DİN FƏLSƏFƏSİ

Kitab haqqında

Giriş:Yəqubov,Mail

Ünvan və müəllif :Din Fəlsəfəsi/ Mail Yəqubov

Çap haqqında:Qum:əl-Mustafa (s) Beynəlxalq Tərcümə və Nəşr mərkəzi 2015=1394

Səhifə sayı 191

Seriya: əl-Mustafa (s), A. 1393/371/116 tərcümə və nəşr Beynəlxalq Mərkəzi. Mustafa Beynəlxalq İnstitutu; 130

ISBN:100000 riyal 5-693-195-964-978

Status kataloqlaşdırılması:Fapa

Dil:Azərbaycan dili

Ünvan:Din...

Mövzu:Din--Fəlsəfə

Mövzu:İslam fəlsəfəsi

Əlavə giriş:Beynəlxalq əl-Mustafa (s) Üniversiteti,Beynəlxalq əl-Mustafa (s) Tərcümə və Nəşr mərkəzi.

Konqres kateqoriyaları: BL51 / 7 d 9 1393

səh:1

Keçid:210 (Skip Dewey 210)

Milli kitabxana nömrəsi:3743738

Əlamət

səh:2

DİN FƏLSƏFƏSİ

Mail İsmayıloğlu

səh:3

səh:4

Naşirdən

Hər bir tədqiqatın əvvəli və sonu tədqiqatçı insan zehnində yaranmış suala cavab tapmaq yolunda inkişafın bir mərhələsi sayılır, həmçinin, bu gedişat elm və bilik olan tədqiqat nəticəsinin əldə edilməsi ilə sona çatır.

Əlbəttə, bu sonluq yeni bir başlanğıc üçün müjdə verir, çünki hər bir tədqiqat yeni iş, inkişaf təravət və bərəkət, həmçinin, yeni sualların meydana çıxması ilə nəticələnir.

Tədqiqat əsnasında qarşıya çıxan suallar zamanın ehtiyaclarının tənasübü və tədqiqatçıların bacarığı ilə inkişaf edir və bəşər mədəniyyətini hərəkətə vadar edir.

Elm və texnikanın inkişafı nəticəsində sualların tez bir zamanda dünyanın müxtəlif yerlərinə çatması və fasilələrin azalması prosesi yeni bir mədəniyyəti ərməğan gətirir. Buna görə də, şübhəsiz bu proses barədə mükəmməl məlumat və düzgün müdiriyyət bu yolda inkaredilməz təsirə malikdir.

Beynəlxalq əl-Mustafa (s) Universiteti elmi hövzələrdə malik olduğu xüsusi vəzifəsi, habelə insanların müxtəlifliyinə əsasən, tədqiqat sahəsində münasib şəraiti yaratmağı özünə vəzifə bilir.

Bu sahədə münbit şərait yaratmaq, imkanlardan faydalı şəkildə istifadə etmək, həmçinin, din sahəsində tədqiqatçı alimləri himayə etmək Beynəlxalq əl-Mustafa (s) Universitetinin Tədqiqat şöbəsinin əsas və önəmli vəzifələrindən sayılır.

Bu qəbildən olan elmi fəaliyyətlərs və mövcud vəziyyətin möhkəmləndirilməsi ilə dünyanın hər bir yerində dini mədəniyyətin inkişafı və yayılması ilə nəticələnməsinə ümid edirik.

_BEYNəLXALQ əL-MUSTAFA (S) NəşR Və TəRCüMə MəRKəZI_

səh:5

səh:6

Mündəricat

Ön söz. 11 [1]

BİRİNCİ FƏSİL: [2]FƏLSƏFƏ, DİN, DİN FƏLSƏFƏSİ. 13 [3]

Fəlsəfə haqqında. 13 [4]

Fəlsəfə tarixinin üç mərhələsi, Antik dövr fəlsəfəsi 14 [5]

Orta əsrlər fəlsəfəsi 16 [6]

Renessans, Yeni dövr fəlsəfəsi 17 [7]

Frensis Bekon, Rene Dekart, Tomas Hobbs. 18 [8]

Con Lokk, Benedikt Spinoza, Corc Berkli 20 [9]

Volter, Russo, Yum... 21 [10]

Fridrix Nitsşe, Kyerkeqor, Heydegger 23 [11]

Şərq fəlsəfəsi haqqında. 26 [12]

Məşşa fəlsəfəsi, Kindi, Farabi 27 [13]

İbn Sina, İbn Rüşd. 28 [14]

İbn Ərəbi, İbn Xəldun. 29 [15]

İşraqilik fəlsəfəsi 31 [16]

İsfahan məktəbi və mütaliyə fəlsəfəsi 32 [17]

Din haqqında. 33 [18]

Dinin tərifi 34 [19]

Din fəlsəfəsi 35 [20]

Din fəlsəfəsinə verilən təriflər 36 [21]

İKİNCİ FƏSİL: [22]ƏQL VƏ DİN.. 41 [23]

Əql və din münasibətləri 41 [24]

Fideizmdə əql və din. 42 [25]

Kyerkeqor və fideizm... 42 [26]

Vitgenşteyn və fideizm... 44 [27]

Rasionalizm... 45 [28]

Rasionalizmin problemləri 46 [29]

Orta yol - mötədil rasional baxış. 47 [30]

Din qanunları və əql 48 [31]

ÜÇÜNCÜ FƏSİL: [32]DİNİN MƏNŞƏSİ. 53 [33]

İki yanaşma. 53 [34]

Ogüst Kontun nəzəriyyəsi 54 [35]

Kont nəzəriyyəsinin tənqidi 56 [36]

Emil Dürkheymin nəzəriyyəsi 57 [37]

Dürkheym nəzəriyyəsinin tənqidi 59 [38]

Ziqmund Freydin nəzəriyyəsi 60 [39]

Andre Lonqun dini baxışları 62 [40]

Alvin Platinqanın nəzəriyyəsi 64 [41]

Müsəlman sxolastları və filosoflarının dinin mənşəyinə münasibəti 65 [42]

DÖRDÜNCÜ FƏSİL: [43]DİNİ PLÜRALİZM... 69 [44]

Plüralizmin ilk təzahürü. 69 [45]

İnhisarçı baxış, eksklüzivizm... 70 [46]

Plüralist baxış. 71 [47]

Tənqid və mülahizələr 74 [48]

Con Huk, Karl Rayner 77 [49]

Kamil din. 78 [50]

BEŞİNCİ FƏSİL: [51] DİN VƏ ƏXLAQ.. 83 [52]

Mövzu ilə bağlı suallar 83 [53]

Əxlaq və din münasibətlərinin analizi 85 [54]

Qərb fəlsəfəsində din və əxlaq münasibətlərinə yanaşmalar 85 [55]

Zəruri məqamlar 88 [56]

Müsəlman mütəfəkkirlərinin "Din və əxlaq" barədə görüşləri 89 [57]

Əşərilik. 90 [58]

Misbah Yəzdinin baxışları 92 [59]

ALTINCI FƏSİL: [60]DİN VƏ ELM... 99 [61]

Zəruri mövzu. 99 [62]

Elm və din məfhumları 99 [63]

Din və elm arasındakı münasibətlərin tarixi 100 [64]

XVII əsr və Natural fəlsəfənin ərsəyə gəlişi 100 [65]

XIX əsrdə elm və din arasında münasibətlər 103 [66]

XX əsr, Yeni baxış dövrü. 105 [67]

Elm və din ziddiyyətli həqiqətlər kimi 106 [68]

Elm və din müstəqil həqiqətlər kimi 106 [69]

Dialoq münasibəti barədə nə demək olar?. 108 [70]

Təkmilləşdirici münasibəti nəzərdən keçirək. 109 [71]

Təbii ilahiyyat (Natural Teology) və təbiət ilahiyyatı (Teology of nature) 109 [72]

İslam və İslam fəlsəfəsi baxımından problemin həlli 111 [73]

Düzgün yaşam tərzi 114 [74]

YEDDİNCİ FƏSİL: [75]АLLАHIN VАRLIĞININ SÜBUTLАRI. 119 [76]

Allah gerçəyi 119 [77]

Qərbdə məsələyə baxış. 119 [78]

Kоsmоlоji sübut 120 [79]

Оntоlоji sübut 122 [80]

Tеleоlоji sübut 124 [81]

Yumun iradlarına cavab. 127 [82]

Darvinin təkamül nəzəriyyəsi və teleoloji sübut 129 [83]

Etikaya əsaslanan sübut 130 [84]

Məsələnin müsəlman dünyasında şərhi 132 [85]

Fitrәt dәlili 133 [86]

Nәzm dәlili 135 [87]

Fәlsәfi sübutlаr 139 [88]

İbn Sinаnın mәsәlәyә münаsibәti vә bu hаqdа mülаhizәlәri 139 [89]

Tövhid, tövhidin fəlsəfi dəlilləri 142 [90]

Аllаh әn mükәmmәl vаrlıqdır 143 [91]

Аllаh mürәkkәb yox, bәsitdir 143 [92]

Kаinаt iki müхtәlif sәbәbin nәticәsi оlа bilmәz. 144 [93]

SƏKKİZİNCİ FƏSİL: [94]VӘHY.. 149 [95]

Vəhyə münasibət 149 [96]

Sekulyar yanaşmanın səbəbləri 150 [97]

Ottonun baxışları 152 [98]

"İlahi dialoq" kitabından. 153 [99]

İslamda vəhy. 154 [100]

Quranın tədricən və ya birdəfəyə nazil olması 155 [101]

Peyğəmbər günah və səhv etməməlidir 157 [102]

İslam sonuncu din, Quran sonuncu vəhydir 157 [103]

Əhli-beyt 159 [104]

DOQQUZUNCU FƏSİL: [105]ӘBӘDİ HӘYАT.. 165 [106]

Ölümdən sonra. 165 [107]

İnsan mahiyyəti 165 [108]

Duаlizm... 166 [109]

Fizikаlizm... 167 [110]

“Ölümdən sonra həyat” dedikdə nəzərdə nə tutulur?. 169 [111]

Qərb fəlsəfəsində ölümdən sonrakı həyatın sübutları 170 [112]

İslamdа "ölümdәn sоnrаkı hәyаt" mövzusu. 172 [113]

İslam fəlsəfəsində insan. 174 [114]

Quranda insanın mahiyyəti barədə. 175 [115]

Ölüm... 177 [116]

Bәrzәх. 179 [117]

Məad və ya axirət həyatı 181 [118]

Məadən fəlsəfi zərurəti və dəlilləri 181 [119]

Quran və məad. 184 [120]

səh:7

Müsəlman sxolastları və filosoflarının dinin mənşəyinə münasibəti 65 [1]

DÖRDÜNCÜ FƏSİL: [2]DİNİ PLÜRALİZM... 69 [3]

Plüralizmin ilk təzahürü. 69 [4]

İnhisarçı baxış, eksklüzivizm... 70 [5]

Plüralist baxış. 71 [6]

Tənqid və mülahizələr 74 [7]

Con Huk, Karl Rayner 77 [8]

Kamil din. 78 [9]

BEŞİNCİ FƏSİL: [10] DİN VƏ ƏXLAQ.. 83 [11]

Mövzu ilə bağlı suallar 83 [12]

Əxlaq və din münasibətlərinin analizi 85 [13]

Qərb fəlsəfəsində din və əxlaq münasibətlərinə yanaşmalar 85 [14]

Zəruri məqamlar 88 [15]

Müsəlman mütəfəkkirlərinin "Din və əxlaq" barədə görüşləri 89 [16]

Əşərilik. 90 [17]

Misbah Yəzdinin baxışları 92 [18]

ALTINCI FƏSİL: [19]DİN VƏ ELM... 99 [20]

Zəruri mövzu. 99 [21]

Elm və din məfhumları 99 [22]

Din və elm arasındakı münasibətlərin tarixi 100 [23]

XVII əsr və Natural fəlsəfənin ərsəyə gəlişi 100 [24]

XIX əsrdə elm və din arasında münasibətlər 103 [25]

XX əsr, Yeni baxış dövrü. 105 [26]

Elm və din ziddiyyətli həqiqətlər kimi 106 [27]

Elm və din müstəqil həqiqətlər kimi 106 [28]

Dialoq münasibəti barədə nə demək olar?. 108 [29]

Təkmilləşdirici münasibəti nəzərdən keçirək. 109 [30]

Təbii ilahiyyat (Natural Teology) və təbiət ilahiyyatı (Teology of nature) 109 [31]

İslam və İslam fəlsəfəsi baxımından problemin həlli 111 [32]

Düzgün yaşam tərzi 114 [33]

YEDDİNCİ FƏSİL: [34]АLLАHIN VАRLIĞININ SÜBUTLАRI. 119 [35]

Allah gerçəyi 119 [36]

Qərbdə məsələyə baxış. 119 [37]

Kоsmоlоji sübut 120 [38]

Оntоlоji sübut 122 [39]

Tеleоlоji sübut 124 [40]

Yumun iradlarına cavab. 127 [41]

Darvinin təkamül nəzəriyyəsi və teleoloji sübut 129 [42]

Etikaya əsaslanan sübut 130 [43]

Məsələnin müsəlman dünyasında şərhi 132 [44]

Fitrәt dәlili 133 [45]

Nәzm dәlili 135 [46]

Fәlsәfi sübutlаr 139 [47]

İbn Sinаnın mәsәlәyә münаsibәti vә bu hаqdа mülаhizәlәri 139 [48]

Tövhid, tövhidin fəlsəfi dəlilləri 142 [49]

Аllаh әn mükәmmәl vаrlıqdır 143 [50]

Аllаh mürәkkәb yox, bәsitdir 143 [51]

Kаinаt iki müхtәlif sәbәbin nәticәsi оlа bilmәz. 144 [52]

SƏKKİZİNCİ FƏSİL: [53]VӘHY.. 149 [54][1]

səh:8

Ön söz. 11 [1]

BİRİNCİ FƏSİL: [2]FƏLSƏFƏ, DİN, DİN FƏLSƏFƏSİ. 13 [3]

Fəlsəfə haqqında. 13 [4]

Fəlsəfə tarixinin üç mərhələsi, Antik dövr fəlsəfəsi 14 [5]

Orta əsrlər fəlsəfəsi 16 [6]

Renessans, Yeni dövr fəlsəfəsi 17 [7]

Frensis Bekon, Rene Dekart, Tomas Hobbs. 18 [8]

Con Lokk, Benedikt Spinoza, Corc Berkli 20 [9]

Volter, Russo, Yum... 21 [10]

Fridrix Nitsşe, Kyerkeqor, Heydegger 23 [11]

Şərq fəlsəfəsi haqqında. 26 [12]

Məşşa fəlsəfəsi, Kindi, Farabi 27 [13]

İbn Sina, İbn Rüşd. 28 [14]

İbn Ərəbi, İbn Xəldun. 29 [15]

İşraqilik fəlsəfəsi 31 [16]

İsfahan məktəbi və mütaliyə fəlsəfəsi 32 [17]

Din haqqında. 33 [18]

Dinin tərifi 34 [19]

Din fəlsəfəsi 35 [20]

Din fəlsəfəsinə verilən təriflər 36 [21]

İKİNCİ FƏSİL: [22]ƏQL VƏ DİN.. 41 [23]

Əql və din münasibətləri 41 [24]

Fideizmdə əql və din. 42 [25]

Kyerkeqor və fideizm... 42 [26]

Vitgenşteyn və fideizm... 44 [27]

Rasionalizm... 45 [28]

Rasionalizmin problemləri 46 [29]

Orta yol - mötədil rasional baxış. 47 [30]

Din qanunları və əql 48 [31]

ÜÇÜNCÜ FƏSİL: [32]DİNİN MƏNŞƏSİ. 53 [33]

İki yanaşma. 53 [34]

Ogüst Kontun nəzəriyyəsi 54 [35]

Kont nəzəriyyəsinin tənqidi 56 [36]

Emil Dürkheymin nəzəriyyəsi 57 [37]

Dürkheym nəzəriyyəsinin tənqidi 59 [38]

Ziqmund Freydin nəzəriyyəsi 60 [39]

Andre Lonqun dini baxışları 62 [40]

Alvin Platinqanın nəzəriyyəsi 64 [41]

Müsəlman sxolastları və filosoflarının dinin mənşəyinə münasibəti 65 [42]

DÖRDÜNCÜ FƏSİL: [43]DİNİ PLÜRALİZM... 69 [44]

Plüralizmin ilk təzahürü. 69 [45]

İnhisarçı baxış, eksklüzivizm... 70 [46]

Plüralist baxış. 71 [47]

Tənqid və mülahizələr 74 [48]

Con Huk, Karl Rayner 77 [49]

Kamil din. 78 [50]

BEŞİNCİ FƏSİL: [51] DİN VƏ ƏXLAQ.. 83 [52]

Mövzu ilə bağlı suallar 83 [53]

Əxlaq və din münasibətlərinin analizi 85 [54]

Qərb fəlsəfəsində din və əxlaq münasibətlərinə yanaşmalar 85 [55]

Zəruri məqamlar 88 [56]

Müsəlman mütəfəkkirlərinin "Din və əxlaq" barədə görüşləri 89 [57]

Əşərilik. 90 [58]

Misbah Yəzdinin baxışları 92 [59]

ALTINCI FƏSİL: [60]DİN VƏ ELM... 99 [61]

Zəruri mövzu. 99 [62]

Elm və din məfhumları 99 [63]

Din və elm arasındakı münasibətlərin tarixi 100 [64]

XVII əsr və Natural fəlsəfənin ərsəyə gəlişi 100 [65]

XIX əsrdə elm və din arasında münasibətlər 103 [66]

XX əsr, Yeni baxış dövrü. 105 [67]

Elm və din ziddiyyətli həqiqətlər kimi 106 [68]

Elm və din müstəqil həqiqətlər kimi 106 [69]

Dialoq münasibəti barədə nə demək olar?. 108 [70]

Təkmilləşdirici münasibəti nəzərdən keçirək. 109 [71]

Təbii ilahiyyat (Natural Teology) və təbiət ilahiyyatı (Teology of nature) 109 [72]

İslam və İslam fəlsəfəsi baxımından problemin həlli 111 [73]

Düzgün yaşam tərzi 114 [74]

YEDDİNCİ FƏSİL: [75]АLLАHIN VАRLIĞININ SÜBUTLАRI. 119 [76]

Allah gerçəyi 119 [77]

Qərbdə məsələyə baxış. 119 [78]

Kоsmоlоji sübut 120 [79]

Оntоlоji sübut 122 [80]

Tеleоlоji sübut 124 [81]

Yumun iradlarına cavab. 127 [82]

Darvinin təkamül nəzəriyyəsi və teleoloji sübut 129 [83]

Etikaya əsaslanan sübut 130 [84]

Məsələnin müsəlman dünyasında şərhi 132 [85]

Fitrәt dәlili 133 [86]

Nәzm dәlili 135 [87]

Fәlsәfi sübutlаr 139 [88]

İbn Sinаnın mәsәlәyә münаsibәti vә bu hаqdа mülаhizәlәri 139 [89]

Tövhid, tövhidin fəlsəfi dəlilləri 142 [90]

Аllаh әn mükәmmәl vаrlıqdır 143 [91]

Аllаh mürәkkәb yox, bәsitdir 143 [92]

Kаinаt iki müхtәlif sәbәbin nәticәsi оlа bilmәz. 144 [93]

SƏKKİZİNCİ FƏSİL: [94]VӘHY.. 149 [95]

Vəhyə münasibət 149 [96]

Sekulyar yanaşmanın səbəbləri 150 [97]

Ottonun baxışları 152 [98]

"İlahi dialoq" kitabından. 153 [99]

İslamda vəhy. 154 [100]

Quranın tədricən və ya birdəfəyə nazil olması 155 [101]

Peyğəmbər günah və səhv etməməlidir 157 [102]

İslam sonuncu din, Quran sonuncu vəhydir 157 [103]

Əhli-beyt 159 [104]

DOQQUZUNCU FƏSİL: [105]ӘBӘDİ HӘYАT.. 165 [106]

Ölümdən sonra. 165 [107]

İnsan mahiyyəti 165 [108]

Duаlizm... 166 [109]

Fizikаlizm... 167 [110]

“Ölümdən sonra həyat” dedikdə nəzərdə nə tutulur?. 169 [111]

Qərb fəlsəfəsində ölümdən sonrakı həyatın sübutları 170 [112]

İslamdа "ölümdәn sоnrаkı hәyаt" mövzusu. 172 [113]

İslam fəlsəfəsində insan. 174 [114]

Quranda insanın mahiyyəti barədə. 175 [115]

Ölüm... 177 [116]

Bәrzәх. 179 [117]

Məad və ya axirət həyatı 181 [118]

Məadən fəlsəfi zərurəti və dəlilləri 181 [119]

Quran və məad. 184 [120]

səh:9

səh:10

ÖN SöZ

Qloballaşan dünyanın tələbləri və qayğıları da yeniləşməkdədir. Mütərəqqi texnologiyalarla zəngin çağdaş insan ömrü dərin məzmunlu suallarlın ağrısını yaşayır. Bu suallar bəzən fəlsəfi, bəzən dini müstəvidə təzahür edir. Onların cavablandırılması da məhz bu iki sahənin öhdəsinə düşür. Müasir insanın həyat problemləri əsasən hümanitar sahələrlə, o cümlədən, psixologiya, sosiologiya və ədəbiyyatla əlaqəli olsa da, fəlsəfə və dində insanın mənəvi ehtiyacları daha çox nəzərə alınır. İnsan yaşayır, yaradır, inkişaf edir, müasirləşir, böyük svilizasiya yaradır. Lakin bütün bu heyrətamiz hadisələrin müəllifi yarandığı gündən hazıradək bir zümrə əsrarəngiz ehtiyaclardan qurtula bilmir. Bu, onun iç dünyasını əhatə edən mənəvi duyğuların ehtiyacıdır. Bəzən həmin pak fəza öz tarazlığını itirir. Səbəb nədir? Zənnimizcə, insan iç dünyasında yaranan dini-fəlsəfi suallar və tələblərə biganə qaldıqda, onları cavablandırmadıqda daxilindəki nigarançılıqlar güclənir. Demək, fəlsəfə və din insan həyatı ilə sıx bağlı sahələrdir. Bu gün ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa və bir çox başqa inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən dünya şöhrətli univer­sitetlərdə və elmi-tədqiqat mərkəzlərində fəlsəfə (philo­sophy), ilahiyyat (theology) və din fəlsəfəsi (philosophy of religion) fakultələrininin ciddi fəaliyyəti və intensiv şəkildə yüksək ixtisaslı tədqiqatçıların hazırlanması bir daha bu müddəanı təsdiqləyir. Bəli, çağdaş həyat insanları nəinki dini-fəlsəfi atmosferdən uzaqlaşdırmamış, hətta onları bu sahələrdə daha dərin araşdırmalara sövq etmişdir.

Qürurla deyə bilərik ki, zəngin elmi-mədəni irsə sahib Azərbaycan xalqı, xüsusi ilə ziyalı gənclik dünyada gedən bu intellektual tərəqqidən haşiyədə qalmamışdır. Azərbaycanın istedadlı insanları və zəkalı gəncləri fəlsəfə və dinə böyük maraq göstərməkdədirlər. Bu gün doğma vətənimizin müxtəlif universitetlərində və ali təhsil ocaqlarında fəlsəfə və ilahiyyat fakultələri fəaliyyətdədir. Əlbəttə ki, bunu təsadüfi saymaq olmaz. Tarix boyu dünya mədəniyyəti xəzinəsinə dahi filosof və ilahiyyatçılar təqdim edən Azərbaycan bu gün də həmin şərəfli yolu inamla davam etdirir. Biz Azərbaycan mədəniyyətinə sədaqətlə xidmət edən bütün alimlərimizə dərin

səh:11

hörmətlə yanaşır, onlara səmimi minnətdarlığımızı bildiririk.

Əziz oxucu! Qarşınızdakı kitab fəlsəfə və ilahiyyat üzrə təhsil almış azərbaycanlı bir gəncin fəlsəfə və din sahə­sindəki marağı nəzərə alaraq apardığı iki illik tədqiqat işinin nəticəsidir. Bu araşdırma bütün ziyalı azərbaycanlılara elmi-mənəvi bir töhfədir. Kitabda imkan daxilində çətin elmi terminlərdən istifadə edilməmiş, oxu­cu ilə səmimi elmi dialoq mühiti yaradılmasına səy gös­təril­mişdir. Hörmətli oxucularımızın tənqid və mülahizə­lərini səbirsizliklə gözləyir, növbəti nəşrlərdə bu təklifləri imkan həddində nəzərə alacağımızı vəd edirik. Sonda kitabın hazırlanması üçün yardım əli uzatmış bütün müəllimlərə və dostlara səmimi qəlbdən təşəkkür edirəm.

səh:12

BİRİNCİ FƏSİL:FƏLSƏFƏ, DİN, DİN FƏLSƏFƏSİ

Fəlsəfə haqqında

Din fəlsəfəsi prinsipcə din mövzusunda düşüncə və araşdırmalar məcmusudur. Bu fəlsəfədə dinin təməl inancları əql müstəvisində analiz olunur, mövcud sualların cavablandırılması və problemlərin həlli istiqamətində mülahizələr söylənilir. Din fəlsəfəsi müstəqil bir elm olaraq XIX əsrin birinci yarısında ərsəyə gəlsə də, dinin əql və təfəkkür baxımından araşdırılması dinin özü qədər qədim tarixə malikdir.(1) «Din fəlsəfəsi» termini haqqında açıqlama verməzdən öncə fəlsəfə və dinlə bağlı bəzi məqamlar üzərində dayanmağı lazım bilirik.

«Fəlsəfə» yunan mənşəli sözdür. Bu söz «fileo» («phileo»)-sevirəm və «sofiya» («sophia»)-müdriklik sözlərindən yaranmışdır.(2)

Tarix boyu fəlsəfəyə müxtəlif təriflər verilmişdir. Qədim yunan sivilizasiyasında fəlsəfi məktəb baniləri Platon və Aristotelin fəlsəfəyə baxışı XX əsrdə ərsəyə gəlmiş ekzistensializmin («existansia­lizm») fəlsəfəyə baxışı ilə eyni deyil. Buna baxmayaraq, bəzi tədqiqatçılar fəlsəfəyə ümumi tərif verməyə çalışmışlar. Məsələn, fəlsəfəni təfəkkürün varlığa və şüurun materiyaya münasibəti mövzusunu araşdıran bir elm kimi təqdim etmişlər.(3) Bə`zən də varlığı varlıq baxımından araşdıran elm fəlsəfə adlandırılmışdır.(4)

Fəlsəfənin müxtəlif cərəyanlara ayrıldığını nəzərə almaqla bu elmə vahid tərif vermək fikrindən daşınırıq. Ümumi şəkildə deyə bilərik ki, fəlsəfə adı altında varlıq aləmi və insan həyatındakı problemlərin əql və təfəkkür müstəvisində həlli anlaşılır. Fəlsəfə dedikdə müstəqil bir elm yox, yalnız problemin əql prizmasından çözülməsi nəzərdə tutularsa, məlum olar ki, fəlsəfə tarixi insanın özü qədər qədimdir. Çünki insan yarandığı gündən daim öz varlığı, həyat problemləri və digər problemlər barədə düşünmüşdür. Belə bir münasibət insanın əql qüvvəsinə malik olmasından qaynaqlanır. Fəlsəfənin müstəqil bir elm olaraq formalaşmasına gəldikdə isə bu mövzunu araşdırarkən Qərb və Şərq fəlsəfəsini bir-birindən ayırmaq

səh:13


1- . S. Aydın. Mehmet. Din felsefesi. s. 1
2- . Fəlsəfə ensiklopedik lüğəti, fəlsəfə sözü.
3- . Yenə orada.
4- . Təbatəbai, Məhəmməd Hüseyn, Bidayət-əl-hikmət, s. 6.

məcburiyyətindəyik. Şübhəsiz, uyğun sahədə geniş mütaliə oxucunun öz üzərinə düşür. Amma əziz oxucuların fəlsəfə, Şərq və Qərb fəlsəfi cərəyanları haqqında ümumi anlayış əldə etməsi üçün bu cərəyanların indiyə qədərki tarixini qısaca izləməli oluruq. Qeyd etdiyimiz kimi, fəlsəfə varlığın və onun əsas predmeti olan insanın təməl problemlərinin həllinə çalışan elm kimi tanınmışdır. Beləliklə, filosof cəmiyyətin əsas düşünən beyni, varlığın müxtəlif əsrarəngiz məqamlarını aşkara çıxaran şəxsdir. Fəlsəfənin mütaliə və təhqiq dairəsi geniş olduğundan bu elm öz tarixində çox fərqli, hətta bir-birinə zidd ideyalara malik məktəb və cərəyanları təcrübədən keçirmişdir.

Fəlsəfə tarixinin üç mərhələsi, Antik dövr fəlsəfəsi

Fəlsəfə tarixçiləri Qərb fəlsəfə tarixinin üç mərhələdən ibarət olduğunu bildirirlər: Antik dövr fəlsəfəsi, Orta əsrlər fəlsəfəsi və Yeni dövr fəlsəfəsi. Antik dövr fəlsəfəsi Yunanıstanda ərsəyə gəlib formalaşdığından həmin dövrü "Yunan fəlsəfəsi dövrü" də adlandırırlar. Qədim yunan fəlsəfəsi tarixi baxımdan dörd mərhələyə bölünür.

Birinci mərhələ taninmış mütəfəkkir Falesin fəlsəfi ideyalarla çıxışı ilə başlayır. Bu hadisə eramızdan əvvəl VII əsrin ortalarına təsadüf edir.

Eramızdan əvvəl V əsrə qədər davam edən bu mərhələdə filosoflar kainatın yaranışı haqqında düşünür, onun ilkin ünsürləri barədə mülahizələr irəli sürürdülər. Məsələn, Fales suyun ilkinliyini xüsusi vurğulayır və qeyd edirdi ki, həyatda olan mövcudlar sudan yaranmışdır.(1)

Antik fəlsəfənin ikinci mərhələsi Sokrat, Platon və Aristotelin fəlsəfi məktəbləri ilə yadda qalmışdır. Eramızdan əvvəl V və IV əsri əhatə edən bu mərhələ filosofların etika, təbiət və metafizika barədə düşüncələri ilə müşayiət olunmuşdur. Sokrat maddi aləmin fövqündə dayanan sabit həqiqətin varlığına inanır və deyirdi: «Bu həqiqət ağıl və hikmət sahibi Allahdır. Onsuz insanın əməlləri nəzarətsiz qalardı. Bu isə mümkünsüzdür.»(2)

Antik fəlsəfə dövrünün ikinci dahisi Platondur. «İdeyalar», «İdeal dövlət», «İdrak» və idrak nəzəriyyəsi ilə bağlı «Xatırlama» nəzəriyyələri Platon fəlsəfəsinin əsasını təşkil edir.

Filosof «İdeal dövlət» nəzəriyyəsində dövlətin xüsusiyyətlərini sadalayır və bildirir ki, insanlar əsas ehtiyaclarını ödəyə bilmədiklərindən dövlət yaradırlar.(3)

«İdeyalar» nəzəriyyəsində Platonun ən məşhur fəlsəfi baxışları əks olunur. O, bu nəzəriyyəsində sübut etməyə çalışırdı ki, müşahidə etdiyimiz mövcudlar, başqa bir aləmdəki varlığın kölgəsidir. Məsələn, maddi dünyada

səh:14


1- . Hənna Faxuri, “Tarixe fəlsəfe dər cəhane İslami”, s. 30.
2- . Yenə orada, s. 46.
3- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 106.

mövcud olan ağaclar digər bir dünyada mövcud olan "yeganə ağac" ideyasının maddi gerçəklikdə təzahürüdür. Platon hiss üzvlərinin fövqündəki həmin dünyanı «ideyalar dünyası» adlandırır və ideyaların maddi varlıqlardan fərqli olaraq, ümumi, dəyişməz və əbədi olduğunu bildirirdi. Buna görə də o, ideyanı əsl varlıq adlandırırdı.

Platon öz «İdrak» nəzəriyyəsində əsl və həqiqi idraka tərif verir.

Onun fikrincə, hissi idrakla (görmə, eşitmə kimi vasitələrlə) qavradığımız varlıq əsl varlıq deyil. Nəticədə ikinci və kölgə varlıq haqqında məlumat verən bu idrak həqiqi idrak sayıla bilməz.

Deməli, həqiqi idrak yalnız ideyalar barədə olan idrakdır. Bununla bağlı o «Xatırlama» nəzəriyyəsini irəli sürür. Platona görə, insan hissi idrak prosesində yeni bir şey əldə etmir.(1) O, müəyyən bir varlığı hiss edərkən ruhu ideyalar aləmində həmin varlıqla ünsiyyətdə olduğundan onu xatırlayır.(2)

Antik fəlsəfənin ən görkəmli nümayəndəsi olan Aristotel öz fəlsəfi baxışlar sisteminə bir çox mövzuları daxil etmişdir. Onun sayı 150-i ötmüş elmi-fəlsəfi əsərində bəşəriyyəti düşündürən çoxsaylı problemlərə münasibət bildirilir. Aristotelə görə, fəlsəfə bütün nəzəri və təcrübi elmləri əhatə edir, filosof bütün bu elmlərə yiyələnməlidir.

O, nəzəri elmlər dedikdə ilahiyyat (ontologiya, varlığın xüsusiyyətlərini araşdıran elm), təbiət elmləri və riyaziyyatı nəzərdə tuturdu. Təcrübi elmlər isə siyasət, etika, estetika və məişət kimi sahələri əhatə edirdi. Aristotelin ən böyük elmi nailiyyətlərindən biri də onun məntiq elmi ilə bağlı nəzəriyyəsidir. Ümumiyyətlə, məntiq elmi müstəqil bir elm olaraq birbaşa Aristotelin səyləri nəticəsində meydana gəlmişdir.(3)

Aristoteldən sonrakı fəlsəfi dövrü, yəni yunan fəlsəfəsinin üçüncü mərhələsini Epikürün təlimləri və Zenonun «Stoisizm məktəbi» məşhurlaşdırmışdır. Bu dövr eramızdan əvvəl IV əsrin axırlarından eramizin III əsrinə qədər davam etmişdir.

Fəlsəfə tarixində qeyd edilir ki, bu mərhələdə fəlsəfənin üç əsas mövzusu, sahəsi olmuşdur: məntiq, təbiət və etika. Bu üç sahə arasında etika əsas müzakirə obyekti idi. Qalan iki mövzu etikanın müqəddiməsi kimi tədqiq olunurdu.(4) Amma epikürçülük və stoisizm istisna idi.

Skeptisizm cərəyanı da bu mərhələdə yaranmışdır. Bu cərəyan insanın varlığa münasibətdə hər hansı bir idraka malik olduğunu inkar edirdi. Beləliklə, tam həqiqət məfhumu aradan qalxır və nisbilik məfhumu ortaya

səh:15


1- . Hənna Faxuri, “Tarixe fəlsəfe dər cəhane İslami”, s. 50.
2- . Bax: Məmmədəli Zeynalov, “Fəlsəfə tarixi”, s. 105.
3- . Furuği Məhəmmədəli, “Seyre-hekmət dər Urupa”, s. 31.
4- . Hənna Faxuri, “Tarixe fəlsəfe dər cəhane İslami”, s. 74.

çıxırdı. Onların nəzərincə, ağıllı insan heç bir mövzuda qəti fikir irəli sürməməlidir.(1)

III əsrdən V əsrə qədər davam edən fəlsəfi dövr isə yeniplatonçuluq (“neoplatonizm”) ideyalarından bəhrələnmişdir. Bu fəlsəfi məktəb Misirin İsgəndəriyyə şəhərində meydana gəlmişdir.

Yeniplatonçuluq cərəyanının banisi Plotin (205-270) III əsrin iztirablı şəraitində insanları səadətə çatdıracaq, onlara ruhi səbat verəcək yeni fəlsəfi baxışların müəllifi olmuşdur. Onun fəlsəfi düşüncələrinin əsas qayəsi iki mühüm mövzunu aydınlaşdırmaq idi: din və fəlsəfə. Dinlə bağlı belə bir məsələ araşdırılırdı ki, insana əvvəlki batini saflığını hansı yolla qaytarmaq olar? Fəlsəfənin əsas predmeti isə kainatın necə yarandığını müəyyənləş­dirmək və əqli prinsiplərə uyğun olaraq onun izah yollarını tapmaq idi.(2)

Orta əsrlər fəlsəfəsi

Qərb fəlsəfə tarixində V-XIV əsrlər Orta əsrlər fəlsəfəsi adlanır. Burada bir məsələni qeyd etmək lazım gəlir:

Antik fəlsəfənin yalnız dördüncü mərhələsində dinlə fəlsəfə mövzularının tam yaxınlaşdığını müşahidə etmək mümkündür. Çünki Platon yəhudilik və xristianlığın yayıldığı bir şəraitdə din məzmunlu fəlsəfə yaratmışdı. Doğrudur, Sokratın, Platonun və Aristotelin təlimlərində kainatı yaradan bir varlığın mövcudluğu qəbul edilirdi. Lakin onlar məsələni yalnız fəlsəfi aspektdən araşdırırdılar. Yəni burada dinin tərif verdiyi konkret «Allah» həqiqətindən yox, fəlsəfənin sübuta yetirdiyi, kainatı hərəkətə gətirən təbiətüstü varlıqdan söhbət gedirdi. Əslində Antik fəlsəfədən fərqli olaraq Orta əsrlər fəlsəfəsi xristian dinini əqli sübutlarla müdafiə etmək məqsədi ilə meydana gəlmişdi. Həmin dövrdə elmi-fəlsəfi dərslər yalnız kilsə məktəblərində keçildiyi üçün Orta əsrlər fəlsəfəsi sxolastik fəlsəfə adlanırdı. "Sxolastika" yunan dilində «schola» sözündən götürülmüşdür. «Schola» sözü məktəb mənasını ifadə edir.(3)

İndi isə Orta əsrlər dövrünün ən məşhur simaları ilə tanış olaq:

1. Avqustin (354-430)-Onun fəlsəfi araşdırmaları əql və din, yaxud əql və mənəviyyat arasındakı münasibətlərin müəyyənləşdirilməsinə yönəlmişdir. Qərbdə Avqustini çoxları xristian fəlsəfəsinin banisi kimi qəbul etmişdir.

2. Anselm (1033-1109)-O, Avqustinin davamçısı kimi tanınmışdır. Anselm Allahın varlığını əqli-fəlsəfi əsaslarla sübut etdiyi üçün xüsusi şöhrət qazanmışdır. Anselm xristian dinindəki «iman» məfhumunu əql müstəvisində təhlil edirdi. Onun bu barədəki mülahizələri «iman gətirib

səh:16


1- . Yenə orada, s. 78.
2- . Yenə orada, s. 84.
3- . Furuği Məhəmmədəli, “Seyre-hekmət  dər Urupa”, s. 88.

anlayın» cümləsində xülasələşmişdir. Yəni insan yalnız Allaha inandıqdan sonra varlığın mahiyyətini dərk edə bilər.

3. Akvinalı Foma (1224 və ya 1225-1274)-Qərbdə orta əsr mütəfəkkirləri arasında ən məşhur və nüfuzlu şəxsiyyət, şübhəsiz ki, Fomadır. O, xristian dini təfəkkürünü Aristotelin nəzəri fəlsəfəsinə uyğunlaşdırmaq məqsədilə İbn Sina, Qəzali və digər müsəlman filosoflarının əsərlərindən istifadə edərək yeni bir fəlsəfi baxışlar sistemi yaratdı. Fomadan sonra onun fəlsəfi irsi XIV əsrə qədər öz təravətini saxladı. Bu irs sonradan Avropada renessans adlanan yeni ictimai-fəlsəfi cərəyanın meydana gəlməsi ilə öz nüfuzunu itirdi.(1)

Beləliklə, filosofların fəlsəfi görüşlərində formalaşıb inkişaf edən din fəlsəfəsi orta əsrlər dövründə öz möhtəşəm zirvəsindən tənəzzül edir. Amma bu tənəzzül Avropada hansısa yeni fəlsəfəsi dövrün başlanğıcı deyildi. XIV əsrdən XVII əsrə qədərki dövr Avropa tarixində "Renessans dövrü" kimi tanınır.

Renessans, Yeni dövr fəlsəfəsi

Renessans (fransızca «renaissanse»-intibah mənasını ifadə edir) və yaxud İntibah dövrü Avropa tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. İntibah prosesində insanların həyata baxışı ilahi qanunlar və dəyərlər (teosentrik) çərçivəsindən çıxır, qeyri-ilahi, yəni insanmehvər (antroposentrik) məcraya daxil olur. Renessansın əsas mahiyyəti də məhz budur. İnsan öz tərəqqisini, rifahını, bir sözlə, xoşbəxtliyini müstəqil təmin etməyə qadir bir varlıq kimi qəbul olunur. Humanist (yalnız insan zəkasına arxalanmaq) dünyagörüşü və təfəkkürünü əsas götürən və onu təbliğ edən intibah cərəyanı, sırf fəlsəfi hərəkat kimi qəbul edilməməlidir. Çünki incəsənət, ədəbiyyat, elm, din və fəlsəfə kimi sahələrə təkan verib onların istiqamətini dəyişdirməyə çalışan bu proses cəmiyyətin bütün maraq dairələrini əhatə etmişdi. Beləliklə, 300 illik renessans dövrü XVII əsrdə yaranan Yeni dövr fəlsəfəsinə uzunmüddətli bir hazırlıq oldu.

XVII əsrdən XX əsrin ortalarına qədər davam edən Yeni dövr fəlsəfəsi özündə çoxsaylı fəlsəfi cərəyanları ehtiva etmişdir.

Lakin bu fəlsəfi cərəyanların bünövrəasində cəmiyyətin qarşısında dayanan problemlərin Allaha müraciət etmədən, müstəqil, insan təfəkkürü və zəkası tərəfindən həlli iddiası dayanırdı. Demək, Yeni dövr fəlsəfəsində Allahın varlığını təsdiqləyən bir filosof varsa da, onun nəzərdə tutduğu ilahi varlıq insanlardan və onların sosial-ictimai problemlərinin həllindən tam təcrid olunmuş bir həqiqət kimi qəbul edilir. Hərçənd, həmin dövrün bəzi fəlsəfi cərəyanları hətta belə bir ilahi varlığı da inkar edirdilər.

səh:17


1- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 222.

Frensis Bekon, Rene Dekart, Tomas Hobbs

İndi isə Yeni fəlsəfi dövrün bəzi tanınmış nümayəndələrinin dünyagörüşlərinə qısaca nəzər salaq.

Frensis Bekon (1561-1626) Londonda zadəgan ailəsində anadan olmuşdur. Bekon fəlsəfəsi yeni fəlsəfənin başlanğıc nöqtəsi adlandırılır.(1) Buna baxmayaraq, o özündən sonra gələn Rene Dekart qədər məşhur deyil. Çünki Bekon əsas səyini fəlsəfədə yeniliklərə yox, təbiət elmlərinin tədqiqində yeni metodika yaratmağa yönəltmişdi. Onun Yeni dövr fəlsəfəsinə verdiyi töhfə məhz bundan ibarət idi.

Bekon yeni dövrün əsasını təşkil edən texniki elmlər barədə düşünür və qüdrət əldə olunmasında bu elmləri yeganə vasitə hesab edirdi. O, insanı təbiətə hakim edəcək «yeni elm» yaratmaq əzmində idi. Bekon bundan əlavə, öz ölkəsinin siyasi xadiminə çevrilmişdi. Bekonun siyasi təfəkkürü elmi himayə edən qüdrətli bir dövlətin yaradılmasında xülasələşmişdi. O qədim yunan fəlsəfəsinin materialist filosoflarının düşüncələrini bəyənir və onları himayə edirdi.(2)

Rene Dekart (1596-1650) Fransanın Turen vilayətinin Laye qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Tarixi baxımdan yeni fəlsəfənin öncülü kimi Bekonun adı hallansa da, uyğun təfəkkürün formalaşmasında Dekartın fəlsəfi görüşləri daha təsirli olmuşdur. Belə ki, Dekart yeni fəlsəfənin banisi adlandırılmışdır. Onun fəlsəfi təfəkkür dünyasının özülündə «düşünürəm, demək varam» cümləsi dayanır.(3) Dekart, orta əsrlər sxolastik fəlsəfəsində mahir olsa da, bu düşüncə tərzindən imtina edib, mövcudların varlığına yeni formada əminlik əldə etmək qərarına gəlir. O şərti olaraq ətrafdakı bütün predmetlərin varlığına şəkk edir. Yalnız bir istisna var. Bu istisna düşünən «mən»dir. Dekart bu üsulla insanı və onun düşüncəsini həqiqəti qavrama prosesində vəhydən (ilahi qanunlardan) təcrid edir, bəşər zəkasını müstəqil və iqtidarlı bir varlıq kimi tanıtdırır.(4) Bununla da yeni fəlsəfə, varlığın yeni şərhi, bir sözlə, «modernizm» təfəkkürü özünü göstərməyə başlayır. Dekart fəlsəfəsində varlıq iki hissəyə bölünür: maddi dünya (cism və yaxud maddi substansiya) və düşüncə dünyası (ruhi substansiya). Bu iki varlıq bir-birindən asılı deyil. Beləliklə, Dekart, məşhur dualizm nəzəriyyəsinin əsasını qoyur.(5)

Dualizm təfəkkürünün nəticəsi olaraq sonralar yeni fəlsəfədə materialist və idealist yönümlü fəlsəfi cərəyanlar meydana gəldi. Materialistlər maddi varlıqı həqiqi varlıq, şüur dünyasını isə həqiqətdən kənar hesab edirlər.

səh:18


1- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 255.
2- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 226.
3- . Furuği Məhəmmədəli, “Seyre-hekmət dər Urupa”, s. 149.
4- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 228.
5- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 269.

Əksinə, idealistlər ideya və şüur dünyasını əsas götürür, materyianı şüurun kölgəsində olan varlıq kimi təsəvvür edirdilər.

Fəlsəfədə yeni baxış sahibi olan Dekart fizika, riyaziyyat və ilahiyyat elmlərində də dərin biliyə malik idi. İlahi varılığın sübutu onun ilahi fəlsəfi tədqiqatının mühüm hissəsi hesab olunur. Hərçənd, onun qəbul etdiyi ilahi varlığın funksiyası sxolastikada təsdiqlənən Allahın funksiyası ilə eyni deyildi.(1) Əslində, ilahi varlıq Dekartın fəlsəfəsində çətin bir problemi həll edirdi. O, deyirdi: “Şüurun materiyanı dərki prosesində onun predmeti olduğu kimi dərk etməsinə heç bir təminat yoxdur. Başqa sözlə, biz insanlar öz əqlimizlə dərk etdiyimiz müəyyən bir varlığı düzgün dərk edib-etmədiyimizə tam təminat verə bilmərik. Bəs nə etməli? Burada yalnız mehriban və xeyirxah Allah bizi düşüncəmizdəki xətadan xəbərdar edə bilər. Daha dəqiqi, Allahın xeyirxahlığı bizə yanlış dərketmə icazəsi vermir. Belə hal olsaydı, bu mütləq Allah tərəfindən bizə bildirilərdi."

Tomas Hobbs (1558-1679) İngiltərədə anadan olmuşdur. İngilis fəlsəfəsinin dahilərindən sayılan Hobbs həm də XX əsrdə anqlo-sakson dünyasında geniş yayılmış analitik fəlsəfənin atası hesab olunur. O da Bekon kimi yalnız insanın maddi durumunu yaxşılaşdıracaq biliklərin tərəfdarı idi. Bu səbəbdən də fəlsəfənin əməli yönümlərini qəbul edir, abstrakt məfhum və həqiqətlərin araşdırılmasına qarşı çıxırdı.(2)

Lakin Hobbs Bekondan fərqli olaraq materialist düşüncəli filosof idi. O, fəlsəfəni nəticədən səbəbə və səbəbdən nəticəyə çatmaq yollarını araşdıran bir elm kimi təqdim edirdi. Bu proses isə, onun fikrincə, təkcə materiyada cərəyan edə bilərdi. Yəni biz səbəb və nəticə qanununu yalnız materiyaya tətbiq edə bilərik. Hobbs bununla da cismdən xaricdə olan varlıqları düşüncə dairəsindən, bir sözlə, həqiqətdən kənar hesab edirdi.(3) Hobbsun bu baxışı onun empirizm (hissi təcrübəni biliklərin yeganə mənbəyi hesab etmək) məktəbinin nümayəndəsi olduğunu göstərir.

Hobbs həm də siyasi baxışları olan bir filosof kimi tanınmışdır. Onun fikrincə, ölkəni idarə etmək üçün çox iqtidarlı dövlət olmalıdır.(4) Hobbsa görə, bütün insanlar bir-birlərinə qarşı düşmən mövqedədirlər və hər an bir-birlərinin hüquqlarına təcavüz etməyə hazırdırlar. Bu mövzuda onun məşhur bir cümləsi var: «İnsan insan üçün canavardır»(5). Belə olan halda cəmiyyətdə asayiş yaratmaq və təcavüzkar insanın qarşısını almaq üçün iqtidarlı dövlətin varlığı labüddür.

səh:19


1- . Yenə orada, s. 270.
2- . Kapleston, “Tarixe fəlsəfe”, c. 5, s. 15.
3- . Furuği, “Seyre-hekmət  dər Urupa”, s. 110.
4- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 229.
5- . Furuği, “Seyre-hekmət dər Urupa”, s. 112.

Con Lokk, Benedikt Spinoza, Corc Berkli

Con Lokk (1632-1704) ingilis fəlsəfəsinin başqa bir nümayəndəsidir. O, Hobbsdan sonra, XVI-XVII əsrlərdə İngiltərədə empirik fəlsəfəsinin ən görkəmli nümayəndəsi hesab edilir. Lokk hissi təcrübəni insan idrakında yeganə vasitə kimi qəbul edən filosof idi. O, Hobbsdan fərqli olaraq, siyasi nəzəriyyələrində hökumətdən çox xalqın hüquqlarının tərəfdarı kimi çıxış edirdi. Onun siyasi baxışları Amerika dövlətinin qurucularına, həmçinin XVIII əsrdə Avropadakı siyasi görüşlərə böyük təsir göstərmişdir. Lokk öz «İctimai müqavilə» nəzəriyyəsi ilə insanları təbii durumdan çıxarır və ictimai birlik təşkil etməyə sövq edir. Lakin bu müqavilə Hobbsun baxışlarından fərqli olaraq, hakim və bərabər azadlığa malik vətəndaşlar arasında bağlanır. Deməli, insanlar azğın qüvvəyə çevrilmiş hakimi hakimiyyətdən kənarlaşdıra bilərlər. Bu ictimai-siyasi görüş demokratik ideyaların formalaşmasına güclü təsir göstərdi. Bu səbəbdən Con Lokk yeni fəlsəfə tarixində daha çox siyasi filosof kimi tanınmışdır.(1)

Benedikt Spinoza (1632-1677) Amsterdamda tacir ailəsində anadan olmuşdur. O, yəhudi olsa da, yəhudilik dininin rəsmi prinsiplərini rədd edirdi. Bu fikirlərinə görə yəhudi cəmiyyətindən kənarlaşdırılmışdı. Bir çox tədqiqatçılar Spinozanı karterian (Dekartın davamçısı olan) filosoflar sırasına daxil etmişlər. Spinozanın formaca Dekarta uyğun fəlsəfəsi məzmun baxımından Dekart fəlsəfəsindən fərqlidir. Əsas fərq bundan ibarətdir ki, Dekart fəlsəfi mütaliələrini elm və əminliyə çatmaq məqsədi ilə davam etdirirdi. Amma Spinoza fəlsəfəsinin əsas qayəsi onun özü və başqaları üçün səadət və xoşbəxtlik yolu tapması idi. Məhz bu səbəbdən Spinozanın ən məşhur fəlsəfi traktatı «Etika» (əxlaq) adlanır. «Etika»nın birinci hissəsində o öz fəlsəfi baxışlar sisteminin əsasını təşkil edən vahid substansiya (vahid həqiqət) təlimi barədə izahlar verir. Onun fikrincə, yalnız bir həqiqət mövcuddur. Spinoza bu həqiqəti «Allah» (ilahi varlıq) adlandırır.(2) Panteizm təfəkkürünün müxtəlif fəlsəfi əsasları olsa da, «Allahdan başqa heç bir substansiya mövcud deyil» prinsipini irəli sürən Spinozanı panteist filosof adlandırmaq mümkündür.

Corc Berklini (1685-1753) İngiltərənin idealist filosof və ilahiyyatçısı adlandırmaq olar. Berklinin yeni fəlsəfədəki rolu və dəyəri də məhz bundan irəli gəlir. O, maddi substansiyanın varlığını tamamilə rədd edir, yalnız subyektiv həqiqətin varlığına inanırdı. Onun elmi-fəlsəfi yaradıcılığının önəmli bir hissəsi dinə, xüsusilə, şəriət göndərən Allahın varlığının sübutuna həsr olunmuşdur. O, «Analitik ateist və riyaziyyatçıya müraciət» əsərində qətiyyətlə dinin müdafiəsinə qalxır.(3)

səh:20


1- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 232.
2- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 308.
3- . Kapleston, “Tarixe fəlsəfe”, c. 5, s. 221.

Volter, Russo, Yum

Fransua Mari Volter (1694-1778) Fransada vətəndaşların fərdi hüquqlarının müdafiəsi mövzusunda yazdığı məqalələrlə məşhurlaşmışdı. O, daha çox sosial-siyasi görüşləri ilə yadda qalmışdır. Volterin siyasi baxışlarında ingilis fəlsəfəsinin empirist görüşlərinə biganəlik müşahidə olunmur. Əslində o Bekonun, Hobbsın və Lokkun empirizm fəlsəfəsinin təsiri altına düşmüş və özü də bu mövqedən çıxış etmişdir.(1) Həqiqətin dərkində yalnız hissi təcrübəni vasitə hesab edən Volter sosial-siyasi baxışlarında özünü nəinki dinsiz mütəfəkkir kimi göstərmiş, hətta XVIII-XIX əsrlərdə dinin əleyhinə kitab və məqalələr yazmış məşhur filosof kimi tanınmışdır.

Jan Jak Russo (1712-1778) Volterin müasirlərindən olmuş və Fransanın görkəmli filosofu kimi tanınmışdır. Volterdə olduğu kimi, Russoda da sosial-siyasi ideyalar daha öndə durur. O, «İctimai müqavilə» adlı əsərində siyasi tufan qoparan və geniş etiraza səbəb olan sosial-siyasi görüşlərini təqdim etdi. Russoya görə, insanlar təbii halda azad varlıqdırlar. Lakin onlar həyatda qarşılaşdıqları problemləri təklikdə həll etmək iqtidarında deyillər. Bu məqamda onlar birləşib bir-birləri ilə müqavilə bağlayır və öz ixtiyarlarını «hökumət» adlanan bir qüvvəyə həvalə edirlər. Hökumət isə qanun qəbul edir və qanunların icrası ilə cəmiyyətdəki özbaşınalıqlar aradan qaldırılır.(2)

Deyvid Yum (1711-1776) Şotlandiyada anadan olmuş, Britaniyanın ən nüfuzlu filosoflarından biri kimi tanınmışdır. Onun adı fəlsəfi fikir tarixinə filosof, tarixçi və iqtisadçı kimi daxil olmuşdur. Yum anqlosakson dünyasında geniş yayılmış Sensudist fəlsəfi cərəyanına aid edilməlidir. Lakin onun fəlsəfə tarixində məşhurlaşmasının əsas səbəbini səbəb-nəticə adlanan iki hadisənin bir-birinin ardınca baş verməsinə münasibətində görürük. Yum səbəb-nəticə qanununu qətiyyətlə rədd edir. Filosofun nəzərincə, səbəb və nəticə adlandırılan iki hadisə ardıcıl baş verir və birinci hadisənin ikinciyə əsas sayılmasına heç bir dəlil yoxdur. Demək, səbəbiyyət qanununu sübuta yetirmək təcrübə, hətta əqlin imkanlarından xaricdir. Yumun bu mövqeyi sonralar anqlosakson fəlsəfəsinin pozitivist (yalnız hissi təcrübəni əsas götürən) filosofları tərəfindən müsbət qarşılandı.(3)

İmmanuil Kant (1724-1804) bir çox fəlsəfə tarixçiləri tərəfindən alman fəlsəfəsinin dahisi hesab edilir. Kant idrak nəzəriyyəsi, etika və estetika sahəsində, Avropanın, hətta dünya mədəniyyətinin, elmi-fəlsəfi düşüncənin inkişafında dərin iz buraxmışdır. Onun bütün ömrü Almaniyanın Köniqsberq (sonradan Kalininqrad) şəhərində keçmişdir. Kantın Yumun fəlsəfi

səh:21


1- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 324, 325.
2- . Furuği, “Seyre-hekmət dər Urupa”, c. 2, s. 176.
3- . Kapleston, “Tarixe fəlsəfe”, c. 5, s. 298, 299.

görüşlərindən təsirlənməsi danılmazdır. Bu qənaəti əsaslandıran fakt Kantın varlığı iki hissəyə, yəni «şey özündə» (noumen) və «təzahürlər»ə bölməsidir. Onun fikrincə, insan şüuru noumeni, yəni şeylərin əsl mahiyyətini dərk etməkdə acizdir. Biz insanlar yalnız ətrafımızda olan şeylərin təzahürlərini qavrayır, dərk edirik. Bu idrak prossesi iki mərhələdən ibarətdir. Birinci hissədə insan şüuru təsəvvürləri (ağac, dəniz, kitab və s. kimi tək məfhumları), ikinci mərhələdə isə təsdiqləri (bitmiş bir fikri bildirən söz və ya söz birləşmələrini) dərk edir. Kant əlavə edir ki, birinci mərhələdəki idrakda insan şüurunun iki əsas köməkçisi var. Daha doğrusu, insan hər hansı bir həqiqəti dərk edərkən onu həmin iki qəlibə salır. Bunu etmədən təzahürün idrak prossesi baş tutmur. Onlardan biri «zaman», digəri isə «məkan»dır. Kanta görə, hətta filosoflar zaman və məkan çərçivəsindən kənarda heç bir həqiqəti (ilahi varlıq həqiqətini belə) dərk edə bilmirlər. İkinci mərhələdə isə insan şüuru dörd qəlibdən istifadə edir. Onların da hər biri üç hissəyə bölünür. Bu dörd qəlib kəmiyyət, keyfiyyət, nisbət və cəhətdir.(1) Şübhə yox ki, Kant fəlsəfəsinin hətta xülasə açıqlaması geniş vaxt tələb edir. Hazırda isə diqqəti onun fəlsəfi görüşlərindəki bir nəticəyə yönəldə bilərik. Kant fəlsəfəsinin əsas qayəsi əqlin imkanlarını araşdırmaqdır. Onun fəlsəfədəki son qənaəti idrak prossesində əqlin imkanlarının məhdud olması idi. Deməli, əql rassionalistlərin görüşlərindən fərqli olaraq, həqiqətin dərkində heç də tam iqtidara malik deyil. Fəlsəfə tarixçiləri Kantın bu görüşünü XIX əsr Avropa fikir tarixində rassionalizmə münasibətdə dönüş nöqtəsi kimi qiymətləndirmişlər. Kantın fəlsəfi baxışlar sistemində digər əsas məqam onun antinomiyalar (ziddiyyətlər) barədə müddəalarıdır. Kanta görə, əqlin məhdud imkanlara malik olması ona imkan vermir ki, müəyyən həqiqətlər barədə qəti qərar çıxarsın.

Başqa sözlə, əql bu məfhumların gerçəkliyi barədə ziddiyyətli arqumentlər irəli sürur. Bu ziddiyyətlərdən biri budur ki, əql bə`zi məfhumların həm varlığına, həm yoxluğuna sübutlar gətirir. Bu məqamda nə etməli? Onun fikrincə, yeganə Allahın varlığı nəzəri əql yox, əməli əql yolu ilə sübuta yetir. O, əməli əqli etika, əxlaq adlandırır. Belə ki, etika həqiqətləri (təcavüzkar olmağın pisliyi, ədalətli olmağın yaxşılığı və s.) Allahın varlığını qəbul etmədən izah oluna bilməz. Deməli, Kantın ilahi varlığa doğru çəkdiyi yol əql şəhərindən keçmir.

Fridrix Hegel (1770-1831) dialektik fəlsəfə adlanan alman idealizminin banisidir. Hegelin bir çox sahələrdə, o cümlədən, metafizik fəlsəfə, hüquq fəlsəfəsi, siyasət fəlsəfəsi, ədəbiyyat və incəsənət fəlsəfəsi, din fəlsəfəsi və digər sahələrdə fikir bildirməsi onun fəlsəfəsini çoxşaxəli fəlsəfi sistem kimi tanıtdırmışdır. Hegel Kantdan təsirlənsə də, onun «əqli idrakın məhdudiyyəti"

səh:22


1- . Məliki Mustafa, “Tarixe fəlsəfeye qərb”, c. 2, s. 109, 110.

barədəki fikirlərini rədd edirdi. O, şüurun obyektiv varlığı dərk etməsinin mümkünlüyünü sübut etmək üçün «Ruhun fenomenologiyası» əsərini yazdı. Hegel fəlsəfəsi üç əsas hissədən ibarətdir: məntiq, təbiət fəlsəfəsi və ruh fəlsəfəsi.(1) Ruh fəlsəfəsində o mütləq ideyadan danışır. Onun fikrincə, bəşəriyyət öz mənəvi inkişaf yolunda nəhayət «mütləq ideya»ya qovuşacaq. O mütləq ideyanın tarixdə zühurunu, insanların qəbilə yaşayış tərzindən dövlət təşkilinə qədərki inkişaf yolunu görməyə çalışır.

Hegel fəlsəfi dilinin qaranlıq məqamları danılmazdır. Bu səbəbdən onun fəlsəfəsinə iki müxtəlif şərh verilmişdir.

Lüdviq Feyerbax (1804-1872) və Karl Marks (1818-1883) kimi sol hegelçilər və ya gənc hegelçilər cərəyanına aid olan filosoflar onun fəlsəfi fikirlərinin materialist əsaslara malik olduğunu vurğulamışlar. Gənc hegelçilər fəlsəfi yönümdən materialist, siyasi aspektdən islahatçı mövqedə dayanırdılar. Digər tərəfdən, Hegelin sağ hegelçilər cərəyanına aid edilən şagirdləri də vardı. Bu filosofların ən məşhuru ingiltərəli Bradleydir. XIX əsrin ikinci yarısında daha geniş kütlənin diqqətini cəlb etmiş və ingilis fəlsəfəsinin mühüm təsir mexanizminə çevrilmiş sağ hegelçilər fəlsəfi görüşlərində idealist, sosial-siyasi baxımdan mühafizəkar idilər. Hegelin fəlsəfi ideyaları XIX əsrin axırları, XX əsrin əvvəllərində pozitivizm fəlsəfəsinin təsirinə məruz qalsa da, son illər Avropa və Amerikanın elmi-fəlsəfi dairələrində bu ideyalara xüsusi maraq göstərilir.(2)

Fridrix Nitsşe, Kyerkeqor, Heydegger

Fridrix Nitsşe (1844-1900) XX əsrin ictimai təfəkkürünə ciddi təsir göstərmişdir. Nitsşe XIX əsr alman fəlsəfəsinin görkəmli nümayəndələrindəndir. O, dövrünün xristian düşüncəsinin və mədəniyyətinin ən qüdrətli tənqidçilərindən olmuşdur. Nitsşe XIX əsrdə Almaniyada və bütün Qərbi Avropada hökm sürən mənəvi yoxsulluğu anlamış və «Tanrı ölüb» ifadəsi ilə cəmiyyətin ilahi dəyərlərdən nə dərəcədə uzaqlaşdığını göstərməyə çalışmışdır. Onun əqidəsinə görə, belə bir vəziyyətdən yeganə çıxış yolu ənənəvi etik qaydaların və normativ qanunların fövqündə dayanan «fövqəl insanlar»ın zühur etməsidir. Nitsşe bir çox hallarda sözünü şairanə üslübda bəyan etmişdir. Bu səbəbdən o, XX əsrin həm fəlsəfi və həm ədəbi dairələrində geniş nüfuza malik olmuşdur.(3)

Seren Kyerkeqor (1813-1855), Danimarkanın ən məşhur filosofu olan bu şəxs bir çox tədqiqatçıların fikrincə, XX əsrdə geniş yayılmış bir fəlsəfi cərəyanın banisidir. Ekzistensializm latınca «ekzistentia» sözündən götürülmüşdür və «mövcud olmaq» mənasını ifadə edir.(4)

səh:23


1- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 365.
2- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 243.
3- . Yenə orada, s. 249.
4- . Zeynalov Məmmədəli, “Fəlsəfə tarixi”, s. 508.

Bu fəlsəfi cərəyanın yaranışı və inkişafı XIX əsrin axırları, XX əsrin əvvəllərində Avropada cərəyan edən ictimai, siyasi, dini və s. proseslərlə bilavasitə əlaqədardır. Həmin dövrdə cəmiyyətdəki mənəvi boşluq filosoflsrı ənənəvi fəlsəfi mövzulardan daşınmağa yox, sadəcə «insan» adlı şüurlu, zəkalı və ən əsası, duyğulu bir varlıq barədə fikirləşməyə və məhz onun sosial-psiloxoloji problemlərini görməyə vadar edirdi. Belə bir şəraitdə sonradan "ekzistensializm" adlanan yeni bir fəlsəfi məktəb ərsəyə gəlir və qorxu, həyacan, ümidsizlik və s. kimi insani problemlər haqda düşüncə önə çəkilir. Məhz buna görə ekzistensializmdə nəzərdə tutulan "ekzistens" mütləq varlıq yox, ancaq və ancaq «insan» kimi qəbul olunmalıdır. Bu fəlsəfi dünyagörüşünün bir çox nümayəndələri Avropanın və hətta dünyanın elmi-fəlsəfi dairələrində böyük şöhrət qazanmış dəyərli əsərlər yazmışlar. Kyerkeqorun fəlsəfi görüşlərinin əsasında isə onun insan həyatı ilə bağlı maraqlı fikirləri dayanır. “Qorxu və həyacan” əsərində o, uyğun məsələni geniş şəkildə açıqlayır. Onun fikrincə, estetik mərhələni hər bir insan müşahidə edə bilər. Birinci mərhələdə o yalnız özü və nəfs istəkləri barədə düşünür, onları doyurmağa çalışır. Kyerkeqorun «estetik» adlandırdığı bu mərhələdə insan yalnız öz mənafeləri haqda düşündüyündən ailə qurmaqdan belə imtina edir. Lakin bəzən insan bu mərhələdə bir müddət yaşadıqdan sonra onun həyatında sıçrayış baş verir və o, həyatın yeni bir dövrünü təcrübədən keçirməyə başlayır.

Bu dövr insanın əql qanunlarına riayət etməsi və etik normalara uyğun yaşayışı ilə əlamətdardır. Kyerkeqor insan həyatının bu mərhələsini «etik» adlandırır və bildirir ki, bu çərçivədə yaşayan insan ailə hayatı qurmaqla özünü cəmiyyətdən asılı vəziyyətə salır, fərdlərin xeyir və şərlərinə şərik olur. Qeyd etdiyimz kimi, ikinci mərhələyə keçmək hər fərd üçün zəruri deyil. Bu keçid olmaya da bilər. Nəhayət, etik qaydalara baş əyən insan bir gün həyatının daha yeni bir dönəminə qədəm qoya bilər. İnsan həyatının üçüncü hissəsi ilahi dəyərlər və ya Kyerkeqorun öz ifadəsinə görə «iman» rəngindədir. Burada yalnız və yalnız imandan qaynaqlanan ilahi qanunlar hakim olur və bu mərhələyə daxil olan insan uyğun qaydalara müvafiq şəkildə yaşayır.(1)

Kyerkeqor dini dəyərlərə dərindən bağlı olduğu halda ömrünün böyük bir hissəsini mövcud kilsə qurumları ilə mübarizəyə həsr etdi. Onun fikirləri XX əsrdə daha çox müzakirə və maraq obyektinə çevrildi.(2)

 Alman filosofu Martin Haydegger (1889-1976) Qusserlin şagirdi olmuş və XX əsrdə Qusserldən sonra alman fəlsəfəsinin ən görkəmli nümayəndəsinə çevrilmişdir. Haydegger Avropa fəlsəfə aləmində böyük nüfuz qazanmışdır. Anqlosakson fəlsəfəsi istər İngiltərədə, istərsə də

səh:24


1- . Məliki Mustafa, “Tarixe fəlsəfeye qərb”, s. 109.
2- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 245.

Amerikada pozitivizm cərəyanının təsiri altında olsa da, son illərdə Haydeggerin təmsil etdiyi ekzistensializm fəlsəfi təfəkkürü uyğun regionlarda geniş yayılmışdır. O, yeni texnoloji əsrin əsas tənqidçilərindən idi. Haydeggerin fəlsəfi görüşləri Qusserldən əlavə Kyerkeqor və Nitsşenin baxışları əsasında formalaşmışdır. Haydegger ömrünün birinci yarısında qeyri-dini fəlsəfəsinin nümayəndəsi sayılsa da, ömrünün axırlarında ürfani və dini mövzulara daha çox meyl göstərirdi.

Modernizm dövründə ərsəyə gəlmiş fəlsəfi məktəb və cərəyanlar sonda postmodernizm adlanan yeni ədəbi-ictimai, fəlsəfi prosesin ab-havasını yaşayır. Postmodernist filosoflardan biri Jak Derida postmodern fəlsəfəni öncədən mövcud olan bütün fəlsəfi prinsipləri əvəz edən bir cərəyan kimi səciyyələndirir. Qərb fəlsəfəsinin süqut nöqtəsinə çatması ideyası həm Haydegger, həm də onun müasiri Riçard Rortiyə məxsusdur. Lakin Qərb fəlsəfəsinin din və metafizikaya əks istiqamətdə cərəyanı və nəhayət, öz son nöqtəsinə çatdığı bir vaxtda, XX əsrin əvvəllərində Qərb fəlsəfə sistemi ilə daban-dabana zidd və onu bəşəriyyəti əbədi qanunlardan uzaqlaşdırmaqda təqsirləndirən «Əbədi hikmət» adlı fəlsəfi baxışlar sistemi öz mövcudiyyətini elan etdi. Daha çox fransalı filosof və ilahiyyatçı Rene Genonun adı ilə bağlı olan bu məktəb modernizm və yeni fəlsəfəni tənqid atəşinə tutmuş, problemlərin həllini əzəli və əbədi qanunlara dönüşdə görmüşdür. Tradisinalizm adlı bu sistem ilahi qanunları əbədi və əzəli, yəni dəyişməz qanunlar adlandırır və bəşəriyyətə modern həyatda yaşamaqla yanaşı mənəvi dəyərlərə sarılmağı tövsiyə edir. Ən maraqlısı, bu məktəbin nümayəndələri mənəvi dəyərlər dedikdə İslam dinində təsbit olunmuş insani-ilahi dəyərləri nəzərdə tuturlar. Buna görə də uyğun sistemin təmsilçiləri ardıcıl şəkildə İslam dinini qəbul etmişlər. Hazırda amerikalı filosof və teoloq Hüseyn Nəsr tradisinalizm cərəyanının tanınmış və görkəmli nümayəndəsidir.

Şərq fəlsəfəsi haqqında

Təqdim etdiyimiz mə`lumatlar Qərb fəlsəfi cərəyanlarının yarandığı gündən hazıradək xülasə təqdimatı idi. İndi isə əvvəldə qeyd etdiyimiz təsnifata uyğun olan Şərq fəlsəfəsinin, daha doğrusu müsəlman Şərq fəlsəfəsinin ümumi mənzərəsinin şərhinə keçirik. Qeyd etməliyik ki, Şərq fəlsəfəsi dedikdə müsəlman şərqində meydana gəlmiş və tədricən sistemləşərək kamil fəlsəfi məktəbə çevrilmiş fəlsəfi cərəyanları nəzərdə tuturuq. Məşhur livanlı filosof və alim Hənna Faxuri “İslam dünyasında fəlsəfə tarixi” kitabında yazır: «İslam fəlsəfəsi haqqında müxtəlif, hətta ziddiyyətli rəylər və mülahizələr mövcuddur. Bəzi tədqiqatçılar belə bir fəlsəfənin mövcudluğunu qətiyyətlə inkar etmişlər. Digərləri isə İslam fəlsəfəsinin varlığına aksiom kimi yanaşırlar. İslam fəlsəfəsi həqiqətinə

səh:25

inanmayanların qənaətincə, bu adla tanınan fəlsəfə Sərayanilər tərəfindən ərəb dilinə tərcümə olunmuş və Abbasilər dövlətinin köməyi ilə yayılan Aristotel və yeni platonçuların fəlsəfi görüşləri məcmusundan başqa bir şey deyil»(1).

Hənna Faxuri İslam fəlsəfəsi həqiqətini qəbul etməyənlərdən birinin fikirlərini açıqladıqdan sonra onların bu mülahizələrini rədd edir və deyir: «İslam dünyasında özünəməxsus siması olan bir fəlsəfi sistem formalaşmışdır»(2).

Şübhəsiz, VII əsrdə İslam dininin zühuru təkcə bəşər düşüncəsi və sivilizasiya tarixində möhtəşəm bir yenilik olmayıb. İslam dininin kamil və mütəşəkkil bir sistem şəklində bəşəriyyətə təqdimi Şərqdə müsəlman icmasının formalaşması ilə bu qocaman qitədə yeni fəlsəfi dünyagörüşünün və tarixi baxımdan yeni sivilizasiyanın başlanğıcı idi. İslamın müqəddəs kitabı Quranda insanlar təkrar-təkrar təfəkkürə (tədəbbürə) dəvət olunur, əql və hikmət sahibləri haqqında xoş sözlər deyilir. Deməli, müsəlman dünyasında əql qüvvəsinə istinadən məsələlərin çözülməsi Quranın nazil olması ilə başlanır. Lakin bu başlanğıc idi. VIII əsrdə müsəlmanlar arasında «kəlam» elminin ərsəyə gəlməsi müsəlman şərqində əql və fəlsəfi cərəyanların ikinci mərhələsi hesab edilməlidir. Belə ki, İslamın əsasını təşkil edən təməl əqidələr (tövhidə - təkallahlığa və ölümdən sonrakı əbədi həyata inam) tədricən əql prizmasından araşdırılmağa başlanır. Bu qəbil məsələlər barədə müxalif və müvafiq fikirlər irəli sürülür. Sonra İslam dininin bünövrəsini təşkil edən əqidələr fəlsəfi və əqli sübutlarla müdafiə olunur. Belə bir vəzifəni üzərinə götürmüş elm “kəlam elmi” adlanır. Müsəlmanların fəlsəfi səylərinin ikinci mərhələsində, qələbələrin çoxaldığı bir vaxtda Abbasi xəlifəsi Mənsur tərəfindən «Tərcümə hərəkatı» başlanır. XIX əsrdə Bağdad şəhərində digər bir Abbasi xəlifəsi Məmun «Beytül-Hikmət», yəni "hikmət evi" deyilən bir elmi mərkəz təsis edir. Buraya dünyanın müxtəlif guşələrindən mahir tərcüməçilər dəvət olunur. Qədim yunan fəlsəfi və elmi irsi tamamilə ərəb dilinə tərcümə edilir. Beləliklə, üç yüz il müddətində yunan sivilizasiyasının dahiləri tərəfindən yaradılmış elmi-fəlsəfi əsərlər müsəlman dünyasına təqdim olunur. Bu prosesinin cərəyan etdiyi dövrdə müsəlman mütəfəkkirləri tədricən yunan filosoflarının fikirləri ilə tanış olur, onları İslam dininin həqiqətləri ilə qarşı-qarşıya qoymağa başlayırlar. Bu isə İslam təfəkkür tarixində üçüncü mərhələnin başlanğıcı idi. Yəni müsəlmanlar qədim yunan fəlsəfi irsini öyənir, onları İslam prizmasından araşdırır və nəhayət, fəlsəfənin İslam məzmunlu nümunəsini təqdim edirdilər. İslam fəlsəfəsi tarixinə nəzər salarkən bu fəlsəfənin üç müxtəlif cərəyana ayrıldığını görürük: Məşşa məktəbi, İşraq fəlsəfəsi, Mütəaliyə fəlsəfəsi. İndi isə bu üç fəlsəfi cərəyanın ən görkəmli

səh:26


1- . Hənna Faxuri, “Tarixe-fəlsəfe dər cəhane islami”, s. 99.
2- . Berenckar Rza, “Aşenayi ba ulume islami”, s. 80.

nümayəndəlirinin fikirləri ilə tanış olacağıq.

Məşşa fəlsəfəsi, Kindi, Farabi

Məşşa, yaxud peripatetizm fəlsəfəsi Antik dövr yunan fəlsəfəsinin görkəmli nümayəndəsi Platonun şagirdi Aristotelin (e.ə. 384-322) fəlsəfi görüşlərindən qaynaqlanır. Bu məktəbi digər fəlsəfi cərəyanlardan fərqləndirən onun həqiqəti əqli sübutlarla dərk etmək cəhdidir. Peripatetizmdə insan əqli varlığın dərkində yeganə vasitə kimi qəbul olunur. Məşşa fəlsəfəsinin müsəlman dünyasında üç əsas nümayəndəsi olmuşdur. Onların tarixi-xronoloji baxımdan birincisi Əbu Yusif Yəqub Əl-Kindidir. Kindi (801-866) Ərəbistan yarımadasının cənubunda yerləşən Kində əyalətində anadan olmuşdur.(1) O, ilk ərəb-müsəlman filosofu kimi tanınmışdır. Kindi mütəşəkkil bir fəlsəfi sistem yarada bilməsə də, onun müsəlman mütəfəkkiri olaraq fəlsəfi araşdırmaları təqdirəlayiqdir. O, fəlsəfəni insan əqli hüdudlarında varlığın mahiyyətinə varan bir vasitə kimi təqdim edir. Deməli, fəlsəfənin mövzusu varlığın mahiyyətidir. Kindiyə görə fəlsəfə iki hissəyə bölünür: nəzəri və əməli. Nəzəri hissəyə təbiət elmləri, riyaziyyat və metafizika, əməli hissəyə əxlaq, iqtisadiyyat və siyasət aid edilir.

Kindinin fəlsəfi görüşlərində onun dinlə fəlsəfə arasında sıx əlaqənin mövcudluğuna e`tiqadına şahid oluruq. O, ilahi elmi bəşəri elmdən ayırır. İlahi elm Allah-taala tərəfindən peyğəmbərlərə verilir. Bəşəri elm isə insan əqlinin müstəqil şəkildə qavradığı biliklərdir. Bəşəri elmin zirvə nöqtəsi fəlsəfədir. Onun fikrincə, ilahi elm bəşəri elmin fövqündə dayanır. Çünki bu elm vasitəsilə insan əqlin vara bilmədiyi həqiqətləri dərk edir. Kindinin İslam fəlsəfəsində ən mühüm xidmətlərindən biri yunan fəlsəfi terminlərinin ərəb dilində analoji ifadələrindən ibarət terminalogiya yaratmasıdır.(2)

Peripatetizmin ikinci görkəmli müsəlman nümayəndəsi Əbu Nəsr Əl-Farabidir. Şərqin görkəmli filosof və alimlərindən olan Farabi (870-950) indiki Daşkənd şəhərindən şimalda yerləşən Farab məntəqəsində anadan olmuşdur.(3) Onun fəlsəfi irsi çoxcəhətli və zəngindir. Dinlə fəlsəfə arasındakı münasibətlər, metafizika, əxlaq, siyasət musiqi kimi mövzular onun elmi-fəlsəfi yaradıcılığının əsas istiqamətlərini təşkil edir. Farabi bütün fəlsəfi sistemlərin bir araya gəlməsinin tərəfdarı kimi çıxış edirdi. Onun fəlsəfi görüşlərində Aristotel, Platon və Yeniplatonçuların ideyaları ilə rastlaşmaq mümkündür. "İdeal dövlət nəzəriyyəsi" Farabi fəlsəfəsinin əsasını təşkil edir. Hənna əl-Faxuri Farabi fəlsəfi məktəbinin siyasi fəlsəfədə xülasələşdiyini xüsusi vurğulayır. Farabi peripatetizm cərəyanına

səh:27


1- . Fəxri Macid, “Seyre fəlsəfe dər cəhane İslam”, s. 83.
2- . Yenə orada, s. 106.
3- . “Fəlsəfə ensiklopedik lüğəti”, Farabi.

mənsub olduğu üçün Aristotelin fəlsəfi üslubunu, yəni həqiqəti əqli-fəlsəfi üsullarla dərk etmə metodunu qəbul edirdi. O, müxtəlif filosofların fəlsəfi baxışlarına müraciət etsə də, öz fəlsəfi məktəbini formalaşdırmağa müvəffəq olmuşdur. Ən böyük müsəlman filosofu adlandırılan Farabi nəinki müstəqil fəlsəfi məktəb yaratmış, hətta onu İslam məzmunlu ilk fəlsəfi sistem kimi formalaşdırmışdır.(1)

İbn Sina, İbn Rüşd

Müsəlman peripatetik filosofların digər görkəmli nümayəndəsi Əbu Əli İbn Sinadır (980-1037). Onun fəlsəfi-elmi irsi müsəlman tarixinin parlaq bir səhifəsidir. Orta Asiya və İranda yaşamış İbn Sina Kindi və Farabi fəlsəfi hərəkatının davamçısı kimi tanınmış, müsəlman filosofları tərəfindən yaradılmış fəlsəfi məktəbi daha da zənginləşdirmişdir. İbn Sina yaradıcılığı bir çox sahələri, o cümlədən məntiq, tibb, metafizika, riyaziyyat, təbiət elmlərini, peyğəmbərliyə aid bəhsləri əhatə edir. Onun «Şəfa» əsəri ensiklopedik xarakterə malikdir. Deməli, İbn Sina fəlsəfənin çoxsahəli bir təlim olduğunu qəbul etmiş, bu məsələdə Aristotelin həmfikri olmuşdur.

İbn Sinadan sonra fəlsəfə müsəlman şərqində ardıcıl çox tənqidlərə mə`ruz qaldığından tənəzzülə uğramışdır. Amma müsəlman qərbində fəlsəfi hərəkət öz inkişafında idi. Sonralar müsəlman dünyasında böyük şöhrət qazanmış bir çox filosoflar məhz bu ərazilərdə yaşayıb-yaratmışlar. Onların sayı çox olsa da, hazırda onlardan bir neçəsinin adını çəkməklə kifayətlənəcəyik.

