QADINLARIN HİKMƏTNAMƏSİ

KİTAB HAQQINDA

KITABıN ADı: QADıNLARıN HIKMəTNAMəSI

MüəLLIF: Dr.Tofiq Əsədov Dr.Əfzələddin Rəhimov

ÇAP TARIXI: 2011

NAşIR: Beynəlxalq əl-Mustafa(s) Nəşr və Tərcümə Mərkəzi

ÇAPXANA: Tövhid, Qum

ÇAP NöVBəSI: Birinci

TIRAJ: 1000

©Kitabın bütün hüquqları naşirə məxsusdur.

SATış MəRKəZI:

˜ İran, Qum, Şühəda meydanı, Höccətiyyə prospekti, Beynəlxalq əl-Mustafa(s) Nəşr və Tərcümə Mərkəzi.                Telfaks: +98 251 7730517

˜ İran, Qum, Məhəmməd Əmin (s) prospekti, Caməətül-ülumun kənarı, Beynəlxalq əl-Mustafa(s) Nəşr və Tərcümə Mərkəzinin satış şöbəsi                                           Tel/Faks: +98251 2133106 / +98251 2133146

www.miup.ir                   www.eshop.miup.ir

E-mail: Admin@miup.ir                  Root@miup.ir

səh:1

İŞARƏ

بسم الله الرحمن الرحیم

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

səh:2

QADINLARIN HİKMƏTNAMƏSİ

DR. TOFIQ ƏSəDOV DR. ƏFZəLəDDIN RəHIMOV

səh:3

səh:4

NAŞİRDƏN

Hər bir tədqiqatın əvvəli və sonu tədqiqatçı insan zehnində yaranmış suala cavab tapmaq yolunda inkişafın bir mərhələsi sayılır, həmçinin, bu gedişat elm və bilik olan tədqiqat nəticəsinin əldə edilməsi ilə sona çatır.

Əlbəttə, bu sonluq yeni bir başlanğıc üçün müjdə verir. Çünki hər bir tədqiqat yeni iş, inkişaf təravət və bərəkət, həmçinin, yeni sualların meydana çıxması ilə nəticələnir.

Tədqiqat əsnasında qarşıya çıxan suallar zaman ehtiyaclarının tənasübü və tədqiqatçıların bacarığı ilə inkişaf edir və bəşər mədəniyyətini hərəkətə vadar edir.

Elm və texnikanın inkişafı nəticəsində sualların tez bir zamanda dünyanın müxtəlif yerlərinə çatması və sürətlərin azalması prosesi yeni bir mədəniyyəti ərməğan gətirir. Buna görə də, şübhəsiz bu proses barədə mükəmməl agahlıq və düzgün müdiriyyət bu yolda inkaredilməz təsirə malikdir.

Beynəlxalq əl-Mustafa (s) Universiteti elmi hövzələrdə malik olduğu xüsusi vəzifəsi, habelə insanların

səh:5

müxtəlifliyinə əsasən, tədqiqat sahəsində münasib şəraiti yaratmağı özünə vəzifə bilir.

Bu sahədə münbit şərait yaratmaq, imkanlardan münasib tərzdə istifadə etmək, həmçinin, din sahəsində tədqiqatçı alimlərdən himayə etmək Beynəlxalq əl-Mustafa (s) Universitetinin Tədqiqat müavinliyinin əsas və önəmli vəzifələrindən sayılır.

Bu qəbil elmi hərəkətlər və mövcud vəziyyətin möhkəmləndirilməsi ilə dünyanın hər bir yerində dini mədəniyyətin inkişafı və yayılması ilə nəticələnməsinə ümid edirik.

Universitetin tədqiqat şöbəsi, bu kitabı təlif etdikləri üçün ilahiyyat üzrə fəlsəfə elmləri doktorları Tofiq Əsədov və Əfzələddin Rəhimova dərin təşəkkürünü bildirir.

                                                                  Beynəlxalq əl-Mustafa(s)

                                                                   Nəşr və Tərcümə Mərkəzi

səh:6

MÜNDƏRİCAT

ÖN SÖZ.. 11 [1]

BİRİNCİ HİKMƏT: [2]Qadının özəllikləri 15 [3]

Qadının dəyəri 15 [4]

Qadına vəhy olur 15 [5]

Qadının əcri 16 [6]

Qadın və uğur 17 [7]

Qadın, şadlıq və ləzzət 19 [8]

Qadın aramlığa səbəb olur 19 [9]

İKİNCİ HİKMƏT: [10]Qadına sevgi 21 [11]

Qadın məhəbbət dalınca. 21 [12]

Qadınlara sevgi imandandır 21 [13]

Qadınlara sevgi Rəbbin nişanəsidir 23 [14]

Qadın və Peyğəmbərlərin sevgisi 24 [15]

Peyğəmbərin (s) qızlarına olan sevgisi 24 [16]

Peyğəmbərin (s) qoca qadınla zarafatı 25 [17]

ÜÇÜNCÜ HİKMƏT: [18]Qadının evliliyi 27 [19]

Qızları sevdiklərinə ərə verin. 27 [20]

Qızları məcbur ərə verməyin. 29 [21]

Yetkinlik həddinə çatan qız. 31 [22]

Pula xatir qız ərə vermək. 33 [23]

Qızımızı kimə ərə verməyək?. 34 [24]

Şərabxora və əyyaşa qız verməmək. 35 [25]

Dindar və əxlaqlı kişiyə qız verin. 36 [26]

Qadın və kişinin bir-birinə tay olması 37 [27]

Ərsiz qadınları evləndirmək. 38 [28]

Evlənmək istəməyən qadınlar 38 [29]

Qadının cehizi 38 [30]

Gəlini ötürdükdə təkbir demək. 40 [31]

Ananın ərə gedən qızına tövsiyələri 40 [32]

DÖRDÜNCÜ HİKMƏT: [33]Yaxşı və pis qadınlar. 43 [34]

Ən yaxşı qadın. 43 [35]

Ən pis qadın. 45 [36]

Pis qadından Allaha pənah! 46 [37]

Pis qadının təhlükəsi 46 [38]

Nümunəvi qadınlar 47 [39]

Mehriban qadın timsalı 50 [40]

Pis qadın nümunələri 50 [41]

Yaxşı qadının mükafatı 52 [42]

Pis qadının cəzası 53 [43]

Qadının ən yaxşı xüsusiyyətləri 56 [44]

Fərqli qadınlar 56 [45]

BEŞİNCİ HİKMƏT: [46]Qadının ərinin qarşısında vəzifələri 59 [47]

Ərə hörmət 59 [48]

Ərə itaət 60 [49]

Ərə xidmət 63 [50]

Ərin pis əxlaqına dözmək. 66 [51]

Əri razı salmaq. 67 [52]

Üsyan etməmək. 68 [53]

Naşükurlük etməmək. 69 [54]

Qadın ərini xərcə salmamalı 70 [55]

Qadın əri üçün bəzənməli 71 [56]

Qadının cihadı 71 [57]

ALTINCI HİKMƏT: [58]Kişinin qadının qarşısında vəzifələri 75 [59]

Qadını qorumaq. 75 [60]

Qadına qayğı və xidmət 77 [61]

Qadına hörmət 81 [62]

Qadının əziyyətlərinə dözmək. 82 [63]

Həyat yoldaşını incitməmək. 83 [64]

Qadını incitməyin cəzası 86 [65]

Qadınla vaxt keçirtmək. 89 [66]

Simiclik etməmək. 92 [67]

Qadına rifah yaratmaq. 92 [68]

Qadına hədiyyə almaq. 92 [69]

İlk olaraq hədiyyəni qızına ver! 93 [70]

Qadını səbəbsiz boşamamaq. 94 [71]

Evə daxil olduqda salam vermək. 96 [72]

Qadının cinsi ehtiyaclarını təmin etmək. 96 [73]

Qadının qeyrətini çəkmək. 103 [74]

Qadını ittiham etməmək. 104 [75]

Qadının məscidə getməsinə icazə vermək. 105 [76]

Qadınını sevməsən də... 106 [77]

YEDDİNCİ HİKMƏT: [78]Kişi və qadın bərabərliyi 107 [79]

Qız və oğlan, hər ikisi insandır 107 [80]

Müsavilik. 107 [81]

Şərafət, imanla təqvadadır 110 [82]

Qarşılıqlı məhəbbət 113 [83]

SƏKKİZİNCİ HİKMƏT: [84]Evlənmək istədikdə. 115 [85]

Hansı qadınla evlənək?. 115 [86]

Hansı qadınla evlənməyək?. 117 [87]

Evlənəcəyin qadınla görüş! 119 [88]

Evlənəcəyin qadına diqqət et! 119 [89]

Pula xatir qız almamaq. 120 [90]

Dindar qadınla evlənmək. 120 [91]

Bakirə qızlarla evlənmək. 121 [92]

Dul qadınla evlənmək. 122 [93]

Nikahdan öncə qıza baxmaq. 123 [94]

Evlənəcəyin qadının zahiri gözəlliyi 124 [95]

Kişilər qadınlarla imtahan olunurlar 125 [96]

Kişi qadının ixtiyarında olmamalı 126 [97]

DOQQUZUNCU HİKMƏT: [98]Qadınla bağlı şəri vəzifələr. 127 [99]

Başqasının qadınına göz qoymamaq. 127 [100]

Özgə qadın özgədir! 128 [101]

Başqasının qadınına vuruldunsa... 128 [102]

Özgə qadınla salamlaşmaq. 129 [103]

Naməhrəm qadın olan yer 129 [104]

Qadın və hicab. 129 [105]

Qadınlar üçün daha xeyirli 131 [106]

Qadın və həya. 132 [107]

Qadın nəyi ərinə danışmamalı?. 133 [108]

Qadının ticarət etməsi 134 [109]

Qadının irs aparması 134 [110]

Qadının hüququ qorunmalı 134 [111]

Mehriyyə qadının haqqı 135 [112]

Mehriyyənin dəyəri sadə olmalı 136 [113]

Qadının mehriyyəsini bağışlaması 138 [114]

Qadınlar axirüz-zamanda. 138 [115]

ONUNCU HİKMƏT: [116]Ananın məqamı 141 [117]

Аnаnın dəyəri 141 [118]

Ananın haqqı 142 [119]

Ananın övladın tərbiyəsindəki rolu. 144 [120]

Anaya qulluq. 144 [121]

Dözümlü ana. 146 [122]

Kafirin anası 147 [123]

ON BİRİNCİ HİKMƏT: [124]Kərbəla qadınları 149 [125]

A: Kərbəlada qadınların olması 149 [126]

B: Qadınların rövzəsi 153 [127]

C: Qadınların şücaəti 153 [128]

1. Elçilərə himayəkarlıq etdilər 156 [129]

2. Dəyərli məsləhətlər verdilər 157 [130]

3. Mənəvi dayaq oldular 159 [131]

4. Səbir və dözüm dərsi verdilər 160 [132]

5. Əhli-beyti(ə) himayə etdilər 160 [133]

6. Cihad etdilər 162 [134]

7. Cinayətkarlara etiraz etdilər 162 [135]

8. Kərbəla şəhidlərini dəfn etdilər 163 [136]

9. Şəhid oldular 164 [137]

Ç: Əhli-beyt (ə) xanımlarının rolu. 165 [138]

1. Aşura qiyamının təbliği 165 [139]

2. Təhriflə mübarizə. 168 [140]

3. Əzadarlıq və kədərləndirici çıxışlar 176 [141]

4. İffət keşiyində. 178 [142]

5. İdarəçilik və mühafizə. 180 [143]

Qaynaqlar. 183 [144]

səh:7

səh:9

ÖN SÖZ.. 11 [1]

BİRİNCİ HİKMƏT: [2]Qadının özəllikləri 15 [3]

Qadının dəyəri 15 [4]

Qadına vəhy olur 15 [5]

Qadının əcri 16 [6]

Qadın və uğur 17 [7]

Qadın, şadlıq və ləzzət 19 [8]

Qadın aramlığa səbəb olur 19 [9]

İKİNCİ HİKMƏT: [10]Qadına sevgi 21 [11]

Qadın məhəbbət dalınca. 21 [12]

Qadınlara sevgi imandandır 21 [13]

Qadınlara sevgi Rəbbin nişanəsidir 23 [14]

Qadın və Peyğəmbərlərin sevgisi 24 [15]

Peyğəmbərin (s) qızlarına olan sevgisi 24 [16]

Peyğəmbərin (s) qoca qadınla zarafatı 25 [17]

ÜÇÜNCÜ HİKMƏT: [18]Qadının evliliyi 27 [19]

Qızları sevdiklərinə ərə verin. 27 [20]

Qızları məcbur ərə verməyin. 29 [21]

Yetkinlik həddinə çatan qız. 31 [22]

Pula xatir qız ərə vermək. 33 [23]

Qızımızı kimə ərə verməyək?. 34 [24]

Şərabxora və əyyaşa qız verməmək. 35 [25]

Dindar və əxlaqlı kişiyə qız verin. 36 [26]

Qadın və kişinin bir-birinə tay olması 37 [27]

Ərsiz qadınları evləndirmək. 38 [28]

Evlənmək istəməyən qadınlar 38 [29]

Qadının cehizi 38 [30]

Gəlini ötürdükdə təkbir demək. 40 [31]

Ananın ərə gedən qızına tövsiyələri 40 [32]

DÖRDÜNCÜ HİKMƏT: [33]Yaxşı və pis qadınlar. 43 [34]

Ən yaxşı qadın. 43 [35]

Ən pis qadın. 45 [36]

Pis qadından Allaha pənah! 46 [37]

Pis qadının təhlükəsi 46 [38]

Nümunəvi qadınlar 47 [39]

Mehriban qadın timsalı 50 [40]

Pis qadın nümunələri 50 [41]

Yaxşı qadının mükafatı 52 [42]

Pis qadının cəzası 53 [43]

Qadının ən yaxşı xüsusiyyətləri 56 [44]

Fərqli qadınlar 56 [45]

BEŞİNCİ HİKMƏT: [46]Qadının ərinin qarşısında vəzifələri 59 [47]

Ərə hörmət 59 [48]

Ərə itaət 60 [49]

Ərə xidmət 63 [50]

Ərin pis əxlaqına dözmək. 66 [51]

Əri razı salmaq. 67 [52]

Üsyan etməmək. 68 [53]

Naşükurlük etməmək. 69 [54]

Qadın ərini xərcə salmamalı 70 [55]

Qadın əri üçün bəzənməli 71 [56]

Qadının cihadı 71 [57]

ALTINCI HİKMƏT: [58]Kişinin qadının qarşısında vəzifələri 75 [59]

Qadını qorumaq. 75 [60]

Qadına qayğı və xidmət 77 [61]

Qadına hörmət 81 [62]

Qadının əziyyətlərinə dözmək. 82 [63]

Həyat yoldaşını incitməmək. 83 [64]

Qadını incitməyin cəzası 86 [65]

Qadınla vaxt keçirtmək. 89 [66]

Simiclik etməmək. 92 [67]

Qadına rifah yaratmaq. 92 [68]

Qadına hədiyyə almaq. 92 [69]

İlk olaraq hədiyyəni qızına ver! 93 [70]

Qadını səbəbsiz boşamamaq. 94 [71]

Evə daxil olduqda salam vermək. 96 [72]

Qadının cinsi ehtiyaclarını təmin etmək. 96 [73]

Qadının qeyrətini çəkmək. 103 [74]

Qadını ittiham etməmək. 104 [75]

Qadının məscidə getməsinə icazə vermək. 105 [76]

Qadınını sevməsən də... 106 [77]

YEDDİNCİ HİKMƏT: [78]Kişi və qadın bərabərliyi 107 [79]

Qız və oğlan, hər ikisi insandır 107 [80]

Müsavilik. 107 [81]

Şərafət, imanla təqvadadır 110 [82]

Qarşılıqlı məhəbbət 113 [83]

SƏKKİZİNCİ HİKMƏT: [84]Evlənmək istədikdə. 115 [85]

Hansı qadınla evlənək?. 115 [86]

Hansı qadınla evlənməyək?. 117 [87]

Evlənəcəyin qadınla görüş! 119 [88]

Evlənəcəyin qadına diqqət et! 119 [89]

Pula xatir qız almamaq. 120 [90]

Dindar qadınla evlənmək. 120 [91]

Bakirə qızlarla evlənmək. 121 [92]

Dul qadınla evlənmək. 122 [93]

Nikahdan öncə qıza baxmaq. 123 [94]

Evlənəcəyin qadının zahiri gözəlliyi 124 [95]

Kişilər qadınlarla imtahan olunurlar 125 [96]

Kişi qadının ixtiyarında olmamalı 126 [97]

DOQQUZUNCU HİKMƏT: [98]Qadınla bağlı şəri vəzifələr. 127 [99]

Başqasının qadınına göz qoymamaq. 127 [100]

Özgə qadın özgədir! 128 [101]

Başqasının qadınına vuruldunsa... 128 [102]

Özgə qadınla salamlaşmaq. 129 [103]

Naməhrəm qadın olan yer 129 [104]

Qadın və hicab. 129 [105]

Qadınlar üçün daha xeyirli 131 [106]

Qadın və həya. 132 [107]

Qadın nəyi ərinə danışmamalı?. 133 [108]

Qadının ticarət etməsi 134 [109]

Qadının irs aparması 134 [110]

Qadının hüququ qorunmalı 134 [111]

Mehriyyə qadının haqqı 135 [112]

Mehriyyənin dəyəri sadə olmalı 136 [113]

Qadının mehriyyəsini bağışlaması 138 [114]

Qadınlar axirüz-zamanda. 138 [115]

ONUNCU HİKMƏT: [116]Ananın məqamı 141 [117]

Аnаnın dəyəri 141 [118]

Ananın haqqı 142 [119]

Ananın övladın tərbiyəsindəki rolu. 144 [120]

Anaya qulluq. 144 [121]

Dözümlü ana. 146 [122]

Kafirin anası 147 [123]

ON BİRİNCİ HİKMƏT: [124]Kərbəla qadınları 149 [125]

A: Kərbəlada qadınların olması 149 [126]

B: Qadınların rövzəsi 153 [127]

C: Qadınların şücaəti 153 [128]

1. Elçilərə himayəkarlıq etdilər 156 [129]

2. Dəyərli məsləhətlər verdilər 157 [130]

3. Mənəvi dayaq oldular 159 [131]

4. Səbir və dözüm dərsi verdilər 160 [132]

5. Əhli-beyti(ə) himayə etdilər 160 [133]

6. Cihad etdilər 162 [134]

7. Cinayətkarlara etiraz etdilər 162 [135]

8. Kərbəla şəhidlərini dəfn etdilər 163 [136]

9. Şəhid oldular 164 [137]

Ç: Əhli-beyt (ə) xanımlarının rolu. 165 [138]

1. Aşura qiyamının təbliği 165 [139]

2. Təhriflə mübarizə. 168 [140]

3. Əzadarlıq və kədərləndirici çıxışlar 176 [141]

4. İffət keşiyində. 178 [142]

5. İdarəçilik və mühafizə. 180 [143]

Qaynaqlar. 183 [144]

səh:10

ÖN SÖZ

Qurani-Kərim: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxartmaram. Siz (hamınız) bir-birinizdənsiniz".(1)

Tarixə nəzər saldıqda, qadın hüququnun daim tapdalanmasının, onlara qaşı olan ədalətsizliyin, hətta bəzən kiçik bir mərhəmətin onlardan əsirgənməsinin şahidi oluruq. Cahiliyyət adlanan bir dövürdə, insanlar qız uşaqlarını özlərinə ayıb bildikləri üçün, qız övladı dünyaya gəldikdə onu diri-diri basdırmaqdan belə çəkinmirdilər. Uca Allah o dəhşətli dövrü bizim üçün belə vəsf etmişdir: "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək?"(2)

səh:11


1- [1] . Ali-İmran, 195
2- [2] . Nəhl, 58-59; "Diri-diri torpağa gömülən körpə pızdan: Axı o hansı günaha görə öldürüldü?"-deyə soruçulacağı zaman: (Allaha nə cavab verəcəksiniz?)Təkvir, 8-9.

Adətən bu sözləri eşitdiyimiz zaman dərindən "ah" çəkib öz-özümüzə belə deyirik: "Onlar necədə rəhimsiz insanlar olmuşlar!" Lakin təəssüflər olsun ki, "onlar" dediyimiz insanlar, bugünkü dövrümüzdə bir növ öz xoşagəlməz əməllərinə davam etməkdədirlər. Bu fərqlə ki, o zaman qızları döğulduqdan sonra diri-diri basdırırdılar. Bu gün isə bəziləri müasir üsullarla uşaqlarının qız olduğunu bildikdə, abort yoluna əl ataraq qızlarını həyat nemətindən məhrum edirlər. Hal-hazırda baş verən bu xoşagəlməz proses, islam dininin mübarizəsi nəticəsində, cahiliyyət dövründə qızlara qarşı olan şiddət qədər qorxunc olmasa da, qadın hüququnun bugün də pozulması üçün aydın sübutdur. Halbuki dinimizə görə, qadın və kişi fərqli varlıq olsalar da, nəhayət bərabər hüquqa malikdirlər. Qadın da kişi kimi evin və cəmiyyətin əsas üzvü sayılır. Sadəcə olaraq islam dini qadına mehriban ana və uşaqların tərbiyəsinə daha artıq şəkildə məşğul olmağa diqqət yetirməsini vacib etmişdir. Kişiyə isə ailəsinin maddi və mənəvi ehtiyaclarını təmin etməyi , onlarla gözəl keçinməyi əmr etmişdir. Allah-taalanın yanında ən əziz insan isə, kişi ya qadın olmasından asılı olmayaraq çirkinliklərdən uzaq qalan və gözəl əməl sahibi olan bəndələrdir. Necə ki, Allah-taala müqəddəs kitabı olan Qurani-Kərimdə belə buyurmuşdur: Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-

səh:12

birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir).(1)

Bu kitabı hazırlamaqda məqsədimiz, daim qadınlara xüsusi diqqət və qayğı yetirməyə çalışan əziz xalqımıza, dinimizin qadına verdiyi dəyəri və onların Tanrı qarşısındakı vəzifələri haqda ətraflı məlumat verməkdən ibarətdir. Ümidvarıq ki, birbaşa dini mənbələrimizdəki ayə, hədis və rəvayətlərdən təşkil tapan bu kitab hörmətli və əziz qadınlarımı üçün gözəl bir mənəvi tövhə olsun. Amin!

səh:13


1- [1] . Hucurat, 13

səh:14

BİRİNCİ HİKMƏT.QADININ ÖZƏLLİKLƏRİ

QADININ DƏYƏRİ

QADININ DƏYƏRİ

1. Qadın, Qur᾽an və rəvayətlərdə həyat libası (örtüyü),(1) Tanrı ne᾽məti və gül budağı kimi gözəl ifadələrlə dəyərləndirilmişdir.(2) Necə ki, Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) belə buyurmuşdur: (Oğlum!) Qadın qəhrəman yox, xoşətirli bir güldür.(3) Deməli, onun solmaması üçün və həmişə təravətli qalması üçün əlimizdən gələni əsirgəməməliyik.

2. Məhəmməd peyğəmbər (s) buyurur: Bir ləyaqətli qadın, min ləyaqətsiz kişidən daha dəyərlidir.(4)

QADINA VƏHY OLUR

1. Qurani-Kərim: "Mələklər dedilər: Ey Məryəm, doğrudan Allah səni seçdi, paklaşdırdı və səni

səh:15


1- [1] . Vəsailüş-şiə, övlad bölümü.
2- [2] . Həmin mənbə.
3- [3] . Nəhcül-bəlağə, 31-ci məktub.
4- [4] . Vəsailüş-şiə, c. 14, səh. 123; İrşadül-qülub, s. 175.

aləmin bütün qadınları ilə fərqləndirdi."(1)

2. Allah-taala Musanın (ə) başına gələnlərlə bağlı Quranda belə buyurur: "Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!" -deyə bildirdik".(2)

QADININ ƏCRİ

İmam Sadiq (ə): Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə nəyisə yerbəyer etdikdə, Allah-taala ona Öz (mərhəmət) nəzərini yetirər və Allah-taala (rəhmət) nəzəri ilə baxdığı heç bəndəyə əzab verməz.

Ümm Sələmə soruşdu: Bütün savablar kişilərə məxsusdur. Yazıq qadınlar üçün nə qalıb ki?

Həzrət peyğəmbər (s) buyurdu: "Bəli. Qadın, hamilə olduqda, oruc halında gecələri ibadətlə məşğul olan, malı-canı ilə Allah yolunda cihad edən şəxs kimidir. Övladını dünyaya gətirdikdən sonra, onun üçün elə bir mükafat nəzərdə tutulmuşdur ki, əzəmət və ehtişamını təsəvvür belə edə bilməzsən. Övladına süd verdiyi zaman, onun hər qurtumu müqabilində İsmayıl peyğəmbərin (s) övladlarından birini azad etməsinin savabı qədər savab qazanar. Süd

səh:16


1- [1] . Ali-İm­ran, ayə.
2- [2] . Qəsəs, surəsi, ayə 7.

verib qurtardıqdan sonra isə, bir mələk onun böyürünə vurar və belə söyləyər: Həyatına yenidən (günahsız olaraq) başla, çünki bağışlanmısan".(1)

QADIN VƏ UĞUR

1. Qurani-Kərim: "Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənmək həddinə çatan) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi) biləndir".(2)

2. Qurani-Kərim: "(Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza girin! Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın! Allahdan qorxun və (Qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin!".(3)

3. Allahın rəsulu (s) buyurur: "Kimə bu dörd şеy qismət olsa, dünyа vә ахirәtin хеyir-bərəkətini qаzаnаr: 1. Gümrah (sаğlаm) bәdәn; 2. Zikr еdәn dil; 3. Zikr еdәn qәlb; 4. Sаlеh əməlli həyat yoldaşı. "(4)

4. Allahın rəsulu (s) buyurur: "Ruzi, həyat yoldaşı vә evliliklә birgədir. "(5)

5. Allahın rəsulu (s) buyurur: "Kişinin

səh:17


1- [1] . Əmali-Səduq, səh. 496; Əmali-Tusi, səh. 618; Biharül-ənvar, c. 104, səh. 106.
2- [2] . Nur surəsi, ayə 32.
3- [3] . Bəqərə surəsi, ayə 223.
4- [4] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 108.
5- [5] . Üsuli-kаfi, c. 5, sәh. 331.

xoşbəxtliyindən biri də ləyaqətli həyat yoldaşına sahib olmasıdır."(1)

6. İmam Sadiq (ə): "Atam Həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: "Ailə qurmusan?". Kişi "xeyr"-deyə cavab verdi. Atam buyurdu: " Dünya və onda olanların hamısı mənim olsa belə, bircə gecə həyat yoldaşımsız sübh etməyi istəmərəm". Sonra sözünü davam etdirərək buyurdu: "Ailə quran şəxsin iki rəkət namazı, subayın gecələr ibadət edib, gündüzlər oruc tutmasından daha üstündür".

Daha sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: "Bu pulla evlənmək ücün zəruri olan ehtiyaclarını ödə. Çünki Allahın rəsulu (s) buyurmuşdur: "Ailə qurmaq ruzinin çoxalmasına səbəb olar".(2)

7. İmam Sadiq (ə) buyurur: "Atam İmam Baqir (ə) hər vaxt çətinə dara-düşəndə, qəmli hadisələrlə üzləşəndə, qadın və uşaqlarını toplayıb birlikdə Allah-taalaya dua edərdi. Bununla da, çətinlikləri və qəm-qüssələri sona yetərdi".(3)

8. İmam Kazim (ə) buyurur: Xeyir-bərəkətinin çoxu qadınlardadır.(4)

9. İmam Sadiq (ə) buyurur: Mömin şəxs üç şey

səh:18


1- [1] . əl-Kafi, c.5,səh. 327 , hədis 4.
2- [2] . Vəsailüş-şiə, c. 14, səh.7.
3- [3] . Səfinətül-biharil-ənvar, c.1, səh.447.
4- [4] . Vəsailüş-şiə, c. 14, səh. 11.

üçün (axirətdə) hesab verməz: Yediyi yemək, geydiyi paltar və ona günahlardan uzaqlaşmaq üçün yardım edən ləyaqətli qadın.(1)

QADIN,ŞADLIQ VƏ LƏZZƏT

QADIN,ŞADLIQ VƏ LƏZZƏT

1. İmam Sadiq (ə): On şey şadlıq gətirir: Piyada gəzmək, minik, suya girmək, yaşıllığı seyr etmək, yemək-içmək, gözəl qadına baxmaq,(2) qadınla (ailəsi ilə) bir yataqda yatmaq, diş fırçalamaq, hamamda və ya digər yerdə başını gül suyu ilə yumaq, (yaşlı-müdrik) kişilərlə söhbət etmək.(3)

2. İmam Sadiq (ə) buyurur: "İnsanlar istər dünyada və istərsə də axirətdə qadınlardan aldıqları ləzzət qədər heç bir şeydən ləzzət almırlar... Həzrət Peyğəmbər (s) buyurdu: "Behişt əhli nikahdan aldıqları ləzzət qədər heç bir şeydən, nə yeməkdən, nə də ki içməkdən ləzzət almırlar".(4)

QADIN ARAMLIĞA SƏBƏB OLUR

1. Qurani-Kərim: "Onların (qadınlar) yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmacı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi,

səh:19


1- [1] . əl-Kafi, c. 6, səh. 180; Təhzibül-əhkam, c. 7, səh. 401.
2- [2] . Məqsəd halal baxışdır.
3- [3] .  əl-Məhasin, c. 1, səh. 87, hədis 40.
4- [4] . Vəsailüş-şiə, c.20, səh. 23-24.

batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır."(1)

2. Qurani-Kərim: "Onlar (qadınlar) sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən, onu günahdan qoruyan və aramlığına səbəbdir).

3. İmam Rza (ə) buyurur: "Toy məclisinin gecə qeyd olunması Allahın rəsulunun qoyduğu adətdir. Çünki Allah gecəni aramlıq və rahatlıq üçün yaratmışdır. Qadın da aramlıq və rahatlıq yaradan vasitədir".(2)

səh:20


1- [1] .  Rum, 21.
2- [2] . Vəsailüş-şiə, c.20, səh. 23-24.

İKİNCİ HİKMƏT.QADINA SEVGİ

QADIN MƏHƏBBƏT DALINCA

1. Allahın rəsulu (s) buyurur: "Kişi qadınına "Mən səni sevirəm"- desə, bu söz heç vaxt onun qəlbindən silinməz."(1)

2. Allahın rəsulu (s): Ey Həvla! Kişinin qadının boynunda olan haqqı budur ki, evində oturub, ona eşq-məhəbbət izhar etsin və ona qarşı xeyirxah, ürəkyandıran olsun.(2)

QADINLARA SEVGİ İMANDANDIR

1. Allahın rəsulu (s) buyurur: Ən imanlı insanlar, xoş xasiyyətli olanlar və ailələrinə qarşı ən mehriban olanlardır. Mən sizlərin arasında, ailəsi ilə ən mehriban davranan şəxsəm.(3)

səh:21


1- [1] . əl-Kafi, c.5, səh. 569, hədis 59.
2- [2] . Müstədrəkül-vəsail, c. 14, səh. 244.
3- [3] . Üyuni-əxbarir-Rza, c. 2, səh. 38; Səhifətü-imamir-Rza, səh. 330; Biharül-ənvar, c. 71, səh. 387.

2. Allahın rəsulu (s) buyurur: Möminlər arasında imanı ən kamil olan şəxs, onların ən xoş xasiyyətli olanı və ailəsi ilə ən mehriban rəftar edənidir.(1)

3. Allahın rəsulu (s) buyurur: Bəndənin imanı artdıqca, qadınlara (həyat yoldaşına) məhəbbəti də çoxalar.(2)

4. Ənəs rəvayət edir: Allahın elçisindən soruşdular: Hansı möminin imanı daha kamildir?

Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."(3)

5. İmam Zeynülabidin (ə): Bu dörd xüsusiyyət hər kimdə olsa, imanı kamil olar, günahları silinər, (qiyamət günü) Allah-taala oldan razı olduğu halda məhşər ayağına gələr: İnsanlara verdiyi sözə vəfalı olan şəxs, iki üzlü olmayan insan, Allahdan və camaatdan həya etdiyi üçün pis əməllərdən çəkinən şəxs və ailəsi ilə xoşrəftar olan insan.(4)

6. İmam Sadiq (ə) buyurur: "Kimin bizə məhəbbəti artarsa, qadına da məhəbbəti artar."(5)

7. İmam Sadiq (ə) buyurur: "İnsanın qəlbində

səh:22


1- [1] . Sünəni-Tirmizi, c. 5, səh. 9; Müsnədi-ibn Hənbəl, c. 9, səh. 301; Kənzül-ümmal, c. 3, səh. 6.
2- [2] . əl-Cəfəriyyat, səh. 90; Nəvadir, səh. 114; Dəaimül-islam, c. 2, səh. 192.
3- [3] . Tənbihül-ğafilin, səh. 516; Kənzül-ümmal, c. 3, səh. 665.
4- [4] . Əmali-Müfid, səh. 299; Əmali-Tusi, səh. 73; Mişkatül-ənvar, səh. 262.
5- [5] . əl-Kafi, c.5, səh. 515, hədis 5, Mən la yəhzərühül-fəqih, c. 3, səh. 384; Məkarimül-əxlaq, c. 1, səh. 432; Vəsailüş-şiə, c.14, səh.9.

qadının (həyat yoldaşının) məhəbbəti çoxaldıqca, imanı da artar".(1)

8. İmam Sadiq (ə) buyurur: Qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır.(2)

9. İmam Sadiq (ə) buyurur: Bir şəxsin (həyat yoldaşına) məhəbbəti çoxalmadıqca, imanı gözəlləşməz.(3)

QADINLARA SEVGİ RƏBBİN NİŞANƏSİDİR

1. Qurani-Kərim: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir".(4)

2. İmam Sadiq (ə) buyurur: "Həvva yaradıldığı zaman Adəm Allaha dedi: "İlahi! Bu gözəl məxluq kimdir ki, yaxınlığı, baxışı məni tənhalıqdan xilas edib, mənə ünsiyyət, ülfət bəxş edir?" Buyuruldu: "Ey Adəm, o mənim kənizimdir. Səninlə ünsiyyət qurmasını, söhbət etməsini, sənin haqq istəklərinə itaət etməsini istəyirsənmi?" Adəm "Bəli"-deyə, cavab verdi. Buyuruldu: "Sənə bəxş etdiyim bu məşuqa görə ömür boyu mənə şükür et".(5)

səh:23


1- [1] . Həmin mənbə.
2- [2] . əl-Kafi, c. 5, səh. 320; Təhzibül-əhkam, c. 7, səh. 403; Biharül-ənvar, c. 103, səh. 236.
3- [3] . əl-Kafi, c. 5, səh. 320; Mən la yəhzərühül-fəqih, c. 3, səh. 284; Vəsailüş-şiə, c. 14, səh. 9.
4- [4] . Rum surəsi, ayə 21.
5- [5] . Vəsailüş-şiə, c.14, səh. 2.

QADIN VƏ PEYĞƏMBƏRLƏRİN SEVGİSİ

1. Allahın rəsulu (s) buyurur: "Dünyada ən çox sevdiyim şey qadın və xoş iyli ətirlərdir. Lakin gözümün işığı isə namazdır".(1)

2. Həzrət Peyğəmbər (s) buyurur: "Namaz gözümün işığıdır. Qadınlar dünyadakı ləzzət və sevincimdir. Həsən və Hüseyn isə xoş ətirli güllərimdir".(2)

3. İmam Sadiq (ə) buyurur: "Qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır".(3)

PEYĞƏMBƏRİN (S) QIZLARINA OLAN SEVGİSİ

1. Qeys bir gün Məhəmməd Peyğəmbərin (s) öz qızlarından birini dizinin üstündə əyləşdirdiyini gördü. Dedi: Bu qoyun balası nədir ki, onu bu qədər öpürsən?

Həzrət (s) buyurdu: "Bu mənim qızımdır".

Qeys dedi: Allaha and olsun! Mənim çox sayda qızım olub, onların hamısını diri-diri torpağa basdırmışam və heç birisini bu qədər əzizləyib, öpməmişəm.

Həzrət Peyğəmbər (s) qəzəblənərək, buyurdu: "Vay olsun sənə! Allah mərhəmət hissini sənin könlündən silib. Allah-taalanın insana bəxş etdiyi ən dəyərli nemətlərin qədir-qiymətini anlamamısan".(4)

səh:24


1- [1] . Biharül-ənvar, c.103, səh. 218.
2- [2] . Həmin mənbə.
3- [3] . Vəsailüş-şiə, c. 20, səh. 22-23.
4- [4] . İslam və ərəb mədəniyyəti, Mütərcim: Seyyid Haşim Hüseyni, səh.501 və 503.

2. Allahın Peyğəmbəri (s): "Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir."(1)

3. Allahın Peyğəmbəri (s):"Doğrudan da, Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu kədərləndirən məni də kədərləndirmiş olur və onu şad edən məni də sevindirmiş olur. O mənim Əhli-Beytimdən mənə qovuşacaq olan ilk şəxsdir."(2)

PEYĞƏMBƏRİN (S) QOCA QADINLA ZARAFATI

Ənsardan olan qoca bir qadın, Peyğəmbərə (s) dedi: Mənim üçün dua et ki, behiştə gedim.

Peyğəmbər (s) buyurdu: "Qocalar behiştə getməyəcəklər".

Qadının gözü yaşardı. Peyğəmbər (s) güldü və buyurdu: "Məgər sən Allahın sözlərini eşitməmisən? Uca Allah buyurubdu:

"Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik"(3).(4)

səh:25


1- [1] . Biharül-ənvar, c. 43, səh. 23, hədis. 17.
2- [2] . Əmali-Səduq, səh. 394, hədis. 18.
3- [3] . Vaqiə, ayə 35-37.
4- [4] . Biharül-ənvar, c. 16, səh. 295, hədis 1.

səh:26

ÜÇÜNCÜ HİKMƏT.QADININ EVLİLİYİ

QIZLARI SEVDİKLƏRİNƏ ƏRƏ VERİN

QIZLARI SEVDİKLƏRİNƏ ƏRƏ VERİN

1. Allahın rəsulu (s): Szilərdən bəziləri öz qızlarınızı çirkin və eybəcər kişilərlə evləndirirsiniz. Axı onların da sizin kimi qəlbi var.(1)

2. Cabiq rəvayət edir: Bir kişi Peyğənbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Mənim himayəmdə bir yetim qız var. Ona iki nəfər elçi gəlib. Biri varlı, o biri isə kasıbdır. Bir qızın varılya ərə vermək niyyətindəyik. Amma o, kasıbla evlənmək istəyir. (Nə edək?)

Allahın elçisi (s) buyurdu: "Bir-birilərinə könül vermiş iki aşıqın dərmanı, yalnız onların birlikdə ailə qurmasıdır."(2)

3. İbn İshaq rəvayət edir: Həccac ibn Saib ibn Əbi Lübabə ibn Əbdül-münzər Ənsari mənə nəql etdi ki;

səh:27


1- [1] . Hilyətül-övliya, c. 7, səh. 140; əl-Firdəvs, c. 5, səh. 516; Kənzül-ümmal, c. 16, səh. 454.
2- [2] . Kənzül-ümmal, c. 16, səh. 459.

