ARİFLƏRDƏN

KİTAB HAQQINDA

Müəllif: Məhəmməd Cavad Nurməhəmmədi

Tərcümə edən: Əli Nur

səh:1

ALLAH ADAMLARI

Rəhman və Rəhim Allahın adı ilə.

Zənn – güman pərdəsin yarıb keçənlər,

Dörd bir yanda yalnız haqqı seçənlər,

Köməkçün uzanan əldən tutanlar,

İşdə sözdəki tək haqqa çatanlar!

Kimlərsə mükafat ardınca qaçdı,

Kimlərsə görüşçün qucağın açdı.

Kimlərsə işrətdə qatladı belin,

Kimlərsə həsrətdən dişlədi əlin.

Bir dəstə mizanda zəlildən-zəlil,

Bir dəstə mə`buda vermişdir könül.

Kimisi zəhmətsiz çatmış məqsədə,

Kimisi əliboş, hey cəhd etsə də.

Bu torpaq vücudun uca fəryadı

Gah boğuldu, gah da yerdə qalmadı.

Ayağa qalx, çağır Haqqı sübh çağı,

Öz eşqinlə bəzə iki otağı.

Bir olanı qoyub uyma çoxluğa,

Bu çoxluq aparar səni yoxluğa.

Qorx olanı satmaq istəyən zaman

Gətirdiklərinə olmaya baxan.

Qafil hələ başın dik tutub baxır,

Düşünmür qafillər sıradan çıxır.

Azad quşlar sezib eşqin çırağın,

Füruği, üzdülər yerdən ayağın.

Böyük arif Füruği Bistami

Dövrümüzün arif imamı, iyirminci əsr övliyalarının ağası həzrət imam Xomeyninin xatirəsinə!

səh:2

MÜQƏDDİMƏ

İlahi övliyaların və dövrümüzün saleh insanlarının həyatı həmişə ibrətamiz olmuşdur. Onlar mə`rifət və paklıq nuru ilə həyat yolunu gözəl və dəyərli şəkildə keçmiş, ən adi işləri belə xüsusi bir zövqlə yerinə yetirmişlər. Bu zövq və səfa həqiqətən tə`rifəlayiq və qeyri-adidir. Doğrudan da, onların həyatı bütün yönümlərdən ibrətamizdir.

Mə`rifət nuru olan yerdə zülmət əhli üçün adi həyat tamamilə başqa görkəm alır. Allah adamlarının baxışında, dinləməsində, yuxusunda, qidalanmasında, hətta qəzəbində bir nur var. Onların dünya həyatındakı adi addımları, ləzzət və sevinc duyğuları da nuranidir. Bəli, onlar nur sahibləridir. İlahi feyz nurundan bəhrələnməyənlər isə zülmətə qərq olmuşlar.(1) Dünya bütün zər-zibası ilə, aldadıcı cilvələri ilə ilahi övliyaların və pak bəndələrin xatirəsini insanların zehnindən silib apara bilməmişdir. Dünya cilvələri nə qədər güclənsə də, mə`rifət nuru əldə etmək istəyənlərin sayı günbəgün artmaqdadır. Öz həyatını övliyaların həyatına bənzətmək istəyən gənclər və aşiqlər az deyil. Övliyaların əhval-ruhiyyəsi, tərbiyəvi, elmi və ictimai səciyyələri ilə tanış olmaq üçün onların həyatını öyrənmək lazım gəlir. Kamillik yolunu tanımaq, mə`nəviyyat və paklıqdan bəhrələnmək məqsədi ilə

səh:3


1- [1] Qur`an, “Nur” surəsi, ayə 40

övliyaların həyatını mütaliə etmək, onları ideal seçmək çox faydalıdır. Bu yol Qur`anın göstərdiyi və Əhli-beytin (ə) təqdim etdiyi yoldur.

Hazırkı əsrin misilsiz arifi həzrət Ayətullah-üzma Behcət (Allah hifz etsin) İslam alimlərinin həyatını mütaliə edib araşdırmağın dəyəri haqqında faydalı qeydlər etmişdir. Onlardan bə`zilərini nəzərdən keçiririk. Arif buyurur: “Qədim alimlərin həyatının mütaliəsi əxlaq kitabları kimi mö`təbərdir. İnsan bu zümrənin əhval-ruhiyyəsi və həyatını nəzərdən keçirdikdə sanki düzgün və mö`təbər bir əxlaq kitabı oxuyur. Onlar dünya həyatını necə sadə yaşamış, nə qədər aram olmuş, öz ömürlərindən necə faydalanmışlar!”(1) Böyük arif başqa bir məqamda ötən nəsillə indiki nəsil arasında yaranmış uçuruma işarə edir, keçmiş alimlərin dindarlıq, elm və mə`rifətini yada salır. O buyurur: “Nüfuzlu iman və kamillik, uca məqam sahibi olan alimlər görmüşəm. Onlar imanda sabitqədəm olmuşlar. Onların məqamı bizlərlə müqayisə olunası deyil. İndiki nəsil həmin alimlər haqqında deyilənlərə çətin inana. Doğrudan da, onların dərəcəsi, kamilliyi uca məqamı vəsfə gələsi deyil. İnsan bu fəzilətləri dilə gətirməyə xəcalət çəkir.”(2) Bu kitabı hazırlamaqda məqsədimiz insanları onlar üçün nümunə olası fəzilətlərdən xəbərdar etmək, gənclərimizə ilahi övliyalar və şiə ariflərinin məqamından danışmaqdır. Bizdən əvvəl yaşamış Allah

səh:4


1- [2] Məhəmməd Hüseyn Ruxşad, “Ayətullah Behcətin hüzurundan 700 nöqtə”, c.347
2- [3] Məhəmməd Hüseyn Ruxşad, “Ayətullah Behcətin hüzurundan 700 nöqtə”, s.90, 91

aşiqlərinin həyatı ilə tanışlıq çox faydalıdır. Ayətullah Behcət buyurur: “Keçmiş alimlərin həyatını nəzərdən keçirərkən öz vəziyyətimizdən xəcalət çəkirik. Görürük ki, bu insanlar çox gənc ikən uca məqamlara çatmışlar. Bu məqamı vəsf etmək çətindir. Bunun əsas səbəbi onların elm və əməl baxımından fövqəl`adə ucalıqda olmasıdır. Haraya getdi bu insanlar?! Onlardan bircəciyini tapmaq mümkünsüz!”(1)

Keçmiş alimlərin və övliyaların həyatının öyrənilməsi, onların həyatı ilə tanışlıq istiqamətində axtarışlar aparılmasında Ayətullah Behcətin misilsiz köməyi var. Onun söhbətlərini dinlədikdə əmin olursan ki, müasirimiz olan bu arif keçmiş alimlərin həyatını diqqətlə mütaliə etmişdir və İslam cəmiyyətinin təkamülündə bu nümunələrlə tanışlığı faydalı sayır. Onun başqa bir buyuruğunu nəzərdən keçirək: “Böyük kəramət sahibi olan keçmiş alimlərlə bizim aramızdakı fərqin bir bu qədər böyük olmasının səbəbi nədir? Bunun kökünü tapmaq lazımdır. Onlar da bizim məşğul olduğumuz işlərlə məşğul olmuşlar. Dərs oxumuş, mübahisəyə qatılmış , tədris etmiş, yazı yazmışlar. Görən səbəb nədir, onların müstəhəb əməlləri yerinə yetirməsidirmi? Elə düşünürəm ki, araşdırma aparsaq uyğun fərqi tapa bilərik. Hansı ki, həmin alimlərin imkanları bizdən çox az olmuşdur. İmkanları az, hərəkətləri isə çox! Onlar böyük nəticələr əldə etmişlər.

səh:5


1- [4] Məhəmməd Hüseyn Ruxşad, “Ayətullah Behcətin hüzurundan 700 nöqtə”, s.132

Onların yaşadığı cəmiyyət necə olmuşdur, alimlər onlara necə tə`sir göstərmişdir?

İstənilən bir vəziyyətdə bizi qədim alimlərdən fərqləndirən səbəbi tapmalıyıq. Onlardan bə`ziləri rüku və səcdədə sadəcə üç dəfə “sübhanəllah” demişlər. Biz bu qədər artıq zikr dediyimiz halda nə üçün nəticə əldə etmirik? Nə üçün? Hər şeyi nəzərə almalı, müəyyənləşdirməliyik ki, bizimlə onlar arasındakı fərqin səbəbi nədir? Onların əksəri kəramət sahibi olmuşlar. Təhsildə də sə`yləri artıq olmuşdur. Bu qədər böyük fərqin səbəbi nə? Onlardan bə`ziləri iddia etmişlər ki, bütün fiqh və üsul kitabları yandırılarsa, onlar həmin kitabları yenidən tərtib edə bilərlər. Bu iddianın arxasında həqiqət var. Mərhum Şeyx Ənsari daim tədris, söhbət, yazı-pozu ilə məşğul olduğu halda hər gün “Aşura ziyarəti”, “Cameə ziyarəti” oxuyar, Qur`andan bir cüz tilavət edərmiş. Belə görünür ki, bizim geriliyimizin səbəbi müstəhəb əməlləri tərk etməyimizdir. Qədim alimlər bu yönümə çox diqqət yetirmişlər. Onlar ziyarətlərə, dualara, Qur`ana, namazı əvvəl vaxtında qılmağa çox diqqət yetirmişlər. Onlar iki tülu arasında (azandan gün doğanadək) yatmaq kimi məkruh əməllərdən çəkinmişlər. Elm və əməldə onların öncüllüyü və bizim geri qalmağımız əsaslı bir fərqdir. Biz bir çox işlərdə onlardan geri qalmışıq. Onların getdiyi yoldan xəbərsiz qalmağımız çox təhlükəlidir. Allah bizə bəsirət versin, hidayət etsin, öz geriliyimizin

səh:6

səbəbini bilək. Əgər elm və əməl əhli olub axtarış aparsaq, hökmən bunu öyrənərik.”(1)

Böyük və pak insanları ən azı görmək ləyaqəti əldə etmiş şəxs belə düşünür. Aydın olur ki, nə üçün İslamda alimin çöhrəsinə baxmaq ibadət sayılmışdır. Onların simasına baxdıqda sədaqət, paklıq, təqva, xeyirxahlıqdan başqa şey görmək mümkünsüzdür. Onların vücudunda misilsiz bir nəcabət ləpələnir. Mən özüm, Allah güzəşt etsin, həmin insanların nurundan bəhrələnməsəm də, onlarla maraqlananlara hansısa mə`lumatlar vermək istədim. Qoy əziz oxucular onların tövhid maarifindən və əxlaqından xəbərdar olsunlar.

Əlinizdəki yazı uzun bir müddətə ərsəyə gəlmişdir. Sə`y göstərilmişdir ki, söhbətlərin qayəsinə, əsas mövzulara lazımınca diqqət göstərilsin. Ən əsası, çalışmışıq ki, vücudlarında həmin tövhid dəryasından nəsə olanların sorağınca gedək. Həmin insanlar ən azı yalnız həqiqəti danışan şəxslərdir.

Bu müqəddimədə həqiqi ustad addımlarını izləyən aşiq gənclər üçün faydalı bir nəsihəti yada salmaq yaxşı olar. Bizim dövrümüzdə riyakarlıq göstərərək mə`rifət libası geymiş fırıldaqçılar da var. Övliya və ariflərin həyatına maraq göstərən bir şəxs kimi Tehranda, Qumda, İsfahanda, Şirazda və Məşhəddə bir çox nümunələrlə rastlaşmışam. Həqiqi ariflərlə yanaşı özünü arif göstərərək pak və sədaqətli gənclərin mə`nəviyyatını

səh:7


1- [5] Məhəmməd Hüseyn Ruxşad, “Ayətullah Behcətin hüzurundan 700 nöqtə”, s.343, 344

zəhərləyən riyakarlar da var. Şeyx Məhəmməd Hafiz Şirazi demişkən:

Əfv elə yetmiş iki milləti ki, başqa halı,

Haqq nədi bilmədilər, seçdilər əfsanə yolu.

Deyirlər ki, filan ustadı görmək istəyəndə yatıb yuxuda görürəm. Bu iddia haqqında həmin böyük insanın oğlundan soruşdum. Buyurdu: “Yoxsa atamın axirət aləmində başqa işi yoxdur?! Gözləyir ki, onunla işi olan yatsın və o həmin adamın yuxusuna girsin!” Bir başqası mənə deyirdi: “Mənim aşkar gördüyümə inamım yoxdur. Mö`min nə görmək istəyirsə, yatıb yuxuda görsün.” Üçüncü bir şəxs fırıldaq və ovsunla azdırıb Şeyxana doğru çəkir. Onlar da gözləyirlər ki, imam Şeyxana gələn zaman onu görəcəklər. Aldadılmış insanlar imamı görə bilmədiklərini dedikdə, yalançı mürşid üzünə-başına vurub haray çəkir ki, necə oldu ki ağa gəldi, siz onu görmədiniz?!

Fırıldaqçı bir şəxs zövcəsi ilə problemi olan gənc bir mö`minə deyir ki, həyat yoldaşının mənim yanımda çadra örtməsinə ehtiyac yoxdur. Mən elə bir məqama çatmışam ki, bu qəbil işlərə marağım yoxdur.” Başqa bir fırıldaqçı onun rəqibi haqqında xoş söz söyləyən qonaqları evdən qovur. Amma heç bir müsbət cəhəti olmayan axmağın birini gülər üzlə qəbul edir.

Bu qəbil fırıldaqçılar Allah bəndələrinin ilahi hərəkəti qarşısında ciddi bir maneədirlər. Kamillik

səh:8

yolçusu və aşiqi olan fərd bu qəbil insanlardan qaçmalıdır. Onlar vəhşi heyvan kimi təhlükəlidirlər. Belələrinin zahiri aramlıq və əxlaqına aldanmaq olmaz.

Bəli, gündə bir iddiada olan, imam Mehdidən (ə) xəbərlər gətirən, başqalarının tənqidinə dözə bilməyən, hərəyə bir nöqsan tutan şəxs hara, şiə məktəbində ariflik hara?! Bəli, bə`ziləri dualarının qəbul olunduğunu iddia edib aşkar şəkildə deyir: “Mən istədiyimi Allahdan alıram.” Belələrinə nə deyəsən?!

Allah-təala pak və fəqih Seyid Hacı Ağa Musa Zəncanini hifz etsin. Bir dəfə ondan müəmmalı bir şəxs haqqında soruşdum. Buyurdu ki, bilmirəm. Amma onun dilindən özüm eşitmişdim ki, deyirdi: “İranın hər yerindən insanlar üç məqsədlə Quma gəlir: Xanım Mə`sumənin ziyarəti, Cəmkəran məscidinin ziyarəti, sonra filankəs və mənimlə görüşmək üçün”. Axı necə ola bilər ki, mə`rifət sahibi olan insan belə bir iddia ilə cəmiyyət qarşısında çıxış etsin?!

Bütün bunları nəzərə alaraq bir neçə nöqtəni qeyd etmək lazım gəlir:

1.Həqiqi və sədaqətli övliyaları yalnız onlarla ünsiyyətdən tanımaq olar. Bu qəbil insanların həyatı ilə dərindən tanış olduqda onların kimliyini anlayırsan. Özünü mə`rifət sahibi kimi göstərən riyakarlara yaxınlaşdıqda isə onların iç üzü açılır. Arif insanın həyatı Əhli-beyt (ə) buyuruqları əsasında qurulmuşdur. Allaha yaxınlaşmaq üçün din övliyalarının göstərişlərinə əməl etməkdən savayı yol yoxdur.

2. Kəramət və xariqül`adə işlər yox, ilahi fəzilətlər me`yar olmalıdır. Çünki bir çoxları şeytanların

səh:9

yardımları ilə qeyri-adi işlərə yol tapır. Onlar ətrafdakıları təəccübləndirəcək məharət əldə edirlər. Bu səbəbdən də həqiqi arifdən kəramət yox, ilahi fəzilət ummaq lazımdır. Həqiqi ariflər özlərini göstərmək üçün yox, ətrafdakıların imanını gücləndirmək, Allahın izni ilə bir sıra problemləri həll etmək üçün kəramət göstərirlər.

Şirin dilli arif Vəhdət Kirmanşahi öz dəyərli şe`rində buyurur:

Başqa ölçüsü var eşq bazarının,

Min kəşf haqqı deyil bircə qarının.

Arif Seyid Kamal Musəvi Şirazinin övladından eşitmişdim ki, atası öz şəxsi otağından bir qəzəl asıbmış. Belə görünür ki, arif həmin qəzəldəki maarifə e`tiqadlı imiş. Həmin qəzəldə kəşf -kəramətə, qeyri-adi işlərə əhəmiyyət verilməməsi tövsiyə olunur:

Mehrindən feyz alıb, keçdik hər nədən,

Gördüklərimizə baxdıq yenidən.

Nişanən deyilmi görünən hər nə?

Hüzuruna doğru götürdük qədəm.

Kəşf-kəramətdən danışmaq yetər,

Kəramət önündə durmuşuq hər dəm.

səh:10

Məqam nə, baxış nə, görüş nə, hal nə?

Onsuz da eşqimiz gəlməyəsi kəm.

Yuxu, xəyal bildik bütün bunları,

Yuxu, xəyal puçdu aşiqə hökmən.

Kəramət-mö`cüzə eşqin bəlası,

Min şükür, bəlaya verməmişik tən.

Hər bir insanı olduğu kimi görək. İnsanlardan büt yaratmayaq. Yersiz tə`riflərimizlə həqiqətdən uzaqlaşıb, biganələrin hücumlarına yol açmayaq.

Müqəddimənin sonunda əziz oxuculardan xahiş edirik ki, Allahın övliyaları haqqında bildiklərini bizimlə bölüşsünlər. Biz silsilə yazılarımızda həmin mə`lumatları oxuculara təqdim edərik.

Başqa bir xahişimiz budur ki, diqqətli dinləyicilərin hər hansı qeydləri və tənqidləri olarsa, bu barədə bizi mə`lumatlandırsınlar və növbəti nəşrlərimizdə yerli iradları nəzərə alaq. Səmimi diqqətinizə görə öncədən sizə təşəkkür edirik.

Məhəmməd Cavad Nurməhəmmədi

(Hicri-qəməri 1427-ci il, Fatimiyyə günləri, Nəcəfabad elmi hövzəsi)

səh:11

PƏHLƏVANİ TEHRANİ

TÖVHİD BADƏSİNİN SAQİSİ

BÖYÜK ARİF AYƏTULLAH HACI ŞEYX ƏLİ AĞA

SƏADƏTPƏRVƏRİN (PƏHLƏVANİ TEHRANİ)

ŞƏXSİYYƏTİ VƏ HƏYATI HAQQINDA

Mə`rifət şe`rinin şah beytin, inan

Köksündə gəzdirir o arif insan.

Onda birləşmişdir zöhd ilə ürfan,

Tövhid badəsini tutmuş o insan.

Əli yolun getmiş, Əliyə oxşar,

Tövhid əhli üçün onda işıq var.

Bir eşq yolçusudur, səbri rizası,

Yaşamış qorxu ilə ümid arası.

Bir eşq şərbətidir, varlığı sirli,

Bağlı xəzinədir, ağzı möhürlü.

Cisim qəfəsindən qurtulan o quş

Yerlərdən göylərə xəbər aparmış.

Dodağından kövsər qaynayar hər an,

Susuzlar təşnəsin yatırar ondan.

Yuxarıdakı şe`ri arif şeyxin aşiqlərindən biri yazmışdır.

İmam Xomeyninin (r) qələmindən:

Torpaq övladında bu nə gözəllik!

səh:12

Yox, torpaqdan deyil, cənnət quşudur.

Dodaqlardan soruş suyun dəyərin,

O, ərşin bizimçün yaranmışıdır!

Ey mə`nəviyyat və mə`rifət səfiri! Ey ərş yolun ötüb-keçmiş! Səfərə çıxdın və yüzlərlə könül karvanını özünlə apardın. Bizi görüşünə həsrət qoydun. Sən özündən öncəki mə`rifət aşiqlərinin meyvəsi idin. Qədim və kamil ariflərin məharətini ən gözəl şəkildə tövhid yolçularına təqdim etdin. Şiə cəmiyyətinin mə`nəvi fəzasında fəzilətli gənclərin qəlbini tövhidə yönəldib, onlardan böyük insanlar yetirə bildin. Keçmiş övliyaların nurani səmərəsini növbəti nəsilə ötürməyi bacardın.

Kim sənin mə`rifət nurunda təqdim etdiklərini dana bilər?! Sənin şəxsiyyət və əqidəni nəzərdən keçirdikdə zehnimdə hikmətli bir sözün canlanır: “Hünər fe`lin tutumudur və fe`lin tutumu tövhiddədir.” (Bu sözləri Ayətullah Cavadi Amilinin təfsir dərsində eşitmişəm). Günəşin nurunu inkar edənlər həmişə olub və var. Sənin fəzilət və gözəlliklərini inkar edən olsa, özünün yarpaqsız və səmərəsiz bir ağac olduğunu göstərir. Onlardan nə düşüncə gözləyəsən?!

Ləyaqətsiz aşiqin olan bu bəndə sənin dünyadan köçünü öz atasının dünyadan köçündən daha ağır gördü. O səni özünə ruhani ata sayırdı. Mə`nəvi atanın cismani atadan şərafətli olması Əhli-beytin buyuruğudur. Mən bu münasibət və əqidəni səni sevən insanlarda, mə`nəviyyat şagirdlərində aşkar görmüşəm.

səh:13

Nəzərinizə çatdırılacaq nöqtələr ariflər şeyxi, mə`rifət vadisinin məşhuru, pak nəfs sahibi Hacı Şeyx Əli Pəhləvaninin xüsusiyyətlərindən bir qismi idi. Bu yazı naqis və dəyərsiz bir xidmətdir. Arzu edirəm ki, böyük arifin həyatı haqqında inşallah ətraflı və gözəl bir kitab yazılıb, mə`rifət aşiqlərinə təqdim edilsin!

Ümid edirəm ki, böyük arif məni bu cəsarətimə görə əfv edər. Eşq və bağlılıq insana şücaət verir. O cənabın bütün şagirdlərindən acizanə şəkildə xahiş edirəm ki, bu kitabdakı nöqsanları öz böyüklükləri ilə bağışlayıb, qeydlərini müəllifə çatdırsınlar. Həmən qeydləri nəzərə alıb növbəti işlərdə nöqsanları aradan qaldırmağa çalışaram.

