MÖMİNLƏRİN YOLU

KİTAB HAQQINDA

Kitabın adı.........................Möminlərin yolu

Müəllif............................Ayətullahul-üzma hacı Yədullah Duzduzani Təbrizi

Tərcümə edən..................Hacı Tərlan Seyfullah

Naşir........................................................Helm

Çap növbəsi...........................................Birinci

Tiraj......................................................3000

Tarix......................................................2014

Ünvan, Qum, Müəllim prospekti, küçə 11, m 37, 025-3773 39 73

səh:1

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI

İŞARƏ

səh:2

səh:3

səh:4

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیمِ

أَلْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِینَ وَالْصلاةُ وَالسلامُ عَلی خَیْرِخَلْقِهِ مُحَمدٍ وَآلِهِ الطاهرِینَ وَ لَعْنَةُ اللهِ عَلی اَعْدائهِمْ اَجْمَعینَ اِلی قیامِ یَوْمِ الدین

Müqəddəs İslam dininin üç əsas sütunu vardır:

1. Tövhid (Allah təkdir).

2. Nübüvvət (Peyğəmbərlik).

3. Məad (ölümdən sonra dirilmək).

Bu üç əsli və əqidəni bütün müsəlmanlar qəbul edirlər. Bunlara üsulid-din deyilir. Amma İmamiyyə məzhəbinin bunlardan əlavə iki əsl əqidəsi də vardır.

1- Ədl (Allah ədalətlidir).

2- İmamət (on iki imamın imamlığı).

Deməli, dinin və şiə məzhəbinin beş əsas prinsipi (üsulid-dini) var.

səh: 5

BİRİNCİ ƏSAS: ALLAH TƏKDİR

Bu bəhsdə məqsəd, bütün varlıq aləminin xaliqinin Allah olması və Onun tək olub şəriki olmamasıdır. Bu mövzuda iki məsələni araşdırmaqla davam etdiririk:

Birinci məsələ: Varlıq aləminin xaliqini sübut etmək və bu varlıq dünyası təsadüfən yaranmayıb. Bütün bu məsələləri isbat etmək üçün müxtəlif dəlillər vardır. Onlardan bəzilərinə işarə edirik:

Birinci dəlil:

Varlıq aləmində olan bütün mövcudlar məhv olub aradan getməkdədir. Butün bu hadisələri özümüz də müşahidə edirik. Bunlarla da aydın olur ki, hər bir yaranmış varlıq öz varlığını başqa birisindən alır və onun vasitəsilə varlığını saxlayır. Yaranmışların heç biri özü-özlüyündə varlıq qabiliyyətinə malik deyillər. Çünki əgər onların zatən varlıq aləmində qalmaq qüdrətləri olsaydı heç vaxt məhv olmazdılar. Beləliklə, əgər hər hansı varlıq və vücud məhv olmaq və aradan getməyi qəbul edirsə onun yaradanı var və bu yaradan həmin Allah-taaladır. Allah-taala Özü isə aradan getməz və əbədidir. Fikrimizi daha aydın etmək üçün aşağıdakı misala diqqət edin:

səh: 6

Məsələn qarşımızda bir neçə güzgü var və onlardan ətrafa nur saçılır. Bu nur şüalarna uzaqdan tamaşa etdikdə nəhayətdə, aydın olur ki, nurların hamısı güzgünün özündən yox, bəlkə də başqa yerdəndir. Ona görə ki, güzgü özündən heç bir nur vermir. Həmin səbəbdən insan bu nurların mənşəyini güzgülərin özündə axtarmır. Nurlar güzgüdən xaricdə, günəş, ay, çıraq və ya alov kimi yerlərdə axtarılır. Çünki güzgü belə şeylərdən nur ala bilər.

Nurun özünün zatına qayıtdığı və əsl kökünə müraciət etdiyi kimi insanın varlığının və vücudunun da öz kökü və qayıdış yeri vardır. İnsan da həmin kökdən mənşələnir və oradan ayrıla bilməz. İnsanın o kökdən müstəqil şəkildə olması mümkün deyil. Həmin kök və mənşə Allah-taaladır. Allah-taala Qurani-kərimdə belə buyurur:

إِنَّ فیِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّیْلِ وَ النهََّارِ لاََیَاتٍ لّأُِوْلیِ الْأَلْبَاب

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri

səh: 7

üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.(1)

Hər bir düşüncəli insan gözəl başa düşür ki, bu geniş dünya, dənizlər, okeyanlar ulduzlar, ay, günəş, planetlər, təəccüb doğuran heyvanlar, ağaclar, növbənöv bitkilər öz-özünə yaranmayıb və bunları yaradan vardır. Bunları yaradana Allah deyirik.

İkinci dəlil:

Allah təkdir və şəriki yoxdur. Burada iki dəlil qeyd edirik:

1- Aləmdəki nizam-intizam

Bu məsələnin dəlili: Əgər bu məsələdə (varlığın yaradılışında) bir neçə tanrı fərz olunub hər birisi digərindən ehtiyacsız təsəvvür olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bəzi yerlərdə bir-birinin ziddinə olardı. Bununla da kainatın nizam-intizamı pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala Qurani-kərimdə buyurur:

لَوْکاَنَ فِیهِمَاءَالهَِةٌإِلَّا اللَّهُ لَفَسَدَتَافَسُبْحَانَ اللَّهِ رَبّ ِالْعَرْشِ عَمَّایَصِفُونَ

səh: 8


1- Ali İmran surəsi, ayə 190.

“Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”.(1)

Bu dəlilin xülasəsi bundan ibarətdir: həqiqətən bu kainatın dəqiq şəkildə nizam-intizamı vardır. Kainatın bütün xırdalıqları və zərrəcikləri bir-biri ilə möhkəm bağlıdır. Bugünki müasir elm də varlıq aləminin dəqiqlik və nizam-intizamını təsdiq edir. Belə olan halda bu varlığın xaliqi də tək, alim və hikmətli olmalıdır. Ağıl qəbul etmir bu varlığın mənşəyi təsadüfü olsun. Halbuki, ağıl bütün bu zahiri sadə hadisələri və ya bir-biri ilə bağlı hadisələrin dərkindən sonra qəbul etmir ki, bir-biri ilə bağlı bütün müxtəlif hərəkətlər və hadisələr təsadüf nəticəsindədir. Bəs, ağıl belə bir şeyi qəbul etmirsə, necə təsəvvür etmək olar ki, bütün bu möhkəm və təəccüb doğuran nizam-intizamın və varlığın alim və hikmətli xaliqi olmasın və təsadüf nəticəsində yaransın?!

Allah-taala buyurur:

səh: 9


1- Ənbiya surəsi, ayə 22.

سَنُرِیهِمْ آیَاتِنَا فِی الْآفَاقِ وَفِی أَنفُسِهِمْ حَتَّی یَتَبَیَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ یَکْفِ بِرَبِّکَ أَنَّهُ عَلَی کُلِّ شَیْءٍ شَهِیدٌ

“Tezliklə, Biz, onlara dünyada və nəfslərində Öz nişanələrimizi göstərərik ki, Onun haqq olması onlar üçün aşkar olsun. Məgər Allahın hər şeyə şahid olması sizə kifayət deyilmi?!”(1)

2-Ən gözəl və sadə dəlil həzrət Əlinin (ələyhis-səlam) imam Həsənə (ələyhis-səlam) vəsiyyətidir. O həzrət belə buyurur:

قال علی (ع) واعلم یا بنی انه لو کان لربک شریک لأتتک رسله ولرأیت آثار ملکه وسلطانه ولعرفت افعاله وصفاته ولکنه اله واحد کما وصف نفسه

Oğlum! bil ki, Allahının şəriki olsaydı onun elçiləri sənin yanına gələrdi onun mülk və qüdrətinin əlamətlərini görərdin, feillərini və sifətlərini tanıyardın. Amma O özünü vəsf etdiyi kimi tək və şəriksiz olan Allahdır.(2)

səh: 10


1- Fussilət surəsi, ayə 53.
2- Nəhcul-bəlağə, 31-ci məktub.

ALLAH-TAALANIN SİFƏTLƏRİ

Allah-taalanın sifətləri iki hissədən ibarətdir:

1-Subutiyyə sifətləri (Sifati subutiyyə);

2-Səlbiyyə sifətləri (Sifati səlbiyyə);

Subutiyyə sifətləri (Sifati subutiyyə) də öz növbəsində iki hissəyə bölünür:

1-Zati sifətlər;

2-Feli sifətlər;

Zati sifətlər; Allah-taala bu sifətlərlə vəsf olunur və bu sifətlər Allah-taalanın zatının özüdür və onun vücudundan ayrılmırlar. Onların hamısının mənşəyi beş sifətdir:

Qüdrət;

Elm;

Həyat;

Əzəli olması;

Əbədi olması;

SUBUTİYYƏ SİFƏTLƏRİ

1-Qüdrət; Allah-taala qüdrət sahibidir. Hər işi məsləhət bilsə yerinə yetirir və heç bir işin müqabilində aciz deyil. Hər hansı bir işi etməyə də məcbur deyil.

səh: 11

2-Elm; Allah-taala alimdir. Kainatda olan bütün mövcudlara elmi vardır, heç bir şey də ondan gizli deyil. Hətta bəndələrinin fikir və niyyətlərini də bilir.

لَا یَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فیِ السَّمَاوَاتِ وَ لَا فیِ الْأَرْضِ

Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz.(1)

3-Həyat; Allah-taala diridir. Yoxluq onun zatına yol tapa bilməz. Çünki diri olmayan varlıq yaranışın mənşəyi ola bilməz. O həyatı varlığa bəxş edib, gərək özü də diri olsun.

4 və 5-Əzəli və Əbədi olması; yəni Allah-taala həmişə olub elə bir zaman təsəvvür etmək olmaz ki, o vaxt O olmasın. Həmişə olacaq və yoxluq Onun vücuduna yol tapa bilməz. Bu iki sifət vücudun vacib laziməsindəndir.

Amma Allah eşidəndir; yəni eşidilə bilən hər şeyə agahdır. Allah görəndir; yəni görünə bilən hər şeyə agahdır. Gərək bunu diqqətinizə çatdıraq ki, bu iki sifət müstəqil sifət deyil bunlar elm sifətinə söykənirlər.

səh: 12


1- Səba surəsi, ayə 3.

Sübutiyyə sifətlərinin ikinci bölməsi feliyyə sifətləridir. Allah-taala bu sifətlərlə vəsflənir amma onlar Allah-taalanın zatından deyil. Bu sifətlər Allah-taalanın feillərinin vəsfidir. Onlardan bir neçəsini qeyd edirik:

1-Murid; yəni işlərini iradə üzündən edir. Məsələn: od yandırmaqda iradəsizdir.

2-Mutəkəllim; yəni həqiqətləri və məqsədini digərlərinə çatdıra bilir.

3-Raziq; yəni Allah-taala varlığın ruzilərini onlara öz qüdrəti ilə çatdırır.

4-Xaliq; yəni Allah-taala göyləri və yeri və onlarda olan varlıqları xəlq edib.

Allah-taalanın bundan başqa da sifətləri vardır və onları feliyyə sifətlərindən hesab etmək olar. Amma onların hamısını bu kiçik kitabçada qeyd etmək mümkün deyil. Allah-taalanın bu sifətlərə malik olması üçün dəlil və sübut budur ki, bunlar kəmali sifətlərdir və Allah-taala da bütün kəmali sifətlərə malikdir.

SƏLBİYYƏ SİFƏTLƏRİ

Səlbiyyə sifətləri dedikdə Allah-taalaya layiq olmayan sifətlər nəzərdə tutulur. Gərək Allah-

səh: 13

taalanın zatının o sifətlərdən uzaq olduğunu biləsən. Onlar aşağıdakılardan ibarətdir:

1-Mürəkkəb deyil; çünki hər bir mürəkkəb, üzvlərə ehtiyac duyur, ehtiyacı olan vacibul-vucud ola bilməz.

2-Cisim və ərəz(1) deyil; çünki hər bir cisim və ərəzin məkana ehtiyacı var onsuz da vücuda gəlmir. Allah-taala məkanları yaratdığına görə onlara ehtiyacı yoxdur.

3-Görünəsi deyil; çünki yalnız cisim görünə bilər, Allah cisim deyil, deməli (dünya və axirətdə) görünəsi deyil.

4-Dəyişiləsi deyil; cavanlıq, qocalıq, xəstəlik, sağalmaq, gücləşmək və zəifləmək Onun zatına yol tapa bilməz. Çünki bu cür şeylər cismə aiddir. Allah isə cisim deyil, deməli belə şeylər Allahda vücuda gələ bilməz.

5-Şərik və köməkçisi yoxdur; şəriklik ehtiyacın olmasına və ya gücsüzlüyə görədir. Bunların heç biri Onun zatına yol tapa bilməz.

6-Ehtiyaclı deyil; varlıq və kainatı idarə etməkdə yaratdıqlarına ehtiyacı yoxdur.

səh: 14


1- Mövcudluğunda digərinə ehtiyacı yoxdur.

İKİNCİ ƏSAS: PEYĞƏMBƏRLİK

Həqiqətən bu dünya insanı axirətə aparan körpü qərar verilmişdir. Həmin cəhətdən insanın bu dünyadakı öz hərəkət və davranışlarına görə axirət dünyasında mükafat və cəzası vardır. O səbəbdən Allah-taala insana düzgün yolu göstərmiş və xeyir işləri ona tanıtdırmışdır. Bütün bu hidayət yolları insanlar arasında saleh və bu ağır İlahi vəzifənin ümmətlər arasında məsuliyyətini öhdələrinə ala bilən şəxslər vasitəsilə insanlara çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanırlar.

Allah-taala insanı və kainatı əbəs yerə xəlq etməmişdir. Qurani-kərimdə də Allah-taala bu məsələyə təkid etmişdir:

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَیْنَهُمَا لَاعِبِینَ مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَکِنَّ أَکْثَرَهُمْ لَا یَعْلَمُونَ

“Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (insanların) əksəriyyəti (bunu) bilməz!”(1).

səh: 15


1- Duxan surəsi, ayə 38-39.

Peyğəmbər, ümmətlər arasında İlahi risalət və təlimləri öz öhdəsinə alan şəxsdir. Allah-taala insanlara peyğəmbərlər göndərmişdir. Hədislərdən belə başa düşülür ki, Allah-taala insanları hidayət etmək üçün yüz iyirmi dörd min peyğəmbər göndərmişdir. Onların birincisi həzrət Adəm (ə) sonuncusu isə həzrət Məhəmməd ibn Abdullahdir (səlləllahu ələyhi və alihi və səlləm). Onların arasında beş nəfər ulul-əzm peyğəmbərdir. Allah-taala Qurani-kərimdə bunu zikr edir.

فَاصْبِرْ کَما صَبَرَ أُولُوا الْعَزْمِ مِنَ الرُّسُلِ

(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et.(1) Ulul-əzm peyğəmbərlərin adları aşağıdakılardan ibarətdir:

Həzrət Nuh (ələyhis-səlam), İbrahim (ələyhis-səlam) Musa ibn İmran (ələyhis-səlam), İsa (ələyhis-səlam) və nəhayət böyük İslam dinini yaymış və bütün insanlara Quranı gətirmiş həzrət Məhəmməd ibn Abdullah ibn Əbdul-Müttəllibdir (səlləllahu ələyhi və alihi və səlləm). Məhəmməd peyğəmbər (səlləllahu ələyhi

səh: 16


1- Əhqaf surəsi, ayə35.

və alihi və səlləm) sonuncu peyğəmbər olduğuna görə O həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. O həzrət bütün İlahi elçilərin sonuncusu olduğuna görə Ondan sonra iddia olunmuş bütün hər hansı peyğəmbərlik iddiası yersiz və bu iddianı edən yalançı sayılır. Qurani-kərim bu barədə buyurur:

مَّا کَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِکُمْ وَلَکِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِیِّینَ وَکَانَ اللَّهُ بِکُلِّ شَیْءٍ عَلِیماً

“Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir.(Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”(1).

Onun sonuncu peyğəmbər olması dinin zəruri məsələlərindəndir. Onun peyğəmbərliyini sübut edən dəlillər çoxdur amma kitabın həcmini nəzərə alıb biz birini burada qeyd edirik.

Peyğəmbərin ən böyük möcüzəsi Qurani-kərimdir. Həzrət peyğəmbər dərs oxumamışdı və heç kimdən yazmaq və oxumaq öyrənməmişdi O,

səh: 17


1- Əhzab surəsi, ayə 40.

bir kitab gətirdi heç kim onun mislini gətirə bilməmişdir. Allah-taala dəfələrlə Qurani-kərimdə bəşəriyyəti Quranın misli və oxşarını gətirməyə dəvət edibdir, amma bəşər onun mislini gətirməyə acizdir.

وَ إِن کُنتُمْ فیِ رَیْبٍ مِّمَّا نَزَّلْنَا عَلیَ عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَ ادْعُواْ شُهَدَاءَکُم مِّن دُونِ اللَّهِ إِن کُنتُمْ صَادِقِینَ فَإِن لَّمْ تَفْعَلُواْ وَ لَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتیِ وَقُودُهَا النَّاسُ وَ الحِْجَارَةُ أُعِدَّتْ لِلْکَافِرِین

Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!(1)

səh: 18


1- Bəqərə surəsi, ayə 23-24.

أَمْ یَقُولُونَ افْتَراهُ قُلْ فَأْتُوا بِسُورَةٍ مِثْلِهِ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ کُنْتُمْ صادِقینَ

Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” -deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”(1)

أَمْ یَقُولُونَ افْتَراهُ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَیاتٍ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ کُنْتُمْ صادِقینَ

Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!-deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. (2)

Həzrət peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) çoxlu möcüzəsi olub və o möcüzələr tarix və hədis kitablarında qeyd olunmuşdur. Biz burada Qurani-kərimə işarə etməklə kifayətlənirik.

səh: 19


1- Yunis surəsi, ayə 38.
2- Hud surəsi, ayə 13.

ÜÇÜNCİ ƏSAS: MƏAD

Məadın mənası budur ki, Allah-taala bütün insanları həyatda yaşayıb öldüklərindən sonra yenidən dirildəcək və onların əməllərinin hesab-kitabı olacaqdır. Hər kəs özü mükafatını alacaq. Bir dəstə Cənnətdə olub nemətlərdən bəhrələnər, bir dəstə isə əməllərinin üzündən Cəhənnəmə düşüb əzaba düçar olarlar. Bütün İlahi Peyğəmbərlər xəbər veriblər ki, insanın həyatı ölümü ilə sona çatmır. Bu dünyadan sonra digər bir dünya da mövcuddur. İnsan orada əməllərinin nəticəsini görəcəkdir. Ölümdən sonra digər bir dünyanın və məadın olması bütün səmavi dinlərin zəruri etiqadlarındandır.

Məad bölməsində gərək bir neçə şeyə etiqad bəslənilsin.

1-Ölümdən sonra yaxşı insanların ruhu bərzəx cənnətində olub nemətlərdən bəhrələnər və pis əməllərinin sahibıəri isə bərzəx cəhənnəminə düşüb qiyamətə qədər əzaba düçar olarlar.

2-Ölümdən sonra dirilmənin cismani olmasına etiqadı olmalıdır. Qurani-kərimdə çoxlu ayələr məadın cismani olmasına işarə edir.

أَ یحَْسَبُ الْانسَانُ أَلَّن نجَّْمَعَ عِظَامَهُ بَلیَ قَادِرِینَ عَلیَ أَن نُّسَوِّیَ بَنَانَهُ

səh: 20

Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! (1)

وَنُفِخَ فِی الصُّورِ فَصَعِقَ مَن فِی السَّمَاوَاتِ وَمَن فِی الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ ثُمَّ نُفِخَ فِیهِ أُخْرَی فَإِذَا هُم قِیَامٌ یَنظُرُونَ

“Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra birdaha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» (2)

İnsanların ölümdən sonra yenidən dirilməsində şəkk-şübhə yoxdur. Allah-taala Quranda bu barədə təkəbbürlü kafirlərə işarə etmişdir, necə ki, əvvəldə Allah-taala heçnədən insanı yaratdı öldükdən sonra da təzədən dirildəcək. Quran buyurur:

səh: 21


1- Qiyamət surəsi, ayə 3-4.
2- Zümər surəsi, ayə 68.

وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِیَ خَلْقَهُ قَالَ مَنْ یُحْیِی الْعِظَامَ وَهِیَ رَمِیمٌ قُلْ یُحْیِیهَا الَّذِی أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِکُلِّ خَلْقٍ عَلِیمٌ

“Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”(1)

Hər bir müsəlmana vacibdir ki, öz həyatında xeyir əməllərdən bəhrələnsin və Allahın itaətində olub günahdan çəkinsin. Bununla da Allah-taalanın razılığını və mərhəmətini əldə etsin.