Nənəsi Ümm Saib Xünnas (Xuzzam ibn Xalidin qızı) Əbu Əübabə ilə evlənmədən öncə başqa bir şəxsə ərə getmişdi. O, dul qaldığı zaman, atası Xuzzam ibn Xalid onu bəni-Əmr (ibn Əvf ibn Xəzzrəc) qəbiləsindən olan bir kişi ilə evləndirmək istəyirdi. Amma Xünnas, Əbu Lübabədən başqa heç kimlə evlənməyəcəyinə israr edirdi. Amma atası onun ibn Əvf qəbiləsində olan şəxslə ailə qurmasına təkid edirdi. Onlar mübahisələrini Peyğəmbərə (s) danışdılar. Peyğəmbər (s) buyurdu: "O, öz işini yaxşı bilir (yaxud da, "bu seçim ona aiddir"), (qızın) kimi sevirsə onunla evləndir."(1)

4. Səhl ibn Əbi Həsmə rəvayət edir: Həbibə binti Səhl, Sabit ibn Qeys ibn Şəmmas Ənsarinin qızı idi. Amma ondan xoşu gəlmirdi. Çünki, Sabit eybəcər üzlü bir şəxs idi. Qadın Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın elçisi! Ərimin üzünə baxdığım zaman (elə iyrənirəm ki,) əgər qəlbimdə Allah qorxusu olmasaydı,onun üzünə tüpürərdim.

Allahın peyğəmbəri (s) buyurdu: "Sənə mehriyyə olraq verdiyi bağı, (böşandığın zaman) ona qaytararsan?"

Həbibə dedi: Bəli.

Peyğəmbər (s) onun ərinin dalınca adam yollyıb, yanına çağırdı. Sonra isə bağı Həbibədən alıb, ona

səh:28


1- [1] . Müsnədi-ibn Hənbəl, c. 10, səh. 238; Sünənid-dar, c. 3, səh.231.

qaytardı və onları bir-birindən ayırdı.

Bu, islam tarixində ilk xüli talaq(1) idi.(2)

QIZLARI MƏCBUR ƏRƏ VERMƏYİN

1. İbn Abbas rəvayət edir: Bir bakirə qız Peyğəmbərin (s) yanına gəlib, atasının onu zorla başqasına ərə vermək istədiyini söylədi. Peyğəmbər (s) seçim haqqını qızda olmaslna qərar verdi.(3)

2. Əbdür-rəhman bin Yəzid və Mücəmmə ibn Yəzid Ənsari rəvayət edir: Ənsardan olan Xuzzam adlı bir kişi qızını bir nəfərlə evləndirdi. Amma qızı ona ərə getməyə razı deyildi. Elə bunun üçün də, Peyğəmbərin (s) yanına gedib, əhvalatı ona danışdı. Peyğəmbər (s) atasının qərar verdiyi evliliyi batil etdi və qız (istədiyi şəxslə yəni; ) Əbi Lübabə ibn Əbdül-münzərlə evləndi.(4)

3. Cavan bir qızın atası, onunla məsləhətləşmədən qızını bir qohumuna ərə verməyi qərara aldı. Qız Allahın rəsulunun (s) yanına gəlib, atasının bu işinə qarşı çıxdı. Peyğəmbər (s) onun atasını yanına çağırıb danladı və belə evliliyin dini nöqteyi-

səh:29


1- [1] . Talaq növüdür. Risalələrə müraciət edin.
2- [2] . Müsnədi-ibn Hənbəl, c. 5, səh.446; Sünəni-ibn Macə, c.1, səh. 663; Kənzül-ümmal, c.16, səh185; Məcməül-bəyan, c. 2, səh.577.
3- [3] . Sünəni-Əbi Davud, c. 2, səh. 232; Sünəni-ibn Macə, c. 1, səh. 603; Müsnədi-ibn Hənbəl, c. 1, səh. 586; əs-Sünənül-kübra, c. 7, səh. 189.
4- [4] . Sünəni-ibn Macə, c.1, səh. 602; Müsnədi-ibn Hənbəl, c. 10, səh. 238.

nəzərdən döğru olmadığını söylədi. Qız əvvəlcə Həzrət Peyğəmbərin (s) sonra da qohumlarının yanına gedib, dedi: "Əsl həqiqətdə mən bu evliliyə razı idim. Ancaq istəyirdim ki, qızlar atalarının onların razılığı olmadan bu şəkildə evləndirməyə ixtiyarları olmadığını anlasınlar".(1)

4. Əbdür-rəhman ibn Yəzid rəvayət edir ki; Vədiə qızını ərə verdi. Amma onun qızı Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu! Atam məni (zorla) istəmədiyim kişiyə ərə verir.

Peyğəmbər (s) onun atasının ardınca bir nəfəri yollayıb, hüzuruna çağırdı. Sonra əhvalatı ona danışdı. Vədiə dedi: Mən onu əmisi oğluna ərə vermişəm. O, düzgün əməl sahibi bir insandır və qızıma uyğun bir seçimdir.

Peyğəmbər (s) buyurdu: "Qızının bu barədə fikrini soruşmusanmı?"

Dedi: Xeyir.

Allahın rəsulu bu evliyiyi ləğv etdi və icazə vermədi.(2)

5. İmam Əli (ə): Sizlərdən heç kim, öz qızının fikrini soruşmadan, onu ərə verməsin. Çünki o, öz işini yaxşı bilir (yaxud da, "bu seçim daha çox ona aiddir"). Əgər sakit qalsa, ağlasa və gülsə, həqiqətdə, bu bir növ razılıq əlamətidir. Amma razı olmasa, onu istəmədiyi şəxslə evləndirməyin!(3)

səh:30


1- [1] . Tarixdəki dastanlar, c.2, səh.54.
2- [2] . Usdül-ğabə, c. 3, səh. 413.
3- [3] . Dəaimül-islam, c. 2, səh. 218.

YETKİNLİK HƏDDİNƏ ÇATAN QIZ

1. Məhəmməd Peyğəmbər (s) minbərə çıxıb, Allah-taalaya həmd və səna etdikdən sonra buyurdu: "Ey camaat! Vəhy mələyi (Cəbrayıl) Allah tərəfindən mənə nazil olub dedi: "Gənc yetişkin qızlar ağacların nazik budaqlarında yetişən meyvələrə bənzəyirlər. Onları yetişən kimi dərmək lazımdır. Yoxsa, günəşin istiliyi, küləklərin əsməsi onları xarab edəcək. Gənc qızlar yetişkinlik həddinə çatdıqda, istəkləri tüğyan etdikdə onları evləndirməkdən başqa dərmanı yoxdur. Əks halda, onlar zərər görə və xarab ola bilərlər. Çünki onlar da insandırlar".(1)

2. Allahın rəsulu (s) buyurur: Hər vaxt sizin qızınıza münasib elçi gəlsə, qızınızı ona ərə verin. Bu gün-sabah edib, gecikdirməyin.(2)

3. Allahın rəsulu (s) buyurur: Hər vaxt qızınıza münasib elçi gəlsə, gecikmədən qızınızı onunla evləndirin.(3)

4. Allahın rəsulu (s) buyurur: Ey Əli! Üç işi gecikdirmə: Nmazı (yubatmadan)vaxtı gəlib çatdıqda yerinə yetir. Cənazəni hazır olduqda dəfn et. Ərsiz qadını, ona uuyğun həyat yoldaşı tapıldıqda ərə ver.(4)

səh:31


1- [1] . Müstədrəkül-vəsail, Nikahın müqəddiməsi bölmləri, 23-cü bölüm.
2- [2] . Kənzül-ümmal, c.16, səh. 317.
3- [3] . Nəsrüd-dür, c. 1, səh. 467.
4- [4] . Sünəni-Tirmizi, c. 3, səh. 387; Tarixi-kəbir, c. 1, səh. 177; əl-Müstədrəkü-ələs-Səhiheyn, c. 2, səh. 176.

5. İmam Sadiq (ə) rəvayət edir: Peyğəmbər (s) insanlara nitq söyləyərkən, onlara qızlarını ərə verməkdə gecikməməyə həvəsləndirib və tələsməyə çağırdı... Elə bu zaman bir kişi ayağa qalxıb, soruşdu: Ey Allahın elçisi! Qızlarımızı hansı xüsusiyyətlərə sahib olan insanlara ərə verək?

Həzrət (s) buyurdu: "Münasib və uyğun olan şəsxlərə."

_ Ey Allahın elçisi! Münasib və uyğun olan şəsxlər, kimlərdir?

_"İmanlı şəxslər bir-birilərinə münasidirlər. İmanlı şəxslər bir-birilərinə uyğundurlar."(1)

6. İmam Rza (ə) buyurur: "Həzrət Cəbrayıl Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Ey Məhəmməd! Rəbbin sənə salam göndərdi və buyurdu: "Bakirə qızlar ağacda olan meyvələrə bənzər. Meyvə yetişəndə (xarab olmasın deyə) onu dərməkdən başqa çarə yoxdur, əks təqdirdə, günəş və külək onları korlayacaq. Bakirə qızlar da yetişkin həddə çatanda, onları evləndirməkdən başqa bir əlac yoxdur. Yoxsa, fitnə- fəsaddan amanda qalmayacaqlar." Sonra Allahın rəsulu (s) minbərə çıxıb, xalqı topladı və Allah-taalanın göstərişini onlara çatdırdı."(2)

səh:32


1- [1] . əl-Kafi, c. 5, səh. 337; Biharül-ənvar, c. 103, səh. 371; Təhzibül-əhkam, c. 7, səh. 397; Rövzətül-vaizin, səh. 410.
2- [2] . Biharül-ənvar, c.16, səh. 223, hədis 22.

PULA XATIR QIZ ƏRƏ VERMƏK

1. Allahın rəsulu (s) buyurur: "Qızınızа еlçi gәldikdə, dini vә әхlаqı yахşı оlsа, onu kurəkənliyə qәbul еdin. Onun kasıb olması bu evliliyə mаnе оlmаmalıdır. Necəki, Qurаni-Kərim buyurur: "Әgәr fәqir оlsаlаr, Аllаh lütfü ilә оnlаrı еhtiyаcsız еdәr. Аllаh gеnişlәndirәn vә аgаhdır. "(1)

2. İmam Baqir (ə) buyurur: Ən böyük müsibət, gənc bir mö᾽minin öz mö᾽min qardaşının qızına elçiliyə getdikdə, onun "Mən qızımı sənə verə bilmərəm, çünki sən məndən yoxsulsan"-deyə cavab verməsidir".(2)

3. İmam Sadiq (ə): Bəndə üçün ən böyük günah, mömin qardaşının oğlu onun yanına gəlib, qızı ilə evlənmək istədiyini bildirdikdə, "Mən qızımı sənə verə bilmərəm, çünki mən səndən daha varlıyam"-deyə cavab verməsidir".(3)

4. Həzrət Sadiq (ə) İbrahim adlı bir kişiyə buyurdu:

"Var-dövlət hər bir möminin qazandığı ən təhlükəli xeyir və faydadır. Malın (mənəvi) zərəri, çobansız sürüyə hücum edən iki vəhşi canavarın vurduğu ziyandan daha çoxdur. Bu canavarlar sürüdəki qoyunlara nə edirlər?" İbrahim dedi: "Parçalamaqdan, tikə-parça etməkdən başqa bir şey etmirlər". İmam Sadiq (ə) buyurdu: "Doğru

səh:33


1- [1] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 188.
2- [2] . Həmin.
3- [3] . Dəaimül-islam, c. 2, səh. 196; Mişkatül-ənvar, səh. 473.

söyləyirsən. Malın ən az zərəri budur ki, bir müsəlman digər bir müsəlmanın qızına elçi göndərsin, lakin o, yoxsul olduğuna görə qızını ona ərə verməsin".(1)

QIZIMIZI KİMƏ ƏRƏ VERMƏYƏK?

1. Allahın rəsulu (s) buyurur: "Qızını fаsiqә әrә vеrәn şəxsə, hәr gün min lәnәt nаzil оlаr!"(2)

2. Allahın rəsulu (s) buyurur: Kim qızını bəd əməlli şəxsə ərə versə, hər gün asimandan min lənət qazanar. Onun heç bir əməli səmaya qalxmaz. Duaları qəbul olmaz. Tövbəsi və fidyəsi qəbul edilməz.(3)

3. Hüseyn ibn Bəşşar İmam Musa ibn Cəfərə (ə) yazdığı məktubda dedi: "Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarı olduqca pisdir". Həzrət Musa Kazim (ə) belə cavab yazdı: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə".(4)

4. Həzrət Sadiq (ə) "Nisa" surəsinin 5-ci ayəsinə əsaslanaraq istər ictimai, istərsə də fərdi sahədə etibarsız tanınan və əmanətdar olmayan, cahil və səfeh şəxsə qız verməyi qəti surətdə qadağan etmişdir.(5)

5. Hüseyn ibn Bəşşar Vasiti rəvayət edir: İma Rzaya (ə) belə (məzmunli bir məktub) yazdım:

səh:34


1- [1] . Həmin mınbə.
2- [2] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 192.
3- [3] . İrşadül-qülub, səh. 174; Əvaliyül-lai, c. 1, səh. 272.
4- [4] . Biharül-ənvar, c. 103, səh. 235.
5- [5] . İzdivac dər İslam, səh. 54 - 55.

"Qohumlarımdan biri qızıma elçi gəlib. Lakin əxlaq və rəftarında bir sıra problemlər var."

Həzrət Rza (ə) belə cavab yazdı: "Əxlaqı və rəftarı pisdirsə, ona qız vermə."(1)

ŞƏRABXORA VƏ ƏYYAŞA QIZ VERMƏMƏK

1. Allahın rəsulu (s) buyurur: "Agah olun, mən Allah-taala tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçi getsə, müsbət cavab eşitməyə layiq deyil."(2)

2. Allahın rəsulu (s) buyurur: Əyyaş xəstələndikdə, onu yoluxmağa getməyin. Dəfnində iştirak etməyin. Şahidliyinə etbar etməyin. Elçi gəldikdə ona qız verməyin. Ona əmanət tapşırmayın.(3)

3. Allahın rəsulu (s) buyurur: Əyyaş şəxs sizə elçi gəldikdə, ona qız verməyin.(4)

4. İmam Sadiq (ə) buyurur: Əyyaşa qız verən şəxs, sanki onu azğınlığa sürükləyibdir.(5)

səh:35


1- [1] . əl-Kafi, c. 5, səh. 563; Mən la yəhzərühül-fəqih, c. 3, səh. 409; Məkarimül-əxlaq, c. 1, səh. 443; Biharül-ənvar, c.103, səh. 234.
2- [2] . əl-Kafi, c. 5, səh. 348; Təhzibül-əhkam, c. 8, səh. 398; Məkarimül-əxlaq, c. 1, səh. 447.
3- [3] . əl-Kafi, c. 6, səh. 396; "Mən la yəhzərühül-fəqih", 458; "Əd-Dəəvat", səh. 260; Rövzətül-vaizin, səh. 509.
4- [4] . əl-Kafi, c. 5, səh. 348; Təhzibül-əhkam, c. 7, səh. 398; Əvaliyül-lai, c. 3, səh. 341.
5- [5] . Mən la yəhzərühül-fəqih, c. 4, səh. 58; əl-Məqnə, səh. 454; Cameül-əxbar, səh. 426; "Biharül-ənvar", 79150.

DİNDAR VƏ ƏXLAQLI KİŞİYƏ QIZ VERİN

1. Həzrət Peyğəmbər (s) buyurur: "İffətli və dindar qızını dinsiz bir şəxslə evləndirən valideynə (mələklər tərəfindən) hər gün min lənət oxunur".(1)

2. Allahın rəsulu (s) buyurur: "Dinindən, (əxalq arasındakı) rəftarından, əmanətdarlığından razı qaldığınız şəxsə qız verin. Belə evliliyin qarşısını alsanız, dünyada böyük bir fitnə-fəsada səbəb olacaqsınız".(2)

3. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Әgәr еlçi gәlәn şәхsin dini vә әmаnәtdаrlığı qәnаәtbәхş оlsа, qızınızı оnunlа еvlәndirin. Әks hаldа isә, yеr üzündә fәsаd bаş vеrәr."(3)

4. Həzrət Peyğəmbər (s) buyurur: "Qızınız üçün elçi gələn şəxsin əxlaqından və dinindən razı qalsanız, ona müsbət cavab verin. Yoxsa, böyük bir fitnə-fəsad yaranacaqdır".(4)

5. İslam Peyğəmbərindən (s) belə nəql olunur: "Nikah bəndəlik və itaətin bir növüdür. Hər biriniz qızınızı ərə verdikdə, onu ərinin bəndəlik və itaət dairəsinə daxil edirsiniz. Elə bunun üçün də, qızınızı kiminlə evləndirdiyinizə diqqət yetirməniz zəruridir".(5)

6. İmam Həsən (ə): "Qızını təqvalı və imanlı çəxsə ərə ver. Çünki o, sənin qızını sevsə onun qayğısına

səh:36


1- [1] . İzdivac dər İslam, səh. 55.
2- [2] . Biharül-ənvar, c. 100, səh. 373; c.103, səh. 372, hədis 3.
3- [3] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 189.
4- [4] . Kəşfül-ğimmə, c. 2, səh. 92.
5- [5] . Biharül-ənvar, c. 103, səh. 371.

qalacaq və əgər sevməsə ona zülm verməyəcək."(1)

7. Əli ibn Əsbat İmam Cavada (ə) yazdı: "Mən qızlarımı ərə vermək üçün özüm kimi imanlı, əxlaqlı bir şəxsə rast gəlməmişəm. (Nə edim?)" Həzrət Cavad (ə) onun məktubuna belə cavab yazdı: "Qızların haqqında yazdıqlarını aldım. Allah sənə öz lütf və mərhəmətini əta etsin. Qızlarını ərə vermək haqqında bu qədər də diqqətli olmaq lazım deyil. Allahın rəsulu (s) buyurur: "Dinindən, (xalq arasındakı) rəftarından razı qaldığınız şəxsə qız verin. Belə evliliyin qarşısını alsanız, dünyada böyük bir fitnə-fəsada səbəb olacaqsınız".(2)

QADIN VƏ KİŞİNİN BİR-BİRİNƏ TAY OLMASI

1. Həzrət Məhəmməd (s) buyurur: "Dinindən və əmanətdarlığından razı qaldığınız hər kim, qızınıza elçi göndərərsə, mütləq bu evliliyin baş tutmasına şərait yaradın. Çünki bir-birinə tay olan şəxslərın ailə qurmasa mane yaratmaq, yer üzündə böyük bir fitnə-fəsada yol açar".(3)

2. Allahın rəsulu (s) buyurur: "Bir-birinə tay olan gənclərin evlənməsinə şərait yaradın. Öz tayınızla ailə qurun və saleh övladlar dünyaya gətirmək üçün onlarla nikah bağlayın".(4)

səh:37


1- [1] . Məkarimul-əxlaq, c. 1, səh. 446, hədis 1534.
2- [2] . Həmin mənbə, səh. 373.
3- [3] . İrşadül-qülub, səh. 174; Əvaliyül-lai, c. 1, səh. 272.
4- [4] . Həmin mınbə.

ƏRSİZ QADINLARI EVLƏNDİRMƏK

1. Allahın rəsulu (s) buyurur: Ərsiz qadınları evləndirin. Çünki belə olan halda Allah-taala onların əxlaqını gözəlləşdirər. Ruzilərini artırar və onların mürüvvətini çoxaldar.(1)

2. Allahın rəsulu (s) buyurur: Ey Əli! Üç işi gecikdirmə: Nmazı (yubatmadan) vaxtı gəlib çatdıqda yerinə yetir. Cənazəni hazır olduqda dəfn et. Ərsiz qadını, ona uyğun həyat yoldaşı tapıldıqda ərə ver.(2)

EVLƏNMƏK İSTƏMƏYƏN QADINLAR

1. Allahın rəsulu (s): Allah, "mən heç bir zaman evlənməyəcəyəm"-deyən,(3) subay kişi və qadınlara lənət etsin.(4)

2. Allahın rəsulu (s) buyurur: İslamda evlilikdən qaçmaq caiz deyildir.(5)

3. İmam Sadiq (ə) buyurur: Allahın elçisi (s) qadınların (ömrünün sonunadək) subay qalmalarını və evlənməmələrini qadağan etmişdir.(6)

QADININ CEHİZİ

İmam Sadiq (ə) nəql edir: "Həzrət Əlinin (ə) bir iki

səh:38


1- [1] . əl-Firdəvs, c. 2, səh. 293; Dəaimül-islam, c. 2, səh. 196.
2- [2] . Sünəni-Tirmizi, c. 3, səh. 387; Tarixi-kəbir, c. 1, səh. 177; əl-Müstədrəkü-ələs-Səhiheyn, c. 2, səh. 176.
3- [3] . Əlbəttə üzürlü səbəblər istisna edilməklə.
4- [4] . əl-Firdəvs, c. 3, səh. 466; əl-Cəfəriyyat, səh. 147.
5- [5] . Sünəni-Əbi Davud, c. 2, səh. 141; əl-Müstədrəkü-ələs-Səhiheyn, c. 1, səh. 617.
6- [6] . Dəaimül-islam, c. 2, səh. 193; Vəsailüş-şiə, c. 14, səh. 117.

dəst geyim, bir dəvə, bir qılınc və bir zirehdən başqa heç nəyi yox idi. O gündəlik xərclərini başqalarının əkin sahələrində, bağlarında işləməklə ödəyirdi. Aləmlərin xanımına (s) elçi getdikdə, Allahın rəsulu (s) Əliyə (ə) buyurdu: "Get zirehini sat".

Əmirəl-möminin (ə) bu hadisəni belə rəvayət edir: "Zirehi satdıqdan sonra pulunu Tanrı peyğəmbərinin (s) önünə qoydum. O Həzrət(s) pulun miqdarını soruşmadı və mən də söyləmədim. Pullardan bir ovuc götürüb Bilala verib, buyurdu: "Bu pula qızım üçün ətir al". Bir hissəsini də Əbu Bəkrə verib, buyurdu: "Qızıma geyim və ev əşyaları al. Əmmar və başqa səhabələrə isə bu işdə Əbu Bəkrə kömək etmələrini tapşırdı. Pu pulla Allah rəsulunun(s) qızına aldığı cehiz bunlar idi:

1. Köynək; 2. Baş örtüyü; 3. Qara xeybəri çadırı; 4. Bir top ip; 5. Astarı Misir kətanı, daxili isə xurma lifi və qoyun yunundan olan iki dəst döşək; 6. Astarı Taif dabağı, içi isə quru bitkilərdən olan dörd balış; 7. Bir ədəd (yundan toxunmuş) pərdə; 8. Bir ədəd həsir; 9. Əl dəyirmanı; 10. Bir ədəd su tuluğu; 11. Bir ədəd su dolçası; 12. Bir ədəd aftafa; 13. Bir ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab; 14. Bir neçə saxsı səhəng; 15. Bir ədəd mis ləyən; 16. Bir ədəd böyük kasa.

Bütün bunları hazırladıqdan sonra Allahın rəsulunun (s) yanına gətirdilər. O Həzrət (s) əşyalara

səh:39

baxıb buyurdu: "Allah (bu evliliyi) Əhli-beytə (ə) mübarək etsin".(1)

GƏLİNİ ÖTÜRDÜKDƏ TƏKBİR DEMƏK

GƏLİNİ ÖTÜRDÜKDƏ TƏKBİR(2) DEMƏK

Allahın rəsulu toy axşamı (s) öz ağ və qara qatırlarını hazırladı. Üstünə bir dəsmal salaraq Fatiməyə "Min"-deyə buyurdu. Salmana da öz növbəsində yəhəri tutmağı əmr etdi. Özü isə arxadan gələrək, qatırların getməsi üçün səslənirdi. Yolda möhkəm bir eniş səsi eşitdi. Baxdıqda, Cəbrayıl və Mikayılın hər birisinin yetmiş min mələklə öz ali məkanlarından yerə endiklərini gördü. Onladan nə üçün yerə endiklərini soruşduqda belə dedilər: Fatiməni Əlinin evinə aparmağa gəlmişik. Sonra isə təbrik etdilər. Mələklərin "Təkbir" sədaları ucaldı. O zamandan sonra gəlini yola salarkən "Təkbir" söyləmək adətə çevrildi.(3)

ANANIN ƏRƏ GEDƏN QIZINA TÖVSİYƏLƏRİ

Ovf Şeybaninin Əyas adlı bir qızı var idi. Onu Ömər ibn Həcər adlı bir cavanla evləndirdilər. Gecə gəlin bəy evinə getməmişdən qabaq, anası qızını kənara çəkib, gələcək həyatında evdarlıq, övlad tərbiyəsi və həyat yoldaşı ilə yaxşı davranması, qadınlıq vəzifəsini layiqincə yerinə yetirməsi barəsində və həmçinin xoşbəxt ailənin sirləri haqda ona öyüd-

səh:40


1- [1] . Biharül-ənvar, c. 43, səh. 111 - 112.
2- [2] . "ALLAHU ƏKBƏR" SÖYLƏMƏK.
3- [3] . Həmin mənbə, səh. 266.

nəsihət verdi: "Qızım, sən öz yaxınlarından ayrılıb yad evinə köçürsən. Bundan sonra onlarla birlikdə yaşayacaq və onlarla birgə oturub-duracaqsan. Sözsüz ki, həyat yoldaşınla yaxşı ünsiyyət qurmaq üçün, onun qarşısında təvazökar olmalısan. Ərinin mehriban və qayğıkeş bir şəxs olmasını istəyirsənsə, mənim bu nəsihətlərimə diqqətlə qulaq as: Qənaətcil ol, ərinin bütün göstərişlərinə məsuliyyətlə yanaş və yerinə yetir. Onun yanında özünə yaxşı bəzək-düzək ver ki, qoy sənə baxanda ürəyi sıxılmasın. Həmişə ətirli ol, qoy sənin iyin onun üçün ən gözəl ətir olsun. Yemək vaxtı ona yaxşı qulluq et. Çünki ac adam mütləq həyəcanlı və əsəbi olar. İstirahət etmək istəyərkən ona bunun üçün lazim olan şəraiti yarat. Çünki yuxusuzluqdan da qəzəblənə bilər. O səfərə getdikdə evini, övladlarını, mal-dövlətini mühafizə et. Həyat yoldaşının işlərində ona bacardığın qədər kömək et. Onun sirlərini başqalarına demə, yoxsa hökmən onun qəzəbinə tuş gələcəyini bil. O əsəbi və qəmgin olduğu zaman gülmə. O xoşhal və şad olduğu zaman isə qəmgin olma.

Əgər bu nəsihətlərimə qulaq asıb, doğru şəkildə icra etsən, həyatınız cənnət olacaq".(1)

səh:41


1- [1] . əl-Mustətrəf, c. 2, səh. 327.

səh:42

DÖRDÜNCÜ HİKMƏT.YAXŞI VƏ PİS QADINLAR

ƏN YAXŞI QADIN

1. Allahın rəsulu (s) buyurur: "Ümmətimin ən yaxşı qadınları onların ən gözəlləri və ən az mehriyyə tələb edənləridir."(1)

2. Allahın rəsulu (s) buyurur: "Dünyanın ən gözəl neməti ləyaqətli qadındır."(2)

3. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Әn yахşı qаdın utаnmаdаn özünü әrinin ixtiyarına verən qаdındır. Әgәr qаdın әri әsәblәşәndә ona "mәndәn rаzı оlmаyıncа sәndәn әl çәkmәyәcәyәm"- dеsә, deməli о, әn yахşı qаdındır."(3)

4. Cabir ibn Abdullah Ənsari deyir: Həzrət Peyğəmbərin (s) hüzurunda əyləşmişdik. Qadınlar haqqında və onların bəzilərinin digərlərinə nisbətən daha üstün olmaları barəsində söhbət edirdik. Allahın

səh:43


1- [1] . Biharül-ənvar, c. 103, səh. 237, hədis 25.
2- [2] . Kəzül-ümmal, hədis 44451.
3- [3] . Müstәdrәkül vәsаil, c. 14, sәh. 161.

elçisi (s) buyurdu: "Sizə bu haqda danışınmı?" Səhabələr dedilər: "Bəli". Həzrət Peyğəmbər (s) buyurdu: "Sizin qadınlarınızın ən dəyərlisi övlad dünyaya gətirən, mehriban, iffətli, qohum-əqrəbası yanında hörmət qazanmış və ərinin qarşısında təvazökar və itaətkar olan qadınlardır. Onlar yalnız həyat yoldaşları üçün zinətlənər, başqa kişilərə qarşı etinasız olar, ərinin sözünə baxar, ona tabe olar, xəlvət yerdə özlərini yalnız ona təslim edərlər".(1)

5. Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlmanın həyatını gözəlləşdirən ilahi şanslardan biri də qadındır. Belə ki, əri belə qadına nəzər saldıqda könlünə sevinc və fərəh hissi dolur. Bu qadın həyat yoldaşı yanında olmadıqda onun abır-heysiyyətini qoruyur, onunla birgə olduqda isə göstərişlərinə tabe olur".(2)

6. Allahın rəsulu (s) buyurur: "Mömin, ilahi təqvasından başqa, ləyaqətli qadından daha yaxşı bir bəhrə görməmişdir."(3)

7. Həzrət Əli (ə) buyurur: "Sizin ən yaxşı qadınlarınız beş xislətə malikdir." O Həzrətdən (ə) "Bu beş xislət nədir?"-deyə soruşulduqda, İmam (ə) buyurdu: "(Yaşayışda) güzəştə getmək və həyat yoldaşına qarşı çox tələbkar olmamaq, yumşaq xasiyyətli olmaq, bağışlamağı bacarmaq, əri əsəbləşdikdə hər hansı bir yolla, onu ürəyini almaq,

səh:44


1- [1] . Müstәdrәkül vәsаil, c. 14, sәh. 161.
2- [2] . Həmin mənbə, səh. 235.
3- [3] . Kəzül-ümmal, hədis 44410.

əri yanında olmadığı zaman onun heysiyyətini qorumaq. Bu xüsusiyyətləri özündə toplayan qadın, Haqq tərəfdarıdır. Qoy o, Allah-taalanın rəhmətindən (heç vaxt) mə᾽yus olmasın!"(1)

8. İmam Sadiq (ə) buyurur: "Sizin qadınlarınızın ən üstünü ona bir şey əta olunduğunda təşəkkür edən, bir şeyi qadağan etdikdə isə etiraz etməyən, razılaşan qadındır".(2)

ƏN PİS QADIN

1. Allahın rəsulu (s): "(Dünyada) ən pis şey ləyaqətsiz həyat yoldaşıdır."(3)

2. İmam Sadiq (s): "Mömini ən çox məğlub edən düşmən onun ləyaqətsiz qadınıdır."(4)

3. Allahın rəsulu (s) buyurur: "Sizin qadınlarınızın ən xeyir-bərəkətsizi... təmizliyə riayət etməyən, inadkar, sözə baxmayan, qohumlarının gözündə əskik, öz gözündə dəyərli, ər qaşısında itaətsiz, digər şəxslər qarşısında itaətkar olan qadınlardır".(5)

4. Allahın rəsulu (s) buyurur: "Ən xeyirsiz şey pis qadındır".(6)

səh:45


1- [1] . Həmin mənbə, səh. 231.
2- [2] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 161.
3- [3] . Biharül-ənvar, c.103,səh. 240 , hədis 52.
4- [4] . Mən la yəhzuruhül-fəqih, c.3, səh. 390.
5- [5] . Mən la yəhzərühül-fəqih, c. 4, səh. 58; əl-Məqnə, səh. 454; Cameül-əxbar, səh. 426; Biharül-ənvar, c. 79, səh. 150.
6- [6] . Həmin mənbə.

5. Əbu Dərda rəvayət edir: Bir gün Allahın elçisinə (s) dedim: Filan qadın gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olur. Amma insanlarla davranışı və rəftarı pisdir. Qonşularını da acılayır.

Peyğəmbər (s) buyurdu: "Onda heç bir xeyir görmürəm və cəhənnəm əhlidir".(1)

PİS QADINDAN ALLAHA PƏNAH!

1. Məhəmməd Peyğəmbər (s) bəzi minacatlarında belə söyləyərdi: "Allahım! Mənim göstərişlərimə tabe olmaq yerinə mənə əmr edən övladdan, xeyir yetirmədən məhv olan mal-dövlətdən, axmaqlığı ucbatından məni vaxtından tez qocaldan qadından və hiyləgər dostdan sənə pənah aparıram".(2)

2. İmam Sadiq (ə): "Allahın rəsulunun (s) dualarından biri bu idi: "(İlahi!) Qocalıq çağına çatmamış məni qocaldan qadından Sənə pənah gətirirəm."(3)

3. İmam Sadiq (ə): Üç şey insanın həyatını qaraldar: Zalım hökmdar, pis qonşu və acıdil qadın.(4)

PİS QADININ TƏHLÜKƏSİ

1. Peyğəmbər (s) buyurur: "Ən pis şey pis qadındır".(5)

2. İmam Əli (ə): "Pis qadınlardan qorxun".(6)

səh:46


1- [1] . Həmin mənbə; Qessehaye delneşin, səh. 37.
2- [2] . Mən la yəhzuruhül-fəqih, c.3, səh. 390.
3- [3] . əl-Kafi, c.5, səh. 316 , hədis 3.
4- [4] . Tuhəfül-üqul, səh. 320; Biharül-ənvar, c.78, 234.
5- [5] . Həmin mənbə.
6- [6] . Biharül-ənvar, c.103, səh. 224 , hədis 4.

3. İmam Sadiq (ə) buyurur: "Mömin şəxsin pis arvadı onun ən qatı düşmənidir".(1)

NÜMUNƏVİ QADINLAR

1. Qurani-Kərim: (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.(2)

2. Qurani-Kərim: Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında -Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!"-demişdi.(3)

3. Allahın rəsulu (s) buyurur: "Kim Xədicə kimi ola bilər?! O hər kəsin mənə qarşı olduğu bir vaxtda iman gətirib, mənə himayədarlıq etdi."(4)

4. Allahın rəsulu (s) buyurur: "Allah-taala dərgahında dörd seçilmiş qadın var: Məryəm, Asya, Xədicə, Fatimə".(5)

5. Allahın rəsulu (s) buyurur: "Behiştin ən üstün xanımları dörd nəfərdir: Xədicə binti Xuvəylid, Fatimə binti Məhəmməd (s), Məryəm

səh:47


1- [1] . Biharül-ənvar, c.100, səh-240.
2- [2] . Ali-İmran, 42.
3- [3] . Təhrim, 11.
4- [4] . Səfinəti-biharül-ənvar c. 1, səh. 36.
5- [5] . Biharül-ənvar, c. 43.

binti İmran və Asiya binti Məzahim".(1)

6. Allahın rəsulu(s) buyurur: "Qızımın Fatimə adlandırılmasının səbəbi, Allah-taalanın onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq etməsidir."(2)

7. İmam Sadiq (ə) buyurur:"Fatimənin Allah-taalanın yanında doqquz adı vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra."(3)

8. Ümarə:"İmam Sadiqdən (ə) soruşdum: Fatiməni nə üçün "Zəhra" (parlaq) adlandırıblar?" Buyurdu:"Çünki mehrabda dayanarkən, ulduzlar yerdəkiləri necə nura boyayırsa, o da, səma əhlini eləcə nura qərq edirdi".(4)

9. Allahın rəsulu(s) buyurur: "Qızım Fatimə dünya qadınlarının xanımıdır."(5)

10. Allahın rəsulu (s) buyurur: "Fatimə cənnət qadınlarının xanımıdır."(6)

11. Allahın rəsulu (s) buyurur: "Qızım Fatimə dünya (yarandıqdan sonuna kimi) bütün xanımların xanımıdır."(7)

12. Allahın rəsulu (s) Fatiməyə (s) buyurur: "Allah

səh:48


1- [1] . əl-Məvaziül-ədədiyyə, səh. 201.
2- [2] . Əmali-Tusi, səh.300.
3- [3] . Əmali-Səduq, səh.474, hədis 18.
4- [4] . Məanil-əxbar, səh. 64, hədis 15.
5- [5] . Biharül-ənvar, c. 43, səh.22, hədis 13.
6- [6] . Musnədi- Əhməd ibn Hənbəl, c.3, səh.80.
7- [7] . Nurüs-Səqəleyn, c.1, səh. 338, hədis 135.

sənin qəzəbinlə qeyzlənir və sənin sevincinlə şad olur."(1)

13 İmam Əli (ə) Fatiməni (ə) torpağa tapşırarkən buyurmuşdur: "Salam olsun sənə ey Allahın rəsulu! (Bu salam) mənim və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızın tərəfindəndir! Ey Allahın elçisi, qızının qəm-qüssə dolu ayrılığından sonra səbrim qalmadı və gücüm, taqətim tükəndi. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin hədsiz müsibəti belə bir şəraitdə mənim təsəlli səbəbimdir. Çünki (həyatdan gedərkən) başının mənim sinəmdə olduğunu, ağuşumda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindən gəldik (yaradıldıq) və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah-Təalnın mənim üçün sənin yerləşdiyin diyarı seçinədək, (sizdən ayrı düşdüyümə görə) əbədi qəm-qüssəyə batdım, gecələrim oyaq keçəcək. Tezliklə, qızın, səni ümmətinin (əməllərindən) və birlikdə əlbir olub ona etdiyi zülmlərdən və haqqını necə qəsb etmələrindən xəbərdar edəcək. Bütün hadisələri ondan soruş və baş verənlər barəsindəki hər bir şeyi ondan xəbər al. Bu zülmlər baş verərkən sənin dünyadan getməyindən elə də uzun zaman

səh:49


1- [1] . Kənzül-ümmal, hədis. 37725.

keçməmişdi və xatirələrin sağ idi. Salam olsun sizə. Bu bezmək deyil, vidalaşmaq salamıdır! (Hələlik) sizi tərk etsəm belə, bu, bezmək və sizə qarşı istəyimin olmaması mənasına deyil. Əgər qalsam, bu, Allahın səbr əhlinə vəd etdikləri haqqda bəd gümanda olduğumdan deyil."(1)

MEHRİBAN QADIN TİMSALI

Aişə adlı bir qız Məsəblə evləndi. Müharibə başladıqda, Məsəb cihada getdi. Bir müddətdən keçdikdən sonra geri döndü. Həyat yoldaşı onun gəlişini eşidib, qarşılamağa getdi. Aişə qəhrəman ərini təbrik edib və üst-başındakı toz-torpaqları təmizlədi. Məsəb ona dedi: "Allaha and olsun! Paltarlarımın, paslanmış zirehimin və qanlı silahımın iyi səni incidər, kənara qal. Amma doğrusu, sənin mənə bu qədər səmimi davranacağını heç gözləmirdim".

Aişə belə cavab verdi: "Allaha and olsun! Sənin iyin mənə müşk-ənbərdən daha ətirlidir".(2)

PİS QADIN NÜMUNƏLƏRİ

1. Qurani-Kərim: "Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir. Onlar bizim qullarımızdan iki saleh bəndənin kəbini altındaydılar. Onlar ərlərinə xəyanət etdilər və

səh:50


1- [1] . Nəhcül-bəlağə, xütbə 202.
2- [2] . İslam tarixi dastanlarından, c. 2, səh. 63.

(Nuhla Lut) onları Allahdan (əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara, "başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!" deyildi".(1)

2. Həzrət Məhəmməd (s) buyurmuşdur: "Qadınlarınızın ən pisinin kimlər olduğunu sizə söyləyimmi? Qohumları və ailəsinin gözündə (bəd xasiyyətinə görə) dəyərsiz, ərinə qarşı təkəbbürlü və qürurlu, qısır, kinli, pis işlərdən çəkinməyən, əri olmadığı yerdə özünü (başqaları görsün deyə) bəzəyən, həyat yoldaşının yanında isə bəzənməyən, ərinin istəklərinə rədd cavabı verən, onun üzürlərini qəbul etməyən və qüsurlarını, səhvlərini bağışlamayan qadınlardır".(2)

3. Əbu Dərda rəvayət edir: Bir gün Allahın elçisinə (s) dedim: Filan qadın gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olur. Amma insanlarla davranışı və rəftarı pisdir. Qonşularını da acılayır.

