığa çevirmişdilər. İmamət - din və dünya karvanının rəhbərliyidir. Hamının bir tərəfə və uca məqsədə sarı hərəkət etdiyi karvanda bir nəfər digərlərini yönəldir. Kimsə azsa, əlini tutub qaytarır; kimsə yorulsa, onu yolu davam etdirməyə

səh:27

həvəsləndirir; kiminsə ayağı yaralansa, ayağını bağlayır; hamıya mənəvi və maddi dayaq olur. İslam leksikonunda bunun adı imam - hidayət imamıdır. Şah bunun əks tərəfidir. Sülalə padşahlığı mənasında olan şahlıq, şahlığın yalnız bir növüdür. Dünyada bəzi şahlar mövcuddur. Onların adı şah deyil, amma daxilləri insanlara hökmranlıq və hegemonluqla doludur. Adı nə olursa-olsun, tarixin hansı bir dövründə kim öz xalqına, yaxud digər xalqlara hegemonluq etsə, bu, şahlıqdır. Bir dövlətin prezidenti - bütün zamanlarda hegemon dövlətlər olmuşdur. Bu gün onun təzahürü Amerikadır - heç bir əxlaqi, elmi və hüquqi əsas olmadan özünün və arxasında duran şirkətlərin maraqlarını milyonlarla insanın maraqlarına tərcih etməyi və dünya xalqları üçün vəzifə müəyyənləşdirməyi öz haqqı bilirsə, bu, şahlıqdır; adı şah olsa da, olmasa da.

İmam Hüseynin (ə) dövründə İslam ümməti belə bir vəziyyətə düşmüşdü. İmam Hüseyn (ə) buna qarşı mübarizə aparırdı.

İmamətlə şahlığın ziddiyyəti

İmamət şahlığa çevrildi. İmamətin mahiyyəti şahlığın mahiyyəti ilə fərqli və təzadlıdır. Bunlar bir-birinin ziddidirlər. İmamət - ruhi və mənəvi rəhbərlik, xalqla duyğusal və etiqadi bağlılıqdır. Şahlıq isə güc, qüdrət və hiylə hökumətidir, onda heç bir mənəvi, duyğusal və iman bağlılığı yoxdur. Bu iki məsələ bir-birinin tam qarşısındadır. İmamət ümmətin arasında, ümmət üçün və xeyrə doğru bir hərəkətdir. Şahlıq isə hakim qrupun varlanması və şəhvətpərəstliyi üçün xalqın maraqlarının əleyhinə və xüsusi təbəqələrin xeyrinə olan qüdrətli bir hökmranlıqdır. Bizim İmam Hüseynin (ə) qiyamı zamanı gördüyümüz ikincisidir, birincisi yox. Yəni iş başında olan Yezidin nə xalqla əlaqəsi vardı, nə elmi, nə təqvası, nə

səh:28

iffəti, nə zahidliyi, nə Allah yolunda cihad keçmişi, nə İslam mənəviyyatına bir qədər inanırdı, nə onun rəftarı bir möminin rəftarı idi, nə də sözü bir həkim sözü; heç bir cəhəti Peyğəmbərə (s) bənzəmirdi. Belə bir şəraitdə, özü Peyğəmbərin (s) həqiqi canişini olan Hüseyn ibn Əli (ə) kimi bir şəxsə imkan yarandı və qiyam etdi.

Əgər məsələnin zahiri təhlilinə baxsaq, bu qiyam Yezidin fəsadlı və antidemokratik hakimiyyəti əleyhinə, əsl həqiqətdə isə İslam dəyərləri üçün, elm, iman və izzət üçün bir qiyamdır, xalqın fəsaddan, rəzillikdən, aşağılıqdan və cahillikdən xilas olması üçündür. Buna görə Mədinədən xaric olduqda qardaşı Məhəmməd ibn Hənəfiyyəyə və əslində bütün tarixə etdiyi müraciətində belə dedi: “Mən bədxahlıq, fəsad törətmək və zülm etməkdən ötrü qiyam etmirəm”. Mən təkəbbür, qürur və lovğalanmaq üzündən, hakimiyyətə meyl və həvəs üzündən qiyam etmirəm. “Yalnız babamın ümmətinin işlərini düzəltməkdən ötrü qiyam edirəm”. Mən görürəm ki, Peyğəmbər (s) ümməti arasında vəziyyət dəyişmişdir, hərəkət yanlış hərəkətdir, tənəzzülə doğru, İslamın istədiyi və Peyğəmbərin (s) gətirdiyi istiqamətin əksinə gedir. Mən bunlarla mübarizə aparmaq üçün qiyam edirəm.

Yezidin axmaq gözləntisi

Əgər Yezid hökuməti tərəfindən bu yersiz və axmaq gözlənti olmasaydı, İmam Hüseynin (ə) də Müaviyə dövründəki və özündən sonrakı imamlar kimi hidayət bayrağını ucaldıb xalqı hidayət etməsi, həqiqətləri deməsi mümkün idi. Lakin o, cahillikdən, təkəbbürlülükdən, insani dəyərlərdən və mənəviyyatdan uzaq olduğuna görə bir addım daha irəliyə keçib İmam Hüseynin (ə) İslam imamətini tağut şahlığına çevirməyə dair bu qara namə altından imzasını qoymasını, yəni beyət etməsini gözlədi. İmam Hüseyn (ə)

səh:29

buyurdu ki, mənim kimi birisi onun kimi birisi ilə beyət etməz. Hüseyn (ə) belə bir imza atmayacaq. İmam Hüseyn (ə) əbədi olaraq haqq bayrağı kimi qalmalıdır. Haqq bayrağı batil sırasında yer ala bilməz, batilin rəngini götürə bilməz. Buna görə İmam Hüseyn (ə) buyurdu: “Zillət bizdən uzaqdır”.

İmam Hüseynin (ə) hərəkəti izzət hərəkət idi; haqqın izzəti, dinin izzəti, imamətin izzəti, Peyğəmbərin (s) təqdim etdiyi yolun izzəti. İmam Hüseyn (ə) izzətin timsalı idi və möhkəm dayandığından fəxrə də səbəb oldu. Bu, Hüseyn (ə) izzəti və iftixarıdır. Bəzən bir nəfər bir söz danışır; sözü danışmış və məqsədini demişdir, lakin o sözün üstündə dayanmır, geriyə çəkilir. Bu daha fəxr edə bilməz. Fəxr o insana, xalqa və topluma məxsusdur ki, sözlərinin üstündə durub, ucaltdıqları bayrağı tufanların məhv etməsinə və yatırmasına qoymasınlar. İmam Hüseyn (ə) bu bayrağı möhkəm saxladı, əzizlərinin şəhidliyinə, şərafətli ailəsinin əsirliyinə qədər dayandı. İnqilabi bir hərəkətdə izzət və fəxr budur.

Vəzifəni tanımaq

Aşura hadisəsində olduqca çoxlu məqamlar var. Əgər İslam dünyası və onun mütəfəkkirləri onlar üzərində müxtəlif cəhətlərdən araşdırma aparsalar, bu hadisədən və onu əhatə edən öncəki və sonrakı məsələlərdən müxtəlif şəraitlərdə İslam həyatının yolları və müsəlman nəsillərin vəzifəsi bəlli olar.

Bu mühüm dərslərdən biri odur ki, Hüseyn ibn Əli (ə) İslam tarixinin çox həssas bir dövründə müxtəlif dərəcəli əhəmiyyətə malik olan müxtəlif vəzifələr arasından əsas vəzifəsini təyin etdi və yerinə yetirdi. O, həmin dövrdə İslam dünyasının ehtiyacı olan məsələni tanımaqda xəyala qapılmadı və səhvə düşmədi.

səh:30

Halbuki bu məsələ müxtəlif dövrlərdə müsəlmanların həyatında zəif nöqtələrdən biri olmuşdur. Xalq, onun rəhbərləri və İslam dünyasının görkəmli şəxsləri bəzən əsas vəzifələrini səhv salır, nəyin ən önəmli olduğunu bilmirlər ki, yerinə yetirsinlər, lazım olduqda digər işləri ona qurban etsinlər, hansı işlərin ikinci dərəcəli olduğunu bilsinlər, hər bir hərəkətə və işə onun özü qədər əhəmiyyət versinlər və həmin həddə çalışsınlar.

Əbu Abdullahın (ə) hərəkəti dövründə elə şəxslər vardı ki, əgər bu barədə onlarla söhbət olunsaydı, “indi qiyam zamanıdır” deyilsəydi və bu işin ardınca problemlərin və başağrılarının olacağını anlasaydılar, ikinci dərəcəli vəzifələrdən yapışacaqdılar; necə ki, bəzilərinin bu işi gördüyünü müşahidə etdik. İmam Hüseynlə (ə) hərəkət etməyən şəxslərin arasında mömin və dindar adamlar da vardı. Onların hamısı dünya əhli deyildilər. O zaman İslam dünyasının görkəmli şəxsləri arasında mömin adamlar və vəzifələrinə əməl etmək istəyənlər vardı. Lakin vəzifəni anlamırdılar, dövrün vəziyyətini təyin edə bilmirdilər, əsas düşməni tanımırdılar, əsas işi ikinci-üçüncü dərəcəli işlərlə səhv salırdılar. Bu, İslam dünyasının böyük bəlalarından biri olmuşdur. Bu gün də bizim ona düçar olmağımız, daha əhəmiyyətlini az əhəmiyyətli ilə səhv salmağımız mümkündür. Cəmiyyətin həyatının asılı olduğu əsas vəzifəni bilmək lazımdır.

Düzgün, əhəmiyyətli və daha əhəmiyyətli olanı tanımaq

Bir gün bizim bu ölkəmizdə müstəmləkə əleyhinə, diktatura əleyhinə, küfr və tağut rejimi əleyhinə mübarizə məsələsi aktual idi. Lakin bəziləri bu vəzifəni təyin etmir və digər işlərdən yapışırdılar; kiminsə tədrisi vardısa, kitab

səh:31

yazırdısa, kiçik bir təbliğat dairəsi vardısa, dini işlərdə xalqın məhdud bir çevrəsinin hidayət işini üzərinə götürmüşdüsə, düşünürdü ki, mübarizəyə qoşulsa, həmin işlər tətil ediləcək; bu işlərdən ötrü o qədər əzəmətli və əhəmiyyətli mübarizəni tərk edirdi; yəni lazım, əhəmiyyətli və daha əhəmiyyətli olanı tanımaqda səhvə yol verirdi.

Hüseyn ibn Əli (ə) öz sözləri ilə anlatdı ki, belə bir şəraitdə İslam dünyası üçün tağut hakimiyyətinə qarşı mübarizə aparmaq, insanları bu hakimiyyətin şeytan hökmranlığından xilas etmək üçün çalışmaq ən vacib işdir. Bəllidir ki, Hüseyn ibn Əli (ə) Mədinədə qalıb xalqa Allahın hökmlərini və Əhli-beyt (ə) təlimlərini təbliğ etsəydi, bəzi insanlar yetişdirərdi. İraqa sarı hərəkət etdikdə isə, bütün bu işlərdən qalırdı: xalqa namazı öyrədə bilmirdi, Peyğəmbərin (s) hədislərini deyə bilmirdi, onun dərs və bilgi dairəsi tətil olurdu, Mədinənin yetim və yoxsullarına kömək edə bilmirdi. Bunların hər biri o həzrətə yönəlik vəzifə idi, lakin bu vəzifələrin hamısını daha əhəmiyyətli bir vəzifəyə qurban verdi; hətta bütün təbliğatçıların dediyi kimi, xalqın həccə getdiyi bir dövrdə həcc əməlləri də daha üstün vəzifəyə qurban edildi.

Haqq iddiaçılarının zülm qarşısında sükutu

İmam Hüsəyn (ə) bu hərəkəti etməyəcəyi təqdirdə onun bu imzasının bu sükutunun İslamın başına nə gətirəcəyini bilirdi.Bir hakimiyyət cəmiyyətlərin yaxud bir cəmiyyətin bütün imkanlarını ələ keçirib tüğyan yolunu seçdikdə haqq adamları və iddiaçıları onun qarşısında dayanmasalar, onun hərəkətinə qarşı çıxmasalar, bu əməllə onun işini təsdiq etmiş olurlar.Yəni zülm özləri istəmədən haqq tərəfdarları tərəfindən imza olunur.Bu o zaman Bəni-Haşim böyüklərinin erkən İslam çağının böyük şəxsiyyətlərinin övladlarının düçar olduğu

səh:32

Hüseyn (ə) hərəkatına iki baxış

Hüseyn (ə) hərəkatına iki növ baxmaq olar. Bunların hər ikisi düzgündür, amma iki baxış birlikdə bu hərəkatın əzəmətli cəhətlərini göstərir. Bir baxış Hüseyn ibn Əlinin (ə) zahiri hərəkətidir. Bu, fəsadlı, azğın, zalım və qəddar hökumətin – yəni Yezid hökumətinin əleyhinə qiyamdır. Hadisənin məğzi isə ən böyük hərəkətdir; ikinci baxış insanı buna yönəldir. O hərəkət insan cəhalətinin və xarlığının əleyhinə olan hərəkətdir. İmam Hüseyn (ə) Yezidlə mübarizə aparsa da, onun Yezidlə tarixi mübarizəsi qısaömürlü və dəyərsiz Yezidlə deyil, əslində insan cəhaləti, aşağılığı, azğınlığı, xarlığı və zilləti ilədir. İmam Hüseyn (ə) bunlarla mübarizə aparır.

Hüseyn (ə) qiyamının fəlsəfəsi

İslamın vasitəsi ilə ideal bir hökumət yarandı. Əgər İmam Hüseynin (ə) hadisəsini bir neçə sətirdə xülasə etmək istəsək, belə olur: Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə məruz qalmışdı. Dünyanın ozamankı İran və Roma imperiyalarında mövcud olan Qeysər və Kəsra hökumətlərindən ibarət olan böyük hökumətləri aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hökuməti idi. Ərəbistan yarımadası kimi kiçik hökumətlər isə onlardan da pis vəziyyətdə idi. Cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada Allah Peyğəmbərinin (ə) vasitəsi ilə, Allahın yardımı, xalqın əzəmətli və yorulmaz mübarizəsi ilə İslam nuru əvvəlcə Ərəbistan yarımadasını işıqlandıra bildi, sonra da tədricən genişləndi, şüası hər yeri bürüdü. Peyğəmbər (s) dünyadan köçdükdə bu hökumət tarix boyu bütün bəşəriyyətə nümunə

səh:33

ola biləcək şəkildə güclü bir hökumət idi. Əgər o hökumət həmin istiqamətdə hərəkətini davam etdirsəydi, şübhəsiz, tarix dəyişərdi, ondan əsrlər sonra, indi və İmam Mehdinin (ə) zühuru dövründə yaranması gözlənilən vəziyyət həmin dövrdə yaranardı. Ədalət, paklıq, doğruluq və məhəbbət dolu dünya İmam Mehdi (ə) dövrünün dünyasıdır. Allah bilir ki, bəşər orada hansı əzəmətlərə nail olacaq. Buna əsasən, əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi. Lakin bəzi səbəblər üzündən bu baş vermədi.

Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmə əsaslanmaq yerinə ədalətə əsaslanırdı, şirkin və insanın fikir təfriqəsinin yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə söykənirdi, cəhalət əvəzinə elm və bilgiyə arxalanırdı, insanların bir-birinə ədavəti yerinə məhəbbət, münasibət, dostluq və səmimiyyətə söykənirdi; yəni zahirdən və batindən bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah, fəal, həvəskar, aktiv və kamala doğru irəliləyən insan olur. Əlli il ötməklə məsələlər dəyişdi. Adda İslam adı qaldı, lakin batini daha İslam batini deyildi. Ədalətin hakimiyyətinin yerinə yenə zülmün hakimiyyəti gəldi, bərabərliyin və qardaşlığın yerinə ayrıseçkilik, ikitirəlik və təbəqələr arasında böyük fərq vücuda gəldi, elmin yerinə cəhalət hakim oldu. Bu əlliillik dövrdə nə qədər yaxına gəliriksə, bu tənəzzülə dair yüzlərlə fakt və nümunə görürük. Tədqiqatla məşğul olanlar bunları gənc və araşdırıcı beyinlər üçün aydınlaşdırsınlar.

İmam Hüseynin (ə) birinci məqsədi

İmam Hüseyn (ə) özünün birinci məqsədini belə izah edir: İslam ölkəsindən fəsadın kökünü qazmaq və islah yaratmaq. İslah nədir? Yəni fəsadı məhv etmək. Fəsad nədir? Fəsadın

səh:34

müxtəlif qisimləri var: oğurluq fəsaddır, xəyanət fəsaddır, asılılıq fəsaddır, hegemonluq fəsaddır, əxlaqi sapqınlıqlar fəsaddır, maddi sapqınlıqlar fəsaddır, doğmalar arasında düşmənçiliklər fəsaddır, din düşmənlərinə yönəlmək fəsaddır, dinə qarşı olanlara maraq göstərmək fəsaddır. Hər şey dinin sayəsində vücuda gəlir. Sonrakı cümlələrdə buyurur ki, sənin məzlum bəndələrin amanda qalsınlar. Məqsəd cəmiyyətin məzlumlarıdır, nə zalımlar, nə zülmkarlar, nə zülmü mədh edənlər, nə də zülmün vasitələri və işçiləri. Məzlumlar - əl-ayağı olmayanlar, bir iş görə bilməyənlərdir. Məqsəd budur ki, cəmiyyətin məzlum insanları, hər hansı bir səviyyədə və hər hansı bir yerdə olan zəif insanlar təhlükəsiz olsunlar: namus təhlükəsizliyi, maddi təhlükəsizlik, hüquqi təhlükəsizlik; bu gün dünyada mövcud olmayan bu təhlükəsizliklər. İmam Hüseyn (ə) o zaman tağutların hökmranlığı dövründə olanın tam qarşı tərəfini istəyirdi. Bu gün dünyaya baxsanız, görərsiniz ki, elədir; din bayraqlarını əksinə çevirirlər, Allahın məzlum bəndələrini daha da məzlum edirlər, zalımların əli məzlumların qanına daha artıq batır.