TƏRBİYƏ ÜSULU VƏ İLAHİ TƏKAMÜL YOLU

Ariflər şeyxi həzrət Şeyx Əli Pəhləvani xüsusi tərbiyə üsuluna, ilahi təkamül yoluna sahib olmuşdur. İllər uzunu Əllamə Təbatəbainin dəyərli hüzurundan bəhrələnmiş, onun ürfani incəliklərinə varmışdır. O, şiə ariflərinin yolunu izləmiş, böyük arif Ayətullah-üzma axund molla Hüseynqulu Həmədanidən bəhrələnmişdir. Onların Qur`an, Peyğəmbər (s) və Əhli – beyt (ə) göstərən yola dərin e`tiqadı olmuşdur. Ustad öz nurani həyatı boyunca bu böyük məktəbin tanınmış yetirmələri ilə görüşmüş, onların düşüncə və həyatı ilə tanış olmuşdur.

Amma onun özünün də çox gözəl və nurani əməl üslubu olmuşdur. Ustad özündən əvvəlki ariflərin düşüncələrini ümumi şəkildə özündə əks etdirmiş, səh:14

onların mə`rifət nurundan öz ilahi təkamülündə yetərincə faydalanmışdır.

Ustad onunla görüşə gələnlərin həqiqətən ilahi yol keçmək arzusunda olduğunu gördükdə onları hərarətlə qarşılamış, öz ağuşunu açmışdır. Orta yaşlarda olduğu vaxt yanına gələnləri xüsusi bir şövqlə qarşılamış, özü onlar üçün çay hazırlamış, onlara xidmət göstərmişdir. Şagirdlərdən biri onun ölümünə təəssüflənib ağlayaraq deyirdi: “Hətta almanı doğrayar, öz əli ilə şagirdlərinə yedirərdi”. O öz şagirdlərinin tərbiyəsi ilə can-dildən məşğul idi. Əgər şagirdlərdən biri öz təkamülünə maraq göstərsəydi, verilən tapşırıqları yerinə yetirsəydi, onu tövhid maarifi dərsinə də`vət edərdi.

Ustad adətən Allah aşiqləri üçün məğrib və işa namazlarından sonra məclis qurardı. Hansı məclisdə kimlərin iştirak edəcəyini xüsusi bir qayda ilə tə`yin edərdi. Bu seçimdə hər bir kəsin ilahi tərbiyədə keçdiyi mərhələ nəzərə alınardı. Bu yığıncaqlardan bə`ziləri iyirmi ilədək davam etmişdi.

Bu qəbil məclislərdə adətən şagirdləri tövhid maarifi ilə tanış edəcək məsələlər açıqlanardı. Səy göstərilərdi ki, iştirak edənlər göstərişləri yerinə yetirməkdə daha çox çalışıb, daha çox agahlıq əldə etsinlər. Eşitdiyim və ya bildiyim şeylərdən biri də budur ki, onların məclislərində Seyid ibn Tavusun “İqbalul- ə`mal” kitabından dualar oxunardı. Hafizin divanındakı qəzəlləri ustad özü şərh edərdi. Mə`rifət əhli buyuruqlarının şərhi onun böyük və dəyərli əsərlərindəndir.

səh:15

Əllamə Təbatəbainin mə`rifət dərslərindən ibarət olan “Ləbbül-bab” risaləsi, Seyid Bəhrül-ülumiyə məxsus mə`rifət kitabı, Saib Təbrizinin seçilmiş tövhidi şe`rləri məclisdə mütaliə olunan mənbələr idi.

Rəcəb və şə`ban aylarında bu iki aya məxsus dualar oxunar və araşdırılardı. Ramazan ayında bütün məclisləri dayandırar, öz mə`budu ilə xəlvətə çəkilər, gecə-gündüz raz-niyaza məşğul olardı.

İlin bütün günlərini Qumda olardı. Dostlarına mə`rifət yönümündə məsləhətlər verərdi. Əlbəttə ki, gündüzlər günortayadək elmi araşdırmalara məşğul olardı. Günortadan sonra axşam azanınadək bütün vaxtını şagirdlərə sərf edərdi. Tələbələrinin mə`rifətlə bağlı məktublarına cavab verərdi. Bu məktubların hər biri çox dəyərlidir. Şagirdlər həmin məktubları iftixarla əzizləyir. Bu məktublar bir yerə toplanıb çap olunarsa, həmin ilahi insandan böyük töhvə olar. Həmin məktublar əsasında onun tərbiyə üsulu ilə dəqiq tanış olmaq mümkündür. Bundan əlavə tələbələri, mə`rifət yolçusu olan dostlarını qəbul edər, onların problemlərinin həlli üçün bacardığını edərdi. İlahi yol yolçularına göstərişlər verərdi. Son illərdə pillələrlə qalxıb-enmək çətin olduğundan günortadan sonralar gələrdi. Girişə yaxın pillədə əyləşib sualları cavablandırardı. Bə`zən bu sorğu-suallar beş saat uzanardı. Məğrib və işa namazlarından sonra da daim məclisləri olurdu. Ətrafındakıların əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirirdi.

səh:16

Tarixini unutmuşam, bir gün onun hüzurunda söhbətlərindən feyz alırdıq. O buyurdu: “Əllamə Təbatəbaidən ilahi yol, mə`rifət səfəri ilə bağlı göstərişləri aldıqdan sonra, əksər yetirmələrinin iş ardınca getdiyi bir vaxt hiss etdim ki, Əllamə mə`nəvi təkamülü ilə bağlı nailiyyətlərini açıqlamaqdan çəkinir. Çalışırdım ki, onu bir yolla danışdırım. Hər gün suallar hazırlayır, onun xidmətinə gedib danışdırmağa sə`y göstərirdim. Dediklərini qəlbən qəbul edir, sonra bütün söylədiklərini yazırdım. Onun buyurduqlarını mə`rifət əhlinin buyuruqları ilə tutuşdururdum. Əllamə mə`rifət əhlinin işlətdiyi terminlərdən istifadə etməzdi. Şeyx Əli Ağa Pəhləvani bildirir ki, Əllamə Təbatəbai çox qapalı bir adam idi və soruşulmayan bir şey haqqında danışmazdı. Onun nəzərincə, Əllamənin özü ilə apardığı tövhid sirləri açıqladığı sirlərdən qat-qat artıq olmuşdur.

Şeyx Əli Ağa Pəhləvani Əllamənin həyatı dövründə onun dəyərli xəzinəsi vasitəsi ilə şagirdlər tərbiyə etməyə başlamışdır.

O, ilahi mə`rifət yolunda çox aram idi. Addımları sabit bu insan lətif, sıxıntısız göstərişlər verərdi. Çox çalışardı ki, şagird bir mərhələni tam başa vurmamış o birinə keçməsin. İlkin mərhələlərdə büdrəyənlər çox olur. Ustad mə`rifət yolçusunu ağır yükləməz, onun agahlıqla hərəkət etməsinə çalışardı. Şagirdlərin yuxuda və ayıq vaxtı rastlaşdıqları ruhiyyə ustadın dərslərinin məhsulu idi. Şeyx Əli Ağa Pəhləvani hər bir şagirdə diqqətlə nəzarət edirdi. Onların hər əməldə sabitqədəm olmasına çalışırdı. Xarakter, ruh və cisim baxımından yolçunun sağlamlığı mühüm sayılırdı. Qədim tibbdən səh:17

mə`lumatlı olan ustad şagirdlərinə bu yönümdə də məsləhətlər verirdi. O sağlam orqanizmi ilahi mə`rifət yolçusu üçün e`tibarlı minik sayırdı. Daim tapşırırdı ki, şagirdlər sağlamlıqlarını qorusunlar. Bildirirdi ki, belə olmasa yaşa dolanda ibadət çətinlik törədər.

Çox sadə göstərişlər verirdi. Zahirən sadə olan bu tapşırıqların batinində böyük tə`sir vardı.

Bir gecə buyurdu: “Dostlardan birinin (şagirdləri haqqında danışanda həmişə belə deyərdi) yaxın qohumu ayaqlarının revmatizmindən əziyyət çəkirdi. Məndən dərman istədilər. Dedim ki, ayaqyoluna gedəndə özünü pakladıqdan sonra hökmən parça ilə qurutsun. Bu rütubət ayaqlara pis tə`sir göstərir. Cavanlıqda da olmasa, qocalıqda insan ayaq ağrılarından əziyyət çəkir. Tövsiyəni xəstəyə çatdırdılar. Bir müddət sonra həmin şəxsin sağaldığını bildirdilər.

Həmişə tapşırardı ki, dəstəmaz aldıqdan sonra yaş əllə libasın qollarını aşağı salmasınlar. Bu işin bədən üçün zərərli olduğunu bildirirdi. Deyirdi ki, dəstəmaz suyu ilə islanmış paltar bədənin istisi ilə quruduqda mənfi tə`sir göstərir. Onun nəzərincə, bir çox sümük və əzələ ağrılarının səbəbi bu idi.

SƏMAVİ HAL VƏ FƏZİLƏTLƏR

Şeyx Əli Ağa Pəhləvaninin mə`nəvi kamillikləri və ürfani halı ilə bağlı mə`lumat azdır. O daim diqqəti cəlb etməməyə çalışardı. Hətta ən yaxın şagirdlərinə də yalnız zəruri sözləri deyərdi. Təsadüfi hallarda öz halından danışardı. Bə`zən qarşı tərəfi oyatmaq üçün

səh:18

müəyyən nöqtələri açıqlayardı. Buyururdu ki, hansısa halları əldə etməyə yox, bəndə olmağa çalışmaq lazımdır. Sirli müşahidələrini gizləyə bilməyən insan, ustadın nəzərincə, məqsədə çətin çatar. Övliyaların dilindən nəql edərdi ki, ariflər üçün kəramət qadın üçün aylıq adət kimidir. Yə`ni ariflər öz kəramətlərini bildirməyi ayıb sayır, imkan həddində bu nöqtələri gizləyirlər. Həzrət axund molla Hüseynqulu Həmədani uca mə`rifət məqamına çatdıqdan sonra bildirir ki, arif öz müşahidələrini açıqlamaqdan çəkinməlidir. O öz kamilliklərini bir tərəfə qoyub Allahın sonsuz nuraniyyətinə qərq olmalıdır.

Bəli, cənab Şeyx, heç şübhəsiz, axund molla Hüseynqulu Həmədaninin sadiq ardıcıllarından olmuşdur. Onun üslubu ilə tanış olanlar şeyxi öz dövrlərinin molla Hüseynqulusu saymışlar. Hətta bu mövzuda bir lətifə də danışılır: Şeyxin hüzurunda olmuş bir şəxs belə nəql edir: Mən mə`nəvi məsələlərə könül verib ustad arxasınca gəzdiyim vaxt hər kəsə əmin ola bilmirdim. Əmin deyildim ki, onlar məni mə`rifət yoluna sövq edə bilər. Həmin vaxtlar axund molla Hüseynqulu Həmədanidən kömək istədim. İstəyimin nəticəsi bu oldu ki, Qumda Şeyx Əli adlı birinin ünvanını verdi. Ünvan əsasında Qumun qədim küçələrini dolaşa-dolaşa deyilən yeri tapdım. Qapını döydüm, çox keçməmiş nurani çöhrəli bir qoca çıxdı. Şeyx Əlinin mənzilini soruşdum. O, Şeyx Əli olduğunu bildirib istəyimi soruşdu. Ondan mə`rifət yolu üçün göstəriş istədim. Həmin vaxtdan başlayaraq Şeyxin tapşırıqlarından bəhrələndim. səh:19

Təəccüb edirdim ki, ustad axtardığım halda belə bir şəxsi necə tanımamışam!

Dövrünün tanınmışlarından və Əllamə Təbatəbainin ilk şagirdlərindən olan mərhum Hacı Şeyx Mahmud Təhriri nəql edir ki, yuxuda mənə dedilər: “Cənab Şeyx Əli Ağa Pəhləvani bizim dövrümüzün axund molla Hüseynqulusudur.”

Doğrusu, Allah-taala bizim dövrümüzdə öz aşiqlərini heyrətdən, qeyri-müəyyənlikdən və qəflətdən qurtarmaq üçün bu nəfis və ilahi insanı hədiyyə etmişdi. O canıyanan bir ata, şəfqətli təbib kimi qapısını aşiq tələbələrin üzünə açmış, bütün ömrünü bu yolda sərf etmişdi. O öz varlığını mə`rifət təmənnasında olanlara qurban vermişdi. Bu yolda çox çətinliklər çəkmişdi. İnsanları Allah yoluna yönəltmək vəzifəsini öhdəsinə götürmüş bir şəxs, təbii ki, onların ziddiyyətli xarakterlərinə, cəhalətlərinə, hörmətsizliklərinə, itaətsizliklərinə dözməlidir. Ustad bu yönümdə böyük səbir və dözüm göstərirdi. Onun üçün ən əsası müraciət edənlərin dərdinə şərik olmaq, öz lətif ruhu ilə haqq yolçularına əl tutmaq idi.

Bir gecə onun hüzurunda olduğumuz vaxt

əmmaməsini səliqəsiz hazırlamış tələbələrdən birinə

buyurdu: “Nə üçün əmmamən belədir? Tələbə səliqəli

olmalıdır. Əmmaməni özün hazırlamısan?” Həmin

tələbə cavab verdi: “Bəli, ağa. Bu işi yaxşı

bacarmıram.” Ustad buyurdu: “Eybi yoxdur, əmmaməni

ver, sənə necə hazırlamağı göstərim.” Ustad uzun-uzadı

sorğu-suallardan sonra yorğun olmasına baxmayaraq

tələbənin əmmaməsini açıb səliqə ilə qatlamağa başladı.

səh:20

Tələbəyə “diqqətlə bax” söylədi. Ona ürək-dirək verirdi:

“İnşallah, öyrənərsən. Çətin iş deyil.” Sonra tələbənin

əmmaməsini öz başında hazırlayıb ona təqdim etdi.

Buyurdu: “Nə vaxt əmmaməni çıxarsan, onu təmiz bir

dəsmala bük. Dəsmal onu həm çirklənməyə, həm də

əzilməyə qoymaz.” Həmin gecə ustad çox səmimi və

mehriban idi. Arabir gülümsünürdü.

Onun bu səmimiyyəti heç vaxt tələbələrin yadından çıxmaz. Bir dünya mə`rifət və tövhidi rəngə malik olan insanın bu qədər sadə olması təəccüb doğururdu. Bütün bu mehribanlıq və gözəlliklərin əvəzini hansı yazı və ya addımla çıxmaq olar?! Belə bir insan qarşısında təvazö etməmək mümkünsüzdür. Təəccüblüdür, necə olur ki, insan bir ömür yaşayır və ətrafındakılar ondan kiçik bir günah da görmür? Daimi mücahidəsiz belə bir hal əldə etmək olarmı? Necə olur ki, şagirdləri ondan yalnız mə`buda eşq, diqqət, özü ilə hesab və göz yaşı müşahidə edir? Bəli, fəzilət və həqiqi iman budur! Əmirəl-mö`minin (ə) buyurur: “Elm bəsirət və agahlıqla onlara üz tutdu, canlarına hopdu. Onlar əmin bir ruhla həmağuş oldular.”(1) Bəli, həzrətin bu kəlamı öz təcəllasını tapır. Mübarək ramazan ayının axır ongünlüyünün duasında uyğun tövhid aramlığına işarə edilir.(2) Bəli, insan öz imanı ilə nuraniləşir və ustad belələrindən idi.

Haqq yolçuları sırasına qatılmaqda Allahın yardımından bəhrələnmiş bir dost çətinliyə düşənlərdən birinə belə söylədi: “Dükandan bir araqçın al, ver hacı

səh:21


1- [6] “Nəhcül-bəlağə”, hikmət 147
2- [7] “Məfatihul-cinan”, mübarək ramazan ayının son ongünlüyünün duaları

Şeyx Əli Ağa Pəhləvaniyə, onun araqçınını alıb başına qoy. Bunun sənə faydası var.” Həmin şəxs nəql edir ki, ustadın göstərişinə əməl edib, dükandan bir araqçın aldım. Onu hacı Şeyx Əli Ağaya verib araqçınını istədim. Şeyx razılaşsa da mənim aldığım araqçın bir qədər kiçik oldu. Şeyx səmimiyyətlə mənim gətirdiyim araqçına dua oxuyub mənə qaytardı. Mən araqçının faydasını gördüm. Bir müddət sonra yenidən araqçın almaq üçün həmin dükana üz tutdum. Amma həmin yerdə dükandan əsər-əlamət yox idi.

Şeyxlə ünsiyyət insanı qəflətdən oyadırdı. Həftədə bir dəfə görüş növbəti görüşədək insanın qəlbini qəflətdən qoruyurdu.

Şübhəsiz ki, bütün bu bərəkətlər həzrət Peyğəmbərin (s) nurundandır. Salam ibn Müstənir belə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim. Hümran ibn Əyən oraya gəlib imama sual verdi. İmam onun suallarını cavablandırdı. Ayağa qalxıb getmək istəyəndə imama belə ərz etdi: “Allah ömrünüzü uzun etsin, sizin xidmətinizdə olanda qəlblərimiz yumşalır, dünya qəmindən qurtuluruq, aramlıq tapırıq, xalqın əlində olandan gözümüzü çəkirik. Elə ki bazara, xalq arasına çıxırıq, dünyaya rəğbətimiz artır.” İmam (ə) buyurdu: “Bu, qəlbin xasiyyətidir. Bə`zən bərkiyir, bə`zən yumşalır. Peyğəmbərin (s) yaxınları ona ərz etdilər ki, münafiq olmaqdan qorxurlar. Peyğəmbər (s) bu qorxunun səbəbini soruşdu. Dedilər: “Nə qədər ki, sizin xidmətinizdəyik, bizə nəsihət edirsiniz, bizə axirəti xatırladırsınız, Allahdan qorxur, dünyanı yaddan çıxarırıq. Sanki behişt və cəhənnəmi gözümüzlə

səh:22

görürük. Elə ki, sizin hüzurunuzdan qalxıb evimizə gedir, övladlarımızın qoxusunu duyuruq, halımız dəyişir, imansız adam kimi oluruq. Ya rəsuləllah, bu halda bizim münafiq olacağımızdan siz də qorxursunuz?” Həzrət buyurdu: “Heç vaxt! Bu qəlbiqaralıq şeytandandır. O sizi dünyaya yönəltmək istəyir. Əgər siz əvvəlki halda qala bilsəydiniz mələklər sizi salamlayardı, suyun üzəri ilə yeriyərdiniz...”(1)

Bəli, cənab Şeyx həzrət Peyğəmbərin (s) həyat yolunu, xarakterini izləyirdi. Onun məclisləri də çox cazibədər və tə`sirli idi.

Şagirdlərindən biri bazar ertəsi günü yuxuda görür ki, insanlar ustadın evinə axışır və gələnlərin hər birinin çiynində iki meymun var. Onlar ustadın qapısına çatdıqda meymunlar düşür və onlar içəri daxil olurlar. Həmin adamlar şeyxin mənzilindən çıxanda meymunlar yenidən onların çiyninə qalxır. O öz yuxusunu danışdıqda Şeyx belə cavab verir: “Onlar şeytanlardır. Onların bizim mənzilə daxil olmağa haqqı yoxdur.”

Bəli, haqq yolçusu Me`rac hədisində buyurulan xüsusiyyətlərə malik olmalıdır. Arifdə elə bir nur olmalıdır ki, onun araqçını da aşiqlərinin müşkülünə tə`sir göstərsin. Cənab Şeyx mə`rifət və tövhid zirvəsində olmasına baxmayaraq nəsihətlərində özünü qarşı tərəfdən ayırmaz və deyərdi: “Hər birimizin müşkülü var, əməllərimizə diqqətli olmalıyıq.” Şagirdlərinə də

səh:23


1- [8] “Üsuli-kafi”, c.4. s.164

tapşırardı ki, söhbətlərində özlərini xalqdan ayırmasınlar.(1)

Şeyxin həyatı ibadət, dua, göz yaşları ilə keçərdi. Məclislərində isə daim inqilabi əhval-ruhiyyə olardı. Həyatı başdan-başa paklıq və nəcabət, iffət və həya idi. Çöhrəsində ilahi bir nuraniyyət vardı. Məclislərdə müşahidə edirdim ki, dostlar ustadın göz yaşlarına baxıb ağlayırlar. Dəfələrlə mənim kimi qəflətdə olanlara deyərdi: “Diqqətli olun, bu ne`mət həmişəlik deyil, bir gün süfrə yığışacaq.”

Hicri-qəməri 1374-cü ildə onun hüzurunda olduğum vaxt buyurdu: “Ərəb arifləri öz məclislərini İbn Farizin şe`rləri ilə hərarətə gətirirlər. Onlar xəlvətdə öz mə’budları ilə İbn Farizin dili ilə danışırlar. Əllamə Qazi, İmam Xomeyni kimi böyük şəxsiyyətlər də onu sevmiş, şe`rlərini oxuyub bəhrələnmişlər.

Mən də həmin şe`rlərə maraq göstərir, onları oxuyuram. Ustad buyururdu: “Höccətiyyə mədrəsəsində olduğum vaxt həmin şairin dörd yüz beytini şərh etdim. Təklikdə şe`rləri oxuyur ağlayırdım.” Ustad buyurur ki, həmin vaxtlar uyğun şe`rləri elmi baxımdan daha yaxşı şərh edən bir qələm sahibi gördüm. Həmin şəxs əməli baxımdan diqqəti cəlb etməsə də, şərhi gözəl idi. Buna görə öz şərhlərimi dayandırdım.”

səh:24


1- [9] “Höccətül-islam hacı şeyx Məhəmməd Əli Mücahadi ilə söhbətdən

Bir dəfə onun şagirdlərindən biri ilə görüşdüm. Ustadın haqqında deyirdi: “Böyük ustadımız Şeyx Əli Ağa Pəhləvani bir gün buyurdu: “Bir gün yuxuda gördüm ki, hamamdayam və hamamın xəzinəsində yuyunmaq istəyirəm. Xəzinənin suyu bir qədər bulaşıq idi. Yuxudan oyanıb bütün işlərimi nəzərdən keçirdim. Yadıma düşdü ki, həmin gün əsirlikdən qayıtmış qonşuya dəyməyə gedəndə o ehtiyac olmayan qədər işıq yandırmışdı. Mənim getməyim bir növ bu işin təsdiqi idi. Bulaşıq suda yuyunmaq istəməyimə başqa izah tapa bilmədim.” Şeyxin bu sayağı yuxuları onun özünə diqqətli olmasından danışır. O bütün əməllərinə, düşüncələrinə beləcə qayğılı idi. Görüşündə olduğum vaxt boş yerə əlini tərpətməz, pisliyə danışmaz, kiməsə münasibətdə bədgüman olmazdı. O, qəlbinə nəzarət edirdi. Oddan və ya torpaqdan yaranmış kimsə onun qəlbinə yol tapa bilməzdi.