Peyğəmbər (s) buyurdu: "Onda heç bir xeyir görmürəm və cəhənnəm əhlidir".(3)

4. Peyğəmbər (s) buyurur: Allah, kişi görkəmində olan (geyim və formada) qadınlara, lənət etsin; Allah, qadın görkəmində olan kişilərə (örtük və geyimdə), lənət etsin.(4)

5. Peyğəmbər (s) buyurur: Özlərini kişiyə

səh:51


1- [1] . Təhrim surəsi, ayə 10.
2- [2] . Biharül-ənvar, c.100, səh. 235.
3- [3] . Qessehaye delneşin, səh. 37.
4- [4] . əl-Kafi, c. 5, səh. 552, hədis. 4.

oxşadan qadınlar və ya özlərini qadına oxşadan kişilər bizdən deyil.(1)

6. Həzrət Əli (ə) buyurur: "Ərinin əmrlərinə uymayan qadın ən pis həyat yoldaşıdır".(2)

YAXŞI QADININ MÜKAFATI

İmam Sadiq (ə) buyurur: Allah-taala Davud Peyğəmbərə (ə) vəhy etdi ki, Xəlavənin qızı Ovsun yanına gedib, ona behişt müjdəsi verib, behiştdə onunla birlikdə olacağını söyləsin.

Həzrət Davud (ə) qadının evinə gedib qapısını döydü. Qadın çölə çıxanda Həzrət Davudu (ə) görüb təəccüblə dedi: Nə səbəbə buraya təşrif gətirmisən? Mənim haqqımda vəhy nazil olubmu?

Davud (ə) buyurdu: Bəli.

Qadın dedi: Nə haqdadır?

Davud (ə) buyurdu: Tanrı sənin ustün cəhətlərinə görə barəndə vəhy yolladı.

Qadın dedi: Yox, bəlkə o mən deyiləm. Ya da ki, adı mənim adıma oxşar başqa bir qadın haqqındadır. Çünki mən buna layiq deyiləm.

Davud (ə) buyurdu: O qadın sənsən.

O dedi: And olsun Allaha! Özümdə məni buna layiq edə biləcək bir əməl görmürəm.

Həzrət Davud (ə) buyurdu: Mənə bir az öz yaşayışından danış.

səh:52


1- [1] . Kənzül-ümmal, c. 15, səh. 324, hədis 41237.
2- [2] . Biharül-ənvar, c.100, səh. 235.

Qadın dedi: Mənə gələn hər bir bəlaya, dərdə və müsibətə səbir etdim və indi də səbir edirəm. Hətta bir dəfə də olsa (etiraz edərək) Allahdan onu məndən uzaqlaşdırmasını istəmədim. O, nə zaman istəsə, onu məndən uzaqlaşdırar. Səbir etməyim üçün savab gözləmədim və daim Allaha şükür etdim.

Davud (ə) buyurdu: Elə buna görə də mənimlə behiştdə bir yerdə olacaqsan.

İmam Sadiq (ə) bu rəvayəti nəql edəndən sonra buyurdu: Allah-taala bu dini, yalnız saleh (səbirli) bəndələri üçün göndərdi.(1)

PİS QADININ CƏZASI

Həzrət Əbdüləzim Həsəni İmam Cavada (ə) istinadla, o həzrətın ata-babalarının vasitəsilə Həzrət Əlidən (ə) belə rəvayət edir: "Mən və Fatimə (ə) Peyğəmbərin (s) yanına getdik. Allahın eliçisi (s) şiddətlə ağlayırdı. Dedim: "Atam, anam sənə qurban olsun! (Bu qədər) ağlamağın səbəbi nədir?" Buyurdu(s): "Meraca aparıldığım gecə ümmətimin arasında bəzi qadınları gördüm. Bu qadınlara olduqca kəskin əzab-əziyyət verilirdi. Onları bu halda gördükdə, göz yaşlarımı saxlaya bilmədim: Orada başının ön hissəsində bitmiş tüklərindən cəhənnəm divarından asılmış bir qadın gördüm. Şiddətli əzabın təsirindən sanki beyni qaynayırdı.

səh:53


1- [1] . Bihar, 71 - ci cild, səh.89, 14-cü cild, səh.39; Mişkatul-ənvar, səh.23.

(Sonra) cəhənnəm divarında dilindən asılmış başqa qadın gördüm. Cəhənnəmdəki ən qaynar və çirkli mayeni onun ağızna və boğazına tökürdülər. (Ardınca) sinəsi cəhənnəm divarına yapışdırılmış və ya orada iki ayağından asılmış qadınlar gördüm. Öz bədəninin ətini yeyən qadın da gördüm. Belə ki, onun əti od içində idi. Əli-ayağı bağlanılmış başqa bir qadın gördüm. Ona çox sayda ilan və əqrəb hücum etmiş, amma əl-ayağı bağlı olduğuna görə qaçıb canını qurtara bilmir və özünü heç bir şəkildə müdafiə etməyə qadir deyildi. Kor, kar və lal qadın da gördüm. Onu alovlar saçan tabuta qoymuşdular. (Atəşin hərarətindən) bədəninin dərisi və əti sanki cüzam xəstəliyinə tutulmuş şəxsin dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu dırnaqları ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni uzunqulaq bədəni olan bir qadın da gördüm. O, saysız-hesabsız əzablara düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Alovlar arxasından daxil olub ağzından çıxırdı. Əzab mələkləri cəhənnəmdəki işkəncə alətləri ilə onun başına, bədəninə zərbələr endirirdilər".

Həzrət Zəhra (ə) soruşdu: "Mənim eşqim, gözümün nuru, onların bu dünyada nə etdiklərini və nə üçün bu belə əzablara məruz qaldığını mənə söylə". Həzrət Peyğəmbər (s) buyurdu: "Cəhənnəm divarında saçından asılan qadın başının qabağının tükünü naməhrəmlərdən gizlətməmişdir. Dilindən

səh:54

asılan qadının əri onun acıdılliliyindən narahat olmuşdur. Cəhənnəm divarında sinəsindən asılmış qadın isə öz ərinin cinsi tələblərini təmin etməmişdir. Orada iki ayağından asılmış qadın ərinin icazəsi olmadan istədiyi yerlərə gedirdi. Öz bədəninin ətini gəmirən və ətindən od-alov yağan qadın isə həyat yoldaşından başqası üçün bəzənib-düzənir və öz zinətlərini ona məhrəm sayılmayan kişilərə göstərirdi. Əli-ayağı möhkəm bağlanıb ilanların və əqrəblərin hücumuna məruz qalan qadın da namazına əhəmiyyət verməz, bədənini nəcasət, cənabət və heyzdən təmizləyib qüsl verməzdi. Kor, kar və lal qadın ərindən qeyrisi ilə cinsi əlaqədə olub (zina edib), övlad doğurmuş, lakin onu öz həyat yoldaşının boynuna atmışdı. Od-alov saçan qayçı ilə əti doğranan qadın bədənini yad kişilərə təslim etmişdi. Üzü və bədəni alovlar içində olan və dırnaqları ilə qarnındakıları çıxarıb yeməyə məcbur edilən qadınlar, fahişələrə vasitə olar və kişilərin cinsi tələblərini doyurmaq üçün onlara şərait yaradarmışlar. Başı donuz, bədəni uzunqulaq şəklində olan və saysız-hesabsız əzaba düçar olan qadınlar isə ara qarışdırar və (insanlar arasında) yalan söyləyərmişlər. İt sifətli, alovların arxasından daxil olub ağzından xaric olduğu qadın da eyş-işrət (haram əyləncə) məclislərində müğənnilik edər (ğına oxuyar) və hər kəsin paxıılığını çəkərdi".(1)

səh:55


1- [1] . Biharül-ənvar, c.100, səh. 245.

QADININ ƏN YAXŞI XÜSUSİYYƏTLƏRİ

Həzrət Əli (ə) buyurur: "Qadının evdəki ən bəyənilmiş, gözəl xüsusiyyətləri, kişinin sahib olduğu ən pis xüsusiyyətlərdir: Qürur (təkəbbür), qorxu və xəsislik. Qadın təkəbbürlü, qürurlu olarsa, özünü ərindən başqasına təslim etməz. Xəsis olarsa, ərinin malını yaxşı qoruyar, qorxaq olarsa gələcəkdə baş verə biləcək hər bir xoşagəlməz hadisədən qorxaraq, ehtiyatlı davranar və özünü qorumaq fikrinə düşər. Bununla da pis niyyətli hiyləgər şəxslərin toruna düşməz.(1)

FƏRQLİ QADINLAR

Loğman (ə) oğluna dedi: "Oğlum! Qadınlar dörd dəstəyə bölünürlər; iki dəstəsi saleh (yaxşı), iki dəstəsi isə Allahın rəhmətindən uzaqlaşdırılmışlardırlar:

İki saleh dəstədən birinci növü, öz tayfasının içində böyük və hörmətli, daxilən isə, sakit bir qadındır. Ona bir şey əta olunanda şükür edir, çətinlikdə səbirlidir. Az şey, onun əlində çoxdur. Evində də (çöldəki kimi) salehdir.

Saleh dəstədən ikincisi, çox mehriban və dünyaya uşaq gətirəndir. Həmişə yoldaşı ilə gözəl rəftar edir. O, mehriban ana kimi, tayfa başçılarına qayğı, yaşlılara isə ürək yandırır. Başqa qadından belə olsa, ərinin övladını çox istəyir.Yaxşı xüsusiyyətlərə malik, ərinin razılığını cəlb edən, özünü, ailəsini,

səh:56


1- [1] . Biharül-ənvar, c. 100, səh. 238.

malını və övladını islah etməyi bacarandır. O, bir qırmızı qızıl kimidir. Bəxtəvər o kişinin başına ki, belə bir qadın qisməti olmuşdur. Ərinin yanında ona köməkçi, ondan uzaq düşərkən isə onun (abır və qeyrətinin) qoruyucusudur.

Amma iki məlun dəstə qadınlardan birinci növü, daxilən təkəbbürlü, tayfa içində isə, sakitdir. Ona bir şey əta olunsa da, olunmasa da, qəzəblənər. Bu səbəbdən, əri onun əlində girinc qalmışdır, qonşuları təngə gəlmişdir. O, şir kimidir ki, yaxınına getsən, səni yeyəcək, qaçmaq istəsən, öldürəcək.

İkinci növ məlun qadın isə, özü ərinin kənarında, meyli isə, qonşuların yanında olan qadındır. Tez qəzəblənib, təz ağlayandır. Ərinin yanında olan zaman, ona faydası dəymir, yanında olmadığı vaxtda da abrını aparır. Şoran yer kimidir ki, əgər sulasan, su yuxarıda, torpaq aşağıda qalacaq (su yerin dibinə çökməyəcək). Başlı-başına buraxsan isə, susayacaq. Əgər ondan övladın olsa, bəhrəsini görməyəcəksən".(1)

səh:57


1- [1] . əl-İxtisas, səh. 339, Biharül-ənvar, c. 13, səh. 429, hədis, 23.

səh:58

BEŞİNCİ HİKMƏT.QADININ ƏRİNİN QARŞISINDA VƏZİFƏLƏRİ

ƏRƏ HÖRMƏT

ƏRƏ HÖRMƏT

1. Məhəmməd Pеyğәmbәr (s): "Əgər bir kəsə digərinin qarşısında səcdəyə getmək əmri verməli olsaydım, mütləq qadına öz əri qarşısında səcdə etməyə əmr edərdim."(1)

2. Məhəmməd Pеyğәmbәr (s): "Qiyamət günü ərinә qәzәblә bахan qadının gözünә cәhәnnәm аtәşinin külü ilә sürmә çәkәcəklәr. "(2)

3. Məhəmməd Pеyğәmbәr (s): "Hаmilә qаdın həyat yoldaşının pis sözlәri qarşısında səbirli olsa vә ona qarşılıq verməsə, Allah-taala hәr bir sözün müqаbilindә ona оruc tutаn vә cihad edən şəxsin sаvаbını əta edər."(3)

4. Məhəmməd Pеyğәmbәr (s): "Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-taala Fironun

səh:59


1- [1] . əl-Kafi, c.5, səh. 508 , hədis 6.
2- [2] . Müstәdrәkül vәsаil, c. 2, sәh. 548.
3- [3] . Müstәdrәkül vәsаil, c. 14, sәh. 245.

xanımı Asiyanın savabı qədər savab verər."(1)

5. Məhəmməd Pеyğәmbәr (s): "Kişi аilәnin rəhbəridir. Hər bir rəhbərin tabeçiliyində olan şəxslər onun qarşısında qаrşısındа mәsuliyyәt dаşıyır. Qаdın da әrinin mаlını qоrumаlıdır. Çünki о dа bu işdә mәsuliyyәt dаşıyır."(2)

6. Məhəmməd Pеyğәmbәr (s): Allahın rəsulu (s) buyurur: "Аnd оlsun mәni pеyğәmbәrliyә seçәn Аllаhа! Əgər qаdın әrinin icаzәsi olmadan müstәhәb оruc tutsа, günаhkаrdır. Ancaq qәzа vә yа nәzir оrucu tuta bilər."(3)

7. Bir gün Allahın rəsulu (s) әnsаrdаn оlаn bir şәхsin hәyәtinә dахil оlduqda, orada olan qоyun həzrətin qаrşısındа səcdəyə düşdü. Әbu Bәkr dеdi: Biz qoyundan daha yaxşı səcdə edə bilərik. (Bizim səcdə etməyimiz daha mənalı və dəyərli olar.) Allahın elçisi (s) buyurdu: Bәndә bәndәnin qаrşısındа sәcdә еtmәmәlidir. Doğrusu, әgәr buna icazə verilsəydi, qаdınа həyat yoldaşının qаrşısındа sәcdә еtmәyi әmr еdәrdim.(4)

ƏRƏ İTAƏT

1. Qurani-Kərim: "Allah bəzilərini (kişiləri ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin

səh:60


1- [1] . Biharül-ənvar, c.103, səh. 24 , hədis 30.
2- [2] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 248.
3- [3] . Müstәdrәkül-vәsаil, c. 2, sәh. 548.
4- [4] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 246.

işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar..."(1)

2. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Cәhәnnәm atəşi üç şəxsi yаndırmаz: Ərinә qarşı itаәtkar olan qаdını; həyat yoldaşının çәtin vахtlаrındа buna sәbir еdәn qаdını; atа-аnаsınа xeyirxahlıq göstərən övlаdı."(2)

3. Allahın rəsulu (s) buyurur: "Həyat yoldaşından icаzәsiz еvdən çıхаn qаdın onu rаzı salana vә еvә dönənə qәdәr Allah-taalanın qәzәbinә düçаr оlаr."(3)

4. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Mәni peyğəmbərlıyə sеçәn Аllаhа аnd оlsun! Əgәr qаdın әrinin mәntiqli sözünü rədd etsə, qiyаmәt günü оnu dilindәn аsаr vә dilini qızmar, odlu mıхlаrlа tavana tikәrlәr."(4)

5. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "And оlsun mәni pеyğәmbәr sеçәn Аllаhа! Qаdının әrinin

səh:61


1- [1] . Nisa, 34.
2- [2] . Nәsаyih, sәh. 111.
3- [3] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 237.
4- [4] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 238.

еvindәn icаzәsiz sәdәqә vеrmәsi doğru iş dеyil. Әgәr belə etsə оnun sаvаbı әrinә çatar, qаdınin bundan nəsibi isə bәdbәхtçilik оlаr."(1)

6. Allahın rəsulu (s) buyurur: Hər kimin qadını ərini incitsə, Allah-taala o qadının namazını və heç bir yaxşı əməlini qəbul etməz. İstərsə, bütün ömrü boyu oruc tutsun (yenə də, ibadəti Tanrı dərgahında qəbul olunmaz). Amma ərinə yardım etsə, onu sevindirsə... (ibadəti qəbul olar.) Kişi də, öz həyat yoldaşına əziyyət versə və ona zülm etsə, qadın üçün zikr olunan eyni günah və əzab onun üçün də var.(2)

7. Allahın rəsulu (s) buyurur: Allah-taala, ərini dili ilə narahat edən qadının heç bir (sədəqə verdiyi) malı, nəziri və yaxşı əməli, əri ondan razı olmadığı müdddət, qəbul etməz. İstər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olsun, qul azad etsin, cins atlarıı Allah yolunda (döyüşçülərə yollasın), yenə də, (cəhənnəm) oduna atılacaq. Qadınına zülm edən kişiyə də aiddir.(3)

8. Allahın rəsulu (s) buyurur: Qadın ərini incitdikdə, ərinin behiştdəki gələcək həyat yoldaşları olan hurilər belə deyərlər: Allah səni öldürsün! Onu incitmə. O, sənin qonağındır və tezliklə səni tərk edib, bizim yanımıza gələcəklər.(4)

9. Allahın rəsulu (s) buyurur: "Ərini narahat edən

səh:62


1- [1] . Kәnzül-ümmаl, c. 16, sәh. 48.
2- [2] . Səvabül-əmal, səh. 335, Elamüd-din, səh. 414.
3- [3] . Mən la yəhzərühül-fəqih, c.  4, səh, 14, Əmali-Səduq, səh. 515.
4- [4] . Sünəni-Tirmizi, c. 3, səh. 477, Sünəni-ibn Macə, c. 1, səh. 649.

qadına vay olsun və xoşbəxt qadın odur ki, əri ondan razı qalsın."(1)

10. İmam Sadiq (ə) buyurur: "Lənətlənmişdir, məlundur, öz ərini incidən və onu qəmgin edən qadın. Xoşbəxtdir, xoşbəxtdir ərinə ehtiram qoyan, əziyyət verməyən və hər bir halda ona itaət edən qadın."(2)

11. İmam Sadiq (ə) buyurur: "Qadının bədbəxtliyi və müsibəti, ... ərinə qarşı itaətsizliyidir."(3)

ƏRƏ XİDMƏT

1. Allahın rəsulu (s) buyurur: "Qadın ərinə yeddi gün xidmət etdikdə, Allah-taala cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar və cənnətin səkkiz qapısını onun üzünə açar ki, istədiyi qapıdan oraya daxil olsun.

Sonra buyurdu: "Öz ərinə bir qurtum su içirdən hər bir qadının bu əməli ona bir il gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirməkdən daha yaxşıdır."(4)

2. Allahın rəsulu (s) buyurur: "Qadının evində bir saat xidmət etməyi, min il ibadətdən, min həcc və min ümrə ziyarətindən, min kölə azad etməkdən və daha üstün və daha dəyərlidir".(5)

3. Allahın rəsulu (s) buyurur: Allah-taala ərinə həcc, cihad və elm öyrənməkdə kömək edən hər qadına,

səh:63


1- [1] . Üyuni-əxbarir-Rza, c. 2, səh. 11; Biharül-ənvar, c.103, səh. 246.
2- [2] . Kənzül-fəvaid, c.1. səh. 150, Biharül-ənvar, c. 76. səh. 354.
3- [3] . Məaniyül-əxbar,səh. 152, hədis1.
4- [4] . İrşadül-qülub, səh. 175.
5- [5] . Camiüs-səadət, c.2, səh.143.

Əyyubun (ə) həyat yoldaşına verilən savabı verər.(1)

4. Allahın rəsulu (s) buyurur: Allah-taala, ərinə yeddi gün kömək edən hər qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun.(2)

5. Həzrət Peyğəmbərin (s) zamanında, Abdullah ibn Məsud adlı səhabənin Zeynəb Səqəfiyyə adında bir həyat yoldaşı var idi. Onların bir neçə övladı olmuşdu. Lakin dolanışıqları çox çətin idi. Bir gün Zeynəb ərinə kömək etməyi qərara alır. O, dini vəzifələrini yerinə yetirməklə birgə işləyib pul qazanır və ailəsinin dolanışığına yardım edirdi. Hətta digər yoxsullara da əl tuturdu. O, bir gün ərinə dedi: "Görəsən Allah-taalanın dərgahında bu əməlimə görə savab qazanırammı?"

Abdullah dedi: "Get, Allahın rəsulundan (s) soruş!"

Zeynəb Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Başqa bir qadın da eyni sualı soruşmaq üçün orada idi. Onlar Bilal Həbəşini bu suala cavab almaq üçün Allahın rəsulunun yanına göndərdilər. Bilal Həzrət Peyğəmbərin (s) yanına girib geri döndü və dedi: "Peyğəmbər (s) sizin əməlinizin iki savaba malik olduğunu sölədi:

a) Allah yolunda sədəqə verməyin savabı.

b) Ailənizə kömək etməyin savabı. Üstəlik,

səh:64


1- [1] . Məkarimül-əxlaq, c.1, səh. 439.
2- [2] . İrşadül-qülub, səh. 175; Əvaliyül-lai, c. 1, səh. 270; Vəsailüş-şiə, c. 14, səh. 123.

bunun özü də sileyi-rəhm sayılır".(1)

6. "Müsnədi-ibn Hənbəl": Həsin ibn Məhsən rəvayət edir: Xalası bir iş üçün Peyğəmbərin (s) hüzuruna getdi. İşi qurtardıqdan sonra Allahın rəsulu (s) ondan soruşdu: "Ərin varmı?"

Cavab verdi: Bəliş

_ "Onunla necə davranırsan?"

_ Qüdrətim çatdığı qədər, onun hər istəyini yerinə yetirirəm.

_ "Onula necə rəftar etməyin barəsində ehtiyatlı ol, çünki o, sənin həm behiştin və həm cəhənnəmindir (Onunla yaxşı davransan, behişt; pis rəftar etsən cəhənnəm əhli olarsan)".(2)

7. İmаm Sаdiq (ә) buyurur: "Qаdın ərinə bir qurtum su vеrməsi bir ildәn çox ibаdәtin (gündüzlәr оruc tutub gеcәlәr nаmаz qılmаğın) sаvаbınа bәrаbәrdir. Әgәr qаdın әrinә su vеrsә, Allah-taala behiştdə оna bir şәhәr inşa edər vә оnun аltmış günаhından keçər."(3)

8. İmаm Sаdiq (ә) buyurur: "Allah-taala yеddi gün həyat yoldaşına хidmәt еdәn qаdının üzünә cәhәnnәmin bütün qаpılаrını bаğlаyıb, behiştin bütün qаpılаrını аçаr."(4)

səh:65


1- [1] . Hilyətül-övliya, c. 2, səh. 69-70.
2- [2] . Müsnədi-ibn Hənbəl, c. 7, səh. 21; əs-Sünənül-kübra, c. 5, səh. 311; Kənzül-ümmal, c. 16, səh. 337.
3- [3] . Vәsаilüş-şiә, c. 14, sәh. 123.
4- [4] . Rаhе sәаdәt, sәh. 15.

9. İmam Sadiq (ə) buyurur: "Ümmü Sələmə Allahın elçisindən (s) qadınların öz ərlərinə xidmət etməsinin fəziləti haqqında soruşduqda, o Həzrət (s) buyurdu: "Qadın öz ərinin evini səliqəyə salmaq məqsədilə nəyisə yerbəyer etdikdə, Allah-taala ona Öz (mərhəmət) nəzərini yetirər və Allah-taala (rəhmət) nəzəri ilə baxdığı heç bəndəyə əzab verməz."(1)

ƏRİN PİS ƏXLAQINA DÖZMƏK

1. Allahın rəsulu (s) buyurur: Qadınların üç dəstəsinin üzərindən qəbir əzabı götürülər və Fatimə binti Məhəmmədlə (s) birlikdə məhşur olarlar: Ərinin qeyrəti (qısqanclığı) qarşısında səbirli olan qadın, ərinin bədəxlaqlığı müqabilində dözümlü olan qadın, mehriyyəsini ərinə bağışlayan qadın. Allah-taala belə qadınların hər birinə, min şəhidin savabını bəxş edər və bir ilin ibadətinin savabını yazar.(2)

2. Allahın rəsulu (s) buyurur: Ərinin bəd rəftarları qarşısında səbr edən qadına Allah-taala Fironun xanımı Asiyanın savabı qədər savab verər.(3)

3. Allahın rəsulu (s) buyurur: Qadın əri ilə həm zərərdə (bəd gündə) və həm də, xeyirdə (xoş gündə), çətinlik və asayişdə birlikdə olmalıdır. Necə ki, dərdlərə düçar olmuş Əyyubun həyat yoldaşı, səbirli oldu. On səkkiz il ona səbirlə xidmət etdi. Yük

səh:66


1- [1] . Biharül-ənvar, c.103, səh. 251, hədis 49.
2- [2] . İrşadül-qülub, səh. 175.
3- [3] . Məkarimül-əxlaq, c. 1, səh. 462; Biharül-ənvar, c. 103, səh. 247.

daşıyanlar kimi onu hər gün kürəyində daşıdı. Dəyirmançılarla birgə dən üyüdürdü. Paltar yuyanlarla birgə paltar yuyardı. Ona bir tikə çörək gətirər və Əyyub (ə) onu yeyib, Allaha şükür edərdi. Həyat toldaşı onu bir parçaya bükər və kürəyində daşıyardı. Bütün bunları xeyirxahlıq üçün və Allaha xatir, Ona yaxınlaşmaq məqsədilə əncam verərdi.(1)

4. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Әri ilә küsulu olan qаdın hətta günаhsız оlsа dа belə, qiyamət günü Firоn, Hаmаn vә Qаrunlа birgə cәhәnnәmin әn pis tәbәqәsindә yerləşəcək. Amma tövbә еdib, әrinin yаnınа qаyıtsa bağışlanar."(2)

5. İmam Əli (ə) buyurur: Allah-taala cihadı kişilərə və qadınlara vacib etdi. Kişinin cihadı malını və canını Allah yolunda öldürülənə qədər fəda etməkdir. Qadının cihadı isə ərinin əzab-əziyyətləri və qeyrəti (qısqanclığı) qarşısında dözümlü davranmasıdır.(3)

 

ƏRİ RAZI SALMAQ

1. Allahın rəsulu (s) buyurur: "Ərini narahat edən qadına vay olsun və xoşbəxt qadın odur ki, əri ondan razı qalsın."(4)

2. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Әrinin cinsi istəklərinə rаzılıq vеrmәyәn qаdının bütün

səh:67


1- [1] . Müstədrəkül-vəsail, c. 14, səh. 242.
2- [2] . Vәsаilüş-şiә, c. 14, sәh. 123.
3- [3] . əl-Kafi, c. 5, səh. 9; Təhzibül-əhkam, c. 6, səh. 126; Vəsailüş-şiə, c. 3, səh. 439.
4- [4] . Biharül-ənvar, c.103, səh. 246, hədis 24.

yахşı əmllәrinin sаvаbı, ilаn dәrisindәn аyrıldığı kimi оnun әmәl dәftәrindәn аyrılar."(1)

3. İmаm Bаqir (ә) buyurur: "Qаdın üçün hеç bir şәfаәt әrinin rаzılığı qәdәr fаydаlı və mənfəətli dеyildir."(2)

4. İmam Sadiq (ə) buyurur: "Lənətlənmişdir, məlundur, öz ərini incidən və onu qəmgin edən qadın. Xoşbəxtdir, xoşbəxtdir ərinə ehtiram qoyan, əziyyət verməyən və hər bir halda ona itaət edən qadın."(3)

ÜSYAN ETMƏMƏK

1. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Allah-taala həyat yoldaşının sаçını yоlаn və yа pаltаrını cırаn qаdının әllәrini cәhәnnәm оdundаn оlаn mıхlаr ilә mıxlayar."(4)

2. Allahın rəsulu (s) buyurur: Hər kimin həyat yoldaşı, onunla yola getməsə, Allahın ərinə verdiyi ruziyə qane olmasa (üsyan etsə) və ona çətinliklər yaratsa, Allah-taala onu oddan saxlaya bilən heç bir yaxşı əməlini qəbul etməz. O, belə davrandıqca, Allah ona qəzəblənər.(5)

3. Məhəmməd Pеyğәmbәr (s): "Üç qrup qadın cəhənnəm əzabı görməz vә qiyamət günü Fаtimeyi-

səh:68


1- [1] . Lәаlil-әхbаr, c. 3, sәh. 286.
2- [2] . Sәfinәtül-bihаr, c. 1, sәh. 561.
3- [3] . Biharül-ənvar, c.103, səh. 253 , hədis 55.
4- [4] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 238.
5- [5] . Səvabül-əmal, səh. 339; Elamüd-din, səh. 419; Biharül-ənvar, c. 76, səh. 367.

Zəhra (s) ilə birlikdə оlаr: Həyat yoldaşının çәtinliklәrinә dözәn sәbirli qаdınlar; әrinin pis rəftarına qatlanan qаdınlar; mеhriyyәsini әrinә bаğışlаyаn qаdınlar".(1)

4. Allahın rəsulu (s) buyurur: "Sәbәbsiz yerə әrindәn bоşаnmаq istәyәn qаdınа behiştin iyi hаrаmdır. Әri ondan rаzı оlаn qаdın isə cәnnәt əhlidir."(2)

5. İmam Baqir (ə): "Qadınların qısqanclığı onların paxıllığından sayılır. Paxıllığın mənşəyi küfrdür. Qadınlar qeyrət və qısqanclıq zamanı qəzəblənərlər. Qəzəbləndikdə isə küfrə doğru meyl edərlər, yalnız imanlı qadınlardan səbir edərlər."(3)

6. İmаm Sаdiq (ә) buyurur: "Ərinә "mәn sәndәn hеç vахt хеyir görmәmişәm"-deyən qаdın bütün yахşı әmәllәrinin savabından məhrum olar."(4)

NAŞÜKÜRLÜK ETMƏMƏK

1. Allahın rəsulu (s) buyurur: Allah-taala ərinə ehtiyaclı olduğu halda, ona təşəkkür etməyən qadına tərəf baxmaz belə.(5)

2. Allahın rəsulu (s) buyurur: Allah-taala, qiyamət günü, həyat yoldaşına ehtiyacı olduğu halda ona

səh:69


1- [1] . “əl-Mәvаizül-әdәdiyyә”, sәh. 146.
2- [2] . Rаhе sәаdәt, sәh. 15.
3- [3] . əl-Kafi, c. 5, səh. 505, hədis 4.
4- [4] . Vәsаilüş-şiә, c. 14, sәh. 162.
5- [5] . əs-Sünənül-kübra, c. 5, səh. 354; əl-Müstədrəkü-ələs-Səhiheyn, c. 4, səh.193; Müsnədi-Bərraz, c. 6, səh. 340.

təşəkkür etməyən qadına nəzər salmaz.(1)

3. Əsma Ənsari rəvayət edir: Bir gün, Allahın rəsulu (s) məscidin yanından keçərkən qadınların birlikdə əyləşdiyini gördü. Əli ilə onlara salam verib, buyurdu: "Sizə nemət verən şəxslərə naşükürlük etməkdən çəkinin! Sizə nemət verən şəxslərə naşükürlük etməkdən çəkinin!"

Onlardan biri dedi: Ey Allahın rəsulu! Allaha pənah aparıram. Ey Allahın elçisi! Allaha qarşı naşükürlük etməkdən, Ona pənah aparıram.

Buyurdu: "Bəli. Szilərdən bəzisi uzun müddət evdə ərsiz qalır. Sonra Allah-taala ona ər qismət edir. Ona övlad və göz nurunu ruzi verir. Bununla belə (Allahın ona əta etdiyi bütün bu nemətlərə baxmayaraq), əsəbləşdiyi zaman Allaha and içir ki, ərindən bir saat da olsun xeyir görməyib. Bu özü də, Allahın nemətlərinə və nümət verənlərinə qarşı naşükürlükdür."(2)

QADIN ƏRİNİ XƏRCƏ SALMAMALI

1. Həzrət Məhəmməd (s) buyurur: "Ən xeyir-bərəkətli qadın ərini daha az xərcə salan qadındır".(3)

2. Allahın rəsulu (s) buyurur: Allah-taala ailə xərclərində ərinə çətinlik yaradan və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının tövbəsini,

səh:70


1- [1] . əl-Müsənnəf, Əbdür-rəzzaq,  c. 7, səh. 487; Kənzül-ümmal, c. 16, səh. 558.
2- [2] . Müsnədi-ibn Hənbəl, c. 10, səh.440; Adabül-müfrəd, səh. 307.
3- [3] . Həmin mənbə, 70.

sədəqəsini qəbul etməz. Yalnız tövbə edib, doğru yola dönsə və ərinin gücü çatdığı miqdarda ondan (xərclik) tələb etsə, bağışlanar.(1)

3. İmam Sadiq (ə) buyurur: "Sizin qadınlarınızın ən dəyərlisi gözəl ətirli olan, yaxşı bişirməyi bacaran, lazımsız, qeyri-zəruri və artıq xərcə səbəb olmayan, yerli-yerində qənaət etməyi bacaran qadındır. Belə bir qadın ilahi əmrlərinin icraçısıdır. Onun (bu dünyada və axirətdə) məyus və peşman olmasına heç bir səbəb yoxdur".(2)

QADIN ƏRİ ÜÇÜN BƏZƏNMƏLİ

1. Allahın rəsulu (s) kişilərə buyurur: "Dırnaqlarınızı tutun." Qadınlara isə buyurur: "Dırnaqlarınızı uzadın. Çünki bu sizə daha gözəl yaraşır.(3)

2. İmam Baqir (ə) buyurur: Qadına bəzəksiz gəzmək yaraşmır, bu ona layiq olmayan hərəkətdir. Ən azı boyunbağı taxmalıdır.(4)

QADININ CİHADI

1. Allahın rəsulu (s): Qadının cihadı əri ilə xoş rəftarlı və ona tabe olmasıdır.(5)

2. Qadınlar Məhəmməd Peyğəmbərə (s) beyət

səh:71


1- [1] . Məkarimül-əxlaq, c. 1, səh. 441.
2- [2] . İzdivac dər İslam, səh. 61.
3- [3] . əl-Kafi, c.6, səh.491, hədis15.
4- [4] . əl-Kafi, c. 5, səh. 509, hədis 2.
5- [5] . Nəhcül-bəlağə, 367.

etdiyi zaman(1) onlardan biri soruşdu: "Allah-taala cihadı kişilərə vacib buyurub. Əgər onlar döyüşdə ölsələr, Allah yanında şəhidlik məqamına yüksəlmişlər, yaralandıqda isə Tanrı dərgahında böyük əcr və mükafatlar onları gözləyir. Lakin biz, həyat yoldaşları müharibəyə gedən qadınlar evdə əyləşib ərlərimizin mal-dövlətlərini mühafizə edirik, övladlarımızın tərbiyəsi ilə ilgilənirik. Biz də öz mücahid ərlərimizlə onların xeyir əməllərində şərikikmi?"

Həzrət (s) buyurdu: "Ey qadın, diqqətlə məni dinlə və başqa qadınlara da de! Kişilərlə mehriban davranıb, övladlarınızın qayğısına qalmağınız, ev işləri ilə məşğul olub, onu mühafizə etməyiniz Allah yolunda cihada qalxan döyüşçülərin qazandığı savablara bərabərdir".(2)

3. Yəzid Ənsarinin qızı Əsma, qadınların nümayəndəsi kimi Allahın rəsulunun (s) yanına gələrək, belə söylədi: Mən və atam-anam sənə fəda olsun! Mən və bütün qadınlar səmimi qəlbdən inanırıq ki, sən Allah-taala tərəfindən bütün kişi və qadınlara peyğəmbər seçilmisən. Amma sanki biz evlərdə dustağıq və çoxsaylı üstün fəzilətlərdən məhrum qalmışıq. Biz evlərdə oturub, kişilərin istəklərini təmin edir, onlar üçün övladlar böyüdürük. Kişilər isə bizdən daha üstün fəzilətlərə

səh:72


1- [1] . Qur’anda «Mumtəhinə» surəsinin 11-ci ayəsində bəhs olunub.
2- [2] . İstiab, c. 4, səh. 233; Xəyratül- hisan, c. 1, səh. 27.

malikdir. Belə ki, onlar daim cümə və camaat namazlarında olur, xəstələri yoluxlur, dəfn mərasimlərinə iştirak edir, həcc ziyarətinə gedir, ancaq biz evdə oturub, bütün bunlardan məhrum qalmışıq. Kişilər döyüşə gedərkən onların mal-mülkünü mühafizə edən, paltarlarını toxuyan, övladlarına tərbiyə verən bizlərik. Belə olan halda bizim fəzilət və mənfəətimiz nədir?

Allahın rəsulu (s) ətrafdakı insanlara sarı dönüb buyurdu: "İndiyə qədər hər hansı bir qadının öz dini müşkülü haqda belə gözəl sual verdiyini eşitmişdinizmi?" Oradakılar "Xeyr" -deyə cavab verdilər. Allahın rəsulu (s) üzünü həmin qadına çevirib buyurdu: "Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə yaxşı qulluq etmək, onun istəkləri qarşısıda itaətkar olmaq, razılığını cəlb etmək kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir". Bunu eşidən qadın çox razı qaldı, sevinc və fərəhlə "La ilahə illəllah" -deyə-deyə, oranı tərk etdi.(1)

4. Allahın rəsulu (s) buyurur: "Qаdın hаmilә оlduğu andan vә övlаdı süddәn kәsilәnә qәdәr olan müddətdə, kаfirlәrlә vuruşan mücahid kimidir. Әgәr bu müddətdə vәfаt еtsә, ona şәhid sаvаbı verilər".(2)

5. Məhəmməd peyğəmbər (s) buyurur: "Qadın hamilə olandan uşağını dünyaya gətirənədək Allah-taala yanında cihad edən şəxsin savabı qədər

səh:73


1- [1] . Mizanül-hikmə, c. 9, səh. 96.
2- [2] . Müstәdrәkül-vәsаil, c. 14, sәh. 161.

savaba malikdir. Əgər bu müddətdə dünyadan köçsə, şəhid sayılır".(1)

6. Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib, buyurdu: Mənim bir həyat yoldaşım var ki, hər evə gəldiyimdə, məni qarşılayar. Hər evdən çıxdığımda məni ötürər. Məni qəmgin gördüyü zaman, soruşar: Nə üçün kədərlisən? Ruzi-bərəkət üçün qəmlənirsənsə, onu səndən başqası (Allah-taala) əta etməyi öhdəsinə alıb. Axirətin üçün narahatsansa, Allah qəmini artıq etsin. (Çünki axirəti fikirləşib, kədərlənməyə dəyər.)

Allahın elçisi (s) buyurdu: "Allah-taalanın xidmətçiləri (vəfalı qulları) vardır. Bu qadın da, onlardan biridir. Onun üçün şəhidin savbının yarısı nzərdə tutulub."(2)

7. İmam Kazim (ə): "Qadının cihadı, öz ərinə yaxşı qulluq etməsidir."(3)

səh:74


1- [1] . Biharül-ənvar, c. 101, səh. 211.
2- [2] . Mən la yəhzərühül-fəqih, c. 3, səh. 389; Məkarimül-əxlaq, c. 1, səh. 438; Vəsailüş-şiə, c. 14, səh. 17.
3- [3] . əl-Kafi, c. 5,səh. 507 , hədis 4.

ALTINCI HİKMƏT.KİŞİNİN QADININ QARŞISINDA VƏZİFƏLƏRİ

QADINI QORUMAQ

QADINI QORUMAQ

1. Qurani-kərim buyurur: "Özünüzü və əhli-əyalınızı oddan qoruyun".(1)

2. Qurani-kərim buyurur: "Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərti ilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidir".(2)

3. Qurani-kərim buyurur: "Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir".(3)

4. Allahın rəsulu (s) buyurur: Mömin ailəsinin iştahasına (istəyinə) görə yeyər, münafiqin ailəsi isə onun (iştahasına) istəyinə uyğun yeyər.(4)

səh:75


1- [1] . Təhrim surəsi, ayə 6.
2- [2] . Bəqərə surəsi, ayə 240.
3- [3] . Bəqərə surəsi, ayə 241.
4- [4] . əl-Kafi, c. 4, səh. 12; Tibbün-Nəbi, səh. 3; Biharül-ənvar, c. 62, səh. 291.