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِیاً یُنَادِی لِلإِیمَانِ أَنْ آمِنُواْ بِرَبِّکُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَکَفِّرْ عَنَّا سَیِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَی رُسُلِکَ وَلاَ تُخْزِنَا یَوْمَ الْقِیَامَةِ إِنَّکَ لاَ تُخْلِفُ الْمِیعَادَ

“Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik

səh: 22


1- Yasin surəsi, ayə 78-79.

günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz peyğəmbərlərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!"(1)

3-Cənnət və onun nemətlərinin cəhənnəm və onun çətinliklərinin ədalət üzündən olmasına etiqad olmalıdır.

səh: 23


1- Ali-İmran surəsi, ayə 194-195.

DÖRDÜNCÜ ƏSAS: ALLAH ADİLDİR

Məna budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki adillik və ədalət sifəti xeyir sifətlərindəndir. Amma zülm, şərr xüsusiyyətlərindəndir. Zülmə ədaləti icra edə bilməyən zəif və şərr adamlardan başqa birisi əl atmaz. Halbuki, Allah-taala bütün xeyirlərin mənşəyi və məxluqatın hamısına feyz verən və onların hamısından ehtiyacsızdır. Allahın zülm etməyə heç bir ehtiyacı yoxdur. Necə ki, bu məsələyə Quran işarə edir:

یا أَیُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَی اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِیُّ الْحَمِیدُ

“Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)”(1)

Başqa ayədə buyurur:

إِنَّ اللَّهَ لا یَظْلِمُ مِثْقالَ ذَرَّةٍ وَ إِنْ تَکُ حَسَنَةً یُضاعِفْها وَ یُؤْتِ مِنْ لَدُنْهُ أَجْراً عَظیماً

səh: 24


1- Fatir surəsi, ayə 15.

“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”(1)

إِنَّ اللَّهَ لا یَظْلِمُ النَّاسَ شَیْئاً وَ لکِنَّ النَّاسَ أَنْفُسَهُمْ یَظْلِمُونَ

Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!(2)

Allah-taala Peyğəmbərlərinin vasitəsi ilə insanları zülm etməkdən çəkindirir və bu işin pis və xoşa gəlməz olduğunu deyir. Deməli Allah-taala özü heç vaxt xoşa gəlməz və pis iş etməz.

səh: 25


1- Nisa surəsi, ayə 40.
2- Yunis surəsi, ayə 44.

BEŞİNCİ ƏSAS: İMAMƏT

İŞARƏ

Allah-taala bəşəriyyəti hidayət edib zülm və cəhalətdən nicat vermək üçün peyğəmbərlər göndərdi. Şəriət və qanunları qoruyub saxlamaq üçün isə imamları göndərdi. İmamların olmağı şiələrin nəzərinə əsasən dinin sütunu və əsasıdır. İmamətin bir neçə şərti vardır:

1-İmamət İlahi bir məqam və mənsəbdir, Allah bu məqam və mənsəbi istədiyi kimsəyə verər.

2-Peyğəmbəri Allah təyin etdiyi kimi, İmamı da Allah təyin edir. İmamət, Allah elçisinin İslam ümməti üzərində dini və dünyəvi xilafəti deməkdir. İmam, Allahın izni ilə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) tərəfindən təyin olunmalıdır. Ona görə ki, belə bir məsuliyyəti qəbul edəni Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) daha yaxşı tanıyır. Deməli imamı insanlar təyin edə bilməz.

3- İmam gərək məsum olsun və bütün böyük və kiçik günahlardan uzaq olsun.

4-Məsum imam peyğəmbərin (peyğəmbərlik məqamından başqa) bütün fəzilətlərini özündə toplayır və imamın vəzifəsi budur ki, peyğəmbərin gətirdiyi şəriəti qoruyub saxlasın. Həmçinin

səh: 26

insanları hidayət edib onların dini və dünyəvi işlərini islah etsin.

Həmçinin İslam Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərliyə seçiləndə Allah-taala tərəfindən öz canişinlərini də təkidlə elan etməsi məlum olur. Başqa yerdə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) öz canişinlərinin adlarını da deməsi tarixdə məlumdır. Onlar, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli-beyti (ələyhimus-səlam) və on iki nəfərdən ibarətdirlər. Birincisi imam Əli ibn Əbi Talib (ələyhis-səlam) və sonuncusu imam Məhdidir (Allah zühurunu tezləşdirsin).

İmamiyyə məzhəbinin nəzəri budur ki, Allah-taala Peyğəmbərə göstəriş vermişdir ki, həzrət Əlini (ələyhis-səlam) öz canişini seçib və bunu aşkar şəkildə camaata elan etsin. Bu haqda Qurani-kərimdə deyilir:

یَأَیهَُّا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللَّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا یهَْدِی الْقَوْمَ الْکَافِرِین

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik

səh: 27

vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! (1)

Həzrət Peyğəmbər sonuncu həcdən qayıdanda Qədir Xum adlı yerdə Allah-taala Peyğəmbərə göstəriş verdi həzrət Əlini (ələyhis-səlam) öz canişini və imam seçib və bunu aşkar şəkildə camaata elan etsin.

Şiə və əhli sünnə məzhəblərinin mənbələrinə əsasən müqəddəs İslam dininin İmamları on iki nəfərdən ibarətdir. Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) onların adlarını qeyd etmişdir. Onların adları aşağıdakılardan ibarətdir.

BİRİNCİ İMAM

ƏLİ İBN ƏBİ TALİB (ələyhis-səlam)

Atası: Əbu Talibdir.

Anası: Fatimə Əsəd qızıdır.

Həzrət Əli (ələyhis-səlam) «Amul-fil»-in(2) otuzuncu ili rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. Hicrətin qırxıncı ili ramazan ayının

səh: 28


1- Maidə surəsi, ayə 67.
2- Fil ili.

iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

İKİNCİ İMAM

HƏSƏN İBN ƏLİ İBN ƏBİ TALİB

(ələyhis-səlam)

Atası: İmam Əlidir (ələyhis-səlam).

Anası: İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qızı və qadınların üstünü Fatimədir (səlamullahi ələyha).

Hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlib. Hicrətin 50-ci ilində səfər ayının iyirmi səkkizi Əbu Süfyanın oğlu Müaviyənin hiyləsi və Əşəsin qızı Cudənin əli ilə zəhərlənib şəhid olur. Mədinədə Bəqi qəbiristanlığında dəfn olunub.

ÜÇÜNCÜ İMAM

HÜSEYN İBN ƏLİ İBN ƏBİ TALİB

(ələyhis-səlam)

Atası: İmam Əlidir (ələyhis-səlam).

səh: 29

Anası: İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qızı və qadınların üstünü Fatimədir (səlamullahi ələyha).

O həzrət hicrətin dördüncü ilində şəban ayının üçü Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-beyti (ələyhis-səlam) ilə məhərrəm ayının onuncu (aşura) günü Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.

DÖRDÜNCÜ İMAM

ƏLİ İBN HÜSEYN ZEYNUL-ABİDİN

(ələyhis-səlam)

Atası: Həzrət Hüseyn ibn Əlidir (ələyhis-səlam).

Anası: Şəhrəbanudur.

O həzrətin məşhur ləqəbi Zeynul-abidin və Səccaddır. İmam Səccad (ələyhis-səlam) hicrətin otuz səkkizinci ili şəban ayının beşində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əlinin (ələyhis-səlam) hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi həzrət Həsənin (ələyhis-səlam) İmamət dövrünü yaşamışdır. İmam Həsən (ələyhis-səlam) bu on ilin yalnız altı ayını hakimiyyət başında olmuşdur. Hicrətin əllinci ili İmam

səh: 30

Həsənin (ələyhis-səlam) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ələyhis-səlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altmış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət, hicrətin doxsan beşinci ili məhərrəm ayının iyirmi beşi şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ələyhis-səlam) qəbrinin kənarında dəfn olunmuşdur.

BEŞİNCİ İMAM

MƏHƏMMƏD İBN ƏLİ ƏL-BAQİR

(ələyhis-səlam)

Atası: İmam Zeynul-Abidindir (ələyhis-səlam).

səh: 31

Anası: İmam Həsənin (ələyhis-səlam) qızı Fatimə olmuşdur.

İmam Baqir (ələyhis-səlam) hicrətin əlli yeddinci ilində rəcəb ayının biri Mədinə şəhərində dünyaya gəlmişdir. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirul-ulum olmuşdur. İmam Baqir (ələyhis-səlam) həm ata, həm də ana tərəfdən həzrət Əli (ələyhis-səlam) və xanım Zəhranın (səlamullahi ələyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ələyhis-səlam) hicrətin yüz on dördüncü ilində zil-hiccə ayının yeddisində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur.

ALTINCI İMAM

CƏFƏR İBN MƏHƏMMƏD

(ələyhis-səlam)

Atası: İmam Baqirdir(ələyhis-səlam).

Anası: Ümmü-Fərvə olmuşdur.

Altıncı İmamın adı Cəfər, künyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir. İmam Sadiq (ələyhis-səlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya

səh: 32

gəlmiş, hicrətin yüz qırx səkkizinci ili şəvval ayının iyirmi beşi altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

YEDDİNCİ İMAM

MUSA İBN CƏFƏR ƏL-KAZİM

(ələyhis-səlam)

Atası: Həzrət Sadiqdir(ələyhis-səlam).

Anası: Həmidə adlı çox fəzilətli bir qadın olmuşdur. O həzrətin adı Musa, ləqəbi Kazimdir. İmam Kazim (ələyhis-səlam) hicrətin yüz iyirmi səkkizinci ilində səfər ayının yeddisində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü ili rəcəb ayının iyirmi beşində şəhid olmuşdur.

SƏKKİZİNCİ İMAM

ƏLİ İBN MUSA ƏR-RİZA

(ələyhis-səlam)

Atası: İmam Kazimdir (ələyhis-səlam).

səh: 33

Anası: Nəcimə (Ummulbənin) adlı fəzilətli bir qadın olmuşdur.

İmam Əli ibn Musa hicrətin yüz qırx səkkizinci ili zil-qədə ayının on birində anadan olmuşdur. İmam Əli ibn Musanın (ələyhis-səlam) künyəsi Əbülhəsən, ləqəbi Riza olmuşdur. İmam Riza (ələyhis-səlam) iki yüz üçüncü ildə səfər ayının axırı vəfat etmişdir.

DOQQUZUNCU İMAM

MƏHƏMMƏD İBN ƏLİ ƏL-CAVAD

(ələyhis-səlam)

Atası: İmam Rizadır (ələyhis-səlam).

Anası: Səbikə və ya Xeyzərandır.

Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində rəcəb ayının onunda Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (ələyhis-səlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

səh: 34

İmam Cavad (ələyhis-səlam) hicrətin iki yüz iyirminci ili zil-qədə ayının sonu iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbiristanlığında babası İmam Kazimin (ələyhis-səlam) məzarının yanında dəfn olunmuşdur.

ONUNCU İMAM

ƏLİ İBN MƏHƏMMƏD ƏL-HADİ

(ələyhis-səlam)

Atası: İmam Cavaddır (ələyhis-səlam).

Anası: Səmanə xanım olmuşdur.

Şiələrin onuncu İmamı, İmam Əliyyən-Nəqi (ələyhis-səlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O,

hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayının üçündə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.

ON BİRİNCİ İMAM

İMAM HƏSƏN ƏL-ƏSGƏRİ (ələyhis-səlam)

Atası: İmam Əliyyən-Nəqidir (ələyhis-səlam).

səh: 35

Anası: Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.

Şiələrin on birinci imamı həzrət Həsən Əskəri (ələyhis-səlam) hicrətin iki yüz otuz ikinci ili rəbius-sani ayının səkkizində anadan olmuşdur.

O Həzrətin məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. Hicrətin iki yüz altmışıncı ili rəbiul-əvvəl ayının səkkizində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

ON İKİNCİ İMAM

MƏHDİ İBN ƏL-HƏSƏN (ələyhis-səlam)

Atası: On birinci İmam həzrət Həsən Əskəridir (ələyhis-səlam).

Anası: Nərcis xanım olmuşdur.

On ikinci məsum İmam, həzrət Məhdi ibn Həsən Əskəri (ələyhis-səlam) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.

Onun adı İslam Peyğəmbərinin adından, künyəsi də Peyğəmbərin künyəsindəndir, yəni, Əbulqasimdir. Məsum İmamlar onun əsl adının

səh: 36

çəkilməsini qadağan etmişlər. Onun ləqəblərindən Höccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman və Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.

Allah-taala imam Məhdini (ələyhis-səlam) Öz hikməti ilə qeybə çəkib cahanda müəyyən şərait yaranan kimi Allah-taalanın hökmlərini hər yerdə icra etməkdən ötrü zühur edəcək. İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) çoxlu rəvayətlərdə nəql olunur ki, həzrət zəmanət verir ki, imamın zühuru axır-zamanda baş verəcək. Bu rəvayətlərin heç birində deyilmir ki, axır-zamanda doğulacaq. Bu da şiələrin etiqadı ilə tamamilə uyğun gəlir ki, İmam (ələyhis-səlam) uzun qeybdən sonra zühur edəcək.(1)

İmam Zamanın (ələyhis-səlam) qeybə çəkilməsinin iki mərhələsi var:

Birinci mərhələ: Qeybəti-suğra (kiçik qeyb) adlanır. Bu dövran hicrətin 329-cu ilinə qədər davam edir. Bu vaxta qədər İmamın (ələyhis-səlam) müsəlmanlar arasında xüsusi nümayəndələri var idi. İmamın (ələyhis-səlam) müsəlmanlar arasında

səh: 37


1- Əhli-Sünnə alimləri də İmamın (ə) zühurnu qəbul edir amma bu fərqlə ki, O hələ dünyaya gəlməyib.

olan nümayəndələri dörd nəfər idilər. Onlar Bağdadda müsəlmanlar arasında yaşamış, orda dəfn olunmuş və orada da qəbirləri məşhurdur. Onlar bunlardır:

Birinci: Osman ibn Səid. İmam Zamanın (ələyhis-səlam) və imam Həsən Əsgərinin (ələyhis-səlam) xüsusi və ən etimadlı vəkillərindən olmuşdur. Hicrətin 280-cı ilində vəfat etmişdir.

İkinci: Məhəmməd ibn Osman ibn Səid. Hicrətin 304 və ya 305-ci ilində vəfat edib.

Üçüncü: Həsən ibn Ruh Nubəxti. Hicrətin 326-ci ilində vəfat edib.

Dördüncü: Əli ibn Məhəmməd Səmuri. Hicrətin 329-cu ildə vəfat edib.

Səmurinin vəfatı ilə İmamın (ələyhis-səlam) müsəlmanlarla xüsusi səfirləri qurtarır. Bununla da “qeybəti-suğra” vaxtı sona yetir və “qeybəti-kubra” başlanır. Bu da Allah-taalanın İmamın (ələyhis-səlam) zühurunu məsləhət bildiyi vaxta qədər davam edəcək. Ona görə də bu dövrdə hər kim iddia etsə ki, İmamın (ələyhis-səlam) vəkili və səfiriyəm, yalançı sayılır.

Həsən ibn Əhməd Mükəttəbdən hədis nəql olunur ki: Bağdadda idim. O il İmamın (ələyhis-

səh: 38

səlam) sonuncu səfiri Səmuri (r.h) vəfat etmişdi. Mən o səfirin ölməsindən bir neçə gün əvvəl oraya yetişdim. Bir gün müsəlmanları başına yığıb İmam Zamandan (ələyhis-səlam) müsəlmanlara müraciət olaraq belə bir məktub oxudu:

Bismillahir-rəhmanir-rəhim! Ya Məhəmməd ibn Səmuri! Allah sənə müsəlmanlar arasında xüsusi mükafat versin! Sən altı gün içində dünyadan gedəcəksən. İşlərini cəm et! Sənin ölümündən sonra heç kimi mənimlə müsəlmanlar arasında xüsusi səfir vəsiyyət etmə. Bununla da tam qeybət yetişdi. Allah-taala izn verməyənə qədər zühurdan xəbər yoxdur. Bu zühur uzun müddətdən, qəlblərin kin bağlamasından və yer üzünün zülmlə dolmasından sonra olar. Şiələrimdən bir dəstəsi iddia edər ki, məni görür. Onlar yalançıdırlar. Böyük və uca Allahın güc və qüdrətindən başqa heç bir güc-qüdrət yoxdur!”.

Bu məktubu hamı yadında saxladı. Biz ondan ayrıldıq. Altıncı günü yenə onun yanına getdik, canüstə idi. Ondan soruşuldu ki, səndən sonra İmamla (ələyhis-səlam) kim danışacaq? Cavab verdi: “Bu Allaha aid olan işdir. İmamla rabitə kəsildi.

səh: 39

Allah özü hökm edəndir.” Bu söz ondan eşidilən sonuncu söz idi. Allah ondan razı olsun!(1)

İmam Zamanın (ələyhis-səlam) uzun müddətli qeybi dövründə müsəlmanların vəzifəsidir ki, şəriət məsələlərində böyük və savadlı alimlər sayılan adil müctəhidlərə müraciət etsinlər. Bu sifarişidə İmam Zaman (ələyhis-səlam) özü sifariş etmişdir. Hədislərdən birində İmam (ələyhis-səlam) buyurur:

“Məndən sonra müsəlmanlar şəriət məsələlərində bizdən düzgün hədis nəql edənlərə (adil alimlərə) müraciət etsinlər. Onlar mənim sizə olan höccətlərim və mən də hamıya Allah tərəfindən höccətəm.!”(2)

səh: 40


1- Biharul-Ənvar, 51-cicild, səh-367.
2- Vəsailüş-Şiyə, 18-cicild, səh-101.

FURUİDDİN

İŞARƏ

Məsələ: 1. Furuiddin 10-dur.

1. Namaz: Gün ərzində müəyyən şərtlərlə və müəyyən vaxtlarda Allaha ibadət etmək.

2. Oruc: Hər il ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək oruc olmaq.

3. Zəkat: Müəyyən şərtlərdə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərdə xərcləmək və s.

4. Xüms: İl ərzində insanın ehtiyacından artıq qalmış malın beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə xərcləmək və s.

5. Həcc: Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkəyə Kəbə evinin ziyarəti də daxil olmaqla xüsusi əməlləri yerinə yetirməklə ziyarətə getmək.

6. Cihad: Allah yolunda kafirlər, zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.

7. Əmr bil-məruf (yaxşılıqlara dəvət): insanları yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək.

8. Nəhy ənil-munkər (pisliklərdən çəkindirmək), insanları pis işlərdən çəkindirmək.

9. Təvəlla: Allah dostlarını sevib, onlarla dostluq etmək.

səh: 41

10. Təbərra: Allah düşmənləri ilə əlaqəni kəsib onlarla düşmən olmaq.

Bu kitabçada on furuiddindən namaz, oruc, xüms və zəkat haqda söz açacağıq.

TƏQLİDİN HÖKMLƏRİ

Məsələ: 2. Müctəhid olmayan şəxslər bütün ibadət, müamilə və digər əməllərdə daha elimli müctəhidin göstərişinə əməl etməlidirlər.

Məsələ: 3. Hökmlərdə müctəhidin göstərişlərini yerinə yetirməyə, təqlid etmək deyilir.

Məsələ: 4. Əgər göstərişinə əməl etdiyi müctəhid, dünyasını dəyişsə, onun təqlidində qalması icazəlidir. Əgər o, diri müctəhidlərdən daha savadlı olarsa, vacibdir ölü müctəhidin göstərişinə əməl etsin. Amma ölü müctəhidin təqlidində qalmaq üçün gərək diri və ədalətli müctəhidə təqlid etsin.

Məsələ: 5. Əgər müctəhid bir məslədə fətva verməyib ehtiyat edərsə, müqəllidi o məsələdə təqlid olunması icazəli olan digər müctəhidə təqlid edə bilər.

səh: 42

NAMAZ VƏ ONUN RƏKƏTLƏRİNİN SAYI

Məsələ: 6. Namaz iki hissəyə bölünür: vacib və müstəhəb namazlar. Müstəhəb namazlar çoxdur. Müstəhəb namazlar arasında, gecə-gündüz nafilə namazlarının qılınmasına daha çox tövsiyə olunduğuna görə biz bu kitabçada gecə-gündüz nafilə namazları haqda danışacağıq.

Vacibi namazlar altıdır:

1. Gündəlik namazlar. Gündəlik vacib namazlar beşdir: zöhr və əsr (hər biri dörd rəkət), məğrib (üç rəkət), işa (dörd rəkət), sübh (iki rəkət).

2. Ayət namazı.

3. Həccə gedən şəxs üçün Kəbə evinin vacibi təvaf namazı.

4. Nəzr, and və əhd ilə vacib olan namaz.

5. İnsanın özünün qəzaya getmiş namazları, istər bilərəkdən qəzaya getsin istərsə də bilməməzlik üzündən, yaxud ümumiyyətlə qılmayıb və ya qılıb, amma düzgün qılmayıb.

6. Atanın böyük oğula vacib olan qəza namazı.

səh: 43

Nəzr, and, əhd və təvaf namazının hökmləri digər kitablarda geniş şəkildə izah olunmuşdur. Bu kitabçada gündəlik namazlar və ayət namazı haqda danışacayıq.