Mə`budun eşqinə yer olsun deyə

Qəlbimdən çıx dedim iki dünyaya.

Əhli-beytin (ə) nurani məqamını düzgün dərk etməklə onları uca tutur, onların ziyarətində misilsiz bir ədəb göstərirdi. Mə`nəviyyat dostlarından biri belə söyləyir: “Hicri-qəməri 1382-ci il cəmadiüs-sani ayının on yeddisində cənab Şeyxin görüşündə oldum. Ərz etdim ki, Məşhədə getmək istəyirəm, mənə bir tövsiyə verin. O buyurdu: “Qədim vaxtlar səhhətim yaxşı olanda imam Rizanın (ə) ziyarətinə gedib əllərimi qapı və divarlara qoyar, “Kəhf” surəsinin 18-ci ayəsini

səh:25

oxuyardım. (Ayədə buyurulur ki, Kəhf əshabının iti pəncələrini mağaranın qapısına qoymuşdu.)”

Şeyx bu sözləri deyəndə bərk ağlayırdı. Gözlərindən sel tək yaş axıdır, sözünü davam etdirə bilmirdi. Bir qədər keçdikdən sonra sakitləşib buyurdu: “Çalışın, imam Mehdi (ə) tərəfindən də ziyarət edin.”

Cənab Şeyxin Qum elmi hövzəsinin əxlaq ustadlarından olan bir şagirdi belə nəql edir: “Ustad həzrət Mə`sumənin qəbrini ziyarət etmək istədikdə xəcalət duyar və buyurardı: “Məndə onun nurani hərəmini ziyarət etmək ləyaqəti yoxdur.” Sonra arif şair mərhum Fəxrəddin İraqinin şe`rini oxuyardı:

Təvafa getmişdim, dedilər olmaz,

Sən kimilər burdan yolunu salmaz.

OTUZ İL ƏLLAMƏ TƏBATƏBAİNİN HÜZURUNDA

Cənab hacı Şeyx Əli Ağa Əllamə Təbatəbainin hüzurunda ciddi təlaşlar göstərmiş, onun tövhid maarifi nurundan bəhrələnmişdir. Ustad hacı ağa Eydi Xürrəmabadi Səadətpərvərin dilindən belə nəql edir: “Otuz il Əllamənin hüzurunda oldum. İki dəfə dərsində iştirak edə bilmədim. Bir dəfə qızlarımdan birinin toyu idi, bir dəfə də dərsə gedərkən yolda evinin üstünü təmizləyən seyidə kömək etmək qərarım mane oldu. Həmin vaxt düşündüm ki, ustad bu qocaya kömək etməyimi dərsdən üstün tutar.

səh:26

AYƏTULLAH HACI ŞEYX ƏLİ ƏKBƏR BÜRHAN

Allah-taalanın lütf əli öz övliyalarının üzərinə kölgə salır. Bu diqqət sayəsində insanlar tərbiyələnir. Allahın diqqəti hacı Əli Ağa Pəhləvaninin həyatında da özünü göstərirdi. Bu böyük insan Tehranın ən üstün və pak şəxsiyyətlərindən bəhrələnmişdi.

Söhbətin bu məqamında ustadın özündən və şagirdlərindən eşitdiyim bə`zi nöqtələri qeyd edirəm.

Ustadın hörmətlə yada saldığı şəxslərdən biri mərhum hacı Şeyx Əli Əkbər Bürhan idi. Ustad bu şəxslə görüşü ilahi tövfiq sayırdı. Hicri-qəməri 1374-cü ildə xidmətində olduğumuz vaxt mərhum Bürhanın adı çəkildi. Həmin vaxt ustad buyurdu: “Həqiqətən, o bizim ikinci ustadımız sayılır. Əllamə Təbatəbaidən sonra onun zəhmət və haqqı birincidir.”

1374-cü ildəki görüşlərdən birində belə buyurdu: “Tehranda Bürhan adlı bir şəxs vardı. O pak alimlərdən, ilahi insanlardan, Əllamə Qazinin şagirdlərindən idi. O, Tehranın məqama çatmış insanlarından idi və şagirdlərini də mənzilə yönəldə bilirdi. Hər il İraqa mə`sumların ziyarətinə və Əllamə Qazinin görüşünə gedirdi. Kə`bə ziyarətinə getdiyi vaxt dünyasını dəyişdi və həmin müqəddəs məkanda dəfn olundu. Tehrandakı Lorzadə məscidi onun zəhməti ilə tikilib.

MİRSEYYİDƏLİ MÜFƏSSİR

Cənab ustadın faydalandığı nurani şəxsiyyətlərdən biri də Ayətullah Mirseyyidəli Müfəssirdir. 1379-cu ilə

səh:27

təsadüf edən məclislərdən birində buyurdu: “Mirseyyidəli Müfəssir insan tərbiyə etmiş alimlərdən idi. Onun tərbiyə etdiyi şəxslər cəmiyyətin salehlərindən idi. Gənclik yaşlarımda onun xidmətində olmuşdum.”

Mərhum Şeyx Məhəmməd Hüseyn Zahid onun şagirdlərindən olub. Mirseyyidəli Müfəssir bə`zən ağır ictimai durumdan, xalqın ağır vəziyyətdə olmasından tə`sirlənib bu şe`ri oxuyardı:

Elə ki, hökm olur məstlər tutula,

Tutulur hər kim ki, küçədə ola.

“ONA DE Kİ, HƏMİN MAŞINLA GƏLMƏSİN.”

Cənab Şeyx Əli Ağa Səadətpərvər Pəhləvani elə bir insan idi ki, onu tanımaq üçün illər uzunu hüzurunda əyləşməli idin. Onun ilahi nəfəsi insanlar üçün böyük bərəkətə malik idi. Kimsəni incitməz, istənilən bir şəkildə insanlara xidmət etməyə çalışardı.

Birbaşa kömək etmək imkanında olmadığı şəxslərə mə`nəvi baxımdan xeyir verməyə sə`y göstərərdi.

Ustadın şagirdlərindən biri belə nəql edirdi: Ustadın ömrünün son ilində təbliğ üçün məntəqələrdən birinə getmişdim. Ramazan ayı tamam oldu. Geri qayıdarkən bir maşın tapıldı və Quma gəlmək üçün müəyyən adamlar toplaşdı. Yola çıxmaq istəyərkən dostlardan biri cib telefonuma zəng vurub dedi: “Yuxuda qoca bir kişi gördüm. Söylədi ki, həmin maşınla yola çıxmasın. Çox məcbur olsa istixarə etsin.” İstixarə etdim, pis gəldi. Nəzir etdim ki, Şiraza çatan kimi Yeddi tən qəbrinin kənarında həzrət Əbülfəzl rövzəsi oxuyacağam. Bundan sonra istixarə etdim,

səh:28

yaxşı gəldi. Biz maşına minib sağ-salamat Quma çatdıq.

Bir neçə ay sonra ustad dünyasını dəyişdi. Mənə zəng vurub yuxusunu danışan şəxs ustadın şəkilini görüb söylədi: “Bu həmin yuxuda gördüyüm şəxsdir. Mə`lum oldu ki, ustad bizi nə qədər sevirmiş.”

Bir dəfə Məşhədə getmək istəyirdik. Ağa buyurdu ki, nəzərdə tutduğunuz maşınla getməyin. Biz də ona qulaq asıb getmədik. Sonradan bildik ki, Məşhədə yola düşən həmin maşın qəzaya uğrayıb və bütün müsafirlər Quma qayıdıblar.

“ƏŞHƏDÜ ƏNNƏ ƏLİYYƏN VƏLİYULLAH” KƏLMƏLƏRİNİN TƏSİRİ

Hicri-şəmsi 1374-cü ilin aban ayında ustadın şagirdlərindən birinin xidmətində idim. Hacı Şeyx Ağa Əli Pəhləvanidən söz düşdü. Ustadın şagirdi buyurdu: “Ustad öz müşahidələrindən biri haqqında belə danışırdı: “Bir gün azançı azan verərkən “Əşhədü ənnə Əliyyən vəliyyullah” kəlmələrini deyəndə halım dəyişdi, özümü Kərbəlada gördüm. Seyyüdüş-şühədanın (ə) qəbri öncə bir çökəkdə yerləşirdi və pillələri vardı. Mən yuxarıdan baxırdım. Qəbir olan yerdən bir nur qalxdı. Bir biganə də gəlib boylandı. Qəfildən nur arasından bir od çıxıb onu kənara atdı. Həmin müşahidəm zamanı mənə tövhid maarifi əta olunmuşdu. Orada gördüklərim adi həyatda bir ay çəkərdi. Özümə

səh:29

gələndə hələ azançı Əşhədu ənnə Əliyyən vəliyyullahkəlmələrini bitirməmişdi.”

XANIM FATİMƏDƏN BİR MÜŞAHİDƏ

Hicri-qəməri 1425-ci ilin ramazan ayı ötmüşdü. Şeyx buyurdu: “Ramazan ayının iyirmi dördüncü gecəsi yarıdan ötmüş gözümə xanım Fatimə (s) göründü. Əyninə sarı libas geyinmişdi. Bə`zi nöqtələri açıqladı. Anladım ki, onun övladlarına qarşı hörmətsizlik özünə qarşı hörmətsizlik kimidir. Əgər bir şəxs bir seyyidə xanımı vurarsa, xanım Fatiməyə (ə) əl qaldırmış kimidir. Həmin haldan sonra bir saat özümə gələ bilmədim. Dayanmadan ağlayırdım.Ustad bu sözləri danışanda ağlayırdı. O buyurdu: “Bilmirəm xanım bu sözləri mənə nə üçün dedi? Olsun ki, dostlarım arasında elə birisi var ki, seyyidə xanımını və ya seyyid övladlarını incidir. Bu işdən uzaq olun. Anası seyid olan da seyyid hökmündədir. Onlara da hörmətsizlik etməyin, onları da vurmayın.” Ustad bütün bu sözləri deyərkən ağlayır, həyəcanlanırdı.

Arif hacı Şeyx Əli Ağa Pəhləvani buyururdu: “İmam Xomeyninin (r) ustadı Ayətullah Şahabadi övladlarına deyirdi: “Oğlum, gecələr yatan vaxt Ayətəl-kürsi oxu, sonra yat.” Oğlan da Ayətəl-kürsinin birinci ayəsini oxuyub yatarmış. Bir gecə yuxuda xanım Fatiməni görür. Xanım ona buyurur: “Oğlum, Ayətəl-kürsi “fi ha xalidun” ifadəsinə qədər üç ayədir.” Oğlan yuxudan oyanıb yuxusunu atasına danışır. Atası buyurur: “İki çətinliyim həll oldu. Biri Ayətəl-kürsinin üç ayə olması,

səh:30

ikinci anası seyid olanın seyid olması.” Ayətullah Şahabadinin xanımı seyyidə idi. Alim xanım Fatimənin (ə) onun övladına “oğlum” deməsindən belə bir qənaətə gəlmişdi.

SABAH HESAB GÜNÜDÜR

Höccətül-İslam hacı Seyid Mustafa Hərəndi buyururdu: “Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin hüzurunda idim. O buyurdu: “Nəql olunur ki, Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl yoxdur.” Bu hədisdən sonra buyurardı: “Səhhətim imkan verdiyi vaxtlar və cümə axşamları qəbiristanlığa gedərdim. Bir gün orada halım dəyişdi, qəbirlərin açıldığını gördüm. Qəbirdəkilər çox yorğun vəziyyətdə, həyəcan içində idilər. Anladım ki, bu dünyadan köçəndən sonra əməlin faydası yoxdur. Əməl yeri bu dünyadır və hesab yoxdur. Sabah isə hesab olacaq, əməl olmayacaq.

XƏRABAT

Ustadın şagirdlərindən biri belə nəql edir: Bir müddət belə qənaətə gəlmişdim ki, ustadın hüzurundan lazımınca istifadə edə bilmirəm. Bu xəyallarla onun maarif dərsinə getməmək qərarına gəldim. Bir gün sübh namazından sonra Əllamə Təbatəbai gözümə göründü. Belə bir şe`r oxudu:

Əlin əlindəsə, buraxma gəl sən,

səh:31

Əlin çıxsa özün çıxarsan əldən.

Bu əhvalatı hacı ağa Səadətpərvərə danışdım. Buyurdu: “Əllamənin bizə tövsiyələri olub. Amma haradadır eşidən qulaq?!Ərz etdim ki, bu şe`r kimdəndir? Buyurdular: “Xərabatdan.”

RƏCƏBİYYƏ GÖRÜNTÜLƏRİ

Hicri-qəməri 1385-ci ilin xordad ayında hacı ağa Mücahidi ilə söhbət zamanı eşitdim ki, arif Şeyx məclislərindən birində buyurub: “Rəcəb ayının son gecələrindən birində gecə yarı məni oyatdılar. Hiss etdim ki, kimsə qapını döyür. Durub qapını açdım. Kimsə yox idi. Anladım ki, burada bir məqsəd var. Dəstəmaz alıb ibadətə başladım. Həmin gecə mənə lütf olundu.” Cənab ustad buyurur: “Mənə “Həyy” və “qəyyum” adlarını dərk etdirdilər. Bu rəcəb ayının hədiyyəsi idi. Allah-taalanın “Həyy” və “qəyyum” adları özündə bir çox sifətləri toplayan adlardandır. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, Ayətəl-kürsi ayələrin seyididir. Bunun səbəbi həmin ayələrdəki “Həyy” və “qəyyum” adları ola bilər. Allah-taala buyurur: “Allahu la ilahə illa huvəl həyyul qəyyum...”(1)

səh:32


1- [10] “Bəqərə”, 255

HURUL-EYİNLƏR ARASINDA

Ustadın qədim şagirdlərindən biri nəql edir ki, məclislərdən birində buyurmuşdur: “Bir gecə yuxuda hurul-eynlər gördüm. Məni əhatəyə almışdılar. Gözəllikdə misilləri yox idi. Mən dünya həyatındakı adətimə uyğun olaraq başımı aşağı salıb onlara baxmaq istəmədim. Amma onlar məni buraxmırdılar. Bu vaxt onlardan biri gözəl səslə dedi: “Bizi tanımırsan? Biz sənin dünən gecəki əməllərinik.” Yuxudan oyandıqdan sonra nə qədər düşündümsə hansı əməllərimdən söhbət getdiyini anlamadım. Bəli, gözəl əməl bu sayağı cazibəli cilvələnir. Bə`zən qəflət yuxusundan oyanmağımız üçün belə görüntülər olur.”(1)

SEVDİYİNİZ ŞEYLƏRİ BURAYA GƏTİRMƏYİN!

Ustad bir gecə məclisdə buyurdu: “Kəşf aləmində (ruhani aləmdə) gördüm ki, hamınız ayaqqabılarınızı otağın içindəki taxçaya düzmüsünüz və onlar par-par parıldayır. Ağalar, bunlar sizin sevdiyiniz şeylərdir, onları özünüzlə buraya gətirməyin.”

USTADIN HÜZURU

Hacı Şeyx Əli Ağanın hüzuru mələklərin və ilahi insanların toplandığı nurani bir hüzur idi. Ustadın hüzurunun başqa bir dadı, başqa bir zövqü vardı. Ustadın və onun şagirdlərinin simasında iman və

səh:33


1- [11] “Qəmər”, 55

mə`rifət nuru bərq vururdu. Bu məclislərdə Allahın övliyaları yada salınır, onların ilahi səciyyələri zikr olunurdu. Həmin məclislərə zinət verən bə`zi nöqtələri yada salaq.

MİRZƏ ƏLİ AĞA ŞİRAZİ

Ustad hacı Şeyx Məhəmməd Əli Mücahidi Nəcəfabadi hicri-qəməri 1426-cı il, Qurban bayramı günü Nəcəfabadda söhbəti zamanı buyurdu: “Bir cümə günü hacı Mirzə Əli Ağa Şirazi qoltuğunda hamam boxçası sür`ətlə gedirdi. Ömrünün axır günlərində beli bükülmüşdü. Amma inqilabi bir əhval-ruhiyyədə idi. Daim gözləri yaşlı olardı. Özümü ona çatdırıb boxçasını aldım və hamamadək ötürdüm.”

TƏBLİĞ, YOXSA TƏRBİYƏ?

Hicri-şəmsi 1376-cı ilin mehr ayında onun hüzurunda olduğum vaxt təbliğdən söz düşdü. Ustad buyurdu: “Bir müddət təbliğə gedəndən sonra vəzifəmlə bağlı tərəddüdə düşdüm. Mənə elə gəldi ki, vəzifəm hövzədə qalıb tələbələrin əxlaqı ilə məşğul olmaqdır. Buna görə də bir daha təbliğə getmədim. Otuz beş ildir ki, tələbələrlə məşğulam. Təlaş göstərin. Bu şərait həmişə olası deyil. Bir vaxt bu çıraq sönər və həsrət çəkərsiniz.”

MOLLA ƏLİ KƏNİNİN BUYURUĞUNUN TƏ`SİRİ

Hicri-şəmsi 1376-cı il məclislərin birində sözünün sonunda buyurdu: “İnsan olun, özünüzü islah edin ki,

səh:34

sizi eşitsinlər, xidmət edə biləsiz.” Sonra buyurdu: “Qacar sarayında xidmət göstərənlərdən biri nəql edirdi ki, bir gün taxçaları təmizləyəndə bir kağız tapdım. Kağızda bir dükançının əhvalatı yazılmışdı. Tehranda yol genişləndirilərkən bu kişinin dükanını sökmək lazım gəlir. Fəthəli Şah Qacar molla Əli Kənidən soruşur ki, bu işi görə bilər, yoxsa yox? Qacara cavab olaraq molla Əli Kəni yalnız bir cümlə yazır: “Ələm tərə kəyfə fəələ Rəbbukə bi əshabil-fil.” Ustad bu ayəni Qacarın nəzərinə çatdırmaqla dükanı sökməyin zülm olduğunu bildirir. Fəthəli Şah Qacar molla Əli Kəninin sözü ilə fikirindən daşınır.” Ustad həmin dükanın ünvanını da söylədi.

YAZILARIN SUYA ATILMASI

Hicri-qəməri 1427-ci ilin şə`ban ayında onun görüşündə idim. Buyurdu ki, bir dəfə bütün yazılarını çaya atıb. Əllamə Təbatəbainin də Nəcəfdən qayıtdığı vaxt bütün yazılarını çaya atdığı söylənilir.

YUXUNUN BİZƏ ÇATMAMIŞ ZİKİRLƏRİ VAR

Hicri-şəmsi 1375-ci ildə ustadın xidmətində olduğum vaxt Allahın “həyy” sifətindən söz düşdü. Ustad buyurdu: “Allahın “həyy” sifətində bir çox adlar toplanmışdır. Allahı “həyy” adı ilə çağırmaq Onun bir çox adlarını dilə gətirməkdir. Bir dəfə mənə yuxuda dedilər ki, axund Hüseynqulu Həmədani kitablarda

səh:35

yazılmış göstərişlərdən əlavə göstəriş və zikirlər bilir. Mən yuxumu yazıb Əllamə Təbatəbainin yanına gəldim. Həmin məktub uzun müddət onun yanında qaldı və sonda itdi. Mərhum Təbatəbai məktub əhvalatını qardaşına danışmışdı. Bir gün mənzilində onunla görüşdüm. Qardaşı ağa seyid Məhəmməd Həsən İlahi Təbrizi orada idi. Ustad ağa İlahiyə dedi ki, haqqında danışılan məktub ona aiddir və Allahın adlarından bildiklərini söyləsin. Ağa seyyid Məhəmməd Həsən İlahi buyurdu: “Qoy “ya həyy” desin.Mərhum Əllamə buyurdu: “Ya” hissəsinə ehtiyac yoxdur, qoy “Həyy” söyləsin” Bəli, mənim ustadım o idi, halımı daha yaxşı bilirdi. Bir sözlə, ağa seyid Məhəmməd Həsən İlahi də inanırdı ki, “həyy” adında bir çox adlar toplanıb. Mərhum ağa Əllamənin təfsirinin birinci cildində və “Vəsaili-səb`ə”də yazılanlardan da mə`lum olur ki, “həyy” sifətində bir çox vəsflər var.

TANINMAMIŞ QALSAM DAHA YAXŞIDIR

Hicri-şəmsi 1375-ci ildə ustadın son təhsil yığıncağı idi. Dostlardan biri Şeyx Əli Ağaya ərz etdi ki, sizinlə birlikdə şəkil çəkdirmək istəyirik. Ustad buyurdu: “Mənim üçün tanınmamaq daha yaxşıdır. Əllamə Təbatəbai nəql edirdi ki, mərhum Qazi şəkil çəkdirməyi bir təsvir nümunəsi kimi haram sayırdı. Bu səbəbdən də heç vaxt şəkil çəkdirməzmiş. Bir gün ağa pula ehtiyacı olduğundan torpağını satmaq istəyir. Ona deyirlər ki, bu işin həyata keçməsi üçün vəsiqənizdə şəkliniz olmalıdır. Bir sözlə, ustad şəkil çəkdirməyə məcbur olur. Onun

səh:36

müşayiət edən dostlardan biri şəkilçiyə deyir ki, ustadın gözəl bir şəkilini çək, istəyən çoxdur. Belə ki, ustad bir neçə şəkil çəkdirir. Şagirdlər şəkili bir-birlərinin əlindən alır, şuluğ salırlar. Ağa buyurur: “Sizin ağlınız yoxdur. Mən özüm burada oturmuşam, siz mənim şəkilimə görə dava edirsiniz.” Əllamə Təbatəbai buyurur ki, həmin məclisdə şəkil almaq istəyənlərin biri də mən idim.