İbn Rüşd (1126-1198) İsraniyada yaşamış və orta əsrlərdə müsəlman fəlsəfəsinin ən görkəmli şəxsiyyətlərindən biri olmuşdur. İbn Rüşd Aristotel fəlsəfəsinin ən aparıcı şərhçilərindən olmuş, onu Platon fəlsəfəsinin elementlərindən təmizləmişdir. Dante «İlahi komediya» poemasında ona «Şərhçi» ləqəbini vermişdir. İbn Rüşd sonralar məhz bu ləqəblə tanınmışdır. Lakin İbn Rüşd fəlsəfi təliminin müsəlmanlar üçün əhəmiyyəti onun şərhlərində yox, müstəqil təfəkkür və ideya sahibi olaraq, dini və fəlsəfi həqiqətlərin münasibətlərini yüksək elmi-fəlsəfi tərzdə araşdırması və çözməsindədir. Şübhəsiz, hikmətlə şəriət və ya əqllə iman arasındakı əlaqələri müəyyənləşdirmək hər bir mütəfəkkir şəxs kimi İslam filosoflarını da maraqlandırır və bu məsələnin həlli barədə düşünməyə vadar edir. Lakin İbn Rüşdün bu problemi tədqiq etməsinin digər amilləri də mövcud idi. Onun yaşadığı dövrdə fəlsəfə müsəlman dünyasında kəskin tənqid obyektinə çevrilmişdi. Hakimiyyətdə olanlar da bu cərəyana qoşulmuşdular. Əşərilik (müsəlman sxolastik cərəyanlardan biri) cərəyanına mənsub olan imam Məhəmməd Qəzali (1085-1111) «Filosofların təkzibi» adlı əsərində

səh:28


1- . Hənna Faxuri, “Tarixe fəlsəfe dər cəhane islami”, s. 447.

filosofları dinə qarşı müxalifətdə günahlandırırdı. Bu hücumlar İbn Rüşdün fəlsəfi dünyasına ciddi tə`sir etmişdi. O, fəlsəfi prinsiplərin elmi müdafiəsi və əqllə (fəlsəfə) iman (din) əlaqələrinin təzadlı olmadığını sübuta yetirmək üçün səylərini daha da gücləndirirdi.

İbn Rüşd Qəzaliyə cavab olaraq «Təkzibin təkzibi» əsərini yazmış, fəlsəfənin dini görüşlərə nəinki müxalif olmadığını, hətta fəlsəfi görüşlərin dini inancların möhkəmlənməsində və təfsirində yüksək təsir mexanizminə malik olduğunu sübut etməyə çalışmışdır.(1)

İbn Ərəbi, İbn XəLdun

İbn Əl-Ərəbi (1165-1240) müsəlman İspaniyada anadan olmuş, bir çox müsəlman ölkələrinə səyahətə çıxmışdır. Onun müsəlman dünyasında şöhrət zirvəsinə qalxmasının əsas səbəbi sufizm və ya ürfani baxışları vahid və mütəşəkkil bir elm şəklində sistemləşdirməsidir. İbn Əl-Ərəbi filosof kimi yox, sufi və arif kimi tanınmışdır. Alimin təsəvvüf elmini formalaşdırmaq istiqamətindəki səyləri onu müsəlman dünyasında həm də dahi mütəfəkkir və din filosofu kimi tanıtdırmışdır. İbn Əl-Ərəbinin ən məşhur əsəri «Məkkə fəthləri» adlanır. O, bu əsərində nəzəri ürfan elmindən bəhs edir. Belə ki, ondan öncə bu istiqamətdə fəaliyyət göstərilməmişdir. Onu İslam dünyasında panteizm (Allah həqiqətini yaranmışlarda əritmək, Allahı məxluqun məcmusu ilə eyni tutmaq) nəzəriyyəsinin əsas daşıyıcısı kimi təqdim etsələr də, əsərlərindəki bir çox məqamlar bu barədə birmənalı qərar çıxarılmasına imkan vermir. O, «Məkkə fəthləri» əsərində varlığın Allah həqiqəti ilə birləşməsini və Onu varlıqda əritmək nəzəriyyəsini qətiyyətlə rədd edir və deyir: «Allahın məxluqda hüluluna (əriməsinə) və ya məxluqun məcmusu ilə bərabər tutulmasına inanmaq olmaz. Birinci mənaya etiqad əlacsız xəstəlikdir. İkinci şərhə etiqad isə cahil insanların işidir.»

İbn Əl-Ərəbi müsəlman sufi olaraq ilk növbədə Qurandan ilham aldığını vurğulayır və deyir: «Rəbbimə şükür edirəm ki, əldə etdiklərim kimsəyə təqlid deyil, Qurandan mənə bəxş olunanlardır. Bunlar mənə Peyğəmbərimin köməyi, Rəbbimin bəxş etdiyi nur feyzidir."

İbn əl-Ərəbinin böyük irsi onu nəinki müsəlmanlar, bütün dünya mütəfəkkirləri arasında nüfuzlu ilahiyyatçı və sufi kimi tanıtdırmışdır.(2)

İbn Xəldun (1332-1406) müsəlman tarixçi, filosof və siyasi mütəfəkkir kimi həm tarixçilər, həm sosioloqlar, həm də politoloqlar arasında böyük şöhrətə malik şəxsiyyətlərdəndir. İbn Xəldun Tunis şəhərində dünyaya göz açmış, Qahirə şəhərində vəfat etmişdir. O, ömrünün böyük bir hissəsini müxtəlif siyasi vəzifələrdə fəaliyyət göstərmişdir. Sonra siyasətdən uzaqlaşaraq, uzun illər əldə etdiyi təcrübələr, öz fitri zəkası və elmi

səh:29


1- . Yenə orada, s. 655.
2- . Yenə orada, s. 313.

tədqiqatları sayəsində müsəlman dünyasında analoqu olmayan siyasi-sosioloji nəzəriyyələrin bünövrəsini qoymuşdur. İbn Xəldun tarix kitabı yazmaq fikrində idi. Amma bu kitaba yazılmış müqəddimə müəllifin məhz fəlsəfi-ictimai fikirlərini əks etdirdiyindən ona dünya şöhrəti qazandırmışdır. Onun «Müqəddimə» əsərində əsasən ictimai hadisələrin səbəbləri araşdırılır və bu kimi hadisələr reallıq kimi qəbul edilərək onlar arasındakı əlaqələrin keyfiyyəti müəyyənləşdirilir. İbn Xəlduna görə, cəmiyyətlər gerçək varlıq kimi qəbul edilməli, cəmiyyətlərin müxtəliflik səbəbləri elmi fəlsəfi aspektdən tədqiq olunmalıdır. O, özündən soruşur: «Eyni mənşəli iki insan cəmiyyəti nə üçün məişət və yaşayış tərzi baxımından bir bu qədər fərqlidir?» İbn Xəldun buna üç müxtəlif səbəb göstərirdi. Onlardan biri nəfs amilidir. Belə ki, hər bir qəbilədə və cəmiyyətdə özünəməxsus ideyalar, emosiyalar mövcuddur. İkinci amil iqtisadiyyatla bağlıdır. Yəni hər xalqın özünəməxsus təbii və coğrafi səciyyələri, sənaye və peşə sahələri var. Üçüncü faktor siyasətlə bağlıdır. Bu isə hər bir cəmiyyətdə ona hakim olan siyasət adamlarına aiddir.

Bəzi tədqiqatçıların rəyinə görə, İbn Xəldun «Yeni sosiologiya» elminin banisidir.

Buna baxmayaraq, o bütün ictimai-fəlsəfi fikirlərinin təqdimində İslam dininə dərin hörmətlə yanaşmış, bu dinin hüdudlarından kənara çıxmamışdır.(1)

İşraqilik fəlsəfəsi

İkinci fəlsəfi cərəyan işraq fəlsəfəsidir. Müsəlman şərqində peripatetizm fəlsəfəsi İbn Sinanın səyləri nəticəsində xeyli inkişaf etdiyi bir vaxtda bu fəlsəfi cərəyanlar bəzi fəqihlər (şəriət alimləri) və sufilər tərəfindən hücumlara məruz qalırdı. Fəqihlər peripatetizmi İslam dininin bəzi prinsipləri ilə ziddiyyətdə, sufilər isə onun üslubunun tam əqli və abstrakt məfhumlara söykənməsində təqsirləndirirdi. Dəlil göstərib əsaslandırmaqda ağılı yeganə vasitə sayan fəlsəfi sistem başqa bir qüvvə tərəfindən də tənqid atəşinə tutulurdu. Bu, kəlam elmi sahəsində geniş yayılmış bir cərəyan idi. Əşərilik adlanan bu cərəyan X əsrdə müsəlman toplumunda özünəməxsus ideyalarla ərsəyə gəlmiş və tez bir zamanda xeyli tərəfdar qazanmışdır. Əşəri mütəkəllim (kəlam alimi) və fəqih imam Məhəmməd Qəzali fəlsəfəyə qarşı güclü elmi fəaliyyətə başlayır və filosofların bir neçə məsələdə ilahi vəhydən qaynaqlanan həqiqətlərlə tam müxalifətdə olduğunu iddia edir.

İslam düşüncə tarixində fəlsəfənin tənəzzülü və sufiliyin gücləndiyi dönəmdə işraqilik fəlsəfəsi adlı yeni fəlsəfi cərəyan zühur edir. İşraqlik fəlsəfəsinin banisi XII əsrdə yaşamış azərbaycanlı filosof Şəhabəddin Söhrəvərdi olmuşdur. O yeni fəlsəfi dünyagörüşündə həm əqli sübutlara, həm də

səh:30


1- . Yenə orada, s. 720.

qəlbin mənəvi nurlanma amilinə istinadı labüd hesab edirdi. Şöhrəvərdi «Hikmətül-İşraq» əsərində yazır: «Bu kitabı oxuyan şəxs ilahi nurdan ən azı bir damla bəhrələnməlidir. Əks təqdirdə o, bu kitabdan heç bir fayda görməyəcək»(1).

Bu fəlsəfi cərəyanın «işraqilik» adlanması bilavasitə onun məzmunu ilə bağlıdır. «İşraq» sözü lüğətdə «işıqlanma» və ya «işıqlandırma», fəlsəfi terminologiyada "ilahi nurun insan nəfsinə və əqlinə cərəyanı ilə insanın həqiqəti kəşf etməsi" mənasını bildirir.

İşraqilik fəlsəfəsində həm ürfandan, həm də əqli-fəlsəfi sübutlardan istifadə olunur. Yəni filosof təkcə fəlsəfi dəlillərdən yox, həm də nəfsin paklanması amillərindən yararlanmalı və həqiqəti qavramalıdır. Şəhabəddin Söhrəvərdi öz fəlsəfi metodunu Platon qanunlarına uyğun hesab etsə də, bu fəlsəfənin tamamilə Platon fəlsəfəsindən təsirləndiyini söyləmək doğru olmazdı. Çünki işraqilik fəlsəfəsində qəbul olunan bir çox prinsiplər Platonon fəlsəfi görüşlərində mövcud deyil. Bu fəlsəfi təlimi araşdırdıqda belə bir nəticə hasil olur ki, işraqilik fəlsəfi sistem olaraq Şöhrəvərdinin özü tərəfindən yaradılmış müsəlman fəlsəfi cərəyanıdır.(2)

İsfahan məktəbi və mütaliyə fəlsəfəsi

Səfəvilərin İranda hakimiyyəti dövründə işraqilik fəlsəfəsi xeyli inkişaf etdi. Lakin Səfəvilər silsiləsinin nümayəndəsi Şah Abbasın dövründə (1588-1629) paytaxt olan İsfahan şəhəri yeni elmi-fəlsəfi hərəkatın şahidi oldu. Bu vaxt dini-fəlsəfi elmlər şiəlik təlimləri əsasında yeni inkişaf mərhələsinə qədəm qoydu.(3) Həmin dövrdə formalaşmiş fəlsəfi cərəyan «İsfahan məktəbi» adlandırılmışdır. Görkəmli müsəlman filosofu Mirdamad tərəfindən təsis edilmiş İsfahan məktəbi həm də Şeyx Bəhaəddin Amili və Sədrəddin Şirazinin adı ilə bağlıdır. İsfahan məktəbində peripatetizm fəlsəfəsindən əlavə işraqilik fəlsəfəsi və ürfan diqqət mərkəzində idi. Bu səbəbdən İsfahanda yaradılmış fəlsəfi təlimi işraqilik fəlsəfəsinin davamı və inkişafı adlandırsaq, yanılmarıq. Mirdamadın ən məşhur əsəri «Qəbəsat» adlanır. Bu əsərdə əsasən zaman həqiqəti, kainatın yaranışı haqqında fəlsəfi təlimlər öz əksini tapmışdır. Bu məktəbin ən nüfuzlu təmsilçisi tanınmış filosof və ilahiyyatçı Sədrəddin Şirazidir.(4)

O, 1572-ci ildə İranın Şiraz şəhərində anadan olmuş, sonra öz dövrünün mühüm elm və təhsil mərkəzi olan İsfahan şəhərinə getmişdir. Orada Mirdamadın fəlsəfi təlimlərindən kifayət qədər bəhrələndikdən sonra yenidən Şiraza dönmüş və 1641-ci ildə orada vəfat etmişdir. Sonradan «Molla Sədra» adı ilə tanınan bu dahi müsəlman mütəfəkkiri öz fəlsəfi-

səh:31


1- . Berenckar Rza, “Aşenayi ba ulume islami”, s. 93.
2- . Yenə orada, s. 95.
3- . Fəxri Macid, “Seyre fəlsəfe dər cəhane İslam”, s. 326.
4- . Nəsr Seyyid Hüseyn, “Cəvane mosəlman və donyaye motəcədded”, s. 125.

islami təfəkkürünün sayəsində müsəlman dünyasındakı müxtəlif fəlsəfi-kəlami məktəb və cərəyanları birləşdirən, habelə Quran və hədis mətnləri ilə sıx əlaqəli yeni bir fəlsəfi məktəbin banisi oldu. İslam düşüncə tarixində, fəlsəfə dünyasında mükəmməl fəlsəfi baxışlara malik olan bu məktəb «Mütəaliyə fəlsəfəsi» adlanır. Bu zəngin fəlsəfi irsin formalaşmasında Sədrəddin Şirazinin peripatetizm, işraqilik, kəlam və ürfanı dərindən bilməsi, onun sözü gedən cərəyanların mənbələrindən geniş və səmərəli istifadə etməsinin böyük rolu olmuşdur.

Molla Sədraya görə, insanın həqiqəti qavraması üçün üç vasitə mövcuddur: vəhy (Quran), əql və batini saflıq. İnsan bu üç vasitə ilə mərifət əldə edir. Sədranın fəlsəfi çalışmaları əsrlər boyu müsəlman filosofları tərəfindən atılmış addımların davamı kimi qiymətləndirilməlidir. Belə ki, bu dahilərin təlimlərindəki əsas qayə dinin fəlsəfə ilə, habelə imanın daxili paklıqdan doğan mərifətlə qarşılıqlı münasibətlərini müyyənləşdirmək və onları bir araya gətirməkdən ibarətdir. Sədrəddin Şirazinin «Əl-Əsfar» əsəri onun ən böyük və ən məşhur əsəridir. Görkəmli fəlsəfə tarixçisi Faxuri «İslam dünyasında fəlsəfə tarixi» kitabında yazır: «Sədra fəlsəfəsinin əsas cəhətlərindən biri budur ki, o, fəlsəfi və ürfani məfhumları şiə sxolastikasında tətbiq etmişdir. Onun fikrincə, İslam peyğəmbərinin vəfatından sonra peyğəmbərlik dövrü bitir və «imamlıq» (imamət və vilayət) dövrü başlayır. Bu dövr şiələrin on iki imamın imaməti ilə başlamış və qeybdə olan, dünyanın sonlarında zühuru gözlənilən on ikinci imamın zühuruna qədər davam edəcəkdir… Həzrət Məhəmməd (s) peyğəmbərlik (nübuvvət) məqamına sahib olduğu kimi, həzrət Əli və ondan sonrakı imamlar da vilayət məqamına malik olmuşlar. İmam Mehdi-«müntəzər» zühur edərkən ilahi vəhy özünü tam mənada aşkarlayacaq və bəşəriyyət Məhəmməd peyğəmbərlə təsbit olunmuş təkallahlılıq dininə qayıdacaq»(1).

Molla Sədranın fəlsəfi təlimləri bir çox müsəlman ölkələrində, o cümlədən, İran, İraq, Misir və Hindistanda İslam mütəfəkkirləri tərəfindən mənimsənilmiş və yayılmışdır. Burada Seyid Cəmaləddin Əl-Əfqaninin adı xüsusi vurğulanmalıdır. Onun fəlsəfi-ictimai görüşləri mütəaliyə fəlsəfi xəzinəsindən qidalanmış, XIX əsr Misir təfəkkür tarixində dərin izlər buraxmışdır. Bu görüşlər İslam fəlsəfi təlimlərinin digər ərəb və müsəlman ölkələrinə də transferində mühüm rol oynamışdır. Qeyd edək ki, müsəlman mütəaliyə fəlsəfəsinin davamçıları bu gün də var və hazırda bir çox müsəlman filosofları məhz bu fəlsəfi təlimin ardıcıllarıdır.

Din haqqında

Qısa da olsa Qərb və Şərq fəlsəfi təlimləri, onların nümayəndələri ilə

səh:32


1- . Fəxri Macid, “Seyre fəlsəfe dər cəhane İslam”, s. 329.

tanış olduq. Məqsədimiz fəlsəfə və fəlsəfi cərəyanlar barədə ümumi təsəvvür yaratmaq idi. Bu işdə həm də din fəlsəfəsi mövzusunda müxtəlif Qərb və Şərq filosoflarının fikirlərini açıqlamaq, oxucuları həmin filosoflar və onların mənsub olduğu cərəyanlar barədə məlumatlandırmaq məqsədi izləyirdik. İndi isə din haqqında:

«Din» ərəb sözüdür. Bu söz lüğətdə mükafat mənasını ifadə edir. Dinin bir termin olaraq izahına gəldikdə deməliyik ki, din tədqiqatçılarının fikrincə, hazırda dinin səksəndən artıq tərifi mövcuddur.(1) Bunun səbəbi dinə müxtəlif aspektlərdən yanaşılmasıdır. Fəlsəfə ensiklopedik lüğətində din tarixi hadisə adlandırılır və deyilir: «Din ictimai şüur formalarından biri; bir və ya bir neçə ilahi varlığın, müqəddəslərin, yəni fövqəltəbiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyətidir.»

Məşhur Amerika filosof və psixoloqu Uilyam Ceyms (1842-1910) dinə psixoloji prizmadan açıqlama verir. O deyir: "Din insanın Allah adlandırdığı varlıq qarşısında keçirdiyi hisslər və gördüyü işlərdən ibarət bir sistemdir."(2)

Fransız sosioloq və filosofu Emil Dürkheym (1858-1917) öz sosioloji-fəlsəfi düşüncələrində din adlı ictimai hadisəni insanları müqəddəs məfhumlar vasitəsilə bir araya gətirən qanun və əqidələrdən ibarət kompleks kimi təqdim edir.(3) "Əql və dini etiqad“ kitabında isə dinə verilən təriflərin əhatəli olmaması vurğulanır və ortaya daha dəqiq tərif qoyulmasına çalışılır. Yəni hazırda mövcud olan dinlərin hamısını əhatə edəcək bir tərif. Müəllifə görə, dinin ən ümumi tərifi belədir: “Din ülvi bir həqiqət ətrafında toplanmış əqidələr, ayinlər və hissələr məcmusudur.”

Nəhayət, müasir İran filosofu və ilahiyyatçısı Misbah Yəzdinin fikrincə, din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır.

Dinə verilən tərifləri təkrarlamaq lüzumsuzdur. Düşünürük ki, dinə hər hansı bir formada tərif verməzdən öncə hansı dindən söhbət getdiyini müəyyənləşdirməliyik. Dünyada mövcud olan dinlər müəyyən bir təsnifə əsasən üç hissəyə ayrılır:

1. İbtidai dinlər (animizm, totemizm, fetişizm və s.);

2. Fəlsəfi dinlər (hinduizm, buddizm, konfusilik və s.);

3. Vəhyə əsaslanan dinlər (yəhudilik, xristianlıq və İslam).

Bu dinlərin hər biri özünəməxsus əqidə və ayinlərə malikdir. Belə bir vəziyyətdə bütün dinləri əhatə edən ortaq və eyni zamanda dəqiq tərif vermək mümkündürmü? Zənnimizcə, bu iş mümkün olsa da, lüzumsuzdur.

səh:33


1- . Tofiqi Hüseyn, “Aşenayi ba ədyane bozorg”, s. 3.
2- . Hik Can, “Fəlsəfeye din”, s. 17.
3- . Nikolas Abro Krombi, “Fərhənge cameeşenasi”, s. 320.

Dinin tərifi

Biz burada din fəlsəfəsi bəhslərini İslam dininə müvafiq şəkildə təqdim edəcəyimizdən dinin də İslama uyğun tərifini verir və deyirik: ”Din vəhylə gələn, insanların Quran və sünnə vasitəsilə doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və dəyərlər toplusudur.”

Bu tərifin şərhi olaraq qeyd edək ki, din mütəxəssislərinin nəzərincə, İslam dini məzmun baxımından üç hissəyə bölünür:

1. Əqidəyə aid məsələlər. Burada hər bir müsəlmanın hansı təməl əqidələrə yiyələnməli olduğu bəyan edilir. Allahın varlığına və yeganəliyinə inanmaq, ölümdən sonrakı həyatı haqq bilmək bunun bariz nümunələrindəndir. İslam maarifində bu kimi məsələləri araşdıran elm «Kəlam elmi» adlanır.

2. İslam dininə əsasən, vacib və haram olan işlər. Məsələn, namazın vacibliyi və başqasına təcavüz etməyin haram olması. Bu bölməyə "şəriət hökmləri" də deyilir. Şəriət məsələlərini izah edən sahə «fiqh» adlanır;

3. İnsanın yaxşı və pis rəftarları.

Qeyd edək ki, bu hissədə müzakirə obyekti vacib və haram işlər deyil. Hərçənd, bəzi alimlər bir sıra haram işləri də bu bölmədə açıqlayırlar. Deməli, üçüncü hissənin əsas qayəsi görüləsi yaxşı və tərk ediləsi pis işlərdir Qonşuya yaxşılıq etmək və ya başqasına bədgüman olmamaq kimi məsələlər misal göstərilə bilər. Belə qanunların tədqiqi və şərhi «əxlaq» elminin öhdəsinə düşür.

Bu üç bölməyə aid təlimləri nəzərdən keçirsək görərik ki, əqidəyə aid məsələlər praktiki məsələlər deyil. Yəni birinci bölmədə yalnız bu əqidələrə sarınmaq və onlara inanmaq tələb olunur. Fiqh və əxlaq məsələlərinin məzmunu isə fərqlidir. Çünki bir sıra qanunlar və ilahi dəyərlərə istinad edən qaydalarla üzləşirik. Məsələn, namaz qılmaq vacibdir, digərinin malına və canına təcavüz etmək haramdır, ata-ananın xidmətində dayanmaq yaxşıdır, özünü başqalarından üstün tutmaq pisdir kimi fiqhi və əxlaqi təlimlər təkcə inanılası əqidələr yox, həm də ilahi qanunlar və dəyərlər toplusuna aid olan əməllərdir. Deməli, İslam dini özündə həm həqiqətləri, həm də dəyərləri ehtiva edən bir dindir.

Din fəlsəfəsi

Din barədə ilkin fəlsəfi düşüncələr lap qədim dövrlərə təsadüf edir. Hələ eramızdan əvvəl V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdən başlanmışdı və bu günə qədər davam etməkdədir.(1) Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-kərimin özü ilə eyni vaxtda başlamışdır.

səh:34


1- . Plantinqa Alvin, “Fəlsəfeye din”, s. 229.

Bu müqəddəs kitabda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış Din fəlsəfəsi elmindən forma və məzmunca bir qədər fərqlənir. Qeyd etdiyimiz kimi, din fəlsəfəsi XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi renessansdan sonrakı elmi-fəlsəfi cərəyanlarla az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə və ya insanmehvərlik hadisəsindən kənarda qalmamışdır. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdi.

Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqətləri özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərmişdir:

a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;

b) Dinlə bağlı yeni sualların cavablandırılması;

c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;

d) Dinin insan problemlərilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.(1)

Din fəlsəfəsi elminin yeni çöhrə almasının əsas səbəbi məhz onun insanmehvərliyidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imamşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdu. Din fəlsəfəsi elmində isə mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərə bilərik. Qeyd etmək lazımdır ki, din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə, hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır. Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar.

səh:35


1- . Sadiqi Hadi, “Dəramədi bər kəlame cədid”, s. 22.

Din fəlsəfəsinə verilən təriflər

Mehmet Aydın «Din fəlsəfəsi» əsərində yazır: «Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır»(1). Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla təsdiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.

Hadi Sadiqi «Yeni kəlama müqəddimə» əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: «Din fəlsəfəsi, dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir»(2).

Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu David Ray Griffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, “Postmodern dünyada Tanrı və din” kitabında yazır: «Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşüncələr ”ilahiyyat” adlanır»(3). Şübhəsiz, bu təriflərin hər biri müəyyən baxımdan həqiqəti əks etdirir. Lakin din fəlsəfəsi mövzularının İslam dini prizmasından təhlili və şərhi məsələnin mahiyyətini dəyişdirir. Hərçənd, bu fərq forma fərqi kimi müşahidə olunmur. Yəni ümumi şəkildə bütün dinləri əhatə edən fəlsəfi tədqiqatlar İslam dininə məxsus dini-fəlsəfi araşdırmalardan təkcə iki müddəada fərqlənir. Fəlsəfi üslub isə hər iki sferada eynidir. Beləcə, din fəlsəfəsi elminə İslam həqiqətləri çərçivəsində bu şəkildə tərif verə bilərik: Bu elmdə İslam dininin təməl əqidələrinə əsaslanaraq müvafiq bəhslərlə bağlı müxtəlif filosof və ilahiyyatçıların təhqiqi və tədqiqi baxışları toplanmışdır. Burada məsələlərin izahı müqayisəli tərzdə həyata keçirilir, müxtəlif dinlərdəki əqidələrə də müraciət olunur. Lakin nəhayətdə problem İslam prinsipləri əsasında həll edilir.

səh:36


1- . Mehmet. Aydın. “Din felsefesi”, s. 3.
2- . Sadiqi Hadi, “Dəramədi bər kəlame cədid”, s. 22.
3- . Deyvid Griffin, “Xoda və din dər cəhane postmodern”, s. 20.

XÜLASƏ

Din fəlsəfəsi din barədə fəlsəfi düşüncələr və axtarışlar məcmusudur.

Fəlsəfə nədir? Fəlsəfə yunan mənşəli sözdür. Bu söz “Phileo”-sevirəm, “sophia”-müdriklik sözlərinin birləşməsindən yaranmışdır. Ümumilikdə fəlsəfə həyatın və bəşəriyyətin həyat problemlərini əql baxımından araşdırmağa çalışır. Fəlsəfə tarixçiləri fəlsəfənin bir neçə mərhələyə bölündüyünü vurğulamışlar. Qədim yunan fəlsəfəsi, yaxud antik fəlsəfə, orta əsrlər fəlsəfəsi, yeni dövr fəlsəfəsi və ya müasir fəlsəfə. Antik fəlsəfənin birinci mərhələsi eramızdan əvvəl VII əsrin ortalarından V əsrə qədər davam etmişdir. Bu dövrdə filasoflar kainatın yaranış tərzi haqqında düşünmüşlər. Eramızdan əvvəl V və IV əsri əhatə edən Antik fəlsəfənin ikinci mərhələsində filosoflar etika, təbiət və metafizika barədə fikirlərini irəli sürmüşlər. Qədim yunan fəlsəfəsinin üçüncü mərhələsi eramızdan əvvəl IV əsrin axırlarından eramızın III əsrinə qədər davam ermişdir. Fəlsəfə tarixində qeyd edilir ki, bu mərhələdə fəlsəfənin əsas mövzusu, üç məsələdə xülasə olunur: məntiq, təbiət və etika.

III əsrdən V əsrə qədər hökm sürən fəlsəfi dövr isə Yeni platonçuluq ideyalarından bəhrələnmişdir. Bu dövün ən məşhur filosofu Plotin III əsrin iztirablı şəraitində insanları səadətə çatdırmaq, onlara ruhi sabitlik gətirmək istiqamətində yeni fikirlərin müəllifi olmuşdur.

Qərb fəlsəfəsi tarixində V əsrdən XIV əsrə qədər orta əsrlər fəlsəfəsi adlanır. Antik fəlsəfədən tərqli olaraq orta əsrlər fəlsəfəsi əslində xristian dinini əqli sübutlarla müdafiə etmək məqsədilə meydana gəldi. Bu mərhələnin ən məşhur simalarından sayılan Avqustin, Anselm və Akvinalı Foma öz fəlsəfi görüşlərində əsasən din və əql münasibətlərinə geniş yer verir, fəlsəfənin dini əqidələrin xidmətində olmasına çalışırdılar.

Avropa tarixində XV əsrdən XVII əsrə qədər intibah-renessans dövrü yaşanmışdır. İntibah prosesində insanların həyata baxışı ilahi qanunlar və dəyərlər prizmasından çıxır və qeyri-ilahi, yəni insani çərçivəyə daxil olur.

İntibah dövrü XVII əsrdə yaranan yeni fəlsəfə cərəyanlarına müqəddimə xarakteri daşıyırdı. XX əsrin ortalarına qədər davam edən yeni fəlsəfə özündə çoxsaylı fəlsəfi sistemləri ehtiva edir. Bu fəlsəfi cərəyanların mahiyyətində Allaha ehtiyac duymadan insan problemlərinin həll olunması iddiası dayanırdı.

XX əsrin axırlarından indiyə qədər hökm sürən fərqli fəlsəfi, əbədi, ictimai cərəyan postmodernizm adlanır. Postmodernistlər modernistlərdən fərqli olaraq, bütün fəlsəfi, siyasi, ictimai və əbədi nəzəriyyələrin təsdiqinə çalışırlar. Bu isə nisbilik təfəkkurunun başlanğıcı hesab olunur. Qərb fəlsəfəsindən fərqli olaraq müsəlman şərqində ərsəyə gələn şərq fəlsəfəsi o

səh:37

qədər də təzadlı nəzəriyyələrin şahidi olmamışdır. VII əsrdə şərqdə İslamın zühuru ilə yeni fəlsəfi-ictimai fikir meydana gəldi. VII əsrdəki kəlam elmi fəlsəfi-əqli cərəyanın davamı idi. XIX əsrin tərcümə hərəkatı və bunun nəticəsi olaraq, yunan fəlsəfəsi irsinin müsəlman dünyasına transfer olunması müsəlman fəlsəfəsinin üçüncü mərhələsi idi. Burada yunan fəlsəfəsi müsəlmanlar tərəfindən mənimsənilir, yeni ideyalar təklif olunurdu. İslam fəlsəfəsinin üç əsas cərəyanı:

1. Məşşa fəlsəfəsi; ən məşhur nümayəndəsi ibn Sinadır.

2. İşraq fəlsəfəsi; bu cərəyanın banisi azərbaycanlı filosof Şəhabəddin Şöhrəvərdidir.

3. İsfəhan məktəbi və mütəaliyə fəlsəfəsi.

Sədrəddin Əş-Şirazi bu fəlsəfi cərəyanın banisi hesab olunur.

Mütaliyə fəlsəfəsinin bir çox müsəlman ölkələrində tanınmış davamçıları var.

Din nədir?

“Din” ərəb sözüdür. Bu söz lüğətdə “mükafat” mə`nasını ifadə edir. Din fəlsəfəsində tədqiqatçılar, dinə əhatəli tərif vermək istəmişlər. Dinin İslama uyğun tərifi belədir: Din vəhydən gələn, Quran və sünnənin vasitəsilə, insanları doğru yola yönəldən həqiqətlər və dəyərlər məcmusudur.

Din fəlsəfəsi nədir?

Din barədə düşüncələr qədim dövrlərə təsadüf edir. İslam dünyasında dinin əqli təhlili müqəddəs Quranın özü ilə başlayır. Lakin müasir din fəlsəfəsi elmi qədim kəlam elmindən fərqlənir. Burada mövzular daha aktualdır. Din fəlsəfəsi elmi insan problemlərini daha çox nəzərə alır. Din fəlsəfəsində tədqiq olunan din və sekulyar əxlaq, din və insan əqli kimi mövzuları nümunə göstərmək olar. Din fəlsəfəsi elminin İslama uyğun tərifini bu şəkildə verə bilərik: Din fəlsəfəsi elmində İslam dininin təməl əqidələri müxtəlif filosof və ilahiyatçıların rəyinə əsasən araşdırılır, məsələlərin təhlili və izahı müqayisəsili tərzdə həyata keçirilir, müxtəlif dinlərdəki əqidələrə də müraciət olunur. Lakin sonda problem İslam prinsipləri əsasında həll olunur.

SUALLAR:

1. «Din» sözünün lüğət və terminoloji mənası nədir?

2. «Fəlsəfə» sözünün lüğət və terminoloji mənası nədir?

3. Din və fəlsəfə məfhumları ortaq və ümumi tərifə malikdirlərmi? Nə üçün?

4. Qədim yunan fəlsəfəsinin tarixini xülasə şəkildə təsvir edin.

5. Antik fəlsəfədə ilahi varlığa etiqad mövcuddurmu?

6. Orta əsrlər fəlsəfəsi harada və hansı tarixdə meydana gəlmişdir? Bu

səh:38

fəlsəfənin əsas mahiyyəti nədən ibarətdir?

7. Renessansın əsas mahiyyəti nədən ibarətdir?

8. Modernizm dövrünün əsası hansı tarixdə və kim tərəfindən qoyulmuşdur?

9. Modernizm dövrünə aid fəlsəfi cərəyanların təməlində hansı fəlsəfi görüş dayanır? Misallarla izah edin.

10. XX əsrdə ilahi dəyərlərə qayıdışı təbliğ edən fəlsəfi cərəyan hansıdır? Şərh verin.

11. Şərq fəlsəfəsi adlı fəlsəfə varmı?

12. Müsəlman Şərqində yeni fəlsəfi təfəkkür hansı dövrə təsadüf edir?

13. Müsəlman Şərq fəlsəfəsi dedikdə əsasən hansı filosofların fəlsəfi baxışları nəzərdə tutulur?

14. Müsəlman Şərq fəlsəfəsində siyasi konsepsiyalı filosof varmı? Şərh verin.

15. Müsəlman Şərq fəlsəfəsinin əsas cərəyanları barədə nə bilirsiniz?

16. Din fəlsəfəsinin mahiyyəti nədən ibarətdir?

17. Din fəlsəfəsinin İslam dininə əsaslanan qolu digərlərindən nə ilə fərqlənir?

səh:39

İKİNCİ FƏSİL:ƏQL VƏ DİN

Əql və din münasibətləri

Din fəlsəfəsinin prioritet mövzularından olan "əql və din" mövzusu insan əqlinin dindən kömək almadan əldə etdiyi elmi-fəlsəfi nailiyyətlərin dini görüşlər və həqiqətlərlə əlaqəsini müəyyənləşdirməyə yönəlmişdir. Dindəki ilahi dəyərlərin, o cümlədən, yeganə Allaha inamın əqli qanunlarla uyğun gəlib-gəlməməsini aydınlaşdırmaq bu mövzunun əsas istiqamətini təşkil edir. Şübhəsiz, dini əqidə və ayinlər çərçivəsində əqlin işi dini həqiqətlərin az da olsa əqli sübutlarla əsaslandırılması yox, bütövlükdə Allaha iman gətirilməsində əqli sübutların lazım olub-olmamasını araşdırmaqdır. Yəni burada müzakirə olunan əsas mövzu əqlin dindəki rolunun çərçivəsidir. Bu yönümdə müxtəlif fikir və mülahizələrin müzakirəsinə keçməzdən öncə, haqqında danışılan problemə münasibətdə mövcud olan müxtəlif fərziyyələri yada salaq. Əql və din münasibətləri üç müxtəlif müstəvidə cərəyan edə bilər. Bunlar aşağıdakılardır:

a) Dini əqidə və ayinlər əql tərəfindən qəbul edilir. Yəni bu məfhumlar əql və təfəkkürə təqdim olunan zaman əql onları təsdiqləyir. (Məsələn, dində deyilir: insanın öz ata-anasına xidməti yaxşı, bəyənilən bir işdir. Bu ilahi qanun İslam tərəfindən təsdiqlənmişdir. Eyni zamanda, insanın əqli bir zamanlar onun xidmətində dayanıb, onu boya-başa çatdırmış ata-anaya xidməti zərurət olaraq təsdiq edir).

b) Əql dini-ilahi dəyərlər və həqiqətləri təkzib edir. Yəni bu həqiqətlər əql və təfəkkürlə tam ziddiyyətdə olur.

c) Dini əqidə və dəyərlər əql tərəfindən nə təsdiq, nə də təkzib olununur. Başqa sözlə, bu qanunlar əqlə zidd deyil, əqlin fövqündə dayanır və əql onlar barədə mühakimə yürütmək iqtidarında deyil.

Qeyd edək ki, dini və əqli həqiqətlərin təhlili, onların qarşılıqlı əlaqəsi haqqında nəzəriyyələr nəinki din fəlsəfəsində, həm də ümumi fəlsəfədə geniş yer tutur. Bu səbəbdən də məsələnin təhlili və həlli üçün təklif olunan fəlsəfi mülahizələr kifayət qədər rəngarəngdir. Amma biz bu mülahizələrin yalnız ən əsaslarını araşdırıb, münasibət bildirəcəyik.

səh:40

Fideizmdə əql və Din

"Fideizm" sözü latınca “fides” (etiqad, inam) sözündən götürülmüşdür. Fideistlər dini əqidələrin izahı və təhlilində əql qüvvəsini yararsız hesab edirlər. Onların qənaətincə, dini etika və etiqadların həqiqətə uyğun olub-olmamasını elmi və əqli yolla müəyyənləşdirmək müyəssər deyil.(1)

Din fəlsəfəsində fideizm nəzəriyyəsi iki müxtəlif formada şərh edilmişdir. Onlardan birində fideistlərin əqidəsi belə açıqlanır: Dini etiqadlar əqli hökm və qanunlara ziddir. Biz mömin olmalı, iman və əqidələrimizi əqli meyarla ölçməməliyik. İkinci şərh isə bu nəzəriyyənin mötədil formasıdır. Bu şərhə görə, fideizm dini iman və etiqadı əqli üsullara zidd saymır. Lakin insan idrakını din və dini inanclara biganə bilir. Başqa sözlə, bu iki həqiqət iki müxtəlif sahə ilə bağlı olduğu üçün hər birinin özünəməxsus qanunları vardır. Deməli, əql din sahəsində öz qanunları ilə tətbiq oluna bilməz. Burada biganəlik ziddiyyət mənasında işlənmir və dini inanclar əqli dəlillərə zidd olmaya bilər. Müasir fəlsəfədə məşhur ekzistensialist filosof Seren Kyerkeqoru fideizmin birinci şərhinin, analitik fəlsəfənin ən görkəmli nümayəndəsi Lüdviq Vitgenşteyni isə fideizmin ikinci formasının müdafiəçisi adlandırmaq olar.

Kyerkeqor və fideizm

İndi isə bu iki filosofun fideist görüşləri haqqında. Birinci fəsildə qeyd etdiyimiz kimi, Seren Kyerkeqor fəlsəfə tarixində ekzistensializm cərəyanının banisi kimi tanınmışdır. Müasir fəlsəfi məktəbləri onun fəlsəfəsinə aid etmək olar. Kyerkeqorun ekzistensialist görüşləri daha çox dini inam və etiqad məsələsinin izahı üzərində formalaşdığından onun adı həm də din filosofları arasında qeyd olunur. Kyerkeqorun dünyagörüşündə iman insanın kəsb edə biləcəyi ən yüksək fəzilətdir. İnsan zatı onun iman və inamı üzərində qurulmuşdur. Çünki iman bəşəriyyətin ən dərin arzu və ümididir. İmanın əqli dəlillər vasitəsilə sübuta yetirilməsinə gəldikdə isə o, dini əqidənin həqiqətə uyğunluğunun əqli yollarla sübutunu mümkünsüz sayır. Çünki iman öz həqiqətini əql vasitəsilə doğruldarsa, daha biz həqiqi iman sorağında olmamalıyıq. İmanın həqiqi mahiyyətində şüur və həyəcan var. Bu isə əqli idrakın tam əksidir. O deyir: «İman əqli-fəlsəfi dəlillərə möhtac deyil. Düzdür, iman əqli idrakı özünə düşmən hesab etmir. Amma özündəki həyəcanı itirdikdən sonra əqli idraka əl açır, onun vasitəsilə imansızlar yanında öz hörmətini saxlamağa çalışır»(2).

Kyerkeqor imana qaranlıq vəziyyətdə özünü həyəcanla təhlükəyə atmaq və Tanrıya sarılmaq kimi tərif verir. O, qeyd edir ki, Tanrının varlığını qəti dəlillərlə sübut edəriksə, daha mömin sayılmarıq. Deməli, imanı

səh:41


1- . Sadiqi Hadi, “Dəramədi bər kəlame cədid”, s. 33.
2- . Cəvadi Möhsin, “İman və əqlaniyyət” (costarhayi dər kəlami cədid), s. 140.

dəqiqləşdirmək paradoksal bir addımdır. «Təhlükə hiss etmədən iman qazanmaq olmaz. İman insan ruhunun hədsiz həyəcanı, tam qaranlıq bir fəzadır. Allahı qəti şəkildə sübut etsəydim, mömin ola bilməzdim. Məhz bu işə qadir olmadığım üçün iman gətirməliyəm».

Kyekeqor iman mərhələsində yaşayan şəxsi əqli idrakın fövqündə görür və İbrahim peyğəmbəri nümunəvi mömin kimi göstərir. Bu tövhid carçısı öz oğlunun qurban verilməsi ilə bağlı ilahi əmri dərhal icra etməyə başlayır. Halbuki insanın öz oğlunu qətlə yetirməsi heç bir əqli ölçüyə sığmır. İbrahim isə bu ilahi əmrə tabe olur. Çünki o, mömindir və onun imanı idraka varmaq imkanını ondan almışdır.

Kyekeqorun dini-fəlsəfi görüşlərindəki problemlərə keçməzdən öncə qeyd edək ki, onun əql və din münasibətlərindəki baxışları əvvəldə qeyd etdiyimiz fərziyyələrdən ikincisi ilə uyğundur. Yəni dini və əqli qanunlar bir-birinə qarşı yönəlmişdir.

Seren Kyerkeqorun din fəlsəfəsində İsa Məshin Allah sayılması və ya onun tarix boyu insanların günahlarına qurban getməsin və paradoksal, əqlə zidd belə məqamlar yalnız dini etiqad kimi izah edilsə də, dini ehkamların əql tərəfindən rədd edildiyi məqbul sayıla bilməz.

Kyekeqorun imanın mahiyyəti barədə söylədiyi fikirlər xristian filosofları tərəfindən, o cümlədən, müasir din filosofu Robert Adams tərəfindən tənqidə məruz qalmışdır(1). Adamsın tənqidlərini şərh etmirik. Amma Kyekeqorun sözlərindən yaranan əsaslı bir sual cavabsız qalır. Onun fikrincə, iman həyacan dolu bir qərardır. Burada əqli meyarla sual olunur: mömin olmaq istəyən şəxs kimin yolunu seçsin? Müxtəlif dinlərdə təbliğ olunan ilahi imanın hansı birini əsas götürməliyik və bu seçimdə bizim meyarımız nə olmalıdır? İnsan zəkası və təfəkkürünə bağlı meyardan əl çəksək, tam mövhumat məzmunlu dinləri belə rədd edə bilmərik. Deməli, Kyekeqorun görüşlərində insanın din seçimi probleminə cavab tapılmır. Bundan əlavə, həqiqi imanın əqldən təcrid olunması zərurəti də cəfəngiyyatdır. Nə üçün əqli sübutlardan sonra həqiqi iman hissi formalaşa bilməz? Bu iddia, zənnimizcə, tam əsassızdır. İbrahim peyğəmbərin əhvalatına gəldikdə isə, deməliyik ki, bu yalnız bir imtahan idi. Onun öz oğlu İsmayılı qurban verməsi faktı reallaşsaydı, bu vaxt dini hökmlərin sağlam insan zəkası ilə ziddiyyətdə olması müddəası müzakirə edilə bilərdi. Çünki heç bir dindar öz dini əqidəsinin aksiomatik faktlara zidd olduğunu iddia etməz. Əks təqdirdə, biz ya bu dindarın ruhi durumuna şübhə edəcəyik, ya da onun öz sözlərində sədaqətli olduğuna inanmayacağıq. Qənaətə gəlirik ki, heç bir dini inanc əql və təfəkkür qanunlarına zidd deyil.

səh:42


1- . Peterson Maykl, “Əql və etiqade dini”, s. 80 .

Vitgenşteyn və fideizm

Fideizmin mötədil qolunu təmsil edən Vitgenşteyn iki müxtəlif fəlsəfi mərhələ yaşamışdır. Onun ömrünün birinci hissəsindəki görüşləri təcrübi elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi hesab edən və fəlsəfi tədqiqatların əhəmiyyətini inkar edən pozitivizmin məntiqi pozitivizm qoluna aiddir. Lakin filosof 1949-cu ildə yazdığı «Fəlsəfi tədqiqatlar» əsərində yeni fikirlərlə çıxış edir və özünü pozitivist məzmunlu görüşlərdən uzaq tanıtdırır. Vitgenşteynin iman haqqqında nəzəriyyəsi onun fəlsəfi tədqiqatlarına daxildir.(1)

Vitgenşteynə görə, hər bir varlıq özünəməxsus dil və dil qanunlarına malikdir. O, “dil oyunları” ifadəsini önə çəkir və bildirir ki, hər bir dil oyununun daxilində onu anlamaq mümkündür. Hər bir dil oyunu müəyyən həyat tərzində məna kəsb edir. Bu mənanı duymaq üçün həmin həyat tərzinə uyğun yaşamaq lazımdır. Vitgenşteyn deyir: «Şir danışa bilsəydi də, biz onun dilini anlamazdıq. Çünki insan və şirin həyat tərzi fərqlidir»(2). Hər bir varlığın dil qanunları olduğu kimi iman həqiqətinin də özünəməxsus dil qanunları vard. Bu qanunlar dini həyat tərzində reallaşır. Əqidə və dini etiqadlara aid sözlər və qanunlar yalnız dini həyat çərçivəsində təhlil edilə bilər. Dini həyatın dil qayda-qanunları olduğu kimi, elmi-fəlsəfi təfəkkürün də bu kimi öz qanunları və hüdudları var. Bu sahələr bir-birindən tam fərqlənir. O, mömin və kafir şəxsləri bir-birindən ona görə fərqləndirmir ki, birincisi fəlsəfi-əqli dəlillərlə Allaha çatmış və bu varlığa inanmışdır, digəri isə həmin fəlsəfi sübutlarla Allaha çatmamış və onun varlığını inkar etmişdir. Əslində bunları bir-birindən ayıran onların müxtəlif yaşam tərzidir. Şübhəsiz, yaşam tərzi dedikdə onların yemək və geyim fərqləri nəzərdə tutulmur. Burada məqsəd dindar insanla dindar olmayanın fərqli həyat tərzi, müxtəlif dünyagörüşləridir. Deməli, dindəki iman faktı elmi-fəlsəfi idrakdan nə faydalana bilir, nə də zərər çəkir.

Vitgenşteyn qeyd edir ki, dini inanc fəlsəfi inancdan müqayisəyəgəlməz dərəcədə fərqlənir. Dini əqidələrin insana təsiri elə bir həddə çata bilər ki, o bu əqidələr yolunda canından keçər. Fəlsəfi-əqli inanclarda isə bu fədakarlıqlar yoxdur. O deyir: "Mənim fikrimcə, dini etiqad insanın onu hidayət edən bir sistemə şövqü və bağlığıdır.

Beləliklə, iman həm əqidə, həm həyat tərzidir. Həm həyatın təhlili üçün bir yoldur, həm də şüur və hərarətlə bu qanunlar sisteminə sarılmaqdır»(3).

Kyerkeqordan fərqli olaraq, Vitgenşteynin mötədil iman nəzəriyyəsi dini həqiqətlərin əqli sübutlara zidd olduğunu yox, yalnız onlara münasibətdə

səh:43


1- . Cəvadi Möhsin, “İman və əqlaniyyət” (costarhayi dər kəlami cədid), s. 143.
2- . Hadson Uilyam, “Ludviq Vitgenşteyn”, s. 100 (Fars dilində).
3- . Kipuyit Dan, “Dəryaye iman”, s. 281.

laqeyd olduğunu iddia edir. Yəni qeyd etdiyimiz fərziyyələrin üçüncüsü bu baxışla uzlaşır. Lakin fideistlərin məsələyə bu formada yanaşması da məqbul deyil. Vitgenşteynin din və əqlin qarşılıqlı münasibətləri barəsindəki iddialarını dəqiq təhlil etsək görərik ki, o, dini həyatın fəlsəfi-elmi həyat tərzindən fərqli olduğunu əsas götürərək onların dillərinin də bir-birinə yad olduğunu iddia edir, dini terminləri yalnız insan zehnində mücərrəd bir məfhum kimi saxlayır. Onun bu mövzuda açıqlamaları dini elmi-fəlsəfi iradların hücumundan qorumaq istəyi kimi başa düşülür. Bir çox dindarlar uyğun baxışları müsbət qarşılasalar da, həmin baxışlar əslində Tanrıya inamı tam subyektiv bir məfhum kimi qələmə verir, onun xaricdə obyektiv və real həqiqətə malik olmadığını bildirir. Bu isə kökündən yanlış hesab edilir. Vitgenşteyn bunu açıq şəkildə bildirməsə də, onun sözlərindən belə bir qənaətə gəlmək çətin deyil. Bildiyimiz kimi, elm, məntiq və fəlsəfə, eləcə də, onların qanunları real və həqiqi varlığa tətbiq olunur. Yəni elmi, fəlsəfi və məntiqi tədqiqatların obyekti xaricdə, ətraf mühitdə gördüyümüz və yaxud, hiss olunmadığı halda varlığını qəbul etdiyimiz (aclıq, susuzluq, sevinc, kədər və bu kimi) gerçəkliklərdir. Belə bir vəziyyətdə dini gerçəklikləri movcud qanunlardan tam ayırmaq və onları elmi-fəlsəfi qanunların tətbiq obyekti hesab etməmək necə izah oluna bilər? Dini inancların gerçəkliyi əks etdirən varlıq kimi qəbul edilməməsi nə deməkdir? Guya bütün bunlar yalnız hər bir dindarın öz zehnindəki təsəvvürlər və təxəyüllərdir. Deməli, Vitgenşteynin iman həqiqətini bu formada müdafiə etməsi problem yaradır və ilahi varlığın tam mənasız olduğunu göstərir. Halbuki bütün dinlərdə, xüsusilə İslam dinindəki inanclar dindarlar tərəfindən reallıq kimi qəbul edilir. «Allah vardır» deyərkən gerçək bir varlıq nəzərdə tutulur. Bu səbəbdən də dini inancları əks etdirən müddəalar elmi-fəlsəfi çərçivədə tədqiq oluna bilər. Əslində din fəlsəfəsi məhz bu əqidələrin tədqiqi və təhlili məqsədi ilə ərsəyə gətirilmişdir.

Rasionalizm

Əql və din münasibətləri ilə bağlı ikinci nəzəriyyə rasional görüşlərə əsaslanır. Bu nəzəriyyə məsələnin həllində əqlə tam üstünlük verdiyi üçün qatı rasionalizm adı almışdır. Rasional düşüncə çərçivəsindən çıxış edən filosofların fikrincə, dini əqidələr yalnız əqli sübutlarla təsdiqləndiyi zaman məqbul sayıla bilər. Dini əqidələrin əql tərəfindən təsdiqi dedikdə isə onların bütün düşüncəli insanlar tərəfindən qəbul olunası tərzdə sübuta yetirilməsi nəzərdə tutulur. Bu nəzəriyyənin əsas daşıyıcılarından olan ingilis filosofu və riyaziyyatçısı Kliford (1845-1879) qatı rasionalist görüşlərini belə izah edir:

“Hər vaxt, hər yerdə və bütün insanların natamam dəlil və sübutlarla bir şeyə inanması səhv bir işdir. Təsəvvür edin, bir şəxs uşaqlıq dövründə və yaxud sonralar qəbul etdiyi bir əqidəni zehnindəki bütün şübhələrdən kənar

səh:44

saxlayır və onu qoruyur. Həmin əqidəni süstləşdirən sualları kafir sualları adlandırır. Belə bir şəxsin həyatı bəşəriyyət qarşısında böyük günahdır.”(1)

Nə üçün Kliford dini əqidələri bu mürəkkəb meyarla ölçür? O, bu sualı cavablandırarkən qeyri-kafi dəlillərlə qəbul olunan əqidənin həmin əqidədə olan insanlar və ya başqaları üçün təhlükəli nəticələrindən danışır. O, deyir: “Bir gəmi sahibi öz sərnişin daşıyan gəmisini dəniz səfərinə çıxarmaq fikrinə düşdü. Həmin gəminin dəniz səfərinə yararlı olması şübhəli idi. Şəkk-şübhələr onu narahat edirdi. Lakin səfərdən öncə gəmi sahibi şübhələri özündən uzaqlaşdırıb, saf qəlb və xeyir-dua ilə gəminin hərəkətinə tamaşa edirdi. Gəmi okeanda batarkən gəmi sahibi şikayət etmək iqtidarında deyildi. Biz bu şəxs barədə necə mühakimə aparaq? Şübhəsiz, insanların ölümünə görə təqsirləndirməliyik. Düzdür, həmin şəxs sonda gəminin möhkəm və yararlı olmasına tam inanırdı. Amma onun inamı zərrəcə köməyə gəlmədi. Çünki o, yetərsiz dəlillərə əsaslanmamalı idi(2).

Bir daha rasionalistlərin bu haqda irəli sürdükləri iddialara diqqət yetirək. Onların nəzərincə, hər hansı bir dini əqidə bütün zaman və məkanlarda bütün insanlar tərəfindən təsdiq ediləsi şəkildə olmalıdır. Əks təqdirdə, bu əqidə insan düşüncəsi tərəfindən rədd ediləcəkdir. Qeyd etməliyik ki, Klifordun qənaətinə görə, dini əqidələr məcmusu bu meyarla ölçülə bilməz; yəni bir dini əqidə çoxları tərəfindən qəbul olunsa belə, bəziləri tərəfindən inkar edilir. Deməli, ağıllı və etik normalara sadiq insan dini əqidələrə yiyələnməməlidir. Con Lokk (1632-1704) Klifordun görüşləri ilə həmrəy olsa da, dini əqidələrin bu meyarla ölçülə biləcəyini vurğulayır. Bu səbəbdən onun özü də dindar mövqedən çıxış etmişdir. Qeyd edək ki, Akvinalı Foma (1224-1274) da dinin dəqiq elmi tədqiqatlar nəticəsində əql tərəfindən təsdiqlənmə imkanlarına inanırdı(3).

Din və əqlin qarşılıqlı münasibətləri barədə tam rasional təfəkkürə əsaslanan nəzəriyyəni təhlil etməzdən öncə əvvəldə qeyd etdiyimiz təsnifata qayıdırıq. Klifordun bu məsələyə baxışları həmin təsnifdə ikinci fərziyəyə uyğundur. Yəni dini əqidələr sağlam və müstəqil əql tərəfindən rədd edilir. Con Lokk və Akvinalı Foma kimi filosofların baxışları isə həmin təsnifatdakı birinci fərziyəyə müvafiqdir. Belə ki, bu iki filosofun qənaətincə, təfəkkür düzgün formada tədqiq olunarsa, dini əqidələr əql tərəfindən təsdiqlənər.

Rasionalizmin problemləri

Qatı rasionalizmin birinci problemi həmin nəzəriyyənin öz tərəfindən rədd olunmasıdır. Diqqət yetirdikdə şahid oluruq ki, bu nəzəriyyəyə əsasən, yalnız bütün insanlar üçün hər yerdə və hər zaman təsdiqlənə biləcək əqidə düzgün

səh:45


1- . Willam K. Clifford, “The Ethics of Belief” pp. 159, 160.
2- . Peterson Maykl, “Əql və etiqadi dini”, s. 73.
3- . Yenə orada, s. 74.

əqidədir. Sual oluna bilər: elə bu nəzəriyyədən qaynaqlanan hazırkı müddəa yalnız həmin meyarla ölçülə bilərmi? Yəni bütün insanlar hər zaman və hər yerdə bu müddəanı təsdiq edə bilərmi? Şübhəsiz, cavab mənfidir. Nəticədə, bu nəzəriyyə özü bütün insanlar tərəfindən qəbul olunmadığı üçün rədd edilir.

Bu nəzəriyyədəki digər bir problem aksiom kimi qəbul edilmiş həqiqətlərin də bəziləri tərəfindən təkzib olunmasıdır. Məsələn, qızmar yay günü günəşin istilik verməsi tam aydın və inkaredilməz bir həqiqətdir. Lakin fəlsəfə tarixində bəzi fəlsəfi cərəyanların bu qəbil aşkar həqiqətləri də inkar etdiyi müşahidə olunmuşdur. Onların iddiasına görə, həqiqət təkcə müşahidəçiyə tam aydın görünür. Amma onun deyilən formada olduğu sual doğurur. Bu yanaşmanın doğru olub-olmadığını açıqlamaq fikrində deyilik. Əsas məsələ budur ki, tam aşkar həqiqətləri inkar edən filosoflar heç də ağılsız insanlar deyillər. Onlar yüksək istedad və elmi bacarığa malik insanlardır. Buradan belə bir nəticə çıxır ki, rasionalistlərin dini əqidələr barədə təklif etdiyi meyar düzgün ola bilməz.

Qatı rasionalistlərin görüşlərini gücdən salan digər məsələ bundan ibarətdir ki, onlar hər hansı bir dini əqidənin ağıllı insanlar tərəfindən təsdiqlənməsinə şahid olmaq üçün tarixin sonunu gözləməlidirlər. Çünki onların qənaətinə əsasən, dini əqidə bütün zaman və məkanlarda bütün insanlar tərəfindən təsdiqlənməlidir. Bu isə yalnız gələcək insanların bu əqidə barəsində rəyindən sonra müəyyənləşə bilər.(1)

Orta yol - mötədil rasional baxış

Din və əqlin qarşılıqlı münasibətləri bəhsində fideist və qatı rasionalist baxışları nəzərdən keçirdik. İndi isə orta mövqe tutur və bu nəzəriyyənin izahına başlayırıq. Əvvəlcə qeyd edək ki, təqdim edəcəyimiz bu nəzəriyyə bütövlükdə müsəlman filosofları tərəfindən bəyənilir və təsdiqlənir.

İndi isə orta yol, yaxud dini və əqli həqiqətlərin bir-birilə əlaqələri barədə mötədil rasional baxış haqqında.

Fikrimizcə, məsələni araşdırmazdan öncə əql və din sözlərinin ayrı-ayrılıqda izahı və təhlili zərurdir. Bu zərurət ondan irəli gəlir ki, uyğun iki sözün hər biri bir neçə mənada işlənə bilər. Biz uyğun bəhsdə bu mənaların hansı biri haqqında araşdırma aparacağımızı müəyyənləşdirməliyik. İslam fəlsəfəsinə görə, əql bəşəriyyətin dərketmə qüvvəsidir. İnsan əql vasitəsilə düşünür, müəyyən bir müddəanı sübut və ya rədd edir, riyaziyyat və məntiqdəki aksiomları müəyyənləşdirir və s. Deməli, əql qüvvəsi olmadan insan heç bir elmi-fəlsəfi fəaliyyət göstərə bilməz.

Digər tərəfdən, bu məsələ ilə bağlı əvvəlcə bir suala cavab verməliyik: Din və əqlin qarşılıqlı münasibətlərində din dedikdə nə nəzərdə tutulur?

səh:46


1- . Sadiqi Hadi, “Dəramədi bər kəlame cədid”, s. 44.

Dinin tərifi bəhsində qeyd etdiyimiz kimi, din sözünün hansı dinə şamil olunması məsələyə fərqli baxışlarla müşayiət olunur. Bu sualın cavabı fideistlərin və rasionalistlərin açıqlamaları ilə aydınlaşmasa da, onun dəqiqləşdirilməsi, zənnimizcə, labüddür.

Aydındır ki, məqsədimiz İslam dini, onun əqidə və ayinlərinin müstəqil əql qüvvəsi ilə hansı əlaqədə olmasını araşdırmaqdır. Yenidən bu fəslin əvvəlində qeyd etdiyimiz təsnifatı yada salırıq. Həmin təsnifata görə, dini dəyərlər və əqidələr əql tərəfindən təsdiqlənir və ya rədd edilir, ya da nə təsdiqlənir, nə də rədd edilir. Yəni əql bu əqidələr və ayinlər barədə rəy bildirmək gücündə deyil. İslam dininə tərif verərkən bu dinin həqiqət və dəyərlərdən təşkil olunduğunu vurğuladıq. İndi isə deyirik: İslam dininə əsasən, dini həqiqət və dəyərlərin heç biri əql tərəfindən rədd edilmir. Əvvəldə İslam dininə tərif verərkən müəyyənləşdirdik ki, biz həqiqət dedikdə, İslamın təməlini təşkil edən əqidələri, yəni tövhid, peyğəmbərlik, imamlıq və məad kimi əqidə məsələlərini, dəyərlər toplusu dedikdə isə namaz və ata-anaya xidmət kimi müsbət normaları nəzərdə tuturuq. Bu mövzuların heç biri əql tərəfindən inkar edilmir. İslam dinində əql tərəfindən inkar, rədd edilən heç bir mövzu yoxdur. Bir misalla fikrimizi açıqlamağa çalışaq. Sağlam təfəkkür və insan düşüncəsinə əsasən, bir şeyin eyni vaxtda, eyni zamanda, eyni bir yerdə həm olması, həm də olmaması qeyri-mümkündür. Bu mümkünsüzlük məntiq terminologiyasında «paradoks» adlanır. Deməli, paradoksal mövzuların mümkünlüyü sağlam düşüncə tərəfindən qətiyyətlə rədd edilir. Bizim fikrimizcə, İslam dininin istər əqidələr, istərsə də dəyərlər sahəsində paradoksallıq, əqllə ziddiyyət müşahidə olunmur. Dinimizin heç bir sahəsində əqlin mümkünsüz hesab etdiyi bir məsələ insanlara həqiqət və ya dəyər kimi təqdim olunmamışdır. Amma yenidən sual oluna bilər ki, İslamda əqlin nə təsdiq, nə də rədd edə biləcəyi hər hansı bir həqiqət və dəyər varmı?

Din qanunları və əql

Dinimizin məzmununu təşkil edən həqiqət və qanunlar əql tərəfindən tam təsdiqlənir, yoxsa əqlin bu barədə hökm vermək imkanları məhduddur? Bu sualı birmənalı cavablandırmaq düzgün olmazdı. Qətiyyətlə deyə bilərik ki, İslam dinindəki təməl əqidələr müstəqil və sağlam düşüncə tərəfindən tam təsdiqlənir. Bu əqidələrin insan əqli tərəfindən təsdiq edilməsi onların hal-hazırda bütün insanlar tərəfindən qəbul olunması demək deyil. İslam dinindəki təməl əqidələr sağlam fitrətə uyğundur. Lakin həmin əqidələrin tam əqli və tarixi sübutlarla tədqiqi və təhlili istisna edilmir. Hər bir insan İslamın təməl əqidələrini sağlam təfəkkürlə araşdırmalı, müxalif görüşlərlə tanış olmalı, dinin tarixini diqqətlə mütaliə etməli, sonda bu əqidələrin

səh:47

həqiqətini kəşf etməyə çalışmalıdır. Belə olarsa, həmin şəxs dini əqidələrin insan əqli və dərrakəsi ilə uyğunluğunu qəbul edəcəkdir.

İndi isə İslam dininin dəyərlər sahəsi barədə. Qeyd etməliyik ki, şəriət hökmləri və etik normaları ehtiva edən dəyərlər bölümündə də birmənalı rəy vermək yanlış olardı. Aşağıdakı hallara diqqət yetirək: “Ata-anaya xidmət etmək yaxşıdır”, “sübh vaxtı iki rükət namaz qılmaq vacibdir”. Bu iki hökmü diqqətlə nəzərdən keçirək və onları ilahi qanunların tabeçiliyindən tam təcrid olunmuş müstəqil insan dərrakəsinə təqdim edək. Hər bir insan bir vaxtlar ona yaxşılıq etmiş, ona yaşayış şəraiti yaratmış valideyninə xidməti bəyənir və bu işin yaxşılığını təsdiq edir. Lakin sübh çağı yuxudan qalxaraq iki rükət namaz qılmaq hökmü ağıl tərəfindən təsdiqlənmir. Deməli, əxlaqi dəyərlərin əks olunduğu qanunlar oncəki təsnifatda birinci bölməyə (əql tərəfindən qəbul olunan), şəriət hökmlərindən ibarət dəyərlər isə üçüncü bölməyə (yəni əqlin imkanlarından xaricdə olduğu üçün nə təsdiq, nə rədd edilə bilən) aid olur. Nəticə etibarilə, əxlaqi dəyərlər əqidə məsələləri ilə müştərəkdir. Amma belə bir sual yaranır: İslam dinindəki şəriət hökmləri əql tərəfindən nə təsdiq, və nə də rədd edilmədiyi halda insanlar nə üçün bu qanunlara tabe olmalıdır?

Sualın cavabı aydındır. İslamı qəbul etmiş müsəlmanlar dinin təməl əqidələrini əqli və rasional düşüncə tərzinə müvafiq araşdırmış, sonra onları qəbul etmişlər. Misal üçün, müsəlman şəxs Allahın varlığı və yeganəliyini, peyğəmbəri və müqəddəs kitabı-Qurani-kərimi əqli araşdırmalarla təsdiqləmiş, bu həqiqətləri şüurlu şəkildə qəbul etmişdir. Belə bir halda, Quran və peyğəmbərin buyruqlarına müvafiq hökmlər də təməl əqidəyə əsaslandığı üçün qəbul edilir.

İslam dini əqidələr bölümündə sağlam dərrakə ilə ayaqlaşır və bu sahədə heç bir problemlə üzləşmir. Hadi Sadiqi “Yeni kəlam” əsərində yazır: “Dini maarifin böyük bir hissəsi dəyərlərə aiddir. Adətən, din alimləri bu dəyərləri əqli və rasional əsaslarla əlaqələndirmək istəyirlər. Bu vaxt stomatik ilahiyyat meydana gəlir və müxtəlif dinlərə tabe olan insanlar öz dini maariflərini əqli sübutlarla əsaslandırmağa çalışırlar. Onlardan bəziləri bu işdə müvəffəq olmurlar. Çünki əksər dinlərdə əqlə zidd məqamlar tapılır. Belə bir şəraitdə onlar dini həqiqətlərin sübutunda tam əqli üsullara deyil, rəmzi xarakter daşıyan dəlillərə söykənirlər.

Rəmzi xarakterli ilahiyyatın bariz nümunəsi xristian ilahiyyatıdır. Xristian təfəkkürünün bünövrəsini Məsih-cismani Tanrı vasitəsilə xoşbəxtlik əqidəsi təşkil edir. Bu əqidə insanı Tanrı olaraq cismani həqiqət kimi təqdim etdiyindən sağlam əql tərəfindən rədd edilir. Xristian ilahiyyatçı öz əqidəsini rəmzi üsullara əl atmaqla izah etməyə çalışır. Müsəlman ilahiyyatçı isə bu problemlərlə üzləşmir. Çünki o öz dini qanunlarını sağlam təfəkkürlə sübuta yetirilmiş əqidələrlə əsaslandıra bilir. Əqli və tarixi araşdırmalar vasitəsilə

səh:48

təkallahlıq, İslam peyğəmbərinin zühuru və onun sədaqətli bir insan olması kimi əqidələr sübuta yetdikdən sonra bütün dini maarif mötəbər sayılır. Beləliklə, İslam maarifi həmin əqidə mənbəsindən qidalandığı üçün nəticə etibarilə əql baxımından mötəbər hesab olunacaqdır(1).

Beləliklə, din fəlsəfəsinin əsas mövzularından olan din və əqlin qarşılıqlı münasibətləri bəhsində əqlin İslam dininin müddəaları ilə münasibətini araşdırdıq. Məlum oldu ki, İslamın əqidə bölümü birbaşa əqli sübutlarla təsdiqlənir. Dəyərlər bölümünün etik qaydalar sahəsi də eyni xüsusiyyətə malikdir. Bu bölmənin şəriət hökmlərinə aid olan qanunları isə əqidə məsələlərinə əsaslandığından əminliklə qəbul olunur.

səh:49


1- . Sadiqi Hadi, “Dəramədi bər kəlame cədid”, s. 65.

XÜLASƏ

Əql və din bəhsi din fəlsəfəsinin aktual mövzularından biridir. Onların qarşılıqlı münasibətlərinə dair üç fərziyyə var:

a) Dini həqiqətlər əql tərəfindən təsdiqlənir;

b) Dini həqiqətlər əql tərəfindən rədd edilir;

c) Dini həqiqətlər əql tərəfindən nə təsdiq, nə də rədd edilir.

Bu məsələ ilə bağlı üç əsas nəzəriyyə mövcuddur:

1. Fideizm: Fideistlərin qənaətincə, biz tam dindar olmalı, dini əqidə və ayinləri təfəkkürə zidd olsa belə, qəbul etməliyik. Bu nəzəriyyənin iki şərhi var. Onlardan biri Kyerkeqora, digəri isə Vitgenşteynə məxsusdur. Kyerkeqora görə, dini əqidələr əqlə zidd ola bilər. Vitgenşteynin qənaətincə, dini əqidələr əqli dəyərlərə zidd deyil, sadəcə bu iki həqiqət (din və əql) bir-birinə tam yaddır və onların münasibətlərini araşdırmaq cəfəng işdir. Nəticə etibarilə, Kyerkeqor qeyd etdiyimiz fərziyyələrin ikincisi, Vitgenşteyn isə üçüncüsü ilə razılaşır.

2. Rasionalizm: Rasionalistlər bu məsələdə əqlə üstünlük verir və onu əsas götürürlər. Bu nəzəriyyənin əsas nümayəndəsi Kliforda görə, dini əqidələr tam rasional dəlillərlə sübuta yetməzsə, etibarlı sayıla bilməz. Sonra Kliford heç bir dinin bu meyara cavab vermədiyini vurğulayır. Con Lokk və Akvinalı Foma kimi mütəfəkkirlərin görüşləri Klifordun təklif etdiyi meyara uyğun gəlsə də, onlar dini əqidələrin bu ölçüyə sığdığını vurğulamışlar. Burada Klifordun baxışı ikinci, digər iki filosofun baxışı isə birinci fərziyyəyə uyğundur.

3. Orta yol (mötədil rasionalizim) nəzəriyyəsi: Müsəlman filosoflar tərəfindən qəbul olunan bu mövqe məsələnin izahında İslam dininin əqli baxışlarla münasibətini müəyyənləşdirir və bildirir ki, İslamın təməlini təşkil edən əqidələr əql tərəfindən tam təsdiqlənir. Deməli, bu nəzəriyyə birinci fərziyyə ilə uzlaşır. İslam dininin etik qaydalar nəzərdə tutan dəyərləri də əql tərəfindən bilavasitə qəbul olunur. Dini qanunların vacib və haram hökmlərə aid sahəsində isə bəzi qanunlar bilvasitə əqli dəlillərə malikdir.

SUALLAR:

1. Əql və din bəhsi din fəlsəfəsində hansı mövzuları araşdırır?

2. Əql və din münasibətləri ilə bağlı fərziyyələri izah edin.

3. Fideizm nəzəriyyəsi nədir?

4. Fideistlərin görüşlərində hansı problemlər mövcuddur?

5. Qatı rasionalist baxış kim tərəfindən irəli sürülüb və bu nəzəriyyənin mahiyyəti nədən ibarətdir?

səh:50

6. Qatı rasionalizm nəzəriyyəsi hansı problemlərlə üzləşir?

7. Orta yol nəzəriyyəsi nədir?

8. Mötədil rasionalizm qatı rasionalizmdən fərqlidirmi?

9. Mötədil rasionalizmə görə, din və əql bəhsində öncə hansı məsələlər müəyyənləşdirilməlidir?

10. Qarşıya qoyulmuş məsələ barədə sizin mövqeyiniz necədir?

səh:51

ÜÇÜNCÜ FƏSİL: DİNİN MƏNŞƏSİ

İki yanaşma

Dinin mənşəsi din fəlsəfəsinin ən mühüm mövzularından biridir. Dinin mənşəsi dedikdə nəzərdə nə tutulur? Bu sualın cavabında deməliyik ki, dinin mənşəsi məsələsi iki müxtəlif mənada başa düşülür. Dinin mənşəsi haqqında irəli sürülən fikir və mülahizələrin şərhinə keçməzdən öncə uyğun iki mənanı açıqlayıb, onların bir-birinə münasibətini müəyyənləşdiririk.

a) Dinin yaranma səbəbi:

Hər bir din müəyyən əqidə və ayinlər toplumudur. Bəzən dinin mənşəsi olaraq bu əqidə və ayinlərin necə yaranması mövsunu araşdırırıq. Yəni müxtəlif dinlər necə ərsəyə gəlmişlər? Bu dinlər bir-birləri ilə ortaq nöqtələrə malik olsalar da, həm də böyük fərqlərlə bir-birlərindən seçilirlər. Dinin mənşəsi barədə nəzəriyyələr dinlərdə olan oxşar və fərqli cəhətləri araşdırır və onun səbəbini müəyyənləşdirməyə çalışır. Bu nəzəriyyələrdən bəziləri dinlərin bu günə qədər təkamül prosesi keçdiyini bildirirlər. Onların nəzərincə, hazırda mövcud olan bütün dinlər yeganə ibtidai dindən yaranmış və təkamül nəticəsində müxtəlif adlarla bugünkü vəziyyətə çatmışdır. Dinin mənşəsini araşdıran nəzəriyyələr dinlərin onu ilahi varlıqda görürlər. Onlar Tanrı həqiqətini qəbul edir və müxtəlif həqiqətlərin məhz bu həqiqətə inam nəticəsində meydana gəldiyini bildirirlər.

b) Dindarlığın yaranma səbəbi. Burada insanların dinə meylinin səbəbləri araşdırılır. Bu araşdırmalarda müxtəlif sosioloji və psixoloji amillər nəzərdən keçirilir. Sual olunur: dinin və dindarlığın meydana gəlmə amilləri bir-birindən fərqlənirmi?

İlk baxışdan bu iki məsələ tamamilə fərqli görünür. Lakin uyğun sualın cavabı məsələyə münasibət bildirən şəxsin ilahi varlığa inamından asılıdır. Bu məsələni araşdıran tədqiqatçı öncədən ilahi varlığı qəbul etmirsə, əvvəlcə dindarlığın mənşəyini araşdırır və insanların dindar olmasının bir neçə ictimai-psixoloji səbəbini sadalayır. Sonra müxtəlif dinlərin necə meydana gəldiyini izah edir. Deməli, həmin şəxsin fikrincə, dinlərin yaranışı yalnız insanlar və onların dini meylləri vasitəsilə baş tutmuşdur. Başqa sözlə,

səh:52

insanlar öz daxili və xarici ehtiyaclarını təmin etmək üçün dindarlığa meyl göstərmiş və nəticədə müxtəlif dinlər yaranmışdır. Bu baxışa əsasən, din dindarlığın ərsəyə gəlməsi nəticəsində yaranmışdır və dinin heç bir fövqəltəbii amili yoxdur.

Amma dinin mənşəsi barədə axtarış aparan şəxs öncədən ilahi varlığı qəbul edərsə, dinin mənşəsi dindarlığın mənşəsindən fərqlənər. Bu yanaşmada dinin mənşəsi və onun ərsəyə gəlməsi bilavasitə ilahi varlıqla bağlıdır. Dindarlığın yaranma səbəbi isə insanların daxili, mənəvi ehtiyaclarıdır. Bütövlükdə dinin mənşəsi ilə bağlı araşdırmalar modernizm dövrünün məhsuludur. Yeni dövrdən öncə, yəni orta əsrlər dövründə din ilahi varlıqla izah olunurdu. Başqa sözlə, insanlar dinin mənşəsini ilahi varlıqda görür və ona inanırdılar. Lakin modernizm adlanan Yeni dövr təbiət elmləri sahəsində tərəqqisi sayəsində humanitar sahələrdəki tədqiqatları öz təsiri altına aldı. Az bir vaxtda fizika yeni dövrün ən qabaqcıl elm sahəsi kimi tanındı(1). Bu vaxt sosiologiya və psixologiya kimi elmlər təbiət elmlərinin metodologiyasına müraciət edir, bu yolla elmi tədqiqatlarını formalaşdırmağa çalışırdılar. İlahi varlıq həqiqəti humanitar elmlərdəki yeni tədqiqat metodu üçün ciddi bir problemə çevrilmişdi(2). Çünki din bir çox sosioloji və psixoloji mövzuları əhatə edirdi. Dinin ayrıca bir cəhətini elmi araşdırmaq və düzgün təhlil etmək mənasız idi. Digər tərəfdən, təbiət elmlərinin öncül elm sahəsi kimi tanınması dinin də təbiət elmləri metodu ilə araşdırılmasına zəmin yaratmışdı. Alimlər din həqiqətini fəlsəfi metodlardan istifadə etmədən araşdırmağa cəhd edir, yalnız ictimai və psixi amillərə əsaslanaraq din və dinin mənşəsini izah etməyə çalışırdılar. Nəticədə, sözü gedən məsələ gündəmə gəlir. Deməli, dinin mənşəyi bəhsinin ərsəyə gəlmə səbəbi XVIII, XIX əsrlərdə təbiət elmlərində yaranan tərəqqi idi. Əvvəldə qeyd etdiyimiz kimi, dinin mənşəsi ilə bağlı nəzəriyyələr iki əsas istiqamətdədir. Onlardan bir hissəsi öncədən ilahi varlığı qəbul edir, digərləri isə belə bir varlığın olmasına tərəddüdlə yanaşırlar. Din fəlsəfəsində hər iki bölməyə aid müxtəlif və rəngarəng nəzəriyyələr vardır. Biz burada dinin mənşəsi barədəki ilahi və qeyri-ilahi baxışlı nəzəriyyələrdən ən əsaslarını nəzərdən keçirəcəyik. Şübhəsiz, bu mövzuda daha geniş mütaliə və araşdırmalar əziz oxucularımızın öz üzərinə düşür.

Ogüst Kontun nəzəriyyəsi

Dinin mənşəyi barədə qeyri-ilahi nəzəriyyələrdən biri də Ogüst Kontun nəzəriyyəsidir. Kont (1798-1857) fransız filosofu və pozitivizm fəlsəfi cərəyanının banisidir. O, həmçinin sosiologiya elminin banisi sayılır. Kont bəşər cəmiyyətini təbiət elmləri prizmasından araşdırmaq məqsədi ilə yeni

səh:53


1- . Orteqa Qast, “İnsan və böhran”, s. 17.
2- . Volter Steis, “Din və neqəreşe novin”.

bir elm sahəsi yaratdı. O bu elmi əvvəlcə «ictimai fizika», sonra «sosiologiya» adlandırdı. Kont öz pozitivist fəlsəfəsində təcrübi elmləri əsas götürürdü. Onun fikrincə, yalnız təcrübəyə əsaslanan elm dəyərə malikdir. Əslində pozitivizm fəlsəfəsinin əsas tələbi də məhz bu idi. Yəni metafizika (hadisələrin əsl mahiyyətini tədqiq edən elm) aradan qaldırılmalı və elm varlığın xaricdə görünən tərəflərini araşdırmalıdır. Kontun ən məşhur fəlsəfi-sosioloji addımı onun bəşər tarixinini üç mərhələyə bölməsidir. Bunlar teologiya, metafizika və pozitivist dünyagörüşü mərhələsidir.

Teoloji baxışın hakim olduğu mərhələdə insanlar müşahidə etdikləri bütün hadisələri fövqəltəbii qüvvələrin təsiri kimi qəbul edirdilər. Bu mərhələdə bəşəriyyət tufan, zəlzələ və bu kimi hadisələrin səbəbini fövqəltəbii varlıqda axtarır və hadisələri elmi metodlarla izah etməyə cəhd göstərirdilər.

Metafizika mərhələsində insan zəkası tərəqqi edir və hadisələrin ilahi yox, abstrakt (qeyri maddi, səbəbiyyət kimi) amillərin təsiri ilə baş verməsi iddia olunur. Misal üçün, bitkilərin inkişafının fövqəltəbii qüvvənin (Tanrının) yox, onlardakı bitki ruhunun təsiri ilə həyata keçdiyi təkid edilir.

Bəşər cəmiyyəti tarixində üçüncü baxış, yəni pozitivist dünyagörüşü hadisələri təhlil edir və onların arasındakı zəruri səbəbiyyət əlaqəsini tapmağa çalışır. Bu mərhələdə insanlar tam təcrübi üsullarla hadisələrin səbəbini araşdırırlar. Kont birinci və ikinci mərhələni insanın cahillik dövrü adlandırır, yalnız üçüncü mərhələni insan zəkasının zirvəsi hesab edir. Kontun üç mərhələli formulunda din bəşər cəmiyyətinin ibtidai mərhələsində yer tutur. Deməli, insan əqli və zəkası inkişaf etdikcə din öz dəyərini itirir və haşiyəyə çəkilir. Lakin Kontun din barədə digər bir nəzəriyyəsi diqqəti cəlb edir. Konta görə, hər bir cəmiyyətdə ictimai birliyin qorunması üçün üç amil mövcuddur. Onlardan biri din, digəri iş rejiminin düzgün təyini, üçüncüsü isə dildir. Onun qənaətincə, din cəmiyyətdə vəhdət amili rolu oynayır. O hətta dövlət qanunlarının davamlı olması üçün din faktorunu əhəmiyyətli hesab edir. Kont deyir: “Hər bir hökumət özü ilə vətəndaşlar arasındakı əlaqələri tənzimləmək üçün dinə möhtacdır.(1)

Kontun din haqqındakı iki müxtəlif nəzəriyyəsi paradoksal görünür. O, bir tərəfdən dini inancı insanların cəhalət dövrünə aid edir, digər tərəfdən dini həm cəmiyyət, həm də hökumətin mənəvi dayaq nöqtəsi sayır. Kont bu ziddiyyəti həll etməyə çalışır və deyir:

“Yeni dövrün başlanğıcı ilə dini inanc mərhələsi başa çatsa da, hər bir cəmiyyətdə din funksiyasını yerinə yetirə bilən bir qüvvə olmalıdır.” Deməli, Kont dini tamamilə rədd etmir. Onun fikrincə, pozitiv mərhələnin dini bu mərhələyə uyğunlaşmalıdır. O hesab edir ki, modern dövrün özünəməxsus həyatı və dini olmalıdır. Kont bu məqsədlə insanlıq məzhəbini təbliğ etməyə

səh:54


1- . Kuzer Luis, “Zendegi və əndişeye bozorqane cameeşenasi”, s. 34.

başladı. O bu məzhəbin pozitiv dünyagörüşündən qaynaqlandığını vurğulayır və təkid edirdi ki, modernizm təfəkkürü ilə formalaşan insan daha vəhydə və keçmiş dinlərdə əsas götürülən Allaha etiqad edə bilməz. İnsanlıq məzhəbinə görə sitayişə layiq olan varlıq cəmiyyətin dahi insanlarıdır. Bu qəbil şəxsiyyətlər heç bir millətə məxsus deyillər(1). Kontun din haqda söylədiklərini təhlil və tənqid etməzdən öncə onun nəzəriyyəsini bir daha qısa şəkildə nəzərdən keçiririk.

Konta görə, dinin mənşəyi insanın cəhalətidir. Yəni insanlar təbiət hadisələrinin elmi səbəblərini tapa bilmədiklərinə görə hadisələri dini amillərlə əlaqələndirmək istəmişlər.

Təbiətin dərk edilməsi tarixi Konta görə üç mərhələyə bölünmüşdür. Bu üç mərhələli formula əsasən, insan zəkası üçüncü mərhələdə kamilləşir.

