ALLAHIN ELÇİSİ

Kitab haqqında

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

Kitabın adı:Allahın elçisi

Müəllif:Həbibullah Əhmədi

TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN

Naşir:Təharət

Çap tarixi:2005

Səhifələrin sayı:119

Çap növbəsi:Birinci

Tirajı:3000

səh:1

İşarə

səh:2

Müqəddimə

Tərcümeyi-halın əhəmiyyəti

Tarixə baxış və hekayətçilik şirin və cazibəli, eyni halda, xəyallarla baş qatıcıdır. Lakin ötənlərdən götürülən ibrət yol bələdçisi, keçmişlərin təcrübəsi isə bəşəriyyətin qorxulu və sonsuz səfərində bir ehtiyatdır. Talehlər cəmiyyətin seçiminə mə’ruz qalmış üsullardır. Hansı ki, talehin üsuldan fərqlənməsi qanunlara və ilahi istəyə ziddir. «Allahın üsulları dəyişməz və dağılmazdır». («Fatir» 43). Buna görə də cəmiyyətin quruluşu üsula, Qur’an təbirincə «ilahi sünnətlərə» əsaslanmalıdır.

Cəmiyyətin rəhbərləri özlərinə və ardıcıllarına taleh taleh tə’yin edir, cəmiyyət və tarixə istiqamət verib, formalaşdırırlar. Bu rəhbərlər həqiqətpərəst və azğın olmaqla iki qurupa bölünüb, bir qismi millətləri qurtuluşa, digər bir qismi isə xalqı zəlalətə apararlar. «Səadətə çatanların sonu behişdir». («Hud» 108). «Bədbəxt olanların aqibəti oddur». («Hud» 106).

Yol göstərən bir kitab olan Qur’an həqiqətpərəst və azğın rəhbərlərin iki şivəsini aşkar təsvir edir. Bununla huşyar insanlara qurtuluş yolu göstərilir. Acı və şirin fitnələrdən, sınaqlardan başıuca çıxmaq üçün nur yolunun yolçularından nümunə götürülməsi, ovçu toruna düşməmək üçün azğınlıq havadarlarından kənar durmaq tapşırılır.

Bu səbəbdən də nur aşiqləri və zülmət yolçularının simasının təsviri öz yerini alır və bu təsvir vaxt keçirmək üçün yox, nümunə götürüb, cilalanmaq üçündür. Peyğəmbərlər, peyğəmbər yoldaşları, qabillər, nəmrudlar, fir’onlar və calutlar haqqında deyilənlər eyni məqsəd daşıyır. «Peyğəmbərlər haqqında sənin üçün danışdığımız hekayələr qəlbini möhkəmlətmək üçündür. Bu hekayələrdə sənin üçün göstəriş, həqiqət yolunu gedənlər üçün ibrət vardır. («Hud» 121). Peyğəmbərlərin əhvalatını təkrarlamaq həmin bu məqsədlərlədir – qəlblərin möhkəmlənməsi, batilə qalbi gəlməyin yolları. Eləcə də, günahkarların aqibətini təkrarlamaq başqalarına ibrət üçündür. «Kafirlərə aydın olmadımı ki, yerlərində oturduqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən bunda ağıl sahibləri üçün ibrətlər var». («Ta-ha» 128).

səh:3

Buna görə də keçmişə iki növ baxış mümkündür: Birincisi hekayətçilik və məhdud, baş qatıcı hadisələrə baxış; İkincisi, geniş bəşər həyatının qaməti tək uca əhatəli ibrət və örnək götürülməsi. Bu mövzunun əhəmiyyətini artıran həyat yollarının təsviri, adətlərin aydınlaşmasıdır. Burada sadəcə tarixçilik nəzərdə tutulmur. Bu iki baxış bir-birindən fərqləndirilməlidir. Hadisələrin, onları törədən amillərin təhlili keçmişlərin üsulunu gələcəyə ötürən göstərişlərdir.

Söhbəti daha da qiymətli edən rəhbərlərin və millətlərin keçdiyi yolların araşdırılması, bir millətin tərəqqiyə, o birinin tənəzzülə tuş gəlməsi səbəblərinin müəyyən edilməsidir. Yoxsa, sadəcə bir millətin başına nələr gəldiyini xəbər vermək həyata baxış, tarixçilikdir. Birinci ikincidən bəhrələnsə də, o daha dəyərlidir.

Üç qələm, iki xətər!

1-Təhrif qələmi

Tarix, eləcə də dinlərin, hadisələrin, tarixi şəxsiyyətlərin, millətlərin təhlili üç qələmlə yazılır. Bə’ziləri e’tiqad və hadisələrə, onların təhlilinə birtərəfli yanaşır, əqidələri öz anlayışına əsasən, olmuşları öz məqsədinə uyğun qələmə alır. Bə’zən nəfs istəklərindən, bə’zən də biganələrin tə’sirinldən hərəkətə gələn bu qələmləri, haqlı olaraq, təhrif qələmi adlandırmaq mümkündür. Çünki bu qələmlər istər mə’lumat, istərsə də təhlildə yanlışlıqlara yer verib, düşüncələri gerçəkliklərdən uzaqlaşdırırlar. Bu qələmlər ictimai hadisələrin təsfirində başlıca rol oynayırlar. Gerçəkliklər fırıldaqçı şəxsiyyətlərlə əsaslandırılır və mütəfəkkir insanlar arxa plana keçirlər. Ona görə də bu qəlmlər təhrif qələmi hesab olunur.

İslam dahiləri və islami xalqların tarixi də bu qələmlərdən amanda qalmayıb. Çünki təhrif qələmləri daim zəhərli nizələr tək fəzilət və fəzilət sahiblərinin qəlbinə nişanlanmışdır. Bu qələmin izləri mühüm şəxsiyyətlər və hadisələrin təsvirində xüsusi ilə seçilir. Peyğəmbər (s) simasının və yolunun təsvirində, o həzrətin mühüm qərarlarının, özünün və tə’yin etdiklərinin rəhbərliyinin təhlilində həmin bu qələmlər meydana atılır, birtərəfli məqsədli araşdırmalar aparılır. Burada islam

səh:4

sərhədlərinə göz dikmiş bə’zi qərb şərqşünasların da xidməti vardır.

Bu gün müxtəlif cildlərə girib, islamın ideal şəxsiyyətlərini, onun mədəniyyətini, islam xalqlarının inamlarını hədəf seçmiş təcavüzkar qələmlər az deyil. Məqsəd müsəlmanları dini inamlardan uzaqlaşdırmaq, onların hürriyətini əlindən almaq, biganələrin asılılığına salmaqdır.! Bu qələmlər şəxsiyyət və hadisələri təhrif etməklə kifayətlənməyib, dini araşdırmalara varır və dərin təəssüf doğururlar. Dini tanımaqda biganə olduqları halda bu qələmlər müsəlmanlara din öyrətməyi də rəva bilirlər. Onlar və daxili qərpərəstlər öz xəyallarından ibarət olan təhlillərini din kimi təqdim etməklə iti qələmləri ilə dini dəyərləri tənqid atəşinə tutub, yalnız özlərini haqlı bilirlər. Bunlar təhrif qələmi zümrəsindəndirlər və müsəlmanlar onlara münasibətdə ayıq olmalıdırlar.

2-Təqlid Qələmi

Digər bir dəstə başqalarının dediklərini və yazdıqlarını qətiyyən tədqiq etmədən gələcək nəsillərə ötürməklə məşğuldurlar. Əslində bu adamların işi surətçıxarmadır. Düzgün analiz qabiliyyətinə malik olmayan belələri məsələlərin nə dərəcədə doğru olduğunu anlamırlar və bu səbəbdən də yol göstərə bilmirlər. Bu qələmlər geniş şua kimi yayıldığından e’tibarsız olmaqla yanaşı, təqlidə əsaslandığından cəmiyyətdə öz talehinə qarşı biganəlik yaradır. Onlar cəmiyyətin təhlil, axtarış iste’dadını öldürüb, səhv anlayışlar formalaşdırırlar. Nəticədə ətalət yaranır və cəmiyyət inamsız, itaətkar tərbiyə edilir.

3-TəHQİQ QəLəMİ

Yalnız bir qələm dəyərlidir, tə’rifəlayiqdir. Bu qələm inamları və hadisələri araşdıraraq təsfir edir, düşüncəli təhlil aparır, eşidənlərə, mütaliə edənlərə gözübağlı yanaşmır. Bu qələm yalnış təhlilləri aşkarlayır və doğru yolu təqdim edir. Yalnız bu qələm keçmişləri gələcəklə əlaqələndirir, onların təcrübəsindən istifadə edir, şəxsiyyət və millətlərin şəxsiyyətini olduğu kimi təhlil edir.

Həmişəki kimi indi də həqiqətsevər insanlara maarif və mədəniyyətin şirinliyini dadızdıran, düşüncələri hərəkətə gətirən

səh:5

həmin bu təhqiq qələmidir. Bu qələm nəsillərə özünə güvənməyi öyrədir. Allahın and içdiyi də bu qələmdir. «And olsun qələmə və yazdıqlarına» («Qələm» 1). Qələmin məs’uliyyəti təhqiqdir və o, biganələrin mədəniyyət hücumlarının qarşısında dayanmalı, gələcək nəsilləri günahlardan qorumalıdır.

əgər bu gün həqiqətlərin, şəxsiyyətlərin təhrifinə böyük pullar xərclənirsə, müsəlmanların inamını doğru təhlillərlə möhkəmləndirmək qələmin öhdəsinə düşür. Qələm gəncləri yalançı ideyalardan çəkindirib, öz əslinə qaytarmalı, faydasız təqlidlərdən uzaqlaşdırmalıdır. Bu qələm müsəlmanları dərin dini inamlara bağlamaqla, Peyğəmbər (s) və sair din böyüklərindən nümunə götürməklə müstəqil, biganələrsiz yaşamağa inandırdığı halda düşmən bu inamı onların əlindən alıb, yalan idealları irəli verir. Buna görə də böyüklərin simasının təsviri, onların yolunun təhlili o zaman səmərəli olur ki, təhqiq qələmi ilə işlənilsin. Bununla təhriflər rüsvay edilir, ətalətdən qurtuluş əldə edilər, cəmiyyətə ucalıq əta olunur.

İDEALI TANIMA

Məramlar ictimai cəhətdən möhkəmlənmək üçün müxtəlif üsullardan istifadə edirlər. Məqsədlərin işıqlandırılması, verilən və’dələr həmin üsullardan hesab olunur. Nümunə götürmək xasiyyəti bütün insanlara aiddir. İnsan başqalarının hünər və yüksəlişindən tə’sirlənir, özünə nümunə götürür. Hansı ki, insan nümunə seçərkən səhvə yol verir və ilğımlara üz tutur.

Din bir məram kimi insanın fitrətindən və iç istəklərindən doğulur. Bu məram çiçəklənmə üçün fürsət axtarır. Diqqətləri cəlb etmək, fikirlərdə yer tapmaq üçün iti bir dillə məramın təqdimindən əlavə ideal təqdim etmə üsulundan istifadə edilir. Din özünü kamil şəkildə təcəssüm etdiyi ilahi insanların simasını təsvir edir. İlahi sifətlərin cilvələndiyi bu şəxslər hamı üçün aşkar bir dəlil, işıqlı bir yoldur.

Yalnız həqiqətlər və fəzilətlərə əsaslanan bu üsul ən üstün və ən əsaslı bir üsuldur. O, daim rəngini dəyişən yalanlarla dolu üsullardan ucadır. Qur’an müsəlmanların şəxsiyyətini qorumaq üçün, onların yalançı, puç ideallardan çəkinməsi üçün alnıaçıq yaşamış və ilahi insanları təqdim edir. Bu şəxslər peyğəmbərlər və onların ardıcılları kimi nümunə olmağa layiqdirlər. Qur’an

səh:6

batil tərəfdarları və onların aqibətini nəzərə çatdırmaqla öz yolçularına xəbərdarlıq edir.

ALLAIN RƏSULU (S) HƏYAT NÜMUNƏSİDİR

Allah-taala öz ən şirin buyruqlarında insanların tərbiyəsi üçün həqiqi inamların təhlilindən əlavə ilahi insanların həyat yolu və sözlərinə istinad edir ki, onların ruhuna daha çox tə’sir etsin. Qur’anda peyğəmbərlər və saleh insanlardan bir bu qədər danışmasının səbəbi elə budur. Onların mələk siması tə’riflənir, həyat üsulu nümunə göstərilir.

Allah-taala ən gözəl buyruqlarında həzrət Peyğəmbəri (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. «Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid edənlər və Allahı xatırlayanlar üçün gözəl nümunədir». («əhzab» 21). Bu çağırış ilahi və insani dəyərlərin qiymətləndirilməsidir.

Sübhan Allah öz möhtərəm və möhkəm buyruğunda kimsənin əvəz edə bilməyəcəyi ilahi bir simadan danışır. «Sən xasiyyətcə üstün və böyüksən». O, ilahi sifətlərin məzhəri, haqqa eşqin və həqiqət yolunda fədakarlığın ifadəsidir. O, səadət aşiqidir. O, həqiqətin seyrində mələklərin e’tiraf edib, qalxa bilmədiyi məqamlara yuksəlir. Mələklər «bir barmaq bəndi qədər qalxsam, qanadlarım yanar» deyir. («Bəhar» 18-ci cild). Həzrət (s) qərq olanlara yardımda o qədər üzüldü ki, Allah ona təsəlli verdi: «Biz Qur’anı sənə nazil etmədik ki, özünü bunca zəhmətə salasan» («Ta-ha»-1). O, yolunu azanların dərdindən o qədər təəssüf etdi ki, Allah onun gizli eşqini aşkara çıxardı - «Ey Məhəmməd, yoxsa bu Qur’ana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?! («Kəhf»-6). Hansı rəhbər öz xalqını bu qədər sevib?! Mələklərdən də üstün mələk simalı bir insan, insani kamalın təcəllisi ki, həmin ilahi kamaldan rişələnir. Həmin şəxs ki, öz ağır və qısa həyatında gözəllikləri ilə hamını heyran qoydu. Bəşər həyatında misli görünməmiş halda qəlbləri fəth etdi. Pak insanlar ona o qədər valeh oldular ki, onun dəstəmaz suyunu təbərrük bildilər.

Həzrət Peyğəmbərin (s) gözəllikləri o qədrə vəsfəgəlməzdir ki, insanları bütün rənglərdən, bulanıqlardan uzaqlaşdırır və

səh:7

özünə valeh edir. Onlar evlərindən, vətənlərindən, qəbilələrindən, hətta övladlarından,yoldaşlarından, ata-analarından ayrılıb Peyğəmbərin (s) məramlarına bağlanırdılar, ilahi dəyərləri hər şeydən üstün tutdular. «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirən kəslər öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tuturlar». («Həşr» 9). İstər həzrətin (s) özü, istər ardıcıllarının mislinə insanlar arasında təsadüf edilməz. Yalnız belə bir şəxs rəhbərliyə və nümunə olmağa layiqdir. Axı bütün sə’y və təlaşı özünə xidmətdən ibarət olan bir insan necə rəhbər ola bilər?! «O biri qisminiz isə ancaq öz canlarının hayına qalır». («Ali-imran» 154). Bu adamlar zahirən insan, daxildə isə heyvandırlar. «Onların məqsədi yemək və yatmaqdır». («Nəhcül-bəlağə»). Həzrət (s) bir mələk də deyil. Çünki mələk başqa, fərqli həqiqətdir. Onun fitrət və istəklərinin olduğu mə’lum deyil. Mələk yalnız əmrə tabedir: «Mələklər heç zaman Allaha itaətsizlik etməz, daim Allahın itaətində olarlar». («Təhrim» 6).

Rəhbərlik qəyaqəti insanı mələksima edir. «əgər biz onu mələk etsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq». («ən’am» 9). Yer üzündə insanlar yaşayırsa, onların nümunəsi də insan olmalıdır. Yox, sakinləri mələk olsaydı, onların peyğəmbəri də mələk olardı. «Söylə ki, əgər yer üzündə arxayın gəzənlər mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik». («İsra» 95). «Kəhf» surəsində buyrulur: «Mən də sizin kimi ancaq bir insanam».

Qur’anda bəhanələr nə üçün yer ayrılır: Deyirlər, Peyğəmbər mələk deyil. «İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların – Allah bir insanmı peyğəmbər göndərdi? – demələridir». («İsra» 94). «Bu gecə Peyğəmbərdir ki, bizim kimi yeyir, bazarda gəzir» («Fürqan» 7); «əgər Peyğəmbər insanlar arasından seçilməlidirsə, tanınmış böyklərdən seçilməlidir» («Züxaf» 31); «Nə üçün Qur’an Məkkə və Mədinə böyüklərinə nazil olmayıb, peyğəmbər adi ola bilməz, onun bağları, var-dövləti olmalıdır»

səh:8

(«İsra» 93); «Nə üçün sənin xurma və üzüm bağların yoxdur, evinin üstü qızıl, cəvahirat deiyl!» («Fürqan» 8).

Qur’an bu bəhanələri rədd edərək buyurur ki, insanlar üçün nümunə şəxs və peyğəmbər yalnız insan ola bilər, keçmiş peyğəmbərlər də insanlardan olmuşdur. «Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də şübhəsiz ki, yemək yeyər, bazarları gəzib-dolaşardılar» («Fürqan» 20).

Başqa bir ayədə buyrulur: «De ki, həmd olsun Allaha! Salam olsun Allahın seçdiyi bəndələrinə» («Nəhl» 59). Peyğəmbər insan olduğu üçün insanlara nümunə ola bilər, ilahi olduğu üçün insanları o istiqamətdə pərvazlandırar. «Ümumi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər» («Cum’ə» 2). Qur’an belə ilahi çöhrəli bir insanı təsvir edir. Lakin bu təsvir boş yerə deyil, nümunə götürmək üçündür. «Allahın Rəsulu (s) öz ilahi çöhrəsi ilə sizin üçün nümunədir».

Bu yazı həzrət peyğəmbərin ilahi siması və onun həyat tərzini imkan daxilində təsvir etmək məqsədindədir. Məqsəd tarixçilik yox, həzrətin e’tiqadını, əxlaq fəzilətlərini təhlil edib, aydınlaşdırmaqdır. Həzrət (s) nümunə seçməklə islami ümmət öz şəxsiyyətinə istiqamətlənməlidir. Eyni halda mə’lumat verən və ya bə’zi şübhələr cavab verən tarixi mövzulara təhqiq qələmi ilə varaq, yazımız Allah razılığana səbəb olsun, oxucuları razı salaq. İnamları aydınlaşdırmaq, Allah elçilərinin yolunun təhlili qələm sahiblərinin çiyninə düşmüş böyük məs’uliyyətdir. Bu araşdırma üç hissədən ibarət olacaq. Peyğəmbərlikdən (bə’sətdən) əvvəlki dövr, bə’sət dövrü və Peyğəmbərin (s) tərbiyəvi və ictimai davranışları.

BİRİNCİ HİSSƏ

MƏKKƏ VƏ YA NUR DİYARI

Besətdən əvvəlki hadisələrə baxış

Həzrət Peyğəmbərin (s) doğulduğu Məkkənin tarixi İbrahim peyğəmbərin (ə) zamanına gedib çıxır. Ərəb adası Qırmızı dənizin şərq sahilində Hicaz, cənubda Təhamə (ərəbi), mərkəzdə Nəcd, şərqdə geniş bir ərazidə əruz (ərəbi), cənubi Yəmən, şimali Yəmən olmaqla bir neçə hissəyə bölünür. Bu ərazi üç

səh:9

tərəfdən dənizlə əhatə olunsa da, quru və yandırıcı havaya malikdir. Təbiəti zəngin deyil, lakin təkallahlığın (tövhid), vəhyin, Peyğəmbər (s) kimi qürubsuz bir günəş doğulduğu mərkəz kimi hamının diqqət mərkəzindədir və hər gün milyonlarla insan Kə’bəyə üz tutub öz mə’budu ilə danışır. Hər il yüz minlərlə insan bu vilayətə axışıb, bu eşq mə’bədini dövrə vurur, təvaf edir, öz vücudunu mə’nəviyyata qərq edir. Elə buna görə də insanlar bu ölkənin haqqında daha çox bilməyə çalışırlar. İbrahim-xəlil (ə) öz ailsi ilə bu əraziyə hicrətdən sonra Allahdan əmr aldı. İlahi göstərişə əsasən öz fədakar ailəsini Allah evinin (beytüllah) yaxınlığında qoyub, Fələstin Şamına hicrət etdi: «Ey Rəbbimiz, mən əhli-əyalımdan bə’zisini Sənin beytülharam ının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim». («İbrahim» 37). İbrahim getdi və hacərlə İsmail quru yandırıcı çöldə tək qaldılar. Çox çəkmədi ki, susuzluq Hacəri Səfa və Mərva arasında su üçün dolaşmağa vadar etdi. Lakin su tapılmadı. Hacər quru dodaq, boş kuzə ilə oğlunun yanına qayıtdı. Lakin övladının yanında suyun fəvvarə vurduğunu görüb, heyran qaldı. «Zəmzəm» adlanan həmin bərəkətli bulağın sayəsində o ərazidə insanlar toplandı və «Məkkə» şəhəri salındı. Bu bulaq hələ də möcüzəli bir şəkildə axır, ildə minlərlə insan ondan istifadə edir. Bu su ilə özlərini səfalandırırlar. Bu şəhər əvvəldən tövhid şəhəri olmuş, çox peyğəmbərlər, eləcə də həzrət Məhəmməd (s) öz risalətini bu şəhərdə başlamışdır.

TÖVHİD EVİNİN BƏRPASI

İbrahim-xəlil illər ötdükdən sonra Fələstindən Hicaza qayıdır, lakin Allah evini dağılmış görür. Görür ki, onun ailəsi ilə yan-yana insanlar məskən salıb, yeni bir şəhər əmələ gəlib. İsmail yetkinləşib. İbrahim Allah evi Kə’bənin bərpasına başladı. İsmaillə birgə Kə’bə divarlarını qaldırıb, Allah razılığı üçün əbədi eşq mə’bədini bərpa etdi. «Xatırla o zamanı ki, İbrahim İsmaillə birgə Kə’bə divarlarını qaldırdı və dua etdi ki, bizdən qəbul et». («Bəqərə» 128). İbrahim və İsmailin ilahi niyyəti ilə, əbədi qalacaq Kə’bə evi tikildi və bu insanların eşq mə’bədi oldu. Ayədə qeyd edilir ki, Kə’bənin əsasını İbrahim qoymadı, İbrahim Kə’bəni bərpa etdi. Ona görə də deyilmir ki, «Kə’bəni tikdi», «Kə’bənin divarlarını qaldırdı» deyilir. Kə’bənin ilkin tiklişi lap

səh:10

qədimlərə, rəvayətə görə Adəm (ə) dövrünə aiddir. («Füru-e kafi» 4-cü cild).

İBRAHİMİN (Ə) İSTƏKLƏRİ

Kə’bə yenidən qurulandan sonra İbrahim öz istəklərini Allaha bildirdi: «Pərvərdigara, bu torpaqları əmin-aman qərar ver, bizi və övladlarımızı bütlərin ibadətindən uzaq et» («İbrahim» 35). «İnsanların qəlbini mənim övladlarıma qarşı mehriban buyur» («İbrahim» 37). «Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et, duamı qəbul buyur» («İbrahim» 40). «Xudaya, bizə ailə və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi pəhrizkarlara rəhbər et» («Fürqan» 74). Öz nəsli üçün cəmiyyətə rəhbərlik və namazda sabitlik İbrahimin istəklərindəndir. Eləcə də, o, Allahdan istəyir ki, onun nəslindən ilahi ayələri tilavət edən, xalqı tərbiyələndirən bir peyğəmbər seçsin. («Bəqərə» 129).

Allah-taala İbrahimin istəklərinə diqqət yetirib, Kə’bəni öz amanında qərar verir. («Bəqərə» 125). Eləcə də İbrahim nəsilində ilahi rəhbərlər seçilir. «Biz İbarhimin övladına da kitab və hikmət vermiş, böyük mülk bəxş etmişdik» («Nisa» 54). Əksər peyğəmbərlər, xüsusi ilə də Bəni-israil peyğəmbərləri mülk sahibi olmaqla İbrahimin nəslindəndirlər. («ənbiya» 73). «Allah mö’minlərə lütf və mərhəmət göstərdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi» («Ali-imran» 164).

Həzrət Məhəmməd (s) buyurur: «Mən İbrahimin duasının qəbuluyam». Allah-taala İbrahimin nəslindən büdpərəstlikdən çəkilmiş insanlar yaratdı və büdpərəstliyi heç zaman tanımamış bu şəxslər son peyğəmbərin babaları seçdilər.

İBRAHİM DİNİNİN DAVAMI

İbrahim-xəlil (ə) ülul-əzm, kitab və şəriət sahibi olan peyğəmbərlərdəndir. Bir çox dini əməllərin, həcc mərasiminin bünövrəsinini qoymuşdur. O, «Rəbbimiz, bizə həcc əməllərini və ibadət qaydalarını göstər», deyə dua edir, bu biliklərə vəhy yolu ilə yiyələnir, ilbə il dünyada genişlənən ilahi dinin əsasını qoyur. İbrahim (ə) və onun ardıcılları həcci yerinə yetirib, ərəfat

səh:11

və minaya gedirdilər, qurban kəsirdilər, təvaf və sə’y icra edirdilər. Həcc işlərinin idarəsi, ziyarətçilərin qayğısına qalmaq İbrahim (ə) övladları arasında nəsildən nəsilə ötürülüb. Bu fəaliyyətlər islamın zühuruna qədər Məkkə əhalisi arasında mə’lum idi. Yə’qubi bu barədə yazır: «Qüreyş və Mö’d ibni ədvanın (ərəbi) bütün övladları İbrahim (ə) ayinlərində olub, həcci yerinə yetirirdilər. Qonaqları əziz tutur, uyğun aylara hörmət qoyurdular. Zülm və fəsaddan çəkinir, günahkarları cəzalandırırdılar». («Tarixe Yə’qubi» 1-ci cild).

Mö’d Peyğəmbərin (s) on doqquzuncu babası idi. İbrahim (ə) ayinləri onların dövründə davam etmiş və Peyğəmbərin atası Əbdüllaha, Peyğəmbərin (s) özünə çatmışdır. Beləcə, Məkkə daim tövhid (təkallahlıq) mərkəzi, onun əhalisinin çoxu təkallahçı, Məkkənin rəsmi dini İbrahim-xəlildən son peyğəmbərədək İbrahim dini olmuşdur. Məkkə ətrafında, xüsusi ilə Mədinədə məsihilik və yəhudilik nüfuz etmişdir.

MƏKKƏDƏ BÜTPƏRƏSTLİK VƏ ƏMRU İBNİ LUHƏYY

İbrahimin vasitəsi ilə Məkkə bütlərdən təmizləndikdən sonra bu şəhərdə İbrahim dini möhkəmləndi. Lakin bir müddət sonra ilahi dinin kənarında bütpərəstlik peyda oldu. bütpərəstliyin qayıdışı üçün müxtəlif səbəblər olsa da, bu qayıdışı tarixi mə’lumatlara əsasən əmru ibni Luhəyyin dövrünə aid etmək olar. Bu şəxs həzrət Peyğəmbərin (s) on altıncı babası İlyasla əlaqəlidir. O, Şamda olarkən bütlərə sitayişlə qarşılaşır. Bütlərin gözəlliyi onu valeh edir. Xahiş edir ki, ona bir büt bağışlasınlar. Beləcə, «hobel» adlı büt əmruya hədiyyə edilir. Əmru hobəli hicaza gətirir və Kə’bənin kənarında qoyur ki, təvafı (Kə’bənin dövrü) onun yanından başlayıb, orada da qurtarsın. (Demək, hobəl nişangahı əvəz edir). Getdikcə hər qəbilə bir büt gətirir və bütlərin sayı artır. Zaman ötdükcə bütlərə başqa nəzərlə baxılır. Onlara Allaha yaxınlaşmaq üçün vasitə hesab edirlər. «Allahı qoyub, özlərinə dost tutanlar – bizə onlara yalnız bizi Allaha yaxınlaşdırmaları üçün ibadət edirik – deyirlər». («Zumər» 3). Beləcə, Məkkədə ikinci dəfə bütpərəstlik yarandı. Lakin Huməs (ərəbi) kimi bə’zi qəbilələr ayinlərə əməl edir, namaz qılırdılar. Hər qəbilənin öz üsulu olduğundan bə’ziləri şikə (Allaha şərik

səh:12

qoşmaq) də batırdı. Ehrama əməl edir, yağ sürtmür, ətirlənmir, dırnaq tutmur, qadınla yaxınlıq etmir, ət yemir, pambıq libas geyinmirdilər. («Tarixe Yə’qubi» 1-ci cild). Bə’zi rəvayətlərə görə əmurdan qabaq da həqiqi dindən sapmalar vardı. Mümkündür ki, əmurun zamanında bu sapmalar şiddətləndiyindən və rəsmiləşdiyindən ona aid edilib.

ƏMURUN HƏRƏKƏTİNİN SƏBƏBİ

Bu suala iki cür cavab vermək olar. Birincisi budur ki, əmru hobel bütünün gözəlliyinə görə onu hicaza gətirdi və hobələ sitayiş etmək məqsədi yoxdu. Beləcə, nadanlıq üzündən bütpərəstliyə rəvac verdi. İkincisi isə budur ki, əmru bütpərəstlərə aldanıb, həqiqətən də hobəli sitayiş üçün gətirdi. Tarixi mə’lumatlara əsasən ikinci cavab həqiqətə daha yaxındır. Çünki əmru İbrahim dinini təhrif edən, dəyişən bir şəxs kimi tanınmışdı. O, digər bid’ətələr də yol vermiş və nifrət qazanmışdır. O, İbrahim dinini dəyişən ilkin şəxsdir. Onun bid’ətlərinə (dində zidd yeniliklərə) Qur’ani-kərimdə də işarə olunmuşdur. «Sübhan Allah dəvənin qulağını , nəzərə görə azad olmasını, qoyunun yeddinci balasının nəzr edilməsini, iki dəfə doğmuş dəvəyə minilməsini hökm etmişdir» («Maidə» 103). Tarixi mənbə’lərin yazdığına görə bu bütlər, yeniliklər əmruya aiddir. Məhz bu əməllərinə görə əmru lə’nətlənmiş, onun əzaba düçar olması xəbər verilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: «əmrunun bağırsaqlarını oda çəkildiyini gördüm».

Hər halda əmrunun əməli bütpərəstliyə səbəb oldu – istər əvvəlki halda, istərsə də ikinci halda! Qüreyş əhalisi həzrət Peyğəmbərin (s) dövrünədək bütpərəstliyə uğradılar. Peyğəmbər (s) öz risalətini tohidlə başlayanda, bütpərəstliyə qarşı çıxanda onlar çox təəccübləndilər: «Təəccüblüdür, o tanrıların hamısını bir tanrı edir? Bu çox təəccüblü bir şeydir» («Sad» 5). Bu bid’ətlər Hicrinin səggizinci ili, Məkkəd tohid şüari ilə fəth olunub, bütlərdən təmizlənənədək davam etdi.

MƏDƏNİYYƏT VƏ ƏRƏB

İslamdan əvvəl ərəb mədəniyyətinin çətinliyi şirkə uğramaq idi. Çünki şirk bütün etiqadi, əxlaqi və ictimai çirkinliklərin

səh:13

mənbəsidir. Ona görə də şirk ən böyük günahıdır. Şirkli mədəniyyət müxtəlif fəsadlarla müşyət olunur. Şirk digər günahları törətdiyindən Allah tərəfindən bağışlanmır: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları bağışlamaz» («Nisa» 48). Ərəblər şirkə bulandıqlarından onların hökuməti zülm və sitəmə, qəbiləçiliyə, qətl və qarətə arxalanırdı. İctimai nöqteyi-nəzərdən müxtəlif ictimai pozuntular, əxlaqi çirkinliklər ayaq tutub yeriyirdi. Qadınların, yetimlərin, zəiflərin hüquqları tapdanırdı. İlahi və insani dəyərlərin əvəzində cahillik hökm sürürdü. Qurani-kərim Peyğəmbərin (s) zövcələrinə müraciətlə bu mədəniyyəti cəhalət adlandırır: «İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» («əhzab» 33). Ərəb mədəniyyətini daha yaxından tanımaq üçün yaxşı olar ki, imam əlinin (ə) «Nəhcül-bəlağəsinə» müraciət edək. İmam (ə) həmin dövrü belə xatırlayır: «Həzrət Peyğəmbər (s) seçilən zaman əvvəlki peyğəmbərlərdən bir müddət keçmişdi. Bu elə bir zamandı ki, ümmətlər yatmış, fitnələr cəmiyyəti alt-üst edirdi. Müharibələr şölələnirdi». Yenə buyurur: «Peyğəmbər (s) o zaman seçildi ki, siz ərəblər ən pis dindəydiniz və ən pis məmləkətdə yaşayırdınız. Dayanacağınız quru və yandırıcı daşlıqlar, yırtıcların, zəhərli və kor ilanların əhatəsində idi. İçdiyiniz bulaşıq sular, yediyiniz oduncaq idi. Yaxınların qanını tökməyə, onlardan uzaqlığa icazə verilmişdi. Bütpərəstlik şüarınız idi, daim günah içindəydiniz». Hər sürünəni, qarışqa, ilan, quş, gəmircini yeyir, hətta qəhətlik dövründə dəvə dərisini kənə və qana bulayıb qurudar, yemək hazırlayardınız.

Deyilənlər müxtəlif dövrlərdə cahil ərəb adət-ən’ənələrindən nümunələr idi. Bu barədə tarixi mənbələrdən ətraflı öyrənmək olar.

HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSİL-NƏSLİ

İsmail Babildən ailəsi ilə Hicaza köçmüş mühacir olsa da, tarixi mənbələrə görə o ilahi tə’limlə ərəbcə danışmış ilk şəxsdir və ərəb nəsli onunla bağlıdır. Həzrət Məhəmmədin (s) əsli İsmail vasitəsi ilə İbrahimə gedib çıxır. Peyğəmbərin əsli üç qismə ayrıla bilər: Adəmdən İbrahimədək, İbrahimdən ədnanadək (ərəbi), ədnandan Əbdüllahadək. Bə’ziləri onun əslini Adəmdən sadalasalar da, əvvəlki iki mərhələnin xırdalıqları o qədər də

səh:14

aydın deyil. Olsun ki, kimsə bu nəsilləri dəqiq sadalaya bilməsin və çoxlu ixtilaflar yaransın. Bəlkə də, elə bu səbəbdən də Mürsəl nəql edir ki, Peyğəmbər (s) «mənim əslimi sadalayıb ədanana çatanda daha irəli getməyi», deyə buyurub. («Bəhar» 15-ci cild). Bu buyuruq təhqiq yolunun asan olmadığını nəzərə çatdılar. Bu, uyğun təhqiqatın haram olması demək deyil. Ədnana qədər həzrət Peyğəmbərin (s) nəslini belə sadalamaq olar. Məhəmməd ibni Əbdüllah ibni Əbdül Mütəllib ibni Haşim ibni əbd Mənaf ibni Qəsa (ərəbi) ibni Kəlab ibni Mərrə ibni Kə’b ibni Lb’y ibni Ğalib ibni Fəhr ibni Malik ibni Nəzr ibni Kənanə ibni Xəzimə ibni Mədrəkə ibni Mö’d ibni ədnan. Ədnandan sonra bu təhqiq yolu çətinləşir və biz deyilənlərla kifayətlənirik.

PEYĞƏMBƏR (S) NƏSLİNİN E’TİQADI

Peyğəmbər (s) nəslinin e’tiqadı diqqət ediləsi mövzulardandır. Qələm əhli bu mövzuya toxunmuş, müxtəlif, bə’zən isə qərəzli fikirlər söyləmişlər. Bə’ziləri şiələr kimi inanır ki, Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər. («ərəbi İtqan» 1-ci cild).

Şiələr inanır ki, Peyğəmbər (s) əsli daim pak, günahlardan uzaq, Allahçı ailələr olmuşdur. Küfrlü və şirkli bir nəsildən belə bir əzəmətli şəxs törəyə bilməzdi. Şiələrin digər inamları kimi bu inamının da əsası maarif kövsəri, hər cür nöqsandan uzaq Qur’an və əhli-beytdir.

Səduq (r) buyurur: «Şiələrin e’tiqadına görə Adəmdən Əbdüllaha qədər Peyğəmbərin (s) babaları hamısı müsəlman olmuşlar».

əminül-islam buyurur: «Peyğəmbər babalarının Adəmə qədər müvəhhid olmasını şiələr doğru bilir».

Məclisi (r) buyurur: «Şiə bu inamla şərikdir ki, Peyğəmbərin (s) Adəmədək babaları müvəhhid olub» («Bəhar» 15-ci cild). Dini əsərlər və tarixi mənbə’lər bu baxışı təsdiq edir. Bu dəlildən sonra digər baxışların şərhinə ehtiyac qalmır. Bu dəlillərə bütün şübhələr və ittihamlar puç olur. İttihamların çoxu ədnandan sonraya aiddir. Ondan əvvəlki dövrdə İbrahim dindən sapmalar qeyd edilir. Çünki imam Sadiqdən (ə) e’tibarlı bir rəvayətdə nəql

səh:15

olunur ki, İsmail övladları ədnanın dövrünədək ilahi dində olmuşlar. Ədnanın dövründən sonra peyğəmbərlər arasındakı fasilə böyük olduğundan sapıntılar meydana çıxdı. Ədnana qədər Allah evinin müdiriyyəti İsmail övladlarına məxsus idi. Onlar həcc mərasimi keçirirdilər. («Bəhar» 15-ci cild). Hər halda Peyğəmbərin (s) əcdadlarının müvəhhidliyinə (ədnandan Əbdüllaha qədər) dəlil göstərə bilsək, şiənin əsil e’tiqadı yaxşıca aydınlaşar. Buna Qur’an, rəvayət, tarixdən bir neçə sübut gətirmək olar:

1-əvvəlcə bunu qeyd etmək olar ki, İbrahim-xəlil (ə) Kə’bəni bərpa etdikdən sonra Allaha öz istəklərini bildirdi. İstədi ki, övladları büdpərəstlikdən uzaq olsun, ailəsindən namazı yaşadanlar olsun, onlardan xalqa rəhbərlər seçilsin. Allah-taala İbrahimin (ə) dualarını qəbul etdi. Onun nəslindən peyğəmbərlər, ilahi rəhbərlər, dünya risalətli elçi seçildi və digər duaları da qəbul oldu. Əgər bu dualar heç olmaya bə’zi İbrahim övladları haqqında qəbul oldusa, bu şiə həzrət Məhəmmədin (s) babalarından daha ləyaqətli kim ola bilərdi?!