İslahat İmam Hüseynin (ə) şüarı kimi

İslahat barədə İmam Hüseyndən (ə) iki cümlə nəql olunmuşdur. O buyurur: “Babamın ümmətinin işlərini islah etməkdən ötrü qiyam edirəm”. O, islahat barədə düşünür və islahat yaratmaq istəyir. Başqa bir yerdə də buyurur ki, İslam ümmətinin və İslam ölkəsinin islahını istəyirəm. Bu, İmam Hüseynin (ə) şüarıdır.

Din bayraqlarını ucaltmaq

Həzrət Əbu Abdullah Hüseynin (ə) buyruqlarının hər biri incə məqama malikdir. Mən siz əzizlərə deyirəm ki, xalqa xalis və aydınlaşdırıcı sözlər demək məqsədi ilə o həzrətin

səh:35

sözlərindən maksimum istifadə olunmalıdır. Mən onların arasından bu cümləni öz məclisimizə münasib görürəm. O həzrətdən nəql olunana əsasən, buyurmuşdur ki, İlahi, Sən bilirsən ki, bizim etdiyimiz bu hərəkət, bu qiyam, verdiyimiz bu qərar hakimiyyət istəyindən ötrü deyil. Hakimiyyət istəyi bir insan üçün məqsəd ola bilməz. Bu iş dünya işlərindən ötrü də deyil; həyatın yağlı və şirinini ağzımıza çatdırıb qarnımızı matəmdən çıxarmaq, mal-mülk toplayıb sərvət yığmaq istəmirik. Bunlardan ötrü deyildi. Bəs nədən ötrü idi? O bizim istiqamətimizi təsvir edən bir neçə cümlə buyurmuşdur. İslam təbliğatının bütün dövrlərində bunlar məqsəddir: Din bayraqlarını xalq üçün ucaldaq və meyarları onlara göstərək.

Meyarlar mühüm məsələdir. Şeytan həmişə din adamları arasında təhrifdən istifadə edir, yolu yanlış göstərir. Əgər “dini kənara qoy” deyə bilsə, deyir, zərərli təbliğat və ehtiraslar yolu ilə xalqın imanını alır. Əgər o mümkün olmasa, dinin əlamətlərini dəyişdirir. Sanki siz bir yolla hərəkət edərkən tablonun bir istiqaməti göstərdiyini görürsünüz. Halbuki xain bir əl onu dəyişdirmiş və yolu yanlış göstərmişdir.

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək

Fəsadın qaynağı olan bir hökumətlə mübarizədə buyurdu ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək və babamın yolu ilə getmək istəyirəm. Yaxud yoldakı başqa bir xütbədə buyurdu: “Ey insanlar! Həqiqətən Allahın Rəsulu belə buyurub: “Kim Allahın haramını halal edən, Allahın əhdini pozan... zalım bir hökmdarla üzləşsə, lakin işi və sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin”. Yəni zülm şahına qarşı, fəsad törədən qüvvəyə qarşı, insanları maddi və mənəvi

səh:36

cəhətdən məhvə sürükləyən hakimiyyətə qarşı dəyişiklik yaratmaq! Hüseyn ibn Əlinin (ə) hərəkətinin səbəbi budur. Düzdür, bunu yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməyin nümunəsi də bilmişlər. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək vəzifəsində bu məqamlara da diqqət yetirmək lazımdır. O daha əhəmiyyətli vəzifə üçün hərəkət edir və mühüm olsa belə, digər vəzifələri daha əhəmiyyətli olan bu vəzifəyə qurban verir, bu gün vacib işin nə olduğunu ayırd edir.

Tağut güclərə zərbə vurmaq

İmam Hüseynin (ə) hərəkəti belə bir hərəkət idi. Buyurdu ki, yalnız babamın ümmətinin işlərini düzəltmək üçün qiyam edirəm. Həmçinin belə buyurdu: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah, fəsad və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin. Yəni əgər kimsə fəsad və zülmün mərkəzini görüb laqeyd otursa, Allah-Taala yanında onunla bir taledə olacaq. Buyurdu ki, mən təkəbbürlülük, fironluq üçün hərəkət etmirəm. İmam Hüseynin (ə) İraq xalqının dəvətini qəbul etməsi tağut güclərə zərbə vurmaq üçün idi; istər hökuməti almaqla olsun, istər şəhidliklə və qan verməklə.

Haqq və ədalətin bərpası

İmam Hüseynin (ə) hərəkəti haqq və ədalətin bərpası üçün idi: “Mən yalnız babamın ümmətini islah, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək istəyirəm“. Ən yaxşı ziyarətnamələrdən olan Ərbəin ziyarətnaməsində oxuyuruq ki, o həzrət Allahın bəndələrini cəhalətdən xilas etməyə çalışıb,

səh:37

Allah yolunda canını verdi. O həzrət yolda Peyğəmbərdən (s) nəql etdiyi məşhur hədisini bəyan edir: Ey insanlar! Allahın Peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah, fəsad və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin.

İlahi atributlara hörmət

İmam Hüseyn (ə) sonda buyurur ki, sənin vaciblərinə, hökmlərinə və qanunlarına əməl olunsun. O həzrətin məqsədi bunlardır. Hansısa bir nəfər bir tərəfdən çıxıb İslam bilgiləri ilə və İmam Hüseynin (ə) sözləri ilə, hətta bir ərəb sözü ilə azca tanış olmadan Hüseyn (ə) qiyamının məqsədləri barədə yazır ki, İmam Hüseyn (ə) filan məqsəddən ötrü qiyam etmişdir. Haradan deyirsən? Bu, İmam Hüseynin (ə) sözüdür. Yəni İmam Hüseyn (ə) özünün və dövrünün ən pak insanlarının canını xalqın din hökmlərinə əməl etməsinə görə fəda edir. Nə üçün? Çünki səadət din hökmlərinə əməl etməklə mümkün olur; çünki ədalət din hökmlərinə əməl etməkdədir; çünki insanın azadlığı din hökmlərinə əməl etməkdədir. Azadlığı haradan əldə etmək istəyirlər? İnsanların bütün istəkləri din hökmlərinin çətri altında təmin olunur.

Cəhalət və azğınlıqdan qurtuluş

İmam Hüseynin (ə) Ərbəin ziyarətnaməsində bir cümlə deyilmişdir. Bu cümlə bu ziyarətnamələrin və duaların çoxlu cümlələri kimi olduqca mənalı və diqqətəlayiqdir. Bu gün Tasua və matəm günü olduğundan birinci xütbədə İmam Hüseynin (ə) qiyamının məqsədinə toxunan bu cümlə barədə bir qədər danışmaq istəyirik. O cümlə budur: “Qanını sənin

səh:38

yolunda bağışladı”. Bu, Ərbəin ziyarətnaməsindəndir. Lakin onun ilk hissələri bu cümlələrin sahibinin Allah-Taalaya müraciətlə dediyi dualardır. Yəni Hüseyn ibn Əli (ə) öz canını və qanını sənin yolunda verdi ki, sənin bəndələrini cəhalətdən xilas etsin, onları azğınlıq və zəlalətdən doğan sərgərdanlıqdan qurtarsın. Bu, məsələnin bir tərəfidir; yəni qiyam edən tərəf Hüseyn ibn Əlidir (ə). Məsələnin başqa tərəfi sonrakı hissədə təqdim olunur. Qarşı tərəfdə həyatın kələk gəldiyi, maddi dünya zinətlərinin, ehtirasların və nəfs istəklərinin özlərindən çıxardığı şəxslər dururlar. Allah-Taalanın öz əzəmətli yaradılışında hər bir insan üçün ayırdığı pay dünya və axirət xoşbəxtliyindən ibarətdir. Onlar bunu aşağı, dəyərsiz və ucuz qiymətə satmışdılar. Bu, Hüseyn (ə) hərəkatının xülasəsidir.

Həqiqətin bəyanı

İmam Hüseynin (ə) məqsədi o həzrətin dedikləridir: “Mən bədxahlıq, fəsad törətmək və zülm etmək üçün qiyam etmirəm. Mən yalnız babamın ümmətini islah etmək istəyirəm“. Bu bir sərlövhədir. Ey insanlar! Allahın Peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbər (s) sünnəsinə qarşı çıxan, Allahın bəndələrinə qarşı günah, fəsad və düşmənçilik edən zalım bir hökmdarla üzləşsə, əməli və ya sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin tipindən olan təbirlərin hər biri bir dərs və bir sərlövhədir.

Söhbət Allah liqasından və Allahla görüşdən gedir. İnsanın yaranmasının, “Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan“ sözünün və bütün bu fəaliyyət və zəhmətlərin məqsədi budur: “Sən Ona qovuşacaqsan!“ Əgər kimsə Allah liqasını vətən seçmişsə, bizimlə gəlsin”, Hüseynlə (ə) yola düşsün; evdə oturmaq, dünyaya və dünya nemətlərinə

səh:39

yapışmaq və Hüseyn (ə) yolundan xəbərsiz qalmaq olmaz. Yola düşməliyik. Bu yola düşmək bizim daxilimizdən, nəfsimizdən və nəfsin paklığı ilə başlayır, cəmiyyətə və dünya miqyasına çatır.

Bunlar deyilməlidir. Bunlar İmam Hüseynin (ə) məqsədləridir. Bunlar Hüseyn (ə) hərəkatının xülasələri və yekun nəticələridir. Hüseyn (ə) hərəkatının xülasəsi budur ki, bir gün İmam Hüseyn (ə) bütün dünyanın zülm qaranlıqlarının hökmranlığı altında örtülüb məhkum olduğu, heç kəsin həqiqəti deməyə cürət etmədiyi, mühitin, yerin və zamanın qaranlıq və zülmət olduğu bir halda qiyam etdi. Siz baxın, İbn Abbas İmam Hüseynlə (ə) gəlmədi, Abdullah ibn Cəfər İmam Hüseynlə (ə) gəlmədi.

Haqqın batildən ayrılması

Onun mübarizəsi demək, aydınlatmaq, hidayət etmək, istər Yezidin dövründə, istərsə də ondan öncə haqla batil arasında sərhədi müəyyənləşdirmək idi. Yezidin dövründə qarşıya çıxan və əlavə olunan bu idi ki, zülm və azğınlığın başçısı bu hidayət imamının onun hökumətini imzalamasını gözləyirdi. Beyət budur. İstəyirdi İmam Hüseyni (ə) xalqı hidayət etmək, zalım hökumətin azğınlığını izah etmək yerinə, gəlib həmin zalımın hökumətini imzalamağa və təsdiqləməyə məcbur etsin. İmam Hüseynin (ə) qiyamı buradan başlandı.

Ağıl və məntiqi dirçəldən

Nəql olunmuşdur ki, Aşura hadisəsindən və İmam Səccadın (ə) Mədinəyə qayıtmasından sonra -bu karvanın Mədinədən çıxıb yenidən qayıtmasına qədər bəlkə də 10-11 ay ötmüşdü - bir nəfər onun yanına gəlib dedi: “Ey Allah Rəsulunun oğlu! Gördünüz? Getdiniz nə oldu?!” Doğru da deyirdi. Bu karvan elə bir halda getmişdi ki, Əhli-beytin (ə) parlaq günəşi,

səh:40

Peyğəmbərin (s) övladı, Allah rəsulunun əzizi olan Hüseyn ibn Əli (ə) onların başında və arasında idi. Əmirəl-mömininin (ə) qızı izzətlə və başucalığı ilə getmişdi. Əmirəl-mömininin (ə) övladları – Abbas və digərləri, İmam Hüseynin (ə) övladları, İmam Həsənin (ə) övladları, Bəni-Haşimin dəyərli, seçilmiş və adlı-sanlı gənclərinin hamısı bu karvanla getmişdilər. İndi bu karvan qayıdıb və onda yalnız bir kişi - İmam Səccad (ə) var. Qadınlar əsirlik, əziyyət və yara görmüşlər. İmam Hüseyn (ə) yox idi, Əli Əkbər yox idi, hətta südəmər körpə də bu karvanda deyildi. İmam Səccad (ə) bu şəxsin cavabında buyurdu ki, əgər getməsəydik, nə olacaqdı. Bəli, əgər getməsəydilər, bədənlər sağ qalacaqdı, amma həqiqət məhv olacaqdı, ruh əriyəcəkdi, vicdanlar tapdanacaqdı, ağıl və məntiq tarix boyu məhkum olacaqdı. İndi isə hətta İslamın adı da qaldı.

səh:41

Dördüncü fəsil: Aşura səhabələri

İmam Hüseynin (ə) həyatının mərhələləri

Bu hadisənin nə qədər əzəmətli olduğunun bir qədər bilinməsi üçün mən Həzrət Əbu Abdullah İmam Hüseynin (ə) həyatının üç qısa mərhələsini ixtisarla izah edəcəyəm. Siz görün bu üç mərhələdə tanınan bir insanı haçansa babasının ümmətindən bir qrupun mühasirəyə alacağını, özünü, bütün dostlarını, səhabələrini və ailə üzvlərini elə faciəli şəkildə qətliam edəcəyini və qadınlarını əsir tutacağını güman etmək olardımı?

Bu üç mərhələnin biri həzrətin əziz Peyğəmbərin (s) vəfatına qədərki uşaqlıq dövrüdür. İkinci mərhələ onun gənclik dövrüdür; yəni Əmirəl-mömininin (ə) hökumətinə qədərki 25 il. Üçüncü mərhələ isə Əmirəl-mömininin (ə) şəhidliyindən Kərbəla hadisəsinə qədərki 20 illik dövrdür.

Əziz Peyğəmbərin (s) zamanında İmam Hüseyn (ə) Peyğəmbərin (s) istəklisi və gözünün işığı olan bir uşaqdır. Əziz Peyğəmbərin (s) Fatimə adlı bir qızı var. O zaman bütün müsəlmanlar bilir ki, Peyğəmbər (s) belə buyurub: “Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir, onu razı salan isə məni razı salmışdır. Görün bu qızın məqamı nə qədər böyükdür ki, əzəmətli Peyğəmbər (s) xalqın qarşısında və camaat içində onun barəsində belə danışır. Bu adi məsələ deyil.

Əziz Peyğəmbər (s) bu qızı İslam cəmiyyətində ən üstün dərəcəyə malik olan bir şəxsə vermişdir; yəni Əli ibn Əbu Talibə (ə). O gənc şücaətli, şərafətli, hamıdan imanlı, hamıdan parlaq keçmişli, hamıdan igid və bütün meydanlarda hazır olan bir şəxsdir. Elə bir şəxsdir ki, İslam onun xəncərinə bağlıdır; hamının aciz qaldığı yerdə bu gənc önə çıxır, düyünləri açır və sədləri qırır. Bu əziz və sevimli kürəkənin

səh:42

sevimli olması qohumluq münasibətinə görə yox, şəxsiyyətinin əzəmətinə görədir. Peyğəmbər (s) qızı belə bir şəxsə vermişdir. İndi bunlardan bir uşaq da olmuşdur və o, Hüseyn ibn Əlidir (ə).

Düzdür, bu sözlərin hamısını İmam Həsən (ə) barədə də demək olar. Lakin indi mənim söhbətim İmam Hüseyn (ə) haqdadır. İslam dünyasının başçısı, İslam cəmiyyətinin hakimi, xalqın sevimlisi və əzizlərin əzizi olan Peyğəmbər (s) onu qucağına götürüb məscidə aparır. Hamı bilir ki, bu uşaq hamının sevimlisi olan bu şəxsin istəklisidir. O, minbər üzərində çıxış edir. Bu uşağın ayağı nəyəsə ilişir və yıxılır. Peyğəmbər (s) minbərin üstündən enib bu uşağı qucağına götürür və sakitləşdirir. Baxın, məsələ bu qədər əhəmiyyətlidir. Peyğəmbər (s) altı-yeddi yaşlı uşaqlar olan İmam Həsən (ə) və İmam Hüseyni (ə) “cənnət gənclərinin ağaları” adlandırdı. Bunlar hələ uşaqdırlar, gənc deyillər, amma Peyğəmbər (s) buyurur ki, cənnət gənclərinin ağalarıdırlar. Yəni altı-yeddi yaşlarında da bir gənc həddindədirlər; anlayır, dərk edir, əməl edir, addım atır, ədəb-ərkan göstərirlər, onların bütün vücudundan nəciblik duyulur. Əgər o zaman kimsə desəydi ki, bu uşaq heç bir günahı və cinayəti olmadan həmin Peyğəmbərin (s) ümmətinin əli ilə qətlə yetiriləcək, xalq inanmazdı; Peyğəmbər (s) buyurdu və ağladı da, amma hamı təəccüb etdi ki, məgər belə bir şey mümkündür?!

İkinci mərhələ Peyğəmbərin (s) vəfatından Əmirəl-mömininin (ə) hökumətinə qədərki 25 illik dövrdür. O bu dövrdə gənc, bacarıqlı, elmli və şücaətlidir, döyüşlərdə iştirak edir, böyük işlərdə rol oynayır, hamı onu uca tutur, yaxşılıq edənlərin adı gələndə hamının gözü ona sarı yönəlir; Mədinə və Məkkə müsəlmanları arasında və İslam dalğasının çatdığı hər bir yerdə, hər bir dəyər baxımından günəş kimi parlayır.

səh:43

Hamı ona hörmət göstərir. Dövrün xəlifələri ona və qardaşına hörmət bildirir, onun qarşısında təzim edir, adını hörmətlə çəkirlər. O, dövrün nümunə gənci və hamı yanında möhtərəmdir. Əgər o zaman kimsə desəydi ki, bu gənc həmin camaat tərəfindən öldürüləcək, heç kəs inanmazdı.