5. Allahın rəsulu (s) buyurur: "Qadının əri üzərində olan haqqı budur ki, əri onun qarnını doyursun, geyimini təmin etsin və heç

vaxt ona üzünü turşutmasın."(1)

6. Cəfər ibn Məhəmməd atasının vasitəsilə babasının Peyğəmbərin (s); kişinin özünü doyurub, ailəsini ac buraxmasını qadağan etdiyini buyurduğunu söylədi.(2)

7. İmam Sadiq (ə) buyurur: Allahın bu kəlamı barəsində buyurduğu zaman: "Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliyində olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar.(3)" Yəni; kişinin nəyisə yeyib, onu öz ailəsindən əsirgəməsi, rəva deyil.(4)

8. İmam Sadiq (ə): Maddiyyat və mənəviyyat süfrəsini öz qadını və övladlarının üzünə açan hər bir şəxs, Allahın razılığına digər insanlardan daha çox yaxındır.(5)

9. İmаm Sаdiq (ә) buyurur: "Qadını dоyurmаq, gеyimlə təmin etmək vә хәtаlаrını bağışlamaq kişinin vəzifəsidir."(6)

səh:76


1- [1] . Biharül-ənvar, c. 103, səh. 254, hədis 60.
2- [2] . Dəaimül-islam, c. 2, səh. 193.
3- [3] . Nəhl, 71.
4- [4] . Təfsiri-Qummi, c. 1, səh. 387; Biharül-ənvar, c. 9, səh. 221.
5- [5] . Biharül-ənvar, c.101, səh. 72.
6- [6] . Vәsаilüş-şiә, c. 3, sәh. 184.

10. İmam Sadiq (ə) buyurur: "Allah həyat yoldaşı ilə yaxşı rəftar edən kişiyə öz mərhəmətini əsirgəməsin. Çünki kişi, Tanrı tərəfindən qadının hamisi təyin olunmuşdur".(1)

11. Abdullah ibni Yəfur nəql edir: "İmam Sadiqə (ə) dedim: "Biz dünyaya vurğunuq". Həzrət (ə) buyurdu: "Dünya sizin nəyinizə lazımdır axı?". Dedim: "Dünya bizə evlənmək, həcc ziyarətinə getmək, qadın və uşaqlarımıza sahib çıxmaq, mömin qardaşlarımız (la birlikdə olmaq) və (ehtiyaclı insanlara) sədəqə vermək üçün lazımdır". İmam (ə) buyurdu: "Bunlar dünyadan deyil, axirətdən sayılır".(2)

QADINA QAYĞI VƏ XİDMƏT

1. Allahın rəsulu (s) buyurur: "Kişi arvadına su içirtdikdə savab qazanar."(3)

2. Allahın rəsulu (s) buyurur: "Həyat yoldaşının ağzına bir loğma uzadan kişi savab qazanar."(4)

3. Allahın rəsulu (s) buyurur: "Allah yanında, kişinin öz ailəsi ilə birgə oturması, mənimlə bu məscidimdə etikaf etməsindən daha sevimlidir."(5)

4. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Ailәsinә хidmәt еtmәkdәn üz çеvirmәyәn vә şikаyәt еtmәyən

səh:77


1- [1] . Qisarül-cüməl, səh. 289.
2- [2] . Mizane xanevade dər islam, 291.
3- [3] . Müsnədi-ibn Hənbəl, c. 6, səh. 85; Kənzül-ümmal, c. 6, səh. 425; Tarixi-kəbir, c. 3, səh. 179.
4- [4] . Mühəccətül-beyza, c.3,səh. 70.
5- [5] . Tənbihul-xəvatir, c.2, səh. 122.

şəxs, Allah-taalanın qәzәb atəşını söndürәr, öz saleh әmәllәrinin sayını artırar və bu iş оnun böyük günаhlаrının kәffаrәsi sayılar.(1)

5. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Аilәnin problemlərini həll etmək cәhәnnәm оdunа qаrşı sipərdir. Necə ki, Аllаhа itаәt еtmәk Аllаhın әzаbındаn uzаq qalmаğа sәbәb оlur."(2)

6. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Yaranmışların ruzisi Аllаhın öhdәsindәdir. Оnlаr üçün çаlışmаğının sәnә nә zәrәri, nә dә ki, хеyri vаr. Bunun müqabilində sәnә yаlnız ахirәt sаvаbı çatar. Doğrudan da, аilә məsuliyyətini daşımaq әn böyük dәrddir."(3)

7. Allahın rəsulu (s) buyurur: "Dünyа bir sərvətdir. Әn yахşı mаl-dövlət isә tәqvаlı vә sаlеh qаdındır. Sizin әn yахşılarınız isə qаdınlаrı ilә mеhribаn dоlаnanlаrdır."(4)

8. Həzrət Məhəmməd (s) qızı Fatimənin evinə gəldi və Əlinin Fatimə ilə həyətdə əl dəyirmanında buğda çəkərək, un hazırladığını gördü. Peyğəmbər (s) buyurdu: Sizin hansınıza kömək edim?

Əli (ə) cavab verdi: Fatiməyə kömək et. O, çox yorulub.

Fatrimə əyağa qalxıb, istirahətə məşğul oladu. Peyğəmbər (s) də, Əli (ə) ilə birlikdə əl

səh:78


1- [1] . Bihаrül-әnvаr, c. 104, sәh. 132.
2- [2] . Bihаrül-әnvаr, c. 73, sәh. 16.
3- [3] . Bihаrül-әnvаr, c. 73, sәh. 16.
4- [4] . Nәhcül-fәsаhә, sәh. 230.

dəyirmanında un hazırlamağa başladılar.(1)

9. Allahın rəsulu (s) buyurur: Kim üç yerdə təkəbbürlülük (lovğalıq) etməsə, həqiqi mömin sayılır: Ailəsinə xidmət etdikdə, fağır (kasıb) insanlarla birlikdə əyləşməkdə və qulluqçusu ilə bir yerdə yeməkdə. Bunlar Allah-taalanın kitabında mömin adlandırdığı şəxslərin nişanələridir: "Onlar həqiqi möminlərdir.(2)"(3)

10. Allahın rəsulu (s) buyurur: Ey Əli! Yalnız doğru danışan insan, şəhid və Allah-taalanın dünya və axirətdə xeyrini istədiyi şəxs, ailəsinə xidmət edər.(4)

11. Əsvəd, Aişədən soruşdu: Peyğəmbər (s) evdə necə rəftar edirdi?

Aişə dedi: Həyat yoldaşına kömək edirdi, xidmət göstərirdi. Namaz vaxtı gəlib çatdıqda isə, namaz qılmaq üçün (evdən çıxıb) gedərdi.(5)

12. Allahın rəsulu (s) buyurur: Tanrının razılığını əldə etmək üçün verdiyin hər nəfəqənin qarşılığında bir savab qazanırsan, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə.(6)

səh:79


1- [1] . Bihаrül-әnvаr, c. 43, sәh. 50; Tənbihül-xəvatir, c. 2, səh. 230.
2- [2] . Ənfal, 4.
3- [3] . Tarixi-Dəmeşq, c. 6, səh. 29; əl-Firdəvs, c. 3, səh. 629; Kənzül-ümmal, c. 1, səh. 155.
4- [4] . Cameül-əxbar, səh. 276; Biharül-ənvar, c. 104, səh. 132.
5- [5] . Biharül-ənvar, c. 16, səh. 227; Səhihi-Buxari, c. 1, səh. 239; Sünəni-Tirmizi, c. 4, səh. 654; Müsnədi-ibn Hənbəl, c. 9, səh. 445.
6- [6] . Səhihi-Buxari, c. 1, səh. 30; Sünəni-Tirmizi, c, 4, səh. 430; Müsnədi-ibn Hənbəl, c., 1, səh. 379.

13. Allahın rəsulu (s) buyurur: Ailənə xərclədiyin hər nəfəqə qarşılığında savab qazanırsan. Hətta həyat yoldaşının ağzına tərəf uzatdığın hər loğma üçün belə.(1)

14. Allahın rəsulu (s) buyurur: "Еy Әli! Xanıma qulluq etmək, onun qayğısına qalmaq böyük günаhlаrın kәffаrәsidir, Аllаhın qәzәb atəşini sönmə səbəbidir...".(2)

15. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Еy Әli! Xanıma qulluq etmək, onun qayğısına qalmaq böyük günаhlаrın kәffаrәsidir, Аllаhın qәzәb atəşini sönmə səbəbidir..."(3)

16. Bir gün Allahın rəsulu (s) Hәzrәt Әlinin (ә) еvinә gәldi. Bu vахt Әli (ә) mәrci tәmizlәyir, Fаtimeyi Zәhrа (ә) da qаzаnın yаnındа әylәşib, su qaynadırdı. Həzrət Pеyğәmbәr (s) buyurdu: "Bil, еy Әbülhәsәn! Söyləyəcəyim bu kəlamlar Allah-taalanın göstərişidir. Kişi həyat yoldaşına еv işlәrindә kömәk еtsә, Allah-taala оnun bәdәnindәki hәr bir tükün miqdarında bir illik gündüzlәr оruc tutan, gеcәlәr ibаdәtlə məşğul olan şəxsin ibadətinin əcrini vә həmçinin Həzrət Yаqub, Həzrət Dаvud, Həzrət İsа (ә) kimi sәbirli şәхslәrin sаvаbını əta edər. Еy Әli! Hәr kim аilәsinә yardım еdә vә kömәyini оndаn әsirgәmәyә Allah-taala оnun аdını şәhidlәr

səh:80


1- [1] . Müsnədi-Əbi Yəla, , c. 1, səh. 345; əs-Sünənül-kübra, c. 7, 769.
2- [2] . Bihаrül-әnvаr, c. 101, sәh. 132; Аsаrüs-sаdiqin, c. 15, s. 300.
3- [3] . Bihаrül-әnvаr, c. 101, sәh. 132; Аsаrüs-sаdiqin, c. 15, s. 300.

dәftәrindә qeyd edər vә ona hәr gеcә-gündüz min şәhidin sаvаbını yazar. Hәr аddımınа Hәcci-Ümrә ziyarəti, min dəfə cihаd edən, min хәstә yoluxan, min cümә nаmаzı qılan, min dәfndә iştirаk еdən, min аcı insanı dоyurаn vә Аllаh yоlundа min аt еhsаn еdənin sаvаbın bəxş edər. Hәyаt yоldаşınа işlәrindә yardım еtmәk Tövrаt, İncil, Zәbur vә Qurаn охumаqdаn, min әsiri аzаd еtmәkdәn, kаsıblаrа min dәvә еhsаn еtmәkdәn daha üstündür vә bеlә bir şәхsin yеri behiştdir."(1)

QADINA HÖRMƏT

1. İmam Əli (ə) buyurur: Allaha and olsun! Fatimə ilə birlikdə ömür sürdüyümüzdə, heç zaman onu qəzəbləndirmədim və heç bir işə məcbur etmədim. O, da öz növbəsində heç bir zaman məni əsəbləşdirmədi və mənə itaətsizlik etmədi. Hər zaman onun üzünə baxdığımda bütün qəm-qüssəm aradan gedərdi.(2)

2. İmаm Sаdiq (ә) buyurur: "Әr еvә dахil оlаrkən həyat yoldaşına sаlаm vеrmәlidir. Evə girməmişdən qabaq, аyаqqаbısının sәsini və yа öskürəyini ona eşitdirməlidir ki, ailəsi onun gәlişindәn хәbәrdаr olsun ki, хоşlamadığı heç bir şеy gözünә dәymәsin."(3)

3. Allahın rəsulu (s) buyurur: Heç mömin kişi,

səh:81


1- [1] . Bihаrul-әnvаr, c. 101, sәh. 132.
2- [2] . Bihаrül-әnvаr, c. 43, sәh. 134; Kəşfül-ğimmə, c. 1, səh. 363.
3- [3] . Bihаrül-әnvаr, c. 76, sәh. 11.

mömin qadına nifrət etməz. Əgər qadınının bir xüsusiyyətini bəyənməsə, onun başqa bir xüsusiyyətini bəyənər.(1)

QADININ ƏZİYYƏTLƏRİNƏ DÖZMƏK

1. Həzrət Peyğəmbər (s) buyurur: "Kim öz bədxasiyyət qadını ilə Allaha xatir səbirli və mərhəmətli davransa, Allah-taala ona öz dərgahında şükür əhliin savabını verər".(2)

2. Allahın rəsulu (s) buyurur: Allah-taala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub (ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar.(3)

3. Allahın rəsulu (s) buyurur: Behiştdə elə bir dərəcə və məqam vardır ki, oraya yalnız adalətli rəhbərlər, qohumlarla əlaqəni kəsməyən (mehriban olan) şəxslər və həyat yoldaşının bəd əxlaqı qarşısında səbirli olan kişilər daxil olarlar.(4)

4. Peyğəmbərlərin (ə) buyurur: Bir dəstə insan Yunus peyğəmbərin (ə) hüzuruna gəldi. Həzrət Yunus (ə) onlara qonaqlıq verdi. O, tez-tez evə daxil olub-çıxırdı. Həyat yoldaşı onu incidir və

səh:82


1- [1] . Səhihi-Müslim, c. 2, səh. 1091; Müsnədi-ibn Hənbəl, c.  3, səh. 223.
2- [2] . Qisarül-cüməl, səh.289.
3- [3] . Səvabül-əmal,səh. 339 , hədis 1, Elamüd-din, səh. 419; Biharül-ənvar, c. 76, səh. 367.
4- [4] . Xisal, səh. 93; Biharül-ənvar, c.104, səh. 70; Elamüd-din, səh. 152.

itaətsizlik göstərirdi. Amma Yunus (s) heç bir şey söyləmirdi. Onlar peyğəmbərin bu hərəkətinə təəccübləndilər. Yunus (ə) buyurdu: Təəccüb etməyin. Çünki mən Allahdan xahiş etdim ki, axirət aləmində mənə əzab verəcəksənsə, məni bu dünyada ona düçar et.

Allah-taala buyurdu: "Sənin cəzan, filankəsin qızı ilə evlənib, ailə həyatı qurmandır." Mən də, onunla evləndim və (pis xasiyyətinə və bəd) əməllərinə dözürəm.(1)

5. İmam Əli (ə): Agah olun! Kim öz bədxasiyyət qadını ilə Allaha xatir səbirli və mərhəmətli davransa, Allah-taala ona öz dərgahında şükür əhliin savabını verər.(2)

6. İmam Əli (ə): (Həzrətə nisbət verilən hikmətnamədə deyilir) Möminin cizyəsi(3) mənzil icarə etməsi, onun əzabı isə həyat yoldaşının bədəxlaqlı olmasıdır.(4)

HƏYAT YOLDAŞINI İNCİTMƏMƏK

1. Allahın elçisi (s) buyurur: "Mənim ümmətimin ən yaxşı kişiləri, öz ailəsinə əl uzatmayan (döyməyən),

səh:83


1- [1] . Ehyayi-ülumiddin, c.2, səh. 51.
2- [2] . Mən la yəhzərühül-fəqih, c. 4, səh. 16; Əmali-Səduq, səh. 516; Məkarimül-əxlaq, c. 2, səh. 316.
3- [3] . İslam ölkəsində yaşayan qeyri-müsəlmanlardan alınan vergi növü. Təfsilatı üçün risalələrə müraciət edin.
4- [4] . Şərhi-nəhcil-bəlağə, c. 20, səh. 300.

onlarla mehriban olan və onlara zülm etməyən kişilərdir."(1)

2. Allahın rəsulu (s) buyurur: Allah-taala, (qiyamət günü) Malikə (cəhənnəmin qaravulçusuna) əmr edər ki, həyat yoldaşına bir şillə vuran kişiyə, yetmiş şillə vursun. Hər bir müsəlman kişi müsəlman qadının saçının hər bir telinə toxunsa, əli cəhənnəm odundan hazırlanmış mismarlarla mıxlanar.(2)

3. Allahın rəsulu (s) buyurur: Kim həyat yoldaşını nahaq yerə vursa, qiyamət günü, onun şikayətçisi mən olacağam. Həyat yoldaşlarınızı döyməyin. Çünki, kim onları nahaq yerə kötəkləsə, Allahdan və peyğəmbərinə itaətsizlik edibdir.(3)

4. Allahın rəsulu (s) buyurur: Mən döyülməyə daha çox layiq olan kişinin arvadını döyməsinə təəccüb edirəm! Qadınlarınızı çubuqla kötəkləməyin! Bu əməlin (şəriət hökmlərində) qisası var.(4)

5. Allahın rəsulu (s) buyurur: Szilərdən hər biriniz, qadınınızı kölələr kimi döyməkdən xəcalət çəkmir? Günün başlanğıcında onu döyür, amma gecə olduqda onunla bir yastığa baş qoyursunuz! Utanmırsınızmı?(5)

səh:84


1- [1] . Məkarimül-əxlaq, c. 1, səh. 468.
2- [2] . Müstədrəkül-vəsail, c. 14, səh. 250.
3- [3] . İrşadül-qülub, səh. 175.
4- [4] . Cameül-əxbar, səh. 447; Biharül-ənvar, c. 103, səh. 249.
5- [5] . əl-Müsənnəf, Əbdür-rəzzaq, c. 9, səh. 442; Səhihi-Buxari, c. 4, səh. 1888; əs-Sünənül-kübra, c. 5, səh. 371.

6. Allahın rəsulu (s) buyurur: Kişinin boyun damarlarını şişirdərək, çarəsiz qadınının başı üzərində dayanıb, onu kötəkləməsini görməyə nifrət edirəm.(1)

7. Əyyub rəvayət edir buyurur: Əri tərəfindən möhkəm şəkildə döyülmüş bir qadın, Peyğəmbərin (s) yanına gəldi. Allahın rəsulu (s) ayağa qalxıb, bu işə öz etrazını bildirərək, buyurdu: "Həmişə, sizlərdən kimsə öz qadınını kölələr kimi döyür, sonra isə (gecə) xəcalət çəkmədən onunla cinsi əlaqədə olur.(2)

8. Allahın rəsulu (s) buyurur: Siz (kişilərin) ən pisləri, bədəxlaqlı olanlar, bədxərclər və ailəsinə daha çox yük olanlarınızdır.(3)

9. Allahın rəsulu (s) buyurur: "Kim yəyat yoldaşınа әziyyәt vеrsә vә qadın mәcbur qаlıb әrinә onu boşamaq müqabilində pul ödəsə, Allah-taalanın bu şәхsә verdiyi ən az cəza cәhәnnәm atəşi olar. Çünki Аllаh-Tәаlа yеtimә zülm rəva görüldükdə necə qəzəblənirsə, qadına qarşı zülm еdilәndә dә, eləcə qәzәblәnir."(4)

10. İmam Rza (ə): "Nə üçün "iddi" talağı (yəni üç dəfə) verilmiş qadın, başqa kişi ilə evlənməyincə öz

səh:85


1- [1] . Nəsrüd-dar, c. 1, səh. 207; Kənzül-ümmal, c. 16, səh. 377; əl-Müsənnəf, Əbdür-rəzzaq, c. 5, səh. 113.
2- [2] . ət-Təbəqatül-kübra, c. 8, səh. 205; Səhihi-Buxari, c. 5, səh. 2246; Kənzül-ümmal, c. 16, səh. 377; əl-Kafi, c. 5, səh. 509; Vəsailüş-şiə, c. 14, səh. 119.
3- [3] . əl-Firdəvs, c. 2, səh. 370.
4- [4] . Həmin mənbə.

keçmiş ərinə halal olmaz?"- iradına belə cavab verdi:

"Allah-taala iki dəfə Qurani-Kərimdə boşanmaya icazə vermiş və buyurmuşdur: "Talaq iki dəfədir... Kişi həyat yoldaşını üçüncü dəfə boşadıqda, Tanrı dərgahında qadına qarşı xoşagəlməz bir iş gördüyü üçün Allah-taala o qadını ərinə haram buyurmuşdur. Beləliklə də, qadın ərindən başqa kişi ilə evlənməyincə, ona halal olmaz. Bu onun üçündür ki, insanlar boşanmağa məsuliyyətsiz yanaşmasınlar və qadınlara ziyan dəyməsin."(1)

QADINI İNCİTMƏYİN CƏZASI

1. Qurani-Kərim: "Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyinizin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun."(2)

2. Allahın rəsulu (s) buyurur: Agah olun! Allah və peyğəmbəri (s), qadınının xülu talaq tələb etməsi məqsədilə, ona əziyyət verən kişiyə nifrət edir.(3)

3. Allahın rəsulu (s) buyurur: Kim qadınını incitsə

səh:86


1- [1] . Üyuni- əxbari- Rza(ə), c.2, səh. 85, hədis 27.
2- [2] . Nisa, 19.
3- [3] . Səvabül-əmal, səh. 338; Elamüd-din, səh. 418; Biharül-ənvar, c. 76, səh. 366.

və qadını ondan canını qurtarmaq üçün xüli talaq tələb etsə, Allah-taala onun ərinə cəhənnəm odundan daha az cəza təyin etməz. Çünki Allah-taala, adına zülm olunduğunda, yetimə zülm onunan zaman qəzəbləndiyi kimi qəzəblənər.(1)

4. Allahın rəsulu (s) buyurur: Kim bu üç nəfəri əskik bilib, təhqir etsə, üş neməti əldən vermiş sayılır: Kim ailimləri əskik saysa, dinini əldən verər..; kim qohumlarını əskik saysa, kişiliyini, mərdliyini əldən verər və kim ailəsini əskik saysa, xoş həyat nemətindən məhrum olar.(2)

5. Allahın rəsulu (s) buyurur: "Kişi həyat yoldaşına bir şillә vursа, Аllаh cәhәnnәm məmurlarına оnun üzünә yеtmiş оdlu sillә vurmasını әmr еdәr. Kişi әlini ona məhrəm olmayan qаdının bir tükünә bir tükünə belə toxundursa, qiyаmәt günü оnun әli cәhәnnәmin оdlu mıхlаrı ilә mıxlanar."(3)

6. Allahın rəsulu (s) buyurur: "Bəndənin imаnı аrtıqca həyat yoldaşına qarşı mәhәbbәti də çохаlаr."(4)

7. Səəd adlı bir səhabə Ühüd savaşında yaralanıb evində yatırdı. Lakin döyüşdə aldığı yaralar sağalmadığı üçün vəfat etdi. Sədi dəfn etməyə apararkən Allahın rəsulu (s) başı açıq və ayaqyalın

səh:87


1- [1] . Səvabül-əmal, səh. 336; Elamüd-din, səh. 416; Biharül-ənvar, c. 76, səh. 365.
2- [2] . əl-Məvaizül-ədədiyyə, səh. 255.
3- [3] . Vәsаilüş-şiә, c. 2, sәh. 54.
4- [4] . Bihаrul-әnvаr, c. 71, sәh. 104.

onun cənazəsini götüb, ona qüsl verdi. Namazdan sonra Peyğəmbər (s) onu qəbrə qoyaraq şəxsən özü onun üstünü torpaqla örtdü. Allahın rəsulu (s) Sədin qəbrini tam şəkildə saf (düz) və təmiz etdi. Sonra Sədin qəbrinə bu qədər diqqətə yetirdiyi üçün O Həzrətə (s) etiraz edildikdə, buyurdu: "Məlumdur ki, Sədin bədəni çürüyüb torpağa qarışacaq. Lakin Allah-taala bəndəsinin hər hansısa bir işi icra edərkən, onu kamil və səliqəli şəkildə yerinə yetirməsini çox istəyir."

Elə bu vaxt Sədin anası oğlunun məzarı üzərinə gəlib, belə dedi: "Ey Səd! Məkanın cənnətdir!"

Allahın rəsulu (s) ona buyurdu: "Allahın işləri barəsində qəti qərar vermə. Səd qəbir sıxıntısına (əzabına) düçar olacaq".

Dəfindən qayıdarkən səhabələr Peyğəmbərin (s) üç suala cavab verməsini xahiş edib, dedilər:

Ey Allahın elçisi! Siz heç kimin cənazəsinə bu qədər ehtiram göstərib ona bu şəkildə hörmət qoymamısınız. Sədin dəfnində isə başıaçıq və ayaqyalın iştirak etdiniz.

Belə ki, gah tabutun sağ və gah da sol tərəfindən götürürdünüz.

Meyidin qüslünə nəzarət edib, namazını qıldınız. Onu şəxsən özünüz qəbrə qoydunuz, qəbrin üzərini tam şəkildə torpaqla örtdünüz. Amma sonra onun anasına belə buyurdunuz: "Səd qəbir sıxıntısına (əzabına) düçar olacaq".

səh:88

Allahın rəsulu (s) buyurdu: "Cənazəni müşayiət edrkən mələkləri başıaçıq, ayaqyalın görüb mən onlar kimi rəftar etdim.

Əlim Cəbrayılın (ə) ovcunda idi. Əlini hara hərəkət etdirirdisə, mən də oraya gedirdim.

Doğrudur, Səd qəbir sıxıntısına (əzabına) düçar olacaq. Çünki ailəsi ilə pis davranardı, onları incidirdi".(1)

8. İmam Əli (ə) buyurur: Ailəsinə pislik edən şəxsin, (başqalarına yaxşılıq etməsinə) ümid yoxdur.(2)

9. İmam Əli (ə) buyurur: Qadınlar, ərlərinin evində öz mənfəətlərinə və zərərlərinə seçim etmək iqtidarına malik deyildirlər. Onlar, Allahın sizin yanınızdakı əmanətləridir. Onları hey danlamayın, onlarla pis davranmayın.(3)

QADINLA VAXT KEÇİRTMƏK

1. Məhəmməd peyğəmbər (s) buyurur: Kişinin öz qadınının yanında əyləşib, onunla vaxt keçirməsi,mənim məscidimdə (Məscidün-Nəbidə) etikaf(4) saxlamasından daha dəyərlidir.(5)

2. Məhəmməd peyğəmbər (s) buyurur: Szilərdən hər birinizin höccəti tamamlandıqda, hər nə qədər

səh:89


1- [1] . Qamusür-rical, c. 4, səh.341.
2- [2] . Qürərül-hikəm", h. 8134; Üyunül-hikəm vəl-məvaiz, səh. 443.
3- [3] . Müstədrəkül-vəsail, c. 14, səh. 251; c. 14, səh. 325.
4- [4] . Məsciddə icra olunan xüsusi ibadət növü. Əlavə məlumat toplamaq üçün risalələrdə mövcud olan etikaf məsələlərinə müraciət edin.
5- [5] . Tənbihül-xəvatir, c. 2, səh. 122 ; əl-Məvaizül-ədədiyyə, səh. 33.

mümkünsə tez bir zamanda ailəsinə sarı yola düşsün. Çünki bu iş, onun mükafatını (savabını) daha da çoxaldar.(1)

3. Məhəmməd peyğəmbər (s) buyurur: Allah-taala mömini sevir və (onun) qadın və övladlarını da sevir. Allah yanında ən sevimli şey, kişinin həyat yoldaşı və övladları ilə birlikdə yemək yeməsidir. Onlar hər zaman bir süfrə ətrafında toplaşsalar, onlara rəhmət nəzəri ilə baxar. Onlar ayrılmamışdan öncə günahlarını bağışlamışdır.(2)

4. Məhəmməd peyğəmbər (s) buyurur: Mömin öz övladları ilə birlikdə yemək yediyi zaman, hər loğmasına, bir qul azad etməyin savabı yazılar. Onun üçün (behiştdə) bir şəhər inşa edilər. Allah-taala onun əməl dəftərini sağ əlinə verər.(3)

5. Məhəmməd peyğəmbər (s) buyurur: Hər mömin övladı ilə birlikdə yemək yeməyi sevsə, ərşin altında bir mələk ona belə səslənər: Ey Allahın bəndəsi! Əməllərinə yenidən başla ki, Allah-taala bütün günahlarının bağışladı.(4)

6. Məhəmməd peyğəmbər (s) buyurur: Bilirsinizmi, bu beş əməli əncam verən şəxs təkəbbürlü (lovğa) deyildir: Qoyun sağmaq, yun

səh:90


1- [1] . əl-Müstədrəkü-ələs-Səhiheyn, c. 1, səh 650; əs-Sünənül-kübra, c. 5, səh. 424; Kənzül-ümmal, c. 5, səh. 24.
2- [2] . Tənbihül-ğafilin, səh. 343.
3- [3] . həmin kitab, səh. 344.
4- [4] . həmin.

geyinmək, kasıblarla birlikdə əyləşmək, uzunqulağa minmək və kişinin ailəsi ilə birlikdə yemək yeməsi.(1)

7. Ənəs rəvayət edir: Dedim: Ey Allahın elçisi! Ailə ilə birlikdə əyləşməyin savabı çoxdur, yoxsa məsciddə oturmağın?

Buyurdu: "Bir saat ailə ilə birlikdə vaxt keçirmək, mənin üçün, bu məscidimdə etikaf etməsindən daha sevimlidir."

Dedim: Ey Allahın elçisi! Sizin nəzərinizcə, (Allah yanında) ailə üçün xərcləmək daha sevimlidir, yoxsa Allah yolunda sədəqə vermək?

Buyurdu: "Kişinin ailəsi üçün bir dirhəm xərcləməsi, mənim fikrimcə, Allah yolunda min dinar xərcləməkdən daha sevimlidir."(2)

8. İmam Sadiq (ə) buyurur: Allahın elçisi (s) bir kişiyə buyurdu: "Orucsanmı?"

Dedi: Xeyir.

_ "Kimsəsizə yemək verdinmi?"

_ Xeyir.

_ "Evinə, ailənə sarı geri dön. Bu iş, sədəqə sayılır."(3)

9. Məhəmməd Pеyğәmbәr (s): "Әrin həyat yoldaşının üzünə (məhəbbətlə) bахmаsı ibаdәt sayılır vә günаhlаrının kәffаrәsi hеsаb оlunur."(4)

səh:91


1- [1] . Cameül-əhadis, səh. 84; ət-Təvazö vəl-xəmul, Əbu Dünya, səh. 265; Tarixi-Dəmeşq, c. 62, səh. 283.
2- [2] . Tənbihül-ğafilin, səh. 342.
3- [3] . əl-Kafi, c. 5, səh. 495; Mən la yəhzərühül-fəqih, c. 3, səh. 178; Əvaliyül-lai, 3, səh. 285.
4- [4] . Lәаilil-әхbаr, c. 3, sәh. 285.

SİMİCLİK ETMƏMƏK

1. Allahın rəsulu (s): Allah-taalanın yanında ən mənfur insan, ailəsinə (pul xərcləməkdə) simiclik edəndir.(1)

2. Allahın rəsulu (s): İnsanların ən pisi, ailəsini ehtiyac içərisində saxlayandır.(2)

QADINA RİFAH YARATMAQ

1. Hәzrәt Әli (ә) buyurur: "Hәr kim аilәsinə bir dirhәm dәyәrindә әt аlsа, sanki Hәzrәt İsmаyılın övlаdlаrındаn оlаn bir qulu аzаd еdibdir."(3)

2. İmam Səccad (ə): "Kişi ailəsini nə qədər çox rifah və bolluq içində saxlasa, Allah-taala ondan bir o qədər çox razı olar."(4)

QADINA HƏDİYYƏ ALMAQ

1. Allahın rəsulu (s) buyurur: Sizlərdən hər biri səfərdən qayıdarkən, ailənizə hədiyyə gətirin. Hətta heç bir şey belə tapa bilməsəniz, ətəyinə daş və ya bir ovuc odun da olsa qoyun. Çünki bu da onları sevindirər.(5)

2. Allahın rəsulu (s) buyurur: Sizlərdən hər kim səfərdən qayıdarkən, ailənizə hədiyyə gətirin. Hətta bir daş parçası olsa belə.(6)

səh:92


1- [1] . əl-Firdəvs, c. 1, səh. 367.
2- [2] . əl-Möcəmül-əvsət, c. 8,  səh.337, Kənzül-ümmal, c. 16, səh. 375.
3- [3] . Bihаrül-әnvаr, c. 75, sәh. 32.
4- [4] . Biharül-ənvar, c. 78, səh. 136 , hədis 13.
5- [5] . Müsnədi-Şamiyyin, c. 1, səh. 382; Tarixi-Dəmeşq, c. 52, səh. 230; Kənzül-ümmal, c. 6, səh. 708.
6- [6] . Sünənid-dar, c. 2, səh. 300; Şoəbül-iman, c. 3, səh. 503; Biharül-ənvar, c. 76, səh. 283.

3. Allahın rəsulu (s) buyurur: Allah-taala bazardab qayıtdığı zaman, ətəyində ailəsi üçün bir şeylər alıb gətirən və onları sevindirən kişini sevir. Onunla mələklərin qarşısında fəxr edir.(1)

4. İmаm Bаqir (ә) buyurur: "Sәfәrә gеtdikdə, аilәn üçün mütlәq bir hәdiyyә аl. Hәttа, bir şеy tаpmаsаn belə yеrdәn dаş götürüb, sovqat olaraq ona аpаr. Hәzrәt İbrаhim (ә) səfərdən еvinә qаyıdаrkən аilәsi üçün heç bir hәdiyyә tаpmаdı. Еvә әlibоş qаyıtmаsın dеyә, çöldəki dаşlаrdаn bir miqdar yığıb, хurcununа tökdü. Еvә çаtdıqdа хurcun yеrә düşdü vә O Həzrət(ə) Allah-taalanın qüdrәti ilә bütün dаşlаrın unа çеvrildiyini gördü.(2)

5. İmаm Sаdiq (ә) buyurur: "Sәfәrdәn qаyıdаrkən bacardığınız miqdarda аilәnizә hәdiyyә gәtirin."(3)

İLK OLARAQ HƏDİYYƏNİ QIZINA VER!

1. Peyğəmbər (s) buyurur: "Kim bazara girdikdə bir hədiyyə alıb onu öz ailəsinə təqdim etsə, sanki kasıb insanlara sədəqə vermişdir. Hədiyyəni ilk olaraq qızlara verin."(4)

2. Peyğəmbər (s) buyurur: "Kişi bazara gedib, ailəsi üçün hədiyyə alarsa, elə bil ki, zəiflərə sədəqə vermişdir. O, evə daxil olduqda aldığı hədiyyəni, gərək əvvəlcə qızlarına versin. Çünki qızını

səh:93


1- [1] . əl-Firdəvs, c. 1, səh. 168.
2- [2] . Vәsаilüş-şiә, c. 8, sәh. 337.
3- [3] . Vәsаilüş-şiә, c. 8, sәh. 337.
4- [4] . Biharül-ənvar, c.104, səh. 69.

sevindirən kəs, həzrət İsmayılın nəslindən olan bir qulu azad edən şəxs kimidir."(1)

Allahın rəsulu (s): Hər kim bazardan övladları üçün (meyvələrin ilk yetişən zamanı) nübar alsa, onu övladlarının ağzına qoyanadək, sədəqə daşıyan şəxs kimidir. Və birinci qızına verməlidir. Çünki Allah-taala qız övladlarına qarşı xeyirxahdır. Hər kəs qız övladlarına qarşı xeyirxah olsa, Tanrı qorxusu ilə ağlayan şəxs kimidir. Tanrı qorxusu ilə ağlayan şəxsin isə genahları bağışlanar. Allah-taala qəm-qüssə günündə (qiyamət günü) onu sevindirər.(2)

QADINI SƏBƏBSİZ BOŞAMAMAQ

1. İmam Baqir (ə): "Allah-taala qadınları tez-tez boşayan və hər dəfə bir qadını təcrübə edən kişilərə nifrət edər."(3)

2. İmam Sadiq (ə): "Allah-taala, hahal buyurduğu şeylərdən heç birisinə talaq qədər nifrət etməmişdir. Tanrı qadınlara çox talaq verən və hər dəfə bir qadını sınaqdan çıxaran, (ləzzətini dadan) kişini düşmən sayar."

3. İmam Sadiq(ə): "Allah-taala, toy mərasimi olan evi sevər (gəlin gələn evi). Amma içində talaq verilən, boşanan evi düşmən bilər. Allah dərgahında ən mənfir şey boşanmaqdır."(4)

səh:94


1- [1] . Biharül-ənvar, c.104, səh. 69.
2- [2] . Tənbihül-ğafilin, səh. 352; Ehyayi-ülumiddin, c. 2, səh. 79.
3- [3] . əl-Kafi, c.6, səh.55,  hədis 4.
4- [4] . əl-Kafi, c.6, səh.54,  hədis 3.

3. Səd ibn Tərif İmam Baqirin (ə) vasitəsilə rəvayət edir: Allahın elçisi (s) bir kişi ilə rastlaşdı. Soruşdu: "Ailən necədir? "

Dedi: Talaq verdim (boşadım), ey Allahın elçisi!

"Onda bir eyib (problem) görmədənmi boşadın?"

Bəli, bir eyib görmədən boşadım. Sonra o kişi, bir dəfə də evləndi. Peyğəmbər (s) onunla rastlaşdığı zaman soruşdu: "Evlənmisən?"

Dedi: Bəli.

Bir müddət keçdikdən sonra, (onunla təkrar qarşılaşdığı zaman) soruşdu: "Ailən necədir?"

Dedi: Talaq verdim (boşadım), ey Allahın elçisi!

"Onda bir eyib (problem) görmədənmi boşadın?"

Bəli, bir eyib görmədən boşadım.O kişi, üçüncü dəfə evləndi. Yenə də, bir gün Peyğəmbərlə (s) qarşılaşdı. Peyğəmbər (s) ondan soruşdu: "Evlənmisən?"

Dedi: Bəli.

Bir müddət keçdikdən sonra, (yenə onunla qarşılaşdığı zaman) soruşdu: "Ailən necədir?"

Dedi: Talaq verdim (boşadım), ey Allahın elçisi!

_"Onda bir eyib (problem) görmədənmi boşadın?"

_ Bəli, bir eyib görmədən boşadım.

_ "Allah-taala müxtəlif zövqləri dadmağa adət edən kişi və qadınları özünə düşmən sayar, (və ya) öz rəhmətindən uzaq tutar."(1)

səh:95


1- [1] . əl-Kafi", c. 6, səh. 54, Əvaliyül-lai, c. 3, səh. 372, Vəsailüş-şiə, c. 15, səh. 267, əl-Müsənnəf, İbn Əbi Şeybə,  c. 4, səh. 172.

EVƏ DAXİL OLDUQDA SALAM VERMƏK

1. Allahın rəsulu (s) buyurur: Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın.(1)

2. Allahın rəsulu (s) buyurur: Ey Ənəs!... Evə daxil olduğun zaman, həm özünə və həm ailənə salam ver.(2)

QADININ CİNSİ EHTİYACLARINI TƏMİN ETMƏK

1. Allahın rəsulu (s) bir kişiyə buyurdu:

- Bu gün oruc tutmusanmı?

- Kişi:

- Xeyr.

- Bir xəstəni ziyarət etmisənmi?

- Xeyr.

- Dəfn mərasimində iştirak etmisənmi?

- Xeyr.

- Yoxsul şəxsin qarnını doyurmusanmı?

- Xeyr.

Allahın rəsulu (s) buyurdu: "Evinə get. Həyat yoldaşının cinsi istəklərini təmin et. Sanki (ehtiyaclı şəxsə) sədəqə vermisən".(3)

2. Həzrət Əli (ə) buyurur: "Qadına yaxın getməmək (ona etinasızlıq göstərmək) və onun cinsi istəklərini

səh:96


1- [1] . əl-Möcəmül-əvsət, c. 5, 328; Müsnədi-Şəhab, c. 1, səh. 377; Kənzül-ümmal, c. 15, səh. 909.
2- [2] . Müsnədi-Əbi Yəla, c. 3, səh. 453; Tarixi-Dəmeşq, c. 9, səh. 342; Kənzül-ümmal, c. 15, səh. 912.
3- [3] . Həmin mənbə, səh-289.

təmin etməmək qəbir əzabına səbəb olar".(1)

3. Həzrət Əli (ə) buyurur: "Heç bir hazırlıq etmədən (həvəsləndirmədən) qadınla cinsi əlaqədə olmaqdan qəti şəkildə çəkinin. Çünki qadının (intim əlaqədə olmaq üçün) bir sıra ruhi (romantik) və cismi ehtiyacları vardır. Ona bu sahədə yardım edin. Sonra isə istədiyiniz formada cinsi əlaqəyə girin.(2)

4. İmam Sadiq (ə) buyurur: "Üç şey peyğəmbərlərin adət-ənənələrindəndir: Gözəl ətirdən istifadə etmək, saçı qısaltmaq və qadının cinsi istəyinə lazımınca cavab vermək".(3)

5. Abdullah ibn Əmir As rəvayət edir: Atam məni Qüreşydən olan bir qadınla evləndirdi. Amma mənim başım ibadətə və oruc-namaza elə qarışmışdı ki, ona heç əhəmiyyət belə vermirdim. Bir gün, Əmir As gəlinini görməyə gəldi. Onun yanına gedib, soruşdu: Ərini bəyəndinmi?