Bu duaların qəbulu həzrət Peyğəmbərin (s) babalarını xatadan kənar olduğunu tə’kid etmirmi? Məkkə əhalisi üçün bütpərəstlik kənardan gətirilmiş bir məram idi və heç bir mö’təbər sənəddə onun Peyğəmbər (s) əcdadına aidiyyatı sübut edilməyib. Məkkə əhalisinin təbii həyatı İbrahim dinində idi. Bu şəraitdə istənilən bir şəxsi bu dindən kənar etmək üçün dəlil lazımdır. Qeyd etdiyimiz kimi, büdpərəstlik rəsmi şəkildə Peyğəmbərin (s) ona altıncı babası İlyasın nəvəsi əmrunun zamanında qeyd edilir. İlyasın üç oğlu vardı: Mədrəkə, Tabixə, Qəm’ə. Əmru Qəm’ənin oğludur. Peyğəmbər (s) Mədrəkənin nəslindəndir. Bu nəsil adsız deyildir ki, onun dini kiminçünsə qeyri-mümkün olsun. Məhşur adamların bütün xüsusiyyətləri hamıya aşkar olur. Belə bir məhşur şəxs bütpərəst olsaydı, hökmən mö’təbər tarixi sənədlərdə qeyd edilərdi. Hansı ki, yersiz ittihamlar vardır. Qeyd edilənlər «Şüara» surəsinin 2-ci ayəsinin məzmunu ilə uyğundur – Allahın Rəsulu (s) bir səcdə edənin sülbündən digər bir səcdə edənin sülbünə ötürüldü.

2-Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir. (Rəvayətlər çox olduğundan onların mənbəsini araşdırmağa ehtiyac qalmır). Məaz ibni Cəbəl

səh:16

Peyğəmbərdən (s) nəql edir: «Sübhan Allah dünyanı yaratmadan yeddi min əvvəl məni, əlini, Fatiməni, Həsən və Hüseyni yaratmışdır. O zaman bizi Adəmin və digər ata-analarımızın sülbündən qərar vermiş və bizə heç bir şirk və küfr tozu dəyməmişdir». («Bəhar» 15-ci cild).

3-əbuzər Ğəffari Peyğəmbərdən (s) belə nəql edir: «İbrahim oda atılanda biz onun sülbündəydik və daim paklıq sülbü ilə ötürülüb Əbdül Mütəllibə yetişmişik. Sonra iki yerə ayrılıb, Əbdüllah və Əbu Talib sülbündə qərarlanmışıq». Qəti şəkildə müşrik sülbünü pak adlandırmaq olmaz.

4-Digər bir rəvayət də həmin üçüncü rəvayətdir ki, «Adəm xəlq olanda Allah-taala bizi (Peyğəmbər (s)) onun sülbündə qərar verdi. Beləcə, pak bir sülbdən digərinə, pak bir bətndən o birinə ötürüldük və Əbdül Mütəllibə yetişdik».

5-İmam Sadiqdən (ə) digər bir rəvayətə görə həzrət Peyğəmbər və əli (ə) Əbdül Mütəllibə yetişənədək daim pak sülblərdə olmuşdur.

6-Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!

7-Həmin məzmunda digər bir rəvayətə görə imam Sadiq (ə) nəql edir ki, Allah-taala Peyğəmbərə salam göndərdi və buyurdu: Sənin gəldiyin sülbə, səni doğan bətnə, səni tərbiyə edən qucağa atəşi haram etmişəm. Aydındır ki, müşrik, insana atəş haram deyil.

8-Allah-taala həzrət Peyğəmbərə (s) bildirdi ki, sənin gəldiyin sülbə, səni doğan bətnə, səni doyuran sinəyə, səni tərbiyə edən ağuşa atəşi haram etmişəm.

9-Bə’zi rəvayətlər Allah Rəsulunun (s) bə’zi acdadına şahidlik edir. Peyğəmbər (s) buyurmuşdur: «Rəbiə və Məzr haqqında pis söz deməyin, çünki onların hər ikisi müsəlman və İbrahim dinində idilər».

10-İlyas barədə buyurulur: «İlyas mö’min idi, onun haqqında pis söz deməyin». İlyas İbrahim dininə qarşı bid’ətlərə müxalifətçilik etmişdir. O Bəni-ismailin İbrahimə qarşı bid’ətlərinə e’tiraz edən ilk şəxsdir.

səh:17

ƏBDÜL MÜTƏLLİB

11-Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kə’bəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bəhar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.

12-Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bəhar» 15-ci cild).

13-Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».

14-İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kə’bə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.

15-Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.

ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ

16-əbrəhə fil süvari qoşunuyla Kə’bəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məs’ul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kə’bənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kə’bədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa də’vət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yə’qubi» 1-ci cild).

səh:18

«Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun e’tiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kə’bə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bəhar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Qur’an buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan nə itirib!» (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».

Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məs’uliyyətimiz yoxdur və bu məs’uliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kə’bəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mə’nada deyil ki, mənim üçün Kə’bənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bə’zi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kə’bəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.

səh:19

Əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kə’bəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kə’bəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kə’bəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana e’timad etmək olmaz. Yazılmışların bir çoxu e’tibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.

17-Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik e’tiqadı o qədər mə’lum bir şey idi ki, şairlər bu münasibətlə şe’rlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi’ Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.

Qiyamət günündə dinlər içindən

Bir İbrahim dini keçər seçimdən.

Mə’lum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu din Allah tərəfindən məqbəl sayılmışdır.

18-Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi peyğəmbərlər cərgəsində göstərir: «Sübhan Allah cəddim Əbdül Mütəllibi peyğəmbərlərlə (və (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki, Peyğəmbərin (s) ata-babaları, eləcə də onların e’tiqadca müvəhhid, əxlaqca səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin ictimai şə’nini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin

səh:20

(s) peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun ata-anasının həyatına nəzər salacağıq.

BESƏTDƏN ƏVVƏL PEYĞƏMBƏRİN (S) DİNİ

Be’sətdən əvvəl hicazda asimani bir dinin, halal-haramın olması barədə deyilənlər düzgün deyil. Çünki Qur’an, rəvaytə və tarix şahidlik edir ki, bütpərəstliklə, bə’zilərinin məsihilik və yəhudiliyə e’tiqadı ilə yanaşı xüsusi ilə Məkkədə rəsmi din İbrahim (ə) dini idi. Qur’an islamı İbrahim dininin davamı bilir. «O sizi seçdi və dində sizin üçün çətinlik yeri qoymadı – Atanız İbrahim dini kimi» («Həcc» 78). Müxtəlif şəraitlərdə bu nöqtə qeyd edilir ki, islam Peyğəmbəri İbrahim dininin davamçısıdır: «Sonra sənə batildən haqqa tapınıb müşriklərdən olmayan İbrahimin dininə «tabe ol» - deyə vəhy etdik» («Nəhl» 123). Sonra buyurulur: «Doğru yolu tapmaq üçün yəhudi və ya məsihi olun, deyirlər. Onlara de ki, biz batildən haqqa tapınan, heç zaman müşrik olmamış İbrahim dinindəyik» («Bəqərə» 135).

İslamda bir çox əmələ aid hökmlər, xüsusi ilə həcc əməlləri İbrahim dininə uyğundur. Bunu çoxlu rəvayətlər təsdiq edir. («Vəsail» 2-ci cild).

Tairix şahiddir ki, ərəblərin çoxu İbrahim dininə inanmış, həcci yerinə yetirmiş, namaz qılmışlar. Yə’qubi deyir: «Qüreyş, ədnanın bütün övladları İbrahim dininin bə’zi əməllərini icra edirdilər, həcci yerinə yetirirdilər. Onlar qonağı tutur, ayların hörmətini saxlayırdılar. Fəsad və zülmdən çəkinir, günahkarları cəzalandırır, Allah evinin rəisliyini öhdədə saxlayırdılar.

Qur’an və rəvayətlərdə buyurulanlara, tarixdə yazılanlara diqqət etməklə necə ola bilər ki, Qur’an cəmiyyət üçün unudulmuş bir dini təsbit etsin və xalq onun hökmlərindən xəbərsiz olsun?! Bu sübutlara əsasən hicaz xalqının rəsmi dini İbrahim dini olmuşdur və bütpərəstliyə, çoxlu qaydalara da əməl edilmişdir.

Bunu da qeyd etməliyik ki, hicaz xalqı İbrahim dininə bağlı olmuş və məsihilik, yəhudilik xüsusi ilə Məkkədə zəif olmuşdur. Həzrət Peyğəmbər (s) də öz əcdadı kimi səmavi İbrahim dininə e’tiqad etmişdir.

səh:21

Çünki Məkkədə nə məsihilik, nə də yəhudilik tanınmırdı və «həzrət öz dininə e’tiqad edirdi» deyimi onun peyğəmbərliyindən əvvəl əsaslı ola bilməz.

ƏBDÜLLAH

Əbdül Mütəllibin doqquz oğlu vardı. Zəmzəm quyusu qazılanda nəzr etmişdi ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban edər. Onun duası qəbul oldu və Allah-taala ona onuncu oğulu əta etdi. Bu oğlanlar bunlardan ibarətdir: Haris – böyük oğul, Zübeyr, əbd Mənaf (əbu Talib), Həmzə – Seyyidüş-şühəda, Ğəydaq, Ziraf, Müqəvvəm, Əbdül-üzza (əbu Ləhəb), Əbbas. Peyğəmbərin (s) atası Əbdüllah Əbdül Mütəllibin sonuncu oğlu idi.

Əbdüllah dünyaya gələndən sonra Əbdül Mütəllib öz nəzərini yerinə yetirmək qərarına gəldi. Övladları arasında püşk atdı. Püşk Əbdüllaha düşdü. Əbdüllahın əlindən tutub qurbangaha apardı. Qohum-əqraba yığışıb bu işə mane olmaq istədilər. Çünki bu iş sonrada adətə çevrilə bilərdi. Təklif etdilər ki, on dəvə və Əbdüllah arasında püşk atılsın. Püşk yenə də Əbdüllaha düşdü. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşdü. Beləcə, 100 dəvə Əbdüllahı əvəz etdi. Necə ki, qeybi qoyun İsmaili əvəz etmişdi. O zamandan başalyaraq insanın diyəsi yüz dəvə oldu. Bu adət Əbdül Mütəllibin adəti oldu və islamda da qorunub saxlanıldı. Bu məsələ ilə əlaqədar Peyğəmbər (s) buyurub ki, «mən iki qurbanın övladıyam». Burada İsmail və atası Əbdüllahı nəzərdə tutur.

Əbdüllah bədən quruluşu, həmçinin ağıl gözəlliyi nəzərincə ərəblər arasında tanınmış şəxs idi. O, Əbdül Mütəllib övladlarının seçilmişi idi və diqqəti hamıdan çox cəlb edirdi. Əbdüllah çox yaşamayıb. Amənə ilə evləndikdən sonra Şam səfərindən qayıdarkən xəstələnir və Mədinədə ata qohumu Bəni Nəccarın yanında qalır. Elə orada da 25 yaşında ikən vəfat edir. Darül-nabiğə məhəllində dəfn edilir. Onun qəbri illərlə ziyarət edilir. Ali Səud vaxtı hərəmin genişləndirilməsi bəhanəsi ilə bu qəbir dağıdılır. Onun vəfat tarixi mübahisəlidir. Yalnız bu aydındır ki, o, Peyğəmbər (s) anadan olmamış vəfat edib. Lakin Yə’qubi bu fikri rədd edib, imam Sadiqdən (ə) nəql edir ki, Əbdüllah Peyğəmbər (s) dünyaya gələndən iki ay sonra vəfat

səh:22

edib. Bəli, Peyğəmbərin (s) digər acdadı kimi Əbdüllah da müvəhhid və allahçı olmuş, bəşəriyyətin ən üstün, kamil şəxsini yadigar qoyub getmişdir.

AMƏNƏ

Vəhəb ibni Mənaf qızı Amənə ana tərəfdən «Qusəy»də Peyğəmbər (s) nəslinə bağlanır. Amənə şərafətli bir nəsil, e’tiqadlı bir ailədəndir. Hamı arasında öz böyüklüyü ilə tanınır. Amənə pak, müvəhhid bir qadın olub və haqqında rəvayət vardır. O, atəş haram edilən şəxslərdəndir. «Allah səni nazil edən sülbə, səni doğan bətnə, sənə süd verən döşə atəşi haram edib» hədisin sonu Amənəyə şamildir. («Bəhar» 15-ci cild).

Amənə Peyğəmbəri (s) doğduqdan bir müddət sonra ona süd verəcək dayə tutdu. Peyğəmbər (s) dörd il dayənin yanında qalıb, sonra ana qucağına qayıtdı. Amənə iki ildən sonra öz mələksima övladı ilə Mədinəyə qohumlarının yanına getdi. Qayıdarkən xəstələnib, yolda otuz yaşında ikən vəfat etdi. Onu qədim Mədinə və Məkkə yolnun kənarında əbva adlı bir yerdə dəfn etdilər. Həzrət Peyğəmbər (s) məhşur vida həccində anaının qəbrini ziyarət edib, ağladı, başqalarını da ağlatdı. Bu əzəmətli sülb və pak bətn Peyğəmbər (s) kimi bir övlad tərbiyəsi ləyaqətini qazanıb, bəşəriyyətin iftixarı olan bir yadigar qoydular.

QÜRUBSUZ GÜNƏŞİN DOĞMASI

Pak ata və pakizə bir anadan bütün insanlardan üstün bir insan doğulur. Bu insan cəmiyyəti çalxalayıb, onun e’tiqadına, ictimai-siyasi quruluşuna böyük tə’sir göstərir. Peyğəmbərin (s) anadan olması bəşər tarixində misli olmayan bir hadisədir. Onun doğulduğu il elə bir ixtilaf müşahidə edilmir. Onun doğum günü və ayı mübahisəlidir. Əsasən iki tarix göstərilir: Birincisi Rəbiül-əvvəlin on ikisidir. Bu tarixi əksər sünnə əhli və Kuleyni kimi bə’zi şiə alimləri qəbul edir. İkincisi isə Rəbiül-əvvəlin on yeddisidir. Bu tarix əksər şiələrin qəbul etdiyi tarixdir. Amma həzrətin cüm’ə günü doğulduğu tam aydındır. Onun doğum yeri Məkkədə (ərəbi) Mərvə və əbu-qubeys dağları arasında Məhəmməd ibni Yusifin evidir. Burada Harun ər-rəşidin anası Xizran məscid tikdirmişdir. Bu yer müsəlmanların və Məkkənin

səh:23

mühüm yerlərindəndir. Mə’nəviyyat ardınca gələnlər bu yeri ziyarət edirlər. Təəssüf ki, Ali Səud dövründə bu məscid də dağıdılmış yerində kitabxana adı ilə yeni bir bina tikilmişdir.

DOĞUM HADİSƏLƏRİ

Həzrət Peyğəmbərin (s) anadan olması bəşər tarixində böyük bir hadisədir. Belə hadisələr təbii yolla baş verməyib, əsrarəngiz olub və diqqətləri cəlb edir. Cəmiyyətin talehində tə’sirli olan şəxslərin doğumu insanlar üçün bərəkət hesab olunur. Peyğəmbərin (s) doğumu baş vermiş ən bərəkətli hadisədir. Bundan bərəkətli bir hadisəyə təsadüf etmək qeyri-mümkündür. Bu hadisələrin bə’zilərini qeyd edirik.

Səduq (r) nəql edir ki, Şeytan yeddi səmada gəzərdi. İsa (ə) doğulanda üç, həzrət Məhəmməd (s) doğulanda yeddi səmadan qovuldu və atəşə tutuldu.

Yenə buyurur: Peyğəmbərin (s) doğulduğu gecə bütün bütlər yıxıldı, İranda Kəsra eyvanının lərzəyə gəlib, parçalandı, 14 sütunu sındı, Savə dəryaçası qurudu, Kufə və Şam arasındakı Səma və vadisini sel basdı. Min ildən sonra fars atəşgahı söndü.

Dünya zərdüştlərinin abidləri yuxuda gördülər ki, iki hörgüclü dəvələr ərəb adlarını yedəyə çəkib, dəclədən keçir, əcəm torpağına daxil olurlar. Həmin gecədə hicaz səmasından bir nur yüksəlib, şərqi işıqlandırdı. Səltənətlər dağıldı, padşahlar lal oldu, kahinlik və sehr elmi dayandı. Qüreyş əzəmətlənib Aləllah adlandırıldı.

Amənənin dilindən nəql olunur: Övladım doğulanda başını səmaya tərəf qaldırdı – məndən bir nur parladı ki, hər yer işıqlandı». İnsanların ağası, sevinci doğuldu onun adını Məhəmməd qoyun deyə nəva eşitdim. Şeytan qorxmuş halda ətrafındakıları çağırıb, nə olduğunu soruşdu. Onlar səmadan bir şey anlamayıb, Kə’bə ətrafına gəldilər. Buranı mələklərə dolu gördülər. Onların yaxınlaşmağa qoymadılar. Onların «nə olub» sualına «Məhəmməd doğulub» dedilər.

Yə’qubi əlavə edir ki, Məhəmməd (s) doğulanda yəhudi, məsihi abidləri bir-birinə dəydi, göydə bu vaxtdan görünməmiş ulduzlar parladı.

Amənənin dili ilə deyilir ki, məndən qalxan nurda Şam sarayını gördüm.

səh:24

HADİSƏLƏRİN SƏBƏBİ

Bütün bu hadisələrin bir izahı budur ki, böyük bir hadisənin cərəyanına əksəriyyətin diqqəti cəlb edlsin. Amma dəryaçanın qurulması, vadini elə basması kimi hadisələrin hikməti bizə aydın olmaya da bilər. Amma bütlərin dağılması, bə’zi mə’bədlərin xaraba qalması, imperator saraylarının süqutu, sehr və kahinliyin dayanması barədə demək olar ki, bütün bunların xəbərdarlığı vardır. Bu insan bütün şirk və bütpərəstlikləri hədəfə alacaq, digər dinləri rədd edəcəkdir. Zülmə əsaslanan ictimai quruluş, ilahi, insani quruluş yaradacaqdır. Bu şəxs kahinlik və sehr kimi batil, puç təzahürlər üçün ciddi bir təhlükədir. O, bəşər həyatının bütün yönümlərinə müdaxilə edəcək tövhid və ilahi e’tiqadın bayraqdarı, yeni bir quruluşun yaradıcısıdır. Onun tə’siri zaman və məkanla məhdudlaşır və müxtəlif yönümlərdə risaləti öhdəsinə götürür. Bu ilahi dəyərlərin ümidi və insan kamalının çiçəklənməsidir.

Həzrət Peyğəmbər (s) doğulanda Əbdül Mütəllibə xəbər verdilər ki, övladın olub. Əbdül Mütəllib onu ağuşuna alıb, şükr etdi və Kə’bəyə apardı. Sonra onu anasına verib, dayə axtarmağa başladı.

AD QOYMA

«Onun adı göylərdə əhməd, yerdə Məhəmməddir» («Bəhar» 15-ci cild). Allahın Rəsulu (s) doğulandan sonra Cəbrəil və Mikail (mələklər) insan surətində gəlib, onu yuyundurdular və ətirlədilər. Bu vaxt Amənə bir kənarda dayanıb, təəccüblə baxırdı! Behişt huriləri körpəni parçaya bələyib, anasının qucağına verdilər. Sonra mələklər yığın-yığın gəlib, bu sayaq salam verdilər: «Salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey əhməd, salam olsun sənə, ey əhməd». Kuleyni nəql edir ki, Allahın Rəsulu doğulanda Hatifi (kimdir qeyd et?) nida etdi ki, onu Məhəmməd adlandırın. («Bəhar» 15-ci cild).

Aydındır ki, belə bir böyük şəxsiyyətin adı da göylərdən qoyulur. Onun yüksək məqamına görə adı da Allah-taala tərəfindən əvvəlcədən tə’yin edilir. Onun adı hətta əvvəlki ilahi kitablarda qeyd olunmuşdur. Həzrət İsa (ə) əsrlərcə əvvəl onun

səh:25

adını müjdə vermişdir: «Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı əhməddir». Qur’an da onu həm əhməd, həm də Məhəmməd kimi yad edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir» («əhzab» 40).

ÖVLADLARA AD QOYMA

Mühüm nöqtələrdən biri də fərdlərə ad qoymanın əhəmiyyətidir. Bütün cəmiyyətlərdə adlar yerli mədəniyyət və inamlardan yaranır. Yaxşı və mə’nalı adlar bir millətinin mədəniyyətinin zənginliyidir. Necə ki, yüngül və mə’nasız adlar yoxsulluğa dəlalət edir. İctimai münasibətlərdə və fərdlərdə ad qoymada bir millətin azadlığı və ya biganə mədəniyyətlərdən asılılığı yaxşıca aydın olur. Qur’ani-məcidin ad qoymada belə ehtiyatlı olduğunu, Peyğəmbərə (s) illərcə doğumundan əvvəl ad qoyduğunu, «onun adı Yəydadır, ondan əvvəl kimsəni belə adlandırmadıq» ayəsini, övlada yaxşı ad qoyulmasının ata-ana üçün vəzifə olduğunu nəzərə almaqla müsəlman millətlər diqqətli olmalı, övladlarına, ictimai yerlərə və s. ad qoyarkən zəngin islam mədəniyyətindən faydalanmalıdırlar. Qərb və şərqdən gəlmiş adların istifadəsi islam mədəniyyəti ilə qətiyyən uyuşmadığından ondan çəkinmək lazımdır. Ad qoyarkən başqalarının istəyinə, müdaxiləsinə əhəmiyyət verilməməlidir.

SÜDƏMƏRLİK VAXTI

Həzrət Peyğəmbərdən (s) ana südü haqda nəql olunub ki, körpə üçün ən yaxşı qida ana südüdür. («Bəhar» 100-ci cild). Allah-taala körpənin doğumu ilə eyni vaxtda ana döşündə süd qərarlaşdırır. Əgər ana südünün əhəmiyyəti müxtəlif yönümlərdən bəşər bu gün aydın olmuşsa, əsrlərcə əvvəl ilahi vəhy və sirrin üstündən pərdəni götürmüşdür. Əlbəttə indi bu söhbətin yeri deyil. İndi söhbət ondan gedir ki, Peyğəmbər (s) südəmərlik dövrünü necə keçirib, özü ana südündən bəhrələnmibmi?

Həzrətin (s) tamamilə ana südü görmədiyini sübut etmək çətindir. Xüsusi ilə doğum südü uşağın talehində mühüm rol oynayır. Əgər həzrətin (s) anasının südü yoxidisə də, doğum südü olmalıydı. Peyğəmbər (s) anadan olandan sonra bir müddət anasının yanında qalıb, onun kifayət qədər südü olmayıb.

səh:26

(«Bəhar» 15). Əbdül Mütəllib bu uşağı adi bir insan bilmədiyindən ona xüsusi münasibət bəsləyir və nəzarət edirdi. Ona görə də süd verən qadın axtarırdı. Həzrətin (s) dayələrinin sayı mübahisəlidir. Bə’zən bu say səkkiz, bə’zən də on gətirilir. (Sireye hələbi, 1-ci cild). Onlardan ikisi daha çox tanınır. Anasından sonra ilk süd verən əbu Ləhəbin kənizi Səvibə (ərəbi) olmuşdur. («Tarixe Yə’qubi» 1-ci cild). O, Peyğəmbərə (s) dörd ay süd vermişdir və Peyğəmbər (s) lütfü heç zaman unutmamış, onu əbu Ləhəbdən alıb azad etmək istəmişdir. Nəhayət bir vaxt əbu Ləhəb onu azad etmişdir. Nəql olunur ki, onun azad edilməsi əzabının yüngülləşməsinə səbəb olar. («Bəhar» 15-ci cild).

Sonra Əbdül Mütəllib digər bir dayə axtarmış, öz qızları Atikə (ərəbi) və Səfiyyə həzrətə süd vermək istəmişlər. Amma Həzrət (s) nə onların, nə də digər Bəni-haşim qadınlarının südünü istəmişdir. Əbdül Mütəllib nə edəcəyi barədə tərəddüdə qalmışdı. Ona pak, əxlaqlı Həliməni seçmək təklif olunur. Əbdül Mütəllib Həlimənin atası Əbdüllah ibni Harisin yanına adam göndərir. Əbdüllah bu təklifi qəbul edib, Həliməni müjdələyir. Həlimə böyük sevinclə uşağı təhvil almaq üçün Məkkəyə yola düşür.

HƏLİMƏ SƏDİYYƏ

Həlimə nəsli ədnana yetişən Əbdüllahın qızıdır. Onun nəsli Peyğəmbərin (s) on yeddinci babası Nizarda Peyğəmbərə (s) bağlanır. Həlimə ağıllı, kamil, gözəl, natiq, pak, əsilli ailədən, südlü bir qadın olmuşdur. Qüreyş onu məhz ləyaqətinə görə seçmişdir. Şəhidlər ağası Həmzə əsədüllah da bu qadının döşündən süd əmmişdir. Həmzə Peyğəmbərin (s) əmisi olmaqla yanaşı, həm də onun süd qardaşıdır. («Bəhar» 15-ci cild).

Həlimə fiziki və ruhi cəhətdən də Peyğəmbər (s) kimi bir uşağa süd verməyə layiq idi. Olsun ki, məhz Həlimənin ləyaqətinə görə həzrət digər qadınların südündən imtina etmişdir. Həliməyə bu iftixar da nəsib olur ki, Peyğəmbərə (s) süd verməyin bərəkətindən Cəhənnəm odu ona haram olur. Çünki Peyğəmbər (s) həm bu qadının südündən bəhrələnmiş, həm də dörd ilə qədər onun qoynunda böyümüşdür. «Allah-taala səni yedirən döşə, səni tərbiyə edən qucağa Cəhənnəm odunu haram etmişdir» hədisi ona aiddir.

səh:27

Peyğəmbər (s) Həlimənin məhəbbətini daim xatırlayır, ona ehtiram göstərirdi. Hətta Mədinəyə hicrətdan sonra Həliməyə, Məkkəyə hədiyyələr göndərir. Həlimə Xeybərin fəthindən sonra Hicrətin yeddinci ilində vəfat edir. Mədinənin Bəqi qəbristanlığında dəfn olunduğu mə’lumdur. Qəbri indi də ziyarət edilir. Peyğəmbərlə (s) birgə keçirdiyi günlərdən Həlimənin şirin xatirələri nəql olunur. Bu xatirələrin bə’zisini zikr edirik.

HƏLİMƏNİN XATİRƏLƏRİ

1-Həzrət Peyğəmbərin (s) həyatı başdan-başa – istər be’sətdən qabaq, istərsə də be’sətdən sonra, hətta uşaqlıq dövründə əsrarəngiz hadisələrlə zəngindir. Həlimə bu uşağa süd verdiyi dövrdən həmin hadisələrə şahiddir. İlk dəfə Əbdül Mütəllib körpəni Həliməyə verəndə o yaxasını açıb sol döşünü körpəyə verdi. Onun sağ döşündə süd yox idi. Lakin uşaq imtina edib, sağ döşə meyl etdi. Həlimə yenə də sol döşünü vermək istədi, yenə də körpə sağa meyl göstərdi. Həlimə qorxdu ki, körpə sağ döşdə süd olmdığını görüb sol döşü də əmməsin. Uşaq tə’kid sağ döşü əmməyə başladı və illərcə süd görməmiş döşdə bolluca süd yarandı. Bu həzrətin (s) meylinin bərəkətindən idi. («Bəhar» 15-ci cild)

2-Elə uşaqlıq dövründə Həzrətin (s) böyüklüyü mə’lum idi. Həlimə öz itkisini bu uşağa süd verməkdə tapdığından bu vəzifəni sevinclə qəbul etmişdi. Həlimənin digər bir südəmər uşağı da vardı və hər iki uşağı bir döşdən əmizdirməli idi. Həzrətin (s) sağ döşə süd gəldiyindən hər uşaq bir döşü əmirdi. Amma Həzrət (s) yalnız sağ döşü əmir və süd qardaşınnı haqqına toxunmurdu. İnsanlığın səciyyəsi olan ədalət və insaf əvvəlcədən bu körpədə aşkar idi.

3-Həlimə sadə həyat tərzi keçirirdi. Bəlkə də, iqtisadi baxımdan kasıb idi. Bir-neçə artıq qoyundan savay bir şeyi yox idi. Həzrət Peyğəmbər (s) onun evinə qədəm qoyandan bu evə bərəkət gəlmişdi. Qoyunlar əkiz doğur, bolluca süd verirdilər. Ev əhli və camaat bu işin qarşısında e’tiraf etməli olurdular ki, uşağın gəlişi ilə onların yaşayışı dəyişib. Nəql edilir ki, bu uşaq «Bismillah» deməmiş bir şeyə toxunmazdı, bə’zən ondan zikrlər eşidərdilər.

səh:28

Həzrətin (s) südəmərlik dövrü keçdi. Amma o, hələ də Həlimənin yanında idi. Həlimə onu dörd və ya beş yaşından sonra anasına qaytardı. Amma çox çəkmədi ki, yenə anasından ayrılmalı oldu. hansı ki, bu yaşda ana məhəbbətinə böyük bir ehtiyacı vardı. Bəlkə də bu ilahi bir hikmət idi ki, fəzilətli bir uşaq çətinliklərlə imtahana çəkilsin, onun ruhu məs’uliyyətlərin qəbuluna hazır olsun. Əvvəlcə atası, az sonra anası ondan ayrıldı. Əbdül Mütəllib Aminənin vəfatından sonra onu öz yanında saxlayır. İki il ötmür ki, Əbdül Mütəllibin vəfatı ilə səkkiz yaşlı uşaq babasının mehr-məhəbbətindən məhrum olur. Sonra Həzrətin (s) himayəsini Əbu Talib öhdəsinə götürür.

ƏBU TALİB Və PEYĞƏMBƏRİN (S) HİMAYƏSİ

Bəni-haşim arasında Peyğəmbəri (s) himayəyə götürəcək müvəhhid, pak adamlar vardı. Əbdül Mütəllibin vəfatından sonra müvəhhid, pak, fədakar Əbu Talib və Fatimə binti əsəd Həzrətə öz məhəbbət ağuşların açıb, vəsfə gəlməz bir eşqlə ona himayə göstərdilər. Əbu Talib maddi cəhətdən imkanlı olmasa da, Həzrətin (s) himayəsini iftixarla öhdəyə aldı. Həzrətin (s) də qədəmləri onlara xeyr və bərəkət gətirdi. Əbu Talib bu uşağa şiddətlə bağlı olduğundan hamıdan çox qayğı göstərir və onu övladlarından üstün tutur.

Həzrətin (s) gəncliyi bu imanlı ailədə keçir. Bu ailənin fədakarlığı və məhəbbəti o qədər dərin tə’sir qoyur ki, Peyğəmbər (s) bu məhəbbəti heç zaman unutmur. Fatiməni xeyli körpə əhatə edirdi. Onun imkanı zəif idi. Onlara yemək verəndə hər biri öz payını almaq üçün vurnuxardılar. Amma Peyğəmbər (s) bir kənarda dayanıb, Fatimənin nə vaxt ona baxacağını ədəblə gözləyirdi. Fatimə vəfat edəndə Peyğəmbər (s) onun qəbri üstə ağlayaraq buyurdu:

«Bu gün anam vəfat edib. O, öz övladları ac ikən məni doyurmağa çalışırdı, övladları pərişan ikən mənim saçımı, surətimi darayıb qaydaya salardı. O, mənim anam idi». («Tarixe Yə’qubi» 1-ci cild).

Peyğəmbər (s) bütün qayğılara əməli ilə cavab verərdi. O, Fatimənin övladı əli ibni əbu Talibin himayəsini öhdəsinə almışdı. Əli (ə) Peyğəmbər (s) Əbu Talib və Fatimənin ağuşunda böyüdüyü kimi, Peyğəmbərin (s) yanında tərbiyə almışdı.

səh:29

HƏZRƏTİN (S) PORTRETİ

Həzrətin (s) inkişafı və tərbiyəsi aram-aram formalaşırdı. Onun cismi və ruhi keyfiyyətləri elə əvvəlcədən hamının diqqətini cəlb edirdi. Onun xasiyyətinə valeh olanlar bədən gözəlliyinə də heyran qalmışdılar. Bə’zi xüsusiyyətləri burada xatırlayırıq.

Həzrətin sifəti və bədəni bütün cəhətlərdən gözəl yaradılmışdı. İnsan üçün gözəllik olan bütün əlamətlər ona əta olunmuşdur. O, xasiyyətcə hamıdan gözəl olduğu kimi görkəmcə də hamıdan gözəl idi. Özü belə dua edirdi: «Pərvərdigara bədənimizi gözəl yaratdığın kimi, əxlaqımızı da gözəl qərar ver». Həzrətin (s) boyu ucalığa meyilli orta idi. Nə gödək idi, nə də çox uca. Nisbətən iri qafalı başı, enli yanaqları vardı, çənəsinin altı azca dartılmışdı.

Geniş gözəl alınlı, bitişik və nazik qaşlı, iri və tam qara gözlü, gözünün ağı qırmızıya meyilli və gözü uzun kiprikli, burnun mütənasib və nazik deşikli, mütənasib ağ dişli kiçik ağızlı, rəngi ağa çalan buğdayı, sinəsinə düşən qıvrım və lətif saqqallı, qulaqlarını örtəcək qədər qıvrım və baş həddini ötməyən saqqalı, dartılmış gümüş boyunlu, geniş sinəli, siənsi ilə arba geri çəkilmiş qarınlı bir insan idi.

Ayaqları və əlləri doluluğa mail və kiçik, ayağının altı dərin, üzü qövsvari (fizioloji cəhətdən sür’ətli yeriş və qaçış üçün ən münasib forma), qədəmləri bərabər, pəncələri az ətli idi. («Bəhar» 16-ci cild).

Peyğəmbərin (s) bədəni bütün cəhətlərdən gözəl idi. Əgər Yusif ən gözəl insan olduğu üçün gözəllərə Yusifcamal deyiblərsə, Peyğəmbər (s) ondan da şirin olmşudur. Bu fikir rəvayətdə də təsdiq olunur: «əgər Yusif gözəl və ya ən gözəl olmuşsa, mən ondan şirinəm». Onun haqqında belə demək olar ki, yaxşılarda cəm halda yaxşı nə varsa, tək səndə var. Xasiyyət və görkəmi çox gözəl olduğundan hamını valeh etmişdi.

Həzrətin yeniyetməlik və gənclik dövründə böyük hadisələr baş verirdi və onun çoxlu fəzilətləri aşkar oldu. onlardan bə’zilərini xatırlayırıq.

səh:30

RAHİB BÜHEYRA

Qüreyş və Hicaz camaatı ticarət üçün Şama çox gedib-gələrdilər. Peyğəmbər (s) əbu Talibin himayəsində olanda Əbu Talib Şama getməli oldu. Əbu Talib Peyğəmbəri çox sevdiyi üçün onu da özü ilə apardı. Qüreyşin karvanı Bəsri adlanan məntəqədən keçirdi. Yaxınlıqda məsihi bir rahibin sovmiyəsi (koması) vardı. Həmişə ibadətə məşğul olub, yoldan keçənlərə diqqət etməyən rahib bu dəfə Qüreyşi süfrəyə də’vət edir. Onun bu hərəkəti təəccübə səbəb olsa da, təklif qəbul olunur və hamı süfrə kənarına əyləşir. Rahib soruşur ki, sizin adamların hamısı buradadır? Cavab verirlər ki, bir cavandan başqa hamı. Rahib o cavanın da gətirilməsini israr edir. Peyğəmbər (s) gələndə rahib gözünü ona dikib, diqqətlə baxır. Öz səmavi kitabı İncildə son peyğəmbər haqqında deyilən əlamətləri xatırlayır və bu cavanda görür. Onunla söhbətə girişib, həyatı və yuxuları barədə soruşur. Onu Qüreyş içində hörmətli bütlərə and verir ki, həqiqəti söyləsin. Həzrət (s) onun bu andından sıxılır. Büheyrə ona daha artıq diqqət yetirir və çiynində peyğəmbərlik əlamətini görür. Sonra əbu Talibə tapşırır ki, Peyğəmbəri yəhudilərdən qorusun!

MƏZLUMLARIN MÜDAFİƏSİ

Cəmiyyətin zəif insanlarını hüququ daim zorular tərəfindən tapdalanır. Məzlumların hüquqlarının müdafiəsi insanların öhdəsinə düşən insani bir fəzilət, ilahi bir dəyərdir. Peyğəmbər (s) hələ öz risalətindən əvvəl haqqı müdafiə edər, fəzilət haqqında söhbətlərdə olardı. Bəni-əsəd qəbiləsindən bir şəxs ticarət üçün Məkkəyə gəlir. Onun malını Bəni-səhm qəbiləsindən bir şəxs alır, amma pulunu ödəmir. Bu adam nə qədər çalışırsa, öz haqqını ala bilmir. Əbu Qubeys dağının zirvəsinə çıxıb, yardım isətyir. Onun hərəkəti camaata çox tə’sir edir. Qüreyş böyükləri Əbdüllahın evinə toplanır. Məclisi həzrət Peyğəmbər (s) nizamlayır. Bu yığıncaqda onlar əhd edirlər ki, məzlumların haqqını qoruyacaqlar. Bu müqavilə (ərəbi) adı ilə tanınır. Zahirən bu əvvəlki müqavilələrə yeni bəndlərin əlavə edilməsi ilə bağlıdır. Peyğəmbərin (s) bu ləyaqətli işi tarixdə məhşurdur. Həzrət (s) özü də bu müqavilə ilə fəxr etmiş və

səh:31

buyurmuşdur: «İndi də məni belə bir müqaviləni imzalamağa çağırsalar qəbul edərəm». («Tarixe Yə’qubi» 1-ci cild).

QARA DAŞIN MƏNŞƏYİ

Peyğəmbərin (s) ömründə 25 Bahar ötmüş sel Kə’bəni dağıtdı. Qüreyş Kə’bəni bərpa etmək üçün torpaq daşımağa başlayır. Qazılan yer dərinləşəndə böyük bir ilan görünür və qazıntını dayandırırlar. (Bəlkə də bunun Kə’bə ətrafında çoxlu peyğəmbər qəbrinin olması ilə əlaqələndirmək olar. Buradan çox torpaq götürlüməsi qəbrlərin açılmasına səbəb olardı). Bir sözlə divarlar qaldırılır, növbə Həcərül-əsvədin (qara daşın) divara bərkidilməsinə gəlir. Qəbilələr arasında mübahisə başlanır ki, Həcərül-əsvədi hansı qəbilə götürəcək. Bu vaxt «Məhəmməd əmin» adlanan Peyğəmbər (s) yaxınlaşır. Hamı onun bu işi mühakimə etməsinə razılıq verir. Həzrət (s) çox göl bir tədbir tökür. Öz ridasını (arxalığını) yerə sərib, Həcərül-əsvədi ridasına qoyur. Bütün qəbilələrə müraciət edir ki, hərə bir tərəfdən yapışıb daşı qaldırsınlar. Hərə ridanın bir yanından tutub Həcərül-əsvədi qaldırırlar. Həzrət özü daşı götürüb divara yerləşdirir. Beləcə, hamı bu işin savabından faydalanır və mübahisə kəsilir.