Üçüncü mərhələ Əmirəl-möminin (ə) şəhidliyindən sonrakı dövrdür; yəni Əhli-beytin (ə) qürbət dövrü.

İmam Həsən (ə) və İmam Hüseyn (ə) yenə Mədinədədirlər. İmam Hüseyn (ə) bu zamandan sonra 20 il bütün müsəlmanların mənəvi imamı, bütün müsəlmanların böyük müftisi, bütün müsəlmanların hörmət bəslədiyi, təriflədiyi, Əhli-beytə (ə) hörmət bildirmək istəyən bütün şəxslərin üz tutduğu bir şəxs kimi Mədinədə yaşamışdır; sevimli, böyük, şərafətli, nəcabətli, köklü və alim bir şəxsiyyət kimi. O, Müaviyəyə elə bir məktub yazır ki, hər hansı bir şəxs hər hansı bir hakimə yazsaydı, ölümlə cəzalanardı. Müaviyə bütün əzəmətilə bu məktubu alır, oxuyur, dözür və bir söz demir. Əgər o zaman da kimsə yaxın gələcəkdə hamının nəzərində İslamı və Quranı təcəssüm etdirən bu möhtərəm, şərafətli, əziz və nəcabətli kişinin həmin Quran və İslam ümməti tərəfindən, özü də elə bir vəziyyətdə öldürülməsinin mümkün olduğunu desəydi, heç kəs təsəvvür də etməzdi. Amma həmin inanılmaz, həmin qəribə və heyrətləndirici hadisə baş verdi. Kimlər etdilər? Yanına gəlib salam verənlər və hörmət bildirənlər. Bu nə deməkdir? Mənası budur ki, İslam cəmiyyəti bu əlli il ərzində İslam həqiqətindən və mənəviyyatından uzaq düşdü. Zahiri İslamdır, batini isə puç bir şey. Təhlükə budur. Namazlar qılınır, camaat namazı qılınır, insanların adları da müsəlmandır, bəziləri də Əhli-beyt (ə) tərəfdarıdırlar.

səh:44

Aşura - ağıl və cəhalət qoşunlarının qarşılaşdığı səhnə

Həmin gün əxlaqi fəzilətlərlə əxlaqi qəbahətlər arasındakı mənəvi mübarizədə qələbə çalan, ağlın qoşunları ilə cəhalətin qoşunları arasındakı qarşıdurmada ağlın qoşunlarını cəhalətin qoşunlarına qalib etməyi bacaran şəxslər az idilər. Lakin onların möhkəmliyi və o şərəfli meydanda müqavimətə israrlı olmaları tarix boyu minlərlə insanın o dərsi öyrənməsinə və həmin yolu getməsinə bais oldu. Əgər onlar öz vücudlarında fəziləti qəbahətə qalib etməsəydilər, fəzilət ağacı tarixdə solardı. Onlar o ağacı suvardılar. Siz öz dövrünüzdə daxilində fəziləti qəbahətə qalib edən və nəfsi istəklərini düzgün dini və əqli duyğulara, baxışa və təfəkkürə məğlub edən çoxlu şəxslər gördünüz.

Hərəkətin əvvəlindən şəhadətə qədər mütləq təslimçilik və bəndəlik

Mədinədən hərəkət etdiyi gündən Kərbəlada şəhid olduğu günə qədər İmam Hüseynin (ə) rəftarında həmin mənəviyyat, izzət və başucalığı, eyni zamanda Allah qarşısında mütləq təslimçilik və bəndəlik duyulur. Bütün mərhələlərdə belədir. Ona yüzlərlə və bəlkə minlərlə məktub yazıb biz sənin tərəfdarlarınıq, səni sevirik, Kufə və İraqda səni gözləyirik” deyəndə də qürurlanmadı. Çıxış edib ölüm Adəm övladı üçün gənc qızın boynundakı boyunbağıya bənzəyir” deyəndə də ölümdən danışdı. Demədi ki, belə edərik, elə edərik; düşmənlərini təhdid edib, dosltlarını Kufədə yüksək vəzifələrlə tamahlandırmadı. Etiqad, bəndəlik və təvazökarlıqla yanaşı olan müsəlman hərəkəti o zaman baş verir ki, hamı əllərini ona sarı uzadıb hörmət bildirir. Kərbəlada yüz nəfərdən az bir qrupun otuz min quldur tərəfindən mühasirəyə alındığı, canının təhdid olunduğu,

səh:45

əzizlərinin təhdid olunduğu, qadınların və ailəsinin əsirliklə təhdid olunduğu gün də bu Allah adamında, Allah bəndəsində və İslamın bu əzizi şəxsiyyətində zərrə qədər də iztirab müşahidə olunmadı.

İmam Hüseynin (ə) dostlarının mənəvi mübarizəsi

Mənəviyyatın parlaması cəhətindən də belədir. Dəfələrlə demişəm ki, çoxları İmam Hüseynə (ə) müraciət edib bu müqavimətinə görə onu qınayırdılar. Onlar pis, yaxud kiçik insanlar deyildilər; bəziləri İslamın böyüklərindən idilər. Lakin pis anlayırdılar və zəif cəhətləri onlara qalib gəlmişdi. Onlar Hüseyn ibn Əlini (ə) də həmin zəif cəhətlərə məğlub etmək istəyirdilər. Lakin İmam Hüseyn (ə) dözdü, məğlub olmadı. İmam Hüseynlə (ə) birgə olan şəxslərin hər biri bu mənəvi və daxili mübarizədə qalib oldular. Öz övladını fəxrlə və razılıqla meydana göndərən ana, həyatın zahiri ləzzətlərindən keçən, özünü cihad və mübarizə meydanına tapşıran gənc, qocalıq dövrünün rahatlığından, öz evlərinin isti və yumşaq yatağından keçib çətinliyə dözən Həbib ibn Məzahir və Müslim ibn Övsəcə kimi qocalar, düşmənlərin arasında hörməti olan və o hörmətdən imtina edib Hüseyn ibn Əliyə (ə) qoşulan şücaətli sərkərdə, yəni Hürr ibn Yezid Riyahi - hamılıqla bu daxili və mənəvi mübarizədə qalib oldular.

Hüseyn (ə) hərəkatında aparıcı şəxslərin rolu

İmam Hüseynin (ə) mübarizəsinin iki tərəfi var, iki nəticənin hasil olması mümkündür və hər iki nəticə yaxşıdır. Bir nəticə bu idi ki, İmam Hüseyn (ə) Yezidin hökumətinə qələbə çalsın, hakimiyyəti xalqın başından vuran, xalqın taleyini puç edən şəxslərin caynağından çıxarsın və düzgün

səh:46

yoluna qoysun. Əgər bu iş görülsəydi, sözsüz ki, tarixin yolu dəyişərdi. Başqa bir tərəf budur ki, İmam Hüseyn (ə) hər hansı səbəbdən bu siyasi və hərbi qələbəyə nail ola bilməsin. Bu zaman İmam Hüseyn (ə) öz sözünü daha dillə yox, qanla, məzlumluqla, tarixin heç zaman unutmayacağı bir şəkildə davamlı və qırılmaz bir cərəyan kimi tarixə qoşacaqdı. İmam Hüseyn (ə) bu işi gördü.

Əlbəttə, əgər imandan dəm vuran şəxslər İmam Hüseynə (ə) qarşı fərqli rəftar etsəydilər, birinci ehtimal həyata keçər və o zaman İmam Hüseyn (ə) dünya və axirəti islah edə bilərdi. Lakin səhlənkarlıq etdilər. Nə üçün və necə səhlənkarlıq etmələri çox uzun və çətin mövzulardandır. Mən bir neçə il bundan öncə “Aparıcı və adi insanlar” başlığı altında onu bir qədər izah etmişəm; yəni kimlər səhlənkarlıq etdilər, günah və təqsir kimlərdə idi, necə səhlənkarlıq etdilər, harada səhlənkarlıq etdilər. Mən indi həmin sözləri təkrarlamaq istəmirəm. Buna əsasən, səhlənkarlıq oldu və digərlərinin səhlənkarlığına görə birinci ehtimal yox, ikincisi baş verdi. Bu elə bir şeydir ki, daha heç bir qüvvə onu İmam Hüseyndən (ə) ala bilməz; şəhadət meydanına getmək, canını və əzizlərini vermək; o qədər əzəmətli və böyük bir fədakarlıq ki, düşməni olan hər bir güc onun qarşısında kiçilir, məhv olur. Və bu parlaq günəş İslam dünyasında günbəgün daha çox nur saçır və bəşəriyyəti işıqlandırır.

İmam Hüseynin (ə) gözəl dözümü

İmam (ə) Hüseynin dözümü möhtəşəm və gözəldir.Aşura günü dostlarının və ailəsinin hər birinin bədənin tikə-tikə edildiyi faciəli vəziyyət qarşısında da dözdü.Belə deyildi ki, misal üçün bir bomba düşsün və bir dəstə adam öldürülsün.Xeyr, səhabəsindən və ailəsindən hər bir nəfər getdikdə sanki o həzrətin mübarək bədənini bir üzvü və bir parçası qopurdu.

səh:47

Peyğəmbərin (s) vəfatından 50 il sonra İslam elə dəyişmiş, vəziyyət elə bir həddə çatmışdı ki, o həzrətin ciyərparəsini tutub qətlə yetirə bildilər. Vəziyyət çox dəyişirdi. Peyğəmbərdən (s) sonra vəziyyət elə bir həddə çatdı ki, İslam dünyasında Peyğəmbərin (s) İmam Hüseyn (ə) kimi, Zeynəb-Kübra kimi övladlarını və ciyərparələrini açıq şəkildə öldürdülər və əsir tutdular. Vəziyyət çox dəyişmişdi. Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, tez bir zamanda İslam məhv olardı. İmam Hüseyn (ə) əslində güclü qasırğaya məruz qalmış bu çadırı öz qanı ilə saxlayan güclü mismar kimi oldu. Bu təkcə İslam tarixinin yox, tarixin ən böyük qəhrəmanlığıdır. Bunu qorumaq, yaşatmaq və müsəlmanların tarixində həlledici bir amil kimi həmişə ondan istifadə etmək lazımdır. Bu gün Fələstin məsələsi bu növdəndir.

Hüseyn (ə) dözümü

Mən bir dəfə İmam Hüseynin (ə) dözümü barədə geniş söhbət etmişəm. İndi vaxt yoxdur. Biz dözümün nə olduğunu anlamırıq. Dözümü dözüm yerində anlamaq olar. Böyüklər, hədisçilər, dəyərli şəxsiyyətlər, hörmətli insanlar, ağıllı, qayğıkeş və təxminən qayğıkeş adamlar dəfələrlə İmam Hüseynə (ə) deyirdilər ki, ağa, siz faydasız iş görürsünüz, özünüzə və Peyğəmbər (s) ailəsinə zərər yetirirsiniz, bu işlə haqq əhlini xar edirsiniz. Belə sözlər deyirdilər. İmam Hüseyn (ə) Məkkədən çıxmaq istəyəndən və bəziləri bunu anlayandan etibarən Aşura gecəsinə qədər onun qarşısında belə müxtəlif

səh:48

əxlaqi maneələr başlandı. Lakin İmam Hüseyn (ə) bu hadisələr qarşısında dözdü.

Aşura və insanların duyğuları

Bu gün Tasua, sabah isə Aşura günüdür. Aşura günü həmin əzəmətli və böyük hadisənin zirvəsidir. Hüseyn ibn Əli (ə) Kərbəlaya müharibə dəm-dəsgahı ilə gəlməmişdi. Döyüşə getmək istəyənə əsgər lazımdır, lakin İmam Hüseyn (ə) öz övladlarını və qadınlarını da özü ilə gətirmişdi. Bu o deməkdir ki, burada tarix boyu həmişə insanların duyğularını özünə yönəldəcək və İmam Hüseynin (ə) işinin əzəmətini bəlli edəcək bir hadisə baş verməlidir.

İmam Hüseyn (ə) bilir ki, düşmən alçaq və rəzildir. Görür ki, onunla döyüşə gələnlər kiçik və dəyərsiz bir mükafat qarşılığında belə böyük cinayəti törətməyə hazır olan Kufə quldurlarıdır. O, həyat yoldaşının və övladının başına nə gələcəyini bilir. İmam Hüseyn (ə) bunlardan xəbərsiz deyil. Lakin eyni zamanda təslim olmur, yolundan dönmür, bu yolda hərəkətə israr edir. Bəllidir ki, bu yol nə qədər mühüm və bu iş nə qədər böyükdür.

Həzrət Əbülfəzl Abbasın agahlığı və vəfadarlığı

Bu gün Tasua günüdür. Ənənəyə görə bu gün natiqlər və növhəxanlar Əbülfəzl Abbasın şəhidliyinə dair rövzə oxuyurlar. Dəlillərin məcmusundan belə nəticə hasil olur ki, altıaylıq körpədən, yaxud 11 yaşlı uşaqdan başqa döyüşçü kişilər arasında Əbülfəzl Abbas İmam Hüseyndən (ə) qabaq şəhidliyə qovuşan sonuncu şəxsdir. Bu şəhidliyin özü də böyük bir iş yolunda - yəni Əbu Abdullah Hüseynin (ə) çadırlarındakı susuzlara su gətirmək üçündür. İmamlardan Əbülfəzl Abbas haqqında nəql olunan ziyarətnamə və sözlərdə

səh:49

iki cümlə üzərində təkid göstərilmişdir: biri agahlıq, biri isə vəfadarlıq. Əbülfəzl Abbasın agahlığı haradadır? İmam Hüseynin (ə) dostlarının hamısı agah şəxslər idilər, lakin o daha artıq agahlıq göstərdi. Tasua günü onun bu bəladan qurtulması üçün bir imkan yarandı. Gəlib ona təklif etdilər ki, təslim olsun; amannamə verib dedilər ki, biz sənə toxunmayacağıq. O elə mərdliklə rəftar etdi ki, düşmən peşman oldu. Dedi ki, mən Hüseyndən (ə) ayrılım?! Vay olsun sizə! Rədd olun siz də, sizin amannaməniz də. Onlar bir anadan olan dörd qardaş idilər. Əbülfəzl Abbas böyük qardaş idi. Digərləri isə Cəfər, Abdullah və Osman idi. Onun agahlığının ikinci nümunəsi budur ki, hər üç qardaşını öz gözü qarşısında Hüseyn ibn Əliyə (ə) qurban etdi, Mədinədə olan ürəyi dağlı anasını da düşünmədi. Bu, sözügedən agahlıqdır. Həzrət Əbülfəzl Abbasın vəfalılığı da hər yerdən artıq Fərata enməsi, lakin su içməməsi məsələsidir. Əlbəttə, bütün ağızlarda məşhurdur ki, İmam Hüseyn (ə) həzrət Əbülfəzli su gətirməyə göndərdi. Lakin mənim mötəbər tarixlərdə - misal üçün, Şeyx Müfidin əl-İrşad və Seyid ibn Tavusun Lühuf kitablarında gördüyüm bir qədər fərqlidir və bəlkə də hadisənin əhəmiyyətini daha da artırır. Bu mötəbər kitablarda nəql olunub ki, həmin son anlarda və son saatda bu uşaq və körpələrə, kiçik qızlara və xanımlara susuzluq elə təsir göstərmişdi ki, İmam Hüseynin (ə) özü Əbülfəzllə birgə su gətirməyə getdi.

Əbülfəzl yalqız getmədi, İmam Hüseynin (ə) özü də onunla hərəkət etdi. Su gətirmək üçün Fəratın həmin yerdən keçən qoluna sarı getdilər. Bu iki qorxmaz və güclü qardaş arxa-arxaya dayanıb meydanda vuruşdular.

Biri altmış yaşına yaxın, lakin qüvvə və şücaət baxımından bənzərsiz qəhrəmanlardan olan İmam Hüseyndir (ə). Digəri də otuzdan artıq yaşı və hamının bildiyi xüsusiyyətlərə malik olan

səh:50

gənc qardaşı Əbülfəzl Abbasdır. Bu iki qardaş çiyin-çiyinə, bəzən arxa-arxaya düşmən dəryasının ortasında qoşunun sıralarını yarırlar, özlərini Fərata çatdırıb su gətirmək istəyirlər. Bu ağır döyüş əsnasında birdən İmam Hüseyn (ə) hiss edir ki, düşmən onunla qardaşı Abbası bir-birindən uzaqlaşdırmışdır. Həmin qarışıqlıqda Əbülfəzl suya yaxınlaşır, özünü suya vurur. Nəql olunduğu kimi, o, su tuluğunu doldurub çadırlara aparmaq istəyir. Burada hər bir insan özünün susuz dodaqlarına bir ovuc su vurmağı öz haqqı bilər. Lakin o öz vəfadarlığını göstərdi. Əbülfəzl Abbas suyu götürdükdə, gözü suya düşdükdə İmam Hüseynin (ə) susuz dodaqlarını xatırladı. Bəlkə də qız və uşaqların su fəryadlarını, Əli Əsğərin sudan ağlamasını xatırladı və suyu içməyə ürəyi gəlmədi, boşaldıb bayıra çıxdı. O, bayıra çıxarkən həmin hadisələr baş verir və İmam Hüseyn (ə) birdən qoşunun ortasında fəryad ucaldan qardaşının səsini eşidir: “Ey qardaş, qardaşına yardım et!”