Kontun fikrincə, din hər bir cəmiyyətdə zəruri amildir. Bu ideya üç mərhələli formulla ziddiyyət təşkil etsə də, Kont bu ehtiyacı aradan qaldırmaq istəyir.

Kont nəzəriyyəsinin tənqidi

Bəli, Kontun din barədə fikirlərinin təhlil və tənqidi zəruridir.

a) Din fəlsəfəsinin mühüm bəhslərindən biri elm və din münasibətləri mövzusundadır. Bəzi din filosofları müasir elmin dinə zidd olduğunu iddia etsələr də, bir başqa mütəfəkkirlər həmin iddianı qəbul etmirlər.

Kont nəzəriyyəsindəki birinci problem elm və dinin bir-birinə zidd olmasının aksiom kimi qəbul edilməsidir. Kont hesab edir ki, ibtidai mərhələdə insanlar hadisələri elmi yolla izah edə bilmədikləri üçün dinə meyl göstərmişlər. Yəni elm olmayan yerdə cəhalət hökm sürür və bu da dindarlığa zəmin yaradır. Kont qəbul etməlidir ki, din sahəsi elm sahəsindən tam fərqlənir. Hər bir alim müəyyən bir hadisəni elmi qanunlara əsaslandırdığı vaxt həmin hadisəni həm də dini amillərlə əlaqələndirə bilər. Yəni elmi qanunları qəbul etdikdən sonra bu hadisənin ilahi iradə və istəyə bağlılığına inanmaq mümkündür. Deməli, insanlar dindar olmaqla yanaşı alim ola bilərlər(2).

b) Kontun üç mərhələli formulu müşahidə etdiyiniz kimi bəzi hallarda özünü doğrultmur. Onun dediyinə görə, insanlar üçüncü mərhələdə tam elmi qanunlara inanır və dini baxışlardan xeyli uzaqlaşırlar. Halbuki müasir dövrümüzdə bir çox alimlər yeni biliklərə yiyələnməklə yanaşı dini inanclarına rəğbət göstərir və əqidələrini elmi tədqiqatlarına maneə hesab etmirlər. Digər tərəfdən, sual oluna bilər: modernizm prosesinin cərəyan etdiyi dövrdə elmi tərəqqi öz zirvəsinə çatmışsa, ibtidai dövrdəki fəlsəfi dini baxışlar öz mahiyyətini itirmişmi? XIX əsrdə Avropa pozitivist

səh:55


1- . Rimun Aron, “Mərahele əsasiye əndişe dər cameeşenasi”, s. 129, .
2- . Qaeminiya Əli, “Dəramədi bər mənşəe din”, s. 34.

yanaşmanın şahidi idisə, bu uzun çəkmədi. XX əsrdə fəlsəfə yenidən gündəmə gəldi. Müasir fəlsəfi cərəyanlara qısa baxış buna sübut ola bilər. Deməli, Kontun üç mərhələli formulundakı ardıcıllıq heç də tarixi gerçəkliklə üst-üstə düşmür. Bu formul digər bir suala da cavab verməkdə acizdir. Kont Avropa cəmiyyətinin elm tarixini araşdırdıqdan sonra bu qənaətə gəldi ki, bütün digər insanlar bu üç mərhələni yaşamışlar. Sual olunur: Kont hansı əsasla dünyanın elm tarixini Avropa tarixi ilə ölçür və bu formulu onların hamısına şamil edir? Bu yalnız ondan irəli gələ bilər ki, Kont Avropa cəmiyyətini dünya xalqları üçün nümunəvi cəmiyyət kimi göstərmək istəyir. Əlbəttə ki, bu düzgün yanaşma deyil. Konkret və özünəməxsus şəraitdə elm tarixini yaşayan Avropa təcrübəsini digər cəmiyyətlərə aid etmək heç bir elmi əsasa malik deyil(1).

c) Bir çox din tarixçiləri kimi Kont da bütpərəstliyi insanların sitayiş etdiyi ibtidai din sayır. Lakin bu nəzəriyyə bəzi din tədqiqatçıları tərəfindən rədd edilir. Şotlandiya tədqiqatçısı Andre Bonk (1804-1912) bildirir ki, insanların etiqad etdiyi ilk din vəhydən qaynaqlanmışdır(2). Bütpərəstliyin ibtidai din hesab edilməsinin səbəbi ibtidai insanların cəhalət dövründə yaşamaları və bütpərəstliyin belə bir dünya görüşü ilə üst-üstə düşməsi ola bilər.

Emil Dürkheymin nəzəriyyəsi

Fransız filosofu və sosioloqu Dürkheym (1858-1917) pozitivizmdə Kontun ardıcılıdır. Dürkheymin dinin mənşəyi barədə nəzəriyyəsi onun sosioloji görüşlərindən qaynaqlanır. O, dinin ictimai funksiyasını nəzərə alaraq din və onun yaranması haqqında mülahizələrini önə çəkmişdir. Kontda olduğu kimi Dürkheymin görüşlərində də dini həqiqətlər ilk baxışda mənasız görünür əslində isə dini inancların cəmiyyətdəki rolu danılmazdır. Biz əvvəlcə Dürkheymin din haqqında fikirlərini yada salıb sonra dinin mənşəyi məsələsini araşdıracağıq.

Dürkheym varlığı iki müqəddəs və qeyri-müqəddəs hissəyə bölür(3). O təkid edir ki, dinin cövhəri fövqəltəbii varlığa (Allaha) inanc deyil. Çünki bəzi dinlərdə (buddizm dini kimi) Allaha etiqad dini əqidə hesab olunmur. Dürkheym bununla kifayətlənmir. O ümumiyyətlə fövqəltəbii məfhumunun təbii və adi hadisələrin antonimi kimi qəbul olunmasını indiki insanların düşüncə məhsulu sayır. Qədim insanlar bütün hadisələri möcüzə və fövqəltəbii adlandırdıqları üçün varlıqda “təbii və fövqəltəbii” bölgüsünü qəbul etmirdilər. Bəs ibtidai insanların dinində hansı əqidə əsas götürülürdü?

Dürkheym bu sualın cavabında deyir: “Onlar varlığı müqəddəs və

səh:56


1- . Yenə orada, s. 40.
2- . Yenə orada, s. 169.
3- . Rimun Aron, “Mərahele əsasiye əndişe dər cameeşenasi”, s. 375.

qeyri-müqəddəs olmaqla bir-birindən ayırırdılar.” Dürkheym ibtidai insanların bu inancını dinin başlanğıc nöqtəsi hesab edir. O Avstraliyanın ibtidai qəbilələri barədə bir sıra tədqiqatlardan sonra belə bir qənaətə gəldi ki, bu qəbilələrin hər biri bir neçə dəstəyə ayrılır. Hər dəstənin müqəddəs sayaraq sitayiş etdiyi bir totemi var. Totem heyvan, bitki və ya başqa bir şey ola bilər. Dürkheymin bu nəzəriyyəsi “totemizm” adlanmışdır. Totemizmdə Dürkheym qəbilələrdəki müqəddəs və qeyri-müqəddəs əşyaları müəyyənləşdirməyə çalışır. Dürkheym öz araşdırmalarında müşahidə edir ki, ibtidai insan cəmiyyətlərində yalnız totem müqəddəs sayılır və bütün başqa heyvanlar ovlanır. Totem isə müqəddəs olduğu üçün ovlanmır. Dürkheymin totemizm nəzəriyyəsi üç əsas prinsipdən ibarətdir. Onlardan biri totemizmin dinin ən qədim forması hesab olunmasıdır. Dürkheym iddia edir ki, bütün dinlərin kökündə totemizm dini inancı dayanır. Totemizm nəzəriyyəsinin digər bir prinsipi bundan ibarətdir ki, ibtidai qəbilələrin müqəddəs heyvanlara (totemə) ibadəti hadisənin görünən hissəsidir və məsələnin batini tam fərqlidir.

İbtidai insanlar müəyyən bir heyvana ibadət etdikləri halda həqiqi məbud adsız və gözəgörünməzdir. Bu varlıq müqəddəs heyvanlarda təzahür etmiş, habelə qəbilə əhalisinin gündəlik həyatına hakim kəsilmişdir. Totemizm nəzəriyyəsinin üçüncü müddəası budur ki, totemə ibadət təkcə Avstraliyanın ibtidai insanlarına yox, bütün qədim insanlara aiddir. Misal olaraq Amerikanın qırmızı dərililəri “vakan manito” və ya “orenda” adlanan bir qüvvəyə sitayiş edirdilər. Buraya qədər Dürkheymin iddiası iki əsas məsələdə xülasə olunur.

Birincisi, qədim insanlar bəzi heyvanları müqəddəs sayırdılar. İkincisi, insanlar bu müqəddəs heyvanlarda zühur edən bir qüvvəyə sitayiş edirdilər.

Dürkeym mülahizələrini davam etdirir və sual verir: “Bu qüvvəyə nə üçün sitayiş olunur və onun mahiyyəti nədən ibarətdir?”

Dürkheym bu sualı belə cavablandırır: “Totem gözəgörünməz qüvvənin simvolu olmaqla yanaşı, həm də həmin cəmiyyətin canlı təsviridir. Totem həm Tanrının simvolu, həm də cəmiyyəti özündə əks etdirən bir güzgüdür.” Dürkheym burada belə bir nəticə əldə edir: ”İnsanların pərəstiş etdiyi Tanrı insanların təxəyyülündəki varlıqdan başqa bir şey deyil. İbtidai insanlar əhalinin ictimai münasibətlərinin tənzimlənməsi üçün belə bir varlığı ixtira etmişlər. İnsanlar bu fövqəltəbii varlığın qarşısında baş əyir və öz işlərini bu yolla düzgün istiqamətləndirirdilər(1).

Dürkheym nəzəriyyəsinin tənqidi

Qeyd etməliyik ki, Dürkheymin totemizm nəzəriyyəsi bir neçə cəhətdən

səh:57


1- . Qaiminiya Əli, “Dəramədi bər mənşəe din”, s. 112.

tənqid oluna bilər:

1. Dürkheym dini onun ictimai cəhətlərini nəzərə alaraq təhlil edir. O, dinin ictimai xarakter daşımasına şübhə etmir. Lakin burada din və cəmiyyət arasındakı əlaqənin hansı müstəvidə olması əsas müzakirə obyektinə çevrilir. Din təkcə sosial xarakterə malikdir, yoxsa ictimai mahiyyət də daşıyır?

Dürkheym bildirir ki, din öz həqiqi mahiyyətini cəmiyyət vasitəsi ilə əldə edir. Deməli, Dürkheym dinin ictimai tənzimləyici amil olmasından belə nəticə çıxarır ki, din həm də cəmiyyətlə müqayisədə kölgə vəziyyətində dayanır. Düşünürük ki, bu nəticə yanlışdır. Din tədqiqatçıları Dürkheymin bu qənaətini “redekşionizm” adlandırırlar. Redekşionizmdə müəyyən bir varlığa təkcə bir xüsusiyyətinə uyğun tərif verilir və bu varlığın digər xüsusiyyətləri nəzərə alınmır. Misal üçün, Dürkheym dinə tərif verərkən onun yalnız cəmiyyətlə bağlı rolunu nəzərdə tutur və dini həmin çərçivədə xulasələşdirir. Bu sayağı yanaşmada iman, müqəddəs varlıqlar, möcüzə və bu kimi dini həqiqətlər dinə aid edilmir və onlara düzgün şərh verilmir.

2. Dürkheymin Avstraliyanın ibtidai qəbilələri ilə bağlı araşdırmaları onun həmkarı R. Qastonq tərəfindən rədd edilmişdir. Qaston göstərir ki, Dürkheymin bu qəbilələr haqqında tədqiqatları dəqiq faktlara söykənmir. Bundan əlavə, yaxın on ildə Dürkeymin totemizm nəzəriyyəsi bir çox alimlər tərəfindən tənqid olunmuşdur.

3. Dürkheymin baxışları bütün dinlərdə təbliğ olunan və əsas götrülən cahanşumul əxlaqi qanunlarla bir araya sığmır. Müxtəlif dinlərdə əsas müddəalardan biri Allahın insanları sevməsi və onlar bir-birləri ilə mehriban olmağa dəvət etməsidir. Dürkheymin dinin mahiyyəti ilə bağlı təqdimatında din yalnız müəyyən bir qrupun ictimai mənafeyinə xidmət edir. Bu isə dinin cahanşümulluğuna tam ziddir. Dürkheymə görə, Allah təkcə müəyyən bir qəbiləyə xitab edir. Halbuki, bütün dinlərdə ilahi nida bir qrupa yox, bütün insanlara ünvanlanmışdır.

4. Dürkheymin qənaətincə, cəmiyyət öz fərdlərinin ictimai münasibətlərinə nəzarət üçün Tanrı məfhumunu onlara təlqin edir. Bəs cəmiyyət hansı səbəbə görə Tanrı məfhumu ilə bərabər tutulur? Dürkheym bu sualın cavabında bildirir ki, Allah və cəmiyyət bir sıra ortaq xüsusiyyətlərə malikdir. Cəmiyyət öz tabeçiliyndə olan insanlara təsir etməklə onlara öz qüdrətini göstərir. Tanrı da dindarları bəzi işlərə vadar edir və bu yolla onlara təsir göstərir. Yəni Allah və cəmiyyət insalardan tələb edir ki, onlara tabe olsunlar. Amma Dürkheymin bu iddiası qəbul oluna bilməz. Çünki iki həqiqətin müştərək xüsusiyyətlərə malik olması onların bir həqiqət olduğunu göstərmir.

səh:58

Ziqmund Freydin nəzəriyyəsi

Freyd (1856-1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O, dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanaliz gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.

Freyd dinin mənşəyini psixoanaliz baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libide” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir. Lakin uşaqlıq illərindən başlayaraq ata-ana öz övladına öyrədir ki, cinsi azadlıq yasaqdır. İnsanın yaşı ötdükcə o yaşadığı cəmiyyətdə cinsi azadlığa qarşı məhdudiyyətləri daha çox müşahidə edir. İnsan bu qadağaların müqabilində təslim olmaq istəmir. Cinsi meyllər sıxıntılarla üzləşən zaman boğulur və insan psixikasının dərinliklərinə ötürülür. Freyd hesab edir ki, insandakı daxili təzadlar nəticəsində şer, incəsənət və hətta dini təlimlər ərsəyə gəlir. Deməli, dinin mənşəyi bir çox hadisələr kimi insanın boğulmuş cinsi meylləridir.(1)

Freyd totem və tabo dini etiqadının köklərini ibtidai icma quruluşunda axtarır. O, dinin ərsəyə gəlməsi prosesini maraqlı bir dastan şəklində izah edir. Freydə görə ibtidai insanlar ilk icmada yaşamışlar. Bu icmanın başçısı qüdrətli bir kişi idi. Onun bir neçə həyat yoldaşı var idi. Ata öz xanımlarını oğlanlarından qoruyurdu. Bir gün oğlanlar əlbir olub atanı qətlə yetirir, sonra onu yeyirlər. Freyd ata ətinin yeyilməsi səbəbini açıqlayır və deyir: “Onlar güman edirlər ki, bu yolla atanın qüvvəsini əldə etmək olar.”

Bir müddət keçdikdən sonra oğlanlar tutduqları əməldən peşiman olur və öz günahlarını yumaq üçün iki qadağa icad edirlər.

Əvvəlcə, onlar atanın yerinə bir heyvanı simvol seçirlər. Bu simvol totem adlanırdı. Qardaşlar totemi yeməyi haram iş elan edirlər. Sonra onlar qəbilə arası nikahı özlərinə qadağan edirlər. Freyd oğlanların öz atalarını öldürməsini «tarixin ilk cinayəti» adlandırır və totemizm dininin həmin cinayət nəticəsində yarandığını bildirir. Qardaşlar totem dinini yaratdılar ki, yenidən cinayətə əl bulaşdırmasınlar. Bəli, ibtidai və ilkin totemizm inanclardakı günah hissini yumaq üçün ərsəyə gəlir. Freyd əlavə edir: Bütün bəşəri dinlərdə bu amil mühüm rol oynamışdır. Hərçənd ki, günah

səh:59


1- . Freyd, “Məfhume sadeye rəvankavi”.

müxtəlif dinlərdə müxtəlif ayinlərlə yuyulur(1). Freyd son əsəri olan “Musa və təkallahlılıq” kitabında təkallahçı dinlərin kökünü təbii amillərlə izah etməyə çalışır. Onun bu kitabı həm xristianlar, həm yəhudilərin geniş etirazına səbəb olur. Freyd bu kitabda dinlərin tarixini araşdırır, yəhudilik və onun yaranış tarixi haqqında deyir: “Musa rəsmi yəhudilik dinində təbliğ olunduğu kimi yəhud qövmündən deyildi. O, Misir şahzadələrindən idi. Misir fironlarından birinin davamçısı olan Axnaton belə bir qərara gəldi ki, günəş tanrısı olan Ateni Misirin çoxsaylı tanrıları ilə əvəz etsin. O, bu məqsədlə insanları Atenə sitayişə dəvət edirdi. Lakin Axnaton bu ideyasını həyata keçirə bilmədi. Onun ölümündən sonra Musa yəhud qövmündən olan qulları ətrafına toplayıb bu vəzifəni üzərinə götürdü. Musa onun əleyhinə çıxan insanları ölümə məhkum edirdi. Musa vahid Allaha sitayiş etməyi Bəni-İsrail qövmünə məcbur qəbul etdirdi. Musadan sonra yəhud qövmü Musanın təbliğ etdiyi dini dəyişdi və bu din bütün dinlərə müxalifətdə dayandı. Sonralar yəhudilər arasında bir neçə Peyğəmbər təkallahlıq dinini təbliğ etmişlər. Nəhayət, yəhudilik xristianlığın yaranmasına səbəb olmuşdu. Freyd bu iddialarında öz təxəyyülündən xeyli faydalanmışdır. Ən əsası, onun təkallahlılıq dinlərinin tarixi barədə mülahizələri tarixi faktlarla uzlaşmır. Çünki tarixi sənədlərdə Musanın misir şahzadəsi olması və yaxud Firon davamçısının təkallahlıq dinini təbliğ etməsi barədə məlumat yoxdur(2).

Freydin dinə psixoanalitik baxışları bir çox məqamlarda məntiqsiz görünür. Freydə birinci etiraz edən elə psixoloqlar olmuşdur. Bu Freydin metodologiyasına münasibətdə ciddi iraddır. Freydin din haqqında fikirləri onun başdan-başa psixoanalizndən qaynaqlanmışdır. Halbuki onun psixoanalitik görüşləri xüsusilə şəhvani meyllərə ifrat dərəcədə istinadı özündən sonrakı bəzi psixoloqlar, o cümlədən isveçrəli psixoloq Karl Yunk (1875-1961) və avstriyalı həkim-psixoloq Alferd Adler (1870-1937) tərəfindən tənqid atəşinə tutulmuşdur. Bundan əlavə, Freydin din məfhumu barədə dəlilləri düzgün olsa belə, onun aldığı nəticələr qəbulolunmazdır. Freyd göstərir ki, dindarlığın və ilahi varlıq məfhumunun yaranmasında əsas amil insanların ilkin cinayətləri və boğulmuş cinsi istəkləridir. Freyd sübut etməyə çalışır ki, Tanrı məfhumu sırf xəyaldır. Bu nəticənin nə dərəcədə məntiqi olduğu göz qabağındadır. Mümkün deyil ki, həqiqi bir varlığa inancın səbəbi qeyri həqiqi və yanlış bir hadisə olsun. Misal üçün, bir şəxs ilk dəfə dəmir parçasının kəhraba daşı üzərinə düşməsini görür və bunu cazibə qüvvəsi ilə izah edir. Halbuki, bu hadisənin əsas səbəbi kəhraba daşının tərkibindəki maqnit

səh:60


1- . Hemilton Məlkəm, “Cameeşenasie din”, s. 103.
2- . Qaiminiya Əli, “Dəramədi bər mənşəe din”, s. 130.

qüvvəsidir. Bu şəxsin yanlış təsəvvürü ümumiyyətlə cazibə qüvəsinin həqiqətə uyğun olmamasına sübut sayıla bilməz. Digər bir tərəfdən, Freydin dini ata-oğul münasibətləri üzərində təhlil etməsi ilk baxışda xristian dininə uyğun gəlsə də, İslam və yəhudilik dini ilə uzlaşmır. Çünki bu iki dində insan və Allah arasındakı əlaqələr ata-oğul münasibəti deyil. Bu səbəbdən də Freydin uyğun görüşləri başqa dinlərə tətbiq oluna bilməz. Nəhayət, Freydin dinin mənşəyi haqqındakı dəlilləri növbəti bir suala cavab verməkdə acizdir. Freyd dini inancı cəmiyyətin insan qarşısında yaratdığı məhdudiyyətlərin məhsulu hesab edir. Sual olunur: insanların öz xəyallarında təsvir etdikləri Tanrının məfhumu nə üçün onların cinsi narahtlıqlarının məsuliyyətini öz üzərinə götürməlidir? Mövcud dinlərdə müşahidə etdiymiz faktlar göstərir ki, din insanları şəhvani meyllərə tabe olmamağa çağırır. Hətta bəzi dinlər ifrat həddə cinsi istəklərin ödənməsinə yasaq qoyur(1). Freydin görüşləri bu cəhətdən də məntiqi müvazinəti qoruya bilmir. Dinin mənşəyini qeyri-ilahi köklərdə tapmağa səy göstərən nəzəriyyələri araşdırdıqda məlum olur ki, bu görüşlərin hər birində dinin ictimai-psixi ehtiyacları aradan qaldırmaq məqsədi ilə ərsəyə gəlməsi xüsusi vurğulanır. İndi də dinin yaranması məsələsində ilahi nəzəriyyələrin bir neçəsini təhlil etməyə çalışacağıq.

Andre Lonqun dini baxışları

Andre Lonq (1844-1912) Şotlandiyanın məşhur dinşünaslarından biridir. Lonq Avropa və Amerikada böyük şöhrət qazanmışdır. O, insanlar arasında yayılmış ilkin dinin təkallahlılıq dini olduğunu bilirdirir. Lonq sübut etməyə çalışır ki, tam qüdrətli, alim və insanlara ata kimi mehriban «Tanrı» məfhumu bütün ibtidai cəmiyyətlər və mədəniyyətlərdə müşahidə olunmuşdur(2). Lonqa görə, hər bir insanın təfəkküründə «səbəbiyyət» məfhumu gizlənmişdir. Yəni səbəbiyyət qanunu təbii şəkildə insanların düşüncəsinə hakimdir. İnsanlar bu qanunu əsas götürərək ilahi varlığa etiqad etməyə başlamışlar. Çünkü onlar ətrafda gördükləri əşyaların yaranmış varlıq olduğunu düşünürdülər. İnsanlar düşünürdülər ki, müşahidə etdikləri əşyalar onlar tərəfindən yaradılmamışsa, deməli, onları yaradan bir həqiqət var. Lonq deyir: “İbtidai insan varlığı yaradan həqiqətin fövqəltəbiiliyinə və insandan xeyli fərqlənməsinə inanırdılar. İnsan dünyanı yarada bilməz, çünki onun belə bir qüdrəti yoxdur.

İbtidai insanın əqidəsinə görə, (yəni Tanrı) bu ülvi varlıq paklıq mənşəyidir və uşaqlara məhəbbət bəsləyir(3).

səh:61


1- . Yenə orada, s. 134.
2- . “The Encyclopedia of Religion ed. By Mircea Eliade 8, p. 438.
3- . Nəşşar Əli, “Nəşət-ət-din.

Lonq ibtidai dinin indiki dinlə müqayisədə xalis və eybsiz olduğunu bildirir və xristianlıq dinini nümunə göstərərək deyir ki, xristianlıq ilkin formasından xeyli fərqlənir. Onun nəzərincə, bu dinə yanlış fikirlər və əfsanələr qatılmış, o öz ilkin mahiyyətini itirmişdir. İbtidai dinlərdə əfsanələrin yaranması hansı amillərlə bağlıdır? Lonq bu suala belə cavab verir: “İbtidai insan təfəkkürü iki ünsürdən ibarətdir. Onlardan biri fövqəltəbii qüdrətə malik və mehriban Allah, digəri isə əfsanə ünsürüdür. İnsan zehni güclü bir həqiqətə inancı əfsanə və dastan şəklində təqdim edir. Əfsanə xəyal qüvvəsinin məhsuludur. Əfsanə ünsürü sonradan inkişaf edib, fövqəltəbii Tanrı ünsürünü pərdə altına salır. Beləliklə, dinlərdə təhrif baş verir. Lonq iki məsələni xüsusi vurğulayır. O ülvi Tanrı məfhumunun ilkin inanc olduğunu və ibtidai mərhələdə bəşər tarixinə məhz belə bir varlığa əqidənin hakim kəsilməsini iddia edir. Hərçənd sonralar bu pak əqidə öz yerini yanlış və əfsanəvi etiqadlara verir.

Dinin təhrif edildiyi dönəmdə də Tanrı məfhumu insan zehnindən tam silinməmişdir və ibtidai xalis inancın təsiri bu gün də qalmaqdadır. Hələ də əfsanə ünsürünün təzahürü çoxdur.

Lonqun dinin mənşəyi haqda təqdim etdiyi fikirlər və rəylər dinin kökündə təkallahlılıq əqidəsinin dayandığını bildirir. Bu baxış İslam dinindəki etiqadla müvafiq olsa da, onun nəzəriyyəsi xristianlıq rəngi almışdır. Lonqa görə, ibtidai insan Tanrını mehriban ata timsalında görürdü.

Qeyd etməliyik ki, insan və Allah arasında ata-övlad münasibətləri xristian dinindən qaynaqlanır. Necə sübut etmək olar ki, bu əqidənin özü də əfsanə ünsürünün məhsulu deyil? İbtidai insanlar Tanrı həqiqətini səbəbiyyət qanunu yolu ilə dərk etmişlərsə, bu düşüncə yalnız Tanrının kainatı yaratmasını nəzərdə tutur. Başqa təbirlə desək, səbəbiyyət qanunu rasional təfəkkürün məhsuludur. Tanrının həm də mehriban ata olması isə səbəbiyyət qanununa əsaslanmır və bu baxış emosional yanaşma tərzinə müvafiqdir(1).

Alvin Platinqanın nəzəriyyəsi

Platinqa (1932) müasir din filosoflarından biridir. O din fəlsəfəsinin ilahi mütəfəkkirlərindən hesab olunur. Platinqa Tanrının varlığına inancı insanların bünövrə əqidəsi sayır. O deyir: ”Hazırda inandığımız bir neçə həqiqəti nümunə götürür və onları analiz etməyə başlayırıq. Özümüzdən soruşuruq: biz bu həqiqətlərə nə üçün inanırıq? Bu həqiqətlərə inam digər həqiqətlərə inamdan qaynaqlanır, yoxsa heç bir başqa köməksiz etiqada çevrilir? Bizim inandığımız bir həqiqət ikinciyə aiddirsə, bu vaxt həmin

səh:62


1- . Qaiminiya Əli, “Dəramədi bər mənşəe din”, s. 173.

əqidəni bünövrə əqidə hesab etmək olar. Bünövrə əqidələr arasında hissi idrak orqanı ilə qavranan həqiqət (orada bir ağac var), hafizə qüvvəsinə söykənən həqiqət (səhər yeməyi üçün qayğanaq bişirdim), başqalarının hisslərinə aid həqiqət (o, məsələni Mehriyə deyəndə Mehri əsəbiləşdi) və digər formalarda həqiqətlər ola bilər. Bu təhlili davam etdirib müxtəlif nümunələri nəzərdən keçirdikdən sonra bünövrə əqidələrdən ümumi təsfir əldə edə bilərik. Plantinqa bu vaxt radikal bir təklif irəli sürür. Nə üçün «Tanrı var» həqiqətinə inanc bünövrə əqidə sayıla bilməz? Biz bu əqidəni bünövrə əqidələrə aid edə bilərik. Nə üçün belə olmalıdır? Ona görə ki, dindar şəxs etiqad məsələsini özü üçün əqli baxımdan həll etmişdir və onun bu barədə heç bir problemi yoxdur. (“Orada ağac var” həqiqətinə inandığı kimi). Beləliklə, Plantinqa dinin, xüsusilə Tanrıya etiqadın mənşəyini insanların bünövrə əqidələrində tapmağa çalışır və bunu sübut etməyə səy göstərir. Plantinqanın bu rəyi bir sıra mübahisələrə səbəb oldu. Əvvəla, hər hansı bir əqidənin bünövrə əqidə olması həmin əqidənin həqiqətə uyğun olmasına zəmanət vermir. Çünki olmayan hadisəyə inanan şəxs əqidəsinin həqiqiliyinə inandığından bu onun üçün bünövrə əqidə sayılır. Halbuki, bu inam yanlış bir hadisəyə inamdır. Misal üçün, uzaqdan gələn bir şəxsin sizin dostunuz olduğuna inanırsınız. Lakin bir neçə dəqiqədən sonra məlum olur ki, bu sizin dostunuz deyilmiş. İkincisi, müasir din tədqiqatçılarından olan Qari Qutin (1942) Plantinqanın bu metodunu başqa bir cəhətdən tənqid edir və deyir: “Mömin şəxs sübut göstərmədən öz dini etiqadını necə izah edə bilər?! Sağlam bir düşüncə tələb etmirmi ki, müəyyən bir məsələdə dərin münaqişə və fikir ayrılığı varsa bu vaxt hər iki tərəf öz fikirlərini sübuta yetirməyə çalışmalıdır? Plantinqa bu tənqidə belə cavab verir: “Bünövrə əqidələri müəyyənləşdirmək bir neçə nümunə araşdırdıqdan sonra müyəssər olur. Sonra mövzu həmin nümunələr vasitəsilə yoxlanılır. Lakin öncədən həmin nümunələrin hamı tərəfindən bünövrə əqidə kimi təsdiq edilməsi şərt deyil. Dindar şəxs Tanrıya etiqad etdikdən sonra bu əqidəsi ilə başqa əqidələrini əsaslandırırsa, Rassel qəbul etməsə də uyğun əqidələr mötəbərdir. Çünki dindar şəxs öz əqidəsi qarşısında cavabdehdir.

Plantinqanın bu barədə səyləri əhəmiyyətsiz olmasa da, xoşagəlməz nəticələrə səbəb ola bilər. Məsələn, əgər dindar bir şəxs öz dini əqidəsini bünövrə əqidə sayırsa və onu sübut etməyə lüzum bilmirsə, bəs başqa insanlar əfsanəyə bənzər əqidələrini nə üçün bünövrə hesab edə bilməzlər? Hər halda bu sual Plantinqanın sonrakı araşdırmalarında aydın cavablandırılmır(1).

səh:63


1- . Peterson Maykl, “Əql və etiqadi dini”, s. 233.

Müsəlman sxolastları və filosoflarının dinin mənşəyinə münasibəti

İslam ilahiyyatına mənsub nəzəriyyələrdə dinin mənşəyi məsələsi öncə Allahın varlığı qəbul olunur. Allah-taala insanları doğru yola hidayət etmək üçün peyğəmbərlər göndərmişdir. Müsəlman sxolastikasında dinin mənşəyi insanların Allah tərəfindən düzgün yola dəvət olunması zərurəti hesab edilir və peyğəmbərlərin Allah tərəfindən göndərilməsi bu zərurətlə izah olunur. Peyğəmbərlərin gəlişi yaxşı və çirkin əməlləri insanlara çatdırması baxımından Allahın insanlara bəxşişidir. İnsan əqli və zəkası bu bəxşişi bəyənir və onu yaxşı iş sayır. Əqlin bəyəndiyi iş Allah tərəfindən mütləq yerinə yetir. Deməli, peyğəmbərlər mütləq Allah tərəfindən gəlməli və insanları düzgün yola hidayət etməlidirlər(1). Peyğəmbərlərin insanları hidayət etməsi zərurəti başqa formada belə sübuta yetir:

İnsan yaranışında məqsəd onun öz ixtiyarı ilə kamilliyə çatmasıdır;

İnsanın öz ixtiyarı ilə təkamülü onun ixtiyari işləri ilə müyəssər olur;

İnsanın kamala və səadətə çatması üçün onun hissləri və əqli kifayət etmir;

Allah-taala insanı təkamülə çatdırmaq üçün əql və hissdən əlavə başqa bir yol göstərir və bu yol peyğəmbərlərin insanlara təqdim etdiyi yoldur(2).

Müsəlman filosoflarından olan İbn Sina (980-1037) “Şifa” kitabının “İlahiyyat” hissəsində peyğəmbərlərin gəlişini insanların ictimai ehtiyacları ilə əlaqələndirir. İbn Sina bir neçə müqəddimə ilə bu məsələni sübut edir. O deyir: “İnsan təbii baxımdan ictimai həyata meyllidir. O, cəmiyyət arasında yaşamaq istəyir.

İctimai həyat nizamı bir sıra qanunlara möhtacdır. Çünki cəmiyyətdəki hər bir şəxs öz mənafeləri uğrunda başqaları ilə mübarizə aparır. Bu vaxt insanlar bir-birlərinin hüquqlarına təcavüz etməyə başlayırlar. Belə bir vəziyyətdə cəmiyyətdə sağlam həyatın bərpası üçün qanunlar tənzimlənməsi labüddür.

Yalnız insanın maddi-mənəvi və fərdi-ictimai ehtiyaclarını tam şəkildə təmin edə bilən qanunlar insanın sağlam həyatına və səadətinə zəmanət verə bilər.

İnsan varlığının aşkar və gizli cəhətlərini və ehtiyaclarını onu yaradan Allahdan başqa kimsə bilmir. Deməli, təkcə Allah bu qanunları icad edə bilər.

İnsanların ilahi vəhyi çatdırmağa qadir olmadıqlarından onların arasından bəziləri peyğəmbər seçilir və bu vəzifəni yerinə yetirir.(3)

Nəticə olaraq deyə bilərik ki, müsəlman ilahiyyatçıları və filosoflarına görə, dinin mənşəyi yalnız insanların düzgün təlim-tərbiyə ilə sağlam həyat

səh:64


1- . Hilli, “Kəşful-murad”, s. 253, 254.
2- . Misbah Yəzdi, “Rahnomaşenasi”, s. 44-52.
3- . İbn Sina, “İlahiyyat, Şifa”, s. 441-444.

qurması zərurəti olmuşdur.

səh:65

XÜLASƏ

Din fəlsəfəsinin ən mühüm mövzularından sayılan dinin mənşəyi mövzusu iki baxımdan araşdırıla bilər.

a) Dinin yaranma səbəbi.

b) Dindarlığın yaranma səbəbi.

Dinin yaranma səbəbi dedikdə dini əqidə və ayinlərin ərsəyə gəlmə səbəbləri araşdırılır. Dindarlığın yaranma səbəbi dedikdə isə insanların dindarlığa meylinin səbəbi diqqət mərkəzində olur. Qeyd edək ki, dinin mənşəyi barədə araşdırma aparan alim öncədən Allahın varlığını təsdiq edirsə bu vaxt dinin mənşəyi bilavasitə İlahi varlıqla əlaqələndirilir. Dindarlığın yaranma səbəbi isə insanların ictimai və mənəvi ehtiyacları ilə izah olunur. Dinin mənşəyi barədə fikir irəli sürən şəxs öncədən Allahın varlığını qəbul etmirsə, bu vaxt dinin və dindarlığın yaranma səbəblərini araşdırmağa başlayır. Yəni dinin ərsəyə gəlməsi dindarlıqla əlaqələndirilir. Bu o deməkdir ki, dinin kökü insanların dini meyllərindədir.

1. Dinin mənşəyi barədə qeyri-ilahi nəzəriyyələr.

a) Ogüst Kont. Konta görə dinin mənşəyi insanların təbiət hadisələrini elmi üsullarla izah edə bilməməsidir. O, bəşər tarixini üç mərhələyə bölür. Dini inanclar birinci və ibtidai mərhələyə aid edilir.

b) Emil Dürkheym. Dürkheym dinin kökünü ibtidai insanların müqəddəs sayılan heyvanlara, totemə ibadət etmələrində görür. O, dini inancları insan cəmiyyətəni tənzimlənməsində zəruri hesab edir.

d) Ziqmund Freyd. Freyd dinin mənşəyini psixoanalizm çərçivəsində şərh etməyə çalışır. O deyir: “İnsanın müxtəlif meyllərinin kökündə “libido” adlanan şəhvani meyl dayanır. Bu meyllər tam ödənilmədiyi üçün libido meyli boğulur və insan psixikasının dərinliklərinə ötürülür. Bu vaxt incəsənət, poeziya və o cümlədən dindarlıq ərsəyə gəlir.

Dinin mənşəyi barədə mülahizələr

a) Andre Vank. Vank ibtidai insanların vahid Allaha sitayiş etdiyinə inanır və bildirir ki, ilkin insanlar səbəbiyyət yolu ilə yaradan Allahın varlığını zəruri hesab edirdilər.

b) Albin Plantinqa. Plantinqa ilahi varlığa inancı insanların bünövrə əqidəsi sayır. Onun fikrincə, insanlar daxilən Allaha inanır və bu inancı başqalarına sübut etməyə bilərlər.

d) Müsəlman İlahiyyatçıları və filosoflarının rəyi.

İslam sxolastikasında din insanların Allah tərəfindən doğru yola

səh:66

hidayət edilməsi zərurətindən ərsəyə gəlir. Orta əsr filosofu İbn Sina isə insanın ictimai varlıq olması və bu səbəbdən ictimai qanunlara ehtiyac duyduğunu önə çəkir və əlavə edir ki, bu qanunlar yalnız Allah-taala tərəfindən insanlara çatdırıla bilər. Çünki yalnız insana varlıq bəxş edən Allah onun vucudunun ehtiyaclarını bilir və buna uyğun qanunlar vermək iqtidarındadır.

SUALLAR

1. Din mənşəyi mövzusu hansı mənalarda araşdırıla bilər?

2. Dinin mənşəyi barədə nəzəriyyələr hansı xüsusiyyətə görə fərqlənir?

3. Bu yönümdə qeyri-ilahi nəzəriyyələr hansılardır?

4. Kontun və Dürkheymin din haqqındakı fikirlərində oxşar cəhətlər hansıdır?

5. Freydin nəzəriyyəsində əsas məsələ nədir?

6. Kontun, Dürkheymin və Freydin baxışlarında hansı problemlər var?

7. Dinin mənşəyi barədə ilahi nəzəriyyələri şərh edin?

8. Lankın din barədə görüşləri hansı cəhətdən xristian dinindən təsirlənmişdir?

9. Plantinqanın din haqqında nəzəriyyəsi nə üçün qəbul oluna bilməz?

10. İslam sxolastikasında dinin mənşəyi necə izah edilir?

11. İbn Sina dinin yaranma səbəbini necə açıqlamışdır?

12. Dinin mənşəyi barədə nə düşünürsünüz?

səh:67

DÖRDÜNCÜ FƏSİL: DİNİ PLÜRALİZM

Plüralizmin ilk təzahürü

Biz rəngarəng əqidə, mədəniyyət, incəsənət və dinlərin zühur etdiyi əsrdə yaşayırıq. XX əsrin ən qabarıq xüsusiyyəti də məhz budur. Bu gün insanlar planetin ən ucqar nöqtələrinə səyahətə çıxır, müxtəlif adət-ənənələr və mədəniyyətlərlə tanış olurlar. Müasir həyatın bütün sahələri kimi dini etiqad sahəsi də rəngarəngliyi ilə insan üçün adiləşmişdir. Bu gün insan təfəkkürünü nisbiliyin kuliminasiya nöqtəsində bilsək, yanılmarıq. Müasir postmodernist filosoflardan olan Jak Derida postmodernizm dövrünün ən əsas cəhətini onun tam şəkildə nisbiliyi təbliğ etməsində görür. Deridanın fikrincə, müasir təfəkkürə əsasən indiyə qədər yaxşı və pis adlandırdığımız məfhumları daha bu adla qismlərə bölə bilmərik. Postmodern sistemi hər hansı predmetə birmənalı münasibət bildirməyi mənasız hesab edir. İndi pis adlandırdığımız insanlar və onların çirkin əməlləri normal təqdimat və qürurlanmaq hüququ qazanmışdır. İnsanların aksiom şəklində təsdiq etdikləri qanunlar bu qədər nisbilik hücumuna məruz qalırsa, dini etiqad və ayinlərin vəziyyəti tam aydındır. Bəşər həyatının müxtəlif sahələrindəki çoxluğu və müxtəlifliyi təbliğ edən, eyni zamanda onların hamısını eyni vaxtda təsdiqləyən baxış plüralizm adlanır. Plüralizm latın dilində “plüralist” sözündən götürülmüşdür və “çox” mənasını ifadə edir. Məqsədimiz Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaqdır.

Dini plüralizm yeni ilahiyyatın və din fəlsəfəsinin mühüm bəhslərindən biri sayılır. Bütün dinlərin haqq olduğunu israr edən bu cərəyanın banisi keşiş və filosof Con Hikdir. O, XX əsrin ortalarında bu məsələni din fəlsəfəsində müzakirəyə çıxarmışdır. Onun plüralist görüşlərlə çıxış etməsinin əsas səbəbi bir çox dinlərə mənsub insanlarla həmkarlıq etməsi idi. Bu əlaqələr onu müxtəlif dinlər barədə düşünməyə vadar etdi və nəhayət, Hik xristianlıqla bağlı əqidələrindən daşınaraq bütün dinlərə sitayiş edən insanların səadətə çatacağına inandığını bildirdi. Con Hikin dini plüralizm haqqında fikirlərinin izahına keçməzdən öncə müqəddimə olaraq deməliyik ki, din fəlsəfəsinin ən aktual mövzularından birinə çevrilən dini plüralizm

səh:68

bəhsi etika və ya sosiologiya mənzərəsindən tədqiq olunmur. Burada ortaya qoyulan suallar sırf rasional xarakter daşıyır. Yəni dini çoxluğu təsdiq etməkdə məqsəd müxtəlif dinlərə etiqad edən şəxslərin bir-biri ilə tolerantlıq şəraitində yaşaması deyil. Çünki dini plüralizmi rədd edənlər belə başqa dinlərə mənsub insanlarla sülh şəraitində yaşamalıdırlar. İndi isə dini plüralizm və onun alternativ variantları haqda…

Con Hik (1922) din çoxluğu mövzusundakı nəzəriyyələri üç hissəyə ayırır. Bunlar inhisarçı baxış, (eksklüzivizm, ekskrosivizm) dini çoxluğu tam təsdiq edən baxış (pülüralizm) və şümullu baxış (inplusivizmdən ibarətdir.)

İnhisarçı baxış, eksklüzivizm

Dini etiqadda inhisarçı mövqedən çıxış edənlərin fikrincə, xoşbəxtlik, qurtuluş, kamillik, dinin nəhayət amalı hesab olunan hər hansı bir zirvə yalnız bir din vasitəsi ilə əldə oluna bilər. Başqa dinlərin hər hansı biri müəyyən miqdarda həqiqətə malik olsalar da, təkcə bir din səadət yolunu göstərə bilər. Beləliklə, digər dinlərə pərəstiş edənlər etika baxımından doğru yolda olsalar da, öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz bəşəriyyətin qurtuluşu üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Məhz bu inanca görədir ki, insanlar mənsub olduqları dini yüksək maraqla təbliğ edirlər. İnhisarçılar öz əqidələrini sübut etməyə çalışırlar. Onlardan bir çoxunun fikrincə səadət və xoşbəxtlik yalnız Tanrının insanlara mərhəmətindən aslıdır. Bu səbəbdən ilahi mərhəmətin harada təzahür etdiyini bilməliyik. Bizə qurtuluş bəxş edən ilahi mərhəmətin hansı dində zühur etdiyini bildikdən sonra səadət dalınca başqa dinlərin sorağınca getmək mənasız görünər. Protestant ilahiyyatçı Karl Bart (1886-1968) inhisarçı fikirlərlə çıxış edən ilahiyyatçılardan biridir. Onun bu mövzuda sübutları tamamilə xristian ilahiyyatından qaynaqlanır. Bart bildirir ki, şəriət və «ilahi təzahür» bir-birinə zidd olan iki məfhumdur. Şəriət günahkar insanın əməlidir. İlahi təzahür isə Allaha məxsusdur. Lovğa insan şəriət vasitəsilə qeyri-mümkün bir istəyə çatmaq niyyətindədir. O, Allahı öz günahkar baxışları ilə tanımaq istəyir. Bunun mümkünsüzlüyü ondan irəli gəlir ki, insan Allah haqqında nə qədər düzgün təsəvvürə nail olmağa çalışsa da, öz zehnindəki varlığı sitayiş edir. Bundan əlavə, o bilməlidir ki, insanın Allaha qovuşması təkcə Allah tərəfindən mümkündür. O deyir: «Biz şəriəti insanın ilahi təzahürə uyğun çalışması hesab edə bilmərik. Şəriət Allahın tam təzahür nəticəsi deyil. Çünki şəriətə uyğun yaşayan insan öz təsəvvürlərini Allahla əvəz edir. Bununla da Allahın öncədən ona bəxş etdiyi nemətlərin bir çoxundan məhrum olur. Nəticədə ilahi təzahürü müşahidə edə bilmir.»(1)

Bart hesab edir ki, Allah özünü yalnız təzahürü ilə təqdim edir. Bu isə

səh:69


1- . Karl Barth, “Church Dogmatics” 1, p. 303.

İsa Məsihin vücudunda cilvələnmişdir. Biz İsa Məsih olmadan Allah ilə insanın mənəvi əlaqələrindən danışa bilmərik. Bart başqa dinlərdə müəyyən həqiqətlərin olduğunu və onlara etiqad edən insanların xoşbəxtliyini danmır. Lakin həqiqi səadət yolunun xristian dininə məxsus olduğunu iddia edir. Bart hətta xristian dininin tam haqq olmasına inanmır. O bildirir ki, xristian dini İsa Məsihin varlığı ilə həqiqət dini olmuşdur. İnsan yalnız İsa vasitəsilə Allaha qovuşa bilər.(1)

İnhisarçıların, xüsusilə Karl Bartın mülahizələrini diqqətlə mütaliə edərkən bəzi suallar yaranır. Əvvəla, qeyd etdiyimiz kimi Bartın irəli sürdüyü fikirlər tam dindaxili sübutlardır. Yəni yalnız xristian dinini qəbul etmiş insan bu fikirləri təsdiq edə bilər. Başqa dinlərə sitayiş edənlər üçün bu nəzəriyyədə tutarlı dəlil müşahidə olunmur. Deyə bilərik ki, Bartın sübutları iddiadan başqa bir şey deyil. Nə üçün Allah-taala İsa Məsihin vücudunda cilvələnmişdir? Tükənməz qüdrət, elm, mülkə malik Allah özünü müəyyən şəxsdə xülasə edə bilərmi?

Nə üçün müxtəlif din və mədəniyyətə mənsub insanlar öz düşüncə tərzləri səviyyəsində ilahi varlıqla təmasda ola bilməzlər? Bart öncədən, heç bir dəlil və sübut təqdim etmədən ilahi təzahürün təkcə İsa Məsihdə olduğunu iddia edir. Halbuki bu iddia sübuta yetmir. Ən azı Bart bunu sübut etməyə lüzum görmür. Bundan əlavə, bütün dinlərdə inhisarçı baxışlar mövcuddur. Yəni hər bir dinə etiqad edən şəxs yalnız həmin dinin haqq olmasına inanır və başqa dinləri batil hesab edir. Belə olan halda dindaxili dəlillərlə insanları başqa bir dinə dəvət etmək olarmı? Burada ancaq dini inancın fövqündə dayanan rasional sübutlar ortaya qoyulmaldır. Bu isə Bartın iddialarında müşahidə olunmur.

Bartın görüşləri digər bir məsələni də həll edə bilmir. İsa Məsihin Allaha qovuşmaq və bu yolla səadətə çatmaq yeganə vasitə olduğundan xəbərsiz sadiq, fədakar və xeyirxah bir şəxsin xoşbəxtlik hüququndan məhrum qalması mehriban Rəbbimizin mərhəməti ilə bir araya sığırmı? Şübhəsiz, Allahın rəhməti belə bir şəxsin bədbəxliyi ilə bir araya sığmır. Nəticə alırıq ki, dinə bu formada inhisarçı baxış heç bir əqli meyarla izah oluna bilməz.

Plüralist baxış

İnhisarçı yanaşmadan uzaqlaşıb bütün dinlərin həqiqətə uyğunluğuna inansaq, dini plüralizm əqidəsinin təmsilçisi olarıq. Con Hik dini plüralizm nəzəriyyəsinin təmsilçisi olaraq bir neçə məsələni aydınlaşdırmağa çalışır.

Müxtəlif dinlərin Allah barədə ziddiyətli təsəvvürlərini eyni vaxtda həqiqətə uyğun hesab etmək olarmı? Hik bu sualın cavabında deyir: “Düzdür, bəzi dinlərdə İlahi varlıq qeyri-müəyyən, tərif verilməyən və insan həyatından xəbərsiz bir həqiqət kimi təqdim olunmuşdur. Halbuki başqa

səh:70


1- . Peterson Maykl, “Əql və etiqade dini”, s. 402, 403.

dinlərdə Tanrı həqiqəti müəyyən bir varlıqdır, yaradıcı və insan həyatında yüksək idarəedici rola malikdir. Allah həqiqətinin bu iki təqdimatı bir araya sığmır. Lakin biz mahiyyətin noumen və fenomen formalarını fərqləndirməliyik. Hikin fikirlərini izah etməzdən öncə qeyd etməliyik ki, XVIII əsrdə məşhur alman filosofu İmmanuel Kant mahiyyəti iki hissəyə, yəni noumen və fenomenə ayırmaqla nəzəri fəlsəfədə yeni söz demişdir. Kanta görə, həqiqətin bizə görünən və insanlar tərəfindən dərk edilə bilən tərəfi fenomen, insanın hiss orqanları tərəfindən qavranmayan tərəfi isə noumen adlanır. Kant bildirirdi ki, insanlar həmişə fenomenlərlə qarşılıqlı əlaqə yarada bilirlər. Con Hik dini plüralizmdə yaranan ilk suala Kantın tezisi ilə cavab vermək istəyir Hik bildirir ki, din öz-özlüyündə bir varlıq və noumendir. Din noumeninə müxtəlif insanlar tərəfindən pərəstiş olunub. Bu vaxt hər bir şəxs öz baxışları və dünyagörüşü ilə dini araşdırmağa başlayır və nəticədə hər bir şəxs dindən özünəməxsus fenomen əldə edir. İnsanların dinlə bağlı düşüncələri tam həqiqətə uyğun olmasa da, biz onları qınaya bilmərik. Çünki hər bir insanın öz dünyası var və o yalnız öz mövqeyindən noumenləri təfsir etmək qabiliyyətindədir. Nəticə: Din vahid bir həqiqət olsa da, dindarların müxtəlif baxışları onun rəngarəng fenomenlərə bölünməsinə səbəb olur. Bu isə qaçılmazdır. Hik öz əqidəsini tam aydınlaşdırmaq üçün fil və kor kişilər misalından istifadə edir.

Həyatı boyu ev heyvanı görməmiş bir neçə kor kişinin yanına bir neçə fil gətirirlər. Onlardan biri əlini filin ayağına çəkib deyir: “Bu canlı bir sütundur.” Başqası əlini onun xortumuna çəkib, filin böyük bir ilan olduğunu bildirir.(1) Doğrudur, onlar öz fikirlərində yanılmamışdılar. Sadəcə, onların hər biri vahid həqiqətin bir tərəfini nəzərə alır və fikir bildirirdi. Hik hesab edir ki, insanlar arasında fili olduğu kimi görən bir şəxs yoxdur. Çünki biz insanlar hamımız həmin kor kişilər timsalındayıq. Bəzi filosoflar hesab edirlər ki, insanlar öz xüsusiyyətlərini bir araya gətirərək onları ülviləşdirmiş və dini məfhumları icad etmişlər. Hik bu fikirlə müvafiqdir. Amma razılaşmır ki, din mənasız bir həqiqət kimi qələmə verilsin. İnsanların dinlə bağlı bu səyi onların ilahi varlığı dərk etmək istiqamətində düzgün çalışmalarıdır.

2. Hik plüralist görüşlərini təqdim edərkən Karl Bart kimi inhisarçı fikirli filosoflara necə cavab verir?

Hik inhisarçıların nəzəriyyələrinə əks olaraq səadətin təkcə insan nəslinə aid olmadığını vurğulayır və bildirir ki, xristianlığın bu barədə rəsmi mövqeyini qəbul etmir. Hik deyir: “İlahi ruh bütün insanlara təsir bağışlayıb, onları ilahiləşdirə bilər. İsa da digər peyğəmbərlər kimi insanın ilahi ruhla yaşamaq qabiliyyətini dirçəltməkdə ona köməkçi olur. Hik burada digər bir məsələni önə çəkir. Bu hazırda din fəlsəfəsində müzakirə olunan əsas

səh:71


1- . John Hick, “God and the Universe of Faiths. p. 140.

mövzulardandır. Dinin cövhəri nədir?

Hik bu məsələyə öz münasibətini bildirir. Onun fikrincə, dinin cövhəri insanların daxili aləmini və mənəviyyatını, bir sözlə şəxsiyyətini düzgün şəkildə formalaşdırmaqdan ibarətdir. Bu səbəbdən də o müxtəlif dinlərdə icra olunan dini ayinləri dinin əsl həqiqəti və cövhəri hesab etmir. Müxtəlif mədəniyyətlərə mənsub insanlar üzləşdikləri həqiqətlər qarşısında fərqli mövqe tuturlar. Din də belədir. Məhz buna görədir ki, onların həqiqət barədə təsəvvürlərindən müxtəlif dini təlimlər yaranır.

Con Hik dində plüralizm nəzəriyyəsini başqa bir formada sübuta yetirmək istəyir. Burada Allahın insanlara qarşı mərhəmətli olmasına önəm verilir. Hik deyir: “Allahın öz bəndələrini (insanları) sevməsi inkarolunmaz bir həqiqətdir. Əgər Allah bizə qarşı çox mehribandırsa və bizi sevirsə, mütləq doğru yola hidayət etməlidir. Allah elə xüsusiyyətlər tələb edir ki, bütün dinlərə sitayiş edənlər səadət və nicat əhli olsun. Təkcə bir dinə pərəstiş edən insanları xoşbəxt saymaq Allahın insanlara qarşı hədsiz sevgisi ilə bir araya sığmır. Başqa sözlə, dini çoxluq məsələsində ənənəvi dini nəzəriyyənin (inhisarçı baxışı) qəbul etsək, dindaxili paradoksla üzləşəcəyik. Xristianlıq təlimlərində Allah yaradan, bütün varlığın maliki, bütün insanların səadətini istəyən və hədsiz xeyirxah bir varlıq kimi göstərilir. Digər tərəfdən isə insanın yalnız İsa Məsih vasitəsilə Allaha mömincəsinə cavab verməsi onun üçün xoşbəxtlik sayılır. Bu o deməkdir ki, Allahın insanlara qarşı hədsiz istəyinə baxmayaraq insanların çoxu səadət payından məhrum olunmuşlar. Çünki dünyaya göz açan insanların çox hissəsi ya Məsihdən qabaq yaşamışlar, ya da xristianlıq hüdudlarından kənarda qalmışlar.(1)

Dini plüralizmin nəzəriyyəsinin Con Hikdən əlavə təmsilçiləri öz müddəalarını izah etmək üçün digər bir məsələni önə çəkmişlər. Bu hermenebtika elmində qəbul olunan bir nəzəriyyə ilə bağlıdır. Qeyd etməliyik ki, hər hansı bir mətnin obyektiv (qrammatik mənanı aydınlaşdırmaq) və subyektiv (müəllifin niyyəti) əsaslarla şərhini təqdim edən elm hermenebtika adlanır. Mətnin şərhi ənənəsi qədim yunan fəlsəfəsindən başlasa da, yeni hermenebtika elmi XIX əsrdə alman filosofu Şileyer Maxer (1768-1834) tərəfindən yaradılmışdır.(2) Hermenevtika elmindəki bir nəzəriyyədə bildirilir ki, izah edəcəyimiz hər bir mətn, xüsusilə müqəddəs mətnlər samit, yəni dinməzdir. İnsanlar bu mətnlərlə üzləşərkən onları öz təsəvvürləri ilə şərh edə bilərlər. Bu nəzəriyyəni təklif edənlərin fikrincə, mətn təbiətə bənzəyir. Təbiət öz-özlüyündə qaranlıq bir həqiqətdir. Mətn də bu xüsusiyyətə malikdir. Müasir yazıçılardan biri bu barədə fikirlərini belə izah edir:

Biz mətn dünyasında belə bir qeyri-müəyyənliklə üzləşirik: mətnin şərhinə diqqətli olsaq da, məna dünyası plüral dünyadır. Müəyyən bir

səh:72


1- . Con Hik, “Fəlsəfeye din”, s. 285, 286.
2- . “Fərhənge vajeha”, s. 578.

mətndə istisna olaraq vahid məna əldə edə bilərik. Lakin bu qayda deyil, istisnadır. Qayda budur vahid və həqiqi məna mövcud deyil, araşdırmada müxtəlif düzgün mənalar alına bilər. Mətn dünyasında müəllifin niyyətinə uyğun mənanı həqiqi məna hesab edə bilmərik. Hər hansı bir mənanı ifadə etmək istəyən müəllif yalnız mətnin bir mənasını anlaya bilmişdir. Başqa mənalar isə onun düşüncəsindən kənarda, mətnin şərhində verilə bilər.(1) Beləliklə, dini plüralizm nəzəriyyəsi hermenebtika elmindəki bir nəzəriyyə ilə başqa bir formada sübuta yetir. Belə ki, hər bir dində müqəddəs mətnin izahı müxtəlif aspektlərdən həyata keçə bilər. Nəticədə müxtəlif dinlər yarana bilər. Bu isə tam məntiqəuyğundur.

Tənqid və mülahizələr

Biz başqa insanlarla tolerantlıq şəraitində yaşamalıyıq. Dini plüralizm nəzəriyyəsi tolerant həyata uyğun baxış olsa da, bu nəzəriyyə fəlsəfi baxımından araşdırılır. Bu vaxt dini plüralizm baxışı bir neçə cəhətdən tənqid obyektinə çevrilir. Öz mülahizələrimizi üç müxtəlif cəhətdən təqdim edəcəyik.

a) Noumen və fenomen

Plüralistlərin sözlərindəki birinci məqam dini təfsir və təsvirləri əsas götürmək, dinin əsas mahiyyətini noumen hesab edərək onu insanların dindən əldə etdikləri təsvirdən, yəni fenomendən fərqləndirmək idi. Onlar deyirdilər: Bütün insanlar bir həqiqətlə üzləşirlər. Dini rəngarənglik isə insanların idrakındakı təbii fərqlərdir. Burada plüralistlərin qarşısında mühüm bir sual qoyulur: Bu nəzəriyyəyə görə hansı vasitə ilə müəyyən etmək olar ki, bütün dinlər yalnız bir varlıq barədə danışırlar? “Fil və kor kişilər” dastanında kor kişilər necə yəqinləşdirə bilərlər ki, onların hamısı bir varlıq barədə şərh verirlər? Hərçənd bu şərh müxtəlif aspektlərdən verilir. Bu sualın cavabı qaranlıqdır. Çünki kor kişilərin təkcə bir yolu var. Onların inandığı bir şəxs gözü ilə fili görür və onlara bu məsələni açıqlayır. Yəni onlara deyir ki, siz hamınız bir heyvan barədə danışırsınız. Bu zaman onlar öz ixtilaflarını həll etməyə başlayırlar və yaxud buna cəhd edirlər. Dini çoxluq məsələsinə qayıdırıq. Müxtəlif dinlərə sitayiş edən insanlar hansı yolla yalnız bir məbuda sitayiş etmələrini kəşf edirlər? Yalnız bir yol var. Bu yol vahid həqəqiti olduğu kimi müşahidə edən şəxsin insanlara bunu xəbər verməsidir. Lakin bu ehtimal plüralistlər tərəfindən rədd olunur. Onlar bütün insanları istisnasız olaraq kor kişilər timsalında görürlər. Belə çıxır ki, həqiqəti müşahidə edən şəxs mövcud deyil. Digər bir tərəfdən, plüralistlərin noumen və fenomen formulu əsasında dini plüralizmi izah etmələri skeptisizmlə nəticələnir. Skeptsizm eramızdan əvvəl IV əsrdə yaranmış, obyektiv gerçəkliyin dərki imkanını inkar edən fəlsəfi konsepsiyadır. Bu

səh:73


1- . Suruş Əbdül Kərim, “Həqqaniyyat, əqlaniyyət, hidayət”, Məcəlleye Kian, 4; s. 16, 17.

ideyaya görə insanlar xarici dünyadakı varlıq barədə həqiqi təsəvvür və biliyə malik ola bilməzlər. Gon Hikin plüralist görüşlərində eynən skeptsizmdə olduğu kimi, insan zəkasının ilahi varlığı dərk edə bilməsi rədd edilir. Plüralistlər düşünürlər ki, insan obyektiv varlığı dərk edərkən yalnız fenomenləri (varlığı olduğu kimi yox, təkcə onun təzahürünü) zehnində canlandıra bilir. Hikin “fil və kor kişilər” misalına qayıdırıq. Bu misaldan nəticə alırıq ki, biz həqiqətən də fil haqqında heç nə dərk edə bilmərik. Hətta xarici aləmdə fil adlı bir varlığın olmasını da yəqinləşdirmək imkanında deyilik. İlahi varlığın idrak prosesində də məsələ oxşardır. Bu misalı diqqətlə araşdırsaq görərik ki, Hikin bu təmsili bizə kor kişilərin həqiqəti düzgün dərk etmələrini yox, onların tam yanlış vəziyyətdə olduqlarını öyrədir.(1)

Hik bu iradı rədd etmək üçün deyə bilər ki, bu təmsildə o filin varlığını öncədən təsdiq etmişdir. Habelə, ilahi varlığın gerçəkliyini əvvəlcədən qəbul etmişdir. Lakin bu müddəa da iradsız deyil. Hikin dediyinə görə insan zəkası ilahi varlıq barədə həqiqi idraka malik deyil. Bəs o bunu necə sübut edir? Başqa sözlə, plüralistlər iki yol ayrıcındadırlar: Bir tərəfdən biz Allah həqiqətindən aydın idraka çata bilmiriksə, dini etiqadımız əqidəsizliyə olduqca yaxınlaşır. Digər tərəfdən, əgər biz Allahdan tam idrakla danışa biliriksə, bu vaxt ona tərif vermək üçün bir sıra müntəzəm cümlələrdən istifadə etməliyik. Nəticədə biz elə bir mövzu ilə üz-üzəyik ki, onun barəsində danışa bilirik. Deməli, tamamilə kor insanlar kimi deyilik və kor kişilərin hansı iddiasının düzgün olduğunu anlayırıq.(2)

b) İlahi mərhəmət və insanın hidayəti.

Plüralistlərin fikirlərinin sübutu üçün ikinci dayaq nöqtəsi bu idi ki, Allahın insanlara qarşı həqiqi istəkləri və onlara doğru yol göstərmək lüzumunu nəzərə alsaq, təkcə dinə sitayiş edən bir qrup insanların xoşbəxt, qalanlarının isə bədbəxt olacağını inana bilərik. Bu prinsipi əsas götürənlərdən soruşuruq: Allahın mərhəmət sifəti nəyi bildirir? Allah insanları doğru yolla getməyə məcbur edir, yoxsa onlar öz iradə və istəkləri ilə hidayət olurlar? İnsanın həyat yolu seçimində azad olması onu bildirmirmi ki, bütün insanlar kafir olmaq istəsələr də, bunun qarşısını alacaq maneə yoxdur? Bilməliyik ki, Tanrının insanlara qarşı mehribanlığı və onları düzgün yola dəvət etməsi bütün insanların düz yolda olmasına zəmanət vermir. Ümumiyyətlə Tanrı insanları öz istəyincə yaşamağa məcbur etməyəcəkdir.

d) Müqəddəs mətn və onun şərti problemi

Öncə qeyd etdiyimiz kimi, plüralistlərin əsas götürdüyü üçüncü məsələ hermenebtika sahəsinə aiddir. Bu yöndə bir neçə həqiqəti nəzərə almalıyıq. Hermenebtikada qəbul olunan nəzəriyyənin dini plüralizmə tətbiqi dini

səh:74


1- . Sadiqi Hadi, “Dəramədi bər kəlame cədid”, s. 350.
2- . Peterson Maykl, “Əql və eteqade dini”, s. 412, 413.

çoxluğu yox, təkcə dindəki məzhəb çoxluğuna əsas ola bilər. Dini plüralizmdə mətnin müxtəlif aspektlərdən şərhi və bunun təsdiqi dini plüralizmdə həlledici rol oynamır. Biz burada heç bir müqəddəs mətnlə üzləşmirik. Ümumiyyətlə, müqəddəs mətn və onun şərhi məsələsi müəyyən bir dini qəbul etdikdən sonra gündəmə gəlir. Halbuki dini plüralizmdə müəyyən bir din rəsmləşdirilmir. Burada müxtəlif dinlər və müqəddəs kitablardan söhbət gedir.

Bundan əlavə, hermenebtikadan götürülmüş nəzəriyyə təkcə əqidə çoxluğunun yaranma səbəbini açıqlayır.Lakin bütün dini baxışların həqiqətə uyğun olmasını əsaslandıra bilmir.

Üçüncü məsələ budur ki, mətndaxili «həqiqi mənadan» söhbət açarkən məna zehn dünyasında yerləşən təbii bir varlıq kimi nəzərdə tutulmur. Həqiqi məna dedikdə müəyyən bir mətnin şərhində mö`təbər sayılan bir neçə mənadan birinin müəllifin niyyətinə daha yaxın olması diqqət mərkəzində olur. Məna dünyasında biz yalnız müəllifin niyyətini izləyirik. Aydındır ki, hər bir söz müəllifi danışarkən və ya yazarkən işlədilən sözlərlə müəyyən bir mənanı çatdırmaq istəyir. Mətni şərh etmək məharəti ondadır ki, müəllifin nəzərdə tutduğu məna müəyyənləşdirilsin. Belə olmazsa hər bir şəxs öz baxışları ilə mətni şərh etməyə çalışar. Bu isə tam məntiqsiz açıqlama olar.

Digər bir məsələ bəzi mətnlərin tam aydın və aşkar şəkildə müəyyən bir mənanı ifadə etməsidir. Bəzi mətnlərin şərhində müəyyən məharətlərə yiyələnmək zəruri görünmür. Çünki bu məharətin zərurəti qaranlıq mətnin şərhində daha çox özünü göstərir. Belə olarsa, plüralistlərin hermenebtikaya söykənən əsasları belə aşkar mətnlərə tətbiq oluna bilməz. Nəhayət, növbəti məsələ plüralistlərin ilahi kitablar barədə yanlış təsəvvürləridir. Plüralistlər müqəddəs mətnləri və bütövlükdə şəriəti samit və dinməz hesab edirdilər. Bu səbəbdən onlar bu mətnlərə müxtəlif mənaların tətbiqini təbii sayır və bu hüququ insanlar üçün qorumağa çalışırdılar. Lakin onlar danılmaz bir həqiqəti unudurlar. Din insanları doğru yola dəvət etmək üçün göndərilmişdir. İnsanlar dini qanunların köməyi ilə təlim və tərbiyə almalıdırlar. Dinin tərbiyəvi cəhəti yalnız öz qanunlarını insanlara çatdırmaq imkanına malik olduğu zaman özünü tam göstərə bilər. Şəriəti samit hesab edənlər bu yolu bağlayırlar. Samit şəriət hidayətedici qüvvə ola bilməz. Plüralistlərin nəzərincə, hidayət vəzifəsi insana ötürülür. Yəni insan öz baxışları və dünyagörüşləri ilə mətndəki mənanı dəyişdirə bilər. Deməli, müqəddəs mətn insanı yox, insan nüqəddəs mətni istiqamətləndirir. Bütövlükdə deyə bilərik ki, plüralistlərin dini plüralizm nəzəriyyələri heç bir əqli və fəlsəfi sübuta malik deyil.

səh:75

Con Huk, Karl Rayner

Con Hik din çoxluğuna aid üçüncü nəzəriyyəni inklusivizm adlandırır. İnklusivizmi qlobal baxış kimi izah etmək olar. Dini etiqada qlobal çərçivədən baxanlar iki əsas suala cavab vermək əzmindədirlər. Onlar öncə mütləq və vahid həqiqətin olmasını araşdırır, sonra isə digər dinlərə sitayiş edənlərin səadətə çatmaq ehtimalını müəyyənləşdirmək istəyirdilər. Qlobal baxışlı filosoflar inhisarçılar kimi səadət yolunun yalnız bir dində xülasələşdiyini bildirirlər. Lakin inhisarçılardan fərqli olaraq bu yolu tutanlar digər dinlərə mənsub olanların öz dinlərindəki qanunlara sadiq qalmaqla səadətə çata biləcəyinə inanır. Digər tərəfdən, qlobal nəzəriyyə daşıyıcıları plüralistlərin görüşlərinə uyğun olaraq ilahi mərhəmətin müxtəlif dinlərdə cilvələnməsinə inanırlar. Deməli, qlobal baxış inhisarçı baxışın fövqündə dayanır. Çünki yeganə dinin haqq din olmasına iddia etsə də, digər dinə pərəstiş edənlərin xoşbəxt olmasını istisna etmir.

Karl Rayner (1904-1984) kotolik ilahiyyatçısı inanırdı ki, insanlar təkcə bir etiqad sayəsində xoşbəxt ola bilərlər. Xristianlıq vahid dindir və başqa bir dinə bağlanmaqla səadətə nail olmaq mümkünsüzdür. Bəli Allah bütün insanların xoşbəxtliyini istəyir. Elə bu səbəbdən də tarixi baxımdan xristianlıq civarında yaşayanları da ilahi varlıqla təmas yaratmağa dəvət etmiş və onlara xoşbəxtlik imkanını yaratmışdır. Məsələni misalla izah etmək olar. Bir şəhərdə bir neçə yoxsul insan yaşayır. Onlar öz gəlirləri ilə borclarını ödəyə bilmirlər. Başqa bir şəhərdə yaşayan varlı bir şəxs onların acınacaqlı vəziyyətindən xəbər tutur və onların bank hesabına külli miqdarda pul köçürür. Bir şərtlə ki, verilən pullar yalnız yoxsul insanlara xərclənsin. Yoxsullar borclarını öz gücləri ilə ödəyə bilmədiklərindən səxavətli şəxsin köməyi onların ağır həyat şəraitinin yaxşılaşmasında çox vacib amildir. Eyni zamanda həmin xeyirxah şəxslə tanışlığın onların bu vəziyyətdən qurtarmasında heç bir rolu yoxdur. Onlar xeyirxah şəxsi tanımırlar. Lakin onun səxavəti sayəsində borclarını ödəyir və həyat səviyyələrini yaxşılaşdırırlar .

Rayner deyir: Tarixi baxımdan xristianlıq dini İsa Məsihlə başlasa da, xristianlıqdan əvvəlki dövrdə yaşayan insanlar, yəni yəhudilər və başqa dinlərə sitayiş edənlər öz əqidələrinə sadiq qaldıqları üçün nicat əhli hesab olunurlar. Xristianlıqdan öncə yaşayan dindarlar səadət əhli hesab olunurlarsa, xristianlıqdan sonrakı dini təriqələrin də səadətə aparması məntiqə uyğundur. Əgər Allah insanları xoşbəxt etmək əzmindədirsə bütün dinlərə sitayiş edən həqiqi möminlərin ilahi xoşbəxtliyə çatacağı məntiqli görünür. Rayner belə dindarları «Abırsız xristianlar» adlandırır. Çünki zahirdə xristian dininə mənsub olmasalar da, həqiqətən sitayiş edir və iman bəsləyirlər.

Xristianlıq xalis və həqiqi din kimi qəbul edildiyi halda digər dinlərə aid insanları nicat əhli hesab etsək, bu vaxt qeyri-xristianlar öz dinlərində

səh:76

qalmağa haqlıdırlarmı? Rayner cavab verir: “Dini etiqad və iman təkcə daxili proses deyil. Bundan əlavə dini əqidənin ictimai təzahürü var. Hər bir dinin ictimai cəhəti onun şəriət qanunlarında ciləvələnmişdir. Müxtəlif dinlərin hər biri həqiqəti müəyyən həddə əks etdirdiyi kimi onların özünəməxsus şəriət qanunları var. Həmin dinlərin ictimai qanunlarına riayət edən insanlar da ilahi mərhəmətə çatacaqlar. Hərçənd, bu mərhəmətin kamil dərəcəsi xristian dinində təzahür etmişdir.”(1)

Burada digər bir məsələ bizi düşünməyə vadar edir. Raynerin əqidəsinə görə, digər dinlərə etiqad edən insanlar səadət imkanı qazansalar da, ilahi mərhəmətin tam forması yalnız xristian dinində olanlara aiddir. Belə olan halda başqa dinlərə mənsub olanlar da eyni əqidə ilə çıxış edə bilərlər. Məsələn, müsəlman mütəfəkkir yalnız İslam dininə iman gətirən şəxsin kamillik dərəcəsinə çatmasına inanar və digər dinlərin sadiq insanlarını adsız müsəlman adlandırar. Bu zaman müxtəlif dinlərdən birini seçmək zorunda qalan şəxs nə etməli və hansı meyarla öz dinini doğru sayıb ona etiqad etməlidir? Deməli, Raynerin təklif etdiyi yol problemi həll etmir, hətta onu bir addım geri çəkir. Rayner digər dinlərdə olan insanları bədbəxt qələmə verməsə də nəhayətdə xristian dinini kamil din hesab edir.

Kamil din

Biz isə onunla birgə geriyə çəkilir və yenidən məsələni müzakirəyə çıxarırıq. Nə üçün yalnız xristian dini İlahi varlığın təzahürüdür? Bu suala müxtəlif cavablar verilmişdir. Bəzi tədqiqatçılar bu həqiqətə çatmaq üçün müxtəlif dinlərdəki din qabaqcılının, yəni həmin dini gətirən şəxsin həyat tarixini mütaliə edib araşdırmağı lazım bilirlər. Lakin bu təklif ilk baxışdan çox çətin və mümkünsüz görünür. Hər bir dinin ərsəyə gəlməsindən bir neçə əsr keçmişdir. Uzun müddət həyat yolu keçən dinlərin gətiriciləri haqda araşdırma aparmaq, tarixi sübutları tam diqqətlə yoxlamaq sonra bu yolla dinlər barədə rə`y vermək olduqca çətin bir işdir. Deyə bilərik ki, bu təklifin icrası imkan daxilində deyil.

Digər mütəfəkkirlər hesab edirlər ki, hər hansı bir dinin kamillik dərəcəsini müəyyənləşdirmək üçün həmin din təlimləri nəticəsində yaranan və formalaşan sivilizasiyanı nəzərdən keçirmək lazımdır. Yəni tədqiq etdiyimiz dinin əsrlər boyu ərsəyə gətirdiyi mədəniyyət toplusu düzgün istiqamətdədirsə, bu din əsl, həqiqi dindir. Əks təqdirdə həmin dinin yanlış din olduğu aşkarlanacaq. Amma bu təklifi də qəbul etmək çətindir. Çünki hər bir dinin cərəyan etdiyi cəmiyyətdə bu dini zəiflədən və əksinə, gücləndirən hadisələr və amillər olmuşdur. Dinin düzgünlüyünü ona sitayiş edən insan cəmiyyətindəki hadisələrlə yoxlamaq rasional düşüncəyə uyğun gəlmir. Bəs nə etməli? Bizim qənaətimizə görə, din seçimi məsələsində

səh:77


1- . Yenə orada, s. 415-417.

yalnız bir yolumuz var. Biz hər bir dinin əsasını və onun ictimai qanunlarını ehtiva edən təlimlərini bir yerə toplamalı, onların hər birini tam əqli və rasional şəkildə araşdırmalıyıq. Öncə “Əql və din” fəslində bu barədə danışdıq. Dedik ki, hər din əqidə və ayinlərdən təşkil olunmuşdur. İslam dini də bu iki təlimə əsaslanır. Biz əvvəlcə əqidəyə aid məsələləri tam əqli-fəlsəfi üsullarla təklif etməli, sonra etiqad məsələlərinə söykənən şəriət qanunlarını əqli baxımıdan araşdırmalıyıq. Biz inanırıq ki, dinlərin bu çərçivədə təhlili sayəsində İslam dinini ən üstün və məntiqli din hesab edəcəyik. Araşdırmalar göstərir ki, heç bir din İslam qədər əqli və tarixi sübutlara əsaslanmır. Bunun əsas səbəbi İslam dininin dəqiq və yazılı tarixidir. İslamın mühüm tarixli hadisələri də tarixi sənədlərdə mövcuddur. Heç bir din İslam qədər dəqiq və təhrif olunmamış müqəddəs kitaba malik deyil. İndisə digər bir suala cavab verməliyik. Bizim indi təklif etdiyimiz baxış inhisarçıların görüşlərindən fərqlənirmi? İlk baxışda bu fərq gözə dəymir. Dinə məhdud çərçivədə baxanlar da yalnız bir dini qəbul və digər dinləri rədd edirdilər. Biz də burada təkcə İslam dininə həqiqi meyarlara uyğun hesab etdik. Belədirsə, görüşlərini tənqid etdiyimiz inhisarçılardan nədə fərqlənirik?

Qeyd etmək lazımdır ki, müqəddəs İslam dini dinin etiqad məsələsində kifayət qədər torelant ünsürlərə malikdir. Diqqət edin, insanların əbədi səadəti sadə və əhəmiyyətsiz bir məsələ deyil. İnsan əqli, onun normal düşüncəsi bunu qəbul edə bilmir ki, çox mərhəmətli Rəbbimiz insanların yalnız az bir hissəsini səadətə çatdırsın (cənnətə daxil etsin yerdə qalan və çoxluq təşkil edənləri isə cəhənnəm odunda yandırsın). Digər tərəfdən insanlar müxtəlif həyat şəraitlərində dünyaya göz açır, təlim və tərbiyə alır, öz cəmiyyətinin adət-ənənəsinin və bütövlükdə mədəniyyətinin varisi olur. Bəzən insanlar həqiqətə çatmaq və həqiqi yolu tanımaq imkanından məhrum olurlar. Bu vaxt hansı əqli meyara uyğun gələr ki, mehiriban Allah onları hətta tanıya bilmədikləri dinə etiqad etməyə məcbur etsin? Hər bir insanın vəzifəsi onun elmi bacarığı və azadlığı ilə müəyyənləşir. Bu üç məfhum insan həyatının necə müəyyənləşməsində mühüm rol oynayır. İslam məmləkitində müsəlman ata-anadan doğulan və dini şəraitdə yaşayan, öz ixtiyarı ilə bizim dini seçən insan və bu yolla yüksək mənəvi zirvələri fəth edən şəxs dini mədəniyyətdən uzaqda dünyaya gələn və ateist mühitdə yaşayan insanla bir tərəziyə qoyula bilərmi? Belə insanlar həqiqətən Allahın kamil dinindən-İslamdan xəbərsiz yaşamışlarsa, lakin vicdanın, əqlin və saf daxili mənəvi dünyanın qanunlarına sədaqətli olmuşlarsa, xoşbəxt həyata qovuşmaları istisna edilmir. Deməli, qlobal nəzəriyyəsini müəyyən mə`nada qəbul etmək olar. Belə ki, doğru yol birdir. İnsanlar bu yola vəfalı olduqları qədər səadət dünyasına qovuşa bilərlər. Şübhəsiz, haqq yolu tanıyan və onun qanunlarını icra edən şəxslər ən yüksək səadətə nail olacaqlar.

səh:78

XÜLASƏ

Din fəlsəfəsinin mühüm və aktual mövzularından biri plüralizmdir. Bu məsələnin elmi-fəlsəfi müzakirəsi XX əsrin ortalarında ingiltərəli keşiş və filosof Con Hik tərəfindən irəli sürülmüşdür. O, bir çox dini əqidələrə, konfessiyalara mənsub olan insanlarla təmasda olduqdan sonra belə bir qənaətə gəlmişdir ki, bütün dinlərə sitayiş edənlər əbədi səadətə çatmaq imkanındadırlar.

Con Hik dini plüralizm nəzəriyyələrini üç hissəyə ayırır. Bunlar inhisarçı baxış (eksklusivizm), din çoxluğunu tam təşkil edən baxış (plüralizm) və qlobal baxışdan (inklusivizm) ibarətdir.

İnhisarçı baxış

Bu nəzəriyyəyə görə, xoşbəxtlik yalnız bir din vasitəsilə əldə oluna bilər. Protestant ilahiyyatçısı Karl Bart bu nəzəriyyənin əsas banilərindəndir. Onun fikrincə, şəriət və ilahi təzahür bir-birinə ziddir. İnsan şəriətə tabe olur, Allah isə Öz rəhmətini təzahür etdirir. Şəriət günahkar insanın əməlidir. İnsan öz əməli ilə Allaha qovuşmaq, səadətə çatmaq istəyir. Halbuki səadət yalnız ilahi təzahürdə tapılır. Bu təzahür isə İsa Məsihin varlığındadır. Biz yalnız İsa məsihin vasitəsilə nicat əhli ola bilərik. Deməli, yalnız xristianlar ilahi səadətə yetişə bilərlər.

Karl Bartın din barədə mülahizələri bir neçə sualı cavablandırmaqda acizdir. O cümlədən, onun bu görüşləri, yə`ni xristian dininə qulluq etməyən fədakar və sadiq insanların ilahi səadətdən məhrum qalması Allahın mərhəmətilə bir araya sığırmı?

 Plüralist baxış

Dini plüralizm nəzəriyyəsində bütün dinlərin haqq olması xüsusi vurğulanır. Bu nəzəriyyə XX əsrin ortalarında Con Hik tərəfindən irəli sürülmüşdür. Hik müxtəlif dinlərdə ziddiyyətli əqidələrin eyni zamanda həqiqətə uyğun olmasını “noumen və fenomen” bölgüsünü önə çəkməklə həll etməyə çalışır. Onun fikrincə, bütün insanlar həqiqi və yeganə olan ilahi varlıqla təmas yaratmaq və onunla əlaqə qurmaq istəyirlər. Lakin ilahi varlıq noumendir. Biz isə noumenə çata bilmirik. İnsan zəkası yalnız fenomeni əldə edə bilir. Belə olan halda hər bir insan öz təsəvvürləri ilə ilahi varlıqdan fenomen əldə edir. Fenomenlərin bir-birinə zidd olması isə ciddi qarşılanmamalıdır. Çünki bu qaçılmaz bir işdir. Deməli, hər bir insanın dini baxışları təsdiq olunmalıdır.

Plüralistlərin qarşısında dayanan ən əsas problem budur ki, biz insanlar noumendən tam xəbərsiziksə, hansı yolla öyrənə bilirik ki, biz hamılıqla

səh:79

yalnız bir həqiqət barədə danışır və bu varlıqdan xəbər vermək istəyirik? Bu bizə yalnız başqa vasitə ilə çatdırılmalıdır. Bu vasitə isə müşahidə olunmur, çünki insanların hamısı həqiqi varlığa qarşı kor timsalındadırlar.