HƏRAM AYLARIN HÖRMƏTİ

Ərəblər arasında İbrahim dininin qaydaları, o cümlədən müqəddəs haram ayların hörmətini saxlamaq vardı. Həyatı müharibələrdə ötüşən ərəblər döyüşün qadağan olduğu haram aylara yaxşı münasibətdə idilər. Bu dörd ayda döyüşlər dayandığından onlar rahat nəfəs alırdılar. Qur’ani-kərimin bu ilahi sünnəti – qaydanı təsbit etdi: «Allah yanında ayların sayı Allah yeri və göyü yaradan gündən başlayaraq on ikidir. Bu həqiqət Allah kitabında qeyd edilmişdir. Onların dördü haram aylardır». (Bu aylarda hücum etməklə müharibə haramdır). «Səndən haram aylarda müharibə haqqında soruşsalar, onlara de ki, bu aylarda müharibə böyük bir günahdır». («Bəqərə» 217).

Bu aylar ibarətdir: Zülqə’də, Zül-hiccə, Məhərrəm və Rəcəb. Ərəblər bu ayları möhtərəm saysalar da dəfələrlə ehtiramı sındırmış, müxtəlif qəbilələr arasında döyüşlər olmuşdur. Bu

səh:32

döyüşlər haram ayların ehtiramını qırdığından günah və fəsad adlandırılmışdır. Belə döyüşləri dörd yerdə zikr etmişlər. Hətta dörd il çəkən bir döyüşdə Peyğəmbərin (s) iştirak etdiyini deyənlər var.

Kəhanə qəbiləsindən Bərraz ibni Qeys Kənani Həvazin qəbiləsindən Urvə ibni Rəhhal ilə Ne’man ibni Munzirə yer icazəsi vermək üstündə dalaşmışdılar. Bərraz Urvəni qətlə yetirmişdi. Ölənin qohumları Kənanəyə qarşı birləşmişdilər. Kənanə Qüreyşə pənah gətirmişdi. Qüreyşdə onlara himayədarlıq etmiş və müharibə başlamışdı.

Bə’zilərinin yazdığına görə həzrət (s) on yeddi yaşında ikən bu döyüşə şahid olmuşdur. Bə’ziləri isə onun dili ilə nəql edir ki, «Mən əmilərimə atılan oxları dəf edirdim». Görən bu iki cümlədən belə bir nəticəyə gəlmək olar ki, Peyğəmbər (s) bu döyüşdə iştirak edib? Belə görünür ki, bu deyilişlərdən uyğun nəticəni əldə etmək olmaz. Hansı ki, bə’ziləri laqeyidlik göstərərək bu məsələn yan keçir və həzrətin (s) iştirakını təsdiqləyirlər. Amma əvvəlki cümlə həzrətin (s) yalnız şahid olduğunu qeyd edir. Əslində isə şahid olmaq hələ iştirak etmək deyil. İkinci cümlədə isə oxların dəf olunmasından danışılır. Heç bu da o demək deyil ki, Peyğəmbər (s) döyüşdə iştirak edib. Bir halda ki, haram aylara ehtiram qoyulması qəbul edilmiş bir qayda idi və bu hörməti sındırmaq günah hesab olunurdu, necə ola bilərdi ki, Peyğəmbər (s) belə aylarda mühribədə iştirak edəydi?! Həqiqətə yuğun gələn mə’lumat Yə’qubinin əbu Talibin dilindən nəql etdiyidir: «O, nəinki müharibələrdə iştirak etmirdi, hətta Bəni-haşimə də müharibədə iştirakı qadağan edirdi. Hətta əbu Talibin mövqeyi başqalarını da bu işdən çəkindirmişdi. Bu döyüşdə Bəni-haşim iştirak etmədiyindən çoxları bu döyüşə qatılmırdı. «Əbu Talib Bəni-haşimi bu döyüşlərdən çəkindirdi və bildirdi ki, bu döyüş haram aylara hörmətsizlikdir». Əbdüllah ibni Üməyyə və Cədan və Hərb ibni Üməyyə də Bəni haşimə görə döyüşə getmədilər».

Əlbəttə, bunun unutmaq olmaz ki, müdafiə bütün hallarda, bütün zamanda və məkanlarda, hətta haram aylarda da, hətta Kə’bədə də qanuni və vacibdir. Düşmənin hücumundan müdafiə hər bir dində hər bir kəsin haqqıdır. Qur’an da bu barədə buyurur: «Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlərdə

səh:33

də qisas var. Sizə qarşı təcavüz edənlərdən müdafiə olunun». («Bəqərə» 194). Təcavüzkara cavab verin. Əgər həzrət həmin döyüşdə iştirak etmişsə, müdafiə olunan tərəfdən olmuşdur. «Mən növcavan olanda əmimlər Füccar döyüşünə şahid idim», cümləsi Həzrətin (s) müdafiədə iştirak etdiyini bildirir. Əks təqdirdə deməliyik ki, həzrət (s) belə qalmaqallardan tamam uzaq olmuşdur. İbrahim (ə) dininə e’tiqad edən kəs heç zaman öz dininin sünnətini görməzliyə vurmaz.

XƏDİCƏNİN ELÇİLİYİ

Növcavanlıq dövrü ötüşmüş, cvanlıq dövrü də aram-aram vidalaşmaqda idi. Həzrət Peyğəmbər (s) iyirmi beş yaşında idi. Mö’min və varlı qadın Xədicə (ərəbi)-dan on beş il qabaq anadan olmuşdu və həmin vaxtadək iki dəfə – ətiq ibni Aiddə və əbu Halədə ərdə olmuşdu. Hazırda isə ərsiz bir qadın idi. O, Şam və başqa yerlərə ticarət üçün admlar göndərirdi. Bir dəfə də bu iş həzrət Məhəmmədə (s) tapşırılır. O, bu ticarət səfəindən böyük qazancla qayıdır. Elə əvvəllər də öz sədaqəti ilə tanınan Məhəmmədin (s) bu səfərdən sonra xüsusi ilə Xədicə üçün düzlüyü və ayıqlığı aşkar oldu. Ərəb böyükləri ilə izdivaca razılıq verməyən Xədicə özü evlənmək təklifi ilə Məhəmmədə (s) müraciət etdi. Peyğəmbərin (s) digər bir buyruğuna görə əmmar Yasərlə Səfa və Mərva arasından keçərkən Xədicə və bacısı Halə ilə rastlaşırlar. Halə əmmara yanaşıb, «Məhəmməd Xədicə ilə evlənmək istəmirmi»-deyə soruşur. Əmmar bu barədə Peyğəmbərdən (s) soruşanda o, buyurdu: «Bu sualın cavabı sabaha qalsın». Deyilən gün həzrət (s) öz əmisi Əbu Talib ilə Xədicəyə elçiliyə gedir. Bu mərasimdə Əbu Talib belə deyir: «Həmd olsun Allaha ki, bizi İbrahim nəslindən qərar verib və hərəmi bizim üçün əmn edib (tapşırıb) və bizi cəmiyyətə rəhbər tə’yin edib. Mənim qardaşım oğlu Məhəmmədin dünya malından sərvəti az olsa da, kamal və əxlaq baxımından kimsə onunla müqayisə edilə bilməz. O, Xədicə ilə evlənmək istəyir. Əlbəttə ki, Xədicənin də bu işə meyli olsa. Onun mehriyyəsinin bir qədərini öz malımdan verirəm». Elçilik və əqd mərasimi bu şəkildə keçdi.

səh:34

XƏDİCƏ

Cahiliyyət dövründə Tahirə adlanan Xədicə Məkkənin tanınmış və dindar qadınlarından idi. Əbu Cəhl, əbu Süfyan, Üqbə ibni əbu Məit, Səlt ibni əbu Yəhab kimi admalar ona elçiliyə gəlmiş, amma Xədicə onlarda evlənmə üçün zəruri keyfiyyətləri görmədiyi üçün razılıq verməmişdi. («Bəhar» 16-cı cild). (Amma Məhəmməd-əmindən elçiliyi razılıqla qəbul etdi). Xədicə şərafətli bir ailədən idi və Peyğəmbərin dördüncü babası Qəsada onunla bağlanırdı. Xədicə ilahi qadınlardan idi və onun haqqında rəvayətdə nəql olunmuşdur: «Allah dörd qadını seçmişdir: Məryəm, Asya, Xədicə və Fatimə» («Bəhar» 15-ci cild). Peyğəmbərin özündən və həzrət əlidən sonra Xədicə müsəlmanlığı qəbul etmiş ilk şəxsdir. Əlidən (ə) belə nəql olunub: «İlk islam olmuş evdə cəmi üç nəfər vardı: Peyğəmbər (s), Xədicə, üçüncü isə mən». Həzrət Peyğəmbərdən (s) bu xanım haqqında belə nəql olunub: «Xədicə kimisi harada tapılar. O, mənim risalətimi elə bir vaxt təsdiq etdi ki, xalq bu böyük fəzilətlə düşmənçilik edirdi». Bu fəzilətdə birinci olmaq bəşəriyyət üçün fəxrdir. Peyğəmbərlə (s) Xədicə təqribən iyirmi beş il bir yerdə olmuşlar. Həzrətin (s) əksər övladları bu böyük qadından olmuşdur. Xədicə be’sətin onuncu ili Məkkədə 65 yaşında vəfat etmişdir və Məkkədə «Cənntül-mə’lai» qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri bu gün də ziyarət edilir.

DİGƏR İZDİVACLAR

Nə qədər ki, Xədicə sağ idi həzrət Peyğəmbər (s) başqa qadınla evlənməmişdi. Xədicənin vəfatından sonra Peyğəmbər (s) on dəfədən çox evlənmişdir. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət (s) on beş qadınla evlənmiş, onlardan ikisi ilə yaxınlığı olmamışdır. («Vəsail» 14-cü cild).

1-Sudə Zəm’ə qızı Peyğəmbərin Xədicədən sonra evləndiyi ilk qadın idi. O, hicrətdən sonra Ömərin xilafətinin axırlarında və ya 54-cü ildə vəfat etmişdir.

2-Əbu Bəkrin qızı Ayişə Sudədən sonra Məkkədə altı yaşında Peyğəmbərə (s) əqd olunmuşdur. Yalnız hicrətdən sonra Peyğəmbərin (s) evinə köçmüşdür. Peyğəmbərin evləndiyi

səh:35

qadınlar arasında yalnız Ayişə bakirə olmuşdur. O, Hicrətin 57-ci, ya da 58-ci ilində vəfat etmişdir.

3-Həfsə Ömər qızı, əri Xüneys Ühüd döyüşündə yaralanıb öləndən sonra Hicrətin üçüncü ili Peyğəmbərə ərə gedir. Ya 28, ya 41, ya da 45-ci ildə vəfat etmişdir.

4-«Ümmül-məsakin», Xəzimə ibni Haris qızı Zeynəb – Ühüd döyüşündə şəhid olmuş Əbdüllahın ibni Cəhşin arvadı. Peyğəmbər (s) Həfsədən sonra onunla evləndi. İki-üç ay sonra vəfat etdi.

5-«Ümmü-həbibə» kimi tanınmış Rəmlə əbu Süfyan qızı. Həbəş səfərində əri məsihiliyi qəbul etdiyindən Nəccaşinin vasitəsi ilə Peyğəmbərə əqd olunub və Hicri 44-cü ildə vəfat edib.

6-Əri Əbu Sələmə Ühüd döyüşündə yaralanıb şəhid olmuş «Ümmü-sələmə» əbu Üməyyə qızı. O, Peyğəmbərin bütün qadınlarından sonra 59-62-ci illər arasında vəfat edib.

7- Peyğəmbərin (s) təklifi ilə Zeydə əqd olunmuş Cəhş qızı Zeynəb. Zeyd onu boşadıqdan sonra ilahi vəhyə görə Peyğəmbərə ərə getmişdir. O, Hicri 20-ci ildə vəfat etdi. O, daim digər qadınlar yanında öyünərək deyirdi ki, sizi atalarınız həzrətə ərə verib, mən isə ilahi vəhylə gəlmişəm.

8-Cəvriyə Haris qızı, Hicri 5-ci ildə Bəni-müstələq döyüşündə əsir düşdü və əsgərlərdən birinə qənimət verildi. O, öz sahibi ilə isrət kəsdi ki, qiymətini ödəyəcəyi təqdirdə azad edilsin. Sonra Peyğəmbər (s) bu qiymətin ödənməsi üçün müraciət etdi. Həzrət (s) həmin məbləği ödəyib, onunla evləndi. Bu evlənmə çoxlu əsirlərin azad olunmasına səbəb olud.

9-«Ümmü-şərik» kimi tanınmış Uzilə Cabir ibni Həkim qızı. O, özünü mehriyyəsiz olaraq Peyğəmbərə (s) bağışladı.

10-Səfiyyə Həyy ibni Xəttab qızı, Harun peyğəmbərin (s) ????? nəvələrindən idi və Xeybər döyüşündə əsir düşmüşdü. Həzrət (s) azad etdikdən sonra onunla evləndi. O, Hicrətin 50-ci ilində vəfat etdi.

11-Məymunə Haris ibni Həzn qızı yeddinci ildə Ümrətül-qəza səfərində Peyğəmbərlə (s) izdivac etdi və 51-ci (63-66) ildə vəfat etdi.

12-Qibti padşahı Məqvəqis tərəfindən Peyğəmbərə (s) hədiyyə edilmiş Mariyə. Bə’zi qadınlar yalnız həzrətə əqd olmuş

səh:36

və ya onun kənizi olmuşlar. Amma bu evlənmələr həyata keçmişdir və onların adı tarixdə qeyd edilib. Xədicədən başqa həzrətin əksər qadınları Mədinədə Bəqi qəbristanlığında dəfn edilmişlər. Onların qəbri hal-hazırda da tanınır və ziyarət edilir.

ZƏHƏRLİ QƏLƏMLƏR

Dörddən artıq qadınla daimi evlənmək yalnız peyğəmbərə xas olan ilahi hökmlərdəndir. Başqaları daimi nikahla eyni vaxtda dörddən artıq qadınla evlənə bilməzlər. Düzgün təhlillərlə bu sayaq məsələlərin izahı müəyyən şübhələrə cavab verə bilər. Peyğəmbərin (s) izdivaclarının səbəbləri haqqında düşmənin zəhərli qələmləri xeyli iş görür. İnsanlar çaşdırılır, həqətdən yayındırılır. Bə’ziləri həddi aşaraq Peyğəmbərin (s) izdivaclarını nəfsani istəklərlə əlaqələndirmişlər. Qəti şəkildə bunu inkar etmək olar. Öz cavanlıq dövrünü, ömrünün iyirmi beş ilini qırx yaşlı iki dəfə ərdə olmuş qadınla keçirən bir şəxs ömrünün son on üç ilində müxtəlif izdivaclar edirsə, bunu hansı əsasla nəfsani istəklərlə bağlamaq olar?! Beləcə, yalnız düşmən, alçaq, nadan qələmlər bu sayaq izahatlara cəhd edirlər. Bu nöqtəyə diqqət edərək digər səbəbləri araşdırmaq lazım gəlir.

İZDİVACLARIN SƏBƏBİ

Yazılarda Peyğəmbərin (s) izdivaclarının bə’zi xüsusiyyətlərinə işarə edildi. Həzrət (s) normal bir insan kimi cinsi ehtiyacının ödənməsində izdivac yolundan istifadə etmişdir. Həm həzrət özü, həm də səhabələr, xüsusi ilə də cavanlar asanlıqla evlənərdilər. Hansı ki, bu gün evlənmək ən çətin ailə və cəmiyyət müşkillərindəndir. Keçmiş söhbətlərimizdən aydın olduğu kimi həzrətin izdivaclarının dini əhəmiyyəti də olmuşdur. Məsələn, qəlblərin alınmasında, ictimai mövqeyə malik ailələrlə, əbu Bəkrlə, Ömərlə, əbu Süfyanla qohumluğun ictimai əhəmiyyəti vardı.

Bə’zi izdivacların fiqhi əhəmiyyəti vardır. Məsələn, özünü mehriyyəsi olaraq həzrətə hədiyyə etmiş «Ümmü-şərik»lə izdivac. Qur’an da bunu peyğəmbər xüsusiyyəti kimi bilir: «Yalnız sənə məxsus olaraq, özünü peyğəmbərə bağışlayan hər hansı bir mö’min qadını sənə halal etdik». («əhzab» 50).

səh:37

Zeyddən təlaq almış Cəhş qızı Zeynəblə izdivacın da fiqhi səbəbləri vardır. Xədicənin qardaşı oğlu Həkim ibni Hizam Şamdan gətirdiyi qullardan bir olan Zeydi Xədicəyə bağışladı. Sonra həzrətin istəyi ilə Xədicə onu həzrətə bağışladı. Peyğəmbər (s) hədiyyə olaraq aldığı Zeydi azad etdi. Sonralar Zeydi «peyğəmbər oğlu» deyə çağırardılar. Adamlar elə qəbul etmişdilər ki, oğul çağırılan da oğul kimidir və onun boşadığını almaq olmaz. Qur’an bu səhv fikri rədd edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. O, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur» («əhzab» 40). Zeydin boşadığı qadınla evlənmək barədə buyurulur: «Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə səni onunla evləndirdik ki, mö’minlər oğulluqlarının («oğul» çağırdıqları) boşadığı qadınlarla evlənə bilsinlər» («əhzab» 37). Əgər bu hökm təkcə Qur’anda deyilsəydi, bəhanələrlə başqa cür yozula bilərdi. Lakin Peyğəmbər (s) özü bu hökmə əməl edəndən sonra bütün şübhələr alt-üst oldu.

Digər Peyğəmbər zövcələri haqqında bunu demək olar ki, kimsəsiz, imkansız qadınlar idilər. Həzrət (s) onlarla evlənərək digər bir ictimai faydalı əməli qayda qoydu. Bir əsir qadınla Peyğəmbərin (s) evlənməsi bir çox digər əsirlərin azad olmasına gətirdi. Bəli, uyğun izdivaclar sadalanan şəraitlərdə həyata keçmişdir. Bu şərtlər içində yalnız nəfsani istəyə yer yoxdur!

QUR’ANDA PEYĞƏMBƏR ZÖVCƏLƏRİ

Peyğəmbərin (s) zövcələri vəhy evinə bağlıdırlar. «Nur» surəsində buyurulur: «Həmin ev ki, Allahın izni ilə uca mərtəbəlidir və onda Allah adı zikr edilir». Elə buna görə də Peyğəmbər zövcələri yüksək mövqeyə malik olmuşlar. Eləcə də bu yüksək mövqe onların öhdəsinə xüsusi vəzifələr qoymuşdur.

Qur’an peyğəmbər zövcələrini müsəlmanlara ana bilir: «Onun zövcələri sizin analarınızdır». Bu qadınlar fiqhi bir hökmdə anadırlar və onlarla evlənmək başqaları üçün daim haramdır. Başqa bir ayədə bu hökm bir daha təsdiqlənir: « Peyğəmbərdən sonra onun zövcələri ilə evlənmək heç zaman sizə halal deyil» («Əhzab» 3).

Quran peyğəmbər qadınlarının uca mövqeyinə görə onları bütün çirkinliklərdən paklayır. Bu qadınlar pak və təqvalı

səh:38

insanlar kimi tanıtdırılır. Hətta bu qadınlardan birinə böhtan atıldıqda Quran özü onların müdafiəsinə qalxır. Çünki bu böhtanlar bir şəxsə qarşı yox, bütün vəhy evinə qarşı yönəlmişdir. Ona görə də bu məsələ çox əhəmiyyətlidir. Vəhy evi və rəhbərlik hər zaman pak olmalıdır. Bu həqiqətlər xalqa da aydın olmalıdır. Xalq bilməlidir ki, xalqa rəhbərliyi öhdəsinə götürmüş Peyğəmbər ətrafı bütün nöqsanlardan pakdır. Xalq onlara inanmalı, onları özünə nümunə götürməlidir. Quranın bu müdafiəsi qadınlardan çox vəhy evinə aiddir.

QURANDA PEYĞƏMBƏR (S) ZÖVCƏLƏRİNİN MÜDAFİƏSİ

Peyğəmbər (s) səfərə çıxanda, hətta müharibəyə gedəndə bə’zi zövcələrini özü ilə aparardı. Bə’zən də kimin gedəcəyi püşklə tə’yin olunardı. Döyüşlərdən birində Ayişə Peyğəmbərin (s) yanında idi. Yolda dayanarkən Ayişə paklanmaq üçün karvandan arxada qalır. Kəcavə Ayişəsiz dəvəyə qaldırılır və karvan yola düşür. Ayişə qayıdarkən boyunbağısının qırılıb düşdüyünü görür. Boyunbağını axtarmaq üçün geri qayıdır. Yolda mə’lum olur ki, Ayişə kəcavədə yoxdur. Bir müddət sonra Səfvan ibni Mə’təl oradan keçərkən Ayişəni görür və onunla kəlmə belə kəsmədən dəvəsini yatırdıb Ayişəni dəvəyə mindirir və karvana çatdırır. Ayişə və Səfvan haqqında böhtançıl adamlar söz-söhbətə başlayırlar. Xüsusi ilə Mədinədə şayələr yayılır. İttiham olunanlar, xüsusi ilə Ayişə möhkəm narahatçılıq keçirir. Peyğəmbərsə bu barədə susur və böhtanlar onu incidir. Ayiəşənin günü göz yaşları içində keçir, yuxusu ərşə çəkilir. O, tənhalığa çəkilib, Allahdan yardım diləyir. Sübhan Allah Ayişə haqqında deyilənlərin böhtan olduğunu belə təsdiqləyir: «Həqiqətən Ayişə haqqında yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümərdir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir». («Nur» 11). Qur’an bununla vəhy evinə bağlı olanların, rəhbərlərin əhəmiyyətini nəzərə çatdırır. Çox adamlara böhtan atılır, amma Qur’an müdaxilə etmir. Amma Peyğəmbər zövcələrinə böhtan deyiləndə Qur’an onları paklayır. Bu onların hüquqi şəxsiyyətlərinə verilən əhəmiyyətdir.

səh:39

HÜQUQİ ŞƏXSİYYƏT

Allah-taala bu məsələyə əhəmiyyət verdiyi üçün Peyğəmbərin (s) qadınlarına yol göstərir və onların hüquqi şəxsiyyətini aşkar bəyan edir. Onlara xatırladır ki, siz başqaları kimi deyilsiniz. Siz rəhbərlik evinə bağlısınız. Xalq başqalarından gözləmədiyini sizdən gözləyir. Əlbəttə ki, bu göstərişlər təkcə Peyğəmbər qadınlarına aid deyildir. Qur’an ayələri müəyyən məkan və müəyyən şəxslər üçün məhdudlaşa bilməz. Qur’an bəşəri və əbədi bir hidayət kitabıdır. Bu göstərişlər rəhbərlik məqamına, islami nizama bağlı bütün şəxslərə aiddir. Bütün məs’ullar və onlara bağlı olanlar, dini addan faydalananlar hər zaman bu göstərişləri rəhbər tutmalıdırlar. Qısası, bu göstərişlər bütün hüquqi şəxslərə aiddir. Həqiqi şəxsiyyətdən əlavə hüquqi şəxsiyyətə malik olanlar öz rəftarlarına, evlərinə, miniklərinə, paltarlarına, süfrələrinə başqalarından daha çox fikir verməlidirlər. Çox vaxt onlar mübah şeylərdən də çəkinməlidirlər. «Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı ilər görsə, onun mükafatını ikiqat verərik». («əhzab» 31).

«Ey Peyğəmbər zövcələri, Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz» («əzhab» 32). «Siz ey peyğəmbər zövcələri, sizin hansı biriniz açıq-aşkar bir çirkin iş görsə onun əzabı ikiqat olacaq» («əhzab» 30). Bu «uyğun cəza olaraq» ayəsinə («Nəbə» 16) zidd deyil. İki cəza qazancı fərqli baxımlardandır.

Qur’an rəhbərlik evinin şə’ninə, adına o qədər əhəmiyyət verir ki, belə müraciət edir: Ya şə’n və adı qorumaqla Peyğəmbərlə olun, ya da Peyğəmbərdən və rəhbərlikdən uzaqlaşın. Rifah istəyi ilə peyğəmbər ardıcıllığı yanaşı ola bilməz. Bu iki şey bir yerdə mümkün deyil. Diqqət edin: «Ya Peyğəmbər, zövcələrinə de ki, əgər dünya rifahı və bər-bəzək istəyirsinizsə, qoy Peyğəmbər sizin haqqınızı ödəyib boşasın». Rəhbərlik evində rifah mümkün deyil:

səh:40

Yox, axirət həyatını istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlaşmışdır» («əhzab» 29). Qur’anın müraciətləri diqqəti bu nöqtəyə yönəldir ki, siz Peyğəmbər zövcəsi olduğunuz üçün başqalarından daha diqqətli olmalı, cahil əməllərdən çəkinməli, xalq arasında cahil adətlərlə görünməməlisiniz: «Öz evlərinizdə olun, məclislərdə cahiliyyət dövrünün qadınları kimi görünməyin» («əhzab» 33).

Peyğəmbərin (s) qadınları bu göstərişləri ürəkdən qəbul etdilər; öz əməl və rəftarlarına diqqətli oldular. Söz yox ki, Peyğəmbərin vəfatından sonra Ayişə bu göstərişlərindən çıxıb, müxalifət bayrağı qaldırdı. Cəməl döyüşü fitnəsində əlinin (ə) cavan hökumətinə qarşı çıxdı. Əlbəttə ki, yuxarıdakı ayədən belə nəticə çıxarmaq olmaz ki, qadın ictimai məs’uliyyətlərdən kənarda olmalıdır. Bu məsələnin izahı «Fatimə həyat idealı» kitabında şərh edilib.

Hər halda Qur’an yolu ilə düşünənlər, əməlini Qur’ana uyğunlaşdırmaq istəyənlər Peyğəmbəri (s) özlərinə nümunə götürürlər. Bu hüquqi şəxsiyyətə malik olanlara daha çox aiddir və onlra bu məsələyə ciddi yanaşmalıdırlar. Belə şəxslər deyilənlərə sübut istəsələr, həmin ayə şər’i dəlil ola bilər.

PEYĞƏMƏBRİN (S) ÖVLADLARI

Həzrətin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanlar – Qasim (Peyğəmbər bu münasibətlə «əbül-qasim» adlanmışdır, Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir), Əbdüllah (be’sətdən sonra anadan olub, ona görə də «Təyyib», «Tahir» ləqəbləri var. Məkkədə vəfat edib və onun ölümündən sonra As ibni Vail Peyğəmbəri sonsuz adlandırıb), İbrahim (Mədinədə Qibtiyyə Mariyədən olub, Hicrətin onuncu ilində on yeddi aylığında vəfat edib, Bə’qidə dəfn olunub. Tarixdə yazıldığına görə həzrət (s) onun ölümünə ağlayıb, «qəlbim yanır» deyib). İbrahimin məzarı ziyarətgahdır. Həzrətin Xədicədən olan övladlarını Qasim, Təyyib, Tahir kimi qeyd ediblər. Amma belə görünür ki, Təyyib və Tahir adları hər ikisi Əbdüllaha aiddir.

Peyğəmbərin (s) qızları:

səh:41

-Zeynəb Peyğəmbərin böyük qızıdır. İzdivacdan beş il sonra doğulub. Öz xalası oğlu əbül-as ibni Rəbi ilə ailə qurub, Hicri səkkizinci ildə vəfat edib. Bə’zi yazılara görə Fatimədən sonra əli (ə) ilə ailə qurub.

-Rüqəyyə islamdan əvvəl doğulub. Əvvəlcə əbu Ləhəb oğlu Utbə ilə ailə qurub. «Təbbət» surəsi nazil olandan sonra əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılıb. Sonra Osman ibni əfan ilə izdivac edib. Hicri ikinci ilidə dünyasını dəyişib.

-Ümmi Gülsüm də Məkkədə doğulub. Bacısı kimi əbu Ləhəbin digər oğlu ətibə ilə izdivac edib. «Təbbət» surəsindən sonra ayrılıb. Rüqəyyənin vəfatından sonra Osmana ərə gedib. Hicri üçüncü ildə vəfat edib.

-Fatimeyi-Zəhra (s) be’sətdən beş il sonra doğulub. Hicrətdən iki ay sonra Mədinədə əli (ə) ilə ailə qurub. Həzrətdən (s) sonra onun yeganə yadigarıdır.

ÖTƏNLƏRƏ BİR BAXIŞ

Bura qədər islamdan əvvəlki ərəb mədəniyyət qaynaqları və Məkkə şəhərinin tarixinə əsasən Qüreyşin e’tiqadı və bütpərəstliyin Məkkəyə qayıdışı araşdırıldı. Eləcə də, peyğəmbər nəslinin e’tiqadına, onu ata və anasını həyatına, peyğəmbərlikdən əvvəlki həyat sətirlərinə nəzər salındı. Ötən bəhsdə də Peyğəmbərin (s) dinindən və həyatından danışılmışdı. Nəhayət, onun izdivaclarına, evlənmə səbəblərinə, övladlarının sayına işarə edildi. Əsas məqsədimiz isə qarşıdakı hissələrdə işıqlanacaq.

İKİNCİ HİSSƏ

BƏŞƏRİ BE’SƏTƏ HAZIRLIQ

BƏŞƏRİ BE’SəT (MİSSİYS)

Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin e’tiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır.

səh:42

«Yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («Bəqərə» 120).

Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha qovuşdurmaq. «Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin». («Nəhl» 36).

əlbəttə ki, bu məs’uliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məs’uldur. «Bu peyğəmbərlərin bə’zisini digərindən üstün etdik». («Bəqərə» 253). Ən böyük məs’uliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «Bu gün sizin üçün dini kamil etdi və ne’mətləri tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.

Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük sə’y və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər göndəri ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «Bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən

səh:43

əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm». («Səff» 6). İncildə əhməd adı ivritçə «fərqəlit» (ərəbi) kimi verilmişdir.

Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «Kitab verdiyimiz şəxslər onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.

Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»- deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin be’səti üçün hazırlıq idi.

BƏŞƏRİ RİSALƏT

Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məs’uliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mə’nəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu mə’sum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha mə’lumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». («ən’am» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.

İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət

səh:44

Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.

İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19(?)). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin tə’mini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.

Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük ne’mət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir e’tiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, rö’ya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Qur’an həzrətin (s) qırx yaşında nazil olmuşdur.

Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Qur’an «ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, be’sətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Qur’an elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz be’sətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məs’uliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.

GİZLİ RİSALƏT

Həzrətin (s) risaləti gizli şəkildə başlayır. Əvvəlki peyğəmbərlər hazırlıq görsələr də, həzrətin əvvəlki parlaq həyatı

səh:45

hamıya mə’lum olsa da, şərait münasib olmadığından, bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan bu risalət məhdud və gizli şəkildə başlayır. «ən yaxın qohumlarını qorxut». («Şüəra» 214). Vəhy göstərişləri kiçik bir cəm arasında məxfiyanə açıqlanır və barmaqla sayılası qədər az insan Peyğəmbərin buyuruqlarına iman gətirirlər. Həzrətin risaləti şirkə e’tiraz etməklə, «Allahdan başqa mə’bud yoxdur, deməklə nicat tapın» şüarı ilə başlanır. Bu ideya insanların pak fitrətindən qalxdığından aram-aram genişlənir və ürəklərdə yer tapır. Bu şüarlar genişləndikcə müxalifət də güclənir. Bu müddətdə həzrətə yaxınların və Qüreyş böyüklərinin çoxu Peyğəmbərə iman gətirirlər. Bu gizli də’vət, risalət üç il davam edir.

AŞKAR DƏ’VƏT

Şərait yaranan zaman, həzrətin (s) risalətinə bir dəstə insan iman gətirdiyi vaxt məs’uliyyət daha da artır. «Öz də’vətini aşkar et» əmrinə əsasən peyğəmbərlik aşkar edilir və Səfa dağı kimi bir minbərə qalxıb, öz ilahi səsi ilə insanların xürafat, şirk, alçaqlıq caynağından qurtuluşu üçün nida edir. İndi bir tərəfdən Peyğəmbər (s) və onun yaxınlarının təlaşı, digər tərəfdən müxaliflərin düşmənçilikliyi alovlanır. Düşmən həzrətin risalətinə qarşı o qədər həssasdır ki, bütün vasitələrə əl atır. Peyğəmbərə məcnun, sehrkar, şair, bəşərdən tə’lim almış deməklə böhtanlar atılır. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla, cismi əzablarla qarşılaşır, bə’ziləri şəhadətə yetirilir. Amma Allah-taala Peyğəmbərə (s) ümid verir: «Sənə əmr olunan Qur’anı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər». («Hicr» 94).

Peyğəmbərin (s) artan təlaşı və onun gözəl səslə Qur’an qiraəti hamını özünə cəzb edir. Peyğəmbərlə bir görüş, onun oxuduğu Qur’anı bir dəfə dinləmək kifayət edir. Bir görüşlə onun gözəlliklərinə cəzb olunurlar. Onun cazibəsi qəlbləri ovsunlayır və yumşaldır. Qur’anın şirinliyi ən bərk qəlbi də titrədir. Ona görə də düşmən çalışır ki, Qur’anın avazı qulaqlara çatmasın. Göstəriş verilir ki, «Məscidül-haram a» daxil olanda qulaqlarınızı tutun ki, Qur’an səsini eşitməyəsiniz. Qur’anın səsini eşitmək ona cəzb olmağa bərabərdir.

səh:46

Kafirlər dedilər: Bu Qur’anı dinləməyin, o oxunduqda səs-küy, şuluqlar salın ki, bəlkə qalib gələsiniz. («Fussilət» 26).

Necə ki, Nuhun qövmü paltarlarını başlarına qaldırdılar ki, onun də’vətini eşitməsinlər. «Sənin onları bağışlamağın üçün nə zaman onları də’vət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar». («Nuh» 7).

Lakin Qur’anın cazibəsi elə bir həddə idi ki, başqalarının eşitməsinə mane olanlar da onu eşitməkdən, ona qulaq asmaqda vaz keçə bilmirdilər. Çünki onun gözəlliyi, şirinliyi, cazibəsi hədsiz idi. Ona görə də Qur’an özünü ən gözəl söz adlandırır. («Zumər» 23).

Peyğəmbərin (s) qatı düşməni Vəlid ibni Müğeyrə bütün qüvvəsi ilə çalışır ki, kimsə həzrətə yaxınlaşmasın. Lakin özü Kə’bənin yanından keçərkən həzrətin (s) təlavətini eşidir və təlatümə gəlir. Pərişan halda öz tərəfdarlarının məclisinə daxil olur. Dostları Vəlidin bu halına istehza edib, səbəbini soruşurlar. Nə qədər düşmən olsa da Vəlid Qur’anın gözəlliyini gizlədə bilmir və e’tirafa məcbur olur: «Məhəmmədin sözləri o qədər cazibəli, şirin, gözəldir ki, ondan gözəli olmaz». Yenə də deyir: «Qur’ana qulaq asmayın, səs-küylə ona mane olun, kimsənin eşitməsinə imkan yol verməyin».

PEYĞƏMBƏRİN HİCRƏTİ

Düşmənin istəkləri ziddinə olaraq vəhy də’vəti Məkkə və onun ətrafını bürüyür. Hətta bu də’vət Mədinə kimi uzaq bir şəhər çatır. Müsəlmanların sayı daim artır. Düşmən də ot təlaşını artırır və müqavimətini genişləndirir. Hətta ən əzabverici üsullara əl ataraq Peyğəmbərin (s) bə’zi yaxınlarını şəhadətə yetirir. E’tiqad baxımından xeyli şirk xurafatın yerini fitri tövhid inamı tutsa da, risalətin bəşəri də’vəti təkcə e’tiqadda məhdudlaşmır. Bu də’vət həyatın bütün sahələrini əhatə edir. Peyğəmbərin bütün təlaşlarına baxmayaraq Məkkədə münasib şərait yaranmır. Risalət hədəflərinin icrası üçün başqa yol seçilməli olur.

Digər bir tərəfdən düşmən o qədər azğınlaşır ki, Peyğəmbəri şəhadətə yetirmək üçün qəti qərara gəlirlər. Müxtəlif qəbilələrdən toplaşmış silahlı adamlar Peyğəmbəri yatağındaca öldürməyə and içirlər. (ərəbi hadisəsi). Qur’ani-kərim bu qurğunu aşkarlayır: «Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək

səh:47

və ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün qurğu qururdular». («ənfal» 30). Lakin düşmənin hiyləsi baş tutmur və Allah-taala Peyğəmbər və onun yaxınlarına xəbərdarlıq edir. Bununla belə böyük risalət üçün Məkkədə lazımı şərait yaranmır.

Digər bir tərəfdən Mədinə əhalisinin çoxu müsəlman olmuşdu və bu şəhərdə vəziyyət Məkkədəkindən çox fərqlənirdi. Mədinə müsəlmanları Peyğəmbəri (s) öz şəhərlərinə də’vət edirlər. Həzrət (s) Məkkədəki namünasib vəziyyəti, Mədinə camaatının hazırlığını nəzərə alaraq Məkkədən Mədinəyə hicrət edir.

PEYĞƏMBƏR ŞƏHƏRİ VƏ MƏQSƏDLƏRİN TƏ’MİNİ

Mədinə camaatının fədakarlığı bu şəhər üçün böyük iftixara səbəb oldu və şəhər qonaqlara öz isti qoynunu açdı. Mədəni bir cəmiyyətin bünövrəsi quruldu. Elə bir mədəniyyət yarandı ki, həmişə parlasın. Buna görə də həzrətin hicrəti münasibəti ilə Yəsrib adı fəzilət ifadəsi «Mədinətün-nəbi» adı ilə əvəz olundu.

Mədinə siyasi, ictimai, hətta e’tiqadi baxımdan Məkkədən fərqlənirdi. Siyasi nöqteyi-nəzərdən qüdrət Məkkədə olduğu kimi küfr və şirk başçılarının əlində deyildi. Qur’ana münasibətdə ictimai cəhətdən mülayim, xoş mədəniyyətə malik idi. E’tiqad baxımından da burada şirk və küfr Məkkədəki kimi deyildi. Əhalinin çoxu kitab əhli, xüsusi ilə yəhudi idi. Eləcə də tanınmış adamların böyük bir hissəsi müsəlman olmuşdu. Bu səbəbdən də Məkkədə olduğu kimi müsəlmanlara qarşı hansısa bir dəstə çıxmırdı və onların öz qüvvələrini möhkəmləndirmək imkanı yaranırdı.

Peyğəmbərin (s) Mədinəyə daxil olması və layiqincə qarşılanması islam və Peyğəmbərin mövqeyini Mədinə ətrafında geniş şəkildə formalaşdırdı. Ətrafdan, hətta Həbəşə kimi uzaq yerlərdən insanlar müsəlmanlığa üz tutdular. Mədinənin siyasi durumundan faydalanmaq üçün Peyğəmbər (s) münasib fürsət əldə etdi. Mütəşəkkil, vəfalı, böyük məqsəd yolunda fədakar müsəlmanlar əl-ələ verdilər. Onlar həzrətlə (s) bey’ət bağladılar ki, ilahi dəyərləri müdafiə edəcəklər.