Kərbəla qəhrəmanlığı və gənc

Kərbəlada fədakar gənc nümunəsi kimdir? Əli Əkbər; İmam Hüseynin (ə) övladı, Bəni-Haşim gəncləri arasında nümunə, həm zahiri, həm batini gözəlliklərə malik olan gənc. Elə bir gənc ki, Hüseyn ibn Əlinin (ə) imamlığına düzgün inancı və bunun yanında qorxmazlığı, fədakarlığı və düşmənin qəddarlığına qarşı mübarizə hazırlığı vardı. Özünün gənclik enerjisini uca məqsədi və amalı üçün xərclədi. Bu çox dəyərli məsələdir. Bu qeyri-adi və nümunə gənc düşmənə sarı getdi, atasının və ondan nigaran olan qadınların gözü qarşısında qana bələşmiş cəsədi çadırlara qayıtdı. Belə bir müsibət və matəm kiçik hadisə deyil. Lakin onun meydana sarı hərəkəti və düşmənlə mübarizəyə hazır olması bir müsəlman üçün izzət, ucalıq, fəxr və qürur təcəssümüdür.

səh:51

Odur ki, Allah-Taala buyurur: “İzzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. Hüseyn ibn Əli (ə) də öz növbəsində bu gənci döyüş meydanına göndərməklə mənəvi izzət nümayiş etdirdi. Yəni İslam imaməti ilə tağut şahlığı arasında olan sərhədi ayıran İslam hakimiyyətinin və İslam başucalığının bayrağını möhkəm saxlayır; hətta əziz gəncinin canı bahasına olsa da.

Oğulun inamının və atanın əzəmətinin gözəl cilvəsi

İmam Hüseynin (ə) səhabələrinin və dostlarının hər biri döyüş meydanına gedib vuruşmaq üçün icazə istəyirdilər. İmam onlara tez icazə vermirdi, bəzilərinə mane olurdu, bəzilərinə deyirdi ki, ümumiyyətlə Kərbəladan qayıdın və gedin. O, Bəni-Haşimin və öz səhabələrinin gəncləri ilə belə rəftar edirdi. Lakin sevimli, gənc və əziz övladı olan Əli Əkbər döyüş icazəsi istəyəndə imam bir an da gecikmədən icazə verdi. Burada oğulun inamını və atanın əzəmətini dərk etmək olar. Səhabələr şəhid olana qədər deyirdilər ki, canımızı sizə qurban verəcəyik. Onlar Bəni-Haşimdən - Əmirəl-mömininin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) övladlarından kiminsə döyüşə çıxmasına icazə vermirdilər, deyirdilər ki, əvvəl biz gedib ölməliyik; əgər bizdən sonra istəsəniz, meydana gedərsiniz.

Növbə Bəni-Haşimin fədakarlığına və şəhidliyinə çatdıqda meydana çıxmaq üçün icazə istəyən birinci şəxs vəzifəsinin nə olduğunu bilən həmin gənc idi. O, Əli Əkbər - imam oğlu və imama hamıdan yaxındır, deməli, fədakarlığa də hamıdan daha layiqdir. Bu da İslam imamətinin bir əlamətidir.

Bura elə bir yer deyil ki, dünyanı, maddi maraqları, iqtisadi qazancları və nəfsi ehtirasları bölsünlər. Burada mücahidlik və çətinlik var. Könüllü surətdə qarşıya çıxan birinci şəxs Əli ibn

səh:52

Hüseyn (ə), yəni Əli Əkbərdir. Bu həmin gəncin inamını göstərir. İmam Hüseyn (ə) də bu işin qarşısında ruhi əzəmətini nümayiş etdirir: icazə istəyən kimi döyüşə getməsinə icazə verir.

Aşurada bəla dalğaları

Kitablarda təkrar-təkrar yazıldığına əsasən, Aşura gününün hadisələrini nəql edən rəvayətçi deyir: “And olsun Allaha ki, məksur görmədim”. Məksur - başına qəm-qüssə ələnən, uşağı ölən, dostları məhv olan, sərvəti əldən çıxan və bütün bəlalara düçar olan şəxsdir. Rəvayətçi deyir ki, mən dörd tərəfdən müsibət içərisində olan heç kəsi Hüseyn ibn Əli (ə) kimi möhkəm görmədim. Müxtəlif döyüş meydanlarında, ictimai və siyasi işlərdə insan müxtəlif adamlarla rastlaşır. Bəzi şəxslər müxtəlif qəmlərə düçar olmuşlar. Rəvayətçi deyir ki, belə bir halda və bütün bu müsibətlərdə olan heç kimi Hüseyn ibn Əli (ə) qədər şad, qərarlı, əzmkar, iradəli və Allaha təvəkkül edən görmədim. Bu, sözügedən ilahi izzətdir. Bu cərəyanı İmam Hüseyn (ə) tarixdə yaratdı və bəşər anladı ki, belə bir hökumət və cəmiyyət üçün mübarizə aparmalıdır; elə bir cəmiyyət ki, onda insan aşağılığı, təhqiri, əsarəti və ayrıseçkilik olmasın. Hamı belə bir cəmiyyət üçün cihad etməlidir. Belə cəmiyyət yaranmalıdır, yaranır və mümkündür.

Aşura sözünün və bayrağının ucalması

Siz baxın, Hüseyn ibn Əlinin (ə) pak qanı Kərbəlada, qürbətdə töküldü. Lakin İmam Səccadın (ə) və Zeynəb-Kübranın öhdəsinə düşən ən böyük məsuliyyət ilk andan bu sözü ucaldıb müxtəlif formalarla bütün İslam dünyasına çatdırmaq idi. Bu hərəkət həqiqi dinin, Hüseyn ibn Əlinin (ə) dininin və İmam Hüseynin (ə) şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri və lazım idi. Sözsüz ki, İmam

səh:53

Hüseyn (ə) üçün Allahın mükafatı olacaq, buna görə sükut edə bilərdilər. Amma nə üçün İmam Səccad (ə) ömrünün sonuna qədər - ondan sonra yaşadığı 30 ildə hər hansı bir münasibətlə Hüseynin (ə) adını, Hüseynin (ə) qanını və Əbu Abdullahın (ə) şəhidliyini yada salırdı, xalqa xatırladırdı? Bu iş nədən ötrü idi? Bəziləri elə bilirlər ki, bu iş Üməyyə övladlarından intiqam almaq üçün idi. Halbuki sonralar Bəni-Üməyyə hakimiyyətdən uzaqlaşdı. Bəni-Abbasın hakimiyyətə gəlişindən sonra İmam Rza (ə) nə üçün Rəyyan ibn Şəbibə tapşırır ki, öz məclislərinizdə Əbu Abdullahın (ə) müsibətlərini oxuyun? O zaman axı Bəni-Üməyyə yox idi, tar-mar olmuşdular!

Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir.

Həzrət Zeynəb və İslamın ümumi ruhuna tibbi yardım

Həzrət Zeynəbin mübarək adı bu növdən olan səyin göstəricisidir. Həzrət Zeynəbin səyi təkcə bu deyil ki, Kərbəlada xəstə olan bir imamı qorusun, ona tibbi yardım göstərsin. Həzrət Zeynəb İslamın və müsəlmanların ozamankı cəmiyyətinin ruhuna tibbi yardım göstərdi. Onun böyük yardımı budur. Həzrət Zeynəb bir dünya pislik, zülm, insafsızlıq, heyvansifətlik və daşürəklik qarşısında təkbaşına dayandı və bununla İslamın ruhunu qoruyub, ona tibbi yardım göstərə bildi. İmam Hüseynin (ə) İslamı qoruduğunu dediyimiz kimi, həzrət Zeynəbin də öz müqaviməti ilə İslamı qoruduğunu qətiyyətlə iddia edə bilərik. Bu müqavimət bir sirr və əsas amildir.

səh:54

İmam Hüseynin (ə) qərib mübarizəsi

İmam Hüseyn (ə) öz hərəkətinin fəlsəfəsi kimi zülmlə mübarizəni göstərir: “Allahın bəndələrinə qarşı günah və düşmənçilik edir“. Söhbət dünyanın bütün insaflı şəxslərinin qəbul etdiyi ən müqəddəs məqsədlərdən gedir. Belə bir insan belə bir məqsəd yolunda ən çətin mübarizəyə dözür. Ən çətin mübarizə qərib mübarizədir. Dostların həvəsləndirməsi və bütün xalqın təqdiri arasında öldürülmək çox da çətin deyil. Erkən İslam çağının döyüşlərinin birində haqq və batil cəbhəsi bir-birinin qarşısında dayandı. Peyğəmbər (s) və Əmirəl-möminin (ə) kimi şəxslər haqq cəbhəsinin başında durdular. Peyğəmbər (s) öz əsgərlərindən soruşdu ki, meydana çıxıb düşmən ordusunun filan məşhur döyüşçüsünü məğlub etmək istəyən varmı? İslam ordusundan bir gənc könüllü şəkildə önə çıxdı. Peyğəmbər (s) əlini onun başına çəkdi və onu yola saldı, müsəlmanlar da onun üçün dua etdilər. O, döyüş meydanına getdi, cihad etdi və öldürüldü. Bu bir növ öldürülmək və cihad etməkdir. Cihad etməyin başqa bir növü isə elə bir cihaddır ki, insan döyüş meydanına sarı gedəndə cəmiyyət ya onu inkar edir, ya qafildir, ya kənara çəkilir, yaxud qarşısında dayanır; ürəkdən təqdir edən və sayları az olan şəxslər də onu tərifləməyə cürət etmirlər.

Qərib mübarizənin ən çətin mübarizə olması

İmam Hüseyn (ə) Aşurasında hətta Bəni-Haşim xanədanından və həmin pak ailədən olan Abdullah ibn Abbas və Abdullah ibn Cəfər kimi şəxslər də Məkkədə, yaxud Mədinədə dayanıb fəryad çəkməyə və İmam Hüseynin (ə) xeyrinə şüar verməyə cürət etmirlər. Belə mübarizə qərib və ən çətin mübarizədir. Hamı insanla düşməndir, hamı insandan üz çevirir. İmam Hüseynin (ə) mübarizəsində hətta bəzi dostlar da etiraz edirlər. Onların birinə dedi ki, gəl mənə

səh:55

kömək et, o isə kömək əvəzinə atını göndərdi, dedi ki, atımdan istifadə et.

Bundan böyük qürbət və bundan da qərib mübarizə?! Bu qərib mübarizədə ən əziz şəxsləri gözü qarşısında fəda olurlar, oğulları, qardaşlarının oğulları, qardaşları, əmisi oğulları, Bəni-Haşimin bu gülləri ləçək-ləçək olub qarşısında yerə tökülürlər, hətta altıaylıq körpə də öldürülür.

Bütün bu müsibətlərdən əlavə, bilir ki, canı pak cismindən çıxan kimi köməksiz və müdafiəsiz ailələr hücuma məruz qalacaqlar. Bilir ki, ac qurdlar azyaşlı və gənc qızlara hücum edəcəklər, onları qorxudacaqlar, mallarını qarət edəcəklər, onları əsir tutacaq və təhqir edəcəklər. Bilir ki, Əmirəl-mömininin (ə) dəyərli qızı və İslam dünyasının görkəmli şəxsiyyətlərindən olan Zeynəb-Kübraya hörmətsizlik edəcəklər; bunları da bilir.

Bütün bunlara özünün və ailəsinin susuzluğunu əlavə edin; azyaşlı uşaqlar, qız uşaqları, qocalar və hətta südəmər körpə də susuzdur. Bu mübarizənin nə qədər çətin olduğunu təsəvvür etmək olar. Belə uca, pak və nurlu bir insan, göyün mələklərinin ona tamaşa etmək üçün bir-biri ilə yarışdığı, təbərrük məqsədilə ona tamaşa etməyi arzuladığı bir insan, peyğəmbər və övliyaların onun məqamını arzuladığı bir şəxs belə bir mübarizədə belə bir müsibət və faciə ilə şəhadətə qovuşur. Belə bir şəxsiyyətin şəhadəti çox qəribə hadisədir. Hansı insan bu hadisədən kədərlənməz?! Bu hadisəni tanıyan və dərk edən hansı insan ona vurulmaz?!

Vəzifəni yerinə yetirmək

İmam Hüseyn (ə) tək-tənhadır. Əlbəttə, o həzrətin ətrafında bir qədər adam var, lakin əgər qalmasaydılar da, o həzrət dayanacaqdı. Məgər belə deyil?! Fərz edək Aşura gecəsi həzrət beyətini götürdüyünü dedikdə və onların getməsini

səh:56

istədikdə hamısı getsəydilər, Əbülfəzl və Əli Əkbər də getsəydi və həzrət tənha qalsaydı, Aşura günü nə olacaqdı? Həzrət qayıdacaqdı, yoxsa dayanıb vuruşacaqdı? Bizim dövrümüzdə bir nəfər peyda olub dedi ki, əgər yalqız qalsam və bütün dünya mənim qarşımda dayansa da, yolumdan dönməyəcəyəm. O şəxs bizim imamımız idi. Əməl etdi və doğru da dedi: “Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq qalarlar“. Boş danışıq hamımızda olur. Gördünüz ki, bir hüseynçi və aşuraçı insan nə etdi! Əgər bizim hamımız aşuraçı olsaq, dünyanın islaha sarı hərəkəti sürətlənəcək və haqqın vəlisinin zühuruna mütləq zəmin yaranacaq.

səh:57

Beşinci fəsil: Aşuranın təsir və faydaları

Təbliğat fürsəti

Əziz qardaşlar! Böyük və möhtərəm alimlər! Elmi hövzələrin əziz və gənc tələbələri! Dinin sadiq təbliğatçıları! Çox xoş gəlmisiniz. Hörmətli məhərrəm ayında təbliğat fürsəti çox böyük və müstəsna bir fürsətdir. Bu, şəhidlər ağası və dünyanın azad insanlarının sərvəri olan həzrət Əbu Abdullah Hüseynin (ə) və o həzrətin pak dostlarının qanı sayəsindədir. Nahaq tökülmüş o qanın tarixdə həmişəyaşar təsiri vardır. Çünki öz canını dinin uca məqsədlərinə ixlasla təqdim edən şəhid pak və sədaqətlidir.

Hiyləgər və məkrli insan sözdə özünü nə qədər haqq tərəfdarı kimi göstərə bilsə də, şəxsi maraqlar, xüsusən də özünün və əzizlərinin canı məsələsi ortaya çıxanda geri çəkilir və onları fəda etməyə hazır olmur. Fədakarlıq meydanına qədəm qoyub xalis və ixlaslı şəkildə öz varlığını Allah yolunda verən şəxsi diri saxlamağı Allah-Taala öz öhdəsinə götürmüşdür: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin!“; “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə!“ Allah yolunda öldürülənlər diri qalırlar. Onların diri qalmasının bir mənası budur ki, onların nişanı, ayaq izi və bayrağı heç zaman itmir. Bir neçə gün zorakılıqla, hegemon güclərin müdaxiləsi ilə nişanlarının zəifləməsi mümkündür. Lakin Allah-Taala təbiəti belə yaratmışdır. Allahın qanunu budur ki, pakların, salehlərin və ixlaslı insanların yolu qalsın. İxlas çox qəribə bir şeydir. Odur ki, Hüseyn ibn Əlinin (ə), o həzrətin və səhabələrinin nahaq tökülmüş qanı sayəsində din yaşadı, bundan sonra da yaşayacaq.

səh:58

Şəhidlər ağasının qanının dəyəri

Biz Aşura ziyarətnaməsində İmam Hüseynə (ə) deyirik: “Salam olsun sənə, ey Allah qanı və Allah qanının oğlu!”. Yəni Əbu Abdullahın (ə) qanı kimi, Əmirəl-mömininin (ə) qanının sahibi də Allah-Taaladır. Çünki bu qan da haqqın və ədalətin bərpası yolunda axıdıldı. Bu pak qanın, o əzəmətli və müqəddəs şəxsiyyətin və Allahın böyük vəlisinin hörmətinə görə hamılıqla çalışıb bizə müraciətlə deyilən göstərişlərə və tövsiyələrə öz əməlimizdə riayət etməliyik.

İlahi, bizi Əmirəl-möminin (ə) həqiqi ardıcıllarından et! İlahi, bizi o həzrətin məhəbbət və vilayəti ilə yaşat, o həzrətin məhəbbət və vilayəti ilə öldür, o həzrətin getdiyi yolda bizi sabitqədəm et!

Allahın qan sahibi olması

Siz İmam Hüseynə (ə) deyirsiniz: “Salam olsun sənə, ey Allah qanı və Allah qanının oğlu!”. Allah təkcə İmam Hüseynin (ə) qanının sahibi deyil, Əmirəl-mömininin (ə) qanı da Allah qanıdır. Yəni bu qanın sahibi Allah-Taaladır.

Hüseyn (ə) izzəti

Bu izzət necə izzətdir? Bu fəxr nə ilə fəxr etməkdir? Hüseyn ibn Əlinin (ə) hərəkətini tanıyan şəxs bu izzətin necə olduğunu bilir. Tarixdə bu şəkildə qalmış əzəmətli Hüseyn (ə) hərəkatına üç cəhətdən və üç baxışla yanaşmaq olar. Hər üç cəhətdə hər şeydən artıq diqqəti cəlb edən izzət, başucalığı və iftixar hissidir.

Mübarizənin bir cəhəti güclü zalım qarşısında olan haqqın mübarizəsidir. İmam Hüseyn (ə) və onun inqilabçı və islahatçı hərəkəti belə etdi. Başqa bir cəhət Hüseyn ibn Əli (ə) hərəkatında mənəviyyat və əxlaqın təcəssüm olunmasıdır. Bu hərəkatda ictimai və siyasi sahədən, inqilabi hərəkətdən, haqq

səh:59

və batilin aşkar mübarizəsindən başqa bir mübarizə sahəsi var və bu, insanların nəfsi və daxilidir. Vücudundakı zəifliklərin, tamahların, həqarətlərin, ehtirasların və nəfsi istəklərin insanı uca addımlardan saxladığı yer bir döyüş səhnəsidir; özü də çox ağır döyüş. Mömin və fədakar kişi və qadınlar Hüseyn ibn Əlinin (ə) arxasınca hərəkət etdikdə, vəzifə hissi qarşısında dünya, dünyadakılar, dünyanın ləzzətləri və gözəllikləri onların gözündən düşdükdə, daxillərində təcəssüm olunan və parlayan mənəviyyatın şeytan qoşunlarına - bizim hədislərimizdə göstərilən cəhalət qoşunlarına qələbə çaldıqda və bir qrup nümunə, uca və böyük insan kimi tarixdə qaldıqda (bu döyüşdə qələbə çalmış olurlar). Xalq arasında daha geniş yayılmış üçüncü cəhət Aşuranın faciələri, müsibətləri, qəm və qüssələridir. Lakin həmin üçüncü səhnədə də izzət və iftixar var. Fikir və düşüncə adamları hər üç cəhəti araşdırmalıdırlar.