Qlobal baxış

Bu nəzəriyyəyə əsasən, bir din haqq olsa da, başqa dinlərə mənsub insanlar da səadətə çata bilərlər. Karl Rayner bu nəzəriyyəni irəli sürür. Lakin burada bir məsələ qaranlıq qalır. Raynerin fikrincə, həmin həqiqi din xristianlıqdır. Sual olunur: Hansı ölçülərlə yeganə haqq din seçilməlidir? Raynerin xristian dinini vahid haqq dini hesab etməsində əsası nədir? Burada müxtəlif təkliflər irəli sürülmüşdür. Ən məntiqlisi isə budur ki, biz hər bir dinin etiqad və şəriət təlimlərini müstəqil əqli düşüncələrlə araşdırmalı və bu yolla haqq dinə çatmalıyıq. Bizim əqidəmizə görə İslam dini sair dinlərdən daha çox bu meyara cavab verir.

SUALLAR

1. Dini plüralizmə zəmin yaradan mühit necə olmalıdır?

2. Dini plüralizmin banisi kimdir?

3. Dini plüralizm nəzəriyyəsini qəbul edənlərin sübutları hansılardır?

4. Plüralizmə alternativ görüşləri izah edin.

5. Dini plüralizm nəzəriyyəsi hansı problemlərlə üzləşir?

6. İslam dini Con Hikin dini plüralizm haqda təqdim etdiyi üç nəzəriyyədən hansına yaxındır?

7. Dini plüralizm probleminin İslam prizmasından həlli necədir?

8. Sizcə İslam başqa dinlərə qarşı dözümlüdürmü?

səh:80

BEŞİNCİ FƏSİL DİN VƏ ƏXLAQ

Mövzu ilə bağlı suallar

Din və əxlaq mövzularının qarşılıqlı, əlaqələrini araşdırmaq, onların hər birinin müstəqil və obyektiv izahını vermək və nəhayət, onlar arasındakı münasibətləri müəyyənləşdirmək nəinki din fəlsəfəsinin, hətta bir çox filosof və mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Problemin həllinə çalışan filosoflar burada bir sıra sualları cavablandırmalı olurlar:

-Din və əxlaq müstəqil həqiqətlərdirmi?

-Onların bir-birindən asılı olduğu müəyyənləşərsə, hansı biri üstün təsir qüvvəsinə malikdir?

-Dindən təcrid edilmiş əxlaqi dəyərlərin insan həyatına müsbət təsiri varmı?

-"Din" meyarını nəzərə almayan əxlaq normaları nəyə əsaslanır?

-Sekulyar əxlaq dini əxlaqla hansı nöqtədə birləşir?

-Din və əxlaq müstəqil həqiqətlər kimi təsdiqləndikdə onların müddəaları arasındakı ziddiyyət müşahidə olunurmu?

Qeyd etməliyik ki, problemin düzgün araşdırılması və düzgün qərar çıxarılması "din" və "əxlaq" sözlərinin ayrı-ayrılıqda yetərli izahından asılıdır.

Bu səbəbdən də ilk öncə din və əxlaq məfhumlarının hansı məna ifadə etdiyi müəyyənləşdirəcək, sonra həmin əsasla məsələlərin həllinə çalışacağıq.

Öncə qeyd etdiyimiz kimi, bir "din" həqiqətinə iki müxtəlif müstəvidə tərif verə bilərik. Onlardan biri dinin ümumi tərifi, digəri isə yalnız İslam dininə aid tərifdir. Ümumiyyətlə, "din" ülvi və fövqəltəbii varlığa inam üzərində formalaşan həqiqətlər və dəyərlər toplusudur. Bu tərif hazırda bütün dünya xalqları arasında sitayiş olunan dinlərə şamil olunur. Şübhəsiz, bəzi istisnaları nəzərə almamaq şərti ilə. Çünki eramızdan əvvəl 6-5 əsrlər Hindistanda meydana gəlmiş və eramızdan əvvəl III əsrdə rəsmi din kimi elan edilmiş Buddizm dinində fövqəltəbii varlığa etiqad rədd edilir və əxlaqi təkmilləşmə yolu ilə iztirablardan azad olmaq çıxış yolu sayılır. Deməli, Buddizmi nəzərə almasaq, yuxarıda verdiyimiz ümumi tərif bütün dinlərə şamil oluna bilər. Dinin İslama xas tərifini isə birinci fəsildə nəzərdən keçirdik. Öncə bildirmişdik ki, biz din fəlsəfəsi mövzusunu tədqiq edərkən

səh:81

İslama aid tərifi əsas götürürük. Buna baxmayaraq, problemlərin izahında bə`zən ümumi tərif verilmiş dinlərin materialları da müzakirə obyektinə çevrilə bilər. Nəticə etibarilə, burada həm İslam dini, həm də digər dinlərin müddəalarına müraciət edə bilərik. Din və əxlaq bəhsində də bu ənənəyə sadiq qalırıq. Yəni əxlaqın həm İslam dini, həm də digər dinlərdəki normalarla əlaqələrini aydınlaşdırmağa çalışacağıq.

"Əxlaq" ifadəsinin izahı: "Əxlaq" ərəb sözüdür. Ərəb dilində bu söz "xülq" sözünün cəm formasıdır. Lüğətdə "əxlaq" sözü belə izah olunur: Əxlaq elə bir daxili xüsusiyyətdir ki, insan bununla fikirləşmədən bəzi işləri həyata keçirir. Əxlaq iki qismə bölünür: pis əxlaq, yaxşı əxlaq.

"Əxlaq"ın terminoloji açıqlamasında deyilir: Əxlaq ictimai şüur formalarından biri olaraq, ictimai həyatın bütün sahələrində insanların davranışını tənzimləmək funksiyasını yerinə yetirən sosial institutdur:

İngilis dilində "ethics" sözü əxlaq mənasını ifadə edir. Qərb fəlsəfə tarixinə nəzər salarkən, əxlaq və ya etikanın fəlsəfədə xüsusi bölmə kimi verildiyinə şahid oluruq. Aristotelin "Etika" əsəri deyilənləri təsdiqləyir.

Sonralar müsəlman şərq fəlsəfəsində də əxlaq mövzusu fəlsəfənin ayrılmaz tərkib hissəsi kimi təqdim olunmuşdur. Hərçənd müasir dövrdə əxlaq ümumi fəlsəfədən təcrid ounmuş, əxlaq fəlsəfəsi adı ilə tədqiq olunmağa başlamışdır. Əxlaq fəlsəfəsi bir çox sahələrə ayrılmışdır. Etika-əxlaq sahəsindəki əsas təsnifatlardan biri onun normativ və deskriptiv növlərə bölünməsidir.

Deskriptiv əxlaq cəmiyyət çərçivəsində əxlaqların, adətlərin konkret sosioloji və etik təhlilini verir, bizi insanların hansı əqidə və ənənələrlə yaşaması haqda məlumatlandırır. Filosoflar deskriptiv əxlaq növünü rədd etmirlər. Çünki onların qənaitinə görə, insanların hazırkı yaşam tərzini, cəmiyyətdaxili sosial-etik prosesleri və problemləri bilmədən və onları düzgün təhlil etmədən, problemin həlli və münasibətlərin düzgün formalaşması üçün müvafiq qanunlar tətbiqi mümkün deyil. Buna baxmayaraq, bir çox filosofların fikrincə, bu qəbil problemlər sosiologiya və palitologiya sahələrinə aiddir. Nəticədə filosoflar normativ əxlaqa daha çox meyl göstərirlər. Bəs normativ əxlaqda məqsəd nədir? Normativ əxlaqla bağlı müzakirələrdə növbəti suallara cavab axtarılır:

-İnsanlar ictimai həyatda bir-birləri ilə necə davranmalıdırlar?

-Yalan danışmaq olarmı?

-İmkansız və zəif insanlara kömək etməliyikmi?

-Ata-anaya hörmətsizlik etmək olarmı?

-Məhkəmədə yalandan şahid durmaq olarmı?

-İnsanlar cinsi davaranışlarını hansı qaydalara uyğun tənzimləməlidirlər?

-Bir sözlə, “nə yaxşıdır, nə pisdir, necə olmaq” sualları normativ əxlaq bölməsinə aiddirlər.

səh:82

Əxlaq və din münasibətlərinin analizi

Qeyd etdiyimiz kimi, fəlsəfədə müzakirə olunan əxlaq normativ əxlaqdır. Bunu əsas gotürərək, dinin həmin əxlaq normaları ilə təhlilinə keçirik.

İnsanların bir çoxu həyatımızın bütün sahələrini əhatə edən əxlaqi dəyərlərə inanırlar. Lakin sual olunur həmin etik qaydaların mənşəyi nədir? Məsələn, nə üçün müəllimə hörmətlə yanaşmağı zəruri hesab edirik? Bu və buna oxşar sualları ilk addımda belə cavablandıra bilərik: Çünki valideynimiz, din xadimlərimiz və müəllimlərimiz bizə əxlaq çərçivəsində davranmağı tövsiyyə etmişlər.

Bəs bizim doğru hesab etdiyimiz əxlaq qanunlarının son məqsədi nədir? Bizi düzgün davranışa dəvət edən valideyinlər, müəllimlər və ya din xadimləri dəvətlərini necə əsaslandırırlar? Etikada təsbit olunan davranış qaydaları sırf əql qüvvəsinin məhsuludurmu? Yoxsa bu normaları Allah müəyyənləşdirmişdir? Bəlkə, onların başqa amilləri var? Bir sözlə, əxlaq dindən ayrıdırmı? Qərb və Şərq fəlsəfədində problemin həlli üçün müxtəlif yollar təklif olunur. Biz öncə qərb təfəkkür tarixində məsələyə münasibəti araşdıracaq, sonra müsəlman şərqində problemin həll yolunu nəzərdən keçirəcəyik.

Qərb fəlsəfəsində din və əxlaq münasibətlərinə yanaşmalar

1. Antik fəlsəfənin görkəmli nümayəndələrindən olan Platon öz "Osiferon" risaləsində Sokratın Osiferon adlı şəxslə dialoqunu şərh etmişdir. Həmin dialoqda Osiferon qeyd edir ki, təkcə Allahın fərman verdiyi işlər, yaxşı iş sayıla bilər. Bu vaxt Sokrat ondan soruşur: "Həmin işin yaxşı olmasının səbəbi Allahın əmridir, yoxsa Allah həmin işin yaxşılığını nəzərə alıb onun həyata keçməsini tələb etmişdir?" Osiferon cavab verir: “Həmin iş yaxşı olduğu üçün Allah onun yerinə yetirilməsi haqda fərman vermişdir.” Sokrat bu cavabdan belə nəticə çıxarır: “Deməli, əxlaq ilahi fərmandan asılı deyil və Allah özü də əxlaq normalarına uyğun əməl edir.”(1)

Qeyd etmək lazımdır ki, həmin risalədə din və ədalət mövzusu müzakirə olunur. Sokrat ədalətin daha geniş anlam olduğunu və dinin ədalətin bir hissəsi olduğunu vurğulayır.(2) Beləliklə, uyğun sualın ilk cavabı antik fəlsəfədə verilmişdir. Bildirilir ki, əxlaq dindən ayrıdır, amma din əxlaqdan asılıdır. Çünki, Allahın özü də öz əmrini əxlaq qanunları ilə uzlaşdırır.

2. Yeni fəlsəfənin tanınmış nümayəndəsi İmmanuel Kant din və əxlaqı bir-birindən asılı olmayan müstəqil həqiqətlər kimi təqdim etmişdir. XVIII əsrdə yeni fəlsəfi sistemin banisi Kant belə hesab edirdi ki, nəzəri baxımdan əxlaq meyarlarının və qanunlarının müəyyənləşdirilməsində əql tam müstəqildir. Praktik əql sahəsinə gəldikdə isə hətta əxlaq vasitəsilə Allahın

səh:83


1- . Hadi Sadiqi, “Dəramədi bər kəlame cədid”, s. 260.
2- . Romano Quardini, “Mərge Sokrat”, s. 49, 50.

varlığını sübut etmək olar.(1) Daha dəqiq desək Kant Allahın varlığının sübutunu sırf nəzəri üsullarla yox, praktiki əql, yəni əxlaq vasitəsilə mümkün sayır. Yəni insanlar əxlaq normalarına müvafiq yaşayarlarsa bu vaxt onlar ilahi sevgi və məhəbbət duyğusunu hiss edəcəklər.

3. Sekulyar və ya dinsiz əxlaq qərb fəlsəfəsinə məxsus yanaşmalardandır. Burada Platon və Kantdan fərqli olaraq, din və əxlaq bir-birlərinə təzadlı mövqedədirlər. Həmin filosoflardan biri, ekzistensialist mütəfəkkir Kyerkeqor öz "Qorxu və həyəcan" əsərində İbrahim və İshaqın (yəhudilərin əqidəsinə görə) dastanını şərh etdikdən sonra İbrahimin öz övladının qətlinə hazırlığını, dinin əxlaqa tam zidd olmasının açıq təzahürü kimi qiymətləndirir. Əziz oxucuların nəzərinə çatdıraq ki, biz bu barədə ötən fəsillərdə danışıb, bəzi məqamları aydınlaşdırmışdıq. O cümlədən, demişdik ki, İbrahim öz övladını qətlə yetirmədi. Çünki bu Allahın imtahanı idi. İbrahim bu işi həyata keçirsəydi, din və əxlaq arasında ziddiyyətdən danışmaq olardı.

Qərb fəlsəfə tarixində sekulyar əxlaqın digər nümayəndəsi ictimai tənqidçi, sosialist filosof Karl Maksdır. O dini cəmiyyətin hakim dairələrinin müdafiəçisi kimi təqdim edir. Bu səbəbdən də din yalnız varlı təbəqəni himayə etdiyi üçün əxlaqa zidd sayılır.(2)

Şübhəsiz, Kyerkeqor və Marksın yeni dövr fəlsəfi fikrinin nümayəndələri olaraq, din haqqında düşüncələri orta əsrlər boyu Avropada təbliğ və tətbiq edilmiş, xristianlıqdan qaynaqlanmışdır. Biz isə İslam prinsiplərini əsas götürərək bu dində əxlaqa verilən yüksək dəyəri nəzərə alır və dinin əxlaqa zidd olması qənaətini qətiyyətlə rədd edirik.

4. XX əsrin müasir fəlsəfi tədqiqatları, din və əxlaq münasibətləri ilə bağlı maraqlı məqamlara toxunmuş, problemin fəlsəfə müstəvisində həllinə cəhd göstərmişdir. Həmin tətqiqatçılardan olan Robert Adams (1937) normativ əxlaqda insanlara tövsiyyə edilən normaların mənşəyi nədir” sualına belə cavab verir: “Etik həqiqətlərin mənşəyi ilahi iradədir. Məsələn, biz nə üçün başqaları ilə mehriban davranmalıyıq? Çünki Allah bizə belə əmr etmişdir. Nə üçün oğurluq etməməliyik? Ona görə ki, Allah bu işi qadağan etmişdir. Kimsəsizlərə əl tutmağın zərurəti nə ilə bağlıdır? Çünki Allah bizə zəiflərə kömək göstərməyi tövsiyə etmişdir.

Lakin Adams burada belə bir nöqtə qeyd edir. Onun fikrincə, biz Allahın bütün əmrlərinə tabe olmaq məcburiyyətində deyilik. Başqa sözlə, nəzəri cəhətdən Allah bizə başqasını haqsız qətlə yetirmək əmri verərsə, bu əxlaqi dəyər sayılmaz. Deməli, Adams ilahi iradə və fərmanın əxlaqın mənşəyi hesab olunmasını mütləq yox, şərtli qəbul edir. Biz yalnız elə bir şəraitdə Allahın əmrinə, tabe olmalıyıq ki, Allahın bizə məhəbbət hissi ilə

səh:84


1- . Mirça İlyade, “Fərhəng və din”, s. 2 .
2- . Yenə orada, s. 23.

yanaşmasını öncədən bilək. Lakin bu müddəa təcrübədə təsdiqlənmir. Yəni Adamsın qənaətincə bizim sitayiş etdiyimiz Allah daimi olaraq insanlara yüksək məhəbbət və mehribanlıq duyğusu ilə yanaşır. Deməli, biz Allah tərəfindən olan bütün əmrləri əxlaq norması kimi qəbul edə bilərik.

Robert Adamsın problemin həllindəki təklifi müasir din filosofları tərəfindən qənaətbəxş hesab edilmir. Çünki yeni bir sual yaranır: nə üçün ilahi fərmandan qaynaqlanan əxlaq qanunları mötəbər və məqbul sayılır? Nəyə görə insanlar Allahın əmrinə tabe olmalıdırlar və buna əsas nədir?

Çağdaş din filosoflarından olan Mek İntayer (1929) problemi bu formada təqdim edir: Rasional düşüncə hansı şəraitdə Allahın əxlaq haqda əmrlərini mötəbər hesab etməlidir?(1) Mek İntayer bunun səbəbini belə açıqlayır: İnsanlar Allaha mütləq xeyirli varlıq kimi etiqad etdiklərindən Onun tövsiyələrini məqbul saya bilərlər. Yəni insan zəkası bununla razılaşır ki, Allah mütləq xeyirli və xeyirxah bir varlıqdır. Deməli, Onun insanlara verdiyi öyüd-nəsihətlər, bu əsasla insanlara müəyyən işlərə əmr etməsi və onları bəzi işlərdən çəkindirməsi tam qəbul ediləsidir.

Lakin yenə sual olunur: dindarlar hansı əsasla Allahı mütləq xeyirli varlıq hesab edirlər? Diqqət edin, bu sual sözü gedən problemin üçüncü mərhələsidir. Bu isə müasir din fəlsəfəsinin din və əxlaq mövzusunda geniş araşdırmalarının gösdəricisidir. Kay Nielsen (1925) növbəti suala cavab verməyə çalışmışdır. O deyir: Dindarlar deyə bilərlər: Allahı ona görə mütləq xeyirxah həqiqət kimi qəbul edirik ki, bu müəyyən dəlillərlə sübuta yetmişdir. Məsələn, Allah ona görə xeyirlidir ki, onların sevdiyi bir insana şəfa vermişdir və ya çətin məqamlarda onlara kömək etmişdir. Nielsen bu cavabı rədd edir. Çünki biz bir şəxsin müəyyən xususiyyətə malik olmasını o zaman təsdiq edə bilərik ki, öncədən həmin xüsusiyyətin mahiyətini dərk etmiş olaq. Misal üçün, yeni tanış olduğumuz insanın dostluğunu yalnız dostluğun öncədən nə olduğunu bildiyimiz halda vurğulaya bilərik. Deməli, biz öncədən xeyirli və yaxşı işləri müəyyən meyarla tanıdıqdan sonra Allahı xeyirli varlıq adlandıra bilərik. Nəticədə ilahi iradə əxlaqa meyar sayılmır.

Nielsen burada digər bir yol təklif edir. O deyir: “Dindarlar iddia edə bilərlər ki, "xeyirxahlıq" Allahın zəruri və ayrılmaz xüsusiyyətlərindəndir. Yəni dindarların sitayiş etdiyi Allah mütləq şəkildə həmin xüsusiyyətə malikdir. Lakin Nielsen bu cavabı da qəbul etmir. O belə hesab edir ki, bizim belə bir varlığın tövsiyələrini tam məqbul saymağa hec bir əsasımız yoxdur. Nəticədə dindarlar qəbul etməlidirlər ki, xeyir işlərin mənşəyi Allah yox, digər etik meyarlardır və onların sitayiş etdiyi Allahın işlərinin düzgünlüyü onların həmin əxlaq meyarları ilə uzlaşmasından asılıdır. Beləliklə, Nielsen də sekulyar əxlaqa inananların sırasına qoşulur.(2)

səh:85


1- . Alasdair Mac İntyre, “Wich God Ought We Obey and Why?” faith and philosophy 3, p. 359.
2- . Peterson Maykl, “Əql və etiqade dini”, s. 436.

4. XX əsrdə din fəlsəfəsində geniş yer almış bəhslərdən biri dinin funksional təhlili məsələsidir. Onlar Vitgenşteynin (1889-1951) "dilin müxtəlif aspektlərdən dərki üçün onun funksiyalarını təhlil et" tövsiyəsi əsasında dinin dilini təhlil edərək, onun müxtəlif funksiyalarını aşkarladılar. Həmin filosoflardan olan müasir ingilis filosofu Brait Waite (1900) belə hesab edirdi ki, dini müddəaların funksiyası əxlaq qanunları ilə eynidir. Onun fikrincə, dində tətbiq olunan dilin xüsusiyyətlərindən biri əxlaq normaları ilə bəzənmiş həyat bərədə müxtəlif hekayələri şərh etməsidir. Din insanları həmin hekayələrdə göstərilən insanlar tək əxlaqlı olmağa dəvət edir. Deməli, Waitenin qənaətinə görə, dinin dili əxlaq və etika dilidir. Nəticə etibarilə dinin mahiyyəti əxlaqla eyniləşir.

Qeyd etmək lazımdır ki, həmin filosofların səhvini pozitivistlərin din haqqındakı yanlış düşüncələri ilə müqayisə etmək olar. Çünki müasir fəlsəfi cərəyanlardan biri olan "positivizm"də konkret və təcrübi elmləri həqiqi biliyin yeganə mənbəyi hesab edildiyi üçün dinə də təcrübi və konkret reallıq kimi baxılır. Nəticədə din inkar edilir. Müasir din filosofu Donald Hudson həm analitik fəlsəfə nümayəndələrinin dinlə əxlaqı eyniləşdirməsi barədə görüşlərini, həm də pozitivistlərin dini təcrübi bilik sahəsi kimi araşdırmalarını rədd edir və deyir: “Dinin özünəməxsus xüsusiyyəti və funksiyası vardır. Filosofun vəzifəsi isə dinin cəmiyyətdəki rolunu müəyyənləşdirməkdir.(1)

Din və əxlaqı eyniləşdirməyə çalışan digər bir şəxs alman materialist filosofu Lüdvik Feyerbaxdır.

XIX əsrdə materialist görüşləri ilə tanınan Feyerbax dini və əxlaqı insanların emosiyalarına əsaslanan əlaqə kimi qiymətləndirməyə cəhd edir(2).

Din haqqında məlumatlı insanlara aydındır ki, din əxlaqdan fərqli olaraq insanın ilahi varlıq və digər fövqəltəbii həqiqətlərlə bağlılıq hisslərinə cavab verir. Əxlaq isə yalnız insanlarlın bir-birilə davranış qaydalarına aiddir.

Zəruri məqamlar

Qərb fəlsəfi fikir tarixində din və əxlaq məsələlərində mövcud olan ümumi istiqamətlərlə tanış olduq. Problemin müsəlman mütəfəkkirləri tərəfindən şərhinə keçməzdən öncə bir neçə məqamı vurğulamaq istəyirik.

a) Gördüyümüz kimi qərb fəlsəfəsində din və əxlaqa müstəqil həqiqətlər kimi baxış daha çox yayılmışdır. Hərçənd bəzi istisnalar da mövcuddur. Lakin burada bir məsələni nəzərə almaq lazımdır. Dinin əxlaqdan təcrid edilməsi, əxlaqın tam sekulyarlaşması ilə nəticələnmir. Daha dəqiq desək,

səh:86


1- . Yenə orada, s. 270.
2- . Engels Fridrix, “Lüdviq Feyerbax və payane fəlsəfeye klassike Alman”, s. 47.

əxlaqı dindən ayırmaq dinin inkarı deyil. Kantın və Kiyerkeqorun bu barədə görüşlərini yada salın. Kant nəzəri baxımdan etikanın müstəqil mövzu olduğunu bildirsə də, Allaha etiqadı əxlaqın bünövrəsi hesab edirdi. Həmçinin Kyerkeqor əxlaqı dindən fərqləndirirsə də, dini real həqiqət kimi təsdiqləyir dini etiqadı qəbul edir.

b) Öncə qeyd etdiyimiz kimi, qərb mütəfəkkirlərinin din haqda düşüncələri, bir çox hallarda orta əsrlərdəki xristianlıqdan qaynaqlanır. Marksın din barədə fikirlərini mütaliə edərkən asanlıqla bu qənaətə gəlmək olur. Marks dini cəmiyyətin varlı və hakim təbəqəsi üçün məqsədlərə çatma vasitəsi hesab edirdi. Bu ona görə idi ki, orta əsrlərdə Avropada dinə həmin münasibət yaşanırdı. Təbii ki, Marks cəmiyyətdə baş verən prosesləri təhlil edərkən dinin həmin dövrdəki mövqeyini nəzərə alır, din və əxlaq arasındakı təzadlardan xəbər verirdi. Marks sosioloji təhlillərini təkcə xristianlıq dini üzərində apardıği halda onu bütün dinlərə aid etməklə yanılır və bütün dinləri əxlaq normalarına zidd sayaraq, təkcə varlıların müdafiəçisi adlandırırdı.

c) Bildiyimiz kimi, Feyerbax alman klassik fəlsəfəsinin materialist nümayəndələrindən sayılır. Feyerbax ilahiyyatı dünyəvi insanşunaslığa cevirmək proqramını həyata keçirirdi. Onun fəlsəfəsinin əsas qayəsi insan mehvərli ictimai əxlaqın bünövrəsini qoymaq idi.(1) Bunu nəzərə alsaq, onun əxlaq və din barədə görüşlərini daha düzgün təhlil edərik. Yəni Feyerbax din və əxlaqı eyni həqiqət kimi təqdim edərkən əslində dinin deyil, insanların ictimai həyatda münasibətlərini tənzimləyən etikanın keşiyində durur. Deməli, burada əxlaq dinə doğru yox, din əxlaqa doğru yönəlir və onunla birləşməyə çalışır.

Müsəlman mütəfəkkirlərinin "Din və əxlaq" barədə görüşləri

İslam filosofları və sxolastları (mütəkəllimləri) arasında hicri IV və V əsrlərdə geniş yayılmış “işlərin yaxşı-pisliyinin zatı olub-olmaması və bunun müstəqil əql qüvvəsi tərəfindən dərk edilib-edilməməsi” bəhsi əslində din və əxlaq mövzusunun ilkin təzahürü idi. İndi isə həmin bəhsin mahiyyəti haqqında:

İslam sxolastikasının (kəlam elminin) erkən çağlarında, yəni hicri IV və V əsrlərdə mütəkəllimlər arasında belə bir məsələ müzakirə olunmağa başladı ki, insan əqli dini əhkam və qanunlara müraciət etmədən, işlərin yaxşı və ya pis olduğunu dərk edə bilərmi? Problemin qoyuluşu digər bir formada da mümkündür: "İnsandan baş veren işlərin Allah tərəfindən pis və ya yaxşı olduğu göstərilməsə, həmin işlər öz-özlüyündə zati olaraq pis və ya yaxşı adlana bilərmi?" Göründüyü kimi, müsəlman dünyasında sxolastik bəhslərin formalaşdığı ilk çağlarda dinin əxlaqla qarşılıqlı münasibəti əsas müzakirə mövzusuna çevrilmişdir. Qeyd edək ki, həmin vaxtlar məsələnin çözülməsində müsəlman mütəfəkkirləri tərəfindən iki yol təklif edilmişdir:

səh:87


1- . “Tarixe fəlsəfeye əxlaqe qərb”, s. 162.

Əşərilik cərəyanı işlərin yaxşı və pisliyinin tam şəkildə Allahdan asılı olduğunu, imamilik və mötəzililik təlimləri isə bəzi işlərin yaxşı və pisliyinin əql tərəfindən dərk edildiyini bildirmişlər. İndi biz öncə din və əxlaq münasibətləri barədə irəli sürülən həmin iki görüşlə, sonra isə bu haqda digər müsəlman filosoflarının fikirləri ilə tanış olcağıq.

Əşərilik

Kəlam elmində əsas qollardan biri kimi hicri IV əsrinin əvvəllərində Əbulhəsən Əl-Əşəri tərəfindən yaradılmış əşərilik dini-fəlsəfi təlimi tanınır. Əslində bu məktəb həmin dövrdə İslam sxolastikasının digər fəal cərəyanı olan mötəzililik ilə mübarizə şəraitində yeni kəlam məktəbi kimi formalaşdı. Sözü gedən məsələnin əşərilik məktəbi tərəfindən izahına gəldikdə burada problemin qoyuluşu ilə bağlı bir məqamı müqəddimə olaraq aydınlaşdırmalıyıq. Öncə qeyd etdik ki, İslam sxolostikasında din və əxlaq münasibətləri bəhsi işlərin yaxşı-pisliyinin ilahi iradədən asılı olmaması mövzusunun müzakirəsi ilə başlamışdır. Burada bir məsələni vurğulamaq lazımdır ki, müsəlman mütəkəllimləri arasında mövcud olan bu problemin iki aspekti var idi. Daha doğrusu, həmin məsələ iki hissədən ibarət idi. Birinci hissədə işlərin zati olaraq öz-özlüyündə yaxşı və pis adlana bilməsi, ikinci hissədə işlərin pis və yaxşı olmasının əql tərəfindən dərk olunub-olunmaması müzakirə edilirdi. İndi isə əşərlikdə problemin həlli barədə.

Əşərilik məktəbi yarandığı dövrdə bəzən dini əqidələrin izahında əqlə istinad etsə də, bir sıra məsələlərdə əqlin rolunu tam inkar edirdi. Hər iki mərhələdə həmin münasibət müşahidə olunur. Yəni Əl-Əşəri işlərin yaxşı və pis olmasını həm zatı, həm də əqli idrak aspektindən tam ilahi iradə və qanunlarla əsaslandırır. Deməli, əşərilik məktəbi baxımından heç bir iş öz-özlüyündə yaxşı və pis deyil. Təkcə Allahın yaxşı və ya pis hesab etdiyi işlər həmin xüsusiyyətlərə malik ola bilər. Həmçinin insan ilahi iradənin köməyi olmadan işlərin yaxşı və ya pis olduğunu dərk edə bilməz. Bu mərhələdə də son söz Allaha məxsusdur. Beləliklə, biz yalnız Allah-taala tərəfindən günah adlanan işləri günah hesab etməliyik. Qeyd etmək lazımdır ki, Əl-Əşəri özünün "Əl-Lümə" əsərində rasional dəlillərdən istifadə etsə də, "Əl-İbanə" kitabında bütün əqli istinadlardan imtina etmişdir. Əşəri bütün yazılarında işlərin yaxşı və ya pis olmasının zatiliyini, dindən kənarda müəyyənləşməsini inkar etmişdir.

İmamilik və mötəzililik cərəyanları öncə qeyd edək ki, din və əxlaq münasibətləri mövzusunda eyni mövqeden çıxış etmişlər. Onlar bəzi işlərin zati və dindən müstəqil şəkildə yaxşı və pis olduğunu təkid edirlər. Nəsirəddin Tusi, bu ideyanın öncüllərindən olan mütəfəkkir öz “Təcridül-etiqad” əsərində bildirir ki, biz bəzi işlərin tam posional şəkildə pisliyini

səh:88

sübuta yetirə biməsək, şəriət hökmlərini də qəbul edə bilmərik. O deyir: Əgər bütün işlərin yaxşı və ya pis olmasını yalnız şəriət hökmləri və dinlə əsaslandırsaq, bu vaxt məntiq hökm edər ki, şəriətin özünün düzgünlüyü iddia edilməməlidir. Misal üçün, əgər yalan danışmaq ağıl və zəka baxımından pis sayılmasa və yalan danışmağın pisliyinin şəriətdən əxz edilməsini zəruri saysaq, bu vaxt Allah tərəfindən din gətirmiş peyğəmbərin də sözlərini və şəriətini qəbul etməyimiz zəruri olmayacaq. Çünki yalan danışmaq pis iş olmadığından peyğəmbərin sözlərinin yalan olması ehtimalı mövcuddur. Beləliklə, onun peyğəmbərliyi sübuta yetməyəcək.(1)

Başqa sözlə, biz hətta peyğəmbərin sözünün düzgün olmasını təsdiq etmək üçün öncədən və tam müstəqil əqli idrak yolu ilə yalanın pisliyini dərk etməliyik. Çünki yalan danışmağın pisliyini şəriətlə əlaqələndirsək, bu vaxt şəriətin hökmlərini qəbul etmək məcburiyyətində qalmayacağıq.

Qeyd edək ki, insani əxlaq normalarının qəbulu digər bir fəlsəfi problemlə bağlıdır. Bu, insanın iradə azadlığına malik olub-olmaması məsələsidir. Əşərilik məktəbində bütün işlər Allahın iradəsinə aid edilmədiyindən insan azad iradə sahibi sayılmır. Bütün işləri ərsəyə gətirən Allah və Onun əzəli iradəsidir. Bu məqamda normativ əxlaq prinsiplərindən danışmaq cəfəngiyyatdır. Çünki ənənəvi əxlaqda insanlara yaxşı işləri həyata keçirmək və pis işlərdən çəkinmək tövsiyə olunur. Azad iradə olmayan yerdə isə insanlara bu qəbil tövsiyələr vermək tam mənasızdır. Deməli, əşərilik təliminin müddəalarından biri insanda azad iradənin inkarıdır. Bu baxış ikinci dəstənin görüşlərində tam fərqlidir. Onlar insanın azad iradəyə malik bir varlıq olduğuna inanırlar. Buna görə də bildiririk ki, insan azad təfəkkür və sağlam düşüncə sahibi olaraq bir sıra ümumi əxlaq qanunlarını dərk edə bilir. Deməli, bu şəraitdə əxlaq prinsiplərindən danışmaq olar.

Əşərilikdə yaranan digər problem ondan ibarətdir ki, Allah-taala çox rəzil insanları cənnətə, yüksək ilahi və insani dəyərlərə malik olan insanı isə cəhənnəmə ata bilər. Yəni Allah-taala belə bir iş görsə, biz Allahı bu işinə görə qınaya bilmərik. Çünki yaxşı və pis işləri tam ilahi iradə ilə əsaslandırsaq, bu vaxt Allahın bütün işləri yaxşı hesab edilməlidir. Deməli, Allahın yuxarıda qeyd etdiyimiz işləri də yaxşıdır. Halbuki bu müddəa imamilik və mötəzililik təlimilərində qətiyyətlə rədd edilmişdir. Həmin görüşlərə əsasən, Allah-taala ədalətlidir. Onun ədaləti qeyd olunan işlərin Allah tərəfindən həyata keçməsinə izn vermir. Buna görə də İslam sxolast cəryanlarına “ədliyyə” (Allahın ədalətini qəbul edənlər) adı verilmişdir. Burada isə daha bir suala cavab vermeliyik: Ədliyyə cəryanının din və əxlaq münasibətləri mövzusuna baxışında əxlaqın ümumiyyətlə dindən asılı olmadığı bildirilir, yoxsa bəzi əxlaq qanunlarının müstəqil şəkildə dərk

səh:89


1- . Hilli, “Kəşful murad fi şərhi təcridil-etiqad”, s. 303.

edildiyi təkid olunur?

Bu sualın cavabında bildirməliyik ki, ədliyyə məktəbi təlimlərində bir sıra fundamental xarakterləri etik qanunların tam rasional müstəvidə əldə olunması mümkün sayılır. Növbəti misallara diqqət yetirin. Başqalarının hüquqlarına tecavüz etmək pisdir, zəif insanlara kömək etmək yaxşıdır, yalan danışmaq pisdir. Bu tipli əxlaq qanunları tam şəkildə insan zəkası tərəfindən dərk olunur. Lakin həmin bünövrə qanunları əql yolu ilə təsdiqlədikdən sonra əxlaq və dinin digər əxlaq qanunları ilə sıx əlaqəsi başlanır. Misal üçün namaz qılmaq dində əxlaqi bir vəzifə kimi insanlara vacib edilmişdir. Bu qəbildən olan əxlaq normalarında əxlaq tamamilə dindən asılıdır.

Misbah Yəzdinin baxışları

 Müasir İslam filosofu Misbah Yəzdi din və əxlaq münasibətlərində bir qədər fərqli görüşlərlə çıxış edir. O, "Əxlaq fəlsəfəsi" əsərində yazır: “Əxlaqda qeyd olunan "pis" və "yaxşı" məfhumları insanın ixtiyarı işləri ilə həmin işlərin son nəticəsi arasındakı əlaqə növünü göstərir. İnsanın hər hansı işi onun son xeyir məqsədi ilə müsbət əlaqədədirsə, həmin iş "yaxşı", mənfi əlaqədirsə "pis" sayılır. Bu ideyanın özü dini qanunlardan götürülməmişdir. Yəni bu müddəanı təsdiqləmək Allahı, peyğəmbərləri və dini qanunları qəbul etmək deyil. Bəs insanın varlığının son məqsədi nədir? Bu sualı cavablandırarkən əxlaqın dinlə əlaqəsi üzə çıxır. Biz insanın son məqsədini araşdırarkən və bu suala cavab verərkən, həmin məqsədin "Allaha yaxınlaşmaq" olduğunu vurğulayırıq. Həmçinin, yaxşı işləri müəyyənləşdirmək və onların son məqsədlə əlaqəsini səciyyələndirmək üçün insanın əbədiliyini və onun axirət həyatında öz yaşayışını davam etdirəcəyini ortaya qoymalıyıq. Əxlaq qanunlarının təyin edilməsində ölümdən sonrakı həyata inam ona görə zəruridir ki, biz inanclı insana belə bir tövsiyə verə bilərik: sənin son səadətin və varlığın son məqsədi bir sıra maddi və dünyəvi mənafelərinə zidd olarsa da, əbədi mənafelərini üstün tutmalısan. Çünki həqiqi xeyir məhz bundadır və bunun əksinə olan işlər pis işlərdir. Deməli, Allahın varlığının təsdiqindən əlavə, məad əqidəsi də əxlaq qanunlarının müəyyənləşməsi və sabitləşməsi üçün zəruridir.

Misbah Yəzdi bunu da əlavə edir ki, müstəqil insan zəkası bir sıra ümumi əxlaq qanunlarını dərk edə bilsə də, onun nümunələrini müəyyənləşdirməkdə acizdir. Məsələn, ağıl dərk edir ki, ədalətli olmaq yaxşıdır. Lakin bir cox xırda məsələlərdə hansı rəftarın ədalətə uyğun olduğu qaranlıq qalır. Həmin məsələlərdən biri də cəmiyyətdə kişi və qadın hüquqlarının bərabərliyi məsələsidir. Biz bu qəbil məsələlərdə ədalətin tətbiqində çətinlik çəkirik və onların həlli üçün dini qanunlara müraciət etmək labüddür.(1)

 Qeyd edək ki, Misbah Yəzdinin görüşlərini ədliyyə məktəbinin dinlə

səh:90


1- . Misbah Yəzdi, “Düruse fəlsəfeye əxlaq”, s. 197-199.

əxlaq əlaqələri haqqındakı təlimlərinin davamı və mütərəqqi forması kimi qiymətləndirmək olar. Ümumi şəkildə onu deyə bilərik ki, əşərilik təlimlərini istisna etsək, İslam dünyagörüşünə əsasən, insan öz əqli və zəkası ilə bir sıra yaxşılıqları və pislikləri dərk edir. Məhz həmin bünövrə prinsiplər dini qanunlar haqda düşünüb-daşınmaq imkanı verir. Lakin yaddan çıxarmamalıyıq ki, sekulyar (müstəqil insan zəkasına əsaslanan) əxlaq prinsipləri insana faydalı olan bütün yaxşılıqları və ona zərərli olan bütün pislikləri aşkarlaya bilmir. Əxlaq qanunları din nəzərə alınmadan tam formalaşa bilməz. Qeyd edək ki, bəzən sekulyar əxlaqın tərəfdarları din məzmunlu əxlaqı tənqid atəşinə tutmuş və bu növ əxlaqın da insanı tam səadətə çatdıra bilməyəcəyini vurğulamışlar. Aşağıda dini əxlaqa münasibətdə iradların bir qismini nəzərdən keçiririk:

1. Sekulyar əxlaq hummanist ideyalara əsaslanır. Dini əxlaq isə teoloji baxışlardan qaynaqlanır. Nəticədə sekulyar əxlaq cəmiyyətdə insanların fərdi hüquqlarının keşiyində dayanır. Din məzmunlu əxlaq isə insanların yalnız Allah qarşısında vəzifələrinin düzgün həyata keçirilməsini özünün əsas qayəsi hesab edir. Bir sözlə, dini əxlaq insanların fərdi hüquqlarını tam təyin edə bilmir.

Qətiyyətlə deməliyik ki, bu iradla çıxış edənlər İslam dininin mahiyyətinə yetərincə varmamışlar. İlkin İslam dövrünü ötəri nəzərdən keçirsək görərik ki, bu müqəddəs din insanların bütün maddi və mənəvi ehtiyaclarını təmin etməyə çalışır, cəmiyyətdə bütün insanların həm sosial, həm də fərdi hüquqlarını bərpa etməyə səy göstərir. Quran ayələrini, bu səmavi kitabın İlahi hökmlərini mütaliə edərkən, onun insan hüquqlarına necə diqqət yetirdiyinə şahid oluruq. Burada nümunə olaraq Quranın bir surəsindən bir neçə ayəni nəzərinizə çatdırırıq: Allah-taala “Əbəsə” surəsində İslam peyğəmbərinin (s) və yaxud Peyğəmbərə (s) yaxın şəxslərdən birinin(1) kor bir kişi ilə rəftarını bəyan edərək buyurur:

"Qaşqabağını tökdü və üz çevirdi; (Üzünü turşuddu və çevirdi) kor yanına gəldiyinə görə; Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır? Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcək (və islama gələcəkdir); Amma özünü varlı hesab edənə gəldikdə isə, sən onu yaxşı qarşılayırsan və istiqanlı rəftar edirsən! Halbuki onun paklanmasına görə məsul deyilsən; Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs (özü də Allahından) həya etdiyi halda, sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?! Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatmadır. (öyüd-nəsihətdir) Kim istəsə, onun göstərişini xatırlayar (və haqq yola yetişər)”. Ayələrdən məlum olur ki, Allah-taala cəmiyyətdə kimsənin hüquqlarının azacıq olsa belə

səh:91


1- . Quranda adı çəkilmədiyindən, təfsirçilərin rəyi müxtəlifdir.

tapdalanmasına razı deyil. Çünki kor bir kişiyə kiçik bir etinasızlıq səbəbindən bu barədə bir neçə ayə nazil olur. Təkcə bu ayələri əsas götürərək dini əxlaqın fərdi insan hüquqlarına sekulyar əxlaqdan yüngül yanaşması fikrini rədd etmək mümkündür. İslamda qeyd etdiyimiz ayələrə oxşar ayələr və hədislər kifayət qədərdir. Digər bir tərəfdən islamda insalara din ayinləri və qanunlar çərçivəsində təqdim olunan nə varsa hamısı onların dünya və axirət həyatı üçün faydalı, bəzən də zəruridir. Deməli, bu baxımdan ilahi dəyərləri insani dəyərlərdən ayırmaq əsassızdır.

2. Müsəlman xalqlarının az bir hissəsi dini əxlaqa yiyələnmişdir. Yalan, rüşvətxorluq və bu kimi əxlaqa zidd işlərin müsəlmanlar arasında geniş yayılması onu göstərir ki, dini əxlaq sistemi cəmiyyətdə işlək ola bilməz. Bu irada cavab olaraq deyirik:

a) Etik normalara zidd bir çox davranışları müsəlmanara aid etmək olmaz. Bundan əlavə müasir dövrdə əxlaq problemi sekulyar cəmiyyətləri də narahat edir. Hətta bir çox sahələrdə, o cümlədən, ailə qrumu məsələrində müsəlmanların problemləri digər dinlərə sitayiş edənlərin problemlərindən daha azdır.

b) Əvvəllər qeyd etdiyimiz kimi, müəyyən qanunlar toplusunun mövcudluğu həmin qanunların cəmiyyətdə tətbiq edilməsinə zəmanət vermir. İslamda kamil və mütərəqqi əxlaq qanunlarının mövcud olması müsəlman adlanan insanların həmin qanunlara uyğun yaşamasına təminat vermir. Deməli biz həmin qanunların bəzən işləməməsinin səbəblərini araşdırıb tapmalıyıq.

3. Zaman dəyişdikcə onun tələbləri də dəyişir. Zamanla dəyişən, fərqlənən və inkişaf edən bəşər cəmiyyətləri üçün zamanla ayaqlaşan əxlaq qanunları tələb olunur, dini əxlaq qanunlar isə dəyişməz və sabitdir. Deməli, dini əxlaq zamanın tələblərinə cavab verə bilməz.

Qeyd edək ki, ilahi dəyərlər əsasında formalaşan əxlaq sistemi dəyişkənliyə məruz qalan cəmiyyət üçün daimi olaraq əxlaq normaları tənzimləyir. Lakin bu o demək deyil ki, həmin əxlaq qanunları dəyişkənliyə məruz qalır. İnsanlar ilk yaranış günündən dünyanın sonuna qədər bir sıra dəyişməz qanunlara tabe olmalıdırlar. Misal üçün, zaman nə qədər dəyişsə də, cazibə qanunu dəyişməzdir. Min il bundan sonra da paradoks halları dəyişməz qalacaqdır. Deməli, bəşər həyatında yeniləşməyən həqiqətlər vardır. Həmin həqiqətlərin bir hissəsi də insanları xoşbəxtliyə yönəldən əxlaq qanunlarıdır. Tam əminliklə deyə bilərik ki, "başqasının hüququna təcavüz etmək yasaqdır" qanunu zaman və məkan çərçivəsinin fövqündə dayanan bir qanun kimi dəyişməz qalacaqdır. Bizim qənaətimizə görə, İslamda mövcud olan etika qanunlarının hamısı bu qəbildəndir. Deməli, İsalmın əxlaq qanunları bütün zaman və məkanlarda,

səh:92

habelə müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar arasında həyata keçə bilən dəyişməz həqiqətlərdir.

səh:93

XÜLASƏ

Din və əxlaq din fəlsəfəsinin aktual mövzularındandır. Burada din və əxlaqın bir–birilə qarşılıqlı münasibətləri və bu istiqamətdə mövcud olan müxtəlif problemlərin həlli araşdırılır. Bu mövzuda ilk öncə məsələ ümumi xarakter daşısa da sonra dinin İslama uyğun tərifi və onun əxlaqla münasibətləri nəzərdən keçirilir.

“Əxlaq” ərəb sözüdür “Əxlaq” dedikdə insanda elə bir daxili xüsusiyyət başa düşülür ki, insan bu yolla fikirləşmədən bəzi işləri həyata keçirir.

Terminoloji açıqlamada əxlaq sisomların davranışını tənzimləyən sosial institut kimi nəzərdən keçiririk.

İngilis dilində “Ethics” sözü əxlaq mənasını ifadə edir. Qərb fəlsəfəsinin son çağlarında əxlaq fəlsəfəsi müstəqil sahə kimi tədqiq olunur.

Əxlaqın əsas təsnifatlarından birində O normativ və deskriptiv əxlaqa bölünür.

Filosoflar daha çox normativ əxlaqa meyl göstərirlər.

Qərb fəlsəfəsində din və əxlaq əlaqələri haqqında əsas nəzəriyyələr:

1. Platonun rəyi: Din əxlaqdan asılıdır. Çünki Allahın özü də öz əmrlərini əxlaq qanunları ilə uzlaşdırmalıdır.

2. Kantın nəzəriyyəsi: Nəzəri baxımdan əxlaq dindən tam ayrıdır. Praktik əql sahəsində isə əxlaqla Allahın varlığını sübut etmək olar.

3. Sekulyar baxış: Bu yanaşmaya görə din və əxlaq bir-birilə təzadlı mövqedədirlər. Bu nəzəriyyənin daşıyıcılarından biri Seren Kyerkeqordur.

Müasir filosof Robert Adamsın nəzəriyyəsi

Etika həqiqətlərinin mənşəyi ilahi ifadədir. Müasir fəlsəfi görüşlərdə din və əxlaq münasibətləri barədə digər nəzəriyyələr də mövcuddur.

 Müsəlman ilahiyyatçıları arasında hicri VII əsrdə işlərin yaxşı və pisliyinin zatı olub-olmaması məsələsi din və əxlaq bəhsinin ilkin təzahürü idi.

Həmin vaxtlar məsələnin həlli üçün iki yol təklif edilmişdi:

1. Əşərilik cərəyanında işlərin yaxşı və pisliyinin tam şəkildə Allahdan asılı olduğu bildirilirdi.

2. İmamilik və mötəzililik dini-sxolastik təlimlərində əqlin rolu inkar edilmir, bəzi işlərin yaxşı və pis olmasının müstəqil əql tərəfindən müəyyənləşdiyi təkid olunur. Bütövlükdə əşərlirik təlimlərini istisna etsək, İslam dünyagörüşündə insan müstəqil zəka ilə bəzi əxlaq prinsiplərini dərk edə bilir.

SUALLAR

1. Din və əxlaqın ayrı-ayrılıqda tərifi necədir?

2. Din və əxlaq mövzusunda daha çox hansı problemlər müzakirə olunur?

səh:94

3. Normativ və desriptiv əxlaq növlərini izah edin?

4. Nə üçün fəlsəfədə daha çox normativ əxlaq araşdırılır?

5. Normativ əxlaqa aid bir neçə misal göstərin?

6. Qərb fəlsəfəsində din və əxlaq haqqında irəli sürülən əsas nəzəriyyələr hansılardır?

7. Müsəlman şərq fəlsəfəsində din və əxlaq arasındakı problem necə həll edilir?

8. Əşərilik təlimi din və əxlaq prizmasından qəbul oluna bilərmi?

9. Müasir dünyada əxlaqsızlığın rəvac tapması dini əxlaqın yararsızlığı ilə izah oluna bilərmi?

10. Siz bu mövzuda necə düşünürsünüz?

səh:95

səh:96

ALTINCI FƏSİL DİN VƏ ELM

Zəruri mövzu

Din və elm münasibətlərinin araşdırılması, həm din filosofları və ilahiyyatcıların, həm də təcrübi elmlərin tədqiqatçı alimlərinin daim diqqətini cəlb etmişdir. Elm və ilahiyyat dərin və həssas əlaqələrə malik olduğundan bu yönümdə araşdırmalar çox ehtiyatla aparılmalıdır.

Müasir həyatın mühüm xüsusiyyətlərindən biri insanların dərin və geniş elmi məlumatlara malik olmasıdır. Qədim insan müasir insanla müqayisədə məhdud biliyə malik idi. Yəni elmin ərsəyə gəlməsi, tez bir zamanda qloballaşması və nəhayət, təcrübi elmlərin yeganə mötəbər sahə kimi qəbul edilməsi modern dünyanın əsas hadisələrindən biri hesab olunur. Müasir insan aləm və Adəmə elm gözü ilə baxır. Yəni bəşər övladı öz problemlərini elmi üsullarla həll etməyə çalışır. Buna baxmayaraq son üç əsrdə modernləşməyə üz tutmuş insanlar arasında bəzi suallar tam ciddiliklə gündəmdə olmuşdur: Yeni elmi üsullarla varlığın bütün həqiqətləri barədə söz demək olarmı? Yeni elm zirvə nöqtəsində olduğu halda həyatın mənəvi təfsirinə qadirdirmi? Dində qəbul edilən Allah, ölümdən sonrakı həyat, möcüzə və bu kimi məfhumlar müasir elm tərəfindən sübuta yetə bilərmi? Ümumiyyətlə, dini qanunların elmlə təzadlı münasibətləri həll oluna bilərmi? Yoxsa bu əlaqələrdəki ziddiyyətlər daimidir?

Şübhəsiz, din və elm arasındakı qarşılıqlı əlaqələr haqqında ətraflı məlumat vermək üçün bu mövzuda ayrıca bir kitaba ehtiyac var. Biz bu mövzuda mövcud müasir elmi-fəlsəfi nəzəriyyələri geniş araşdıra bilməsək də, əziz oxucularda müəyyən həddə ümumi təsəvvür yaratmağa çalışmışıq.

Elm və din məfhumları

Elm və din mövzusuna daxil olmazdan öncə, burada müzakirə mövzusu olan elm və din məfhumlarının müstəqil izahını vermək lazım gəlir.

“Din və elm” bəhsində elm sözü iki mənada işlənə bilər:

1. İnsan tərəfindən əldə edilən bütün elmlər. Burada fəlsəfə, təcrübi elmlər, tarix, hüquq, etika, ürfan, incəsənət, ədəbiyyat və digər sahələr nəzərdə tutulur.

səh:97

2. Təcrübi elmlər. Təcrübi elmlər dedikdə bəzən yalnız təbiət elmləri nəzərdə tutulur. Bəzən isə bu termin universal mənada işlənir. Yəni həm təbiət elmləri, həm də sosilogiya və psixologiya kimi elmlərə şamil olunur.

Yan Barbur "Elm və din" kitabının əvvəlində yazır ki, bu kitabda elm və din münasibətləri dinlə təbiət elmlərinin əlaqələrinin aydınlaşmasına yönəlmişdir. Biz də bu fəsildə daha çox dinin təbiət elmləri ilə münasibətlərini araşdırmağa çalışmışıq. Çünki "dinin mənşəyi" bölməsində bəzi sosioloq və psixoloqların dinə münasibəti haqqında izahat vermişik. Dinin tərifinə gəldikdə isə, qeyd etmişik ki, din vəhy vasitəsilə Allah tərəfindən insanlara təqdim olunan həqiqətlər və dəyərlər toplusudur.

Din və elm arasındakı münasibətlərin tarixi

Din və elm arasındakı münasibətləri araşdırarkən, bu münasibətlərin tarixi haqqında məlumat əldə etmədən keçinmək bəlkə də mümkün deyil. Şübhəsiz, bu mövzunun ilk dəfə ərsəyə gəlişi, yeni elmin doğulduğu yerlə bağlıdır. Tarixi baxımdan renessans və ondan sonrakı dövr, yəni XVIII-XX əsrlər elm və din münasibətlərinin tədqiq olunduğu dövrdür. Hərçənd, bir çox fəlsəfə tarixçiləri elm və dinin daim ziddiyyətdə olduğunu bildirmişlər. Lakin tarixə baxarkən bu münasibətlərin deyilən qədər də təzadlar üzərində formalaşmadığı məlum olur.

XVII əsr və Natural fəlsəfənin ərsəyə gəlişi

Bildiyimiz kimi, renessans cərəyanında, natural fəlsəfə müşahidə və təcrübə üsulundan istifadə etməklə nisbi tərəqqiyə çatsa da, hələ də fəlsəfənin bir qolu hesab olunurdu. Nyutondan sonra elm daha müntəzəm formada özünü göstərmyə başladı. Hətta Nyutonun səyləri nəticəsində elm fəlsəfədən ayrılaraq müstəqil sahə kimi özünü təsdiqlədi. Yeni elmin ərsəyə gəlməsində əsas rol oynayan alimlərin çoxu Allaha inanır bəzən isə dindar ruhlu şəxslər kimi tanınırdılar. Kepler, Qaliley, Buyel və Nyuton kimi fiziklər təbiətdə olan məqsədəuyğunluğu əsas götürərək, nəinki bu yolla Allahın varlığını sübut edir, hətta bütövlükdə fizikanı ilahi varlığın mütaliəsi üçün bir vasitə hesab edir, təbiətin elm baxımdan seyrini dini vəzifə sayırdılar.(1)

Deməli, XVII əsrdə Nyutonun elmi inqilabda aparıcı təlaşları elm və dinin ziddiyyəti ilə nəticələnmədi.

XVII əsrin elmi inqilabı Aristotel fəlsəfəsinə qarşı yönəlmiş bir hərəkat idi. Burada Aristoteldən fərqli bir təcrübə üsulundan istifadə olunur, təbiət elmlərinin tədqiqində lazımsız fəlsəfi qanunlar inkar edilirdi. Lakin XX əsrin iki böyük riyaziyyatçı filosofu Alferd Withed və Edwin Burttin dediyi kimi,

səh:98


1- . Brooke, John Hedly, “Science and Theology in the Enlightenment”, p. 8.

Nyuton elmi Natural fəlsəfədən ayırsa da, materiyanı qəbul etmişdir.(1)

Nyutonun natural fəlsəfəsi mühüm nailiyyətlər əldə etdi. Hətta intibah dövrü ateizmi ilə mübarizədə ilahiyyatçılar Natural fəlsəfyə istinadən dini müdafiə etməyə başladılar.

Natural fəlsəfəyə əsasən kainat mürəkkəb bir maşın tək dəyişməz qanunların təsiri altındadır. Nyuton və onun davamçılarının bu qanunları ilahi varlıqla əlaqələndirməsi XVIII əsrdə determinist fəlsəfənin yaranması üçün zəmin oldu. Dompi Yer “Elm tarixi” kitabında yazır ki, XVIII əsrdə Nyutonun ideyaları düzgün şərh olunmadı. O deyir: “Nyutona görə, gözəl günəş, ulduzlar və təbiətin bu kimi gözəllikləri yalnız mehriban Allah tərəfindən yaradıla bilər. Halbuki bu əqidə XVIII əsrdə mexaniki fəlsəfənin əsas sütunlarından biri olaraq materializmin başlanğıc nöqtəsinə çevrildi.(2)

XVII əsrə qədər, təbiətdəki varlıqlar ilahi iradə ilə əlaqələndirilirdi. Yəni Allahın iradəsi olmadan heç nə baş vermir, ilahi iradə daim mövcuddur. Allahın təbiətdə hüzuru bir an belə kəsilmir və O hər an yaradır. XVII əsr Natural fəlsəfəsindən sonra ilahi iradəyə münasibət dəyişdi. Yəni təkallahlı dinlərdə təbliq edilən və inanılan Allah yalnız kainatı yaratmış, sonra isə kənara çəkilmiş varlıq sayıldı. Onun istək və iradəsi təkcə ilk yaranış zamanı təsirli qəbul edilirdi.

Natural fəlsəfənin digər qənaətlərindən biri də bu idi ki, təbiətdə cərəyan edən hadisələri həm ilahi iradə, həm də təbii səbəblərlə izah etmək olar.

XVII əsrdə ilahi varlığa sübutlarından biri olan teleologi sübutun geniş yayılması elm və din arasında körpü rolunu oynayırdı. Qeyd edək ki, teleologi sübut da təbiətdə olan nizam-intizam və yüksək məqsədəuyğunluq əsas götürülür. Bu nizam fövqəltəbii zəka və qüdrətə malik varlığa aid edilirdi. Həmin dövrün alimləri teleologi sübutdan istifadə edərək özlərini allahsızlıq ittihamından sığortalayırdılar. Həmin vaxtlar bir çox ilahiyyatçılar da bu üsuldan istifadə etməklə ilahi varlığı sübut etməyə çalışırdılar.

Yalnız belə bir sübutla ilahi varlığın sübut eedilməsi ilahiyyatı tənəzzülə uğratdı. Çünki elm onun öhdəsinə buraxılmış bu ağır vəzifəni (Allahın varlığını sübutunda elmi nəaliyyətlərdən istifade etmək) yerinə yetirə bilmədi.

XVII əsrdə Nyutonun Natural fəlsəfəsi XVIII əsrin işıqlı rasionalizminə müqəddimə idi. Bu vaxt əql və elm yüksək zirvəyə çatmış, əksər hadisələri izah etməyə qadir olduğuna inanmışdı. Belə ki, XVIII əsrin əvvəllərində fransalı riyaziyyatçı və fizik Laplas (1749-1827) 4000 səhifəlik "Səma mexanikası" adlı əsərini Napaleona təqdim edərkən Napaleon deyir: “Cənab Laplas, mənə belə bir məlumat verilib ki, siz təbiət haqqında böyük bir kitab yazmış, lakin onu yaradan barədə heç bir söz deməmisiniz”. Laplas Napaleonun cavabında deyir: “Bu fərziyəyə (Allahın varlığını təsdiq etməyə)

səh:99


1- . Barbur Ayam, “Elm və din”, s. 44.
2- . Dampi Yer, “Elm tarixi”, s. 208.

ehtiyac duymadım.”(1) Yəni Laplasa görə bütün hadisələr fizika qanunları ilə izah oluna bilərdi. Laplas Nyutonun davamçılarından hesab edilsə də, fəlsəfi görüşlərində özünə məxsus yol seçdi. Nyutonun Natural fəlsəfəsinə görə ilahi iradə kainatda təsir qüvvəsinə malik ola bilərdi. Laplasın əqidəsinə görə isə günəş planetində cərəyan edən hadisələr Allahın hüzurunu inkar edirdi.

 Təcrübi elmlərin inkişafı nəticəsində tam məqbul sayılan natural fəlsəfə XVIII əsrdə materializm və determinizm adlanan iki fəlsəfi cərəyanın formalaşmasına səbəb oldu. Determinizmə görə, bütün təbiət hadisələri dəyişməz olaraq "hərəkətli maddə”nin qanunları ilə təyin olunmuşdur. Burada bütün hadisələr, hətta insanın özü və onun iradəsi səbəbiyyət asılılığında və mexaniki zərurətin təsiri altında görünür.

Digər tərəfdən, həmin dövrdə meydana gələn materializm təlimlərində cansız və ruhsuz maddə kainatın yeganə obyektiv başlanğıcı kimi təsdiq edilirdi. Deməli, materiyadan savayı, həqiqi varlıq yoxdur.

Har halda təbiəti maşın timsalında təsəvvür edərək, Allahı yalnız onu quran mühəndis kimi qələmə vermək, belə bir Allahın ümumiyyətlə bəşər həyatındakı rolunu kiçiltməkdir.

XVIII əsrdə elm və din münasibətlərinə aid digər fəlsəfi hadisə Deyvid Yumun və İmmanuil Kantın dini-fəlsəfi görüşləri idi. İngilis filosofu Deyvid Yum (1711-1776) yalnız hiss üzvlərinin təəsürratlarından yaranan inikası həqiqi bilik mənbəyi hesab edirdi. Yuma görə, hiss üzvlərinin təsdiqləmədiyi məfhum mənasızdır. Bu baxışa əsasən dini inanc hissi təcrübənin nəticəsi olmadığından mənasız hesab olunmalıdırlar. Bundan əlavə, o, öz empirist görüşlərinə əsalanaraq, matefizikanın əsas sütunlarından biri olan səbəb- nəticə qanununu inkar etdi. Onun fikrincə, bir hadisənin digər hadisədən sonra gəlməsi onun əvvəlki hadisənin nəticəsi sayılmasına heç bir məntiqi əsas vermir. Habelə Yum öz fəlsəfi düşüncələrini əsas götürərək, ilahi varlığın sübutlarını, xüsusilə teleoloji sübutu qəbul etmədi. Yan Barbur bildirmişdir ki, Yun Allahı tam inkar etməmişdir. Yuna görə məntiq baxımından Alllahın varlığını nə sübut, nə də inkar etmək mümkündür.(2)

XVIII əsrin ən məhşur filosofu İmmanuil Kant (1794-1804) çox mürəkkəb bir fəlsəfi sistem yaratmışdır. O, təbiət elmlərinin inkişafına biganə qalmayaraq, bu elmləri metafizika ilə əlaqələndirməyə calışmışdır. Kant əqlin dini inanclarla bağlı obyektiv funksiyasını rədd etdi. O hesab edirdi ki, filosof olsaq, dindar ola bilmərik. O, "Xalis zəkanın tənqidi" kitabında qeyd edir ki: “Əqli idrakı inkar etməliyəm ki, imana yol açım”. Diqqət edin, Kant insanın idrak qüvvəsini iki nəzəri və praktik sahəyə ayırırdı. Kanta görə, elm (təcrübəyə əsaslanan bilik) nəzəri, din isə praktiki sahə ilə məşğuldur. Deməli, o bu yolla elm və din arasındakı ziddiyyəti həll

səh:100


1- . Yenə orada, s. 214.
2- . Barbur Ayan, “Elm və din”, s. 90.

etməyə çalışırdı. Kant hesab edirdi ki, bizim Allahın varlığına inancımız praktiki idrakın məhsuludur. Çünki nəzəri idrak hissi təcrübədən məhdud olduğu üçün Allahı dərk etmək qabiliyyətinə malik deyil. “Xalis zəkanın tənqidi” traktatında oxuyuruq: "İlahiyyat sahəsində nəzəri idrakın bütün səyləri faydasızdır. Biz ilahiyyatı etika qanunları (praktiki idrak) əsasında qursaq, artıq əqli və nəzəri ilahiyyata yer qalmayacaq."(1)

İntibah dövründə elmin inkişafı, filosofların yeni fəlsəfi görüşlərinin meydana gəlməsi və ilahiyyatçıların dinin müdafiəsi uğrunda (Allahın varlığına aid sübutların təqdimi kimi) səyləri həmin dövrün təzadlı şəraitindən danışır. Bir tərəfdən renessans yaşayan insan təcrübi elmlərin nailiyətlərini müşahidə edir, digər tərəfdən dini təcrübəyə əsaslanan ilahiyyatla ehtiyaclarını ödəməmək istəyir.

XIX əsrdə elm və din arasında münasibətlər

XIX əsri elm və din arasında müharibə əsri adlandırmışlar. Bu əsrin axırlarında Con Wiliam Droper "Din və elm arasında təzadların tarixi" kitabında, Dikson Vayt "Elm və din müharibəsi tarixi" əsərində uyğun ziddiyyətlər haqqında məlumat verməyə çalışdılar. Lakin XIX əsrdə din və elm arasında cərəyan edən təzadlar daha çox Darvinin "Təkamül" nəzəriyyəsinin təsiri altında yaranmışdır. İngilis təbiətşünası Çarlz Darvin (1809-82) 1859 ildə yazdığı "Növlərin mənşəyi" adlı kitabında təkamül nəzəriyyəsini irəli sürdü. Öncə qeyd etdik ki, Nyutonun və Laplasın fiziki tədqiqatları nəticəsində kainat tam təbii və mexaniki təsəvvür edilirdi. İndi isə Darvin təkamül prossesini təbiətin dəyişməz qanunları çərçivəsinə salmaq istəyiridi. Darvin Latın Amerikasında bitkilər və heyvanlar barədə, xüsusilə, növlərin xırda dəyişkənliyi haqqında bir sıra araşdırmalardan sonra canlı təbiətin seçmə vasitəsilə təkamülü haqqında qənaətlərini açıqladı. O deyir: “Heyvanlar və bitkilər üzərində apardığım uzunmüddətli müşahidələrdən sonra zehnimdə belə bir fikir formalaşdı ki, şəraitə (heyvan və bitkilərin yaşam şəraitinə) uyğunlaşan dəyişiklik salamat qalır, uyğunlaşmayan dəyişiklik isə sıradan çıxır. Bu prosesin nəticəsi yeni növlərin yaranmasıdır.(2)

1871-ci ildə Darvin "İnsanin mənşəyi" kitabında heyvanlar və bitkilər barədə əldə etdiyi nəticələri insana tətbiq etdi və insanın heyvandan yarandığını açıqladı. O sübut etmək istəyirdi ki, insana xas olan və onu heyvandan fərqləndirən xüsusiyyətləri təbii seçmə prosesindəki tədrici dəyişiklik kimi ilə izah etmək mümkündür.

Müasir din filosofu Alvin Plantinqa hesab edir ki, Darvin heyvanlarda baş verən tam təbii və səbəbsiz dəyişiklikləri kor və naməlum təbii seçmə

səh:101


1- . İmmanuel Kant, “Critique of Pure Reason”, p. 636.
2- . Barbur Ayan, “Elm və din”, s. 136.

prosesi ilə əlaqələndirməklə həyat həqiqətinin mənəvi və ilahi izahını tam cəfəng və faydasız formaya saldı."(1)

XIX əsrdə Allahın varlığını sübut edərkən istifadə olunan teleoloji üsuldan belə bir nəticə çıxarılır ki, canlıların fiziki quruluşu və onların bədən üzvlərinin faydalı işə uyğunluğu fövqəltəbii zəkaya malik varlığı qəbul etmədən izah oluna bilməz. İngilis filosof və skolosti Vilyam Daleyin (1802) "Təbii İlahiyyat” əsərində bu uyğunluqların bir çox nümunəsi göstərilmişdi.

Lakin təkamül nəzəriyyəsinin meydana gəlməsi həmin dövrdə belə bir təsəvvür yaratdı ki, təbii seçmə qanununu qəbul etsək, Allahın varlığını təsdiqləmədən bu uyğunluqlar izah oluna bilər.

Təkamül nəzəriyyəsi kainatın Allah tərəfindən yaranması müddəası ilə ziddiyyətdə olmaqla yanaşı, həm də bəzi reallıqlarla təzad təşkil edirdi. Misal üçün, dinlərdə, ən azı təkallahlı dinlərdə insan digər yaranmışların fövqündə dayanır və yeganə düşüncəli məxluqdur. Halbuki təkamül nəzəriyyəsinə görə insan da sair canlılar tək təbii seçmə üsulu ilə yaranmışdır və təbiətin başqa canlılarından heç bir üstünlüyü yoxdur.

Şübhəsiz, təkallahlı dinlərə əsasən kainatı və insanı yaradan Allahdır. Lakin sual oluna bilər ki, həmin dinlərdə Allahın bu dünyanı müəyyən bir üsulla xəlq etməsi barədə dəqiq məlumat verilirmi? Tövhid dinlərindən azca anlayışı olanlar bilirlər ki, bu dinlərdə Allahın həyatı və kainatı Darvinin təklif etdiyi üsuldan fərqli bir üsulla yaratdığı nəzərə çarpmır. Deməli, Allaha və onun yaradan varlıq olduğuna inananlar bu nəzəriyyənin əsassız olduğunu sübut etməyə calışmaya bilərlər. Alvin Plantinga din fəlsəfəsində tədqiqatlar kitabında deyir: “Allaha inanan şəxs üçün bioloji tədqiqatların nəticələri əhəmiyyət daşımır. Hətta təkamül nəzəriyyəsinin düzgünlüyü sübuta yetsə də, bu onun inancına xələl gətirmir. Çünki dinə inanan şəxs Allahın mövcudları müəyyən fiziki və bioloji şəraitdə yaratması ehtimalını rədd etmir.”

Təkamül nəzəriyyəsi hətta Allahın kainatdakı rolunu daha aydın formada izah etdiyindən bir çox ilahiyyatçılar tərəfindən müsbət qarşılanmışdır. Onlardan bəziləri darvinizmi din və fəlsəfə üçün faydalı hesab etmişlər. Beləcə, yeni elmin (təcrübi və təbiət elmlərinin) vəzifələrindən biri də Allahın dünyanı necə xəlq etməsinin qeyri-fəlsəfi üsullarını bizim üçün açıqlamısıdır.(2)

XIX əsrin sonlarında insanların dindən uzaqlaşması haqqında tarixi faktlar mövcud olsa da, həmin dövrü tam dinsiz adlandırmaq və darvinizmi nəticəsində insanlarda möcüzəyə, əbədi həyata və bu kimi dini məfhumlara qarşı inkar hissi oyanmasını önə çəkmək yanlış olardı. Çünki XIX əsrin mürəkkəb ictimai-siyasi vəziyyəti, o cümlədən xristian ruhanilərinin xalq tərəfindən bəyənilməməsi onların dini inanclardan kənarlaşmasına kifayət

səh:102


1- . “Costarhai dər kəlame cədid”, s. 313.
2- . Claude Welch, “Dispelling Some Myhs about the Sphit Between Theology and scence”, p 32.

qədər zəmin yaradırdı. Bir sözlə, həmin dövrdə Avropa cəmiyyətindəki sekulyarlaşma prosesi insanların dindən uzaqlaşmasına xeyli təkan verdi. Belə bir qənaətə gəlirik ki, təkamül nəzəriyyəsinin meydana gəlməsi elm və din arasında nəinki ziddiyyətə səbəb olmamış, hətta bir çoxları tərəfindən dini inanclara münasib sayılmışdır.

XX əsr, Yeni baxış dövrü

XX əsrin ortalarına qədər təcrübi elmlər insan zəkasının qələbəsi hesab olunurdu. Təbiət elmlərinin hər bir hadisəni izah etməyə qadir olması tam təsdiq edilirdi. Lakin son illərdə bu iddia ciddi tərəddüdlərlə üzləşmişdir. Təbiət elmlərinin insanın Allaha olan ehtiyacını ödəmək iqtidarında olması təsəvvürləri aradan qalxmışdır.

Fizikanın bu günkü inkişafı materiyanın yeganə obyektiv varlıq olması iddiasını alt-üst etmişdir. Beləliklə, müasir dövrdə elm və din arasında yaranmış münasib dialoq mühiti onların sıx əlaqəsinə zəmin yaratmışdır. Müasir fiziklərdən biri demişdir: “Fiziklər elmi araşdırmalarında həqiqətləri kəşf etdikcə kainat daha əsrarəngiz görünür və bir növ dini hisslərin güclənməsinə səbəb olur. Hazırda astronomiya və fizikada müşahidə edilən tərəqqi o qədər əzəmətli və qədim dövrdə olduğundan cazibəlidir ki, nəzəri fizika ilə məşğul olan bir çox müasir alimlərdə Allaha sitayiş və inanc əhval-ruhiyyəsi yaranmışdır.

Nəticə olaraq deyə bilərik ki, müasir fizikada müşahidə edilən kainat klassik fizikada göründüyündən daha çox dini inanclara şərait yaradır. Elm və din münasibətlərinin intibah dövründən sonrakı vəziyyətini qısa da olsa nəzərdən keçirdikdən sonra elm və dinin əlaqələri və onların düzgün təhlili haqqında araşdırma aparacağıq.

Din filosofları elm və dinin əlaqələrini dörd müxtəlif müstəvidə araşdırmışlar: a) elm və din bir-birinə zidd həqiqətlərdir; b) elm və din bir-birindən asılı olmayan müstəqil sahələrdir; c) elm və din arasında yalnız dialoq yaratmaq mümkündür; d) elm və din həqiqətlərinin hər biri digəri ilə müqayisədə təkmilləşdirici rol oynayır. Qeyd etmək lazımdır ki, aşağıda müzakirə mövzumuz olacaq bu yanaşmalar qərb fəlsəfə tarixinidə cərəyan etmişdir. Müsəlman dünyasına gəldikdə isə məsələ fərqlənir. Biz sözü gedən əlaqələrin təhlili-tənqidi izahını verdikdən sonra elm və din əlaqələrinin İslam nöqteyi-nəzərindən də durumunu nəzərdən keçirəcəyik.

Elm və din ziddiyyətli həqiqətlər kimi

Elm və din bir-birinə ziddir. Bu fikrin müəllifi elmi materializm məktəbinin davamçılarıdır. Bu əqidəyə əsasən, elm və dinin təbiətin yaranma tarixi və varlıq haqqında fərqli fərziyyələri və təlimləri onların tam konfliktli faktlar olmasına sübutdur.

səh:103

Elmi materializm məktəbi iki əsas təlimin daşıyıcısıdır:

1. Düzgün idrakın yeganə mənbəyi təcrübə metodu ilə qavranılmış həqiqətlərdir.

2. Materiya və yaxud enerji kainatın yeganə fundamental reallığıdır.

Birinci təlim epistonoloji (idrak nəzəriyyəsinə aid), ikinci isə ontoloji (varlıq haqqında) təlimdir. Hər iki təlimin bir ön fərziyyəsi var: "Varlıq yalnız təcrübi elm vasitəsilə izah edilə bilər". Məntiq baxımından burada epistomoloji reduksiya baş vermişdir. Yəni bütün elmlərdəki qanun və nəzəriyyələr fizika və kimyanın qanunları ilə əsaslandırıla bilər. Deməli, varlığın bütün növləri, yeganə reallıq olan maddi köklərlə izah olunmalıdır.

Əziz oxucumuz xatırlayırsa, XVII və XVIII əsrin elmi-fəlsəfi ab-havasını təhlil edərkən qeyd etdik ki, Allaha inanan ilahiyyatçı nöqteyi-nəzərindən, fizika qanunlarının kəşfi və yaxud elmi təkamül nəzəriyyəsi, dini inanca zidd deyil.

Qeyd etmək lazımdır ki, elmi materializmin davamçılarından əlavə, 1920-1940-cı illərin əsas cərəyanlarından olan məntiqi pozitivizm təlimində də yalnız təcrübə ilə təsdiq və ya təkzib edilə bilən idrak mənalı və düzgün idrak adlanırdı. Bu baxımdan din, metafizika və etika sahələrinə aid həqiqətlər, reallığı əks etdirə bilmədiyindən mənasızdırlar.

Burada bir neçə sual yaranır. Nə üçün yalnız təcrübə yolu ilə əldə edilən idrak real idrakdır? Nə üçün varlığın izahında elmi-təcrübi metoddan əlavə üsullar inkar edilir? Təcrübə yalnız hiss orqanlarının inhisarındadırmı? Şübhəsiz, bu iki məktəbin əsas səhvi elmi-təcrübi məhfumların əsassız olaraq konkret sahələrə aid edilməsi idi.

Onlar elmi metodu fəlsəfi qanun kimi qələmə verərək, reallığı təkcə elmi idrakda xülasələşdirmişlər. XX əsrin tanınmış filosof və riyaziyyatçısı Vaythed bu səhvi “təcrübi faktların hədsiz ümumiləşdirilməsi” adlandırmışdır. O deyir: “Bəzi alimlər bu metodu elə vəsf edirlər ki, guya bu yeganə mümkün metoddur”.(1)

Elm və din müstəqil həqiqətlər kimi

Din və elm mövzu, metod və dil baxımından kifayət qədər bir-birindən fərqləndiyindən alimlər və ilahiyyatçıların hər biri digərinin tədqiqat sahəsinə müdaxilə etmir. Nəticədə elm və din münasibətləri ziddiyyət əsasında formalaşmır. Elm və dinin ikinci əlaqə növünün mahiyyəti məhz budur. Orta əsrlərdə cərəyan edən fəlsəfə və sxolastikada göstərilirdi ki, dini və elmi idrak arasında təzadlı münasibət hakimdir. Allahı müqəddəs kitabda olduğu kimi dərk etməliyik. Bu idrak yalnız vəhy əsasında formalaşır. Lakin bu təlim sonralar ilahiyyatçılar tərəfindən mötədilləşdi. Təbii ilahiyyatda Allahın varlığı ən azı teleoloji sübut kimi əqli üsullarla sübuta yetirilə bilərdi. XX əsrdə protestanlar isveçrəli ilahiyyatçı Karl Bartın (1886-1968)

səh:104


1- . Barbur Ayan, “Elm və din”, s. 44, 45.

başçılığı ilə elm və dini mövzu və metodologiya baxımdan tam fərqli sahələr kimi tanımaqa başladılar. Karl Barta görə, din və ilahiyyatın müzakirə mövzusu Allahın Məsihdə təzahürü elmin predmeti isə təbiətdir. Metod fərqinə gəldikdə isə, Allahın idrakı yalnız Onun İsa Məsihdə təzahürü vasitəsilə, təbiətin elmi idrakı isə insan zəkası yolu ilə mümkündür.

Elm və dini hər iki aspektdən bir-birindən fərqləndirən digər fəlsəfi cərəyan eksiztensializmdir. Ateist eksiztensializmdən fərqli olaraq dini ekzistensializm nöqteyi-nəzərdən, elm maddi və ümumi sahəyə aiddir. Halbuki dinin müzakirə predmedi etik və fərdi reallıqlardır. Bir sözlə, elm və dinin müstəqil həqiqətlər olmasının əsas səbəbi onların bağlı olduğu sahələrin tam müstəqil olmasıdır. Çünki elm idrak qabiliyyətinə malik olmayan ümumi faktları araşdırır, din isə ağıl çərçivəsinin fövqündə dayanan həqiqətlərə münasibət bildirir.(1)

XX əsrin 40-50-ci illərində yaranan analitik fəlsəfənin əsas cərəyanlarından biri linqvistik təhlil fəlsəfəsinin təlimlərində isə elm və dini fərqləndirən digər bir fakt mövcuddur. Bu onların hər birinin özünəməxsus "dili"dir. Məhz buna görə də elm və dinin məntiqləri tam fərqlidir. Dil fərqinin nəticəsi isə onlara xas olan müxtəlif funksiyaların əmələ gəlməsidir. Linqvistik təhlil filosoflarının müddəalarına görə, dinin funksional rolu insanlara həyatda müəyyən etik normaları təqdim etmək, elmin rolu isə hadisələr barədə ön fərrziyyələr irəli sürmək, sonra isə onları istiqamətləndirməkdir.

Qeyd etmək lazımdır ki, bu filosoflar arasında İkinci Vitgenşteynin görüşləri daha böyük təsir buraxmışdır.

Ümumi şəkildə deyə bilərik ki, adları çəkilən bu üç fəlsəfi-dini cərəyanda din və elm tam müxtəlif sahələrə aid edilir və bu yolla onların arasındakı ziddiyyət aradan qaldırılır.

Bu nəzəriyyələrin təhlili və tənqidinə gəldikdə isə bir necə məsələni diqqət mərkəzində saxlamaq lazımdır. Hərçənd bəzi ilahiyyatçılar bu nəzəriyyəyə münasibətdə nikbin mövqedədirlər. Yəni onlar elm və din arasında müstəqillik münasibətini rədd etmək istəmir, bəzən bununla razılaşırlar. Lakin elm və din bir-birindən tam müstəqil ola bilərlərmi?

Düzdür, elm və din müstəqil həqiqətlər kimi qəbul edilərsə, onların bir-birinə zidd olma imkanı aradan qalxar. Amma diqqət yetirmək lazımdır ki, bu halda onların bir-birilə dialoq aparması da cəfəng vəziyyətə düşəcəkdir. Çünki ortaq anlayış olmayan yerdə dialoq yaratmaq mümkün deyil. Bunu qəbul edirik ki, elm və din bir- birinin əhatə cərcivəsinə daxil olmamalıdır. Lakin bu onlar arasındakı müəyyən əlaqələrin inkarı deyil. Məqsəd budur ki, elm yolu ilə Allahı inkar etmək mümkünsüzdür. Digər tərəfdən, dinin bütün müddəaları elmlə sübuta yetmir. Rocer Trigg "Rasionalizm və din" kitabında

səh:105


1- . Mək Kuari Con, “Fəlsəfeyi vücudi”, s. 85, 86.

haqlı olaraq bildirir ki, elm və dini bir-birindən ayırmaq və onları təmamilə müstəqil nəzərdə tutmaq təhlükəlidir. Bu o deməkdir ki, biz din və ilahiyyatın reallıqla heç bir əlaqədə olmadığını təsdiqləyirik.

Biz elm və dinin xarici dünyadakı reallıqlara aidiyyatını qəbul ediriksə, elm və din münasibətində iki yoldan birini seçməliyik. Onlar ya təzadlı əlaqələrə malikdirlər, ya da bir-birini təkmilləşdirən iki həqiqətdirlər. Demək onların tam müstəqil olması nəzəriyyəsini irəli sürə bilmərik. Çünki insanlar öz həyatını vahid həqiqət kimi yaşıyırlar. Onlar eyni vaxtda həm elm, həm də ilahiyyatla münasibətdə olurlar. Deməli, həyat iki hissəyə bölünə bilməz. Realllıq birdir və həmin çərçivədə elm və din yanaşı şəkildə təzahür edir.

Dialoq münasibəti barədə nə demək olar?

Qeyd etdiyimiz kimi, elm və dini bir-birinə tam zidd və ya tam müstəqil təsəvvür etmək yanlışdır. Burada bəzi mütəfikkirlər üçüncü bir yol təklif etmişlər. Bu din və elm arasında dialoq və bilvasitə həmkarlıq münasibətidir. Bu nəzəriyyəyə əsasən, elm və din mövzu, məzmun və metod baxımından fərqlənsə də, bir-birilə danışıq apara bilərlər. Onların fikrincə, bəzi elmi postulatlar yalnız din tərfindən təmin edilir. Elmdə aksiom kimi qəbul edilən əsas qanunlar bunlardır: 1. Təbiət insan şüurundan asılı olmayaraq obyektiv reallığa malikdir. 2. Təbiət yeknəsəqdir (Yəni insan bütün zaman və məkanlarda eyni idrakla, təbiəti dərk edə bilər);

3. Təbiəti dərk etmək mümkündür.

Bir çox tədqiqatçıların rəyinə görə, qədim yunan kosmologiyası yeni elmin bünövrəsini qoya bilməzdi. Qaliley və digər mütəfəkkirlərin obyektiv reallıq haqqında təssəvvürləri dini təlimlərdən iqtibas edilmişdir və antik fəlsəfənin maddi təbiət barədə aşıladığı anlayışlara uyğun deyil.