Peyğəmbər (s) vahid ümmət və yeni siyasi ilahi quruluş təşkil etməklə Mədinədə yeni bir nizam yaratdı. Mədinədə söhbət

səh:48

yalnız şirk və bütpərəstliklə mübarizədən yox, islamın ictimai-siyasi məsələlərinin qurulmasından gedirdi. Mədinədə qarşıda bu məsələ dururdu ki, müsəlmanlar e’tiqadi, iqtisadi, hüquqi, ictimai-siyasi, hərbi sahələrdə islamdan faydalana bilsinlər. Bu mövzular Qur’anın Mədinə surələrindən mə’lumdur. Məkkə surələrində şirk, küfr, əxlaqsızlıqdan danışılırsa, insanlar tövhid və gözəl əxlaqa də’vət edilirsə, artıq Mədinə surələrində ilahi vəhyə əsaslanan siyasi bir quruluşdan söhbət gedir.

Peyğəmbər (s) üçün Mədinədə qalmaq fürsəti on ildir. Bu on il müddətində Peyğəmbər (s) mütəşəkkil bir ümmət hazırlayır ki, həqiqətin yolunu hamarlamaq, ilahi dəyərləri həyata keçirmək üçün onlar maneələri aradan qaldırırlar. Siyasi, ictimai, hərbi qüvvə ilə Məkkədə Qüreyşin küfr başçılarına e’tiraz edilir. On ildən də az müddətdə Məkkə fəth olunur. Əbu Süfyanlar qorxudulub, təslim edilirlər. Bu on il ərzində həzrətin (s) şəxsən iştirak etdiyi iyirmi yeddi döyüş qeydə alınıb. Xalqın möhkəmliyi əsasında ilahi yardım olmasaydı, bu qanlı döyüşlərdən biri cavan islam ümmətinin bünövrəsini sarsıdardı. Lakin Peyğəmbərin (s) ilahi rəhbərliyi haqq ordusunda hökm sürən vəhdət və müqavimət onları batillə döyüş meydanında möhkəmləndirdi və gözqamaşdırıcı qələbələr gətirirdi. Nəhayət, həmin qüdrətdən faydalanaraq o dövrün hökmranları – Rum və İran kim möhtəşəmlərlə qarşılaşdılar. Peyğəmbər (s) onları haqqa təslim olaraq qurtulmağa çağırırdı. Pərakəndə bir xalq arasında mütəşəkkilik və qardaşlıq yaratmaq həzrətin (s) rəhbərliyinin nailiyyətlərindən idi və tarixdə bunun misli görünməmişdi. Peyğəmbər öz risalətində bütün cəhətlərdən nail oldu və risalətin böyük hədəfləri tə’min edildi. Bu hədəflərin əhəmiyyətini nəzərə alaraq gələn bəhsdə bu barədə danışacağıq.

RİSALƏTİN HƏDƏFLƏRİ

İşarə

Öz istəklərini düzgün qavramaqda insanın zəifliyi və çaşqınlıq təhlükəsi vəhyi zəruriləşdirir. Vəhy olmadan insan bu istəklərini və fitri iste’dadlarını tə’min etməyə qadir deyil. Ona görə də istər fərdi, istərsə də ictimai baxımdan insan vəhyə möhtacdır. Məqsəd və yolu tanımaqda, bu yolu keçməkdə ilahi göstərişlər zəruridir.

səh:49

əgər insan özbaşına buraxılarsa, nəf istəkləri onu həqiqətdən uzaqlaşdırır. Buna əsasən vəhyin səbəblərini üç qrupda təhil etmək olar. Onlardan ikisi ümumi risalətə aiddir. Üçüncüsü isə xüsusi peyğəmbərliyə, bəşər həyatının ictimailəşməsi dövrünə xasdır. Ümumi əhatəli iki səbəb bunlardır.

1-Paklanma (təzkiyyə)

İnsanını paklanması üçün üç yönümdə – e’tiqadi, əxlaqi və rəftar yönümündə vəhy yol göstərir. E’tiqadi baxımdan insan şirk və küfr və nifaqa düçardır. Əxlaqi yönümdən insan alçaq xarakterli, rəzil ola bilər. Rəftara gəldikdə isə kobudluq insanın yaxasından əl çəkmir. Peyğəmbərlər (s) insanları bu üç cəhətdən paklandırmaq üçün gəlmişlər. Məqsəd insanları şirkdən tövhidə, alçaq sifətlərdən bəyənilmiş sifətlərə, kobudluqdan alicənəblığa də’vət etməkdir. İnsanın daxilində iki meyllər qoyulmuşdur. Onun iki rəhbər idarə edir – biri nuraniyyətə doğru, digəri zülmətə!

Peyğəmbərlər insanları paklıq və təqvaya də’vət edirlər. Onlar tövhid və fəzilət bayraqdarıdırlar. Onlar ilahi tə’lim yolu ilə insanlara ən pis çirkinlik olan şirk və küfrdən nicat yolunu göstərir, onları günah və ətalətdən azad edirlər. «Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər». («Cumuə» 2). Bu ayə peyğəmbərlərin ali məqsədini gözəl işıqlandırır. Belə tə’birlər Qur’anda çoxdur. Daha bir ayə: «Sənə səmavi bir kitab nazil etdik ki, xalqı qaranlıqdan nura çıxarasan» («İbrahim» 1). Dinin gəlişində məqsəd budur ki, insanlara nuarniyyət bağışlansın və onların fitri iste’dadları çiçəklənsin.

2-Son xəbərdarlıq (itmame höccət)

Peyğəmbərlərin digər bir məqsədi insanlara son xəbərdarlıqdır. Çünki insanın sonu iki ünvandır: Səadət və bədbəxtlik. Ya «rəhmət, gözəl ruzi və cənnət gözləyir» («Vaqeə» 89), ya da «ona qaynar su ziyafəti veriləcək» («Vaqeə» 93). Sözün qısası, insan nəhayətdə ya mükafat, ya da cəza almalıdırsa, son xəbərdarlıq etmədən cəzalandırmaq ağıl və hikmətə uyğun deyildir. Əvvəlcə, doğru yol göstərilməlidir. Əgər bir şəxs bu göstərişdən sonra əyri yola qədəm atarsa və ilahi qəzəblə üzləşərsə, Allaha qarşı sözü ola bilməz. «Biz peyğəmbər göndərib, vəhyi çatdırmadan günahkarları

səh:50

cəzalandırmarıq» «İsra» 15). Batil həqiqətdən seçilməlidir. Mə’lum olmalıdır ki, bir şəxs əyri yolu seçirsə, səbəb öz inadıdır. «Həqiqət yolu əyri yoldan tam seçilmişdir» («Bəqərə» 256).

İnsanın özünün ödəməyə qadir olmadığı ehtiyaclarını din ödəyə bilirsə, o dinin mə’nası var. Bəşər həyatı ictimailəşdikdən sonra bu həyatın davamı və nizamlanması üçün siyasətə ehtiyac yarandı. İctimai həyat siyasi əsaslarsız yaşaya bilməz. Nizamsızlıq bu işə əngəldir. Ona görə də siyasətin rolunu bütün cəmiyyətşünaslar qəbul etmişlər. Əlbəttə siyasətin hüquq, demokratiya və s. sahələri üzrə geniş müzakirələr zəruridir. Amma bu məsələ mövzumuzdan kənardır.

Mövzuyla əlaqəli sual budur ki, cəmiyyətin siyasi quruluşu hansı yolla formalaşmalıdır? Bu işdə ilahi vəhyə ehtiyac varmı? Yoxsa insan təcrübə, ağıl, çalışmaq yolu ilə bu məqsədə nail ola bilər? əgər insan bu işi bacarsaydı, hökumət və siyasət peyğəmbərlərin məqsədlərindən olmazdı. Beləcə, çarəsiz olaraq vəhyə üz tutulur. Vəhy digər hüquqlar, əhkam kimi siyasi hüquqlar da təqdim etməlidir. Mövzunun bir qədər aydınlaşması üçün bə’zi uyğun baxışlara toxunuruq.

1-SEKULYARİZM

Digər düşüncə sahiblərinin son dövrə məxsus baxışlarından biri sekulyarizmdir. Adı dillərdə, qələmlərdə tez-tez xatırlanan bu baxış bə’zi qərb ziyalıları tərəfindən təsdiq edilir. Qərb fəlsəfəsində də bu barədə söhbətlər var. Amma bu baxışın istəklərini yalnız qərbə aid etmək olmaz. Sekulyarizm təcrübə və dünyəvi biliklərin göstərişlərinə əsaslanaraq cəmiyyətə siyasi rəhbərliyi ictimai təcrübənin öhdəsinə buraxır.

səh:51

Bu inama görə siyasət tamamilə insan işidir. Onun sənət və texnologiya kimi bəşər elmində məhdudlaşdırır, dini məs’uliyyət və risalətlə əlaqələndirmirlər. Ona görə də dini siyasətdən ayrı bilirlər və dinsiz tə’birlərdən istifadə edirlər. Sekulyarizm əsasən hökumət dindən faydalanmır və siyasi quruluş dini ölçülərə əsaslanmır.

2-AXİRƏTÇİLİK

Digər bir dəstə dinə yad münasibətdə olmasa da, dində yadmünasibətlidir. Demək olar ki, onların düşüncəsi qərb mədəniyyətinin mütləq azadlıq ideyasından tə’sirlənmişdir. Onlar dini seçim adı altında dini bir başqa cür izah edirlər. Siyasi əsaslar haqqında deyirlər: «Bu işə müdaxilə etmək dinə yaraşmaz. Dinin hədəfi daha da böyükdür. Dinin məqsədi insanın səadəti, əqidəsinin islahı, axirətdir. Dinin sadə işlərə qarışmağa ehtiyacı yoxdur. Din axirət məsələsidir. Dinin mühüm məs’uliyyəti vardır və bu məs’uliyyət axirət həyatının tə’mini əbədi həyatdır. İlahi peyğəmbərlərin də həyatı buna misaldır. Peyğəmbərlər icraat və siyasi işlərə qarışmamışlar. Peyğəmbərdən (s) sonra imamlar (ə) da siyasi işlərə müdaxilə etməmişlər. Dini mənbələrdə də siyasi məsələlərə toxunulmur. Qur’an peyğəmbərlərin məqsədi kimi insanların inam və əxlaqının islahını göstərir. Siyasətin dindən olması heç bir rəvayətlə təsdiqlənməmişdir. Din insanlara əkinçiliyi öyrətmədiyi kimi, siyasəti və idarəçiliyi də öyrətmir!

Siyasətə münasibətdə bu iki baxış arasında elə bir fərq yoxdur. Hökumət haqqında danışılanda bunun dini məs’uliyyət bilmirlər. Əslində hər ikisinin şüarı dini siyasətdən ayrı bilir. Bununla belə onlar arasında mövzumuza aidiyyatı olmayan fərqlər də vardır.

3-XALQÇILIQ

Bə’zilərinin dini rəng vermək istədikləri, bəlkə də dini hövzələrdə havadarları olan üçünüc baxış dini siyasət, təcrübəyə əsaslanma və xalqın iştirakının sintezidir. Bu baxışa görə cəmiyyətə siyasi rəhbərlik peyğəmbər və ya mə’sum imam zamanında onların işidir. Lakin imamın olmadığı bizim dövrümüz kimi bir dövrdə siyasi rəhbər dini göstərişlər əsasında

səh:52

xalq tərəfindən seçilməlidir. Hökumət və hakimin seçilməsində başlıca rol xalqa məxsusdur. Dini göstərişlər siyasi rəhbərin şərtlərini aydınlaşdırmaqdır. Bu vaxt rəhbərliyin əsası xalqın seçkisi ilə formalaşır və bu seçki rəhbərin tə’yini üçündür. Bu vaxt xalqa rəhbərlik xalq tərəfindən olur. Bu rəhbərlik əslində xalq tərəfindən tapşırılır və demək olar ki, millət vəkilliyi kimidir. Bu hökumət xalqa uyğunlaşdırılmış ilahi hökumətdir. Əlbəttə ki, bu baxışın prizmasından hər şey din çərçivəsində görünür və siyasi hakimiyyət ilahi bir hakimiyyət olur. Bu baxışı qəbul etməklə islamiyyət və siyasi quruluş arasında uyğunluq yaranır. Bu üç baxış arasında üçüncü baxış əvvəlki iki baxışdan əsaslı şəkildə fərqlənir. Əvvəlki iki baxışa görə siyasi hakimiyyətin dinə ehtiyacı yoxdur və siyasi əsaslar xalqın istəyinə uyğun formalaşır. Lakin üçüncü baxışa görə siyasi hakimiyyət dinin təsdiqi ilə reallaşa bilər və onun fəaliyyəti dini ölçülərlə nizamlanır. Bu üç baxışın oxşar, müşrətək cəhəti budur ki, hər bir siyasi quruluşun formalaşmasını xalqın ixtiyarına verir və xalqın seçkisini əsas götürür.

Birinci və ikinci baxışdan bu günkü baxımdan hansısa hüquqi əsaslar mövcud olar bilər. Lakin bu baxışlarda dini ölçülərdən danışmağa belə dəyməz. Lakin üçüncü baxışı kimsə qaydaya salmaq, onu sübut etmək istəsə, yol tapa bilər. Bu dini siyasi quruluşla demokratiyanın birliyi və siyasi səhnədə xalqın iştirakı ilə mümkündür. (son cümlənin mə’nası?).

4-VİLAYİ HÖKUMƏT

Dördüncü baxışa görə hökumətin təşkili və dini-siyasi əsaslar «vilayi»dir. Bu baxış cəmiyyətin siyasi əsaslarını insanın ictimai həyatının zərurətlərindən bilir. Bəşər bu ehtiyacı tə’min etməyə qadir deyil. Onun üsulunu, rəhbərlərini də Allah-taala tə’yin etməlidir. Bu baxışa görə siyasi hakimiyyət Allahın təsdiqi ilə qanuniləşir və bu işdə xalqın seçiminin heç bir rolu yoxdur. Lakin bu işin gerçəkləşməsi və qəbulu xalqın öhdəsinədir.

Bu baxışın nəzərincə dini hökumət quruluşunu qəbul edən əksəriyyətin (məhşur şiə fəqihlərinin) rə’yinə uyğun xalq üzərində Allah hakimiyyəti qurulmalıdır. Bu quruluş xalqın hüquqlarını və azadlıqlarını demokratiyadan dəfələrlə üstün tə’min edir. Bu quruluşun təşkilində yox, qəbulunda xalqın

səh:53

xüsusi rolu qeyd edilir. Bəs bu hakimiyyətin respublika, demokratiya, seçkilərlə nə kimi əlaqəsi vardır? Bu barədə geniş söhbət bizim mövzumuzdan kənardır. Sadəcə, dördüncü baxışı – siyasi hakimiyyətin vəhy yolu ilə tə’yininin sübutu üçün dəlillər gətirəcəyik. Bu dəlillərdən əvvəl bir neçə mühüm nöqtəyə diqqət yetirməklə yolu hamarlaşdıracağıq.

1-SİYASİ ƏN’ƏNƏLƏRİN İSTƏYİR

Əvvəlcə aydınlaşdırılmalıdır ki, siyasi ən’ənələrin vəzifəsi nədir? Cəmiyyət hökumət quruluşundan nə gözləyir? Bu ehtiyacı bəşəri bir hökumət quruluşu tə’min edə bilərmi, yoxsa dini bir quruluşa ehtiyac var? Bə’ziləri xalqın siyasi quruluşdan istəklərini belə bəyan edirlər: Siyasi quruluşun vəzifəsi cəmiyyətin mədəni, ictimai və iqtisadi istəklərini tə’min etməkdir. Yə’ni rəhbərlik cəmiyyəti hərtərəfli təkamülə doğru aparmalıdır. Bəndlər tikilməli, əkinəcəklərə su verilməli, heyvandarlığa yardım göstərilməli, mə’dənlər çıxarılmalı, sağlamlıq üçün tədbirlər görülməli, elm və sənətin, texnologiyanın tərəqqisinə nail olmalı, aclıq və yoxsulluq aradan qaldırılmalı, mədəni və iqtisadi dirçəliş əldə edilməlidir. Nəhayət xalqın rifahı və cəmiyyətin tərəqqisinə nail olunmalıdır.

Başqa sözlə, siyasi ən’ənələr xalqı rifaha çatdırmalıdır. Belə bir siyasi hakimiyyət altında xalq istədiyi zaman ilahi dinə qovuşa bilər, həm dünya, həm də axirət səadətinə çatar. Ona görə də ictimai və siyasi tədbirdə ilkin olaraq siyasi hakimiyyət cavabdehdir.

əgər bir quruluş bütün bu sadalananlarla kifayətlənsə idi, digər əvvəlki iki ideologiyanın nümayəndələri e’tiraz edərdilər ki, bütün bu deyilənlərin vəhyə nə dəxli var və vəhy nəyə gərəkdir? (İctimai təcrübəyə əsaslanan yollar bəşəriyyətin vəhyə olan ehtiyacını aradan qaldırır).

VİLAYİ HÖKUMƏTİN MƏQSƏDİ

Amma belə də deyən olar ki, yuxarıda sadalanan vəzifələr siyasi quruluş üçün kifayət deyil. Cəmiyyətin rəhbərliyi ilahi sifətlərin, ilahi göstərişlərin ifadəsi olmalıdır. Rəhbər ilahi sifətlərin təcəllisi, Allah xəlifəsi olmalı, Allahı əks etdirən güzgü kimi bərq vurmalıdır. İlahi rəhbər cəmiyyətin e’tiqad və əxlaq

səh:54

saflığını qorumaqdan əlavə siyasi və ictimai rəhbərlik vəzifəsini də daşıyır. Çünki cəmiyyətin paklığı məqsədinə çatmaq üçün cəmiyyətdə din çiçəklənməlidir və dinin cəmiyyətdə gerçəkləşməsi ləyaqətli insanlar hesabına mümkündür.

Başqa sözlə, siyasi hakimiyyətin işi təkcə şəhər salma deyil. Siyasətin məqsədi həqiqi insanlar yetirməkdir. Bu isə dünyəvi biliklərlə yox, başlanğıc və məadı işıqlandıran vəhy yolu ilə mümkündür. Hökumət cəmiyyəti ilahi və insani dəyərlərə sövq etməlidir. Bu məqsədin əldə edilməsi üçün hökumətin iş üsulunda, rəhbərin və icraçının tə’yinatında din iştirak etməlidir. Siyasi quruluş insanların fitri iste’dadlarını çiçəkləndirməlidir. Vəhy göstərişi olmadan bu məqsədə nail olmaq qeyri-mümkündür. Belə bir hökumətin məqsədinə yetişməkdə insan fikri və təcrübələr acizdir.

2-DİNİ VİLAYƏT

İkinci mühüm nöqtə budur ki, Allahın dinində ixtiyarlı bir insan var, yoxsa yoxdur? Cavab vermək asandır. Din Allahın ixtiyarındadır və vəhy insan fikri sərhəddinin o biri üzündən gəlir. Dini biliklər insan fikrindən ucada dayanır. Allah kimsəyə dində ixtiyar (vilayət) verməmişdir. Dində kimsə dəyişiklik, əvəz etmə apara bilməz. İlahi peyğəmbərlər də dində ixtiyar sahibi (vəli) deyildirlər. Sadəcə, ilahi də’vəti çatdıran seçilmişlərdir. Bəs nə üçün bə’zi dini əsərlərdə bu ixtiyarın həvalə olunmasından («təfviz») danışılır? Elə bu həvalə də əslində Peyğəmbərin şəxsi rə’yi yox, ilahi vəhyə işarədir.

Əgər bir şəxsin dində vilayəti (ixtiyarı) yoxdursa, dinin həvalə olunması haqqı da yoxdur. Hətta peyğəmbərin də elə bir haqqı yoxdur. Yalnız Allah onu həvalə edə bilər və bu tə’yinat Ona lazımdır. Çünki din ixtiyarsız olduqda quru dərman nüsxəsi kimi bir şeydir və bu nüsxədən həkim olmadan bir nəticə əldə etmək olmaz. Beləcə, Peyğəmbərin risaləti dövründə xalqa rəhbərlik üçün böyüklərin («vəli») tə’yin edilməsi faktdır. Xüsusi ilə vida həcci dövründə Peyğəmbərin (s) Allah əmrinə əsasən imam tə’yinatı rəsmi surətdə qeydə alınıb. Qədir kimi əzəmətli bir mərasimdə həzrət (s) bütün bəhanələri kəsərək bu əmri yerinə yetirdi. Bu rəhbərin tə’yinatı ilə Allah-taala dini kamala çatdığını bəyan etdi və rəsmi şəkildə ümmət rəhbərliyin bünövrəsi

səh:55

qoyuldu. «Bu gün sizin dininizi kamala çatdırdım, siz olan ne’mətimi tamamladım və bir din kimi sizin üçün islamı bəyənib seçdim». («Maidə» 3). Vəlinin tə’yini ilə dinin möhkəmlənməsi odur ki, müxtəlif yönümlərdə din aydınlaşdırılsın və icra edilsin. Xalqın vilayəti onun öhdəsinə keçir və bu ötürmə vilayətin peyğəmbərdən canişinə ötürülməsidir. «Peyğəmbər mö’minlərə onların özlərindən yaxındır» («əhzab» 6). Şiələrin e’tiqadına görə Peyğəmbərdən (s) sonra da cəmiyyətə rəhbərlik Allah tərəfindən tə’yin olunur. On iki mə’sum imam da bu tə’yinat üzrədir.

VİLAYƏTİN İSTƏYİ

İnsanlar xilqət nöqteyi-nəzərincə bir növ vəhdətdədirlər və onların yaranış başlanğıcı eyni bir həqiqətdir. Ona görə də kimsə kiməsdən üstün deyildir. Üstünlük olmadığı təqdirdə bir şəxs o birinin üzərində hakimiyyətə malik ola bilməz. Bu əsaslar dini və hüquqi cəhətdə qəbul olunmuşdur. Vilayət və hakimiyyət o zaman məqbuldur ki, insan özü bir şəxsin hakimiyyətini qəbul etsin. dini baxımdan da insana yalnız Allah-taala – ona verilən ne’mətlərin sahibi hökm edə bilər. Mə’nəviyyat və ləyaqətə əsaslanan istənilən bir vilayət Allahın təsdiqi ilə hüquqidir. Peyğəmbərin, islamın fiqhin vilayətinə gəldikdə isə bu hakimiyyətlər ilahi dəyərləri istəyir və Allah tərəfindən təsdiqlənir.

Başqa sözlə, insanların hakimiyyəti Allah tərəfindən iman dəyərlərinə əsaslanır. Əgər mö’minin mö’min üzərində hakimiyyəti varsa, bu əsası Allah tərəfindən qoyulmuş iman hakimiyyətidir: «Mö’minlər yaxşı işlər görməyi əmr edər, pis işləri yasaqlarlar». («Tövbə» 71). Mö’min Allah tərəfindən mö’min üzərinə vilayəti, əmr etmək və çəkindirmək haqqı vardır. Əgər atının oğul üzərində vilayəti vardırsa, bu atalıq şə’nindəndir və Allah tərəfindən olan vilayətdir. Eləcə də Peyğəmbərin xalq üzərində hakimiyyəti ismət və tədbir əsasında ilahi tə’yinatdır. Ona görə də vilayət və rəhbərlik işində söhbət xalqa hakimlik və dini ixtiyardan getdiyindən rəhbərin tə’yini xalqın yox, Allahın işidir. Eləcə də, peyğəmbərin, imamın və ya fəqihin vilayəti din yox, xalq üzərindədir.

səh:56

Amma ictimai işlərdə xalq özü hansısa bir qərara gələ bilər. Məsələn, əkinçilik və sənətdə, tibb və əczaçılıqda, şəhərsalma və ictimai işlərdə. Bütün bunlar xalq işidir («ümurun-nas»). Bu ümumi işlər iki yolla rastlaşa bilər. Bu işlərin icrası üçün xalq nümayəndə seçə bilər. Ya da bir layiqli şəxs bu işə tə’yin oluna. Məsələn, Allah-taala bir fərdin ləyaqətindən agah olduğu üçün onu müəyyən işə tə’yin edə. Hər iki yol doğru görünür.

İlahi siyasi quruluşda dinin ixtiyarı peyğəmbərə həvalə olunduğundan cəmiyyətdə münasibətlərin nizamlanması da onun öhdəsindədir. O, müdirlər və müdiriyyət üsulunu tə’yin etməklə tarazlıq əldə etməlidir. Xalq öz fərdi, ümumi, ictimai işlərində bir müdirə ehtiyaclıdır. Allah-taala bu işləri ən layiq şəxs olan peyğəmbərə tapşırır. Əgər Qur’an buyurursa ki, «xalqın işləri müşavirə ilə yerinə yetir», bu həmin sadalanan qeyri-siyasi işlərdir. İctimai, iqtisadi, mədəni işləri xalq dərk etmək qüdrətindədir və bu xalqa aid olan işlərdir – bu işlər məşvərət, məsləhətlə yerinə yetirilir və xalq bu işi bacarır. Lakin bu işlərdə mərkəzləşməyə ehtiyac olduqda bu vəzifə peyğəmbərin öhdəsinə verilir. «Xalqla məşvərət et. Lakin qərara gəldikdə Allaha təvəkkül et» («Ali-imran» 159). Müşavirə lazımdırsa da, son qərar iş böyüyünündür.

Buna görə də xalqın gündəlik işlərində müdiriyyətin tə’yini üçün vəhyə ehtiyac yoxdur. Din xalqa fizika, kimya öyrətmək üçün gəlməyib. Əgər bir şəxs deyirsə ki, bütün dünyəvi elmlər dindən qidalanır, o şəxs ifrata varır. Bu dini məs’uliyyət deyil. Vilayətin istəyi ilahi və insani dəyərlərdir.

NƏTİCƏ

İşarə

İlahi hökumətin məqsədinə diqqət yetirməklə bu məqsədin həqiqətə çevrilməsi siyasi həyata vəhyin müdaxiləsi olmadan mümkün deyil. İkinci nöqtəyə diqqət yetirilərsə, dini rəhbərin tə’yini yalnız Allahın haqqıdır. Üçüncü nöqtəyə əsasən xalqın həyatında da dini rəhbər xalq üçün tə’yin edilir. Bu müqəddimədən belə bir nəticə alınır ki, hökumət üsulunun və rəhbərin tə’yini Allahın ixtiyarındadır. Din bu işlərə müdaxilə etməlidir. İstər peyğəmbər, istər imam, istərsə də fəqih vilayətində Allah tərəfindən rəhbərin tə’yini dini-siyasi quruluşu qanuni edir. Rəhbər və quruluşun qanuniliyində xalqın

səh:57

münasibətinin rolu yoxdur. Xalqın rolu vilayətin qəbulu və hökumətin formalaşmasındadır. Xalq rəhbərin qüvvəsidir. Əgər xalq meydanı tərk edərsə, rəhbər gücünü itirir və xanənişin olur. Həzrət əli (ə) belə rəhbəri «əli kəsik» adlandırır. Əli (ə) kimi rəhbərlərin evdə oturması ilə müaviyələr fürstə tapır və zülm aparatı işə düşür. Xalq hər hansı bir hakimiyyətin qəbulunda səlahiyyətlidir. Hakimiyyətin qanuniliyində isə onun rə’yi əsas deyil. Xalq hökumətin qanuniliyinin tə’yinində yox, qurulması və idarəsində iştirak edir. Peyğəmbər və imam dövründəki hökumət quruluşu ilə fəqih dövründəki quruluşla heç bir fərq yoxdur. Şiələrin baxışına görə peyğəmbərdən sonra rəhbərlik və imamət ilahi göstərişlərdir. İmamətdən sonra həmin üsuli vilayəti – fəqih formasında davam edir. Bu baxışın sübutu üçün dəlillər çoxdur, onların bə’zilərini qeyd edirik.

1-AĞILIN GÖSTƏRİŞİ

Bu mövzuda ilk dəlil ağılın göstərişidir. Cəmiyyətin varlığı və davamı siyasi quruluşdan asılıdır. Hakimiyyət olmasa ictimai həyatda yoxdur. Cəmiyyət üçün «istər ləyaqətli, istərsə də günahkar, bir siyasi hakim labüddür»- deyə buyurur həzrət əli (ə). Cəmiyyətin islahı isə ilahi siyasət əsasında mümkündür. Əvvəlki hissədə bu məsələ sübuta yetirildi. Cəmiyyət dinsiz islah ola bilməz və bu dini ilahi canişin icra edir. Mümkündür ki, dünyəvi bir quruluşda rəhbərlərin bir hissəsi mö’min olsunlar. Lakin fərdi əqidə o zaman islah olur ki, din müxtəlif sahələrdə əks olunsun. Dini-siyasi quruluş bu məqsədin gerçəkləşməsinə şərait yaradır. Əqidəni qoruyan fitrətə uyğun dəlillərdir. Əqidəni qılınc qoruya bilməz. Əqidə sübutlarla qəlbə yatır. «Dində məcburiyyət yoxdur. («Bəqərə» 256). Lakin cəmiyyətdə ictimai ədalətin bərpası, insan haqlarının tə’mini, cinayətkarlıqla mübarizə sübut gətirilməklə əldə edilməz. İlahi siyasi quruluş bütün bu ictimai zərurətlərin tə’mini üçün barışmaz mövqe tutur. Xüsusi ilə başqalarının hüquqlarını pozanlar, cəmiyyətin islahına mane olanlar ciddi cəzalandırılırlar. Bu məqsədə çatmaq üçün (əqidəni qoruya bilməyən) qılınc işə düşmüdür.

Bu nöqtələrə nəzərən əql baxımından Peyğəmbərin (s) hansı məs’uliyyəti vardır? Onun vəzifəsi təkcə yol göstərməkdirmi? Yoxsa siyasi quruluşa da müdaxilə etməlidir? Hakim quruluş

səh:58

kim olursa-olsun, Peyğəmbər (s) xalqın əqidəsi uğrunda zülm aparatı ilə vuruşur. Fir’onların zülmü altında cəmiyyət islah ola bilərmi? Yaxşı, zalim hakimiyyəti iflasa uğradıqdan sonra onun yerində Peyğəmbər (s) hansı quruluşu qurmalı idi? Özü siyasətə qarışmalı, yoxsa başqa bir zalımı də’vət etməli idi? Bu vəzifəyə ən layiqlisi Peyğəmbər (s) özü idi. Peyğəmbərlik risalətlə yanaşı rəhbərlik (imamlıq) vəzifəsi də olmuşdur. Hər bir peyğəmbər öz gətirdiyi dini ailə içində də olsa, icra etməlidir. Peyğəmbər həm də’vət gətirəndir, həm də onun icraçısı. Demək, əql ilahi siyasi quruluşun zərurətini təsdiq edir.

2-PEYĞƏMBƏR YOLU

Qur’anda başqalarına yol göstərmək üçün böyük, ülul-əzm, qeyri ülul-əzm peyğəmbərlərin mübarizə yolu təhlil edilir. Bu yol tağutla mübarizə və tövhidə də’vət yoludur. Heç bir peyğəmbər bu risalətdən uzaq deyildir. «Hər bir ümmtə peyğəmbər göndərdik ki, onun risaləti tövhidə də’vət və tağutdan çəkindirmək olsun» («Nəhl» 36). Tağutu əzmədən tövhid mümkün deyil. Peyğəmbərlər tövhidin gerçəkləşməsi üçün bu mübarizəni aparmış və xeyli bu əziyyətlərə dözmüş, İbrahim (ə) əlində balta tağutun şərini azaltmağa çalışmışdır. Musa cəhad edib, Fir’onu dəryada qərq etmiş. Qur’an bu insanları nümunə, hətta müsəlman kimi təqdim edir. «Ey mö’minlər, İsanın həvariləri kimi Allaha yar olun» («Səf» 14). Bu bütün peyğəmbərlərin getdiyi yoldur və çoxları bu yolda şəhid olmuşlar. «Peyğəmbərləri haqsız yerə öldürdülər» («Bəqərə» 61). Görən peyğəmbərlər xalqa yalnız məsələ, din öyrətdikləri üçünmü şəhid edilirdilər? Hansı cahil belə bir qətlə əl atar?! Peyğəmbərlərin yolu tağut və onların cəhənnəm siyasəti ilə mübarizdir. Məqsəd Allahın bəndələrini tağut hakimiyyətindən azad etməkdir. «Öz peyğəmbərləri ilə birgə cəhad edən ilahi havadarlar nə çoxdur» («Ali-imran» 146). Tağut hakimiyyətindən qurtulan kimi ilahi qurtuluş yaradılır. Qəbul etmək olmaz ki, tağutla mübarizədən sonra xalq özbaşına buraxıla. Musanın (ə) risaləti haqqında danışılarkən buyurulur ki, Musa Allahın bəndələrinin ona tapşırılmasını istəyir: «Allahın bəndələrini mənə verin» («Düxan» 18). Cəmiyyətdən öz cəhənnəm hakimiyyətini qır. («Naziat» 24). Qoy mən xalqı öz

səh:59

Rəbbinə tərəf aparım. «Zorlulara baş ucalığı, hamının üzərində qələbə» şüarını buraxın ki, mən onları «ucalıq nəfsi paklıqdandır» şüarına sövq edim. Musa Fir’ondan xalqa azadlıq istəyir. Fir’on hakimiyyəti cəmiyyətə həmin bu siyasi və ictimai müdiriyyətdir. O, deyir: «Qanun mənim qanunumdur, mən sizin rəbbinizəm». Özün xalqa Allah e’lan edən Fir’on özü bütpərəst idi. Fir’ona dedilər: «Musanı və tayfasının fitnə-fəsad törətmək, həm səni, həm də tanrılarını atıb getmək üçünmü buraxacaqsan?» («ə’raf» 127). Musanın Fir’onla mübarizəsinin əsas tərəfi ictimai-siyasi tərəfdir. Musa xalqın başı üzərində bu zülmü qaldırıb, ilahi bir quruluş qurmaq istəyir. Onun Fir’onu süquta yetirib, «bu yerə kim gələcək» deyə sakitcə gözləməsi məqbul bir hərəkət olmazdı. Peyğəmbərlərin həyatını geniş təhlil edən bu ayələrdən mə’lum olur ki, onların ictimai-siyasi fəaliyyəti peyğəmbərlik məqamı ilə yanaşı olmuşdur.

3-DİNİ ƏSƏRLƏR

Qur’an peyğəmbərlərin hədəfi barədə buyurur: «Xalq bir ümmət idi. O zaman Allah-taala müjdə verən və əzabla qorxudan peyğəmbərlər seçdi, onlarla səmavi kitablar göndərdi ki, xalqın ixtilaflarını həll etsinlər» («Bəqərə» 213). Peyğəmbərlər və onların kitablarının hədəfi xalqın problemlərini həll etməkdir. Bu ixtilaflar isə rəngarəngdir. Həqiqi dinlə yanaşı dayanan əqidələr uydurulur. (Hüquqi və s. ixtilaflar). Qur’an ayəsi peyğəmbərləri ixtilafların həllində hakim bilirmi? Mütləq şəkildə deyilirmi ki, peyğəmbərlər bəşərin bütün ixtilaflarını həll edirlər?

Əgər ayənin buyuruğu mütləqdirsə, əqidə ixtilafı dəlillərlə aydınlaşdırılır. Amma xalq arasındakı sair ziddiyyətləri dəlil gətirməklə həll etmək olmaz. Bu ixtilafların həlli ilahi siyasi quruluş yaradılmadan qeyri-mümkündür. Çünki təcavüzkarın qarşısı nəsihətlə alına bilməz. Ayənin tə’biri olduqca lətifdir. Çünki söhbət hökmdən gedir. Hökm həmin hakimlik, xalqın müşkillərinin həllidir. Ayə aydınca dəlalət edir ki, peyğəmbərlər xalq arasında hakimlik edər. Həzrət (s) haqqında buyurulur: «Həqiqətən biz sənə Qur’anı haqq olaraq nazil etdik ki, Allahın sənə göndərdiyi ilə insanlar arsında hökm edəsən» («Nisa»

səh:60

105). Ayədəki «litəhkumə» (hökm edəsən) sözü ərəbcə hökumət mə’nasınadır.

Bu məqsəd digər bir ayədə daha da işıqlandırılır: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birgə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər» («Hədid» 25). Xalqın ictimai ədalət uğrunda qiyamı peyğəmbərlərin və səmavi kitabların hədəfləridən biri kimi bəyan olunmuşdur. Uyğun hədəf bu ayədə çox aydın tə’min olunur. Açıq şəkildə ədalət peyğəmbər hədəfi sayılır. Bu da aydındır ki, ədalət, istək, dua, rəhbərliklə əldə edilər. Ədalət mədəni inkişafla bağlı olsa da, təcavüzkar insanların mədəniyyətlə bir bağlılığı yoxdur onlar insan haqlarına, ilahi dinə təcavüz edirlər. Bə’zən nəsihət belələrinə tə’sir etsə də, çox vaxt təcavüzkarlar öz haqqına qane olmurlar. Onların qarşısı zorla alınmalıdır. Bu ifadəli ayə məqsədin təhlilindən sonra buyurur: «Biz dəmir yaratdıq». Axı dəmirin yaradılmasının peyğəmbərlərin risaləti ilə nə əlaqəsi var? Görən dəmirin yaradılması xəbərini hüquqların müdafiəsi üçün vasitə – qılınc və ya silah hazırlanması ilə əlaqələndirmək olarmı? Günah və təcavüz dəmirlə qarşılanar. Bu vəzifə ilahi siyasi quruluş tə’sis edilmədən mümkün olmayacaq: «Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun» («Nur» 2). «Kişi və qadın oğrunun əlini kəsin» («Maidə» 38). Dəmirlə iffət və mülkiyyətə uzanmış təcavüzkar əl kəsilir. «Allah və Onun Rəsulu ilə vuruşa qalxanlar və yer üzündə fəsad yaradanların cəzası ölümdür» («Maidə» 33). İctimai siyasi sabitlik dəmir vasitəsi ilə tə’min olunur. Dəmir və şəmşir siyasi hakimiyyətin möhkəmliyidir.

XALQ VƏ İCTİMAİ ƏDALƏT

Mübarək ayədə buyurulur ki, ədaləti peyğəmbər yox, xalq bərpa edəcək. Ola bilər ki, ədalət xalqın qəbulu ilə mümkün olduğundan belə buyurulub. Yə’ni ilahi siyasi hakimiyyət xalqın istəyi ilə formalaşa bilər. Söhbət bu hakimiyyətin qanuniliyindən yox, zahirən gerçəkləşməsindən gedir. Xalq istəməsə belə bir quruluş ola bilməz və ədalət də bərpa olmaz. Mədəni tərəqqi, peyğəmbər məqsədləri və insani dəyərlərlə tanışlıq formalaşmasa, ədalət gerçəkləşə bilməz. Əgər hansısa bir peyğəmbər və ya imamın dövründə ədalət bərpa olmayıbsa,

səh:61

bunun səbəbi xalqın səhnədə iştirak etməməsidir. Bu o demək deyil ki, din rəhbərləri ədalətə laqeyid olmuşlar, xeyr! Sadəcə, ilahi siyasi quruluş (zor və güc rejimlərindən fərqli olaraq), eləcə də ədalətin bərpası xalqın ictimai-siyasi səhnədə iştirakından bilavasitə asılıdır.