İzzət yaratmaq

Aşura faciələrinin səhnəsi olan üçüncü səhnədə də izzət əlamətləri müşahidə olunur. Müsibət və şəhadət olsa da, Bəni-Haşimin gənclərinin hər birinin şəhadəti, uşaqların, kiçik körpələrin və Əbu Abdullah Hüseynin (ə) ətrafında olan yaşlı səhabələrin şəhadəti böyük bir müsibət olsa da, orada da başucalığı və iftixar var. Onların hər biri bir izzət və iftixar gövhərini də daşıyır.

Dərsdən üstün ibrətlər

İmanın azlığı bizim sonrakı əməlimizə təsir göstərir. Misal üçün, cihad və imtahan qarşıya çıxdıqda bizim imanımızın azlığı özünü göstərir. Çoxlu imanla hansısa bir yerdə yüksələ bilən, hərəkət edən və böyük iş görən bizlər həmin işin qarşısında qaldıqda əl-ayağımızın titrədiyini görürük. Misal üçün, bir şəxs gənclikdə ikimetrlik bir kanaldan atıla bilirdi,

səh:60

lakin indi bacarmır. Əməlin iman və imanın əməl üzərindəki mənfi təsirinin nəticəsi bu olur ki, Peyğəmbərin (s) hicrətindən 60 il və o həzrətin vəfatından 50 il sonra Peyğəmbərin (s) ən əziz adamı və nəvəsi İmam Hüseyn (ə) Peyğəmbər canişininin hökuməti qarşısında dayanır və elə faciəli şəkildə şəhidliyə qovuşur. Mən bir dəfə dedim ki, bunlar tarixin ibrətləridir, dərsdən üstündür.

Məğlubedilməz xalq

Məhərrəmi, mücahidliyi və şəhadəti olan, cihadla silahlanan və Allaha arxalanan bir xalq heç zaman məğlub olmaz.

səh:61

Altıncı fəsil: Əzadarlığın fəlsəfəsi

Aşura və məhərrəm müsibətini söyləməyin fəziləti

Məhərrəm münasibəti ilə deyiləsi olan, barəsində az danışılmış və mənim bu gecə bir qədər söhbət etmək istədiyim başqa bir məsələ Hüseyn ibn Əlinin (ə) əzadarlığı və Aşura xatirəsini dirçəltməyin faydalarıdır. Şübhəsiz, Şiə cəmiyyətinin digər müsəlman cəmiyyətlərə nisbətən ən mühüm üstünlüklərindən biri onların Aşura xatirəsinə malik olmalarıdır. Hüseyn ibn Əlinin (ə) müsibətinin söylənməsi məsələsi ortaya qoyulan ilk gündən başlayaraq Əhli-beytə (ə) etiqadı olan və Əhli-beyti (ə) sevənlərin zehnində lütf və mənəviyyatın qaynar bulağı çağladı. Bu qaynar bulaq bu günə qədər davam edir və axır, bundan sonra da axacaq. Bunun səbəbi də Aşura xatirəsini yada salmaqdır.

Aşuranın cəhətləri

Aşura hadisəsini söyləmək təkcə bir xatirə söyləmək deyil saysız-hesabsız cəhətlərə malik olan bir hadisəsini söyləməkdir.Deməli bu xatirəni yada salmaq əslində çoxlu və saysız-hesabsız faydalarla nəticələnə bilən bir məsələdir.Buna görə siz görürsünüz ki imamların dövründə İmam Hüseyn (ə) üçün ağlamağın və ağlatmağın öz yeri olmuşdur.Kimsə düşünməsin ki fikir məntiq və əsaslandırma fonunda daha ağlamağa və bu kimi qədim məsələlərə nə lüzum var.Yox bu səhf fikirdir.Duyğu öz yerində məntiq və dəlil də öz yerində.insan şəxsiyyətinin formalaşmasında onların hər birinin rolu var.Çoxlu məsələləri duyğu və məhəbbətlə həll etmək lazımdı onlarda məntiqə və dəlilə yer yoxdur.siz əgər peyğəmbərlərin hərəkətlarına baxsanız görəcəksiniz ki onlar

səh:62

ğeyğəmbərliyə çatdıqda bir qrupun onların ətrafını tutduğu ilk anda əsas amil məntiq və dəlil olmayıb.Siz aydın və yazılı sürətdə mövcud olan İslam Peyğəmbərinin (s) tarixində harada görmüsünüz ki o həzrət misal üçün, Qüreyş kafirlərindən istedadlı və qabiliyyətli olan kimlərisə qarşısında oturdub onlara dəlil göstərsin; harada deyib ki, məsələn bu dəlilə görə Allah var yaxud bu dəlilə görə Allah birdir və yaxud bu dəlilə və əqli əsaslandirmaya görə ibadət etdiyimiz bütlər batildir?! Dəlil və əsaslandırma hərəkatının irəlilədiyi zaman lazım olur.Hərəkət ilk anda duyğusal və sentimental hərəkətdir.Əvvəldə fəryad qoparır: "Bu bütlərə baxın və gücsüz olduqlarını görün!" Əvvəldə deyir ki Allah-Taalanın bir olduğunu bilin, "La ilahə illəllah" qurtuluş səbəbidir? Burada hansı əqli və fəlsəfi əsaslandırma var? Sözsüz ki, doğru olan hər bir duyğuda bir fəlsəfi sübut var. Lakin sühbət bundan gedir ki Peyğəmbər (s) öz dəvətinə başlayanda fəlsəfi dəlil irəli sürmür, doğruçu hissiyyatı və emosiyanı işə salır.Təbii ki, həmin doğruçu hissiyyat məntiqsiz və səhv hissiyyat deyil, daxilində əsaslandırma olan hissiyyatdır.Əvvəlcə diqqəti cəmiyyətdə olan zülmə, təbəqələr arasında olan fərqə, bəşər cinsindən olan Allahlıq iddiası edənlərin və insan şeytanların xalqa verdikləri əzaba yönəldir.Bu sözügedən hissiyyat və emosiyadır.Əlbəttə hərəkət sonra özünün məntiqli və normal axınına düşdükdə məntiqi əsaslandırmaya da növbət çatır; yəni əqli tutuma və düşüncə inkişafına malik olanlar yüksək əsaslandırmalara nail olurlar.Bəzi şəxslər isə həmin ibtidai dərəcələrdə qalırlar.Eyni zamanda bəlli deyil ki, əqli əsaslandırma baxımından yüksək səviyyədə olanlar mənəvi məqamlar baxımından da yüksək səviyyədə olsunlar.Xeyr, bəzən aşağı səviyyəli əqli əsaslandırmaya malik olanların emosiyaları güclü qeybi başlanğıcla rabitələri daha

səh:63

çox Peyğəmbərə(s) qarşı məhəbbətləri daha həyacanlı olur və daha yüksək dərəcələrə çatırlar.Məsələ belədir.Mənəvi hərəkətlərdə emosiyanın öz yeri var.Nə emosuya əqli əsaslandırmanın yerini tutur, nə də əqli əsaslandırma emosiyanın. Aşura hadisəsi öz mahiyyətinə görə doğruçu emosiyaların təlatümlü dəryasıdır. Uca, pak, işıqlı olan və uca mənəvi şəxsiyyətində zərrə qədər də şübhə olmayan bir insan dünyanın bütün insaflı adamlarının doğruluğuna dair yekdil fikirdə olduğu, cəmiyyəti zülm və ədavət caynağından xilasına hesablanan möhtəşəm hərəkətinə başlayır və deyir: Ey insanlar! Allahın Peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən... zalım bir hökmdarla üzləşsə... Söhbət bundan gedir.

İmam Hüseyn (ə) əzadarlığında üç xüsusiyyətə diqqət

Ruhanilərin vəzifələrinə gəlincə isə, məsələ daha çətindir. Çünki əza məclislərində qayda budur ki, bir dəstə bir yerə toplaşır, bir ruhani orada əzadarlıq məclisi aparır və digərləri onun əzadarlığından bəhrələnirlər. Bir ruhani necə əzadarlıq icra edəcək? Bu mənim bu məsələdə məsuliyyət hiss edən bütün şəxslərə sualımdır. Mənim fikrimcə Hüseyn (ə) əzadarlığı məclislərində üç xüsusiyyət olmalıdır.

Əhli-beytə (ə) məhəbbətin artması

Birinci xüsusiyyət olaraq bu məclislər Əhli-beytə (ə) məhəbbəti artırmalıdır. Çünki duyğusal rabitə çox dəyərli məsələdir. Siz ruhanilər elə etməlisiniz ki, uyğun məclislərdə iştirak edənlərin Hüseyn ibn Əliyə (ə), Peyğəmbər (s) ailəsinə və ilahi inancın qaynaqlarına qarşı məhəbbəti günbəgün artsın. Əgər Allah eləməmiş, həmin məclislərdə elə bir vəziyyət

səh:64

yaratsanız ki, dinləyici, yaxud bayırdan bir şəxs emosional baxımdan Əhli-beytə (ə) yaxınlaşmasa və əksinə, uzaqlaşma və bezikmə halı yaransa, belə məclislər nəinki özünün ən böyük faydalarının birindən məhrum olmuş, hətta bir baxımdan zərər də vurmuş olar. Siz görün belə məclislərin təsisçisi, yaxud natiqi kimi nə etməlisiniz ki, orada iştirak edən xalqın Hüseyn ibn Əliyə (ə) və Peyğəmbər (s) Əhli-beytinə (ə) sevgisi daha da artsın.

Hadisə barədə daha aydın məlumat

Bu məclislərdə lazım olan ikinci xüsusiyyət budur ki, xalq Aşura hadisəsinə qarşı daha aydın və daha dəqiq məlumat əldə etsin. Məbada biz Hüseyn ibn Əlinin (ə) məclisində minbərə gedək, yaxud çıxış edək, lakin söhbətin mövzusu o məclisin iştirakçılarını, gəncləri, qeyri-gəncləri, elm və düşüncə adamı olan qadın və kişiləri - bu gün bizim cəmiyyətimizdə belələri çoxdur və bu, inqilabın faydalarındandır - bu məclisə gəlib ağlamağın səbəbi haqda məlumatlandırmasın; məsələ nədən ibarətdir; nə üçün İmam Hüseynə (ə) ağlamaq lazımdır; ümumiyyətlə İmam Hüseyn (ə) nə üçün Kərbəlaya gəldi və Aşura baş verdi? Buna əsasən, minbər adamı və natiq kimi bu suallara cavab verən mövzularda danışmaq lazımdır. İnsanlarda Aşura hadisəsinin özünə qarşı məlumat yaranmalıdır. Əgər rövzəxanlıqda, çıxışda və yaxud bizim tərəfimizdən bəyan olunan digər mətləblərdə bu mənada aydınladıcı məqam, yaxud ən azı işarə olmasa, qeyd etdiyim üç sütundan biri az və naqis olacaq. Yəni uyğun məclisin lazımi faydanı yetirməməsi və Allah eləməmiş, bəzi zamanlarda zərər də vurması mümkündür.

səh:65

İmanın artması

Bu məclislərdə lazım olan üçüncü xüsusiyyət xalqın imanının və dini inancının artmasıdır. Belə məclislərdə dinin elə mətləbləri deyilməlidir ki, dinləyicidə və tərəf-müqabildə daha artıq imana səbəb olsun. Yəni çıxış edənlər öz sözlərində düzgün bir nəsihəti, düzgün bir hədisi, düzgün və öyrədici tarixi bir məqamı, Quranın bir ayəsinin təfisirini, yaxud böyük bir İslam aliminin bir sözünü yerləşdirsin və bu məclislərdə iştirak edənlərin diqqətinə çatdırsın. Belə olmasın ki, minbərdə bir qədər sözlərlə oynayaq, danışaq və bir mətləb çatdırsaq da, nəinki imanları artırmayan, hətta zəiflədən süst mətləblər olsun. Əgər belə olsa, biz sözügedən məclislərdə nəzərdə tutulan faydalara və məqsədlərə çatmayacağıq.

Aşura - Əhli-beytə (ə) sevginin zirvəsi

Sevgi imanı təsirli edir. İman məhəbbətlə, dərin eşqlə və emosional bağlılıqla yanaşı olmasa, lazımi təsir bağışlamaz. İmana əməl və fəaliyyət məqamında, özü də yüksək həddə təsirlilik bəxş edən amil məhəbbətdir. Məhəbbət olmadan biz hərəkatı inkişaf etdirə bilmərik. Məhəbbətin ən üstün növü – yəni Əhli-beytə (ə) məhəbbət İslam təfəkküründə, bizim ixtiyarımızdadır. Bu məhəbbətin zirvəsi Kərbəla və Aşura məsələsində və Allah adamlarının ozamankı fədakarlığının dəyərli yadigarlarını qorumaqdadır. Bu, şiəlik tarixi və mədəniyyəti üçün yadigar qoyulmuşdur.

Ənənəvi əzadarlığın əhəmiyyəti

Mən həqiqətən qorxuram ki, İslamın zühuru, İslamın aşkara çıxdığı, İslamın və Əhli-beyt (ə) fikrinin cilvələndiyi bir dövrdə Allah eləməmiş, vəzifəmizi yerinə yetirə bilməyək. Bəzi işlərlə məşğul olmaq xalqı Allaha və dinə yaxınlaşdırır. O işlərdən biri bu ənənəvi əzadarlıqlardır. Bu iş xalqın dinə

səh:66

daha çox yaxınlaşmasına bais olur. İmam bu yaxınlaşdırmaya görə buyurdu ki, ənənəvi formada əzadarlıq edin. Əza məclislərində oturmaq, rövzə oxumaq, ağlamaq, başa və sinəyə vurmaq, əzadarlıq qrupları təşkil etmək Peyğəmbər (s) ailəsinə qarşı ümumi hissləri coşduran işlərdəndir və çox yaxşıdır. Bunun qarşılığında insanları dindən döndərən işlər də var.

Hadisəni söyləməkdən ibarət olan ənənəvi rövzəxanlıq

Aşura və Hüseyn ibn Əlinin (ə) hadisəsi üçün minbərdə ənənəvi formada rövzəxanlıq edilməlidir; lakin təməlçilik üçün yox, həqiqəti söyləmək yolu ilə; yəni Aşura gecəsi belə oldu, Aşura günü elə oldu, Aşuranın səhərində belə oldu. Siz baxın, böyük bir hadisə getdikcə məhv olur, lakin bu söyləməklər sayəsində Aşura hadisəsinin təfərrüatı da qalmışdır: filankəs İmam Hüseynlə (ə) bu tərzdə vidalaşdı, bu şəkildə meydana getdi, bu şəkildə vuruşdu, belə şəhid oldu və bu sözləri dedi.

Hadisəni söyləmək imkan daxilində əsaslı olmalıdır; misal üçün, Seyid ibn Tavusun Lühuf və Şeyx Müfidin İrşad kitabı həddində, özündən qoşmaqla yox. Bu şəkildə hadisəni söyləmək və rövzəxanlıq etmək lazımdır. Rövzəxanlıq, çıxış, məddahlıq edilməli, matəm şeirləri və sinəzən növhələr oxunmalıdır.

İmama ilk dəfə növhə oxuyan şəxs

Bu, Aşura gününün günortasından çağlamağa başlayan qaynar bir bulaqdır. O zaman bir mənbəyə əsasən, Zeynəb-Kübra “Təll-Zeynəbiyyə”də - yəni Zeynəbiyyə yüksəkliyində Peyğəmbərə (s) müraciətlə belə dedi:

səh:67

“Ey Məhəmməd! Allahın salamı olsun sənə! Bu sənin Hüseynindir. O, qanına boyanıb, bədən üzvləri kəsilib...”.

O, İmam Hüseynə (ə) rövzə oxumağın əsasını qoydu, gizli saxlamaq istədikləri hadisəni uca səslə dedi. İmamın bu böyük bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə uca səslə Aşura hadisəsini bəyan etdi. Bu bulaq o zamandan çağlamağa başladı və bu günə qədər də çağlayır. Bu, Aşura hadisəsidir.

İmam Hüseynin (ə) xatirəsi neməti

Bəzən insan bir nemətdən məhrum olur; məhrum olduğu nemət üçün də ondan bir şey soruşulmur. Lakin bəzən bir nemətə sahibdir və sahib olduğu nemət barədə ondan soruşulur. Bizim Şiə cəmiyyətimiz üçün ən böyük nemətlərdən biri Hüseyn ibn Əlinin (ə) xatirəsi nemətidir - yəni əza məclisləri, məhərrəm və Aşura neməti. Təəssüf ki, müsəlman olan qeyri-şiə qardaşlarımız özlərini bu nemətdən məhrum ediblər. Lakin onlar da bu nemətdən faydalana bilərlər; bu mümkündür. Əlbəttə, bəzi yerlərdə şiə olmayan bəzi müsəlmanlar məhərrəmi və Aşuranı yad edirlər. Lakin onların arasında lazım olan həddə yayılmamışdır.

Məhərrəmin, Aşuranın və İmam Hüseynin (ə) xatirəsi bizdə geniş yayılmışdır. Elə isə bu xatirədən, bu anım məclislərindən necə istifadə etmək lazımdır və bu nemətin şükrü necədir? Mən bunu sual formasında irəli sürmək istəyirəm ki, siz cavab verəsiniz.