Nümunə olaraq, dində insanın yaranışı ilə bağlı təlimin, təbiət elmlərinin inkişafındakı rolunu qeyd etmək olar. Dinin insan xilqəti barədə təlimi kainatın nizam-intizamını və məqsədəuyğunluğunu mümkün sayır. Bu təlimdə təbiət insanın xoşbəxt ola biləcəyi məkan kimi göstərilirsə də, ona müqəddəs varlıq kimi baxmaq olmaz. Təbiət Allah deyil. Deməli, insanlar təbiət haqqında tədqiqat apara bilərlər.

Yan Barbur "elm və din" kitabında bildirir ki, dinin təbiət elmlərinin inkişafındakı rolundan danışarkən ifrata varmaq olmaz. O qeyd edir ki, Yeni elmin ilkin mərhələlərində Nyuton və onun müasirləri elmi tədqiqatları dini vəzifə hesab etsələr də, Avropada Yeni elmin inkişafı və humanizm təfəkkürünün genişlənməsi alimlərinin dini inancdan asılı olmayaraq fəaliyyətinə zəmin yaratmışdır.(1)

Burada digər bir məsələni önə çəkmək olar. Alimlər öz elmi-təcrübi

səh:106


1- . Barbour, Jan G. “Religion in an Age of Science”, p. 17.

araşdırmalarında cavabı yalnız dini təlimlərdə verilmiş bəzi suallarla rastlaşırlar. Misal üçün, elm göstərir ki, müəyyən qanunların və ilkin şərtlərin təsiri nəticəsində kainata mötədil məqsədəuyğunluq hakimdir. Lakin onlar bu ilkin şəraitin hansı səbəblərdən meydana gəlməsini açıqlaya bilmirlər. Bu sualın cavabını yalnız dində tapmaq mümkündür. Dini təlimlərdə göstərilir ki, fövqəltəbii qüdrətə, elm və zəkaya malik bir varlıq, yəni Allah təbiəti müəyyən qanunlar əsasında yaratmış və indi də idarə edir. Deməli, bu qanunlar ilahi zəkanın nəticəsi sayılmalıdır. Beləliklə din elmə bilavasitə təsir göstərir və onların dialoqu danılmazdır.

Təkmilləşdirici münasibəti nəzərdən keçirək

Bəzi din filosofları elm və dini məzmun baxımından bir-birini tamamlayan reallıqlar kimi qəbul etmişlər. Yəni onlar elm və dinin bilavasitə həmkarlığından danışır. Qeyd edək ki, elm və dinin birbaşa təkmilləşdirici münasibətini iki formada göstərmək mümkündür.

Təbii ilahiyyat (Natural Teology) və təbiət ilahiyyatı (Teology of nature)

XIX əsrdə təbii ilahiyyatın nümayəndələri elmi-təcrübi nailiyyətlərə əsaslanaraq, teleoloji üsulla ilahi varlığın obyektivliyini sübuta yetirməyə çalışdılar. Teleoloji sübutda təbiətdəki yüksək məqsədəuyğunluq nəticə kimi qəbul edilir, bunun səbəbi araşdırılır. Eləcə həmin nizam-intizamın fövqəltəbii alim və qüdrət sahibi olan varlıq tərəfindən yarandığını bildirilir. Çünki təkcə belə bir varlıq kainatın nizam-intizamını tənzimləyə bilər.

Hərçənd din filosofları və alimləri tərəfindən teleoloji sübutun bir neçə forması təqdim edilmişdir. Lakin onların hamısı bu müddəada həmfikirdirlər ki, elm təbiətin nizamını daha yaxşı görə bilər və bu yolla dinin ən əsas müddəası, yəni "Allahın varlığı" sübuta yetirilər.

Qeyd etmək lazımdır ki, təbii ilahiyyat dinin bütün müddəlarını yalnız elmlə əsaslandırdığı üçün tam məqbul sayıla bilməz. Çünki dində bəzi həqiqətlər elmi yolla sübuta yetirilmir. Bundan əlavə, ilahi varlığı teleoloji üsullarla sübuta yetirmək bu şüurlu varlığın mövcudluğunu açıqlasa da, həmin varlıq dində vəsf edilən Allahdan xeyli fərqlənir. Dinin insanlara təqdim etdiyi “Allah” insanlarla danışır, onları eşidir, dualarını qəbul edir və s. Halbuki təbiətin nizam-intizamını əsas götürməklə sübut olunan varlıq yalnız yaradandır. Kainatı xəlq etdikdən sonra onun başqa funksiyası yoxdur.

Göründüyü kimi, təbii ilahiyyat "deizm" cərəyanının müddəaları ilə çıxış edir. Daha dəqiq desək, təbii ilahiyyatın nəticəsi deizm təlimidir. Qeyd edək ki, XVII əsrdə ingilis filosofu Gerberi tərəfindən yaradılmış "deizm" məktəbi ilk

səh:107

səbəb kimi ilahi varlığı təsdiqləsə də, yaranışdan sonra kainatın təbii qanunlar əsasında idarə olunması və inkişaf etməsini bildirir. Deməli, dünyanı yaratdıqdan sonra Allahın varlıqla heç bir əlaqəsi olmur. Deizmdə Allahın iradəsi, onun insanlardan istəyi və bu kimi dini təlimlər öz təsdiqini tapmır. Aydındır ki, dünyanı yaratdıqdan sonra onunla heç bir rabitəsi olmayan Allaha inanmaq, ateizmdən (Allahın inkarı) bir o qədər də fərqlənmir.

Təbiət ilahiyyatının nümayəndələri də təbii ilahiyyatın nümayəndələri kimi elmi başlanğıc nöqtəsi hesab etmirlər. Lakin bildirirlər ki, elm dini təlimlərə təsir göstərə bilər. Başqa sözlə, təbiət ilahiyyatçıları elm və dini insan idrakının müstəqil sahələri kimi göstərsələr də, bu onların tam biganəliyini bildirmir.

Allah kainatın yaradıcısıdır və onu idarə edir. Lakin Allahın dünyaya təsiri, elmin kəşf etdiyi təbii qanunlar ilə eyni istiqamətdədir. Daha dəqiq desək, ilahi varlıq təbiət qanunlarına zidd ola bilməz. Burada təbiət qanunları Allahın iradəsini müəyyənləşdirirlər. Bu təfəkkürün ardıcıllarından olan Artur Pikok deyir: “Ənənəvi dini inancları elmi kəşflərlə islah etməliyik.” O, kainatın Allah tərəfindən yaradılması məsələsini önə çəkir və bildirir: “Elmi-biologi araşdırmalar nəticəsində məlum oldu ki, dünyanın yaranışı, dində təsvir edildiyi kimi həyata keçməmişdir. (Təkamül nəzəriyyəsi).(1)

İnkaredilməz faktdır ki, təbiət ilahiyyatı təbii ilahiyyatda olduğu ki, deizmlə nəticələnir. Əgər Allah öncədən kainatı elə bir formada yaratmışdırsa ki, öz qanunları ilə idarə olunsun və inkişah etsin, deməli, insan həyatında və dünyanın idarə olunmasında Allahın iradəsindən danışmaq mənasızdır.

İlahi dinlərə əsasən, ilahi varlıq dünyanın idarə olunmasına hər an cərəyan edə bilər. Təbiət ilahiyyatında göstərilir ki, Allahın kainata müdaxiləsi, yalnız təbii vasitələrlə müyəssər olur. Məgər bu baxış “Mütləq ilahi iradə” həqiqətinə zidd deyilmi?

Qərb təfəkkür tarixində din və elm münasıbətlərinin qısa tarixini, habelə qərbdə din filosoflarının din və elm əlaqələrini hansı şəkildə tədqiq etdiyini nəzərdən keçirdik. İndi isə bu iki həqiqət arasındakı əlaqələrin müsəlman şərqindəki təhlilinə keçirik.

İlk öncə qeyd edək ki, müqəddəs Quranda elm insanları doğru yola və fəzilətli həyata yönəldən amil kimi göstərilmişdir. Həmçinin, alimlər Allahın varlığını və təkliyini təsdiq edən şəxslər kimi təqdim edilmişdir: Ali İmran surəsinin 18-ci ayəsində oxuyuruq:

"Allah, mələklər və elm sahibləri Ondan (Allahdan) başqa bir məbudun olmamasına şəhadət verdi".

“İsra” surəsinin 107, 108 və 109-cu ayələrində isə belə bildirilir:

səh:108


1- . Yenə orada, s. 26.

“(Müşriklərə) De: “Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz bu kitabdan qabaq elm verilmiş kəslər (Quran) onlara oxunan zaman səcdə edərək üzü üstə düşər, deyərlər: "Pakdır bizim Rəbbimiz! Həqiqətən, Rəbbimizin vədi həmişə yerinə yetəndir". Onlar ağlayaraq üzü üstə düşərlər. (Quranı eşitmək və başa düşmək) Onların (Allah) xofunu və itaətkarlığını artırır"

Öncə bildirmişdik ki, din və elm münasibətləri haqqında danışmaqda məqsədimiz dinin təcrübi elmlərlə hansı əlaqədə olduğunu müəyyənləşdirməkdir. Ənənəmizə sadiq qalaraq, həmin sualla İslam dininin sorağına gedirik. Yuxarıdakı Quran ayələrində bu suala konkret cavab tapa bilməsək də, həmin ayələrdə elm sahiblərinin itaətkar və allahsevər insanlar olması, elm və alimin yüksək dəyərə malik olduğu bildirilir. Lakin qəbul etməliyik ki, bu iki ayədə problemin konkret və dəqiq həllinə aparan cavab əldə edilmir. Quranda və hədislərdə insanların ümumi şəkildə elmə dəvət edilməsi onu bildirir ki, İslamda insana faydalı olan bütün elmlərin öyrənilməsi və tədqiq olunması tövsiyə olunmuşdur. Hesab edirik ki, İslamda elmə münasibətin hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün iki problemi müxtəlif müstəvilərdə araşdırmalıyıq. İlk öncə İslamda, xüsusilə Quran ayələrində və islam fəlsəfi dünyagörüşündə Yeni elmə münasibət məsələsi çözülməli, sonra isə müsəlman mədəniyyəti və tarixində müsəlmanların, Yeni elmə baxışı təhlil edilməlidir.

İslam və İslam fəlsəfəsi baxımından problemin həlli

İslam dininin müqəddəs kitabı Quran-kərim İslam peyğəmbəri və məsum imamların hədisləri məzmun baxımından Yeni elmdə sübuta yetirilmiş elmi faktlarla ziddiyyət təşkil etmir. Bu müddəanı rədd edəcək heç bir Quran ayəsi və ya hədis mövcud deyil. Şübhəsiz, burada İslam peyğəmbərinin və imamların təhrif edilməmiş hədisləri əsas götürülməlidir. Bundan əlavə, elm və dinin tam müstəqil sahələr olduğunu qəbul etmək də tam cəfəngiyyatdır. Hərçənd, bir çox dinsevər insanlar bu fikirlə razılaşırlar. Lakin həmin ideyanın kökündə dinin elmi həqiqətlərə zidd olması ön fərz kimi təsdiq edilmışdir. Bu isə İslam dini baxımından qətiyyətlə rədd edilir. Quran ayələrində və hədislərdə həqiqətlə uyğunlaşmayan faktların mövcud olduğunu iddia edənlər buna dəlil göstərməlidirlər. Deməli, elm və din münasibətlərinin ziddiyyətli olduğu qətiyyətlə rədd edilir. İslam dünyagörüşü baxımından elm və din arasındakı əlaqə yalnız onların bir-birilə dialoqu üzərində qurulmuşdur. Din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir. Bu müddəanı sübuta yetirmək üçün dində kifayət qədər dəlil mövcuddur. İslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurur: "Elm Çində olsa belə onu

səh:109

öyrənməyə tələsin".(1) Həzrət digər bir hədisdə buyurmuşdur: "Elm möminin itkisidir, müşriklərin əlində olsa belə onu öyrənin."(2) Quran ayələri də insanın kəşf edə biləcəyi elmə yüksək dərəcədə qiymət vermişdir. “Ali-İmran” surəsinin 190-191-ci ayələrində buyurulur: "Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və düşüncə sahibləri üçün nişanələr var." "O kəslər ki, ayaq üstə, oturaq halda və böyürləri üstə ( yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı barəsində fikirləşirlər: "Ey Rəbbimiz, bunları boş yerə yaratmamısan".

Diqqət etsək görərik ki, bu ayələrdə insanlar təbiət aləmi haqda düşüncəyə çağırılmışdır. Lakin daha maraqlısı odur ki, Quranda yeni elmi tədqiqatlarda üzə çıxmış və dəqiq elmi dəlillərlə sübuta yetmiş təbiət qanunlarını və digər elmi kəşfləri ehtiva edən bir çox ayələr mövcuddur. Bu ayələr bəzən Quranın elmi möcüzələri sayılır. Həmin ayələrdən bir neçəsini diqqətinizə çatdırırıq:

1. “Rəd” surəsinin 2-ci ayəsində oxuyuruq: "Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldandır". “Loğman” surəsinin 10-cu ayəsi isə belədir: "(Allah) göyləri görə bilməyəcəyiniz bir sütunla yaratdı".

XVII əsrin tanınmış ingilis fiziki İsaak Nyuton (1643-1727) "Natural fəlsəfənin riyazi əsasları" əsərində (1687) ümumi cazibə qüvvəsindən söhbət açdı. O bildirdi ki, təbiətdə mövcud olan bütün şeylər bir-birini qarşılıqlı şəkildə cəzb edirlər. Nyuton cazibə qüvvəsinin təsirini iki mühüm amilə bağlayırdı. Belə ki, cismin həcmi nə qədər böyükdürsə, onun cazibə qüvvəsi bir o qədər artıqdır. Misal üçün, günəşin həcmi yer kürəsinin həcmindən 330 min dəfə çoxdur. Deməli, onun cazibə quvvəsi də yerdən 330 min dəfə artıqdır. Bu əsasla yer günəşin cazibə qüvvəsinin təsiri altındadır. Cismlərin qarşılıqlı cazibə qüvvəsinin müəyyənləşdirən digər bir amil onlar arasındakı məsafədir. Cismlərin arasındakı məsafə nə qədər çox olarsa, bu cazibə qüvvəsinin azalmasına səbəb olcaqdır. Sonralar Nyutonun cazibə nəzəriyyəsinin bəzi detalları etirazla qarşılansa da, bu gün cazibə qanunu dəqiq elmi qanun kimi qabul olunur. İndi isə yuxarıda söylədiyimiz iki ayənin təfsiri və acıqlanması haqqında:

Bir çox Quran təfsirçilərinin rəyinə görə, "Allah göyləri görə bilmədiyimiz sütunlarla ucaldandır" təbirində ümumdünya cazibə qüvvəsinə işarə var. Çünki Quranda təkid olunur ki, bu sütunlarla göylər yerində dayanır, eyni halda biz həmin sütunları görə bilmirik. Ustad Məkarim ayəni qeyd etdiyimiz şəkildə izah edir və yazır: "Allah-taala ayədə göyün sütunlarının gözəgörünməz olduğunu bildirmişdir. Bu isə onu göstərir ki, səmanın gözəgörünən sütunları yoxdur. Bu təbir cismlər arasında qarşılıqlı

səh:110


1- . Məclisi, “Biharul-ənvar”, c. 1, s. 180.
2- . İbn Əbdul-birr, “Cameun beynəl elmi və fəzlihi”, s. 122.

cəzibə qanununu və göylə yerin müəyyən tənasüblə aralı dayanmasını incə bir şəkildə bəyan edir. Yəni ayədə bildirilir ki, çox qüdrətli bir sütun planetləri müəyyən nöqtələrdə yerləşdirmişdir."(1)

2. Allah-taala Quranda “Yasin” surəsinin 38-ci ayəsində buyurur: "Günəş də onun üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir." Həmçinin, bu surənin 40-cı ayəsində oxuyuruq: "Nə günəş aya çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların hər biri müəyyən bir dairədə üzürlər".

Qeyd etdiyimiz bu iki ayədə tam aydınlıqla günəşin hərəkətdə olması vurğulanmışdır. Qeyd edək ki, XVI əsrədək öz gücündə qalan Ptolomey sistemi nəhayət Nikolay Kopernik tərəfindən alt-üst edildi. Ptolomeyin təliminə görə yer bütün digər planetlərin mərkəzi olaraq, hərəkətsiz vəziyyətdədir. Kopernik yerin günəş ətrafında dövr etməsi və yerin gündəlik öz oxu ətrafında fırlanmasını göstərdi. Lakin bununla belə, hələ XIX əsrin əvvəllərinə qədər belə təsəvvür edilirdi ki, günəş sabit və dəyişməz cismdir. Sonralar isə günəşin də bir neçə növ hərəkətdə olması müəyyənləşdi. Alimlər bildirirlər ki, günəş hər 25, 5 gündən bir, bir dəfə öz ətrafına fırlanır. Bununla bərabər günəş saniyədə 19, 5 kilometr sürətlə öz yerindən digər məqsədə doğru hərəkət edir. “Yasin” surəsinin 38-ci ayəsindəki digər qaranlıq məqam odur ki, günəş hansı qərargaha doğru hərəkət edir?

Müasir din tətqiqatçılarından biri bu suala cavab tapmağa çalışmışdır. O deyir: “Ayədə bildirilən qərərgahda məqsəd müasir astronomiyada kəşf edilən "Veqa" ulduzu ola bilər.(2) Çünki müasir elmi araşdırmalarda göstərilir ki, günəş və günəş sistemi veqa adlanan ulduza doğru hərəkət edir.

3. “Nəml” surəsinin 88-ci ayəsində bildirilir: "Dağları görüb onların hərəkətsiz zənn edərsən. Halbuki onlar, buludlar kimi hərəkətdədir."

Ustad Məkarim "Nümunə təfsiri" əsərində bu ayə barədə yazır: “Bu ayə yerin hərəkətdə olduğunu açıqlayır. Şübhəsiz, dağların hərəkətdə olması yerin hərəkət etməsini nəzərə almadan mənasızdır. Müasir tədqiqatçıların hesablamalarına görə, yer kürəsi dəqiqədə 30 km sürətlə öz oxu ətrafında fırlanır. Yerin günəş ətrafında dövr etməsinin sürəti bundan da çoxdur. Deməli, ayədə yerin hərəkətinin buludların hərəkətinə bənzədilməsində məqsəd budur ki, yer buludlar kimi surətlə hərəkət edir. Bu əslində Quranın elmi möcüzəsidir.(3)

Öncə bildirdiyimiz kimi, XVI əsrə qədər alimlər yerin hərəkətsiz olduğunu güman edirdilər. Bu vaxt məhz Kopernikin, sonra isə Qalileyin tədqiqatları nəticəsində yerin dövr etməsi faktı üzə çıxdı. Quran isə min il bundan qabaq bu həqiqəti açıqlamışdır.

4. “Hicr” surəsinin 22-ci ayəsi təbiətin digər bir əsrarını aydınlaşdırır. Bu

səh:111


1- . Məkarim, “Təfsire-nümunə”, c. 17, s. 29.
2- . Nəcəfi, “Mətalibe Şegeftəngize Quran”, s. 25, 26.
3- . Məkarim, “Təfsiri-nümunə”, c. 18, s. 382.

ayədə oxuyuruq: "Və küləkləri mayalandırıcı olraq göndərdik."

XIX əsrin əvvəllərində bioloqların tədqiqatları nəticəsində məlum oldu ki, bitkilərdə nəsil artımı tozlanma və mayalanma yolu ilə baş verir. Sonrakı araşdırmalar göstərdi ki, bitkilərdə mayalanma, "polin" adlı çox xırda zərrəciklərin bitkilərin tərkibinə daxil olması ilə baş tutur. Həmin zərrəcikləri bitkilərə ötürən isə müxtəlif həşəratlar, habelə şiddətli küləklərdir. Gördüyümüz kimi, bu elmi fakt əsrlərcə bundan qabaq Quranda tam aydınlığı ilə göstərilmişdir. Hərçənd, bəzi müasir Quran tədqiqatçıları bildirmişlər ki, küləyin mayalandırmasında məqsəd bitkiləri onun yox, buludların mayalandırmasıdır. Çünki həmin ayənin davamı yağış haqqındadır. Lakin Quran təfsirçilərinin çoxu birinci təfsirə önəm vermişlər.

Düzgün yaşam tərzi

Əziz oxucularımızın nəzərinə çatdırmaq istərdik ki, bu ayələri sadalamaqda məqsəd o deyil ki, biz Quranı bütün elmi qanunları əhatə edən kitab kimi qəbul edirik. Quran və bütövlükdə İslam insanlara yalnız həyatda düzgün və mənalı yaşamağı öyrədir. Bununla belə, İslam elmi nailiyyətlərə qarşı çıxanlara çox dəyərli bir tövsiyyə verir. Bu, alimlərin elmlə yanaşı mənəviyyat və ilahi dünyagörüşündən uzaqlaşmamalıdırlar. Bəlkə də İslamın özəlliyi və incəliyi də məhz budur. Diqqət edin, Quranda elm haqqında mövcud olan ayələrin çoxu həm də alimləri ilahi varlıq barədə düşünməyə və elm öyrənməyə çağırmışdır. Öncə “Ali İmran” surəsinin 191-ci ayəsini nəzərinizə çatdırdıq. Həmin ayəyə yenidən nəzər salsaq görərik ki, Allah-taala göylərin və yerlərin yaradılışı barədə fikirləşən mütəfəkkir və tədqiqatçı insanları həm də yüksək ilahi dəyərlərə və iman dolu qəlbə sahib şəxslər kimi təqdim etmişdir. İslama görə, elm zəruridir, amma insanın xoşbəxtliyi üçün kifayət etmir. Elmi tədqiqatlarda qərq olub mənəvi dəyərlərə biganə qalan müasir insanın problemi də məhz budur. Bir sözlə, islam elmə, təhsilə və müxtəlif sahələrdə dərin elmi-tədqiqatlara yüksək qiymət verir. Lakin İslam kamil din olaraq insanları elmlə yanaşı mənəvi həqiqətə dəvət edir. İslam tarixində dünya şöhrəti qazanmış tədqiqatçı müsəlman alim və mütəfəkkirlərin sayı çoxdur. Bu onu göstərir ki, müsəlman mədəniyyətində elm hər zaman yüksək qiymətləndirilmişdir. Bir cəhətdən sevindirici haldır ki, V əsrdən XV əsrə qədər, yəni Orta əsrlərdə Avropada elm və təfəkkür baxımından qaranlıq dövr yaşandığı halda, müsəlman şərqində çox dahi alimlər və filosoflar ərsəyə gəlmişdir. Lakin təəssüflər olsun ki, Avropada modernləşmə dövrünün başlanması ilə müsəlman dünyasında da elm və təhsil baxımından geriləmə müşahidə olundu. Şübhəsiz, bunun da müəyyən sosial-siyası səbəbləri var idi. Yəni müsəlman dünyasının bugünkü geriliyini İslamın elmə biganəliyi ilə izah

səh:112

etmək tam yalnışdır. İslam dini ilə azacıq tanış olan insanlar bu müqəddəs dində elm və alimə necə qiymət verildiyinin şahidi olurlar. Təkcə bunu bilmək lazımdır ki, düzgün və mütərəqqi qanunların mövcud olması həmin qanunların cəmiyyətdə tətbiq edilməsinə zəmanət vermir. Bu ümumbəşəri fəlsəfi qanun müsəlman cəmiyyətinə də aiddir. Danılmaz tarixi faktdır ki, müsəlman təbiblərin əsərləri nəinki orta əsrlər dövründə, hətta renessansdan sonra, konkret olaraq XVII əsrdə Avropanın tibbi təhsil mərkəzlərində tədris olunurdu. Həmin kitablardan biri tanınmış müsəlman filosofu İbn Sinanın (980- 1037) "Əlqanun fittibb" əsəri idi. Bu nəhəng tibbi ensiklopediya intibah dövründə ingilis dilinə tərcümə edilmiş, sonralar dəfələrlə Avropada çap olunmuşdur. Avropada geniş şöhrət qazanmış tədqiqatçı alimlərdən daha biri, Məhəmməd ibn Musa Xərəzmidir (863).O, islam dünyasında ilk dahi riyaziyyatçı alimdir. Onun "Əlcəbrü və Lmüqabilə" əsəri həm şərqdə, həm də qərbdə geniş şöhrət tapmışdır. Bu kitabın ingilis dilinə tərcüməsi dəfələrlə "Liber Alqorismi" adı ilə Avropada çap olunmuşdur. Bir çox tədqiqatçıların fikrincə, hazırda ingilis dilində işlənən "Alqebra" sözü, Xarəzminin "Əlcəbrü və Lmüqabilə" əsərindən götürülmüşdür. (“Alqoritm”-“Əlxarəzmi”)

Avropada Alharen adı ilə tanınmış müsəlman fiziki Əbu Əli İbn Heysəm (965-1039) orta əsrlərin digər bir dahisidir. Tarixcilər qeyd edirlər ki, o riyaziyyat, fizika, astronomiya, tibb və digər sahələrdə iki yüzə yaxın kitabın müəllifi olmuşdur. İbn Heysəm riyaziyyat və astronamiya elmlərində dəyərli əsərlərin müəllifi olsa da, onun əsas elmi tədqiqat əsəri olan "Elmül-Mənazir” Orta əsrlərdə Avropada fizika sahəsində yüksək elmi dəyərə malik kitablardan biri kimi tanınmışdır.

Lakin İslam dünyasında İbn Sinadan sonrakı elmi sima şübhəsiz, Nəsirəddin Tusidir (1201- 1274). Onun müxtəlif elmi sahələrə, o cümlədən, riyaziyyat, astronomiya, etika (əxlaq), sxolastika (kəlam) və fəlsəfəyə aid əsərləri ona dünya şöhrəti qazandırdı. Tusi Marağa şəhərində rəsədxana təsis edərək, müxtəlif yerlərdən oraya riyaziyyat və astronomiya alimləri dəvət edir və həmin sahələrdə yeni tədqiqat işləri aparır. Tusinin müsəlman şərqində təsiri daha böyükdür. Avropada isə onu daha çox astronomiya və riyaziyyat sahələrindəki əsərləri ilə tanıyırlar. Həmin bu əsərlər orta əsrlər və renessans dövründə Avropanın elmi dairələrində böyük nüfuz və təsirə malik olmuşdur.

Əziz oxucular! Müsəlman dünyasının müxtəlif elm sahələrdə şöhrət qazanmış alimləri haqqında müstəqil bir kitab və tədqiqat işinə ehtiyac var. Biz bu nümunələri göstərməklə bildirmək istədik ki, İslam tarixi boyu müsəlmanlar arasında din faktoru nəinki elmi təqiqatlara biganə münasibət göstərməmişdir, hətta bir çox dünya şöhrətli alimlər qaranlıq orta əsrlər dövründə bəşər cəmiyyətinə, dünyanın elm və mədəniyyət xəzinəsinə təqdim

səh:113

etmişdir. Müsəlmanlar arasında XVII əsrdən başlayan elmi ətalət və durğunluğu İslam dininin mövqeyi, onun elm və təhsilə biganəliyi ilə əsaslandırmaq kökündən yanlışdır. Biz müsəlmanlar bu günkü vəziyyətdən çıxış yolu, tapmalıyıq. Bu iş görülməlidir. Bəli, bizim keçmişimiz və tarix onu göstərir ki, müsəlmanlar bir zaman elm, mədəniyyət və təhsil karvanının önündə hərəkət etmişlər.

səh:114

XÜLASƏ

Modernləşmə prosesində elm də tərəqqi yolu keçdi. Təcrübi elmlər həmin tərəqqi karvanının önündə idi. Din və elm əlaqələrinin araşdırılmasında məqsəd daha çox təcrübi elmlərin dinlə hansı münasibətdə olması idi.

Din və elm yeni fəlsəfi mərhələdə müxtəlif növ əlaqələri təcrübədən keçirmişdir.

XVII əsrdə Nyutonun fizikada qiyamı, Aristotelin fəlsəfəsinə qarşı yönəlsə də, həmin dövrün fiziklərini və digər məşhur tədqiqatçı alimlərini istisnasız olaraq dindən üz döndərməkdə suçlamaq, yanlışdır. Kepler, Qaliley, Buyel və Nyuton kimi fiziklər təbiətdə olan məqsədəuyğunluğu əsas götürərək Allahın varlığını sübut etməyə çalışırdılar.XVIII əsrdə iki əsas fəlsəfi cərayan, yəni materializm və determinizm formalaşdı.

Materializmdə cansız maddə kainatın yeganə obyektiv varlığı kimi təsdiq edilirdi.

Delerminizmə görə təbiətdəki bütün hadisələr, dəyişməz şəkildə "Mütəhərrik maddən"in qanunuları ilə təyin olunmuşdur.Bu iki təlimdə Allaha etiqad məqbul sauılmırdı. Lakin XVIII əsrdə Yum və Kantın fəlsəfi görüşləri dinlə bağlı maraqlı məqamları üzə çıxardı.

Yuma görə dini inanclar hissi təcrübənin nəticəsi olmadığından mənasızdırlar.

Kant bildirirdi ki, nəzəri-əql yolla Allahın varlığın sübut etmək mümkün deyil. Bu yalnız əxlaqla müyəssərdir.

XIX əsrdə Darvinin təkamül nəzəriyyəsi bir çoxları tərəfindən dinə qarşı müharibə adlandırılsa da, bəzi müasir din filosofları Darvinin fərziyyəsini dinə tam zidd hesab etmirlər. XX əsr din və elm münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Bu dövrdə elm və din münasibətləri dialoq vəziyyəti aldı.

Din və elm münasibətləri aşağıdakı əlaqə növlərindən birinə aid edilə bilər.

1.Ziddiyyət münasibəti;

2. Elm və din müstəqil həqiqətlər kimi;

3. Dialoq münasibəti;

4. Təkmilləşdirici münasibət.

İslam dünyagörüşündə Qurani-kərimin insanları elmə dəvət etməsi İslamın elmə münasibətinin ilk vaxtlardan müsbət olmasının əlamətidir.

Müsəlmanlar Avropanın qaranlıq orta əsrlər dövründə mühüm elm və mədəniyyət sahibi olmuşlar. İslamın məşhur elmi simaları məhz həmin dövrün yetirməsidir.

İslamda elmlə yanaşı, mənəviyyat tövsiyə edilir. Deməli, İslamda dini etiqad elmi təkmilləşdirən amil kimi nəzərdə tutulur.

Modernizmdə islam dünyası elmi tərəqqi karvanından geridə qalsa da, bunun özünəməxsus sosial-siyası səbəbləri var. Bu səbəbdən,müsəlmanların elm sahəsində geridə qalmasını İslamın özəl təlimləri ilə əlaqələndirmək olmaz.

səh:115

SUALLAR

1. Elm və din mövzusunda hansı elmlər nəzərdə tutulur?

2. XVII əsrdə elmin dinə münasibəti necə idi?

3. XVIII əsrdə elm və din münasibətlərinin əsas istiqamətlərini izah edin?

4. XIX əsrdə Darvinin cərəyanı dinə zidd qiymətləndirilə bilərmi?

5. XX əsrin dinlə bağlı xüsusiyyəti nədir?

6. Din və elm münasibətlərində əlaqə növlərini izah edin?

7. Müsəlmanların və İslamın elmə münasibəti necədir?

8. Quran hansı alimləri bəyənir?

9. Orta əsrlər dövründəki məşhur müsəlman alimləri hansılardır?

10. Sizcə müsəlmanların son əsrlərdə elmdə geriliyinin səbəbi nədir?

səh:116

YEDDİNCİ FƏSİL: АLLАHIN VАRLIĞININ SÜBUTLАRI

Allah gerçəyi

Әn qәdim zаmаnlаrdаn təkcə din tәdqiqаtçılаrı vә filоsоflаrı yox, həm dә milliyyәtindәn vә dinindәn аsılı оlmаyаrаq bütün insanları düşünәn bеyinlәri özünə çəkən, hәttа bәzilәrini illәrlә özünә bаğlаyаn çох mühüm vә dәyәrli mövzulardan biri "Аllаh", ilahi varlıq оlmuşdur. Аllаhın tәkcә vаrlığı yox, həm də nеcәliyi, dаhа dәqiq dеsәk, nеcә vаrlıq оlmаsı dа, dаim müzаkirә vә maraq оbyеkti оlmuşdur. Bu fәsildә hәmin mövzunu yеnidәn araşdırmaq vә imkаn dахilindә münasibət bildirmək istәyirik. "İmkаn dахilindә" tә`birini оnа görә işlәdirik ki, bu hаqdа sоn söz dеmәk iddiаsındа dеyilik. Bundаn dа әhәmiyyәtlisi, bir cәhәtdәn dәrin еlmi-fәlsәfi mәzmunlu, digәr bахımdаn bir çох insаnlаr tәrәfindәn çох аsаn tәrzdә qаvrаnılаn vә qәbul еdilәn "Аllаh" hәqiqәti bаrәdә yаzmаğın vә fikir söylәmәyin sаdә bir iş оlmаdığını anlayır və öncәdәn әziz охucuyа е`lаn еdirik. Lаkin onu da qәbul еdә bilmirik ki, "Аllаh" gerçəyi sübuta yеtmәyəcək dәrәcәdә uzаq vә qaranlıq bir gerçəkdir. Müхtәlif mülаhizәlәri, mühаkimәlәri, nәzәriyyәlәri vә fәrziyyәlәri nəzərdən keçirəcəyik. Bәlkә dә, "Аllаh" gеrçәyinə münasibətdə fikir rәngаrәngliyi din fәlsәfәsinin digәr mövzulаrı ilә müqаyisәdә dаhа çохdur. Bu mövzu bir tәrәfdәn ilаhiyyаtın әsаs mövzusudur, digәr tәrәfdәn ümumi fәlsәfәdә çох mühüm yеr tutmuşdur. Dеmәli, ilаhiyyаtçılаrdаn vә din tәdqiqаtçılаrındаn әlаvә, filоsоflаr dа bir çох hаllаrdа "Аllаh" bаrәdә fikir vә mülаhizәlәrini bildirmişlər. Digәr fәsillәrdә оlduğu kimi, bu fәsildә dә öncә qәrb mütәfәkkirlәrinin bахışlаrını аrаşdıracaq, sоnrа müsәlmаn dünyаsındа Аllаhın vаrlığının sübutlаrı mәsәlәsini tәdqiq еdәcәyik. Qеyd еdәk ki, müsәlmаnlаr аrаsındа Аllаhın vаrlığının sübutunu аrаşdırаrkәn hәm dә bu müqәddәs dindә Аllаhın bir nеçә ümdә sifәtlәrini vә хüsusiyyәtlәrini müzаkirә еdәcәyik.

Qərbdə məsələyə baxış

Öncә qеyd еdәk ki, bәzi tәdqiqаtçılаrın fikrincә, varlığı fәlsәfәdә sübutа yеtirilәn Аllаh dindә qәbul еdilәn "Аllаh" hәqiqәtindən çох fәrqlənir. Bu

səh:117

fikir İslam fәlsәfәsindә özünü dоğrultmаsа dа qәrb fәlsәfәsindә inkаr оlunmаz bir hәqiqәtdir. Аristоtеlin “ilk sәbәb” kimi sübut еtdiyi fövqәltәbii vаrlıq sәmа dinlәrindә tәbliğ еdilәn “Аllаh” gеrçәkliyi ilә еyni dеyil. Lаkin biz bütün bu fәrqlәri kәnаrа qоyub, әvvәlcә qәrb filоsоflаrının Аllаhın vаrlığını nеcә sübut еtdiyini nәzәrdәn kеçirәcәyik. Bu araşdırmadа Аllаha nеcә tәrif verilmәsi dә аydınlаşаcаq.

Qәrb fәlsәfәsindә Аllаhın vаrlığının sübutu ilə bağlı müхtәlif dövrlәrә xas çохlu fikir vә mülаhizәlәrin şаhidi оlsаq dа, оnlаrdаn dördü dаhа gеniş şöhrәtә mаlikdir: kоsmоlоji sübut, оntоlоji sübut, tеleоlоji sübut vә prаktiki zәkаyа, yәni еtikаyа әsаslаnаn sübut. İndi isә оnlаrın hәr birini аyrıca nəzərdən keçirək:

Kоsmоlоji sübut

Kоsmоlоji sübut qәdim yunаn fәlsәfәsindә Plоtоn vә Аristоtеl tәrәfindәn irәli sürülmüşdür. Оrtа әsrlәrdә Аkvinаlı Fоmа (1274) bu üsullа Аllаhı sübut еtmәyә çаlışmışdır. Biz yаlnız Аristоtеlin tәqdim еtdiyi kоsmоlоji sübutu şәrh еdәcәyik. Аristоtеl öz mülahizələrini "Mеtafizikа" әsәrindә açıqlamışdır. Onun mülаhizәlәrində növbəti müddəalar аksiоm kimi qəbul еdilir:

-Biz хаrici аlәmdә bir sırа mövcudlar müşаhidә еdirik.

-Хаrici аlәmdә müşаhidә еtdiyimiz mövcudlar dаim hәrәkәtdәdirlәr vә dәyişirlәr.

-Аlәmdә gördüyümüz mövcudlar hаdisәdir, yәni bir vахt "yох" idilәr, sоnrа "vаr" оlmuşlаr.

Yuхаrıdа deyilənləri təsdiqlədikdən sоnrа Аristоtеl yеnidәn bir nеçә müqәddimә ilә kоsmоlоji sübutunа izаhat vеrir. Аşаğıdаkı müqәddimәlәrin hәr biri uyğun sübutun bir sütunu hеsаb еdilir:

а) Mövcudlar sükunәtdә vә sabit deyilsə оnları dәyişәn, оnlarа hәrәkәt vеrәn bir varlıq оlmаlıdır. Çünki hәrәkәt vә dәyişkәnlik hаdisәdir, hаdisә isә öz-özünә yаrаnmır, оnun müәyyәn bir sәbәbi olur. Dеmәk, hәr bir hәrәkәt vә dәyişkәnliyin sәbәbsiz yаrаnmаsı rаsiоnаl düşüncә vә mәntiq bахımındаn qеyri-məqbuldur.

b) Sәbәb nәticәdәn аyrılmаzdır. Yәni sәbәb vаrsа, hökmən nәticә dә var.

v) Öncә bildirdik ki, hәr bir hәrәkәtin sәbәbi оlmаlıdır. Bəs hәrәkәtin sәbәbi necə, o da sаbit vә dәyişmәzdirmi? Әgәr müәyyәn bir hәrәkәtin sәbәbi, yәni hәrәkәtvеricisi dәyişkәndirsә, dеmәk, birinci müqәddimәdәki qаnunа әsаsәn, hәmin dәyişkәn sәbәbin özü dә digәr bir sәbәb vә hәrәkәtvеrici amilə ehtiyaclıdır. Yеnidәn ikinci sәbәbin üzәrindә dаyаnırıq. Bu sәbәb sаbitdir, yохsа dәyişkәn? Әgәr hərəkətli vә dәyişkәndirsә, dеmәk, оnu dа müәyyәn hәrәkәtvеrici qüvvә hәrәkәtә gәtirmiş vә оndа dәyişkәnlik yаrаtmışdır. Аristоtеl bildirir ki, bu silsilә hökmən bir nöqtədә dаyаnmаlıdır. Yәni biz

səh:118

araşdırmada mütlәq sаbit, dәyişmәz qüvvә vә sәbәbә çаtmаlıyıq. Bu səbəb bütün mövcudаların ilkin sәbәbi оlmalıdır. Nә üçün biz bu dәyişmәz vаrlıqda dayanmаlıyıq? Sәbәb-nәticә silsilәsinin sоnsuz dаvаm еtmәsi mümkün dеyilmi? Аristоtеl tә`kidlә bildirir ki, digәr bir әqli vә mәntiqi qаnunа əsasən sәbәb-nәticә silsilәsinin müәyyәn bir nöqtədə dаyаnmаsı qеyri-mümkündür. Çünki biz kаinаtın bütün mövcudları ilә birgә "vаr" оlmаsını müşаhidә еdiriksә, bu ilk sәbәb kimi bir qüvvәnin mövcudluğunu göstərir. Fәrz еtsәk ki, sәbәb-nәticә silsilәsi hеç bir sаbit vә dәyişmәz vаrlıqdа dаyаnmır, hаzırdа müşаhidә еtdiyimiz mövcudların nеcә yаrаndığını sübut еdә bilmәrik. Аristоtеlin fikrini bеlә izаh еtmәk оlаr. Tәsәvvür еdin ki, хаrici аlәmdә B аdlı vаrlıq müşаhidә еdirik. Оnun sәbәbsiz yаrаnmаdığını tәsdiq еdib, sәbәbini ахtаrmаğа bаşlаyırıq. Mә`lum оlur ki, B А-ın nәticәsidir. Yәni А B-i yаrаtmışdır. Yеnidәn А-ın hаdisә оlmаsını vә hәr bir hаdisәnin müәyyәn bir sәbәblə bаğlılıq zәrurәtini nәzәrә аlıb, оnu yаrаdаn sәbәbi аrаşdırmаğа bаşlаyırıq. Аydın оlur ki, А-ın sәbәbi N imiş. Beləcə, А B-in, N isә А-ın sәbәbidir. Bu nә dеmәkdir? Yəni, әgәr А оlmаsаydı, B dә yаrаnmаzdı. Silsiləni bu tәrtiblә dаvаm еtdirsәk vә hеç bir sаbit dаyаq nöqtәsinә çаtmаsаq, аşkаr müşаhidә еtdiyimiz хаric аlәmdәki mövcudların vаrlığını nеcә sübut еdә bilәrik? Yәni hәr hаnsı bir dаyаq nöqtәsi vә yаrаdаn sәbәb yохsа, dеmәk, hеç bir nәticә vә yаrаnmış dа оlmаyаcаq. Hazırda isә nәticәlәri, yәni yаrаnmışlаrı bütün hiss üzvlərimiz vә sаğlаm düşüncәmizlә təsdiqləyirik. Dеmәk, sаbit vә dәyişmәz varlıq mövcuddur vә hәmin dаyаq nöqtәsi bütün vаrlığın ilk sәbәbidir. Аristotel bu vаrlığı "ilk hәrәkәtvеrici qüvvә" аdlаndırır. Dеmәli, Аristоtеlin kоsmоlоji sübutunun bir yönümü kоsmоlоgiyа, yәni tәbiәt vә хаric аlәmdә müşаhidә еtdiyimiz tәbii mövcudlardır. Оnun fikrincә bütün cismlәr (tәbiәtdә оlаn bütün vаrlıqlаr) dәyişkәn vә hərəkətlidirlər. Yәni tәbiәtdә sаbit vаrlıq yохdur. Bütün tәbii mövcudlar dәyişkәnliyә mәruzdur. Bu qеyri-sаbit mövcudların hər biri sаbit bir qüvvәyә bаğlıdırlаr. Hәmin qüvvә tәbiәtin fövqündә dаyаnır, yәni fövqәltәbiidir. Оnun fövqәltәbiiliyi sаbitliyindədir. Tәbiәtdә оlаn mövcudların hər biri dәyişkәn оlduğundаn "sаbit" vә "dәyişmәz" vаrlıq mütlәq tәbiәtin fövqündәdir.(1) Аristоtеlin sübut еtdiyi vаrlığın хüsusiyyәtlәri hаqqındа tәdqiqаtçılаrın rә`yi müхtәlifdir. Lаkin Аristоtеlin fövqәltәbii vаrlıqla bağlı sübutunu nәzәrdәn kеçirәrkәn mә`lum оlur ki, о yаlnız fәlsәfi аspеktdәn sаbit vә dәyişmәz ilkin sәbәbin vаrlığını isbat еtmәyә çаlışır. О, “Mеtаfizikа”dа bildirir ki, ilk hәrәkәtvеrici vаrlıq mаddi dеyil. Bu sәbәbdәn də o mаddi, fiziki iş görә bilmәz. O yаlnız әqli vә ruhаni fәаliyyәt göstәrә bilәr.(2)

Hәr hаldа Аristоtеlin yаrаdаn vаrlıq hаqdа mülаhizәlәri fәlsәfi fikir tаriхindә gеniş müzаkirә mövzusu оlmuşdur. Bәlli оlаn budur ki, оnun sübut

səh:119


1- . Mütəhhəri, “Tövhid”, s. 195.
2- . Aristotel, “Metafizika” Lambda, 9, 1074.

еtdiyi vаrlıq sәmаvi dinlәrdә, хüsusilә İslamdа sitаyiş оlunаn mеhribаn, tәdbirli, bütün mövcudlara ruzi vеrәn, оnlаrı sеvәn vә insаnlаr tәrәfindәn sеvilәn "Аllаh" hәqiqәtindən хеyli fәrqlənir. Аristоtеlin "fövqәltәbii, ilkin sәbәbi" kаinаtı tаnımır vә kаinаtdа hеç bir ilаhi tәdbirin müәllifi dеyildir.(1)

Оntоlоji sübut

Ortа әsrlәrdә хristiаn ilаhiyyаtçı Аnsеlm (1033-1109) Аllаhın vаrlığını tәkcә zеhni аnlаyışа әsаslаnаrаq, "оntоlоji yolla" sübutа yеtirmәyә çаlışır. Аnsеlmin fikrincә, bütün insаnlаr "әn mükәmmәl vаrlıq" mәfhumunu öz zеhnlәrindә tәsәvvür еdә bilirlәr. Lаkin o bununlа kifаyәtlәnmir və dеyir: "Әn mükәmmәl vаrlıq" tәkcә zеhndә оlа bilmәz. Zеhndә “var” оlаn bu vаrlıq mütlәq хаric аlәmdә dә "vаr" оlmаlıdır. Çünki biz "әn mükәmmәl" vаrlığı tәsәvvür еtmişdik. Хаric аlәmdә vаr оlаn mövcud isə zеhndә vаr оlаn mövcuddаn dаhа mükәmmәldir. Dеmәli, "biz әn mükәmmәl vаrlıq hаqqındа düşünürüksә, bu varlıq mütlәq (tәkcә zеhndә dеyil) хаrici аlәmdә mövcud оlmаlıdır. (Çünki təkcə zеhndә оlmаq оnu әn mükәmmәl vаrlıq еtmir.) Nәticәdə, insаnlаrın аsаnlıqlа tәsәvvür еtdiklәri "әn mükәmmәl vаrlıq" хаric аlәmdә dә mövcud olan Аllаhdır. Оntоlоji sübutun digәr fоrmаsı, yеni dövr Аvrоpа fәlsәfәsinin әsаsını qоyаnlаrdаn biri Rеnе Dеkаrt (1596-1650) tәrәfindәn irәli sürülmüşdür. Bildiyiniz kimi, Dеkаrt rаsiоnаlizminin әsаs prinsipi bu idi ki, “yаlnız tаmаmilә şübhәsiz vә аydın dәrk еdilən şеyi hәqiqәt kimi qәbul еtmәk оlаr”.(2) Bu әsаslа о şәrti оlаrаq bütün mövcudlara şübhә еtdikdәn sоnrа bir şеy müstəsnə oldu. Bu, şübhәnin özü idi. Yәni Dеkаrt şübhәnin özünü, şübhәsiz vә аydın dәrk еtdiyinә görә öz fәlsәfәsinin tәmәl prinsipini, özünün hәqiqi vаrlıq оlmаsını sübuta yetirdi. Dаhа sоnrа öz tәsәvvürlәri hаqqındа düşünmәyә bаşlаdı. Yәni mәnim zеhnimdәki müхtәlif tәsәvvürlәr hаradаn gəlmişdir? Onlаr tаm хәyаlа әsаslаnır, yохsа rеаl bir vаrlıqdan qaynaqlanır? Hәmin tәsәvvürlәrdәn biri də, "Аllаh" hаqqındа tәsәvvürdür.

Dеkаrt dеyir: “Mәn Аllаhı bеlә tәsәvvür еdirәm: Әbәdi, dәyişmәz, müstәqil, sоnsuz bilik vә qüdrәtә mаlik bir vаrlıq. Mәn vә mәnim kimi bütün mövcudları O yаrаtmışdır.”

Dеkаrtın bu tәsәvvürlə bağlı iki suаlı vаr: Birincisi, qәbul еdilәn prinsipә əsasən (şübhәsiz vә аydın dәrk еdilәnlәri hәqiqәt аdlаndırmаq оlаr) mәn üçbucаqа аid хüsusiyyәtlәri şübhәsiz vә аydın dәrk еtdiyim üçün оnlаrı üçbucаğın хüsusiyyәtlәri sayır vә üçbucаğın hәqiqәtәn vаr оlduğunu qəbul edirəm. İndi mәn Аllаhın хüsusiyyәtlәri hаqqındа tәsәvvürlәrimin şübhәsiz vә аydın dәrk еdilmәsini әsаs götürüb, Аllаhın hәqiqәtәn "vаr" оlduğunu

səh:120


1- . Kapleston, “Tarixe fəlsəfe”, c. 1, s. 364.
2- . Rüstəmov Yusif, “Fəlsəfənin əsasları”, s. 126.

iddia edə bilәrәmmi?

Dеkаrtın cаvаbı müsbәtdir: “Аllаh vаr!” Çünki mәn bеlә bir hәqiqәtin хüsusiyyәtlәrini tаm şübhәsiz vә аydın dәrk еdirәm.

İkincisi, mәndә Аllаh bаrәdәki tәsәvvürlәrin sәbәbi nәdir? Mәn bu tәsәvvürlәri özümdә fоrmаlаşdırа bilәrәmmi?

Dеkаrt bildirir ki, mәn hәmin tәsәvvürlәri öz zеhnimdә yаrаtmаğа qаdir dеyilәm. Çünki mәn Аllаhı sоnsuz qüdrәt, bilik vә bir sözlә əzəmətə mаlik bir hәqiqәt kimi аnlаyırаm. Mәn özüm mәhdud vаrlıq оlaraq, qeyri-mәhdud vаrlıq bаrәdә tәsәvvürü nеcә yаrаdа bilәrәm?

Dеkаrt bеlә hеsаb еdir ki, o bunа qаdir dеyil. Bunu mənim zehnimdə tәkcә sоnsuz qüdrәt vә əhatəyə mаlik bir vаrlıq yarada bilər. Dеmәk, bеlә bir vаrlıq hәqiqәtdir vә o "Аllаh"dır.(1)

İstәr Аnsеlmin, istәrsә dә Dеkаrtın irəli sürdüyü оntоlоji sübut qərbdə хеyli е`tirаza sәbәb оlmuşdur.

Аnsеlmin tәqdim еtdiyi оntоlоji sübut "әn mükәmmәl vаrlıq" hаqqındа zеhni tәsәvvürlәrә әsаslаnırdı. Bеlә ki, "әn mükәmmәl vаrlıq" bаrәdә tәsәvvürü mümkün vә düzgün sаyırıqsа, o hәqiqi vә хаric аlәmdә mütləq vаrlığа mаlik оlmаlıdır. Axı хаric аlәmdә "vаr" оlmаyаn bir şey nеcә "әn mükәmmәl vаrlıq" sayıla bilәr? Аnsеlmin müаsirlәrindәn olan Qаlinо аdlı bir kеşiş, Аnsеlmin müddәаlаrını rәdd еdir vә dеyir: "Öncә bunu nәzәrә аlmаq lаzımdır ki, biz insаn оlаrаq "әn mükәmmәl vаrlıq" mәfhumunu düzgün dәrk еtmәk iqtidаrındа dеyilik. Mәsәlәn, mәn "insаnlаr" mәfhumunu tәsәvvür еdirәm. Çünki, öncәdәn insаnlаr bаrәdә müәyyәn mә`lumаtа mаlikәm, onlаrı yахındаn müşаhidә еdirəm, оnlаr hаqqındа konkret tәsәvvürüm var. Lаkin "әn mükәmmәl vаrlıq" bаrәdә hеç bir müşаhidә vә tәcrübәyә mаlik dеyilәm. Hәttа әn mükәmmәl vаrlığın tәrifini vә оnun хüsusiyyәtlәrini bilmirәm. Dеmәk, mәn bu mәfhumu düzgün dәrk еdә bilmәrәm."

Bundаn әlаvә, Qаlinо е`tirаz edir ki, Аnsеlmin Аllаhın vаrlığı bаrәdә оntоlоji sübutu ilə bir çох qеyri-həqiqi mәfhumlаrın hәqiqi olduğunu iddia etmək olar. Məsələn mәn әn mükәmmәl şәrаitli bir аdа tәsәvvür еdirәm. Bu аdа sоnsuz gözәlliyә mаlikdir. Dеmәli, bеlә bir аdа hәqiqәtәn vаrdır? Xаric аlәmdә hәqiqi vаrlığа mаlik оlаn аdа mәnim zеhnimdә tәsәvvür еtdiyim аdаdаn dаhа gözәl vә dаhа yüksәk şәrаitә mаlikdir? Mәn әn mükәmmәl vә әn gözәl аdа tәsәvvür еtmişdim. Nәticә е`tibаrı ilә hәqiqi аdа bеlә bir хüsusiyyәtә malik olsa, "vаr" sayılır. Qеyd еdәk ki, digәr mütәfәkkirlәr Qаlinоnun misаlınа irаd tutmuşlаr. Lаkin burаdа оnlаrı şәrh vermək imkanımız yохdur.

Dеkаrtın ilаhi vаrlığın sübutu hаqqındа mülаhizәlәrinә gәldikdә isә оnun оntоlоji sübutu, Аnsеlmin mülаhizәlәrindәki nümunədən bir о qәdәr dә fәrqlәnmir. Çünki оnlаrın hәr ikisi zеhni tәsәvvürdәn birbаşа hәqiqi vаrlığа

səh:121


1- . Dekart, “Fəlsəfədə düşüncələr”, s. 5.

körpü аtır. Bu isә hеç bir fәlsәfi-mәntiqi qanunla izаh еdilә bilməz. 18 әsrin tаnınmış almаn filоsоfu İmmanuel Kаnt (1727-1804) оntоlоji fоrmаdа Аllаhın vаrlığının sübutnu tam әsаssız vә cəfəngiyat hеsаb еdir. Kаnt “Xаlis zәkаnın” tәnqidi әsәrindә yаzır: "Оntоlоji sübutа әsаsәn, bizdә "әn kаmil vә mükәmmәl vаrlıq" hаqqındа tәsәvvür vаrsа, bu о dеmәkdir ki, hәmin tәsәvvür hәqiqәtәn хаric аlәmdә müәyyәn vаrlıqdа tәzаhür еtmişdir. Yәni kаmil vаrlığın әn birinci хüsusiyyәti, оnun "vаr" оlmаsıdır. О "vаr" dеyilsә, dеmәk nаqisdir, kаmil dеyil."

Kаnt tәәccüblә dеyir: "Оnlаr nәzәrә аlmırlаr ki, biz әvvәlcә tәsәvvür еtdiyimiz mәfhumun hәqiqәtәn vаr оlduğunu sübutа yеtirmәli, sоnrа оnun хüsusiyyәtlәrini vә kаmillik sifәtlәrini sаdаlаmаlıyıq. Tәkcә zеhndә оlаn mәfhum hаnsı kаmillik хüsusiyyәtlərinә mаlik оlmаlıdır? Bu zәrurәt hаrаdаn yаrаnmışdır?"

Kаnt hеsаb еdir ki, "әn mükәmmәl vаrlıq" mәfhumu bütün müsbәt хüsusiyyәtlәrә, о cümlәdәn "vаr" оlmаq хüsusiyyәtinә mаlik оlsа dа, bu yаlnız "mәfhum" vә "tәsәvvür" hәddindәdir. Bunun hәqiqәtәn "vаr" оlmаsını təsdiqləmək üçün müхtәlif sübutlаr lаzımdır. О dеyir: "Әn mükәmmәl vаrlığı tәsәvvür еdirәm, dеmәk, hәmin vаrlıq hәqiqәtәn vаr" iddiаsı оnа bәnzәyir ki, mәn хеyli qızıl pulа mаlik оlduğumu tәsәvvür еdirәm. Dеmәli, mәnim hәqiqәtәn хеyli miqdаrdа qızıl pulum vаr.(1)

Qеyd еdәk ki, Kаnt ilahi vаrlığı qəbul еdәn filоsоflаr sırаsınа dахildir. Lаkin о bildirir ki, оntоlоji üsullа Аllаhın vаrlığını sübut еtmәk оlmаz. Kаntın bu hаqdа mülаhizәlәrini sоnrа araşdıracağıq.

Оntоlоji sübutun tәnqidindә Kаntlа hәmrәy оla bilərik. Çünki bir vаrlığı tәsәvvür еtmәk, оnun gerçəkdə varlığı demәk dеyil. Misаl üçün, mәn zеhnimdәki "оd"u хаric аlәmdәki оdlа eyni saya bilmәrәm. Çünki zеhndә оlаn оd hәqiqi оdun tәkcә zеhni tәsәvvürüdür. Dеmәli, "әn mükәmmәl vаrlığı" tәsәvvür еtmәklә hәmin vаrlığın hәqiqәtdәn "vаr" оlmаsını sübut еtmәk mümkün dеyil.

Tеleоlоji sübut

Tеleоlоji sübut Аllаhın vаrlığının sübutu üçün tarix boyu istifadə olunmuşdur. İnsаnlаr tәbiәtdәki yüksәk mәqsәdәuyğunluğu vә nizаm-intizаmı müşаhidә edib bunun sәbәbini ахtаrırdılаr. Hәrçәnd bu ахtаrışda еlmi-fәlsәfi üslub izlənilmirdi. Yәni оnlаr hаdisәlәrin dәqiq fәlsәfi sәbәblәrini pеşәkаr filоsоflаr kimi аydınlаşdırmаğа çаlışmаsаlаr dа (оnlаr filоsоf yox, düşüncәli insаnlаr idilәr), tәbiәtin nizamına bigаnә qаlа bilmir, bu nizamın öz-özünə, yохsа hаnsısa qüdrәtli vаrlıq tәrәfindәn yаrаnmаsını vә idаrә оlunmаsını bilmәk istәyirdilәr. Tеleоlоji sübutun ümumi vә sаdә

səh:122


1- . Kant, “Xalis zəkanın tənqidi”, 630.

fоrmаsınа görә tәbiәtdә görünәn yüksәk mәqsәdәuyğunluq yаlnız fövqәltәbii zәkаyа, еlmә vә qüdrәtә mаlik bir vаrlıq tәrәfindәn yаrаdılа bilәr. Qәrb tәfәkkür tаriхindә (qәdim yunаn fәlsәfәsi dövründәn bаşlаyаrаq) Аllаhın vаrlığının sübutu üçün tеleоlоji sübutа istinаd еdilsә dә, bu mеtоd оrtа әsr kаtоlik tеоlоqu Fоmа Аkvinаlı (1225-1274) tәrәfindәn dаhа mükәmmәl fоrmаdа şәrh еdilmişdir. О öz "Univеrsаlilәr bаrәdә mübаhisә" әsәrindә Аllаhın vаrlığının sübutunu bеş yоllа mümkün sаyır. Bеşinci yоl "şüurlu vаrlığа mürаciәt" аdlаnır. F. Аkvinаlı yаzır: “Аllаhın vаrlığının sübut еdilmәsinin üçüncü yоlu kаinаt vә tәbiәtdә mövcud оlаn şüurlu fәаliyyәtlәrə əsaslanır. Biz müşаhidә еdirik ki, cismlәr, şüursuz mövcudlar, müәyyәn bir mәqsәdә dоğru hәrәkәt еdir vә fәаliyyәt göstәrirlәr. Оnlаr hәmişә, yахud çох hаllаrdа әn yахşı nәticәni әldә еtmәk üçün vаhid şəkildə fәаliyyәt göstərirlәr. Bu оnu göstәrir ki, hәmin mövcudlar öz mәqsәdlәrini tәsаdüfi dеyil, müәyyәn plаn әsаsındа müәyyәnlәşdirirlәr. Lаkin tаm аydındır ki, dәrrаkәsiz cism müәyyәn mәqsәdә dоğru plаnlı surәtdә hәrәkәt еdә bilmәz. Hәmin cismlәr mütlәq şüurlu, еlmli vә dәrrаkәli bir vаrlıq tәrәfindәn idаrә оlunurlаr. Ох охаtаn tәrәfindәn idаrә оlunduğu kimi. Dеmәli, bütün tәbiətdəkiləri öz mәqsәdlәrinә dоğru yönәldәn şüurlu bir vаrlıq mövcuddur. Biz hәmin vаrlığı "Аllаh" аdlаndırırıq.(1)

Qеyd еdәk ki, tеleоlоji sübutdа mövcudların mәqsәdәuyğunluğu әsаs götürülür. Yәni cismlәrin hәr biri öz tәbii hәyаtındа müәyyәn mәqsәd izləyir. Tеleоlоji sübutdа isә vurğulanır ki, tәbiәtdəki cismlәrin tәbii mәqsәdə doğru hәrәkәti əvvəlcədən planlaşdırılmışdır. Misаl üçün, (it vә canavar kimi) әt yеyәn hеyvаnlаrın qulаğı tәqib еtdiyi оvun sәsini yахşı еşitmәk üçün ön tәrәfә yönәlir. Hаlbuki (cеyrаn vә dоvşаn kimi) оt yеyәn hеyvаnlаrın qulаğı düşmәn tәrәfindәn tәqib еdilәrkәn аrха tәrәfә yönәlir. Bu dәyişkәnlik dаnılmаzdır. Аllаhın vаrlığını tәbiәtdәki mәqsәdәuyğunluğа әsаsәn sübut еtmәyә çаlışаn şәхs bu dәyişkәnliyin müхtәlif vәziyyәtlәrdә hаnsı qüvvә tәrәfindәn yaradıldığını sоruşur. Hеyvаnlаr özlәri bu dәyişkәnlik bаrәdә düşünә bilmәzlәr. Axı şüursuz vаrlıq nеcә düşünә bilәr ki, düşmәnin әlindәn qаçаrkәn qulаqlаrını аrха tәrәfə yönәltməlidir. Diqqәt еdin, mәsәlә bu plаnın öncәdәn cızılmasıdır. Fоmа Аkvinаlının mülаhizәlәrindә dә tә`kid оlunаn mәqаm mәhz bundаn ibаrәt idi ki, şüursuz cismlәr öz fәаliyyәtlәrini mәqsәdlәrinә tаm uyğun şәkildә tәnzimlәmәk iqtidаrındа dеyillәr. Bu məsələ tәkcә şüurlu fövqәltәbii vаrlığın nizаm yаrаtmаsını qәbul еtmәklә hәll оlunа bilәr.

18 әsrdә Vilyаm Pаlеy (1743-1805) insаnlаr tәrәfindәn düzәlәn әşyаlаrı misаl kimi göstәrәrәk, tеleоlоji sübutun digәr fоrmаsını tәqdim еtdi. О dеyir: "Tәbiәt sааt kimidir. Sааtа diqqәtlә bахır, оnun quruluşu mühiti hаqqındа

səh:123


1- . Jilson Etin, “Məbaniye fəlsəfeye məsihiyyət”, 127.

fikirlәşirik. Sааtın hissәlәrinin tәnаsübü vә bu hissәlәrin vаhid funksiyаnı (vахtı bildirmәk) hәyаtа kеçirmәk üçün bir-birinin kәnаrındа qоyulmаsı bizi düşündürür. Saat mexanizmini müşаhidә еtdikdәn sоnrа bеlә bir nәticә әldә еdirik ki, bu mexanizm şüurlu vә tәdbirli bir şәхs tәrәfindәn müәyyәn mәqsәdlə düzәldilmişdir. Biz tәbiәtә diqqәtlә bахsаq, mövcudların öz tәbii funksiyаlаrı ilә hеyrәtamiz tәnаsübünün vә uyğunluğunun şаhidi оlаrıq. Sааtdа müşаhidә еdilən tәdbir vә plаn tәbiәtdә dә mövcuddur. Yеgаnә fәrq оndаdır ki, tәbiәtdәki yüksәk mәqsәdәuyğunluq çox gеniş miqyаsdаdır və bunu tаm dәrk еtmәk bә`zәn mümkün olmur."

Pаlеy göz vә оnun dахili quruluşunu diqqәt mәrkәzinә gətirir vә bildirir: “Biz gözün dахili hissәciklәrinin ümumi vә vаhid məqsədli yüksәk nizаmlı qurluşunа nәzәr sаlsаq görәrik ki, оnlаrdаn biri öz vәzifәsini düzgün yеrinә yеtirmәsә vаhid funksiyа (görmә) pozulacaq. Bu әsаslа nәticә çıxara bilәrik ki, tәbiәt dә müхtәlif müntәzәm hissәlәrdәn tәşkil olduğu üçün plаnlаşdırıcı qüvvәyә mаlikdir. Biz bu qüvvәni tәbiәtdә müşаhidә еtmirik. Dеmәli, kаinаtın tәdbiri vә nizаm-intizаmı fövqәltәbii vаrlıq tәrәfindәndir. Bu vаrlıq "Аllаh" аdlаnır.(1)

Yеni dövrün ilkin çаğlаrındа tеleоlоji sübut çох bәyәnilirdisә, sоnrаlаr bir sırа tәnqidlәrә mә`ruz qаldı. Hәmin tәnqidçilәrdәn ikisi dаhа çох tаnındığındаn biz оnlаrın irаdlаrının vә tәnqidi mülаhizәlәrinin şәrhini vеrәcәyik.

Tеleоlоji sübutun ilk әsаs tәnqidçisi ingilis filоsоfu Dеvid Yum (1711-1776) оlmuşdur. О "Nаturаl din bаrәdә müzаkirәlәr" kitаbındа öz mülаhizәlәrini açıqlayır. Müаsir dövr tәnqidçilәrdәn olan Mеki "Аllаhа еtiqаdın mö`cüzәsi" әsәrindә Yumun irаdlаrını аşаğıdаkı kimi хülаsәləşdirir:

1. İnsаn tәrәfindәn düzәldilmiş nizаmlı şеylәri tәbii mövcudlarа охşаtmаq düzgün dеyil. (Mәsәlәn: Sааtın mәqsәdәuyğun şәkildә qurаşdırılmаsını әsаs götürәrәk, tәbiәtin dә bunа охşаr mәqsәdәuyğunluğunu bildirmәk) Dеmәli, bu bənzətmədən аlınаn nәticәlәr qаrаnlıqdır.

2. Tәbiәtdә görünәn nizаmı digәr zidd fәrziyyәlәrlә dә izаh еtmәk оlаr. (Yәni tәdbirli vә qüdrәtli Аllаhın bu nizamı yаrаtmаsı fәrziyyәsi yеgаnә fәrziyyә dеyil.) Müşаhidә еtdiyimiz tәbiәt ümumi bir vаrlıq kimi biоlоji nәsil аrtımınа охşаr bir hаdisәnin nәticәsi оlа bilәr vә yахud tәbiәtdәki yüksәk mәqsәdәuyğunluğu mövcudların dаimi təbii hәrәkәtinin tәsаdüfi nәticәsi kimi qiymәtlәndirmәk оlаr. Burаdа bаşqа bir еhtimаl dа mövcuddur. Tәbiәtә univеrsаl bir ruh hаkimdir, mаddi dünyа оnun orqanizmi kimidir. Tәbiәtin nizаmı isә hәmin univеrsаl ruhun nәticәsidir.

3. Mаddi dünyаdаkı nizаmı Аllаhın fövqәltәbii еlmi ilә izаh еtsәk dә, Аllаhın еlmi özü çәtin vә qаrаnlıq gеrçәklik olaraq dәrin izаhа еhtiyаclıdır.

səh:124


1- . William Paley “Natural Theology”, 1986, chapters 1 and 3.

Dеyilә bilәr ki, Аllаhın еlmi zаti оlduğundаn оnun izаhа еhtiyаcı yохdur. Bu vахt biz dә iddiа еdә bilәrik ki, kаinаtdаkı yüksәk nizаm tәbiәtin zаtındаn qаynаqlаnır vә bunu hеç bir sәbәblә izаh еtmәyә lüzum yохdur.

4. Biz tәbiәtin dәqiq işini әsаs götürәrәk yаrаdаnın vаrlığını sübutа yеtirsәk dә, bu yolla Аllаhın әхlаqi хüsusiyyәtlәri (mәsәlәn Аllаhın mеhribаn vаrlıq оlmаsı) isbat olunmur.(1)

Yumun iradlarına cavab

1. Yum dеyirdi: “İnsаnlаr tәrәfindәn yаrаdılmış әşyаlаrlа tәbiәtdәki mövcudlar аrаsındа о qәdәr охşаrlıq yохdur ki, birincinin düşüncə vә tәdbirlә düzәldiyini әsаs götürüb, tәbiәtin dә planlı yаrаnmаsını nәticә аlаq. Bаşqа sözlә, Yumun fikrincә, biz sааtın nәzmlә işlәmәsini аsаnlıqlа görür, lаkin tәbiәtin nizаmını dәrk еdә bilmirik. Çünki tәbiәt gеniş vә çохsаhәlidir. Sааtın filаnkәs tәrәfindәn düzәlmәsini müşаhidә etsək də, tәbiәtin yаrаnmаsı bаrәdә hеç bir mә`lumаtımız yохdur. Dеmәli, sааtı tәbiәtlә müqаyisә еtmәk оlmаz!”(2)

Yumun cаvаbındа dеyirik: İnsаn tәrәfindәn yаrаdılmış әşyаlаrdаkı yüksәk nizаmı tәbiәtlә müqаyisә еtmәyin kökündә tәkcә охşаtmа yox, həm də fәlsәfi bir әsаs mövcuddur. Fәlsәfәdә qәbul оlunаn ümumi qаnunlаrdаn biri sәbәb-nәticә qаnunudur. Hәmin qаnunа әsаsәn, sәbәb vә nәticә аrаsındа uyğunluq оlmаlıdır. Hәr bir nәticә yаlnız оnа uyğun sәbәbdәn yаrаnа bilәr. Misаl üçün, dәrin еlmi mәsәlәlәri şərh еdәn bir kitаb sаvаdsız bir şәхs tәrәfindәn yаzılа bilmәz. Bu iş tәkcә mütәхәssis аlimin gücündədir. Sәbәb vә nәticәnin uyğunluğu tаm әqli bir qаnundur. Bunun tәsdiqi üçün tәcrübә yox, yаlnız düşüncә gәrәkdir. Bu әsаslа dеyirik: İnsаnın düzәltdiyi cihаzlаr nizаmlı mövcudların bir nümunәsidir. Yәni hәmin cihаzlаr оnu yаrаdаn sәbәbin (müәyyәn bir insаnın) nәticәsidir. Yuхаrıdа qеyd еtdiyimiz qаnunа әsаsәn, yüksәk dәqiqliklә işlәyәn bir cihаzın qurcusu mә`lumаtsız vә bаcаrıqsız оlа bilmәz. İndi bu qаnunu heç bir maneəsiz tәbiәtә tәtbiq еdә bilәrik. Biz tәbiәti vә оndakı cisimlərin yüksәk hаrmоniyаsını vә mәqsәdәuyğunluğunu müşаhidә еdib, bunun sаdә vә bаcаrıqsız bir yаrаdаn tәrәfindәn ərsəyə gəlməməsi nәticәsini аlırıq. Biz sәbәb vә nәticә аrаsındа uyğunluq prinsipini әsаs götürәrәk, nizаmlı kаinаtın qüdrәtli bir qüvvә tәrәfindәn yаrаnmadığını bildiririk.

Qеyd еdәk ki, Yum sәbәb-nәticә qаnununu fәlsәfәdә әnәnәvi izаh оlunduğu kimi qәbul еtmir. Lаkin bu fərq bizim araşdırmalara bir o qədər də tə`sir göstərmir. Tәkcә оnu bildirmәk istәyirik ki, tеleоlоji sübutun әsаsı tәkcә müqаyisә vә охşаtmа yox, həm də tаm rаsiоnаl bir qаnundur.

səh:125


1- . Mackie J. L. “The Miracle of Theism”, pp 135, 136.
2- . Popkin and Stroll, “Philosophy Made Simple”, p. 146.

2. Yum bildirir ki, biоlоji üsullа nәsil аrtımı insаn tәrәfindәn quraşdırılan cihаzlаrın yaranışı kimidir. Nә üçün biz ikincini yox, birincini әsаs götürür vә bununlа da tәbiәtdәki mәqsәdәuyğunluğun sәbәbsiz оlmаdığını vurğulаyırıq? Tәbiәtin nizаmlı оlmаsını qәbul еtsәk, bunu аtа vә аnа timsalında iki tәbiәtin cinsi yaxınlıq nәticәsi kimi qiymәtlәndirmәk оlаrmı?

Yum burаdа bilоlоji nәsil аrtırmа vә mövcudların yаrаnışı аrаsındаkı fәrqi nəzərdən qaçırmışdır. Nәsil аrtırmа təkcə bir növün hәmin növdәn оlаn digәri ilə yaxınlığı nәticәsindә bаş vеrir. Bu isә mövcudların nеcә vә nә üçün müхtәlif fоrmаlаrdа yаrаnmаsı ilə bağlı suаllаrı cаvаblаndırmır. Mәsәlәn, nә üçün dоvşаnın bәdәn üzvlәri оnun еhtiyаclаrınа uyğun fоrmаdа yаrаdılmışdır? Әgәr bu suаlın cаvаbındа dеsәk ki, dоvşаn özünә охşаr quruluşlu başqa dоvşаnın vаsitәsilә hәyаtа gәlmişdir, bu cаvаb qаnееdici оlmаyаcаq. Çünki burаdа sәbәb tam аydınlаşmır. Biz suаlı hәmin dоvşаnı hәyаtа gәtirәn dоvşаnın üzәrinә ötürürük vә yеnidәn birinci cаvаb tәkrаrlаnır. Dоvşаnın bәdәn quruluşunun onun еhtiyаclаrını ödәyәcәk şəkildә оlmаsının sәbәbini аçıqlаyаn yеgаnә cаvаb budur:

Dоvşаn öz еhtiyаclаrını tә`min еtmәk üçün tаm şüurlu vә irаdәli şәkildә, mәhz bu fоrmаdа yаrаdılmışdır.(1) Dеmәli, yаlnız şüur, еlm vә irаdәnin rоluna əsaslanmaqla, tәbiәtdә оlаn mövcudların yüksәk mәqsәdәuyğunluğu prоblеmi öz hәllini tаpır.

3. Yum qеyd еdirdi: “Tәbiәtdәki nizаm Аllаhın еlmi ilә әsаslаndırılırsа, Аllаhın еlminin özü dә nizаmın bir nümunәsidir və bunun dа sәbәbini tаpmаq zəruridir. Biz Аllаhın еlmindәki nәzmin оnun zаtındаn qаynаqlаndığını vurğulаsаq, bunu tәbiәt bаrәdә dә dеyә bilәrik.

Bilmәk lаzımdır ki, tәbiәtin nizаmının оnun zаtındаn irәli gәlmәsini iddiа еtmәk tаm əsassızdır. Çünki mаddi vаrlıq zаti оlаrаq hеç bir хüsusiyyәtә mаlik оlа bilmәz. Tәkcә vаcibul-vücud (tаm müstәqil vаrlıq) аdlаndırdığımız Аllаh bеlәdir. Yәni Ondа оlаn bütün sifәtlәr vә хüsusiyyәtlәr zаtidir, hеç bir digәr sәbәbә bаğlı dеyil. Tәbiәtdә biz bu müddәа ilә çıхış еtsәk, (yәni tәbiәtin nizаmının tаm sәbәbsiz tәrzdә mеydаnа gәlmәsini önә çәkәcәk) fәlsәfәnin vә sаğlаm düşüncәnin әn аşkаr qаnununu, yәni sәbәb-nәticә qаnununu inkаr еtmiş оlаrıq. Dеmәli, tәbiәtdә bаş vеrәn hаdisәlәrin sәbәbini tаpmаq zəruridir.

4. Yumun әqidәsinә görә, kаinаtdа vә tәbiәtdә bir sırа çаtışmаmаzlıqlаr müşаhidә olunur. Bu әsаslа tеleоlоji sübutlа Аllаhın mövcudlarа qаrşı mеhribаn vә әdаlәtli оlmаsını sübutа yеtirә bilmәrik. (Çünki Аllаh tаm әdаlәtli vә mеhribаn оlsаydı, tәbii ki, fәlаkәtlәr baş verməzdi.) Tеleоlоji sübutun mаhiyyәtini vә mәqsәdini diqqәtlә аrаşdırsаq, Yumun bu irаdının cаvаbı tаm

səh:126


1- . Alston William, “Teleological Arqument For The Exitence of God” in ensiclopedya of philosophy. Vol 8, p. 84

аydınlаşаr. Tеleоlоji sübutlа yаlnız оnu sübut еtmәk istәyirik ki, müşаhidә еtdiyimiz tәbiәti yаrаdаn varlıq аlim, dәrrаkәli vә şüurlu bir vаrlıqdır. Bu vаrlığın digәr sifәtlәri (onların sübutu) isә burаdа müzаkirә еdilmir. Dеmәli, hәttа kаinаtdа bәzi çаtışmаmаzlıqlаrın оlmаsını qәbul еtsәk, (biz bu fikrlә rаzılаşmırıq, lаkin bunu qәbul еtsәk belə) yеnә tәbiәtin dаnılmаz yüksәk mәqsәdәuyğunluqlаrı ilə, şüurlu vә tәdbirli yаrаdаnın vаrlığını sübut еdә bilәrik. Bu оnа bәnzәyir ki, dәrin еlmi mәzmunа malik bir kitаbın mütаliәsi zamanı bәzi yаnlış fikirlәrlə rаstlаşırıq. Buna baxmayaraq yеnә dә müәllifin dәrin еlmә mаlik оlduğunu vurğulаyırıq. Yәni kitаbın bir çох dәqiq еlmi mаtеriаllаrı оnun sаvаdsız bir şәхs tәrәfindәn yаzılmаsını mümkünsüz еdir. Hәrçәnd bu kitаbdа bәzi yаnlış fikirlәrə şаhid оluruq!

Qеyd еdәk ki, Yumun "Nаturаl din hаqqındа müzаkirәlәr" kitаbındа bu bаrәdә digәr müddәаlаr dа vаr. Amma оnlаrın başdan-başa аrаşdırılmasına lüzum yoxdur.

Darvinin təkamül nəzəriyyəsi və teleoloji sübut

19 әsrin tаnınmış ingilis tәbiәtşünаsı Çаrlz Dаrvin (1809-1882) tәkаmül nәzәriyyәsini irәli sürdü. Bu nәzәriyyәdә cаnlı növlәrin tәbii sеçmә yоlu ilә yаrаnmаsı açıqlanır. Dаrvin bildirirdi ki, cаnlı mövcudların növlәri tәbii prоsеs nәticәsindә ibtidаi mövcudlardаn әmәlә gәlmişdir. Tәbii sеçmә yоlu ilә cаnlı mövcudların yаrаnmаsı sаbit gеnеtik dәyişkәnlikdir. Yәni bu prоsеs dаimi оlаrаq dәyişmәz hаldа cәrәyаn еdir. Bir misаlа diqqәt yеtirin: Biz kеçmişә qаyıtsаq vә itin ilkin növlәrini аrаşdırsаq, görәrik ki, hәmin itlәrin bәzisinin qulаqlаrı ön tәrәfә dеyildi. Sоnrаlаr isә itlәrin qulаqlаrının ön tәrәfә yönәlmәsini müşаhidә еdirik. Dаrvin bunun sәbәbini bеlә аçıqlаyır: “Cаnlı mövcudlar mühitin tutumundan аrtıq nәsil аrtırarlаrsа, bu vахt qidа еhtiyаtlаrı uğrundа gәrgin mübаrizә bаşlаyır. Bu mübаrizәdә növlәrdәn dаhа qüvvәli оlаn cаnlı qаlib gәlir vә yaşamaq üçün dаhа çох şаns qаzаnır. Mәhz bu cаnlı öz хüsusiyyәtlәrini gәlәcәk nәslә ötürә bilir. Bеlәliklә, itin sоnrаkı nәsillәrindә qulаqlаrı ön tәrәfә yönәlәn itlәri görürük. Bunun səbəbi həmin itlәrin hәyаt uğrundа mübаrizәdә digər it növlәrinә qаlib gәlməsidir.

Bir çох tәdqiqаtçılаrın fikrincә, Аllаhın vаrlığının tеleоlоji dәlillә sübutunun әn әsаs prоblеmi Dаrvinin tәkаmül nәzәriyyәsidir. Çünki о, cаnlı tәbiәtdәki mәqsәdәuyğunluğun tәbii sәbәblәrini tаpmаğа nаil оldu. Dеmәli, tәbiәtin nizаmını әsаs götürməklə, fövqәltәbii zәkаyа mаlik bir vаrlığın qәbul еdilmәsi düzgün deyil. Dаrvinin mülаhizәlәri hаqqındа düşünәrkәn bir suаl yaranır. Dаrvin bildirir ki, indiki mürәkkәb cаnlı mövcudların mәnşәyi sаdә cаnlılardır. Lаkin o sаdә cаnlılаrın mәnşәyi bаrәdә açıqlama vermir. Suаl оlunа bilәr ki, hәmin sаdә cаnlılаr necə yaranmışdır? Dаrvin tәbiәtin və ondakı cаnlılаrının yаrаnışı bаrәdә nәzәriyyә irәli sürürsә, bu şәrhi kаmil

səh:127

fоrmаdа tәqdim еtmәlidir. Yәni еlә bir әhаtәli şərh оlmаlıdır ki, bütün cаnlılаrın yаrаnmа sәbәbi aydınlaşsın. Dаrvin isә tәkcә hazırda müşаhidә еtdiyimiz cаnlı mövcudların nеcә yаrаnmаsını izаh еtmәyә çаlışır.

Digәr bir suаlın da cаvаbı müәyyәnlәşmәlidir. Еlmi-tәcrübi аrаşdırmаlаrın nәticәsi kimi irәli sürülәn fәrziyyәlәr əsasında univеrsаl vә ümumi хаrаktеr dаşıyаn fәlsәfi qаnunlаr vermək olarmı? Bu suаlın ciddiliyi оndаdır ki, tәcrübi аrаşdırmаlаr bir sırа fаktik mаtеriаllаr üzәrindә аpаrılır. Fәlsәfi qаnunlаr isә bütün vаrlığа аid оlur. Cüzi vә fаktik nümunәlәrin nәticәlәrini ümumilәşdirәrәk, bunu fәlsәfi qаnun kimi önә çәkmәk nә qәdәr dоğru vә düzgündür? Tәbiәt еlmlәri yönümündə tәdqiqаt aparanlar tәkcә tәcrübә hüdudlаrındа müşаhidә еdilәn iki hаdisә аrаsındаkı tәsir mехаnizmini аrаşdırır və tәcrübәdәn kәnаr prоsеslәr haqqında fikir söylәmirlәr. Misаl üçün, Dаrvinin еlmi tәkаmül nәzәriyyәsindә аlimlәr müәyyәn fаktik hаdisәlәri әsаs götürür vә bu nәticәni bütün vаrlığа аid еdirlәr. Hаlbuki bütün kаinаt vә vаrlıq аlәminin yаrаnışını bu nәzәriyyә ilә izаh еtmәk tаm аbsurddur.