HƏZRƏT SALMANIN MƏZARINDAKI İBRƏTAMİZ YAZI

Bir dəfə məclisin sonunda ustad ölümü yada salmağın əhəmiyyətindən və o biri dünyanın çətinliklərindən danışdı. Onun bu mövzuya müraciəti bir növ əsas dərsin tamamlanması idi. Ustad buyurdu: “Cənab Salman dünyasını dəyişəndə onu Əmirəl-mö`minin (ə) dəfn etdi. Qəbrinin üzərinə su səpib barmağı ilə qəbirin üzərinə Salmanın dilindən iki beyt şe`r yazdı. Şe`rdə yalnız xeyir əməl və pak qəlbin axirət azuqəsi olduğu bildirilirdi. Bəli, Əmirəl-mö`minin həzrət Salmanın məqamından xəbərdar idi. Bu səbəbdən də şe`ri Salmanın dilindən yazmışdı. Kamillik və səadət yolunun çətinlikləri var və insan bu istiqamətdə çox çalışmalıdır. Salmanın qəbri üzərində yazılmış sözlər bir ibrətdir.

ƏLLAMƏ TƏBATƏBAİNİN ADINI DƏYİŞMƏSİ

Ustad məclislərindən birində buyurdu: “Mərhum Əllamə Təbatəbai Qazi adı ilə tanınırdı. Ona yazılmış

səh:37

məktub səhvən Ayətullah Seyid Hüseyn Qaziyə getdiyindən mərhum Əllamə bu adı dəyişib Təbatəbai adını götürmüşdür. Qardaşı Ayətullah Seyid Məhəmməd Həsən İlahi də səhv düşməsin deyə İlahi soyadını götürmüşdür.

HƏYAT YOLDAŞINA TƏŞƏKKÜR

Ustad hacı ağa Pəhləvani həyat yoldaşına ehtiramla bağlı buyururdu: “Onlara təşəkkür edin. Bişirdikləri yemək şor və ya pis olsa belə onlara sağ oldeyin. Siz yeməkdən razılıq etdikdə həyat yoldaşlarınız xoşhal olur. Onların xoşhallığı sizin mə`nəvi təkamülünüzə səbəb olur. Bir dəfə gənclik vaxtımda ailəmlə sərt davrandım. Mə`na aləmində mənə dedilər: “İyirmi illik əməllərin hədər oldu.”

Məclislərində təkrar-təkrar buyurardı: “Mə`nəvi və ictimai məsələlərdə özünüzə qarşı ciddi olun. Amma ailənizlə xoş davranın. Öz əqidənizi həyat yoldaşınıza məcburi olaraq qəbul etdirməyin. Əgər onlar televizora baxmaq istəyirlərsə, mane olmayın. Televizorun pisliyi sizə mə`lumdursa, özünüz baxmayın.

VƏHDƏT KİRMANŞAHİNİN ŞE`RLƏRİ

Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin xidmətində olduğumuz vaxt ariflərdən söz düşdü. Vəhdət Kirmanşahinin şe`rləri oxundu. Ustad bu şe`rləri təriflədi, onun tövhidi şe`rlərini xüsusi qeyd etdi. Böyük şövqlə həmin şe`rlərdən oxudu. Ustad şiə ürfanı ilə bağlı şe`rləri,

səh:38

xüsusi ilə axund molla Hüseynqulu Həmədani haqqındakı şe`rləri fərəhlə oxuyurdu. Şe`rləri oxuyub qurtardıqdan sonra buyurdu: “Vəhdət necə də gözəl şe`r yazır!”

İSTƏYİRƏM İMAM HÜSEYNƏ AĞLAYA – AĞLAYA YUXULAYAM

Bir gün Ayətullah hacı Şeyx Abbas Tehranidən söz düşdü. Ustad bu arif insanı Höccətiyyə mədrəsəsinə gətirdi və “Nüdbə” duası oxundu. Sonradan ustad danışırdı ki, mərhum Şeyx Abbas Tehrani hacı Seyid Sadiq Şəmsdən rövzə istəyib demişdi: İstəyirəm yatanda dinləyim və Hüseynə ağlaya-ağlaya yuxulayım.”

AYƏTULLAH BEHCƏTİN NAMAZINA XÜSUSİ DİQQƏT

Ustad hacı Şeyx Əli Ağa Pəhləvani Ayətullah-üzma Behcətin namazına çox diqqət göstərirdi. Şagirdlərinə tapşırırdı ki, bu böyük arifin məscidinə gedib namazında iştirak etsinlər. Ustad həmin namazın ilahi ab-havasını duyurdu.

İman dostlarından biri belə deyirdi: “Hicri-qəməri 1424-ci ilin zil-hiccə ayında ustadla görüşdüm. Ustad buyurdu: “Bu gün Ayətullah Behcətin namazında olmusanmı?” Ərz etdim ki, xeyr. Ustad buyurdu: “Çox

səh:39

şey itirmisən. Bu məsciddə namazda iştirak etsək yaxşıdır.”

Bir dəfə də ustadın hüzurunda olduğumuz vaxt həzrət Ayətullah Behcətin namazından söz düşdü. Ustad buyurdu: “Bu şəxsin namazında iştirak edin. O, Rəbbani alimlərdəndir. Onun namazında bərəkət var, bu bərəkəti əldən buraxmayın.”

Ustadın şagirdlərindən biri belə xatırlayır: “Ustadın tərbiyə etdiyi şagirdlər Ayətullah Behcətin namazında olurdular. Onlar bu böyük arifin mə`nəvi xəzinəsindən faydalanırdılar.”

İSFAHAN BÖYÜKLƏRİNDƏN BİRİ İLƏ GÖRÜŞ

Hicri-qəməri 1426-cı ilin cəmadiüs-sani ayının on birində günortadan sonra İsfahan böyüklərindən birinin görüşündə olduq və onun hüzurundan feyz aldıq. Bu görüşdə çox dəyərli nöqtələr açıqlandı. Biz ilahi yol aşiqlərinə ibrət, Əhli-beyt maarifinə bağlı insanlara bəhrə olsun deyə həmin nöqtələrdən bə`zilərini zikr edirik. Bu böyük insan bizimlə şərt kəsdi və buyurdu ki, əgər nəsə yazacaqsınızsa şərtim budur ki, ad çəkilməsin. Dedi ki, qorxuram adımı çəkəsiniz, xalq elə düşünə ki, Əliabad da bir kənddir.Onun bu şərtinə əməl edib adını çəkmirik. Sizdən buna görə üzr istəyirik.

SEYYİD BƏHRÜL-ÜLUMUN RUHİ TƏLATÜMİ

Bəzi nöqtələr üzbəüz söhbətdə açıqlanmışdır. Həzrət

Ayətullah Behcət buyurur: “Seyyid Bəhrül-ülum kimya

səh:40

elmini öyrənmək üçün ağa Məhəmməd Beydəbadinin

yanına gedir. Həmin vaxt kimya elmi çox

rövnəqlənmişdi və dəyərli sayılırdı. Mərhum ağa

Məhəmməd Beydəbadi onu çay kənarına gətirmişdi.

Seyid Bəhrül-ülum çaya baxıb onun başdan-başa qızıl,ləl-cəvahirat olduğunu görmüşdü. Bu görüntü onda ruhi bir inqilab yaratmışdı.

“ƏGƏR BƏYƏNMİRSƏNSƏ, QƏZA-QƏDƏRİ

Bir qrup rəzil insan mərhum ağa Məhəmməd Beydəbadini incitmək fikirinə düşür. Onu tovlayaraq evlərinə gətirirlər və hüzurunda eyş-işrətə məşğul olub bir ağızdan təkrarlayırlar: “ Əgər bəyənmirsənsə qəza-qədəri dəyiş.” Mərhum arif bu əhvalatdan çox narahat olur və buyurur: “Dəyişdik!” Bir anda məclisdəkilərin əhvalı dəyişir, onlarda inqilabi ruh yaranır. Hamılıqla tövbə edib arifdən üzr istəyirlər.

AĞA MƏHƏMMƏD CAVAD BEYDƏBADİ HAQQINDA

Mərhum hacı Məhəmməd Cavad Beydəbadi dünya malına rəğbətsiz idi. Amma müşkülünün həll olması üçün yanına gələn imkanlı insanlardan yüz on riyal tələb edərdi. Xidmətçisi belə deyir: Həmin pulları döşəyinin altına qoyar və axşama qədər kömək istəyənlərə əl tutardı.

səh:41

Arif adətən pul verdiyi adamlara tövsiyə edərdi ki, həmin pulu kisədibi etsinlər. Kim belə edirdisə, işi yoluna düşürdü, həmin pul hesabına bərəkətə çatırdı.

Yaxınlardan biri belə nəql edir: Atam hacı Məhəmməd Cavad Beydəbadi ilə tanış idi. Ağır maddi çətinliyə düşdüyü bir vaxt Ağa Məhəmməd Cavad Beydəbadinin yanına gedib vəziyyətini danışır. Ağa atamın sözlərini dinləyib buyurur: “Neçə nəfərsiniz?” Atam bildirir ki, ailə yeddi nəfərdən ibarətdir. Arif yeddi tikə quru çörək götürüb atama verir və buyurur: “Bu çörəkləri süfrənizə qoyun, amma yeməyin.” Atam onun əmrini yerinə yetirir. Həmin vaxtdan İsfahanın ən varlı insanları ehtiyaca düşsə də, bizim ailə möhtaclıqdan qurtarır! Mərhum Şeyx paklığa çox diqqət yetirirdi. Cünub halda yatmaq məkruh olduğundan hamamçıdan hamamın açarını almışdı. Gecə ehtiyac olan kimi hamama gedirdi. Heç vaxt sübhədək cənabət halında qalmırdı.

Qəlbin səfası üçün tövsiyə edirdi ki, iki iş görülməlidir: namazı vaxtında qılmaq, tülu və qürubdan öncə “Məfatihul-cinan”dakı bir zikri on dəfə təkrarlamaq: “La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəy`in qədir.” Hətta bə`zi rəvayətlərdə bu zikrin qəzasını yerinə yetirmək tövsiyə olunur.

Mərhum Şeyx onun görüşünə gələnlərin əksərinə belə tövsiyə edirdi: “Öncə, bütün hallarda paklıq; ikincisi, namazı vaxtında qılmaq; üçüncüsü, cümə qüslünü yerinə yetirmək; dördüncüsü, sübh vaxtı oyaq

səh:42

qalmaq; beşincisi, özünü daim imam Mehdinin (ə) hüzurunda bilmək.

Onun ilahi təkamül yolunda kimə şagird olduğunu bilmirəm. Amma yadıma gəlir ki, mərhum molla Fəthəli Sultanabadi ilə birlikdə səfərdə olublar.

ƏHLİ – BEYTLƏ MÜQAYİSƏDƏ HEÇİK

Bəndə (mən) iki dəfə hacı Şeyx Həsənəli Noxudəkinin görüşündə olmuşam. Görüşdən məqsəd qarşılaşdığım müşkülün həlli olub. Yaxınlardan biri xəstələnmişdi və mən Məşhəddə ağanın xidmətinə getdim. Ondan kömək istədim və müşkülüm həll oldu.

Mərhum Seyid Abdullah Fatimi hövzəyə gəldiyi vaxtlarda belə buyururdu: “Bir gün gözətçi mədrəsəyə gəlib hacı Şeyx Həsənəli Noxudəki ilə görüşdü. Onun zövcəsinin halı çox pis idi, Şeyxdən kömək istəyirdi. Şeyx ona bir neçə ədəd əncir verdi. Dedi ki, bunları yesin, inşallah sağalar. Həmin şəxs ağaya belə dedi: “Zövcəmin boğazından su da keçmir!” Mərhum Şeyx buyurdu: “Eybi yox, özün yeyərsən, inşallah zövcən sağalar.” Seyid Abdullah Fatimi deyir ki, mən bu işə təəccüb etdim. Düşündüm ki, necə ola bilər ki, başqa biri nəsə yeyə və xəstə sağala? Bu barədə Şeyx Həsənəlidən soruşdum. O buyurdu: “Biz xəstəyə bir şey veririk ki, onların diqqətini özümüzdən yayındıraq. Yoxsa onların müşküllərinin həlli üçün dua etməyimiz bəs edər.”

səh:43

ELMDƏN ƏMƏLƏDƏK

Dostlardan biri soruşdu ki, sizdən bir şəxs göstəriş istəyəndə ona nə tapşırırsınız? Şeyx buyurdu: “Mərhum hacı Şeyx Rəcəbəli Xəyyatdan nəql olunur ki, belə buyurub: “Əgər usta fəhlədən aldığı kərpici divara qoymasa işin nəticəsi olmaz. Siz yalnız soruşursunuz, amma əməl etmirsiniz.”

ŞEYTANIN HİYLƏLƏRİNƏ DİQQƏT

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Ənsari Həmədani belə nəql edirdi: Bir şəxs can verirdi. Görür ki, mələklər bir tərəfdə, şeytanlar o biri tərəfdə dayanıb. O dərhal şeytanlarla dava-dalaşa başlayır. Mələklər onu nə qədər çağırırsa, eşitmir. Nəhayət, mələklər ağlamağa başlayır. Can verən şəxs mələklərə üz tutub deyir: “Mən onlarla vuruşurdum, onlara heç bir meylim yoxdur.” Mələklər deyir: “Onlar sənin diqqətini yayındırmaq istəyirlər. Sən düşünürsən ki, onlarla dalaşırsan. Amma onların bir hiyləsi də baş qatmaqdır.”

CƏNAB USTAD HACI AĞA MƏRVİ İLƏ MÜSAHİBƏ

Hicri-qəməri 1427-ci il, səfər ayının on altısında həzrət Musa ibn Cə`fərin (ə) mövlud gecəsi hacı ağa Mərvi ilə görüş nəsibimiz oldu. Ustad Bircənə səfərində yolüstü Nəcəfabada təşrif gətirmişdi. Qısa bir müddət onunla görüşdən feyz aldıq. Nəcəfabad hövzəsinin bir

səh:44

qrup alimi ilə görüşdə Allah övliyalarının mə`nəvi halından söz düşdü. Həmin görüşdən bə`zi dəyərli nöqtələri xatırlamaq faydalı olar.

ALLAH ÖVLİYALARININ KƏRAMƏTİ

Mərhum Ayətullah hacı Seyid Abdullah Fatimi Şirazda yaşayan övliyalardan idi. Onun həyat yoldaşı vəfat edəndə hacı Şeyx Əsədullah Şiraza gəlir və Seyid Abdullah Fatimiyə xidmət üçün Şirazda qalır. On ilə yaxın ustada xidmət göstərir. O belə nəql edir: Bir gün Seyid Abdullah Fatiminin xidmətində olduğumuz vaxt qonşunun evindən səs-küy qalxdı. Bu səs çox narahatedici idi. Bir qədər keçəndən sonra on altı-on yeddi yaşlarında bir gənc gəlib özünü ustadın ayaqlarına atdı və dedi: “Mən atamı sizdən istəyirəm.” Anladıq ki, qonşu dünyasını dəyişdiyindən orada səs-küy qalxıb. Gənc yalnız bir söz təkrarlayırdı: “Mən atamı sizdən istəyirəm.” Ustad buyurdu: “Atana nə olub? Məgər sağ deyil? Onu məndən istəyirsiniz?” Ağanın sözləri başa çatmamış qonşuda səs-küy kəsildi. Gənc qalxıb qonşu həyətə keçdi. Çox keçməmiş geri qayıdıb göz yaşları içində ağaya təşəkkür etdi. Oraya gedib nə baş verməsi ilə maraqlandıq; qonşu həyətə keçdik. Bir nəfər yataqda idi. Hamı başına yığışmışdı. Yaxınlaşıb soruşduq: “Ağa sənə nə olub?” Dedi: “İki mələk qollarımdan yapışıb sür`ətlə aparırdı. Ağa Seyid Abdullah Fatimi gəlib məni tutdu və həmin iki mələkdən alıb geri qaytardı.”

səh:45

YADINDAN ÇIXANI YADINA SALDIM

Şeyx Əsədullah nəql edir: Ayətullah Seyid Abdullah Fatimi nə vaxt Şirazdan Quma gəlirdisə bizim mənzildə qalırdı. Bir gün sübh azanından öncə xanım Mə`sumənin hərəminə getdik. Hərəmdə olduğumuz vaxt mərhum ustad hərəmdəki bir kişini çağırıb qulağına nəsə pıçıldadı. Kişi dərhal hərəmdən çıxdı. Mən ağadan həmin şəxsin kimliyini və ona nə dediyini soruşdum. Ağa buyurdu: “Bu ağa cənabətli vəziyyətdə idi, amma yadından çıxmışdı. Mən onun yadına saldım ki, cənabət qüslü verməlidir. O da dərhal hərəmi tərk etdi!”

AYƏTULLAH SEYİD ƏBDÜLKƏRİM KƏŞMİRİNİN XƏSTƏLİKLƏRİ

Mərhum Şeyx Əsədullah cənab Kəşmiri ilə də tanış idi. Amma Seyid Abdullah Fatimi ilə daha yaxın idi. Şeyx Əsədullah çox mehriban bir insan idi. Bir gün Ayətullah Kəşmirinin görüşünə getdik. Yeməyə balıq bişirilmişdi. Ayətullah Kəşmirinin əlləri əsdiyindən rahat hərəkət edə bilmirdi. Mərhum Əsədullah Ayətullah Kəşmirini yedirtdi. Balığın sümüklərini çıxarır və ağaya verirdi. Ona dedik ki, özün də bir şey ye. Buyurdu: “Siz yeyəndə mən də doyuram.” Ayətullah Seyid Əbdülkərim Kəşmiri ömrünün son vaxtlarında İsfahanda Ayətullah Nasirinin evində olduğu vaxt halı pisləşdi. Həmin vaxt Şeyx Əsədullah da orada olmuşdu. O belə nəql edir: Bir vaxt Ayətullah Nasirinin kürəkəni Malikinin bacısı dünyasını dəyişmişdi. Əzadarlıq

səh:46

məclisi qurulmuşdu. Mənə minbərə qalxmağı təklif etdilər. Bir neçə dəqiqə idi danışırdım. Mənə bir məktub verdilər ki, Kəşmiri ağanın vəziyyəti ağırlaşıb. Mən söhbəti tez başa vurub onun yanına gəldim. Rəngi ağarmışdı. Ayətullah hacı Şeyx Həsən Safinin oğlu cənab Safiyə xəbər göndərdik. İsfahanda kimsəni tanımırdıq. O bir həkim gətirdi. Həkim dedi ki, xəstəyə ağrıkəsici iynə vurulmalıdır. Ağrıkəsici o qədər güclü oldu ki, ağa sübh namazına qalxa bilmədi. Mən onu oyatdım, namazını qıldı. Sonra başımı ayağının yanına qoyub yatdım ki, oyansa xəbərim olsun.

Sübh saat yeddi olardı. Artıq bir saat idi ki, günəş qalxmışdı. Gördüm ki, cənab Kəşmiri ayağa qalxıb. Məndən Mərvini soruşdu. Dedim ki, elə mən Mərviyəm. Buyurdu ki, əgər dünyamı dəyişərəmsə, məni xanım Mə`sumənin başı üstə dəfn edin. Başı üstə yer olmasa, fərqi yoxdur, harada olur olsun!

Vəsiyyət ciddi məsələ olduğundan ağanı dinləməkdə davam etdim. Buyurdu: “Başqa heç bir ehtiyacım və vəsiyyətim yoxdur.” Sonra halı bir qədər yaxşılaşdı. Biz yola düşdük. Yolda ağanın vəziyyəti iki dəfə pisləşdi. Ayətullah Nasirinin oğlu da yanımızda idi. O bir qədər ananas suyu gətirib ağaya verdi. Ağanın halı bir qədər yaxşılaşdı. Az sonra vəziyyəti yenə də ağırlaşdı. Ailəsi Tehranda olsa da yolumuzu davam etdirə bilmədik. Ondan soruşduq ki, Gülpayiqaninin xəstəxanasında qalmağa razıdırmı? O buyurdu: “Yox, məni Tehrana aparın.” Düşündük ki, əvvəlcə həkimlərin rə`yini öyrənək. Onu Ayətullah Gülpayiqaninin xəstəxanasına apardıq. Vüsuqi adlı bir həkim ağanı müayinə etdi.

səh:47

Bildirdi ki, ağır infarkt keçirib və yola çıxa bilməz. Beləcə, ağanı Qum xəstəxanasında yatırtdıq. Vüsuqi məni tanıyırdı. Astaca dedi: “Siz gedin Tehrana. Tehran xəstəxanasındakı kürəkənizlə danışın. Qoy bir otaq hazırlasın və tə’cili yardım maşını göndərsin.Bir qədər sonra ustadı Tehrana apardıq.

Tehrana gəlib həyat yoldaşı və oğlu ilə görüşdük. Onlar çox nigaran idilər. Quma gəlib ağanı görmək istəyirdilər. Həyat yoldaşı və oğlu ilə Quma gəldik. Ağa israr edirdi ki, onu Tehrana aparaq. Dedim ki, həkim icazə vermir. Biz Tehrana getdik, səhəri gün Ayətullah Kəşmirini də gətirdik. Həmd olsun Allaha, sağaldı.