RƏVAYƏTLƏR VƏ SİYASİ İDARƏÇİLİK

əhli-beyt rəvayətləri də dinin siyasətdən ayrı olmadığını təsdiqləyir. Peyğəmbərlərin, xüsusi ilə də həzrət Məhəmmədin (s) risaləti bəşəri quruluşları ilahi siyasətlə əvəz etməkdir. İmamət baxımından onların rəhbərliyi Allah bəndələrinə müdiriyyətdir. Bu müdiriyyət ölkənin, iqtisadiyyatın idarəçiliyi ilə məhdudlaşır, əsasən insanların paklığı və tərbiyəsinə yönəlir. Elə digər sahələr də ilahi quruluşda öz yüksəlişinə çatır. Yalnız ilahi quruluşda mədəniyyət və iqtisadiyyat üçün ən üstün üsullar seçilir və həyata keçirilir. İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) risaləti xalqa müdiriyyət və ilahi siyasətdir» («Üsule-kafi» 1-ci cild). Allah-taala dinin ixtiyarını və onun icrasını həzrətə (s) tapşırmışdır ki, bəndələrə müdiriyyət etsin və yol göstərsin. «Ziyarəte came»də imamlar belə təqdim olunur: «Salam olsun sizə Peyğəmbər əhli-beytinə, ilahi risalət canişinlərinə və xalqın siyasət aparıcılarına». Digər yerdə buyurulur: «İmam Rza (ə), imamət dininə rəhbər, müsəlman cəmiyyətini nizamlayan, dünyanın islahı və dinin izzətidir. İmamətlə dini əməllər – namaz, oruc, zəkat, həcc ayaq tutur. İmamətlə hüdudlar və hökmlər icra edilir. İslami ümmətin sərhədləri qorunur» («Üsule-kafi» 1-ci cild).

RİSALƏTLƏ YANAŞI İMAMƏT

İKİNCİ HİSSİ BURADAN BAŞLAYIR.

İmamət (rəhbərlik) dinin qorunması və icrası, xalq siyasətidir. Həm peyğəmbərlər, həm də imamlar bu vəzifəni daşımışlar. Bu vəzifələr daim peyğəmbərliklə yanaşı olmuş ümmət imamının hədəfləridir. İmamət olmadan heç bir risalət kamil deyil. Çünki risalət həyata keçəndə tamlaşır. Bu həqiqət Qədir günü Allah-taala tərəfindən bəyan edildi. İmam, din başçısı, xalqa rəhbər təyin etməklə din kamil elan edildi. Bu təkcə həzrətin risalətinə

səh:62

aid deyildir. Bütün peyğəmbərlərin risaləti onların imamlığı ilə bütövləşir. Həzrət (s) cəmiyyətin siyasi binasına bünövrədən başladı və bütün bəşəri ölçüləri bir kənara qoydu. İlahi və siyasi bir quruluşu nümunə kimi təqdim etdi. Bu hadisə o qədər açıq-aşkardır ki, kimsə onun inkarına cürət etmir. Bu yola nəzər salandan sonra kimsə dilinə gətirə bilməz ki, din siyasətdən, siyasi rəhbərlikdən uzaqdır. «Din insanların axirəti üçündür, din məscidlər üçündür» sözləri din və Qurana biganə olanların sözləridir. Ayələr, rəvayətlər, peyğəmbər və imamların yolu bu baxışları rədd edir. Din və siyasət arasında ayrılıq salmaq biganələrin işidir. İslam ümmətini başıaşağı, sakit saxlamaq üçün bu şüar irəli sürülür. Avamlar da bu şüara inanır. Deyirlər, bəs nə üçün peyğəmbər və imamlar bu sahədə müvəffəqiyyət qazana bilməyiblər? Səbəbi budur: Hökumət o zaman formalaşır ki, xalq onu dəstəkləsin. Xalqın havadarlığı olmayan halda ilahi siyasi quruluşu qəbul edilməz. Bu halda zülm aparatı işə düşür. Peyğəmbər və imamlar kənara çəkildikdə xalq zülm hakimiyyətinə düçar olur. Onların yerinə Bəni-üməyyə, Bəni-Əbbas və pəhləvilər gəlir.

Əlbəttə ki, bu zülm yenə xalqın çiyninə düşür. Xalq ilahi quruluşa qoyun açmadıqda zülm rejiminə düçar olur, hakimlərin istəyinə xidmət edirlər. Onlar da xalqa istədikləri hökmü verirlər. Belə rejimdə nə Allahın, nə də xalqın istəyi yerini tapmır.

Dediklərimiz uzun də çəksə, uyğun nöqtə işıqlandı və mə’lum oldu ki, cəmiyyətin siyasi əsaslarının qurulması peyğəmbərlərin böyük məqsədi olmuşdur.

Xalqa rəhbərlik insan ağlının həll edəcəyi bir məsələ deyildiri. Bu məsələdə insan ilahi vəhyə ehtiyaclıdır. Çünki insan paklanmasının necəliyini vəhy tə’yin etməlidir. Bu prosesə aydınlığı da vəhy gətirir. İslamın siyasi quruluşunun yaradılması peyğəmbər və imam dövrü ilə imamın olmadığı dövrdə qətiyyən fərqlənmir. Siyasi quruluş vəhylə formalaşır və siyasi hakim peyğəmbər, imam və fəqih olur. Xalqın vəzifəsi belə bir quruluşun ilahi məqsədlərə itaət etməkdir. Peyğəmbərlərin, xüsusi ilə Rəsulullahın (s) və imamların həyatı dediklərimizə ən yaxşı sübutdur.

səh:63

İLAHİ NİZAM VƏ XALQIN İŞTİRAKI

Sözsüz ki, ilahi nizam, quruluş ən xəlqi bir quruluşdur. Xalq bu quruluşun formalaşmasında, təşkilində iştirak edir. İlahi quruluşun sayəsində xalqın əsas hüquqları, azadlıqları, rifahı öz əksini tapır. Xalqın yaxından iştirakı bu quruluşun əsas xüsusiyyətidir. İnsanlar mədəni, ictimai sahələrdə, ümumi müdiriyyətdə iştirak edirlər. Müdiriyyət xalqın içindən təşkil olunur və onların istəklərini ifadə edir. Bu quruluşda xalq əl-ələ verib ilahi məqsədlərin həyata keçməsində müttəfiq olurlar. Həzrət Peyğəmbərin (s) hökumətində xalq beləcə iştirak edirdi. Hətta həzrət (s) dəfələrlə xalqın birgə iştirak bey’ətini rəsmi şəkildə icra etmişdi. Allah-taala bu barədə söhbət açır: «Allah xalqın bey’ət və iştirakına razı oldu o zaman ki, həmin ağacın altında səninlə bey’ət etdilər». («Fəth» 18).

Əlbəttə ki, agah və geniş şəkildə iştirak etməlidir. Agah olmayan bir iştirak özü təfriqə yaradıcıdır. Az olmur ki, insanların azğınlığı üçün doğru yoldan istifadə edilir. Xalq rejimi, rəhbəri, öz talehini tə’yin edən bu iştirakı dərk etməlidir. Səthi təhlillərlə bu yolda irəliləmək olmaz.

Dördüncü baxışın təhlilinə görə dini siyasətdən ayıran sekulyarizmin əsasaları puçdur. İkinci baxış, yə’ni axirətçilikdə də məqbul deyil. Çünki din insanın axirətinə diqqət yetirib, axirəti əbədi məskən bildirsə də, bu axirətə yalnız dünya həyatını qurmaqla çatmaq olar. Axirət həyatını qurmaq üçün əvvəlcə dünya həyatı qurulmalıdır. Müxtəlif sahələr, eləcə də siyasi müdiriyyət də dünya həyatının zərurətlərindəndir.

Üçüncü baxışa – siyasi hökumət və rəhbərin xalq tərəfindən seçilməsinə gəldikdə isə dini mənbələrdə belə bir yol təsidiq edilmir. Bu eynən «Səqifeyn Bəni-səid» baxışına uyğundur və şiələr tərəfindən qəbul edilmir. Bu fikir «Ğədir» hadisəsi ilə də uyğun gəlmir. Bir buna dəlil gətirmək olar ki, siyasi rəhbərlik imamət və ümmətə əsaslanır. İstər imam dövründə, istərsə də imamdan sonrakı dövrdəki siyasi rəhbərin tə’yinində xalqın seçimi rol oynamır. Xalq seçimi digər siyasi qurumlara aiddir.

səh:64

SİYASƏT VƏ MÜQƏDDƏSLİK

Şübhə yarana bilər ki, siyasi quruluş və hökumət risalət hədəflərindən ola bilməz. Çünki peyğəmbərlərin ən böyük işi xalqın mə’nəviyyat və paklığına diqqət göstərməkdir. Bu isə çirkin siyasətlə uyuşmuşr və peyğəmbərlərin paklığa çağırışı bu sayaq siyasətlə bir çərçivəyə sığışmır.

Bu söz peyğəmbər yolunun davamçıları, ruhaniyyət haqqında da deyilir ki, ruhanilərin siyasi işə müdaxiləsi onların müqəddəsliyi ilə bir araya sığmır. Ruhanilərin siyasət meydanına gəlişi onların müqəddəsliyini sönükdürür, e’tibarlarını azaldır. Çünki peyğəmbərlər və ruhanilər müqəddəslik carçısıdırlar. Siyasi dolaşıqlar onlara zərbə vurur. Bu hədəfin tə’minində onların hifzi daha da önməldir. Başqa sözlə, peyğəmbər və ruhanilərin sözünü kəsərli edən onların paklığıdır. Onlar bu üstünlüyü itirirlərsə, cəmiyyətin sair təbəqələri kimi e’tibardan düşərlər.

Yuxarıda deyilənlər bir çox xeyirxahlar və bə’zi ziyalılar, eləcə də düşmənlər tərəfindəndir. Hətta bə’zi ziyalılar bildirirlər ki, əgər ziyalı öz sözünü tə’sirli görmək, cəmiyyətin həyatında iştirak etmək istəyirsə, siyasətdən uzaq olmalıdır. Guya siyasətdən bir kənarda mədəniyyətlə məşğul olmaq şəxsiyyəti qoruyur. Siyasətdən qorunmaqla sözün nüfuzu qiymətlənir. Bu halda onlar da cəmiyyətə hakim olurlar. Bə’ziləri yazır ki, ziyalılar tacsız hakimlərdir və onların tacsız olması sözlərinin nüfuzuna səbəb olur.

MÜQƏDDƏS SİYASƏT

Əvvəlki bölmdə qeyd edilən şübhələrə cavab olaraq demək olar ki, burada adi siyasətlə dini siyasət qatışıq salınır. Siyasətin elə bir forması var ki, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edilir. Hansı ki, belə bir forma dinlə, taqva ilə, müqəddəsliklə uyğun deyildir. Dini siyasət isə tamam başqa bir fomadır. Bu siyasətdə cəmiyyətə düzgün rəhbərlik, onu ilahi hədəflərə istiqamətləndirmək, mədəni dirçəliş, rifah və ictimai ədalətin tə’mini nəzərdə tutulur. Belə bir siyasətdə din və müqəddəslik qorunur. Əgər din qılınc götürməyi əmr etmişsə, bu müqəddəslikdən çıxmaq deyil. Bəlkə də, Allah yanında ən

səh:65

müqəddəs iş elə bu yolda ölmək və öldürməkdir. «əlinin zərbəsi səqəleyn ibadətindən üstündür» («Bəhar» 39-cu səh). Eləcə də, infaq (sədəqə vermək) etmək ibadətlə, müqəddsliklə zidd deyil. İnfaq özü ibadətdir. «Maidə» surəsində buyurulur: «İbadət halında zəkat verərlər».

Bəli, siyasət qeyd edilən xüsusiyyətlərlə yanaşı olmalıdır. Əslində dini müqəddəslik özü o zaman dəyərli olur ki, ictimai və siyasi dəyərləri əhatə etsin. səhv düşüncə tərzi şübhələr doğurur ki, ictimai məs’uliyyətlər müqəddəsliklə bir araya sığmaz, müqəddəs şəxs siyasətə qatışmaqla paklığını əldən verər. Burada müqəddəsliklə tərkidünyalıq (inziva) qatışdırılır. Hansı ki, bir kənara çəkilib, tərkidünyalığa qatılmaq Allah tərəfində bəyənilmir. Ona görə də belə bir mövqe əsassızdır. Bu ruhiyyə başqasını döyüş meydanına ötürüb, bir kənarda tamaşaya dayanmaqdır.

BƏNİ-İSRAİL MƏDƏNİYYƏTİ

İlahi vəhyə bu münasibət Bəni-israil ruhiyyəsi və mədəniyyətindən qaynaqlanır. Onlar öz ilahi rəhbərləri Musa (ə) dedilər: Sən öz Allahınla birgə fir’onlarla döyüşə get, biz tamaşa edirik. Onlara qalib gəlsəniz, sizə əhsən deyəcəyik. («Maidə» 24). İlahi vəhy insanları mə’sum bilir. Peyğəmbərlər və onların varisi olan ruhanilər də özlərinə vəhyə əsasən öhdəlik götürmüşlər. Vəhy qarşısında guşənişinlik müqəddəslik deyil. Dini siyasətdə heç bir çirkinlik yoxdur. Həzrət Peyğəmbərin (s), imam əlinin (ə) siyasi rəhbərilyində bir qüsur olsaydı, mə’sum insanlar bu işə qoşulmazdılar. Belə bir siyasət çirkinlik yox, iftixardır. Bundan da böyük bir iftixar ola bilərmi ki, insan mühüm siyasi mə’suliyyətləri qəbul etməklə xalq üçün yarısın, xalqın həyatının ilahiliyində, inkişafında bir rol oynasın?! Uyğun baxış siyasəti çirkin bilməkdə yanıldığı kimi, müqəddəsliyi də tərkidünyalıq kimi qəbul etməklə yanılır. Bu iki fikirin heç biri dini maariflə uyğun deyil. Dini siyasət namaz, həcc, cəhad kimi müqəddəsdir. Qəzavət oruc və e’tikaf kimi, mühakimə, məscid və mə’bud kimi müqəddəsdir. Taxtda oturub, nəfsi boğaraq xalqa yanmaq bir hünərdir. Bir dərənin dibindən müqəddəslik şüarı söyləmək isə mövhumatdır!

səh:66

İKİ SİYASƏTİN FƏRQİ

Ona görə də peyğəmbərlərin siyasəti digər siyasətlərdən köklü surətdə fərqlənir. Peyğəmbərlə hakimiyyətə gələrkən insani və ilahi dəyərləri görməzliyə vurmur, qeyri-sağlam üsullardan faydalanmırlar. Hakimiyyəti qorumaq xatirinə mə’nəvi dəyərlər tapdalanmır. Onların məqsədi dəyərləri qorumaqdır və siyasət də bu məqsədə xidmət edir. Siyasət özü bir məqsəd deyil və onun naminə dəyərlərə göz yumulmur. İki siyasətin mühüm fərqi budur.

DİNİ İSTİBDAD

Qərb ziyalılarının qələmindən çıxmış digər bir şübhə budur ki, siyasi qurum mütəxəssislərə möhtacdır. Hansı ki, ilahi siyasi qurum fərdin qərarına əsaslanır. Elə buna görə də fərdi qərar istibdad kimi tənqid edilir. Bu baxış bu günkü dünyanın qəbul etdiyi demokratiya və xalqın iştirakı ilə uyğunsuzluq təşkil edir. Hazırki mütərəqqi dünya xalqın öz müqəddəratını tə’yin etməsini demokratiyanın böyük uğurlarından hesab edir. Bu üsul bəşər mədəniyyəti və insanın azadlıq istəkləri ilə tam uyğundur. İlahi nizam isə bu ölçülərə sığışmır və onun gələcəyi xoş təəssürat yaratmır. Çünki onun nəticəsi bir fərdin istibadadı və həmin dini istibdaddır.

İSTİBDADIN BAŞLANĞICI

Bu fikrin qarşısında e’tiraz etmək olar ki, istibdad fərdin qərarından doğmur. O, xalqın istəklərinə diqqətsizlikdən yaranır. İstibdad nəfs istəklərindən, bir şəxs və ya o şəxsin ətrafının mənafelərindən doğur. Çıxarılmış qərar xalqın isətklərini ifadə edirsə o düzgün qərardır – fərqi yoxdur ki, uyğun qərarı bir fərd və ya cəmiyyət çıxarmışdır. Son qərarı ləyiqli bir şəxsin öhdəsinə qoyan ilahi quruluş şəxsi istəklərin ifadəsi ola bilməz. Xəta və günahdan uzaq olan peyğəmbər və imamlar qərar çıxararkən heç vaxt öz nəfsi istəklərinə əsaslanmamışlar.

Bu da var ki, dini siyasətçilər fəzilətli və mə’nəviyyatlı olur, öz dövrlərinin məsələləri ilə tam tanış olurlar. Həmin agahlıqla cəmiyyətin ziddinə qərar çıxarılması mümkün deyil.

səh:67

Bunu da qeyd etməkliyik ki, dini rəhbərlərin də müdiriyyəti müxtəlif sahələr üzrə mütəxəssislərin rə’yinə uyğun həyata keçirilir.

Peyğəmbər və imam varisi olan vəliyye-fəqih (rəhbər) üçün əsaslı xüsusiyyətlər müəyyəndir. Onun ən əsas xüsusiyyəti ədalətdir. Ədalət nəfs istəklərinə qarşı bir maneədir. Digrə bir xüsusiyyət müdriklik və müdiriyyətdir. Bu da fərdi qərarı istibdad rəngindən qoruyur. Başqa bir xüsusiyyət mütəxəssislərlə müşavirədir və bu müşavirə istibdad üçün bütün qapıları bağlayır. Siyasi müdiriyyətdə mərkəzləşmiş qərara gəlmədən əlavə üstün xüsusiyyəti odur ki, saleh fərd (rəhbər) mütəxəssislərin rə’yi əsasında xalqın xeyri üçün öz nəzərini bildirir. Əgər fərd ədalət məhvərindən çıxıb, zərrəcə bir səhv buraxarsa, onun qərarı e’tibarsız olar və həmin fərd rəhbərlik məqamından uzaqlaşdırılar.

İlahi hökumətdə nəinki istibdadlıq yoxdur, əksinə mühüm müsbət xüsusiyyətlərdən biri budur ki, müdiriyyətin bariz əlaməti olan güc mərkəzləşməsi bu hökumətdir. Mütəxəssislərə əsaslanaraq qərarçıxarmanın mərkəzləşməsi və agah, layiq bir fərdin müdiriyyəti parçalanmanın qarşısını alır. Şura (cəm) şəkildə müdiriyyət ən müvəffəqiyyətsiz rəhbərlik üsuludur. Əlbəttə ki, mütəxəssislərlə məsləhətləşmə çox yaxşı işdir və tərəqiyyə səbəb olar. Buna görə də ilahi hökumət mövzusu ətrafında yaradılan şübhələr faydasızdır və bu quruluş tanımamaqdan yaranır. Bu mühüm məs’uliyyət şübhəsiz ki, ilahi peyğəmbərlərin hədəflərindəndir.

KİLSƏ VƏ DİNİ İSTİBDAD

İlahi quruluşa bu münsibətin səbəbini təkcə səhv düşüncədə axtarmaq olmaz. Çünki bu şübhələrin bir başlanğıcı da orta əsirlərdə kilsənin mənfi hakimiyyəti ilə əlaqəlidir. Həmin dövrdə məsihi başçıları öz mövhumatçı baxışları ilə elm və fəzilətlə müharibə aparmış, xalqın azadlıqlarını ayaq altına salmışlar. Din adı altında müstəbidlik etmiş, xalqda dini hökumətə qarşı mənfi münasibət yaratmışlar. Din siyasətdən ayrılması da bununla bağlıdır.

Tam aydındır ki, belə rəhbərliyin həqiqi dini rəhbərliklə heç bir əlaqəsi yoxdur. Peyğəmbər (s) və əli (ə) hökumətində öz

səh:68

həqiqi əksini tapan dini siyasət xalq üçün həqiqi azadlıq, tərəqqi əsasını qoyur. Xalq heç zaman peyğəmbər siyasətindən yorulmamışdır. Onların istəklərində və azadlıqlarında heç bir məhdudiyyət yaranmamışdır. Dini siyasi rəhbərlər həzrətin (s) üsulunu nümunə götürməlidirlrə. Xalqın hüquqlarını məhdudlaşdırmaq olmaz. Böhtanlara şərait yaratmamaq üçün iste’dadların çiçəklənməsinə, iqtisadi dirçəlişə yardım göstərmək lazımdır.

ÜÇÜNCÜ HİSSƏ TƏRBİYƏİ VƏ İCTİMAİ RƏFTARLAR

VəHY İDEYALARININ GERÇƏKLƏŞMƏSİ

Peyğəmbər öz məqsədləri yolunda xeyli müvəffəqiyyət əldə etmişlər. Cəmiyyət çox müxtəlif cəhətlərdən bu risalətlərdən faydalanmışdır. Fəzilət haqqında bütün söhbətlər peyğəmbər məktəbindən faydalanır. İndi əksər cəmiyyətlərdəki inama gəldikdə hansı formadasa Allah, məad, peyğəmbərlik haqqında təsəvvür vardır. Əlbəttə ki, şirkin, riyanın mərtəbələri olduğu kimi tövhidin də mərtəbələri vardır. Hamı eyni bir səviyyədə müvəhhid (təkallahçı) deyildir. Amma Allahdan və peyğəmbərdən tamamilə xəbərsiz olanlar azdır. Lakin onların da malik olduqları insanı fəzilətlər dolayı da olsa peyğəmbər və də’vətlərindən ilahmlanmışdır. Bu də’vətlərdən tamam xəbərsiz üzürlü adamlar isə olduqca azdır.

Bəşər nizamında gözə dəyən nə qədər həqiqi fəzilətlər və ölçülər vardısa, hamısı peyğəmbərlərin risalətinin bərəkətindəndir. Buna görə də həqiqi bir baxışla bu həqiqət aşkar olur ki, bütün görünən fəsadlar baxmayaraq peyğəmbərlərin əsil məqsədi cəmiyyətlərdə həyat keçib.

Bu məqsədlərə çatmaq üçün gözəl bir dillə ilahi də’vətləri aydınlaşdırmaqdan əlavə peyğəmbərlərin həyatı, ilahi siması əhəmiyyətli rol oynamışdır. Risalətin gerçəkləşməsində bəşər fitrətinin işıqlandırılmasından əlavə peyğəmbərlərin nümunəvi şəxsi rəftarı da tə’sirli olmuşdur. Onlar öz dediklərinə bağlı olmuş, bir an da olsun dəyərlərdən uzaqlaşmamışlar.

səh:69

Peyğəmbərlər din açıqlayan və dinə inanan olmuş, onların inamı, rəftarı vəhy də’vətini tamamlamışdır. Ona görə də inananlarla yanaşı qələbə zirvəsinə pərvazlanmış, əzəmətə çatmışlar. Ona görə də din rəhbərlərindən nümunə götürülməsi təkcə onların e’tiqadı ilə yox, eləcə də rəftarları ilə bağlıdır. Qarşıda bu nümunəvi şəxsin əqidəsinə, həyatına, rəftarına nəzər salacağıq. Ümid edirik ki, bu söhbətlər tə’sirli olacaq. Əvvəlcə üç nöqtəni xatırlayacağıq.

1-YAXŞI SİFƏTİN ÖLÇÜSÜ

Qur’an Peyğəmbərin (s) xasiyyətini belə tə’rifləyir: «Sən xasiyyətcə əzəmətlisən» («Qələm» 4). Allah-taala kimsəni bu sayaq tə’rif etməmişdir. Həzrət (s) ən yaxşı insan kimi təqdim olunur. Peyğəmbər yaxşı xasiyyətin ölçüsünün belə bəyan edir: «Yaxşı xasiyyətin ölçüçsü Allah sifətləridir». Yə’ni o şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzənmiş olsun. «ən yaxşı adlar və xasiyyətlər Allahdandır» («Nəhl» 60, «ə’raf» 180). «İlahi rəngən gözəl rəng varmı?!» («Bəqərə» 138). İnsan üçün ən gözəl rəng ilahi rəngdir. İnsan ilahi sifətlərə canişin olmalı və bu canişin ilahi nişanələrlə zinətlənməlidir. Əgər Allah rəuf, rəhim, alim, kərim, əziz, həkim, bağışlayandırsa onun canişini də bu xasiyyətlərə malik olmalıdır. Allah-taala Qur’anda öz gözəl adları ilə təcəlli edir. Bu sifətlərə ən çox yiyələnən insan isə həzrət Peyğəmbərdir (s). onun haqqında belə deyilir: «Peyğəmbərin (s) xasiyyəti Qur’andır».

Qur’an bu xasiyyətləri belə aydınlaşdırır: «Aranızdan bir peyğəmbər gəlib ki, sizi çətinliyə salan şeylər onu incidir. O, sizin hidayətinizi, səadətinizi istəyir. Mö’minlərə rauf və rəhimlidir» («Tövbə» 128). «Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər sərt olsaydın, ətrafından dağılardılar» («Ali-imran» 159). «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birləri ilə isə mərhəmətlidirlər» («Fəth» 29). Bu sifətlər mö’min və xalis bəndədə təcəlli etmiş ilahi sifətlərdir.

2-ƏQİDƏ, XASİYYƏT, RƏFTAR

Əqidə, xasiyyət, əməlin fərqi budur ki, əqidə insanın düşüncə və inamlarıdır. Düşüncə insanın məad, varlıq aləminin olmasıdır

səh:70

və əslində insanın dünyagörüşünü formalaşdırır. Amma əxlaq insanın rəftarları nəticəsində yaranmış xüsusiyyətlərdən ibarətdir. Əməl də uyğun rəftarların dəfələrlə təkrarlanmış hədəfi, nəticəsidir. Çünki bu xüsusiyyətlər insanın daxilinə hopmamış, rəftar adlana bilməz. Elə ki, bir xasiyyət insana hopdu və onu tərk etmək çətinləşdi, ona xasiyyət deyirlər. Bu qısa cümlələr az da olsa, uyğun fərqi aydınlaşdırdı. Demək, məqsədimiz həmin xarakterdən nəzər salmaqdır. Amma mümkündür ki, bu xarakterdən danışarkən rəftarlara da toxunulsun.

ƏXLAQ VƏ XARAKTERİN ƏSASI

Diqqət edilsi mühüm nöqtə budur ki, insanın xarakterinin əsası onun əqidə və imanıdır. İnsanın şəxsiyyətini onun düşüncələri formalaşdırır. Ona görə də yaxşı xasiyyətlər qazanmaq üçün onun əsaslarına diqqət etmək lazımdır. Bu əsaslı bir məsələ olduğundan Peyğəmbərin (s) xarakterini araşdırmazdan əvvəl bu nöqtəyə diqqət etməliyik ki, gözəl əxlaqa çatmağın yolu Allaha inam və yaranışa diqqətdir. Peyğəmbər (s) də malik olduğu gözəl əxlaqı iman və ibadət yolu ilə əldə etmişdir. Peyğəmbəri (s) nümunə seçən insanların da bu yolla getməsi zəruridir.

Peyğəmbər (s) kamilliklərin mənşəyinə diqqət yetirmklə, haqqın qarşısında baş əyməklə həm mə’rifətə yetişdi, həm də gözəl xasiyyətlər qazandı. Çünki kamilliklərin məbdəsinə üz tutmadan kamillik qazanmaq qeyri-mümkündür. Əgər Allah-taala bir insana fəzilət bağışlayırsa, həmin insan hökmən Allaha tərəf hansısa bir qədəm atmışdır. Söz yox ki, ilk addım Allah tərəfindəndir. Amma insan bir addım Allaha yaxınlaşmaqla özünü həmin feyzə layiq edir: «Bizim uğurumuzda vuruşanları öz yolumuza qovuşduracağıq» («ənkəbut» 68). «Doğru yolda möhkəm dayansanız həyatınızı bol axar sularla bəhrələndirəcəyik» («Cin» 16). Həyatın bol suyundan faydalanmağın şərti Allahın haqq yolunda dayanmaqdır. Bu halda Allah-taala və onun qeybi (gözə görünməyən) qüvvələri rəhmət qapısını açır, insanın əlindən tutub, ona nuraniyyət

səh:71

bağışlayır. «O bir Allahdır ki, sizi zülmətdən nura çıxarmaq üçün Özü və mələkləri sizə salam göndərir» («əhzab» 43). Ona görə də əvvəlcə həzrətin (s) ibadətlərinə nəzər salacağıq.

RƏSULULLAH (S) VƏ PƏRƏSTİŞ

İnsanın daxilində kamillik iste’dadı gizlənmişdir. Amma bu iste’dadın çiçəklənməsinin, ibadət və kamillik məbdəsinə marağın səbəbləri var. Hər bir insanda bu fəzilət tutumu vardır. Bu tutum nə qədər böyük olarsa, insan daha da yüksəklərə ucalar: «Hər kəs izzət, şərəf istəsə, bütün izzət və şərəf Allaha məxsusdur» («Fatir» 10). İzzət ilahi hüzurda səcdəylə əldə edilir.

Peyğəmbər (s) mə’rifətdə nümunə olduğu kimi pərəstişdə də hamıdan üstündür. O, haqqı tanımış ilk şəxsdir: «Mən Allahı tanımış, tövhidi təsdiq etmiş ilk şəxsəm. Mən Allahın də’vətini qəbul etmiş ilk şəxsəm» («Bəhar» 16).

NAMAZ VƏ GECƏ OYAQLIĞI

Namaz Allah qarşısında bəndəliyin kamilliyidir. Peyğəmbər namazı «gözümün nurudur» deyə tə’rifləyib. Qur’an həzrəti (s) ibadi cəhətdən kamala yetirmək üçün belə buyurur: «Ey bürünmüş Peyğəmbər, gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Ya da bir qədər ondan çox həm də aramla, ağır-ağır Qur’an oxu! Həqiqətən biz sənə ağır bir kəlam vəhy edəcəyik» («Muzzəmmil» 1-5). Qur’an kimi böyük bir feyzə nail olmaq üçün gecəni oyaq qalmaq lazımdır. Hamının rahatca yataqda uyuduğu bir zaman qalx və öz Allahınla danış. Gecəni sakit qəlbində qalx, Allahı çağır, Qur’anı gözəl oxu, kamillik məbdəsinə əl aç ki, ruhun əzəmətlənsin, ağır məs’uliyyətləri, böyük risaləti qəbul edə biləsən.

GECƏ NAMAZI

«Gecənin bir vaxtı durub ancaq sənən xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın» («İsra» 79). Bəyənilmiş məqama çatmaqda, yalnız haqqa bağlanmaqda gecəni oyaq qalmaq və gecə namazı qılmaq çox faydalıdır. Həzrət Peyğəmbər gecəni sübhədək fasilələrlə

səh:72

ibadətə məşğul olardı. Ola bilməzdi ki, o, gecəni sübhədək yatıb gecə namazı vaxtında dursun. O, azca istirahətlə ibadət edər, yorulduğu vaxt qısa fasilələr buraxardı.

«Peyğəmbər (s) işa namazı qıldıqdan sonra suyu və misvakı yaxında qoyub, üsütünü örtərdi. Azca yatıb oyanar, misvak edib, dəstəmaz alar, dörd rək’ət namaz qılıb, yatardı. Sonar yenə də qalxar, misvak edər, dəstəmaz alar, dörd rək’ət namaz qılar və yenə də yatardı. Sonra vətr namazına durardı» («Vəsailüş-şiə» 3-ci cild). Fəcrin tülusunadək dəfələrlə gecə namazına durar və oyaq qalardı. Uzun səcdələr və təsbihlər yerinə yetirərdi. Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis et» («İnsan» 26).

Həzrət (s) o qədər xülusla, qəlbən namaz qılardı ki, hər şeyi unudar, diqqəti yalnız Allaha yönələrdi. Rəvayət edilir ki, namaz zamanı həzrət o qədər ibadətə aludə olardı ki, sanki o, kimsəni, kimsə də onu tanımırdı. «namaza dayanarkən Allah qorxusundan rəngi qaçardı». Haqq qarşısında o qədər ədəblə, təvazö ilə dayanardı ki, kənara qoyulmuş libas tək hərəkətsiz olardı» (ərəbi 4-ci cild).

ORUC

Maddi ne’mətlərdən istifadə cismin hərəkəti üçündür. Beləcə, ibadət də ruhu qüvvələndirir. Din bu iki şey arasında tarazlıq yaradır. Bədənə qulluqla məşğul olan ruhu yaddan çıxarır və qarşısıalınmaz zərərlər gətirir. Cismi ifrat dərəcədə yaddan çıxarmaq da məzəmmət olunub. Bu diqqətsizlik röhbaniyyətdir və insanı əsil məqsəddən yayındırır. Dünya həyatını tərk edib, yalnız ibadətə uymuş Osman ibni Məğ’un haqqında həzrət Peyğəmbər (s) buyurur: «Bizim üçün röhbaniyyət – tərkidünyalıq yoxdur (qərarlaşmayıb)». Osmanın bu hərəkəti həzrətə (s) deyiləndə onu bu əməldən çəkindirərək buyurdu ki, mənim ümmətimin tərkidünyalığı Allah yolunda cihaddır. («Bəhar» 8).

Oruc orqanizm qüvvələrinin tarazlaşdırılması baxımından ruhun inkişafı üçün böyük rola malikdir. Oruc ehtiyacdan artıq qidaları tənzimləyir, ruhun diqqətini bəndəlik və pərəstişə yönəldir. Qüvvələrin tarazlaşması ilə ruh pərəstişi canlandırır. Ona görə də səmavi din buna layiqincə diqqət yetirir. Səmavi

səh:73

hökumətlərdə oruc əsas yerlərdən tutur və ruhun tərbiyəsi, təqvaya doğru hərəkətinə şərait yaradır. Bu işdə orta hədd – cismin qüvvələrindən istifadə etməklə ruhun paklanması Peyğəmbər (s) yoludur. O, yeyirdi ki, qüvvəli olsun və ibadət etsin. O, diri qalmaq üçün yeyirdi. O, yaşamaq üçün yeyirdi, yemək üçün yaşamırdı. Bu iki yanaşmada fərq çoxdur. O, iki gündən bir oruc tuturdu (?). Şə’ban və Ramazan aylarını ardıcıl oruc olurdu.

XÜŞU

Peyğəmbər (s) malik olduğu məqama baxmayaraq ilahi məqam və məaddan çox ehtiyad etmişdir. Qiyamət xəbəri çatanda səsini qaldırmış, çöhrəsi solmuşdur. Sanki qorxulu bir düşmənin hücum xəbəri gəlmişdir. Xəbər verilir ki, Allah qorxusundan o qədər ağlayırmış ki, özündən gedirmiş. («Bəhar» 10-cu cild). İlahi qorxudan o qədər göz yaşı axıdırmış ki, ətəyi islanırmış.

O, mə’sum olsada öz mə’rifəti səbəbindən daim özünü borclu bilirdi və qorxurdu. Allaha ən yaxın insan olsa da e’tiraf edərək deyirdi: «Biz Sənə məqamına laiq ibadət etmədik». Daim Allaha diqqəti olaraq buyururdu: «Xudaya bizi bir göz qırpımınca öz başına buraxma». («Bəhar» 14-cu cild). Allah özü Peyğəmbərin qorxusu haqqında xəbər verir: «Mən qorxuram ki, günah edərəmsə qiyamət günün əzabına düçar olum» («Nəhl» 50).

RƏSULULLAH (S) Və ZÖHD

Dünyaya bağlılıq insan fəziləti üçün qorxuludur. Bu tələlərdən qurtarmaq hər kəsin işi deyil. Əvvəla bu təhlükələri yaxşıca və vaxtında tanımaq lazımdır. Bundan əlavə nəfsə nəzarət bacarığı lazımdır ki, təhlükəni tanıdıqdan sonra onunla üz-üzə gələ biləsən. İnsanın iki çöhrəsi – maddi və ilahi çöhrəsi vardır.

Maddi çöhrə dünyapərəstdir və insanın ötəri ləzzətlərlə aldadır. Dünya həyatı və dünya malı təklikdə faydasızdır. «Taha» surəsində belə buyurulur: «Kafirlərin bə’zi zümərlərini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (gözünü dikmə)».

səh:74

O zamanki var-dövlət, övlad, minik, məskən, ailə kimi dünyaya bağlılıq təhlükə olur insanı çəkinməyə çağırıblar: «Dünyaya bağlılıq bütün xətər və günahların mənşəsidir» («Bəhar» 51-ci cild). O insan nümunə ola bilər ki, bu təhlükələrdən qurtula bilsin. E’tibarsız dünyaya diqqət edilməməlidir. Çünki dünyaya bağlı insan öz yersiz istəkləri ilə başqalarının hüququnu pozur. Zahid və dünyaya rəğbətsiz insan bu təhlükələrdən xilas ola bilər.

ZÖHD NƏDİR?

Zöhd o demək deyil ki, insan dünya ne’mətlərindən faydalanmasın. Çünki bu ne’mətlərdən düzgün istifadə qorxulu deyil. Allah bu ne’mətləri insan üçün yaratmışdır. Amma bu ne’mətlərdən düzgün istifadə etmədikdə Allah zikrinin unudulmasına səbəb olur və insan əbədi axirət həyatından xəbərsiz qalır. Din dünyaya bağlılığı qorxulu sayır. Dünya malından bircə xalçası olan insan bu xalçaya bağlanmaqla dünyagir olar bilər. Amma başqa biri malik olduğu böyük var-dövlətə bağlanmadığı üçün zahid insan ola bilər. Qur’an zahid insanı belə tanıtdırır: Zahid o kəsdir ki, dünya malı əlindən çıxanda təəssüf etməsin və əlinə dünya malı gələndə fərəhlənməsin. («Hədid» 23).

Zahid insanı onun ruhiyyəsi və həyatından yaxşıca tanımaq olar. Elə bir şey yoxdur ki, onu gizlətməy olsun. dünyaya bağlanmadan Allahdan halal ruzi istəyib çalışan adam dünya malını əldə etmək üçün gecə və gündüz bilməyən insandan tamam fərqlənir. İnsan vücudunun yönümləri çox vaxt uyğun gəlmir. İbadət və zöhd yarananda insan siyasi və ictimai qalmaqallardan uzaq dayanır. Digər tərəfdən siyasət meydanı özü də təbii şəkildə təqvadan uzaqlaşır. Zöhd və siyasəti bir araya gətirmək hər insanın hünəri deyil. Həzrət Peyğəmbər (s) bunların arasında ülfət yaratdı. Belə ki, ibadət mehrabında da onun məqamına abidlər, döyüş və siyasət meydanında qəhrəmanlar heyran qaldılar. Çətinliklər zamanı onun möhkəmliyindən dözümlülük, qüdrətli vaxtı onun səxvətindən əfv və bağışlama xəcalət çəkir.