Məddahlıqda bilgilər

Sizin on dəqiqəlik, yaxud iyirmi dəqiqəlik minbəriniz bilgilərdən xali olmamalıdır. Bu il gördüm ki, bəzi məddah qardaşlar məhərrəm ayında və Fatimiyyə günlərində Allahın lütfü ilə buna riayət etdilər. Məddahlıq minbərində mütləq

səh:68

əvvəldə bir bölməni nəsihətə, yaxud gözəl şeir dili ilə bilgiləri bəyan etməyə ayırın. Ümumiyyətlə qədimdən məddahlıq ənənəsi belə olmuşdur, indi o adətlər bir qədər azalıb. Məddah minbərin əvvəlində gözəl sözlərlə və xalqa müraciətlə yalnız nəsihət və əxlaq mövzusunda bir qəsidə, yaxud on beytlik və ya bir qədər az, ya çox şeir oxuyurdu. Xalq da anlayırdı və təsirini də buraxırdı. Mən bir dəfə dedim ki, bəzən bir məddahın şeirinin təsiri bizim bir saatlıq minbərimizdən daha artıq olur. Düzdür, həmişə belə deyil, amma yaxşı seçilsə və yaxşı icra olunsa, belə olar.

Məddahlıqda şeirdən istifadə məharəti

Bir dəfə məddah qardaşların biri deyirdi ki, biz əgər yaxşı şeirlərdən və böyük şairlərdən seçsək, camaat başa düşməz, odur ki, bu şeirlərdən istifadə etməyə məcburuq. Belə deyil, mən bunu qəbul etmirəm. Xalqla şeir dilində danışsanız, şeir nə qədər mürəkkəb olsa da, məddah öz məddahlıq məharəti ilə bunu xalqa kəlmə-kəlmə təlqin edə bilər və onlarda təsir buraxar. Bizim çoxlu qəzəllərimiz var. Siz Saibin divanına baxın. Mən bir dəfə bu şeirlərdən bir neçə beytini təsadüfən seçdim və bəzi məddah qardaşlara dedim ki, bunların üzərində işləsinlər. Saibin divanında çox yaxşı və faydalı qəzəllər var; qəlblərə təsir göstərir. Digərlərinin də belə şeirləri var. Bəzi şairlərin - bu gün də Allaha şükür olsun ki, burada deyilən şeirlərin içərisində belələri vardı - imamların ibadəti, münacatı, cihadı, təzimi, ehsanı və cihadı barədə çox yaxşı və gözəl sözləri var. Sənət baxımından yaxşı səviyyəli şeiri seçin. Bu təsirli olacaq. Yaxşı və sənətkar şeir incəsənətin ümumi xüsusiyyətinə malik olur. İncəsənətin ümumi xüsusiyyəti budur ki, bir çox hallarda hətta deyənin özü və əksər hallarda dinləyici diqqət yetirmədən təsirlənir. Şeirin, rəssamlığın, digər sənət əsərlərinin, gözəl səsin və yaxşı avazların təsiri

səh:69

tərəf-müqabilin beynində avtomatik yaranır; yəni tərəf-müqabil hiss etmədən ona təsir bağışlayır. Bu ən yaxşı növ təsirdir. Siz baxın, Allah-Taala ən uca bilgiləri bəyan etmək üçün ən səlis və ən gözəl deyiliş tərzini seçib. Quranın özü də deyir ki, onun sözləri və sənət quruluşu kimisini gətirə bilməzsiniz; hələ məzmunu öz yerində.

Bəni-Abbasın Seyyidüş-şühədanın (ə) qanından bəhrələnməsi

Əgər tarixə baxsanız, görəcəksiniz ki, Bəni-Abbas dəvətçiləri İslam dünyasının müxtəlif yerlərinə gedəndə Hüseyn ibn Əlinin (ə) qanından, o həzrətin şəhidliyindən, Peyğəmbər (s) övladının və Fatimeyi-Zəhra (ə) ciyərparəsinin qanının qisasından istifadə edib öz təbliğatlarını aparırdılar, xalq da qəbul edirdi. Hətta səhv eləməsəm, Bəni-Abbasın şüarı olan qara paltar İmam Hüseynin (ə) əza paltarı kimi seçildi. Sonralar da Bəni-Abbasın beş yüz illik hökuməti dövründə həmişə onların rəsmi paltarı qara paltar idi. İlk dəfə olaraq İmam Hüseyn (ə) əzadarlığı münasibəti ilə qara paltardan istifadə olundu. Deyirdilər ki, bu paltar Peyğəmbər (s) övladının əza libasıdır. Bu şəkildə başlayıb o dəyişikliyi yaratdılar. Əlbəttə, sonra onların özləri də yoldan çıxıb Bəni-Üməyyənin işlərini davam etdirdilər.

Namaz və Aşura

Bunu da əlavə edim ki, Aşura günü günorta çağı və əzadarlıq mərasiminin arasında namaza önəm verməyin özü başqa bir dəyərli məqam idi. Biz həmişə gənclərin və xalqımızın Aşura günü əzadarlıq etdiyini və namazlarının qüruba yaxın qılındığını gördükdə əziyyət çəkirdik. Xalq (bu il) namazın, Allah zikrinin və Allahı yad etməyin

səh:70

əhəmiyyətini Aşura mərasiminin ortasında göstərdi. Odur ki, bu, minnətdarlığa və təşəkkürə layiqdir.

İmam Hüseyn (ə) əzadarlığının təhdidləri

Təəssüflə qeyd etməliyəm ki, bəzən belə nümunələr görünür. Yəni bəzən bir nəfər bir məclisdə elə sözlər danışır ki, həm dəlil və əqli, yaxud nəqli mötəbərlik baxımından zəifdir, həm də agah və məntiqli bir dinləyicinin zehnində buraxdığı təsir dağıdıcıdır. Misal üçün, bir kitabda elə mətləblər yazılıb ki, onun yalan olmasına dəlilimiz yoxdur; düz də ola bilər, yalan da. Həqiqətin ziddinə olmaması dəqiq bilinməsə də, siz o mətləbləri bəyan etsəniz, onları eşidən tələbə, şagird, döyüşçü və yaxud inqilabçı bir gəncdə - Allaha şükür olsun ki, inqilab zehinləri açmışdır - dinə qarşı sual yaranacaq, irad qarşıya çıxacaq. Hətta sənədi düzgün olsa da, siz o mətləbləri deməməlisiniz; azğınlığa səbəb olduğundan deməməlisiniz. Halbuki bəzi kitablarda dərc olunan bu mətləblərin əksəriyyətinin düzgün sənədi də yoxdur.

Bir nəfər başqa birisinin dilindən bir mətləb söyləyir. Deyir ki, mən filan səfərdə filan yerdə idim və filan hadisə baş verdi. Danışan sənədlə, yaxud sənədsiz belə bir mətləbi söyləyir, dinləyici də ona inanır və bir kitabda yazır. Sonra bu kitab mənim və sizin əlinizə düşür. Mən və siz nə üçün böyük bir toplumda agah, məlumatlı və sayıq beyinlər üçün izah edilməsi mümkün olmayan bu mətləbi söyləməliyik?! Məgər harada nə yazıblarsa, insan onu oxumalı və deməlidir?!

Gənclərin beynindəki şübhələri çıxarmaq

Bu gün ölkənin bütün gənclərinin - qız və oğlandan tutmuş qadın və kişiyə, hətta qeyri-gənclərə qədər hamısının zehinləri açıqdır. Əgər dünən – yəni inqilabdan öncə tələbə gənclər bu xüsusiyyətə malik idilərsə, bu gün bu təkcə onlara məxsus

səh:71

deyil; hamı məsələlərə agah gözlə baxır və anlamaq istəyir. Bizim bugünkü cəmiyyətimizdə mədəni məsələlərin mühüm bir hissəsi onların şübhələrə məruz qalmasıdır. Yəni düşmənlər, daha doğrusu mənim və sizin fikrimizi inkar edənlər şübhə yayırlar. Məgər kim bizim fikrimizi qəbul etmirsə, lal olmalı, danışmamalı və heç bir şübhə irəli sürməməlidir?! Məgər belə bir söz demək olar?! Hər halda danışırlar, yazırlar, tərəddüdə salır və şübhələr düzəldirlər. Gərək sizin dediyiniz mətləb şübhələri aradan qaldırsın, onları artırmasın.

Bəzi insanlar bu mühüm vəzifəyə diqqət yetirmədən minbərə gedir və elə danışırlar ki, nəinki dinləyicinin beynindən bir düyünü açmır, hətta onun beynində başqa düyünlər də yaradırlar. Əgər belə bir hadisə baş versə və biz minbərdə elə bir söz desək ki, on gənc, beş gənc, yaxud hətta bir gənc din məsələsində şübhəyə düşsə, bizim söhbətimizdən sonra qalxıb getsə və biz onu tanımasaq, sonra bunu necə düzəltmək olar?! Bu düzələsidirmi?! Allah bizi bağışlayacaqmı?! Məsələ çətindir.

Əza məclislərinin üç xüsusiyyəti

Məhərrəm ayındakı əza məclislərində bu üç xüsusiyyət olmalıdır:

1. Hüseyn ibn Əli (ə) və Peyğəmbər (s) ailəsinə qarşı məhəbbəti artırmalıdır;

2. Aşura hadisəsi barədə dinləyiciyə aydın baxış verməlidir;

3. Dini inanclara qarşı həm bilgi, həm də az olsa belə, iman yaratmalıdır. Demirik ki, bütün minbərlər bütün bu xüsusiyyətlərə malik və bütün mövzulara şamil olsun. Xeyr, siz əgər mötəbər bir kitabdan səhih bir hədis söyləyib onu izah etsəniz, kifayətdir. Bəzi natiqlər hərdən bir hədisə o qədər qol-

səh:72

qanad verirlər ki, əsl mənası itib-batır. Əgər siz bir düzgün hədisi öz dinləyiciniz üçün yaxşı izah etsəniz, bizim istədiyimizin mühüm bir hissəsi hasil olar. Siz mötəbər bir söz, yaxud bir Quran ayəsi üzərində fikirləşib mütaliə etsəniz, onu izah edib dinləyicinizə çatıdırsanız, məqsəd hasil olar. Əgər müsibət söyləmək və rövzə demək üçün mərhum Mühəddis Quminin Nəfəs əl-məhmum kitabını açıb üzündən oxusanız, dinləyicini ağladacaq və sözügedən coşqun hissi yaradacaq. Məclisi qızışdırmaq üçün əza məclisini özünün həqiqi fəlsəfəsindən uzaqlaşdıran bir iş görməyə nə lüzum var?!

“Aşura hadisəsini zərərli qatqılardan təmizləməliyik!”

İlk şərt budur ki, biz hadisəni zərərli qatqılardan təmizləyək. Elə şeylər var ki, qatqı olsa da, nə zərərli və nə yalandır. Bir hadisəni sənət dili ilə təsvir etmək istəyən bütün şəxslər təkcə hadisənin mətnini söyləmirlər. Siz xüsusi bir şəraitdə bir şəxsin dilindən bir sözün deyildiyini eşitdikdə o sözü deyənin hisslərini də təxmin edə bilərsiniz. Bu zəruri məsələdir. Əgər bir insan bir çöldə, bir ordunun qarşısında bir söz deyirsə, o sözün nə olmasından - dəvət, yalvarış, təhdid olmasından asılı olaraq, təbii ki, bunu deyənin ruhunda və zehnində bəzi halətlərdən xəbər verir. Bu, ağıllı dinləyici üçün təxmin ediləsi, sənətkar natiq üçün deyiləsidir. Bunları deməyin eybi yoxdur.

Aşura hadisəsini şəffaflaşdırmaq

Biz Aşura günü və gecəsində imamın və onun səhabələrinin vəziyyətini mötəbər kitablarda oxuduğumuz və gördüyümüz qədərincə bəyan etmək istəyiriksə, təbii ki, bunun xüsusiyyətləri və şəraiti var. Misal üçün, imamın Aşura

səh:73

gecəsi öz dostlarına dediyi sözü bu xüsusiyyətlərlə söyləyə bilərik: gecənin qaranlığında, yaxud o gecənin qəm və qüssə dolu qaranlığında və sair. Bu qatqılar nə zərərli, nə də yalandır. Lakin bəzi qatqılar yalandır, bəzi sözlər düzgün deyil, hətta bəzi kitablarda yazılanlar Hüseyn (ə) hərəkatının məna və məfhumuna yaraşmır. Bunları tanıyıb ayırmaq lazımdır.

Buna əsasən, birinci məsələ budur ki, biz hadisəni təmizləyək və həmin təmizlənmiş, dəqiq və əsaslı hadisəni müxtəlif sənət üslubları ilə - şeirlə, nəsrlə və özünün xüsusi sənət tərzi olan rövzəxanlıqla qarışdıraq. Bunun eybi yoxdur. Bu mühüm məsələdir. Biz bu işi görməliyik. Bu sahənin peşəkarları bu işi görməlidirlər. Biz Ərbəin ziyarətnaməsində deyirik ki, imamın məqsədi Allahın bəndələrini cəhalət və azğınlıqdan xilas etmək idi. Bu gün bunun mənası bizim üçün aydındır. Lakin biz öz işimizlə həmin məna və məfhumu pozsaq, onun ziddinə getsək, bu iş İmam Hüseynin (ə) və Aşura hadisəsinin məramına xidmət olmayacaq. Biz hadisəni təmizləməli, sonra onun müxtəlif cəhətlərini xalqa izah etməliyik.

Aşura sayəsində düşmən təbliğata qarşı mübarizə

Haqq və əsl İslam cəbhəsi Aşuranın ruhu, sözü, həqiqəti və məhərrəmin mesajı sayəsində bu düşmən və xəbis təbliğata qarşı mübarizədə həmin möcüzəni bir də təkrar edə bilməzmi?! Nə üçün edə bilməsin?! Çətinliyi var, amma mümkündür, iradə və fədakarlıq lazımdır. Yol açıqdır, bağlı deyil.

səh:74

Əzadarlıqda bidət

Son zamanlar ziyarət məsələsində qəribə və yeni bir bidət də yaratmışlar. İmamların pak qəbirlərini ziyarət etmək istəyəndə məqbərənin həyət qapısından daxil olan kimi üzü üstə yerə uzanır və sürünə-sürünə qəbrə sarı gedirlər. Siz bilirsiniz ki, Peyğəmbərin (s), İmam Hüseynin (ə), İmam Sadiqin (ə), Musa ibn Cəfərin (ə), İmam Rzanın (ə) və digər imamların pak qəbirlərini Mədinədə, İraqda və İranda hamı, o cümlədən böyük alim və fəqihlər ziyarət edirdilər. Nə zamansa eşitmisinizmi imamların, yaxud alimlərin hansısa ziyarət etmək istəyəndə qapıdan girən kimi özünü sürünə-sürünə qəbrə çatdırsın?!

Əgər bu iş xoşagələn, müstəhəb, məqbul və yaxşı olsaydı, böyüklərimiz edərdilər, amma etməyiblər. Hətta söylənib ki, mərhum Ayətullah Bürucerdi - o böyük alim, güclü, dərin və aydın fikirli müctəhid bəlkə də müstəhəb olan kandar öpməyi qadağan etmişdi. Güman ki, kandarı öpməyin müstəhəb olması hədislərdə göstərilmişdir, dua kitablarında var. Səhv eləməsəm, kandarı öpmək üçün hədis də mövcuddur. Bu iş müstəhəb olsa da, o deyirdi ki, bunu etməyin, düşmənlər sizin səcdə etdiyinizi düşünüb Şiə firqəsi əleyhinə ittiham düzəltməsinlər. Lakin bu gün bəziləri Əli ibn Musa Rzanın (ə) pak məqbərəsinə daxil olduqda yerə uzanıb 200 metrlik yolu sürünə-sürünə gedir və özlərini qəbrə çatdırırlar. Bu iş doğrudurmu?! Xeyr, bu iş səhvdir. Ümumiyyətlə dinə və ziyarətə hörmətsizlikdir. Belə bidətləri xalq arasında yayan kimdir? Bəlkə bu da düşmənin işidir. Bunları xalqa deyin və zehinləri aydınlaşdırın.

səh:75

Şiənin haqq olduğunu isbat etməkdə məntiqi dəlil

Din məntiqlidir, İslam məntiqlidir. İslamın ən məntiqli hissəsi Şiənin İslama dair ortaya qoyduğu güclü izahdır. Şiənin kəlam alimlərinin hər biri öz dövründə parlaq bir günəş kimi nur saçırdılar və heç kəs onlara deyə bilmirdi ki, sizin məntiqiniz zəifdir. Bu kəlam alimləri - istər imamların dövründə olan Mömin ət-Taq və Hişam ibn Həkəm kimilər, istər imamlardan sonra olanlar, misal üçün, Bəni-Növbəxt və Şeyx Müfid kimilər, istərsə də sonrakı dövrlərdə olanlar, misal üçün, mərhum Əllamə Hilli kimilər çox olmuşdur. Biz məntiq və dəlil adamlarıyıq. Siz görün Şiəyə aid mövzularda necə güclü kitablar yazılmışdır! Bizim dövrümüzdə mərhum Şərəfüddinin kitabları, eləcə də mərhum Əllamə Əmininin əl-Qədir kitabı başdan-ayağa dəlildir, olduqca möhkəmdir. Şiəlik budur, nəinki dəlili olmayan, hətta xurafata daha çox bənzəyən məsələlər. Nə üçün bunları daxil edirlər? Bu böyük təhlükədir. Din və dini inanclarda əqidə sərhədçiləri buna diqqət yetirməlidirlər.