“QƏFİLDƏN ÖZÜMÜ QƏZVİNDƏ GÖRDÜM”

Mirzə Cavad ağa Tehrani buyurur: Hacı şeyx Haşim Qəzvini nəql edir ki, bir gün sübh hücrənin qapısı ağzında bir kişinin oturduğunu gördüm. Mə`nəvi halda olduğu hiss edilirdi. Hücrənin qapısını açdım, onu içəri də`vət etdim. O, hücrəyə daxil oldu. Dedim ki, Allahın sizə lütf etdiklərindən, bildiklərinizdən bizə danışın. O səhəri günə görüş tə`yin edib getdi. Səhəri gün dediyi vaxtda görüş yerinə gəldi. Dünənki halla mənə nəzər saldı. Silkənib özümü Qəzvində, doğma kəndimizdə gördüm. Kəndlilərimizdən ikisi bir-birləri ilə su üstə savaşırdı. Onlardan biri əlindəki bellə ikinci şəxsi vurub öldürdü. Sonra qorxuya düşüb qanlı beli suda yumağa başladı. Ətrafa baxıb bir adam görmədi. Yanında dayandığım halda məni görməməsindən anladım ki, həmin səhnələri ruhum müşahidə edir və cismim səh:48

Məşhəddədir. Qatil bir qəbir qazıb cəsədi orada dəfn etdi. Özümə gəlib həmin ağanın xidmətində olduğumu gördüm. Ona təşəkkür etdim. Sağollaşıb getdi. Bir qədər sonra təbliğ üçün kəndimizə getdim. Çatan kimi xəbər verdilər ki, filankəs öldürülüb, qatili də tapılmayıb. Bir söz demədim. Amma qatillə görüşəndə dedim: “Öldürdüyün adamın heç olmaya diyəsini (qanpulunu) ödədinmi?” Qatil dedi: “Ağa, bu nə sözlərdir danışırsınız? Mən kimi öldürmüşəm?” Bir sözlə, e`tiraz etdi. Mən qətlin xırdalıqlarını ona danışdım. O heyrət içində soruşdu: “Məgər siz orada idiniz?” O, e`tiraf etməyə məcbur oldu. Sözünə belə davam etdi: “Onun bir qızı var. Qızını razı salmaq mümkün deyil. Deyəcək ki, qisas istəyirəm.Ona dedim: “Siz gedin onunla danışın, Allah kömək edər.” Qatil gedib öldürdüyü adamın qızına dedi: “Əgər atanızın qatili tapılsa və diyə ödəmək istəsə, nə edərsiniz?” Qız dedi: “Mən atamın qisasını istəyərəm.” Qatilə dedim ki, mən bu işi Allahın köməkliyi ilə yoluna qoyaram. Qızı evə də`vət etdim. Ona dedim ki, atanın qatili gəlib, peşimandır, bağışlanmasını istəyir. Qız dərhal razılaşdı...

Yuxarıdakı əhvalat Şeyx Haşim Qəzvininin ilahi məqamından danışır. Həmin qatilin qızı ilə danışığından sonra çətin bir məsələ həll olunur. Qız atasının diyəsini alıb razılaşır. Bu əhvalatı Mirzəcavad ağa Tehrani nəql etmişdi.

səh:49

SEYYÜDÜŞ-ŞÜHƏDA TÜRBƏTİNİN ŞƏFASI

Ötən il İmam Musa ibn Cə`fərin (ə) şəhadət gecəsi beyin iflici keçirdim. Məni xəstəxanaya gətirdilər. Bir müddət müalicə olundum. Xəstə olduğum vaxt Ayətullah Behcət vəziyyətimdən xəbər tutmuşdu. Bir gün oğlu Əliağa evimizə zəng vurub buyurdu: “Ağam sizin halınızdan nigarandır. Deyir ki, bir qədər Kərbəla türbətini zəm-zəm suyuna qatıb içsin.” Biz Ayətullah Behcətin göstərişini yerinə yetirdik və halım düzəldi.

Xəstəliyim bir qədər yaxşılaşandan sonra Quma getmək istədim. Qardaşım da öz oğlu ilə mənə qoşuldu. Quma gəlib Əliağa ilə görüşdük. Ayətullah Behcətlə görüş üçün vaxt aldıq. Görüşdüyümüz vaxt dedim: “Ağa, tövsiyəniz tə`sirli oldu. Bu tə`sirdən minbərdə də danışdım.” Ayətullah Behcət təəccüblə buyurdu: “Minbərdən camaata dedin?” Dedim ki, bəli. Ağa buyurdu: “Belə sözləri əhlinə demək olar.” Dedim ki, minbərə gələnlər hal əhlidir.

Bir gün məclisdə olduğum vaxt Xürrəmşəhrdə yaralananlardan biri yanıma gəlib dedi: “Ailəm Məkkədə xəstələnib, heç vəchlə öskürəyi dayanmır. Mən Ayətullah Behcətin məsləhətini ona çatdırdım. Bir müddət sonra onunla görüşdüm və söhbət əsnasında dedim ki, həmin göstərişi başqalarına deməsin. O e`tiraz edib belə bir əhvalat danışdı: Oğlum Amol unversitetində oxuyur. Xəbər gəldi ki, kor bağırsağı iltihab olub. Həkim dərhal cərrahiyyə əməliyyatı aparılmasını zəruri sayıb. Biz oraya getdik. Cərrahiyyə əməliyyatı səhərsi günə tə`yin olunmuşdu. Zəm-zəm

səh:50

suyuna bir qədər türbət töküb ona verdik. Səhəri gün həkim müayinəsindən mə`lum oldu ki, oğlum tam sağlamdır.

HACI QAFURUN HEKAYƏTİ

Əsil türbət tapmağın da hekayəti var. Bir dəfə və`d vermişdik ki, məhərrəmin ikinci ongünlüyünü Zərrəbxanə məscidində söhbət edək. Biz on birinci gecə rövzəyə getdik. Həmin gecə insanlar çox qəmgin olur. Minbərə qalxdıq və xalqın göz yaşlarından bizdə də bir hal yarandı. Minbərdən düşəndə hacı Qafur adlı bir qoca kişi yaxınlaşıb dedi: “Kərbəlaya getmisən?” Dedim ki, yox, hələ ki qismət olmayıb.” Səddamın hakimiyyət dövrü idi. Hacı Qafur dedi: “Sabah xəbəri sənə çatar.” Səhəri gün sübh vaxtı mənə bildirdilər ki, əgər vəsiqən hazır olsa Kərbəlaya viza hazırlamaq olar. Səhəri gün minbərdən sonra həmin kişiyə dedim: “Ağa, siz dünən nə dediniz?” O dinmədi. Bir də sualımı təkrarladım. O başqa mövzuda söhbət saldı. Mən də mövzunu dəyişib ondan soruşdum: “Siz əvvəllər harada olmusunuz?” Dedi: “Mən Nəvvab mədrəsəsində xidmətçi idim. Mərhum Mirzə Mehdi İsfahani arabir hücrəmə gəlib çay istəyərdi.” Biz Mirzə Mehdi İsfahani haqqında eşitmişdik. O, Ayətullah Vəhid Xorasani və ustad Ayətullah Şeyx Haşim Qəzvininin müəllimi olmuşdur. Başa düşdüm ki, bir şəxsin ki yanında Mirzə Mehdi İsfahani çay içib, demək, o, hal əhlidir. Sonra buyurdu: “Otuz beş yaşım olanda (qırx beş il bundan öncə) Kərbəlaya getmişdim. Həmin vaxt İmam Hüseynin (ə)

səh:51

zərihinin aşağı hissəsi dağılmışdı və oranı tə`mir edirdilər. Zərih tə`mir üçün qaldırıldığı vaxt mən oradan bir qab torpaq götürdüm. Ondan bir qədəri qalıb, sizə vermək istəyirəm.” Çox həvəslə türbəti aldıq, şəfa üçün ondan istifadə etdik.

Hacı Qafur çox yaxşı kişi idi. Biz Kərbəlaya gedib gələndən sonra dedilər ki, hacı Qafur vəfat edib. Onun bir kürəkəni məddah idi. Sübhlər Zərrəbxanə məscidində azan verərdi. Bir gün sübh namazı vaxtı gəlir və oğruların bir maşını qaçırmaq istədiyini görür. Oğrularla yaxalaşır, onu qətlə yetirirlər.

AYƏTULLAH KƏŞMİRİNİN VƏFATI VƏ DƏFNİ

Ramazan ayı idi. Ayətullah Kəşmiri buyurdu: “Biz Quma getmək istəyirik” Onu Quma aparmaq üçün hazırlıq gördük. Həmin gün Tehranda ağa Kaziminin atasının əzadarlıq məclisinə də`vət olunmuşdum. Dostlardan birindən xahiş etdim ki, məclisdə söhbətim qurtaranadək Ayətullah Kəşmirini evdən götürsünlər və birlikdə Quma yola düşək. Ayətullah Kəşmirinin kürəkəni Ayətullah Firuzabadinin oğlu idi. Ayətullah Kəşmirini onun evindən götürüb məscidə gətirdilər. Mən söhbətimi tamamlayıb günorta azanından sonra onlarla birlikdə yola düşdük.

Biz ağanı Quma çatdırıb geri qayıtmaq istədikdə buyurdu: “Quma nə vaxt gələcəksiniz?” Dedim ki, inşallah cümə axşamı sizin xidmətinizdəyəm. Amma axşama Tehrana qayıdacağam. O buyurdu: “Çətin bir də görüşək!” Həmin gün Tehrana gəldim. Üstündən bir

səh:52

neçə gün ötmüş hacı ağa Cə`fər Nasiri zəng vurub bildirdi ki, Ayətullah Kəşmiri beyin iflici olub və onu Tehrana gətiriblər. Gecə xəstəxanaya getdik. Ayətullah Kəşmirinin oğlanları, doktor Laricani, qardaşı ağa Baqir də orada idilər. Ayətullah Kəşmiri vəsiyyətinin yerinə yetirilməsi üçün məni nümayəndə seçmişdi. Məni kənara çəkib bildirdilər ki, artıq ağanın yaşaması mümkün deyil. Dəfn üçün tədarük görülməlidir. Bu barədə rəhbərə mə`lumat verilməsini məsləhət gördülər. Mən rəhbərin yanına gedib Ayətullah Kəşmirinin vəziyyəti və vəsiyyətnaməsi barədə mə`lumat verdim. O çox narahat oldu. Buyurdu ki, əvvəla onun üçün dua edək, yox əgər vəziyyət dediyiniz kimi olsa, göstəriş verərəm ki, xanım Mə`sumənin başı üzərində ona yer versinlər.

Mən Ayətullah Kəşmirinin vəsiyyətinin yerinə yetdiyindən arxayın olub yola düşdüm. Ağa rəhmətə getdi, Tehranda kiçik bir dəfn mərasimi quruldu. Sonra cənazəsi Quma gətirildi və vəsiyyət etdiyi yerdə dəfn olundu.

Namazını cənab Ayətullah Behcət qıldı. Dəfn mərasimində xeyli adam vardı. Cənazəni çox çətinliklə qəbirə yaxınlaşdıra bildik. Ağa Əllamə Təbatəbai ilə Ayətullah-üzma Seyid Əhməd Xansarinin məzarları arasında dəfn olundu. Cənab Ayətullah Hairi Şirazi oraya gəldi. Dəfn zamanı qəbirə düşmək istədiyini bildirdi. Qəbirə düşüb Ayətullah Kəşmiri ilə vidalaşdı. Bütün libasını onun qəbirinə sürtdü. Hətta əmmaməsini qəbirin sarı torpağına bulaşdırdı. Sonra qəbirdən çıxdı. Qəbiri torpaqlamaq istəyəndə Əllamə Həsənzadə Amoli səh:53

gəldi. O da qəbirə düşüb Ayətullah Kəşmiri ilə vidalaşdı. Ayətullah Hairi kimi libas və əmmaməsini qəbirin torpağına sürtdü. Sonra qəbiri torpaqladıq.

İLAHİ İNSAN MƏRHUM HİŞMƏTPUR HAQQINDA XATİRƏ

Böyük insan hacı ağa Hişmətpur dövrünün arif insanlarından olmuşdur. Maraqlıdır ki, müasirləri onun məqamından xəbərsiz qalmışlar. Öncə Tehranda yaşayan ruhani sonralar müqəddəs Məşhəd şəhərinə köçmüşdür. Alim buyurur: “Məşhəddə Gövhərşad məscidinin eyvanında xəlvət bir yerdə namaz qılırdım. Bir gecə namaza başlamaq üçün “Allahu-əkbər” deyəndə hiss etdim ki, arxamda kimsə təkbir deyib iqtida edir. Mən namazımı saxlayıb ona e`tiraz edə bilməzdim. Amma qəlbən bu işə razı deyildim. Namazı qılıb geri dönəndə Əllamə Təbatəbaini gördüm. Dedim ki, sizin mənə iqtida etməyiniz ürəyimdən deyil. Buyurdu: “Məgər imamın razılığı camaat namazı üçün şərtdirmi?!” Dedim mən gizli gəlirəm ki, kimsə başa düşməsin. Əllamə buyurdu ki, sizin gizli gəldiyinizi bildiyimdən burada gizlənmişdim.” Ağa Əllamə Təbatəbainin dostlarından idi. O çox insanlarla tanış idi. Amma ağa Fəyyazi adlı bir həmədanlı ilə daha yaxın idi. Bir dəfə mərhum Hişmətpur belə nəql etdi: Həmədanda ağa Fəyyazinin dərsi olardı. Bir dəfə dərs zamanı başındakı əmmaməni çıxarıb isti sobaya qoydu. Dərsini qurtardıqdan sonra sobanın ağzını açıb əmmaməsini qoyduğu vəziyyətdə götürdü. Bu hadisə səh:54

bizi çox heyrətə gətirdi. Başa düşdük ki, bu insan adi insan deyil.

Ayətullah Haşimi Şahrudi Məşhədə birlikdə getdiyimiz vaxt deyərdi: “Zəng vuraq, ağadan vaxt alaq, bir gecə onun görüşünə gedək. Ağa Hişmətpurun bir baxışına cənab Şahrudi də şahiddir. Bir dəfə onun yanında olduğumuz vaxt mə`lum oldu ki, hacı ağa Hişmətpur iyirmi iki il onun evində olan gəlininin çöhrəsini görməyib. Ayətullah Şahrudi dedi: “Ağa məgər qaynatanın gəlinin üzünü görməsi eybdirmi?” Ağa buyurdu: “Məgər gəlinin üzünü görmək vacibdirmi?!”

SEYİD MÜSLİHƏDDİN MƏHDƏVİ HAQQINDA ON DÖRD HEKAYƏT

İŞARƏ

Dəyərli müəllim mərhum Seyid Müslihəddin Məhdəvi İsfahanın ilahi insanlarından hesab olunmuşdur. Bu şəxs tarix və rical mövzusunda yazdığı kitablarla İslam mədəniyyətinə böyük töhfə vermişdir. “İsfahanın böyük alimləri”, “İsfahanın elmi-ictimai tarixi”, “Bəyanul-məfaxir”, “Əllamə Məclisinin həyatı”, “İsfahanın müasir şairləri”, “İsfahan töhfələri”, “Şeyxül-İslam ailəsi” və bir çox başqa kitablar mərhum Seyidin tanınmış əsərləridir.

Bu ixlaslı və zəhmətkeş tarixçinin çap olunmamış yazıları da az deyil. Onun bu yazılarını mütaliə etdiyimiz vaxt maraqlı hekayətlərlə rastlaşdıq. Onlardan bə`zilərini nəzərinizə çatdırırıq.

səh:55

1-Cİ HEKAYƏT

Mərhum Seyid Müslihəddin Məhdəvi belə nəql edir:

Bu əhvalatı mənə mərhum ağa Seyid Məhəmməd Hüseyn Məşhədi nəql etmişdir. Bu şəxs müqəddəs Məşhədin böyük alimlərindən və fəqihlərindən olmuşdur. Bu şəxs Kirmanşahda İmam Mehdi (ə) ilə görüşmək şərəfinə nail olmuşdur. Özü belə danışır: Məşhədə gəlməmiş Kirmanşahda yaşayırdım. Orada yaşadığım mənzil müsafirlər üçün də dayanacaq idi. Bir dəfə Rəştdən olan təqvalı bir seyid bir müddət yanımda qaldı. Kirmanşahlı alimlər mənə bildirdilər ki, bu şəxsin kəramətləri var. Onun peşəsi ətirsatan idi. Birinci dəfə bu barədə soruşanda inkar etdi. Bir qədər yaxınlaşdıqdan sonra onun övliya olduğuna şübhəm qalmadı. O kimsənin bilmədiyi məsələlərdən xəbərdar idi. Bir dəfə etiraf etdi ki, alimlərin və böyük insanların ruhu ilə əlaqəm var. Xüsusi ilə ağa Sədr və mərhum hacı Seyid İsmaillə. Bir dəfə ağa Seyid Məhəmməd Hüseyn xahiş etdi ki, oxuduğu rövzələrin qəbul olub-olmaması ilə bağlı bir şey öyrənsin. Seyid əttar bu barədə ona xoş xəbər verdi və bildirdi ki, məhərrəmin doqquz və onuncu günləri İmam Mehdi (ə) məclisdə olacaq. Kirmanşahda məclis çox əzəmətlə keçərdi. Günəş tülu edən vaxtdan məclis başlayardı və günortadan iki saat sonrayadək davam edərdi. Əlli iki nəfər vaiz Əhli-beytin (ə) müsibətlərindən danışardı. Ağa Seyid Məhəmməd Hüseyn özü günün əvvəlindən sonunadək qapıda dayanıb gələnləri qarşılayardı. Seyid əttar onun rövzələrinin qəbul olması xəbərini verir və

səh:56

imamın da bu məclislərdə iştirakını qeyd edir. Doqquzuncu gün hər biri otuz-qırx yaş arasında, Kirmanşah libasında bir qrup insan məclisə daxil olur. Onların gəlişi hamını həyacanlandırır. Onlar məclisin kənarında dairəvi əyləşirlər. Onlara xidmət təklif olunanda gedin başqalarına xidmət edin, bu bizim öz məclisimizdirdeyirlər. Seyid Məhəmməd Hüseyn deyir ki, əttar necə demişdisə elə də oldu.

2-Cİ HEKAYƏT

Mərhum Seyid böyük alim və tədqiqatçı Seyid Məhəmməd Həsən Sədr Kazimeyninin dilindən belə nəql edir: Samirrada ağam Mirzə Məhəmməd Həsən Şirazinin hüzurunda olduğum vaxt onun tələbələr üçün tikdiyi binada qalırdım. Böyük alim hacı molla Əli ibn Mirza Xəlil Tehrani ziyarət məqsədi ilə Samirraya gəlmişdi. Ondan xahiş etdim ki, mənim hücrəmdə qalsın. Hacı molla Əli məğrib və işa namazlarını qılandan sonra yatdı. Mən mütaliəyə başladım. Mütaliəmi başa vurduqdan sonra mən də yatdım. Çox keçməmiş hacı ayağa qalxdı. Məni də oyatdı ki, gecə namazına durum. Mən ona bildirdim ki, dərs və mütaliəyə çox məşğul olduğumdan namaz və dua üçün gücüm yoxdur. O yenə israr etdi. Belə ki mən məcbur olub ayağa qalxdım. Həvəssiz halda gecə namazını qıldım. Vitr namazını başa vurduqdan sonra hacı buyurdu ki, qalx ayağa ziyarətə gedək. Çarəm yox idi, itaət etdim. O qabaqda gedirdi, mən arxasınca. Hərəmin həyəti açıq idi; daxil olub müxtəsər salam verdi və pak

səh:57

sərdabəyə yaxınlaşdı. Hava çox qaranlıq idi. Göz-gözü seçmirdi. Qabaqda hacı, arxasınca mən sərdabəyə enməyə başladıq. Qəfildən qarşımızda bir nur göründü. Mən əmin idim ki, orada kimsə var. Molla Əli buyurdu: “Seyyid Həsən, görürsənmi?” Dedim ki, görürəm. Bəli, hacı molla Əlinin sayəsində İmam Mehdinin (ə) mübarək nurunu görə bildim.

3-CÜ HEKAYƏT

Arif başqa bir məşhur şəxs, Mirseyidəli Sədəhi İsfəhaninin dilindən belə nəql edir: Bir dəfə Məşhəd səfərində xəstələnib yatağa düşdüm. Bir müddət sonra sağaldım. Amma geriyə dönəndə də halım yaxşı deyildi. Bir bağda mənzil tutub orada istirahət etmək qərarına gəldim. Xidmətçilərə tapşırdım ki, qapını bağlasınlar. Yataqda ağrılarım şiddətləndi. Hiss etdim ki, otağa kimsə daxil oldu. Amma mən onu görmədim. Başımın üzərində dayanıb halımı soruşdu. Boylandım. Amma yenə bir adam görmədim. Başımın üzərindən gələn səs çox xoş idi. O mənə sağalacağımı dedi. Sonra səs kəsildi və hiss etdim ki, otaqda kimsə yoxdur. Xidmətçiləri çağırıb otağa daxil olan şəxsin kimliyini soruşdum. Onlar dedilər ki, qapı bağlı idi və otağa kimsə daxil olmayıb.

4-CÜ HEKAYƏT

Ustad böyük alim, Carçı ləqəbi ilə tanınan Məhəmməd Cavad Xorasaninin dilindən belə nəql səh:58

edirdi: Salehabadda atamdan qalmış bir mülk vardı. Zillus-soltanın bacısı İftixarud-dövlə bu mülkü səhvən özününkü bilib ona sahib durmaq istədi. Nə qədər çalışdımsa, bir iş görə bilmədim. Mərhum ağa hacı Şeyx Məhəmməd Təqi Nəcəfi buyurdu ki, bu İftixarud-dövlə ilə üz-üzə gəlmək bu işin pis tərəfidir. Hər yerdən əlimi üzüb Allahdan çarə istədim. Cümə günü İmam Mehdiyə (əc.) ərizə yazıb öz müşkülümü açıqladım. Həmin məktubu çaya atdım. Sonra bir xarabaya çakilib Nüdbə duası oxumağa başladım. Dərdimi İmam Mehdiyə (əc.) bəyan etdim. Nüdbə duasını başa vurmamış at ayaqlarının səsini eşitdim. Ərəb libasında bir süvari görünürdü. Bu şəxs mənə yaxınlaşıb məhəbbətlə nəzər saldı. Onun baxışı qəlbimə güc verdi. Əmin oldum ki, o İmam Mehdidir. Həmin həftə mənim mülk məsələm həll oldu. Bu işin həlli üçün iki vasitəyə əl atdım: İmama ərizə yazdım və Nüdbə duası oxudum.