Məsələ: 7. Müsafir olmayan şəxs zöhr, əsr və işa namazlarını dörd rəkətli, müsafir olan şəxs isə iki rəkətli qılmalıdır. Amma bütün mükəlləflər məğrib namazını üç rəkət, sübh namazını isə iki rəkətli yerinə yetirməlidirlər.

Məsələ: 8. Ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku vardır. Gündəlik və ayət namazlarının qaydaları sonradan deyiləcək.

NAMAZIN MÜQƏDDİMƏSİ

Məsələ: 9. Namazın müqəddiməsi yeddi şeydir;

1-Təharət; təharət üç hissədən ibarətdir: dəstəmaz, qüsl və təyəmmüm.

2- Vaxtı tanımaq;

3- Qibləni tanımaq;

4- Namaz qılanın yeri və libası qəsbi olmasın;

5- Övrəti örtmək;

6-Namaz qılanın paltar və bədəni pak olmalıdır;

səh: 44

7- Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı barmaqdan çox alçaq, ya uca olmasın.

Məsələ: 10. Vacibi qüsllər səkkiz qismdir:

1. Cənabət qüslü.

2. Məss-meyyit qüslü. Əgər bir şəxs, bədəni soyumuş və qüslü verilməmiş bir meyyitə məss etsə, yəni bədəninin bir hissəsini o meyyitə toxundursa, gərək məss-meyyit qüslü etsin.

3. Meyyit qüslü.

4. Əgər ay və ya günəş tamamiylə tutulsa insan bilərəkdən ayət namazını qılmasa ehtiyat-vacibə əsasən onun qəzasını yerinə yetirmək üçün qüsl etsin.

5. Nəzr, and içmə və sair səbəblərlə vacib olan qüsllər.

Bu beş qüsül kişilərlə qadınlar arasında müştərəkdir.

6. Heyz qüslü.

7. Nifas qüslü.

8. İstihazə qüslü. Bu üç qüsl də qadınlara məxsusdur.

səh: 45

Təharətin şərt olması lazım olan bütün əməlləri cənabət qüslü və müstəhəb qüsüllərlə(1) yerinə yetirmək olar.

Məsələ: 11. Müstəhəb qüsüllər çoxdur, onların arasında hamısından çox Cümə qüslünə əhəmiyyət verilmişdir. Onun vaxtı cümə günü sübh azanından günəşin qürub etməsinə qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, zöhrdən sonra əda və qəza niyyəti etmədən yerinə yetirsin.

Məsələ: 12. Qüslü iki şəkildə yerinə yetirmək olar tərtibi və irtimasi şəkildə. Mükəlləf qüslü hər hansı şəkildə istəsə yerinə yetirə bilər. Amma tərtibi şəkildə yerinə yetirmək daha fəzilətlidir. Tərtibi qüsldə, qüsl niyyəti ilə, əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra isə sol tərəfini yumaq lazımdır.

İrtimasi qüsldə gərək su bir anda bədənin hər yerini əhatə etsin. (Yəni camaat arasında bir dəfəyə suya batdı deyilsin).

səh: 46


1- Müstəhəb qüsüllərdən məqsəd rəvayətlərdə müstəhəbliyi sübut olan qüsüllərdir.

Məsələ: 13. Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.

Dəstəmaz bu qayda ilə alınmalıdır. Birinci üz, (dəstəmaz üçün olan uzunluq miqdarına görə) gərək alnın yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. (Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir). Üz yuyulduqdan sonra qolları yumaq lazımdır. Əvvəl sağ qolu, dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq lazımdır. Sonra sol qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq lazımdır. Sağ əlin rütubəti ilə başın qabaq hissəsinə məsh çəkilməlidir. Ehtiyata əsasən məshin enliyi üç bağlı barmaq olmalıdır.

Başı məsh etdikdən sonra, gərək əldə qalan dəstəmaz suyu ilə ayaqların üstünə, barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh edilsin. Ehtiyat-vacib budur ki, oynağa da məsh etsin. Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədər olsun, hətta

səh: 47

ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

DƏSTƏMAZ VƏ QÜSLÜN ŞƏRTLƏRİ

Məsələ: 14. Dəstəmaz və qüsüldə on səkkiz şey şərtdir.

1-Su mübah olsun, yəni qəsbi olmasın.

2-Su mütləq (saf) olsun yəni muzaf (qarışıq) olmasın. Muzaf su başqa bir şeydən alınan suya deyilir; məsələn: gülab, qarpız suyu, qora suyu və bu kimi sulara muzaf su deyilir. Əgər su torpaq və bu kimi şeylərlə qarışsa amma camaat arasında ona su deyilərsə muzaf su deyil.

3-Su pak olsun.

4-Dəstəmaz və qüslün üzvləri yuyulduqda pak olsun.

5-Dəstəmaz və qüsl aldığı fəza həmçinin suyun töküldüyü yer mübah olsun (qəsbi olmasın).

6-Niyyət.

7-Dəstəmaz və qüslü qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin əmrlərini yerinə yetirmək üçün alsın. Amma sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

səh: 48

8-Dəstəmaz və qüslü özü yerinə yetirsin. Deməli başqası onun üçün dəstəmaz və ya qüsl alsa batildir. Amma çıxılmaz vəziyyətlər istisnadır. Əgər çarəsiz qalıb dəstəmaz və qüsül üçün digərindən kömək alsa ehtiyata əsasən özü də niyyət etsin. Əgər digəri su tökərsə və şəxs özü dəstəmaz və ya qüsül üzvlərini yuyarsa eybi yoxdur, amma məkruhdur. Daha yaxşı budur ki, tərk olunsun.

9-Üzvləri ardıcıllıqla yusun. Dəstəmazı qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yəni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yusun. Ondan sonra başına, sonra isə ayaqlarına məsh etsin. Gərək sol ayağına, sağ ayaqdan əvvəl məsh etməsin. Əgər bu tərtiblə alınmasa, batildir. Həmçinin qüslü də ardıcıllıqla yerinə yetirməlidir. Tərtibi qüsldə, gərək qüsl niyyəti ilə, əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra isə sol tərəfini yumaq lazımdır.

10-Su, sidik və ğaitin yuyulduğu sudan olmasın.

11-Ehtiyata əsasən qüsül verilmiş sudan olmasın.

səh: 49

12-Fasiləsiz olaraq yerinə yetirsin. Hətta sonrakı üzvü yuyanda əvvəlki üzv qurumasa belə.

13-Yuxarıdan aşağıya yumaq; əgər aşağıdan yuxarı yuyularsa batildir. Həmçinin başın məshində də riayət olunsun. Ayaqların məshində daha yaxşı olar barmaqların ucundan ayaqların qatlanacağına qədər məsh edilsin. Əlbətdə əksi də icazəlidir. Bu qeyd etdiyimiz axırıncı iki şərt dəstəmaza məxsusdur. Amma qüsüldə bədən üzvlərinin yuyulmasında fasilə salmaq icazəlidir. Hətta çox fasilə düşsə belə bu şərtləki dəstəmaz və qüslü batil edən bir iş baş verməsin. Həmçinin qüsüldə aşağıdan yuxarı yumaq da icazəlidir.

14-Qüsüldə tük olan yerlərə suyu çatdırmaq şərtdir. Ehtiyata əsasən tüklər də yuyulmalıdır. Dəstəmazda əgər üzün dərisi tüklərin arasından görünərsə, gərək suyu dəriyə çatdırsın. Amma görünməsə, tükləri yumaq kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil. Başa məsh çəkəndə dəriyə məsh etmək lazım deyil. Başın qabaq tərəfinin tükünə də məsh etmək səhihdir.

15-Qüslün və dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın. Əgər üzvlərindən birinə bir şey yapışdığını bilsə,

səh: 50

gərək o şeyi aradan qaldırsın. Əgər sonradan bədənində iynənin ucu qədər qüsl və ya dəstəmaz suyunun çatmadığı bir yer qaldığını bilsə qüsl və dəstəmazı batildir.

16-Sudan istifadə etməyin şəxs üçün heç bir maneəsi olmasın. Əgər bir şəxs dəstəmaz alarsa xəstələnəcəyindən, yaxud digər zərərin dəyəcəyindən qorxarsa və dəstəmaz alarsa batildir, gərək təyəmmüm etsin.

17-Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır. Dəstəmaz və ya qüsl alacağı halda namaz öz vaxtından sonraya qalacaqsa (yəni qəzaya gedəcəksə) gərək təyəmmüm etsin. Əgər qüsl etsə və ya dəstəmaz alarsa batildir.

18-Dəstəmaz və qüsl suyunun qabı mübah olsun, yəni qəsbi olmasın. Həmçinin qızıl və ya gümüşdən olmasın. Əks təqdirdə dəstəmaz və qüsl batildir.

DƏSTƏMAZ VƏ QÜSLÜ BATİL EDƏN ŞEYLƏR

Məsələ: 15. On iki şey dəstəmaz və qüslü batil edir:

səh: 51

1. Sidik.

2. Ğait.

3.Ğaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli;

4.Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma mürgüləsə və bu iki hal olmasa, dəstəmazı batil etməz.

5. Sərxoşluq.

6. Huşdan getmək.

7. Dəlilik.

8. Cənabət.

9. Heyz.

10. Nifas.

11. İstihazə.

12. Ehtiyata əsasən meyyitə toxunmaq.

Əgər bir şəxs, bədəni soyumuş və qüslü verilməmiş bir meyyitə məss etsə, yəni bədəninin bir hissəsini o meyyitə toxundursa, gərək məss-meyyit qüslü etsin. İstər yuxu halında məss etsin, istərsə də ayıq; istər ixtiyari olaraq məss etsin, istərsə də ixtiyarsız. Hətta, əgər onun dırnağı meyyitin dırnağına, sumüyü də meyyitin sümüyünə dəysə, gərək qüsl etsin. Amma ölmüş heyvana məss etsə, məss-meyyit qüslü vacib deyil.

səh: 52

Əgər (məssi meyyit qüslündən əlavə boynunda) cənabət qüslü də olarsa bir qüsl ilə ikisini də niyyət edə bilər.

Əgər bir şəxsdən istibra etməzdən qabaq rütubət gələrsə sidik hökmündədir.

Sidik xaric olandan sonra, paklanmaq məqsədi ilə kişilərin, yerinə yetirdikləri müstəhəb bir əmələ “İstibra”(1) deyilir. Bu, ona görə yerinə yetirilir ki, sonradan məxrəcdən çıxan rütubətin pak hökmündə olduğu bilinsin. Bu əməl, məxrəcdə sidiyin qalmadığına yəqin etmək üçün yerinə yetirilir. İstibranın faydası (əvvəl deyildiyi kimi) budur ki, məxrəcdən rütubət gəlsə və onun “sidik, məzi,(2) vəzi,(3) vədi”(4) və ya digər şey olması

səh: 53


1- İstibranın bir neçə yolu vardır. Ən yaxşısı budur ki, bövl kəsiləndən sonra, əgər ğaitin məxrəci nəcisdirsə, əvvəlcə onu paklasın, sonra üç dəfə sol əlin orta barmağını, ğaitin məxrəcindən alətin dibinədək çəksin; belə ki, kanalda qalmış sidik alətə gəlsin. Sonra baş barmağı, alətin üstünə, onun yanındakı barmağı isə alətin altına qoyub, üç dəfə xütnə olan yerədək, hətta alətin başınadək sıxsın. Daha sonra alətin başını üç dəfə sıxsın.
2- İnsandan mazaqlaşma zamanı xaric olan su, məzi adlanır.
3- Bəzi vaxtlar mənidən sonra gələn su, vəzi adlanır.
4- Bəzi vaxtlar sidikdən sonra gələn su, vədi adlanır. Əgər sidik kanalında sidik və ya məni qalmazsa bu sular hamısı pakdır. Dəstəmaz və qüslü batil etmirlər.

bilinmədiyi halda, dəstəmaz və qüsl batil deyil və o rütubət nəcis deyil. Əgər insan istibra etməsə və ondan rütubət çıxsa, dəstəmaz və qüsl batildir o rütubət isə nəcisdir.

Məsələ: 16. Qeyd olunan batil edənlərin bəzisi dəstəmazın alınmasına səbəb olur, məsələn: sidik, ğait, ğaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli, gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz, sərxoşluq, huşdan getmək, dəlilik və qəlilə (az) istihazə. Amma bəziləri isə qüsl etməyə səbəb olur, məsələn: cənabət, heyz, nifas qüsülləri kimi.

TƏYƏMMÜM

Məsələ: 17. Səkkiz yerdə dəstəmaz və qüsl əvəzi olaraq gərək təyəmmüm edilsin.

Birinci yer

Suyun olmaması:

səh: 54

Dəstəmaz və qüsl almaq üçün lazım olan qədər suyu tapmaq mümkün olmasın. Belə olan halda əgər su tapmağa ümüdü olsa gərək su axtarmağa getsin. Çöldə, (biyabanda) olsa, eyni zamanda o məntəqə eniş-yoxuşlu olsa, gərək hər dörd tərəfə, qədimdə kamandan atılan bir oxun qət etdiyi məsafə miqdarında (yəni iki yüz addım) suyu axtarmaq üçün getsin. Amma yer, eniş-yoxuşlu deyilsə, gərək hər tərəfə iki oxun qət etdiyi məsafə miqdarında (yəni dörd yüz addım) axtarış aparılsın.

İkinci yer

Suyu əldə etmək üçün lazım olan avadanlıq olmasın:

Məsələn: yaxınlıqda su var, amma çox baha qiymətə satırlar, bu şəxsin isə suyu almağa maddi imkanı yoxdur yaxud su quyuda var amma suyu çəkmək üçün ip vedrə və s. kimi əşyalar yoxdur. Quyuya girmək və ya digərini əcir edib ora salmaq mümkün olmazsa gərək təyəmmüm etsin.

səh: 55

Üçüncü yer

Əgər insan, suyu dəstəmaz və qüsl üçün istifadə edəcəyi halda hal hazırda və ya sonradan özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin (xidmətçi kimi) susuzluqdan öləcəklərindən, qorxsa, gərək dəstəmaz və qüsl əvəzinə təyəmmüm etsin. Həmçinin heyvanın susuzluqdan tələf olmasından qorxsa, gərək suyu ona verib təyəmmüm etsin.

Dördüncü yer

Su elə bir şəxsin yanındadır ki, hətta pulsuz da verir amma minnət qoyur, minnətə dözmək isə onun üçün çətindir belə olan halda təyəmmüm etməsi icazəlidir. Amma minnətə dözüb dəstəmaz alarsa dəstəmazı səhihdir.

Beşinci yer

Dəstəmaz və ya qüsl etməyə vaxt olmazsa.

Altıncı yer

Bir şəxs su tapacağı təqdirdə özünün, abrının və malının oğru, yırtıcı heyvandan və s. kimi

səh: 56

şeylər tərəfindən təhlükəyə düşməsindən qorxsa. Yaxud su tapacağı təqdirdə yolda azmasından, karvandan ayrı düşməsindən qorxarsa gərək təyəmmüm etsin. Amma bu o haldadır ki, yola tək davam edə bilməsin.

Yeddinci yer

Əgər bir şəxs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, göz ağrısından, çiban çıxaracağından, şiddətli soyuqdan yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya çətinliklə müalicə olunacağından qorxsa, gərək təyəmmüm etsin. Amma isti suyun zərəri olmasa, gərək isti su ilə dəstəmaz alsın və ya qüsl etsin.

Səkkizinci yer

Bədəni, yaxud paltarı nəcis olan bir şəxsin bir qədər suyu varsa, dəstəmaz və qüsl aldıqda, bədənini və yaxud paltarını suya çəkmək üçün

səh: 57

suyu qalmayacaqsa, gərək bədən və ya paltarını suya çəkib təyəmmümlə namaz qılsın. Bu o haldadır ki, paltarını çıxartmaq və ya suya çəkmək mümkün olmasın.

Məsələ: 18. Təyəmmüm, qaydası sonradan deyiləcək şəkildə hər iki əlin içini birlikdə, təyəmmümün səhih olduğu şeyə vurub; sonra isə əlləri üzə və əllərin üstünə çəkməyə deyilir.

TƏYƏMMÜMÜN QAYDASI

Məsələ: 19. İstər dəstəmaz, istərsə də qüsl əvəzində olan təyəmmümü bu tərtiblə yerinə yetirsin; hər iki əlin içini birlikdə təyəmmümün səhih olduğu şeyə vursun sonra iki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə; tüklər bitən yerdən qaşlara qədər daha yaxşı olar qaşların altına qədər və burunun üst tərəfinə çəksin. Sonra sol əlin içini sağ əlin üstünün hər yerinə, sonra sağ əlin içini sol əlin üstünün hər yerinə çəksin. İkinci dəfə də, əlləri yerə vurub əllərin üstünə çəksin.

səh: 58

Məsələ: 20. Dəstəmaz və qüsüldə qeyd olunan şərait burada da şərtdir.

1-Torpaq və ya yer mübah olsun, yəni qəsbi olmasın.

2-Torpaq, dəstəmaz və qüslün üzvləri pak olsun.

3- Təyəmmüm olunan torpaq digər şeylərlə qarışıq olmasın. Əgər həddindən artıq az olarsa eybi yoxdur.

4-Ardıcıllıqla yerinə yetirsin.

5-Fasiləsiz olaraq yerinə yetirsin.

6-Yuxarıdan aşağıya doğru çəksin (qeyd olunan şəkildə).

7- Özü yerinə yetirsin.

8-Üz və əllərdə maneə olmasın.

9-Niyyət və qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin əmrlərini yerinə yetirmək üçün etsin. Təyəmmüm olunmuş torpaq və yerə təyəmmüm etmək olar, hətta qüsl əvəzinə olunsa belə.

TƏYƏMMÜMÜN SƏHİH OLDUĞU ŞEYLƏR

Məsələ: 21. Təyəmmüm torpağa, quma, kəssəyə, daşa edilsə səhihdir. Amma ehtiyat-vacib budur ki, təyəmmüm olunan şeyin tozu olsun və

səh: 59

ya toz onun üzərinə toplansın. Hətta xalça və paltarı sirkələmək kimi vasitələrlə olsa belə. Əgər bunlar mümkün olmasa üzərinə toz toplanmayan şeyə təyəmmüm etsin. Baxmayaraq ki, əl vurmaqla az bir miqdarda toz yarana. Əgər bu da mümkün olmasa, palçığı qurutmaq mümkün olmayan halda palçığa təyəmmüm etsin.

GÜNDƏLİK VACİB NAMAZLARIN VAXTI

Məsələ: 22. Zöhr və əsr namazının vaxtı şəri zöhrdən günəş batana qədərdir. Ehtiyat budur ki, günəş batandan sonra şərq tərəfdə olan qızartı aradan getməyənə qədər əda və qəza niyyəti etməsin. Allah-taalanın ondan istədiyini yerinə yetirməyi niyyət etsin.

MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI

Məğrib və işa namazlarının vaxtı məğribin əvvəlindən gecə yarsına qədərdir (təqribən şəri zöhrdən 11 saat 20 dəqiqə sonradır). Əgər müəyyən üzrlü səbəbə görə məsələn: yuxu, unutqanlıq və heyzə görə gecə yarsına qədər qıla bilməsə sübh azanına qədər əda niyyəti ilə qıla

səh: 60

bilər. Əgər günah üzündən gecə yarsına qədər qılmasa ehtiyat budur ki, əda və qəza niyyəti etmədən qılsın.

SÜBH NAMAZININ VAXTI

Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı üzü yuxarı tərəfə hərəkət edir ki, buna birinci fəcr deyilir. Bu ağartının yayılmağından sonrakı vaxta ikinci fəcr deylir ki, bu da sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı isə günəşin çıxdığı vaxtdır. Əgər bilərəkdən namazı vaxtından qabaq qılsa namazı batildir. Amma vaxtından sonra qılsa əgər bir rəkəti namaz vaxtında olarsa, namazı səhihdir. Əgər bilərəkdən olarsa, günah etməsinə baxmayaraq namazı səhihdir.

QİBLƏ

Məsələ: 23. Qiblə, əzəmətli Məkkə şəhərində yerləşən Kəbə evinin yeridir ki, yerin dibindən göylərin sonunadək qiblədir. Gərək namaz, onunla üzbəüz duraraq qılınsın. Amma oradan uzaqda olan şəxs üzü qibləyə dursa, belə ki, “üzü qibləyə namaz qılır” desələr, kifayətdir.

səh: 61

Məsələ: 24. Kişi gərək namaz halında, hətta əgər bir şəxs onu görməsə də, övrəteynini örtsün. Qadın, namaz halında bütün bədənini, hətta başını və tüklərini örtməlidir. Amma üzünü, dəstəmazda yuyulan miqdarda, əllərini biləyə qədər, ayaqlarını topuğa qədər örtməsi lazım deyil. Əgər naməhrəm onu görürsə bunları da örtmək vacibdir.