Qeyd etdiyim kimi, bəzi adamlar bu sözü eşidəndə, mütləq xeyirxahlıqla deyəcəklər ki, filankəs bu gün bu sözü deməsəydi, yaxşı olardı. Xeyr, mən bu sözü deməli idim; mən bu sözü deməliyəm. Mənim üzərimə digərlərindən daha çox məsuliyyət düşür. Sözsüz ki, cənablar da bunu deməlidirlər, siz cənablar da deməlisiniz. Böyük İmam xətti sındıran idi. Harada bir yayınma müşahidə edirdisə, qüdrətlə və heç bir şeyi nəzərə almadan deyirdi. Əgər bu bidət və yanlışlıqlar o həzrətin dövründə olsaydı, yaxud bu həddə yayılsaydı, şübhəsiz, deyərdi. Bəli, bəziləri bu məsələlərə eşq bəsləyirlər. Onlar narahat olacaqlar ki, nə üçün filankəs bizim sevdiyimiz bir məsələyə bu şəkildə sayğısızlıq etdi və onun barəsində belə danışdı. Onlar da əksərən mömin, səmimi və qərəzsiz

səh:76

Qəribə və səhv bidətlər

Mən çox təəssüflə deməliyəm ki, son 3-4 ildə məhərrəm ayının əza mərasimində bəzi əllərin bizim cəmiyyətimizdə yaydığı səhv hallar müşahidə olunur. Kimlərsə elə işləri adət halına salıb yayırlar ki, onları görən hər bir adamda sual yaranır.

Misal üçün, qədimdə avam insanlar arasında belə bir adət vardı ki, əzadarlıq zamanı öz bədənlərinə qıfıl vururdular. Düzdür, bir müddətdən sonra böyüklər və alimlər onu qadağan etdilər və bu səhv ənənə götürüldü. Lakin indi yenidən bu adəti bərpa etməyə başlayıblar. Eşitmişəm ki, ölkənin bəzi yerlərində bəzi adamlar öz bədənlərinə qıfıl vururlar. Bu çox səhv işdir. Onlar nə üçün belə edirlər?

Qondarma ənənə

Baş yarmaq da belədir. Baş yarmaq da səhv işlərdəndir. Bilirəm, bəziləri deyəcəklər ki, filankəs baş yarmağın adını çəkməməli idi. Deyəcəklər ki, sizin baş yarmaqla nə işiniz var; bəziləri yarırlar, qoyun yarsınlar. Xeyr, bu səhv işin qarşısında sükut etmək olmaz. Əgər müharibədən sonrakı son 4-5 ildə baş yarmağı yaydıqları və indi də bu işlə məşğul olduqları kimi, imamın mübarək həyatı dövründə də belə etsəydilər, şübhəsiz, o bu məsələyə etirazını bildirərdi. Bəzi insanların əllərinə xəncər götürüb başlarına vurmaları və qan tökmələri səhv işdir. Nə üçün belə edirlər? Bu hərəkətin harası əzadarlıqdır? Bəli, əllə başa vurmaq bir növ əzadarlıq əlamətidir. Siz dəfələrlə görmüsünüz ki, müsibətə düçar olan

səh:77

şəxslər öz başlarına və sinələrinə vururlar. Bu, normal əzadarlıq əlamətidir. Amma siz indiyədək harada görmüsünüz ki, kimsə ən əzizinin müsibətinə görə xəncərlə öz beyninə vursun və başından qan axıtsın?! Bu işin harası əzadarlıqdır?! Baş yarmaq qondarma ənənədir.

Bu, dinə aid olmayan işlərdəndir və şübhəsiz, Allah da buna razı deyil. Keçmiş alimlərin əlləri bağlı idi, bu işin səhv və yanlış olduğunu deyə bilmirdilər. Bu gün İslam hakimiyyəti və İslamın parlama zamanıdır. Biz elə iş görməməliyik ki, uca İslam cəmiyyəti - yəni Əhli-beyti (ə) sevən, dövrün imamının müqəddəs adı ilə, Hüseyn ibn Əlinin (ə) adı ilə, Əmirəl-mömininin (ə) adı ilə fəxr edən cəmiyyət dünyanın müsəlman və qeyri-müsəlmanlarının gözündə xurafatçı və məntiqsiz insanlar qrupu kimi tanınsın. Mən həqiqətən nə qədər fikirləşdimsə, gördüm ki, səhv iş və bir bidət olan baş yarmaq məsələsini əziz xalqımıza deməyə bilmərəm. Bu işi görməsinlər. Mən bununla müvafiq deyiləm.

Əgər kimsə başını yarmaq istəyən adam kimi görünsə də, mən ürəkdən ondan narazıyam. Mən bunu ciddi deyirəm.

Bir zaman ətrafda bir neçə nəfər bir yerə toplaşıb ümumi gözlərdən kənarda baş yarırdılar. İşləri bugünkü formada nümayişkarlıq deyildi. İşlərinin yaxşı və ya pis olması ilə də heç kimin işi yox idi, çünki məhdud dairədə görülürdü. Lakin bəzən bir neçə min nəfər qəfildən Tehranın, Qumun, yaxud Azərbaycanın və ya Xorasanın şəhərlərinin küçələrində görünüb bıçaq və xəncərlə başlarına zərbə vurmaq istəyirlər. Bu iş qətiyyətlə səhvdir.

İmam Hüseyn (ə) buna razı deyil. Mən bilmirəm ki, bu qəribə və səhv bidətləri İslam cəmiyyətlərinə və bizim inqilabçı cəmiyyətimizə hansı zövqlər və haradan daxil edirlər.

səh:78

Məddahlıqda münasib olmayan ahənglər

Mən eşitmişəm ki, bəzi yerlərdə münasib olmayan ahənglərdən istifadə olunur.Misal üçün, filan tağutçu, yaxud qeyri-tağutcu xanəndə bir müsiqi ilə mənasız bir eşq şeiri oxuyub. İndi biz gəlib İmam Hüseyn (ə) məclisində və İmam Hüseyn (ə) aşiqləri üçün uca inanc ayələrini bu ahənglə oxumağa başlayaq?!Biu çox pisdir.Özünüz ahəng bəstələyin.Bu qədər istedad və qədər incəsənət var.Şübhəsiz bu məsələyə maraqlı olanların arasında məddahlığa məxsus yaxşı ahənglər bəstələyə bilən şəxslər var; əza ahəngi, şadlıq ahəngi.

səh:79

Yeddinci fəsil: Məhərrəm və İslam inqilabi

İşarə

Əgər bu gün bizdən yaratdığımız bu hərəkatın kökünün nə olduğunu soruşsalar, deyərik ki, kökü Peyğəmbər (s), Əmirəl-möminin (ə) və İmam Hüseyndir (ə). İmam Hüseyn (ə) kimdir? Bu hadisəni vücuda gətirmiş və tarixdə barəsində məlumat verilmiş şəxs. Deməli, bu hərəkatın dayağı bu hadisədir. Əgər biz bilmədən, diqqət yetirmədən və səhlənkarlıq üzündən hadisəni ondan olmayanlarla qarışdırsaq, o hadisəyə və ondan qaynaqlanan bu inqilaba xidmət etməmiş olacağıq.

İslam inqilabı və Hüseyn (ə) hərəkatı

Korpus keşikçiləri Allah üçün mücahidlik etdilər. Keşikçi Günü Hüseyn ibn Əlinin (ə) - yəni Allahdan ötrü xalis və pak mücahidlik sahibinin doğum günüdür. Əgər bu mücahidliyə xalq tərəfindən dəstək verilsə, İslam hökuməti yaradıb tarixi dəyişdirən Peyğəmbər (s) mücahidliyi kimi olar. Lakin əgər mömin qəlblərin köməyi və dəstəyi ilə qarşılaşmasa, Aşura hadisəsi kimi olar və İmam Hüseyn (ə) şəhid edilər, onun mənəvi coşqusu tarixi yönəldər. Aktual olaraq zahiri uğur kəsb edə bilməz, lakin tarix boyu qəti uğur ona məxsus olar. Necə ki, bütün peyğəmbərlər, bəşərin bütün bələdçiləri və ilahi yol göstərənlər tarix boyu buna malik olmuşlar. Buna görə görürsünüz ki, 13-14 əsr keçməsinə baxmayaraq, Hüseyn ibn Əlinin (ə) adı ədalətin və mənəvi dəyərlərin bayrağıdır. Həmin ad bu inqilabı vücuda gətirə bilmişdir. Bu cəhətdən əziz Peyğəmbərin (s) hərəkatına bənzəyən, yəni uğur qazanan, ürəkləri, canları, qüvvələri və insanları ona cəlb edən və

səh:80

imamı tənha qoymayan bu inqilab izzət və əzəmət bayrağını ucalda bildi. O, Hüseyn ibn Əlidən (ə) ilham alıb İslamın yeni həyatının nümunəsi oldu.

Hüseyn (ə) ruhu sayəsində xalqımızın qiyamı

Biz bu gün elə bir ölkəyik ki, xalqımız İmam Hüseynin (ə) qanı, qiyamı və Hüseyn (ə) ruhunun sayəsində qiyam edib fəsadlı, xəbis, çirkin və bədxassəli bir quruluşu diz çökürə bildi, nisbətən İslam rəngli, ruhiyyəli və əməlli bir xalq hakimiyyətini iş başına gətirdi. Bizim ruhiyyəmiz İslam ruhiyyəsidir, lakin deyə bilmərik ki, əməlimiz də eynilə İslam əməlidir; nisbətən İslam əməlidir və inşallah günbəgün İslama daha artıq yaxınlaşacaq. Bu quruluşun özü bütün dünya güclərinə söyüşdür. İslam Respublikası quruluşunun varlığı Amerikaya söyüşdür; siz hətta Amerikaya ölüm olsun! deməsəniz də. Bunun özü vardırsa, mənəviyyatla və fəzilətlə düşmən olan bütün güclərə bir növ ağız əyməkdir.

Aşura bizim hərəkatımızın ruhu kimi

Məhərrəm və Aşura barədə deməliyəm ki, bizim hərəkatımızın ruhu, onun ümumi istiqaməti və qələbə dayağı həzrət Əbu Abdullaha (ə) və Aşuraya dair məsələlərə diqqət yetirmək idi. Bu bəlkə də bəziləri üçün bir qədər ağır görünə bilər, lakin həqiqət belədir. Heç bir fikir, hətta dərin inanca malik olduqda belə, xalqın milyonluq izdihamını o formada tərpədib, hiss etdiyi vəzifəni yerinə yetirməkdə və müxtəlif fədakarlıqlarda azca da tərəddüdə düşməyəcək şəkildə hərəkət etdirə bilməzdi.

səh:81

İran hərəkatı iki dəfə Aşura məsələsinə düyünləndi!

İmamın hərəkatı iki dəfə Aşura məsələsinə düyünləndi: biri hərəkatın ilk dövründə, yəni 1963-cü ilin məhərrəm günlərində baş verdi. O zaman hərəkat məsələlərinin deyildiyi tribuna hüseyniyyələr, rövzə məclisləri, sinəzən heyətlər və dindar rövzəxanların rövzəsi oldu. Digəri hərəkatın son dövrü - yəni 1978-ci ilin məhərrəm ayı idi. İmam o zaman elan etdi ki, məhərrəm ayı uca tutulsun və xalq məclislər keçirsin. O bu ayı qanın xəncərə qalib gəldiyi ay adlandırdı və yenidən həmin əzəmətli, ümumi və xalq tufanı vücuda gəldi. Yəni Hüseyn (ə) ruhuna və Hüseyn (ə) istiqamətinə malik olan hərəkat Hüseyn (ə) müsibətinin deyilməsi və İmam Hüseynin (ə) yad olunması məsələsinə düyünləndi.

Siyasət və emosiyanın bağlılığı

İmam incəliklə inqilabın qələbəsindən öncə bir zaman geniş yayılmış yanlış ziyalı təsəvvürünü məhv etdi. O, mütərəqqi, siyasi və inqilabi istiqaməti Aşura hadisəsindəki emosiya istiqaməti ilə birləşdirdi, rövzəxanlığı və faciə söyləməyi dirçəltdi. O anlatdı ki, bu iş artıq, zahiri, köhnə və bizim cəmiyyətimizdə qüvvədən düşmüş bir iş deyil, lazımlı işdir. İmam Hüseyni (ə) yad etmək, istər rövzəxanlıq formasında, istər müxtəlif əzadarlıq mərasimləri formasında o həzrətin faciəsini söyləmək və fəzilətlərini bəyan etmək bizim xalqımız arasında ağladıcı, hissləri oyadan, ürəkləri titrədən bir adət formasında yayılmalı, indikindən daha da gücləndirilməlidir. O dəfələrlə bu məsələ üzərində təkid göstərir və ona əməli surətdə də dəstək nümayiş etdirirdi.

səh:82

İki inqilabın müştərək cəhətləri

Biz bu gün bu İslam quruluşunu gördüyümüzdən və onun faydalarını yaxından dərk etdiyimizdən Hüseyn (ə) hərəkatının qədrini və onun mənasını öz sələflərimizdən daha artıq anlayırıq və anlamalıyıq. O həzrət belə bir iş üçün hərəkət etdi. O həzrət qiyam etdi ki, cəmiyyətdə fəsad törədən, insanı və dini məhv edən və düzgünlüyü sıradan çıxaran rejimlər olmasın, cəmiyyətdə düzgünlüyə əsaslanan dini, ilahi və insani quruluş bərqərar olsun. Düzdür, əgər o quruluş o həzrətin dövründə, yaxud məsum olan və vəhy qaynağına birləşmiş sonrakı imamların dövründə həyata keçsəydi və onlar həmin quruluşun başında dursaydılar, təbii ki, vəziyyət bizdəkindən fərqli olardı. Lakin eyni zamanda məsələnin quruluşu və məğzi birdir, onlar da belə bir quruluş üçün hərəkət edirdilər. Burada geniş bir mövzu var və mən o haqda danışmaq istəmirəm. O da budur ki, imamlar İslam quruluşu yaratmaq üçün ciddi surətdə çalışıblarmı, yoxsa onların işi yanlız nümunə xarakteri daşıyıb.

Aşuranın sayəsində 15 Xordad (5 İyun) hərəkatı

Bizim dövrümüzdə baş verən bunların hamısından üstün idi. Yəni zülmün, küfrün və dinsizliyin bütün dünyaya hakim olduğu dövrdə, ədalətin qanunun ziddi, zülmün isə beynəlxalq qanun olduğu bir əsrdə haqq hakimiyyət başına gəldi. İndi siz görürsünüz ki, böyük güclər hegemonluq edir və dünyaya yeni bir sistemi hakim etmək istəyirlər. Əlbəttə, qabaqkı quruluş da böyük güclərin hakimiyyəti quruluşu idi. Bu, sözügedən zülm hökmranlığıdır. Dünyada baş verən zülmlərə, haqsızlıqlara və ayrıseçkiliklərə insan hüquqları, insan dəyərlərini müdafiə və digər bu tip qanuni adlar qoyurlar. Zülm hökmranlığının ən pis növü onun dünyaya ədalət və haqq adı ilə hakim olmasıdır.

səh:83

Belə bir zamanda qəfildən Aşura sayəsində zülmət pərdəsi açıldı, həqiqət günəşi aşkara çıxdı, haqq hakimiyyətə yiyələndi, bütün əllərin təcrid etməyə çalışdığı İslam dini meydanın ortasında özünü göstərdi, dünya əsl və həqiqi İslamı İslam Respublikası formasında qəbul etməyə məcbur oldu. 15 Xordad (5 İyun) hərəkatının başlanması da Aşura sayəsində oldu. Bu il bu hadisədən 32 il ötdükdən sonra o zaman olduğu kimi, həmin günlər yenə də məhərrəmlə bir zamana təsadüf etmişdir.

İmamın Aşura hadisəsindən yararlanması

1963-cü ildə məhərrəmin on ikisinə təsadüf edən 15 xordadda (5 iyunda) bizim Böyük İmamımız Aşura səhnəsindən, Aşura və məhərrəm macərasından ən yaxşı formada yararlanmaqla qəlbindən gələn haqq və ədalət sözünü xalqa çatdıra və onları dəyişdirə bildi. Bizim ilk şəhidlərimiz də 15 Xordad hadisəsində Tehranda, Vəramində və digər yerlərdə olan hüseynçi əzadarlar idilər. Onlar gəlib Aşura düşməninin hücumuna məruz qaldılar. 1978-ci ildə də qanın xəncərə qalib gəldiyi günü və ayı müşahidə etdiniz. Bu adı Böyük İmam məhərrəmin bütün hadisələrindən xülasə kimi bəyan etdi; elə də oldu. Yəni İran xalqı Hüseyn ibn Əlinin (ə) ardıcılı kimi Aşura dərsini öyrəndi və nəticədə qan xəncərə qalib oldu. İmam Hüseyn (ə) hadisəsindəki bu məsələ möhtəşəm bir şeydir.

İmam Xomeyninin (ə) dözümü

İmam da elə dözdü. Hərəkat dövründə imama o qədər deyirdilər ki, ağa, bu gənclər məhv olurlar, öldürülürlər, məmləkət dağılır, amma o dözürdü. Bu naşı xeyirxahlıqlar qarşısında dözmək çox böyük işdir. Buna dözmək üçün çox qüvvə lazımdır. Dözüm həmişə fiziki təzyiq və müsibətlər

səh:84

qarşısında olmur. Məsləhət istəmək və məsləhət axtarmaq təzyiqləri qarşısında və aydın yolu buraxmamaqda da dözmək lazımdır.

Biz Hüseyn (ə) hərəkatının qədrini öz sələflərimizdən daha artıq bilirik!

Bizim hərəkatımızı istiqamətləndirən və bu gün də istiqamətləndirməli olan amil məhz Hüseyn ibn Əlinin (ə) qiyam etdiyi yoldur. Biz bu gün bu quruluşun və onun müdafiəsi yolunda müxtəlif cəbhələrdə şəhidliyə qovuşan şəhidlərimizə agah şəkildə əza saxlayırıq.