Həyat yoldaşım cavab verdi: Çox yaxşı ərdir. O, qucağını mənə açmamış və hətta yatağımı belə tanımır.

Atam üzünü mənə çevirib, danlamağa başladı: Mən, səni Qüreyşin adlı-sanlı ailəsindən olan bir qızla evləndirdim. Amma sən onun (cinsi) istəklərinə qarşı laqeydsən və belə işlər görürsən?!

Sonra o, Peyğəmbərin (s) yanına getdi və məndən Həzrətə (s) şikayət etdi. Peyğəmbər (s) adam

səh:97


1- [1] . İləlüş-şəraye, hədis. 309.
2- [2] . Biharül-ənvar, c. 100, səh. 287.
3- [3] . Biharül-ənvar, c. 100, səh. 285.

göndərib, məni yanına çağırdı. Mənə belə buyurdu: "Gündüzlər oruc tutursanmı?"

Dedim: Bəli.

_"Gecələr namaz qılırsanmı?"

_ Bəli.

_ Amma mən, bəzən oruc tuturam, bəzən isə oruc deyiləm. Həm namaz qılıram, həm də, (kifayət qədər) yatıram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."(1)

6. Əbu Musa Əşəri rəvayət edir: "Osman ibn Məzunun arvadı, Peyğəmbərin qadınlarının yanına gəldi. Onlar Osmanın arvadının üst-başının səliqəsiz olduğunu gordükdə dedilər: Sənə nə olub? Qüreyş tayfasında sənin ərindən daha var-dövlətli kişi yoxdu! (Amma sən bu haldasan?)

Dedi: Biz ondan ləzzət almırıq. Gündüzlər oruc tutur və gecələr ibadətlə məşğuldur.

Peyğəmbər (s) evə gəldikdə qadınları əhvalatı ona danışdılar. Allahın elçisi (s) Osmanın görüşünə getdi. Ona buyurdu: "Ey Osman! Mən sənin üçün bir nümunə deyilləmmi?"

Dedi: Nə olub, ey Allahın elçisi? Atam-anam sənə qurban olsun!

Buyurdu: "Sən gecələr ibadətlə məşğul olur,

səh:98


1- [1] . Müsnədi-İbn Hənbəl, c. 2, səh. 549; Hilyətül-övliya, c. 1, səh. 285; Seyri-əlamün-nübəla, c. 3, səh. 90.

gündüzlər də, oruc tutursan. Bir halda ki, həyat yoldaşının da sənin boynunda haqqı var. Öz bədəninin də, sənin boynunda haqqı var. Gecələr həm namaz qıl, həm yat. Bəzi günlər oruc tut, bəzi günlər isə ye."

Bu hadisədən sonra Osmanın qadını (təzə gəlinlər kimi) xoş ətirlər vuraraq. Peyğəmbərin qadınlarının yanına gəldi. Onlra soruşdular: Nə olub? (Necə oldu ki, belə dəyişdin?)

Dedi: Bizə də, başqalarına nəsib olandan, nəsib oldu."(1)

7. Ənəs rəvayət edir: "Peyğəmbərin bəzi səhabələri, Həzrətin həyat yoldaşlarından onun şəxsi həyatındakı gizli rəftarları barəsində soruşdular. (Qadınlar aşağıdakı rəvayəti nəql etdilər: )

Səhabələrdən biri dedi: Mən evlənməyəcəyəm. O biri dedi: Mən də, ət yemirəm. Başqası dedi: Mən də, qadınımla yaxınlıq etməyəcəyəm.

Bu xəbər Peyğəmbərin qulağına gedib, çatdı. (Bir xütbəsində) Allah həmd-sən aoxuyub, buyurdu: Bəzi şəxslərə nə olub, nə üçün belə-belə sözlər danışırlar? Bir halda ki, mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla evlənirəm. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."(2)

səh:99


1- [1] . Səhihi-İbn Həbban, c. 2, səh. 19; Müsnədi-Əbi Yəla, c. 6, səh. 386; ət-Təbəqatül-kübra, c. 3, səh. 395; Kənzül-ümmal, c. 3, səh. 47.
2- [2] . Səhihi-Müslim, c. 2, səh. 1020; Səhihi-Buxari, c. 5, səh. 1949; Müsnədi-ibn Hənbəl, c. 4, səh. 569; Kənzül-ümmal, c. 3, səh. 31.

8. Aişə rəvayət edir: "Peyğəmbər (s), Osman ibn Məunun ardınca adam yoladı və onu yanına çağırdı. Osman gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ey Osman, mənim sünnəmdən (adət-ənənəmdən, davranışlarımdan) üz çevirirsənmi?"

Cavab verdi: Xeyir, ey Allahın rəsulu! Mən sənin yolunu getmək istəyirəm.

Buyurdu: "Mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Allahdan qorx, ey Osman! Həyat yoldaşının da sənin boynunda haqqı var. Qonağının da sənin boynunda haqqı var. Öz bədəninin də, sənin boynunda haqqı var. Bəzi günlər oruc tut, bəzi günlər isə ye.Gecələr həm namaz qıl, həm yat."(1)

9. İmam Əli (ə) buyurur: "Osman ibn Məzun, Allahın elçisinin (s) yanına gəlib, dedi: "Ey Allahın rəsulu! Mənə (şeytan) vəsvəsə edir. Amma heç bir iş görmürəm, sizin göstərişinizi və əmrinizi gözləyirəm.

_ "(Şeytan) sənə nəyi vəsvəsə edir, ey Osman?"

_ Mən yer üzünü (rahiblər, zahidlər kimi səfil halda) gəzib, dolanmaq istəyirəm.

_ "Səyahətə çıxma (rahiblər, zahidlər kimi səfil halda gəzmə). Çünki bu iş ünün mənim ümmətimə məscidlər təyin olunub."

səh:100


1- [1] . Sünəni-Əbi Davud, c. 2, səh. 48; Sünəni-Darəmi, c. 2, səh. 570; Səhihi-ibn Həbban, c. 2, səh.19; Kənzül-ümmal, c. 3, səh. 33.

_ Ət yeməyi özümə haram etmək istəyirəm.

_ "Belə etmə. Mən ət yeməyi sevirəm və yeyirəm. Əgər istəydim ki, Allahdan hər gün mənə ət yeməyi nəsib etsin, bunu da edərdi."

_ Mən özümü axtalamaq istəyirəm.

_ "Ey Osman! Özünü və ya başqasını axtalayan, bizdən deyil! Mənim ümmətimin axtalanması oruc tutmaqladır."

_ Xuləni (həyat yoldaşımı) özümə haram etmək istəyirəm.

_ "Belə etmə, ey Osman! Mömin öz həyat yoldaşının əlindən tutduqda, Allah-taala ona on savab yazar və on günahını (əməl dəftərindən) silər. Onu öpsə, Allah-taala ona yüz savab yazar və yüz günahını (əməl dəftərindən) silər. Onunla cinsi əlaqədə olsa, Allah-taala ona min savab yazar və min günahını (əməl dəftərindən) silər.Mələklər onların hüzuruna gələr. Qüsl etsələr, suyun islatdığı saçının hər bir telinə bir mükafat verilər və bir günah silinər. Əgər bu soyuq gecədə olsa, Allah-taala mələklərinə buyurar: Bu iki bədəmə baxin ki, soyuq gecədə qüsl alırlar, çünki Mənim onların Tanrısı olduğuma inanırlar. Siz də şahid olun ki, mən bu iki bəndəmi bağışladım. Əgər onlar bu cinsi əlaqənin nəticəsində övlad sahibi olsalar, o, behiştdə valideynlərinin xidmətçisi olacaqdır."

Sonra Peyğəmbər (s) əlini Osmanın sinəsinə qoyub, buyurdu: Ey Osman! Mənim sünnəmdən (rəftarlarımdan,) üz çevirmə. Kim mənim davranışlarımdan üz çevirsə (mənim kimi

səh:101

davranmasa,) qiyamət günü, mələklər onun qarşısını alaraq, (Kövsər) hovuzuma yaxın buraxmayacaqlar."(1)

10. İmam Sadiq (ə) buyurur: "Osman ibn Məzunun arvadı, Peyğəmbərin (s) yanına gəlib, dedi: Ey Allahın rəsulu1 Osman gündüzlər oruc tutur və gecələr isə ibadət edir!

Peyğəmbər (s) əsəbləşərək ayaqqanılarını götürüb, çölə çıxdı. Allahın elçisi (s) Osmanın yanına getdi. Onun namaz qıldığını müşahidə etdi. Osman Peyğəmbəri (s) gördükdə, namazını qurtarıb, onun yanına gəldi. Peyğəmbər (s) ona buyurur: "Ey Osman! Allah-taala məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs, mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı) özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də, evlənməkdir!"(2)

11. İmam Sadiq (ə): Üç qadın Peyğəmbərin (s) yanına gəldilər. Onlardan biri dedi: Mənim ərim ət yemir. O biri dedi: Mənim ərim də, xoş ətirlərdən uzaq durur. Üçüncüsü dedi: Mənin ərim isə qadınlarla yaxınlıq etmir.

Peyğəmbər (s) əbasını çəkə-çəkə evdən bayıra

səh:102


1- [1] . Dəaimül-islam, c. 2, səh. 190; Əvaliyül-lai, c. 3, səh. 291; Müstədrəkül-vəsail, c. 7, səh. 507.
2- [2] . əl-Kafi, c. 5, səh. 494; Biharül-ənvar, c. 22, səh. 264.

çıxdı. Minbərə qalxaraq Allah həmd-sən oxuyub, buyurdu: Nə üçün bəzi səhabələrim ət yemir, xoş ətirlərdən üz çevirir və qadınlarla cinsi əlaqədə olmurlar? Bir halda ki, mən ət yeyirəm, xoş ətirlərdən istifadə edirəm və qadınlarla cinsi əlaqədə oluram. Kim mənim sünnəmdən (qoyduğum adətlərdən, davranış tərzimdən) üz çevirsə, məndəm deyil."(1)

QADININ QEYRƏTİNİ ÇƏKMƏK

1. Allahın Peyğəmbəri (s): "Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz." Ərz edildi: "Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?" Buyurdu: "Arvadı zina edən və bundan xəbəri olan kişi."(2)

2. Allahın Peyğəmbəri (s): "Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır."(3)

3. Allahın rəsulu (s): "Bəzən qeyrət göstərməyi, Allah-taala sevər, bəzən isə düşmən sayar (sevməz). Allahın sevdiyi qeyrət, yerində qeyrətli olmaqdır. Allahın düşmən saydığı qeyrət isə yersiz qeyrətdir.(4)

4. Allahın rəsulu (s): İki növ qeyrət var. Birini Allah sevər. O birini isə düşmən sayar... Allah-taala yerli-yerində olan qeyrəti sevər. Amma səbəbsiz yerə

səh:103


1- [1] . əl-Kafi, c. 5, səh. 496; Biharül-ənvar, c. 22, səh. 124.
2- [2] . Mən la yəhzuruhül -fəqih, c. 3, səh. 444, hədis 4542.
3- [3] . Nəhcül-bəlağə, hikmət 124.
4- [4] . "Sünəni-Əbi Davud", 350; "Sünəni-Nəsai", 578; "Kənzül-ümmal", 3385.

qeyrət göstərən şəxsi sevməz.(1)

5. İmam Əli (ə): "Boş yerə (bədgümanlıqdan) qeyrət nümayiş etdirməkdən uzaq ol. "Boş yerə qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki bu iş, düz qadını əyriliyə və iffətli qadını tərəddüdə və (o barədə) fikirləşməyə vadar edər. "(2)

QADINI İTTİHAM ETMƏMƏK

1. Pеyğәmbәr (s) buyurmuşdur: "Yаlnız (Allah və mələklər tərəfindən) lənətlənmiş vә münаfiq olan şəxs həyat yoldaşını (əsassız və yersiz formada) zinаkarlıqda ittihаm еdәr. Çünki bеlә (əsassız) ittihаm etmək küfürdür vә küfr əhli isә cәhәnnәmlikdir. Belə hərəkətlərdən çəkinin, bu işin sonu pеşmаnçılıq vә şiddәtli әzаbdır."(3)

2. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Hәr kim (dəlil-sübut olmadan) həyat yoldaşını pozğuqluqda ittiham еtsә, onun (keçmişdə etdiyi) pak әmәllәri ilаn dәrisindәn аyrılаn kimi оndаn аyrılаr. Bәdәnindә оlаn hәr bir tükün miqdarı qәdәr әmәl dәftәrinә min günаh yаzılаr."(4)

3. Həzrət Əli (ə) buyurur: "Qadına qüdrətindən artıq (məsuliyyət) yükləmə. Çünki qadın pəhləvan deyil, gül şaxəsidir. Ləyaqəti çatdığı miqdarda ona

səh:104


1- [1] . "əl-Müstədrəkü-ələs-səhiheyn", 1579; "Səhihi-İbn Xəzimə", 4113.
2- [2] . "Nəhcül-bəlağə",  31; "Xəsaisi-Əimmə", səh. 118; "Kəşfül-mühəccə", səh. 234; "Biharül-ənvar", 103252.
3- [3] . Birhаrül-әnvаr, c. 103, sәh. 249; Cаmiül-әхbаr, sәh. 446.
4- [4] . Hәmin mənbə.

hörmət et, boş yerə (bədgümanlıqdan) qeyrət nümayiş etdirməkdən uzaq ol. Çünki etimadsızlıq və bədgümanlıq qadınları iffətsizliyə, günahsız insanları günaha işləməyə sövq edər".(1)

QADININ MƏSCİDƏ GETMƏSİNƏ İCAZƏ VERMƏK

1. Həzrət Məhəmməd (s) buyurur: "Qadınlar sizdən məscidə getmək üçün icazə istədikdə, onları məscidin xeyir-bərəkətlərindən məhrum etməyin."(2)

2. Həzrət Məhəmməd (s) buyurur: "Evlərində oturmaq daha xeyirli olsa da, həyat yoldaşlarınızın məscidlərə getməsinin qarşısını almayın".(3)

3. İmam Əli (ə) buyurur: "Qadınlar da, Peyğəmbərlə (s) birlikdə namaz qılırdılar. Hətta (o dövrdə) kişilər qısa (ətəkli paltar) geyindiyinə görə, qadınlara başlarını onlardan öncə namazdan qaldırmamaq haqqında göstəriş verilmişdi."(4)

səh:105


1- [1] . Nəhcül-bəlağə, 31-ci məktub.
2- [2] . Səhihi-Müslim, c. 4, səh. 328, həd. 140; Müsnədi-ibn Hənbəl, c2, səh. 399, həd. 5624; Tarixi-kəbir, c. 2, səh. 107, həd. 1854; əl-Möcəmül-kəbir, c. 12, səh. 252, həd. 13252; Kənzül-ümmal, c. 16, səh. 413, həd. 45172.
3- [3] . Sünəni-Əbi Davud, c. 1, səh. 155, həd. 567; Müsnədi-ibn Hənbəl, c. 2, səh. 368, həd. 5469; əl-Müstədrəkü-ələs-səhihəyn, c. 1, səh. 327, həd. 755; Səhihi-ibn Xəzimə, c. 3, səh. 93, həd. 1684; əs-Sünənül-kübra, c. 3, səh. 187, həd. 5359; Kənzül-ümmal, c. 16, səh. 414, həd. 45174.
4- [4] . Mən la yəhzərühül-fəqih, c. 1, səh. 396, həd. 1176; İləlüş-şəraye, səh. 344, həd. 1; Qürbül-isnad, səh. 18, həd. 60; Biharül-ənvarül-ənvar, c. 88, səh. 42, həd. 3; Məkarimül-əxlaq, c. 1, səh. 213, həd. 632.

4. Həzrət Məhəmməd (s) buyurur: "Hər vaxr həyat yoldaşınız sizdən məscidə getmək üçün icazə istəsə, ona mane olmayın."(1)

QADININI SEVMƏSƏN DƏ...

Qurani-Kərim: "Qаdınlаrınızlа insаflа rәftаr еdin. Әgәr оndаn хоşunuz gәlmәsә də, (sevmədiyinizi) nifrәtinizi izhаr еtmәyin. Çünki Аllаh sizin хоşunuzа gәlmәyәn şеylәrin çохundа sizin üçün çохlu хеyir qәrаr vеrmişdir."(2)

səh:106


1- [1] . Səhihi-Buxari, c. 5, səh. 2007, həd. 4940; Səhihi-Müslim, c. 1, səh. 326, həd. 134; Sünəni-Nəsai, c. 2, səh. 42; Müsnədi-ibn Hənbəl, c. 2, səh. 212, həd. 4522; Sünəni- Darəmi, c. 1, səh. 124, həd. 448; Kənzül-ümmal, c. 16, səh. 413, həd. 45170; Əvaliyil-lai, c. 1, səh. 136, həd. 35.
2- [2] . Nisа surәsi, аyә: 19.

YEDDİNCİ HİKMƏT.KİŞİ VƏ QADIN BƏRABƏRLİYİ

QIZ VƏ OĞLAN, HƏR İKİSİ İNSANDIR

1. Qurani-Kərim: "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib, üzü qapqara qaralar. Verilən müjdəni ( ilahi bəxşişini) pis bilib, öz tayfasından qaçıb gizlənər. (Allah bilir) Görəsən, o körpəni zillət içində saxlayacaq, yoxsa torpağa (diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb, qızları Allaha isnad edirlər)".(1)

2. Həzrət Əli(ə) buyurur: "Ey camaat! İnsan övladı qul və ya kəniz olsun deyə doğulmamışdır. Doğrudan da, hər bir kişi və qadın azaddır".(2)

MÜSAVİLİK

1. Qurani-Kərim: "Həqiqətən, Allah məhz müsəlman

səh:107


1- [1] . Nəhl, surəsi, ayə 58-59.
2- [2] . Mizanül-hikmə, c. 2, səh. 351.

kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (cənnət) hazırlanmışdır".(1)

2. "Mömin olub, yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və yaxşı əməllərinə görə onları mükafatlandıracağıq."(2)

3. Qurani-Kərim: "Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır."(3)

4. Əbu Səid Xudrı: "Bir qadın Allahın rəsulunun (s) yanına gəlib belə söylədi: Ey Allahın elçisi! Kişilər daim sizin kəlamlarınızdan bəhrələnirlər. Bizə də bir vaxt təyin et ki, ilahi kəlamlarında faydalanaq, Allahın sizə öyrətdiklərindən öyrənək. Peyğəmbər (s) buyurdu: "Filan gün, filan məkanda toplaşın." Qadınlar təyin olunan gün həmin yerdə toplaşdılar və Allahın rəsulu (s) oraya gedib ilahi təlimləri qadınlara öyrətdi."(4)

5. Umeys binti Əsma (Cəfəri Təyyarın (ə) həyat yoldaşı) Həbəşistandakı on beş illik mühacirətdən

səh:108


1- [1] . Əhzab surəsi, ayə 35.
2- [2] . Nəhl surəsi, ayə 97.
3- [3] . Nisa surəsi, ayə 32.
4- [4] . Səhihi-Buxari, hədis. 4163.

sonra, hicrətin yeddinci ilində Mədinə şəhərinə geri döndü. Qadınların cəmləşdiyi yerə gəlib, hal-əhval soruşduqdan sonra, dedi: "Qadınlar haqqında Quranda bir şey nazil olubdurmu?"

Dedilər: "Yox".

Əsma, Allahın rəsulunun (s) yanınaa gəldi və dedi: "Qadınlar özlərinin (kişilərlə müqayisədə) dəyərsiz bir məxluq olduqlarını düşünərək, çox narahat olurlar".

Allahın rəsulu (s) buyurdu: "Nə üçün?" Əsma dedi: "Çünki onlar kişilər kimi xeyir və səadətlə yad edilərək, təşviq edilmirlər". Elə bu vaxt Allah tərəfindən aşağıdakı ayə nazil oldu.

"Həqiqətən müsəlman, mömin, itaətkar, abid, doğrudanışan, səbirli və dözümlü, qəlbi yumşaq, sədəqə verən, oruc tutan, ismətli və həyalı, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah dərgahında məğfirət (bağışlanma) və böyük mükafat hazırlanmışdır".(1)

6. Ümmü Sələmə Peyğəmbərdən (s) soruşdu: "Quranda kişilərin hicrət və fədakarlığı haqqda çox ayə var, ancaq qadınların hicrəti haqqda heç bir kəlam yoxdur". Bu zaman "Ali-İmran" surəsindən bu ayə nazil oldu:(2) "Allah onların (düşüncə sahiblərinin) dualarını qəbul etdi və (buyurdu) – istər kişi, istərsə də qadın

səh:109


1- [1] . əl-Mizan, c.16, səh.336; Məcməül-bəyan, Əhzab surəsi, 35-ci ayənin şərhində.
2- [2] . əl-Mizan, c. 4, səh.95.

olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz hamınız həmnöv və bir–birinizdənsiniz. And içirəm ki, hicrət edənlərin, öz yurdlarından çıxanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarını bağışlayacam və onları ağacları altından çaylar axan behiştlərə daxil edəcəm. Bu, Allah tərəfindən bir mükafatdır və ən yaxşı mükafat Allah yanındadır".(1)

7. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Allah-taala әrini incidәn qаdının nаmаzlаrını vә yахşı әmәllәrini onunrazılığını cəlb etməyənə qədər, qәbul еtmәz. Belə qаdın ömür bоyu оruc tutub, nаmаz qılsа, qul аzаd еtsә vә bütün var-dövlətini еhsаn еtsә dә, cәhәnnәmә dахil оlаn ilk şәхslərdən оlаcаq. Kişi dә həyat yoldaşını incitsә, belə әzаblаrа düçаr оlаcаq."(2)

8. Allahın rəsulu (s) buyurur: "Ərini narahat edən qadın ona yardım edib, razı salmayınca, Allah-taala onun namazını və xeyir əməlini - ömrü boyu oruc tutsa belə -qəbul etməz. Kişi də həmçinin, əgər öz həyat yoldaşını incidib zülm etsə, həmin günah və əzab onun üçün də nəzərdə tutulmuşdur."(3)

ŞƏRAFƏT, İMANLA TƏQVADADIR

1. Zübeydi rəvayət edir: "Zöhri Peyğəmbərin (s) bəni-Bəyazə qəbiləsinə öz aralarından bir qızı Əbu

səh:110


1- [1] . Ali-İmran surəsi, 195-ci ayə.
2- [2] . Vәsаilüş-şiә, c. 14, sәh. 116.
3- [3] . Vəsailüş-şiə, c.14, səh. 116 , hədis1.

Hində verməsini əmr etməsi barəsində mənə dedi ki; Bəni-Bəyazə qəbiləsi Peyğəmbərə belə cavab verdilər: Ey Allahın elçisi! Bizim qızlarımızı nökərlərimizlə evləndirirsən?

Sonra Allah-taala bu ayəni göndərdi: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)"(1).(2)

2. İmam Baqir (ə) buyurur: Bəsrə əhlindən olan Əbdül-məlik ibn Hərmələ adlı bir çoban İmam Zeynülabidinin (ə) kənarından keçirdi. İmam ondan soruşdu: "Bacın varmı?"

Dedi: Bəli.

-"Onun mənimlə evlənməsinə razı olarsanmı?"

-Bəli.

Sonra Çoban kişi evinə getdi. İmamın səhabələrindən biri də, onun ardınca gedib, evinə çatdı və onun haqqında məlumat topladı. Ona dedilər: O, filankəs, filankəsin oğludu. Öz tayfasının çobanıdır.

Səhabə İmamın yanına qayıdıb, dedi: Ey Əbul-həsən! Mən sənin kürəkən olmaq istədiyin şəxsin haqqında məlumat topladım. Mənə dedilər ki, o öv tayfasının mehtəridir.

səh:111


1- [1] . Hücurat, 13.
2- [2] . əs-Sünənül-kübra, c. 7, səh. 220; əl-Mərasil, səh. 148; Təfsiri-Qurtubi, c. 16, səh. 340.

İmam Zeynülabidin (ə) oan belə buyurdu: "Filankəs! Mən gördüyüm və eşitdiyimi sənə deyirəm! Bilmirsənmi ki, Allah-taala islam dini ilə kiçikləri ucaltdı, əskikləri təkmilləşdirdi və zəiflərə izzət, şərəf bağışladı.(1)

3. İmam Sadiq (ə) buyurur: İmam Zeynülabidin (ə) İmam Həsənin (ə) kənizi ilə evləndi. Bu xəbər Əbdül-məlik ibn Mərvanın qulağına çatdı. O, İmama bir məktub yazaraq belə dedi: Sən artıq kənizlərin əri olmusan!

İmam Zeynülabidin (ə) ona belə cavab yazdı: " Allah-taala islam dini ilə kiçikləri ucaltdı, əskikləri təkmilləşdirdi və zəiflərə izzət, şərəf bağışladı. Deməli, heç bir müsəlman (digərindən) əskik deyil. Doğrusu əsl əskiklik, cahiliyyət eybidir! Allahın rəsulu (s) öz nökərini evləndirdi və kənizi ilə ailə həyatı qurdu."

Məktub Əbdül-məlikin əlinə çatan kimi ətrafındakı insanlara dedi: Mənə deyin görüm, başqalarını əskildən işləri əncam verdikdə, daha da izzət və şərəf sahibi olan kişi kimdir?"

Dedilər: Əlbəttə ki, möminlərin əmiri!(2)

Dedi: Yox, Allaha and olsun ki, belə deyil!

_ Biz möminlərin əmirindən başqasını tanımırıq!

_ Yox, Allaha and olsun ki, belə deyil! Bu şəxs möminlərin əmiri deyil, Əli ibn Hüseyndir.(3)

səh:112


1- [1] . əl-Kafi, c. 5, səh. 344; Dəaimül-islam, c. 2, səh. 198.
2- [2] . Məqsədləri Əbdül-məlik idi. (Mütərcim.).
3- [3] . əl-Kafi, c. 5, səh. 346; Biharül-ənvar, c. 46, səh.105; Təhzibül-əhkam, c. 7, səh. 397.

4. İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) Miqdadı Zübeyr ibn Əbdül-mütəllibin qızı Zübaə ilə evləndirdi ki, evliliklərdəki (mühüm sayılan varlı-kasıb) səthi aradan qalxsın. Camaat Peyğəmbərdən (s) nümunə, ülgü götürsün. Bu, sizin Allah yanında ən hörmətli olanınızın Allahdan ən çox qorxanınız (pis əməllərdən ən çox çəkinəniniz) olduğunu bilməyiniz üçündür. Zübeyr Peyğəmbərin (s) atasının və Əbdül-mütəllibin qardaşı idi.(1)

QARŞILIQLI MƏHƏBBƏT

1. Qurani-kərim: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!".(2)

2. Allahın rəsulu (s) buyurur: "Mömin həyat yoldaşının istәyi ilә yеmәk yеmәlidir. Həyat yoldaşı dа оnun istәyi ilә yеmәk yeməlidir".(3)

səh:113


1- [1] . əl-Kafi, c. 5, səh. 344; Təhzibül-əhkam, c. 7, səh. 395; Biharül-ənvar, c. 22, səh. 265.
2- [2] . Rum, 21.
3- [3] . Üsuli-kаfi, c. 4, sәh. 3.

səh:114

SƏKKİZİNCİ HİKMƏT. EVLƏNMƏK İSTƏDİKDƏ

HANSI QADINLA EVLƏNƏK?

HANSI QADINLA EVLƏNƏK?

1. Qurani-Kərim: "...Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər".(1)

2. Qurani-Kərim: "Sizə halal olan qadınlarla nikah bağlayın".(2)

3. Bir kişi evlənmək barəsində Peyğəmbərlə (s) məsləhətləşdi. Allahın rəsulu (s) buyurdu: "Ailə qur, amma dindar (dinə əməl edən imanlı) qadınla. Allah xeyrini versin. Ləyaqətli qadın əsəm(3) qarğasına bənzəyir. Onu tapmaq çox çətindir". Kişi soruşdu: "Əsəm qarğası nədir?" Həzrət Peyğəmbər (s) buyurdu: "Bir ayağı ağ olan qarğa".(4)

4. Allahın rəsulu (s): "Öz nütfələriniz(5) üçün (yaxşı

səh:115


1- [1] . Nur surəsi, ayə 26.
2- [2] . Nisa surəsi, ayə 3.
3- [3] . Qarğa növü.
4- [4] . İzdivac dər İslam, səh. 59.
5- [5] . Sperma.

bətn) seçin. Çünki qadınlar qardaşlarına və bacılarına oxşar övladlar dünyaya gətirərlər."(1)

5. Allahın rəsulu (s): "Axmaq qadınla evlənməkdən çəkinin. Onunla həyat yoldaşı olmaq fəsada səbəb olar. Övladları kaftar sifətli olar."(2)

6. Allahın rəsulu (s): "Öz nütfələriniz üçün (yaxşı bətn) seçin. Çünki qadınlar qardaşlarına və bacılarına oxşar övladlar dünyaya gətirərlər."(3)

7. Həzrət Əli (ə) buyurur: "Bakirə qızlarla ailə qurun. Çünki onlar daha pak ağıza və (uşaq doğurmaq üçün) daha əlverişli sağlam bətnə sahibdirlər. Onlara tərbiyə vermək, öyrətmək daha asandır. Onlar həyat yoldaşlarına və yaşayışa daha möhkəm bağlanırlar".(4)

8. İmam Sadiq (ə) buyurur: "Məhz iffətli və həyatı asanlaşdıran qız sizin tayınızdır".(5)

9. Peyğəmbər (s): Gənc qızlarla evlənin, çünki gənc yaşda olan qızlar xoşəxlaq olurlar.(6)

10. Peyğəmbər (s): Bu dörd xüsusiyyətə görə qadınlarla evlənirlər: sərvət, dindarlıq, gözəllik və əsil-nəcabət. Sən isə dindarı seç.(7) (Onlardan ən üstün cəhət, qadının dindarlığıdır!).

səh:116


1- [1] . Kənzül-ümmal, hədis 44557.
2- [2] . Biharül-ənvar, c. 103, səh. 237, hədis 35.
3- [3] . Kənzül-ümmal, hədis 44557.
4- [4] . Həmin mənbə, səh. 237.
5- [5] . Biharül-ənvar, c. 100, səh. 372.
6- [6] . əl-Məcaizün-nəbəviyyə, hədis 238.
7- [7] . Kənzül-ümmal: c.16, səh. 303, hədis 44602.

11. Peyğəmbər (s): Əsil-nəcabətli ailədən qız alın, çünki bu (kübarlıq onun həyatı boyu) öz təsirini göstərəcəkdir.(1)

12. Peyğəmbər (s): Uşaqlarınız üçün layiqli ana seçin; çünki qadın öz bacı və qardaşlarına oxşar övlad dünyaya gətirəcəkdir.(2)

HANSI QADINLA EVLƏNMƏYƏK?

1. Qurani-Kərim: "Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin, müşrik kişilər Allaha iman gətirməyənə qədər mö᾽min qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi cəhənnəmə səslədikləri halda, Allah sizi öz icazəsi ilə cənnətə, məğfirətə çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır".(3)

2. Allahın rəsulu (s) buyurur: "Ağılsız qadınla evlənməyin. Onunla yaşamaq ömrü zay etmək deməkdir. Ondan doğulan övlad isə zülmkar və təcavüzkar olacaqdır".(4)

səh:117


1- [1] . Məkarimül-əxlaq: c.1, səh. 432, hədis 1474.
2- [2] . Kənzül-ümmal: c.16, səh. 295, hədis 44557.
3- [3] . Bəqərə surəsi, səh. 221.
4- [4] . Biharül-ənvar, c. 103, səh. 232-237.

3. Allahın rəsulu (s): "Xarabalıqda bitən çiçəklərdən uzaq durun." Dedilər: " Xarabalıqda bitən çiçəklərdən məqsədiniz nədir?" Buyurdu (s): "Pozğun ailədə böyümüş gözəl simalı qız."(1)

4. Allahın rəsulu (s) buyurur: "Zibillikdə bitən çiçəyi dərməkdən çəkinin. "Zibillikdə bitən çiçəkdən məqsədiniz nədir?"-deyə soruşdular. Peyğəmbər (s) buyurdu: "Səviyyəsiz (əzlaqsız) ailədə tərbiyə alan gözəl qız".(2)

5. Allahın rəsulu (s) buyurur: "Axmaq qadınla evlənməkdən çəkinin. Onunla həyat yoldaşı olmaq fəsada səbəb olar. Övladları da kaftar sifətli olar."(3)

6. Allahın rəsulu (s) buyurur: Axmaq qadınla evlənməkdən çəkinin, çünki onunla birlikdə yaşamaq əzab-əziyyət və övladları da zay olacaq.(4)

7. Allahın rəsulu (s) buyurur: Qadının zahiri gözəlliyini, imanının gözəlliyinə tərcih verməyin.(5)

8. Allahın rəsulu (s) buyurur: Axmaq kişiyə qız verin, amma axmaq qadınla evlənməyin. Çünki axmaq kişidən ağıllı və şuurlu övlad dünyaya gələr. Amma axmaq qadın ağıllı və dərrakəli ölad dünyaya gətirməz.(6)

səh:118


1- [1] . Biharül-ənvar, c. 103, səh. 232, hədis 10.
2- [2] . Həmin mənbə.
3- [3] . Biharül-ənvar, c. 103, səh. 237, hədis 35.
4- [4] . əl-Cəfəriyyat, səh. 92; Nəvadir, səh. 116; əl-Kafi, c. 5, səh. 353; Təhzibül-əhkam, c. 7, səh. 406.
5- [5] . əl-Firdəvs, c. 5, səh. 217; Kənzül-ümmal, c. 16, səh. 301.
6- [6] . əl-Kafi, c. 5, səh. 354; Təhzibül-əhkam, c. 7, səh. 406; Mən la yəhzərühül-fəqih, c. 3, səh. 561.

EVLƏNƏCƏYİN QADINLA GÖRÜŞ!

1. Mügeyrə ibn Çöbə bir qadınla evlənmək istəyirdi. Peyğəmbər (s) ona buyurdu: Get onunla görüş. Çünki bu sizin aranızda məhəbbət yaradar.(1)

2. Allahın rəsulu (s) buyurur: Hər kim bir qadınla evlənmək istəyirsə, bu qadındakı onu evlənməyə sövq edən bir sıra bədən üzvlərini görə bilər.(2)

3. Allahın rəsulu (s) buyurur: Sizlərdən hər kim, evlənmək istədiyi qadına elçi getdikdə, bacarırsa bu qadındakı onu evlənməyə sövq edən bir sıra bədən üzvlərini görsün.(3)

4. "Səhihi-Müslim": Əbu Hüreyrə rəvayət edir: Peyğəmbərin (s) yanında idim. Elə bu zaman bir kişi onun hüzuruna gəlib, dedi ki; ənsardan olan bir qadınla evlənmişəm. Peyğəmbər (s) buyurdu: "Onu görmüsənmi?"

Dedi: Xeyir.

Buyurdu: "Get, onu gör."(4)

EVLƏNƏCƏYİN QADINA DİQQƏT ET!

1. İbrahim deyir: "İmam Sadiqə (ə) dedim: "Həyat yoldaşım, könül həmdəmim, həyatımda məni daşa düşən (uygunlaşan) yeganə qadın dünyasını dəyişib. İndi ailə qurmaq istəyirəm. Həzrət (ə) buyurdu: "Çox

səh:119


1- [1] . Sünəni-ibn Macə, c. 1, səh. 599; Sünəni-Tirmizi, c. 3, səh. 398.
2- [2] . Əvaliyül-lai, c. 3, səh. 314; Sünəni-Əbi Davud, c. 2, səh. 228.
3- [3] . Sünəni-Əbi Davud, c. 2, səh. 229; Müsnədi-ibn Hənbəl, c. 5, səh. 91.
4- [4] . Səhihi-Müslim, c. 2, səh. 104 ; Sünəni-Nəsai, c. 6, səh. 77.

diqqətli ol. Bax gör, özünü kimə tapşırırsan, kimi öz var-dövlətinə şərik edir, onu dinindən, sirrindən və əmanətindən agah edirsən. Evlənməkdsən başqa çarən olmasa, özünə əxlaqlı, iffətli həyat yoldaşı tap".(1)

2. İmam Sadiq (ə buyurur: "Qadın, sanki bir boyunbağıya bənzəyir. Həyatında hansı boyunbağını daşıyacağına diqqət yetir".(2)

PULA XATİR QIZ ALMAMAQ

1. Məhəmməd Peyğəmbər (s) buyurur: "Həyat yoldaşınızı var-dövləti və gözəlliyi üçün seçməyin. Çünki onun sərvəti harınlığına, gözəlliyi isə onun məhvinə yol açar. Evlənərkən qadının iman və dinini meyar qərar verin".(3)

2. Peyğəmbər (s) buyurur: Qadının təkcə gözəlliyinə görə evlənən, heç bir məqsədinə çatmayacaq. Təkcə sərvətə görə evlənəni, Allah onu özbaşına duraxar. Belə olduğuna görə, dindar qadınla evlənin.(4)

DİNDAR QADINLA EVLƏNMƏK

1. Allahın rəsulu (s): "Kim qadının gözəlliyinə görə onunla aliə qursa, öz qəlbinin istədiyini onda tapmayacaq. Kim qadınla onun sərvəti üçün evlənsə

səh:120


1- [1] . Biharül-ənvar, c. 100, səh. 232.
2- [2] . Biharül-ənvar, c. 100, səh. 233.
3- [3] . Müstədrəkül-vəsai, «Nikah» 13-cü bölümü.
4- [4] . Bəharül-ənvar: c.103. səh235, hədis 19.

Allah-taala onu həmin mal-dövlətdən asılı edər. Əsl həqiqətdə, sizə dindar qadınlarla evlənməyi məsləhət görürəm."(1)

2. Allahın rəsulu (s): "Qadının üzünün gözəlliyini, onun dindarlığının gözəllıyındən üstün saymaq olmaz."(2)

BAKİRƏ QIZLARLA EVLƏNMƏK

1. Allahın rəsulu (s) buyurur: Bakirə qızlarla ailə qurun. Çünki onlar daha ətirli (pak) ağıza, daha südlü sinələrə, daha gözəl əxlaqa və (uşaq doğurmaq üçün) daha əlverişli sağlam bətnə sahibdirlər. Bilmirsinizmi ki, mən qiyamət günü ümmətimin çoxluğuna görə başqalarının yanında qürrələnəcəyəm? Hətta siqt olmuş kusgün və narahat körpəniz belə behiştin qapısına dayanacaqdır. Allah-taala ona belə buyurar: "Behiştə daxil ol!" Amma o, "Xeyir."- deyə cavab verər. "Atam-anam məndən öncə behiştə daxil olmayana qədər, mən buraya girmərəm."-söyləyər. Sonra Allah-taala mələklərindən birinə "Bunun ata-anasını mənim yanıma gətirin!"- deyə əmr edər. Ardınca onların da behiştə daxil edilməsinə göstəriş verər. Sonra buyurar: Bu mənim sənə etdiyim lütf və mərhəmətdir!"(3)

2. Cabir ibn Abdullah rəvayət edir: Allahın elçisi (s)

səh:121


1- [1] . Biharül-ənvar, c.103, səh. 235, hədis 19.
2- [2] . Kəzül-ümmal, hədis 44590.
3- [3] . Təhzibül-əhkam", 7400; "Ət-Tövhid", səh. 395; "Əvaliyil-lai", 3287.

ilə birlikdə səfərə çıxmışdıq. Qayıdarkən mən tələsik şəkildə ondan ayrıldım və getdim. Bir miqdar getmişdim ki, arxadan bir süvarinin mənə yaxınlaşdığını gördüm. Qayıtdım, onun Peyğəmbər (s) olduğunu gördüm. Üzünü mənə tutub, buyurdu: "Nə üçün məndən ayrılırkən belə tələsirdin, ey Cabir?"