Məsələ: 25. Namaz qılanın vacibdir övrətini örtdüyü şey, hətta bütün paltarı, (övrəti örtən paltarlardan digər paltarları) əti haram olan heyvanlardan hazırlanmasın. Əgər o heyvanların, hətta bir tükü belə namaz qılanın üstündə olsa, yəni onun paltarına və ya bədəninə yapışmış olsa, namazı batildir. Kişilərin paltarı xalis ipəkdən və qızıldan toxunulmuş olmasın. Amma qadınlar üçün heç bir eybi yoxdur. Həmçinin namaz qılanın paltarı və məkanı qəsbi olmasın.

səh: 62

NƏCASƏTLƏR

Məsələ: 26. Nəcasət on bir şeydən ibarətdir.

1. Sidik.

2. Ğait.

3. Məni.

4. Murdar olmuş heyvan.

5. Qan.

6. İt.

7. Donuz.

8. Kafir.

9. Şərab.

10. Pivə.

11. Nəcasət yeyən dəvənin təri. Məşhur nəzərə görə, haramdan cünub olanın təri də nəcisdir.

1-2-Sidik və Ğait(1)

İnsanın və atıcı qanı olan (yəni, damarını kəsdikdə qanı sıçrayışla gələn) haram ətli heyvanların sidik və ğaiti nəcisdir. Amma əti haram olan quşların sidik və ğaitləri pakdır.

səh: 63


1- İfrazat.

3-Məni

İnsanın və sıçrayan qanı olan hər heyvanın mənisi nəcisdir. Əgər istibra etməzdən qabaq insandan rütubət xaric olarsa və məni və ya pak sulardan birinin olduğunu bilməsə məni hökmündədir.

4-Murdar

İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şəri qaydalara görə kəsilməmiş, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir.

5-Qan

İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayaraq axan hər bir heyvanın qanı nəcisdir.

6-7-İt və Donuz

Quruda yaşayan it və donuz nəcisdir. Amma su iti və su donuzu pakdır.

8-Şərab

Şərab və insanı məst edən hər bir şey, əgər öz-özlüyündə, zatən maye olsa nəcisdir; əgər üzüm

səh: 64

suyu günəş və hava vasitəsi ilə qaynasa, nəcis hökmündədir. Əgər odla qaynasa, üçdə ikisi getməyənə qədər yeyilməsi haramdır, amma nəcis deyildir.

9-Pivə

Arpadan alınan və arpa suyu deyilən pivə, məst edici olmamasına baxmayaraq nəcisdir.

10-Kafir

Allahı inkar edən və ya Allaha şərik qoşan şəxs, kafir və nəcisdir. Həmçinin bir şəxs dinin zəruri məsələlərini inkar etsə və bu inkar etdiyi şey nübüvvəti inkar etməklə nəticələnsə kafir və nəcisdir. Onların həddi-buluğa çatmayan uşaqları kafir hökmündədir. Ehtiyata əsasən yəhudilər, xristianlar və məcuslar nəcisdirlər.

11-Nəcasət yeyən dəvənin təri

İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Amma haramdan cünub olanın təri, rütubətin qalmasına baxmayaraq daha üstün nəzərə əsasən nəcis deyil. Amma haramdan cünub olan tərlə qılınan namaz batildir.

səh: 65

PAKLAYICILAR

Məsələ: 27. On beş şey nəcasəti pak edir. Bu şeylərə mütəhhirat (paklayıcılar) deyilir:

1. Su.

Su üç hissəyə bölünür.

1-Axar su.

2-Bir yerdə dayanan su.

3-Yağış suyu.

Bir yerdə dayanan su özü iki hissəyə bölünür; 1-Kürr suyu. 2-Qəlil (az) su.

Kürr suyu

Uzunluğu, eni və dərinliyi hər biri üç qarış olan qabı dolduran miqdarda suya kürr suyu deyilir. Amma ehtiyat budur ki, uzunluğu, eni və dərinliyi üç qarış yarım olsun.

Az su

Kürr miqdarında olmayan, yerdən coşmayan sulara; məsələn: kasa, kuzə, aftafa suyuna və bu kimi sulara, az su deyilir. Bunlardan hər birinin pak etmə hokumü fərqlidir və sonradan qeyd olunacaq.

səh: 66

2. Torpaq

Yer, nəcis olmuş ayağın və ayaqqabının altını pak edər: yer pak olmalıdır; quru olmalıdır; ayaq və ya ayaqqabının altı yer tərəfdən yeriməklə nəcis olsun; ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan qaldırılsın.

3. Günəş

Günəş, adətən daşınılmaz olan şeyləri məsələn: yeri, binanı, divarı, qapı və pəncərəni pak edir. Həmçinin torpaq və daş yerin bir hissəsi hesab olarsa eyni hökmdədir. Bunların pak olmasında günəşin saçması nəticəsində quruması və nəcisin eynindən bir şeyin qalmaması şərtdir. Deməli, küləyin vasitəsi ilə və ya havanın isti olması nəticəsində qurusa pak deyil.

4. İstihalə(1)

Əgər nəcis şeyin cinsi (zatı) dəyişilib başqa bir pak şeyə çevrilsə, pak olar. Belə dəyişikliyə

səh: 67


1- Bir haldan başqa hala keçmə.

istihalə deyilir; məsələn: nəcis çubuq, yanıb külə çevrilsə, yaxud it duzlağa batıb duza çevrilsə, ğaitdən qurd əmələ gəlsə, nütfədən heyvan əmələ gəlsə paklanar. Amma, cinsi dəyişilməsə; məsələn: nəcis buğdanı üyüdüb un etsələr, yaxud çörək bişirsələr pak olmaz.

5. İnqilab(1)

Nəcis bir şeyin pak bir şeyə çevrilməsinə deyilir. Məsələn: şərab sirkəyə çevrilsə, pak olar.

6. İntiqal(2)

Əgər ürfə görə, qanı olmayan bir heyvan insanın qanını sorsa, məsələn: ağcaqanadın insan bədənindən sorduğu qan kimi, öz bədəninin qanı hesab olunsa (və insanın qanı hesab olunmasa) o qan pak olur və buna intiqal deyilir. Deməli, zəlinin insanın bədənindən çəkdiyi qana “zəli qanı deyil, insan qanıdır” deyildiyinə görə nəcisdir.

səh: 68


1- Nəcis bir şeyin vəsfinin pak bir şeyə çevrilməsinə deyilir.
2- Bir yerdən başqa yerə nəql olunma.

7. İslam

Əgər kafir müsəlman olsa pak olar. Müsəlman olandan sonra onun bədəni, ağzının, burnunun suyu və təri pakdır. Daha üstün nəzərə əsasən hətta fitri mürtəd(1) olsa belə yenə pak olar.

8. Təbəiyyət

Təbəiyyət odur ki, nəcis bir şey başqa nəcis şeyin pak olması vasitəsi ilə paklansın. Bu üç halda icra olunur:

Birinci: Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar.

İkinci: Əgər şərab sirkəyə çevrilsə və ya günəşin yaxud havanın vasitəsi ilə üzüm suyu sirkəyə çevrilsə, o şərab və ya üzüm suyu sirkəyə

səh: 69


1- İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki qismdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, o, dünyaya gələn vaxt onun ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir.

çevrilməklə pak olur. Onların qabları da, onların pak olmaları ilə pak olur.

Üçüncü: Üstündə meyyit yuyulan taxta və ya daş, habelə meyyitin övrətinə örtülən parça, ona qüsl verənin əlləri, onu yuduqları zaman istifadə olunan kisə və bu kimi şeylər qüsl başa çatdıqdan sonra pak olur. Amma bu hökm qüsl verənin paltarına aid deyil.

9. Eyni nəcasətin aradan getməsi

Əgər bir heyvanın bədəni qan kimi eyni nəcisə bulaşsa, o aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın ağız, burun və qulağının içi kimi bədəninin daxili də eyni hökmdədir.

10. Müsəlmanın qayib olması

Əgər bir müsəlmanın paltarı və bədəni nəcis olsa, müsəlman bədən və ya paltarının nəcis olduğunu bildiyini insan anlasa, sonra o müsəlman qaib olsa, sonra o paltarı, paklığı şərt olan bir işdə istifadə etdiyi görünsə; məsələn: o paltarla namaz qılması görünsə, onu pak etməsinə ehtimal verildiyi halda (o şeyin pak olmasına elm olmasa belə) o şeyin pak olmasına hökm olunur.

səh: 70

11. Ğaitin məxrəcinin daş və parça ilə təmizlənməsi

Ğaitin məxrəcini(1) parça, daş, kəssək və s. kimi şeylərlə (qeyd olunacaq şərtlər daxilində) paklamaq olar.

12. İstibra

Əgər insandan bir rütubət gəlsə, insan onun sidik və ya məni olduğunu bilməsə, istibra etdiyi təqdirdə pakdır. Bu mövzu on altıncı məsələdə qeyd olunmuşdur.

13.Ğüsalənin ayrılması(2)

Paltar və digər şeydə qalan rütubəti o pak edir.

14. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan axması

Şəri üsullarla başı kəsilən əti halal olan heyvanın qanı normal miqdarda axdıqdan sonra,

səh: 71


1- İfrazatın xaric olduğu yer.
2- Ğüsalə o sudur ki, adətən yuyulma vaxtında, yaxud ondan sonra yuyulan şeydən öz-özünə, yaxud sıxılmaqla tökülür.

onun bədənində qalan qan pakdır. Ehtiyata əsasən əti haram olan heyvanın başı kəsildikdən sonra bədənində qalan qandan çəkinilsin.

15. Nəcis yeyən heyvanın istibrası

İnsan nəcasətini yeməyə adət edən heyvanın bövlü və ğaiti nəcisdir. Onların pak olması üçün, gərək heyvan istibra olunsun. Yəni, bir müddət nəcasət yeməsinin qabağı alınmalı, ona daha “nəcasət yeyən” deyilməyəcəyi müddət ərzində pak yem verilməlidir.

NƏCİS OLMUŞ ŞEYLƏRİ PAK ETMƏYİN YOLLARI

Məsələ: 27. Nəcis olmuş şeyləri pak etməyin yolları belədir. Əgər nəcis bir şeyi kürr, yaxud axar suda bir dəfə yusalar pak olar və onu çölə çıxartdıqdan sonra ondan tökülən su da pakdır. Sidik və ğaitin məxrəci də bu hökmdədir.

Yağış suyu yağdığı halda, kürr və axar su hökmündədir. Əgər üstündə nəcasətin eyni olmayan nəcis bir şeyə bir dəfə yağış yağsa, yağışın dəydiyi yerlər pak olur və xalça, paltar və

səh: 72

bu kimi şeyləri (yağış dəyəndən sonra) sıxmaq lazım deyil.

Əgər az su ilə pak etmək istəsələr, əgər nəcis olan şey sidik ilə nəcis olsa, iki dəfə yumaq vacibdir, ondan tökülən birinci su isə nəcisdir. Hətta ehtiyata əsasən ondan tökülən ikinci suda nəcisdir. Əgər sidikdən başqa şey ilə nəcis olsa bir dəfə yumaq kifayətdir, amma daha üstün nəzərə əsasən ondan tökülən su nəcisdir. Qeyd etdiklərimiz qablardan başqa şeylərdə idi. Amma qablar hər hansı bir nəcis ilə nəcis olsa üç dəfə yumaq vacibdir. İtin və donuzun yaladığı, yaxud su və ya maye şeylər içdiyi qabı, yumaqdan əlavə torpaq ilə sürtmək, lazımdır. Əgər su daxilinə nüfuz edən şeylərdən olarsa gərək sıxılsın və ya hərəkət etdirilsin ki, onun daxilində olan su çıxsın.

Əgər daş, kəssək, parça və bu kimi şeylər quru və pak olsalar, onların vasitəsi ilə ğaitin məxrəcini paklamaq olar. Hörməti saxlanılması lazım olan şeylərlə; məsələn: Allah, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) həmçinin, məsum İmamların adı, Quran ayələri və hədislər yazılmış kağızla ğaitin məxrəcini paklamaq haramdır. Ğaitin məxrəcini sümük və peyinlə paklamaq olmaz. Əgər su ilə

səh: 73

yuyulsa nəcisin eyni aradan gedəndən sonra bir dəfə yumaq kifayətdir və ondan ayrılan su da pakdır. Əgər sudan digər şey ilə pak etmək istəsə gərək üç dəfə olsun. Baxmayaraq ki, bir daşın və ya parçanın üç tərəfi ilə olasa belə. Bu o haldadır ki, bir dəfəyə və ya üç dəfəyə pak olsun. Amma üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər sürtmək lazımdır. Üç halda ğaitin məxrəci təkcə su ilə paklanır:

1.Ğaitlə yanaşı başqa nəcasət (qan kimi) çölə gələrsə.

2.Xaricdən bir nəcis ğaitin məxrəcinə dəymiş olarsa(1).

3.Məxrəcin kənar hissələri, adi qaydadan artıq nəcasətə bulaşmış olarsa. Bunlardan başqa hallarda, məxrəci həm su ilə yumaq olar, həm də parça, daş və s. kimi şeylərlə paklamaq olar. Amma su ilə yumaq daha yaxşıdır.

Məsələ: 28. Yemək yeməyə başlamamış, südəmər oğlan uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, pak olar. Hətta ondan

səh: 74


1- İfrazatın xaric olduğu yerə dəymiş olarsa.

ayrılan su da pakdır. Amma südəmər qız uşağının sidiyindən çəkinilsin.

Məsələ: 29. Az su ilə bir şey pak etmək istəyəndə gərək az suyu nəcis olmuş şeyin üzərinə töksünlər. Əgər nəcis şeyi az suyun içinə salarlarsa o şeyin pak olmamasından əlavə suyu da nəcis edir. Amma kürr və axar su belə deyil, istər suyu nəcis olmuş şeyin üzərinə töksünlər istərsə də nəcis şeyi suya salsınlar hər iki halda pak edəndir.

Məsələ: 30. İyirmi altıncı məsələdə qeyd olunan on bir şeydən digər şeylərin hamısı pak hökmündədir. Əgər insan yəqin etsə bir şey yaş halda bu on bir şeydən birinə dəyibdir, bu halda o şeyin nəcis olmasına hökm etməlidir. Əgər insanda güman yaransa bir şey, yaş halda bu on bir şeydən birinə dəyibdir bu halda o şeyin pak olmasına hökm etməlidir.

səh: 75

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI

Məsələ: 31. Hər bir şeyin nəcis olması, üç yolla sübut olunur:

1-İnsanın özü bir şeyin nəcis olmasına yəqin etsin. Amma bir şeyin nəcis olmasına güman etsə, ondan qorunması lazım deyil.

2-İnsanın ixtiyarında olan bir şəxs, hər hansı şeyin nəcis olmasını xəbər versə; məsələn: insanın həyat yoldaşı, nökəri, yaxud ailə üzvləri müəyyən bir qabın, yaxud onun ixtiyarında olan başqa bir şeyin nəcis olmasını xəbər versə;

3-İki nəfər adil şəxs, hər hansı bir şeyin nəcis olmasını desinlər, hətta bir nəfərin dediyindən də inam yaransa, yenə də o şeyin nəcis olması məlum olur.

Məsələ: 32. Nəcis və nəcis olmuş şeyi yeyib və içmək haramdır. Həmçinin onları digərlərinə yedirdib və içirtmək haramdır.

Məsələ: 33. Məscidi nəcis etmək haramdır. Onun nəcis olduğunu anlayan hər bir şəxsin dərhal onun nəcasətini aradan qaldırması və paklaması lazımdır. Ehtiyata əsasən bu hökm Quran ayələri,

səh: 76

Allahın, Peyğəmbərlərin və məsum İmamların adlarına da aid olur.

səh: 77

AZAN VƏ İQAMƏ

Məsələ: 34. Gündəlik vacib namazlardan əvvəl azan və iqamənin deyilməsi müstəhəbdir. İqamənin deyilməsi azandan daha çox təkid olunub. Daha yaxşı olar ki, imkan olan halda azan və iqamə tərk olunmasın.

Məsələ: 35. Azan 18 cümlədir:

Dörd dəfə: Əllahu əkbər

İki dəfə: Əşhədu əlla ilahə illəllah

İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah

İki dəfə: Həyyə ələssaləh

İki dəfə: Həyyə ələl-fəlah

İki dəfə: Həyyə əla xayril-əməl

İki dəfə: Əllahu əkbər

İki dəfə: La ilahə illəllah

İqamə isə 17 cümlədir, yəni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki dəfə «Qəd qamətissaləh» əlavə edilir.

Məsələ: 36. Əşəhədu ənnə Əliyyən vəliyyullah azan və iqamənin hissələrindən deyil. Amma

səh: 78

yaxşı olar ki, əşhədu ənnə Muhəmmədən rəsululah dedikdən sonra qürbət qəsdi ilə deyilsin.

Məsələ: 37. Azan və iqamənin deyilməsi gündəlik vacib namazlar üçün müstəhəbdir. Bunlardan başqalarında isə şəri deyil. Hətta deyilməsi bidət və haramdır.

səh: 79

NAMAZIN VACİBATI

Məsələ: 38. Namazın vacibatının bəzi qismləri rükndür. Yəni, əgər insan onu yerinə yetirməsə, yaxud namazda artırsa “istər bilərəkdən olsun istərsə də səhvən” namaz batil olur. Digər qismləri isə rükn deyil. Yəni, əgər bilərəkdən azaldılıb-artırılsa, namaz batil olur. Amma səhvən azaldılıb-artırılsa batil olmaz.

NAMAZIN RÜKNLƏRİ

Məsələ: 39. Namazın rüknləri beşdir:

1.Niyyət.

2.Təkbirətül-ehram.

3.Təkbirətül-ehram dediyi vaxt, həmçinin arxasınca rüku olan qiyam, (yəni rükudan qabaq durmaq.)

4.Rüku.

5.İki səcdə.

Məsələ: 40. İnsan gərək namazı qürbət qəsdi ilə yəni, Allah-taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır. Niyyəti qəlbdən keçirmək və ya misal üçün, dildə “dörd rəkət zöhr namazı qılıram, qürbətən iləllah” demək, lazım deyil.

səh: 80

Namaza diqqətinin olması kifayətdir. İnsan namazı yalnız Allahın əmrini yerinə yetirmək üçün qılmalıdır. Deməli, əgər bir şəxs riya etsə, yəni özünü camaata göstərmək üçün namaz qılsa, namazı batildir. Namaz qılan şəxs qıldığı namazı müəyyən etməlidir. Məsələn zöhr, əsr və ya məğrib və işa namazını qıldığını müəyyən etməlidir.

TƏKBİRƏTÜL-EHRAM

Məsələ: 41. Hər namazın əvvəlində Əllahu əkbər demək vacib və rükndür.

Məsələ: 42. Rükuya bağlı(1) olan qiyam rükuya getməzdən qabaqkı dayanmağa deyilir. İstər həmd və surəni oxusun və ya oxumasın, istər sakit halda rükuya getsin istərsədə zikr və qiraət halında. Deməli, durduğu haldan rükuya gedərsə rükuya müttəsil olan qiyam yerinə yetirilibdir.

Məsələ: 43. Rüku, əllərini dizinə qoya biləcək qədər əyilməyə deyilir. Ehtiyata əsasən, əllərin içini dizlərə qoymaq vacibdir. Müstəhəbdir dizlərini arxaya versin.

səh: 81


1- Müttəsil.

Məsələ: 44. Namaz qılanın, hər rəkətdə qiraətdən sonra, bir rüku yerinə yetirməsi vacibdir.

Məsələ: 45. Səcdə odur ki, alnı xüsusi formada xüzu qəsdi ilə yerə qoysun. Belə ki, camaat arasında ona səcdə deyilsin. Əgər barmağın oynağı qədər alından səcdə yerinə dəysə kifayət edir.

Məsələ: 46. Alnın ölçüsü uzunluq baxımından tük çıxan yerdən burunun yuxarı hissəsinə qədərdir. Eni isə iki qaşın arasıdır, yəni alnın ortasında olan çökəklikdir.

Məsələ: 47. Səcdədə yeddi üzvü yerə qoymaq vacibdir. Onlar, alnı, iki əlin içini (əgər əllərin içi mümkün olmazsa əllərin üstü qoyulsun), iki dizi və iki ayağın baş barmağının ucunu yerə qoymaqan ibarətdir. Gərək alın səcdə səhih olan bir şeyin üzərinə qoyulsun.

Məsələ: 48. Gərək yerə, çubuq və ağac yarpağı kimi yerdən çıxan və yeyilməyən şeylərə səcdə edilsin. Yeyilməli, geyilməli və mədən şeylərinə səcdə etmək səhih deyil. Əgər yeyilməli, geyilməli və mədən şeylərindən olmasa ona səcdə etmək səhihdir. Məsələn: ağac yarpağı, tütün və tənbəki

səh: 82

kimi. Səcdə üçün hər şeydən yaxşı həzrət Seyyidüş-Şühədanın (ələyhis-səlam) türbətidir.