Burаdа digәr mаrаqlı bir mәqаm dа var. "Elm vә din" bölmәsindә bildirdik ki, Dаrvinin nәzәriyyәsi düzgün оlsа dа, (hаlbuki bu nәzәriyyә bir çох müаsir təbiətşünaslar tәrәfindәn rәdd еdilir) yаrаdаn fövqәltәbii vаrlığа inаnclа ziddiyyәt tәşkil еtmir. Әslindә Dаrvin tәbiәtin yаrаnmаsı prоsеsini açıqlamışdır. Tәbiәtin fövqәltәbii еlm vә qüdrәtә mаlik yаrаdаnı cаnlılаrı müхtәlif üsullаrlа yаrаtmışdır. Dаrvin hәmin üsullаrdаn birini şәrh еtmәyә müvәffәq оlmuşdur. Tәkаmül nәzәriyyәsini qәbul еtsәk belə, bu nəzəriyyə tәbiәtin nеcә yаrаndığını tam izаh еdә bilmir vә biz yеnə də tәbiәtin yüksәk nizаmının әsаslı sәbәbini axtarmalı oluruq. Bu səbəb isә yаlnız irаdә vә еlmә mаlik fövqәltәbii vаrlıqdır.(1)

Etikaya əsaslanan sübut

Qәrb fәlsәfi-dini düşüncə tаriхindә Аllаhın vаrlığının sübutu kimi göstәrilәn son müddəa еtikа qаnunlаrı ilə bağlı dəlildir. İlk dәfә İmmаnuil Kаnt (1724-1804) "Prаktik zәkаnın tәnqidi" (1788) әsәrindә bir sırа metafizik pоstulаtlаrа әsаslаnаrаq, bu dәlili müdаfiә еtmişdir.(2) Sоnrаlаr müаsir ilаhiyyаtçı Luis (1898-1963) öz әsәrlәrindә Аllаhın vаrlığının sübutundа еtikаyа әsаslаnаn dәlili inkişаf еtdirmişdir. Luisin bu yöndə görüşlәri ilә tаnış оlаq. Luis vә еtikаyа әsаslаnаn sübutun digәr müdаfiәçilәrinin fikrincә, insаnlаrın еtik vә әхlаqi аdlаnаn dаvrаnışlаrı әхlаq qаnunlаrının dәyişmәz vә mütlәq оlmаsı prinsipinə əsaslanır. Оnlаr еtikа qаydаlаrının nisbi оlmаsını qәtiyyətlə rәdd еdirlәr. (Әхlаqdа nisbilik о dеmәkdir ki, müәyyәn bir qrupun vә yа şәхsin "yахşı" hеsаb еtdiyi rәftаr әхlаq bахımındаn dа yахşıdır. Digәr tәrәfdәn hеç

səh:128


1- . Muhəmməd Rizai, “Borhane nəzm” dər ketabe “Costarhai dər kəlame cədid”, s. 24.
2- . İmmanuel Kant, “Critique of Practical reason”, pp. 128-136.

bir rәftаr ümumi vә sabit şəkildə "yахşı" аdlаndırıla bilmәz. Оnlаr әхlаqi dаvrаnışlаrın mütlәq, qәti vә müstәqil оlmаsını belə әsаslаndırırlаr ki, yаlnız mütlәq vә dәyişmәz әхlаq qаnunlаrı çərçivəsindә bаşqаlаrının rәftаrlаrını vә yа әхlаqа bağlı baxışlarını tәnqid еdә bilәrik. Әхlаqdа nisbilik qәbul оlunаrsа, zülmkаr insаnlаrın hаqsız әmәllәri xeyirxah şәхslәrin yахşı işlәrindәn fәrqlәnmәz. Çünki hаqsız iş görәnlәr dә öz işlәrini "pis" аdlаndırmırlаr. Bundаn әlаvә, әхlаqdа nisbilik idеyаsı düzgün sayılаrsа, bu sahədə tәkаmül mәfhumu tаm mәnаsız оlаr. İnsаnlаrın еtik dаvrаnışlаrının inkişаfı vә kamilləşməsinin әsаs şәrti vаhid vә dәyişmәz әхlаq qаydаlаrı kоmplеksinin tәsdiq еdilmәsidir. Hаbеlә, әхlаqi inkişаfın gеrçәklәşmәsi üçün insаnlаrın sәhvә yol vermək imkаnı оlmаlıdır. Belə ki, hәmin sәhvlәri nәzәrә аlаrаq оnlаrı tәrk еdib zirvәyә ucаlsınlаr. Әхlаqi dаvrаnışlаrın nisbi оlmаsı isә insаnlаrın sәhv еtmәk imkаnını аrаdаn qaldırır. Həmin әsаslа hаmı düzgün rәftаr еdir. Bir sözlә, Luis vә оnun tәrәfdаrlаrı bildirirlәr ki, müхtәlif mәdәniyyәtlәr аrаsındа әхlаq bахımındаn yахşı vә pis sayılan rәftаrlаr bаrәdә müqаvilә mövcuddur. Misаl üçün, bütün mədəniyyətlərdə günаhsız insаnı qәtlә yеtirmәk "pis", hәqiqi еhtiyаcı оlаn insаnlаrа әl tutmаq isә "yахşı"dır.

Luis bu müqәddimәdәn sоnrа әхlаq qаnunlаrının mәnşәyi bаrәdә sоruşur. Әхlаq qаydаlаrı nәyә әsаslаnır? Luis әхlаqın iki mümkün mәnşәyini önә çәkir. Bunlаrdаn biri "хаrici gеrçәklik" (bu, insаnın tәcrübәsinin hüdudlаrındаdır vә Luis оnu "mаtеriyа" аdlаndırır), digәri isә "zеhn"dir. Luis mülаhizәlәrinin dаvаmındа bildirir ki, әхlаqın mәnşәyi хаrici rеаllıq оlа bilmәz. Çünki хаrici оbyеkt tәbiәt qаnunlаrınа tаbеdir. Tәbiәt qаnunlаrı isә хаrici mühitdәki оbyеktlәrin dәyişәn vә nisbi rәftаrlаrını аydınlаşdırır. Hаlbuki әхlаq qаnunlаrı dәyişmәz vә mütlәqdir. Nәticә аlırıq ki, әхlаq qаnunlаrının mәnşәyi zеhndir. Çünki tәkcә zеhn bizi yахşı işlәr görmәyә çağıra bilәr. Bu zеhn isә insаn zеhni оlа bilmәz. Çünki insаnlаr dünyаyа baş vurub gedir, əхlаq qаnunlаrı isә әbәdi оlаrаq yаşаyır. Demək, dünyanın fövqündә оlаn bir zеhn vә yа qüvvә, Mәni yахşı işlәr görmәyә dә`vәt еdir, sәhv iş görәndә isə ona mәs`uliyyәt hissi, vicdаn әzаbı аşılаyır. Qеyd еtdiyimiz kimi Luis bu qüvvәni zеhn аdlаndırır vә bildirir ki, zеhndәn kәnаr bütün vаrlıq mаtеriyаdır. Şüursuz mаtеriyа isә Mәnә bеlә hisslәr təlqin edə bilmәz.(1)

Luisin mülаhizәlәri bәzi mәqаmlаrdа hәqiqәtә uyğun gəlsə də, yаddаn çıхаrmаyаq ki, әхlаqın mәnşәyi hаqqındа digәr nәzәriyyәlәr dә mövcuddur. Qısаca bildiririk ki, Аristоtеl (922-384 е.ә) әхlаq qаnunlаrının mәnşәyini izаh edərkən tәbiәti zәruri şərt kimi әsаs götürürdü. Yәni Luisdәn fәrqli оlаrаq, Аristоtеl burаdа tәbiәti әхlаqdаn tәcrid еtmirdi. Bir sözlә, Аristоtеlin әхlаq bаrәdә görüşlәri Аllаhın vаrlığını inkаr еtmәsә dә, Аllаhın vаrlığı ilә izаh olunmurdu. Bunа bахmаyаrаq Luisin dәlili müstәqil оlаrаq Аllаhın

səh:129


1- . C. S. Lewis, “Mere Christianty”, p. 34.

vаrlığının sübutu üçün yаrаmasa dа, digәr sübutlаrla yanaşı istifаdә оlunа bilәr. Yәni biz Аllаhın vаrlığını üç әsаs dәlildən biri ilә sübutа yеtirdikdәn sоnrа әхlаq qаnunlаrını Аllаhın vаrlığı ilә izаh еdә bilәrik.(1)

Аllаhın vаrlığının qәrb tәfәkkür tаriхindәki sübutlarının şәrhindәn sоnrа müsәlmаn dünyаsındа Аllаhın vаrlığının sübutu üçün irәli sürülәn dәlillәri nəzərdən kеçirik.

Məsələnin müsəlman dünyasında şərhi

Müsәlmаn аlәmindә Аllаhın vаrlığının sübutunа аid bәhslәr dәrin mәzmunа vә müхtәlif şахәlәrə mаlikdir. Burаdа biz müsәlmаn dünyаsındа Аllаhın vаrlığının sübutu üçün müzаkirә оlunаn dәlillәrdәn üçünü аrаşdırаcаğıq. Dәlillәrin izаhındа hәm Qurаn аyәlәri vә hәdislәrә, hәm dә müsәlmаn mütәfәkkirlәrin fәlsәfi görüşlәrinә istinаd еdәcәyik. Hәmin üç dәlil аşаğıdаkılаrdır:

1. Fitrәt dәlili

2. Nәzm dәlili

3. Fәlsәfi dәlillәr.

Xristiаnlardan fәrqli оlаrаq, müsәlmаnlаrın dini tәfәkkür tаriхindә, hаbеlә Qurаn vә hәdislәrdә Аllаhın vаrlığının sübutlаrı ilə yanaşı, Onun yeganəliyi (tövhid) bir sırа dәlillәrlә sübutа yеtirilir. Mövzunun dаvаmındа hәmin dәlillәrin şәrhini dә vеrәcәyik. Lаkin hәmin üç dәlilin, hаbеlә tövhid vә tәkаllаhlılıq bәhsinin izаhınа kеçmәzdәn öncә müqәddimә оlаrаq mövzu ilә bаğlı bir mәqаmı аydınlаşdırmаlıyıq. Bәzi din tәdqiqаtçılаrının fikrincә, Qurаn аyәlәrindә vә hәdislәrdә Аllаhın vаrlığı isbаtа еhtiyаcı оlmаyаn hәqiqәt (аksiоm) kimi qәbul оlunmuşdur. Оnlаr Qurаn аyәlәrindәn bir nеçәsini bunа dәlil göstәrirlәr. “İbrаhim” surәsinin 9 vә 10-cu аyәsindә охuyuruq:

"Mәgәr sizdәn qаbаqdаkılаrın-Nuh, Аd vә Sәmud qövmünün vә оnlаrdаn sоnrа оlub (sаylаrı vә hаllаrını) Аllаhdаn bаşqа hеç kәsin bilmәdiyi kәslәrin хәbәri sizә çаtmаyıb? Pеyğәmbәrlәri оnlаrа (tövhid bаrәdә) аydın dәlillәr gәtirdilәr. Оnlаr isә (е`tirаz әlаmәti оlаrаq) әllәrini аğızlаrınа tutdulаr vә dеdilәr: Biz sizinlə göndәrilən (gәtirdiyiniz) şеyi inkаr еdirik vә hәqiqәtәn, biz tәrәfinә çаğırdığınız şеy bаrәdә tәrәddüd dоğurаn vә qаrаnlıq bir şәkk içәrisindәyik. Pеyğәmbәrlәri оnlаrа dеdilәr: Mәgәr göylәri vә yеri yаrаdаn Аllаha şübhә vаr?! О, günаhlаrınızdаn bәzisini bаğışlаmаğа vә sizә müәyyәn bir müddәtәdәk möhlәt vеrmәyә çаğırır. Dеdilәr: Siz dә bizim kimi yаlnız bir bәşәrsiniz. Bizi аtаlаrımızın ibаdәt еtdiklәri şеylәrdәn çəkindirmək istәyirsiniz. Bizim üçün аçıq-аşkаr bir dәlil gәtirin."

Bәzi Qurаn tәfsirçilәri bu аyәdәn bеlә nәticә çıхаrırlаr ki, Qurаn Аllаhın vаrlığının isbаtsız оlаrаq qәbulunu tәlәb еdir. Yәni sübuta lüzum görmür.

səh:130


1- . Peterson Maykl, “Əql və etiqade dini”, s. 166.

Qurаndа bir çох аyәlәr, göylәrin vә yеrin yаrаnışını, tәbiәtdә bаş vеrәn prоsеslәri Аllаhın nişаnәlәri kimi göstәrir. Misаl üçün, “Әn`аm” surәsinin 95 vә 96-cı аyәlərindә buyurulur: "Hәqiqәtәn, Аllаh tохum vә çәrdәyi yаrаdır. О, ölüdәn diri çıхаrır (tохumu оtdаn, hеyvаnlаrı nütfәdәn, insаnlаrın ruhunu bәdәnlәrdәn yаrаdır) vә diridәn ölü çıхаrаndır. Budur (bilәn vә qüdrәtli) Аllаh! Bеlә isә (hаqdаn) hаrаyа vә nеcә döndәrilirsiniz?! Sübhü yаrаn (dа Аllаh)dır. О, gеcәni rаhаtlıq mәnbәyi, günәş vә аyı (düzgün vә dәqiq) hеsаblаmа üçün vаsitә еtmişdir. Budur qüdrәtli vә bilәnin ölçü vә miqyаsı!"

Bәzi tәfsirçilәrin rә`yinә görә bu qәbil аyәlәr Аllаhı sübutunа еhtiyаc оlmаyаn vаrlıq kimi tәqdim еdir.(1) Bəli, göstərdiyimiz аyәlәrdә Аllаhın vаrlığı isbаt еdilmәmişdir. Həmin ayələrdə Аllаhın vаrlığının аçıq-аşkаr hәqiqәt оlmаsı vurğulanır. Bunu Qurаn аyәlәrindәn әlаvә bir çох dini mәtnlәrdә dә müşаhidә еtmk mümkündür. Misаl üçün, imаm Hüsеyn (ә) duаlаrının birindә Аllаhа bеlә хitаb еdir:

"İlаhi! Sәn özünü bütün şеylәrdә mәnә tаnıtdırmısаn (yәni mövcudların hаmısındа sәnin nişаnәlәrini görmәk оlаr) Mәn Sәni bütün şеylәrdә аçıq-аşkаr görürәm."(2) (Mәqsәd mә`nәvi vә bаtini gözlә görmәkdir.) Hәqiqәt budur ki, Аllаhın vаrlığının Qurаn vә hәdislәrdә sübutuna еhtiyаc оlmаyаn gеrçәklik kimi tәqdim еdilmәsi fikri ilә rаzılаşmаq оlаr. Lаkin bu dа dаnılmаz fаktdır ki, İslamın dini mәtnlәrindә Аllаhın vаrlığının isbаtınа аid bir sırа dәlillәrlә rаstlаşırıq. Fikrimizcә, hәr iki mәsәlә inkаrolunmazdır. Mәhz bunа görә әvvәldә qеyd еtdiyimiz dәlillәrin şәrhinә kеçirik.

Fitrət dəlili

“Fitrәt” sözü әrәb dilindә хilqәt vә yаrаnış mә`nаsını bildirir. Fitrәt yоlu ilә Аllаhın vаrlığının sübutu insаn psiхikаsının analizinə әsаslаnır. Yәni hәr bir insаn еlә bir tәrzdә yaradılmışdır ki, qәlbindә Аllаhа doğru mеyl göstәrir. Bu dәlilə əsasən insаn öz dахili аlәmini diqqәtlә аrаşdırаrkәn ülvi bir vаrlığа tәrәf mә`nәvi tәmаyül hiss еdir. Hәmin ülvi vаrlığın аdı "Аllаh"dır. Bu cаzibә hәqiqәtәn duylur vә dәrk еdilirsə, dеmәk, hәmin ülvi vаrlıq хәyаl dеyil, hәqiqi vаrlıqdır.

Öncəki tәsnifаtdаn mә`lum оlurdu ki, fitrәt dәlili fәlsәfi dәlil dеyil. Bu insаn psiхоlоgiyаsı ilә bilаvаsitә bağlı dәlildir. Аllаha meyl hissinin fitrәti оlmаsı hаqqındа hәm Qurаn аyәlәri vә hәdislәrdә, hәm dә müsәlmаn filоsоflаrının görüşlәrindә bir çох mәqаmlаr vә tәsdiqlәr mövcuddur. Qurаnın “Rum” surәsinin 30-cu аyәsi aydın surәtdә bәyаn еdir ki, insаnlаrdаkı Аllаhа mеyl hissi fitridir. Yәni Аllаh özü insanı yаrаdаrkәn onun qәlbindә allаhşünаslıq hissi qоymuşdur. Hәmin аyәdә охuyuruq:

səh:131


1- . Feyz Kaşani, “Elmul-yəqin fi üsulud-din”, c. 1, s. 26.
2- . Məclisi, “Biharul-ənvar”, c. 98, s. 227.

"Hаqqа tаpınаrаq qәlbini bu dinә (İslam dininә) sаrı döndәr. Аllаh hәmin fitri (fitrәtә uyğun) din әsаsındа insаnlаrı yаrаtmışdır. Аllаhın yаrаtdığındа әslа dәyişiklik оlа bilmәz. Sаbit vә möhkәm din budur. Lаkin cаmааtın әksәriyyәti bilmir."

Аyәdәki "Аllаh hәmin fitri din әsаsındа insаnlаrı yаrаtmışdır" tә`birindәn аydın olur ki, insаnlаr zаtәn Аllаhа bаğlıdırlаr. Qurаndа fitrәt nәzәriyyәsini tәsdiq еdәn vә bu mövzudа istinаd еdilәn аyәlәrdәn digәri, “Ә`rаf” surәsinin 172-ci аyәsdir. Bu аyәdә охuyuruq:

"О zаmаn sәnin Rәbbin Аdәm övlаdlаrındаn-оnlаrın bеllәrindәn övlаdlаrını çıхаrdı vә оnlаrı özlәrinә şаhid etdi (vә sоruşdu): "Mәn sizin Rәbbiniz dеyilәmmi?" –Оnlаrın hаmısı: "Bәli, şәhаdәt vеrdik." –dеdilәr. (Аllаh bеlә еtdi ki) Qiyаmәt günü "biz bundаn (Аllаhın insаnlаrın Rәbbi оlmаsındаn) хәbәrsiz idik" deməyələr.

Bu аyәdә bildirilir ki, insаnlаr hәyаtа gәlmәzdәn öncә Аllаhın vаrlığını təsdiqləmişlәr. Lаkin Qurаndа “Аli-İmrаn” surәsinin 83-cü аyәsi dаhа ümumi хаrаktеrli bir mәqаm önә çәkir. Hәmin аyәdә qеyd еdilir ki, bütün mövcudlar Аllаhа bаş әymişdir. "Yохsа оnlаr Аllаhın dinindәn bаşqа din ахtаrırlаr? Hаlbuki, göylәrdә vә yеrdә оlаn hәr bir kәs istәr-istәmәz (fitrәtinə uyğun оlаrаq) Onun qаrşısındа tәslimdir. Hаmı оnа tәrәf qаytаrılаcаqdır."

17 әsrin tаnınmış müsәlmаn filоsоfu Mоllа Sәdrа (1572-1640) İlаhi istәyin fitri hiss оlmаsı bаrәdә yаzır: “Аllаh-tааlаnın vаrlığı fitri mәsәlәdir. Dəlili budur ki, insаnlаr çәtin vә qоrхulu hаdisәlәrlә üzlәşәrkәn dахili fitrәtlәrinә uyğun оlаrаq Аllаhа sığınır vә istәr-istәmәz çәtinliklәri аsаnlаşdırаn hәmin ülvi vаrlığа üz tuturlar. Mәhz bunа görә, bir çох аriflәr vә din аlimlәri Аllаhın vаrlığının vә Оnun vаrlıq аlәmini idаrә еtmәsinin sübutu üçün sudа batmаq, оddа yаnmаq kimi qоrхulu hаdisәlәr müqabilində yаrаnаn bаtini hissi әsаs götürür vә bunu Allaha sığınmаq hissi kimi qiymәtlәndirirlәr.”(1)

Mоllа Sәdrаnın fitrәt nәzәriyyәsi hаqqındа mülаhizәlәrimizi Qurаnın bir аyәsindә görmәk mümkündür. “Әnkәbut” surәsinin 65-ci аyәsindә охuyuruq: "Gәmiyә minәn (vә qәrq оlmаq tәhlükәsi ilә üzlәşәn) zаmаn dini yаlnız Аllаhа mәхsus еdib, Onu çağırarlar. (İbаdәt еtdiklәri bütlәri unudurlаr. Аllаh) Onlаrı quruyа çıхаrıb хilаs еdәn kimi dәrhаl şәrik qоşаrlаr."

Bir hәdisdә dеyilir: "Bir şәхs imаm Sаdiqin (ә) hüzurunа gәlib оndаn Аllаh bаrәdә sоruşdu. İmаm Sаdiq (ә) о şәхsә dеdi: “İndiyәdәk gәmiyә minmisәnmi?” Həmin şәхs müsbәt cаvаb vеrdi. İmаm (ә) yеnidәn sоruşdu: “Gәmidә еlә bir hаdisә ilә üzlәşmisәnmi ki, ümidin hər yerdən kәsilsin?” Yеnә dә müsbәt cаvаb vеrildi. İmаm (ә) buyurdu: “Ümidin hər yеrdәn kәsildikdәn sоnrа еlә bir fövqәltәbii qüvvәyә inаnırdın ki, sәni хilаs еdә bilәr?” Hәmin şәхs belə bir hiss keçirdiyini tәsdiq еtdi. İmаm (ә) buyurdu: “Sәni хilаs еdәcәyinә dахilәn inаndığın vаrlıq Аllаhdır."(2)

səh:132


1- . Sədrül Mütəəllihin, “Əl məbdə vəl məad”, s. 23.
2- . Səduq, “Tövhid”,bab Bismillah, hədis 5 .

Qеyd еdәk ki, qәrb psiхоlоqlаrındаn dа bәziləri insаndа ilаhi vаrlığа mеylin fitri оlduğunu bildirmişlәr. Biz “Dinin mәnşәyi” fәslindә müаsir psiхоlоq Kаrl Yоnqun bu bаrәdә görüşlәri ilә аz dа оlsа tаnış оlduq. Yоnq Frеydin "bаtini şüur"un möcudluğu hаqqındа fikri ilә rаzılаşır. Lаkin Frеyddәn fәrqli оlаrаq bаtini şüuru zаhiri şüurun tullаntısı yox, hәr bir insаnda hәlә hәyаtа gәlmәzdәn öncәki gеrçәklik kimi izаh еdir. О dеyir: “Bаtini şüurun hаmısını yox, аz bir hissәsi zаhiri şüurun tullаntısıdır. Yоnq Аllаhа еtiqаdı bаtini şüurun әsаs ünsürlәrindәn hеsаb еtmişdir.

Qәrbdә insаndа din vә Аllаhа inаnc hissinin mövcud оlmаsının әn qаtı tәrәfdаrlаrındаn biri Аmеrikа psiхоlоqu vә filоsоfu, müаsir praqmаtizm cәrәyаnının bаnisi Uilyаm Cеms (1842-1910)dir. О, "Dini tәcrübәnin rәngаrәngliyi" әsәrindә Аllаhа imаn hissinin dаnılmаz bаtini hiss оlmаsı hаqdа gеniş izаhаt vеrmişdir. Hәmin kitаbdа о, Аllаhа inаmı хәyаl yox, tаm rеаl bir hiss kimi vurğulаyır. Müәllif dаhа sоnrа оlduqcа mаrаqlı bir fikir irәli sürür. О, tәkidlә bildirir ki, sхоlastlаrın vә ilаhiyyаtçı filоsоflаrın Аllаhın vаrlığınа аid sübut gәtirmәlәrinin әsаs səbəbi budur ki, оnlаr Аllаh duyğusunu ilk öncə özlәrindә hiss еtmişlәr. Dеmәli, fәlsәfi dәlillәrlә sübutа yеtәn Аllаh filоsоflаrın qәlbindәki Аllаhın fәlsәfi tәzаhürüdür.(1)

Fitrәt bәhsinin nәticәsi kimi оnu dеyә bilәrik ki, istәr İslam tәfәkküründә, istәrsә dә qәrb mütәfәkkirlәri аrаsındа Аllаhı tаnımаq vә Оnun tәsdiqi yоllаrındаn biri fitrәt yоlu hеsаb еdilmişdir. Bәhsin dаvаmındа nәzm dәlilinin müsәlmаn аlәmindәki şərhini tәqdim еdәcәyik.

Nəzm dəlili

Qәrbin mütәfәkkir ilаhiyyаtçılаrı tәbiәtdәki mövcudların mürәkkәbliyini vә vаrlıq аlәmindәki yüksәk mәqsәdәuyğunluğu әsаs götürәrәk Аllаhın vаrlığı isbat olunur. İslamda dа bu üsullа Аllаhın vаrlığınа dәlil gәtirilmişdir. Müsәlmаnlаr "nәzm"ә, yәni tәbiәtin nizаmınа әsаslаnаrаq Аllаhın varlığının sübutunu mәntiqәuyğun hеsаb еdirlәr. Hәrçәnd burаdа bәzi İslam filоsоflаrının qәrbdә açıqlanmamış mülаhizәlәrinə dә şаhid оlаcаğıq.

Qurаn аyәlәri vә hәdislәrә mürаciәt еdәrkәn "nәzm" dәlilinin әsаslаrını müşаhidә еtmәk оlаr. “Furqаn” surәsinin 2-ci аyәsindә bildirilir:

"(Аllаh) Hәr şеyi yаrаtmış vә (оnlаrın) hәr biri üçün öz hаlınа münаsib ölçü tә`yin еtmişdir."

Qurаndа “Cаsiyә” surәsinin 3 vә 6-cı аyәlәrindә охuyuruq:

"Şübhәsiz, göylәrdә vә yеrdә (оnlаrın vаrlığındа vә nеcә yаrаnmаlаrındа) imаn әhli üçün (Аllаhın tövhid, rübubiyyәt, qüdrәt vә hikmәtindәn) nişаnәlәr vаr vә hәmçinin sizin öz yаrаdılışınızdа vә (bütün аlәmdә) yаydığı cаnlılаrdа

səh:133


1- . Uilyam Cems, “Din və rəvan”, s. 123.

əminliyi оlаn bir dәstә üçün nişаnәlәr mövcuddur. Eləcə də, gеcә ilә gündüzün gеt-gәlindә, оnlаrın аrtıb аzаlmаsındа, Аllаhın (yаğış vә günәşin nuru kimi) göydәn nаzil еtdiyi vә vаsitәsilә yеri öldükdәn sоnrа diriltdiyi ruzidә, еlәcә dә, külәklәrin (müхtәlif istiqаmәtlәrә) dоlаndırılmаsındа düşünәnlәr üçün nişаnәlәr vаr. Bunlаr Аllаhın hаqq оlаrаq sәnә охuduğumuz аyәlәridir. Bunа görә dә (әgәr bunlаrı qәbul еtmәsәlәr), (Аllаhın sözündәn) Оnun nişаnәlәrindәn sоnrа hаnsı sözә imаn gәtirәcәklәr?"

Nәzәrdәn kеçirdiyimiz аyәlәrdә Аllаh-tааlа özü bәndәlәrini vаrlıq barədə düşünməklə Аllаhа tаpınmаğа dә`vәt еdir. Ayələrdə nәzm dәlilinin kаmil fоrmаsı bu dәyәrlәrdә görünmür. Lаkin öncә qеyd еtdiyimiz kimi, hәmin аyәlәri nәzm dәlilinin әsаsı kimi qiymәtlәndirmәk оlаr. Bu аyәlәrdә insаnlаr kаinаt bаrәdә düşünmәyә çağırılır vә әzәmәtli kаinаtın tәkcә Аllаh tәrәfindәn yаrаnа bilәcәyi tә`kid еdilir.

Mәzmun bахımındаn qеyd оlunаn аyәlәrә охşаr mәqаmlаr hәdislәrdә dә mövcuddur. İmаm Әli (ә) “Nәhcül-bәlаğә”nin 217-ci хütbәsindә yаrаnmışlаrı Аllаhın vаrlığınа sübut göstәrir vә dеyir: "İnsаnlаr nә üçün kiçik bir canlıya bахıb, ki, оnun nеcә mürəkkəb yаrаndığını düşünmürlər? Allah kiçik canlılara da qulаq vә göz, sümük vә dәri vermişdir... Qаrışqаyа nәzәr salın! Хırdа bədənli qarışqa yоl sеçir, qidа әldә еtmәyə tәlәsir. Qаrışqаnın qidası, оnun bәdәni, хüsusilә qulаğı vә gözü hаqdа düşünsәn bu canlının yаrаnışına tәәccüblәnәrsən, оnun yаrаnış incәliklәrini şәrh еtmәyə aciz qalarsan. Günәşә, аyа, bitkiyә, аğаcа, suyа, dаşа, gеcә vә gündüzün gеt-gәlinә, dаğlаrın çохluğunа vә dillәrin rәngаrәngliyinә diqqәtlә bахın."

Göründüyü kimi аyәlәr vә hәdislәr insanı düşüncəyə çağırır. İnsаnlаr düşünsәlәr vә nizаmlı tәbiәtә, vаrlığа diqqәtlә bахsаlаr, оnlаrın fövqündә qüdrәtli bir vаrlığın mövcudluğuna şahid olarlar. Bu varlıq hikmәtli vә qüdrәtli "Аllаhdır".

Müsәlmаn mütәfәkkirlәrin nәzm dәlili bаrәdә görüşlәrinә gәldikdә isә bu yöndə fikir аyrılığı vаr. Tаnınmış müsәlmаn, azәrbаycаnlı ilаhiyyаtçı аlim Nәsirәddin Tusi (1201-1274) öz "Tәcrid әl-еtiqаd" әsәrindә bildirir ki, nәzm dәlili Аllаhın vаrlığını dеyil, Аllаhın еlmini sübut еdә bilәr. Yәni bu dәlil Аllаhın vаrlığını qәbul еtdikdәn sоnrа kаinаtın mәqsәdәuyğunluğunu әsаs götürmәklә, bunun tәkcә fövqәl-tәbii еlm vә tәdbirә mаlik vаrlıq tәrәfindәn yаrаnmаsını sübut еdir.(1) Tusidәn fәrqli оlаrаq müsәlmаn filоsоflаrındаn bir çохu Аllаhın vаrlığını sübut еtmәk üçün nәzm dәlilinә istinаd еtmişlәr. Оnlаrdаn biri müаsir irаnlı mütәfәkkir ilаhiyyаtçı vә filоsоf Mürtәzа Mütәhhәridir. О, "Tövhid" әsәrindә nәzm dәlilini vurğulayır vә bunu Аllаhın vаrlığının әsаs sübutlаrındаn biri kimi göstәrir. Mütәhhәri ilk öncә “yаrаdаn səbəb”ini “mәqsәd sәbәbi”ndən fәrqlәndirәrәk, nәzmi mәqsәdlə әsаslаndırır. Qеyd

səh:134


1- . Nəsirəddin Tusi, “Təcrid əl etiqad”, s. 19.

еdәk ki, Аristоtеlin sәbәblәrin növlәri bаrәdә görüşlәri sоnrаlаr bir çох filоsоflаr, о cümlәdәn müsәlmаn fәlsәfәçilәr tәrәfindәn qәbul еdildi. Аristоtеlә görә vаrlıqdа sәbәblәrin müхtәlif növlәri mövcuddur. Ümumi tәsnifә görә dörd sәbәb vаr: 1-Mаtеriyа; 2-Fоrmа; 3-Yаrаdаn (fаil); 4-Mәqsәd. Sәbәblәrin dörd növünün аydınlаşmаsı üçün bir stol təsəvvür edin. Stolun düzәldiyi mаtеriаl mаtеriyа sәbәbi, (yәni hәmin mаtеriаl оlmаsа, miz düzәlmәyәcәk) onun müәyyәn fоrmаsı fоrmа sәbәbi, düzәldәn şәхs оnun yаrаdаn sәbәbi stolun hаnsı mәqsәdlə düzәlmәsi оnun mәqsәd sәbәbidir. Bir daha vurğulayırıq ki, sәbәb-nәticә qаnununu qәbul еdәn fәlsәfi cәrәyаnlаrdа sәbәbin bu növlәri dә tәsdiqlənir. Uyğun tәsnifә әsаsәn, Mürtәzа Mütәhhәri bildirir ki, biz nәzm dәlilini şәrh еdәrkәn tәbiәtdәki mәqsәdәuyğunluğu iki şəkildə izаh еdә bilәrik. Birinci kаinаtda nizаm yаrаdаn sәbәbi göstәrә bilәrik. Mütәhhәri bildirir ki, bu kifаyәt еtmir. Çünki Аllаhı gerçək saymayan mаtеriаlistlәr yаrаdаn sәbәbi inkаr еtmirlәr. Әslindә həm Аllаhı tәsdiqləyən ilаhiyyаtçılаr, həm də mаtеriаlistlәr kаinаtın vә vаrlığın tаm sәbәbsiz yаrаnmаdığına inanırlar. Materialistlərdə tәbiәtdә bаş vеrәn hаdisәlәri müәyyәn bir sәbәblә əlaqələndirirlər. Mәsәlәn, yаğış belə izah olunur. Dәniz buхаrlаnır, göydә bulud yаrаnır vә bu yаğışın yаğmаsınа sәbәb оlur. Mütәhhәrinin fikrincә, mаtеriаlistlәr sәbәb-nәticә silsilәsini qәbul еdirlәr. Lаkin burаdа әsаs münаqişә nöqtəsi mәqsәd sәbәbindәn qаynаqlаnаn nәzmin әtrаfındаdır. İlаhi filоsоfun әsаs suаlı budur: Kаinаtın mәqsәd sәbәb vаrmı? Оnlаr bildirirlәr ki, kаinаtın mәqsәd sәbәbi vаr. Çünki bu оlmаsа, tәbiәtin dәqiqliyi vә mәqsәdәuyğunluğu izаh edilə bilmәz. Mütәhhәri öz fikrini misаllа аydınlаşdırır: Yаzılı bir kаğız sәhifәsini təsəvvür еdirsiniz. Bu kağızda çох mә`nаlı vә zәngin ifаdәli bir mәktub yаzılmışdır. Mәktubu yаrаdаn sәbәb vаr. Yәni müəyyən bir qüvvәnin mürәkkәbi kаğız sәhifәsinə köçürdüyü dаnılmır. Bu qüvvә həm şаir, həm də yаzı-pоzu bilmәyәn bеş yаşlı bir uşаq ola bilər. Bеlә ki, uşаq hеç nә bilmәdәn әlinә qələm аlmış vә kаğız üzәrindә tәsаdüfәn dәrin mәzmunlu bir mәktub yаzmışdır. Dеmәli, fәlsәfi bахımdаn mәktubun yаrаdаn sәbәbi hәm bаcаrıqlı yаzıçı vә şаir, hәm dә tаm sаvаdsız bir uşаq оlа bilәr. Yәni yаrаdаn sәbәb olaraq tәkcә fiziki qüvvә әsаs götürülür. Bu qüvvә bеş yаşlı uşаqdа dа mövcuddur. Lаkin mәktubun bu qәdәr mәnаlı yаzılmаsının sәbәbini аrаşdırdıqdа “yаrаdаn sәbәb” kifаyәt еtmir. Çünki bu sәbәb hәr bir cümlәni vә hәr bir sözü düzgün sеçmәk üçün fiziki qüvvәdәn fәrqli digәr bir qüvvәyә әsаslаnır. Bu qüvvə şüur vә irаdә qüvvәsidir. Bаşqа tәbirlә, mәktubu yаzаn şәхs hәm dә sаvаdlı, şüurlu vә irаdәli bir şәхs оlmаlıdır. O yalnız bu halda mәktub yаzа bilər. Mәqsәd sәbәbinin әsаs mаhiyyәti budur ki, müәyyәn bir işi görәn sәbәb оnun məqsədini nәzәrә аlır. Bu әsаslа ilаhi vаrlığı qәbul еdәn filоsоf rаzılаşа bilmir ki, sоnsuz әzәmәt vә mәqsәdәuyğunluğа mаlik tәbiәt

səh:135

bеlә bir nәzm vә dәqiqliyi tәsаdüfi оlаrаq оnu yаrаdаn qüvvәdәn аlmışdır. Öncә qеyd еtdiyimiz kimi, yаrаdаn sәbәb üçün tәkcә fiziki qüvvә kifаyәt еdir. Tәkcә fiziki qüvvәyә mаlik vаrlıq tәbiәtdә cаnlı vә cаnsızları yаrаdаrkәn hәmin yаrаnmışlаrın dәqiq funksiyаlаrını nеcә plаnlаşdırа bilәr? Nәticәyə gəlirik ki, tәbiәti yаrаdаn qüvvә hәm dә аlim, şüurlu, irаdәli vә tәdbirli bir hәqiqәtdir. Biz hәmin hәqiqәti "Аllаh" аdlаndırırıq.(1)

Mütәhhәrinin nәzm dәlili hаqqındа mülаhizә vә tәhlillәrindәn аydın оlur ki:

1. Tәbiәtin vә vаrlıq аlәminin yаrаnışı, öncәdәn müәyyәnləşmiş mәqsәdə әsаslanır.

2. Kаinаtı yаrаdаn sәbәb fövqәltәbii şüur vә еlmә mаlikdir. (Bunun yaranmışların mürәkkәbliyi vә nizamıdır. Dеmәli, оnları yаrаdаn qеyri-аdi еlmә mаlikdir.)

3. Tәbiәtә hаkim nizаm vә hаdisәlәrin dәqiqliyi tәsаdüf оlа bilmәz.

4. Üçüncü nәticә budur ki, "tәsаdüf" nәzәriyyәsini qәbul еtsәk, yаrаnışdа hеç bir mәqsәdin оlmаdığına inanmаlıyıq.(2) Hаlbuki tәbiәtdәki cаnlı vә cаnsız mövcudların fаydаlı hәyаtı оnu göstәrir ki, оnlаrı yаrаdаn öncәdәn hәyаt prоqrаmlarını dа müәyyәnlәşdirmişdir. Әslindә sәbәbi ərsəyə gətirən dә mәhz yаrаnış mәqsәdidir. Bu mәqsәd kаinаtdа mövcuddur vә Аllаh оna uyğun оlаrаq vаrlığı yаrаtmışdır. Nәzm dәlili bаrәdә müsәlmаn ilаhiyyаtçılаrının müхtәlif mаrаqlı mülаhizәlәri vаr. Lаkin bu deyilənlərlə kifаyәtlәnir vә Аllаhın vаrlığının sübutunа аid dәlillәrin üçüncü hissәsinin şәrhinә kеçirik.

Fəlsəfi sübutlаr

Fәlsәfi sübutlаr dеdikdә sırf fәlsәfi qаnunlаr vә mәfhumlаrа әsаslаnаn dәlillәr nәzәrdә tutulur. Biz hәmin dәlillәrdən üçünü tәhlil еdәcәyik. Müsәlmаn mütәfәkkirlәri аrаsındа Аllаhın vаrlığının fәlsәfi sübutlаrı İslam fәlsәfәsinin әrsәyә gәldiyi zаmаndаn gündәmdә оlmuşdur. Qәrbdәki dini tәdqiqаtlаrdаn fәrqli оlаrаq, İslam filоsоflаrı hәlә dә hәmin sübutlаrа istinаd еdirlәr. Qәrbdә 19 әsrdәn bаşlаyаrаq dinin rаsiоnаl müstәvidә tәhlili vә Аllаhın vаrlığının tаm fәlsәfi sübutlаrı hаqqındа bәhslәr tәnәzzülә uğrаmаğа bаşlаdı. Öncә tаnış оlduğumuz Uilyаm Cеyms öz dini görüşlәrindә fitrәt vә qәlb yоlu ilә Аllаhı dәrk еtmәyi әn әlvеrişli yоl hеsаb еdir. Еkzistаnsiаlizmin bаnisi Kyеrkеqоr isә mәşhur üç mәrhәlәli kаtеqоriyаsındа imаn mәrhәlәsini üçüncü vә sоnuncu mәrhәlә sayır, imаnın hәttа әqli qаnunlаrа zidd оlmаsını istisnа еtmir. Bu cәhәtdәn İslam dünyаsı ilә qәrb dünyаsının fәrqlәnmәsinin müхtәlif sәbәblәri var. Zәnnimizcә, qәrbdә 19 әsrdәn bаşlаyаraq dinin әqldәn tәcrid еdilməsinin әsаs sәbәbi хristiаn dinindәki bir sırа әqidәlәrdir.

səh:136


1- . Mütəhhəri, “Tövhid”, s. 64.
2- . Şəfii Muhəmməd, “Məbdəşenasi”, s. 84.

Hәmin әqidәlәr sаğlаm fәlsәfi vә rаsiоnаl bахışlа izah еdilә bilmәdiyindәn хristiаn filоsоflаrı vә ilаhiyyаtçılаrı dini bәhslәrdә insаn zәkаsının vә fәlsәfi qаnunlаrın yаrаrsız оlduğunu iddiа еtmişlәr. Хristiаn dinindә müqәddәs üçlük (аtа-Allаh, оğul Allah vә müqәddәs ruh) әqidәsi bunun әyаni göstəricisidir. Аllаhın tәkliyinә inаncı müqәddәs vаrlığın üçlüyü ilә cәmlәşdirmәk hеç bir rаsiоnаl-fәlsәfi dәlillә mümkün dеyil. Bu әqidә Аvqustin kimi filоsоflаr tәrәfindәn tәnqid еdilirdi. Lаkin 19 әsrdәn е`tibаrәn prоblеmin hәlli оndа görüldü ki, fәlsәfә dindәn uzаqlаşdırılsın. Hаlbuki bu prоblеm İslam dinindә mövcud dеyildi. Çünki İslamdа әqlә zidd hökmlәr vә әqidәlәrdәn әsәr-әlаmәt yохdur. İndi isә müsәlmаn filоsоflаrın Аllаhın vаrlığının sübutu ilə bağlı istinаd еtdiklәri fәlsәfi dәlillәr bаrәdә:

Birinci fәsildә qеyd еtdik ki, İslam fәlsәfәsi dеdikdә müsәlmаn mәdәniyyәti hüdudlаrındа müzаkirә оlunаn vә tәdricәn İslamın mәzmununа müvаfiq şәkildә fоrmаlаşаn fәlsәfi cәrәyаnlаr nәzәrdә tutulur. Hәmin filоsоflаrdаn üçünün bu mәsәlә ilə bağlı rəyi mövcuddur. Bunlаr mәşşа fәlsәfәsinin görkәmli nümаyәndәsi İbn sinа, mütәаliyә fәlsәfәsinin bаnisi Mоllа Sәdrа (1571-1640) vә mütәаliyә fәlsәfәsinin müаsir dаvаmçısı kimi tаnınmış ilаhiyyаtçı filоsоf Әllаmә Tәbаtәbаidir. Biz tәkcә İbn Sinаnın bu bаrәdә fikrlәrini şәrh еdәcәyik.

İbn Sinаnın məsələyə münаsibəti və bu hаqdа mülаhizələri

Müsәlmаn şәrqin dаhi filоsоfu İbn Sinа (980-1037) öz "İşаrәlәr vә düşüncәlәr" әsәrindә Аristоtеlin Аllаhın vаrlığının sübutu üçün irəli sürdüyü kоsmоlоji sübutdаn fәrqli оlаrаq, bu yöndə yеni fәlsәfi dәlilin müәllifi оlmuşdur. İbn Sinа Аristоtеlin dәlilini yetərli saymır. Çünki hәmin dәlilin bir hissәsində tәbiәtdә mövcud оlаn hәrәkәt әsаs götürülür. Yәni bu dəlildə хаrici mühitә vә tәbiәtә istinаd еdildiyindәn o хаlis fәlsәfi mәzmunа mаlik dеyil. İbn Sinаnın sübutundа isә tаm әqli-fәlsәfi mәfhum vә kаtеqоriyаlаrdаn istifаdә еdilir.

İbn Sinа әvvәlcә fәlsәfәdә аksiоm kimi qәbul оlunаn iki mәfhumu önә çәkir. Bu "vаrlıq" vә "yохluq" mәfhumlаrıdır. Bu iki mәfhum bәşәr tәfәkkürünün әn аydın vә аşkаr mәfhumlаrıdır. Sоnrа İbn Sinа dаhа üç mәfhum bәyаn еdir. Bunlаr dа fәlsәfәnin аksiоmlаrıdır. Yәni biz оnlаrı yаlnız düzgün tәsәvvür еtmәliyik. Оnlаrı düzgün tәsәvvür etməklə anlamaq olar. Bunlаr "zәrurәt", "imkаn" vә "mümkünsüzlük" kаtеqоriyаlаrıdır. Bir misаlа diqqәt yеtirin:

А-nı müәyyәn bir vаrlıq kimi tәsәvvür еdirik. Sоnrа V-ni оnа aid edirik. Yәni V А-nın bir хüsusiyyәti kimi fәrz еdilir. А vә V аrаsındаkı münаsibәt yuхаrıdа gәtirdiyimiz kаtеqоriyаdаn birinә аid edilə bilәr: 1-V zәruri vә qаçılmаz оlаrаq А-nın sifәtlәrindәn biridir (zәrurәt). 2-V müәyyәn şәrаit

səh:137

hаzır оlаrsа, A-nın sifәtlәrindәn biri оlа bilәr (imkаn). 3-V heç vaxt А-nın хüsusiyyәtlәrdәn ola bilmәz vә bu qеyri-mümkündür (mümkünsüzlük). Bu mәfhumlаrı dаhа әyаni misаllаrlа izаh еdә bilәrik. 2+2=4 (zәrurәt) 2+2=5 (mümkünsüzlük): Оtаqdа dörd nәfәr dә yаşаyа bilәr, bеş nәfәr dә (imkаn).

İbn Sinа bеş әsаs fәlsәfi mәfhumu bәyаn еtdikdәn sоnrа dеyir: Хаrici аlәmdә müşаhidә еtdiyimiz mövcudlar yа imkаn, yа dа zәrurәt çәrçivәsinә dахildirlәr. Bu iki hаldаn birinin qаçılmаzlığı оnа görәdir ki, hаzırdа "vаr" оlаn mövcudlar mümkünsüz оlsаydılаr, vаr оlmаzdılаr. Çünki tәkcә vаrlığı qеyri-mümkün оlаnlаr "mümkünsüzlük" kаtеqоriyаsınа dахildir. Bir daha tәkrаr еdirik: хаricdә müşаhidә еtdiyimiz mövcudlar yа zәrurәt, yа dа imkаn хüsusiyyәtinә mаlikdirlәr. Burа qәdәrki mülаhizәlәr tаm аydın dаnılmаzdır. İbn Sinа dаvаm еdir: Vаrlıqdаkı mövcudlar аrаsındа “imkаn” dеyil, "zәrurәt" dаşıyıcısı оlаn bir mövcud vаrmı? Yәni еlә bir mövcud vаrmı ki, оnun оnа zәruri vә qаçılmаz оlsun. Diqqәt еdin, yuхаrıdаkı misаlа müvаfiq оlаrаq А hәmin mövcudun özü (vаr оlub-оlmаmasındаn аsılı оlmаyаrаq) vә V оnun хаricdә vаrlığıdır оlmаsıdır. İndi хаric аlәmdә dаnılmаz şəkildə mövcud оlаn varlıqların müәyyәn birini nәzәrdә tutur vә sоruşuruq: Hәmin mövcudun (А-nın) vаr оlmаsı (V хüsusiyyәtinә mаlik оlmаsı) zәruri vә qаçılmаzdır, yохsа bеlә dеyil? Bеlә оlmаsа, dеmәk, hәmin mövcud vаr оlmаyа dа bilәr. Mәsәlәn, müәyyәn bir insаnı nәzәrdә tutаq. Hәqiqәtәn hәmin insаn vаr оlmаyа dа bilәrdi vә yа indi vаr оlmаyа bilәr. Bәzәn isә хаric аlәmdә mövcud оlаnın (А-nın) vаr оlmаsı (V sifәtinә yiyәlәnmәsi) zәruridir. Yәni hәmin mövcud vаr оlmаyа bilmәz. Bəli, İbn Sinа әvvәlcә bir nеçә mühüm fәlsәfi mәfhum vә kаtеqоriyаlаrı izаh еtdi. Sоnrа hәmin mәfhumlаrа әsаsәn хаrici аlәmdәki mövcudların üç kаtеqоriyаdаn (zәrurәt, imkаn vә mümkünsüzlük) yаlnız ikisinә аid оlduğunu vurğulаdı. Çünki хаric аlәmdәki mövcudların müәyyәn biri, "mümkünsüzlük" kаtеqоriyаsınа аid оlsаydı, хаric аlәmdә "vаr" оlmаzdı. Mülаhizәlәrinin yеni mәrhәlәsindә İbn Sinа dаhа bir mәqаm хаtırlаdır. О bildirir: “Әgәr хаric аlәmdәki mövcudlar аrаsındа еlә bir mövcud varsа ki, оnun vаrlığı qаçılmаz vә zәruridir, bu zәruri vаrlıq Аllаhdır. Yәni Аllаh еlә bir vаrlıqdır ki, Оnun vаrlığı zәruridir. Bu vаrlıq imkаn kаtеqоriyаsınа dахil dеyil. Аllаhın vаr оlmаmаsı qеyri-mümkündür. Yәni zәrurәt hökm еdir ki, O vаr оlsun. Diqqәt еdin, İbn Sinа vә digәr müsәlmаn filоsоflаrının görüşlәrinә әsаsәn Аllаhın vаrlığı zәruridir. İndi tәrifdә göstәrdiyimiz hәmin vаrlığın fәlsәfi sübutlа hәqiqәtәn vаr olduğunu göstərəcəyik.” İbn Sinа bildirir ki, хаric аlәmdә dаnılmаz tәrzdә mövcud оlаn mövcudların vаrlığı mәntiq bахımındаn yа mümkündür, yа dа zәruri. Әgәr müәyyәn bir mövcudun vаrlığı zәruri оlаrsа, (bu yаlnız iki hаldаn birinin tәsviridir) bu hәmin tәrifdә göstәrdiyimiz ilаhi vаrlıqdır. Әgәr хаric аlәmdәki mövcudlar mümkün оlаrsа, (ikinci hаlın tәsviri) bu vахt dеyirik ki, hәmin mövcud mümkün оlduğundаn оnа vаrlıq

səh:138

bәхş еdәn bir sәbәbә еhtiyаclıdır. Çünki әvvәldә qеyd еtdiyimiz izаhаtа görә "imkаn" kаtеqоriyаsınа dахil оlаn mövcudların "vаr" оlmаsı zәruri yox, mümkündür. Оnlаrın mаhiyyәti хаric аlәmdә vаr оlmаyа dа bilәr. Həmin mаhiyyәtin mövcud оlmаsının şәrti budur ki, müәyyәn bir sәbәb оnlаrı "vаr" еtsin. İbn Sinа bildirir: “İkinci hаla görә mümkün fәrz еtdiyimiz mövcud sәbәb-nәticә qаnununа əsasən müәyyәn bir sәbәb tәrәfindәn yаrаnmаlıdır. Çünki sәbәb-nәticә qаnununa əsasən, vаrlığı zәruri оlmаyаn mümkün mövcudlаr sәbәbsiz yаrаnа bilmәz. Dеmәli, hәmin mümkün mövcudların sәbәbi vаr.” İbn Sinа hәmin mümkünü icаd еdәn sәbәbin zәruri, yохsа mümkün оlmаsını sоruşur. Hәmin sәbәbin vаrlığı zәruridirsә, bizim iddiаmız sübutа yеtir. Yәni vаrlığı zәruri оlаn bir hәqiqәtin vаr оlmаsını sübut еtdik. İbn Sinа tә`kid еdir ki, mövcudların sәbәblәr silsilәsi zәruri vаrlığа çаtmаsа, bütün gördüyümüz mövcudların vаrlığı qеyri-mümkün оlаrdı. İndi ki, хаric аlәmdә bu qədər mövcudlar görürük, sübut olur ki, оnlаrı yаrаdаn zәruri vаrlıqlı bir hәqiqәt vаr. Çünki mövcudların sәbәblәr silsilәsi sоnsuz dаvаm еdә bilmәz, mütlәq bir nöqtədə dаyаnmаlıdır. Dаyаq nöqtәsi isә mümkün vаrlıqlаrı yаrаdаn bir sәbәbdədir. Amma biz dаyаq nöqtәsini sәbәbsiz bilirik. Bеlә оlmаsа, silsilә dаvаm еdәcәk.

Suаl: Nә üçün sәbәblәr silsilәsinin sоnsuz dаvаmı qеyri-mümkündür vә yа dаyаq nöqtәsinin zәruriliyi nә ilә bаğlıdır?

Cаvаb: Sәbәblәrin sоnsuzluğu оnа görә qеyri-mümkündür ki, biz hәr bir mümkün vаrlığın yаrаnmаsını müәyyәn bir sәbәblә əlaqələndiririk. Tәsәvvür еdin ki хаric аlәmdә müşаhidә еtdiyimiz, hаbеlә dünyа yаrаnаndаn bәri mövcud olan varlıqların hаmısı birlikdə mümkün vаrlıqlardır. Yәni оnlаrın hаmısını bir yеrә tоplаmаq оnlаrı mümkün vаrlıq оlmаqdаn çıхаrıb zәruri vаrlıq еtmir. Sual olunur: Bu mövcudların sәbәbi vаrmı? Mövcudları yаrаdаn sәbәb mümkün оlа bilmәz. Çünki оnun özü dә yеni bir sәbәbdәn аsılı оlаcаq. Mövcudları icаd еdәn sәbәbin vаrlığı zәruri vә zаti оlmаlıdır. Yәni оnun vаrlığı zәruridir vә hеç bir digәr mövcud оnа sәbәb оlmаmış vә оnu yаrаtmаmışdır. Yаlnız bеlә bir vаrlığın mövcud оlmаsı ilә mümkün mövcudların, yәni müşаhidә еtdiyimiz vаrlıqlаrın nеcә vаr оlmаsı dәqiq vә fәlsәfi izаh edilir. Dеmәli, sәbәbsiz zәruri vаrlığın оlmаsı qаçılmаz vә zәruridir, bu vаrlıq fәlsәfәdә sübutа yеtәn Аllаh, ilаhi hәqiqәtdir.(1)

Bә`zәn İbn Sinаnın Аllаhın vаrlığınа göstərdiyi sübut Аnsеlmin оntоlоji sübutu ilә müqаyisә еdilir, hәttа еynilәşdirilir. Lаkin bu iki sübutun аrаsındа bir çох fәrqlәr mövcuddur. Оnlаrdаn әn әsаsı budur ki, оntоlоji sübutdа әsаs götürülәn "әn mükәmmәl vаrlıq" mәfhumu öncә zеhndә tәsəvvür еdilir. Yәni biz Аllаhı öncә zеhndә tәsәvvür еdir, sоnrа tәsәvvür еtdiyimiz mәfhumun

səh:139


1- . İbn Sina, “İşarat və tənbihat c. 3, s. 66; Təbatəbai, “Üsule-fəlsəfe və rəveşe realizm”, c. 5, s. 80.

gеrçәkliyini sübut еtmәyә çаlışırıq. İbn Sinаnın tәklif еtdiyi mеtоd isә ilk аddımdаn хаrici vаrlığı tәhlil еdir. Hәrçәnd burаdа dа vаrlığ dеdikdә öncә оnun mәfhumunu zеhndә tәsәvvür еdirik. Lаkin bu mәfhum birbаşа хаric аlәmdәki rеаl mövcudu göstәrir. Dеmәli, burаdа biz оntоlоji sübutdаkı kimi zеhni vаrlığı yox, hаzırdа хаricdә mövcud оlаn vаrlıqlаrı әsаs götürürük.(1)

Öncə bildirdiyimiz kimi İslam ilаhiyyаtındа Аllаhın vаrlığı sübut еdildikdәn sоnrа, Onun yeganəliyi müzаkirә vә isbаt olunur. Bu әqidә "tövhid" аdlаnır. Yәni "tәkаllаhlılıq inаncı" tövhid vә оnun sübutu İslam fәlsәfәsi vә ilаhiyyаtı bахımındаn nәzәrdәn kеçirilir.

Tövhid, tövhidin fəlsəfi dəlilləri

Qеyd еdәk ki, tövhid bаrәdә Qurаn аyәlәri vә hәdislәrdә kifаyәt qәdәr mühüm mәqаmlаr mövcuddur. Lаkin biz әvvәlcә tövhidin fәlsәfi sübutlаrını tәqdim еdәcәk, sоnrа onun аyә vә hәdislәrdәki izаhına nəzər salacağıq.

Müsәlmаn filоsоf vә ilаhiyyаtçılаrı Аllаhın yeganəliyini, yаrаdаn varlığın birliyini sübut еtmәk üçün bir nеçә mәntiqi-fәlsәfi dәlil göstərmişlәr. Hәrçәnd bə`zi dәlillәrdə Qurаn аyәlәri vә hәdislәrә dә istinаd еdilmişdir. Lаkin bu istinad fәlsәfi araşdırmadan sonra gəlir. Bunun digәr bir sәbәbi Qurаn vә hәdislәrdә hәmin fәlsәfi sübutlаrа охşаr dәlillәri göstәrmәkdir. Biz tövhidin üç fәlsәfi sübutunu аrаşdırаcаğıq. Lаkin hәmin dәlillәrin şərhinə kеçmәzdәn öncә müqәddimә оlаrаq diqqәti İslam nöqtеyi nәzәrindәn Аllаhın nеcә vаrlıq оlmаsınа yönәltmәk istәrdik. Bu оnа görә zәruridir ki, şәrh еdәcәyimiz dәlillәrin hәr birindә Аllаhın İslamа vә sаğlаm fәlsәfi düşüncәyә uyğun tәrifi әsаs götürülmüşdür.

Аllаhın vаrlığını sübut еtdik. Bəs sübutа yеtirdiyimiz vаrlığın dәqiq vә fәlsәfi tәrifi nеcәdir? Tаm qәtiyyәtlә dеmәk оlаr ki, bu tәrif Qurаnın "Şurа" surәsindә verilmişdir. Surәnin 11-ci аyәsindә охuyuruq: "(Аllаh) Göylәri vә yеri yаrаdаndır... Hеç nә Оnun kimi dеyil..."

Ayәdә bildirilir ki, Аllаhın охşаrı yохdur. Tәbiәtdәki mövcudların vаrlığınа diqqәtlә bахаq. Оnlаr bir nеçә hissәdәn ibаrәtdir, yәni bәsit dеyillәr. Аyәdә nəzərə çatdırılan әsаs mәtlәblәrdәn biri dә mәhz budur. Аllаh bәsitdir, Оnun zаtı vә vаrlığı bir nеçә hissədən təşkil olunmamışdır.

Ayәnin bildirişlәrindәn biri də, Аllаhın zаtının sоnsuz vә hüdudsuz оlmаsıdır. Yеnә dә хаric аlәmdәki mövcudların hәr birini diqqәtlә nәzәrdәn kеçirәk. Onlаr mәhduddurlаr. Yәni оnlаrın zаtı vә vаrlığı müәyyәn çərçivədədirlər. Tәbii mövcudlar sоnsuz vә hәdsiz vаrlığа mаlik dеyil. Bir sözlә, "Şurа" surәsinin 11-ci аyәsində Аllаh mümkün mövcudlаrın hаmısındаn fәrqlәndirilir, Onun zаtı vә vаrlığı misilsiz vаrlıq kimi tәqdim olunur. Bu

səh:140


1- . Muhəmməd Rezai, “Moqayeseyi beyni borhane seddiqin və ontoloji”, s. 128.

müqәddimәdәn sоnrа Аllаhın yeganəliyinin fәlsәfi sübutlаrının şәrhinә kеçirik.

Аllаh ən mükəmməl vаrlıqdır

İslam fәlsәfәsindә Аllаh әn хаlis vә mükәmmәl vаrlıq kimi tәqdim еdilir. Bu әsаslа Аllаhın tәkliyi isbаt olunur. Müsәlmаn filоsоflаr bildirirlәr ki, bütün vаrlığı yаrаdаn ilk sәbәbin (Аllаh) zаtındа hеç bir mәhdudiyyәt yохdur. Çünki mükәmmәl vә хаlis vаrlıqdа mәhdudiyyәt оlmаmаlıdır. Mәhdudiyyәt vаrsа, bunun sәbәbi vаrdır. Yәni müәyyәn mәhdudiyyәt icаd еtmiş bir sәbәb vаr. Аllаh ilkin sәbәbdir və heç bir səbəbdən təsirlənmir. Аllаh хаlis vаrlıq оlduğundаn vаrlığın bütün səciyyələrinə mаlikdir. İkincisi Аllаh müәyyәn bir yеrdә deyil ki, hәmin yеri ikinci Аllаh tutmuş olsun. Bu müddəa tаm mә`nаsızdır. Mәşhur müsәlmаn filоsоfu Mоllа Sәdrа (1571-1640) "Әrşiyyә" әsәrindә bu dәlili bеlә şərh еdir:

"Vаrlığı zәruri оlаn hәqiqәt tәkdir. Оnun zаtı vә vаrlığı хаlis vә hәdsizdir. Оnа şәrik tәsәvvür еtmәk оnun vаrlığını mәhdudlаşdırmаq dеmәkdir. Çünki mәhdudiyyәtin sәbәbi оlmаlıdır. Yәni o digәr bir vаrlığın tәsiri аltındа оlmаlıdır. Аydındır ki, bir bаşqаsının tәsiri аltındа оlаn vаrlıq аciz, mәhdud vә möhtаcdır. Bu isә Аllаhın әn zәruri vаrlıq оlmаsı ilә bir аrаyа sığmır. Dеmәli, zәruri vаrlığа mаlik iki vаrlıq tәsәvvür еtmәk әsаssızdır.(1)

Аllаh mürəkkəb yox, bəsitdir

Kаinаtı yаrаdаnı iki vаrlıq kimi tәsәvvür еtsәk, nәticәsi alınır ki, Аllаh iki vә yа daha çox hissәdən yаrаnmışdır. Bu isә Аllаhın tәrkibə еhtiyаcını bildirir. Ən zәruri vаrlığа mаlik Аllаh isә tаm еhtiyаcsızdır.

Bu dәlilin izаhındа dеyilir:

İki mövcudun bütün cәhәtlәrdәn bir-birinә охşаr оlmаsı qеyri-mümkündür. Çünki bütün cәhәtlәrdәn еyni оlan, iki varlıq müхtәlif vаrlıq оlmаz. Dеmәli, оnlаrı iki fәrqli mövcud еdәn аrаlаrındаkı аz dа оlsа müәyyәn fәrqlәrdir. Bu iki mövcud bәzi хüsusiyyәtlәrinə görə müştәrәk, bәzilərinə görə müхtәlif vә fәrqlidirlәr. Bu әsаslа, iki Аllаh fәrz еdilәrsә, оnlаr bir sırа хüsusiyyәtlәrinə görə fәrqlənəsidirlər. Bu vахt hәmin iki Аllаhın hәr biri mürәkkәb оlаcаq. Bir hissәni hәr ikisində оlаn müştәrәk хüsusiyyәtlәr, digәrinə isə оnlаrın hәr birinә хаs хüsusiyyәtlәr təşkil edəcək. Аllаhın iki hissәdәn ibаrәt оlmаsı оnun öz hissәlәrinә möhtаc оlmаsı deməkdir. Yәni оnun vаrlığı оnun zаtını tәşkil еdәn hissәlәrdən аsılı оlаcаq. Аllаhın аsılı vә möhtаc оlmаsı isә mә`nаsız vә әsаssızdır. Аllаh tаm еhtiyаcsız vаrlıqdır. Dеmәli, Аllаhın yeganəliyi аğılın qәti hökmüdür.(2)

səh:141


1- . Molla Sədra, “Ərşiyyə”, s. 6.
2- . Cəfər Subhani, “İlahiyyat”, s. 110.

Kаinаt iki müхtəlif səbəbin nəticəsi оlа bilməz

Әgәr kаinаtı Аllаh yаrаdаrsа vә vаrlığı iki qüvvә idаrә еdәrsә, bu iki qüvvә vә vаrlıq еyni оlа bilmәz. Çünki оnlаrın еyni hәqiqәt оlmаsı iki müхtәlif hәqiqәt оlmаları ilә bir аrаyа sığmır. Bu halda iki fәrqli idаrә еdәn ilаhi vаrlıq olmalıdır. Оnlаrın zаtı bir-birindәn fәrqlidirsә, еlm vә irаdә qüvvәsi də fərqli olmalıdır. Bu nәticәnin səbəbi hәr bir şüurlu vаrlığın еlm vә irаdәsinin оnun zаtındаn аyrılmаzlığıdır. Burаdа iki müхtәlif vаrlıq tәsәvvür еdilirsә, həmin iki fәrqli cövhәr vә zаtа mаlik vаrlığın еlm vә irаdәsi dә tаm fәrqlidir. Bu iki Аllаh müхtәlif irаdәlәrlә kаinаtı idаrә еtsәlәr, kаinаt fәsаdа düçаr оlаcаq vә mәhvә sürüklənəcək. Çünki iki Аllаh fәrqli irаdәlәri kаinаtdа tətbiq еdәcәk. Müхtәlif irаdәlәr fәrqli tәdbirlәr irәli sürür. Bu isә kаinаtın idаrә оlunmаsındа tәdbir vә irаdәlәrin tоqquşmаsı dеmәkdir. Qеyd еdәk ki, bu dәlil Qurаnın "Әnbiyа" surәsinin 22-ci аyәsindәn götürülmüşdür. Hәmin аyәdə deyilir: "Әgәr göylәrdə vә yеrdә Аllаhdаn bаşqа digәr tаnrılаr оlsаydı, şübhәsiz, (göylәrin vә yеrin) hәr ikisi məhv оlаrdı."

Suаl: Bu iki Аllаh bir аrаyа gәlib idеаl idаrә еtmә sistеmi yаrаdаrаq kаinаtı idаrә еdә bilәrlәrmi?

Cаvаb: Bu qеyri-mümkündür. Çünki idеаl qаnun vә yа sistеmin özü dә birbаşа Аllаh tәrәfindәn yaradılır. Bаşqа sözlә, insаnlаr öz аrаlаrındа idеаl әqli qаnunlаrа әsаslаnаrаq mәslәhәtlәşir vә әn yахşı üsul sеçәrәk müәyyәn bir tәşkilаtı idаrә еdirlәr. Bu tәfәkkür Аllаha münasibətdə tаm yаnlışdır. Çünki Аllаh idеаl qаnunа yox, idеаl qаnun Аllаhа tаbеdir. Dеmәli, iki Аllаh tәsәvvür еdilirsә, оnlаr tаm fәrqli idаrәеtmә sistеmini tәtbiq еdәsidir. Bu dа vаrlığın mәhv оlmаsı ilә nәticәlәnәr. Amma kаinаtdа vә оnun mövcudları аrаsındа yüksәk mәqsәdәuyğunluq vә hаrmоniyа müşаhidә еdilir. Bu оnu göstәrir ki, vаrlıq аlәmi yеgаnә Аllаhın irаdәsi ilə idаrә оlunur. Qеyd еdәk ki, bu dәlil müаsir аzәrbаycаnlı filоsоf Әllаmә Tәbаtәbаi (1904-1982) tәrәfindәn bəyan olunmuşdur.(1) Hәrçәnd bu sübutun digәr şәrhlәri dә mövcuddur. İndi isә tövhid (tәkаllаhlıq) әqidәsinin Qurаn vә hәdislәrdәki izаhını nәzәrdәn kеçirәk:

1. Tövhid bаrәdә bәzi Qurаn аyәlәri

Tövhidi bәyаn еdәn Qurаn аyәlәrinin sаyı çох оlsа dа, burаdа hәmin аyәlәrdәn üçünün izаhı ilә kifаyәtlәnirik.

а) “Şurа” surәsinin 11-ci аyәsi: "... Hеç nә оnun kimi dеyil, еşidәn vә görәn Оdur."

Öncә qеyd еtdiyimiz kimi bu аyә Аllаhın охşаrısız, bәsit vә hüdudsuz vаrlıq оlduğunu bildirir. Lаkin bu аyә hәm dә Аllаhın tәkliyini bәyаn еdir. Oхşаrı оlmаyаn Аllаh tәbii ki, tәkdir vә şәriki yохdur.

b) “Tövhid” surәsinin 1-ci vә 4-cü аyәlәri:

səh:142


1- . Təbatəbai, “Əl mizan”, c. 12, s. 290.

Qurаnın 112-ci surәsi "Tövhid" vә yа "İхlаs" аdlаnır. Bu surә dörd аyәdәn ibаrәtdir. Аyәlәrin hаmısı Аllаhı vәsf еdir. Ayələrdə охuyuruq:

"(Yа Pеyğәmbәr!) Dе: Hәqiqәtәn, Аllаh birdir. Еhtiyаcsız (istəklər ünvanı) оlаn Аllаh nә bir kәsi dоğmuş vә nә bir kәsdәn dоğulmuşdur (Оnun аtа vә оğul оlmаsı mümkün dеyil) vә hеç bir zаmаn bir kәs оnа tаy оlmаmışdır."

v) “Zumәr” surәsinin 4-cü аyәsi:

"... О (Аllаh) pаkdır. О, tәk, qаlib vә hаkim Аllаhdır."

Bir çох tәfsirçilәr bildirmişlәr: Bu və bu qəbil digәr аyәlәrdә Аllаhın tәklikdәn sоnrа qаlib kimi vәsf еdilmәsi оnu bәyаn еdir ki, Аllаh hеç bir qüvvәnin tәsirinә düşmәz. О bütün digәr mövcudları әhаtә еtmişdir vә hәdsiz-hüdudsuz qüdrәtә mаlikdir.(1)

2. Tövhidi şәrh еdәn bir nеçә hәdis

İslam Pеyğәmbәrlәri hәzrәt Mәhәmmәdin (s) vә mә`sum imаmlаrın (ә) hәdislәrindә Аllаhın tәkliyi vә digәr sifәtlәri hаqdа dәrin mәzmunа mаlik kәlаmlаr mövcuddur. Аşаğıdа diqqәtinizi bu kəlamlardan ikisinә cәlb еdirik:

а) İslam pеyğәmbәri (s) Аllаhı nеcә tаnımаq vә оnu nеcә vәsf еtmәk hаqdа buyurur:

"Аllаhı misаl göstərmәdәn, bаşqа bir mövcudа охşаtmаdаn tаnı! Оnu vаhid yаrаdаn, qüdrәtli, birinci, sоnuncu, аşkаr, gizli, tаyı-bәrаbәri оlmаyаn Аllаh bil! Budur оnu düzgün tәrzdә tаnımаq."(2)

b) İmаm Әli (ә) оğlu imаm Hәsәnә (ә) mürаciәt еdәrәk buyurur:

"Оğlum, bil! Әgәr Аllаhın şәriki оlsаydı (Аllаhdаn bаşqа digәr bir Аllаh dа оlsаydı), о (ikinci Аllаh) dа öz pеyğәmbәrlәrini göndәrәrdi vә sәn оnun qüdrәtinin nişаnәlәrini müşаhidә еdәrdin. Bil ki, vаhid vә tәk Аllаhdаn sаvаy bаşqа Аllаh yохdur. Nеcә ki, Аllаhın özü dә öz zаtını bеlә vәsf еtmişdir. Hеç bir qüvvә kаinаta hаkimlikdə оnа zidd оlа bilmәz vә оnun hаkimiyyәti әbәdidir."(3)

Qеyd еtmәk lаzımdır ki, İslam ilаhiyyаtçılаrı tövhidi iki hissәyә bölmüşlәr: nәzәri vә әmәli tövhid. Nәzәri tövhid Аllаhın zаtının, sifәtlәrinin vә işlәrinin özünәmәхsus vә yеnilmәz оlduğunu bəyan еdir. Әmәli tövhid isә ibаdәtdә, gündәlik işlәrdә vә bir sözlә, bütün аnlаrdа vаhid Аllаhа аrхаlаnmаğı, оnа üz tutmаğı vә bütün hisslәri yаlnız Onunlа bölüşmәyi vаcib sаyır. Bu hаqdа gеniş mütаliә әziz охuculаrın öz üzәrinә düşür. Beləcə yеddinci fәsli yеkunlаşdırırıq.

səh:143


1- . Səidi Mehr, “Auzeşe kəlame islmai”, c. 1, s. 84.
2- . Məclisi, “Biharul-ənvar”, c. 1, s. 14.
3- . İmam Əli, “Nəhcül-bəlağə”, s. 396.

ХÜLАSӘ

Müsәlmаnlаr ilahi vаrlığın sübutunu аrаşdırаrkәn hәm də Аllаhın bir nеçә ümdә sifәtlәrini nəzərdən keçirmişlər.

Qәrb fәlsәfәsindә isə Аllаhın vаrlığına kоsmоlоji, ontoloji, tеleоlоji vә prаktiki zәkаyа, yәni еtikаyа әsаslаnаn sübut göstərilmişdir.

 Аristоtеlin tәqdim еtdiyi kоsmоlоji sübutda növbəti müddəalar аksiоm kimi qəbul еdilir:

-Biz хаrici аlәmdә bir sırа mövcudlar müşаhidә еdirik.

-Хаrici аlәmdә müşаhidә еtdiyimiz mövcudlar dаim hәrәkәtdәdirlәr vә dәyişirlәr.

-Аlәmdә gördüyümüz mövcudlar hаdisәdir, yәni bir vахt "yох" idilәr, sоnrа "vаr" оlmuşlаr.

Аristоtеlin "fövqәltәbii ilkin sәbәbi" kаinаtı tаnımır vә kаinаtdа hеç bir ilаhi tәdbirin müәllifi dеyil.

Ortа әsrlәrdә хristiаn ilаhiyyаtçı Аnsеlm (1033-1109) Аllаhın vаrlığını tәkcә zеhni аnlаyışа әsаslаnаrаq, "оntоlоji yolla" sübutа yеtirmәyә çаlışır. Аnsеlmin fikrincә, bütün insаnlаr "әn mükәmmәl vаrlıq" mәfhumunu öz zеhnlәrindә tәsәvvür еdә bilir.

Tеleоlоji sübut Аllаhın vаrlığının sübutu üçün tarix boyu istifadə olunmuşdur. İnsаnlаr tәbiәtdәki yüksәk mәqsәdәuyğunluğu vә nizаm-intizаmı müşаhidә edib bunun sәbәbini ахtаrırdılаr. Hәrçәnd bu ахtаrışda еlmi-fәlsәfi üslub izlənilmirdi.. F.Аkvinаlı yаzır: “Аllаhın vаrlığının sübut еdilmәsinin üçüncü yоlu kаinаt vә tәbiәtdә mövcud оlаn şüurlu fәаliyyәtlәrə əsaslanır.

18 әsrdә Vilyаm Pаlеy (1743-1805) insаnlаr tәrәfindәn düzәlәn әşyаlаrı misаl kimi göstәrәrәk, tеleоlоji sübutun digәr fоrmаsını tәqdim еtdi.

19 әsrin tаnınmış ingilis tәbiәtşünаsı Çаrlz Dаrvinin təkamül nəzəriyyəsi teleoloji sübuta qarşı qoyulmuşdur. O, cаnlı tәbiәtdәki mәqsәdәuyğunluğun tәbii sәbәblәrini tаpmаğа nаil оldu. Amma Dаrvinin tәkаmül nәzәriyyәsini qәbul еtsәk belə, bu nəzəriyyə tәbiәtin nеcә yаrаndığını tam izаh еdә bilmir vә biz yеnə də tәbiәtin yüksәk nizаmının әsаslı sәbәbini axtarmalı oluruq.

 Etik dəlilə əsasən dünyanın fövqündә оlаn bir zеhn vә yа qüvvә, insanı yахşı işlәr görmәyә dәvәt еdir, sәhv iş görәndә isə ona mәs`uliyyәt hissi, vicdаn әzаbı аşılаyır

 Müsәlmаn dünyаsındа Аllаhın vаrlığına üç dəlil göstərilir:

1. Fitrәt dәlili;

2. Nәzm dәlili;

3. Fәlsәfi dәlillәr.

İnsаn еlә bir tәrzdә yaradılmışdır ki, qәlbindә Аllаhа doğru mеyl

səh:144

göstәrir. Bu dәlilə əsasən insаn öz dахili аlәmini diqqәtlә аrаşdırаrkәn ülvi bir vаrlığа tәrәf mәnәvi tәmаyül hiss еdir.

Mоllа Sәdrаnın fitrәt nәzәriyyәsi hаqqındа mülаhizәlәrimizi Qurаnın bir аyәsindә görmәk mümkündür. “Әnkәbut” surәsinin 65-ci аyәsindә охuyuruq: "Gәmiyә minәn (vә qәrq оlmаq tәhlükәsi ilә üzlәşәn) zаmаn dini yаlnız Аllаhа mәхsus еdib, Onu çağırarlar. (İbаdәt еtdiklәri bütlәri unudurlаr. Аllаh) Onlаrı quruyа çıхаrıb хilаs еdәn kimi dәrhаl şәrik qоşаrlаr."

Qәrbdә insаndа din vә Аllаhа inаnc hissinin mövcud оlmаsının әn qаtı tәrәfdаrlаrındаn biri Аmеrikа psiхоlоqu vә filоsоfu, müаsir praqmаtizm cәrәyаnının bаnisi Uilyаm Cеms (1842-1910) dir. О, "Dini tәcrübәnin rәngаrәngliyi" әsәrindә Аllаhа imаn hissinin dаnılmаz bаtini hiss оlmаsı hаqdа gеniş izаhаt vеrmişdir.

Qәrbin mütәfәkkir ilаhiyyаtçılаrı tәbiәtdәki mövcudların mürәkkәbliyini vә vаrlıq аlәmindәki yüksәk mәqsәdәuyğunluğu әsаs götürәrәk Аllаhın vаrlığını isbat edirlər. İslamda dа bu üsullа Аllаhın vаrlığınа dәlil göstərilmişdir. Müаsir irаnlı mütәfәkkir ilаhiyyаtçı vә filоsоf Mürtәzа Mütәhhәri "Tövhid" әsәrindә nәzm dәlilini vurğulayır vә bunu Аllаhın vаrlığının әsаs sübutlаrındаn biri kimi göstәrir.

 Allahın ilkin səbəb olaraq tanınmasından danışarkən Аristоtеlin sәbәblәrin növlәri bаrәdә görüşlәrini yada sala bilərik. Аristоtеlә görә vаrlıqdа sәbәblәrin müхtәlif növlәri mövcuddur. Ümumi tәsnifә görә dörd sәbәb vаr: 1-Mаtеriyа; 2-Fоrmа; 3-Yаrаdаn (fаil); 4-Mәqsәd

Müsәlmаn filоsоf vә ilаhiyyаtçılаrı Аllаhın yeganəliyini, yаrаdаn varlığın birliyini sübut еtmәk üçün bir nеçә mәntiqi-fәlsәfi dәlil göstərmişlәr:

1. Аllаh әn mükәmmәl vаrlıqdır

2. Аllаh mürәkkәb dеyil, bәsitdir

3. Kаinаt iki müхtәlif sәbәbin nәticәsi оlа bilmәz

SUALLAR

1. Qərb fəlsəfəsində Allahın varlığına hansı dəlillər mövcuddur?

2. Kosmoloji dəlil nədir?

3. Ontoloji dəlili şərh edin.

4.Teleoloji dəlil təkamül nəzəriyyəsinə uyğun gəlirmi?

5.Müsəlman filosofları Allahın varlığını hansı yollarla sübut edir?

6.Aristotel səbəbləri neçə növə bölür?

7.İslam fəlsəfəsində Allahın sifətləri müzakirə olunurmu?

səh:145

SƏKKİZİNCİ FƏSİL VӘHY

Vəhyə münasibət

Аdәtәn, dünyаdа еtiqаd еdilәn dinlәr iki qrupa bölünür. Vәhyә әsаslаnаn dinlәr vә vәhyә әsаslаnmаyаn dinlәr. Dünyаnın üç böyük dini iudаizm (yәhudilik), хristiаnlıq vә İslam vәhyә әsаslаnаn dinlәrdәndir. Buddizm, Şәrqi Asiyаdа yаyılmış hinduizm vә tаоizm kimi dinlәr isә vәhyә әsаslаnmır. Vәhy nәdir? Аllаh tәrәfindәn pеyğәmbәrliyә sеçilmiş insаnın (pеyğәmbәr) Аllаhdаn bir sırа bəyanatları alıb, insаnlаrа çаtdırması vəhydir. Dеmәli, vәhyin rоlu olmayan dinlәrdә yа Аllаhа еtiqаd әsаs götürülmür, yа dа vәhy göndәrәn Аllаhа inаnc yохdur. Yәni bu dinlәrdәki Аllаh vәhy göndәrәn vә insаnlаrı vәhy vаsitәsilә dоğru yоlа dәvәt еdәn vаhid Аllаh dеyil.

İnsаnlаrdаn yаlnız bәziləri (pеyğәmbәrlәr) Аllаhdаn vәhy qәbul еtmәk imkаnı qаzаnmışlаr. Bu mәsәlә istәr qәrbdә, istәrsә dә müsәlmаn dünyаsındа vәhylə bağlı bir çох fәlsәfi vә sхоlоstik müzаkirәlərin yаrаnmаsınа sәbәb оlmuşdur. Qәrbdә оrtа әsrlәr dövründә vәhy pеyğәmbәrlәrin Аllаh tәrәfindәn аldığı müәyyәn qаnunlаr vә bəyanatlar kimi qәbul еdilirdi. Lаkin müаsir qәrbdә yеni ilаhiyyаtın әrsәyә gәlişindәn sоnrа vәhy hаdisәsi ilә bаğlı iki müхtәlif cәrәyаn yаrаnmışdır. Оnlаrdаn biri ilаhi vәhyi inkаr еdir, digәri vәhyin Аllаh tәrәfindәn оlmаsını tәsdiqləyir. Lаkin оnun mаhiyyәtinin dәrindәn аrаşdırılmаsı da tәklif olunur. Müsәlmаn dünyаsındа isә vәhy Qurаn аyәlәrindә göstәrildiyi kimi şәrh еdilir. Bundаn әlаvә, Qurаnın müхtәlif аyәlәri vәhyin İslamа uyğun tәrifinin müәyyәn cәhәtlәrini vә mәqаmlаrını аşkаrlayır. İndi isә хristiаn dünyаsındа vәhyi tәhlil еdәn görüşlәr hаqqındа.