Bizim xalqımızın heç bir şübhəsi yoxdur ki, məcburi müharibədə, yaxud düşmənlərlə, münafiqlərlə və kafirlərlə hər hansı bir qarşıdurmada şəhidliyə qovuşan bu şəhid və bu gənc həmin quruluşun yolunun şəhididir, həmin quruluşun və inqilabın müdafiəsi və sütunlarının möhkəmləndirilməsi uğrunda şəhidliyə qovuşmuşdur. Bizim bugünkü şəhidlərimiz çox qərib və tənha qiyam edən, heç kəsin həvəsləndirmədiyi və əksinə, hamının və İslamın görkəmli şəxslərinin çəkindirdiyi Kərbəla şəhidləri ilə fərqlənir. Amma eyni zamanda iman və eşqləri o qədər çox idi ki, gedib qəribcəsinə, məzlumcasına və yalqız şəkildə şəhidliyə qovuşdular.

Kərbəla şəhidləri bütün təbliğat vasitələrinin və cəmiyyətin həvəsləndirdiyi şəhidlərlə fərqlənir. Sözsüz ki, bu şəhid də uca məqamlı şəhiddir, amma o tam fərqlidir.

İmam Hüseynə (ə) eşqin təsiri

Əgər bizim cəmiyyətimizdə İmam Hüseynə (ə) eşq, onun yad olunması, Aşura müsibətlərinin deyilməsi geniş yayılmış olmasaydı, hərəkatın bu zamanda və bu keyfiyyətdə qələbə çalması bəlkə də mümkün olmazdı. Bu, hərəkatın qələbəsində möhtəşəm təsirə malik idi. Bizim Böyük İmamımız Hüseyn

səh:85

ibn Əlinin (ə) qiyam etdiyi məqsəd yolunda bu amildən maksimum istifadə etdi.

İnqilabın məqsədlərinə çatmaq üçün İmam Hüseynin (ə) yolu ilə getmək

Biz yarıyoldayıq. Əgər İmam Hüseynin (ə) sözünü yaşadırıqsa, əgər İmam Hüseynin (ə) adını uca tuturuqsa, əgər bu hərəkatı tarixdə əzəmətli insani hadisə adlandırır və dəyərləndiririksə, bu ondan ötrüdür ki, bu hadisə bizə hərəkət edib irəliləməkdə, İmam Hüseynin (ə) yolu ilə getməkdə və Allahın lütfü ilə o məqsədlərə çatmaqda kömək edəcək. İran xalqı inşallah buna nail olacaq. İmam Hüseynin (ə) adını Allah uca tutmuş və tarixdə Kərbəla hadisəsini saxlamışdır. Biz uca tuturuq deməyin mənası bu deyil ki, biz bu işi görürük. Xeyr, bu hadisə dünyanın müxtəlif amillərinin zəiflədib məhv edə bilməyəcəyi qədər çox əzəmətlidir.

Aşura və Bəsic

Cənab təbliğatçılar, vaizlər, din natiqləri və məddahlar unutmasınlar ki, bizim dövrümüzdə Aşura hadisələrinin kamil nümunəsi bu Bəsic üzvləridir, Bəsicin bu uşaqları və gəncləridir. Bu yadınızdan çıxmasın. Onların bəziləri şəhid oldular, bəziləri sağdırlar. Sağ qalanların şəhid olmaması şəhadətdən qaçdıqlarına görə deyil. Onlar şəhadətə sarı getdilər, amma şəhadət onlara nəsib olmadı.

Yaddan çıxmasın ki, Aşura və məhərrəm hadisəsi bizim şəhidlərimizlə və bu gün Allahın lütfü ilə bizim cəmiyyətimizdə qoca və gənc şəklində çox olan digər Bəsic üzvlərilə bağlıdır.

Bu təbliğat ayı bizim və sizin qarşımızdadır. Çalışın bu aydan din yolunda və Allah üçün maksimum bəhrələnin.

səh:86

Zalımların Aşura hadisəsindən qorxması

Bu əzəmətli nemət qəlbləri İslam inancının zəngin mənbəyinə birləşdirir; tarix boyu gördüyü, hakim zalımları Aşuradan qorxutduğu və İmam Hüseynin (ə) nurlu qəbrindən vahiməyə saldığı işi görür. Aşura hadisəsindən və onun şəhidlərindən qorxu Bəni-Üməyyə xəlifələri dövründən başlanmış, bizim dövrümüzə qədər davam etmişdir. Siz onun bir nümunəsini öz inqilabımız zamanı gördünüz. Məhərrəm çatdıqda mürtəce, kafir, əxlaqsız və fəsadlı Pəhləvi quruluşu əlinin bağlandığını və mübariz aşuraçı xalqın əleyhinə bir iş görə bilmədiyini duyurdu. O quruluşun məmurları məhərrəm gələn kimi əslində öz acizliklərinin başlandığını bilirdilər. O mənfur rejimdən qalmış sənədlərdə məhərrəm ayı gələrkən onların ciddi şəkildə əl-ayaqlarını itirdiklərini göstərən işarə və hətta açıq qeydlər var. Bizim Böyük İmamımız - o hikmətli, uzaqgörən, dinşünas, dünyaşünas və insanşünas kişi İmam Hüseynin (ə) məqsədlərinə nail olmaq üçün bu hadisədən necə istifadə etməyin yolunu anladı və istifadə etdi.

Bizim Böyük İmamımız məhərrəmi qanın xəncərə qələbə çaldığı bir ay kimi izah etdi, həmin təhlil və məntiqlə məhərrəmin sayəsində qanı xəncərə qalib etdi. Bu, məhərrəm ayı və İmam Hüseyn (ə) xatirəsi məclislərindən ibarət olan nemətin gözəlliklərinin sizin gördüyünüz bir nümunəsidir. Odur ki, həm xalq və həm ruhanilər bu nemətdən istifadə etməlidirlər. Xalqın istifadə etməsi budur ki, Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərinə könül versinlər, müxtəlif səviyyələrdə bu məclisləri bacardıqları qədər artırsınlar. Xalq ixlasla və bəhrələnmək məqsədilə Hüseyn (ə) əzadarlığı məclislərində iştirak etsinlər, vaxt keçirmək üçün, yaxud avam formada yalnız axirət savabı əldə etmək və bu axirət savabının haradan gəldiyini bilmədən yox.

səh:87

Şübhəsiz, sözügedən məclislərdə iştirak etməyin axirət savabı var. Lakin əza məclislərinin axirət savabı hansı cəhətinə görədir? Şübhəsiz, bir cəhətə görədir və əgər həmin cəhət olmasa, savab da yoxdur. Bəzi insanlar buna diqqət yetirmirlər.

Hamı bu məclislərdə iştirak etsin, əza məclislərinin qədrini bilsin, bu məclislərdən istifadə etsin, bu məclisləri ruhən və ürəkdən özləri ilə Hüseyn ibn Əli (ə), Peyğəmbər (s) ailəsi, İslamın və Quranın ruhu ilə əlaqələrini daha da möhkəmlətmək və rabitə yaratmaq üçün vasitə etsinlər. Bu, xalqa aid olan vəzifələrdəndir.

Düşmənin məkri və hiyləsi qurtaran deyil!

Bu məclislərdə bu məqamı da xatırlatmaq lazımdır: Biz bu gün Allahın lütfü ilə siyasi baxımdan güc mövqeyində, düşmən - yəni hegemonluq isə zəif mövqedə olsa da, bu, düşmənin məkr və hiyləsinin bitməsi demək deyil.

“(Ey Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar“. Sözsüz ki, “De: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!“ fikrinə əsasən, haqq cinahı düşmənin istəyinə təslim olmayacaq. Lakin hər halda düşmənin xislətini tanımaq lazımdır. Biz düşmənin məkrini bir an da unutmamalıyıq. Bu məqamı xalqa demək lazımdır. Biz bu gün qüvvəliyik, düşmən və beynəlxalq hegemonluq isə zəifdir.

səh:88

Səkkizinci fəsil: Məhərrəm və İslam dünyasının oyanışı

Bütün müsəlmanlar arasında İmam Hüseynin (ə) məqamı

İmam Hüseynin (ə) və Əmirəl-mömininin (ə) yalnız Şiəyə məxsus olmadığına, bütün müsəlmanların onlara və bu pak məqbərələrə hörmət göstərdiyinə və dəyər tanıdığına görə mömin müsəlman üçün dözüləsi və qəbulediləsi deyil ki, gəlib Kərbəla xeyməgahına tank, top və silahlı qüvvə yeritsinlər, yaxud Əmirəl-mömininin (ə) pak günbəzinə hörmətsizlik edib, güllə vursunlar. Bunlar çox əhəmiyyətli məsələlərdir.

Dünya - Hüseyn ibn Əli (ə) məktəbinin təşnəsi

Bu gün dünya həqiqət təşnəsidir. Bu bir ruhaninin, yaxud İslam təəssübkeşinin sözü deyil, illərlə Qərb mədəniyyəti ilə rabitədə olan, get-gəl edən və hətta ona qarşı xoş niyyətdə olan şəxslərin sözüdür. Onlar deyirlər ki, bu gün Qərb dünyası yuxarı səviyyələrdə İslamın təşnəsidir. Yuxarı səviyyələr nə deməkdir? Filan avam və məlumatsız camaat, yaxud fərz edin maraqları ciddi şəkildə irəli sürülən qruplar, misal üçün, hakimlər, dövlət adamları, biznesmenlər, milyarderlər, hegemonlar, Qərb mədəniyyətinin və Qərb cəmiyyətlərinin key və gec duyan hissələridir? Alimlər, mütəfəkkirlər, vicdanlı insanlar, ziyalılar və gənclər Qərb cəmiyyətlərinin yuxarı səviyyələridir. Bu yuxarı səviyyələr bu gün onları həyatın minlərlə real problemindən xilas edə bilən məktəbin və həyat dərsinin təşnəsidirlər. Həyatın bu problemlərinin çoxu real problemlər deyil. Real problem psixoloji dincliyin və ruhi sabitliyin olmaması, tənhalıq, depressiya və ruhi sarsıntıdır.

səh:89

Bunlar bəşərin real problemləridir. Bunlar sərvətin və şöhrətin zirvəsində duran bir adamı intihara vadar edir. Gənc, pullu və maddi imkanlıdır, lakin intihar edir. Nə üçün? Dərdi nədir? Pulsuzluqdan, fiziki və cinsi ləzzət imkanlarının olmamasından daha çətin dərd nədir? Bu gün dünyanın maddi cəmiyyətlərinin və Qərb sivilizasiyasının yaxasını tutan dərd hüzursuzluq, aramlığın olmaması, ruhi dayağın olmaması, insanlar arasında ünsiyyətin və bağlılığın olmaması, qürbət və qırıqlıq hissidir.

Zəngin Aşura mənbəyi dünya xalqının gözü qarşısında

Cəmiyyətlərin bu dərdləri daha artıq duyan yuxarı səviyyələri gözlərini bir qurtuluş əlinin gəlib onları bu haldan xilas edəcəyinə dikmişlər.

Məlumatın olduğu yerlərdə gözlər İslama dikilmişdir. Düzdür, bəzilərinin məlumatı yoxdur və İslamı tanımırlar. Lakin İslama təmayül şəraiti mövcuddur. İslamı tanıyanlar məhz onun üzərində təkidlə dayanırlar. Bizim özümüzün iranlı mütəfəkkirlərimizin biri demişdi - mən eşitdim o şəxs Allahın rəhmətinə getmişdir - ki, bu gün Qərb Şeyx Ənsari və Molla Sədra kimi şəxsiyyətlərin axtarışındadır, onların həyatı, mənəviyyatı və dəyərləri bu gün Qərb şəxsiyyətlərinin və qərbli mütəfəkkirlərin diqqətini cəlb edir. Bu həqiqətlərin və dəyərlərin zəngin mənbəyi İslam inancları və ən başda Aşura məsələsidir. Bunların qədrini bilmək lazımdır. Biz indi bu bilgiləri dünya xalqına təqdim etmək istəyirik. Mən burada ötən il bizim dəvətimizi qəbul edib Aşura əzadarlığından təhrifli bir hərəkəti çıxaran bütün şəxslərə təşəkkür etmək və yenə də həmin məsələ üzərində dayanmaq istəyirəm. Mənim əzizlərim! Hüseyn ibn Əliyə (ə) inananlar! Bu gün Hüseyn ibn Əli (ə) dünyanı xilas edə bilər; bu şərtlə ki, təhriflə onun

səh:90

simasını korlamasınlar. Təhrifli və yanlış məfhum və işlərin gözləri və ürəkləri Şəhidlər ağasının mübarək və nurlu simasından yayındırmasına qoymayın, təhriflə mübarizə aparın.

Hüseyn ibn Əlinin (ə) şəhidliyi - İslam hərəkətinin mühərriki

Hüseyn ibn Əlinin (ə) şəhidliyi əsrlər boyu düzgün İslam təfəkkürü istiqamətində hərəkətin həqiqətən mühərriki olmuşdur. Hər bir azadlıq carçısı, Allah yolunun hər bir mücahidi və təhlükə meydanına atılmaq istəyən hər bir şəxs bu hadisədən ilham almış, onu özünün ruhi və mənəvi dayağına çevirmişdir. Bizim inqilabımızda bu açıq-aydın görünürdü. Bəlli deyil ki, bizdə bu hadisə olmasaydı, bu mərəkədə nə edə bilərdik. Aşura macərasına və Seyyidüş-şühədanın (ə) mücahidliyinə əsaslanmağın bizim inqilabımızın vəziyyətində hansı təsirə malik olmasının özü geniş və dərin araşdırmaya ehtiyaclı bir mövzudur. İnsan bu məsələyə diqqət yetirdikdə o hadisənin təsirinin əzəmətindən dəhşətə düşür və fikirləşir ki, ondan məhrum olan insanlar bu boşluğu necə doldura bilərlər.

Mütəfəkkirlərin İmam Hüseyn (ə) qarşısında kiçilməsi

Bu gün beş əsrdən, on əsrdən artıqdır ki, İslamın və sizin Hüseyn ibn Əliniz (ə) dünyada tanınmışdır. Bu gün vəziyyət elədir ki, mütəfəkkirlər, ziyalılar və qərəzsiz insanlar İslam tarixini mütaliə edərkən İmam Hüseynin (ə) hadisəsini gördükdə ona təzim edirlər. İslamdan baş açmayanlar, lakin azadlıq, ədalət, izzət, ucalıq məfhumlarını və uca insani dəyərləri anlayanlar bu baxışla baxırlar. İmam Hüseyn (ə) azadlıq istəyində, ədalət istəyində, pisliklərlə və çirkinliklərlə

səh:91

mübarizədə, cəhalətlə və insan xarlığı ilə mübarizədə onların imamıdır.

Hüseyn (ə) məktəbinin dərsləri

Bu gün Fələstin məsələsində həlledici amil Hüseyn (ə) dərsidir. İndi Fələstin torpaqları daxilində bu xalqı xilas edəcək yeganə amil qarşıda tutduqları yol, yəni İntifazə (qiyam və mübarizə) yoludur. İntifazə sionizm rejimini çıxılmaz vəziyyətə sala bilər; necə ki, indi müəyyən həddə buna nail olmuşdur. Əgər bu davam etdirilsə, yeganə yoldur və başqa heç bir yol yoxdur. Məhərrəm günlərində Fələstinin adını, xatirəsini, Fələstin mücahidliklərini və sionizm rejiminin son günlərdəki qəribə cinayətlərini canlandırın. Bu iş İmam Hüseyn (ə) hərəkəti istiqamətində olan bir işdir. Bu gün təəssüf ki, İslam dünyası öz vəzifəsinə ümumiyyətlə əməl etmir. Bu gün İslam dünyasının başçıları elə şəxslərdir ki, tarix onların hər birini pis sözlərlə yad edəcək. Əgər onlar öz xalqlarını azad buraxıb, Fələstinə qarşı hisslərini bildirməyə imkan versələr, İslam dünyası təlatümə gələr. Xalqların ürəyi Fələstin məsələsinə görə qanla dolmuşdur. Lakin dünya başçıları qoymurlar, onları saxlamışlar. Allah yanında və tarixdə bu rəhbərlərdən hesab sorulacaqdır.

Məhərrəm və Fələstin xatirəsi

Siz əziz dostlar və məhərrəmlə işləyən, məhərrəmdən əslində bir maarifləndirmə tribunası kimi istifadə edən bütün şəxslər xalqı məlumatlandırmalı və bu mühüm fürsətdə fələstinli qardaşlarının hüququnun tapdanmasına imkan verməməlidirlər. Bu cinayətləri xalqa deyin. Dünyada bəziləri Fələstinin unudulmasını və fələstinlilərin bugünkü rəftarının şübhə altına düşməsini istəyirlər. Mən bilmirəm ki, bu işin nə faydası var və nə iş görürlər. Bütün faydalar buradadır. Əgər

səh:92

Fələstin xalqının həqiqətən öz azadlığını əldə etməsi lazımdırsa, bundan başqa yol yoxdur. Mən dünən televizorda oğlu ilə vidalaşan ananı gördüm, ürəyim çox kədərləndi; həm çox kədərləndi, həm də ümidlə doldu. Kədər ona görədir ki, insan İslam dünyasının necə dəyərli gövhərlərinin olduğunu və onları tanımadığını görür. O ana deyirdi ki, əgər bunun kimi yüz oğlum olsaydı, hamısını bu yolda verərdim. İslam dünyası bunları tanımır və bu dəyərli gövhərlərin qədrinin bilmir. Bu böyük qüssədir. Ümid isə ona görədir ki, xalqın bu ruhiyyəsi və şücaəti var. O ana və oğul televiziya qarşısına çıxırlar, bir-biri ilə vidalaşırlar və bu ana bilir ki, övladı gedib iki saatdan sonra ölməlidir; yəni bu rəna gənci döyüş meydanına göndərir. Bu xalq yaşamağa və qələbə çalmağa layiqdir. Bunları xalqa deyin, izah edin, dəlil göstərin; özü də güclü dəlillər. Elə güclü və möhkəm şəkildə izah etməlisiniz ki, bəzi şeytansifətlər dövrümüzün ən aydın məsələsini - yəni Fələstin xalqını müdafiə etmənin və sionizm rejimi ilə mübarizə aparmağın vacibliyini şübhə altına sala bilməsinlər.

səh:93

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109