Məsələ: 49. Namaz qılan şəxs namazın hər rəkətində rükudan sonra iki səcdə etməlidir. İki səcdə, birlikdə bir rüknü təşkil edir. Əgər səhv üzündən bir səcdəni çoxaldıb və ya azaltsa namazı batil etməz.

Məsələ: 50. Rükn olmayan vaciblər doqquz əməldir.

Birinci: Qiraət; gündəlik vacibi namazların birinci və ikinci rəkətində əvvəlcə Həmd, sonra isə, gərək bütöv bir surə oxunulsun.

İkinci: Təsbihati-ərbəə, namazın üçüncü və dördüncü rəkətlərində bir dəfə deyilməsinin kifayət etməsinə baxmayaraq daha üstün nəzərə əsasən üç dəfə “təsbihati-ərbəə” deyilməlidir, yəni:

سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَکْبَر

“Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.”

Üçüncü: Qiyam (yəni qiraət və təsbihat halında həmçinin rükudan sonra ayaq üstə durmaq).

Dördüncü: Rüku və səcdələrin zikri; insan rüku və səcdənin zikrində üç “subhanəllah”

səh: 83

yaxud hər zikri desə kifayətdir; bu şərtlə ki, üç “subhanəllah” miqdarında olsun. Daha yaxşı olar rükunun zikrində “subhanə Rəbbiyəl əzimi və bihəmdih”, səcdənin zikrində isə “sübhanə rəbbiyəl ə`la və bihəmdih” desin.

Beşinci: Təşəhhüd; bütün vacibi namazların ikinci rəkətində, (bundan əlavə) məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının dördüncü rəkətində ikinci səcdədən sonra oturulmalı və bədənin aram olduğu halda təşəhhüd oxunmalıdır. Yəni deməlidir ki:

أَشْهَدُ أَنْ لاَ إِلََهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَشَرِیکَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلیَ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd.”

Altıncı: Salam; namazın axırıncı rəkətinin təşəhhüdündən sonra oturan və bədənin aram olduğu halda

أَسَّلاَمُ عَلَیْنَا وَعَلَی عِبَادِاللهِ الصَّالِحِینَ

səh: 84

Əssəlamu ələyna və əla ibadillahis-salihin və ya

أَسَّلاَمُ عَلَیْکُمْ وَرَحْمَةُاللهِ وَبَرَکَاتُهُ

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh deyilsin.

Yeddinci: Tərtib; yəni namazın niyyətindən sonra əvvəl təkbiratul-ehram deyilir, sonra həmd və surə oxunur sonra rukaya gedilir və rükunun zikrini deyib qiyam halına qayıtdıqdan sonra iki səcdəni yerinə yetirmək üçün səcdəyə gedilir səcdələrin zikrlərini dedikdən sonra ayağa durulur, ikinci rəkət də bu qayda ilə yerinə yetirilir. Sonra təşəhhüd oxunulur sonra təsbihati-ərbəəni oxumaq üçün ayağa durulur təsbihati-ərbəəni oxuduqdan sonra rüku və səcdələr qeyd olunduğu kimi yerinə yetirilir, bu qayda ilə dördüncü rəkət yerinə yetirilir təşəhhüd və salam deyilir salamdan sonra namaz tamam olur.

Səkkizinci: Müvalat; insan gərək namazı müvalat ilə oxusun. Yəni, namazın hissələrini (rüku, səcdə, təşəhhüd kimi) bir-birinin ardınca, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduqları adi qaydada bir-birinin ardınca, fasiləsiz olmalıdır.

səh: 85

Əgər bunların arasında müəyyən qədər fasilə salsa və “namaz qılır” deyilməsə, namazı batildir.

Doqquzuncu: Hərəkətsiz və bədən aram olmalıdır; namaz qılanın məkanı və bədəni hərəkətsiz olmalıdır. Elə bir şəkildə olmalıdır ki, namaz qılanın tərpənməsinə səbəb olmasın. Məsələn: bir nəfər tələsik bir yerdən çatıb və hərəkət halında təkbirətul-ehram deyə və ya rüku yaxud səcdədən qalxanda zikr deyə, hətta axırıncı hərfi olsa namaz batildir.

Məsələ: 51. Vacibdir qiraət və digər zikrlər məsələn: təsbihat, rükunun zikrləri, səcdənin zikrləri, təşəhhüd, salam və təkbirlər ərəb dilində düzgün oxunulsun. Yəni hərfləri ərəb dilində düzgün tələffüz etsinlər. Əgər hərflər ərəb dilində düzgün tələffüz olunmasa namaz batildir.

Məsələ: 52. Kişi üçün vacibdir sübh, məğrib və işa namazlarında Həmd və surənin bütün kəlmələrini, hətta onların axırıncı hərflərini belə ucadan desin. Qadın sübh, məğrib və işa namazının Həmd və surəsini uca səslə və ya ahəstə səslə oxuya bilər. Amma naməhrəm onun səsini eşitsə, gərək ahəstə qılsın. Amma zöhr və

səh: 86

əsr namazlarını istər kişi olsun istərsə də qadın gərək ahəstə səslə qılsınlar.

Məsələ: 53. Səsin aşkar olmasında əsas, səs tonunun aşkar olmasıdır və səsin ahəstə olmasında səs tonunun olmamasıdır. Baxmayaraq ki, uca səsi yanındakı şəxs eşitməsin amma onun əksinə olaraq ahəstə səsi eşitsin.

Məsələ: 54. Qiraətdə vacib səcdəsi olan surələrdən başqa hər bir surəni oxumaq olar. Həmçinin əgər uzun surələri oxumaq namazın qəzaya getməsinə səbəb olarsa oxumaq olmaz.

Məsələ: 55. Vacib səcdəsi olan surələr aşağıdakılardan ibarətdir:(1)

1. “Səcdə”. 32-ci surə.

2. “Fussilət”. 41-ci surə.

3. “Ən- Nəcm”. 53-ci surə.

4. “Ələq”. 96-cı surə.

Məsələ: 56. Namazın üçüncü və dördüncü rəkətlərində ya təkcə Həmd deyilməlidir, ya da

səh: 87


1- Bu dörd surənin hər birində bir səcdə ayəsi vardır ki, əgər insan onu oxuyarsa və ya qulaq asarsa, yaxud eşidərsə, ayə tamam olduqdan sonra gərək dərhal səcdə etsin. Əgər yaddan çıxarsa, hər vaxt xatırlasa, gərək səcdə etsin.

“Təsbihati-ərbəə”. Daha yaxşı olar ki, təsbihati-ərbəə deyilsin.

NAMAZDA MÜSTƏHƏB OLAN ƏMƏLLƏR

Məsələ: 57. Namazda müstəhəb olan əməllər çoxdur biz burada bir neçəsini qeyd edirik.

Birinci: Təkbirətül-ehramdan qabaq altı dəfə təkbir demək. Təkbirətül-ehramla yeddi təkbir olur.

İkinci: Hər rəkətdə rükudan qabaq və sonra, iki səcdənin arasında və səcdələrdən sonra “Əllahu əkbər” demək müstəhəbdir.

Üçüncü: Bütün vacibi və müstəhəbbi namazlarda ikinci rəkətin rükusundan qabaq müstəhəbdir ki, qunut tutulsun. Vitr namazının bir rəkət olmasına baxmayaraq, onun rükusundan qabaq qunut tutmaq müstəhəbdir. Cümə namazının hər rəkətində bir qunut vardır; birinci rəkətdə rükudan əvvəl, ikinci rəkətdə isə rükudan sonra tutulur. Ayət namazının beş, Fitr və Qurban bayram namazlarının isə hər birinin birinci rəkətində beş, ikinci rəkətində isə dörd qunut vardır. Müstəhəbdir ki, qunutda dua oxunan vaxt

səh: 88

əlləri üzün müqabilinə tutsun, onların içini göyə tərəf saxlasın.

Qunutda hər zikri, hətta bir dəfə subhanəllah desə kifayətdir. Amma daha yaxşı olar ki, bu dua oxunsun:

لاَ إِلَهَ إِلاَّ الله الْحَلِیمُ الْکَرِیمُ لاَ إِلَهَ إِلاَّ اللهُ الْعَلِیُّ الْعَظِیمُ سُبْحَانَ الله رَبِّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبِّ الْأَرَضِینَ السَّبْعِ وَمَا فِیهِنَّ وَمَابَیْنَهُنَّ وَرَبِّ الْعَرْشِ الْعَظِیمِ وَالْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ

La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərəzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim.Vəlhəmdu lilahi Rəbbil-aləmin.

Dördüncü: Rükudan qalxıb düz durduqdan və bədəni aramlaşdıqdan sonra

سمع الله لمن حمده “Səmiəllahu limən həmidəh” desin.

Beşinci: Hər rəkətdən sonra qalxan halda

بِحَوْلِ اللهِ وَقُوَّتِهِ أَقُومُ وَأَقْعُد

Bihəvlillahi və quvvətihi əqumu və əqud desin.

Altıncı: Axırıncı təşəhhüddən sonra və vacib salamı deməzdən qabaq bu salamı demək

səh: 89

أَلسَّلاَمُ عَلَیْکَ أَیُّهَا النَّبِیُّ وَرَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ

Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh

Yeddinci: Müstəhəbdir ki, insan namazdan sonra müəyyən qədər təqibatla məşğul olsun. Yəni zikr etsin, dua və Quran oxusun, ən azı üç dəfə subhanəllah desin. Daha çox tövsiyə olunan təqibatlardan biri, həzrəti Zəhranın (səlamullahi ələyha) zikridir: 34 dəfə Əllahu Əkbər, 33 dəfə əlhəmdu lillah, 33 dəfə subhanəllah deyilsin.

səh: 90

NAMAZI BATİL EDƏN ŞEYLƏR

Məsələ: 58. On iki şey namazı batil edir (və onlara mübtilat deyilir):

1-Namaz əsnasında onun şərtlərindən hər hansı birinin pozulması; məsələn: namaz qılan, namaz əsnasında durduğu məkanın qəsbi olduğunu başa düşə.

2-Dəstəmazı, qüslü batil edən şeylərin baş verməsi.

3-Şiə olmayan bəzi şəxslər kimi əlləri bir-birinin üstünə qoymaq.

4-Həmdi oxuyandan sonra amin demək. Amma səhvən və ya təqiyyə üzündən desə, namazı batil olmaz.

5-Qəsdən qiblədən arxaya, sağa, yaxud sola çevrilmək. Hətta əgər qəsdən üzünü qiblədən çevirsə namazı batildir. Amma səhv üzündən olarsa bədənin hamısı qiblədən arxaya, sağa, yaxud sola çevrilməsə namazı batil deyil.

6-Qəsdən bir və ya ondan çox hərfli olan, özlüyündə məna daşımasa da, (zikr, dua və Quran ayəsindən başqa) bir söz demək. Amma səhvən desə, hətta bir neçə söz desə də namazı batil

səh: 91

olmaz, amma namazdan sonra səcdeyi-səhv etməlidir.

7-Səslə gülmək. Əgər təbəssüm halından çıxarsa, səhv üzündən olarsa belə namaz batildir.

8-Dünya işləri üçün bilərəkdən uca səslə ağlamaq, hətta ixtiyarsız olsada namaz batildir. Ehtiyat-vacib budur ki, dünya işləri üçün astadan ağlasa namazı tamamlayıb yenidən qılsın. Amma Allah xövfündən, yaxud Qiyaməti yada salıb ağlasa istər alçaq səslə olsun, istərsə də uca səslə, eybi yoxdur.

9-Namazın surətini pozan işləri etmək; məsələn: rəqs, havaya tullanmaq və s. bu kimi işlər, istər az olsun, istərsə də çox.

10-Yemək və içmək namazı batil edənlərdəndir. Əgər namazda, “namaz qılır” deyilməyəcək şəkildə yesə və ya içsə, istər bilərəkdən olsun, istərsə də unutqanlıq üzündən, namazı batildir. Amma oruc tutmaq istəyən bir şəxs, əgər sübh namazından əvvəl müstəhəb namaz qılan halda susuz olsa, belə ki, namazı qurtaracağı halda sübh olacağından qorxsa, əgər su onun qarşısında və iki üç addımlığında olsa namaz arasında su içə bilər.

səh: 92

Amma, gərək namazı batl edən əməllərdən etməsin; məsələn: qiblədən üz çevirməsin.

11-İki rəkətli və üç rəkətli namazlarda, həmçinin dörd rəkətli namazların ilk iki rəkətində şəkk etmək.

12-Namazın rüknünü qəsdən və ya səhvən artırıb-azaltmaq, yaxud rükn olmayan şeyləri qəsdən artırıb-azaltmaq.

Məsələ: 59.Vacib namazı bilərəkdən kəsmək zərurət olmayan halda haramdır.

səh: 93

NAMAZIN ŞƏKKİYYATI

Şəkk namazın ya şəraitində yəni onun müqəddimə işlərində və vacib əməllərində yaxud rəkətlərinin sayındadır.

TƏHARƏTDƏ OLAN ŞƏKK

Məsələ: 60. Əgər dəstəmaz, qüsl və ya təyəmmümdə şəkk etsə, bunları batil edən işlərdən birinin baş verdiyini yəqin etsə, gərək təharətini yerinə yetirsin. Amma dəstəmaz, qüsl və ya təyəmmümünün olduğunu (təharətinin olduğunu) yəqin bilsə batil olub olmamasında şəkk etsə təharətini yenidən yerinə yetirməsi lazım deyil. Əgər hər ikisinə yəqini olsa, amma hansının əvvəl baş verdiyini bilməsə gərək təharətini yerinə yetirsin.

NAMAZIN ƏMƏLLƏRİ VƏ RƏKƏTLƏRİNDƏ OLAN ŞƏKK

Məsələ: 61. Namazın əməlləri və rəkətlərində olan şəkklər 25 qismdir ki, onlardan altısına etina olunmamalıdır və niyyətini namazın səhih olmasına qoymalıdır.

səh: 94

ETİNA OLUNMAYAN ŞƏKKLƏR

1-Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk

Əgər namazın əməllərinin birində şəkk etsə, əgər məhəlli keçməyibsə gərək qayıdıb həmin əməli və ondan sonrakı əməli yerinə yetirsin. Məhəlli keçmək bu deməkdir ki, sonrakı əmələ daxil olsun. Əgər sonrakı əmələ daxil olubsa əhəmiyyət verməsin. Məsələn: Həmd surəsin oxuyanda təkbirətul-ehramda şəkk edə yaxud surəni oxuyanda Həmdi oxuyub oxumamasında şəkk edə və ya rükuya gedəndən sonra surəni oxuyub-oxumamasında şəkk edə, həmçinin Həmd və ya surənin ayəsində, digər ayəyə başladıqdan sonra şəkk edərsə əhəmiyyət verməsin.

2-Vaxt keçəndən sonrakı şəkk

Vaxt keçəndən sonrakı şəkk; məsələn: məğribdən sonra zöhr və əsr namazlarını qılıb-qılmamasında şəkk etsə yaxud sübh azanından sonra məğrib və işa namazlarını qılıb-qılmamasında şəkk etsə və ya günəş çıxandan sonra sübh namazını qılıb-qılmamasında şəkk etsə şəkkinə əhəmiyyət verməsin.

səh: 95

3-Salamdan sonrakı şəkk

Əgər salamlardan sonra namazın səhih olub-olmamasında şəkk etsə; məsələn: rüku edib-etməməsində şəkk etsə, yaxud dörd rəkətli namazın salamından sonra dörd rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə, öz şəkkinə etina etməməlidir. Amma şəkkinin hər iki tərəfi batil olsa; məsələn: dörd rəkətli namazın salamından sonra üç rəkət, yaxud beş rəkət qılmasında şəkk etsə namazı batildir.

4-Kəsirüş-şəkk (çox şəkk edən)

Çox şəkk edən o şəxsə deyilir ki, insanların nəzərində çox şəkk etsin. Onun şəkki istər namazın əməllərində olsun istərsə də rəkətlərinin sayında gərək öz şəkkinə əhəmiyyət verməsin və namazının düzgün olduğunu qəbul etsin.

5-İmam və məmumun şəkki

Əgər camaat namazının imamı, namazın rəkətlərinin sayında şəkk etsə; məsələn: üç və ya dörd rəkət qılmasında şəkk etsə, bu halda məmum dörd rəkət qıldığını yəqin, yaxud güman edib imama başa salsa, imam namazı qurtarmalıdır.

səh: 96

Ehtiyat namazı da qılmaq lazım deyil. Həmçinin, əgər imam neçə rəkət qıldığını yəqin, yaxud gümanla bilsə, məmum da rəkətlərin sayında şəkk etsə, öz şəkkinə etina etməməlidir.

6-Müstəhəb namazda şəkk etmək

Əgər bir şəxs müstəhəb namazların rəkətlərinin sayında şəkk etsə, bu halda şəkkin çox tərəfi namazı batil edirsə, niyyəti az tərəfə qoymalıdır; məsələn: əgər sübh namazının nafiləsində, iki rəkətlə üç rəkət arasında şəkk etsə, niyyəti iki rəkət qıldığına qoymalıdır. Amma şəkkin çox tərəfi namazı batil etmirsə; məsələn: iki rəkətlə bir rəkət arasında şəkk etsə şəkkin hər tərəfinə əməl etsə səhihdir.

NAMAZI BATİL EDƏN ŞƏKKLƏR

Məsələ: 62. Namazı batil edən şəkklər on hissəyə bölünür və aşağıdakılardan ibarətdir:

1-İki rəkətli namazların rəkətlərinin sayındakı şəkk; sübh namazı və səfərdə olan şəxsin zöhr, əsr və işa namazları kimi;

2-Üç rəkətli namazın rəkətlərinin sayındakı şəkk; məsələn: məğrib namazı;

səh: 97

3-Dörd rəkətli namazda bir rəkət və ya daha artıq qılınmasındakı şəkk;

4-Dörd rəkətli namazlarda ikinci səcdənin qurtarmasından qabaq iki rəkətdən daha artıq arasındakı şəkk;

5-İki və beş, yaxud, iki və beşdən artıq rəkət arasındakı şəkk;

6-Rükudan sonra üç rəkətlə beş rəkət arasındakı şəkk;

7-Üç rəkətlə altı rəkət və ya üç rəkətlə altı rəkətdən artıq arasındakı şəkk;

8-Rükudan sonra və iki səcdə tamam olmazdan qabaq dörd rəkətlə beş rəkət arasındakı şəkk;

9-Dörd rəkətlə altı və ya dörd rəkətlə altıdan artıq rəkətlərdəki şəkk;

10-Neçə rəkət qıldığını bilmədiyi namazlardakı şəkk;

SƏHİH ŞƏKKLƏR

Məsələ: 63. Səhih şəkklər doqquz hissəyə bölünür. Bu doqquz halda əgər namaz qılan şəxs, dörd rəkətli namazın rəkətlərinin sayında şəkk etsə, gərək tez fikirləşsin; əgər şəkkin bir tərəfinə yəqin və ya güman hasil olsa, həmin tərəfi əsas

səh: 98

tutub namazı qurtarmalıdır. Əks halda isə, deyiləcək göstərişlərə əməl etməlidir. Bu doqquz hal aşağıdakılardan ibarətdir:

1-İkinci səcdənin vacib zikri tamam olandan sonra, iki rəkətlə üç rəkət arasında şəkk etsə; bu halda niyyəti üç rəkətə qoyub bir rəkət də qılaraq namazı tamamlamalı, namazdan sonra bir rəkət ayaq üstə ehtiyat namazı qılmalıdır.

2-İki rəkətlə dörd rəkət arasında, ikinci səcdənin vacib zikri tamam olandan sonra şəkk etsə; bu halda niyyəti dörd rəkətə qoyub namazı tamamlamalı, namazdan sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılmalıdır.

3-İkinci səcdənin vacib zikri tamam olandan sonra iki, üç və dörd rəkət arasında şəkk etsə; bu halda niyyəti dördə qoyub namazı tamamlamalı, sonra iki rəkət ayaq üstə və iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.

4-İkinci səcdənin vacib zikri tamam olandan sonra dörd rəkətlə beş rəkət arasında şəkk etsə; bu halda niyyəti dördə qoyub namazı tamamlamalı, namazdan sonra iki səcdeyi-səhv etməlidir. Amma bu dörd şəkkdən biri, birinci səcdədən sonra və

səh: 99

yaxud ikinci səcdənin vacib zikri tamam olmazdan qabaq baş versə, namaz batildir.

5-Üç rəkətlə dörd rəkət arasında olan şəkk; bu şəkk, namazın hər yerində olsa, niyyəti dördə qoyub namazı qurtarmalı, sonra isə ehtiyata əsasən iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.

6-Ayaq üstə olanda, dörd rəkətlə beş rəkət arasında olan şəkk; bu halda yerə oturub təşəhhüdü, salamı deyib, bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.

7-Ayaq üstə olanda üç rəkətlə beş rəkət arasındakı şəkk; bu halda yerə oturub namazın təşəhhüd və salamını deyib, sonra namazı qurtarmalı; ayaq üstə iki rəkət ehtiyat namazı qılmalıdır.