Dedim: Mən yenicə evlənmişəm.

- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"

- Dul qadınla.

- "Nə üçün bakirə qızla evlənmədin...?"(1)

3. Aişə rəvayət edir: Dedim: Ey Allahın elçisi! Bir vadiyə endikdə orada iki ağac görsən, birinin meyvəsi dərilmiş, amma digərinin meyvəsinə toxunulmamış olsa, dəvələrinin hansı ilə yemlənməsini istəyərsən?

Peyğəmbər (s) buyurdu: "Meyvələri dərilməmiş ağacdan."

Aişənin məqsədi bu idi ki, Allahın elçisinin (s) ondan başqa heç bir bakirə qadın almadığını bildirsin.(2)

DUL QADINLA EVLƏNMƏK

Cabir rəvayət edir: Bir qadınla evəndim. Peyğəmbər (s) mənə buyurdu: "Ey Cabir, ailə qurmusanmı?"

Dedim: Bəli.

səh:122


1- [1] . Sünəni-Darəmi, c. 2, səh. 585; Səhihi-Buxari, c. 5 , səh. 1954; Kənzül-ümmal, c. 16, səh. 500.
2- [2] . Səhihi-Buxari, c. 5, səh. 1953; Səhihi-ibn Həbban, c. 5, səh. 174; əs-Sünənül-kübra, c. 7, səh. 130.

- "Bakirə qızla evlənmisən, yoxsa dul qadınla?"

- Dul qadınla.

- "Nə üçün bakirə qızla evlənmədin...?"

-Atam rəhmətə getdi, evimizdə yeddi (ya doqquz) balaca qız övladı yetim qaldı. Mən istəmədim ki, onlar kimi başqa bir qız da onlara qoşulsun. İstədim ki, elə bir qadınla evlənim ki, onlara başçılıq, hamilik etsin.

- Afərin sənə!(1) (Şübhəsiz, normal vəziyyətdə bakirə qız almaq daha məsləhətə uyğundur. Lakin bəzi hallar da olur ki, dul qadınla evlənmək məntiqli bir iş sayılır. Necə ki, həmin hədisdə oxuduq).

NİKAHDAN ÖNCƏ QIZA BAXMAQ

1. Məhəmməd ibn Müslüm deyir: "İmam Baqirdən (ə) soruşdum: "Ailə qurmaq istəyən şəxs, istədiyi qızı görə bilərmi?" Həzrət (ə) buyurdu: "Bəli! Çünki çox baha qiymətə alır,(2) nə üçün onu görmək haqqına sahib olmasın?!"(3)

2. Həzrət Peyğəmbər (s) bir qadınla ailə quran Müğeyrə ibn Şöbəyə buyurur: "Əgər evlənməmişdən öncə onu görsəydin, indi daha çox səmimi olardınız".(4)

3. Həsən deyir: "İmam Sadiqdən (ə) soruşdum: "Kişi

səh:123


1- [1] . Səhihi-Buxari, c. 5, səh. 2347; Tarixi-Dəmeşq, c. 11, səh. 229; Kənzül-ümmal, c. 16, səh. 500.
2- [2] . Yəni, həyatını ona həsr edir.
3- [3] . Vəsailüş-şiə, «Nikahın müqəddiməsi» 36-cü bölüm.
4- [4] . Həmin mənbə; İzdivac dər İslam, 47.

evlənməmişdən qabaq qadına diqqətlə baxa bilərmi? Qadının arxasına, çöhrəsinə nəzər sala bilərmi?" Həzrət (ə) buyurdu: "Bəli, evlənmək istədiyi qadının arxasına və simasına baxmasının heç bir eybi yoxdur".(1)

4. Bir şəxs İmam Sadiqdən (ə) soruşdu: "Kişi evlənmək istədiyi qadının saçını və başqa gözəlliklərinə baxa bilərmi?" Həzrət (ə) buyurdu:

"Qadının gözəlliklərini anlamaq, bu barədə məlumatlı olmaq məqsədi ilə olarsa, heç bir eybi yoxdur".(2)

5. İmamdan(ə) soruşuldu: "(Evlənmək istədiyi) qadın kişinin ona baxması üçün onun qarşısında dayana bilərmi? Həzrət(ə) buyurdu: "Bəli, hətta bu məqsədlə nazik paltar geyinməyin də eybi yoxdur".(3)

EVLƏNƏCƏYİN QADININ ZAHİRİ GÖZƏLLİYİ

1. Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər biriniz hansısa qadınla ailə qurmaq fikrinə düşdükdə (amma onu görmək mümkün olmadıqda), çöhrəsi haqqında araşdırdığınız kimi, saçı barəsində də, araşdırın. Çünki saç da (qadının əsas) gözəlliklərindən biri sayılır".(4)

2. Məhəmməd Peyğəmbər (s) bir qadına elçi gedən səhabəsinə buyurdu: "Onun üzünə və əllərinə bax".(5)

səh:124


1- [1] . Vəsailüş-şiə, 36-cı bölüm.
2- [2] . Həmin mənbə.
3- [3] . Həmin mənbə.
4- [4] . Həmin mənbə, səh. 237.
5- [5] . Həmin mənbə; İzdivac dər İslam, səh. 49.

KİŞİLƏR QADINLARLA İMTAHAN OLUNURLAR

1. Qurani-Kərim: "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

(Ya Məhəmməd!) Söylə ki, sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub çəkinənlər üçün Rəbbin yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada hər cür eyibdən pak olan zövcələr və (ən böyük ne᾽mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!".(1)

2. Allahın Peyğəmbəri (s) buyurur: "İblisin ən böyük ordusu qadınlardan və qəzəbdən ibarətdir."(2)

3. İmam Əli (ə) buyurur: "Qadınlara vurğun olmaqdan və dünya bər-bəzəklərinə, nemətlərinə hərislikdən çəkinin. Çünki qadınlara məftun olan şəxs əzab-əziyyət və möhnət içində yaşayar, ləzzətlərə həris olan insan isə xar-zəlil olar."(3)

4. İmam Baqir (ə) buyurur: "Allahın rəsulu (s) bir dəstə (dar düşüncəli) qadının yanından keçərkən, onlara belə dedi: "Mən aqillərin (kişilərin) ağlını

səh:125


1- [1] . Ali-İmran surəsi, ayə 14-16.
2- [2] . Qürərül-hikəm,  hədis. 2721.
3- [3] . Biharül-ənvar, c.43, səh. 123.

əlindən alan sizin kimi dar düşüncəli (hisslərinə daha tez məğlub olan) insanlar görmədim. Mən sizin əzabınızın bütün cəhənnəm əhlinin əzabından daha ağır olduğunu müşahidə etdim. Sizə ciddi şəkildə tapşırıram, imanınızı kamil edin, ilahi mərifət qazanıb və yüksək mənəvi və insani keyfiyyətlərlə zinətlənərək Allah-taalaya yaxınlaşın".(1)

5. İmam Sadiq (ə) buyurur: "Günahın ilkin mərhələsi altı xislətə söykənir: Dünyapərəstlik, vəzifəpərəstlik, yatağanlıq, qadınpərəstlik (şəhvətpərəstlik), qarınqululuq və rahatlığa çox meylli olmaq(tənbəllik)".(2)

KİŞİ QADININ İXTİYARINDA OLMAMALI

Allahın rəsulu (s): "Öz işlərinin cilovunu (tam şəkildə) qadınların əlinə verən (onların həvəsləri ilə oturub-duran) kişi, heç vaxt nicat tapmaz."(3)

səh:126


1- [1] . Vəsailüş-şiə, «Nikahın müqəddiməsi» bölümü.
2- [2] . Həmin mənbə.
3- [3] . Nəhcül-bəlağə, 31.

DOQQUZUNCU HİKMƏT.QADINLA BAĞLI ŞƏRİ VƏZİFƏLƏR

BAŞQASININ QADININA GÖZ QOYMAMAQ

1. İmam Sadiq (ə): "Camaatın arvadlarına qarşı iffətli olun ki, sizin həyat yoldaşlarınıza qarşı da qeyrətli olsunlar."(1)

2. Məsih (ə): "Sənə aid olmayan heç bir qadına gözünü zilləmə. Çünki gözünü (naməhrəmlərə şəhvətlə baxmaqdan) saxlayanadək, zina etməyəcəksən. Əgər bacarırsansa hətta naməhrəm qadının geyiminə belə baxma."(2)

3. Peyğəmbər (s): Hər bir müsəlman kişi, ilk baxışda gözəl qadın gördükdə tez gözünü çəksə, (ikinci dəfə ona baxmasa,) Allah həmin kişiyə bir ibadət (qüdrəti) əta edər ki, şirinliyini dadsın.(3)

səh:127


1- [1] . əl-Xisal, səh.55, hədis 75.
2- [2] . Tənbihül-xəvatir, c. 1, səh. 62.
3- [3] . Müsnədi-ibn Hənbəl, c. 8, səh. 299, hədis 22341.

ÖZGƏ QADIN ÖZGƏDİR!

1. İmam Əli (ə) öz səhabələrinin arasında oturmuşdu və onların yanından gözəl bir qadın keçdi. Səhabələri ona baxdılar. O Həzrət (ə) (qadınlara baxmaqdan çəkindirərək belə) buyurdu: Bu kişilərin gözləri (sanki qızğın dəvə kimi) şəhvətə bərəlir və belə baxışlar şəhvət və ehtirasların coşmasına və oyanışına gətirib çıxarır. Bunun üçün də hər kəs onun zövqünü oxşayan bir qadın müşahidə etdikdə, gedib öz həyat yoldaşı ilə cinsi əlaqədə olsun. Çünki o da başqa qadınlar kimi bir qadındır.(1)

2. Həzrət Əli(ə): Naməhrəm bir qadının gözəlliyi sizi özünə cəlb etdikdə, dərhal öz həyat yoldaşınızın yanına gəlin. Çünki Allah-taala gördüyünüz naməhrəm qadına əta etdiklərini sənə məhrəm olan qadınına da vermişdir. Beləliklə də, naməhrəm qadını izləməyi bir kənara atıb, öz həyat yoldaının yanına germək, şeytanın sizin qəlbinizi ələ keçirməsini əngəlləyər.(2)

3. İsa (ə): Sənin üçün halal olmayana heyrətlə baxma. Gözlərini naməhrəmə baxmaqdan qorusan pozğunluğa düçar olmazsan. Bacarsan, naməhrəm qadının heç paltarına da baxma.(3)

BAŞQASININ QADININA VURULDUNSA...

Allahın Peyğəmbəri (s): "Hər kim (başqasının

səh:128


1- [1] . Nəhcül-bəlağə, səh. 389-490.
2- [2] . Biharül-ənvar, c. 100, səh. 287.
3- [3] . Tənbihül-xəvatir, c. 1, səh. 62.

qadınına) aşiq olduqda, öz eşqini gizlətsə, iffətli olsa və bu halda ölərsə, o, şəhid sayılır."(1)

ÖZGƏ QADINLA SALAMLAŞMAQ

 İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) qadınlara həm salam verirdi, həm də salamlarına cavab verirdi. Əmirəlmöminin (ə) isə qadınlara salam verirdi, lakin cavan qadınlarla salamlaşmaqdan heç xoşu gəlmirdi. Buyururdu: "Qorxuram ki, səsindən xoşum gələ və mükafatlanmaq əvəzinə, günaha girəm.(2)

NAMƏHRƏM QADIN OLAN YER

1. Peyğəmbər (s): Allah-taalaya və axirətə iman bəsləyən şəxs, naməhrəm qadının onun nəfəsini eşidə biləcəyi məkanda yatmamalıdır.(3)

2. İmam Sadiq (ə): "Harada qadın və kişi tənha qalırlarsa, orada üçüncü (şəxs) şeytan olur".(4)

QADIN VƏ HİCAB

1. Qurani-Kərim: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir".(5)

səh:129


1- [1] . Kəzül-ümmal, hədis 7000.
2- [2] . əl-Kafi, c. 2, səh.648, hədis 1.
3- [3] .  Biharül-ənvar, c. 104, səh. 50, hədis16.
4- [4] . Kitabi mən la yəhzərühül-fəqih, c. 3, səh. 252, hədis 3913.
5- [5] . Əzhab surəsi, ayə 59.

2. "...Öz-özlüyündə görünən (əl, üz istisna olmaqla) zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi olmayan xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək əşyalarını göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö᾽minlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız".(1)

3. İmam Baqir (ə): Ənsardan olan cavan oğlan, Mədinədə bir qadınla üzbəüz çıxdı. O zaman qadınlar başılarını (örtüklərini) qulaqlarının arxasından bağlayırdılar. Qadın ona tərəf gələndə oğlan qadına baxmağa başladı. Qadın onun yanından gəlib keçdi və oğlan qadının arxasınca bəni filan (küçənin adı naməlumdur) küçəyə daxil oldu ki, hələ də dönüb, dalınca baxırdı. Sifəti divardakı şüşəyə, ya sümüyə bərk dəydi, parçalandı. Qadın çıxıb gedəndən sonra, gördü ki, üstü-başı qan içindədir. Öz-özünə dedi: Allaha and olsun, Peyğəmbər (s)-ın yanına gedib başıma gələnləri ona

səh:130


1- [1] . Nur surəsi, ayə 31.

danışacağam. O Peyğəmbər (s)-ın yanına gəldi. Peyğəmbər (s) onu bu vəziyyətdə görüb soruşdu: "Nə üçün bu haldasan?"

Cavan olan hadisəni danışdı. Elə bu vaxt Cəbrayil (ə) nazil oldu və bu ayəni gətirdi: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!"(1).(2)

QADINLAR ÜÇÜN DAHA XEYİRLİ

1. Həzrət Əli (ə) buyurur: "Allahın elçisi (s) xalqa buyurdu: "Qadınlar üçün nəyin daha yaxşı olduğunu mənə söyləyin". Həzrət Fatimə (s) cavab verdi: "Onlar kişiləri, kişilər də onları görməsinlər (kişilərin gözü qabağında olmasınlar). Əxlaqi və şəri məsələlərə qarşı etinasız olmasınlar". Həzrət Peyğəmbər (s) bu cavaba eşitdikdə, heyrətlə buyurdu: "Fatimə mənim bədənimin bir parçasıdır".(3)

2. Bir gün səhabələr Peyğəmbərin (s) hüzurunda gəldilər. Həzrət (s) onlardan soruşdu: "Qadın üçün ən yaxşı şey nədir?"

Heç kəs düzgün cavab verə bilmədi. Həzrət Əli

səh:131


1- [1] . Nur: ayə 30.
2- [2] . əl-Kafi, c. 5, səh. 521, hədis 5.
3- [3] . Biharül-ənvar, c. 100, səh. 238.

(ə) Peyğəmbərin (s) sualını Fatimədən (s) soruşdu. Fatimə (ə) buyurdu: "Qadın üçün ən yaxşı şey odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin (kişilərin gözü qabağında olmasınlar)".

Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: "Fatimə (ə) mənim bədənimin yarısıdır".(1)

QADIN VƏ HƏYA

1. Qurani-Kərim: "Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar".(2)

2. Allahın rəsulu (s) buyurur: "Allah-taala daim öz zövqünü (həyat yoldaşını) dəyişən kişi və qadınları düşmən sayar və Öz mərhəmət nəzərini onlardan uzaq tutar."(3)

3. Peyğəmbər (s) buyurur: Ərli qadın, ərindən başqsına ya naməhrəmə şəhvətlə baxsa, Allah-taalanın qəzəbinə gələr. Belə hərəkət edən qadın hər nə yaxşı iş görübsə, Allah o işi puç edər.(4)

4. Allahın rəsulu (s) buyurur: "Ərli qadının gözündə ərindən başqa bir kişi olarsa, Allah-taala ona qəzəblənər və bütün yaxşı əməllərini məhv edər. Əgər ərinə xəyanət edərsə, Allah-taalanın haqqıdır ki, ona qəbir

səh:132


1- [1] . Kəşfül-ğəmmə, c. 2, səh.92.
2- [2] . Nur surəsi, ayə 31.
3- [3] . əl-Kafi, c. 6, səh. 54, hədis1.
4- [4] . Səvabül-əmal, hədis. 338.

əzabı verdikdən sonra cəhənnəm odunda yandırsın."(1)

5. İmam Sadiq (ə) buyurur: Həya on hissədən ibarətdir: Doqquzu qadınlarda, biri isə kişilərdədir.(2)

6. İmam Sadiq (ə) buyurur: "Sizin qadınlarınızın ən yaxşısı, əri ilə xəlvətdə (intim əlaqədə) olarkən geyimlərini əynindən çıxarmaqla, öz ərinin qarşısında həya pərdəsini də kənara tullasın. Sonra geyindikdə isə təkrar həya pərdəsinə bürünsün".(3)

7. Sünəni-Əbi Davud: Həmzə ibn Ədu Üseyd Ənsarı atasının vasitəsilə, Allahın elçisindən (s) nəql edir: (Qadın və kişilərin məsciddən çıxarkən yol boyu bir-birilərinə qarışdığını müşahidə edən) Allahın rəsulu (s) qadınlara buyurdu: "Səbirli olun, tələsməyin! Yolun tən ortası ilə hərəkət etməyiniz xoşagəlməz haldır. Yolun kənarı ilə hərəkət edin."(4)

QADIN NƏYİ ƏRİNƏ DANIŞMAMALI?

Allahın rəsulu(s) buyurur: "Bir qadın, başqa qadının cismi xüsusiyyətləri və məhrəm yerləri haqqında öz ərinə danışarsa, sanki əri o qadının bədənini görmüşdür".(5)

səh:133


1- [1] . Biharül-ənvar, c.76,səh. 366, hədis 30.
2- [2] . Kitabi-mən-layəhzərühül-fəqih, c. 3, səh. 468, hədis 4630.
3- [3] . İzdivac dər İslam, səh. 67.
4- [4] . Sünəni-Əbi Davud, c. 4, səh. 369, həd. 5272; əl-Möcəmül-kəbir, c. 19, həd. 261, həd. 580; Təfsiri-ibn Kəsir, c. 6, səh. 53; Kənzül-ümmal, c. 16, səh. 388, həd. 45036.
5- [5] . Təfsiri- ibn Kəsir, c.3, səh. 284.

QADININ TİCARƏT ETMƏSİ

Peyğəmbər (s) buyurur: Halal (yoldan) ruzi qazanmaq hər bir müsəlman qadın və kişiyə vacibdir.(1)

QADININ İRS APARMASI

1. Qurani-Kərim: "Ata, ana və yaxın qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir".(2)

2. Qurani-Kərim: "Mö᾽min olub yaxşı işlər görən kişi və qadına (dünya və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik".(3)

QADININ HÜQUQU QORUNMALI

1. Qurani-Kərim: " (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir."(4)

2. Allahın rəsulu (s) buyurur: "Cәbrаyıl mənə o qədər qаdınlаrın hüquqlarını tapşırdı ki, оnlаrı bоşаmаğın sanki hаrаm оlduğunu düşündüm. Onlarla ailə qurun, ancaq tаlаq vеrmәyin. Çünki

səh:134


1- [1] . Biharül-ənvar, c.103, səh.9, hədis 35.
2- [2] . Nisa surəsi, ayə 7.
3- [3] . Nəhl surəsi, ayə 97.
4- [4] . Bəqərə surəsi, 228.

tаlаq verildikdə (bir ailə dağıldıqda) Allah-taalanın әrşi lәrzәyә gәlər."(1)

3. Allahın rəsulu (s) buyurur: "Cəbrayıl daima mənə qadınlar(ın hüququnu riayət etmək) haqqında bəhs edərdi. Nəticədə, elə düşündüm ki, pozğunluğu sübut olunmadan, qadına talaq vermək olmaz."(2)

4. Bir şəxs Peyğəmbərdən (s) qadın hüququ haqqında soruşduqda, o həzrət belə buyurdu:

 "Qardaşım Cəbrail (ə) qadın hüququnun qorunması haqda o qədər mənə tapşırdı ki, kişinin ona sanki "uf" deməsinə belə haqqı olmadığını düşündüm".(3)

MEHRİYYƏ QADININ HAQQI

1. "(Ey kişilər,) onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehriyyədən) bir şey tələb etməniz sizə halal olmaz".(4)

2. İmam Sadiq (ə) buyurur: "Oğrular üç qisimdir: zəkat verməyənlər; həyat yoldaşının mehriyyəsini mənimsəməyi özünə halal sayıb onu ödəməyənlər; camaatdan borc alıb, qaytarmaq məqsədi olmayanlar".(5)

3. Məhəmməd Peyğəmbər (s) buyurur: "Həyat yoldsaşının mehriyyəsini ödəmək istəməyən (bununla da ona zülm edən) şəxs, Allah-Təlala

səh:135


1- [1] . Nәhcül-fәsаhә, sәh. 230.
2- [2] . Biharül-ənvar, c.103, səh. 253, hədis 58.
3- [3] . Biharül-ənvar, c. 103, səh. 254, hədis 61.
4- [4] . Bəqərə surəsi, ayə 229.
5- [5] . Biharül-ənvar, c. 100, səh. 349.

yanında zinakar sayılır. Qiyamət günü Allah-taala ona belə buyurar: "Ey mənim bəndəm! Mənimlə bağladığın əhdə (kəbinə) görə kənizimi sənə halal buyurdum. (Amma sən) Mənimlə bağladığın əhdü-peymana vəfasızlıq edin. Ona zülm etdin". Sonra qadının taptalanmış haqqı miqdarında kişinin yaxşı əməllərindən alıb, arvadın yaxşı əməlləri üzərinə qoyarlar. Əgər kişinin əməlləri arvadının haqqını ödəməyə yetməzsə, əhdü-peymanına vəfasızlıq etdiyi üçün onu oda atarlar. Əhdü-peyman böyük məsuliyyət tələb edir".(1)

4. İmam Rza (ə) ataları vasitəsi ilə Peyğəmbərdən (s) belə nəql edir: "Allah-taala üç günahdan başqa bütün günahları bağışlayar. O üç günah bunlardır: qadının mehriyyəsini ödəməkdən imtina etmək, fəhlənin muzdunu verməmək və azad insanı satmaq ".(2)

MEHRİYYƏNİN DƏYƏRİ SADƏ OLMALI

1. Allahın Peyğəmbəri (s): "Ən yaxşı mehriyyə, ən yüngülüdür."(3)

2. Allahın rəsulu (s) buyurur: "Mehriyyələri ağırlaşdırmayın. Eşq-məhəbbəti yaradan məhz mehriban Allahdır. Pul, sərvət və var-dövlət eşq, məhəbbət yaratmır".(4)

səh:136


1- [1] . Biharül-ənvar, c. 100, səh-349.
2- [2] . Həmin mənbə, səh. 350-351.
3- [3] . Kəzül-ümmal, hədis 44707.
4- [4] . Məcazatün-nəbəviyyə, 182.

3. Allahın rəsulu (s) buyurur: "Qadının gətirdiyi bədbəxtlik mehriyyəsinin çox olması..."(1)

4. Allahın rəsulu (s) buyurur: Mehriyyənin miqdarını yüngül edin, çünki kişi qadının mehriyyəsini ödəsə də, (buna gərə) qəlbində ona kin saxlayar.(2)

5. İmam Əli (ə) buyurur: Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar.(3)

6. Həzrət Əli (ə) buyurur: "Mehriyyələrin miqdarını çoxaltmayın. Çünki bu, düşmənçiliyə səbəb olar".(4)

7. İmam Rza (ə) buyurur: "Hər hansı bir mömin başqa mömin qardaşının evinə elçi getsə və mehriyyə olaraq beş yüz dirhəm təklif etdikdə, "bu miqdar mehriyyə azdır"-deyə rədd cavabı eşitsə, zülmə məruz qalıb . Belələri (rədd cavabı verənlər) Allah tərəfindən Hüril-eyndən məhrum olunmağa layiqdirlər."(5)

8. İmam Baqir (ə) buyurmuşdur: "Bir qadın Həzrət Peyğəmbərin(s) yanına gəlib, dedi: "Məni ərə verin". Allahın rəsulu (s) üzünü camaata tutub, buyurdu: "Kim bu qadını qəbul etməyə hazırdır?" Bir kişi ayağa qalxıb dedi: "Mən". Həzrət (s) buyurdu: "Mehriyyə olaraq nə verəcəksən?" Kişi "Heç bir şeyim yoxdur"-deyə cavab verdi. Həzrət Peyğəmbər(s) buyurdu: "Mehriyyə olmasa olmaz". Həzrət yenə (üzünü

səh:137


1- [1] . Müstədrəki-Hakim, «Nikah» kitabı, 6-7-ci bölümlər.
2- [2] . əl-Müsənnəf, c. 6, səh. 174; ən-Nihayə, c.1, səh. 386.
3- [3] . Məkarimül-əxlaq, c. 1, səh. 506, Biharül-ənvar, c. 103, səh. 351.
4- [4] . Müstədrəki-Hakim, «Nikah» kitabı, 6-7-ci bölümlər.
5- [5] . Biharül-ənvar, c. 103, səh. 348.

cammata tutub) kimin qadınla evlənməyə hazır olduğunu soruşdu. Lakin yenə o kişidən başqa heç kim cavab vermədi. Allahın rəsulu (s) üçüncü dəfə də soruşdu. (Heç kimdən cavab almadıqda) həmin kişiyə buyurdu: "Qurandan bir şey bilirsənmi?" O, "Bəli"-deyə cavab verdi. Həzrət (s) buyurdu: "Bu qadını - Qurandan bildiyin qədər ona öyrətməyinin müqabilində - sənə ərə verirəm".(1)

QADININ MEHRİYYƏSİNİ BAĞIŞLAMASI

İslam Peyğəmbəri (s) buyurur: "Qadın nikah zamanı, əri ilə bir yastığa baş qoymamışdan öncə, (güzəştə gedərək) öz mehriyyəsini ona bağışlayarsa, qadının əməl dəftərinə bu mehriyyəninn hər bir dinarının əvəzində, bir qul azad etməyin savabı qeyd olunar". Soruşdular: "Ey Allahın rəsulu! Bu bəxşiş, toydan sonra baş versə, onda necə?" Allahın elçisi (s) buyurdu: "Toy mərasimindən sonra güzəştə gedilən mehriyyə, məhəbbət və ünsiyyətin nəticəsidir".(2)

QADINLAR AXİRÜZ-ZAMANDA

1. Əli (ə) buyurur: "Axirüz-zamanda zamanda, qiyamət gününə yaxın vaxtda, ən bəd dövrdə olduqca pis qadınlar peyda olacaqdır. Onlar aşağıdakı əlamətlərə malikdir: (Allah tərəfindən) tələb olunmuş geyimdən uzaq, öz bər-bəzəklər ilə

səh:138


1- [1] . Biharül-ənvar, c. 103, səh. 348.
2- [2] . Biharül-ənvar, c.100, səh. 351.

açıq və çılpaq şəkildə gəzən, dindən-imandan çıxmış, fitnə-fəsad dalınca olan, şəhvətpərəst, dayanmadan qadağan olunmuş ləzzətlərə sarı can atan və Allah-taalanın haram buyurduqlarını halal sayan qadınlar. Belə xüsusiyyətlərə sahib olan qadınlar sonsuza qədər cəhənnəm əhlidirlər".(1)

2. İmam Əli (ə): Axirüz-zamanda və qiyamətin yaxınlaşdığı bir vaxtda (ən pis zamanda), qadınlar açıq və çılpaq şəkildə gəzəcəklər. Onlar dindən uzaqlaşacaqlar və fitnə-fəsadla məşğul olacaqlar. Şəhvətə meyl göstərəcək, daim çalçağırla gün keçirmək və başqa ləzzətlərdən istifadə etmək üçün həvəs göstərəcəklər. (Qadağan olunmuş) haramları halal kimi sayılacaqlar. Onlar əbədi olaraq cəhənnəmdə qalacaqlar.(2)

səh:139


1- [1] . Vəsailüş-şiə, c. 14, səh. 19, Kitabü-mən-layəhzərühül-fəqih: c.3, səh. 390, hədis 4374.
2- [2] . Kitabü-mən-layəhzərühül-fəqih, c. 3, səh. 390, hədis 4374.

səh:140

ONUNCU HİKMƏT.ANANIN MƏQAMI

АNANIN DƏYƏRİ

1. Qurani- Kərim: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!".(1)

2. Allahın rəsulu (s) buyurur: "Аnаnsının аyаğını öpәn şәхs sanki Kәbәnin аstаnаsını öpmüşdür."(2)

3. Allahın rəsulu (s) buyurur: "Аnаsının аlnındаn öpәn şәхsə cәhәnnәm оdu dəyməz."(3)

4. İmаm Sәccаd (ә) buyurur: "Bir kişi Allahın rəsulunun (s) yаnınа gәlib dеdi: Mәn hər günaha əl atmışam. İndi tövbә edə bilərəmmi? Hәzrәt (s) buyurdu: Valideynlərin həyatdadırmı? Dеdi: Yаlnız

səh:141


1- [1] . İsra, 23.
2- [2] . Gәncinеyi-cәvаhir, sәh. 117.
3- [3] . Nәhcül-fәsаhә, sәh. 597.

аtаm sаğdır. Buyurdu: Аtаnа hörmәt vә xeyirxahlıq göstər, Аllаh günаhlаrını bаğışlayar. О kişi gеdәndәn sоnrа Hәzrәt (s) buyurdu: Ey kаş, аnаsı sаğ оlаydı."(1)

5. Allahın rəsulu (s) buyurur: "Qаdın dоğuş zamanı vəfat etsә, Аllаh оnа şәhid sаvаbı vеrәr. Uşаğının qeydinə qalaraq bir gеcә оyаq qаlmağın sаvаbı isə Аllаh yоlundа yеtmiş qul аzаd еdәyin sаvаbına malikdir."(2)

ANANIN HAQQI

1. Allahın rəsulu (s) buyurur: "Qadının üzərində ən böyük haqq əridir, kişinin üzərində ən böyük haqq isə onun anasıdır."(3)

2. Məhəmməd Pеyğәmbәr (s) buyurur: "Müstәhәb nаmаzа mәşğul оlduğun zaman аtаn sәni çаğırsа, nаmаzını kәsmә. Ancaq аnаn səni səsləsə, nаmаzını kәs. Çünki cәnnәt аnаlаrın аyаğı аltındаdır."(4)

3. Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Ananın xidmətində ol! Cəbhəyə getməkdən savabı az deyildir!"(5)

4. İmam Səccad (əleyhissalam) buyurur: "Ananın

səh:142


1- [1] . Bihаrül-әnvаr, c. 71, sәh. 82.
2- [2] . Nәhçül-fәsаhә, sәh. 106.
3- [3] . Kənzül-ümmal, hədis 44771.
4- [4] . Kәbirә günаhlаr, c. 1, sәh. 127.
5- [5] . Mizanul Hikmət cil 10 səh 713.

sənin boynunda olan haqqı budur ki, o, səni bir müddət həml etmiş, halbuki, heç kəs digərini həml etməz. (doqquz ay hamiləlik dövründəki zəhmətlərə işarədir). Öz canının şirəsindən sənə yemək verib, halbuki, heç kəs başqası üçün belə etməz. Ana, həmişə bütün vaxtını bütün vücudu ilə, göz, qulaqı, əl, ayaq, tük, dəri və nəhayət, bütün əzalarını sənə sərf etmişdir. Halbuki, bu işə görə çox sevinir. Rəbbinin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi ana, həmişə sənin zəhmətlərinə, narahatçılığına və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. (Aclığa dözür ki, sən doyasan) Özünə yarıçılpaq olmaqı rəva bilir ki, təki sən geyinəsən. Özü susuz qalır ki, sən sirab olasan. Özü günəşin istisinə dözür ki, təki sən kölgədə qalasan.

O, narahatlıq içində olarkən, sən ne`mət və xoşluqla yaşayırdın. Yuxusuz və gecəni oyaq qalmaqla, səndən ötrü yuxu ləzzətini özünə haram edir. Ananın qarnı sənin vücudunun boy atma yeri, evi isə səni saxlamaq məkanı olub. Sinəsi, sənin süd içmək üçün çeşmən, şirin canı isə səni qoruyub saxlamaq vasitəsi olub.

 Ana, ruzigarın isti və soyuğuna dözüb ki, sən yaşayasan. Bəs, bütün bu zəhmətlər və xidmətlər müqabilində ondan təşəkkür et. Lakin, Allahdan kömək istəməsən heç vaxt ananın təşəkkürünü yerinə yetirə bilməzsən. Bu yolda Allah sənə tofiq və

səh:143

fürsət verməlidir ki, ananın xidmət və zəhmətlərinin əvəzini çıxasan!"(1)

ANANIN ÖVLADIN TƏRBİYƏSİNDƏKİ ROLU

1. Allahın rəsulu (s) buyurur: "Övladın dünya və axirət səadətini qazanmağında məhz anaların verdiyi tərbiyə böyük rol oynayır."(2)

2. İmam Hüseyn (ə) Hürr ibn Yəzidin azad iradəli insan olmasının səbəbini, kəramət və izzət sahibi olan anasının onu bu ruhda tərbiyə etdiyinə əsaslandırır. Necəki, Əli (ə) da Malik Əştərin yenilməz əzəmətinin məhz anasının ilahi paklığından qaynaqlandığını söyləyir.(3)

ANAYA QULLUQ

Bir gün Həzrət Musa (ə) minacat zamanı Allah-taalaya dedi: İlahi! Behiştəki həmsöhbətlərimdən birini mənə göstər.

Allah-təla bir qəssabı ona göstərdi. Bu günə qədər nə Musa qəssabı və nə də ki, qəssab Musanı tanımırdı.

Musa peyğəmbər (s) sevinərək qəssabın yanına gedib, onunla söhbət etməyə başladı. O, öz-özünə deyirdi: Yaxşı oldu. İndi qəssabın hərəkətlərini yaxından izləyərəm. Görəsən onun behiştə

səh:144


1- [1] . İmam Səccadın (ə), hüquq risaləsi, ananın haqqı bölümü. (Az-nəşrindən istifadə olunmuşdur.).
2- [2] . Vəsailüş-şiə, c. 15.
3- [3] . Kənzül-ümmal, hədis 44786.

getməyinə hansı əməlləri səbəb olub?

Musa (ə) gecəyə qədər qəssabı izlədi, amma onun yalnız ət satmaqla məşğul olduğunu gördü. Qəssab işini qurtarıb evə getmək istədikdə Musa (ə) onunla gəlməyə icazə istədi. Qəssab onu evinə qonaq apardı.

Evə çatdıqda, qəssab evin tavanından asılmış geniş bir taxta qutunu aşağı endirdi. Orada qoca bir qarı var idi. Qəssab onu yuyub, üst-başını dıyişdirdi. Sonra da, süfrə aşaraq öz əlləri ilə qoca qadını yedirməyə başladı.

Qadın dodaqları arasında bir sözlər zümzümə edirdi. Qəssab ona qulluq göstərdikdən sonra qadını yatırıb, yenidən qutuya qoyaraq tavana asdı. Ardınca Musa (ə) ilə birlikdə çölə çıxdı.

Musa (ə) soruşdu: Bu qadın kimdir?

Dedi: Anam.

Soruşdu: Nə üçün onu taxta qutuya qoyub, yavana asmısan?

Dedi: Anam gördüyün kimi çox qocadır və hərəkət edə bilmir. Onun məndən başqa heç bir yaxını yoxdur. Mən evin ehtiyaclarını ödəmək üçün qəssablıqla məşğulam. Oğruların və ya yırtıcı heyvanların ona zərər verməməsi üçün anamı Taxta qutuya qoyub, tavana asmışam.

Musa (ə) soruşdu: Ananın dodaqları arasında zümzümə etdiyi kəlimələr nə idi?

Qəssab dedi: Anam həmişə mənə belə dua edir: İlahi! Oğlumu behiştdə Musa (ə) ilə həmsöhbət et.

səh:145

Musa (ə) dedi: Sənə bir müjdə verim. Mən Musayam. Bu gün Allah-taala mənə behiştə səninlə birlikdə olacağımı söylədi. Mən çox istəyirdim ki, sənin nə üçün belə məqama layiq görüldüyünü öyrənim. İndi bildim ki, anana göstərdiyin bu qayğı və xidmətə görə, qiyamət günü Allah-taala səni behişt əhli və mənimlə həmsöhbət edəcək.(1)

DÖZÜMLÜ ANA

Ərəb səhrasında bir qadın yaşayırdı. Bir gün onun yanına iki qonaq gəldi. O zaman qadının oğlu Əqil səhrada, dəvələri qoruyurdu. Qonaqlar evdə olduğu vaxt, qadını çölə çağırıb, dəvələr hürkərkən oğlunun onların ayağı altda qalaraq öldüyünü xəbər verdilər. Əqilin anası ona xəbər gətirən şəxsdən qonaqları yola salmaq üçün kömək istədi və ona bir qoyun verdi ki, qonaqlar üçün kəsib, ətini doğrasın. Əqilin anası bu ətdən qonaqlara ləzzətli yemək bişirdi. Qonaqlar yeməkdən sonra hadisədən xəbərdar oldular. Onlar ananın dözümü və möhkəm iradəsi qarşısında heyran qaldılar. Qonaqlar gedəndən sonra Əqilin anası bir neçə müsəlmanın yanına gəlib, dedi: "Aranızda Qur`an bilən bir şəxs varmı mənə Allah kəlamı ilə təsəlli versin?"

Bir nəfər bu ayələri oxudu: "Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət

səh:146


1- [1] . Kəşkuli-Behtaş, səh. 590.

gəldiyi zaman "Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq"-deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır".(1)

Ayələri eşidən ana, dəstəmaz alıb namaz qıldı. Sonra əlini Tanrı dərgahına açaraq, dedi: "İlahi! Səbir barəsində verdiyin göstərişə əməl etdim. Vəd etdiyin mükafatı mənə nəsib et".

Bəzən "Oğlum sağ olsaydı, mənə kömək edərdi" –deyə fikirləşəndə, tez deyirdi: "Allah Məhəmmədi (s) ümmətinə əbədi olaraq nemət göndərmişdir."(2)

KAFİRİN ANASI

Bir kişi İmam Sadiq (ə) ilə o qədər yaxın dost idi ki, hamı onun barəsində söhbət açıldıqda, onu adı ilə deyil, "İmam Sadiqin (ə) dostu" deyə tanıtdırırdılar. Bir gün o, İmam Sadiqlə(ə) birlikdə pinəçilər bazarına daxil oldu. Onun nökəri də onların ardınca gəlirdi. Birdən kişi arxaya çevrildikdə nökərini görmədi. Yol boyu hərəkət edərkən üç dəfə arxaya çevrilib baxdı, amma yenə onu görə bilmədi. Dördüncü dəfə baxdıqda, nökəri gördü. Qəzəbli halda onun valideynini söyüb, dedi: Harada idin?

İmam Sadiq(ə) bu cümləni eşitdikdə, əli ilə öz alnına möhkəm bir şillə vurub, buyurdu:

səh:147


1- [1] . Bəqərə surəsi, ayə 156.
2- [2] . Səfinətul-bihar, 2-ci cild, səh.7.

"Sübhənəllah! Anasını söydün? Onu təhqir edib, nalayiq əməllər sahibi olduğunu dedin? Mən elə bilirdim ki, sən təqvalı və pərhizkar insansan. Amma bununla da, sənin təqvasızlığın və Allahdan qorxmamağın məlum oldu."

Kişi dedi: Ey Peyğəmbər övladı! Bu nökər "sindi" məzhəblidir. Anası da "sindi" məzhəbinə etiqad bəsləyir. Özün yaxşı bilirsən ki, onlar müsəlman deyil.