Həzrət Peyğəmbər (s) siyasət döyüş meydanında ən zahid insan idi. Sadə yaşar, təm-təraqdan uzaq olardı. Onun evi

səh:75

barəsində nəql olunub: «Peyğəmbər (s) elə bir anda dünyadan köçdü ki, həsiri-həsir üstündən salmışdı» («Bəhar» 16-cı cild). Onun yeməyi barədə nəql olunub: «Buğda çörəyi yemədi, arpa çörəyindənsə doyunca meyl etmədi». «Dünyadan köçənə qədər süfrəsində arpa çörəyi oldu». («Bəhar» 16-cı cild). Onun evinin döşənəcəyi haqqında nəql olunub: «əba həzrətin xalçası idi!». Həzrət bütün vücudu ilə dünyadan üz döndərdiyini göstərdi. «Nəhcül-bəlağədə» yazılır: «Dünyanı kiçik və həsir sandı, bütün vücudu ilə ondan üz döndərdi. Dünyanın adını öz varlıq səhnəsindən sildi».

ZÖHDÜN TƏSİRİ

Zöhd və dünyaya e’tinasızlıq insani fəzilətlərin mənşəidir. Zahid insan zülm və təcavüzdən, Allah qarşısında üsyan etməkdən uzaqdır. Zöhd və dünyaya e’tinasızlıq insanı müxtəlif bəlalardan, təkəbbürdən, məqamətpərəstlikdən və digər pis sifətlərdən paklayır. Peyğəmbər müsəlmanların bütün işlərinə rəhbər olduğu zaman ən zahid bir insandır. Bütün şiələr onun əlindədir və istədiyi şəkildə istifadə edə bilər. Onun zöhdü hamı üçün, xüsusi ilə müsəlman rəhbərlər üçün bir örnəkdir. Peyğəmbərlərin zahidanə həyatı bəşəriyyət üçün nümunəvi ölçülərdir. Bu ölçü peyğəmbərdə elə bir şəraitdə zühur edir ki, bütün imkanlar onun ixtiyarındadır. Belə bir anda buyurur: «Mən öz risalətim müqavilində heç nə istəmirəm» («Şura» 23). Rəhbərlik şəraitində öz zahidanə həyatı ilə zəif insanlar arasında yaşayır. Bu onun xalq arasında sevilməsinin rəmzidir. Bu xüsusiyyət müvəffəqiyyət rəmzi olub, başqalarına tə’sir edir. Peyğəmbərlərin bu sayaq həyatı xalqın dilində gəzir. Bu işdə xalq özü hakimdir. Çünki bu zahidliyə özləri şahiddirlər və peyğəmbərlərdən din, həyat dərsi alırlar.

RUHANİLƏR PEYĞƏMBƏR (S) VARİSİDİRLƏR

Yuxarıda deyilənlər peyğəmbərlər və onların varislərinə aiddir. Ruhanilər isə peyğəmbər və varislərin canişinidirlər. «Din alimləri peyğəmbər canişinidirlər». («Üsule-kafi» 1-ci cild). Ruhaniyyət daim ümumi imkanlara malik olmuşlar. Bütün dövrlərdən bu imkan olsa da ondan düzgün istifadə edilməmişdir. Ruhaniyyət özü də kiçik faydalarla

səh:76

kifayətlənmişdir. Amma onlar layiqli peyğəmbər varisləri kimi xalqı cəzb etmiş, xalq da onları sevmişdir. Xalq onların dindarlığından ilaham almış, onların düzlüyünə inanmış, onların sadə həyat tərzinə şahid olmuşlar. Lakin bir dəstə qərbpərəst bu zahidanə həyatı onlara çox görmüşlər və öz zəhərli dişlərini onların sadə süfrəsinə sancmışlar. Onların haqqında böhtanlar demiş, onları din, düzlük alverində təqsirləndirmişlər.

Bu sözlər təzə söz deyil. Keçmişlərdə nəfs və ya avamlıq üzündən ruhanilər qınanmışlar. Ziyalılıqdan danışmış, özlərini mədəniyyət və siyasət yaradıcısı bilmişlər. Hansı ki, bu insanlar öz gözəl və iti qələmləri ilə əslində ilahi ne’mətlərə naşükürlük edirdilər. Axı ruhanilər Allahın əmanətini qorumuşlar. Onların arasında nöqsanlar olsa da bu nöqsanları dostcasına tənqid edib aradan qaldırmaq lazımdır. Acı söz və dildən isə heç bir nəticə gözləmək olmaz.

RƏSULULLAH VƏ SADƏLİK

İnsanda təbii cəhətdən kamillikləri özünə aid etmək istəyir var. Çox vaxt isə insan tamam puç şeyləri kamillik kimi başa düşür. Özündə bir kamal görəndə heyvani təkəbbür meydan sulayır: Mənim malım, mənim vəzifəm, mənim evim, mənim maşınım, mənim elmim, mənim telefonum, mənim.....Çünki bu insan özünü bütün işlərin başında görür. Bu sayaq mənəm-mənəmlik ruhiyyəsi bütün insanların daxilində gizli şəkildə var.

Qur’an bu ruhiyyəni təhlil edir: Musa (ə)-ın dövründə öz böyük var-dövlətindən sevinən tanınmış varlı Qarun deyirdi ki, mən bu var-dövləti öz elmimlə qazanmışam. («Qəsəs» 78). Bel bir ruhiyyə Allaha iman gətirməmiş insanlara aiddir. Onlar Allahı kamilliklərin mən’şəsi bilmirlər. Danışarkən daim «mən» və «biz» deyirlər. Allahı bütün ne’mətlərin sahibi bilən insan başqalarının yanında özünü sadə və təvazökar aparır. «Mən» sözünü dilinə gətirmir, öz üstünlüklərini gözə çəkmir, özünü başqalarından üstün tutmur.

Peyğəmbər (s) təvazö və sadəlik nümunəsidir. Çünki o ilahi kamilliklərin ifadəsidir və bütün insani dəfərlər onun şəxsiyyətində təcəssüm olunmuşdur. «Öz təvazö qanadını daim yaxınlarının ayağı altına at» («Şüəra» 215). O, özünü başqalarından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi. Bütün

səh:77

təbəqədən olan Allah bəndələri ilə təvazö ilə keçinərdi. Allah qarşısında da sadəliyi Allahın razılığı üçün idi. «Allahın razılığı üçün qullar kimi təmtəraqsız oturar və yemək yeyərdi». «Alçaqda əyləşər və oradada yatardı» («Bəhar» 16-cı cild). «Onun üçün hazırlaşmış oturacaq və yatağa eyb tutmazdı. Nə döşəsəydilər, onun üzərində yatardı. Əgər bir şey döşənməsəydi də torpaq üstünda yatardı» («Bəhar» 16-cı cild). «Təkyələnmiş halda yemək yeməzdi». «Libasını və ayaqqabısını özü tə’mir edər, ev işlərinə köməklik göstərərdi». «Yəhərsiz ulağa minər, tərkinə də adam mindirərdi» («Bəhar» 16-cı cild). Yoldan keçənlərə, hətta uşaqlara salam vermək adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi. «Quru yerdə qullarla yemək yemək, əli ilə qoyun sağmaq, bərk pambıq parçadan libas geymək, uşaqlara salam vermək onun qaydası idi». («Bəhar» 16-cı cild).

Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. Məgər bizim əksərimizdə belə eyblər yoxdurmu?! Müəyyən ictimai mövqeyə malik olan bir çoxları uyğun işləri özləri üçün eyb bilmirmi?! Çoxumuz özümüzdən maddi baxımdan aşağıda dayananlarla ünsiyyətdən sıxılmırmı?! Bütün bunlar heyvani hisslərə əyilmək deyilmi?! Peyğəmbər (s) kimi yer üzünün kamil bir insanı müxtəlif səviyyəli insanlarla sadədir. Zahirdən xoş tə’sir bağışlamayan bu ünsiyyətlər səbəbindən xalq kütlələri onun ətrafına yığışır. Bu hər zaman, hamıya nümunə olası səciyyələrdir və hamını da özünə cəlb edir.

RəSULULLAH (S) Və XALQLA YAXINLIQ

Cəmiyyətin rəhbərləri, xüsusi ilə də siyasi rəhbərlər xalqdan uzaq gəzirlər. Bir növ özlərini xalqdan yuxarı bilirlər. Bu uzaqlığın iki nöqsanı vardır. Bir tərəfdən bu uzaqlıq tərbiyədə mühüm rol oynayan səmimiyyəti aradan qaldırır. Digər tərəfdən qalqın rəhbərlərə öz dərdini deməyə ehtiyacı var. Əgər səmimiyyət olmasa rəhbərlər xalqın dərdini necə bilə bilər? Bu halda böyük bir nöqsan ortaya çıxır.

Üçüncü tərəfdən rəhbərliklə xalqın arasındakı səmimiyyət xalqı onlara bağlayır. Bu bağlılıq olduqda rəhbərlər və xalq birləşir. Həm xalq öz çətinliklərini asanlıqla deyir, həm də müdiriyyət tam agahlıqla öz işini yerinə yetirir. Bu vaxt xalq

səh:78

hökuməti müdafiə edir və müvəffəqiyyət üçün yol açılır. Xalqla rəhbərlik arasında fasilə artıqdca nöqsanlar da çoxalır.

Böyük ilahi peyğəmbərlərin, xüsuilə də həzrətin böyük müvəffəqiyyətlərindən bir xalqa səmimi əlaqədir. Peyğəmbərlər öz sadəliklərinə görə xəmi rəhbər olmuşlar. Ona görə də öz risalətlərinin icrasında daha çox müvəffəqiyyət qazanmışlar. Heç bir rəhbər bu qədər müvəffəq olmamışdır. Allah bu müvəffəqiyyəti tə’rif edir: «Salam olsun peyğəmbərlərə» («Saffat» 181).

Peyğəmbərlər arasında həzrətin yolu daha da aydındır. O, xalq arasından çıxmış xalqla birgə dayanan dini ictimai, siyasi bir rəhbərdir. Onunla ümmət arasında o qədər dərin bağlılıq vardır ki, onun ardıcılları bir parça eşq və əlaqədirlər. O, ən üstün insan olsa da, özünü xalqdan artıq bilmirdi. O, mö’minlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-taala da onun bu xasiyyətini tə’rif edir ki, xalqı bu sayaq dinləmək və xalqa bu sayaq e’timad göstərməyin mühakiməsi yoxdur. «Peyğəmbər sizi yaxşı dinləyir» («Tövbə» 61). Fərzanələr fərzanəsi olan peyğəmbərin başqalarının məsləhətinə və təcrübəsinə heç bir ehtiyacı olmasa da onların rə’yini qiymətləndirirlər, onlarla məşvərət aparardı. «Xalqın işlərində onlarla məşvərət et, amma qərar çıxaranda qəlbini Mənə tapşır» («Ali-imran» 159). Ardıcılları arasında ən dərin əlaqə yaradan ən səmimi rəhbər Rəsulullah (s) olmuşdur.

RƏHBƏRLİK EVİ

Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq çağıranda bu də’vəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bə’ziləri o qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu: «Ey mö’minlər, Peyğəmbərin də’vəti və icazəsi olmadan onun otağına daxil olmayın, də’vət ediləndə vaxtından əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız

səh:79

ona əziyyət verir. O, isə üzə vurmağa utanır» («əhzab» 53). Həzrət o qədər xoş rəftarlı idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi səfirlərdə rast gəlmək olardı.

RƏSULİLLAH (S) VƏ MƏS’ULİYYƏTLƏRİN QƏBULU

Peyğəmbərin həyatında nəzərə çarpan digər bir xüsusiyyət onun məs’uliyyəti qəbul etməsidir. Axı insanda rahatlığa bir meyl var. O, məs’uliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır. Əlbəttə ki, çoxları ictimai və siyasi məs’uliyyəti öz istəklərini həyata keçirmək üçün qəbul edirdilər. Hansı ki, ilahi və insani dəyəri olan məs’uliyyətin qəbulu ilahi razılıqdan ötrü başqalarına əl tutmaq üçündür və nəfs bu işdən qaçır. Cəmiyyətə rəhbərlik peyğəmbərlərin öhdəyə götürdüyü çox böyük məs’uliyyətdir. Bu məs’uliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə, müxtəlif xalifətlərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məs’uliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar. Cəmiyyətdən zülmün əlini kəsmək və onu nizama salmaq kiçik iş deyil. Bu işin icrası üçün böyük dözüm və məs’uliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Qur’an onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın e’tiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məs’uliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, mö’minlərə rəuf və mehribandır» («Tövbə» 128). «İnadkar günahkarların hidayətinə nə qədər çalışsan və sə’y göstərsən də qəbul etməyəcəklər» («Nəhl» 37). O, hətta azğın inadkarlar və düşmənlər üçün də çalışırdı. Onları cəhənnəm odundan qurtarmaq istəyirdi. Həzrət o qədər çox çalışır ki, Allah onu özünü zəhmətə salmamağa çağırır. «Qur’anı sənə nazil etmədik ki, özünü bu qədər zəhmətə salasan» («Taha» 1).

səh:80

Həzrətin bu yolu onun ardıcılları üçün çox böyük bir də’vətdir. Özünü müsəlman adlandırıb vəzifəyə gəldikdə səhlənkarlıq edənlər bu yoldan dərs almalıdırlar. Peyğəmbərin yolu beləcə nümunə olmalı, cəmiyyəti hərəkətə gətirməlidir. Bu yolun qiyməti o zaman bilinər ki, insanlar peyğəmbərin ilahi razılıqdan başqa əvəz gözləmədiyini bilsinlər. Ona də heç bir nəfs istəyir müşahidə edilmir. Ona görə də cəmiyyətdə bu yolun çox böyük bir tə’siri var.

RƏSULULLAH (S) VƏ DÖZÜMLÜLÜK

Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi məqsədlərə mane olur. «Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar çaşqınlıq yaratmağa çalışır. Bu daim insan və cin şeytanların hədəfi olub. Bu fitnələrə qarşı çıxmaq üçün mübariz və möhkəm bir ruhiyyə lazımdır. Düşmənin mədəni, təbliği və nizami hücumları qarşısında möhkəm dayanmaq, çətinliklərdən qorxmamaq gərəkdir. Düşmən ifşa edilməli, onun fitnələri öz əleyhinə tamamlanmalıdır. Dinin yüksəliş haqq qüvvələrin fədakarlığı ilə mümkündür.

Peyğəmbər (s) Mədinəyə hicrət edəndə müsəlmanlar qüdrətə çatdılar. Onun göstərişi ilə əbu Süfyanın ticarət karvanını tutmaq üçün Mədinədən çıxdılar. Burada məqsəd ələ qənimət keçirilməsi idi. Lakin Allah-taala elə müqəddər etdi ki, müsəlmanlar Məkkədən karvanı qarşılamaq üçün gəlmiş silahlı dəstə ilə qarşılaşdılar və vuruş başladı. Bu vuruşda müsəlmanlar əzəmətə çatdılar və əbu Cəhəl, Utbə, Şəybə kimi Qüreyş başçıları xar oldular. Təqribən yetmiş nəfərin ölümü və bir o qədərin də əsir olması ilə kafirlər acı bir məğlubiyyətə uğradılar.

Peyğəmbər (s) və müsəlmanların bu fədakarlığı islamın əzəmətinə və haqqın qələbəsinə səbəb oldu. Allah-taala cəbhədə mətanət ətası ilə dinə yardım edir. «Yada sal o zamanı ki, Allah iki karvandan birini sizə və’də verdi. Siz silahsız bir karvanla qarşılaşmaq istədiniz. Lakin Allah haqqı möhkəmlətmək və kafirlərin kökünü qorparmaq istədi» («ənfal» 7). Ona görə də

səh:81

sizi silahlı karvanla qarşılaşdırdı. Allah-taala mö’cüzə ilə də kafirləri məhv edə bilərdi. Lakin insanların imtahanı üçün bu iş onların əli ilə həyata keçməli və onların dözümlülüyü aşkara çıxmalıdır. Din haqq qoşununun dözümü ilə əbədidir. «əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, sövmələr, kilsələr, mə’bədlər, Allah adı zikr edilən məscidlər uçulub dağılmışdı» («Həcc» 2).

Din müdafiə və cihadla möhkəmlənər. Qur’an düşmənlə qarşılaşmaq üçün möhkəm dözümlü olmağı tapşırır. Dözümlülük olmasa, ilahi hədəflər həqiqətə çevrilməz. «Polad iradəli peyğəmbərlər kimi səbr et» («əhqaf» 35). «Mə’mur olduğun kimi müqavimət etməlisən» («Hud» 11-ci cild).

Rəsulullah (s) Allahın göstərişi ilə ilahi məqsədlər uğrunda o qədər mübarizə apardı ki, ondan tez qocalmasının səbəbi soruşulanda buyurdu: «Hud» surəsinin müqavimət göstərişi verən ayəsi və «Vaqeə» surəsi məni qocaltdı. («Nurus-səqəleyn» 2-ci cild). Həzrətin (s) həyatı və mübarizəsi hamı üçün haqq yolda mübarizə dərsidir. Rəsulullah (s) düşmənin fitnələrinə, yeni quruluşun çətinliklərinə, cəbhə və cihadın çatışmazlıqlarına, yaxınlarının ölümünə, vətənin fərağına o qədər dözdü ki, dözümün fövqünə yetdi. Bu Qur’anın göstəriş verdiyi həmin gözəl səbrdir. «Kafirlərin əziyyətlərinə mətanətlə səbr et» («Məaric» 5).

RƏSULULLAH VƏ FƏDAKARLIQ (TƏHLÜKƏLƏRİN QƏBULU)

Böyük məqsədlər yolunda böyük də təhlükələr olur. Bir qism insanlar bu təhlükələrdən qorxurlar. Təhlükələr qoynunda böyümüş cəsur insanlar isə böyük və təhlükəli məs’uliyyətləri qəbul edirlər. Hədəflər böyüdükcə təhlükələr də böyüyür. Peyğəmbərlər cəmiyyətdə ən böyük e’tiqadi və ictimai-siyasi dəyişikliklər yaratmışlar. Sözsüz ki, ən böyük müxalifliklər və vuruşmalar da onların qarşısına çıxmalı idi. Çiynində bəşəri risalət yükü olan peyğəmər e’tiqadi və siyasi yönümdən dərin dəyişikliklər həyata keçirdi. Bu yolda böyük təhlükələrlə qarşılaşdı. Məkkədəki on üç ildə düşmənin istehza və acı sözlərindən əlavə «Ləylətül-mobit» kimi bir fitnən peyğəmbəri izləmişdi. Həzrət (s) bütün bunlardan qorxmadı.

səh:82

Mədinədə olduğu on ildə şəxsən başçılıq etdiyi 27 və 50 döyüş baş verdi. Özünün başçılıq etdiyi bə’zi döyüşlər xüsusi ilə təhlükəli idi. Bədr, Ühüd, əhzab, Xeybər, Hüneyn kimi döyüşlərdən həzrətin (s) mətanəti və ətrafdakıların vəfadarlığı olmasaydı, yeni yaranmış islam cəmiyyəti süqut edə bilərdi.

Həzrət (s) Allahın buyurduğu ilə ən qorxulu təhlükələri də qəbul etməli idi: «Allah yolunda vuruş, səndən başqası bu işə vəzifəli deyil» («Nisa» 84). «Həzrət (s) özündən əvvəl və özündən sonra kimsənin məs’ul olmadığı bir vəzifəyə məs’ul oldu» («Nurus-səqəleyn» 1). Çünki kimsə bəşəri bir risalətə məs’ul olmamışdır. Elə ona görə də ən böyük təhlükə ilə qarşılaşmalı idi. O, adi bir qoşun başçısı deyildi ki, kənarda dayanıb əsgərlərə «irəli» əmrini versin. O, döyüşün ən qanlı ocaqlarında düşmənə qarşı şəxsən döyüşürdü.

O, cəbhənin ön xəttində idi. Öz şücaətləri ilə düşməni qorxudan mübarizlər çətin məqamlarda həzrətə sığınırdılar. Əli (ə) buyurur: «Elə ki, düşmənlə üz-üzə gəldik və döyüş çətinləşdi, həzrətə sığınırdıq». Bədr, Hüneyn, Xeybər fatehi əli (ə) e’tiraf edən zaman digər döyüşçülərin halı aydın olur. Bir həqiqət aydın olur ki, heç bir insan ilahi məqsədlərin həyata keçməsində peyğəmbər tək özünü təhlükəyə salsın.

«ən çətin günlərdən olan Bədr günündə biz peyğəmbərə sığınardıq və o, düşmənə hamıdan yaxın olardı». «Düşmənlə üz-üzə dayananda və döyüş qızışanda peyğəmbərə sığınardıq, düşmənə ən yaxın peyğəmbər olardı».

Ühüd döyüşəndə peyğəmbərin əmrindən çıxandan sonra əksər müsəlmanlar qaçdılar. Peyğəmbərin ətrafında çox az adam qaldı. «Müsəlmanların məğlub olduqları bu döyüşdə peyğəmbər və onun ətrafında əli, Təlhə, Zübeyr qalmışdı». («Tarixe Yə’qubi» 1). Cəmiyyətdə böyük ilahi məqsədləri həqiqətə çevirən peyğəmbərin fədakarlığı idi. Bu fədakarlıq o qədər tə’sirlidir ki, misli görünməmişdir. Bu həmin cahil bütpərəst və alçalmış müvəhhid xalqdan tərbiyələnmiş üsul idi. Peyğəmbərin özünü təhlükəyə atması haqq yolda dözüm göstərən ardıcıllar üçün nümunə idi. «Məhəmməd Allahın elçisi və onun tərəfdarları kafirlərə qarşı barışmazdır».

əlbəttə ki, özünü təhlükəyə salmaqla yanaşı həzrət qorunma tədbirləri də görürdü. Çünki peyğəmbər kimi bir şəxsiyyətin

səh:83

vücudu düşmənin süqutu və haqqın qələbəsi üçün olduqca dəyərli idi. Bu qorunma həm də başqalarına lazım idi. Təhlükəni qəbul etmək dedikdə nəzərdə bu tutulur ki, şücaətli ruhiyyə ilə qəti mövqeyə malik idi və öz mövqeyinin təhlükələrini qəbul edirdi. Bununla yanaşı düşmənin ona qarşı fitnələrindən həmişə xəbərdar idi.

RƏSULULLAH (S) SƏ’YLƏR VƏ QURUCULUQ

Zöhd haqqında danışılanda aydın oldu ki, zöhd vəzifədən qaçıb bir guşədə süst dayanmaq deyil. Bir guşəyə çəkilib, quruca ibadətlə məşğul olana zahid deyilməz. Zöhd haqqında belə bir fikir yanlışdır. Zöhd dünya malına bağlı olmamaqdır. Ona görə də çalışqan, həm də zahid ola bilər. Bu ilahi bir göstərişdir. «O həmin Allahdır ki, torpağı sizin üçün ram etdi. Lakin halal ruzi qazanmaq üçün onun çiyinlərinə süvar olmalısınız» («Mulk» 15). Çalışın, sə’y göstərin, qurun, əkin-becərin, heyvandarlıq edin, mə’dən çıxarın və s.

Peyğəmbər (s) həm ən zahid, həm də ən çalışqan insan idi. O, çalışaraq cəmiyyətin ictimai rəhbərliyinə yüksəlmişdi. Qur’an onun çalışqanlığını belə yad edir: «Gün uzunu çox get-gəlin var» («Muzzəmmil» 7). Gün uzunu çalışmaq onun rahatlığını əlindən almışdı. Hətta istirahət üçün macal da tapmırdı. («Bəhar» 16). Dini göstərişdə deyilir ki, əgər qiyamət qopacaqsa, bacarırsınızsa sizlərdən birinizin əlində olan ağac nihalını əkməlisiniz və bilin ki, mükafatınız olacaq. Bu göstəriş quruculuq haqqındandır. İmamların bağçılıq və əkinçiliyi, əlinin (ə) Kufə kənarında quyular qazması dilbədil gəzir.

Zöhd də’vət edən din deyir: «Hər kəs öz əl zəhməti ilə dolanışığını tə’min etsə, Allah yolunda vuruşan adam kimidir» («Vəsail» 12). Həmin din deyir: «Hər kəsin torpağı və suyu ola-ola başqasına möhtac olsa, Allahın rəhmətindən uzaqdır» («Vəsail» 1-ci cild). Müsəlman öz zəhməti və birliyi ilə ruzi qazanmalı, başqalarına möhtac olmamalıdır. Bu quruculuq işlərinə göstərişdir. İslam ümməti hər cəhətdən özünü tə’min etməyə sövq edilir. Bu yolda din rəhbərləri nümunə seçilməlidir.

Rəsulullahın (s) həyatının müxtəlif məqamları araşdırılanda aydın olur ki, həzrət (s) ibadət və şəxsi işlərdən qalan vaxtını ya idarə işlərinə, ya cəbhəyə, ya hakimliyə, ya risalətin e’lanına sərf

səh:84

etmişdir. Onun bəhrəli həyatının bir anı da səmərəsiz keçməmişdir.

RƏSULULLAH (S) AĞIL NURU VƏ GÜZƏŞTƏ GETMƏ

Qeyd olundu ki, böyük məs’uliyyətlərə dözmək üçün insanda böyük dözüm, tutum lazımdır. Rəsulullah (s) məs’uliyyəti isə ən çətin ictimai, siyasi və icrai məs’uliyyət idi. Çünki bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məs’uliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Ona görə də cəmiyyətə rəhbərlik məs’uliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Qur’an kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.

Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir. «Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur. O, istədiyinə əzab verir, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir» («Maidə» 40).

Peyğəmbərin (s) həyatı həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir. Peyğəmbər (s) ilahi göstəriş əsasında bağışlamağı əsas götürmüşdü: «əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («ə’raf» 199). «Onların səhvlərini

səh:85

bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bəhar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi və ona qarşı çoxlu səhvlər buraxılırdı. O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə lazım gələndə bağışlayardı.

əbu Süfyan bir ömür peyğəmbərlə düşmənlik etmiş, onun əleyhinə Ühüd, əzhab kimi döyüşlərə rəhbərlik etmişdi. Hətta Mədinədə də müsəlmanlara qarşı fitnələr qurmuşdu. Düz iyirmi il islamla düşmənçilik etmişdi. Hicri səkkizinci ildə Məkkə fəth edildi və bütpərəstlər süquta uğradı. Küfr başçıları peyğəmbərin hakimiyyəti altına düşdülər. Onların hər biri peyğəmbərin onlara qarşı necə rəftar edəcəyini gözləyirdilər. Bir dəstə insan «Bu gün döyüş və intiqam günüdür» şüarını verəndə peyğəmbər tərəfindən «Bu gün rəhmət günüdür» buyuruğu ilə ümumi əfv e’lan olundu. Düşmənlərə «gedin hamınız azadsız» deyildi. Bu ümumi əfv e’lan olunanda artıq əbu Süfyandan bir qorxu yox idi. Bu bağışlama çoxlarının qəlblərini yumşaltdı və ilahi dəyərlərə rəğbətləndirdi. Bu bağışlama məqamını seçmək rəhbərdən böyük düşüncə tələb edir. «əfv daim insanın izzətinə səbəb olur» («Üsuli-kafi» 1-ci cild). Əlbəttə ki, bu bağışlama yersiz deyildi.

Peyğəmbər (s) əmisi Həmzənin qatili Vəhşini Məkkənin fəthindən bir müddət sonra bağışladı. Ona buyurdu: «Mənim gözümə görünmə». Aydındır ki, Vəhşi çox böyük cinayət etmişdi və onu bağışlamaq həzrət üçün çox çətin idi. Həzrət (s) Taif döyüşü əsirlərindən altı min nəfərini bir dəfəyə bağışladı. Bütün bu güzəştlər insanların qəlbinə tə’sir edirdi və daim onun əzəmətini ucaldırdı. Siyasi və ictimai rəhbərlikdə ondan nümunə götürülməlidir.

AĞIL NURUNUN SƏMƏRƏSİ

Doğru bir müdiriyyət və rəhbərlik yaratmaq üçün insanın tutumu, ağıl nuru mühüm rol oynayır və xeyli səmərəlidir. Ağıl nuru müxaliflərin və biganələrin haqqa yaxınlaşmasına, fikir

səh:86

oyanışına səbəb olur. Ağıl nuru və müdrik baxış başqalarını dəyərləri qiymətləndirməyə, quruculuğa həvəsləndirir. Rəhbərin ağıl nuru onu səmərəsiz fəaliyyətlərdən çəkindirir, ictimai qüvvələrin təşkilinə səbəb olur. Bu xüsusiyyətlərə görə insanların büdrəmələri bağışlanır. Nəhayət, ağıl nuru təxribatın və qüvvə itkisinin qarşısını alır, qüvvələri mütəşəkkil formada hədəfə doğru yönəldir.

RƏSULULLAH (S) MÖHKƏMLİK VƏ QƏTİYYƏT

Qeyd olundu ki, gözəl əxlaqın ölçüsü ilahi sifətlərdir! «O insan gözəl əxlaq və nümunəvi həyata malikdir ki, ilahi sifətlərlə bəzənsin». Peyğəmbər (s) bir nümunəvi insan, ilahi sifətlərin ifadəsi idi. Allah-taala bağışlayan və mərhəmətli olmaqla yanaşı, həm də böyük əzab sahibidir: «Bəndələrimə xəbər ver ki, Mən, həqiqətən bağışlayan və rəhm edənəm! Eyni zamanda əzabım da çox şiddətlidir» («Hicr» 49-50).

Peyğəmbər (s) ilahi sifətlərin, «kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətli» ayəsinin ifadəsidir. O, lazım gələndə mərhəmətli bir insan olduğu kimi, bə’zən də aşkar qətiyyət göstərirdi. Əgər həzrət (s) əbu Süfyanı bağışlayırdısa, demək, artıq əbu Süfyan qorxulu deyildi. Hansı ki, onun bağışlanması bir çox müşriklərin islama qayıtmasına səbəb oldu. Amma elə ki, qətiyyət göstərilməsi daha səmərəli olur, bu vaxt həzrət (s) tərəddüd etmədən qətiyyət göstərir.

Əgər dində qılınc vardırsa, uyuğun şəraitdə işləməlidir. Bu qılınc insan öldürmək üçün deyil. Din qılıncı cərrah bıçağı tək paklana bilməyən və başqalarını da paklanmağa qoymayan çirkinlikləri kəsib atır. «əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, onların başçıları ilə vuruşun» («Tövbə» 12). «Ey Peyğəmbər, kafirlər və münafiqlərlə cihad et, onlarla tünd rəftar et» («Təhrim» 9). Bu qətiyyət və tündlük küfr və nifaqa qarşıdır. Rəsulullah (s) zərurət zamanı bu göstərişlərdən istifadə edir və küfr başçıları ilə sərt rəftar edərdi.

Rəsulullah (s) Məkkənin fəthi zamanı Əbdüllah ibni Sə’d, Əbdüllah ibni Xətl, Fərtəna, Qərəynə, Həvirəs ibni Nəqid, əkrəmə, Həmzənin qatili Vəhşi kimi fitnəkarların qətlin göstəriş

səh:87

verdi. Eyni zamanda ümumi əfv e’lan olunmuşdu. Tarixə əsasən Bəni-qərizə döyüşündə düşmədən altı və ya yeddi yüzünü şəhər meydanında boynu vuruldu. Hansı ki, Peyğəmbər (s) altı min əsiri birdəfəyə azad etmişdi.

Hicaz yayının şiddətli istisində, eləcə də iqtisadi çətinlik şəraitində Peyğəmbər (s) öz ümmətini rumlularla Təbuk döyüşünə hazırladığı bir vaxtda bir dəstə münafiq müxtəlif bəhanələrlə xalqı döyüşdən çəkindirir. «Deyirlər ki, yayın bu istisində cəbhəyə getməyin. De ki, cəhənnəmin istisi daha yandırıcıdır» («Tövbə» 81). Bir dəstə münafiq bir yəhudinin evində toplanaraq müsəlmanları döyüşdürməkdən çəkindirmək üçün yol axtarırdılar. Həzrət (s) bu qurğudan xəbər tutur. Təlhə ibni Übeydullahı bir dəstə adamla göndərir ki, həmin evi oda çəksinlər.

Döyüşə hazırlıq getdiyi bir vaxtda münafiqlər təfriqə salmaq üçün məscid tikməyə başlayırlar. Məscid tikiləndən sonra onun açılışı üçün Peyğəmbəri də’vət edirlər. Həzrət (s) döyüşə hazırlıq görüdüyü üçün üzürlü olduğunu söyləyir. Təbuq səfərindən sonra yolda ikən Allah-taala Peyğəmbəri agah edir ki, həmin adamların məqsədi məscidi tikmək yox, təfriqə mərkəzi yaratmaqdır. «Müsəlmanlar arasında təfriqə salmaq, Allah və Peyğəmbərlə vuruşmaq üçün məscidi seçənlər and içirlər ki, məscidi tikməkdə xoş məqsədimiz var. Allah and içir ki, onlar yalan deyirlər» («Tövbə» 107).

Özünüz fikirləşin, münafiqlər dini mərkəzi hansı məqsədlə tikirdilər və Allah-taala hansı səbəbləri göstərir – küfr, təfriqə mərkəzi və Allaha, Peyğəmbərə qarşı müharibə ocağı. Hətta xalqı aldatmaq üçün açılış mərasiminə həzrəti də də’vət edirdilər. Həqiqətən Peyğəmbər özü onların işini bəyənir. O zaman ki, onların alçaq niyyətindən xəbər tutur, göstəriş verir ki, məscid sökülsün.

Bütün bunlar Peyğəmbərin kafirlər və münafiqlərə qarşı qətiyyətini göstərir. Məscid adı ilə fitnə mərkəzi tikənlərin kökünü kəsir. Peyğəmbərin kafirlərlə belə rəftarı böyük dərsdir. İslami ümmət üçün, xüsusi ilə islami rəhbərlər üçün deyilənlər nümunədir. Bu üsul islam ümmətini birləşdirir yeni rəhbərlik üsulu ortaya çıxardır. Peyğəmbərin (s) bu qətiyyətinin tə’siri ilə müsəlman ümmət birləşir və tam qüdrətlə dünya kafirləri ilə üz-

səh:88

üzə gəlir. Həzrət bir çox rəhbərlərə məktub göndərərək onları həqiqətin qəbuluna çağırır. Hətta o dövrün zorluları olan Rum və İran imperatorlarına yazır ki, ya haqqı qəbul edib islama gəlin, ya da sizinlə vuruşacağıq. Bu nümunələrdən aydın görünür ki, islam rəhmət dini olsada, heç vaxt fəsada qarşı yumşaqlıq göstərmir. İmkan verilir ki, münafiqlər müsəlmanlara hakim olub, onların azadlığını hədələsinlər.

RƏSULULLAH (S) VƏ ƏDALƏTİN MÖHKƏMLƏNMƏSİ

Peyğəmbərin həyatında aydın görünən ictimai əsaslardan biri insanların hüquqlarına riayyət və ədalətin gerçəkləşməsidir. O, çox sə’y göstərirdi ki, ilahi quruluş çərçivəsində, ictimai münasibətlərdə kimsənin ən kiçik hüququ belə pozulmasın. Haqların qorunması ilə ədalətin möhkəmləndirir. Çünki ədalətin əsil mə’nası insan haqlarının qorunmasıdır. Ədalət bu deyil ki, hamı eyni imkana malik olsun. Bir insan imtiyaza malik olduğu üçün daha artıq hüquqa malik ola bilər. Bu halda bərabərlik yaratmaq özü də zülmdür. Məsələn, sinifdə müxtəlif şagirdlər iştirak edir. Əgər müəllim şagirdləri müxtəlif hazırlıqlarına görə fərqli qiymətləndirirsə bu özü ədalətdir. Amma fərq qoymadan hamını eyni cür qiymətləndirmək zülümdür. Mümkündür ki, imtiyaz olmadıqda bərabərlik ədalət ölçüsü olsun. bu hala Peyğəmbərin həyatında da təsadüf edilir. Həzrət məclisdəkilərə baxarkən öz nəzərlərini bərabər bölərdi.

«Rəsulullah (s) öz vaxtını əshab arasında bərabər bölər və hamıya eyni cür baxardı». Lakin ləyaqət və xidmət baxımından həzrət bu keyfiyyətləri ədalət ölçüsü götürərdi. Həzrətin xidmətinə təam gətiriləndə onu bütün süfrədə oturanalara bərabər bölərdi. Lakin bu təam hamıya çatmayacağı təqdirdə onu daha çox ehtiyacı olanlara verər və başqalarından üzr istəyib, buyurardı: «Daha çox ehtiyaclı olduqları üçün onlara verdim» («Bəhar» 16). O, öz risalətinin icrasında çalışar, ögey münasibət göstərməz, kimsənin hüququn pozmazdı. Müsəlmanların işləri, beytül-mal onun ixtiyarında idi və bu büdcə tə’yinatı üzrə sərf olunmalı idi. Həzrət (s) çalışırdı ki, ehtiyaclı insanlar varkən pul yerdə qalmasın.

səh:89

Həzrət (s) hansısa bir ehtiyaclını ona müraciət etməsini gözləməzdi. Özü belələrini arayıb-axtarardı. «Hara xərclənməsi bilinməyən bir pul olanda və gecə düşəndə həzrət (s) ehtiyaclı bir adam tapmayınca evə qayıtmazdı». Hüquqların tə’mini üçün həzrətin bu qədər çalışması öyrədir ki, cəmiyyətə rəhbərlik edən şəxsin öhdəsinə necə böyük bir məs’uliyyət düşür. Həzrət (s) xalqa tapşırardı ki, fəryad çəkməyə gücü olmayanların istəklərini ona çatdırsınlar. «Öz ehtiyaclarını bildirməyə qadir olmayanların istəklərini mənə çatdırın» («Bəhar» 16).

Bu elə bir me’yarın təcəllisidir ki, heç bir məramda yoxdur. Bu elə bir məramdır ki, başqalarına laqeyil olanları dindən kənar e’lan edir. «Müsəlmanların işlərini qaydaya salmaq barədə düşünməyən kəs müsəlman deyil» («Üsule-kafi» 2-ci cild). Həzrət (s) beytül-mala elə nəzarət edirdi ki, oradan bir iynə də itməsin. Hüneyn döyüşündə müsəlmanlar xeyli qənimət ələ keçirdilər. (İyirimi dörd min dəvə, qırx min qoyun və s.). Əqil ibni Əbu Talib icazəsiz olaraq bir iynə götürmüşdü. Birdən nida olundu ki, hər kəs qənimət nə götürübsə, geri qaytarsın, hətta iynə də olmuş olsa. Əqil iynəni həzrətə verdi o, da alıb qənimətin üstünə atdı. Həzrət yanındakı dəvənin tükündən qoparıb, xalqa göstərərək buyurdu: «Mənim qənimətdən, hətta bu tükdən payım beşdən birdir». Həzrət ümumi büdcəyə belə məs’uliyyətlər yanaşardı.

Həzrət (s) vəfatı ilə nəticələnən xəstəlik zamanı xəbər tutur ki, ixtiyarında bölüşdürülməmiş bir neçə dirhəm qalır. Adam göndərdi pulu gətirtdi. Lazımı şəkildə böləndən sonra özünə müraciətlə buyurdu: «əgər bu pullar öhdəndə qala-qala Allahın görüşünə getsəydin, nə olardı!»