8-Ayaq üstə olanda üç, dörd, beşinci rəkətlər arasındakı şəkk. Bu halda yerə oturub təşəhhüd və salamı deməli, iki rəkət ayaq üstə, sonra isə iki rəkət oturan halda ehtiyat namazı qılmalıdır.

9-Ayaq üstə olanda, beşinci rəkətlə altıncı rəkətdəki şəkk; bu halda yerə oturmalı, təşəhhüd və salamı deyib namazı qurtarmalı, sonra isə iki

səh: 100

səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyat-vacibə əsasən, bu dörd halda yersiz durduğuna görə, iki səcdeyi-səhv də etsin.

Məsələ: 64. Əgər qeyd olunan şəklərdən biri ilə namaz qılan rastlaşsa yəni istər batil edən şəkklərdən olsun, əgər qarşıya çıxarsa gərək namazı pozub yenidən başlasın, istər etina olunmayan şəkklər olsun, istərsə də səhih şəkklər (ki, gərək şəkkin hökmünə əməl etsin), dərhal əməl edə bilməz gərək fikirləşsin əgər bir şeyə yəqin və ya güman etsə gərək ona əsasən əməl etsin. Əgər şəkk halında qalarsa bu halda şəkklərin göstərişlərinə əməl etsin.

Məsələ: 65. Ehtiyat namazı vacib olan bir şəxs, namazın salamından sonra dərhal ehtiyat namazı niyyəti edib təkbir deməli, Həmdi oxuyub rüku və səcdələri etməlidir. Əgər bir rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüdü oxumalı, salamı deməlidir. İki rəkət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra bir rəkət də (əvvəlki kimi) qılıb sonra təşəhhüdü və salamı deməlidir.

Məsələ: 66. Digər namazlarda şərt olan şeylər ehtiyat namazında da şərtdir. Digər namazlarla heç bir fərqi yoxdur. Digər şərtlərə əlavə olaraq

səh: 101

ehtiyat namazında, onun əsli namaza birləşməsi şərtdir. Onların arasında çox fasilə düşməməlidir yaxud namazı batil edən digər işlər edilməməlidir, məsələn: arxanı qibləyə çevirmək kimi işlər edilməməlidir. Ehtiyat namazı ilə əsl namazın arasında olan fasilə namazın əsnasının hökmündədir. Deməli, onların arasında namazı batil edən işlərdən baş versə namazın əslini yenidən qılmalıdır.

Məsələ: 67. Əgər insanın qarşısına səhih olan şəkklərdən biri çıxsa, namazı pozub yenidən qılması icazəli deyil, gərək şəkkə aid olan öz vəzifəsinə əməl etsin. Əgər namazı pozsa günah etmişdir. Deməli, namazı batil edən işlərdən birini etməzdən qabaq (məsələn: qiblədən çevrilmək kimi) namazı yenidən başlasa ikinci namazı da batildir. Amma namazı batil edən işlərdən edərsə ikinci namazı düzgündür.

NAMAZDA OLAN SƏHVLƏR

Məsələ: 68. Səhv ya namazın müqəddimə işlərində və ya namazın əməllərində olur. Bu özü də üç hissəyə bölünür.

səh: 102

1-Namazi batil edən səhvlər; məsələn: namaz əsnasında və ya namazdan sonra dəstəmaz, qüsl və ya təyəmmüm almadığını bilsə, istər səhv üzündən olsun istərsə də təharətli olduğunu güman etsə gərək namazını yenidən qılsın.

2-Namazı batil etməyən səhvlər; məsələn namazın rükn olmayan hissələri səhvən azaldılıb-artırılsa namaz batil olmaz. Amma onların bəzilərində səcdeyi-səhv lazımdır.

3-Bəzi səhvlər vardır ki, onların bəziləri namazı batil edir, bəziləri isə batil etmir. Bu səhvlər altı hissəyə bölünür.

1. Səhv edərək nəcis paltar və ya bədənlə namaz qılsa; əgər bədən və ya paltarının nəcis olduğunu namazdan qabaq başa düşsə sonra unudsa və namaz arasında və ya namazdan sonra xatırlasa, namazı batildir gərək namazını yenidən qılsın. Əgər vaxt keçmişsə, qəzasını yerinə yetırsın. Əgər bədən və ya paltarınım nəcis olduğunu bilməsə və namazdan sonra nəcis olmasını başa düşsə, namazı səhihdir vaxt olsa belə yenidən qılmaq lazım deyil. Əgər bir şəxs namaza məşğul olub namaz əsnasında bədən və ya paltarının nəcis olmasını başa düşsə, (bu halda)

səh: 103

bədən və ya paltarı suya çəkmək, dəyişdirmək və ya bədəndən çıxarmaq namazın surətini pozmazsa, gərək namaz əsnasında bədən və ya paltarını suya çəksin və ya dəyişsin əgər bunları etmək mümkün deyilsə vaxt genişdirsə gərək namazı pozsun, pak bədən və ya paltarla namaz qılsın. Çünki vaxtın geniş olduğu halda namazı batildir. Əgər vaxt azdırsa namazı səhihdir qəzasıda lazım deyil.

2.Vaxtda səhv etmək; əgər vaxtın daxil olmasını yəqin edib namaza başlasa və namazdan sonra namazın müəyyən bir miqdarını namaz vaxtında qıldığını anlasa namazı səhihdir. Əks təqdirdə namazı batildir.

3.Qiblədə səhv etmək; namaz əsnasında və ya namazdan sonra arxası qibləyə və ya sağ tərəfi qibləyə yaxud sol tərəfi qibləyə olduğunu başa düşsə namaz batildir. Əgər qiblədən azca sağ və ya sol tərəfə çevrilibsə namazı səhihdir. Əgər namazın əsnasında başa düşsə gərək üzünü qibləyə çevirsin.

4.Məkanda səhv etmək; qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namazdan sonra o yerin qəsb edilmiş olduğunu bilərsə namazı səhihdir. Əgər namaz əsnasında

səh: 104

başa düşsə bu halda namazı pozmadan özünü mübah bir yerə çatdıra bilsə namazı səhihdir. Əks təqdirdə namazı batildir. Həmçinin namaz qılanın alın yeri, ayaq barmaqlarının başından dörd bağlı barmaqdan çox alçaq, ya uca olmasın.

5.Libasda səhv etmək; məsələn səhv üzündən əti haram olan heyvanın bədən üzvündən üstündə olarsa və namazdan sonra başa düşərsə namazı səhihdir. Əgər namaz əsnasında başa düşsə vaxt genişdirsə çıxartmaq və dəyişmək mümkündürsə gərək çıxardıb və ya dəyişsin. Əks təqdirdə batildir. Əgər vaxt az olarsa namaz səhihdir. Kişilər üçün ipək və qızıldan toxunmuş paltarlar da bu hökmdədir.

6.Namazın rükünlərində səhv etmək; səhv üzündən bir rüknü azaldıb və ya çoxaltsa, çoxaltması hər bir halda batildir. Amma azaltmada digər rüknə daxil olmamış başa düşsə, gərək qayıdıb o rüknü və ondan sonrakı əməlləri yerinə yetirsin. Əgər digər rüknə daxil olubsa namaz batildir.

Məsələ: 69. Yeddi şey üçün, namazın salamından sonra iki səcdeyi-səhv yerinə yetirilməlidir:

səh: 105

1-Namaz əsnasında səhvən danışsa; əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək iki səcdeyi-səhv yerinə yetirsin.

2-Namazın salamını verməli olmadığı yerdə; məsələn: məğrib və ya dörd rəkətli namazların ikinci rəkətində təşəhhüddən sonra səhvən salam desə; namaz pozulmayıbsa qalxıb namazını tamamlasın sonra iki səcdeyi-səhv yerinə yetirsin.

3-Təşəhhüdü unutsa; əgər rükuda yaxud ondan sonra təşəhhüdü unutduğu yadına düşsə, namazın salamından sonra təşəhhüdü qəza edib sonra iki səcdeyi-səhv etməlidir. Əgər təşəhhüdü unutsa və sonrakı rəkətin rükusuna çatmamışdan qabaq yadına düşsə, qayıdıb yerinə yetirməlidir və namazdan sonra yersiz durduğu üçün iki səcdeyi-səhv etməlidir.

4-Bir səcdəni unutsa; əgər rükuda, yaxud ondan sonra əvvəlki rəkətdən bir səcdəni unutduğu yadına düşsə, namazın salamından sonra səcdəni qəza edib sonra iki səcdeyi-səhv etməlidir. Əgər iki səcdəni unutsa rükn olduqlarına görə namaz batildir.

səh: 106

5-Dörd rəkətli namazın ikinci rəkətindən sonra dörd rəkətlə beş rəkət arasında şəkk etsə; 63-ci məsələdə qeyd olunduğu kimidir.

6-Oturması gərəkli olduğu yerdə səhvən dursa.

7-Durmalı yerdə səhvən otursa; məsələn: Həmd və surə oxumalı yerdə səhvən otursa. Bu yeddi yerdən başqa hallarda səhvən qeyd olunan əməllərdən başqa əməlləri azaldıb çoxaltmaq üçün daha üstün nəzərə əsasən səcdeyi-səhv vacib deyil. Amma ehtiyat budur ki, namazda hər əməlin səhvən azalıb çoxalması üçün iki səcdeyi-səhv yerinə yetirilsin.

SƏCDEYİ-SƏHVİN QAYDASI

Məsələ: 70. Səcdeyi-səhvin qaydası budur ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti edib(1) alını səcdənin səhih olduğu şeylərin üstünə qoyub desin:

بِسْمِ اللهِ وَبِاللهِ أَلسَّلاَمُ عَلَیْکَ أَیُّهَا النَّبِیُّ وَرَحْمَةُ اللهِ وَبَرَکَاتُهُ

“Bismillahi və billahi, əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh”-yaxud;

səh: 107


1- Səcdeyi-səhvdə təkbir yoxdur.

بِسْمِ اللهِ وَبِاللهِ وَصَلَّی اللهُ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Bismillahi və billahi və səlləllahu əla Muhəmmədin və Alihi”- yaxud;

بِسْمِ اللهِ وَبِاللهِ أَللَّهُمَّ صَلِّی اللهُ عَلَی مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Bismillahi və billahi, Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”-desin: sonra səcdədən qalxıb otursun, yenidən səcdəyə gedib zikri deyib otursun və təşəhhüdü oxuyandan sonra salamı desin. “Əssəlamu ələyna və əla ibadillahis-salihin” və ya “Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” desin.

Məsələ: 71. Namazın bəzi əməllərinin səcdeyi-səhvdən əlavə qəzası da vacibdir. Məsələn: təşəhhüd və bir səcdə unudubsa, namazdan sonra əvvəl qəzaya getmiş əməli yerinə yetirir sonra səcdeyi-səhvi yerinə yetirir. Hətta bir neçə səcdeyi-səhv vacib olsa və bu qəzaya getmiş əməldən qabaq olsa da gərək əvvəl qəzaya getmiş əməl yerinə yetirilsin sonra səcdeyi-səhvləri yerinə yetirsin.

Məsələ: 72. Əgər ehtiyat namazı və səcdeyi- səhv hər ikisi vacib olarsa ehtiyat namazını əvvəl qılsın. Həmçinin unudulmuş əməllərdə də

səh: 108

unudulmuş əməli birinci yerinə yetirib sonra səcdeyi-səhvi yerinə yetirsin.

Məsələ: 73. Səcdeyi-səhvin dərhal yerinə yetirilməsi vacibdir. Gərək namazdan sonra fasiləsiz yerinə yetirilsin. Əgər unudarsa hər vaxt yerinə yetirsə səhihdir. Həmçinin unudulmuş bir səcdə və təşəhhüd də bu hökmdədir. Amma ehtiyat-müstəhəb budur ki, unudulmuş səcdəni və təşəhhüdü yerinə yetirdikdən sonra namazı yenidən qılsın. Amma ehtiyat namazını unudarsa və qıldığı namazla ehtiyat namazının arasında namazı batil edən işlərdən edərsə gərək namazını ikinci dəfə yenidən qılsın.

Məsələ: 74. İnsanın unutduğu və namazdan sonra qəzasını yerinə yetirdiyi təşəhhüd və səcdədə, namazda olan bütün şərtlər (bədən və paltarın pak olması, üzü qibləyə olmaq və s.) olmalıdır.

səh: 109

DİGƏR NAMAZLARIN HÖKMLƏRİ VƏ KEYFİYYƏTİ

Məsələ:75. Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya sərxoşluq səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəzaya getdiyi şəkildə və tərtiblə qəza etməlidir. Əgər qəzaya gedən namazların tərtibini bilirsə tərtibə riayət etməlidir, əgər namazların tərtibini bilməzsə tərtib üzrə qılması lazım deyil.

Məsələ: 76. Əgər ata namazını qılmamış olsa, (bilərəkdən və itaət etməməzlik üzündən olmadığı təqdirdə) böyük oğula vacibdir ki, onun vəfatından sonra onların qəzasını etsin, yaxud da həmin namazları qılmaq üçün əcir tutsun.

Məsələ: 77. Ayət namazı, dörd şey vasitəsilə vacib olur:

1-Günəşin tutulması;

2-Ayın tutulması (hətta onlar azacıq tutulsa və bir şəxs də qorxmasa);

3-Zəlzələ (hətta bir şəxs qorxmasa da);

4-Göy gurultusu, şimşək və yaxud qara-qırmızı küləklər və s. kimi asimani əlamətlərdə, camaatın əksəriyyəti qorxarsa, namaz vacib olur.

səh: 110

AYƏT NAMAZININ QILINMA QAYDASI

Məsələ: 78. Ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku vardır. Onun qılınma qaydası belədir:

Niyyətdən sonra təkbir deyib bir Həmd və bir surəni tam oxumalı, rükuya getməli, rükudan qalxıb yenə də bir Həmd və bir surə oxumalı, sonra rükuya getməlidir. Beləliklə bu işi beş dəfə təkrar etməlidir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə etməli, ayağa qalxıb ikinci rəkəti də, eynilə birinci rəkət kimi yerinə yetirməli, təşəhhüd və salamı deyib namazı qurtarmalıdır.

Məsələ: 79. Ayət namazını başqa cür də qılmaq olar; niyyət, təkbirətül-ehram və Həmddən sonra bir surəni beş yerə bölsün, bir və ya birdən artıq ayəsini oxuyub rükuya getsin, sonra qalxıb Həmdi oxumadan o surənin ikinci hissəsini oxusun, sonra rükuya getsin. Bu qayda ilə beşinci rükudan əvvəl surəni qurtarmalıdır; məsələn: “Qul huvəllah” surəsi niyyəti ilə (birinci rəkətin Həmd surəsindən sonra) “Bismillahir-rəhmanir-rəhim” deyib rükuya getsin, sonra qalxıb “Qul huvəllahu əhəd” deyib yenidən rükuya getsin. Sonra qalxıb

səh: 111

“Əllahus-səməd” deyib rükuya getsin, sonra qalxıb “Ləm yəlid və ləm yuləd” deyib rükuya getsin, sonra qalxıb “Və ləm yəkun ləhu kufuvən əhəd” deyib beşinci rükuya getsin. Rükudan qalxıb iki səcdə etsin. İkinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd və salamı deyib namazı qurtarsın. Daha yaxşı olar birinci göstərişə əməl edilsin.

Məsələ: 80. Ayət namazı müqəddimə, vacibat, şəkk və səhvlərdə gündəlik namazlar kimidir. Amma onun rükularında şəkk etsə əgər məhəlli keçməyibsə niyyətini aza qoysun namazı səhihdir.

Məsələ: 81. Ayət namazına başlama zamanı günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edir. Amma daha yaxşı olar onların açılmağa başladıqları zaman əda və qəza niyyəti etməsin. Zəlzələ, göy gurultusu, şimşək çaxması kimi hadisələrdə insan gərək dərhal ayət namazını qılsın, əgər qılmasa günah etməsinə baxmayarq ömrünün axırına qədər qılması vacibdir. Amma hər vaxt qılsa əda niyyəti ilə qılmalıdır.

Məsələ: 82. Ayat namazını vaxtında qılmayana ayət namazının qəzası vacibdir. Əgər ay və ya

səh: 112

günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, günəş və ya ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, yaxud onun tutulmuş olduğunu anlayıb bilərkdən namazı qılmazsa, ayət namazının qəzasını qılması lazımdır. Amma ayın və ya günəşin açılmasından sonra, onun hamısı deyil, bir miqdarının tutulduğunu bilsə, qəzasını qılmaq vacib deyil.

MÜSTƏHƏB NAMAZLAR

Məsələ: 83. Müstəhəb namazlar çoxdur, onlara nafilə deyilir. Müstəhəb namazlar arasında, gecə-gündüz nafilə namazlarının qılınmasına daha çox tövsiyə olunubdur. Onlar, cümə günü istisna olmaqla, 34 rəkətdən ibarətdir ki, səkkizi zöhrün, səkkizi əsrin, dördü məğribin, ikisi işanın, on biri gecə namazının, (gecənin on bir rəkət nafilə namazının səkkiz rəkəti, gecənin nafilə namazı niyyətilə, iki rəkəti “şəf” namazı, bir rəkəti də vətr namazı niyyəti ilə qılınmalıdır), ikisi sübh namazının nafiləsidir.

səh: 113

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI

Məsələ: 84. Zöhr namazının nafiləsi onun özündən əvvəl qılınır. Onun vaxtı, zöhrün əvvəlindən başlayıb, (əgər şaxisi(1) yerə batırarıqsa) əmələ gələn kölgənin şaxisin uzunluğunun yeddidə ikisini keçənədəkdir; məsələn: əgər şaxisin uzunluğu yeddi qarış olsa, günortadan sonra görünən kölgənin uzunluğu iki qarışa çatdığı zaman, zöhr namazı nafiləsinin axır vaxtıdır.

Əsr namazının nafiləsi əsrdən əvvəl qılınır. Onun vaxtı isə şaxisin zöhrdən sonra əmələ gələn kölgəsinin şaxisin uzunluğunun yeddidə dördünə çatdığı vaxtadəkdir.

Məğrib namazının nafiləsinin vaxtı məğrib namazı tamam olandan sonra başlayaraq, məğribdən sonra günəş qürub etdiyi zaman günbatan tərəfdə əmələ gələn qızartının aradan getdiyi vaxta qədər davam edir.

İşa namazının nafiləsinin vaxtı, işa namazı başa çatdıqdan sonra başlayaraq, işa namazının axır

səh: 114


1- Günorta vaxtını təyin etmək üçün yerə sancılmış ağac və s.

vaxtına qədərdir. İşa namazının nafiləsi, oturan yerdə qılınmalı olduğuna görə, bir rəkət hesab olunur.

Gecə nafiləsinin vaxtı gecə yarısından başlayaraq sübh azanına qədərdir.

Sübh namazının nafiləsi sübh namazından qabaq qılınır və onun vaxtı birinci fəcrdən sonra başlayaraq məşriq tərəfdə qızartı yarananadəkdir. Sübhün nafiləsi şəf və vətr nafilələrindən sonradır.

Məsələ: 85. Nafilə namazlarının hər iki rəkət gərək bir salamla qılınsın (vətr namazı istisnadır). Surə, qiblə, qiyam və hərəkətsizlikdən başqa bütün əməllər vacib namazlarda vacib olduğu kimi bunlarda da vacibdir. Deməli, nafilə namazlarını surəni oxumadan, hərəkət halında qiblədən çevrilməyə baxmayaraq qılmaq olar.

səh: 115

ORUCUN HÖKMLƏRİ

Müqəddəs İslam şəriətində orucun çox böyük savabları olduğu deyilmişdir. Allah təbarək və təala belə buyurur: “Oruc mənim üçündür və mən özüm onun savabını verəcəyəm”. Xüsusilə də ramazan ayının orucu. Məhz ramazan ayının orucluğunda, aləmlərin Rəbbinin əmrini yerinə yetirmək üçün insan, sübh azanından məğrib azanınadək, sonradan şərh olunacaq orucu pozan şeylərdən çəkinməlidir.

Məsələ: 86. Oruc, aləmlərin Rəbbinin əmrini yerinə yetirmək üçün, sübh azanından məğrib azanınadək, orucu pozan şeylərdən çəkinməyə deyilir.

Məsələ: 87. Oruc iki hissədən ibarətdir: vacib və müstəhəb oruclar. Müstəhəb oruclar çoxdur, amma vacib oruclar səkkiz qismdir.

1-Ramazan ayının orucu.

2-Ramazan ayının qəzaya getmiş orucu.

3-Kəffarə orucu. Onların bəziləri bu kitabçada qeyd olunacaq.

səh: 116

4-Təməttö həccində qurbanlığın əvəzinə tutulan oruc. Həcc kitabında bu haqda geniş məlumat verilmişdir.

5-Əhd, nəzr və andiçmə vasitəsi ilə vacib olan oruc.

6-Digərinin (ölünün) qəzaya getmiş orucunun isticarə vasitəsilə vacib olması.

7-Etikaf orucunun üçüncü gününün orucu. Etikaf kitabında bu haqda geniş məlumat verilmişdir.