5-Cİ HEKAYƏT

Mənim Seyid Əbdül-Vəhhab adında əmim oğlu vardı. O, İsfahandan çıxıb İran və İraqın müxtəlif şəhərlərində yaşayırdı. Ömrünün sonunda İsfahana qayıtdı. İki ay sonra dünyasını dəyişdi. Ölümündən bir həftə öncə qardaşı böyük alim hacı Mirza Məhəmməd Həsən Nəhvini və məni dəvət etdi. Qəribə bir əhvalat danışdı: İyirmi il öncə Rəştdə olduğum vaxt ağır xəstələndim və ümidimi hər nədən üzdüm. Yay ayları idi. Bir otaq icarələmişdim. Gecələr xidmətçi yatağımı eyvanda salardı. Bir gecə halım çox pis olduğu üçün ev

səh:59

sahibi və xidmətçi həkim ardınca getdi. Həkimin danışığından belə başa düşdüm ki, bir neçə saat ömrüm qalıb. Ev sahibi və xidmətçi dəfn mərasiminə hazırlaşmağa başladı. Qızdırma içində yanırdım. Allaha üz tutub imamları vasitəçi seçdim. Onlara qürbətdə ölmək istəmədiyimi dedim. İmam Mehdiyə (ə) təvəssül etdim. Ölüm və həyat arasında müşahidə etdim ki, pillələrlə kimsə yuxarı qalxır. O ortaboylu bir şəxs idi, əyninə ağ libas geyinmişdi. Yatağıma yaxınlaşıb halımı soruşdu. Qəribçiliyimdən, xəstəliyimin ağırlığından, tənhalıqdan danışdım. Bir dua oxuyub getdi. Mən həmin şəxsə təşəkkür etməyə macal tapmadım. Halım çox ağır idi. Sonra bir qrup adam yuxarı qalxdı. Onlar mənə diqqət yetirmədən cəmiyyət namazına durdular. Həmin şəxs pişnamaz dayanmışdı. Namaz başa çatandan sonra moizə etdi. Həmin gecə danışdıqları kəlmə-kəlmə yadımdadır. Onun səsi o qədər xoş idi ki, hamını cəzb etmişdi. Ömür boyu belə səs eşitməmişdim. Namaz və moizə başa çatandan sonra yenə mənə yaxınlaşdı. Bildirdim ki, həkim ömrümün başa çatdığını deyib. Həmin şəxs bundan sonra iyirmi il yaşayacağımı bildirdi. Bəli, çox keçməmiş sağaldım.

Mərhum Seyid Əbdül-Vəhhab İsfahani həmin xəstəlikdən sonra düz iyirmi il yaşadı. Hicri-şəmsi 1358-ci il, mübarək ramazan ayının altısında sübh azanından üç saat qabaq ailəsini ətrafına topladı. Bildirdi ki, bir az sonra işiniz çox olacaq və obaşdan yeməyə imkanınız qalmayacaq. Onları yeməyə məcbur etdi. Özü dua və Qur`an oxuyurdu. Sonra ailəsinə bildirdi ki, onun vaxtı başa çatıb və hamıdan halallıq

səh:60

istədi. Həyat yoldaşına dedi ki, uşaqları öncə Allaha, sonra sənə tapşırıram. Şəhadət kəlmələrini söyləyib gözlərini yumdu.

6-CI HEKAYƏT

Ustad mərhum axund Molla Məhəmməd Kaşani İsfahaninin dilindən belə nəql edir: Təhsil dövründə “Cəddə” mədrəsəsində məskunlaşmışdım. Rəbiül-əvvəlin doqquzuncu gecəsi, Eydüz-Zəhra adlanan gün tələbələrlə toplaşıb mərasim keçirdik. Bu məni çox sevindirdi. Düşündüm ki, neçə aydan bir belə mərasimin təşkil olunması tələbəlik yorğunluğunu aradan qaldırar. Bu məqsədlə bir neçə ay sonra qabağa düşüb məclis qurdum. Tələbələri öz hücrəmə də`vət etdim. Gecə xoş keçdi. Məclis dağılandan sonra yatdım. Yuxuda gördüm ki, iki nəfər hücrəmə daxil olub deyir: “Həzrət Peyğəmbər (s) səni istəyir.” Mən qorxmuş vəziyyətdə onların ardınca getdim. Böyük bir otağa daxil olduq. Peyğəmbər (s) otağın bir guşəsində əyləşmişdi. Ətrafında alimlər, fəzilət sahibləri vardı. Mən onlar arasında yalnız molla Hüseyn Əli Tuysərkanini tanıdım. O mənim ustadım olmuşdu. Həzrət Peyğəmbər (s) buyurdu ki, çubuq və falaqqa gətirilsin. Molla Məhəmməd Kaşaninin qamçılanmasını göstəriş verdi.

Mən qorxudan tir-tir əsirdim, danışmaq güçüm yox idi. Mərhum hacı molla Hüseyn Əli Peyğəmbərdən xahiş etdi ki, onu mənə bağışlayın. Həzrət Peyğəmbər məni ustadıma bağışladı. Yuxudan oyandım. Hələ sübh azanı olmamışdı. Başa düşdüm ki, dünən gecə tələbələri

səh:61

mütaliədən ayırmağım səhv olub. Eydüz-Zəhra gecəsi dəyərli gecədir. Amma ömürü boş yerə sərf etmək olmaz.

7-Cİ HEKAYƏT

Ustad Seyid Cəlilin dilindən belə nəql edir: Təhsil dövründə bir gecə mütaliəyə məşğul idim. Cəməl savaşı haqqında oxuyurdum. Həmin hissəyə çatmışdım ki, Məhəmməd ibn Hənəfiyyə Ayişənin dəvəsini saxlayır. Həzrət Əli (ə) Məhəmməd ibn Əbubəkrə - Ayişənin qardaşına göstəriş verir ki, qoyma bacına əziyyət versinlər. Düşündüm ki, nə üçün Əli Ayişənin qətlinə imkan verməyib? Yatdım, yuxuda həzrət Əli (ə) mənə buyurdu: “Molla Məhəmməd, sən də mənə irad tutursan?” Yuxudan dik atıldım. Tövbə edib həzrət Əmirəl-mö’minin (ə) hüzurundan üzr istədim.

8-Cİ HEKAYƏT

Ustad həmin arif alimin dilindən nəql edir: Bir vaxtlar tələbələr qarşısında Fatirsurəsinin mələklərlə bağlı şərif ayəsindən danışırdım. Riyazət və nəfsin tərbiyəsi ilə məşğul olduğum məqamlarda çoxsaylı qanadları olan mələklər görürdüm.

9-CU HEKAYƏT

Məzəddin Məhdəvi öz ustadı böyük zahid ağa Seyid Şeyx Əli Yəzdinin dilindən belə nəql edir: (Bu şəxs İsfahanın böyük alimlərindən və təqvalı insanlarından

səh:62

olmuşdur.) İsfahanda yenicə ailə qurduğum vaxtlar ağır yoxsulluqla üzləşdim. Vəziyyətim heç cür düzəlmirdi. Yenicə ana olmuş həyat yoldaşım bildirdi ki, günortaya heç nəyimiz yoxdur. Allaha ümidlə evdən çıxdım. Sədr mədrəsəsinə getdim. Vəziyyəti yaxşı olan tələbələrə vəziyyətimi deyib borc istədim. Bildirdilər ki, hazırda borc vermək imkanları yoxdur. Bir sözlə, həmin gün və gecə yeməyə bir şeyimiz olmadı. Həyat yoldaşım özünü şad göstərir, mənə təsəlli verirdi. İkinci gün evdən çıxdım, borc almaq üçün bir neçə yerə üz tutdum. Borc verən olmadı. Hətta çörəkçi və qəssab borcumun çox olduğunu bildirib nisyə mal vermədilər. Həmin gün də bu qayda ilə ötdü. Həyat yoldaşım bu məşəqqətə mətanətlə dözürdü. Nəhayət, üçüncü gün Sədr mədrəsəsində dərs oxuduğum vaxt axund Kaşinin mənə doğru gəldiyini gördüm. Üslub fərqlərinə görə ona xoş münasibət bəsləmirdim. Bu arif insandan qaçırdım ki, üzbəüz gəlib ehtiram göstərməyə məcbur olmayım. Nəhayət, üzbəüz gəldik. Salam verməyə məcbur oldum. Salamımı alıb buyurdu: “Şeyx Əli, ardımca gəl.” İxtiyarsız halda onun ardınca getdim. Hücrəyə daxil oldu və məni içəri də`vət etdi. Buyurdu ki, əyləşim. Döşəkçəsinin altından əlli rial çıxarıb mənə verdi. Mən ustada yaxşı münasibətdə olmadığımdan ondan pul qəbul etmək istəmədim. Dedim ki, ehtiyacım yoxdur. O bir daha tə`kid göstərdi. Növbəti dəfə ehtiyacım olmadığını bildirəndə axundun halı dəyişdi, qəzəbli halda buyurdu: “Yalan, yalan! Üç gündür evində yeməyə bir şey yoxdur, yenə deyirsən ki, ehtiyacsızam. Götür bu pulu, xərclə. Bundan sonra da nə vaxt

səh:63

ehtiyacın olsa yanıma gəl.” Mən heyrətə gəlmişdim. Evimdəki vəziyyətdən kimsə xəbərdar deyildi. Mərhum axund Kaşi öz ürfani məqmı ilə vəziyyətimdən xəbər tutmuşdu.

10-CU HEKAYƏT

Şeyx Əbdürrəzzaq Xansari İsfahani zahid alim, mərhum ağa Seyid Məhəmməd ibn Zeynəl-abidin Rəzəvi Xansarinin, öz əmisi oğlunun dilindən belə nəql edir: İsfahanda təhsilə məşğul olduğum vaxt Həkim məscidində hücrəm vardı. İmam Mehdinin (əc.) hüzurundan istifadə üçün otuz doqquz gecə idi ki, əməllər yerinə yetirir, dualar oxuyurdum. Həmin vaxt mənim və anamın xərcini əmim ödədiyindən onun evində şam edib məscidə gedərdim. Qırxıncı gecə əmimin evində şam yedim. Dua və zikr vaxtına iki saat qaldığını görüb bir qədər yatmaq istədim. Bir də yuxudan ayıldım ki, nəzərdə tutduğum vaxtdan bir saat ötüb. Tələsik dəstəmaz alıb evdən çıxdım, gecənin qaranlığında məscidə üz tutdum. Qəbiristanlığın yanından ötərkən mərhum Məhəmməd Cə`fər Şeyxul-İslamın qəbirinin yanında uca qamətli, qara əmmaməli, sarı rəng ayaqqabı geymiş bir seyidin məni səslədiyini eşitdim. Hara getdiyimi soruşdu. Onu görüb təşvişə düşdüm. Salam verdim və bildirdim ki, məscidə gedirəm. Buyurdu ki, tələsmə, hələ tezdir. Sonra məscidə nə üçün getdiyimi soruşdu. Məqsədimə çatıb-çatmadığımı soruşdu. Daha sonra əmimin halı ilə maraqlandı. Sağollaşmadan bir-birimizdən ayrıldıq. Bir

səh:64

neçə addım atıb diksindim. Düşündüm ki, gecənin bu vaxtı bu seyid kim idi ki, məni tanıdı, sorğu-suala tutdu? Yoxsa məqsədimə çatmışdım? Geri döndüm. Amma həmin yerdə kimsəni tapa bilmədim. Əmin oldum ki, həzrət Mehdi (ə) ilə rastlaşmışam.

Şeyx Əbdürrəzzaq Xansari mərhum ağa Mirməhəmmədəli Müdərris Rəzəvi Xansari haqqında nəql edir ki, bir gün evə gəlib evdəkilərə deyir: “Mərhum Cahangirxan Qaşqayi tərəfindən mənə pul göndəriləcək. Yatıram, məni oyatmayın. Gələn adamdan pulu alarsınız.” O yatır və bir az keçmiş dediyi kimi bir şəxs qapılarını döyüb əlli rial pul təqdim edir. Alim yuxudan oyanıb “gətirilən əlli riyalı mənə verin” buyurur.

Bu hekayəti ilkin nəql edən mərhum hacı Şeyx Məhəmmədtəqi Xansari deyir ki, mərhum Cahangirxanın görüşünə gedib ondan Seyid Məhəmmədəliyə pul göndərib-göndərmədiyi barədə soruşdum. Bildirdi ki, həqiqətən də, pul göndərib. Soruşdum ki, bu barədə ona öncədən xəbər vermişdinizmi? Cavab verdi ki, yox. Mərhum Cahangirxan bu sorğu-sualın səbəbini soruşur. Şeyx əhvalatı ona danışır. Mərhum Cahangirxan gülümsəyib deyir: “Bəli, bu gün bir şəxs mənə pul gətirmişdi, qəfildən Şeyx yadıma düşdü. Həmin pulun əlli riyalını ona göndərdim. Doğrudan da, Şeyx zahid və təqvalı insandır.” Qeyd edək ki, hacı Şeyx Məhəmmədtəqi İsfahanın böyük alimlərindən, fəzilət sahiblərindən olmuşdur. Ağa Nəcəfi onun haqqında xoş sözlər söyləyir.

səh:65

11-Cİ HEKAYƏT

Şeyx Əbdürrəzzaq Xansari, İsfahanın böyük ariflərindən olmuş, “mələk sifətində insan” sayılan mərhum hacı molla Hüseyn Əli Siddiqinin dilindən belə nəql edir: Tələbəlik dövründə arabir gecələr ustadım mərhum Əllamə Cəlilağa Seyid Əbül-Qasim Dehkərdinin otağında qalardım. Cümə axşamı idi. Hava çox təmiz idi. Bu vaxtlar adətən mədrəsədə tələbə olmazdı. Kənd uşaqları kəndə gedər, şəhər uşaqları öz evlərində qalardılar. Bə`ziləri də Kumeylduası oxumaq üçün məsciddə olardılar. Bir sözlə, cümə axşamları mədrəsədə çox az adam qalardı. Mədrəsədə qalanlar da yatardılar. Həyətə çıxanda dam-divarın, həyətdəki ağacların bir səslə “ya həyyu ya qəyyum” dediyini eşitdim. Bədənimə titrətmə düşdü. Həyətdəki quyudan su çəkib dəstəmaz almağa başladım. Təkrar həmin səsi eşitdim. Bə`zən də ya Subbuh, ya Qudduszikri eşidilirdi. Yuxuda və ya oyaq olduğumu müəyyənləşdirə bilmirdim. Əl-ayağımı tərpədib gördüm ki, oyağam. Üçüncü dəfə “Subbuhun Quddus” sədası gəldi. Özümdə bir hal hiss etdim. Allahla raz-niyaza başladım. Mədrəsənin həyətində addımlamağa başladım. Əllamə Həkim axund molla Məhəmməd Kaşaninin otağının qapısına çatanda onun minacat halında olduğunu eşitdim. “Ya Həyyu ya Qəyyum” deyəndə ətraf ona səs verirdi.

səh:66

12-Cİ HEKAYƏT

Seyid Abdullah Şəmsabadinin oğlu, Nazim Mazandarani adı ilə tanınmış Seyid Məhəmməd Əli müəllifə belə nəql etmişdir: Hicri-qəməri 1371-ci il idi. Gecə axund molla Sədra Şirazinin kitabını oxuyurdum. Məndə belə bir şübhə yarandı ki, iyirmi yaşında günaha yol verib altmış yaşında dünyasını dəyişən adam qiyamətdə necə sorğuya çəkiləsidir? Axı altmış yaşındakı bədəndə iyirmi yaşındakı hal qalmayıb, hətta hüceyrələr belə əvəz olub. Yatıb yuxuda gördüm ki, tasua günüdür, məsciddə İmam Hüseynə (ə) əzadarlıq mərasimi qurulub. Adətən, tələbələr tasua və aşura günləri Şah məscidinə gedib növhəxanlıq edərdilər. Ustadım Şeyx Məhəmməd Əli də orada idi. Tələbələr onun ardınca ayaqyalın hərəkət edirdilər. Beləcə əzadarlar növhə oxuyub sinə vura-vura Şah məscidindən Yeni məscidə üz tutdular. Birdən Şeyx əzadar dəstədən ayrılıb məni yanına çağırdı. Dedi ki, qarşına çıxan şübhə barədə Şeyx Mehdidən soruş. Şeyx Mehdi onun oğlu idi. Yuxudan oyandım. Günorta namazına məscidə getdim. Şeyx Mehdiyə xəbər göndərib ona sözüm olduğunu bildirdim. Xahiş etdim ki, ikilikdə görüşək. Görüş vaxtı müəyyənləşdi. Səhəri gün Şeyx Mehdinin mənzilinə getdim. Evdə kimsə yox idi. Hətta xidmətçilər gözə dəymirdi. O özü çay gətirdi. Ondan üzr istədim ki, ədəbsizlik edib ikilikdə görüşmək istədiyimi demişəm. Nəzərinə çatdırdım ki, sualım bir qədər məhrəmanə idi. Şeyx Mehdi buyurdu ki, özü öz işini görəndə xoşhal olur, ikincisi də, mənim narahatlığımdan

səh:67

xəbərdardır. Hansı ki mən bu şübhə ilə bağlı kimsəyə bir söz deməmişdim. Yuxumu da kimsəyə danışmamışdım. Şeyx buyurdu ki, anlamağa cəhd etdiyimiz məsələlər bizim düşüncəmiz gücündə deyil. Axund Molla Sədra naqis ağılla xilqətin sirlərinə varmaq istəyir. Amma bu mümkün deyil. Vəzifəmiz budur ki, Qur`an buyuruqlarını sözsüz qəbul edək. Qur`an məadın cismani olduğunu bildirir. İyirmi yaşında günaha yol verən insanın altımış yaşında cisimlə sorğuya çəkilməsi adi bir işdir.

13-CÜ HEKAYƏT

Əllamə mərhum ağa Mirza Məhəmməd Təqi ibn Əbdürrəzzaqın yazıları arasında zahid alim ağa Mirza Məhəmməd Baqirin xətti ilə bir yuxu qeyd olunmuşdur:

Bismillahir-Rəhmanir-Rəhim

Bu sadiq yuxu fəqir Məhəmməd Baqirin 1342-ci ildə cəmadiul-əvvəl ayının səkkizində sübh çağı gördüyü yuxudur. Böyük bir məsciddə olduğumu gördüm. Namaz qılırdım. Qarşımda bir dəstə adam qibləyə arxa çevirib namaz qılırdı. Bir şəxs haray çəkirdi ki, nə üçün bu adamları doğru yola çağıran yoxdur? Namazın təşəhhüdünə çatmışdım. Qara əmmaməli bir şəxs gəlib

səh:68

sağ tərəfimdə əyləşdi. O, kitab şəkilli bir lövhə açdı. Səhifənin sağ tərəfinə əlini qoyub mənə “oxu” göstərişi verdi. Mən iki sətir oxuyub yuxudan oyandım. Oxuduqlarımı xatırlamağa çalışdım. İki dəfə gözüm qapandı. Gördüm bir qapı kandarında dayanmışam. Qapıdan pərdə asılıb. Bir şəxs pərdəni aralayıb buyurdu ki, xanım Fatimə (s) buradadır və səni çağırır. Qapıdan keçərkən həzrət Fizzədən icazə istədim. Buyurdu ki, xanımın görüşünə gedərkən salam-salavat demək, Fərəc duasıoxumaq bir qaydadır. Mən deyilənləri oxudum. İçəri daxil oldum. Hücrə o qədər qaranlıq idi ki, kimsə görünmürdü. Mən salam verdim. Xanım salamımı alıb buyurdu ki, yuxuda gördüyün əlində kitab olan şəxs oğlum Abbas idi. Yuxuda mənə bu yuxunu yazıya almaq tapşırıldı.

14-CÜ HEKAYƏT

Zahid alim və abid ağa hacı Şeyx Mehdi Nəcəfi İsfahanın Şah məscidində minbərdən belə buyurdu: Mərhum axund Kaşani Molla Məhəmməd ibadət və riyazət əhlindən idi. Bu şəxs öz ibadəti ilə seçilirdi. Hər gecə vitr namazının qunutunda üç min dəfə “Subbuhun Quddus” zikrini deyərdi. Əvvəllər haqqında danışdığımız axund Kaşaninin şagirdi Şeyx Məhəmməd Riza Məhəmmədabadi nəql edirdi ki, rəbiül-əvvəlin on yeddinci gecəsi İslam Peyğəmbərinin miladıdır. Həzrət Peyğəmbər (s) rö’yada bu şəxsə buyurmuşdu: “Bu gecə ibadət üçündür.” Hacı Şeyx Mehdi buyururdu ki, bu

səh:69

rö’ya həmin gecənin doğurdan da Peyğəmbərin (s) milad günü olduğunu təsdiqləyir.”

Müəllif “Darul-elmi-şərq” kitabında yazır ki, böyük alim hacı Mirza Riza Kəlbasi belə nəql edirdi: “İsfahanın Seyid məscidinin hücrələrindən birində qalan müqəddimə ustadımın dəfn günü onun üçün qazılan qəbrdən ağa Məhəmməd Beydəbadinin qəbirinə yol olduğu üzə çıxdı. Yüz iyirmi yeddi il öncə dəfn olunmasına baxmayaraq Beydəbadinin cənazəsi dəfn olunduğu vəziyyətdə qalmışdır.”

HACI ŞEYX ƏLİ MƏHƏMMƏD EJEYİNİN HƏYATINDAN

İŞARƏ

HAQQ YOL YOLÇUSU AYƏTULLAH HACI ŞEYX ƏLİ MƏHƏMMƏD EJEYİNİN HƏYATINDAN

Şəmsi 1384-cü ilin ortalarında cənab Şeyx Məhəmməd Təqi Gərivaninin görüşündə oldum. Bu alim hacı şeyx Əli Məhəmməd Ejeyinin aşiqlərindən idi. Onunla görüşdə Ayətullah Ejeyinin həyatından müəyyən nöqtələr aydınlaşdı. Ustad buyurdu ki, bir vaxt dostlardan biri Ayətullahdan soruşur ki, hacı Şeyx Həsənəli İsfahani ilə görüşlərdən nə xatırlayırsınız? O belə cavab verir: “Mən ağanın bütün söhbətlərini yazmışam.”

Bir dəfə Şeyxin övladları Mehdi və Məhəmmədlə əyləşmişdik. Onlardan xatirələrini soruşdum. Atalarının dilindən belə nəql etdilər: “Bir dəfə hacı Şeyx Həsənəli Noxudəki ilə teyyül-ərz (hal səfəri) edib Məşhəddə olduq.

səh:70

ZİKR OLUNMAMIŞLAR

Komandan Əli Məscidi öz döyüşçüləri üçün belə nəql edirdi: Bir dəfə Tehrandan İsfahana gəldik. Ramazan ayı, qədr gecəsi gecəyarı İsfahana çatdıq. Gördük ustad Vəliyyi-əsr xiyabanında əlinə süpürgə alıb ağacların kənarını süpürür. O ağlayır və dodağının altında deyirdi: “ Subbuhun Quddusun Rəbbül məlaikəti vərruh”. O kimsəni görməyəcək və eşitməyəcək bir halda idi. Təəccüblənib maşından düşdüm. Ustadı çağırdımsa da mənə tərəf baxmadı. İrəli gedib ağaya yaxınlaşdım. Yalnız əl vurandan sonra məni gördü. Çox israr edəndən sonra buyurdu: “Evdə oturmuşdum. Bütün aləmin beləcə zikr etdiyini eşitdim. Bu ağaclarsa toz-torpağa bulaşdığından zikrdən məhrum olmuşdular.”