Həmin xəstəlik halında dəfələrlə məsciddə söhbət etmiş, xalqdan hallıq istəməşdi. Onlara buyurmuşdu ki, «hər kəsin məndən bir tələbi varsa qoy bu dünyada tələb etsin. dünyadakı qisas axirətdəkindən asandır». Bu vxat Səvadə ibni Qeys qalxıb deyir ki, Taif döyüşündən qayıdarkən dəvəyə vurduğun çubuq mənə dəydi. Həzrət (s) bu şəxs haqlı olmasa da (çubuq bilərəkdən dəyməmişdi) qisas üçün hazır olduğunu bildirdi.

səh:90

HƏDİYYƏLƏR

əlbəttə ki, Peyğəmbərin (s) beytül-malı bölməsi və bə’zilərini islama həvəsləndirmək üçün hədiyyələr verməsi uyğun əsasa nöqsan gətirmir. Çünki beytül-malın ixtiyarı müsəlmanların rəhbərinin əlindədir. Bu rəhbər müsəlmanların xeyri və dini yayılması üçün pul sərf edə bilər. Bu qərarların ədalətə zidd olmayan me’yarı vardır. Hüneyn döyüşündə ələ keçən qənimətin bölünməsində həmin fərq aydın görünür. Necə ki, götürülümüş iynə beytül-mala qaytarıldığı bir zamanda əbu Süfyan, Müaviyə, Hikəm ibni Hizamın hər birinə yüz dəvə bağışlanır. Hətta bə’zi qənimətlər yalnız mühacirlər arasında bölüşdürülür. Ənsara ayrılmaması e’tiraza səbəb olur. Necə olur ki, qılıncından qan çilənənlərə pay ayrılmır? Həzrət buyurur: «Gözünüzü qoyuna, dəvəyə dikmişsiniz? Sizin üçün bəs deyilmi ki, hamı evinə qoyunla, dəvəylə qayıtdığı halda, siz evinizə Rəsulullahla (s) qayıdırsınız?!» («Sireyi ibni Hişam» 5).

Bə’zi acıdil münafiqlər bu bölgüyə görə həzrəti ədalətsizlikdə günahlandırdılar. Həzrət (s) narahatlıqla bildirdi ki, məndən ədalət yoxdursa, bəs kimdə var?! Rəhbər öz məsləhətinə uyğun beytül-malı islam və müsəlmanların xeyriən sərf edirsə, e’tiraz üçün yer qalmır. Beləcə, Rəsulullah (s) hökumətində risalətin digər mühüm hədəfi olan xalqın ədaləti gözləməsi kamil surətdə gerçəkləşdi.

RƏSULULLAH (S) VƏ İNSANPƏRVƏRLİK

İnsanın daxilində iki meyl mövcuddur – fitrətin nura doğru meyli və insan təbiətinin hakimliyə, düşmənçiliyə meyli. İnsana daxildən və xaricdən bu iki meyl yol göstərir. Daxildən ağıl və xaricdən Allah-taala və peyğəmbərlər onu fəzilətə səsləyir. Beləcə, daxildən nəfs və xaricdən ins-cinn şeytanlar onda vəsvəsə yaradır. «Şəms» surəsində buyurulur: «Günah və təqvanı tanıma insanın daxilində qoyulmuşdu.

İnsanlar arasında düşmənçilik toxumu səpən insanın özünəpərəstiş təbiətidir. Əksər təfriqələrin səbəbi həmin bu səbəbdir. Bəşəri ixtilafların iki səbəbi vardır: Birincisi əqidələr, ikincisi hüquqlar arasındakı fərqlərdir. Hər iki yönümdə insanın özünəpərəstişi mühüm rol oynayır. Bu ixtilaflarda hakim

səh:91

peyğəmbərlərdir. Peyğəmbərlər meyllərin tarazlığına müvəffəq olduqları üçün cəmiyyəti qurmaq iqtidarındadırlar. Onlar özünsevər bir cəmiyyətdən insanpərvər cəmiyyət tərbiyə edirlər. Peyğəmbərlər özbaşnalığı cilovlamaqla fitrəti çiçəkləndirdilər. Fitrətin bərəkətindən cəmiyyətdə təravət və səmimiyyət yaranır. İxtilaflar ardan qalxır, hətta müəyyən hallarda ziddiyyətlər yaransa da, peyğəmbərlərin həqiqi hakimliyi ilə ortadan götürülür. Ona görə də peyğəmbərlərin cəmiyyəti fəzilət, sədaqət, əmanətçilik, insanpərvərliyin əks olunduğu bir cəmiyyətdir.

Bu həqiqəti Rəsulullah (s) ən gözəl şəkildə əks etdirdi. Düşmənçilik və qarətçiliklə fəxr edən mədəniyyətsiz, cahil və cəmiyyətdən mütəşəkkil, insanpərvər, səmimi bir ümmət təşkil edildi. İlk ildən alovlanan müharibələr alovu söndürüldü.

Peyğəmbər (s) vəhy göstərişləri əsasında qurduğu mütəşəkkil cəmiyyətin misli bəşər tarixində görünmür. Bu elə bir tarixdir ki, dirsəyədək qana batan düşmənlər əl-ələ verib dost olurlar. Müqavilə bağlanır ki, qardaşcasına dini müdafiə etsinlər.

Peyğəmbər (s) insanları tərkidünyalıq və özünəpərəstişdən həyata və insanpərvərliyə çağırdı. «Hamınız birlikdə Allahın ipindən yapışın, təfriqə yaratmayın» («Ali-imran» 103).

Peyğəmbərin (s) qurduğu cəmiyyət qeyri-müsəlmanlara hörmət qoymaqla yanaşı müsəlmanları birliyə, qardaşlığa çağırırdı. «Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-imran» 200). Mənsəbpərəst bir cəmiyyətdən isarlı, mərhəmətli bir cəmiyyət yarandı. «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar» («Həşr» 9). Müsəlmanlar bir ailənin üzvü bildirilir və buyurulur ki, «mö’minlər bir-birləri ilə qardaşdırlar» («Hücərat» 10).

Mö’minlərin cəmiyyəti bir ruhun hakim olduğu bədən üzvləri kimi tanıtdırılır. Birlik, insanpərvərlik, müsəlmanlara qayğı dini bir vəzifə kimi bəyan olundu.

Peyğəmbər (s) islami ümməti parçalaya biləcək təfriqələr haqqında xəbərdarlıq etdi. Buyurdu ki, hər kəs təfriqə yaradarsa, iman və’dəsini yerə salmışdır. («Bəhar» 27).

Rəsulullah (s) bütün mühacirlər və ənsar arasında rəsmi şəkildə qardaşlıq müqaviləsi bərqərar oldu. dini göstərişlərin

səh:92

yardımıyla dini cəmiyyət daxilindəki düşmənçilikləri ortadan qaldırdı. Sözsüz ki, müsəlmanların daxilində olan düşmənçiliyi aradan qaldırmağa hünər lazımdır. «Sən pisliyi yaxşılıqla dəf et. Belə olsa, aranızda düşmənçilik edən şəxsi yaxın bir dost kimi görərsən». («Fussilət» 34).

Həzrətin (s) təşkil etdiyi cəmiyyət sayca az olsa da, elə mükəmməl təşkil olunmuşdur ki, onların arasına heç bir təfriqə yol tapa bilməzdi. Yalnız belə həmdil bir ümmət böyük döyüşlərdən qələbə ilə çıxa bilər, öz ehtiyaclarını ödəyərdi. O dövrün qüdrətləri ilə üzbəüz dayanmaq həmin bu birliyin səmərəsi idi. Məhz həmin həqiqətdən bu günkü islam ümməti qəflətdədir və bu qəflətin acısını daim dadır. Olsun ki, həzrət Peyğəmbərdən (s) nümunə götürməklə birlik və insanpərvərliyimizə qayıda bildik.

RƏSULULLAH (S) VƏ AZADLIQ

AZADLIQ MƏFHUMU

Azadlıq kəlməsi hər bir insan üçün gözəl və könüləyatandır. Bu sözü eşitməklə insanın zehnində ümid və sevinc oyanır. Demək olar ki, insanın ictimai həyatında azadlıq ən gözəl sözdür.

Sözlərin bir çoxu bə’zən oxşar, bə’zən isə əks mə’nalar verir. Azadlıq da belə sözlərdəndir. Bə’zi sözlər bu sözlərə dərindən tanış olmayanlara deyiləndə elə söz mə’nasında (hədəfi mə’nada) qəbul olunur. Əslində isə sözün müxtəlif işlənmə mə’naları olur. Müxtəlif işləmə mə’nalarına diqqət etməklə sözün həqiqi mə’nasını əldə etməklə olar. Bununla belə, azadlıq sözünün mə’nası hamıya aydındır.

AZADLIQ GERÇƏKDƏ

1-AZADLIQ, YOXSA QUL OLMA

Azadlıq müxtəlif anlamalarda ola bilər. Onun bir mə’nası fərdi və həyat şə’ninə uyğun qərarlarda ixtiyar sahibi olmaqdır. Bunun əks mə’nası qul olmaq, öz talehini tə’yin etməkdə heç bir hüquqa malik olmamaqdır. Belələrinin əvəzində ağaları qərar çıxarır. Quldarlıq əsrlər boyu cəmiyyəti sıxmış ictimai təzahürlərdəndir. Yalnız vəhy göstərişləri və risalət bərəkti ilə bu mənfi hal aradan

səh:93

qaldırılmışdır. Başqa formalarda istismarla qarşılaşsaq da, hazırda uyğun təzahürə təsadüf olunmur.

2-ƏQİDƏ AZADLIĞI

Bu sözün digər bir mə’nası əqidə azadlığıdır. Bu nə deməkdir? Dini baxımdan insan əqidəcə azad ola bilərmi? İnsan öz istəyinə uyğun, təkallahçı, büdpərəst, müşrik və ya kafir ola bilərmi? əqidəyə münasibətdə din hər əqidəni haqq saymır. Tövhiddən başqa bütün əqidələr yanlışdır. «Haqdan sonra yalnız azmaq gəlir» («Yunus» 32). Ola bilərmi ki, insan azad olduğu üçün istədiyi əqidəni seçsin? Bu qəbul olunası söz deyil. Çünki ilahi vəhylər və Qur’an başdan-başa tövhidə çağırışlar və batil əqidələrdən çəkindirmələrdən ibarətdir. Şər’i cəhətdən hamı yekdildir və və’d olunmuşdur ki, fitri əqidə olan tövhid çiçəkləndirilsin. Ona görə də əqidə sahəsində seçim azadlığı yoxdur.

Belə demək olar ki, əqidə sahəsində azadlığın məfhumu bir yaranmış əmridir. Yə’ni əqidə zorla yaranmır. Onun başqa səbəbləri vardır. Kimsədə zorla inam yaratmaq olmaz. Xalqı təkallahçı etmək üçün heç bir peyğəmbər əlinə qılınc götürməmişdir. Çünki tövhid inamı qılıncla hasil olmaz. Qılınc maneəni götürmək üçündür. Tövhid inamı dəlil, tanıma yə’ni ağılın qəbulu ilə yaranır. İnam cəhaləti susduran, haqqı aşkarlayan təfəkkür və danışıqla əldə edilir. Bu azadlığın ziddi ikrah, zordur.

Din tövhidə də’vətdə hər iki cəhəti xatırladır. Buyurur: «Dində zor yoxdur» («Bəqərə» 256). Eləcə də buyurulur ki, Peyğəmbər xalqı yalnız Allaha tərəf çağırır. Əqidəni icad etməyin doğru yolu ağılabatan dəlillər, qəlbəyatan moizələrdir ki, demək və eşitməklə hasil olur. «İnsanların hikmət və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna də’vət et, onlarla ən gözəl surətdə mübahisə et» («Nəhl» 125). İlahi peyğəmbərlər xüsusilə də Rəsulullah (s) bu göstərişlərdən faydalanaraq, tövhidi ürəklərdə cücərtmişlər.

Ona görə də peyğəmbərlər dəlil, hikmət, moizə, rəhmət gətiricisidir, qılınc gətiricisi yox! Rəsulullah (s) bu işdə o qədər sə’y göstərdi ki, ona buyuruldu: «İman gətirməyəcəklər deyə, özünü həlk edəsən?!» («Şüəra» 3). Bu yolun sonunda üz tutulan adam gününün bütün nurunu keçirəndən sonra deyilir: «Sizin öz

səh:94

dininiz var, mənim də öz dinim!» («Kafirun» 6). Çünki başqa bir yol qalmır.

3-RƏFTAR AZADLIĞI

Azadlıq sözünün bir işləmi də rəftara aiddir. Yə’ni insan öz rəftarında azaddır, yoxsa yox?! Bunun qarşılıqlı tərəfi insanın öz rəftarında məcbur olmasıdır. Bu da e’tiqadi bir məsələdir. Bu məsələ müsəlmanlar, digər dinlərdən olanlar arasında mə’lumdur və bir çox parçalanmaların əsas səbəbidir. Bə’zilərinin fikrincə insan öz rəftarında məcburdur və onun rəftarı Allahın əlindədir. Əgər Allah istəməsə, insan heç cürə rəftar edə bilməz. İnsan bir iş görmək istəsə də əli çatmaz. Çünki onun ixtiyarı yoxdur. Müsəlmanların bir firqəsi bu sayaq fikirlərinə görə «cəbri» adlandırılmışdır.

Başqa bir dəstənin fikrinə görə insan müstəqildir və öz rəftarını öz iradəsi ilə yerinə yetirir. Bu dəstə «mö’təzilə» adlanır. Onların məramı «təfviz» kimi yad edilir.

Lakin şiə məzhəbi imamların (ə) göstərişləri əsasında hər iki baxışı rədd edir və belə hesab edir ki, insan öz rəftarında, işində nə məcburdur, nə də müstəqildir. İnsanın rəftarı Allahın izni ilə insanın öz ixtiyarındadır. Yə’ni Allah belə müəyyən edib ki, insanın işləri Allahın izni və insanın iradəsi ilə yerinə yetməlidir. Çünki insan istəmədən heç bir iş ola bilməz və eyni zaman o müstəqil də deyil. Filosofların gözəl söylədikləri kimi, insan öz rəftarında azad olmağa məcburdur.

Bu həqiqi inam imamların göstərişlərinə əsaslanır və doğru yolu işıqlandırır.

4-İCTİMAİ AZADLIQ

Azadlığın ən çox diqqət edilən işləmi ictimai azadlıqdır. Yə’ni, insanın ümumi rəftarlarda, öz baxışını bildirməkdə, siyasi çalışmalarda azadlığı. Bunun əksi istibdaddır. Ən çox rol oynayan, ictimai-siyasi münasibətlərdə, insanlar arasında, firqələrdə diqqət edilən məhz ictimai azadlıq məsələsidir. İnsanlar bu sahədə azadlığa meyllidir və öz ictimai-siysi çalışmalarını həyata keçirmək istəyirlər.

Hakim sinfi qorxuya salan elə bu azadlığın nəticələridir. Müxtəlif hökumətlər bu azadlığa müxtəlif münasibət bəsləyirlər.

səh:95

Əgər hökumət xalqa arxalanırsa, belə bir azadlıqdan qorxmur. Lakin zora güvənən hakimiyyətlər bu azadlığı təhlükə bilir və onu hər vasitə ilə məhdudlaşdırırlar.

İlahi peyğəmbərlər xəlqi olduqlarından belə bir azadlıqdan çəkinməmişlər. Onların siyasi quruluşu xalq üçün olduğundan zora güvənən hər bir hərəkatla mübarizə aparmışlar. İctimai azadlıqlar nəinki peyğəmbərləri qorxutmamış, əksinə onların ilahi amallarının gerçəkləşməsinə kömək göstərmişdir.

Bu azadlığı cəmiyyətə peyğəmbərlə hədiyyə etmişlər. Bu bütün peyğəmbərlərin çağırışıdır ki, tağutun tələsindən qurtulun və ilahi dəyərlərə üz tutun. «Allaha ibadət edin, tağutdan çəkinin» («Nəhl» 36).

Qur’anda Fir’on tağut simvoludur. Fir’on istibdadı ictimai-siyasi yönümləri buxovlayırdı. İlahi peyğəmbərlərin vəzifəsi xalqı bu zülmdən qurtarmaq idi.

Fir’on xalqı mədəni zillətə sürükləyirdi. İstibdad inamları xalqa qəbul etdirilirdi. «Mən sizin rəbbinizəm» («Naziat» 26). «Qanun mənim qanunumdur, xalq mənə itaət etməlidir» deyirdi. Bu məqsədə çatmaq üçün xalqı insani, ilahi mədəniyyətdən uzaqlaşdırır, istibdad mədəniyyətinə sürükləyirdi. «Öz qövmünü yüngül saydı, onlar da ona itaət etdilər» («Zuxruf» 54). Çünki mədəni bir xalq istibadadı qəbul edə bilməzdi.

Musa (ə) bu istibadad qarşısında belə bir azadlıq çağırışı verir: «Allahın bəndələrini azad edib, mənə tapşır» («Naziat» 26). Musa (ə) xalqı insani və ilahi dəyərlərə yönəltmək istəyir.

Rəsulullahın (s) bu yönümdə çağırışı məcburi zəncirlərin qırılmasıdır: «Onların üzərindən ağırlıq və zəncirləri götürər» («ə’raf» 156 ???). Həzrət (s) onları müxtəlif e’tiqadi və ictimai boyundurmalardan azad etdi. Rəsulullah (s) ilahi vəhylə cəmiyyəti şirkdən tövhidə çağırdığı kimi, ictimai-siyasi yönümdə də xalqı zülm və cəhalətdən qurtardı. İstibdad zəncirlərini qırdı, cəmiyyəti ilahi dəyərlərə, insani mədəniyyətə çağırdı və onlara azadlıq hədiyyə etdi.

İctimai cəhətdən insanları qüdrət sahiblərinin nəfs istəklərinə itaətdən azad etdi. İnsanlar yalnız dəyərlər qarşısında baş əydilər.

Rəsulullahın (s) mədəni cəmiyyətində xalq mədəni, ictimai-siyasi qərarların müzakirəsində iştirak etdirdilər. İlahi siyasi quruluşda bütün cəmiyyət dəyərlərin gerçəkləşməsində

səh:96

yekdildirlər. Xalq ictimai sahələrdə müdiriyyət və siyasətdə iştirak edir, hətta rəsmi şəkildə rəhbərlə iştirak peymanı bağlayırlar. Həzrətin əli zorluların qarşısını alır. Həzrətin çağırışı o dövrün hakimlərinə təqdim ediləndə o qədər ağıllı və azad qəbul edirdilər ki, hamı heyrətdə qalırdı.

AZADLIQ VƏ QANUN

İctimai azadlıq üçün iki şey daim təhlükəlidir: İstibdad və həcr-mərclik. Ona görə də azadlıq qanuni olmalıdır ki, tə’minatlı və davamlı olsun. Doğru fikir deyil ki, qanunçuluq azadlıqla ziddir və heç bir məhdudiyyət ola bilməz. Belə bir azadlıq hərc-mərclikdir. İstibdad azadlıq üçün təhlükəli olduğu kimi, özbaşnalıq da eyni dərəcədə təhlükəlidir. Özbaşnalığın ilki qurbanı elə azadlıqdır. Azadlıq bünövrəli olmalıdır. Ona görə də belə demək olmaz ki, istədiyini edən adama mane olmaq olmaz. Belə bir sual yarana bilər ki, azadlıq necə məhdudlaşa bilər? Cavab üçün doğru bir baxışı xatırlayırıq.

Hər bir cəmiyyət müəyyən inamları əsas götürür. İctimai ən’ənələr bu əsaslara azad fəaliyyət göstərə bilər. Hər bir cəmiyyətdə azadlığı çərçivəyə salan ən’ənələr vardır. Tutaq ki, ictimai asayiş bir me’yardır. Fərdlər və qrupların azadlığı bu me’yar pozmalardır. Kimsə «mən azadam» deyə bu asayişi poza bilməz. İctimai əqidələrə görə bu azadlıq yox, azadlığın ziddidir. Çünki bu hərəkət başqalarının azadlığını pozur. Kimsə «mən azadam, başqalarının asayişini poza bilərəm», deyə bilməz. Bu azadlıqdan pis məqsədlə istifadə etməkdir.

Dini bir cəmiyyətdə əsil hədəf ilahi və insani dəyərlərin gerçəkləşməsidir. İctimai azadlıq da bu ilahi dəyərlər çərçivəsindən çıxmamalıdır. Azadlığın hədləri bu dəyərlərin çərçivəsi ilə məhdudlaşır. Ona görə də bu dəyərlərə toxunan istər fərdi və ya ümumi bir fəaliyyət dini siyasi qurum tərəfindən qəbul olunası deyil. Çünki heç bir cəmiyyət yol verməz ki, azadlıq adı altında onu qayda-qanunları pozulsun.

əgər dini bir cəmiyyətdə insan dəlil-sübuta baxmayaraq öz yanmış əqidəsində qalmışsa, ona istədiyi azadlıq verilə bilməz. Çünki həmin şəxs təbliğat yolu ilə başqalarını da yoldan çırara bilər.

səh:97

Dini cəmiyyətdə ilahi dəyərlərin ziddinə yönəlmiş və ona zərbə vuran istənilə bir fəaliyyət azad deyil. Din insanlar ictimai azadlıq verəndə günah və fitnə azadlığını nəzərdə tutulur. Əksinə, insani dəyərlər ziddinə olan bütün fəaliyyətlərin qarşısı alınır. Söhbət bu ilahi dəyərlərə e’tinasızlıq göstərənlərin doğru yola də’vətindən və ya məs’uliyyətə cəlb olunub, tənbeh olunmasından gedir.

Azadlığı hədiyyə gətirmiş Rəsulullah (s) onu dini dəyərlərlə əsaslandırmışdır. Yalnız bu halda insani dəyərlər qoruna bilər. Bu dəyərləri vurub keçən azadlıq bəladır və dini cəmiyyət onunla barışmazdır. Rəhmət peyğəmbəri olan həzrət (s) belə hallarda rəhm olunmamasına çağırır. İnsani dəyərləri tapdayan şəxs ciddi şəkildə tənbeh olunmalıdır. «Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun» («Nur» 2). Bu əmr azadlıq məhdudlaşmır. Sadəcə, azadlıq əsaslandırılır və qanuniləşdirilir.

Rəsulullahın (s) ilahi siyasi cəmiyyətində xalq mədəni, ictimai-siyasi sahələrdə azad şəkildə iştirak edir. Dini cəmiyyət təqva və paklığa əsaslandığından azadlıq insani dəyərlərlə məhdudlaşır.

RƏSULULLAH (S) VƏ AİLƏ

Ailə cəmiyyətin əsasıdır. İctimai qurum ailə üzərində təşkil olur. Bu əsas nə qədər möhkəm olarsa, üzərindəki qurum da bir o qədər davamlı olar. Bünövrə zəif olduqda binanın qısa zamanda dağılması da labüd bir nəticədir. Cəmiyyətdə həyatın dirçəlməsində başlıca rol ailənin üzərinə düşür. Çünki ailə tərbiyə ocağıdır. Düzgün tərbiyə ilə cəmiyyəti diriltmək, ucaltmaq olar. Əgər ailə düzgün rol oynaya bilməsə, tənəzzül, sıxıntı, cəhalət və kasıblıq cəmiyyəti bürüyəcək.

Cəmiyyət üçün həyat və ümid olan din təravətli və çalışqan bir cəmiyyət qurur. Bu cəmiyyətin əsası kimi ailə göstərilir. Din, xüsusilə də islam ailə ocağının təşkilini tövsiyə edir və tənhalıqdan çəkindirir. Ailə qurmaq sakitlik, paklıq kimi tanıtdırılır. Ailə qurmaqdan imtina insanın səadəti üçün təhlükəli sayılır. «Oda giriftar olanların çoxu subaylardır» («Vəsail» 14-ci cild). Dindən ən yaxşı bağlılıq evlənmə, ən pis ayrılıq

səh:98

boşanma hesab olunur. «Allah yanında evlənmədən əziz bir bağlılıq yoxdur» («Vəsail» 14-ci cild). «ən mənfur ayrılıq ailə əsasının dağılmasıdır» («Vəsail» 15-ci cild). Din ailə bünövrəsinin möhkəmliyini düşünür və bu bünövrəni möhkəmləndirir ki, hadisələr selinə davam gətirsin.

AİLƏ QURMAQDA MƏQSƏD

Din ailə əsaslarını möhkəmləndirmək üçün iki mövzunu ilkin şərt bilir. Ailə qurmaqda nəslin davamı, ictimai tarazlıq, nəfs istəklərinin tə’minindən əlavə bir məqsəd ünsiyyət və ülfətdir. Belə ki, ilahi vəhy aynasında həyat yoldaşı bu məqsədə görə müqəddəs tanıtdırılır. «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir» («Rum» 21). Əvəzolunmaz həyat yoldaşı ilə yaxınlıqdan yaranan sakitlik yorğunluğun, iztirabların aradan qalxmasına səbəb olur. Allah-taala öz zikrini və yuxunu sakitlik səbəbi bildiyi kimi ailə və həyat yoldaşını da sıxıntıların əlacı kimi təqdim edir. Ailə yaxınlığı bir çox iztirabların qarşısını alır.

AİLƏ ƏSASLARI

Ülfət, yaxınlıq ailənin əsasıdır. Bu əsası qüvvətləndirən hər bir amil din tərəfindən israr olunur. Daha çox iki amilə diqqət yetirilir və bu amillər ailənin əsası hesab olunur. Bunlardan biri məhəbbət, digəri isə güzəştə getməkdir. Hər iki amil ülfət və bağlılığın yaranmasında mühüm rola malikdir. İlikin rol iki həyat yoldaşının məhəbbətinə aiddir. İctimai həyat boyu büdrəmələr çox olduğundan güzəştə getmə də mühüm rola malikdir. Çünki hər büdrəmə, hər nöqsanın ardınca düşmək küdurətə səbəb olur. Amma hər kəs öz səhvinə görə utanıb, qarşı tərəfi bağışlasa və öz səhvini islah etsə, nəticədə pis olmaz. Hər ikisinin sonu ülfət və bağlılıqdır.

Allah-taala bu səbəbdən də iki əsası – ər-arvad bağlılığının bünövrəsi kimi xatırlayır. Ər-arvad bir-birlərinə bağlı olmalı, bir-birinin nöqsanını bağışlamalıdırlar. «Sizin aranızda iki bağ qərar verilmişdir – biri məhəbbət, digəri isə güzəştə getmə».

Həyatının bütün sahələri örnək olan Rəsulullah ailə qurumunda da hamı üçün nümunədir. O, ailədə daim ülfət və

səh:99

məhəbbətin varlığı üçün nöqsanları bağışlayır. Kimsə bu me’yarlara həzrət qədər diqqət yetirməmişdir. Həzrət həyat yoldaşına məhəbbəti namaza məhəbbətdən ayırmır.

«Sizin həyatınızda üç şey mənə sevimlidir: ətir, həyat yoldaşı. Amma sakitlik namazda gözümdür» bu məhəbbət haqqında ən gözəl söz həzrətindir: Kişinin qadın üçün ən gözəl, yaddan çıxmayan sözü «mən səni sevirəm» sözüdür. («Vəsail» 14-ci cild).

Rəsulullah (s) cəmiyyətin ən sıxıntı çəkən fərdlərindən olan qadınlara mərhəmətli idi. Buyurur: «İki dəstəyə zülm etməkdən çəkinin: Yetimlərə və qadınlara». Həzrət həyat yoldaşına yaxşılığı fəzilətin üstün me’yar bilirdi. «Sizin ən yaxşınız ailəsi üçün yaxşı olanınızdır və mən öz ailəm üçün ən yaxşısıyam». Həzrət öz ailəsi ilə xoş rəftar edər, zarafatlaşardı. Onların səhvini bağışlamaqla məhəbbəti artırardı.

O, öz qadınlarını heç bir işə məcbur etməzdi. «Mən və fəzilətsevər ümmətimdən olanlar kimsəyə bir işi zorla icra etdirməkdən uzağıq». O, öz şəxsi işlərini özü görər və ev işlərində yoldaşlarına kömək edərdi. («Bəhar» 16-cı cild).

Həzrət soyuqluq yaradan bütün işlərdən çəkinərdi. Onun ailəsi məhəbbət dolu bir həyat yaşayar, dedi-qodudan uzaq olardı. Hansı ki, onun bir yox, bir neçə həyat yoldaşı vardı.

RƏSULULLAH VƏ UŞAQLAR

Bir fidana nəzər salarkən insanın xəyalında lətafət, zəriflik, təravət, sakitlik canlanır. Bu xüsusiyyətlərin hər biri fidanın vücudunun keyfiyyətlərindən danışır. Onun lətifliyi və zərifliyi mehr və səfanı yada salır. Onun təravəti həyat və ümid carçısıdır. Onun elastik gövdəsi tərbiyədən, tərbiyənin qəbulundan xəbər verir. Uşaq bir fidan kimi zərif, lətif, təravətli və şaddır. Uşaq öz insanlıq fitrətinə yaxın olduğu üçün (yaşı ötdükcə bu məsafə artır) paklıq, səmimiyyət, mehribançılığını saxlayır. Təravətli və şad olduğu üçün ümid və həyatı xatırladır. Hər yana əyilə bilmək baxımından tərbiyəni həyat boyu genişləndirir. Uşaq ilahi bir hədiyyə olaraq, sadə, zehn, fitrətlə yaranmışdır və bütün çirinliklərdən uzaqdır. Yalnız sonrakı xarici tə’sirlər onu ləkələyir. Həmin xüsusiyyətinə görə də bütün tərbiyələri qəbul

səh:100

etmək iste’dadı var. Müəllim cavan bir ağac kimi onu istədiyi səmtə yönəldə bilər.

Buna görə də uşaq üçün tərbiyə proqramı hazırlananda onun fiziki və psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağın tutumunu, ruhiyyəsini bilmədən onu düzgün tərbiyə etmək mümkün deyil. Uşaqla ünsiyyətdən olarkən onun xarakteri araşdırılmalıdır. Bu araşdırmalardan belə nəticə çıxır ki, uşaqla mehriban, nəvazişlə rəftar etmək onun iste’dadını çiçəkləndirir. Əksinə, sərt rəftar bu iste’dadı puça çıxarır.

Rəsulullah (s) vəhy göstərişi ilə uşaqların xüsusiyyətlərini nəzərə alaraq onlarla rəftar edir. O, uşaqların tutumuna uyğun şəkildə onlarla ünsiyyət saxlayırdı. Onların fitri iste’dadlarını nəzərə alar, onlar əziyyət çəkəndə narahat olardı. Həzrtə böyük səmimiyyətlə uşaqların şəxsiyyətinə hörmət qoyar, onlarnı insni fəzilətlərini çiçəkləndirərdi. Körpələrin hərəkətlə, ağlamaqla bildirdikləri istəklərə diqqət yetirərdi.

UŞAQLARLA EYNİLİK

Rəsulullah (s) malik olduğu şəxsiyyət və kəramətə baxmayaraq, uşaqlarla olanda özünü onlarla eyni tutardı. Onlarla oynayar, yaxınlıq edərdi. Tövsiyə edərdi ki, uşaqla bir yerdə olan şəxs özünü onunla eyni tutmalıdır. «Yanında uşaq olan adam onunla uşaq kimi davranmalıdır» («Vəsail» 5-ci cild). Həzrət (s) nəvələri Həsən və Hüseyni çiyninə mindirər, «nə yaxşı atınız var» deyərdi. («Bəhar» 43-cü cild). Həzrət (s) adam içində də uşaqlarla yaşıd kimi rəftar edərdi. Əshaba buyurardı ki, uşaqlarla yaxın olun və onları qucağınıza götürün. Həzrətin (s) çiyninə mindirdiyi uşaqlar bu işlə fəxr edərdilər. Həzrət (s) Hüseyni küçədə uşaqlarla oynadığı zaman qucağına çağıranda Hüseyn zarafatla qaçar və həzrət (s) onu tutanadək tə’qib edərdi. Həzrət (s) tə’kid edərdi ki, tərbiyəçi özünü uşaqdan üstün tutmamalıdır. Uşaqla eyni uşaq kimi yaxınlıq edib, mehribanlıq göstərməlidir.

UŞAQLARI SEVİNDİRMƏ

Həzrət (s) çalışardı ki, birlikdə oynamaq və hədiyyə verməklə uşaqları sevindirsin. Bu barədə belə göstəriş verir: «Öz qız övladını sevindirən adam İsmail övladlarından bir qul azad etmiş kimidir. Öz oğlan uşağını sevindirən adam Allah

səh:101

qorxusundan göz yaşı axıtmış kimidir» («Bəhar» 101-ci cild). Uşağın arzu və ehtiyacını yerinə yetirmək onun tərbiyəyə yatımlılığında mühüm rol oynayır.

UŞAĞIN İSTƏKLƏRİ

Uşaq öz aclığını, susuzluğunu, sevinc və kədərini öz hərəkətləri, ağlaması və ya gülməsi ilə bildirir. Həzrət (s) mehriban olduğu üçün həssas idi və uşaqların istəklərinə diqqət göstərirdi. Oynadığı uşağın ürəyincə hərəkət etməyə çalışırdı. Hətta səcdə halında çiyninə uşaq çıxanda səcdəni uzadardı. Namaz zamanı uşaq fəryad çəksəydi, namazı qısa qılardı. Bunun səbəbi soruşulanda buyurardı: «Uşağın fəryadını eşitmirsinizmi?!» («Fürue-kafi» 6-cı cild).

UŞAĞIN İCİDİLMƏSİNDƏN ÇƏKİNMƏSİ

Uşağın ruhunun zərifliyinə görə həzrət heç bir uşağın könlünü qırmazdı. Daim bu məsələyə ciddi yanaşardı. Çünki uşağın qəlbinə dəymək onun vücudunda, bəlkə də, qarşısı alınmaz izlər buraxır. Tə’kid edərdi ki, uşaqlarla yaxın olun. Hətta qucağındakı uşaq onun üstünü murdarlayanda uşağı özündən uzaqlaşdırmazdı. Buyururdu ki, uşağın sidiyindən acıqlı halda qorunmayın. «Uşaq sidiyini qurutmayınca ona mane olmayın» («Bəhar» 16-cı cild). Uşağın incidilməməsi onun dərrakəsini artırır. Uşağın istəyini yerinə yetirəndə o, deyilənləri daha asanlıqla qəbul edir. Sərt rəftar isə uşağın iste’dadını söndürür.

UŞAQ ŞƏXSİYYƏTİNİN TƏRBİYƏSİ

Rəsulullah (s) uşağın inkişafı üçün ona şəxsiyyət kimi yanaşırdı. Həzrət belə buyurur ki, övladlarınıza hörmətlə yanaşın, onları təhqir etməyin. («Vəsail» 15-ci cild).

Böyük şəxsiyyətə malik olan həzrət (s) küçədə və bazarda uşaqlara salam verər, onların şəxsiyyətini qaldırardı. («Vəsail» 3-ci cild). Uşağın şəxsiyyətinin uca tutulması tərbiyə üçün faydalıdır.əksinə, şəxsiyyətin təhqiri onu şəxsiyyətsizliyə aparır. Hansı ki, uşağın şəxsiyyətlərinin uca tutulması onun kəramətli və fərzanə bir insan kimi tərbiyələndirir.

səh:102

RƏSULULLAH (S) VƏ CAVANLAR

Gənclər öz cavanlıq dövrlərinin xüsusiyyətlərinə uyğun olaraq, həm tərbiyəyə yatımlı, həm də yenilikçi və rəngarənclik sevərdilər. Onlar proqramlı, yekcins həyatdan yorulurlar. Cəmiyyətin tə’lim-tərbiyə qurumları o zaman müvəffəqiyyət qazanır ki, gənclərin zövqünü oxşayacaq növbə-növ proqramlar hazırlasınlar. Quru və cazibəsiz tədbirlərdə iştirak etmək gənclər üçün darıxdırıcıdır. Bu qanın dini quruluşda da istisna deyil. Əgər dində ruh olmasa cavanlar təbii olaraq kənarda qalacaqdır. Əslində, bu sayaq yekcinsliyi, quruluğu din adlandırmaq olmaz. Dinlə onun mənbəsi olan vəhydən tanış olmaq olar. İlahi vəhy isə Qur’an və rəvayətlərdə əks olunmuşdur. Din özünü dinşünas adlandıran və öz şəxsi rə’yinə əsaslanan bə’zilərinin düşüncəsi deyildir. Dinə birtərəfli yanaşmadan doğan düşüncələr onu ruhsuz təqdim edir və gənclərin dindən uzaqlaşmasına səbəb olur.

Dini tanıtdıran peyğəmbərlər cəmiyyətin bütün təbəqələri ilə yanaşı addımlayır və öz çiyin yoldaşını insani və ilahi dəyərlərlə maraqlandırırlar. Ona görə də peyğəmbərləri cəmiyyətin təkcə bir təbəqəsi (məsələn, qocalar) əhatə etmir. Onun ətrafında qocalar, cavanlar, qadınlar və kişilər, kasıblar və varlılar toplanır. Bu dairədə ən çox gözə dəyən isə ictimai, iqtisadi, siyasi, hərbi sahələrdə mühüm rol oynayan gənclərdir. Peyğəmbərlər heç zaman bu enerjili nəsli yaddan çıxarmamışlar. Onların ətrafında cavanlar olmuşlar. Rəsulullah (s) cavanları gözəl anlayır, onların meyllərinə diqqət yetirirdi. Həzrət onların əksər istəklərinə, eləcə də cinsi meyllərinə diqqətli idi. Bu ehtiyacların ödənilməsi üçün Rəsulullah (s) çox çalışırdı. Onun dövründə evlənmək olduqca asan idi və böyük xərc tələb etmirdi. Onun cəmiyyətində dargözlük, yersiz tələblər yox idi. Əksər cavanın evlənməsi günün bütün adi işləri kimi olduqca asan idi. Bütün bunlra ilahi cəmiyyətdə gənclərin istəklərinə diqqətin təcəllisidir.

Rəsulullah (s) müxtəlif təbəqələr və cavanlarla məşvərət edərdi. Onların şəxsiyyətini uca tutardı. Həzrətin özünəməxsus xüsusiyyətləri onu cavanlara sevdirirdi və onlar müxtəlif toplantılarda iştirak edirdilər.

səh:103

Rəsulullah (s) onların hisslərini, meyllərini dərk edərək, onları inandırırdı. Heç bir gənc onun hüzurunda, onun mövqeyindən inciməzdi.

Peyğəmbər (s) bu təbəqəni nəfs izzətinə (nəfsitoxluğuna) diqqətli idi. Onlar e’tiqadlı, şəxsiyyətli və özünə inamlı tərbiyə olunurdular, iste’dadları çiçəklənirdi. Elə buna görə də həzrətin ən möhkəm yoldaşları ona tövhid yolunda kömək edən cavanlar idi.