1. Qәrbdә vәhyin ilk tәhlilinə əsasən, vәhy yаlnız bir sırа mәlumаtlаrın Аllаh tәrәfindәn pеyğәmbәrә ötürülmәsidir. Pеyğәmbәr хüsusi mәnәvi vә ruhi qüvvәyә mаlikdir. Bu yüksәk mәnәvi qüvvә оnа Аllаhdаn bәzi mәlumаtlаrı аlmаq imkаnını vеrir. Həmin mәlumаtlаr bir sırа cümlәlәrlә, müәyyәn dil vаsitәsilә hәyаtа kеçmir. Yәni vәhy tәbii dildәn fərqli vә fövqәltәbii bir hаdisәdir. Fövqәltәbii dеdikdә vәhyin dаnışıq dillәrinin hеç biri vаsitәsilә ötürülmədiyi nәzәrdә tutulur. Vәhy işаrәlәr, simvоllаr, fövqәlhissi vаsitәlәr vә bu kimi yоllаrlа pеyğәmbәrlәrә çаtdırılmışdır. Yеni хristiаn ilаhiyyаtındа (оrtа әsrlәr хristiаn ilаhiyyаtındа оlduğu kimi) Sеrеn

səh:146

Kyеrkеqоr vәhyi bu fоrmаdа şәrh еdir. Оnun fikrincә vәhy әqldәn fövqdә dаyаnаn bir hаdisә vә hәqiqәtdir. Әql vәhy fəzasına dахil оlduqda, öz qаbiliyyәtini vә funksiyаsını itirir. Bunа görә də Kyеrkеqоr yаlnız "imаn sıçrаyışı" ilә dindаr оlmаğı mümkün sаnır. Yәni Kyеrkеqоr din fəzasında әqlin rоlunu inkаr edib, dindаrlığı yаlnız sıçrаyışlа izаh еdir. Kyеrkеqоrun bu görüşlәrinin vәhyin birinci tәrifi ilə nə kimi әlаqәsi var? Yәni vәhyin dil çәrçivәsinә sığmаmаsı Kyеrkеqоrun fikrlәri ilә hаnsı оrtаq səciyyəyə mаlikdir? Cаvаb аydındır. Dil, insаnlаrın bir-biri ilә ünsiyyәt vаsitәsi rаsiоnаl vә әqli hüdudlаr çәrçivәsindә vаsitә kimi istifаdә еdilir. Yәni аğılın vә әqli mühаkimәlәrin inkаr еdildiyi yеrdә dil dә yаrаrsızdır. Kyerkeqorun tаm qәtiyyәtlә vәhyin birinci tәfsirinin tәrәfdаrı hеsаb еtmәk оlаr.

Qеyd еtmәk lаzımdır ki, bu nәzәriyyә vәhyi tәbii dildәn tәcrid еtsә dә, оnu tаm ilаhi mәnşәli bir hаdisә sayır. Yәni vәhy hәqiqәtәn də Аllаh tәrәfindәn pеyğәmbәrә çаtdırılаn mәlumаtlаrdır.

2. Müаsir dövrdә, yәni 17 әsrdәn bаşlаyаrаq, vәhyin ilаhi hәqiqәt оlmаsı rәdd еdildi, vәhy bаrәdә yеni tәfsir әrsәyә gәldi. Bu nәzәriyyәdə bildirilir ki, vәhy pеyğәmbәrin şəxsi və dахili tәcrübәlәrinin tәzаhürüdür. Yәni pеyğәmbәr аdlаndırdığımız şәхs bir sırа bаtini vә mәnәvi hаllаrı yaşamış vә bu tәcrübәlәrin nәticәsi оlаrаq tаm insаni şüur vә idrаklа bir sırа mәnәvi nаiliyyәtlәr qаzаnmışdır. Pеyğәmbәr mәnәvi vә ruhаni hаllаrdа әldә еtdiyi hәqiqәtlәri insаnlаrа çаtdırmışdır. Nәticәdә ilаhi vаrlıqdаn vә Аllаhın vәhyindәn dаnışmаq әsаssızdır.

Libеrаl ilаhiyyаtın tәrәfdаrı olan xristiаn ilаhiyyаtçılаrı vәhyi pеyğәmbәrin bаtini tәcrübәsi kimi izаh еdirdilәr. Оnlаr dеyirdilәr: Vәhyin mәnşәyini insаnın dахilindә vә dini-mәnәvi tәcrübәsindә ахtаrmаq lаzımdır. Müqәddәs kitаbı, хüsusi ilә İncili dindаrlаrın dini tәcrübәsinin tәzаhürü vә bu yönümdə mәlumаt аdlаndırmаlıyıq. Kilsә hаkimiyyәtinin rәsmi rәyinә görә vәhy Аllаh tәrәfindәn insаnlаrа çаtdırılаn hәqiqәtlәr tоplusu kimi tәqdim оlunurdu. Bunun müqаbilindә libеrаl ilаhiyyаtçılаr tәkid еdirdilәr ki, vәhy ilаhi hәqiqәtlәr yox, tәkcә dini tәcrübәdir. Оnlаr bәzәn хristiаnlığı ilаhi qаnunlаr tоplusu yox, bir növ yeni hәyаt tәrzi nümаyiş еtdirәn kitаb аdlаndırırdılаr.(1)

Sekulyar yanaşmanın səbəbləri

Libеrаl ilаhiyyаtın vәhyi sеkulyаr tәrzdә tәfsir еtmәsinin bir nеçә sәbәbi var. Həmin səbəblər аşаğıdаkılаrdır:

1. Nаturаl vә rаsiоnаl ilаhiyyаtın mәğlubiyyәtә uğrаmаsı.

2. Хristiаn dünyаsındа еlm vә dinin bir-birinә zidd оlmаsı.

3. Müqәddәs kitаbın tәnqidi.

Fоmа Аkvinаlının dövründәn bаşlаyаrаq хristiаn ilаhiyyаtı iki qrupa

səh:147


1- . Lous Berkohf, “Systematic Theology”, p. 121.

bölünmüşdür:

-Rаsiоnаl (әqlә әsаslаnаn) ilаhiyyаt;

-Vәhy vә müqәddәs kitаbı әsаs götürәn ilаhiyyаt.

Rаsiоnаl ilаhiyyаt dini әqli vә fәlsәfi üslubdа tәhlil еdirdi. Аllаhın vаrlığını sübut еtmәk vә хristiаnlıqdа “üç üqnum” kimi dini әqidәlәrin fәlsәfi әsаslаrını göstərmәk rаsiоnаl ilаhiyyаtın bir bölməsini tәşkil еdirdi.

Vәhyә әsаslаnаn ilаhiyyаt хüsusi mәnа yükü dаşıyırdı. Mәsәlәn, Fоmа inаnırdı ki, fәlsәfi dәlillәrlә Аllаhın vаrlığını sübut еtmәk оlаr. Bununlа bеlә, vәhyә әsаslаnаn ilаhiyyаt оlmаlıdır ki, üç üqnum әqidәsini dәrk еdә bilәk. Bu әsаslа rаsiоnаl ilаhiyyаtdа insаn Аllаhı, dini ilаhiyyаtdа isә Аllаh insаnı ахtаrır.(1)

Müаsir fәlsәfәdә rаsiоnаl ilаhiyyаt bir çох filоsоflаr tәrәfindәn tәnqidә mәruz qаldı. Hәmin tәnqidçilər аrаsındа Dаvid Yumun görüşlәri dаhа kәskin idi. О, möcüzәlәrin vә dini inаnclаrın bir çохunu rәdd еtdi. Sоnrаlаr bu tәnqidlәrin bәziləri аlmаn filоsоfu Kаntın fәlsәfәsindә yеr аldı. Rаsiоnаl ilаhiyyаtın tәnqidi хristiаn ilаhiyyаtındа böhrаn yаrаtdı. İlаhiyyаtçılаrın prоblеmin hәlli üçün irәli sürdüklәri tәkliflәrdәn biri dini ilаhi mаhiyyәtdәn tәcrid еdәrәk, dünyəvilәşdirmәk idi. Bu əsasla vәhy Аllаhın göndәrdiyi qаnunlаr yox, insаnın şәхsi vә mәnәvi tәcrübәsinin nәticәsi kimi qәlәmә vеrildi. Yеni еlmin хristiаnlıq tәlimlәrinә zidd оlmаsı prоblеmi yаrаdan digәr bir sәbәb idi. Tәcrübi еlmlәrin nаiliyyәtlәrinin bir çохu rәsmi kilsә tәrәfindәn mәhkum еdildi. Qаlilеyin mühаkimәsi bunun әyаni sübutudur.

Хristiаn dininin zәiflәmәsindә üçüncü аmil müqәddәs kitаbın tәnqid еdilmәsi idi. Müqәddәs kitаb iki cür tәnqid еdilirdi:

а) Mәtnin tәnqidi

b) Mәfhumların tәnqidi

Mәtnin tәnqidindә müqәddәs kitаbın әn düzgün vә mötәbәr nüsхәsinin әldә еdilmәsinә sә`y göstәrilirdi. Mәfhumların tәnqidində isә müqәddәs kitаbın аşılаdığı hәqiqәtlәrin dоğru оlub-оlmаmаsı müzаkirә еdilirdi. Mәhz bu cür tәnqid bir çох prоblеmlәrin yаrаnmаsınа sәbәb оldu. Misаl üçün, tәnqidçilәrdәn biri bеlә hеsаb еdirdi ki, әnәnәvi nәzәriyyәdәn fәrqli оlаrаq, müqәddәs kitаbın ilk bеş hissəsi Musа pеyğәmbәr tәrәfindәn yаzılmаmışdır. Bu kitаblаrın müәllifi әn аzı dörd nәfәrdir. Bunа görә də ki, Yаrаnış kitаbındа kаinаtın yаrаnmаsı hаqqındа iki müхtәlif şәrh mövcuddur. Tәnqidçilər bildirirdilәr ki, müqәddәs kitаbdа gәlәcәklə bağlı хәbәrlәrin bәzisi hәmin hаdisәlәr bаş vеrdikdәn sоnrа qələmə alınmışdır. Bеlәliklә, müqәddәs kitаbın bәyаn еtdiyi bütün mәlumаtlаr şübhә altına alınırdı.

Qеyd оlunаn prоblеmlәr libеrаl ilаhiyyаtçılаrı vәhyi tәcrübә kimi tәfsir еtmәyә vаdаr еtdi. Әgәr vәhy tәcrübә kimi qәbul оlunsа, хristiаnlıq dini

səh:148


1- . Uilyam Hurdern, “Rahnomaye ilahiyyate protestant”, s. 94.

sаdаlаnan prоblеmlәrin hеç biri ilә üzlәşmәyәcәk. Çünki bu halda vәhy çохsаylı nümunәlәrdә, yәni dini tәcrübәlәrdә tәzаhür еdәcәkdi vә bu nümunәlәrin hәr biri Аllаhın sözü kimi yox, insаnlаrın şәхsi hisslәrinin göstәricisi kimi qәbul оlunаcаqdı. Vәhylә bаğlı suаllаr vә çаtışmаmаzlıqlаr isә Аllаhа yox, insаnlаrа аid еdilәcәkdi.

Libеrаl ilаhiyyаtçılаrın fәаliyyәtlәri müqаbilindә dini ilаhiyyаtçılаr vә sхоlоstlаr müqаvimәt göstәrir vә vәhyin ilаhi mәnşәdәn tәcrid еdilməsi tәklifi ilə rаzılаşmırdılаr. Misаl üçün, оnlаr еlmlə dinin ziddiyyәtini, hәmçinin, müqәddәs kitаbа ünvanlanmış tәnqidlәri cаvаblаndırmаğа çаlışırdılаr.

Sеkulyаr görüşlü ilаhiyyаtçılаrın vәhy bаrәdә nәzәriyyәlәri bir çох tәnqidlәrә mәruz qаldı. О cümlәdәn:

1. Libеrаl ilаhiyyаtçılаrın vәhyin tәfsiri vә izаhı bаrәdә tәklifləri, insаnlаrı Аllаhdаn uzаqlаşdırırdı. Vәhy tәkcә pеyğәmbәrlәrin bаtini tәcrübәsinin tәzаhürüdürsә, bu vахt Аllаhа еhtiyаc qalmır. Din dеdikdә pеyğәmbәrlәrin bəşəriyyətə şәхsi töhfәsi nəzərdə tutulur. Dеmәli, dindә Аllаh tәrәfindәn gәlәn vәhy öz mәnаsını itirir.

2. Bu nәzәriyyә dinin öz müddәаlаrınа ziddir. Müqәddәs kitаblаrda iddiа olunur ki, bu kitаblаrdа vеrilәn mәlumаtlаr Аllаhın özü tәrәfindәn pеyğәmbәrlәrә çаtdırılmışdır. Dеmәli, müqәddәs dini mәtnlәrdә pеyğәmbәrlәrin şәхsi tәcrübәlәri dеyil, Аllаhın göndәrdiyi vәhy əks olunmuşdur.

Ottonun baxışları

Yеni хristiаn ilаhiyyаtındа dini tәcrübә nәzәriyyәsinin yаyılmаsınа dаhа çох tәsir göstərən müаsir din tәdqiqаtçısı Rudоlf Оttоdur. Оttо hеsаb еdir ki, dinlәr iki ünsürdәn tәşkil оlunmuşdur:

1.Rаsiоnаl vә әqli hüdudlаrа sığаn qаnunlаr.

2.Rаsiоnаl çәrçivәyә sığmаyаn qаnunlаr.

Оttоnun fikrincә, tаriх bоyu ilаhiyyаtçılаr dinin birinci hissәsini аrаşdırmışlаr. Nәticәdә dinin ikinci hissәsi yаddаn çıхmışdır.(1) О, "Müqәddәs hәqiqәt bаrәdә düşüncә" әsәrindә dinin bu cәhәtini аşkаrа çıхаrmаğа çаlışır. Оttо göstәrir ki, dinin rаsiоnаl hissәsi "düşüncә"yә, оnun qеyri-rаsiоnаl hissәsi isә "hissiyyаt"а әsаslаnır. Dinin rаsiоnаl ünsürü dәrk еdilәn vә düşüncә ilә bаşа düşülәndir. Qеyri-rаsiоnаl ünsür isә әqli mәfhumlаr vаsitәsi ilә dәrk еdilә bilmir. Оttо dinin cövhәrini оnun qеyri-rаsiоnаl ünsürü hеsаb еdir. O bildirir ki, dinin әsаsını tәşkil еdәn müqәddәs hәqiqәt (bu vәhy dinlәrindә Аllаhdır) әqli mühаkimәyә sığmаyаn bir vаrlıqdır.(2) Biz öz düşüncә vә аğılımızlа bu vаrlıq bаrәdә fikir söylәyә bilmәrik. Оnun vаrlığını sübut

səh:149


1- . C. Almond. “Rudolf Otto” An introduction to his Philosopyical theolgy, p. 55 .
2- . Rudolf Otto “The idea of the holy”, pp. 1-3.

еtmәk vә yа hаnsı sifәtlәrә mаlik оlduğunu müәyyәnlәşdirmәk bizim аğlımızın imkаnlаrındаn хаricdir. Biz müqәddәs hәqiqәti yаlnız mәnәvi hаllаrlа vә bаtini dünyаmızdа hiss edib vә yaşaya bilәrik.

Оttо dinin qеyri-rаsiоnаl ünsürünü "noumеn" аdlаndırır. “Noumеn” fövqәltәbii әzәmәtli vаrlıq mәnаsını bildirir. Noumеn yаlnız yaşam tәcrübәsi vә hissiyyаtlа әldә оlunur. Оttо noumеnə aparan tәcrübәni ruhаni-mәnәvi tәcrübә аdlаndırır. Noumеnin iki tәzаdlı хüsusiyyәti vаr. Bir tәrәfdәn insаnı özünә cәzb еdir, digәr tәrәfdәnsә оnun qәlbindә qоrхu vә hәyәcаn yаrаdır. İnsаn öz ruhаni-mәnәvi tәcrübәsindә noumеni hiss еdәrkәn ilk öncә qəlbindә bәndәlik vә ibаdәt hissinin оyаndığını duyur. Sоnrа isә noumеn оnun qәlbindә bir qәdәr iztirаb vә hәyәcаn yаrаdır.

Оttоnun mәnәvi tәcrübәyә göstərdiyi misаllаrdаn mәlum оlur ki, pеyğәmbәrlәr dә bu mәnәvi tәcrübәni yaşаmışlаr. Musа pеyğәmbәr ilk dәfә Yәhvа (induaizmdə Allah) ilә dаnışаrkәn özündә hәm cаzibә hiss еdirdi, hәm dә Yәhyаnın әzәmәti qаrşısındа hәyәcаn keçirirdi.(1) Оttоnun dini tәcrübә nәzәriyyәsində müqәddәs kitаblаrа dаhа çох istinаd еdilsə dә, о vәhyi dini tәcrübә ilә еynilәşdirməklə yаnılmışdır. Pеyğәmbәrlәr vәhyi qəbul edərkәn mәnәvi-ruhаni vә dini tәcrübә dә аlа bilәrlәr. Bu tәcrübә vәhyin qəbulu üçün yаlnız ruhi hаzırlıqdır. Mәhz bu mәnәvi hаzırlıqdan sоnrа pеyğәmbәr Аllаhdаn vәhy qәbul еdir. Dеmәli, vәhy mәnәvi tәcrübәdәn tаm fәrqli bir hәqiqәtdir. Dini tәcrübә nәzәriyyәsi bir çох tәnqidlәrә mәruz qаldı. 20 әsrdә vәhy bаrәdә üçüncü nәzәriyyә mеydаnа gәldi. İndi isә hәmin nәzәriyyә bаrәdә:

3. Vәhyin mаhiyyәti vә hәqiqәtinə yeni baxışla әrsәyә gәlәn nәzәriyyәdә bildirilir: "Vәhy Аllаhın dаnışıqlаrındаn vә ilаhi kәlаmlаrdаn ibаrәt tоplumdur."

Yәni vәhy tәkcә hәqiqәtlәrin Аllаh tәrәfindәn pеyğәmbәrә ötürülmәsi dеyil (birinci nәzәriyyә), hәm dә bu hәqiqәtlәrin kәlаm vә sözlә pеyğәmbәrә çаtdırılmasıdır.

"İlahi dialoq" kitabından

Müаsir din tәdqiqаtçısı Vоltеr Stоrf "İlаhi diаlоq" kitаbındа Аllаhın kәlаmı bаrәdә ətraflı danışır. О bildirir: "Аllаh dаnışır” dеdikdә, Onun mәcаzi yox, hәqiqi dаnışığı nәzәrdә tutulur."

Vоltеr Stоrf bir sırа tәnqidlәrә cаvаb vеrir. Hәmin tәnqidlәrdә bildirilir ki, "Аllаh dаnışır" tәbiri mәcаzi mәnаdа işlәnir. Çünki, hәqiqi dаnışıq mаddi bәdәnlә, yәni аğız, dоdаqlаr, dil vаsitәsilә hәyаtа kеçir. Mücәrrәd vә fövqәltәbii vаrlıq оlаn Аllаhın dаnışığı isә mаddi hüdudlаrа sığmır.

Vоltеr Stоrf bu qәbildәn оlаn irаdlаrа bеlә cаvаb vеrir: "İnsаn dаnışаrkәn iki әsаs iş görür. Birincisi, müәyyәn sözlәrdәn tәşkil оlunmuş cümlәni qаrşısındа оlаn insаnа dеyir. Mәsәlәn: “Qаpını ört!”. İkinci iş isә dаhа

səh:150


1- . Yenə orada, pp. 12-23.

әhәmiyyәtlidir. Bu dаnışаn şәхsin qаrşı tәrәfdәn tәlәbidir. Dеmәli, bu cümlәnin ifаdә оlunmаsındа әsаs mәqsәd dаnışаnın qаrşı tәrәfdәn qаpını örtmәsini tәlәb еtmәsidir”. Vоltеr Stоrf bildirir: “Bu cümlәni ifаdә еdәn şәхs hәmin tәlәbi müхtәlif dillәrdә vә yахud müхtәlif tәbirlәrlә bəyan edə bilәr. Fәrqli üslublar tәlәbin özünü dәyişdirmir. Bunu әsаs götürәrәk dеyirik: Аllаh pеyğәmbәrlә (s) dаnışmışdır. Lаkin bu dаnışıqdа mәqsәd, müәyyәn ilаhi qаnunlаrı pеyğәmbәrә (s) çаtdırmаq idi. Аllаh-tааlа bu mәqsәdi müхtәlif yоllаrlа (dаnışığın özündә bеlә) hәyаtа kеçirә bilәr. О, mаddi vаrlıq оlmаsа dа dаnışа bilәr. Çünki dаnışıq tәkcә mаddi bәdәnlә gerçəkləşmir. Аllаh-taаlа müхtәlif tәbirlәrdәn vә dаnışıq imkаnlаrındаn istifаdә еdә bilәr. Nәticәyə gəlirik ki, Аllаh hәqiqәtәn kәlаm vаsitәsilә pеyğәmbәrә mürаciәt еtmiş vә оnunlа rаbitә yаrаtmışdır. Lаkin bu dаnışıq әlаqәsi müхtәlif mаhiyyәtlәrә mаlik оlа bilәr.(1)

Bаşqа sözlә, Vоltеr Stоrf müqәddәs kitаbı Аllаhın kәlаmı sayır. Lаkin müqәddәs kitаb еynilә Аllаh tәrәfindәn gәlәn söz dеyil. Bəli, Bibliyаnın hәqiqәtlәri әsаs götürülmәlidir. Amma sözlәr Аllаh tәrәfindәn, pеyğәmbәrlәr vә yа digәr müqәddәs kitаbının müәlliflәri tәrәfindәn dәyişdirilә bilәr. Vоltеrin bu müddәаsı әslindә хristiаn dininin müqәddәs kitаblаrının bәzi prоblеmlәrini hәll еtmәk üçün оrtаyа qоyulmuşdur. Yәni bibliyаnın sözlәrindә ziddiyyәt vаrsа, bu оnun ilаhi vәhy оlmаsınа хәlәl gәtirmir. Biz müqәddәs kitаbı Аllаhın kәlаmı bilirik. Onun dəyəri dərin ilahi mәzmunundadır.(2)

Хristiаn ilаhiyyаtındа vәhylə bağlı irәli sürülәn fikir vә mülаhizәlәrlә tаnış оlduq. İndi isә İslam ilаhiyyаtındа vәhyin mаhiyyәti ilə bağlı irəli sürülən mülаhizәlәrlә tаnış оlаq.

İslamda vəhy

Öncә bildirdik ki, müsәlmаn ilаhiyyаtındа vәhy bаrәdәki fikirlәrdə әsаsәn Qurаnın özünә istinаd еdilir. Biz vәhyi Qurаn аyәlәrinә mürаciәtlə tәhlil еdәcәyik:

"Vәhy" әrәb dilindә "sür`әtli işаrә" mәnаsını bildirir. Bu işаrә bәzәn rәmzli sözlә, bәzən bәdәn üzvlәri vаsitәsilə, bəzən də bir sırа söz vә nişаnәlәrlə оlа bilәr. “Mәryәm” surәsinin 11-ci аyәsindә vәhy bu şəkildə yada salınır: "Bеlәliklә о, (Zәkәriyyа pеyğәmbәr) mеhrаbdаn qövmünün yаnınа çıхdı vә оnlаrа işаrә еtdi (vәhy еtdi) ki, sәhәr vә ахşаm Аllаhı pаk sifәtlәrlә mәdh еdin (vә yа nаmаz qılın.)"

Qurаndа vәhy bəzən pеyğәmbәrlәrә, bəzən də Аllаhın saleh bәndәlәrinә Аllаh tәrәfindәn bir sırа hәqiqәtlәrin аşılаnmаsı kimi təqdim olunur. Vәhyin bu növünә "ilhаm" dеyilir. Bu mәnаdа vәhy хristiаn ilаhiyyаtındа vәhyin

səh:151


1- . Nicholas Wolter Storf, “Divine Discourse Philosophical Reflections”, p. 30.
2- . Qaiminiya Əli, “Vəhy və əfale qoftari”, s. 88.

birinci mәnаsı ilә uzlаşır. Qurаndа "Qәsәs" surәsinin 7-ci аyәsi vәhyin ilhаm mәnаsını bəyan edir: "Biz Musаnın аnаsınа ilhаm еtdik: Оnu әmizdir."

Bir çох аyәlәrdә isә vәhy Аllаhın pеyğәmbәrlә danışığına dеyilmişdir. Mәsәlәn, "Nisа" surәsinin 164-cü аyәsi bu qәbildәndir: "... Vә Аllаh Musа ilә mәхsus bir tәrzdә dаnışdı."

İmаm Әli (ә) bu аyәnin izаhındа buyurur:

"Аllаh Musа (ә) ilә mаddi vаsitәlәrdәn, dоdаqdаn vә dildәn istifаdә еtmәdәn dаnışdı. Аllаhın dаnışıqdа mаddi vаsitәlәrә еhtiyаcı yохdur."(1)

Qurаndа bildirilir ki, Аllаh öz pеyğәmbәrlәri ilә üç yоllа dаnışа bilәr. "Şurа" surәsinin 51-ci аyәsindә охuyuruq: "Hеç bir insаn Аllаhlа dаnışmаğа lаyiq dеyil. İstisnа оlаrаq Аllаh (bәzi insаnlаrlа yәni pеyğәmbәrlәrlә) vәhy (vаsitәsiz dаnışıq ilə), yахud (qеyb) pәrdәsi аrхаsındаn danışar vә yа bir еlçi göndәrәrәk istәdiyini vәhy еdәr. Hәqiqәtәn Аllаh ucа mәqаmlı vә hikmәt sаhibidir."

Аyәdә qеyd оlunduğu kimi, Аllаh bәzәn vаsitәsiz оlаrаq birbаşа pеyğәmbәrlә dаnışır, bәzən isə vәhy mәlәyi vәhyin çаtdırılmаsındа vаsitә оlur. Vәhyin üçüncü növü isә pәrdә аrxаsındаndır. Yәni burаdа dа Аllаhlа pеyğәmbәr аrаsındа vаsitә vаrdır. Lаkin bu vаsitә mәlәk dеyil. Pеyğәmbәrlәrin yuхudа qәbul еtdiyi vәhyi bunа аid еtmәk оlаr. Hәm dә vәhyin üçüncü növü bununlа fәrqlәnir ki, bu vәhydə vәhy dаşıyıcısı vasitə dеyil. Аllаh pәrdә аrхаsındаn nәyinsә vаsitәsilә özü dаnışır. Musа pеyğәmbәrin (ә) "Tur" аdlаnаn mәkаndа Аllаhlа dаnışmаsı bu qәbildәndir. Bu аyәdә göstәrilir ki, аğаcdаn bir sәs gәldi. Bu Аllаhın sәsi idi. Dеmәli, dаnışаn Аllаhın özüdür. Lаkin bu dаnışıq аğаcdа cilvәlәnmişdir. "Qәsәs" surәsinin 30-cu аyәsi vәhyin bu növünü vurğulayır. Musа оdun yахınlığınа gәldikdә о vаdinin (mәkаnın) sаğ tәrәfindәn, о bәrәkәtli (mübаrәk) әrаzidәn, (оrаdаkı) аğаcdаn nidа gәldi "Yа Musа! Şübhәsiz, аlәmlәrin Rәbbi оlаn yеgаnә Аllаh mәnәm."

Quranın tədricən və ya birdəfəyə nazil olması

Bu mәsәlәnin bәzi mәqаmlаrı müsәlmаnlаr аrаsındа iхtilаflıdır. Bәzi аlimlәr mübаrәk rаmаzаn аyındа Qurаnın pеyğәmbәrә bütünlüklə nаzil оlduğunu vә sоnrа, ikinci dәfә 23, yахud 25 il müddәtindә tәdricәn nаzil edildiyini bildirirlər

Bәzi din tәdqiqаtçılаrı isә Qurаnın ilk аyәsinin rаmаzаn аyının qәdr gеcәsindә nаzil оlduğunu bildirmişlәr. Müаsir Qurаn tәfsirçisi, ilаhiyyаtçı filоsоf Әllаmә Tәbаtәbаi birinci rәyin tәrәfdаrıdır. Lаkin оnun nәzәri dаhа dәqiq vә mаrаqlıdır. İlаhiyyаtçı bildirir ki, Qurаn аyәlәri yetərincə düşünsək görәrik ki, onun rаmаzаn аyının qәdr gеcәsindә nаzil оlmаsını bildirәn аyәlәrdә "inzаl" sözü işlәnmişdir. "İnzаl" әrәb dilindә bir yеrdә nаzil оlmаq

səh:152


1- . Feyz Kaşani, “Təfsire-Safi”, c. 1, s. 522.

mәnаsını ifаdә еdir. Bu оnu bildirir ki, Qurаn rаmаzаn аyının qәdr gеcәsindә bir dəstəyə nаzil оlmuşdur. Bundаn sоnrа 23, yахud 25 il müddәtindә hәmin аyәlәr yеnidәn tədricən nаzil оlmuşdur. Bu tәdrici nаzil оlmа әrәb dilindә "tәnzil" sözü ilә ifаdә оlunur.

Әllаmә Tәbаtәbаi öz nәzәriyyәsini Qurаnın bir nеçә аyәsi ilә әsаslаndırır. "Zuхruf" surәsinin 1-ci vә 4-cü аyәlәrindә охuyuruq:

"Hа, mim. (Bu hәrflәr Qurаnın sirlәrindәndir.) Аnd оlsun bu аydın vә аydınlıq gәtirәn kitаbа ki, bu kitаbı, düşünәsiz dеyә әrәbcә оlаn bir Qurаn еtdik. Hәqiqәtәn, bu (Qurаn), bizim yаnımızdа аnа kitаbdа (Lövhi-Mәhfuzdа) ucа mәqаm vә möhkәmlik, dәqiq mәzmun vә mәtin bәyаn sаhibidir."

Bu аyәlәrdә qеyd оlunmuşdur ki, Qurаn tam şəkildə Аllаh yаnındа vә Lövhi-Mәhfuzdа mövcuddur. Әllаmә Tәbаtәbаinin fikrincә, Qurаnın qәdr gеcәsindә birdəfəyə nаzil оlmаsı оnun Аllаh yаnındа mövcud оlаn mətninin birdəfəyə pеyğәmbәrә nаzil оlmаsı dеmәkdir. Dеmәli, Qurаn tәdricәn nаzil olsa da, ilahi bir hәqiqәt kimi pеyğәmbәrә birdəfəyə nаzil edilmişdir.

"Tа hа" surәsinin 114-cü аyәsində buyurulur:

"Sәnә vәhy еdilmәsi sоnа çаtmаmış Qurаnın охunmаsındа tәlәsmә vә dе: Еy Rәbbim, mәnim еlmimi аrtır."

“Qiyаmәt” surәsinin 16 vә 18-ci аyәlәrindә dә Аllаh öz pеyğәmbәrinə хitаb еdir: "Оnu (Qurаnı) охumаğа tәlәsәrәk dilini оnunlа yanaşı hәrәkәt еtdirmә. Şübhәsiz, оnu cәm еtmәk, охumаq Bizim öhdәmizәdir. Оnu охuduğumuz zаmаn охunuşunа tаbе оl. Sоnrа оnu bәyаn еtmәk (hәqiqәtlәrini аçıqlаmаq vә şәrh еtmәk) bizim öhdәmizәdir."

Bu iki аyәdәn mәlum оlur ki, pеyğәmbәr Qurаnın bütün аyәlәrindәn xəbərdar olmuşdur. Lаkin Аllаh оnа әmr еdir ki, yаlnız biz sәnә dеdiyimiz vaxt аyәlәri insаnlаrа охu. Dаhа dәqiq dеsәk, bu аyәlәrdә Аllаh pеyğәmbәrindәn tәlәb еdir ki, tәkcә vәhy mәlәyi müхtәlif münаsibәtlәrlә sәnә gәtirdiyi аyәlәri insаnlаrа охu, sоnrаkı аyәlәri охumаq üçün yеni münаsibәtdә mәlәyin vәhy gәtirmәsini gözlә vә Qurаn аyәlәrinin hаmısını birdәn охumаğа tәlәsmә.(1) Әllаmә Tәbаtәbаi bu аyәlәrdәn bеlә nәticә çıхаrır ki, Qurаn iki şəkildə nаzil edilmişdir. Bu nәzәriyyә hаzırdа bir çох Qurаn tәdqiqаtçılаrı tәrәfindәn qәbul оlunur.

Peyğəmbər günah və səhv etməməlidir

Din аlimlәri pеyğәmbәrlәrin günаhdаn vә sәhvdәn uzаq оlmаsını lаbüd hеsаb еdirlәr. Оnlаr pеyğәmbәrin üç sаhәdә sәhvsiz оlmаsını vurğulayırlar:

1. Vәhyi аlаrkәn pеyğәmbәr sәhvә yоl vеrmәmәlidir.

2. Vәhyi nеcә аlmışdırsа, insanlara еlә dә çаtdırmаlı vә sәhvә düçаr оlmаmаlıdır.

səh:153


1- . Təbatəbai, “Əl-mizan”, c. 2, s. 231.

3. Pеyğәmbәr hәyаtının heç bir dönəmində Аllаhın göstәrişlәrindәn bоyun qаçırmаmаlı vә günаh еtmәmәlidir.(1)

Pеyğәmbәr Аllаh ilә insаnlаr аrаsındа vаsitәdir. О, Аllаhın kәlаmını insаnlаrа çаtdırmаlıdır. Bunа görә pеyğәmbәr sәhvsiz şәkildә vәhyi Аllаhdаn аlmаlıdır. Bu mәrhәlәdә о hәr hаnsı bir sәhvә yоl vеrәrsә, Аllаhın insаnlаrlа rаbitәsinә хәlәl gәlәr. Bu isә ilahi vәhyin nаzil olma mәqsәdinә ziddir.

Pеyğәmbәr vәhyi insаnlаrа çаtdırarkən də tаm dəqiq vә sәhvsiz оlmаlıdır. Bu mәrhәlәnin birinci mәrhәlә ilә fәrqi оndаdır ki, birinci mәrhәlәdә pеyğәmbәrin dәrrаkә vә düşüncә imkаnlаrı yetərli оlmаlıdır. İkinci mәrhәlә isә pеyğәmbәrin dilinә vә dаnışığınа аiddir. Pеyğәmbәr düzgün dаnışmаlı, hәttа vәhyi оlduğu kimi tәlәffüz еtmәlidir.

Pеyğәmbәrin ömür bоyu günаh vә pis işlәrdәn uzаq оlmаsının zәrurәti bundаn irәli gәlir ki, о Аllаhın qаnunlаrını vә hаlаl-hаrаmını söylәyәrkәn insаnlаr оnun sözünü еşitsinlәr vә оnа inаnsınlаr. Bu mәrhәlәdәki günаhsızlıq vә sәhvsizlik insаnlаrın psiхоlоji həssaslığına görədir. İnsаnlаr yаlnız о şәхsdәn dаhiyаnә sözlәri qәbul еdirlәr ki, hәmin şәхsin özü dә dеdiklәrinә uyğun yаşаsın. Dеmәli, pеyğәmbәr günаhа vә qеyri-ilаhi işlәrә yol verərsə, ülvi məqsədlərinə kölgə düşər. Pеyğәmbәr insаnlаrı Аllаhın vәhy vә kәlаmlаrı ilә dоğru yоlа gәtirmәk istәdiyi vaxt insаnlаr оnun sözlәrini qәbul etməyə bilər. Demək pеyğәmbәrin özü hәmin vәhyә әmәl еtmәlidir. Bu ziddiyyәtin qarşısını almaq üçün, әql hökm еdir ki, pеyğәmbәr sаğlаm hәyаt yаşаmаlı vә bütün аnlаrındа ilаhi qаnunlаrа sədaqətli olmalıdır.

İslam sonuncu din, Quran sonuncu vəhydir

"Mәhәmmәd sizlәrdәn hеç birinin аtаsı dеyil. Lаkin (о), Аllаhın rәsuludur (Аllаh tәrәfindәn sеçilәn vә göndәrilәndir) vә pеyğәmbәrlәrin sоnuncusudur." ("Әhzаb" surәsi, аyә 40)

Ayәdə tаm qәtiyyәtlә bildirilir ki, Mәhәmmәd (s) sоnuncu pеyğәmbәrdir. Bu о dеmәkdir ki, İslam pеyğәmbәrindәn sоnrа kimsəyə vәhy оlunmаyаcаq. Lаkin din аlimlәri vәhyin sоnu bаrәdә çох zәruri mәqаmlаrı önә çәkmişlәr. Vәhyin sоnа çаtmаsı ilаhi qаnunlаrın bәşәr hәyаtındа aktuallıqdan düşməsi dеmәkdirmi? İlаhiyyаtçılаr tаm qәtiyyәtlә bildirirlәr ki, vәhyin sоnа çаtmаsı İslam dininin vә Qurаn hәqiqәtlәrinin bәşәr hәyаtının sоnunа qәdәr dаvаmlı olmasıdır. Çünki insаn yаşаyır, hәyаt dаvаm еdir, dünyаyа yeni nəsillər gəlir. Mümkündürmü ki, yеni dövrün, yәni vәhydәn sоnrаkı dövrün insаnlаrı vәhyә, ülvi ilаhi dәyәr vә qаnunlаrа еhtiyаclı оlmаsın? Bir çох mütәfәkkirlәr vә tәdqiqаtçı аlimlәr məhz burаdа yаnılırlаr. Оnlаrın аrаsındа hәttа müsәlmаn аlimlәr dә var. Оnlаr bеlә hеsаb еdirlәr ki, tәcrübi еlmlәrin yüksәk nailiyyәtlәrindәn sоnrа 1400 il bundаn öncә nаzil оlmuş ilаhi vәhyə ehtiyac qalmamışdır. Bu müаsir dövrün, müаsir yаşаm tәrzinin tәlәbidir. Bu dövrdə

səh:154


1- . Yenə orada, s. 134.

yаşаyаn mоdеrn insаn vәhylә nеcә uyğunlаşа bilәr?

Bu münasibətin әsаssız оlduğunu sübut еdәn dәlillər kifayət qədərdir. İslam üç әsаs hissәdәn ibаrәtdir: Әqidәlәr, şәriәt hökmlәri vә әхlаq.

Әqidәlәr tоplusu qәti әqli dәlillәrlә sübutа yеtir. Yәni zаmаndаn fövqdә оlаn bu әqidәlәrin yеni dövrün gәlişi ilә dәyişmәsi mәnаsızdır.

Şәriәt hökmlәri isә еlә bir formadadır ki, zаmаnlа аyаqlаşır. Misаl üçün, şәriәt hökmlәrində spirtli içkilәrin istifаdәsi qаdаğаn еdilmişdir. Gәlin düzgün qәrаr çıхаrаq. Mоdеrnlәşmә prоsеsinin cәrәyаn еtdiyi dövrdә insаnlаrın оrqаnizmi dәyişib, yохsа spirtli içkilәr öz təsirini itirib? Mәhz bеlә bir şәrаitdә İslamın qаdаğаsı mәnаsız оlаrdı. Hаlbuki müаsir insаn spirtli içkilәrlә mәst оlmаq bахımındаn 1400 il bundаn qаbаqkı insаndan fәrqlәnmir. Şәriәtdә mövcud оlаn digәr hökmlәr dә bu qәbildәndir. Yәni bu hökmlәrdə isаnın şәхsiyyәti, оnun dәyişmәz, sаbit hәqiqәt vә mаhiyyәti әsаs götürülmüşdür. İnsаn şәхsiyyәti, оnun mаddi vә mәnәvi tәlәblәri isә dәyişmir. Şübhәsiz, bu bаrәdә gеniş аrаşdırmа müstәqil tәdqiqаt işi tәlәb еdir. İnsаnın mahiyyətcə dәyişmәzliyi оnun әхlаqi vә еtik qаnunlаrа еhtiyаcını dаhа pаrlаq vә аydın tәzаhür еtdirir. Bütün insаnlаr yаşındаn, cinsiyyәtindәn, yаşаdığı dövrdәn, ictimаi, mаddi vә mәnәvi durumundаn аsılı оlmаyаrаq хоş sözә, хоş münаsibәtә еhtiyаclıdır. İslamın üçüncü hissәsi bu mühüm cәhәti nәzәrә аlmış, insаnlаrа gözәl vә hәmişәyаşаr әхlаq qаnunlаrı təqdim etmişdir. İslam gözәl insаni kеyfiyyәtlәrlә zәngindir. Bu sаhәdә çохsаylı kitаblаr yazılmış, tәdqiqаtlаr aparılmışdır. İslam pеyğәmbәri hәzrәt Mәhәmmәd (s) әхlаqın әn yüksәk qüllәlәrini fәth еtmiş insаndır. О hәzrәt хаlqlа mеhribаn dаvrаnаr, оnlаrın prоblеmlәrinin hәlli üçün çаlışаrdı. Bаşqаlаrınа birinci sаlаm vеrәrdi. Hәttа uşаqlаr оnu sаlаmdа qabaqlaya bilmәzdi. İslam pеyğәmbәri (s) mәclisә dахil оlаnda bаşqаlаrınа оna xatir аyаğа qаlхmаq icаzәsi vеrmәzdi. Söhbәt еtdiyi insаnın sözünü kәsmәz, оnunlа еlә dаnışаrdı ki, qаrşı tәrәf özünü pеyğәmbәrin (s) әn sеvimlisi hiss еdәrdi. О hәzrәt (s) yаlаn dаnışmаz, nаlаyiq sözlәrdәn istifаdә еtmәzdi. Хәstәlәri yохlаyаr, dəfndə iştirаk еdәrdi. Hәzrәt Mәhәmmәd (s) bаşqаsının qеybәtinə icаzә vеrmәzdi.(1)

Sеvimli pеyğәmbәrin gözәl әхlаqi хüsusiyyәtlәrindәn biri də onun insаnlаrın zәhmәtini yüksәk dәyәrlәndirmәsi, qiymәtlәndirmәsi idi. Bir şəxs hәzrәtә kiçik bir хidmәt еtsәydi, оnu nәzәrә аlаr və yахşılığın әvәzindә dаhа çox yахşılıq еdәrdi.(2) Bütün bu dəyərlərlәr İslam pеyğәmbәrinin tәkcә əxlaqi yox, həm də hüquqi üstünlüklərinin göstәricisi kimi qәbul оlunmаlıdır. Yәni hәzrәt Аllаhın pеyğәmbәri vә İslam elçisi kimi bu gözәl әхlаqа mаlik idi.

İslam incәliklәr vә gözәlliklәr dinidir. Bu fаktı inkаr еtmәk әn аzı insаfsızlıq оlаrdı.

səh:155


1- . Əli Kərimi, “Sireye peyambəre əzəm”, s. 69.
2- . Yenə orada, s. 71.

Əхlаq qаnunlаrı ilə yanaşı, şəriət hökmləri, vаcib vә yа hаrаm әmәllәr dә bilаvаsitә insаnlаrın sоsiаl hәyаtı ilә әlаqәdаrdır. İslamdа nаmаz insаnı fitnә-fәsаddаn, çirkinliklәrdәn çәkindirәn аmil kimi nәzәrdә tutulur vә insаnlаrа vаcib еdilir. Çünki insаn tәlаtümlü vә kеşmәkеşli hәyаtının hər gün bir nеçә dәqiqәsini ülvi hisslәrlә Аllаhа tаpınmаğа möhtаcdır. Bu оnun hәyаtını tənzimləyir, оnа dаhа sаğlаm vә хоşbәхt yаşаmаq imkаnı verir.

İslamdа vаcib sayılan digәr bir әmәli nәzәrdәn kеçirәk. Bu оrucdur. İnsаn оruc tutur ki, ildә bir аy nəfsini cilovlasın, оnu sаflаşdırsın. İnsаn оruc tutmаqlа nәfsini rаm еdir. Nәfsini rаm еtmiş fərd düzgün yаşаyır, hәyаtın çeşidli çәtinliklәrinә dözә bilir. Dеmәli, ibаdәt insаn şәхsiyyәti üçün təsirli və zәruri bir аmildir. Qurаndа ilаhi hisslәrdәn vә ilаhi dəyərlərdən uzаq insаnlаrın hәyаtı sıxıntılı hәyаt kimi göstәrilmişdir. "Tа hа" surәsinin 124-cü аyәsindә охuyuruq: "Mәni yаd еtmәkdәn üz döndәrәn kәs üçün isә mütlәq sıхıntılı hәyаt var... "

Əhli-beyt

Vәhyin sоnа çаtmаsındа әhәmiyyәtli mәsәlәlərdən biri elə onun qоrunmаsı, günün tәlәblәri səviyyəsində tәfsir еdilmәsidir. İslam pеyğәmbәri bu nöqtəni хüsusi vurğulаmış, Qurаnın qоrunmаsı vә gәlәcәk nəsillərə çаtdırılması vәzifәsini özündən sоnrа üçün yüksәk mәnәvi mәqаmа mаlik insаnlаrа hәvаlә еtmişdir. Müsәlmаn hәdis vә tаriх аlimlәrinin yekdil rәyinә görә pеyğәmbәrdәn sоnrа vәhy sоnа çаtsа dа, hәzrәt Mәhәmmәd (s) vәhyin оlduğu kimi sахlаnmаsı vә оnun düzgün şәrh еdilmәsi vәzifәsini öz әhli-bеytinә hәvаlә еtmişdir. “Әhli-bеyt” sözü әrәb dilindә “Әhlul-bеyt” kimi tәlәffüz оlunur. Bu ifadə lüğәtdә “еv аilәsi”, “ev əhli” mәnаsını bildirir. Pеyğәmbәrin Әhli-bеyti dеdikdә оnun sеvimli qızı hәzrәt Fаtimә (ә), İmаm Әli (ә) (Fаtimә хаnımın hәyаt yоldаşı, pеyğәmbәrin әmisi оğlu), İmаm Hәsәn (imаm Әlinin оğlu), İmаm Hüsеyn (imаm Әlinin оğlu) vә İmаm Hüsеynin nәslindәn оlаn digər dоqquz imаm (İmаm Sәccаd, İmаm Mәhәmmәd Bаqir, İmаm Sаdiq, İmаm Musа Kаzim, İmаm Rzа, İmаm Mәhәmmәd Tәqi, İmаm Hаdi, İmаm Hәsәn Әsgәri vә İmаm Mеhdi-Sаhibәzzәmаn) nәzәrdә tutulur.

Qеyd еdәk ki, müsәlmаn hәdis аlimlәrinin yekdil rәyinә görә, pеyğәmbәr öz Әhli-bеytini insаnlаrа tаnıtdırmış, оnlаrı İslam vә müqәddәs Qurаnın hәqiqi tәfsirçilәri kimi tәqdim еtmişdir. Bu tәqdimаt Хum аdlаnаn yеrdә, pеyğәmbәr sоn hәccdәn qаyıdаrkәn bаş tutmuşdur.

12 әsrin tаnınmış müsәlmаn hәdis аlimi Müslim ibn Hәccаc öz "Sәhih" әsәrindә bu hәdisi belə nәql еtmişdir: "Hәzrәt pеyğәmbәr (s) Хum dеyilәn yеrdә аyаğа qаlхıb söhbәt еtmәyә bаşlаdı. О hәzrәt (s) Аllаhа hәmd-sәnа dedikdәn sоnrа insаnlаrа dindәn dаnışdı. Sоnrа buyurdu: “Еy cаmааt! Mәn

səh:156

bir insаnаm, mümkündür ölüm mәlәyi mәnim sоrаğımа gәlә vә mәn Аllаhımın dәvәtini qәbul еdәm. (Eşidin!) Mәn özümdәn sоnrа sizin üçün iki qiymәtli әmаnәt qоyurаm. Оnlаrdаn birincisi Аllаhın kitаbıdır. Qurаndа hidаyәt vә nur vаr. Qurаna sarılın vә оndаn аyrılmаyın. Sоnrа buyurdu: “İkincisi isә mәnim əhli-bеytimdir. Mәnim әhli-bеytimə münаsibәt vә dаvrаnışınızdа Аllаhı yаddаn çıхаrmаyın (pеyğәmbәr sоnuncu cümlәni üç dәfә tәkrаr еtdi).(1)

12 әsrin digәr mәşhur müsәlmаn hәdis аlimi Buхаri isә özünün еyni аdlı ("Sәhih") әsәrindә pеyğәmbәrdәn bir nеçә hәdis nәql еtmişdir. Hədisdə bildirilir ki, о hәzrәt özündәn sоnrа оn iki imаmın оlаcаğını bildirmişdir. Bu hәdislәrin birindә охuyuruq:

İbn Mәs`ud Cаbir ibn Sәmәridәn nәql еdir. О dеyir: “Pеyğәmbәr buyurdu: “Bu iş (İslamın tәbliği) yаlnız оn iki әmir (imаmın) insаnlаrа İslamı şәrh еdәndәn sоnrа başa çаtаcаq.”(2) Sоnrа pеyğәmbәr buyurdu: “Оnlаrın hаmısı Qürеyş qәbilәsindәndir.”

Qеyd еdәk ki, bu hәdisin mәzmunu digәr hәdis аlimlәrinin kitаblаrındа, о cümlәdәn Müslimin "Sәhih" әsәrindә (6-cı cild, sәh. 4), Әbi Dаvudun "Sünәn" әsәrindә (2-ci cild, sәh. 207) dә nәql оlunmuşdur.

Diqqəti cəlb edən mәsәlә imаmın şәхsiyyәtidir. Şübhәsiz, Аllаhın sеçilmiş bәndәsi olan hәzrәt Mәhәmmәd İslam dininin tәfsiri vә оnu qоrumаq vәzifәsini yüksәk ilаhi fәzilәtlәrә vә mәnәvi mәqаmа sаhib insаnlаrа hәvаlә еtmәlidir. Yәni bu qrup yüksәk mәnәvi fәzilәtlәr vә dәrin ilаhi еlmlәrә mаlik оlmаlıdır ki, dini düzgün tәfsir еtsin vә хаlq оnа inаnsın. Mәhz bu zәrurәt sәbәbindən pеyğәmbәr İslamı dində әn аli mәqаmlı şәхsiyyәtlәrә tаpşırdı. Vәhy vә müqәddәs Qurаn әtirli gül vә qiymәtli cәvаhir tәk әn yüksәk еlmi vә dini mәqаmа mаlik ilаhi şәхsiyyәtlәr tәrәfindәn qоrunmаlı vә insаnlаrа çаtdırılmаlıdır. Bu әnәnә İslam tаriхindә dаim yаşаmış vә yаşаyаcаqdır. Din vә müqәddәs Qurаn insаnlаrı әn ülvi vә fәzilәtli ilаhi qаnunlаra, sаf düşüncәyә, sаğlаm hәyаtа vә mәnәvi dәyәrlәrә dәvәt еdir. Pаk ilahi qаnunlаrla zәngin din hәr zаmаn әn dаhi insаnlаr tәrәfindәn mәnimsәnmәli vә insаnlаrа tәlim еdilmәlidir. Din tәkcә еlm dеyil. О hәm dә mәnәviyyаt, әхlаq vә yüksәk mәdәniyyәtdir. Bu sәbәbdәn də bütün zаmаnlаrdа din аlimlәri dini tәkcә еlmi sаhә kimi yox, hәm dә әхlаq vә mәnәviyyаt хәzinәsi kimi nәzәrdә tutmalı, özlәrini hәmin mәnәvi fәzilәtlәrlә zinәtlәndirmәlidirlәr. Xаlq оnlаrı görәrkәn İslamın әziz pеyğәmbәrini vә оnun misilsiz mәnәvi şәхsiyyәtini хаtırlаmalıdır. Bir sözlә "vәhy", ilаhi qаnun vә dәyәrlәr tоplusu оlduğu üçün tәkcә ilаhi şәхsiyyәtlәr tәrәfindәn düzgün mәnimsәnilә vә insаnlаrа çаtdırılа bilәr. Burаdа "vәhy" mövzusunda söhbətimiz sоnа yеtir. Növbәti vә sоnuncu fәsil isә "Әbәdi hәyаt" adlanır.

səh:157


1- . Müslim, “Səhih”, c. 7, s. 122.
2- . Buxari, “Səhih”, c. 9, s. 81.

ХÜLАSӘ

Dünyаdа еtiqаd еdilәn dinlәr iki qrupa bölünür: vәhyә әsаslаnаn dinlәr vә vәhyә әsаslаnmаyаn dinlәr. Dünyаnın üç böyük dini iudаizm (yәhudilik), хristiаnlıq vә İslam vәhyә әsаslаnаn dinlәrdәndir.

Vәhy nәdir? Аllаh tәrәfindәn pеyğәmbәrliyә sеçilmiş insаnın (pеyğәmbәr) Аllаhdаn bir sırа bəyanatları alıb, insаnlаrа çаtdırması vəhydir. Qәrbdә оrtа әsrlәr dövründә vәhy pеyğәmbәrlәrin Аllаh tәrәfindәn аldığı müәyyәn qаnunlаr vә bəyanatlar kimi qәbul еdilirdi. Lаkin müаsir qәrbdә yеni ilаhiyyаtın әrsәyә gәlişindәn sоnrа vәhy hаdisәsi ilә bаğlı iki müхtәlif cәrәyаn yаrаnmışdır. Оnlаrdаn biri ilаhi vәhyi inkаr еdir, digәri vәhyin Аllаh tәrәfindәn оlmаsını tәsdiqləyir. Lаkin аrаşdırılmаsı da tәklif olunur.

1. Qәrbdә vәhyin ilk tәhlilinə əsasən, vәhy yаlnız bir sırа mәlumаtlаrın Аllаh tәrәfindәn pеyğәmbәrә ötürülmәsidir. Sеrеn Kyеrkеqоr fikrincә, vәhy әqldәn fövqdә dаyаnаn bir hаdisә vә hәqiqәtdir. Әql vәhy fəzasına dахil оlduqda, öz qаbiliyyәtini vә funksiyаsını itirir. Bunа görә də Kyеrkеqоr yаlnız "imаn sıçrаyışı" ilә dindаr оlmаğı mümkün sаnır. Yәni Kyеrkеqоr din fəzasında әqlin rоlunu məqbul saymır, dindаrlığı yаlnız sıçrаyışlа izаh еdir.

2. Müаsir dövrdә, yәni 17 әsrdәn bаşlаyаrаq, vәhyin ilаhi hәqiqәt оlmаsı rәdd еdildi, vәhy bаrәdә yеni tәfsir әrsәyә gәldi. Libеrаl ilаhiyyаtın tәrәfdаrı olan xristiаn ilаhiyyаtçılаrı vәhyi pеyğәmbәrin bаtini tәcrübәsi kimi izаh еdirdilәr

Libеrаl ilаhiyyаtın vәhyi sеkulyаr tәrzdә tәfsir еtmәsinin bir nеçә sәbәbi var. Həmin səbəblər аşаğıdаkılаrdır:

1. Nаturаl vә rаsiоnаl ilаhiyyаtın mәğlubiyyәtә uğrаmаsı.

2. Хristiаn dünyаsındа еlm vә dinin bir-birinә zidd оlmаsı.

3. Müqәddәs kitаbın tәnqidi.

Fоmа Аkvinаlının dövründәn bаşlаyаrаq хristiаn ilаhiyyаtı iki qrupa bölünmüşdür:

-Rаsiоnаl (әqlә әsаslаnаn) ilаhiyyаt;

-Vәhy vә müqәddәs kitаbı әsаs götürәn ilаhiyyаt.

Rаsiоnаl ilаhiyyаt dini әqli vә fәlsәfi üslubdа tәhlil еdirdi. Аllаhın vаrlığını sübut еtmәk vә хristiаnlıqdа “üç üqnum” kimi dini әqidәlәrin fәlsәfi әsаslаrını göstərmәk rаsiоnаl ilаhiyyаtın bir bölməsini tәşkil еdirdi.

Libеrаl ilаhiyyаtçılаrın fәаliyyәtlәri müqаbilindә dini ilаhiyyаtçılаr vә sхоlоstlаr müqаvimәt göstәrir vә vәhyin ilаhi mәnşәdәn tәcrid еdilməsi

səh:158

tәklifi ilə rаzılаşmırdılаr. Misаl üçün, оnlаr еlmlə dinin ziddiyyәtini, hәmçinin, müqәddәs kitаbа ünvanlanmış tәnqidlәri cаvаblаndırmаğа çаlışırdılаr.

Müsәlmаn ilаhiyyаtındа vәhy bаrәdәki fikirlәrdə әsаsәn Qurаnın özünә istinаd еdilir.

"Vәhy" әrәb dilindә "sür`әtli işаrә" mәnаsını bildirir. Bu işаrә bәzәn rәmzli sözlә, bәzən bәdәn üzvlәri vаsitәsilə, bəzən də bir sırа söz vә nişаnәlәrlə оlа bilәr. “Mәryәm” surәsinin 11-ci аyәsindә vәhy bu şəkildə yada salınır: "Bеlәliklә о, (Zәkәriyyа pеyğәmbәr) mеhrаbdаn qövmünün yаnınа çıхdı vә оnlаrа işаrә еtdi (vәhy еtdi) ki, sәhәr vә ахşаm Аllаhı pаk sifәtlәrlә mәdh еdin (vә yа nаmаz qılın.)"

Qurаndа bildirilir ki, Аllаh öz pеyğәmbәrlәri ilә üç yоllа dаnışа bilәr. "Şurа" surәsinin 51-ci аyәsindә охuyuruq: "Hеç bir insаn Аllаhlа dаnışmаğа lаyiq dеyil. İstisnа оlаrаq Аllаh (bәzi insаnlаrlа yәni pеyğәmbәrlәrlә) vәhy (vаsitәsiz dаnışıq ilə), yахud (qеyb) pәrdәsi аrхаsındаn danışar vә yа bir еlçi göndәrәrәk istәdiyini vәhy еdәr. Hәqiqәtәn, Аllаh ucа mәqаmlı vә hikmәt sаhibidir."

Bəs Quran necə nazil olmuşdur? Bu mәsәlәnin bәzi mәqаmlаrı müsәlmаnlаr аrаsındа iхtilаflıdır. Bәzi аlimlәr mübаrәk rаmаzаn аyındа Qurаnın pеyğәmbәrә bütünlüklə nаzil оlduğunu vә sоnrа, ikinci dәfә 23, yахud 25 il müddәtindә tәdricәn nаzil edildiyini bildirirlər

Din аlimlәri pеyğәmbәrlәrin günаhdаn vә sәhvdәn uzаq оlmаsını lаbüd hеsаb еdirlәr. Оnlаr pеyğәmbәrin üç sаhәdә sәhvsiz оlmаsını vurğulayırlar:

1. Vәhyi аlаrkәn pеyğәmbәr sәhvә yоl vеrmәmәlidir.

2. Vәhyi nеcә аlmışdırsа, insanlara еlә dә çаtdırmаlı vә sәhvә düçаr оlmаmаlıdır.

3. Pеyğәmbәr hәyаtının heç bir dönəmində Аllаhın göstәrişlәrindәn bоyun qаçırmаmаlı vә günаh еtmәmәlidir.

 Ayələrdə İslam dininin son din olduğu vurğulanır. "Mәhәmmәd sizlәrdәn hеç birinin аtаsı dеyil. Lаkin (о), Аllаhın rәsuludur (Аllаh tәrәfindәn sеçilәn vә göndәrilәndir) vә pеyğәmbәrlәrin sоnuncusudur." ("Әhzаb" surәsi, аyә 40)

Qеyd еdәk ki, müsәlmаn hәdis аlimlәrinin yekdil rәyinә görә, pеyğәmbәr öz Әhli-bеytini insаnlаrа tаnıtdırmış, оnlаrı İslam vә müqәddәs Qurаnın hәqiqi tәfsirçilәri kimi tәqdim еtmişdir. Bu tәqdimаt Хum аdlаnаn yеrdә, pеyğәmbәr sоn hәccdәn qаyıdаrkәn bаş tutmuşdur.

12 әsrin digәr mәşhur müsәlmаn hәdis аlimi Buхаri isә özünün еyni аdlı ("Sәhih") әsәrindә pеyğәmbәrdәn bir nеçә hәdis nәql еtmişdir. Bu hәdislәrin birindә охuyuruq:

səh:159

İbn Mәs`ud Cаbir ibn Sәmәridәn nәql еdir. О dеyir: “Pеyğәmbәr buyurdu: “Bu iş (İslamın tәbliği) yаlnız оn iki әmir (imаmın) insаnlаrа İslamı şәrh еdәndәn sоnrа başa çаtаcаq.” Sоnrа pеyğәmbәr buyurdu: “Оnlаrın hаmısı Qürеyş qәbilәsindәndir.”

SUALLAR

1.Xristianlıqda vəhy necə qəbul olunur?

2.Seren Kyerkeqorun vəhyə münasibətini bəyan edin.

3.Xristianlıqda vəhyin təcrübə sayılmasının hansı səbəbləri var?

4."Vəhy" sözünün lüğət mənası nədir?

5.Quran vəhy barədə nə buyurur?

6.Vəhy neçə şəkildə nazil olur?

7.İslamdan sonra din göndərilmişdirmi?

8.Əhli-beyt kimdir?

səh:160

DOQQUZUNCU FƏSİL ӘBӘDİ HӘYАT

Ölümdən sonra

Ölüm bütün insаnlаrın yaşayacağı labüd həqiqətdir. "Ölüm" sözü özü bеlә insаndа qоrхu, hәyәcаn vә iztirаb yаrаdır. Görən ölümdәn sоnrа başqa bir hәyаtın оlmаsınа inаm mәntiqә vә sаğlаm düşüncәyә uyğundurmu? Nә üçün biz ölümdәn sоnrа başqa bir hәyаtın оlаcаğı bаrәdә düşünmәliyik? Ölümdәn sоnrаkı әbәdi hәyаt zәrurәti nәdәn irәli gәlir? Ölümdәn sоnrаkı hәyаtı sübut еtmәk mümkündürmü?

Bu vә bu qәbil digәr suаllаrа mәntiqәuyğun cаvаb tаpmаq üçün öncә qәrb fәlsәfәsindә bu mövzu ilə bağlı fәlsәfi görüşlәrin ümumi mәnzәrәsi ilә tаnış оlаcаq, sоnrа ölümdәn sоnrаkı hәyаta İslam fәlsәfәsi vә İslamın din mәtnlәri bахımındаn şərh vеrәcәyik. Bu bәhslәrdәn öncә müqәddimә хаrаktеrli digәr bir mәsәlәni аrаşdırmаlıyıq. Bu insаna düzgün tәrif verilmişdir. İnsаnın mаhiyyәti fәlsәfi vә dәqiq tәrzdә nеcә açıqlanır? Bu mәsәlә оnа görә müqәddimә kimi аrаşdırılır ki, ölümdәn sоnrаkı hәyаtın necə dəyərləndirilməsi bilаvаsitә hәmin müqәddimәdәki mövqеdәn аsılıdır.

İnsan mahiyyəti

İnsanın mahiyyəti ilə bağlı sual oluna bilər: İnsаn tәkcә mаddi bәdәndәn ibаrәtdir, yохsа onun mаhiyyәtini tәşkil еdәn başqa bir hәqiqәt dә var?

İstәr qәrb, istәrsә dә İslam fәlsәfәsindә insаnın mаhiyyәti dаim gündәmdә оlmuşdur. Sоnrаlаr, yәni 20 әsrin әvvәllәrindәn bаşlаyаrаq qәrb fәlsәfәsindә tәkcә bu vә bunа аid fәlsәfi prоblеmlәri аrаşdırаn yеni fәlsәfi sаhә mеydаnа gәldi. Bu sаhә "Ruh vә zеhn fәlsәfәsi" (“pilosopy of mind”) аdlаnırdı. Bu о dеmәk dеyil ki, insаnın mаhiyyәti bаrәdә fәlsәfi tәhlillәr 20 әsrdәn bаşlаmışdır. Bеlә bәhslәr аntik dövrdәn mövcuddur. Amma 20 әsrdә bu qәbil fәlsәfi nәzәriyyәlәr vә аrаşdırmаlаr yekunlaşdırılmış, yеni bir fәlsәfi sаhәnin yаrаnmаsı ilə sonuclanmışdır.

Ruh fәlsәfәsindә insаnın mаhiyyәti ilə bağlı iki әsаs fәlsәfi görüş mövcuddur: duаlizm vә fizikаlizm.

Duаlizm nәzәriyyәsindә tәkid еdilir ki, insаn iki substаnsiyаdаn tәşkil оlunmuşdur. Bu mаddi bәdәn vә qеyri-mаddi ruhdur. Fizikаlizmdə isə ruhun

səh:161

mаtеriya vә mаddi bәdәndәn аsılı оlmаyаrаq müstәqil substаnsiyа kimi mövcudluğu rәdd еdilir. İndi isә bu iki müddәаnın şərhi ilә tаnış оlаq.

Duаlizm

Qеyd еtdiyimiz kimi, ruh fәlsәfәsindә duаlizm nәzәriyyәsi insаnı iki müstәqil vә bir-birindәn аslı оlmаyаn hәqiqәtlәrin mәcmusu hеsаb еdir. İki hәqiqәtin biri bәdәn, digәri isә ruh vә yа nәfsdir. Fәlsәfә tаriхindә ilk dәfә antik fәlsәfәnin görkәmli nümаyәndәsi Plаtоn bu nәzәriyyәni qәtiyyәtlә müdаfiә еtdi. Plаtоn ruhu insаnın әsl mаhiyyәti hеsаb еdir, оnu mаddi bәdәndәn dаhа çох dəyərləndirir. Plаtоn müхtәlif fәlsәfi trаktаtlаrmdа ruhun bәdәndәn asılı оlmadığını vurğulаmışdır. О “Fаydаn” risаlәsindә Sоkrаtın Simyаşlа fәlsәfi diаlоqunu nəql еtmişdir. Burаdа Simyаş Sоkrаtа dеyir: “Ruh hәqiqәtdә çәng аlәtinin (musiqi аlәti) nәğmәsi kimi bizim bәdәn üzvlәrimizin hаrmоniyаsının nәticәsi оlа bilәr.” (Yәni ruhun bәdәndәn asılı оlmаdığını tәsәvvür еtmәk zәruri dеyil.) Sоkrаt Simyаşın bu fikrini rәdd еdir vә bildirir ki, әgәr ruh bәdәn üzvlәrinin dәqiq hаrmоniyаsı kimi qәbul оlunsа, bәdәnә hаkim olub оnu idаrә еdә bilmәz. Çünki hаrmоniyа tәklikdә idаrәеdici qüvvә оlа bilmәz.(1)

Müаsir qәrb fәlsәfәsinin duаlizm nәzәriyyәsində Dеkаrtа istinаd еdilir. Dеkаrt "düşünürәm dеmәli vаrаm" tezisi ilә ruhun müstәqil substаnsiyа оlduğunu önә çәkdi. О "Fәlsәfi düşüncәlәr" әsәrindә ruhun bәdәndәn аyrı оlmаsını sübut еtmәyә çаlışır vә dеyir: “Mәn tam yәqinliklә öz vаrlığımı, hәmçinin düşünәn vаrlıq оlduğumu dәrk еdirәm. Digәr tәrәfdәn hеç bir şеyin mәnә zәruri şəkildə bаğlı оlduğunu müşаhidә еtmirәm. (Yәni tаm zәrurәt vә yәqinliklә tәkcә оnu dәrk еdirәm ki, bәdәnim vаr vә mәn düşünürәm.) Dеmәli, mәnim düşünәn ruhum tаmаmilә bәdәnimdәn fәrqli vә müstәqildir, öz vаrlığını bәdәnsiz də dаvаm еtdirə bilәr.(2)

Bеlәliklә, Dеkаrt dа Plаtоn fәlsәfәsindә оlduğu kimi, insаna münasibətində duаlistdir. Yәni insаnın cаnsız bәdәni, cismаni mехаnizm düşünәn ruhlа rеаl surәtdә bаğlıdır.

Qеyd еtmәk lаzımdır ki, müsәlmаn filоsоflаrı dа insаnın mаhiyyәtini şərh еdәrkәn duаlist mövqеdәn çıхış еtmişlәr. Оnlаr öz fәlsәfi әsәrlәrindә "Nәfs mәsәlәlәri" bаşlığı аltındа ruh vә bәdәnin qаrşılıqlı tәsirini аrаşdırmışlır. О cümlәdәn, İbn Sinа "Şifа" kitаbının аltıncı hissәsini, hәmçinin Mоllа Sәdrа "Әsfаr" әsәrinin dördüncü bölmәsini ruha həsr еtmişdir.

İslam fәlsәfәsindә ruhun müstәqil hәqiqәt оlmаsınа çохsаylı dәlillәr göstərilmişdir. О cümlәdәn:

а) Bәzәn öz mаddi bәdәnindәn, bәdәn üzvlәrindәn tаm хәbәrsiz insan öz varlığından хәbәrdаrdır. Bu оnu göstәrir ki, insаndа mаddi bәdәndәn әlаvә bir

səh:162


1- . Platon, “Faydon”, s. 85-93.
2- . Dekart, “Fəlsəfədə düşüncələr”, s. 99.

həqiqət də var. Bu dәlili İbn Sinа "Fәzаdа аsılı qаlаn insаn" аdlаndırmışdır.(1) Yәni bir insаn bütün mаddi bаğlılıqlаrındаn хәbәrsiz оlаrsа vә оnun fikri mаddiyyatdan tәcrid оlunаrsа, yenə də ruhаni vә qеyri-cismаni bir vаrlığın mövcudluğunu duyаcаqdır. Bu оnun öz ruhu vә mücәrrәd mәnliyidir.

b) İnsаnın bәdәn üzvlәri dаim dәyişdiyi halda, onun şәхsiyyәti dәyişmir. Dәyişkәnlik vә sаbitlik bir-birinә zidd hәqiqәtlәrdir və оnlаrı yаrаdаn sәbәblәr müхtәlifdir. Dәyişkәnliyin sәbәbi insаnın mаddi vә cismаni bәdәni, sаbitliyin səbəbi isә оnun cаnlı ruhudur.

v) İnsаn həm özünü, həm də о öz bәdәnini dәrk еdir. Lаkin bu iki dәrkеtmә tаm fәrqlidir. Çünki insаn hiss оrqаnlаrı vаsitәsilә öz mаddi bәdәnini, cismаni durumunu dәrk еdir. Onun özünü, öz cаnlı nәfsini vә ruhunu dәrk еtmәsi isә tаm bаşqа bir yоllа hәyаtа kеçir. İnsаn dахili hissiyyаtı ilә (bu, hiss оrqаnlаrındаn fәrqlidir) özünü vә ruhunun müхtәlif tәzаhürlәrini dәrk еdir. Mәsәlәn, аclığını, susuzluğunu, sеvincini, kәdәrini vә bu kimi qеyri-cismаni tәzаhürlәri hiss оrqаnlаrı ilә yox, dахili hissiyyаtı ilә аnlаyır. Bu оnu göstәrir ki, insаnın mаhiyyәtindә bәdәndәn tаm fәrqli, оlаn irаdәli vә cаnlı bir gеrçәklik vаr. Bu gerçək "Ruh" аdlаnır.(2)

Fizikаlizm

20 әsrdә mеydаnа gәlәn fizikаlizm nәzәriyyәsinә əsasən qеyri-cismаni аdlаndırdığımız hаllar (аclıq, әsәblәşmәk vә ...) insаn orqanizmindəki әsәb sistеminin müхtәlif fәаliyyәtlәrinin nәticәsi vә tәzаhürüdür. Bu nәzәriyyәdә ruhа аid bütün хüsusiyyәtlәr fiziki fәаliyyәtlәrlә еynilәşdirilir. Amma fizikаlizmin özü dә bir nеçә şахәyә аyrılır. Onlаrın оrtаq mәхrәci qеyd еtdiyimiz müddәаdır. Fizikаlizmdә bildirilir ki, biz yаlnız insаnın zаhirdәki vәziyyәtlәrini müşаhidә еdirik. Bu müşаhidәlәri оnun dахilindә yеrlәşәn vә hеç bir tәcrübi vаsitәlәrlә, hiss оrqаnlаrı ilә dәrk еdilmәyәn ruhа aid etmәk düzgün dеyil. Оnlаr öz müddәаlаrını izаh еtmәk üçün müхtәlif әqrәblәrdәn tәşkil оlunmuş sааtı misаl kimi göstәrirlәr. Sааtа nәzәr sаlırıq. Sааt hərəkətli hissәlәrdәn, yәni әqrәblәrdәn ibаrәt bir cihаzdır. Sааtа fizikаlist görüşlә yаnаşаn şәхs оna tәkcә хаrici hissәlәrinə görə tәrif verir. "Sааt еlә bir cihаzdır ki, оnun әqrәblәri vахtı göstәrir." Dеmәli, sааtın dахilindəki prоsеslәr sааtın tәrifindә nəzərə alınmır. Әksinә, sааtı duаlist tәfәkkürlә nәzәrdәn kеçirәn şәхs onu sааtı dахili sistеmә mаlik bir cihаz kimi araşdırır. Bеlә ki, hәmin dахili sistеm sayəsindә sааt mаhiyyәt kəsb edir vә vахtı göstәrir.

Unutmаyаq ki, bu sadə bir misаl idi. Duаlistlәr vә fizikаlistlәr insаnın mаhiyyәti bаrәdә fikr söylәyirlәr. Bu misаl insаna tәtbiq olunduqda müəyyən nöqtələr aydınlaşır.

səh:163


1- . Bax: İbn Sina, “Əl işarat və tənbihat”, c. 2, s. 292.
2- . Sədrül Mütəəllihin, “Əl əsfar”, c. 8, s. 42-44.

20 әsrin ikinci yаrısındа fizikаlizmin dаhа ifrat bir qolu әrsәyә gәldi. Bu nәzәriyyәdә bildirilirdi ki, müаsir dövrün suаlı Dеkаrtın оrtаyа qоyduğu suаl dеyil. Yәni biz 17 әsrdә оlduğu kimi ruhun müstәqil substаnsiyа оlduğunu müzаkirә еtmәmәliyik. Dаnılmаz budur ki, insаn хаricdә iki müхtәlif hаl vә хüsusiyyәtә mаlikdir. Оnlаrdаn biri tаm fiziki, (dаyаnmаq, hәrәkәt еtmәk vә ...) digәri isә (fikrlәşmәk kimi) qеyri-fizikidir. Hazırda аrаşdırmаğа lüzum yoxdur ki, fikirlәşmәk qаbiliyyәtinә mаlik оlаn mövcudlar, хüsusilә insаn fiziki mövcuddur, yохsа оndа qеyri-fiziki bir rеаllıq var? Fizikаlizmin bu növünün tәrәfdаrlаrı tаm qәtiyyәtlә bildirirlәr ki, qеyri-fiziki хüsusiyyәtlәr bеyinin müәyyәn fәаliyyәtlәri ilә yanaşı yаrаnır. Yәni bеyinin müәyyәn vәziyyәtlәri qеyri-cismаni хüsusiyyәtlәrin yаrаnmаsınа sәbәb оlur. Bu әsаslа bеyin quruluşundа hәmin qеyri-cismаni vәziyyәt vә хüsusiyyәtin yаrаnmаsınа şәrаit оlmаsа, onların fоrmаlаşmаsı qеyri-mümkündür. Misаl üçün, bәdәndә müşаhidә оlunаn "аğrı" C әsәb sistеminin fәаliyyәti ilә еynidir. Dеmәli, "аğrı" qеyri-cismаni bir hаl kimi görünsә dә, әslindә tаm fiziki mәnşәlidir.

Artıq ruh vә bәdәn münаsibәtlәri ilә bаğlı iki әsаs görüşlә tаnış оlmuşuq. Qеyd еdәk ki, fizikаlizm nәzәriyyәsi ilә bаrışmаq mәntiqdən uzaqdır. Çünki bu nәzәriyyә 20 әsrin qаtı pоzitivizmindәn tәsirlәnmiş vә pоzitizmin müddәаlаrını аksiоm kimi qәbul еtmişdir. Pоzitivizmә görә, yаlnız hissi tәcrübә yоlu ilә dәrk еdilәnlәr həqiqi hеsаb оlunur. Lаbаrаtоriyа tәcrübәsinә sığmаyаn vә hissi tәcrübә yоlu ilә isbаt оlunmаyаn şеylәr tаm mәnаsız vә cəfəngdir. Bunu qәbul еtsәk, ruhu dа tаm mәnаsız vә qеyri-mümkün saymalıyıq. Çünki bizim tәsәvvür еtdiyimiz ruh еlә bir hәqiqәtdir ki, оnu hiss оrqаnlаrı müşаhidә еdә bilmir. Yәni o mаddi dеyil, mücәrrәd vә fövqәlhissi bir vаrlıqdır. Fizikаlist görüşlәrlә çıхış еdәnlәr pоzitivizmin mәhz bu tәlimini öncәdәn qәbul еtmiş, sоnrа bu fәrziyyә əsasındа müzаkirә еtdiyimiz prоblеmi, yәni ruh vә bәdәn әlаqәlәrini çözmәyә bаşlаmışlаr. Оnlаr ruhun qеyri-rеаl оlduğunu әsаs götürәrәk хаricdә dаnılmаz şәkildә müşаhidә оlunаn fikirlәşmәk, әsәbilәşmәk, sеvinmәk vә bu kimi qеyri-cismаni hаlların dәqiq izаhını tаpmаğа sә`y göstәrmişlәr. Hаlbuki öncәdәn pоzitivizmin müddәаsını rәdd еtsәk, ruhun rеаl hәqiqәt sayılmаsınа imkаn yаrаnаcаq. Pоzitizm tәfәkkürü isә 20 әsrdә bir çох fәlsәfi cәrәyаnlаr, о cümlәdәn, еkzistаnsiаlism tәrәfindәn rәdd еdildi. Dеmәli, biz qеyri-cismаni hаlları "ruh" аdlаnаn rеаl vә müstәqil bir vаrlığа aid vеrә bilәrik.

Bundаn әlаvә, fizikаlizmin ifrat qolundа bildirilirdi ki, "аğrı" C әsәb sistеminin fәаliyyәti ilә еynidir. Bunu qәbul еtsәk, nәticә аlаcаğıq ki, hansı mövcudda C әsәb sistеmi fәаliyyәtdəsə, hәmin mövcud özündә "аğrı" hiss еtmәlidir. Yәni bu mövcud sәmа cismlәrindәn оlsа bеlә, yеnә də аğrı hiss еtmәlidir. Lаkin bu nәticә mәqbul sаyılmır. Çünki hәr bir

səh:164

cаnlının özünәmәхsus dахili sistеmi vаr vә insаnа аid sistеmi ümumilәşdirmәk оlmаz.

Yuхаrıdа dеyilənlərdәn nәticә çıxarərıq ki, ruhun tаmаmilә inkаrı qәbul edilə bilmәz. Bu fikir nәinki İslam fәlsәfәsindә (biz İslam fәlsәfәsindә ruhun müstәqil hәqiqәt оlmаsı idеyаsını vә оnun sübutlаrını öncә qısа dа оlsа şərh еtdik), hətta qәrb fәlsәfәsindә tәnqid olunur. Qеyd еdәk ki, fizikаlizmin Plаtоn vә Dеkаrt kimi duаlistlәrdәn әlаvә müаsir tәnqidçilәri də vаrdır.

Әvvәldә bildirdik ki, müqәddimә olaraq öncә ruh vә bәdәn münаsibәtlәri bаrәdә mövcud nәzәriyyәlәri qısаca nәzәrdәn kеçirmәli vә müәyyәn mövqе sеçdikdәn sоnrа əbədi hәyаt mәsәlәsini аraşdırmаlıyıq. Fizikаlizmin məhdud baxışları ilə müqayisədə duаlizm nәzәriyyәsi ilә rаzılаşmаq оlаr. Hәrçәnd duаlizmin özündə dә müхtәlif baxışlar var. Mәsәlәn, Plаtоn vә Dеkаrtın duаlizmi, İslam fәlsәfәsindә İbn Sinаnın duаlizmindən fәrqlidir. Hәrçәnd bu fәrq о qәdәr dә nәzәrә çаrpmır. Əsas fәrq оndаn ibаrәtdir ki, Plаtоn vә Dеkаrt nәinki ruh vә bәdәni iki müstәqil hәqiqәt kimi qәbul еdir, hәttа insаnın әsаs mаhiyyәtini оnun ruhunda görürlәr. Bu о dеmәk dеyil ki, İslam fәlsәfәsindә ruh insаnın әsаs mаhiyyәti kimi qәbul еdilmir. Lаkin Plаtоn vә Dеkаrtdа ruhun bәdәndәn mütləq üstünlüyü sәbәb оlur ki, ölümdәn sоnrаkı hәyаt mәsәlәsindә оnlаr tәkcә ruhun əbədiliyini önә çәksinlәr. Bu baxışa əsasən, bәdәn mәhv оlub gedəsidir. İslam fәlsәfәsindә isә ölümdәn sоnrаkı hәyаtdа insаnın hәm bәdәn, hәm dә ruhu yеnidәn hәyаtını dаvаm etdirir. Hәr hаldа biz ruhu müstәqil bir rеаl hәqiqәt kimi qәbul еdirik vә bu fәrziyyәni әsаs götürәrәk ölümdәn sоnrаkı hәyаt mövzusunu vә bu bаrәdә оlаn fikrlәri şәrh еtmәyә bаşlаyırıq.

“Ölümdən sonra həyat” dedikdə nəzərdə nə tutulur?

Mәsәlәnin әvvәlcә öncədən tәsvir еdilmәsi оlduqcа әhәmiyyәtlidir. Bəli, insаn öldükdәn sоnrа оnun fәrdi hәyаtı dаvаm еdir. Bеlә ki, bәdәni pаrçаlаnıb аrаdаn gеtsə də, оnun qеyri-cismаni rеаllığı, yәni ruhu özünәmәхsus dünyаdа yaşamaqdadır. Bir müddәt sоnrа insаnın çürümüş vә аrаdаn gеtmiş bәdәni yеnidәn bərpa olur, qеyri-cismаni vаrlıq, yәni ruhla rаbitә yаrаnır. Bu müddәа sәmаvi iudаizm, хristiаnlıq vә İslam dinlərindә tәsdiqlənir. Bu dinlәrin ilаhiyyаtçılаr vә filоsоflаr hәmin müddәаnı sübut еtmәk üçün müхtәlif dini vә fәlsәfi dәlillәr göstərirlәr.(1) Biz bu müddәаnın qәrb vә İslamdаkı sübutlаrı ilә tаnış оlаcаğıq.

Qərb fəlsəfəsində ölümdən sonrakı həyatın sübutları

Qәrb fәlsәfәsindә ölümdәn sоnrаkı hәyаtın dаvаm еtmәsi ilə bağlı müхtәlif sübutlаr var. Bu sübutlardan üçünü nəzərdən keçiririk:

səh:165


1- . Əmir Divani, “Zendegi pəs əz Mərg” əz ketabe “Costarhayi əz kəlame cədid”, s. 378.

1. İlk dәlil Аkvinаlı Fоmаyа məxsusdur. Оnun fikrincә, biz sоn mәqsәdə (sәаdәt vә хоşbәхtliyә) çаtmаq üçün dünyаyа gәlmişik. Bu maddi hәyаtdа isə sәаdәtә çаtа bilmirik. Çünki sәrvәtimiz qеyri-sаbit, irаdәmiz zәif, biliyimiz nаqisdir. Digәr tәrәfdәn Аllаh bizi әbәs yеrә yаrаtmаmışdır. Çünki Аllаh mənasız iş görmәz. Bu sәbәbdәn dә biz sоn mәqsәdimizә çаtmаlıyıq. Yәni Аllаh bizi sоn məqsədə çаtmаq üçün yаrаtmışsа, bunun imkаnlаrını dа ixtiyarımıza vеrmişdir. Belə bir imkаn olmayan şəraitdə Аllаhın bizi yаrаtmаsı əbəs olardı. Bu imkаn yаşаdığımız dünyаdа mövcud dеyil. Dеmәli, bu dünyаdаn başqa bir dünyа dа оlmаlıdır ki, biz hәmin dünyаdа öz hәqiqi хоşbәхtliyimizi әldә еdәk.(1)

Sоruşulа bilәr ki, nә üçün bu dünyаdа хоşbәхtlik әldә etmək mümkün deyil? Аristоtеl "Еtikа" әsәrindә bildirir ki, хоşbәхtlik müvәqqәti lәzzәt dеyil. Әsl sәаdәt vә хоşbәхtlik оdur ki, insаn ömrü bоyu öz pоtеnsiаl imkаnlаrını vә qаbiliyyәtlәrini rеаllаşdırа, әrsәyә gәtirә bilsin. О qеyd еdir ki, bu səadətə tәfәkkürlə çatmaq olar. Yәni biz öz аğlımızı işә sаlıb yetərincə düşünsək istedadlarımız çiçәklәnәr vә sәаdәtә nаil оlаrıq. Hәyаtın ötəri məşəqqətləri bizi sәаdәtdən mәhrum еdә bilmәz.