ÇİNİ KASAN SINSA QƏM YEMƏ

Bir zaman dostlardan biri ilə ustadın görüşündə olduq. Ondan hacı Şeyx Əli Əkbər Ejeyinin şəhadəti haqqında soruşduq. O, bu barədə öncədən mə`lumatlı olduğunu qeyd edib buyurdu: “Mən inqilabdan çox-çox qabaq sübhlər piyada məscidə gedərdim. Yolum Vəliyyi-əsr xiyabanından keçirdi. Bir dəfə də gecə oradan keçərkən bir şəxslə rastlaşdım. Məni adımla çağırıb dedi: “Şeyx Əli Məhəmməd, əgər çini qabın sınsa, qəm yeməyəsən.” Soruşdum ki, nəyi nəzərdə tutursuz? Buyurdu: “Səndən sonra məscidə gələcək oğlunu nəzərdə tuturam.” Ağa oğlumun şəhid olacağına işarə edirdi. Həmin şəxs mənə ömrümün uzunluğunu da

səh:71

söylədi. Oğlum həmin günlər azyaşlı idi və məsciddə mükəbbirlik edərdi. Namə`lum şəxslə görüşümü uzaqdan müşahidə edən polis mənə yaxınlaşıb kiminlə danışdığımı soruşdu. Söylədi ki, səs eşidirdim, amma bir adam görmürdüm. Başa düşdüm ki, polis həmin şəxsi görməyib. Bəli, vaxt ötdü, 1360-cı ilin tir ayında imam Xomeyninin ziyarəti üçün Quma gəldim. İmam qulağıma pıçıldadı: “Ağanın sənə verdiyi və`d bu yaxınlarda gerçəkləşər.”

TÖVHİDDƏ ONDAN GÜCLÜSÜNÜ TANIMIRAM!

Ayətullah Fəyyaz bildirir ki, tövhiddə bu şəxsin misli yox idi. Söhbət əsnasında ona bildirdik ki, Ayətullahın görüşündən gəlirik. Təəccüb edib dedi: “Məgər o sağdır?” Ayətullah Fəyyaz xəstəhal olduğundan evdə qalar, çox hadisələrdən xəbər tutmazdı. Elə güman edirdi ki, Ayətullah Ejeyi dünyasını dəyişib.

Əvvəllər ağanın vəziyyəti yaxşı olanda cümə axşamları məğrib və işa namazından sonra Kisa hədisini oxuyardı. Nəql edir ki, bir gün vəziyyətim yaxşı olmadığından məscidə getməmək qərarına gəldim. Halım dəyişdi, İmam Mehdini (əc.) gördüm. Buyurdu ki, şeyx, sən ayağa qalx, biz güc verərik.” Ağanın güclü hafizəsi vardı. Bir şəxsi görsəydi, heç vaxt unutmazdı. O bütün insanlarla mehriban davranar, xoş rəftar edərdi.

səh:72

QƏDR GECƏSİ MƏRASİMİNDƏ İMAM MEHDİNİN (ƏC.) İŞTİRAKI

Ağanın məscidində Şeyx Əli adlı bir xidmətçi vardı. Bu şəxs özü hal əhli idi. Bir dəfə ondan ötən il ağanın məclisdə olub-olmadığı barədə soruşduq. Dedi ki, üç ehya gecəsindən ikisində iştirak etdi və mərasim çox gözəl oldu. Gecə haqqında belə buyurdu: “Həmin gecə ağanın halı çox dəyişdi və huşunu itirdi. Bir müddət sonra ayılıb buyurdu: “Camaata deyin ki, hamı ehtiyacını istəsin.” Sonra yenidən huşunu itirdi. Ayılandan sonra nə baş verdiyini soruşduq. Buyurdu ki, imam Mehdi (ə) həmin vaxt məclisdə idi.

BATİNDƏN XƏBƏRDARLIQ

Höccətül-İslam hacı Şeyx Əhməd Fəal buyurur ki, hacı Şeyx Əli Məhəmməd Ejeyinin xidmətində olduğumuz vaxt bir şəxs gəlib ondan istixarə etməsini xahiş etdi. Cənab ağa Əbdəli ( hazırda famili Hamidiniyadır) nəql edir ki, bir dəfə gördüyüm yuxudan narahat olub Ayətullah Molla Hüseynqulu Siddiqinin yanına getdim. Ustad yuxumu tə`bir etdi. Sonra Ayətullah Ejeyinin yanına gəlib ondan da yuxuma tə`bir istədim. Alim buyurdu ki, yuxunuzun Ayətullah Siddiqinin buyurduğundan başqa tə`biri yoxdur!

səh:73

DİLİ QORUMAQ ÜÇÜN BİR NƏSİHƏT

Cənab Fəal nəql edir ki, bir gün dostlardan biri ilə İsfahanın Darul-hikmə elmi mədrəsəsində idik. Bu vaxt mədrəsəyə bir şəxs daxil oldu. Mən həmin adamla bağlı zehnimə gələn iradı dostuma dedim. Həmin gün Ayətullah Ejeyinin məscidində namaz qılmaq qərarına gəlmişdik. Namaza getdik. Namazdan sonra alimin görüşündə olduq. Ondan bir nəsihət istədim. Ağa buyurdu: “Əgər bir şəxsdə nöqsan görsəniz, onu dilinizə gətirməməlisiniz.” Alim dediyini izah etmək üçün bir misal çəkdi. Onun çəkdiyi misal mənim zehnimdən ötən irad idi. Əhli-beytin (ə) nurani kəlamlarında buyurulduğu kimi, həqiqətən də, mö`min ilahi nurla baxır, hər şeyin həqiqətini dərk edir.

BU LİBASDA XALQA XİDMƏTÇİ OL!

Cənab ağa Fəal nəql edir ki, şə`ban ayının on beşi idi. Həmin gün ilk dəfə əmmamə qoymaq qərarına gəlmişdim. Ayətullah Ejeyinin yanına gedib istixarə etdirdim. O istixarədən sonra mənə buyurdu: “Bu iş sizin üçün vacibdir. İstixarədə gecə namazı ayəsi gəldi. Bu isə həm dünya, həm də axirət xeyirini bildirir.” Həmin gündən əmmamə qoyub ağanın xidmətində işə başladım. O mənə xeyli ehtiram göstərirdi. Ona ərz etdim ki, bir tövsiyə versin. Ağa buyurdu: “Bu libasda xalqa xidmətçi ol. Onların pis sözündən narahat olma, salamından sevinmə. Vəzifəni yerinə yetir.”

səh:74

XANIMLA BELƏ RƏFTAR ETMƏ

Bir gün Şeyx Məhəmməd Təqi Gərivani Ayətullah Ejeyinin görüşündə olur. Ayətullah məni nəzərdə tutub Şeyxə buyurur: “Mənim salamımı dostuna çatdır və de ki, xanımla belə rəftar etmək olmaz.”

Doğrudan da, həmin vaxtlar mən evdə xanıma qarşı kobudluq etmişdim. Ayətullah Ejeyi bundan xəbər tutub mənə tövsiyə ünvanlamışdı.

KƏRAMƏT SAHİBİ AYƏTULLAH SEYİD ƏLİƏKBƏR HAŞİMİDƏN BİR XATİRƏ

Ayətullah Seyid İsmail Haşimi İsfahaninin qardaşı mərhum Ayətullah Seyid Əliəkbər Haşimi kəramət sahibi olub. Onda qəribə hallar yaranırmış. Ayətullahın İsfahan elmi hövzəsinin ustadı olan oğlu hacı ağa Mürtəza Haşimi atası ilə bağlı xatirələrini yazmışdır. Hələ ki çap olunmamış bu kitabdakı xatirələrdən birini nəql edirik: Məl`um Rza şah dövründə ruhani libasında bayıra çıxmağa qadağa qoyuldu. Atam ruhani libasında küçəyə çıxdı. Anası narahat olduğundan xahiş etdi ki, bu libasla bayıra çıxmasın. Anasına dedi: “Mən bu vaxtadək əmmaməmə xəyanət etməmişəm. Kimsə onu başımdan götürə bilməz.” Bu sözlərlə ruhani libasını çıxarmamaqda israrlı olduğunu göstərdi.

səh:75

AYƏTULLAH BÜRHAN HAQQINDA USTAD ƏNSARİYANLA MÜSAHİBƏ

Müəllif: Mərhum Şeyx Məhəmməd Razi, Ayətullah Bürhan haqqında kitab yazmışdır. Sizin də ustadla bağlı yazılarınız çap olunmuşdur. Bizi daha çox mərhum Bürhanın Tehrandakı ictimai fəaliyyətləri maraqlandırır. Bu barədə xatirəniz varmı?

Cənab Ənsariyan: Ayətullah Bürhan çox ziyalı bir insan idi. Nəcəfdə təhsil almış bu alim bir neçə mədəniyyət mərkəzi tə`sis etmişdi. Həmən vaxtlar çox az ruhani bu yönümdə fəaliyyət göstərərdi. Ayətullah qızlar üçün, oğlanlar üçün məktəblər açmışdı. O bu məktəblərdə e`tiqadlı müəllimlərdən istifadə etmək fikirində idi. Nə qədər lazımsa pul xərcləyirdi. Şübhəsiz ki, Ayətullah Bürhan kimi insanların aşiqi çox olur. Bu səbəbdən də o maddi baxımdan çətinlik çəkmirdi. Yeni ixtisas əldə etmək istəyənlər üçün məktəb təşkil olunmuşdu.

Ayətullah Bürhan həzrət Əbdül-Əzim Həsəninin hərəmi kənarında başqa bir mərkəz tə`sis etmişdi. Həmin mədrəsə Bürhaniyyə adlanırdı. Onun tə`sis etdiyə mərkəzlərdən biri də Lorzadə adı ilə tanınan məscid idi. Həmin məscidin də həyətində dairəvi şəkildə hücrələr tikilmişdi, orada tələbələr qəbul olunurdu.

AYƏTULLAH BÜRHANIN RUHANİ HALLARI

O, insanlarla eynən peyğəmbər kimi rəftar edərdi. Tehranda sübhlər cəmiyyət namazı qılınmayan vaxt səh:76

onun məscidində izdiham olardı. Ayla bağlı bütün dualar oxunardı. İlk dəfə Zeynəbiyyə günləri keçirən Ayətullah Bürhan olmuşdur. Rəcəb ayının on üçünü geniş bir tədbir təşkil edərdi. Rəcəbin on dördüncü günü bütün məscid qara örtüyə bürünərdi. Həzrət Zeynəbin xatirəsinə hazırlanmış yazılar məscidin divarlarına vurulardı. Bu xatirə məclisləri on gün davam edərdi. Ayətullah Bürhan həmin mövzuda söhbətlər edərdi. Fatimiyyə günləri də onun yadigarıdır. Ondan əvvəl belə günlər olmayıb. Tasua və aşura günləri Ayətullah özü ayaqyalın-başaçıq qara bir köynəklə əzadarlara qoşular, hamı kimi sinə vurub ağlayardı. O bu qəbil rəftarların ayətullaha yaraşmaması fikrini qəbul etmirdi. Əba və əmmaməsini çıxarıb bir kənara qoyar, qara bir köynəklə dəstənin önündə sinə vurardı. Xalqla elə rəftar edərdi ki, məscidində namaz vaxtı yer tapılmazdı. Onun məscidi sanki bir dövlət idi. Orada hər şey vardı. Ətrafdakı insanların bütün problemləri bu məsciddə həll olunardı. Məscid əhlini inandırmışdı ki, qızlarını məsçid əhlindən olanlara ərə versinlər. Məscid qadınlarının kənar mağazalara getməməsi üçün məscidin həyətində köşk qoymuşdu. Orada qızıl əşyaları, ayaqqabı, parça, məscid əhlinin ehtiyacı olan hər şey satılırdı. Bayram günləri orada alış-veriş daha güclənirdi. Məscid nəzdində İslami bir dərgi çap olunurdu. Bəli, bu məscid hökuməti xatırladırdı. İlk qərzül-həsənə sandığı (xeyriyyə bankı) bu məsciddə işə başladı. Bu gün ölkədəki bütün qərzül-həsənə sandıqları mərhum Ayətullah Bürhanın yadigarıdır.

səh:77

AYƏTULLAH BÜRHANIN RƏFTARI

Müəllif: Bildiyimiz kimi Ayətullah Bürhan Əllamə Qazinin şagirdi olmuşdur. Bu ona böyük imtiyaz verir. Əllamə Qazinin tə`siri sayəsində onda lətif bir əhval-ruhiyyə vardı. Bu barədə nə deyə bilərsiniz?

Ənsariyan: Əvvəlcə maraqlı bir hadisə: Ayətullah Bürhan dünyasını dəyişəndən bir il sonra mən Məşhəd ziyarətinə getmişdim. Hərəm xidmətçilərindən birinin evində otaq icarəyə götürmüşdüm. On gün Məşhəddə qalmaq fikirim vardı. Hava çox isti idi. Evin su hovuzu binanın zirzəmisində idi. Ev sahibindən icazə almışdım ki, günortadan sonra bir qədər orada əyləşim. Bir dəfə zirzəmidə oturduğum vaxt oraya ərəb libasında bir şəxs gəldi. O farsca məndən “haralısan” soruşdu. Dedim ki, tehranlı. Hansı məhəllədən olduğumu soruşdu. Bildirdim ki, Lorzadə məhəlləsindənəm. Gözü yaşla doldu. Soruşdu ki, mərhum Bürhanı tanıyırdın? Dedim ki, bəli, yaxşı tanıyırdım. Mən yeddi-səkkiz il onun xidmətində olmuşam. Ah çəkdi və dedi: “Allah ona rəhmət etsin. Bir neçə il öncə Kazimeyndə dörd yaşlı oğlumu izdiham arasında itirdim. Nə qədər axtardımsa tapa bilmədim. Düz üç il uşağın anası ilə birlikdə İraqı alt-üst etdik, amma bir nəticə əldə edə bilmədik. Gün-gündən pərişanlığımız artırdı. Bir gün Nəcəfə getdim, Əmirəl-mö`mininə təvəssül etdim. Bir şəxs dedi ki, əgər uşağını tapmaq istəyirsənsə, get Tehrana, Lorzadə məscidində ağa Bürhandan kömək istə. Pasport götürüb İrana gəldim. Ağa Bürhanın görüşündə oldum. Bir neçə gün məscidin həyətində qaldım. Bilmirəm, Allahla nə səh:78

rabitə qurdu! Bir gün mənə dedi: “Tez İraqa get, Hilləyə tələs. Filan gün günortadan sonra saat filanda uşağının əlindən tutmuş bir şəxs filan xiyabandan keçəcək. Get uşağını təhvil al.” Başılovlu İraqa üz tutdum. Arif nə demişdisə elə də oldu. Onun dediyi saatda, dediyi yerdə uşağımı tapdım.

Bəli, Ayətullah Bürhan hərtərəfli insan idi. Təsəvvür edin ki, hələ Tehranda indiki ayaqyolu oturacaqları olmayan vaxt ağa Bürhan şam namazına bir saat qalmış məscidə gələr, libasını dəyişib ayaqyolunu yumağa başlayardı. Məsçidə daxil olanda xalçaları qaldırar, əlindəki dəsmalla yerdəki qırıntıları təmizləyərdi. Yay günləri namazı məscidin həyətində qılardı. Məscidin həyətində portağal əkilmiş çox ə`la görkəmli səkkiz-doqquz güldan qoymuşdu. Həyətdə gözəl, fəvvarəli bir hovuz tikdirmişdi. Hamını, gəncləri, uşaqları məscidə cəzb etmək üçün çalışırdı. Namazı başa vurandan sonra əlini cibinə salıb uşaqlara şirni paylayardı. Hər dəfə şirni verəndə təbəssümlə deyərdi: “Axşam yolunuzu gözləyəcəyəm.” Ayətullah Bürhan bu yolla iki nəsil tərbiyə etdi. Onun haqqında daha yaxşı öyrənmək üçün Ayətullah Məhdəvi Kəniyə müraciət edin. Şeyx Əli Səadətpərvər Pəhləvani də onun şagirdi olub. Biz uşaq olanda onlar mərhum Bürhanın tələbələri idilər. Mən uşaq yaşlarında tez-tez onun yanında olurdum. On yaşım olmasına baxmayaraq mənimlə bir kişi kimi söhbət edər, ciddi məsələlər danışar, hədis söyləyərdi. Bir şeyə əminəm ki, o hamı ilə ən kamil şəkildə davranırdı. Hicri-şəmsi 1338-ci ildə dünyasını dəyişdi.

səh:79

İndi 1385-ci ildir. Hələ ki onun kimi hərtərəfli və çəkili ikinci axund görməmişəm.

İKİ ARİFİN BUYURUQLARININ TƏ`SİRİ

Müəllif: Siz hacı ağa Hüseyn Fatimi Qummi və hacı Şeyx Abbas Tehranini görmüsünüz. Onlar haqqında da bir neçə kəlmə söyləyin.

Ənsariyan: Hacı Şeyx Abbası yaxından tanımışam. Əynimdəki libası o geyindirib. Sağ olduğu vaxt tez-tez görüşündə olardım. O qırx il xəstə oldu. Vaxt tapan kimi görüşünə gedərdim. Onda da mərhum Bürhanın əhval-ruhiyyəsindən vardı. Xüsusilə cümə günləri minbərləri çox təsirli idi. Hacı ağa Hüseyn isə cümə axşamları evində məclis qurardı. Vaxt tapanda həmin məclisə gedərdim. O da sözü təsirli insanlardan idi. Dediyi sözlərdən daha çox özü təsirlənər, həyəcanlanardı. Minbərdə adətən ağlayardı. İndi Qumda belələrinin yeri boşdur.

AYƏTULLAH ŞEYX ABBAS ATİFİ QUÇANİNİN HƏYATINDAN

Hicri-qəməri 1425-ci ilin mübarək ramazan ayının son həftəsində Nəcəfabadın Cameətul-imamul-muntəzərelmi hövzəsində Nəcəf alimlərindən olan hacı ağa Bəhrinin xidmətində idim. Alim hicri-şəmsi 1365-ci ildə İraqdan İrana gəlmiş, Cəhrom şəhərində məskunlaşmışdı. Bu şəxs ardıcıl şəkildə Nəcəf elmi hövzəsində böyük insanlarla görüşmüş, Əllamə Qazi,

səh:80

şeyx Abbas Quçani kimi insanlarla təmasda olmuşdu. O, Ayətullah Quçani haqqında belə nəql edir: Ayətullah Quçani çox nurani, təvazökar bir insan idi. Uca qaməti, dolu bədəni vardı, pəhlivan görkəmində idi. Əmirəl-mö`mininin (ə) hərəmi yaxınlığında kiçik bir mənzili vardı. Bu mənzil Huvəyş bazarının yaxınlığında idi. Ustadın iki oğlu vardı. Onlardan biri, Şeyx Mahmud hazırda Tehranın Kax meydanındakı peyğəmbər məscidində imam-camaatdır. İkinci oğlu Şeyx Məhəmməd İraq rejimi tərəfindən həbs edilmiş və bir daha geri qayıtmamışdır. Onun cənazəsi də tapılmamışdır.

Bir qrup tələbə İraqdan çıxıb İrana gəlmək istədikləri vaxt Şeyx Abbas Quçaninin ailəsini də özləri ilə götürmüşlər. Təəssüf ki, həmin vaxt şeyx Məhəmməd həbsdə olmuşdur. Ayətullah Quçani adətən Ayətullah-üzma Əbdül-Hadi Şirazinin yanında olardı. Onu oğlunun itkin düşməsi çox narahat edirdi.

Mən özüm Ayətullah Quçaninin hüzurunda həkim Səbzvarinin Mənzuməsini oxumuşam. Oğlum onun oğlu şəhid Şeyx Məhəmməddən dərs alardı. İslam elmlərini dərindən bilən cənab Quçani fəlsəfədə xüsusi iste`dada malik idi. Nəcəfdə də fəlsəfə ustadı kimi tanınırdı. Həmən vaxtlar Əsfardan dərs keçərdi.

O əsil əxlaq müəllimi idi. İnsanlar arasına fərq qoymaz, Nəcəf elmi hövzəsində müşahidə olunan ayrıseçkiliyə yol verməzdi. Elə düşünürəm ki, Nəcəf hövzəsinin dağılmasının əsas səbəblərindən biri həmin ayrıseçkiliklər oldu.

səh:81

Hər gün ardıcıl şəkildə Əmirəl-mö`minin hərəminə gedər, onun nurundan bəhrələnərdi. Özü belə nəql edirdi: Əllamə Qazinin şagirdi idim. Şagirdlərdən biri sübh yatıb cunub olmuşdu. Qüsl verə bilmədiyindən həmin vəziyyətdə dərsə gəlmişdi. Əllamə Qazi sinifə daxil olan kimi ona üz tutub e`tiraz etdi: “Bu halda dərsə gəlirsən?”