İmam (ə) buyurdu: "Anası kafir olanda nə olar? Hər bir tayfanın (dinin və məzhəbin) özünəməxsus nikah qayda-qanunları var. Bu qayda-qanunlara riayət edib evləndikdə, zinakar (qeyri-qanuni cinsi əlaqə) sayılmırlar. Övladları da zinadan dünyaya gəlmiş sayılmır." İmam (ə) sonra ona buyurdu: "Bundan sonra məndən uzaq dur!" Bir də, onları heç kim birlikdə görmədi.(1)

səh:148


1- [1] . Mürtəza Mütəhhəri, Dastani-rastan, c. 1, səh. 158-160.

ON BİRİNCİ HİKMƏT .KƏRBƏLA QADINLARI

A: KƏRBƏLADA QADINLARIN OLMASI

Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid olacağını, ailəsinin, qadın və uşaqlarının düşmən qoşununa əsir düşəcəyini və yüzlərlə əzablara qatlanacağını bilirdisə, bəs nəyə görə onları özü ilə apardı?

Bu sualın cavabını belə bəyan edirik:

1. İmam Hüseyn (ə) Yezidin cinayətkar və qəddar olduğunu bildiyi üçün öz ailəsini Mədinədə başsız qoymağa qorxdu. Ona görə ki, bu despot hökumət qadın və uşaqları girov götürüb İmamı (ə) öz hədəfindən saxlaya bilərdi. Yezidin isə qarşısına qoyduğu məqsəd Hüseyn ibn Əlidən (ə) hər bir yolla olursa-olsun beyət almaq idi. Hətta əgər bu iş İmamın (ə) arvad-uşağını girov götürüb zindana salmaqla belə mümkün olsaydı.

səh:149

O zaman Mədinənin hakimi Vəlid ibn Utbə idi. Vəlid özü azacıq mülayim insan olsa da onun ətrafında olan Mərvan kimi canavarlar onu hər bir çirkinliyə vadar edirdilər. Elə İmamın (ə) qiyamı ərəfələrində Əhli-beytə (ə) düşmənçilikdə məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin olundu. O İmam Hüseynin (ə) şəhadət xəbərini eşitdikdə sevincindən bayram etdi. Və xalqa İmam Hüseynə (ə) əzadarlıq saxladıqlarına görə belə müraciət etdi: «Siz gərək yalnız Osman üçün ağlayıb ona əza saxlayasınız. Hüseyn ibn Əliyə yas tutmaq əbəs bir işdir».(1) Hətta O, İmamın şəhadətindən sonra göstəriş verdi ki, Bəni-Haşimə aid olan evləri xarabalığa çevirsinlər.(2)

Təbiidir ki, İmam Hüseyn (ə) belə bir şəxsin hakim olduğu şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə qiyam etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də İmam (ə) məcbur qalıb ona yaxın olan bütün qadın və uşaqları özü ilə apardı.

2. İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının və onları Peyğəmbər (s) şəhəri sayılan Mədinədə qoymamasının mə`nası budur ki, Hüseyn ibn Əli (ə) bu hökumətin namuslu olmasına inanmır və Yezid kimi ləyaqətsiz

səh:150


1- [1] . Müqərrəm, Məqtəlül-Hüseyn (ə) , səh. 334.
2- [2] . Həmin mənbə, səh. 335.

adamın hakimiyyət etdiyi dövlətdən hər bir iyrənc iş gözləyir.

İmamın (ə) bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin dövlətinə böyük zərbə sayılırdı. Ona görə ki, İmamın bu işi ilə hamının zehninə belə bir sual gələcəkdi ki, nəyə görə Hüseyn ibn Əli (ə) belə bir ağır səfərə qadın və uşaqlarını da özü ilə apardı? Məgər Peyğəmbər balası bu dövlətə öz qadın və uşaqlarını belə etibar edə bilmir?

3. Bəzi rəvayətlərə görə İmamın (ə) ailəsini özü ilə aparması Tanrı istəyi ilə həyata keçdi. Uca Allah, o Həzrətin zalım hökumətə qarşı mübarizəyə qalxıb bu müqəddəs yolda şəhid olmasını və bu yolda ən əzizlərinin, bacısının, həyat yoldaşının, oğul-qızlarının və başqa sevdiklərinin onun kənarında bütün müsibətlərə qatlanmalarını istəmişdir. İmam Hüseyn (ə) Tanrının hər bir istəyinə əməl etdiyi kimi bu istəyinə də yüksək səviyyədə əməl edib bütün Əhli-beytini hətta yeni dünyaya gəlmiş körpəsini də özü ilə mübarizə yoluna apardı.

4. Hər bir qiyamın iki əsas ünsürə ehtiyacı vardır ki, o ünsürlər bu qiyamın yaranması və əbədi yaşamasında böyük rol oynayırlar. O ünsürlərin biri fədakarlıq, şəhadət, digəri isə təbliğat və qiyamın fəlsəfəsini cəmiyyətə çatdırmaqdır. Birinci ünsür qiyamın vücuda

səh:151

gəlməsi üçün nə qədər əhəmiyyət daşıyırsa, digər ünsür də bu qiyamın tarixdə yazılıb bəşəriyyətə necə çatdırılmasında o qədər əhəmiyyət daşıyır.

Kərbəla hadisəsindən sonra əsir düşmüş qadınlar, xüsusi ilə də Həzrət Zeynəb bu qiyamın fəlsəfəsini, Bəni-Üməyyənin törətdikləri cinayətləri, Kufə əhlinin İmamı (ə) tək qoymalarını və bu kimi mühüm hadisələri insanlara çatdırdılar. Əgər onlar bu hadisəni təbliğ edib başqalarına çatdırmasaydılar, şübhəsiz hakimiyyətdə oturanlar İmam Hüseyni (ə) üsyankar tanıtdırmaqla onun bütün hədəflərini aradan aparacaqdılar. Və bu da qadınların Kərbəla hadisəsinin yaşamasında nə qədər böyük rol oynadıqlarını bildirir.

Deməli İmam Hüseynin (ə) qadınları özü ilə aparmasında olan əsas məntiqlərindən biri də, şəhadətindən sonra bu hadisənin fəlsəfəsini onlar tərəfindən xalqa çatdırmaq olmuşdur.

Xatırladaq ki, qeyd etdiyimiz bütün cavablar söylənilən sualın düzgün cavabı sayılır. Yəni, İmam Hüseynin ailəsini özü ilə aparmaqdan məqsədi onların hökumət tərəfindən girov götürülməməsi, bu hökumətin qeyrətsiz olmasını sübut etmək, Tanrı istəyini yerinə yetirmək və Kərbəla hadisəsindən sonra onun fəlsəfəsinin xalqa olduğu kimi çatdırılmasını təzmin etmək olmuşdur.

səh:152

B: QADINLARIN RÖVZƏSİ

İmam Hüseynin (ə) şəhadətindən sonra o Həzrətin mübarək bədəni üstə at çapmağa başladılar. İmamın (ə) öz atı xeymələrə tərəf yollandı. Xeymələrdə yas tutan xanımlar atın kişnəmə səsinə çölə çıxdılar. Sahibsiz atın İmam Hüseynə (ə) məxsus olduğunu görən xanımlar o Həzrətin şəhid olmasını başa düşdülər. Bu zaman düşmən əsgərlərindən biri fəryad edərək dedi: «Hüseyn öldürüldü!»

Qadınlar bu sözü eşitdikdə hönkürtü ilə ağlamağa başladılar. Onların nalə səsi göylərə ucaldı. Ömər Sədin vicdansız qoşunu isə yaxınlarını itirmiş xanımların yas tutduqları xeymələrə hücum etdilər.(1) Onlar qadınlara şallaq vuraraq qulaq və boyunlarında olan qızıl əşyaları vəhşiliklə qırıb, qarət etdilər. İş o yerə yetişdi ki, Peyğəmbərin (s) nəvələrinin başındakı çadıraları da götürdülər! Sonra onları döyə-döyə, ayaqyalın Yezidin hökumət mərkəzi yerləşən Şama tərəf apardılar. Nizələrdə şəhidlərin kəsilmiş başlarını görən xanımlar isə yol boyu ağlaya-ağlaya rövzə oxudular.(2)

C: QADINLARIN ŞÜCAƏTİ

İŞARƏ

Məhəmməd peyğəmbərin(s) gəlişi ilə cəmiyyətdə

səh:153


1- [1] . Həzrət İmam Hüseynin (ə) yaşayışı, səh. 221.
2- [2] . Şeyx Müfid, İrşad, səh. 224.

tam insani hüquqlu şəxsiyyətə çevrilən qadınlar, daim İslam dininin inkişafı və müdafiəsi yolunda özünəməxsus əhəmiyyətli rol oynayaraq, böyük nüfuz qüvvəsinə malik olmuşlar. Biz İslam tarixini diqqətlə izlədikdə, bu dinin yarandığı gündən e`tibarən Həzrət Xədicə (ə) kimi namuslu, cəsur qadınların tərəfindən maddi və mə`nəvi cəhətdən mühafizə olunaraq, dəstəkləndiyinin şahidi oluruq. O, bütün var-dövlətini İslam dininin qorunması və inkişafı yolunda xərcləməklə yanaşı sevimli Peyğəmbərimizi (s) ən böhranlı vaxtlarda belə tərk etmədi. Böyük mal-mülkə sahib, zəngin bir xanım olan Xədicənin (ə) bütün sərvətini İslam yolunda sərf edərək, sonda isə müşriklərin yaratdığı iqtisadi blokadanın nəticəsində aclıq ucbatından dünyasını dəyişməsi də, möhtəşəm qadın fədakarlığının möhtəşəm nümunəsidir.(1)

Həmçinin Həzrət Fatimə (s) kimi dəyərli xanımların atasının və yaxınlarının qürbətinə, ayrılığına dözməklə bərabər, İslam yolunda öz vətənindən belə köçüb, yad şəhərlərə hicrət etməsi, onun simasında müsəlman qadınının əzmindən xəbər verir.(2)

Təsadüfi deyildir ki, Əmmar Yasirin (ə) anası Süməyyə düşmənlərin ən ağır işgəncələrinə dözərək əqidəsindən, inamından dönməmiş elə buna görə də,

səh:154


1- [1] . Sirəti-ibn Hişam, c. 1, səh. 274; Kənzül-ümmal, c. 13, səh. 275.
2- [2] . Məsumların həyatı, səh. 41.

müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki, O, İslam dünyasının ilk şəhidi sayılır.(1)

Peyğəmbərin (s) dövründə müharibələrdə döyüşçülərə qulluq edən, onların qayğısına qalan müsəlman qadınlar bundan əlavə hətta ən çətin anlarda da, döyüş meydanına atılaraq qəhrəmancasına vuruşmuşlar. Ümmü Amir ləqəbli Nəsibənin Ühüd döyüşündə, Həmzənin bacısı Səfiyyənin Xəndək müharibəsində düşmənə qarşı vuruşaraq göstərdiyi rəşadətlər üçün Peyğəmbərimizin (s) onlara behişt və`d etməsi də, buna misal ola bilər.(2)

Müsəlman xanımlar öz atalarını, ərlərini, qardaşlarını və övladlarını Peyğəmbərin (s) düşmənlərilə mübarizəyə həvəsləndirməklə birgə, onların şəhid olduğunu eşitdikdə də, daim qürur hissi ilə yüksək səbir və dözüm nümayiş etdirmişlər. Ühüd döyüşündə qardaşının, dayısının və ərinin şəhid olduğunu eşidən Hİmnə binti Cəhişin vüqarla «hamımız Allah tərəfindən yaranmışıq və hamımız Ona doğru geri dönəcəyik». deyə, söyləməsi, müsəlman qadının hər şeyə qadir olduğuna bir örnək sayıla bilər.(3)

səh:155


1- [1] . Kənzül-ümmal, c. 13, səh. 630.
2- [2] . Sirəti-İbn Hişam, c. 3, səh. 45 və 179; İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, c. 3, səh.
3- [3] . Tarixi-Təbəri, c. 2, səh. 74; İbn Əbil Hədid, Nəhcül-bəlağənin şərhi, c. 3, səh. 388 və 395.

Kərbəla qiyamının inkişaf tarixini və hadisələrin məntiqi ardıcıllıqla gedişini izlədikdə, onun hər ləhzəsində ləyaqətli müsəlman xanımının da öz rolu olduğunu anlayarıq. Belə ki, biz, İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas olan xislətləri Kərbəla qiyamında adı səslənən hər bir qadında kamil şəkildə görürük.

Qiyamın əvvəlindən e`tibarən bir çox müsəlman qadınlar İmam Hüseynə (ə) kömək etmək üçün öz səylərini göstərmişlər. Bu səylər müxtəlif formalarda ifadə olunaraq, özünəməxsus tə`sir gücünə malik olmuşdur:(1)

1. ELÇİLƏRƏ HİMAYƏKARLIQ ETDİLƏR

Bə`zi qadınlar ağır şəraitdə, düşmən nəzarətinin ən güclü və təhlükəli olduğu mühitdə İmam Hüseynə (ə), onun tərəfdarlarına öz himayələrini əsirgəməmiş, böyük rəşadətlə onları müdafiə etmişdir. Kərbəla qiyamında, Tuə, kimi xanımın İmamın (ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz evində pənah verdiyini, düşmənlərdən gizləyərək, qoruduğunun şahidi oluruq.(2) Bir halda ki, Həzrət Hüseyni (ə) on

səh:156


1- [1] . Elə buna görədə hazırki bəhsimizdə qadınların Kərbəla qiyamındakı fəaliyyətlərini təhlil edərkən Əhli-beyt (ə) xanımlarının həll edici rolunu müstəqil şəkildə, ayrı bir sual ətrafında araşdıracayıq.
2- [2] . Zəbihullah Məhəllati, Rəyahinüş-şəriə, c. 4, səh. 374; Biharül-ənvar, c. 44, səh. 350-358; Şeyx Müfid, İrşad, səh. 401-404; Əbi Muxnəf, Məlhuf əla qətlil-tafuf, səh. 112-119.

səkkiz min məktubla Kufəyə dəvət edən kufəlilər Müslim ibn Əqili şəhər küçələrində, İbn Ziyadın qoşununun təqibi altında yalnız buraxaraq, onu tənha və köməksiz qoymuşdu. Qorxaq Kufə əhli hətta evlərinin qapısını da bağlamışdılar. Amma Tuə adlı bir müsəlman xanım, Müslim ibn Əqili tanıyaraq, onu öz evində gizlətdi. İmanın qorxuya üstün olduğunu sübut etdi.

2. DƏYƏRLİ MƏSLƏHƏTLƏR VERDİLƏR

Bir çox qadınlar Həzrət Hüseynin (ə) də`vətini qəbul etmək üçün tərəddüd edən ərlərini İmama (ə) qoşulmağa meylləndirir, bu barədə onlara dəyərli məsləhətlər verirdilər.

Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin məhz həyat yoldaşı Dilhəm binti Əmrin məsləhəti sayəsində haqqın yolunu taparaq, İmam Hüseynə (ə) qoşuldu.(1) Züheyr ibn Tin İmamın (ə) tərəfdarı kimi tanınmırdı. O, hətta Həzrət Hüseynin (ə) onu də`vət etmək üçün göndərdiyi elçisinə də, rədd cavabı verdi. Amma, belə olduqda arvadı Dilhəm, Züheyrə: «Sübhənəllah! Sən peyğəmbər övladının də`vətini qəbul etmirsən? Utanmırsanmı? Heç olmazsa get, səninlə nə işi olduğunu öyrən!»- dedi. Həyat yoldaşının məntiqli sözləri qarşısında xəcalət çəkən Züheyr ibn Tin İmamın (ə) yanına gedib, onunla görüşdü. Sonra isə Dilhəmin yanına

səh:157


1- [1] . Əyanüş-şiə, c. 6, səh. 427; Tarixi-Təbəri, c. 3, səh. 302; Biharül-ənvar, c. 44, səh. 372-373; Rəyahinüş-şəriə, c. 3, səh. 307.

qayıdaraq, Hüseynə (ə) qoşulduğunu, onunla birgə düşmənə qarşı mübarizə aparacağını söylədi. Lakin o, Dilhəmin razı olmayacağını zənn etdiyi üçün qorxurdu. Dilhəm isə öz növbəsində ərinə dedi: «Züheyr get! Allah sənə kömək olsun. Əgər şəhid olsan, Allahın izni ilə qiyamət günü Peyğəmbərin (s) və Hüseynin (ə) kənarında mənə şəfaət tələb edərsən». Belə olduqda Züheyr İmamın (ə) yanına qayıtdı. Və Aşura günü igidlik nümayiş etdirdikdən sonra, şəhid oldu.

Həbib ibn Məzahir də, İmam Hüseynin (ə) çağırış məktubunu alarkən, xanımı ona dedi: «Həbib, səni and verirəm Allaha ki, ağamız Hüseynə (ə) kömək etmək üçün səhlənkarlıq etmə!»(1)

Həbib ibn Məzahir isə onu sınamaq məqsədilə belə söylədi: «Mən necə Kərbəlaya gedim ki, qorxuram övladlarım yetim qala?» Amma Həbibin həyat yoldaşı cavabında dedi: «Sən Allahın rəsulu Məhəmmədin (s) Hüseyn ibn Əli (ə) barəsində buyurdu: «Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının sərvəridir». Kəlamını eşitməmisənmi? İndi isə nə üçün Peyğəmbər övladının köməyinə tələsmirsən? Ey Həbib, get və İmam Hüseyni (ə) görsən, mənim əvəzimdə də, onun əllərini, ayaqlarını öpərsən. Salamımı ona yetirərsən».

səh:158


1- [1] . Mürtəza Kermani, Qəhrəman qadınlar, səh. 74; K. Firişler, İmam Hüseyn (ə) və İran, səh. 3-5.
3. MƏNƏVİ DAYAQ OLDULAR

Cəsur müsəlman qadınları Kərbəlada öz ərlərini döyüşə atılmağa həvəsləndirir, onlara mənəvi dayaq olurdular.

Müslim ibn Ovsəcənin(1) Ümm Xələf adlı(2) arvadı ərinin şəhid olduğunu öz gözlərilə seyr etdikdən sonra, oğlu Xələfi döyüş meydanına göndərdi. Amma İmam Hüseyn (ə) Xələfin anasının kimsəsiz qalmaması üçün dedi: «Ey cavan! Atan igidliklə şəhid oldu. Əgər sən də şəhid olsan, anan Ümm Xələf köməksiz qalar və bu azğın səhrada kimə pənah aparar?» İmamın (ə) söylədiklərini diqqətlə dinləyən Xələf ibn Müslim azca tərəddüd edərək, geriyə anasının yanına qayıtdı. Lakin rəşadətli, cəsur qadın olan Ümm Xələf oğluna belə əmr etdi: «Oğlum, döyüşə getməsən, Peyğəmbərin övladı Hüseynə (ə) kömək edərək, düşmənlərinə qarşı vuruşmasan həyatım boyu səndən razı olmayacağam!»

Xələf anasının əmrilə ruhlanaraq döyüşə atıldı və şəhid oldu.

Əmr ibn Cünadənin anası Bəhriyyə xanım(3) da, əri Cünadə ibn Kəəb Ənsarinin düşmən tərəfindən qətlə yetirildiyini gördükdən sonra on bir yaşlı oğlunu

səh:159


1- [1] . Məhəmməd Füzuli, Hədiqətüs-süəda adlı əsərində Müslim ibn Ovsəcəni milliyyətcə azəri türkü olduğunu iddia edir.
2- [2] . Cavad Mühəddisi, Aşura şüarları, səh. 247; Əli Qaimi, Aşura tarixində qadınların rolu, səh. 62.
3- [3] . Seyid Ətaullah Muhacirani, Aşura elçiləri, səh. 44; Doktor Əli Qaimi, Aşura tarixində qadınların rolu, səh. 72-73.

vuruşmaq üçün göndərdi. İmam Hüseynin (ə) gözləri Əmr ibn Cünadəyə sataşdıqda, ona buyurdu: «Bu cavanın atası indicə şəhid oldu. Onun da, vuruşub şəhid olması anası üçün ağır bir dərd olar». Amma Əmr ibn Cünadə İmama belə dedi: «Ey Peyğəmbərin övladı anam özü mənə döyüşməyə əmr etdi». Belə olduqda Həzrət Hüseyn (ə) Əmrə döyüşmək üçün icazə verdi və o, qəhrəmanlıqla şəhid oldu.

4. SƏBİR VƏ DÖZÜM DƏRSİ VERDİLƏR

Kərbəlada müsəlman qadınları yüksək əzm və dözüm nümayiş etdirərək bütün azadələrə ibrət dərsi oldular.

Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası(1) ərinin ardınca oğlunun da şəhid olduğunu izlədiyi zaman, daşürəkli düşmən qoşunu oğlunun kəsilmiş başını anasına doğru tulladı. Cəsarətli qadın isə oğlunun başını götürüb, vüqarla düşmənə doğru irəlilədi və onu zülmkar dəstəyə sarı atıb dedi: «Biz Allah yolunda verdiyimiz qurbanları geri almırıq!»

5. ƏHLİ -BEYTİ (ə) HİMAYƏ ETDİLƏR

Vəfalı mö`min qadınlar, ən ağır, acınacaqlı hallarda belə İmam Hüseynin (ə) ailəsini tənha qoymayaraq, onları tərk etmədilər. Özlərinin sığınmağa pənahgahı olduqları halda da, Əhli-beytlə (ə) birlikdə əsirliyə

səh:160


1- [1] . Tarixi-Təbəri, c. 3, səh. 322; Xarəzmi, Məqtəl, c. 2, səh. 12-13.

qatlanaraq, çoxlu əzab-əziyyətə dözdülər.

Şəhidlərin ağası Həzrət Hüseyn (ə) döyüş gecəsi öz tərəfdarlarını bir yerə toplayaraq, şəhid olacaqlarını, arvad-uşaqlarının əsir düşəcəyini xəbər verdi. Elə buna görə də, əshabına öz ailələrini yaxınlıqda məskunlaşan Bəni-Əsəd qəbiləsinə apararaq, onlara tapşırmalarını təklif etdi. Əli ibn Məzahir(1) Bunu eşitdikdə ayağa qalxıb xeyməsinə, öz ailəsinin yanına getdi və İmamın təklifini ona söylədi. Amma bunu eşidən həyat yoldaşı elə həyəcanlandı ki, başını xeymənin dirəyinə vuraraq dedi: «Sən necə rəva bilirsən ki, Peyğəmbərin (s) övladlarını göz yaşları içərisində, əsir tutaraq əzab verə-verə aparsınlar, amma sənin ailən Bəni-Əsəd qəbiləsinin pənahında rahat yaşasın? Sən necə qıyırsan ki, Peyğəmbərin (s) ailəsini qarət etsinlər amma mən onları tənha qoyaraq Bəni-Əsəd qəbiləsinin xeyməsində vicdanımın mühakiməsindən qaçaraq, asudə ömür sürüm? Necə ola bilər ki, sən İmam Hüseynə (ə) kömək edib, qiyamət günü Peyğəmbərin (s) hüzurunda üzü ağ olasan, lakin mən yalnız özümü düşünərək, onun ailəsini bu dəhşətli günlərdə tənha qoyub, Həzrət Fatimənin (ə) yanında üzüqara olum? Allaha and olsun ki, mən Əhli-beyt (ə) xanımlarını köməksiz qoymayacağam! Mən heç bir yerə getməyəcəyəm».

səh:161


1- [1] . Musuətu kəlimatil-İmamil- Hüseyn (ə), səh. 411-412; Zəhra Fəxr Ruhani, Qadınların Hüseyn (ə) qiyamında rolu, səh.19.
6. CİHAD ETDİLƏR

Aşura günü qadınlar özləri də, böyük cəsarətlə əlinə silah alıb döyüşə qatıldılar. Ümm Vəhəb(1) (Vəhəb ibn Abdullah Xəbab Kəlbinin anası) xeymənin dirəyini yerindən çıxardaraq, düşmən qoşununa hücum etdi. İki nəfəri öldürdükdən sonra, İmam Hüseynin (ə) əmrilə geriyə döndü. Əzra (Adı çəkilən Vəhəbin həyat yoldaşı), Bəhriyyə binti Məsud Xəzrəci (Əmr ibn Cünadənin anası) və Abdullah ibn Umeyrin anası da,(2) xeymələrin dirəklərini əllərinə alıb vuruşa başladı. Ancaq İmam Hüseynin (ə) yenidən xeymələrə qayıtma əmri verməsilə geri döndülər.

7. CİNAYƏTKARLARA ETİRAZ ETDİLƏR

Kərbəla cinayətkarlarından bə`zilərinin arvadları öz ərlərinin insaniyyətdən uzaq mənfur əməllərinə qarşı e`tiraz edərək, onları kəskin çıxışları ilə tənqid etdilər. Bu bir halda baş verirdi ki, Hüseynin (ə) qatilləri dırnaqarası qələbəsini təntənə ilə qeyd edirdi. Hər an onların qəzəblənərək, e`tiraz edən şəxsləri öldürmək qorxusu var idi. Yezid ibn Müaviyənin arvadı Hind binti Abdullah ibn Amir onun cinayətlərinə e`tiraz edərək dedi: «Ey Yezid,

səh:162


1- [1] . Mustafa Əsrar, Aşura qiyamçıları, səh. 143; Tarixi-Təbəri, c. 3, səh. 322; Xarəzmi, Məqtəl, c. 2, səh. 12-14.
2- [2] . Səmhi, Əbsarül-eyn, səh. 206; Müqərrəm, Məqtəlül- Hüseyn (ə) səh. 316, Aşura qiyamçıları, səh. 134; Nuhuddin Ziya, Vəhəb xanidanı, səh. 23;  Kermani, Tarixdə qadın rolu, səh. 181-186.

Allah sənə lə`nət etsin. Sən artıq mənim ərim deyilsən. Vay olsun sənə! Qiyamət günü nə üzlə Allahın və Peyğəmbərin (s) qarşısında dayanacaqsan?»(1)

Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş başını İbn Ziyada aparan şəxsin) arvadları Əyyuf və Nivar da ona e`tiraz edərək, arxa çevirdilər. Və bir daha heç vaxt onunla danışmadılar.(2)

Aşura günü Bəkr ibn Vail qəbiləsindən olan bir qadın, Ömər ibn Sədin qoşununun namərd əməllərini gördükdə qeyrəti cuşa gəldi. O, qılıncını çəkərək Şümrün qoşununda yer alan qəbilə kişilərinə dedi: «Ey Bəkr ibn Vail qəbiləsi! Nə üçün sakitcə durub, Peyğəmbərin (s) ailəsinin xeymələrinin qarət edilib, yandırılmasına tamaşa edirsiniz? Kişiliyiniz və qeyrətiniz yoxdurmu?" Amma onun qəbiləsinin üzvləri qəzəblənib qadını zorla sürüyərək özləri ilə apardılar.(3)

8. KƏRBƏLA ŞƏHİDLƏRİNİ DƏFN ETDİLƏR

Aşura vaqiəsindən sonra Bəni-Əsəd qəbiləsinin qadınları Əhli-beyt xanımlarına mənəvi dayaq olmaq üçün Kərbəlaya gəldilər. Onlar şəhid olmuş şəxslərin bədənlərinin dəfn olunmadığını görüb, qəzəbli halda

səh:163


1- [1] . M. İştihardi, Ali-Məhəmməd (s) müsibətindən, səh. 484; Məqtəlül- Hüseyn (ə) , səh. 187-189.
2- [2] . Müqərrəm, Məqtəlül-Hüseyn (ə) , səh. 375; Məalis-sibteyn, c. 2, səh. 93.
3- [3] . Şeyx Abbas Qumi, Müntəhəl-əmal, c. 2, səh. 289; Nəfsül-məhfum, səh. 174.

ərlərinin yanına qayıdaraq belə söylədilər: «Siz Hüseynə (ə) kömək etmədiyinizə görə Allah-taalanın hüzurunda nə bəhanə gətirəcəksiniz?! Ey bədbəxtlər, heç olmasa qalxın, şəhidlərin doğranmış bədənlərini dəfn edin».

Bunu eşidən Bəni-Əsəd qəbiləsinin kişiləri xəcalət çəkərək, utandılar. Və Kərbəla şəhidlərini dəfn etmək üçün oraya yola düşdülər.(1)

Bəli, əziz oxucu, müsəlman qadınlar bütün bu hərəkətlərilə qadın əzəmətinin və iqtidarının müqəddəsliyini sübut etməklə yanaşı, haqla batilin savaşı sayılan Kərbəla qiyamına hər kəsin məsuliyyətlə yanaşmalı olduğunun vacibliyini anlatdılar.

9. ŞƏHİD OLDULAR

Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan ərlərinə, qardaşlarına və övladlarına döyüşün ən böhranlı, dəhşətli anlarında belə yaxından dəstək olurdular. Hətta onların bə`zisi bu yolda şəhadət mərtəbəsinə də, yüksəldilər.

Ümm Vəhəb (Abdullah ibn Umeyr Kəlbinin həyat yoldaşı) ərinin yaralı bədəninin cansız şəkildə savaş meydanına düşdüyünü gördükdə, yanına gedərək, onu ağuşuna aldı. O, göz yaşları içində deyirdi: «Behişt sənə halal olsun! Mən Allahdan sənin məqamını ən ali dərəcədə ucaltmasını və məni də, sənə qovuşdurmasını diləyirəm». Elə bu zaman

səh:164


1- [1] . Məhəmməd İştihardi, Ali-Məhəmməd (s) müsibətində, səh. 405.

Şümrün əmrilə şərəfsiz bir şəxs qılıncını çəkərək onu qətlə yetirdi. O Kərbəlada şəhid olan ilk qadındır.(1)

Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə də düşmən tərəfindən Aşura günü amansızcasına öldürüldü.(2)

Ç: ƏHLİ-BEYT (ə) XANIMLARININ ROLU

İŞARƏ

Doğrudan da əgər qadınlar Kərbəlada olmasaydı , İmam Hüseyn (ə) və onun tərəfdarlarının çəkdiyi bütün zəhmətlər, Kərbəlada tökülmüş şəhid qanları hədər gedəcəkdi. Bununla da tarix boyu şahidi olduğumuz möhtəşəm nəticəni əldə etmək mümkün olmayacaqdı. Təbii ki, bu ağır məsuliyyətli vəzifə Kərbəlada sağ qalmış İmam Səccadla yanaşı Əhli-beyt (ə) xanımlarının öhdəsinə düşürdü. Deməli Kərbəla qiyamında qadınların rolu olduqca mühüm sayılmalı və necə də vacib əhəmiyyət daşıdığı diqqətdən kənarda qalmamalıdır. Bu qiyamla Əhli-beyt (ə) xanımlarının rolu aşağıdakılardan ibarət olmuşdur:

1. AŞURA QİYAMININ TƏBLİĞİ

Düşmənin əsir tutduğu qadınların iradəsini qırmaq üçün bütün səylərini səfərbər etməsinə baxmayaraq, Əhli-beyt (ə) xanımları izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət deyil, şirin bir qələbə,

səh:165


1- [1] . Səmhi, Əbsarül-eyn, səh. 180 və 209; Musuətu kəlimatil-İmamil- Hüseyn (ə)  səh. 433.
2- [2] . Məhəmməd İştihardi, Ali-Məhəmməd (s) müsibətindən, səh. 212.

zəfər olduğunu sübut etdilər. Onlar öz xütbələri, çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və şüarları haqqında maarifləndirərək, onun əhəmiyyəti barəsində gərəkli təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt (ə) qadınları müsəlmanlara atəşin xütbələrilə müraciət edərək, İmam Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı olmadıqları üçün öz mənliklərini, şəxsiyyətlərini alçaltmış olduqlarını anlatdılar.

Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları, Həzrət Hüseyni (ə) Kufəyə də`vət edib sonra isə öz əhdinə vəfasız çıxan qorxaq, əzgin ruhlu kufəliləri gördükdə, əhalinin yatmış qeyrətini oyatmaq üçün, onları məzəmmət etməyə başladılar. Əvvəlcə Həzrət Zeynəb (ə) belə buyurdu:

«Ey Kufə camaatı! Ey hiyləgər və namərd insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskik olmasın! Siz bir qadına bənzəyirsiniz ki, əlində olan bütün sapları toxuyur, sonra da bütün toxuduqlarını sökərək, korlayır. Sizin nə əhdinizin, nə də andınızın heç bir dəyəri və e`tibarı yoxdur! Sizin lovğalanmaq, kəniz tək yaltaqlıq etmək və boşboğazlıq etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirtət dünyanız üçün ən pis azuqəni: Allahın qəzəbini və (sonsuz) cəhənnəm işgəncəsini hazırladınız. Ağlayırsınızmı? Elədir, ağlayın. And

səh:166

olsun Allaha ki, ağlamağa layiq insanlarsınız. Çox ağlayın, az gülün! Belə bir namərdlik və dönüklük edib, (cox iyrənc) ləkə daşıdığınız halda nə üçün ağlamayasınız? Elə bir şərəfsizliyə əl atdıniz ki, onu heç bir su ilə yuyub, təmizləmək olmaz. Peyğəmbər övladını və cənnət cavanlarının rəhbərinı qətlə yetirməkdən də böyük rəzillik (və ləkə) ola bilərmi? Elə bir şəxs ki, sizi haqqa doğru yönəldən yola işıq və cətin zamanlarınızda pənahgahınız idi. (Utancınızdan) Ölün! Xəcalətli üzlərinizi gizlədin. Keçmişdəki zəhmətlərinizi bütünlüklə bir dəfəyə hədər etdiniz. Gələcəyiniz üçün isə, heç nə əldə etmədiniz. Bundan sonra əskiklik içində ömür sürəcəksiniz. Çünki Allah-taalanın hiddətinə tuş gəldniz. Elə bir əmələ əl atdınız ki, az qaldı (qəzəbindən) göy sökülüb, yerə tökülsün, yer yarılıb parçalansın və dağlar parça-parça olsun...».(1)

Zeynəbin təsirli sözlərindən sonra daha da peşmançılıq hissi keçirdən, öz pis əməllərinin dəhşətini anlayan kütlənin gözlərində artıq inqilab qığılcımlarını görmək çətin deyildi. Onlar qorxaqlıqları və nankorluqları üçün dərin təəssüf hissi keçirdir, hər bir vəziyyətdə olursa-olsun səhvlərini yumaq, təmizləmək barəsində fikirləşirdilər.

İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm

səh:167


1- [1] . Mehdi Pişvayi, Məsum imamların həyatı, səh. 133-134; Bəlağətün-nisa, səh. 24.

Gülsüm də kufəlilər qarşısında çıxış edərək, onları daha da təsirləndirdi. Fatimə dedi: «Ey Kufə əhli! Ey hiylə və fırıldaq sahibləri! Bizi kafir sayıb, bunun üçünmü, qanımızı axıtdınız? Qılınclarınızda bizim qanımız damcı-damcı tökülür, buna görəmi sevinirsiniz? Tezliklə Allahın qəzəbi, çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay halınıza! Bizə necə qıydınız? Hansı iyrənc hissiniz sizə bizi öldürməyə vadar etdi? Ayaqlarınız necə bu yolda qədəm tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz daşlaşmışdırmı? Gözləriniz həqiqəti görmür və qulaqlarınız onu eşitməyə acizdir. Şeytan iyrənc əməllərinizi sizə «gözəldir» deyə, zinətləndirmişdir...

Ey Kufə əhli! Heç bilirsinizmi Peyğəmbər (s) sizdən bu tökülən qanları cavablandırmanızı istəyəcək?».(1)

2. TƏHRİFLƏ MÜBARİZƏ

İslam düşmənləri Kərbəla müsibətindən sonra onu cürbəcür yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini və bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. Bu qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk etməsi, o zamanın zalım hökumətinin məhvi demək idi. Elə buna görə də, din düşmənləri həm İmam Hüseynin (ə) inqilabının həqiqətini gizlətmək və həm də

səh:168


1- [1] . Xiyabani, Vəqayeül-əyyam, səh. 253.

özlərinin insanlıqdan uzaq cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollarla onu təhrif etməyə başladılar. İbni Ziyad Kufədə İmam Hüseynin (ə) qiyamının yanlış olması barəsində şübhələr yaratmağa çalışdı. O, (guya) bu işin məcburi "qəzavü-qədər" (alın yazısı) olduğunu, Hüseyni (ə) Allahın öldürdüyünü Yezid və tərəfdarlarının bu işdə heç bir günahı olmadığını sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt (ə) xanımlarının (və İmam Səccadın (ə) ) bacarığı, mübarizəsi sayəsində düşmən öz çirkin hədəfinə çatmağa nail ola bilmədi.(1)

Ubeydullah ibn Ziyad camaatı Kufənin came məscidinə (mərkəzi məscidinə) toplayaraq öz çirkin əməllərinə dini don geydirməyə başladı: «Həmd olsun o Allaha ki, haqqa zəfər əta etdi və «mömünlərin ağasına» (Yezidə), onun dostlarına yardım etdi. Və yalançı oğlu yalançını ((nəuzubillah) İmam Hüseyni (ə)) öldürdü».(2)

Elə bu zaman Həzrət Zeynəb (ə) digər qadınlarla birgə əsir şəklində olmasına baxmayaraq vüqarla məscidə daxil oldu. Ubeydullah ondan kim olduğunu soruşduqda, cavab vermədi. Kənizlərdən biri: «O, Allah RIsulunun (s) qızı Fatimənin əziz övladı Zeynəbdir»-dedi. Ubeydullah ibn Ziyad, qardaşları, övladları və digər yaxınları şəhid olmuş,

səh:169


1- [1] . Mürtəza Mütəhhəri, Hüseyn (ə) inqilabı, c. 3, səh. 252; Aşura tarixində araşdırma, səh. 138.
2- [2] . Məsum imamların həyatı, səh. 130.

başı çox müsibətlər çəkmiş və indi isə əsir kimi qarşısında dayanan Zeynəbin (ə) qürurunu sındırmağın asan olduğunu zənn etdi. Ona elə gəldi ki, azacıq çığır-bağır salsa belə, Zeynəb (ə) ağlayacaq, yalvaracaq və ibn Ziyaddan aman diləyəcək. Camaat da, zalımların haqlı olduğunu düşünəcəkdir. Ona görə də lovğalıqla dedi: «Həmd olsun o Allaha ki, sizin ailənizi rüsvay edib yer üzündən sildi və sözlərinizin yalan olduğunu sübuta yetirdi».

Xanım Zeynəb cavab verdi: «Həmd olsun o Allaha ki, bizə (ailəmizə babamız) Peyğəmbəri (s) əta etməklə əzəmət bağışladı və çirkinliklərdən pak saxladı.(1) Yalnız fasiqlər rusvay olar. Yalnız pis adamlar yalan danışar. Allaha həmd və səna olsun ki, pis adam biz deyil, başqa şəxslərdir. (Yəni, pis insanlar sən və tərəfdarlarındır.)»(2)

İbn Ziyad dedi: «Gördün Allah sizin başınıza nə müsibətlər gətirdi».

Xanım Zeynəb (ə) cavab verdi: «Mən gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhid olacağını öncədən bilirdi. Onlar da öz vəzifələrini yerinə yetirərək, axirət mənzillərinə yollandılar. Tezliklə (qiyamət günü) Allah səni və onları görüşdürəcək, (o zaman da,) onlar Allaha səndən giley edib, ədalət tələb edəcəklər. İndi düşün ki,

səh:170


1- [1] . Məqsəd Əhli-beyt (ə) haqqında nazil olan Əhzab surəsinin, 33-cü ayəsidir.
2- [2] . Şeyx Müfid, İrşad, səh. 244.