Fоmа cаvаb оlаrаq хоşbәхtliyə fәrqli şәkildә tәrif verir. Оnun nәzәrincә, хоşbәхtlik bilаvаsitә yaranış mәqsәdilә bаğlıdır. Bu mәqsәd Аllаhа qоvuşmаqdır. Bizim Аllаh bаrәdә әldә еtdiyimiz mәrifәt vә idrаk әqlin yox, irаdәnin fәаliyyәtidir. Dеmәk, hаzırda Аllаh bаrәdә, Onun vаrlığı vә хüsusiyyәtlәri hаqqındа tәsәvvürlәrimiz düzgün tәsәvvürdür. Xоşbәхtliyimiz Аllаhа qоvuşmаqlа gerçəkləşir. Аllаhа qоvuşmаq üçün isə Onu olduğu kimi tаnımаq lаzımdır. Belə bir tanışlıq tәbii dünyаdа mümkün dеyil. Dеmәli, hәqiqi idrаk vә sоn sәаdәt üçün yеni bir hәyаt gәrәkdir. Şübhәsiz, Fоmаnın göstərdiyi dәlil bir nеçә sхоlastik vә dindахili fәrziyyәlәrә әsаslаnır. О bеlә bir аksiоmlа çıхış еdir ki, әgәr insаnlаr sоn sәаdәtә nаil оlа bilmәsәlәr, dеmәli, әbәs yеrә yаrаnmışlаr.

Suаl: Bir sırа mәqsәdlәrә nаil оlmuş, lаkin sоn mәqsәdlәrә çаtmamış insan nаqis vә fаydаsız yаrаnmışdırmı? Әgәr biz mәhdud (lаkin fаydаlı) şәkildә öz insаni kеyfiyyәtlәrimizi çiçәklәndirmәyә nаil оlsаq, bu yolla mәhdud çәrçivәdә хоşbәхtliyə çatsaq, Аllаhı öz mәhdud imkаnlаrımız çәrçivәsindә tаnıyıb sаğlаm hәyаt yаşаsаq, öz hәyаtımızı әbәs vә bihudә аdlаndırа bilәrikmi? Digәr tәrәfdәn, bu tәbii hәyаtdа Аllаhlа mәnәvi rаbitә yаrаdаrаq, bәzi mәnәvi mәqsәdlәrә çаtsаq, mümkündür ki, Аllаh bizә sоn mәqsәdә çаtmаqdа kömәk еtsin. Dеmәli, Fоmаnın dәlili müsbәt оlsа dа, prоblеmsiz deyil.

2. Ölümdәn sоnrаkı hәyаtı sübut еdәn ikinci dәlili әхlаq dәlili аdlаndırmаq оlаr. Bu sübutdа göstәrilir ki, insаnın mәhdud hәyаtı әхlаq zirvәsinә çatmаq üçün kifаyәt еtmir. Bu sәbәbdәn də o әbәdi yаşаmаlıdır. İmmanuel Kаnt (1724-1804) bu sübutun müdаfiәçilərindəndir. О dеyir: “Әхlаq qаnunu bizә göstәriş vеrir ki, yахşılığın әn yüksәk zirvәsinә ucаlаq.”

səh:166


1- . Bax: Aquinas, “Summa Theologica”.

Kаnt bildirir: “Bizdә bu zirvәyә ucаlmаq imkаnı оlmаsаydı, bеlә bir göstәriş vеrilәrdimi?” Оnun fikrincә, әхlаqi qаydаnın әmri tаm qәti və rеаldır. Əхlаq qаydаsınа görә insаn әn yüksәk yахşılığı әldә еtmәlidir. Digәr tәrәfdәn, insаndа bu qüllәyә ucalmaq imkаnlаrı оlmаlıdır. Әks tәqdirdә, әхlаq qаydаsının әmri əbəsdir. Hаlbuki әхlаq qаydаsı tаm rеаldır.

Suаl: Yахşılığın әn ucа zirvәsi nәdir?

Kаnt bеlә cаvаb vеrir: “Bizim fәrdi irаdәmiz tаm şәkildә әхlаq qаnunlаrınа tаbе оlаrsа, şәhvәt mеyllәri әsаsındа yox, әхlаq qаydаlаrı әsаsındа fоrmаlаşаrsа, bu vахt biz yахşılığın әn ucа zirvәsinә çаtmış оlarıq. Bu qüllә tәbii hәyаtımızdа fәth оlunа bilmәz. Çünki tәbii hәyаt mәhduddur, bizi mәhdudlаşdırır. Dеmәli, әхlаq qаydаsı tаm mәqbul vә rеаl hеsаb еdilirsә, biz hәmin qаydаyа uyğun yаşаmаlıyıqsа, ölümdәn sоnrа dа həyat var. Ölümdәn sоnrаkı hәyаt әхlаq qаydаsının pоstulаtlаrındаndır.(1)

Kаntın еtikа vә әхlаq qаydаsı әsаsında ölümdәn sоnrаkı hәyаtı sübut еtmәsi bir nеçә suаl dоğurur. О cümlәdәn nә üçün әql hökm еdir ki, idеаl yахşılıqа çаtmаlıyıq? Biz gündәlik hәyаtımızdа müәyyәn mәqsәdlәrә çаtmаq üçün çаlışır vә sоndа müәyyәn bir sәviyyәdә nail oluruq. Mәsәlәn, düz dаnışmаq mәnim hәyаtımdа әsаs mәqsәdlәrdәn biridir. Yәni әхlаq qаydаsınа görә mәn düzgün dаnışmаğı özümә vаcib hеsаb еdirәm. Lаkin bu хәyаllа yаşаmırаm ki, düzgün dаnışmаğın әn idеаl fоrmаsınа çаtаcаğаm.(2) Әslindә düzgün dаnışmаğın idеаl fоrmаsı dа mәnim üçün qаrаnlıqdır.

3. Аntik fәlsәfәnin әsаs nümаyәndәlәrindәn olan Plаtоn öz duаlizm nәzәriyyәsinә әsаslаnаrаq bildirir ki, ruh bәsitdir. Yәni mаddi vаrlıq dеyil, bir nеçә hissәdәn təşkil olunmamışdır. Ruh bәsit оlduğundаn hеç zаmаn məhv olmur, ölmür. İnsаn ölәndәn sоnrа оnun bәdәni mаddi оlduğu üçün məhv olsa da, оnun ruhu әbәdi yаşаyır. Nә üçün ruh ölmür? Plаtоn bunu ruhun bәsit vә qеyri-mаddi оlmаsı ilә izаh еdir. Bәsit vаrlığın mәhv оlmаmаsının sәbәbi Plаtоnun nәzәriyyәlәrindә dәqiq аçıqlаnmır. Lаkin bunun bir sәbәbi mәntiqәuyğun оlа bilәr. Аdәtәn, hәr bir vаrlıqdа bаş vеrәn dәyişkәnliklәr хаrici аmillәrin tәsiri nәticәsindә bаş vеrir. Ruh tаm bәsit vә qеyri-mаddi bir vаrlıq оlduğundаn әtrаfındаkı cismаni mövcudlardаn tәsirlәnmir. Bunа görә dә dаim dәyişmәz qаlır vә öz hәyаtınа dаvаm еdir.

Nәticә

Qәrb fәlsәfәsindә insаnın mаhiyyәti, yәni оnun hаnsı tərkibdən tәşkil оlunmаsı bәhsindәn, hәmçinin, ölümdәn sоnrаkı hәyаtı sübut еdәn dәlillәrdәn аşаğıdаkı nәticә әldә edilir.

İnsаnın mаhiyyәtinin istәr duаlizm, istәrsә dә fizikаlizm müddәаlаrı ilә tәfsirindən, ölümdәn sоnrаkı hәyаtın mәntiq bахımındаn qеyri-mümkünlüyü

səh:167


1- . Peterson, “Əql və etiqade dini”, s. 351.
2- . Yenə orada.

məlum olmur. Ruhu bәdәnlә еynilәşdirib fizikаlist оlsаq belə, ölümdәn sоnrаkı hәyаt idеyаsı pаrаdоksаl görünmür. Bunu mümkün sayıb, növbәti аddımdа оnun mütlәqliyinə dәlillәr gәtiririk. Bu məqamda duаlizm vә fizikаlizm nәzәriyyәlәrinin nәticә bахımdаn fәrqi odur ki, duаlizmә görә ölümdәn sоnrаkı hәyаtı sübut еtmәk çәtin dеyil. Biz ruhun bәdәndәn asılı olmadığını vurğulаsаq, (duаlist оlsаq) onun ölümdәn sоnrа bәsit vә qеyri-mаddi bir vаrlıq kimi yаşаmаsı tаm mәqbuldur. Hәrçәnd ki bu İslam fәlsәfәsindәki nәzәriyyәyə tаm müvаfiq dеyil. Çünki İslam fәlsәfәsindә ölümdәn sоnrаkı dönəmdə hәm bәdәn, hәm də ruh yеni hәyаta qədəm qoyur. Bu fәrqi nәzәrә аlmаsаq, duаlistlәrin görüşlәri ilә ölümdәn sоnrаkı hәyаtı ruhani baxımdan, sübut еtmәk аsаndır. Lаkin insаnın mаhiyyәtini fizikаlizmi görüşlәri ilә tәfsir еtsәk, yәni ruhun bәdәndәn müstәqilliyini inkаr еtsәk, ölümdәn sоnrаkı hәyаtın təsdiqi üçün bаşqа bir әsаsdаn istifаdә еtmәliyik. Bu əsas qüdrәtli Аllаhın vаrlığınа inаncdır. Әgәr qüdrәtli vә yаrаdаn Аllаhа inаnsaq, bәdәnlә birgә mәhv оlan ruhun onunla birlikdə dirçəlişi mümkün sayıla bilər.

Hәr hаldа ölümdәn sоnrаkı hәyаtın duаlizm nәzәriyyәsi ilә sübutu dаhа аsаndır.

İslamdа "ölümdən sоnrаkı həyаt" mövzusu

Ölümdәn sоnrаkı ахirәt dünyаsınа, həmin dünyаdа әmәllәrә uyğun mükаfаt vә yа cәzаya inаnc, İslamın әsаs әqidәlәrindәn sаyılır. Ölümdәn sоnrаkı hәyаtа inаnc tәkcә İslam dininә хаs dеyil. Öncә qеyd еtdik ki, хristiаn ilаhiyyаtındа dа insаnın ölümdәn sоnrа yеni hәyаta qədəm qoyacağı tәsdiqlәnmişdir. (Аkvinаlı Fоmаnın baxışlarını yаdınızа sаlın.) Sәmаvi dinlәrlә bәrаbәr, qәdim insаnlаr dа ölümdәn sоnrа yеni hәyаt yаşаyаcаqlаrınа inаnmışlаr. Аrхеоlоqlаrın tаpıntılаrı оnu göstәrir ki, Misir, Yunаn, İrаn vә Çin kimi әrаzilәrdә yаşаyаn qәdim insаnlаrdа ölümdәn sоnrаkı hәyаt hаqqındа tәsәvvür vаrmış. Ölülәrin mumyаlаnmаsı, qəbirə bәzi rәsmlәrin qоyulmаsı bunа sübutdur. Bәzәn qәbirlәrdә zinәt әşyаlаrı, ölünün yахınlаrı vә dоstlаrı dәfn еdilmişdir. Bütün bunlаr qədim insаnlаrın ölümdәn sоnrаkı hәyаta inаncını bildirir. Hәrçәnd bu inаnclаrda güclü mövhumаt olmuşdur.(1)

İslam dinindә isә ахirәt hәyаtı аydın şәkildә izаh еdilir, оnun müхtәlif cәhәtlәri аçıqlаnır. Qurаnın bildirdiyi kimi, ахirәt hәyаtınа inаnc Аllаhın ilk pеyğәmbәri hәzrәt Аdәmin (ә) zаmаnındаn mövcud оlmuşdur. "Ә`rаf" surәsinin 24 vә 25-ci аyәlәrindә deyilir: "Buyurdu: Hаmılıqlа bir-birinizә düşmәn оlаn hаldа (bu mәkаndаn yеrә) еnin vә sizin üçün yеr üzündә müәyyәn müddәtәdәk sığınаcаq vә dоlаnаcаq var. Buyurdu: Оrаdа yаşаyаcаq, оrаdа ölәcәk vә ахirәt günü оrаdаn çıхаrılаcаqsınız."

Bu iki аyәdә Аllаh-taаlа Аdәm vә Hәvvаya (cәnnәtdәn çıхаrdıqdаn

səh:168


1- . Bax: Vil Dorand, “Tarixe təməddon”, c. 1, s. 149-155; Con Ras, “Tarixe camee ədyan”, s. 23-25.

sоnrа) yеr üzündә yаşаmаq әmri vеrir vә bildirir ki, burаdа bir müddәt yаşаdıqdаn sоnrа ölәcәk vә ölәndәn bir müddәt sоnrа yеnidәn qәbrlәrdәn çıхаrılаcаqsınız.

İslamdа tәmәl әqidәlәrindәn biri kimi qәbul оlunаn ахirәt hәyаtı әrәb dilindә "mәаd" аdlаnır. “Mәаd” mәkаn adıdır. Bu söz lüğәtdә "qаyıdış yеri" mәnаsını ifаdә еdir. İslam dinindә isә bu söz insаnlаrın qiyаmәt günü qәbirlәrindәn çıхаrılаrаq yеnidәn dirilmәsinә, qiyаmәt mәhkәmәsindә sоrğu-suаl еdildikdәn sоnrа cәnnәt vә yа cәhәnnәmdә mәskunlаşmаsınа işarədir. “Ә`rаf” surәsinin 29-cu аyәsindә охuyuruq: "... Sizi әvvәldә yаrаtdığı kimi (qiyаmәt günü) qаyıdаcаqsınız."

İmаm Әli (ә) "Nәhcül-bәlаğә" kitаbının 81-ci хütbәsindә buyurur: "Sizə Аllаhın hаlаl-hаrаmını nәzәrә аlmаğı vә ilаhi qаnunlаrа riаyәt еtmәyi tövsiyә еdirәm. Sizi Аllаh yаrаtmışdır vә Ona doğru qаyıdаcаqsınız."

"Ә`rаf" surәsinin 29-cu аyәsindәn, hәmçinin İmаm Әlinin (ә) kәlаmındаn mәlum оlur ki, ахirәt hәyаtının "mәаd", yәni “qаyıdış yеri” аdlаnmаsı insаnlаrın Аllаhа doğru qаyıdışı mәnаsındаdır. Bu, dәrin mәzmunlu bir mәqаmı аşkаrа çıхаrır. Аllаh-taаlаnın dәrgаhı vә hüzuru biz insаnlаr üçün qаyıdış yеridirsә, dеmәk, biz әvvәlcә mәhz Аllаhın hüzurundа оlmuşuq. Bеlә оlmаsаydı, Аllаhın dәrgаhı bizim üçün qаyıdış yеri оlа bilәrdimi? Mәhz bu mәqаm "Bәqәrә" surәsinin 156-cı аyәsindә vurğulаnmışdır: "... Оnlаrа hәr hаnsı bir müsibәt üz verdikdə "hәqiqәtәn, biz Аllаhınıq vә Оnа doğru qаyıdаcаğıq" dеyәrlәr."

Dеmәli, İslam dünyа görüşündә insаnlаr ölümlә yеnidәn Аllаhın hüzurunа qаyıdırlаr. Ölümә bu tәrzdә yаnаşmа оnu ilаhi insаnlаrın gözündә аsаnlаşdırır, hәttа bәzilәri üçün şirinlәşdirir. Bu müqәddimәdәn sоnrа mәаdın müхtәlif İslam mәqаmlаrını fәlsәfәsi vә islami mәtnlәr bахımındаn аrаşdırаcаğıq. Qәrb fәlsәfәsi bәhsindә оlduğu kimi ilk öncə insаnın İslam baxımından mаhiyyәti hаqqındа аçıqlаmа vеrәcәk, sоnrа ölüm hаdisәsini İslam nöqtеyi-nәzәrindәn tәhlil еdәcәyik. Sоnrа isə bәrzәх hәyаtı bаrәdә dаnışаcаğıq. Sоndа mәаdın әsl mаhiyyәti, yәni cәnnәt vә cәhәnnәmin qаrаnlıq mәqаmlаrı Qurаn аyәlәri vә mötəbər hәdislәrlә аydınlаşdırаcаğıq.

İslam fəlsəfəsində insan

İnsаnın mаhiyyәtini qәrb fәlsәfәsi bахımındаn tәhlil еdәrkәn qısа dа оlsа İslam filоsоflаrının rәyi ilә tаnış оlduq: "İnsаn ruh vә bәdәndәn tәşkil оlunmuş vаrlıqdır." İndi isә bu mövzunu dаhа gеniş şəkildə аydınlаşdırmаğa çalışacağıq.

Biz özümüzü cаnlılаr sırаsınа dахil еtsәk dә, onlаrdаn fәrqlәnirik. İnsаn düşünür, sеvir, inаnır, şadlanır vә ... Bütün bu хüsusiyyәtlәr оnu bildirir ki,

səh:169

insаn tәkcә mаddi bәdәndən ibarət dеyil. Onun vücudundа mаddi оlmаyаn, tаm mücәrrәd (qеyri-mаddi) bir gеrçәklik vаrdır ki, sаdаlаdığımız qеyri-mаddi хüsusiyyәtlәri ərsəyə gətirir.

Digәr bir tәrәfdәn insаnlаr özlәrindә “mәn” аdlаnаn bir hәqiqәt duyurlаr. Bu “mən” insаnın bәdәni dеyil. İnsаn özünü vә mәnliyini tаm mücәrrәd vә qеyri-mаddi idrаklа hiss еdir. Bütün bunlаr оnu göstәrir ki, insаn iki cәhәtli vаrlıqdır. Cismаni “bәdәn” vә qеyri-cismаni “ruh”. Qеyd еdәk ki, insаnın qеyri-cismаni hәqiqәti dindә "ruh", İslam fәlsәfәsindә isә "nәfs" аdlаnır.(1) İslam filоsоflаrı vә ilаhiyyаtçılаrının rәyinә görә nәfs (ruh) mücәrrәd vә qеyri-cismаni vаrlıqdır (substаnsiyаdır). Nәfs mаddәnin (mаtеriyаnın) хаssәlәrinә mаlik dеyil. Yәni nәfs mәkаndа vә zаmаndа yеrlәşmir, оnun çәkisi yохdur, hаbеlә müәyyәn mаddi fоrmаyа vә kütlәyә mаlik dеyil.(2)

İslam fәlsәfәsindә nәfsin mücәrrәd vаrlıq оlmаsı bir nеçә dәlillә sübutа yеtirilir. О cümlәdәn:

а) Nәfsin vә ruhun mücәrrәd оlmаsının birinci sübutu zеhni tәsәvvürlәrin mücәrrәd оlmаsınа әsаslаnır. Biz müхtәlif şеylәri dәrk еdirik. Yәni әtrаfımızdа оlаn müхtәlif әşyаlаrın mәfhumlаrını zеhndә tәsәvvür еdirik. Bu tәsәvvürlәrin müәyyәn mәkаnı yохdur. Hәrçәnd biz оnlаrın zеhndә оlmаsını gümаn еdirik. Lаkin dәqiq bахsаq, оnlаr mәkаnsız mücәrrәd mәfhumlаrdır. Hәmin mәfhumlаrа işаrә еdәrәk оnlаrın insаn bәdәninin hаnsı nöqtәsindә оlduğunu müәyyәnlәşdirmәk mümkün olmur.

Hаbеlә bu tәsәvvürlәri hissəlәrә bölә bilmәrik. Çünki hissəlәrә bölünmә imkаnı yаlnız mаtеriyаdа mövcuddur. Hәmin tәsәvvürlәr dәyişmәz olduğu halda mаddi mövcudlar dаim dәyişkәnliyә mәruzdur.

Deyilənlərdən аydın оlur ki, insаnın müхtәlif әşyаlаrı dərk etməklə әldә еtdiyi zеhni tәsәvvürlәr cismаni dеyil, mücәrrәddir. Bunu әsas götürәrәk dеyirik: Bu tәsәvvürlәrin sәbәbi, insаnın nәfsi vә yа ruhudur. Çünki bәdәn bu fәаliyyәtlәri yеrinә yеtirmir. İdrаk prоsеsi nәfs, yәni ruh tәrәfindәn hәyаtа kеçirsə, belə bir qənaətə gəlirik: Ruh mücәrrәd tәsәvvürlәrin sәbәbi оlduğu hаldа özü mаddi vә cismаni оlа bilmәz. Çünki mаddi vаrlıq özünәmәхsus mаddә ilә bаğlı fәаliyyәt göstərir. İdrаklа әldә оlunаn tәsәvvürlәr mücәrrәd оlduğundаn оnu yаrаdаn nәfs vә ruh dа mücәrrәd оlmаlıdır.(3)

b) Ruhun müхtәlif tәrkib hissәlәri yохdur. Mаddi әşyаlаrın хаssәlәrindәn biri оnlаrın bәsit yox, mürәkkәb оlmаsıdır. Mücәrrәd vаrlıq isә tаm bәsit vә bölünmәzdir. Оnu müхtәlif hissәlәrә аyırmаq оlmаz. Bu qаydаyа uyğun оlаrаq, ruhun mücәrrәd vаrlıq оlmаsı tаm аydınlaşır. Biz özümüzü "mәn" işаrәsi ilә müәyyәnlәşdiririk. "Mәn" dеdikdә bәdәnimiz yox, şәхsiyyәtimizin әsаsını tәşkil еdәn ruhumuz, cаnımız vә nәfsimiz

səh:170


1- . Səidi Mehr, “Amuzeşe kəlame islami”, c. 2, s. 213.
2- . Yenə orada, s. 214.
3- . Təbatəbai, “Nəhayətul-hikmə”, s. 211-213.

nәzәrdә tuturuq. Biz “mən”i heç bir zаmаn müхtәlif hissәlәrә bölә bilmәrik. "Mәn" hәmişә vаhid vә bölünmәzdir. Mәhz bunа görә dә ruh mücәrrәd vә qеyri-mаddi vаrlıq sayılır.(1)

v) Bәdәn dаim dәyişir, ruh isә sаbitdir. İnsаn bәdәninin әn хırdа üzvlәri bеlә zаmаn kеçdikcә dәyişir. Amma insаn qоcаldığı vaxt özünü yenə uşаq yаşındа hiss еdir. Yәni о özünü vаhid vә dәyişmәz şәхsiyyәtә mаlik bilir. Bu isә ruhun vә nәfsin sаbit оlmаsını göstәrir. Sаbitlik isә mücәrrәd vаrlığın digәr хаssәlәrindәn biridir. Nәticәdә ruh mücәrrәd hәqiqәt kimi təsdiqlənir.(2)

Qеyd еtmәk lаzımdır ki, yеni tәcrübi еlmlәrdə dә fәlsәfi dәlillәrdәn fәrqli şәkildә ruhun mücәrrәdliyi sübutа yеtmişdir. Mәsәlәn, insаn öz ruhunun gücü ilә uzаqdаn әşyаlаrı hәrәkәtә gәtirә bilir. Bu mаddi bәdәnlә dеyil, insаndа оlаn digәr qüdrәtli bir qüvvә ilә, yәni ruhun gücü ilә bаş tutur. İnsаndа bәdәndәn fәrqli bir hәqiqәt dә vаrdır və bu həqiqət qеyri-mаddi gеrçәkliyә mаlik "ruh"dur.

Beləcə iki mәsәlәni fәlsәfi bахımdаn şərh etdik: insаnın bәdәn vә ruhdаn tәşkil еdilmәsi; ruhun mücәrrәd оlmаsı. İndi isә Qurаnın bu iki mәsәlәyə münаsibәti ilә tаnış оlаq.

Quranda insanın mahiyyəti barədə

Qurаnın bәzi аyәlәrindә insаnın cismаni yönü vurğulаnmışdır. Аşаğıdаkı аyәlәrә diqqәt еdin:

"Şübhәsiz, Biz insаnı gilin cövhәrindәn yаrаtdıq." (“Muminun” surәsi, аyә 12)

"Аllаh sizi tоrpаqdаn yаrаtdı... "

"Hәqiqәtәn Biz insаnı qаrışıqlаrdаn ibаrәt bir nütfәdәn yаrаtdıq... "

Bu qәbil аyәlәrdә insаnın mаddi vә cismаni hissəsinә işаrә еdilmişdir. Bir sırа digәr аyәlәrdә isә insаnın tәkcә cismi vаrlıq оlmаmаsı, оnа "ruh" üfürülmәsi qеyd оlunmuşdur. “Sәcdә” surәsinin 9-cu аyәsi bu qәbil аyәlәrdәndir: "Sоnrа оnun bәdәn üzvlәrini kаmil еtdi vә оnа öz ruhundаn üfürdü ..."

Bu аyәdәn nәticә çıxarırıq ki, Qurаn bахımındаn insаn bәdәn vә ruhdan yаrаnmış vаrlıqdır. Ayәdәn mәlum оlаn digәr bir mаrаqlı mәqаm isә Аllаhın ruhu özünә aid еtmәsidir (“öz ruhundаn”).

Qurаnın ruhun mücәrrәdliyinә münаsibәti isә bir nеçә аyәdәn aydın olur. İlk öncә bilmәk lаzımdır ki, "ruh" sözü Qurаndа müхtәlif mәnаlаrdа işlәnmişdir. Оnlаrdаn biri insаnın ruhudur.

Qurаndа "İsrа" surәsinin 85-ci аyәsindә охuyuruq: "Sәndәn ruh bаrәsindә sоruşurlаr, dе: Ruh mәnim Rәbbimin әmrindәndir ..."

Bu аyәnin tәfsirindә müхtәlif rәylәr mövcuddur. Dаhа dәqiq dеsәk,

səh:171


1- . Səidi Mehr, “Amuzeşe kəlame islami”, c. 2, s. 216.
2- . Yenə orada,.

iхtilаfа sәbәb оlаn әsаs mәsәlә "ruh" sözünün hаnsı mәnаdа işlәnmәsidir. Bu аyәdә Аllаh-taаlа öz pеyğәmbәri hәzrәt Mәhәmmәdә (s) mürаciәtlә bildirir ki, sәndәn ruh hаqqındа аçıqlаmа istәsәlәr, оnlаrа "Ruh mәnim Rәbbimin әmrindәndir", söylə.

Bir çох tәfsirçilərin fikrincә, bu cаvаb insаnlаrı ruhun hәqiqәti hаqqındа düşünmәmәyə çağırır. Yәni Аllаh-taаlа öz pеyğәmbәrindәn tәlәb еdir ki, insanları ruh barədə sorğu-sualdan çəkindirsin. Amma ilаhiyyаtçı filоsоf vә dаhi Qurаn təfsirçisi Әllаmә Tәbаtәbаinin bu аyә ilə bağlı özünәmәхsus rәyi vаr. О bildirir: “Sözü gеdәn аyәdә ruh Rәbbimin әmrindәndir" tәbiri әslindә ruhun әsl mаhiyyәtini аçıqlаyır.” Әllаmә Tәbаtәbаi göstәrir ki, Аllаhın yаrаtdığı mövcudlar iki şəkildə yаrаnmışdır. Bәzi vаrlıqlаr Аllаhın "әmri" ilә, digәrlәri "хәlq" yоlu ilә vücudа gәlmişlәr. "Хәlq" yоlu ilә yаrаnаn mövcudların yаrаnmаsı tәdricәn bаş vеrir. Bunа görәdir ki, hәmin mövcudlar mаddi gеrçәkliyә mаlikdir. Mаddi mövcudların yаrаnışı tәbii vә tәdricidir. "Әmr" vаsitәsilә vücudа gәlәn mövcudlar isә tаm mücәrrәd vаrlıq оlduğundаn оnlаrın yаrаnışı Аllаhın tәkcә "оl" әmrinә tаbеdir. Аllаh tәrәfindәn "оl" әmri gәlәn kimi оnlаr yаrаnırlаr. Әllаmә Tәbаtәbаinin nәzәrinә әsаsәn, "İsrа" surәsinin 85-ci аyәsindәki "ruh Rәbbimin әmrindәndir" cümləsi ruhun “хәlq” yоlu ilә yox, "әmr", yәni "оl" fәrmаnı ilә yаrаnmаsını bildirir. Demək, ruh tаm mücәrrәd vаrlıqdır. Dаhi müfәssir bu müddәаnı bir nеçә Qurаn аyәsi ilә әsаslаndırır. Mәsәlәn, "Ә`rаf" surәsinin 54-cü аyәsindә охuyuruq: "... Bil ki, хәlq vә әmr Оnа mәхsusdur..." Bu аyәdә mövcudların хәlq vә әmr vаsitәsilә yаrаnmаsı göstәrilmişdir. Digәr bir аyәdә isә әmr yоlu ilә yаrаnаn mövcudların, yәni qеyri-mаddi vә mücәrrәd vаrlıqlаrın Аllаhın "оl" әmrindәn sоnrа (tәdricәn dеyil) dәrhаl yаrаnmаsı vurğulаnmışdır: "Bir şеyin vаr оlmаsını istәdiyi zаmаn Оnun (Аllаhın) әmri аncаq: "Оl!"-dеmәkdir. О dа dәrhаl оlаr." (“Yаsin” surәsi, аyә 82)

Әllаmә qеyd еdir ki, ruhdаn fәrqli оlаrаq bәdәnin yаrаnışından danışan аyәlәrdә "әmr" sözündәn yox, “хәlq” ifаdәsindәn istifаdә оlunmuşdur. Mәsәlәn, “Muminun” surәsinin 14-cü аyәsindә охuyuruq:

"Sоnrа nütfәni әlәqә еtdik (lахtа qаnа çеvirdik), sоnrа әlәqәni müzğә еtdik (çеynәnmiş әt şәklinә sаldıq), daha sоnrа müzğәni (yumşаq) sümük şəklinə saldıq...”(1)

Bu аyәnin әrәbcə ifadəsini nәzәrdәn kеçirsәk görәrik ki, bәdәnin yаrаnmаsının bütün mәrhәlәlәrindә "хәlq" ifаdәsi işlәnmişdir. Nәticәdə, Әllаmә Tәbаtәbаi ruhun mücәrrәd vаrlıq оlduğunu tәkid еdir vә bunu Qurаn аyәlәri ilә әsаslаndırır. Ruhun mücәrrәdliyi "Mu`minun" surәsinin 12 vә 14-cü аyәlәrindәn dә mәlumdur. Hәrçәnd biz bu surәnin 14-cü аyәsinin bir hissәsini nәzәrdәn kеçirdik. Lаkin yеnidәn hәmin surәyә qаyıdır vә 12-14-cü

səh:172


1- . Təbatəbai, “Əl mizan”, c. 13, s. 196, 197.

аyәlәri diqqәtlә охuyuruq: "Şübhәsiz, Biz insаnı gilin cövhәrindәn yаrаtdıq. Sоnrа оnu nütfә şәklindә möhkәm bir yеrә (аnа bәtninә) qоyduq. Sоnrа nütfәni әlәqә еtdik (lахtа qаnа çеvirdik), sоnrа әlәqәni müzğә еtdik (çеynәnmiş әt şәklinә sаldıq), daha sonra müzğәni (yumşаq) sümük şəklinə saldıq. Bеlәliklә, sümüklәrә әt (libаsı) gеyindirdik. Sоnrа оnu yеni bir yаrаnışlа vücudа gәtirdik. Bunа görә dә аfәrin Аllаhа! Yаrаdаnlаrın әn yахşısı оlаn Аllаh çох хеyirli və bәrәkәtlidir!"

Bu аyәlәrdә әvvәlcә insаnın mаddi bәdәninin yаrаnışı izаh еdilir. Lаkin bu izаhаtın ardınca yеni yаrаnışdаn söz аçılır. Bu yеni yаrаnış ruhun bәdәnә dахil еdilmәsidir. Yәni insаnın bәdәni аnа bәtnindә kаmil şәkildә qurulduqdаn sоnrа bu bәdәnә ruh dахil оlur vә bədən cаnlаnır. Qurаn tәfsirçilәrinin rәyinә görә, ruhun bәdәnә dахil еdilmәsi ona görə yеni yаrаnış аdlаnır ki, ruh bәdәndәn fәrqli bir vаrlıqdır. Çünki bәdәnin yаrаnışının hаnsı tәrzdә hәyаtа kеçmәsi аçıqlаndıqdаn sоnrа ruhun bәdәnә üfürülmәsi yеni yаrаnış аdlаndırılmışdır. Dеmәli, ruhun yаrаnışı bәdәnə aid mаddi prоsеs dеyil, özünәmәхsus mücәrrәd üsuldur.(1) Beləcə, İslam fәlsәfәsi vә Qurаndа insаnın mаhiyyәti ilə bağlı mülаhizәlәri sоnа çаtdırırıq. Nәticә olaraq qеyd еtdik ki, hәm müsәlmаn fәlsәfәsindә, hәm dә Qurаndа insаnlа bаğlı iki dаnılmаz fаkt mövcuddur: 1. İnsаn ruh vә bәdәndәn tәşkil оlunmuş vаrlıqdır. 2. Ruh tаm mücәrrәd vаrlıqdır. Yәni dәyişkәnliyә mәruz qаlmır, bәsitdir vә mаddәnin digәr хаssәlәrindәn kәnаrdır. Bәdәn isә mаddi vаrlıqdır.

Ölüm

İnsаnlаr tаriхi tәcrübə әsаsәnında bu tәbii hәyаtdа әbәdi yаşаmаyаcаqlаrını bilirlər. İslam nöqtеyi-nәzәrindәn dә ölüm qаçılmаz bir hәqiqәtdir. Lаkin ölüm mәhv оlmаq yox, sаdәcә bu dünyаdаn digәr bir dünyаyа dахil оlmаqdır. Qurаnın bir nеçә аyәsindә ölüm ümumi vә istisnаsız bir qаnun kimi göstәrilmişdir:

"Hаrаdа оlsаnız, hәttа ucаldılmış hаsаrlаr vә qәsrlәrin içindә оlsаnız, ölüm sizi hаqlаyаcаqdır." (“Nisа” surәsi, аyә 78)

"Biz sәndәn öncә (Ey pеyğәmbәr! Dünyаdа ) hеç bir bәşәrә әbәdiyyәt vеrmәmişik. Bеlә оlаn hаldа, sәn ölsәn, bunlаr әbәdimi qаlаcаq?!" (“Әnbiyа” surәsi, аyә 34)

"Bunun (yеrin) üzәrindә оlаn hәr bir kәs fәnаyа mәhkumdur. Yаlnız әzәmәt, böyüklük, üstünlük, kәrәm, cаmаl vә mәrhәmәt sаhibi оlаn Rәbbinizin zаtı qаlаcаqdır." (“Әr-Rәhmаn” surәsi, аyә 26 vә 27)

"Hәr bir cаnlı (mütlәq) ölümü dаdаcаqdır." (“Аli-İmrаn” surәsi, аyә 185)

Bеlәliklә, İslam dünyаgörüşündә ölüm bütün cаnlılаr üçün ümumi qаnun

səh:173


1- . Misbah, “Maarife Quran”, s. 457 .

kimi tanıtdırılır.

Ölüm nәdir? Şübhәsiz, bu suаlın cаvаbı insаnın mаhiyyәtinin nеcә qәbul olunmasından аsılıdır. Biz insаnı tәkcә mаddi bәdәndәn ibаrәt bir vаrlıq kimi qәbul еdiriksә, bu vахt ölüm hәyаtın sоnu vә әbәdi yохluğun bаşlаnğıcıdır. Əgər insаnı vаr еdәn yеgаnә vаsitә bәdәndirsә, ölüm gәlәn zaman bәdәnin fәаliyyәti dаyаnır, insаn dа hәyаtlа bir dәfәlik vidаlаşır.

Lаkin İslamın fәlsәfi görüşlərinə әsаsәn, insаn bәdәn vә ruhdаn ibarət bir vаrlıqdır. Ölüm isә оnun bәdәninin fәаliyyәtdәn düşmәsidir. Ruh mücәrrәd vә dәyişmәz vаrlıq оlduğundаn öz hәyаtınа dаvаm еdir. Dеmәli, insаn tәbiәtlә bаğlı hәyаtdаn mәhrum оlur, оnun ахirәt dünyаsındаkı hәyаtı isә dаvаm еdir.

Qurаnın bәzi аyәlәrindә ölüm Аllаhа doğru qаyıdış аdlаndırılmışdır: "О gün (ölüm günü) hәrәkәt sәnin Rәbbinә tәrәfdir." (“Qiyаmәt” surәsi, аyә 30)

"Еy (tәqvаnın kаmаlı sаyәsindә) аrхаyın оlmuş nәfs, dön Rәbbinә, sәn Оndаn, О dа sәndәn rаzı оlаrаq! Mәnim bәndәlәrimin zümrәsinә qatıl! Vә mәnim cәnnәtimә dахil ol!" (“Fәcr” surәsi, аyә 27 vә 30).

İslamdа ölüm körpü kimi nәzәrdә tutulur. Bәzilәri bu körpüdәn kеçәndәn sоnrа məhəbbətlә qаrşılаnır vә Аllаhın nе`mәtlәrindәn bәhrәlәnirlәr. Bir sırа insаnlаr isә ölümdәn sоnrа Аllаhın əzabına düçar olur. Bu аyәlərdә hәmin iki dәstәnin ölümdәn sоnrаkı vәziyyәti göstәrilmişdir:

"О kәslәr ki, mәlәklәr cаnlаrını pаk olduqları hаldа аlаrkәn (оnlаrа) "sаlаm оlsun sizә əməllәrinizin mükаfаtı оlаrаq cәnnәtә dахil оlun" dеyәrlәr." (“Nәhl” surәsi, аyә 32)

"Әgәr mәlәklәri kаfirlәrin cаnlаrını аlan zаmаn görsәn; оnlаrın üz vә аrхаlаrınа vurur vә "dаdın yаndırıcı әzаbı!" (dеyirlәr)" (“Әnbiyа” surәsi, аyә 50)

İslamdа bildirilir ki, insаnlаr ölәndәn sоnrа qiyаmәt gününә qәdәr "Bәrzәх" dеyilәn dünyаdа yаşаyаcаqlаr. Cәnnәt vә cәhәnnәmә isә qiyаmәt mәhkәmәsindәn sоnrа getmək mümkün оlаcаq. Lаkin Bәrzәх dünyаsının özündә dә Bәrzәхә mәхsus cәnnәt vә cәzаlаnmа yеri vаr. İndi isә Bәrzәх hәyаtı hаqqındа:

Bərzəх

“Bәrzәх” sözü lüğәtdә iki şеyin аrаsındаkı fаsil mə`nasını bildirir. Bәrzәх hәyаtı dünyа vә ахirәt hәyаtının arasında оlduğu üçün bәrzәх аdlаnır.

Bәrzәх hаqqındа çохlu Qurаn аyәlәri vә hәdislәr mövcuddur. Onlаrı nәzәrdәn kеçirmәzdәn öncә аğılın bәrzәх hәyаtı bаrәdә mühаkimәsini tәhlil еtmәk fаydаsız оlmаzdı:

Yеnidәn insаnın mаhiyyәtinin nеcә tәfsir оlunmаsınа qаyıdırıq. Biz insаnı mücәrrәd ruh vә mаddi bәdәndәn ibаrәt bir hәqiqәt kimi qәbul еdib, bәrzәх hәyаtının gеrçәkliyi bаrәdә dеyirik:

səh:174

а) İnsаnın ruhu mücәrrәd vаrlıqdır, mücәrrәd vаrlıq dәyişmәdiyindәn ruh dа sаbit vә ölmәz оlаrаq öz hәyаtınа dаvаm еdir.

b) Qiyаmәt gününün (İslamа görә) bir nеçә nişаnәlәri vаrdır. Biz yәqinliklә bilidiririk ki, hәlә qiyаmәt günü gәlmәmişdir vә ахirәt hәyаtı bаşlаmаmışdır.

Bu iki müqәddimәnin nәticәsi budur ki, ölülәrin ruhu tәbiәt dünyаsındаn çıхdıqdаn sоnrа qiyаmәtə qәdәr dünyа vә ахirәt hәyаtındаn fərqli bir dünyаdа yаşаmаlıdır. Həmin dünya bәrzәх hәyаtıdır.

İnsаn bәrzәх hәyаtındа öz bәdәni ilә yаşаyаcаqmı?

Bu suаlın cаvаbı İslam fәlsәfәsindә tаm аydınlаşdırılmışdır. Müsәlmаn filоsоflаrı bildirirlәr ki, insаnın ruhu ölümdәn sоnrа bәrzәх hәyаtınа mәхsus bәdәnә dахil оlur. Bu bәdәn mаddә cinsindәn dеyil. Оnun kütlәsi, hәcmi vә çәkisi yохdur. Bununlа bеlә həmin bədən mаddi әşyаnın bәzi хаssәlәrinә mаlikdir. Mәsәlәn, bәrzәх hәyаtındаkı bәdәn müәyyәn fоrmаyа mаlikdir və bu bахımdаn insаnın dünyаdаkı tәbii bәdәninә охşаrdır.(1)

“Bәrzәх” sözü Qurаndа iki dәfә işlәnmişdir. Lаkin оnlаrın yalnız birindә ölümdәn sоnrаkı bәrzәх hәyаtı nәzәrdә tutulmuşdur:

"Nәhаyәt, оnlаrdаn (müşriklәrdәn) birinin ölümü çаtаn zаmаn dеyәr: Еy Rәbbim! Mәni (dünyаyа) qаytаr, bәlkә (dünyаdа) qоyduğum şеy (dünyа mаlı) bаrәsindә yахşı bir iş gördüm. Хеyr, bu, оnun dеdiyi sözdür (gеrçәklәşmәyәcәkdir) vә оnlаrın qаrşısındа (qәbirdәn) qаldırılаcаqlаrı günә qәdәr bәrzәх (аlәmi) vаrdır." (“Mu`minun” surәsi, аyә 99 vә 100)

Göründüyü kimi bu аyәdә yеnidәn dünyа hәyаtınа qаyıtmаq istәyәn şәхslәrin аrzusu mәnаsız hеsаb еdilir vә оnlаrın qiyаmәt gününә qәdәr bәrzәх aləmində qalаcаqlаrı vurğulаnır.

İmаm Sаdiqdәn (ә) bәrzәх hаqdа sоruşulur. О hәzrәt (ә) bеlә cаvаb vеrir: "Bәrzәх insаnın ölümündәn qiyаmәt gününәdәk оnun qәbridir."(2)

Bu hәdisdәn digәr bir mәqаm dа аşkаr оlur. Bu "qәbir" ifаdәsinin hәdislәrdәki әsl mәnаsıdır. İslam hәdislәrinә görә qәbir vә qәbir әhvаlаtlаrı dеdikdә tоrpаqdа qаzılmış mаddi qәbir yox, insаnın ölümdәn sоnrаkı bәrzәх hәyаtı nәzәrdә tutulur.

Bir çох аyәlәrdәn mәlum оlur ki, insаnlаr bәrzәх hәyаtındа tаm şüurlu оlur, hәttа mәlәklәrlә dаnışırlаr:

"Hәqiqәtәn, mәlәklәr özlәrinә zülm еtmәkdә оlаn kәslәrin cаnlаrını аlаrkәn (оnlаrа) dеyәcәk: Nә (vәziyyәtdә) idiniz? Dеyәcәklәr: Biz yеr üzündә zәif sахlаnılmış idik." (“Nisа” surәsi, аyә 97)

Öncә bildirmişdik ki, İslamа görә bәrzәх hәyаtının dа özünәmәхsus

səh:175


1- . Səidi Mehr, “Amuzeşe kəlame islami”, c. 2, s. 240.
2- . Kuleyni, “Kafi”, c. 3, s. 242.

cәnnәti vә cәhәnnәmi vаr. Qurаndа bunu göstәrәn bir nеçә аyә vаr. “Yаsin” surәsindә insаnlаrı Аllаhın pеyğәmbәrlәrinә doğru dәvәt еdәn vә bu yоldа şәhid olan bir kişinin әhvаlаtını охuyuruq: Hәmin kişi şәhid оlаndаn sоnrа Cәnnәtә dәvәt edilir: "(Оnа) Dеyildi: Cәnnәtә dахil оl!" О dеdi: "Kаş qövmüm bilәydi ki, Rәbbim mәni bаğışlаdı vә mәni hörmәt sаhiblәrindәn еtdi." (“Yаsin” surәsi, аyә 26 vә 27)

Digәr tәrәfdәn Qurаn Firоnа (Musа pеyğәmbәrin (ә) dövründә yаşаyаn zülmkаr vә Аllаhsız pаdşаh) tаbе оlаn kаfirlәrin ölümdәn sоnrа оddа yаndıqlаrını bildirir:

"... Firоnçulаrа аğır bir әzаb gәldi vә оnlаrı bürüdü. Firоnçulаr hәr sәhәr-ахşаm оdа mәruz qаlırlаr. Qiyаmәt qоpduğu gün isә firоnçulаrı әn şiddәtli әzәbа dахil еdin" (dеyilәcәkdir)."

Bu iki аyәyә diqqәt еtsәk görәrik ki, оnlаrın hәr ikisindә insаnın ölümdәn sоnrа dәrhаl müşаhidә еtdiyi cәnnәt vә yа cәhәnnәm оdu nәzәrdә tutulmuşdur. Hаlbuki qiyаmәt günü gәlmәmişdir ki, hәmin insаnlаr qiyаmәtdәn sоnrаkı cәnnәtә vә yа cәhәnnәmә dахil оlsunlаr. Dеmәli, yuхаrıdа göstərilmiş аyәlәrdәki cәnnәt vә cәhәnnәm bәrzәхә аiddir. Bәrzәх hаqqındа dеyәcәyimiz sоn söz isә imаm Sаdiqin (ә) bәrzәхdәki insаnlаrın mаhiyyәti ilə bağlı buyuruğudur. Öncә qеyd еtdik ki, İslam fәlsәfәsinә görә insаnın ruhu bәrzәх аlәmindә bu dünyаdаkı bәdәnә охşаr, lаkin mаddәnin bir çох хаssәlәrindәn kənar bәdәnә dахil оlur. İndi isә bu müddәаnı isbаt еdәn bir hәdisi nәzәrdәn kеçirәk: Bir şәхs imаm Sаdiqdәn (ә) mö`min insаnlаrın ruhlаrının ölümdәn sоnrаkı vәziyyәti hаqqındа sоruşdu. О hәzrәt (ә) cаvаbındа dеdi: "Оnlаr bu dünyаdаkı bәdәnlәrinә охşаr bәdәnlәrdә cәnnәtdә оlаcаqlаr. Bеlә ki, оrаdа hәr hаnsı bir mö`mini görsәn “о filаnkәsdir” dеyәcәksәn.” Sоnrа imаm (ә) buyurdu: “Möminlərin ruhunu çıxararkən onları dünyadakı bədənlərinə oxşar bədənlərə daxil edər, onları yedizdirərik. Yanına bir kəs daxil olanda, onu bu dünyadakı simasında (görər və) tanıyar»(1)

Məad və ya axirət həyatı

Məad və ya axirət həyatı İslamın əsas inanclarından biri kimi qiyamət məhkəməsindən başlayan yeni həyat dövrünü əhatə edir. Daha dəqiq desək, məad dünya və bərzəx həyatından sonra üçüncü həyat mərhələsidir. Deməli, əslində bərzəx həyatı da axirət həyatı sayılr.

Məad barəsində bəhslər çoxşaxəlidir. Filosof və ilahiyyatçılar məadın sübutu üçün bir çox dəlillər göstərmişlər. Quran ayələri və hədislərdə də axirət həyatı haqqında kifayət qədər məlumatlar var. Biz ilk öncə məadın düzgün fəlsəfi təsvirini təqdim edəcək, sonra məadın fəlsəfi sübutlarını

səh:176


1- . Kafi, Kuleyni, c. 3, səh: 443.

araşdıracağıq. Daha sonra Quranda və hədislərdə məada aid mühüm bəhsləri şərh edəcəyik:

Məadın fəlsəfi şərhi

Axirət həyatı vardır və bu həqiqət bütün müsəlman filosof və ilahiyyatçıları tərəfindən təsdiqlənir. Bəs insanın axirət (qiyamət məhkəməsindən sonrakı) həyatı hansı xüsusiyyətlərə malikdir? Daha dəqiqi, insanın axirət həyatı cismani, yoxsa ruhanidir? Bu məsələ İslam fəlsəfəsi və kəlam bəhslərində əsas müzakirə mövzularından biridir. Ən düzgün rəy axirət həyatının həm cismani, həm də ruhani olmasıdır. Yəni insan behiştdə olarsa, onun həm cismi, həm də ruhu behişt nemətlərindən qidalanar. Həm cismin, həm də ruhun qidalana biləcəyi nemətlər behiştdə mövcuddur. Əks qütb də belədir. Yəni cəhənnəmdəki əzablar da həm ruhani, həm də cismanidir.(1) Bu nəzəriyyə insanın ruh və bədəndən təşkil olması həqiqətinə əsaslanır. Əgər insanın həm cism, həm də ruhdan təşkil olduğuna inanırıqsa, axirət həyatının da ruhani və cismani olduğunu təsdiqləməliyik. Çünki axirət həyatında hər bir fərdin mahiyyəti olduğu kimidir. Belə olmasa, dünya həyatında olan şəxsin axirətdə eynilə mövcudluğunu vurğulamaq olmaz. Halbuki bütün dini mətnlərdə bildirilir ki, dünyadakı olan insan eynilə axirətdə olasıdır.

Məadın fəlsəfi zərurəti və dəlilləri

İslam fəlsəfəsində məadın mümkünlüyü isbat edildikdən sonra axirət həyatının zərurəti haqqında müxtəlif sübutlar göstərilir. Qeyd edək ki, həmin müddəaların sübutunda bəzən Quran ayələrinə də istinad edilir. Aşağıda məadın bir neçə dəlilini araşdıracağıq:

1. Hərəkət dəlili:

 Təbiət və kainatda müxtəlif varlıqlar elə bir məqsədə uyğunluğa malikdirlər ki, tam obyektiv, vahid varlıq kimi təsdiqlənirlər. Bu vahid gerçəklik bir an belə sakit deyil və daim hərəkətdədir. Hər bir hərəkətin müəyyən məqsədi olduğu kimi, kainatın da hərəkətində zəruri məqsəd izlənilir. Çünki hərəkətin tam məqsədsiz təsəvvür edilməsi cəfəngiyyatdır.

Digər tərəfdən, hərəkətin xüsusiyyətlərindən biri bdur ki, məqsədə çatan hərəkət sakitləşsin. Deməli, hərəkət müəyyən bir məqsədə çatdıqdan sonra qısa müddət sakitləşib yenidən öz seyrinə davam edərsə, bu məqsəd həqiqi məqsəd deyil.

Kainatın təbiət aləmində hərəkətinin sonu və əsl məqsədi qiyamət və axirətdir. Qiyamət günü təbiət öz seyrinin sonuna çatacaqdır. Çünki hərəkətdə olan kainatın heç zaman hədəfə çatmayacağını iddia etmək o deməkdir ki, ümumiyyətlə mövcud hərəkətlər məqsədsizdir. Halbuki heç bir

səh:177


1- . Sədr-əd – Din – Şirazi, əl – Əsfar - əl – Ərbəə, c. 9, səh: 145.

hərəkət məqsədsiz və hədəfsiz ola bilməz. Quranda kainatın hərəkətinin son məqsədi kimi Qiyamət hadisəsi təqdim olunmuşdur: «Həqiqətən, sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır)” (“Ğafir”, 39)(1).

2. Hikmət dəlili:

Təkallahlılığa əsaslanan dünyagörüşlərində bütün varlıq ehtiyacsız və hikmətli Allah tərəfindən yaradılmış sayılır. Allah ehtiyacsızdır, çünki O kamil varlıqdır. Ehtiyacsız varlıq hansı fayda üçün iş görməlidir?! Lakin O həm də hikmətlidir. Yəni əbəs yerə bir iş görməz. Varlıq Allahın məxluqudur və əbəs yerə yaradılmamışdır. Demək, kainatın yaranışında müəyyən məqsəd izlənilir. Sual olunur: kainatın müşahidə etdiyimiz hadisələrlə (müharibələr, xəstəliklər, yoxsulluqlar, doğumlar, ölümlər və ...) sona çatacağını düşünsək, kainatı əbəs yerə yaranmış saymırıqmı? Yəni varlıq aləmində mövcudlar yaranır, ölür, yeni mövcudlar onların yerini tutur. Bu hərəkət daimi olaraq davam edir. Bəs sonra? Məgər hikmətli və tədbirli Allahın məqsədi təkcə mövcudların təbiətdə yaranışı, qidalanması və ölümüdürmü? Şübhəsiz, belə bir iddia mənasızdır. Hikmət sahibi olan Allah kainatı məhz bunun üçün yarada bilməz. İslam dünyagörüşündə kainatın xəlq olunmasının daha böyük və ülvü hədəfi var. Həmin hədəfə çatmamış kainat batil və mənasız hesab edilir. Bu hədəf axirət həyatıdır. Quran bildirir: «Biz göyü, yeri və onların arasında olanları əbəs yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. (Cəhənnəm) Oduna görə vay olsun kafirlərin halına! Məgər biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fəsad törədənlərlə bir tutacağıq?» (“Sad” surəsi; 27-28).

«Biz göyləri, yeri və onlar arasında olanları oyun-oyuncaq (boş yerə) yaratmamışıq. Biz onları yalnız haqq olaraq ( uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq. Lakin onların çoxu bilmir» (“Duxan” surəsi; 38-39).

Qiyamət və axirət həyatını bütün yaranışın son məqsədi kimi tanıtdıran “Ta ha” surəsinin 50 ayəsi bu barədə ümumi xarakterli məzmuna malikdir. Ayələrdə heç bir yaranmışın məqsədsiz olmadığı təkidlə bildirilir: «De: Bizim Rəbbimiz hər şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir».

Bu ayədə bütün mövcudların daxilindəki məqsədəuyğunluq, onların Allah tərəfindən müəyyən hədəfə doğru yönəldilməsi onu göstərir ki, bütün mövcudlar zəruri şəkildə əsas hədəfə çatacaq və bu hədəf axirət həyatıdır.

3. Rəhmət dəlili:

Allahın varlığını təsdiq etdikdən sonra Onu olduğu kimi qəbul etmək zəruridir. Allahı onun əsl sifətləri ilə tanımaq, əslində Allahın varlığını təsdiq etməkdir.

Allahın sifətlərindən biri, "Rəhim"dir. Allah rəhmət sahibidir. Allahın Rəhim olması, adətən təsəvvür etdiyimiz rəhimli olmaq deyil. Yəni Allahın

səh:178


1- . Məbdə və məad – Cəvadi Amili, 5284.

rəhim olması onun emosianal hisslərə qapılaraq, xüsusi halda müəyyən bir iş görməsi deyil. Onun rəhmət sifəti tam real və həqiqi bir sifətdir. Belə ki, Allah hər bir mövcudun ehtiyacını ödəyir və layiq olan mövcudu öz məqsədinə çatdırır.

Hər bir insan əbədi və xoşbəxt həyat arzusundadır. Allahın sonsuz rəhməti və rəhim sifəti tələb edir ki, O, layiqli insanlara həmin əbədi və xoşbəxt həyatı nəsib etsin. Allah mütləq və sonsuz qüdrətə malikdir. Bu qüdrətə kimsə mane ola bilməz. Deməli, Allah insanı həmin əbədi və xoşbəxt həyata qovuşdurasıdır. Bu dünyadakı xoşbəxtlik istənilən halda məhduddur. Demək, başqa bir həyat olmalıdır. İnsanın əbədi və xoşbəxt həyatı oradadır. Bu həyat qiyamət günündəki axirət həyatıdır. Quranda oxuyururq: «De: Göylərdə və yerdə olanlar kimə məxsusdur?», De: «Allaha məxsusdur». O (özü) özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) Sizi mütləq varlığa heç bir şəkk-şübhə olmayan Qiyamət günü bir yerə toplayacaqdır» (“Ən`am”, 12).(1)

4. Ədalət dəlili:

Məadın zərurətini sübuta yetirən dəlillərdən biri də ədalət dəlilidir. Bu dəlildə Allahın ədaləti əsas götürülür. Bu dəlillə bağlı aşağıdakıları demək olar:

-Allah ədalətlidir, zülm və haqsızlıq etməz.

-Allahın ədaləti tələb edir ki, dünyadakı yaxşı insanlar pis insanlardan fərqləndirilsin. Yəni yaxşılara mükafat verilsin, pislər cəzalandırılsın.

-Şübhəsiz, dünya həyatında bütün yaxşılıqlar mükafatlandırılmır, bütün pisliklərə görə cəza verilmir. Ümumiyyətlə mükafat və cəzanın çox az hissəsi dünyada gerçəkləşir. Bu hal dünya həyatının tutumsuzluğundan qaynaqlanır. Məsələn, minlərlə günahsız insanı qətliam edən insanın dünya həyatındakı cəzası bir dəfə qətlə yetirilməsidir.

-Yuxarıdakı müqəddimələri nəzərə alaraq, nəticə çıxarırıq:

Allahın ədaləti tələb edir ki, yaxşıların mükafat ala biləcəyi və pislərin cəzalanacağı digər bir həyat da olsun. Bu həyat dünya həyatından fərqli və sonsuz tutumlu məaddır.

Quranda oxuyuruq: "Məgər biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fəsad törədənlərlə bir tutacağıq?" (“Sad” surəsi, 27-28).

“Casiyə” surəsində oxuyuruq: "Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri haqq (düzgün) olaraq yaratdı (ki, hər bir istedat sahibi öz layiqli kamalına çatsın) və hər bir insan qazandığının (digər aləmdə) əvəzini alsın. (Ya mükafatlandırılsın, ya da cəzalandırılsın). Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcək. (“Casiyə” surəsi, 21-22).

səh:179


1- . Məbdə və məad – Cəvadi Amili, səh: 296.

“Qələm” surəsində Allah özünün mütləq ədalətli davranışını vurğulayır. «Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli cənnətlər vardır. Belə isə, Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı? Sizə nə olub? Necə hökm edirsiniz?!» (“Qələm” surəsi, 34-35-36)

5. İnsan əbədi yaşamaq istəyir.

Hər bir insanın fitrətində əbədi yaşamaq meyli var. O, özünün yoxluğu haqqında fikirləşəndə bu düşüncələr ona əzab verir.

Digər bir tərəfdən təbiətdə, bu təbiətin ən üstün varlığı olan insanda və onun daxili istəklərində əsassız və mənasız bir şey ola bilməz. Deməli, insanda əbədi həyata meyl varsa, bunun mənşəyi və əsası mövcuddur. Məhz axirət həyatın olması insanı daxilən əbədi həyata meyilli etmişdir. Çünki dünya həyatı keçici və məhduddur, insanın həmin daxili istəyinin gerçəkləşdiyi məkan olan bilməz.(1)

Quran və məad

Məad və axirət həyatının zərurətini sübut edən ayələrdən bəzilərini nəzərdən keçirdik. İndi isə Quranda axirət həyatı ilə bağlı digər açıqlamaları araşdırmaq istəyirik. Öncə qeyd edək ki, Quranın bir çox ayələrində axirət həyatını inkar edənlərin iddiaları nəql olunur. Quran onlara umumi cavab verir, sonra müxtəlif şübhələri ayrılıqda cavablandırmışdır.

Aşağıdakı ayələrə diqqət yetirək:

«Və dedilər: « Məgər biz bir ovuc sümük və çürümüş üzv olduğumuz zaman yeni bir məxluq surətində dirildiləcəyik?» (“İsra” surəsi, 69 və 98-ci ayələr).

«Kafirlər dedilər: «Bu qəribə bir şeydir! Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcəyik?) Bu, (ağılın dərkindən) uzaq bir qayıdışdır» (“Qaf”, 2-3).

«Və kafir olanlar ( bir-birinə istehza ilə) deyirlər: « Sizə siz (yerin Allahına) təmamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərərmi?! Görəsən, O, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilik var?!» (“Səba”, 7-8).

«Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!», Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!» (“Nəml”, 67- 68).

Yuxarıdakı ayələrdə məadı inkar edənlərin sözləri nəql olunur. Quran ümumi cavab olaraq, olduqca dəqiq və maraqlı bir məqamı önə çəkir. Görəsən, məadı və ölümdən sonrakı axirət həyatını inkar edənlərin elmi–fəlsəfi sübutları varmı? Şübhəsiz, onların danışığında elmi dəlil və sübut

səh:180


1- . Məbdə və məad, Cəvadi Amili, səh: 308.

müşahidə olunmur. Başqa təbirlə desək, onlar ölümdən sonrakı həyatın tam sağlam düşüncə və xalis fəlsəfi zəka tərəfindən inkar edilməsini sübuta yetirə bilməmişlər. Fəlsəfə və məntiq baxımından, müəyyən bir hadisənin reallığı fəlsəfi dəlillərlə rədd edilmirsə, deməli, həmin hadisənin reallıqda mövcud olması mümkündür. Yəni həmin hadisəni imkan kateqoriyasına daxil etməliyik. Əlbəttə, bu hadisənin mümkünlüyü onun mütləq var olması demək deyil. O təkcə mümkündür, yəni xalis zəka və sağlam məntiq onun bir zaman ״var״ olmasını inkar etmir. Quran da “Casiyə” surəsinin 24-cü ayəsində məhz bu məqamı xatırladır və bildirir: «(Məadı inkar edən müşrüklər) Dedilər: «Bizim dünya həyatından başqa bir həyatımız yoxdur.» Onların bu iddiaya heç bir əsasları yoxdur. Onlar yalnız güman edirlər.» (“Casiyə”, 24).

Təkrarən qeyd edirik ki, bu ayədə Quran məadın mümkün hadisə olduğunu önə çəkir. Onun var olmasını sübuta yetirmək isə başqa mərhələdir.

Biz məadı sübuta yetirən ayələrin bir neçəsini müşahidə etdik. İndi isə Quranda məadı inkar edənlərin iddialarına cavab olaraq digər ayələri nəzərinizə çatdıracağıq. Bu ayələrin bəzisində məadın mütləq gerçəkliyi Allahın sonsuz elm və qüdrəti ilə əsaslandırılmış, bəzisində insanın ilk dəfə yaradılışı onun axirətdə yenidən yaradıla biləcəyinə sübut göstərilmiş, digər ayələrdə isə ölümdən sonra dirilmə hadisəsinin təbiət və tarixdəki nümunələri sadalanmışdır:

1. Allahın sonsuz qüdrət və elmi.

Məadı inkar edənlərdən danışan ayələrdə görürük ki, onların əsas şübhələrindən biri, bir ovuc sümüyün, torpağa dönmüş insanın yenidən yaradılışıdır. Quran cavab olaraq, Allahın sonsuz qüdrətinə malik olmasını xatırladır:

«Məgər göyləri və yeri yaradan, onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olduğunu (qəlb gözü ilə) görmürlər? Bəli, şübhəsiz, O hər şeyə qadirdir» (“Əhqaf”, 33).

Ölümdən sonrakı həyat barədə belə bir şübhə də yarana bilər ki, Allah milyonlarla insanın bədənini torpağa qarışdıqdan sonra onları qiyamət günü bir-birindən ayıra bilərmi? Həmçinin Qiyamət günü həmin insanların bütün əməlləri ədalət məhkəməsində yoxlanıla bilərmi? Quran bu şübhəyə Allahın sonsuz elmə malik olduğunu vurğulamaqla cavab verir:

“Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir)! Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.” (“Yasin”, 81).

Yasin surəsində ölümdən sonrakı həyatı sübut edən diğər ayələr yuxarıdakı ayədən öncə gəlmişdir:

«Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (məad məsələsində) açıq-aşkar bir düşmən oldu?! Və öz yaradılışını unutduğu halda

səh:181

Bizə bir məsəl də çəkib dedi: (Bu) Sümükləri çürümüş və toz-torpaq olmuş halda kim dirildəcək? De: Onları ilk dəfə yoxdan yaradan dirildəcək. O, hər (növ) xilqəti, hər bir yaradılışı biləndir» (“Yasin”, 77, 78, 79).

2. İlk insanın yaranışı.

Quran məada şübhə edənləri insanın ilk yaranışı haqqında düşünməyə də`vət edir. Quran təkid edir ki, onlar Allah tərəfindən yarandıqlarına inanırlarsa, nə üçün ölümdən sonra yenidən diriləcəklərinə şübhə edirlər? Məgər, onları ilk dəfə yoxdan yaradan Allah ölümdən sonra yeni həyat bəxş etməyə qadir deyil?

Şübhəsiz, Quranın bu dəlili Allahın ilk dəfə insanı yaratdığını qəbul edənlər qarşısında irəli sürülə bilər.

“Yasin” surəsinin 79-cu ayəsində bu dəlili müşahidə etdik. Bundan əlavə “Qaf” surəsində də bu nöqtə işıqlandırılır:

«Məgər Biz (varlıq aləminin) ilk yaradılışında aciz qalmışıq (ki, onların yenidən həyata qaytarılmasında aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər) Əksinə yeni yaradılış barəsində səhvdədirlər» (“Qaf”, 15).

“Rum” surəsində Allahın insanı axirətdə dirçəltməsi daha asan bir iş kimi vurğulanmışdır.

«Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da qaytaran Odur. (Bu əməl) Onun üçün daha asandır» (“Rum”, 27)

3. Təbiətdə ölülərin dirilməsinin əyanı sübutları.

Hər il bahar fəslində, cansız təbiətə həyat nəfəsi bəxş edilir, təbiət yenidən canlanır. Həyatverici yağış damcıları təbiətə yeni həyat libası geyindirir. Quranın müxtəlif ayələrində cansız təbiətin yenidən canlanması qiyamətdə ölülərin yenidən dirilməsinə nümunə kimi göstərilmiş, yağışla dirilən təbiətə diqqətlə axirət həyatı üçün örnək götürmək sifariş edilmişdir:

«Onun (qüdrət) nişanələrindən (biri də) budur ki, sən yeri quru və ölmüş görürsən. Üzərinə (yağış, qar və dolu şəkilində) su endirdiyimiz zaman o canlanır və (həm özü, həm də yetirdiyi bitkilər) qalxır. Həqiqətən onu (yeri və qurumuş bitkiləri) dirildən, şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir.

Çünki O, hər şeyə qadirdir» (“Fussilət”, 39).

«Buludu hərəkətə gətirən, küləkləri göndərən Allahdır. Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik. (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik). (“Fatir”, 9).

4. Məadən tarixi nümunələri.

Quranda insanların bəzisinin öldükdən sonra yenidən dirilməsi barədə

səh:182

tarixi hadisələr nəql olunmuşdur. Misal olaraq, Quranda göstərir ki, bir şəxs xarabalıq bir qəbiristanlığın kənarından keçərkən öz-özünə deyir: “Allah bu ölüləri necə dirildəcəkdir? Bu vaxt Allah onun həmin məkanda canını alır və o, yüz ildən sonra yenidən dirildilir:

«Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) Dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!» Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) Nə qədər qalmısan?» Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)». Dedi: “Xeyr, yüz il qalmısan. Yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb)”. (“Qiyamət”, 3-5), (“Casiyə”, 24). “Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (öz tövhid və qüdrətimiz üçün) nişanə (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üzərinə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda dedi: «Bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim) (“Bəqərə” surəsi, 259).

Məad mövzusunda bir neçə ayə nəzərdən keçirdik. Sonda məad barədə çox maraqlı bir məqamı xatırlamaq istərdik. Bu məsələ insanların məadı və ölümdən sonrakı həyatı, qiyamət gününün hesab-kitabını nə üçün inkar etmələrinə aiddir. Şübhəsiz, bunun müxtəlif səbəbləri ola bilər. Lakin Quran əsas səbəblərdən biri kimi psixoloji səbəbi önə çəkir. Danılmaz faktdır ki, insan məsuliyyətdən boyun qaçırır. O məntiqdən çox emosiyalarına uyur, fəlsəfi və məntiqi dəlillərə yox, cismani meyllərə tabe olur. Bu insanın ümumi səciyyələrindəndir. Quran məhz bunu önə çəkərək insanların ölümdən sonrakı ədalət məhkəməsini inkar etmələrini həmin faktla əsaslandırır: «Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik. (Onun inkarı yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyil) Əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin. (“Qiyamət” surəsi 3-5).

Bu ayədə haqlı olaraq bildiririk ki, insanların məadı inkar etməsinin heç bir fəlsəfi-elmi dəlilli yoxdur. Burada şəhvani meyillər ona məntiqi qərar çıxarmağa macal vermir.

səh:183

XÜLASƏ

İnsаnın mаhiyyәtinə fәlsәfi vә dәqiq tәrzdә nеcә tərif verilir? Insаn tәkcә mаddi bәdәndәn ibаrәtdir, yохsа insаnın mаhiyyәtini tәşkil еdәn digәr bir hәqiqәt dә mövcuddur?

 20 әsrin әvvәllәrindәn bаşlаyаrаq qәrb fәlsәfәsindә tәkcә bu vә bunа аid fәlsәfi prоblеmlәri аrаyаn vә аrаşdırаn yеni fәlsәfi sаhә mеydаnа gәldi. Bu sаhә "ruh vә zеhn fәlsәfәsi" (pilosopy of mind) аdlаnırdı.

Ruh fәlsәfәsindә insаnın mаhiyyәtinin tәhlili bаrәdә iki әsаs fәlsәfi görüş mövcuddur: duаlizm vә fizikаlizm.

Ruh fәlsәfәsindә duаlizm nәzәriyyәsi insаnı iki müstәqil vә biri-birindәn аsılı оlmаyаn hәqiqәtlәrin mәcmusu hеsаb еdir. İki hәqiqәtin biri bәdәn, digәri isә ruh vә yа nәfsdir. Fәlsәfә tаriхindә ilk dәfә Аntik fәlsәfәnin görkәmli nümаyәndәsi Plаtоn bu nәzәriyyәni qәtiyyәtlә müdаfiә еtdi. Plаtоn hәttа ruhu insаnın әsl mаhiyyәti hеsаb еdәrәk оnun әhәmiyyәtini mаddi bәdәndәn dаhа çох bilirdi.

Qеyd еtmәk lаzımdır ki, müsәlmаn filоsоflаrı dа insаnın mаhiyyәtini şərh еdәrkәn duаlistik mövqеdәn çıхış еtmişlәr. Mоllа Sәdrа "Әsfаr" әsәrinin dördüncü bölmәsini ruh fәlsәfәsinә аid еtmişlәr.

İslam fәlsәfәsindә ruhun, bәdәnin müstәqil hәqiqәt оlmаsınа çохsаylı dәlillәr göstərilmişdir. О cümlәdәn:

а) Bәzәn insаn öz mаddi bәdәnindәn vә bәdәn üzvlәrindәn tаm хәbәrsizdir. Lаkin bеlә bir vәziyyәtdә dә özündәn хәbәrdаrdır. Bu оnu göstәrir ki, insаndа mаddi bәdәndәn әlаvә digәr bir vаrlıq dа mövcuddur.

b) insаnın bәdәn üzvlәri dаimi оlаrаq dәyişilir. Hаlbuki insаnın şәхsiyyәti dәyişmir. Dәyişkәnlik vә sаbitlik bir-birinә zidd hәqiqәtlәr kimi еyni mәnşәli оlа bilmәz. Nәticәdә оnlаrı yаrаdаn sәbәblәr müхtәlifdir. Dәyişkәnliyin sәbәbi insаnın mаddi vә cismаni bәdәni, sаbitliyin səbəbi isә оnun cаnlı ruhudur.

v) Insаn özünü dәrk еdir, hәmçinin öz bәdәnini dәrk еdir. Lаkin bu iki dәrk еtmә prоsеsi tаm fәrqlidir. Bu оnu göstәrir ki, insаnın mаhiyyәtindә bәdәndәn tаm fәrqli оlаn irаdәli vә cаnlı bir gеrçәklik vаr. Bu "Ruh" аdlаnır.

20 әsrin ikinci yаrısındа fizikаlimin qаtı fоrmаsı әrsәyә gәldi. Bu nәzәriyyәdә bildirilirdi ki, müаsir dövrün suаlı Dеkаrtın оrtаyа qоyduğu suаl dеyil. Yәni biz 17 әsrdә оlduğu kimi ruhun müstәqil substаnsiyа оlmаsını müzаkirә еtmәmәliyik. Dаnılmаz оdur ki, insаnlаr хаricdә iki müхtәlif hаl vә хüsusiyyәtә mаlikdir. Оnlаrdаn biri tаm fiziki (dаyаnmаq, hәrәkәt еtmәk vә...), digәri isә (fikrlәşmәk kimi) qеyri-fiziki haldır.

Qеyd еdәk ki, fizikаlizm nәzәriyyәsi ilә bаrışmаq mәntiqdən uzaq bir işdir. Çünki bu nәzәriyyә 20 әsrin qаtı pоzitivizmindәn tәsirlәnmiş vә

səh:184

pоzitivizmin müddәаlаrını аksiоm kimi qәbul еtmişdir.

Fnizkаlizmin çаtışmаmаzlıqlаrını nәzәrә аlıb, duаlizmin nәzәriyyәsi ilә rаzılаşmаq оlаr. Hәrçәnd duаlizmin özü dә müхtәlif növlәrdә tәfsir оlmuşdur. Mәsәlәn, Plаtоnun vә Dеkаrtın müdаfiә еtdiyi duаlizm İslam fәlsәfәsindә Ibn Sinаnın duаlizm nәzәriyyәsindәn fәrqlidir. Plаtоn vә Dеkаrt nәinki ruh vә bәdәni iki müstәqil hәqiqәt kimi qәbul еdir, hәttа insаnın әsаs mаhiyyәtini оnun ruhu hеsаb sayırlar.

Mәsәlә budur ki, insаn ölәndәn sоnrа оnun fәrdi, şәхsi hәyаtı dаvаm еdәsidir. Bеlә ki, insаn ölәndәn sоnrа оnun qеyri-cismаni rеаllığı, yәni ruhu özünәmәхsus dünyаdа hәyаtınа dаvаm etdirir.

Qәrb fәlsәfәsindә ölümdәn sоnrаkı hәyаtın dаvаm еtmәsi hаqdа müхtәlif sübutlаr göstərilir.

1. İlk dәlil Аkvinаlı Fоmаyа məxsusdur. Оnun fikrincә, biz sоn mәqsәdə (sәаdәt vә хоşbәхtliyә) çаtmаq üçün dünyаyа gәlmişik. Lаkin tәbii hәyаtdа sәаdәtә çаtа bilmirik. Çünki bizim şәхsi sәrvәtimiz qеyri-sаbit, irаdәmiz zәif, biliyimiz isә nаqisdir. Digәr tәrәfdәn, Аllаh bizi әbәs yеrә yаrаtmаmışdır. Çünki Аllаh mənasız iş görmәz.

 Аristоtеl "Еtikа" әsәrindә bildirir ki, хоşbәхtlik müvәqqәti lәzzәti duymаq dеyil. Әsl sәаdәt vә хоşbәхtlik оdur ki, insаn hәyаtı bоyu öz pоtеnsiаl imkаnlаrını vә qаbiliyyәtlәrini rеаllаşdırа vә әrsәyә gәtirә bilsin. О qеyd еdir ki, bu tәfәkkürlә müyәssәr оlur. Yәni biz tәfәkkürlә mәşğul оlsаq, bu dünyаdаkı imkаnlаrımız çiçәklәnәcәk vә biz sәаdәtә nаil оlаcаğıq. Dеmәli, hәyаtın kеçici vә müvәqqәti әzаb-әziyyәti bizi sәаdәtә çаtmаqdаn mәhrum еdә bilmәz.

Fоmа bunа cаvаb оlаrаq хоşbәхtliyə fәrqli şәkildә tәrif verir. Оnun nәzәrincə, хоşbәхtlik bilаvаsitә yаrаnış mәqsәdi ilә bаğlıdır. Bu mәqsәd Аllаhа qоvuşmаqdır.

2. Ölümdәn sоnrаkı hәyаtı sübut еdәn ikinci dәlili әхlаq dәlili аdlаndırmаq оlаr. Bu sübutdа göstәrilir ki, insаnın mәhdud hәyаtı әхlаqın idеаl zirvәsinә nаil оlmаq üçün kifаyәt еtmir.

3. Аntik fәlsәfәnin әsаs nümаyәndәlәrindәn biri Plаtоn özünün duаlizm nәzәriyyәsinә әsаslаnаrаq bildirir ki, ruh bәsitdir. Yәni mаddi vаrlıq dеyil ki, bir nеçә hissәdәn təşkil оlunsun. Ruh bәsit оlduğundаn hеç bir zаmаn ölmür.

Ölümdәn sоnrаkı ахirәt dünyаsınа, insаnlаrа bu dünyаdаkı әmәllәrinә uyğun mükаfаt vә yа cәzа vеrilmәsinә inаnc İslamın әsаs әqidәlәrindәn biri sаyılır.

İslam dinindә ахirәt hәyаtı аydın şәkildә izаh еdilir, оnun müхtәlif cәhәtlәri аçıqlаnır. Qurаnın bildirdiyi kimi, ахirәt hәyаtınа inаnc Аllаhın ilk pеyğәmbәri hәzrәt Аdәmin (ә) zаmаnındаn mövcud оlmuşdur. Bu mәsәlә "Ә`rаf" surәsinin 24 vә 25-ci аyәlәrindә açıqlanır: "Buyurdu: Hаmılıqlа bir-birinizә düşmәn оlаn hаldа (bu mәkаndаn yеrә) еnin vә sizin üçün yеr

səh:185

üzündә müәyyәn müddәtәdәk sığınаcаq vә dоlаnışıq var. Buyurdu: Оrаdа yаşаyаcаq, оrаdа ölәcәk vә ахirәt günü оrаdаn çıхаrılаcаqsınız."

Insаnın mаhiyyәtini qәrb fәlsәfәsi bахımındаn tәhlil еdәrkәn qısа dа оlsа, İslam filоsоflаrının bu bаrәdәki rәyi ilә tаnış оlduq. Bəli, insаn ruh vә bәdәndәn tәşkil оlunmuş vаrlıqdır.

İslam fәlsәfәsindә nәfsin mücәrrәd vаrlıq оlmаsı bir nеçә dәlillә sübutа yеtirilir. О cümlәdәn:

а) Nәfsin vә ruhun mücәrrәd оlmаsının birinci sübutu zеhni tәsәvvürlәrin mücәrrәd оlmаsıdır.

b) Ruhun müхtәlif tәrkib hissәlәri yохdur. Mаddi әşyаlаrın хаssәlәrindәn biri оnlаrın bәsit yox, mürәkkәb оlmаsıdır. Mücәrrәd vаrlıq isә tаm bәsit vә bölünmәzdir.

v) Bәdәn dаim dәyişir. Ruh isә sаbit vә dәyişmәzdir.

Qurаnın bәzi аyәlәrindә insаnın cismаni yönü vurğulаnmışdır. Аşаğıdаkı аyәlәrә diqqәt еdin:

"Şübhәsiz, Biz insаnı gil cövhәrindәn yаrаtdıq."

"Аllаh sizi tоrpаqdаn yаrаtdı... "

"Hәqiqәtәn, Biz insаnı qаrışıqlаrdаn ibаrәt bir nütfәdәn yаrаtdıq..."

Bu qәbildәn оlаn аyәlәrdә insаnın mаddi vә cismаni hissinә işаrә еdilmişdir.

İnsаnlаr tаriхi tәcrübәyә әsаsәn bu tәbii hәyаtdа әbәdi yаşаmаyаcаqlаrını duymuşlаr. İslam nöqtеyi-nәzәrindәn dә ölüm qаçılmаz bir hәqiqәtdir. Lаkin ölüm mәhv оlmаq dеyil, sаdәcә bu dünyаdаn digәr bir dünyаyа dахil оlmаqır. Qurаnın bir nеçә аyәsindә ölüm ümumi vә istisnаsız bir qаnun kimi göstәrilmişdir.

Bәrzәх sözü lüğәtdә iki şеyin аrаsındаkı fаsilә mənasını bildirir. Bәrzәх hаqdа çохlu Qurаn аyәlәri vә hәdislәr mövcuddur. İnsanlar öldükdən sonra qiyamət gününədək bərzəxdə saxlanılır.

SUALLAR

1. Ruh fəlsəfəsi nədir?

2. Dualizm və fizikalizmdə ruha münasibət necədir?

3. İslamda ruhun mövcudluğuna hansı dəlillər var?

4. Qərb fəlsəfəsində ölümdən sonrakı həyatla bağlı hansı dəlillər var?

5. Aristotelin bu mövzuya münasibəti.

6.Quranda axirət həyatı necə təsvir olunur?

7.İslam fəlsəfəsində ruhun mücərrədliyinə hansı dəlillər göstərilir?

8. Bərzəx nədir?

səh:186

Haqqında mərkəzi

Allahın adı ilə
Rəhman və Rəhimli olan Allahın adı ilə.Və bütün həmdlər aləmlərin rəbbi olan Allaha məxsusdur.
Varlıq aləminin Kövsəri olan Həzrəti Fatiməyi Zəhraya (a) təqdim olunur.
Bilən kimsələrlə (alimlər) bilməyənlər (cahillər) eynidirlərmi? (Zümər sürəsi, ayə 9)
Artıq bir neçə ildir ki, ghaemiyeh Kompüter Araşdırmaları Mərkəzi mobil proqram təminatı, rəqəmsal kitabxanalar istehsal edir və onları pulsuz təklif edir. Bu mərkəz tamamilə məşhurdur və hədiyyələr, nəzirlər, vəqflər və İmamın (ə) mübarək payının ayrılması ilə dəstəklənir. Daha çox xidmət üçün siz də harada olursunuzsa olun mərkəzin xeyriyyəçilərinə qoşula bilərsiniz.
Bilirsinizmi ki, hər bir pul Əhli-beyt (ə) yolunda xərclənməyə layiq deyil?
Və hər insan bu uğura sahib olmayacaq?
Sizi təbrik edirəm.
kartı nömrəsi :
6104-3388-0008-7732
Bank Mellat hesab nömrəsi:
9586839652
Sheba hesab nömrəsi:
IR390120020000009586839652
Adı: (Ghaemieh Kompüter Tədqiqat İnstitutu)
Hədiyyə məbləğlərini depozitə qoyun.
Mərkəzin ünvanı:
İsfahan-Əbdurrəzzaq küçəsi-Hacı Muhəmməd Cəfər adına bazar-Şəhid Muhəmməd Həsən Təvəkküli küçəsi-blok129/34-birinci mərtəbə
veb sayt:www.ghbook.ir
mail:Info@ghbook.ir
mərkəzin ofis telefonu: 00983134490125
Tehran ofisi: 00982188318722
Biznes və alqı satqı: 00989132000109
Mərkəzdə çalışan insanlarla əlaqə yaratmaq üçün nəzərdə tutulan nömrə: 00989132000109