8-Atanın qəzaya getmiş orucu böyük oğluna vacibdir.

Məsələ: 88. Vacib orucun yeddi şərti vardır.

1-Niyyət;

2-Qürbət qəsdi ilə;

3-Şəri səfərə müsafir olmamaq. Deməli, müsafirin orucu düzgün deyil. Amma həccdə qurbanlığın əvəzinə oruc tutmaq istisnadır.

4-Zaman münasib olsun. Yəni Fitr və Qurban bayramları günündə oruc tutmaq haram olduğu üçün bu günlər olmasın. Həmçinin ramazan ayında ramazan ayından qeyri bir orucun niyyətini etsə, səhih deyil. Həmçinin ardıcıl tutulmalı oruclarda gərək Fitr, Qurban bayramları və ramazan ayının orucu ilə üzləşməsin.

səh: 117

5-Qadın gün boyu heyz və nifas qanından pak olsun. Deməli, günün bir hissəssini heyz və ya nifas olsa orucu batildir.

6-Gündüzü bütöv şəkildə dərk etməyəcək şəkildə huşsuz olmasın.

7-Xəstəlik və şiddətli dərəcədə çətinliyə düşəcəyi qorxusu olmasın. Əks təqdirdə orucu düzgün deyil.

ORUCU BATİL EDƏN ŞEYLƏR

Məsələ: 89. On şey orucu batil edir:

1-Yemək

2-İçmək.

3-Cima.(1)

4-Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və o həzrətin canişinlərinin (ələyhimus-səlam) adından danışmaq, yazmaq, işarə etmək və s. kimi vasitələrlə yalan desə, hətta əgər dərhal “yalan deyirəm” desə və ya tövbə etsə də, ehtiyata əsasən orucu batildir. Həmçinin həzrət Zəhraya (ələyha səlam), digər Peyğəmbərlərə və onların canişinlərinə yalan nisbət vermək bu hökümdədir.

səh: 118


1- Cinsi əlaqədə olmaq.

5-Sübh azanına qədər bilərəkdən cənabət, heyz, nifas və istihazə halında qalmaq.

6-Başın hər yerini suya batırmaq.

7-Qəliz tozu boğaza çatdırmaq.

8-Qusmaq.

9-İstimna.

10-Axıcı (maye) şeylərlə imalə etmək. Amma quru şeylərlə imalə etmək məkruhdur.

Məsələ: 90. Qeyd etdiyimiz batil edicilər hamısı bilərəkdən olarsa batil edir. Əgər səhv üzündən olarsa heç biri batil etmir.

Məsələ: 91. Orucu batil edən şeylərin bəziləri təkcə qəzanın yerinə yetirəlməsinə səbəb olur və kəffarə lazım deyil. Məsələn başı bütöv şəkildə suya batırmaq, irtimasi qüsl etmək və qusmaq kimi. Əlbətdə qusmaqda bir şey boğaza qayıtmazsa yaxud ixtiyarsız qayıdarsa (təkcə qəzanı yerinə yetirməlidir kəffarə lazım deyil). Əgər bilərəkdən qaytararsa qəzadan əlavə kəffarə də verməlidir. Həmçinin vaxtın əvvəlində iftar edərsə və ya vaxtın axırında gecə olduğunu yəqin edib iftar edərsə sonra gündüz iftar etdiyini bilsə təkkcə qəzasını yerinə yetirməlidir. Amma gündüz

səh: 119

olduğunu yəqin edib iftar edərsə qəzadan əlavə kəffarə də vacibdir.

Məsələ: 92. Hər batil edici ki, zatən haram olsa ehtiyata əsasən qəzadan əlavə cəm kəffarəsi də vacibdir. Məsələn istimna etsə, zina etsə (Allaha pənah aparırıq) və ya araq içsə. Həmçinin ehtiyata əsasən heyz və nifas halında cinsi əlaqədə olunarsa qəzadan əlavə cəm kəffarəsi də vacibdir.

Məsələ: 93. İftar vasitəsilə kəffarənin vacib olması ramazan ayının orurucuna və müəyyən olunmuş nəzr orucuna aiddir, istər günortadan qabaq iftar etsin istərsə də günortadan sonra. Həmçinin ramazan ayının qəza orucunda əgər günortadan sonra iftar edərsə və ya vaxt az olarsa yəni sonrakı ramazana qədər oruc tutmaq üçün vaxt olmazsa kəffarə vacib olur. Əgər günortadan qabaq iftar edərsə və ya vaxt geniş olarsa kəffarə lazım deyil. Qeyd olunan üç haldan digər hallarda hətta günortadan sonra da iftar etsə kəffarə vacib deyil.

Məsələ: 94. Orucun vaxtı sübh azanından məğrib azanına qədərdir.

Məsələ: 95. Sübh azanına yaxın vaxtda günçıxan tərəfdən bir ağartı üzü yuxarı tərəfə

səh: 120

hərəkət edir ki, buna birinci fəcr deyilir. Bu ağartının yayılıdığından sonrakı vaxta ikinci fəcr deylir ki, bu da sübh namazının əvvəl vaxtıdır. Məğrib o vaxtıdır ki, gün batandan sonra məşriq tərəfdən zahir olan qızartı, insanın başının üstündən (məğribə tərəf) keçmiş olsun, yəni kənarlaşıb məğribdə görünməyə başlasın.

AYIN ƏVVƏLİNİN SÜBUT OLMASI YOLLARI

Məsələ: 96. Ayın əvvəli beş yolla sübut olunur:

1-İnsanın özü ayı görsün.

2-Sözlərindən yəqinlik hasil olan bir neçə nəfər, “ayı gördük” desələr, həmçinin, yəqinlik hasil olan hər şey vastəsi ilə.

3-İki adil kişi, “gecə ayı görmüşük” deyə xəbər versələr, amma ayın xüsusiyyətlərini bir-birinin əksinə deməsinlər. Əgər ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, ayın əvvəli olduğu subut olmur.

4-Şəban ayının əvvəlindən 30 gün keçmiş olsa; bunun vasitəsi ilə ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud, ramazan ayının əvvəlindən

səh: 121

30 gün keçsə, bu halda şəvval ayının olması sübut olunur.

5-Şəriət hakimi ayın əvvəli olmasına dair hökm versə.

Məsələ: 97. Ramazan ayının orucunu qəzaya verən şəxs istər üzrlü olsun istərsə də üzürsüz, məsələn xəstəlik, müsafirət, heyz və nifas kimi gərək ramazan ayının qəza orucunu tutsun. Həmçinin bir şəxs oruc niyyətini etmədən bütün günü yatarsa gərək qəzasını tutsun.

Məsələ: 98. Ramazan ayının orucunun kəffarəsi vacib olan bir şəxs, bir qul azad etməli və ya sonrakı məsələdə deyilən göstərişə uyğun olaraq iki ay oruc tutmalı, yaxud da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müdd (təqribən 750 qram) təam yəni buğda, arpa və bu kimi şeylər verməlidir. Əgər bir şəxs üçün bunlar mümkün olmasa, ehtiyat-vacibə əsasən gərək on səkkiz gün ardıcıl oruc tutsun və ya mümkün olan (müdd) miqdarda, fəqirə təam versin. Əgər on səkkiz gün oruc tuta bilməsə və yaxud bir neçə müd təam verə bilməsə, gərək istiğfar etsin. Hətta bir dəfə “əstəğfirullah” deməklə də olsa, istiğfar etməlidir. Hər vaxt imkanı olsa, kəffarəni versin.

səh: 122

Məsələ: 99. Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur.

FİTRƏ ZƏKATI

Şəriətdə fitrə zəkatına çoxlu əhəmiyyət verilmişdir. Həzrət imam Sadiq (ələyhis-səlam) buyurub: “Fitrə zəkatı, insanı ölümdən qoruyur və oruc tutub fitrə zəkatı veməyən şəxs, oruc tutmayan şəxs kimidir”.

Məsələ: 100. Fitr bayramı gecəsinin qürubunda baliğ və aqil şəxs, fəqir və bir şəxsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən bir sa(1) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.

Məsələ: 101. Əgər bir şəxs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün də bir şəxsi olmazsa fəqirdir və fitrə zəkatı vermək ona vacib deyil.

səh: 123


1- Təqribən 3 kq.

Məsələ: 102. Hər şəxs, Fitr bayramı gecəsində qürub vaxtı, gərək onun çörək yeyənləri hesab olunanların fitrəsini versin; istər böyük olsunlar, istərsə də kiçik; istər müsəlman olsunlar istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

Məsələ: 103. Fitrə zəkatının cinsi, insanın adətən yediyi şeylərdən olmalıdır. Məsələn buğda, arpa, xurma, kişmiş, düyü, və s. kimi şeylərdən. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.

Məsələ: 104. Fitrə almağa müstəhəqq olan şəxs, o şəxsə deyilir ki, fitrə onun özünə vacib olmasın.(1) Amma seyyid, qeyri-seyyiddən zəkat ala bilməz. Əgər seyyid müstəhəqq olarsa seyyiddən zəkat ala bilər.

səh: 124


1- Özünün və ailəsinin illik xərclərinə sahib olmayan şəxsə deyilir və digir bir şəxs də yoxdur ki, onun xərclərini versin.

XÜMSÜN HÖKMLƏRİ

Müqədəs İslam dinində xüms verməyə çoxlu tövsiyələr olunub. Həzrəti imam Baqir (ələyhis-səlam) buyurub: “Bizim haqqimizi ödəmədən, xümsdən istifadə etmək, heç bir şəxsə halal deyil, Allah-taala onun üzrün qəbul etmir.” Həzrəti imam Məhdi (ələyhis-səlam) buyurub: “Bizim haqqimizi yeyən, cəhənnəm atəşin yeyən şəxs kimidir və onun yeri cəhənnəmdir.”

Məsələ: 105. Xüms sonradan qeyd olunan yeddi şeyin, beşdə birini verməyə deyilir.

Məsələ: 106. Yeddi şeydə xüms vacibdir:

1-Müharibə qənimətləri. Əgər müsəlmanlar, kafirlərlə müharibə etsələr, o müharibədən ələ gələn şeylərə “qənimət” deyilir.

2-Mədən.

3-Xəzinə.

4-Suda üzmək, yəni, dənizə dalmaq vasitəsilə əldə edilən cəvahirat.

5-Zimmi kafirin müsəlmandan aldığı torpaq.

6-Harama qarışmış halal mal.

7-Qazanc mənfəəti.

səh: 125

İlk beş qism xüsusi insanlara aid olduğu və ümumi insanlara aid olmadıqlarına görəonların hökmləri və şəraitləri haqqda söz açmırıq və son iki hissə ümumi insanlara aid olduqlarına görə onları qeyd edirik.

Məsələ: 107. Halal malın haram mala, qarışmasında malın sahibinin və miqdarının məlum olmaması, şərtdir. Əgər malın sahibi və miqdarı məlum olarsa gərək haram maldan məlum olan miqdar sahibinə qaytarılsın.

Məsələ: 108. Qeyd olunan şərt daxilində halal mal haram mala qarışsa xümsunu verəndən sonra ondan istifadə edə bilər. Xümsu verilməyənə qədər o maldan istifadə edə bilməz.

Məsələ: 109. Əgər insan ticarətdən, sənətkarlıqdan, yaxud sair qazanc yerlərindən müəyyən qədər qazanc əldə etsə; bu qazanc, özünün və ailəsinin illik xərclərindən artıq olsa, gərək xümsünü, yəni beşdən birini, versin. İllik xərclər hər bir şəxsin öz şəxsiyyətinə uyğundur.

Məsələ: 110. İl dedikdə qəməri tarixi ilə şəmsi tarixi arasında heç bir xərq yoxdur. (Yəni hər biri ilə istəsə hesab edə bilər).

səh: 126

Məsələ: 111. Əgər bir neçə gəlir yeri olsa məsələn: əkinçilik, ticarət və dülgərlik etsə onların hamısı üçün bir xüms ili təyin edə bilər. Onlar üçün ayrı-ayrı xüms ili təyin etmək lazım deyil.

Məsələ: 112. Heyvanlar vasitəsi ilə gəlir əldə edənlər, məsələn atı və ya ulağı kirayə verirsə yaxud inəyin və qoyunun südünü satsa yaxud ümumiyyətlə onlardan əldə olunan gəlirlər, meyvə verməyən ağacların artıb və böyüməsindən və meyvə verən ağacların məhsulundan mənfəət əldə edirsə özünün və ailəsinin illik xərcindən artıq qalan hissənin xümsunu verməlidir. Həmçinin ev, mülk və ümumiyyətlə gəliri olan şeylər əgər özünün və ailəsinin illik xərcindən artıq qalsa gərək xümsunu versin.

XÜMSÜN SƏRF OLUNMA YERLƏRİ

Məsələ: 113. Xüms iki yerə bölünür: Bir qismi seyyidlərindir. Gərək fəqir, seyyidlərə verilsin. Seyyid dedikdə ata vasitəsi ilə həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) babası Haşimə çatanlar nəzərdə tutulur. Baxmayaraq ki, həzrət Peyğəmbərin (s) nəslindən olmasın. Fəqir haqda

səh: 127

fitrə zəkatında məlumat verdik. Digər yarısı isə İmamın (ələyhis-səlam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməlidir. Seyyidlərin haqqını insan özü fəqir seyyidlərə verə bilər.

Məsələ: 114. Xümsdə də digər ibadətlər kimi, niyyət və qürbət qəsdi olmalıdır. Deməli niyyət etmədən və ya qürbət qəsdindən digər niyyətə versə düzgün deyil və xüms onun üzərindən götürülmür.

Məsələ: 115. Ehtiyat-vacib budur ki, bir seyyid fəqirə, bir illik xərclərindən artıq miqdarda xüms verilməsin.

Məsələ: 116. Xüms verənin vacibi-nəfəqəsi olan şəxslərə məsələn ata, ana, övlad və həyat yoldaşı kimi, hətta fəqir seyyid olsalar belə xüms vermək icazəli deyil. Amma xüms verən şəxsə vacib olmayan xərclər, təhsil haqqı və bu kimi şeylər istisnadır.

Məsələ: 117. İmamın (ələyhis-səlam) payını müçtəhidin icazəsi ilə seyyidlərə və İslam dinini təbliğ edən hər bir şəxsə vermək olar. Məsələn

səh: 128

İmamın (ələyhis-səlam) payını müçtəhidin icazəsi ilə dini təhsil alan və müqəddəs şəriəti təbliğ edən şəxslərə fəqir olduqları şəraitdə vermək olar.

səh: 129

ZƏKATIN HÖKMLƏRİ

Allah-taala varlıların mallarında fəqirlər üçün bir müəyyən haqq təyin edib. Əgər onu versələr, dünyada fəqir tapılmaz; ona da zəkat deyilir. Həzrət imam Baqir (ələyhis-səlam) buyurur: “Namaz qılıb zəkat verməyən şəxs, namaz qılmayan şəxs kimidir.”

Başqa bir hədisdə buyurur: ” həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məsciddə idi. Neçə nəfərə dedi: Qalxın, müsalmanların məscidindən çıxın və orada namaz qılmayın. Ona görə ki, siz zəkat vermirsiniz.” Şəriətdə də zəkata çoxlu tövsiyələr olunub.

Məsələ: 118. Doqquz şeyə zəkat vacibdir:

1-Buğda.

2-Arpa.

3-Xurma.

4-Kişmiş.

5-Qızıl.

6-Gümüş.

7-Dəvə.

8-İnək.

9-Qoyun.

səh: 130

Əgər bir şəxs, bu doqquz şeydən hər hansına sahib olsa, gərək müəyyən şərtlər daxilində, bir miqdarını müəyyən olunan yerlərə sərf etsin.

Məsələ: 119. Qızıl və gümüşün zəkatı o vaxt vacibdir ki, nisab həddinə çatsın, bir il onların üzərindən keçsin və müamilə üçün düzəldilmiş şikkə olsun.

Məsələ: 120. Dəvə, inək və qoyunun zəkatında heyvanların bütün il boyu işsiz olmaları və bütün il boyu çölün otlarından yemələri şərtdir.

Məsələ: 121. Buğda, arpa, xurma və kişmişin zəkatı, nisab həddinə çatdığı zaman vacib olur. Bunların nisabı, təqribən 863 kilo 719 qramdır. Buğda və arpaya dənə bağlayanda sahib olmalıdır. Deməli əgər qeyd olunan miqdardan az olsa və ya dənə bağlayandan sonra malik olsa zəkat vacib deyil.

Məsələ: 122. Arpa və buğda, əkildiyi vaxtdan onların ələ gələn vaxtına qədər xəclərin hamısını çıxdıqdan sonnra nisab həddinə çatsalar bu halda onların zəkatını vermək vacibdir. Məsələn toxum üçün xərclədiyini, yerin kirayəsini, maliyyatını, işçi haqqını ümumiyyətlə onları əldə etmək üçün xərclədiklərinin hamısını çıxdıqdan sonra nisab

səh: 131

həddinə çatsa zəkatını verməlidir. Zəkat veriləndə gərək buna diqqət olunsun ki, buğda, arpa və digər əkinlərdə müştərək xərcləyibsə məsən gözətçi və işçilərin haqqı kimi buğda və arpanın hər birinə nəqədər aid olursa o qədər zəkat çıxarsın onların hamısı üçün bir yerdə zəkat çıxara bilməz.

Məsələ: 123. Əgər xərclədiklərinin qiymətini vermək istəsə, qiymətin az və ya çox olmasına baxmayaraq dənə bağlayan vaxt nəzərdə tutulur, zəkat verilən vaxt nəzərdə tutulmur.

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI

Məsələ: 124. Əgər buğda, arpa, xurma və üzüm çay, yaxud yağış suyundan suvarılsa və ya yerin rütubətindən (suvarılmağa ehtiyacı olmadan) məhsul verərsə, zəkatı, məhsulun onda biri qədərdir. Əgər vedrə, su motoru və s. kimi vasitələrlə, (hal-hazırda mövcud olan dərin, yaxud nisbətən dərin quyulardan) suvarılarsa, zəkatı məhsulun iyirmidə biri qədərdir.

səh: 132

ZƏKATIN SƏRF OLUNMA YERLƏRİ

Məsələ: 125. İnsan zəkatı 8 yerə sərf edə bilər:

1-Fəqirə. (Fəqir özünün və ailəsinin illik xərclərini təmin edə bilməyən kəsdir. Sənət və ya mülk yaxud da sərmayəsi olan şəxs, sərmayənin mənfəətlərindən öz illik xərclərini təmin edə bilirsə, fəqir deyil).

2-Miskinə. (Miskin, vəziyyəti fəqirdən də ağır olan kəsdir).

3-İmamın (ələyhis-səlam), yaxud onun naibinin tərəfindən zəkatı yığıb saxlamağa onun mühasibəçisinə, onu İmama (ələyhis-səlam), yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə.

4-Zəkat verilərsə İslam dininə yönələn, yaxud müharibədə müsəlmanlara kömək edən kafirlərə.

5-Qulların alınıb azad olunmasına.

6-Öz borcunu verə bilməyən borclulara. (Bu şərtlə ki, o borcu günah işdə sərf etməmiş olsun.)

7-Allah yolunda. Yəni məscid, dini elmlərin tədris olunması üçün mədrəsə tikmək, körpü salmaq, asfalt çəkmək, xəstəxana tikmək və bunlar kimi işlərdə istifadə etmək olar.

səh: 133

8-“İbnüs-səbil”-ə. Yəni, səfərdə (müəyyən səbəbə görə) çarəsiz yolda qalan şəxsə.

ZƏKATIN SƏRF OLMA MİQDARI

Məsələ: 126. Fəqirə ehtiyacsız olana qədər, borclunun borcunu ödəyn miqdarda “ İbnüs-səbil”-ə yəni, səfərdə (müəyyən səbəbə görə) çarəsiz yolda qalan şəxsə onu vətəninə çatdıracaq məbləğdə zəka vermək olar. Xeyriyyə işlərində müəyyən bir miqdar yoxdur. Yəni hər nəqədər olsa xeyriyyə işlərində istifadə etmək olar.

Məsələ: 127. Zəkatın vacib olmasında ehtiyacsız və ya borclu olmamaq şərt deyil. Əgər lazım olan şərtlər daxilində nisab həddinə malik olsa zəkatı verməsi vacibdir. Deməli mümkündür zəkat verən özü zəkat almağa da müstəhəq olsun. Buna əsasən həqiqətən vermək niyyəti ilə digər zəkat verən ilə əvəz edə bilərlər. Amma xüms və fitrə zəkatında onların verəni alanı ola bilməz.

səh: 134

Ayətullahul-üzma hacı şeyx Yədullah Duzduzani Təbrizi

cənablarının həyatına

qısa baxış

səh: 135

TƏVƏLLÜDÜ

Həzrət Ayətullahul-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1935-ci ildə Təbriz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Atası hacı Əbdul Həmid Təbriz şəhərinin dindar və xeyirxah tacirlərindən olub. Onun babaları illər öncə Təbriz şəhərinin 70 km yaxınlığında yerləşən Duzduzan kəndindən köç etmiş və Təbriz şəhərində yerləşmişdirlər.