HALAL QİDANIN NURU VƏ HARAM TİKƏNİN TƏ`SİRİ

Əli ağa Nasehi buyurur ki, Ayətullah Mahmud Quçani belə nəql etmişdir: “Bu əhvalatı atamdan eşitmişəm: Bir gün Kəşmirə getmişdim. Kəşmirin elmi mədrəsəsində qoca bir xidmətçi baxçada səliqə-sahman yaradırdı. Onun qoca yaşında beli qüdrətlə yerə vurub şum etməsi məni təəccübləndirdi. Təəccübümü gizlətməyib ondan bunun səbəbini soruşdum. Qoca dedi: Qolumdakı gücün öz əhvalatı var. Bir dəfə qoca bir kişi mədrəsəyə gəlib dedi: “Bu gecə mümkünsə mədrəsədə mənə yer ver.” Mən ona bildirdim ki, bütün hücrələrdə tələbələr qalır və artıq yer yoxdur. Birdən ağlıma gəldi ki, ona anbarda yer verə bilərəm. Təklifimi ona bildirdim. O qəbul edib anbara üz tutdu. Sübh erkən yuxudan oyanıb həyətə çıxanda anbar tərəfdə bir nur gördüm. Hansı ki orada çıraq da yox idi. Anbara yaxınlaşdım. Qoca orada Qur`an oxuyurdu. Onun gözlərindən Qur`anın səhifələrinə nur süzülürdü. Başa düşdüm ki, bu şəxs Allahın övliyalarındandır. Yaxınlaşıb gördüklərimi dedim. Ondan nəsihət istədim.

səh:82

O bildirdi ki, mənim bir işdə sabitqədəmliyim yoxdur və onun göstərişlərinə əməl edə bilmərəm. Amma əl çəkməyib tə`kid etdim. Nəhayət, o razılaşdı. Amma şərt kəsdi ki, onun iştirakı olmadan dilimə bir şey vurmayım. Mənə müəyyən vird və zikirlər öyrətdi. Gecələr ibadət edir, gündüzlər oruc tuturdum. Beləcə on gün keçdi. İftar və obaşdanım qocanın mənə verdiyi çörək idi. Həmin çörəkdən yedikcə qüvvəmin artdığını hiss edirdim. Gözümə elə bir nur gəlmişdi ki, Kəşmir şəhərini bütünlüklə görürdüm. Bu yolla on gün də keçdi. Özümdə daha artıq güc hiss edirdim. Qırxıncı gün gəlib çatdı. Şam vaxtı yuxuladım. Yuxudan oyanıb hücrədə bir sini dadlı xörəklər gördüm. Şeytan mənə belə təlqin etdi ki, həmin qidaları qoca gətirib. Siniyə yaxınlaşıb bir tikə götürdüm və ağzıma qoydum. Tikə boğazımdan keçən an qocanın hücrəyə daxil olduğunu gördüm. O əsəbi vəziyyətdə dedi: “Şərt kəsməmişdikmi ki, mənsiz bir şey yeməyəsən? Axı sənə dedim ki, sabitqədəmliyin yoxdur.” Bu sözləri deyib otaqdan çıxdı. Sür`ətlə ardınca qaçdım. Amma ondan bir əsər tapa bilmədim. Gözümün nuru bir anda çəkildi. Amma həmin qüvvədən bir azca qaldı. Bəli, bu güc həmin vaxtdan qalan gücdür!

MİRZƏ ƏLİ AĞA ŞİRAZİ HAQQINDA

Hicri-qəməri 1426-cı il qurban bayramı günü hacı ağa Kərimiyanın yanında idim. Oradakı söhbətlərdə iki maraqlı nöqtə zikr olundu:

1.Bir gün hacı Mirzə Əli ağa Şirazi ziyarətə gedərkən yolüstü Kirmanşahda Şahbazxan mədrəsəsində dayanır.

səh:83

Həmin vaxt Ayətullah hacı Şeyx Həsən Əllami və ağa Seyyid Məhəmməd Neybədi onun görüşünə gəlirlər. Gələnlərdən biri ağadan yaşını soruşur. Ağa buyurur: “Deyirlər ki, əldən gedən gedib, qalanından da xəbərim yox.” Ustad aşura günü İsfahanın Sədr mədrəsəsində minbərdə şiddətlə ağlayardı. Bu görüntü misilsiz bir görüntü idi.

Seyyid Məhəmməd Təqi Mədəni nəql edirdi ki, mərhum Ayətullah Hacı Şeyx Məhəmməd Həsən Nəcəfabadi buyurmuşdur: “Bir gün İsfahanın kiçik Cəddə mədrəsəsində idim. Öz-özümə düşündüm ki, Pərvərdigara, sənin övliyaların sənin camından içib. Heç olmaya onların əli ilə bizə də bir ovuc içir. Bir müddət sonra Ayətullah-üzma hacı Seyid Əli Nəcəfabadini yuxuda gördüm. Rö`ya aləmində mənə şərbət verdi. Yuxuda içdiyim həmin şərbət sonrakı müvəffəqiyyətlərimin əsas səbəbi oldu.

AŞURA ZİYARƏTİNİN TƏ`SİRİ

Seyid Məhəmməd Təqi Mədəni buyurur: Ayətullah Hacı Şeyx Məhəmməd Həsən Nəcəfabadi deyirdi: Atam dünyasını dəyişəndən sonra anam razı olmadı ki, təhsilimi Nəcəfdə davam etdirim. Niyyət etdim ki, qırx gün Aşura ziyarətini oxuyum və müşkülüm həll olsun. Qırxıncı ziyarətnaməyə başlamamış anam razılıq verdi. Anamdan bunun səbəbini soruşdum. Dedi ki, atanı

səh:84

yuxuda gördüm, bu işə görə məni qınadı. Başa düşdüm ki, Nəcəfə getməyin məsləhətdir.” Ayətullah Nəcəfabadi tələbələrə buyurardı: “Əgər təqvalı olmaq fikriniz yoxsa, tələbəlikdən xaric olun!”

AXUND KAŞİ HAQQINDA

Hacı ağa Mədəni nəql edir: Ayətullah Hacı ağa Rəhimidən eşitmişəm: Bir gün bir qədər göyərti alıb təmizlədim, istifadəyə yararsızını kənara qoydum ki, heyvanlara verim. Həmin vaxt axund Kaşi gəldi. Heyvanlar üçün ayırdığım göyərtini görüb e`tiraz etdi və buyurdu: “Bunlar arasında hələ ki yeyiləsi var. Yeməlisini ye, qalanını heyvanlara ayır.” Həkim Hacı Ağa Məhəmməd Xorasani belə buyurardı: “Axund Kaşidə gecələr bir hal görmüşəm ki, belə halın yalnız Əmirəl-mö`minində olduğunu eşitmişəm. Bu şəxs o qədər ağlayır ki, özündən gedir.”

səh:85

AŞİQ BAŞQA BİR MƏZHƏBDƏDİR

Hicri-şəmsi 1373-1374-cü illərdə müəllif ustad hacı Şeyx Seyfullah Nurməhəmmədinin hüzurundan bəhrələnmə imkanı əldə etdi. Onun məclislərindən dəyərli nöqtələr qeydə aldım. Şeyx öz söhbətlərində ilahi övliyaların həyatına da işarə edirdi.

Hicri-qəməri 1416-cı il Camadius-sani ayının 23-də Əlfiyyə dərsindən sonra Şəhidi-əvvəl buyurmuşdur: Hacı Əbül-Qasim Zari adı ilə tanınmış bir şəxs vardı. O rəsmi şəkildə təhsil almamışdı. Peşəsi əkinçilik idi. Özü böyük bir mə`rifətə yiyələnmişdi. Bir gün “Sirati-mustəqim”, “Zadul-yəqin” kitablarının müəllifi hacı ağa Taki məni onun hüzuruna apardı. Bir neçə məclis ondan bəhrələndim. Bu şəxs ilahi maarif sahibi idi. Eynən Əllamə Məclisi kimi mə`nalı danışırdı. İsfahan elmi hövzəsinin o vaxtkı rəisi Ayətullah hacı ağa Həsən Savi, Ayətullah Şeyx Məhəmməd Nasiri bu şəxslə əlaqə saxlayırdı.

Şəhrzadda bir müddət Kərbəlada yaşamış Seyid Məhəmməd Nəvvab adlı birisi vardı. Bu şəxs özünə səh:86

ustad gəzirdi. Nəhayət, İrana gəlib çıxdı. Sonda hacı Əbül-Qasim Zarinin xüsusi müridlərindən oldu. Sübhlər Zarinin mənzilinə gedər, ustadın evdən çıxmasını gözləyərdi. Bir müddət sonra ustad qoyunlarını çıxarıb dağa üz tutardı. Seyid Məhəmməd yol boyu ondan ayrılmaz, namazlarını ona iqtida edərdi.

Bə`ziləri bu iki şəxsin xeyli vaxt bir yerdə olduğunu görüb onlardan xahiş edirlər ki, xüsusi bir məclis qurulsun. Eyni zamanda Seyyid Məhəmmədin nəzərinə çatdırırlar ki, onun ustadın vaxtını bu qədər alması düzgün deyil. Seyid özü deyir ki, əgər ustad həmin məclisə getməsəydi mən də getməzdim. Bəli, o öz ustadının aşiqi idi.

İMAM MUSA İBN CƏ`FƏRƏ (ə) TƏVƏSSÜL

Ustad Nurməhəmmədi buyurur: Nəcəfabad alimlərindən olan Şeyx Məhəmməd Həsən Nasihidən belə eşitdim: Nəcəfdə təhsilə məşğul olduğum vaxt üzümdə pis bir çiban çıxdı. Məni çox narahat edirdi. Seyid Əbül-Həsən İsfahaninin yanına gedib bir qədər

səh:87

pul aldım və anamla birlikdə Kazimeynə yola düşdüm. Kazimeyndə mehmanxanada yer tutdum. Yaranı müalicə etdirmək istəyirdim. Amma çox pis bir vaxtda pul qurtardı. Düşdüyüm vəziyyətdən çıxış yolu tapa bilmirdim. İmam Musa ibn Cə`fərin hərəminə gedib halımı danışdım. Ağladım, halım dəyişdi. Mövlanın hərəmindən çıxanda özümü saxlaya bilməyib hönkürürdüm. Camaat başıma toplaşıb bunun səbəbini soruşdu. Kimsəyə bir söz deməyib evə qayıtdım. Səhəri gün bazardan keçəndə Nəcəf tələbələrindən olan Seyid İsmayıl Musəvi ilə rastlaşdım. Bir kitab mağazasında əyləşmişdi. O birdənbirə mənə pul təklif etdi. Həmin vaxt çox böyük pul sayılan altı-yeddi dinarlıq məbləği mənə verdi. Bu pulla yaranı müalicə etdirib Nəcəfə qayıtdım. Sonra Seyid İsmayılın yanına gedib pulu qaytarmaq istədim. O isə “sənə nə vaxt pul vermişəm?” deyib belə bir iş olmadığını bildirdi. Əhvalatı yadına salmaq istədim. Bildirdi ki, mən Kazimeyndə olmamışam. Bəli, həzrət Musa ibn Cəfərə (ə) təvəssülümün bərəkəti bu oldu.

səh:88

XANIM FATİMƏYƏ (Ə) TƏVƏSSÜL

Cənab höccətül-İslam Şeyx Məhəmməd Həsən Nasehi nəql edir: Nəcəfdən birinci dəfə Məkkəyə getmək istədiyim vaxt bir neçə nəfərlə dəvə kirayələdik. Bir qədər çörək və su götürdük. İki gün yol getmişdik ki, yolu itirdik. Birdən bir neçə nəfər silahlı şəxs göründü və bizə yaxınlaşıb olanımızı əlimizdən aldılar. Qollarımızı bağlayıb üzü üstə yerə yıxdılar və dəvələri götürüb getdilər. Sonradan başa düşdük ki, bələdçimiz bu adamlarla əlbir imiş.

Cənab Şeyx Məhəmməd Kufi də aramızda idi. O əslən isfahanlı idi. Amma yerini dəyişdiyindən Kufi kimi tanınırdı. Böyük şəxsiyyətlər bildirirlər ki, Kufi imam Mehdi (ə) ilə görüşən şəxslərdən olub. Bir gün İsfahanın Sədr mədrəsində ondan bu barədə soruşduq. Buyurdu: “Əgər mən onunla görüşürəmsə, bunun sizə nə faydası?”

Ayətullah Bürucerdi bu şəxsə məhəbbət göstərirdi. Bir dəfə Məşhəd ziyarətinə gəlib sonradan Nəcəfə səh:89

qayıtmışdı. Bunu eşidən Ayətullah Bürucerdi təəssüf edib buyurdu: “Onu ziyarət etmək ürəyimdən keçirdi.”

Qayıdaq əvvəlki söhbətə. Beləcə, səhrada yerə yıxılmış vəziyyətdə qalmışdıq. Nəhayət, birtəhər sürünüb bir-birimizə yaxınlaşdıq və əllərimizi aça bildik. Quldurlar elə düşünmüşdülər ki, biz sahibsiz çöldə məhv olasıyıq. Su olmadığından təyəmmüm edib sübh namazını qıldıq. Hansı tərəfə gedəcəyimizi bilmirdik. İstixarə edib bir tərəfə üz tutduq. Günəş asta-asta qalxır, hava istiləşirdi. Susuzluq bizə əziyyət verirdi. Şeyx Məhəmməd dedi: “Birlikdə həzrət Zəhra (ə) namazını qılaq.” Onun tövsiyəsinə əməl etdik. Şeyx Məhəmməd Kufi xeyli ağlayıb ah-nalə çəkdi. Bu vaxt uzaqdan bir maşının bizə yaxınlaşdığını gördük. Səs-küy qaldırdıq ki, bizi eşitsinlər. Nəhayət, özümüzü maşına çatdırdıq. Bu maşın Səudiyyə ordusunun tankerlərindən idi. Öz əkin sahələrinə su aparırdı. Düşdüyümüz vəziyyəti sürücüyə danışdıq. Çətinliklə də olsa bizi maşına götürdü və düşərgəyə apardı. Orada yenidən başımıza gələnləri danışdıq. Bir qədər keçəndən sonra

səh:90

hərbiçilər quldurları tutub gətirdilər. Nəyimiz vardısa bizə qaytardılar. Bələdçiyə ciddi tapşırıq verib bizi pulsuz Məkkəyə çatdırmasını əmr etdilər. Hətta bizə kağız verdilər ki, Məkkəyə çatandan sonra imzalayıb bələdçiyə verək, o da həmin kağızı hərbiçilərə təqdim edib bizi sağ-salamat mənzilə çatdırdığını təsdiqləsin. Bəli, Allahın lütfü ilə həmin il Kə`bəni ziyarət edə bildik.

CAHANGİRXAN QAŞQAYİDƏN BİR XATİRƏ

Hicri-şəmsi 1380-ci ilin tir ayında Qum elmi hövzəsinin böyük ustadlarından birinin görüşündə olduq. O belə nəql edirdi: Mən mərhum Cahangir xan Qaşqayini doxsan yaşı olanda görmüşəm. Onun Baratəli adında bir xidmətçisi vardı. İsfahanın Sədr mədrəsəsində çalışan Cahangirxanın bu mədrəsəyə böyük bağlılığı vardı. O deyirdi ki, Sədr mədrəsəsindən yaxşı mədrəsə görməmişəm. Əlbəttə ki, özü bu mədrəsəyə bağlı olduğundan belə düşünürdü. Cahangirxan dünyasını dəyişəndə axund Kaşi Sədr

səh:91

mədrəsəsinin həyətində oturub göz yaşı axıdır və deyirdi: “Onun gedişi belimi bükdü.”

ƏLLAMƏ QAZİNİN ŞAGİRDİ AYƏTULLAH FƏYYAZ

Ustad buyururdu: “İsfahanda Ayətullah Fəyyazın xidmətində oldum. Əllamə Qazinin tə`rifini ondan eşitdim. Düşündüm ki, Əllamə Qazi ilə birlikdə olub. Sonradan Əllamə Qazinin şagirdlərindən biri bunu təsdiqlədi. Bu şəxsdə elə bir cazibə vardı ki, onu bir dəfə görən heyran qalırdı.

CƏNAB CAMAL GÜLPAYİQANİNİN BƏRZƏX HALI

Cənab hacı Şeyx Mahmud Vüsuqiyan həzrət Ayətullah Nasirinin dilindən nəql edir: Camal Gülpayiqaninin oğlu atasının bərzəx vəziyyətini görmək istəyində idi. Bu məqsədlə müəyyən zikrlər oxuyur, qırx gün bu işi davam etdirirdi. Nəhayət, yuxuda atasını görür. Görür ki, hamama oxşar bir yerdə

səh:92

atasını yuyundururlar. Ona belə ilham edilir ki, atasını dünya həyatının toz-torpağından təmizləyirlər. Ayətullah Nasiri buyururdu ki, Camal Gülpayiqani bir müddət mərce (xalqın sorğu ünvanı) olduğundan, güman ki, onu zahiri bulaşıqlıqlardan paklayırmışlar.

RƏBBANİ ALİM SEYİD MƏHƏMMƏD MÜQƏDDƏS İSFAHANİNİN QEYDLƏRİ

Məclisi nəql edir ki, Şeyx Bəhayi ilə Baba Rüknəddinin məqbərəsinin ziyarətinə getdik. Orada Şeyx Bəhayi dedi: “Bir səs eşidirsənmi?” Dedim ki, zəncir səsinə oxşar bir səs eşidirəm. Buyurdu: “Mənə deyirlər ki, ölümün yaxınlaşıb, hazırlaş.” Şeyx dünyasını dəyişənədək bir də evdən bayıra çıxmadı.

Yaxınlarımızdan olan hacı seyyid Məhəmməd Hüseyn nəql edir ki, Baba Rüknəddinin qəbiri üstündə gecələyib raz – niyaza məşğul oldum. Həmin il həccə gedə bildim.” Seyyid Cəlil nəql edir ki, mənim də başıma oxşar hadisə gəlib. Babanın qəbri üstünə getdim. Oradan çıxanda bir yoxsulla rastlaşdım. Mənə elə gəldi

səh:93

ki, Baba bu şəxsə əl tutmağımı istəyir. On şahı çıxarıb həmin fəqirə verdim. Tezliklə həcc ziyarəti qismətim oldu.

Şeyx Həsən Əli İsfahanidən ibadət rəğbətini artırmaq üçün məsləhət istədim. Buyurdu: “İmam Sadiq (ə) ona belə bir istəklə müraciət edən şəxsə buyurdu: “Allah çalışan insanı doğru yola yönəldəcəyini və`d edib.” Sonra qeyd etdi ki, insanı ibadətə rəğbətləndirən ibadətin tamını dadmasıdır. İbadətə mane olan əsas səbəb isə haram və şübhəli tikədir. İsfahanda dəfn olunmuş axund Tiflisinin dilindən nəql edirlər ki, bir gün heç bir səbəb olmadan gecə namazına oyana bilmir. Çox düşünür və heç bir səbəb tapa bilmir. Soruşur ki, südündən ona verilən inək harada otarılıb? Bildirirlər ki, ötən gün ot tapılmadığından qonşu dükandan alınan qarpızın qabıqlarını inəyə veriblər. Həmin qarpızları isə dövlət vergi kimi yığıb meyvə dükanlarına satıbmış.

səh:94

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Ön söz:
İsfahan Qaimiyyə kompüter araşdırmalar müəssisəsi 2006-cı ildən Mərhum Ayətullah Seyyid Həsən Fəqih İmaminin nəzarəti altında,elmi mərkəzlərdə tanınan görkəmli tələbələrin vasitəsi ilə məzhəb,mədəniyyət və elmi sahələrdə öz fəaliyyətinə başlamışdır.
Məramnamə:
İsfahan Qaimiyyə kompüter araşdırmalar müəssisəsi təhqiqatçıların dini biliklərə rahət və tez bir zamanda yiyələnmələri üçün hər bir xidməti onların ixtiyarında qərar vermişdir.Və bu sahədə təəssübkeşlikdən,ictimai,siyasi,fərdi cəryanlardan uzaq duraraq yalnız və yalnız elmi sahədə ixlasla öz xidmətini həyata keçirməkdədir.Bu səbəbdən adı çəkilən müəssisə layihəsini həyata keçirmiş.Və tədqiqat üçün nəzərdə tutulmuş kitabları,məqalələri mütəxəssislər və müxtəlif təbəqələrdən olan insanlar üçün,bir neçə dillərdə və formalarda hazırlayaraq,heç bir məbləğ tələb etmədən sosial medyada istifadəçilərin ixtiyarında qoymuşdur.
Hədəflər:
1.Quran və Əhli beyt mədəniyyətini və maarifini yaymaq
2.İnsanları,xüsusən gəncləri tam dəqiq şəkildə dini məsələləri araşdırmağa sövqləndirmək
3.Telefon,tablet və kompüterlərdə olan faydasız,yararsız mövzuların yerini faydalı,mənəviyyatlı mövzularla doldurmaq
4.Təhqiqatla məşğul olan tələbələrə xidmət etmək.
5.Kitab və elmi əsərlər oxumaq mədəniyyətini yaymaq.
6.Müəlliflərin öz elmi əsərlərini digital formada yaymaq üçün onlara şərait yaratmaq.
İcraçılıq:
1.Qanunla icazəli olan lisenziyaya malik əsərlərin yayımı.
2.Bu mərkəz kimi xidmət göstərən oxşar mərkəzlərlə əlaqə.
3.Paralel xidmətlərdən çəkinmək (başqalarının etdiklərini təkrarlamamaq).
4.Yalnız və yalnız elmi məsələləri yaymaq.
5.Nəşriyyatın mənbələrini qeyd etmək.
Qeyd:Kitabda olanlara görə məsüliyyət o kitabı yazan müəllifin öhdəsindədir.
Müəssisənin fəaliyyəti:
1.Kitabların çapı və nəşri.
2.Kitab oxumaq müsabiqələrinin təşkili.
3.Məcazi sərgilərin istehsalı.
4.Kompüter oyunlarının istehsalı.
5.Qaimiyyə internet saytının yaradılması:www.ghaemiyeh.com
6.Sərgi məhsullarının və moizələrin istehsalı.
7.Şər'i,əxlaqi və etiqadi suallara cavab.
8.Mühasibat,mətbuat yaratmaq və sms... sistemlərinin layihəsi.
9.Təlim kurslarının həyata keçirilməsi.
10.Tərbiyəçi şəxslər hazırlamaq üçün təlim kurslarının təşkili
11.Kompüterdə,tabletdə və telefonlarda icrası mümkün olan minlərlə proqramların dünyada məşhur olan səkkiz formada istehsalı
1.JAVA
2.ANDROID
3.EPUB
4.CHM
5.PDF
6.HTML
7.CHM
8.GHB
v.Qaimiyyə kitab bazarı adına dörd market.
1.ANDROID
2.IOS
3.WINDOWS PHONE
4.WINDOWS
deyilənlər müəssisənin veb saytında Fars,Ərəb,İngilis və Azərbaycan dillərində pulsuz istifadəyə verilmişdir.
Sonunda:
Mərcəi təqlid müctəhidlərin dəftərxanalarından (ofis),müəssisələrdən,nəşriyyatçılardan,müəlliflərdən və əməyi olan bütün şəxsiyyətlərdən bizlərə hədəfə çatmaqdan ötrü yardım etdikləri üçün səmimi qəlbdən təşəkkür edirik.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109