Qiyamət günü kim zəfər çalacaq? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!»(1)

«Zeynəbin bacısı Ümmü Gülsüm də, İbni Ziyada xitabən dedi: "Ey İbn Ziyad! Sən Allahın rəsulu Məhəmmədə (s) qiyamət günü nə cavab verəcəksən? Bilirsənmi cəzanı Peyğəmbər verəcək?»(2)

Yezidin hakimiyyət etdiyi Şam şəhərində isə vəziyyət tam başqa şəkildə idi şamlılar Əhli-beytin (ə) kim olduğunu lazımınca bilmirdilər. Dinin həqiqi hökmlərindən və köklü e`tiqadlarından xəbərsiz idilər.

Şamlıların İslamın həqiqətlərindən xəbərsiz olmasına təkcə bunu dəlil gətirmək kifayətdir ki, onlar Həzrət Əlinin (ə) Kufə məscidində namaz qılarkən şəhid edildiyini eşitdikdə təəccübləndilər və dedilər: «Məgər Əli (ə) namaz qılırdı?»(3) Bəli Əhli-beytin (ə) düşmənləri onlara necə tərbiyə etmişdisə, dini onlara necə (ürəyi istədiyi formada) anlatmışdısa, eləcə də qəbul etmişdilər. Elə bunun üçün də Şam şəhərində İmam Hüseynin (ə) qiyamını dindən xaric olmuş şəxslərin üsyanı və ya xilafətlə mübarizə aparan Bizans döyüşçülərinin mübarizəsi kimi tanıtdırmışdılar.(4) Buna görə də əsirlər Şam şəhərinə gətirildikdə, əhali Yezidin

səh:171


1- [1] . Məsum imamların həyatı, səh. 131.
2- [2] . K. Firişler, İmam Hüseyn (ə) və İran, səh. 476; Əyanüş-şiə c. 3, səh. 485 və c. 7, səh. 136.
3- [3] . Məsudi, Murucüz zəhəb, c. 3, səh. 31-32.
4- [4] . Ş. A. Qumi, İmam Hüseynin (ə) həyatı, səh. 349.

qələbəsini bayram edirdi. Hamı sevinc içində Hüseynin (ə) şəhid olduğu üçün şadlıq edir və əsirlərə əllərindəki daş-kəsək, zibil qırıntıları atırdılar. Amma sonralar Əhli-beytin (ə) maarifləndirici çıxışları nəticəsində hər şey dəyişdi.

Belə ki, Yezidin sarayı təmtəraqlı şəkildə bəzədilmiş saray adamları və xarici səfirlər dəvət olunmuş, ənamlarla dolu bayram süfrəsi açılmışdı. Yezid Həzrət Hüseynin (ə) kəsilmiş başını bir məcməyə qoyaraq, əlindəki çubuqla onun dişlərinə vurur və bu şeri oxuyurdu: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş babalarım burada olub, sevinərək deyərdilər ki, «Yezid çox sağ ol! Əli (ə) övladlarına Bədr döyüşünün acısını dadızdırdın və intiqamımızı ondan aldın!»(1)

Elə bu vaxt əsir kimi məclisə gətirilən Zeynəb (ə) bunu görüb, fəryad edərək buyurdu: «Allah və Onun Peyğəmbəri(s) doğru söyləmişlər ki, pis əməl sahiblərinin sonu odur ki, Allahın ayətlərini uydurma sayıb onlara istehza edərlər.

Yezid, elə xəyal edirsən ki, yeri-göyü bizə təngləşdirməklə, əsir şəklində bir şəhərdən başqa şəhərə daşımaqla rüsvay edib, özünə hörmət qazanacaqsan? Elə sanırsan ki, bu əməlinlə əzəmət qazanıb, insanlara lovğalana bilərsən? Hakimiyyətini nizam-intizamlı görüb, o qədər sevinirsən ki, sanki öz

səh:172


1- [1] . Balağətün-nisa, səh. 20; Məsum imamların həyatı, səh. 135.

dərinə sığışmırsan. Anlamırsan ki, sənə verilən bu fürsətin səbəbi, doğrusu, iç üzünü açıb xalqa göstərmən üçündür? Sən, Allah-taalanın «Küfr edən şəxslər onlara verdiyimiz möhləti heç xeyir bilməsinlər! Bu möhlət yalnız onların günahlarını daha da çoxaltmaları üçündür. Onlar zillətli bir əzaba düçar olacaqlar»-deyə buyurduğunu unutmusanmı?

Ey azad edilmiş şəxslərin oğlu! Bu ədalətli hökmdürmü ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında, naməhrəmlərin baxışlarından uzaq otursun, amma sən Allah rəsulunun (s) qızlarını əsir edərək, pərdəsini kənara atıb, hörmətsizlik edəsən, onların səslərini boğazlarında boğub, naməhrəm kişilər vasitəsilə onları dəvələrə mindirib, bir şəhərdən başqa bir şəhərə yollayasan? Bu necə ədalətdir ki, heç kim onlara yer verməsin və heç bir mühafizləri olmasın və onlara məhrən olan kişilərdən kimsə yanlarında olmasın?

Əlbəttə, qəlbi bizə qarşı ədavət və küdurətlə dolu olan kəsdən bundan artıq nə gözləmək olar? Deyirsən, kaş ki, Bədr savaşında (Peygəmbər(s) və Həzrət Əli tərəfindən) qətlə yetirilən əcdadın indi burada olaydı və bu sözləri dilinə gətirərək, Peyğəmbər övladının dişlərinə (çubuqla) vurursan? Nə üçün axı belə etməyəsən? Bil ki, sən yer üzünün ulduzları sayılan Peyğəmbər övladlarının və Əbdul-Müttəlib ailəsinin qanını axıtmaqla iki tayfa arasında olan keçmiş ədavəti yenidən qurdun. Boş yerə

səh:173

fərəhlənmə! Tezliklə Tanrı hüzurunda peşman olacaqsan və orada arzu edəcəksən ki, kaş kor, lal olaydın və bu günü görməyəydin, kaş «indi babalarım burada olsaydı, o qədər şad olardılar ki, öz dərilərinə belə sığmazdılar» ibarəsini dilinə gətirməyəydin. Ey Allah, bizə zülm edən kəsdən özün intiqamımızı al!

And olsun Allaha ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) və dostları Tanrının lütf və mərhəməti sayəsində olacaqları gün (qiyamət günü) sən Yaradannın hüzurunda öz ətini-dərini didib-dağıdacaqsan. Allah öz və`dəsini yerinə yrtirəcəyi zaman kənarda qalmış bu məzlumları bir yerə toplayacaq. Allah buyurur ki, «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsla, onlar öz rəbbinin yanında diridirlər və ruzi (cənnət ruzisi) yeyirlər». Lakin səni zorla müsəlmanların rəhbərliyinə təyin edən, haqq-ədalətin, ilahi məhkəməsinin, Məhəmməd peygəmbərin (s) və sənin öz bədən üzvlərinin, etdiyin cinayətlərin əleyhinə şahidlik edəcəyi o gün, anlayacaq ki, kim hansınız daha da bədbəxtdir.

Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu, Allaha and olsun ki, sən mənim gözümdə elə bir dəyərə malik deyilsən ki, mən səni danlayam. (yəni; sən o qədər alçaq və dəyərsizsən ki, heç danlanmağa da layiq deyilsən). Sən təhqir olunmağa

səh:174

belə ayiq deyilsən. Amma nə edə bilərəm? Gözlərim yaşla dolub, dərd- kədərim sinəmdə fəryad edir. Hüseyn (ə) qətlə yetirildikdən sonra, şeytanın qoşunu Peyğəmbərin əhli-beytinə hörmətsizlik edərək, müsəlmanların beytül-malından (Yezidin əlilə) mükafatlanmaq xatirinə, bizi Kufədən «səfehlər diyarına» gətirdi və bu cəlladların əlləri bizim qanımıza doydu. Və vəhşi-ac canavarlar şəhidlərin pakizə cənazələri üstündə at çapdıqdan sonra səni məzəmmət etmək, tə`nə vurmaq hansı dərdə dərman olar ki? Sən bizi öldürmək və ya əsir tutmaqla coxlu mənfəətlərə sahib olduğunu xəyal edirsənsə, tezliklə anlayacaqsan ki, zərərdan başqa bir şey ələ gətirməmisən. Qiyamət günü bu əməllərinin aqibətindən başqa heç bir şey qazanmayacaqsan. O zaman İbn Ziyadı öz köməyinə səsləyəcək, o isə öz növbəsində səndən mədəd umacaq. Amma sən və sənin davamçıların o gün Tanrının ədalət məhkəməsinə toplanacaq və biləcəksiniz, sənin axirətinə yadigar qoyulmuş ən yaxşı azuqə Peyğəmbər balalarını qətlə yetirrməyin olmuşdur. Allaha and olsun ki, mən Ondan qerisindən qorxmur və Ondan başqa heç kimə gileylənmirəm! Hər nəyi bacarırsan, onu da elə! Bütün hiylələrini işə sal! Ədavətini bütün gücüylə göstər! Allaha and olsun, bu ləkə sənin adina elə həkk olub ki bir daha silinməyəcəkdir. Allaha şükürlər olsun ki, behişt

səh:175

gənclərinin rəhbərinin (İmam Hüseynin (ə)) sonunu əbədi səadətlə nəticələndirdi və cənnəti onlara labüd etdi. Allahdan arzum budur ki, onların məqamını daha da yüksəltsin və öz mərhəmətini onlara nisbət daha da artırsın. Necə ki, Allah ən qüdrətli hami və ən gözəl havadardır».(1)

Zeynəbin (ə) xütbəsi o qədər təsirli oldu ki, məclisdə iştirak edən məsul şəxslər, hətta Yezidin öz yaxınları da ona etiraz edərək qəzəbləndilər. Hətta orada olan hərəmxana qadınları da, Yeziddən üz çevirərək göz yaşları içində məclisi tərk etdilər. Onlar Hüseynə (ə) mərsiyələr söyləyirdilər.(2)

3. ƏZADARLIQ VƏ KƏDƏRLƏNDİRİCİ ÇIXIŞLAR

Əhli-beyt (ə) qadınları kədərli çıxışları və əzadarlıq mərasimlərilə insanların vicdanlarını ayıldaraq təsirləndirirdilər. İmam Hüseynin (ə) məzlumiyyətini xalqa açıqlayır, bu yolla müsəlmanları kövrəldərək onlara insani, hümanist duyğular aşılayırdılar. Elə bunun nəticəsində camaatın yatan fitrətində zalıma nifrət, məzluma rəhmət hissi oyandı. Və həmçinin belə matəm mərasimlərində Əhli-beyt (ə) qadınlarının söylədiyi ürək yandırıcı, eyni zamanda düşündürücü sözlər hamını İmam Hüseynin (ə)

səh:176


1- [1] . Məsum imamların həyatı, səh. 136-137.
2- [2] . Tarixi-Təbəri, c. 4, səh. 356; Kamil,c. 3, səh. 298.

qiyamı barəsində fikirləşməyə vadar edirdi.

Bu, həm də özlərini dindar kimi göstərən Bəni-Ümyyə hakimiyyətinin rüsvay olması və süqutunun təzmini demək idi.

Necə ki, İmam Hüseynin (ə) həyat yoldaşı Rübab Kufə şəhərinə daxil olarkən, ağlayaraq fəryad etdi: «İmam Hüseyn (ə) bir nur idi ki, hər kəs işığını ondan alırdı. İndi isə Kərbəlada şəhid edildi və mübarək bədəni torpaq üstündə yalqız buraxıldı. Ey Peyğəmbərin övladı Hüseyn, Allah səni ən gözəl şəkildə mükafatlandırsın. Sən mərhəmətli və möhkəm bir dağa bənzəyirdin, bizimlə gözəl davranırdın. Səndən sonra kim yetimlərə və çarəsiz insanlara pənah olacaq? Kim əli hər yerdən üzülmüşlərə sahib çıxacaq. Səndən sonra mən torpaqların məni örtdüyü zamanadək tənha yaşayacağam!»(1)

Rübab, İbni Ziyadın məclisində göz yaşı tökərək diqqətləri Hüseynin (ə) məzlumiyyətinə cəlb etdi: «Ah, mənim Hüseynim (ə)! Mən düşmənlərin ox və nizə yağışına tutduqları Hüseyni (ə) unutmayacağam. Namərdlər onu Kərbəlada hiylə ilə öldürdülər. Əvvəlcə köməyə çağırdılar sonra isə amansızlıqla, susuz şəhid etdilər. Allah Hüseynin (ə) düşmənlərini qiyamət günü susuz cəzalandırsın!»(2)

səh:177


1- [1] . Məhəmməd əl-Həsun Məşkur, Əlamün-nisa, səh. 345; Əbülfərəc, əl-əğani, c. 16, səh. 142.
2- [2] . Kamil,c. 3, səh. 300; Biharül-ənvarül-ənvar, c. 10, səh. 235.

Həzrət Zeynəb (ə) Yezidin sarayında qardaşının kəsilmiş başını gördükdə dedi: «Ya Hüseyn! Ey Allah rəsulunun (s) sevimlisi, ey Məkkə və Minanın övladı, ey Fatimeyi Zəhranın (s) oğlu!»(1)

Bu sözlər hamını kövrəltdi. Ümm Gülsüm və Fatimə də, buna bənzər növhələr oxudular.(2) Onlar daim Hüseynin (ə) məzlumiyyətini xalqa aşılayırdılar.

4. İFFƏT KEŞİYİDƏ

Əhli-beyt (ə) qadınları düşmən qoşununun ərlərini, qardaşlarını, yaxınlarını amansızlıqla öldürdüyünü, vəhşicəsinə xeymələrə basqın edib qarətə məşğul olduğunu və onları əsir tutub əzab-əziyyət verə-verə ac-susuz şəkildə şəhərləri dolandırdıqlarını gördülər. Amma bütün bunlardan sarsılmayaraq, öz iffət və namuslarını şərəflə qorudular. Kufə şəhərinə daxil olduqda əsir düşmüş Əhli-beyt (ə) xanımlarına şəhərin evlərinin damından baxan qadınlar örpək payladılar.(3)

Kufənin cümə məscidinin yanındakı evdə həbs olunduqda isə Zeynəb qəzəblə dedi: «Baxın, bizim yanımıza kənizlərdən başqa heç kim gəlməsin!»(4)

Əsirlər Şam şəhərinə yetişdikdə isə Ümmü Gülsüm və Rübab Şimrə dedi: «Bizi şəhərin başqa

səh:178


1- [1] . Ş. A. Qumi, İmam Hüseynin (ə) həyatı, səh. 341-342.
2- [2] . Həmin mənbə, səh. 290-293.
3- [3] . İmam Hüseynin (ə) həyatı, səh. 291-292.
4- [4] . Cavad Mühəddisi, Aşura şüarları, səh. 248.

qapısından xəlvət küçələrlə apar və şəhidlərin nizəyə keçirilmuş başlarını, bizdən uzağa apar ki, yad insanların gözü onları seyr edərkən bizə sataşmasın». Amma Şimr bunu etmədi. Belə olduqda Ümmü Gülsüm fəryad edərək, etirazını bildirdi: «Vay olsun sənə ey məlun! Allah zalımlara lənət etsin. Allah sənə lənət etsin! Bu iyrənc əməlinlə fəxr edirsən? Peyğəmbərin ailəsini yad baxışların önünə çıxarmaqlamı öyünürsən?!...».(1)

Peyğəmbərin səhabəsi Səhl İbn Səd deyir ki, mən təsadüfən Əhli-beyt (ə) əsirlərinin Şama gətirildiyi gün orada idim. Şəhidlər ağası Hüseynin (ə) qızı Səkinəni gördüm ondan nə istəyi olduğunu soruşdum,: O, Atamın başını nizəyə vuran bu bədbəxtə de ki, bizim aramızdan uzaqlaşsın. Belə olduqda kütlə ona baxar və diqqətlər bizim üzərimizdə cəmləşməz».

Mən başı aparan nizəçiyə 400 dinar verdim ki, onu əsirlərin içindən kənara aparsın.(2)

Başqa bir nümunə: «Yezidin sarayında Şamlı bir kişi Həzrət Hüseynin (ə) qızı Fatiməni özünə kəniz etmək üçün, Yeziddən xahiş etdi. Yezid onun istəyini qəbul etdi. Amma Fatimə və Zeynəb (ə) etiraz səslərini ucaldaraq, Yezidin bu çirkin əməlinə mane oldular. Onların cəsarətli etirazından təəccüblənən

səh:179


1- [1] . Rəbbani Xalxali, Hüseynin parlaq siması, səh. 520-521.
2- [2] . Rəyahinüş-şəriə, c. 3, səh. 316.

kişi, əsirlərin kim olduğunu soruşdu. Bu qadınların Əhli-beyt (ə) əsirləri olmasını öyrəndikdə isə o, Yezidi lənətləyərək təhdid etdi və Yezidin əmri ilə şəhid edildi».(1)

5. İDARƏÇİLLİK VƏ MÜHAFİZƏ

Mə`lum olduğu kimi Kərbəla faciəsi zamanı Həzrət İmam Səccad (ə) İlahi məsləhəti ilə xəstə idi. Belə olan halda təbii ki, əsirlərin mühafizəsi və şəraiti idarə etmək kimi ağır bir məsuliyyət Həzrət Zeynəbin üzərinə düşürdü. Bu cəsarətli qadın öz uzaqgörənliyi ilə od-alovun içərisində İmam Səccadın (ə), qadın və uşaqlarını xilas edə bildi. Əsirlər hər bir halda ona sığınır, ondan kömək umurdular. Alman yazıçısı Kurt Frişler «İmam Hüseyn və İran» adlı kitabında yazır «Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid edildikdən sonra şəraitin olduqca ağır və dəhşətli həddə pis olmasına baxmayaraq, əsirlərin idarəçilik və mühafizə işlərini öhdəsinə aldı. O, hətta hər dəfə xütbə və çıxışlarına başlamazdan əvvəl, əsirləri sayır heç kimin itkin düşməməsinə çalışırdı. Buna əmin olduqdan sonra isə sözə başlayırdı. Əlində az miqdarda olan çörəyi digər əsir qadın və uşaqların arasında bölür, çox vaxt özü ac qalırdı».(2)

səh:180


1- [1] . Şeyx Müfid, İrşad, səh. 479; Tarixi-Təbəri, c. 3, səh. 339; Məqatilüt-Talibin, səh. 120.
2- [2] . K. Frişler, İmam Hüseyn, səh. 477.

Xanım Zeynəb (ə) əzəmətli elmi(1) və bacarığı ilə vəziyyəti lazımı formada idarə edirdi. Keçən bəhslərimizdə işarə etdiyimiz kimi Fatimənin Yezid kimi zalımın sarayında iffətinin qorunması, İmam Səccadın (ə) İbni Ziyadın iqamətgahında ölümdən qurtulması da bir başa Zeynəbin (ə) cəsarəti və hünəri nəticəsində mümkün oldu.

səh:181


1- [1] . Səfinətül-Bihar, c. 1, səh. 558.

səh:182

QAYNAQLAR

1. Qurani-Kərim.

2. «Ali-Məhəmməd (s) matəmində», Məhəmməd İştihardi.

3. «Aşura dərsləri», Cavad Mühəddisi, Dəftər təbliğati-islami, 1380 h. Ş.

4. «Aşura şuarları», Cavad Mühəddisi, Dəftər təbliğati-islami, 1378 h. Ş.

5. «Aşura tarixində qadınların rolu», Əli Qaimi, İntişarati-elmi-fərhəngi, 1382.

6. «Aşura qiyamçıları», Müstəfa Əsrari, İntişatati- Ələvi, 1383.

7. «Aşura elçiləri», Ətaullah Mühacirani,.

8. «Biharül-ənvaril-cameə lidürəril-əxbaril-əimmətil-əxbar», Məhəmməd Baqir ibn Məhəmməd (Əllamə Məclisi), (vəfat: 1111), Beyrut, Müəssisətül-vəfa, 1403 h. q. Çap növbəsi-2.

9. «Bəsairüd-dərəcat», Məhəmməd ibn Həsən Səffar Qummi (İbn Fərrux), (vəfat: 290 h. q.) Qum, Məktəbətül-mərəşi, 1404 h. q. Çap növbəsi-1.

10. «Bəlağətün-nisa», Əhməd ibn Əbu Tahir,.

«Vəsailüş-şiə», Məhəmməd ibn Həsən Hürr Amoli, (vəfat: 1104), tədqiq: Müəssisətü Alil-beyt (ə), Qum, Müəssisətü

səh:183

1. Alil-beyt (ə), 1409 h. q. Çap növbəsi-1.

2. «Vəqayeül-əyyam», Xiyabani, Tehran, 1375 h.ş.

3. «Qürərül-hikəm və dürərül-kiləm», Əbdülvahid Amidi Təmimi, (550 h. q.), tədqiq: Seyid Cəlalüddin Mühəddəs Ürməvi, Cameətü Tehran, Ət-təbətüs-salisə, 1360 h. ş.

4. «Qisarül-cüməl», Tehran, İntişarati-islami.

5. «Qamusur-rical», Beyrut, Darül-kutubil-elmiyyə, 1414 h.q.

6. «Qadınarın İmam Hüseyn (ə) qiyamında rolu», Zəhra Fəxr Ruhani, İntişarati-islami, 1373 h. ş.

7. «Qəhrəman Qadınlar», Mürtəza Kermani, İntişarati-hakim, 1378 h.ş.

8. «Dəaimül-islam və zikril-həlal vəl-həram vəl-qəzaya vəl-əhkam», Noman ibn Məhəmməd Təmimi, tədqiq: Asəf ibn Əliəsğər, Misir, Darül-maarif, 1389 h. q.

9. «Ehyau ülumüd-din», Məhəmməd ibn Məhəmməd Qəzzali (vəfat: 505 h. q.), Beyrut: Darül-hadi, 1412 h. q. Çap növbəsi-1.

10. «Əlamüd-din fi sifatil-möminin», Həsən ibn Məhəmməd Deyləmi (vəfat: 711 h. q.), tədqiq: Müəssisətü Alil-beyt(ə), Qum, Müəssisətü Alil-beyt(ə).

11. «əl-İxtisas», (nisbət verildiyi şəxs:) Məhəmməd ibn Məhəmməd Noman Ükbəri Bəğdadi (Şeyx Müfid) (vəfat: 413 h. q.), tədqiq: Əli Əkbər qəffari, Qum, Müəssisətün-nəşril-islami, 1414 h. q.

12. «əl-Əmali», Məhəmməd ibn Həsən Tusi (Şeyx Tusi), (vəfat: 460 h. q.) tədqiq: Müəssisətül-Besə, Qum, Darüs-seqafə, 1414 h. q. Çap növbəsi-1.

13. «əl-Əmali», Məhəmməd ibn Əli hbn Babəveyh Qummi (Şeyx Səduq), (vəfat: 381 h. q.), tədqiq: Müəssisətül-besə, Qum, Müəssisətül-Besə, 1407 h. q. Çap növbəsi-1.

«əl-Əmali», Məhəmməd ibn Məhəmməd Noman Ükbəri Bəğdadi (Şeyx Müfid) (vəfat: 413 h. q.), tədqiq: Hüseyn Ustad Vəli və Əli Əkbər qəffari, Qum,

səh:184

1. müəssisətün-nəşril-islami, 1404 h. q.

2. «əl-Bidayə vən-nəhayə», İsmail ibn Ömər Dəmeşqi (ibn Kəsir), (vəfat: 774 h. q.) tədqiq: Məktəbül-maarif, Beyrut, Məktəbül-maarif.

3. «əl-Əəyanü vət-təbyin», Əmr ibn Bəhr Kənani Cahiz, (vəfat: 255 h. q.) tədqiq: Əbdüssəlam Məhəmməd Harun, Qahirə, Məktəbətül-Xanəci, 1405 h. q.

4. «ət-Təzkirətül-Həmədniyyə», Məhəmməd ibn Həsən Bağdadi (İbn Həmədun), (495 - 562 h. q.), tədqiq: Ehsan Abas və Bəkr Abas, Beyrut, Darüs-sadir, 1996 m.

5. «əl-Helm», Abdullah ibn Məhəmməd Qürəşi, (İbn Əbid-Dünya), (vəfat: 281 h. q.) tədqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Müəssisətül-kotobüs-seqafiyyə, 1413 h. q.

6. «əd-Dürrül-mənsur fit-təfsiril-məsur», Cəlalüddin Əbdür-Rəhman Süyuti, Beyrut, Darül-fikr, 1414 h. q.

7. «əd-Dua», Süleyman ibn Əhməd Təbərani (vəfat: 360 h. q.), Müstəfa Əbdülqadir Əta, Beyrut, Darül-kotobül-elmiyyə, 1413 h. q.

8. «əl-Firdəvsi bi-məsuril-xitab», Şiruyə ibn Şəhrdar Deyləmi, (vəfat: 509 h. q.) Məhəmməd səid besyuni Zoğlul, Beyrut, Darül-kotobül-elmiyyə, 1406 h. q. Çap-1.

9. «əl-Kafi», Məhəmməd ibnYəqub Kuleyni Razi, (vəfat: 329 h. q.), tədqiq: Əli Əkbər qəffari, Beyrut, Darüs-səb və Darüt-təarüf, 1401 h. q. Çap-4.

10. «əl-Məhəccətül-bəyza fi təhzibil-ehya», Məhəmməd Möhsin ibn şah Mürtəza Feyz Kaşani, (1091 h. q.), təshih: Əliəkbər Qəffari, Qum, Cəmaətül-müdərrisin, 1383 h. q.

11. «əl-müsnəd», Əhməd ibn Məhəmməd Şeybani (İbn Hənbəl), (vəfat: 241 h. q.), tədqiq: Abdullah Məhəmməd Dərviş, Beyrut, Darül-fikr, 1414 h. q. Çap-2.

12. «əl-Əğani», Əbdülfərəc İsfəhani (Əli ibn Hüseyn), İntişatarati-Əmir Kəbir, Tehran.

səh:185

1. «Əbsarül-eyn», Səmavi (Məhəmməd ibn Tahir), Beyrut, 1377.

2. «Əlamün-nisa», Məhəmmədhəsun Məşkur, Qum, 1379 h. ş.

3. «əl-Mizan», Məhəmmədheseyn Təba-təbai, Dəftəri-intişarati-islami, Qum, çap növbəsi 5, 1417 h.q.

4. «əl-Məhasinü vəl-Əzdad», Əmr ibn Bəhr Kənani Cahiz, (vəfat: 255 h. q.) Qahirə, əl-məktəbətüt-ticariyyətül-kübra, 1350 h. q.

5. «əl-İrşad», Müfid (Məhəmməd ibn Məhəmməd Noman), Beyrut, Müəssisəyül-ələmi lil-mətbuat, çap növbəsi 3, 1399 h.q.

6. «əl-Lühuf» digər adı «əl-Məlhuf əla qətlit-təfuf», İbn Tavus (Seyyid Rəziuddin), Qum.

7. «əl-Məvaziül-ədədiyyə», Əli Meşkini Ərdəbili, (Müasir), tədqiq: Əli Əhmə Miyaneci, Qum, əl-hadi, 1406 h. q. Çap-4.

8. «əl-Möcəmül-kəbir», Süleyman ibn Əhməd Ləxmi Təbərani, (vəfat: 360 h. q.), tədqiq: Həmdi Əbdül-məcid Sələfi, Beyrut, Darü-ehyaüt-türasil-ərəbi, 1399 h. q. Çap-2.

9. «Əyanüş-şiə», Seyid Möhsin Əmin Amoli, (vəfat: 1371 h. q.), tədqiq: Seyid Həsən Əmin, Beyrut, Darüt-təarüf, 1403 h. q. Çap növbəsi-5.

10. «əl-Hikmətül-xalidə» (Cavidane xerəd), Əhməd ibn Məhəmməd Razi, (vəfat: 421 h. q.), Fars dilinə tərcümə: Təqiüddin Məhəmməd Şuştəri, Tehran, Fərhənge kavoş, 1374.

11. «əl-Xisal», Məhəmməd ibn Əli ibn Babəveyh Qummi (Şeyx Səduq), (vəfat: 381 h. q.), Qum, Müəssisətün-nəşril-islami, 1414 h. q. Çap-4.

12. «İrşadül-qülub», Həsən ibn Məhəmməd Deyləmi(vəfat: 711 h. q.), Beyrut: Müəssisətül-Əələmi, 1398 h. q. Çap növbəsi-4.

səh:186

1. «Kitabü mən la yəhzüruhül-fəqih», Məhəmməd ibn Əli ibn Babəveyh Qummi (Şeyx Səduq), (vəfat: 381 h. q.), tədqiq: Əli Əkbər Qəffari, Qum, Müəssisətün-nəşril-islami, Çap-2.

2. «Kəşfül-əsrar və üddətül-əbrar», Rəşidüddin Əhməd ibn Məhəmməd Miybodiy, təshih: Əliəsğər Hikmət, Tehran, İbn Sina, 1380 h. q.

3. «Kəşfül-bəyan» (Təfsiri-Sələbi), Əbu ishaq Əhməd ibn Məhəmməd Sələbi,(vəfat: 427 h. q.), tədqiq: Əbu Məhəmməd ibn Aşur, Beyrut, Darü ehyaut-türasil-ərəbi, 1422h.q.

4. «Kənzül-ümmal fi sünənənil-əqvali vəl-əhval», Əli Müttəqi ibn Hisamüddin Hindi, (vəfat: 975 h. q.), təshih: Səfvətüs-səqqa, Beyrut, Məktəbətüt-türasil-islami, 1397 h. q. Çap-1.

5. «Kamilüz-ziyarat», Cəfər ibn Məhəmməd ibn Qulviyə (İbn Qulviyə), tədqiq: Cavad Qəyyumi, Qum, Nəşril-Qifahə, 1417 hicri-qəməri, birinci çap.

6. «Ləalil-əxbar», Beyrut, 1413 h.q.

7. «Məalis-sibteyn», Mazəndərani, Tehran, Məktəbətü nəşris-seqafətil-islamiyyə, 1408 h. q. Çap-2.

8. «Murucüz-zəhəb», Məsudi (Əli ibn Hüseyn), Darül-kutubül-elmiyyə, Beyrut.

9. «Məqtəl», Müqərrəm (Seyyid Əbdürrəzzaq Musəvi), Beyrut, çap növbəsi 3.

10. «Məqtəl», Xarəzmi, (Məhəmməd ibn Mahmud), tədqiq: Məhəmməd əs-Səmavi, Qum, Məktəbətül-Müfid.

11. «Məsum İmamların (ə) həyatı», Mehdi Pişvayi, Qum, çap növbəsi 2.

12. «Müsnədi ibn Hənbəl», Əhməd ibn Məhəmməd Şeybani (İbn Hənbəl), tədqiq: Abdullah Məhəmməd Dərviş, Beyrut, Darül-fikr, 1414 hicri-qəməri, ikinci çap.

«Miyzanül-hikmə», Məhəmməd Məhəmmədi

səh:187

1. Reyşəhri, mütərcim: Həmid Rza Şeyxi, Qum, Darül-hədis, 1377, h. ş, birinci çap.

2. «Məcməül-bəyan fi təfsiril-Quran», Fəzl ibn Həsən Təbrisi (Əminül-islam), (vəfat: 584 h. q.), Seyid Haşim Rəsuli Məhəllati və Seyid Fəzlülah Yəzdi Təbatəbayi, Beyrut, Darül-mərifə, 1408 h. q. Çap-2.

3. «Müstədrəkül-vəsail və müstənbətül-məsail», Mirza Hüseyn Nəvəri Təbərsi, (vəfat: 1320 h. q.), Müəssisətü Alil-beyt (ə), 1407 h. q. Çap-1.

4. «Müsnədi-İbn Coud», Əli ibn Coud Covhəri, (vəfat: 230 h. q.), Beyrut, Müəssisətü-navər, 1410 h. q.

5. «Məcməül-bəhrəyn», Fəfrüddin Türəyhi, (vəfat: 1085 h. q.), tədqiq: Seyid Əhməd Hüseyni, Tehran, Məktəbətü nəşris-seqafətil-islamiyyə, 1408 h. q. Çap-2.

6. «Məhbubül-qülub», Qütbüddin Məhəmməd ibn Əli Deyləmi, təshih: İbrahim Dibaci və Hamid Sidqi, Tehran, Dəftəre-nəşre mirase-məktub, 1378.

7. «Mişkatül-ənvar fi qüəril-əxbar», Əli ibn Həsən Təbrisi, tədqiq: Məhdi Huşmənd, Qum, Darül-hədis, 1418 h. q. Çap-1.

8. «Məanil-əxbar», Məhəmməd ibn Əli hbn Babəveyh Qummi (Şeyx Səduq), (vəfat: 381 h. q.), tədqiq: Əli Əkbər Qəffari, Qum, Müəssisətün-nəşril-islami, 1361 h. ş. Çap-1.

9. «Məkarimül-əxlaq və məaliha», Əbubəkr Məhəmməd ibn Cəfər Xərrati, (vəfat: 327 h. q.), Qahirə, Darül-afaqil-ərəbiyyə, 1419 h. q.

10. «Məcazatün-nəbəviyyə», Məhəmməd ibn Hüseyn əl-Musəvi (Şərif Rəzi), tədqiq: Taha Məhəmməd Zeyni, Qum, Məktəbəti-Bəsirəti.

11. «Nəhcül-bəlağə», Məhəmməd ibn Hüseyn Musəvi (Şərif Rəzi), təshih və tərcümə: Seyyid Əli Nəqi Feyzül-islam, Tehran, Cavidan, 1360 h. ş.

12. «Nəhcül-fəsahə», Qum, Ənsariyan, 1375 h. ş.

səh:188

1. «Nəsayih», Qum, İntişarati-elmi-fərhəngi, 1376 h.ş.

2. «Nurus-səqəleyn», Huveyzi, Əbdül-əla ibni Cümə əl-Ərusi, Müəssisətü-İsmaili, Qum.

3. «Rəbiül-əbrar və nüsusül-əxbar», Məhmub ibn Ömər Zəməxşəri, tədqiq: Səlim ən-Nəimi, Qum, çap növbəsi 1, Mənşurati-Şərif Rəzi, 1410 h. Q. 55.

4. «Rəyahinüş-şəriə», Zəbihullah Məhəllati, Məşhəd, əl-Mötəbərül-aləmi lil-İmamir-Rza (əleyhis-səlam), 1409 h. q, birinci çap. 30.

5. «Rövzətül-üqəla və nəzhətül-füzəla», Məhəmməd ibn Həyyan Bosti, (vəfat: 354 h. q.), tədqiq: İbrahim ibn Abdullah Hazəmi, Riyaz, Darüş-şərif, 1413 h. q.

6. «Sobolül-hüdə vər-rəşad», Məhəmməd ibn Yusif Salehi Şami, (vəfat: 942 h. q.) tədqiq: Adil Əbdülmocud, Darül-kotobül-elmiyyə, 1414 h. q.

7. «Səfinətül-bihar», Beyrut, 1414 h.q.

8. «Siyrətün-nəbəviyyə», İbn Hişam (Əbdülmülk), Beyrut, Darül-cil, çap növbəsi 1, 1411 h.q.

9. «Səvabül-əəmal və iqabül-əmal», Məhəmməd ibn Əli ibn Babəveyh Qumi (Şeyx Səduq), tədqiq: Şeyx Əli əl-Ğəffari, Tehran, Məktəbətüs-Səduq. 55.

10. «Sünəni-Əbi David», Sülüyman ibn Əşəs Səcistani əl-Əzdi, tədqiq: Məhəmməd Mühyiddin Əbdül-həmid, Beyrut, Daru-ehyaüs-sünnətin-nəbəviyyə.

11. «Sünəni-ibn Macə», Məhəmməd ibn Yezid əl-Qəzvini (İbn Macə), tədqiq: Məhəmməd Fuad Əbdül-baqi, Beyrut, Daru-ehyait-turasil-ərəbi, 1395 h. q, birinci çap.

12. «Səhihi-Buxari», Məhəmməd ibn İsmayıl Buxari, tədqiq: Mustafa Dib əl-Bəğa, Beyrut, Dari-ibn Kəsir, 1410 h. q, dördünçü çap.

13. «Səhihi-Müslim», Müslim ibn Həccac əl-Qəşiri Nişaburi, tədqiq: Məhəmməd Fuad Əbdül-baqi, Qahirə, Darül-hədis, 1412 h. q, birinci çap.

səh:189

1. «Tarixi-Təbəri», Təbəri (Məhəmməd ibn Cərir), Dəmeşq, 1411 h.q.

2. «Tarixdə qadın rolu», Mürtəza Fəhim Kermani, Tehran, İntişarati Fərhəngi-islami, 1369 h.ş.

3. «Tacül-ərus min cəvahiril-qamus», Seyid Məhəmməd Mürtəza ibn Məhəmməd Hüseyni Zübeydi, (1205 h. q.), tədqiq: Əli Şiri, Beyrut, Darül-fikr, 1414 h. q.

4. «Təfsiri-İbn Kəsir», (Təfsiri-Quranil-Əzim), İsmail ibn Ömər Bosrəvi Dəmeşqi (İbn Kəsir), (vəfat: 774 h. q.), tədqiq: Əbdüləziz Qəim və Məhəmməd Əhməd Aşur və Məhəmməd İbrahim Bənna, Qahirə, Darüş-şoəb.

5. «Təfsiril-Əyyaşi-Təfsiris-Soləmi», Məhəmməd ibn Məsud Soləmi Səmərqəndi, (Əyyaşi), (vəfat: 320 h. q.), tədqiq: Haşim Rəsuli Məhəllati, Tehran, əl-məktəbətül-elmiyyə, 1380 h. q. Çap növbəsi-1.

6. «Tənbihül-xəvatir və nəzhətün-nəvazir» (Məcmuətü Vərram),Vəram ibn Əbi Fəras Həmədan, (vəfat: 605 h. q.), Beyrut, Darüt-təarüf və Darüs-səb.

7. «Təhzibül-əhkam fi şərhil-müqniə», Məhəmməd ibn Həsən Tusi (Şeyx Tusi), (vəfat: 460 h. q.), .), Beyrut, Darüt-təarüf, 1401 h. q. Çap növbəsi-1.

8. «Təhzibül-əsmai vəl-lüğat», Yəhya ibn Şərəf Nəvəvi, (vəfat: 671 h. q.), Beyrut, Darül-fikr, 1416 h. q.

9. «Üyunil-əxbar», Abdullah ibn Müslim Dəynəvəri (İbn Qüteybə), (vəfat: 267 h. q.), Qahirə, Darül-kotobül-misriyyə, 1343 h. q.

10. «Hüsnüz-zənni billah», Abdullah ibn Məhəmməd Qürəşi, (İbn Əbid-Dünya), (vəfat: 281 h. q.) tədqiq: Məhəmməd Seyid İbrahim, Qahirə, Məktəbətül-Quran.

11. «Hilyətül-övliya və təbəqatül-əsfiya», Əhməd ibn Abdullah İsfəhani, (Əbu Nəim), (vəfat: 430 h. q.), Beyrut, Darül-ketabil-ərəbi1387 h. q. Çap növbəsi-2.

12. «Hüseyn (ə) inqilabı», Mürtəza Mütəhhəri.

səh:190

1. «Camiüs-səadət», Beyrut, 1413 h.q.

2. «Cameül-əxbar əv məarecil-yəqin fi üsulid-din», Məhəmməd ibn Məhəmməd Səbzvari, tədqiq: Müəssisətü Alil-beyt(ə), Qum, Müəssisətü Alil-beyt(ə).

3. «Cameül-bəyan ən təvili ayil-Quran» (Təfsiri-Təbəri), Məhəmməd ibn Cərir Təbəri (vəfat: 310 h. q.), Beyrut, Darül-fikr, 1414 h. q.

4. «Cameü bəyanil-elmi və fəzlih», Yusif ibn Əbdülbirr Nəmiri Qortubi, (vəfat: 463 h. q.) Beyrut, Darül-kotobül-elmiyyə.

5. «Şərhi-Nəhcül-bəlağə», Əbdülhəmid ibn Məhəmməd Mötəzili (İbn Əbil-Hədid), (vəfat: 656 h. q.) tədqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, Darü ehyaut-türas, 1387 h. q.

səh:191

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109