İBTİDAİ TƏHSİLİ

Ayətullahul-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1941-ci ildə Ərəb və Fars dillərinin ədəbiyyatını özündə əhatə edən məktəbə qəbul olub, hövzə dərslərinin müqəddiməsini bitirdikdən sonra 1953-cü ildə Təbrizdən müqəddəs Qum şəhərinə hicrət edib. Ayətullahul-üzma Duzduzani Təbrizi dərslərini davam etmək ücün böyük ustadlardan bəhrələnmişdir. O ustadlardan nümunə olaraq mərhum Ayətullah Məhəmməd Mücahid Təbrizini (Allah ona rəhmət etsin) qeyd etmək olar.

səh: 136

ALİ TƏHSİLİ

Ayətullahul-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1958-ci ildə Müqəddəs Məkkə şəhərinə həcc ziyarətinə gedib və həcc əməllərini yerinə yetirdikdən sonra Qum şəhərinə qayıdaraq dərslərini böyük ustadların xidmətində oxumuşdur.

Ayətullahul-üzma Duzduzani Təbrizi dərslərini mərhum Ayətullahul-üzma Brucerdi (Allah ona rəhmət etsin) ilə oxumağa başladı. Ayətullahul-üzma Brucerdinin (Allah ona rəhmət etsin) vəfatindan sonra Usul dərslərini İslam İnqilabının böyük Rəhbəri mərhum Ayətullahul-üzma Xumeyninin (Allah ona rəhmət etsin) dərslərində iştirak etdi, bu dərslər Səlmasi məscidində təşkil olunurdu.

Ayətullahul-üzma Duzduzani Təbrizi iyirmi beş il Ayətullahul-üzma Şəriətmədarinin (Allah ona rəhmət etsin), xaric Usul və Fiqh dərslərində iştirak etmişdir, və o fəqihin ən fəal və qabaqcıl tələbələrindən idi.

O həzrət həmçinin Ayətullahul-üzma seyyid Gülpayqaninin dərslərində də iştirak edirdi və nəticədə böyük şəxsiyyətlər tərəfindən məsələn; Ayətullahul-üzma Şəriətmədari (Allah ona rəhmət

səh: 137

etsin), Ayətullahul-üzma seyyid Gülpayqani (Allah ona rəhmət etsin) və Ayətullahul-üzma seyyid Xoi (Allah ona rəhmət etsin) tətəfindən elmin ən yüksək mərhələsi olan fəqihlik dərəcəsinə laiq görüldü.

FƏLSƏFƏ DƏRSİ

Ayətullahul-üzma Duzduzani Təbrizi fəlsəfə dərslərini mərhum Əllamə seyyid Məhəmməd Hüseyn Təbatəbai (Allah ona rəhmət etsin) ilə oxumuşdur. Elə o dövrdə də bir dövrə kamil şəkildə “Mənzumei Səbzivari” kitabını hövzədə tədris etmişdir.

QURANA ƏLAQƏSİ

Ayətullahul-üzma Duzduzani Təbrizi tələbəlik illərinin əvvəlində Qurani-kərimi oxuma və tədris etmək əlaqəsi ilə secilirdi. Quranın təfsir dərslərini isə miladi tarixi ilə 1963-cü ildən başlamış və hal-hazırda tədris etməkdədir. Həzrətin əvvəlki dərsləri Quran surələrinin tərtibi və nazil olma səbəbləri ilə bağlı idi, amma hal-hazırda tədris etdiyi təfsir dərsləri “Təfsire mövzui” Qurani-kərimin mövzular əsasında təfsiridir. Bu cür

səh: 138

zəhmətlərin nəticəsidir ki, onun bir neçə cild kitabı oxucuların ixtiyarına verlmişdir.

DİNİ TƏBLİĞLƏRİ

Müqəddəs kitabımız Qurani-kərim fəqihlərin və dini alimlərin vəzifələrindən birini də insanları Allahın əzabından qorxudub və Allah-taalanın dinini onlara çatdırmağı bildirir.

فَلَوْلاَ نَفَرَ مِن کُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّیَتَفَقَّهُواْ فِی الدِّینِ وَلِیُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُونَ

Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!(1)

Bu ayə bütün alimlərin vəzifəsini təyin edib. Bu vəzifə də insanların öhdələrində onan təkliflərini onlara öyrətməkdir.

səh: 139


1- Tövbə surəsi, ayə122.

Ayətullahul-üzma Duzduzani Təbrizi cənabları öz vəzifəsinə əməl etmək üçün tələbəliyinin ilk dövrlərindən dini təbliğ etməyə başlamışdır. Uzun illər ramazan, məhərrəm və səfər aylarında öz gözəl söhbətləri ilə Əhli-beyt (ələyhimus-səlam) aşiqlərini feyzə çatdırırdı. Hətta mərcəiyyət məqamına çatandan sonra da bu vəzifəsinə əml edir.

Qeyd etdiyimiz aylardan başqa vaxtlarda mərcəiyyət məqamına çatmazdan qabaq neçə il ardıcıl isti və soyuq havalarda, tədris və təbliğ etmək üçün müxtəlif məntəqələrə gedərdi.

İCTİMAİ VƏ DİNİ XİDMƏTLƏRİ

Ayətullahul-üzma Duzduzani Təbrizinin tədrisi və dini qanunlarının təbliği Qum, Tehran, Kərəc və Təbriz şəhərlərində olmuşdur, bundan əlavə çox faydalı dini və ictimai xidmətləri də olmuşdur onlardan bir neçəsini aşağıda qeyd edirik.

1-Tehran şəhəri Ceyhun praspektində yerləşən Cavadul-Əimmə (ə) adına məscidi tikdirmişdir.

2-Təbriz şəhərində 450 illik tarixi olan 63 sütunlu məscidi tam təmir etdirmişdir və hal-

səh: 140

hazırda bu məscid Təbriz şəhərində möminlərin ibadət üçün toplaşdığı məscidlərindən biridir.

3-Ruhanilərin təbliğ məqsədi ilə müxtəlif məntəqələrə göndərilməsi: Ayətullahul-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1971-1978-ci illər arasında mübəlliğləri 500-dən çox kənd və şəhərə təbliğ və tədris məqsədi ilə göndərmişdir. Mübəlliğlərə göstəriş verib ki, insanları bidət və əqidə çaşqınlığından agah etsinlər, dini hökmləri onlara tədris etsinlər, eyni zamanda mübəlliğlərlə şərt etmiş ki, şəhər və kənd əhalisindən təbliğ haqqı almasınlar. Onların bütün təbliğ haqqlarını öz öhdəsinə götürmüşdür. Bu cür təbliğlər layiqli nəticəyə səbəb olmuşdur və bu kimi təbliğ proqramları başqa şəhərlərdə də məsələn; Xürrəmabad, Həştrud və Reydə icra olunmuşdur.

4-Yolunu azmışlarla mübarizə: Diqqətinizə çatdıraq ki, insanları haqq əqidə və düşüncədən azdırmaq məqsədi ilə yayılmış qruplar məsələn: vəhabilik, sufilik, bəhaiyyət və bu kimi qruplarla mübarizə məqsədi ilə miladi tarixi ilə 1997-ci ildən eytibarən Ayətullahul-üzma Duzduzani Təbrizi, Höccətul-islam Davud İlhami, Höccətul-islam hacı şeyx Məhəmməd Mərdaninin

səh: 141

rəhbərliyi ilə təşkil olunmuş “İslamda Qadağa Edilmiş Əqidələrlə Mübarizə” adı altında təşkilat öz fəaliyyətinə başladı. Bu təşkilatın gördüyü fəaliyyətlərdən biri bu cür əqidələrin batinini ifşa edən kitabçaları və bu kimi proşuraları nəşr edib cəmiyyət arasında paylanılması olmuşdur. Bu kimi təbliğlərlə ölkənin daxilində və xaricində insanlara təmənnasız olaraq xidmət göstərilmişdir. O kitablardan bir neçəsinin adlarını sizin diqqətinizə çatdırırıq:

1.Sufilik pak olan İmamların (ələyhimus-səlam) nəzərində.

2.Şiələrin arasında sufiliyin yaranması.

3.Nemətullah və Gunabadi firqələri.

4.Zəhəbiyyə, Uveysiyyə və Xaksariyyə firqələri.

5.Əliyullah (Əli allahilər) fırqəsinə kiçik bir baxış.

6.Vəhabilik əqidəsinin iki istiqaməti.

7.Bəhaiyyət sufilikdən yaranmışdır. Həmçinin təşkilat bu istiqamətdə ehtiyac olan kitabları alıb insanların istifadəsinə vermişdir.

5-Dini mərasimlərin təşkil olunması: O həzrət təbliğ məğsədi ilə dini mərasimlər keçirdərdi və

səh: 142

bu məclisin iştirakçıları çavan və yaşli nəsildən ibarat idi. Bu kimi mərasimlər yeni üsulla təşkil olunaraq iki hissəyə bölünərdi, birinci hissə yeniyetmələrlə və ikinci hissə isə yaşli nəsillə keçirilirdi, bu cür mərasimlərdən bir neçəsini sizin nəzərinizə çatdiririq.

1.Miladi tarixi ilə 1974-çi ildə Təbriz şəhərində “Həzrəti Əli (ə) məktəbi” adi altinda təşkil olunmuş həftəlik mərasim, bu kimi mərasimlərdən biri idi. Amma bu mərasimlərin xüsusiyyəti bundan ibarət idi ki, mərasimlər böyük zallarda keçirilmiş və iştirakçilar əsasən universitet müəllimləri, tələbələri və ziyalı təbəqədən təşkil olunurdu.

2.Dini təlim-tərbiyə və maarifləndirmə məqsədi ilə Təbriz şəhrinin məscidlərində səkkiz və on iki yaşli uşaqlar və yeni yetmələrdən ibarət olan həftəlik məclislər təşkil olunurdu. Bu məclislər ruhanilər, tacirlər və ziyalı təbəqəsinin təşəbbüsü nəticəsində min nəfərə yaxın yeniyetmələrin Quran dərsi, dini hökümlər, əqidə məsələləri və dini surudların öyrənilməsinə şərait yaradıldı.

səh: 143

USTADLARI

Ayətullahul-üzma Duzduzani Təbrizi cənabları öz dövrün görkəmli və tanınmış fəqihlərinin dərslərində iştirak edirdi. Burada onlardan bəzilərinin adlarını qeyd edirik.

1-Ayətullahul-üzma Burucerdi (Allah ona rəhmət etsin).

2-Ayətullahul-üzma imam Xumeyni (Allah ona rəhmət etsin).

3- Ayətullahul-üzma Şəriətmədari (Allah ona rəhmət etsin).

4-Əllamə seyyid Hüseyn Təbatəbai (Allah ona rəhmət etsin).

5- Ayətullahul-üzma seyyid Xoi (Allah ona rəhmət etsin).

6- Ayətullahul-üzma seyyid Qolpayqani (Allah ona rəhmət etsin).

Həmçinin Ayətullahul-üzma hacı şeyx Duzduzani Təbrizi cənabları Nəcəfu-əşrəf şəhərində Ətəbati-aliatın ziyarətindən əlavə Nəcəfi-əşrəf şəhərində olan görkəmli alimlərin dərsində də iştirak etmişdir.

səh: 144

TƏDRİSİ

Ayətullahul-üzma Duzduzani Təbrizi Qum şəhərində təhsili ilə bərabər tədris etmişdir. O həzrət 1980-ci ildən etibarən Qum şəhərində Fiqh və Usul elimlərinin xaric dərslərini tədris etmişdir.

MƏRCƏİYYƏTİ (Elmi məqamı)

Ayətullahul-üzma Duzduzani Təbrizi cənabları Qum elmi hövzəsində elm, təqva və fəqihliydə məşhur şəxsiyyətlərdən biridir. Mərcəi-təqlid müçtəhidlərdən bəziləri dünyalarını dəyişəndən sonra (Allah onlara rəhmət etsin) mömin və dindar şəxslər xüsusi ilə də Təbriz camaatı ondan “İzahlı şəriət hökmləri” adlı kitab istəyirlər. O, öz şəri fətvalarını müsəlmanların ixtiyarında qoydu. Hal-hazırda İran və xarici ölkələrdə onun çoxlu müqəllidləri vardır.

ƏSƏRLƏRİ

Ayətullahul-üzma Duzduzani Təbrizi dinin müxtəlif sahələrində əsərlər yazmışdır və bu əsərlərdən bəzisini sizin nəzərnizə çatdırırıq.

1-Quranın nazil olması barədə dərslər (Duruse həvlə nuzule əl-Quran).

səh: 145

2-Quranda ölüm və həyat, bərzəx və qiyamətin barəsində nazil olmuş ayələrin şərhi (Durus həvlə əl- Movt, vəl-həyat, əl-Bərzəx və Əşratus-saə).

3-İmam Zamanla (ə.c) görüşməkliyin həqiqəti (Təhqiqul-lətif həvlə əl-tovqiiş-şərif).

4-Qiyamət gününə aid olan ayələrin şərhi (Duruse həvləl-məad).

5-Musafir namazına aid olan xaric dərsləri (Təqriratu Fiqh, Səlate musafir).

6-Qisas hökmünə aid olan xaric dərsləri (Kitabu Qisas).

7-Ərəb dilində risalə (Əl-təliqə əla əl-Urvətul-Vusqa.

8- Fars dilində risalə (Tozihul-Məsail).

9-İrşadul-mominin.

10-Həcc əməllərinin izahı.

11-Ərəb dilində risalə (minhacus-salehin).

12-Ay görünməsinə aid olan hökümlərin elmi izahı (Risaleye Hilaliyye).

13- Xaric usul dərsləri (Usul əl-Figh)

14-Camaat namazının hökmlərinin xaric dərsləri.

15-Zəkat hökmlərinin xaric dərsləri.

16-Xüms hökmlərinin xaric dərsləri.

səh: 146

17-Oruc hökmlərinin xaric dərsləri.

18-Quran ayələrinin şərhi.

19-Tozihul-məsailin xülasəsi (Xulasətul-əhkam).

Ayətullahul-üzma Duzduzani Təbrizi bunlarla yanaşı İslam dinini tam şəkildə əhatə edən muxtəlif əsərlər də yazmışdır.

Ayətullahul-üzma Yədullah Duzduzani Təbrizi cənablarının Qum şəhərində dəftərxanası fəaliyyət göstərir. Əimmeye-ətharın (ələyhimus-səlam) təvəllüdü və vəfatı günləri şiyə məzhəbinin təbliğinin genişlənməsi və həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-beytinin (ələyhumus-səlam) tanınmaları üçün məclislər keçirilir. Bu məclislərdə görkəmli alimlər moizə edirlər.

Sonda Allah-taaladan bu böyük fəqih və alim üçün uzun ömr və can sağlığı diləyirik.

Aminə rəbbəl-aləmin

səh: 147

MÜNDƏRİCAT

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI. 5

BİRİNCİ ƏSAS: ALLAH TƏKDİR.. 6

Birinci dəlil:. 6

İkinci dəlil:. 8

ALLAH-TAALANIN SİFƏTLƏRİ. 11

SUBUTİYYƏ SİFƏTLƏRİ. 11

SƏLBİYYƏ SİFƏTLƏRİ. 13

İKİNCİ ƏSAS: PEYĞƏMBƏRLİK.. 15

ÜÇÜNCİ ƏSAS: MƏAD.. 20

DÖRDÜNCÜ ƏSAS: ALLAH ADİLDİR.. 24

BEŞİNCİ ƏSAS: İMAMƏT. 26

BİRİNCİ İMAM... 28

İKİNCİ İMAM... 29

ÜÇÜNCÜ İMAM... 29

DÖRDÜNCÜ İMAM... 30

BEŞİNCİ İMAM... 31

ALTINCI İMAM... 32

YEDDİNCİ İMAM... 33

SƏKKİZİNCİ İMAM... 33

DOQQUZUNCU İMAM... 34

ONUNCU İMAM... 35

ON BİRİNCİ İMAM... 35

ON İKİNCİ İMAM... 36

səh:148

FURUİDDİN.. 41

TƏQLİDİN HÖKMLƏRİ. 42

NAMAZ VƏ ONUN RƏKƏTLƏRİNİN SAYI. 43

NAMAZIN MÜQƏDDİMƏSİ. 44

DƏSTƏMAZ VƏ QÜSLÜN ŞƏRTLƏRİ. 48

DƏSTƏMAZ VƏ QÜSLÜ BATİL EDƏN ŞEYLƏR.. 51

TƏYƏMMÜM... 54

Birinci yer. 54

İkinci yer. 55

Üçüncü yer. 56

Dördüncü yer. 56

Beşinci yer. 56

Altıncı yer. 56

Yeddinci yer. 57

Səkkizinci yer. 57

TƏYƏMMÜMÜN QAYDASI. 58

TƏYƏMMÜMÜN SƏHİH OLDUĞU ŞEYLƏR.. 59

GÜNDƏLİK VACİB NAMAZLARIN VAXTI. 60

MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI. 60

SÜBH NAMAZININ VAXTI. 61

QİBLƏ.. 61

NƏCASƏTLƏR.. 63

1-2-Sidik və Ğait 63

3-Məni 64

4-Murdar. 64

səh:149

5-Qan. 64

6-7-İt və Donuz. 64

8-Şərab. 64

9-Pivə. 65

11-Nəcasət yeyən dəvənin təri 65

PAKLAYICILAR.. 66

1. Su. 66

Kürr suyu. 66

Az su. 66

2. Torpaq. 67

3. Günəş. 67

4. İstihalə. 67

5. İnqilab. 68

6. İntiqal 68

7. İslam.. 69

8. Təbəiyyət 69

9. Eyni nəcasətin aradan getməsi 70

10. Müsəlmanın qayib olması 70

11. Ğaitin məxrəcinin daş və parça ilə təmizlənməsi 71

12. İstibra. 71

13.Ğüsalənin ayrılması 71

14. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan axması 71

15. Nəcis yeyən heyvanın istibrası 72

NƏCİS OLMUŞ ŞEYLƏRİ PAK ETMƏYİN YOLLARI. 72

səh:150

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI. 76

AZAN VƏ İQAMƏ.. 78

NAMAZIN VACİBATI. 80

NAMAZIN RÜKNLƏRİ. 80

TƏKBİRƏTÜL-EHRAM... 81

NAMAZDA MÜSTƏHƏB OLAN ƏMƏLLƏR.. 88

NAMAZI BATİL EDƏN ŞEYLƏR.. 91

NAMAZIN ŞƏKKİYYATI. 94

TƏHARƏTDƏ OLAN ŞƏKK.. 94

NAMAZIN ƏMƏLLƏRİ VƏ RƏKƏTLƏRİNDƏ OLAN ŞƏKK.. 94

ETİNA OLUNMAYAN ŞƏKKLƏR.. 95

1-Yerinə yetirilmə məhəlli keçmiş olan şeylərdəki şəkk. 95

2-Vaxt keçəndən sonrakı şəkk. 95

3-Salamdan sonrakı şəkk. 96

4-Kəsirüş-şəkk (çox şəkk edən). 96

5-İmam və məmumun şəkki 96

6-Müstəhəb namazda şəkk etmək. 97

NAMAZI BATİL EDƏN ŞƏKKLƏR.. 97

SƏHİH ŞƏKKLƏR.. 98

NAMAZDA OLAN SƏHVLƏR.. 102

SƏCDEYİ-SƏHVİN QAYDASI. 107

DİGƏR NAMAZLARIN HÖKMLƏRİ VƏ KEYFİYYƏTİ. 110

AYƏT NAMAZININ QILINMA QAYDASI. 111

MÜSTƏHƏB NAMAZLAR.. 113

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI. 114

səh:151

ORUCUN HÖKMLƏRİ. 116

1-Niyyət; 117

ORUCU BATİL EDƏN ŞEYLƏR.. 118

AYIN ƏVVƏLİNİN SÜBUT OLMASI YOLLARI. 121

FİTRƏ ZƏKATI. 123

XÜMSÜN HÖKMLƏRİ. 125

XÜMSÜN SƏRF OLUNMA YERLƏRİ. 127

ZƏKATIN HÖKMLƏRİ. 130

BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI 132

ZƏKATIN SƏRF OLUNMA YERLƏRİ. 133

ZƏKATIN SƏRF OLMA MİQDARI. 134

TƏVƏLLÜDÜ.. 136

İBTİDAİ TƏHSİLİ. 136

ALİ TƏHSİLİ. 137

FƏLSƏFƏ DƏRSİ. 138

QURANA ƏLAQƏSİ. 138

DİNİ TƏBLİĞLƏRİ. 139

İCTİMAİ VƏ DİNİ XİDMƏTLƏRİ. 140

USTADLARI. 144

TƏDRİSİ. 145

MƏRCƏİYYƏTİ (Elmi məqamı). 145

ƏSƏRLƏRİ. 145

MÜNDƏRİCAT.. 148

səh: 152

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109