CAVANLARA TƏ’LİM

əgər din gənclərə bu qədər əhəmiyyət verərək, «azğınlar sizin gənclərinizi yoldan çıxarmamış onların sorağına gedin» deyə buyurursa, bunun səbəbi təkcə e’tiqad, inam məsələsi deyil. Müxtəlif baxımlardan gənclərin təhsil alması tə’kid olunur. Həzrət (s) buyurur: «Övladlarınıza atıcılıq və üzgüçülük öyrədin» («Vəsail» 12-ci cild). Həzrət (s) cəmiyyətin ehtiyaclı olduqları fənnlərin qayğısına qalırdı. Hər dövrün öz ehtiyacları vardır. Dini bir cəmiyyət vaxtlı-vaxtında bu ehtiyaclara nəzərə alaraq, sağlam əyləncələrin, idman və sair sahələrin təşkilinə diqqət yetirilməlidir. İste’dadların çiçəklənməsi üçün lazımı şərait yaradılmalıdır.

CAVANLARA VƏZİFƏ VERMƏK

Həzrət (s) cavanlara məs’uliyyət, vəzifə verərdi. Onları heç vaxt kənarlaşdırmaz, hətta böyük vəzifələr tapşırardı. Müxtəlif ictimai məs’uliyyətlərdə gənclər iştirak edərdilər.

Həzrət (s) gənclərə o qədər inanırdı ki, vəzifədə özünün doğruldanların iste’dadından tam faydalanırdı. O, gənclərə vəzifələr tapşırar və heç bir səbəb onu fikrindən daşındırmazdı. Öz inamında ciddilik göstərirdi. Bu inam səbəbindən həzrətin ətrafını cavanlar tutardı və onun tədbirləri cavanlar tədbiri idi. Onun yaxınları cavanlar nəslində təşkil olunardı. Hicaz gəncləri həzrətə o qədər məftun olmuşdular ki, öz ata-analarından, vətənlərindən əl çəkmişdilər. Onlar çətin şəraitdə amalların sədaqətli qalmışdılar. Hətta risalətin ilk çiçəkləri gənclər arasında cücərmişdi. Gənclər o qədər dərin inama sarılmışdılar ki, dini tədbirləri şəhərdə keçirmək mümkün olmayanda şəhər kənarına çıxardılar.

səh:104

Rəsulullah (s) böyük mədəni, ictimai, hərbi vəzifələri cavanlara həvalə edərdi. Həzrətin Mədinəyə hicrətindən əvvəl gənc Məs’əb ibni əmir mədəni və təbliği risalətin icrası üçün Mədinəyə göndərilir. Həmin bu gənc Bədr və Ühüd döyüşlərinin bayraqdarı olur və Ühüd döyüşündə şəhadətə yetişir.

İyirmi bir yaşlı İtab ibni əsid Məkkənin fəthindən sonra həzrət tərəfindən Məkkə valisi kimi siyasi işlərə məs’ul tə’yin edilir. Hansı ki, səhabələr arasında ondan yaşlıları çox idi. Bə’ziləri cavan olduğu üçün e’tiraz etdikdə həzrət qətiyyətlə cavab verir ki, vəzifəyə tə’yinatda ölçü yaş yox, ləyaqət və fəzilətdir. Hər yaşlı insan ləyaqətli olmur. Başqa sözlə, yaş böyüklük səbəbi deyil. Böyüklük ləyaqət və fəzilətdir. Bu sözlər Məkkənin dini təbliğatçısı iyirmi altı yaşlı Məaz ibni Cəbələ də aiddir. («Sireyi hələbi» 3-ci cild).

Eyni hal rumlulara qarşı könüllü döyüşçülərin başçısı Üsamə ibni Zeydin tə’yinatında da müşahidə edilir. Könüllülər arasında yaşlılar nə qədər çox olsa da, həzrət on səkkiz yaşlı gənci sərkərdə tə’yin edir. E’tiraz edənlərə eyni cavab verir. Üsamə öz atası kimi bu məqama layiqdir. Bu həzrətin üsuludur. Gənclərin başçı tə’yin olunmasına görə döyüşdən yayınanlar olurdu. Əbu əyyub ənsari belələrindən idi. qısası, həzrətin ətrafı cavanlar idi. Həzrətin buyurduğu «mənə cavanlarla yardım edildi» sözləri həqiqətdir.

RƏSULULLAH (S) VƏ QADINLAR

Qadınlar haqqında görüşlər və onların müxtəlif sahələrdə iştirakı daim fərqli olmuşdur. Bu fərqlər qadınlar haqqında inam və mədəniyyətlərin fərqindən doğmuşdur. Cəmiyyətin ikidə birini təşkil edən qadınlar haqqında düzgün proqram hazırlamaq heç bir bəşər nəzəriyyəsinə nəsib olmamışdır. Çünki düzgün bir proqramın hazırlanması üçün qadınların ruhiyyələri, meylləri və qüvvələri bilinməlidir. Yalnız ilahi vəhydən doğan peyğəmbər proqramlarında deyilən şərtlər ödənir.

MƏDƏNİYYƏTLƏRİN NƏTİCƏSİ

Mədəniyyətlər fərqli olduğu üçün onların nəticələri də fərqlidir. Qadın şəxsiyyətinin qorunması, onun azadlığı haqqında

səh:105

müxtəlif nöqsanlı düşüncələr səbəbindən nəticələr ya ifrata varır, ya da üzdən keçir. Uyğunsuzluqların çoxu oxuculara aydındır.

AZADLIQ Və QADINLARIN İŞTİRAKI

Ən əhəmiyyətlisi budur ki, dini mədəniyyət, xüsusilə də islam mədəniyyəti qadın şəxsiyyətini tam düzgün tanıdığı üçün onun proqramları da həqiqidir. Bu proqram nöqsansız şəkildə onların fərdi və ictimai mövqelərini müəyyənləşdirmək gücünə malikdir. Din qadın şəxsiyyətini düzgün tanımaqla onun üçün proqramlar hazırlayır. Bu proqramlarda qadının həm şəxsiyyəti, həm də dini və ictimai azadlıqları əks olunur. Rəsulullah (s) ilahi vəhydən ilhamlanaraq onların inkişafı üçün meydan açır və onları zillətdən, təhqirlərdən, nökərçilikdən xilas edir. Belə ki, qadınlar kişilərlə çiyin-çiyinə öz hörmətlərini qorumaqla azad şəkildə cəmiyyətdə iştirak edirlər. Elm və biliklərə yiyələnməkdə qadının kişi ilə bərabər olması, müxtəlif sahələrdəki müvəffəqiyyətlər qadın cəmiyyətinin imkanlarını aşkarladı. Rəsulullahın (s) ictimai-siyasi hökumətində vəhyin çiçəklənməsi dövründə qadınlar kişilərlə yanaşı fəzilət müsabiqəsinə çıxdılar. Hətta bə’zi sahələrdə qadınlar irəli çıxdılar və insani, məntiqi hüquqlarını geri qaytardılar.

Həzrətin müasiri olan qadınlar ictimai-siyasi, hətta hərbi sahələrdə iştirak üçün fürsət tapdılar. Müharibələrdə islam qoşununda qadınlar yardımda, hətta döyüşlərdə iştirak edirdilər. Elm və mədəniyyətcə o qədər yüksəlmişdilər ki, rəhbərin hüzuruna gedib, müxtəlif məsələlər barədə söhbətlər aparırdılar. Hətta sualların çoxu azadlıq, məhdudiyyətlər, müxtəlif sahələrdə iştirak etmə kimi əsas məsələlərə aid olunurdu. Yezid qızı əsmanın peyğəmbərlə söhbəti buna bariz nümunədir. Əsma bir dəstə qadının nümayəndəsi kimi həzrətin (s) hüzuruna gedib, qadın azadlığı, kişilərlə olan fərqlər barədə o qədər gözəl sual verdi ki, həm peyğəmbəri, həm də onun yaxınlarını əhsən deməyə vadar etdi.

Rəsulullah (s) cəmiyyəti qadınların iste’dadının, mədədniyyətinin, sən’ətinin inkişaf ocağı idi. Bu risalət kişilərlə yanaşı qadınlar üçün kəramət, şərafət, azadlığı hədiyyə gətirdi. Bu cəmiyyət quru, yersiz məhdudiyyətlər qoymadı. Qoyulmuş məhdudiyyətlər qadınların və cəmiyyətin iffətinin hifzi üçün idi.

səh:106

Kəramət qorunduğu üçün iste’dadlar çiçəklənirdi. Qadının cəmiyyətə çıxmasının çətinlikləri vardır. Müasir dünya qadınların cəmiyyətdə iştirakı ilə deyilənlərə şahid olmuşdur. Rəsulullah (s) qadınlara azadlığı kəramətlə bir yerdə vermişdir. Onların ictimai-siyasi həyatda iştirakı öz hüquqlarını qorumaq məqsədi daşıyır. İslami azadlıq bu günkü azadlıqla eyniləşdirilə bilməz. Bu günkü dünya azalıq və qadın hüquqları adı altında heyvani bir azadlıq təqdim edir. Qadının kəraməti müxtəlif yollarla ayaq altında tapdalanır. Bu günkü azadlıq öz iqtisadi təbliğatında qadın iffətini alçaldaraq ondan vasitə kimi istifadə edilir. Bu azadlıq deyil. Bu yataq otağını küçəyə çıxarmaq, insani həyatı boğmaqdır! İffət və kəraməti ərsəyə çıxarmaq ilahi dəyərdir və Rəsullah (s) bu azadlıqla fəxr edir.

DƏYƏRLİ FÜRSƏTLƏR

İslami qurumun təşkili ilə uyğun dəyərlərin gerçəkləşməsi üçün əlverişli şərait yaranır. Bu qurumda siyasi müdiriyyət və qadın cəmiyyəti olduqca ayıq olmalıdır. Bu fürsət qənimət bilinməlidir. Qərarlar islamın proqramları və peyğəmbərin göstərişləri əsasında həyata keçməlidir. Qərbpərəstlərin hamıya aydın olan ideallarına diqqətli olmaq lazımdır. Eləcə də, yersiz təəssüb və məhdudiyyətlərdən çəkinmək lazımdır. Qadınlarla münasibətdə islam elə təqdim olunmalıdır ki, cəmiyyət islamdan qaçsın. Diqqətli olmaq lazımdır ki, dindən uzaqlaşmanın əsas səbəblərindən biri həmin bu yersiz məhdudiyyətlərdir. Bu günkü qərbdən yorulmuş baxışlar böyük ümidlə islami dəyərlərə dikilmişdir. Siyasi və ictimai, qurumların mədəniyyət qurumlarının mühüm öhdəçiliklərindən biri qadın dəyərinin qorunması və cəmiyyətdə qadın fəallığının təşkilində ilahi dinin gücünü göstərməkdir.

RƏSULULLAH (S) VƏ ƏDƏBLƏR

ƏDƏBİN MƏ’NASI

Ədəb ağıl və şəriət nəzərincə əməl edilməsi gözəl rəftarlardan biridir. Ədəb üstünlükləri olan rəftarda gerçəkləşir. Məsələn, oturmağın müxtəlif formaları vardır. İnsan iki dizi üstə və ya ayaqlarını uzatmış halda otura bilər. Bə’zi oturuşlar ədəbə

səh:107

uyğundursa, bir qism oturuşlar ədəbsizlikdir. Aydın olur ki, ədəbli rəftarın iki xüsusiyyəti vardır. Əvvəla, ədəb insan rəftarının sifətidir. İkincisi, ədəb saleh və mübah (icazə verilmiş) rəftarın sifətidir. Əvvəlki xüsusiyyətə görə ədəb əxlaqdan ayrılır. Çünki əxlaq ruhun sifətidir və insanın möhkəm ruhiyyəsi əxlaq adlanır. İkinci xüsusiyyətə görə ədəb caziz işlərə aiddir. Hara işi ədəblə yerinə yetirmək olmaz. Ədəb bəyənilmiş rəftara xasdır. Əgər rəftarın əsası bəyənilməzdirsə, o, ədəbli surət ola bilməz.

Bundan əlavə, əgər əxlaq sabit iş olsaydı, bütün cəmiyyətlərdə onun ölçüsü eyni olmalı idi. Lakin ədəb ictimai işlərdə nisbi, mühitin ən’ənələrinə tabe ola bilər. Eyni bir rəftar sabit me’yarlardan bəhrələnsə də bir mühitdə ədəbli, digərində ədəbsiz sayıla bilər. Bütün hallarda ədəbin əsası əqidə və insan əxlaqıdır. Bir cəmiyyətin adət ən’ənələri onun e’tiqadını əks etdirir. Ədəb və əxlaq arasında mövcud fərqləri nəzərə alaraq ədəbi ayrıca nəzərdə keçirməli olur.

PEYĞƏMBƏRİN ƏDƏBİ

Hər bir insanın ədəbi onun tərbiyəçisindən asılıdır. Hər bir şəxs öz ədəbini ictimai ünsiyyətlərdə göstərir. Tərbiyyəçi nə qədər üstün olarsa, başqalarına da yaxşı ədəb öyrədər.

Peyğəmbərlərin (s) tərbiyəçisi Allah-taala olduğundan onların ədəbi ən üstün ədəbdir. «Allah-taala öz peyğəmbərini üstün ədəbli etmişdir» («Kafi» 3-ci cild). Allah öz peyğəmbərlərini, xüsusilə də Rəsulullahı (s) ən əqidəli, ən əxlaqlı, ən ədəbli qərar vermişdir. Həzrət bütün sahələrdə başqaları üçün nümunədir. Bu hissədə uyğun məsələyə toxunuruq.

İCTİMAİ ƏLAQƏLƏR

İlahi dinlər insanı ictimai rabitələrə rəğbətləndirir. Bu xüsusiyyət islamda daha qabarıq nəzərə gəlir. İslam insanlara tərkidünyalığı, cəmiyyətdən kənara çəkilməyi qadağan edir. Dini və qeyri-dini olmaqla cəmiyyt iki hissəyə ayrılır. Qeyri-dini mühitdə əlaqə, ünsiyyət yaradılması rədd olunub. İnsanı üsullar əsasında rabitə yaratmaq bəyənilir. Küfr, nifaq dəstəsi ilə rabitələr dini baxımdan rədd edilmişdir. Fitnəkarlarla ünsiyyət saxlamaq olmaz.

səh:108

Dində ünsiyyət, rabitə, səmimiyyət göstərişi verilir ki, dini cəmiyyət bir ailənin üzvləri kimi olsunlar. «Ey iman gətirənlər, səbr edin, dözün, hazır olun» («Ali-imran» 200). Din cəmiyyətə qardaşlıq göstərişi verir. İslam dini bir yığını bir-birinə bağlı ailə adlandırır. «Mö’minlər bir-birləri ilə qardaşdırlar» («Hücürat» 10).

RABİTƏLƏR VƏ ME’YARLAR

Din ünsiyyətlərin yaranmasında öz tövsiyələrini verir. Qeyri-dini qurumda rabitələrin me’yarı cəmiyyətdə möhtərəm sayılan insan hüquqlarıdır. Məsələn, müqavilələrə hörmət, əmanətçilik, doğru danışıq, eləcə də xəyanət və zülmdən çəkinmək. Din bu barədə buyurur: «Xalqla insani me’yarlar əsasında rəftar et – istər müsəlman olsun, istərsə dinsiz!» «Bəqərə» surəsində buyurulur: «Xalqla yaxşı rəftar et». «Nəhcül-bəlağədən» oxuyuruq: «Xalqla mehribanlıqla dolu qəlblə rəftar et. Çünki xalq iki dəstədir – ya sənin din qardaşındır, ya da yaranış yoldaşın». Əgər din qardaşın olmasa da, sənin kimi bir insandır. Onların insani hüquqları möhtərmdir.

Din bütün cəmiyyətlərdə hamıya aid olan möhkəm me’yarlar müəyyən edir. Başqaları üçün pislik arzulama, özün üçün arzuladığını başqaları üçün də arzula! («Üsule-kafi» 2-ci cild).

XOŞ ÜZLÜLÜK

Bu me’yarların çiçəklənməsində Rəsulullahın (s) üsulu hamı üçün nümunədir. O, ictimai münasibətlərdə insani və ilahi hüquqlara həyat verdi. O, xalqla xoş üzlə, şirin rəftar edir, kin və acılıqdan çəkinirdi. («Bəhar» 16-cı cild).

O, başqaları ilə qarşılaşanda birinci salam verərdi. Salam vermək öz münasibətini bildirməkdir.

EYNİ RƏFTAR

O, insanlara öz rəftarında fərq qoymaz, eyni cür yanaşardı. Varlıya, kasıba fərq qoymazdı. («Bəhar» 7-ci cild). «Hücürat» surəsində buyurulur: «Ey iman gətirənlər, sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanımanız üçün sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli

səh:109

olanınız pis əməllərdən daha çox çəkinənənlərinizdir». Fərq hansı tayfadan olmaqda yox, hansı fəzilətə malik olmaqdır.

KASIBLARLA BİR SÜFRƏDƏ

Həzrət kasıblara hörmət qoyduğu üçün onların də’vətini qəbu edirdi. Əl görüşəndə görüşdüyü adam əlini çəkənədək gözlərdi. («Bəhar» 7-ci cild). Kimsənin istəyini rədd etməzdi. Bütün bu rəftarlar həzrətin rəhbər olduğu, xalqla ünsiyyətdə olduğu vaxta təsadüf edir. Hansı ki, Rəsulullah (s) üçün vaxt olduqca qiymətli idi. Bə’ziləri bunu anlamadığından saatlarla həzrətin vaxtını alırdılar. Hətta onun evi iclarslar məkanına dönmüşdü. Həzrət öz həyasına görə bu adamlara bir söz demədiyindən Allah-taala bu mövzuda buyuruqlar göndərdi. Rəsulullah (s) bir şəxslə danışarkən üzünü yana tutmaz, tam üzbəüz danışardı.

DANIŞIQDA ƏDƏB

Danışıq insanlar arasında ən asan və ən ümumi rabitə vasitəsidir. İki insanın ilk görüşündə bu böyük ilahi ne’mətdən istifadə etməklə məqsədlər aydınlaşır. Danışıtın iki gözəlliyi vardır: Biri söhbətin mə’nası, digəri zahiri gözəlliyidir. Bir insanın danışığı mə’nalıdırsa, bu gözəlliyin biridir. Mə’na ilə yanaşı zahiri gözəllik də olarsa, hər iki gözəllik əldə edilər. Allah buyuruğu olan Qur’an tam halda hər iki gözəlliyə malikdir. «Zumər» surəsində buyurulur: «Sübhan Allah ən gözəl sözləri nazil etdi. Qur’an bir kitabdır ki, onun ayələri bir-birinə oxşar, bir-birinə nəzarət edəndir». Qur’an özü gözəl olduğu üçün başqalarına da gözəl danışmaq göstərişi verir. «Xalqla gözəl danışın» («Bəqərə» 83). «Mənim bəndələrimə de ki, daim ən gözəl söz danışsınlar. Şeytan onları pis danışğa vadar edir ki, düşmənliyə səbəb olsun» («İsra» 53). Qur’an heç bir halda çirkin sözlərə icazə vermir. Hətta dinsizlərə də pis söz deməyə yol verilmir. «Allahdan qeyrisinə tapınanlarla pis danışmayın, çünki onlar da nadanlıq üzündən Allahla pis danışırlar» («ən’am» 108).

Rəsulullah (s) bu ədəbin təcəllisinin kamil nümunəsidir. Onun danışığı dərin, mə’nalı, gözəl, biçimli, yerində və tə’sirli idi. onun danışığında artıq-əksik olmazdı. («Bəhar» 16-cı cild). Artıq kəlmədən çəkinərdi. Danışıq qaydalarına tam riayət edərdi. Hətta söhbəti özü kəsməzdi ki, qarşı tərəf özü kəssin. Qarşı tərəf

səh:110

söhbətini kəsənədək həzrət davam edərdi. O, biçimli və aram danışardı. Danışığı səlis və doğru idi.

Danışarkən qarşı tərəfdən səviyyəsini nəzərə alardı. Danışığı nə qədər dərin, gözəl, həqiqi olsa da, çox şirin idi. zarafat etsə də, zarafatı həqiqət olardı. Çox aydın və cazibəli danışardı.

Onun buyuruqlarından bə’zilərinə diqqət edin:

«əl verən əl tutandan üstündür».

«Başqalarına mehribanlıq göstərməyən kəs kimsədən mehribanlıq gözləməməlidir».

«ən üstün mə’rifət Allahdan qorxudur».

«Vacib əməlləri yerinə yetirən kəs ən abid insandır».

«Xalqın xidmətçisi onun ağasıdır».

«İnsanları yaxşı rəftara çağıran kəs özü yaxşı rəftar edən insan kimidir».

«Xalqı eşitmək Allaha müxalif olmamaqdır».

«Yaxında ehtiyaclı ola-ola (başqasına) sədəqə rəva deyil».

OTURMAĞIN ƏDƏBİ

Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bəhar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bəhar» 76-cı cild).

Həzrət adətən üzü qibləyə oturardı. («Bəhar» 16-cı cild). O, özü üçün yer hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi. Həzrət oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə qoyardı. («Bəhar» 16-cı cild).

səh:111

YEMƏYİN BƏZİ QAYDALARI

Ruhun qidalanması kimi cismin də qidalanması insan üçün bir vəzifədir. Cismin münasib qidalarla və vitaminlərlə tə’mini bədən enerjisini saxlamaqla yanaşı, onu xarici amillərin tə’sirinə qarşı müqavimətli edir. Sadə və vitaminli qidalar enerjini və sağlamlığın tə’mini üçün çox münasibdir. Qidaların azlığı, eləcə də həddindən artıq qidalanma orqanizmə dağıdıcı tə’sir göstərir. Bu məsələlərin araşdırılması mövzumuzdan kənardır. Sadəcə bunu bilmək lazımdır ki, insanın psixoloji durumu və qidalanma qaydalarına əməl olunması insanın sağlamlığında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə insana yol göstərən din bu sahədə də ona heyvandan fərqli ilahi ədəblər tövsiyə edir. Qur’an təam barəsində buyurur: «İnsan öz təamına nəzər salmalıdır» («əbəs» 24). Ayə bu mə’nada ola bilər ki, insan yediyini halal və ya haram olmasına diqqət yetirməlidir. Bu insanın ruhi halı ilə bağlıdır ki, insan yediyinə baxmayanda dad bilmir.

əhli-beyt və pak itrət bu ayənin təfsirində ruhun qidasını da əlavə edirlər. İmam Baqirdən (ə) nəql olunub ki, «elminizin mənbəsi barədə, onun harada qidalanması haqqında düşünün» («Təfsire Safi» 2-ci cild). Əslində bu ruhun qida ilə tə’mini üçün bir göstərişdir.

Digər diqqət ediləsi məsələ təma yeyərkən bu ne’mətlərin sahibi olan Allah-taalanın yad edilməsidir. Allahın zikri ruhun ilahiliyi və sakitliyinə səbəb olur. Allahın zikri ilə yeyilən təam daha dadlı olub, bədənə daha yaxşı cəzb olunur və sağlamlığı tə’min edir. Rəsulullah (s) yolu istəklərinin tə’minində insan kimi yaşamaq istəyənlərə göstərişdir. Deyilənlərdən əlavə yemək zamanı diqqət ediləsi bə’zi nöqtələr vardır.

Həzrət süfrə kənarında təvazökar bir bəndə kimi oturardı. Bədənin ağırlığını sol omba üstünə salardı. Yeyərkən təkyələnməzdi. («Mustədrak» 16-cı cild). «Allahın adı ilə başlar, iki loxma arasında Allahı zikr edərdi». Deyilənlər insanın diqqətini ne’mətlərin sahibinə yönəldir. O, heç vaxt çox yeməz, əlini bir təama uzadanda buyurardı: «Allahın adı ilə, Xudaya, bizim üçün mübarək buyur» («Bəhar» 16-cı cild). Heç bir yeməyi pis saymazdı. Meyli olanda yeyər, olmayanda yeməzdi. Həzrət təklikdə yeməyi xoşlamazdı. «Onun üçün ən yaxşı təam

səh:112

cəm halda olan təam idi». Yeməyə hamıdan qabaq başlayar və hamıdan sonra əlini süfrədən çəkərdi. Məqsəd başqalarını tələsdirməmək idi. Süfrədə öz qarşısında olanlardan yeyərdi. Qaynar xörək yeməzdi. Yediyi arpa çörəyi tək sadə təamlar olardı. Heç vaxt buğda çörəyi yeməzdi. Xurma kimi qüvvəli şeylərlə meylli idi. («Bəhar» 16-cı cild).

İÇMƏYİN QAYDALARI

Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu birnəfəsə içməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi. Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı ki, «dünya və axirətdə ən içki sudur» («Bəhar» 16-cı cild). Artıq bu gün uyğun kəlamların mə’nası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi su adı ilə yad edilir.

YATMAĞIN QAYDALARI

Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu ne’mətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bəhar» 73-cü cild). Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil.

əgər yuxu insan üçün başqa bir həyatdırsa, onun qaydaları və göstərişləri olmalıdır. Din bu sahədə yol göstərir. Rəsulullah (s)

səh:113

və digər din rəhbərlərindən nəql olunub ki, insan dəstəmazlı halda və üzü qibləyə yatmalıdır. («Bəhar» 73-cı cild). «Dəstəmaz alıb yatan kəs yuxuda ölərsə, şəhiddir». Din tövsiyyə edir ki, istər yuxu, istərsə oyaqlıq zamanı Allahı unutmamalıdır. Ona görə də çox tə’kid edilib ki, yuxu zamanı imkan daxilində bə’zi zikrlər və Qur’an ayələri oxunsun. Məsələn, «Ayətəl-kürsi», «Tövhid», «Təkasür», «Vaqeə» surələri, «Şəhid əllah» ayəsi qiraət edilsin. Peyğəmbərdən sifariş olunub ki, həzrət Zəhra (ə) təsbihatı deyilsin.

Həzrət yuxudan oyanandan sonra səcdə edər, bu duanı oxuyardı: «Həmd olsun o Allaha ki, bizi yatağımızdan qaldırdı. Əgər istədiyi, qiyamətədək yataqdaca saxlardı». Həzrət yatmazdan qabaq və oyanandan sonra misvak çəkərdi (dişini təmizlərdi). («Bəhar» 73-cı cild).

ÜZÜ QİBLƏYƏ YATMAQ

Üzü qibləyə yatmağın necəliyində iki baxış vardır. Bə’zilərinin fikrincə ayaqlar üzü qibləyə olmalıdır. Necə ki, insan canvermə halında üzü qibləyə uzadılır.

İkinci baxışa əsasən qəbirdəki kimi qiblə istiqamətində sinə, qarın dayanmalıdır. Bir çox rəvayətlər ikinci baxışı təsdiqləyir. Rəvayətə görə hərzər yatanda sağ tərəfi üstə yatar və sağ əlini sağ üzünün altına qoyarmış. Bu digər bir rəvayətdə də nəql olunmuşdur. Bu tə’bir əlidən (ə) də eşidilmişdir. Çoxları birinci baxışı seçsələr də ikinci baxış daha real görünür. Əgər həzrət üzü qibləyə yatırmışsa, bu o zaman mümkün olur ki, o, sağ tərəfi üstə yatmış olsun.

BƏZİ DİGƏR QAYDALAR

Həzrətdən (s) nəql olunmuş qaydalar çoxdur. Həzrət minikdə olanda kimsənin onun yanınca piyada getməsinə icazə verməzdi. Necə olar ki, bir insan rahatca at belində getsin, o biri isə min bir əziyyətlə onun ardınca sürünsün?! Bu hal insanın özünü üstün tutmasından danışır. Həzrət yol gedərkən başıaşağı, vüqarlı, iti gedərdi. Özünü aciz, süst göstərməzdi. Oturanda ətrafdakılar dövrə vurub oturardılar. Ağ rəngli libaslar geyər və bunu başqalarına da tövsiyyə edərdi. Buyarardı ki, ölülərinizi də ağ parçaya bükün. Daim səliqəli və ətirlənmiş olardı. Ətir ehtiyatı

səh:114

yemək ehtiyatından çox olardı. Başqa bir hədisdə deyilir ki, mö’mini ətirləmək üçün su kifayətdir. Ətir almağa qadir olmayan adam bədənini, libasını yumaqla ətirlənə bilər. («Vəsail» 2-ci cild). Xüsusi ilə də yay fəslində insan bədəni tez iylənir. Əgər qaydasınca yuyunsa, ayaqlarını yuyub corabını dəyişsə, heç vaxt başqaları onun qoxusundan narahat olmaz. Daim dişini yuyar, misvak çəkərdi. Rəvayətə görə misvakla iki rək’ət namaz yetmiş rək’ət misvaksız namazda nüstündür. Kimsədə eyb axtarmaz, kimsənin sirri ilə maraqlanmazdı. Sükutu ?? dörd qism idi. Dözüm, huşyarlıq, hamıya eyni nəzər salma, təfəkkür. Bir şəxslə danışanda üzbəüz dayanardı. Kimsəni incitməz, üzürünü tez qəbul edərdi.

Gülümsənərdi, amma qəhqəhə çəkməzdi. Zahirinə diqqətli idi. evdən çıxanda güzgüyə baxar, saçını darayıb, qaydaya salardı. Yalnız bu halda bir yerə gedər və bu qaydaları başqalarına da tövsiyyə edərdi. («Vəsail» 81-ci cild).

MÜNDƏRİCAT

ALLAHIN ELÇİSİ ........................... 1

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM ............... 3

MÜQƏDDİMƏ ................................ 3

ÜÇ QƏLƏM, İKİ XƏTƏR! ..................... 4

1-TƏHRİF QƏLƏMİ .......................... 4

2-TƏQLİD QƏLƏMİ .......................... 5

3-TƏHQİQ QƏLƏMİ .......................... 5

İDEALI TANIMA ............................ 6

səh:115

ALLAIN RƏSULU (S) HƏYAT NÜMUNƏSİDİR ..... 7

BİRİNCİ HİSSƏ ........................... 9

BƏSƏTDƏN ƏVVƏLKİ HADİSƏLƏR BAXIŞ ........ 9

MƏKKƏ VƏ YA NUR DİYARI .................. 9

TÖVHİD EVİNİN BƏRPASI .................. 10

İBRAHİMİN (Ə) İSTƏKLƏRİ ................ 11

İBRAHİM DİNİNİN DAVAMI ................. 11

MƏKKƏDƏ BÜTPƏRƏSTLİK VƏ ƏMRU İBNİ LUHƏYY 12

ƏMURUN HƏRƏKƏTİNİN SƏBƏBİ .............. 13

MƏDƏNİYYƏT VƏ ƏRƏB ..................... 13

HƏZRƏT PEYĞƏMBƏRİN (S) ƏSİL-NƏSLİ ...... 14

PEYĞƏMBƏR (S) NƏSLİNİN ETİQADI ......... 15

ƏBDÜL MÜTƏLLİB ......................... 18

ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ18

BESƏTDƏN ƏVVƏL PEYĞƏMBƏRİN (S) DİNİ .... 21

ƏBDÜLLAH ............................... 22

AMƏNƏ .................................. 23

QÜRUBSUZ GÜNƏŞİN DOĞMASI ............... 23

DOĞUM HADİSƏLƏRİ ....................... 24

HADİSƏLƏRİN SƏBƏBİ ..................... 25

AD QOYMA ............................... 25

ÖVLADLARA AD QOYMA ..................... 26

SÜDƏMƏRLİK VAXTI ....................... 26

HƏLİMƏ SƏDİYYƏ ......................... 27

HƏLİMƏNİN XATİRƏLƏRİ ................... 28

ƏBU TALİB VƏ PEYĞƏMBƏRİN (S) HİMAYƏSİ .. 29

HƏZRƏTİN (S) PORTRETİ .................. 30

RAHİB BÜHEYRA .......................... 31

MƏZLUMLARIN MÜDAFİƏSİ .................. 31

QARA DAŞIN MƏNŞƏYİ ..................... 32

HARAM AYLARIN HÖRMƏTİ .................. 32

XƏDİCƏNİN ELÇİLİYİ ..................... 34

XƏDİCƏ ................................. 35

DİGƏR İZDİVACLAR ....................... 35

ZƏHƏRLİ QƏLƏMLƏR ....................... 37

İZDİVACLARIN SƏBƏBİ .................... 37

QURANDA PEYĞƏMBƏR ZÖVCƏLƏRİ ............ 38

səh:116

QURANDA PEYĞƏMBƏR (S) ZÖVCƏLƏRİNİN MÜDAFİƏSİ ............................... 39

HÜQUQİ ŞƏXSİYYƏT ........................ 40

PEYĞƏMƏBRİN (S) ÖVLADLARI ............... 41

ÖTƏNLƏRƏ BİR BAXIŞ ...................... 42

İKİNCİ HİSSƏ ............................ 42

BƏŞƏRİ BESƏT (MİSSİYS) .................. 42

BƏŞƏRİ BESƏTƏ HAZIRLIQ .................. 42

BƏŞƏRİ RİSALƏT .......................... 44

GİZLİ RİSALƏT ........................... 45

AŞKAR DƏVƏT ............................. 46

PEYĞƏMBƏRİN HİCRƏTİ ..................... 47

PEYĞƏMBƏR ŞƏHƏRİ VƏ MƏQSƏDLƏRİN TƏMİNİ .. 48

RİSALƏTİN HƏDƏFLƏRİ ..................... 49

3-SİYASİ RƏHBƏRLİK ...................... 51

1-SEKULYARİZM ........................... 51

AXİRƏTÇİLİK ............................. 52

3-XALQÇILIQ ............................. 52

4-VİLAYİ HÖKUMƏT ........................ 53

1-SİYASİ ƏNƏNƏLƏRİN İSƏTYİR ............. 54

VİLAYİ HÖKUMƏTİN MƏQSƏDİ ................ 54

2-DİNİ VİLAYƏT .......................... 55

VİLAYƏTİN İSTƏYİ ........................ 56

NƏTİCƏ .................................. 57

1-AĞILIN GÖSTƏRİŞİ ...................... 58

2-PEYĞƏMBƏR YOLU ........................ 59

3-DİNİ ƏSƏRLƏR .......................... 60

XALQ VƏ İCTİMAİ ƏDALƏT .................. 61

RƏVAYƏTLƏR VƏ SİYASİ İDARƏÇİLİK ......... 62

RİSALƏTLƏ YANAŞI İMAMƏT ................. 62

İLAHİ NİZAM VƏ XALQIN İŞTİRAKI .......... 64

SİYASƏT VƏ MÜQƏDDƏSLİK .................. 65

MÜQƏDDƏS SİYASƏT ........................ 65

BƏNİ-İSRAİL MƏDƏNİYYƏTİ ................. 66

İKİ SİYASƏTİN FƏRQİ ..................... 67

DİNİ İSTİBDAD ........................... 67

İSTİBDADIN BAŞLANĞICI ................... 67

KİLSƏ VƏ DİNİ İSTİBDAD .................. 68

səh:117

VƏHY İDEYALARININ GERÇƏKLƏŞMƏSİ ........ 69

1-YAXŞI SİFƏTİN ÖLÇÜSÜ ................. 70

2-ƏQİDƏ, XASİYYƏT, RƏFTAR .............. 70

3-ƏXLAQ VƏ XARAKTERİN ƏSASI ............ 71

RƏSULULLAH (S) VƏ PƏRƏSTİŞ ............. 72

NAMAZ VƏ GECƏ OYAQLIĞI ................. 72

GECƏ NAMAZI ............................ 72

ORUC ................................... 73

XÜŞU ................................... 74

RƏSULULLAH (S) VƏ ZÖHD ................. 74

ZÖHD NƏDİR? ............................ 75

ZÖHDÜN TƏSİRİ .......................... 76

RUHANİLƏR PEYĞƏMBƏR (S) VARİSİDİRLƏR ... 76

RƏSULULLAH VƏ SADƏLİK .................. 77

RƏSULULLAH (S) VƏ XALQLA YAXINLIQ ...... 78

RƏHBƏRLİK EVİ .......................... 79

RƏSULİLLAH (S) VƏ MƏSULİYYƏTLƏRİN QƏBULU 80

RƏSULULLAH (S) VƏ DÖZÜMLÜLÜK ........... 81

RƏSULULLAH VƏ FƏDAKARLIQ (TƏHLÜKƏLƏRİN QƏBULU) ................................ 82

RƏSULULLAH (S) SƏYLƏR VƏ QURUCULUQ ..... 84

RƏSULULLAH (S) AĞIL NURU VƏ GÜZƏŞTƏ GETMƏ85

AĞIL NURUNUN SƏMƏRƏSİ .................. 86

RƏSULULLAH (S) MÖHKƏMLİK VƏ QƏTİYYƏT ... 87

RƏSULULLAH (S) VƏ ƏDALƏTİN MÖHKƏMLƏNMƏSİ 89

HƏDİYYƏLƏR ............................. 91

RƏSULULLAH (S) VƏ İNSANPƏRVƏRLİK ....... 91

RƏSULULLAH (S) VƏ AZADLIQ .............. 93

AZADLIQ MƏFHUMU ........................ 93

AZADLIQ GERÇƏKDƏ ....................... 93

1-AZADLIQ, YOXSA QUL OLMA .............. 93

2-ƏQİDƏ AZADLIĞI ....................... 94

3-RƏFTAR AZADLIĞI ...................... 95

4-İCTİMAİ AZADLIQ ...................... 95

AZADLIQ VƏ QANUN ....................... 97

RƏSULULLAH (S) VƏ AİLƏ ................. 98

AİLƏ QURMAQDA MƏQSƏD ................... 99

AİLƏ ƏSASLARI .......................... 99

səh:118

RƏSULULLAH VƏ UŞAQLAR .................. 100

UŞAQLARLA EYNİLİK ...................... 101

UŞAQLARI SEVİNDİRMƏ .................... 101

UŞAĞIN İSTƏKLƏRİ ....................... 102

UŞAĞIN İCİDİLMƏSİNDƏN ÇƏKİNMƏSİ ........ 102

UŞAQ ŞƏXSİYYƏTİNİN TƏRBİYƏSİ ........... 102

RƏSULULLAH (S) VƏ CAVANLAR ............. 103

CAVANLARA TƏLİM ........................ 104

CAVANLARA VƏZİFƏ VERMƏK ................ 104

RƏSULULLAH (S) VƏ QADINLAR ............. 105

MƏDƏNİYYƏTLƏRİN NƏTİCƏSİ ............... 105

AZADLIQ VƏ QADINLARIN İŞTİRAKI ......... 106

DƏYƏRLİ FÜRSƏTLƏR ...................... 107

RƏSULULLAH (S) VƏ ƏDƏBLƏR .............. 107

ƏDƏBİN MƏNASI .......................... 107

PEYĞƏMBƏRİN ƏDƏBİ ...................... 108

İCTİMAİ ƏLAQƏLƏR ....................... 108

RABİTƏLƏR VƏ MEYARLAR .................. 109

XOŞ ÜZLÜLÜK ............................ 109

EYNİ RƏFTAR ............................ 109

KASIBLARLA BİR SÜFRƏDƏ ................. 110

DANIŞIQDA ƏDƏB ......................... 110

OTURMAĞIN ƏDƏBİ ........................ 111

YEMƏYİN BƏZİ QAYDALARI ................. 112

İÇMƏYİN QAYDALARI ...................... 113

YATMAĞIN QAYDALARI ..................... 113

ÜZÜ QİBLƏYƏ YATMAQ ..................... 114

BƏZİ DİGƏR QAYDALAR .................... 114

səh:119

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109